34
“Hacı Qara” əsərinin təhlili Mövzu: M.F. Axundzadə İsmayıllı şəhəri İ. Həsənov adına 1 saylı tam orta məktəbin müəllimi Məhərrəmova Mehriban VIII sinif

Hacı qara

Embed Size (px)

Citation preview

Page 1: Hacı qara

“Hacı Qara” əsərinin təhlili

Mövzu: M.F. Axundzadə

İsmayıllı şəhəri İ. Həsənov adına 1 saylı tam orta məktəbin müəllimi

Məhərrəmova Mehriban

VIII sinif

Page 2: Hacı qara

Məqsəd: 1.Əsərin mövzusu, ideyasını müəyyənləşdirir, müstəqil münasibət bildirir. 2.Əsərin məzmununa fərqli münasibət bildirir, mövqeyini şərh edir. 3.Söylənilən fikirlərə müstəqil münasibət bildirir. 4.Obrazların xarakterindəki başlıca xüsusiyyətləri əsərdən seçdiyi nümunələrlə aydınlaşdırır.5. Problemə fərqli mövqedən yanaşılır.Dərsin tipi: İnduktiv, bədii əsərin öyrənilməsiİş forması: Fərdi iş, bütün siniflə birgə işMetod və priyomlar: Debat, rollu oyun, müzakirə, sual-cavabTəchizat: Dərklik, kompyuter, Pover point proqramında hazırlanmış slaydlar, “Hacı Qara” filmindən parça Fənlərarası inteqrasiya: Azərbaycan tarixi,Azərbaycan dili, İnsan və cəmiyyət, Azərbaycan Respublikasının Konstitusiyası fənni

Page 3: Hacı qara

Nə vaxtsa sizi aldadıb hər hansı bir işi görməyə məcbur edən olubmu?

Bəs siz özünüz kimisə aldatmısınızmı?

Keçirdiyiniz hissləri yadınıza salın!

Page 4: Hacı qara

Gəlin 160- il əvvələ qayıdaq

Bu zaman hansı hadisələrin baş verdiyini ən yaxşı haradan öyrənə bilərik?

Mövzu xəsislikdir

İdeyası -- xəsisliyin, acgözlüyün tənqididir.

Bu əsərlə də milli teatrın əsası qoyuldu.1873-cü ildə

Söhbət hansı əsərdən gedir?

1852-ci- ildə yazılıb. Komediya janrındadır.

Hekayəti-mərdi xəsis və ya

Hacı Qara

Müəllifi M.F. Axundzadədir

Page 5: Hacı qara

5.Hekayəti-mərdi xəsis və ya Hacı Qara (1852)

Hacı Qara

XƏSİS

QORXAQ

TAMAHKAR

ACGÖZ

KOMİK

Heydər bəy

DRAMATİK

Qayğıkeş ana Tükəz

1. Mövzu xəsislikdir.2. İdeyası -- xəsisliyin, acgözlüyün tənqididir.3. Bu əsərlə də milli teatrın əsası qoyuldu.

Page 6: Hacı qara

Əsərdən nəyi öyrənə bilərik?

İndi gəlin görək yazıçı burada ancaq xəsisliyimi tənqid edir? Yoxsa daha böyük ideyaları verməyə çalışır?

Page 7: Hacı qara

Bilirik

Əməksevər, çalışqan insanlar heç vaxt heç kimə möhtac olmurlar. Çəkdikləri zəhmətin bəhrəsi insana sevinc bəxş edir.Elə insanlar da var ki, zəhmət çəkmədən firavan yaşamaq istəyirlər.

Heydər bəy toyunu edib gəlinini gətirmək üçün ona pul lazımdır. Pulu hansı yollarla əldə etmək olar?

Page 8: Hacı qara

Savadlı olmaq,elmlə məşğul olmaq,dövlət idarələrində çalışmaq

Ağılın gücüQolun gücü,fiziki güc

Əyri yollarla

Qaçaqmalçılıq, oğurluq, quldurluq, yolkəsmə.

Əkin-biçinlə məşğul olmaq, bağ becərmək,alış-verişlə məşğul olmaq.

Görək Heydər bəy hansı yolu seçir?

Page 9: Hacı qara

Bu yolun sonu hara aparır?

Qazamata

Cinayət: Murovun adamları Kərəməlini qaçaqmalı ilə tuturlarYüzbaşı və onun yasavulları Heydər bəydən şikayət edirlər ki, onların üstünə tüfəng və qılınc çəkiblər

Faktla bağlı cinayət işi açılir. Keçirilmiş istintaq əməliyyatı nəticəsində məlum olur...

Page 10: Hacı qara

1.Hacı Qara icazəsiz , heç bir sənədi olmadan sərhədi keçərək qaçaqmalı gətirmiş və bununla da qanunu pozmuşdur.2.Əgər vaxtında yetişməsə idilər, erməniləri öldürəcəkdi.3.Bu işdə tək olmayıb, bir qrup şəklində olublar.

Page 11: Hacı qara

Heydər bəy: Ohan həqiqətdə yalan danışır. Ondan ötrü ki, biz hamı altı adam idik, qaçaq mal gətirdik. Dörd yükümüz var idi, ermənilərə rast gəlib qorxudub qovduq, çıxıb gəldik. Ermənilərin soyulmağından bizim xəbərimiz yoxdur.Naçalnik: Heydər bəy, pasportsuz sərhəddən o taya keçib, qaçaq mal gətirib qaravulların üstünə tüfəng çəkibsiniz, qanuna görə sizi dustaq edib Qalaya aparmalıyam.

Sona xanım dilindən kağız verib Heydər bəyi zamına götürür. Heydər bəy də söz verir ki, Dağıstanda padşahın qoşunlarına qarşı vuruşsun.

Bu 19-cu əsrin ortalarında Azərbaycanda mövcud olan məhkəmə idi.

Heydər bəy: Naçalnik, ermənilərin tamam danışdıqları böhtandır.Naçalnik: Tatar tayfası tamam yalançı olur. Sən də o cümlədən, sözünüzə etibar eyləmək müşküldür.

MƏHKƏMƏ

Heydər bəy, bəs niyə utanmadın dedin ki, Ohan yalan danışır?

Page 12: Hacı qara

Kərəməlini mal ilə tuturlar. Dindirmə

İttihamçı: Sən kim ilə və nə zaman qaçaq mala getmişdin? Müttəhim Kərəməli: Heç vaxt İttihamçı: Səni yükün üstündə tutublar necə dana bilərsən?Kərəməli: Mənim o yükdən xəbərim yoxdur.İttihamçı: Sən at üstündə deyildin?Kərəməli: Bəliİttihamçı: Yükü atın üstünə kim qoyub?Kərəməli: Mənim xəbərim yoxdur.İttihamçı: Doğrusun de

Cinayət

XXI Əsrin əvvəlində MƏHKƏMƏ

Page 13: Hacı qara

Heydər bəy vəziyyəti belə görüb deyir: -- Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Hacı Qaranı mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Tutulan onun nökəridir. Erməniləri də malının qorxusundan yolda əyləmişdi. İttihamçı: -- Mətləb məlum oldu. Yoldaşların kim idi? Heydər bəy: -- Əsgər bəy,Səfər bəy

Onları çağırın

Page 14: Hacı qara

Məhkəmə

Müttəhim Hacı Qaranın məhkəməsiHakim: Müttəhim Hacı Qara, səni qaçaqmalçılığa vadar edən səbəb nə idi?Hacı Qara: Yüz manat ziyan eləmişdim. Alış-verişim yaxşı getmirdi. Heç kəs malın üzünə baxmırdı. Beş yüz manat nəqd pul vermişdim, mayam da əlimə gəlməmişdi. Deyirlər qızılbaş rus malı al sat, o da satılmır.Hakim: Yoldaşların kim idi?Hacı Qara: Heydər bəy, Səfər bəy, Əsgər bəyHakim: Başqa kimlər var idi?Hacı Qara: Oğlum Bədəl, nökərim KərəməliHakim: Onlarla getməyə niyə razılıq verdin?Hacı Qara: Əvvəl razı deyildim,sonra razılıq verdim.Hakim: Niyə razı oldun?Hacı Qara: Çünki yüz qızıla 5 qızıl fayda götürəcəkdim.Hakim: Erməniləri niyə əyləmişdin?Hacı Qara: Başına dönüm, onlar məni əyləmişdilər.Şahidlər: Qurbanın olaq yalan deyir, o, bizi soymaq istəyirdi.

Page 15: Hacı qara

Hacı Qaranın vəkili: Hacı Qaranı bu işə Heydər bəy məcbur edir. Özünün borcu olsa da, belə fikri yox idi, Əsgər bəy onun zəif nöqtələrindən istifadə edərək, bu işə razı salır. Ermənilərə gəldikdə isə Hacı Qara onlara heç nə etməyib, ancaq qorxuzub.Hacı Qara bir ailə başçısı kimi də o qədər də pis adam deyil, əgər pis olsaydı, arvadı Tükəz onun üçün narahat olmazdı.Onun bağışlanmağını xahiş etməzdi.Heydər bəy bu işdə Hacı Qaranın heç bir günahının olmadığını, bütün günahların özündə olduğunu deyir. Bundan başqa Hacı Qara işlədiyi 15 il müddətində padşah gömrüyünə hər il 50 tümən xeyir verib vergini vaxtında ödəyib. Bütün bünları nəzərə alaraq Hacı Qaranın cəzasının yüngül olmasını xahiş edirəm.

Page 16: Hacı qara

Hakim: Heydər bəy, sən nəsihətə qulaq asmayıb yenə yaman yola düşdünHeydər bəy: Naçalnik, sən mənə buyurmuşdun ki, öğurluğa quldurluğa getmə.Əğər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.Hakim: Bəli çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub, ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, cəzan yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver.Heydər bəy: Naçalnik,buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir adam mənim üzümə durub bu sözü üzümə desə, qanımı sənə halal edirəm.Hakim: Yaxşı o erməniləri bura çağırın.Ohan yüzbaşı bu idimi sizə rast gələn?Şikayətçi: Bəli başına dönüm. İyirmi yaraqlı idilər. Bizdən ötüb gedib Əylis ermənilərini soyublar.Hakim: Həmişəki kimi yalan danışırsınız! Onlar beş nəfər olublar.

Heydər bəyin məhkəməsi

Page 17: Hacı qara

Heydər bəyin vəkili:

Heydər bəyin cinayəti etiraf etməsi, düzgünlüyü, bir daha belə əməllər etməyəcəyinə söz verməsi, mərdliyi, əvvəllər heç bir cinayət əməlinin olmaması, günahını ordu sıralarında düşmənə qarşı vuruşmaqla yuyacağına söz verməyini nəzərə alaraq işinin yüngülləşməsini xahiş edirəm.

Page 18: Hacı qara

Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 206 Qaçaqmalçılıq

206.1 Narkotik vasitələrin, strateji əhəmiyyətli xammalın, arxeoloji sərvətlərin, əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə 3 ildən 7ilə qədər azadlıqdan məhrum edilir.318.Azərbaycan Respublikası Dövlət sərhəddini qanunsuz keçdikdə318.1 Azərbaycan Respublikası dövlət sərhəddini sənədsiz keçdikdə cərimə və 2 ilədək azadlıqdan məhrum edilir.

318.2 Bu məcəllənin 318.1 maddəsində nəzərdə tutulmuş əməllər qabaqcaadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən həyata keçirilərsə,5 il azadlıqdan məhrum edilir.

Page 19: Hacı qara

Məhkəmənin hökmü

Məhkəmənin sədri: Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq pozduğuna, qaçaqmalçılıqla məşğul olduqlarına görə, hərəkətlərində cinayət əməlləri aşkar edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 maddəsini əsas götürərək həbs qəti imkan tədbiri seçilərək Heydər bəy 2 il azadlıqdan məhrumetmə, Hacı Qara haqqında həbs qəti imkan tədbiri seçilməklə 2 il azadlıqdan məhrumetmə ilə cəzalandırılsın.

Page 20: Hacı qara

Debat: Hacı Qara həqiqətən xəsis idi, yoxsa düşdüyü mühit onu bu vəziyyətə salmışdı?

Page 21: Hacı qara

Əsərdən parça:

Heydər bəy onların yolunu kəsən erməniləri buraxır,ermənilər gözdən itir Hacı qara (irəli yeriyib yoldaşlarına) --A kişi, niyə erməniləri buraxdınız? Niyə qollarını bağlayıb bu qamışlığa salmadınız? Heydər bəy – Nədən ötrü Hacı?Hacı Qara –Ondan ötrü ki, gedib üstümüzə qaçaq gətirməsinlər. Hacı qara –Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə , üstümüzə kazak gətirə? Sən bilmirsən, şəksiz bular camış alan deyillər! Onların sğzünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, bunların yüz hiyləsi olur?

Həqiqətən də belə olur. Naçalnikə yaltaqlanaraq Heydər bəygilin onların üzərinə tüfəng və qılınc çəkdiklərini söyləyirlər.

Page 22: Hacı qara

Heydər bəyin bu vəziyyətə düşməyinin səbəbi nə idi? 1.1841-ci il 25 aprel tarixli qanuna əsasən Qazax, Şəmsəddil və Borçalı vilayətlərində yaşayan ağalar torpaq sahibliyindən və həmin torpaqları becərən kəndlilər üzərindəki hüquqlarından məhrum edildilər. 1841-ci il28 may tarixli qanunla Xəzər vilayətinin bəylərinin də tiyul torpaqları müsadirə olunmalı idi. Bəylər həmçinin kənd idarəçiliyindən uzaqlaşdırıldı.

Heydər bəy obrazı

Belə olan vəziyyətdə Heydər bəyin başqa bir çıxış yolu qalmır.

Page 23: Hacı qara

Naçalnik obrazıNaçalnikin danışığına fikir verin. O, xalqımıza necə münasibət bəsləyir? Naçalnik –Tatar tayfası tamam yalançı olur. Sən də o cümlədən, sözünüzə etibar etmək qeyri-mümkündür.

Heydər bəy: -- Təqsirimi Dağıstanda padşahın düşmənlərinin qabağında yuyum,-- dedikdə naçalnik ondan əl çəkir.

Naçalnikin Heydər bəyi zamına verməsinin əsl səbəbi nə oldu?

Sona xanımın yalvarışları, yoxsa Heydər bəyin “padşahın düşmənlərinin qabağında” vuruşmağa hazır olduğunu bildirməsi?

Page 24: Hacı qara

Qadın obrazları

Tükəz

Ağılli , hazırcavab, cəsarətli, səmimi,ailəcanlı ,qayğıkeş ana, yeri gələndə sözünü deməkdən çəkinməyən Azərbaycan qadını.

Sona

Ağıllı, ərini sonsuz məhəbbətlə sevən, sədaqətli qadın

Page 25: Hacı qara

M.F.Axundzadə işlədiyi müddətdə rus və ermənilərlə yaxın münasibətdə olub, onların iç üzünü tanıyıb. Axundzadə həm də qaçaqmalçılarla mübarizə üçün sərhəd rayonlarına da ezam olunub. Buna görə də əsərdə ermənilərin əsl sifətini açmağa, xarakterlərini düzgün verməyə nail olub. Əsərdə həm azərbaycanlıların ermənilərə, ermənilərin azərbaycanlılara münasibətinə, həm də naçalnikin hər iki xalqa münasibətinə fikir verin. Bunları göstərməklə böyük yazıçı, qüdrətli sənətkar, ulu babamız

M.F. Axundzadə o əsrdən bu əsrə bizə nəyi başa salmaq istəyir?

Page 26: Hacı qara

Təsəvvür edək ki, Azərbaycan bütövdür:Şimali və Cənubi Azərbaycan deyə iki yerə bölünməyib.Heydər bəy və Hacı Qaranın cinayət əməlinə baxaq. Burada cinayət əməli varmı?Heydər bəygil Azərbaycanın bir hissəsindən o biri hissəsinə gedib, yəni Ağcabədidən Təbrizə Deməli, sərhəddi pozmayıblar. Hacı Qaranı heç kəs məcbur edə bilməz ki, rus malı satsın. Ermənilər də Azərbaycan ərazisində heç kimə arxalanıb at oynada bilməzlər.Belə olan halda burda heç bir cinayət əməli olmur.

Page 27: Hacı qara

--Heydər bəyin və Hacı Qaranın bu vəziyyətə düşməyinin səbəbi nə idi?

--Həmin dövrdə Azərbaycandakı ictimai- siyasi vəziyyət.--Xalqın övladlarının bir daha belə vəziyyətə düşməməyi üçün nə etməliyik?

.

Page 28: Hacı qara

160 il ərzində

Qazandıqlarımız İtirdiklərimiz

MüstəqilliyimizAzadlığımızDemokratiyaMüstəqillik əldə etdikdən sonra ölkənin məhkəmə sistemində köklü islahatlar aparıldı.Elmin, texnikanın inkişafı Savadsızlığın aradan qaldırılmasıBeynəlxalq aləmdə tanınmaq...

Azərbaycanın bütövlüyünə nail ola bilməmişik.Azərbaycanın 20% torpaqları erməni işğalı altındadir.Ermənilər bir neçə dəfə soyqırım törədərək millətimizin günahsız qanına bais olub...

Page 29: Hacı qara

Əsərdən çıxan nəticə:Yazıçı xəsisliyi ifşa edir, lakin burada o zamankı Azərbaycanın həyatı üçün mühüm olan bir sıra hadisələrə toxunub.

1.Bəyliyin iflası2.Xırda ticarətin inkişafı.Tacirlər keyfiyyətsiz də olsa ancaq rus malı alıb sata bilərdilər.3. Azərbaycanda vəzifə başında ruslar idi.4.Erməni yasavulları qorxaq olsalar da, ruslara arxalanıb at oynadirdılar.5. Naçalnik bəzən güzəştə getsə də, bu ancaq öz xeyirləri üçün idi. Xalqın ayağa qalxmaması və Heydər bəy kimi igid, cəsur oğlanların padşahın düşmənlərinə qarşı vuruşması üçün.6.Qadınların yeri gələndə cəsarətli addımlar atmağı, heç kəsdən qorxmadan sözünü deməyi bacarmaları,ağilli,hazırcavab vəsəmimi olmaları.

Page 30: Hacı qara

Dərsin sonunda bu qənaətə gəlirik:

İtirilmiş torpaqlarımızı qaytarmalı, qüdrətli və qüvvətli bir dövlət qurmalıyıq!

Vətənə layiqli övlad olmalıyıq.

Bir olmalıyıq, çünki güc birlikdədir.

Müstəqilliyimizi və dövlətçiliyimizi qoruyub saxlamalıyıq.

Azərbaycanın birliyi və bütövlüyü üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Page 31: Hacı qara

Bütün deyilənlərdən sonra bu nəticəyə gəlmək olar ki, qəhrəmanları bu vəziyyətə salan mühit idi. Vətənin yad əllərdə olmağı idi. Deməli, insanın xoşbəxtliyi vətəni ilə bağlıdır. Vətənimiz azad olarsa, biz də azad və xoşbəxt olarıq.

Xoşbəxt olmaq istəyiriksə, Gəlin Vətənin bütövlüyü üçün çalışaq!Vətənin azadlığı, müstəqilliyi üçün çalışaq!

Bunun üçün nə etməliyik!Oxumalıyıq savadlı olmalıyıq. İnsan ancaq ağlı və savadı ilə ən qüvvətli düşmənə də qalib gələ bilər.

Page 32: Hacı qara

Qiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri

Ev tapşırığı: “Azərbaycanın gələcəyini necə görmək istəyirəm” mövzusunda kiçik bir inşa

Page 33: Hacı qara

M.F.Axundzadənin xatirəsi xalqımız tərəfindən əbədiləşdirilmişdir.

2012-ci il M.F.Axundzadə ili elan olunub.

Page 34: Hacı qara

Resurslar:

Metodiki: M.F.Axundzadə Əsərləri I cild

Ədəbiyyat VIII sinif

Azərbaycan tarixi X sinif

İnternet: Google.azTexniki: Kompyuter, proyektor