View
8
Download
0
Category
Preview:
Citation preview
1
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın
həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 2015-ci ilin I yarım ili ərzində icra vəziyyəti barədə
MƏLUMAT
Sıra
№-si
Tədbirlərin adı
İcraçı
təşkilatlar
İcra
müddə-
ti
(illər
üzrə)
İcra
vəziyyəti
Tədbirin icrasının
qiymətləndirilməsi Tədbirin
qismən icra
edilməsi və ya
icra
edilməməsi-
nin səbəbləri
Tam
icra
olunub
Qismən
icra
olunub
İcra
olunma-
yıb
4.1.2 Dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi
4.1.2.1 Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi
4.1.2.1.2 Dövlət qulluğuna
dair qanunvericili-
yin məcəllələşdiril-
məsi
DQMK,
ƏN,
müvafiq
mərkəzi
icra
hakimiyyəti
orqanları
2011-
2015 Dövlət qulluğuna dair qanunvericiliyin
məcəllələşdirilməsi ilə bağlı tədbirlər davam
etdirilmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin
məcəllələşdirilməsində əsas məqsəd dövlət qulluğu
sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin
təkmilləşdirilməsi və bu sahədə normativ hüquqi aktların
sistemləşdirilməsidir. Hazırlanmış “Dövlət Qulluğu
Məcəlləsi”nin layihəsi rəy və təkliflərin öyrənilməsi üçün
bütün mərkəzi icra hakimiyyəti orqanlarına
göndərilmişdir. Dövlət orqanlarından layihə ilə bağlı
Komissiyaya daxil olmuş rəy və təkliflər
ümumiləşdirilmiş və təhlil edilmişdir. “Dövlət Qulluğu
Məcəlləsi” layihəsinin son variantı rəy və təkliflərin
öyrənilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, Dövlət İdarəçilik Akademiyasına və Apellyasiya
məhkəmələrinə yenidən göndərilmişdir. Eyni zamanda
“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin son versiyası
həm Komissiyanın rəsmi internet saytının
(www.csc.gov.az) “Qanunvericilik və digər aktlar”
+
2
bölməsinin “Normativ hüquqi aktların layihələri”
altbölməsində, həm də “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti
orqanlarının hazırladıqları normativ hüquqi aktların
layihələri” portalında yerləşdirilərək ictimai müzakirəyə
təqdim edilmişdir. 24 dekabr 2014-cü il tarixdə
Komissiya tərəfindən “Dövlət Qulluğu Məcəlləsi”
layihəsinin ictimai müzakirəsi keçirilmişdir. Yığıncaqda
tədbir iştirakçıları tərəfindən Məcəllə layihəsindnin
maddələri ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
Məcəllə layihəsinə dair verilmiş rəy və təkliflər nəzərə
alınmaqla layihənin son versiyası 30 dekabr 2014-cü il
tarixli 01/03-07/2296 nömrəli məktubla Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
4.1.2.1.5 Dövlət
qulluqçularının
xidməti
fəaliyyətinin
qiymətləndirilməsi-
nin həyata
keçirilməsinin təmin
edilməsi
DQMK,
KQMK
2011-
2015 Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli
Qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi Qaydaları” təsdiq edilmiş və
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilmişdir. Qeyd edilən Qaydalar
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 30.1-ci maddəsinə əsasən hazırlanmışdır və
inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun
olan inzibati vəzifələri tutan dövlət qulluqçusunun
xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarını
müəyyən edir.
2015-ci ilin ilk yarımili ərzində “Dövlət qulluqçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın
tətbiqi ilə bağlı dövlət qulluqçuları üçün təlimlər təşkil
edilmişdir.
2015-ci il 14, 15 yanvar tarixlərində Energetika
Nazirliyində “Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda
təlim keçirilmişdir. Təlimdə nazirliyin mərkəzi aparatı
üzrə şöbə müdiri və sektor müdiri vəzifəsində çalışanlar,
habelə kadr məsələlərinə məsul olan şəxslər də daxil
olmaqla ümumilikdə 30 nəfər dövlət qulluqçusu iştirak
+
3
etmişdir.
2015-ci il 27 fevralda Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”
mövzusunda keçirilən təlimdə Ədliyyə Nazirliyinin İcra
baş idarəsinin 19 yerli icra qurumunun rəhbəri iştirak
etmişdir. Təlimlərdə xidməti fəaliyyətin qiymətlən-
dirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə
edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə
prosesinin mərhələləri, qiymətləndirmə zamanı
tapşırıqların (hədəflərin) müəyyən edilməsi,
qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin
tətbiqi ilə bağlı çətinliklər və onların aradan qaldırılması
ilə bağlı mövzular əhatə edilmişdir.
Xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı təlim
modulu hazırlanmışdır. Təlim modulu dövlət qulluq-
çularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
mövzusunda təlim keçəcək təlimatçıların iş kitabçasını,
dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi üzrə 2, 1 və yarım günlük təlim
proqramlarını, dövlət qulluqçularının xidməti
fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təqdimatı
və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə praktiki
tapşırığı əhatə edir.
2015-ci ilin növbəti 6 ayı ərzində də dövlət orqanlarında
qulluq keçən dövlət qulluqçuları üçün “Xidməti
fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlimlərin
keçirilməsi nəzərdə tutulmuşdur.
2015-ci il üçün Komissiyada dövlət qulluqçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı
müvafiq tədbirlər görülmüş, dövlət qulluqçuları üçün
tapşırıqlar və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə
meyarların mühümlüyü müəyyən edilmişdir.
Dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi 40 mərkəzi, 80 yerli icra hakimiyyəti
orqanlarında və 102 məhkəmə orqanlarında keçirilir.
4
Dövlət orqanları tərəfindən 2014-cü il üzrə keçirilmiş
dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələrinə dair məlumatlar
Komissiyaya təqdim edilmişdir. Xidməti fəaliyyətin
qiymətləndirilməsi üzrə təqdim edilmiş məlumatların
təhlili aparılır. 4.1.2.1.6 Dövlət
Qulluqçularının
Reyestrinin
aparılması işinin
təkmilləşdirilməsi
DQMK,
bütün
digər
dövlət
orqanları
2011-
2015 Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin
(DQRİS) verilənlər bazasının formalaşdırılması 2014 -
cü ildə yekunlaşmış və 2015-ci ilin ilk 6 ayı ərzində
dövlət orqanlarının strukturu ilə Reyestrdə əks olunan
strukturun uyğunluğu təmin olunmuşdur. Ümumilikdə
216 dövlət orqanı, o cümlədən 41 mərkəzi icra
hakimiyyəti orqanı, 79 yerli icra hakimiyyəti orqanı, 96
məhkəmə hakimiyyəti orqanlarının strukturu və ştat
cədvəli üzrə dövlət qulluqçuları barədə məlumatlar
yoxlanılmışdır. Reyestrdə dövlət orqanları üzrə şəxsi
kartlar hissəsində dövlət qulluqçuları barədə
məlumatların yoxlanılaraq dəqiqləşdirilməsi həyata
keçirilmişdir.
+
4.1.2.1.7 Dövlət orqanlarında
etik davranış
qaydalarının tətbiqi
vəziyyətinin
ümumiləşdirilmiş
nəticələrinin illik
müzakirələrinin
keçirilməsi
DQMK, bütün
dövlət
orqanları
2011-
2015 2015-ci il 27 fevralda “Komissiyanın 2014-cü il üzrə
fəaliyyəti və dövlət orqanlarında etik davranış
qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat”
mövzusunda dəyirmi masa təşkil etmişdir. Dəyirmi
masanın keçirilməsində əsas məqsəd Komissiyanın 2014-cü
il ərzində fəaliyyəti və dövlət orqanlarında etik davranış
qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatı
vətəndaş cəmiyyətinin müzakirəsinə təqdim etməkdən
ibarət olmuşdur. Dəyirmi masada dövlət orqanlarının,
qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil
ekspertlərlə dövlət qulluqçularının etik davranış
qaydaları sahəsində mövcud vəziyyət, Komissiya
tərəfindən etik davranış qaydaları üzrə həyata keçirilən
nəzarət və maarifləndirmə tədbirləri barədə müzakirələr
aparılmışdır. Tədbir iştirakçılarına mərkəzi və yerli icra
hakimiyyəti orqanları üzrə etik davranış qaydaları və
prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən
+
5
antikorrupsiya, etika məsələləri üzrə il ərzində görülmüş
maarifləndirmə tədbirləri və keçirilmiş təlimlər, etik
qaydaların pozulması ilə əlaqədar Komissiyaya daxil
olmuş şikayətlərin orqanlar üzrə bölgüsü, dövlət
orqanları üzrə daha çox pozulmuş etik davranış
qaydaları, etik davranış qaydalarının pozulması ilə
əlaqədar dövlət qulluqçuları barəsində tətbiq edilmiş
intizam tənbeh tədbirləri və onların dövlət orqanları üzrə
statistikası barədə məlumat verilmişdir.
2015-ci il 15 martda Komissiyada qulluq keçən dövlət
qulluqçuları ilə etik davranış qaydalarına riayət edilmə
vəziyyəti barədə illik müzakirə keçirilmişdir. Müzakirədə
Komissiyanın rəhbərliyi də iştirak etmiş, Komissiyada
qulluq keçən dövlət qulluqçuları tərəfindən etik davranış
qaydalarına riayət edilməsi vəziyyəti təhlil edilmiş və
etik davranış qaydalarına daim riayət edilməsi ilə bağlı
göstəriş verilmişdir.
4.1.2.2 Dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi
4.1.2.2.1 Dövlət qulluğuna
qəbula dair
qanunvericiliyin
təkmilləşdirilməsi
DQMK,
ƏN
2011-
2015 Dövlət qulluğuna qəbul sahəsində Komissiyanın
təcrübəsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübə
nəzərə alınmaqla “Dövlət Qulluğu Məcəlləsi”nin
layihəsində dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi
məqsədi ilə əlavə müddəalar nəzərdə tutulmuşdur.
Dövlət qulluğuna qəbulun müsabiqə və müsahibə
əsasında həyata keçirilməsi prosesi yenidən işlənilərək
daha da təkmilləşdirilmişdir. Yerli icra hakimiyyəti
orqanlarında vakant dövlət qulluğu vəzifələrinə qəbulun
həyata keçirilməsi qaydaları və şərtləri
təkmilləşdirilmişdir.
Dövlət qulluğuna qəbulun şəffaflığı, o cümlədən dövlət
qulluğunda daha yüksək vəzifələrin şəffaf və bərabərlik
prinsipləri əsasında tutulmasının təmin edilməsi
məqsədilə “Dövlət Qulluğu Məcəlləsi” layihəsində
inzibati vəzifələrin üçüncü və dördüncü təsnifatlarına
uyğun olan vəzifələrin müsahibə əsasında tutulması
qaydası müəyyən edilmişdir.
+
6
4.1.2.2.2 Qanunvericiliklə
müəyyən edilmiş
şərtlərə uyğun olaraq
dövlət qulluğu
vəzifələri üzrə vəzifə
təlimatlarının
hazırlanmasının başa
çatdırılması
DQMK,
müvafiq
mərkəzi və
yerli icra
hakimiyyəti
orqanları
2011-
2013 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu
il 17 sentyabr tarixli 143 nömrəli Qərarı ilə təsdiq
edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci
təsnifatlarına uyğun olan vakant vəzifələrin
tutulmasının Ümumi Şərtləri”nə əsasən hesabat dövrü
ərzində Komissiya tərəfindən dövlət orqanlarında
inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına aid
olan vəzifələr üzrə formalaşdırılmış vahid məlumat
bazası təkmilləşdirilmişdir. Bəzi dövlət orqanlarında
struktur dəyişikliklərinin aparılması, dövlət qulluğuna
qəbulla bağlı keçirilmiş müsabiqə və müsahibələrin
nəticələrinin təhlili, dövlət orqanlarının kadr tələbatının
dəyişməsi və digər bu kimi hallar nəzərə alınaraq bir
sıra dövlət orqanları üzrə “Təşkilati-hüquqi sənədlər və
inzibati vəzifələr haqqında Məlumat Toplusu”na zəruri
əlavə və dəyişikliklər edilmişdir. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və Ali Attestasiya Komissiyasının
Məlumat Topluları hazırlanaraq təsdiq üçün nazirliklərə
və Ali Attestasiya Komissiyasına təqdim edilmişdir.
Yeni yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Xidmətinin, Mədəniyyət və Turizm
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinin dövlət qulluğu
vəzifələrinin vəzifə təlimatları işlənib
hazırlanmaqdadır.
+
4.1.2.3 Dövlət qulluqçularının sosial müdafiəsi sisteminin gücləndirilməsi 4.1.2.3.1 Dövlət
qulluqçularının
əməyin ödənilməsi
sisteminin
təkmilləşdirilməsi,
onların fəaliyyətinin
nəticələrinə
əsaslanan
NK, DQMK,
MN,
ƏƏSMN
2011-
2015 Tədbirin icrası ilə bağlı Komissiyanın, Maliyyə
Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupu
yaradılmışdır və işçi qrupunun görüşü keçirilmişdir.
Görüşdə dövlət qulluqçularının əməyinin ödənilməsi və
mükafatlandırılması sisteminin təkmilləşdirilməsi ilə
bağlı Komissiya tərəfindən hazırlanmış təkliflər
müzakirə edilmişdir. Müzakirələrin nəticəsi nəzərə
+
7
həvəsləndirilmə
sisteminin
yaradılması
alınaraq hazırda təkliflər üzərində işçi qrup tərəfindən
işlər davam etdirilir.
Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q
nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
Qaydaları”nda dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında
həvəsləndirmə tədbirlərinin görülməsi nəzərdə
tutulmuşdur. Bu tədbirlərə uyğun olaraq dövlət
qulluqçusunun xidməti fəaliyyətinin nəticəsindən asılı
olaraq onun fərdi qaydada mükafatlandırılması və
yaxud vəzifə maaşına əlavələrin müəyyən edilməsi,
mümkün olacaq.
Xidməti fəaliyyətin nəticələrinə əsaslanan
həvəsləndirilmə sisteminin tədbiqinin tənzimlənməsi
məqsədilə 2015-ci ilin sonuna Azərbaycan Respublikası
Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və qaydaları haqqında
Əsasnaməyə” müvafiq dəyişikliklərin edilməsi üçün
təkliflərin verilməsi nəzərdə tutulur.
4.1.2.3.2.
Dövlət
qulluqçularının
özlərinin və ailə
üzvlərinin dövlət
hesabına icbari tibbi
sığortasının tətbiqi
istiqamətində zəruri
tədbirlərin həyata
keçirilməsi
NK, DQMK,
MN,
ƏƏSMN
2011-
2015 “Dövlət qulluqçularının icbari sığortası haqqında”
Azərbaycan Respublikasının Qanunu “Dövlət
qulluqçularının icbari sığortası haqqında” Azərbaycan
Respublikası Qanununun ləğv edilməsi barədə”
Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli
933-IVQ nömrəli Qanunu ilə qüvvədən düşmüşdür.
Dövlət qulluqçularının icbari sığortası ilə bağlı
məsələlərin tənzimlənməsinin “İcbari sığorta haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilməsi nəzərdə tutulur.
+
4.1.2.4 Dövlət qulluqçularının əlavə peşə sisteminin inkişaf etdirilməsi
4.1.2.4.1 Dövlət
qulluqçularının
əlavə peşə təhsili
sahəsində
NK, DQMK,
ƏN
2011-
2012 Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən
qaydaların təkmilləşdirilməsi məqsədi ilə “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununda dövlət qulluqçularının təlim keçməsi
+
8
qanunvericiliyin
təkmilləşdirilməsi
məsələləri ilə bağlı dəyişikliklər edilməsi barədə qanun
layihəsi hazırlanmışdır. Layihəyə əsasən “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa
22-2-ci maddənin (Maddə 22-2. Dövlət qulluqçusunun
təlim keçməsi) əlavə edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilən maddəyə əsasən dövlət qulluqçularının
təlim keçməsinin məqsədi, qısa-müddətli təlimlərin
keçirilmə qaydası, dövlət qulluqçularının təlim
tələbatlarının öyrənilməsi qaydasının müəyyən
edilməsi dövlət qulluqçularının qısamüddətli təlimlərdə
iştirakı üçün əsaslar, ilk dəfə inzibati vəzifə üzrə dövlət
qulluğuna qəbul edilən şəxslərin, habelə ilk dəfə
inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatları üzrə
rəhbər vəzifələrə təyin edilən dövlət qulluqçularının
xüsusi təlim kurslarından keçməsinin hüquqi əsaslarının
müəyyən edilməsi nəzərdə tutulmuşdur. Layihə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edilmişdir.
Eyni zamanda “Dövlət qulluqçusunun əlavə təhsilinin
növü, forması, müddəti və maliyyə təminatı
Qaydaları”na dair təkliflər təqdim edilmişdir. Təqdim
edilmiş təkliflərlə qeyd edilən qaydaların
təkmilləşdirilməsi, həmin qaydaların “Təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğunlaşdırılması təmin olunacaqdır. Eyni zamanda
layihədə dövlət qulluqçuları üçün əlavə təhsil istiqaməti
olaraq ixtisasartırma ilə yanaşı staj keçmə və
təkmilləşdirmə də nəzərdə tutulmuşdur.
“Dövlət Qulluğu Məcəlləsi” layihəsində dövlət
qulluqçularının əlavə peşə təhsili ilə bağlı xüsusi fəsil
nəzərdə tutulmuşdur. Həmin fəsildə əlavə təhsilin
məqsədi və onun növləri, forması, həyata keçirilməsi
(təşkili) və maliyyə təminatı ilə bağlı müddəalar
nəzərdə tutulmuşdur.
Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yerli
ekspert cəlb edilmiş və “Dövlət Qullğu Məcəllə”
9
layihəsində dövlət qulluqçularının əlavə peşə təhsili ilə
bağlı hissələrinə təkliflər hazırlanmışdır.
Dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılması
məqsədi ilə hazırlanmış sənəd layihələrinə dair Əmək
və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Maliyyə və
Təhsil Nazirliklərinin rəy və təklifləri nəzərə alınaraq
müvafiq hüquqi akt layihələri yenidən işlənərək 10
noyabr 2014-cü il tarixli 01/03-07/1829 nömrəli
məktubla Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilmişdir.
4.1.2.4.2 Dövlət
qulluqçularının əlavə
peşə təhsili
ehtiyaclarının
müəyyən edilməsi
mexanizminin
hazırlanması
DQMK,
müvafiq icra
hakimiyyəti
orqanları
2011-
2012 Nəzərdə tutulmuş tapşırıqlar 4.1.2.4.1-ci bənddə qeyd
olunan təkliflərdə öz əksini tapmışdır.
“Dövlət qulluğu məcəlləsi” layihəsində xidməti
fəaliyyətin qiymətləndirilməsi nəticəsində dövlət
qulluqçusunun mütləq qaydada peşə hazırlığına və
ixtisasının artırılmasına cəlb edilməsi nəzərdə
tutulmuşdur.
“Dövlət Qulluğu Məcəlləsi” layihəsində rəhbər vəzifə
tutan dövlət qulluqçularının idarəetmə və komanda
qurmaq və s. məsələlər üzrə, ilk dəfə dövlət qulluğuna
qəbul edilmiş şəxslərin isə dövlət qulluğuna dair
qanunvericiliyin tətbiqi, etik davranış, maraqların
toqquşması, korrupsiyaya qarşı mübarizə və s.
məsələlər üzrə peşə hazırlığına və ixtisasının
artırılmasına cəlb edilməsi nəzərdə tutulmuşdur.
“Dövlət Qulluğu Məcəlləsi” layihəsində dövlət
qulluqçusunun əlavə təhsilinin maliyyələşdirilməsi
məqsədilə hər il müvafiq dövlət orqanı üçün nəzərdə
tutulan büdcənin 2 faizi məbləğində həmin orqan üçün
maliyyə vəsaitinin ayrılması müəyyən edilmişdir.
Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q
nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
Qaydaları”nda xidməti fəaliyyətin qiymətlən-
dirilməsinin nəticəsində dövlət qulluqçusunun xidməti
fəaliyyətinin təkmilləşdirilməsi üçün təlim
+
10
tələbatlarının müəyyən edilməsi və təlimlərə cəlb
edilməsi nəzərdə tutulmuşdur.
2015-ci il 22, 23 yanvar, 27, 28 aprel tarixlərində
“Dövlət qulluqçularının təlim tələbatlarının
öyrənilməsi” mövzusunda 10 dövlət orqanında çalışan
26 dövlət qulluqçusuna təlim keçirilmişdir. Təlimin
keçirilməsində əsas məqsəd təlim iştirakçıların dövlət
orqanlarında çalışan dövlət qulluqçularının təlim
tələbatlarının müəyyən edilməsi üzrə praktiki biliklərə
yiyələnməsi olmuşdur.
Xarici və yerli ekspertlər cəlb edilməklə dövlət
qulluqçularının təlim ehtiyaclarının qiymətləndirilməsi
metologiyası hazırlanmışdır. Komissiyada və
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət
Avtomobil Nəqliyyatı Xidmətində pilot layihə
çərçivəsində dövlət qulluqçularının təlim ehtiyaclarının
qiymətləndirilməsi həyata keçirilmişdir.
4.1.2.4.3 Dövlət qulluqçuları
üçün ümumi
kitabxananın
yaradılması
NK,
DQMK
2011-
2013 Komissiyada dövlət qulluğu və idarəetmə sahəsi üzrə
kitabxana fondu yaradılmışdır. Lakin kitabxana
fondunun daha səmərəli idarə olunması və geniş
miqyaslı auditoriyanı əhatə etməsi üçün onun
yerləşəcəyi müvafiq sahəyə və fəaliyyətinə məsul ştat
vahidinin olmasına ehtiyac vardır.
Qeyd edilənləri nəzərə alaraq Komissiya tərəfindən
yaradılması nəzərdə tutulan dövlət qulluqçuları üçün
ixtisaslaşmış Təlim Mərkəzinin nəzdində dövlət
qulluqçuları üçün ümumi kitabxananın fəaliyyət
göstərməsi, Komissiyanın yeni inşa ediləcək inzibati
binasının layihəsində binanın birinci mərtəbəsində
kitabxananın yerləşdirilməsi və Təlim Mərkəzinin ştat
cədvəlində kitabxananın fəaliyyətinə məsul olan 1 ştat
vahidinin təsis edilməsi ilə bağlı 2013-cü ildə təkliflər
hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.
Kitabxananın əlavə olaraq elektron kitabxana və resurs
mərkəzi kimi fəaliyyət göstərməsi də nəzərdə tutulur.
Hesabat dövrü ərzində Komissiyanın kitabxana fonduna
+ Komissiyanın
hazırda
icarəyə
götürdüyü
binasında
kitabxananın
yerləşdirilmə-
si üçün
şəraitin
olmaması
11
dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə
yeni kitablar alınmışdır.
4.1.2.5. Dövlət qulluğu sahəsində təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi 4.1.2.5.1 Vətəndaş
cəmiyyətinin inkişaf
etdirilməsi ilə bağlı
ali təhsil
müəssisələrinin
yuxarı kurs tələbələri
ilə görüşlərin
keçirilməsi, QHT
sektoru, KİV ilə
əlaqələrin
genişləndirilməsi
DQMK,
müvafiq
mərkəzi və
yerli icra
hakimiyyəti
orqanları
2011-
2015 Vətəndaş cəmiyyətini Komissiyanın fəaliyyəti və
dövlət qulluğu sahəsində aparılan islahatlarla yaxından
tanış etmək, qeyd edilən sahələrə ictimai nəzarəti
artırmaq məqsədi ilə hesabat dövrü ərzində bir sıra
tədbirlər görülmüşdür. Dövlət qulluğuna qəbulla bağlı
keçirilən müsabiqələrin test imtahanı və müsahibə
mərhələlərində Komissiyanın dəvəti ilə qeyri-hökumət
təşkilatları və media nümayəndələri müşahidəçi kimi
iştirak etmişlər. Eyni zamanda vətəndaş cəmiyyəti
üzvləri vakant dövlət qulluğu vəzifələrinin tutulması
üçün keçirilən müsahibələrdə qrup üzvü kimi iştirak
edərək dövlət qulluğuna kadrların seçilməsi prosesində
qərarların qəbuluna cəlb edilmişlər.
2015-ci il 27 fevralda “Komissiyanın 2014-cü il
üzrə illik fəaliyyəti və etik davranış qaydalarına əməl
edilməsi vəziyyəti barədə hesabatları” mövzusunda
dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Azərbaycanda
fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər.
Dəyirmi masanın keçirilməsində məqsəd 2014-cü il
ərzində Komissiyanın fəaliyyəti və dövlət qulluqçularının
etik davranış qaydalarına riayət etməsi vəziyyəti barədə
tədbir iştirakçılarını, eləcə də ictimaiyyəti
məlumatlandırmaq, Komissiyanın fəaliyyəti və dövlət
qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyi
öyrənmək olmuşdur. Tədbir Azərbaycan, İctimai və
Space televiziya kanalları, APATV və SƏSTV onlayn
televiziya kanalları, AzərTAC, Azadinform, APA,
Publika, The First News və Səs İnformasiya Agentlikləri,
“Azərbaycan”, “Xalq qəzeti” və “Palitra” qəzetləri,
habelə Komissiyanın rəsmi internet saytı, Facebook və
Twitter sosial şəbəkəsindəki səhifəsi vasitəsilə
ictimaiyyətə çatdırılmışdır.
+ Mütəmadi
həyata
keçirilir
12
Komissiya 2015-ci il 18, 23, 24 və 25 fevral tarixlərində
Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan
Dillər Universitetində, Azərbaycan Dövlət Milli
Aviasiya Akademiyasında 2015-ci ildə məzun olacaq
bakalavrlarla görüş keçirmişdir.
2015-ci il 20 fevralda Azərbaycan Dövlət Pedaqoji
Universitetində Komissiya, Gənclər və İdman Nazirliyi
və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
birgə təşkilatçılığı ilə tələbələr üçün “Dövlət qulluqçusu:
Milli dövlət quruculuğu istiqamətində kadr hazırlığı”
mövzusunda görüş keçirilmişdir. Görüşdə Azərbaycan
Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Elm və
Təhsil Mərkəzi "Təfəkkür" Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası, Bakı Slavyan Universiteti,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu və
Kooperasiya Universitetinin tələbə və magistrləri iştirak
etmişdir.
2015-ci il 27 fevralda Komissiya ADA
Universitetində təşkil edilmiş “2-ci Karyera sərgisi”ndə,
30 apreldə Azərbaycan Texniki Universitetində
“Karyerada ilk addım” mövzusunda təşkil edilən əmək
yarmarkasında iştirak etmişdir. Bu tədbirlərdə iştirakın
məqsədi Komissiyanın fəaliyyəti, dövlət qulluğuna
qəbulun müsabiqə və şəffaflıq əsasında aparılması,
dövlət qulluğunun üstünlükləri və təminatları barədə
iştirakçıları məlumatlandırmaq, potensiallı gəncləri
dövlət qulluğuna cəlb etmək olmuşdur.
2015-ci il 24 apreldə “Açıq qapı - dövlət
qulluğuna qəbul” forumu çərçivəsində Sumqayıt Gənclər
Evində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin,
4 iyunda Tərtər rayon Gənclər Mərkəzində Tərtər Rayon
İcra Hakimiyyəti və Gənclər və İdman Baş İdarəsinin
əməkdaşlarının iştirakı ilə gənclərlə maarifləndirici görüş
keçirilmişdir. Görüşün əsas məqsədi Komissiyanın
13
fəaliyyətinə, xüsusi ilə dövlət qulluğuna qəbula ictimai
etimadın artırılması və potensiallı gənclərin dövlət
qulluğuna cəlb edilməsi olmuşdur.
2015-ci il 5 mayda “Şəffaflıq Azərbaycan”
Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin dəstəyi
ilə “Dövlət qulluğuna qəbul prosesi, dövlət qulluğuna
qəbulda şəffaflıq və korrupsiyaya qarşı mübarizə
məsələləri” mövzusunda seminar keçirilmişdir. Seminar
gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın
artırılması istiqamətində həyata keçirilən maarifləndirici
silsilə tədbirlərin davamı olmuşdur.
2015-ci il 30 mayda Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
Komissiyanın, Akademiyanın və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə
təşkilatçılığı ilə “İnnovativ idarəetmə görüşü”
çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə “ASAN
xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş
gənclər və hazırda fəaliyyət göstərən könüllülərlə yanaşı
Dövlət İdarəçilik Akademiyasının yuxarı kurs tələbələri
iştirak etmişlər.
Qeyd edilən tədbirlərdə Komissiyanın fəaliyyəti,
dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında
aparılması, dövlət qulluğunun üstünlükləri və təminatları
barədə tədbir iştirakçılarına məlumat verilmiş,
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti”,
“Dövlət qulluğuna qəbul”, “Dövlət qulluğuna qəbul
zamanı vəzifə seçimini düzgün necə etməli ?” və “Dövlət
qulluğuna müsabiqə əsasında qəbul” mövzularında çap
məhsulları paylanılmışdır.
Dövlət qulluğuna qəbulla bağlı keçirilmiş
müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət
qulluğunda çalışan gənclərin peşə bacarıqlarının
artırılması məqsədi ilə 2015-ci il 25, 26 və 27 may
14
tarixlərində təlimlər keçirilmişdir. Təlimlərdə dövlət
orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə
yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 90
nəfər gənc dövlət qulluqçusu iştirak etmişdir. Təlimlərdə
“İnsan resurslarının idarə edilməsi”, “Motivasiya” və
“Dövlət qulluqçularının etik davranış qaydaları”
mövzularında təqdimatlar edilmiş və dövlət qulluğuna
dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirələr
aparılmışdır.
Hesabat dövrü ərzində dövlət qulluğu sisteminin
mahiyyəti, dövlət qulluğunda aparılan islahatlar, dövlət
qulluğuna qəbul, dövlət qulluqçularının etik davranış
qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə
ilə bağlı təşkil edilən tədbirlər, habelə Komissiyanın
ümumi fəaliyyəti barədə məlumatlar Komissiyanın
rəhbərliyi və əməkdaşları tərəfindən mütəmadi olaraq
Azərbaycan, İctimai, ANS, Lider televiziyaları,
AzərTAC, Trend, APA, The First News, Azadinform,
Səs İnformasiya Agentlikləri, Lent.az onlayn xəbər
agentliyi, Qafqazinfo internet qəzeti, Modern.az xəbər
portalı, “Xalq qəzeti”, “Respublika,” “Həftə içi”
qəzetləri, habelə Komissiyanın rəsmi internet saytı,
Facebook və Twitter sosial şəbəkəsindəki səhifəsi
vasitəsilə ictimaiyyətə çatdırılmışdır.
Komissiya rəhbərliyinin və əməkdaşlarının ANS
televiziyasının “Salam Azərbaycan” musiqili-
informasiya proqramında çıxışları olmuş, “Xalq qəzeti”,
“Respublika” və “Həftə içi” qəzetlərində məqalə və
müsahibələri dərc edilmişdir.
Komissiya vətəndaşlarla əlaqələrini daha çox özünün
internet saytı vasitəsilə qurur. Hesabat dövrü ərzində
Komissiyanın internet saytında yerləşdirilmiş yazılara 4
yüz əlli minə yaxın baxış olmuşdur. 2015-ci ilin ilk 6 ayı
ərzində Komissiyaya internet saytı vasitəsilə daxil olan
onlayn müraciətlərin sayı 172 olmuşdur. 4.1.2.5.2 Dövlət qulluğuna DQMK, 2011- 2015-ci ilin ilk yarımili ərzində mərkəzi və yerli icra +
15
dair qanunvericiliyin
tətbiqi üzrə
maarifləndirmənin
aparılması
müvafiq icra
hakimiyyəti
orqanları
2015 hakimiyyəti orqanları üçün mütəmadi təlim və seminarlar
keçirilmiş, müvafiq maarifləndirmə həyata keçirilmişdir.
2015-ci il 16 mart tarixdə Komissiyada “Dövlət
qulluqçularının etik davranış qaydaları” mövzusunda
təlim keçirilmişdir. Təlimdə Komissiyanın şöbə
müdirləri, şöbə müdirlərinin müavinləri və sektor
müdirləri iştirak etmişlər. Təlim etika anlayışı, dövlət
qulluğunda etik prinsiplər və onların əhəmiyyəti,
loyallıq, korrupsiyanın qarşısının alınması, maraqların
toqquşmasının qarşısının alınması, nizam-intizam və
subordinasiya qaydalarına əməl edilməsi və s. mövzuları
əhatə etmişdir.
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə
müsahibələrdə qrup üzvü kimi iştirakı nəzərdə tutulan
dövlət orqanlarının nümayəndələri və mütəxəssislər üçün
müsahibələrin keçirilməsi qaydaları və texnologiyası
barədə 2015-ci il 25-27 may tarixlərində təlimlər təşkil
edilmişdir. Təlimlərin məqsədi qeyd edilən
nümayəndələrin müsahibələrin keçirilməsinə dair
qanunvericiliyin tələbləri barədə məlumatlandırılması,
namizədlərin potensialının üzə çıxarılması üçün
müsahibələrin aparılması texnologiyası üzrə
təlimatlandırılması olmuşdur. Təlimlərdə ümumilikdə 60
nəfər iştirak etmişdir.
Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı
keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və
hazırda dövlət qulluğunda çalışan gənclərin peşə
bacarıqlarının artırılması məqsədi ilə 2015-ci il 25, 26 və
27 may tarixlərində “Dövlət qulluqçularının etik davranış
qaydaları” mövzusunda təlimlər keçirilmişdir. Təlimlərdə
dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri
üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən
90 nəfər gənc dövlət qulluqçusu iştirak etmişdir.
Eyni zamanda 4.1.2.1.5 bəndində qeyd edilən dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
mövzusunu əhatə edən təlimlər keçirilmişdir.
16
Komissiya tərəfindən dövlət qulluqçularının etik davranış
məsələləri ilə bağlı maarifləndirilmənin həyata
keçirilməsi məqsədilə bələdçi sənədlərin hazırlanması
müvafiq qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu
məqsədlə Komissiya tərəfindən “Dövlət qulluğunda
etika” mövzusunda kitabça nəşr edilərək mərkəzi, yerli
icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında
çalışan dövlət qulluqçularına paylanılmışdır.
2015-ci ilin növbəti 6 ayı ərzində də dövlət orqanlarında
qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət
qulluqçularının etik davranış qaydaları” mövzusunda
təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. 4.1.2.5.3 Dövlət qulluğunun
tənzimləmə
institutları və bu
sahədə insan
resurslarının idarə
edilməsinin aktual
məsələlərinə dair
nəşrlərin buraxılması
DQMK
2011-
2015
İctimaiyyəti Komissiyanın fəaliyyət istiqamətləri və
gördüyü işlər barədə məlumatlandırmaq, vətəndaşları
dövlət qulluğuna qəbul qaydaları üzrə maarifləndirmək,
onları potensiallarına və maraqlarına uyğun vəzifə
seçiminə yönəltmək məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya haqqında jurnal, “Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın fəaliyyəti”, “Dövlət
qulluğuna qəbul”, “Dövlət qulluqçularının etik davranış
qaydaları” və “Dövlət qulluğuna müsabiqə əsasında
qəbul” mövzularını əhatə edən bukletlər ölkədə keçirilən
müxtəlif tədbirlərdə tədbir iştirakçılarına paylanmışdır.
Hesabat dövrü ərzində Komissiya korrupsiyaya qarşı
mübarizə və dövlət qulluqçularının etik davranış
məsələləri üzrə ictimaiyyət arasında maarifləndirməni
həyata keçirmək üçün tədbirləri davam etdirmişdir. Bu
məqsədlə “İnformasiyanın açıqlanması korrupsiyaya
qarşı alət kimi”, “Dövlət qulluğunda korrupsiyaya qarşı
mübarizə: korrupsiya və onun aradan qaldırılması
sahəsində tədbirlər” və “Dövlət qulluğunda korrupsiyaya
qarşı mübarizə: rüşvət, yoxsa hədiyyə?” mövzularında
bukletlər nəşr edilərək müxtəlif tədbirlərdə ictimaiyyətə
paylanmışdır. Komissiya tərəfindən “Dövlət qulluğunda
+
17
etika” mövzusunda kitab nəşr edilmişdir. Vəsaitin
hazırlanmasında məqsəd dövlət qulluğunda etik
prinsiplər və onların əhəmiyyəti, etik davranış
qaydalarına əməl olunmasına nəzarət mexanizmləri və
etik pozuntuların araşdırılması üzrə qanunvericiliyin
tələbləri barədə məlumat verilməsi, dövlət qulluqçularını
etik davranış qaydaları ilə bağlı nümunələrlə tanış edərək
onların etik qaydaların tətbiqi üzrə praktiki biliklərə
yiyələnməsinə və xidməti fəaliyyəti zamanı qərar
verərkən qarşılaşdıqları dilemmaların həllinə köməklik
göstərilməsidir. Qeyd olunan vəsait dövlət qulluqçuları
arasında paylanmışdır.
Qeyd: 4.1.2.1.1, 4.1.2.1.3, 4.1.2.1.4, 4.1.2.1.8 və 4.1.2.2.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş tapşırıqlar tam icra edilmişdir. Həmin tapşırıqların icrası barədə məlumat əvvəlki hesabatlarda təqdim olunmuşdur.
Recommended