View
275
Download
27
Category
Preview:
Citation preview
de 12.02.2013Nəfsin tərbiyəsi
Muhəmməd Saleh Əl – Munəccid 1) İxlasİxlas dinin həqiqəti Allah Təalanın Qurani Kərimdə buyurduğu kimi Peyğəmbərlərin təbliğatının əsas açarlarıdır:"Halbuki onlara dini ancaq Allaha yönəltmək və özlərinin də haqqa yönələn kimsələr olaraq Allaha ibadət etmələri və zəkat vermələri əmr edilmişdi.1 "Bilin ki, xalis din yalnız Allaha məxsusdur"2
İxlas ibadətlərin özü və ruhudur. İbn Həzm belə demişdir: "Xalis niyyət ibadətin keyfiyyətli olmasının sirlərindəndir. Bədən üçün ruh nə deməkdirsə ibadət üçün xalis niyyət də o deməkdir. İbadətdə Allaha qulluqda ruhsuz bir işin olması düşünülə bilməz. Çünki, niyyətsiz bir iş ruhsuz bir bədənə bənzər. Ruhsuz bir bədən də artıq xarab olmuşdur deməkdir"İxlas əməllərin qəbul edilməsi və ya rədd edilməsi üçün əsas təməl prinsipidir. Əməllərin qəbul olunması və yaxud da batil olunması ixlasa bağlıdır. Cənnətə və cəhənnəmə getmək ixlasa bağlıdır. Allahın qəzəbinə düçar olmaq və yaxud da rəhmətinə nail olmaq ixlasa bağlıdır. İxlasin mənasi"Xalis oldu", "xalis olmaq" saflaşdı və duruldu mənasına gəlməkdədir. Bir şeyə qarşı xalis oldun və yaxud ixlaslı oldun demək ərəb dilində ona yetişdin deməkdir. Yağın xalis olması durulaşıb saflaşması mənasına gəlir.İxlas kəliməsi saflığa, təmizliyə, çirk və pasdan təmizlənmiş olmağa dəlalət etməkdədir. "Xalis şey" və yaxud "ixlaslı şey" maddi və mənəvi hər cür çirk və pasdan təmizlənmiş saf olan şey deməkdir. "Dini yalnız Allah üçün xalis etdi " demək , " sadəcə Allahın rizasını umaraq riyanı buraxdı, və dini yalnız Allaha xas qıldı " mənasına gəlir. Firuzəbadi belə demişdir: " Dini Allaha qarşı xalis qıldı yəni riyanı tərk etdi riyasız bir şəkildə əməl etdi " deməkdir.İxlas kəliməsi məna baxımından tövhid kəliməsi ilə eynidir. Muxlis olanlar muvahhid olanlar yani tək Allaha ibadət edənlər mənasındadır.İxlasın şərii mənası ilə bağlı İbn Qayyim belə demişdir : "İbadəti yalnız Allaha xas etmək deməkdir."3 Yəni ona heç bir şeyi şərik qoşmadan ona yönəlmək deməkdir. İxlas mövzusunda Sələflərin bir-birindən fərqli rəyləri vardır. 1) Əməlin başqası üçün deyil yalnız Allah üçün edilməsidir. 2) İbadət ediləcək kimsənin yalnız Allah olduğunu qəbul etməkdir. 3) İşlənilən hər hansı bir əməli insanların nəzərlərindən uzaq tutmaq və onu hər cür riyadan qorumaqdır. 4) Əməli batil edən hər cür təhlükədən qorumaqdır.4
İxlaslı insan, qəlbini Allah təaləyə qarşı təmiz və xalis tutmaq, əməllərinin batil
1 Beyyinə, 98/52 Zumər, 39/33 İbn Qayyim, Mədaricus Salihin, 2/914 İbn Qayyim, Mədaricus Salihin, 2/91,92
olmaması, riyadan uzaq olması üçün, insanlar tərəfindən qınanmasına əsla fikir verməz. Allah rizası üçün etdiyi əməllərin üzə çıxmasına dair ən kiçik işarələrin belə insanlara bəyan olmasına razı olmaz. İxlaslı insanın tək dərdi Allahın razılığını qazanmaqdır. Necə ki, Allah təalə Qurani Kərimdə buyurur: " Halbuki onlara dini ancaq Allaha yönəltmək və özlərinin də haqqa yönələn kimsələr olaraq Allaha ibadət etmələri və zəkat vermələri əmr edilmişdir.5
Allah təalə başqa bir ayədə buyurur: "Şübhəsiz ki, mənim namazım da ibadətim də həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə əmr olunan budur və mən musəlmanların birincisiyəm.6
Və digər bir ayədə belə buyurur: "Allah hansınızın daha gözəl əməl işləyəcəyinizi imtahan etmək üçün ölümü və həyatı yaratmışdır.7
Fudeyl Bin İyad bu ayənin təfsirində demişdir: " Daha gözəl əməl işləmək yəni əməlin daha ixlaslı və ən doğru olanı deməkdir. Ondan soruşmuşlar "əməli ən ixlaslı və ən doğru olanı nə deməkdir ? " o da belə cavab vermişdir: " Əməlin xalis olması ancaq Allah rizası üçün edilməsidir . Doğru olması isə, Peyğəmbər (s.a.s) sünnəsinə uyğun olmasıdır . Əgər əməl Allah üçün olub Peyğəmbər (s.a.s) etdiyi kimi olmazsa qəbul olmaz. Həmçinin Peyğəmbər (s.a.s) etdiyi kimi edilərsə amma Allah rizası üçün edilməzsə və yaxud əməlin içərisində riya olarsa qəbul olmaz.8
Və sonra bu ayəni oxudu: " De ki: mən də sizin kimi bir insanam, bəşərəm ancaq mənə Allahın sadəcə bir İlah olduğu vəhy olunur" 9
Allah rizasını qazanmaq istəyənlər çox böyük mükafatlarla müjdələnmişlər. Allah təalə bizim də onlarla birlikdə olmağımızı tövsiyyə edərək buyurmuşdur: "Səhər və axşam çağı Rəbbinin üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bər-bəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! " 10
" Qohum - əqrabaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır. " 11
"O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər. O, mütləq razı qalacaqdır!"
Riyalı və riyakarların qınanmasıRiyakarlara gəlincə Allah təalə onları qınamış və aqibətlərini bu şəkildə açıqlamışdır. “ Kim dünya həyatını və onun bər-bəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların
5 Beyyinə, 98/56 Zumər 39/147 Mülk 67/28 Əbu Nueym əl.İsbahani, Hilyətul.Avliyə9 Kəhf, 18/11010 Kəhf 18/2811 Rum, 30/38
dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.”12 Və digər ayədə Allah təalə belə buyurur " Kim gəldi-gedər dünyanı istəsə, orada ona dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq . " 13
Və digər ayədə: " Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik . Lakin onun axirətdə heç bir payı olmaz. " 14
Və digər ayədə " Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və insanları Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir . 15
İxlasın və muxlislərin təriflənməsi
Allah təalə muxlis olanları Qurani Kərimdə tərifləyərək belə buyurmuşdur: “Biz sizi (kasıbları) yalnız Allah rizası üçün yedizdirib doyuzdururuq. Və bunun müqabilində sizdən heç bir qarşılıq istəmirik və heç bir təşəkkür gözləmirik .” "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik."Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz "Allah təalə bəla və müsibətlər səbəbi ilə möminləri üstün tutub, ucaldıb onlara dərs vermək üçün, Uhud döyüşü ilə böyük bir imtahana çəkmişdir. Bu dərs onlara canları və qanları bahasına nail olmuşdur. " Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi . Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi . " 16
" Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüdrətlidir, Müdrikdir. "17
Əməllərin niyyətlərə görə giymətləndiriləcəyi barəsində Peyğəmbər (s.a.s)dən nəql olunan ən önəmli hədis budur: " Əməllər niyyətlərə görədir . Hər kəsə etdiyi əməlin niyyətinə görə qarşılıq vardır. 18 Peyğəmbər (s.a.s) in bu hədisi Namaz, oruc, cihad, həcc, sədəqə və sairə digər ibadətlərin qəbul olunması üçun əsas rol oynamışdır . Peyğəmbər (s.a.s) digər hədisdə belə buyurmuşdur "Allah yolunda bir qənimət əldə etmək istəyən kimsəyə ancaq niyyət etdiyi şey veriləcəkdir.19
Və həmçinin Peyğəmbər (s.a.s) insanların niyyətlərinə görə diriləcəklərini vurğulayaraq belə demişdir : “ İnsanlar niyyətlərinə görə diriləcəklər”.20
İxlasın nə qədər mühüm olması.
12 Hud, 11/15-1613 İsra, 17/1814 Şura, 42/2015 Ənfal, 8/4716 Əli İmran, 15217 Enfal, 8/6718 Buxari, Bed ul Vəhy, 1; 19 20 İbn Macə, Kitabuz Zuhd, 4229, El Elbani Bu hedisin Səhih olduğunu təsdiqləmişdir.
1) İslam axirət həyatında qurtuluşa qovuşmanın bir vəsitəsidir. 2) Qəlbin bu dünyada əmin-amanlıq və rahatçılıq tapmasının, dərd kədərin yox olmasının tək yoludur. Peyğəmbər (s.a.s) belə buyurmuşdur : " Allah təalə niyyəti və məqsədi ancaq axirət olan və başqa bir şeylə maraqlanmayan bir kimsənin qəlbini zənginləşdirib və işlərini asanlaşdırar. Dünya bu kimi insanların arxasından gələr. Amma tək niyyəti və məqsədi dünya olan və dünyadan başqa heç bir şey ilə maraqlanmayan bir kimsəni də hər zaman kasıbçılıq və sıxıntı içərisində edər. Və o insan dünyadan özünə düşən bir paydan başqa heçbir şey almaz.21
3) İxlas : ruzi , üstün mükafat və yaxşılıqlar əldə etmək üçün böyük bir qaynaqdır . Peyğəmbər (s.a.s) buyurur : " Allah rizasi üçün etdiyin hər bir yaxşılıq qarşılığında mükafalandırılırsan . Hətta zövcənin ağzına qoyduğun bir loxma belə mükafatsız qalmır.22
4) İxlas, insanın qiyamət günündə böyük bir əzabdan qurtarır. Peyğəmbər (s.a.s) qiyamət günü ilk olaraq cəhənnəmə atılacaq kimsələrin bu üç qrup olduğunu bizə xəbər verir : “ İnsanlara elm öyrədən, Allah yolunda cihad edən və Allah yolunda malını xərcləyən kimsələrdir. Bunlar əməllərində ixlas olmadığı üçün, yəni filankəs nə qədər əli açıqdır, və yaxud da nə qədər elmlidir, nə qədər şücaətlidir, güclüdür kimi və sairə, özlərinə riyakarlıq və şan-şöhrət gətirən nəfsani arzularının qurbanı oldular. Əbu Hureyra (r.a) Peyğəmbər (s.a.s) dən belə rəvayət edir ki, insanlar arasında ilk olaraq hesaba çəkilənlərdən biri də şəhiddir. O gün Allahın hüzuruna gətirilir və Allahın nemətləri ona xatırladılır . O da bu nemətləri etiraf edər. Şəhidə " Bu nemətlərin qarşılığında nə etdin ? " deyə soruşular . O da , " Ey rəbbim şəhid oluncaya qədər sənin yolunda doyüşdüm " deyə cavab verir . Allah ona : Yalan deyirsən . Sadəcə insanlar sənin haqqında " nə qədər cəsarətli biridir " desinlər deyə döyüşdün. Bu da sənə deyildi " Sonra mələklər onu cəhənnəmə üzü üstə sürükləyib atılması əmr edilər və onu cəhənnəmə atarlar. Sonra isə insanlara elm öyrədən alim Allahın hüzuruna gətirilər . Allah ona verdiyi nemətləri xatırladar və o da onları etiraf edər. Və ondan soruşular : “ bu nemətlərin qarşılığında nə etdin ? ” O da “ Elm öyrəndim və onu başqalarına öyrətdim. Sənin adını uca tutmaq üçün Quran oxudum ” deyə cavab verər . Allah ona “ Yalan deyirsən. Sən ancaq insanlar sənə Alimdir desinlar deyə, Quran Hafizidir desinlər deyə öyrəndin və öyrətdin. Və bu da sənə deyildi. Və mələklərə onu cəhənnəmə üzüqoylu sürüyüb atılması əmr olunar və onu cəhənnəmə atarlar . Və sonra Allahın ona mal dövlət verdiyi və Allah yolunda sədəqə edən kimsə Allahın hüzuruna gətirilir. Və Allahın nemətləri ona xatırladılır o da o nemətləri etiraf edər və Allah təalə ona : " bu nemətlərin qarşılığında nə etdin ? " deyə soruşduğunda, o da " Ehtiyacı olan yer və insan buraxmadım, hər yerə hər kəsə sədəqə etdim " deyə cavab verir . Allah təalə ona belə deyər yalan deyirsən sən ancaq insanlar sənə : " Bu insan nə qədər də əliaçıqdır " demələri üçün bunu etdin və bunuda sənə dedilər . Və mələklərə onu cəhənnəmə üzüqoylu sürüyüb atılması əmr olunar və onu cəhənnəmə atarlar.23
Əbu Hureyra (r.a) bu hədisi hər dəfə nəql edəndə, hər dəfə danışanda qəlbində hiss etdiyi sıxıntıdan dolayı özündən gedərdi. Bir müddət sonra özünə gələr və əl üzünü soyuq su ilə yuyardı. Əbu Hureyra (r.a) Peyğəmbər (s.a.s) in bu üç kimsənin kimlər olduğunu bu şəkildə rəvayət etmişdir : "Ey Əbu Hureyra ! Bu üç insan qiyamət günü
21 Tirmizi, Sifətul Qiyamə, 2465, İbn Macə, Zuhd, 4105, El Elbani Bu hedisin Səhih olduğunu təsdiqləmişdir.22 Buxari, İman, 56, Muslim, Vəsiyyət, 162823 Muslim, İmarət, 1905, Əhməd b. Hənbəl, Musnəd, 8078, Tirmizi, 2382, Nəsai, 3138.
cəhənnəm odunun onlarla ilk alovlanacağı ilk kimsələrdir . " Qiyamət günündə cəhənnəm odu qatillərlə, zinakarlarla, oğrularla , livatçılarla, içki içənlərlə deyil, ixlassızca Quran oxuyanlarla, sədəqə verənlərlə və cihad edənlərlə alovlandırılacaq . Həmçinin elm tələb etmək mövzusunda da insanın ixlasdan yoxsul olması çox təhlükəli bir haldır. Necə ki, Peyğəmbər (s.a.s) buyurur : " Hər kim Allah rizası üçün öyrənilməsi lazım olan bir elmi dünya nemətlərini əldə etmək üçün öyrənərsə , qiyamət günü Cənnətin iyini belə almaz.24 Başqa bir hədisdə isə peyğəmbər (s.a.s) belə buyurmuşdur: " Kim elmi cahil kimsələrlə münaqişə etmək üçün və alimlərə dil uzatmaq üçün, və yaxud da insanların diqqətini öz üzərinə çəkmək üçün öyrənərsə o insan cəhənnəmdədir.25 Qiyamət günündə təkəbbürlənərək başqalarına özlərini göstərmək məqsədi ilə əməl edən bir qrup insana belə deyiləcək : " gedin savabınızı onlanlardan alın , görün onlar sizə etdiyiniz yaxşılıqların əvəzini verə biləcəklərmi ? "26 Qiyamət günü ixlas insanı pis vəziyyətə düşməkdən qoruyacaq. Daha açıq desək ixlas insanın mükafatlardan təmamilə məhrum olmasına və yaxud əskik olmasına mane olacaq. Bunun üçün Peyğəmbər (s.a.s) ondan bu barədə sual soruşan insana görün necə cavab verir : " Ey Allahın Rəsulu ! Həm savab həm də şöhrət məqsədi ilə vuruşan bir kimsənin qazancı nədir ? " Allah Rəsulu (s.a.s) üç dəfə heç bir şey Allah Rəsulu (s.a.s) : " Üç kərə - heç bir şey " deyərək sözünə belə davam etdi : " Allah təalə öz rizası üçün edilməyən heç bir əməli qəbul etməz " 27 İbni Mikraz Əbu Hureyra (r.a) dan rəvayət edir ki : " Bir adam , Peyğəmbər (s.a.s) yanına gələrək "Ey Allahın Peyğəmbəri! Allah yolunda cihada niyyət etdiyi halda bir də Allahdan dünyadan nəsə istəyən kimsənin halı nə olar? " deyə soruşdu .Peyğəmbər (s.a.s) ona belə cavab verdi : " Ona heç bir savab yoxdur " Orada olan səhabələr adama israr edərək eyni sualı təkrar soruşmasını istədilər. Adam eyni sualı üç dəfə təkrar etdi , Peyğəmbər (s.a.s) də hər dəfə ona eyni cavabı verərək belə buyurdu : " Ona heç bir savab yoxdur "28
Peyğəmbər (s.a.s) Allah təalənin bir qüdsi hədisdə belə dediyini nəql edir : " Mən şirk mövzusunda ucayam, pakam, nöqsanlardan uzağam şirk məndən uzaqdır. Kim bir əməl edər və o əməldə mənə şərik qoşarsa onu mənə şərik qoşduğu şəriki ilə baş-başa buraxaram . 29
İxlasın dünya və axirət həyatımızdaki izləri
1. İxlas qəlb əməllərinin əsasını təşkil etməkdədir İxlasın faydalarından biri də kiçik əməllərin ucaldılmasıdır. Elə kiçik yaxşılıqlar var
ki, insanın ixlasına görə dağlar qədər ucala bilər. Digər tərəfdən də elə böyük əməllər
var ki, ixlasın zəif olması o əməli kiçildər və yaxud da təmamilə yox edər və Allah
qatında elə böyük əməllər vardır ki, onlar tərəziyə qoyulanda toza döndərilir və heçə
24 Əhməd ibn Hənbəl 8252 Əbu Davud elm,3664, Şeyx Albani hədisi səhihləşdirmişdirBu hədisdə keçən " cənnətin iyini belə almaz ifadəsi " İnsanın cənnətdən heç bir payının olmayacağına dair bir mübalağa (şişdirmək) mənasindadir. Çünki bir şeyin iyini almayan,hiss etməyən insan o şeyin özünü necə əldə edə bilər,yani o insanin cənnətə girməyəcəyinə dair bir dəlildir25 Tirmizi , elm, 2655 , İbn Macə , Müqəddimə, 25326 Əhməd b. Hənbəl, 23119, Şeyx Albani hədisi səhihləşdirmişdir 27 Nəsai Cihad 3140 , Şeyx Albani hədisi Həsənləşdirmişdir28 Abu Davud , Cihad 2516 ,Şeyx Albani hədisi Həsənləşdirmişdir29 Muslim , Zühid 2985
hesab olunur. Allah təalə Qurani Kərimdə buyurur : " Biz onların etdikləri əməllərə
baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik . " 30
İbni Mubarak belə buyurur : " Niyyətin xalis olub olmaması bir çox kiçik
əməlləri boyütdüyü kimi , bir çox böyük əməlləri də kiçildib məhv etmişdir . " 31
Hər şeydən öncə ixlas insanın nəfsini şeytanın vəs-vəsələrindən qoruyar. Bu
baxımdan insan güclü bir qala kimidir. Məs. bunun üçün şeytan, qulları doğru yoldan
azdıracağını ərz edərkən Allah təaləyə belə demişdir : " İblis dedi: "Ey Rəbbim! Sən
məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib
onların hamısını azdıracağam.
40. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa".
41. Allah dedi: "Bu, Mənə tərəf gətirib çıxaran (yəni ixlas) düz yoldur.
42. Şübhəsiz ki (ixlaslı), qullarımın üzərində sənin heç bir hökmün yoxdur. Yalnız
sənə uyan azğınlardan başqa " .32 Deməli şeytan ixlaslı qullara qalib gələ bilməz .
Məruf Əl Kərhi öz nəfsinə belə deyərdi : " Ey nəfsim ! İxlaslı ol ki, azadlığa və
qurtuluşa yetişəsən . "
3. Hər işə ixlasdan bəhs edərək başlamaq sələfin ən önəmli bir yoludur .
İnsan hər işə başlarkən ən birinci fikirləşdiyi şey ixlas olmalıdir. Çünki bu sələfin
yoludur. Onlar yazdıqları bütün əsərlərin əvvəlində bu məsələyə toxunmuşlar. Misal
olaraq İmam Buxari öz kitabını " Əməllər niyyətə görədir " hədisi ilə başlamışdır .
AbdurRahmən Əl Mehdi bu barədə belə deyir : " Hər hansi bir mövzuda kitab yazmaq
istəyən kimsə əməllər niyyətlərə görədir hədisi ilə başlamalıdır . "
4. İxlas yaşadığımız problemlərin həlli üçün, düşdüyümüz çətinliklərdən çıxış yolu
tapmaq üçün olduqca önəmli mahiyət kəsb edir. Çünki bir çox insan daxili problemlər
yaşamaqdadır . Hətta bir çox dəvətçi və elm tələbələri belə bu daxili problemlərdən
əziyyət çəkir . Onlar , Allahın rəhmətindən ümid kəsməmələrinə rağmən həll edə
bilmədikləri bəzi reallıqlar səbəbi ilə bərəkət və nailiyyətdən məhrum qaldıqları bir
qrup çətinlik və problemlərlə üz-üzədirlər . İslam dini isə ancaq ixlaslı mücahid
əskərlərinin çalışmaları ilə aktiv qala bilər və ixlaslı elm tələbələrinin vasitəsi ilə
yayıla bilər. İxlas yaşadığımız ağır şərtlərdən qurtarmaq üçün çox önəmli bir vasitədir
. İxlaslı mücahidlər xaricində islam dinini kim zirvəyə ucalda bilər ? O halda ixlas
günümüzdə yaşadığımız sıxıntılardan qurtulmamızın tək çarəsidir. Çünki islam
30 Furqan 25/2331 Əz-Zəhəbi , Siyəru , Aləmin-Nubələ 8/300 32 Hicr 15/40
ümməti hal hazırda böyük bir geriləmə məğlubiyyət yaşamaqdadır. Qərb və Şərqdən
bir çox düşmənin təhdidi altındadır. Yaxşı, bəs bu təhdidlərin səbəbi nədir ? Bunun
bir çox səbəbi vardır. Və bu səbəblərdən ən önəmlisi də müsəlmanların qəlblərində
boşluğun və yaxud da ixlasın olduqca azalmış və hardaysa təmamilə yox olmaq
dərəcəsinə çatmasıdır. Əgər yetərincə ixlaslı olsaydıq halımız belə olmazdır .
Digər tərəfdən yaxşı düşünülüb daşınılmadan həyata keçirilən dəvət xarakterli
layihələr uğursuzluqlarla nəticələnmişdir. Bir çox dəvət sahələri riya cəngəlliyinin
kirinə bulaşmışdır. İçərisində minlərcə insanı tutan sıxlıqdan ibarət olan bir çox islami
hərəkətlər ixlasdan yoxsul olduqları üçün yerlə bir olub məhv olmuşdur. Sonda
liderlik sevdası, şan-şöhrət və mal toplamaq hərisliyi bütün dünyaya hakim olmuşdur.
5. İxlas, əməllərin qəbul olunması üçün ən önəmli iki şərtdən biridir. Ümumən bir
əməl ixlasla və islah xarakteri daşıyaraq həyata keçirilərsə nəticə sağlam və bərəkətli
olur.
6. Alimlər insanları ixlasa öyrətmək üçün fədakarlıq göstərməlidirlər. Böyük
alimlərdən olan İbni Əbu Cəmra belə demişdir : " Fəqihlərin arasında insanlara,
elədikləri əməllərinin nə niyyətlə etdiklərini öyrətməkdən və insanlara niyyətin və
ixlasın çox önəmli olmasi haqda dərslər verməkdən başqa vəzifəsi olmayan, həyatını
buna sərf edən alimlərin çox olmasını istəyərdim. Çünki insanların başına gələn bütün
problemlər, sıxıntılar, bəlalar ixlasın çatışmamazlığından və yaxud da yoxluğundan
qaynaqlanmaqdadır.
Müsəlmanların istər fərdi həyatlarında istər cəmiyyət içərisində istərsə də dəvət
hərəkatlarında yaşadıqları xaos və başarısızlıqları, ixlasın naqisliyindən
qaynaqlanmaqdadır. Kaş ki, bu məsələni insanlara öyrədəcək, işini gücünü atıb,
xüsusən bu işlə məşğul olacaq, insanlara ibadətlərində və əməllərində onlara yol
göstərəcək alimlər olsaydı .
7. İxlasın önəmli faydalarından biri də sayılan bəzi əməllərin böyük savab qaynağına
çevrilməsidir . Məsələn: Müsəlman olan bir kimsə, Allah Rəsuluna (s.a.s) ə tabe
olmaq, Allahın evləri sayılan məscidlərə ehtiram göstərmək, insanları və mələkləri pis
qoxularla rahatsız etməmək və dəvətə insanların marağını cəlb etmək məqsədi ilə
cümə günü məscidə getmədən və sairə insan topluluğuna daxil olmadan öncə, gözəl
ətir sürtərsə bunun üçün ona savab yazılar. Sələflər belə deyir : " Etdiyim hər işdə
yemək yeməkdə, su içməkdə, hətda ayaq yoluna getməkdə xalis niyyətimin olmağını
çox istərdim .
İnsanın dinini düşünərək bəlli bir niyyətlə etdiyi hər bir mübah əməl Allaha
yaxınlaşmaq məqsədi ilə edilən əməllər çərçivəsində dəyərləndirilir. Çünki bədənin
sağlamlığını qorumaq, mühüm vəzifələr üçün qəlbi hazır vəziyyətə gətirmək
məqsədi ilə edilən şeylər dində əmr olunan əməllərdir.
İbadət üçün güc və qüvvət qazanma məqsədi ilə yemək yeməyin mukafatı vardır.
Öz nəfsini pisliklərdən qorumaq, Allaha qulluq edən bir nəsil yetişdirmək məqsədi ilə
evlənməkdə böyük mükafat vardır .
Müsəlman bacı və qardaşlarımız! Bu mübah əməllərin insana qazandıracağı
savabı və mükafatı nəzərlərimizdə kiçiltməmək lazımdır. Kim bilir bəlkə də qiyamət
günü səni qurtaracaq olan bu mübahlar olacaq.
Fəqihlərə görə niyyət; ibadətləri adətlərdən və yaxud da ibadətlərin bəzisini
digərindən ayirmaq üçün çox mühümdür. İbadətdə ki məqsəd də əməlin Allah rizasını
qazanmaq üçün edilməsidir.33
İxlas və niyyətdən qəsdimiz, zahirən eyni olan normal yuyunmaqla, qüslu və
yaxud da günorta namazı ilə əsr namazını bir-birindən ayıran niyyət deyildir.Bu cür
əməllərin zahiri eynidir, niyyətlərinə görə bir-birindən fərqlənir.Yenə burada
niyyətdən qəsd etdiyimiz ibadətləri adətlərdən və yaxud da ibadətləri bir-birindən
fərqləndirən niyyət deyildir. Burada niyyətdən qəsdimiz edilən ibadətin yalniz Allah
rizası üçün edilməsidir. Əməlin zahirinin hansı şəkildə edilməsi deyil, yalnız Allaj
rizası üçün edilməsidir.
8. İxlas gəlbin rahatçılıq tapmasının və əməllərin qəbul olunmasının
səbəblərindəndir.
İxlas insanın gəlbini kin və küdurətdən təmizləyər və əməllərin qəbul olunmasına bir
səbəb olar.Çünku Peygəmbər (s.a.s) buyurur: " Allah təalə ancaq xalis bir niyyətlə
edilən və özünün razı qaldiğı əməlləri qəbul edər.34
9. İxlas böyük günahların bağışlanmasi üçün bir səbəb sayılır. Şeyx Ul İslam İbn
Teymiyə belə buyurur: " İnsanın ixlasla etdiyi bir əməl qazandığı bir çox böyük
günahları yox etmək üçün yetərlidir. Böyük günah sahibləri hamısı kəlmeyi şəhədət
gətirirlər.Ancaq bu kəliməni ixlasli bir şəkildə demək insanın bütün günahlarını yox
olmasına səbəb olur. Hədislərdə keçdiyi kimi sırf susamiş bir itə su içirtdiyi üçün
zinakar bir qadını Allah təalə bağışlamişır. Həmçinin insanlara əziyyət olmasın deyə
yoldaki bir maniyəni qaldıran bir kimsəni də Allah təalə bağışlamışdır.35
33 İbni Rəcəb Əl-Hənbəli, Cami ul-Ulum Vəl-Hikəm, 8534 Nəsai Cihad 3140 ,İbni Həcər hədisi səhihləşdirmişdir.35 Minhəcus-Sünnə 6/218
Yola düşən bir ağac qolunu yoldan uzaqlaşdırmaq... Necə olur ki bu gədər kiçik
bir əməl insanın günahlarının bağışlanmasına bir səbəb olsun? Deməli belə bir şey
ancaq əməlin içində ki ixlas səbəbi ilədir. Həmçinin zinakar bir qadının da sadəcə bir
itə su verdiyi üçün gunahlarının bağışlanması bu gəbildəndir.
İnsanların çox azında meydana gələ bilməcək bir hal, zinakar qadinda və yoldaki
maniəni qaldiran insanda meydana gəlmişdir. Əgər bizlər gunlük həyat tərzimizdə
mübah bir çox işlar ediriksə və əməlləri savaba çevirrmək üçün ixlas çox önəmlidir.
Bizim etdiklarimizi hər kəs edir. Yemək yeməyən,su içməyən, evlənməyən, gözəl
paltarıar geyinməyən, gözəl ətir sürtməyən heçbir kimsə yoxdur. Hamı bu əməlləri
hər gün təkrar-təkrar edir. Niyyətimizi düzəldəriksə hər gün istər istəməz etdiyimiz bu
əməllərə görə bizi mükafat gözləyir.
10. Həmçinin sixintıları dəf etmənin yolu ixlasda keçməkdədir. Peyğəmbər (s.a.s)
buyurur: "Üç insan mağarada ikən böyük bir daş mağaranın ağzını bağlayır". Və
sonnuda Allah Təalə elədikləri əməllrin ixlası səbəbi ilə onları oradan qurtarmışdır.
Onlardan biri Allah rizası üçün ana və atasına gecə və gündüz qulluq edən, ikincisi
özünə halal olmayan bir qadına ixlaslı davranaraq yaxınlaşmayaraq, üçüncüsü isə
işçinin haqqını yeməyən idi. Onlardan hər biri yalnız Allah üçün etdikləri əməli
dillərinə gətirərək,əməllərini vəsilə tutaraq belə dua edirdilər: " Allahim! Əgər bütün
bunlarla sənin razılığını qazana bildiksə bizi bu çətin vəziyyətdən çixart. " Və beləcə
onlar mağaradan xilas olmuşdur.
İxlas gurtuluşun gəmisidir. Onun sahəsində bütütn sıxıntılar yox olur və hətta
insanın düçar olduğu bir çox vəsvəsələr də yox olub gedir. İnsan bunun nəticəsində
hikmətlə mükafatlandırılır. İxlaslı olan bir insanın həqiqətləri tapmaması və onları
əldə etməməsi mümkün deyil.
Allah təalə buyurur: " Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla
nahaqqı ayırd etmə bacarığı verər. "36 Peyğəmbər (s.a.s) belə dua edərdi: " Allahim!
Həqiqət baximindan ixlafli olan məsələlərdəmənə hidayət ver.37
11. İxlas insanın qədr-qiymətini Allahın yaninda ucaldır. Bir əməl payına düşən
savab ancaq ixlas sayəsində hasil ola bilər. İnsan bəzən həyata keçirə bilmədiyi aciz
qaldiği bəzi əməllərə görə əzəmətli bir şəkildə mükafatlandırılır. İnsan yatağında ölsə
belə ixlasın sayəsində şəhidlərin və mücahidlərin mərərtəbəsinə çatır. Allah təalə
Quranul Kərim də buyurur: " Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə:
36 Ənfal, 8/29 37 Müslim, Salatul-Müsafirin, 770
"Sizin üçün minik tapa bilmirəm"– dediyin zaman cihad üçün xərcləməyə bir şey
tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də heç bir
günahı yoxdur. " 38
Peyğəmbər (s.a.s) belə buyurmuşdur: " Mədinədə qalan elə insanlar var ki
girdiyimiz hər məhəllə, keçdiyimiz hər yolda bizimlə bərabər oldular. " 39 Və digər
rəvayət də onlarda sizin savab qaandiginiz gədər savab qazandılar.40
12. İxlas savabın hasil olmasının səbəblərindəndir.
Müşdəhid, Fəqih və ya alim olan bir insan əziyyət çəkib verdiyi hökümlərdə
xəta etsə belə ixlasla çəkdiyi əziyyətə görə mükafatlandırılır. Yox əgər bu əziyyəti ilə
yanaşı həm də doğru və düzgün hökm verməyə müvəffəq olarsa onu həm əziyyətinin
həm də doğru görüşü tapıb çıxartmağının savabı yazılır. Yəni ona iki savab yazılır.
13. İxlas fitnələrdən qorunmaq üçün bir qalxandır. İnsan ancaq ixlasla fitnələrdən
qurtula bilir. İxlas insanın şəhvani qərarlarının qarşısını bir balta kimi kəsər.
Fasiqlərin hiylələrinə qurban qetməyə bir əngəl olar. Necə kiç Allah Təalə Hz. Yusif
Əleysalami Zuleyxanın hiylə və fitnəsindən qurtarmışdır və Yusif (ə.h) fasiqlik
çirkabına batmamışdır. Necə ki Allah Təalə buyurur: " And olsun kiç qadın ona meyl
etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz
pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş
qullarımızdandır. " 41
Edilən bir yaxşılıq qarşılığında insana yeddi yüzə qədər ucala bilən bir
mükafatın verilməsi ixlas sayəsindədir. Həmçinin belə insanları Allah Təalə dünyada
və axirətdə ikən də sabit edər.
14. İxlasın ibadətdəki səmərələri.
Peyğəmbər (s.a.s) buyurur: " Qul nə zaman ixlaslı bir şəkildə Lə İlahə İlAllah
deyərsə dünya səmasının qapıları onun üçün açılar və o insanın böyük günahlar da
daxil olmaqla bütün gunahlardan cəkinməkdə olduğu Allaha çatdırılır. " 42
Peyğəmbər (s.a.s) digər hədisdə belə buyurur: " Allah Təalə ona səcdə edən
qulun dərəcələrini səcdə etdikcə yüksəldər və günahları bagışlayar. 43 Və digər
hədisdə Peyğəmbər (s.a.s) belə buyurur: " Kim inanaraq və elədiyi əməllərin
38 Tövbə, 9/92.39 Buxari, Cihad, 283940 Müslim, İmarət, 191141 Yusif, 12/2442 Tirmizi, Dəəvət, 359043 Əhməd bin Hənbəl , Müsnəd, 21865; Müslim, Salat, 486; Nəsai, Sünən , 1139; Ibn Macə, Sünən, 1423.
qarşılığını Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş bütün günahları
bağışlanar. 44
Başqa bir hədisdə isə Peyğəmbər (s.a.s) belə buyurur: " Kim Allah yolunda bir
gün oruc tutarsa Allah onun və cəhənnəmin arasın yetmiş il uzaqlaşdırar.45
Və digər həsdisdə kim Ramazan ayını gecə ibadətdə keçirərsə, keçmiş günahları
bağışlanar deyə burulmaqdadır. 46
15. Allah üçün sevmək, sədəqə və haramı tərk etmək mövzusunda ixlas: Allah
Rəsulu (s.a.s) bele buyurur: Yeddi qrup insan vardır ki, Allah Təalə, onları heçbir
kölgənin olmadığı qiyamət günündə öz ərşinin kölgəsində kölgələndirir: 1. Ədalətli
imam; 2.Allaha ibadət içində yetişən gənc; 3. Məsciddən çıxdıqdan sonra yenə
Məscidə qayıtmaq istəyən kimsə; 4. Allah yolunda bir-birilərini sevən, Allah rizası
üçün bir araya gəlib, Allah rizası üçün ayrılan iki bəndə; 5. Gözəl və varlı, şan-
şöhrətli bir qadın tərəfindən zinaya çağırıldığı zaman: “Mən Allahdan qorxuram”
deyən kimsə; 6. Sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kimsə; 7. Allahi tək
başına zikr edərkən göz yaşı axıdan kimsə.” 47
16. Məscidlərə gedərkən göstərilməsi lazım olan ixlas: Allah Rəsulu (s.a.s) belə
buyurur: “Kişinin camaatla qıldığı namazın savabı evində və iş yerində qıldığı
namazdan iyirmi beş dəfə ustündür (çoxdur). Belə ki; Gözəl dəstəmaz aldıqdan sonra,
yalnız namaz qılmaq niyyəti ilə, evindən çıxıb məscidə gedən insana, hər atdığı sağ
addıma savab, sol addıma isə günahları bağışlanar. Namaz qıldıqdan sonra məsciddə
və yaxud da namazgahda olduğu müddətcə mələklər ona rəhmət oxumağa davam
edərlər.” 48
17. Şəhadəti tələb etmə mövzusunda ixlas: Allah Rəsulu (s.a.s) belə buyurur:
“Kim sidq ürəkdən Allahdan şəhid olmağı istəyərsə, yatağında ölsə belə, Allah onu
şəhidlərin dərəcəsinə yüksəldər (çatdırar).” 49
18. Cənazəni təqib edərkən göstərilməsi gərək olan ixlas: Allah Rəsulu (s.a.s)
belə buyurur: “Kim bir Müsəlman qardaşının cənazəsini inanaraq və mükafatını
Allahdan gözləyərək təqib edərsə və namazı qılıncaya və dəfn edilincəyə qədər
cənazə ilə birlikdə qalarsa, hər biri Uhud dağı qədər (boyda) savabla geri dönər; ancaq
cənazə namazını qılar və cənazə dəfn edilmədən geri dönərsə bir savab ilə geri 44 Buxari İman, 38; Müslim Saalətul- Musafirin. 45 Buxari Cihad, 28840 ; Müslim Siyam 1153.46 Buxari İman 37; Muslim Salat Ul Musafirin.47 Buxari, Əzan 36, Zəkat 16, Rikak 24, Hüdud 19; Müslim, Zəkat, 103.48 Buxari, Əzan, 36, Müslim, Məsacid, 649;49 Müslim, İmarət, 1909.
dönər.” 50
19. Tövbə mövzusunda ixlas: Allah Təalə, ixlas sayəsində yüz nəfəri öldürən bir
insanı bağışlamış və o insan, rəhmət mələkləri tərəfindən cənnətə qəbul edilmişdir:
Əbu Səid əl-Hudridən nəql edilən bir rəvaətə görə Allah Rəsulu (s.a.s) belə buyuyur:
“Sizdən öncə yaşayanlar arasında yüz nəfəri öldürən bir adam vardır. Bu adam bir
müddət yer üzünün ən bilikli insanını axtarmağa başladı. Və nəhayət ona bir Rahib
göstərdilər. Və bu insan Rahibin yanına gedərək doxsan doqquz insanı öldürdüyünü
bildirərək bu əməldən peşiman olduğu üçün tövbə etmək istədiyini ərz etdi. Rahib də
əsəbləşərək: "Xeyr! Sənə tövbə yoxdur. Sən cəhənnəmliksən" deyərək qışqırıb
bağırdı. Adam əsəbləşərək onu da vurub öldürdü. Və nəticədə yüz insanı öldürmüş
oldu.
Adam yer üzərində ən bilikli kimsəni axtarmağa davam etdi. Ona alim bir şəxs
göstərdilər. Onun yanına gəlib yüz insan öldürdüyünü, özü üçün bir tövbə imkanı olub
olmamasını soruşdu. Alim: “Bəli, vardır, səni tovbə etməkdən kim çəkindirə bilər?
Ancaq, filan məmləkətə get və orada Allaha ibadət et və heç zaman öz yurduna
qayıtma. Çünki sənin olduğun yer pis bir yerdir (Tövbəni qoruyub saxlaya
bilməzsən)” dedi.
Bu nəsihətdən sonra adam yola çıxdı. Yolla gedərkən, tam yarı yolda ölüm
mələyi gəlib ruhunu aldı. Rəhmət və əzab mələkləri ixtilafa düşdülər. Rəhmət
mələkləri, “ Bu adam tövbəkar olaraq gəldi. Qəlbini Allaha yönəltmişdi,” dedilər.
Əzab mələkləri də, “Yaxşı amma, bu insan heçbir saleh əməli yoxdur.” dedilər.
Mələklər öz aralarında bu mövzuyla bağlı mubahisə edərkən insan cildində başqa
bir mələk, (onların) yanlarına gəldi. Mələklər onu öz aralarında hakim təyin etdilər.
Hakim olan mələk digər mələklərə belə dedi: “Onun çıxdığı yerlə, getməkdə olduğu
yer arasını ölçün, hansı tərəfə daha yaxın olarsa onu o tərəfə təslim edin” dedi.
Ölçdülər ve gördülər ki, getməyi arzu elədiyi (yaxşılar diyarına) bir qarış daha
yaxındır. Əzab mələkləri ondan əlini çəkərək, onu dərhal rəhmət mələklərinə təslim
etdilər.” 51
20. İnsan, bəzən öz nəfsində niyyət etdiyi bəzi yaxşı əməlləri, dilinə gətirdiyi
üçün savab alır. Məsələn: "Əgər malım olsaydı, filan kəsin etdiyi kimi edərdim”
deyən şəxs, sırf bu sözlərə görə savab qazanır. Allah Rəsulu (s.a.s) belə buyurur: “
Dünya dörd adam üçündür:
50 Buxari, İman, 47; Müslim, Cənaiz, 945.51 Hədisu’l-Ənbiya, 3470; Müslim, Tövbə, 2766; Hədisin bu kəlməsi Müslimə aiddir.
1) "Elə qul vardır ki, Allah Təalə , ona mal və elm vermişdir: Və bu insan
Allahdan qorxduğu halda öz malından və elmindən istifadə edərək Allaha qulluq edir,
qohumluq əlaqələrini birləşdirir və sairə yaxşı əməllər edir. Bu şəxs ən fəzilətli bir
mövqedədir.
2) Bir qul da vardir ki, Allah ona elm vermiş, fəqət mal verməmişdir. Amma
yaxşı niyyətlər: “Malım olsaydı, onu filan şəxs kimi xeyirə xərcləyərdim” etdiyinə
görə mükafatlandırılıb və bu işi yerinə yetirmiş kimi savaba nail olar, ikisi də eyni
şəkildə mükafatlandırılar.
3) Bir qul da vardır ki, Allah ona var-dövlət vermişdir, lakin elm verməmişdir.
Malını cahil kimi xərcləyər, var-dövlətin məsuliyyətinə görə Rəbbindən qorxmaz.
Xəsis və cahil olduğu üçün, qohumluq əlaqələrini birləşdirməz, malında Allahın da
haqqı olduğunu heç düşünməz. Və bu şəxs, ən aşağı mərtəbədədir.
4) Bir qul da daha vardır ki, Allah ona nə elm, nə də var-dövlət vermişdir,
amma: “Əgər malım olsaydı filan kimsənin etdiklərin edərdim” kimi arzularla
yaşayır.
Bu qul da niyyətinə görə Allahdan qarşılıq görür. Və həmçinin onun tərsi də
belədir. Əgər bir qul günah etməyə əzm edərsə, acizliyi və kasıbçılığı səbəbindən bu
günahı həyata keçirə bilməzsə ona əzm etdiyinə görə günah yazılar.” 52
İxlaslı insanların həyatından parçalar
Allaha şükürlər olsun ki, İslam tarixində bir çox ixlaslı insanlar gəlib keçmişdir.
Onların həyat hekayələri özlərindən sonrakılar üçün bir yol göstərən işıq və həyat
nümunəsi olmuşdur. Bunların başında Peyğəmbərlər gəlir. Peyğəmbərlərin başında da
Peyğəmbərimiz Hz. Məhəmməd (s.a.s) gəlir.
Həmçinin Peyğəmbərlərin yaxın ətrafında və onların başında da sahib olduqları
ixlas sayəsində şəhərləri fəth edən və insanların Allahın dininə girmələrinə rəhbərlik
edən Səhabələr, sonra Tabeinlər, sonra da onlardan sonra gələnlər sıralanır.
1. Abdullah İbnü’l-Mübarək
Abdə bin Suleyman belə nəql edir: “Abdullah bin Mübarək’in qoşununda
52 Əhməd bin Hənbəl, Müsnəd, 18570; Tirmizi, Zuhd, 2325; İbn Macə, Zuhd, 4228, Tirmizi, bu hədisin “səhih” olduğunu söyləmişdir. Əl Albani bu hədisin “səhih” olduğunu ifadə etmişdir.
Bizans üstünə göndərilən bir orduda yer almışdıq. Düşmənlə üz-üzə gəldik. İki
ordu qarşı qarşıya gəldikdə, düşmən səfləri arasında biri ayağa qalxaraq tək bə tək
döyüş üçün qarşısına çıxmağa bir adam istədi. Onun qarşısına Müsəlman bir
döyüşcü çıxdı. Bir saat davam edən mübarizədən sonra Müsəlman döyüşcü
Bizanslı döyüşcünü öldürdü. Daha sonra Müsəlmanlara meydan oxuyan bir kişi
daha çıxdıqda, onun da üstünə hücüm edərək onu da öldürdü. Daha sonra üçüncüsü
də gəldi. Onuda qısa bir qarşıdurmadan sonra öldürdü. İnsanlar onun kim olduğunu
öyrənmək üçün ona yaxinlaşdılar. Amma o üzünü kip örtüb və özünü gizlədirdi.
Übəydə belə deyir: “Onun kim olduğunu öyrənəmək üçün irəliyə çıxanlardan biri
də mən idim. Başını örtməyə çalışdığı yerin bir ucunu çəkdim və ona baxdım. O,
Abdullah bin Mübarək idi.” İbn Mübarək üzünü açıb onu açığa çıxaran Əbu
Übeydəni qınayaraq belə dedi: “Ey Əbu Ömər! Məni ifşa edənlərdən biridə
sənsən.” 53
2. Həsən ul Bəsri və etdiklərinin gizləməsi
Həsən ul Bəsri belə deyir: “Bəzi insanlar Quranı başdan ayağa oxuyar, amma bunu
heç kəsə bəyan etməzlər. Bəziləri də yüksək səviyyədə fiqh oyrənər amma başqaları
bu haqda heç xəbər də tutmazlar. Bəziləri də qonaq yanında olduğu halda evinin bir
küncündə uzun müddət namaz qilar amma qonaqlar, onun namaz qıldığını heç
xəbərləri belə olmaz. Neçə insan gördüm; yer üzündəki bütün xeyirli əməlləri
edərlər amma heç kimsə onların etdiklərindənəsla xəbər tutmazlar.
Müsəlmanlar, çox dua etməklərinə baxmayaraq heç kim onların səsini belə
eşitməz. Onların Rəbbi ilə duaları pıçıltı şəklindədir. “Rəbbinizə yalvara-yalvara və
gizlicə dua edin...”54
3. Əli bin Bəkkar və bəzənməkdən qorxması Zahid bir şəxsiyyətə malik olan Əli bin Bəkkar əl-Basri belə deyir: “Bir kimsənin diqqətini çəkməkdənsə şeytanın diqqətini çəkməyi üstün tuturam. Çünki diqqətini çəkdiyim insana qarşı süni bir şəkildə davranmaqdan və beləcə Allahın gözündən düşməkdən qorxuram.” 55
Sələfilər, bəzilərinə qarşı xoş görünməkdən çox qorxardılar. Yəni, insan dostlarıyla ən gözəl əxlaqi şəkildə davrandığı halda, zövcəsinin və övladların yanına getdikdə onlara qarşı pis rəftar edir. Halbuki əxlaqi davranışlara ən laiq olan kimsə, insanın ailəsidir. Əmri bil Məruf edilməyə bu yolda əziyyətlərinə səbr 53Tarihi –Bağdad, 1/167.54 Əraf, 7/55.55 Əbu Nuəym əl İsbahani, Hilyətül Əvliyə, 8/260.
edilməyə ən laiq olan kimsə bu insanın ailəsidir. Elm öyrədilməyə ən çox vaxt ayrılacaq kimsə insanın ailəsidir və s. Bütün bunlara baxanda, ailədə səbirsiz davrandıqları halda çöldəkilərin xətalarına səbr edənlərin səbrini, ailəsi ilə pis rəftar edib çöldəkilərlə əxlaqlı davrananların əxlaqını, ailəsini ihmal edib başqalarına elm öyrədənlərin elmini Sələflər süni və ixlassız sayardılar. Çünki insana ən birinci ən mühüm olandan başlaması lazımdır. İnsan bu şəkildə doğru olmayan bir xarakter və şəxsiyyət biruzə vermişdir. Yəni olmadığı kimi görsənmişdir. 4. Əbu’l-Həsən əl-Kəttan və elmini açığa çıxartmaqdan qorxması
Əbu Faris, Əbu’l-Həsən əl-Kəttanın belə dediyini nəql edir: “Görmə və eşitmə qabiliyyətimi itirdim. Məncə səfərim əsnasında çox danışdığımı (və beləcə çox şey bildiyimi izhar etdiyim üçün) cəzalandırıldım.” Zəhəbi bu əlavəni etmişdir: “ Ağızdan çıxan sözün nə gədər məhsuliyyətli olduğunu dərk edənlər üçün, bu çox doğru bir ifadədir. Çünki onlar (yəni Sələfilər) doğru və ixlaslı olmaqlarına baxmayaraq çox vaxt danışmaqdan və bildiklərini nəql etməkdən qorxardılar.” 56 Əbu’l Həsən elmini yaydığı üçün cəzalandığını zənn edirdi. 5. Hişam Əd-Dəstivai və Hədis rəvaəti
Hişam Əd-Dəstivai belə deyir: “ Allaha and olsun ki, heç bir zaman sırf Allah rizası üçün hədis rəvaət etdiyimi deyə bilmərəm (Buna başqa hisslerin qarışmış olması məni narahat edir).” 57 Onlar insanların başda gedənləri və nümunələri olmaqlarına baxmayaraq, öz nəfslərini bu şəkildə ittiham etmişlər və bu ittihamlar onlara əsla zərər verməmişdir. Necə ki Ömər ibn Xəttab deyir: "Kimin niyyəti ixlaslı və xalis olarsa, insanlarla işlərində Allah ona kömək edər." 58
Kiçik günahı gözlərində harama gədər böyütmüş, mübah işləri çoxaltdiqlarında, dünyaya aldanmaqla özlərini ittiham etmiş, verilən fürsətləri dəyərləndirmədiklərində özlərini qafillər cərgəsinə salmış, Allahın əzabı ilə əlaqəli ayə və hədisləri eşitdiklərində gözləri yaşarmadığı anda, qəlblərinin daş olduğunu iddia etmişdilər. Necə ki Əbu Muleykə buyurur: "Yetmişdən çox Peyğəmbər (s.a.s) səhabələri ilə qarşılaşdım. Hər biri münafiqlərin sırasına düşməkdən qorxurdu.
6. Sahibu'n-Nəfaq (Tunel Sahibi)
İxlaslı insanlarda maraq doğuran ibrətamiz hekayələrdən biri də tunel sahibinin başına gələn bu hadisədir. Müsəlmanlar bir qalanı tutmaq üçün muhasirəyə almışdılar. Düşmənin səbirlə dirənməsi və müqavimət göstərməsi müsəlmanları çox çətin bir vəziyyətə salmışdır. Bu vaxt müsəlmanlardan biri kiçik bir tunel qazaraq, qalanın içinə divarın aıtından yol açmış və müsəlmanların içəri girməsini asanlaşdırmışdı. Və bu tunel səbəbi ilə müsəlmanlar düşmanı məğlubiyyətə uğramışdı. Bu adamın kim olduğu tam olaraq bilinmirdi. Ordunun baş sərkərdəsi Məsləmə bu əsgəri
56 Əz-Zəhəbi, Siyəru Aləmin-Nübələ, 15/464.57 Əz-Zəhəbi, Siyəru Aləmin-Nübələ, 7/152.58 Hinad ibn əs-Seriyy, Zühd, 2/436.
mükafalandırmaq üçün kim olduğunu oyrənməyə çalışırdı. O adamı tapa bilmədiyində Allaha dua etməyə başladı. Bir gecə onun qapısı döyüldü. Qapıdaki adam, bundan sonra onun kim olduğunu araşdirmamaq şərti ilə, özünü ona açıqlayacağına söz verdi. Məsləmə söz verdikdən sonra ona kim olduğunu bəyan etdi. Bu hadisədən sonra Məsləmə belə dua etməyə başladı: "Allahım məni gizli tunel sahibi ilə birlikdə hərş et ". Məsləmə onun böyuk ixlas sahibi olduğuna şahid olmuşdur. Həmçinin Sələfilər gizli bir əməl etdikdən sonra onun gizli qalmasına çox sevinərdilər və gizli bir şəkildə əməl etməyi açıq aydın şəkildə əməl etməkdən üstün tutardılar.
7. Allahı anaraq gizlində göz yaşı axitmaq
Həmməd ibn Zeyd belə rəvaət edir: " Eyyub əl-Ansari bir məclisdə hədis eşidəndə təsirlənər və göz yaşlarının axmasına baxmayaraq hər zaman bunu gizlətməyə çalışardı. Həsən ul Basri belə deyir: "Elə insanlar vardır ki, bir məclisdə oturarkən anidən gözləri dolar və bu hala mane olmağa çalışardı. Amma bunun qarşısı ala bilmədiyi təqdirdə ağlamağı qizlətmək üçün məclisi tərk edərdi.59
Tabeinlərdən olan Muhəmməd bin Vasi belə buyurur: " İyirmi il gecələri ağlayan bir insanın ixlasından onunla bir yastığa baş qoyan arvadının belə xəbəri olmamışdır. Gecələri Rəbbinə yalvarış və yaxarışını axitdığı göz yaşını əsla bəlli etməmişdir. 60 8) İmam Mavardi və kitab yazma hekayəsi
Kitab təlif etmək xüsusunda göstərdiyi ixlasa görə, son dərəcə gözəl bir hekayəsi vardır. Bu alim təvsir, fiqh və digər mövzularda bir çox əsər yazmasına baxmayaraq həyatda ikən əsərlərin heç birisini ortaya çıxartmamışdır. Və bu əsərləri heç kimsənin görməyəcəyi gizli bir yerdə gizlətməşdir. Ölüm anı yaxınlaşanda çox inandığı bir dosdunu yanına çağıraraq belə demişdir: " Filan yerə get, oradaki kitabların hamısı mənimdir, onları mən yazdım. Artıq canımı tapşırmaq üzərəyəm, əlimi tut. Əgər ölümüm əsnasında əlini sixaraq ruhumu təslim etsəm bil ki yazmış olduğum bu əsərlərin heç biri Allah qatında qəbul edilməmişdir. Belə olarsa kitabların hamısını bir yerə toplayıb gecə ikən Dəclə çayına at. Ruhumu təslim edərkən əlini sixmazsamsa bil ki bu yazdığım kitablar məndən qəbul edilmiş və arzu etdiyim xalis niyyətə çatmışam deməkdi " dosdu belə dedi: “Ölüm anı yaxınlaşdıqda əlini tutdum amma ruhunu təslim edərkən əlimi heç tutmadı. Ondan sonra kitabları üzə çıxartdım.61
Navardi bu qədər çox əsər yazmış olmasına rəğmən bu dünyada heç bir zaman tərif şan və şöhrət ifadələrinə muxatab olmamışdır. Onun yazdığı əsərlərə heç kimsə nə muqəddimə nə də tərifnamə yazmamışdır. 9) Edilən əməlləri ailə üzvlərindən belə gizli saxlamaq
Sələfilərdən bəziləri ana uşağını yatırtdığı kimi, arvadı yuxuya verər onun yatmasından tam əmin olduqdan sonra gecə namazı üçün gizlicə yanından ayrılardı. Davud bin Əbu Hind qırx ilə yaxın arvadından xəbərsiz oruc tutmuşdur. Günorta yeməyini hər gün evdən çıxarkən özü ilə bərabər aparar yolda onu miskinlərə verərdi.
59 Əhməd ibn Hənbəl, Zühd, 262.60 Əbu Nuəym əl-İsbahani, Hilyətul-Əvliyə, 2/347.61 Əbu Nuəym əl İsbahani, Hilyatul Əvliya, 2/347.
Axşam evinə geri dönəndə isə ailəsi ilə bərabər iftarını açardı. 62 10) Bədəvi və qənimətlər
Bədəvinin birisi Peyğəmbər (s.a.s) in hüzuruna gəlib ona iman edərək, tabe olduğunu elan etdi. Peyğəmbər (s.a.s) ilə bərabər hicrət etmək istəməyinə baxmayaraq Peyğəmbər (s.a.s) ona icazə vermədi və onu səhabələrindən bəzilərinə əmanət etdi. Peyğəmbər (s.a.s) Xeybər savaşında əldə edilən qənimətlərdən bu bədəvi üçün pay ayırmış və qənimət payını bədəvinin dostlarına əmanət olaraq təslim etmişdir. Çünki o zaman bədəvi dağda çobanlıqla məşqul idi. Axsam dağdan geri gəldiyində dostları ona payını verdilər. Ona verilən bu qənimətləri görüncə: " Bunlar nədir? " deyə soruşdu. "Peyğəmbər (s.a.s) sənə savaş qənimətlərindən ayırdığı paydır" dedilər. Bədəvi bu qəniməti alaraq Peyğəmbər (s.a.s) in yanına gəldi və " Ey Allahın Peyğəmbəri bunlar nədir? " deyə soruşdu. Peyğəmbər (s.a.s) " Savaşda əldə edilən qənimətlərdən sənin üçün ayırdığım paydır " deyə cavab verdi. Bədəvi " Çox gözəl amma mən bunlar üçün sənə tabe olmadım (boğazını işarə edərək) burandan vurularaq şəhid olmaq və bu səbəblə də cənnətə girmək üçün sənə tabe oldum" dedi. Peyğəmbər (s.a.s) " Əgər Allaha qarşı səmimi olarsansa o da sənə qarşı səmimi olar" dedi. Bir müddət keçdikdən sonra müsəlmanlarla kafilər arasında bir döyüş baş verdi. Və həmin bədəvi fədakarlıqla vuruşarkən boğazına batan oxla şəhid oldu. O bu halda ikən onu Peyğəmbər (s.a.s) hüzuruna gətirdilər. Peyğımbər (s.a.s) soruşdu " Bu omu? " bəli dedilər. Peyğəmbər (s.a.s) buyurdu: "O Allaha qarşı səmimi davrandı Allah da onun istədiyini yerinə yetirdi". Daha sonra onu kəfənlədi və cənazə namazını qıldırdı. Peyğəmbər (s.a.s) onun cənazəsində belə dua edirdi " Allahım bu qulun sənin yolunda muhacir olaraq çıxdı və şəhid oldu, mən buna şahidəm. 63
11) Əli ibn Huseynin gecələr verdiyi sədəqələr
Rəvaətə görə Əli ibn Huseyn gecələr kürəyinə çörək çuvallarını yükləyib gecə qaranlığında fağır və kimsəsizlərə yemək paylayır və belə deyərdi: " Gecə qaranlığında verilən sədəqə Allahın qəzəbini söndürür.” 64 Mədinə xalqından bir qrup yoxsul insan hardan gəldiyini heçvaxt bilmədikləri bu ərzaqla uzun illər öz ehtiyaclarını ödəmişlər. Əli ibn Huseyn vəfat etdiyində bu yoxsul insanlar gecələr onlara gələn ərzağı bir daha əldə edə bilmədilər. Əli ibn Huseyn vəfat etdiyində dul və yetimlərin evlərinə daşıdığı yükün ağırlığında çiyinlərində göy izlər vardi. Təxminən yüzə yaxın ailənin ehtiyacın təmin etdiyi deyilirdi. 65 Allah Təalə bu qissələrin qəhramanlarını başqalarına nümunə olsun deyə ortaya çıxartmışdır. Allah Təalə buyurur: “ Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”” 66 Və digər ayədə isə “ Biz Öz hökmümüzlə onları, doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət etdirdilər." 67
Alimlərin ixlasla əlaqəli dedikləri
62 Əbu Nuəym əl İsbahani, Hilyatul Əvliya,3/94.63 Nəsai, Cənaiz, 19/53. Şeyx Albani hədisi səhihləşdirmişdir64 Əbu Nuəym əl İsbahani, Hilyatul Əvliya, 3/135-136.65 Əbu Nuəym əl İsbahani, Hilyatul Əvliya, 3/136. Əz Zəhəbi, Siyəru Aləmun Nubələ, 4/339-394.66 Furqan 74.67 Ənbiyə 73.
İbrahim ibn Ədhəm belə buyurur: " Şöhrət düşkünü bir kimsə Allahı haqqı ilə təsdiq etmiş sayılmaz." 68 Bəzi alimlər belə demişdir: " Bir alimin hər şeydən əvvəl öz-özünü xalis bir niyyət ilə xitab etməsi lazımdır. Əgər öz sözləri xoşuna gələrsə sussun, yox əgər susmağı onu qürurlandırarsa o zaman danışsın. Əgər təriflənməkdən qorxursa sussun və nəfsini qınasın. Çünki nəfs üstün olmağı və təriflənməyi çox sevər. Səhəl ət-Tustəridən soruşdular: " Nəfsə ən çətin gələn şey nədir? ". Dedi ki: "Nəfsə ən çətin gələn şey ixlasdır. Çünki nəfsin yaradılış etibarı ilə ixlasdan zərrə gədər pay yoxdur. İxlas sayəsində nəfsə cəza verilə bilər” . Sufyan əs-Səvri belə demişdir: "Nəfsimdə ən çətin müalicə etdiyim şeylərdən biri də, niyyətimi ixlas üzərində sabit saxlamaq üçün, verdiyim mücadilədir. Az qalsın ki, mənə qalib gəlsin." 69
İnsan nəfsi ilə mücadilə edərkən bir çox qarışıq hallara və vəziyyətlərə düşə bilər və bir müddət ixlaslı və ya riyakar olduğunu ayırd edə bilməz. Bu çox həssas və təbii bir haldır. İnsan öz nəfsi ilə mücadilə içərisində olduğunu hiss etməsi, etdiyi əməlin içərisinə riyanın qarışıb qarışmayacağını ayırd edə bilməməsi normal bir haldır. Nəfs heç vaxt asanlıqla məğlub olmaz. İnsan, daima şeytanın və nəfsi əmmarənin ( pislikləri əmr edən nəfsin ) hücumlarına məruz qalır. Bu yolda yorulmaq xeyir əlamətidir. Allah yolunda yorulmaq möminlər üçün xüsusi bir zövqdür və rahatçılıqların yolu yorğunluqlardan keçir. Amma insanın nəfsi bu qarmaqarışıqlıqlardan narahat olmazsa, düşmənini kiçik görərsə, mübarizə apararkən özünü çox rahat hiss edərsə, bu təhlükəli bir andır. Daha doğrusu bu hal məğlub olanların məğlubiyyətdən öncə yaşadığı duyğulardır. İnsan heç vaxt öz zəifliyini unutmamalıdır. Və güclü olmaq üçün zəifliyinə inanmalıdır. Kamil olmaq üçün naqisliyinə inanmalıdır. Yəhyə bin Abu Kəsir belə demişdir: " Xalis bir niyyət necə əldə olunur, onu öyrənməyə çalışın. Çünki xalis niyyət əməldən daha önəmlidir”. 70
Zubeyd Əl-Yəmi belə demişdir: "Hər mövzuda xalis bir niyyətimin olmasını istəyərdim. Və bunun üçün də yemək və içməyimdə xalis bir niyyətimin olması üçün mücadilə edirəm. Davud ət-Tai belə demişdir: " Bütün xeyirlərin gözəl niyyətdə gizli olduğunun şahidi oldum. Gözəl niyyətə sahib olmaq sənə xeyir olaraq kifayət edər. Heç yorulmağa ehtiyyac yoxdur. 71 Yəni fiziki əməlləri həyata keçirməklə yorulmasanda nəfsin ilə mücadilə edib nəfsinin şəhvani istəklərini və arzularını qəlbindən söküb atmağa çalışmağın özü belə böyük bir müvəffəqiyyətdir. Əbu Bəkr əs Siddiq (r.a) insanlar arasında ən çox namaz qılan və ən çox oruc tutan birisi deyildir. O qəlbindəki ixlasın üstünlüyü səbəbi ilə digərlərdən üstündür. 72 Davud ət Təi başqa bir sözündə belə deyir: " Yaxşı əməllər işləmək təqvalı insanın qayəsidir, əzalarımın bütün əməlləri dünya sevgisinə bağlanmış olsada qəlbimdə olan ixlas bir gün onları kökünə qaytaracaqdır”. 73 Yusif bin Əsbat belə deyir ki: "Niyyəti, 68 Əbu Nuəym əl İsbahani, Hilyatul Əvliya, 8/31.69 Hatib Bagdadi, əl-Cəmiu l Əxlaqir Ravi, 1/317.70 Əbu Nuəym əl İsbahani, Hilyatul Əvliya, 3/70.71 İbn Rəcab əl Hənbəli, Camiul-Ulüm vəl Hikəm, s 70.72 Hakim ət Tirmizi, Nəvaqil adlı əsərində bu sözlərin Bıkr bin Abdullah əl-Muzəniyə aid olduğunu qeyd etmişdir. İbni Qəyyim isə əl Mənər adlı əsərində bu sözlərin Abu Bəkr əl Əyyaşa aid olduğunu qeyd etmişdir. İbni Qayyimun rəvaəti isə səhih deyildir. Kaşful Xafə 2/248.73 İbni Rəcəb əl Hənbəli, Cami ul-Ulum vəl Hikəm,s 70.
dəyişməkdən və pozulmaqdan qorumaq ən çətin ibadətlərdəndir. Çünki bu çox böyük bir mübarizə tələb edir”. 74 Fudeyl ibn Yad belə demişdir: " Allah Təalə səndən xalis bir niyyət və qərarlı möhkəm bir iradə istəyir. 75 Kim işlərinin, əməllərinin gizli tərəfini islah edərsə Allah da onun açıq tərəflərini islah edər. Kim Allahla arasında olan şeyləri islah edərsə, Allah da onunla insanlar arsında olanları islah edər. Kim insanlardan niyyətini gizlədərsə (Yəni xəyanət etdiyi halda özünü dost kimi və yaxud da yardım edən kimi biruzə verərsə) Allah Təalə onun gizlətdiyi şeyi üzünün cizgisindən və danışdıqlarından, sözlərindən ortaya çıxardar. Necə ki münafiqləri bəlli edirdi. İxlaslı insan yaxşılıqlarını gizlətdiyi kimi günahlarını da gizlədər və özünü insanlara rüsvay etməz və özünü örtər. Amma bu örtmək münafiqlərin örtülməyindən fərqlidir. Çünki münafiqlər xəyanət niyyəti ilə özlərini ört-basdır edirlər. Mömün isə həya etdiyi üçün, cəmiyyət içərisində günahlar yayılmasın, Allahın qəzəbinə gəlməsin deyə örtünər. İxlasla əlaqəli deyilənlər İxlas Allaha hər zaman hesab verəcəyini düşünüb insanların dedi qodularına fikir verməməkdir. İxlas itaət ilə Allaha yönəlmək və ancaq onun razılığını istəməkdir. İxlas zahiri və batini əməlləri eyni səviyyəyə gətirilməsidir. Sahib olmadığı bir şeylə insanların gözünə girməyə çalışan insan, Allahın gözündən düşər. İxlas Allah ilə qul arasında bir sirdir. Heç bir mələk bu sirri bilmədiyi üçün savabını yaza bilməz. Heç bir şeytan da o əməli poza bilməz. Allah Təalə mələklərə qulun halına baxıb sadəcə istədiyi qədərini öyrədər və yaxud da yazdırar. İxlas edilən əməl üçün Allahdan başqa bilən və şahid istəməməkdir. İnsan ixlaslı olmağa davam edərsə Allah ona hikmət qapılarını açar. Məqhul belə demişdir: " Kim qırx gün ixlaslı şəkildə davranarsa, qəlbindəki hikmət bulaqları dilinə sızar. 76 Əbu Suleyman əd-Dərani belə demişdir: " Qul ixlasla dirənərsə vəsvəsələri bitər və insanların görməsindən xoş hal olma, təriflənməyi sevmə kimi duyğular getdikcə azalıb məhv olub gedər. 77 Bəzi alimlər belə buyurmuşdur: " Sələflər ən yaxın insanlardan belə əməllərini gizli tumağı çox sevərdilər. Dünyada ən dəyərli şeylərdən biri də ixlasdır. Yusif ibni Huseyn belə demişdir: " Riyanı qəlbimdən nə gədər söküb atmağa çalışdımsa başqa bir formada qarşıma çıxdığını gördüm”.78
Mutarrif bin Abdullah belə dua edərdi: " Allahım tövbə etdim, amma təkrar edəcəyim günahlara görə səndən bağışlanma diləyirəm. Sənə söz verib yerinə gətirə bilmədiyim vədlərə görə səndən bağışlanma diləyirəm. Sənin rizanı qazandığımı fikirləşdiyim halda elədiyim əməllərimin sonradan içinə qarışan riyayadan məni qoru və buna görə məni bağışla. İxlasla əlaqəli bəzi diqqət çəkici məsələlər
74 İbni Rəcəb əl Hənbəli, Cami ul-Ulum vəl Hikəm,s 70.75 İbni Rəcəb əl Hənbəli, Cami ul-Ulum vəl Hikəm,s 71.76 İbni Qayyum, Mədəricus Sərikin, 2/92.77 İbni Qayyum, Mədəricus Sərikin, 2/92.78 İbni Qayyum, Mədəricus Sərikin, 2/92.
İxlasla edilən bir əməli nə zaman açıq aşkar etmək caizdir?İbni Qudəmə belə buyurur: " İnsanları xeyirə həvəsləndirmək üçün və bu yolda onlara nümunə olmaq məqsədi ilə ixlasla edilən gizli bir əməli açıq aşkar etmək olar. " Həcc və Cihad kimi əməlləri gizli etmək mümkün deyildir. Belə oldugu halda qəlb riyanın təsiri altına düşməməsi üçün insan hər zaman qəlbini diqqət mərkəzində saxlamalıdır. Və bu əməllərin niyyətini də hər zaman insanlara nümunə olmaq kimi yönləndirməlidir. Gizlədilməsi hardasa mümkün olmayan əməllərdə riyadan qorunmaq üçün xalis bir niyyətə sahib olmağımız lazımdır. Belə əməlləri yerinə yetirərkən başqa insanlara nümunə olmağ niyyəti ilə yerinə yetirmək lazımdır. Zəif bir imana sahib olan insanın əməllərini açıq aşkar etməsində isə riyaya düşmə təhlükəsi böyükdür. Əməlləri açıq aşkar edib onu riyadan qorumaq güclü insanların yoludur. İmanı zəif olduğu halda bu cərgəyə girmək istəyən insanın misalı buna bənzəyir. Suda boğulan bir qrup insanı xilas etmək üçün, yaxşı üzməyi bacaran insanlar suya atılaraq onları xilas etməyə getdilər və bəzi insanlar da üzməyi yaxşı bilmədikləri halda, boğulanlara kömək etmək istədikləri üçün suya atıldılar və nəticədə özləridə boğuldular. 79 Bu mövzuya biraz daha ətraflı yanaşaq:
1. Gizli bir şəkildə edilən sünnət əməllər.2. Açıq bir şəkildə edilən sünnət əməllər.3. Gizli və açıq edilməsi mümkün olan əməllər. Belə bir vəziyyətdə insan öz halına baxmalıdır. Əgər insanlar onu təriflədiyi zaman qəlbinə gələn qürur və təkəbburlük hislərini boğa biləcək və yaxud qınandığı zaman buna səbr edəcək güclü bir imana sahibdirsə, o əməli acıq aşkar yerinə yetirirməlidir. Yox əgər öz duyğularına sahib çıxa bilmirsə (onu tərifləyəndə az qala hayıl-mayıl olsun və yaxud onu qınayanda əsəbləşərək, həddini aşsın, nalayiq sözlər və əməllər etsin) əməllərini gizli etməlidir. Əgər özünü güclü his edirsə əməli açıq aşkar eməsində heç bir qəbahət yoxdur. Çünki başqalarını xeyirə təşviq etmək mühümdür və xeyirlidir.
Sələflərdən bəzilərinə nəql edilənə görə onlar başqa insanlara nümunə olmaq üçün əməllərini aşkar bir şəkildə edərdilər. Ölüm yatağında ikən öz ailələrinə belə deyərdilər: "Mınim üçün ağlamayın. Mən müsəlman olduğum gündən bəri heç kimə pislik etmədim, heç kimin haqqını tapdalamadım.
Abu Bakr bin Ayyaş oğluna belə deyərdi: "Oğlum! Heç vaxt bu evdə Allaha hasi olacaq hər hansı bir əməl etmə, çünki mən bu evdə tam on iki min dəfə Quranı xətm etdim. 80
Abu Bakr bin Ayyaş bu sözləri fəxr etmək, qürurlanmaq məqsədi ilə deyil, oğluna nəsiyyət vermək məqsədi ilə demişdir. Necə ki sələflər xalis niyyətlərini qorumaqlarına baxmayaraq bəzi əməlləri açıq bir şəkildə həyata keçirərdilər. Bu mövzuda diqqətləri çəkəcək ikinci həssas nöqtədə riya qorxusu ilə əməli tərk etməkdir. Bu çox təhlükəli bir haldır. Necə ki imam Nəvavi buyurur: " . İnsan hər hansı bir ibadət etmək üçün hazırlaşarsa və insanların görməsindən qorxduğu üçün o əməli tərk edərsə o insan riyakardır. Çünki o Allah üçün edilməsi lazım olan bir əməli
79 İbni Qudəmə, Muxtəsər ul-Minhəcul Qasidin, s 223.80 İbni Qudəmə, Muxtəsər ul-Minhəcul Qasidin, s 224.
insanlara görə tərk elədi. Amma tərk etmədiyi təqdirdə bu əməli qizlində etməyində isə heç bir qəbahət yoxdur. 81
Belə bir vəziyyətdə açıq şəkildə əməl etməyi özü üçün uyğun görən bir kimsə əməlini açıq bir şəkildə etsin. Məsələn, nümunə kimi baxılan bir alimdirsə və ya etdiyi ibadətin əslində açıqda ediləsi lazımdırsa o zaman əməlin açıq bir şəkildə edilməsində heçbir sıxıntı və gəbahət yoxdur. Butun saleh əməlləri hər kəsdən gizlətmək, dəvət etmək. Əgər kim bütün saleh əməllərin gizlində edilməsinə dəvət eədərsə bu islamı yox etməyə dəvət etməkdir. Necə ki münafiqlər çoxlu sədəqə verən birin gördükdə "bu adam riyakardır dedilər" Az verəni gördükdə isə " Allahın buna ehtiyacı yoxdur" deyərək bu yaxşılığı edən insanları ələ saldılar. Onların tək məqsədi müsəlmanların etdikləri yaxşılıqları xarab edib və insanlar içərisində birinin digərinə nümunə olmasının qarşısını almaq idi. Münafiqlər açıqca sədəqə edən müsəlmanlara hər zaman əziyyət verməyə çalışırdılar. Ona görə də Allah üçün açıq aşkar sədəqə edən bir insan, başına gələcək müsibətlərə səbr etməsi lazımdır. Allah Sübhanu və Təalə Qurani Kərimdə buyurur : "Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir." 82
Riya ilə bir işin dünyadan nəsə əldə eləmək məqsədi ilə edilməsi arasındaki fərq Riya ilə bir işin dünyavi məqsəd üçün edilməsi arasında fərq vardır. Sual: Əməl nə zaman batil olur? Saleh bir əmələ hər hansı dünyavi bir məqsəd qarışarsa, bu əməlin hökmü nədir? Əməl sahibi nə vaxt günahkar sayılır və nə vaxt günahkar sayılmır? Cavab: 1. Bir insan əməl edərkən ancaq Allahın rizasını ummalı və başqa heçbir şeyə maraq göstərməməlidir. Bu əməllərin ən üsünüdür. 2. Bir insan Allah üçün əməl etməsi ilə bərabər maraq göstərməsi caiz olan hər hansı bir şeyə meyl etməsində heç bir qəbahət yoxdur. Məsələn, bir insan Allah rizasını ummamqla yanaşı sağlamlığını qorumaq üçün oruc tutsa bu insanın hökmü nədir? Və ya həm həcc həm də ticarət məqsədi ilə həcc edən insanın hökmü nədir? Həmçinin Allah rizasını umduğu halda qənimət üçün cihad edən bir kimsənin hökmü nədir? Həmçinin camahatla namaz qılmaq üçün məscidə gedən insanın idman məqsədi ilə ayaqla getməsinin hökmü nədir? Və yaxud da adil olduğunu sübut etmək və töhmət altında qalmamaq üçün dedi qodulara yol açmamaq üçün camahata qatılan insanın bu əməlinin hökmü nədir? Bu məqsədlər əməlləri batil edirmi? Cavab: Şübhə yoxdur ki, bu məqsədlər əməlləri batil etməz amma mükafatını azaldır. Bu kimi niyyət və məqsədlərin əmələ qarışmaması daha yaxşıdır. 3. . Bir insan Allah üçün əməl etməsi ilə bərabər maraq göstərməsi caiz olmayan hər hansı bir şeyə meyl etməsi yəni insanın hər hansı bir saleh əməli konkret bir maraq üçün etməsi 3 hala bölünür.
81 İnsanların qorxusundan əməli tərk etməyə niyə riya deyilir? Çünki riyakarlıq Allah üçün edilən əməli insanlar qorməsi üçün üzə çıxartmaqdır. Burda isə insanın üzə çıxartdığı şey,yəni insanların görduyu şey əməlsizlikdir. Əslində isə insan əməlsizliyi qizlətməlidir.82 Ət Tövbə 9/79
a. Əməlin kökündə bu məqsəd varsa, yəni əsas insanlar görsün deyə namaz qılarsa bu əməl batildir. Və yaxud əsas arıqlamaq üçün oruc tutanın orucu batıldır. b. Saleh əməl edərkən insanın qəlbinə riya gələrsə onu dəhv etmək üçün mübarizə aparmalıdır. Beləə haldainsanın əməli qəbul olunandır və mükafata laiqdir. c. İnsanın, saleh əməl edərkən qəlbinə riya gələrsə və insanda riyanı dəhv etmək üçün mübarizə aparmazsa əməli batil olar. 4. İnsanın saleh əməli ancaq sırf dünyanı əldə etməsi:Məsələn, insanın Allahdan heç bir mükafat gözləmədiyi halda pəhriz niyyəti ilə oruc tutması, ancaq ticarət etmək məqsədi ilə həccə getməsi, ancaq malının bərəkətinin artması üçün zəkat verməsi, ancaq idman üçün məscidə yürüyərək getməsi və sairə əməllər. Bu insaların əməlləri batildir. Üçüncü bölümün "a" bəndi ilə dördüncü bölümün arasındaki fərq:Üçüncü bölümün "a" bəndində dünyavi maraq ibadətin böyük bir hissəsini əhatə edir. Allah üçün isə kiçik bir yer qalır. Dördüncü bölümdə isə dünyavi maraq ibadətin təmamını əhatə edir və Allah üçün ibadətin ancaq zahiri şəkli qalır. Allah Təalə Qurani Kərimdə buyurur: "Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq". 83
Və digər ayədə isə beləbuyrulur: "Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar". 84
5. Əməllərin sırf riya üçün olunmasıSual: Riya sadəcə əməli mi batil edir yoxsa ki əməli batil etməklə yanaşı həm də insana günah qazandırır?Cavab: Riya insanın əlindəkini əlindən alar həm də onu günahkar edər. Elə əməllər var ki, ibadəti batil edir amma sahibi günah qazanmır. (Məsələn, namaz əsnasında insandan yelin çıxması). Amma riya həm əməli batil edir, həm də insan günah qazanır. Bəzi fətva verənlər varlı imkanlı insanlara bir cür, kasıblara isə başqa cür fətva verirlər. Bunlar varlıların yanında özlərinə haqq qazandırmaq üçün belə deyirlər: "Biz insanlara bunun caiz olmadığını deyirik, amma sənin üçün bu caizdir. Belə bir kimsə zəifliyindən dolayı varlının qarşısında belə danışmamalıdır, islamı gözdən salmamalıdır. Ən böyük insan dini elmi və əmələ sahib olan insandır. Necə ki sələflərdən bəziləri belə demişdir: "Alimin padşahın qapısına sığındığını görsən bilki o oğrudur. Əgər varlıların qapısına sığındığınıgörsən bil ki o riyakardır". 85 Amma Soltanın qapısına onu xıbırdar etmək və ya digər xeyir məqsədlə gedilərsə bu alim bu niyyətinə görə mükafatlandırılar. Riya olmadığı halda riya zənn edilən bəzi hallar
Özünü insanlara göstərmək kimi heç bir qəsdin olmadan elədiyin saleh əmələ görə insanlar səni tərifləyərlərsə bu riya deyildir, mömünin müjdəsidir.
83 Əl İsra 17/18.84 Hud 11/16.85 Əbu Nuəym əl İsbahani, Hilyatul Əvliya, 6/387. Sufyan əs-Suvrinin sözü.
Əgər ixlasa zərər qəlməzsə nümunə olmaq niyyəti ilə saleh bir əməli açıq-aşkar etmək riya deyildir. Gözəl paltarlar və ayaqqabılar geyinmək, gözəl ətir surtmək, ümumən gözəl görünməyə çalışmaq riya deyildir. Günahları gizlətmək və onlar haqqında danışmamaq riya deyildir. Bəzi insanlar ixlaslı olmaq üçün mütləq elədikləri günahların insanlar tərəfindən bilinməsinin lazım olduğunu zənn edirlər. Şəriyət isə bizə günahları örtməyə əmr etmişdir. Günahlarını örtmək, insanın özünü ifşa etməməsi riya deyildir. Əksinə, Allah Təalənin sevdiyi və razı qaldığı bir davranışdır. Bunun əksini düşünmək isə şeytanın bir oyunu, pis əməllərin yayılması və insanı zəlil etmək istəməsi deməkdir. İstəmədən şöhrət sahibi olmaq. Məsələn, insanlara faydalı olmağı, dəvət etməyi, Allahın dinini yaymağı qarşısına məqsəd qoyub və bu yolda çətinliklərə səbr edən bir alimin istəmədən şöhrət qazanması riya deyil. İnsanların içərisində məşhur olmaq riyakarlıq deyil. Amma məşhur olmağı istəmək və buna can atmaq çox təhlükəlidir. Belə bir şöhrət insanın riyakar olmasına səbəb olur.
İxlasın əlamətləri
İxlasın mömün qulu üzərindəki əlamətlərini sadalayaraq bəhsimizə son vermək istəyirik. 1. Din üçün çalışma sahəsində böyük bir istək hiss etmək.2. Gizli edilən işlərin açıqca edilən əməllərdən daha çox olması. 3. Saleh əməl etməyə can atmaq və savaba ehtiyac duyğuları ilə yaşamaq. Savaba qarşı ac olmaq.4. Səbr və dirəniş qöstərmək əsla şikayətçi olmamaq.5. Əməli qizli bir şəkildə etməyə həsir olmaq.6. Əməli başdan sovdu etməmək, gözəl bir şəkildə etmək.Bunlar hamısı ixlasın qul üzərindəki əlamətlərindəndir. Uca Allahdan bizləri və sizləri ixlaslı qullardan etməsini, qəlblərimizi və əməllərimizi riya və lovğalıqdan, təkəbbürlükdən, nifaqdan və pis ehtiqadlara mübtəalə olmasından qorumasını diləyirik. Amin!
2. Qorxu
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ən xeyirli sonluq, aqibət isə Allahdan qorxanların, müttəqlərindir. Uca Allahın salehlrin dosdu olduğuna və Məhəmməd (s.a.s) Allahın qulu və elçisi olduğuna şahıdlik edirəm. Peygəmbər (s.a.s) ibadət edənlərin nümunəvi lideri və bütün bə.əriyyətin ən xeyirlisidir. Allaha qulluq anlayışı ən uca mərtəbələrə və ən saf şəklində onunla ucalmışdır. Bu mərtəbələrində biri Allahdan qorxmaqdır. "Nəfsin tərbiyəsi" adı altında, qəlb əməllərindən toxunacağımız ikinci mövzu qorxudur. Allah Təalədan istəyimiz bizləri ona tərəf yönələnlərdən və ondan haqqı ilə qorxan qullardan etməsidir. Amin! Qorxunun tərifi
Ərəb dilində qorxu x-v-f kökündən gəlməkdədir. "Ürkmək", "ürpənmək" və "çəkinmək" kimi mənalara gəlir. "Kimisə qorxutdun demək onu ürkütdün, istədiyin
şeydən onu araladın və uzaqlaşdırdın deməkdir". Allah Təalə Qurani Kərimdə buyurur: " O şeytan sadəcə sizi öz dostları ilə qorxudur". 86
Qorxu: Xoşa qəlməz bir şeydən insana zərər toxunacağını bildiyi üçün bu şeydən çəkinməkdir. Qorxu həm dünyavı həm də axirət mövzuları ilə əlaqədardir. Pis bir şeyin baş verəcəyinin həyacani içərisində olmaq və ya sevilən bir şeyin əldən çıxmaması üçün çalışmadir. İbni Qudamə qorxu ilə əlaqədar belə deyir: " Bilməli sənki qorxu gələcəktə ola biləcək bir pislik səbəbi ilə qəlbin əzab çəkməsi və yanıb tutuşmasıdır. Məsələn, bir insan Padşaha qarşı bir xəta edər, sonunda o Padşahın əlinə düşər və həbs edilər, öldürülməkdən qorxar. Həmçının bağışlanma ümüdünü də itirməz. İki ehtimalı var. Padşah ya bu adamı öldürəcək, ya da onu bağışlayacaq. Bu insan öldürülməsinə səbəb olan günahlara görə qəlbində çəkdiyi əzab, onun günahlarını yüngülləşdirə və yaxud da Padşahın onu bağışlamasına səbəb ola bilər. Digər tərəfdən Allahı yaxşı tanımağa aparan bu səbəblərin zəif olması, insanın Allaha olan qorxusunu azaldır. Əgər insan uca Allahın qiyamət günü yeri ovcunun içərisində tutub və digər əli ilə göyləri bükməsinin əzəmətini və heç bir şeyin ona mane ola bilməyəcəyini bilsəydi dininə daha fərqli yanaşardı. 01.04.2013 İnsanın qorxusu nəfsinin eyblərini Allahın ucalıq və heç bir şeyə ehtiyacının olmadığını bildiyində müxtəlif hallar alır. Çünki Allah elədiklrindən dolayı hesaba çəkilməz və qorxu da buna görə dəyişir. Qorxu, qəlblərin Allah Təalanin qahir olmasını və cəzasının çiddətli olmasına bilməkdir. Xaşyə qorxunun bir növüdür. Xaşyə Allahı elm üzərində tanıyanların qorxusudur. Allah Təala buyurur: "Allahdan ancaq alimlər qorxar".87 Peyğəmbər (s.a.s) belə demişdir: " Mən Allahdan ən çox qorxan və ona qarşı ən çox huşu sahibiyəm". 88 Normal halda Allahdan qorxmağı bütün möminlər bacarırsa, xoşu ilə Allahdan qorxmağı isə ancaq Alimlər və Aliflər bacarır. Qorxu və huşu insanların sahib olduqları elmin dərəcələrinə qorə dəyişir. Qorxan insan çox vaxt qaçmağa meyl edər ( sadəcə fətvalarla kifayətlənir). Xoşu ilə Allahda qorxan isə çox vaxt elmə yönəlir. İbni Huseyn (r.h) buyurur ki: " Huşu Allahı yaxşı tanıdığın halda ona olan bir qorxudur. İbni Qeyyim qorxu və huşu arasındaki fərqi bu şəkildə dilə qətirir: "Qorxu ilə huşu arasındaki fərq: Tibb elmində heç bir məlumatı olmayan kimsə ilə mütəxəssis həkim arasındaki fərq kimidir. Tibbdən şox az məlumatı olan insan ona zərər gəlməməsi üçün müəyyən yeməklərdən imtina edirsə, mütəxəssis həkim isə xəstəliyi araşdırıb aradan qaldırmaq üçün dərmanlardan istifadə edir.89 Çox vaxt normal şəkildə Allahdan qorxan insanlar, dərin elmə sahib olan insansarın Allahdan qorxmasını başa düşə bilmirlər. Onların niyə bu qədər ağlamalarının səbəbini dərk edə bilmirlər.
Qorxunun dəyərinin bilməyinin faydası nədir? İbni Qudamə belə deyir: " Bilməlisənki qorxu Allah Təalanın özü ilə ibadətə davam etmələrini həyata keçirtdiyi, onları elmə və əmələ yönəltdiyi bir işıqdır. Və bu qorxu sayəsində qulların Allah qatındaki mərtəbələri ucalır. Bir kimsədən qorsan ondan uzaqlaşacaqsan. Amma Allahdan qorxduqda isə əksinə ona yönəlir və ona bağlanarsan. Əgər Allahdan qorsan gedikcı ona tərəf qaçacaqsan. Rıbbindın qorxan insan ona yönələn kimsədir.
86 Əli İmran 3/175.87 Fatir 28.88 Buxari Niqah 50/63 : Muslim Niqah14/01.89 İbni Qeyyim Mədəricus Sərikin 1/512.
Qorxudan yoxsul olan bir qəlb xarab olmuş bir qəlbdir. Qorxu əgər qəlblərə yerləşərsə oradaki haram şəhvətlərin köklərini qurudur və dünya sevgisini o qəlbdən çixarır. Qorxu, sərxoşluğun insanı əsir aldığı ləzzət zindanlarında içəridə qalmış bir çox kimsəni azad emişdir. Nəfs və həvasının köləsi olan nə qədər insanı azad etmişdir. Şəhvət yorğanına bürünənən nə gədər insanı yuxusundan oyatmışdır. Ata və anasına pis davranan nə gədər insanlar qorxu sayəsində bu pis əməllərindən uzaqlaşmışdırlar. Böyük bir aldanış içərisində öz pis əməllərinə davam edən nə gədər insan qorxu sayəsində qəflətdən oyanmışdırlar. Allaha ibadətlə məşqul nə gədər abidlər huşu səbəbi ilə göz yaşı töküb ağlamışlar. Allaha doğru səfərə çıxan nə gədər insanın yolçuluqları qorxu səbəbi ilə ucalmış və bərəkətli olmuşdur. Allaha and olsun ki, qoxrxu dəyərini bilən kimsələr üçün son dərəcə böyük və əvəz olunmaz bir nemətdir. Qorxu deyildikdə təkcə qəsd olunan şey qorxub qaçmaq deyildir. Qorxunun qayəsi halımızı düzəldəcək, bizi islah edəcək nəticələrə gəlməlidir. Qorxudan məqsəd ancaq qormaq olsaydı cənnət əhli bundan istisna edilməzdi. Ancaq cənnət əhli cənnətə girincə qorxuları sona çatmışdır. Artıq onlardan (günahlara düşməmələri üçün nədənsə qorxub çəkinmələri istənilməməkdədi). Çünki artıq cənnətdə əməl və ibadət etmək yoxdur. Nəfsə qarşı gəlmək yoxdur.Və bunun üçün cənnət əhli artıq qorxmazlar. Allah Təala Qurani Kərimdə buyurur: " Onlar üçün nə bir qorxu vardır nə də onlar üzüntü çəkəcəklər". 90 və Bu gün qorxan kimsə sabah əmin əmanə çıxar. Bu gün əmin əmanda olan kimsə sabah qorxu içində olar. İbni Rəcəb belə buyurur: "Allah Təala onu tanısınlar, ona badət etsinlər, ondan qorxsunlar deyə insanları yaratmışdır. Bundan dolayı öz əzəmətinə dair saysız hesabsız dəlillər var etmişdir. Saleh əməllərlə ona qarşı təqvalı olsunlar deyə və asi olanlar isə onun əzabından qorxsunlar deyə hazırladığı əzabın nə gədər şıddətli olduğunu onlara bildir mişdir.91 Uca Allah Qurani Kərimdə cəhənnəmdən bəhs etmiş orada öz düşmənləri üçün hazırladığı əzab və cəzanı xatırlatmış, cəhənnəmi əhatə etmiş zəqqum, acı tikan, irin, dəmir zəncirlər, qandallar və s. kimi şiddətlərindən bəhs etmişdir. Bu vəsilə ilə qullarını ondan qorumağa, özünə qarşı təqvalı olmağa, əmr etdiyi və xoşlandığı şeylərə tabe olmağa, sevmədiyi və pis gördüyü şeylərdən isə uzaqlaşmağa çağırmışdı. Qurani Kərimi dəqiq şəkildə incələyən bir kimsə bu mövzuda çox incə üstünlüklərlə qarşılaşacaqdır. Eyni şəkildə Quranı açıqlayan Sünnəti Şərifi də, səhabə və tabeindən sələfi salehin, elm və iman əhlinin həyat hekayələrində qorxuya dair saysız nümunələrlə qarşılaşmaq mümkündür. Bütün bunları düşünən bir kimsə səhabə və tabeinin sahib olduqları huşu və qorxunun nə dərəcədə olduğunu görəcəklər. Onarı bu şərəfli məqamlara ucaldan şey dinə citdi yanaşmaları, haramları bir kənara atlb məhkumlardan belə uzaqlaşmaları olmuşdur. Qorxunun mərtəbə və dərəcəsi Qorxu, məqbul və qeyri məqbul və yaxud da caiz və ya qeyri caiz olmaq üzərə iki yerə ayrılır. Qorxunun vacib olan miqdarı, insanı fərzləri əda etməyə və haramlardan çəkinməyə yönəldəcək qədər olanıdır. Qorxu bundan daha yuxarı qalxarsa, insanın nafilə ibadətləri həyata keçirtməsinə və məkruflardan belə uzaqlaşmasına vasitə olur. Bu cür qorxu şəriətdə bəyənilən bir qorxudur. Əgər qorxu bir azda artar və insanın xəstələnməsinə, ölməsinə və ağır bir dərdə mübtəla olmasına,
90 Bəqərə 112.91 Cəhənnəmlə qorxuma 1/5.
əməli tərk etməsinə səbəb olarsa və ya Allah sevimli gələn bir sıra fəzilətli əməllərin həyata keçirilməsinə mane olacaq həddə çatarsa belə bir qorxu məqbul deyildir. Məhs bunun üçün istisna etmədən bütün qorxuların məqbul olduğunu deyə bilmərik. Bəzi insanlar əzabın şiddətindən və cəhənnəmdən qorxduqları üçün ümidsizliyə düşərlər. Bacarıqsızliğa düşməktən qorxduqları üçün əməl etməyi tərk edərlər. Bu kimi insanlar belə deyər: " Nə etsək faydasızdır". Bu hal məqbul olmayan qorxunun sifətlərindəndir. Məqbul olan və olması lazım olan qorxu isə, insanı əvvəlcə vacibləri etməyə yönəldən daha sonra müstəhəblərə sövq edən, ayrıca insanın əvvəla haramlardan sonra isə məkruhladran və şübhəli şeylərdən uzaqlaşmasını təmin edən qorxudur. Sıhih Buxaridən Allahdan qrxmaq başlıqlı böıümdə yer alan Hədisi Şərifin şərhində İbni Həcər belə deyir: "Qorxu uca məqəmlardan biridir. Ayrıca imanın vacib meyvələrindəndir.92 Allah Təala belə buyurur: "Onlardan qorxmayın, məndən qorxun".93 Və digər ayədə "Qulları içərisində ancaq alimlər Allahdan laiqincə qorxar. Şübhəsiz ki Allah daima üstündür və çox bağışlayandır". 94 Necə ki az öncə hədisdə qeyd etdik, Peyğəmbər (s.a.s) belə buyurmuşdur: " Sizin aranızda Allahı ən çox tanıyan və ondan ən çox qorxan mənəm".95 Allah Təala mələkləri tərifləyərək belə buyurur: "Onlar ustlərindəki Rəbblərin dən qorxarlar".96 Başqa bir ayədə isı Peyğəmbər bu şəkildə məth edir: "O Peyğəmbərlərki Allahın göndərdiyi əmrləri eşidərlər, Allahdan qorxarlar və ondan başqa heçkimsədən qorxmazlar.Və haqq hesab çəkməyə Allah hər kəsə yetər".97 Allaha yaxın olan " Muqarrabin" in qorxusu ən şiddətli qorxudur. Çünki onlar, başqalarına nisbətdə daha çox məhsuliyyət daşıyırlar. Onların Allah qarşısında vəzifələrindən biri də onlara verilən bu şərəfə görə şükr etməkdir. Sahib olduqları bu məqam yüksək oduğu üçün şükürlərida o gədər çoxdur. İnsan doğru dürüst olduqdan sonra başqa nədən qorxmalıdırki ?! Dürüst olan bir qul əməlin qəbul edilməməsindən və eyni zamanda pis bir aqibətlə qarşılaşmaqdan qorxar. Pis bir sonluqdan qorxmasının səbəbi isə Allah Təalanın bu ayəsindən qaynaqlanmaqdadır. Allah Təala buyurur: " Bilinki Allah kişi ilə onun qəlbi arasına girər(qəlbləri çevirər) və mutləq onun hüzurunda toplanacaq sınız".98 Həmçinin bu insan Allah qatında olan mövqeyinin dahada aşağıya düşməsindən qorxar. O, cənnətə və uca mərtəbələrə sahib olmaq istəyər. Bu mərtəblərdən aşağı düşmək istəməz. Qorxu nə zaman fayda verir
Əgər insan etdiyi pis əməllərdən peşimançılıq hiss edərsə və pis əməllərdən, günahlardan çəkinərsə demək qorxu ona fayda vermişdir. Qorxu, insanın oz günahının çirkinliyinin bilməsi, ona veriləcək cəzanın nəvaxtsa tətbiq olunacağının təsdiq etməsi və yaxud da elədiyi günahlara görə nə vaxtsa tövbədən məhrum qalacağını bilməkdir.
92 İbni Həcər Fəthulbari 11/313.93 Bəqərə 156.94 Fatir 28.95 Buxari Muslim.96 Nəhl 50.97 Əhzab 39.98 Ənfal 24.
Qiyamət günündə günahkarlar fərqli-fərqli olacaqdır. Kimləri Allah Təalanın rəhməti altında kimləri isə Allahın qəzəbi altında olacaqlar. Allahdan qorxmanın hökümləri
Allahdan qormaq vacıbdir. Qorxu qəlb üçün önəmli olan mərhələlərin ən üstünüdür. İbni Qeyyimin ifadə etdiyi kimi: "Qorxu hər kəsə fərzdir, Allhdan qorxmayan kimsə isə günahkardir". İbni Vəzir belə buyurmuşdur: " Sığortalı yaşamağın heç bir rolu yoxdur. Əmin amanlıq içində olmaq sadəcə saleh kimsələrin adətidir." Qorxunun mühümlüyünə dair dəlillər
1. Allah Təala belə buyurmuşdur: " Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! "99 Abdur Rahman əs Səədi bu ayənin təvsirində belə deyir: " Bu ayə ancaq Allahdan qorxulmağa və qorxunun imanın əlamətlərindən birinin olduğuna dəlildir. Qulun imanı artdıqca Allahdan qorxusuda artar." 2. "Ancaq məndən qorxun." 100 Bu ayə qorxunu bizə əmr edir. Əmr isə bir məsələnin vacibliyini bildirir. 3. "İnsanlardan qorxmayın, məndən qorxun."101 Abdur Rahman əs Səəri bu ayənin təvsirində buyurur ki: " Allah Təala bizə ondan qorxmağımızı əmr edir. Çünki ondan qorxmaq hər bir xeirin başıdır. Allahdan qorxmayan kimsə heç bir qünahdan əl çəkməz və Allahın əmrinə baş əyməz. 4. Allah Təala qorxu əhlini tərif edərək buyurur: "Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər." 102
" Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər."103 Aişə (r.a) bir gün Peyğəmbər (s.a.s) belə soruşdu:" Ey Allahın Rəsulu " Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər." 104 bu ayədə qəsd olunanlar içki içib, oğurluq edənlərdir yoxsa başqaları? deyə soruşdu. Peyğəmbər (s.a.s) belə dedi: " Xeyir ey Abu Bəkrin qızı. Onlar oruc tutub, namaz qıldıqları halda qorxu içərisində sədəqə edənlərdir." 105 Allah Təala belə buyurur: " Məhz onlar yaxşı işlər görməyə tələsər bir-biriləri ilə bu işdə yarişarlar." Həsən ul Basri belə buyurur: " Onlar Allaha olan qulluqvəzifələrini ən gözəl şəkildə yerinə yetirdilər vəəməllərinin batil olmasından qorxdular. Mömin yaxşılıq etdikdən sonra bu əməlin qəbul edilməməsindən narahat olar. Münafiq isə günah işlər görməyinə baxmayaraq özünü güvəndə hiss edər." 106 5. Allahın əzabını insanıara çatdırmaq Peyğəmbərlərin vəzifələrindəndir: " Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman
99 Əli İmran 175.100 Bəqərə 40.101 Madə 44.102 Əl Muminun 57.103 Əl Muminun 61.104 Əl Muminun 60.105 Tirmizi, Təvsir 3175 , İbni Maacə, Zühd 98.106 İbni Mübarək, Zühd 1/35.
gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!" 107 Xəbərdarlıq və tənbeh etmək, qorxutmaq və müjdələmək Peyğəmbərlərin vəzifələridir. Allah Təala Quranın bir çox yerində Peyğəmbər (s.a.s)i insanları oyadan və xəbərdar edən olaraq qeyd etmişdir. Həmçinin Peyğəmbər (s.a.s) qövmünü Səfa təpəsinə toplayaraq onlara belə səsləmişdir: "Mən sizləri şiddətli bir əzabın gələcəyi ilə xəbərdar edirəm. Oyanın!."108 Və başqa bir hədisi şərifdə: "Mən çılpaq xəbərdar edənəm" deyə buyurmuşdur." 109 Cahilliyə dövründə ərəblərdən biri öz qəbiləsinə hücüm etməyə yaxın olan bir ordu gördüyündə, əynindəki paltarı çıxarıb, yellədərək öz qəbiləsinə tərəf qaçaraq bağırardı. Bu üslub ərəblərarasında xəbərdarlığı ən şiddəli halıdır.Və bunun üçün də Peygəmbər (s.a.s) də qövmünə xitab edərkən bu üslübdan istifadə edərək buyurmuşdur: "Mən çılpaq xəbərdar edənəm". " Və de: “Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudanam!”." 110 "(Ya Rəsulum! Bu insanlara de: ) “Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!" 111 Allah Təalanın Peyğəmbərlərə əmr etdiyi ilk şey insanları xıbırdar etməkdir: "Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!"112
İmam Qurtubi bu ayənin təvsirində belə buyurur: "Bu ayənin mənası budur: " Məkkə xalqını qorxut, əgər müsəlman olmazlarsa, onlari Allahın əzabı ilə hədələ." 113
Allah Təala qulların ürəklərinə qorxu salmaq məqsədi ilə Qurani Kərimdə bir çox yerdə öz əzabını xatırlatmışdır. " Onların üstlərində və altlarında oddan sipər vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!" İbni Kösir (r.a) buyurur: "Allah Təala mütləq baş verəcək əzabıyla öz qullarını qorxudurki haram əməllərdən uzaqlaşsınlar.
Allah Təala Saleh (ə.s)ın qövmünü qorxudaraq belə buyurur: " Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk." 114 Həmçinin günəş və ayın tutulması da insanları qorxutma xarakteri daşıyır. Günəş və ayın işıqların yox olması bizə axirəti xatirlamağımız üçündür. Çünki axirətdə günəş və ay öz işıqını itirəcəklər. Əbu Hureyra (r.a) dən rəvaət olunan hədisdə Peyğəmbər (s.a.s) buyurur: "Günəş və ay Qiyamət günü büküləcəklər."115
Allah Təala göy gurultusu və ildırım barəsində belə buyurur: " Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur." 116
107 Ənam 40.108 Buxari Təvsir 4770, Müslim İman 208.109 Buxari Riqaq 6482, Müslim Fədail 2283.110 Hicri 89.111 Əz Zariyat 51/50.112 Müddəsir 1-2.113 Qurtubi əl-Cami-ul Əhkam-ul Quran 19/61.114 İsra 59.115 Buxari Bəd ul Xalq 3200.116 Ər Rəd 12.
Allah Təala Peyğəmbərləri qulları öz əzabından xəbərdar etmək üçün göndərdiyi kimi bəzi təbii hadisələridə insanları qorxutmaq üçün cərəyan etdirir. Qorxunun faydaları
1. Allah Təala qorxunu imanın qerçəkləşməsi üçün bir şərt etmişdir: " Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!" 117 Təbari ayənin təvsirində belə deyir: "Ey möminlər! Müşriklərdən qorxmayın. Sizi qorxutmaq istəyən o insanın etdikləri, ancaq özlərinə dost seçənlər vasitəsi ilə insanlar arasinda qorxu salmaq istəyən şeytanın işidir. Siz onların topluluğundan qorxmayın. Çünki Mən sizə uğur və qələbəni qarant edirəm. Ancaq məndən qorxun və mənə qarşı təqvalı olun. Mənim əmrlərimə qarşı qəlməktən çəkinin. Mənə müxalif olmayın, yoxsa həlak olarınız."118 Bir insan üçün Allah Təaladan qoxmaq müşriklə kafirdən qorxmaq daha üstündür.
2. Allah Təala ondan qorxan kimsə ilə qorxmayan kimsəni ayırması üçün Peyğəmbər (s.a.s) əshabında şiddətli bir şəkildə imtahan etmişdir. Məsələn: ehramda ikən ovlamağı onlara qadağan edərək onları imtahan etmişdir. " Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ehramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!"119 Ehramda olarkən ov ovlamaq qadağandır.
Səahabələr bu imtahanlardan müvəffəqiyyətlə çıxdılar. Ancaq yahudilər isə bircə şənbə günü onlara qoyulan ov qadağasından yayındılar. Allahın əmrini pozdular. Hiylələr işlədərək Allahın haram etdiyi şeylari özlərinə halal saydilar. Allah Təala şənbə günü onlara ov ovlamağa qadağa etdiyinde, cümə günü torlarını suya atdilar və bazar günü çıxartdılar . Onlar Allahdan qorxmadıqları üçün həlak oldular. Səahabələr isə Allahdan qorxduqları üçün qurtuldular.
İnsan bəzən bir pisliyə və yaxud da şəhvani bir arzuya məruz qala bilər. İnsanın fitnəyə düşməsi çox asan bir şeydir. Bax insanın başına nə gəlirsədə o zaman gəlir: " Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək üçün ........." 120 Müsibət insanın başına onu gözləmədiyi halda gələ bilər. Necə ki, Hz Yusif ilə əzizin xanımı Zuleyxa arasında cərayan etdiyi kimi .Zuleyxa hazır istəkli və kəskin qərarlı bir halda bütün qapıları bağlayaraq Yusifi özünə çəkdi. Fəqət o, ixaslı olduğu üçün, Allahdan qorxduğu üçün Zuleyxanın təklif etdi. Qul belə bir imtahanla qarşı qarşıya qaldığnda qəlbi və dili ilə bu həqiqəti xatırlamali:
" Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək üçün imtahan edər. Kim bundan sonra hədditi aşarsa onun üçün şiddətli əzab vardır."121
117 Əli İmran 175.118 Təvsirut Tabərik.119 Maida 94.120 Maidə 94.121 Maidə 94.
İnsan bəzən eedilməsi asan olan bir haram əməllə qarşı qarşıya qala bilər və bu zaman yuxarida ki ayəni xatirlamalıdir.
3.Allahdan qorxmaq Peyğəmbər (s.a.s)in qəlbində günü-gündən yaşaran, onu haramlardan və qadağalardan uzaqlaşdıran bir ibadətdir. Peyğəmbər (s.a.s) də öz Rəbbindən qorxurdu. De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxaram”." O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur)."122
O, Allahdan qorxduğu üçün onun qoyduğu hədləri aşmırdı.
4. Allahdan qorxmaq ağıl sahiblərini başqalarından ayıran xüsuslardandır. "(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!
O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar.
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar."123
Ayədən çıxarılan fayda budur ki, Allahdan qorxan bir insanın ağıl-zəka sahibi olduğunu hökm edilir. Ağıllıdır: çünki həqiqətdə hansı şeydən qormağın lazım olduğunu yaxşı bilir. Artıq o həqiqi qorxuya aparan səbəblərin hansılar olduğunu çox yaxşı başa düşmüşdür. Məs bu zaman belə bir insan ağlını doğru düzgün işlədə bilər.
Allahdan qorxmağın aqibəti və faydaları
Dünyadaki faydaları
1. Allahdan qorxmaq yer üzərində güc əldə etməyin səbəblərindəndir. İnsan bir şeyin faydalı nəticələrini və səmərələrini bilərsə o şeyi həyata keçirtmək ona çox cazibədar gəlir və ona bağlanır. Allah Təala isə öz rəhməti ilə bizə bu mövzuda lütf etmişdir. Həm bu dunyada, həm də axirətdə qorxunun faydaların bizə göstərmişdir. Əgər onun əmr etdiklərini yerinə yetirsək bizə bir çox faydalar toplanacağını qeyd etmişdir. Allah Təala buyurur:
"Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik!
122 Ən Am 15-16.123 RAd 19-21.
"Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!”124
Deməli Allahdan qorxmaq dahada güclü olmağın və düşmənlərə üstün gəlməyin vəsilələrindəndir. Çünkü Allah möminlərin düşmənlərin həlak edər və onları rəzil bir vəziyyətə düşürər.Möminlərə isə onları torpaqlarını və yurdlarını miras olaraq bəxş edər.
2. Qorxunun digər bir faydası isə insanı saleh əməl işləməyə, ixlaslı olmağa və axirətdəki mükafatnın azalmaması üçün etdiklərinin qarşılığını bu dünyada istəməməyə təşviq etməsidir.
"(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”
Kasıbları Allahdan qorxduğumuz üçün yedirdirik. Biz çətin və bəlalı gündə Allahın əzabına tuş gəlməktən qorxuruq dedilər. Yəni o gün qaranlıq uzun olduqca çətin və çox şiddətli bir gündür. O gün insanların üzləri gördükləri acınacaqlı səhnələrdən yerə dikilmiş vəziyyətdə olacaq. O gün olduqca çətin bir gündür. Və cəhənnəm əhlinin imtahanı çox uzun çəkəcək. Bu mövzuda digər ayələrə yanaşaq:
"(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər.
"O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. "125
Onları saleh əməl etməyə aparan ən mühüm səbəb qorxudur. Onları məscidlərə getməkdən, namaz qılıb, zikr etməkdən heç bir şey yayındıra bilməz. Nə mal, nə ticarət, nə də aldadıcı dünya süsləri. Çünki onlar qəlblərin və gözlərin zəlilcəsinə yerə dikiləcəyi o gündən qorxarlar. O günki əzabdan qurtulmaq üçün o gün həlak olmamaq üçün inanclarına və vicdanlarına sadiq qalarlar.
Axirətdəki faydaları
1. Allahdan qorxmaq insanın qiyamət günü Allahın ərşinin kölgəsi altında kölgələnməsinə vəsilə olur. Buna dəlil olaraq qiyamət günü ərşin kölgəsi altında kölgələnəcək olan yeddi qrup insanın zikr edildiyi hədisdir. Həmçinin o
124 İbrahim 13-14.125 Ən Nur 36-37.
siniflərdən biri də, "Şöhrət və gözəllik sahibi olan qadının təklifinə, "Mən Allahdan qorxuram" deyə cavab verən kimsədir." Bu kişinin Allahdan qorxması günah işləməsinə mane olmuş, günəşin insanların başı üzərinə bir mil gədər olacağı və insanların axıtdıqları tərdə boğulmalarına səbəb olacağı o çətin qiyamət günündə, onu ərşin kölgəsində kölgələnmə mükafatına laiq etmişdir. Bu kimsənin ona qarşı zina təklifində olan qadına, "Mən Allahdan qorxuram" deməsi onun Allahdan qorxmasına dəlildir. Həmçinin o gün ərşin kölgəsində kölgələnənlərdən biri də, "Tək başına olduğu yerdə Allahı xatırlayaraq göz yaşı axıdan kimsədir." Yəni, Allahın əzabını və şıddətli intiqamını xatırlayıb, axirətdə cəzalandırılmamaq üçün qorxaraq göz yaşı axıdan kimsədir. Belə göz yaşı tökən və qiyamətin dəhşətindən qorxan bir gözü cəhənnəm odu yandırmayacaqdır.126
2. Allahdan qorxmaq, bağışlanmaq üçün bir vəsilədir. Böyük bir cəhalət içərisində olan, amma qəlbində cüzi də iman olan bir insanın qəlbindəki qorxu, ətrafdakılardan heyrət edici bir vəsiyət etməsinə səbəb olmuşdur. Rəvaətə görə keçmiş zamanlarda yaşayan və Allahın ona çoxlu mal-dövlət verdiyi bir adam var idi. Bu adam ölüm döşəyində ikən uşaqlarını çağırıb soruşdu: " Mən necə bir ata oldum?" Uşaqları, " Bizim üçün xeyirli bir ata oldun" dedilər. Mən heç xeir iş görmədim. Mən öldükdən sonra cəsədimi yandırıb onu yaxşıca üyüdün. Fırtınalı bir gündə küləyə buraxın." dedi. Uşaqları bu istəyini yerinə yetirdilər. Allah Təala onun zərrələrini bir araya gətirərək ondan soruşdu: "Niyə belə bir vəsiyyət etdin?" adam, " səndən qorxduğum üçün" dedi. Və Allah Təala onu bağışladı.127
Bu insan cahilliyinə görə Allahın onu üzürlü gördüyü kimsədir. Yoxsa ölümündən sonra dirilişin olmayacağına inanan bir kimsə kafir olur. Çünki adamın cəsədini yandırtma səbəbi dirilişə inanmaması deyildir. Bu, Allahdan çox qorxan, amma xətalı olduğunu qəbul edən bir insanın misalıdır. Bu qorxu ona böyuk bir fayda gətirmişdir. Qorxusu onun bağışlanmasına bir vəsilə olmuşdur.
3.Allahdan qorxmanın faydalarından biri də insanın cənnətə girməsinə səbəb olmasıdır. Peyğəmbər (s.a.s) belə buyurur: " Düşmənin zərbəsindən qorxan kimsə tezdəndən yola çıxan kimsədə vaxtında evinə çatar. "Dinləyin! Allahın mükafatı dəyərlidir. Və bilinki bu dəyərli mükafat cənnətdir."128
Şeytan, pisliyi əmr edən nəfs, yalançı xüliyalar, və s. iblisin yardımçıları insanın yoluna çıxar. Əgər insan gözü açıq və niyyəti təmiz olarsa, şeytandan və onun xüliyalarından qurtular. Yol kəsənlərdən qurtularaq özünü əmin amanlıqda hiss edər. Bax bu, yəni mükafat olunarq verilən cənnət Allahın malıdır. Ora kim girərsə əmin amanlıqda olar.
4. Dünayada Allahdan qorxan bir insanın dərəcəsini Allah axirətdə də yüksəldər. Qütsi hədisdə Allah Təala belə buyurur: " İzzət və şərəfimə and olsun ki, quluma iki qorxunu və iki araxayınçılığı bir arada yaşatmaram. Əgər o, dünyada məndən qorxarsa qiyamət günü onu arxayin edərəm. Əgər dünyada özünü arxayin hiss edərsə, axirətdə ona qorxunu daddıraram." 129
126 Tirmizi Cihad, 16/39.127 Buxari 3481, Muslüm 2756.128 Tirmizi 2450.129 İbni Mübarək, Zühd 1/51, İbni Hibban 2/406. Şeyx Albani hıdisi həsəsənləşdirmişdir.
5. Allahdan qormaq hər növ pislikdən və çirkabdan qurtarmaq üçün yeganə vəsilədir. Çünki Peyğəmbər (s.a.s) belə buyurur: " Üç şey varki bunlar qurtuluşa aparır: " Qizli və açıqda Allahdan qorxmaq..."130
6. Allahdan qorxmağın faydalarından biri də, Allahdan qorxan kimsənin Allah qatında tərifə laiq olmasıdır.Belə bir insanın şərəfli ad və vəsflərə sahib olan insanlar zümrəsinə girməsi onun üçün yetərlidir.
"Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır! 131
Bunlar insanların əldə etmək üçün böyük əziyyətlər sərf etdikləri çox şərəfli adlardır.
"Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.
Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz! "132
Allah Təala digər ayədə belə buyurur: "Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” 133
"O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;
Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz "134
Uca Allah ona ən yaxın qulları olan Peyğəmbərləri özündən qorxduğu üçün tərifləmişdir.
" Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti
130 Beyhəqi Şuabul iman 5/452. Şeyx Albani hədisi həsənləşdirib.131 Əl Əhzab 35.132 Əs Səcdə 16-17.133 Əz Zumər 9.134 Məaric 27-28.
idilər."135 "Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!" 136
İbni Qeyyim belə buyurur: " Qorxunun ən önəmli səmərərlərindən biri də insanın haram olan şəhvani arzularının öz nəzarətində saxlayıb, həddini aşmasına başlayar." Haram olan ləzzətləri insan necə öz nəfsinə çirkin görsədə bilər? "
Bu ləzzətlərin pəncəsinə düşən insana Allahın əzabinı xatırlatmaqla olur. Məsələn: Zina edən kişi və qadın, əgər zina etməyin axirətdəki cəzasını xatırlasaydılar və yaxud axirətdəki içəcəkləri suyun qanlı irinlı oldugunu bilsəydilər və yaxud da ancaq qəbr əzabın xatırlatsaydılar, şəhvani arzularının dadı qacar və onlara çirkin görsənməyə başlayardı. Bu çirkin günahı işləmək onlara zəhər kimi acı olardı. Həmçinin içki içən bir kimsə etdiyi bu çirkin əməllərdən dolayı cənnətdəki gözəl içkilərdən məhrum qalacağını bilsə dünyada ikən içki içərkən hiss etdiyi bu fani ləzzətdən iyrənərdi.
Haram olan şəhvani arzular qorxu sayəsində nəzarət altına alına bilir. Beləcə qəlb itaətkar olur və rahatçılıq tapır. Qorxduğu üçün kədərlənir və aqibətinin nə qədər təhlükəli ola biləcəyini düşünməyə başlayır. Amma bu kədərlənmə, şəhavni arzuları nəzarətdən buraxdığında başına gələn bəlaların sixintı və kədəri ilə müqayisə olunmayacaq gədər kiçikdir. Allahdan qorxan bir kimsənin nəfsi ilə mubarizədəki misalı yırtıcı bir heyvanın pəncələri arasında qalmış bir ov kimidir. Yırtıcı heyvan onu heç vaxt buraxmaq istəməz. Bu insan onun pəncəsində qalıb ona yemmi olacaq, yoxsa qaçıb canını qurtaracaqmı?!
İbni Qudamə belə buyurur: "Bir şeyin sonu əmin amanlıq və xoşbəxtlik olmayandan sonra əvvəlindəki sevinc, rahatçılıq şeytandandır. Şəhvani arzulara qarşı gəlib Allaha qovuşmaq ona yaxın olmaq və bunun üçün çalışmaq böyük bir fəzilətdir. " Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir! " 137
7. Allahdan qorxmağın faydalarından biri də Allahın rizasını qazanmaqdır. Allah Təala buyurur: " Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!" 138
Qorxuya aparan yollar
Başda bunu bilməyimiz lazımdır ki, qorxunun qazanılması üçün bəzi amillər vardır. Amma bu amilləri qeyd etmədən onu deməliyik ki qorxudan məqsəd və nəticə Allahın əmrlərini yerinə yetirmək, qadağa etdiklərindən isə çəkinməkdir. Əgər qorxu şiddətli olarsa insan müstəhəb olan əməllərə riyaət etəməyə və məkruhlardan qaçmağa başlayar. Bundan daha çoxu məqbul qorxu sayılmır və xoş
135 Ənbiya 90.136 Nəhl 50.137 Rəhman 46.138 Bəyyinə 8.
qarşılanmır. Qorxu bundan daha aşağı səviyyədə olarsa insanda nöqsanlar çoxalır və gözlədiyin nəticəni verməz.
Qorxunun qazanılması üçün amillərə qəldikdə isə, bunlardır:
1. İnsanın keçmişdə etdiyi günahları xatırlaması
2. Boynuna düşən fərzləri və vacibləri naqissiz yerinə yetirməyə çalışması
3. Həyatımnn pis bir sonluqla nəticələnməsindən qorxması
4. Allahın ucalığını, ad və sifətlərini xatirlamaq
Allah Təala buyurur:" Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!" 139
Mələklərin Allahdan qorxması çox şiddətlidir. Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: "Rəbbiniz nə buyurdu?"– deyə soruşarlar, digərləri isə: "Haqqı buyurdu! O, Ucadır, Böyükdür!"– deyə cavab verərlər." 140
Allah Təala göy üzündə bir əmrini bildirmək üçün danışdığında onun sözlərinə boyun əydiklərini göstərmək məqsədi ilə mələklər qanad çırpmağa başlayarlar. Və bu səslər dəmir zəncirlərin böyük qayalara vurulması sırasında çıxarıldığı kimi səslərə bənzəyər. Sonra onları böyük bir qorxu bürüyər. Qorxuları yox olub danışmağa cəsarət edəcəkləri bir hala gəlincə biri-birilərinə belə deyərlər: "Rəbbiniz nə dedi?" Sonra isə belə cavab verərlər: "Həqiqəti söylədi, çünki o Ucadır, Böyükdür." 141
O halda Allahı ucaltmaq ondan və onun cəzalandırılmasından qorxmağa aparır. Bu Allahın və onun sifətlərini bilməyin nə gədər mühim olmasına dəlildir. İnsan Allahı nə gədər çox tanıyarsa, o gədər çox qorxar. Çünki kim Allahın intiqam alıcı olduğunu, əzabının şiddətli olduğunu, sonsuz güc və qüvvət sahibi olduğunu, hər şeyə qadir olduğunu bilərsə, şək yox ki insan Allahdan daha çox qorxacaqdır.
Allahdan və onun əzabından qorxmaq
Bu mövzumuz əsasən iki yerə ayrılır.
Birinci: Allahın əzabından qorxmaq
İkincisi: Allahın özündən qorxmaq
İnsanların çoxusu Allahın əzabından qorxarlar. Ancaq elm və fiqh əhli olan insanlar cəhənnəmdən çox Allahdan qorxarlar. Çünki avam insanların çoxusu Allah haqqındaki məlumatları çox az olduğu üçün, ancaq cəhənnəmdən qormağı ön plana çıxarırlar. Daha çox cəhənnəmdə yanmağı, dəmir zəncirlərə vurulmağı və əllərinə vurulacaq olan od qandallarını xatırlayarlar.
139 Nəhl 50.140 Səba 23.141 Buxari Təvsir 4701.
Halbuki onlar ən birinci cəhənnəmdən deyil Allahdan qorxmalı idilər. Çünki Allahdan qorxmaq insana daha böyük qorxu qazandırır. Amma bu insanlar elmdən uzaq olduqları üçün istər-istəməz cəhnnəm qorxusu Allah qorxusuna üstün gəlmişdir. Bu iki qorxi ilə əlaqədər İbni Qudəmə belə buyurur:
Birinci qorxu: Allahın əzabından qorxmaqdır. Belə qorxu ümumən insanıarın çoxusunun halıdır. Bu qorxu, cənnət və cəhənnəmin varlığına iman etməkləhasil olur.
İkinci qorxu, Allah Təalanın özündən qorxmaqdır. Bu alimlərin və ariflərin, yəni Allahı haqqı ilə tanıyanların sahib olduqları bir qorxu növüdür. Qurani Kərimin bu ayəsi alimlər və ariflərin qorxusuna işarət edir: "Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır." 142 Peyğəmbər (s.a.s) belə buyurur: " Mən onların arasında Allahı ən yaxşı tanıyan və ondan ən çox qorxanam." 143 Və digər ayədə Allah Təala belə buyurur: "Qulları içərisində Allahdan ancaq alimlər qorxar. 144 Çünki onların, Allahı tanımaları, ad və sifətlərinin mənasını bilmələri və düşünmələri onları bu qorxuya yönəltmişdir.
1. Allahdan qorxmağa yönəldən amillərdən bir digəri isə insanın qurtuluşa çatanları düşünüb, daha sonra onları özü ilə muqaisə etməsidir. Onlarla özünün arasındaki uzaqlığı hiss etməli və bundan ibrət çıxartmalıdır. Görəsən Allahın təriflədiklərinin sifətləri məndə var ya yox? Allah Təala buyurur: "Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram."
Allah Təala bu ayədə bağışlanmağın dörd şərtini bizə xatırladır. Hansınız bu şərtləri özündə cəm edə bilmişdir? Hamımızda mütləq bir naqislik və əskiklik vardir. Bu şərtlər: Tövbə, iman, saleh əməl və hidayətdir. Allah Təala Əsr surəsində də insanların açıq aydın bir xüsran, məğlubiyyət və uduzmaq içərində olduqlarını qeyd edərək anacaq bir qismi istisna edir. "Ancaq bir birilərinə haqqı və səbri tövsiyyə edənlərdən başqa" Digər ayədə Allah Təala buyurur: "Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: "Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!" Sözüm yerinə yetəcək." 145 Bu ayədə Allah Təala cəhənnəmi insan və cinlərələ dolduracağına and içir. Və digər ayə isə möminlərin qəlblərini dəhşətə salır: " İçinizdən oraya girməyəcək heç bir kimsə yoxdur. Bu Allah üçün qəti bir hökmdür." 146 Sələflərdən biri qəh-qəhə ilə gülən adama belə dedi: "Cəhənnəmə girəcəyinə qəti hökm verildimi? Adam bəli dedi. Bəs oradan qurtulacağına əminsənmi? soruşdu. Adam dedi yox. Və ona dedilər: " O zaman bu qəh-qəhə nə üçündür? "
Əməllərin kimdən qəbul edilməsi barədə Allah Təala buyurur: " Allah ancaq təqva sahiblərindən qəbul edər." 147 Görəsən bizdən qəbul edəcək mi?!
142 Ali-İmran 28.143 Buxari Nigah 50/60.144 Fatir 35/28.145 Əs Səcdə 13.146 Məryəm 71.147 Maidə 26.
Əgər qorxu qulun qəlbinə kök salarsa qul da qurtuluşun vəsilələri olan tövbə, iman, əməli saleh hidayət, haqqi və səbri tövsiyyə etmə və təqva kimi yollara yönələr.
2. Allahdan qorxmağa yönəldən amillərdən bir digəri isə Allah və Rəsulunun kəlamını düşünməkdir. Peyğəmbər (s.a.s) müttəqilərin (Allahdan qorxanların ) nümunəvi lideridir. Hər bir müsəlman Allahın kəlamını düşünüb Peyğəmbər (s.a.s)in şəxsiyyətini, həyatını başa düşməyə çalışarsa, Allahın ucalığını, onun qəzəbini keçmiş millətləri necə cəzalandırdığını müşahidə edər. Allahı tanımağın yolu Peyğəmbərdən keçər.
Bir qulun dünya və axirətində qurtuluşa vəsilə olan şeylərin ən faydalısı uzun uzağı Quranı təfəkkur etməsi, Quranın mənalarını başa düşməyə çalışmasıdır. Belə bir şəkildə Qurana yanaşmaq qulu Allaha yönəldir. Qurani Kərim həm ağır agibətlərlə həm də başına qələcək əzabla insanı xəbərdar edir. Dünyanın aldadıcı nemətlərinə meyl etməməsi üçün insana başqa şeylər (dünya və axirət rahatçılığı və cənnəti) vədd verir.
İbni Qayyum belə buyurur: "Allaha nad olsun ki, ağıllı mömin Hədid surəsini, Həşr surəsinin sonunu, Ayət ul Kürsünü və İxlas surəsini düşünərək oxuyarsa Allah qorxusundan qəlbi titrəyər. Allahın ucalığından dolayi böyük bir heyrət içərisində qalar.
3. Allahdan qorxmağa yönəldən amillərdən bir digəri isə Allahın ucalığını təfəkkür etməsidir. Allahın ucalığını düşünən bir insan ondan mütləq qorxacaqdır. Çünki dərin düşünmək Uca Allahın sifətlərinin nəyə qadir olduğunu sübut etməkdədir.
Allah Təala Ucalığı haqqında Qurani Kərimdə belə buyurur: " Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır." 148 Peyğəmbər (s.a.s) bir hədisi belə buyurur: " Allah belə deyərək özünü ucaltdı: " Güclü olan, hökmdar ola, böyük olan, əziz olan şərəfli olan mənəm." Peyğəmbər (s.a.s) bu sözləri minbərdə ikən demişdir. Bu hədisi nəql edən ravi belə deyir: " Allah Rəsulu bu sözləri dediyində minbər sirkəllənməyə başladı. Minbərin yixilacağını zənn etdik." 149 Minbərdə ikən Peyğəmbər (s.a.s) belə deməyə başladı: " Allah belə buyurur: "Güclü olan mənəm. Hardadır güclülər və təkəbbürlülər?" Bunu dedikdən sonra minbər sirkələndi. Ravi deyir ki, hətda elə zənn etdim ki Peyğəmbər (s.a.s) minbərdən yixilacaq. Başqa bir hədisdə Peyğəmbər (s.a.s) belə buyurur: "Yeddi qat göyün kürsüdə zəbt etdiyi məsafə ucsuz bucaqsız bir çölə atılmış bir halqa kmidir. Kürsünün isə ərşin yanındaki böyüklüyü eyni şəkildə ucsuz bucaqsız bir əraziyə atılmlş halqa gədərdir." 150
148 Zümər 67.149 Əhməd ibni Hənbəl Müsnəd 5391. Səhih.150 İbni Hibban 2/77. Səhih. Abdullah bin Əhməd əs Sünnə 2/570. Səhih.
Yəni yeddi qat göylər kürsünün yanında nə gədər kiçikdirsə,kürsüdə ərşin yanında bir o gədər kiçikdir. İnsan dini qaynaqlardan nə gədər Allahı çox tanımaq üçün oxuyarsa o gədər də Onu haqqı ilə idrak etmiş olar və qorxusu artar.
4. Allahdan qorxmağa yönəldən amillərdən bir digəri isə ölümü və şiddətini düşünmək, ondan qaçmağın mümkün olmadığını bilmək, gec tez hər kəsin öləcəyini düşünməkdir. Allah Təala buyurur: " Qaçdığınız ölüm mütləq siz yaxalayacaqdır. Hər bir atılan addım və hər bir alınan əfəsə insanı ölümə dahada yaxınlaşdırır." 151
Ölümü xatırlamaq insanı Allahdan qorxmağa aparır. Çünki Peyğəmbər (s.a.s) buyurur: " Bütün ləzzətləri qaçıran ölümü tez-tez xatırlayın. Kasıbçılıq sıxıntısı çəkən bir insan ölümü xatırlayarsa, fərah tapar. Bolluq və naz nemət içərisində ölümü unudarlarsa Allah onları dara düşürər.
Həmçinin ölümün qəflət gəlməsini düşünmək də insanın qorxusun artırır. Qəflət gələn bir ölüm, insanı azdıran bir fitnə, bir şübhə,murdar bir iş üzərində israr və yaxud da şəhvətlər səbəbi ilə tövbə etmədən insanı Allahın hüzüruna köçürdə bilər. Məs bunun üçündə insan ölümün qəflət gəlməsini fikirləşib buna hər an hazır olmalıdır. Sadaladığımız və s. digər günahlar üzərində qalmamalıdır. "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır." 152
5. Ölümdən sonrasını, qəbr həyatını düşünmək.
Peyğəmbər (s.a.s) belə buyurur:" Əvvəllər sizə qəbr ziyarətini qadağa etmişdim, amma indi qəbirləri ziyarət edin. Çünki qəbrləri ziyarət etmək qəlbləri kövrəldir, gözləri yaşardır, axirəti xatırladır. Qəbrləri ziyarətedərkən pis sözlər danışmayın." 153
Bəra bin Azibdən nəql edilən rəvaətdə belə buyurur ki: " Peyğəmbər (s.a.s) ilə birlikdə bir cənazə mərasimində idik. O, qəbrin başında oturub ağlamağa başladı. Qoz yaşları torpağı islatdı və sonra belə dedi: " Qardaşlarım, belə bir an üçün hazırlıqlı olun." 154
6. İnsan Qiyaməti və onun çətinliyini düşünsə diriləcəyi anı xatırlasa və daha sonra olacaqlarıdüşünməyə başlasa bu hal insanın Allahdan qorxmasına aparan ən böyük amillərdəndir. Allah Təala buyurur:
" Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi
151 Cümə 8.152 Muminun 99-100.153 Hakim Müstədrək 1/532. Şeyx Albani Hədisi səhihləşdirmişdir. 154 İbni Macə Zühd, 4195. Şeyx Albani hədis səhihləşdirmişdir.
çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın." 155
Allah Təala insanlara təqvalı olmağını, əmrlərinə boyun əymələrini, qadağan etdiklərindən uzaqlaşmağı əmr edir. Və Qiyamət günün şiddətini onlara xatırladaraq o gündən qorxmağını onlara tövsiyyə edir. O gün insan özündən başqa heç kimsəni düşünməz.
" Qulaqbatırıcı bir səs gələndə – o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır. O gün neçə-neçə üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar!" 156
7. Cəhənnəmi xatırlamaq
Allahın müşrik və günahkarlara hazırladığı cəzalar və s. cəhənnəmdə baş verəcəkləri düşünmək insanı Allahı tanıyıb ondan qorxmağa aparan bir amildir.
" Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir." 157 Cəhənnəm günahlara dur demək üçün qırmızı bir işıqdır. Və insanın elədiyi günahlara görə başına gələcək müsibətlərin xəbərdarçısıdır. Həsən ul Basri belə buyurur: " İnsanlar cəhənnəmdən daha böyük və daha dəhşətli bir şey ilə hədələnməmişdirlər."
8. İnsanı qorxuya aparan yollardan biri də qulun öz günahlarını və xatalarını düşünməsidir. Qul öz günahlarını unutmağa baxmayaraq Alah Təala onun etdiklərini hamısını bilir.Və Qİyamət günü günahlar quıun qarşısına qoyulacaq və buna görə onu hesaba çəkəcəklər. Qul asi olduğu halda onu bu dünayanın nemələri verilə bilər, bunun hikməti isə o insanın günahlarının dahada artması üçündür. Belə insanlar çox vaxt günah etmədiklərini və Allahın onlardan razı qaldığını zənn edərlər və belə deyərlər: "Məndən razı olmasaydı mənə ruzi verməzdi." " Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!" Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. "158 "O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!" 159
Baxça sahiblərinin əhvalatında keçdiyi kimi, qardaşlardan biri, "Qiamətin gələcəyini çoxda zənn etmirəm" deyirdi. Amma heç bilmədikləri bir zamanda əzab onların üstünə çökdü.
155 Loğman 33.156 Abəsə 33-42.157 Müddəsir 35.158 Fussilət 50.159 Kəhv 36.
9. Allahdan qorxmağa aparan amillərdən bir digəridə kiçik kimi görsənən və insanların səhlənkar yanaşdığı kiçik günahların pis və ağır nəticələrini düşünməkdir. Peyğəmbər (s.a.s) bir hədisdə belə buyurur: "Bir vadinin ortasında gecələyən bir qövüm vardır. Onlardan hər biri axtarıb kiçik bir çubux tapdılar. Bu çubuxları bir araya toplayıb od qaladılar. Və bu od üzərində özlərinə yemək bişirdilər." 160
10. Alladan qorxmağa cəlb edən amillərdən bir digəridə insanın həyatının pis bir şəkildə sona çatmasıdır. Əgər insanın həyatı pis bir şəkildə sona çatarsa və yaxud bir günah üzərində Allah onun canını alarsa o insanın halı nə olacaq. ALlah Təala buyurur: "Kaş sən mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: "Dadın yandırıcı odun əzabını!" 161
İnsan ölüm mələyinin, günahkarların ruhunu, necə əzabla aldığını düşünsə, sonra da o ruhu oddan bir kəfənə necə sarılacağını fikirləşsə bax bu zaman insan pis yola düşməkdən çəkinər və qəlbində qorxu hissləri oyanar.
İnsanlardan bu barədə çox şeylər gördük və eşitdik.
Onlardan birinin ölümü yaxinlaşınca günahlar içərisinə girər, ölümünə yaxın bəzən çox bəzən də hər şeyini itirərdi. Məs bunun üçün Sələf alimlərimiz sabit qala bilməməkqorxusu ilə üzüntü içərisində olmuşlar. Həyatlarının son anlarina gədər böyük bir qorxu ilə yaşamışdılar.Onlar belə deyərdilər: " Baxmayaraq ki, həyatımızın sonuna çatmışıq, bu yaşa gəlib çixmişiq, bu gədər saleh əməl etmişik yenədə kitabımızın dəyişməməsindən Allahın qəzabına tuş gəlməməkdən əmin ola bilmərik. Onlar çox yaxşı bilirdilər ki Allah Təala insan ilə qəlbini ayırır, bəzən onu ucaldır bəzən də yerin dibinə batırır. Hidayət verdiyi kimi zəlalətə də salır. Onların nümunəsi olan Peyğəmbər (s.a.s) belə bir uca məqama sahıb olmasına baxmayaraq belə dua edirdi: "Ey qəlbləri çevirən Allah, Mənim qəlbimi dinimdə sabit elə.
Bu mövzuda mühüm xüsuslardan biri də insanın, özünə Allahdan qorxmaq üçün iman qazandıracaq kimsələrlə oturub durması və onlarla bir yerdə olmasıdır. Bəs bu insanlar kimlərdir. Heç şubhə yoxdur ki onlar zahidlər, salehlər, alimlər və müttəqilərdir.
Allahdan qorxanlarla qardaşlıq et, təmiz qəlbli insanlarla bir yerdə olmağa çalış. Çünki onlar Allahın və Peyğəmbərin kəlamını eşitdikdə qəlbləri yumşalar.
" Rəbbindən qorxanların bu kitabdan eşitdikləri səbəbi ilə dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz." 162 Belə insanları axtar və tap onların həyat hekayələrini oxu və onlarla bir yerdə ol.
160 Əhməd bin Həmbəl, Müsnəd 1/402.161 Ənfal 50.162 Zümər 23.
Hədis əhli Peyğəmbər (s.a.s) in yaxınlarındandır. Onlar Peyğımbərə şəxsən yoldaşlıq etməsələr də onun nəfəsinə yoldaşlıq etmişlər. Əgər ətrafında saleh kimsələr yoxdursa, Allahdan laiqincə qorxanların həyat hekayələrini araşdir və onlara tabe ol. Şəxsən onlarla bir yerdə ola bilməsən də nəfəsin onunla bir yerdə olsun. İmam Əhməd və onun təqvası, İbni Abbas və onun züfdü və s.səhabələrdən, tabeinlərdən və günümüzəcən nümünəi həyatla gəlib çıxan salehlərlə birlikdə ol. İbni Abbas (r.a) o gədər çox ağlayardıki ağlamaqdan dolayı qoz yaşları yanaqlarında iz buraxməşdı. Həmçının Ömər ibn Xəttab düşündüyü ayətlərin təsirindən xəstələnər, yatağa düşər və insanlar onu ziyarət edərdilər.
Peyğəmbər (s.a.s) " Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!" 163 bu ayəni oxuyanda çox ağlayrdı. Həmçinin Hz Aişə (r.a) namazda " Allah bizə lütf etdi və bizi cəhənnəm əzabından qorudu" 164 ayəsini oxuyar və ağlayardı. Abu Bəkir (r.a) oxuduğu ayətlərdən çox təsirlənər və belə deyərdi: "Məni üzən bunlardır. Kaş ki,bir ağac olaydım." 165
Ömər (r.a) belə buyurur: " Kaş ki saman parçası olaydım. Kaş ki heç bir şey olmayydım. Kaş ki anam məni doğurmayaydı."166 Fırat çayı kənarında itmiş bir dəvə ölsə qiyamət günü hesabə məndən soruşulacağından qorxuram. Və başqa bir sözündə belə deyir: " Səmadan biri ey insanlar, biriniz xaric hamınız cənnətə girəcəksiniz desələr, o bir nsanın mən olmasında qorxuram.
Osman ibn Əffan (r.a) belə deyir: " Kaş ki öldükdən sonra heç dirilməyəydim." 167 Halbuki Osman (r.a) gecələrini təsbehlə və Quran oxumaqla keçirirdi. Qurani Kərimi çox oxuduğundan dolayi Quran köhnəlmiş, vərəqləri dağılmışdir. Şəhid edildiyində də Quran oxuyurdu. Və onun şəhid qanı da Quranın səhfələri üzərinə axmışdı.
Əbu Ubeydə bin Cərrah belə deyir: "Kaş ki bir qoç olsaydım, ssahiblərim məni kəsib ətimi yesəydilər və yox olub gedəydim." 168
İmran ibn Huseyn belə deyir: " Kaş ki, fırtınalı bir küləyin sovurduğu bir kül zərrəcikləri olsaydım." 169
Uzeyfə (r.a) belə deyir: " Kaş ki, malımı, işimi idarə edən biri olardı və məndə qapımı bağlayıb içəridə oturardım. Və Allaha qovuşuncaya qədər bir daha qaöımı açmazdım." 170
Aişə (r.a) belə deyir: " Kaş ki unudulub, yaddan çıxıb gedəydim." 171
163 Midə 118.164 Tur 27.165 Bu hədis dəyişik sənədlərlə bir çox rəvaətlərdə mövcütdur. Tirmizi Zühd, 2312. ...166 İbni Əbişeybə, Musənnəf, 7/97 34480. ...167 İbni Əbişeybə, 5/105.168 İbni Mübarək, Zühd 1/81241. ...169 İbni Mübarək Zühd 1/81241 ...170 İbni Əbişeybə Musannaf 7/139 ...171 Əbu Nuəym əl İsbahani Hilyatul Övliyya 2/45 ...
Abu Hureyrə (r.a.) cəhənnəmin ilk olaraq üç insanla alovlandırılacağı hədisini xatırlayarkən özündən gedərdi. Əli (r.a) ətrafındakı şiələrə belə deyərdi: "Məhəmmədin (s.a.s) in səhabələrini gördüm, bu gün onlara oxşayan heç kimi görmürəm. Gecə ibadət etməkdən üst-başları dağınnıq və toz torpaq içərisində oyanardılar. Gecələri Allaha səcdəd keçirərdilər. Yuxusuzluq onların üzündən bilinərdi. Onlar gecələr Quran oxuyub, Namaz qılar və zikr edərdilər. Axitdiqları qqöz yaşı paltarlarını isladardı. Amma artıq insanlar gecələrini qafıl bir şəkildə keçirirlər."
Ömər ibn Abdul Əziz yatağına girəndə qözü yuxuya gedənədək ağlayardı. Sonra gecə namazına qalxıb yenə ağlayardı.
Hər bir Müsəlman Sələf Salehin və ya günümüzdəki Salehlər ilə əlaqəli bir şey eşitməkdən uzaq olmamalıdır. Allahın dostları o kimsələrdir ki, onları gördüyündə Allahı xatırlayasan. Allahdan qorxan bir qul az yatar, və Allah üçün çox çalışar və bütün işləri doğruluq və dürüstlük üzərindədir. Dünyanın keçıcı nemətləri onu aldada bilməz. O, Allah qarşısında özünü əyər, Allahın xoşlamadığı işləri etməz, dünya ləzzətlərinin nə qədər cazibədar olmağına baxmayaraq Allahın əmrlərinə qarşı gəlib ona asi olmaz.
Allahdan qorxmağa aparan mühüm yollardan biri də dini söbtlərə, dərslərə və xütbələrə qulaq asmaqdır. İnsan beləcə nəsiyyət alır və təqvalı olur. Eyni şəkildə Alahı, onun ad və sifətlərini, müqəddəs kəlamlarını və Peyğəmbər (s.a.s)in hədislərini öyrənmək də insanın təqvasını artırır. Həmçinin bu mövzuda ən mühüm amillərdən biri də bu işlərə müvəffəq olmaq üçün Allaha bol-bol dua etməkdir. Allaha dua edərək onun təqvalı qul olmasını istəmək lazimdir. Peyğəmbər (s.a.s) hər zaman belə dua edərdi: "Ey Rəbbim! Mənə qarşı olanlara deyil mənə kömək et. Düşmənlərimə deyil, mənə zəfər nəsib et, mənim üçün deyil düşmənlərimə tələlər qur, məni zikr edən, şükr edən və səndən qorxan bir qul eylə. Məni itaətkar, sənə boyun əyən, sənə yönələn bir qul eylə. Tövbələrimi qəbul et, günahlarımı bağışla, dualarımı qəbul elə, dəlillərimi qüclü et, dilimi islah et,qəlbimə hidayət et, içimdəki pis duyğuları məhv et." 172
Qorxuya mane olan bəzi amillər
Elə şeylər vardır ki, insanı Allahdan uzaqlaşdırır. Məsələn: pislik etmək, dünya sevgisi, pis insanlarla oturub durmaq, elm öyrənməmək və s. insanın qəlbində həqiqi Allah qorxusunun əmələ gəlməsinə mane olur.
Əgər əzalar qorxunu isbatlamazsa bu insanın halı yaxşı olmaz. Məsələn: bir insan nəsiyyətə qulaq asır və təsirlənir amma əməl etmir. Belə bir qorxu insanı cəhənnəmdən qurtarmaq üçün kifaət deyil.
Məqbul olan qorxu davamlı olan qorxudur. Anlıq gəlib gedən qorxular isə çox vaxt insana fayda vermir.
Səhabələrdən İrbad bin Səriyyə belə buyurur: " Peyğəmbər (s.a.s) bir gün günorta namazından sonra bizə həyacanlı bir şəkildə mühazirə verdi. Onun
172 Əbu Davud, Namaz 1510. Şeyx Albani hədisi səhihləşdirmişdir.
söhbəti o gədər təsirli idiki orada olanların gözləri yaşardı, qorxudan qəlbləri titrədi. İçimizdən biri " Ey Allahın Rəsulu bu bir vida söhbətinə bənzəyir, bizə nətövsiyyə edirsən?" soruşduğunda, Peyğəmbər (s.a.s) onlara bəzi tövsiyyələr etdi."173
Bu hədisə diqqət yetirsəkgörərik ki, səhabələr eşitdiklərindən sonra əməl etməyə tələsirdilər. Onun üçün Peyğəmbər (s.a.s)dən əməl etmələri üçün bəzi tövsiyyələr istədilər.
Peyğəmbər (s.a.s) : " Əgər siz mənim bildiklərimi bilsəydiniz az gülüb çox ağlayardınız, küçələrə çıxaraq Allaha yalvarardınız" deyə buyurmuşdur.
Başqa bir hədisdə Peyğəmbər (s.a.s) belə buyurur: " Cənnət və cəhənnəm mənə göstərildi. Onları qarşımdakı bu divar kimi heç bir maniə olmadan açıq bir şəkildə gördüm." 174
Peyğəmbər (s.a.s) digər hədisdə belə buyurur: " göy üzü titrədi və titrəməkdədə haqlı idi. Çünki göyün hər tərəfindən, yerdə ayaq üstə, oturan və səcdə edən mələklər vardır." 175 Mələk olmaqlarına baxmayaraq səcdə halındadırlar.
Sələfdən bəzi alimlər belə demişlər: " İnsanların halı çox təəcublüdür. Xəstələnməməkləri üçün pəhriz saxlayar və bəzi yemək içməkdən imtina edərlər. Amma cəhənnəmə girmə qorxusu ilə günahlardan pəhriz saxlamazlar. Peyğəmbər (s.a.s) belə buyurur: " Cəhənnəm kimi şiddətli, dəhşətli, vahiməli bir şey görmədim. Amma bundan qaçmaq əvəzinə hələdə bəzi insanlar yatırlar.
İbn Teymi (r.a) belə buyurur: " Allaha asi olan hər kəs cahildir. Allahdan qorxan kəsələrə isə itaət etmək lazımdır." 176
Allahdan qorxan bir kimsə ölmədən əvvəl xeyirli işlər etməyə yönəlir. Ona verilən ömrü günləri, həftələri hətda saatları belə bəzən özünə savab işləmək üçün fürsət bilir. Vaxta çox önəm verir. Ömrün ən qısa anların belə dəyərləndirir. Bu insan həyatının dəyərsiz şeylərlə, fani dünya mənfəətləri ilə və yaxud da faydasız ləzzətlərlə keçməsinə əsla şərait yaratmaz.
Allahdan qorxan bir kimsə hər bir işində Allaha çoxlu yalvarıb yaxarar, ondan uğur və müvəffəqiyyət istəyər və hər zaman ona sığınar. Və son olaraq Allah Təaladan bizləri gizli və açıq hər bir halda ondan qorxan qullardan etməsini, onun əzabından qorxanlardan etməsini və bizlərlə öz lütvi kərəmi ilə davranaraq cənnətinə salmasını istəyirik. O duaları eşıdıb onlara haqqı ilə cavab verəndir.
Ümid
173 Əbu Davud Kitabus Sunnə 4607. Tirmizi, İbni Macə və Şeyx Albanı hədisi səhihləşdirmişdir. 174 Buxari Fitən 7091.175 Tirmiz Zühd 2312. Şeyx Albanı hədisi həsənləşdirmişdir.176 Məcmu ul Fətava 7/22.
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın xeir duası və salamı isə Peyğəmbər (s.a.s)in əhli behtinin, əshabələrinin və Qiyamətə qədər onların yoluilə gedənlərə olsun.
Ümidin mənası
Ümid insanın xoşuna gələn bir şeyi, bir nəticəni, bir aqibəti kimdənsə ummasıdır. Həqiqi ümid real səbəblər çərçivəsində Allaha güvənərək qerçəkləşir. Əgər xoş aqibətə aparacaq bir səbəb yoxdursa bu yerdə insan ümid deyil xoş xülyalara dalmış olub, özünü aldatmışdır. O, ümid deyildir.
Ümid (həqiqi ümüd) ilə təmənni (yalançı ümüdün) arasındaki fərq
Həqiqi ümüd ilə təmənnini bir birindən ayırmaq lazımdır. Çünki insanların çoxusu, Allahın rəhmətinə həqiqi ümid etdiklərini zənn etməkdədirlər. Amma həqiqətdə olanlar şərii bir mənada ümidə sahib deyillər. Əksinə bir təmənniyə sahibdirlər.
Həqiqi ümid səbəblərdən yappışaraq Allaha güvənib ondan xoş aqibət ummaqdırsa təmənni isə səbəblərdən ya heç yapışmayıb ya da heç doğru düzgün yapışmadığı halda Allaha güvəndiyini iddia etdiyi halda ondan xoş aqibət ummamqdadır. Yəni aralarındaki əsas fərq doğru düzgün səbəblərin doğru düzgün anlarda həyata keçirilməsinin varlığı və ya yoxluğu ilədir. Təmənni çox vaxt tənbəl insanlarda olur. Təmənni insanı işinə citdi yanaşmasına sövq etmədiyi kimi, doğru duzgün təvəkkür etməsinə də nail olur. Təmənni ilə yaşıyan insanın misalı heç toxum əkmədən əkin biçmək istəyənin halına bənzər. Ümid edən bir insanın halı torpağı şumlayıb əkin üçün onu uyğun hala gətirib kübrəsini verən, becərən sonra isə sulayan daha sonra da bu əkinin hər cür zərərlı şeylərdən qoruyaraq böyüməsini gözləyən insana bənzər. Bax bu kimsə ümid edən kimsədir. Necə deyərlər: " Könlü balıq istəyənin quyruğu sida qərək. Bu ikisi arasındakı fərq açıqca ortadadır. Bu ikisi arasında dağlar qədər fərq var. Çünki ümüdlü insan üstü"nə düşən bütün vəzifələriniyerinə yetirdikdən sonra bunun qarşılığını Allahdan gözləyər. Həqiq ümid budur. Və belə bir insan həqiqətən Allah ümüd etmiş insandır.
Birincisi isə iflas edən və sadəcə təmənni edən bi insandır. Cənnəti arzulayar, amma onu əldə etmək üçün heç bir əziyyətçəkməz. Allahın rəhmətini umar amma rəhmətə laiq olmaq üçün səbəblərdən tutmaz. " (Bu nemətə nail olmaq) nə sizin təmənniniz ilə (arzunuzla), nə də Kitab əhlinin təmənnisi (arzusu) ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır." 177
177 Nİsa 123.
Peyğəmbər (s.a.s) bir hədisi şərifdə belə buyurur: " İman təmənni ilə olmaz. İman, qəlbdə qərar salan və əməl ilə təsdiq edilən şeydir." 178
Həmçinin ümüd Allahın dininə sabit qalmağın yollarındandır
Ümüd Allaha yönələn, ona ibadət edən bir kimsənin zəruri azuqəsidir. Həqiqi mömin bir an ümüdsüz qalsa hələk olar. Həlak olmasa belə həlak olmağa çox yaxınlaşar. Çünki mömin bağışlanmasını dilədiyi bir günahı, islah olmasını istədiyi bir xətasını, qəbul olmasını istədiyi saleh bir əməlini, qerçəkləşməsini istədiyi hidayət və müvəffəqiyyəti və çatmaq istədiyi Allaha yaxınlığı ümüddən gəlib keçər.
Məs bunun üçün ümid insanın Allaha olan yolçuluğunda ona kömək edəcək və onu dində sabit edəcək vasitələrin ən güclüsüdür.Xüsusi ilə də fitnələr, şəhvətlər, imtahanlar vı şebhələrlə dolu bir zamanda, insanın ümüdə olan ehtiyacı dahada çox artmışdır. Allahın dinində sabit qalmaq üçün üçüd anlayışını doğru düzgün başa düşməyimiz lazımdır. Əgər ümüdü doğru düzgün başa düşməsək ümüd edənlərdən deyil, sadəcə təmənni edənlərdən olarıq.
Ümüdin əksi ümüdsüzlikdir və ümüdsüzlükdə günahdır. Hz Yagub Peyğəmbər oğullarına belə buyurmuşdur: " Ey oğullarım! Yusuf və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər." 179
Ümüdü həyata keçirtmək üçün mərhələlər
1. Allahın qulları üzərindəki ucalığı, ehsanını, qayğısını və rəhmətini xatırlamaq. Bizlər Allah Təalanın bizə olan sonsuz yaxşılıqlarını xatırlayarıq. Xəlq olunmağımız, görmə və eşitməmiz yer üzərində rahat yaşamağımız üçün bizə verilın nemətlər, həmçinin bizlərə göndərilən Peyğəmbərlər və kitablar bizim Allahdan ümid kəsməməyimizə bir işarətdir. Allah Təala bizi həlak olmaq üçün yaratmadı, yaşayıb onun rəhmətini qazanıb cənnətə girmək üçün yaratdı. Cəhənnəmi seçmək isə insanın öz seçimidir. Allah Təalanın bizim üzərimizdəki ucalıq və ehsanını düşünmək lazımdır.
Qullar Allah Təaladan bu nemətləri istəməmiş Allah Təala onlara bu nemətləri vermiş və onlara laiq olmadıqları halda sonsuz nemət və yaxşılıqlar etmişdir, yetərki insan doğru düzgün Allaha qulluq etsin.
Allah Təalanın insana verdiyi din və dünya nemətləri Onu xatırlamaq üçündür.
2. Ümüdü həyata keçirtmək üçün xatırlanması mühüm olan amillərdən bir digəri isə Allahın rəhmətinin genişliyini xatırlamaqdır. Onun rəhməti qəzəbinə
178 Beyhəqişuabul iman 1/80.
179 Yusuf 87.
qalib gəlmişdir, çünki O, Rəhman və Rəhimdir, hər kəsdən zəngin və coomərddir və mömin qullarına qarşı çox mərhəmətlidir. Bunun üçün qəlblərdəki ümüdü canlandırmanın yolu Allahın ad və siftlərini bilməkdən keçir. Mömin olan kimsə dünyanın axirətin tarlası olduğunu, qəlbin də bir torpaq kimi toxum olmadan yaşıllaşmayacağınıı çox yaxşı bilirlər. Qəlbin yaşıllaşması üçün itaətkar olmaq lazımdır. Əgər torpağın sulanmağa və qulluğa ehtiyacı varsa, və torpağa baxmaq üçün kanllar və arxlar qazmağa ehtiyyac varsa, qəlbin də eyni şəkildə itaəet və qulluq suyu ilə sulanması lazım olduğunu onlar çox yaxşı bilirlər. Toxumun yaşarması üçün torpağın zərərli ünsurlardan və amillərdən təmizlənməsi lazım olduğu kimi qəlbin də eyni şəkildə zərərli düşüncələrdən və fikirlərdən təmizlənməsi lazımdır. Necə ki, kəntçı torpağın doğru duzgün qidalanmasını üçün zərərli bitkiləri əkinin içərisindən təmizləyirsə eyni şəkildə mömin də qəlbini hər cür şübhə və şəhvani düşüncələrdən təmizləməlidir ki, qəlbində əkdiyi və itaət suyu ilə suladığı ibadət toxumları xarab olmasın.
Duz faizi yüksək olan torpaqda əkin bitmədiyi kimi, pis bir qəlbdə olan imanın da fayda verməsi, demək olar ki imakansızdır. Qulun ümüdü ilə əkin sahibinin ümüdünü müqaisə etmək lazımdır. Əkin üçün gözəl və verimli bir torpaq hazırlayıb ora çürüməmiş və kiflənməmiş toxumlar əkən, bu əkini lazım olanda sulayan,torpağı tikan və zərərli otlardan və alaqlardan təmizləməyə çalışan, sonra isə Allahın ona yazdığı lütv və ehsanını gözləməya başlayan, zərər verici yağışlardan əkininin zərər görməməsi üçün Allaha yalvaran bir kəntçinin bu gözləyişi ümüd olaraq həyata keçmişdir. Ancaq duzluq faizi çox olan torpaqda, quraqlıq yerlərdə yaxşı suvarılmayan və qulluq edilməyən bir torpağa toxum əkən insan axmaq və cahildir. Əgər bu insan münbüt bir torpaq seçib amma suvarılması mümkün olmayan bir yerə toxum əkib " Mən yağışın yağmasını gözləyirəm" desə, bu insan sadəcə təmənni və xülyalarla yaşamışdır. Bu insan ümüd əhlinin yanından belə keçməmişdir.
Ümüd qulun zahiri səbəbləri həyata keçirtdikdən sonra qəlbindəki yalvarış və inancdan dolayı umulan bir sonluqdur. İnsan səbəblərdən doğru-düzgün tutduqdan sonra Allah Sübhənu və Təaladan gözəl sonluq uma bilər. Bütün gücünü sərf edən, toxum əkən, tarlasının qulluğunda dayanan və yetişincəyə qədər onu sulayan bir kəntçi bütün bunlardan sonra Allah Təaladan əkininə zərər verəcək şeyləri uzaqlaşdırmasını, firtına, sel, oğurluq və sairə təhlükələrin şərindən tarlasını mühafizə etməsini dua edər. Mömin insan da eyni şəkildə itaət və qulluq vəzifəsini yerinə yetirib onu dəstəkləməsi və çaşdırıb zəlalətə düşürməməsi üçün Allahın ona kömək olacağına ümüd edər.
Ümüdlü bir insan itaət üzərində sabitliklə addımlayan və imanın tələblərini yerinə gətirən insandır. Özünü zəlalətə salmaması, əməlinin qəbul edilməsi, mükafatının qat-qat verilməsi vəAllahın lütv və ehsanını əldə etməsi üçün Allaha yalvaran insandır. Bu insan üstünə düşən vəzifələri yerinə yetirərək Allahın rəhmətini diləyər. Amma ürəyinə saldığı toxumu səhlənkarlıq edərək itaət suyu ilə sulamayan, ona qulluq etməyən, qəlbini əxlaqi rəzilliklərlə dolduran dünya ləzzətləri ilə baş-başa buraxan, bununla yanaşı Allahdan bağışlanma diləyən kimsə, axmaqdır və aldanmışdır. Allah Təala buyurur: " Onlardan sonra (ayələri dəyişdirilmək qarşılığında) dəyərsiz dünya malını alıb, necə olsa Allah bizi bağışlayacaq, deyərək kitaba varis olan bir qrupp pis kimsələr gəldi" 180
180 Əraf 169.
Allahı inkar edən baxca sahibi belə demişdir: " Qiyamətin qopacağını zənn etmirəm. Lap Allahın hüzuruna çıxarılsam belə heç şübhə etmirəm ki, oradabundan da daha xeyirli aqibətim olacaq."181
Belə insanlar günah bataqlıqlarında boğulduqları halda, cənnətə girəcəklərini ümid edirlər. Halbuki, bu ümid deyil. Sadəcə bir təmənnidir.
Ümüdlə islah olmaq
Ümüd ən çox bu iki növ insanı təhlükədən qurtarır.
1. Həyatda heç kimə lazım olmadığını, heç bir faydası olmadığını düşünərək ibadətdən uzaq olan insanı.
2. Qorxusunu idarə edə bilməyən və qorxusunun ona qalib gəldiyi kimsə... Bu qorxu insanın həm özünə həm də ailəsinə zərər verir. Bu qorxu caiz olan şərii qorxu çərçivəsindən çıxmışdır. Bu insan, mütləq adil olması və orta yolu tuması üçün özünü tənzimləməsi lazımdır. Və bu tənzimnamənin başlığı ümüddür.
Bəzi insanlarla ümüd mövzusunda söhbət etmək, onların islah olmasına səbəb olur. Ancaq Allaha qarşı çıxsn təkəbbürlü və ibadətdən üz çevirən sadəcə Allaha təmənni ilə Allahın rəhməti barəsində boş xülyalara dalan bir insana isə ümüd dərmanı heç bir fayda verməz.
Belə bir insana ümüdən və Allahın rəhmətindən bəhs etdiyin zaman, onu dahada uzaqlaşdırmış olarsan. Belə bir insana əzab ayə və hədislərindən ba.qa heç bir şey fayda verməz. Və bu məsələ dəvətçilərin xüsusi ilə diqqət yetirmələri lazım olan bir məqamdır.
Bəzi alimlər belə buyurur: " İnsanlara təbliğ və nəsiyyət edən kimsənin şirin dili olması cəmiyyətin ehtiyac hiss etdiyi mövzuları yaxşı bilməsi və insanların problemlərini ən uyğun şəkildə aradan qaldırmağı bilməsi lazımdır. Xüsusi ilə günümüzdə bir imamın insanlara xitab edərkən ümüdləndirməkdən çox, onları qorxutma yoluna baş vurmalıdır. İmam, xüsüsi ilə insanların diqqətini çəkmək və onları qorxutmaq məqsədi ilə xəstə qəlbləri islah etmək istəyirsə, ancaq ümüdün səbəb və fəzilətini xatırlatmadığı kimi, həmçinin onları ümüdsizliyə düşürüb Allahın rəhmətindən də uzaqlaşdirmamalıdır.
Hz. Əli (r.a) buyurur: " Həqiqi alim insanların Allahın rəhmətindən ümüd kəsməmələrini və cazalandırılmamalarından əmin olmalarını tənzimləyən kimsədir. Yəni onları ümüd ilə qorxu arasında saxlayan kimsələrdir." 182
Bu mövzuda insanların halına görə orta bir yol tutmaq lazımdır. Əgər insanlar hədlərini aşan günahkarlardırsa və böyük günahları xəfifə alırlarsa qorxunun dozasını bir az artırmaq lazımdır. Əgər insanlar qorxu içərisində olan bir qövmdürsə Allahın rəhmətindən ümüdlərini kəsmə ehtimalı varsa, ümüd barədə ayə və hədisləri, dərsləri çoxaltmalıdır.
181 Kəf 136.182 Darimi, Müqəddimə 297. Əbu Nuaym əl İsbahani, Hilyatul Övliyyə 1/77.
Ümüdün bəhrələri
Ümüdün bir çox səmərələri və bəhrələri vardır. Bunlardan:
1. İnsana səbrlə mübarizə aparmağa yönəldir.
2. Ümüd həyat şərtləri nə qədər ağır olursa olsun, səbr və mücadilədə davamlı olmağa yönəldir.
3. Bu mübarizə insana mənəvi bir ləzzət buraxır. Çünki bu mübarizədə insan çoxlu səmimiyyət gostərir və çoxlu dualar edir. Və səmimi edilən ibadətin şirinliyini isə qəlbində tapır.
4. İnsanın Allaha olan qulluğu, kiçikliyi, acizliyi və sədaqəti izhar olur. Və insana Alahdan kömək olmadan sıxıntılardan qurtarmağın mümkün olmadığını öyrədir.
5. Allahın sevdiyi bir əməli həyata keçirmiş olur. Çünki Allah Təala qullarının ona israrla dua etmələrindən, yalvarmalarından xoşlanır. Çünki Allah yaxşılığı etməyi sevən və comərddir. Əks təqdirdə Allah ona dua edib ondan bir şey istəməyənlərə qəzəblənər. Allaha dua edən kimsə ona ümüd edən kimsədir. Ümüd insanı duaya aparır. Ümüd olmasaydı duada olmazdı. Və dua da olmasaydı insan Allahın qəzəbinə gələrdi.
6. Ümüd insana ruh yüksəkliyi verir. Ruh yüksəkliyi isə insanın Allah olduğu yolçuluğu daha da ışıqlandırır və asanlaşdırır. İnsanı Allaha yönəldir. Ümüd olmasaydı insan Allahın rəhmətini, cənnətini və onun nemətlərini əldə etmək üçün heç bir səy göstərməzdi. Tənbəklik və passivlik bataqlığında batıb gedərdi. Məs belə bataqlıqların üstündən keçmək üçün ömür bir körpüdür.
7. Ümüd qulu Allah sevgisinə qovuşdurur. Hətda onu bu sevginin dəhlizlərinə atar.İnsan ümüdü qüvvətləndikcə, istəkləri əldəetdikcə Allaha qarşı olan sevgisi şükrü, kövrəkliyi dahada artır.
8. Ümüd insanı şükrün ən uca məqamlarına yüksəldir. Çünki ümüd, insanı ibadətin ən mühüm məqamlarından biri olan şükr etməsinə aparır.
9. Ümüd insana Allahın ad və sifətlərini yaxşıvca öyrənməsinə səbəb olur. Və belə olduğu təqdirdə insan uca Allahı daha yaxından tanııyr. Çünki ümüdlü insan öz ümüdlərini Allahın Kərim, Rəhim, Təvvab(tövbələri qəbul edən), və Qafur (bağışlayan) və s. sifətləri üzərində qurulmuşdur.
Qorxu ilə ümüd arasındaki bağlantı
Qorxu ilə ümüd arasına dərin bir bağlantı var. Bir insan Allahdan qorxmağına baxmayaraq həm də ona ümüd bəsləyir. Ümüd bəsləyən insan da eyni zamanda Allahdan qorxur. Ümüdlü insanlar qorxan, qorxan insanlar da ümüdvar, insanlar kimidir. Qorxu ilə ümüd cümlədə bir birinin əvəzinə işlədə bilər. Necə ki, Allah
Təala Qurani Kərimdə buyurur: " Necə olub ki, siz Allahın əzəmətindən qorxmursunuz?" 183 Bu ayədə ümüd sözü keçməkdədir. Amma ümüd burada qorxu kimi tərcümə olunmuşdur. Ümüd edən hər kəs ümüd etdiyi şeyin həyata keçməməsindən qorxar. Necə ki, insan dində sabit qalmağı, müsəlman kimi ölməyi, qəbirdə rahat yaşamağı, Qiyamət günü sorğu sualının rahat olmasını, sirat körpüsündən rahat keçməyi, Cəhənnəmdən qurtulub Cənnətə girməyi ümüd edirsə eləcə də bu ümüdlərini itirməkdən qorxur. İnsanın qəlbindəki iman mərtəbələri sıx şəkildə bir biri ilə bağlanmışdır. Ümüdsüz qorxu ümüdsüzlükdən başqa bir şey deyildir.
Allah Təala Qurani Kərimdə buyurur: "İman gətirənlərə de ki, Allah, etdilən günahlara görə, hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən (qiyamətdən, dünyadaki bəla və müsibətlərdən) qorxmayanları bağışlasınlar. Çünki Allah, hər toplumu, etdikləri günahlara görə cəzalandıracaqdır." 184
"Allahın günlərinin gəlməsini istəməzlər." Yəni Allah Təalanın onlardan əvvəlki millətlərin başına gətirdiyini bəla və müsibətlərin öz başlarına gəlməsindən qorxmazlar.
Əgər insan Rəbbinə qəlbən bağlanıb və ondan nəisə ümüd edərsə Allah ümüd etdiyi şeyi ona verər. Beləcə insan istədiyini əldə etmiş olar. Rəbbinin cəsarət və comərdliliyini görən insan Ondan daha çox şey istər və ona daha çox yönəlməyə başlayar. Və bu şəkildə də insanın imanı güclənər və Rəhman olan Allaha daha çox yaxınlaşar.
İnsanların Qiyamət günündəki sevincin miqdarı dünyada sahib olduqları qorxu və ümüdün miqdarında olacaq. Çünki onlar Allahın razılığını onun cənnətini və cənətdə Allahı görmək şərəfini əldə etmək məqsədi ilə ən önəmli ümüdlərini həyata keçirtmiş olacaqlar.
Həmçinin Allah Təala qulunun, Onun hüzurunda əyilməsi, ona təvəkkür etməsi, Ondan kömək istəməsi, Ona qarşı təqvalı olması, qədərinə qarşı səbr etməsi və verilən nemətrlərə şükr etməsi və s. kimi ibadətin pillələri ilə nəfsini kamala çatdırılmasını lütf etmişdir. Həmçinin insanın Allah qatında ucalması üçün Tövbə qapısı açıq buraxılmışdır. O, tövbə edərək Allahdan bağışlanma diləyər və Allahda onları bağışlayar.
Ümüdün növləri
Ümüdün üç növü vardır. Bunlardan ikisi qəbul digəri isə məqbul deyildir.
183 Nuh 13.184 Casiə 14.
1. Allahın verdiyi hidayət sayəsində itayətə yönələn bir kimsənin ümüdü. Belə bir insan Allahın onu mükafatlandıracağına ümüd edər. Yəni saleh əməllərdən sonra etdilən ümüd.
2. Günah işlədikdən sonra peşıman olub günahlarının bağışlanmasına və Allahın onu ört badır etməsinə dair olan ümüd. Yəni günahlardan sonra etdilən ümüd.
3. Allaha asi olmaqda həddi aşan və geri dönmək üçün heç bir səy göstərməyən insanın Allahdan bağışlanma və məxfirət olması. Buda necə ki yuxarida qeyd etdiyimiz kimi təmənnidən, yəni insanın özü özünü aldatmasından başqa bir şey deyildir.
Əhməd bin Asimdən belə soruşdular: " Qulun ümüd bəslədiyi necə bilinir?" O belə dedi: "İnsanın ona bir yaxşılıq edildiyində, Allahın dünya və axirətdəki nemətlərini xatırlamasını və bağışlanmasını umaraq Allaha şükr etməyi ehmal etməməsidir.
Ümüdü güclü edən səbəblər
Ümüdü güclü edən səbəblər insanın, Allahı, onun ad və sifətlərini və rəhmətini bilməsinə bağlıdır.Bu elm nə gədər güclü olarsa ümüd də eyni şəkildə güclü olar. Ümüd elm üzərində olmazsa qəlbin və orqanların qulluğunda da naqisliklər və səhvlər olar. Allahın ad və sifətlərinin xatırlandığı, oxunduğu məscidlər, bidətlə dolar.
Sevgi və məhəbət nə qədər güclü olarsa ümüd də bir o qədər qalıcı olar. Sevgi ilə ümüd arasındaki fərq bu şəkildədir. Sevən hər kəs ayrıca ümüd edəndir və zəruri olaraq qorxandır. Çünki o, sevdiyindən özün faydası toxunacaq şeylərin verilməsinə ümüd edərkən ayrıca onun gözündən düşməkdən, onun dərgahından qovulmaqdan və onun rəhmətindən uzaqlaşdırılmaqdan qorxar.
Bunun üçün sevən insanın qorxu və ümüdü çox güclüdür. Bu insan sevdiyinə qovuşarsa ümüdü bitərmi yoxsa davam mı edər? Bu insan öldüyündə başına nələr gələcək? Və buna bənzər suallara alimlərbir çox cavablar vermişdir. İnsan ölümündən əvvəl çox böyük bir qorxu hiss edər. Ancaq öldükdən sonra onun barəsində belə deyərlər: " Onun qorxusu və ümüdü digərlərinə nümunədir. O Rəbbinə qarşı ümüd bəsləmiş və ölmədən əvvəl ona qovuşmağı arzulamışdır. İnsan Rəbbinə ölüm vasitəsi ilə qovuşaraq onun hüzuruna gələrsə ölümlə əldə etdiyi qəlb nemətləri sayəsində Rəbbinə qarşı olan ümüdü daha da artar. Yəni Allah qatından qələcək şeylərlə ümüd artar. Ayrıca insanın, müqabilində mükafat və savab gözlədiyi əməllərdə vardır. Ölümlə bərabər insanın qorxusuda artar. Çünki olüm insanı cənnətə yaxınladirdığı kimi cəhənnəmə də yaxınlaşdırır. Qəbir, axirət həyatının ilk mərhələsidir. İnsan bu qapıya girməklə çox təhlükəli olan axirət yurduna qədəm qoymuş olur.
Uzun sözün qısası belə demək olmaz: " Öləndən sonra insanın hissləri tamamən yox olur." Əksinə bəlkə daha da güclənir. Çünki ölən insan sonsuzluq aləminə daha da yaxınlaşır. Sonsuz nemətləri və ya ağrı verici bir əzabı daha yaxından müşahidə edir. Ey qardaş və bacım! Bu andan etibarən itaət edərək günahlardan
uzaqlaşıb özünü o günlər üçün hazır et. Beləcə ümüdün əbəblərini əldə edə bilər və qəbrində güvən və aman içində ola bilərsən. Çünki qəbirdəki qorxu dəhşət vericidir. Və bu qorxu müşahidə olunan həqiqətlər səbəbi ilə daha da artır. Buna görə qiyamət qopmadan əvvəl özünə hansı yolu seçəcəyini yaxşı düşün. Və seçimini gecikdirmə.
Kafirlərin qəbrdəki hallarını fikirləş. Firon ailəsinin və əskərlərinin bu anki halına: "Onları səhər və axşamüstü oda salırlar. O Saat (Qiyamət) gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın deyiləcək!" 185 Onlar indi qəbirlərində əzab çəkməkdədirlər. Qorxuları isə gün küçdikcə artır. Hər gün qəbr əzabını dadırlar. Hansı quyuya düşəcəklərini və aqibətlərinin nə olacağını çox yaxşı bilirlər.Və bunları bilən insanın qorxusunun hansı həddə çatdığını bir düşün. Uca Allahdan qurtuluş, əmin amanlıq və ümüd istəyirik.
Rəbbinə qovuşan qul əgər saleh əməl sahibidirsə, ümüdü artar. Çünki işçinin maaş vaxtı yaxınlaşdıqca əldə edəcəyi mənfəətə görə sevinc və həyacanı dahada artır.
Həmçinin saleh əməl sahibi olan qullar, Allahın onları öz nemət və mükafatını tamamlayacağını bildikləri üçün qiyamətin qopmasını istəyərlər. Çünki qəbirdən cənnətə doğru bir qapı açılmışdır. Ona gözəl nemətlər verilib və belə deyilər: "Burada qal, dincəl və yat. Onu yuxusundan ancaq sevdiyi insanlar qaldıra bilər." 186
Ümüdün dərəcələri
Ümüdün bir birində fərqli və üstün dərəcələri vardır.
1. İnsanı ibadətlərdə ciddi olmağa yönəldən dərəcə.
Bunun sayəsində qul ibadətlərindən ağır və məşəqqətli olmasına baxmayaraq ləzzət alar və qadağan olunanlardan isə uzaqlaşar. Yolçuluğunda böyük qazanclar əldə etmək istəyən insan üçün yolçuluğun çətinlikləri asanlaşar. Necə ki, tacirlər əldə etməyə ümüd etdikləri qazanclar üçün əziyyət çəkirlər, yuxusuz qalırlar və uzun səfərlər edib qürbətə çəkilirlər. Həmçinin Alahın rizasını qazanmağa çalışan sadiq və səmimi qul üçün sabah namazına qalxmağının çətinliyi, soyuq günlərdə dəstamaz almağın, Allah yolunda cihad etməyin, həcc və ümrə etmənin, elm öyrənməyin, Quran əzbərləməyin, gecələrin azda olsa davamiyyətli namaz qılmağı, nafilə orucları tutmağın və s. bütün bunlar dininə səmimi yanaşan insana asanlaşdırılır. Və xüsusi ləzzət burax.
Allaha qulluq etməyin əvvəli çətinlik və səbr sonrası isə ləzzət və həzzdir. Daha
doğrusu insan çətinlikləri və acıları dadmadan ibadətin ləzzətin dada bilməz. Necə
185 Qafir 46.186 Əhməd ibn Hənbəl, Müsnəd 24566.
ki, sələflərdən biri buyurur: " İyirmi il gecə namazlarına səbr etdiyimdən sonra
Allah mənə nemətlər bəxş etdi." 187
Ümüd əldə ediləcək olan mükafatlara nə gədər güclü və səmimi bağla
bağlanarsa, insan üçün rahatçılığı tərk edib çətinliklərə sinə gəlmək bir o gədər
asanlaşacaqdır. Ümümən insan nəfsini itaət və ibadətə alışdırmalıdır. Və bu da
ancaq çətinliklərdən sonra asanlıqlar gələcəyinə ümüd bəsləməklə və çətinliklərin
müqabilində insanı gözləyən mükafatları əldə edəcəyinə iman gətirməklə
asanlaşır. Əgər nəfis mükafatın və savabın qiymətini bilərsə onu əldə etmək üçün
rahatçılığına narahatçılıq qatmağa yönələcəkdir. Məsələn insanın nəfsi sədəqə
verməyin savabının nə gədər böyük olduğunu bilərsə malından asanlıqla əl
çəkməyi bacaracaqdır. Nəfs malı çox sevər. Ancaq sədəqə verməyin fəziləti
barəsindəki hədislər insanı bu xəsislikdən və bu sevgidən yayındıra bilər.
İnsan yaradılış fitrəti üzərə sevdiyi bir şeyi ondan daha çox sevdiyi bir şeyi
tapmadıqca tərk etməz. Yolunda, uğrunda hər şeyin fəda edilə biləcək dəyərlər isə
Allahın rizası, cənnəti və mükafatdır.
Həmçinin çətinliklərə səbr etmənin, qəza və qədərə razı olmanın sirri bu
mübarizənin müqabilində insana verilən savab və Allah qatına onun dərəcələrinin
yüksəlməsidir. İnsanda dirənmə gücünü məhs belə şeylərdən alır. Beləcə acılar
insana ləzzət edir. Abu Cəhl qarpızı belə bal halına gəlir. 188
2. İkinci dərəcə nəfsləri ilə mübarizə edən kimsələrin, pis vərdişlərini tərk
etmələri və daha yaxşı əməllər etmələri üçün ümüd etdikləri tək şey himmət (elmi 187 Əbu Nuəym əl İsbahani, Hilyatul Övliya 2/321.188 Abu CƏhl qarpızı balaca və dadı çox acı olduğundn burada misal zikr edilmişdir.
hərislik və çalışqanlıq) yolu ilə məqsədlərinə çatmaqdır. Bu isə ancaq elm ilə
əldə olunan bir şeydir. Bunu həyata keçirtmək üçün dini məsələləri bilmək
gərəkdir. Çünki insan ümüd ediləcək və məqsədinə çatacaq şeyi yaxşı bilməli və
əməl etməlidir. Həmçinin digərləri kimi bu dərəcə sahiblərinə də, Allahın qoymuş
olduğu sərhədlərə riyaət etməyi, öz nəfslərinə vərdiş etməlidirlər.
3. Üçüncü dərəcə: qəlbi imanla dolu olan kimsələrin Allahla qarşılaşmağa
ümüd etməsi və ona qovuşacağı günü həsrətlə gözləməsidir. Bu insanın bər
bəzəklı dünyadan əl çəkməsinə yol açan bir ümüddür. Allah Təala belə buyurur:
"Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər
görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik
qoşmasın!" 189 Və digər ayədə Allah Təala buyurur: " Kim Allahla
qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın
müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir,
Biləndir." 190
Üstün qulların sahib olduqları belə bir ümüd imanın güclü olmasından
qaynaqlanır. Abid kimsələrin gözlərini dikdikləri və onların qəlbindən tikan
çıxaran ümüd budur. Və bu ümüdün sayəsində Allah Təala onları razı salacaq
şəkildə bir əcəl və ölumlə mükafatlandırmışdır.
Bu dərəcəyə sahib olanlar Allahla qovuşacaqları günə gədər qəlbləri izdirab
içərisində olar. Çünki Allaha qarşı çox böyük bir həsrət hiss etməkdə və
görüşməyi arzulamaqdadırlar. Bu məqsədlə bütün hazırlıqlarını tamamlayıb
əllərindən gələn səmimiyyəti və citdiyati göstərməkdədirlər. Hissiyatlarının dili
189 Kəhv 110.190 Əl Ənkəbut 5.
belə deyər: "Bu dünyanın imtahanı nəvaxt qurtaracaq ki, bizdə Allaha qovuşaq."
Onlar üçün Allaha qovuşmaq Cənnət nemətlərinin ən böyüyüdür.
Peyğəmbər (s.a.s) Umeyr ibni Nuhəm əl Ənsariyə (r.a) "Yer və göy
genişliyində cənnətə tələsin" dediyi zaman Allahla qarşılaşmağı arzulayaraq
əlindəki xurmaları yerə ataraq bu mənaya gələn sözləri dedi: "Əlimdəki xurmaları
yemək məni Allaha qovuşmağa gecikdirər." 191 Və bu səhabə şəhadət şərbətini
içincəyə qədər savaşır və şəhid olaraq Allaha qovuşur. Allah Təala qulları
arasında belə böyük bir istək və həsrətə sahib olan tayfanın, bu şpvq və arzusu
ortaya çıxınca onlara rahat olacağları bir söz verdi. "Kim Allaha qovuşmağı edirsə
bilsin ki, Allahın təyin etdiyi o vaxtmütləq gələcəkdir və O hər şeyi eşidən və
biləndir." 192
Sələflərin bu halı ilə günümüzdə yaşayan insanların halı arasında nəgədər fərq
var. Real həyatın tam göbəyində yerləşməsi lazım olan bu dəyərlərə insanların heç
bir ehtimam göstərmdiklərini görürük. Hətda bu dəyərlərə ehtimam göstərmək
ağıllarının ucundan belə keçmir. Amma Quran və Sünnədə mövzusu keçən
dəyərlər səhabələrin və bir çox şəxsiyyətlərin ucalmasında önəmli bir yer almışdır.
Belə bir mənəvi dəyərlərə sahib olan insanlar əslində baş tacı edilməlidirlər.
Amma təəssülər olsunki bunu günümüzdə görmürük. Əksinə belə bir insanlar
dar çərçivəyə salınıb. Onların yerinə yırtıcı hissiyyatlarına sahib olan, və öz
xoşbəxtliklərini, başqalarının zülmü və bədbəxtçiliyi üzərində quran kimsələr irəli
çəkilir, irəli çəkilib tac olaraq seçilir.
Ümüd və günahlar
191 Muslim, İmarət 1901.192 Əl Ənkəbut 5.
Şeyxulislam Abul-Abbas ibni Teymiyyə Əlinın (r.a) "Bir qul ancaq Rəbbini
arzular və ancaq günahlarından qorxar."193 Sözü ona xatırlanınca "Əlhəmdulİlləh"
dedi.
Ümüd xeyirli əməllər üçün mövzu bahis olarkən qorxu xeyirli olmayan şər işlərin
malicəsi üçün də önəmli mövzulardandır. Şübhə yoxdur ki, İnsanın başına gələn
müsibətlər, işlədiyi günahlar səbəbiylədir. "Başınıza gələn hər hansı bir müsibət
öz əlləriniz ilə qazandığınız günahların ucbatındandır. Hələ Allah çoxusunu keçir,
əhv edir." 194 Bunun üçündə Əli (r.a) insan ancaq günahlarından qorxar və bir
insanın başına gələn pisliklər işlədiyi günahlara görədir" deyə buyurumuşdur.
Allah Təala buyurur: " Beləliklə, qazandıqları günahlara görə
zalımların bir qismini digərinə hakim təyin edərik." 195 İnsan baçına
gələn müsibətlərin yeganə səbəbi olan günahlardan tövbə etməlidir. Peyğəmbər
(s.a.s) belə demişdir: " Allah Təala belə buyurur: "Mən məliklərin məliki olan
Allaham. Məliklərin qəlbləri Mənim əlimdədir. Onlara Mən hökm edərəm. Mənə
itaət edənlər üçün məlikləri bir rəhmət edərəm. Kim Mənə qarşı
qələrsə məlikləri onların başına musallad edərəm. Məlikləri söyməklə məşqul
olmayın. Mənə itaət edin ki, Mən də onların qəlblərini sizə qarşı sevgi ilə
doldurum." 196 İslami camaatlar bir çox yerlərdə məliklərdən əziyyət
çəkməkdədirlər. Bunun iki səbəbi var:
1. Dəvətdə yol verdikləri xətalar səbəbi ilə məliklərin onlara musallad olması,
doğru düzgün dəvət apamamalarının səhv nəticələri.
193 İbn ul-Cövzi, Sifət us-Safvə 1/326.194 Şura 30.195 Əl Ənam 129.196 Təbərani, Məcmu ul-Əvsat 9/90. Əbu Nueym əl İsbahani, Hilyat ul-Evliya 3/338. Heysəmi Məcmu uz-Zəvaidn 5/249.
2. Vacib və fərzləri yerinə yetirdikləri üçün məliklərin onlara musallad olması.
Bu hədisi səbirlə, təmkinlə, hikmətlə dəvət edən ikinci qrupa aid etmək olmaz. Belə bir halda insanın başına məliklər tərəfindən bir sıxıntı qələrsə bunu Allaha itaətsizliklə, Allaha asi olmaqla əlaqələndirmək olmaz. Yox əgər dillərini yorğanlarına görə uzatmazlarsa qaşınmaya yerdən qan çıxardarlarsa hikmətsizcə dəvət apararlarsa bu yerdə Allahın bizə əmanət etdiyi dəvət ibadətinə xəyanət etmiş, günah qazanarıq. Və Allaha asi olduqları üçün də Allah məlikləri onlara musallad etmişdir. Ümüdlü insan xeyirin həayata keçməsini, çərrin dəhf edilməsini istəyər. Müvəffəqiyyət və yaxşı sonluq Allahın qullarına olan ehsanı, pisliklər isə insanların öz əlləri ilə qazandıqları günahlardandır.
" Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir." 197
Ümüd və təvəkkül
Ümüd və təvəkkür arasında güclü bir bağlantı vardır. Təvəkkül insanın ümüd bəslədiyi mənfəətin həyata keçməsini və zərərin dəhf edilməsidir. Ancaq Allaha təvəkkür edilir.
Allah Təala buyurur: " Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər". 198
Kim Allahan başqasına təvəkkül və ümüd edərsə xüsrana düçar olar. Dünyada olmasa belə axirətdə mütləq məhrumlardan olar. Bu insanlara axirətdə belə deyilər: " Dünyada təvəkkül etdiyiniz kimslərin yanına gedin. Baxın görün onlar sizin üçün hər hansı bir mükafat hazırlamışlarmı?" 199
Allah Təala buyurur: " Alldan başqa özünə dost seçənlərin halı hörümçəyin halına
bənzər. Hörümçək özünə bir yuva qurar, halbuki yuvaların ən zəifi hörümçəyin
yuvasıdır. Kaş ki bunu biləydilər." 200
Digər ayədə: " Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar. Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar." 201 Bir mənfəət əldə edəcəm düşüncəsi ilə kim Allahdan başqasını çağırarsa, onun bu
çağırışı, duası, səyi boşa çıxar. Allah Təala belə buyurur: " Kafirlərin əməlləri səhradakı ilğıma (səraba) bənzəyir ki, susamış kimsə onu su hesab
197 Fatir 2.198 İbrahim 12.199 Əhməd bin Hənbəl, Müsnəd 23119. Şeyx Albani hədisi səhihləşdirmişdir.200 Əl Ənkəbut 41.201 Məryəm 81-82.
edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. Onun yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir." 202
Allah başqalarına təvəkkül edənləri umacaqlarının, gözlədiklərin nəticəsini ilğıma bənzədir. İlğım isə həqiqət deyil. İnsan ona söz çatacağını zənn etsə də əsla çata bilmir.
Allah Təala digər ayədə belə buyurur: "Musa dedi: "Əgər siz və yer üzündə olanların hamısı nankorluq edib ona asi olsanız, bilinki Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir" 203 Digər ayədə isə " Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik." 204
Allahın rizasını əldə etmək xaricində fərqli məqsədlərlə edilən əməllər batildir. Allahdan başqası üçün çalışan (ibadət edən, yalvaran, yaxaran, təvəkkür edən) və müqabilində bir şey uman kimsənin səyi boşa çıxmışdır.
İbni Qeyyim (r.h) belə buyurur: " Kim bir məsələnin həlli üçün, sıxıntılardan çıxmaq üçün Alahdan başqalarının yardımına qəlbən, həddən ziyadə bel bağlayarsa Allah Təala onu bel bağladıqları ilə baş-başa buraxar. Nəticə etibarı ilə o, nə Allahdan, nə də bel bağladıqlarından xeir görər" 205 Burada diqqət çəkəsi bir xüsus var ki, onu sizin diqqətinizə çatdırmaq istəyirəm. İnsan həyatda hər hansı bir şeyi əldə etmək üçün düzgün səbəblərdən tutmalıdır. Burada qınanan səbəblər doğru düzqün olmayan, şəriətə müxalif olan səbəblərdir. Məsələn: bir məsələnin həlli üçün Allahdan başqasına nəzir etmək olmaz. Və həmçinin bir məsələnin həlli üçün hər hansı bir vəkili təyin edib onun bacarığına həddindən artıq bel bağlamaq olmaz. Və yaxud evdən çıxarkən qapıya qıfıl vurduqda, qıfıla təvəkkür etmək olmaz. Qıfılı qapının üstündə saxlıyıb qəlbindən isə onu çıxardıb atırsan. İşləri isə onları icra edən Allaha həvale edirsən. Səbəbləri ehmal edib və yaxud da doğru duzgün tutulmadığı zaman Allaha təvəkkür bir aldanşdır. Allah Təala səbəblərdən doğru-düzgün tutmayanları ibrət dərsi alması üçün bizə Uhud döyüşündəki məğlubiyyəti misal çəkmişdir. Uhud içərisində Peyğəmbərin belə iştirak etməsinə baxmayaraq məğlubiyyətlə nəticələnmiş bir döyüşdür. Səbəblərdən doğru-düzgün tutmayanların dərs alması üçün Uhud bir zəfərdir, məğlubiyyət deyil.
Ümüd edən kimsələr baxımından ümüdün qismləri
Ümüd edən kimsə bəzən Allah üçün etdiyi saleh bir əməllə, bəzən Allaha ürəkdən güvənərək, bəzən Ona sığınaraq, bəzən də Ondan bir şey istəyərək və.s Allahdan başqa şeyləri gözləyə bilər. Bunlar ümüdün səmərələri olmağı ilə yanaşı eyni zamanda həm ibadətin, həm də kömək istəmənin bir növüdür. Çünki Allah
202 Nur 39.203 İbrahim 8.204 Əl Furqan 23.205 İbn ul-Qeyyim əl Couzi, "Nəfsin tərbiyəsi".
Təala Qurani Kərimdə buyurur: "Biz yalnız Sənə ibadət edər və yalnız Səndən kömək istəyərik." 206
Quran və Sünnədə ümüd
Quran və Sünnədə ümüd ilə əlaqəli bir çox məlumat var. Bunların bir qismini aşağıda zikr edəcəyik:
Allah Təala əmələ dayanan ümüd barəsində buyurur: " İman edənlər və hicrət edib Allah yolunda cihad edənlər ki vardır, ancaq onlar Allahın rəhmətini uma bilər. Allah Bağışlayan və Rəhimlidir." 207 Allaha və Peyğəmbərinin dediklərinə inananlar, yurdlarını və dostlarını tərk edərək Allah yolunda, Allah rizası üçün uzaqlara hicrət etdilər. Canları və malları ilə cihad etdilər. Allahın əmrini həyata keçirtmək üçün hər cür təhlükəyə düşə biləcəklərini göz önünə aldılar. Allahın əmrini həyata keçirtmək qanları bahasına onlara başa gəlsə də geri addım atmadılar. Döyüşdülər. Yaraların acı ağrısına səbr etdilər. Muharibə, aclıq, susuzluq və yorğunluğun hər cürünə səbr etdilər. Onlar bu qədər saleh əməllərdən sonra, Onun rəhmətinə və cənnətinə düşəcəklərinə, gözəl ümüd bəslədilər.
Allah Təala qullarına ümüd qapılarını sona qədər açmışdır. Hətda şirkdən başqa bütün günahları bağışlayacağını belə bildirmişdir.* Allah Təala buyurur: " Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur." 208 Digər ayədə isə: " Qullarıma belə çatdır: "Ey Mənim günah işləməklə, özlərinə zülm etməkdə həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" 209 Nisa surəsinin 48-ci ayəsi Zümər surəsinin 53-cü ayəsindən sonra nazil olduğu deyilmişdir. Rəvaətə görə səhabəlrə şirkin bağışlanıb bağışlanmayacağını Peyğəmbər (s.a.s) soruşduqlarında bu ayət nazil olmuşdur: "Allah ona şirk qoşanı əsla bağışlamaz." 210
Ümüdlə əlaqəli digər ayələrdən biri də budur: " Onlardan soruş: Göylərdə və yerdə olanlar kimə məxsusdur?" De: "Allaha məxsusdur!" Allah rəhm etməti özünə vacib etmişdir. O, Gələcəyinə şübhə edilməyən Qiyamət günündə sizi toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər." 211
206 Fatihə 4207 Bəqərə 218.* Allah Təala tövbə edəndə hətda şirki belə bağışlayır. Bağışlanmayan şirk isə, bilərəkdən Allaha şərik qoşub və bu əməldən tövbə etmədən ölən kimsənin şirkidir. Amma insan digər günahlardan tövbə etmədən ölsə belə, o Allahın istəyi altındadır. İstəsə ona əzab verər, istəsə onu bağışlayar.
208 Nisə 48209 Zümər 53210 Nisa 48211 Ən am 12
İbni Cərir belə deyir: "Allah Təala qullarına qarşı mərhəmətli olmağı hökmə bağlamışdır. Bu mərhəmət necə ortaya çıxmaqdadır? Tabari sözünə belə davam edir: "Cəzalandırılmağa laiq olmaqlarına baxmayaraq Allah onları cəzalandırmaq üçün tələsməz. O, Səbrlidir və Möhlət verəndir. Günahkarların qayıdış və tövbələrini qəbul edəndir. Bu hal günahkarlarda Allaha qarşı ümüd hisslərini oyadırə. Həmçinin Allah Təala buyurur:" Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs bilmədən bir pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir". 212
Tabari bu ayə ilə bağlı belə buyurur: "Ayəni incələsək:- Ey Məhəmməd! Sənə və
ayələrimizə iman edib dəlillərimizi qəbul edən kəslər sənin yanına gəlsələr, daha
əvvəl etdikləri günahlara görə, onlara əhv yolunu göstərməyini istəyərlərsə heç vaxt
onları ümüdsüz etmə. Onlara de ki, Allahın salamı sizin üzərinizə olsun. Allah
yaratdıqlarına qarşı Rəhmli olmağı özünə vacıb etmişdir. Sizdın kim günah edər,
sonra günahından tövbə edib əməllərini düzəldərsə şübhəsiz ki Allah, tövbə edənləri
əhv edən və onlara qarşı mərhəmətli davranandır.
" Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir." 213
Təbəri bu ayə ilə bağlı bunu qeyd edir: "Abdullah bin Abbasdan rəvaət
edildiyinə görə cihada getməyən Əbu Lubabə (r.a) və dostları sonra peşiman
olmuşdular və özlərini məscidin dirəyinə bağlayaraq Allah tərəfindən bağışlanmayana
qədər özərini açmayacağına and içmişdilər. Allah Təala onların tövbələrini qəbul
etməsinin müqabilində, onlar özlərini ağacdan açmış və mallarını gətirib Peyğəmbər
(s.a.s) verərək, ona:" Ey Allahın Rəsulu, budur bizim mallarımız. Bunları al və sədəqə
olaraq payla. Həmçinin bizim üçün Allahdan bağışlanma dilə. Peyğəmbər (s.a.s) :
"Mən sizin mallarınızdan bir şey almaqla əmr olunmadım" deyə buyurdu. Sonra isə
Tövbə surəsinin 102-103 cü ayələri nazil oldu. Bundan sonra Peyğəmbər (s.a.s)
onların mallarının bir qismini alaraq kasıblara sədəqə olaraq payladı. 214
212 Ən am 54213 Ət Tövbə 102-103214 Təvsir Tabari 11/12
Dünya nemətlərindən nəisə əldə etməyi Allahdan ummaq və Ona ümüd
bəsləmək də caiz və mümkündür. İnsan mal, övlad, zövcə, vəzifə və yaxud bir
xəstəliyin şəfasını, itmiş bir kimsənin geri qayitmasını ümüd edə bilər. Necə ki,
Yaqub (ə.s) dünyavi itkilərin geri qayıtması üçün oğullarına ümüdlü olmalarını
tövsiyyə etmişdir: " Ey oğullarım! Yusuf və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər." 215
İbni Cərir belə buyurur: "Yaqub, oğlu Yusifi tapacağına ümüd bəslədiyi üçün
oğullarına belə demişdir: "Ey oğullarım! Qardaşınız Rubili buraxdığınız yerə təkrar
dönün. Orada Yusifin və qardaşı Bünyaminin aqibətinin nə olduğunu yaxşıca araş
dırın. Əsla Allahın Rəhmətindən ümüdünüzü kəsməyin. Allah Rəhmlidir. Yusifi və
iki qardaşını bizə birlikdə geri qaytara bilər. Allahın Rəhmətindən ancaq kafirlər
ümüdünü kəsər.
Allah Təala belə buyurur: "Ya Məhəmməd, qullarıma belə çatdır: "Ey Mənim özlərinə zülm etməkdə, günah işləməkdə həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" 216 Allahın Rəhmətindən ümüdünüzü kəsməyin. Çünki Allah
günahlarınızın yarısını, bir qismini və ya sadəcə böyük günahlarınızı deyil bütün
günahlarınızı bağışlayır. O Rəhm edənlərin ən yaxşısıdır.
Burada xitab günahları az olanlar deyil, əksinə günah bataqlığında boğulan
kiçik və böyük günahları edənlərdir. Əsla Allahın rəhmətindən ümüdünüzü kəsməyin.
Allah ümüd kəsən qullarını sevməz. Bizim Ona ümüd bəsləməmizi O bizə əmr edir.
Səxavətli və Comərd olan Allah bizdən ümüd kəsməməyimizi istəyirsə deməli
arzularımızı həqiqətə çevirmək istəyir. Əgər bizə kömək etmək istəməməsəydi Oa
ümüd etməyimizi də istəməzdi. Amma yetərki sən səbəblərlə təvəssül edərək Ondan
bağışlanma dilə, Ona həqiqi tövbə et, günahlardan, oddan və yaxud da kasıbçılıqdan
qaçdığın kimi qaç. Özünü islah et. İslamı həyatının hər sahəsinə qarışdır. Keçmişdə
etdiyin günahlara görə peşiman ol və qələcəkdə bu günahlara qayıtmayacağına dair
kəskin qərarlı ol.
Sünnədə ümüd
215 Yusif 87216 Əz Zümər 53
Allah Təala qüdsi hədisdə belə buyurur: "Ey Adəm övladı! Sən Mənə dua edib
ümüd bəslədikcə, Məndə heç bir şeyə baxmadan səni bağışlayaram. Ey Adəm övladı!
Günahların səmadaki buludlar qədər olmağına baxmayaraq Məndən bağışlanma
diləsən səni bağışlayaram. Ey Adəm övladı! Günahların yer üzündəki sular qədər
olmağına baxmayaraq Mənə şərik qoşmadan Mənim hüzuruma gəlsən, o sular qədər
səni məğfirətlə qarşılayaram.
Allah Təalanın açmış olduğu bu böyük ümüd qapısı hər kəsə aitdir. İnsanın
ölüm anında qorxu və ümüd ilə əlaqəli, Allaha qarşı Hüsnü Zənn etməsi üçün xüsusi
hallar vardır. Bir qüdsi hədisdə belə buyrulur: "Qulum Məni necə bilirsə, Mən
eləyəm. Məni xatırladığında onunla bərabər oluram." 217
Ölüm anında Allaha gözəl ümüd bəsləməmiz üçün o çətin anlara
hazırlaşmağımız lazımdır. Çünki o andan qaçmaq mümkün deyil. Ey insan! Üzünü o
anlara hazırla. Çünki o an ruhun boğazdan çıxacağı andır. Biz müsəlmanlar Allaha
qarşı gözəl zəndə olmalıyıq. Çünki Peyğəmbər (s.a.s) Müslimin rəvaət etdiyi bir
hədisdə, ölümündən üç gün əvvəl ümmətinə bu nəsiyyəti etmişdir: "Hər müsəlman
Allaha qarşı gözəl zənn bəsləmiş halda vəfat edər." 218 Bu hədis ümüdsüz
olmamağımız üçün bir xəbərdarlıqdır. Ölüm anında belə olsa ümüdünü itirmə. Bunun
üçün sələfdən bəziləri Allah haqqında gözəl zənn bəsləmiş bir şəkildə ruhunu təslim
etməsi, bağışlanacağını umması, əməllərinin qəbul edilib mükafatlandırılması üçün,
ölüm ayağında yanındakılardan onun üçün rəhmət ayələrini oxumalarını istəyərdi.
Deməli insan günaha təkrar-təkrar düşsə belə, tövbəsində səmimi olduğu
müddətcə, Allahın onun günahlarını bağışlayacağını bilməlidir. Allahın qullar
üzərindəki haqqı Ona şərik qoşmayanları cəzalandırmamasıdır.
Muaz (r.a) Peyğəmbərə (s.a.v) belə dedi: "İnsanlara bu müjdəni verimmi?"
Peyğəmbər (s.a.v) dedi: "Xeyir. Əgər onlara bu mujdəni versən arxayınlaşıb , saleh
əməl etməyi və çalışmağı buraxarlar." 219
İbni Rəcəb əl-Hənbəli, alimlərin bu sözlərini bizə nəql edir: " Peyğəmbərin bu
müjdəsinə arxayınlaşıb əməl etməyi tərk etmək düşüncəsi ilə, bu müjdəni başqa
səhabələrə çatdırılmasında Muaza əngəl olunmasından başa düşülür ki: İnsanlarda
arxayınlıq yaradan hədislər insanların toplumuna bildirilməz. Ola bilsin ki, bu
hədislərin ifadə etdiyi mənalarla əlaqəli olaraq insanlar tənbəlləşər və saleh əməl
217 Buxari, Tovhid 7405218 Müslüm, Sifatul Cənnə 2877219 Buxari Cihad 2856, Müslim İman 30.
etməyi tərk edərlər. Muaz (r.a) bu müjdəni eşidən kimi şükür əlaməti olaraq əməlini
çoxaltmış və təqvasını artırmışdır. Amma Allahı yaxşı tanımayanlar, avam və cahil
insanlar hədisin zahiri üzərindən yola çıxmışlar. Bu yolda çoxlu çətinliklər, bəlalar,
müsübətlərlə üzləşmişlər ki, buda onların dünya və axirətdə bədbəxt olmalarına qapı
açmışdır."
Həmçinin Peyğəmbər (s.a.v) Osman (r.a) haqqında belə demişdir: " Osman bu
gündən etibarən nə günah edərsə etsin bu onun imanına zərər verməyəcəkdir." Amma
bu sözlər Osmanın (r.a) yaxşı və saleh əməllərini dahada artırmışdır. Həmçinin
sağlığında ikən cənnətlə müjdələnmiş on səhabə də öz saleh əməllərini artırmışlar.
Əgər belə hədislər insanda arxayınlıq məqsədi ilə deyilmiş olsa idi onda ən arxayın
insanlar Peyğəmbərlər olmalı idi. Halbuki Peyğəmbərlər arxayın olmağın arası məğrib
ilə məşrik kimi bir-birindən uzaqdır. Belə hədislər lazım olan miqdarda lazım olan
kimsələrin yanında zikr edilir. Rüxsət hədisləri toplumun hər təbəqəsindəki insanlara
bildirilməz. Çünki hamı Muaz (r.a), Osman (r.a) və s. kimi deyil. Çoxunun dini
anlayışı azdır. Belə hədislər səhv yerlərdə, səhv şəkildə tətbiq olunarsa insanın dindən
çıxmasına səbəb ola bilər. Əgər insanların dini səviyyəsi sənə məlum deyilsə bu yerdə
sənin tutduğun yol qorxu üzərindən olmalıdır. Çünki insanların çoxu nəfsi əmmarənin
köləsi olub, nəfslərinə uyub Allaha asi olurlar. Allah hamıya hidayət versin.
Dedik ki: " Şirk qoşmadan Allahın hüzuruna gələrsə." Şirk isə üç qismə
ayrılır: Böyük, kiçik və gizli şirk. Yaxşı, şirkə düşməməkdən kim salamat qala bilər?
Bu kimi hədislər, alimlərə görə digər ayə və hədislər ilə birlikdə başa düşülməlidir.
Belə hədislər və ayələr, istər arxayınlıq gətirən olsun, istərsədə ümüd kəsən. Belə ayə
və hədisləri birmənalı şəkildə, başqa dəlillərə baxmadan qəbul etmək səhv nəticələr
verir.
Bəzi alimlər də bu kimi hədisləri: "Allah əbədi əzab verməyəcəkdir"
mənasında şərh etmişlər. Çünki digər hədislərdə Allaha şərik qoşmayanlarında
cəhənnəmə düşmələri rəvayət olmuşdur. Hər məsələdə olduğu kimi bu məslədə də
hədisləri cəm etməklə düzgün nəticə əldə etmək mümkündür. Alimlər cəhənnəmi
qismlərə bölürlər. Şirk əhlinin yanacağı cəhənnəm və böyük günah sahiblərinin
yanacağı cəhənnəm. Muazın hədisində keçən "əzab verməyəcək" kəliməsi: yəni
müşriklərin yanacağı cəhənnəmdə əzab verməyəcək mənasındadır.
Hər halda bu mövzudaki ümumi qayda bu ayənin ifadə etdiyi şəkildədir. "(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa
özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır." 220
Sələflər bu ayənin ifadə etdiyi mənadan çox təsirlənmiş və əsla saleh əməl etməyi,
iman və təqva üzərində çalışmağı əksiltməmişlər.
Günahkar olub tövbə edən, tövbə etməyinə baxmayaraq ümüdsüzlüyə
qapanan, günahlarının çox olduğunu düşünüb, cəhənnəmə məhkum olduğunu düşünən
və ümüdsüzlükdən saleh əməl etməyə taqəti qalmamış birinə xatırladılacaq olan
hədislərdən biri də budur.
Peyğəmbər (s.a.v) belə buyurmuşdur: "Mömin qul o qədər Rəbbinə
yaxınlaşdırılar ki, hətda Allah onun üzərinə öz himayəsini endirər və günahlarını ona
etiraf etdirər. Ondan soruşar: "Bu, bu günahlarını xatırlayırsanmı?" Mömin qul da iki
dəfə "Bəli ey Rəbbim xatırlayıram" deyər. Allah Təala : "Dünyada ikən günahlarını
örtərək səni biyabır etmədim, bu gün də o günahlarına görə səni əfv edirm." deyə
buyurar. Sonra ona dəftəri sağ tərəfdən verilər. Amma kafirlərə və münafiqlərə
gəlincə bütün məxluqatın önündə, onlara: "Bilin və agəh olun bunlar Allahın adından
yalan deyən zalımlardır. Allahın lənəti isə zalımların üzərinədir deyilər." 221
Günahlarına görə ümüdsüzlüyə qapanan bir kimsəyə bu və bunun kimi hədisləri zikr
edib belə demək lazımdır: " Günahlardan qurtulmağa ümüdün var. Sən yaxşılıq
etməyə davam et, arxaya çevrilib baxma. Allah günahları bağışlayandır." Bu tövsiyyə
şəkli müəyyən insanlara ediləcək nəsiyyətin bir növüdür. Abdullah ibni Məsuddan
nəql edilən bir rəvayəti misal olaraq qeyd edək. Rəvayətə görə bir nəfər naməhrəm bir
qadını öpmüş və Peyğəmbər (s.a.v) yanına gələrək etdiyi bu günahın cəzasının nə
olduğunu soruşmuşdur. Bu hadisə vaxtı bu ayət nazil olmuşdur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır." 222 Həmin insan: "Bu ayə mənə görəmi nazil oldu?"
deyə soruşanda Peyğəmbər (s.a.v): "Bu ayət ümmətimin bütün günahkarları üçün
nazil olmuşdur" deyə buyurdu. 223
Bu hədis yaxşı əməllərin günahlar üçün kəffarə olmasına dəlildir. Yaxşı
əməllər hansılardır? Beş vaxt namazmı, yoxsa fərz əməllər xaricində düşdüyün
vəziyyətdə digər mühüm olan, Əmr bin Məruf mövzusuna daxil olan saleh əməllərmi?
220 Ən Nisa 123221 Buxari Məzalim 2, Müslim Tövbə 2768 222 Hud 114223 Buxari, Məvaqit 526/ Muslim, Tövbə 2763
Bu məsələdə alimlər arasında fikir ayrılığı mövcutdur. Çünki islam insanları beş vaxt
namazla kifayətlənməyib, digər əmr və qadağaları onlara əmr etməkdən ibarətdir.
İmam Şafi ölüm yatağında ikən ondan soruşurlar: "Ey Abu Abdullah gecəni
necə keçirdin?" İmam Şafi: "Bu dünyadan köçmək və dostlarımdan ayrılmaq hissləri
ilə sanki ayrılıq badəsini içmiş kimi sabahladım. Bilmirəm ruhum cənnətəmi girəcək
yoxsa cəhənnəməmi. Əgər cənnətə girərsə onu mujdələyəcəyəm. Yox əgər
cəhənnəmə girəcəksə onu qınayacağam" dedi və sonra bu misraları oxudu:
"Qəlblər daşlaşıb ümüdlər tükənəndə
Qurtuluş sığınmaqdadır sənin əhvinə
Günahlarım çox böyükdür həddi hesabı olmaz
Əfvin daha böyükdür, günahlara müqayisə olunmaz"
Peyğəmbər (s.a.v) buyurur: "Kim Allahla qovuşmağına sevinərsə, Allah da
onunla qovuşmağına sevinər." Allah Təala ölüm anında belə qullarını müjdələyərək
belə buyurur: " Həqiqətən də: "Rəbbimiz Allahdır!"– deyib sonra düz yol tutan kəslərə mələklər (ölüm ayağında) nazil olub belə deyirlər: "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! " 224
Allah Təala onları mələklərlə müjdələyir. Mələklər ölüm anında onların
yanına enib, ruhlarını muhafizə edərlər. Taki onu cənnətəçatdırana gədər. Orada
onlara: "Biz sizlərin həm dünyada, həm də axirətdəki dostlarıyıq" deyərlər. Allah
bizləri o kimsələrdən etsin.
4. Allah Rizası (razılığı)Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Xeyir duamız isə Peyğəmbər
(s.a.v) üzərinə olsun. Qəlb əməllərindən ən böyüyü, bəlkədə ən başda sadalanan
"rizadan" danışmaq istəyirik.
Əvvələ Rizanın tərifindən danışacayıq. Quran və Sünnədəki mühümlüyünə
toxunduqdan sonra onun qazanılan yoxsamı fitri bir sifət olduğundan, həmçinin onu
əldə etməyin səbəblərindən, rizanın qismlərindən, dərəcələrindən, faydalarından və
səbrlə riza arasında olan müştərək hallardan danışacayıq.
224 Füssulət 30
Rizanın tərifi Rizanın tərifi əsəb və qəzəbin ziddidir. Əli (r.a) rəvaət olunan hədisdə Peyğəmbər (s.a.v) Vitr namazının sonunda belə dua edərdi: "Allahım Sənin qəzəbindən rizana sığınıram. Əzabından, əhvinə sığınıram. Səndən (Sənə asi olmaqdan) sənə sığınıram. Səni laiq olduğun şəkildə tərifləməyə gücüm çatmaz. Sən özünü tərif və vəsf etdiyin kimisən." 225
Riza ilə əlaqəli bir ayədə Allah Təala belə buyurur: "O, artıq razı qalacağı bir həyat içindədir." 226 Yəni razı qalınmış gözəl bir yaşam içərisindədir. Riza ilə rizvanın arasındaki fərq, rizvan rizanın daha mükəmməl formasıdır. Rizanın şərii mənası isə qulun Allahdan razı qalması onun qədərinə qarşı olması və bu qədərin nəticələrindən rahatsız olmamasıdır. Allahın quldan razı olması demək, qulun, Onun əmrlərinə boyun əyməsi, qadağan etdiyi şeylərdən uzaqlaşmasıdır. "Onu razı etdi" yəni razı qalacağı şeyləri ona verdi deməkdir. " Onu razı salmağa çalışdıq" Onun rizasını tələb etdi, qazanmağa çalışdı mənasına gəlir.
Quranda riza Qurani Kərimə baxdığımızda rizanın bir neçə fərqli yerlərdə zikr olunduğunu görürük. Allahın rizasını qazanmaq üçün çalışmağı bizlərə tövsiyyə edən ayətlərdən biri: " İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir." 227 İnsanlardan bəziləri Allah yolunda əziyyət çəkənlərə vədd etdiyi nemətləri əldə etmək üçün öz nəfslərini fəda edirlər. Başqa bir ayətdə isə " Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək müqabilində satın almışdır." 228 Bu satıcı əgər Allahın razlığını qazanmaq istəyirsə bunu əldə etmək üçün hər şeyini satar.
Sədəqə vermək Allah rizasına aparan ən mühüm amillərdən biri olduğu üçün Allah Təala belə buyurur: " Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli" 229 Yəni Allahın razılığını qazanmaq üçün mallarını sədəqə olaraq mücahidlərə ehtiyacı olanlara verərlər, Allah yolunda xərcləyərlər.
Allahın rizasını qazanmaq üçün yaxşılıq edənlər barəsində Allah Təala belə buyurur: " Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik." 230 Uca Allah ayənin sonunda bunların gözəl aqibətindən
225 Əbu Davud, Savad 340226 əl-Həqqa 21227 Bəqərə 207228 Bəqərə 265229 Bəqərə 265230 Nisa 114
söz edərək belə buyurur: "... Biz ona böyük bir mükafat verəcəyik." İnsanın verdiyi sədəqələri, etdiyi yaxşılıqları, çəkindirdiyi pislikləri bağışladığı və barışdırdığı toplumları qısaca bütün əməllərini Allahın razılığını qazanmaq üçün edər.
Allah Təala İslamı bu ümmətə din olaraq seçmişdir və yalnız İslamı seçəcəyimiz təqdirdə bizdən razı qalacağını bildirmişdir: "... Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim ..." 231 Yəni mənim əmrlərimi yerinə yetirdiyiniz, qadağan etdiklərimdən çəkindiyiniz zaman sizdən razı qaldım.
Həmçinin Allah Təala buyurur: " Ey Kitab əhli! Artıq sizə Kitabdan
gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da
üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur
(Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını
arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları
Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir." 232
Müsəlmanları aldatmaq üçün and içən münafiqlər haqqında Allah Təala belə buyurur:
" Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər
mömindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları
daha yaxşıdır." 233 Münafiqlər yalandan and içməklə müsəlmanları aldatmaq və
onlara hiylə qurmaq istəyirdilər. Müsəlmanları üzdə razı salmaq üçün and içirdilər
amma Allah Təala müsəlmanların belə andlara inanmalarına qarşı çıxmışdır. Əgər
onlar səmimi olsaydılar Allahı razı salardılar. Allahı qəzəbləndirib insanları razı
salmağa çalışmazdılar.
Həmçinin Allah Təala uca kitabında Allahın razılığını qazanmaq məqsədi ilə inşa
edənlər haqqında belə buyurur: " Binasını Allah qorxusu və Onun rizası
üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan
uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna
231 Əl Maidə 3232 Əl Maidə 15-16233 Ət Tövbə 62
yuvarlanan kəsmi? Allah zalım qövmü doğru yola yönəltməz." 234
Məscidləri inşa edənlər Allahın ən xeyirli qullarındandırlar. Ancaq məscidləri pis
niyyətlə, müsəlmanları parçalamaq üçün, bir uçurum kənarında inşa edənlərin aqibəti
isə cəhənnəm odu olacaqdır. Allah bizi qorusun. Allah Təala Peyğəmbəri,
Məhəmmədi (s.a.v) razı olacağı qibləyə yönəltmək istəmişdir. Amma Allah
Peyğəmbəri (s.a.v) üzünü yuxarı qaldıraraq səmaya baxmış və qiblənin Qüdsdən
Məkkəyə çevrilməsini arzu etmişdir. Uca Allah da: "... indi səni razı qalacağın qibləyə
tərəf döndəririk" 235 deyə buyurmuşdur.
Allah yanında vəzifələri yerinə yetirmək Allahın razılığını qazanmağa bir
vəsilədir. " İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır." 236 Eyni zamandaAllaha itaət etmək onu razı salmaqdırsa, həmçinin itaətər qulunda öz Rəbbindən razı qalmamasına vəsilə olur. Allah Təala buyurur: " Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan." 237 Allah Təala, vətənlərini və mallarını tərk edib Allahın fəzilətini və razılığını umaraq Məkkədən Mədinəyə hicrət edən kasıb müsəlmanlardan fəxrlə söz etmişdir. Allah iman və din əhlini öz yolunda etdikləri fədakarlıq səbəbi ilə Qiyamət günü razı salacaq. Umduqları mükafatdan daha böyüyünü ona verəcəkdir: " Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!Allah onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah Biləndir, Həlimdir!" Allah Təala onun yolunda cihad edən Peyğəmbərə tabe olan, şəriəti müdafiyə və
təbliğ edən səhabələrdən razı olduğunu bildirmişdir. " Möminlər Hüdeybiyyədə
ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah
234 Ət Tövbə 109235 Bəqərə 144236 Ət Tövbə 20-22237 Taha 130
onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və
onları yaxın bir zəfərlə mükafatlandırdı." 238 Səhabələr Allah yolunda
hicrət etmişdilər. Ataları, uşaqları, qardaşları və yaxud da zövcələri olsa belə Allah və
Rəsuluna qarşı əks çıxdığında onlara qarşı ən kiçik bir sevgi belə bəsləməzlər. Allah
Təala buyurur:
" Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır." 239
Allah ilə qul arasındaki razılıq qarşılıqlıdır. Qiyamət günü razı qalınmış kimsələrin kitabları sağ əlinə veriləcək. Allah Təala buyurur: " Kitabı sağ əlinə verilən deyəcəkdir: "Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam". O, razı qalmış bir şəkildə həyat sürəcəkdir" 240
Digər ayələrdə də Allah Təala buyurur: "O gün neçəsinin üzündə fərəh görünəcək, dünyadakı səylərindən razı qalacaq" 241
"O gün möminə deyiləcəkdir: "Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!" 242
" Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər. O, mütləq razı qalacaqdır!" 243
" O gün tərəziləri ağır gələn kimsə, razı qalacağı şəkildə güzaran sürəcək." 244
Razılığın mühümlüyü və yerləri
Peyğəmbərlər və Allaha səmimi olan qulların sadiqlərin ən böyük arzuları
Allahın razılığını əldə etməkdir. Allah Təala buyurur: " Bu sənin Rəbbinin Öz qulu
Zəkəriyyəyə göstərdiyi mərhəmətinin yada salınmasıdır. Bir zaman Zəkəriyyə Rəbbinə
gizlicə dua edib demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq
ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
238 Əl Fəth 18 239 Əl Mucadilə 22240 Haqqa 19-21241 Ğaşiyə 8-9242 Fəcr 27-28243 Leyl 17-21244 Qariə 6-7
Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından
qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm
mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını
qazanmış olsun!" 245
Hz. Musa (ə.s) Allahla görüşməyi arzu edərək tələsincə, Allah Təala belə
buyurdu: "Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?" Musa dedi:
"Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey
Rəbbim!" 246 Musa (ə.s) Allah rizasını əldə etmək üçün tələsdi.
Hz. Süleyman (ə.s) qarışqanın sözlərini eşidəndə gülümsədi və belə dedi: "Ey
Rəbbim! İstər mənə, istər də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün,
Sənin razı qalacağın əməlləri etmək üçün mənə ilham ver və məni Öz mərhəmətinlə
əməlisaleh qullarına qovuşdur!" Hz. Süleyman belə Allahın ondan razı qalması və
razı qalacaq əməlləri etməsi üçün Ona dua etmişdir. Hz. Süleymanın duası qırx yaşına
qədəm qoymuş, həyat məlumatlarından payını almış və bir insanın etməsi lazım olan
duadır. Hz. Süleyman bu duanı edəndə təxminən qırx yaşlarında idi. Onun duası:
" Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: "Ey Rəbbim! Mənə,
mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı
qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et.
Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!" " 247
Allah Təala bizim üçün uyğun gördüyü və razı olduğu bir dini seçmişdir.
Allah Təala buyurur: "... möminlər üçün onların Özünün bəyəndiyi dinini
möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir..."
Allahın razı qalacağı əməlləri Ondan istəmək və bu əməllərə müvəffəq olmaq,
Allaha səmimi olan, sadiq qalan hər kəsin çatmaq istədiyi hədəfi olmalıdır.
Qiyamət günü Allahın razı qaldığı bir firqə, digərlərinə şəfaət etmə haqqına
sahib olacaqlar. Amma Allahın razı qalmadığı kimsələr isə əsla şəfaətçilik edə
245 Məryəm 2-6 246 Taha 83-84247 Əh Qaf 15
bilməyəcəklər. Çünki Allah Təala buyurur: " O gün Mərhəmətli Allahın izin verdiyi və
söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir." 248
Digər ayədə isə: " Şəfaət edənlər yalnız Allahın razı qaldığı şəxslərdən ötrü şəfaət
diləyir və Onun qorxusundan tir-tir əsirlər." 249
Sünnədə riza
Bu mövzu ilə əlaqəli olan Sünnədə bir çox hədis mövcutdur. Bu hədislərin
birində Peyğəmbər (s.a.v) belə buyurur: "Yediyi və içdiyi şeylərə görə Allah həmd
edərək yaşayan, Allahı həmd etməyi adət halına çevirən bir kimsədən Allah razı
olacağını bildirmişdir. " 250 Həmçinin Peyğəmbər (s.a.v) başqa bir hədisdə belə
buyurur: " Allah, Ona ibadət edib və heç bir şeyi şərik qoşmayıb onun ipinə sıx sarılıb
bir-birimizdən ayrılmamağımızı əmr edir. Dedi-qodu ilə məşqul olmağı, çox sual
soruşmağı və malı lazımsız yerlərə xərcləməyi xoş görmür." 251
Yenə Peyğəmbər (s.a.v) Allahın rizasını əldə etməyin ana, atadan keçdiyin
bizə xəbər verir: "Cənnət anaların ayaqları altındadı" və s. bunun kimi hədislər. 252
Digər hədisdə Misfak işləməyin, ağız təmizləyici və Allahın rizasını qazandırıcı
olduğunu bildirir. 253 Digər hədisdə Peyğəmbər (s.a.v) buyurur: " Kim Allahı razı
salmağı, insanları razı salmaqdan daha üstün tutarsa, Allah onu insanlara möhtac
etməz, kim də insanları razı salmağı, Allahı razı salamağa dəyişərsə, Allah onu
insanların gözündən düşürər və onu insanlara möhtac edər. 254
248 Taha 109249 Ənbiya 28250 Müslim, Zikr və Dua 2734251 Müslüm, 1715252 Buxari, Ədəb Ul-Mufrat 1\14, Beyhəqi, Şuhab Ul-İman.253 Nəsai Təharət. Şeyx Albani hədisi səhihləşdirmişdir.254 Tirmizi, Zühd 2414. Şeyx Albani hədisi səhihləşdirmişdir.
Peyğəmbər (s.a.v): " Ərinə qarşı çıxan, itaət etməyən, ərinin yatağına girməyi
rədd edən bir qadına, əri ondan razı olmadıqca mələklərin ona lənət edəcəklərini"
bildirmişdir. 255
Oğlu İbrahim vəfat edincə onun ardından göz yaşı tökdü və belə dedi: " Göz
yaşımız axar qəlbimiz isə kədərlənər. Amma Allahın razı edəcək şeydən başqa bir şey
dilimizə gətirmərik. Ey İbrahim! Sənin ayrılığına həqiqətən də üzülürük. 256
Həmçinin Peyğəmbər (s.a.v) duaların birində belə dua etmişdi: "Allahım,
qəzəbinə tuş gəlməkdən Sənin razılığına sığınırıq. 257
Rizanın hökmü, dərəcələri və mərtəbələri.
Ey qardaşlarım! Buradan başa düşürük ki, rizanın insanın həyatında, dinində
və dünyasında rolu çox böyükdür. Riza istər Allahın qul ilə, istər qulun Allahla ilə,
istər də qulun digər qullarla müamiləsində çox mühüm və böyük yer tutur. Əgər
belədirsə onda rizanın İslamdaki hökmü nədir?
Allah rizasını qazanmağa çalışmaq vacibdir yoxsa müstəhəb? Şeyx ul İslam
İbni Teymiyyə (r.h) belə buyurur: " Aralarında İmam Əhməd bin Hənbəl də daxil
olmaqla alim və müştəhidlər qədərə riza göstərmənin vacibmi yoxsa müstəhəbmi
olduğu mövzusunda ixtilaf etmişdilər. Bu mövzuda iki önəmli görüş vardır. Birinci
görüşə görə, gədərə razılıq göstərmək orta yolu tutan insanların işidir. Yani Allahın
qədərinə razılıq göstərənlər orta yolda gedənlərdir. İkinci görüşə görə: Qədərə razılıq
göstərmək Allaha yaxın olan kimsələrin işləridir. Qısa olaraq bunu deyə bilərik ki,
255 Buxari, Nigah 5193256 Buxari, Cənaiz 1303257 Müslüm, Salat 486
məşhur və səhih görüş odur ki, Allahdan razı qalmaq vacibdir. Rizanın uca
mərtəbələrini əldə etmək isə müstəhəbdir.
Rizanın təməli və mərtəbələri vardır. Rizanın mərtəbələri təməlindən daha
yüksəkdir. Necə ki uxarıda qeyd etdik, qulun Allahdan razı qalması vacibdir.
Allaha,Peyğəmbərinə, dinə və şərii hökmlərə razı olmayan kimsə qeyri müsəlman
olaraq dəyərləndirilir. Məs bunun üçün tovhidə və axirət gününə inanan hər bir
möminin rizanın bu mərtəbələrini əldə etməsi lazımdır. Bu çox önəmli bir haldır.
Peyğəmbər (s.a.v)in belə bir hədisi vardır: " Rəbb olaraq Allahdan, din olaraq
İslamdan, Peyğəmbər olaraq Muhəmməddən razı qalan kimsə, imanın şirinliyini
dadmışdır." 258
Allah Təala buyurur: " Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş
verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə
özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar." 259
Başqa bir ayədə " Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb:
"Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də,
biz Allaha rəğbət bəsləyirik"– deyəydilər." 260 Başqa bir ayədə: " Bu ona görədir ki,
onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeylərdən
xoşlanmadılar.Buna görə də Allah onların əməllərinibatil etdi." 261
O halda möminin Allahı, Peyğəmbəri və İslamı qəbul etməsi mənasına gələn
rizanın iki mərtəbəsi vacibdir.Yəni bunlar rizanın kökü sayılır və bunlara iman etmək
və bunlardan razı qalmaq vacibdir. Allahın qəza-qədərinə, şəriətə riza göstərmək,
Allahın vacib və yaxud da qadağan etdiyi şeylərə riza göstərmək də vacibdir.
Rahat və çətin anlarda riza göstərmək258 Müslim İman 34259 Nisa 65260 Tövbə 59261 Muhəmməd 28
Bir kimsə, "Qul çətin anında Allahdan niyə razı qalsınki?" deyə bir sual soruşsa, buna
iki baxımdan cavab verilir.
Birincisi: Allah Təalanın hər şeyi ən gözəl şəkildə yaratdığını bilməlidir. Xeyir
bildikləriniz də şər, şər bildikləriniz də xeyir ola bilər. Məsələnin görsənməyən tərəfi
görsənən tərəfindən daha geniş ola bilər. Allah hikmət sahibidir. Sənə gələn sıxıntının,
bəlanın, xəstəliyin mütləq bir hikməti vardır.
İkincisi: Allah Təala səni islah etmək üçün sənə uyğun olan şeyləri səndən
daha yaxşı bilir. Sıxıntılar insanın günahlarına kəffarədir. Sıxıntıların insana verdiyi
dərsləri heç bir təhsil ocağı keçə bilmir. Peyğəmbər (s.a.v)belə buyurur: " Nəfsim
əlində olan Allaha and olsun ki,Allahın bir mömin haqqında verdiyi hökmdən daha
xeyirli bir hökm yoxdur." 262 Hər müsəlmanın sabah və axşam etdiyi ziklərdə,
xüsusiylədə azandan sonra oxunan duada, " Muhəmmədin Allahın elçisi olduğuna
şahidlik edirəm" sözlərindən sonra, "Allahdan Rəbb olaraq, İslamdan din olaraq və
Muhəmməddən Peyğəmbər olaraq razı qaldım" deməsi lazımdır. 263
Allahı Rəbb olaraq tanımaq
və Ondan razı qalmaq nə deməkdir?
Allahı Rəbb olaraq qəbul etmək Onun rübubiyyətini və uluhiyyətini,
göndərdiyi elçiləri, əmrləri və qadağaları təsdiqləməkdir. Bunları dil ilə qəbul etmək
asandır, amma bunları yaşayıb həyatınızın hər bir sahəsini onlara görə qurmaq isə
səmimiyyət və mübarizə tələb edir. Allahı Rəbb olaraq qəbul etmək: Onun
məhəbbətinə razı olmağı, Ona ibadət etməyi, Ondan qorxmağı, və Ondan dünya və
axirət üçün ehtiyacı olan şeyləri ummağı və ona ümüd bəsləməyi, Ona yönəlməyi və 262 Əhməd ibn Hənbəl, Müsnəd 5/24. Şeyx Albani hədisi səhihləşdirmişdir.263 Əbu Davud, Ədəb 5072 ...
onun önündə əyilməyi bacarmaq lazımdır. Onun etdiyi işlərin arxasında bir hikmətin
dayandığına inanmaqla və Onu sevməklə sadəcə Ondan kömək istənilir və Ona
təvəkkül edilir və onun etdiklərinə riza göstərilir. Allahı həqiqətən Rəbb olaraq qəbul
etmək bu deməkdir: "Allahı Rəbb olaraq qəbul etdim" demək, "Onun rübubiyyətini,
uluhiyyətini, verdiyi hökmləri qəbul edirəm" deməkdir.Allah Təala zinanın, faizin
haram olduğuna, namazın, zəkatın, valideyinlərə yaxşı davranmağın vacibliyini əmr
etmişdir. O halda Allahı Rəbb olaraq qəbul edirsənsə Onun verdiyi hökmlərə də razı
qalmalısan. Başına gələcək bəzi xəstəliklər, kasıbçılıq, dara düşmək kimi hallar sənə
üz verərsə, belə bir vəziyyətdə də səbr edib razı qalmalısan. Düz Allahdan əyri şey
çıxmaz. Allahı Rəbb olaraq qəbul etməlisən.
Muhəmməd (s.a.v)i Peyğəmbər
olaraq qəbul etmək
Muhəmməd (s.a.v)i Peyğəmbər olaraq qəbul etmək, ona inanmaq, ona tabe
olmaq, əmrlərinə təslim olmaq, onu öz nəfsindən üstün tutmaqla mümkün olur.
Həyatın bütün sahələrində onu özünə lider və öndər seçməklə mümkün olur.
Düşdüyümüz çətinliklərdə, başımıza gələn bəlalarda onu nümünə götürüb, onun
nəsihətlərinə qulaq verib, ibrət çıxartmaqla olur. "Muhəmməd Rəsulallah" islamın
ayrılmaz bir hissəsidir. Allaha gedən yol ondan keçir. Onun həyatını, hədislərini
bilmədən Quranı Kərimi anlamaq mümkün deyil. Allah Təala buyurur: " Biz sənə
zikri nazil etdik ki, insanlara nazil olan Quranı onunla açıqlayasan." 264 Təvsir alimləri
ayədə keçən zikrin Peyğəmbər (s.a.v)in hədisləri olduğunu qeyd etmişlər.
Din olaraq İslamı qəbul etmək
264 Nəhl 44
Din olaraq İslamı qəbul etmək: İslamın əmr və qadağalarını həyata
keçirtməklə mümkündür. Nəfsinə uymasa da, xoşuna gəlməsə də daxilən heç bir
sıxıntı duymadan o qadağalar və əmrlərlə razılaşmaq lazımdır. Həyatın bütün
mərhələlərində dini, "A" planına qoymaq mühümdür. Əgər dini bütün işlərinin başına
qoymasan, işlərini də itirəcəksən, dinini də. Allahı sevdiklərinin başı etməsən,
sevdiklərinidə itirəcəksən Onu da. Bütün aləm sənə müxalif olsa belə, dindən vaz
keçmə, Allahın rizasını insanların rizasına dəyişmə.
Allah rizası xüsusi vergidir yoxsa onu hər kəs
qazana bilər? Onu necə əldə etmək mümkündür?
Qul rizanı əldə etmək üçün səbəblərə sarılarsa və riza toxumunu qəlbində
əkərsə bu toxum bəlli bir zaman sonra öz meyvəsini verəcəkdir. Allah çalışan hər kəsə
verir. Hamı kimi səndə ət və sümükdən əmələ qələn bir insansan. Riza: təvəkkül,
təslim və işlərin sonunu Allaha həvalə etdikdən sonra olur. Bunları həyata keçirmədən
rizaya çatmaq mümkün deyildir. Daha açığı desək, belə bir sual verilsə ki, "biz rizanı
necə əldə edək? " Bu suala belə cavab verərik: "Möhkəm bir təvəkkül və şəffaf bir
təslimiyyətə sahib olduqdan sonra, işlərin aqibətini Allaha həvale etməlisən. Bundan
sonra rizanı əldə etmək mümkündür. Allah Təala qullarına rizanın uca mərtəbələrini
əldə etməyi vacib etməmişdir. Çünki rizanın uca zirvələrinə çatmaq çox çətindir.
Çoxları bu zirvəyə yüksələ bilmir. Bu zirvələrə yüksəlmək isə müstəhəbdir. Qul
Allahdan razı qalarsa, Allah da quldan razı qalar. Diqqət yetirin, qul Allahdan razı
qalarsa dedikdə həqiqi razılıq, möhkəm təvəkkül, şəffaf təslimiyyət, doğru düzgün
tabeçilikdən sonra gələn razılıq nəzərdə tutulur. Quru-quru razılıq iddia etmək
nəzərdə tutulmur. Əgər Allahdan həqiqi razı qalsan O da səndən razı olar. Allahdan
razı olmaq: Dünya cənnətinin ən böyük qapısı, ariflərin vəsiləti, Allah aşıqlərinin
həyat qaynağı, abid və zahidlərin mənəvi qidasıdır. Yəhya bin Muaz: "Qul riza
məqamına nə zaman yetişir?" deyə soruşulduğunda belə cavab verir: "Rəbbi ilə
arasında bu dörd əsası həyata keçirib belə deyərsə: "Əgər mənə versən qəbul edərəm,
əlimdən alsan razı olaram, məni tərk etsən yenə ibadət edərəm, məni çağırsan sənə
icabət edərəm" "
Riza ilə qorxu və ümüd arasındaki fərq
İnsan dünyada qorxu və ümüd içərisində yaşayır. Bəzən qorxu və bəzən də
ümüd içərisində yaşayır. Dünyada qorxanların qorxusu cənnətə girdiklərində yox
olacaq. Amma riza isə istər bu dünyada istər axirətdə möminin davamiyyətli sifətidir.
Qorxu və ümüd bəzi hallarda quldan ayrılır, riza isə nə bu dünyada nə də axirətdə
quldan ayrılmaz. Mömin cənnətə girəndə artıq qorxmaz. Çünki qorxduqları şeydən
artıq əmin olmuşlar. Ayrıca ümüd etdiklərini də əldə etmişdirlər. Ancaq riza isə
cənnətə girdiklərində də onları yalnız buraxmaz. Razı olduqları bir həyat yaşayarlar.
Çünki Allahı Rəbb olaraq qəbul etmiş və cənnətdə onlara verilən nemətlərdən razı
olmuşdurlar.
Rizanın şərtləri
Sual: "Allahın razılığını qazanan insana bir müsibət üz verdiyində, sıxıntı hiss
etməməsi şərtmidir ?" Cavab: "İnsanın sıxıntı halında acı hiss etməməsi rizanın
şərtlərindən deyil. Rizanın şərtinə gəldikdə isə insanın Allahın onun haqqında verdiyi
hökmə etiraz etməməsi və onu qəbul etməsidir. Məsələn: Xəstə olan bir insan ağrı və
sıxıntı hiss etməsinə və bundan dolayı əzab çəkməsinə rəğmən dərman içməyə razı
olur. Dərmanın acılığını və sıxıntısını hiss etməsinə baxmayaraq könül rahatlığı ilə
onu içir. Mömin orucu Allah rizası üçün tutar və aclığın sıxıntı və çətinliyini hiss
etməsinə rəğmən bundan dolayı böyük sevinc hiss edər. Aclığın verdiyi çətinlikdən
dolayı mömin oruc tutmağı tərk edərmi? Əlbətdəki, yox. Əksinə, o aclığın çətinliyini
hiss etdiyi halda oruc tutmağa davam edər. Allah yolunda səmimi bir şəkildə cihad
edən mücahid, cihad etmək üçün yola çıxmağa razıdır. Döyüş meydanında Allahıın
qoymuş olduğu hökmlərə və onları könüldən həyata keçirməyə razıdır. Amma bütün
bunlara baxmayaraq mücahidin ağrı acı çəkməsi, yorğunluk hiss etməsi, onun bu işə
könüldən razı olmasına mane olmur. Namaz əsnasında, xuşu qazanmaq üçün, aparılan
mübarizədən dolayı , sıxıntının olması o ibadəti istəməmək anlamına gəlməz.
Bütün bunlardan başa düşülür ki, riza ilə yanaşı ağrı-acılarirın olması rizanı pozmur.
Nəinki rizanı pozmur əksinə uca mərtəbələrə sahib olanlar bu ağrı-acılardan ləzzət
duyurlar. Cihadda, orucda və gecə namazında olduğu kimi, daddıqları bu ağrı-acıdan,
yuxusuzluqdan həzz alarlar. Allah bizləri o kəslərdən etsin.
Rizanı əldə etməyin yolları
Rizanı əldə etməyin yolu son dərəcə qısadır. Amma qısa olmağına
baxmayaraq olduqca məşəqqətlidir. Bu yolun iki və yaxud üç maneəsi vardır.
1. Böyük arzu və həvəslərin olması
2. Kirli və acgöz bir nəfsin olması
3. İnsanın, Allahdan gələcək çətinliklərə qarşı nəfsini alışdırmaması
Qul bu maneələrdən ancaq, öz zəif nöqtələrini, cəhalətini və acizliyini,
Allahın elmli və qüdrətli, mərhəmətli və şəfqətli, güc və qüvvətli olduğunu başa
düşdükdən sonra qarşısındaki bütün bu maneələri aşıb və bu çətiliklərə sinə gələ bilər.
Qul bu mərtəbələrə sahib olarsa rizaya da çatar. Çünki elm sahibi, hikmətli, sübhan
olan Allah Rəhimli və mərhəmətlidir. Qulun xeyrinə olan şeyləri qulun özündən daha
yaxşı bilir. İnsan üçün Allahın məsləhət bildiyi şeylərin daha fəzilətli, daha xeyirli
olduğuna insan inanmalıdır. Bu hikmət çox şeyin içərisində qizlənir. Bu insanın
içərisində nəfsi əmmarə olduğu üçün insan çox vaxt yalnış düşünür və qərar verir.
Əgər insan bunlara qeydsiz, şərtsiz və canikönüldən inanarsa hədəfinə çatar.
Elə iman mərtəbələri vardır ki, insan qəlbən bu mərtəbələrə çatınca böyük
mükafatlar əldə edir. Bu mükafatlar müxtəlif düşüncələrdən ibarətdir və bu
mükafatlarda insanı Allah qatında uca bir mərtəbəyə çatdırır. İnsan bu düşüncələri
sayəsində başqalarının görmədiklərini görür, bəsirəti açılır, hidayətə qovuşur və
beləcə məqsədinə çatır. Bu mərtəbələrə çatmaq üçün fiziki güc sərf etməyə ehtiyyac
yoxdur. Sadəcə oturub düşünmək lazımdır. Necə ki, bir çox çətiliklər var ki onlardan
çıxış yolu tapmaq üçün ancaq oturub doğru-düzgün düşünmək lazımdır. Məs bunun
üçün də təfəkkül ibadətlərin tacı sayılır.
Rizanı əldə etmək
Allahın rizasını əldə etmək üçün başına gələn müsibətlərin sənin üçün belə
uyğun olduğuna inanmaqdır. Əgər, "Oğlum vəfat etdi, vəzifəmi itirdim, təhlükəli bir
xəstəliyə düçar oldum, başıma bir müsibət gəldi" deyirsənsə, bilməlisənki bunların
hamısı sənin üçün daşıya biləcəyin ən uyğun şeylərdir. Amma sən bütün bunların niyə
sənin üçün uyğun şeylər olduğunu başa düşmürsən, bunların hikmətini bilmirsən, niyə
belə olduğunun cavabını özünə belə verə bilməzsən. Amma bilməlisən ki, Allah
bunların əksini sənə nəsib etsəydi bu sənin xeyrinə olmayacaqdı. Məsələn: Kasıb ikən
varlı olmamağının sirrini və xeyrini bilə bilməzsən, sevdiyin bir kimsəni itirmək onu
itirmədən əvvəl başına nələr gələcəyini bilə bilməzsən.
Qul əgər cahil olduğunu bilib Allahın sonsuz elminə inanırsa, onun üçün
təqdir olunan şeylərin onun xeyrinə olduğunu və hətda həyata keçirtmək istədiyi
arzularından da daha xeyirli olduğuna inanırsa o zaman bu qul Allahın razılığını
qazana bilər.
Rizanı əldə etməyin çox böyük üstünlükləri vardır. Necə ki, insan yatağında
uzandığı halda, heç bir hərəkət etmədən, qəlbi ibadətlərlə Allahın razılığını qazanaraq,
bir çox fiziki ibadət edən insanın önünə keçə bilər. Belə bir kimsə daima Rəbbini
düşünməkdədir və bunun üzərində özünü tərbiyələndirərək Allaha yaxınlaşır. Allahın
ona olan nemətlərini xatırlayır. Öz günahlarını və naqisliyini düşünərək
hissiyyatlarının dili ilə günahlarını etiraf edib, boynunu bükür. Amma digər ibadət
edənlər isə belə bir təsəvvür və təvəkkürə sahib olmadıqları üçün ibadət və itaətlərini
yerinə gətirmiş olsalar belə bu mərtəbəyə çata bilməzlər.
Qəlblərin və əzaların əməli
Qəlb əməlləri olduqca önəmli və mühümdür. Çünki insan əzalarıyla heç bir
fiziki ibadət etmədən qəlb əməlləri, yəni qəlb ibadətləri sayəsində Allah qatında
yüksək mərtəbələrə çatar və bir çox insanlardan üstün ola bilər. Ola bilsinki başqaları
ondan daha çox oruc tutub, sədəqə edib, həccə gedib, və s. digər ibadətlər edərlər.
Amma bütün bunlar qəlb ibadətlərindən aşağı mərtəbədə olan ibadətlərdir. Çünki qəlb
əməlləri sayəsində insan Allah qatında ən üstün mərtəbələrə sahib olur. Çünki çox
vaxt əzaları idarə edən qəlb əməlləridir. Məsələn, Abu Bəkr (r.a) qıldığı gecə
namazları və ya tutduğu oruclar sayəsində başqalarından üstün olmamışdır. İslam
ümmətinin fərdləri arasında ondan daha çox gecə namazı qılan, oruc tutan, və digər
zahiri əməllərə sahib olan kimsələr vardır. Amma Əbu Bəkr (r.a) qəlb əməlləri
vasitəsiylə başqalardan üstün olmuşdur.
Qəlb əməlləri bir insanın qəlbində öz yerini alarsa, o insanı digərlərindən daha
üstün mərtəbəyə daşıyar. Bu üstünlüyü həyata keçirtmək üçün başqa bir yolu yoxdur.
Bu fərqləri yaxşı başa düşmək lazımdır. Əgər sən, gecə ibadət etdikdə, rükuda, oruc
tutanda, şeytanı daşladığında, Kəbəni təvaf etdiyində və yaxud dəsdamaz aldığında
etdiyin bu əməllərin hamısı, əzaların əməlləri sayılır. Bunlara nə qədər mühüm
əməllər kimi baxırıqsa, qəlb əməlləri ondanda mühümdür. Hər bir insana lazımdır ki,
bu iki növü özündə cəm etsin.
Fəqət insan bəzən imanı və dərin düşüncələri sayəsində bir çox zahiri
ibadətləri həyata keçirən insanlardan üstün olur. İbni Qeyyim (r.h) belə buyurur: "
Allahın rizasını və məhəbbətini əldə etmək heç bir əməli olmayan qulu, yatağına
uzanmış olsada ucaldar, əməl baxımından ondan daha üstün olan kimsənin önünə
keçirər və onu üstün mərtəbələrə çatdırar."
Bir insan öz özünə nəfsini hesaba çəkib və Allahdan razı olduğunu, başına nə
gəlirsə gəlsin onu qəbul edəcəyini və bütün bunların onun üçün ən xeyirli şey
olduğunu qəbul edər və " Allahım Sən məndən daha yaxşı bilirsən, Sən hər şeyi
bilirsən mən isə cahiləm, Sən güc və qüdrət sahibisən mən isə acizəm, Sən şərəf
sahibisən mən isə zəif və miskinəm" deyərsə və duyğuları ilə dediyini təsdiqləyərsə,
bu hissiyatlar onu uca mərtəbələr ucaldar. Bu insan Allah qatında bir çox zahiri
ibadətləri həyata keçirtmiş insanlardan üstün olar.
Rizanın mərtəbələri
Allah rizasının müxtəlif məqam və mərtəbələri vardır.
Birincisi: Allahın qismət olaraq insana verdiklərinə razı qalmaq. Belə bir razılıq
insanların çoxunda mövcut ola bilər.
İkincisi: Allahın qəza və qədərinə razı olmaqdır.
Üçüncüsü: Allahdan başqa hər şeydən üz çevirib ancaq Ona bağlanmaqdır. Belə
insanlar üçün Allah ilə olduqdan sonra ömür də xoşdur, ölüm də.
Bəzi insalar bu mərtəbələrdən yalnız birinə sahib ola bilirlər. Digərləri isə
birinə belə tam düzgün sahib ola bilmirlər. Məsələn: Allah Təalanın qadına qismət
etdiyi ərə görə qadın razı ola bilər. Amma ərin qazancına naşükürlük edərsə, bu qadın
rizanın birinci mərtəbəsini belə doğru düzgün tamamlamamışdır. Və yaxud kimsə
Allah tərəfindən gələn bir müsübətə səbr edə bilər. Məsələn: Malının oğurlanmasına
səbr edər, amma övladının xəstələnməsinə isə səbr edə bilməz. Yəni insanlar
düşdükləri sıxıntılara görə müxtəlif reaksiyalar verirlər. Bir sahədə möhkəm olmaq,
digər sahədə möhkəm olmaq anlamına gəlməz. Məsələn: İnsan ola bilsin ki, gecə
namaızna sahib olsun amma gözlərini qoruya bilməsin, gündüzləri oruc tutsun amma
gecə namazına qalxa bilməsin və yaxud gözlərinə sahib çıxsın amma dilini qoruya
bilməsin. Bir sahədə möhkəm olmağımız bizi özümüzə inanmağımızla
aldatmamalıdır. Hər sahədə uğurlu olmaq üçün mücadilə vermək lazımdır.
Allahdan razı qalmağın,
ölülərdən kömək istəməyə zidd olması.
Sufilər arasında qəbirlərdən kömək uman bəzi kimsələrin Allah rizasından
məhrum olduqları açıq aydındır. Həqiqətən Allah quldan, qulda Allahdan razı olarsa
fikirləşın: Qulun duasının qəbul olunmasına nə mane ola bilər?! Amma bu insanlar
Allahı yaxşı tanimadılar. İslama doğru düzgün deyil, xurafatlarla yaxınlaşdılar. Çünki
onlar bu əməlləri ilə zahirən Allahı Rəbb olaraq qəbul etməmişdilər. Allahdan
istəniləsi ehtiyaclarını övliyalardan və qəbirlərdən istəmiş, onlara təvəkkül edib bel
bağlamışlar. Halbuki onların bu ehtiyaclarını Allahdan başqası icra edə bilməz.
Bəziləri isə bu ölüləri, qəbirləri Allahla öz aralarında vasitə seçirlər. Bellərini işə
vermək istəmirlər. Vasitə islamda caizdir, amma hansı vasitə? Saleh əməllərlə edilən
vasitə, namazla, niyazla, orucla, sədəqəylə.
Ona gedən yol ibadətlərdən keçir, daşlardan, qayalardan, pirlərdən qəbirlərdən deyil. Allah özü ilə qulları arasında saleh əməlləri vasitə etdi, pirləri və qəbirləri deyil. Allah dünyadaki məmurlar kimi deyilki ona çatmaq üçün mütləq kimisə araya salasan. Allahla insanın arasını korlayan, pozan şeylər ancaq günahlardır və bunun əksi olaraqda insanı Allaha yaxınlaşdıran şeylər isə ancaq namazla, yaxşı əməllərlə, dualarla edilən təvəssüldür. Necə ki, şair batil təvəssül barədə buyurur:
Keçsə idi vasitəçilik, islam dinindəDünyadan fərqi qalmazdı, bu dinin dəƏdalət silinərdi bəndələrin zehnindəPadişah qafildir, halımızdan vasitəsiz anlamazAllah kamildir padişaha müqayisə olunmaz.
Kovni və şərii qədər (olacaq hadisələrin əvvəlcədən Allah qatında yazılması)
Allahdan gələnə, yəni qədərə razı olmağın hökmü nədir? Bu suala cavab vermədən öncə qəza qədər məsələsinə təvsilatla baxmağımız lazımdır. Çünki qədər iki yerə bölünür:
1. Şərii qədər dedikdə: Allah Təalanın qullarına əmr və qadağan etdikləri nəzərdə tutulur. "Allah, Ona qulluq etmənizi və ata ananıza yaxşı davranmağınızı sizə əmr etdi" 265 Allahın qoyduğu qanunlara, qulların bir qismi itaət edir, digər qismi isə asi olur. Amma bu itaət və asiçilik insanların öz iradə və istəkləri ilə həyata keçir. Qiyamət günü sorğu-sual olunmaqlarının səbəbi də budur. Yəni şərii qədəri həyata keçirtməməyə görə insan məsuldur. Daha dəqiq desək əmr və qadağaları yerinə yetirməyən insanın, qədəri bəhanə gətirməsi düzgün deyil. Məsələn bir insana niyə namaz qılmırsan dediyimiz zaman, bizə desə ki: Madəm Allah hər şeyi yazıb və nə yazıbsa oda olacaq, deməli Allah mənim üçün namaz yazmayıb, yazsaydı məndə qılardım. Belə bir insana deyirik ki: " Allahın hər şeyi yazması ilə özünü aldatma. Məsələn, sənə desələr ki, evdə otur Allah nə ruzi yazıbsa o da gələcək, razılaşarsanmı? Əlbətdəki yox. Hətda bu məntiqlə evdə oturub ruzi gözləyən insana dəli kimi baxarsan. Çünki zəruri olaraq bilirsən ki bir işin hasil olması üçün səbəblərdən tutmaq şərtdir. Ruzi qazanmaq üçün işləmək, alim olmaq üçün oxumaq, biçmək üçün əkmək lazımdır və s. Yəni məna dili ilə desək insan qədərini özü yazır. Amma talehlərin qələmlə yazılmasına gəldikdə isə bu Allah tərəfinindən yazılır. Bu isə insanın tam mənası ilə dərk edə bilmədiyi bir elimdir. Amma müəyyən miqdarda bunu zehinlərə yaxınlaşdırmaq üçün bir misal çekək. Bir müəllim dərs dediyi elmi səviyyələri bələd olduğu üçün, tələbələrin qiymətlərini imtahandan əvvəl yazdı. Əliyə 5, Vəliyə 4, Məmmədə 3, Nadirə də 2. Həqiqətən imtahan qurtardıqdan sonra hər kəs əvvəlcədən ona yazılmış qiyməi aldı. Belə bir sual qoyaq: "Bu tələbələr qiymətləri özlərimi aldı yoxsa məllim yazdığı üçünmü belə oldu? Cavab: " Əlbətdə ki özləri aldı. Amma müəllim onların nə yuvanın quşu olduqlarını əvvəldən bildiyi üçün yazmışdı. Onun elmi onu yanıltmadı. Bu bir misaldır. Müəllim xəta edə bilər. İnsanları tanıdığından dolayı onlara təxminən hökm verib nəyi isə onlar barəsində yaza bilər. Amma Allah kamildir. O hər şeyi bilir, olacaqları, hal hazırda olanları,
265 İsra 23
olub keçmişləri, olmayanları, olsa idi necə olardı amma olmayıb. O hər şeyi bilir. Bunun üçündə onun elmində naqislik tapa bilməzsən.
2. Kovni qədər: Bu qədərə görə insan məsul deyil. İnsan nə qədər çalışsada kovni qədəri dəyişə bilməz. Bu qədər bəzən insanların həyatları ilə bağlı olur. Məsələn, insanların doğumu və ölümü, xəstəlikləri və şəfaları, kasıblaşmaları və zənginləşmələri buna aitdir. Bəzən isə təbiətdə cərəyan edən hadisələrlə əlaqəli olur. Məsələn, günəşin batması və çıxması, yağışın yağması və yaxud quraqlığın artması, zərzələlər, fəlakətlər, sellər və daşqınlar Allahın kovni qədərinə aitdir. Allah bir şeyın olması üçün ol demişsə onu heçkim dəyişdirə bilməz. Allah Təala buyurur: " Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar." 266
Bizlər hər şeyin Allahdan olduğuna iman edib sitər şərii, istər kovni qədər qarşısında təslim olmalıyıq. Bu inanc islamın və imanın təməlidir. Allahın hökmlərini heç bir şərtsiz qəbul etməliyik. Bunlara heç bir sıxıntı duymadan, heç bir etiraz etmədən könüldən iman etməliyik. Allah Təala qullarına əsla zülm edən deyildir. Xeyir bildiklərinizdə şər, şər bildiklərinizdə isə xeyir vardır.
Yaxşı, günahlara görə bəlaların gəlməsi, savab əməllərə görə ömrünün uzanması, zülm olunaraq kiminsə öldürülməsi şərii qədərə aitdir yoxsa kovni?!
Cavab: Şərii, Çünki kovni qədəri dəyişmək olmur. Amma insanlar özlərini düzəldərlərsə onlara üz verən bəlalar götürülər və əmin-amanlıq olar. İnsanlar özlərini düz apardıqları təqdirdə bu kimi hadisələr cərayan edərsə, o zaman bunlar kovni qədərə aid olur.
Riza ilə səbr arasında fərqRiza ilə səbr arasında bəzi fərqlər mövcutdur. Allahın qədərinə razı olmaq ilə
qədərə səbr etmək arasında fərq vardır. Bunlar ikisi də ayrı-ayrı şeylərdir. Riza səbrdən daha yüksək bir mərtəbədir. Riza asanlıqla əldə olunmadığı üçün, "qədərə razı qalmaq vacib deyil səbr etmək vacibdir" deyən alimlərin bu sözləri, "Allah Təala qullarından başlarına gələn müsübətlərdən razı qalmalarını istəməmişdir, müsübət vaxtı səbr etmələrini istəmişdir" şəklində başa düşülmüşdür. Çünki qulların rizanın mərtəbəsinə gücləri çatmaya bilər, amma səbr etmək onlara şərt qoşulmuşdur. Riza ilə səbr arasındada əsas fərq budur.
İnsan bütün çətinliklərə, çəkdiyi əzab-əziyyətlərə səbr edər. Ancaq yalnış bir şey deməmək, üz-gözünü cırmamaq, saçlarını yolmamaq üçün nəfsinə hakim olmağa çalışarsa, bu insana -"səbrlidir"- deyə bilərik. Fəqət bu kimsə razımıdır, yəni Allahın qədərinə riza göstərəcək bir mərhələyə çatmışmıdır? Ona üz verən xoşa gəlməz hadisələr vaxtı, qəlbində rahatçılıq, sükunət və razılıq mərtəbəsinə çatmışmıdır? Bütün insanlar bu mərhələyə çata bilməzlər. Məsələn, sənə yaxın olan bir insan, atan, anan, övladın və yaxud da sevdiyin bir qız vəfat edərsə, səbr etmək şərtdir. Başına gələn bu müsübətə etiraz etmək olmaz. Etirazın əlamətləri də, agız açıb ağlamaq, fəryad qoparmaq, üst-başını cırmaq kimi əməlləri etməməlidir. Belə hallarda insanın ağız açıb ağlaması və üz-gözünə əl atması caiz deyildir, haramdır. Çünki bu əməllər, vacib olan səbrə ziddir. Belə bir yerdə səbr etmək vacibdir. İnsan özünü ələ almalıdır.
Əgər bir insan müsübət anında lazım olan şəkildə səbr etdiyini düşünsə belə, bu onun qəlbində bir rahatçılıq və sükunət tapması mənasına gələ bilərmi? Və yaxud başına gələn ağrı acılı bir qədərə qarşı qəlbində rahatlıq hiss edə bilərmi? Yəni tam mənası ilə razılığın mərtəbəsinə çata bildimi? - Xeyir! Bu bir çox insanların çata
266 Ya Sin 82
bilməyəcəyi bir mərtəbədir. Qısasıyla Allah Təalanın qullarına yüksəlmələrini vacib etmədiyi bir mərtəbələyə yüksələn bir insan şanı uca olan bir insandır.
Ölünün ardından ağlamaq rizaya ziddirmiŞeyxulislam İbni Teymiyyə belə buyurur:" Rəhmətin bir göstəricisi olaraq
ölünün arxasından ağlamaq gözəl bir şeydir və müstəhəbdir. Bunun üçün ölünün arxasından ağlamaq rizaya müxalif deyil. Bir ölünün arxasından ağlayan Peyğəmbər (s.a.v) bu sözünü unutmamalıdır: "Bu Allah Təalanın qulların qəlbində var etdiyi bir rəhmətdir. Allah şəfqətli qullarına rəhmət edər." 267 Peyğəmbər (s.a.v) oğlu İbrahimin ölümünə şahid olmuş və ağlamışdır. Bu göz yaşları insanın qəlbində olan rəhmətin izləridir. Əgər belə bir şey deyilsə Fudeyl ibni İyad oğlu Əli vəfat etdiyində gülümsəmiş və belə demişdir: "Allahın bu şəkildə bir hökm verdiyini müşahid edincə, Allahın verdiyi hökmə razı olmaq istədim." 268
Fudeylin halı, yaxınını itirərək ümüdsüzlüyə qapanan kimsələr üçün gözəl bir nümunədir. Qədərə razı olmaq baxımından belə bir halda həmd etmək kamillik mərtəbəsidir.
Peyğəmbər (s.a.v)in oğlu İbrahimin arxasından ağlaması üstündür, yoxsa oğlunu itirən Fudeyl ibni İyadın gülümsəməsi? Belə bir sual verilsə, əlbətdə ölüyə rəhmət olaraq ağlamaq və bununla yanaşı Allaha həmd etmək və qədərə razılıq göstərmək daha üstündür. Fudeyl İbni İyadın gülməyinə gəldikdə isə ola bilsin ki, ağlamağın yaxşı əməl olmadığını zənn etdiyi üçün, özünü onun əksini biruzə vermək üçün nəfsini məcbur etmişdir. Həmçinin gülümsəmək ağlamaqdan üstün olsa belə, insanların çoxu müsibət anında razılıq göstərməyi belə bacarmadıqları üçün gülümsəməyi heç bacara bilməzlər. Amma Peyğəmbər (s.a.v) dən belə bir şey varid olsaydı bunu bir çoxu bunu yalnış başa düşər və yaxud müsibət anında gülümsəyə bilmədikləri üçün özlərini günahkar sayıb ümüd kəsmələrinə qapı aça bilərdi. Bunun üçün də ən kamili Peyğəmbər (s.a.v) etdiyidir. Allah Təala belə buyurur: " Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!" 269
İnsanlar bu baxımdan dörd qrupa ayrılır. 1. Bəzi insanlar səbr etmək mövzusunda güclü bir iradəyə sahib olmaqlarına baxmayaraq, rəhmət və mərhəmət baxımından qəlbləri çox kasıbdır. 2. Bəziləri də çox güclü məhəbbət hisslərinə sahib olduğu halda, səbr etmə gücünə malik deyillər. 3. Bəziləri isə həm səbirsiz həm də mərhəmətsizdirlər. 4. Bəziləri də başına gələn müsibətlərə səbr edən və insanlara mərhəmət nümayiş etdirməyin bariz nümunələridirlər.
Bilinməlidir ki, Allahı qəzəbləndirərək məxluqatın razı salmaq dindı caiz deyildir. Bunun əsas iki səbəbi vardır. 1. Bu mümkün deyildir. Çünki imam Şafi belə buyurur: "İnsanların razılığını qazanmaq əldə olunması mükün olmayan bir şeydir, əl çatmaz bir qayədir. Bu əldə etmək üçün səy göstərən insanın misalı ilğımı su zənn eliyib ona çatmaq üçün yorulan insanın misalına bənzər. Sən özünü islah edəcək şeylərə sarıl. Ondan sonra heç bir şeyə önəm vermə. 270
267 Buxari 5655, Muslim 925.268 İbni Teymiyyə, Məcmuul Fətava 10/47.269 Bələd 17.270 Əbu Nuəym əl İsbahani, Hilyatul-Övliyya 9-123.
2. Bizlər Allah və Rəsulunun rizasını əldə etməklə məsuluq. Necə ki Allah Təala buyurur: "Əgər möminsinizsə Allah və Rəsulunu razı etməniz daha düzgündür.
Qədərə razı olmağın müxtəlif nümunələriŞeyxul İslam ibni Teymiyyə belə buyurur: "Qədərə razı qalmaq üç novdür".
1. İtaətlər mövzusunda razılıq göstərmək
2. Müsibətlər mövzusunda razılıq göstərmək. Müsibətlərə razı qalmaq bizə əmr edilmişdir. Bu əmrlər isə bəzən müstəhəb bəzən də vacib hökmdə olur.Vacib olan qismi müsibətə səbr etmək kimidir. Bu rizanın birinci mərtəbəsidir. Müsibət anında razılıq göstərmənin ən yüksək mərtəbəsi isə, qulun başına gələn müsibətə tam bir qəlb rahatçılığı ilə səbr etməsidir. Bu mərtəbə çox az bir insanın ucala biləcəyi yüksək bir mərtəbədir. Allah Təala qullarına qarşı mərhəmətli olduğu üçün və onlarında buna gücü çatmayacaqlarını bildiyi üçün, qulların bu mərtəbəyə çatmasını onlara şərt qoşmamışdır." 271
3. Pis əməllər gördüyündə razılıq göstərmək. İnkar, ədalətsizlik və zülmə qarşı razılıq göstərməyin hökmü nədir? İnsan ailəsindən birinin pis əməllə məşqul olduğunu görərsə, buna razı olarsa, bu razılığın hökmü haramdır. Qısası, günaha razı qalmaq özü bir günahdır.
Rizanın gözəl nəticələri nələrdir? Rizanın bir çox səmərələri vardır.
1. Allah Təalanı könül xoşluğu ilə anmaqdır. Peyğəmbər (s.a.v): " İnsanlar arasında Allahı ən çox xatırlayan bir qul, Onu ən çox sevən kimsədir" deyə buyurmuşdur. Riza, qulluğun kamillik mərtəbəsinə çatmaq üçün çox mühümdür. Səbr, təvəkkül etmədən, razı qalmadan, Allahın hüzurunda zəlil bir şəkildə Ona boyun əymədən və Allaha ehtiyyac duymadan , qulluğun kamillik mərtəbəsinə çatmaq mümkün deyil.
2. Riza (yəni Allahın qəza və qədərinə razı olmaq) Allahın rizasını qazanmağa vəsilə olur. Bu, xoşbəxt və rahat olmaq üçün yetərlidir. Allahdan gələn hər bir şeyə razı qalmaq, Allah rizasını qazandırır, Allah yanında insanları ucaldır. Çünki qədərə razı qalmaq böyük bir ibadətdir. Allah da Ona ibadət edən kimsədən razı olur. Nəqədər Allaha səmimiyyətlə bağlansan, nəqədər Ona citdi yanaşsan, nəqədər Ona yalvarıb yaxarsan, O da sənə sənin ona citdi yanaşdığın kimi yanaşacaq.
3. Riza: qəm, sıxıntı, üzüntü , qəlb yorğunluğundan, zehin dağınlığından və bir çox xoşa gəlməz hallardan insanı qurtarır. Məs bunun üçün axirət cənnətindən öncə dünya cənnətinin qapısı riza ilə açılır. Riza; əzab əziyyət, azğınlıq,ümüdsüzlüyün əksinə olaraq qəlbin rahat olmasını və doğru düzgün qərar verməsini təmin edir. Riza,
271 Məcmuul Fətava 10/482
qulun qəlbinə böyük bir sükunət verir. Bu sükünəti insana bəxş edən və bu sükünətdən ləzzət almağa insanı müvəffəq edən ikinci bir şey yoxdur. Çünki qəlbinə sükunət endiyi vaxt qul doğru yolu tapırvə vicdanı rahatlaşır və özünü güvən içərisiəndə hiss edir.
4. Riza insanı şərii hökm və dini məsələlər mövzusunda Allaha qarşı qəlməkdən qoruyur. Məsələn; iblis (Allahın lənəti onun üzərinə olsun) Adamə səcdə etməsi əmr olunduğunda niyə səcdə etmədi? Çünki bunu qəbul etməyərək belə dedi: "Torpaqdan yaratdığın birinə necə səcdə edim?" İblisin bu hərəkəti Allahın əmrinə etiraz etməsinə səbəb oldu. Həmçinin, Allahın hökmünə boyun əyməyən və Onu qəbul etməyən günümüzdəki münafiqlərin fərz ibadətlər, örtülmə, çox evlilik və s. kimi mövzular haqqında yazdıqları məqalələr və danışdıqları söhbətlərlə Allaha qarşı düşmənlik etdiklərini görməkdəyik.
Onlar çox vaxt belə deyirlər: "Allah bunu bizə niyə fərz etdi, bunu niyə şərt qoşdu? Bunları açıq aydın mübah saymasalar belə bu kimi sözləri Allahıın hökmlərinə qarşı düşmənçilik ifadə etməkdədir. Bunu açıqca ifadə etməsələrdə etirazlarının mənası budur. Riza insanı Allha qarşı narazı olmaqdan və öz Rəbbi ilə barış içərisində yaşamasına bir vəsilə olur.
5. Riza insana Allahın ədalətini hiss etdirir. Bunun üçün Peyğəmbər (s.a.v) müsibət anında necə dua etməyimizi bizə öyrətdiyi bir hədisdə belə buyurur: "Allahım Sən verdiyin bütün hökmlərdə adilsən." 272 Allahın ədalətinə razı qalmayan kimsə asi və zalımdır. Allah cəzalandırdığı təqdirdə belə ədalətlilərin ən ədalətlisidir. Məsələn, Allah oğrunun əlinin kəsilməsini əmr etmişdir. Allah həm hökm vermə, həm də onları tətbiq etmə yöntəmləri baxımından adildir. Nə verdiyi hökmlər, nə də həyata keçməsini istədiyi cəza tətbirlərində Ona etiraz etməyə heç kimin haqqı yoxdur.
6. Sevdiyin və ya çox arzuladığın bir şeyi itirməyin, və yaxud da xoşlanmadığın bir hadisə ilə qarşılaşmağın səbəbi ilə rahatsızlıq hiss etməyin, səndə bir sıxıntı oyadır. Başına gələn bir müsibətə razı olmayan, narazıçılığını açıqca ifadə edən kimsə böyük bir sıxıntı içərisindədir. Qorxduğu şey başına gələn və ya sevdiyi şeyi itirən bir kimsə, mənəvi bir bədbəxtçilik içərisindədir. Əgər razı qaldığı halda qorxduğu şeylər başına gəlsəydi və ya sevdiyi şeyləri itirsəydi etiraz duyğularını hiss etməz və acı çəkməzdi. Çünki riza bu ağrı acının gəlməsinə mane olur. Riza sayəsində insan əldə etdiyi şeylərə çox sevinmir və itiridiyi şeylərədə çox üzülmür. "Allah əlinizdən çıxana kədərlənməyəsiniz və sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir."273
7. Riza insanı aldanmaqdan, kin və həsəddən qurtarır. Çünki insan qismətindən razı olmazsa, qəlbindəki bu duyğular onun savablarını, od odunu yiyib qurtardığı kimi, həsəd də insanın savablarını yeyib qurtarır. Allahdan razı olan insan başqaları üçün xeyir-dua edir və onların işlərinin düzəlməsi üçün çalışır. Bu da insanın başqalarına qarşı qəlbində kin küdurət yaranmasına mane olur. Beləcə Allahdan razı olan qul kimlərəsə qarşı qəlbində həsəd və paxıllıq daşımaqdan sığortalanır.
8. Riza Allahın qüdrətindən, qədərindən, hikmətindən və insanın öz əməlindən şübhə etməməsini təmin edər. Beləcə insan Allahın əmrlərinə rahtlıqla təslim olur. Nə 272 Əhməd bin Hənbəl 1/452273 Hədid 23
olursa olsun, Allahn hikmətli olduğunu bilir. Bilirki düz Allahdan əyri bir iş çıxmaz. Razı qalmayan insan isə daima şübhə və vəsvəsə içərisində həyacanlı olar. Bunun üçün razılıq və yəqınlik bir-biri ilə qardaş olduğu kimi narazılıq və şübhə də bir-biri ilə qardaşdır. Əgər riza və yəqini bir yerə cəm edə bilsən bu böyük bir xeyirə çatacağının göstəricisidir. Və bunu əldə etmək üçün mübarizə aparmaqada və səbr etməkdə böyük savab vardır.
9. Riza şükürə səbəb olur . Narazı insanlar şükr etməz. Belə insan hər zaman aldanmış, haqqı verilməmiş və şanssız olduğunu hiss edər. Çünki heç bir nemətəsahib olmadığını düşünür. Böyük şeyləri kiçik görür. Bəzən böyük neymətlərə belə göz yumur, görməməzlikdən gəlir. Bu insan həyatda heç vaxt rahatçılıq tapa bilməz. Çünki böyük insalnar ancaq həyatda kiçik şeyləri dəyərləndirdikləri üçün böyük və rahat ola bilirlər. Bu insan isə nəinki kiçik nemətləri əksinə böyük nemətləri belə görməməzlikdən gəlir. Belə insanlar heç vaxt rahatçılıqtapa bilmir. Şükr etməyən insan qəlb rahatçılığından məhrum olan kimsədir. Şükrə gedən yol isə rizadan keçər. Bunu unutmayın.
10. Riza insanı Allahın razı olduğu sözləri danışmasına aparır. Narazılıq isə insanı Allaha etiraz ifadə edən sözlər danışmasına səbəb olur. Hətda Allahdan narazı qalıb, Ondan şikayətlənməsinə səbəb olur. Razı qalan insan nəfisinə və həvasına uyğun danışmaz. Razılıqdan yoxsul olan kimsə isə nəfs və həvasına aldanmışdır. Riza ilə nəfsi istəklərin qabarması biryerdə cəm ola bilməz. Bunun üçün Allahdan gələnə razı olmaq, Allahı həqiqi Rəbb olaraq qəbul etmək, insanın nəfsani düşkünlüklərdən qurtarır. Razı olan kimsə Allahın sevdiyi şəkildə hərəkət etməklə, cənnətdən daha dəyərli xəzinəyə sahib olur. "Çünki Allah Təala cənnətin nemətlərini zikr edərkən belə deyir: "Allahın rizası isə hamısından böyükdür." 274 İnsanın qəlbində hasil olan Allah rizası cənnətdən və içindəki nemətlərdən daha böyükdür. Riza Allahın sifətidir, cənnət isə yaradilmiş bir nemətdir. Allahın sifəti isə bütün məxluqatdan daha böyükdür. "Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur." 275
11. Riza insanı digər insanların narazıçılığından qoruyur. Çünki Allah bir quldan razı olarsa başqa insanlar da ondan razı qalar. Qul Allah rizası üçün çalışarsa, insanların dedi-qodusuna məhəl qoymaz. Allah ondan razı olduğu muddətcə heçkim və heç bir şey onu maraqlandırmaz.
12. Allah Təala razı olduğu quluna dua etmədən belə nəsə bəxş edə bilər. Allahın verməsi sadəcə dua ilə olmaz. Peyğəmbər (s.a.v) qüdsi bir hədisdə Allahdan belə rəvaət edir: "Kim Allaha çoxlu ibadət etməyə başı qarışarsa və öz ehtiyaclarını Allahdan istəməyi unudarsa, Allah ona qullarına verdiklərinin ən yaxşısını verər." Digər hədisdə: "Kimin dərdi dünya olarsa kasıbçılıq onun izini buraxmaz. Kimin dərdi axirət olarsa, Allah Təala zənginliyi onun qəlbində edər."
13. Riza qulun qəlbini ibadətə uyğun hala gətirir. Namazda ikən insanın qəlbi vəsvəsələrdən uzaqlaşır. İnsanln düşüncələrini saflaşdırır və dəqiqləşdirir. Riza insanın zehnini aydınlaşdırır. Və belə olduğu halda insan gördüyü şeylərdən doğru düzgün ibrət çıxardır və doğru düzgün qərar verir.
274 Tövbə 9/72275 Tövbə 9/72
14. Digər qəlbi əməllərlə əlaqəsi baxımından rizanın çox rəngarəng bir halı vardır. Qəlb əməllərinin zahiri əməllərə nisbətdə savabının həddi hüdudu yoxdur. Çünki zahiri ibadətlərin bir həddi var. Amma qəlbi əməllərin savabının isə bir hüdudu yoxdur. Zahiri ibadətlər müəyyən bir həddə qədər qat-qat mükafatlandırılır. Ancaq qəlbi əməllərin yüksəlmə zirvəsinin həddi yoxdur. Qəlb əməllərinin ən önəmlisi isə rizadır.
Başına bir müsibət gələn insanın müsibətin qalxması üçün bir dua etməsi rizaya müxalifdirmi? Məsələn, Allahın qədəri ilə bir insana xəstəlik baş verir, şəkk yox ki heç kim xəstələnmək və yaxud da müsibətlərlə üzləşmək istəməz və müsəlmanın boynuna düşən isə qədərə səbr etmək və yaxud da razı qalmaqdır. Şəfa üçün dua etməsi razılıq istəməmək mənasına gəlirmi? Cavab: Xeyir. Çünki Allah Təala: " Mənə dua edin, mən də sizin duanızı qəbul edim" deyə buyurmaqdadır. 276 Başqa bir ayədə belə buyurur: " Onlar gecə namazını qılmaq üçün yataqdan qalxarlar, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər."277 Onlar Rəbblərinə dua edərlər, Allahdan Onun nemətlərini istəyər və pis əməllərdən Ona sığınarlar. Dua bir mənfəətin təminatı və yaxud da hər hansı bir zərərin dəhf olunması üçündür. Peyğəmbər (s.a.v) bir hədisdə buyurur: " Allah Təala dua etməyən quluna qəzəblənər, hətda kiçik ehtiyaclarınızı belə Allahdan istəyin. İnsan bir günah edərsə bu günahın zərərlərinin silinməsi üçün Allaha dua edərsə bu duanında rizaya heç bir ziddiyatı yoxdur. Allah Təala kasıbçılıqdan uzaqlaşıb ondan ruzi tələb etməyimizi əmr edir. "O halda ruzini Allah qatında axtarın" 278
Riza barəsində sələflərin buyurduqlarıƏbu Dərdə (r.a) belə buyurur: "Əgə Allah bir hökm verirsə bu hökmə qulların
razılıq göstərməsini istəyər." 279 İbni Məsud (r.a) belə buyurur: "Allaha Təala qəlb rahatçılığını yəqinlik və
razılığın, qəm və kədəri isə şübhə və vəs-vəsənin içərisinə qoymuşdur." 280 Ömər ibni Abduləziz belə buyurur: " Qəza və qədərərə sevinmək xaricində
başqa bir sevinc qaynağı yoxdur." Bu sözlər onun qəlbindəki uca imanın qəlbinə sızmış əlamətləridir. Bu mərtəbəyə çatan insanın həyatı neymət və sevinc içərisində keçər.
Sələflərin bəziləri belə deyərdilər. Gözəl həyatın sirri riza və qənayətkarlıqdadır. 281
Abdulvahid ibni Zeyd belə buyurur: "Riza Allahın ən böyük qapısı, dünyanın cənnəti və abidlərin istirahətkahıdır.282
Ömər bin Xəttab (r.a) Əbu Musa əl Əşariyə (r.a) belə dedi: "Xeyirin hamısı Allah rizasındadır. Bunu əldə edə bilirsənsə xoş olsun sənin halına yoxsa rizaya çatmaq üçün səbrlə çalış.
276 Ğafir 60277 Səcdə 16278 Ənkəbut 17279 İbni Mubarək, Zühd 1/32280 Beyhəqi, Şuabul İman 1/222281 İbni Rəcəb ƏlHənbəli, Camiul Ulum VaHikəm 1/195282 Əbu Nueym əl İsbahani, Hilyatul Övliya 6/156
Abdullah bin Amr (r.a) belə deyir: "Mömin bir qul vəfat edincə Allah Təala ona cənnətdən bir hədiyyə ilə birlikdə iki mələk göndərər. Mələklər ona belə deyər: "Ey razılığa çatməş nəfs, səndən razı olan bir şəkildə Rəbbinə doğru gəl.
Meymun bin Mehran belə deyir: "Qəza və qədərə razı olmayan kimsənin dərmanı yoxdur."
Abdullah bin Mübarəkdən belə bir ifadə nəql olunur: "Övladım! Bir insanın təqvalı olduğunu üç şeydən bilə bilərsən. Başına gələn şeylər səbəbi ilə Allaha təvəkkül edişindən, Allahın ona verdiyi nemətlərdən dolayı razılığını artırmağından və həyatda itirdiyi şeylərə gəlincə onu zahidliyindən"
Riza atəşdən qorunmağı cənnəti əldə etməyi, Allahın rəhmətini, lütfünü, qulun Rəbbinə qarşı gözəl zənn bəsləməsinə mutmain nəfsi gözəl həyatı və Allah sevgisini qula bəxş edir. Allah bizi o kimsələrdən etsin.
5. SəbrHəmd aləmlərin RƏbbi olan Allaha məxsusdur. Xeyir duamız isə Peyğ
mbərimiz Muhəmməd (s.a.v) və onun əhli beytinin qiyamət günündəkonların yolunu davam etdirənlərin üzərinə olsun.
Allah Təala səbiri; bitmək bilməyən bir coomərdlik, məğlubiyyətə uğramayan bir ordu, yıxılması mümkün olmayan sağlam bir qala etmişdir. Səbir öz sahibini yarı yolda buraxmayan bir yoldaşdır. Səbr ilə zəfər əkiz qardaşlara bənzər. Peyğəmbər (s.a.v) belə buyurur: "Zəfər və qələbə səbr edənlərindir" 283 Heç bir tədarük görmədən səbrlə insan ucalır. Qələbə ilə olan əlaqəsi başın bədənlə olan əlaqəsi kimidir. Qurtuluş və rəfaha çatmanın yoludur. İnsanın din və dünyada ehtiyyac hiss etdiyi mühüm bir varlıqdır. İnsanın, istər əməl edilməsi lazım olan bir işi həyata keçirtmək üçün, istərsə də qadağan olan bir şeydən çəkinməsi üçün səbr etməsi lazımdır. İnsanın qədəri səbr və şükrünə görə cərəyan edər. Bunların xaricində başqa bir vəziyyət olmadığına görə deməli insan ölüncəyə qədər səbr etmək vəziyyətində olmalıdır. Həyat ancaq səbirlə dolu bir istiqamətə gələ bilər. Səbir, imtahan dünyasının sıxıntıları üçün bir dərmandır. Səbir, qələbənin gecikdiyi vəziyyətdə, mücahidin azuqəsidir. İnsanların elmdən cahil qaldığı bir vaxtda alimin çırağıdır. Səbir kiçik və böyük, qadın və kişi, hər kəsin ehtiyacı olan azuqədir. İnsanlar səbri həyatlarının ayrılmaz bir hissəsi etməlidirlər. Ömər bin Xəttab belə buyurur: " Biz bu həyatın xeyrini səbirlə əldə etdik." 284
Allah Təala səbir edənləri üstün vəsflərlə zikr etmiş və başqasına bəxş etmədiyi üstünlükləri səbir edənlərə vermişdir. Həmçinin Qurani Kərimdə təxminən 90 yerdə səbiri zikr etmiş, səbir edənlər üçün uca mərtəbələr və xeyirlər təqdir etmişdir.
Səbir edənlər Allahla bərabər olmaq şərəfinə nail olmuşlar. Onlar bu bərabərlik sayəsində dünya və axirət nemətlərinə çatmışdırlar. Allah Təalanın zahiri və batini nemətlərini əldə etmişdirlər. Allah Təala, dini bir lider olmağı, səbr və sağlam inanca bağlayaraq belə buyurmuşdur: " Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik." 285
Şeyx ulİslam ibni Teymiyyə belə buyurur:" Dini liderlik, səbr və sağlam inanc ilə əldə edilir."
283 Əhməd bin Hənbəl, Musnəd 1/307. Şeyx Albani hədisi səhihləşdirmişdir.284 İbni Mübarək, Kitəbuz Zuhd, 1/222.285 Səcdə 24
Səbirin mənası Səbir lüğətdə; insanın özünü bir şeyə məcbur etdirməsidir. Allah Təala
buyurur: "Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!" 286
Yəni, onlarla bərabər sən də öz nəfsini cilovla, nəzarət altında saxla. Səbir; xoşa gəlməz hallarla üzləşəndə insanın öz nəfsinə sahib olub, həddini aşmağa mane olmasıdır. Nəfsini nəzarət altında saxlaması, müsibət anında dilini şikayətdən qoruması, üz-gözünü cırmamasıdır.
Şərii mənada isə səbir; Allah Təalanın əmr etdiklərini yerinə yetirmək, qadağan etdiklərindən isə çəkinməkdir. Səbirin bu növü haramlardan çəkinmək və fərzləri yerinə yetirməkdə özünü biruzə verir. Həmçinin Allah Təala anca onun rizasını əldə etmək məqsədi ilə səbir edənlər üçün böyük mükafat vədd etmişdir və ancaq onun rizasını əldə etmək üçün səbir edənləri cənnətlə mükafatlandırmışdır.
Səbr nəfin qabarıq hissləri qarşısında dirənməkdir. Səbr nəfsə ağır gələn, nəfsin xoşlamadıöı şeyləri həyata keçirtməkdir.SƏbr kitab və sünnət üzərində sabit qalmaqdır. Çünki, kim kitab və sünnəyə sarılarsa, istər başına gələn müsibətlərdə istərsə də əmrləri yerinə yetirib qadağalardan çəkinməyin çətinliyinə qarşı dirənmək üçün asan yollar əldə edər.
Qurani Kərimdə SəbirQuranı Kərimdə uca Allah qurtuluşu səbrə bağlayaraq belə buyurur: " Ey
iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!" 287
Allah Təala bu ayədə qurtuluş və rəfaha çatmağı, səbirin ziddi olan şeyləri tərk etməyə bağlamışdır: "Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et!"288 Başqa bir ayəə isə Allah Təala belə buyurmuşdur: " Səhlənkarlıq və boşluq göstərməyin, üzüntüyə qapılmayın." 289 Həmçinin Allah Təala səbr edənlərin mükafatını qat-qat verəcəyini bildirmişdir: "Səbr etdikləri üçün onlara mükafatları iki dəfə veriləcəkdir." 290 Əməllərin hər nə qədərə bilinən müəyyən hədli ölçüdə bir mükafatı olsada səbirin mükafatı hədsizdir:" Yalnız səbir edənlərə mükafat hesabsız veriləcəkdir."291 Suleyman Qasım belə buyurur: " Bu ayənin ifadə etdiyi mənaya görə səbirdən başqa bütün əməllərin savabı bilinir. Onun savabı axan sular boldur." Əvvəlki ayədə keçdiyi kimi Allah Təala dini liderliyi səbir və sağlam əqidəyə bağlamışdır. Həmçinin qələbəni də onunla bərabər olanlara vədd vermişdir: "Əlbətdə ki, Allah səbr edənlərlə bərabərdir." 292
286 Kəhf 28287 İmran 200288 Əl Əhqaf 35289 Əli İmran 139290 Qəsas 54291 Zümər 10292 Bəqərə 153
Səbr edənlərin üstünlüklərindəndir ki,Allah Təala onlara verdiyi bu üç üstünlüyü başqalarına verməmişdir. Allah Təala buyurur: " Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. 293 Allah Təala səbiri, dua edib ondan kömək istəməmiz üçün bir vasitə etmişdir: " Səbr və Namaz ilə Allahdan kömək diləyin." 294 Səbir etməyənin köməkçisidə yoxdur. Digər ayədə də köməyin səbr və təqva ilə gələcəyini vurğulamışdı: " Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu anda sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər." 295 Peyğəmbər (s.a.v) bir hədisdə belə buyurur: "Bil ki qələbə səbr edənlərin olacaqdır." 296
Allah Təala səbir və təqvanı düşmənin hiylə və torlarından qorunmaq üçün böyük bir sığınacaq mənbəyi etmişdir: " Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir."297
Uca Allah mələklərin cənnətdə səbr edənləri salamlayacağını bizə xəbər verir: "Mələklər belə dedi" "Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!""
Allah Təala haqsızlığa məruz qalib səbir edən kimsələr üçün böyük bir məqam ayırmışdır: "Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir." 298
Allah Təala saleh əməllə yanaşısəbr edənlərə böyük savab bəxş edəcəyini xəbər verir: " Səbir edib saleh əməl görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır." 299
Allah Təala müsibətlərə səbir etməyi böyük işlərdən saymış; bunların başqa heç kimsənin çata bilməyəcəyi mərtəbələr olduğunu da xəbər vermişdir: "Kim səbir edib bağışlayarsa şübhəsiz ki bu əməl ən uyğun olanıdır." 300
Loğman (ə.s) oğluna, başına gələnlərə səbr etməsini tövsiyyə edərək, belə demişdir: "Oğlum! Namaz qıl, yaxşılığı əmr et, pisliklərdən çəkindir, (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu işlər balaca işlər deyildir." 301 Allah Təala kömək və qələbə vədd etmişdir. Çünki möminlər mükafatı səbr sayəsində etmişilər: " Xor görünüb əzilməkdə olan yahudiləri yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü
293 Bəqərə 155-157294 Bəqərə 45295 Əli İmran 125296 Əhməd bin Hənbəl, Müsnəd 1/307297 Əli İmran 120298 Nəhl 126299 Hud 11300 Şura 43301 Loğman 17
yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik." 302
Allah Təala səbiri və səbir edənləri sevdiyini və onlardan razı olduğunu bu şəkildə açıqlayır: " Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir." 303
Həmçinin başqa bir ayədə ancaq səbir edənlərin əldə edə biləcəyi və onlara laiq olan üstünlükləri bizə xəbər verir. Allah Təala qarının aldatdığı qövmünə nəsihət edən elm əhli barəsində belə buyurur: " Özlərinə elm verilmiş kəslər isə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar".304 Digər ayədə isə Allah Təala üstünlüyü səbr edənlərə bəxş edəcəyi barədə belə buyurur: " Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur."305
Uca Allah ayələrindən səbir əhlinin faydalana biləcəyini açıqlayır. O, səbir edənləri nəzərdə tutaraq təqid ifadə edən bir üslübla belə buyurur: " Biz Musanı möcüzələrimizlə göndərib ona: "Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal". Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır." 306 Həmçinin loğman surəsində: " Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir." 307
Həmçinin Allah Təala insanların canlarını və mallarını uzaqlara aparmaq üçün istifadə etdikləri gəmi nemətindən bəhz edərkən belə buyurur: " Dənizdə dağlar kimi üzən gəmilər də Onun dəlillərindəndir. Əgər Allah istəsə, küləyi sakitləşdirər, onlar da suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır." 308
Sadaladığımız son ayələrdən ancaqsəbr və şükr əhlinin faydalana biləcəyi açıq aydın görsənməkdədir. Dinin tamamı səbr və şükr etməkdən ibarətdir. İmanın yarısı səbr, digər yarısı isə şükürdür. Müsəlmanın həyatı səbr və şekerdən ibarətdir. Qulluq, ibadət və Allaha yaxınlaşmaq məqsədi ilə edilən əməllərin kökü, səbir və şükürdən ibarətdir.
Allah Təala qulu Eyyub (ə.s)ı ən gözəl ifadələrlə tərifləmiş və belə buyurmuşdur: "Həqiqətən biz Eyyubu səbirli bir qul gördük. O nə gözəl bir quldur. O, həmişə Allaha yönələrdi." 309
Allah Təlala Eyyub (ə.s) üçün "Nə gözəl bir quldur" demişdir. Yaxşı, Eyyub (ə.s) gözəl edən nə idi? - çünki o, səbr edənlərdən idi. Allah Təala geniş bir ifadı işlədərək səbr etməyənlərin zərərə və məğlubiyyətə uğrayacaqlarını belə ifadə edir: " And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir.Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə 302 Əl Əraf 137 303 Əli İmran 146304 Qasas 80305 Fussilət 35306 İbrahim 5307 Loğman 31308 Şura 32-33309 Sadd 44
haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa." 310
Allah Təala əməl dəftərlərinin sağ tərəfdən veriləcək olan "Əshabul Meymənənin" səbr və mərhəmət əhli olduğunu bildirərək belə buyurur: " Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır."311
Allah Təalasəbri İslamın Təməl əsasları və imanın uca məqamları ilə bir arada zikr etmişdir. Səbiri namazla bərabə zikr edərək belə buyurmuşdur: "Səbir və namaz ilə Allahdan komək istəyin" 312 Saleh əməllərlə bir arada zikr etmişdir: "Ancaq müsibətə səbr edib saleh əməl işləyən istisnadır." 313 Təqva ilə birlikdə zikr etmişdir: "Kim müttəqi olub səbir edərsə şübhəsizki Alla gözəl davrananlarının əziyyətini zay etməz." 314 Rəhməti ilə bərabər zikr etmişdir: "Bir-birilərinə səbiri və mərhəmət etməyi tövsiyyə edərlər." 315 Yəqinliklə (möhkəm inancla) birlikdə zikr etmişdir: "Səbir etdikləri və ayələrimizə möhkəm inandıqları zaman" 316 Allah Təala bizləri eşidib faydalananlardan etsin.
Səbirin əhəmiyyətiƏn gözəl mərtəbə səbir mərtəbəsi, ən gözəl əxlaq səbir əxlaqı və ən gözəl
insan səbir edən insandır. Səbir cənnətə gedən bir yoldur. Allah Təala buyurur: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?"– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır."317
Qurani Kərim səbirə çox böyük bir yer vermişdir. Bu isə səbirin əhəmiyyətinə və böyük bir əxlaqi üstünlük olduğuna dair önəmli bir dəlildir. Səbir cənnətə çatmağa və cəhənnəmdən qurtulmaq üçün bir vasitədir. Peyğəmbər (s.a.v) buyurur: " Cənnətin ətrafını çətinliklər, cəhənnəmin ətrafını isə şəhvətlər bürümüşdür." 318 Çətinliklərə səbir etmədən cənnətə girmək mümkündürmü? Nəfsin və şəhvətin istəklərinin hücumuna səbir edərək nəfsi pis əməllərdən necə qoruya bilərik?
Şeyxulİslam ibni Teymiyyə bu hədisdə ki incə mənanı diqqətə alaraq belə buyurmuşdur: "Biz bilirik ki, çətinlikləri aşmadan cənnətə girmək mükün deyil. Çünki Peyğəmbər (s.a.v) "Cənnətin ətrafı çətinliklərlə büründü" deyə deməkdədir. Yəni ora gediş hər tərəfdən bağlıdır. Ancaq bir yol var, o da çətinlikləri dəhv etmək. Əgər bu sıxıntılara səbir edə bilməsən, cənnətə girə bilməzsən. Sıxıntılar isə nəfsə ağır gələn ibadətlərdir. Məsələn, sabah namazı qılmaq, soyuq havada dəstəmaz almaq, müsibətlərə səbir etmək və cihad etmək bunlara misaldır. Çətinlikləri aşmadan cənnətə girmək mümkün deyildir. Bu çətinlikləri aşmaq da ancaq səbirlə mümkündür. Cəhənnəmə gəldikdə isə onun ətrafı cazibədar şəhvətlərlə bağlanmışdır. İnsan pis
310 Əsr 1-3311 Bələd 17312 Bəqərə 45313 Hud 11314 Yusuf 90315 Bələd 17316 Səcdə 24317 Bəqərə 214318 Müslüm, Cənnət və sifətləri 2823
əməllərdən uzaqlaşmaq üçün səbir etmədən və nəfsini onlardan qorumadan özünü cəhənnəmdən qurtara bilməz."319
Səbir etməyin hökmü
Səbir etmək vacibdir. Çünki Allah bizlərə səbir etməyi əmr edərək buyurur: "Səbir və namaz ilə Allahdan kömək istəyin." 320 Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, və düşmən qarşısında sabit olun." 321 Digər ayədə Allah Təala səbirsizlik göstərib tələsməyi bizə qadağan edərək belə buyurur: " Onlara görə tələsmə." 322 Digər ayədə isə "Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin." 323 Allah Təala dünya və axirət nemətlərini səbirlə əldə edə biləcəyimizi bildirmişdir. Amma bu mövzuda təvsilata girəsi olsaq səbirin bir qismi vacibdir. Səbirin bu qisminə fərzləri həyata keçirtmək və haramlardan çəkinmək üçün səbirlə dirənmək bir misaldır. Və belə bir vəziyyətdə səbir edə bilmədiyi üçün insan günahkar olur. Səbir etmək bəzən də müstəhəb olur. Amma insan müstəhəblərə səbir edərək onları yerinə gətirməzsə bu yerdə səbir edə bilməmək məkrufdur. Səbir etməyin bəzi hallarda çətin olmadığına işarət edən ayətlərdən biridə budur. "Əgər səbir etsəniz bu səbir edənlər üçün daha xeyirlidir." 324 Belə bir halda səbir etməyin hökmü nədir? Cavab: Sənə cəza verənin cızalandırıb cəzalandırmamaq baxımından, və yaxud intiqam almaq baxımından ixtiyar sahibisən. Məsələn; Biri sənə zülm edərək haqsızlıq etdi. Bu məsələdə şərii hökm nədir?
Cavab: Bu məsələdə qisas tələb edə bilərsən amma səbir edib bağışlamaq daha əfsəldir. Sabah namazının çətinliyinə səbir etməyin hökmü nədir?
Cavab: Vacibdir. Müsibət anında fəryad və fiqan etməmənin və səbirli olmağın hökmü vacibdir. Sənə bir pislik edən kimsəyə eyni şəkildə cavab verməyərək ondan intiqam almamaq və belə bir vəziyyətdə səbir etmənin hökmünə gəlincə isə bu müstəhəbdir.
Deməli səbir bəzən vacib bəzən isə müstəhəb olur. Ayrıca bir şeyidə zikr edir ki, Ali İmran surəsində keçən səbir ərəb dilində, "Musabəra" şəklində keçmişdir. Bu sözün mənası isə səbir edənlər deyil, səbirdə bir biri ilə yarışanlar mənasındadır.Yəni hər iki tərəfidə əhatə edir. Burada söhbət müsəlmalarla düşmənləri arasındaki mücadilədən gedir. Bunun üçün düşmənlərimizin batil inanclarına hücumlarına və qurduğu hiylələrə qarşı səbir etməliyik. Bütün bu təzyiqlərə baxmadan səbir edib sabit olmalıyıq.
Səbirin növləriSəbir iki növdür. Bir,bədənin səbiri, ikinci ruhun səbiri. Bunların hər biri öz
aralarında hərəsi iki qismə ayrılır.
319 İbni Teymiyyə, Məcmu ul Fətəva18/130
320 Bəqərə, 2/45321 Əli İmran 200322 Əl Əhqaf 35323 Əl Ənfal 15324 Nəhl 126
1) İxtiyarı səbir2) Mütləq səbir
Ümumən baxdığımız zaman səbir dörd qisimdir. 1) Bədəni ixtiyarı səbir2) Bədəni vacib səbir3) Ruhi ixtiyari səbir4) Ruhi vacib səbir
Məsələn: Ağır işlərlə məşqul olursansa, bu işin çətinliklərinə qarşı səbir etməyin bədənin ixtiyari səbir qisminə daxildir. Həmçinin hər hansı bir bədən üzvün ağriyarsa bu ağrıya səbir etməyin bədənin vacib olan səbiridir. Çünki belə bir halda olan insanın səbir etməkdən başqa bir seçimi yoxdur. İkinci seçim Allaha asi olmaqdır. Bu isə bizim işimiz deyil. Şəriətdə edilməsi nəfsə xoş olmayan bəzi feillərin çətinliyinə səbir etmək ruhi ixtiyari bir səbirdir. Məsələn: İnsanın məkruf olan bir əməli, xoşlanmadan etməsinə baxmayaraq, bu xoşlamadığı şeyi etdiyi üçün özü-özünə səbir edir. Məsələn: Çox yatmaq kimi, insan öz nəfsini qınayaraq bu əməli edir. Buna nəyə görə ixtiyari səbir deyilir? Çünki insan bunu dəyişə bilər.
Əgər insan sevdiyi bir kimsəni itirərsə belə bir halda, qəlbində baş qaldıran xoşa gəlməz duyğulara səbir etməsi vacibdir. Əgər belə bir halda səbir etməsən fəryad qoparsan üz gözünü cırsan Allaha asi olmuş sayılırsan. Bu yerdə mütləq səbir etməlisən.
Hədislərdə səbirSəbir Peyğəmbər (s.a.v) sunnəsində bir çox yerdə keçməkdədir. Peyğəmbər
(s.a.v) qudsi bir hədisdə gözlərini itirən birinin səbir etməsi müqabilində onu cənnətlə müjdələmişdir. Allah Təala buyurur: "Mən qulumu iki sevdiyi ilə imtahan etdiyimdə o səbir edərsə, bunun əvəzində ona cənnətimi bəxş edərəm." 325
Ata bin əbu Rabah belə rəvaət edirki: "İbni Abbas (r.a) mənə- Sənə cənnət əhlindən olan bir qadın göstərimmi?- dedi. Mən də:"Bəli, göstər dedim, və mənə qara bir qadın göstərib dedi: "Bu qadın Peyğəmbər (s.a.v)in yanına gəlib belə dedi: "Ey Allahın Peyğəmbəri, mən xəstəyəm. Bəzən huşumu itirib yerə yıxılıram və üstüm başım açılır. Allaha mənim üçün dua et, bu xəstəlikdən qutrarım dedi. Peyğəmbər (s.a.v): "Səbir etsən sənə cənnət var, amma istəsən Allahın sənə şəfa verməsi üçün dua edim dedi. Qadın: Elədirsə səbir edərəm, amma dua et ki, özümdən gedəndə üstüm başım açılmasın dedi və Peyğəmbər (s.a.v) qadının üst-başının açılmaması üçün, Allaha dua etdi. " 326
Səbir fitri bir əxlaqdır yoxsa onu hər kəs qazana bilər?
Peyğəmbər (s.a.v) hədislərində səbirin çalışmaqla əldə edilməsi mümkün olan bir sifət olduğu keçməkdədir. Həmçinin insanların səbir baxımından fərqli yaradılış üstünlüklərinə sahib olduqları və bu xüsusda fərqli fitrətlərdə yaradıldıqları bilinməkdədir. Allah Təaala insanların bəzilərini səbirli bəzilərini isə səbirsiz xəlq etmişdir. Əşəc ibni Qeysdən nəql edilən bir rəvaətdə Əbu Səid əl Xudri belə rəvaət edir: "Peyğəmbər (s.a.v) yanında oturmuşduq. Abdul Qeys qəbiləsinin göndərdyi
325 Buxari, Marda 5653326 Buxari, Marda 5652
heyətin xəbəri qəldi. Bizdən heç kim onları görməmişdi. Onlar Peyğəmbər (s.a.v) hüzuruna gəldilər. Onlardan Əşəc əl Əsəri adında biri Peyğəmbər (s.a.v) hüzuruna gec gəldi. O, digərlərinə nisbətən dəvəsini yaxşıca bağlayıb, səfər paltarlarını dəyişib təzə paltarlar geyinərək Peyğəmbər (s.a.v) hüzuruna çıxdı. Peyğəmbər (s.a.v) ona belə dedi: "Ey Əşəc, səndə Allahın sevdiyi iki gözəl sifət var. Helm (yumşaqlıq) və Təənni (tələsməmək) deyə buyurdu.Əşəc, ey Allahın Peyğəmbəri bu xüsusiyyətlər mənim fitrətimdə olan şeylərmidir yoxsa sonra öz iradəmləmi qazandım dedi. Peyğəmbər (s.a.v): "Xeir, bunlar sənin yaradılışında vardır. Adam "Allah və Rəsulunun sevdiyi bu iki xüsusiyyətin məndə var edən Allaha həmd olsun" dedi. 327 İnsan qəlbi əməllərdən biri olan səbir baxımından naqislik hiss etdiyində çalışıb əziyyət çəkməklə bu təbəqəni özündə genişləndirə bilərmi? Bəli, səbir qazanıla biləcək və sonradan əldə edilməsi mümkün olan əxlaqi bir dəyərdir. Peyğəmbər (s.a.v) buyurur: "Kim səbir etməyə çalışarsa Allah onu səbirli edər." 328 İnsan təbiətən səbrsiz və hövsələsiz ola bilər. Ancaq səbirin fəzilətini, mükafatını, mahiyyətini və dindəki yerini öyrəndikdən sonra başına gələn işlərdə səbir etməyə və nəfsi ilə mübarizə apararaq səbirli bir insan olmağa özünü alışdıra bilər.
Səbirin və səbir edənlərin fəzilətiSünnədə keçən hədislərdə səbirin mömin üçün böyük bir xeyir olduğu bəyan
edilmiş, başına bir bəla, sıxıntı gəldiyində qulun onun üçün bir xeyir vəsiləsi olduğunu bildirmişdir. Suheyb ibni Sinan belə rəvaət edirki, Peyğəmbər (s.a.v) belə buyurdur: "Mömin insanın halı doğurdanda təəccüblüdür. Çünki möminin başına gələn hər şey onun üçün xeyirlidir. Başına gələn hər şeyin insan üçün xeyirli olma vəsfi ancaq möminlərə xasdır, başqasına deyil. Necə ki, ona razı qalacağı bir şey verilərsə şükr edər və bu onun üçün xeyirli olar. Həmçinin ona bir zərər baş verərsə səbir edər və yenə də bu onun üçün xeyirli olar." 329
Peyğəmbər (s.a.v) səbirin bir işıq olduğunu belə zikr edir: "Namaz nurdur, sədəqə dəlildir, sübutdur, səbir isə ziyadır, Quran isə lehinə və ya əlehinə şahitdir. Hər kəs sabahları qalxıb işinə gedəir. Kimlərinin bu iş üçün atdığı addımlar onu Allaha yaxınlaşdırır, kimlərinin isə bu gedişi onu həlak edir." 330
Ənəs (r.a) belə rəvaət edir ki: "Peyğəmbər (s.a.v) bir gün ölən uşağı üçün ağlayan bir qadınla yaxınlaşdı və ona: "Allahdan qorx və səbirli ol" deyə buyurdu. Qadın o anda yaşadığı şokdan ona kimin xitab etdiyinə baxmadan "Mənim başımdan dəhv olun, Mənim başıma gələndən sənə nə?" deyə cavab verdi. Peyğəmbər (s.a.v) o yerdən uzaqlaşınca qadına "O, Peyğəmbər idi" dedilər. Qadın bunu eşıdəndə Peyğəmbərə verdiyi cavabdan çox üzüldü. Üzr istəmək üçün Peyğəmbər (s.a.v)in qapısına gəldi və belə dedi: " Ey Allhın Rəsulu, o anda Səni tanımadım, Sənə dediyim sözlərə görə məni bağışla." Peyğəmbər (s.a.v) beləbuyurdu: "Qəbul oan səbir müsibətlə qarşılaşdığın ilk anda etdiyin səbirdir" deyə buyurdu." 331
Ummu Sələmədən belə rəvaət olunur ki: "Əri, Əbu Səlimə vəfat etdiyində, Ummu Sələmə öz-özünə belə deyirdi: "İnnə liləhi və İlla ilehi raciun, Allahummə əcirni fimusibəti vaxlüfli xayran minhə"-(Biz Allahdan gəldik və Onada geri döndəriləcəyik, mənə bu müsibətim üçün əcir ver və mənə itirdiyimdən daha xeyirlisini nəsib et) deyərsə Allah, o müsibətdən sonra daha xeyirlisini verər. Ummu 327 Muslim, İman 17328 Buxari, Riqaq 6470329 Müslim , Zühd 2999330 Müslim, Təharət 1; Tirmizi, Dəvət 91331 Buxari, Cənaiz 1283
Sələmə (r.a) buyurur ki: "Ərim vəfat etdiyində, mənə ondan daha xeyirli olan hansı müsəlman var? deyə fikirləşirdi. Allah onun yerinə mənə Peyğəmbər (s.a.v)i bəxş etdi." 332
Bir möminin dünyada itrdiyi əzizi üçün səbir etməsi və qarşılığını Allahdan gözləməsinin mükafatı olaraq ona cənnət verilir. Qul övladının vəfatına səbir edərsə, mükafatlandırılar. Əbu Musa əl Əşari (r.a.) Peyğəmbər (s.a.v)dən bu sözləri rəvaət edir: "Bir qulun övladı ölərsə Allah mələklərə belə deyər: "Bu qulun övladını aldınızmı?" Onlar "Bəli" deyərlər. Allah Təala soruşar: "Qəlbinin sevincini əlindən aldınızmı? Mələklər yenə "Bəli" deyərlər. Allah soruşar:"Qulum bu əsnada nə dedi?" Mələklər: "Sənə həmd etdi və "Biz Allahdan gəldik və Onada geri döndəriləcəyik" dedi. Allah Təala mələklərə belə əmr edər: "Əgər elədirsə qulum üçün cənnətdə bir ev ayırın və evin adını həmd evi qoyun." 333
İnsanlar sahib olduqları dini anlayış və səbir etmək güclərinə görə imtahan edirlər. Bir hədisdə insanlar arasında, imtahanı ən şiddətli olan Peyğəmbərlərdir sonra isə fəzilət baxımından onlara yaxın olanlardır." 334 İnsan dininə görə imtahan olunur. Əgər sağlam bir inanca sahibdirsə və güclü bir səbiri varsa mükafatının artması üçün Allah Təala onun imtahanını şiddətləndirir.
Dünyada şiddətli bir şəkildə imtahan olunmayan kimsələr, dünyada başlarına böyük müsibətlər gələn kimsələrə daha çox mükafat verildiyini qiyamət günü açıqca görəcəklər. Dünya həyatı boyunca sağalmayan xəstəliklərə mübtəla olanların və bundan ağrı acı çəkənlərin davamlı şəkildə rahatsız olanların mükafatı qiyamət günü çox böyükdür. Dünyada şiddətli bir şəkildə imtahana məruz qalıb səbir edənlər, qiyamət günü onlara verilən böyük və sonsuz mükafatları görüncə, bu mükafatları itirməmək üçün dünyada ikən dərilərinin qayçılarla kəsilməsi bahasına onlara başa gəlsəydi belə yenədə razı olardılar." 335
Peyğəmbər (s.a.v) özümüzü çətinliklərə qarşı mənəvi olaraq hazırlamağımızın zəruriliyini bu şəkildə bizlərə bildirir: "Səbir etməniz lazım olan elə günlər gələcək ki, o gün səbir edənin mükafatı bu sizdən əlli kişinin mükafatına bərabər olacaq." 336 Peyğəmbər (s.a.v) qəsd etdiyi səbir günləri insanın aldadıcı güclü şübhə və şəhvətlərlə imtahan edilməsinə müqabil səbir etdiyi və dini üzərində sabit qaldığı, nə gədər işgəncə görərsə görsün insanın dinindən dönmədiyi günlərdir. Səbir günləri məs bu günlərdir. Peyğəmbər (s.a.v) bu günləri "səbir günləri" olaraq adlandırmışdır. Çünki bu günlərdə səbir etməkdən başqa çıxış yoxdu.
Müsəlmanlar Məkkədə böyük bir imtahana məruz qaldılar. Vəziyyət o yerə gəlib çatmışdır ki, səhabələr Peyğəmbər (s.a.v)in yanına gəlib belə dedilər: "Ey Allahın Peyğəmbəri, Biim üçün Allahdan komək istəməyəcəksənmi?" Peyğəmbər (s.a.v) belə dedi: "Sizdən əvvəl elələri vardır ki, onu tutub torpağa basdırıb sonra isə başını iki yerə bölürdülər. Elələri vardır ki, dəmir dırnaqlarla bədənlərini cırıq-cırıq edirdilər. Bu edilənlər onları dinindən döndərə bilmədi" 337 Onların gücü bu şəkildə idi. Səbir onlar üçün bir rəhbər, sığındıqları bir qala və ləzzət aldıqları bir qaynaq idi.Allah bizi ibrət alıb faydalananlardan etsin.
İnsanlar və səbir332 Müslim, Cənaiz 918333 Tirmizi, Cənaiz 1021. Şeyx Albani hədisin həsən olduğun söyləmişdir.334 Tirmizi, Zühd 2398. Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir. 335 Tirmizi, Zühd 2402. Şeyx Albani hədisin həsən olduğun bildirmişdir.336 Əbu Davud, Mələhim 4341. Şeyx ALbani hədisin səhih olduğunu bildirmişdir.337 Buxari, Mənəqib
İnsanlar səbir etmə baxımından müxtəlif qruplara ayrılırlar: 1) Səbir və təqva əhli olanlar.
Onlar Allah Təalanın nemət verdiyi dünya və axirət xöşbəxtliyini əldə edən kimsələrdir. Onlar Allaha itaət etmək və onun qadağan etdiklərini tərk etmək üçün səbir edənlərdir. 2) Bəzi insanlar təqvalı olmaqlarına baxmayaraq səbirli deyillər. Belə bir insan abid, zahid, dürüst, oruc tutan, sədəqə verən, zikr edən, ancaq halal yeyən, Allaha boyun əyən biri ola bilər, amma başına bir müsibət gələndə yıxılır və sabit qala bilmir. İbnul Couzi belə buyurur: "Təxminən səksən yaşlarında olan və camaat namazına həris olan bir adam var idi. Bir gün bu adamın nəvəsi ölüncə belə dedi: "Heç kimsənin Allaha dua etməsinə gərək yoxdur. Çünki gördüyünüz kimi qəbul etmir."
Bəzi insanlar ibadət əhli olmaqlarına baxmayaraq səbirsizlirdilər. Cətinliklərə qarşı dirənə bilmirlər və müsibət anında dərhal büdrəyirlər.Bu insanlardan biri belə deyir: "Bu qədər üşağım var. Allahın onların başına müsibət və bəla göndərməsindən qorxduğum qədər heçnədən qorxmuram."
Bu insanlar Allah haqqında pis zənnə düşmüşlər. Qəlbində belə bir batil inanc daşıyan kimsə qıldığı namazı qəbul olacaqmı? Allah Təala buyurur: " De ki, Allaha qarşı sizi gecə-gündüz kim qoruyacaq? Bununla belə onlar Allahı anmaqdan üz çevirirlər." 338 Və digər ayədə insanın önündə və arxasında Allahın əmri ilə onu qoruyan mühafizəçilər vardır.
O halda səbir edə bilməyən və ya səbirə inanmayan bir insanin etdiyi ibadətlərin heç bir faydası yoxdur.
3) Bəzi insanlar səbir edirlər ancaq təqva sahibi deyillər. İbni Teymiyyə insanların mənəvi yönlərini incələdikdən sonra onları sahib olduqlari dini inanca görə bölərək belə deyir: "İnsanlardan bəziləri səbirli olmaqlarına baxmayaraq təqvalı deyillər. Bəzi günahkarlar kimi başlarına gələn müsibətlərə qarşı səbirli ola bilir, necə ki haram bir şeyi əldə etmək üçün səbirlə dirənç göstərirlər. Həmçinin şan şöhrətə çatmaq üçün eə əziyyətlərə səbir edirlər ki, insanların bir çoxu bunu bacarmır. Uca məqam sahiblərini bir düşün, onlar bu məqama necə yüksəldilər. Uzun sürən mücadilə, mübarizə, yuxusuzluq, yorğunluq və qərarli şəkildə çalışmadan sonra bu səviyyəyə gəlib çixdılar. Hətta kafirlərdən elələri vardır ki, oyun və əyləncədən, şəhvətlərdən uzaq bir şəkildə keçirərək çoxlu kitab oxumuş, araşdırmalar aparmış, kurslar bitirmiş və sonund da uca mərtəbələrə nail olmuşdur. Və müəyyən bir yerdə müdir və ya şirkət sahibi olmuşdur. Sonradan varlı olan bir çox insanların əvvəli bu yollardan keçmişdir. O insanların bəziləri səbirli amma təqvalı deyillər. Hədəflərinə çatmaq üçün namazlarını tərk edər, haram tikə və ona fikir verməzlər. Bunlar səbir etdikləri üçn Allahdan heç bir mükafat gözləməzlər. Səbir onlar yaradılışdan dolayı bir duyğudur.
Kafirlər arasında da müsibətlərə səbir edənləri vardır. Amur bin As (r.a) nəql etdiyi bir rəvaətdə rumları bu şəkildə tərifləyirdi: "Onlar müsibətlərdən sonra dərhal toplanırdılar, başlarına fələk gldiyində bir-birilərinə təskinlik verirdilər." 339
birinci və ikinci dünya saaşlarından sonra avropadaki xristianların başına gələnləri bir düşünək. Yurdları, şəhərləri viran edilib, xarabalığa çevrildiı Amma çox üisa müddətdən sonra onları yenidən inşa etdilər. Öz iqtisadi vəziyyətlərini düzəltdilər. İstehsal, əkinçilik, sənaye sahəsində yüksəldilər. Kafirlərin bir çoxu səbirlidirlər. Bu müharibələrdə onlardan qırx milliondan yuxarı insan öldürüldü. Hər
338 Ənbiya 42339 Müslim, Fitəm 2898
şeyləri şökdü, amma qısa bir müddət içərisində ayağa qalxdılar. Onlar səbirlidirlər amma bundan ötrü mükafat və savab ummazlar.
Həmçinin aşıq olanların qayələrinə çatmaqları uğrunda sərf etdikləri əzab- əziyyət də buna misaldır. Hər yolu təcrübədən keçirdərək öz sevdiklərini razı salmağa çalışırlar.
Səbir tələb edən yerlər
1) Dünyadaki müsibətlərə səbir etmək. Allah Təala buyurur: "Biz insanı üz-üzə gələcəyi çətiliklər içində yaratdıq." 340 Əzab əziyyətlərə, çətinlik, bəla və fitnələrə səbir etmək barəsində isə Allah Təala belə buyurur: " Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver." 341
2) Nəfsin arzularına qarşı səbir etmək. Allah Təala buyurur: "Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır." 342 Bunun üçün sələflərdən olan bəzi alimlər belə demişdir: " Çətinliklərlə imtahan olunanda səbir etdik, amma bolluq və rahatçılıqla imtahan olunanda səbir edə bilmədik." 343
Həmçinin sələflər belə buyurardı: " Bəla və müsibət anında möminlər səbir edər, bolluq və rahatçılıq anında isə ancaq siddiqlər səbir edər.
Nəfsin istəklərinə qarşı səbir etməyi ibni Qeyyim dörd yerə bölür.
1) Nəfsə tabe olmamaq2) Onun istəklərinə aldanmamaq3) Nəfsin haqqını vermək üçün səbir etmək4) Onu haram şeylərə yönləndirməmək
3) Həmçinin səbir etməsinin lazim olan yerlərdən biri də səndə olmayan imkanların başqalarında olduğunu gördüyün vaxt edilən səbirdir. Necə ki, Qarunun qövmündən bəziləri ona verilənləri görüncə səbir edə bilməyərək belə dedilər: "Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: "Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir"." 344 Və digər ayədə: " Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar."345 Və digər ayədə isə: " Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. " 346
4) Həmçinin səbirin lazım olan yerlərindən biri də Allaha itaətdə səbir göstərməkdir. Bu səbir növlərinin ən böyüyü və nəfsi ən ağır gələndir. Allah Təala
340 Bələd 4341 Bəqərə 155342 Münafiqlər 9343 Tirmizi, Sifətul Qiyamə, 2464; İmam Tirmizi hədisin həsən olduğunu bildirmişdir.344 Qasas 79345 Möminlər 55-56346 Taha 131
buyurur: " O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol!"347
İtaətdə səbir üç yerə ayrılır:a) İtaətə başlamadan əvvəl edilən səbir. İnsanın ibadətin çətinliklərinə öyrənməsi və niyyətini düzəltmək üçün verdiyi mübarizə. b) İtaət əsnasında səbir. Yəni verilən vəzifəni doğru düzgün başa çatdırmaq üçün səbirlə mübarizə aparmaq, insana gələn vəsvəsələri və ümüdsüzlükləri dəff edib ibadəti salamat şəkildə başa çatdırmaq.c) İtaətdən sonraki səbir. Yəni müəyyən bir ibadəti etdikdən sonra onu ifşa etməmək, yaymamaq, başa qaxmamaq və ya ibadəti yaxşı yerinə yetirdiyin üçün qəlbinə gələn, özünü bəyənmək kimi duyğuları uzaqlaşdırmaq üçün aparılan mübarizə buna misaldır. Allah Təala buyurur: " Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin." 348
5) Səbirin mühüm yerlərindən biri də Allaha dəvətdə səbir etməkdir. Çünki İslam dəvətçiləri insanların dindən nə qədər uzaqlaşdıqlarını açıqca görməkdədirlər. Ömər bin Əbduləziz (r.h) hakimiyyətə gəldikdən sonra illər boyu yığılıb çoxalmış zülümləri və haqsızlıqları dəyişdirmək üçün üzərinə düşən ağır məsuliyyətin mühümlüyünü dərk edincə belə dedi: " Allahdan başqa heç kəsin kömək edə bilməyəcəyi bir problemləri həll etməyə çalışıram. O, bu problemləri həll etməyə başlayanda bir qrup insanlar ona qarşı çıxdılar. Çünki insanlar zülm və haqsızlıqları artıq bir adət və qazanc nöqtəsinə çevirmişdilər.
Nuh (ə.s) həyatına baxdığımız zaman dəvət üçün doqquz yüz əlli il başına gələn müsibət və əziyyətlərə səbir etmişdir. Ən sonda isə belə dedi: " O dedi: "Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı." 349 Gizli və açıq bir şəkildə dəvət edərək bütün fürsətlərdən istifadə etdi. Dəvət zənn edildiyi kimi asan bir şey deyil. İnsan dəvətdə düşməninin hiylələri ilə üz-üzə qarşılaşır. Hətta ona ən yaxın olan insanlardan belə ona qarşı çıxanlar olur. Bəzən ən yaxın insanlar onun üçün ən pis şeyləri fikirləşirlər. Bunun üçün dəvətçi həm içəridən, həm də xaricdən, həm yaxından, həm də uzaqdan gələ biləcək maniələrə gizli və açıq bir şəkildə mübarizə aparmalı və bu yolda heç vaxt ehtiyyatını əldən verməməlidir. Allah Təala buyurur: "Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir." 350 Və digər ayədə isə: "Onların söz-söhbətlərinə səbir et və onlardan gözəl şəkildə ayrıl." 351
Peyğəmbərlərin ən önəmli savab sərmayələri qövmlərinin onlara etdikləri əziyyətlərə qarşı səbir etmələdir. Allah Təala Peyğəmbərin dilindən belə buyurur: " yək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər." 352 Digər ayədə isə: "Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət 347 Məryəm 65348 Bəqərə 264349 Nuh 5-6350 Əli İmran 186351 Müzzəmmil 10352 ibrahim 12
verilməsinə səbir etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı." 353 Deməli İslam dəvətçiləri, yolu nəqədər uzun olursa olsun bu yolda maneələr nə qədər çox olarsa olsun, zəfər nəqədər gec gələrsə gəlsin səbir etməlidirlər. Allah Təala buyurur: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?"– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır." 354 Və digər ayədə Allah Subhanu və Təala belə buyurur: "Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və istədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz." 355
6) Şiddət anlarında savaşda düşmanla qarşılaşınca və xüsusilə iki ordu bir birinə hücum etdiyində. Bu yerdə səbir ən mühüm anlardan biridir.Çünki belə bir vəziyyətdə səbir etmək zəfərə çatmanın ən önəmli yeridir. Daha doğrusu bu an səbir edilməzsə zəfər də olmaz. Belə bir yerdə qaçmaq isə böyük bir günahdır. Məs bunun üçün Allah Təala düşman qarşısında sabit qalmağı bizə vacib edərək belə buyurmuşdur: "Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız."356 Bu ayədə Uca Allah sabit durmağı bizə xatırladır. Mübarizə şiddətlənincə səbir etmək daha önəmli və daha üstün mərtəbəyə yüksəlir. Allah Təala buyurur: "Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?"357 Başqa bir ayədə: "Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar." 358 Allah Təala Talutun qissəsini zikr edərkən, Talutun əsgərlərinin imtahan olunduqdan sonra yerdə qalan mömin qurufu bizlərə belə xəbər verir: "Allah sizin qarşınıza çayı çıxartmaqla imtahan edəcək" Talutun əsgərlərinin böyük bir hissəsi ona asi olaraq o çayın suyundan içdi. Ancaq kiçik bir qrup onunla birlikdə sabit qaldı. Talut və ona iman edənlər çayı keçincə belə dedilər: "Çayı keçənlərin bir qisminin gücləri tükənərək belə dedilər: "Bu gün bizim Caluta və əsgərlərinə qarşı vuruşmaq üçün gücümüz yoxdur." Allah Təala bu hadisəni belə anladır: " Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir". Onların az bir qismi istisna olmaqla hamısı ondan (bir ovucdan çox) su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: "Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq". Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər:
353 Ənam 34354 Bəqərə 214355 Yusuf 110356 Ənfal 45357 Əli İmran 142358 Əli İmran 144
"Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbir edənlərlədir."359
Bundan ötrü müsəlmanlar düşmənlə qarşılaşdığında səbir edir və bir birilərinə bu sözləri xatırladırdılar: "Zəfər bir saatlıq səbirdir" 360 İki tərəf arasinda keçən mücadilədə daha çox səbir edən tərəf zəfərə çatır. Allah Təala başqalarının etdikləri əziyyətlərə Qullarının səbir etməsini tövsiyyə edir.Pisliklə cavabverməmələrini onlara məsləhət görür: " Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar." 361 Bəzən də müəllimin tələbələrinə qarşı səbir etməsi mühüm yer alir. Eyni şəkildə dəvətçinində öz muxatablarının əziyyətlərinə valideyinlərin tərbiyə etdiyi övladlarının əziyyətinə səbir etməsi lazımdır. Bunun üçün Xızır (ə.s) Musaya belə dedi: " Xızır dedi: "Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?" Musa dedi: "İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam" 362 Musa (ə.s) söz verdi amma yaşadığı bu hadisələrə şahid olduğunda səbir edə bilmədi.Xızır (ə.s) isə baxmayaraq ki, Musa (ə.s) Peyğəmbərdir, böyük bir insadır, bütün bunlara rəğmən Musaya səbirlə, təmkinlə cərayan edənləri başa saldı. Allah bzi səbir edənlərdən etsin.
Səbir etməyi asanlaşdıran amillərSəbir etməyi bizə asanlaşdıran bir çox amillər vardır. Bunlardan bəziləri
aşağıdakılardır:
1) Dünya həyatının çətinliklərdən və sıxıntılardan ibarət olduğunu, Allah Təalanın insanı çətinliklərlə üz-üzə gəlməsi üçün yaratdığını, dözə bilmədiyi ağrı acıların və imtahanların bu dünyanın bir parçası olduğunu, Allah üçün bir şeyi həyata keçirtdiyində çəkdiyi əziyyətlərin əvəzini mütləq əldə edəcəyini, bilmək, insana səbir etməyi asanlaşdırır. Allah Təala buyurur: "Siz mütləq imtahan olunacaqsınız" 363 İmtahansız və məşəqqətsiz bir dünya təsəvvür etmək mümkün deyil.
Düyanın xəmiri qəm kədərlə yoğrulub, bilirsənAmma sən qəm qüssədən uzaqlaşmaq istəyirsənDünyanın fitrətinə müxalif hərəkət edirsənSudan od istəyirsən, bunu heç düşünürsən?!
Bu həqiqətdən xəbərdar olmayan kimsələr dünyada qəflət zərbələrlə qarşılaşır. Amma dünyanı və özünü tanıyan bir insan başına hər hansı müsibət gəlsə belə, o bunlara psixoloji olaraq müəyyən miqdarda hazır olur.
2) Səbiri bizə asanlaşdıran səbəblərdən biri də, bütün dünyanın Allahın mülkü olduğunu, dünya nemətini istədiyinə verdiyini və istədiyini bundan məhrum etdiyini bilməkdir. Bunu bilən insan hər hansı bir şeydən məhrum qalaraq imtahan olunarsa belə deyər: "Biz Allahın quluyuq və ona döndəriləcəyik. Başına müsibət gələn
359 Bəqərə 246360 Təbari, Tarix 3/539361 Fussilət 34362 Kəhf 67-69363 Bəqərə 155
kimsəyə tsəlli vermək üçün bu sözlərdən daha mənalı bir söz yoxdur. Müsibət anında bu iki həqiqəti özümüzə xatırlatmaqdan daha faydalı bir şey ola bilməz. Dünya fanidir. İnsan isə bu dünyada kirəyaçı, insanın ailəsi malı və sahib olduğu hər şey Allaha aitdir. Mal, mülk, oğul, uşaq insana verilən bir əmanətdir. Əmanətin sahibi də istədiyi zaman öz əmanətini geri ala bilər. Sonra əmənəti daşıyanlarda alındığı əmanətlərin yanına qayıdacaqlar. Ummu Suleym (r.a) bu həqiqətin varlığını dərk etdiyində Əbu Talhaya qarşı onun məhşur sözlərini söyləmişdir. Əbu Təlhanın (r.a) çox sevdiyi bir övladı vəfat edincə zövcəsi ona belə demişdir: "Ey Əbu Talha! Düşün ki, qohumlarından biri sənə bir əmanət verib və bir müddətdən sonra öz əmanətini geri istəsə sən onlara etiraz edə bilərsənmi?! Əbu Talha- "Xeyir, əmanət mütləq geri verilməlidir"deyə cavab verincə Ummu Suleym (r.a): "Allah Təala filan övladımızı bizə əmanət olaraq vermişdir. Sonra sən səfərdə ikən O, öz əmnətini geri aldı" dedi. Əbu Talhanın (r.a) gözləri yaşararaq " biz Allahınıq və Ona geri döndəriləcəyik" deyərək təslimiyyətini dilə gətirdi.
3)
Recommended