AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ...

Preview:

Citation preview

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

MƏKTƏBƏQƏDƏR TƏHSİL SEKTORU

2010-cu ildə görülmüş işlər barədəH E S A B A T

MƏKTƏBƏQƏDƏR TƏHSİL“Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin vəcəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaşdövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzəçıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsi-ni, təbiətə və insanlara həs-sas münasibətinin formalaş-masını təmin edir”.

2

Məktəbəqədər təhsil sektorunun əsas vəzifəvə funksiyaları

Məktəbəqədər təhsil sektorunun əsas vəzifələri aşağıdakılardır:

• “Təhsil haqqında Qanun”un tələbləri baxımından, ailənin və cəmiyyətin mənafeyini qorumaqla məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafına nail olmaq, onları milli zəmində sistemli təhsilə hazırlamaq.

• Məktəbəqədər təhsil müəssisələri şəbəkəsini qorumaq və inkişaf etdirmək, maddi-texniki, tədris bazasını gücləndirmək.

• Uşaqlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli vəümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə, Vətənə hörmət və qayğıhisslərinin aşılanması, onların vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasıüçün məktəbəqədər təhsil müəssisələrində şəraitin yaradılmasına nail olmaq.

• Məktəbəqədər təhsilin keyfiyyətinə, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nın həyata keçirilməsinə, uşaqların məktəbəhazırlanmasının təşkilinə dövlət nəzarətini təmin etmək.

• Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün məktəbəqədər təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirmək.

3

Məktəbəqədər təhsil sektorunun funksiyaları aşağıdakılardır:

• Məktəbəqədər təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən hüquqi-normativ bazanın yaradılmasında iştirak edir.

• Məktəbəqədər təhsilin inkişafı ilə bağlı proqramın həyata keçirilməsini təmin edir.

• Təlim-tərbiyə prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, məktəbəqədər təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət edir.

• Məktəbəqədər təhsil sisteminin inkişafı sahəsində təhlillər aparır vəmonitorinqlər keçirir.

• Qanunvericiliyə uyğun olaraq məktəbəqədər təhsil sistemindədemokratik idarəetmənin tətbiqini təmin edir.

• Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, uşaqların həyat və sağlamlığının qorunması, onlara tibbi xidmətin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər həyata keçirir.

• Xüsusi istedada malik olan uşaqların vaxtında aşkar edilməsi, onların inkişafını təmin edən, müasir tələblərə cavab verən yeni tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılması ilə bağlı təkliflər verir.

4

Məktəbəqədər təhsil sektorunun funksiyaları aşağıdakılardır:

• Məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin keyfiyyətinin yüksəldilməsində, təhsil proqramlarının yerinə yetirilməsindəçatışmazlıqların aradan qaldırılmasında təhsil şöbələrinin təşkilati-pedaqoji fəaliyyətini istiqamətləndirir.

• “Təhsil haqqında Qanun”un və Təhsil sahəsində İslahat Proqramının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) köməklik göstərir.

• Məktəbəqədər təhsil müəssisələrinin ərzaq məhsulları ilə təmin edilməsi vəziyyətini öyrənib müzakirə edir, nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlayır.

• Sektora daxil olan ərizə və şikayətlərə baxır, aşkar edilmişnöqsanların aradan qaldırılmasına nail olur.

5

6

Məktəbəqədər təhsil sektoru Təhsil Nazirliyi Aparatının tərkibindədir və 3 ştatdan ibarətdir:

• müdir• böyük məsləhətçi• aparıcı məsləhətçi

Hazırda aparıcı məsləhətçi vəzifəsi vakantdır.

2010-cu il ərzində görülmüş işlər• “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq

edilməsi barədə” ölkə Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə aşağıdakısənədlər hazırlanmış və təsdiq edilmişdir:1. “Məktəbə hazırlığın təşkili Qaydaları” (Azərbaycan RespublikasıNazirlər Kabinetinin 08 yanvar 2010-cu il tarixli, 4 nömrəli qərarı).

2. “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2010-cu il tarixli, 137 nömrəli qərarı).

• “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”hazırlanmış və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

7

2010-cu il ərzində görülmüş işlər

• İl ərzində 4 yeni uşaq bağçası inşa edilmiş, 6 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunmuş, 32 müəssisədə cari təmir işləri aparılmışdır.

• Təhsil Nazirliyinin sifarişinə əsasən “Şərq-Qərb” ASC tərəfindən 39 adda müxtəlif təlim vəsaitləri – şəkilli əlifba, müxtəlif yaş qrupları üzrə nağıl kitabları, yığmacalar və s. hazırlanıb, ölkənin bütün məktəbəqədər təhsil müəssisələrinəpaylanmışdır.

8

9

10

11

2010-cu il ərzində görülmüş işlər• Ölkənin iqtisadi və inzibati rayonları üzrə 5 yaşlı uşaqların sayının

dəqiqləşdirilməsi məqsədi ilə araşdırma aparılmış və aşağıdakılar məlum olmuşdur:

-ölkə üzrə 5 yaşlı uşaqların sayı 131925 nəfəronlardan:

-məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib 28348 nəfər (21,5%)-məktəbəqədər təhsildən kənarda qalıb 103577nəfər (78,5%)

• Bütövlükdə 5 yaşlıları məktəbəqədər təhsilə cəlb etmək məqsədi iləalternativ və optimal yollardan biri qısamüddətli təlim qruplarının təşkilidir. Hazırda bu istiqamətdə iş gedir. Bütün imkanlar araşdırıldıqdan sonra ölkə üzrə neçə belə qrupun təşkil ediləcəyi barədə rəhbərliyə məlumat veriləcəkdir.

12

2010-cu il ərzində görülmüş işlər

Respublikanın hər bir iqtisadi və inzibati rayonu üzrə yaşayışməntəqələrinin, həmin məntəqələrdə məktəbəqədər yaşlı uşaqların sayımüəyyənləşdirilmiş, eyni zamanda, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı dəqiqləşdirilmişdir. Aparılan təhlillər nəticəsindəaşağıdakılar məlum olmuşdur: ölkə üzrə yaşayış məntəqələrinin sayı 3532 onlardan: məktəbəqədər təhsil müəssisəsi olan

məntəqələrin sayı 865 (25%)məktəbəqədər təhsil müəssisəsi olmayan məntəqələrin sayı 2667 (75,5%)

ölkə üzrəməktəbəqədər yaşlı uşaqların sayı 728400onlardan: məktəbəqədər təhsilə cəlb

olunanların sayı 107954 (14.8%)Məktəbəqədər təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində yeni müəssisələrin inşası ilə bağlı İnvestisiya Proqramı hazırlanmışdır.

13

2010-cu il ərzində görülmüş işlər

14

• Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək alt-komponentinin koordinatoru Aydın Əhmədovun rəhbərliyi ilə məktəbəqədər təhsilin kurikulumunun hazırlanmasına başlanmışdır. Bu məqsədləUNİCEF-in dəstəyi ilə beynəlxalq məsləhətçi də cəlb olunmuşdur. Beynəlxalq məsləhətçi 2 həftə Bakıda səfərdəolmuş, bu müddət ərzində Təhsil Problemləri İnstitutunda Məktəbəqədər təhsil üzrə kurikulum mərkəzində işçi qrupu ilə görüşlər keçirmiş və öz tövsiyələrini vermişdir. Hazırda Kurikulum layihəsinin üzərində korrektə işləri gedir.

2010-cu il ərzində görülmüş işlər“Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə vəobyektlərin özəlləşdirilməsi haqqında” ölkə prezidentinin 23.08.2006-cı il tarixli, 1635 nömrəli Sərəncamına əsasən 240 (Bakı şəhərində 113) məktəbəqədər təhsil müəssisəsi öz profilini saxlamaq şərti ilə özəlləşdirilməyəaçıq elan edilmişdir. Respublika üzrə 84, o cümlədən, Bakı şəhərində 48 müəssisə artıq özəlləşdirilmişdir. 2010-cu ilin dekabr ayında özəlləşdirilən müəssisələrin monitorinqi aparılmışdır. Aparılan monitorinqin nəticələrinə vəyerlərdən alınan məlumatlara əsasən aşağıdakılar müəyyənləşdirilmişdir:

- 8 müəssisə Təhsil Nazirliyinin lisenziyasına əsasən profili üzrəfəaliyyət göstərir (7-si Bakı, 1-i Sumqayıt şəhərində);

- 11 müəssisə lisenziyasız fəaliyyət göstərir;- 16 müəssisənin binasından müxtəlif məqsədlər üçün, əsasən ticarət

obyektləri kimi istifadə edilir;- 5 müəssisədə məcburi köçkün ailələri məskunlaşıb;- 4 müəssisənin binasında sahibkarlar tərəfindən təmir işləri gedir;- 3 müəssisənin binası sökülüb (Binəqədi rayonunda 155, 293 və

Yasamal rayonunda 116 nömrəli uşaq bağçaları);- 37 müəssisə fəaliyyət göstərmir.

15

2010-cu il ərzində görülmüş işlər

• Özəlləşdirilən məktəbəqədər təhsil müəssisələrinin əksəriyyətinin qeyri-profil üzrə işləməsi, bir qisminin fəaliyyət göstərməməsi, özəlləşdirmə prosesinin ləng getməsi barədərespublikanın Baş nazirinə müvafiq məktub göndərilmiş vəhələ özəlləşdirilməyən uşaq bağçalarının özəlləşdirilməyə açıq elan edilən obyektlərin siyahısından çıxarılması xahişedilmişdir. Lakin, bu günədək müraciətimiz cavabsız qalmışdır.

16

2010-cu il ərzində görülmüş işlər

• İl ərzində Təhsil Nazirliyinin lisenziyasına əsasən fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrindən 10-na mütəmadi metodik köməklik göstərilmişdir.

• 2010-cu ilin may ayının 5-də “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi ilə Moskva şəhəri arasında Azərbaycan və Rusiyada məktəbəqədər təhsilin problemlərinə həsr olunmuş telekörpü yaradılmışdır. Telekörpüdə Məktəbəqədər təhsil sektorunun müdiri NərminəAlnağıyeva iştirak etmişdir.

17

Proqram və layihələr

• “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrası iləbağlı 2010-cu ildə aşağıdakı işlər görülmüşdür:

-məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması məqsədi ilə 139 uşaq bağçasımüvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, idman avadanlıqları və s. ilə təchiz edilmişdir;

18

Proqram və layihələr

- Təhsil Nazirliyi tərəfindən keçirilən tenderin qalibi “Çaşıoğlu”Multimedia şirkəti 14 adda 39900 ədəd masaüstü oyun hazırlanmış və respublikanın bütün məktəbəqədər təhsil müəssisələrinə çatdırılmışdır; -300 ədəd yeni təlim vəsaiti hazırlanmış, Bakı və Sumqayıt şəhərlərinin 154 məktəbəqədər təhsil müəssisəsinə paylanmışdır.

19

TƏLİM VƏSAİTLƏRİ

20

21

22

23

24

Proqram və layihələr

• “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın həyata keçirilməsi üzrə tədbirlər planının 6.5 və 6.22-ci bəndlərinəuyğun olaraq, “Azərbaycan Respublikasında məktəbəqədər təhsil haqqında Qanun” layihəsinin hazırlanmasını vəMəktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirməsisteminin yaradılmasını təmin etmək məqsədi ilə Nazirliyin müvafiq əmrləri ilə işçi qrupları yaradılmışdır. Bu yaxınlarda həmin işçi qrupları ilə görüşün keçirilməsi planlaşdırılıb.

25

Proqram və layihələr

• Dünya Bankının dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə əsasən Məktəbə hazırlığın inkişaf etdirilməsi komponenti çərçivəsində “Beşyaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram” və“Valideynlərin maarifləndirilməsi proqramı”nın həyata keçirilməsi ilə bağlı 6 pilot rayonda (Lənkəran, Quba, Şamaxı, Füzuli, Göygöl və Bakı şəhərinin Xətai rayonunda) ibtidai sinif müəllimləri vətərbiyəçilər üçün müvafiq treninqlər keçirilmişdir. Treninqlərdə103 nəfər iştirak etmişdir.

26

Proqram və layihələr• 2010-cu ilin sentyabr ayından “Beşyaşlıların qısamüddətli

təlim qruplarında məktəbə hazırlanması üçün proqram”ın pilot müəssisələrdə sınaqdan keçirilməsinə başlanmışdır. Qısamüddətli təlim qruplarına 551 beşyaşlı uşaq cəlb edilmişdir:

Bakı şəhəri Xətai rayonu - 50 uşaq Lənkəran rayonu - 211 uşaqŞamaxı rayonu - 104 uşaqQuba rayonu - 94 uşaqGöygöl rayonu - 49 uşaqFüzuli rayonu - 43 uşaq

27

28

29

30

31

32

33

Məktəbəqədər təhsil sahəsində beynəlxalq təşkilatlar və QHT-lərlə birgə görülən işlər

• “Şəffaflıq Azərbaycan” İctimai Birliyi ilə birgə 29 noyabr 2010-cu il tarixdə “Caspian Plaza” otelində “Məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Şəffaflıq Azərbaycan” İctimai Birliyi, müxtəlif QHT-lərin nümayəndələri və məktəbəqədər təhsil müəssisəsi rəhbərləri iştirak etmiş, hazırda ölkədə məktəbəqədər təhsilin mövcud vəziyyəti, bu sahədə olan problemlər müzakirə edilmiş, problemlərin həlli iləbağlı bir sıra təkliflər irəli sürülmüşdür.

34

Məktəbəqədər təhsil sahəsində beynəlxalq təşkilatlar və QHT-lərlə birgə görülən işlər

• ABŞ Dövlət Departamentinin Əhali, Qaçqın və Miqrasiya bürosunun maliyyələşdirdiyi “Məcburi köçkün icmalarında uşaqların təhsili” layihəsi çərçivəsində ABŞ-ın Kaunterpart Beynəlxalq humanitar təşkilatı tərəfindən Füzuli rayonunun Böyük Bəhmənli kəndində yararsız vəziyyətdə olan uşaq bağçası yenidən bərpa olunmuşdur. Hazırda bu uşaq bağçası 4 qrupla fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən həmin müəssisə müvafiq bərk inventar, avadanlıq, müxtəlif təlim vəsaitləri ilə təchiz edilmişdir.

35

Böyük Bəhmənli kənd uşaq bağçasının təmirdən əvvəlki vəziyyəti

36

37

38

39

Böyük Bəhmənli kənd uşaq bağçasının təmirdən sonrakı vəziyyəti

40

41

42

43

44

45

Sektora daxil olmuş ərizə, şikayət və məktublar

• İl ərzində sektora daxil olan ərizələrin sayı - 113onlardan 54-ü şikayət xarakterlidir.

• Məktubların sayı - 55

46

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinədaxil olmuş şikayətlər

• İl ərzində “Qaynar xətt” xidmətinə məktəbəqədər sahə ilə bağlı138 müraciət daxil olmuşdur

onlardan:- şikayət xarakterli - 28- sorğu xarakterli - 110

• Bu şikayətlər operativ araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.

47

Məktəbəqədər təhsil sahəsindəqarşıda duran vəzifələr

• Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi.

• 5 yaşlıların hamılıqla məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi.

• Məktəbəqədər təhsil sahəsində kadr siyasətinin təkmilləşdirilməsi. • Uşaq bağçasında təlim-tərbiyə prosesinin ən müasir təhsil texnologiyaları

əsasında qurulmasını təmin edən və məktəbəqədər təhsilin müxtəlif formalarını özündə birləşdirən resurs mərkəzlərinin yaradılması.

• Məktəbəqədər təhsil haqqında Qanunun hazırlanması.• Məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin

yaradılması.• Məktəbəqədər təhsil kurikulumu layihəsinin pedaqoji ictimaiyyətin

müzakirəsinə çıxarılması, pilot müəssisələrdə sınaqdan keçirilməsi.• Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinın təşəbbüsü və BP Şirkətinin

maliyyə dəstəyi ilə respublikanın 2-3 rayonunda 5 uşaq bağçasında “İcma nəzdində məktəbə hazırlıq qruplarının təşkili” layihəsinin həyata keçirilməsi.

48

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!

49

Recommended