View
1
Download
0
Category
Preview:
Citation preview
Elmi redaktorlar:
Rəyçilər:
Ümüdvar Əliyev,
Qalib Hüseynov,
i.e.d., prof.
i.e.n., dos.
Arif Şəkərəliyev, əməkdar elm xadimi,
i. e.d.,
prof.
Hacıağa Rüstəmbəyov, i.e.d., prof
Məhiş Əhmədov, i.e.d.,prof
Məlahət Pənahəliyeva, i.e.n., dos.
Şəfa Əliyev. Azərbaycan iqtisadiyyatı. Ali məktəb tələbələri üçün dərslik.
Sumqayıt SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018.-376 s.
Dərslik Azərbaycan iqtisadiyyatı və onun inkişaf xüsusiyyətləri
barəsində əsaslı təsəvvür formalaşdırır və milli iqtisadiyyatın müxtəlif
sahələrinin öyrənilməsi məqsədilə ətraflı mənbədir. Burada Azərbaycan
iqtisadiyyatının predmeti və metodu, iqtisadi fikir prosesləri, milli
iqtisadiyyatın inkişaf xüsusiyyətləri, resurs potensialı barəsində vacib
məlumatlar verilmişdir. Ölkə iqtisadiyyatının bütün sektorları üzrə geniş
təhlillgər verilmiş, müxtəlif histoqramlar, xətti qrafiklər və diaqramlar
vasitəsilə təhlillərin əhatəsi genişləndirilmiş, milli iqtisadiyyatın inkişaf
prosesləri və problemləri barəsində diskussiya xarakterli materiallar öz əksini
tapmışdır.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali İxtisas
Təhsilinin Dövlət Standartı, bakalavr hazırlığının məzmunu və səviyyəsinə
qoyulan minimum dövlət tələbləri əsasında hazırlanmışdır və 050401- ”Dünya
iqtisadiyyatı”, 050402-“Mühasibat uçotu və audit”, 050403- “ Maliyyə”,
050404-“ İqtisadiyyat”, 050407-“ Menecment”, 050409- “ Biznes in
idarəedilməsi” ixtisasları üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, dərslik,
ixtisasından asılı olmayaraq bakalavr və magistr pilləsində təhsil alan
tələbələr, doktorantlar, müəllimlər, tədqiqatçılar və digər mütəxəssislər üçün
nəzərdə tutulur.
ISBN 978-9952-37-017-1
© Sumqayıt Dövlət Universiteti, 2018 ©
Əliyev Şəfa Tiflis oğlu, 2018
__________ ___________ _______ __________________ ^z^rbaycan iqtisadiyyatı
MÜNDƏRİCAT
Ön söz ........................................................................................................... 9
FƏSİL 1. Azərbaycan iqtisadiyyatı’* fənninin predmeti və metodunun formalaşması ........................................................................ 12
1.1. “Azərbaycan iqtisadiyyatı” fənninin predmeti ................................... 12
1.2. “Azərbaycan iqtisadiyyatı” fənninin metodu ..................................... 13
1.3. “Azərbaycan iqtisadiyyatı” fənninin nəzəri-metodoloji xüsusiyyət
ləri ....................................................................................................... 17
1.4. Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafı proseslərinə
əsas yanaşmalar ................................................................................... 19
1.5. “Azərbaycan iqtisadiyyatı” fənninin tədrisinin zəruriliyi və onu
şərtləndirən amillər ............................................................................. 21
1.6. Azərbaycan iqtisadiyyatının mühüm funksiyalan .............................. 22
FƏSİL 2. Azərbaycanda iqtisadi fikir tarixinin təşəkkülü ........................... 26
2.1. Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalaşması prosesləri .. 26
2.2. İslamda və "Qurani-Kərim"də iqtisadi fikirlər və baxışlar ................ 28
2.3. .....................................................................................................
Azərbaycanda orta əsrlərin iqtisadi fikir tarixi ............................................ 30
2.4. Azərbaycanda XIX əsrin ikinci yarisi və XX əsrin əvvəllərində iqtisadi
baxışlar ................................................................................................ 34
2.5.SSRİ dövründə Azərbaycan iqtisadiyyatının inkişafına iqtisadi baxışlar və
yanaşmalar ................................................................................... 38
2.6. Postsovet dövründə Azərbaycanın müstəqil iqtisadi inkişaf modelinə
dair elmi fikirlər və baxışlar ................................................................ 42
FƏSİL 3. Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri ..................... 49
3.1. Rusiya imperiyasının tərkibində Azərbaycan iqtisadiyyatının inkişaf
xüsusiyyətləri ...................................................................................... 49
Darslik SDU- 55
3.2. Azərbaycan Demokratik Respublikasının süqutunun milli iqtisadiyyatın
inkişafına mənfi təsiri .................................................................. 53
3.3. Keçmiş SSRİ dövründə Azərbaycanda iqtisadi inkişaf proseslərinin
xronologiyası (XX əsrin 20-50-ci illəri) ............................................. 55
3.4. Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsində Bakı neftinin
həlledici rolu (1941-1945-ci illər) ....................................................... 57
3.5. XX əsrin 50-70-ci illərində Azərbaycanda sosial-iqtisadi inkişafın
vəziyyəti .............................................................................................. 58
3.6. Sovet Azərbaycanının sosial-iqtisadi inkişafının sürətləndirilməsində
Heydər Əliyevin tarixi rolu (1970-1985-ci illər) ................................ 60
3.7. Azərbaycanda müstəqilliyin bərpasından sonra bazar münasibətlərinə
keçid və iqtisadiyyatın yenidən qurulması prosesləri (18 oktyabr 1991-ci
il və sonrakı dövrlər) .................................................................... 64
3.8. Azərbaycan iqtisadiyatmın inkişafının müasir xüsusiyyətləri ........... 70
FƏSİL 4. Azərbaycan iqtisadiyyatının təbii resurs potensialı ............... 76
4.1. Təbii resurs və milli sərvət anlayışları .............................................. 76
4.2. Resursların milli iqtisadiyyatın inkişafında rolu ............................... 78
4.3. Ölkə iqtisadiyyatının inkişafında təbii resursların və milli sərvətlərin
vacibliyini şərtləndirən amillər ........................................................... 80
4.4. Azərbaycanda təbii ehtiyatlar və onların xüsusiyyətləri .................... 81
4.5. Azərbaycanda mineral xammal və əsas neft-qaz ehtiyatları.............. 92
4.6. Azərbaycanda qeyri-neft sənaye sahələrinin mineral-xammal ehtiyatlan
94
4.7. Müasir dördə təbii resurslardan və xammal ehtiyatlarından səmərəli
istifadənin strateji aspektləri ............................................................... 96
FƏSİL 5. Azərbaycanda demoqrafik inkişaf prosesləri və məşğulluq
problemləri ................................................................................ 100
5.1. Demoqrafik inkişaf və dövlətin demoqrafik siyasəti ....................... 100
5.2. Azərbaycanda demoqrafik siyasətin xüsusiyyətləri ........................ 102
5.3. Azərbaycanda əhalinin artım dinamikası və yerləşməsi .................. 104
Azerbaycan iqtisadiyyatı
5.4. Azərbaycanda əhalinin təkrar istehsal göstəriciləri (doğum, ölüm və
təbii artım) ......................................................................................... 108
5.5. Azərbaycanda nikah və boşanmalar ................................................ 110
5.6. Azərbaycanda miqrasiya.................................................................. 113
5.7. Azərbaycanda əmək ehtiyatlan, əmək qabiliyyətli əhali və əmək
siyasəti .............................................................................................. 117
5.8. Azərbaycanda məşğulluq səviyyəsi və strateji fəaliyyət istiqamət
ləri ................................................................................................. 121
FƏSİL 6. Azərbaycan iqtisadiyyatında məhsuldar qüvvələr və regionların
sosial-iqtisadi inkişafı ......................................................... 127
6.1. Məhsuldar qüvvələr anlayışı və onların yerləşdirilməsi prinsip
ləri ................................................................................................. 127
6.2. Azərbaycan iqtisadiyyatında məhsuldar qüvvələrin xüsusiyyətləri
.............................................................................................. 131
6.3. Azərbaycan sənayesində məhsuldar qüvvələr ................................. 132
6.4. Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldar qüvvələrin
yerləşdirilməsi ......................................................................... 134
6.5. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və məhsuldar
qüvvələrin yerləşdirilməsi ....................................................... 135
FƏSİL 7. Azərbaycan iqtisadiyyatında yanacaq-enerji kompleksi 143
7.1. Yanacaq-enerji resurslan və yanacaq-enerji kompleksinin formalaşması
prosesləri ................................................................................. 143
7.2. Azərbaycanda energetika sənayesinin və elektrik enerjisi istehsalının
vəziyyəti ........................................................................................... 145
7.3. Azərbaycanda neft sənayesinin inkişaf tarixi .................................. 153
7.4. Azərbaycanda neft və təbii qaz hasilatının dinamikası .................... 157
7.5. Azərbaycanın yanacaq-enerji balansı .............................................. 160
7.6. Azərbaycanda elektroenergetika sahəsinin müasir vəziyyəti............ 165
7.7. Bakı-Tbilisi-Ceyhan neft kəməri ..................................................... 168
---------------------------------------------- 5 ----------------------------------------------
Darslik. SDV - 55 ___________________________
7.8. Cənubi Qafqaz Boru kəməri (Bakı-Tbilisi-Ərzurum qaz boru kə
məri) ............................................................................................... 170
7.9. Trans-Anadolu Qaz boru və Transadriatik Qaz kəmərləri ................ 173
FƏSİL 8. Azərbaycanda qeyri-neft sektoru sahələrinin vəziyyəti və
inkişaf yolları .................................................................... 178
8.1. Qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında rolu............. 178
8.2. Azərbaycanda sənaye sektorunun mövcud vəziyyəti və struk
turu ................................................................................................. 182
8.3. Azərbaycanda metallurgiya kompleksi: qara və əlvan metallurgiya
sənayesi sahələri ............................................................................. 186
8.4. Azərbaycanın kimya və neftkimya kompleksi ................................ 193
8.5. Azərbaycanda maşınqayırma kompleksinin müasir vəziyyəti və
inkişaf istiqamətləri ........................................................................ 202
8.6. Yüngül sənaye və onun potensialından səmərəli istifadə məsələ
ləri .................................................................................................. 207
8.7. Yeyinti sənayesi və onun əhəmiyyəti ............................................... 216
8.8. Azərbaycanda tikinti sektoru ............................................................ 220
8.9. Nəqliyyat sektorunun mövcud vəziyyəti və inkişaf potensialı225
8.10. Azərbaycanda rabitə və informasiya texnologiyalan kommunika-
siyalan sektoru ................................................................................ 233
8.11. Azərbaycanda turizm sektoru və onun potensialından istifadə
prioritetləri ..................................................................................... 237
8.12. Texnoparklar, sənaye məhəllələri, sənaye klasterləri və xüsusi
iqtisadi zonalann yaradılması prosesləri ......................................... 241
FƏSİL 9. Azərbaycanda kənd təsərrüfatı və aqrar sektorun inkişaf
istiqamətləri ...................................................................... 252
9.1. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar və onlardan
istifadənin vəziyyəti ....................................................................... 252
9.2. Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri ................... 254
---------------------------------------------- 6 -------------------------------------------------------------
Azarbaycan iqtisadiyyatı
9.3. Azərbaycanda bitkiçilik və heyvandarlıq sahələrinin məhsul istehsalı
və inkişaf potensialı ....................................................................... 258
9.4. Azərbaycanda kəndli fermer təsərrüfatlannm və sahibkarlığın inkişafı
prosesləri ....................................................................................... 263
9.5. Azərbaycanda aqrar sənaye kompleksinin əsas fəaliyyət sahələri və
strateji hədəfləri ............................................................................... 265
FƏSİL 10. Azərbaycanda maliyyə-kredit və bank sistemi ........................ 270
10.1. Maliyyə və kredit anlayışı, onlann formalaşması və xüsusiyyət
ləri ................................................................................................. 270
10.2. Azərbaycanın maliyyə - kredit və valyuta siyasəti ........................ 271
10.3. Azərbaycanda maliyyə-kredit və valyuta siyasətinin hazırlanması və
reallaşdınimasına məsul dövlət orqanlan ....................................... 273
10.4. Azərbaycanın bank sektoru ............................................................ 276
10.5. Azərbaycanın dövlət büdcəsi ......................................................... 284
10.6. Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları, daxili və xarici
investisiyalar.................................................................................. 287
10.7. Azərbaycanda vergi sistemi və Vergi Məcəlləsi ............................ 290
10.8. Azərbaycanın valyuta ehtiyatları və dövlət borcu .......................... 293
10.9. Azərbaycanda sığorta sistemi və sığorta təşkilatlan....................... 297
10.10. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair
Strateji Yol Xəritəsi və müasir reallıqlar ....................................... 301
FƏSİL 11. Azərbaycanın iqtisadi təhlükəsizlik prioritetləri...................... 306
11.1. iqtisadi təhlükəsizlik anlayışı və onun mahiyyəti .......................... 306
11.2. Müstəqilliyin bərpasından sonra Azərbaycanda iqtisadi təhlükəsizliyin
gücləndirilməsini şərtləndirən amillər ................................ 307
11.3. Azərbaycan Respublikasının milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik
konsepsiyalan ..................................................................... 309
11.4. Azərbaycanda iqtisadi təhlükəsizlik indikatorlannm vəziyyəti və
dinamikası ..................................................................................... 312
Dərslik, SDU - 55
11.5. Qlobal şəraitdə Azərbaycanın rəqabətqabiliyyətlilik məsələləri və
iqtisadi təhlükəsizliyin müasir aspektləri ...................................... 329
FƏSİL 12. Azərbaycan Beynəlxalq İqtisadi Münasibətlər sistemində
............................................................................................. 337
12.1. Azərbaycan Beynəlxalq Əmək Bölgüsü sistemində ...................... 337
12.2. Beynəlxalq İqtisadi Münasibətlərin Azərbaycan iqtisadiyyatının
dünya təsərrüfat sistemində möhkəmləndirilməsində əhəmiyyəti
............................................................................................. 339
12.3. Azərbaycanın tədiyyə balansı ........................................................ 340
12.4. Azərbaycanın xarici ticarət siyasəti və xarici-iqtisadi əlaqələri343
12.5. Azərbaycanda xarici ticarət dövriyyəsinin dinamikası və strukturu
............................................................................................. 350
12.6. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı .......... 356
12.7. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesləri
və perspektivləri .................................................................. 369
A zərhaycan iqtisadiyyatı
Ön söz
Dünya iqtisadi prosesləri və qlobal iqtisadi çağırışlar ənənəvi iqtisadi
sistemlərin və iqtisadi mexanizmi ərin zəifliyini ortaya çıxarmışdır. Kifayət
qədər güclü resurslara və iqtisadi cəhətdən inkişaf etmiş milli iqtisadiyyata
malik ölkələr belə dünya maliyyə böhranının mənfi nəticələrindən yan keçə
bilməmişlər. Yüzlərlə iri banklar bağlanmış, milli iqtisadiyyatların artım tempi
aşağı düşmüş, maliyyə problemləri kəskinləşmişdir. Milli iqtisadiyyatlann
ənənəvi mexanzimləri kəsərsizliyi ilə diqqət çəkmişdir. Bu amillər yeni iqtisadi
yanaşmaları və yeni iqtisadi mexanizmlərin hazırlanaraq həyata keçirilməsini
şərtləndirir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xeyli çətinliklərlə,
mürəkkəb hadisələrlə, xaos və dağıdıcı proseslərlə üzləşmişdir. Ölkənin
iqtisadi sistemi çökmüş, infrastruktur dağıdılmış, bank və maliyyə sistemi isə
yox dərəcəsində idi. İnfilyasiya tüğyan edirdi, milli valyuta tam olaraq
dəyərdən düşmüşdü. Belə bir şəraitdə ümummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra ölkəmizdə siyasi və iqtisadi sabitliyi bərpa etmək
mümkün olmuşdur. 1994-cü ildə “Əsrin kontraktf’nın imzalanmasından sonra
Neft Strategiyasının reallaşdırılması ilə əlaqədər olaraq, ölkəmizdə milli
iqtisadi inkişaf modelinin formalaşdırılması və sürətləndirilməsi prosesləri
intensiv xarakter almışdır. 1995-2003-cü illərdə Azərbaycanda iqtisadi
islahatların əsas fazası uğurla başa çatdırılmış, ölkə iqtisadiyyatının müxtəlif
sahələrinin fəaliyyətinin bərpası və modemizasiya proseslərinə başlanılmışdır.
Hasilat sənayesi tamamilə yenidən qurulmuş, bu sahəyə dünyanın ən güclü
kompaniyaları ilə birlikdə yüksək texnologiyaların gətirilməsi və tətbiqi təmin
edilmiş, neft və qaz yataqlarının işlənməsi və hasilatı istiqamətində əsaslı
zəmin yaradılmışdır. Yeni neft yataqlarından hasil olunan neftin hesabına
ölkənin ixrac potensialı dəfələrlə artmış və maliyyə sabitliyinin
formalaşdırılması mümkün olmuşdur. Neft sənayesi milli iqtisadiyyatın
lokomotivi rolunu layiqincə daşımağa başlamış və milli iqtisadiyyatın
inkişafının sürətləndirilməsi
D9rslikSDU-5S
proseslərinə nail olunmuşdur. Regional və beynəlxalq layihələrin, o cümlədən
eneıji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və maliyyə donoru kimi
Azərbaycanın dünya ölkələri sırasında nüfuzu dəfələrlə artmış və ölkəmizin
qlobal rəqabətqabiliyyətliliyi xeyli güclənmişdir.
2003- cü ildən sonrakı dövrdə isə Azərbaycanda iqtisadi islahatlann
dərinləşdirilməsi, ölkənin bütün regionlarında müasir tələblərə cavab verən
infrastruktur şəbəkəsinin formalaşdıniması, sosial-iqtisadi inkişafın
modelləşdirilməsi və xüsusilə regionların sosial-iqtisadi inkişafının
sürətləndirilməsi prosesləri təmin edilmişdir. Ölkə ÜDM-nin həcmi, dövlət
büdcəsinin gəlirləri və xərcləri, sənaye istehsalının həcmi, xüsusilə qeyri-neft
sənayesi məhsulla- nnın həcmi, valyuta ehtiyatlarının ümumi məbləği dəfələrlə
artmışdır. Azərbaycan regionun və Avropanın eneıji təhlükəsizliyində əsas
tərəfdaşlardan birinə çevrilmişdir. Neftqaz sektoru ilə yanaşı, ölkənin digər
iqtisadiyyat sektorlannm, xüsusilə nisbətən yeni iqtisadiyyat sahələrinin -
informasiya-kommunikasiya texnologi- yalan və turizm sektorlannm inkişafı
üçün əsaslı işlər görülmüşdür. Ölkənin hər yerində sahibkarlığın inkişafı,
iqtisadi fəallığın artırılması, mövcud təbii resurslardan və əmək ehtiyatlarından
səmərəli istifadənin təşkili üçün davamlı və ardıcıl tədbirlər görülmüşdür.
Lakin, bütün bunlara baxmayaraq qlobal iqtisadi çağmşlar və qlobal
iqtisadi təhlükələr yenicə möhkəmlənməkdə olan milli iqtisadi inkişaf
modelimiz üçün təhdidlər yaratmışdır. Dünya bazarlannda neftin qiymətinin
bir neçə dəfə düşməsi ölkəmizin maliyyə və bank sisteminə mənfi təsir
göstərmiş, milli valyuta - manat məcburi devalvasiyalara məruz qalmışdır.
Kredit resurslan məhdudlaşmış, maliyyə imkanlan zəifləmiş, valyuta
ehtiyatlarının bir hissəsi itirilmişdir. Bir sözlə, Azərbaycan iqtisadiyyatının
mövcud mexanizmlərinin ciddi şəkildə təkmilləşdirilməsi zərurəti ortaya
çıxmışdır. Bütün bu amillər nəzərə alınmaqla, Azərbaycan Respublikası
Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorlan üzrə Strateji Yol Xəritələri təsdiq edilmişdir. Bu
tarixi sənədin əsas məqsədi
10
Azerbaycan iqtisadiyyatı
Ölkəmizin milli iqtisadi inkişaf modelinin keyfiyyətcə yeni səviyyəyə
qaldınimasından ibarətdir. Yaxın və uzaq perspektivdə milli iqtisadiyyatın
inkişafının strateji hədəfləri müəyyənləşdirilmiş və artıq tədbirlərin icrası
prosesləri gedir.
Belə bir şəraitdə yüksək ixtisaslı iqtisadçı kadrlara və mütəxəssislərə
tələbat kifayət qədər artmışdır. Müasir iqtisadçılar hərtərəfli biliklərə
yiyələnməli, qlobal iqtisadi çağınşlarm tələblərini dərk etməli, milli
iqtisadiyyatın inkişaf xüsusiyyətlərini dərindən öyrənməli və bunlarla əlaqədər
elmi-praktiki fikirlər formalaşdırmalı, mexanizmlər hazırlamalı və adekvat
praktiki fəaliyyət prinsiplərini, alətlərini müəyyənləşdirməlidirlər.
Bu baxımdan, “Azərbaycan iqtisadiyyatı” fənninin böyük əhəmiyyəti
vardır və bu fənnin tədrisi vacibliyi ilə diqqət çəkir. Təqdim olunan dərslikdə
Azərbaycan iqtisadiyyatının nəzəri- metodoloji və təşkilati-təcrübi aspektləri
verilmişdir. Bundan əlavə, dərslikdə milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri,
resurs potensialı, əmək ehtiyatları və məhsuldar qüvvələri, qeyri-neft sektoru
sahələrinin inkişafı, maliyyə-kredit və bank sektorunun müasir vəziyyəti,
regionların inkişafının əsas xüsusiyyətləri, xarici iqtisadi əlaqələr və xarici
ticarət fəaliyyətinin vəziyyəti, Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yeri və mövqeyi barəsində materiallar öz əksini tapmışdır.
Fikrimizcə, dərslikdə verilmiş materiallar ölkənin iqtisadi
təhlükəsizliyinin təmin edilməsi və milli iqtisadi maraqların qorunması üçün
elmi-praktiki və mütəxəssis baxışının, bilik və bacarığının
formalaşdırılmasında əhəmiyyətli elmi baza və bilik mənbəyi olacaqdır.
Müəllif dərsliyin hazırlanması dövründə dəstəyə görə Sumqayıt Dövlət
Universitetinin rəhbərliyinə, dəyərli məsləhətlər vermiş bir qrup iqtisadçı
professorlara və alimlərə, bu dərsliyin ərsəyə gətirilməsində zəhməti olan
bütün şəxslərə minnətdarlığını bildirməyi özünə borc hesab edir.
11
Darslik. SDU - 55
FƏSII 1
“AZƏRBAYCAN İQTİSADİYYATI” FƏNNİNİN
PREDMETİ VƏ METODUNUN FORMALAŞMASI
1.1. “Azərbaycan iqtisadiyyatı"fənnininpredmeti.
1.2. “Azərbaycan iqtisadiyyatı "fənninin metodu.
1.3. “Azərbaycan iqtisadiyyatı”fənninin nəzəri-metodoloji
xüsusiyyətləri.
1.4. Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafı
proseslərinə əsas yanaşmalar.
1.5. “Azərbaycan iqtisadiyyatı " fənninin tədrisinin zəruriliyi
və onu şərtləndirən amillər.
1.6. Azərbaycan iqtisadiyyatının mühüm funksiyaları.
1.1. “Azərbaycan iqtisadiyyatı” fənninin predmeti
“Azərbaycan iqtisadiyyatı” fənni Azərbaycanın milli iqtisadiyyatının
nəzəri-metodoloji və təşkilati-təcrübi aspektlərini əhatə edir. Bu fənnin
vasitəsilə Azərbaycan iqtisadiyyatının inkişaf modeli, strukturu, inkişaf
təmayülləri və xüsusiyyətləri barəsində zəruri biliklər və məlumatlar əldə
etmək mümkündür. “Azərbaycan iqtisadiyyatı” fənnində öyrənilən biliklər və
alınan məlumatlar seçdiyi ixtisasdan və peşəsindən asılı olmayaraq, hər bir
gənc mütəxəssis, ölkə vətəndaşı və Azərbaycan iqtisadiyyatı haqqında məlumat
almaq istəyən digər ölkələrin vətəndaşları üçün faydalı ola bilər.
“Azərbaycan iqtisadiyyatı” fənninin məqsədi milli iqtisadiyyatın
inkişafının müasir iqtisadi çağırışlar kontekstində modelləşdirilməsi və
yenilənməsi, ölkənin iqtisadi təhlükəsizliyi və ümumi mənafelərinin qorunması
baxımından milli iqtisadiyyatı bütövlükdə, sistem halında öyrənməkdir. Milli
iqtisadiyyatın mahiyyəti, əhəmiyyəti, ölkəmizin inkişafında və ölkə əhalisinin
rifahının yüksəldilməsində rolunun əhatəli şəkildə öyrənilməsi də bu fənnin
başlıca məqsədlərindəndir.
“Azərbaycan iqtisadiyyatı” fənninin vəzifələri gələcək
mütəxəssislərə ölkəmizin təbii və iqtisadi potensialını, onun maddi- texniki
bazasını, istehsalın obyektiv və subyektiv amillərini dərk
12
Azerbaycan iqtisadiyyatı
etmək üçün zəruri olan nəzəri bilikləri verməkdir. Fənnin mənimsənilməsi
gələcək mütəxəssislərdə Azərbaycan iqtisadiyyatı barəsində hərtərəfli nəzəri
və praktiki baxışların formalaşdırılmasında əhəmiyyətli rol oynaya bilər.
“Azərbaycan iqtisadiyyatı” fənninin predmeti - Azərbaycanın milli
iqtisadi xüsusiyyətləri ilə əlaqədar olsa da, iqtisadi nəzəriyyə elminin predmeti
ilə üst-üstə düşür. Fənnin predmeti özündə - Azərbaycanın milli
iqtisadiyyatının formalaşması və inkişafı, iqtisadi qanunauyğunluqlarını
öyrənmək və milli mənafeyə uyğun tövsiyələr hazırlamaqla bərabər,
ümumbəşəri iqtisadi qanunauyğunluqları əks etdirir.
“Azərbaycan iqtisadiyyatı” fənninin predmeti - geniş mənada ölkənin
iqtisadi sistemi və bu sistemi təşkil edən məhsuldar qüvvələr, iqtisadi
münasibətlər sistemi və təsərrüfat mexanizmlərinin, ümumilikdə bütün iqtisadi
sistem mexanizmlərinin və praktiki fəaliyyət alətlərinin məcmusudur.
Azərbaycanın milli iqtisadiyyatının ictimai təşkili formaları, onun müstəqil
mövcudluğu və inkişafını şərtləndirən amillər, qanunlar, qanunauyğunluqlar da
bu fənnin predmetinə daxildirlər.
Müasir dövrdə, “Azərbaycan iqtisadiyyatı” fənninin predme- tinin
dairəsi getdikcə genişlənməkdədir. İqtisadi transfermasiyalar, qlobal
dəyişikliklər, milli iqtisadi mexanizmlərin yenilənməsi zərurəti, milli iqtisadi
inkişaf modelinin təkmilləşdirilməsi probelm- ləri daha mürəkkəb tələblər irəli
sürür. Milli iqtisadiyyatın dayanıqlılıq və artım problemlərinin dərindən
öyrənilməsi məsələləri də bu fənninin predmeti kimi mühüm əhəmiyyət kəsb
edir.
1.2. “Azərbaycan iqtisadiyyatı” fənninin metodu
Hər hansı bir iqtisadi problemin baxılmasında və öyrənilməsində
metodoloji yanaşma mühüm əhəmiyyət daşıyır. Optimal metodun seçilməsi
baxılan elmi problem üzrə dərketmə üsullarının və yollarının nə dərəcədə
səmərəli olması ilə bilavasitə bağlıdır, “Metod” sözü yunancadan “Methodos”
sözündən götürülmüş və “tədqiqat yolu” mənasını verir.
13
Dərslik. SDU - 55
Cəmiyyətin iqtisadi inkişafının ümumi iqtisadi qanunauyğun- luqlan
olduğu kimi, Azərbaycan iqtisadiyyatı elmi də dünyada qəbul olunmuş
müəyyən metodoloji yanaşmalar əsasında formalaşmışdır və bunlardan fənnin
öyrənilməsində fəal istifadə edilməlidir. Azərbaycan iqtisadiyyatı fənninin
mənimsənilməsi və müasir dövrün çağinşlanna adekvat zəruri biliklərin əldə
edilməsi üçün dünyəvi metodoloji yanaşmalardan istifadə etməklə bərabər,
milli iqtisadiyyatımızın inkişaf xüsusiyyətləri nəzərə alınmaqla, spesifik
yanaşmaların metodoloji elementlər kimi istifadəsi də faydalı ola bilər.
İqtisad elminin inkişaf tarixi göstərmişdir ki, hər hansı fənn, o
cümlədən “Azərbaycan iqtisadiyyatı” fənni üçün zəngin hadisə və prosesləri
öyrənməyin ən optimal yolu həyat hadisələri üzrə müşahidələr aparmaq, onlan
dərindən seyr etmək, sonra isə mühümü qeyri-mühümdən, təsadüfini
qeyri-təsadüflərdən ayırmaqla müəyyən nəticələrə gəlmək olar. Bu metod,
iqtisadi hadisə və müşahidə proseslərinin mahiyyətini açmaq, qanun və
qanunauyğunluqlan öyrənməyin ilkin mərhələsinə daha düzgün yanaşmağın
bir yoludur.
İqtisadi nəzəriyyənin metodoloji yanaşmalannın əsas mahiyyəti iqtisadi
təhlillər zamanı öyrənilməsi və dərindən araşdıniması nəzərdə tutulan
problemlərin həlli yollarının tapılmasının ən mümkün variantlarının
modelləşdirilməsi, mexanzimlərin və elmi üslubların müəyyənləşdirilməsi,
subyektiv və qeyri-subyektiv halların qiymətləndirilməsi, optimal empirik
bazanın formalaşdınlması, səmərəli tədqiqat yollarının seçilməsidir.
Hər hansı bir iqtisadi metodun kökündə fəlsəfi yanaşma, məntiqi
baxışlar, nəhayət, müşahidələr, təsəv\mr etmə qabiliyyəti, fikir və düşüncələrin
sintezi, ümumiləşdirmələr, nəticədə isə öyrənilən problem barəsində mövcud
fikir və mülahizələrlə müqayisədə, daha real və obyektiv fikrin
formalaşdırılması və təsəvvürün ifadəsi dayanır. Bu təsəvvürdə elmi
yanaşmalar və elmdən kənar detallar, ancaq qoyulan problemin öyrənilməsi və
mahiyyətinin açıqlanması üçün səmərəli ola biləcək detallar və ştrixlər yer
almalıdır. Bir sözlə, elmi-nəzəri baxışlarla reallığı əks etdirən münasibətlər
seçilən metodun əsas tərkib hissəsi kimi onun strukturunda yer almalıdır.
14
Azerbaycan iqtisadiyyatt
İqtisadi metodlar elmi düşüncələri, təsvir və fikirləri nəzəri
baxışlardan real dünyaya, real iqtisadi proseslərə inteqrasiyanı təmin edir və bu
düşüncələri elmi ictimaiyyətə çatdırmaqda faydalı inteq- rativ funksiyanı
yerinə yetirirlər. Şübhəsiz, bu proseslərdə elmi ictimaiyyət tərəfindən tez və
asan qəbul olunan, eyni zamanda obyektivliyi şübhə doğurmayan seçilən və
tətbiq edilən iqtisadi metod digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə
üstünlük təşkil edir.
İqtisadi metodların tətbiqi ilə fundamental probelmlərin və dünya
əhəmiyyətli hadisələrin mahiyyəti, onlann yaranma səbəbləri, iqtisadi
proseslərin qanunauyğunluqlan və gözlənilməz tenden- siyalannm fəsadları,
iqtisadi, maliyyə, enerji və digər böhranlann xarakterləri, bəşəriyyəti narahat
edən iqtisadi qlobal problemlərin həlli yollan və s. bu kimi problemlər üzrə
elmi-praktiki baza və informasiya bazası formalaşdırılır, ümumiləşdirilir,
sintez edilir və mühüm qərarlann qəbul edilməsində elmi-iqtisadi dəlillər kimi
fəal istifadə olunur.
İqtisadi təhlilin əsas metodları və prinsipləri. İqtisadi nəzəriyyə
baxımından iqtisadi metod apanlan tədqiqatlann üslubları, yanaşmalan, təcrübi
alətləri ilə bilavasitə bağlıdır və bütün bunlar birlikdə metodoloji yanaşmaları
formalaşdırır. İqtisadi metodlar vasitəsilə iqtisadi proseslər və bunlarla bağlı
məsələlər modelləşdirilir, nəticədə iqtisadiyyat üçün daha səmərəli və üstün
fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
İqtisadı nəzəriyyənin tədqiqi ilə bağlı geniş yayılan metodlar
bunlardır:
Elmi-abstraksiya metodu. Bu metod vasitəsilə, ilk növbədə
müşahidələr aparılır, təhlil məqsədilə materiallar toplanılır, əldə olunan elmi
dəlillər və materiallar dərindən araşdınlır, müəyyən sistemə salınır, real həyatın
başlıca mahiyyətləri təsvir olunur, sonra isə onlar sistemləşdirilərək müəyyən
abstraksiyalar, qanunlar və prinsiplər şəklində ifadə edilirlər. Elmi abstraksiya
metodu vasitəsi ilə iqtisadi hadisələr və proseslərə dair mühüm əhəmiyyət kəsb
edən xüsusiyyətlər müəyyənləşdirilir. Metod vasitəsi ilə mürəkkəb nəzəri
sistemlərin yaradılması təmin olunur və əldə olunmuş nəticələrin real iqtisadi
proseslərə adekvatlılığının yoxlanılmasına obyektiv şərait yaradır.
15
Dərslik. SDU-55
Analiz və sintez metodu. İqitsadi nəzəriyyənin digər metodları kimi -
analiz və sintez metodu da diqqət çəkir. Analiz metodunun tətbiqi zamanı
iqtisadi münasibətlər bir vahid kimi qəbul olunur və elmi təfəkkür yolu ilə
müəyyən tərkib hissələrə, tərəflərə aynlır. Bu zaman məqsəd iqtisadi
münasibətlərin müxtəlif tərəflərinin daha dərindən öyrənilməsidir. Bununla
belə, bütün iqtisadi hadisə və proseslər bir-biri ilə bağlıdır və biri digərinin
formalaşması üçün baza şərtlər kimi çıxış edir. Buna görə də iqtisadi
münasibətlərin bir- biri ilə vəhdət, qarşılıqlı əlaqə şəklində öyrənmək zərurəti
ortaya çıxır və bu münasibətlərin ələkdən keçirilməsi lazım gəlir. Dünya
iqtisad elmində bu yanaşma sintez metodu və yaxud sintez üsulu ilə reallaşdın
lır.
İnduksiya və deduksiya metodları. Bu metodlar vasitəsi ilə iqtisadi elmi
problemlər, iqtisadi proseslər, iqtisadi tendensiyalar barəsində faktlar və
məlumatlar toplanılır, şeçilir, prinsiplər müəyyənləşdirilir və mühüm
tövsiyələr verilir. “İnduksiya” termini latıncadan “yönəltmə” kimi ifadə olunur
və bu metodun əsas funksiyası araşdırılan problemlər ilə bağlı elmi dəlillərin
əldə edilməsi və sistemləşdirilməsidir. “Deduksiya” termini isə latın- cadan
“hasiletmə” mənasını verir və deduksiya metodunun vasitəsi ilə əsasən
sistemləşdirilmiş elmi materiallar və faktlar əsasında praktiki reallaşdırma
üçün mühüm tövsiyələr verilir. İnduksiya metodunun mahiyyəti faktlardan
nəzəriyyəyə, yəni xüsusidən ümumiyə doğru proseslərdən ibarətdir. Deduksiya
metodunda ümumidən xüsusiyə, başqa sözlə nəzəriyyədən faktlara doğru
hərəkət olunur.
Müqayisə metodu - bu metod vasitəsi ilə iqtisadi proseslərin və iqtisadi
inkişaf təmayüllərinin, iqtisadi inkişaf hallarının oxşarlığı və bir-birindən fərqli
xüsusiyyətləri, üstün çəhətləri müəyyənləşdirilir. Metod vasitəsi ilə iqtisadi
inkişaf proseslərinin yeni mərhələyə keçirilməsində daha üstün iqtisadi inkişaf
modellərinin və iqtisadi fəaliyyət mexanzimlərinin seçilməsi, onların milli
iqtisadi sistemə daxil edilməsi reallaşdırılır.
Riyazi və statistik metodlar. İqtisadi problemlərin və iqtisadi
tədqiqatların aparılması zamanı keyfiyyət və kəmiyyət göstəricilərinin
müqayisəli baxılması, səmərəliliyinin təhlili və müəyyənləşdirilməsi lazım
gəlir. Bu problemlərin həll edilməsində riyazi və
16
Azerbaycan iqtisadiyyatı
statistik metodlardan istifadə olunması geniş yayılmışdır. Həmin metodlar
vasitəsi ilə baxılan problemlər üzrə hesabatlar hazırlanır, qiymətləndirmələr
aparılır, səmərəlilik əmsalları müəyyənləşdirilir, proqnozlar verilir və s.
Məntiq və tarixi metod. Bu metod vasitəsilə kateqoriya və anlayışlar,
onlann yaradılması tarixi, hadisələr, hadisələrin xüsusiyyətləri, iqtisadi
inkişafın meyilləri, iqtisadi proseslərin əsas elementləri ardıcıllıqla təhlil və
şərh edilir.
Məntiqi idrak metodu. Burada iqtisadi hadisə və proseslərə məntiqi
təfəkkürlə yanaşmaqla, tarixi hadisələrin təsviri ilə yaranan sıçrayış və
tənəzzülün səbəbləri öyrənilir. Tarixi hadisələrin mahiyyəti açıqlanır, təkamül
və eniş proseslərinin mənbələri araşdırılır, nəticələr çıxarılır, bu hadisələrin
real təsviri ifadə olunur.
1.3. “Azərbaycan iqtisadiyyatı” fənninin nəzəri-metodoloji
xüsusiyyətləri
Milli iqtisadiyyatın təşkili və fəaliyyəti onun mənsub olduğu ölkənin
əhalisinin sosial-iqtisadi rifahını, yaxşı yaşamasını və həyat səviyyəsinin
yüksəldilməsini təmin etməklə bərabər, ədalətli prinsiplər üzərində
formalaşdırılmalı, resurslardan səmərəli istifadə prioritet yanaşmalardan biri
kimi təmin edilməli, cəmiyyətin və milli iqtisadiyyatın qarşılıqlı fəaliyyəti və
vəhdəti təmin olunmalıdır.
Milli iqtisadiyyatın formalaşmasının nəzəri-metodoloji əsasları
baxımından mühüm xüsusiyyətləri bunlardır:
Milli iqtisadiyyatın mühüm fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi;
Sosial-iqtisadi siyasətin əsas strategiyasının və konseptual
mexanizmlərinin hazırlanması;
Dövlət iqtisadi siyasətinin fəaliyyət mexanizmlərinin və praktiki
alətlərinin müəyyənləşdirilməsi;
Optimal milli iqisadi sistemin formalaşdırılması və fəaliyyətinin təşkili;
Milli iqtisadiyyatın adekvat inkişaf modelinin formalaşdırılması;
17
Darslik, SDU-55
✓
Milli iqtisadiyyatın inkişaf modelinin dünya iqtisadiyyatının mütərəqqi
və məhsuldar, davamlı və dayanıqlı iqtisadi inkişaf modellərinə
uyğunlaşdıniması;
Milli iqtisadiyyatın strateji hədəflərinin və məqsədlərinin
müəyyənləşdirilməsi;
Milli iqtisadiyyatın inkişafının regional aspektlərinin optimal
modelləşdirilməsinin təşkili;
Milli iqtisadiyyatın dayanıqlı inkişafının və artım tempinin uzunmüddətli
dövr üçün adekvat proqnozlaşdırılması;
İqtisadi inkişafın praktiki yanaşmalarının və təşkilinin modelləşdirilməsi;
Milli iqtisadiyyatın inkişafının və dayanıqlılığının təmin edilməsi
məqsədilə adekvat investisiya siyasətinin formalaş- dınlması,
investisiyalann cəlbi və yatıniması mexanizmlərinin işləkliyinin təmin
olunması;
Milli iqtisadiyyat subyektlərinin, sahibkarlann və biznes qurumlarının
fəaliyyətinə dövlət dəstəyi mexanimlərinin səmərəliliyinin təşkili, onların
rəqabətqabiliyyətliliyinin gücləndirilməsi tədbirlərinin görülməsi və bu
proseslərdə bazar iqtisadiyyatı prinsiplərinin əsas götürülməsi;
Dünya iqtisadi və maliyyə böhranlannm mənfi təsirlərinə qarşı
antiböhran tədbirlərinin hazırlanması və milli iqtisadiyyatın inkişaf
təmayüllərinə adekvat olaraq həyata keçirilməsi;
Milli iqtisadiyyatın dünya iqtisadi proseslərinə və dünya təsərrüfat
sisteminə geniş mənada inteqrasiyasının başa çatdıniması, qloballaşma
elementlərinin mənfi təsir əhatəsinə adekvat olan iqtisadi inkişaf
siyasətinin hazırlanması və praktiki fəali)^ət mexanizmlərinin tətbiqinin
təmin edilməsi;
Qlobal iqtisadi transformasiyalar şəraitində milli iqtisadi inkişaf
modelinin manevrlik qabiliyyətinin yenilənməsi və təkmilləşdirilməsi
proseslərinin operativliyinin təmin olunması;
Ölkənin regional və beynəlxalq iqtisadi qurumlarda, iqtisadi layihələrdə
fəal iştirakımn təmin edilməsi ilə bərabər, milli iqtisadi maraqların və
iqtisadi təhlükəsizlik meyarlannm qorunması; Milli iqtisadi inkişaf
proseslərinin ölkə əhalisinin maddi rifahının yaxşılaşdınlması və həyat
səviyyəsinin yüksəldilməsinə
18
Azerbaycan iqtisadiyyatı
adekvat təşkilinin praktiki mexanizmlərinin reallaşdınimasına nail
olunması;
^ Milli iqtisadiyyatın inkişafının dinamikliyinin təmin edilməsi hesabına
ölkənin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi və dünya ölkələri
sırasında onun mövqeyinin möhkəmləndirilməsinin təmin edilməsi və s.
1.4. Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafı
proseslərinə əsas yanaşmalar
Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafı prosesləri - uzun
bir tarixə malikdir. Son yüz ilə nəzər salsaq, XX əsrin əvvəllərində
Azərbaycanda bazar iqtisadiyyatı və sahibkarlıq prinsipləri formasında dünya
kapitalizm sisteminin bir hissəsi kimi inkişaf proseslərində yer almışdı.
Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlı bu xüsusiyyətlərə
və yanaşmalara milli müstəqillik təfəkkürü və atributları əlavə olundu. Lakin,
sovet imperiyası tərkibində Azərbaycan iqtisadiyyatının formalaşması və
inkişafina yanaşmalar tamamilə başqa səpkidə, bir imperiyanın mənafeyinə
uyğun formalaşdırılımışdı. Bu proseslər 1990-cı illərin əvvəllərinə - SSRİ-nin
süqutuna kimi davam etmişdir.
Azərbaycan iqtisadiyyatı müasir dünya iqtisadiyyatının və dünya
təsərrüfat sisteminin tərkib hissəsi kimi. 1990-cı illərin əvvəllərində
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, yenidən bazar iqtisadiyyatı
prinsipləri əsasında iqtisadiyyat modelinə keçmişdir. Həmin dövrdən etibarən
Azərbaycan iqtisadiyyatı müasir dünya iqtisadiyyatının tərkib hissəsi kimi
çıxış edir. Bu baxımdan, Azərbaycanın dünyada baş verən iqtisadi
proseslərdən kənarda qalması qeyri - mümkündür. Dünyada icad edilən və
tətbiq olunan texnika - texnologiyadan, əldə olunan istehsal təcrübəsindən
istifadə etmədən milli iqtisadiyyatı inkişaf etdirmək mümkün deyildir. Bütün
bunlar, “Azərbaycan iqtisadiyyatı”ı fənninin əsas xüsusisyyətləri kimi diqqət
çəkir.
Müasir dövrdə müstəqil dövlət kimi Azərbaycanın qarşısında duran
başlıca vəzifələrdən biri də milli iqtisadiyyatın strukturunu yenidən - milli
mənafeyə uyğun formalaşdırmaqdır. “Azərbaycan
19
Darslik. SDU - 55
iqtisadiyyat”ı fənninin digər çox mühüm vəzifəsi isə - cəmiyyətin və
iqtisadiyyatın qarşılıqlı vəhdətdə ümumi sosial-iqtisadi inkişaf
qanunauyğunluqlarını öyrənmək və bunlan dərk etməyə kömək məqsədilə
əhalini, o cümlədən gələcək mütəxəssisləri iqtisadi billiklərlə
zənginləşdirməkdir.
XX əsrin 90 - cı illəri Azərbaycan xalqının həyatında yadda qalan
hadisələrlə zəngin olan tarixi bir dövrü əhatə edir. Bu dövrün əsas hadisəsi milli
dövlətçiliyimizin bərpa edilməsi - Azərbaycanın müstəqil bir dövlət kimi tarix
səhnəsinə çıxmasıdır. Artıq Azərbaycan suveren bir ölkə kimi dünya tərəfindən
tanınmış, əksər nüfuzlu Beynəlxalq iqtisadi təşkilatlara daxil olmuş və
dünyanın bir çox müstəqil dövlətləri ilə iqtisadi, siyasi, mədəni və s. sahələrdə
strateji əməkdaşlıq əlaqələrinə malikdir.
Azərbaycan Respublikasının qarşısında duran ən ümdə vəzifələrdən
biri də, iqtisadi cəhətdən azad, müstəqil yaşamanı təmin edən iqtisadiyyat
yaratmaqdır. Ölkə üçün iqtisadi azadlığın təmin olunması, ilk növbədə öz təbii
və iqtisadi resurslan hesabına başqa ölkələrdən asılı olmayaraq yaşaması və
inkişaf etməsi deməkdir. İqtisadi cəhətdən azad yaşaya bilmək üçün iqtisadi
gücə və qüdrətə malik olmaq lazımdır. Başqa sözlə, güclü Azərbaycan
iqtisadiyyatı yaratmaq zəruri şərtlərdən biridir.
Azad iqtisadı fəaliyyət kənar qüvvələrin təsiri ilə məhdudlaşmayan,
bazar qanunlan ilə təmin olunan, bazann tələbinə uyğun fəaliyyət göstərən,
dünya bazarlarına sərbəst çıxmaq imkanı olan iqtisadiyyatdır. Burada
mülkiyyət və sahibkar azadlığı, azad rəqabət və azad qiymətlər əsas şərtlər kimi
bazar iqtisadiyyatı iştirakçıları üçün eynidir və heç kəsə, heç bir mülkiyyətçiyə
və yaxud sahibkara digəri ilə müqayisədə üstün şərait yaradıla bilməz.
Ölkənin iqtisadi müstəqilliyi dedikdə - bəşəriyyətin tarix boyu
yaratdığı və təbiətin ona bəxş etdiyi sərvətlərə sahib olması, onlardan istifadəyə
müstəqil sərəncam və qərarlar verməsi, bu sərvətlərdən milli mənafeyə uyğun
istifadə etməsi, ölkədə formalaşmış cəmiyyətin özünü iqtisadi cəhətdən
yaşatmaq gücünə malik olmasıdır.
Müstəqil ölkə statusuna yanaşmalar dedikdə - bu ölkə tərəddüd
etmədən xarici iqtisadi əlaqələr qurur, özünün milli bazan
20
Azerbaycan iqtisadiyyatı
VƏ bu bazann tələbatına cavab verən sturukturunu formalaşdırır, öz iqtisadi
dayaqlan üzərində inkişafı təmin edir. Müstəqil, dayanıqlı milli valyuta və pul
sistemi, maliyyə-kredit, bank sistemi formalaşdırır, güclü təsərrüfat
mexanizmləri yaradır. Hər bir xalqın, müstəqil dövlətin mövcud olmasının
maddi əsası onun iqtisadiyyatıdır. Azərbaycan iqtisadiyyatı milli iqtisadiyyatın
bütün sahələrini vəhdət halında birləşdirən, özünün milli ənənələri,
xüsusiyyətləri ilə fərqlənən, kifayət qədər təbii sərvətləri, məhsuldar qüvvələri
və əmək ehtiyatlan olan bir iqtisadi sistemdir.
1.5. Azərbaycan iqtisadiyyatı fənninin tədrisinin zəruriliyi və onu
şərtləndirən amillər
Qlobal iqtisadi çağırışlar müasir dövrdə ölkə iqtisadiyyatının inkişaf
təmayüllərinin yenidən baxılmasını və qlobal təhlükələr konteksində
təkmilləşdinİməsini tələb edir. Bu baxımdan, ölkəmizə qlobal düşüncəli,
qlobal iqtisadi hadisələri milli maraqlar çərçivəsində qavraya və təhlil edə bilən
yüksək biliklərə malik və dünya- görüşlü savadlı mütəxəssislərə ehtiyac vardır.
Buna görə də “Azərbaycan iqtisadiyyatı” fənninin tədrisi hazırkı dövrdə
mühüm əhəmiyyət kəsb edir.
‘^Azərbaycan iqtisadiyyatı” fənninin tədrisinin zəruruili- yini
şərtləndirən əsas amillər aşağıdakılardır:
^ Milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının xüsusiyyətlərinin
dərindən öyrənilməsi;
^ Milli iqtisadiyyatın inkişafının əsas indikatorlarının mahiyyəti və göstəriciləri
üzrə biliklərin əldə edilməsi;
Ölkə ÜDM-nin və milli gəlirlərin strukturunun araşdırılması və bunlarla
bağlı əhatəli tədqiqatların aparılmasının vacibliyi;
^ milli iqtisadiyyatın və iqtisadi proseslərin inkişafının xüsusiyyətləri;
^ milli iqtisadiyyatın inkişaf tarixini əhatə edən müxtəlif dövrlərin iqtisadi
baxışlan və iqtisadi yanaşmalan;
^ milli iqtisadiyyatın strukturuna daxil olan ayrı-ayrı iqtisadiyyat sahələrinin
spesifik cəhətləri;
^ iqtisadiyyatın inkişaf modeli və onun strukturunun optimallığı;
21
Darslik. SDV - 55
^ milli sərvətlərdən, təbii resurslardan və bütün növ iqtisadi
resurslardan maksimum səmərəli istifadənin təşkili;
milli iqtisadiyyatın əlavə dəyər yaratmaq xüsusiyyətinə malik
fəaliyyət sahələrinin inkişafı;
iqtisadiyyatın manevrlik qabiliyyətinin və antiböhran immu-
nitetinin formalaşdırılması;
iqtisadi proseslərin innovasiyalaşdınlması və yüksək texnolo-
giyalar əsasında sürətləndirilməsi;
makroiqtisadi problemlərin optimal həlli yollarının müəyyən-
ləşdirilməsi;
iqtisadi təhlükəsizliyin mühüm elementlərinin və meyarlannm
qorunması;
qlobal iqtisadi çağırışlar və təhlükələr şəraitində milli iqtisadiy-
yatın davamlı və dayanıqlı inkişafının təşkili və s.
“Azərbaycan iqtisadiyyatı” fənninin tədrisi yetişməkdə olan
milli kadrların ölkənin iqtisadiyyatı, onun inkişaf meyilləri və
xüsusiyyətləri, resurs potensialı, məhsuldar qüvvələrin yerləşdiril-
məsi və əmək resurslarının hərəkəti, milli iqtisadiyyatın rəqabət
qabiliyyətliliyinin və iqtisadi təhlükəsizliyinin gücləndirilməsi
istiqamətində səmərəli fəaliyyəti baxımından vacib hesab olunur.
1.6. Azərbaycan iqtisadiyyatının mühüm funksiyaları
“Azərbaycan iqtisadiyyatı” fənninin nəzəri-praktiki baxımdan mühüm
funksiyalan kimi, onun bir tərəfdən elm sahəsi, digər tərəfdən isə praktiki
fəaliyyət sahəsi kimi xüsusiyyətlərə malik olmasıdır.
Azərbaycan iqtisadiyyatının nəzəri baxımdan mühüm funksiyaları
bunlardır:
^ Dərketmə funksiyası - Azərbaycan iqtisadiyyatı nəzəri bir elmdir. Buna
görə də, ölkənin iqtisadi həyatı ilə bağlı olan bütün problemlər nəzəri cəhətdən
öyrənilməlidir.
^ Praktiki funksiya - Bir tərəfdən Azərbaycan iqitisadiy- yatının əsasının
sürətlə dəyişdirilməsi və bazar münasibətləri çərçivəsində yenidən qurulması
ilə bağlıdır. Elmin aşkar etdiyi qanunlar, prinsiplər, tövsiyələr həyata
keçirilməsi nəzərdə tutulan iqtisadi
22
Azerbaycan iqtisadiyyatı
tədbirlərin və dövlətin iqtisadi siyasətinin hazırlanması vaxtı istifadə olunur.
Digər tərəfdən isə, “Azərbaycan İqtisadiyyatı” fənni xalqı iqtisadi
yenidənqurma, iqtisadi inkişaf haqqında biliklərlə silahlan- dınr, onun iqtisadi
şüurunu, elmi dünyagörüşünü, iqtisadi təfəkkürünü formalaşdmr. Bu
funksiyanın həyata keçirilməsində “Azərbaycan İqisadiyyatı” fənninin
müstəqil fənn kimi tədris edilməsinin böyük əhəmiyyəti vardır.
^ Nəzəri-metodoloji funksiya - Bu funksiyanın əsas vəzifəsi nəzəri və
tətbiqi - praktiki sahələrə bölünməsidir. Mövcud olan bir çox iqtisad elmləri, o
cümlədən, Azərbaycan iqtisadiyyatı iqtisadiyyatın bütün sahələrini müstəqil
öyrənir. Deməli, konkret iqtisad elmləri Azərbaycan iqtisadiyyatının yalnız
ayn-a>n sahələrini, yarımsahələrini öyrənir (məsələn. Sənaye iqtisadiyyatı,
Azərbaycan sənayesi. Turizmin iqtisadiyyatı və s.). Lakin, hər bir dövlətin, o
cümlədən, Azərbaycanın milli iqtisadiyyatı canlı bir orqanizmə bənzədiyindən,
konkret sahə iqtisad elmləri bütünlükdə milli iqtisadiyyatı öyrənə bilməz.
Bununla əlaqədar olaraq, bütün sahə iqtisad elmlərinin nəzəri əsaslarını işləyib
hazırlayan bir iqtisad elmi olmalıdır. Bu da Azərbaycan iqtisadiyyatıdır.
Beləliklə, Azərbaycan iqtisadiyyatı elmi Azərbaycanın konkret, sahə iqtisad
elmlərinin nəzəri - metodoloji funksiyasını həyata keçirir.
Azərbaycan iqtisadiyyatının praktiki fəaliyyət baxımından mühüm
funksiyaları bunlardır:
- Milli iqtisadiyyatın səmərəliliyinin təmin olunması;
- Milli iqtisadiyyatın struktunun diversifıkasiyalaşdınlması, ənənəvi
fəaliyyət sektorlarının yenidən qurulması və resurs potensialına adekvat
müasir texnologiyalar əsaslı məhsuldar iqtisadiyyat sahələrinin təşkili;
- Milli iqtisadiyyatın artım və keyfiyyət göstəricilərinin optimal
müəyyənləşdirilməsi və reallaşdınlması;
- Milli iqtisadiyyatın inkişafının daha məhsuldar modelləşdirilməsi
məqsədilə təbii sərvətlərdən və iqtisadi resurslardan səmərəli istifadənin
təmin olunması;
- Qlobal iqtisadi dəyişikliklər nəzərə alınmaqla inklüziv iqtisadiyyat
sahələrinin inkişaf proseslərinin intensivləşdirilməsi;
23
Darslik. SDU - SS
- Ölkənin ekoloji-iqtisadi sisteminin etibarlılığının artırılması və təbiətdən
istifadənin uzunmüddətli dövr üçün optimal modelləşdirilməsi;
- Milli iqtisadiyyatın artım tempinin və dayanıqlı inkişafının təşkili
məqsədilə ölkədə innovasiyalar və yüksək texnologiyalar bazarlarının
inkişaf etdirilməsi;
- Milli iqtisadiyyatın makroiqtisadi və maliyyə sabitliyi problemlərinin
həllinin modelləşdirilməsi və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi
tədbirlərinin görülməsi;
- Əhalinin gəlirlərinin artıniması, yoxsulluğun və işsizliyin azaldılması,
bütövlükdə sosial-iqtisadi problemlərin kompleks və uzunmüddətli dövr
üçün həlli mexanizmlərinin işlənib hazırlanması, reallaşdırılması və s.
Özünüyoxlama sualları:
1. “Azərbaycan iqtisadiyyatı” fənninin predmeti.
2. “Azərbaycan iqtisadiyyatı” fənninin metodu.
3. İqtisadi təhlilin metodlan və prinsipləri.
4. “Azərbaycan iqtisadiyyatı” fənninin nəzəri-metodoloji xüsusiyyətləri.
5. Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafı proseslərinə əsas
yanaşmalar.
6. “Azərbaycan iqtisadiyyatı” fənninin tədrisinin zəruriliyi və onu
şərtləndirən amillər.
7. Azərbaycan iqtisadiyyatının mühüm funksiyaları.
ƏDƏBİYYAT:
1. “Azərbaycan iqtisadiyyatı”, Bakı, “Ağrıdağ”, 1998.-400 s.
2. Əhmədov M.A., Hüseyn A.S. İqtisadiyyatın dövlət tənzimlənməsinin
əsaslan. Bakı; “İqtisad Universiteti” 2011.-120 s.
3. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015. -185 s.
4. Əliyev Ü.Q. Keçid dövrünün milli iqtisadi problemləri. Monoqrafiya.
Bakı: Azəməşr, 2008.-358 s.
24
Darslik, SDU - 55
FƏSIL 2
AZƏRBAYCANDA İQTİSADİ FİKİR TARİXİNİN
TƏŞƏKKÜLÜ
2. L Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalaşması
prosesləri. 2.2. İslamda və "Qurani-Kərim"də iqtisadi fikirlər və baxışlar. 2.3. Azərbaycanda orta əsrlərin iqtisadi fikir tarixi.
2.4. Azərbaycanda XIX əsrin ikinci yarisi və XX əsrin əvvəllərində
iqtisadi baxışlar.
2.5. SSRİ dövründə Azərbaycan iqtisadiyyatının inkişafına iqtisadi
baxışlar və yanaşmalar.
2.6. Postsovet dövründə Azərbaycanın müstəqil iqtisadi inkişaf
modelinə dair elmi fikirlər və baxışlar.
2.1. Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalaşması
prosesləri
Azərbaycan xalqının iqtisadi fikirləri haqqında bizə gəlib çatan ən
qədim yazılı abidələrdən biri "Avesta"dır. Zərdüştiliyin (zoroastrizmin)
qanunlar toplusu olan "Avesta" bizim eradan əvvəl X-VII əsrlərdə meydana
gəlmişdir. Zərdüştilik üç prinsipdə ifadə olunur: fikirlər; xeyirxah söz; xeyirxah
əməl. Bu prinsiplərə görə insanlar digərləri barəsində pis fikirlərə dalmamalı,
xeyirxah sözlər işlətməli, bildirməli və xeyirxah əməlləri ilə fərqlənməlidirlər.
Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalşaması III-X əsrlərdə
baş vermiş sosial hərəkatlarla bilavasitə bağlı olmuşdur (Manihəçilik, III əsr;
Məzdəkizm, V-VI əsrlər və Xürrəmilər, VIII-X əsrlər). Bu sosial hərəkatlann
iqtisadi yanaşmalannda hərəkat üzvlərinin hər biri üçün istisna mülkiyyət
hüququnun yaradılması ideyası üstünlük təşkil etmişdir.
”Dədə-Qorqud” dastanı. Məlumdur ki, Azərbaycanda qədim iqtisadi
fikrin təşəkkülü və formalşadırılmasında “Dədə-Qorqud” dastanının mühüm
əhəmiyyəti vardır. Bu dastanın məlumatları təsdiq edir ki, Azərbaycan
oğuzlarının yaşadığı dövrdə və onların
26
Azerbaycan iqtisadiyyaü
münasibətlərində natural mübadilə yeganə mübadilə forması olmamışdır. Artıq
bu dövrdə pul mübadilə vasitəsi kimi istifadə olunurdu. Oğuz hərəkatının
üzvləri puldan tədavül və yığım vasitəsi rolunda istifadə etmişlər. Onların
münasibətlərində və mübadilə yanaşmalannda, şübhəsiz dövrün xan və
bəylərinin, yəni hakim - feodal üst təbəqənin hakim mövqedə olması, kasıb
təbəqənin, nökərlərin isə bu təbəqəyə xidmət etməsi müəyyən mənada
mülkiyyətçilikdən xəbər verir, məhsul - natural rentasının olmasına dəlalət
edir.
Oğuz tayfalarında qədim əkinçilik və maldarlıq məşğuliyyəti üstünlük
təşkil etmişdir və bu tayfaların üzvləri maddi nemətlər istehsalında məhsuldar
fəaliyyət formalaşdıra bilmişilər. Şübhəsiz, bu proseslərdə və münasibətlərdə
ictimai əmək bölgüsü aparılırdı və bunun nəticəsində ixtisaslaşmalar həyata
keçirilirdi. Bunlar təsərrüfat və mübadilə münasibətləri, indiki anlamda isə
iqtisadi- təsərrüfat münasibətləri kimi baxılmalıdır.
Ümumiyyətlə, Azərbaycanda uzun əsrlər boyunca iqtisadi fikrin
təşəkkülündə və formalaşmasında “hökmdar-əyalət”, “padşah, xan, bəy-nökər
təbəqəsi”, “varlılar-kasıblar təbəqəsi” münasibətləri əsas rol oynayıb. Sadə
dildə desək, əksər kasıb təbəqə nökər və naxırçılar öz hakimlərinin qapısında
və köç sürülərində bir qarın çörək üçün işləmişlər və natural mübadilə burada
əsas rol oynamışdır. Feodal xarakterli mülkiyyətçiliyin və münasibətlərin
olması, hakim mövqedə olanların mülkiyyətlərinin formalaşdırılmasma gətirib
çıxarmışdır, amma bunlarla bərabər həm də insanların icma- qəbilə kimi
birlikdə yaşaması və bu icmaların da müəyyən torpaqlar üzərində mülkiyyət
hüququnun yaranmasına gətirib çıxarmışdır.
Bu vəziyyət və iqtisadi fikrin tarixi təşəkkül prosesləri öz dövrlərinin
şairlərinin və mütəfəkkirlərinin yaradıcılığında, fikirlərində təcəssüm
edilmişdir (Nizami, Füzuli, Xəqani, Nəsimi, Tusi və s.). Bundan əlavə,
Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalaşması ayn-ayn dövrlərdə
fəaliyyət göstərmiş dövlətlərin, xanlıqlann ərazilərindəki yaşayış və ictimai
əmək münasibətlərində özünü göstərmişdir. Belə ki, bu dövlətlərdə və
xanlıqlarda elmin, mədəniyyətin inkişafı, iqtisadi və mədəni həyatında baş
vermiş proseslərdə iqtisadi fikir və yanaşmalar formalaşmışdır. Məsələn,
27
DsrsUk, SDU - 55
Səlcuqilər dövlətinin (XI əsr) və Qazan xanın (XII əsr) hökmdarlığı
dövrlərində islahatlar apanlmış, hakimlərlə digər təbəqələr arasındakı
münasibətlərə dair fikirlər, əmək münasibətlərinə, ictimai yığımlara
iqtisadi-ictimai münasibətlər formalaşdırılmışdır. Bu dövrlərdə Azərbaycanın
iqtisadi həyatı, təsərrüfat və əmək münasibətləri barəsində iqtisadi fikirlərin
təşəkkülü prosesləri baş vermişdir,
2.2. İslamda və "Qurani-Kərim'Mə iqtisadi fikirlər
və baxışlar
İslam dininin yaranması (VII əsr), onun qəbul olunması bütün şərq
xalqlannm, o cümlədən Azərbaycan xalqının sosial- iqtisadi fikrinə öz dərin
təsirini göstərmişdir. Müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"
sonrakı iqtisadi fikirlərin, mütəfəkkirlərin iqtisadi baxışlannm əsas ideya
mənbəyi kimi çıxış etmişdir. Torpaq üzərində mülkiyyət, ticarətə münasibət,
əmək və əmlaka münasibət, vergilər, onların mahiyyəti və əhəmiyyəti və digər
iqtisadi məsələlər islam ideyalan əsasında və ya ona uyğun şəkildə şərh
olunmuşdur.
İslamda iqtisadi və ictimai münasibətlərdə, əmlak və mülkiyyət
münasibətlərində halallıq prinsipləri və meyarları əsas yeri tutur. İnsanlara və
iqtisadi münasibətlərə halallıq nöqteyi-nəzərindən yanaşmaq, insanlar arasında
inamı artınr, əməyi stimullaşdınr və dəyərli edir. Halal münasibətlər əmlak və
mülklərdən maksimum səmərəli və məqsədli istifadəyə təminat verir. Bununla
belə, əmlakdan və mülkiyyətdən istifadə zamanı, onun verilməsi və alınması
prosesləri ədalət çərçivəsində baxılmalı və qərarlar qəbul olunmalıdır. Əmlak
və mülklər insanların yaxşı yaşamasına və cəmiyyətin inkişafına xidmət
etməlidirlər. Amma, şəxsi əmlakın toxunulmazlığı mütləq şərtlərdən biridir və
bu şərt müsəlmanlarla yanaşı, digər dinlərə təriqət edənlərə də şamil olunur.
İslamda əmlak bölgüsü müasir dünyada əksər ölkələrin qanunvericiliyində
əksini tapmış formada, yəni əmlakın vərəsəlik hüququ əsasında bölünməsi
reallaşdırılır və hər hansı bir əmlakdan, eyni zamanda mülkiyyətdən zorla
istifadə olunması qadağandır, İslamda xüsusi mülkiyyət müəyyən
28
Azərbaycan iqtisadiyyatı
əmlaka, təsərrüfat avadanlığına, torpağa, əşyalara, maddi nemət istehsal edən
vasitələrə sahibolma prinsipi ilə baxılır və tənzimlənir.
Xüsusilə, torpaq m.əsələsinə islamda müqəddəs önəm verilir və onun
toxunulmazlığı mütləqdir. İslama görə, torpaq allahın olsa da, yer üzündə
torpaq təsərrüfat obyektidir, maddi nemətlər yaratmaq üçün əsas vasitədir və
məkandır, buna görə də onun üzərində sahibolma prinsipi vacibdir. Torpaq
əkilməli, becərilməli, sulanmalı, insanlann sərəncamına verilməlidir. Torpaqda
canlılar rahat nəfəs almalı, insanlar bu torpaqlarda hər cür cücərmək və kök
atmaq qabiliyyətinə malik bitkiləri, xüsusilə, ərzaq təchizatı baxımından
kifayət qədər qiymətli olan dənli bitkiləri, dadlı və yaxşı bar verən meyvə
ağaclannı əkməlidirlər. Torpaqdan insanlann yaşaması və fəaliyyəti üçün vacib
olan ərzaq məhsullarının yetişdirilməsi və əldə edilməsi üçün məhsuldar
istifadə olunmalıdır.
İslamda icarə məsələsinə də xüsusi diqqət yetirilmişdir. İcarə predmeti
kimi insanlar müxtəlif əmlaklardan, özlərinə məxsus torpaq sahələrindən və
torpaq paylanndan, ev heyvanlan və digər ev əşyalarından istifadə etməyə
hüquqları vardır. İslamda icarə məsələlərinin nizamlanması iki mühüm prinsip:
mülklər və ya əşyaların məlum sahibinin olması və qarşılıqlı anlaşmanın, başqa
sözlə razılaşmanın olması əsasında tənzimlənir. Bütün hallarda icarə predmeti
faydalı olmalı və onun faydalılıq xüsusiyyətlərindən səmərəli istifadə
edilməlidir. Başqa maraqlı və fıkrimizcə kifayət qədər səmərəli, düzgün olan
bir yanaşma evin, mağazanın və malın icarəyə verilməsidir. Belə olduğu halda,
bu mülkləri və malları icarəyə verən kəslə bərabər, ondan icarə formasında
istifadə edəcək kəsin mütləq bilinməsidir və icarəçi heç bir halda istifadə etdiyi
mülk və mallara dair icarədar hüququnu üçüncü şəxsə və yaxud digər şəxsə
vermək hüququna malik deyildir.
İslamda ticarət və pul. İslamda ticarət münasibətlərinə və pulla bağlı
davranışlara xüsusi diqqət bu gündə bütün dünyada heyrət doğurur. Məlumdur
ki, ticarət bütün dövrlərdə insanların həyatında və dövlətlərin inkişafında güclü
rola malik olmuşdur. Hazırda da dünya ölkələri ticarətin inkişafında daim
maraqlılıq nümayiş etdirirlər. Ticarət ictimai əmək bölgüsü münasibətlərini
29
DarsliL SDU - 55
genişləndirməklə bərabər, həm də sahibkarlıq və biznesin inkişafında
əhəmiyyətli rol oynayır. Amma, etiraf etmək lazımdır ki, ticarətin əsasında ilk
növbədə alqı-satqı prosesləri durur. İslam aləmində bu fikir üstünlük təşkil
etmişdir ki, müsəlmanlann yalnız dini işlərlə və ticarətlə məşğul olması daha
faydalıdır. VII-X əsrlərdə ərəb tacirləri bütün dünyada geniş fəaliyyət
göstərirdilər və Avropaya Şərq mədəniyyətinin gətirilməsində onlann
əhəmiyyətli rolu olmuşdur. İslam dövlətləri yarandıqca və gücləndikcə
maliyyə- kredit sisteminə islam prinsipləri ilə yanaşma formalaşdırılmışdır. Bu
prinsiplərə əsasən kreditin verilməsi zamanı faizlərin alınması və ya verilməsi
qəti qadağandır, sələmçilik haramdır. Bununla belə, islamda mənfəətin
halallığı prinsipi də vardır və insanlar arasındakı mübadilə - istehsal
proseslərindən qazanılan mənfəətlər halal hesab olunur.
İslamda vergi məsələləri. İslam dünyasında tətbiq olunan vergilər və
vergi formalan dövlətin mövcudluğu, qüdrətli olması və təhlükəsizliyinin
təmin edilməsi ilə bağlıdır. Şəriət qanunlarına görə əsas vergi formaları kimi
Xüms (illik gəlirin 20 %-i). Zəkat (malın 40-dan bir və ya 2,5 hissəsi), Fitrə,
Cizyə, Xərac və üşr (torpaq vergisi) vergiləri tətbiq edilir. İslamda vergi
üsulları və ödəmə dərəcəsi insanların gəlirlərinin artıq qalan məbləğinin beşdə
bir düsturu ilə müəyyənləşdirilir. İslamda zəkatın yığılması və bölüşdürülməsi
prinsipləri də kifayət qədər ədalətli və ibrətamizdir. Zəkatdan yığılanlar bu
istiqamətlərdə: fağırlara, fağırdan da pis vəziyyətdə yaşayan miskinlərə, zəkatı
yığan, saxlayan və paylayan şəxs və məmurlara, imanlı müsəlmanlara, borcunu
verə bilməyən borclulara, xeyriyyə tədbirlərinə, uzaq yolda və yad ölkədə pulu
qurtaranlara istifadə oluna və verilə bilər.
2.3. Azərbaycanda orta əsrlərin iqtisadi fikir tarixi
Azərbaycanda orta əsrlərin iqtisadi fikir tarixinin təşəkkülü və
formalaşması prosesləri, ilk növbədə o dövrdə fəaliyyət göstərən müxtəlif
dövlətlərin, xanlıqların, bəylərin, həmçinin görkəmli şairlərin və
mütəfəkirlərin fikir və mülahizələri ilə bağlı olmuşdur. Bu dövrdə
Azərbaycanda ictimai əmək bölqüsü artıq inkişaf etməyə
30
Azerbaycan iqtisadiyyatı
başlamışdır və əmtəə mübadiləsi ilə yanaşı, pul anlayışları ortaya çıxmışdır,
metal pullar dövriyyəyə buraxılmışdı. İqtisadi münasibətlər, mövcud
quruluşun iqtisadi yanaşmaları formalaşmışdı, qiymətlərin formalaşması və
artıq bu anlayışın geniş yayılması prosesləri diqqət çəkmişdi. Davranışlarda,
təsərrüfat işlərində, ayrı- ayrı sahələrdə rəqabət anlayışı, rəqabət qanunlan
elementləri yer almışdı. Əməyə münasibət, kasıb təbəqəyə qarşı hakimiyyətdə
olanlann münasibəti, haqsızlıq, ədalətsizlilik problemləri, vergi və töycü
elementlərinin boğuculuğu, xan və bəylərin, onların əlaltıla- rının əliyalın və
bir loxma çörəyə işləyən kasıb və fağırlara qarşı insafsız davranışı da iqtisadi
fikir və yanaşmalarda öz əksini tapmışdır. Azərbaycan ərazisində fəaliyyət
göstərən feodal dövlətlərin - Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və
Rəvvadilər öz idarəetmə üsüllarında əsasən islam yanaşmalanndan istifadə
etmişlər. XI əsrdən XV əsrədək Böyük Səlcuq İmperiyasında olduğu dövrdə,
Azərbaycanda iqtisadi münasibətlərin, ictimai-iqtisadi yanaşmaların və əmək
bölgüsü prinsiplərinin, vergi və ticarət mexanizmlərinin formalaşdıniması
dövrü kimi zəngin olmuşdur. Atabəylər, Elxanilər, Teymurilər dövlətlərinin
tərkibində olduğu dövrdə, həmçinin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
fəaliyyəti zamanı Azərbaycanda ictimai münasibətlərin, mülkiyyət və əmlak
münasibətlərinin, əmək bölgüsü və əmək bölgüsü ixtisaslaşmalarının tədricən
inkişafı getmişdir. XVI əsrdən başlayaraq, Rusiya imperiyasının tərkibinə
daxil olan dövrə qədər, yəni 1747-ci ilədək Azərbaycan Səfəvilər dövlətinin
tərkibində olmuşdur və bu dövrdə artıq iqtisadi-əmək münasibətlərinin
formalaşmasında və inkişafında yeni elementlər ortaya çıxmaqda idi və bu
münasibətlərin tənzimlənməsi prosesləri gedirdi.
Nizami Gəncəvinin iqtisadi baxışları. N.Gəncəvi (1141- 1209)
dövrünün mütərəqqi mütəfəkkiri və məşhur şairi kimi cəmiyyətədə baş verən
hadisələrə öz münasibətini və baxışlannı bildirməkdən çəkinməmişdir.
Sarayda yaşamasına və saraydan himayə olunmasına baxmayaraq, N.Gəncəvi
saray idarə edənlərin haqsızlığına, cəmiyyətdə, əmlak və əmək
münasibətlərindəki haqsızlığa, ədalətsizliyə son qoymağa çağırırdı. O, hesab
edirdi ki, əmək hər şeydən üstün tutulmalıdır, çünki, əmək vasitəsilə insanlar
maddi
31
Darslik. SDU - 55
nemətlər yaradırlar. Nizamiyə görə, halal əmək mükafatlandırmalı və
stimullaşdırılmalıdır. Böyük mütəfəkkir bildirirdi ki, insanlara onlann
bacanğına görə qiymət qoymaq lazımdır, əmək istismar mənbəyinə
çevrilməməlidir, insanlar azad şəkildə işləməli və əməkdən zövq almalıdırlar.
N.Gəncəvi ticarətdə baş verən haqsız- lıqlan, hannlığı, aldatmalan və alqı-satqı
zamanı baş verən bərabərsizlikləri pisləyirdi, hətta o ticarətdəki və bazardakı
qiymətlərə təsir edən amillərə də diqqət yetirməyi, tələb və təklifin bazardakı
qiymətlərə təsirini də açıb göstərirdi. Nizami “Xəmsə” poemasında bir sıra
mühüm fəlsəfi sosial-iqtisadi fikirlər söyləyə bilmişdir. O əməyin rolu və onun
cəmiyyətə faydasını yüksək qiymətləndirmişdir. “İskəndəmamə” əsərində isə.
Nizami hər kəsin daha yaxşı bildiyi, bacardığı peşə ilə məşğul olmasını vacib
saymışdır. Nizami acizliyə qarşı üsyankar idi, o bildiridi ki, “Həyatın cövhəri
yalnız əməkdir, zəhmətsiz bir insan nəyə gərəkdir”. Böyük şair insan üçün ən
şərəfli işi əmək hesab edirdi. O qeyd edirdi ki, “ağac əkənlər” və “əmək
çəkənlər” bar götürənlər və xəzinə aparanlardı. Dahi mütəfəkkirin öz dövrünə
aid fəlsəfi iqtisadi fikirləri və baxışlan müasir dövrümüz üçün də xeyli
aktualdır. Bu gün də cəmiyyətimizdə hələ də “ağac əkənlər” əvəzinə təəssüf ki,
“ağac kəsənlər”, “əmək çəkənlər” əvəzinə isə oğurluqla, rüşvətlə, korrupsiya
yolu ilə varlanmaq istəyənlər vardır. Bütün bunlar cəmiyyətin inkişafına,
millətin tərəqqisinə, milli yüksəlişə mane olan hallardandır.
Nəsrəddin Tusinin iqtisadi fikirləri. Alim və görkəmli mütəfəkkir
N.Tusinin (1201-1274) iqtisadi baxışlan və fikirləri xüsusi maraq doğurur.
«Əxlaqi-Nasiri» (1232-1233) əsərində N.Tusi dövrünün iqtisadi proseslərinə,
ictimai və əmək münasibətlərinə, əmək bölgüsü prinsiplərinə və digər
iqtisadiyönlü problemlərə özünün yanaşmasını verir. «Dövlət maliyyəsi
haqqında traktat- ları»nda isə N.Tusi yetkin bir iqtisadçı kimi dövlətin maliyyə
məsələləri və problemləri ilə necə məşğul olması barəsində öz fikirlərini
bildirir. "İctimaiyyət" əsərində isə cəmiyyətdə baş verən hadisələrlə bərabər,
böyük mütəfəkkir insanlann iqtisadiyyatı öyrənməsinin necə vacib olmasına
səsləyir və bildirir ki, ictimaiyyət əslində iqtisadi münasibətləri öyrənmək üçün
daha münasib bir elmi obyekt kimi baxılmalıdır. N.Tusi abstraksiya və
induktiv elmi
32
Azerbaycan iqtisadiyyatı
metodlardan bəhrələnərək, öz dövründəki ictimai-iqtisadi münasibətlərin
xüsusiyyətlərini və məzmununu araşdırmış, iqtisadi prosesləri təbii-tarixi
proses kimi qiymətləndirmişdir. O, tədavüldə olan pulun dəyəri ilə ticarət
dövriyyəsində iştirak edən əmtəələrin qarşılıqlı əlaqəsini araşdırmışdır və baş
verən mübadilənin ümumi dəyərinə pul dəyərində olmasını düzgün hesab
etmişdir. N.Tusi insanların bir-birlərinə münasibətlərində əməyin rolunu
yüksək qiymətləndirirdi, bir çox peşələrin, o cümlədən mühasiblik peşəsinin
vəzifəsini və rolunu müəyyənləşdinnişdi. O israfçılığı pisləyirdi, əmək və
zəhmətin dəyərini ədalətli qiymətləndirməyə çağınrdı. N.Tusi hesab edirdi ki
insanlar öz övladlarını erkən yaşlanndan halal zəhmətə alışdırmalıdırlar, əks
halda gələcəkdə onları uğursuz həyat gözləyir. Böyük mütəfəkkirin bu fikiri və
baxışları müasir dövrün hadisələri ilə kifayət qədər həmahəngdir. Belə ki, bir
çox məmur və vəzifəli şəxslərin, zənginlərin övladları halal zəhmətlə
böyümədiklərindən cəmiyyətdə özlərini harın aparırlar, cinayətlər törədirlər,
özlərini və valideynlərini cəmiyyətdə gözdən salırlar.
Seyid İmadəddin Nəsiminin sosial-iqtisadi baxışları, İ.Nəsimi
(1369-1417) öz dövrünün ictima-iqtisadi proseslərinə biğanə qala bilməmişdir.
Böyük ədibin fəalliğı və təsiri nəticəsində Şamaxı və Hələb şəhərləri arasında
iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə nail olmuşdur. Bunun
nəticəsində artıq XVI əsrin sonlannda Şirvanla Suriya arasında güclü
ticarət-iqtisadi əlaqələr mövcud olmuşdur və Hələb şəhəri o dövrün mühüm
ticarət mərkəzlərindən birinə çevrilmişdi. Nəsimi, xüsusilə Azərbaycan
kəndlilərinin və şəhərlərdə yaşayan kasıblann, aşağı təbəqəyə məxsus
insanların fəaliyyətini, əməyini yüksək qiymətləndirirdi və onları “qiymətli
mirvari”yə bənzədirdi. İ.Nəsimi hakim nümayəndələrlə aşağı təbəqənin
zəhmətkeş insanları arasındakı münasibətlərə həssas yanaşırdı. O, hesab edirdi
ki, əmək azad olmalı, insanlar işlədikləri əməklərinin müqabilində layiq
olduqlan qiyməti almalıdırlar.
Məhəmməd Füzulinin sosial-iqtisadi fikirləri və yanaşmaları.
Görkəmli filosof və şair Məhəmməd Füzuli (1494-1556) kasıblara və
yazıqlara, sadə əmək adamlarına zülm edənləri, onlann əməyini düzgün
qiymətləndirməyənləri kəskin tənqid edirdi.
33
Dərslik. SDU - 55
onlardan şikayətlər edirdi, öz narazılığını bildirirdi. Böyük mütəfəkkir rüşvəti
və məmur hərc-mərcliyini, əyanların rüşvətxorluğunu ən murdar hal kimi
qiymətləndirirdi. M.Füzuli “Şikayətnamə” əsərində qeyd edirdi ki: “Salam
verdim, rüşvət deyildir deyə almadılar”. 500 ilə yaxın bundan əvvəl böyük
filosof və şair M.Füzuli tərəfindən formalaşmış bu fikir hazırkı
cəmiyyətimizdə də ən çox müzakirə olunan bəlalardan biri kimi xarakterizə
olunur. Məmur özbaşınalığı, rüşvətxorluq cəmiyyətin həqiqətən də ən murdar
bəlalalanndandır. Millətin inkişafına, müasir dövrdə milli iqtisadiyyatın daha
tarazlı və dinamik inkişafına, cəmiyyətin ədalətli prinsiplər və meyarlar
əsasında yaşamasına, işləməsinə, insanların öz bacarıq və intellektini nümayiş
etdirməsinə imkan verən əlverişli mühitdə rüşvətə yer olmamalıdır.
Şah İsmayıl Xətai və I Şah Təhmasibin hakimiyyətləri dövründə
iqtisadi fikirlər və iqtisadi yanaşmalar. XV əsrin sonlan və XVI əsrin
əvvəllərində Şah İsmayıl Xətai (1487-1524) dövlətçilik atributlannm inkişaf
etdirilməsinə xüsusi önəm vermişdir. Bu münasibətlər içərisində iqtisadi
münasibətlər, ictimai-iqtisadi yanaşmaların tənzimlənməsi, əmək bölgüsü üzrə
ixtisaslaşmalar, pul məsələləri, dövlətin iqtisadi problemlərə dair yanaşmaları
yer almışdır. I Təhmasib (1524-1576) hakimiyyəti dövründə isə güclü vergi
siyasəti formalaşdırılmış və tətbiq olunmuşdur. Belə ki, dulsçuluq və ticarətdə
vergilərin ləgvi ilə bu sahələrin inkişafının sürətləndirilməsinə sərbəst şərait
yaradılmışdır və hətta, bu amil Rusiya ilə ticarət əlaqələrinin
genişləndirilməsinə gətirib çıxarmışdır.
2.4. Azərbaycanda XIX əsrin ikinci yarısı və XX
əsrin əvvəllərində iqtisadi baxışlar
Azərbaycanda XIX əsrin ikinci yarısında iqtisadi fikirlərin və baxışlann
formalaşmasında həmin dövrdə sənayenin inkişafı, xüsusilə neft sənayesinin
inkişafının sürətlənməsi mühüm rol oynamışdır. Bu dövrdə artıq ilk neft
quyulan, özü də sənaye üsulu ilə neft quyulan istismar olunurdu, kiçik də olsa
neft emalı zavodlan işə başlamışdı və s. Bu dövrdə yaşamış və fəaliyyət
göstərmiş görkəmli mütəfəkkirlər, şübhəsiz bu proseslərdən kənarda qala
34
Azerbaycan iqtisadiyyatı
bilməzdilər. Artıq cəmiyyətdə anti-feodal yönlü ictimai-iqtisadi fikirlər
formalaşmağa başlamışdı və sənaye sahələrinin inkişafı, fabrik və zavodlar,
bank işi, istehsal sahələri, işçilərin peşəkarlığının artırılmasına dair iqtisadi
fikirlər daha çox üstünlük təşkil edirdi. Bu dövrdə formalaşan iqtisadi fikirlərin
demokratik xüsusiyyətləri maraq doğururdu. Artıq dövrün idarəedənləri və
böyük mütəfəkkirləri anlayırdılar ki, millətin dirçəlişi və inkişafı sənayenin
inkişafı və insanlann peşəkarlığı ilə bağlı olacaqdır. Bu baxımdan, maarifçilik
və iqtisadi biliklərə, milli iqtisadi dirçəliş ideyalarına daha çox yer verilirdi.
Formalaşan sosial-iqtisadi fikirlərdə sənayenin inkişafı ilə yanaşı istehsal
qüvvələrinin artıniması, kənd təsərrüfatının inkişafı və kəndlilərin yaşayış
səviyyəsinin yaxşılaşdıniması, ictimai əməyin bölgüsü üzrə proporsiyalann
nəzərə alınması, güclənməkdə olan kapitalizm istehsal-əmək münasibətləri
sistemində ziddiyyətlərin xarakterləri təcəssüm olunurdu.
M.F.Axundovun iqtisadi fikirləri. Görkəmli dramaturq, ictimai
xadim və mütəfəkkir M.F.Axundov (1812-1878) öz dövrünün sərbəst düşüncə
tərzinə və güclü nüfuza malik şəxsiyyət- lərindəndir. M.F.Axundov, xüsusilə
islam prinsiplərinə uyğun olan sosial-iqtisadi yanaşmalım mühümlüyünü
bildrmişdir. M.F.Axundov “İnsan tələbatları haqqında” elmi əsərində
sosial-iqtisadi prosesləri obyektiv reallıqdan qiymətləndirərək ictimai əməyin
ədalətli və düzgün bölüşdürülməsi fikirlərini irəli sürmüşdür. Böyük ədib belə
düşünürdü ki, əmək münasibətlərinin disporsiyası istehsalı mütləq şəkildə
zəiflədəcəkdir və istehsal proseslərinin inkişafı istənilən səviyyədə
olmayacaqdır. M.F.Axundov əhalinin iqtisadi proseslərdə fəal iştirakının təmin
ediməsi üçün onların zəruri biliklər almasını və savadsızlığın aradan
qaldırılmasını vacib sayırdı. O, xüsusilə kənd yerlərində yaşayan və işləyən
insanların maariflənməsinə, öz məşğul olduqları təsərrüfatlar barəsində və
onların daha səmərəli idarə olunması üzrə biliklərə yiyələnməsi üçün kitablann
olmamasına təəssüflənirdi. M.F.Axundov “Üç məktub” əsərində qeyd edirdi
ki, ölkənin daha yaxşı inkişaf etməsi üçün yollar çəkilməli və
genişləndirilməlidir. Böyük mütəfəkkir sosial-iqtisadi münasibətlərin
genişləndirilməsində, iqtisadi əlaqələrin təşkilində milli maraqların
qorunmasına da xüsusi önəm verməyin vacibliyini bildirmişdir.
35
Darslik. SDU - 55
H.B.Zərdabinin iqtisadi fikirləri. Görkəmli maarifçi və böyük
mütəfəkkir H.B.Zərdabi (1837-1907) 1875-ci ilin iyulun 22-də nəşrinə
başladığı “Əkinçi” qəzeti vasitəsi ilə dövrünün sosial- iqtisadi hadisələrinə fəal
münasibət bildirmiş və bir çox məsələlər üzrə əhəmiyyətli fikirlər
formalaşdırmışdır. Onun yaşadığı dövr elə bir dövr idi ki, Bakıda neft istehsalı
ilə bağlı hadisələr sürətlə cərəyan edirdi, artıq əcnəbi kompaniyalar və şirkətlər
Azərbaycanda fəaliyyətə başlamışdılar. H.Zərdabi bu fikirdə idi ki, əcnəbilər
ölkəmizin inkişafına milli ruhda və milli maraqlarımız çərçivəsində yanaşa
bilməzlər və onların əsas məqsədi daha çox gəlir götürməkdən ibarətdir. Böyük
mütəfəkkir Azərbaycanda istehsal olunan xammal- lann dəyər-dəyməzinə
xaricə daşınmasını iqtisadi baxımdan səmərəsiz sayırdı. O, bu fikirdə idi ki, bu
yolla əcnəbi istehsalçılar xammallardan hazır məhsullar istehsal edərək və bu
məhsulları təzədən bizə sataraq daha çox xeyir götürəcəklər. H.Zərdabi
əcnəbilərin Azərbaycanın bütün iqtisadi sahələrində, o cümlədən ticarətdə
fəallaşmasından narahatçılıq keçirirdi və eyni fikirləri neft mədənlərinin əcnəbi
inhisarçıların əllərinə keçməsi ilə də bağlı olaraq bölüşürdü. H.Zərdabi
Azərbaycanda texniki inkişafın geri qalmasına acıyırdı və bu məsələyə xüsusi
diqqət yetirməyə çağınrdı. Bundan əlavə, o, Azərbaycanda taxılçılığın yeni
texnikalar əsasında inkişafının sürətləndirilməsini və bu sahədə əmək
məhsuldarlığının artırılmasını arzulayırdı. H.Zərdabi iqtisadi sahələrdə,
ticarətdə, xüsusilə kənd təsərrüfatı məhsullannm tədarükü və satılmasında
dələduzlara, fınldaqçılara qarşı mübarizənin gücləndirilməsini vacib hesab
edirdi.
N.B.Vəzirovun iqtisadi baxışları. Görkəmli yazıçı və dramaturq
N.B.Vəzirov (1854-1926) dövrünün sosial-iqtisadi proseslərinə,
iqtisadi-ictimai proseslərə öz mövqeyini və fikirlərini əsasən “Əkinçi” qəzeti
vasitəsilə bildirmişdir. O, belə hesab edirdi ki, iqtisadiyyatın inkişafı, bu sahədə
milli şüurun təsirinin gücləndirilməsi, milli kadrlann hazırlanması, müasir
texnoloji yeniliklərdən istifadəyə geniş yer verilməsi vaxtı çatmışdır.
N.B.Vəzirov Bakı neftinin əcnəbilər və onların yerli himayədarları, əlaltıları
tərəfindən birləşərək dağıdılmasını, bu sahədə parazitlərin hökmranlığı kimi
36
Azarbaycatt iqtisadiyyatı
qiymətləndirmişdir. N.B.Vəzirov dövrünün sosial-iqtisadi problemləri, iqtisadi
ziddiyyətləri və tendensiyalan, iqtisadi nəzəriyyə baxımından yanaşmaları əsas
etibarı ilə milli şüurun yüksəldilməsi və milli iqtisadiyyatın inkişafının təmin
edilməsi ilə bağlı olmuşdur. Onun fikrincə, Azərbaycanda taxılçılıq,
heyvandarlıq və ticarətin inkişafının sürətləndirlməsi üçün Avropada tətbiq
olunan mütərəqqi texnologiyalann və texnikanın ölkəyə gətirilməsi və tətbiqi
vacibdir.
XX əsrin əvvəllərində iqtisadi baxışlar. Artıq XX əsrin əvvəllərində
Bakı dünyanın intensiv neft istehsal edən mərkəzinə çevrilmşdi və Rusiya
imperiyasının tərkib hissəsi kimi bir çox iqtisadi-siyasi hadisələrin təsiri
əhatəsində idi. Bu baxımdan, həmin dövrdə formalaşan iqtisadi fikirlər və
iqtisadi baxışlann əsasında, ilk növbədə neftlə bağlı proseslər daha çox yer
almışdır. Bundan əlavə, Bakı-Tiflis dəmiryolunun istifadəyə verilməsi və
Azərbaycanın Rusiya imperiyasının ümumi dəmiryolu sisteminə qoşulması
iqtisadi proseslər, yükdaşımaların səmərəliliyinin artırılması, neft və neft
məhsullan biznesinin genişləndirilməsi ilə bağlı iqtisadi baxışlann
formalaşdınimasına və iqtisadi çağırışların artmasına gətirib çıxarmışdı. Eyni
zamada, Bakı-Həştərxan dəniz ticarəti marşrutunun və Xəzər dənizində liman
infrastrukturunun yaradılmasından sonra, Bakının sosial-iqtisadi inkişafı,
sənaye sahələrinin inkişafının intensivləşdirilməsi, emal sənayesi sahələrinin
yaradılması, fabrik və zavodlann tikilməsi, primitiv mədən qurğuları və emal
sexləri əvəzində yeni texnologiyalar əsasında istehsal qurğulannm istismara
verilməsi və yeni zavodların tikilməsi prosesləri ilə bağlı iqtisadi fikirlər və
yanaşmalar daha çox diqqət çəkmişdir. Amma, həmin dövrdə artıq bir çox
müharibə ocaqları mövcud idi və tezliklə dünya müharibəsinin baş verəcəyi
proqnozları da sosial-iqtisadi fikirlərə təsir göstərməyə bilməzdi. Belə də oldu,
tezliklə Birinci dünya müharibəsi başladı, iqtisadi proseslərə münasibət arxa
planda qaldı, ardınca isə bolşevik siyasi-iqtisadi yanaşmaları dövrü başladı.
Nəhayət, milli siyasi-iqtisadi şüurun güclənməsi proseslərinə təkan verildi.
Rusiyada bolşeviklər hakimiyyətə gəldilər. Rusiya imperiyasının sonu çatdı.
Azərbaycan Şərqdə ilk Demokratik Respublika kimi yaranaraq tarixə düşdü.
37
Dərslik. SDU - 55
Azərbaycan Demokratik Respublikasının iqtisadi konsep- siyasi və
iqtisadi yanaşmaları. Azərbaycan Demokratik Respublikasının - ADR-in (28
may 1918-ci il - 20 aprel 1920-ci il) iqtisadi konsepsiyasında və iqtisadi
baxışlannda əsas yeri milli iqtisadi mənafe tutmuşdu. Belə ki, ilk növbədə
Azərbaycana məxsus milli sərvətlərdən, o cümlədən neftdən milli maraqlar
daxilində istifadə edilməsi prioritet kimi qəbul olunmuşdur. Bunlarla bərabər,
dövlət mülkiyyəti ilə yanaşı, səhmdar mülkiyyətlərin və özəl mülkiyyət
formalannm inkişafı da dəstəklənirdi. Hökumətin iqtisadi konsepsiyasında və
strategiyasında kənd təsərrüfatı və aqrar sektorun inkişafına və kəndlilərin
torpaqla təminatına xüsusi önəm verilirdi. Bundan əlavə, maliyyə-valyuta və
vergi siyasətinin formalaşdınlmasına, bank sisteminin inkişafına, pul
dövriyyəsinin sabitləşdirilməsinə milli hökümətin iqtisadi baxışlannda geniş
yer ayrılmışdı. Milli sahibkarlığın inkişaf etdirilməsi və milli maraqlar
çərçivəsində istehsal sahələrinin inkişafının sürətləndirilməsi məsələləri də
ADR hökumətinin iqtisadi yanaşmaları sırasında idi və s.
2.5. SSRİ dövründə Azərbaycan iqtisadiyyatının inkişafına iqtisadi
baxışlar və yanaşmalar
SSRİ dövründə Azərbaycan iqtisadiyyatının inkişafına iqtisadi
baxışlann və yanaşmaların təşəkkülü və formalaşması prosesləri, şübhəsiz
SSRİ-nin mövcud olduğu dövrdə dəyişilməz qalan sovet ideologiyası və
mərkəzləşdirilmiş inzibati-amiranəlik prinsipləri üzərində qurulmuş iqtisadi
sistem təfəkkürləri ilə sıx bağlı olmuşdur. Azərbaycan Demokratik
Respublikasının süqu-tundan sonra, 28 aprel 1920-ci il bolşeviklərin çevrilişinə
qədərki dövrdə artıq Azərbaycanda müstəqil təfəkkürlərdən formalaşan iqtisadi
sistem fəaliyyət göstərirdi. Amma, SSRİ-nin tərkibinə birləşdirildikdən sonra,
bütün iqtisadi qərarlar, planlaşdırmalar, iqtisadi inkişaf təmayülləri və iqtisadi
inkişaf prioritetləri mərkəzdən - Moskvadan müəyyənləşdirilirdi və diqtə
olunurdu. Azərbaycanlı iqtisadçıların, iqtisadiyyata məsul şəxslərin,
rəhbərlərin iqtisadi fikirləri və düşüncələri formal xarakter daşıyırdı. Məsələn,
kollektivçilik proseslərinin getdiyi dövrdə, kolxoz və sovxozlann yaranması ilə
38
Azerbaycan iqtisadiyyatı
əlaqədar olaraq, Azərbaycanda ta qədimdən əkinçilik və maldarlıq
məşğuliyyətlərinin, torpaq mülkiyyətlərinin olmasına baxmayaraq, bunlarla
bağlı heç bir milli iqtisadi fikir və yanaşma nəzərə alınmamışdır və nəticədə
insanların yüz və min illər ərzində əkib- becərdiyi torpaqlar onlann əlindən
alınmış, əkinçilik və maldarlığın inkişafı ilə bağlı milli yanaşmalar, milli
iqtisadi fikirlər inkar edilmişdir.
Məlumdur ki, sovet dövründə sənayenin inkişafı ilə bağlı sürətli inkişaf
prosesləri getmiş, ağır sənaye sahələri və kosmik - hərbi sənayesi
yaradılmışdır. Bütün bu məqsədlər üçün Azərbaycanın milli sərvəti olan neft
resursları dünyəvi iqtisadi yanaşmalar və milli iqtisadi mənafelər nəzərə
alınmadan istifadə olunmuşdur. Azərbaycanda neft xammalının həcminin
adekvathğma uyğım emal sahələrinin yaradılmasına keçmiş SSRİ rəhbərliyi
uzun illər imkan verməmişdir və resurslar ayırmamışlar. Mərkəz - Moskva bu
fikirdə idi ki, milli respublikalarda, xüsusilə Azərbaycanda dərin emal təyinatlı
və əlavə dəyər yaradan iqtisadiyyat sahələrinin inkişafına imkan verilməsin,
milli kadrların yüksək texnologiyaları mənimsəməsinə şərait yaradılmasın və s.
XX əsrin 20-40-cı illərində Azərbaycanda sənaye sahələrinin inkişafına
demək olar ki, imkan verilməmişdir və bu sahədəki milli iqtisadi yanaşmalar,
milli təxəyyüllər və düşüncələr ciddi təhdidlərə məruz qalmışdır. Əksər milli
düşüncəli rəhbərlər, kadrlar və mütəxəssislər, yaradıcı insanlar və
mütəfəkkirlər, maarifçilər, qeyri- istedada və sovet ideallanndan fərqli
düşüncələrə malik insanlar ya güllələndilər, yada ki, uzaq Sibirə sürgün
olundular. Bir sözlə, milli düşüncə, milli dirçəliş, o cümlədən milli iqtisadi
tərəqqi ilə bağlı təfəkkürlər 1930-cu illərin ortalanndan amansızcasına
yatınlmağa və söndürülməyə başlanıldı və bu proseslər 1950-ci illərin
əvvəllərinə kimi davam etmişdir.
Sovet dövründə və elə indinin özündə də II Dünya Müharibəsi
(1939-1945) və Böyük Vətən Müharibəsi (1941-1945) illərində Bakı neftinin
faşist Almaniyası üzərində qələbəsində əhəmiyyətli və həlledici rolunun
olması barədə fikirlər və düşüncələr, o cümlədən iqtisadi əsaslandırmalarla
zəngin olan yanaşmalar belə, təəssüf ki, keçmiş sovet rəhbərliyinin Bakı
şəhərinə - Qəhrəman şəhər adı
39
Dərsiik. SDU-55
verilməsi üçün kifayət etməmişdir. Və bu ədalətsizlik keçmiş SSRİ- nin varisi
olan Rusiya tərəfindən də hələ ki aradan qaldınimamışdır.
Sovet iqtisadi sistemində Azərbaycan mərkəzin xammal və resurs
bazası kimi düşünülürdü və qəbul olunurdu. Emal sahələrinin və məhsuldar
iqtisadiyyat sektorlarının yaradılmasına yönəldilən milli təşəbbüslər, iqtisadi
fikirlər, iqtisadi təkliflər çox zəif olaraq dəyərləndirilirdi. Bir sözlə,
Azərbaycan keçmiş SSRİ-nin əsas neft bazası kimi çıxış edirdi. Amma, Böyük
Vətən Müharibəsi illərində Azərbaycanda hərbi sənaye sahələrinin inkişafı ilə
əlaqədər olaraq iqtisadiyyatın strukturu genişlənməyə başladı. Bu proseslər
Azərbaycanda elmin inkişafına, yeni neft və hərbi təyinatlı məhsulların
yaradılmasına əsaslı zəmin yaratdı. Neft sənayesi ilə yanaşı, digər sənaye
sahələrinin inkişafına dair fikirlər formalaşdı. Tezliklə Azərbaycanda kimya,
metallurgiya, neftkimya maşınqayırması, yüngül sənaye və s. sahələrin inkişaf
etdirilməsinə dair iqtisadi baxışlar və fikirlər gücləndi, sonradan isə bu
sahələrin praktiki formalaşdınl- ması prosesləri sürətləndirildi. Fikrimizcə,
Moskvanın bu sahədəki qərarlanna əsas təsir müharibə şəraitindən
qaynaqlanmışdı və heç də milli respublikanın inkişafı naminə verilən qərarlar
kimi qəbul oluna bilməzdi.
Milli iqtisadi təfəkkürə və baxışlara malik kadrların hazırlanması
prosesləri. Bütün bu ziddiyyətlərə baxmayaraq, SSRİ dövründə - 1920-1950-ci
illərdə Azərbaycanda iqtisadi fikrin formalaşmasında milli kadrların
yetişdirilməsi və inkişafı zəif də olsa mümkün olmuşdur. Düzdür, SSRİ-də, o
cümlədən onun tərkib hissəsi olan Azərbaycan Respublikasında marksist
iqtisadi təlim, leninizmdən formalaşan baxışlar, o cümlədən iqtisadi
yanaşmalar, kommunizm ideologiyasından irəli gələn iqtisadi yanaşmalar əsas
yeri tuturdular. Amma, Azərbaycanda milli ali təhsil müəssisələrinin, o
cümlədən iqtisadi sahədə ali təhsil müəssisələrinin yaranması və inkişafı ilə
əlaqədər olaraq milli iqtisadçı kadrların yetişdirilməsi, məhdud da olsa milli
iqtisadi təfəkkürün formalaşdırılması və inkişaf etdirilməsi mümkün olmuşdur.
Hələ, 1922-1923-cü illərdə Azərbaycan Politexnik İnstitunun nəzdində
iqtisadiyyat fakültəsi yaradılmış və bu fakültənin bazasında iqtisad elmi üzrə
tədqiqatlara başlanılmışdır. 1928-ci ildə Azərbaycan Dövlət Universitetində
40
Azerbaycan iqtisadiyyatı
İqtisadiyyat fakültəsi açılmışdır və 1930-cu ildə nəhayət, Azərbaycan
Sosial-İqtisadi İnstitutu yaradılmışdır. Fərqli və milli şüura söykənən iqtisadi
fikirlərin və iqtisadi yanaşmalann beşikdəcə boğulduğu və güllələrə tuş gəldiyi
bir dövrdə - 1937-ci ildə Azərbaycanda mövcud olan iqtisadiyyat fakültələri və
institutun bazasında K.Marks adma Xalq Təsərrüfatı İnstitutu yaradılmışdır və
bu institut 1959-cu ilə kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə, artıq SSRİ-də
“şəxsiyyətə pərəstiş” dövrü bitdikdən sonra, Azərbaycanda Milli Elmİər
Akademiyasının İqtisadiyyat İnstitutu yaradılmışdır. 1962-ci ildə isə
Azərbaycan Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutu fəaliyyətə
başalmışdır. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində
İqtisadiyyat İnstitutu təşkil olunmuşdur. Nəhayət, 1966-cı ildə D.Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən açılmışdır (hazırkı
Azərbaycan Dövlət İqtisad Universiteti). Bütün bunlar, istər-istəməz
Azərbaycanda milli iqtisadi fikrin formalaşması və inkişafı proseslərinə yeni
təkan vermişdir. Artıq respublikada aparılan iqtisadi tədqiqatlar, formalaşan
iqtisadi fikirlər, SSRİ rəhbərliyinə edilən iqtisadi təkliflər, iqtisadi məruzələr
Azərbaycanda iqtisadiyyatın strukturunun yenidən baxılmasına, onun
təkmilləşdirilməsinə dair yetərli zəmin formalaşdırmaqda əhəmiyyətli rol
oynamışdır.
XX əsrin 1970-1985-ci illərində iqtisadi yanaşmalar və onlardan
istifadənin tarixi aspektləri. Bu dövr, Azərbaycanın iqtisadi inkişaf tarixinin
təşəkkülündə və formalaşmasında yeni mərhələ - dirçəliş mərhələsi kimi tarixə
düşmüşdür. Belə ki, ümum- mili liderimiz Heydər Əliyevin hərtərəfli
dünyagörüşünə, milli maraqlara və elmi dəlillərə əsaslanan iqtisadi baxışları və
iqtisadi siyasəti nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatının
strukturunun yenidən qurulması, sənaye sahələrinin inkişafının
təkmilləşdirilməsi, bütövlükdə respublika iqtisadiyyatının səmərəliliyinin
yüksəldilməsi proseslərinə güclü təkan verilmişdir. Həmin dövrdə milli
baxışlara söykənmiş iqtisadi yanaşmalar və iqtisadi tədqiqatlar sürətlə artmağa
başlamışdır. Respublikada məhsuldar qüvvələrin inkişaf etdirilməsi, onların
səmərəli yerləşdirilməsi, neft sənayesinin maddi-texniki bazasının yenidən
qurulması, digər iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi, xüsusilə
41
Dsrslik, SDV - 55
kənd təsərrüfatı və aqrar sektorun potensialından istifadəyə dair geniş miqyaslı
tədqiqatlar apanimışdır. Heydər Əliyev güclü zəkası, siyasi yetkinliyi,
mərkəzlə məhsuldar işləmək qabiliyyətinə malik olması hesabına bu
tədqiqatların əksəriyyətinin praktiki iqtisadi proseslər səviyyəsinə çatdın
İmasında tarixi xidmətlər göstərmişdir və həmin dövrdə Azərbaycan əksər
göstəricilər üzrə Ümumittifaq göstəricilərindən üstün idi. Azərbaycan tək-tük
respublikalardan biri idi ki, həmin dövrdə Mərkəzdən dotasiya almırdı, yəni
özünü tamamilə saxlamaq və inkişaf etdirmək potensialına malik olmuşdur.
Lakin, 1985-1990-cı illərdə SSRİ rəhbərliyində dəyişiklikdən və Heydər
Əliyevin ədalətsiz və haqsız olaraq sovet rəhbərliyi heyətindən
uzaqlaşdınidıqdan sonra, mərkəz-Moskva Azərbaycanı xaosa və iqtisadi
çöküşə yönəltmək siyasətini götürdü. Nəticədə, Azərbaycanda qeyri-sabitlik
dövrü və iqtisadi tənəzzül prosesləri başlanıldı və bu vəziyyət müstəqilliyin
bərpasından sonrakı bir neçə ili də əhatə etdi və 1993-cü ilin ortalanna kimi -
ümumilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına qədər
davam etdi.
2.6. Postsovet dövründə Azərbaycanın müstəqil iqtisadi inkişaf modelinə
dair elmi fikirlər və baxışlar
İqtisadi tənəzzül və dirçəliş proseslərinə dair fikirlər və
yanaşmalar (1991-1995). Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra
(18 oktyabr 1991-ci il) postsovet dövrünə qədəm qoymuşdur. Artıq bununla
inzibati - amiranəlik yolu ilə mərkəzdən idarəetmə tarixə çevrildi. Müstəqil
dövlət atributlannm yaradılmasına başlanıldı. Bu tarixi, həm də mürəkkəb
proseslərlə dolu vəzifələrdən ibarət idi. Müstəqilliyin bərpasının ilk illərində
Azərbaycanda xeyli çətinliklər olmuş, xaos, pərakəndəlik, özbaşınalıq hökm
sürmüş, hakimiyyət səriştəsizlərin əlində olmuş, torpaq- lanmızın 20 %-i
mənfur Ermənistan tərəfindən işğal olunmuşdu. Həmin illərdə iqtisadi böhran
və tənəzzül prosesləri sürətlənməkdə idi. Buna görə də, mövcud iqtisadi
çağınşlar, iqtisadi fikirlər və baxışlar əsas etibarı ilə ölkənin müstəqil yaşaması
və inkişafı üçün milli resurslardan səmərəli istifadə istiqamətində idi.
İqtisadiçilar və tədqiqatçılar, siyasətçilər, ictimai və dövlət xadimləri, həmçinin
42
Azerbaycan iqtisadiyyatı
digər Ölkələrin bir çox iqtisadçı alimləri, siyasətçiləri və ekspertləri belə
düşünürdülər ki, Azərbaycan öz milli sərvətlərindən öz millətinin rifahı naminə
müstəqil və səmərəli istifadə etməyə haqqı var və bütün bunlan tezliklə həyata
keçirməlidir. Lakin, bunun üçün müstəqil atributlara və mexanizmlərə malik
iqtisadi inkişaf modeli formalaşdınlmalı və inkişaf etdirilməli idi. Həmin
proseslərdə cərəyan edən iqtisadi fikirləri və yanaşmaları bu cür
ümumiləşdirmək mümkündür:
- Müstəqilliyin bərpasından sonra Azərbaycanda milli və milli iqtisadi
maraqlara cavab verən iqtisadi inkişaf modeli formalaşdırılmalıdır;
- Azərbaycan özünün milli sərvətlərindən və iqtisadi resurslanndan
maksimum səmərəli istifadənin modellərini mənimsəməlidir və həyata
keçirilməlidir;
- Ölkədə milli iqtisadiyyatın müasir və müstəqil strukturu forma-
laşdınlmalıdır;
- İqtisadi islahatlar aparılmalı, müstəqil dövlət statusuna adekvat idarəetmə
və icra sistemləri yaradılmalı, institusional qurumlar formalaşdırılmalı,
dövlət idarəçilik sistemi gücləndirilməklə bərabər, cəmiyyətin balanslı
inkişafı təmin edilməlidir;
- Ölkə bazar iqtisadiyyatı prinsipli milli iqtisadiyyata keçidi təmin etməli,
bununla belə sosialyönlü istiqamətli mexanizmlərin tətbiqi də təmin
olunmalıdır;
- Milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası sürətləndirilməli
və Azərbaycanın dünya təsərrüfat sisteminə daxil olması prosesləri tezliklə
başa çatıdırılmalıdır və s.
Lakin, qeyd olunan bu dövrdə formalaşan əksər iqtisadi fikirlərin və
baxışların reallaşdırılması üçün əsaslı zəmin yaratmaq lazım idi. Yalnız
ümummilli liderimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə
qayıtdıqdan sonra - 1993-cü ilin ortalarından başlayaraq, Azərbaycanda
dövlətçilik atributlarının formalaşdırılması və gücləndirilməsi proseslərinə
başlanıldı. Xüsusilə, iqtisadi sahələrdəki hərc-mərcliyin, xaosun qarşısının
alınması üçün tədbirlər görüldü. Əsas problem pul-maliyyə sisteminin
sabitləşdi- rilməsi, inflyasiyanın tempinin azaldılması, makroiqtisadi sabitliyin
təmin edilməsi və islahatların keçirilməsi üçün zəmin yaradılması
43
Dərslik, SDU - 55
İdi. Heydər Əliyev mövcud iqtisadi reallıqlan, milli sərvətlərlə bağlı potensialı,
bunlarla bağlı formalaşmış iqtisadi-strateji yanaşmalan, fikirləri yetərincə
dəyərləndirərək, Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi
proseslərini əhəmiyyətli səviyyədə sürətləndirdi. Məhz Heydər Əliyevin
təşəbbüsü və rəhbəriyi altında müasir Azərbaycanın talehində önəmli rol
oynamış “Neft strate- giyasf’nm (“Əsrin kontraktı”) hazırlanması və icrasına
başlanılması təmin olunub (20 sentyabr 1994-cü il).
1991- 1995-ci illərdə Azərbaycanda milli iqtisadçı kadrlann
hazırlanması prosesləri də kifayət qədər aktual olmuşdur və artıq iqtisadi
tədiqatlarm istiqaməti də milli iqtisadi maraqlarla bağlı idi. İqtisadi tədqiqatlar
və iqtisadi yanaşmalarda milli iqtisadiyyatın formalaşması, onun inkişafının
modelləşdirilməsi və iqtisadi təhlükəsizliyin təmin edilməsi problemlərinə
daha çox diqqət yetirilməyə başlanılmışdı.
İqtisadi islahatlar və makroiqtisadi sabitliyin təmin edilməsi
prosesləri üzrə iqtisadi fikirlər(1995-2003). Bu dövrdə artıq Azərbaycanda
iqtisadi islahatların dərinləşdirilməsi və bazar iqtisadiyyatına keçidin təmin
edilməsi ilə bağlı iqtisadi tədqiqatların əhatəsi genişlənmiş, müəyyən
strategiyalar və konsepsiyalar ətrafında diskussiyalar fəallaşmış, iqtisadi
islahatların meyilləri barəsində fikir və mülahizələr artmışdır. Akademiklər
A.Nadirov və Z.Səmədzadə başda olmaqla, Azərbaycanın iqtisadçı alimləri
iqtisadi islahatların meyilləri və mahiyyəti, milli sərvətlərdən istifadənin
istiqamətləri, məhsuldar qüvvələrdən və əmək ehtiyatlarından səmərəli
istifadənin vacibliyi, neft və qaz sektorunun inkişafı ilə yanaşı, ənənəvi
iqtisadiyyat sahələrinin fəaliyyətinin modernizasiyası və gücləndirilməsinə
dair təkliflər və yanaşmalar daha çox diqqət çəkmişdir. Bu dövrdəki iqtisadi
fikirləri belə qruplaşdırmaq olar:
- Azərbaycan artıq özünün milli sərvətlərindən istifadə etmək strategiyasına
və hüququna malikdir;
- Neft strategiyasından bəhrələnərək, milli iqtisadiyyatın digər sahələrinin
inkişafı təmin olunmalıdır;
- Vergi və gömrük mexanizmləri milli iqtisadiyyatın inkişafına xidmət
etməlidir;
44
Azerbaycan iqtisadiyyatı
- Kənd təsərrüfatının əsl sahibi kəndlərdə yaşayanlar olmalıdır, onlann torpaq
üzərində hüquqları bərpa olunmalı və ənənəvi məşğuliyyət sahələrində
çalışması təmin edilməlidir;
- İqtisadiyyatın lokomotivi olan neftdən gələn gəlirlərin hesabına ölkədəki
sosial-iqtisadi problemlərin həlli reallaşdırılmalı, sosial müdafiə sistemi
yenidən qurulmalı, neftdən gələn gəlirlər hesabına əhalinin rifahının
yaxşılaşdırılması problemləri həll olunmalıdır;
- Milli iqtisadiyyatın struktrunun formalaşdırılması və onun dünya iqtisadi
sisteminin tərkib hissəsində möhkəmləndirilməsi prosesləri başa
çatdırılmalıdır və s.
Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf prosesləri və müasir
reallıqlara dair iqtisadi baxışlar (2003 və sonrakı dövrlər). Bu dövrün
əvvəlində artıq Azərbaycanda iqtisadi fikrin və iqtisadi yanaşmalann
intensivliyi diqqət çəkmişdir. Fundamental elmi tədqiqatlar, müştərək layihələr
çərçivəsində iqtisadi araşdırmalar, dünya kompaniyalarının iştirakı ilə olan
birgə çalışmalar, beynəlxalq təşkilatlann, o cümlədən iqtisadi, maliyyə və bank
qurumlarının araşdırmaları, proqnozlan, ölkə alimlərinin təkcə ölkə
jumallannda yox, dünyanın çoxlu sayda ölkələrində nəşr olunan kitabları,
monoqrafiyaları, məqalələri, tədqiqat materialları, hökümət strukturlannın və
qeyri-hökümət təşkilatlannm, həmçinin müstəqil iqtisadçı ekspertlərin
araşdırmaları, iqtisadi fikirləri geniş yayılmışdır. Müasir reallıqlar da nəzərə
alınmaqla, bu dövrdə əsas iqtisadi fikirlər və iqtisadi yanaşmalar
aşağıdakılardan ibarət olmuşdur:
- Neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektoru sahələrinin inkişafının
sürətləndirilməsi;
- Regional iqtisadi inkişafın modelləşdirilməsi və təmin olunması;
- Özəlləşdirmə proqramlarının dərinləşdirilməsi və bazar iqtisadiyyatına
keçidin başa çatdıniması;
- Sahibkarlığın inkişafı və biznes şəraitinin yaxşılaşdırılması ilə bağlı yeni
mexanizmlərin yaradılması və tətbiqinin stimullaşdırıl- ması tədbirlərinin
vacibliyi;
45
DarsUk. SDU -55
- Ölkənin geostrateji və geoiqtisadi, tranzitivlik kimi üstün amillərindən
istifadə etməklə, regional və beynəlxalq layihələrinin reallaşdırılması
(enerji, nəqliyyat və s.);
- Ölkədə ayn-ayn sənaye sahələrinin potensialından və inkişaf
prespektivlərindən istifadənin modelləşdirilməsi hesabına milli
iqtisadiyyatın artım tempinin, davamlı və dayanıqlı inkişafının təmin
olunması (kimya və neftkimya, metallurgiya, digər ağır maşınqayırma
sənayesi sahələri, yüngül sənaye, turizm, İKT, kosmik sahə, hərbi-sənaye
sahəsi və s.);
- Kənd təsərrüfatı və aqrar sahənin mövcud və ənənəvi potensiallarından
səmərəli istifadənin təmin edilməsi hesabına ərzaq təhlükəsizliyinin
gücləndirilməsi, bu sahədə idxaldan asılılığın azaldılması və ixrac
potensialının artırılmasına nail olunması;
- Qeyri-neft sektoru sahələrinə xarici investisiyaların cəlbi məsələlərinin
fokuslaşdırılması və investorların ölkəyə gəlməsi mexanizmlərinin
yenilənməsi və stimullaşdıriması;
- Milli iqtisadiyyatın struktrunun genişləndirilməsi üçün xidmət sektorunun
payının artıriması tədbirlərinin görülməsi, milli iqtisadiyyatın bütün
sahələrində şəffaflığın və hesabatlılığın təmin olunması, “kölgə
iqtisadiyyatf’nın minimuma endirilməsi vacibliyi;
- Davamlı və dayanıqlı milli iqtisadi inkişafın, əhalinin ərzaqla təminatının,
yoxsulluğun azaldılmasının və məşğulluğun gücləndirilməsinin strateji və
konseptual yanaşmalar səviyyəsində baxılması;
- Nəhayət, qlobal iqtisadi çağırışlar və iqtisadi təhlükələr nəzərə alınmaqla,
milli iqtisadiyyatın dünya maliyyə və iqtisadi böh- ranlanna dayanıqlılığını
artırmaq, antiböhran şəraitində onun rəqabətqabiliyətliliyini gücləndirmək
üçün strateji hədəflərin müəyyənləşdirilməsi və reallaşdıniması (strateji
yol xəritəsi və s.).
Özünüyoxlama sualları:
1. Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalaşması prosesləri.
"Dədə-Qorqud" dastanında iqtisadi baxışlar.
2. İslamda və "Qurani-Kərim"də iqtisadi fikirlər və baxışlar.
46
Azerbaycan iqtisadiyyatt
3.
4.
5.
6.
7.
8.
9.
3.
11.
12.
13.
14.
15.
İslamda ticarət-pul və vergi məsələləri.
Azərbaycanda orta əsrlərin iqtisadi fikir tarixi.
N.Gəncəvinin və N.Tusinin iqtisadi fikirləri.
İ.Nəsimi, M.Füzuli və Ş.İ.Xətainin iqtisadi fikirləri.
Azərbaycanda XIX əsrin ikinci yarısında və M.F.Axundovun
iqtisadi fikirləri.
H.B.Zərdabinin və N.B.Vəzirovun iqtisadi baxışlan.
XX əsrin əvvəllərində - Azərbaycan Demokratik Respublika-
sında iqtisadi konsepsiyalar və yanaşmalar.
SSRİ dövründə Azərbaycan iqtisadiyyatının inkişafına iqtisadi
baxışlar və yanaşmalar.
SSRİ dövründə Azərbaycanda milli iqtisadi təfəkkürə və
baxışlara malik kadrlann hazırlanması prosesləri.
XX əsrin 1970-1985-ci illərində iqtisadi yanaşmalar və
onlardan istifadənin tarixi aspektləri.
Postsovet dövründə Azərbaycanda iqtisadi tənəzzül və dirçəliş
proseslərinə dair yanaşmalar (1991-1995).
İqtisadi islahatlar və makroiqtisadi sabitliyin təmin edilməsi
prosesləri üzrə iqtisadi fikirlər( 1995-2003).
Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf prosesləri və
müasir reallıqlara dair iqtisadi baxışlar (2003 və sonrakı
dövrlər).
ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir.
2. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası. Azərbaycan
Respublikası Prezidentinin 2012-cı il 29 dekabr tarixli Sərəncamı ilə
təsdiq edilmişdir.
3. Azərbaycan iqtisadiyyatı XIX əsrin ortalarından SSRİ-nin
dağılmasmadək olan dövrdə. İqtisadiyyat. Azərbaycan Respublikası
Prezdentinin İşlər İdarəsi. Prezident Kitabxanası. www.files.preslib.az.
47
Dərslik, SDU - 55
4. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr edilmiş Elmi
Konfransın materialları. 2-ci cild, Bakı, 1998.
5. Bağırzade E. “Bağımsızhğınm XX Yılında Azerbaycan Cumhuriyeti
Ekonomisi, Hacettepe Universitesi Turkiyat Araştırmaları Dergisi, Guz
(15), 201 l.-S. 277-312.
6. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015, 185 s.
7. Əlləzov Q.S. İqtisad elminin nəzəri-metodoloji əsaslarının tarixi inkişafı
(monoqrafiya). Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2009.-329 s.
8. Gəncəvi N. "Xəmsə". Bakı, 1980.
9. Hacıyev Ş.H. Azərbaycan iqtisadiyyatında Heydər Əliyev mərhələsi.
Yeni Azərbaycan.- 2013.- 23 aprel.- S. 4. http://www.anl.az.
10. "Kitabi-Dədə Qorqud". Bakı, 1988.
11. Qurani-Kərim. Bakı, 1991.
12. Meybullayev M.X. İslam iqtisadiyyatı. Bakı 2001.
13. Şəkərəliyev A., Şəkərəliyev Q. Azərbaycan iqtisadiyyatı: reallıqlar və
perspektivlər. Bakı, “Turxan”, NPB, 2016.-536 s.
14. Nadirov A., Muradov Ş., Ələsgərov A., Nuriyev Ə., Hüseynov T.
Azərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003.- 344 s.
15. Nəcəfov Ə.B. Füzuli-şairin yaradıcılıq psixologiyası. Bakı, Mütərcim,
2012-140 s.
16. Oğuznamə. Bakı, 1987.
17. Tusi N. Əxlaqi-Nasiri. Bakı, 1989.
18. Vəliyev T.S. iqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü, Bakı,
1999.
48
Azerbaycan iqtisadiyyatı
FƏSIL 3
AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAF
XÜSUSİYYƏTLƏRİ
3.1. Rusiya imperiyasının tərkibində Azərbaycan iqtisadiyyatının
inkişafxüsusiyyətləri.
3.2. Azərbaycan Demokratik Respublikasının süqutunun milli
iqtisadiyyatın inkişafına mənfi təsiri.
3.3. Keçmiş SSRİ dövnində Azərbaycanda iqtisadi inkişaf proseslərinin
xronologiyası (XX əsrin 20-50-ci illəri).
3.4. Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsində Bakı neftinin
həlledici rolu (I941-1945-ci illər).
3.5. XX əsrin 50-70-cı illərində Azərbaycanda sosial-iqtisadi
inkişafın vəziyyəti.
3.6. Sovet Azərbaycanının sosial-iqtisadi inkişafının sürətləndirilməsində
Heydər Əliyevin tarixi rolu (1970-1985-ci illər).
3.7. Azərbaycanda müstəqilliyin bərpasından sonra bazar
münasibətlərinə keçid və iqtisadiyyatın yenidən qurulması
prosesləri (18 oktyabr 1991-ci il və sonrakı dövrlər).
3.8. Azərbaycan iqtisadiyatının inkişafının müasir xüsusiyyətləri.
3.1. Rusiya imperiyasının tərkibində Azərbaycan
iqtisadiyyatının inkişaf xüsusiyyətləri
1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya ilə
İran arasında bağlanan müqavilə ilə Azərbaycanın Rusiya tərəfindən iki yerə
bölünməsi proseslərinə başlanıldı. 1828-ci il fevralın 10-da İranla Rusiya
arasında bağlanan digər müqavilənin hesabına bu proseslər davam etdirildi.
Bununla da, Azərbaycan Rusiya imperiyasının işğalı altına düşdü və şübhəsiz
bütün bunlar Azərbaycanın sonrakı inkişafına, o cümlədən icjtisadi proseslərə
öz damğasını, daha çox mənfi damğasını vurdu. İlk növbədə, Rusiya imperiyası
Azərbaycanı özünün xammal bazasına çevirdi. Azərbaycan iqtisadiyyatı Çar
Rusiyası tərəfindən tam mənada müstəmləkə prinsipləri ilə idarə olunurdu.
49
Dərslik. SDV - 55
Azərbaycan Rusiya imperiyasının tərkibinə keçdikdən sonra, şübhəsiz
bir çox sahələrdə müəyyən yeni üstünlüklər əldə etməyə, öz iqtisadiyyatını
genişləndirməyə imkan tapmışdır. Rusiya imperiyasının dəmir yolu şəbəkəsinə
çıxış əldə edən Azərbaycan özünün bir çox məhsullarını Rusiya imperiyasına
və digər ölkələrə çatdırmaqda imkan əldə etmişdir (xüsusilə neft məhsulları,
pambıq, ipək məhsulları və s.).
XIX əsrin 50-60-cı illərində Rusiya imperiyasında kapitalizmin
inkişafının genişlənməsi Azərbaycana da əsaslı təsir göstərdi. Neft xammalı
istehsalı ilə yanaşı fabrik və zavodların tikintisinə başlanıldı. 1859-cu ildə
Suraxanıda ağ neft emalı zavodu tikilmişdir və bu zavodun sahibləri rusiyalı
kapitalistlər Kokorev və Qubanin idilər. Həmin dövrdə Pirallahıda parafin
zavodu (1861), Gədəbəydə misəritmə zavodu və Daşkəsəndə kobalt zavodu
(1865), həmçinin Nuxa şəhərində (indiki Şəki) o dövr üçün Avropda ən iri olan
ipək fabriki tikilmişdir (1861). Bununla belə, Azərbaycanda iqtisadiyyatın
inkişafı qeyri-proporsional gedirdi və neft sənayesinin inkişafı birtərəfli
qaydada cərəyan edirdi. Rusiya özünün sənaye ehtiyacları üçün Azərbaycan
neftindən xammal kimi istifadə edirdi və bu meyillər kənd təsərrüfatında da
özünü göstərirdi. Azərbaycan sənayesində inkişaf meyilləri kapitalist təsərrüfat
sisteminin üç istiqaməti üzrə, o cümlədən ayrı-ayrı şəxslərin mülkiyyətçisi
olduğu müəssisələr, ticarət evləri və səhmdar kompaniyaların inkişaf
etdirilməsi istiqamətləri üzrə daha çox yayılmışdır. Rus kapitalının qoyuluşu və
Rusiya kapitalistlərinin maraqlanna uyğun olaraq Bakı, Gəncə, Şuşa və Şəki
şəhərlərində sənaye müəssisələri, həmçinin yeyinti və yüngül sənaye
müəssisələrinin sayı artmaqda idi, eyni zamanda ticarət evləri yaradılır, ticarət
burjuaziyası inkişaf etdirilirdi. Rusiyadan olan Qukasov qardaşları, həmçinin
Şustov, Morozov, Nikolayev, Korzinkin, Roznanski, Alekseyev və s.
kapitalistlərlə yanaşı. Azərbaycanlı sahibkar H.Z.Tağıyev də həmin dövrdə
artıq fəal surətdə sənaye və kənd təsərrüfatı sahələrinə kapital yatırırdılar.
H.Z.Tağıyev əsasən sənaye sahələrinə, o cümlədən kənd təsərrüfatının
üzümçülük sahəsinə kapital qoymuşdu. İş o yerə çatmışdı ki, kənd
təsərrüfatının bütün sahələrində inhisarçılıq meyilləri güclənmişdi və həmin
dövrün böyük mütəfəkkiri H.B.Zərdabi də bu
50
Azerbaycan iqtisadiyyatı
tendensiyaların zərərli nəticələrini bildirmiş və tənqid etmişdir. Artıq XX əsrin
əvvəllərində Azərbaycanda sənayenin inkişafının sürətlən- diriliməsi hesabına
kapitalist təsərrüfatçılıq mexanizmləri bərqərar olunmuşdur və Azərbaycanın
ümumi sosial-iqtisadi sistemində kapitalist istehsal münasibətləri əsas
üstünlüyə malik idi.
XX əsrin əvvəllərində Azərbaycan neft istehsalının həcminə görə dünya
birincisi idi. Çar Rusiyası 1900-cu illərin əvvəlində baş verən sənaye böhranın
mənfi təsirindən neft istehsalı sahəsində yaranmış vəziyyətlə əlaqədar tədbirlər
görmək istəsə də, bu sahədəki inhisarçılıq səbəbindən görülən tədbirlərin
müsbət nəticəsi az olmuşdur. Həmin dövrdə neft hasilatının 21 %-i və xaricə
göndərilən neftin 40 %-i “Nobel qardaşlan” şirkəti, həmçinin Rotşildə məxsus
“Mazut” cəmiyyətinin payına düşürdü. Bu dövrdə Azərbaycanda neft sənayesi
təmərküzləşmə prosesini yaşayırdı və tədricən iri müəssisələr özlərinin maliyyə
resursları, yeni texnikaların hesabına neft sahəsində çalışan digər rəqiblərini,
xüsusilə orta və kiçik təsərrüfat subyektlərini sıradan çıxarmaqda idilər. Birinci
dünya müharibəsi ərəfəsində neftə olan tələbat sürətlə artmağa başlamışdı və bu
səbəbdən həmin dövrdə neftin qiyməti iki dəfədən çox artmışdır, hətta bu amil
bir çox dəmiryolu kompaniyalarını təzədən daş kömür yanacağından istifadəyə
məcbur etmişdi. Bu dövrdə neft sənayesi Azərbaycan iqtisadi>yatının aparıcı
sahəsi kimi mühüm əhəmiyyət kəsb etmişdir və Azərbaycan iqtisadiyyatının
əsas inkişaf istiqamətləri bu sahənin fəaliyyəti ilə bağlı olmuşdur.
XX əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatının və kənd
əhalisinin əsas məşğuliyyəti və fəaliyyət istiqamətləri heyvandarlıq, buğda,
arpa istehsalı ilə daha çox diqqət çəkmişdir. İri taxılçılıq regionları kimi
Lənkəran, Nuxa, Şuşa qəzaları daha çox fərqlənirdilər. Təəssüf ki, həmin
dövrdə hələ də ibtidai dövrdən qalmış əkinçilik və şumlama metodlarından
istifadə olunurdu. Torpaqların şumlanmasında və ağır kotanların hərəkətə
gətirilməsində Aran rayonlarda 6-8, dağlıq rayonlarda isə 10 cüt öküzdən
istifadə tələb edilirdi. Maldarlıqda isə qədim məşğuliyyət növü olan
qoyunçuluq və iri buynuzlu mal-qaraya daha çox üstünlük verilirdi. Maraqlıdır
ki, Azərbaycandan digər ycrlərə-Rusiyanm müxtəlif şəhərlərinə, həmçinin
xarici ölkələrə mal əti və yun ixrac olunurdu.
51
Dərslik, SDU - 55
Üzümçülüyün inkişafı üçün H.Z.Tağıyev tərəfindən Mərdəkanda bağçılıq
məktəbi yaradılmışdı. Bu dövrdə baramçılıq da geniş yayılmışdı və ipəkçiliyin
inkişafına xüsusi önəm verilirdi. Azərbaycanda pambıqçılığın inkişafı isə
Rusiyada toxuculuq sənayesinin pambıq xammalına olan tələbatını ödəmək
üçün genişləndirilmişdi. Pamdıqçılıq əsasən Göyçay, İrəvan, Çavanşir və
Naxçıvan qəzalarında inkişaf etdirilirdi. Həmin dövrdə pambıqçılığın
inkişafına mane olan əsas amillərdən biri su çatışmamazlığı idi və bu məqsədlə
XX əsrin əvvəllərində su müfəttişliyi yaradıldı. Mil və Muğan düzlərində su
arxlarının çəkilməsinə başlanıldı.
Azərbaycanda Rusiya kapitallı müəssisələrin, fondların, səhmdar
cəmiyyətlərin sayı sürətlə artmağa başlamışdı. İqtisadiyyatın inkişafına,
texnika və yeni avadanlıqlann alınmasına və gətirilməsinə, tətbiqinə münasibət
dəyişilmişdi. Qafqazda daha da möhkən- ləmək istəyən Rusiya imperiyası özü
də Bakının inkişafında, xüsusilə neft mədənlərinin istismar şəbəkəsinin
genişləndirilməsində maraqlı idi. Bununla Rusiya özünün neft və neft
məhsullarına olan tələbatını ödəmək üçün etibarlı mənbə yaratmış olurdu.
Rusiya imperiyası Azərbaycana özünün xammal mənbəyi kimi baxırdı və onun
resurslarından imperiyanın mənafeyi naminə istifadəni gücləndirməyə
çalışırdı. Bu məqsədlə texnika və texnologiyalarla yanaşı. Azərbaycanlıların
Rusiyanın ali məktəblərində, xüsusilə Sankt-Peterburqdakı ali məktəblərdə
təhsil almalanna şərait yaradırdılar və gələcəkdə onlardan Rusiya
imperiyasının inkişafı naminə istifadə etməyə səy göstərirdilər. Amma,
hazırlanan yüksək səviyyəli kadrlann bir çoxları öz köklərinə, millətinə,
Azərbaycana bağlı olduqlarından, təhsil aldıqdan sonra Azərbaycan
iqtisadiyyatının inkişafı naminə səmərəli fəaliyyət göstərirdilər. Azərbaycana
yeni texnologiyaların və idarəetmə metodlannın gətirilməsində, istehsal
proseslərinin və idarəetmə sistemlərinin təkmilləşdirilməsində, zavod və
fabriklərin tikilməsində, inkişafında milli kadrların və onlann peşəkarlıq
səviyyəsinin artması əhəmiyyətli rol oynamışdır.
XX əsrin əvvəllərində Azərbaycanda beynəlxalq korporasiya- lann
fəaliyyəti xeyli genişlənmişdi və bunlann əsasında neft sahəsinə olan maraq
dayanırdı. “Şell”, “Nobel” və “Oil” kimi iri qruplar və beynəlxalq
korporasiyalar Azərbaycan iqtisadiyyatına sərmayələr
52
Azerbaycan iqtisadiyyatı
yatırmaqda davam edirdilər. Birinci dünya müharibəsi başlanmamışdan qabaq,
Azərbaycanda, konkret olaraq Bakıda fəaliyyət göstərən ingilis neft
müəssisələrindən ibarət beynəlxalq qurum - Londonda neft sənaye və maliyyə
korporasiyası təşkil olundu. Maraqlıdır ki, əsas fəaliyyəti Bakı nefti ilə bağlı
olan “Şell”, “Nobel” və “Oil” korporasiyalannin kapitalı həmin dövrdə Rusiya
imperiyasının bütün səhmdar kapitalının 86%-ə bərabər idi. 1914-cü ildə
Azərbaycanda - Xəzər ticarət donanmasında 17 teploxod var idi, bu isə
Rusiyadakı bütün teploxodların 85 %-i demək idi.
XIX əsrin sonlanndan güclənməyə başlayan və XX əsrin əvvəllərindən
Azərbaycan burjuaziyası formasında təşəkkül tapan yerli sahibkarların
Azərbaycan iqtisadiyyatına təsiri heç də az olmamışdır. Belə ki, XX əsrin
əvvəllərində neft sahəsində mövcud olan 167 firmadan 49-u Azərbaycan
sahibkarlarının idi. Xeyriyyəçi, həm də ağıllı və zəkalı sahibkar olan
H.Z.Tağıyev neft sənayesi ilə yanaşı, əvvəldə qeyd etdiyimiz kimi, kənd
təsərrüfatı sahələrinə, həmçinin yeyinti və tikinti sanayesinə də sərmayələr
yatırmışdı. Digər milli burjuaziya nümayəndələrindən Şəmsi Abdullayev,
Musa Nağıyev və Murtuza Muxtarovu qeyd etmək olar.
3.2. Azərbaycan Demokratik Respublikasının süqutunun milli
iqtisadiyyatın inkişafına mənfi təsiri
Azərbaycan Demokratik Respublikası fəaliyyətinin ilk günlərindən
başlayaraq milli şüurun və milli təfəkkürün bərqərar olmasına, milli
iqtisadiyyatın formalaşdırılması və inkişafına başlamışdı. İlk öncə, dövlət
atributları yaradılmağa və iqtisadi islahatların apanimasına başlanılmışdı. Artıq
bir çox iqtisadiyyat sahələrinin, neft sənayesi ilə yanaşı qeyri-neft milli
iqtisadiyyat sahələrinin inkişafı prioritet kimi baxılırdı. Respublikanın
yaranması ərəfəsində Azərbaycanda heç də zəif olmayan resurs potensialı,
dəmiryolu və dəniz daşımaları infrastrukturu formalaşdırılmışdı. Bundan
əlavə, Rusiya, Avropa və Asiyanın bir çox ölkələri ilə artıq ticarət-iqtisadi
əlaqələr mövcud idi. Demokratik Respublika bunlann milli iqtisadi maraqlar
çərçivəsində davamına və genişləndirilməsinə çalışırdı.
53
Dərslik. SDU - 55
Azərbaycan Demorkratik Respublikasının süqutunun milli
iqtisadiyyatın inkişafına mənfi təsirlərini aşağıdakı kimi qruplaşdırmaq olar;
- İlk növbədə, milli iqtisadi maraqlar çərçivəsində formalaşan və tədricən
inkişaf tempi yığan müstəqil iqtisadi siyasət və milli iqtisadi inkişaf modeli
tarixə qovuşdu;
- Azərbaycan SSRİ-nin tərkibinə qatılmaqla, yenidən mərkəzin, əslində
Rusiyanın iri xammal bazasına çevrildi;
- Rusiya - mərkəzi SSRİ rəhbərliyi Azərbaycan iqtisadiyyatının inkişafının
istiqamətlərini özlərinin maraqlan çərçivəsində formalaşdırdılar;
- Müstəqil Respublikanın süqutu nəticəsində müstəqil və azad elmi-iqtisadi
araşdırmalar, iqtisadi fikirlərin formalaşdırılması və inkişafı
qeyri-mümkün oldu;
- Bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın inkişafı
yarımçıq qaldı və Azərbaycan iqtisadiyyatı keçmiş SSRİ iqtisadiyyatının
bir subyektinə çevrildi;
- Milli iqtisadi inkişaf ənənələri, milli əkinçilik və heyvandarlıq, məşğuliyyət
ənənələri təhdidlərə məruz qaldı, dağıdıldı, məcburi kollektivləşmə
prosesləri apanidı;
- Tarixən torpağa bağlılıq, torpağı əkib-becərmək, ondan səmərəli istifadə
etmək ənənələrinə güclü zərbə vuruldu, torpaq kəndlilərin əlindən alındı,
kəndli torpaq, örüş üzünə həsrət qaldı, muzdlu əməklə məşğul olmağa
məcbur olundular;
- Milli sahibkarlıq və milli burjuaziyanın inkişafına ölümcül zərbə vuruldu,
sahibkarlıq ölkədə qadağan olundu, milli burjuaziyanın əksər
nümayəndələri müflüsləşdirilidi, bəziləri ölkədən qaçmaqla canlannı
qurtardılar, bir çoxları isə bolşeviklər tərəfindən qəddarcasına öldürüldülər
və ya həbsxanalara atıldılar;
- Qolçamaqlığa qarşı mübarizə adı altında Azərbaycanın nüfuzlu, vicdanlı,
xeyirxah, nisbətən varlı insanlan, bəy və xan nəslindən olan görkəmli
nümayəndələri bir sinif kimi ləğv edildilər, bir çoxlan öldürüldü və ya uzaq
Sibirə sürgün olundular;
- Demokratik Respublikanın süqutu Azərbaycanın müstəqil bir dövlət kimi
inkişaf etməsi və dünya dövlətləri arasında möhkəmlənməsi proseslərini
yan yolda qoydu və bir də bu proseslərin
54
Azərbaycan iqtisadiyyatı
davam etdirilməsi 70 ildən sonra, yəni artıq bu dəfə SSRİ-nin süqutundan
sonra - Azərbaycanın müstəqilliyini yenidən bərpa edilməsi ilə mümkün
oldu;
- İtirilmiş bu 70 ildə Azərbaycan güclü şəkildə dünya təsərrüfat sisteminə və
dünya iqtisadi proseslərinə inteqrasiya edərək dünyanın inkişaf etmiş
ölkələri sırasında yer ala bilərdi;
- 70 il ərzində zəngin milli sərvətlərimizdən istifadə etməklə Azərbaycan
dünyanın uğurlu iqtisadi inkişaf modellərinə malik ölkələrindən biri olardı;
- 70 il ərzində Azərbaycan cəmiyyəti və milli iqtisadiyyatı milli iqtisadi
maraqlar çərçivəsində inkişaf etməklə, milli iqtisadiyyatın inkişafını ən
yüksək səviyyəyə qaldıra bilərdilər;
- 70 il ərzində bazar iqtisadiyyatı münasibətləri çərçivəsində inkişaf hesabına
Azərbaycan cəmiyyəti öz gəlirlərini və yaşayış səviyyəsini əhəmiyyətli
şəkildə yüksəltməyə nail olardı;
- 70 il ərzində Azərbaycan Respublikası və Azərbaycan cəmiyyəti sivil dünya
iqtisadiyyatından və dünya cəmiyyətindən kənarda qalmaqla özünün tarixi
inkişaf proseslərini bir o qədər də geriyə atmış oldu və s.
3.3.Keçmiş SSRİ dövründə Azərbaycanda iqtisadi inkişaf
proseslərinin xronologiyası (XX əsrin 20-50-ci illəri)
SSRİ-nin yaradılmasından sonra Azərbaycan artıq müstəqil Respublika
yox, bu dövlətin tərkib hissəsi, bir Respublikası kimi statusa malik idi. 1920-ci
illərin sonuna müstəqil Azərbaycan iqtisadiyyatından əsər-əlamət qalmamışdı.
Bütün sahələrdə milli sahibkarlıq subyektləri ləğv edilmiş və ya dağıdılmışdı.
Maliyyə və bank sistemi yox dərəcəsində idi və yeni sistemin qurulması
prosesləri gedirdi. 1920-ci ilin sonuna Azərbaycan 1913-cü ilin məhsul
istehsalı səviyyəsinin 43 %-ni təmin edə bilmişdi. Xüsusilə, Respublikanın əsas
sənaye sahəsi olan neft sənayesində məhsul istehsalının həcmi xeyli aşağı
düşmüşdü. Güclü geriləmə müxtəlif iqtisadiyyat sahələrində, o cümlədən
pambıq və üzüm istehsalı, həmçinin ipəkçilikdə də baş vermişdi.
55
Dərslik, SDU- 55
SSRİ rəhbərliyi tərəfindən Azərbaycanda neft sənayesinin və bununla
əlaqədar sahələrin inkişafının güclü potensialı olmasına baxmayaraq,
1920-1930-cu illər ərzində Respublikada sənaye sahələrinin inkişafı üçün
əhəmiyyətli bir iş görülməmişdi. Lakin, bununla belə, Azərbaycan
iqtisadiyyatının bir çox sahələri əvvəlki dövrlərə nisbətən tədricən daha əhatəli
və kompleks inkişaf proseslərinə qədəm qoya bilmişdi. Respublikada artıq
sənayenin və iqtisadiyyat sahələrinin idarə edilməsi mexanizmləri, nazirliklər,
komitələr yaradılırdı, maliyyə vəsaitləri ayrılırdı, kadr hazırlığına imkan
verilirdi və digər institusional tədbirlərin görülməsinə başlanılmışdı. Sosializm
sisteminin və sosializm quruculuğunun başlanğıc mərhələsində olduğundan,
həmin dövrdə maliyyə resurslan xeyli məhdud idi və buna görə də
Respublikaya ayrılan maliyyə vəsaitləri hesabına çox da güclü sənaye
potensialı yaratmaq, yaxud iqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirmək
qeyri-mümkün idi.
Keçmiş SSRİ dövründə Azərbaycanda iqtisadiyyain təşkili və həyata
keçirilməsi prosesləri mərkəzdən idarə olunmuşdur. Azərbaycan keçmiş
SSRİ-nin planlı iqtisadiyyatının tərkib hissəsi kimi çıxış edən 15
Respublikadan biri kimi statusa malik idi. XX əsrin 20-ci illərindən başlayaraq
Azərbaycan Demokratik Respublikasından miras qalmış iqtisadi siyasət
mexanizmləri tamamilə ləğv edilmişdir. Əvəzində isə planlı iqtisadiyyata
uyğun olan iqtisadi siyasət yürüdülmüşdür. Bu dövrdə keçmiş SSRİ rəhbərliyi
özünün neft və neft məhsullanna olan tələbatını ödəmək üçün Azərbaycanın
neft təsərrüfatını yenidən qurmağa qərar verdi. Neft mədənlərinin inkişaf
etidirilməsi, onların texniki səviyyəsinin yüksəldilməsi məqsədilə əsaslı vəsait
qoyuluşu dəfələrlə artırıldı və neft sənayesinin bazasında Azərbaycanda güclü
sənaye sektorunun formalaşdırılması prosesləri sürətləndirildi. Təsadüfi
deyildir ki, 1920-1939-cu illərdə Azərbaycan iqtisadiyyatının inkişafına
keçmiş SSRİ-nin mərkəzi rəhbərliyi tərəfindən yönəldilən kapital qoyuluşunun
əhəmiyyətli hissəsi, konkret olaraq 65 %-i sənayenin payına düşmüşdür.
Maraqlıdır ki, Azərbaycan sənayesinə yönəldilən kapital qoyuluşunun 80-85
%-i isə yalnız neft sənayesinin inkişafına sərf olunurdu. Nəticədə həmin dövrdə
Azərbaycanda neft hasilatı sürətlə artmağa başladı və artıq Böyük Vətən
Müharibəsinin başladığı ildə- 1941-ci
56
Azerbaycan iqtisadiyyatt
İldə rekord neft hasilatı - 23,5 mln. ton neftin çıxarılması təmin olundu. Bundan
sonrakı illərdə Azərbaycan iqtisadiyyatının əsas fəaliyyət istiqaməti neft və
onunla bağlı olan sahələrin sürətli inkişaf etidirilməsi və keçmiş SSRİ-nin II
Dünya Müharibəsində (1939- 1945) neftə və yanacaq məhsullanna olan
tələbatının ödənilməsi ilə bağlı olmuşdur.
1920-1940-cı illərdə Azərbaycanda kapital qoyuluşuna ayırlan
vəsaitlərin 80 %-ə qədəri sənayenin inkişafına, əsasən neft səanyesinin
inkişafına yönəldilmişdir. 1950-ci ildə isə Azərbaycanda 1944-1950-ci illərdə
yeni tikilmiş metallurgiya, kimya, energetika müəssisələrinin fəaliyyəti
hesabına 1940-cı illə müqayisədə sənaye istehsalının ümumi həcmi 38 %
yüksəlmişdi. 1949-cu ildə Bakıda, Xəzər dənizində dünyada ilk dəfə olaraq neft
hasilatına nail olunub və sonradan burada əfsanəvi “Neft Daşlan” şəhəri
yaradılıb.
3.4. Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsində Bakı
neftinin həlledici rolu (1941-1945-ci illər)
Əvvəldə qeyd etdiymiz kimi Böyük Vətən Müharibəsində (1941-1945)
və ümumilikdə II Dünya Müharibəsində (1939-1945) SSRİ-nin neft və yanacaq
məhsullarına, yəni müharibədə texniki vasitələr hesabına üstünlük qazanması
üçün zəruri yanacaq resurslanna güclü tələbatı var idi. Artıq tarixdə qalmış bu
dövrdə Azərbaycanda istehsal olunan neft və neft məhsulları keçmiş SSRİ- də
hasil olunan neftin 71,4 %- nə bərabər idi. Gecə-gündüz, çox vaxtı da mərmi
yağışları altında Bakıdan - Xəzər Dənizi vasitəsi ilə mürəkkəb şəraitdə neft
dolu çənlər cəbhəyə yola salınırdı. Müharibə dövründə keçmiş SSRİ-nin
tələbatının ödənilməsinə 75 mln. ton neft və 22 mln. ton benzin, həmçinin digər
neft məhsulları verilmişdir. Bakı nefti faşist Almaniyası üzərində qələbədə
mühüm əhəmiyyət kəsb etmişdir və SSRİ Ali Baş Komandanlığı tərəindən
döyüş cəbhələrində mobilizasiya edilmiş təyyarə, tank və avto maşınların 80
%-i Bakı neftindən istehsal olunan yanacaqlarla döyüşürdülər və işləyirdilər.
Maraqlıdır ki, istehsal olunan yüksək oktanlı benzin və bir sıra sürtkü yağlan da
Azərbaycanın görkəmli alimləri tərəfindən ixtira edilmiş və istehsalata tətbiq
olunmuşlar. Məsələn, akademik
57
Dərslik. SDU - 55
Yusif Məmmədəliyev keçmiş SSRİ-də ilk dəfə olaraq aviasiya benzini
istehsalının yeni texnologiyasını hazırladı və tezliklə sınaqdan çıxarılaraq
cəbhənin tələbatı üçün istehsalına başlanıldı. Müharibə dövründə Bakı
neftindən cəbhənin tələbatının ödənilməsi səviyyəsi 70 %-i üstələmişdir.
Alman aviasiyası ilə müqayisədə sovet aviasiyasının daha güclü üstünlüyə
malik olmasında mühüm əhəmiyyət kəsb edən yüksək oktanlı benzinə olan
tələbatın 100 %-i Bakı tərəfindən təmin olunurdu. Təsadüfi deyildir ki, Hitler
Almaniyası Bakını tutmaq, neft mədənlərini ələ keçirmək üçün xüsusi planlar
və əməliyyatlar hazırlamışdılar. İlk fürsət düşən kimi, onlar gecə-gündüz
Bakıya bombalar yağdırmağa hazır idilər. Bakı belə bir şəraitdə ön cəbhəni
yanacaq və benzinlə təmin etməkdə bir an olsun belə fasiləyə yol vermədi və
faşist Almaniyası üzərində tarixi qələbənin əldə edilməsində əhəmiyyətli pay
sahibi oldu.
SSRİ-nin müharibədəki üstünlüyü və qələbəsində Bakının xidmətləri
təkcə neft və neft məhsullan ilə bitmirdi. Alman ordusu tərəfindən işğal
olunmuş ərazilərdən tələm-tələsik köçürülmüş hərbi-sənaye və silah-sursat
müəssisələrinin bir çoxu Bakıda fəaliyyətini davam etdirirdilər. Müharibə
dövründə Bakıda 130 növ silah və hərbi sursat istehsal olunurdu. Bundan
əlavə, Bakı şəhəri bütövlükdə iri hərbi hospital rolunu oynayırdı, hər tərəfdə
hərbi hospitallar yerləşdirilmiş və yaralı hərbiçilərin tezliklə sağaldılması,
hərbi sıralara qaytarılması üçün bütün resurslar mobilizasiya olunmuşdu.
3.5. XX əsrin 50-70-ci illərində Azərbaycanda sosial-iqtisadi
inkişafın vəziyyəti
XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda sosial- iqtisadi
inkişafın müharibədən sonrakı sürətli inkişaf prioritetlərinə uyğunlaşdırılması
prosesləri genişləndi. Həmin dövrdə artıq Azərbaycanda dənizdən neft
çıxarılmasına da başlanılmışdı. Bununla belə, digər sənaye sahələrinin kimya
və neftkimyanın, metallurgiyamın, elektrik enerjisi istehsalı müəssisələrinin
inkişafı sürətlə gedirdi. Həmin dövrdə Azərbaycanın şimalında, Bakıdan 35
kilometr məsafədə yerləşən Sumqayıt şəhəri təkcə Azərbaycanın yox, keçmiş
SSRİ-nin sənaye mərkəzlərindən birinə çevrilməkdə idi. O
58
Azerbaycan iqtisadiyyatı
vaxt ki, Kirovabad (indiki Gəncə) şəhərində metallurgiya mərkəzi yaradılmışdı
və Mingəçevir şəhəri isə elektrik enerjisi istehsalının güclü bazasına
çevrilməkdə idi. Bir-birinin ardınca iri, həm də ümumittifaq əhəmiyyətli sənaye
müəssisələri yaradılırdı. Bu dövrdə yaradılmış iri sənaye müəssisələrindən -
Sumqayıtda: Sumqayıt boru-prokat zavodu, Sumqayıt aluminium zavodu,
Sumqayıt “Sintezkauçuk” zavodu, Sumqayıt “Üzvi sintez” kimya kombinatı,
Sumqayıt Superfosfat zavodu, Sumqayıt kimya zavodu, Gəncə aluminium
zavodu. Mingəçevir su-elektrik stansiyası və s. iri sənaye müəssisələri istismara
verilmişdir. Bu müəssisələrin əksəriyyəti uzun bir dövr ərzində, o cümlədən
müstəqilliyin bərpasından sonra əhəmiyyətli fəaliyyət göstərmişlər. Lakin, son
10-15 il ərzində modemizasiya prosesləri nəticəsində həmin müəssisələrin bir
qrupu fəaliyyətini dayandırmışdır.
XX əsrin 50-70-ci illərində Azərbaycan iqtisadiyyatının bir sıra
ümumiləşdirilmiş nəticələri aşağdakılardır:
- 1970-ci ilədək Azərbaycanda sənaye sahələrinin inkişaf etdirilməsi üçün
tikilən və istifadəyə verilən müəssisələrin 60 %-i iri müəssisələrdən ibarət
olmuş və bunlar Ümumittifaq əhəmiyyəti daşımışdı;
- 1970-ci ilədək Azərbaycanda sənaye sahələrinin potensialının
gücləndirilməsi məqsədilə 146 iri sənaye müəssisəsi istismara verilmişdi;
- 1970-ci illərin əvvəlinə Azərbaycanın sənaye məhsullarının istehsalının
strukturunda Bakının payı 72,8 % olmuşdur, bu göstərici 1913-cü ildə 91,4
% təşkil etmişdi;
- 1970-ci illərin ortalarında Azərbaycanda neft sənayesi ilə yanaşı, artıq
güclü maddi-texniki bazaya malik neft maşınqayırması, kimya və
neftkimya, metallurgiya, cihazqayırma, elektroenergetika və s. sənaye
sahələrinin inkişafı təmin olunmuşdu;
- 1950-1960-cı illərdə SSRİ-nin Sibir və Uzaq Şərq ərazilərində yeni zəngin
neft ehtiyatlarından istifadəyə başlanılması ilə əlaqədar olaraq, mərkəzdə
Azərbaycan neft sənayesinin maddi- texniki bazasının inkişaf etdirilməsinə
maraq aşağı düşmüşdür;
59
DarsHk, SDU - 55
- 1970-ci İldə Azərbaycanda sənaye məhsulunun cəmi 22 %-i yanacaq
sənayesinə aid idi və sənayeyə yönəldilən kapital qoyuluşunun cəmi 50 %-i
bu sahəyə yönəldilirdi.
3.6. Sovet Azərbaycanının sosial-iqtisadi inkişafının
sürətləndirilməsində Heydər Əliyevin tarixi rolu (1970-1985-ci
illər)
1970-ci illərin əvvəlinə olan dövrün tarixi mənzərəsinə nəzər salsaq
görmək olar ki, həmin dövrdə Azərbaycanda neft sənayesi ilə yanaşı, qara
metallurgiya, kimya və neftkimya və s. sənaye sahələrinin inkişaf etdirilməsinə
baxmayaraq, Respublikada sənaye istehsalının və onun səmərəliliyinin təmin
edilməsində ciddi problemlər var idi. Bundan əlavə, sənaye sahələrinin
mövcud potensialından istifadənin modelləşdirilməsi və inkişaf etidilməsi
prosesləri zəif gedirdi. Azərbaycanda həm də kənd təsərrüfatının inkişafının
tempi çox zəif idi və bu sahənin maddi-texniki bazası ittifaq səviyyəsindən
xeyli geri qalırdı. Belə bir şəraitdə Azərbaycanın sosial-iqtisadi inkişafında
kifayət qədər problemlər yığılıb qalmışdı. Əhalinin çox hissəsi aşağı gəlirlərlə
yaşayırdı, infrastruktur obyektləri çatışmırdı, mənzil fondu tələbatdan xeyli
geri qalırdı, kənd rayonlarında yaşayış səviyyəsi daha pis vəziyyətdə idi,
əhalinin çox hissəsi bir mərtəbəli və miskin evlərdə yaşayırdılar. Kənd
rayonlannda mədəni obyektlər, məktəblər və xəstəxanaların tikilməsində ciddi
problemlər var idi. Bütün bu problemləri dərindən təhlil edən ümummilli
liderimiz Heydər Əliyev həmin dövrdə tarixi işlərin görülməsinə nail ola bildi.
1970-1985-ci illərdə Sovet Azərbaycanının sosial-iqtisadi
inkişafının sürətləndirilməsində Heydər Əliyevin tarixi rolu ilə bağlı
aşağıdakı göstəriciləri qeyd etmək olar:
- 1970-ci ildə Azərbaycanda elektrik enerjisi 12,0 mlrd. kvt. saat təşkil
edirdisə, bu göstərici 1985-ci ildə 20,7 mlrd. kvt. saat olmuşdur;
- 1970-ci ildə qaz istehsalı 5,5 mlrd, kub metr olduğu halda, 1985-ci ildə 13,1
mlrd, kub metr təşkil etmişdir;
60
Azerbaycan iqtisadiyyatı
- 1985-ci ildə məişət kondisionerlərinin istehsalı illik 429 min ədəd, məişət
soyuducularının istehsalı isə 302 min ədəd olmuşdur;
- Polad istehsalı 1970-ci ildəki 733 min tondan 1985-ci ildə 853 min tona
yüksəlmişdir. Qara metal prokatı isə müvafiq olaraq 585 və 699 min ton
təşkil etmişdir;
- 1970-ci ildə istehsal olunan güc transformatorlan 672 min kvt. olduğu
halda, 1985-ci ildə bu göstərici 2411 min kvt. olmuşdur;
- Kənd təsərrüfatının inkişafının sürətləndirilməsi üçün gübrə istehsalının
artıniması məqsədilə sulfat turşusu istehsalının həcmi 1970-ci ildəki 125,9
min tondan 1985-ci ildə 782 min tona çatdınimışdır. Nəticədə mineral
gübrələr istehsalı 1970-ci ildəki 115 min tondan 1985-ci ildə 306 min tona
qədər yüksəldilmişdir;
- Pambıq lifi istehsalı 1970-ci ildəki 131,4 min tondan 1985-ci ildə
258,1 min tona qədər artırılmışdır.
- Meyvə və tərəvəz konservləri 1970-ci ildəki 185 mln. şərti bankadan
1985-ci ildə 620 mln. şərti bankaya qədər yüksəlmişdir;
- Üzüm şərabı 1970-ci ildəki 4272 min dekolitrdən 1985-ci ildə 8460
dekolitrə qədər artmışdır;
- Ət istehsalı 1970-ci ildəki 43,2 min tondan 1985-ci ildə 77 min tona kimi,
təbii çay istehsalı isə həmin dövrdə 2,1 min tondan 18,6 min tona qədər
yüksəlmişdir;
- Respublikanın bütün iqtisadiyyat sahələrinə ümumilikdə 32 mlrd, rubl
sərmayə yatırılmışdır və bu göstərici 1920-1970-ci illər ərzində yatırılan
sərmayədən 2,2 dəfə yüksək idi;
- Sənaye istehsalının ümumi həcmi 2,9 dəfə artmış, o cümlədən
maşınqayırma sənayesində 5,9 dəfə, kimya və neftkimya sənayesində 3,1
dəfə, yeyinti sənayesində 4 dəfədən artıq yüksəlmişdi;
- Respublikanın ümumi daxili gəlirində eimtutumlu, texnoloji məmulatların
payı 0,2 %-dən 26 %-ə çatdırılmışdı.
1970-1985-ci illərdə Azərbaycanının sosial-iqtisadi inkişafının
sürətləndirilməsində və Respublika iqtisadiyyatının inkişafında mühüm
əhəmiyyət kəsb edən sənaye sektorunun inkişafı ilə bağlı göstəricilərə
müqayisəli şəkildə baxmaqla. Heydər Əliyevin tarixi xidmətləri əyani surətdə
özünü göstərir (bax: Şəkil 3.1.; Şəkil 3.2. və Şəkil 3.3.).
61
Dərslik. SDU - 55
A/ərbaycnn SSR-do sənaye sahələrinin ümumi məhsul istehsalında xüsusi çəkisi, %-lə, 01.01.1970-ci ilə
Sair sahabr, 3,5%
Yeyinti sənayesi,
18,7%
Yüngül sənaye,
20,3%
Tikinti materialları,
3,2%
Meşə və agae emalı,
kağız-sellüloz, 1,6%
Elektrik enerjisi, 5%
Yanacaq sənayesi,
29,3%
Kimya və
neftkimya, 6%
Metallurgiya, 4% Maşmqaymna və
metal emalı, 12,1%
Şəkil 3.1. A/ərbaycan SSR-də sənaye sahələrinin ünuınıi məhsul istehsalında xüsusi çəkisi, '/o-Iə, 01.01.1970-ci ilə (A.Nadirov, Ş.Muradov, A.Ələsgərov, Ə.Nuriyev, T.Ilüseynov. Azərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003.- 344 s.-nin materialları əsasında müəllif tərəfindən hazırlanmışdır).
Azərbaycan SSR-də sənaye sahələrinin ümumi məhsul istehsalının xüsusi çəkisi, %-lə, 01.01.1980-ci ilə
Sair sahələr, 3,4%
Elektrik enerjisi,
3,4%
Yeyinti sənayesi,
25,6%
Yanacaq sənayesi,
14,6% '
Kimya və
neOkimya, 7,5%
Tikinti materialları.
Metallurgiya, 4%
Maşmqayımıa və
metal emalı, 13,5%
Meşə və ağac emalı,
kağız-sellüloz, 1,6%
Şəkil 3.2, Azərbaycan SSR-də sənaye sahələrinin ümumi məhsul istehsalında xüsusi çəkisi, ‘/o-lə, 01.01.1980-ci ilə (A.Nadirov, Ş.Muradov, A.Ələsgərov, Ə.Nuriyev, T.Hüseynov. Azərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003.- 344 s.-nin materialları əsasında müəllif tərəfindən hazırlanmışdır).
62
.-I zifrhaycan UıtisadiyyuU
Şəkil 3.1.-Ə baxdıqda görmək olur ki, 1970-ci ilin əvvəlinə Azərbaycanda sənaye sahələrinin ümumi məhsul istehsalında neft və qazın daxil olduğu yanacaq sənayesinin ümumi payı cəmisi 29,3 % olmuşdur. Şəkil 3.2.-ə baxdıqda isə bu göstəricinin 1980-ci ildə daha az - 14,6 % olduğunu görürük.
Şəkil 3.3.-ə baxdıqda isə 1985-ci ildə yanacaq sənayesinin ümumi sənayenin strukturunda cəmisi 11,3 % payı olduğu diqqət çəkir. Amma, əvəzində yeyinti sənayesi 28,9 %, yüngül sənaye 20,7 %, maşınqayırma və metal emalı sənayesi 16,4 %, kimya və neftkimya sənayesi 7 % təşkil etmişdir (bax: Şəkil 3.3.).
Azərbaycan SSR-də sənaye sahələrinin ümumi məhsul istehsalında xüsusi çəkisi, %-lə, 01.01.1985- ei ilə
Sair saholar,
3,3%
Elektrik enerjisi,
3,4% Yanacaq
s,anayesi, 11.3%
Yeyinti sanayesi, 28,9%
Yüngül sanayc,
Tikinti materiallart, 3,2%, Meşa va ağac
cınalı, kagız-
sellüloz, 1,7%
Kimya va neftkimya, 7%
Metallurgiya, 4,1%
Maşmqayımıa va
metal emalı, 16,4%
Şəkil .3,3. A/ərhaycan SSR-də sənaye sahələrinin iiınnmi məhsnl istehsalında xüsusi çəkisi, %-lə, 01.01.1985-ci ilə (A.Nadirov, Ş.Muradov, A.Ələsgərov, Ə.Nııriyev, T.Ilüseynov. A/.ərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003.- 344 s.-nin materialları əsasında müəllif tərətlndən hazırlanmışdır).
Əgər 1980 və yaxud 1985-ci illərdə mövcud olan sənayenin strukturunu Azərbaycanda bəıpa etmək və yenidən formalaşdırmaq mümkün olsaydı, bu halda qeyri-neft sektorunun hazırkı fəaliyyət həcmi 2-3 dəfədən çox artmış olardı və eyni zamanda qeyri-neft ixracı potensialı da bu qədər artmaq imkanı əldə edə bilərdi. Həmin dövrdə qeyri-neft sektoru sahələrinin inkişafını genişləndirməklə, Heydər Əliyev Azərbaycan iqtisadiyyatının yeni, həm də rəqabət- qabiliyyətli sənaye sahələrinin olmasını sübuta yetirdi. Bu tarixi
63
DarsliL SDU ~ 55
nailiyyətlər hazırda xüsusi diqqət mərkəzindədir və yaxın perspektivdə
Azərbaycanın qeyri-neft sektorunun əhəmiyyətli şəkildə artımı və inkişafı
gözlənilir. Bunlarla əlaqədar olaraq, strateji yol xəritəsi çərçivəsində strateji
hədəflərin reallaşdırılmasma başlanılmışdır.
3.7. Azərbaycanda müstəqilliyin bərpasından sonra bazar
münasibətlərinə keçid və iqtisadiyyatın yenidən qurulması prosesləri
(18 oktyabr 1991-ci il və sonrakı dövrlər)
Azərbaycanda müstəqilliyin bərpasından sonra bazar münasibətlərinə
keçilməsi proseslərinin təşkili tarixi vəzifə kimi qarşıda durmuşdur. Bundan
əlavə, müstəqilliklə əlaqədar olaraq, milli iqtisadiyyatın yenidən qurulması
prosesləri təmin edilməli və milli iqtisadi maraqlara uyğun iqtisadi inkişaf
modelinin formalaş- dırılmasına nail olunmalı idi. Buna görə də, müstəqilliyin
ilk illərində Azərbaycanda milli iqtisadiyyatın yaradılmasının təmin edilməsi
üçün bir neçə mühüm vəzifələrin öhdəsindən gəlmək lazım idi:
İlk növbədə, milli iqtisadi maraqlara söykənən vahid dövlət iqtisadi
siyasətinin formalaşdırılması və inkişafın təmin edilməsi;
Milli iqtisadiyyatın inkişaflna imkan verən institusional islahatların
həyata keçirilməsi və əsas iqtisadi islahatların təşkili; Ölkədə mövcud
təbii sərvətlər və iqtisadi resurslardan səmərəli istifadənin
modelləşdirilməsi;
Sabit maliyyə-kredit sisteminin yaradılması və onun dayanıqlılığının
gücləndirilməsi;
Milli valyutanın sabitliyinin qorunması və onun dəyərdən düşməsinə yol
verilməməsi;
Milli iqtisadiyyatın mühüm inkişaf prioritetləri üzrə qanunvericilik
bazasının yaradılması və təkmilləşdirilməsi;
Ölkədə maliyyə, kapital, sığorta, qiymətli kağızlar, investisiyalar,
texnologiyalar bazarlarının formalaşdırılması və inkişafına nail
olunması;
Milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasının
təşkili və rəqabətqabiliyyətliliyinin təmin olunması;
64
Azerbaycan iqtisadiyyatı
^ Milli İstehsalın və ixrac potensialının struktumun diversifıka- siyalaşdın
İması;
^ Milli iqtisadiyyatın təhlükəsizliyi tədbirlərinin görülməsi və s.
Azərbaycan bu tarixi vəzifələrin öhdəsindən əsasən gəlməyə nail olmuş
və XXI əsrin əvvəllərində artıq ölkədə makroiqtisadi sabitliyin əsas
indikatorlan üzrə dinamik inkişafa nail olunması prosesləri təmin edilmişdir.
Azərbaycan ərazisinin 20 %-nin Ermənistan tərəfindən işğal olunmasına
baxmayaraq (sevindirici və tarixi hadisə kimi qeyd edək ki, 2016-cı ilin
aprelində bu işğal olunmuş torpaqların bir faizi mənfur ermənilərdən
təmizlənmişdir), Azərbaycan özünün zəngin təbii sərvələrindən və əlverişli
strateji mövqeyindən səmərəli istifadə edərək dinamik milli iqtisadi inkişaf
modelini formalaşdıra bilmiş və iqtisadiyyatın əsas sahələrinin fəaliyyətini
müasir tələblər səviyyəsində qurmağa nail olmuşdur.
2000-2016-cı illər ərzində milli iqtisadiyyatın davamlı inkişafının əsas
indikatorlan üzrə sabit və dinamik inkişaf tempinə nail olunmuşdur. Ölkə
ÜDM-nin həcmi bir neçə dəfə artırılmış, ÜDM-in sturktunun neftdən
asılılığının azaldılması tədbirləri gücləndirilmişdir. Sənaye məhsullarının yeni
texnologiyalar əsasında istehsalı proseslərinə geniş yer verilmiş və mühüm
sənaye məhsullarının istehsalı üzrə artım templəri təmin olunmuşdur. Kənd
təsərrüfatı məhsullannm çeşidinin genişləndirilməsi, müasir texnologiyalann
bu sahəyə gətirilməsi, istehsal olunan məhsulların rəqabətqabiliy- yətinin və
ixrac potensialının yüksəldilməsi istiqamətində kompleks və sistemli tədbirlər
görülmüşdür. Bir neçə dövlət proqramları, xüsusilə regional sosial-iqtisadi
inkişaf problemlərinin həlli məqsədilə iki dövlət proqramı həyata keçirilmiş
(2004-2008-ci illər;
2009- 2013-cü illər), üçüncü dövlət proqramı isə icra olunmaqdadır
(2014-2018-ci illər). Milli iqtisadiyyatın strukturunun genişləndirilməsi və
istehsal sahələrinin diversifıkasiyalaşdırılmasına əlavə imkan yaradılması üçün
təkcə mərkəzi şəhərlərdə yox, ölkənin bütün regionlannda geniş miqyaslı
infrastruktur şəbəkəsinin formalaşdırılması və yaradılması təmin olunmuşdur.
Bütün mənbələr hesabına əsaslı kapital qoyuluşu hər il artım dinamikası ilə
müşayiət olunmuş, nəticədə regionlarda sahibkarlığın inkişaf etdirilməsinə
ciddi
65
DarsUk. SDU- 55
Stimullar formalaşdın İmişdir. Ümumiyyətlə, ölkədə sahibkarlığın inkişafının
modelləşdirilməsi, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əsassız
müdaxilələrin azaldılması istiqamətində apanlan işlər təkcə ölkə səviyyəsində
deyil, xarici investorlar, şirkət və kompaniyalar, beynəlxalq iqtisadi və maliyyə
qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan 2000-ci ilin əvvəlindən başlayaraq milli iqtisadiyyatın
intensiv inkişafına nail olmuş, 2003-2008-ci illərdə ölkə iqtisadiyyatında artım
tempi xeyli yüksəlmiş, xüsusilə 2006-2009-cu illərdə bu temp kifayət qədər
yüksək olmuş, dünya maliyyə böhranından sonrakı illərdə də artım tempi
nisbətən qorunub saxlanılmışdır.
Şəkil 3.4-də Azərbaycan Respublikasında ÜDM-in 2006- 2016-cı
illərdə dinamikası verilmişdir.
ÜDM - mlrd, manat
Şəkil 3.4. Azərbaycan Respublikasında ÜDM-in 2006-2016-cı illərdə dinamikası, mlrd, manat. (ARDSK-nin məlumatları əsasında hazırlanmışdır. http://www.azstat.org).
Şəkil 3.5-də isə Azərbaycanda 2005-20 l6-cı illər üzrə ÜDM- in əvvəlki
ilə nisbətən artım dinamikası öz əksini tapmışdır.
66
Azərbaycan iqtisadiyyatı
Azərbaycanda ÜI)M-in əvvəlki ilə nisbətən artım dinamikası (2005-2UI6-
cı illər), %-lə
2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016
Şəkil 3.5. .Azərbaycan Respublikasında ÜDM-in ə\"vəlki ilə nisbətən artım dinamikası, faizlə (Azərbaycanın milli hesabları. Statistik məcmuə. Bakı, 2016-nin əsasında müəllif tərəfindən bazırlanmışdır).
Şəkil 3.6.-da isə Azərbaycanda adambaşına düşən ÜDM-in 2006-2016-cı illərdə dinamikası verilmişdir.
Adambaşına düşən ÜDM - manat
2016 2015 2014 2013 2012
2011
2010
2009 2008 2007 2006
5706,6 6266.3
6258
6258,3
5966,1
5752,9
4-753
4033,2
3296.6
1000
2208,2
2000 3000 4000
4603.7
5000 6000 7000
Şəkil 3.6. Azərbaycan Respublikasında adambaşına düşən ÜDM-in 2006-2016-cı illərdə dinamikası, manat. (ARDSK-nin məlumatları əsasında hazırlanmışdır. http://ww\v.azstat.org).
Şəkil 3.6-ya görə ölkəmizdə 2006-2016-cı illərdə adambaşına düşən ÜDM-in həcmi 2,84 dəfə artmışdır.
Şəkil 3.7-də isə Azərbaycan Respublikasında neft-qaz sektoru üzrə ÜDM-in dinamikası öz əksini tapmışdır.
67
DarsliL SDU - 55
Neft-qaz sektoru üzrə ÜDM-in dinamikası - mln. manat
2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015
Şəkil 3.7. Azərbaycan Respublikasında neft-qaz sektoru üzrə ÜDM-in dinamikası, mln.
manat (ARDSK-nin məlumatları əsasında hazırlanmışdır. htlp://\vw>v.azstat.org).
Şəkil 3.7-yə əsasən qeyd etmək mümkündür ki, dünya bazarlarında neftin qiymətinin artdığı dövrlərdə, xüsusilə 2006- 2008-ci illərdə Azərbaycanda neft-qaz sektoru üzrə ÜDM-in dinamikası kifayət qədər yüksək olmuşdur. Lakin, 2008-ci ilin sonlarında və 2009-cu ildə bu artım tempi xeyli zəifləmişdir. Sonrakı iki ildə (2010-2011-ci illər) artım tempi bərpa olunmuşdur. Lakin, 2012-ci ildən başlayaraq, ölkə iqtisadiyyatında neft-qaz sektoru üzrə ÜDM- in həcmi azalma tendensiyası nümayiş etdirmişdir. 2015-ci ildə ÜDM-in həcmi 2007-ci ilin səviyyəsindən də az olmuşdur və əvvəldə qeyd etdiyiniz kimi bu dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsi ilə bilavasitə əlaqədardır.
Şəkil 3.8-də Azərbaycanda qeyri-neft sekoru üzrə ÜDM-in dinamikası verilmişdir və bu sahədə 2006-2015-ci illərdə artım müşahidə olunur. Amma, 2014-2015-ci illərdə artım tempi zəifləmişdir.
68
/I zar hay can iqtisadiyyatı
Qeyri-neft sektoru üzrə ÜDM-in dinamikası, mln. manat
40000
35000
30000
25000
20000
15000
10000
5000
0
2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015
Şəkil 3.8. Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ÜDM-in dinamikası, mln. manat (AI^DSK-nin məlumatları əsasında hazırlanmışdır. lıttp:/Av>v\v.azstat.or}>).
Qeyd edək ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsində və
maddi rifahının yaxşılaşdırılmasında milli gəlirin artımının böyük
əhəmiyyəti vardır. Milli gəlirin sabit artımı əhalinin sosial-iqtisadi
problemlərinin həlli üzrə fəal tədbirlərin görülməsinə və bu
problemlərin həllinin tezləşdirilməsinə imkan verir.
Şəkil 3.9-da Azərbaycan Respublikasında ümumi milli gəlirin 2005-2014-cü illər üçün dinamikası öz əksini tapmışdır.
Ümumi milli gəlir - mln. manat
70000
60000 57322,4
48519,1 51644,7 552i^;4r
36012,5 39922,2
32973,5
-2421-5;?
2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
Şokil 3.9. Azərbaycan Respublikasında ümumi milli gəlirin dinamikası, nıln. manat 2005-2014-cü illər. (ARDSK-nin məlumatları əsasında hazırlanmışdır. http://www.azstat.org).
69
Dərslik. SDU - 55
Şəkil 3.10-da isə 2005-2014-cü illər üzrə Azərbaycan
Respublikasında ümumi milli gəlirin adambaşına dinamikası
verilmişdir. Buradan görünür ki, 2012-2014-cü illərdə artım dinamikasının tempi nisbətən zəifləmişdir.
Ümumi milli gəlir adambaşına, manat
7000
2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
Şəkil 3.10. Azərbaycan Respublikasında ümumi milli gəlirin adambaşına dinamikası, manat, 2005-2014-cü illər. (.\RDSK-nin məlumatİarı əsasında hazırlanmışdır.
lıttp://www.azstat.org).
3.8. Azərbaycan iqtisadiyatının inkişafının müasir
xüsusiyyətləri
Azərbaycan iqtisadiyyatının inkişafının müasir xüsusiyyətləri, ilk növbədə qlobal iqtisadi təhlükələrdən və qlobal iqtisadi çağırışlardan ortaya çıxan problemlərin həlli istiqamətində aparılan institu- sional islahatlar, reallaşdırılan strateji tədbirlər və hədəflərlə bilavasitə bağlıdır. Əgər, ölkə iqtisadiyyatının əsas xüsusiyyətlərinə və mexanizmlərinə dünyada mövcud olan iqtisadi inkişaf modelləri ilə müqayisədə baxsaq, birmənalı şəkildə qeyd etmək mümkündür ki, Azərbaycanın hazırkı iqtisadi inkişaf modeli sosialyönlü iqtisadi inkişaf modelindən ibarətdir. Bununla əlaqədar olaraq, dövlət bazar iqtisadiyyatı siyasətini, sahibkarlığı, özəl sektoru inkişaf etdirməklə bərabər, iqtisadi siyasəti tənzimləyir və iqtisadi tarazlığı qorumaq üçün əlavə tədbirlər görür.
70
Azerbaycan iqtisadiyyatı
Azərbaycan iqtisadiyyatının inkişafının müasir xüsusiy-
yətlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
^ Dövlətin iqtisadi siyasəti birmənalı şəkildə sosialyönlü model
ətrafında formalaşıb və dövlətin tənzimləmə iqtisadi mexanzim-
ləri və alətləri kifayət qədər fəaldır;
Milli iqtisadiyyat dünya təsərrüfat sisteminin və iqtisadi proseslərinin
inkişaf təmayüllərindən kənarda qalmır, milli iqtisadiyyat fəal şəkildə
inteqrativ inkişafdadır və onun subyektləri dünya bazarlanna fəal olaraq
çıxmaqdadırlar;
Ölkədə biznes və sahibkarlıq mühiti durmadan inkişaf edir, dövlət bu
sahələrdəki fəaliyyəti kifayət qədər stimullaşdırır və onlann fəaliyyətinə
kənar müdaxilələri azaldır, süni baryerləri aradan qaldırır, əsassız
yoxlamaları dayandırır və özbaşınalığa yol verən məmurları cəzalandırır;
Milli iqtisadiyyatın inkişafının makroiqtisadi problemləri mövcuddur və
hazırda milli iqtisadiyyatın strukturunun diversifıka- siyalaşdırılması,
onun dayanıqlı inkişafının və dinamik artım tempinin təmin edilməsi
tədbirləri görülməkdədir;
Milli iqtisadiyyatın qeyri-neft sektoru sahələrinin və xüsusilə, əlavə
dəyər yaratmaq qabiliyyətinə malik olan iqtisadiyyat sahələrinin əlavə
dəyər zənciri üzrə genişləndirilməsi, yüksək məhsuldarlığa və rəqabət
qabiliyyətinə malik, ixrac təyinatlı müəssisələr şəbəkəsinin yaradılması
prosesləri gedir;
Milli iqtisadiyyatın güclü istehsal bazasının təşkili, bununla əlaqədar
olaraq istehsal strukturunun genişləndirilməsi üçün ölkədə fəal surətdə
yeni iqtisadi mexanizmlər və iqtisadi vasitələr tətbiq edilməkdədir. Bu
məqsədlərlə texnoparklann, sənaye məhəllələrinin, aqroparklann,
həmçinin xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyətlərinin
sürətləndirilməsi prosesləri diqqət çəkir;
Milli iqtisadiyyatın innovasiyayönlü inkişafının zəif təşkili və bununla
əlaqədar problemlər müasir dövrdə milli iqtisadiyyatın inkişafının
modelləşdirilməsinə və onun artım tempinin təmin edilməsinə mane olan
məsələlərdəndir. Bu baxımdan, milli iqtisadiyyatın
innovasiyalaşdınlması problemləri hələlik həll
✓
71
DarsliL SDU - 55
edilməmiş qalmaqdadır və bu sahədə ciddi irəliləyişi gözləmək lazım
gəlir;
Milli iqtisadiyyatın ÜDM-nin struktumun genişləndirilməsi, daha
məhsuldar milli məhsul mənbələrinin formalaşdırılması problemləri
müasir dövrdə diqqət çəkən məsələlərdəndir. Azərbaycanda son illərdə
ÜDM-in artım tempinin təmin edilmə- sindəki çətinliklər birmənalı
şəkildə milli iqtisadiyyatın neftdən asılılığının azaldılması proseslərinin
daha da sürətləndirilməsini tələb edir;
Azərbaycanda mövcud təbii resursalrdan və milli sərvətlərdən
maksimum səmərəli istifadəinin təmin edilməsi problemləri də müasir
iqtisadi inkişaf proseslərində daha çox cərəyən edən xüsusiyyətlərdəndir;
Azərbaycanın kənd təsərrüfatı sahələrinin və aqrar sənaye kompleksinin
hərtərəfli dövlət dəstəyi mexanizmlərinə və stimullaşdıncı tədbirlərinə
baxmayaraq, hələ də bu sahələrdə intensiv inkişafa nail olunmamışdır və
bu sahələrdə inkişafın intensivləşdiriməsi tədbirlərinin yeni
mexanizmləri hazırlanmaqda və tətbiq olunmaqdadır;
Digər bir problem, ölkədə neft və qaz emalı sahələrinin milli iqtisadi
inkişaf maraqlanna adekvatlığının yüksək olmamasıdır və bu
istiqamətlərdə güclü və yeni emal şəbəkəsinin formalaş- dırlması
prosesləri getməkdədir;
Ölkədə ədalətli sosial-iqtisadi siyasət yürüdülməklə bərabər, yaxın
perspektivdə milli iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında
inkişafının strateji aspektləri və iqtisadi baxışlar müəyyənləşdirilmişdir;
Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin gücləndirilməsi, qlobal
iqtisadi çağırışlar və qlobal iqtisadi təhlükələr şəraitində, həmçinin
antiböhran şəraitində onun immunitetinin artıniması, milli iqtisadiyyatın
dayanıqlı inkişafının və sabit artım tempinin təmin edilməsi məqsədilə
hazırda Strateji Yol Xəritəsi çərçivəsində mühüm tədbirlər həyata
keçirilməkdədir və s.
72
Azerbaycan iqtisadiyyatı
Özünüyoxlama sualları:
1.
2.
3.
7.
8.
Rusiya imperiyasının tərkibində Azərbaycan iqtisadiyyatının inkişaf
xüsusiyyətləri.
Azərbaycan Demokratik Respublikasının süqutunun milli iqtisadiyyatın
inkişafına mənfi təsiri.
Keçmiş SSRİ dövründə Azərbaycanda iqtisadi inkişaf proseslərinin
xronologiyası (XX əsrin 20-50-ci illəri).
Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsində Bakı neftinin həlledici
rolu (1941-1945-ci illər).
XX əsrin 50-70-ci illərində Azərbaycanda sosial-iqtisadi inkişafın
vəziyyəti.
Sovet Azərbaycanının sosial-iqtisadi inkişafının sürətləndirilməsində
Heydər Əliyevin tarixi rolu (1970-1985-ci illər). Azərbaycanda
müstəqilliyin bərpasından sonra bazar münasibətlərinə keçid və
iqtisadiyyatın yenidən qurulması prosesləri (18 oktyabr 1991-ci il və
sonrakı dövrlər).
Azərbaycan iqtisadiyatının inkişafının müasir xüsusiyyətləri.
ƏDƏBİYYAT:
1. Abbasbəyli A.N., Yusifzadə S.Z. Azərbaycanın Rusiya tərəfindən işğalı və
beynəlxalq nəticələri. Beynəlxalq münasibətlər tarixi (ən qədim
dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi, Bakı,
2009.
2. Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı, “Elm”,
2008.-696 s.
3. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası.
Azərbaycan Respublikasıı Prezidentinin 2012-cı il 29 dekabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir.
4. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6
dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
73
Dərslik. SDU - 55
5. Azərbaycan iqtisadiyyatı XIX əsrin ortalanndan SSRI-nin dağılmasınadək
olan dövrdə. İqtisadiyyat. Azərbaycan Respublikası Prezdentinin İşlər
İdarəsi. Prezident Kitabxanası, www.files.preslib.az.
6. Babayev Ə.P. Milli iqtisadi inkişaf modelinin nəzəri-metodo-lo- ji tədqiqi.
Azərbaycan. 2011.-23 yanvar.-S.5. http://www.anl.az.
7. Əhmədov M.A., Hüseyn A.S. İqtisadiyyatın dövlət tənzim
lənməsinin əsaslan. Bakı: “İqtisad Universiteti”-2011.-120 s.
8. Əlirzayev Ə.Q. Azərbaycanın sosial-iqtisadi inkişaf problemləri,
konseptual yanaşma, maliyyə-büdcə və sahələrarası proqnoz- laşma
mexanizmləri. Bakı, 2012.-584 s.
9. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015, 185 s.
10. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə,
modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı, “Elm və Təhsil”,
2012-196 s.
11. Əliyev Ş.T.Azərbaycanın kimya və neftkimya komleksinin
qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri. Bakı, “Elm və
Təhsil”, 2012.-156 s.
12. Əliyev Ş.T. Texnoparklar Azərbaycanın sənaye və ixrac potensialını
gücləndirəcək. Azərbaycan. -2015. -12 aprel. -S.9. http://www.anl.az.
13. Əliyev Ş.T. Azərbaycanda strateji yol xəritələrinin gerçəkləş-
dirilməsində ixrac potensialının artıniması yollan // Audit, X® 1, 2017.
-S. 60-66.
14. Əliyev Ü.Q. Milli iqtisadiyyatda quruluş dəyişikliklərinin ümumi daxili
məhsulun strukturu və dinamikasına təsiri. http://www.diskurs.az.
15. Əliyev Ü.Q. Keçid dövrünün milli iqtisadi problemləri. Monoqrafiya.
Bakı: Azəməşr, 2008.-358 s.
16. Həsənov R.T. Müasir Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin
xüsusiyyətləri/ZAzərbaycanın vergi jurnalı, Jfo2, 2012. -S.103-108.
17. Hüseynov T. Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və
praktika. Monoqrafiya. Bakı 2015,460 s.
74
Dərslik, SDU - 55
FƏSIL 4
AZƏRBAYCAN İQTİSADİYYATININ TƏBİİ RESURS
POTENSİALI
4.1. Təbii resurs və milli sərvət anlayışlan.
4.2. Resursların milli iqtisadiyyatın inkişafında rolu .
4.3. Ölkə iqtisadiyyatının inkişafında təbii resurslann və milli sərvətlərin
vacibliyini şərtləndirən amillər.
4.4. Azərbaycanda təbii ehtiyatlar və onlann xüsusiyyətləri.
4.5. Azərbaycanda mineral xammal və əsas neft-qaz ehtiyatlan.
4.6. Azərbaycanda qeyri-neft sənaye sahələrinin mineral-xammal
ehtiyatlan.
4.7. Müasir dördə təbii resurslardan və xammal ehtiyatlarından
səmərəli istifadənin strateji aspektləri.
4.1. Təbii resurs və milli sərvət anlayışları
“Resurs” termininin mənası fransız mənşəli sözdən - “ressource”-dən
formalşmışdır və mənası “köməkçi” vəsait kimi səslənir.
Təbii resurslar dedikdə əsas etiban ilə təbiətdə maddi nemətlərin
istehsalı üçün formalşan və onlardan istifadəsi mümkün olan resurslar nəzərdə
tutulur. Təbii resurslann əsas xüsusiyyətləri onlardan istehsal təyinatı üzrə
istifadə edilməsi ilə fərqlənirlər, başqa sözlə, təbii resurslardan insan əməyinin
və əqlinin tətbiqi vasitəsilə yeni məhsulların, maddi nemətlərin alınması
nəzərdə tutulur.
Təbii resursların əsas mənbələri kimi - torpaq resursları, su mənbələri,
filiz və qeyri-filiz yataqları götürülür. Təbii resurslar onlardan istifadə edilməsi
xüsusiyyətlərinə və təyinatına görə əsasən iki yerə - insanlann yaşaması üçün
vacib olan (istehlak təyinatlı materiallar, enerji resursları, su və hava) və əmək
vasitəsi (istehsalın təşkili məqsədilə tələb olunan resurslar) kimi labüd olan
təbii varlıqlara bölünür.
76
Azar bay can iqtisadiyyatı
Təbii ehtiyatlar anlayışı, ilk növbədə müxtəlif təbiət elementlərinin və
çoxsaylı təbii varlıqlann insanların real həyatlannda, bununla bərabər təsərrüfat
fəaliyyətində vacib və zəruri istifadə etdikləri təbiət komponentləri nəzərədə
tutulur. Öz xüsusiyyətlərindən və təbii xassələrindən, təbii
transfermasiyalanndan asılı olaraq təbii ehtiyatlan iki qrupa ayırmaq
mümkündür: ilk növbədə tükənməyən və daim varlığı ilə insanlar üçün, canlı
həyatın fəaliyyəti, təsərrüfat işlərinin təşkili üçün mühüm olan təbiət
komponentləri günəş və külək, iqlimlər, vulkanlar, nüvə komponentləri,
geotermal elementlər, dəniz və okean cərəyanları və s. nəzərdə tutulur; ikinci
qrup təbii ehtiyatlara isə bütün dünyanın ciddi narahatlığına səbəb olan və daim
be)məlxalq qurumlarda bunlarla əlaqədar müzakirələr apanlan, preventiv
tədbirlərin görülməsi vacib sayılan tükənməkdə olan təbii ethiyatlar başa
düşülür. Bu kateqoriyadan olan təbii ehtiyatlara əsasən bərpa edilməsi
mümkün olmayan bütün növ faydalı qazıntılar və bununla bərabər, bərpa olma
xüsusiyyətlərinə malik digər faydalı qazıntılar - bioloji ehtiyatlar, su enerjisi və
torpaq daxildirlər.
Təbii sərvətlər qrupu. Müxtəlif təsnifləşdirmələri və elmi- metodoloji
yanaşmaları əsas götürsək, təbii ehtiyatlardan və yaxud təbii resurslardan insan
cəmiyyətinin bəhrələnməsi prosesləri və bununla əlaqədar olaraq iqtisadi
sahələrin, təsərrüfat sahələrinin inkişaf etidilməsi baxımından, təbii sərvətlər
qrupuna müxtəlif növ yanacaq, filiz, mineral, meşə, torpaq və su resursları aid
edilir.
Milli sərvət. Milli sərvət və ya bir çox hallarda iqtisadçı alimlərin də
“xalq sərvəti”, “xalqların sərvəti” və s. bu kimi adlan- dırdıqlan bu anlayışın
kökündə istənilən millətin məskunlaşdığı hər hansı bir dövlətin, ölkənin
iqtisadi qüdrəti, potensialı və gücü dayanır. Milli sərvətlər kimi yer üzünün ən
qüdrətli varlığı olan insanın yaratdığı maddi nemətlər, əmtəələr, istehlak
materialları və təbiətin insanlara bəxş etdiyi varlıqlar-ehtiyatlar başa düşülür.
Milli sərvətlər məcmusu - özündə milli iqtisadiyyatın fəaliyyəti ilə
bağlı onun ehtiyatında və fəaliyyət dövriyyəsində olan kapital, pul vəsaitləri,
valyuta ehtiyatlan, qiymətli kağızlar, qiymətli metallar, digər fövqəladə hallar
üçün nəzərdə tutulmuş ehtiyatlar.
77
Darslik, SDU - 55
həmçinin təbiətdən qaynaqlanan çox mühüm milli sərvət komponentləri -
torpaq və su ehtiyatlan, qiymətli faydalı qazıntılar, meşələr və s. birləşdirir.
4.2. Resursların milli iqtisadiyyatın inkişafında rolu
Dünya iqtisadi inkişaf prosesləri sürətləndikcə və müasir tex-
nologiyalann tətbiqi genişləndikcə resurslardan istifadənin modelləşdirilməsi
aktuallığı ilə xeyli fərqlənir. Belə ki, dünyada resurslann yerləşməsi və yaxud
onlann bölüşdürülməsi kifayət qədər qeyri- proporsionaldır və resurslardan
istifadə üçün əksər ölkələr yeni mənbələr axtanşmdadırlar.
Son onilliklərdə qlobal iqtisadi təhlükələrin artdığı bir şəraitdə milli
iqtisadiyyatlann davamlı və dayanıqlı inkişaf problemləri kifayət qədər
artmışdır. Milli iqtisadiyyatın artım templəri əksər ölkələrdə xeyli zəifləmiş və
yeni artım mənbələrinin formalaşdırılması, inkişaf etdirilməsi üçün əlavə təbii
və iqtisadi resurslar tələb olunur. Belə ki, milli iqtisadiyyatın inkişafının
manevrləşdirilməsi və dövrün iqtisadi çağınşlanna uyğun olaraq
modelləşdirilməsi problemləri kəskinləşməkdədir. Hər bir ölkə və dövlət
özünün milli iqtisadiyyatının inkişafının əsas təmayüllərini müəyyənləşdirmək
və onun mexanizmlərini işləyib hazırlamaq probleminin öhdəsindən gəlmək
üçün, ilk növbədə təbii resurs və milli sərvətlərin potensialından çıxış etməklə
strateji hədəflər müəyyənləşdirir.
Milli iqtisadiyyatın formalaşdırılması, inkişafmm modelləşdirilməsi,
onun çoxşaxəliliyinin təmin olunması üçün külli miqdarda resurslann
formalaşdıniması və dövriyyəyə cəlb edilməsi lazım gəlir. Bu baxımdan, milli
iqtisadiyyatın inkişafında resurs amili mühüm əhəmiyyət kəsb edir və bu cür
yanaşma aşağıdakı amillərlə izah olunur:
- Milli iqtisadiyyatın inkişafmm optimal fəaliyyət istiqamətlərini
formalaşdırmaq üçün ölkənin mineral-xammal bazasının adek- vatlığı
vacib şərtlərdəndir;
78
Azerbaycan iqtisadiyyatı
- Karbohidrogen və digər qiymətli mineral xammal bazasının olduğu
təqdirdə milli iqtisadiyyatın səmərəliliyinin artırılmasına və məhsuldar
əlavə dəyər yaradan emal müəssisələrinin formalaş- dırılmasına güclü
potensial yaranır;
- Milli iqtisadiyyatın yeni inkişaf hədəflərinin və strateji məq-səd- lərinin
müəyyənləşdirilməsində resurs təminatı probleminin optimal həll edilməsi
xeyli vacibdir;
- Təbii resurs və sərvətlərin bolluğu milli iqtisadiyyatın dünya inteqrasiya
proseslərində, beynəlxalq və transmilli layihələrdə fəal iştirakına əlavə
stimullar verir;
- Resurs təminatının optimallığı milli iqtisadiyyatın rəqabət-
qabiliyyətlilyinin gücləndirilməsi üçün ciddi şərtlərdəndir və milli
iqtisadiyyatın məhsuldar sektorlarının formalaşdırılma-sma və inkişafına
əlverişli şərait yaradır;
- Milli iqtisadiyyatın resurslarla fasiləsiz və səmərəli təmin edilməsi, milli
iqtisadiyyatın yeni artım mənbələrinin təşkilinə və dinamik inkişafının
təminatına münbit imkanlar formalaşdınr;
- Qlobal təsirin gücləndiyi şəraitdə, milli iqtisadiyyatın qlobal təhlükələrə
immunitetinin yüksəldilməsində resurs təminatının adekvatlığı həlledici
amil kimi baxıla bilər və s.
Milli iqtisadiyyatın resurs təminatı - dedikdə, faktiki olaraq ölkədə
mövcud olan təbii resurslann həcmi ilə bu resurslardan istifadə ölçüləri
arasında qalan nisbət nəzərdə tutulur. Təbii resurslann milli iqtisadiyyatın
inkişafını təmin edə biləcək ölçülərinin sayında, yəni mineral-xammal
resurslan ehtiyatlannm ölkədə adambaşına düşən hesabı ilə ifadə edilir. Bütün
dünyada resurs təminatı göstəricisi ölkənin zənginlik və yoxsulluğuna təsir
göstərən mühüm indikatorlar kimi qəbul olunmuşdur. Belə ki, milli
iqtisadiyyatın inkişaf modelinin formalaşması və əsas fəaliyyət sahələrinin
səmərəli təşkili birbaşa olaraq resurs potensialından və resurs təminatından
asılıdır.
79
Dərslik. SDU - 55
4.3. Ölkə iqtisadiyyatının inkişafında təbii resursların və milli
sərvətlərin vacibliyini şərtləndirən amillər
Hər bir ölkənin iqtisadiyyatının formalaşması və təşkili prosesləri onun
resurs təminatından və milli sərvətlərinin adekvatlı- ğmdan bilavasitə asılıdır.
Ölkə iqtisadiyyatının inkişafında təbiətdən istifadə, yəni təbii resurslardan,
yeraltı və yerüstü milli sərvətlərdən istifadənin səmərəli təşkili vacib
şərtlərdəndir. Bundan əlavə, ölkə iqtisadiyyatının balanslı inkişafının təmin
edilməsi üçün milli sərvətlərdən istifadənin səmərəli modelləşdirilməsi, bu
sərvətlərdən qənaətlə istifadə olunması amili də kifayət qədər aktualdır.
Ümumilikdə, ölkə iqtisadiyyatının inkişafında təbii resursların və milli
sərvətlərin olmasını şərtləndirən əsas amillər aşağıdakılardan ibarətdir:
- Ölkə iqtisadiyyatı resurs təminatı olmadan davamlı və dayanıqlı iqtisadi
inkişaf modelini formalaşdırmaq iqtidarında deyildir;
- Ölkə iqtisadiyyatının strukturunun genişləndirilməsi və yeni istehsal
sahələrinin yaradılması üçün daha məhsuldar və çoxsaxəli resurs
mənbələri daim tələb olunandır;
- İqtisadiyyatın səmərəli və çoxşaxəli olması üçün geniş emal şəbəkələrinin
və əlavə dəyər yaradan iqtisadiyyat sahələrinin təşkili vacib şərtlərdəndir.
Bunlar isə öz növbəsində müxtəlif çeşiddə xammal və materiallar,
resurslar tələb edir;
- Ölkə iqtisadiyyatının özünüinkişafetmə xüsusiyyətlərindən maksimum
məhsuldar istifadə olunmasında təbii resurslann və milli sərvətlərin
müxtəlif mənbələrinin və perspektivli ehtiyatlarının, yataqlannm olması
mühüm əhəmiyyət kəsb edir;
- Zəruri qədər milli sərvətlərə və təbii resurslara malik olan ölkə iqtisadiyyatı
regionda və beynəlxalq iqtisadi arenada digər ölkələrlə müqayisədə nisbi
üstünlük təşkil edir;
- Ölkədə milli sərvətlərin və təbii resursların bolluğu yeni texno- logiyalann
işlənməsi, hazırlanması və tətbiqi üçün əlavə stimullar yaradır;
80
Azərbaycan iqtisadiyyatı
- Zəngin milli sərvətlərə malik ölkənin iqtisadi inkişaf modellərinin yeni
mexanizmlərlə təkmilləşdirilməsi proseslərinin reallaşdırıl- masma daha
çox imkan vardır;
- Milli sərvətlər və təbii resurslar ölkə iqtisadiyyatının rəqabət-
qabiliyyətliliyinin yüksəldilməsi üçün güclü zəmin yaradır və s.
4.4. Azərbaycanın təbii ehtiyatları və onların xüsusiyyətləri
Azərbaycan təbii ehtiyatların əksər komponentlərinə və elementlərinə
malik olan nadir ölkələrdən biri hesab olunur. Təbiət Azərbaycana kifayət
qədər təbii ehtiyatlar, resursalar, təbii varlıqlar, müxtəlif xüsusiyyətlərə malik
iqlim ehtiyatları, meşə və su ehtiyatları, bioloji varlıqlar bəxş etmişdir.
Azərbaycan təbii ehtiyatlan və təbii sərvətləri ilə öz əhalisinin firavan həyatını
təmin etmək potensialına malik ölkə hesab olunur.
Ölkəmizdəki təbii ehtiyatların müxtəlif növləri və onların
xüsusiyyətləri diqqət çəkir:
1) Mineral xammal, yanacaq və karbohidrogen ehtiyatları.
2) Faydalı filiz ehtiyatları.
3) Faydalı qeyri-fıliz ehtiyatlan.
4) Torpaq ehtiyatları.
5) Meşə ehtiyatları.
6) Bioloji ehtiyatlar.
7) Su ehtiyatları.
8) Qoruqlar və yasaqlıqlar.
9) Kurort-rekreasiya ehtiyatları və s.
Mineral xammal, yanacaq və karbohidrogen ehtiyatlarına dair irəlidə
ayrıca baxacağıq.
4.4.1. Faydalı filiz ehtiyatları. Azərbaycanda filiz formasında
çıxarılan onlarla faydalı qazıntılar güclü ehtiyat bazasına və sənaye
əhəmiyyətinə malikdirlər. Ölkəmizin dağlıq regionlannda və dağlıq
ərazilərində bu tip yataqlar mövcuddur. Əsasən aluminium, dəmir,
81
Darslik. SDU - 55
kobalt, mis, qızıl, seolit və s. yataqlar daha çox diqqət çəkir. Dəmir filizləri
üzrə ölkəmizdə sənaye əhəmiyyətli üç güclü yataq vardır və bunlann hamısı
Daşkəsən rayonu ərazisində yerləşir. Məlumdur ki, uzun illər ərzində bu dəmir
yataqlarının bazasında filizsaflaşdırma istiqamətində sənaye - mədən
müəssisələri fəaliyyət göstərmiş və keçmiş SSRİ-nin mərkəzdən planına uyğun
olaraq, 15 Respublikadan biri olan Gürcüstanın Rustavi şəhərində yerləşən iri
metallurgiya kombinatının tələbatına uyğun olaraq bu müəssisəyə dəmir
konsen- trantı göndərilmişdir. Ümumilikdə Daşkəsən ərazisindəki dəmir
ehtiyatlanmn sənaye əhəmiyyətli həcmi 250 mln. tondan çoxdur və bu göstərici
ilə Daşkəsən dəmir filizi yatağı özünün təsdiqlənmiş ehtiyatları əsasında bu
sahədə dünyada ilk yeri tutan Çindən sonra möhkəmlənmişdir. Bundan əlavə.
Daşkəsən filiz rayonunda sənaye sahələrinin genişləndirilməsi baxımından
yüksək potensiala malik kobalt filiz yataqlan vardır. Ölkəmizin ərazisində mis
filizləri yataq- lan da güclü sənaye əhəmiyyətinə malikdir və əsasən Gədəbəy
rayonu ərazisində yerləşmişdir. Aluminium istehsalı üçün mühüm əhəmiyyət
kəsb edən alunit filiz yataqlan Zəylikdə (Daşkəsən rayonu) yerləşir və bu yataq
öz ehtiyatlanmn səviyyəsinə görə Avropanın ən güclü alunit filizi yatağıdır.
Qızıl yataqları Azərbaycan ərazisində əsasən Kiçik Qafqazın ətəklərində
(Gədəbəy, Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən və s.) yerləşmişdir.
4.4.2. Faydalı qeyri-filiz ehtiyatlan, Azərbaycanda milli
iqtisadiyyatın əlavə dəyər yaradan emal sahələrinin təşkilində faydalı
qeyri-filizlərin mühüm əhəmiyyəti vardır. Qeyd edək ki, ölkəmizdə bu tip
qeyri-filiz ehtiyatları üzrə yataqlann sayı 300-dən çoxdur. Təkcə sənaye
əhəmiyətli təbaşirin ehtiyatlan 70 mln. ton həcmində qiymətləndirilir. Bentonit
gillərinin ehtiyatlan bu sahənin bazasında sənayenin inkişafı üçün kifayət
qədər güclü potensiala malikdir və ölkəmizdəki mövcud yataqlarda bentonit
gillərinin sənaye ehtiyatı 85 mln. tona yaxındır. Ümumiyyətlə əsas qeyri-filiz
mənşəli ehtiyatlar sırasında gips, bentonit gilləri, daş-duz, tikinti materialları
və s. yataqları daha çox sənaye əhəmiyyətinə malikdir
82
Azerbaycan iqtisadiyyatı
lər. Daş-duz ehtiyatlan əsasən Nehrəm, Düzdağ və Pusyan (Naxçıvan MR)
yataqlarında, bentonit gilləri yataqlan Qobustan, Goranboy, Şəki və Qazax
rayonlarında, gips yataqları Yuxarı Ağcakənd və Mənəş (Goranboy)
kəndlərində, sement yataqlan Qaradağ və Qazax, Ağstafa rayonlan ərazilərində
yerləşmişlər. Daş Salahlı (Qazax rayonu) bentonit gilləri yatağı ölkəmizdə ən
iri yataq kimi tanmır. Məlumdur ki, Azərbaycanda mişar daşı ehtiyatları geniş
yayılmışdır və ölkəmizdə mişar daşı yataqlannm ümumilikdə 300 mln. tona
yaxın sənaye ehtiyatlan məlumdur. Ən iri və perspektivli mişar daşı yataqlan
kimi Güzdək, Qaradağ, Şaxbulaq, Daş Salahlı, Zəyəm və s. daha çox diqqət
çəkirlər.
4,4.3. Torpaq ehtiyatlan. Azərbaycanda ta qədimdən bu yana
torpağa bağlılıq, torpağa sevgi və torpağa nəvaziş ənənələri güclü olmuşdur.
Torpaq insanların yaşaması və fəaliyyəti üçün əvəzedilməz təbii varlıq və təbii
ehtiyatdır. Azərbaycanın müxtəlif ərazilərində dünyada mövcud olan
yüzlərlərə torpaq adlan və növlərindən 82-i məlumdur. Ümumilikdə isə
Azərbaycanda mövcud olan torpaq sahələrinin həcmi 8641,5 min ha-dır.
Ölkəmizin torpaq sahələri istifadə və təyinatından asılı olaraq 7 kateqoriyaya
aynimışdır. Daha çox yayılan və geniş ərazini tutan torpaq kateqoriyası kimi -
kənd təsərrüfatı üçün uyğun gələn yararlı torpaqlardır. Belə ki, bu
kateqoriyadan olan torpaqlann sahəsi 4745,6 min ha-dır. Digər bir mühüm
torpaq kateqoriyası kimi əkin və biçinçilik üçün kifayət qədər əlverişli olan
şumluq torpaqlardır və bu kateqoriya üzrə torpaqlann sahəsi 1835,7 min ha-dır.
Ölkəmizdə he5rvandarhğın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən
otlaqlar və biçənəklərin ümumi sahəsi 2682,9 min ha-dır. Nəhayət, nadir
xüsusiyyətlərinə və əhəmiyyətinə görə qorunan ərazilərin, başqa sözlə qorunan
torpaqlann ümumi sahəsi 193,7 min ha-dır.
Şəkil 4.1-də Azərbaycanda faktiki torpaq sahələrinin 2012- 2016-cı
illərin əvvəlinə olan göstəriciləri öz əksini tapmışdır.
83
Dərslik. SDU - 55
A/orbaycanda torpaq sahəsi, ilin əvvəlinə, min ha
10000
9000
8000
8660 8660 8660 8660 8660
2455.4
2012 2013 2014 2015 2016
I Cəmi torpaqlar, o cümlədən
I Meşə torpaqları I digər
torpaqlar
I Kənd təsərrüfatına yararlı toqraqlar
I Su altında qalan torpaqlar
Şəkil 4.1. A/ərbaycanda faktiki torpaq sahələri, 2012-2016-cı illərin əvvəlinə, min ha
(Azərbaycan rəqəmlərdə, 2017, Bakı- 2017.- 286 s.- nin əsasında müəllif tərəfindən
hazırlanmışdır).
Şəkil 4.2-də isə Azərbaycanda faktiki toıpaq sahələrinin 2016-cı
ilin əvvəlinə olan bölgüsü verilmişdir. Azərbaycanda torpaq sahəsi, 2016-cı ilin əvvəlinə,
%-lə
digər toqıaqlar
28%
Su altında qalan
torpaqlar
5%
Kənd
təsərrüfatına
yararlı torpaqlar
55%
Meşə torpaqları 12%
Şəkil 4.2. Azərbaycanda faktiki torpaq sahələri, 2016-cı ilin əvvəlinə, %-lə (Azərbaycan
rəqəmlərdə, 2017, Bakı- 2017.- 286 s.- nin əsasında müəllif tərəfindən hazırlanmışdır).
84
Azerbaycan iqtisadiyyatı
4.4.4. Meşə ehtiyatları. Azərbaycan ərazisi dünyanın digər
ölkələrinin əraziləri ilə müqayisədə xeyli zəif olaraq meşələrlə örtülmüşdür və
cəmisi ölkə ərazisinin 11,8 %-i meşələrdən ibarətdir. Eyni zamanda, ölkəmizdə
mövcud meşə ehtiyatları sənaye fəaliyyəti baxımından zəif potensiala malikdir.
Bununla belə, əksəriyyəti dağlıq ərazilərdə yerləşən meşə örtükləri ölkəmiz
üçün mühüm əhəmiyyət kəsb edir (torpaq və su ehtiyatlarının qorunmasında,
sanitariya baxımından və həmçinin rekreasiya nöqteyi-nəzərindən meşələrin
rolu böyükdür).
Azərbaycanda meşə örtüklərinin 49 %-i Böyük Qafqaz regionundakı
meşə massivlərindən, 34 %-i Kiçik Qafqaz regionu, 15 %-i Talış zonası,
həmçinin 2 %-i Aran ərazilərində yerləşən meşə örtüklərindən ibarətdir.
Azərbaycanın meşələrində 450 növ ağac və köllara rast gəlmək mümkündür və
ölkənin meşə ehtiyatlarının əsas hissəsi enliyarpaqlı cinslərə məxsus ağac və
kollarla zəngindir. İynəyarpaqlı meşə massivləri içərisində 400 hektar ərazini
əhatə edən və dünyaca məhşur olan Eldar şamı meşə örtüklərini xüsusilə qeyd
etmək mümkündür. Azərbaycanın meşə örtüklərinin 11 %-dən çoxu yeni
salınmış və cavan meşə massivlərindən ibarətdir. Ölkə ərazisindəki meşə
ehtiyatlarının örtülü sahələrində fıstıq - 31,68 %, vələs - 26,01 %, palıd - 23,4
%, qovaq - 3,58 % və s. təşkil edir. Azərbaycanın meşə massivlərində 300-dən
artıq dərman bitkilərinə rast gəlmək mümkündür. 2016-cı ilin yanvarın 1-nə
olan məlumata görə Azərbaycanda 1040,3 min hektar meşə sahəsi vardır, onun
1036,3 min hektarı meşə ilə örtülmüşdür. Ölkə meşələrində ümumi ağac
ehtiyatı 153,4 mln. kub m. səviyyəsində qiymətləndirilir.
Azərbaycanda meşə ehtiyatlarının qorunması, meşə münasibətlərinin
tənzimlənməsi, ekoloji və ehtiyat potensialın balanslaşdı- rılması məqsədilə
Azərbaycan Respublikasının Meşə Məcəlləsi qüvvədədir. Bu məcəllə
Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixili ölkə Qanunu ilə
təsdiqlənmişdir.
4.4.5. Bioloji ehtiyatlar. Azərbaycan özünün bioloji müxtəlifliyinə
görə digər dünya ölkələri ilə müqayisədə spesifik xüsusiyyətlərə malikdir. Belə
ki, Azərbaycan faunası ümumilikdə 18 min canlı varlıqlardan təşkil
olunmuşdur. Bu canlılar dünyada məlum
85
Dərslik, SDV - SS
olan məməlilərin 97 növünə məxsusdur. “Qırmızı kitab”a düşən bir çox nadir
heyvanlardan, məsələn bəbir, zolaqlı kaftar, 3 növ yarasalar, 4 növ dımaqlılar,
7 növ yırtıcılar, həmçinin ceyran, vaşaq və s. ölkəmizin bioloji faunasında yer
almışlar. Bundan əlavə, “Qırmızı kitab”a düşmüş bir çox nadir quşlar, o
cümlədən ağ quyruq qartal, çöl qartalı, sultan toyuğu, qu quşu turac, talış
qırqovulu, və s. ölkəmizin bioloji aləmində yer almışlar. Azərbaycanda
dünyada məlum olan həşəratlann 25 minə yaxın növü mövcuddur,
Azərbaycanın florasında 4200 bitki növü yer almışdır, bunlarla yanaşı
Azərbaycanda 500-ə yaxın mamır növləri, 460 ağac və kol növləri vardır. Ölkə
üzrə bioloji müxtəlifliyin qorunması, bitki və heyvanlann, həmçinin
mikrorqanizmlərin, nadir ağaclann, quşlann mühafizəsinin təmin edilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2001-ci il tarixli
Sərəncamı ilə daimi fəaliyyət göstərən “Bioloji müxtəlifliyin genetik ehtiyatlan
üzrə Dövlət Komissiyası” təşkil olunmuşdur.
Azərbaycamn əsas bioloji varlıqlan və sərvəti Xəzər Dənizində
cəmlənmişdir. Bu dənizdə bioloji varlıqlann və canlılann 1809 növünün və
qruplannm mövcudluğu məlumdur. Xəzər dənizində bitkilərin 733 növü vardır
və bunlann çox cüzi bir hissəsi-cəmisi beş növü çiçəklənən bitkilərdən
ibarətdir, yerdə qalaları isə bu dənizdə geniş yayılmış yosunlardan ibarətdir.
Xəzər dənizinin ən mühüm və qiymətli bioloji varlıqlanndan biri də balıqlardır.
Burada 101 növ müxtəlif balıq növlərinə rast gəlmək mümkündür. Əsas balıq
növləri kimi-siyənək, karp, kütüm, nərəkimilər, kefal, kilkə daha geniş
yayılmlışdır. Dünyada hasil olunan nərə balıqlarının 90 %-i Xəzər dənizində
hasil edilir. Azərbaycan Prezidentinin 16 dekabr 2014-cü il tarixli Sərəncamı
ilə “Xəzər dənizinin su bioloji resurslannm mühafizəsi və səmərəli istifadəsi
haqqında” Saziş təsdiq edilmişdir. Bu Saziş 5 ölkə arasında - Azərbaycan, İran,
Qazaxıstan, Rusiya və Türkmənistan arasında 4 noyabr 2003-cü il tarixində
Tehran şəhərində (İran) imzalanmışdır. Sazişə əsasən bu ölkələr tərəfindən
birgə əməkdaşlıq çərçivəsində Xəzər dənizinin bioloji ehtiyatlarının
mühafizəsinin gücləndirilməsi və bioloji resurslardan səmərəli istifadə
olunması nəzərdə tutulmuşdur.
86
Azerbaycan iqtisadiyyatı
4,4.6. Su ehtiyatları. Su ehtiyatlarının etibarlı mənbələrinin olması
hər bir ölkənin əvəzsiz neməti və təbiətin bu ölkəyə bəxş etdiyi təbii varlığı
kimi dəyərləndirilir. Su həyatdır, insanların yaşaması üçün mütləqdir, eyni
zamanda su iqtisadi - təsərrüfat münasibətlərinin təşkilində əsas
komponentlərdən və resurslardan biridir. Hər bir ölkə özünün yeraltı və yerüstü
su ehtiyatlannm ən xırda və zəif mənbəyinə belə böyük diqqətlə yanaşmalı, bu
ehtiyatlan qorumalı və su mənbələrinin korlanmasına gətirib çıxaracaq hal-
lann qarşısını almalıdır. Xüsusilə içməli su ehtiyatlanna ən yüksək diqqət
göstərilməli və bu mənbələrin çirklənməsinə yol verilməməlidir. Sudan
qənaətlə istifadə edilməsi də prioritet meyarlar sırasında olmalıdır. Qeyd etmək
lazımdır ki, Azərbaycanda içməli su ehtiyatlan və içməyə yararlı su mənbələri
o qədər də güclü deyildir. Ölkə əhalisinin şirin suya olan tələbatının ödənilməsi
üçün istifadə olunan ehtiyatlann 70 %-dən çoxu digər ölkələrin ərazilərindəki
su ehtiyatı mənbələrində formalaşır.
Ümumilikdə, ölkəmizin yerüstü su ehtiyatlarının həcmi 27 kub km.
səviyyəsindədir, amma ölkədə quraqlıq səviyyəsi yüksək olduğu illərdə bu
göstərici azalaraq 20-21 kub km. səviyyəsinə qədər düşür. Azərbaycanın
yerüstü su ehtiyatlanm çaylar, göllər, su anbarları və buzlaqlar formalaşdırır.
Ölkəmizin ərazisində 8359 çay vardır və bunlardan az bir hissəsinin - cəmisi
171 çayın su ehtiyatı potensialı böyükdür və həmin çaylann uzunluğu 25 km. -
dən yüksəkdir. Yerdə qalan çaylar isə nisbətən qısa uzunluğa malik və azsulu
çaylar hesab olunur. Azərbaycanın ən əhəmiyyətli və böyük çayları bunlardır:
Kür, Araz, Tərtər. Kür çayının sutoplayıcı sahəsi 188 min km^-dir və bunun 58
mini ölkəmizin ərazisinə aiddir. Araz çayımn sutoplayıcı sahəsi 102 min
km^-dir təşkil edir və bunun yalnız 18 %-i, başqa sözlə 18,7 min km^
Azərbaycana aiddir. Bundan əlavə, Kür çayı üzərində iri su anbarları istismara
verilmişdir (Mingəçevir su anbarı - tutumu 16 mlrd, m^; Şəmkir su anbarı -
tutumu 2,6 mlrd, m^). Araz çayı üzərində tikilmiş Araz su anbannın tutumu 16
mlrd, m^-dir. Təəssüf ki, hazırda mənfur ermənilərin işğal etdikləri ərazidə
qalan Sərsəng su anbarının (Tərtər çayı) ümumi tutumu 0,5 mlrd, m^- dir.
Ölkəmizdəki göllərin sayı isə 450-ə yaxındır və yay aylarında
87
DarstiL SDU - 55
bu göllərdən 200-ü demək olar ki, tamamilə quruyur. Göllərdə Azərbaycanın
su ehtiyatının 3 %-dən bir az çox hissəsi cəmlənmişdir. Ölkəmizin su
ehtiyatları üçün az əhəmiyyət kəsb etməyən buzlaqlar yer səviyyəsindən
təxminən 3600-4000 metr hündürlükdə olan yüksəkliklərdə yerləşirlər. Bu
ərazilər əsas etibarı ilə Böyük Qafqaz dağlarına aiddir (Baş Suayrıcı və Yan
Silsilə yüksəklikləri). Bazardüzü yüksəkliyində olan buzlaqlar da diqqət çəkir.
Ümumilikdə, buzlaqların su ehtiyatı ilə zəngin sahəsi yeddi kubkilometrə
qədərdir. Yeraltı su ehtiyatlarının illik istismar ehtiyatı 9 mlrd, m^-ə çatır.
Azərbaycanda mühüm yeraltı su mənbələri və ehtiyatları Naxçıvan,
Gəncə-Qazax, Samur-Dəvəçi, Mil-Qarabağ, Şəki-Zaqatala, Cəbrayıl dağətəyi
düzənlik ərazilərində cəmlənmişdir. Ölkəmizdə olan yeraltı su ehtiyatlarının
60 %-i Samur-Dəvəçi, Şəki-Zaqatala və Gəncə- Qazax dağətəyi ərazilərində
toplanmışdır. Ölkəmizdə il ərzində orta hesabla
12 mlrd, m*^ su istifadə edilir, bunun 70 %-ə qədəri kənd təsərrüfatına, 25 %-ə
kimi sənaye sahəlirinə, 5 %-i isə əsasən fərdi təsərrüfatların və içməli suya olan
tələbatın yerinə yetirilməsinə yönəldilir. Ölkəmizdə su ehtiyatlarının
qorunması və xüsusi ilə dövlət əhəmiyyətli su anbarlarının mühafizəsinin
səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikası Prezdentinin 22 noyabr
20ll-ci il tarixli Fərmanı ilə Fövqalədə Hallar Nazriliyinin Su Ehtiyatları
Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq olunmuşdur.
4,4.7. Qoruqlar və yasaqlıqlar. Dövlət təbiət qoruqları, yasaqlıqlar
və milli parkların mühafizə edilməsi, onların üzərində nəzarət
mexanizmlərinin təşkil olunması, bu ərazilərdə yaşayan canlıların və təbii
varlıqların qorunması mühüm məsələlərdir. Bu baxımdan ölkəmizdə
qoruqların və yasaqlıqlann, həmçinin milli parkların etibarlı mühafizəsinə və
yüksək səviyyədə saxlanılmasına ciddi önəm verilir. Azərbaycanda
ümumilikdə qoruqların sayı 13-dür, bundan əlavə 16 yasaqlıq və 4 milli park
fəaliyyət göstərir. Bütün bunlar birlikdə ölkə ərazisinin 5,3 %-ni təşkil edir.
Ölkədə sahəsinə görə ən iri qoruq “Qızılağac” qoruğudur və onun
sahəsi 88 min ha-dır. Bu qoruq 1929-cu ildə Xəzər dənizinin
88
Azerbaycan iqtisadiyyatı
Lənkəran rayonu ərazisindəki cənub - qərb sahillərində təşkil edilmişdir,
Qoruqda 248 növdə müxtəlif quşlara rast gəlmək mümkündür və onlardan
20-si “Qırmızı kitab”a daxil olmuşdur. Qoruğun su hövzəsində balıqların 54
növü məskunlaşmışdır (kütüm, siyənək, kefal və digərləri). Bu qoruqda
canavar, porsuq, tülkü və çöl donuzlanna da rast gəlinir.
Zaqatala “Dövlət Təbiət Qoruğ”u 1929-cu ildə təşkil edilib və ərazisi
23,8 min ha-dır. Bu qoruqda bir sıra qiymətli ağac növləri - fıstıq, palıd, vələs,
şabalıd və s. geniş yayılmışdır. Daha çox rast gəlinən heyvanlardan maral,
porsuq, vaşak, cüyür, dağ kəli, ayı və s. göstərmək olar. Qoruqda keçilməz
dərələr və hündürlüyü 20 metrdən yuxan 10-a yaxın şəlalələr, 17-ə yaxın
sulfatlı - mineral bulaq mənbələri vardır.
“Göygöl” təbiət qoruğu isə Azərbaycanda yaradılan ilk qoruq- dur və
1925-ci ildə təşkil olunmuşdur. İndiki Göygöl rayonu ərazisində yerləşən bu
füsünkar təbiət qoruğunun ərazisinin xeyli hissəsi meşəliklərlə örtülmüşdür və
bu ərazidə 3 göl vardır (Göygöl, Maral və Zəli gölləri). Göygəl qoruğunda 76
növdə ağaclar və 420 növdə isə bitkilər vardır. Qiymətli ağac növlərindən -
fıstıq, palıd və vələs, bitkilərdən - itburnu, quş armudu, heyvanlardan - cüyür,
maral və qonur ayı, quşlardan - dağ kəkliyi və qara quzğun və s, daha çox
məşhurdur.
1958-ci ildə yaradılmış və 22,5 min ha sahəyə malik olan “Türyançay”
qoruğu (Şəki rayonu) əsas etibarı ilə arit meşələrinin bərpası və qorunması
funksiyasını yerinə yetirir.
1968-ci ildə təşkil edilmiş “Pirqulu” (Şamaxı rayonu) qoruğunun
sahəsi 4,3 min ha-dır və əsas funksiyası dağ-meşə landşaftını qorumaq, eyni
zamanda yeni meşə massivlərinin salınması ilə bağlıdır.
“Şirvan” dövlət qoruğu 1969-cu ildə yaradılmışdır və ərazisi 6,2 min
ha-dır. Bu qoruqda əsasən ceyranların və s. fauna növlərinin bərpa edilməsi,
onların mühafizəsinin təşkili tədbirləri həyata keçirilir.
89
Darslik, SDU - 55
“Qarayazı” (Ağstafa rayonu) qoruğunun ərazisi 9,6 min ha-dır və
1978-ci ildə təşkil edilmişdir. Qoruğun prioritet fiınksiyalan sırasında Kür çayı
boyunca mövcud tuqay meşələrinin mühafizəsi və artınimasıdır. Bu qoruqda
əsas ağac növləri kimi - palıd, ağyarpaq, qovaq, qızılağac, ağ akasiya, sahil
boyunca digər ağaclardan - iydə, söyüd, quşlardan - qaratoyuq, qırqovul,
alabaxta, heyvanlardan - tülkü, porsuq, qunduz, dovşan, çaqqal, suda və quruda
yaşayan digər canlılardan - müxtəlif ilanlar, kərtənkələlər, bataqlıq tısbağaları
və qurbağalar daha geniş yayılmışdır.
Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonu ərazisində
1974-cü ildə yaradılmış “Bəsitçay” qoruğunun sahəsi 107 ha- dır və bu
qoruqda yaşı 2-3 min il olan təbii şərq çinarlarının qorunması nəzərdə
tutulmuşdu, ancaq hazırda bu çinarlann talehi xain ermənilərin əlindədir.
“İsmayıllı” qoruğu 1981-ci ildə təşkil edilmiş və ümumi sahəsi 5,8 min
ha-ya yaxındır. Bu qoruqda əsasən fıstıq, palıd, vələs ağadan, vaşaq və boz ayı,
cüyür və marallar, qartal, qırğı və s. daha çox yayılmışdır.
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalan digər bir qoruq -
“Qaragöl” qoruğu (Laçın rayonu) 1987-ci ildə yaradılmışdır və ərazisi 240
ha-dan ibarətdir. Bu qoruğun əsas funksiyası dağ- çəmən landşaftını qorumaqla
bağlıdır.
“İlisu” qoruğu (Qax rayonu) 17,4 min ha-ya yaxın ərazini tutur və
1987-ci ildə təşkil olunmuşdur. Bu qoruqda 500 növ bitkilər vardır və bunların
içərisində nadir, həmçinin nəsli kəsilmək təhlükəsi yüksək olan bitkilər də
vardır. “İlisu” qoruğunda maral və cüyürlər, canavar və tülkülər, dələ, porsuq,
dovşanlar geniş yayılmışdır. “Şahbuz” qoruğu 2003-cü ildə təşkil edilmiş və
ümumi sahəsi 3,1 min ha-dan çoxdur. Bu qoruqda çoxlu növdə dərman bitkiləri
və palıd ağacları qorunur. Qoruğun ərazisində 50 növ sürünənlər yaşayırlar
(tıspağalar, ilanlar və kərtənkələlər). Ağac növlərindən - əsasən palıd və ardıc
daha geniş yayılmışdır.
“Eldar şamı” (Samux rayonu) dövlət təbiət qoruğunun ərazisi 392
ha-dan ibarətdir və 2004-cü ildə yaradılmışdır. Bu qoruğun əsas
90
Azerbaycan iqtisadiyyatı
funksiyası nadir Eldar şamının və ardıc ağaclarının mühafizəsinin təmin
edilməsidir (bu şamların hündürlüyü 2-6 metr, yaşı isə 100-120 ildir).
2007- ci ildə təşkil edilmiş “Palçıq vulkanları qrupu” qoruğu Bakı və
Abşeron yarımadasında mövcud olan 52 palçıq vulkanlarının mühafizəsi üçün
nəzərdə tutulmuşdur.
2008- ci ildə Goranboy rayonunda yaradılmış “Korçay” qoruğu nadir
və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması funksiyasını yerinə
yetirir (ceyran, turac quşu və s.)
4.4,8. İqlim və kurort-rekreasiya ehtiyatlaru Azərbaycan iqlim
ehtiyatları baxımından zəngin ölkələr sırasına aid oluna bilər. Belə ki,
Azərbaycanda yer kürəsində mövcud olan 11 iqlim tipindən 8-i müşahidə
olunur. Bununla belə, ölkəmizdə dünyada mövcud olan 13 iqlim qurşağından
yalnız 2-si mövcuddur. Bunlardan birincisi - subtropik iqlim qurşağı
Azərbaycanın ərazisinin 65 %-də mövcuddur, ikinci iqlim qurşağı olan -
mülayim isə 35 % ərazini tutur. Azərbaycanda iqlim ehtiyatının və iqlimin
formalaşdmlmasma ölkənin mövcud coğrafi xüsusiyyətləri ilə yanaşı. Xəzər
dənizi kifayət qədər ciddi təsir edir. İqlim ehtiyatlannm mahiyyəti və
əhəmiyyəti, ilk növbədə iqlim ehtiyatını özündə birləşdirən komponentlərin
maddi və eneıji xüsusiyyətləri ilə birbaşa bağlıdır. Belə ki, iqtisadiyyatın
müxtəlif sahələrində, sosial-iqtisadi həyatın praktiki proseslərində, həmçinin
kənd təsərrüfatının fəaliyyəti üçün tələb olunan iqlim ehtiyatlannm, yəni
onların maddi və enerji vermək xüsusiyyətləri başa düşülür. Məlumdur ki,
əkinçiliyə və biçinçiliyə, kənd təsərrüfatı məhsullannm yetişdirilməsinə eyni
əhəmiyyətdə yağış lazımdırsa, günəş də lazımdır. Bu baxımdan günəş
radiasiyasının təsir imkanları və ya atmosfer yağmtılanmn, yəni yağışlann
iqtisadi-praktiki əhəmiyyəti böyükdür. Ölkəmizin bəzi zonalannda isə iqlim
ehtiyat- lan-təbii müalicəvi baxımdan kifayət qədər əhəmiyyətlidir. Məsələn,
Naxçıvanda müalicəvi duz mağaraları, mineral sular, Lənkəran- Astara
ərazilərindəki zəngin kükürdlü mədən sulan, yüksək müalicəvi xüsusiyyətlərə
malik Qalaaltı və Naftalan kurortlan, günəşlə zəngin Abşeron çimərlikləri və
Nabran-Yalama meşə-dəniz
91
Dsrslik. SDU - 55
kompleksi təbii müalicə və rekreasiya baxımından xeyli faydalıdırlar. Xəzər
dənizinin günəşli və qumlu sahilləri insan istirahəti və müalicəsi baxımından
kifayət qədər faydalıdır. Bu dənizin sahillərində güclü turizm-rekreasiya və
kurort-rekreasiya ehtiyatları formalaşmışdır. Amma, təəssüf ki, bu
ehtiyatlardan hələ də tam səmərəli olaraq istifadə olunmur. Azərbaycanın qərb
rayonlarında da turizm-rekreasiya imkanları və ehtiyatları böyükdür. Son
illərdə bu rayonlarda həmin imkanlardan istifadə edilməsi prosesləri nisbətən
intensivləşmişdir (Qəbələ, İsmayıllı, Qax, Oğuz və s.). Təəssüf ki, ölkəmizin
güclü rekreasiya müalicə əhəmiyyətli ərazilərinin əhəmiyyətli bir hissəsi
Ermənistan tərəfindən işğal olunmuşdur (Kəlbəcər, Laçın rayonlarmdakı
turşsu mənbələri, Şuşa və s.).
4.5. Azərbaycanda mineral xammal və əsas
neft-qaz ehtiyatları
Mineral xammal, yanacaq və karbohidrogen ehtiyatları hər bir ölkənin
qiymətli milli sərvətləri hesab olunur. Bu ehtiyatlara ilk növbədə neft, təbii
qaz, daş-kömür, yanar şistlər və torf, hidroeneıji mənbələri, günəş, külək və
digər alternativ enerji mənbələri aid edilir. Yanacaq - enerji resurslarından
maksmimum səmərəli istifadə olunması ölkə və ölkənin milli iqtisadiyyatı
üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycanda əsas mineral xammallar və yanacaq ehtiyatları Xəzər
dənizinin milli sektorunda cəmlənmişdir. Abşeron yarımadasının Bakı və
Abşeron arxipelaqlannda neft ehtiyatlannm Xəzər dənizindəki həcmi 3,5-5
mlrd, ton həcmində qiymətləndirilir. Təbii qaz ehtiyatlarının həcmi isə 2,7 trln.
m^ səviyyəsindədir. Azərbaycanda neft və qaz ehtiyatları Xəzər dənizi və
Abşeron yarımadası ilə bitmir. Ölkənin müxtəlif yerlərində neft yataqları və
neft ehtiyatları mövcuddur (Şirvan, Qobustan, Siyəzən rayonları və s.).
Bunlarla belə, əsas neft və qaz ehtiyatları Xəzər dənizi şelfı ilə bağlıdır və
hazırda qüvvədə olan iri neft-qaz lahiyələri də burada həyata keçirilir.
Ümumilikdə, Azərbaycanda artıq kifayət qədər
92
Azerbaycan iqtisadiyyatı
Öyrənilmiş, kəşfiyyat işləri başa çatdırılmış və istismar proseslərinə verilmiş
71 neft və qaz yataqları vardır. Ölkədə mövcud 71 neft və qaz yataqlarından
28-i Xəzər dənizində yerləşmişdir, 43 yataq isə quru ərazilərdədir. İqtisadi
səmərəliliyi və məhsuldarlığı nəzərə alınmaqla bu yataqlardan cəmisi 54-ü
istismar edilir.
Ümimilikdə, Xəzər dənizində olan karbohidrogen ehtiyatlarının həcmi
2 mlrd, ton neft və 1,8 trln. m^ təbii qazdan ibarətdir. Amma, bu dəqiq və son
məlumatlar deyildir. Belə ki, müxtəlif institutlann və nüfuzlu proqnozlar verən
təşkilatların ehtimallarına görə, Xəzər dənzinin Azərbaycana aid milli
sektorunda neft ehtiyatları 3 mlrd, ton həcmindədir. Ümumi təsdiq edilmiş
ehtiyatlar, proqnozlar və ehtimallar nəzərə alınmaqla Azərbaycanda neft
ehtiyatları 4 mlrd, ton və təbii qaz ehtiyatlan isə 7 trln. m^ həcmində
qiymətləndirilir. Ehtiyatları məlum olan əsas təbii qaz yataqları içərisində
“Şahdəniz” yatağı ən iri təbii qaz yatağı hesab olunur və onun ehtiyatları 1,2
trln. m^ həcmindədir. Digər iri yataqlar kimi “Ümid” və “Abşeron”, “Darvin
Bankası”, “Babək”, “Araz-Alov- Şərq”, “Naxçıvan”, “Asiman-Şəfəq” və
“Zəfər-Məşəl” daha çox diqqət çəkirlər. Məsələn, “Ümid” təbii qaz yatağının
ehtiyatları-200 mlrd, m^, “Darvin Bankası” yatağının ehtiyatları-400 mlrd, m^
və “Abşeron” yatağının təbii qaz ehiyatları isə 350 mlrd, m^ həcmində
qiymətləndirilir. Ölkəmizin neft və təbii qaz ehtiyatlarının həcminin daha da
dəqiqləşdirilməsi üzrə ciddi işlər aparılır və bu istiqamətdə yaxın perspektivdə
daha dəqiq proqnozların hazırlanması gözlənilir. Belə ki, bir qrup beynəlxalq
və regional qurumlar və təşkilatlar geosiyasi və geoiqtisadi maraqlarına uyğun
olaraq Azərbaycanın neft və qaz ehtiyatları barəsində maksimum obyektiv
məlumatlar və proqnozlar verməkdə maraqlı deyillər. Ölkə ərazisində digər
yanar faydalı qazıntılar - yanacaq enerji resursları mövcuddur və bunlar əsasən
şist və torflardan ibarətdir. Amma, ölkəmizdə əsasən neft və qaz
ehtiyatlarından istifadəyə üstünlük verilir. Neft və qaz ehtiyatları mühüm
sənaye əhəmiyyətinə malik olduqlarından və çox dəyərli karbohidrogen
resursları kimi ölkəmizin əsas yanacaq-enerji resursları hesab olunur.
93
Dərslik. SDU - 55
4.6. Azərbaycanda qeyri-neft sənaye sahələrinin mineral-xammal
ehtiyatları
Müasir dövrdə ölkəmizin iqtisadi inkişaf proseslərində qeyri- neft
sənaye sahələrinin inkişafının modelləşdirilməsində mineral yanacaq resursları
- neft-qaz ehtiyatları ilə yanaşı digər təyinatlı mineral-xammal ehtiyaları da
kifayət qədər tələb olunandır və zəruridir. Azərbaycanda bu baxımdan bir sıra
qeyri-neft sənaye sahələrinin və milli iqtisadiyyat sektorlannm inkişafının
genişlən-dirilməsi və modelləşdirilməsi üçün mineral xammal ehtiyatlan
mövcuddur.
Metallurgiya sənayesi üçün xammal ehtiyatları. Qara və əlvan
metallurgiya sənaye sahələrinin inkişaf etdirilməsi üçün ölkəmizdə bu sahənin
mineral - xammal bazasının güclü olması diqqət çəkir. Təkcə Qazax
rayonundakı bentonit gil ehtiyatları 100 mln. tondur və bu xammalın qara
metallurgiyanın inkişafında böyük əhəmiyyəti vardır. Bundan əlavə, qara
metallurgiyanın inkişaf etdirilməsi üçün vacib olan flyüs-əhəng ehtiyatlannm
sənaye əhəmiyyətli həcmi 50 mln. tondan çoxdur və bu yataqlar Daşkəsən
rayonu ərazisində yerləşir. Naxçıvanın Nehrəm yatağında 14 mln. ton
miqdarında sənaye əhəmiyyətinə malik dolomit ehtiyaları məlumdur və bu
xammaldan qara metallurgiyanın inkişafında daha çox istifadə olunur. Əlvan
metallurgiya sənayesinin əsas məhsullarından olan aluminium istehsalının
təşkili üçün Daşkəsəndə güclü alunit yataqlarının olması barəsində əvvəldə
bildirmişdik. Kiçik Qafqazın şimal-şərqində yerləşən filiz yataqlannda
misporfır filiz ehtiyatlannm hesabına mis porosu və misin istehsalı üzrə
əhəmiyyətli ehtiyatlar mövcuddur.
Kimya və neftkimya sənayesi sektorunun mineral-xammal bazası.
Karbohidrogen ehtiyatlan və neft-qaz xammallarının emalı ilə yanaşı, kimya və
neftkimya sənayesinin inkişaf etdirilməsi üçün ölkəmizdə digər mənşəli
mineral xammal ehtiyatlan da mövcuddur. Belə ki, Azərbaycanda yodla zəngin
mədən suları və ehtiyatları vardır və bunların bazasında yod istehsalının inkişaf
etdirilməsi mümkündür. Ölkəmizdə uzun illər bu sahədə intensiv fəaliyyət
94
Azerbaycan iqtisadiyyatı
olmuşdur və iki iri zavod istismara verilmişdir. Ancaq hazırda yalnız
Neftçalada yod istehsalı üzrə müəssisə fəaliyyət göstərir. Naxçıvanda və işğal
altında qalmış Zəngilan ərazisində kalsiumlanmış soda istehsalının təşkili üçün
mühüm xammal ehtiyatlan vardır. Belə ki, Nehrəm yatağında sənaye
əhəmiyyətli baş duz ehtiyatı 730 mln. ton və Zəngilan yatağında kimyəvi əhəng
ehtiyatlan 130 mln. ton həcmində qiymətləndirilir. Bundan əlavə,
Azərbaycanda seolit yataqlan mövcuddur və ondan neftkimya proseslərini
apanimasında katalizator kimi, həmçinin digər məqsədlər üçün, məsələn, suyun
və neftin təmizlənməsində, o cümlədən yuyucu məhsullanmn istehsalında
geniş istifadə imkanlanna malikdir (Aydağ seolit yatağı və s.).
Tikinti sektoru və tikinti materialları sənayesinin xammal resursları.
Son onilliklərdə Azərbaycanda tikinti sektorunun inten- sivləşdirilməsi
prosesləri getmişdir. Bu ölkədəki “tikinti bumu” ilə izah oluna bilər. İri
layihələr, geniş infrastruktur şəbəkəsinin yaradılması, yeni yaşayış
massivlərinin salınması və s. tikinti işlərinin intensivləşməsi böyük çeşiddə və
yüksək keyfiyyətdə tikinti materialları tələb edir. Bu baxımdan, Azərbaycanda
tikinti materialları sənayesinin inkişaf etdirilməsi üçün xammal ehtiyatlarından
səmərəli istifadənin aktuallığı xeyli yüksəkdir. Müstəqilliyin bərpasından
sonra, xüsusilə son 10-20 il ərzində iki böyük və müasir sement zavodlarının
tikilməsi, çoxlu sayda inşaat materialları müəssisələrinin yaradılması buna
misaldır. Ölkəmizdə tikinti mate- riallan sənayesinin inkişafı üçün sənaye
əhəmiyyəti 240-dan çox müxtəlif növ qeyri-fıliz xammalları və tikinti
materiallan yataqları vardır. Bu yataqların və ehtiyatlann hesabına müxtəlif
çeşiddə və iri həcmdə sement, əhəng, gips, təbaşir, gil, üzlük materiallan, mişar
daşlan, mərmər, keramit və döşəmələr, kərpic və s. istehsal sahələrinin təşkili
və genişləndirilməsi potensialı mövcuddur.
95
Dərslik. SDU - 55
4.7. Müasir dövrdə təbii resurslardan və xammal
ehtiyatlarından səmərəli istifadənin strateji aspektləri
Müasir dövrdə təbii resurslardan və xammal ehtiyatlanndan səmərəli və
qənaətlə istifadə olunması dövlətin strateji vəzifələrindən biri kimi kifayət
qədər aktualdır. Milli iqtisadiyyatın məh-sul- dar fəaliyyətinin təşkili və
istehsal sahələrinin genişləndirilməsində, səmərəli emal müəssisələri
şəbəkələrinin yaradılmasında təbii resurslar və xammal ehtiyatlarının rolu
böyükdür. Ölkədə bununla əlaqədar olaraq, mükəmməl dövlət iqtisadiyyatı
mexanizmləri formalaşdırılmalı və inkişaf etdirilməlidir.
Qlobal iqtisadi təhlükələrin artdığı bir şəraitdə, Azərbaycanda
təbii resurslardan və xammal ehtiyatlarından səmərəli istifadənin strateji
aspektləri bunlardır:
- təbii resurslardan və xammal ehtiyatlarından səmərəli istifadənin milli
konsepsiyası, inkişaf strategiyası və dövlət proqramlarının işlənib
hazırlanması və reallaşdın İması məsələləri strateji səviyyədə baxılmalıdır;
- təbii resurslardan və xammal ehtiyatlanndan istifadənin optimal
qanunvericilik bazasının formalaşdırılması, zəruri normativ hüquqi
aktların qəbul edilməsi, bu ehtiyatlardan istifadə üzrə standartların
hazırlanması tədbirləri müasir dövrün iqtisadi çağı- rışlanna adekvat
aparılmalıdır;
- təbii resurslardan və xammal ehtiyatlarından istifadənin
sertifikatlaşdırılması və lisenziyalaşdırılması, qənaət rejiminin
tənzimlənməsi tədbirlərinin görülməsi kompleks və sistemli həyata
keçirilməlidir;
- təbii resurslardan və xammal ehtiyatlarından istifadəyə görə inzibati və
mülki məsuliyyətin müəyyənləşdirilməsi, cərimələrin tətbiq olunması və
digər tədbirlərin səmərəliliyi maksimum artırılmalıdır;
- təbii resurslardan və xammal ehtiyatlanndan milli iqtisadiyyatın davamlı və
dayanıqlı inkişafı məqsədilə səmərəli və məhsuldar
96
Azerbaycan iqtisadiyyatı
İstifadə edilməsi üçün yüksək texnologiyalann və innovasiya
fıınksiyalannm tətbiq edilməsi gecikdirilmədən həll olunmalıdır;
- təbii resursların və xammal ehtiyatlannm qorunması və istifadəsinə milli
iqtisadi maraqlarla bərabər, cəmiyyətin və ictimaiyyətin münasibətinin
balanslaşdırılması siyasəti təmin olunmalıdır;
- Strateji yol xəritəsinin reallaşdırılması ilə əlaqədər olaraq təbii resurslardan
və xammal ehtiyatlarından istifadənin praktiki mexanizmlərinin tətbiqi
zamanı, ilk növbədə ölkə əhalisinin maddi rifahının və həyat səviyyəsinin
yüksəldilməsi strateji səviyyədə baxılmalıdır və s.
Özünüyoxlama sualları:
1. Təbii resurs və milli sərvət anlayışları.
2. Resurslann milli iqtisadiyyatın inkişafında rolu.
3. Ölkə iqtisadiyyatının inkişafında təbii resurslann və milli sərvətlərin
vacibliyini şərtləndirən amillər.
4. Azərbaycanın təbii ehtiyatları və onlann xüsusiyyətləri.
5. Faydalı filiz ehtiyatları.
6. Faydalı qeyri-fıliz ehtiyatları.
7. Torpaq ehtiyatları.
8. Meşə ehtiyatlan.
9. Bioloji ehtiyatlar.
10. Su ehtiyatları.
11. Qoruqlar və yasaqlıqlar.
12. İqlim və kurort-rekreasiya ehtiyatlan.
13. Azərbaycanda mineral xammal və əsas neft-qaz ehtiyatları.
14. Azərbaycanda qeyri-neft sənaye sahələrinin mineral-xammal ehtiyatlan.
15. Müasir dövrdə təbii resurslardan və xammal ehtiyatlarından səmərəli
istifadənin strateji aspektləri.
97
Dərslik. SDU - 55
ƏDƏBİYYAT:
1. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun rəsmi saytı,
http://www.igaz.az
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi
saytı, http://eco.gov.az.
3. Azərbaycanın təbii ehtiyatlan, http://kayzen.az.
4. Azərbaycanın təbii sərvətləri, http://azecology.az/az/elaqe.
5. Azərbaycanın təbii resurslan. http://azerbaijan.az.
6. Azərbaycanın faydalı qazıntıları. Azərbaycan Coğrafiya Cəmiyyəti,
http://www.gsaz.az.
7. Azərbaycan Respublikasının meşələri http://www.eco.gov.az.
8. Azərbaycan rəqəmlərdə, 2017, Bakı- 2017.- 286 s.
9. Azərbaycan Respublikasının Meşə Məcəlləsi. 30 dekabr 1997- ci il tarixli
^2424 -IQ nömrəli “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq
edilmişdir.
10. Azərbaycanın çaylan, gölləri və su anbarlan. Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, http://eco.gov.az.
11. Azərbaycanda qoruq və yasaqlıqlar, http://kayzen.az.
12. Azərbaycan ərazisinin bitki örtüyü, http://www.azerbaycanli.org.
13. Azərbaycan təbiəti haqqmda ümumi məlumat, http://azerbaijan.az.
14. Azərbaycanın florası, http://kayzen.az.
15. Azərbayacn Respublikası Fövqalədə Hallar Nazirliyinin Su Ehtiyatları
Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezdentinin Fərmanı. Bakı şəhəri, 22 noyabr
2011-ci il, JV9525.
16. Babazadə V.M. Azərbaycanın mineral-xammal resursları. Bakı, 2005.-
808 s.
17. Bioloji müxtəlifliyin genetik ehtiyatlan üzrə Dövlət Komissiyasının
yaradılması haqqmda Azərbaycan Rsepublikası Prezdentinin Sərəncamı.
Bakı şəhəri, 21 dekabr 2001-ci il, >f2848.
18. Cəfərova R.M. Təbiətdən istifadənin iqtisadiyyatı. Dərs vəsaiti.
Bakı-2014.-286 s.
19. Milli sərvət və onun artınlması yolları, http://kayzen.az.
98
Azerbaycan iqtisadiyyatı
20
21.
22
24.
25.
Dövlət təbiət qoruqları. Azərbaycan Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, http://eco.gov.az.
Əkbərov M. Mineral ehtiyatlar və resurslardan səmərəli isitfadə
traktatı//“Yer və insan” jurnalı, J^94,2015. http://az.strategiya.az.
Əyyubov Ə.S., Hacıyev Q.Ə., Azərbaycan Respublikasının
iqlim ehtiyatlan, Bakı-1984.
23. Hacızadə E.M. Dünya iqtisadiyyatı. Resurs potensialı. Təbii-
resurs potensialının təsnifatı. Resurslar və ehtiyatlar.
Azərbaycan Dövlət İqtisadi Universiteti. Bakı, 2011.-31 s.
http://elshenhajizadeh.com.
Həsənov Ə. Xəzər hövzəsi və Cənubi Qafqazın eneıji resurslan və
Avropanm eneıji təhlükəsizliyində iştirakı, http://az.strategiya.az.
“Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli
istifadəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan
Respublikasının Qanunu. Bakı şəhəri, 16 dekabr 2014-cü il,
X2İ124.- IVQ.
26. İsmayılov R. Azərbaycanın dağ-mədən sənayesinin inkişaf
perspektivləri, http://www.anl.az.
27. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan.
Bakı, “Elm”.-2006.
28. Mikayılova A. Dövlət təbiət qoruqlan milli sərvətimizdir.
http://simsar.az.
29. Mövsümova İ. Ehtiyatlar zamanını gözləyir. Region plus.
http://az.regionplus.az.
30. Mustafayev N.V. Faydalı qazıntılar, http://www.gia.az .
31. Nadirov A., Muradov Ş., Ələsgərov A., Nuriyev Ə., Hüseynov T.
Azərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003 -344 s.
Su ehtiyatları. AR Meliorasiya və su təsərrüfatı ASC.
http://mst.gov.az.
Su ehtiyatlan. Azərsu ASC. http://www.azersu.az.
34. Şükürov A. Mineral-xammal resursları sektoru dünya iqtisadiy-
yatında baş verən dəyişikliklərin mərkəzində durur.
http://az.strategiya.az/old/?m=xeber&id= 13955.
35. Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı
şəhəri, 13 fevral 1998-cı il.
36. Statistical Rewiew of World Energy, 2015.
32.
33.
99
Dərslik, SDV - 55
FƏSIL 5
AZƏRBAYCANDA DEMOQRAFİK İNKİŞAF PROSESLƏRİ
VƏ MƏŞĞULLUQ PROBLEMLƏRİ
5.1. Demoqrafik inkişaf və dövlətin demoqrafik siyasəti.
5.2. Azərbaycanda demoqrafik siyasətin xüsusiyyətləri.
5.3. Azərbaycanda əhalinin artım dinamikası və yerləşməsi.
5.4. Azərbaycanda əhalinin təkrar istehsal göstəriciləri (doğum,
ölüm və təbii artım).
5.5. Azərbaycanda nikah və boşanmalar.
5.6. Azərbaycanda miqrasiya.
5.7. Azərbaycanda əmək ehtiyatları, əmək qabiliyyətli əhali və əmək
siyasəti.
5.8. Azərbaycanda məşğulluq səviyyəsi və strateji fəaliyyət
istiqamətləri.
5.1. Demoqrafik inkişaf və dövlətin demoqrafik siyasəti
Demoqrafik inkişaf və dövlətin demoqrafik siyasətinin optimal təşkili
hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayan amillərdən hesab olunur.
Bu problemin dövlət tərəfindən sistemli və kompleks olaraq tənzimlənməsi,
ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətlərindən çıxış etməklə, demoqarfık
siyasət mexanizmlərinin hazırlanması vacib şərtlərdəndir.
Demoqrafik inkişaf və demoqrafik siyasət mexanizmləri özündə
əsas etibarı ilə aşağıdakıları birləşdirir:
- ilk növbədə, ölkə əhalisi haqqında, onun sayı, yerləşməsi və digər
göstəriciləri haqqında müfəssəl məlumatlar olmalı və obyektiv
şəkildə statistik göstəricilər sistemi formalaşdırılmalıdır;
100
Azerbaycan iqtisadiyyatı
- əhalinin sayı və tərkibi, inzibati-ərazilər üzrə bölgüsü, cins üzrə
bölgülərin apanlması, əhalinin yaş qrupları üzrə xüsusi çəkisi və s.
göstəricilər dəqiq olaraq apanlmalı və bunlarla əlaqədər bütün
mühüm cəhətlər, xüsusiyyətlər, tendensiyalar, proqnozlar nəzərə
alınmalıdır;
- ölkədə ailə institutu və ailə ənənələri ilə bağlı milli mental
xüsusiyyətlər, nikah və boşanmalann dinamikası, nikahın və
boşanmalann artması və azalması ilə bağlı tenden- siyalann
öyrənilməsi, proqnozların hazırlanması, dövlət əhəmiyyətli
tədbirlərin təşkili həyata keçirilməlidir;
- əhalinin artımı və əhalinin təkrar istehsalı, doğum, ölüm və təbii
artım tendensiyalan, statistik göstəriciləri və proq- nozlan əsasında
ölkədə sosial-iqtisadi inkişafın modelləşdirilməsi, səhiyyə və təhsil
sisteminin infrastrukturunun və imkanlarının tənzimlənməsi,
xüsusilə məktəbəqədər uşaq baxçalarının və uşaq evlərinin
tikintisinin planlaşdıniması, orta məktəb infrastrukturunun
yaradılması məsələləri kompleks olaraq baxılmalıdır;
- əhalinin sağlamlığının ən yüksək səviyyədə qorunması və səhiyyə
sisteminin modernləşdirilməsi tədbirləri ölkə əhalisinin uzun
ömürlük göstəriciləri ilə, ölümün səviyyəsi və s. amillərlə qarşılıqlı
konteksdə baxılmalı və uzun dövrü əhatə edən tədbirlər
müəyyənləşdirilməli, ardıcıl olaraq həyata keçirilməlidir;
- təqaüdçülərin sosial təminatının və sağlamlığının qorunması
tədbirləri sistemli təşkil olunmalı, bunlarla əlaqədər sosial
infrastrukturun formalaşdırılması proqnozlaşdırılmalı və
reallaşdıniması təmin edilməlidir.
Dövlətin demoqrafik inkişaf və demoqrafik siyasətlə bağlı
mexanzimləri və yanaşmalan bütün hallarda milli maraqlar, cəmiyyətin
inkişafının təmin edilməsi, cəmiyyət və milli iqtisadiyyatın
101
Dərslik. SDU-55
qarşılıqlı inkişaf prioritetliyinin qorunması, milli dəyərlər, mental
xüsusiyyətlər, ənənələr qorunmaqla baxılması təmin edilməlidir.
5.2. Azərbaycanda demoqrafik siyasətin xüsusiyyətləri
Azərbaycanda demoqrafik siyasətin formalaşdırılması və milli
maraqlara, milli dəyərlərə adekvat olaraq inkişaf etdirilməsi prosesləri yalnız
müstəqilliyin bərpasından sonra mümkün olmuşdur. Ümummilli liderimiz
Heydər Əliyevin tarixi səyləri nəticəsində ölkəmizdə demoqrafik siyasətin
milli dəyərlər qorunmaqla əsası qoyulmuşdur. Ölkə əhalisinin həyat
səviyyəsinin və məişət şəraitinin yüksəldilməsi, demoqrafik vəziyyətin milli
maraqlar çərçivəsində tənzimlənməsi və sabitləşdirilməsi, ailə institutunun
inkişaf etdirilməsi, milli dəyərlərin qorunması bu proseslərdə təməl prinsiplər
kimi baxılmışdır.
Azərbaycanda demoqrafik siyasətin formalaşdırılması və inkişafı
məsələləri əsas etibarı ilə ölkə Prezidentinin 9 dekabr tarixli 1999-cu il
Sərəncamına əsasən təsdiq olunmuş “Azərbaycan Respublikasının
Demoqrafik İnkişaf Konsepsiyası” əsasında tənzimlənir.
Cəmiyyətin və iqtisadiyyatın qarşılıqlı vəhdətdə, narazılıq
doğurmadan tarazlı və davamlı inkişafı üçün Azərbaycanda demoqrafik
siyasətin müasir modeli formalaşdırılmışdır və bunun əsasında əsasən
aşağıdakı xüsusiyyətlər yer almışdır:
- Azərbaycanda demoqrafik siyasətin əsasında ölkə əhalisinin rifahı və onun
həyat şəraitinin yaxşılaşdırılması dayanır;
- Ölkəmizdə demoqrafik siyasət ilk növbədə insan amilini və ailə
institutunun vacibliyini dəyərləndirir;
- Gənclərin milli ruhda tərbiyə alması, sağlam həyat keçirməsi, möhkəm
təməllər üzərində ailə qurması və cəmiyyətin inkişafında öz yerlərini
tutması demoqrafik siyasətin əsas məqsədlərindən və vəzifələrindəndir;
102
Azerbaycan iqtisadiyyatı
Əhalinin kəmiyyət və keyfiyyətcə formalaşması, əhalinin təkrar istehsal
proseslərinin tənzimlənməsi və ölkə əhalisinin artımına imkan verən
tədbirlərin görülməsi demoqrafik siyasətdə geniş yer almışdır;
Ölkə əhalisinin sağlamlığının qorunması, səhiyyə müəssisələrinin
şəbəkəsinin genişləndirilməsi, tibbi xidmətlərin səviyyəsinin
yüksəldilməsi, əhali arasında ölüm səviyyəsinin azaldılması və
uzunömürlüyün artırılması Azərbaycanın demoqrafik siyasətində prioritet
istiqamətlərdəndir;
Mühüm məsələlərdən və problemlərdən biri də nikahın stimul-
laşdırılması və boşanmalann sayının azaldılmasıdır;
Ölkənin demoqrafik siyasətnin əhəmiyyətli istiqamətlərindən biri kimi -
miqrasiya proseslərinin tənzimlənməsi və bu istiqamətdə optimal dövlət
demoqrafik siyasətinin formalaşdınimasıdır. Azərbaycanda demoqrafik
vəziyyətin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərin nəticəsində
ölkədən gedənlərin sayı minimum səviyyəyə düşmüşdür. Əksinə
ölkəmizə daimi yaşamağa gələnlərin sayı artmaqdadır və bu sırada
Azərbaycan üçün ənənəvi olmayan ölkələrdən də gələnlərin olması
müşahidə edilir; Azərbaycanda dövlətin sosial-iqtisadi sahədə əsas və
strateji iqtisadi siyasət mexanizmlərinin hazırlanmasında və tətbiqində
demoqrafik siyasətin balanslaşdıniması, sosial ədalətin qorunması,
yoxsulluğun azaldılması, məşğulluğun gücləndirilməsi, bu sahədəki digər
prioritet vəzifələrin nəzərə alınması, bunlarla əlaqədər müvafiq dövlət
proqramlarının, konsepsiyaların, strate- giyalann və tədbirlər
proqramlarının hazırlanması və həyata keçirilməsi ardıcıl şəkildə apanlır
və dövlətin iqtisadi-demoqrafik siyasətində ən yüksək səviyyədə
nəzarətdə saxlanılır.
103
Darslik. SDU - 55
5.3. Azərbaycanda əhalinin artım
dinamikası və yerləşməsi
Azərbaycanda demoqrafik siyasətin son onilliklərdə nisbətən
optimallaşdırıması və milli maraqlar çərçivəsində demoqrafik inkişafın təmin
edilməsi ölkədə əhalinin təbii artımına müsbət təsir göstərmişdir. Ölkəmiz
müharibə şəraitini və mənfur Ermənistanın işğalçılıq siyasətindən yaranmış
vəziyyəti obyektiv qiymət-lən- dirməyə nail olmuş, ölkə əhalisinin dinamik
artımı və onun həyat şəraitinin yüksəldilməsi prosesləri dövlətin əsas strateji
məqsədlərindən və vəzifələrindən hesab olunur.
Şəkil 5.1.-də Azərbaycanda ölkə əhalisinin sayının dəyişməsinin
dinamikası verilmişdir.
Şəkil 5.1. Azərbaycan Respublikası əhalisinin sayının dəyişməsi, min nəfər, 1897-
2017-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəflndən hazırlanmışdır.
http://www.azstat.org).
104
A zar hay can iqtisadiyyatı
Göründüyü kimi, müstəqilliyin bərpasından sonra yenicə formalaşmış demoqrafik siyasətin nəticəsində ölkə əhalisinin artımı təmin edilmişdir və 1990-2017-ci illər ərzində ölkə əhalisinin sayı 2678,1 min nəfər və yaxud 27,3 % artmışdır. 2017-ci ilin əvvəlinə Azərbaycanda əhalinin ümumi sayı 9,8 mln. nəfər təşkil etmişdir.
Şəkil 5.2.-də 2012-2017-ci illər ərzində Azərbaycanda şəhər və kənd yerlərində yaşayan əhalinin bölgüsü verilmişdir.
Azerbaycanda şəhər və kənd yerlərində yaşayan əhalinin sayı,
min nəfər, ilin əvvəlinə (2012-2017)
5400
5200
5000
4800
4600
5152,4 TIW -----------------------------------5045 4 -------- auziuə --------- ----- ----------- --------------
^ ■ ■ 1... i.^
I Şəhər yerlərində yaşayan əhali sayı I
Kənd yerlərində yaşayan əhali sayı
Şəkil 5.2. Azərbaycan Respublikasında şəhər və kənd yerlərində yaşayan əhalinin sayı, min nəfər, ilin əvvəlinə, 2012-2017-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av>vw.azstat.org).
2012-ci ildə Azərbaycanda ümumi əhalinin 4,9 mln. nəfəri şəhər yerlərində, 4,3 mln. nəfəri isə kənd yerlərində yaşamışdır. Bu göstərici 2015-ci ildə müvafiq olaraq 5,1 mln. nəfər və 4,5 mln. nəfər, 2017-ci ilin əvvəlinə isə 5,2 mln. və 4,6 mln. nəfər olmuşdur (bax: şəkil 5.2). Göründüyü kimi, son illərdə şəhər və kənd yerlərində yaşayan əhalinin artımı proporsional olaraq baş vermişdir. Son 5 il ərzində bu proporsiya demək olar ki, eyni səviyyədə olmuşdur, əgər şəhər yerlərində yaşayan əhali 2012-ci ildə 52,9 % olmuşdursa, bu göstərici 2017-ci ilin əvvəlinə 53 %, kənd yerlərində isə müvafiq olaraq 47,1 % və 47 % təşkil etmişdir. Bütün bunlar müasir dövrdə aparılan demoqrafik siyasətin, sosial-iqtisadi problemlərin həlli üzrə dövlətin sistemli və ardıcıl şəkildə gördüyü tədbirlərin təzahürüdür.
105
Dorslik. SDU - 55
Şəkil 5.3.-də Azərbaycan Respublikasında hər 1000 kişiyə düşən qadınların sayı üzrə göstəricilər verilmişdir.
Azerbaycanda her 1000 kişiyə düşən qadınların sayı (1926-2017)
1200
1926 1939 1960 1970 1980 1990 2000 2005 2010 2016 2017
Şəkil 5.3. .-Vzorbaycan Respublikasında hər 1000 kişiyə düşən qadınların sayı, 1926-2017-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən ba/ırlatımışdır. http:/Avww.azstat.or}>).
1960-cı İldə hər 1000 kişiyə düşən qadınların sayı ölkəmizdə 1100 nəfər olmuşdursa, bu göstərici 1970-ci ildə - 1061, 1980-ci ildə - 1051, 1990-cıildə- 1048, 2000-ci ildə - 1046, 2010-cuildə- 1019, 2016-cı ildə - 1007 və nəhayət 2017-ci ilin əvvəlinə 1006 nəfər təşkil etmişdir. Göründüyü kimi ildən ilə hər 1000 kişiyə düşən qadınların sayı azalmaqdadır və bu amil nəzərə alınmaqla uzunmüddətli proq- nozlaşdırılma, həmçinin stimullaşdırıcı, digər sosial-iqtisadi məzmunlu tədbirlərin görülməsi vacib şərtlərdəndir.
Şəkil 5.4.-də 1926-2017-ci illər üzrə Azərbaycanda əhalinin ümumi sayına nisbətən kişilər və qadınların faiz nisbətində müqayisəsi verilmişdir.
.Azərbaycanda əhalinin ümumi sayına nisbətən kişilər və
qadınlar, %-lə (1926-2017)
■ Kişilər ■Qadınlar
52,4 52,4
50,8
1926 1939 1960 1970 1980 1990 2000 2005 2010 2016 2017
Şəkil 5.4. Azərbaycanda əhalinin ümumi sayına nisbətən kişilər və qadınlar, %-lə, İ926-2017-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.azstat.org).
106
A zsrhaycan iqtisadiyyatı
Əgər 1926-cı ildə Azərbaycanda kişilərin sayı ümumi əhaliyə
nisbətdə 52,4 % və qadınların sayı 47,6 % olmuşdursa, bu göstərici
1960-cı ildə müvafiq olaraq 47,6 % və 52,4 %, 1980-ci ildə - 48,8 % və
51,2 %, 1990-cı ildə - yenə də - 48,8 % və 51,2 %, 2000-ci ildə
49,5 % və 50,5 % və nəhayət 2017-ci ilin əvvəlinə - 49,9 % və 50,1 %
olmuşdur (bax: şək 5.4).
Şəkil 5.5.-də Azərbaycanda əhalinin yaş qrupları üzrə bölgüsü
verilmişdir. Sevindirici haldır ki, 0-4 yaş qrupu üzrə 01.01.2017-ci il
tarixiə 835,5 min nəfər uşaq düşür. Digər uşaq yaş qruplarında da orta
hesabla 600-760 min nəfər uşaq vardır (bax: şəkil 5.5).
Azərbaycanda əhalinin yaş qrupları üzrə bölgüsü, min nəfər, 01.01.2017-ci il
70 və yuxan yaş
65-69 yaş 60-64
yaş 55-59 yaş
50-54 yaş 45-49
yaş 40-44 yaş
35-39 yaş 30-35
yaş 25-29 yaş
20-24 yaş 15-19
yaş 10-14 yaş 5-9
yaş 0-4 yaş
377.8
384.9
1,9
>1,9
200 400 600 800 1000
Şəkil 5.5. Azərbaycanda əhalinin yaş qrupları üzrə bölgüsü, min nəfər, 01.01.2017-ci il
(ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://\v\vw.azstat.org).
Azərbayeanda əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi yaxın
perspektivdə ölkədə icra olunan strateji yol xəritəsinin strateji
hədəflərində və məqsədlərində əhəmiyyətli yer almışdır. Bütün bunlar
ölkə əhalisinin artımının dinamikliyini təmin etməyə imkan verəeəkdir.
107
Ihırslik. SDU - 55
5.4. Azərbaycanda əhalinin təkrar istehsal göstəriciləri (doğum, ölüm
və təbii artım)
Azərbaycanda əhalinin artım dinamikasının təmin edilməsində
mühüm amillər kimi əhalinin təkrar istehsal göstəriciləri daha çox
diqqət çəkirlər. Şübhəsiz, ölkədə doğumun sayının artması və ölümün
səviyyəsinin azalması təbii artımın yüksəlməsinə imkan verir.
Şəkil 5.6.-da Azərbaycanda 1940-2016-cı illər üzrə əhalinin təbii
artımı, doğulanlar və ölənlər barədə göstəricilər öz əksimi tapmışdır.
.\zarbaycanda əhalinin təbii artımı, doğulanlar və ölənlər
(1940-2016)
■ Təbii artım ■Ölənlər ■Doğulanlar
2016
2015
2010
2005
2000
1990
1980
1970
1960
1945
1940
89939
j 1
119111
14 0170 12819
16621(1
16564.t
345( 150976
l«2989
25918 139931
I
I 791 39027
36SU 4W13 48568
0 50000
■■i !96<)SI
100000
165849
150000 200000
Şəkil 5.6. Azərbaycanda əhalinin təbii artımı, doğulanlar və ölənlər, 1940-2016-cı illər
(.\RDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://\vww.azstal.or}»).
108
A zifrbaycatt iqtisadiyyatı
1940-1945-ci illərdə ölənlərlə təbii artım demək olar ki eyni
səviyyədə qalmışdır (bax: şəkil 5.6).
1960-cı ildə bu proporsiya xeyli pozulmuşdur və doğulanlar
əhəmiyyətli səviyyədə ölənlərə nisbətən artmış, həmçinin təbii artım
göstəricisi xeyli yüksəlmişdir. Şübhəsiz, bunlar II Dünya Müharibəsinin
mənfi fəsadları ilə bağlı idi və illər keçdikcə bu mənfi fəsadların
azaldılması nəticəsində əhalinin təbii artım səviyyəsi yüksəlmişdir.
2000-2015-ci illər ərzində əhalinin təbii artımı, doğulanlar və
ölənlər artım tendensiaysı ilə müşayiət olunmuşdur və yalnız 2016- cı
ilin yekununda əvvəlki ilə nisbətən azalma fonnalaşmışdır. 2016- cı ildə
ölüm sayı əvvəlki ilə nisbətdə artsa da, doğulanların sayı və təbii
artımda azalma müşahidə olunmuşdur.
Şəkil 5.7.-də isə 2011-2016-cı illər üzrə Azərbaycanda əhalinin
hər 1000 nəfərinə düşən doğulanlar, ölənlər və təbii artım barədə
göstəricilər öz əksini tapmışdır.
Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulanlar,
ölənlər və təbii artım (2011-2016)
■ Doğulanlar ■ Ölənlər ' Təbii artım
2011 2012 2013 2014 2015 2016
Şəkil 5.7. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulanlar, ölənlər və təbii artım,
2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://\v\vw.azstat.org)
109
Dərslik. SDU- 55
Ölkəmizdə əhalinin hər 1000 nəfərinə düşən doğulanlann sayı 2011-ci
ildə 19,4 nəfər, ölənlərin sayı - 5,9 nəfər və təbii artım -
13,5 nəfər olmuşdursa, bu göstərici 2015-ci ildə müvafiq olaraq:
17,4 nəfər, 5,7 nəfər və 11,7 nəfər, 2016-cı ildə isə: 16,5 nəfər, 5.9 nəfər və
10,6 nəfər təşkil etmişdir (bax: şəkil 5.6.). Göründüyü kimi, 2011-2016-cı
illərdə ölənlərin sayı eyni səviyyədə formalaşmışdır.
Doğulanlann sayı və təbii artımın səviyyəsi isə həmin dövrlərdə hər il
əvvəlki ilə nisbətən cüzi də olsa azalma nümayiş etdirmişdir.
5.5. Azərbaycanda nikah və boşanmalar
Azərbaycanda demoqrafik siyasətin əsas prioritet istiqamətlərindən
biri də ölkədə ailə institutunun möhkəmləndirilməsi, gənc ailələrin cəmiyyətdə
və sosial-iqtisadi inkişaf proseslərində fəallığının təmin edilməsi, ailə
dəyərlərinin qorunması və bu sahədə davamlı tədbilərin görülməsindən
ibarətdir.
Bununla əlaqədar olaraq dövlət siyasətinin təşkili və aparılması üçün
ölkəmizdə müvafiq dövlət strukturu - Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycanda gənc ailələrin
formalaşdırılması və onların ailə dəyərlərinə hörmətlə yanaması üçün ardıcıl,
eyni zamanda ictimai-kütləvi tədbirlər hayat keçirilir.
Bir çox hallarda nikah mərasimlərində cəmiyyətin və ictimay- yətin
tanınmış simaları da iştirak edir, gənc ailələlərin xoşbəxt olmaları və ailənin
bünövrəsinin möhkəmliyi üçün dəyərli məsləhətlər verirlər. Ölkəmizdə son
15-16 il ərzində rəsmi qeydə alınmış nikahların sayı orta illik hesabla nəzərə
alınmaqla 1,7 dəfə artmışdır.
Şəkil 5.8-də Azərbaycanda rəsmi qeydə alınmış nikahların və
boşanmaların sayı verilmişdir.
110
A zi>rhaycan iqtisadiyyatı
Azərbaycanda rəsmi qeydə alınmış nikahların və boşanmaların
sayı(1935-2016) ■ Nikahların sayı ■ Boşanmaların sayı
90000
80000
70000
60000
50000
40000
3TI4
1935 1945 1950 1960 1970 1980 1990 1995 2000 2005 2010 2015 2016
Şəkil 5.8. Azərbaycanda rəsmi qeydə alınmış nikahların və boşanmaların sayı, 1935- 2016-cı
illər (ARI)SK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://www.azstat.or}>).
Şəkil 5.8-dən görünür ki, 2010-cıı ildə Azərbaycanda bütün
dövrlərin bir il üçün rəsmi qeydə alınmış nikahların bağlanması üzrə
rekordu qeydə alınmışdır. Həmin il ölkəmizdə 79,2 min nəfərə yaxın
rəsmi nikaha daxil olmuşdur. Bununla belə, növbəti illərdə, xüsusilə
2015-2016-cı illərdə rəsmi nikahların sayı nisbətən azalmışdır. Həmin
dövrdə, təəssüf ki, boşanmaların sayı artmışdır. Məsələn,
2010- cu ildə boşanmaların sayı 9 min olduğu halda, 2015-ci ildə bu
göstərici 12,8 minə yaxın, 2016-cı ildə isə 13,1 min təşkil elmişdir.
Şəkil 5.9-da Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən
nikahların və boşanmaların sayı öz əksini tapmışdır.
111
DarsUk. SDU - 55
Şəkil 5.9. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların və boşanmaların sayı, 2000-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av>v\v.azstat.org).
Şəkil 5.10-da isə Azərbaycanda şəhər yerləri üzrə əhalinin hər 1000 nəfərinə düşən nikahların və boşanmaların sayı verilmişdir.
Azərbaycanda şəhər yerləri üzrə əhalinin hər 1000 nəfərinə
nikahların və boşanmaların sayı (2000-2016)
■ Şəhər yerləri üzrə nikahların sayı ■ Şəhər yerləri üzrə boşamlann sayı
2000 2005 2010 2011 2012 2013 2014 2015 2016
Şəkil 5.10. Azərbaycanda şəhər yerləri üzrə əhalinin hər 1000 nəfərinə düşən nikahların və boşanmaların sayı, 2000-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av\vw.azstat.org).
112
A zi>rhaycan iqtisadiyyatı
Şəkil 5.11-də isə Azərbaycnada kənd yerləri üzrə əhalinin hər
1000 nəfərinə düşən nikahların və boşanmaların sayı öz əksini
tapmışdır.
Azərbaycanda kənd yerləri üzrə əhalinin hər 1000 nəfərinə
düşən nikahların və boşanmaların sayı
■ Kənd yerləri üzrə nikahların sayı ■ Kənd yerləri üzrə boşamlann sayı
10
2000 2005 2010 2011 2012 2013 2014 2015 2016
Şəkil 5.11. Azərbaycanda kənd yerləri üzrə əhalinin hər 1000 nəfərinə düşən nikahların və hoşanınaların sayı, 2000-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. Iıttp://w>-^v.az.stat.()rg).
Müasir dövrdə ölkəmizdə nikahların stimullaşdıriması və boşanmaların sayının minimuma endirilməsi üzrə geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu məsələdə milli dəyərlərin, adət və ənənələrin qorunması prinsiplərinə daha çox önəm verilir.
5.6. Azərbaycanda miqrasiya
Hər bir dövlətin mükəmməl miqrasiya siyasətinin olması müasir dünyanın obyektiv reallıqlarından doğan bir zərurət kimi səciyyələndirilir. Son illərədə Avropanı bürüyən miqrasiya böhranı buna əyani sübutdur. ABŞ kimi demokratik və dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsi miqrantlardan qorunmaq üçün Meksika ilə sərhədində 2 metr hündürlüyündə keçilməz divar çəkir. Bir çox Avropa ölkələri (Macarıstan və s.) Avropa Birliyinin hədələrinə və təzyiqinə baxmayaraq sərbəst miqrasiya siyasəti apamıaq istəyir.
113
Darslik. SDU - 55
Belə bir imkan sovetlər Birliyi dövründə Azərbayean üçün mümkün olmamışdır. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra müstəqil miqrasiya dövlət siyasətinin həyata keçirilməsi və beynəl- xalq nonnalara, hazırkı dövrün real çağırışlarına adekvat olan miq- rasiya qanunverieiliyinin formalaşdırılması və tətbiqi lazım gəlmiş- dir. Bu sahədə dövlət siyasətinin reallaşdırılması məqsədilə 2007-ei il martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Miqrasiya siyasətinin əsasında Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, ölkədə əhalinin adekvat və mütə- nasib yeıiəşdirilməsinin tənzimlənməsi, əmək ehtiyatlarından mak- simum səmərəli istifadə olunması dayanır. Son onillikdə ölkəmizdə cəmiyyətin və milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı sa- həsində ölkəmizdən getmək istəyənlərin sayı minimuma düşmüşdür.
Şəkil 5.12-də Azərbaycanda əhalinin beynəlxalq miqrasiyası verilmişdir.
Azorbaycaıula əhalinin beynəlxalq miqrasiyası, min nəfər (2000-2016) 12 lü K 6 4
2000 2005 2010 2011 2012 2013 2014 2015 2016 ■ ölkəyə daimi yaşamac| QçOn gələnbr 4,4 2 2,2 2J 2.2 3.1 1,9 2.7 3J ■ Ölkddən daimi yaşamaq QçQn gedənlər
9,9 2,9 0.8 04İ OJ 0.8 03 1.6 1.7
■ Miqrasiya artımı S'Ə ya a/alması -5.5 -0.9 1.4 1.7 2 2J 1.1 1.1 13
Şəkil 5.12. .Azərbaycanda əhalinin beynəlxalq mi(|rasiyası, min nəfər, 2000-2016-cı illər (ARDSK-nın məlnınatlan əsasında müəllif tərəfindən hazırlanmışdır. http://\vw\v.azstat.org).
Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2005-2016-cı illər ərzində cəmisi 20 minə yaxın olduğu halda, həmin dövr ərzində Azərbaycandan digər ölkələrə daimi yaşamaq üçün cəmisi 9,3 min nəfər təşkil etmişdir (bax: Şəkil 5.12). Bu, ilk növbədə ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması, gəlirlərinin artırılması və həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı olan kompleks və ardıcıl tədbirlərin görülməsi nəticəsində mümkün olmuşdur.
114
A zarhaycan iqtisadiyyatı
Şəkil 5.13-də isə Azərbaycana daimi yaşamaq üçün gələnlərin 3İr sıra ölkələr üzrə bölgüsü verilmişdir. ____________________
Daimi yaşamaq üçün Azərbaycana gələnlər, nəfər (2000-2016)
3000
2500
2000
1500
1000
500
0
J . 1 i 1 LJ
I ...
2000 2005 2010 2011 2012 2013 2014 2015 2016 ■ Gürcüstandan 307 379 35 48 7 696 490 782 1134
■ Rusiyadan 2710 1158 1706 1655 1628 1098 623 930 910
■ Türkiyədən 17 13 4 3 4 398 160 164 214 ■ Türkmənistandan 175 115 62 39 36 91 48 50 124
■ Özbəkistandan 142 80 53 58 62 93 68 95 116 ■ Qırğızıstandan 35 12 4 13 33 42 16 33 46
■ Ukraynadan 291 104 97 103 73 173 72 99 126
Şəkil 5.13. Daimi yaşamaq üçün Azərbaycana gələnlər, nəfər, 2000-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avww.azstat.org).
Şəkil 5.13-dən göründüyü kimi, ölkəmizə daimi yaşamaq üçün
gələnlər qonşu Rusiyadan və Gürcüstandan daha çoxluq təşkil edirlər.
Ümumiyyətlə, ölkəmizə daimi yaşamaq üçün daha çox insanlar gələn
ölkələrdə faktiki olaraq Azərbaycanlılar da çoxluq təşkil edirlər və
həmin ölkələrdə yaşayıb-işləyirlər. Bu kimi ölkələrdən insanların
yenidən Azərbayeana qayıtması və ilk dəfə daimi yaşamağa gəlməsi,
əvvəldə qeyd etdiyimiz kimi, ölkəmizin dinamik inkişafı və həyat
şəraitinin yaxşılaşdırılması ilə birbaşa bağlıdır.
115
Dərslik. SDU - 55
Şəkil 5.14-də isə Azərbaycandan daha çox daimi yaşamaq üçün
gedilən ölkələr üzrə göstəricilər əks olunmuşdur.
Daimi yaşamaq üçün Azərbaycandan gedənlər, nəfər (2010-2016)
0 Rusiya
Quzaxsta
n Türkiyə Belarus ABŞ Almanya Ukrayna
Özbokİst aa
Gürcüsta n
■ 2010 430 260 10 17 6 9 42 3 2 ■ 2011 204 168 9 16 16 4 38 2 5 ■ 2012 125 56 1 4 8 6 11 6 1 ■ 2013 439 85 37 10 11 39 60 27 15 ■ 2014 443 99 39 11 12 33 35 33 13 ■ 2015 782 482 66 52 20 17 22 20 17 ■ 2016 816 502 97 61 28 22 29 23 27
Şəkil 5.14 Daimi yaşamaq üçün Azərbaycandan gedənlər, nəfər, 2010-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avw\v.azstat.org).
Maraqlıdır ki, daimi yaşamaq üçün Azərbaycandan gedənlərin seçdikləri ölkələr sırasında Rusiyadan sonra Qazaxstan önəmli yer tutur. Qeyd edək ki, bu ölkədən Azərbaycana daimi yaşamaq üçün gələnlər elə də çox deyildir. Bu fakt onu göstərir ki, Qazaxstanda ölkənin sabit inkişafı, maliyyə imkanlarının güclü olması bir sıra Azərbaycan vətəndaşlarının bu ölkəni özləri üçün daimi yaşayış yeri seçməyə vadar edir. Ümumiyyətlə, Rusiya və Qazaxstana daimi yaşamaq üçün gedənlərin əksəriyyəti bu ölkələrdə onların qohum- əqrəbalarının, yaxınlarının daimi işləyib-yaşaması ilə daha çox bağlıdır. Digər tərəfdən, hər iki ölkədə ənənəvi olaraq Azərbaycanlılar daha çox kompakt olaraq yaşamışlar və müasir dövrdək bu
116
Azerbaycan iqtisadiyyatı
tendensiya davam etməkdədir. Azərbaycandan daimi yaşamaq üçün gedənlər
içərisində Türkiyə, Belarus və s. ölkələr də daha çox tələbolunandır. Son
dövrlərdə ABŞ, Almaniya kimi yüksək inkişaf etmiş ölkələrə gedənlərin sayı o
qədər də çox deyildir və il ərzində orta hesabla 22-25 nəfər təşkil edir.
Azərbaycandan yaşamaq üçün gedilən digər ölkələr sırasında Ukrayna,
Özbəkistan və Gürcüstan da sabit olaraq yer almaqdadır.
5.7. Azərbaycanda əmək ehtiyatları, əmək qabiliyyətli əhali və
əmək siyasəti
Ölkəmizin əsas sərvətlərindən biri kimi əmək ehtiyatlan və işçi qüvvəsi
resursları bütün dövrlərdə dövlətin iqtisadi siyasətinin əsasında yer almışdır.
Əmək ehtiyatlarının formalaşması, onlardan maksimum səmərəli istifadə
edilməsi, işçi qüvvəsindən istifadənin adekvat olaraq modelləşdirilməsi
dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir.
Əmək ehtiyatlan - dedikdə, ilk növbədə ölkə əhalisinin işləmək
qabiliyyətində olan hissəsi nəzərdə tutulur. Bu ehtiyatlara iqtisadi çəhətdən fəal
olan əhali kateqoriyasından başqa, eyni zamanda əmək qabiliyyəti olan digər
insanlar da aiddirlər. Bunlara əmək qabiliyyətli işsizlər də daxildirlər. Bundan
əlavə, əmək qabiliyyətinə malik olan, amma işləməyən ölkə vətəndaşlan da bu
kateqoriyaya şamil olunurlar. Hazırda, ölkəmizdə əmək qabiliyyətli insanlar və
əmək qabiliyyətli yaşda olanlar kişilər üçün 15-62, qadınlar üçün isə 15-59 yaş
götürülür.
İqtisadi fəal əhali - dedikdə isə əsasən hazırda məşğul olan, muzdla və
ya müxtəlif formalarda işləyənlər, həmçinin əmək qabiliyətinə malik olan,
amma müxtəlif səbəblərdən işləməyənlər, yəni məşğul və işsiz əhalinin cəmi
sayını özündə əks etdirir. Azərbaycanda mövcud Əmək Məcəlləsinə və əmək
qanunvericiliyinə uyğun olaraq 15 və ondan yuxarı yaşda olan insanlar, amma
işləməyənlər, həm də işləmək üçün iş axtarmayan insanlar iqtisadi- qeyri fəal
əhali hesab olunur.
117
IXırslik. SDU-55
Şəkil 5.15-clo Azərbaycanda 2011-2016-cı illər ərzində iqtisadi fəal əhalinin sayının dinamikası öz əksini tapmışdır.
Azərbaycanda i(|ti<jadi fəal əhalinin sayı, mln. nəfər (2011-2016)
Şəkil 5.15. .Azərbaycanda iqtisadi fəal əhalinin sayı, mln. nəfər, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərərmdən hazırlanmışdır. Iıttpı/Avww.azstat.orfj).
Əgər 2011-ci ildə ölkəmizdə iqtisadi fəal əhalinin ümumi sayı 4,6 mln. nəfər olmuşdursa, bu göstərici sonrakı illərdə sabit templə artmış və 2016-cı ildə 5 mln. nəfər səviyyəsinə yüksəlmişdir (bax: Şəkil 5.15).
Şəkil 5.16-da isə Azərbaycanda məşğul iqtisadi fəal əhalinin və işsizlərin 2011-2016-cı illər üzrə sayının dinamikası verilmişdir.
Azərbaycamla məşğul iqtisadi fəal əhalinin və işsizlərin sayı, min nəfər
(2011-2016)
■ Məşğul iqtisadi fəal əhali ■ İşsizlər
4671.6 46SQQ
2011 2012 2015 2016
.Şəkil 5.16. Azorhaycsında məşğul iqtisadi fəal əhalinin və işsizlərin sayı, min nəfər, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av>v\v.azstal.or").
118
/I zifrhay'can iqtisadiyyatı
Ölkəmzidə məşğul iqtisadi fəal əhali 2011-ci ildə 4,38 mln. nəfər
olduğu halda, 2016-cı ildə 4,66 mln. nəfər təşkil etmişdir (bax: Şəkil
5.16). 2011-2016-cı illər ərzidnə Azərbaycanda Beynəlxalq Əmək
Təşkilatının metodikasına əsasən aparılmış statistikaya görə işsizliyin
səviyyəsi sabit olaraq dəyişməz qalmış (5 %) və 2016-cı ildə ölkədə
işsizlərin sayı 252,8 min nəfər olmuşdur.
Şəkil 5.17-də Azərbaycanda iqtisadi fəal əhalinin stukturu
verilmişdir. Məşğul iqtisadi fəal əhali ümumi iqtisadi fəal əhalinin 95
%-ni təşkil edir, işsizlərin səviyyəsi isə əvvəldə qeyd etdiyimiz kimi 5
% səviyyəsindədir (bax: Şəkil 5.17).
Azerbaycanda iqtisadi fəal əhalinin strukturu, %-lə, 2016-cı il
Məşğul iqtisadi
fəal əhali 95%
. İşsizlər
5%
Şəkil 5.17. Azərhaycaıula iqtisadi fəal əhalinin strukturu, %-lə, 2016-cı il (.\RI)SK- nın
məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://w\\"\v.azstal.or{i;).
Şəkil 5.18-də Azərbaycanda müxtəlif mülkiyyət üzrə məşğul
əhalinin strukturu yer almışdır. Buradan göründüyü kimi, ümumi
məşğul əhalinin strukturunda qeyri-dövlət sahəsində çalışanlar 75 %,
dövlət sektorunda işləyənlər isə 25 % təşkil edir (bax: Şəkil 5.18). A/ərbaycaıultı mUlkiyy.it nUvhri üzrə məfgul əhalinin strukturu, %-iə, 2016-cı il
Qeyri-dövlət 75%
Şəkil 5.18. Azərhaycaıula mülkiyyət növləri üzrə məşğul əhalinin strukturu, %-lə, 2016-cı il
(ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://www.azstat.or}').
119
Dərslik. SDU - 55
Şəkil 5.19-da Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə
muzdla işləyən işçilərin strukturu öz əksini tapmışdır.
Şəkil 5.19. Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin strukturu, %-lə, 2016-cı il (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır,
http://www.azstat.org).
Muzdla işləyən işçilər daha çox təhsil sahəsində (22,2 %), ticarət
və nəqliyyat vasitələrinin təmiri sahələrində (19,3%), dövlət
idarəetməsi və müdafiəsi, sosial təminat sahələrində (7,1 %), tikinti (5,9
%) və emal sənayesi (6,8 %) sahələrində cəmləşmişlər (bax: Şəkil 5.19).
Son illərdə ölkəmizdə əmək siyasətinin təkmilləşdirilməsi, əmək
hüquqlarının qorunması və mühafizəsinin gücləndirilməsi, iqtisadi fəal
əhalinin potensialından maksimum məhsuldar istifadə olması məqsədi
ilə davamlı iqtisadi siyasət aparılır. Daimi iş yerlərinin açılması, layiqli
əməyin təmin olunması, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması
və əməyin təhlükəsizliyinin təmin olunması tədbirləri də intensiv olaraq
aparılır.
120
Azarbaycan iqtisadiyyatı
5.8. Azərbaycanda məşğulluq səviyyəsi və strateji fəaliyyət
istiqamətləri
Azərbaycanda məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin daimi
işlə təmin olunması, hər bir ölkə vətəndaşının konstitusiyada nəzərdə tutulan
əmək hüquqlanndan yetərincə istifadəsinin təmin olunması dövlətin bu sahədə
apardığı iqtisadi siyasətinin əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycanda
hər bir insan, hər bir vətəndaş özünə peşə seçməkdə sərbəstdir və layiqli əmək
hüququna malikdir.
Ölkə əhalisinin müəyyən bir hissəsi daimi xarakter daşıyan işlər və
fəaliyyət sahələri olan müxtəlif iqtisadi və xidmət sektor- lannda çalışırlar.
Xüsusilə, təhsil və digər dövlət sferalarında sabit olaraq eyni işdə işləyənlərin
sayı digər sahələrə nisbətən daha çoxdur. Bu kimi sahədə işləyənlər əsas etibarı
ilə daimi əmək haqqı müqabilində işləyənlərdir və onlarla mövcud
qanunvericilik çərçivəsində əmək müqavilələri imzalanır. Bu cür müqavilərlə
işləyənlər - muzdla işləyənlər hesab olunur. Bununla belə, əhalinin müəyyən
bir hissəsi müxtəlif səbəblərdən iş tapmırlar və ya istədikləri peşələr və
ixtisaslar üzrə iş tapmaqda çətinlik çəkirlər.
İşsizlər dedikdə, əsasən ölkənin müvafiq qanunverici aktlann- da
nəzərdə tutulmuş yaş həddinə çatmış (qanunla Azərbaycanda əmək qabiliyyətli
minimum yaş həddi 15-dir) və bununla belə, özünə müvafiq qazanc gətirən iş
tapmayan, amma fəal olaraq iş axtaran və istənilən anda işləməyə başlamaq
iqtidannda olan ölkə vətəndaşları nəzərdə tutulur.
Şəkil 5.20-də Azərbaycanda məşğulluq xidmətləri orqan- lannda işsiz
statusu alan şəxslərin 2011-2016-cı illərdə dinamikası verilmişdir. Ölkədə
iqtisadi fəal əhalinin sayı hər il dinamik artım nümayiş etdirməsi müqabilində,
Azərbaycanda işsizlərin sayı əhəmiyyətli dərəcədə artım göstərmir. 2011-ci
ildə işsiz statusu alan şəxslərin sayı 38,3 min nəfər idisə, bu göstərici 2016-cı
ildə 33 min təşkil etmişdir (bax: Şəkil 5.20).
121
Dərslik, SDU - 55
A/orbaycaıi(la məfi^ulluq xidməti orqanlarında işsiz statusu alan
şəxslərin sayı, min nəfər, (2011-2016)
■3FT 36,8 36,2
2011 2012 2013 2014 2015 2016
Şəkil 5.20. Azərbaycanda məşğulluq xidməti orqanlarında işsiz statusu alan şəxslərin sayı,
min nəfər, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən
hazırlanmışdır, http://www.azstat.org).
Şəkil 5.21-də Azərbaycanda 2016-cı ilin yekunu üzrə dövlət
məşğulluq xidməti orqanları tərəfindən əhalinin işlə təmin edilməsi
göstəriciləri verilmişdir.
İl ərzində işlə təmin olunmaq üçün müraciət etmiş 204.3 min
nəfərin 56,6 min nəfəri və yaxud 27,7 %-i işlə təmin olunmuşdur (bax:
Şəkil 5.21). ___________________________________________
Azorhaycanda 2016-cı ildə dövlət məşğulluq xidməti orqanları tor.ənndən əhalinin işlə təmin edilməsi, min nəfər
204,3
İşlə təmin olunmaq üçün İşlə təmin olunanların sayı
müraciət edənlərin savı
Şəkil 5.21. Azərbaycanda 2016-cı ildə dövlət məşğulluq xidməti orqanları tərəfindən
əhalinin işlə təmin edilməsi, min nəfər (.\RDSK-nin məlumatları əsasında müəllif tərəfindən
hazırlanmışdır, http://www.azstat.org).
122
A zsrbaycan iqtisadiyyatı
Qeyd edək ki, 2003-cü ilin sonlarından başlayaraq
Azərbaycanda yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluq
səviyyəsinin yüksəldilməsi dövlətin strateji vəzifələrindən biri kimi
baxılmışdır.
Ölkə Prezidenti bu barədə dəfələrlə bəyanatlar vermiş və hər bir
ölkə vətəndaşının işlə təmin olunmasının özünün müqəddəs
vəzifələrindən biri kimi səciyələndirmişdir.
Bu baxımdan yeni iş yerlərinin yaradılması ölkənin mərkəzi
şəhərlərində və bütün bölgələrində sistemli xarakter daşımış və bu
istiqamətdə ardıcıl tədbirlər görülmüşdür.
Nəticədə keçən dövr ərzində, yəni 2003-2016-cı illər ərzində
1677 min yeni iş yerləri yaradılmışdır və bunlardan 1257 mini daimi iş
yerlərdir (bax: Şəkil 5.22).
Azorbuycuıula yeni uçılınış iş yerlərinin snyı, min vahid (cəmi=1677 min,
ondan daimi iş yerləri 1257 min)
> Açdmış iş yerlərinin sayı, cəmi ■ Ondan: daimi iş yerləri
900 766,3
A¥h^ 105.1 196,S
154,9
2ü03(lVrüb)- 2009-2013 2008 2014 2015 2016
Şəkil 5.22. Azərbaycanda yeni açılmış iş yerlərinin sayı, min vahid (ARDSK-nın
məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://wvvw.azstat.org).
Azərbaycanda aparılan əmək siyasəti, məşğulluq tədbirləri, iqtisadi fəal əhalidən və mövcud əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məsələləri müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdimıə proseslərini keçməkdədir. Strateji yol xəritəsinin
123
Dərslik. SDU - 55
İcrası şəraitində ölkədəki əmək ehtiyatlarından maksimum səmərəli istifadənin
təşkili vacib məsələlərdən biri hesab olunur. Əlavə dəyər yaradan iqtisadiyyat
sahələrinin inkişaf etdirilməsi prosesləri əmək ehtiyatlanndan səmərəli
istifadəni tənzimləməklə bərabər, ölkə əhalisinin layiqli iş yerləri ilə təminatı
üçün əlverişli şərait formalaşdırmaqdadır.
Özünüyoxlama sualları:
1. Demoqrafik inkişaf və dövlətin demoqrafik siyasəti.
2. Azərbaycanda demoqrafik siyasətin xüsusiyyətləri.
3. Azərbaycanda əhalinin artım dinamikası və yerləşməsi.
4. Azərbaycanda əhalinin təkrar istehsal göstəriciləri (doğum, ölüm və təbii
artım).
5. Azərbaycanda nikah və boşanmalar.
6. Azərbaycanda miqrasiya.
7. Azərbaycanda əmək ehtiyatları, əmək qabiliyyətli əhali və əmək siyasəti.
8. Azərbaycanda məşğulluq səviyyəsi və strateji fəaliyyət istiqamətləri.
ƏDƏBİYYAT:
1. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytı,
http://www.scfwca.gov.az.
2. Azərbaycanın demoqrafik göstəriciləri. Statistik məcmuə. Bakı, 2017.-
472 s.
3. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq
edilmişdir.
4. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir.
5. Azərbaycan Respublikasının Dövlət Miqrasya İdarəetmə Siyasəti
Konsepsiyası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il
13 iyul tarixli 94 nömrəli qəran ilə təsdiq edilmişdir.
124
Azerbaycan iqtisadiyyatı
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin rəsmi saytı, http://www.mlspp.gov.az.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin 2016-cı il üzrə fəaliyyəti haqqında
hesabatı, http://www.mlspp.gov.az.
8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti.
http://www.migration.gov.az.
9. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir.
10. “Azərbaycan iqtisadiyyatı”, Bakı, “Ağndağ”, 1998.-400 s.
11. Azərbaycanın demoqrafik göstəriciləri. Rəsmi nəşr. Statistik
məcmuə. Bakı - 2016.-480 s.
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1 fevral 1999-cu
il 618-IQ nömrəli “Azərbaycan Respublikası Əmək Məcəllə-
sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
1999-cu il, 4, maddə 213) ilə təsdiq edilmişdir.
13. Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasi.
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr
tarixli, 290 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin
inkişafı sahəsində Dövlət Proqramı. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərən-
camı ilə təsdiq edilmişdir.
Dövlət Məşğulluq Xidməti, http://www.ses.gov.az.
Dövlət Əmək Müfəttişliyi Xidməti, http://www.mlspp.gov.az.
Dövlətin miqrasiya siyasəti. Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidməti, http://www.migration.gov.az.
18. Eyyubov İ. Demoqrafik siyasətdə Heydər Əliyev ənənələrinin
rolu. Bakı Dövlət Universiteti.http://www.azerbaijan-news.az.
19. Əlirzayev Ə.Q. Azərbaycanın sosial-iqtisadi inkişaf problem-
ləri, konseptual yanaşma, maliyyə-büdcə və sahələrarası proq-
nozlaşma mexanizmləri. Bakı, 2012.-584 s.
14
15
15
17
125
Dərslik. SDU - 55
20. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015, 185 s.
21. Əliyev Ş.T. Azərbaycanda əmək bazannm vəziyyətinə təsir edən amillər
və onun qiymətləndirilməsi məsələləri // Əmək və sosial problemlər elmi
əsərlər toplusu, Xs 2(10), Bakı, 2012, s. 73-80.
22. Əmək bazarı. Statistik məcmuə. Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi. Bakı, 2016.-160 s.
23. Məmmədov N.M., Məhərrəmov A.M., Əhmədova S.E. Azərbaycan
iqtisadiyyatı. Dərs vəsaiti. BDU- Bakı ,2011. -522 s.
24. Məmmədov R. Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir,
http://www.azerbaijan-news.az.
25. Məşğulluq Haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri. 2
iyul 2001-ci il. JVb 170-IIQ.
26. Mehdiyev R.Ə. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: XXI
əsr. Yeni Nəşrlər evi, 2005. -464 s.
27. Nuriyev Ə.X. Azərbaycanda iqtisadi inkişaf və modernləşdirmə
siyasətinin konseptual əsaslan. Bakı-“AVROPA”, 2013.-422 s.
28. Şəkərəliyev A., Şəkərəliyev Q. Azərbaycan iqtisadiyyatı: reallıqlar və
perspektivlər. Bakı, “Turxan”, NPB, 2016.-536 s.
29. Coleman, D. “The demographic effects of International migra- tion in
Europe”. Review of Economic Policy,Vol. 24 (3), (2008). -452 p.
30. Lee R., Lee S-H., Mason A.,. “Charting the Economic Lifecycle,”
Population Aging, Human Capital Accumulation, and Productivity
Growth, a suppiement to Population and Development Review - 2008.
31. Skirbelä:, V. “Age and individual productivity: A literature survey.”
Vienna Yearbook of Population Research , 2004.-P. 133-154.
32. Van de Kaa, D.J. “Second Demographic Transition”. In Encyclopedia of
Population, Macmillan Reference USA edited by Demeny, P.; McNicoll,
G. Thomson-Gale, New York. Vol. 2, (2003). -P. 872-875.
126
Azerbaycan iqtisadiyyatı
FƏSİL 6
AZƏRBAYCAN İQTİSADİYYATINDA MƏHSULDAR QÜVVƏLƏR
VƏ REGİONLARIN SOSİAL-İQTİSADİ
İNKİŞAFI
6.1. Məhsuldar qüvvələr anlayışı və onların yerləşdirilməsi
prinsipləri.
6.2. Azərbaycan iqtisadiyyatında məhsuldar qüvvələrin
xüsusiyyətləri.
6.3. Azərbaycan sənayesində məhsuldar qüvvələr.
6.4. Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldar
qüvvələrin yerləşdirilməsi.
6.5. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və
məhsuldar qüvvələrin yerləşdirilməsi
6.1. Məhsuldar qüvvələr anlayışı və onların yerləşdirilməsi
prinsipləri
Məhsuldar qüvvələr hər bir ölkənin iqtisadi inkişaf modellərinin
formalaşdınimasmda və praktiki fəaliyyət mexanizmlərinin
müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Məhsuldar qüvvələrin
səmərəli yerləşdirilməsi və onlardan təyinatı üzrə istifadənin adaptivliyi vacib
şərtlərdəndir. Ölkə regionlannda və milli iqtisadiyyatın müxtəlif sahələrində
mövcud olan məhsuldar qüvvələrin obyektiv dəyərləndirilməsi, bu
potensialdan uzunmüddətli dövr üçün istifadə mexanizmlərinin
müəyyənləşdirilməsi hər bir dövlətin iqtisadi siyasətinin əsasında yer almalıdır.
Məhsuldar qüvvələrin balanslaşdınlması, onlarla bağlı məsələlərin obyektiv
qiymətləndi- rilməməsi ölkə regionları arasında sosial-iqtisadi inkişaf
səviyyəsində ciddi fərqlər yarada bilər. Bundan əlavə, həmin resurslardan
qeyri-səmərəli istifadə olunması milli iqtisadiyyatın inkişafına əngəllər
yaradar.
Məhsuldar qüvvələr - dedikdə, insanlann təbiətin onlara bəxş etdiyi
sərvətlər və qüvvələr, həmçinin real hadisələr üzərində idarəetməni təmin
etməklə ictimai istehsal proseslərində çox mühüm
127
Darslik. SDU-55
amillərdən olan işçi qüvvəsi, müxtəlif əmək cisimləri və əmək vasitələri başa
düşülür. İşçi qüvvəsi əmək qabiliyyətli insanlann real olaraq göstərə biləcəkləri
əməklə ölçülür. Bundan əlavə, məhsuldar qüvvələr məcmu şəkildə insanlann
fiziki əməyindən, düşüncə və zehni qabiliyyətindən ibarətdir. Əmək cisimləri
isə özündə təbiətin sivilizasiyaya, insanlara bəxş etdiyi yeraltı və yerüstü
sərvətlər, faydalı filizlər, insandan başqa təbiətdəki digər canlılar və bununla
bərabər sərf etdiyi əmək, əqli və bacarığı hesabına insanlann yaratdığı yeni
əmək cisimləri, məsələn hazır mal və materiallar, xammallar, yanacaqlar,
kütlələr, maddələr və s. birləşdirir. Əmək vasitələri isə müasir dövrümüzün
gündəlik həyatında hər an bizimlə qarşılaşan mexaniki vasitələr, maşın və
mexanzimlər, alətlər, istehsal proseslərində istifadə olunan çoxlu sayda
avadanlıqlar və istehsalın həlledici komponentlərindən sayılan borular,
müxtəlif məmulatlar, istehsal sahələri, istehsalat binalan, yol infrastrukturu,
məsələn dəmiryollan özündə əks etdirir. Məhsuldar qüvvələrin ən qiymətli
komponentlərindən biri torpaqdır və torpaqdan istifadə, onun bazasında maddi
məhsullar və nemətlər yaratmaq sivilizasiyanın əsas məşğuliyyəti və
fəaliyyətidir. Torpaq əvəzsiz hesab oluna biləcək milli sərvətdir, həm də əmək
vasitəsi və əmək cismi kimi mühüm əhəmiyyət kəsb edir. İnsanlar müasir
texnologiyalardan istifadə etməklə torpağın altındakı və üstündəki sərvətləri
artırmaqla bərabər, onlardan insanlann tələbatını ödəmək üçün geniş çeşiddə
yeni xammallar və məhsullar yaradırlar, alırlar, istehsal edirlər. Torpaq özü isə
kənd təsərrüfatının inkişafı və insanların ərzaq məhsullanna olan tələbatının
ödənilməsi məqsədilə geniş istifadə olunan unversial məhsuldar varlıqdır,
məhsuldar qüvvədir və insanlar üçün əvəzedilməz nemətdir.
Məhsuldar qüvvələrin maksimum səmərəli yerləşdirilməsi və ölkə
əhalisinin sayma, artım dinamikasına, milli sərvətlərin və resursların yerləşmə
coğrafiyasına, ehtiyatlanna, əmək resurslarının potensialına, elm və texnikanın
inkişafına adekvat apanimalı və obyektiv reallıqlar mütləq şəkildə nəzərə
alınmalıdır. Məhsuldar qüvvələr elə yerləşdirilməlidir ki, təbii resurslarm bol
olduğu regionlarda əmək ehtiyatları ilə bərabər, infrastruktur, maşın və
128
Azerbaycan iqtisadiyyatı
mexanizmlər, texniki potensial üzrə proporsiyalar pozulmasın. Və yaxud
əksinə təbii resurslann, yeraltı və yerüstü sərvətlərin məhdud olduğu ərazilərdə
iri istehsal müəssisələrinin yerləşdirilməsi mənfi fəsadlara gətirib çıxara bilər.
Ümumiyyətlə, məhsuldar qüvvələrin yerləşdirilməsi prinsipləri təbii və iqtisadi
resurslar balanslaş- dınlmaqla baxılmalı, əhali məskunluğu və regional amillər
əsasən nəzərə alınmalıdır.
Məhsuldar qüvvələr - öz strukturunda əhalinin və regionun istehsal
sahələrinin fəal hissəsini və təbii mühitin, regionun təbii resurslanmn passiv
hissəsini birləşdirir. Bu proseslərdə istehsal münasibətləri istehsal
proseslərində sosial-iqtisadi münasibətlərin sistemli forması kimi ortaya çıxır
və istehsalın təşkilini, bölüşdürülməsini təmin edir. İstehsal vasitələri isə yeni
mal və xidmətlərin yaranması ilə nəticələnən istehsal və əmək fəaliyyətinin
inteqrasiyasından formalaşır.
Məhsuldar qüvvələrin yerləşdirilməsi - özündə əsas etiban ilə ərazi
sosial-iqtisadi sistem əsasında kompleks yanaşmalan, burada təbii resurslarla
təbii mühitdən qaynaqlanan elementlər, əhali və ərazi istehsal kompleksi
komponentlərinin maraqlannm balans- laşdırılması məsələlərini birləşdirir.
Məhsuldar qüvvəllər regional səviyyədə inteqrativ - kooperativ prosesləri
formalaşdırır, regionun iqtisadi inkişafının tendensiyalannı müəyyənləşdirir.
Bu proseslərdə istehsal qüvvələri ilə istehsal münasibətlərinin regional
aspektdə inteqrasiyası, tarazlaşdmlması, iqtisadi və sosial amillərin baxılması,
istehsal qüvvələrin səmərəli yerləşdirilməsi həyata keçirilir.
Məhsuldar qüvvələrin yerləşdirilməsinin səmərəliliyinin
müəyyənləşdirilməsi üçün praktiki fəaliyyət proseslərində bir sıra metodlardan
və yanaşmalardan fəal istifadə olunur. Bunlara regional analiz metodu, lokal və
sistemli təhlillər, demoqrafik və əmək ehtiyatlannm təhlilləri, təbii ehtiyatlann
təhlili, iqtisadi təhlil, balans metodu və s. yanaşmalar daxildirlər.
Məhsuldar qüvvələr nəzəriyyəsi - görkəmli alman iqtisadçı alimi
Fridrix Listin (1789-1846) adı ilə bağlıdır. F.List özünün 1841- ci ildə nəşr
etdirdiyi “Siyasi iqtisadın milli sistemi” kitabında hər hansı bir millətin
zənginləşməsinə, bununla bağlı olaraq nemətlər
129
Dərslik, SDU - 55
İstehsal etmək bacanqlanm yüksək qiymətləndirmiş və bunlan ""məhsuldar
qüvvələr” kimi səciyyələndirmişdir. F.Listə görə klassik iqtisadi
nəzəriyyələrin banisi olan A.Smit məhsuldar qüvvələrin tam mahiyyətini aça
bilməmişdir. A.Smit müstəqil məhsuldar qüvvələr elementlərini tam dərk
etmədiyindən bu sahədə nəzəriyyə irəli sürməmişdir. Listə görə məhsuldar
qüvvələrin inkişaf dərəcəsi əslində millətin rifahının əsas göstəricisi kimi
baxılmalıdır. Hər bir millət təbii və milli sərvətlərdən səmərəli istifadəni
özünün əqli və zəhməti ilə təmin etməli, nemətlər yaratmalı, yeni mal və
məhsullar formalaşdırmalı, insanlıq naminə faydalı yaşayış vasitələrini təmin
etməlidir.
Məhsuldar qüvvələr nəzəriyyəsinin inkişafı və onun müxtəlif
komponentlərinin nəzəri əsaslan üzrə bir sıra alimlərin yanaşmalan diqqət
çəkir. Y.Tyunen kənd təsərrüfatı istehsalının yerləşdirilməsi nəzəriyyəsini irəli
sürmüş (1826), əsas amillər kimi müəssisənin ixtisaslaşması və onun
xərclərinin məcmusu, mərkəzdən uzaq olması, hazır məhsullann satış
bazarlanna çıxaniması xərclərinin çox olması və s. götürülmüşdür.
V.Launxardt sənaye müəssisəsinin səmərəli təşkili nəzəriyyəsini vermişdir
(1882) və bu nəzəriyyənin əsasında sənaye müəssisəsinin xammal və satış
bazarlanna yaxın ərazilərdə yerləşməsi, nəqliyyat xərclərinin minimuma
endirilməsi prinsipləri yer almışdır. A.Veber əvvəlki nəzəriyyələri inkişaf
etdirməklə ‘"sənaye ştandortu” nəzəriyyəsini hazırlamışdır (1909) və bu
nəzəriyyənin əsas prinsipləri kimi yerləşmənin kompleksliliyi, ümumi
xərclərin minimuma endirilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması və
işçi mühitinin nəzərə alınması olmuşdur. A.Lyoş 1940-cı ildə ‘"Ümumi
yerləşdirmə nəzəriyyəsi”ni irəli sürmüşdür. Bu nəzəriyyə əsas etiban ilə
məhsuldar qüvvələrin bütün ölkə üzrə proporsional yerləşdirilməsini, regionun
yerləşdirilmədə rolunu və iqtisadi bərabərliyin ərazilər üzrə təşkilinin baza
elementlərini özündə əks etdirmişdir.
Amerika iqtisadçısı U.Ayzard 1956-cı ildə ""Ərazi iqtisadiyyatı
nəzəriyyəsi”nin əsasını qoymuşdur və burada əsas yanaşma prinsipləri makro
və mikro iqtisadi amillərə görə regionun inkişafı
130
Azərbaycan iqtisadiyyatı
məsələləri, rayonlararası əlaqələrin çoxsahəlilik modeli götürülmüşdür. Digər
Amerikan rus əsilli iqtisadçısı V.Leontyev 1954-cü ildə regionlar üzrə
planlaşdırma və proqnozlaşdırmanın nəzəri əsaslarını hazırlamışdır və
sahələrarası məhsul buraxılışı, onlara çəkilən xərclərin strukturu və balansı,
regionda yaradılan əlavə dəyərin istehsal mənbələri, bölüşdürülməsi əsas
götürülmüşdür.
Müasir dövrdə isə əsas yanaşmalar kimi, məhsuldar qüvvələrin
regionlarda səmərəli yerləşdirilməsi, təbii resurslardan və işçi qüvvəsindən
maksimum fayda götürülməsi, regional müəssisələrin və istehsal şəbəkəsinin
optimal həcmi və strukturunun formalaş- dınlması daha çox diqqət çəkirlər.
6.2. Azərbaycan iqtisadiyyatında məhsuldar qüvvələrin
xüsusiyyətləri
Azərbaycan iqtisadiyyatı müasir dövrdə strateji hədəflərin yerinə
yetirilməsi mərhələsindədir. Ölkəmiz özünün milli iqtisadi inkişaf modelinin
nisbətən optimal variantının formalaşdırılmasına nail olmuşdur. SSRJ-nin
süqutundan sonra və Azərbaycan özünün müstəqilliyinin bərpasından sonrakı
dövrdə təbiətin ona bəxş etdiyi məhsuldar qüvvələrdən müstəqil şəkildə
istifadə etmək şansını əldə etmişdir.
Təbiət Azərbaycana külli miqdarda və böyük həcmdə təbii ehtiyatlar
bəxş etmişdir. Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi və onun
inkişafının məhsuldar mexanizmlərlə modelləşdirilməsi üçün kifayət qədər
təbii və iqtisadi potensial mövcuddur. Təkcə Xəzər dənizinin dibində təbiətin
Azərbaycana verdiyi karbohidrogen resurslannm - neft və qazın hesabına
Azərbaycan iqtisadiyyatı dünya iqtisadi sistemində özünəməxsus mövqe
tutmağa nail olmuş və əsas hədəf yaxın perspektivdə iqtisadi cəhətdən inkişaf
etmiş ölkələrin sırasında yer almaqdır.
Azərbaycan iqtisadiyyatında məhsuldar qüvvələrin mühüm
xüsusiyyətlərindən biri geniş miqyasda rəqabətqabiliyyətli istehsal sahələrinin
yaradılması, ictimai istehsalın həcminin və fasiləsizliyinin təmin edilməsi
potensialına malik olmasıdır. Neft və qaz
131
Darslik. SDU- 55
resurslan ilə bərabər, Azərbaycanda kifayət qədər işçi qüvvəsi - əmək
ehtiyatları mövcuddur. Sosialyönlü iqtisadi inkişaf siyasətinin nəticəsində ölkə
əhalisi daim artım dinamikası nümayiş etdirir, əhali sakinliyi problemləri
kompleks şəkildə həll olunur, əhalinin təkrar istehsal prosesləri dövlətin xüsusi
diqqət mərkəzindədir.
Səhiyyə və təhsil sahələrinin, sosial infrastrukturun inkişafı məqsədilə
ardıcıl tədbirlər görülür. Bundan əlavə, ölkəmizdə digər yeraltı və yerüstü
sərvətlər hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi
perspektivləri xeyli yüksəkdir. Sənaye əhəmiyyətli təbii sərvətlər, filiz və
qeyri-fılizlər, yataqlar hesabına iqtisadiyyatın müxtəlif sahələrinin əhəmiyyətli
səviyyədə inkişafı mümkündür.
Kənd təsərrüfatı məhsullarının əkilməsi və yetişdirilməsi baxımından
Azərbaycanın demək olar ki, bütün regionlannda bu və ya digər istiqamətlərdə
güclü perspektivləri vardır. Ölkəmizdə bitkiçilik və heyvandarlıqla yanaşı,
müasir aqrosənaye istiqamətli məhsuldar sahələrin, xüsusilə emal sahələrinin
inkişaf etdirilməsi potensialı da xeyli yüksəkdir. Müasir iqtisadiyyat
sahələrinin yaradılması perspektivləri də diqqət çəkir və s.
6.3. Azərbaycan sənayesində məhsuldar qüvvələr
Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında və müasir qlobal
iqtisadi çağınşlar nəzərə alınmaqla modelləşdirilməsində sənaye sektorunun
payı və rolu kifayət qədər böyükdür. Əslində Azərbaycanda uzun əsrlər boyu
aqrar və kənd təsərrüfatı məşğuliyyətindən ibarət iqtisadi fəaliyyət növlərinin
olduğu məlumdur. Amma neft sənayesinin inkişafı ilə əlaqədər XIX əsrin
ortalarından başlayaraq Azərbaycanda sənaye infrastrukturu, sənaye sahələri
və sənaye müəssisələri yaradılması prosesləri sürətləndi. Bütün bu proseslərin
mərkəzində təbiətin Azərbaycana bəxş etdiyi ən dəyərli nemət və təbii sərvət -
neft durmuşdur. Neft sənayesinin inkişafı Azərbaycanda mövcud məhsuldar
qüvvələrin hərəkətə gətirilməsinə və onlardan səmərəli istifadənin təşkilinə
imkan vermişdir. Neft sənayesinin inkişafı işçi qüvvəsinin - əmək ehtiyatlannm
daha
132
Azerbaycan iqtisadiyyatı
məhsuldar və səmərəli yerləşdirilməsinə, yeni yollann salınmasına, 0 cümlədən
dəmir yolunun tikilməsinə, neft kəmərlərinin və boru xətlərinin çəkilməsinə
rəvac verməklə bərabər, məhsuldar qüvvələrin potensialından istifadəyə
münbit şərait yaratmışdır. Sonradan neft sənayesinin, bununla yanaşı digər
sənaye sahələrinin, məsələn kimya, metallurgiya, elektrotexnika,
maşınqayırma, cihazqayırma və s. sənaye sahələrinin inkişaf etməsi hesabına
sənaye sektorunda güclü məhsuldar qüvvələr potensialının formalaşdırılması
prosesləri intensiv xarakter almışdır.
Keçmiş SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycanın sənaye
sektorunda 1 O-dan çox sənaye sahəsinin güclü maddi-texniki bazası və
məhsuldar qüvvələri toplanmışdır. Azərbaycan sənaye potensialına görə əsaslı
irəliləyişə nail ola bilmiş və aqrar respublikadan sənaye-aqrar statuslu
respublikaya çevrilmişdir. Sənaye sahələrinin məhsuldar qüvvələri geniş
çeşiddə sənaye mallannm istehsalına, yeni xammalların və yanmfabrikatların
hazırlanmasına, emal sahələrinin təşkilinə imkan verirdi. Keçmiş SSRİ-nin
süqutundan sonra, Azərbaycan müstəqil şəkildə milli sənaye sektorunu
formalaşdırmağa və inkişaf etdirməyə müvəffəq olmuşdur. Neftqaz
resurslanndan səmərəli istifadənin hesabına Azərbaycanda rəqabət-
qabiliyyətli mədənçıxarma sənaye sahəsi yaradılmışdır. Sənayenin bu sektoru
əslində Azərbaycanın milli iqtisadiyyatının lokomotivi statusunu yerinə yetirir.
Ölkəmizdəki qiymətli filizlərin və qeyri-filiz ehtiyatlarından istifadəni
genişləndirmək, müasir texnolgiyalar əsaslı yeni emal kompleksləri yaratmaq
məqsədilə silsilə tədbirlər görülməkdədir. Metallurgiya və kimya sənayesinin
inkişafı hesabına qeyri-neft sənaye sektorunun gücləndirilməsi prosesləri
intensivləşməkdədir. Bu sahələrdə güclü intellekt, bol əmək ehtiyatlan, peşəkar
işçi qüvvəsi kimi məhsuldar qüvvələrlə yanaşı, ən müasir texnolgiyalar əsaslı
iri qurğular və avadanlıqlar, maşın və mexanizmlər cəmlənmişdir. Nəqliyyat
infrasturkturu beynəlxalq standartlar səviyyəsinə çatdınlmışdır. Xəzər dənizi
sahilində - Ələt qəsəbəsində isə beynəlxalq əhəmiyyətli və güclü yükötürmə və
yükdaşıma qabiliyyətinə malik liman və logitika infrastrukturu
yaradılmaqdadır.
133
Dərslik. SDU - 55
Azərbaycan sənayesinin yaxın perspektivdə strateji inkişaf hədəfləri və
prioritetləri, ilk növbədə ölkəmizdə mövcud olan təbii resurslardan və
məhsuldar qüvvələrdən maksimum səmərəli istfa- dənin təmin edilməsi ilə
bağlıdu*. Bu məqsədlə sənaye sektorunun neft və qaz sahələri ilə yanaşı,
qeyri-neft sənaye sektoru sahələrinin daha da inkişaf etdirilməsi prosesləri
sürətləndirilməkdədir. Əsas məqsəd milli iqtisadiyyatın davamlı və dayanıqlı
inkişafına imkan verən sənaye sahələrinin inkişafına nail olmaq, məhsuldar
qüvvələrin ölkənin regional aspektləri nəzərə alınmaqla səmərəli yerləşdi-
rilməsini təmin etməkdən ibarətdir.
6.4. Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldar
qüvvələrin yerləşdirilməsi
Azərbaycanda kənd təsərrüfatının və aqrar sahənin inkişaf etdirilməsi
bütün dövrlərdə ölkəmiz üçün strateji vəzifələrdən olmuşdur. Belə ki, ölkə
əhalisinin yansından çoxu kənd rayonlarında yaşayır və tarixən
əkinçilik-heyvandarlıqla məşğul olmuşlar. Azərbaycan kəndlərində məhsuldar
qüvvələrin əsas elementlərindən biri olan bol işçi qüvvəsi mövcuddur. Bu
kəndlərin yerləşdiyi ərazilərdə isə təbiət insanlara geniş çeşiddə və iri həcmdə
təbii sərvətlər və faydalı qazıntılar bəxş etmişdir. Azərbaycanın kənd
rayonlannda qiymətli torpaq və iqlim resursları, su ehtiyatlan, flora və fauna,
əkin-biçin yerləri, otlaqlar-örüşlər, müalicəvi sular və bitkilər, rekreasiya
zonaları, qiymətli təbiət guşələri, bol günəş və s. vardır. Deməli işçi qüvvəsi və
əmək ehtiyatlarının hesabına, insanlann fiziki və əqli əməkləri nəticəsində kənd
təsərrüfatı məhsullannm əkilməsi və becərilməsi üçün münbit şərait
mövcuddur.
Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldar qüvvələrin
yerləşdirilməsi baxımından müasir dövrdə daha çox tələb olunan məsələlər
sırasında kəndli təsərrüfatlarının, həmçinin fərdi sahibkarlann texnika, maşın
və mexanizmlərə olan tələbatının daha etibarlı variantlannın reallaşdırılması,
müasir becərmə, əkinçilik.
134
Azerbaycan iqtisadiyyatı
suvarma texnolgiyalannın kənd yerlərinə gətirilməsi, kənd təsərrüfatı və aqrar
məhsulların istehsalı sahələrinin maddi-texniki bazasının, infrastrukturunun
gücləndirilməsi, xüsusilə bu sahələrdə istehsal olunan məhsuların son
istehlakçılara çatdınlması proseslərinin səmərəli təşkili və ümumilikdə kənd
rayonlannda fəaliyyət göstərən sahibkarlıq strukturlannm, həmçinin ev
təsərrüfatlan üzvlərinin səmərəli fəaliyyətinə münbit şəraitin yaradılmasına
nail olmaqdır. Azərbaycanda bu istiqamətlərdə sistemli və kompleksli tədbirlər
görülür, islahatlar aparılır, dövlət proqramlan hazırlanır və həyata keçirilir.
Son illərdə isə ölkəmizdə kənd təsərrüfatı və aqrar sektorun inkişafı
məsələləri strateji yanaşma səviyyəsinə qaldın İmişdir. Bu sahələrin elmi
əsaslarla inkişafına üstünlük verilməkdədir. Strateji hədəflər isə kənd
təsərrüfatı və aqrar sahədə mövcud olan potensialdan, ehtiyatlardan,
ümumilikdə məcmu məhsuldar qüvvələrdən maksimum səmərəli istifadənin
təmin edilməsi, ölkə regionlarında, 0 cümlədən ucqar kənd raynlarında
məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə nail olmaqdan ibarətdir.
6.5. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və
məhsuldar qüvvələrin yerləşdirilməsi
Azərbaycanın müasir iqtisadi inkişaf proseslərində və müstəqilliyin
bərpasından sonra milli iqtisadi maraqlar çərçivəsində formalaşdınlan milli
iqtisadi inkişaf modelinin əsas fəaliyyət istiqamətlərindən biri regionların
sosial-iqtisadi inkişafının yüksək səviyyəyə qaldırılmasıdır.
Bununla əlaqədər olaraq Azərbaycanda son 10-15 il ərzində ardıcıl
olaraq kompleks və sistemli tədbirlər həyata keçirilir. Ölkə regionlannin
hamısında geniş həcmli abadlıq-quruculuq işləri aparılmış, kənd rayonlarının
siması tamamilə yenilənmiş, müasir infrastruktur obyektləri istismara verilmiş,
regionlann iqtisadi fəallığı əhəmiyyətli səviyyədə artınlmışdır.
135
Dərslik, SDU - 55
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı I (2004-2008-ci illər) və II
(2009-2013-cü illər) dövlət proqramlan yüksək məhsuldarlıqla həyata
keçirilmişdir. Azərbaycanın regionlannda sahibkarlığın inkişafı, kiçik və orta
müəssisələrin yaradılması, kəndli fermer təsərrüfatlannın inkişaf etdirilməsi
üçün güclü dövlət dəstəyi mexanzimləri hazırlanmış və reallaşdırılmışdır.
Ölkə regionlarının tarazlı inkişafı məqsədilə əsas növ kommunal
xidmət və sosial infrastruktur obyektləri istismara verilmiş, əhalinin işlə
təminatı üçün böyük həcmdə tədbirlər həyata keçirilmişdir. Regionların
elektrik enerjisinə tələbatı məqsədilə 20-yə yaxın elektrik stansiyası tikilmiş və
1520-dən çox yanmstansiya istismara verilmişdir.
Əksər regional mərkəzlərdə - rayon mərkəzlərində kanalizasiya
sistemləri quraşdırılmış və 100-ə yaxın su anban inşa olunmuşdur, Regionlarda
yüzlərlə yeni məktəblər və xəstəxanalar, diaqnostika mərkəzləri, olimpiya
kompleksləri tikilmişdir.
Hazırda III dövlət proqramı - “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icra
olunmaqdadır. Bu proqramın başlıca məqsədi regionlann sürətli sosial-iqtisadi
inkişafı ilə bərabər, qeyri-neft sektoru sahələrinin və ənənəvi fəaliyyət
sahələrinin məhsuldar fəaliyyətini təmin etməkdən ibarətdir. Proqramda ölkə
regionlarında olan təbii resurslardan, istehsal resurslarından, işçi qüvvəsindən
maksimum səmərəli istifadənin hesabına regionlararası iqtisadi inkişaf
fərqlərinin minimuma endirilməsi tədbirləri də geniş yer almışdır.
Azərbaycanın regional sosial-iqtisadi inkişaf siyasəti ölkənin mövcud
iqtisadi rayonlan üzrə planlaşdırma və proqnozlaşdırma, sosial-iqtisadi
inkişafın bazar münasibətləri əsasında inkişafının genişləndirilməsini, kənd
təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsini, bu sahənin aqrar
sektorla birlikdə elmi prinsiplər üzrə inkişafının təmin edilməsini nəzərdə
tutur.
Şəkil 6.1-də Azərbaycanda mövcud iqtisadi rayonlann, həmçinin Bakı
şəhərinin ərazisi verilmişdir.
136
A zər hay can iqtisadiyyatı
/Vzərbaycanda iqtisadi rayonlann arazisi. min kv. km. (cəmi 86.6
min kv. km.)
Naxçıvan Muxtar Respublikası
Dağlıq Şirvan iqtisadi raşonu
Kəlbəcər-Laçın iqtisadi rayonu
Yuxan-Qarabağ iqtisadi rayonu
Aran iqtisadi rayonu p
Quba-Xaçmaz iqtbadi rayonu I
I.onkaran iqtisadi rayonu I
Şəki'Zaqatala iqtisadi rayonu p
Gəncə-Qazax iqtisadi rayonu J Abşeron iqtisadi rayonu
Bakı şəhəri
21.15
6,961
6,07
İM I2Jİ
0 10 15
20
25
Şəkil 6.1. Azərbaycanda iqtisadi rayonlann ərazisi, min kv. km. (cəmi 86,6 min kv.km.). (ARDSK-nın
məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.azstat.org).
01.0
Şəkil 6.2.-də isə Azərbaycanın iqtisadi rayonlarında
.2016-cı il tarixə əhalinin sayı öz əksini tapmışdır.
Azərbaycanın iqtisadi rayonlarında əbali sayı, min nəfər, 01.01.2016-cı
ilə (cəmi 9705,6 min nəfər)
Naxçıvan Muxtar R^publikası
Dağlıq Şirvan iqtisadi rayonu
Kəlbəcər-l.açın iqtisadi rayonu
Yuxan-Qarabağ iqtisadi rayonu
Aran iqtisadi rayonu
Quba-Xaçmaz iqtisadi rayonu
l.ənkəran iqtisadi rayonu
Şəki-Zaqatala iqtisadi rayonu
Gəncə-Qazax iqtisadi rayonu
Abşeron iqtisadi rayonu
Bakı şəbəri
500 1000 1500 2500
Şəkil 6.2. .Azərbaycanın iqtisadi rayonlarında əhali sayı, min nəfər, 01.01.2016 -cı ilə
(cəmi 9705,6 min nəfər). (.ARDSK -nın məlumatları əsasında müəllif tərəfindən
hazırlanmışdır, http://www.azstat.org).
137
A z^jrhaycan iqtisadiyyatı
Şəkil 6.4-də İSƏ Azərbaycanın iqtisadi rayonlarında 2015-ci ildə
əsas sahələr üzrə məhsulun ümumi buraxılışının həcmi öz əksini
tapmışdır.
A/ərbaycanın iqtisadi rayonlarında əsas sahələr üzrə
məhsulun Umuıni buraxılışı, ınin. manat (2015)
vvyv
Şəkil 6.4. .Azərbaycanın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı, mln. manat,
2015-ci il (ARDSK-nın məlumatları əsasında müəllif tərətlııdəıı hazırlanmışdır. http:/Avw\v.azstat.org).
Ölkə regionlarında sənaye sektorunda cəmləşmiş məhsuldar
qüvvələrdən maksimum səmərəli istifadənin təşkili və sənaye məhsulu
istehsalının həcminin artırılması ölkə iqtisadiyyatının neftdən asılılığını
azaltmaqda əsas fəaliyyət istiqamətlərdən biri kimi mühüm əhəmiyyət
kəsb edir.
Şəkil 6.5.-də Azərbaycanın iqtisadi rayonlarında 2015-ci ildə
sənaye məhsulunun həcmi öz əksini tapmışdır.
139
Dərslik, SDÜ - 55
.\zərbaycanm iqtisadi rayonlarında sənaye məhsulunun
həcmi, mln. manat (2015)
Naxçıvan Muxtar Respublikası
Dagbq Şirsan iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu
Yuxan-Qarabag iqtisadi rayonu
,\ran iqtisadi rayonu
Quba-Xaçmaz iqtisadi rayonu
Lənkəran iqtisadi rayonu
Şəki-Zaqatala iqtisadi rayonu
Gəncə-Qazax iqtisadi rayonu
.\bşeron iqtisadi rayonu
jl 17,1
1 0,6 P
24,2
' m 79 7
^ 1 )9
-1 ^ 1
DU4,C
916,8
881,9
747,1
0 200 400 600 800 1000
Şəkil 6.5. A/ərbaycunın iqtisadi rayonlarında sənaye məhsulunun həcmi, min. manat,
2015-ci il, (ARDSK-nın məlumatları əsasında müəllif tərəilndən ha/ırlanmışdır,
http://w>v\v.a/.stat.or}»).
Şəkil 6.6.-da isə Azərbaycanın iqtisadi rayonlarında 2015-ci ilin
yekununa görə kənd təsərrüfatı məhsullarının həcmi verilmişdir.
Azərbaycanın iqtisadi rayonlarında kənd təsərrüfatı
məhsulunun həcmi, mln. manat (2015)
Naxçıvan Muxtar Respublikası
Dağlıq Şirvan iqtisadi rayonu
Kəlbəcər-Laçın İqtisadi rayonu
Yuxarı-Qarabag iqtisadi rayonu
Aran iqtisadi rayonu
Quba-Xaçmaz iqtisadi rayonu
Lənkəran iqtisadi rayonu
Şəki-Zaqatala iqtisadi rayonu
Gəncə-Qazax iqtisadi rayonu
Abşeron iqtisadi rayonu
259
1 51,.l mm
226,
101,8
4
■ 612,2 ■
609,7
504,4
158,4
■ 93,1
500 1000 1500 2000
Şəkil 6.6. Azərbaycanın iqtisadi rayonlarında kənd təsərrüfatı məhsulunun həcmi,
mln. manat, 2015-ci il, (.ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən
hazırlanmışdır. http:// \v\v\v.azstat.org).
140
Azsrbaycan iqtisadiyyatı
Ölkə regionlarının inkişafının tarazlaşdırılmasında, regionlar-
arası və sahələrarası iqtisadi inkişafdakı disporsiyaların azaldılmasında
iqtisadi rayonlar üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin əhəmiyyəti
böyükdür.
Şəkil 6.7.-də Azərbaycanın iqtisadi rayonları üzrə 2015-ci ilin
yekunlarına görə əsas kapitala yönəldilmiş vəsaitlər öz əksini tapmışdır,
____________________________________________________
Azərbaycanın iqtisadi rayonları üzrə əsas kapitala yönəldilmiş vəsaitlər,
nıln. manat (2015)
Naxçıvan Muxtar Respublikası
Uagiıq Şirvan iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu
Yuxarı-Qarabag iqtisadi rayonu
Aran iqtisadi rayonu
Quba-Xaçmaz iqtisadi rayonu
Lənkəran iqtisadi rayonu
Şəki-Zaqatala iqtisadi rayonu
Gəncə-Qazax iqtisadi rayonu
Abşeron iqtisadi rayonu
0,19
152
■i 269
■mı ;
1 214,8
8 40,8
)51,2
1H)6,5
200 400 600 800 1000 1200
Şəkil 6.7. Azərbaycanın iqtisadi rayonları üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, mln.
manat, 2015-ci il, (,ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır,
lıttp://vvww.azstat.ors).
Ölkə regionlarının sosial iqtisadi inkişafının müasir iqtisadi
çağırışlar nəzərə alınmaqla modelləşdirilməsi hazırda aktual
problemlərdəndir. Strateji yol xəritələrinin icra proseslərinin getdiyi
bir şəraitdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi,
bununla əlaqədər olaraq mövcud təbii və iqtisadi resurs
potensialından maksimum səmərəli istifadənin təmin edilməsi,
məhsuldar qüvvələrin regionlararası təssərrüfat-kooperasiya və
sahələrarası əlaqələr - münasibətlər nəzərə alınmaqla
modelləşdirilməsi məsələləri yaxın perspektivdə qarşıda duran
mühim vəzifələrdəndir.
141
Dərslik. SDU - 55
Özünüyoxlama sualları:
1. Məhsuldar qüvvələr anlayışı və onların yerləşdirilməsi prinsipləri.
2. Azərbaycan iqtisadiyyatında məhsuldar qüvvələrin xüsusiyyətləri.
3. Azərbaycan sənayesində məhsuldar qüvvələr.
4. Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsuldar qüvvələrin
yerləşdirilməsi.
5. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və məhsuldar qüvvələrin
yerləşdirilməsi.
ƏDƏBİYYAT:
1
3. 4.
5.
6.
7.
8.
9.
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6
dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı. Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq
edilmişdir.
Azərbaycan regionlan. Statistik məcmuə. Bakı, 2016.- 820 s. Bəhəri T.,
Mehdiyeva V. Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi.
Dərslik. Bakı: “İqtisad Universiteti”
nəşriyyatı. 2013. -526 s.
Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015, 185 s. İqtisadi proseslər və
ictimai istehsalın tərəfləri.
http://www.kayzen.az.
Şəkərəliyev A., Şəkərəliyev Q. Azərbaycan iqtisadiyyatı:
reallıqlar və perspektivlər. Bakı, “Turxan”, NPB, 2016.-536 s.
CMHpHOBa T.Jl. PasMeuteuHe npoM3Bo;iHTejibHbix CHJI B
POCCHH: yneÖHoe nocoöne. CeBepcK: H3;I-BO CTH HHÜY MHOH,
2011.-153 c.
Friedrich List. National System of Political Economy. New York
(USA), 2006.
142
Azerbaycan iqtisadiyyatı
FƏSİL 7
AZƏRBAYCAN İQTİSADİYYATINDA YAN AC AQ-ENERJİ KOMPLEKSİ
7.1. Yanacaq-eneıji resursları və yanacaq-enerji kompleksinin
formalaşması prosesləri.
7.2. Azərbaycanda energetika sənayesinin və elektrik enerjisi
istehsalının vəziyyəti.
7.3. Azərbaycanda neft sənayesinin inkişaf tarixi.
7.4. Azərbaycanda neft və təbii qaz hasilatının dinamikası.
7.5. Azərbaycanın yanacaq-enerj i balansı.
7.6. Azərbaycanda elektroenergetika .sahəsinin müasir vəziyyəti.
7.7. Bakı-TbiUsi-Ceyhan neft kəməri.
7.8. Cənubi Qafqaz Boru kəməri (Bakı-Tbilisi-Ərzurum qaz boru
kəməri).
7.9. Trans-Anadolu Qaz boru kəməri və Transadriatik Qaz kəməri.
7.1. Yanacaq-enerj i resursları və yanacaq-enerj i kompleksinin
formalaşması prosesləri
Yanacaq enerji resursları hər bir ökənin müstəqil inkişafı və rəqabət
qabiliyyətli milli iqtisadiyyat formalaşdırılması üçün vacib şərtlərdəndir.
Amma, təbiət dünyanın bütün ölkələrinə bərabər şəkildə yanacaq-enerj i
resursları bəxş etməmişdir. Buna görə də, hər bir ölkənin dövləti özünün
yanacaq-enerj i resurs mənbələrini etibarlı şəkildə və uzunmüddətli dövr üçün
müəyyənləşdirməli, resurs potensialı olmaqla yanacaq-enerj i kompleksinin
formalaşdırimasmı təmin etməlidir. Son 50-70 il ərzində dünya ölkələrində
əsas yanacaq resurslan kimi neft və qaz əhəmiyyətli rol oynayır. Bunlarla
bərabər, atom enerjisindən də istifadə olunur. Amma, bu sahə mürəkkəb və
təhlükəli olduğundan, həm də külli miqdarda vəsait müqabilində
143
Dərslik. SDV - 55
başa gəldiyindən dünyanın 70-80 % ölkələrinə atom eneıjisi müəssisələrinin
tikintisini hayata keçirməyə imkan vermir.
Azərbaycan özünün yanacaq-eneıji kompleksini formalaşdırmaqda
mövcud təbii sərvətlərdən və resurslardan istifadə edilməsi hesabına bü
vəzifənin öhdəsindən gəlməyə müstəqil olaraq gücü çatan azsaylı
ölkələrdəndir. Azərbaycanda bol təbii sərvətlər, günəş, alternativ eneıji
mənbələri, neft və qaz yataqları kifayət qədərdir və ölkəmizin tarazlı yanacaq
enerji balansını qurmasına, həmçinin rəqabətqabiliyyətli güclü yanacaq-eneıji
kompleksinin formalaşmasına imkan verir. Ölkənin yanacaq-enerji
kompleksinin təkamül prosesləri, ilk növbədə neft sənayesinin keçdiyi tarixi
inkişaf prosesləri, həmçinin SSRİ-nin tərkibində olduğu dövrlərdə
elektroenergetika infrastrukturunun və istehsal şəbəkəsinin formalaşdırılması
ilə bilavasitə bağlı olmuşdur. Qeyd edək ki, yanacaq-enerji kompleksinin
Azərbaycanda inkişafı prosesləri nəticəsində respublikanın müxtəlif
ərazilərinin sürətli inkişafı baş vermiş, yeni qəsəbələr və şəhərlər salınmış,
sənaye və energetika mərkəzləri formalaşdırılmışdır. Məsələn, Mingəçevir
kimi iri sənaye və energetika mərkəzi Azərbaycanda yanacaq-eneıji
kompleksinin güclü inkişafı nəticəsində ərsəyə çatdın İmişdir. Sumqayıt
sənaye mərkəzinin güclü infrastrukturunun və istehsal potensialmm
yaradılmasında yanacaq- eneıji kompleksi müəssisələrinin də böyük rolu
olmuşdur (elektrik stansiyaları, istilik elektrik stansiyalan və s.).
Azərbaycanın təbii ehtiyatlanndan və milli sərvətlərindən istifadə
hesabına əhalinin rifahının yaxşılaşdırılmasında yanacaq- eneıji kompleksinin
əhəmiyyətli rolu vardır. Hazırda ölkəmizdə 71 neft və qaz yatağı açılıb və
onlann əksəriyyəti istismar olunur. Neft və qaz sənayesinin iri layihələri icra
edilir. Ölkəmizdə elektrik və istilik eneıjisi istehsalının və istehlakçılara
çatdınimasının nəhəng şəbəkəsi vardır. Bütün bunlan özündə birləşdirən
yanacaq-eneıji kompleksinin başlıca vəzifəsi daim, dinamik artan milli
iqtisadiy- ytaın və ölkə əhalisinin eneıji resurslan ilə davamlı və fasiləsiz
tələbatını hayata keçirməkdən ibarətdir. Ölkəmizdə yanacaq-eneıji
kompleksinin mərkəzi və regional idarəetmə sistemi fəaliyyət
144
Azerbaycan iqtisadiyyatı
göstərir. Enerji resurslanndan qənaətlə istifadə edilməsinin stimul- laşdırılması
mexanizmləri mövcuddur. Ölkə əhalisnin təbii qazla və elektrik enerjisi ilə
təchizatının daha da yaxşılaşdırılması məqsədilə müxtəlif proqramlar və
tədbirlər kompleksi həyata keçirilir. Yanacq- enerji resurslannm daha
mükəmməl uçot sisteminin və idarəetmə mexanizmlərinin formalaşdırılması
üçün əlavə tədbirlər görülür. Azərbaycanın yanacaq-enerji kompleksi artıq
mütərəqqi idarəetmə sistemi mexanizmlərindən istifadə edir və müasir
texnologiyaların tətbiqinə daha çox önəm verir.
7.2. Azərbaycanın energetika sənayesinin və elektrik enerjisi
istehsalının vəziyyəti
Azərbaycanın eneıji mənbələri və elektrik eneıjisi istehsalı şəbəkəsi
uzun illər ərzində etibarlı şəkildə formalşdınlmışdır. Ölkənin elektrik enerjisi
sənayesinin əhəmiyyətli hissəsinin təşkili prosesləri 1970-ci illərin ortalarından
başlamışdır. Həmin dövrdə Mingəçevirdə elektrik enerjisi kompleksinin
inkişafı genişləndirilmişdir. Bundan əlavə, 1980-ci illərdə Şəmkir Su Elektrik
stansiyası istifadəyə verilmişdir. Əgər, 1970-ci illərin ortalannda ölkənin
elektrik stansiyalarının gücü üç min MVt idisə, bu göstərici 1990-cı ildə 5 min,
2000-ci ildə 4912 MVt, son illərdə isə 7500 MVt səviyyəsindədir. Hazırda
mövcud olan elektrik stansiyalarının gücünün 85 %-ə qədəri İstilik Elektrik
Stansiyalarının payına düşür. Enerji istehsalının ümumi həcmi orta illik 24728
mln. kVt. saatdır.
Ölkənin yanacaq-enerji kompleksinin sabit fəaliyyətində
enerjidaşıyıcıların istehsalının dinamikliyi mühüm əhəmiyyət kəsb edir.
Əvvəldə qeyd etdiyimiz kimi Azərbaycanda elektrik enerjisinin istehsalının
güclü infrastrukturu formalaşdırılmışdır. Elektrik enerjisi istehsalı və
bölüşdürülməsi sahəsində 240-a yaxın müəssisə fəaliyyət göstərir və burada
işləyənlərin ümumi sayı 27 min nəfərdən çoxdur. Bu sahədə məhsul
istehsalının həcmi 1,9 mlrd, təşkil etmişdir.
145
Dərslik. SDU - 55
Şokil 7.1-do Azərbaycanda 2010-2015-ci illərdə energetika sənayesində fəaliyyət göstərən müəssisələrin ümumi sayı verilmişdir. Həmin dövr ərzində bu kateqoriyadan olan müəssisələrin sayı 14 %-ə yaxın artmış və 2015-ci ilin sonuna 360 təşkil etmişdir (bax: Şəkil 7.1.).
Azorbaycıında energetika sənayesində fəaliyyət göstərən müəssisələrin
ümumi sayı (2Ü1Ü-2Ü15)
.Şəkil 7.1. Azərbaycanda energetika sənayesində fəaliyyət göstərən müəssisələrin iinuımi sayı, 2010-2015-ci illər (ARDSK-nın ınəlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av\vw.stat.gov.az).
Şəkil 7.2-də Azərbaycanda energetika sənayesində istehsal olunmuş məhsulun ümumi həcmi 2010-2015-ci illər üzrə öz əksini tapmışdır.
Azərbaycanda energetika sənayesində istehsal olunmuş məhsulun
ümumi həcmi, mlrd, manat (2010-2015)
.15
30
25
20
15
10
5
0
] 3<kı« -------------------------------- —2?;. ----------------- ■ ---------------- m -------------- ----------------------------------------------------
2010 2011 2012 2013 2014 2015
Şəkil 7.2. Azərbaycanda energetika sənayesində istehsal olnnmıış məhsıılıın ümumi həcmi, mlrd, manat, 2010-2015-ci illər (AUI)SK-nm məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av\vw.stat.gov.az).
146
. '1 zərhaycan iqlisadiyyatı
Ölkəmizin energetika sənayesində yüksək potensialın olmasına
baxmayaraq, son illərin maliyyə qeyri-sabitliyi bu sahənin işinə mənll
təsir göstərmişdir. Belə ki, məhsul istehsalının həcmi 2015-ci ilinm
yekunundan 2010-cu ilin səviyyəsindən aşağı olmuşdur (bax: Şəkil
7.2).
Şəkil 7.3-də Azərbaycanda 2010-2015-ci illərdə istehsal
olunmuş sənaye məhsulun ümumi həcmində energetika sənayesinin
xüsusi çəkisini görmək mümkündür. Qeyd edək ki, ümumi sənaye
məhsulunda bu sahənin payının azaldılması müasir dövrdə ölkəmizin
qarşısında duran starteji hədəllərdəndir. Əgər 2010-cu ildə energetika
sənayesinin ümumi sənaye məhsulunda payı 86,2 % idisə, bu göstərici
2015-ci ilin yekununda 78,1 % olmuşdur (bax: Şəkil 13).
Şokil 7.3. A/ərhnycaıuhı istehsal olunmuş sonaye məhsulunun ümumi həcmində energetika
sənayesinin xüsusi %-lə, 2010-2015-ci illər (ARDSK-nm məlumatları əsasında müəllif tərətlndən ha/ırlanmışdır. http:/Av\vw.stat.}'ov.a/).
Yanacaq-encıji kompleksinin və bütövlükdə energetika
sənayesinin əsas fəaliyyət sahələri olan xam neft və təbii qaz hasilatı
sahələri Azərbaycanın milli iqtisadiyyatın inkişafında həlledici rol
oynayırlar və iqtisadiyyatın digər sahələrinin inkişafına da güclü
147
Dərslik. SI) U - 55
təkan verirlər. Neft və qaz hasilatı sənayesinin ritmik fəaliyyəti milli
iqtisaidyyatın inkişafı üçün vacib şərtlərdəndir. Çünkü, hələlik milli
iqtisadiyyatın əhəmiyyətli hissəsi bu sahələrdə istehsal olunan milli
məhsulun hesabına fonnalaşır.
Şəkil 7.4-də Azərbaycanda 2010-2015-ci illər ərzində xam neft
və təbii qaz hasilatı sənayesində fəaliyyət göstərən müəssisələrin sayı
verilmişdir. Həmin dövr ərzində bu müəssisələrin sayı 45,7 % artmış və
2015-ci ilin sonuna 118 təşkil etmişdir (bax: Şəkil 7.4).
Şəkil 7.4. Azərbaycanda xam neft və təbii qaz hasilatı sənayesində fəaliyyət göstərən müəssisələrin sayı, 2010-2015-ci illər (.ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən
hazırlanmışdır. lıttp://w>v\v.stat.gov.az).
Ölkəmizdə neft strategiyasının reallaşdırılması və bu sahəyə
külli miqdarda investisiyaların yatırılması ilə əlaqədar olaraq, son
10-15 ildə neft və qaz hasilatı əhəmiyyəli artım nümayiş etdirmişdir və
bunun nəticəsində bu mühüm sektorda ölkə üzrə milli məhsulun böyük
bir hissəsi formalaşdırılıb. Lakin, 2011-ci ildən başlayaraq dünya
bazarlarında neftin qiymətinin azalma tendensiyasına görə ümumi
məhsulun həcmində də azalma tendensiyası baş vermişdir. Belə ki, əgər
2011-ci ildə ölkəmizdə xam neft və təbii qaz hasilatı sənayesində 26,7
mlrd, manatlıq məhsul istehsal olunmuşdursa, 2015-ci ildə bu göstərici
cəmisi 16,2 mlrd, manat olmuşdur (bax: Şəkil 7.5).
148
A zarhaycan uftisadiyyaU
Azərbaycanda xanı neft və təbii qaz hasilatı sənayesində istehsal
olnumuş məhsulun həcmi, mlrd, manat (2010-2015)
30
25
20
15
10
X 26,7 25,5
2010 2011 2012 2013 2014 2015
Şəkil 7.5. Azərbaycanda xam neft və təbii qaz hasilatı sənayesində istehsal olunmuş məhsulun həcmi, mlrd, manat 2010-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avww.stat.gov.az).
Azərbaycanda neft və qaz məhsullarının emalı şəbəkəsinin fəaliyyəti də ölkəmizdə istehsal şəbəkəsinin genişləndirilməsində ciddi rola malikdir. Şəkil 7.6-da Azərbaycanda neft məhsulları istehsalı müəssisələrində ümumi istehsalın həcminin 2010-2016-cı illər üzrə dinamikası öz əksini tapmışdır. 2010-2013-cü illərdə məhsul istehsalının həcmi, demək olar ki, eyni səviyyədə qalmış, 2014-cü ildə 2013-cü ilə nisbətən 19 %-a yaxın artım olmuş və sonrakı üç ildə istehsalın həcmi nisbətə azalmışdır (bax: Şəkil 7.6).
A/ərl)uycancta neft ın.ılısuliun istehsalı nıü.rssisalorind,') istehsal olunmuş məhsulun
həcmi, mlrd, manat (2010-2UI6)
Şəkil 7.6. Azərbaycanda neft məhsulları istehsalı müəssisələrində istehsal olunmuş məhsulun həcmi, mlrd, manat 2010-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. httpr/Avww.stat.gov.az).
Ölkəmizdə son onilliklərdə elektrik enerjisi, qaz və buxar istehsalı üzrə məhsulların həcminin artırılmasi istiqamətində geniş
149
Dərslik. SDU - 55
miqyaslı tədbirlər görülür. Yeni clektrostansiyalar istismara verilmiş, ölkənin bu sahədəki potensialından səmərəli istifadə üçün əlavə tədbirlər görülmüşdür. 2011-2016-cı illər ərzində bu sahələrdə ümumi məhsul istehsalının həemi 15,4 % artım nümayiş etdirmiş və 2016-cı ilin yekununda 1,8 mlrd, manat təşkil etmişdir (bax:
Şokil 7.7. Azorbayciuula 2011-2016-cı illər or/.ində elektrik enerjisi. (|a/. və buxar istebsab üzrə
məhsulların dəyəri, mlrd, manat (AKDSK-nın məlumatları əsasında müəllir tərəfindən lıa/ırlanmışdır. http://ww\v.stat.}j()v.az).
Azərbaycanda 2011-2016-cı illər ərzində elektrik enerjisi, qaz və
buxar istehsalı sahələrində muzdlu işçilərin sayı Şəkil 7.8-də
verilmişdir. 201 1-2016-cı illər ərzində bu sahələrdə işləyənlərin sayı
9,3 % azalmış və 2016-cı ilin yekununda 26,8 min nəfər olmuşdur (bax:
Şəkil 7.8).
.Şəkil 7.8. Azərbaycanda 2011-2016-cı illər ərzində elektrik enerjisi, qaz və buxar istehsalı
sahələrində muzdlu işçilərin sayı, min nəfər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avw\v.stat.gov.az).
150
,'l z^rbaycan iqtisadiyyatı
Elektrik enerjisin istehsalı ölkəmizdə prioritet milli iqtisadiyyat
sahələrindən biri hesab olunur və bu sahənin inkişafına xüsusi önəm
verilir. Müxtəlif iqtisadiyyat sahələrinin, həmçinin əhalinin elektrik
enerjisinə daim artmaqda olan tələbatının sabit və fasiləsiz ödənilməsi
vacib şərtlərdəndir. Şəkil 7.9-da 1990-2016-cı illər ərzində
Azərbaycanda elektrik enerjisinin istehsalı dinamikasına dair
məlumatlar verilmişdir. Müstəqilliyin bərpasından sonra, ölkəmizdə
1990-cı ildə istehsal ounmuş elektrik enerjisinin həcminin bərpası
yalnız 2013-cü ildə təmin edilmişdir. Bununla belə, istilik elektrik
stansiyalarında 1990-cı ildəki istehsalın həcminin daha sonra - 2014-cü
ildə bərpası mümkün olmuşdur. Son illərdə elektrik enerjisinin istehsal
dinamikasında ciddi artım müşahidə olunmur və 2016-cı ilin yekununda
ölkə üzrə ümumi elektrik enerjisinin istehsalının həcmi 25 mlrd.
kVt.-saat təşkil etmişdir (bax: Şəkil 7.9).
Azərbaycanda elektrik enerjisinin istehsalı dinamikası, mlrd.
kVt-saat (1990-2016)
■ Klektrik enerjisi istehsalı, canıi
■ O cQınİjdən istilik elektrik stansiyalan Qzro elektrik enerjisi istehsalı
1990 2000 2005 2010 2011 2012 2013 2014 2015 2016
.Şəkil 7.9. .Azərbaycanda elektrik enerjisinin istehsalı dinamikası, mlrd. kVt - saat,
1990-2016-cı illər (ARl)SK-nın məlumatları əsasında müəllif tərətlndəıı hazırlanmışdır.
lıttp://\v\vw.stat.j>ov.az).
İstilik elektrik stansiyaları ilə yanaşı, ölkəmizdə elektrik
enerjisinin istehsalında alternativ enerji istehsalı mənbələrinin və
xüsusilə su elektrik stansiyalarının rolu artmaqdadır. 2011-2016-cı
151
Darslik. SI) U - 55
İllər ərzində bu sahədə fəaliyyət qeyri-sabit olsa da, 2014-2016-cı
illərdə su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 54 %-ə yaxın
artmış və 2016-cı ilin yekununda 2 mlrd. kVt.-saat təşkil etmişdir.
Bunlarla bərabər, digər alternativ elektrik enerjisi istehsalı sahələrində
elektrik enerjisinin istehsal həcmi 2016-cı ilin yekununda 2,3 mlrd.
kVt.-saat olmuşdur. Müqayisə üçün bildirək ki, bu göstərici 2011-ci
ildə cəmisi 300 mln. kVt.-saat təşkil etmişdir (bax: Şəkil 7.10).
Azərbaycanda su elektrik stansiyalarında və digər alternativ sahələrdə
elektrik enerjisi istehsalının dinamikası, mlrd. kVt - saat (2011-2016)
3 —2r7-
■M I ■ I ■ I II 2011 2012 2013 2014 2015 2016
■ Su elektrik stansiyalarında elektrik enerjisi istehsalı
■ Digər alternativ elektrik enerji istehsalı sahələri
Şəkil 7.10. .Azərbaycanda su elektrik stansiyalarında və digər alternativ sahələrdə elektrik
enerjisi istehsalının dinamikası, mlrd. kVt - saat, 2011-2016-cı illər (ARDSK- nm
məlumatları əsasında müəllif tərətlndən hazırlanmışdır. http://\v\vw.stat.gov.az).
Yaxın perspektivdə elektrik enerjisi istehsalı sahələrinin müasir
texnologiyalar əsasında yenilənməsi, bu sahədəki mövcud resurslardan
maksimum səmərəli istifadə olunması aktuallığı ilə diqqət çəkir.
Ölkəmizdə getdikcə alternativ elektrik enerjisi mənbələrinə, o
cümlədən külək və günəş resurslarından fomıalaşan elektrik enerjisi
sahələrinə diqqət artmaqdadır və bu sahələrə əsaslı vəsait
qoyuluşlarının, investisiyaların həcmi genişlənməkdədir.
152
Azerbaycan iqtisadiyyatt
7.3. Azərbaycanda neft sənayesinin inkişaf tarixi
Azərbaycan dünyanın neft tarixində önəmli yer tutan bir ölkədir. Neft
sənayesinin formalaşması və inkişaf etdirilməsi tarixi Azərbaycanla bilavasitə
bağlıdır. Hələ uzaq dövrlərdə - IX-X əsrlərdə Bakı ətrafında neftli torpaqlann
və neft mənbələrinin olması bəlli idi. XIII-XIV əsrlərdə məhşur İtalyan səyyahı
M.Polo Azərbaycan neftinin digər ölkələrə aparılmasını yazmışdır. XVI- XVll
əsrlərdə isə artıq Abşeron yarmadasında və Bakı qəsəbələrində (Suraxanı,
Balaxanı, Binəqədi) kustar üsüllarla olsa da neft çıxarılırdı. Həmin dövrdə Bakı
ətrafında və Abşeron yarımadasında 550-ə yaxın neft çalalan və quyuları
olmuşdur.
Bakı neftinin - Azərbaycan neft sənayesinin inkişaf tarixi isə xıx əsrin
ortalanndan başlayır. Artıq həmin dövrdə mexaniki yolla neft quyularından
hasilat mövcud idi və 1947-ci ildən etibarən bu proseslər fəal xarakter almışdır.
Balaxanıda mexaniki vasitələr hesabına neft hasilatının başlanılması ilə
Azərbaycanda bu sahənin inkişaf dövrü start götürmüşdür. 1859-cu ildə neftin
emalı məqsədi üçün Bakıda emal müəssisələri tikilməsinə başlanılır. Həmin
ildə neftayırma zavodunun tikintisi başa çatdırılır, 1863-cü ildə isə kerosin
qurğusu istifadəyə verilir. Artıq bu proseslərdən 15-20 il sonra Bakı ətrafında
17 neftayırma qurğusu mövcud idi. Həmin dövrdən başlayaraq neft hasilatı
ilbəil yüksəlirdi və Azərbaycanda neft sahəsinə olan maraq artıq Bakının
hüdudlanndan kənara çıxmışdı. Belə ki, XIX əsrin 50-ci illərindən başlayaraq
neft sənayesinin inkişaf etdiriməsində yerli və xarici sahibkarlar arasında
rəqabət güclənməkdə idi. Həmin dövr üçün ən güclü xarici neft şirkəti olan
“Nobel qardaşları” şirkəti 1876-cı ildə Bakıda yaranmışdır. Bu şirkətin,
həmçinin Rusiya imperiyasının bir sıra şirkətlərinin Bakı neftinə marağının
artması, neft sənayesinin inkişafının intensivləşdirilməsinə imkan vermişdi.
Belə bir şərairdə - 1878-ci ildə Rusiya imperiyasında ilk neft kəməri Bakıda
inşa olunur və bu kəmərin uzunluğu 12 kilometr olmuşdur. XIX əsrin
sonlarında artıq Bakıda 1 mln. tona qədər neft nəql edən neft kəmərləri
şəbəkəsi
153
Dərslik. SDU- 55
yaradılmışdı və onların uzunluğu 230 kilometr təşkil edirdi. Həmin dövrdə
artıq Bakı nefti Avropaya ixrac olunurdu və bu məqsədlə 1883-cü ildə inşa
olunan Bakı-Batum dəmiryolundan istifadə edilirdi. XX əsrin əvvəllərindən
dünyada istehsal olunan neftin yandan çoxu, başqa sözlə 11 mln. tonu
Azərbaycanda hasil olunurdu. XX əsrin ilk 15-20 ili ərizində neft sənayesi
xeyli inkişaf etmişdi və Azərbaycan Demokratik Respublikasının yaranması ilə
(28 may 1918-28 aprel 1920) əlaqədar olaraq, neftin milli sənaye sahəsi kimi
formalaşdıniması prosesləri inkişaf etmişdir. Amma, Rusiya imperiyasının
süqutundan sonra bolşeviklər Bakını - Azərbaycanı yenidən işğal etdilər və
sonrakı dövrdə neft sənayesinin inkişafı Azərbaycanın SSRİ-in tərkibində
olduğu dövr ilə bağlıdır.
Azərbaycan SSRİ-in tərkibində olduğu dövrdə (28 aprel 1920 - 18
oktyabr 1991) neft sənayesinin inkişafı ilə bağlı müstəqil siyasət aparmaq
hüququna malik olmamışdır, buna görə də həmin dövrdə SSRİ-in rəhbərliyi
tərəfindən neftin hasilatı və bölüşdürülmsəi məsələləri mərkəzi idarəetmə
sistemi əsasında apanlmışdır.
Mərkəzi hökumət neftin istehsalının genişləndirilməsi üçün
Azərbaycana ayırdığı əsaslı kapital qoyuluşlannın əksər hissəsini neft
sənayesinə yönəltəmək üçün verirdi. Lakin, bunlara baxmayaraq 1920-ci illərin
əvvəllərində neft hasilatı azalaraq, 2-3 mln. səviyyəsinə düşmüşdü.
Neftin hasilatında artım tempi 1930-cu illərdə sürətlənməyə başlamış
və 1941-ci ildə rekord səviyyədə - 23,6 mln. ton neft hasil olunmuşdu. Bu
dövrdə artıq neft sənayesinin idarəetmə sistemi formalaşdınimış, yeni
məhsuldar yataqlar istismara verilmişdi.
Həmin dövrdə Azərbaycan keçmiş SSRİ-nin neftə olan tələbatının 76
%-ni ödəyirdi. Bununla belə, 11 Dünya Müharibəsi illərində, xüsusilə Böyük
Vətən Müharibəsi illərində (1941-1945) Azərbaycandan əksər neft
avadanlıqları SSRİ-in Şərq hissəsinə köçürüldüyündən Azərbaycanda neftin
hasilatı 2 dəfəyə qədər azalmışdır.
Həmin dövrdə SSRİ hökuməti fəal olaraq Şərq rayonlannda və Sibirdə
neft axtanşı işlərinə başlamışdı və bu proseslər müharibədən
154
Azerbaycan iqtisadiyyaU
sonra xeyli sürətlə getmişdir. Nəticədə, Bakı ilə yanaşı digər neft bölgələri
formalaşdırılırdı və bunlar XX əsrin 2-ci yarısında SSRİ- nin neftə olan
tələbatında əhəmiyyətli rol oynamışdır. Belə ki, artıq neft əsasən SSRİ-nin
Şərq regionlarında - Sibir hissəsində hasil olunurdu (Tümen və s.).
Bunula belə, Azərbaycanda yeni neft yataqlannm axtarışı prosesləri
Xəzər dənizində apanlırdı. 1949-cu ildə Neft Daşlannda ilk quyu istismara
verildi və beləliklə, Azərbaycan həm də dənizdə ilk dəfə neft çıxaran ölkə kimi
tarixə düşdü. Bundan əlavə, dünyada ilk dəfə olaraq dənizdə estakadalar
üzərində dəniz mədəni tikildi və neftçilər şəhərciyi yaradıldı. Lakin,
Azərbaycanda neft sənayesinin əsaslı inkişafı 10 il sonra - 1969-cu ildən
başlayaraq intensiv fazaya keçdi.
Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri nəticəsində
1970-ci illərdən başlayaraq neft sənayesinin maddi- texniki bazasının
gücləndirilməsi, ağır maşın və mexanizmlər, qülləli kranlar, üzən xidmət
gəmiləri, müxtəlif növ gəmilər və tankerlər neft sənayesinin inkişaf
etdirilməsində əhəmiyyətli rol oynamışlar.
Həmin dövrdə neft və qaz ehtiyatlarının kəşfiyat işləri də kifayət qədər
gücləndirilmişdir və təsadüfi deyildir ki, müasir dövrdə istismar olunan bir
qrup yataqlar (Günəşli, Çıraq və s.) məhz o vaxtlar kəşf olunmuşdur. Görülən
tədbirlər nəticəsində 1975-ci ildə neft və qaz hasilatı xeyli artaraq 27,1 mln.
tona - şərti yanacağa çatdırılmışdır.
Bunlarla bərabər, həmin dövrdə Bakıda nəhəng, həmçinin dünyada
analoqu olmayan Dərin Dəniz Özülləri zavodu istismara verildi və bu
məqsədlə 450 mln. ABŞ dollan həcmində vəsait ayrılmışdı. Şübhəsiz, belə bir
iri zavodun Azərbaycanda istismarı ölkənin neft sənayesinin texniki
potensialını xeyli gücləndirmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin neft strategiyası və “Əsrin
müqaviləsi” (20 sentyabr 1994-cü il). 1989-cu illərin sonlarında - 1990-cı
illərin əvvəllərində keçmiş SSRİ-nin
155
Darslik. SDU - 55
dağılmasına gətirib çıxaran proseslər baş verdi və Azərbaycan öz
müstəqilliyini yenidən bərpa etdi.
Bununla əlaqədar olaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq neft
sənayesinin apancı milli sənaye sahəsinə çevrilməsinə cəhdlər göstərildi və
demək olar ki, bunların hamısı uğursuz alındı.
Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə, artıq müstəqil
Azərbaycana rəhbərliyə qayıdışından sonra bu sahənin mahir bilicisi kimi qısa
müddət ərzində mükəmməl “Neft Strategiyası” hazırlamağa nail oldu. 1994-cü
il sentyabnn 20-də “Əsrin kontraktf’nm imzalanması ilə bu strategiyanın fəal
olaraq reallaş- dırılmasına start verildi.
Bu tarixi kontraktda Azərbaycanın karbohidrogen ehtiyatlan- nın
işlənməsi, kəşfi, eyni zamanda hasilatı üzrə 20 müqavilə razılaşdırılmış və
imzalanmışdır. Böyük Britaniyamın dünya şöhrətli BP kompaniyasının,
həmçinin ABŞ, İtaliya, Türkiyə və s. dünya ökələrindən olan neft
kompaniyalarının birgə fəaliyyəti nəticəsində növbəti illərdə Azərbaycanda
neft sənayesinin inkişafında sıçrayışın baş verməsinə şərait yaradıldı.
Tədricən artmaqda olan neft hasilatı, yeni və müasir texnologiyalar
əsaslı neft yataqlarının istismara verilməsindən sonra - 2005-ci ildən
başlayaraq neft hasilatının həcmi əhəmiyyətli şəkildə yüksəlməyə başlamış və
artıq 2010-cu ildə Azərbaycan neft sənayesinin tarixində ən iri həcmində illik
neft hasilatı qeydə alınmışdır. Həmin il neft hasilatının ümumi həcmi 50,8 mln.
ton təşkil etmişdir. Lakin, dünya maliyyə böhranının mənfi fəsadları
səbəbindən sonrakı illərdə neft sənayesinin inkişafındakı fəallıq bir qədər
zəifləmişdir.
Belə ki, bu sahələrə investisiyaların iri məbləğdə yönəldilməsi
mənbələrində nisbi çətinliklər yaranmışdır. Digər tərəfdən, tədricən neftin
qiymətinin aşağı düşməsi də neft hasilatının artımına mənfi təsir göstərmişdir.
Nəticədə, 2011-ci ildən başlayaraq Azərbaycanda neft hasilatının
ümumi həcmi azalma tendensiyasına keçmiş, 2015-ci ildə
156
Azerbaycan iqtisadiyyatı
hasilatın ümumi həcmi 41,6 mln, ton, 2016-cı ildə isə 41 mln. ton təşkil
etmişdir.
Hazırda neft sənayesinin sonrakı inkişafının və həcminin artırılması
üzrə iri məbləğdə investisiyaların yatırılması və yeni iri məhsuldar yataqların
istismara verilməsi prosesləri gedir.
Yaxın perspektivdə ölkəmizdə neft hasilatının əhəmiyyətli artırılması
üçün starteji hədəflər və prioritet vəzifələr müəyyənləşdirilmişdir.
7.4. Azərbaycanda neft və təbii qaz hasilatının dinamikası
Azərbaycanda neft hasilatının dinamikliyinin təmin edilməsi ölkəmiz
üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən neft Azərbaycan
iqtisadiyyatının aparıcı lokomotivi kimi baxılırsa, digər tərəfdən hələlik neftin
ixracı olmadan Azərbaycan özünün maliyyə sisteminin sabitliyini təmin
etməkdə çətinliklərlə üzləşir.
Buna misal olaraq son illərdə neftin qiymətinin bir neçə dəfə azalması
ilə bağlı ölkəmizin maliyyə-kredit sistemindəki çətinlikləri göstərmək olar.
Müstəqilliyin bərpasından sonra, ölkəmizin neft sənayesinin maddi-texniki
bazasının yenidən qurulması və müasir texnologiyalar əsaslı qurğuların
istismara verilməsi nəticəsində neftin hasilatını əhəmiyyətli səviyyədə artınnaq
mümkün olmuşdur.
2010-cu ildə neft hasilatının həcmi 1990-cı illə müqayisədə 4 dəfə çox
olmuş və əvvəldə bildirdiyimiz kimi, həmin il rekord miqdarda 50,8 mln. ton
neft istehsal olunmuşdur (bax: Şəkil 7.11).
157
A zurhaycan iqtisadiyyatı
Şəkil 7.12. A/orl)aycan Respublikasında 1990-2016- cı illər üzrə təbii qaz hasilatının dinamikası, mlrd. kub. m. (ARDSK-nın və SOCAR-ın məlumatları əsasında müəllif
tərəfindən hazırlanmışdır. http:/Av>vw.stat.j»ov.az; http://www.socar.az).
Şəkil 7.12.-dən göründüyü kimi Azərbaycanda təbii qaz
hasilatının həcminin 2007-ci ildə 1990-cı ilə olan nisbətdə sürətli artımı
təmin edilmiş və həmin ildən başlayaraq, ölkəmizdə təbii qaz
istehsalının həcmi 2011-ci ilədək intensiv olaraq artmışdır. Sonrakı iki
ildə artım o qədər də yüksək olmamış, 2013-2016-cı illərdə isə təbii qaz
hasilatı demək olar ki, eyni səviyyədə qalmışdır.
2015-cı ildə Azərbaycanda təbii qaz hasilatı 29 mlrd. kub. m.,
2016-cı ildə isə 29,4 mlrd. kub. m. olmuşdur.
159
DərsliL SDU - 55
7.5. Azərbaycanın yanacaq-enerji balansı
Azərbaycan özünün sənaye və əhalinin tələbatına uyğun olaraq
yanacaq-enerji balansı formalaşdırmaq iqtidarında olan ölkələrdəndir.
Məlum olduğu kimi, Azərbaycanda yanacaq enerji resurslarının iri
ehtiyatları və güclü istehsal şəbəkəsi, o cümlədən rəqabət- qabiliyyətli
mədənçıxarma sənayesi və emal kompleksləri mövcuddur.
Ölkəmiz özünü enerji məhsulları ilə tam təçhiz etməklə bərabər, onun
əhəmiyyətli hissəsini ixrac edir. Məsələn, 2011-ci ildə ilkin enerji istehsalı
məhsullannın 78 %-i, 2015-ci ildə isə 75,4 %-i ixrac olunmuşdur. Şübhəsiz,
əsas ixrac enerji məhsulları kimi neft və qaz çıxış edir.
Şəkil 7.13-də Azərbaycanda 2011-2015-ci illər üzrə enerji balansı
verilmişdir və həmin illər ərzində ilkin eneıji məhsullannın ümumi həcmi
demək olar ki, eyni səviyyədə qalmışdır. İxracın səviyyəsi isə 2011-ci illə
nisbətdə son illərə nisbətən aşağı olmuşdur.
Bununla belə, ölkənin ümumi enerji təchizatında artım dinamikası
təmin edilmişdir. Belə ki, əgər 2011 -ci ildə ümumi enerji təchizatı 13,6 mln.
Netə bərabər olmuşdursa, bu göstərici 2015-ci il üzrə 15,6 mln. Net təşkil
etmişdir.
Ümumi enerji təchizatından son istehlaka yönəldilən enerji
məhsullarının həcmi 9,1 mln. Net, həmçinin enerji məqsədli son istehlaka
ayrılan enerji məhsullarının həcmi isə 8,3 mln. Net təşkil etmişdir (bax: Şəkil
7.13).
160
Dprsfik. SDU - 55
Azərbaycanın enerji balansının ümumi enerji təchizatında xam
neftin həcmi, mln. ton (2011-2015)
2011 2012 2013 2014 2015
Şəkil 7.14. A/ərbaycaııdu enerji balansının ümumi enerji təchizatında xam neftin həcmi, mln. ton, 2011-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av>v\v.stat.gov.az).
Ölkəmizdə enerji balansının ümumi enerji təchizatında təbii
qazın rolu son illər əhəmiyyətli səviyyədə artmışdır. Əgər 2011-ci ildə
Azərbaycanın enerji balansının ümumi enerji təchizatında təbii qazın
həcmi 9,9 mlrd, kub m. olmuşdursa, bu göstərici 2015-ci ildə 15 %
artaraq 11,4 mlrd, kub m. təşkil etmişdir (bax: Şəkil 7.15).
Azərbaycanın enerji balansının ümumi enerji təchizatında təbii
qazın həcmi, mlrd, kub m. (2011-2015)
-Uy4-
11,5
10,5
10
9,5
To;?- ■ I I
2011 2012 2013 2014 2015
Şəkil 7.15. Azərbaycanda enerji balansının ümumi enerji təchizatında təbii qazın həcmi, mlrd, kub m., 2011-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avww.stat.gov.az).
162
Azerbaycan iqtisadiyyatı
Yanacaq-enerji balansının formalaşması və onun səmərəliliyinin
təmin edilməsində itkilərin səviyyəsinin azaldılması vacib məsələlərdən
hesab olunur. Şəkil 7.16-da 2011-2015-ci illərdə Azərbaycanda enerji
balansında xam neft itkilərinin dinamikası verilmişdir. 2014-cii il
istisna olmaqla, həmin dövrdə xam neft itkilərinin həcmi o qədər də
fərqlənməmişdir və 2015-ci ilin yekununda 45,1 min ton təşkil etmişdir,
müqayisə üçün bu göstərici 2011 -ci ildə 46,4 min ton olmuşdur (bax:
Şəkil 7.16).
Azərbaycanın enerji balansında xum neft itkiləri, min ton (2011-
2015)
48,6
2011 2012 2013 2014 2015
Şəkil 7.16. .Azərbaycanda enerji balansında xanı neft itkiləri, min. ton, 2011-2015-ci illər (ARDSK-mn məlumatları əsasında müəllif tərəllıulən hazırlanmu^dır. http://\v\v\v.stat.}»ov.az).
Azərbaycanın enerji balansında təbii qazın itkiləri nisbətən artım
nümayiş etdirmişdir, amma bu artım, ilk növbədə təbii qazın həcminin
enerji balansında əhəmiyyətli artımı ilə əlaqədar olaraq yaranan
itkilərdən əmələ gəlmişdir. 2011-ci ildə ölkənin enerji balansinda təbii
qazın itkiləri 892,5 mln. kub m. olmuşdursa, bu göstərici 2015-ci ilin
yekununda 1087 mln. kub m. təşkil etmişdir (bax: Şəkil 7.17).
163
Azərbaycan iqtisadiyyatı
Şəkil 7.19. Azərbaycanda enerji balansında elektrik enerjisinin itkiləri, min. kVt - saat, 2011-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəflndən hazırlanmışdır, http://www.stat.gov.az).
Müasir dövrdə yanacaq resurslarından səmərəli istifadənin təmin
edilməsi, qənaət rejiminə nail olunması, bu sahədə kompleks tədbirlərin
görülməsi kifayət qədər aktuallığı ilə diqqət çəkir. Enerji resurslanndan
səmərəli və qənaətlə istifadənin təmin edilməsində mühüm əhəmiyyət kəsb
edən ölkənin yanacaq-enerji balansının müasir yanaşmalar kontekstində
təkmilləşdirilməsi və onun əsas mexanizmlərinin etibarlığının artırılması da
yaxın perspektivdə qarşıda duran mühüm vəzifələrdəndir.
7.6. Azərbaycanda elektroenergetika
sahəsinin müasir vəziyyəti
Azərbaycanda elektoenergetika sahəsinin inkişafı və bununla əlaqədar
tədbirlərin görülməsi staretji və prioritet fəaliyyət sahələrindən hesab olunur.
Bu həm də ölkənin enerji təhlükəsizliyi və ümumilikdə iqtisadi təhlükəsizliyi
baxımından mühüm əhəmiyyət kəsb edir. Sovetlər Birliyi dönəmində
Azərbaycanda istilik və su elektrik stansiyalarının gücünün artıniması ilə bağlı
tədbirlər əsasən
165
Ilırslik. SDU - 55
XX əsrin 70-80-ci illərində həyata keçirilmişdir. Bununla belə,
SSRİ-nin süqutundan sonra Azərbaycanda elektroenergetika sahəsinin
gücünün bərpası və artırılması üçün daha çox işlərin görülməsi lazım
gəlmişdir. Əgər, 1990-cı ildə ölkəmizdəki elektrik stansiyaların ümumi
gücü 5051 MVt idisə, artıq bu göstərici 2005- ci ildə 5157 MVt,
2010-cu ildə 6396 MVt və 2015-ci ilin sonunda isə 7793 MVt təşkil
etmişdir (bax: Şəkil 7.20). _______
Azərbaycanda mövcud elektrik stansiyalarının RUCU, MVt
(1990-2015)
ıSu elektrik stansiyuliırının |>UcU
I İstilik elektrik stuıısiynlarının RUCÜ
> İlin axırına elektrik stansiyalarının RUCU, MVt
Şəkil 7.20. Azərbaycanda mövcud elektrik stansiyalarının Rücü, MVt, 1990-2015-ci illər
(ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
lıttp:/Avww.stat.ROv.az).
Şəkil 7.20-dən göründüyü kimi, Azərbaycanda elektrik
stansiyalarmm gücünün artırılması prosesləri əsasən 2005-2015-ci
illərdə baş vermişdir. Həmin dövrdə Azərbaycanda mövcud elektrik
stansiyaların gücü 51 % yüksəlmiş və bu artımda əsas rolu istilik
elektrik stansiyalarmm yeni gücləri oynamışdır. Belə ki, 2005-ci ildə
istilik elektrik stansiyalarmm gücü cəmisi 4187 MVt olduğu halda,
2015-ci ildə bu göstərici 6690 MVT təşkil etmişdir.
166
.4 ziirbaycan uıtisadiyyatı
Şəkil 7.21-də isə 2011-2016-cı illərdə Azərbaycanda elektrik
enerjisi, qaz və buxar istehsalı sahələri üzrə əsas istehsal fondlarının
həemi verilmişdir. Göründüyü kimi, istehsal fondlarının həcmi ilbəil
artım nümayiş etdirmişdir. 2011-ci ildə istehsal fondlarının ümumi
həcmi 5,2 mlrd, olduğu halda, bu göstərici 2015-ci ildə 8,97 mlrd, manat
və 2016-cı ildə isə 9,8 mlrd, manat olmuşdur (bax: Şəkil 7.21).
Şəkil 7.21. Azorl)aycanda elektrik enerjisi, qaz və buxar istehsalı sahələri üzrə əsas istehsal
fondları (ilin sonuna), mlrd, manat, 20II-2ül6-eı illər (ARDSK-nııı məlumatları əsasında
müəllif tərərmdən hazırlanmışdır. http://\v\vw.stat.{*ov.az).
Ölkəmizdə elektrik enerjisi sahələrinin fəaliyyətinin sabit təminatı üçün müxtəlif çeşidli elektrik avadanlıqları istehsalının həcminin artırılması az əhəmiyyət kəsb etmir. Hazırda Sumqayıt Texnologiyalar Parkında və bir qrup digər müəssisələrdə müxtəlif çeşiddə elektrik avadanlıqları, kabel məhsulları, bu sahədə istifadə olunan çoxlu sayda inventarlar və məmulatlar istehsal olunur. Lakin, son illərdə maliyyə çətinlikləri səbəbindən və hazır məhsulun bazarlarının məhdudluğundan istehsalın səviyyəsində azalma müşahidə olunmuşdur. Bunları Azərbaycanda elektrik avadanlıqlarının istehsalının 2011-2016-cı illərdəki dinamikaşından da görmək mümkündür (bax: Şəkil 7.22).
167
Dərslik. SDU-55
Azərbaycanda clcktik avadanlıqlarının istehsalının dinamikası,
nıln. manat (2011-2016)
200
2011 2012 2013 2014 2015 2016
Şəkil 7.22. Azərbaycanda elektrik avadanlıqlarının istehsalının dinamikası, mln. manat. 20II-2016-eı illər (ARl)SK-nm məlumatları əsasında müəllif tərəllndən hazırlanmışdır. http://\v\v>v.stat.{»()v.az).
Müasir dövrdə daha rəqabətqabiliyyətli, daxili tələbatı ödəməklə bərabər, regional və dünya bazarlarında möhkəmlənə biləcək elektroenergetika məhsullarının və elektrik avadanlıqlarının istehsalının təşkili mühüm vəzifələr kimi diqqət çəkir. Bu sahələrin inkişafına kompleks yanaşma təmin edilməli, dünya firmalarının və kompaniyalarının təcrübəsindən fəal istifadə olunmalı, müştərək müəssisələrin yaradılmasına diqqət artırılmalıdır. Belə olduğu təqdirdə, ölkəmizdə istehsal olunan elektoenergetika məhsullarının dünya bazarlarına çıxarılması imkanları daha geniş ola bilər.
7.7. Bakı-Tbilisi-Ceyhan neft kəməri
Ölkəmizdə “Neft strategiyasf’nın reallaşdırılması ilə bağlı olaraq həyata keçirilən önəmli tədbirlərin sırasında hasil olunan neft məhsullarının dünya bazarlarına çıxarılması infrastrukturunun yaradılması əhəmiyyətli yer tutmuşdur. Hələ “Əsrin kontraktf’nın icrasının ilk illərində kontrakt çərçivəsində hasil olunancaq neftin dünya bazarlarına nəqli problemləri kontrakt iştirakçılarını ciddi
168
/1 zarbaycan iqtisadiyyatı
narahat edirdi. Bunu nəzərə alan Azərbaycan rəhbərliyi mürəkkəb və maliyyə
resurslarının məhdudluğu şəraitində neft məhsullannm nəqli infrastrukturunun
yaradılması proseslərinə başlamışdır. Bu məqsədlə, Beynəlxalq qurumlar,
maliyyə institutları, kredit təşkilatları, müxtəlif ölkələrlə intensiv danışıqlar
aparılır və neftin nəqli layihəsi üzərində işlər sürətləndirilirdi. Nəhayət, 1998-ci
ilin oktyabr ayında bununla əlaqədar olaraq Ankara bəyannaməsi imzalandı.
Bu bəyannaməni imzalayan ölkələr sırasında Azərbaycan, Türkiyə, ABŞ,
Gürcüstan, Qazaxıstan və Özbəkistan yer almışdır. Beləliklə,
Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi üçün Beynəlxalq səviyyədə güclü
dəstək formalaşdınidı və bu amil sonrakı illərdə layihənin reallaşdınlması
istiqamətində önəmli addımlar atmağa imkan verdi. Maraqlıdır ki, Azərbaycan
neftinin hasilatında əhəmiyyətli fəaliyyət göstərən BP şirkəti ilk dövrlərdə bu
layihənin reallığına və səmərəliliyinə şübhə ilə yanaşırdı. Amma, apanlan
tədbirlər nəticəsində tezliklə neft nəqli üzrə əsas boru kəmərinin layihəsinə
olan inamsızlıq aradan qaldırıldı. 1999-cu ilin noyabr ayının 18-19-u
tarixlərində İstanbulda ATƏT-in sammitində Azərbaycan, Türkiyə, Gürcüstan,
Qazaxıstan və Türkmənistan dövlətlərinin başçıları, həmçinin ABŞ Prezidenti
birgə sənəd imzalayaraq, Azərbaycan neftinin dünya bazarlanna çıxarılması
layihəsinə yüksək dəstək verdilər. Həmin sənədə əsasən bu layihənin adı
yeniləndi və Bakı-Tbilisi-Ceyhan (BTC) olaraq adlandırıldı. Müəyyən hazırlıq
işlərindən sonra, nəhayət 2003-cü il sentyabr ayının 10-da boru xəttinin
inşasına başlandı. Bu Azərbaycanın regionda və dünyada nüfuzunu xeyli
qaldırdı və artıq Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi baxılmağa
başlanıldı.
Qeyd edək ki, BTC-nin ümumi uzunluğu 1767 km təşkil edir.
Azərbaycanın payına bu ərazinin 443 kilometri, Gürcüstanın payına - 248
kilometr və Türkiyənin payına isə 1076 kilometr düşür. Kəmərin istismar
müddəti 40 ilə hesablanmışdır. Bu kəmərin ötürücülük qabiliyyəti gündə bir
mln. barel təşkil edir və lazım gələrsə bunun artınlması mümkündür. BTC-nin
illik neft nəqli potensialı 60 mln. ton təşkil edir. Bu kəmərlə əsas etiban ilə
“Azəri- Çıraq-Günəşli” yataqlarından çıxarılan neftin, həmçinin “Şahdəniz”
yatağından çıxan kondensatın nəqli həyata keçirilir. Sonradan BTC
169
DarsUk. SDV - 55
vasitəsilə Türkmənistan neftinin nəqli də başlamışdır. Bundan əlavə,
Qazaxıstanın “Tengiz” yatağından hasil olunan neftin 2013-cü ildə bu boru
kəməri vasitəsilə hissə-hissə nəqli reallaşdınlır.
BTC-nin ümumi tikinti xərcləri əvvəlcədən 3 mlrd. ABŞ dollan
həcmində nəzərdə tutulmasına baxmayaraq, bu xərclərin yekunda 4,5 mlrd.
ABŞ dollanndan çox olduğu bildirilmişdir. Bahalaşmanın real səbəbləri kimi,
ilk növbədə tikintinin aparılması zamanı göstərilən xidmətlərin həcminin
genişlənməsi, bundan əlavə, o dövrdə neft və bir sıra digər enerjidaşıyıcılann
qiymətlərinin dünya bazannda artması göstərilir. Digər tərəfdən, müxtəlif
qurumlann və ictimaiyyətin çağırışları nəzərə alınmaqla, layihənin ekoloji
təhlükəsizlik aspektləri üzrə əlavə xərclər çəkmək lazım gəlmişdir. BTC-nin
idarə və istismar prosesləri SOCAR-ın törəmə müəssisəsi kimi fəaliyyət
göstərən Bakı-Tbilisi-Ceyhan boru kəməri Kompani (BTC ko) 11 səhmdar
tərəfindən təşkil olunmuşdur və ən iri səhmdar olan BP tərəfindən idarə edilir.
Azərbaycan BTC Ko-da 25 %-lik paya malikdir. Bu kompaniyanın maliyyə
vəsaitləri və maliyyələşdirmə məsələləri Dövlət Neft Fondu tərəfindən həyata
keçirilir. BTC üzrə neftin nəqlinə 2006-cı ildə başlanılmışdır.
BTC təkcə neftin nəqli kimi mühüm əhəmiyyət kəsb etmir, həm də
Azərbaycanın Gürcüstan və Türkiyə ilə birlikdə sıx həmrəyliyini, regionun və
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın vacib tərəfdaş olduğunun
təcəssümü kimi dəyərləndirilir. Bu boru xəttinin eyni zamanda mühüm siyasi
əhəmiyyəti vardır, belə ki, bu layihənin iştirakçısı olan dövlətlərin daha
məhsuldar əməkdaşlığı, sülhün və sabitliyin əsas göstəricilərindən biri kimi
xarakterizə olunması bu amillərindəndir.
7.8. Cənubi Qafqaz Boru kəməri (Bakı-Tbilisi-Ərzurum qaz
boru kəməri)
Müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında duran tarixi
vəzifələrdən biri - neft-qaz sektorunun milli maraqlar və milli iqtisadi maraqlar
çərçivəsində təmin edilməsi idi. 1994-cü ildə “Əsrin kontraktı” qüvvəyə
mindikdən sonra Azərbaycan uğurla və intensiv şəkildə “Neft strategiyası”nın
yerinə yetirilməsinə nail oldu.
170
Azerbaycan iqtisadiyyatı
Bu proseslərdə ikinci bir mühüm məsələ neftlə yanaşı, ölkəmizin təbii qaz
yataqlarının istismarının sürələndirilməsi, bu sahələrə yüksək texnologiyaların
gətirilməsi və nəhayət Azərbaycan nefti ilə yanaşı, Azərbaycan qazının dünya
bazarlanna çıxarimasının təmin edilməsi idi. Tarix göstərdi ki, Azərbaycan
özünün bu strateji yanaşmalarında və gözləntilərində yanılmayıb. Neft
layihələri üzrə Azərbaycan özünün üstün komponentlərindən istifadə etməklə
tezliklə dünya bazarlarına çıxmağa başladı və əldə edilən valyuta vəsaitləri
digər iri layihələrin, o cümlədən təbii qazın hasilatı və dünya bazarlarına
çıxarılması perspektivlərini açdı. Artıq dünya ölkələri də, xüsusilə Avropa
Birliyi ölkələri Azərbaycanı özlərinin enerji sahəsində etibarlı tərəfdaşı kimi
qəbul etmişlər. Bu amillər nəzərə alınmaqla ildən-ilə istehsalı artan təbii qazın
dünya bazarlarına, xüsusilə ilk növbədə Türkiyəyə, oradan isə Avropa
ölkələrinə ixracının - nəqlinin təmin edilməsi üçün təbii qazın nəqli üzrə boru
kəmərinin tikilməsi vacib idi.
Azərbaycanın Xəzər dənizinin milli sektorunda ən iri qaz layihəsi
“Şahdəniz” yatağı ilə bağlıdır. Bu yatağın təbii qaz ehtiyatları 1,2 trln. m^
həcmində qiymətləndirilir və buradakı ehtiyatların yeni mənbələrinin kəşfi və
təsdiqlənməsi istisna olunmur. Artıq bu yataqlar üzrə ilkin və Azərbaycanın ilk
iri təbii qaz layihəsi olan - “Şahdəniz” qaz-kondensat yatağının istismarının
birinci mərhələsi üzrə təbii qaz istehsalı atrmaqdadır və “Şahdəniz- 2” üzrə
yekun investisiya qərarları qəbul olunub və eneıji layihəsinin icrası prosesləri
gedir. Ümumiyyətlə, “Şahdəniz” yatağının istismarı üzrə tarixi layihələrin hələ
bağlanmasından əvvəl, buradan hasil olunacaq təbii qazın Türkiyəyə və
Avropaya nəqlinin təşkili üzrə digər iri bir layihənin reallaşdırılmasına ehtiyac
var idi. Bütün bu məsələlərin kontekstində Bakı-Tblisi-Ərzurum, başqa sözlə
Cənubi Qafqaz Boru kəmərinin inşasına qərar verildi.
Cənubi Qafqaz Boru kəmərinin əsas missiyası və təyinatı Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil olunan
təbii qazın Gürcüstan və Türkiyəyə nəql olunmasının etibarlı şəkildə təmin
edilməsidir. Bu təbii qaz boru kəmərinin inşası üzrə tarixi razılaşmalar
Türkiyənin İstanbul
171
Dərslik. SDU- S5
şəhərində 1999-cu il noyabr ayının 18-19-u tarixlərində ABŞ-ın ciddi dəstəyi
ilə və ATƏT-in konfransı çərçivəsində Azərbaycan, ABŞ, Türkiyə,
Qazaxıstan, Gürcüstan və Türkmənistan dövlət rəhbərlərinin birgə
imzaladıqlan sənəddə öz əksini tapmışdır. Boru kəmərinin tikintisi zamanı
onun ətraf mühitə mənfi təsirinin qarşısının alınması üçün zəruri tədbirlər
beynəlxalq tələblərə və standartlara uğun həyata keçirilmişdir. Bu boru
kəmərinin fəaliyyətinin tənzimlənməsi və istismar əməliyyatlarının idarə
edilməsi ilə Cənubi Qafqaz Boru Kəməri Şirkəti məşğul olur.
Cənubi Qafqaz Boru kəmərinin uzunluğu 980 kilometr təşkil edir.
Qeyd edək ki, bunun Azərbaycana aid olan hissəsi 443 kilometr, Gürcüstan
hissəsi isə 248 kilometrdən ibarətdir, qalan hissəsi isə - 289 kilometri
Türkiyənin ərazisinə düşür. Bu layihə çərçivəsində nəzərdə tutulan işlər
2006-cı ilin axırına başa çatdırılmış və boru kəməri istismara verilmişdir. İlk
vaxtlarda təbii qazın Gürüstana verilməsinə başlanılmış, nəhayət 2007-ci ilin
iyul ayından isə Türkiyəyə təbii qazın nəqlinə başlanmışdır. Belə ki. Cənubi
Qafqaz Boru kəməri Azərbaycan və Gürcüstan ərazilərindən
Bakı-Tblisi-Ceyhan boru kəməri marşrutu üzrə keçməklə, Türkiyə tərəfdə bu
ölkənin qazpaylaşdırıcı sisteminə qoşulmuşdur. Bu sistem vasitəsi ilə
Azərbaycandan ixrac olunan təbii qaz Ərzuruma çatdırılır. Cənubi Qafqaz
Boru kəmərinin ötürücü gücü 42 düym (1 düym 25,4 mm-ə və ya 2,54 sm-ə
bərabərdir. Düymdən daha çox boruların iç diametrini ölçmək üçün istifadə
olunur. Bir düym borunun daxili diametri 25,4 mm-ə, yarım düym borunun iç
diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir) təşkil edir. Amma
“Şahdəniz-2” layihəsinin icrası prosesləri nəticəsində bu boru kəmərinin
məhsuldarlığı əhəmiyyətli səviyyədə artırılacaqdır. Bu məqsədlə Gürcüstan
ərazisində müasir texnologiyalar əsaslı iki kompressor stansiyasının inşası
reallaşdırılacaqdır və bu işlərin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub.
Yenidənqurma işlərindən sonra Cənubi Qafqaz Boru kəmərinin nəql
potensialı, konkret olaraq nəql gücü illik 20 mlrd, m^-ə qədər yüksələcəkdir.
Cənubi Qafqaz Boru kəmərinin uğurla istismar edilməsi və yaxın
perspektivdə onun nəql gücünün əhəmiyyətli səviyyədə
172
Azerbaycan iqtisadiyyatı
artırılması Azərbaycanın təbii qazının Avropaya çıxarimasının etibarlı
təminatçısı kimi xarakterizə olunur və bu baxımdan boru kəməri təkcə regional
əhəmiyyət daşımır, eyni zamanda Avropanın enerji təhlükəsizliyi kontekstində
mühüm əhəmiyyət kəsb edir.
7.9. Trans-Anadolu Qaz boru və Transadriatik Qaz kəmərləri
Yaxın perspektivdə Azərbaycanda təbii qaz istehsalının artımı
gözlənilir. Belə ki, “Şahdəniz-2” investisiya layihəsi üzrə işlər
intensivləşməkdədir. Ümumiyyətlə ölkəmizdə perspektivli qaz yataqlarının
istismara verilməsi prosesləri bundan sonrakı dövrü əhatə edəcəkdir. Bu
amillər baxımından təbii qazın dünya bazar- lanna səmərəli və sərfəli
marşrutlarla, həm də optimal məsrəflərlə çıxarılması kifayət qədər aktualdır.
Təbii qazın nəqlinə çəkilən xərclərin azalması və etibarlı nəql marşrutunun
istismara verilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təbii qazının
Türkiyə ərazisinə tam çatdırılması və Türkiyədən Avropa ölkələrinə etibarlı
boru kəmərlərinin çəkilməsi üzrə ölkəmiz Türkiyə ilə birlikdə tarixi missiyalan
yerinə yetirir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi də bu
qəbildəndir.
TANAP layihəsi Azərbaycan və Türkiyə hökumətləri arasında razılığa
əsasən 2012-ci il 26 iyun tarixində İstanbulda imzalanmışdır. Layihəyə görə
Azərbaycandan göndəriləcək təbii qaz Türkiyənin geniş bir ərazisində, onun
Şərqindən Qərbinədək olan sərhədlərindək tranzit qaz sistemini təmin
edəcəkdir. Bundan əlavə, yeni nəql potensialı hesabına Avropa Birliyi
ölkələrinə Azərbaycan təbii qazının ixracı və yönəldilməsi həyata
keçiriləcəkdir. Layihəyə əsasən ilk təbii qaz Türkiyə ərazisinə 2018-ci ildə
daxil olacaqdır. Təbii qaz boru kəmərinin ümumi ötürücülük gücünün tədricən
artırılması nəzərdə tutulmuşdur. Məsələn, 2020-ci ildə bu göstərici 16 mlrd,
m^, 3 il sonra - yəni 2023-cü ildə - 23 mlrd, m^, bundan sonra isə - 2026-cı ildə
31 mlrd, m^ təşkil edəcəkdir. TANAP-la nəql olunacaq Azərbaycan təbii
qazının ümumi orta həcmi təxminən ildə 16 mlrd, m^ səviyyəsində başlanması
gözlənilir. Bu həcmin 10 mlrd, m^ Avropa Birliyi ölkələrinə, 6 mlrd, m^ isə
Türkiyəyə satılacaqdır.
173
Dərslik, SDU - 55
Ümumilikdə, TANAP-ın diametri 56 düymdür və ümumi uzunluğu iki min
kilometrdir. TANAP Türkiyə kimi iri bir dövlətin təbii qazla təminatında
əhəmiyyətli rol oynayacaqdır və bu ölkənin təbii qaza olan tələbatının
ödənilməsində sabit tranzit kəmər rolunu oynayacaqdır. Bu boru kəmərinin
vasitəsi ilə hazırda istismar olunan Cənubi Qafqaz Boru kəməri Avropa
Birliyinin təbii qaz kəmərləri şəbəkəsinə qovuşacaqdır.
TANAP layihəsinin təsisçiləri Azərbaycan tərəfdən - ARDNŞ (80 %
paya mailkdir) və Türkiyə tərəfdən BOTAŞ və TPAO şirkətləridir (ikisi
birlikdə 20 % paya sahibdirlər). Layihənin ümumi dəyəri 7 mlrd. ABŞ dolları
həcmində qiymətləndirilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Milli
Məclisi bu layihənin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirərək,
2012-ci il noyabr ayının 20- si tarixində TANAP-la bağlı iki Sazişi
təsdiqləmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti tərəfindən
“Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və
Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və
təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin
inşasına dair” Sazişin təsdiq edilməsi haqqında Qanun 2011-ci il noyabr ayının
26-sı tarixində imzalanmışdır. Hazırda TANAP-ın infrastrukturunun
yaradılması prosesləri onun keçəcəyi bütün ərazilər üzrə planlı şəkildə apanlır,
işlər intensiv fazadadır və layihənin nəzərdə tutulan müddətdə başa
çatdırılması gözlənilir.
Transadriatik Qaz kəməri (TAP) layihəsi - İtaliya, Yunanıstan və
Albaniya hökumətləri arasında əldə edilmiş razılığa əsasən 2013-cü il fevral
ayının 13-də imzalanmışdır. Bu beynəlxalq qaz boru kəmərinin vasitəsilə
Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Qərbi Avropaya nəqli
təmin olunacaqdır. İlk vaxtlarda, TAP vasitəsi ilə il ərzində nəql olunacaq təbii
qazın ümumi həcm 10 mlrd, m^, sonralar isə tədricən ildə 20 mlrd, m^
səviyyəsinə çatdırılacaqdır. Qərbi Avropaya Azərbaycan qazının 2020-ci ilin
əvvəllərində çatdırılması nəzərdə tutlmuşdur.
TAP-ın ümumi uzunluğu 806 kilometrdir. Bunun Yunanıstan
ərazisindəki hissəsi 478 kilometrdir, 105 kilometr hissə Adriatik
174
Azerbaycan iqtisadiyyatı
dənizinin dibindən keçir, 8 kilometr hissəsi İtaliya ərazisinə düşür, yerdə qalan
215 kilometr isə Albaniyadan keçir. Bu boru kəmərinin diametri 48 düym,
sualtı yerlərdə isə 37 düym təşkil edir. TAP-ın tikintisində üst-üstə 53000-dən
çox borudan istifadə ediləcəyi gözlənilir. TAP-ın ümumi dəyərinin 4,5 mlrd,
avro olacağı proqnozlaşdırılır. TAP-ın əsas səhmdarları sırasında BP şirkəti-20
%, “Cənubi Qaz Dəhlizi” QSC-20 %, “Snam S.p.A.”-20%, “Fluxys”-19 %,
“Enagas”- 16 % və “Axpo”-5 % yer almışdır. Hazırda TAP qaz boru kəməri
layihəsi üzrə nəzərdə tutulan işlərin 50 %-dən çoxu həyata keçirilmişdir.
2020-ci ilə kimi bu layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 mlrd.
ABŞ dolları həcmində olması proqnozlaşdırılır.
Özönüyoxlama sualları:
1. Yanacaq-enerji resursları və yanacaq-enerji kompleksinin formalaşması
prosesləri.
2. Azərbaycanda energetika sənayesinin və elektrik enerjisi istehsalının
vəziyyəti.
3. Azərbaycanda neft sənayesinin inkişaf tarixi.
4. Azərbaycanda neft və təbii qaz hasilatının dinamikası.
5. Azərbaycanın yanacaq-enerji balansı.
6. Azərbaycanda elektroenergetika sahəsinin müasir vəziyyəti.
7. Bakı-Tbilisi-Ceyhan neft kəməri.
8. Cənubi Qafqaz Boru kəməri (Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri).
9. Trans-Anadolu Qaz boru kəməri və Transadriatik Qaz kəməri.
ƏDƏBİYYAT:
1. “Azərbaycan iqtisadiyyatı”, Bakı, “Ağrıdağ”, 1998.-400 s.
2. Azərbaycan rəqəmlərdə. Bakı, 2017.- 286 s.
3. Azərbaycan energetikası. Statistik məcmuə. Bakı 2016.-152 s.
4. Azərbaycan sənayesi. Statistik məcmuə. Bakı, 2016.- 344 s.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR).
http://www.socar.az.
175
DarsliL SDU - 55
6. Azərbaycan Respublikası Energetika Nazirliyinin rəsmi internet saj^ı.
www.minenergy.gov.az.
7. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir.
8. Bakı-Tbilisi-Ceyhan əsas bcrac bom kəməri, http://www.oilfiind.az.
9. Bakı-Tblisi-Ərzumm qaz boru kəməri, http://www.socar.az.
10. Bakı-Tblisi-Ərzumm qaz ixrac bom kəməri Avropanın eneıji
təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
http://www.azertag.az.
11. Bayramov V. TAP layihəsi: yeni dövrün strateji qərarı.
http://www.xalqqazeti.com.
12. Budaqov N. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft bom kəmərinin
istifadəyə verilməsindən 10 il ötür. 13.07.2016. AZƏRTAC.
http://www.azertag.az.
13. Cənubi Qafqaz Bom kəməri (Bakı-Tblisi-Ərzumm). Azərbaycan
Respublikasının Energetika Nazirliyi.
http://www.minenergy.gov.az.
14. Cənubi Qaz Dəhlizi, http://www.bp.com.
15. Dadaşov F.H. XXI əsrdə Azərbaycanın Neft və Qazı. AMEA- nm
Geologiya və Geofizika İnstitutu, www.minenergy.gia.az.
16. Energetika haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri,
24 noyabr 1998-ci il, JV2541-İQ.
17. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015, 185 s.
18. Heydər Əliyev adına Bakı-Tbiİisi-Ceyhan neft kəməri: Biblioqrafik
göstərici /Burax, haz.: G.Hüseynova, G.Misirova; burax, məsul:
K.Tahirov; red.: G.Səfərəliyeva; M.F.Axundov adma Azərbaycan Milli
Kitabxanası. Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi. B., 2009. -240 s.
19. Heydər Əliyev adma Bakı-Tbilisi-Ceyhan neft bom kəməri.
http://www.azerbaijan.az.
20. İsayev A.S. Neft və qaz sənayesinin iqtisadiyyatı. Bakı: Azəməşr, 2008-
299 s.
21. İsayev A.S., Atakişiyev M.C., Teymurova R.Ə. Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə
176
A z0rbaycan iqtisadiyyatı
dövlət proqramından irəli gələn elmi-əməli fəaliyyət
vəzifələrinə dair. Monoqrafiya. Bakı: Azəməşr, 2011.-132.
22. Neft sənayesinin inkişaf tarixi, http://www.azerbaijan.az.
23. Pənahəliyeva M.Ö., Əliyev Ş.T. Beynəlxalq nəqliyyat
əməliyyatları. Dərs vəsaiti. Sumqayıt Dövlət Universitetinin
Nəşriyyatı, 2015.-176 s.
24. SOCAR-ın 2015-ci il üçün illik hesabatı, http://www.socar.az.
25. Şəkərəliyev A., Şəkərəliyev Q. Azərbaycan iqtisadiyyatı:
reallıqlar və perspektivlər. Bakı, “Turxan”, NPB, 2016.-536 s.
26. TANAP. http://www.tanap.com.
27. TAP qaz boru kəməri çox əhəmiyyətli layihədir. Davos dünya
iqtisadi forumu, http://www.sherg.az.
28. TAP qaz boru kəməri İtaliya üçün strateji əhəmiyyət kəsb edir.
http://www.ikisahil.az.
29. TAP dünyanın iqtisadi əhəmiyyətli 10 layihəsi siyahısına daxil
edilmişdir - 2016. http://www.ann.az.
30. TAP layihəsinin 50 faizi icra edildi. 07.09.2017.
http://www.axar.az.
31. Trans-Anadolu qaz boru kəməri layihəsi üzrə işlərin 55 %-i
görülüb, http://www.azpress.az.
Yaqubzadə M. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın
iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. “Əsrin
müqaviləsi-20” http://www.axalqqazeti.com.
Yusifzadə X. Heydər Əliyev və Azərbaycanda neft sənayesinin
inkişafı, http://www.az.trend.az.
34. Yüzbaşova G., Abdullayev Z. Azərbaycanın neftqaz strategiyası:
Problemlər və proqnozlar: Monoqrafiya. /G. Yüzbaşova,
Z.S.Abdullayev; Elmi red. A.Abbasov.- B.:Nurlan, 2006.- 755 s.
AjTHeB T.H. HHHOBauHOHHoe pasBHTHe npOMbimjıeHHOCTH
AaepöaH/OKaua: ne(J)Tenepepa6oTKa, XHMIÜI H He(|)TexHMHH.
MocKBa - BepjiHH, «Palmarium», 2016. -232 c.
Ulrike Andres: TAP qaz boru kəməri layihəsinin 47 %-i icra edilib.
09.08.2017. http://www.lnews.az.
32.
33
35
36.
177
Dərslik. SDU - 55
FƏSIL 8
AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORU
SAHƏLƏRİNİN VƏZİYYƏTİ VƏ İNKİŞAF YOLLARI
8. J. Qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında rolu.
8.2. Azərbaycanda sənaye sektorunun mövcud vəziyyəti və strukturu.
8.3. Azərbaycanda metallurgiya kompleksi: qara və əlvan metallurgiya
sənayesi sahələri.
8.4. Azərbaycanın kimya və neftkimya kompleksi.
8.5. Azərbaycanda maşınqayırma kompleksinin müasir vəziyyəti və
inkişaf istiqamətləri.
8.6. Yüngül .sənaye və onun potensialından səmərəli istifadə məsələləri.
8.7. Yeyinti sənayesi və onun əhəmiyyəti.
8.8. Azərbaycanda tikinti sektoru.
8.9. Nəqliyyat sektorunun mövcud vəziyyəti və inkişaf potensialı.
8.10. Azərbaycanda rabitə və informasiya texnologiyaları
kommunikasiyaları sektoru.
8.11. Ölkədə turizm sektoru və onun potensialından istifadə prioritetləri.
8.12. Texnoparklar, sənaye məhəllələri, sənaye klasterləri və xüsusi
iqtisadi zonaların yaradılması prosesləri.
8.1. Qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında
rolu
Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri və son illərdə baş
verən iqtisadi - qlobal transformasiyalar milli iqtisadiyyatın strukturunun
təkmilləşdirilməsini və genişləndirilməsini vacib etmişdir. Bu baxımdan
qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında rolu əhəmiyyətli
dərəcədə artmışdır. Qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında rolu
aşağıdakılarla izah olunur;
178
Azerbaycan iqtisadiyyatı
^ Milli iqtisadi inkişaf modeli geniş struktur komponentlərinə
malik olduqda daha rəqabətqabiliyyətli və dayanıqlı xüsusiy-
yətlərə malik olur;
^ Dünya iqtisadiyyatının inkişaf təmayyüllərindən yanaşsaq, milli
iqtisadiyyatın davamlı inkişafının və dinamik artımının təmin
edilməsində milli iqtisadiyyatın şaxələndirilməsi həlledici şərtlər-
dəndir;
Dünya iqtisadiyyatında baş verən qlobal hadisələrin və tendensiyaların,
həmçinin dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində
Azərbaycanın milli iqtisadiyyatına dəyən mənfi təsirin azaldılması və
lokallaşdırılmasında qeyri-neft sektoru əhəmiyyətli funksiyaları yerinə
yetirmək iqtidarındadır; Azərbaycanda ənənəvi güclü potensiala və
özünüinkişafetmə qabiliyyətinə malik qeyri-neft sektoru sahələrinin
modemiza- siyası hesabına milli iqtisadiyyatının diversifıkasiyası
probleminin əhəmiyyətli hissəsini həll etmək mümkündür;
^ Azərbaycanda güclü ixrac potensialına malik qeyri-neft sektoru sahələrinin
inkişafının modelləşdirilməsi hesabına ölkəyə gətirilən valyuta
vəsaitlərinin həcminin artırılması, maliyyə sabitliyinin gücləndirilməsi və
ixrac potensialının yüksəldilməsinə əlavə imkanlar yaratmaq olar;
^ Yüksək potensiala malik qeyri-neft sektom kimi kənd təsərrüfatının və
aqraq sektorun inkişafının sürətləndirilməsi və bu sahənin yüksək
texnologiyalar əsasında modemizasiya edilməsi ölkənin ərzaq
təhlükəsizliyini gücləndirməklə bərabər, qeyri-neft ixracı məhsullarının
çeşidinin artırılmasına əlavə potensial yaradar;
^ Qeyri-neft sektoru sahələrinin balanslı inkişafı milli iqtisadiyyatın manevr
qabiliyyətlərini artırır, onun özünüinkişafetmə resurslarının reallaşdın
İmasını təmin edir, cəmiyyətin və milli iqtisadiyyatın qarşılıqlı əlaqədə
davamlı və dayanıqlı inkişafına münbit şərait formalaşdırır;
Qeyri-neft sektoru sahələrinin inkişafının təmin edilməsi milli
iqtisadiyyatın rəqabətqabiliyyətini əhəmiyyətli səviyyədə artırır və onun
dünya təsərrüfatı, dünya iqtisadi proseslərində dayanıqlılığını yüksəldir,
qlobal iqtisadi təsirlərə və təhdidlərə qarşı immunitetini güclü edir və s.
179
Djrslik^DU^S
Son illərdə qeyri-neft sektorunun həemi milli iqtisadiyyatın
ümumi məhsul istehsalında artmaq tendensiyası ilə müşayiət olunur.
2016-eı il yekunlarına görə qeyri-neft sektorunda 39,4 mlrd. man.
əlavə dəyər yaradılmışdır. Ölkənin qeyri-neft sektorunda yaradılmış
əlavə dəyərdə ticarət, nəqliyyat vasitələrinin təmiri sahələri 15,6 % ,
tikinti sektom 15,2 % , nəqliyyat və anbar təsərrüfatı 10,4 %, qeyri-
neft sənayesi 7,1 %, kənd, meşə və balıqçılıq təsərrüfatları- 8,6 %
vəsait təşkil etmişdir. Şəkil 8.1.-də Azərbaycanda qeyri-neft sektoru
üzrə yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü verilmişdir. Azərbaycanda qcyri-nefl sektoru üzrə 2016-cı ildə yaraddnıış əlavə dəyərin
sahələr üzrə bölgüsü, “/o-lə (cəmi = 100 %)
Məhsula və idxala
xalis vergilər
(qcyri-ncll sektoru
üzrə), 9,2%
Sosial vo digər
xidmətlər, 27,5%
İnformasiya və rabitə, 2,7%
1 uristləriiL^ Nəqliyyat və yerləşdirilməsi və təsərrüfatı, ictimai
iaşə, 10 4% 3,6%
Kənd, meşə və
balıqçılıq
l.əs.ərriifatı, 8,6%
__ Qcyn-nelt
sənayesi, 7,1%
Tikinti, 15,2%
Ticarət; nəqliyyat
vasitələrinin
təmiri, 15,6%
Şəkil 8.1. A/.arbaycanda qeyri-neft sektoru üzrə 2016-cı ildə yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü, faizlə (AKDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://wwvv.azstat.org).
Şəkil 8.2.-də isə Azərbaycanın qeyri-neft sənayesində forma- laşmış əlavə dəyərin strukturu öz əksini tapmışdır.
Modənçıxamıanm qeyri-neft bölməsi
Su təchizatı; tullantıların təmizlənməsi və
emalı
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və tochiz,atı
Qeyri-neft emal sənayesi
703,
194 0.4
200 400 600 800 1000 1200 1400 1600 1800 2000
Şəkil 8.2. Azərbaycanın qeyri-neft sənayesində 2016-cı ildə formalaşmış əlavə dəyərin strukturu, mln. man. (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.azstat.org).
Şəkil 8.3.-də isə Azərbaycanın qeyri-neft sənayesində buraxılan məhsulların ümumi strukturu verilmişdir.
180
A zsrbuycan iqtisadiyyatı
Azorbaycamn qeyri-nen .sənaycsiıuls 2016-cı ildə formalaşmış əlavə
dəyərin strukturu, %-lə (cəmi= 100 %)
Su təchizatı;
tullantıların
təmizlənməsi və
emalı
3.6%
Məd.ənvıxarmanm
qcyri-ncO bölm.əsi
2.1%
Elektrik eneıjisi
qaz və buxar
istehsalı,
bölüşdürülməsi və
təchizatı
25.1%
Şəkil 8.3. Azərbaycanın qeyri-neft sənayesində 2016-cı ildə formalaşmış əlavə dəyərin strukturu, %-lə. (ARDSK-nm məlumatları əsasında müəllif tərəflndən hazırlan- mışdır. httpr/Avww.azstat.org).
Qeyri-neft sektoru sahələrinin inkişafı və artımının sabitliyi bu sahələrə yönəldilən əsaslı kapital qoyuluşlarından və investisiya resurslarından bilavasitə asılıdır. 2016-cı il ərzində Azərbaycanda qeyri-neft sektoru sahələri üzrə əsaslı kapitala yönəldilmiş 6286 mln. man. həcmində investisiyaların strukturu faiz nisbətində Şəkil 8.4.- də öz əksini tapmışdır.
.Azorbayacaudu qeyri-neft sektoru sahələri üzrə 2016-cı ildə əsaslı
kapitala yönəlılilmiş investisiyaların strukturu, %-lə (cəmi: 100 %) Kənd, meşə və
bulıqçılıq
təsərrüfatı. 4%
Sosial və dig.ər
İnformasiya və _iidmətlar. 11.4%
rabitə. 2.8%
Turistl.ərin
yerl.əşdirilməsi və
ictimai iaşə. 0,3%
N.əqliyyat və anbar
t.əsərrüfatı, 21,7%
Ticarət; nəqlişyat
vasitələrinin təmiri,
0.8%
Qeyri-neft emal
sənayesi. 16.3%
fikinti. 42.7%
Şəkil 8.4. Azərbaycanda qeyri-neft sektoru sahələri üzrə 2016-cı ildə əsaslı kapitala yönəldilmiş investisiyaların strukturu, faizlə (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.azstat.org).
Qeyd edək ki, son on ilə nəzər salsaq milli iqtisadiyyatın inkişafı prosesində qeyri-neft sektorunun artım dinamikası heç də sabit olmamışdır və son iki ildə yüksək artım nümayiş etdirməmişdir. Şəkil 8.5.-də qeyri-neft sektorunun əvvəlki ilə nisbətən artım dinamikası verilmişdir.
181
Dərslik. SDV - 55
A/orbayc:ııula qeyri-neft sektorunun artım dinamikası (2005-2016-cı
illor), ovvolki ilo nislioton. %-l.ı
2005 2006 2007 2008 2000 2010 2011 2012 2013 2014 2015 2016
Şokil 8.5. .A/orbaycan Respublikasında qeyri-neft sektoru, əvvolki ila nisbaton, fai/.la (.Azarbaycanm
milli hesabları. Statistik macmua. Bakı, 2016-nin asasmda müallif tarafiııdaıı ha/ırlanmışdır).
8.2. Azərbaycanda sənaye sektorunun mövcud
vəziyyəti və strukturu
Azərbaycanın qeyri-ncfl sektorunun müasir dövrdə əsas potensialı sənaye sektorunda cəmlənmişdir. Bu uzun illər ərzində milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri ilə bağlı olmuşdur və ilk növbədə, neft sənayesinin inkişafı ilə əlaqədar olaraq güclü qeyri- neft sektorunun - kimya və neftkimya kompleksinin formalaşması diqqət çəkir. Müxtəlif dövrlərdə Azərbaycanda rəqabətqabiliyyətli metallurgiya, cihazqayımıa və s. qeyri-neft sənaye sahələrinin inkişafı uğurlu ol umuşdur.
Şəkil 8.6-da Azərbaycanda sənaye isethsalının həcminin 2006- 2016-cı illər üçün dinamikası əyani şəkildə verilmişdir.
j 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016
Şokil 8.6. A/orbaycaıı Respublikasmda 200^2016-eı illər ii/,ro soııaye isteİısalmm həcminin dinamikası,
mlrd, manat (.Azərbaycanın i(|tisadi göstəriciləri. Bakı. 2016 . - 824 s. və .Azerbaycan rəqəmlərdə. Bakı,
2017. - 286 s. bttp://\vww.az.stat.org- əsasında müəllif tərətnıdən bazırlanmışdır).
182
.1 z^rhayccın ic/üsadiyyatı
Şokil 8.6-nın təhlilinə baxsaq, 2006-2011-ci illərdə ölkədə
sənaye istehsalı 2,3 dələyə yaxın artmışdır. Lakin, sonrakı illərdə artım
tempinə nail olunmamışdır. Amma, 2016-cı ildə 2015-ei ilə nisbətən
artım tempi bərpa edilmişdir.
Şəkil 8.7-də Azərbaycan Respublikasında sənaye məhsulunun
dəyərinin sahə strukturu öz əksini tapmışdır (2011-2016-cı illər).
Azərbaycanda sənaye məhsulunun dəyərinin sahə strukturu
(2011-2016-cı illər), mln. manat
30000
26894,3
I Mədən çıxarma sənayesi
I Emal sənayesi
I Elektrik enerjisi, qaz və buxar isethsalı. bölüşdürülməsi və t.əchizatı ■ Su
təchizatı, tullantıların təmizlənməsi və emalı
.Şəkil 8.7. Azərbaycan Respublikasında sənaye məhsulunun dəyərinin sahə strukturu (2011-2016-cı illər), mln. manat (Azərbaycan rəqəmlərdə. Bakı, 2017. -286 s. http:/Av\vxv.azslaf.or« əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.7-nin təhlilinə nəzər salsaq görmək mümkündür ki, 2011-2016-cı illərdə mədənçıxarma sənayesinin ölkənin ümumi sənaye məhsulunun strukturunda payının azaldılması üçün görülən tədbirlər nisbətən nəticə vermişdir. Əvəzində isə emal sənayesinin xüsusi çəkisi 2013-cü ildən başlayaraq artım tempi nümayiş etdirir.
Şəkil 8.8-də isə Azərbaycan Respublikasında sənaye istehsalının sahə strukturu faiz nisbətində verilmişdir.
183
Dərslik. SDU - 55
A/orbaycan Rcspubükasında sonaye istehsalının sahə strukturu, %-lo
Su tochi^ıtı,
tullantıların
tamizbnmasi
vo
.Äik enerjisi, qa vn
buxar isethsalı.
bölilşdürülmosi vo (Cieiırzatı I hnıal sənayesi
I Mədən çıxarına
sənayesi
2016
2015
(cəmi: 100 %) gl-SıÜ
28.3
2014
2013
2012
2011
76.8
20 40 60 80 100
Şokil 8.8. Azərbaycan Respublikasında sənaye istehsalının sahə strukturu (2011-2016- cı illər), %-lə (cəmi: 100 %). (Azərbaycan rəqəmlərdə. Bakı, 2017.- 286 s. http://www.azstat.org- əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.8-dən göründüyü kimi, əgər 2011-ci ildə ölkə üzrə sənaye istehsalının sahə strukturunda mədənçıxarma sənayesnin payı 76,8 % idisə, bu göstərici 2015-ci ildə 62 %, 2016-cı ilin yekununda isə 65,3 % təşkil etmişdir. Emal sənayesinin payı isə həmin dövrlərdə müvafiq olaraq: 18,3; 29,9 və 28,3 %. Diqqət çəkən məqam ondan ibarətdir ki, 20125-2016-cı illərdə emal sənayesinin sənaye istehsalının sahə struktumnda payının artmasında artım müşaidə olunmur və şübhəsiz, bu sahədə daha təsirli tədbirlərin görülməsi lazım gəlir.
Şəkil 8.9-da isə Azərbaycan Respublikasında sənayedə çalışan
Şəkil 8.9. Azərbaycan Respublikasında sənayedə çalışan muzdlu işçilərin sayı (2011- 2016-cı illər), min nəfər (Azərbaycan rəqəmlərdə, 2017. Bakı, 2017.- 286 s. http://www.azstat.org- əsasında müəllif tərəfindən hazırlanmışdır).
184
A zsrhaycau iqtisadiyyatı
Şəkil 8.9-a əsasən qeyd etmək olar ki, 2011-2013-cü illərdə sənayedə çalışan muzdlu işçilərin 11,6 % artmışdır. Lakin, 2013- 2015- ei illərdə sənaye sektorunda işləyənlərin sayı 5,4 % azalmışdır. 2016- eı ildə isə sənayedə işləyənlərin artım dinamikası bərpa edilmişdir. 2016-eı ilin yekununda ölkə sənayesində işləyənlərin sayı 192,7 min nəfər təşkil etmişdir ki, bu da 2015-ei ilə nisbətdə 3 %-ə yaxın çoxdur.
Sənaye sahəsinin inkişafının modelləşdirilməsi, onun müxtəlif sahələrinin istehsalının diversillkasiyalaşdırılmasında və istehsal sahələrinin güeləndirilməsində əsas istehsal fondları mühüm əhəmiyyət kəsb edir. Şəkil 8.10-da Azərbayean Respublikasında sənaye sektoru üzrə əsas istehsal fondları (2011-2016-eı illər) verilmişdir.
Azərbavcandit sanavc sektoru ii/.r,ı əsas istehsal foıulları, mlrd, manat
------------------------------------------------------------------------------------ 79 -------
ıITTtff 2011 2012 2013 2014 2015 2016
Şokil 8.10. A/ərhaycan Respublikasında sonaye sektoru üzro əsas istehsal fondları (2011-2016-cı illər), mlrd, manat (Azərbaycan rəqəmlərdə, 2017. Bakı, 2017.- 286 s. lıttp://w\v\v.azstat.org- .əsasında müəllif tərəfindən hazırlanmışdır).
Azərbaycanda sənaye sektoru üzrə əsas istehsal fondlarının həcmi 2016-eı ildə 2011-ci ilə nisbətən 1,9 dəfəyə yaxın artmış və 2016-eı ilin yekununda 79 mlrd, manat təşkil etmişdir. Təhlil olunan bütün illər üzrə artım dinamikası diqqət çəkir. Bu isə sənaye sektorunun əsas fondlarının yenilənməsi proseslərinin ardıcıl olaraq həyata keçirilməsinin nəticəsi kimi də qiymətləndirilə bilər.
Azərbaycanda sənaye sektomnun inkişafının modelləşdirilməsi və müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsi istiqamətində məqsədli və planlı şəkildə dövlət proqramları, kompleks tədbirlər və strateji hədəflərin reallaşdırılması istiqamətində işlər aparılır.
185
Dərslik, SDU- 5 5
Hazırda sənayenin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi və
innovasiyayönümlü nəhəng sənaye müəssislərinin tikilməsi prosesləri intensiv
fazaya keçmişdir. Yaxın perspektivdə ölkədə strateji yol xəritələrinin
reallaşdırılması şəraitində sənaye sektorunun inkişafının sürətlənməsi və
sənaye məhsullarının həcminin artması proqnozlaşdırılır.
8.3. Azərbaycanda metallurgiya kompleksi: qara və əlvan metallurgiya
sənayesi sahələri
Azərbyacanın metallurgiya sənayesi güclü inkişaf tarixinə və
xüsusiyyətlərinə malik rəqabətqabiliyyətli qeyri-neft sektoru sahələrindən
biridir. Bu sahənin çox güclü resurs potensialı və təbii ehtiyatları, xammal
mənbələri mövcuddur. Metallurgiya sənayesinin hər iki mühüm fəaliyyət
sahəsi - qara və əlvan metallurgiya sənaye sahələri ölkəmiz üçün prioritet hesab
olunur.
Metallurgiya sənayesinin inkişafı əsas etibarı ilə II Dünya
müharibəsinin qurtarmasından sonra sürətlənmişdir. Azərbaycanda polad boru
istehsalına ilk dəfə 1952-ci ildə başlanılmış və həmin ildən etibarən
“Azərbaycan Boru-Prokat” zavodu istismara verilmişdir. Həmin zavodda
sonrakı illərdə marten sobaları quraşdırılmışdır. Bu isə müxtəlif polad
məmulatlarının hazırlanması və geniş çeşiddə boruların istehsalı üçün güclü
potensial yaratmışdır. Sonrakı inkişaf illərində bu zavodun istehsal gücü
dəfələrlə artırılmış və zavodun istehsal etdiyi məhsullar keçmiş SSRİ-nin
yüzlərlə ünvanlarına, həmçinin Şərqi Avropa və digər sosializm ölkələrinə
göndərilmişdir. Bu zavod Azərbaycanın ən iri qeyri-neft zavodu kimi tarixə
düşmüşdür və zavodda 10 minə yaxın insan işləmişdir. “Boru-Prokat” zavodu
Sumqayıt şəhərinin inkişafında, onun infrastrukturunun və kadr potensialının
foımalaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Müstəqilliyin bərpasından
sonra bu zavodun əvvəlki həcmdə fəaliyyəti qeyri-mümkün olmuşdur,
təsərrüfat əlaqələri kəsilmiş, satış bazarları qısa müddət ərzində itirilmişdir.
Zavodun potensialını qoruyub saxlamaq və onu mode- mizasiya etmək
mümkün olmamışdır. Mülkiyyət və idarəetmə formasını bir neçə dəfə dəyişən
bu müəssisə hazırda "Azərboru" ASC kimi fəaliyyət göstərir. Amma, öz
potensialının çox cüzi bir hissəsindən istifadə edir. Bu zavodun yaxın
perspektivdə tamamilə
186
Azerbaycan iqtisadiyyatı
yenidən qurulması və onun bazasında müasir texnologiyalar əsaslı metallurgiya
kompleksinin - metallurgiya klasterinin yaradılmasına başlanılmışdır.
“Boru-Prokat” zavodu ilə demək olar ki, eyni vaxtdan fəaliyyətə
başlamış ^‘Daşkəsən Filizsaflaşdırma^’ kombinatı 1954- cü ildə istismara
verilmişdir. Bu müəssisənin əsas funksiyası ölkəmizdəki metallurgiya
müəssisələrini xammal komponentləri ilə təmin edən digər bir müəssisənin -
Rustavi metallurgiya kombinatının (Gürcüstan Respublikası) dəmir filizi
xammalına olan tələbatını ödəməkdən ibarət olmuşdur. Ümumiyyətlə, keçmiş
sovetlər birliyi dövründə iri istehsal müəssisələrinin hamısı ümumittifaq
əhəmiyyətli nəzərdə tutulurdu və onların bir-birindən kooperasiya- təsərrüfat
asılılığı vacib şərtlərdən idi. Bu ideyanın əsasında sovetlər birliyinə daxil olan
respublikalann bir-birindən asılılığını yüksəltmək dayanırdı, bununla da həmin
respublikaların idarəedilməsi və tənzimlənməsi mexanizmləri mərkəzin öz
əlində qalırdı və bütün qərarlar Moskvada hazırlanırdı. Ümumittifaq
əhəmiyyətli müəssisələr Moskvadan verilən bölgülər və tapşırıqlar əsasında
işləyirdilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Daşkəsəndəki bu
iri dağ-mədən müəssisəsi "Daşkəsən Filizsaflaşdırma" ASC kimi fəaliyyətini
davam etdirmişdir və 2006-cı ildə bu müəssisə bir sıra digər metallurgiya
müəssisələri ilə birlikdə kompleks inkişaf etdirilmək və idarə olunmaq
məqsədilə “Detal Limited” Şirkətinin idarəçiliyinə verilmişdir (Böyük
Britaniya). Azərbaycan metallurgiya kompleksinin ilk iri zavodlarından biri
olan Sumqayıt Alüminium zavodu 1955-ci ildə istismara verilmişdir. Bu
zavodda uzun illər ərzində alüminium məhsuları istehsalı üçün alüminium
xammalı külçə şəklində hazırlanmışdır. Zavodun fəaliyyəti dövründə ekoloji
problemlər diqqət çəkmişdir və bu zavodun yenidən qurulması prosesləri aparı
İsa da, son on il ərzində sabit fəaliyyəti mümkün olmamışdır. Zavodda müasir
idarəetmə metodlarının tətbiqi ilə əlaqədər olaraq, müstəqillik illərində yenidən
formalaşdırılmış “Azəralüminium” ASC öz statusunu itirərək, 2000- ci ildə
“Alüminium” istehsal sahəsi kimi “Detal Alüminium kompleks”inin tərkibinə
daxil edilmişdir.
Əlvan metallurgiya sahəsi. “Detal Alüminium kompleks”i -
Azərbaycanın metallurgiya kompleksində əhəmiyyətli sahələri
187
Dərslik, SDU- 5 5
Özündə birləşdirən bir kompleks kimi ciddi mövqeyə malikdir və 2008-ci ilin
mart ayında bu kompleksin təməli qoyulmuşdur. Xüsusilə, gil və torpaq
xammalının alınması, boksit və alunit filizlərinin saflaşdırma proseslərinin
təşkili ilə bağlı işlərin aparılması bu kompleksdə əhatə olunmuşdur. Gəncə
şəhəri ətrafında yerləşən kompleksin 81 hektar ərazisi vardır və burada 4
zavodun istismarı nəzərdə tutulmuşdur. Kompleksdə metaltökmə prosesləri,
fasiləsiz surətdə yayma işləri, elektroliz və anod prosesləri istehsal sahələri
aparıcı sahələr kimi fəaliyyət göstərir. Artıq kompleksdə 50 min ton gücündə
istehsal prosesləri həyata keçirilir və yaxın perspektivdə burada illik istehsalın
həcmi 200 min tonu keçməlidir. Bundan əlavə, Gəncə gil-torpaq zavodunda
istehsal gücünün 450 min tona çatdıniması tədbirləri görülməkdədir.
“Azərqızıl” Dövlət Şirkəti. Əlvan metallurgiya sahəsinin ölkəmizdə
son onilliklərdə inkişaf prosesləri intensivləşmiş fəaliyyət sahələrindən biri də
qızıl istehsalıdır. Bununla əlaqədər olaraq, “Azərqızıl” DŞ-i ilə xarici
investorlar və kompaniyalar arasında birgə fəaliyyət Sazişi həyata keçirilir.
1997-ci ildə imzalanmış bu Sazişlə Azərbaycan tərəfinin payı 51%
səviyyəsindədir və Gədəbəy qızıl-mis layihəsinin digər iştirakçılan sırasında
ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti yer almışdır. Bu
Sazişin reallaşdırılması nəticəsində Gədəbəy, Qoşa, Söyüdlü, Vecnəli və digər
perspektivli qızıl və filiz yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatın təmin
edilməsi həyata keçirilir. Bununla belə, ölkəmizdə digər zəngin qızıl yataqları
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə (Kəlbəcər) qalmışdır.
Ümumiyyətlə, bu sahədə daha intensiv tədbirlərin görülməsi və ölkənin qızıl
ehtiyatının artırılması məqsədilə qızıl istehsalının yeni hədəflərinin
müəyyənləşdirilməsi, bu hədəflərə uyğun investisiyaların yatırılması və
istehsal gücünün arrtıniması vacib şərtlərdəndir.
Qara metallurgiya sahəsi. Baku Steel Company MMC.
Hazırda metallurgiya sənayesinin əsas və iri poladəritmə müəssisəsi kimi
diqqət çəkir. Müəssisə 2001-ci ildə istismara verilmişdir və qara metallurgiya
sənayesi sahələrində istehsal olunan məhsullann bir qrupu bu müəssisədə
istehsal olunur. Müəssisədə “Siemens VAİ”, Kanadanın “STEL TEK”,
həmçinin ABŞ, İtaliya, Hindistan, Fransa və Türkiyədə istehsal olunmuş
avadanlıqlardan istifadə
188
A zsrbaycan iqtisadiyyatı
olunur. Müəssisədə istehsal proseslərinin səmərəli aparılması, poladəritmə prosesi ilə bağlı məhsuldarlığa nail olunması üçün zəruri köməkçi təsəmifatlar və infrastruktur obyektləri tikilmişdir. Bundan əlavə, müəssisədə oksigen və maye azot istehsal edən xüsusi zavod istismara verilmişdir. Müəssisədə ölkənin tikinti sektorunda geniş həcmdə və miqyasda istifadə olunan müxtəlif növ polad məmulatları istehsal olunur. Bu məhsulların sırasında müxtəlif çeşidli künclüklər (40-125 mm), şveleıiər (80-160 mm), ikitavr (100-160 mm) və katanka (5-9 mm) məhsulları, polad pəstahlar, diametri 10-32 mm olan annaturlar istehsal edilir. Hazırda müəssisənin poladəritmə üzrə istehsal imkanları 1200 min ton səviyyəsinə yüksəldilmişdir. Bu müəssisənin məhsulları daxili bazarın tələbatı ilə yanaşı, artıq ixrac olunmağa da başlayıb (Rusiya, Gürcüstan və s.).
Azərbaycanda metallurgiya sənayesinin son illərdə inkişaf dinamikası Cədvəl 8.11-də verilmişdir.
A/ərbaycun Respuhlikasındn nietallıırgiya sənayesinin məhsul istehsalı,
mln. manat (2011-2016-cı illər)
2011 2012 2013 2014 2015 2016
Şəkil 8.11. A/ərhayenn Rcspiıhlikasıııda ınetallur)>iya sənayesi ü/.rə məhsul istehsalı (2011-2016-cı illər), mln. manat (Azərbaycan rəqəmlərdə. Bakı, 2017.- 286 s. http://www.azstat.org- əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.11-ə nəzər saldıqda görmək olar ki, 2011-2016-cı illərdə metallurgiya sənayesi sahəsində məhsul istehsalı artım və azalma dinamikası ilə müşahidə olunmuşdur. 2012-ci ildə məhsul istehsalı 347,1 mln. man. olduğu halda, bu göstərici 2016-cı ildə 287,4 mln. man təşkil etmişdir. Göründüyü kimi, metallurgiya
189
Dərslik. SDU - 55
sənaye sahəsinin inkişaf problemlərinin həllinin yeni mexanizm lərinin hazırlanması və tətbiqi prosesləri sürətləndirilməlidir.
Şəkil 8.12-də də isə Azərbaycanda hazır metal məmulatların dan istehsalın dinamikası öz əksini tapmışdır (2011-2016-cı illər).
.\zərl)aycan Respublikasında hazır metal momulatlarımn istehsalı, mln.
manat (2011-2(116-cı ill.ır)
171.2
İ
131.6 ‘‘‘Y 133,2
I k k i 2011 2012 2013 2014 2015 2016
Şəkil 8.12. Azərbaycan Respublikasında hazır metal mənuılatlannın istehsalı (2011- 2016-cı illər), mln. manat (Azərbaycan rəqəmlərdə. Bakı, 2017.- 286 s. httpı/Avww.azstat.org- əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.12-dən göründüyü kimi hazır metal məmulatlarının istehsalı sahəsində 2011-2016-cı illər ərzində artım-azalma prosesləri diqqət çəkir və bu sahədə sabit dinamik artıma nail olunmamışdır. Hazır metal məmulatlarının istehsalı 2012-ci ildə 171,2 mln. manat olduğu halda, bu göstərici 2015-ci ildə 146,7 mln. manat, 2016-cı ildə isə 133,2 mln. manat olmuşdur.
Şəkil 8.13-də Azərbaycanın metallurgiya sənayesində bütün mülkiyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrin sayı verilmişdir.
2012 2013 2014 2015 2016
> .Metallurgiya sənayesində fəaliyyət göstərən müəssisələrin
cəmi ■ O cümlədən: dövlət müəssisələri
Şokil 8,13. Azərbaycanın metallurgiya sənaye.sindo fəaliyyət göstərən müəssisələrin sayı, 2011-2016-cı illər, ilin əvvəlinə (ARİ)SK-nm məlumatları əsasında əsasında müəllif tərəfindən hazırlanmışdır, http://\vwyv.azstat.org).
190
A z^rhaycan iqtisadiyyutı
Şəkil 8.13-ün təhlilinə əsasən metallurgiya sənayesində fəaliyyət göstərən müəssisələrin formalaşması və inkişafı prosesləri 0 qədər də intensiv deyildir. Məsələn, 2011-2016-cı illərdə bu sahədə artım olmamışdır. Belə ki, 2011-ei ildə metallurgiya sənayesində müəssisələrin eəmi sayı 30 olmuşdursa, bu göstərici 2016-cı ildə 27- yə düşmüşdür. 2011-ci ildə metallurgiya sənayesində dövlət müəssisələrinin və qeyri-dövlət müəssisələrinin sayı müvafiq olaraq 6 və 24 olmuşdursa, bu göstəricilər 2016-cı ildə aşağı düşmüşdür: 5 və 22. Son illərdə sahibkarlığın və biznes mühitinin inkişafı ilə bağlı görülən tədbirlər əsas götürülməklə, metallurgiya sənayesində kiçik və orta biznesin inkişafına, sahibkarlıq subyektlərinin daha məhsuldar fəaliyyətinə nail olunmalıdır. İri kompaniyaların təşkili və fəaliyyətində inhisarçılıq meyillərinə yol verilməməli, kiçik və orta biznesin inkişafı ilə bağlı Azərbaycan dövlətinin iqtisadi siyasətinin reallaşdırılması təmin edilməlidir.
Metallurgiya sənayesinin inkişafının gücləndiurilməsində əsas fondların yenilənməsi və sahənin maddi-texniki bazasının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Şəkil 8.14-də Azərbaycanda metallurgiya sahəsinin əsas fondlarının 201 1-2016-cı illərin əvvəlinə ləcmi öz əksini tapmışdır. __________________
A/.orha\canda metallurgiya sonayesinin osas foıullarımn lıocmi. mln.
manat, ilin ovvnliıı,') (2011-2016)
2011 2012 201.2 2014 2015 2016
Şakil 8.14. .Azarbaycanın metallıırf»iya sonayesinin əsas foıuilarının həcmi, mln. manat, ilin əvvəlinə 2011-2016-cı illər (AKOSK-mn məlumatları əsasında müəllir tərətliKİən ha/ırlanmışdır, http:/Av\vw.azstat.org).
Şəkil 8.14-ün təhlili göstərir ki, 2011-2016-cı illər ərzində ölkəmizdə metallurgiya sənayesinin əsas fondlarının dəyəri 1,9 dəfə artmış və 2016-cı ilin əvvəlinə 545,1 mln.manat təşkil etmişdir. Bu,
191
Darslik. SDU - 55
son illərdə yeni və müasir metallurgiya müəssisələrinin istismara verilməsi ilə bağlıdır və təqdirəlayiqdir. Yaxın perspektivdə qara metallurgiya sənayesinin maddi-texniki bazasının yenilənməsi gözlənilir.
Şəkil 8.15-də Azərbaycanda əsas metallurgiya məhsullarından biri olan - polad borular istehsalının 2010-2016-cı illər üçün dinamikası verilmişdir.
A/..')ri)aycanda polad bondar istehsalının dinamikası, min ton
98 4 (2010-2016) 100
2014 2015 2016
.Şəkil 8.15. A/ərbaycanın metallurgiya sənayesində polad borular istehsalının dinamikası, min ton, 2010-2016-cı illər, (ARI)SK-nm məlumatları əsasında miiəllir tərəfindən hazırlanmışdır, http:/Av\vw.azstat.or}>).
Şəkil 8.15-dən bu qənaətə gəlmək olar ki, 2010-cu il ölkəmizin metallurgiya sənayesində polad borular istehsalı sabit olmamışdır. Belə ki, 2010-cu ildə 36,5 min ton polad borular istehsal edildiyi halda, bu göstərici 2011-ci ildə 98,4 min ton, 2015-ci ildə 29,8 min ton, 2016-cı ildə isə 53,8 min ton təşkil etmişdir.
Şəkil 8.16-da isə Azərbaycanda polad tökmə istehsalının dinamikası verilmişdir və bu sahənin sabit işləməsindən polad borular istehsalının artırılması üçün münbit şərait və güclü potensial yaratmaq mümkündür.
Azərbaycanda polad tökmə istehsalının dinamikası, min ton (2010-2015) 444
.^U7 A 324 302
..A A A i A A, 2ai£ 2011 J>QLL 2013 2014 2015
Ş.'ikil 8.16. Azorbaycanm metallurgiya sənayesindo polad tökmə istehsalının dinamikası, min ton, 2010-2015-cı illər, (ARI).SK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.azstat.org).
192
Azerbaycan iqtisadiyyatı
Şəkil 8.16-nın təhlili göstərir ki, 2010-2015-ci illər ərzində polad tökmə
istehsalının dinamikası ayn-ayrı illər istisna olmaqla (məsələn, 2011, 2012,
2014-cü illər) artım olmamışdır. Belə ki,
2010- cu ildə 307 min ton polad tökmə istehsalı olduğu halda, bu göstərici
2015-ci ildə 302 min ton olmuşdur.
Azərbaycanda strateji yol xəritəsininin reallaşdırılması şəraitində ağır
maşınqayırma sənayesi sahələrinin və ilk növbədə metallurgiyanın inkişaf
etdirilməsinin strateji hədəfləri müəyyənləşdirilmişdir. Yaxın perspektivdə
metallurgiya kompleksinin müasir texnologiyalar əsasında inkişafı prosesləri
daha da sürətləndiriləcəkdir. Qara metallurgiyanın kompleks şəkildə
inkişafının təmin edilməsi məqsədilə nəhəng metallurgiya klasterinin
yaradılması da nəzərdə tutulmuşdur.
8.4. Azərbaycanın kimya və neftkimya kompleksi
Kimya və neftkimya sənaye sahəsi Azərbyacanın güclü potensiala
malik və rəqabətqabiliyyətli qeyri-neft sektoru sahələrindən biridir. Bu sahənin
formalşması və inkişaf tarixi neft sənayesinin inkişaf prosesləri ilə bilavasitə
bağlıdır. Hələ XIX əsrin 60-70-ci illərində neft emalı sahələri inkişaf etməyə
başlamışdı. Bunlarla əlaqədər olaraq, kükürd turşusu, kaustik soda istehsalı
zavodlarının yaradılması vacib idi. Həmin tələbatları ödəmək üçün
XIX əsrin sonlannda artıq Bakıda kükürd turşusu, həmçinin kaustik soda
istehsal edən zavodlar işə düşmüşdür. Bu zavodlar “Nobel qardaşlan” və milli
sahibkar olan H.Z.Tağıyevə məxsus idilər. Artıq
XX əsrin əvvəllərində Azərbaycanda neft emalı sənayesinin həmin
məhsullara olan tələbatlarının 60 %-ə qədəri ödənilirdi. 1917-ci ildə isə Nobel
qardaşlarının benzol və toluol istehsalı sahələri işə düşmüşdür. Bu pirogen
zavodunda benzol üzrə istehsal gücü 60 min pud, toluol üzrə isə istehsal gücü
30 min ton idi. Həmin dövrdə toluoldan tüstüsüz bant hazırlayırdılar və bu
məhsullar hərbi zavodlarda istehsal olunurdu.
Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə neft sənayesinin
inkişafına xüsusi fikir verilirdisə, bu yanaşma onun emal sahələri, o cümlədən
kimya və neftkimya sahələri üçün uzun müddət
193
Dsrslik. SDV - 55
təmin olunmamışdır. Yalnız 1931-ci ildə neft-mədən sularının çox olduğu
Neftçalada yod-brom zavodu işə salınmışdır və bu da, şübhəsiz yodun
səhiyyədə vacibliyi, xüsusilə hərbi sahədə çox işlənən məhsul kimi olması ilə
bilavasitə bağlı idi. Üzvi kimya və neftkimya müəssisələrinin tikintisi və
inkişaf etdirilməsi proseslərinə əsasən Böyük Vətən Müharibəsinin
sonlarından başlanılmışdır. 1945-ci ildə Sumqayıt qəsəbəsində (indiki
Sumqayıt şəhəri) Sumqayıt kimya zavodu fəaliyyətə başlamışdır. Bu zavodda
elektroliz üsulu əsamda qələvi istehsalı istismara verilmişdir. 1958- ci ildə bu
istehsalatın bazasında civə üsullu xlor və kaustik soda istehsalatı yaradılmışdır.
Bundan əlavə, 1947-ci ildən başlayaraq Sumqayıt kimya zavodunda texniki
heksaxloran, xlorparafin istehsalatları istismara verilmişdir. Sonrakı illərdə -
1958-1975-ci illərdə amin duzu, alüminiumxIorid, karboksmetilsellüloza
istehsalatları, I və II növbə sulfanol istehsalatları işə salınmışdır. Sulfanol
istehsalatı SSRİ-nin tələbatının 95%-ni ödəyirdi. Zaqafqaziyada ilk neftkimya
müəssisəsi olan Sumqayıt “Sintezkauçuk” zavodu 1952- ci ildə fəaliyyətə
başalmışdır. Həmin il müəssisədə sintetik etil spirti alınmış və ondan butadien
istehsalının əsası qoyulmuşdur. 1957-ci ildə bu istehsalatların bazasında
butadien-stirol sexi işə salınmışdır. “Sintezkauçuk” zavodunda 1964-cü ildə
butilkauçuk istehsalatı, 1966-cı ildə izopropil spirti, 1971-1980-ci illərdə isə
nitril kauçuku sexləri istismara verilmişdir. 1988-ci ilin sonunda isə
“Sintezkauçuk” zavodunun tərkibində “EP-300” qurğusu, növbəti ildə “Üzvi
Sintez” zavodunda “Polimir 120” istehsalatları işə salınmışdır. Bu qurğuların
istismara verilməsi ilə Azərbaycanda neft və qaz emalından alınan yan kimya
məhsularının və xammallarının səmərəli olaraq emal proseslərinə cəlbi
mümkün olmuşdur. 1970-1985-ci illərdə Sumqayıt kimya kompleksində
ümumittifaq əhəmiyyətli iri müəssisələr, əvvəldə qeyd etdiyimiz
“Sintezkauçuk” və Sumqayıt Kimya zavodları ilə yanaşı, “Üzvi Sintez” kimya
kombinatı, Sumqayıt yuyucu vasitələr zavodu, Sumqayıt “Superfosfat”
zavodu, Sumqayıt polimer kombinatı geniş səviyyədə fəaliyyət göstərmişlər.
Həmin dövrdə əksər kimya məhsullarının istehsalı üzrə məhsuldarlıq 2-3 dəfə
artırılmışdır. Sumqayıtla yanaşı, Azərbaycanın bölgələrində kimya
sənayesinin inkişafı genişləndirilmişdir. Mingəçevirdə
194
••1 zsrhaycan iqtisadiyyatı
“Rezintexniki məmulatlar”, “Şüşə lifi” və Salyanda “Plastik kütlə” zavodları
öz istehsal güclərini artırmağa nail olmuşlar. Qeyd edək ki, həmin dövrdə
kimya və neft kimya müəssisələrində 30 minə yaxın insan işləyirdi və kimya
müəssisələri respublikanın iqtisadiyyatında əhəmiyyətli mövqe tuturdu.
Müstəqil iyin bərpasından sonrakı dövrdə Azərbaycanda kimya və
neftkimya müəssisələrinin əvvəlki istehsal güclərinin qorunub saxlanılması və
iri müəssisələrin modernizasiyası mümkün olmamışdır. 1992-ci ildə
Azərbaycanda kimya və neftkimya müəssisələrinin idarəedilməsi strukturunu
təkmilləşdirmək məqsədilə “Azərikimya” DŞ-i yaradılmışdır. Bu Şirkətin
tərkibinə respublikanın bütün kimya və neftkimya müəssisələri - Bakının Şin,
Rezintexniki məmulatları, Yod-brom, Əczaçılıq zavodları, Sumqayıtın Kimya,
“Sintezkauçuk”, “Üzvi Sintez”, “Superfosfat”, “Məişət kimyası”, Mexaniki
təmir zavodları. Mingəçevirin “Azərizolit”, “Rezin-texniki məmulatları”,
“Şüşə lifləri”, “Regenerat”, Neftçalanın “Yod brom”, Salyanın “Plastik kütlə”
emalı, həmçinin Elmi Tədqiqat “Olefinləri” və “Azərikimya” Dövlət layihə
institutları daxil edilmişdir. Bundan sonra ölkənin əsas kimya və neftkimya
müəssisələrinin inkişafı və koordinasiyası “Azərikimya” DŞ-ti tərəfindən
aparılmağa başlanılmışdır. Lakin, uzun dövr ərzində ölkənin kimya
müəssisələrinin yenidən qurulması proseslərini sürətləndinnək mümkün
olmamışdır. Bu bir tərəfdən maliyyə vəsaitlərinin çatışmaması ilə bağlı olsa da,
digər tərəfdən, bu sahədə modemizasiya və yenidənqurma tədbirlərinə
kompleks yanaşmanın gecikdirilməsi ilə bağlı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində
idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il
tarixli Sərəncamı ilə, 2010-cu ildən başlayaraq kimya sənayesi müəssisələri
“Azərikimya” İB-yi formasında ARDNŞ-ə birləşdirilmişdir və “Azərikimya”
DŞ-ti ləğv edilmişdir. Bundan sonra, əksər köhnə istehsalatlar və bir sıra
zavodlar istismardan çıxarılmış və bağlanılmışdır (Səthi Aktiv Maddələr
zavodu. Sintez Kauçuk zavodu. Üzvi Sintez zavodu və s.). Bununla belə, son
illərdə kimya və neftkimya kompleksinin əsas iri müəssisəsi olan “Etilen
Polietilen” zavodunda aparılmış yenidənqurma tədbirləri
195
Dorslik. SDU - 55
hesabına bir sıra əsas məhsulların istehsal dinamikasının artım tempini
qoruyub saxlamaq mümkün olmuşdur.
Şəkil 8.17.-də Azərbaycanın kimya sənayesində fəaliyyət göstərən
müəssisələrin sayı barəsində məlumatlar öz əksini tapmışdır.
Azərbaycanda fəaliyyət göstərən kimya müəssisələrinin sayı, ilin əvvəlinə (2011-2016)
2015 2016
■ Qcyri-dövl.ıt kimya mUəssisələri
■ O cUmladən: dövbt kimya mUassisələri
■ Faaliyyat göstaran kimya mUassisalarinin cami sayı
Şəkil 8.17. Azərbaycanın kimya sənayesində fəaliyyət göstərən müə.ssisələrin sayı, 2011-2016-cı illər, ilin əvvəlinə (ARl)SK-nm məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://wyv\v.azstat.org).
Göründüyü kimi, Azərbaycanın kimya sənayesində fəaliyyət göstərən
müəssisələrin sayında son illərdə azalma tendensiyası diqqət çəkir. Əgər
2011-ci ildə fəaliyyət göstərən kimya müəssisələrin sayı 77 idisə, bu göstərici
2016-cı ildə 69-a düşmüşdür. Ölkədə sahibkarlığın inkişafına göstərilən geniş
miqyaslı dəstək mexanizmlərinin tətbiqinə baxmayaraq, kimya və neftkimya
sektorunda qeyri-dövlət müəssisələrinin sayında da azalma tendensiyası diqqət
çəkir. Bu vəziyyətin dəyişdirilməsi üçün son illər yeni iri özəl kimya
müəssisələrinin, həmçinin SOCAR-m tərkibində nəhəng kimya
müəssisələrinin yaradılması prosesləri sürətləndirilmişdir (Azərtexnolayn,
Karbamid zavodu, SOCAR Polymer zavodu və s.).
Şəkil 8.18.-də isə Azərbaycanda fəaliyyət göstərən rezin və plastmas
müəssisələrinin sayı verilmişdir.
196
/i zarhaycan iqtisadiyyatı
Azərbaycanda fəaliyyət göstərən rezin və plastmas müəssisələrinin sayı,
ilin əvvəlinə (2011-2016)
79 77 88
87
■ Fəaliyyət gOstərən rezin və plastmas müəssisələrinin cəm?®’® sayı ■ O cümlədən; dövlət rezin və plastmas müəssisələr!
■ Qeyri-dövlət rezin və plastmas müəssisələri
Şəkil 8.18. Azərbaycanda fəaliyyət göstərən rezin və plastmas müəssisələrinin sayı, 2011-2016-cı illər, ilin
əvvəlinə (.ARDSK-mn məlumatlan əsasında müəllif tərəfindən liazjrlaıımışdır. lıttp:/Avsvvv.azstat.org).
Şəkil 8.18.-dən göründüyü kimi 2016-cı ilin nəticələrinə görə Azərbaycanda fəaliyyət göstərən 98 rezin və plasmas müəssisələrinin 93 qeyri-dövlət müəssisələridir. Bu müəssisələrin əksəriyyəti kiçik və orta müəssisələrdir, əsasən plastik məmulatlarının müxtəlif növlərinin istehsalı ilə məşğuldurlar. Həmin müəssisələrin 70-80 %- i Bakı və Abşeron iqtisadi rayonunda cəmlənmişdir.
Məlumdur ki, kimya müəssisələrinin inkişafında əsas fondların yenilənməsi və bunların maddi-texniki bazasının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Şəkil 8.19.-da Azərbaycanda kimya sənayesində əsas fondların vəziyyəti-həcmi barəsində məlu- matlar yer almışdır. _____________________________________________
Azərbaycanın kimya sənayesində əsas fondların həcmi, mln. manat,
ilin əvvəlinə (2011-2016)
480
470
460
450
440
4.t0
420
410
400
.VI
O
2011 2012 2013 2014 2015 2016
Şəkil 8.19. .Azərbaycanda kimya sənayesində əsas fondlann həcmi, mln. manat ilin əvvəlinə. 2011-2016-cı illər (ARDSK-nm
məlıımatian əsasında müəllif tərəfindən hazırlanmışdır. http;/A\Avvv.az.stat.org).
197
D,ırslik. SDÜ - 55
Şəkil 8.19.-u təhlil etsək görmək mümkündür ki, 2016-cı ildə ölkənin kimya sənayesində əsas fondların həcmi 437,2 mln. manat olmuşdur və bu rəqəm 2011-ci ildə 473,4 mln. manat təşkil etmişdir. Bu azalmanın səbəbi baxılan və təhlil olunan dövrdə bir neçə köhnə istehsalatların istismardan çıxarılması ilə bağlı olmuşdur. Hazırda yeni qurğuların tikilməsi ilə əlaqədər olaraq yaxın perspektivdə kimya sənayesinin əsas fondlarının ümumi həcminin əhəmiyyətli artımı gözlənilir.
Şəkil 8.20.-də Azərbaycanda kimya sənayesində 2011-2016-cı illər ərzində məhsul istehsalının ümumi həcminin dinamikası verilmişdir.
A/.ərhuycıında kimya sanayesinda məhsul istehsalının dinamikası, mln.
manat (2011-2016)
40(1
350
300
250
200
150
100
50
0
.mı.
247,2
4«0,6- 200,:
2011 2012 2013 2014 2015 2016
.Şokil 8.2Ü. .A/ərl)ayc:ının kimya sənaycsitui,a məhsul istelısalınm dinamikası, mln. manat, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllil' tərəfindən ha/ırlanmışdır. httpr/Avww.a/.stat.org).
Şəkil 8.20-in təhlilinə nəzər salsaq görmək mümkündür ki, son illərdə Azərbaycanda kimya səanyesində məhsul istehsalının dinamikası artım tempi nümayiş etdirir. Bu bir tərəfdən əsas məhsullar üzrə istehsal həcminin artırılması ilə əlaqədər olmuşdursa, digər tərəfdən son iki ildə: 2015-2016-cı illərdə milli valyutanın - manatın kursunun aşağı düşməsi ilə bağlı olmuşdur. Belə ki, kimya məhsullarının əksəriyyəti ixrac olunur və ixracdan əldə edilən valyuta vəsaitlərinin milli manatla ifadəsində kimya sənayesində ümumi məhsulu istehsalının həcmi kurs fərqi hesabına da artım nümayiş etdirmişdir.
Şəkil 8.21 .-də Azərbaycanda rezin və plastik kütlə məmulatlarının istehsalı dinamikası əks olmuşdur. Bu məhsulların əksəriyyəti qeyri-dövlət müəssisələrində istehsal edilir.
198
Dərslik. SDU-55
Şəkil 8.22-yə baxdıqda məlum olur ki, 2010-2016-cı illər ərzində
“Azərikimya” İB-in əsas qurğularının xammalla təminatında nisbi artım olsa
da, 2016-cı ildə 2015-ci ilə nisbətən xammal təminatında cüzi azalma
müşahidə olunmuşdur. Məlumdur ki, əsas kimya və neftkimya xammallan
SOCAR-ın emal müəssisələrində - neft və qaz emalı müəssisələrində alınır. Bu
baxımdan ölkənin rəqabətqabiliyyətli qeyri-neft sektoru sahələrindən biri kimi
kimya və neftkimya sektorunun əsas xammallara olan tələ-batlarının
ödənilməsi hesabına ölkəyə əlavə valyuta vəsaitlərinin gətirilməsi
mümkündür.
Cədvəl 8.1.-də 2010-2016-cı illərdə SOCAR-ın “Azərikimya” İB-də
xammal təminatı və əsas məhsulların istehsalı üzrə göstəriciləri verilmişdir. Cədvəl 8.1.
SOCAR-ın ‘‘Azərikimya” İB-də xammai təminatı və əsas məhsuiların istehsalı
üzrə göstəriciiər (2010-2016)
Xammal va məhsulann
adı ülçll
vahidi Ular
2010 2011 2012 2013 2014 2015 2016 Xammal Min ton 224,3 284.5 256.6 287,2 373.4 374.8 354.8 Polietilen Min ton 53,5 74,5 67.1 76,2 101,0 103,5 100,6 Etilen Min ton 55,0 77,5 69.2 78.5 104.0 106.7 103.4 Propilen Min ton 28.6 40,2 35.0 40,9 56.5 56.4 52.1
Butilen- Butadien
fraksiyası Min ton 25,0 27.3 20.3 24.8 30,1 24,8 22,2
Maye piroliz qatranı min ton 54.0 58.2 54.2 55.4 71.8 73.4 52.1
Ağır piroliz qatranı Min ton
10.6 11.7 13.1 15.3 18.7 22,1 15.7
Saflaşdınlmış izopropil
spirti Min ton
10.0 10,9 7.4 13.8 10.6 12.3 8,9
Əmtəəlİk məhsul, cəmi Mln. ABŞ dol. 150.0 183,9 154.7 176.9 197.2 150.8
Qeyd: Cədvəl SOCAR-ın təsərrüfat fəaliyyəti haqqında hesabatları əsasında
hazırlanmışdır, http://www.socar.az.
Cədvəl 8.1 -in təhlili əsasında görmək olar ki, “Azərikimya” İB-də son
illərdə 2014-2016-cı illər ərzində əsas yarımfabrikat və hazır məhsullar olan
etilen, polietilen və propilen məhsullarının istehsalının 2010-2013-cü illərlə
müqayisədə 30-40 %-dək artmışdır. Amma, 2016-cı ildə cüzi azalma müşaidə
edilir.
Həmin məhsullar üzrə istehsalın dinamikası daha əyani formada Şəkil
8.23-də öz əksini tapmışdır.
200
DsrsliL SDU- 55
Azərbaycanın kimya səanyesinin müasir inkişaf prioritetləri və strateji
hədəfləri milli iqtisadiyyatın perspektivləri üzrə strateji yol xəritəsində neft və
qaz sənayesi ilə birlikdə baxılmış və müəyyənləşdirilmişdir.
Yaxın perspektivdə yüksək texnologiyalar və innovasiyalar əsaslı
nəhəng kimya müəssisələrinin istismara verilməsi gözlənilir. Bunlarla bərabər,
əlavə dəyər yaratmaq xüsusiyyətlərinə malik kimya və neftkimya
müəssisələrinin inkişafının sürətləndirilməsi nəzərdə tutulmuşdur.
8.5. Azərbaycanda maşınqayırma kompleksinin müasir vəziyyəti
və inkişaf istiqamətləri
Azərbaycanda maşınqayırma sənayesinin inkişaf tarixi, ilk növbədə
neft sənayesinin inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Belə ki, neft
sənayesində müxtəlif metal məmulatlarına və avadanlıqlarına olan tələbatın
ödənilməsi vacib şərtlərdən idi. Bunlar nəzərə alınaraq, 1858-ci ildə Bakıda ilk
mexaniki təmir emalatxanası istismara verilmişdir. Sonralar neft sənayesinin
inkişafının intensivləşməsi ilə əlaqədər olaraq Bakıda bir-birinin ardınca kiçik
və orta, hətta nisbətən iri maşınqayırma müəssisələri fəaliyyətə başlamışdır.
XX əsrin birinci iyirmi ilində artıq Bakıda 13 maşınqayırma zavodu, 127
mexaniki təmir emalatxanaları və metal emalı müəssisələri mövcud idi. Həmin
dövrdə maşınqayırma zavodlarında səkkiz mindən çox insan işləyirdi.
Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə əsasən neft
maşınqayırması və II Dünya Müharibəsi illərində isə hərbi təyinatlı
maşınqayırma müəssisələrinin inkişafına daha çox önəm verilmişdir.
Maşınqayırma müəssisələrində neft istehsalı və emalı ilə əlaqəli olan
dəzgahlar, avadanlıqlar, quyuların qazılması üçün ştanqlar, digər materiallar,
siyirtmələr və s. istehsal daha çox prioritet olmuşdur. Müharibə dövründə
SSRİ-nin müxtəlif yerlərindən bir çox maşınqayırma və dəzgahqayırma
müəssisələri, o cümlədən hərbi silah və sursatlar istehsal edən avadanlıqlar
Bakıya köçürülmüşdür. Məhz bu bazanın əsasında sonrakı illərdə
Azərbaycanda - daha dəqiq Bakı şəhərində 1 O-dan çox maşınqayırma
zavodları yaradılmış
202
Azerbaycan iqtisadiyyatı
VƏ onlar keçmiş SSRİ-nin tələbatına uyğun neft sənayesi təyinatlı dəzgah və
avadanlıqların istehsalını həyata keçirmişlər bu müəssisələrdə dərinlik
nasosları, nasos ştanqları, elektrik mühərrikləri, güc transformatorları,çoxlu
sayda cihazlar, avtomatlaşdırma vasitələri, avadanlıqlar, qəliblər və s. istehsal
olunmuşdur.
1970-1985-cil illərdə Azərbaycanda maşınqayırma sənayesinin,
xüsusilə neft maşınqayırma sənayesinin maddi-texniki bazası əhəmiyyətli
səviyyədə gücləndirilmişdir. Həmin dövrdə Xəzər dənizi sahilində çox güclü
potensiala malik Dərin Özüllər Zavodu istismara verilmişdir və bu zavod
hazırda da müstəqil Azərbaycanın strateji müəssisələrindən biri hesab olunur.
Zavodun əsas funksiyası dərin Xəzər dənizi şelfındə neft hasilatının həyata
keçirilməsi üçün üzən qurğuların, digər infrastruktur və hasilat elementlərinin
istehsalı və hazırlanması ilə bağlı olmuşdur. Bundan əlavə, güclü potensiala
malik maşınqayırma və cihazqayırma müəssisələri Bakı şəhəri ilə yanaşı,
ölkənin digər iri mərkəzlərində də formalaşdırılmışdır. Sumqayıtda güclü
potensiala malik kompressorlar zavodu, Gəncədə avtomobil zavodu,
Mingəçevir, Şirvan, Salyan və Şamaxıda isə kabel və cihazqayırma zavodları
istismara verilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ən güclü dağıntıya və
xaosa məruz qalan iqtisadiyyat sahələrindən biri də maşınqayırma sənayesi
olmuşdur. Belə ki, bu sahənin kompleks inkişaf etdirilməsi təmin
edilməmişdir. Bakı şəhərinin mərkəzində yerləşən maşınqayırma müəssisələri
bir-birinin ardınca fəaliyyətlərini dayandırmış və yaxud adi sex səviyyəsində
fəaliyyət göstərmişlər. Məişət kondisionerləri zavodu tamamilə dayanmışdır və
çox cüzi fəaliyyəti molumdur. Soyuducular istehsal edən zavodlar öz
potensiallanndan minimum istifadə edirlər. Neftmaşınqayırması zavodları
əvvəlki mövqelərini itirmişlər. Uzun müddətdir ki, həmin zavodların Bakının
mərkəzindən köçürüləcəyi gözlənilir, amma hələlik bu proseslər başa
çatdırılmamışdır. Maşınqayırma sənayesinin idarəetmə sistemini
təkmilləşdirmək məqsədilə ölkə Prezidentinin 22 mart 2001-ci il tarixli
Fərmanı ilə “Azneftkimya- maş” ASC cəmiyyəti yaradılmış və onun 14 törəmə
müəssisəsi təşkil edilmişdir. Bu cəmiyyətin bazasında on zavod toplanmışdır.
Bu zavodların məhsul buraxılışı çeşidi 130-a yaxın olmuşdur və 650-yə
203
Dərslik. SDU - 55
yaxın müxtəlif həcmdə qazıma, neftqaz və neftkimya avadanlıqları buraxmaq potensialı mövcuddur. Bundan əlavə, maşınqayınna sənayesinin güclü elmi-texniki bazası vardır. Bu sahədə dörd elmi tədqiqat və layihə institutu fəaliyyət göstərir.
Son on ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində əhəmiyyətli artım dinamikasına nail olunmasına və güclü istehsal potensialının formalaşdırılmasına baxmayaraq, maşınqayırma sənayesində bu sahədə əhəmiyyətli irəliləyişə hələlik nail olunmamışdır.
Şəkil 8.25.-də Azərbaycanda maşınqayırma sənayesi sahələri məhsullarının istehsalının 2011-2016-cı illər üçün dinamikası verilmişdir.
2011 2012 2013 2014 2015 2016
■ Maşın vo avadanlıqların istehsalı
■ Avtomobil, qoşqu V,T yarımqoşqularm istehsalı
■ Sair nəqliyyat vasitələrinin istehsalı
Şokil 8.25. Azərbaycanda maşınqayırma sənayesi sahələri məhsullarının istehsalının dinamikası, mln. manat, 201 l-20İ6-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəllndən ha/.ırlanmışdır. http://\v\v\v.a/stat.org).
Şəkil 8.25-dən göründüyü kimi, 2011-2016-cı illər ərzində maşınqayırma səanyesinin əsas fəaliyyət istiqamətləri üzrə - maşın və avadanlıqların istehsalı, avtomobil, qoşqu və yarımqoşquların, həmçinin digər nəqliyyat vasitələrinin istehsalı üzrə əhəmiyyətli artıma nail olunmamışdır və 2016-cı ildəki göstəricilər 2011-ci ildəki göstəricilərdən heç də fərqlənnmirlər.
Şəkil 8.26.-da Azərbaycanda maşın və avadanlıq istehsal edən müəssisələrin sayı verilmişdir.
204
A z^rhuycan iqtisadiyyatı
Azərbaycanda maşın və avadanlıq istehsal edən müəssisələrin sayı, ilin
əvvəlinə, (2011-2016)
2015 2016
■ Maşın və avadanli(|lar istehsal edən müəssisələrin cəmi sayı
■ O cümlədən: dövlət müəssisələri
■ Qeyri-dövlət müəssisələri
8.26. Azərbaycanda maşın və avadanlıq istehsal edən müəssisələrin sayı, ilin əvvəlinə, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıttp://w\vw.azstat.org).
Şəkil 8.26-dan göründüyü kimi, 2011-ci illə müqayisədə 2016- cı ildə ölkədə maşın və avadanlıq istehsal edən müəssisələrin ümumi sayı 72-dən 59-a qədər azalmışdır. Özəl müəssisələrin sayının kifayət qədər azalması, bu sahədə sahibkarlığın inkişafına diqqətin artırılmasını şərtləndirən amillərdəndir.
Şəkil 8.27-də Azərbaycanda traktor istehsalının dinamikası verilmişdir və bu istehsalın təşkili əsasən Gəncə avtomobil zavodu ilə Belarusun analoji zavodların arasındakı əmkdaşhğın nəticəsində mümkün olmuşdur.
205
DarsliL SDU - 55
Azərbaycanda traktor istehsalının dinamikası, ədəd (2010-2016)
1400
1200
1000
800
600
400
200
0
-706- 739
593 61T"
B ■ B
2010 2011 2012 2013 2014 2015 2016
Şəkil 8.27. Azərbaycanda traktor istehsalının dinamikası, 2010-2016-cı illər (ARl)SK- nm məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. htt|)://\v\v\v.azstat.orj').
Şəkil 8.28-də Azərbaycanda avtomobil və qoşquların istehsalı üzrə fəaliyyət göstərən müəssisələrin sayı verilmişdir.
ilin əvvəlinə, 2011-2(ll6-cı illər (ARDSK-mn məlumatları əsasında müəllif tərəllndən hazırlanmışdır. http://\vw\v.azstat.org).
Şəkil 8.28-dən göründüyü kimi 2011-ci illə nisbətdə 2016-cı illə Azərbaycanda avtomobil və qoşquların istehsalı üzrə müəssiə- lərin sayında nisbi azalma olmuşdur.
Şəkil 8.29-da Azərbaycanda minik və yük avtomobilləri istehsalının dinamikası verilmişdir. Bu sahədə əsas fəaliyyət potensialı Gəncə və Naxçıvan avtomobil zavodlarında Rusiya, Belarus və İranın avtomobil müəssisələri ilə əməkdaşlıq çərçivəsində formalaşdırılmış və inkişaf etdirilmişdir.
206
zar hay can Ufüsadiyyatı
/Vzərbaycanda minik və yük avtuııuıhilləri istehsalının dinamikası, ədəd
(20II-20I6)
979 ■I 1120
1^1 2145
■■■ 1283
1000 2000 2500
Şəkil 8.29. A/orbaycanda ininik və yük avtomobilləri istehsalının dinamikası, ədəd, 2011-2016-cı illər (ARDSK-mn məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıttp://ww\v.azstat.or{»).
Bütün bunlarla belə, ölkəmizdə maşınqayırma sənayesinin
maddi-texniki bazasının, əsas İbndlanmn, idarəetmə strukturunun
təkmilləşdirilməsi və inkişaf etdirilməsi prosesləri hazırda strateji
səviyyədə və strateji hədəflər çərçivəsində baxılmaqdadır. Ölkə
rəhbərliyi bu sahənin potensialından daha səmərəli istifadəyə ciddi
önəm verir və bu istiqamətdə kompleks tədbirlər həyata
keçirilməkdədir.
8.6. Yüngül sənaye və onun potensialından
səmərəli istifadə məsələləri
Azərbaycanda ənənəvi və geniş inkişaf etmiş milli iqtisadiyyat sahələrindən biri kimi yüngül sənaye sahəsi və onun potensialından səmərəli istifadə edilməsi məsələləri ciddi əhəmiyyət kəsb edir. Bu sahənin əsas əhəmiyyəti, həm də onun əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və işlə təminatında mühüm rol oynaması ilə bilavasitə bağlıdır. Belə ki, yüngül sənaye sahələrinin əksəriyyəti əhalinin məşğulluq səviyyəsinin artırılması üçün güclü potensiala malikdir və fərdi məşğuliyyət baxımından da bu sahədə geniş imkanlar mövcuddur.
Azərbaycanda yüngül sənayenin inkişaf tarixi kifayət qədər qədimdir. Hələ min illər bundan əvvəl Azərbaycanda kəndçilər arasında toxuculuq və xəz-dəri, gön-dəri, ayaqqabı və s. bu kimi məmulatların hazırlanması geniş yayılmışdır. İnsanlar özlərinin və
207
Dərslik SDV - 55
İcma üzvlərinin, sonralar isə tayfaların, dövlətlərin, xanlıqların və bəyliklərin
ərazisində yaşayanların tələbatları üçün müxtəlif geyim əşyalannın əllə və
kustar alətlərlə hazırlanmasını təmin etmişlər. XIII əsrdən başlayaraq
Azərbaycanda müxtəlif növ xalçalann hazırlanması ənənəsi formalşmışdır.
Bunlarla belə, Azərbaycanda yüngül sənayenin inkişafının intensivləşməsi
prosesləri XIX əsrin sonlanna və XX əsrin əvvəllərinə təsadüf edir. Həmin
dövrdə artıq Azərbaycanda, xüsusilə Bakıda xarici və yerli kapitalın artması
prosesləri gedirdi, neft sənayesi ilə yanaşı digər sahələrin inkişaf etdirilməsinə
də maraq artmışdı. Artıq XIX əsrin sonuna yaxın Bakıda o dövr üçün regionda
ən iri parça və tikiş fabrikləri fəaliyyət göstərirdi. Emal müəssisələrinin təşkili
eyni zamanda bu sahənin xammal ehtiyatlannın artırılmasını stimullaşdırırdı.
1913-cü ilin yekununda Azərbaycanda yüngül sənayenin emal
müəssisələrininn işlənməsi üçün 300 ton xam ipək, 4 mln. ton yun istehsal
olunmuşdu, bunlarla bərabər 22 min ton pambıq mahlıcı tədarük edilmişdi.
Amma, bununla belə yüngül sənaye sahələrinin əsas xammalları Rusiyadakı
emal müəssisələrinə göndərilirdi və Azərbaycan bu ölkənin xammal bazası
kimi qalırdı.
Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə bir sıra iri yüngül
sənaye müəssisələri tikilib istismara verilmişdir və bunlann sayəsində həmin
sahənin rolu respublika iqtisadiyyatında əhəmiyyətli mövqeyə qədər
yüksəlmişdir. Gəncədə mahud fabriki (1925) və Şəkidə istifadəyə verilmiş ipək
kombinatı (1931) bu qəbildən olan iri yüngül sənaye müəssisələrdən hesab
olunurdu. Həmin müəssisələr uzun illər ərzində məhsuldar fəaliyyət göstərə
bilmişdir və yalnız SSRİ dağıldıqdan sonra qeyri-sabit fəaliyyət göstərmiş və
kooperasiya-təsərrüfat əlaqələrini itirmişlər. Bundan əlavə, Azərbaycanın
regionlannda bir çox yüngül sənaye müəssisələri fəaliyyət göstərmişdir.
Məsələn, Gəncə, Ucar, Sabirabad, Bərdə, Salyan, Şirvan, Horadiz
pambıqtəmizləmə zavodlan, Xankəndi və Şəki ipək kombinatları. Mingəçevir
və Sumqayıt şəhərlərində fəaliyyət göstərmiş tikiş və toxuculuq kombinatları.
Naxçıvandakı yüngül sənaye müəssisələri bu qəbildəndir. Bakı şəhərində isə
bir neçə ayaqqabı fabriki, üst tirikotaj və geyim, corab-tirikotaj, tikiş fabrikləri
və s. fəaliyyətdə olmuşdur.
208
Azerbaycan iqtisadiyyatı
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yüngül sənaye
müəssisələrinin əksəriyyəti öz fəaliyyətini dayandırmış və ya özəlləşdirilməyə
verilmişdir. Bundan əlavə, əksər müəssisələrin mülkiyyət formaları
dəyişdirilmişdir. Amma, yüngül sənaye sahələrinin dinamik və ölkədəki
potensiala adekvat olaraq inkişaf etdirilməsi prosesləri hələlik kifayət qədər
intensiv deyildir. Bunlarla yanaşı, son on ildə ölkədə yüngül sənaye sahəsinin
maddi-texniki bazasının gücləndirilməsi və müasir texnologiyalar əsaslı yeni
müəssisələrin istismara verilməsi üçün tədbirlər görülməkdədir.
Hazırda Azərbaycanda 170 yüngül sənaye müəssisəsi vardır. Bunlardan
35-i orta və iri yüngül sənaye müəssisələri kimi fəaliyyət göstərir. Yerdə qalan
müəssisələr isə əsasən kiçik biznes və sahibkarlıq subyektlərindən ibarətdir.
Nisbətən iri və regional, həmçinin respublika əhəmiyyətli yüngül sənaye
müəssisələrindən 2006-2007-ci illərdə Yevlaxda istismara verilmiş
“Lalə-Tekstü” MMC tikiş fabriki və “Gilan-Dəri” MMC emalı fabriki diqqət
çəkir. 2006-cı ildə Lənkəran rayonunda da tikiş fabriki istifadəyə verilmişdir.
2008-2013-cü illər ərzində Ağstafa tikiş fabriki (2008), Şirvan
pambıqtəmizləmə zavodu (2008), Salyan “Atanur” yun emalı zavodu
fəaliyyətə başlamışdır (2008). 2009-cu il ərzində “Şəki ipək” ASC-in yeni
baramaaçan sexi istismara verilmişdir. Bakı tikiş fabriki MKT-in struktur
bölməsi kimi 2008-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə Sumqayıt şəhərində
Azərbaycan Beynəlxalq Bankının maliyyə-kredit dəstəyi ilə “İntertekstil” ASC
yaradılmışdır və həmin ildə Daşkəsəndə yeni tikiş sexi işə düşmüşdür. 2013-cü
ildə isə İsmayıllıda tikiş fabriki istifadəyə verilmişdir. Həmin ildə “Gilan”
Tekstil Parkının yaradılması ilə Azərbaycanda yüngül sənaye sahəsinin
müasirləşdirilməsi və yüksək texnologiyalar əsasında inkişaf etdirilməsi üçün
geniş imkanlar açılmışdır. Sumqayıt şəhərində fəaliyyət göstərən “Gilan”
Tekstil Parkının iplik fabriki, parça toxuma və parça hörmə fabrikləri,
həmçinin dəsmal fabriki vardır.
Şəkil 8.30-da Azərbaycanda yüngül sənaye sahələrində 2011- 2016-cı
illər üçün məhsul istehsalının dinamikası verilmişdir.
209
A vfrhaycan iqtisadiyyuU
Şəkil 8.3I-Ə baxdıqda demək olar ki, 2011-2016-cı illərdə yüngül sənaye sahələrində işləyənlərin sayı əhəmiyyətli səviyyədə artmamışdır. Əgər bu sənaye sahəsində 2011-ci ildə 8,1 min nəfər işləyirdisə, bu göstərici 2015-ci ildə 6,5 min nəfər və 2016-cı ildə isə 8,4 min nəfər təşkil etmişdir.
Şəkil 8.32-də Azərbaycanda yüngül sənaye müəssisələrində hazır pambıq parçaları istehsalının dinamikası verilmişdir.
A/orbaycuml:ı yüngül s.maye salıosindo lıa/ır paıııhu] parçalar
istehsalının dinaiıiikası, niin kv. m. (201 1-20I6)
-9596-
2011 2012 2013 2014 2015 2016
Şakil 8.32. Azərbaycanda yüngül sənaye sahəsində hazır pambıq parçalar istehsalının dinamikası, min kv. m., 2011-2016-cı illər (AUDSK-nm məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Av\vw.azstat.org).
Şəkil 8.32.-dən görünür ki, pambıq parçalar istehsalının həcmi və dinamikası mövcud potensiala adekvat deyildir. Bu sahədə istehsalın səviyyəsinin aşağı olması, digər tərəfdən pambıq mahlıcı xammalının az olması ilə izah olunur. Bu baxımdan ölkəmizdə pambıqçılığın inkişafının sürətləndirilməsi prosesləri təqdirəlayiqdir və çox güman ki, yaxın illərdə ölkəmizdə pambıq mahlıcı xammalının güclü bazası və potensialı formalaşacaqdır. Belə ki, 2017-ci ildə pambıq istehsalının həcmi 207 min ton olmuşdur. Müqayisə üçün son illərdə pambıq istehsalnın 20-30 min ton səviyyəsindən çox olmamasını göstərmək kifayətdir.
Şəkil 8.33-də Azərbaycanda 2010-2016-cı illər ərzində toxuculuq sənayesi üçün əsas xammal olan pambıq mahlıcının istehsal dinamikası verilmişdir.
211
Dtirslik. SDÜ - 55
A/orbaycanda toxuculuq sənayesi üçün əsas xammal olan paml>u|
mahlıcının istehsal dinamikası, min ton (2010-2016)
__________ 22J2 _______________________ ------------------------------------------------------------ 16,8 ------
------- I2j ------- ---------------------- mu—
-1-1 ■ 1=
2UI3 20N 2015 2016
Şokil 8.33. A/ərbaycanda toxuculuq sənayesi üçün əsas xammal olan pambıq mahlıcının istehsal dinamikası, min ton, 2010-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllir tərəfindən hazırlanmışdır, http://www.azstat.org).
Şəkil 8.33-dən göründüyü kimi 2010-2016-cı illər ərzində pambıq mahlıcının istehsalı xeyli aşağı səviyyədə olmuşdur.
İpəkçilik Azərbaycanda qədim və bütün dövrlərdə aktual olan yüngül sənaye sahəsi kimi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Bu sahənin inkişafı həm də milli ipəkçilik ənənələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bundan əlavə, ipəkdən hazırlanan müxtəlif məmulatlar, xüsusilə kalayağılar ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda xeyli məhşurdur.
Şəkil 8.34-də Azərbaycanın toxuculuq sənayesi müəssisələrində hazır ipək parçaların 2010-2015-ci illər üçün istehsal dinamikası öz əksini tapmışdır.
Azərbaycanda toxuculuq sənayesində hazır ip.ək parçalar istehsalının
dinamikası, niin kv. m. (2010-2015)
2015
2014
201.4
2012
2011
2010
1
1 1 1
; ] i 735.8
100 200 300 400 500 600 700 800
Şəkil 8.34. Azərbaycanda toxuculuq sənayesində hazır ipək parçalar istehsalının dinamikası, min kv. m., 2010-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.azstat.org).
Şəkil 8.34-ün təhlili göstərir ki, 2010-2015-ci illər ərzində ölkəmizdə ipək parçaların istehsal dinamikası artmaq əvəzinə azalmışdır. Bu baxımdan son illərdə baramaçıhğın inkişafına göstərilən dövlət dəstəyinin yaxın perspektivdə müsbət nəticələrini
212
.'1 zsrbuycan iqtisadiyyatı
gözləmək mümkündür. Belə ki, barama istehsalının stimullaş- dırılması və genişləndirilməsi gələcəkdə ipək parçaların istehsalı üçün vacib xammal bazasının artırılmasına və bu sahədəki potensialdan səmərəli istifadə olunmasına imkan verəcəkdir.
Azərbaycanda yüngül sənaye sektorunun mühüm sahələrindən biri olan trikotaj istehsalının 2010-2016-cı illərdə dinamikası Şəkil 8.35-də verilmişdir.
A/ərhuycnnda f>cyiın istehsalı sahasində trikotaj-corab məmulatlarının
istehsal dinamikası, mln. cüt (2010-2016)
5,6
2010 2011 2012 2013 2014 2015 2016
Şəkil 8.35. .Vzorbayciinda geyim istehsalı sahəsində trikotaj-corah məmulatlarının istehsal dinamikası, min kv. m., 2010-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıttp://\vww.a/.stat.org).
Şəkil 8.35-dən göründüyü kimi 2010-2016-cı illərdə trikotaj-
corab məmulatlarının istehsal dinamikasında artıma nail olunmamışdır.
Şəkil 8.36-da isə Azərbaycanda 2010-2015-ci illər üçün ayaqqabı
istehsalının dinamikası öz əksini tapmışdır və təəssüf ki, bu sahədə də
son illərdə istehsalın azalma tendensiayası müşahidə olunmaqdadır.
Azərbaycanda ayaqqabı istehsalının dinamikası, min cüt (2010-2015)
2010 2011 2013 2014 2015
Şəkil 8.36. Azərbaycanda ayaqqabı istehsalının dinamikası, min cüt. 2010-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.azstat.org).
213
IXırslik. SDU - 55
Yüngül sənaye sahələrinin inkişafında güclü və müasir maddi- texniki bazanın olması, yüksək texnologiyalar əsaslı istehsal sahələrinin yaradılınası və emal qurğularının istifadəyə verilməsi vacib şərtlərdəndir.
Şəkil 8.37-də Azərbaycanda yüngül sənaye sahələrində əsas fondların həcmi verilmişdir.
A/..ıı baycaııın yüngül sənaye sahələrində əsas fondların həcmi, mln.
manat, ilin əvvəlinə (2011-2016)
450 ——2-7 ------------------ ----------------------------------------------------------------------------------------
I Dəri və dəri məmulatlarının, ayaqqabıların
istehsalı
I Geyim istehsalı I
Toxuculuğ sənayesi
Şəkil 8.37. Azərbaycanda yüngül sənaye sahəsində əsas fondların həcmi, mln. manat, ilin əvvəlinə, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərətlndən hazırlanmışdır. lıttp:/Avw\v.azstat.org).
Şəkil 8.37-dən göründüyü kimi yüngül sənaye sahələrində əsas fondların həcmi son illərdə əhəmiyyətli səviyyədə artmamışdır. Şübhəsiz, bu proseslərə dünya maliyyə böhranının və dünyada neftin qiymətinin bir neçə dəfə düşməsinin mənfi təsiri əsas amil kimi baxılmalıdır. Belə ki, yeni istehsal fondlarının yaradılması və yeni müəssisələrin tikilməsi üçün maliyyə-kredit resurslarının ayrılması imkanları və bu sahələrə əsaslı vəsait qoyuluşunun artırılması imkanları məhdudlaşdırılmışdır. Bununla belə, sahənin inkişafı müasir dövrdə kifayət qədər tələb olunandır və bu baxımdan yüngül sənaye sahəsinin inkişafına əlavə investisiyaların cəlbi daha çox diqqət mərkəzində saxlanılmalıdır.
Şəkil 8.38-də Azərbaycanda yüngül sənaye sahələri üzrə fəaliyyət göstərən müəssisələrin sayı verilmişdir.
214
Azərbaycan iqtisadiyyatı
Azərbaycanda yüngül sənaye sahələri üzrə müəssisələrin
savı, ilin əvvəlinə (2011-2016)
2011 2012 2013 2014 2015 2016
• Toxuculuğ sənayesi •Geyim istehsalı
■ Dəri və dəri məmulatlarımn, ayaqqabıların istehsalı
Şəkil 8.38. .-\zərbaycanda yüngül sənaye sahələri üzrə müəssisələrin sayı, ilin əvvəlinə,
2011-20I6-C1 illər (ARDSK-nm məlnmatlan əsasında müəllif tərəfindən hazırlanmışdır.
httpr/Avww.azstat.org).
Şəkil 8.38-ə baxdıqda görmək mümkündür ki, 2016-cı ildə
2011- ci illə müqayisədə toxuculuq sənayesində fəaliyyət göstərən
müəssisələrin sayı 85-dən 68-ə, geyim istehsalı müəssisələriunin sayı
90-dan 52-yə qədər azalmışdır. Dəri və dəri məmulatlarının,
ayaqqabıların istehsalı üzrə müəssisələrin sayı isə 21-dən 23-ə
çatmışdır.
Yüngül sənaye sahələrinin yaxın perspektivdə inkişafının
modelləşdirilməsi və müasir texnologiyalar əsasında inkişaf etdirilməsi
məsələləri əlavə dəyər yaratmaq xüsusiyyətinə malik olan perspektivli
iqtisadiyyat sahələri kimi, ölkə Prezidentinin 6 dekabr 2016- cı il tarixli
Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrində öz əksini tapmışdır. Yaxın
perspektivdə yüngül sənaye sahələrinin xammal bazasının və istehsal
imkanlarının genişləndirilməsi, bu sahələrə müasir texnologiyaların
gətirilməsi və yüngül sənaye sahələrində yeni iş yerlərinin yaradılması
gözlənilir.
215
Darslik. SDU - 55
8.7. Yeyinti sənayesi və o n u n əhəmiyyəti
Yeyinti sənayesi ölkə əhalisinin ərzaqla və mühüm qida məhsulları ilə təminatında həlledici flınksiyaları yerinə yetirir. Digər tərəfdən, bu iqtisadiyyat sahəsi ölkənin regionlarında olan mövcud potensialdan səmərəli istifadəyə şərait yaratmaqla bərabər, həm də əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynayır. Azərbaycanın yeyinti sənayesində əsas məhsullar kimi ət və süd məhsulları, çörək və un məmulatları, qənnadı məmulatlan və bitki yağları istehsalı, meyvə-tərəvəz emalı məhsulları, üzüm emalı və şərabçılıq, mineral, alkoqolsuz və spirtli içkilər istehsalı, həmçinin dondurulmuş ərzaq məhsLillan istehsalı vacib sahələrdən hesab olunur.
Şəkil 8.39-da Azərbaycanda yeyinti sənayesində qida məhsulları
istehsalının ümumi həcminin dinamikası verilmişdir, i j Azorbaycanda yeyinti sənayesində qida məhsuiları istehsaiının dinamikası,
min. manat (2011-2016)
.Şəkil 8.39. .\zərl)uycanda yeyinti sənayesində qida məhsulları istehsalının dinamikası, mln. manat, 20ll-2016-cı illər (AUDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıttp:/Av\v\v.azstat.org).
Şəkil 8.39-un təhlili göstərir ki, 2011-2016-cı ilər ərzində ölkəmizdə yeyinti sənayesində qida məhsullarının ümumi həcmi 1,55 dəfə və 2016-cı ilin yekununda 3,27 mlrd, manat təşkil etmişdir. Bu göstərici 2015-ci illə müqayisədə 27,2 % çoxdur.
Şəkil 8.40-da Azərbaycanda yeyinti sənayesində içki istehsalının 2011-2016-cı illər üçün dinamikası öz əksini tapmışdır.
216
A z^rbaycan i(f(isadiyyan
Azərbaycanda yeyinti sənayesində içki istehsalının dinamikası,
mln. manat (2011-2016)
Şəkil 8.40. Azərbaycanda yeyinti sənayesində içki istehsalının dinamikası, mln. manat, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıttp://www.azstat.or^).
2011-2014-cü illər ərzində ölkəmizdə yeyinti sənayesi sahəsində içki istehsalının həemi 37,3 % artmış və 2014-cü ilin yekununda 232,1 mln. manat təşkil etmişdir. Lakin, 2015-2016-cı illər ərzində içki istehsalının ümumi həcmi aşağı düşməyə başlamış və 2016-cı il üzrə məhsul istehsalının həcmi cəmisi 191,4 mln. manat olmuşdur.
Şəkil 8.41-də Azərbaycanda yeyinti sənayesində tütün məmulatları istehsalının ümumi həcminin dinamikası verilmişdir.
•Azərbaycanda yeyinti sənayesindo tütün məmulatları istehsalının
dinamikası, mln. manat (2011-2016)
.Şəkil 8.41. .Azərbaycanda yeyinti sənayesində tütün mənııılatları istehsalının dinamikası, mln. manat, 201 1-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://w\v\v.azstat.or}').
217
Dorslik. SDU - 55
2011-2016-cı illər ərzində Azərbaycanda tütün məmulatları istehsalı 1,8 dəfə artmış və 2016-cı ilin yekununda bu göstərici 41,5 mln. manat təşkil etmişdir. 2014-2016-cı illərdə bu sahədə artım tendensiyası müşahidə olunur. Son illərdə tütün istehsalına ölkə rəhbərliyi səviyyəsində diqqətin artırılması və bununla əlaqədər olaraq kompleks tədbirlərin görülməsi ilə bağlı olaraq, yaxın perspektivdə bu sahədə məhsul istehsalı həcminin artacağına ümid etmək olar.
Şəkil 8.42-də isə Azərbaycanda yeyinti sənayesində muzdlu işçilərin sayı verilmişdir.
Azərbaycanda yeyinti sənayesində muzdlu işçilərin sayı, min nəfər (2011-2016)
35 36,7- 28,6
2011 2012 2013 2014 2015 2016
Şəkil 8.42. Azərbaycanda yeyinti sənayesində muzdlu işçilərin sayı, min nəfər, 2011- 2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərərındən hazırlanmışdır. http://ww\v.azstat.or}>).
2011-2016-cı illərdə yeyinti səanyesində muzdlu müqavilələr əsasında işləyənlərin sayı 37,5 % artmış və 2016-cı ilin yekununda bu sənaye sahəsinin müxtəlif sahəsində 29 minə yaxın insanın işləməsi qeydə alınmışdır. Biz qeyd etmişdik ki, bu sahə mühüm ərzaq və qida məhsullarının istehsalı ilə bərabər, məşğulluq probleminin həllində vacib funksiyaları yerinə yetirir. Bu baxımdan növbəti illərdə yeyinti sənayesi sahələrinin genişlənməsi və məhsul istehsalı ilə yanaşı, burada işləyənlərin sayının artacağı proqnozlaşdırılır.
Şəkil 8.43-də Azərbaycanda yeyinti sənayesində çörək və çörək-bulka məmulatları istehsalının 2011-2016-cı illər üzrə dinamikası öz əksini tapmışdır. Bu dövr ərzində daim artım dinamikası müşahidə edilmiş və ümumilikdə həmin illlər ərzində
218
Azerbaycan iqtisadiyyatı
40,4 % artım qeydə alınmışdır. Əhalinin sayının artması, həmçinin əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, istehlak səviyyəsinin artması ümumilikdə çörək və çörək-bulka məmulatlarına olan tələbatın yüksəlməsini şərtləndirən amillərdəndir.
Azərbaycanda yeyinti sənayesində çörək və çörək-bulka məmulatları istehsalının dinamikası, min tun (2ÜII-2UI6)
2ÜII 2012 2013 2014 2015 2016
Şəkil 8.43. Azərbaycanda yeyinti sənayesində çörək və çörək-bulka məmulatları istehsalının dinamikası, min tun, 201 l-20I6-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıttp://\vw\v.azstal.orf').
Şəkil 8.44-də isə Azərbaycanın yeyinti sənayesində güclü
potensiala malik sahələrdən biri olan- üzüm şərabı istehsalının 2011-
2016-cı illər üçün dinamikası verilmişdir.
.Azərbaycanda yeyinti sənayesində üzüm şərabı istehsalının
dinamikası, min dkl. (2011-20I6)
2015 2016
Şəkil 8.44. Azərbaycanda yeyinti sənayesində üzüm şərabı istehsalının dinamikası, min dkl., 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıtlp://w\v\v.azstal.org).
219
Dərslik, SDV - 55
Üzüm şərabı istehsalının artım dinamikası təəssüf ki, ölkədəki mövcud
potensialdan xeyli aşağıdır ( bax: şəkil 8.44.). Bu sahədə eyni zamanda güclü
ixrac potensialından istifadə imkanları mövcuddur.
Buna görə də ölkəmizdə üzümçülüyün və üzüm şərabının istehsalı üzrə
daha məhsuldar tədbirlərin hazırlanması və icra mexanizmlərinin yenilənməsi
vacib şərtlər kimi xarakterizə olunur.
Ümumilikdə yeyinti sənayesinin inkişaf etdirilməsi üzrə Azərbaycanda
mövcud potensiala və istifadə olunmayan ehtiyatlara yenidən baxılması
vacibdir. İlkin emal təyinatlı çoxlu sayda yeyinti sənayesi məhsullarının
sonrakı emal proseslərinin potensialından səmərəli istifadə tədbirləri həyata
keçirilməlidir..
“Azərsun Holdinq^’ MMC - kimi iri qida istehsalı, onların satışı
müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı, aqrar sənaye kompleksi
məhsullarının istehsalı ilə məşğul olan kompaniyaların olması təqdirəlayiqdir.
8.8. Azərbaycanın tikinti sektoru
Tikinti sektoru Azərbaycanın mühüm əhəmiyyət kəsb edən milli
iqtisadiyyat sahələrindən biridir. Ölkədə abadlıq-quruculuq işləri, mənzil
fondunun yenilənməsi, mülki tikintilərin istismara verilməsi, nəhəng sənaye
qurğularının tikilməsi bu sektorun payına düşür. Tikinti sektoru əlavə dəyər
yaratmaq baxımından da kifayət qədər potensiala malikdir. Bu sektorun
məşğulluğun gücləndirilməsində də əhəmiyyətli rolu vardır. Son 10-15 ildə
ölkəmizdə tikinti bumu prosesləri getmişdir. Amma, 2015-2016-cı illərdə
ölkəmizdə bu proseslər nisbətən zəifləmişdir, bu isə maliyyə resurslarının
məhdudluğu ilə izah oluna bilər. Şəkil 8.45-də Azərbaycanda 2011- 2016-cı
illərdə tikinti işlərinin dəyərinin dinamikası verilmişdir. 2011-ci ildə ölkədə
tikinti işlərinin dəyəri 6,1 mlrd, manat olduğu halda, bu göstərici 2013-cü ildə
8,7 mlrd, manat, 2016-cı ildə isə 7 mlrd, manat təşkil etmişdir (bax: Şəkil
8.45).
220
Azsrhuycan iqtisadiyyatı
Şəkil 8.45. Azərbaycanda tikinti işlərinin dəyəri, mlrd, manat (2011-2016-cı illər). (Azərbaycan rəqəmlərdə, 2017.- statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.46-da isə Azərbaycanda tikinti sektom üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin 2011-2016-cı illər üzrə dinamikası öz əksini tapmışdır. 2011-2013-cü illərdə əsaslı vəsait qoyuluşları ilbəil artmış və 2013-cü ilin yekununda 17,9 mlrd, manat olmuşdur. Lakin, sonrakı illərdə azalma tendensiyası diqqət çəkmişdir və 2015- ci ildə bu göstərici 15,5 mlrd, manat səviyyəsinə düşmüşdür (bax: Şəkil 8.46).
/ ------------------------------------- ^ --------------- T7;6 -------------------------------------------------------
2 Ü I I 2012 2013 2014 2015 2016
Şəkil 8.46. Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, mlrd, manat (2011-2016-cı illər). (Azərbaycan rəqəmlərdə, 2017.- statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.47-də Azərbaycan tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş daxili və xarici vəsaitlərin 201 1-2016-cı illərdə xüsusi
221
DarsliL SDU-55
çəkisi verilmişdir. Maraqlıdır ki, 2011-ci ilin yekununda bu sahədə daxili vəsaitlərin xüsusi çəkisi 79,8 % və xarici vəsaitlərin xüsusi çəkisi 20,3 % olduğu halda, bu göstərici 2015-ci ildə müvafiq olaraq 56,8 % və 43,2 %, 2016-cı ildə isə 42,8 % və 57,2 % təşkil etmişdir. Göründüyü kimi tikinti sektoruna yatırılan investisiyalarda xarici vəsaitlərin payı artmaqdadır (bax: Şəkil 8.47).
■ Daxili vəsaitlər ■ Xarici vəsaitlər
2011 2012 2013 2014 2015 2016
Şəkil 8.47. Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş daxili və xarici vəsaitlərin xüsusi çəkisi, %-lə (2011-2016-cı illər). (Azərbaycan rəqəmlərdə, 2017.- statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.48-də 2011-2016-cı illər üzrə Azərbaycan yaşayış evlərinin istifadəyə verilməsi dinamikası öz əksini tapmışdır. Əgər 2011-ci ildə 2033 min m^ yaşayış evləri istifadəyə verilmişdirsə, bu göstərici 2013-cü ildə 2403 min nr, 2015-ci ildə 1932 min nr, 2016-cı ildə isə xeyli azalaraq 1677 min nr olmuşdur (bax: Şəkil 8.48).
Şəkil 8.48. Azərbaycanda yaşayış evlərinin istifadəyə verilməsi dinamikası, min m* (2011-2016-cı illər). (Azərbaycan rəqəmlərdə, 2017.-statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.49-da 2011-2016-cı illər ərzində ölkədə istifadəyə verilən yaşayış evlərinin ümumi həcmində şəhər və kənd yerlərinin xüsusi
222
A zərhaycan iqtisadiyyatı
çəkisi verilmişdir. 2011-ci ildə ölkə üzrə istifadəyə verilən yaşayış evlərinin ümumi həcmində şəhər yerlərinin payı 61,5 % və kənd yerlərinin payı 38,5 % olmuşdur və bu səviyyə növbəti illərdə də əhəmiyyətli dərəcədə dəyişilməmişdir və 2016-cı ilin yekununda müvafiq olaraq 62,9 % və 37,1 % təşkil etmişdir (bax Şəkil 8.49).
■ Şəhər yerində ■ Kənd yerində
2011 2012 2013 2014 2015 2016
Şəkil 8.49. Azərbaycanda yaşayış evlərinin ümumi həcmində şəhər və kənd yerlərinin xüsusi çəkisi, %-İə (2011-2016-cı illər). (Azərbaycan rəqəmlərdə, 2017.- statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.50-də 2011-2016-cı illərdə ölkə üzrə mənzil fondunda çoxmərtəbəli yaşayış binalarının sayının dinamikası verilmişdir. Maraqlıdır ki, son illərdə müəyyən sahələrdə geriləmələr baş versə də və maliyyə çətinlikləri özünü göstərsə də yeni tikilən çoxmərtəbəli binaların sayı artmışdır (bax: Şəkil 8.50).
2016
2015
2014
2013
2012
2011
.
1 7205 .
193 .
mı
.2
7078
------- ------ _______ J.
---------- ^
7000 7050 7100 7150 7200 7250
Şəkil 8.50. .Azorbaycanın mənzil fondunda çoxmərtəbəli yaşayış binalarının sayı (2011-2016-cı illər). (Azərbaycan rəqəmlərdə, 2017.-statistik nəşrinin əsasında müəllif tərətlndən hazırlanmışdır).
223
Darslik. SDV - 55
Şəkil 8.51-də 2011-2016-cı illər ərzində ölkəmizdə əhalinin hər bir nəfərinə düşən yaşayış sahəsinin dinamikası verilmişdir və bu göstəriciyə əsasən sabit olaraq qalmaqdadır, 2011-ci ildə 11,9 nr və 2016-cı ildə isə bir qədər artaraq 12 m” təşkil etmişdir (bax: Şəkil 8.51).
Şəkil 8.51. Azərbaycanın mənzil t'ondıında əhalinin hər nəfərinə düşən yaşayış sahəsi, (2011-2016-CI illər). (Azərbaycan rəqəmlərdə, 2017.- statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.52-də 2011-2016-cı illər üzrə Azərbaycanın tikinti materialları sənayesində fəaliyyət göstərən müəssisələrin sayı verilmişdir və şəkildən göründüyü kimi 2011-2016-cı illərdə bu tip müəssisələrin sayı 224 səviyyəsində qalmışdır.
Şəkil 8.52. .Azərbaycanın tikinti materialları sənayesində fəaliyyət göstərən müəssisələrin sayı (2011-2016-cı illər). (Azərbaycan rəqəmlərdə, 2017.- statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 8.53-də isə Azərbaycanın tikinti materialları sənayesi üzrə məhsulunun 2011-2016-cı illərə görə ümumi dəyərinin
224
A xJtrhaycau iqtisadiyyatı
dinamikası öz əksini tapmışdır. 2011-2014-cü illərdə tikinti mate- rialları sənayesi üzrə məhsul istehsalının ümumi dəyəri 1,8 dəfə artmış və 2014-cü ilin yekununda 500,3 mln. manat olmuşdur, 2015- ci ildə bu göstərici 431,8 mln. manat və 2016-cı ildə isə 397,2 mln. manat təşkil etmişdir (bax: Şəkil 8.53).
Şokil 8.53. Azərbaycanın tikinti materialları .sənayesi ü/rə məhsulunun ümumi dəyəri, mln. manat (2011-2016-cı illər). (A/ərbaycan rəqəmlərdə, 2017.- statistik nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Tikinti sənayesinin və bununla bağlı iqtisadiyyat sahələrinin yaxın illərdə inkişafının intensivləşdirilməsi proqnozlaşdırılır. Ölkəmizdə həyata keçirilən iri miqyaslı enerji layihələri, Bakı və digər iri şəhərlərin abadlaşdırılması, köhnə tikililərin əvəzinə müasir binaların və obyektlərin tikilməsi, ölkə regionlarında infrastruktur və abadlıq-quruculuq işlərinin genişləndirilməsi, yeni sənaye müəssisələrinin, texnoparklarm, aqroparkların yaradılması prosesləri sürətlənməkdədir və s.
8.9. Nəqliyyat sektorunun mövcud vəziyyəti və
inkişaf potensialı
Azərbaycanda nəqliyyat sektorunun inkişaf etdirilməsi məsələləri mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir. Əhaliyə operativ və yüksək səviyyədə nəqliyyat xidmətlərinin göstərilməsi ilə yanaşı, eyni zamanda yüklərin daşınması ilə bağlı nəqliyyat sektoru vacib funksiyaları reallaşdırır. Azərbaycanın nəqliyyat sektoru inkişafı baxımından bir qrup geostrateji və geoiqtisadi üstünlüklərə malikdir. Ölkəmiz tranzitivlik amili baxımından mühüm ərazidə - Avropa və Asiyanın kəsişdiyi ən vacib nöqtələrindən
225
Darslik, SDU - 55
birində yerləşir. İpək yolu üzrə tarixi ənənələrin və müasir dövrdəki güclü
potensialın reallaşdırılmasında Azərbaycan ən fəal ölkələrdən biri kimi güclü
nüfuz qazanmışdır. TRASEKA proqramı çərçivəsində Azərbaycan özünün
avtomobil yollannı dünya standartları çərçivəsində yenidən qurmağa nail
olmuşdur. Bundan əlavə, Azərbaycan Şimal-Cənub Beynəlxalq nəqliyyat
dəhlizi və digər istiqamətlərdə Beynəlxalq Dəmir yol marşrutlarının
potensialından səmərəli istifadə yollannı fəal surətdə axtarmaqdadır. Regionun
və dünyanın iri nəqliyyat layihələrindən olan Bakı-Tibilisi-Qars dəmir yolu
magistralının tezliklə istifadəyə verilməsi gözlənilir.
Azərbaycanda yük daşımalannın 40 %-ə qədəri dəmiryol nəqliyyatının
üzərinə düşür, sərnişin daşınmasında isə dəmiryolunun payı 25 %-dir.
Ölkəmizdə dəmir yolu magistrallannm ümumi uzunluğu 2125 km təşkil edir.
Nəqliyyat sektorunun mühüm sahələrindən olan avtomobil nəqliyyatı
Azərbaycanın milli iqtisadiyyatının inkişafında əhəmiyyətli vəzifələri yerinə
yetirir. Ölkəmizdə avtomobil yollannm cəmi uzunluğu 59,1 min km təşkil edir
və bunun 1,7 min kilometri beynəlxalq əhəmiyyətə malik avtomobil magistral
yolları standartlarına uyğundur.
Ölkəmizdə dəniz nəqliyyatının inkişafı nisbətən daha qədimdir və bu
Xəzər dənizi ilə bağlıdır. Belə ki, hələ 1600 il bundan əvvəl Xəzər dənizində
primitiv formada olsa da yükdaşımalann və insanlann daşınmasının təşkili
məlumdur. Müasir dövrdə Xəzər dənizində nəqliyyat sisteminin inkişaf
etdirilməsi ölkəmizin nəqliyyat siyasətinin prioritet vəzifələrindən hesab
olunur. Bu dənizdə ənənəvi güclü potensiala və geniş mövqeyə malik Xəzər
Dəniz Gəmiçiliyi kompaniyasının 86 gəmi və tankerləri vardır. Bunlardan 41-i
maye məhsullann daşınması üçün fəaliyyət göstərən tankerlərdir. 35 tanker
quru yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. 10 gəmi və tanker isə
köməkçi materiallann daşınması funksiyalannı yerinə yetirirlər. Azərbaycan
bayrağı altında gəmilər və taıücerlər dünyada mövcud olan əksər okeanlann və
dənizlərin sulannda üzürlər. Xəzər Dəniz Gəmiçiliyi ilə yanaşı, ARDNŞ-nin
mühüm struktur vahidlərindən biri kimi - Xəzər Dəniz Neft Donanmasının
gəmi və tankerləri də ölkəmizin əsas milli sərvəti olan neft məhsullanni dünya
bazarlanna çıxarmaqda və son alıcılara çatdırmaqda çox mühüm vəzifələrin
öhdəsindən gəlirlər. Xəzər Dəniz Neft Donanmasının ümumilikdə
226
A zsrbaycun iqtisadiyyatı
259 gəmi və tankerləri vardır. Bu kompaniya beynəlxalq sertifikatlara layiq görülüb və dünyanın müxtəlif regionlarında dünya səviyyəli yük daşımalan layihələrinin fəal və etibarlı iştirakçısı kimi nüfuz qazanmışdır.
Ölkəmizin əsas dəniz limanı Bakı limanıdır və burada 17 bərə mövcuddur. Bu bərələrdən 5-də xam neftin, həmçinin neft məhsullarının daşınması əməliyyatları həyata keçirilir. Hazırda Beynəlxalq Dəniz Ticarət Limanı kimi Ələt qəsəbəsində güclü nəqliyyat dəniz-liman infrastrukturu yaradılır. Burada bütövlükdə xüsusi iqtisadi zona statusunda nəhəng nəqliyyat- logistik mərkəz formalaşdırılır. Bütün bunlar yaxın perspektivdə yükdaşımaların həcminin əhəmiyyətli səviyyədə artmasına müsbət təsir göstərəcəkdir. Eyni zamanda, ölkəmizdə milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün xammal təminatının gücləndirilməsində, hazır məhsulların ixracında yeni imkanlar yaranacaqdır.
Şəkil 8.54-də Azərbaycanda nəqliyyat sektorunda yük daşınmasının 2011-2016-cı illər ərzində dinamikası verilmişdir.
Azərbaycanda nəqliyyat sektorunda yük daşınmasının dinamikası,
mln. ton (201 1-2016)
222.4 ________ 222.5
2011 2012 201.1 2014 2015 2016
Şəkil 8.54. A/orhaycaıula nəqliyyat sektorunda yük daşınmasının dinamikası, mİn. ton, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında nıüəllir tərəfindən ha/ırlan- mışdır. http:/Av\v\v.azstat.org).
Göründüyü kimi 2011-2016-cı illər ərzində ölkəmizin nəqliyyat sektorunda yük daşımalarında 2011-2013-cü illərdə intensiv artım müşahidə olunmuşdur. Lakin, 2014-2016-cı illərdə yük daşımasının artım dinamikası müşahidə olunmamışdır və demək olar ki, yük daşımasının həcmi eyni səviyyədə qeydə alınmışdır. Baxmayaraq ki, son illərdə ölkəmizdə neftin qiymətinin dünya bazarlarında düşməsi ilə əlaqədər olaraq müəyyən çətinliklər müşahidə olunur, amma bununla belə yük daşınmasının həcmində
227
Dərslik. SI) U - 55
azalma qeydə alınmamışdır. Bu fakt nəqliyyat sektorunun güelü potensiala malik olmasının göstərieisi kimi də baxıla bilər.
Şəkil 8.55.-də Azərbaycanda nəqliyyat sektorunun müxtəlif sahələrində 2011-2016-cı illər ərzində yük daşımasının dinamikası öz əksini tapmışdır.
A/orbaycanda nəqliyyat sektorunun müxtəlif sahələrində yük
daşınmasının dinamikası, mln. ton (2011-2016)
2011 2012 2013 2014
I Dəniz ■ Dəmirvolu ■ Boru kəməri
2015
Avtomobil
2016
Şəkil 8.55. A/ərbaycanda nəqliyyat sektorunda müxtəlif sahələrdə yük daşınmasının dinamikası, mln. ton, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəllndən ha/ırlanmışdır. http:/Avww.azstat.or{').
2011-2016-cı illərdə avtomobil nəqliyyatı vasitəsilə daşımalarda artım tempi daim yüksələn dinamika ilə müşahidə olunmuşdur (bax: şəkil 8.55.). Lakin, dəniz nəqliyyatı üzrə yük daşımaların həcmi həmin dövr ərzində 2,16 dəfə aşağı düşmüş və 2016-cı ilin yekununda cəmisi 5,8 mln. ton olmuşdur. Dəmiryolu nəqliyyatı üzrə yük daşımaların dinamikasında da azalma qeydə alınmışdır. Belə ki, əgər 2011-ci ildə bu sahədə yük daşımaların həcmi 22,2 mln. ton olmşdursa, 2014-cü ildə bu göstərici - 21,8 mln. ton, 2015-ci ildə 17,1 mln. ton və 2016-cı ildə isə - 15,5 mln. ton təşkil etmişdir. Boru kəmərləri vasitəsilə nəql olunan yük daşımasının dinamikası isə baxılan dövr ərzində demək olar ki, eyni səviyyədə olmuşdur və 2016-cı ildə boru kəmərləri ilə yük daşınmasının ümumi həcmi 59,6 mln. ton olmuşdur.
Azərbaycanda dinamik inkişaf edən və son illlərdə güclü maddi-infrastruktur şəbəkəsi formalaşdıran nəqliyat sahələrindən biri kimi aviasiyanın bu sektorda rolu artmaqdadır. Binə aeroportu əhəmiyyətli səviyyədə yenidən qurulmuş və Heydər Əliyev adına dünya səviyyəli beynəlxalq aeroport yaradılmışdır. Bundan əlavə, Bakı şəhəri ilə yanaşı Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala və
228
A zarbaycan iqtisadiyyuu
Qəbələ şəhərlərində də beynəlxalq aeroportlar istismara verilmişdir. Azərbaycanda dövlət statuslu Azərbaycan Hava Yolları (AZAL) kompaniyası fəaliyyət göstərir və son illərdə bu kompaniya tərəfindən ən müasir sərnişin və yükdaşıma təyyarələri alınmışdır. Bundan əlavə, ölkəmizdə aviasiya sahəsində milli kadrların hazırlanması sahəsində mövcud problemləri həll etmək üçün Milli Aviasiya Akademiyasının maddi-texniki bazası kifayət qədər genişləndirilmişdir. Bütün bunlar sərnişin və yükdaşımaların həcminin artmasına, həmçinin Bakıya və ölkənin digər regionlarına turist axınının genişləndirilməsinə münbit şərait yaratmışdır.
Şəkil 8.56-da Azərbaycanda aviasiya nəqliyyat vasitələri ilə yükdaşımaların 2011-2016-cı illər üçün dinamikası öz əksini tapmışdır. Həmin dövr ərzində aviasiya nəqliyyat vasitələri ilə yükdaşımaları 3,2 dəfəyə yaxın artmış və 2016-cı ilin yekununda 60 min tona yaxın olmuşdur (bax: Şəkil 8.56).
A/orbaycanda nnqliyyat sektorunda aviasiya sahəsində yük
daşınmasının dinamikası, min ton (2011-2016)
Şəkil 8.56. .Azərlıaycanda nəqliyyat sektorunda aviasiya sahəsində yük daşınmasının dinamikası, min ton, 2011-2016-cı illər (.\RI)SK-nın məlumatları əsasında müəllif tərəllndən ha/ırlanmışdır. lıttp://\v\vw.a/,stat.org).
Ölkəmizin nəqliyyat sektorunda əsas fəaliyyət istiqamətlərindən biri sərnişin daşınmasıdır. Bu sahədə ildən-ilə artan tələbatı təmin etmək məqsədi ilə nəqliyyat sektorunun maddi-texniki bazası gücləndirilməkdə və yenilənməkdədir. Hər il ölkəyə yüzlərlə yeni sərnişin avtobusları, dəmiıyol və metro vaqonları gətirilir. Bakı, Gəncə və Sumqayıt şəhərlərində sərnişin daşınmasının keyfiyyətinin artırılması məqsədilə iqtisadi-təşkilati və institusional tədbirlər görülmüşdür. Sərnişin daşınması üzrə nəqliyyat sektorunun fəaliyyətinin təkmilləşdirilməsi prosesləri davam etməkdədir.
229
Dərslik. SDV - 55
Şəkil 8.57-də Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınmasının 2011 -2016-cı illər üzrə dinamikası öz əksini tapmışdır. Bu müddət ərzində bütün növ nəqliyyat vasitələri ilə sərnişin daşınmasının həcmi 29,3 % artmış və 2016-cı ilin yekununda ,9 mlrd, nəfər təşkil etmişdir (bax: 8.57).
A/.')rlısıyci)n(la nəqliyyat .sektorunda sərni;in daşınınasının dinamikası,
mln. sərnişin (2011-20I6)
1617,3 ----- 1-82«^ ------- 1-^»^ ---------
2011 2012 2013 2014 2015 2016
Şdkil 8.57. A/»rbaycaıuia nəqliyyat sektorunda sərnişin daşınmasının dinamikası, mln. sərnişin, 201 l-2(ll6-cı illər (ARDSK-nm məlumatları əsasında müəllirtərəfindən hazırlanmışdır. http://\vww.azstat.org).
Nəqliyyat sektorunun maddi-texniki bazasının möhkəmləndirilməsi və sərnişin yükdaşımalarına olan tələb-təklillərə adekvat nəqliyyat vasitələrinin alınmasının təmin edilməsi kompleks və sistemli yanaşmanı şərtləndirir. 2011-2016-cı illər ərzində Azərbaycanda nəqliyyat vasitələrinin sayı 28,2 % artmış və 2016-cı ildə onların sayı 1,3 mln. ədəd təşkil etmişdir. Minik avtombillərinin sayı həmin dövr ərzində 30,5 % artmış və 2016-cı ildə 1,1 mln. ədəddən çox olmuşdur (bax: Şəkil 8.58).
Azərbaycanda nəqliyyat vasitələrinin sayı, inin ədəd (2011-2016)
,<no ----- >27I ----- 1'322.6 133Ü.6 ------------ 1037,6 “35.9. . j 129,6 J 136,9
2011 2012 2013 2014 2015 2016
■ C.ənıi avtomobill.'ir ■ O cümlədən: minik avtomobilləri
Şəkil 8.58. Azərbaycanda nəqliyyat vasitələrinin sayı, min ədəd, 2011-2016-cı illər (.ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avw>v.azstat.org).
230
A zar bay can iqtisadiyyatı
Qeyd edək ki, ölkəmiz beynəlxal nəqliyyat dəhlizi kimi əhəmiyyətli coğrafi mövqedə yerləşir. Bu baxımdan ölkəmizin ərazisindən tranzit yükdaşımalarınm həcminin artırılması üçün güclü potensial mövcuddur.
Şəkil 8.59-da Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2011-2016-cı illərdə yükdaşımalarınm həcmi verilmişdir. Həmin dövr ərzində yükdaşımalarınm həcmində azalma tendensiyası müşaidə olunur (bax: Şəkil 8.59). _______________
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük
daşımalarının həcmi, mln. ton (2011-2016)
Şəkil 8.59. Avropa-Qnfqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yükdaşıınalarının həcmi, mln. ton, 2011-2016-cı illər (.ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avw\v.azstat.org).
Şəkil 8.60-da Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2011-2016-cı illər üzrə yük dövriyyəsinin ləcmi öz əksini tapmışdır.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük
dövriyyəsinin həcmi, mlrd, ton-km (2011-2016)
Şəkil 8.60. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük dövriyyəsinin həcmi, mİrd. ton-km, 2()İl-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəHıulən hazırlanmışdır. http:/Avww.azstat.orj»).
231
Dərslik. SDU - 55
Şəkil 8.60-dan də göründüyü kimi Avropa-Qafqaz-Asiya dəhlizi
üzrə Azərbaycan hissəsində yük dövriyyəsinin həcmi də azalma
tendensiyası ilə müşahidə olunmuşdur. Amma, yaxın perspektivdə
Azərbaycan ərazisindən yükdaşımalarının həcminin artacağı gözlənilir.
Belə ki, Ələt qəsəbəsində formalaşdırılan nəqliyyat-logistika
mərkəzninin tam güeü ilə işləməsi müqabilində yükdaşımalarm
həcminin artacağı proqnozlaşdırılır. Digər tərəfdən, bu sahə kifayət
qədər gəlirli fəaliyyət sahələrindən hesab olunur. 2011-2016-cı illər
ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə yükdaşımalarm və
yük dövriyyəsinin həcminin nisbətən azalmasına baxmayaraq, bu
sahədəki fəaliyyətdən əldə olunan gəlirlər artmışdır.
Ümumilikdə, həmin nəqliyyat dəhlizi üzrə 2011-2016-cı illər
ərzində əldə olunan illik gəlirlərin həcmi 1,7 dəfə artmış və 2016-cı il
üçün yekunda 642 mln. manat təşkil etmişdir (bax: Şəkil 8.61).
Avro|>a-Qar(|a/.-Asiya ıi3(|liyyat dəlıli/iııiıı A/orhaycan hissosintla olda
olunan ^alİI^ mln. manat (2011-2016)
Şəkil 8.61. Avropa-Qalqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əldə olunan gəlir, mln. manat, 2011-2016-cı illər (ARI)SK-nm məlumatları əsasında müəllif tərənndən hazırlanmışdır. http://\v\v\v.azstat.org).
Yaxın perspektivdə strateji yol xəritələrinin icrası proseslərinin
genişlənməsi ilə əlaqədar olaraq, nəqliyyat-logistik mərkəzlərin rolu və
əhəmiyyəti xeyli artacaqdır. Ölkəmizdə nəqliyyat
232
Azerbaycan iqtisadiyyatı
İnfrastrukturunun yenilənməsi və müasir yol şəbəkələrinin formalaşması
proseslərinin daha da intensivləşəcəyi gözlənilir.
Belə ki, tezliklə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin
fəaliyyətə başlaması planlaşdınlır. Bu dəhlizin Azərbaycan ərazisinə düşən
dəmiryol hissəsi 511 kilometrdir və layihəyə görə Bakı-Astara dəmiryol xətti
İran-Astara dəmiryol xətti ilə birləşəcəkdir.
Nəticədə, dünyanın bir çox ölkələri, xüsusilə Rusiya, Hindistan və
İrandan bu beynəlxal nəqliyyat dəhlizi üzrə yükdaşımalann xeyli artacağı
gözlənilir.
Bundan əlavə, digər bir beynəxalq əhəmiyyətli nəqliyyat layihəsi kimi
Bakı-Tblisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycanın
nəqliyyat sektorunun potensialı əhəmiyyətli səviyyədə güclənəcəkdir.
8.10. Azərbaycanda rabitə və informasiya texnologiyaları
kommunikasiyaları sektoru
Azərbaycanda rabitə və informasiya texnolgiyalan kommuni- kasiyalan
sektorunun inkişafı strateji əhəmiyyət kəsb edir. Ümu- muyyətlə, bu sektorun
inkişaf etdirilməsi dövlətin ən yüksək səviyyəli müxtəlif proqramlarında,
strategiya və konsepsiyala-rmda yer almışdır. Strateji baxışlara görə bu sektor
ölkəmizdə neft-qaz sektorundan sonra ən güclü və rəqabətqabiliyyətli milli
iqtisadiyyat sektorlarından biri kimi çıxış edə bilər. Ölkədə artıq bu sahənin
inkişafı üçün güclü maddi-texniki baza və infrastruktur şəbəkəsi yaradılmışdır,
həmin istiqamətdə proseslər intensiv olaraq davam etməkdədir. İnstitusional
islahatlar aparılmış, həmçinin 2015-ci il iyun ayının 14-də
“Telekommunikasiya haqqında” müvafiq ölkə Qanunu qəbul edilmişdir.
Bütün bunlarla belə, Azərbaycanda informasiya və rabitə xidmətlərinin
həcminin artım dinamikası bu sahənin mövcud potensialını əks etdirmir (bax:
Şəkil 8.62).
233
/i zi’rhaycan iqtisadiyyatı
A/orhaycandu telefon rabitəsinin əhali ü/rə bir qrup
göstəricilərinin dinamikası, ədəd (2011-2016)
2014 2015 2016
■ Əhalinin hər 1000 nələrinə düpn telefon aparatları
■ 1 lər 100 ailəyə dii:;;ən telefon aparatları
■ Əhalinin hər 100 nəfərinə düşən mobil telefon nömrələri
Şəkil 8.63. Azərbaycanda telefon rabitəsinin əhali üzrə bir qrup göstəricilərinin dinamikası,
ədəd, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərətlndən
lıa/ırlanmışdır. http://>vww.azstat.org).
Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının
inkişaf etdiriməsi dövlətin iqtisadi siyasətində əhəmiyyətli yer tutur. Bu
sahənin inkişaf etdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülməkdədir.
Ölkəmizdə İKT-nin inkişaf indeksi 2011-2015-ci illərdə artan
dinamika nümayiş etdirmişdir, 2016-cı ildə isə bu göstərici 6,39 təşkil
etmişdir (bax: Şəkil 8.64).
235
DjrsliL SDU - 55
A/ərbaycanda informasiya kommunikasiya texno logiya lar ının
inkivaf indeksi (2011-2016)
Şokil 8.64. Azorbaycaııda informasiya kommunikasiya texnologiyalarının inkişaf indeksi,
20Il-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır,
http://www.azstat.org).
Məlumdur ki, ölkəmizdə azad internet şəbəkəsinin inkişafı və bu
sahədə güclü maddi-texniki bazanın yaradılması üçün kompleks
tədbirlər davam etdirilir. İnternetin inkişafına görə, Azərbaycan dünya
ölkələri içərisində müsbət imic formalaşdırmışdır.
2011-2016-cı illər ərzində əhalinin hər 100 nəfərinə düşən
internet istifadəçilərinin sayı 65 nəfərdən 78 nəfərədək artmışdır (bax:
Şəkil 8.65). Azərbaycanda əhalinin hər lOO nəfərinə düşən internet
istifadəçilərinin sayı, nəfər (2011-2016)
2011 2012 2013 2014 2015 2016
Şəkil 8.65. Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı, nəfər, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.azstat.org).
236
Azərbaycan iqtisadiyyatı
İKT-nin inkişafı, xüsusilə İnternet şəbəkəsinin maddi-texniki bazasının
gücləndirilməsi, internet istifadəçilərinin sayının artması ölkəmizdə
informasiya təhlükəsizliyinin təmin edilməsinə, hər bir ölkə vətəndaşının
sərbəst şəkildə azad informasiya ala bilməsinə əsaslı zəmin yaratmaqdadır.
Bundan əlavə, bu sahələrin inkişafının sürətləndirilməsi ölkə əhalisinin yaşayış
səviyyəsinə, beynəlxalq aləmdə ölkəmizin imicinin artmasına, biznes
mühitinin yaxşılaşdırılmasına və sahibkarIğm inkişafına əlavə stimullar
formalaşdınr.
8.11. Azərbaycanda turizm sektoru və onun potensialından
istifadə prioritetləri
Azərbaycanda turizm sektorunun inkişafı prosesləri strateji mərhələyə
daxil olmuşdur. Ölkəmizin əksər regionlannda, xüsusilə Şimal, Qərb və Cənub
rayonlannda intensiv formada turizm infrastrukturu yaradılır, iri turizm
mərkəzləri formalaşdınlır, turizm obyektləri istifadəyə verilir. Bütün bunlar
üçün ölkəmzidə əlverişli şərait mövcuddur və demək olar ki, turizmin əksər
növlərinin, məsələn tanışlıq, müalicəvi, çimərlik, idman, istirahət və s.
Növlərinin ölkəmizdə inkişaf etdirilməsi perspektivləri xeyli yüksəkdir.
Azərbaycan zəngin flora və faunaya, təbii guşələrə, müalicəvi su mənbələrinə,
əsrarəngiz çay və göllərə, meşə massivlərinə, münbit dəniz sahilinə və s.
malikdir. Yer üzündə məlum olan 11 iqlim qurşağından 9-na ölkəmizdə rast
gəlinir. Qış turizminin inkişafr üçün də güclü infrastruktur yaradılmışdır
(“Şahdağ” Turizm Kompleksi, Qusar rayonu). Son illərdə ölkəmizə turist axını
artmaqdadır və yeni-yeni ölkələrdən turist axımnın Azərbaycana artması diqqət
çəkir.
Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi üçün fəaliyyət
subyektlərinin formalaşdınlması və fəaliyyətinə hər çür şərait yaradılmışdır.
Turizm fəaliyyəti ölkə rəhbərliyi tərəfindən prioritet fəaliyyət sahələrindən biri
kimi qiymətləndirilmişdir. Ölkəmizdə turizmin davamlı inkişafı ilə əlaqədar
olaraq, dövlət proq- ramlan və kompleks tədbirlər həyata keçirilir. Hazırda
“Azərbaycan Respublikasında kurortlann 2009-2018-ci illərdə inkişafı üzrə
Dövlət Proqramf’nın intensiv icrası prosesləri gedir. Turizm sektoru ölkə
ÜDM-də 4-5 % paya malikdir. Turizm müəssisələrinin yaradılması prosesləri
isə artan templə davam edir (bax: Şəkil 8.66).
237
Dərslik. SDU-55
Azərbaycanda səyahət agentlikləri və turoperatoriann,
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
(2010-2015)
243 i
218 İ
514
600
■ Mehmanxana mehmanxana tipli müəssisələrin sayı
■ Səx'abət agentlikləri tnroperatoıiann sayı
Şəkil 8.66. Azərbaycanda səyahət agentliklərinin və turoperatorların, mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 20I0-20I5-ci illər (AKDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://\v\vw.azstat.org).
Şəkil 8.66-ya əsasən qeyd etmək olar ki, 2010-2015-ci illər
ərzində Azərbaycan səyahət agentlikləri və turopcretorlann sayı 1,9
dəfə artmış və 2015-ci ilin sonuna 243 təşkil etmişdir. Həmin dövr
ərzində mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 7,4 %
artmış və 2015-ci ilin sonuna 536 olmuşdur. Bakı şəhəri ilə yanaşı,
respublikanın diqər iri şəhərlərində və regionlarında dünya səviyyəli
otellər istifadəyə verilmişdir.
Şəkil 8.67-də 2010-2015-ci illər üzrə Azərbaycanda
mehmanxana və mehmanxana tipli müəssisələrin mülkiyyət növlərinə
görə sayı verilmişdir. Göründüyü kimi, bu sırada daha çox
mehmanxana və mehmanxan tipli müəssisələr özəl sektorda, yəni
xüsusi mülkiyyət formasında yer almışdır.
238
/1 znrhaycan iqtisadiyyatı
JK<; JHQ
2010 2011 2012 2013 2014 2015
■ Dfivl.ıl slutu»lu ııu'lını:ııı\un:ı v.ı ııu-hnımıxııtı:ı (ipli mltassisohr
■ \üsıı<ii ıııchmunxana \a mclıııianxana lipli mUaxsisalar
Şokil 8.67. Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin mülkiyyət növləri üzrə sayı, 2010-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://\v\v\v.azstat.org).
Şəkil 8.68-də Azərbaycanda 2010-2015-ci illər üzrə səyahət agentlikləri və turoperatorlar tərəfindən əhaliyə satılmış turizm yollayış blanklarmm dinamikası öz əksini tapmışdır.
! Azərhaycanda səyahət agent liklər i və turoperatorlar tərəfindən əhaliyə '
i sat ılmış tur i/nı yo llayış hlanklar ının sayı, min ədəd (2010-2015)
Şəkil 8.68. Azərhaycanda səyahət agentlikləri və turoperatorlar tərəfindən əhaliyə satılmış turizm yollayış hlanklarının sayı, min ədəd, 2010-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://\v\v\v.azstat.org).
Şəkil 8.69-da isə 2010-2015-ci illər üzrə Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq səyahət agentlikləri və turope- ratoıiarm turizm fəaliyyətindən əldə etdikləri gəlirlərin dinamikası verilmişdir. Göründüyü kimi, həmin dövr ərzində turizm fəaliyyətindən əldə edilən gəlirlər daim artım nümayiş etdirmişdir və 2015-ci ilin yekununda bu gəlirin həcmi 35,1 mln. manat olmuşdur (bax: Şəkil 8.69).
239
Darslik. SDU - 55
Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq səyahət agentlikləri və turopratorların turizm fəaliyyətindən əldə
etdikləri gəlirlər, mln. manat (2010-2015)
Şəkil 8.69. Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq səyahət agentlikləri və turoperatorların turizm fəaliyyətindən əldə etdikləri gəlirlər, mln. manat, 2010-2015- ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.azstat.org).
Şəkil 8.70-də isə Azərbaycanda 2010-2015-ci illər üzrə mehmanxana
və mehmanxana tipli müəssisələrin turizm fəaliyyətindən əldə etdikləri
gəlirlərin dinamikası öz əksini tapmışdır. Həmin dövr ərzində bu sahədə
gəlirlərin artım dinamikası orta illik 1,7 dəfədən çox olmuş və 2015-ci ilin
yekununda gəlirlərin ümumi həcmi 183,1 mln. manat təşkil etmişdir. Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin turizm
fəaliyyətindən əldə etdikləri gəlir, mln. manat (2010-2015)
200 ---------------- ------------------------- ------------------ --------
2010 2011 2012 2013 2014 2015
Şəkil 8.70. Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin turizm fəaiiyyətindən əldə etdikləri gəlir, mln. manat, 2010-20İ5-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəflndən hazırlanmışdır, http://www.azstat.org).
240
Azerbaycan iqtisadiyyatı
Yaxın perspektivdə Azərbaycanda turizmin inkişafı stratej hədəflərin
yerinə yetirilməsi ilə bağlı olacaqdır. Belə ki, ölkə Prezidentinin 6 dekabr
2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsindəki
hədəflərə əsasən 2020-ci ildə ölkənin turizm sektorunda ÜDM-in həcmi 293
mln. manat, digər sahələrin inkişafı hesabına dolayı olaraq əlavə 172 mln.
manat formalaşacaqdır. Bu isə ölkə ÜDM-in artımına müsbət təsir
göstərəcəkdir. Turizm sektorunda növbəti 4-5 il ərzində 20-25 min yeni iş
yerlərinin yaradılması gözlənilir. Turizm ölkəmizin dinamik inkişaf edən və
yüksək potensiala malik milli iqtisadiyyat sahələrindən biri kimi
qiymətləndirilə bilər.
8.12. Texnoparklar, sənaye məhəllələri, sənaye klasterləri və xüsusi
iqtisadi zonaların yaradılması prosesləri
Azərbaycanda müasir dövrdə milli iqtisadi inkişaf mexanizmlərinin və
vasitələrinin yenilənməsi, modernləşdirilməsi prosesləri intensivləşməkdədir.
Bunlarla əlaqədar olaraq, yeni iqtisadi mexa- nizmlərin tətbiqi prosesləri
obyektiv zərurət kimi ortaya çıxmışdır. Dünya təcrübəsində milli iqtisadiyyatın
ənənəvi mexanizmlərinin yenilənməsində, milli iqtisadiyyatın
məhsuldarlığının artırılmasında, ayn-ayn iqtisadiyyat sektorlarının inkişaf
etidrilməsində, regionlann tarazlı inkişafının təmin olunmasında azad iqtisadi
zonalardan istifadə geniş yayılmışdır. Dünyanın bir çox ölkələrində, məsələn
Çin, Sinqapur, Cənubi Koreya və s. ölkələrdə azad iqtisadi zonalar milli
iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynamışdır. Azad iqtisadi zonalar
institutunun müxtəlif variantlan və modelləri diqqət çəkir. Bu kimi zonalarla
bərabər, dünyanın müxtəlif ölkələrində texnoparklar, sənaye məhəllələri və
sənaye klasterlərinin
241
Dsrslik. SDU - 55
yaradılması hesabına milli iqtisadiyyatın inkişafının balanslaşdınl- ması təmin
edilmişdir.
Texnoparklar - əsas etibarı ilə bir çox fəaliyyət sahələrinin, məsələn
elm, istehsalat, maliyyə - investisiya təşkilatlarının, xidmət strukturlarının və s.
birliklərin qarşılıqlı fəaliyyətinin cəmləşdirildiyi çoxfünksiyalı fəaliyyət
ərazisidir. Texnoparklarda müxtəlif istehsal sahələrinin təşkili, elmi
işləmələrin və ixtiraların istehsal proseslərinə tətbiqi, kiçik və orta biznes
subyektlərinin fəaliyyətinin gücləndirilməsi həyata keçirilir. Texnoparklarda
tətbiq edilən güzəştlər və daha sadə prosedurlar rezidentlər üçün cəlbedici olur.
Texnoparklarda fəaliyyət göstərən istehsal sahələrinə xarici investisiyaların
cəlbi kifayət qədər asanlaşır.
Sənaye məhəllələri - sənaye məhəllələri ilk növbədə sənaye sahələrinin
təşkili və inkişafı ilə əlaqədar olan fəaliyyət zonasıdır. Bu kimi məhəllələr
müəyyən ərazidə və regionda mövcud olan sənaye potensialının
reallaşdırılması məqsədi ilə yaradılır. Sənaye məhəllələrində sənaye və istehsal
fondlan, infrastruktur yaradılır, biznes mühiti yaxşılaşdırılır. Burada
sahibkarlığın və biznesin inkişafı məqsədilə bir qrup güzəştlər
müəyyənləşdirilir. Dövlət bu kimi məhəllələrdən infrastrukturun formalaşdın
İmasında təminatçısı rolunda çıxış edir və sənaye məhəlləsinin
enerjidaşıyıcılarla fasiləsiz təchizatı infrastrukturunu yaradır. Sənaye
məhəllələrində biznes və sahibkarlıq subyektlərinin fəallığının hesabına
müxtəlif çeşiddə sənaye məhsullannın istehsalına nail olunur, yeni iş yerləri
yaradılır.
Sənaye klasterləri - komplekslilik prinsipi əsasında iqtisadi
mexanizmlər kimi kifayət qədər bir-birinə oxşar fəaliyyət göstərən, eyni
zamanda bir-birilə əlaqəli təsərrüfat - kooperasiya prosesləri olan fəaliyyət
istiqamətlərinin formalaşdırılması və təşkili məqsədi ilə yaradılır. Bu tip
klasterlərin əsas məqsədi zəruri infrastrukturun yaradılması, təşkil olunduğu
ərazidə və yaxın regionlarda mövcud olan təbii resurslardan, həmçinin iqtisadi
resurslardan maksimum
242
A zsrbaycan iqtisadiyyatı
səmərəli istifadənin təmin edilməsi, işçi qüvvəsindən və əmək ehtiyatlarından
istifadəyə münbit şəraitin yaradılması və geniş çeşiddə sənaye məhsullarının
istehsal edilməsidir. Sənaye klasterləri özündə dövlət, özəl və biznes
sahibkarlıq subyektləri, maliyyə qurumları və kredit təşkilatları, ali təhsil və
peşə məktəbləri, investisiya fondları və s. qurumları birləşdirməklə yaradılır.
Sənaye klas- terlərinin əsas xüsusiyyətləri klaster iştirakçılarının ümumi oxşar
maraqlarının olması və istehsal olunan məhsulların çeşidinin çox da
fərqlənməməsi ilə bağlıdır. Bir çox ölkələrdə sənaye klasterlərinin yaradılması
hesabına müxtəlif sənaye sahələrinin inkişafının sürətləndirilməsinə nail
olunmuşdur.
Xüsusi iqtisadi zonalar - dünya təcrübəsində hər bir ölkənin özünün
milli prioritetlərinə və milli iqtisadi maraqlanna uyğun olan qaydalar və
normativlər əsasında yaradılır və fəaliyyət müəyyən mənada tənzimlənir.
Dövlət bu zonalarda lazım olan təsərrüfat və biznes fəaliyyəti infrastrukturunu
təmin edir, ərazinin enerjidaşıyıcılarla təchizatına şərait yaradır. Bundan əlavə,
dövlət tərəfindən xüsusi iqtisadi zonalarda gömrük və vergi güzəştləri sistemi
tətbiq olunur. Rezidentlərin qeydə alınması prosesləri isə kifayət qədər sadədir.
Bu cür zonalann yaradılmasında başlıca məqsədlər dövlətin prioritet
sosial-iqtisadi proqramlarının, ayrı-ayrı iqtisadiyyat sahələrinin və regional
ərazilərinin inkişafının təmin edilməsi, bu məqsədlə iri kapitalın, xarici
invetisiyalann və müasir texnologiyaların fəal cəlbinin təmin edilməsidir.
Azərbaycanda texnoparklar, sənaye məhəllələri, sənaye klasterləri və
xüsusi iqtisadi zonaların yaradılması proseslərinin xronologiyası.
Azərbaycanda son on il ərzində xüsusi iqtisadi zonalann, texnoparkların,
sənaye məhəllələrinin və sənaye klasterlərinin yaradılması prosesləri
intensivləşmişdir. Bir çox mini- zavodları özündə birləşdirən, geniş
elektromexanika və elektrik avadanlıqları məhsulları istehsal edən ilk
Azərbaycan texnoparkı -
243
Dərslik. SDU - 55
Sumqayıt texnologiyalar parkı 24 dekabr 2009-cu ildə istifadəyə verilmişdir.
Bu parkda geniş çeşiddə rəqabətqabiliyyətli sənaye məhsullan istehsal olunur
və bö)dik potensiala malikdir. Sumqayıt sənaye mərkəzində ənənəvi və
rəqabətqabiliyyətli sənaye sektoru kimi - kimya və neftkimya sənayesinin
inkişaf etdirilməsi məqsədilə 2011-ci il dekabnn 21-də Sumqayıt Kimya
Sənaye Parkı yaradılmışdır. Artıq bu parkda 9 rezident qeydə alınmışdır və
yatınlan investisiyaların ümumi məbləği 1,1 mlrd, manat təşkil etmişdir. Yaxın
perspektivdə Sumqayır Kimya Sənaye Parkında rəqabətqabiliyyətli və ixrac
təyinatlı kimya və neftkimya məhsullannın istehsalının genişləndirilməsi
gözlənilir. 2011-ci il 28 dekabnnda təşkil olunmuş Balaxanı Sənaye Parkı
(Bakı) Bakı ətrafında ekoloji cəhətdən təmiz mühitin formalaşmasına imkan
verən texnologiya- lann cəlbi prinsipi ilə fəaliyyət göstərir. Bunlarla bərabər,
2015- 2016-cı illər ərzində bir sıra yeni sənaye parklarının yaradılması təmin
olunmuşdur. Mingəçevir Sənaye Parkı 2015-ci il fevral ayının 26-da təşkil
edilmişdir və bu parkda ilk növbədə toxuculuq müəssisələrinin, həmçinin digər
sənaye müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Qaradağ Sənaye
Parkında isə müxtəlif sənaye məhsullannın istehsalı prosesləri prioritetlik
təşkil edir. Bu park 2015-ci il iyun ayının 3-də yaradılmışdır. Azərbaycan Milli
Elmlər Akademiyasının fəal iştirakı ilə 14 sentyabr 2016-cı ildə yaradılan
Pirallahı Sənaye Parkında yüksək texnologiyalar əsaslı məhsullar, əsasən
innovasiya yönümlü məhsullar istehsal olunacaqdır.
Son dövrlərdə ölkəmizdə sənaye məhəllərinin yaradılmasına maraq
artmışdır. Ölkə Prezdentinin “Sənaye məhəllələrinin yaradılması və
fəaliyyətinin təşkili” haqqında 2014-cü il 8 oktyabr Fərmanından sonra, bu
kimi sənaye məhəllələrinin təşkili prosesləri intensivləşmişdir. Azərbaycanda
ilk sənaye məhəlləsi - Neftçala sənaye məhəlləsidir və 2015-ci il fevral ayının
2-də yaradılmışdır.
244
A zsrbaycan iqtisadiyyatı
Artıq bu məhəllənin yaradılması prosesləri intensiv fazaya keçmişdir. Bundan
əlavə, 2016-cı il 13 iyunda təşkil olunmuş Masallı Sənaye Məhəlləsinin
formalaşdırılması prosesləri də sürətləndirilməkdədir. 2017-ci il 25-i iyulda
yaradılmış Hacıqabul Sənaye Məhəlləsinin formalaşdırılması prosesləri gedir.
Azərbaycanda Azad iqtisadi zonaların yaradılması prosesləri 1990-cı
illərin əvvəlindən başlasa da, bu sahədə əsaslı irəliləyişlər 2007-ci ildən sonra
mümkün olmuşdur. Ölkə Prezidentinin 6 mart 2007-ci il tarixli “Azərbaycan
Respublikasında xüsusi iqtisadi zonalan yaradılması” haqqında Fərmanından
sonra, ölkəmizdə bu sahədə qanunvericiliyin formalaşdırılması prosesləri
intensivləşmişdir. Xüsusi iqtisadi zonalar haqqında müvafiq ölkə qanunu
2009-cu il aprelin 14-də qəbul olunmuşdur. Bununla belə, xüsusi iqtisadi
zonalann təşkili prosesləri yalnız son illərdə fəallaşmaqdadır. Ələtdə
Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması proseslərində Sərbəst Ticarət
zonasının təşkili bir zərurət kimi ortaya çıxmışdır. Bütün bunlar nəzərə
alınmaqla, ölkə Prezdentinin 2016-cı il 17 mart tarixli Sərəncamı ilə Ələtdə -
Bakı Beynəlxalq Dəniz Ticarəti limanının yerləşdiyi ərazi də götürülməklə,
burada xüsusi iqtisadi zona yaradılmışdır. Hazırda xarici şirkətlərin və
kompaniyaların iştirakı ilə infrastrukturun yaradılması və zonanın işinin təşkili
prosesləri həyata keçirilir. Bundan əlavə, ölkə Prezidentinin 2017-ci il 31 may
tarixli Sərəncamı ilə Azad iqtisadi zonaların yaradılması işinin
sürətləndirilməsi üzrə müvafiq İşçi Qrupu təşkil olunmuşdur.
Yaxın perspektivdə, xüsusilə strateji yol xəritəsinin icrası işlərinin
sürətləndirilməsində xüsusi iqtisadi zonalar və azad iqtisadi zonalar kimi
dünyəvi mütərəqqi iqtisadi vasitələr ölkəmizin iqtisadi sisteminə daha intensiv
tətbiq olunacaqdır.
245
Dərslik, SDU - SS
Özünüyoxlama sualları:
1. Qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında rolu.
2. Azərbaycanda sənaye sektorunun mövcud vəziyyəti və strukturu.
3. Azərbaycanın metallurgiya kompleksi,
4. Qara metallurgiya sənayesi sahəsi.
5. Əlvan metallurgiya sənayesi sahəsi.
6. Azərbaycanın kimya və neftkimya kompleksi.
7. Azərbaycanda maşınqayırma kompleksinin müasir vəziyyəti və inkişaf
istiqamətləri.
8. Yüngül sənaye və onun potensialından səmərəli istifadə məsələləri.
9. Yeyinti sənayesi və onun əhəmiyyəti.
10. Nəqliyyat sektorunun mövcud vəziyyəti və inkişaf potensialı.
11. Azərbaycanda rabitə və informasiya texnologiyalan kommunikasiyaları
sektoru.
12. Ölkədə turizm sektoru və onun potensialından istifadə prioritetləri.
13. Texnoparklar və sənaye məhəllələri.
14. Sənaye klasterləri və xüsusi iqtisadi zonalar.
ƏDƏBİYYAT:
1.
2. 3.
Azad iqtisadi zonalann yaradılması işinin sürətləndirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Bakı şəhəri, 31 may 2017-ci il.
“Azərbaycan iqtisadiyyatı”, Bakı, “Ağrıdağ”, 1998.-400 s.
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
246
Azerbaycan iqtisadiyyatı
9.
4. Azərbaycanın kimya sənayesi haqqında. Azərbaycanın sənaye
portalı. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye
Nazirliyi. Bakı, 2014.-8 s. http://www.economy.gov.az.
Azərbaycan rəqəmlərdə. Bakı, 2017.- 286 s.
Azərbaycan sənayesi. Statistik məcmuə. Bakı, 2017,- 344 s.
Azərbaycanda turizm. Statistik məcmuə. Bakı, 2016.- 144 s.
Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-
2020-ci illər üçün Dövlət Proqramı, 26 dekabr 2014-cü il.
http://www.president.az.
Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənaye-
sində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında”
2 aprel 2010-cu il tarixli Sərəncamı.
10. Azərbaycanın metallurgiya sənayesi və onun inkişaf perspektiv-
ləri. http://www.xalqqazeti.com.
11. Azərbaycanda metallugiya, http://www.kayzen.az.
12. Azərbaycanda metallurgiya sənayesinin inkişafı.
http://www.zim.az.
13. Azərbaycanın maşınqayırma sənayesi haqqında. Azərbaycanın
sənaye portalı. Bakı, 2014.- 14 s. www.senaye.gov.az.
Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı. Bakı şəhəri, 1 sentyabr 2016-cı il.
http ://mct. gov.az/ne ws-detai ls?id=2432.
Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmişdir.
16. Azərbaycanda turizmin inkişaf etdirilməsi prioritet vəzifələrdən
biridir, http://medeniyyet.az.
17. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart
tarixli Sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca
14
15
247
DərsHLSDU-SS
İstiqamətləri" çərçivəsində Turizm üzrə Alt-işçi qrupunun hesabatı.
İqtisadi İslahatlann Təhlili və Kommunikasiya Mərkəzi. Baki.- 2016-21
s.
18. Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında AR
Prezidentinin Sərəncamı, 28.12.2011-ci il. Bakı.
19. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli
xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 17 mart
2016-cı il.
20. Babayev M. Sumqayıtın kimya sənayesinin inkişafında H.Əliyevin rolu.
04.07.2016.http://www.yenisumqait.az .
21. Det.Al Alüminium Kompleksi, http://www.detalholding.az.
22. Əliyev Ş.T. Azərbaycanda neft-kimya kompleksinin inkişafının müasir
aspektləri və istiqamətləri//“Audit” Jurnalı, 2016, M3.- S. 41-45.
23. Əliyev Ş.T. Azərbaycanın kimya və neft kimya kompleksi: keçmişə bir
nəzər, mövcud vəziyyət və inkişaf perspektivləri// “İqtisadiyyat və
həyat” jurnalı, JVe4-6, Bakı, 2003. -S.38-42.
24. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015, 185 s.
25. Əliyev Ş.T. Azərbaycanın kimya və neftkimya kompleksinin
qiymətləndirilməsi və yenidənqurulması istiqamətləri. Bakı, “Elm və
təhsil”, 2012.- 156 s.
26. Əliyev Ş.T. Azərbaycanın neftkimya kompleksinin potensialından
səmərəli istifadə edilməsi problemləri və perspektivləri // “İqtisadiyyat
və həyat” jurnalı, >f2İ 1, Bakı, 2008. -S. 18-22.
27. Əliyev Ş.T. Kimya və neftkimya kompleksinin inkişaf mərhələləri,
mövcud problemləri və perspektivləri/Zİqtisadiyyat və həyat jurnalı,
>fo7.8, Bakı, 2004.- S. 61-70.
28. Əliyev Ş.T. Xüsusi iqtisadi zonalarin tətbiqi problemləri. Monoqrafiya.
Azərbaycan Respublikasının Prezidenti yanında
248
Azerbaycan iqtisadiyyatı
Elmin inkişafı Fondunun 2011-ci il I “Qrant” müsabiqəsinin layihəsi
əsasında hazırlanmışdır). Bakı, 2012, 360 s.
29. Əliyev Ş.T. Xüsusi iqtisadi zonalar: konseptual əsaslar və strateji
istiqamətlər. Bakı-Elm və Təhsil, 2012, 196 s.
30. Əliyev Ş.T. Azad iqtisadi zonalar. Dərslik. Sumqayıt Dövlət Universiteti,
Bilik, PM- 2013, 280 s.
31. Əliyev Ş.T. Azərbaycanin dünya iqtisadiyyatina inteqrasiyasının
genişləndirilməsində xüsusi iqtisadi zonalann təsiri məsələləri // İpək
Yolu, Xo3, 2015, s. 125-132.
32. Əliyev Ş.T. Milli iqtisadiyyatın inkişafının sürətləndirilməsində sənaye
klasterlərinin tətbiqini şərtləndirən amillər //Audit, JS2 4, 2015, s.73-79.
33. Əliyev Ş.T. Azərbaycanın milli iqtisadiyyatinin inkişaf proseslərinin
intensivləşdirilməsində xüsusi iqtisadi zonalann tətbiqinin
sürətləndirilməsi məsələləri/ZAudit, K2 2,2015. s. 50- 55.
34. Əliyev Ş.T. Azərbaycanda sənaye sektorunun və ixrac potensialinin
gücləndirilməsinin konseptual istiqamətləri. //İpək Yolu, >fo04. Dekabr,
20I6.-S.35-42.
35. Əliyev Ş.T. Azərbaycanda xüsusi iqtisadi zonaların tətbiqi problemlərinin
həlli yollan // İpək Yolu, JV2 3, Sentyabr-2016.- S.63-68.
36. Əliyev Ş.T. Azərbaycanda strateji yol xəritələrinin reallaş- dırılmasmda
xüsusi iqtisadi zonaların əhəmiyyəti // “Geostra- tegiya”, Bakı, J^sl,
2017, Xo01(37).-S.32-35.
37. Əliyev T.N., Babayev M.T. Sahənin aktual iqtisadi problemləri: neft
emalı və neft-kimya. Bakı, “Elm və təhsil”, 2011.-346 s.
38. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə,
modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı: «Elm və təhsil»,
2012-196 s.
39. Karbamid zavodu, http://www.socar.az.
249
Dərslik. SDU - 55
40. Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı - Bakı şəhəri,
03.06.2015- ci il.
41. Maşınqayırma sənayesi üzrə arayış. Azərbaycan Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyi. Bakı, 2015.- 13 s.
www.senaye.gov.az.
42. Metallurgiya - Azərbaycan, www.azerbaijans.com.
43. Məmmədov N.M., Məhərrəmov A.M., Əhmədova S.E. Azərbaycan
iqtisadiyyatı. Dərs vəsaiti. BDU- Bakı ,2011. -522 s.
44. Mingəçevir Sənaye Parkının yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı - Bakı şəhəri,
26.02.2015- ci il.
45. Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında
Azərbaycan Respublikası PrezidentininSərəncamı - Bakı
şəhəri, 02.02.2015-ci il.
46. Neft sənayesinin inkişaf tarixi, http://www.azerbaijan.az.
47. Orxan R., Oday R. Azərbaycan kimya sənayesinin inkişafı tarixi. Bakı,
17 avqust 2015. http://www.az.temd.az
48. Rzayeva Ə., Orxan R. Sumqayıtın modernləşən neft-kimya sənayesi bu
gün özünün inkişaf dövrünü yaşayır.
49. http://www.azertac.az.
50. Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 2014-cü il,
Bakı.
51. Sənaye məhəllələri. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyi, http://www.economy.gov.az.
52. Sənaye parkları haqqında Nümunəvi Əsasnamə. AR Prezidentinin
2013-cü il 24 aprel tarixli Fərmanı ilə təsdiq edilib.
53. “SOCAR Polymer” MMC. Sumqayıt Kimya Sənaye Parkı.
http://www.scip.az.
250
Dərslik. SDU - 55
FƏSIL 9
AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI VƏ AQRAR
SEKTORUN İNKİŞAF İSTİQAMƏTLƏRİ
9.1. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar və onlardan
istifadənin vəziyyəti. 9.2. Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri.
9.3. Azərbaycanda bitkiçilik və heyvandarlıq sahələrinin məhsul
istehsalı və inkişaf potensialı.
9.4. Azərbaycanda kəndli fermer təsərrüfatlarının və sahibkarlığın
inkişafı prosesləri.
9.5. Azərbaycanda aqrar sənaye kompleksinin əsas fəaliyyət sahələri
və strateji hədəfləri.
9.1. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar və onlardan
istifadənin vəziyyəti
Kənd təsərrüfatının sabit və dinamik inkişafı, ilk növbədə onun torpaq
ehtiyatlarından, xüsusilə kənd təsərrüfatına yararlı və suvarılan torparqlarının
adekvatlığından bilavasitə asılıdır. Yüksək məhsuldarlığa malik kənd
təsərrüfatı məhsulları almaq üçün münbit və yararlı torpaqların olması vacib
məsələdir. Azərbaycanda torpaq növlərinin əksəriyyəti mövcuddur. Bundan
əlavə, kənd təsərrüfatı məhsullarının becərilməsi və istehsalının
genişləndirilməsi üçün ölkənin bütün regionlarında müəyyən potensial
formalaşmışdır. Ümumiyyətlə, kənd təsərrüfatının müxtəlif sahələri üzrə
məşğuliyyət Azərbaycanın kənd rayonlarında yaşayan insanların əsas fəaliyyət
sahəsi kimi də mühüm xüsusiyyətə və əhəmiyyətə malikdir.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların
əhəmiyyətli hissəsi otlaqlardan ibarətdir. Bu isə öz növbəsində heyvandarlığın
inkişafının genişləndirilməsinə və müxtəlif növ heyvandarlıq məhsullarının
istehsalına münbit şərait yaratmışdır.
252
/-1 z^rhaycan iqtisadiyyatı
Bundan əlavə, əkin yerlərinin və torpaqların ölkənin kənd təsərrüfatına
yararlı torpaq fondunda əhəmiyyətli yer tutması da müsbət amil kimi
dəyərləndirilə bilər.
Şəkil 9.1-də 01.01.2016-01 ilə tarixinə Azərbayeanda kənd
təsərrüfatına yararlı torpaqların növləri və tutduqları sahənin həcmi
verilmişdir.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar, min ha, 01.01.2016
Dincə qoyulmuş torpaqlar r
Çoxillik əkmələr F*
Otlaqlar
Biçənəklər F
1897,5 dkın yen torpaqları
2486,3
0 500 1000 1500 2000 2500 3000
Şəkil 9.1. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar, min ha. 01.01.2016-cı il
(AKI)SK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://www.azstat.or};).
Şəkil 9.1-dən göründüyü kimi, ölkəmizdə mülkiyyət növləri üzrə
kənd təsərrüfatına yararlı torpaqların sahəsində otlaqlar və əkin yeri
üçün yararlı olan torpaqlar daha çox yer almışdır. Ümumilikdə,
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 4769,8 min
hektardır. Bundan kənd təsərrüfatının fəaliyyət-təsərrüfat
dövriyyəsində 4572,9 min hektarı istifadə olunur. Həmin torpağın
1792,5 hektarı dövlət mülkiyyətində, 1113,5 min hektarı bələdiyyə
mülkiyyətində və 1666,8 min hektarı isə xüsusi mülkiyyətdədir.
Azərbaycanda torpaq islahatlarının aparılması və torpaqdan
səmərəli istifadə olunması üzrə tarixi tədbirlər ölkəmizdə müstəqilliyin
bərpasından sonra mümkün olmuşdur. Bu islahatlar Ümummilli
liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Yüksək dünyagörüşünə və
zəngin liderlik təcrübəsinə malik olan Heydər Əliyev torpaq
islahatlarını aparmaqla Azərbaycanda kənd təsərrüfatının və aqrar
253
Dərslik. SDU - 55
sahənin inkişafının müasir prioritetlərinin və fəaliyyət istiqamətlərinin əsasını
qoydu. Bu sahədə mükəmməl qanunvericilik bazası yaradıldı və islahatların
aparılması üçün fəaliyyət mexanizmləri həyata keçirildi. Torpaq islahatı
haqqında Azərbaycan Respublikasının Qanunu 16 iyul 1996-cı ildə qəbul
olunmuşdur. Bu Qanundan belə bir nəticəyə gəlmək olar ki, torpaq
islahatlarının başlıca məqsədi və qayəsi azadlıq və sosial ədalətlər prinsipləri
vasitəsi ilə yeni torpaq mülkiyyəti formalannı yaratmaq, bu sahədə bazar
münasibətlərini və sahibkarlıq ənənələrini inkişaf etdirmək, ümumi nəticədə
isə əhalinin maddi rifahını və xüsusilə ərzaq təminatını yaxşılaşdırmaqdan
ibarətdir. Bundan əlavə, “Torpaq bazarı haqqında” Azərbaycan
Respublikasının 7 may 1999-cu il Qanunun qəbul edilməsi ilə, ölkədə torpaq
islahatlarının hüquqi-normativ əsaslannın tənzimlənməsi və reallaşdırılması
mümkün olmuşdur. Torpaq islahatları nəticəsində Azərbaycanda 869268
ailəyə torpaq payı verilmişdir və bu torpaq sahələrinin ümumi ərazisi 1695 min
hektara bərabərdir, başqa sözlə xüsusi mülkiyyətə 19,6 % torpaq sahəsi
verilmişdir. Torpaqdan maksimum səmərəli istifadə edilməsi üçün daimi
tədbirlər görülür. Meliorasiya və irriqasiya tədbirlərinə hər il kifayət qədər iri
məbləğdə əsaslı vəsait ayrılır və kənd təsərrüfatı rayonlarında bu işlərin
sistemli-planlı şəkildə həyata keçirilməsi təmin olunur.
9.2. Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri
Kənd təsərrüfatı hər bir ölkənin iqtisadiyyatında, əhalinin yaşayış
səviyyəsinin və məşğulluğunun gücləndirilməsində əhəmiyyətli rola malik
milli iqtisadiyyat sahələrindəndir. Azərbaycanda kənd təsərrüfatının qədim
tarixi vardır. Ölkəmizin vətəndaşlan tarixən torpağa, əkinçiliyə və biçinçiliyə
bağlı olmuşlar. Heyvandarlıq əhalinin ən qədim məşğuliyyət sahələrindən və
dolanışıq yerlərindən biri kimi daim diqqət mərkəzində olmuşdur. Azərbaycan
üçün daha əlamətdar bir hal ondan ibarətdir ki, ölkə əhalisinin yarısı kənd
yerlərində və kənd rayonlarında yaşayır. Bu baxımdan, kənd
254
Azerbaycan iqtisadiyyatı
təsərrüfatının inkişafı, buradakı fəaliyyət proseslərinin intensivləş- dirilməsi
üçün vacib şərtlərdəndir.
Ölkəmizdə kənd təsərrüfatının inkişafının modelləşdirilməsi üçün hər
çür şərait, güclü təbii amillər və təbii ehtiyatlar, sərvətlər, münbit torpaqlar
vardır. Azərbaycan ərazisi günəş şüaları, istilik və işıqla zəngindir, bu
baxımdan, il ərzində iki dəfə məhsul götürmək potensialına malikdir.
Ölkəmizin geniş və kalorili otlaqları heyvandarlığın inkişafı üçün bütün ilboyu
yararlıdır və istifadəsi mümkündür. Əkinçilik və heyvandarlığın demək olar ki,
əksər növləri ilə fəal məşğul olmaq potensialı ölkəmizin kənd təsərrüfatının
başlıca xüsusiyyətlərindədir.
Azərbaycanda bitkiçiliyin əksər növləri inkişaf etdirilir və şübhəsiz,
əsas bitkiçilik məhsulu kimi taxılçılıq mühüm yer tutur. Son illərdə taxıl
istehsalı ilbəil artmışdır və əsasən dəmyə, həmçinin suvarılan torpaqlarda
istehsal olunur. Ölkəmizin əsas taxılçılıq rayonları kimi İsmayıllı, Cəlilabad,
Şəki, Şamaxı, Beyləqan, Ağcabədi, Sabirabad və s. daha çox fərqlənirlər.
Bitkiçiliyin digər mühüm bir növü kimi yem bitkilərinin əkilməsi və
becərilməsi Azərbaycanda heyvandarlığın inkişafı üçün başlıca şərtlərdəndir.
Əsas yem məhsulları kimi arpa, qarğıdalı, çəltik, şəkər çuğunduru və
günəbaxan əkilir. Daha çox arpa sahələrinə malik rayonlar kimi Ağcabədi,
Şəki və Cəlilabad seçilirlər. Şəki və Zaqatalada qarğıdalının geniş
plantasiyaları vardır. Günəbaxan isə daha çox Şəkidə, İsmayıllıda, Zaqatalada
və Şamaxıda yetişdirilir. Şəkər çuğunduru daha çox Aran rayonlarında və
Naxçıvanda yayılmışdır. Çəltik ənənəvi olaraq Lənkəranda becərilir və əsasən
unudulmuş fəaliyyət- məşğuliyyət sahəsi hesab olunur.
Bunlarla bərabər, Azərbaycanda çoxlu sayda tərəvəzçilik və bostançılıq
məhsulları yetişdirilir. Əvvəlcədən deyək ki, bu sahədə yetişdirilən məhsullar
əhalinin ərzaq təhlükəsizliyində mühüm əhəmiyyət kəsb etməklə bərabər, həm
də ixrac olunur və güclü ixrac potensialına malikdir. Ölkənin əsas tərəvəzçilik
rayonları-Quba- Xaçmaz iqtisadi rayonu və Lənkəran iqtisadi rayonudur. Bu
iqtisadi rayonlarda müxtəlif növ tərəvəz məhsulları, o cümlədən tez yetişən
255
Dərslik. SDU - 55
VƏ faraş tərəvəzçilik məhsulları yetişdirilir. Pomidor, xiyar, kələm, bibər,
badımcan və s. əsas tərəvəz məhsullarmdandır. Bostançılıq Aəzrbaycanın
əksər rayonlarında, o cümlədən Abşeronda da geniş yayılmışdır. İri bostançılıq
rayonlan kimi Sabirabad, Kürdəmir, Zərdab, İmişli daha çox diqqət çəkirlər.
Əsas bostançılıq məhsullan qarpız, yemiş, soğan, kök və s. daha çox geniş
yayılmışdır.
Ölkəmizin kənd təsərrüfatında heyvandarlığın inkişafı kifayət qədər
prioritet sahələrdən hesab olunur. Maldarlıqda əsas fəaliyyət istiqamətləri ət və
süd istehsalı ilə bağlıdır. Maldarlıq ölkənin bütün rayonlannda inkişaf etdirilir
və iribuynuzlu mal-qara içərisində əsasən inəklər saxlanılır.
Son illərdə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcminin
artırılması və istehsal olunan məhsulların çeşidinin genişləndirilməsi
istiqamətdinə kompleks və sistemli tədbirlər görülür. Kənd təsərrüfatı
məhsullarının strateji əhəmiyyəti nəzərə alınaraq, onlann bir qrupunun
istehsalının stimullaşdırılması, gübrələrlə və ziyanvericilərə qarşı vasitələrlə
təminatının gücləndirilməsi, kənd təsərrüfatı maşınları və texnikası ilə
təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Kənd
təsərrüfatı məhsul- lannın istehsalının genişləndirilməsində ailə kəndli
təsərrüfatlarının, kiçik və orta biznez subyektlərinin, fermer təsərrüfatlannın
fəallığını artırmaq üçün əlavə tədbirlər görülür. Xüsusilə, ailə kəndli təsərrü-
fatlannm yetişdirdikləri kənd təsərrüfatı məhsullarının alışı, tədarükü və
onların satış bazarlarına çıxarılması infrastrukturu, logistik mərkəzlər
yaradılmaqdadır. Məsələn, Şəmkirdə yaradılmış iri logistik mərkəz müxtəlif
növ kənd təsərrüfatı məhsullannm tədarükü, bütün ilboyu saxlanılması və
ixracının təşkili üçün hər cür potensiala malikdir. Bu kimi tədbirlər Ölkəmizdə
kənd təsərrüfatının ümumi məhsul həcminin artıniması üçün əlavə potensiallar
formalaşdırmaqdadır.
Şəkil 9.2-də Azərbaycanda 2011-2016-cı illər ərzində kənd
təsərrüfatının ümumi məhsul istehsalı dinamikası öz əksini tapmışdır.
256
A zar hay can iqtisadiyyatı
Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu, mlrd, manat (2011-2016)
5,64 ______ 5^ ---------- 5;22-
6
5
4
3 ^ 2J 2,2 J ^ 2^
1
0 J 2011 2012 2013 2014 2015 2016
l i l l i
I I I I I m m m n I I I I I I I I I I I I I I I I I I I I I Kənd təsərrüfatı məhsulu, cəmi: ■ O cümlədən: bitkiçilik ■ Heyvandarlıq
Şəkil 9.2. Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu, mlrd, manat, 2011- 2016-cı il
(ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://vvww.azstat.org).
Şəkil 9.2-nin təhlili əsasınıJa qeyıi etmək olar ki, 2011-2016-cı
illər ərzinıiə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsul istehsalı
25,1 % artmış və 2016-cı ilin yekununda 5,63 mlrd, manat təşkil
etmişdir. Həmin dövr ərzində bitkiçilik məhsullarının artımında
əhəmiyyətli bir dəyişiklik olmamışdır. Bununla belə, 2011- 2016-cı
illərdə heyvandarlıq məhsullarının ümumi həcmi 41 %-ə yaxın
artmışdır. Bu, əsasən yeni heyvandarlıq məhsulları istehsalı
müəssisələrinin istismara verilməsi, sahənin maddi-texniki bazasının
gücləndirilməsi, ölkəyə cins və damazlıq heyvanların gətirilməsi ilə
bilavasitə bağlı olmuşdur.
Şəkil 9.3-də Azərbaycanda kənd təsərrüfatı məhsullarının
istehsalının sahələr üzrə strukturu verilmişdir. ______
I
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sahələr
üzrə strukturu, %-lə (2016)
Heyvandarlıq Bitkiçilik
I məhsulları,.^ məhsulları, 54,2% 45,8%
Şəkil 9.3. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sahələr üzrə strukturu, %-lə,
2016-cı il (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır,
http://www.azstat.org).
257
Dıfrslik. SDU - 55
2016-cı ilin yekununda (bax; Şəkil 9.3) ölkəmizdə kənd
təsərrüfatı məhsullarının istehsalının sahələr üzrə strukturunda
heyvandarlıq məhsulları 54,2 % və bitkiçilk məhsulları isə 45,8 %
təşkil etmişdir.
9.3. Azərbaycanda bitkiçilik və heyvandarlıq sahələrinin məhsul
istehsalı və inkişaf potensialı
Azərbaycanda kənd təsərrüfatı məhsullarının sturkturunun
diversifıkasiyalaşdırıması və genişləndirilməsi potensialları
mövcuddur. Bu potensialdan maksimum səmərəli istifadə edilməsi
vacibdir. Bitkiçilk və heyvandarlıq sahələrinin inkişafının
modelləşdirilməsi və məhsuldarlığın artırılması əkin sahələrinin
genişləndirilməsini şərtləndirir. Əkin sahələrinin genişləndirilməsi isə
öz növbəsində dənli və dənli paxlalı bitkilərin, texniki bitkilərin, kartof,
tərəvəz və bostan bitkilərinin, həmçinin yem bitkilərinin istehsalının
artırılmasına imkan verir.
Şəkil 9.4-də Azərbaycanda 2011-2016-cı illər ərizndə kənd
təsənmüatı müəssisələrinin əkin sahələri barədə məlumatlar öz əksini
Şokil 9.4. Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin əkin sahələri, min ha. 2011- 2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http:/Avw>v.azstat.org).
258
A z!>rbuycan iqtisadiyyatı
2011-2016-cı illər ərzində ölkəmizdə kənd təsərrüfatı
müəssisəslərinin əkin sahələri 29 % genişləndirilmiş və 2016-cı ilin
yekunu üzrə 111,9 min hektar təşkil etmişdir. Bunun 84,4 min hektarı
dənli və dənli paxlalı bitkilərin, 12,5 min hektar texniki bitkilərin, 2,6
min hektar kartof, tərəvəz və bostan bitkilərinin və 12,4 min hektarı isə
yem bitkilərinin payına düşmüşdür (bax: Şəkil 9.4). Az-ırbavcanda kand OsarrUfalı mahsullarının ümumi yığımı, min ton,
(2011 V.1 2Ü16)
Yayıl çay yarpağı CzUm
Meyvə və giləmeyvə
Koslan məhsulları Tərəvəz
Kartof
Uən üçün günəbaxan
.^əkər çuj^unduru Tütün
Pambıq 'laxıl
m
2B
76;
m
500 1500
■ 2016 ■2011
2000
2500 .1000 3061,1
3500
.Şəkil 9.5. Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi yığımı, min ton, 2011 və 2016-cı illər (ARI)SK-nm məlumatları əsasında əsasında müəllif tərənndən hazırlanmışdır. lıttp://wyv\v.azstat.or};).
Son illərdə bir sıra kənd təsənfıfatı məhsullarının yetişdirilməsi
istehsalı və yığılması problemlərinə dövlət dəstəyi mexanizmlərinin
gücləndirilməsi, kompleks tədbirlərin görülməsi nisbətən müsbət
nəticələr vermişdir (bax: Şəkil 9.5).
Şəkil 9.5-dən göründüyü kimi 2011-2016-cı illərdə taxıl istehsalı
24,5 % artmış və 2016-cı ildə 3061,1 min ton olmuşdur. Tərəvəz
istehsalı 2016-cı ildə 1270,6 min ton, meyvə və giləmeyvə - 882.8 min
ton, kartof - 902,4 min ton. şəkər çuğunduru - 312,6 min ton, üzüm -
136,5 min ton, pambıq - 89,4 min ton və s. təşkil etmişdir. Yaxın
perspektivdə bu məhsulların əksəriyyətinin istehsalının əhəmiyyətli
səviyyədə artırılması nəzərdə tutulmuşdur (pambıq, tütün, üzüm və s.).
259
D<->rsHk. S DU-5 5
Şəkil 9.6.-da Azərbaycanda heyvandarlıq sahəsində müxtəlif növ
iribuynuzlu mal-qaranın, inək və camışların, həmçinin qoyun və
keçilərin sayı barədə göstəricilər öz əksini tapmışdır.
Azərbaycanda heyvandarlıq sahəsində mal qaranın sayı, min baş, ilin əvvəlinə (2012-2017)
8614,8
8677,1
8645.4
8630.5
8569,4
8474,3
10000
■ İri Inıynuzlıı mal qara ■ Ondan: in,ık və camışlar ■ Qoyun və keçilər
Şəkil 9.6. Azərbaycanda heyvandarlıq sahəsində mal qaranın sayı, min baş, ilin əvvəlinə,
2012-2017-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
httpr/Avww.azstat.or}*).
Şəkil 9.6.-dan göründüyü kimi, 2012-2017-ci illər ərzində
Azərbaycanda heyvandarlıq sahəsində daha çox və geniş yayılan inək
və camışların sayında 2017-ci ilin əvvəlində 2016-cı ilin əvvəlinə
nisbətən cüzi də olsa azalma baş vermişdir. Ümumiyyətlə,
2012- 2017-ci illər ərzində ölkədə iri buynuzlu mal-qaranın ümumi
sayı demək olar ki, eyni səviyyədə qalmışdır. Həmin dövr ərzində
qoyun və keçilərin sayında 1.7 % artım qeydə alınmış və 2017-ci ilin
əvvəlinə ümumi say 8614,8 təşkil etmişdir.
Ölkəmizdə mal əti, həmçinin quş ətinin istehsalının
genişləndirilməsinə və əhalinin bu mühüm ərzaq növləri ilə etibarlı
təminatının gücləndirilməsinə xüsusi önəm verilir. Şəkil 9.7.-də
Azərbaycanda mal-qara və quş əti istehsalının 2011-2016-cı illər üçün
dinamikası öz əksini tapmışdır.
260
A zifrhuycan iqlisadiyyatı
A/orhaycaıulii mal-(|ara və qııı^ əti istehsalının dinamikası,
min ton (2011-2016)
22SJL 1Ü2T
2011 2012 2013 2014 2015 2016
Şəkil. 9.7. Azərbaycanda mal-qara və quş əti istehsalının dinamikası, min ton, 2011- 20I6-CI illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.azstat.orj;).
2011-2016-cı illər ərzində ölkəmizdə mal-qara və quş əti istehsalının həcmi 18,6 % artmış və 2016-cı ilin yekununda ümumi istehsalın həcmi 302,2 min ton olmuşdur. Müqayisə üçün deyək ki, bu göstərici 2011-ci ildə - 254,9 min ton, 2014-cü ildə 291,2 min ton və 2015-ci ildə isə 298,6 min ton təşkil etmişdir.
Son illərdə Azərbaycanda süd məhsullarının istehsalının genişləndirilməsi üçün yeni maddi-texniki infrastruktur bazaları yaradılmış və müasir texnologiyalar əsaslı müəssisələr istismara verilmişdir. Şəkil 9.8.-də Azərbaycanda 2011-2016-cı illər ərzində süd istehsalının dinamikası verilmişdir.
Azorbavcanda süd istehsalının dinamikası, min ton (2011-2016)
1796,7 --- 1855>8 - 1924,5 ---
2011 2012 2013 2014 2015 2016
Şəkil 9.8. Azərbaycanda süd istehsalının dinamikası, min ton, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.azstat.orj;).
2011-2016-cı illər ərzində Azərbaycanda süd istehsalı 25,8 % artmışdır. 2016-cı ildə ölkədə 2009,9 min ton süd istehsal olunmuşdur, bu göstərici 2011-ci ildə 1597,5 min ton, 2013-cü ildə 1796,7 min ton və 2015-ci ildə 1924,5 min ton təşkil etmişdir.
261
D,jrslik. SI) U - 55
Son illərdə Azərbaycanda yumurta istehsalının təşkilində və əhalinin bu məhsul ilə təminatında bir sıra geniş miqyaslı tədbirlərin həyata keçirilməsi lazım gəlmişdir. Belə ki, bu qiymətli qida məhsuluna bütün dövrlərdə tələbat yüksək olaraq qalmaqdadır. Ölkəmizdə 2011-2016-cı illərdə yumurta istehsalının dinamikası Şəkil 9.9.-da əyani şəkildə verilmişdir.
Şokil 9.9. .\/;)rbaycan(Ia yumurta istehsalının dinamikası, mln odad, 2011-2016-cı illər (ARI).SK-nm məlumatları əsasında müəllif tərəfindən ha/ırlanmışdır. lıttpr/Avww.a/stat.org).
2011-2016-cı illərdə Azərbaycanda yumurta istehsalının ümumi həcmi 59,2 % artmışdır. 2016-cı ildə yumurta istehsalının ümumi həcmi 1,6 mlrd ədəd təşkil etmişdir. Müqayisə üçün 2011-ci ildə ölkədə 1,0 mlrd, ədəd, 2015-ci ildə isə 1,55 mlrd, ədəd yumurta istehsal olunmuşdur (bax: Şəkil 9.9).
Azərbaycanda 2011-2016-cı illərdə yun istehsalının dinamikası Şəkil 9.10.-da öz əksini tapmışdır.
A/orhayciiıula yun istehsalının dinamikası, min ton (2ül 1-2016)
2011 2012 20l.t 2014 2015 2016
Şəkil 9.10. Azərbaycanda yun istelısalmm dinamikası, min ton, 2011-2016-cı illər (ARI)SK- nm məlumatları əsasında müəllif tərəfindən ba/ırlanmışdır. http://\v\v\v.azstat.org).
262
Azerbaycan iqtisadiyyatı
Həmin dövr ərzində yun istehsalı 16-17 min ton səviyyəsində
formalaşmışdır.
Müasir dövrdə bitkiçilik və heyvandarlıq məhsullarının strukturunun
genişləndirilməsi və həcminin artırılması üçün Azərbaycanda geniş miqyaslı
tədbirlər görülür. Bu tədbirlərin əksəriyyəti strateji xarakterlidir. Bitkiçilik və
heyvandarlıq məhsullarının istehsalının artınlması ölkəmizdə ərzaq
təhlükəsizliyinin gücləndirilməsinə və ölkə əhalisinin davamlı-etibarlı olaraq
kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatında əhəmiyyətli rol
oynayacaqdır.
9.4. Azərbaycanda kəndli fermer təsərrüfatlarının və
sahibkarlığın inkişafı prosesləri
Azərbaycanda kəndli fermer təsərrüfatlarının və sahibkarlığın inkişafı
son onillikdə dövlətin prioritet iqtisadi fəaliyyət sahələrindən biri kimi diqqət
çəkir. Bu sahədə dövlət tərəfindən çoxlu sayda stimullaşdırıcı mexanizmlər
tətbiq edilmiş, fermer təsərrüfatlarının və sahibkarlıq strukturlarının inkişafının
təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Kənd rayonlarında
müasir infarstruktur obyektləri tikilmiş, yollar salınmış, suvarma sistemlərinin
imkanlan genişləndirilmişdir. Kəndli fermer təsərrüfatlarının və sahibkarlıq
subyektlərinin fəaliyyətinin məhsuldarlığının təmin edilməsi üçün onların
gübrələrlə və texniki vasitələrlə təchizatı problemlərinə diqqət əhəmiyyətli
səviyyədə artırılmışdır. Bütün bunların nəticəsində ölkə regionlarında kəndli
fermer təsərrüfatlarının inkişafı intensiv xarakter almışdır. Xüsusilə, ölkənin
ucqar regionlannda belə fərdi sahibkarların yeni nəsli yetişməkdədir.
Bundan əlavə, ailə kəndli və ev təsərrüfatlarının kənd təsərrüfatı
məhsullarının əkilməsi, becərilməsi və yetişdirilməsi proseslərində rolu
artmaqdadır. İnsanlar qədim əkinçilik və heyvandarlıq ənənələrini böyük
həvəslə bərpa edirlər və özlərinin fərdi təsərrüfatlarını yaratmaqda kifayət
qədər maraqlıdırlar. Bütün bunlar, həm də öz növbəsində ölkə regionlannda,
əsasən kənd yerlərində özünəməş- ğulluğun gücləndirilməsinə imkan verir,
yerli sakinlərin maddi rifahının yaxşılaşdırılmasına və gəlirlərinin artırılmasına
əlavə potensial formalaşdırır.
263
Dərslik. SDU - 55
Şəkil 9.11-do Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının təsərrüfat kateqoriyaları üzrə strukturu verilmişdir.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının i
təsərrüfat kateqoriyaları üzrə strukturu, %-lə (2016) j
Fərdi sahibkar,
ailə kəndli və ev
təsərrüfatları
92%
Kənd təsərrüfatı
müəssisələri
8%
Şəkil. 9.11. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının təsərrüfat kateqoriyaları üzrə strukturu, %-lə, 2016-cı il (ARDSK-nııı məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://>v\v>v.azsfat.org).
Şəkil 9.11-dən göründüyü kimi 2016-cı il üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının təsərrüfat kateqoriyaları üzrə strukturunda fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları 92 % təşkil edirlər, 8 %-i isə kənd təsərrüfatı müəssisələrinin payına
2016-cı ilin əvvəlinə kənd təsərrüfatı müəssisələrin sayı 1659 olmuşdur və onların xalis mənfəəti 53,3 mln. manat, satışdan əldə etdikləri gəlir 391,8 mln. manat, ümumi gəlirləri 85 mln. manat olmuşdur. Bu təsərrüfatlarda 15 min nəfər insan işləyir. Kənd təsərrüfatı müəssisələrinin əsas fondlarının ümumi dəyəri 492 mln. manat həcmindədir.
2016-cı ilin əvvəlinə fərdi sahibkar təsərrüfatlarının ümumi sayı 1534 təşkil etmişdir və bunlardan 1520-si gəlirlə işləmişdir. Bu təsərrüfatlarda məhsul istehsalında iştirak edən ailə üzvlərinin sayı 6 min nəfərə qədər olmuşdur. Həmin fərdi sahibkarlıq təsərrüfatlarında ümumi məhsul istehsalının həcmi 25,8 mln. manat səviyyəsinə çatmışdır. Fərdi sahibkarlıq təsərrüfatlarının fəaliyyəti əsasən bitkiçilik və heyvandarlıqla bağlı olmuşdur.
264
Azərbaycan iqtisadiyyatı
9.5. Azərbaycanda aqrar sənaye kompleksinin əsas
fəaliyyət sahələri və strateji hədəfləri
Aqrar sənaye kompleksi hələ sovet dövründə Azərbaycanda nisbətən
inkişaf etdirilən iqtisadiyyat sahələrindən biri kimi güclü potensiala malikdir.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı hər cür şəraitin olmasını nəzərə
alsaq, aqrar sənaye kompleksinin inkişafının modelləşdirilməsi Azərbaycan
üçün xüsusi önəm kəsb edir.
Hazırda aqrar sənaye kompleksinin inkişafının intensivləş- dirilməsi
istiqamətində kompleks işlər görülür. Azərbaycan Respublikası Prezidentinin
16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və
institusional islahatlann sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı
ilə bu sahədə görüləcək strateji hədəflər müəyyənləşdirilmişdir.
Aqrar sənaye kompleksi - özündə kənd təsərrüfatı sahələrinin və eyni
zamanda sənaye müəssisələrinin xüsusiyyətlərini məcmu şəkildə birləşdirən
bir fəaliyyət sahəsi kimi xarakterizə olunur. Bu kompleksdə kənd təsərrüfatının
müxtəlif fəaliyyət istiqamətləri bitkiçilik və heyvandarlıq, bunlarla bərabər
kəndli fermer təsərrüfatları və fərdi sahibkarlıq subyektləri, şəxsi təsərrüfatlar,
kənd təsərrüfatı texnikası maşın və mexanzimləri, gübrə və ziyanvericilərə
qarşı vasitələrlə təminat sahələri yer almışdır.
Bundan əlavə, aqrar sənaye kompleksində kənd təsərrüfatının müxtəlif
sahələrində yetişdirilən məhsulların emal müəssisələri fəaliyyət göstərir. Bu
müəssisələrdə yeyinti və yüngül sənaye sektorları üçün vacib xammal və
yarımfabrikatlar istehsal olunur. Qeyd olunanlarla bərabər, aqrar sənaye
kompleksi özündə müxtəlif xidmət sahələrini, tikinti və nəqliyyat məsələlərini,
həmçinin kadr hazırlığı işlərini birləşdirir. Aqrar sənaye kompleksi geniş
manevrə malik fəaliyyət sahəsi hesab olunur. Bu sahə milli iqtisadiyyatın bir
çox fəaliyyət sahələri ilə qarşılıqlı kooperasiyaya və təsərrüfat əlaqələrinə
girmək potensialına malikdir.
Aqrar sənaye kompleksinin inkişaf etdirilməsi üçün Azərbaycanda
münbit təbii resurslar, torpaq sahələri və iqlim qurşaqları vardır. Azərbaycanın
əksər regionlarında il ərzində bol məhsuldarlıqla kənd təsərrüfatı məhsullarının
yetişdirilməsi və aqrar sənaye
265
D9rsliL SDU - 55
emalı müəssisələrinə verilməsi mümkündür. Çoxlu sayda bitkiçilik və
heyvandarlıq məhsullarının güclü emal potensialı mövcuddur və bütün bunlar
aqrar sənaye kompleksinin inkişafının genişləndirilməsini şərtləndirən
amillərdəndir. Xüsusilə, Azərbaycanda texniki bitkilərin istehsalının
genişləndirilməsi və emalının artırılması imkanlannm cüzi hissəsindən istifadə
olunur. Son illərdə bu sahələrə (pambıqçılıq, üzümçülük, tütünçülük və s.)
xüsusi önəmin verilməsi, yaxın perspektivdə aqrosənaye kompleksi
müəssisələrinin emal şəbəkəsinin əhəmiyyətli səviyyədə genişlənəcəyini
proqnozlaşdınr.
Azərbaycanın aqrar sənaye kompleksində geniş istiqamətdə
məhsulların istehsalı həyata keçirilir. Əsas fəaliyyət sahəsi kimi ət və süd
istehsalını qeyd etmək olar. Bundan əlavə, ölkəmizin aqrar sənaye
kompleksinin emal müəssisələrində geniş çeşiddə çörək- makaron məhsulları,
şirniyyat məmulatlan istehsal olunur. Azərbaycanda şəkər istehsalının güclü
istehsal bazası və istehsal şəbəkəsi yaradılmışdır.
Ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən çoxlu sayda
aqrosənaye müəssisələrində müxtəlif növ bitki və heyvan mənşəli yağlar,
meyvə-tərəvəz konservləri, alkoqolsuz içkilər - mineral sular və şirələr istehsal
olunur. Aqrar sənaye müəssisələrində ənənəvi olaraq müxtəlif növ çaylar və
tütün məmulatlan istehsalı da genişdir. Azərbaycanın bir sıra iri aqrar sənaye
müəssisələrində müxtəlif növ spirtli içkilər istehsalı mövcuddur və bu sahənin
fəaliyyəti ənənəvi fəaliyyət istiqamətlərindən sayılır.
Son 10-15 il ərzində “Azərsun” holdinqin iri miqyaslı fəaliyyəti
nəticəsində bir sıra müasir texnologiyalar əsaslı aqrosənaye müəssisələri
fəaliyyətə başlamışdır (şəkər və duz istehsalı zavodlan, çay fabrikləri, yağ
istehsalı zavodları, konserv fabrikləri və s.).
Aqrosənaye kompleksinin inkişafı Azərbaycanda güclü potensiala və
dinamik inkişaf xüsusiyyətli mühüm fəaliyyət sektorlann- dan biri kimi müasir
dövrdə dövlətin iqtisadi siyasətində önəmli yer tutur. Bu sahədə 650-yə yaxın
müəssisə fəaliyyət göstərir və həmin müəssisələrdə işləyənlərin sayı 24 minə
yaxındır. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının
istehsalına və emalına dair strateji yol xəritəsində aqrar sənaye kompleksinin
yaxın və uzaq perspektivdə strateji hədəfləri müəyyənləşdirilmişdir.
266
Azerbaycan iqtisadiyyatı
Aqrar sənaye kompleksinin əsas strateji vəzifələri dünya standartlan
səviyyəsində kənd təsərrüfatı və ərzaq məhsullannm istehsalına nail olmaqdır.
Bundan əlavə, ölkənin yüksək keyfiyyətli ərzaq və qida məhsullarına tələbatını
ödəməklə bərabər, ixrac potensiallı məhsulların dünya bazarlarına
çıxarılmasını təmin etmək, “Made in Azerbaijan” brendi adı altında
rəqabətqabiliyyətli aqrar sənaye məhsullannm ixracını genişləndirməkdir.
Ölkədə kənd təsərrüfatı və aqrar sənaye məhsullannm çeşidinin və
istehsalının genişləndirilməsində “Aqrolizinq” ASC-nin rolunun daha da
artırılması yaxın perspektivdə aqrosənaye kompleksinin əsas
vəzifələrindəndir. Yeni təşkil olunan qurumlar - “ABAD” publik hüquqi şəxs
və “Ərzaq məhsullannm tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin tədricən
genişlənməsi ilə əlaqədər olaraq, ölkəmizdə aqrar sənaye kompleksinin yaxın
perspektivdə inkişafının daha da intensivləşməsi gözlənilir.
Aqroparklar. Son dövrlərdə aqrar sənaye kompleksinin müasir
infrastrukturunun və logistik bazasının formalaşdınlması üçün geniş miqyaslı
tədbirlər reallaşdırılır. Bu məqsədlə ölkənin iri və ənənəvi kənd təsərrüfatı
regionlarında və rayonlannda aqroparklar yaradılması proseslərinə
başlanılmışdır.
Bu parklarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı məhsullannm
müasir texnologiyalar əsasında istehsalının təşkil edilməsi, bunlarla bərabər,
hazır məhsulların daşınması, saxlanılması və satışı proseslərinin maksimum
səmərəli həyata keçirilməsidir. Aqropark- larda müasir logistik mərkəzlərin
yaradılması da nəzərdə tutulmuşdur. Artıq “Şəmkir Aqropark” da - 543 hektar
ərazini əhatə edən bu nəhəng aqrosənaye kompleksində müxtəlif infrastruktur
obyektləri, intensiv təsərrüfatlar, emal zavodlan, fabriklər, logistik mərkəz,
müxtəlif mərkəzlər, o cümlədən satış mərkəzi, soyuducu-anbar və s. fəaliyyətə
başlamışdır. Bu tip aqroparklarm ölkənin digər rayonlarında da yaradılması
prosesləri intensivləşməkdədir.
267
DərsüLSDU-55
Özünüyoxlama sualları:
2.
3.
5.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar və onlardan
istifadənin vəziyyəti.
Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri.
Azərbaycanda bitkiçilik və heyvandarlıq sahələrinin məhsul
istehsalı və inkişaf potensialı.
Azərbaycanda kəndli fermer təsərrüfatlanmn və sahibkarlığın
inkişafı prosesləri.
Azərbaycanda aqrar sənaye kompleksinin əsas fəaliyyət sahələri
və strateji hədəfləri.
ƏDƏBİYYAT:
1. Abbasov A.F. - Ərzaq təhlükəsizliyi. Bakı 2005.
2. Ailə kəndli təsərrüfatı haqqında AR-nın Qanunu. 22 noyabr
2005.
3. Aqrar sektorun yeni infrastrukturu: aqroparklar.
http://www.biznesinfo.az.
Aqrar sənaye kompleksi, http://www.kayzen.az.
Aqrar sənaye üzrə arayış. Azərbaycan Respublikası İqtisadiyyat
və Sənaye Nazirliyi. Bakı. 2015.-6 s. http://www.senaye.gov.az.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional
islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında”.
Azərbaycan Respublikas! Prezidentinin Fərmanı. Bakı şəhəri,
16 aprel 2014-cü il, JV2 152.
«Aqrar islahatın əsaslan haqqında» Azərbaycan Respublikası-
nın qanunu. Bakı 1995.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin
rəsmi saytı, http://www.agro.gov.az
Azərbaycanın kənd təsərrüfatı. Statistik məcmuə. Bakı, 2017.-
608 s.
Alıyev İ., Soltanlı İ. Aqrar sahənin modernləşməsi və
rəqabətqabiliyyətliliyinin təmin olunması problemləri. Bakı,
“Avropa” nəşriyyatı, 2017, - 428 s.
11. Ataşov B.X. - Ərzaq təhlükəsizliyinin aktual problemləri. Bakı
-2005.
7.
8.
9.
10.
268
Azerbaycan iqtisadiyyatı
12. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında. ARDSK. http ://w w
w. stat.gov .az.
13. Azərbaycanda kiçik sahibkarlıq. Statistik məcmuə. Bakı, 2016.- 194 s.
14. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullannm istehsalına və
emalına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Bakı, 2016.-177 s.
15. Əliyev Ş.T. İlham Əliyevin kənd təsərrüfatı sahəsindəki islahatları real
nəticələr verir. İlham Əliyev-10 il hakimiyyətdə. Elmi-praktiki
konfransın materialları. Bakı, “Şərq-Qərb” Nəşnyyat Evi, 2013.- 320 s.-
S. 141-156.
16. Hacıyev Ə. Aqrar- sənaye kompleksinin iqtisadiyyatı, 2006.
17. İbrahimov İ.H. - Aqrar iqtisadiyyatın aktual problemləri. Bakı
2002. 18. Kənd təsərrüfatı, http://www.azerbaijan.az.
19. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının
Qanunu. Bakı şəhəri, 14 iyun 2016-cı il.
20. Kənd təsərrüfatı. Aqrar - sənaye kompleksi. http://www.azerbaijans.com.
21. Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas
iqtisadi göstəriciləri. Statistik məcmuə. Bakı, 2016.- 332 s.
22. Qasımov Ə. Kənd təsərrüfatının iqtisadiyyatı, 2007.
23. Ramil Hüseyn, Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının strateji
sektoru kimi, http://iqtisadiislahat.org.
24. Salahov S.V. - Aqrar sahədə dövlət tənzimlənməsinin problemləri. Bakı-
2004.
25. Torpaq islahatı haqqında Azərbaycan Respublikamın Qanunu. Bakı
şəhəri, 16 iyul 1996-cı il, X2 155-IQ.
26. Torpaq islahatları, http://www.azerbaijan.az.
27. Verdiyev Ə.Ç., Qarayev İ.Ş. - Aqrar bazarın formalaşmasının iqtisadi
problemləri. Bakı- 2000.
269
Dərslik. SDU - 55
FƏSIL 10
AZƏRBAYCANDA MALİYYƏ-KREDİT VƏ
BANK SİSTEMİ
70.7. Maliyyə və kredit anlayışı, onların formalaşması və xüsusiyyətləri.
10.2. Azərbaycanın maliyyə - kredit və valyuta siyasəti. 10.3. Azərbaycanda maliyyə-kredit və valyuta siya.sətinin
hazırlanması və həyata keçirilməsinə məsul dövlət orqanları.
10.4. Azərbaycanın bank sektoru. 10.5. Azərbaycanın dövlət büdcəsi. 10.6. Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları, daxili və
xarici investisiyalar. 10.7. Azərbaycanda vergi sistemi və Vergi Məcəlləsi. 10.8. Azərbaycanın valyuta ehtiyatları və dövlət borcu. 10.9. Azərbaycanda sığorta sistemi və sığorta təşkilatları. 10.10. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin
inkişafına dair Strateji Yol Xəritəsi və müasir reallıqlar.
10.1. Maliyyə və kredit anlayışı, onların formalaşması və
xüsusiyyətləri
Hər bir ölkənin iqtisadiyyatının idarə edilməsində, iqtisadi inkişaf
modelinin formalaşdırılmasında, iqtisadi-maliyyə münasibətlərinin optimal
təşkilində maliyyə və maliyyə sisteminin rolu böyükdür. İqtisadi inkişaf
proseslərinin əsas təminedici komponentlərindən biri kimi maliyyə mühüm
əhəmiyyət kəsb edir.
Maliyyə - iqtisadi münasibətlər sistemində vacib iqtisadi elementlərdən
biri hesab olunmaqla, iqtisadi münasibətlər sisteminin formalaşması
proseslərində zəruri olan pul vəsaitlərinin yaradılması, onlardan istifadənin
təşkili ilə bağlı çoxfiınksiyalı münasibətləri özündə əks etdirir. Maliyyə
resursları və maliyyə ehtiyatlan ölkənin maliyyə-təsərrüfat fəaliyyətinin
təşkilində əsas komponentlərdən hesab olunur. Bunlann vasitəsilə milli gəlirin
bölüşdürülməsi prosesləri sürətləndirilir, maliyyə-iqtisadi yanaşmalar təmin
edilir, milli iqtisadiyyatın müxtəlif sahələrinin sabit fəaliyyətini təmin edən
270
Azerbaycan iqtisadiyyatı
proseslər maliyyələşdirilir, həmçinin sosial sahələrin maliyyə təminatı həyata
keçirilir.
Kredit - anlayışına isə, ilk növbədə borc kapitalının hərəkətdə olan
formasının təsviri kimi yanaşmaq mümkündür. Kredit - müvafiq kredit sənədi
və yaxud müqaviləsi əsasında kredit verməyə səlahiyyəti olan kredit orqanı
tərəfindən pul, yaxud mal formasında razılaşdınlaraq müəyyən müddətə verilir.
Kredit verildiyi zaman müxtəlif şərtlər müzakirə olunur və tərəflər arasında
razılaşdırılır. Kreditin müxtəlif formaları və növləri mövcuddur.
Kreditin əsas formalarına - bank kreditləri, dövlət və beynəlxalq
kreditlər, istehlak təyinatlı kreditlər, kommersiya kreditləri, banklararası
kreditlər və digərləri aiddirlər.
Kredit sistemi anlayışı - özündə müxtəlif kredit resurslarınm
razılaşdınlmış müqavilələr əsasında bank təşkilatları tərəfindən müştərilərə
verilməsi ilə bağlı prosesləri, bu prosesin iştirakçılan ilə kredit orqanlan
arasında münasibətlərin məcmusunu birləşdirir. Kredit münasibətləri isə
iqtisadiyyat - təsərrüfat subyektlərinin kooperasiyası və münasibətləri ilə
bərabər prosesləri əhatə edir, kreditlərin verilməsi şərtlərinin razılaşdıniması,
onlardan istifadə qaydalarının müəyyənləşdirilməsi, maksimum səmərəli
istifadənin təşkili və s. prosesləri özündə əks etdirir.
Kredit resursları və qısaca olaraq kreditlər - müddətinə görə adətən
qısamüddətli (bu kimi kreditlər bir ilədək verilir), beş ilədək verilən orta
müddətli kreditlər və beş ildən yuxarı müddətə verilən uzunmüddətli kreditlər
olurlar.
Kredit verilməsinin mühüm prinsipləri - əsasən onlann nəzərdə
tutulmuş vaxtda kredit verən təşkilata qaytaniması, verilən kreditin müqavilədə
nəzərdə tutulmuş təyinatına uyğun istifadəsinin təmin olunması, verilən kredit
resurslarından səmərəli istifadəyə nail olunmasıdır.
10.2. Azərbaycanın maliyyə-kredit və valyuta siyasəti
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra əsas problemlərdən
və tarixi vəzifələrdən biri də özünün milli və milli iqtisadi maraqlarına
söykənən maliyyə-kredit və valyuta siyasətinin formalaşdırılması olmuşdur.
Bu məqsədlə ölkənin milli sərvətlərindən və iqtisadi resurslanndan çıxış
etməklə, iqtisadi
271
Dərslik. SDU - 55
İnkişaf modelinin formalaşdırılması prosesləri sürətləndirilmiş və iqtisadi
islahatlar aparılmışdır.
Ölkədə maliyyə institutları yaradılmış, kredit təşkilatlarının
yaradılması prosesləri təmin edilmiş və nəticədə maliyyə-kredit sistemi
formalaşdırılmış, müstəqil maliyyə-kredit siyasəti yürüdül- məsinə
başlanılmışdır. Mühüm məsələlərdən biri kimi milli valyutanın - manatın
dövriyyəyə müstəqil buraxılması problemi həll edilmiş və valyuta siyasətinin
formalaşdırılması prosesləri başa çatdırılmış, nəticədə ölkəmizin müstəqil
valyuta siyasəti mexanizmləri hazırlanmışdır.
Azərbaycanın maliyyə-kredit siyasətinin əsasında ölkədəki iqtisadi
inkişaf proseslərinin, sosial-iqtisadi inkişaf sisteminin pul vəsaitləri ilə
təminatının həyata keçirilməsi, təsərrüfat - kommersiya və sahibkarlıq
subyektləri ilə maliyyə-kredit təşkilatlan arasındakı mürəkkib funksiyaların
praktiki fəaliyyət prinsiplərinin reallaşdırılması, maliyyə bazarlarının və
maliyyə alətlərinin inkişaf etdirilməsi dayanır.
Azərbaycanda maliyyə bazarları üzrə siyasətin əsasında
isə müxtəlif səpkili maliyyə münasibətləri proseslərində alqı-satqı
münasibətlərinin məcmusu dayanır. Bu proseslərdə bazarda kifayət qədər fəal
olan əmtəə kimi maliyyə resurslan çıxış edir. Maliyyə bazannın mühüm
funksiyaları kimi, ilk növbədə pul vəsaitlərinin hərəkətinin təmin edilməsi,
yəni onun kreditordan borcalana çatdırılması, maliyyə bazarlannda vəsaitlərin,
başqa sözlə maliyyə aktivlərinin real bazar qiymətlərinin müəyyənləşdirilməsi,
bank- kredit təşkilatları ilə alıcılar və investorlar arasında münbit maliyyə
bazarının, yəni məkan və şəraitin formalaşdınlması və s. daha çox diqqət
çəkirlər. Maliyyə bazarlarının başlıca xüsusiyyətləri sırasında infrastrukturun
yüksək inkişafa malik olması, güclü qanunvericilik bazasının və informasiya
sisteminin mövcudluğu və digərləri yer almışdır. Müasir praktikadan çıxış
etsək maliyyə bazarının əsas subyektləri kimi daha çox ixtisaslaşmış
maliyyə-kredit institutları, maklerlər və dillerlər fərqlənirlər. Maliyyə
bazarlarının mühüm növləri kimi, əsas etibarı ilə valyuta və kapital bazarları,
qızıl bazan, pul vəsaitləri bazan, başqa sözlə qiymətli kağızlar bazarı daha
geniş yayılmışdır.
272
Azerbaycan iqtisadiyyatı
10.3. Azərbaycanda maliyyə-kredit və valyuta siyasətinin hazırlanması
və həyata keçirilməsinə məsul dövlət orqanları
Azərbaycanda maliyyə-kredit və valyuta siyasətinin hazırlanması və
həyata keçirilməsində iştirak edən, həmçinin məsuliyyət daşıyan dövlət
orqanları aşağıdakılardır:
^ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi; ^ Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
Azərbaycan Respublikasının Mərkəzi Bankı; Azərbaycan Respublikası Hesablama Palatası;
Azərbaycan Respublikası Dövlət Neft Fondu;
^ Azərbaycan Respublikası Maliyyə Bazarlanna Nəzarət Palatası. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi - bu nazirlik ölkəmizin
qədim tarixə malik dövlət strukturlarından biridir. Hələ Şərqdə ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikası yaradılanda, ilk
formalaşdırılan nazirliklərdən biri Maliyyə Nazirliyi olmuşdur. Sovetlər Birliyi
dönəmində də Azərbaycan SSR-də Maliyyə Nazirliyi strukturu daim fəaliyyət göstərmişdir. Müstəqilliyimizin bərpasından sonra, artıq Azərbaycanda milli
iqtisadi maraqlara və milli maraqlara cavab verən yeni struktur - Maliyyə Nazirliyi formalaşdırmaq lazım gəlmişdir. Bununla əlaqədar olaraq. Nazirliyin
strukturu təkmilləşdirilmiş və yeni əsasnaməsi hazırlanmışdır. Hazırda Maliyyə Nazirliyi ölkə Prezidentinin 9 fevral 2009-cu il tarixli Fərmanına
uyğun təsdiq olunmuş Əsasnamə üzrə fəaliyyət göstərir. Bu nazirliyin əsas
funksiyası ölkənin maliyyə siyasətini hazırlamaq və reallaşdırmaqdır. Bundan əlavə, ölkə üzrə maliyyə resurslarının idarə olunması, dövlət büdcəsinin
hazırlanması və icrasına nəzarətin təmin edilməsi də bu nazirliyin mühüm vəzifələrindəndir. Nazirlik həm də vergi sahəsində aidiyyətli orqanlarla
birlikdə dövlət siyasəti və idarəetməsi funksiyalarını yerinə yetirir. Dövlət
borclarının idarə olunması məsələləri də bu nazirliyin funksiyalarına daxildir. Nazirlik mühüm dövlət investisiya proqramlarının hazırlanmasında və bununla
əlaqədar konsepsiyaların, strategiyalann müəyyənləşdirilməsində iştirak edir və s.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi. Vergilər Nazirliyi müasir dövrdə müstəqil Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsində,
bazar iqtisadiyyatı mexanizmlərinin işləkliyinin
273
Dərslik. SDU - 55
təmin edilməsində, ölkə büdcəsinin gəlirlər hissəsinin formalaş- dınlmasmda
mühüm funksiyalan yerinə yetirən dövlət orqanıdır. Bu qurum Azərbaycanda uzun müddət ərzində Maliyyə Naziliyinin tərkibində fəaliyyət göstərmişdir və
müstəqilliyin bərpasından sonra tədricən daha çevik vergi qurumunun
yaradılması zərurəti ortaya çıxmışdır. Nəticədə 1991-ci ilin oktyabr ayında ölkədə vergi qanunvericiliyinə nəzarətin gücləndirilməsi məqsədilə müstəqil
dövlət qurumu kimi - Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi yaradılmışdır. 2000-ci il fevral ayın 11-i tarixli ölkə Prezidentinin Fərmanı ilə
bu müfəttişliyin bazasında Vergilər Nazirliyi təşkil olunmuşdur. Vergilər
Nazirliyinin Əsasnaməsi isə ölkə Prezidentinin 2001-ci il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir. Nazirliyin əsas vəzifələri sırasında ölkədə
maliyyə və büdcə siyasəti kontekstində vergi siyasətinin hazırlanması və həyata keçirilməsi, dövlət büdcəsinin daxilolmalannm yığılmasının praktiki
təşkili, vergi qanunvericiliyinə nəzarətin apaniması, bu sahədəki uyğunsuzluqlann aradan qaldıniması, pozuntulann müəyyənləşdirilməsi və
müvafiq tədbirələrin görülməsi daha çox yer almışdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı. Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra, 1919-cu il mart ayın 17; də Azərbaycan
Dövlət Bankı təşkil olunmuşdur. Keçmiş SSRİ dövründə də Azərbaycan Respublikasında Dövlət Bankı strukturu fəaliyyət göstərmişdir. Müstəqilliyin
bərpasından sonra yaradılan mühüm mərkəzi dövlət strukturlanndan biri də
Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Bu bank ölkə Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmamna əsasən yaradılmışdır. 7 avqust 1992-ci
ildə isə “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanun qüvvəyə minmişdir. Bundan sonra, yəni 1 dekabr 1992-ci il tarixində Milli Məclis
tərəfindən “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar qəbul olunmuşdur. Lakin, bank
qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq 10 iyun 1996-cı ildə
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” və elə həmin ilin 14 iyununda “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında”
Qanunlar yeni redaksiyada quwəyə minmişdir. Bunlarla belə, ölkənin əsas Mərkəzi Bankının qanunvericilik bazasının bazar iqtisadiyyatı
mexanizmlərinin dərinləşdiyi şəraitdə yenidən gücləndirmək zərurəti ortaya
çıxdığından, 2004- cü il 10 dekabr tarixində “Azərbaycan Respublikasının Milli Bankı
haqqında” Qanun qüvvəyə minmişdir. Ölkədə aparılan
274
Azerbaycan iqtisadiyyatı
İslahatların dərinləşməsi, dövlət quruculuğu mexanizmlərin yenilənməsi və
ölkə konstitusiyasına edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla Milli
Bank - Mərkəzi Bank adlandırılmışdır. Mərkəzi Bankın mühüm funksiyalan
içərisində dövlətin pul və milli valyutanın məzənnə siyasətinin
formalaşdıniması və reallaşdıniması, bununla əlaqədar mexanizmlərin və
praktiki alətlərin müəyyənləşdirilməsi, valyuta bazannm tənzimlənməsi,
qiymətli kağızlar vasitəsilə alqı- satqılann təşkili, kommersiya banklanna
verilən kreditlərin faiz dərəclərinin müəyyənləşdirilməsi, ölkə üzrə dövriyyədə
olan pul kütləsinin tənzimlənməsi, makroiqtisadi-maliyyə sabitliyinin təmin
edilməsi ila bağlı tədbirlərin görülməsi daha çox diqqət çəkirlər. Mərkəzi Bank
manatın emissiyası, onun rəsmi məzənnəsinin müəyyənləşdirilməsi, valyuta
tənzimi və bu sahəyə nəzarətin təşkili, qızıl- valyuta ehtiyatlannin
idarəedilməsi, tədiyyə balansınm hazırlanması və ona nəzarətin təşkili, ölkədə
ümumi ödəniş sistemlərinin təşkil olunması, eyni zamanda bu sistemlərin
fəaliyyətinin tənzimlənməsi funksiyalannın yerinə yetirir.
Azərbaycan Respublikası Hesablama Palatası. Hesablama Palatası 2
iyul 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu əsasında fəaliyyətə
başlamışdır və ölkə konstitusiyasının 92-ci maddəsinə görə bu mühüm dövlət
orqanı Milli Məclis tərəfindən yaradılmışdır. Palatanın əsas fəaliyyət istiqaməti
dövlət büdcə-maliyyə nəzarəti funksiyasını yerinə yetirməkdən ibarətdir. Bu
Palata öz fəaliyyəti barəsində yalnız Milli Məclisə hesabat təqdim edir.
Hesablama Palatasının mühüm funksiyaları sırasında hər il Milli Məclisdə
baxılan və təsdiq olunan dövlət büdcəsinin layihəsinə rəy vermək, dövlət
büdcəsi vəsaitlərinin müxtəlif dövlət orqanlan, strukturları, təşkilatlan və
müəssisələri tərəfindən təyinatı üzrə istifadəsinə nəzarəti təmin etmək, dövlət
büdcəsinin hər il üçün hazırlanan illik icra hesabatına rəy vermək və s. daha
çox diqqət çəkirlər.
Azərbaycan Respublikası Dövlət Neft Fondu. Dövlət Neft Fondunun
yaradılması 1994-cü il sentyabır ayının 20-də bağlanmış “Əsrin konrtaktı”nın
və bununla əlaqədar olaraq Neft Strategiyasının reallaşdıniması ilə proseslərdə
bir vacib zərurət lami ortaya çıxmışdır. Belə ki, neft ixracından daxil olan
valyuta vəsaitlərindən səmərli istifadənin və bununla əlaqədar olaraq valyuta
ehtiyatlannin forma- laşdınlması, onun idarə olunması üçün dövlət strukturuna
ehtiyac var
275
Dərslik. SDU - 55
İdi. Bu amillər nəzərə alınmaqla, ölkə Prezidentinin 1999-cu il 29 dekabr
tarixli Fərmanına əsasən Dövlət Neft Fondu yaradılmışdır. Bu Fondun
fəaliyyətini tənzimləyən Əsasnamə də ölkə Prezidentinin 2000-ci il 29 dekabr
tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Dövlət Neft Fondunun əsas vəzifəsi neft
və qaz ixracından daxil olan valyuta vəsaitlərindən səmərəli istifadə olunması
və valyuta ehtiyatlarının yüksək səviyyədə idarəsinin təmin edilməsidir.
Gələcək nəsillər üçün valyuta ehtiyatlan vəsaitinin toplanması da bu Fondun
başlıca missiyalanndan biridir.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası.
Maliyyə Bazarlanna Nəzarət Palatası yeni yaradılmış qurumdur və ölkə
Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq təşkil
olunmuşdur. Son illərdə dünyada baş verən maliyyə qeyri-sabitliyi, o
cümlədən ölkəmizdə 2015-ci illərin əvvəlindən başlayaraq müşahidə olunan
maliyyə qeyri-sabitliyi bir sıra problemlər ortaya çıxarmışdır. Banklann
fəaliyyətində çətinliklər yaranmış, milli valyuta devalvasiyaya uğramış və s.
problemlərin həllində yeni mexanizmlərə ehtiyac yaranmışdır. Bu baxımdan.
Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilinin böyük əhəmiyyəti vardır.
Publik hüquqi şəxs statusunda olan bu qurum qiymətli kağızlar bazarı, kredit
təşkilatları, o cümlədən banklar və s. üzrə lisenziyaların verilməsi, tənzimləmə
və nəzarət funksiyalarını həyata keçirmək funksiyalarına malikdir. Hazırda, bu
Palata ölkənin maliyyə bazarında mühüm tənzimləyici və nəzarət
funksiyalarını yerinə yetirməklə, maliyyə sabitliyinin təmin edilməsi üzrə
tədbirlər həyata keçirir.
10.4. Azərbaycanın bank sektoru
Ölkəmiz son 10-15 il ərzində müstəqil və sabit bank sistemi
formalaşdırmağa nail olmuş və bu sahədə kifayət qədər irəliləyiş təmin
edilmişdir. Bank sektorunun rəqabətqabiliyyətliliyi əksər beynəlxalq maliyyə
kredit təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanda
dövlət banklarının sayı minimuma endirilmiş və güclü kommersiya bankları
şəbəkəsi formalaşdırılmışdır. 2016-cı ilin əvvəlinə olan məlumata görə ölkədə
mövcud olan bankların aktivlərinin ümumi həcmi 34,9 mlrd, manat
səviyyəsində olmuşdur. Ölkə banklarının məcmu kapitalı isə həmin dövrə
3654 mln. manat və yaxud qeyri-neft ÜDM-in 10,6 %
276
Az>trbaycan iqtisadiyyatı
həcmində olmuşdur. Azərbaycanın özəl bank sektoru tərəfindən milli iqtisadiyyata kredit qoyuluşları 21,7 mlrd, manat təşkil etmişdir. Bankların milli valyuta ilə kredit qoyuluşları 10,9 mlrd, manat, xarici valyutada isə kredit qoyuluşlarının həcmi 10,7 mlrd, dəyərində olmuşdur. Ölkə banklarının cəlb etdiyi depozitlərin cəmi həcmi 23,4 mlrd, manat həcminə çatmışdır. Bunlardan 4,3 mlrd, manatı milli valyuta, 19,1 mlrd, manatı isə xarici valyutada cəlb edilmişdir. Azərbaycan banklarının xarici öhdəlikləri 01.01.2016-cı ilə 8,2 mlrd, manat təşkil etmişdir, müqayisə üçün bildirək ki, bu göstərici 2005-ci ildə 158,2 mln. manat, 2010-cu ildə isə 2470,4 mln. manat təşkil etmişdir.
Azərbaycanda bankların sayı son illərdə nisbətən azalmışdır. Dünya maliyyə böhranının mənfi fəsadları və dünyada neftin qiymətinin bir neçə dəfə düşməsi ilə bağlı olaraq ölkəmizdə milli valyutanın devalvasiyası baş vermiş, bank sektorunun işində müəyyən çətinliklər yaranmışdır. Bunlarla əlaqədər olaraq bir sıra banklar rəqabətə tab gətirə bilməmiş, bağlanmış və yaxud digər bankla birləşməyə məcbur olmuşdur.
Şəkil 10.1 .-də Azərbaycanda 2005-2017-ci illər üzrə bankların sayı verilmişdir. 2005-ci ildə bankların ümumi sayı 44, 2010-cu ildə 45 olmuşdursa 2015-ci ildə bankların sayı 41,2017-ci ilin əvvəlində artıq 32-yə enmişdir. 2015-2017-ci illər ərzində 11 kommersiya bankı bağlanmış və yaxud digər banklarla birləşmişdir (bax: Şəkil 10.1)
50
Azərbaycanda bankların sayı, ilin əvvəlinə (2005-2017)
44 42 45 44 43 41 32 30
2005 2010
■ Bankların savı, cəmi
2015
I Dövlət bankları
2017
■ Özəl banklar
Şək.lO.l. .Azərbaycanda bankların sayı, ilin əvvəlinə (2005-2017). (.Azərbaycan Banklar Assosiasiyasının məlumatları əsasında müəllirtərəllndəıı hazırlanmışdır. http://w\vw.al)a.az).
Şəkil 10.2-də isə Azərbaycanda mövcud bankların 2017-ci ilin əvvəli üçün məcmu aktivləri öz əksini tapmışdır.
277
Azsrbaycan iqtisadiyyatı
Azərbaycanda mövcud bankların 2017-ci ilin əvvəli üçOn kredit portfeli, mln. manat
Azər Türk Bank ASC Bank Milli tran Bakı
fıüalı Bank of Baku ASC AccessBank QSC
Rabiləbank ASC AGBank ASC Unibank KB
ASC Expressbank ASC Bank VTB
(Azərbaycan) ASC Alaba nk ASC NBCBank
ASC Azərbaycan Beynəlxalq Bankı ASC
Yapı Kredi Bank Azərbaycan QSC Pakistan
Milli Bankı NBP Bakı filialı Bank Respublika
ASC DəmirBank ASC Muğanbank ASC
Nikoil Bank İKB ASC Caspian Development
Bank ASC Xaiq Bank ASC TuranBank ASC
Amrahbank ASC Bank Avrasiya ASC
Kapital Bank ASC Silk Vev Bank ASC
Naxçıvanbank ASC PAŞA Bank ASC
AFBBank ASC Bank BTB ASC Azərbaycan
Sənaye Bankı ASC Zİraat Bank Azərbaycan
ASC
o 149_t ; 7,2 h
252İ F=™
S9S.8
205.2!
^ 292,2 eaə 426İ6 P 19931
İ3S3 32l,{ 'eaa
406İ5 P 121
I
skaaa S5l!>3,9
12743
1267
870,2
1000 3000 4000 5000 6000
Şək.10.3. Azərbaycanda mövcud bankların 2017-ci ilin əvvəli üçün kredit portfeli, mln.
manat (Azərbaycan Banklar Assosiasiyasının məlumatları əsasında müəllif tərəfindən
hazırlanmışdır, http://www.aba.az).
Şəkil I0.3.-dən göründüyü kimi iri kredit portfelinə malik banklar kimi
daha çox Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Xalq Bank, PAŞA
Bank, Ata Bank, Access Bank və s. diqqət çəkirlər.
Şəkil 10.4.-də isə Azərbaycanın kommersiya banklarında iqtisadiyyata
kredit qoyuluşu, manat və xarici valyutada depozitlər barədə məlumatlar öz
əksini tapmışdır.
279
Dərslik, SDU - 55
A/orhaycanın kommersiya banklarında iqtisadiyyata kredit qoyuluşu,
manat və xarici valyutada depozitləri, ilin əvvəlinə, mln. manat
2017
2016
2015
2010
2005
■■■■■■il -1818 1
■ 16043
KS ■■■■■■■i 11927,9 1
: -I ■li^H 7978 7 4580
■̂H 2306.1 1862
■̂ ■̂1 86
■ 104.5,1 ||249A 1̂ 144.3,8
20305
5000 15000 25000
■ Xarici vıılyutada (Ic'po/itlər ■ Manatla (Icpo/itiar ■ İqtisadiyyata kredit qoyulubları
Şəkil 10.4. Azərbaycanın kommersiya banklarında iqtisadiyyata kredit qoyuluşu, manat və
xarici valyutada depozitləri, ilin əvvəlinə, mln. manat (Azərbaycan Respublika Mərkəzi
Hankınm məlumatları əsasında müəllif tərəllndən hazırlanmışdır. http:/Av\v\v.cbar.az).
Şəkil 10.4.-dən görıindüyü kimi ölkə bankları tərəfindən
iqtisadiyyata kredit qoyuluşlarının həcmi 2005-ci ildə 1,44 mlrd, manat
olduğu halda, 2015-ci ilin əvvəlində bu göstərici 20,1 mlrd, manat,
2016-cı ilin əvvəlinə 20,3 mlrd, manat və 2017-ci ilin əvvəlinə azalaraq
16 mlrd, manat təşkil etmişdir. Son illərin maliyyə çətinlikləri bu
sahədə özünün mənfi təsirini büruzə vennişdir. Manatla depozitlərin
həcmi 2005-2017-ci illər ərzində 19,3 dəfə artmış və 2017-ci ilin
əvvəlinə 4,8 mlrd, manat təşkil etmişdir. Xarici valyutada depozitlərin
həcmi isə 2005-ci ildə 1,0 mlrd, manat olduğu halda, 2015-ci ilin
əvvəlinə 8 mlrd, manata yaxın, 2016-cı ilin əvvəlinə 11,9 mlrd, manat
və 2017-ci ilin əvvəlinə nisbətən azalaraq 10,3 mlrd, manata yaxın
olmuşdur.
Şəkil 10.5.-də Azərbaycanda 01.01.2016-cı il tarixinə məcmu
kapitalı 100 mln. manatdan yuxarı olan banklar verilmişdir.
280
Dərslik. SDV - 55
Şəkil 10.7.-də 01.01.2016-cı il tarixə Azərbaycanda fəaliyyət göstərən
50 mln. manatdan az nizamnamə kapitalı olan banklar
verilmişdir.
Azərbaycanda fəaliyyət göstərən 50 mln. manatdan az nizamnəmə kapitalı olan banklar, 0I.0I.20I6-cı ilə
Şəkil 10.7. Azərbaycanda fəaliyyət göstərən 50 mln. manatdan az nizamnamə kapitalı olan banklar, 01.01.2016-cı ilə (/Vzərbaycan Banklar Assosiasiyasının məlumatları əsasında
müəllif tərəfindən hazırlanmışdır. http://\vw\v.aba.az).
Bankların səmərəli fəaliyyət göstərməsində onların güclü
infrastruktura, həmçinin geniş filial şəbəkəsinə malik olması vacib
şərtlərdəndir. Şəkil 10.8.-də 01.01.2016-cı il tarixə Azərbaycanda
fəaliyyət göstərən bankların filiallarının sayı öz əksini tapmışdır. Ən
güclü filial şəbəkəsinə Kapital Bank malikdir və bu bankın 90 filialı
fəaliyyət göstərir. Muğanbank - 44, Access Bank - 40, Azərbayean
Beynəlxalq Bankı - 35, DəmirBank - 33, Unibank - 34 filiala
malikdirlər (bax: Şəkil 10.8)
282
A zsrhaycan iqtisadiyyatı
Şəkil 10.8. Azərbaycanda fəaliyyət göstərən bankların rıliallannın sayı, 01.01.2016-cı ilə (Azərbaycan Banklar Assosiasiyasının məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://\vw>v.aba.az).
Şokil 10.9.-da iso 01.01.2016-cı il tarixo Azərbaycanda fəaliyyət göstərən banklarda işçilərin sayı verilmişdir. Ən çox işçisi olan bank Kapital Bankdır və burada 2113 nəfər işləyir. AccessBankda - 1903, Unibankda - 1564, Azərbaycan Beynəlxalq Bankında - 1310, Muğanbankda - 908, Bank ofBakuda-863 nəfər işləyirlər (bax: şəkil 10.9.)
Azərhnycnnda fəaliyyət göstərən banklarda işçilərin sayı, nəfər (0I.ÜI.2016)
Bank of Bakıı ASC
AcccssBank QSC
Kabitəbank ASC
AGBank ASC
Unibank KB ASC
Expressbank ASC
Bank VTB (Azərbaycan) ASC
Azərbaycan Beynəlxalq Bankı ASC
Bank Kespublikıı ASC
DəmirBank ASC
Muganbank ASC
Xalq Bank A.SC
Aınrnhbank ASC
Kapital Bank ASC
1903
2113
500 1000 2500
Şokil 10.9. Azorbaycanda foaliyyot göstoron banklarda işçilorin sayı, nofor (01.01.2016) (Azorbaycan Banklar Assosiasiyasının molumatiarı əsasında müollif torofindon hazırlanmışdır. bttp://\vw\v.aba.az).
Yaxın perspektivdə Azərbaycanın bank sektorunun qarşısında duran strateji vəzifələr sırasında əsas yeri bankların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, xarici öhdəliklərin artımına yol
283
Dorslik. SDU - 55
verilməməsi, Beynəlxalq kredit qurumları və Dünya bankları ilə əlaqələrin gücləndirilməsi, kredit resurslarından maksimum səmərəli istifadənin təmin olunması, əmanətçilərin banklara olan etibarının yüksəldilməsi, milli iqtisadiyyatın dayanıqlı və davamlı inkişafının təmin edilməsi üçün real iqtisadiyyata kredit qoyuluşlarının həcminin artırılması, bank xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi yer almışdır.
10.5. Azərbaycanın dövlət büdcəsi
Dövlət büdcəsi hər bir ölkənin mühüm və staretji mexanizmlərindən biridir. Dövlət büdcəsinin optimallığı, onun gəlirlər və xərclərinin balanslaşdırılması, dövlətin prioritet hesab etdiyi iqtisadi fəaliyyət istiqamətlərinin işinin səmərəli təşkili üçün maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi, dövlət vəsaitlərindən istifadənin və ona nəzarət mexanizmlərinin təşkili vacib şərtlərdəndir. Dövlət büdcəsi istənilən dövlətin iqtisadi gücünü və potensialını əks etdirir. Dövlət büdcəsinin balanslaşdırılması ölkədəki mövcud sosial-iqtisadi problemlərin həllinə münbit şərait yaradır. Milli iqtisadiyyatın inkişafı, real iqtisadiyyat sahələrinin maliyyələşdirilməsi, iqtisadiyyat sektorlarının inkişafının təşkili və sürətləndirilməsi üçün zəruri olan əsaslı vəsaitlərin qoyuluşları da dövlət büdcəsinin optimalhğından bilavasitə asılıdır.
Şəkil 10.10-da 2011-2017-ci illər üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlir və xərclərinin dinamikası verilmişdir.
■ Dfivlət büdcəsinin gəlirləri ■ Düvlət büdcəsinin xərcləri
15,4 17,4 ,0.18.7 17,8 lyj 16,6 15 7 17,3 18,4 17,5 17,5 15,96
■I ■■ ■■ ■■ ■■ ■■ ■■ 2011 2012 2013 2014 2015 2016 2017
Şəkil 10.10. Azərbaycan Respublikasının dövlət büdcəsinin yəlir və xərclərinin 2011- 2017-ci il üçün dinamikası, mlrd, manat. (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır).
284
A znrhaycan iqtisadiyyatı
Şəkil 10.11-də 2005-2016-cı illərdə Azərbaycan
Respublikasında dövlət büdcəsinin gəlirlərinin strukturu öz əksini
tapmışdır. Göründüyü kimi, gəlirlərin strukturunda əsas yeri sair daxil
olmalar (Dövlət Neft Fondundan transferlər), əlavə dəyər vergisi,
hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi,
xarici-iqtisadi fəaliyyətlə bağlı vergilər və s. tuturlar (bax: Şəkil 10.11).
Şokil 10.11. Azərbaycan Respublikasında dövlət büdcəsinin gəlirlərinin strukturu, mln.
manat, 2005-2016-cı illər (ARI)SK-nm məlumatları əsasında müəllif tərənııdəıı
hazırlanmışdır. http:/Avw\v.stat.gov.az).
Şəkil 10.12-də isə 2005-2016-cı illərdə Azərbaycanın dövlət
büdcəsinin xərclərinin strukturu verilmişdir. Dövlət büdcəsinin
xərclərinin strukturunda iri xərc maddələri kimi daha çox iqtisadiyyat
sahələrinin maliyyələşdirilməsi, sosial-müdafiə xərcləri, məhkəmə,
hüquq-mühallzə və prokurorluq orqanlarına, həmçinin təhsil və səhiyyə
sahələrinə çəkilən xərclər daha çox diqqət çəkirlər (bax: Şəkil 10.12).
285
Dorslik. SDU - 55
Azərbaycanın dövlət büdcəsinin xərclərinin strukturu, mln.
manat (2005-2016)
7000
6000
5000
4000
3000
2000
1000
P i İ
0 1 ■ m ___________ ______
İqtt&adi ))»t
Tjh^il i
Mədəni yyəl
Səhiyyə
Bədən tərbiyəsi
Sosial mOdafiJ
Sosial təminat Kim
.Məhkə mə.
bOqoq- nıQhan/. ə və
prokoro liuq
Qanun vrricilik • icra və yerli lıakimiy yət
struktur lan
•Sair xərcbr
■ 2005
444.7 372.5 454 I15J 5.1 217,7 874 284 206.4 123.9 493.6 ■ 2010
4WI9.9 IIHOJİ 1454 4294 234 1108 15 924 6684 303 29104 ■ 2015
640JU 1605.1 236J 7084 36.1 1829.6 27.6 1134 1105,7 430,9 5283 ■ 2016
4124 1754.4 240,1 7024 4474 26124 32.4 1104 II 17.1 470,1 6132.7
Şəkil 10.12. A/ərbaycanm dövlət büdcəsinin xərclərinin strukturu, mln. manat, 2005- 2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. Iıttpr/Avww.stat.gov.az).
Ölko büdcəsinin formalaşdırılması və onun gəlirlərinin
artırılması problemləri ilə bağlı son illərdə strateji tədbirlər
müəyyənləşdirilmişdir. Büdcənin neft və qaz sektorunun
daxilolmalarından asılılığını azaltmaq üçün geniş miqyaslı tədbirlər
reallaşdırılmaq- dadır. Qeyri-neft sektoru sahələrinin inkişafının
genişləndirilməsi, ənənəvi fəaliyyət sahələrinin dirçəldilməsi, xidmət
sektorunun inkişaf etdirilməsi hesabına büdcənin gəlirlər hissəsinin
artırılması tədbirləri gücləndirilməkdədir. Vergi mexanizmlərinin
təkmilləşdirilməsi, bu mexanizmlərin boğuculuq xüsusiyyətlərinin
aradan qaldırılması, stimullaşdırıcı vergi mexanizmləri hazırlanaraq
tətbiq edilməsi də bu tədbirlərdəndir.
286
Azerbaycan iqtisadiyyatı
10.6. Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları,
daxili və xarici investisiyalar
Dünya iqtisadi inkişaf proseslərinin təhlili və ayrı-ayrı dünya
ölkələrinin təcrübəsinə əsasən qeyd etmək mümkündür ki, ölkə iqtisadiyyatının
intensiv inkişafının təmin edilməsi və bu məqsədlə güclü infrastruktur və
istehsal şəbəkəsinin yaradılması vacib şərtlərdəndir. Azərbaycan bu
təcrübədən çıxış etməklə öz müstəqilliyinin bərpasından sonra milli iqtisadi
inkişaf modelini kifayət qədər optimal zəminlər üzərində formalaşdırmaq və
inkişaf etdirmək üçün işlər görməyə nail olmuşdur. İlk növbədə, ölkənin əsas
milli sərvətləri olan karbohidrogen ehtiyatlarından səmərəli istifadənin təşkili
mexanzimləri müəyyənləşdirilmiş və tarixi işlər həyata keçirilmişdir. Neft
strategiyasının reallaşdırılması və bunun əsasında digər iqtisadiyyat sahələrinin
modemizasiya olunması, onların yenidən qurulması, maddi-texniki bazasının
yenilənməsi məqsədilə milli iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda
əsaslı kapital qoyuluşları yönəldilmiş və investisiyalar yatırılmışdır. Hasilat
sənayesinin müasir texnologiyalar əsasında inkişafının təmin edilməsi
məqsədilə əsas investisiyaların bu sahəyə yönəldilməsi isə obyektiv zərurətdən
yaranmışdır.
Müstəqillik dövründə artıq Azərbaycan iqtisadiyyatına üst- üstə 230
mlrd, dollardan çox investisiya yatırılmışdır. Son illərdə dünyada maliyyə
böhranının mənfi fəsadlarının genişlənməsinə, həmçinin dünya bazarlarında
ölkəmiz üçün maksimum strateji məhsul olan neftin qiymətinin bir neçə dəfə
aşağı düşməsinə baxmayaraq, Azərbaycana investisiyaların cəlb edilməsi
prosesləri intensivliyini itirməmişdir. Düzdür, bu qeyd olunan proseslərin
Azərbaycanın makroiqtisadi sabitliyinə, xüsusilə valyuta ehtiyatla- nna və
maliyyə sabitliyinə, bank-kredit sisteminə mənfi təsiri nəticəsində
2015-2016-cı illərdə xarici investisiyalann cəlb edilməsində cüzi azalma baş
vermişdir.
Şəkil 10.13.-də Azərbaycan Respublikasında 2011-2016-cı illərdə cəlb
olunmuş xarici investisiyaların həcmi və onların sahələr üzrə bölgüsü
verilmişdir.
287
Dərslik. S DU-5 5
2011 2012 2013 2014 2015 2016
HCəmi xarici investisiyalar, o cümlədən: ü Maliyyə kreditləri u
Neft sektoru a Qeyri-neft sektoru
Şəkil 10.13. Azərbaycan Respublikasında 2011-2016-cı illərdə xarici investisiyaların sahələr
üzrə bölgüsü, mlrd. ABŞ dolları. (“Azərbaycan rəqəmlərdə, 2017”, Bakı- 2017.- 286 s. rəsmi
statistika nəşrinin əsasında müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 10.13-dən göründüyü kimi 2016-cı ildə cəlb olunmuş
xarici investisiyaların həcmi 2011-ci ilə nisbətən 17,3 % və yaxud 1,5
mlrd. ABŞ dolları çox olmuşdur. 2011-2014-cü illər ərzində xarici
investisiyaların dinamikası artım tempi ilə getmiş və həmin dövr
ərzində artım 34,5 % təşkil etmişdir. Lakin, sonrakı illərdə xarici
investisiyaların ümumi həcmi nisbətən azalmış, 2015-ci ildə
10.7 mlrd. ABŞ dolları, 2016-cı ildə isə 10,2 mlrd. ABŞ dolları
olmuşdur. Xarici investisiyaların bölgüsünə gəldikdə isə 2011 -ci ildə
cəlb edilmiş investisiyaların 39 %-i neft sektoruna yönəldilmişdir,
2012-ci ildə bu göstərici -41,7 %, 2013-də - 46,7 %, 2014 - 57,3 % ,
2015 - 61,7 % və 2016-cı ildə isə 54,9 % təşkil etmişdir. Qeyri-neft
sektoruna yönəldilən xarici investisiyaların həcmi isə 2016-cı ildə
2011-ci ilə nisbətən 88,9 % artmış və 2016-cı ilin yekununda 1.7 mlrd. ABŞ dolları təşkil etmişdir.
Yaxın illərdə qeyri-neft sektomna cəlb olunacaq xarici
investisiyaların artırılması strateji hədəflər kimi qarşıya qoyulmuşdur.
Strateji yol xəritələrinin icrası ilə əlaqədər olaraq əlavə dəyər yaratmaq
qabiliyyətinə malik qeyri-neft sektoru sahələrinin inkişaf etdirilməsi
üçün geniş həcmli işlər görülməkdədir və bu məqsədlə
288
A z^rhaycan iqtisadiyyatı
daxili investisiyalarla yanaşı, külli miqdarda xarici investisiyalar tələb
olunur. Ölkəmizdə xarici investisiyaların cəlbi stimullaşdırıcı
qanunvericiliklə və vergi mexanizmləri ilə daha da
möhkəmləndirilmişdir. Sahibkarlığın inkişafına və biznes mühitinin
yaxılaşdırıl- masına dövlət tərəfindən ciddi dəstək mexanizmləri
mövcuddur. Digər tərəfdən, ölkəmizdə bazar iqtisadiyyatı
mexanzimlərinin dərinləşməsi və milli iqtisadiyyatın dayanıqlı, sabit
inkişafının təmin edilməsinə güclü resurs potensialının olması ölkəmizi
xarici investorlar üçün daha da cəlbedici edir. Ölkə iqtisadiyyatının
diversifıka- siyalaşdırılması və inkişafının modelləşdirilməsi üçün
dövlət büdcəsindən və müxtəlif mənbələrdən iqtisadiyyata kredit
qoyuluşlarının həcminin artırılması üçün ardıcıl tədbirlər görülür.
Şəkil 10.14.-də Azərbaycan Respublikasında 2011-2016-cı
illərdə iqtisadiyyata kredit qoyuluşlarının dinamikası öz əksini
tapmışdır.
• iqtisadiyyata
kredit
qoyuluşları, ilin
sonuna
Şəkil 10.14. Azərbaycan Respublikasında 20ll-2ül6-cı illərdə iqtisadiyyata kredit qoyuluşlarının dinamikası, mlrd, manat. (“Azərbaycan rəqəmlərdə, 2017’’, Bakı- 2017.- 286
s. rəsmi statistika nəşrinin əsasında müəlliT tərəfindən hazırlanmışdır).
2011-2015-ci illər ərzində iqtisadiyyata kredit qoyuluşu artım
dinamikası nümayiş etdirmiş və həmin dövr ərzində kredit
qoyuluşlarının həcmi 2,2 dəfə artaraq 2015-ci ildə 21,7 mlrd, manat
təşkil etmişdir. Lakin, son illərin maliyyə çətinliyi səbəbindən 2016-cı
ildə kredit qoyuluşlarının həcmi nisbətən azalmış və 16,4 mlrd, manat
təşkil etmişdir.
289
Dərslik. SDU - 55
Amma, Azərbaycan dövlətinin strateji hədəflərində yaxın perspektivdə
ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi və
diversifıkasiyasımn təmin edilməsi məqsədilə kredit qoyuluşlarının
əhəmiyyətli səviyyədə artıniması nəzərdə tutulmuşdur.
10.7, Azərbaycanda vergi sistemi və Vergi Məcəlləsi
Azərbaycanda vergi sisteminin formalaşdırılması və
təkmilləşdirilməsi, vergi strukturlannın işinin bazar iqtisadiyyatı şəraitində
optimal təşkili problemləri dövlətin iqtisadi siyasətinin mühüm fəaliyyət
istiqamətlərindən biri hesab olunur. Ulu öndər Heydər Əliyev bildirmişdir ki,
biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Vergi orqanlarının
işinin təkmilləşdirilməsi, səmərəli mexanzimlərin hazırlanması, vergi
qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət büdcəsinə vergi və digər daxil
olmaların uçotunun dəqiq aparılması, şəffaflığın təmin edilməsi, vergidən
yayınma hallarının qarşısının alınması vacib şərtlərdəndir.
Azərbaycanda vergi sisteminin səmərəliliyinin təmin edilməsi üçün
dünya təcrübəsi nəzərə alınmaqla və ölkəmizdə milli iqtisadiyyatın inkişaf
xüsusiyyətləri əsas götürülməklə Vergi Məcəlləsi işlənib hazırlanmışdır.
Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsi 2000-ci
ildə iyul ayında qəbul olunmuşdur və 2001-ci ilin 1 yanvar tarixindən
qüvvədədir. Bu məcəllənin 100-dən çox maddəsi vergi ödəyicilərinin
stimullaşdırılmasına yönəldilmiş və onların hüquqlarının təmin edilməsi ilə
bağlıdır. Vergi Məcəlləsi, ilk növbədə ümumi vergi sisteminin tənzimlənməsi
mexanzimlərini özündə birləşdirir, vergilərin və vergi dərəcələrinin
müəyyənləşdirilməsi və yığılması mexanzimlərinin, ümumilikdə vergi
tutmanın baza şərtlərini, vergilərin yığılması ilə bağlı vergi orqanlarının və
vergiödəyənlərin vəzifə-lərini, həmçinin məsuliyyətini özündə əks etdirir.
Şəkil 10.15.-də 2005-2016-cı illər üzrə Azərbaycanda Vergilər
Nazirliyi xətti ilə dövlət büdcəsinə vergi və digər daxil olan vəsaitlərin
dinamikası verilmişdir.
290
A zifr/fuycan iqtisadiyyatı
Azarl)aycanda Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə vergi və digər
daxil olan vəsaitlərin dinamikası, mlrd, manat (2005-21)16)
2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016
Şəkil 10.15. Azərbaycanda \'ergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə vergi və digər daxil olan vəsaitlərin dinamikası, mlrd, manat, 2005-2016-cı illər (Vergilər Nazirliyinin məlumatları əsasında müəllif tərərmdən hazırlanmı>fdır. http://vii.taxes.gov.az).
2015-2016-cı illər ərzində Azərbaycanda Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə vergi və digər daxil olan vəsaitlərin dinamikası intensiv artım nümayiş etdirmiş və 4,9 dəfə artım qeydə alınmışdır. Əgər 2005-ci ildə bu qəbildən olan vəsaitlərin həcmi 1,43 mlrd, manat idisə, 2010-cu ildə bu göstərici 4,3 mlrd, manat, 2016-cı ildə isə 7 mlrd, manat təşkil etmişdir. Maliyyə çətinliklərinə baxmayaraq, 2015-2016-cı illərdə vergi yığımının səviyyəsi qorunub saxlanılmışdır.
Şəkil 10.16.-da Azərbaycanda mənfəət vergisi dərəcələrinin dəyişilməsi dinamikası əks olunmuşdur.
Azorbaycanda ınonfoət vergisi dar.ıcəlorinin dayişilmosi dinamikası, %-lə
(1992-2017)
Şəkil 10.16. Azərbaycanda mənfəət vergisi dərəcələrinin dəyişilməsi dinamikası, %-lə, İ992-2017-Cİ illər (Vergilər Nazirliyinin məlumatları əsasında müəllif tərəllndən lıazırlanmışdır^http://vn.taxes.gov.az).
291
IhırsUk. SDU - 55
1992- ci ildə ölkəmizdə mənfəət vergisinin ümumi dərəcəsi 35 % olduğu halda, bu göstərici 2000-ci ildə 27 %, 2003-cü ildə 25 %, 2004-cü ildə 24 %, 2006-cı ildə 22 % və 2010-cu ildən isə 20 % təşkil etmişdir.
Şəkil 10.17-də isə Azərbaycanda 1992-2017-ci illərdə mövcud olan gəlir vergisi dərəcələrinin dinamikası verilmişdir.
Şəkil 10.17-dən göründüyü kimi 1992-ci ildə gəlir vergisinin minimal və maksimum hədd nəzərə alınmaqla dərəcələri 12-55 olduğu halda, 1996-cı ildə 12-40, 2000-ci ildə 12-35, 2004-cü ildə 14- 35, 2010-cu ildə 14-30 və 2013-cü ildən isə 14-25 % təşkil etmişdir.
Azərbaycanda gəlir vergisinin dərəcələri, %-lə (1992-2017)
I Minimal dərəcə I Maksimum dərəcə
1992 1996 2000 2004 2010 2013 2017
Şəkil 10.17. Azərbaycanda gəlir vergisinin dərəcələri, %-lə, 1992-2017-ci illər (Vergilər Nazirliyinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://vn.taxes.gov.az).
Şəkil 10.18.-də Azərbaycanda 1992-2017-ci illər üçün əlavə dəyər vergisinin dərəcələri öz əksini tapmışdır.
Azərbaycanda əlavə dəyər vergisinin dərəcələri, %-lə (1992-2017)
2001 2017
Şəkil 10.18. Azərbaycanda əlavə dəyər vergisinin dərəcələri, %-lə, 1992-2017-ci illər (Vergilər Nazirliyinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://vn.taxes.gov.az).
292
Azerbaycan iqtisadiyyatı
1992-ci İldə əlavə dəyər vergisinin dərəcəsi 28 % olduğu halda,
1993-cü ildə 20 %-ə qədər endirilmiş və 2001-ci ildən isə bu mühüm vergi növü
üzrə dərəcə 18 % təşkil edir.
Ölkə iqtisadiyyatının manevrlik qabiliyyətinin yüksəldilməsi, iqtisadi
fəallığın artırılması, strateji yol xəritələrində nəzərdə tutulmuş geniş həcmli
tədbirlərin və vəzifələrin reallaşdınlması tədbirlərinin sürətləndirilməsi üçün
vergi mexanizminin daha da təkmilləşdirilməsi və onun stimullaşdırıcı
xüsusiyyətlərinin artırılması yaxın perspektivdə dövlətin bu sahədə iqtisadi
siyasətinin prioritet vəzifələri kimi nəzərdə tutulmuşdur.
10.8. Azərbaycanın valyuta ehtiyatları və dövlət borcu
Azərbaycan son 10-15 il ərzində milli iqtisadiyyatın inkişafı ilə bağlı
daha səmərəli və çoxşaxəli iqtisadi inkişaf modeli formalaşdırmaq proseslərini
yaşamışdır. Şübhəsiz, iqtisadi inkişaf prioritetlərinin reallaşdırılmasında
valyuta ehtiyatlarının rolu böyükdür. Valyuta ehtiyatları milli iqtisadiyyatın
inkişafına əlavə stimul verir, zəruri milli layihələrin, dövlət proqramlarının,
strategiya və konsepsiyaların həyata keçirilməsinə maliyyə vəsaiti
ayrılmasında mühüm funksiyaları yerinə yetirir.
Güclü valyuta ehtiyatı hər bir ölkənin qiymətli iqtisadi- maliyyə aktivi
kimi çıxış edir. Bir çox dünya ölkələri özlərinin valyuta ehtiyatlarını
gücləndirməklə, iqtisadi inkişaf proseslərini intensivləşdirməyə, ölkə əhalisinin
həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial-iqtisadi problemlərin davamlı və
yüksək səviyyədə həllinə nail olmuşlar. Valyuta ehtiyatları əsas etibarı ilə ixrac
potensialının artırılması hesabına formalaşır. Bu ehtiyatlar artdıqca onların
səmərəli yerləşdirilməsi və idarə edilməsi mexanizmlərinin, müvafiq məsul
qurumların optimal təşkili vacib şərtlərdəndir. Son illərdə Azərbaycanda
valyuta ehtiyatlarının bir hissəsi mühüm zərurət səbəbindən itirilmişdir. Belə
ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta ehtiyatlarının əksər
hissəsi milli valyutanın məzənnəsinin sabitliyi tədbirlərinə yönəldilmişdir.
Bununla
293
Dərslik. SDU - 55
belə, artıq valyuta ehtiyatlarının azalma tendensiyası dayandırılmışdır.
Şəkil 10.19-da Azərbaycanda 2010-2016-cı illər üzrə valyuta
ehtiyatlarının dinamikası verilmişdir.
Azərbaycanda valyuta ehtiyatlarının dinamikası, mlrd. S (2010-2016)
2011) 2011 2012 2013 2014 2015 2016
■ Azjrbiycın KcspublikaM DSvləl Ncfl Fondu lAzorbııycan RnpuhlikaM Markazi Bankı
■ Valyula chtiyallan, canıl
.Şokil 10.18. Azarhaycanda valyuta ehtiyatlarının dinamikası, mlrd. $, 2010-2016-cı illor
(A/arbaycan Dövlat Nel't İMindıımın malıımatlan asasında müallif taratlndaıı
hazırlanmışdır. http://\vww.oilfıınd.az)
2003-2016-cı illər ərzində ölkəmizdə valyuta ehtiyatlarının
dinamikası qeyri-sabitliyi ilə diqqət çəkmişdir. Belə ki, əgər 2010-cu
ildə Azərbaycanda valyuta ehtiyatlarının ümumi həcmi 29,8 mlrd,
dollar olmuşdursa, bu göstərici 2011-ci ildə 40,28 mlrd. ABŞ dolları,
2012- ci ildə 41,82 mlrd. ABŞ dolları, 2013-cü ildə 50,03 mlrd. ABŞ
dolları, 2014-cü ildə isə rekord həcmdə - 50,86 mlrd, dollar təşkil
etmişdir. Lakin, 2015-ci ildən başlayaraq valyuta ehtiyatları nisbətən
azalmış və 2016-cı ilin yekununda 37,16 mlrd. ABŞ dolları olmuşdur.
Hazırda valyuta ehtiyatlarının artım tempi bərpa olunmuşdur.
Azərbaycanda valyuta ehtiyatlarından daha çox transfer olunan
istiqamətlərdən biri də dövlət büdcəsidir. Qeyd edək ki, bu zərurətdən
irəli gəlmişdir. Belə ki, hələlik Vergilər Nazirliyinin və Dövlət Gömrük
Komitəsinin xətti ilə toplanan vergilər və digər
294
A Zifrbaycan iqtisadiyyuU
yığımlar hesabına dövlət büdcəsinin gəlirlər hissəsini formalaşdırmaq
mümkün deyildir. Dövlət Neft Fondundan digər iri transfer istiqaməti
kimi məcburu köçkünlər üçün müasir yaşayış qəsəbələrinin salınması
və onlar üçün infrastruktur, təhsil, səhiyyə, sosial və kommunal
xidmətlər üzrə obyektlərin tikintisini göstərmək olar.
Şəkil 10.19.-da 2003-2016-cı illər ərzində Dövlət Neft
Fondundan edilən transferlərin dövlət büdcəsində payı verilmişdir.
2003-cü ildə bu göstərici 8,2 % olduğu halda 2007-ci ildə 9,7 %,
2010-cu ildə xeyli artaraq 51,9 %, 2013-cü ildə 58,2 %, 2014-cü ildə
50,7 %, 2015-ci ildə 46,5 % və nəhayət 2016-cı ildə 43,5 % təşkil
etmişdir (bax: Şəkil 10.19.)
Azərbaycan Dövlət Neft Fondundan transferlərin dövlət büdcəsində
payı, %-lə (2003-2016)
1
1 s
1 1
1 1
1 1
1
1
1
2007
9,7 1
2005 mmmmm 7 3
2003 ’ 1,2 1
>8,2
s p 573
20 30 70
Şəkil 10.19. .Azərbaycan Dövlət Neft Fondundan transferlərin dövlət büdcəsində payı, %-lə,
2003-2016-cı illər (Azərbaycan Dövlət Neft Fondunun məlumatları əsasında müəllif
tərəfindən hazırlanmışdır. http:/Av\v\v.oilfund.az)
Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyi və beynəlxalq
aləmdə nüfuzunun göstəricisi kimi bir çox indikatorlar mövcuddur.
Bunların içərisində xarici dövlət borcu daha çox əhəmiyyət kəsb edir.
Xarici dövlət borcunun götürülməsi və istifadə edilməsi əslində həm də
iqtisadiyyatın inkişafının bir göstəricisidir. Amma, götürülən borcun da
həddi olmalı və ölkənin maliyyə imkanlarına adekvat
295
Darslik. SDU - 55
təşkil etməlidir. Əks təqdirdə müəyyən dövrdən sonra dövlət xarici
borclar üzrə öhdəlikləri ödəməkdə çətinlik çəkərsə defolt təhlükəsi ilə
üzləşə bilər. Bu isə öz növbəsində ölkədən kapital axının artmasına,
investorların getməsinə, iqtisadi fəallığın zəifləməsinə və digər
böhranlara səbəb ola bilər. Son 5-10 il ərzində Yunanıstanda ölkənin
defolt olması ilə bağlı baş verən proseslər buna əyani sübutdur.
Azərbaycan xarici borclarla ehtiyatlı və səmərəli davranan ölkələrdən
hesab olunur. Azərbaycan borclar üzrə öz öhdəliklərini səliqəli və
intizamh ödəməklə beynəlxalq kreditorlar qarşısında öz ödəmə
qabiliyyətliliyini isbat edən etibarlı tərəfdaş kimi qiymətləndirilir.
Şəkil 10.20.-də Azərbaycanda xarici dövlət borcunun 2005-
2017-ci illər üzrə dinamikası verilmişdir. Həmin dövr ərzində xarici
dövlət borcu 4,3 dəfə artmış və 2017-ci ilin əvvəlinə 6,9 mlrd. ABŞ
dolları təşkil etmişdir. Dollar nisbətində son 3 ildə xarici dövlət
borcunun həcmində ciddi artım yoxdur. Amma, milli valyutanın -
manatın son dövrlərdəki devalvasiyası ilə bağlı olaraq Azərbaycanda
xarici dövlət borcunun dinamikası son illərdə əhəmiyyətli artım
uöstərir.
Azərbaycaıulu xarici dövlot borcunun dinamikası, mlrd. S (2005-2017)
6,9
.Şokil 10.20. Azorbaycaıula xarici dövlət borcunun dinamikası, mlrd. S, 2005-2017-ci illər (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. lıtfp://>v\vw.ınaliyyc.}>ov.az)
296
A zarhaycan iqtisadiyyatı
Ölkənin valyuta ehtiyatlarının bir hissəsi yaxın perspektivdə
strateji yol xəritələrinin icrası tədbirlərinin, ilk növbədə real sektor
sahələrinin inkişaf proseslərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Bütün bunlar milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına imkan
verməklə bərabər, yeni iqtisadi artım mənbələri formalaşdıracaq, ixrac
təyinatlı məhsulların istehsalının yüksəldilməsinə imkan verəcək və son
nəticədə ölkənin valyuta ehtiyatlarının yeni mənbələrinin
formalaşmasına əlverişli şərait yaradacaqdır.
10.9. Azərbaycanda sığorta sistemi və sığorta təşkilatları
Azərbaycanda iqtisadi inkişaf prosesləri və bazar iqtisadiyyatı
mexanizmləri dərinləşdikcə siğorta sektorunun rolu əhəmiyyətli şəkildə
artmaqdadır. Sığorta sistemi iqtisadi və sosial proseslərə multiplikativ
təsir edərək, iqtisadi fəaliyyətin etibarlılığına və artımına müsbət şərait
yaradır. Müxtəlif növ sığorta xidmətləri və sığorta məhsulları hesabına
təsərrüfat və biznes əməliyyatları sığortalanır, bu sahədəki
münasibətlərin davamlılığı üçün əlavə stimullar formalaşdırılır.
Azərbaycanda sığorta bazarı son illərdə intensiv inkişaf
prosesləri keçməkdədir və ölkədə fəaliyyət göstərən sığorta
təşkilatlarının 01.01.2016-cı il tarixə sayı Şəkil 10.21-də verilmişdir.
A/..')ii)aycnıula sığorta təşkilatlarının sayı, ÜI.01.2ÜI6
Cəmi sığorta
təşkilalları
.Şəkil 10.21. Azərbaycanın sığorta təşkilatlarının sayı, 01.01.2016-cı il (ARDSK-nın
nıəlumatları əsasında müəllif tərəfindən liazırlanmışdır. Iıttpı/Avww.stat.gov.az).
297
DarsUk. SDU~ 55
01.01.2016-cı il tarixə Azərbaycanda ümumilikdə 26 sığorta təşkilatı
fəaliyyət göstərir. Bunlardan ikisi birgə sığorta təşklatlan, 24-ü isə milli sığorta
subyektləridir. Bundan əlavə, ölkəmizdə 20 broker kontorları fəaliyyət göstərir
və bunlar tərəfindən də geniş sığorta məhsullan sığorta bazarlarına çıxarılır,
sığorta xidmətləri göstərilir.
Şəkil 10.22-də Azərbaycanda fəaliyyət göstərən sığorta təş- kilatlannın
2005-2015-ci illər üzrə məcmu kapital göstəriciləri öz əksini tapmışdır.
http://www.stat.gov.az).
2005- 2015-Cİ illər ərzində ölkəmizdə sığorta təşkilatlannm məcmu
kapitalı 14,7 dəfə artmış və 2015-ci ilin yekununda bu göstərici 529 mln.
manat təşkil etmişdir. 2013-cü ildə isə həmin göstərici 892,6 mln. manat
olmuş, lakin 2014-cü ildə əhəmiyyətli azalma baş vermiş, növbəti ildə isə
azalma tendensiyası nisbətən dayandırılmışdır.
Şəkil 10.23-də Azərbaycanda bağlanmış sığorta müqavilələrinin sayının
2005-2015-ci illər üzrə dinamikası verilmişdir.
298
ri zarbaycan iqtisadiyyatı
Azərhaycaıulu sığorta müqavilolariniıı sayı, min odod (2005-2015)
/ --------------------------------------------------------------- 2357“
2500
2000
1500
1000
500
1858,4 2ma-
■losLa / A
2005 2010 2012 2013 2014 2015
Şokil 10.23. Azərbaycanın sığorta müqavilələrinin sayı, inin ədəd, 2005-2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.stat.gov.az).
2005-2015-Cİ illər ərzində ölkəmizdə sığorta müqavilələrinin
sayı 2,6 dəfəyə yaxın artmış və 2015-ci ilin sonuna 2053,3 min ədəd
olmuşdur. Lakin bu göstərici 2014-cü ilin sonuna 2357 min ədəd təşkil
etmişdir. Son illərdəki maliyyə gərginliyi sığorta sektoruna da təsirsiz
ötüşməmişdir. Bununla belə, sığorta müqavilələrinin ümumi haqlarında
azalma baş verməmişdir və bunlar Şəkil 10.24-dən daha əyani görünür.
A/.orbaycaıuhı sığorta müqaviblorinin ümumi haqları, mln. manat
(2005-2015) 481,5
476,9
2005 2010 2012 201.3 2014 2015
.Şəkil 10.24. Azərhaycamn sığorta müqavilələrinin ümumi haqları, mln. manat, 2005- 2015-ci illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.stat.gov.az).
299
DorsUL SDU - 55
2005-2015-ci illər ərzində Azərbaycanda sığorta
müqavilələrinin ümumi haqlarının həcmi 5,8 dəfə artmış və 2015-ci ilin
sonuna 481,5 mln. manat təşkil etmişdir.
Şəkil 10.25.-də isə Azərbaycanda 2005-2015-ci illər ərzində
sığorta ödənişlərinin ümumi məbləği verilmişdir.
Azərbaycanda sığorta ödənişlərinin ümıııni məbləjli, mln. manat
(2005-2015)
18-4.1
2005 2010 2012 2013 2014 2015
Şəkil 10.25. Azərbaycanın sığorta ödənişlərinin ümumi məbləği, mln. manat, 2005-2015-ci illər (ARDSK-nm məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avw>v.stat.gov.az).
2005-2015-Cİ illər ərzində Azərbaycandan sığorta ödənişlərinin
ümumi orta illik məbləği 9,6 dəfə artmış və 2015-ci ildə 184,1 mln.
manat olmuşdur. Müqayisə üçün deyək ki, bu göstərici 2005-ci ildə
19,1 mln manat, 2010-cu ildə 66 mln. manat, 2014-cü ildə isə 171,7
mln. manat təşkil etmişdir.
Müasir dövrdə milli iqtisadiyyatın perspektivləri üzrə strateji yol
xəritələrinin həyata keçirilməsində maliyyə xidmətlərinin inkişafına, o
cümlədən sığorta sisteminin inkişafına ciddi önəm verilir. Maliyyə
bazarlarının inkişaf etdirilməsi ilə bütövlükdə milli iqtisadiyyatın digər
sektorlarının inkişafının sürətləndiriməsi daha da intensivləşir. Bu
proseslərdə sığorta sistemi vacib amillərdən və mühüm maliyyə
alətlərindən biri kimi diqqət çəkir.
300
Azerbaycan iqtisadiyyatı
10.10. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin
inkişafına dair Strateji Yol Xəritəsi və müasir reallıqlar
Son illərdə Azərbaycan iqtisadiyyatı və onun iqtisadi inkişaf modeli
mürəkkəb proseslərlə üzləşmişdir. Dünya maliyyə böhranının və dünya
bazarlannda neftin qiymətinin kəskin azalması milli iqtisadi inkişaf modelinin
əksər mexanzimlərinin yenilənməsini və təkmilləşdirilməsini şərtləndirir. Milli
iqtisadiyyatın diversifıka- siyalaşdınlması və onun neftdən asılılığının
əhəmiyyətli səviyyədə azaldılması milli iqtisadiyyatın perspektivləri üzrə
strateji yol xəritəsində nəzərdə tutulan mühüm vəzifələrdəndir. Bununla
əlaqədər olaraq, vacib fəaliyyət istiqamətlərindən biri də maliyyə bazarlannın
inkişaf etdirilməsi və maliyyə xidmətlərinin çeşidinin genişləndirilməsidir.
Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair
Strateji Yol Xəritəsi”ndə başlıca məqsədlər sırasında qlobal iqtisadi təhlükələr
şəraitində ölkəmizin maliyyə sisteminin çevikliyinin təmin edilməsi və maliyyə
bazarlannın inkişafının intensivləşdirilməsidir. Belə ki, müasir dövrdə qlobal
iqtisadi çağırışlar konteksində dünya iqtisadi-maliyyə proseslərində müşahidə
olunan tendensiyalar baxımından, ölkəmizdə maliyyə xidmətlərinin müasir
reallıqlar nəzərə alınmaqla inkişafının daha optimal modelləşdirilməsi vacib
zərurət kimi ortaya çıxmışdır.
İlk növbədə, ölkədə maliyyə-kredit və bank sisteminin sağlam-
laşdınlması, onlann antiböhran şəraitində səmərəli fəaliyyətinin təmin
olunması, dayanıqlıq nümayiş etdirməsi, çevik manevrlik qabiliyyətinə malik
olmalan vacib şərtlər kimi qəbul olunmalı və onlara riayət edilməlidir.
Maliyyə-kredit və bank risklərinin dərindən öyrənilməsi, onlann mahiyyətinin
açıqlanması, risklərə səbəb olan amillərin kompleks baxılması, preventiv və
adekvat tədbirlərin görülməsi təmin olunmalıdır. Bank sektorunun, maliyyə
qurumlannm, digər maliyyə-kredit təşkilatlannm və sığorta orqanlannm
fəaliyyətində hesabatlılıq, dürüstlük və şəffaflıq prinsiplərinin qorunması
məsələlərinə ciddi önəm verilməlidir. Maliyyə sisteminin antiböhran
immunitetinin möhkəmləndirilməsi, onun risk hüdudlannin və
301
Darslik, SDV - 55
sərhədlərinin müəyyənləşdirilməsi, bu sistemin əsas mexanzimlərinin ölkənin
milli iqtisadi təhlükəsizliyi prinsipləri baxımından təkmilləşdirilməsi həyata
keçirilməlidir. Bu proseslərdə mühüm məsələlərdən bir qrupu da kredit
maliyyə sisteminin informasiya bazasının və infrastrukturunun
gücləndirilməsi, kreditorlann hüquqlannm etibarlı müdafiəsi məqsədi üçün
adekvat mexanzimlərin təşkili, maliyyə- kredit öhdəlikləri üzrə maarifləndirmə
işlərinin genişləndirilməsi, bu proseslərin hüquqi təminatının və icra
intizamının gücləndirilməsi ilə bağlıdır.
Maliyyə xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması üçün
müasir yanaşmalardan, texnologiyalardan, əməliyyat və idarəetmə
üsullarından daha geniş istifadənin təmin edilməsi mühüm zərurət kimi ortaya
çıxmışdır. Real iqtisadi sektorlann maliyyələşdirilməsinin intensivləşdirilməsi,
əhalinin iqtisadi fəallığını artırmağa imkan verən maliyyə-kredit bazarının
formalaşdıniması, təsərrüfat, sahibkarlıq və biznes subyektlərinə sərfəli
şərtlərlə kredit resurslarının verilməsi tədbirləri ardıcıl və gecikdirilmədən
həyata keçirilməlidir. 2015-ci ildə baş verən ikiqat devalvasiyadan sonra,
Azərbaycanda ümumi iqtisadi artımın zəifləməsi baş vermiş, bank sektorunda
isə əvvəlki illərdə müşahidə olunan fəallıq aşağı düşmüşdür. Kapital
təhlükəsizliyi yastığına da mənfi təsir göstərilmiş və Mərkəzi Bankın
məlumatına görə bu göstərici üzrə 2015-ci ildə 4,2 % azalma qeydə alınmışdır.
Bundan başqa, ölkədə bütün sığorta təşkilatlarında toplanan sığorta haqlarının
ÜDM-də payı çox cüzidir - 0,8 %-dir. Ölkənin maliyyə sistemində banklann
payı 88 %, bank olmayan kredit təşkilatlarının payı 9,7 %, sığorta
təşkilatlannm payı isə cəmisi 2,3 %-dir.
Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin strateji
baxışlannda 2020-ci ilədək olan dövr üçün maliyyə sisteminin potensialının
gücləndirilməsi və risk elementlərinin azaldılması tədbirləri daha çox yer
alacaqdır. Bundan əlavə, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışlar
maliyyə xidmətlərinin daha da təkmilləşdirilməsi və geniş çeşidli maliyyə
xidmət-lərinin formalaşdırılması, ümumilikdə isə diversifikasiya olunmuş
maliyyə institut- lannm təşkili və maliyyə sisteminin qurulması həyata
keçiriləcəkdir.
302
Azerbaycan iqtisadiyyatt
Özünüyoxlama sualları:
1. Maliyyə və kredit anlayışı, onlann formalaşması və xüsusiyyətləri.
2. Azərbaycanın maliyyə-kredit və valyuta siyasəti.
3. Azərbaycanda maliyyə-kredit və valyuta siyasətinin hazırlanması və
həyata keçirilməsinə məsul dövlət orqanlan.
4. Azərbaycanın bank sektoru.
5. Azərbaycanın dövlət büdcəsi.
6. Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları, daxili və xarici
investisiyalar.
7. Azərbaycanda vergi sistemi və Vergi Məcəlləsi.
8. Azərbaycanın valyuta ehtiyatlan və dövlət borcu.
9. Azərbaycanda sığorta sistemi və sığorta təşkilatlan.
10. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair
Strateji Yol Xəritəsi və müasir reallıqlar.
ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondu. http://www.oilfund.az.
2. Azərbaycan Respublikası Maliyyə Bazarlanna Nəzarət Palatası.
http://www.fiu.az.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytı:
http://www.cbar.az/
4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet saytı -
http://www.maliyye.gov.az
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytı:
www.taxes.gov.az.
6. Azərbaycan Respublikası Hesablama Palatasının rəsmi internet saytı:
www.sai.gov.az.
7. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir.
8. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmişdir. Bakı, 2012. -39 s.
303
Darslik. SDU - 55
9. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına
dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fəramanı ilə təsdiq
edilmişdir. Bakı, 2016,-59 s.
10. Azərbaycan Bankları 2015. Azərbaycan Banklar Assosiasiyası.
Bakı, 2017.- 163 s.
11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında
Əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9
fevral tarixi Fərmanı ilə təsdiq edilmişdir. Bakı şəhəri, Jfo48.
12. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tarixi.
http://www.maliyye.gov.az.
13. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında
Əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29
mart tarixli Fərmanı ilə təsdiq edilmişdir. Bakı şəhəri, >fo454.
14. Azərbaycan Respublikası Vergilər Nazirliyinin tarixi.
www.taxes.gov.az.
15. Azərbaycan Respublikasının Mərkəzi Bankının tarixi.
http://www.cbar.az.
16. Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin
qanunvericilik əsaslan, http://www.cbar.az.
17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun tarixi. Ümumi
məlumat. Missiya, məqsəd və fəlsəfə, http://www.oilflind.az.
18. Azərbaycanda sığorta, http://www.azerbaijans.com.
19. Ataşov B.X. Maliyyə bazarlan. Bakı, “Kooperasiya nəşriyyatı”,
2016.-456 s.
Bağırov D.A. Maliyyə. Azərbaycan Dövlət İqtisad Universiteti.
Bakı, İqtisad Universiteti nəşriyyatı, 2011-384 s.
Dövlət büdcəsinə vergi və s. daxilolmalar haqqında məlumat.
Azərbaycan Respublikası Vergilər Nazirliyi, www.taxes.gov.az.
22. Ələkbərov Ə.Ə. Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafında büdcə
sisteminin rolu. Bakı, 2005.
23. Əliyeva L. Azərbaycanda siğorta sistemi: iqtisadi və sosial proseslərə
multiplikator təsiri kimi. Bakı, Qanun Nəşriyyatı, 2011.- 108 s.
20.
21.
304
Dərslik. SDU - 55
FƏSİL 11
AZƏRBAYCANIN İQTİSADİ TƏHLÜKƏSİZLİK
PRİORİTETLƏRİ
11.1. iqtisadi təhlükəsizlik anlayışı və onun mahiyyəti.
11.2. Müstəqilliyin bərpasından sonra Azərbaycanda iqtisadi
təhlükəsizliyin gücləndirilməsini şərtləndirən amillər.
11.3. Azərbaycan Respublikasının milli təhlükəsizlik və
iqtisadi təhlükəsizlik konsepsiyaları.
11.4. Azərbaycanda iqtisadi təhlükəsizlik indikatorlarının
vəziyyəti və dinamikası.
11.5. Qlobal şəraitdə Azərbaycanın rəqabətqabiliyyətlilik
məsələləri və iqtisadi təhlükəsizliyin müasir aspektləri.
11.1. iqtisadi təhlükəsizlik anlayışı və onun mahiyyəti
Dünyanın istənilən bir ölkəsinin özünəməxsus milli təhlükəsizlik və
milli iqtisadi təhlükəsizlik yanaşmalan, konsepsiyalan və strategiyalannın
olması son 50-70 ildə dünya iqtisadi proseslərində və ölkələrin milli iqtisadi
inkişaf sisteminin gücləndirilməsində müşahidə olunan mühüm amillərdəndir.
İqtisadi təhülkəsizlik problemi və məsələsi dövlətin iqtisadi siyasətinin əsas
tərkib hissəsini təşkil edir.
İqtisadi təhlükəsizlik iqtisadiyyatın bütövlükdə tarazlı və səmərəli
inkişafının, onun dinamik artımının, iqtisadi dayanıqlılığın, iqtisadi istehsal və
istehlak proseslərinin optimal təmin edilməsi, milli iqtisadiyyatın inkişafına
əlverişli şərait yaradan təbii resurslardan, ehtiyatlardan və iqtisadi resurslardan
maksimum məhsuldar istifadə olunması, ölkənin regional və beynəlxalq
kontekstlərdə milli iqtisadi maraqlannm ən yüksək səviyyədə təmin edilməsi
proseslərinin məcmusudur.
İqtisadi təhlükəsizliyin obyektlərinə ölkənin formalaşdırılmış və
optimal hesab olunan iqtisadi sistemi, onun əsas mexanizmləri və infrastruktur
şəbəkəsi, praktiki alətləri, ölkənin yeraltı və yerüstü sərvətləri, əmək resursları,
istehsal və qeyri-
306
Azerbaycan iqtisadiyyatı
İstehsal fondlan, bütün növ əmlaklar, maliyyə resursları, təsərrüfat subyektləri,
insan resursları, ailə, şəxsiyyət və digər bu sıradan olan mühüm komponentlər
daxildirlər.
İqtisadi təhlükəsizlik qorxusu dedikdə isə, ilk növbədə ölkənin milli
iqtisadi maraqlanna təhlükə yaradan hallar, dövlətin, şəxsiyyətin və cəmiyyətin
iqtisadi maraqlarına zidd olan proseslər, milli iqtisadiyyatın əsas
mexanizmlərinə təhlükə törədən amillər və meyillər, istehsal və istehlak
proseslərinin dinamikliyini əngəlləyən maneələr və s. nəzərdə tutulur.
İqtisadi təhlükəsizliyin əsas göstəricilərinə isə əsas etibarı ilə ölkə
ÜDM-ü və adambaşına düşən ÜDM-in həcmi, ölkə üzrə ümumi gəlirlər və
adambaşına düşən gəlirlərin həcmi, əhalinin həyat və yaşayış səviyyəsi
göstəriciləri, infilyasiya, işsizliyin və yoxsul- luğun səviyyəsi, milli
iqtisadiyyatın strukturunun adekvatlığı, sənayenin inkişaf dinamikası, qida və
ərzaq təhlükəsizliyi göstəriciləri, istehsalın struktrunun səmərəliliyi,
sahibkarlıq və biznesin inkişafı göstəriciləri, insan inkişafı indeksləri, təhsil və
səhiyyənin vəziyyəti, milli iqtisadi əhəmiyyətə malik ənənələrin və dəyərlərin,
məşğuliyyət sahələrinin qorunması, elm və texnikanın inkişafı, milli
iqtisadiyyatın innovasiyalaşdıriması prosesləri, yüksək texnologiyaların və
elmin inkişafına yönəldilən vəsaitlərin adekvatlığı, ölkədə istehsal, xidmət və
sosial infrastruktur şəbəkəsinin vəziyyəti, ölkənin valyuta ehtiyatlan,
bank-kredit sisteminin göstəriciləri, daxili və xarici borclar və s. daxildirlər.
11.2. Müstəqilliyin bərpasından sonra Azərbaycanda iqtisadi təhlükəsizliyin gücləndirilməsini şərtləndirən amillər
Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə milli iqtisadi
təhlükəsizlik siyasətinin şərbəst şəkildə formalaşdıniması və yürüdlməsi
qeyri-mümkün idi. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra
təxirəsalınmaz vəzifələrdən biri də milli iqtisadi təhlükəsizliyin təmin edilməsi
konsepsiyasının müəyyənləşdirilməsi və bununla əlaqədar olaraq strateji
vəzifələrin həyata keçirilməsindən ibarət olmuşdur. Belə ki, 1990-cı illərin
əwələrində ölkənin siyasi və iqtisadi sistemlərində xaos hökm sürürdü.
307
Dərslik. SDU - 55
Hakimiyyətdə olanlann milli iqtisadi maraqları təmin etmək iqtida- nnda
olmadığından, ölkənin iqtisadi sistemi dağılmış, baza müəssisələrin əksəriyyəti
fəaliyyətini dayandırmış və ya qeyri-səmərəsiz işləyirdi. İslahatlara başlamaq
üçün qanunvericilik bazası, maliyyə vəsaitləri və siyasi iradə tələb olunurdu.
Bütün bu proseslər ümummilli liderimiz Heydər Əliyevin tarixi səyləri
nəticəsində
1993- cü ilin ortalanndan başlayaraq kompleks, sistemli və ardıcıl xarakter
almışdır.
Həmin dövrdə Azərbaycanın iqtisadi təhlükəsizliyinin
gücləndirilməsini şərtləndirən əsas amillər bunlar olmuşdur:
- Ölkənin milli maraqlanna cavab verən milli iqtisadi sistem formalaşdırmaq
tələb olunurdu;
- Milli iqtisadi inkişaf ənənələri və tendensiyaları, milli iqtisadiyyatın inkişaf
xüsusiyyətəri nəzərə alınmaqla, milli iqtisadi inkişaf modelinin
formalaşdırılması vacib idi;
- Azərbaycanın güclü ehtiyatlara malik təbii sərvətlərindən milli maraqlara
uyğun istifadənin iqtisadi-təşkilati əsasları yaradılmalı və fəaliyyət
proqramı hazırlanmalı idi;
- Ölkəmizin neft və qaz kimi qiymətli resurslannın hasilatı və onlann dünya
bazarlarına çıxanimasının təmin olunması üçün mürəkkəb vəzifələrin
öhdəsindən gəlinməsi tələb olunurdu;
- Bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın mexanizmləri,
idarəetmə sistemləri yenidən yaradılmalı, idarəetmə struk- turlan
formalaşdırimai və institusional islahatlatlar aparılması lazım idi;
- Ölkə sənayesinin potensialının bərpası və onun prioritet sektor- lannın
inkişafının yenidən təmin olunması, bu sahələrin modemi- zasiyası və
yüksək texnologiyalar əsasında gücləndirilməsi tələb olunurdu;
- Kənd təsərrüfatı və aqrar sahədə islahatların aparılması, bu sahələrin
inkişafı hesabına ölkə əhalisinin yansmdan çoxunun kənd rayonlannda
yaşaması amili əsas götürülməklə regionlann sosial-iqtisadi inkişafının
sürətləndirilməsi vacib idi;
- Ölkədə sahibkarlıq və biznes mühitinin yaxşılaşdıriması, bu sahələrin
inkişafına imkan verən qanunvericilik bazasının
308
Azərbaycan iqtisadiyyatı
formalaşdınlması, süni maneələrin aradan qaldırılması, stimullaşdırıcı
mexanizmlərin dövriyyəyə cəlb edilməsi tələb olunurdu;
- Milli məhsulun və ölkə ÜDM-nin artım dinamikasının təmin edilməsi,
biznesin və sahibkarlıq fəaliyyətinin səmərəliliyinə nail olunması,
məhsuldarlıq, əmək bazarı və maliyyə amillərinin nəzərə alınması, ölkədə
milli iqtisadiyyatın inkişaf sahələrinin yeni tələblərə uyğun
modelləşdirilməsi lazım gəlirdi;
- Ölkənin ixrac potensialının gücləndirilməsi, milli iqtisadiyyatın
struktrunun təkmilləşdirilməsi, qeyri-neft sektoru sahələrinin inkişafının
sürətləndirilməsi tədbirlərini həyata keçirmək zərurəti yaranmışdı;
- Ümumilikdə ölkədə əhalinin sosial-iqtisadi problemlərinin həll edilməsinə
imkan verən iqtisadi siyasətin formalaşdırılması və bazar mexanizmləri
əsasında inkişaf
- təmin edilməli idi;
- Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, mühüm qida və ərzaq növləri ilə
təmin edilməsi, ümumilikdə iqtisadi təhlükəsizlik mexanizmlərinin
formalaşdıriması və gücləndirilməsi, makro- iqtisadi-maliyyə sabiltiyinin
təmin edilməsi lazım idi və s.
11.3. Azərbaycan Respublikasının milli təhlükəsizlik və iqtisadi
təhlükəsizlik konsepsiyaları
Azərbaycan öz müstəqilliyinin ilk illərindəki strateji vəzifələrin
reallaşdıriması, dövlət atributlannın formalaşdınlması, siyasi və iqtisadi
sistemlərin mexanizmlərinin yaradılması və praktiki alətlərinin
müəyyənləşdirilməsi proseslərindən sonra, şübhəsiz, ilk növbədə milli
təhlükəsizlik və iqtisadi təhlükəsizlik konsepsiya- lanmn milli və milli iqtisadi
maraqlar çərçivəsində formalaşdırılması vəzifəsinin öhdəsindən gəlməli idi.
Bununla əlaqədar olaraq, ölkəmizdə milli iqtisadiyyatın əsas mexanizmlərinin
möhkəmləndirilməsi və milli iqtisadi maraqlar çərçivəsində inkişafının təmin
edilməsi proseslərinin intensivləşdirilməsinə başlanıldı. Ölkəmizdə “Neft
strategiyası”nın reallaşdıriması ilə əlaqədar olaraq, digər iqtisadiyyat
sahələrinin inkişafının modelləşdirilməsi və ümumilikdə,
309
Dərslik. SDU - 55
İqtisadi islahatların aparılması proseslərinin sürətləndirilməsinə nail
olunmuşdur.
1995-2003-cü illərdə ölkəmizdə makroiqtisadi sabitlik nəinki təmin
olunmuş, eyni zamanda həmin dövr ərzində ölkədə iqtisadi islahatlann əsas
fazası milli iqtisadi maraqlar çərçivəsində həyata keçirilmişdir. Bazar
iqtisadiyyatı mexanizmləri əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş, aqrar
islahatlar apan İmiş və torpaqlardan səmərəli istifadə olunması mexanizmləri
yaradılmış, region əhalisinin əkinçilik, bitkiçilik və heyvandarlıqla daha
məhsuldar məşğul olmasını təmin etmək üçün əhaliyə torpaqlann paylanması
həll edilmiş, sahibkarlığın, fermer təsərrüfatlannın, biznes subyektlərinin
inkişafı mexanizmləri, o cümlədən stimullaşdıncı mexanizmlər hazırlanaraq
tətbiq olunmuşdur. Ən əsası ölkəmizdə neft və qaz sektorunun yenidən
qurulması prosesləri uğurla həyata keçirilmiş, yeni qurğular vasitəsi ilə hasil
olunan Azərbaycan neftinin ixracına başlanılmış, bu məhsulların dünya
bazarlarına çıxanlması məqsədilə neft və qaz boru kəmərlərinin tikintisi
prosesləri sürətləndirilmiş, ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi
ilə bərabər, bu sahədə Azərbaycan regional və beynəlxalq səviyyədə
əhəmiyyətli tərəfdaşlardan birinə çevrilmişdir.
2003-cü ilin sonlanndan başlayaraq Azərbaycanda sosial- iqtisadi
inkişafın yeni mərhələsi, daha intensiv mərhələsi diqqət çəkmişdir. Artıq neft
ixracından əldə edilən maliyyə vəsaitləri hesabına ölkə iqtisadiyyatının digər
sahələrinin inkişafı proseslərini sürətləndirmək üçün tarixi şans yaranmışdır.
Bu amil əsas götürülməklə, ölkənin iri şəhərlərində və regionlarında zəruri
inffastruktr obyektlərinin, o cümlədən yollann, körpülərin, aeroportlann,
elektrik enerjisi, təbii qaz və içməli su təchizatı ilə bağlı mühəndis qurğulannm,
kommunal obyektlərin, su kanallannın, yüzlərlə sənaye müəssisələrinin, emal
qurğulannm, istehsal-sosial obyektlərin tikintisi və istismarı təmin edilmişdir.
Bütün bunlarla bərabər, Azərbaycanda milli iqtisadiyyatın
təhlükəsizliyinin təmin edilməsi üzrə qanunvericilik bazasının da
gücləndirilməsinə xüsusi önəm verilmişdir. Bu prioritetlər konsep
310
A zarbaycan iqtisadiyyatı
tual formada ölkəmizin milli təhlükəsizlik strategiyası və prioritetləri əsasında
formalaşdırılmışdır. 2004-cü il 29 iyunda qəbul olunmuş Milli təhlükəsizlik
haqqında Azərbaycan Respublikasının qanununda milli təhlükəsizliyə dair
konseptual yanaşmalarla bərabər, iqtisadi sahə ilə bağlı təhlükəsizlik meyarlan
və prinsipləri xüsusi yer almışdır. Bu qanunla ölkəmiz üçün əsas iqtisadi
təhlükələr və təhdidlər kimi ölkəmizdə mövcud resurslardan qeyri-səmərəli
istifadə olunması, iqtisadi potensialın zəifləməsi, iqtisadiyyatımızın digər
ölkələrdən asılılığı, o cümlədən nəqliyyat və boru kəmərləri sistemlərinin
fəaliyyəti ilə bağlı təhlükələr, iqtisadi sistemin manevr qabiliyyətinin zəif
olması, maliyyə-kredit sisteminin qeyri-sabitliyi, investisiya fəallığının aşağı
olması və s. götürülmüşdür. Qanunun 17-ci maddəsində ölkəmizdə iqtisadi
sahədə milli təhlükəsizliyin əsas prinsipləri və meyarları öz əksini tapmışdır.
Bunlara ilk növbədə milli iqtisadiyyatın tarazlı və dinamik inkişafına təhlükə
törədən daxili və xarici amillərin nəzərə alınması və adekvat tədbirlərin
görülməsi, bazar iqtisadiyyatı mexanizmlərinin inkişafının dərinləşdirilməsi və
ölkənin iqtisadi potensialının gücləndirilməsi, mövcud daxili və xarici maliyyə
ehtiyatlarından milli iqtisadiyyatın davamlı inkişafına və əhalinin rifahının
yüksəldilməsinə səmərəli istifadənin təmin olunması, bank və nəqliyyat
sektoru sahələrinin gücləndirilməsi, strateji ehtiyatların balanslaşdıniması və s.
aiddirlər.
Ölkəmizin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi üzrə strateji və ya
konseptual yanaşmalar digər mühüm bir sənəddə - 23 may 2007-ci il tarixli
ölkə prezdentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli
təhlükəsizlik konsepsiyasında önəmli yer almışdır. Həmin konsepsiyanın
4.3.4-cü bəndində iqtisadi və sosial inkişaf məsələləri ilə bağlı, həmçinin
4.3.8-ci bəndində eneıji təhlükəsizliyi siyasəti və 4.3.9-cu bəndlərində
nəqliyyat təhlükəsizliyi siyasəti üzrə milli təhlükəsizliyin konseptual yanaş-
malan diqqət çəkir. Konsepsiyada xüsusi vurğulanır ki, ölkənin iqtisad
inkişafının davamlı olması hökumətin iqtisadi siyasətinin təməl prinsipidir.
İqtisadi təhlükəsizliklə bağlı bu konsepsiyada mühüm meyarlar və indikatorlar
kimi strateji valyuta ehtiyatlannin
311
Dərslik. SDU - 55
qorunması, dayanıqlı və tarazlı iqtisadi inkişafın təmin olunması, xarici
sərmayələrin tələb olunan səviyyədə həcminin təşkili, daha sağlam rəqabət
mühitinin formalaşdırılması, istehsal müəssisələrinin inkişafının
gücləndirilməsi və ixrac potensialının artıniması, qeyri- neft sektorunun və
regionlann inkişafının sürətləndirilməsi daha çox diqqət çəkir.
11.4. Azərbaycanda iqtisadi təhlükəsizlik indikatorlarının vəziyyəti
və dinamikası
Azərbaycanda iqtisadi təhlükəsizliyin müxtəlif indikatorlan üzrə son
10-15 il ərzində davamlı və ardıcıl tədbirlər görülməkdədir. Çoxlu sayda
dövlət proqramlan, strategiyalar və konsepsiyalar, tədbirlər reallaşdırılmış, bir
hissəsi üzrə isə icra prosesləri davam etməkdədir. Dünya bazarlannda əsas
ixrac məhsulumuz olan neftin qiymətinin aşağı düşməsindən sonra, həmçinin
dünya maliyyə böhranının, qlobal iqtisadi proseslərin mənfi təsirinin
nəticələrinin ölkəmizin milli iqtisadi sisteminə təhdidlərinin qarşısının
alınması və onlann mənfi fəsadlannm azaldılması istiqamətində strateji
hədəflər və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Milli iqtisadiyyatın
perspektiv inkişafı üzrə strateji yol xəritəsində öz əksini tapmış bu qəbildən
olan tədbirlərin reallaşdınlmasma başlanmışdır.
Ölkəmizin milli iqtisadi təhlükəsizliyinin təmin edilməsində əsas
əhəmiyyət kəsb edən bir qrup indikatorlar üzrə göstrəicilərə nəzər salmağı
məqsədəuyğun hesab etmişik.
Şəkil 11.1-də 2000-2016-cı illər ərzində Azərbaycanda ÜDM- in
dinamikası verilmişdir.
312
/1 zsrhaycan iqtisadiyyatı
(AKI)SK-nın məlumatları əsasında müəllif tərəfindən ha/ırlanmışdır.
http://www.stat.gov.a/)
2000-2016-cı illər ərzində ÜDM-in ümumi həcmi 12,9 dəfəyə
yaxın artmışdır və 2016-cı ilin yekununda 60,4 mlrd, manat təşkil
etmişdir.
Şəkil 11.2-də isə Azərbaycanda ÜDM-in əvvəlki ilə müqayi-
səsi verilmişdir,
.Şəkil 11.2. Azərbaycanda ÜDM-in artım tempi, əvvəlki ilə %-lə, 2005-2()16-cı illər
(ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.stat.gov.az).
313
Dərslik. SDU-55
Şəkil 11.3-də 2000-2016-cı illər üzrə Azərbaycanda adambaşına
düşən ÜDM-in dinamikası öz əksini tapmışdır. 2000-ci ildə bu göstərici
593,2 manat, 2005-1494,3 manat, 2010-4763 manat, 2015- 5706,6
manat və 2016-cı ildə isə - 6266,3 manat təşkil etmişdir (bax:
Şokil 11.3. Azərbaycanda adambaşına düşən ÜI)İVl-in dinamikası, manat, 2000-2016- cı illər (AROSK-nın məlumatları əsasında müəllit' tərətlndən hazırlanmışdır.
http:/Av>vw.stat.gov.az).
Qeyri-neft sektorunun inkişafının səmərəli təşkili milli iqtisadi
təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. Şəkil
11.4-də Azərbaycanda 2006-2016-cı illər üzrə qeyri-neft sektorunun
ÜDM-də payının dinamikası verilmişdir.
2006- cı ildən 2015-ci ilədək olan dövrdə bu dinamika artım
nümayiş etdirmişdir və 2006-cı ildəki 7,6 %-dan 2010-cu ildə 19,2 %,
2015-ci ildə isə 34,5 %-ə qədər artmışdır.
Lakin, 2016-cı ildə bu göstərici bir qədər azalaraq 32,9 %
səviyyəsinə düşmüşdür (bax: Şəkil 11.4.).
314
/1 zarhaycan iqtisadiyyatı
Azərbuycnnda qeyri-neft sektorunun ÜDM-<la payının dinamikası, mlrd, manat
(2006-2016)
Şəkil 11.4. Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payının dinamikası, mlrd, manat,
2000-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.stat.gov.az).
Şəkil 11.5-(iə isə AzərbaycaneJa 2012-2016-cı illər üzrə ÜDM-
də qeyri -dövlət bölməsinin payı öz əksini tapmışdır. Bu göstərici
2012-ci ildə 81,5 % olduğu halda, 2015-ci ildə bir qədər azalaraq
81,2 % təşkil etmiş, amma 2016-cı ildə artaraq 83,6 % səviyyəsinə
çatmışdır (bax: Şəkil 11.5).
Azərbaycanda ÜDM-<lə qeyri-dövlət bölməsinin payı,
%-lə (2012-2016)
Şəkil 11.5. Azərbaycanda ÜDM-də qeyri-dövlət bölməsinin payı, %-lə, 2012-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://www.stat.gov.az).
315
Dərslik. SDU - 55
Ölkənin iqtisadi təhlükəsizliyinin mühüm göstəricilərindən biri
də yoxsulhığun səviyyəsinin azaldılması və ölkə əhalisinin yaşayış
səviyyəsinin yüksəldilməsinə nail olunmasıdır. Şəkil 11.6-da
2012-2016-cı illər üzrə Azərbaycanda yoxsulluğun səviyyəsi
verilmişdir. 2012-ci ildə yoxsulluğun səviyyəsi ölkəmizdə 6 % olduğu
halda, 2015-ci ildə bu göstərici 4,9 %-ə qədər azaldılmış, amma
Şəkil 11.6. A/ərbaycanda yoxsulluğun səviyyəsi, %-lə, 2012-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərətlndən hazırlanmışdır. http:/Avw\v.stat.gov.az).
Ölkənin iqtisadi təhlükəsizliyində, sosial-iqtisadi problemlərin
həllində, makroiqtisadi sabitliyin təmin olunmasında və əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsində milli gəlirin artımı vacib
prinsiplərdəndir. Şəkil 11.7-də 2005-2014-cü illər üzrə Azərbaycanda
ümumi milli gəlirin dinamikası öz əksini tapmışdır. 2005-ci ildə bu
göstərici 11,1 mlrd, manat olduğu halda, 2008-ci ildə 36 mlrd, manat,
2010-cu ildə 34 mlrd, manat, 2013-cü ildə 55,3 mlrd, manat və 2014-cü
ildə isə 57,3 mlrd, manat olmuşdur (bax: Şəkil 11.7).
316
zsrbaycan iqtisadiyyatı
Azorbayciiıuia ümumi milli gəlirin dinamikası, mlrd, manat (2005-2014)
2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
Şəkil 11.7. Azərbaycanda ümumi milli gəlirin dinamikası, mlrd, manat, 2005- 20I4-CÜ illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlan- mr^dır. http://www.stat.gov.az).
Şəkil 11.8-də isə 2005-2014-cü illər ərzində Azərbaycanda ümumi milli gəlirin adambaşına dinamikası verilmişdir. Həmin dövr ərzində bu gösətrici üzrə artım 4,6 dəfə olmuş və 2014-cü ilin yekununda ölkəmizdə adambaşına düşən milli gəlirin həcmi 6088,3 manat təşkil etmişdir.
.Azorbaycnndn ümumi milli golirin adambaşına dinamikası, manat
(2005-2014)
Şəkil 11.8. Azərbaycanda ümumi milli gəlirin adambaşına dinamikası, manat, 2005-2014-cü illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.stat.gov.az).
317
Dərslik. SDU - 55
Şəkil I1.9-da Azərbaycanda 2011-2016-cı illər ərzində əhalinin
gəlirləri üzrə dinamika öz əksinin tapmışdır. Göründüyü kimi, həmin dövr
ərzində əhalinin gəlirləri 48,6 % artmış və 2016-cı ilin yekununda 45,4 mlrd,
manat olmuşdur.
Şəkil 11.9. Azərbaycanda əhalinin gəlirlərinin dinamikası, mlrd, manat,
2011-2016-cı illər (ARDSK-nm məlumatları əsasında müəllif tərəfindən
hazırlanmışdır, http://www.stat.gov.az).
Milli iqtisadi təhlükəsizliyin əsas göstəricilərindən və indika-
torlanndan biri də ölkənin sənaye sektorunun sabit və məhsuldar fəaliyyətinin
təmin olunmasıdır. Sənaye sektorunun sabit fəaliyyəti ölkədə geniş çeşiddə
rəqabətqabiliyyətli məhsulların istehsalına imkan verməklə bərabər, ölkənin
ixrac potensialının gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, əlavə
dəyər yaradan istehsal və emal sahələrinin formalaşdırılmasına münbit şərait
yaradır.
Şəkil 11.10-da 2011-2016-cı illər ərzində Azərbaycanda sənaye
məhsulunun həcminin dinamikası verilmişdir. Həmin dövr ərzində sənaye
məhsulunun dinamikasında əhəmiyyətli artıma nail olunmamış, əksinə
2011-2015-ci illərdə azalma tendensiyası üstünlük təşkil etmiş, yalnız 2016-cı
ildə sənaye məhsulunun həcminin artım dinamikası bərpa olunmuşdur.
Şübhəsiz, bütün bunlar ölkədə neft hasilatının son illər azalması və neftin
qiymətinin dünya bazarlarında bir neçə dəfə düşməsi ilə birbaşa bağlıdır.
Çünki, 2011- 2016-cı illərdə emal sənayesində azalma yox, daim artım
dinamikası
318
zurbaycan iqtisadiyyatı
müşahidə olunmuşdur. Həmin dövr ərzində ölkənin emal sənayesində
artım 1,4 dəfə təşkil etmiş və 2016-cı ilin yekununda emal sənayesi
məhsullarının ümumi həcmi 9,2 mlrd, manat olmuşdur (bax: Şəkil
11.10).
.Azorbaycanda .sənaye məhsulunun həcminin dinamikası, mlrd, manat
(2011-2016)
■ Bütün sənavc
iMədənçuarma sonavesi
I Emal sonavesi
2011 2012 2013 2014 2015 2016
Şokil 11.10. .Azərbaycanda sənaye məhsulunun həcminin dinamikası, mlrd, manat, 2011-2016-cı illər (.ARDSK-nm məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. Iıltp:/Av\v>v.stat.}>()v.az).
Şəkil 11.11-də Azərbaycanda 2011-2016-cı illərdə mədən-
çıxarma və emal sənayesi sahələrinin ümumi sənaye məhsulunda payı
öz əksini tapmışdır. Əgər, 2011-ci ildə mədənçıxarma sənayesinin
ümumi sənaye məhsuıunda payı 76,8 % idisə, bu göstətici 2016-ci ildə
azalaraq 65,3 % təşkil etmişdir. Həmin müddət ərzində emal
sənayesinin ümumi sənaye məhsullunda payı müvafiq olaraq
18,3 və 23,3 % artmışdır. Başqa sözlə, 201 1-2016-cı illər ərzində emal
sənayesinin ümumi sənaye məhsulunda xüsusi çəkisi 1,5 dəfədən çox
artmış və 2016-cı ilin yekununda 28,3 % təşkil etmişdir (bax: Şəkil
11.11).
319
Dərslik. SDU - 55
Azorbaycanda madançıxarma va emal sanaycsi sahalarinin ümumi sanayc
mahsulunda payı, %-la (2fll 1-2016)
■ Madaiıçıxarma
sanaycsi
■ Emal sanavcsi
1 1 1 ■ I ■ ■ ■ ■ ■ ■ ■
2011 2012 2013 2014 2015 2016
Şəkil 11.11. Azərbaycanda niədənçıxarma və emal sənayesinin ümumi sənaye məhsulunda payı, yo-lə, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://\vw>v.stat.gov.az).
Ölkənin iqtisadi təhlükəsizliyin mühüm indikatorlarından biri də
istehlak bazarının inkişaf etdirilməsi və tənizmlənməsi prosesləridir.
Bu sahənin inkişafından əhalinin yaşayış səviyyəsinin və sosial
rifahının yüksəldilməsi, əhalinin müxtəlif gündəlik mallara, həmçinin
digər məişət mallarına, sənaye məhsullarına olan tələbatının adekvat
ödənilməsi asılıdır.
Şəkil 11.12-də 2011 -2016-cı illər ərzində Azərbaycanda
istehlak bazarının dinamikası verilmişdir. Maraqlıdır ki, dünya maliyyə
böhranı və ölkəmizdəki son illərdə maliyyə çətinliklərinə baxmayaraq,
istehlak bazarının artım dinamikası sabit olaraq qalmışdır.
2011-2016-cı illər ərzində Azərbaycanda istehlak bazarının həcmi 1,8
dəfəyə yaxın artmış və 2015-ci ildə 34,3 mlrd, manat, 2016-cı ildə isə
39,2 mlrd, manat təşkil etmişdir.
320
Dərslik. SDV - 55
Şəkil I1.14-də isə iqtsadi təhlükəsizliyin mühüm göstəri-
cilərdən biri olan ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayan
ərzaq məhsullarının ümumi ölkə üzrə pərakəndə ticarət dövriy-
yəsində 2011-2016-ci illərdə dinamikası verilmişdir. Dinamikadan
göründüyü kimi, həmin dövr ərzində ərzaq məhsullarının pərakəndə
ticarət dövriyyəsində həcmi 1,5 dəfəyə yaxın artmış və 2016-cı ilin
yekununda 13,4 mlrd, manat təşkil etmişdir. Müqayisə üçün bildirək
ki, bu göstərici 2011-ci ildə 9,1 mlrd, manat, 2015-ci ildə isə 11,7
mlrd, manat olmuşdur (bax: Şəkil 11.14). Şəkil 11.14. Azərbaycanda pərakəndə ticarət dövriyyəsində ərzaq məhsullarının dinamikası, mlrd, manat, 2011-2016-cı
illər (ARDSK-nın məlumatları əsasında müəllif tərərındən hazırlanmışdır. http://www.stat.gov.az).
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində əhalinin etibarlı
şəkildə qida və ərzaq məhsulları ilə təminatının mühüm rolu vardır. Bu
baxımdan, Azərbaycanda son illərdə xeyli işlər görülmüşdür. Kənd təsərrüfatı
və aqrar sektorun, həmçinin yeyinti sənayesinin potensialının yüksəldilməsi,
ondan səmərəli istifadə olunması və rəqabət qabiliyyətli emal müəssisələrinin
təşkili prosesləri intensivləşməkdədir.
Şəkil 11.15-də 2011-2016-cı illər ərizndə Azərbaycanda qida
məhsullarının istehsalının dinamikası verilmişdir. Bu dövr ərzində qida
məhsullarının istehsal həcmi 57,1 % artmış və 2016-cı ilin yekununda 3,3 mlrd,
manat təşkil etmişdir (bax: Şəkil 11.15).
322
Azerbaycan iı/tisacliyyatı
A/orbaycanda qida məhsullarının istehsalının dinamikası,
mlrd, manat (2011-2016)
2015 2016
Şəkil 11.15. Azərbaycanda qida məhsullarının istehsalının dinamikası, mlrd, manat,
2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır
http://ww\v.stat.{'ov.az).
Ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında iqtisadi
təhlükəsizliyin əsas komponentlərindən və meyarlarından biri olan
mühüm ərzaq məhsullarının qiymətlərinin əhalinin maddi vəziyyətinə
adekvat olması vacib əhəmiyyət kəsb edir. Bir sıra mühüm ərzaq
məhsullarının - çörək, şəkər tozu, qənd və süd məhsulların 2011-
2016-cı illər üçün qiymətləri Şəkil 11.16-da öz əksini tapmışdır. Bu
dövr ərzində şəkər tozu və qəndin orta qiymətində daha çox artım
müşahidə olunmuşdur. Südün qiymətində isə azalma baş vermişdir və
çörəyin qiyməti demək olar ki, dəyişilməz qalmışdır (bax: Şəkil 11.16).
323
Dərslik. SDU - 55
A/ərbavcanda bəzi nıühiinı ərzaq məhsullarının orta qiyməti, manat
(2011-2016)
Şəkil 11.16. Azərbaycanda bəzi mühüm ərzaq məhsunanmn orta qiyməti, manat,
2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://www.stat.gov.az).
Şəkil 11.17-də isə Azərbaycan əhalisi tərəfindən daha çox
istehlak olunan məhsullar - kərə yağı və mal ətinin 2011-2016-cı illər
üzrə orta qiyməti verilmişdir. Mal ətinin qiymətində artımlar olsa da,
son illərdə onun qiyməti nisbətən sabit qalmışdır. Kərə yağın
qiymətində isə 2016-cı ildə 2015-ci ilə nisbətən artım baş vermişdir
(bax: Şəkil 11.17).
Azıirbaycanda kəro yağı və mal ətinin orta qiyməti, manat (2011-2016)
Şokil 11.17. Azərbaycanda kərə yağı və mal ətinin orta qiyməti, manat, 2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://www.stat.gov.az)
324
A v>rbaycan iqtisadiyyatı
Ölkə əhalisinin gəlirlərinin və yaşayış səviyyəsinin mühüm
göstəricilərindən biri də əhalidən cəlb olunmuş əmanətlər və onların
həcmidir.
Şəkil 11.18-də 2011-2016-cı illər ərzində əhalidən cəlb olunmuş
əmanətlərin milli və xarici valyuta ilə məbləğləri verilmişdir. 2015-ci
ildə xarici valyuta ilə əmanətlər 2014-cü ilə nisbətən 2,9 dəfə artmış və
8,1 mlrd, manat təşkil etmişdir. Növbəti ildə-2016-cı ildə bu göstərici
5,9 mlrd, manat səviyyəsinə düşmüşdür, bu da son illərdəki maliyyə
qeyri-sabitliyi ilə əlaqədar olmuşdur. 2015-2016- cı illərdə milli valyuta
ilə əmanətlərdə cuzi artım vardır (bax: Şəkil 11.18).
Azərbuycunda əhalidən cəlb olunmuş əmanətlər, ilin sonuna, mlrd,
manat (2011-2016)
■ Milli valvuta ilə
■ Xarici valvuta ilə
2014 2015
2016
Şəkil 11.18. Azərbaycanda əhalidən cəlb olunmuş əmanətlər, ilin sonuna, mlrd, manat,
2011-2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
http://www.stat.gov.az).
Ölkənin iqtisadi inkişaf proseslərinin genişləndirilməsi, milli
iqtisadiyyatın müxtəlif sahələrinin müasir texnologiyalar əsasında
inkişafının sürətləndirilməsi fəal sürətdə xarici investisiyaların cəlb
edilməsini şərtləndirir. Azərbaycanda investisiyaların qorunması və
325
Dərslik. SDU - 55
onların stimul laşdırı İması üçün güclü qanunvericilik bazası, həmçinin
stimullaşdırıcı dövlət dəstəyi mexanizmləri mövcuddur. Neft və qaz
yataqlarının işlənməsi və hasilatı ilə bağlı investisiya siyasəti kifayət
qədər optimal hesab edilir. Bununla belə, ölkəmizin digər iqtisadiyyat
sahələrinə investisiyaların fəal cəlb edilməsi problemləri vardır.
Şəkil 11.19-da 2011-2016-cı illər üçün Azərbaycana xarici
investisiyaların cəlbinin dinamikası öz əksini tapmışdır. Son illərdə
investisiyaların həcmi eyni səviyyədə qalmış və 2016-cı ilin yekununda
10,2 mlrd, dollar təşkil etmişdir (bax; Şəkil 11.19).
Azərbaycana xarici investisiyaların cəlbinin dinamikası, mlrd. $
(2011-2016)
2011 2012 2013 2014 2015 2016
Şəkil 11.19. Azərbaycana xarici investisiyaların cəlbinin dinamikası, mlrd. S, 2011- 2016-cı illər (ARDSK-nın məlumatları əsasında müəllir tərəfindən hazırlanmışdır. bttp://\v\vw.stat.gov.az).
Şəkil 11.20-də isə Azərbaycanın qeyri-neft sektoruna xarici
investisiyaların 2011-2016-cı illər ərzində cəlbinin dinamikası
verilmişdir. 2011-2015-ci illərdə ölkənin qeyri-neft sektoruna xarici
investisiyaların cəlbi istiqamətində fəallıq təmin olunmamışdır, ancaq
2016-cı ildə 2015-ci ilə nisbətən investisiyalatm həcmi iki dəfəyə yaxın
artmış və ilin yekununda 1,7 mlrd, dollar olmuşdur (bax; Şəkil 11.20).
326
Azi>rhaycan iqtisadiyyatı
Şokil 11.20. Azərbaycanın (|eyri-neft sektoruna xarici investisiyaların cəlbinin dinamikası, mlrd. $, 2011-20İ6-cı illər (AUD.SK-nm məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avw\v.stat.gov.az).
Ölkənin iqtisadi təhlükəsizliyinin optimal təmin edilməsində xarici dövlət borclarının tənzimlənməsi və təhlükəli həddə çatdırıl- maması vacib əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə borc götürən ölkələrdən donor ölkələr sırasına keçmək tendensiyasını formalaşdıran dövlətlərdəndir. Amma, bununla belə, son illərdə ölkə valyutasının ikiqat devalvasiyası bu sahədə ehtiyatlı davranışı şərtləndirir. Baxmayaraq ki, 2015-2017-ci illərdə dollar ifadəsində ölkənin xarici dövlət borcu əhəmiyyətli səviyyədə artmayıb, amma manat nisbətində bu borcun həcmi xeyli artıb və bütün bunlar
Şakil 11.21. Azorbaycanda xarici dövlət borcıımın dinamikası, mlrd. $, 2005-2017-ci illər (.Azərbaycan Respublikası .Maliyyə Nazirliyinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http://\v\vw.maliyye.{'ov.az).
327
Dərslik. SDU - 55
Şəkil 11.22-də isə Azərbaycanda 2005-2017-ci illər ərzinda xarici
dövlət borcunun ÜDM-ə olan nisbəti verilmişdir. 2010-2015- ci illərdə bu
nisbət sabit olaraq qalmasına baxmayaraq (8 % -8,6 %), 2016-cı ilin əvvəlinə
19,8 %, 2017-ci ilin əvvəlinə isə 20,4 % təşkil etmişdir (bax: Şəkil 11.22).
Şəkil 11.22. Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə olan nisbəti, %-iə,
2005-2017-ci illər (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatları
əsasında müəllif tərəfindən hazırlanmışdır, http://www.maliyye.gov.az)
İqtisadi təhlükəszilyin vacib komponentlərindən biri olan valyuta
ehtiyatlannın formalaşdırılması, onların səmərəli idarə edilməsi və istifadə
proseslərinin optimallığı ölkəmiz üçün kifayət qədər aktual məsələlərdəndir.
Bu məsələlər ilə ölkəmizdə ixtisaslaşmış müasir qurum - Azərbaycan
Respublikası Dövlət Neft Fondu məşğul olur. Valyuta ehtiyatlarının həcmi
2010-cu ildə 29,8 mlrd., 2014-cü ildə 50,9 mlrd, dollara yaxın, 2016-ci ilin
əvvəlinə isə 37,2 mlrd, dollara yaxın olmuşdur.
328
Azerbaycan iqtisadiyyatı
11.5. Qlobal şəraitdə Azərbaycanın rəqabətqabiliyyətlilik
məsələləri və iqtisadi təhlükəsizliyin müasir aspektləri
Qlobal iqtisadi təhlükələr artdıqca, ölkəmizin iqtisadi inkişaf modelinin
gücləndirilməsi vacib şərtlərdən biri kimi ortaya çıxmışdır. Belə ki, qlobal
iqtisadi təhlükələrin və iqtisadi çağınşlann təsirindən milli iqtisadiyyatın artım
tempi zəifləmiş, maliyyə çətinlikləri yaranmış və bank sektorunda müəyyən
probelmlər ortaya çıxmışdır. Ölkə müəssisələrinin, milli iqtisadiyyatın
müxtəlif sektor- lannın dünya bazarlannda rəqabət qabiliyyətinin artıniması
məsələlərində çətinliklər vardır. Azərbaycanda innovasiyalar və texnologiyalar
bazarlan çox zəif inkişaf edir, maliyyə bazarlannm dayanıqlığında isə
problemlər vardır.
Milli iqtisadiyyatın iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi
zərurəti yaranmış və milli iqtisadiyyatın strukturunun diver-
sifıkasiyalaşdırılmasının tezləşməsi tələb olunur. Milli iqtisadiyyatın rəqabət
qabiliyyətinin obyektiv qiymətləndirilməsi və adekvat tədbirlərin görülməsi
üçün bir sıra obyektlərin dərindən baxılması, öyrənilməsi və dövlətin iqtisadi
siyasətində nəzərə alınması vacib şərtlərdir.
Ölkənin rəqabət qabiliyyətliliyinin obyektiv qiymətləndirilməsi və
müəyyənləşdirilməsi üçün əsas amillər bunlardır:
ölkənin iqtisadi vəziyyətinin, milli iqtisadiyyatın inkişaf proseslərinin,
daxili və xarici investisiyaların, beynəlxalq ticarətin, məşğulluq və
qiymətlərin səviyyəsinin obyektiv qiymətləndirilməsi;
dövlət strukturlarının və institusional qurumların fəaliyyətinin
adekvatlığının qiymətləndirilməsi, bunlarla əlaqədar olaraq dövlətin
maliyyə və fıskal siyasətinin səmərəliliyi, qanunvericilik bazasının
səviyyəsi və s. məsələlərin kompleks baxılması;
329
Dərslik. SDU - 55
Ölkədə biznesin səmərəliliyi və sahibkarlığın inkişafı ilə bağlı
proseslərin səviyyəsinin qiymətləndirilməsi, əmək ehtiyatla-
rından istifadənin modelləşdirilməsi, məhsuldarlığın təmin
olunması;
milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına imkan verən
infrastruktur şəbəkəsinin yaradılması, baza infrastruktur
obyektlərinin tikilməsi, elmi və texnoloji infrastrukturun möh-
kəmləndirilməsi, təhsil və səviyyənin infrastrukturunun müasir
tələblər səviyyəsinə qaldmılması;
maliyyə bazarlarının inkişafının təmin olunması və maliyyə
alətlərinin işləkliyinin obyektiv qiymətləndirilməsi, modemi-
zasiya proseslərinin təşkili;
milli iqtisadiyyatın innovasiyalaşdırılmasmm sürətləndirilməsi,
ali təhsilin səviyyəsinin yüksəldilməsi və bilik iqtisadiyyatının
formalaşdırılması;
ölkənin sənaye sektorunda ixracyönlü rəqabət qabiliyyətli
müəssisələr şəbəkəsinin və emal müəssisələrinin yaradılması,
ixrac potensialının artırılması;
kənd təsərrüfatı və aqrar sektorun elmi, müasir texnologiyalar
əsasında inkişafına nail olmaqla, ölkənin qida və ərzaq təhlü-
kəsizliyinin təmin olunmasına əlavə stimullann və potensialın
formalaşdırılması.
Azərbaycanda milli iqtisadiyyatın rəqabət qabiliyyətinin
gücləndirilməsi tədbirləri ölkəmizin rəqabət qabiliyyətinin artma-
sına imkan vermişdir. Belə ki, Azərbaycan özünün iqtisadi və eneqi
təhlükəsizliyini gücləndirməklə, regionda və dünya ölkələri sırasında
imicini artırmışdır. Azərbaycan Avropanın mühüm enerji tərəf-
daşına çevrilmişdir. Azərbaycan regionda ən iri və dinamik inkişaf
edən milli iqtisadiyyata malik rəqabətqabiliyyətli ölkədir. Bundan
əlavə, Azərbaycan MDB ölkələri sırasında Ümumdünya İqtisadi
Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətlilik Məruzə-
sində birinci olmuş-dünya ölkələri içərisində 35-ci yerdə qərarlaş-
mışdır.
330
A z^rbaycan iqtisadiyyatı
Müasir dövrdə Azərbaycanın iqtisadi təhlükəsizliyin təmin edilməsi
mexanizmlərinin daha da təkmilləşdirilməsi və yenilənməsi lazım gələcəkdir.
Artıq bu proseslər başlamışdır. Dünyada baş verən iqtisadi transformasiyalar,
qlobal iqtsadi çağırışlardan yaranan təhlükələr milli iqtisadiyyatın iqtisadi
təhlükəsizliyinin daha da gücləndirilməsini şərtləndirir. Ölkəmizdə Strateji Yol
Xəritələri çərçivəsində yaxın və uzaq perspektivdə həyata keçiriləcək strateji
tədbirlər milli iqtisadiyyatın təhlükəsizliyinin daha etibarlı formada təmin
olunmasına əlavə potensial yaradacaqdır.
Özünüyoxlama sualları:
1. İqtisadi təhlükəsizlik anlayışı və onun mahiyyəti.
2. Müstəqilliyin bərpasından sonra Azərbaycanda iqtisadi təhlükəsizliyin
gücləndirilməsini şərtləndirən amillər.
3. Azərbaycan Respublikasının milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik
konsepsiyaları.
4. Azərbaycanda iqtisadi təhlükəsizlik indikatorlannm vəziyyəti və
dinamikası.
5. Azərbaycanda ÜDM-in və adambaşına düşən ÜDM-in dinamikası.
Qeyri-neft sektoru ÜDM-nin payı.
6. Azərbaycanda yoxsulluğun səviyyəsi, milli gəlirin və adambaşına milli
gəlirin dinamikası.
7. Azərbaycanda sənaye məhsulunun ümumi həcmi, mədənçıxarma və emal
sənayesinin ümumi sənaye məhsulunda payı.
8. Azərbaycanda istehlak bazarının dinamikası və pərakəndə ticarət
dövriyyəsinin makrostrukturu.
9. Azərbaycanda pərakəndə ticarət dövriyyəsində ərzaq və qida
məhsullarının istehsalının dinamikası.
10. Azərbaycana xarici investisiyaların və qeyri-neft sektoruna xarici
investisiyalann cəlbinin dinamikası.
331
Darslik. SDU - 55
11. Azərbaycanda xarici dövlət borcunun dinamikası və ÜDM-ə olan nisbəti.
12. Qlobal şəraitdə Azərbaycanın rəqabətqabiliyyətlilik məsələləri və iqtisadi
təhlükəsizliyin müasir apektləri.
ƏDƏBİYYAT:
1. Ataşov B. İqtisadi təhlükəsizlik problemləri: Kölgə iqtisadiyyatının və
korrupsiyanın cilovlanmasma dair bəzi mülahi- zələr//“İqtisadiyyat və
audit”.-2008.->f28(98).-S.5-8.
2. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli
sərəncamı ilə təsdiq edilmişdir.
3. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmişdir. Bakı, 2012. -39 s.
4. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı
şəhəri, 21 yanvar 2013-cü il.
5. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir.
6. Cəfərova S.Z. Xarici iqtisadi əlaqələrinin güclənməsi şəraitində
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi
yollan. İ.fd. dissertasiyanın Avtoreferatı. Bakı, 2016.- 30 s.
7. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015, 185 s.
8. Əliyev Ş.T. İqtisadi diplomatiya. Dərs vəsaiti. Bakı, “Elm və təhsil”
2012.- 196 s.
9. Əliyev Ü.Q. Milli iqtisadiyyatda quruluş dəyişikliklərinin ümumi daxili
məhsulun strukturu və dinamikasına təsiri. http://www.diskurs.az.
332
Azfrbaycan iqtisadiyyatı
10. Əliyev Ü.Q. Keçid dövrünün milli iqtisadi problemləri. Monoqrafiya.
Bakı: Azəməşr, 2008.-358 s.
11. Həsənov Ə. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinə
konseptual yanaşma. http://az.strategiya.az/old/? m=xeber&id=235.
12. Hacıyev Ş.H. Azərbaycanın iqtisadi inkişafının model identi- fikasiyası.
“Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası”, Bakı:
Azəməşr, 2011-708 s.
13. İnkişafın Azərbaycan modeli: nəzəri-metodoloji konspektləri.
http://www.anl.az.
14. Qeyri-neft məhsullarının ixracının stimullaşdıniması ilə bağlı əlavə
tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Bakı şəhəri, 18 yanvar 2016-cı il.
15. Mehdiyev R.Ə. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: XXI
əsr. Yeni Nəşrlər evi, 2005. -464 s.
16. Məhərrəmov A.M. İqtisadi diplomatiya. Bakı, 2009, 373 s.
17. Mikayılova S.M. Azərbaycamın keçid dövründə iqtisadi təhlükəsizlik
problemləri və milli mənafelər, İ.e.d. dissertasiyasının Avtoreferatı.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan
Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutu, Bakı,
2010-49 s.
18. Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı
şəhəri, 29 iyun 2004-ci il. >f2712- IIQ.
19. Şəkərəliyev A., Şəkərəliyev Q. Azərbaycan iqtisadiyyatı: reallıqlar və
perspektivlər. Bakı, “Turxan”, NPB, 2016.-536 s.
20. Ajınee A.B. OopMHpoaaHHe H pasBHTHe
ƏKOHOMHnecKOH H HauHonajibHOH öeaonacHocxH
A3ep6aiiÄ>KaHCKOH PecnyÖJiHKH B coBpeMeHHbix
ycjıOBHflx. AsTope^epax ÄHCC. A-pa 3KOH. HayK. Eaxy, 2014.
- 59 c.
333
Azerbaycan iqtisadiyyatı
FƏSIL 12
AZƏRBAYCAN BEYNƏLXALQ İQTİSADİ
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ
727. Azərbaycan Beynəlxalq Əmək Bölgüsü sistemində.
12.2. Beynəlxalq İqtisadi Münasibətlərin Azərbaycan
iqtisadiyyatının dünya təsərrüfat sistemində
möhkəmləndirilməsində əhəmiyyəti.
12.3. Azərbaycanın tədiyyə balansı.
12.4. Azərbaycanın xarici ticarət siyasəti və xarici-iqtisadi
əlaqələri.
12.5. Azərbaycanda xarici ticarət dövriyyəsinin dinamikası və
strukturu.
12.6. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla əməkdaş-
hğı.
12.7. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil
olması prosesləri və perspektivləri.
12.1. Azərbaycan Beynəlxalq Əmək Bölgüsü sistemində
Azərbaycan müstəqilliyinin bərpasından sonra özünün beynəlxalq
iqtisadi münasibətlər sistemində yerinin müəyyənləşdirilməsi və
möhkəmləndirilməsi istiqamətində ardıcıl olaraq konseptual səviyyədə
tədbirlərin icrasına nail olmuşdur. Belə ki, ölkə özünün müstəqil iqtisadi
inkişaf modelini formalaşdırmış, xarici ticarət konsepsiyasını işləyib
hazırlamış və xarici ticarət əlaqələrinin genişləndirilməsi üçün iri miqyaslı işlər
görmüşdür. 1991-1993-cü illərdə ölkəmizdə makroiqtisadi sabitliyin təmin
edilməsi üçün cəhdlər o qədər də uğurlu olmamışdır. Yalnız 1994-cü ildən
başlayaraq, milli neft strategiyasının icra prosesləri ilə paralel olaraq, ölkədə
geniş miqyaslı islahatlar aparılmış, dünya iqtisadi və beynəlxalq əmək bölgüsü
sisteminə fəal inteqrasiya yolu seçilmişdir.
337
Dərslik, SDU - 55
Ölkədə apanlan iqtisadi islahatlann nəticəsi olaraq əhəmiyyətli
səviyyədə liberallaşdınlmış, ənənəvi xarici iqtisadi fəaliyyət sahələri üzrə
əsaslı tədbirlər görülmüş, qanunvericilik bazası gücləndirilmişdir.
Xarici-iqtisadi əlaqələrin təşkili mexanizmləri təmin edilmiş, milli valyutanın
kursu sabitləşdirilmiş və regional, dünya ölkələri ilə iqtisadi əməkdaşlıq
əlaqələri gücləndirilmişdir.
Azərbaycan bir çox ölkələrlə strateji əməkdaşlıq səviyyəsinə qədər
inkişaf edə bilmişdir (Türkiyə, Rusiya Federasiyası, Böyük Britaniya, İtaliya,
Ukrayna, Belarus, Qazaxıstan və s.). Azərbaycan özünün düşünülmüş xarici
iqtisadi fəaliyyət və xarici ticarət strategiyası nəticəsində dünyanın 140-145
ölkəsi ilə xarici ticarət əlaqələri qurmuşdur.
Azərbaycan Beynəlxalq Əmək bölgüsü sistemində ilk öncə özünün
üstün amilləri ilə möhkəmlənməyi strateji hədəf kimi qarşıya qoymuşdur. Milli
və milli iqtisadi maraqlar qorunmaqla ölkəmizin təbii və milli resurslanndan
səmərəli istifadə etməklə, dünya bazarlarında möhkəmlənmək Azərbaycanın
beynəlxalq əmək bölgüsü sistemində əsas vəzifələrindən biri kimi xarakterizə
oluna bilər. Bundan əlavə, Azərbaycan beynəlxalq əmək bölgüsü sistemində
xarici iqtisadi əlaqələrin daha səmərəli formalanna nail olmaq üçün geniş
həcmli tədbirlər həyata keçirir. Ölkəmiz özünün milli resurslanndan, ilk
növbədə neft-qaz resurslanndan uğurlu istifadə hesabına Beynəlxalq əmək
bölgüsü sistemində eneıji sektorunda güclü mövqeyə nail ola bilmiş və etibarlı
tərəfdaş imicini qazanmışdır. Ticarət, elmi-texniki, kapitalın cəlb edilməsi və
s. bu kimi səmərəli beynəlxalq əmək bölgüsü prinsiplərindən istifadə etməklə,
ölkə iqtisadiyyatının modernləşdirilməsi, onun müxtəlif sahələrinə müasir
texnologiyalann və idarəetmə metodlannın gətirilməsi, xarici investisiyalann
cəlbi miqyasının genişləndirilməsi prosesləri davam etdirilməkdədir.
338
ÄzBrbaycan iqtisadiyyatı
12.2. Beynəlxalq İqtisadi Münasibətlərin Azərbaycan
iqtisadiyyatının dünya təsərrüfat sistemində
möhkəmləndirilməsində əhəmiyyəti
Hazırda böyük əminliklə qeyd etmək olar ki, Azərbaycan özünün milli
iqtisadi inkişaf modelinin sürətli inkişafı hesabına dünya təsərrüfat sisteminin
bir parçasına çevrilmiş və onun tərkib hissəsinə daxil olmuşdur. Başqa sözlə,
Azərbaycan özünün milli iqtisadiyyatının dünya təsərrüfat sisteminə
inteqrasiya olunması proseslərini əsasən başa çatdırmışdır. Bu proseslərin
mahiyyəti, ilk növbədə dünya iqtisadi proseslərinin tərkib hissəsi olaraq
ölkəmizin milli iqtisadi maraqlarının reallaşdırılması, xarici iqtisadi əlaqələrin
səmərəliliyinin yüksəldilməsi müstəqil xarici ticarət, inteqrasiya, valyuta,
maliyyə və investisiya siyasətinin yürüdülməsi, beynəlxalq ticarət-iqtisadi və
investisiya əlaqələrinin genişləndirilməsi ilə bilavasitə bağlıdır.
Beynəlxalq iqtisadi münasibətlər sistemində Azərbaycan
iqtisadiyyatının müasir mövqeyini və inkişaf meyillərini bunlarla
xarakterizə etmək mümkündür:
- Azərbaycan iqtisadiyyatı Beynəlxalq iqtisadi münasibətlər sistemindən fəal
istifadə etməklə, dünya iqtisadi proseslərinə əhəmiyyətli şəkildə
inteqrasiya olunub və bu proseslər ildən-ilə dərinləşməkdədir;
- Ölkəmiz dünyanın aparıcı və güclü iqtisadiyyata malik dövlətləri ilə sıx və
strateji əməkdaşlıq əlaqələrinə nail olmuşdur və bunlann arasında ABŞ,
Çin, Almaniya, Yaponiya, Cənubi Koreya kimi dövlətlər də vardır;
- Azərbaycan özünün təbii ehtiyatlarından və milli resurslarından istifadə
edilməsi istiqamətində dünya səviyyəli hasilat və nəqletmə layihələrinin
reallaşdırılmasına nail olmuşdur və bu istiqamətdə yeni strateji neftqaz
layihələri üzrə kontraktlann imzalanması təmin edilmiş və icra olunması
nəzərdə tutulmuşdur;
339
DarsHk. SDU- 55
- Ölkəmiz beynəlxalq ticarət-iqtisadi əlaqələrinin diversifıkasiyası hesabına
qeyri-neft ixrac məhsullannm milli brendlər altında dünya bazarlanna
çıxarılması və bu bazarlarda möhkəmlənməsində israrlıdır. Bunlarla bağlı
kompleks tədbirlərin icrasına başlanmışdır;
- Azərbaycan Beynəlxalq iqtisadi təşkilatlarla və iqtisadi qurumlarla sıx,
faydalı və səmərəli əməkdaşlıq münasibətlərini formalaşdırmağa nail
olmuşdur və bu amilin özü Azərbaycanın beynəlxalq imicini əhəmiyyətli
səviyyədə yüksəltmişdir;
- Milli iqtisadiyyatın diversifıkasiyasmm genişləndirilməsi və rəqabət
qabiliyyətinin gücləndirilməsi istiqamətində Azərbaycan dünya
bazarlannda özünün mövqeyini möhkəmlətməyə, bir qrup yeni
məhsullarla dünya bazarlanna çıxmaq potensialına malikdir və bu
istiqamətlərdə real tədbirlərin icrasına start verilmişdir;
- Azərbaycan mal və əmtəələrin beynəlxalq ticarəti proseslərində, beynəlxalq
kooperasiyanın inkişafında, beynəlxalq elmi-texniki inkişafın
gücləndirilməsində maraqlı olan və bazar iqtisadiyyatına malik ölkə kimi
dünyanın digər dövlətləri ilə qarşılıqlı milli iqtisadi maraqlar çərçivəsində
iqtisadi əmək-daşlığa açıq ölkə statusunu artıq təsdiq etmişdir. Bunun
bariz nümunəsi kimi ölkəmizə hasilat sənayesi ilə yanaşı, qeyri-neft
sektoru sahələrinə də xarici investisiyaların həcmi ildən-ilə artmaqdadır və
xarici investorlann bu sahəyə maraqları yüksəlməkdədir.
12.3. Azərbaycanın tədiyyə balansı
Azərbaycanın real iqtisadi-maliyyə resurslannm və valyuta
ehtiyatlannm, makroiqtisadi - maliyyə sabitliyinin, ölkənin aktivlərinin və
passivlərinin obyektiv qiymətləndirilməsində ölkənin tədiyyə balansının rolu
böyükdür. Tədiyyə balansı dövlətin iqtisadi siyasət mexanziminin mühüm
elementlərindən biri kimi çıxış edir. Beynəlxalq iqtisadi münasibətlər
sistemində xarici ödəmələrin optimal və yüksək səviyyədə təşkili vacib
şərtlərdən sayılır.
340
Azərbaycan iqtisadiyyatı
Tədiyyə balansı (balance of payments) - ölkənin maliyyə və pul
siyasətinin və xarici iqtisadi əlaqələr üzrə siyasətinin mühüm
mexanzimlərindən biridir. Bu balans vasitəsilə ölkənin makroiqtisadi və
beynəlxalq iqtisadi münasibətlər sistemində iqtisadi fəaliyyətinin əsas
göstəriciləri toplanılır. Tədiyyə balansı vasitəsilə ölkəmizin rezidentlərinin
qeyri-rezidentlərlə müəyyən hesabat ili ərzində apanlan beynəlxalq
hesablaşmalann statistik məcmusu formalaşdınlır və bu hesabatlar adətən illik
olaraq apanlır.
Tədiyyə balansı anlayışı XVIII əsrdə Ceyms Styuartm elmi- nəzəri
fikirləri əsasında formalaşmışdır. 1767-ci ildə işıq üzü görmüş “Siyasi iqtisadın
prinsiplərinin tədqiqi haqqında” əsərində belə qənaətə gəlmişdir ki, ölkənin
milli sərvətlərinin artması ilk növbədə daha fəal ticarət saldosu hesabına
mümkündür. O, tədiyyə balansına vətəndaşlann xaricdəki xərcləri, xaricilərə
olan əsas borclar və faizlər üzrə ödənişləri və başqa ölkələrə pul borclarının
verilməsini daxil etmişdir. Məlum olduğu kimi bu əməliyyatlann hamısı xarici
iqtisadi fəaliyyətə aid əməliyyatlardır. Tədiyyə balansının mühüm rezidentləri
kimi hər hansı bir ölkənin daimi məskunlaşmış fiziki şəxsləri, müvafiq
qanunvericiliyə əsasən yaradılmış müəssisə və təşkilatlar və dünyanın digər
ölkələrində fəaliyyət göstərən diplomatik korpusun subyektləri, məsələn
səfirliklər, ticarət nümayəndəlikləri, ölkə şirkətlərinin və kompaniyalarının
nümayəndəlikləri, xarici filialları və s. çıxış edirlər.
Tədiyyə balansı üzrə toplanan statistik məcmuya əsasən ölkəyə valyuta
daxil olmalanni əks etdirən əməliyyatlar, mal və xidmətlərin ixracı, borclar
üzrə ödənişlər və transferlər, xarici aksiya- lann və səhmlərin sahiblərinə
ödənilən faiz və dividentlər, xaricdən alınan borc və investisiyalar, xaricdə
formalaşdırılan ehtiyatlar, o cümlədən valyuta ehtiyatlan və s. daxildirlər.
Tədiyyə balansının beynəlxalq praktikaya uyğun olaraq daha çox
istifadə olunan formaları, qrupları arasında ticarət balansı (ixrac və idxal
arasında olan informasiyalar), ticarət və xidmət balansı
341
Dərslik. SDU - 55
(milli gəlir və istehlakın səviyyəsi üzrə göstəricilər), cari əməliyyatlar üzrə
balans (ölkənin iqtisadi vəziyyətini xarakterizə edən göstəricilər), bazis balansı
(valyuta kurslarını və onun artım tempini göstərməklə cari hesablar
balansından, qısamüddətli kapitalın hərəkəti üzrə balansdan ibarətdir),
avtonom hesablar balansı (ölkənin inkişaf səviyyəsinin analitik təhlili üçün
bazis balans rolunu oynayır), likvid balans (qısamüddətli milli balans
məcmusu), beynəlxalq investisiya borclar balansı (borclar üzrə öhdəliyin və
vəsaitlərin artması və ya azalması proseslərini əks etdirir) və s. fərqlənirlər.
Tədiyyə balansının quruluşu Beynəlxalq Valyuta Fondunun
mütəxəssisləri tərəfindən hazırlanmış tövsiyələr əsasında 112 maddədən və bu
maddələri özündə əks etdirən 7 qrupdan ibarətdir. Tədiyyə balansının
strukturunda əsas bölmələr kimi cari əməliyyatlar hesabı (mal və xidmətlər,
gəlirlər və cari transferlər), kapital və maliyyə əməliyyatları hesabı (kapital
əməliyyatlan hesabı, qeyri- istehsal qeyri-maliyyə aktivləri və maliyyə hesabı)
və xalis səhvlər və buraxılışlar, tədiyyə balansının ümumi saldosu yer almışdır.
Azərbaycanda tədiyyə balansı hər hesabat ilinin yekunu üzrə Mərkəzi
Bank tərəfindən hazırlanır və dərc olunur. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 8 fevral tarixli qəranna görə tədiyyə balansının
hazırlanması Mərkəzi Banka həvalə olunmuşdur.
2016-cı ildə Azərbaycanın tədiyyə balansında 2015-ci illə nisbətdə
müəyyən müsbət nəticələrə nail olunmuşdur. Belə ki, tədiyyə balansının kəsiri
4,1 mlrd, dollar təşkil etmişdir. Müqayisə üçün bildirək ki, bu göstərici 2015-ci
ildə 9,2 mlrd, dollar olmuşdur. 2016-cı il ərzində ölkədən maliyyə hərəkətinin
çıxışları kifayət qədər azaldılmışdır. Cari Əməliyyatlar hesabında kəsirin
böyüməsi və
1,4 mlrd, dollara çatması isə son illərdə neft ixracından gələn daxilolmalann
azalması ilə bilavasitə bağlıdır. 2016-cı ilin yekununda Cari Əməliyyatlar
hesabı üzrə qeyri-neft bölməsində də azalmalar qeydə alınmışdır. Bu isə
bölmənin kəsirinin 5,8 mlrd.
342
Azerbaycan iqtisadiyyatı
dollar səviyyəsinə düşməsinə imkan vermişdir. Təəssüf ki, Cari Əməliyyatlar
hesabı üzrə ixrac 2015-ci ilə nisbətdə 2 mlrd, dollar azalmışdır. Bu maddə üzrə
azalma qeyri-neft sektorunda 23 %, başqa sözlə 338 mln. dollar təşkil etmişdir.
Bundan başqa, 2016-cı il ərzində təkrar gəlirlər maddəsi üzrə daxilolmalar və
xaricolmalarda müvafiq olaraq 49,4 % və 44 % azalma müşahidə olmuşdur.
2016- cı ildə qeyri-neft sektoru üzrə xarici ticarət kəsiri 357 mln. dollar
azalmışdır.
Ümumilikdə, 2016-cı ilin yekunu üzrə Azərbaycanın tədiyyə balansının
Cari Əməliyyatlar hesabı üzrə 1363 mln. ABŞ dollan həcmində kəsir əmələ
gəlmişdir, xarici ticarət balansı üzrə müsbət saldo 4,2 mlrd. ABŞ dolları
səviyyəsində olmuşdur. 2016-cı il ərizndə Azərbaycanın ehtiyat aktivləri 539
mln. ABŞ dolları həcmində azalmışdır və s.
12.4. Azərbaycanın xarici ticarət siyasəti və xarici-iqtisadi
əlaqələri
Xarici ticarət siyasəti ölkənin əsas iqtisadi prioritet siyasət
mexanizmlərindən hesab olunur. Bu siyasətin optimallığı şəraitində ölkə
iqtisadiyyatının inkişafının sürətləndirilməsi potensialını əhəmiyyətli
səviyyədə genişləndirmək mümkündür.
Xarici ticarət siyasəti - özündə xarici iqtisadi əlaqələrin tənzimlənməsi
üzrə siyasi, təşkilati və iqtisadi xarakter daşıyan tədbirlər sistemindən ibarətdir.
Xarici ticarət siyasəti - hər bir ölkənin iqtisadi siyasətinin mühüm bir
hissəsidir və bu siyasətin məqsədi ölkənin iqtisadi inkişafına əlavə stimullar və
təkan verməkdir.
Xarici-iqtisadi əlaqələr üzrə dövlət siyasəti - özündə dünya ölkələrinin
və regionlarının bir-biri ilə xarici iqtisadi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət
mübadiləsi, alqı-satqı əməliyyatlannı təşkil edən kompleks tədbirlər sistemini
birləşdirir.
343
Dsrslik. SDV - 55
Xarici-iqtisadi əlaqələr üzrə dövlət siyasəti - ilk növbədə dövlətin
strateji hədəfləri olmaqla, dövlət səviyyəsində xarici- iqtisadi əlaqələrin
tənzimlənməsi, ölkənin beynəlxalq əmək bölgüsündə ixtisaslaşması
imkanlanmn müəyyənləşdirilməsi, beynəlxalq iqtisadi münasibətlər
sistemində fəal iştirakının təmin edilməsi, bu məqsdələrlə idxal və ixrac
siyasəti, valyuta siyasəti, xarici investisiyalann və beynəlxalq kapitalın
hərəkəti üzrə səmərəli mexanizmlərin işlənib hazırlanması kimi mühüm
vəzifələrin həyata keçirilməsi üçün dövlət siyasəti komponentlərini özündə
birləşdirir.
Xarici-iqtisadi əlaqələrin tənzimlənməsində dövlətin ən mühüm
funksiyalarına ölkənin milli maraqlanm və milli iqtisadi maraqlarını özündə
əks etdirən xarici-iqtisadi əlaqələr konsepsiyasının hazırlanması və həyata
keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, xarici investisiyalann
və iri kapitalın ölkəyə cəlbinin stimullaşdırılması, yüksək texnologiyalann və
mütərəqqi dünya təcrübəsinin ölkəyə gətirilməsinin, xarici ticarət fəaliyyəti
iştirakçılarına dövlət dəstəyinin təşkili və s. aiddir.
Azərbaycan özünün xarici ticarət əlaqələrinin genişləndirilməsi
məqsədilə balanslaşdınimış xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə dövlət
siyasəti mexanizmləri formalaşdırmışdır. Əvvəldə bildirdiyimiz kimi,
Azərbaycan dünyanın 140-145-ə yaxın ölkəsi ilə xarici-iqtisadi əlaqələrə
malikdir, bir çox ölkələrlə strateji tərəfdaşlıq səviyyəsi təmin olunmuşdur.
Şəkil 12.1-də Azərbaycanın xarici ticarət dövriyyəsində ilk 10 yerdə
qərarlaşan əsas tərəfdaşlar verilmişdir.
344
Ihuslik. SDV - 55
Şəkil 12.3-də isə 2016-cı ilin yekununda Azərbaycanın idxalında
əsas tərəfdaşlarının xüsusi çəkisi verilmişdir. İdxalda ən yüksək pay
Rusiya Federasiyasına aiddir - 19 %, sonrakı yerləri bu ölkələr
bölüşürlər: Türkiyə - 14 %, Çin - 8 %, Böyük Britaniya və ABŞ - 6 %,
Almaniya - 5 % və s. (bax: Şəkil 12.3).
A/.ərbnycanın idxalında əsas tərəfdaşların xüsusi çəkisi, %-lə (2016)
Yaponiya 3%
Ukrayna 3%
Norveç Digər ölkələr 29%
ABŞ
Böyük
Britanya
6%
Rusiya
Federasiyası
I9%'
Türkiyə 14%
Şəkil 12.3. Azərbaycanın idxalında əsas tərəfdaşların xüsusi çəkisi, %-lə, 2016-cı il. (ARDSK-nın məlııniatları əsasında müəllif tərəfindən ha/ırlanmışdır. lıttp:/Av\v\v.sfat.gov.az).
Şəkil 12.4-də isə Azərbaycanın ixracında 2016-cı ilin yekunu
üzrə əsas tərəfdaşların xüsusi çəkisi verilmişdir. İxracda ən yüksək pay
İtaliyaya məxsusdur - 17 %, Türkiyə - 12 %, Tayvan (Çinin əyaləti) - 9
%, İsrail və Almaniya hər biri - 7 %, Fransa, Hindistan və Rusiya hər
biri- 5 %, Gürcüstan - 4 % və s. (bax: Şəkil 12.4).
346
/1 Ztirhaycan Uıtisadiyyatı
etmoklə bərabər, iki dələdən çox artmışdır. 2006-2007-ci illərdə xarici
ticarət dövriyyəsi eyni səviyyədə qalmışdır. Lakin, 2008-ci ildə rekord
səviyyəyə - 54,9 mlrd, dollar səviyyəsinə çatmışdır və bu həmin dövrdə
neftin qiymətinin 1 barrel üçün 147 dollaradək qalxması ilə əlaqədar
olmuşdur. Sonrakı illərdə xarici ticarət dövriyyəsi qeyri-sabit olmuş və
əsasən neftin qiymətinin düşməsi və ya qalxması ilə tənzimlənmişdir,
çünki neft əsas ixrac maddəsi kimi çıxış etmişdir. Son illərdə isə -
2015-2016-cı illərdə azalma tendensiyası intensivləşmiş və 2016-eı ilin
yekununda xarici ticarət dövriyyəsi 21,7 mlrd, dollar təşkil etmişdir.
2016-cı ildə ixracın həcmi cəmisi 13,1 mlrd, dollar olmuşdur, müqayisə
üçün bu göstərici 2008-ci ildə 47,8 mlrd, dollar, 2010-cu ildə 26,6 mlrd,
dollar, 2015-ci ildə isə 16,6 mlrd, dollar təşkil etmişdir (bax: Şəkil
12.9).
Şəkil 12.10-da isə 2012-2016-cı illərə üzrə Azərbaycanın dünya
ölkə qrupları ilə ticarət dövriyyəsi öz əksini tapmışdır.
Azərbuycanın dOnya ölka qrupları ila xarici licarat dCvriyyasi, mln. $ (20İ2-2Üİ6)
Şokil 12.10. A/.orhaycanın dünya ölkələri üzrə xarici ticarət dövriyyəsi (gömrük məlııınatlarına görə), 2012-2016-cı illər, mln. .\BŞ dolları. (ARDSK-mn məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. httpı/Avww.stat.gov.az).
351
Dərslik. SDU -55
Şəkil 12.11-də isə 2012-2016-cı illər ərzində Azərbaycanda
idxalın quruluşu verilmişdir.
A/ərbaycandu idxalın quruliüftı, mln. $ (2012-2016)
4500
3500
3000
2500
2000
1500
500
Yeyinti
məhsull
an va diri heyvani
ar
İçkilər va
tütün
Vanaca qdan başqa qeyri- ərzaq xammal
1
Mineral yanaca
q- sürtkü yağlan
va analoji materia
Mar
Heyvan
va bitki
mənşəli
yağlar,
piylər va mumlar
Kimyav i
mallar va
digər
kateqor
iyalara
daxil
cdilraay
ən analoji məhsull
ar
Əsasan materia
lın növünə göra tasnin.>ş dirilən sənaye mallan
Maşınla
r va
naqliyy
al avadani ıqlan
Müxtali f
hazjr
məmula
dar
Digər kateqor isalara daxil edilməy
ən mallar
■ 2012 9583 353.2 333,9 84,7 96,7 969,6 20733 4023,6 748,1 113 ■ 2013 1063,9 400.2 324,1 141,6 69,1 933,9 1933,7 41733 749,1 9233 ■ 2014 982J 4693 1463 297,1 73.1 875 1778,5 3454,9 692,1 4193 ■ 2015 910İİ 360 211.9 150,1 71,6 8383 23623 3677,6 6313 3
■ 2016 1189.8 210 1873 2723 1273 896,4 1901,4 2820.1 910,6 16.8
Şəkil 12.11. Azərbaycan Respublikasında Beynəlxalq Standart Ticarət Təsnifatı üzrə idxalın quruluşunun 2012-2016-cı illərdə dinamikası, mln. .ABŞ dolları, (ARDSK-nın məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır. http:/Avwxv.stat.gov.az).
352
Dərslik. SDU - 55
Digər kati'qoriviilurıı duxil edilməyən
mallar
Müxtəlif lıa/ır məmulatlar
Maşınlar və nə(|llyyat avadanlıqları
Əsasən materialın növünə görə
təsnifləşdirilən sənaye malları Kimyəvi mallar
və digər kateqoriyalara daxil edilməyən analoji
məhsullar Heyvan və bitki mənşəli yağlar,
piylər və mumlar
Mineral yanacaq, sürtkü yağları və analoji
materiallar
^’anacaqdan başqa qeyri-ər/aq xammalı İçkilər
və tütün Yeyinti məhsulları və diri hevvanlar
500U IIMIÜÜ 15000 20000 25000
Y'eyinli
məhsull
arı və diri heyvani
ar
İçkilər və
tütün
Vanaca qdan başqa qeyri- ər/aq xammalı
Mineral
yanacaq ,
sürtkü
yajlları və analoji material
lar
Heyvan
və bitki
mənşəli
yağlar,
piylər və
mumlar
Kimyəvi
mallar və
digər
kateqori
yalara
daxil
edilməy
ən analoji məhsull
ar
Əsasən material
ın növünə görə təsnifləş dirilən sənaye malları
Maşınla r
və nəqliyya
t avadanlı qları
Müxtəlif ha/ır məmuia tlar
Digər kateqori yalara daxil edilməy
ən mallar
■ 2016 478,2 27,6 45,2 79.55,8 14.2 1.5.3,2 273,6 I03J 153 76,8 ■ 2015 625,1 35,2 25,8 11187,1 105,5 190,2 179,8 208,7 89 82,8 ■ 2014 648,3 44,6 33,9 20177,2 138,5 231,1 200,9 87,2 190,1 76,9 ■ 2013 646,8 41,7 47 22229,8 182,9 17.5,5 265,1 163,5 1493 72,9
■ 2012 617.6 29.7 83,1 22259,2 180,8 239,6 284,4 92,5 40,2 80.8
Şəkil 12.13. Azərbaycan Respublikasında Beynəlxalq Standart Ticarət Təsnifatı üzrə ixracın quruluşunun 2012-2016-cı illərdə dinamikası, mln. ABŞ dolları, (ARDSK-mn məlumatları əsasında müəllif tərəfindən bazırlanmışdır. bttpr/Avww.stat.gov.az).
Şəkil 12.I4-do isə 2016-cı ilin yekununda Azərbaycan
Respublikasında Beynəlxalq Standart Ticarət Təsnifatı üzrə ixracın quruluşu verilmişdir.
354
Dərslik. SDU - 55
12.6. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı
Dünya iqtisadiyyatının inkişaf prosesləri intensivləşdikcə və
genişləndikcə, dünya ölkələrinin iqtisadi inkişaf prioritetlərinin və iqtisadi
siyasətlərinin yaxınlaşması, uyğunlaşması baş verir. Bundan əlavə,
ölkələrarası kooperasiya və təsərrüfat əlaqələri qarşılıqlı səmərəli iqtisadi
münasibətləri formalaşdırmağı zəruri edir. Xüsusilə, 11 Dünya
Müharibəsindən sonra beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi və
bununla bağlı olaraq beynəlxalq iqtisadi qurumların formalaşdırılması zərurəti
xeyli güclənmişdir.
Beynəlxalq iqtisadi təşkilatların yaradılmasını şərtləndirən mühüm
amillərə aşağıdakılar daxildir:
- dünya ölkələrinin bir-biri ilə xarici iqtisadi əlaqələrini gücləndirmək istəyi;
- ölkələrarası iqtisadi əıməkdaşlığın genişlənməsinin tərəflər üçün faydalı
olması və səmərəliliyi;
- dünya ticarətinin genişləndirilməsinə mane olan baryerlərin aradan
qaldırılması;
- dünya əmtəə bazarlarında mal və xidmətlərin hərəkətinin sadələşdirilməsi
üçün ticarət-gömrük münasibətlərinin inkişaf etdirilməsi, tarif və
rüsumların azaldılması, gömrük rejimlərinin nizamlanması;
- “ümumi bazar” və “ümumi vahid” inteqrasiya məkanlan hesabına mal və
xidmətlərin məsrəflərinin azaldılmasının mümkünlüyü;
- beynəlxalq ticarət inteqrasiya kanallarında ümumi ticarət qaydalarının
bütün ölkələr üçün eyni olmasının, yəni rəqabət mühitinin subyektiv
amillərdən təmizlənməsi, münbit iqtisadi əməkdaşlıq və ticarət mühitinin
fomıalaşdırılması;
- dünya ölkələrinin regional və beynəlxalq səviyyədə təmsil olunmasına
şərait yaradılması;
356
Azərbaycan iqtisadiyyatı
- dünya ölkələrinin milli iqtisadi maraqlarının qorunması üçün beynəlxalq
səviyyədə özlərinin müdafiə edilməsi sisteminin for- malaşdırılmasmın
vacibliyi, hüquqi - normativ bazanın yaradılması və dünya səviyyəsində
ölkələrarası iqtisadi münasibətlərin tənzimlənməsi meyarlarının işlənib
hazırlanması;
- milli subyektlərin qanunvericilik aktlarının, normativlərinin və
standartlarının uyğunlaşdırılması;
- elmi texniki yeniliklərin, informasiyaların, mütərəqqi idarəetmə
metodlarının ölkələrarası mübadiləsinin təşkili;
- dünya ölkələrinin iqtisadi inkişaf proseslərində bir-birilərinə yardımçı ola
bilməsinin hüquqi və praktiki mexanizmlərinin işlənib hazırlanması və
həyata keçirilməsi;
- iqtisadi inkişaf və həyat səviyyəsi aşağı olan ölkələrə praktiki kömək
göstərilməsinin nizamlanması və təşkili;
- dünya iqtisadi proseslərinin intensivləşdinİməsi və səmərəlliyi- nin
artırılması məqsədilə daha optimal iqtisadi mexanizmlərin işlənib
hazırlanması;
- dünya iqtisadi, maliyyə, enerji, neft, valyuta böhranlarının təsirindən
qorunmaq üçün adekvat beynəlxalq iqtisadi immunitet mexanizmlərinin
müəyyənləşdirlməsi və reallaşdırılması;
- iqtisadi transformasiyalar və qloballaşma şəraitində dünya ölkələrinin
iqtisadi inkişaf mexanizmlərinin təkmilləşdiriməsi və rəqabət
qabililiyyətliyinin artırılması üçün qlobal iqtisadi mexanizmlərin
işlənməsi, hazırlanmsı və həyata keçirilməsi;
- ümumbəşəri iqtisadi problemlərə dünya ölklərinin birgə sistemli
yanaşmasının təmin olunması və s.
Birləşmiş Millətlər Təşkilatının əsas iqtisadi qurumları.
BMT- dünyanın ən iri və geniş sturktura malik beynəlxalq təşkilatıdır. Bura
bütün dünyada baş verən ən mürəkkəb problemlərin həlli
357
Dərslik, SDU-55
mərkəzi hesab olunur. 1943-cü il oktyabnn 30-da Moskvada (keçmiş SSRİ-nin
paytaxtı) SSRİ, Böyük Britaniya, ABŞ və Çinin iştirakı ilə imzalanan
Deklarasiyada dünyada sülhün və təhlükəsizliyin qorunmasını təmin edən
beynəlxalq təşkilatın tezliklə yaradılmasına çağırış səslənmişdir. Nəhayət,
1945-ci il aprelin 25-dən iyun 26-dək olan dövrdə ABŞ-da BMT-nin təsis
konfransı keçirildi. BMT-nin Nizamnaməsi rəsmi olaraq, 1945-ci il oktyabnn
24-dən qüvvəyə minmişdir və həmin tarix bu qurumun yaranma tarixi hesab
olunur. Onun tərkibində 30-dan çox müxtəlif ixtisaslaşdırılmış təşkilatlar,
qurumlar, komissiyalar, agentliklər fəaliyyət göstərirlər. Bu quruma 200-ə
yaxın dünya dövləti üzv kimi daxil olmuşdur. BMT-nin ştab - qərargahı
ABŞ-ın Nyu-York şəhərində yerləşir.
BMT-nin əsas missiyası - dünyada beynəlxalq sülhün və
təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, dövlətlər arasında
əməkdaşlığın gücləndirilməsidir. BMT-nin 1945-ci ildə qəbul edilmiş
Nizamnaməsində qeyd olunmuşdur ki, bu qurumun əsas məqsədi bütün
xalqların iqtisadi və sosial tərəqqisinə köməklik etməkdir. Bu orqan dünya
ölkələrinin və dünya regionlarının qlobal problemlərini operativ müzakirə
etmək və qərarlar vermək statusuna malikdir. BMT-nin başlıca
missiyalarından biri də dünya ölkələri arasında iqtisadi inteqrasiyanın
gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrə iqtisadi islahatların təşkilində
köməklik göstərməsi, dünyada yoxsulluğun və işsizliyin azaldılması, sosial
problemlərin həlli və sairlərdir.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı- TİK -1964-cü ildə
Cenevrədə (İsveçrə) Baş Assambleyanın qərarına əsasən yaradılmışdır. Bu
təşkilata BMT-nin 190-dan çox üzv dövləti daxildir və bir neçə
ixtisaslaşdırılmış agentliklər təşkilatda təmsil
358
Azerbaycan iqtisadiyyatı
olunurlar. TİK-in əsas vəzifəsi və funksiyalarına beynəlxalq səviyyədə
xammal, hazır məhsullar və yarımfabrikatlarla bağlı ticarət üzrə, nəqliyyat,
sığorta, xarici ticarətin kreditləşdirilməsi, texnologiyaların ötürülməsi və sair
sahələrin problemləri ilə məşğul olmaqdır. Bu təşkilat ticarət və inkişaf üzrə
BMT-nin əsas orqanıdır.
Sənaye İnkişafı üzrə Agentlik (SİA)- UNİDO- United Nations
İndustrial Development Organization - 1966-cı ildə yaradılmış və 1985-ci
ildə BMT-tərəflndən ona ixtisaslaşdırılmış Agentlik statusu verilmişdir. Bu
qurumun ştab -qərargahı Vyana (Avstriya) şəhərində yerləşir və qurumun
fəaliyyətinə Baş Direktor rəhbərlik edir. SİA-nın əsas missiyası keçid
iqtisadiyyatı dövrünü yaşayan və inkişaf etməkdə olan ölkələrdə sənayenin
inkişafına kömək göstənnəkdən ibarətdir. SİA-nın dünyanın müxtəlif
yerlərində - 34 ölkə və regional şöbələri, investisiyaların yönəldilməsi və
texnologiyalann ötürülməsinə kömək üzrə 19 şöbəsi və 9 texnoloji mərkəzləri
fəaliyyət göstərirlər, SİA-da ümumilikdə 660-a yaxın əməkdaş çalışır və
müxtəlif layihələrin, proqramların icrası zamanı ildə orta hesabla 2800
nəfərdən çox beynəlxalq və milli ekspertlər cəlb olunurlar.
BMT-nin İnkişaf Proqramı (BMTİP) -1965-ci ildə Baş
Assambleyanın köməkçi orqanı kimi yaradılıb. Əsas missiyası üzv dövlətlərə
çoxfünksiyah texniki və investisiya ərəfəsi maliyyə köməkliyinin
göstərilməsidir. BMTİP ilk növbədə inkişaf etməkdə olan ölkələrin mühüm
iqtisadiyyat sektorlarında islahatlar aparılmasına və inkişaf etdirilməsinə
yardım göstərir. Başlıca fəaliyyət istiqamətlərinə inkişaf etməkdə olan
ölkələrlə texniki əməkdaşlıq, ətraf mühitin qorunması, təbii resurslardan
səmərəli istifadə olunması, idarəetmə fəaliyyətinin inkişafı, yoxsulluqla
mübarizə və sairlər daxildirlər.
359
Dərslik, SDU - 55
BMT-nin Avropa İqtisadi Komissiyası ( AİK)- 1947-ci ildə təsis
edilmiş və 1951-ci ildən isə BMT-nin daimi orqan statusunu almışıdır.
Qurumun Katibliyi Cenevrədə ( İsveçrə) yerləşir və ildə bir dəfə sessiya təşkil
olunur. AİK-in işçi orqanları komitələrdən ibarətdir və bu qurum əsas etibarı
ilə enerji resurslarından səmərəli istifadə olunması, elmi-texniki əməkdaşlıq,
ticarətin inkişafı, nəqliyyatdan səmərəlili istifadə və sair prioritet istiqamətlər
üzrə fəaliyyət göstərir,
BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası
(ASOİSK)- 1947-ci ildə yaradılmışıdr və ildə bir dəfə qurumun ali orqanı olan
Sessiya toplanır. Qurumun cari fəaliyyətini Banqkokda ( Tayland) yerləşən
Katiblik həyata keçirir.
BMT-nin Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyası (QAİSK)
-1974-cü ildə regionun 14 ölkəsindən ibarət olaraq yaradılmışdır. Qurumun
əsas məqsədlərinə regonun təbii ehtiyatlarından səmərəli istifadə olunması və
üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir.
Komissiyanın ali orqanı iki ildə bir dəfə çağırılan Plenar Sessiyadır. Qurumun
Katibliyi Bağdad (İraq) şəhərində yerləşir.
BMT-nin Latın Amerikası və Karib hövzəsi üçün İqtisadi
Komissiyası (LAKİK)- 1947-ci ildə BMT-nin regional orqanı kimi təsis
edilmişdir və əsas vəzifəsi region ölkələrinin iqtisadi inteqrasiyasının
genişləndirilməsi, sosial - iqtisadi problemlərin həlli, təbii ehtiyatlardan
səmərəli istifadə olunmasıdır,
BMT-nin Afrika üçün İqtisadi Komissiyası -1958-ci ildə təsis
olunmuşdur və əsas məqsədlərinə Afrika ölkələrində mövcud problemlərin və
iqtisadi potesialın öyrənilməsi bu qitənin iqtisadi inkişafına əlavə stimulların
verilməsidir.
360
Azerbaycan iqtisadiyyatı
BMT-nin əsas ixtisaslaşdırılmış təşkilatlarından biri də Beynəlxalq
Əmək Təşkilatıdır (BƏT) - Bu təşkilat dünyada əmək münasibətlərini
tənzimləyən, bu sahədə səmərəli fəaliyyət göstərən və BMT-nin tərkibinə daxil
olan ixtisaslaşdırılmış qurumdur. BƏT sosail-iqtisadi, insan və əmək
hüquqlarını müdafiə edən beynəlxalq təşkilatdır. 1919-cu ildə I Dünya
Müharibəsindən sonra Versal müqaviləsi əsasında BƏT-in yaradılmasına qərar
verilmişdir. Elə həmin ildə bu qurumun konstitusiyası qəbul olunmuşdur.
1919-cu ilin oktyabr ayında ABŞ-ın Vaşinqton şəhərində keçirilən I
Beynəlxalq Əmək Konfransında BƏT-in 6 konvensiyası qəbul olunmuşdur.
1946-ci ildə BƏT yeni yaradılmış BMT-nin ixtisaslaşdırılmış bölməsi
statusunu alır. 1960-cı ildə BƏT-in Cenevredə (İsveçrə) Beynəlxalq
Sosial-Əmək tədqiqatları İnstitutu, 1965-ci ildə Turində (İtaliya) Beynəlxalq
Təhsil Mərkəzi təşkil olunur. BƏT-ə daxil olan üzv ölkələrin sayı - 185-ə
yaxındır. BƏT 1969-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür.
Qurumun mənzil qərargahı Cenevrədə (İsveçrə) yerləşir.
Azərbaycanın BMT ilə əlaqələri - son 25 ildə formalaşmış və intensiv
inkişaf fazasına qədəm qoymuşdur. Azərbaycan 1992-ci il martın 2-də
BMT-nin üzvlüyünə qəbul olunmuşdur. Ölkəmiz BMT ilə bir çox sahələrdə, o
cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Sənaye İnkişaf Təşkilatı və
BƏT ilə sıx əməkdaşlıq edir. Müxtəlif layihə və proqramlar yaşayış
standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin
həyata keçirilməsinə xidmət edir. Azərbaycan ilk dəfə 24 oktyabr 2011-ci ildə
BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçilmişdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilat. İƏİT- üzv dünya dövlətləri
arasında ticarətin liberallaşdırılması, çoxtərəfli hesablaşma sisteminin
yaradılması, iqtisadi əməkdaşlığın stimullaşdıniması.
361
Dərslik. SDU - 55
İqtisadi artımın və maliyyə sabitliyinin qorunması üzrə birgə tədbirlərin işlənib
hazırlanması, inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki köməyin
göstərilməsi üzrə kompleks tədbirləri həyata keçirən beynəlxalq iqtisadi
təşkilatdır. İƏİT- 1960-cı ildə Paris (Fransa) şəhərində təsis edilmişdir və bu
quruma 31 ölkə daxildir (Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya,
Macanstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya,
İtaliya, Kanada, Lüksemburq, Meksika, Niderland, Yeni Zellandiya, Norveç,
Polşa, Portuqaliya, Cənubi Koreya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Çexiya,
İsveçrə, İsveç, Yaponiya, Sloveniya və Slovakiya).
G-7- G- 8 qrupu - 1975-ci ildə təsis edilmişdir. Bu qrupun əsas missiyası
dünya iqtisadiyyatında baş verən ən aktual məsələlərin və mühüm
problemlərin illik müzakirəsinin təşkilidir. Qrupa ABŞ, Yaponiya, Almaniya,
Böyük Britaniya, Fransa, İtalya və Kanada daxildirlər. 1997-ci ildən etibarən
Rusiya da bu qrupun işinə dəvət olunmuşdur.
G-20 qrupu - 1999-cu il sentyabr ayının 25-də Vaşinqtonda (ABŞ)
təşkil olunmuşdur və beynəlxalq forum statusunu daşıyır. Əsas missiyası
iqtisadi və maliyyə siyasətinin mühüm məsələləri üzrə geniş dialoqun təmin
edilməsi və dünya iqtisadiyyatının davamlı inkişafına əlavə stimullann
verilməsidir. Bu qrupa daxil olan ölkələrə Argentina, Avstraliya, Brazilya,
Böyük Britaniya, Almaniya, İndoneziya, Hindistan, İtalya, Kanada, Çin,
Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Afrika
Respublikası, Cənubi Koreya, Yaponiya aiddirlər. Bundan əlavə qrupun işində
Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı və Dünya Bankı rəhbərliklərinin
nümayəndələri iştirak edirlər.
362
Azerbaycan iqtisadiyyatı
Avropa İttifaqı (Aİ- European Community- ES) inteqrasiya qurumunun
yaradılmasını şərtləndirən mühit və amillər.
1950-ci illərin əwələrindən iri Qərb ölkələri -Böyük Britaniya və Fransanın,
həm də ABŞ rəhbərliklərinin birgə planlanna və strateji məqsədlərinə əsasən
Aİ-nin yaradılması üzrə əsas məsələlərin müzakirəsini sürətləndirməyə
başladılar və zəruri hazırlıqlar görüldü. Artıq 1950-ci ilin iyun ayının 20-də bu
məsələlər üzrə ilk döv- lətlərarası komiisiya işə başladı. Aİ-nin əsas missiyası
və başlıca məqsədi-sülhün qorunması, iqtisadi inteqrasiya və siyasi
birləşmənin təmin edilməsi üzrə strateji hədəflərin reallaşdınimasıdır.
Aİ-nin yaradılması və üzv ölkələrin qəbul edilməsi xronologiyası:
- 1951-ci il aprel ayının 18-də Avropa Kömür və Polad Birliyi (AKPB-
ECSC) təsis edilmişdir;
- 1957-ci il mart ayının 25-də 6 dövlətin nümayəndələri tərəfindən Avropa
Atom Eneıjisi Birliyi (Avroatom) yaradılmışdır;
- 1957-ci ildə bu iki qurumun əsasında Avropa İqtisadi Birliyinin (AİB)
yaradılması mümkün olmuş, həmin il Roma müqaviləsi qəbul edilmiş və
AİB haqqında müqavilə 1958-ci il yanvarın
1-dən qüvvəyə minmişdir (bu müqaviləni imzalayan 6 dövlət sırasında
AFR, Fransa, İtaliya, Belçika, Hollandiya və Lüksemburq yer almışdır);
- 1973-cü il yanvarın 1 -dən AİB-ə 3 yeni dövlət İngiltərə, İrlandiya və
Danimarka daxil olmuşdur;
- 1981 -ci ildə Yunanıstan quruma üzv qəbul olunmuşdur;
- 1986-cı ildə İspaniya və Portuqaliya AİB-ə daxil olmuşlar;
- 1992-ci ildən isə AİB Aİ adlandırılmışdır;
363
D9rslik. SDU - 55
- 1995-ci ildə Aİ-yə Avstriya, Finlandiya və İsveç üzv qəbul edilmişlər;
- 2004-cü ildə Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr,
Slovakiya, Sloveniya, Malta və Macanstan quruma daxil olmuşlar;
- 2007-ci ildə Rumıniya və Bolqarıstan Aİ-nin yeni üzvləri kimi quruma
qəbul edilmişlər;
- 2013-cü ildə Xorvatiya Aİ-yə qəbul olunmuşdur.
Hazırda Aİ-nin ərazisi 4418.6 min kv.km.-dir. Bu quruma daxil olan
ölkələrdə 496 milyon nəfərə yaxın insan yaşayır. Qurum özündə 28 Avropa
dövlətini birləşdirir. Qeyd etdiyimiz kimi Aİ dünyanın əsas iqtisadi güc
mərkəzlərindən biri hesab olunur və bu qurumun dünya iqtisadiyyatında payı
30 faizdən çoxdur.
Aİ-nin strukturu və əsas orqanları aşağıdakılardır:
- Avropa parlamenti - Nazirlər Şurası və Avropa Komissiyasının fəaliyyətinə
nəzarət edir, büdcə siyasətini müəyyənləşdirir və təsdiq edir;
- Avropa Şurası - Ali siyasi qurumdur;
- Nazirlər Şurası- quruma daxil olan ölkələrin hər birindən bir nazir daxil
olmaqla formalaşır və əsasən siyasi və iqtisadi qərarlar qəbul edirlər. Şura
ümumi iqtisadi siyasəti formalaşdınr və prioritet iqtisadi inkişaf
istiqamətlərini müəyyənləşdirir;
- Avropa Komissiyası- icraedici orqan statusuna malikdir və iqtisadi,
maliyyə, ictimai sahələrlə bağlı işləri koordinasiya edir, gömrük rejiminə,
vergi siyasətinə əməl olunmasına nəzarət funksiyasını həyata keçirir. Bu
komissiya sosial, regional, aqrar fondlann maliyyələşdirilməsi və istifadəsi
proseslərini idarə edir.
364
Azerbaycan iqtisadiyyatı
qanunvericilik aktlannı normativ sənədlərin uyğunlaşdınimasını həyata
keçirir;
- Avropa məhkəməsi- 13 nəfədən ibarət olan ali məhkəmə hesab
olunur və üzv dövlətlər arasında hüquqi məsələləri tənzimləyir.
Aİ-nin iqtisadi siyasətində Vahid Daxili Bazar-prinsipi əsas yer
tutur. Bu prinsipə əsasən üzv olan ölkələr arasında sərhədsiz məkan
formalaşmış, ticarət və iqtisadi əlqələrə mane olan baryerlər aradan qaldınimış,
başqa sözlə vahid iqtisadi inteqrasiya məkanı və ümumi daxili bazar
formalaşmışdır.
2007- ci ilin dekabr ayında Aİ-nin Portuqaliyanın Lissabon
şəhərində keçirilən sammitində bu qurumun fəaliyyətinin və xüsusilə idarəetmə
sisteminin təkmilləşdirilməsi, bunlarla bağlı islahatlann apaniması nəzərdə
tutulmuşdur və müasir dövrdə bu problemlər üzrə müzakirələr
intensivləşməkdədir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı. (QDİƏT)- 1992- ci il
iyun ayının 25-də Türkiyənin İstanbul şəhərində imzalanmış İstanbul
bəyannaməsi ilə yaradılmışdır. Bununla belə, bir neçə il ərzində bu təşkilatın
real fəaliyyəti mümkün olmamışdır. Təşkilatın təsis edilməsinin təşəbbüskarı
Türkiyə dövlətidir. 1998-ci il iyun ayının 5-də Ukraynanın Yalta şəhərində yeni
Əsasnamə imzalanmış və bu sənəd 1999-cu il may ayının 1-dən qüvvəyə
minmişdir. QDİƏT-in başlıca missiyası - region dövlətlərinin dünya
iqtisadiyyatına inteqrasiyasını sürətləndirmək, regional iqtisadi əməkdaşlığın
prioritet istiqamətlərini müəyyənləşdirmək və region dövlətləri arasında
iqtisadi əlaqələrin inkişaf etdirilməsinə əlavə stimullann verilməsidir.
QDİƏT-ə daxil olan üzv ölkələrə - Azərbaycan, Albaniya, Bolqanstan,
Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan,
Ukrayna və Serbiya aiddirlər.
365
Darslik. SDU - 55
Müstəqil Dövlətlər Birliyi. MDB - 1991-ci ilin dekabnn 8 - də yaranıb.
Həmin tarixdə Rusiya, Ukrayna və Belarus arasında “Müstəqil Dövlətlər
Birliyinin yaradılması haqqında Saziş” imzalanmış və MDB təsis edilmişdir.
1991-ci il dekabnn 21-də Alma-Ata (Qazaxıstan) şəhərində Azərbaycan,
Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan,
Özbəkistan və Gürcüstan MDB-yə daxil olmuşlar. Alma-Ata Deklarasiyasında
SSRİ-nin ləğv olunması bildirilmiş və MDB yaradılması qeyd edilmişdir.
2008-ci ilin avqustunda Gürcüstan rus ordusunun bu ölkəyə daxil olmasından
sonra, qurumun üzvlüyündən çıxmışdır. Ukrayna da2014-cü ilin mart ayında
Rus ordusunun Knma daxil olmasından sonra həmin qurumun üzvlüyündən
çıxmışdır. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi statusunda iştirak
edir. Azərbaycanın MDB-yə tam hüquqlu üzv olması 1993-cü ilin sentyabnnda
ölkə Parlamenti tərəfindən üzvlüyə daxil olmaq haqqında müvafiq qərann
ratifikasiya edilməsindən sonra mümkün olmuşdur. MDB-nin
Əsasnaməsi-1993-cü il yanvar ayının 22-də Minsk (Belarus) şəhərində qəbul
edilmişdir və bu qurumun İcraçı müdriyyətinin mənzil-qərargahı elə bu
şəhərdə də yerləşir.
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat GUAM - 1997-ci
il 10 oktyabrda Strasburqda (Fransa) 4 dövlətin - Azərbaycan, Gürcüstan,
Moldova və Ukrayna Prezidentlərinin imzaladığı Birgə Kommunike ilə
başlayır. 7 iyun 2001-ci ildə isə Yaltada (Ukrayna) keçirilmiş Zirvə
Toplantısında bu qurumun Beynəlxalq struktur kimi formalaşması və
institusionallaşması xeyli güclənmişdir. Belə ki, burada qəbul edilmiş Yalta
Xartiyası GUAM dövlətləri arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini
və istiqamətlərini müəyyənləşdirmişdir. GUAM-ın əsas missiyası - üzv
ölkələrin
366
Azerbaycan iqtisadiyyatı
regional iqtisadi maraqlarının qorunması, demokratiyanın
möhkəmləndirilməsi, dövlətlərin iqtisadi inkişafının və təhlükəsizliyinin təmin
edilməsi, üzv ölkələrin dünya iqtisadiyyatına inteqrasiyasının gücləndirilməsi
və rəqabətqabiliyyətinin artınlmasıdır. GUAM-ın ştab qərargahı-Kiyev
şəhərində (Ukrayna) yerləşir.
Neft Ölkələri İxracatı Təşkilatı. OPEK-onu beynəlxalq kartel kimi də
xarakterizə etmək olar. Bu təşkilata iri neft istehsal- çılan olan 12 ölkə daxildir:
İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş
Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola. Bu təşkilatın
yaranması üçün ilk daimi konfrans 1960-cı ildə 10-14 sentyabrda Bağdadda
keçirilmişdir. İlk dəfə bu təşkilata İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və
bu təşkilatın yaradılmasının təşəbbüskan olan Venesuela daxil olmuşdur. Bu
təşkilatın ştab-qərargahı Vyanada (Avstriya) yerləşir. Sonradan bu təşkilata
1961-ci ildə Qətər, 1962-ci ildə Liviya, 1967- ci ildə Birləşmiş Ərəb
Əmirlikləri, 1969-cu ildə Əlcəzair, 1971-ci ildə Nigeriya, 2007-ci ildə
Ekvador, 2007-ci ildə Anqola daxil olmuşlar. 2008-ci ildə iri neft istehsalçısı
olan Rusiya bu təşkilata daimi müşahidəçi olması barədə bildirmişdir. OPEK
və onun fəaliyyətinin başlıca prinsipləri - neft hasilatı ölkələrinin fəaliyyətinin
və neft siyasətinin nizamlanması, neftin qiymətinin sabit saxlanması, alıcılara
neftin çatdınlmasmm sabit təmin edilməsi, neft sahəsinə qoyulan investisiya və
kapitaldan gəlirin götürülməsidir. Bu təşkilatın üzvü olan ölkələrin energetika
və neft nazirləri ildə 2 dəfə toplantılar keçirirlər və beynəlxalq neft bazannm
inkişafı və gələcəyi barədə proqnozlar verirlər. OPEK-in üzvü olan ölkələr
dünya neft ehtiyatının 2/3 hissəsinə nəzarət edirlər. Onlar dünyada çıxan neftin
və neft ixracının 40%-ni təşkil edirlər. Venesueladan başqa, OPEK-
367
Dərslik, SDU - 55
İn digər 1 1 üzvü hələ neft hasilatında pik neft nöqtəsini keçməyiblər. Dünyada
neftin qiymətinin ən maksimum həddi OPEK-də - 1 barrel üçün 140,73 ABŞ
dollan olmuşdur (3 iyul 2008 il). OPEK ölkələrindən Əlcəzair gündə orta
hesabla 1 ,3 mln. barrel, Anqola - 1,7 mln. barrel, Ekvador 0,5 mln. barrel, İran
- 3,7 mln. barrel, İraq
1,5 mln barrel, Küveyt - 2,5 mln barrel, Liviya - 1,7 mln. barrel, Nigeriya - 2,3
mln. barrel, Qətər - 0,8 mln. barrel, Səudiyyə Ərəbistanı - 8 , 8 mln. barrel, BƏƏ
- 2,5 mln. barrel və Venesuela -
2,3 mln. barrel neft hasil edirlər.
Davos İqtisadi Forumu - İsveçrənin qeyri-hökümət təşkilatı kimi
fəaliyyət göstərir və ildə bir dəfə Davosda toplanır. Burada keçirilən qlobal və
aktual müzakirələrdə, diskussiyalarda və disput- larda müxtəlif ölkələrin
dövlət başçılan, siyasi liderlər, görkəmli dövlət xadimləri, məşhur
biznesmenlər və jurnalistlər iştirak edirlər. Davos İqtisadi Forumunun əsas və
aktual müzakirə predmetlərinə - dünya iqtisadiyyatının qlobal problemləri,
müasir tendensiyalan, perspektiv istiqamətləri, xüsusilə, ətraf mühitin
qorunması və səhiyyə problemləri daha çox daxildirlər. Davos iqtisadi
forumunun yaranması tarixi 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus
Şvabın təsisçiliyi ilə baş tutmuşdur. O, həmin dövrdən bu vaxta kimi Forumun
dəyişilməz rəhbəri kimi qalmaqdadır. K.Şvab 450 şirkətin idarə heyətinin
rəhbərlərini Davos şəhərinə dəvət edərək, dünya iqtisadiyyatının
perspektivlərini araşdırmaq və ümumi strategiya yaratmaq üçün birinci
simpozium təşkil edib. 1970-ci illərin ortala- nndan başlayaraq, forumun illik
tədbirlərində müxtəlif ölkələrin hökümət nümayəndələri və dünyanın görkəmli
dövlət xadimləri, əhəmiyyətli iş adamlan iştirak etmişlər.
368
Azerbaycan iqtisadiyyatı
Azərbaycanın Davos İqtisadi Forumu ilə əməkdaşlığı - aktiv fazaya
daxil olmuşdur. Son illərdə Azərbaycan dövlətinin başçısı və yüksək
nümayəndə heyəti daimi olaraq, Davos İqtisadi Forumunun illik
müzakirələrində fəal iştirak edirlər. Bunlan yüksək dəyərləndirən Forumun
rəhbərliyi iri miqyaslı regional Forumlardan birinin Bakıda keçirilməsinə qərar
vermişdir.
2013- cü ilin 7-8 aprel tarixlərində baş tutmuş bu Forum “Cənubi
Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna
həsr edilmişdir. Forumun işində Azərebaycan Respublikasının Prezidenti
İlham Əliyev və Davos İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab
iştirak etmişdir.
12.7. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması
prosesləri və perspektivləri
Müasir dövrdə Azərbaycanın xarici iqtisadi əlaqələrinin
genişləndirilməsi, ixrac potensialının artırılması, xüsusilə ixrac təyinatlı
məhsulların çeşidinin çoxaldılması üçün bir çox strateji vəzifələrin yerinə
yetirilməsi zəruridr. Bunlardan biri də Azərbaycanın ÜTT-ə qəbul edilməsi
məsələsidir. Beynəlxalq ticarətin nizamlanmasında və beynəlxalq ticarət
siyasətinin formalaşdınlma- smda ÜTT-nın mühüm rolu vardır. Bu təşkilat
dünya səviyyəsində ticarət əməliyyatlarının liberallaşdın İması,
sərbəstləşdirilməsi və bu əməliyyatlann sürətləndirilməsi üçün ortaya çıxan
baryerlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
ÜTT ilk dəfə 23 sentyabr 1947-ci ildə Tarif və Ticarət üzrə Baş Saziş
bağlandıqdan sonra, 1948-ci ildə fəaliyyətə başlamışdır.
369
DsrsUk, SDU - 55
Dünya ölkələrinin inkişaf proseslərinin artması, ticarət əməliyyatlarının
genişlənməsi və yeni dövlətlərin yaranması ilə əlaqədar olaraq, bu təşkilatın işi
trasformasiyalara məruz qalmış, təkmilləş- dirilmələr aparılmış və nəhayət, bu
təşkilat 1995-ci il 31 dekabrdan etibarən yeni formatda, yəni indiki ÜTT
formatında fəaliyyətini davam etdirmişdir. Bu təşkilatın fəaliyyətinin əsasında
beynəlxalq ticarətin forma və prinsipləri üzrə çoxtərəfli sazişləri, qarşılıqlı
ticarət əlaqələrinin apanlması və nizamlanması qaydaları və ticarət üzrə digər
əməliyyatlann normativ əsaslarının işlənib hazırlanması və razılaşdırılması
durur.
ÜTT-in Uruqvay raundundan sonra (1994) ən mühüm prioritet
vəzifələrinə beynəlxalq ticarətin liberallaşdırılması, sərhədyanı mal, xidmət və
kapital axınının genişləndirilməsi, ticarət əməliyyatlarında süni baryerlərin
aradan qaldırılması, idxal və ixrac əməliy- yatlan üzrə ticarət rejimlərinin
iştirakçı ölkələr üçün qarşılıqlı surətdə sərfəli olması, iştirakçı ölkələr üzrə
milli ticarət və beynəlxalq siyasətlərin uyğunlaşdıniması, beynəlxalq ticarətin
artımının təmin edilməsi və bu ticarət üzrə normativ bazalann
təkmilləşdirilməsi, ticarət məsələlərinə dair beynəlxalq mübahisələrin
baxılması və həll edilməsi, iştirakçı dövlətlərin ticarət üzrə milli qanunlarının,
normativ aktların və xarici ticarət siyasətinin yaxmlaşdmlması və nəhayət,
qlobal ticarət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsidir.
Hazırda ÜTT-nın 160 tam hüquqlu üzvü vardır. 24 ölkə isə ÜTT-ə
daxil olmaq üçün müşahidəçi statusundadırlar. Azərbaycan da bu ölkələrin
sırasındadır. Azərbaycanın Ümumdunya Ticarət Təşkilatına üzv daxil
olmasına hazırlıq prosesləri isə 1997-ci ilin iyun ayından hökümətin bu
təşkilata üzv olması niyyətinin rəsmi
370
Azerbaycan iqtisadiyyatı
bildirməsi ilə başlanmışdır və həmin dövrdən Azərbaycan ÜTT-in işində
müşahidəçi kimi iştirak edir. Bundan əlavə, hökumətin qərarı ilə (23.07.1999,
JV2I6O) ölkədə ticarətin tənzimlənməsi və ÜTT-ə qəbul proseslərinin
sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuş, bu
məqsədlə əlaqələndirmə qrupu yaradılmışdır. 2009-cu ilin 24 iyulunda
Cenevrədə (İsveçrə) ÜTT-in işçi qrupunda bir çox üzv ölkələri Azərbaycanın
bu quruma daxil olmasının sürətləndirilməsini müdafiə etmişlər. Bu ölkələr
sırasında Türkiyə, ABŞ, Avropa Birliyi ölkələri, Kanada, Avstraliya, Cənubi
Koreya, Afrika ölkələri, Braziliya, Çin, Pakistan və digərləri olmuşdur.
Azərbaycan bir çox ölkələrlə ikitərəfli ticarət danışıqlannı başa vurmuş, bir sıra
ölkələrlə isə bu danışıqlar intensivləşməkdədir. ÜTT-in üzvləri olan ölkələrlə
ikitərəfli danışıqlar uzun bir proses olduğundan bu məsələlərin
intensivləşdirilməsi, Azərbaycanın bu quruma üzvlüyünün tezləşdirilməsinə
şərait verir.
2016-cı il 20-22 iyulda Cenevrədə (İsveçrə) Azərbaycanın ÜTT-ə üzv
olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupun 13-cü
iclası keçirilmişdir. Azərbaycanın əsas tələbi ÜTT-ə daxil olduğu halda, inkişaf
etməkdə olan ölkələrin statusuna bərabər status almaqdan və ölkəmizin kənd
təsərrüfatı sektorunun inkişafının sürətləndirilməsini təmin etməkdən ibarətdir.
Özünüyoxlama sualları:
1. Azərbaycan Beynəlxalq Əmək Bölgüsü sistemində.
2. Beynəlxalq İqtisadi Münasibətlərin Azərbaycan iqtisadiyyatının dünya
təsərrüfat sisteminə inteqrasiyasında əhəmiyyəti.
3. Azərbaycanın tədiyyə balansı.
371
Dərslik. SDU-55
4. Azərbaycanın xarici ticarət siyasəti və xarici-iqtisadi əlaqələri.
5. Azərbaycanda xarici ticarət dövriyyəsinin dinamikası və strukturu.
6. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı.
7. Birləşmiş Millətlər Təşkilatı və onun iqtisadi qürumlan.
8. Avropa Birliyi və onun iqtisadi mahiyyəti.
9. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesləri və
perspektivləri.
ƏDƏBİYYAT:
1. Azərbaycanın Xarici Ticarəti. Statistik məcmuə. Bakı, 2017.- 230 s.
2. Azərbaycan və Rusiya arasında ticarət və iqtisadi əlaqələri, http
://www.aze. embrus-az.
3. Azərbaycan və Ümumdünya ticarət təşkilatı, www.wto.az.
4. Bayramov V. Azərbaycanın xarici ticarət dövriyyəsi. İqtisadi və Sosial
İnkişaf Mərkəzi, http://www.facemark.az.
5. BMT VƏ AZƏRBAYCAN -
http://test.fscaz.com/mid/index.php?options=content&id=561.
6. BMT VƏ AZƏRBAYCAN -
7. http://files.preslib.az/projects/republic/az/azr2_4.pdf.
8. Davos Forumu nədir? - http://www.publika.az
9. Davos Forumu nədir? - http://qafqazregion.az/10250-davos-
forumu-n%C9%99dir7.html.
10. Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-
http://www.mfa.gov.az/
372
Azerbaycan iqtisadiyyatı
11. Dövlət İnvestisiya siyasəti. Azərbaycan Respublikası İqtisadiyyat və
Sənaye Nazirliyi, http://www.economy.gov.az.
12. Dövlət borcu. Azərbaycan Respublikası Maliyyə Nazirliyi.
http://www.maliyye.gov.az.
13. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Dərs vəsaiti. Sumqayıt
Dövlət Universitetinin nəşriyyatı, 2015.-185 s.
14. Əliyev Ş.T. İqtisadi diplomatiya. Dərs vəsaiti. Bakı, “Elm və təhsil”
-2012.-196 s.
15. Əliyev Ş.T. Azərbaycanda strateji yol xəritələrinin gerçək-
ləşdirilməsində ixrac potensialının artırılması yolları // Audit, Xo 1,2017.
-S. 60-66.
16. Əliyev Ş.T. Azərbaycanda sənaye sektorunun və ixrac potensialının
gücləndirilməsinin konseptual istiqamətləri// İpək Yolu,Xo04,
2016.-S.35-42.
17. Əliyev E.V. Azərbaycanın Avropa İttifaqına ixracının müasir
vəziyyətinin təhlili // Azerbaijan Journal of Economics and Social
Studies/Number 2, Volume 1, 2015.
18. Gəncəliyev G.Ə., Ələkbərov Ə.R., Əliyev A.M., Həsənov N.Ə.
((Beynəlxalq iqtisadi münasibətlər», Bakı-2010, 395 s.
19. Gülalıyev M.G. Xarici ticarətə dövlət müdaxiləsi dərəcəsi və onun
makroiqtisadi təsirləri // “Elmi əsərlər”, AMEA İqtisadiyyat İnstitutu, X2
1, 2016. -S. 19-28.
20. Kərimli İ.A. ((Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri)),
Bakı, 2006-304 s.
21. Kərimli İ.A., Bayramov İ.R. Azərbaycanın idxal-ixrac əməliyyatları
üzərində valyuta nəzarətinin təkmilləşdirilməsi // Vergi jurnalı. 1(133) /
2017, 61-76 s.
22. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı -
373
Darslik. SDU-5 5
http://economy.gov.az/index.php/az/intemational/economic-
organizations/regional-organizations/bseco
23. Qənbərov F.Ə. Qloballaşma şəraitində Azərbaycanda iqtisadi artımın
təmin edilməsinin xarici iqtisadi amilləri. İ.e.d. dissertasiyanın
Avtoreferatı. Bakı, 2014.-60 s.
24. Qeyri-neft məhsullarının ixracının stimullaşdınlması ilə bağlı əlavə
tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Bakı şəhəri, 18 yanvar 2016-cı il.
25. Məhərrəmov A.M., Aslanov H.H. Xarici iqtisadi fəaliyyətin
tənzimlənməsi. Dərslik, Bakı, 2008,400 s.
26. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlan üzrə Strateji Yol
Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il.
http://www.president.az.
27. Xankişiyeva S. Natiq Əmirov: “İlham Əliyevin təşəbbüsü ilə yaradılmış
azexport.az portal Azərbaycanın mövqeyini daha da gücləndirmək
məqsədi daşıyır”, http://www.lnews.az.
28. Şəkərəliyev A.Ş. Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər.
Bakı, 2009 - 416 s.
29. Şəkərəliyev A., Şəkərəliyev Q. Azərbaycan iqtisadiyyatı: reallıqlar və
perspektivlər. Bakı, “Turxan”, NPB, 2016.-536 s.
30. Şəkərəliyev A.Ş., Şəkərəliyeva Z.A. Gömrük işinin təşkili və idarə
edilməsi. Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı. -2015.
-168 s.
31. Vəliyev D., Əsədov A. “Beynəlxalq iqtisadiyyat”. Dərslik. Bakı,
2012.-400 s.
374
ŞƏFA ƏLİYEV
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN
YARANMASININ 55 İLLİYİNƏ HƏSR OLUNUR
AZƏRBAYCAN İQTİSADİYYATI
Dərslik
Texniki redaktor:
Redaktor:
E.F.Həsrotova L.Ə.Məlikova
svv.
Çapa imzalanmışdır: 10.05.2018-ci il.
Şərti ç.v.23,5. Kağız formatı 60*84/'^*^
Sifariş No 13. Tiraj 1000 nüsxə.
Sumqayıt Dövlət Universitetinin
Redaksiya və nəşr işləri şöbəsi
Sumqayıt şəhəri, 43-cü məhəllə
Recommended