136
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÜHƏNDİSLİK FAKÜLTƏSİ MAŞIN MÜHƏNDİSLİYİ VƏ STANDARTLAŞDIRMA KAFEDRASI Fənn: Sertifikatlaşdırmanın əsasları FƏLSƏFƏ ELMLƏRİ DOKTORU, HACIYEV FİKRƏT HƏSƏN OĞLU 1

Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Embed Size (px)

Citation preview

Page 1: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKÜLTƏSİ

MAŞIN MÜHƏNDİSLİYİ VƏ STANDARTLAŞDIRMA

KAFEDRASI

Fənn: Sertifikatlaşdırmanın əsasları

FƏLSƏFƏ ELMLƏRİ DOKTORU, HACIYEV FİKRƏT HƏSƏN OĞLU

GƏNCƏ-2012

1

Page 2: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mühazirə 1.Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu.

PLAN

1. Əsas terminlər və anlayışlar.2. Məcburi və könüllü sertifikasiyanın mahiyyəti.3. Sertifikasiya sistemlərində iştirak etmə formaları və tanınma üzrə razılaşmalar.4. Sertifikasiya və ticarətdə mövcud olan texniki maneələr.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Sertifikasiya latın dilindən tərcümədə «düzgün hazırlanıb» deməkdir. Məhsulun hazırlanmasının düzgünlüyünə əmin olmaq üçün onun hansı tələblərə uyğun

olması və bu uyğunluğun təmin edilməsi yolları məlum olmalıdır. Belə dəlillərin əldə edilməsini bütün tərəflərin qəbul etməsi üsulu uyğunluq sertifikasiyası adlanır.

«Uyğunluq» termini ISO/BEK tərəfindən təklif edilmişdir (Assurapce of corfrormity). Bununla əlaqədar olaraq göstərilən bu üsul nəticəsində məhsulun (prosesin, xidmətin) verilmiş tələblərə uyğunluğuna əminlik yaradan məlumat təqdim olunmalıdır. Bu məlumat aşağıdakı kimi ola bilər:

Uyğunluq haqqında tədarükçünün məlumatı(Surrtliers declaration). Yəni məhsulun verilmiş tələblərə uyğunluğunu təsdiq edən yazılı təminat kataloqlarda, istismara aid sənədlərdə, nəşr olunmuş sənədlərdə, yaxud yarlık, etiket və s. şəkildə verilə bilər.

Sertifikasiya (certifikation) – məhsulun, prosesin xidmətin verilmiş tələblərə uyğunluğuna yazılı təminat verən üçüncü tərəfin fəaliyyətidir.

«Istehsalçının uyğunluq haqqında məlumatı» anlayışı onun istehsal etdiyi məhsulun konkret normativ sənəd tələblərinə cavab verldiyini və bunun üçün onun məsuliyyət daşıdığını göstərir. ISO/BEK-in rəhbəredici sənədinə əsasən bu, istehsalçının öz məsuliyyətini dərk etməsini və onun düşünülmüş və müəyyən olunmuş hərəkətlər etməyə hazır olduğunu sübut edir.

2

Page 3: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

İstehsalçının məlumatı həmçinin məlumat-deklarasiya adlandırılmaqla, aşağıdakı məlumatları əks etdirir:

məlumat-deklarasiyanı təqdim edən istehsalçının ünvanı, məmulatın işarəsi və onun haqqında məlumat.

istehsalçının istinad etdiyi standartın adı, nömrəsi və nəşr edildiyi tarix. məlumatın məzmununa görə istehsalçının şəxsi məsuliyyətinin göstərilməsi və s.Təqdim olunan məlumat sınaqların nəticələrinə əsaslanmış olmalıdır.Standarta istinad, standartı qəbul edən təşkilat tərəfindən məlumatın təsdiq edilməsi

demək deyildir. İstehsalçı uyğunluq nişanlarından istifadə etmək hüququna malik deyildir.Sertifikasiya vasitəsilə uyğunluğun təsdiqi mütləq üçüncü tərəfin iştirakını nəzərdə

tutur. Uyğunluğun belə təsdiqi asılı olmayan, verilmiş tələblərə müvafiq, uyğunluğuna təminat verən, müəyyən prosedur qaydalar əsasında yerinə yetirilir.

Sertifikasiya məhsulun (prosesin, xidmətin) verilmiş tələblərə uyğunluğunun sübutunun əsas doğru üsulu sayılır.

Sertifikasiya prosesinin (fəaliyyətinin) tərkib hissələri kimi baxıla bilən prosedurlar, qaydalar, sınaqlar və digər hərəkətlər bir sıra faktorlardan asılı olaraq müxtəlif ola bilər. Bunlardan aşağıdakıları qəbul etmək olar:

standartlaşdırmaya, keyfiyyətə və bilavasitə sertifikasiyaya aid qanunvericilik; sertifikasiya obyektinin xüsusiyyətləri, bu isə öz növbəsində sınaqların aparılması

metodunun seçilməsini təyin edir.

3

Page 4: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Başqa sözlə uyğunluğun sübutu bu və ya digər sertifikasiya sistemi üzrə aparılır. ISO/BEK-in göstərilən sənədinə uyğun olaraq bu, həm prosedura və həm də idarəetməyə aid sertifikasiyanın özünün xüsusi qaydaları ilə yerinə yetirilən sistemdir.

Sertifikasiya sisteminin əsasını (ümumi halda) aşağıdakılar təşkil edir: sistemi idarə edən, onun fəaliyyətinə nəzarət edən və sertifikasiyanın aparılması

hüququnu digər orqanlara verə bilən mərkəzi orqan; sertifikasiyanın aparılması qaydaları və yolları; uyğunluğun aidliyini müəyyən etmək üçün sertifikasiyanın aparıldığı normativ

sənədlər; sertifikasiya prosedurları (sxemləri); inspeksion nəzarətin qaydası.Sertifikasiya sistemləri milli regional və beynəlxalq səviyyələrdə fəaliyyət göstərə

bilər. Müəyyən növ məhsulun (prosesin, xidmətin) uyğunluğunun sübutu ilə məşğul olan sertifikatlaşdırma sistemi, həmcins məhsulun sertifikatlaşdırma sistemidir və o, öz təcrübəsində ancaq verilmiş məhsula aid olan standartlardan, qaydalardan və prosedurlardan istifadə edir. Bir neçə belə həmcins məhsulun sertifikasiya sistemləri öz orqanları və digər təşkilediciləri ilə birlikdə ümumi sertifikasiya sisteminə daxil ola bilər.

Verilmiş tələblərə uyğunluq səviyyəsinin sistematik yoxlanılması, uyğunluğun qiymətləndirilməsi kimi adlandırmaq qəbul olunmuşdur. Bəzən «uyğunluğun yoxlanılması» və «uyğunluğa nəzarət» terminlərindən də istifadə olunur. Uyğunluğun yoxlanılması – dəlilləri öyrənmək yolu ilə məhsulun (prosesin, xidmətin) qoyulmuş tələblərə uyğunluğunun təsdiq edilməsidir. Uyğunluğa nəzarət – məhsulun (prosesin, xidmətin) qoyulmuş tələblərə uyğunluğun davam etdiyinə əmin olmaq məqsədilə aparılan təkrar qiymətləndirmədir. Uyğunluğun qiymətləndirilməsinin daha tez-tez təkrarlanan anlayışı, nəzarət (inspection) sayılır. Nəzarət məhsulun konkret xarakteristikalarının ölçmə yolu ilə uyğunluğunun qiymətləndirilməsidir.

Uyğunluğun qiymətləndirilməsində «üçüncü tərəfin» apardığı sınaqların nəticələri daha etibarlı sayılır. Üçüncü tərəf tədarükçü (birinci) tərəf və istehlakıdan (ikinci tərəf) asılı olmayan şəxs, yaxud orqandır.

Sınaq dedikdə qəbul olunmuş qaydalar üzrə müəyyən olunmuş prosedura uyğun olaraq verilmiş məhsulun bir, yaxud bir neçə xarakteristikalarının təyin edilməsi ilə bağlı olan texniki əməliyyat başa düşülür. Sınaqlar sınaq laboratoriyalarında aparılır. Bu həm hüquqi və həm də texniki orqana aid ola bilər. Sertifikasiya məcburi və könüllü xarakterli ola bilər.

Məcburi sertifikasiya qanunlar və qanunverici aktlar əsasında yerinə yetirilir və məhsulun (prosesin, xidmətin) texniki reqlamentlərinin tələblərinə, standartların məcburi tələblərinə uyğunluğunun sübutunu təmin edir. Bu normativ sənədlərin məcburi tələbləri təhlükəsizliyə, insanların sağlamlığının, əmlakının, ətraf mühitin qorunmasına aid olduğundan məcburi sertifikasiyanın əsas aspekti təhlükəsizlik və ekolojilikdir. Xarici ölkələrdə məmulatların təhlükəsizliyi üzrə birbaşa qanunlar fəaliyyət göstərir (məsələn, AB-nin direktivləri). Ona görə də məcburi sertifikasiya standartlarda göstərilmiş tələblərə uyğunluğu müəyyən etmək üçün aparılır. Respublikamızda məcburi sertifikasiya «İstehlakçıların hüquqlarının müdafiəsi» qanununa görə həyata keçirilir. Məcburi sertifikasiyanı yerinə yetirmək üçün məcburi sertifikasiya sistemi yaradılır. Bu sistemin məqsədi məcburi sertifikatlaşdırılmalı məhsulun, qanunverici yerinə yetirilməsi vacib olan texniki reqlamentlərin standartların tələblərinə, yaxud standartların məcburi tələblərinə uyğunluğunu sübut etməkdir. Məcburi sertifikasiya olunmalı məhsulların nomenklaturası dövlət səviyyəsində həll edilir.

4

Page 5: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Məcburi sertifikasiya olunası məhsulların və xidmətlərin nomenklaturası «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna uyğun olaraq «Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Agentliyi»tərəfindən təyin edilir. Məcburi sertifikatlaşdırmanın yayılma sahələri aşağıda (şəkil 1.3) verilmişdir.

Könüllü sertifikatlaşdırma hüquqi və fiziki şəxslərin təşəbbüsü ilə sifarişçi ilə sertifikasiya orqanı arasında, könüllü sertifikatlaşdırma sistemində müqavilələr əsasında aparılır. Könüllü sertifikasiyanın məcburi sertifikasiya orqanları tərəfindən məcburi sertifikasiya sistemlərində aparılmasına icazə verilir. Könüllü sertifikasiyada uyğunluq sınaqlarının aparılıldığı sənədlər bir qayda olaraq sifarişçi tərəfindən seçilir. Təzhizatçı satıcı, məhsulun istehlakçısı sifarişçi ola bilər. Könüllü sertifikatlaşdırma sistemi ən çox məhsulu hazırlayanlarla istehlakçıları birləşdirir, çünki onlar uzun müddətli partnyor münasibətləri əsasında ticarəti inkişaf etdirilməsində maraqlıdır. Obyektləri və onların uyğunluğunu qanunvericiliklə bağlı olmasını təsdiqləyən, məcburi sertifikasiyadan fərqli olaraq könüllü sertifikasiya məcburi nomenklaturaya daxil olunmayan məhsul növlərini əhatə edir (prosesləri, xidmətləri) və sifarişçi tərəfindən təyin edilir. Könüllü sertifikasiya sisteminin qaydaları və prosedurları könüllü sertifikası orqanı tərəfindən təyin edilir. Lakin məcburi sertifikasiya sistemində olduğu kimi onlar bu sahədəki beynəlxalq və regional təşkilatların tövsiyələri əsasında qurulur.

Könüllü sertifikatlaşdırma haqqında qərar bir qayda olaraq, məhsulun rəqabətə davamlılıq, bazara gediş (xüsusilə xarici) alıcıların seçimində getdikcə daha çox sertifikatlaşdırılmış məhsullara üstünlük verməsi ilə bağlıdır. Bir qayda olaraq könüllü sertifikatlaşdırmanın inkişafı dövlət tərəfindən müdafiə olunur. Könüllü sertifikatlaşdırmaya təhlükəsizlik üzrə məcburi yerinə yetirilməli tələbləri olmayan məhsullar uğradılır (şəkil 1.4).

5

Page 6: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiya sistemlərində iştirak etmə üç formada ola bilər: sertifikasiya sisteminə buraxılış; sertifikasiya sistemində iştirak; sertifikasiya sistemində üzvlülük.

Sertifikasiya sisteminə buraxılış sifarişçiyə sistemin qaydalarına uyğun olaraq sertifikasiyanı aparmaq üçün imkan yaradır.

Sertifikasiya sistemində iştirak etmə və üzvlülük sertifikasiya orqanının səviyyəsində müəyyən edilir. Sertifikasiya sisteminin iştirakçısı sertifikasiya üzrə orqan hesab edilir, öz fəaliyyətində bu sistemin qaydalarından istifadə edir, lakin sistemin idarə olunmasında iştirak edə bilmir. Beləliklə, iştirakın birinci forması istehsalçı müəssisələrə aiddir. Digər iki forma sertifikasiya orqanının milli, regional və beynəlxalq sertifikasiya sistemlərindəki fəaliyyətinə aiddir.

Sertifikasiyanın məqsədi beynəlxalq ticarətin inkişafına təkan verməkdən ibarətdir. Lakin sertifikasiya texniki baryer də ola bilər. Ticarətdə texniki maniələr aradan qaldırmaq üçün qarşılıqlı tanınma haqqında razılaşmalar olmalıdır.

Tanınma üzrə razılaşmalar milli, regional və benəlxalq səviyyələrdə bağlana bilər.Razılaşmalar birtərəfli, ikitərəfli və çoxtərəfli olur.Birtərəfli razılaşma bir tərəfin digər tərəfin işinin nəticələrini qəbul etməkdən ibarətdir.Ikitərəfli razılaşma – qarşılıqlı tanınma haqqında razılaşma.

6

Page 7: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Çoxtərəfli razılaşma – ikidən artıq tərəflərin qarşılıqlı tanınma haqqında razılaşma.Sertifikatlaşdırmanın yaranması istehlakçıya onun alacağı malların standartların

tələblərinə uyğunluğu haqqında təminatın verilməsi ilə əlaqədardır. Sertifikatlaşdırmanın inkişafının dövlətlərarası ticarət əlaqələrinə müsbət təsiri məlumdur. Belə ki, sertifikatlaşdırılmış məhsula onun idxal olunması üçün icazənin alınması müddəti xeyli azalır. Əgər idxal edən ölkə tərəfindən tədarükçünün sertifikatı tanınırsa təkrar sınaqların aparılması lazım gəlmir. Lakin milli sertifikatlaşdırma sistemlərin sayı artdıqca onların fərqləri daha aydın görünməyə başladı. Bu fərqlər həm uyğunluğuna sertifikatlaşdırma sınaqlarının aparılmadığı standartlarla, həm sertifikatlaşdırmanın tətbiq olunduğu zaman əsaslandığı qanunlarla həm də sertifikatlaşdırma prosedurunun qaydaları il əvə s. bağlıdır. Bununla əlaqədar olaraq, sertifikatlaşdırmanın beynəlxalq ticarətdə texniki maniə kimi tamamilə başqa rolu müəyyən edildi.

Sertifikasiya maneələri təkcə göstərilən səbəblərdən yaranmır. Ticarətdə çətinliklərin yaranmasının tamamilə digər mexanizmi daxili bazarı (yaxud regional, Avropa Şurasında olduğu kimi) xaricdən gətirilən məhsullardan qorumaq üçün sertifikatlaşdırmanın proteksionizm üsuluna çevrilməsidir. Belə hallarda xaricdən gətirilən məhsulların sınaqlarının mürəkkəbləşdirilməsindən, keyfiyyətə nəzarətin sərtləşdirilməsindən istifadə edilir, sınaqların proseduruna aid standartlar (dövlət, yaxud regional-məsələn 45000 seriyalı Avropa standartları) tətbiq edilir ki, bunlar da xarici sertifikatların tanınması qaydalarında öz təsirini göstərirlər və bu bəzi ölkələr üçün tanınma ümumiyyətlə mümkünsüz olur. proteksionist tədbirlər çox vaxt transmilli korporasiyaların təsiri altında milli məcburi standartların, yaxud texniki reqlamentlərin qəbulu il bağlı olur. Bu korporasiyalar texniki komitələrin fəaliyyətinə nəzarət etmək imkanlarını əldə etmək (imkanlarını) üçün milli səviyyələrdə standartlaşdırmanın maliyyələşdirilməsində aktiv iştirak edirlər.

Beləliklə, standartın rəqabətdə mübarizə alətinə çevrilməsi ehtimalı artır. Belə ki, xarici təchizatçıya belə hallarda oxşar məhsulun çox yüksək tələblərə uyğunluğ sertifikatının alınması problemə çevrilir. Sertifikatlaşdırma sistemi təşkilatlarında sertifikatın alınması üçün elə şərtlərin yaranması hallarına təsadüf olunur ki, orta və əsasən də kiçik firmalar üçün bunları yerinə yetirmək mümkünsüz olur.

Sertifikatlaşdırma üzrə milli təşkilatı təmsil edən Amerikanın sınaq laboratoriyaları korporasiya əsasın böyük firmaların məhsullarının sertifikatlaşdırılmasına üstünlük verir. Buna görə də kiçik müəssisələr öz növbələrini uzun müddət gözləməli olurlar.

Tarifsiz maneələr və onların aradan qaldırılma yolları ilə bağlı problemlər 1993-cü ildə Uruqvayda qəbul olunmuş ticarətdə texniki maneələr üzrə müqavilədə (tariflər və ticarət üzrə baş müqabilə – TTBM (QATT) öz əksini tapmışdır. Bu görüşdə TTBM-nin Beynəlxalq Ticarət Təşkilatına (BTT) (BTO) çevrilməsi haqqında qərar qəbul edilmişdir ki, TTBM-də onun tərkib hissəsi olmuşdur. Sertifikatlaşdırma maneələri sahəsində müqavilə aşağıdakı məsələlərə toxunur:

- Uyğunluğun qiymətləndirilməsi və proseduru və uyğunluğun qiymətləndirilməsinin tanınması;

- Uyğunluğun qiymətləndirilməsinin beynəlxalq və regional tanınması, uyğunluğun qiymətləndirilməsinin texniki reqlamentləri, standartları və prosedurları haqqında informasiyalar. Müqavilənin ümumi prinsipi ondan ibarətdir ki, idxal edilən məhsul üçün və daxildə istehsal olunmuş məhsul üçün yaradılmış rejim kimi əlverişli rejim yaradılmalıdır.

7

Page 8: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mühazirə 2.

Mövzu: Milli sertifikasiya sistemi AZS.

PLAN

1. Əsas müddəalar.2. Sertifikatlaşdırmanın məqsədləri.3. Sertifikatlaşdırma üzrə fəaliyyətə ümumi tələblər.4. Mili sertifikatlaşdırma sisteminin strukturu.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Azərbaycan Respublikasında məhsulun (prosesin, xidmətin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsasları və bu sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş orqanların müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların və sertifikasiya işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyətləri RS001 – 93 rəhbəredici sənədində öz əksini tapmışdır. Bu sənəddə ISO/BEK 2 rəhbərlik sənədinə və ISO 8402 – 86 beynəlxalq standartına uyğun olan aşağıdakı məfhumlar, terminlər və onların təriflərindən istifadə olunur:

Uyğunluğun sertifikatlaşdırılması – lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğun olmasında zəruri əminliyin təmin olunmasını inamlı şəkildə sübut edən üçüncü tərəfin fəaliyyətidir;

Məcburi sertifikatlaşdırma – xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərinin məcburi tələblərinə uyğunluğunun təsdiqidir;

Könüllü sertifikatlaşdırma - istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehsalçısının (istehlakçılar cəmiyyətlərinin və ittifaqlarının), həmçinin dövlət orqanlarının (sonralar sifarişçi adlanacaq) təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır;

Normativ sənəd – məhsula və xidmətə, həmçinin onların keyfiyyətinin qiymətləndirmə metodlarına aid tələbləri əks etdirən standart, sanitar normaları əks etdirən sənəddir;

Beynəlxalq standart – standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartdır;

Milli standart – standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan standartdır;

Uyğunluq haqqında məlumat – tədarükçünün tam məsuliyyəti ilə məhsulun, prosesin və ya xidmətin konkret standarta və yaxud digər normativ sənədə uyğun olması haqqında verdiyi məlumatdır;

Sertifikatlaşdırma sistemi – uyğunluq sertifikatlaşdırması aparmaq üçün xüsusi üsullara və idarəetmə qaydalarına malik olan sistemdir;

Oxşar məhsulun (proseslərin, xidmətlərin) sertifikatlaşdırma sistemi – eyni konkret standartlar, qaydalar və üsullar tətbiq edilən müəyyən məhsulların, proseslərin, xidmətlərin sertifikatlaşdırma sistemidir.

Sertifikatlaşdırma üzrə orqan - uyğunluq sertifikatlaşdırılması aparan orqandır;

8

Page 9: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Uyğunluq sertifikatı – lazımi tərzdə eyniləşdirilmiş məhsul, proses və ya xidmətin konkret standartda və ya digər normativ sənədə uyğun olduğuna zəruri əminliyin təmin edildiyini göstərən və sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilən sənəddir;

Uyğunluq nişanı – göstərilən məhsulun, prosesin yaxud xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğuna zəruri əminliyin təmin edilməsini göstərən sistemin qaydalarına uyğun verilən və tədqiq edilən, müəyyən olunmuş qaydada müdafiə olunan nişandır;

Sertifikatlaşdırma sisteminin üzvü – verilmiş sistemin qaydalarına uyğun fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmən tanınmasıdır;

Keyfiyyət sistemi - keyfiyyətə ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturun, məsuliyyətin, prosedurların, proseslərin və ehtiyatların məcmusudur;

Akkreditasiya olunmuş laboratoriyalar – konkret məhsul növlərinin (proseslərin, xidmətlərin) sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır;

Xüsusi səlahiyyət verilmiş orqan – konkret bir obyektin sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditasiya nəticəsində konkret obyektin sertifikatlaşdırılmasının keçirilməsinə dair səlahiyyət almış sertifikatlaşdırma üzrə orqan, akkreditasiya edilmiş sınaq laboratoriyaları və digər müəssisə, təşkilat və idarələr (onların struktur bölmələri və birlikləri), eləcə də dövlət idarəetmə orqanları;

Təhlükəsizlik – ziyan vura biləcək yolverilməz riskin olmamasıdır;Ətraf mühitin mühafizəsi – məhsulun, proseslərin, xidmətlərin mənfi təsirindən ətraf

mühitin qorunmasıdır;İstehsalat attestasiyası – sertifikatlaşdırma üzrə xüsusi səlahiyyət verilmiş digər orqan

tərəfindən göstərilən məhsulun istehsalı (xidmətlərin icrası) üçün normativ sənədlərdə verilmiş və sertifikatlaşdırma zamanı yoxlanılan tələblərin stabilliyini təmin edən zəruri şərtlərin mövcudluğunun rəsmi təsdiq edilməsidir;

İnspeksiya nəzarəti – sertifikatlaşdırma üzrə akkreditasiya edilmiş orqanların, sınaq laboratoriyalarının fəaliyyətindən, həmçinin sertifikatlaşdırılmış məhsula və onun istehsal vəziyyətinə nəzarətdir;

Sifarişçi – konkret tipli (markalı) məhsulun sertifikatlaşdırılması haqqında sertifikasiya orqanına sifariş ilə müraciət etmiş müəssisələr, təşkilatlar və vətəndaşlar daxildir;

Ekspert – auditor – sertifikasiya sahəsində bir və yaxud bir neçə növ iş aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir;

Sertifikasiya sxemi – uyğunluq sertifikasiya keçirilən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcıllığıdır. Sertifikasiya fəaliyyətinin məqsədi əsas etibarilə əhalinin həyatı, sağlamlığı, əmək və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısının alınmasıdır. Digər mühüm cəhətlərdən biri də istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsinə köməkliyin göstərilməsi ilə yanaşı respublikada müəssisələrin və ya sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmələri üçün şərait yaradılmasıdır.

Müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlığı və həmçinin beynəlxalq ticarətdə iştirakı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının iştirak etdiyi Beynəlxalq müqavilədə nəzərdə tutulan qaydalar Milli sertifikatlaşdırma sistemində nəzərdə tutulan qaydalardan fərqli olduğu halda üstünlük beynəlxalq müqavilədəki qaydalara verilir.

9

Page 10: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiya üzrə işlər sertifikasiya sistemləri yaratmaq yolu ilə təşkil olunur. Bu sistemlərdə həmcins məhsulun (prosesin, xidmətin) istehsal xüsusiyyətlərinin, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almaqla sertifikasiya qaydaları müəyyənləşdirilir.

Hüquqi və fiziki şəxslər özlərinə məxsus sertifikasiya sistemlərini yaratmaq və ya fəaliyyətdə olan sistemlərə qoşulmaq hüququna malikdirlər.

Sertifikasiya sistemini yaradarkən, sertifikasiya obyektləri, həmçinin yaradılmış sistemdə uyğunluğuna sertifikasiya aparılacaq normativ sənədlərin kateqoriya və növləri müəyyən edilir. Bundan başqa bu sistemdə sertifikasiyanın aparılmasının qaydaları və üsulları da müəyyən edilməlidir.

Verilmiş sertifikatların və uyğunluq nişanlarının xaricdə tanınmasını təmin etmək üçün Milli sertifikasiya sistemi beynəlxalq norma və qaydalara uyğun olaraq qurulur və fəaliyyət göstərir, həmçinin regional və digər ölkələrin milli sertifikasiya sistemi ilə qarşılıqlı əlaqədə işləyir.

Milli sertifikasiya sistemi sertifikasiya üzrə funksiyaları ilə həvalə olunmuş dövlət orqanlarının laboratoriyaları və digər dövlət təşkilatları və müəssisələrinin iştirakı üçün açıqdır. Mili sertifikasiya sistemi hər hansı bir sertifikasiya sistemi kimi, istehsalçıların, ictimai təşkilatların, sertifikasiya üzrə orqanların sınaq laboratoriyasının həmçinin bütün digər marağı olan müəssisə və təşkilatların, ayrı-ayrı şəxslərin, sistemin fəaliyyəti, o cümlədən onun qaydaları, sistemin iştirakçıları, akkreditasiya və sertifikasiyanın nəticələri haqqında informasiyadan sərbəst istifadə etməsini nəzərdə tutur. Bu halda kommersiya sirri olan informasiyanın məxfiliyi təmin olunur.

Milli sertifikasiya sisteminin rəsmi dili Azərbaycan dilidir. Sistem çərçivəsində istifadə olunan, qeydiyyatdan keçirilən və verilən sənədlər (sifarişlər, protokollar, aktlar, attestatlar, sertifikatlar və s.) Azərbaycan dilində tərtib olunur. Sifarişçinin arzusu ilə xüsusi ödənişlə sənədlərin nüsxələri istənilən dildə verilə bilər.

Sertifikatlaşdırmaya məhsulla (proseslərlə, xidmətlərlə) yanaşı proqramlar və digər elmi-texniki məhsullar, həmçinin təşkilati – texniki və informasiya sistemləri də təqdim oluna bilər. Milli sertifikasiya sisteminin təşkilati strukturunu aşağıdakılar təşkil edir:

Sertifikasiya üzrə milli orqan;Həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiya olunmuş orqanlar;Akkreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzlər);Keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların akkreditasiya üzrə

akkreditasiya olunmuş orqanlar;Məhsulun istehsalçıları və tədarükçüləri;Sertifikasiya üzrə milli orqanın vəzifələri aşağıdakılardır:Müvafiq qanunverici və icraedici dövlət orqanları ilə qarşılıqlı əlaqə əsasında

respublikada sertifikasiyanın istifadə olunması, inkişafı və təkmilləşdirilməsi üzrə ümumi siyasətin işlənib hazırlanması;

Respublikada sertifikasiyanı təmin edən işlərin təşkili və koordinasiyası;Sertifikasiya məsələləri başqa ölkələrin, beynəlxalq təşkilatların səlahiyyətli orqanları ilə

müəyyən olunmuş qaydada qarşılıqlı fəaliyyəti, lazımi hallarda bu təşkilatların işində respublikanın təmsil olunması.

Sistemə daxil olan orqanların tərkibi, sertifikasiya iştirakçılarının vəzifə və məsuliyyətləri, həmçinin konkret sistemdə sertifikasiya üzrə işlərin xərcinin ödənilməsinin

10

Page 11: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

formaları və miqdarı ona başcılıq edən orqan tərəfindən Azərdövlətstandartın təsdiq etdiyi tariflərlə müəyyən edilir.

Sertifikasiya üzrə Milli orqan sistemlərinin qurulmasının və fəaliyyətinin ümumi prinsiplərini AZS milli sertifikasiya sisteminin strukturunu, sertifikatını, formasını, uyğunluq nişanını və onların tətbiq qaydalarını müəyyən etməklə bütün sertifikasiya sistemlərinin qarşılıqlı fəaliyyətini koordinasiya edir.

Milli orqan bütün əlaqədar tərəflərin nümayəndələrindən ibarət komissiyalarda sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının (mərkəzlərinin) akkreditasiyasını, həmçinin ekspert – auditorların attestasiyasını və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Bundan başqa Milli orqan AZS Milli sertifikasiya sisteminin Reyestrinin aparılması, akkreditasiya, attestasiya və sertifikasiya üzrə qiymət və tariflərin müəyyən edilməsi, sertifikasiya və ya attestasiyasının nəticələri üzrə appelyasiyalara baxılması, verilmiş konkret məhsul (proseslər və xidmətlər) növü üçün sertifikasiya orqanı olmadıqda həmin orqanın funksiyasının həyata keçirilməsi, bütün əlaqədar tərəflər üçün sertifikasiya üzrə informasiyanın açıqlığının təmin edilməsi, sistemin qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edir.

Bu tədbirlərin həyata keçirilməsində sertifikasiya üzrə Milli orqan öz funksiyasını xüsusi səlahiyyət verilmiş orqanlara həvalə etmək hüququna malikdir.

AZS Milli sertifikasiya sistemində akkreditasiya olunmaq iddiasında olan təşkilat və laboratoriyalar (mərkəzlər) hüquqi şəxs statusuna malik olmalıdırlar. Bu təşkilat və laboratoriyaların müstəqilliyi o dərəcədə olmalıdır ki, onların inzibati tabeçilik və maliyyə vəziyyəti təşkilatların şəxsi heyətinə, kommersiya, inzibati, yaxud hər hansı başqa təsirlərin mümkünlüyünü, sertifikasiya və sınaqların nəticələrinə sifarişçilərin, yaxud digər əlaqədar tərəflərin təsir göstərməsini tamamilə istisna etsin.

Dövlət icarə, kooperativ və digər mülkiyyət formalı müəssisə və təşkilatlar sınaq laboratoriyası kimi akkreditasiya oluna bilərlər. Bundan başqa Milli sertifikasiya sisteminin qaydalarına əsasən, vəsaitlərə və sənədləşdirilmiş prosedurlara malik olan təşkilat və müəssisələr, o cümlədən (ETI və Azərdövlət standartın ərazi təşkilatları daxil olmaqla) səhmdar cəmiyyətlər, assosiasiyalar sertifikasiya üzrə orqanlar kimi akkreditasiya oluna bilərlər.

Sertifikasiya orqanı kimi akkreditasiya olunmaq və fəaliyyət göstərmək istəyən təşkilatlar lisenziya müqaviləsində Milli sertifikasiya sistemində müəyyən olunmuş bütün qayda və tələbləri qəbul etdiklərini rəsmi şəkildə bildirməlidirlər. Sertifikasiya üzrə milli orqan istehsalçılara (icraçılara) ticarət təşkilatlarına, istehlakçılara və digər əlaqədar şəxslərə fəaliyyət göstərən sertifikasiya sistemləri, onlara başçılıq edən orqanlar və həmçinin sertifikatlar, uyğunluq nişanları və onların tətbiq qaydaları haqqında informasiya verməyə borcludurlar.

Sertifikasiya sisteminə başçılıq edən orqanlar, kommersiya sirri olan məlumatlar istisna olmaqla, məhsulun sertifikasiya qayda və üsulları haqqında məlumatları əlaqədar tərəflərin diqqətinə çatdırmağa borcludurlar.

Kommersiya sirri olmayan məlumatların siyahısı sertifikasiya sisteminə başçılıq edən orqan tərəfindən müəyyənləşdirilir və əlaqədar tərəflərin nəzərinə çatdırılır.

11

Page 12: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mühazirə 3.Mövzu: AZS milli sertifikasiya sistemi.

PLAN

1. Sertifikasiya üzrə səlahiyyət verilmiş orqanlar, sertifikat və uyğunluq nişanı.2. Məhsulun (proseslərin, xidmətlərin) təhlükəsizlik tələblərin uyğunluq üzrə məcburi

sertifikatlaşdırılması.3. Məcburi sertifikasiya zamanı istehlakçıların (tədarükçülərin, ticarət təşkilatlarının)

vəzifələri. İdxal olunan məhsulun sertifikasiyası. Məcburi sertifikasiya üzrə işlərin müəyyənləşdirilməsi.

4. Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanların sınaq laboratoriyalarının (mərkəzlərin, istehlakçıların) icraçıların, ticarət təşkilatlarının məcburi sertifikasiya qaydalarının pozulmasına görə məsuliyyəti.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Sertifikasiya sisteminə rəhbərliyi həyata keçirən dövlət idarəetmə orqanları sertifikasiya üzrə səlahiyyət verilmiş orqan hesab edilir və öz səlahiyyətləri daxilində aşağıdakıları həyata keçirir:

təhkim olunmuş məhsul (proseslər və xidmətlər) növləri üzrə Azərbaycan Respublikası ərazisində sertifikasiyanın ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

beynəlxalq və regional sertifikasiya sistemlərinin qoşulma haqqında qərarların qəbul edilməsi və həmçinin sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanması;

xarici orqanlarla qarşılıqlı əlaqələrdə və beynəlxalq təşkilatlarda sertifikasiya məsələləri üzrə Azərbaycan Respublikasının təmsil edilməsi;Məhsul (proseslər və xidmətlər) sertifikasiya üzrə orqan tərəfindən müsbət rəy olduqda

sifarişçiyə həmin məhsulun (proseslərin və xidmətlərin) üç ildən çox olmamaq şərti daxilində uyğunluq nişanı ilə nişanlamaq hüququ verən sertifikat (sertifikat lisenziyası) verilir.

Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq sertifikatı sistemin Dövlət Reyestrində qeydiyyatdan keçirilir.Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq nişanı Qanunla müdafiə olunur.

Uyğunluq nişanından qanunsuz istifadəyə yol verilmir. Vətəndaşların sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizlik üçün təhlükəsizlik göstəriciləri üzrə məhsul (proseslər, xidmətlər) məcburi sertifikasiya keçməlidir. Məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərində əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyinə dair tələblər olmadıqda lakin məhsulun (proseslərin, xidmətlərin) istifadəsi, daşınması və saxlanması zamanı təhlükə ehtimalı olduğu halda təhlükəsizlik tələblərini daxil etmək məqsədilə normativ sənədə yenidən baxılmalıdır. Məcburi sertifikasiyada bütün hallarda məhsulun (proseslərin, xidmətlərin) göstəricilərini təyin etmək üçün sınaqlar keçirmək və sonrakı istehsal prosesində onların təmin olunmasına nəzarət aparmaq lazımdır.

12

Page 13: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Məcburi sertifikasiya sınaqları müvafiq sertifikasiya sistemində akkreditasiya olunmuş sınaq laboratoriyalarına (mərkəzlərində) müvafiq normativ sənədlərdə müəyyən olunmuş metodlarla, onlar olmadıqda isə sertifikasiya üzrə orqanların müəyyən etdiyi metodlarla aparılmalıdır.

Məcburi sertifikasiyaya aid məhsulların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur (bax. əlavə) və ona ildə bir dəfədən az olmamaq şərtilə yenidən baxılır.

Sertifikasiya üzrə Milli və səlahiyyət verilmiş orqanlar öz səlahiyyətləri çərçivəsində normativ sənədlərin təhlükəsizlik göstəriciləri üzrə tədbirlərin yerinə yetirilməsini bilavasitə təmin edən xarakteristika və xüsusiyyətlər baxımından xammalın, materialların, kompleksləşdirici məmulatların məcburi sertifikatlaşdırılmasını tətbiq etmək hüququna malikdirlər.

Məcburi sertifikasiyaya aid edilən məhsullar sertifikasiyaya tətbiq olunmadıqda, normativ sənədlərin tələblərinə və ya sertifikasiyanın digər tələblərinə uyğun olmadığına görə sertifikasiyadan keçmədikdə, sertifikasiya tələblərinə cavab vermədikdə, həmçinin sertifikatın qüvvədə olma müddəti qurtardıqda və ya dayandırıldıqda pərakəndə satış müəssisələri və ya istehlakçılar tərəfindən birbaşa istifadə olunmaq üçün Azərbaycan Respublikası ərazisində realizə oluna bilməz.

Qanunsuz olaraq uyğunluq nişanı ilə nişanlanmış, yaxud sertifikasiya tələblərinə cavab verməkdə uyğunluq nişanı ilə nişanlanmış məhsulların realizə edilməsi qadağandır.

Mal sahibi məhsulun sertifikasiyadan keçməsini təsdiq edən sənədlər olmadıqda və qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda (malı ixrac edən ölkənin qanunvericiliyi buna yol verərsə) Azərbaycan Respublikasının hüdudlarından kənarda məhsulu digər məqsədlə istifadə etmək üçün realizə etmək hüququna malikdir. Bu halda vətəndaşların həyatına, əmlakına, ətraf mühitə ziyan vurulmasına yol verilməməlidir.

Sertifikasiya orqanları uyğunluq sertifikatı, istehsalat attestatı və məhsulu (prosesləri, xidmətləri), uyğunluq nişanı ilə nişanlamaq hüququ verən lisenziya vermək, təhkim olunmuş məhsul (proseslər, xidmətlər) növlərinin sertifikasiya qayda və üsullarına riayət olunmasına keyfiyyət sisteminin inspeksiya fəaliyyətinə nəzarətini həyata keçirmək, verilmiş uyğunluq sertifikatının, attestatın və lisenziyanın qüvvədə olmasını ləğv etmək, yaxud dayandırmaq hüququna malikdir. Sertifikasiya orqanları aşağıdakı hallarda məsuliyyət daşıyır:

sertifikasiyanın və attestasiyanın nəticələrinin obyektivliyinə görə; sertifikasiyanın gedişi zamanı olunan informasiyanın məxfiliyinin açıqlanmasına görə; şəhadətnamə almaq istəyənlərə qarşı hüquq bərabərliyini pozan hərəkətlərə görə. AZS Milli Sertifikasiya sistemində akkreditasiya olunmuş sınaq laboratoriyası (mərkəzi) verilmiş sistemdə sertifikasiya aparmaq məqsədi üçün yalnız akkreditasiya sahəsinə uyğun sınaqlar aparmaq hüququna malikdir.

Akkreditasiya olunmuş sınaq laboratoriyası (mərkəzi) aşağıdakıları təmin etməlidir: sınaqların səriştəli aparılmasını və onların nəticələrinin səhihliyini; laboratoriyanın akkreditasiya tələblərinə uyğunluğunun yoxlanmasının mümkün

olmasını; sınaqların nəticələri haqqında informasiyanın məxfiliyini;

Azərbaycan Respublikası ərazisində məhsulun (proseslərin, xidmətlərin) pərakəndə satış müəssisələrinə və istehlakçılara realizə edilməsini həyata keçirən müəssisələr (sahibkarlar) aşağıdakıları yerinə yetirməlidirlər:

13

Page 14: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

məhsulun məcburi sertifikasiyasını həyata keçirən orqanların öz səlahiyyətlərini maneəsiz yerinə yetirməsinin təmin edilməsini;

sertifikasiyalaşdırılmış məhsul (proseslər, xidmətlər) uyğunluğuna sertifikatlaşdırıldığı normativ sənədin tələblərinə uyğun olmadığı və eyni zamanda sertifikatın qüvvədə olma müddətinin qurtardığı, həmçinin sertifikatın qüvvədə olmasının dayandırıldığı, yaxud sertifikasiya orqanının qərarı ilə ləğv olunduğu hallarda onun realizə edilməsinin müvəqqəti saxlanmasını, yaxud tam dayandırılmasını;

sertifikatlaşdırılmış məhsulun texniki sənədlərinə, yaxud istehsalın texnoloji prosesinə daxil edilmiş dəyişikliklər haqqında sertifikasiya orqanının xəbərdar edilməsini.

Təyinatı üzrə birbaşa istifadə edilən və sertifikatlaşdırılan məhsulların Azərbaycan Respublikasına idxalına dair bağlanmış müqavilələrin şərtlərinə məhsulun müəyyən olunmuş tələblərə uyğunluğunu göstərən və sertifikasiya üzrə milli orqan tərəfindən tanınan sertifikatın olması nəzərdə tutulur.

Alınmış Milli uyğunluq sertifikatları, yaxud tanınmış xarici sertifikatlar və uyğunluq nişanları yük, gömrük deklarasiyası ilə birlikdə gömrükxana nəzarəti orqanına təqdim olunur və Azərbaycan Respublikası ərazisinə məhsulun gətirilməsinə icazə almaq üçün lazımi sənəd hesab olunur.

Məcburi sertifikasiya üzrə işlərin xərcinin ödənilməsi sifarişçi tərəfindən sərbəst tariflər və milli sertifikasiya sisteminin müəyyən etdiyi qaydalarla yerinə yetirilir.

Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanlar və sınaq laboratoriyaları (mərkəzləri) məcburi sertifikasiya qaydalarının pozulmasına görə aşağıdakı hallarda məsuliyyət daşıyırlar:

əsassız olaraq uyğunluq sertifikatı verdiyinə görə; məhsulun sınağının yanlış nəticələrini təqdim etdiyinə görə; təkrarən əsassız olaraq uyğunluq sertifikatı verdiyinə görə; təkrarən məhsulun sınağının yanlış nəticələrini təqdim etdiyinə görə;

İstehsalçılar (icraçılar), ticarət təşkilatları aşağıdakı hallarda məsuliyyət daşıyırlar: məcburi sertifikatlaşdırılmalı məhsulu (proseslər, xidmətləri) sertifikatsız realizə etdiyinə

görə; məhsulu (prosesləri, xidmətləri), uyğunluğuna sertifikatlaşdırılması aparılan normativ

sənədlərin tələblərinə uyğun olmadığı halda, realizə etdiyinə görə; realizəsi dayandırılmış və ya qadağan olunmuş məhsulu realizə etdiyinə görə; sertifikasiyadan keçməyən, yaxud uyğunluğuna sertifikatlaşdırıldığı normativ sənədin

tələblərinə uyğun olmayan məhsulu (prosesləri, xidmətləri) həmçinin sertifikatın qüvvədə olma müddəti qurtardıqda ya da ləğv olunduqda uyğunluq nişanı ilə nişanlandığına görə.

İstehsalçılar (icraçılar) və ticarət təşkilatları məsuliyyət daşıdığı hallarda həmçinin sertifikatlaşdırılmış məhsula inspeksiya nəzarəti keçirən şəxslərə maneçilik törədildikdə və ümumiyyətlə sertifikasiya üzrə qaydalar pozulduqda vəzifəli şəxslər də məsuliyyət daşıyırlar. Sertifikasiya sınaqları qeyri-obyektiv aparılaraq onların protokollarında düzgün olmayan qeydlər yazıldıqda, sertifikasiyanın aparılma qaydaları və müddətləri pozulduqda, məhsulun normativ sənədlərinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin tərtib olunmasında xətalara yol verildikdə sertifikasiyadan keçməyən məhsula uyğunluq sertifikatının verilməsində sertifikasiya üzrə orqanlar və akkreditasiya olunmuş sınaq laboratoriyaları günahkar olduqları halda da vəzifəli şəxslər məsuliyyət daşıyırlar.

Mühazirə 4.

14

Page 15: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mövzu: Sertifikasiya üzrə orqana tələblər və onun akkreditasiya qaydaları.

PLAN1. Sertifikasiya üzrə orqana tələblər.2. Sertifikasiya üzrə orqanın funksiyaları və keyfiyyət sisteminə tələblər.3. Sertifikasiya üzrə orqanın akkreditasiyası, sənədlərin təqdimatı və ekspertizası.4. Sertifikasiya üzrə orqanın attestasiyası və onun fəaliyyətinə inspeksiya nəzarəti.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Sertifikasiya üzrə orqanlar hüquqi şəxs statusuna malik olan təşkilatların bazasında yaradılır. Sertifikasiya üzrə orqana tələbləri və onun akkreditasiya qaydalarını, özündə əks etdirən sənədin tələblərinə cavab verən və lazımi səlahiyyətlərə malik olan müəssisələr və təşkilatlar o cümlədən Azərdövlətstandartın ərazi orqanları və Elmi-Tədqiqat institutları kimi dövlət təşkilatları, səhmdar cəmiyyətlər, assosiasiyalar və s. daxil olmaqla sertifikasiya üzrə orqanlar kimi akkreditasiya olunub fəaliyyət göstərə bilərlər.

Sertifikasiya üzrə orqan kimi akkreditasiya olunmaq və fəaliyyət göstərmək iddiasında olan təşkilat, sertifikasiya aparmağa imkan verən aşağıdakı sənədləri də daxil etməklə, zəruri vasitələrə və sənədləşdirilmiş üsullara malik olmalıdır:

verilmiş sertifikasiya sisteminin idarə olunması üçün inzibati struktura, hüquqi və iqtisadi imkanlara (şəraitə);

ixtisaslı və xüsusi hazırlıq keçmiş heyətə; sertifikasiya üzrə orqanın tərkibinə daxil olan və ya onunla müqavilə əsasında qarşılıqlı

əlaqədə olan akkreditasiya edilmiş sınaq laboratoriyalarına; məhsula və sınaq metodlarına vacib olan normativ sənədlər fondunda; həmcins məhsulların və keyfiyyət sistemlərinin sertifikatlaşdırılmasının, istehsalatın

attestasiya edilməsinin üsul və qaydalarını müəyyənləşdirən təşkilatı-metodik sənədlərə.Sertifikasiya üzrə orqanın məhsulun istehsalçılarından (tədarükçülərindən) və onun

sifarişçilərindən (istehlakçılardan) inzibati və hüquqi asılılığı olmamalıdır.Məhsulun, keyfiyyət sistemlərinin sertifikasiyası və ya istehsalatların attestasiyası üzrə

akkreditasiya olunmuş orqan və nəzarət orqanı sertifikasiya üzrə orqanın tərkibində ola və ya olmaya bilər (keyfiyyət sisteminin sertifikasiyasını aparmaq üçün deklarasiya-sifarişin forması verilir).

Sertifikasiya orqanının heyəti öz vəzifəsini yerinə yetirmək üçün lazımi səlahiyyətə malik olmalıdır. Sertifikasiya üzrə orqanın ştatına daxil olan və ya müqavilə əsasında onunla qarşılıqlı əlaqədə olan auditorlara (ekspertlərə) tələblər AZS milli sertifikasiya sisteminin «Auditorlar və ekspertlər haqqında müddəalar» rəhbəredici sənədlərində öz əksini tapmaqdadır.

Sertifikasiya üzrə orqan auditorlar və ekspertlər Reyestrinə məşvərətçi səs hüququna malik olan və məsləhətçilər kimi sertifikasiya orqanı tərəfindən cəlb olunan müxtəlif ixtisas sahələrinin mütəxəssislərini daxil etməlidir.

Hər hansı iş subpodrat əsasında başqa təşkilata tapşırıldığı halda sertifikasiya üzrə orqan subpodrat işləri ilə məşğul olan həmin təşkilatın heyətinin və istifadə etdiyi texniki vasitələrin müəyyən olunmuş tələblərə uyğun olmasına əmin olmalıdır.

15

Page 16: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiya üzrə orqanın rəhbəri Azərdövlətstandartla razılaşdırıldıqdan sonra təyin edilir.

Sertifikasiya üzrə orqan aşağıdakı normativ sənədlər dəstinə malik olmalıdır: məhsula və sınaq metodlarına qoyulmuş sənədləri təyin edən beynəlxalq, dövlətlərarası,

milli normativ texniki sənədlər; istehsal proseslərinin təşkilinə qoyulmuş tələbləri təyin edən normativ-texniki sənədlər; ISO 9000 və ISO 8402 seriyalı beynəlxalq standartlar; məhsulun və keyfiyyət sisteminin sertifikasiyası və istehsalın attestasiyası sahəsində

beynəlxalq, dövlətlərarası, milli standartlar və rəhbəredici sənədlər;Sınaqların nəticələri, reklamasiyalar barədə göstəricilər bankı.Bütün sifarişçilər sertifikasiya üzrə orqanın xidmətləri barədə informasiyanı maniəsiz

almaq imkanına malik olmalıdırlar.Göstərilən orqan fəaliyyət göstərərkən istifadə etdiyi üsullar başqalarının hüquqlarını

tapdalamamalıdır.Sertifikasiya üzrə orqan kommersiya sirri təşkil edən informasiyanın məxfiliyini təmin

etməlidir.Sertifikasiya üzrə orqan göstərilən tələblərə uyğunluğunu yoxlamaq üçün daxili audit və

dövri təftişlər keçirməlidir. Belə təftişlər qeydiyyatdan keçməli, onların nəticələri sertifikasiya üzrə orqanın fəaliyyətinə nəzarəti həyata keçirən şəxslər üçün açıq olmalıdır. Sertifikasiya üzrə orqanın əsas funksiyalarına aşağıdakılar aid edilir:

verilmiş sistemdə sertifikatlaşdırılan məhsulun siyahısının təyini; göstəricilərin, tələblərin və bu tələbləri təyin edən standartların və ya digər normativ

sənədlərin seçilməsi; həmcins məhsulun sertifikasiyası zamanı istifadə olunan normativ sənədlər fondunun

formalaşdırılması və aktuallaşdırılması; sertifikasiyaya sifarişlərin, həmçinin apellasiyaların qəbulu və baxılması, onlar barədə

qərarların hazırlanması və sertifikasiyanın aparılması zamanı sifarişçilərlə qarşılıqlı əlaqənin yaradılması;

sertifikasiya sxemində nəzərdə tutulduğu halda hər bir konkret sifariş üzrə istehsalatın yoxlanılması üçün sınaq laboratoriyasının və orqanın təyin edilməsi və onlarla qarşılıqlı əlaqə əsasında sınağın və istehsalatın yoxlanılmasının təşkili;

verilmiş sertifikasiya sisteminin təşkilati-metodik sənədlərinin tərtibi və aparılması; uyğunluq sertifikatının tərtib olunması və verilməsi, onun AZS Milli sertifikasiya

sisteminin Dövlət Reyestrində qeydiyyatdan keçirilməsi; xarici sertifikatın və digər uyğunluq şəhadətnamələrinin tapılmasının mümkünlüyü

barədə materialların hazırlanması; Azərdövlətstandartın ərazi orqanlarını cəlb etməklə sertifikatlaşdırılmış məhsulların,

sertifikatlaşdırılmış keyfiyyət sistemlərin göstəricilərinin stabilliyinə nəzarətinin təşkili və keçirilməsi;

məhsul üçün təshihedici tədbirlərin təşkili və onlarda iştirak etmə; sertifikasiya tələblərinin pozulması haqqında informasiya operativ tədbirlərin qəbul olunması;

Sertifikatlaşdırılmış məhsulun Reyestrinin aparılması və sertifikasiyanın nəticələri haqqında informasiyanın çapa hazırlanması; heyətin ixtisasının artırılması və attestasiyasının təşkili; standartların tələbləri dəyişdikdə məhsulun sertifikasiyasının vaxtında aparılması üçün

istehsalçı ilə qarşılıqlı əlaqənin yaradılması.

16

Page 17: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiya üzrə orqan, yerinə yetirdiyi işlərin xarakterindən asılı olaraq, sənədləşdirilmiş keyfiyyət sisteminə malik olmalıdır. Bu sistemin fəaliyyəti aşağıdakı sənədlərlə nizamlanır:

sertifikasiya üzrə orqanın əsasnaməsi; keyfiyyət üzrə rəhbərlik; işçilərin və vəzifələrin təlimatları; məhsulun sertifikasiyasının aparılması, keyfiyyət sistemləri və istehsalatların attestasiya

sxemləri; sertifikasiyanın nəticələrinin tərtib olunma qaydası; sertifikasiya üzrə sənədlərin uçotu və mühafizə olunma qaydası; sertifikasiya üzrə orqanın öz fəaliyyətinə nəzarət qaydası; heyətin təhsili və attestasiya proqramı.

Keyfiyyət üzrə rəhbərlik, sənədi özündə aşağıdakıları birləşdirməlidir: keyfiyyət sahəsində siyasət haqqında məlumatı; sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsvirini; inzibati strukturun təsvirini; sertifikasiya üzrə orqanın nizamnaməsini; səlahiyyəti və üsulun qaydaları haqqında ətraflı məlumatları daxil etməklə onun

fəaliyyətinin təşkili barədə məlumatları; səlahiyyətlərin və məsuliyyətin struktur bölmələri və vəzifəli şəxslər arasında

bölüşdürülməsini; məhsulun ilkin və sonrakı sınaqlarının nəticələrinin qiymətləndirilməsi üsulu barədə

məlumatları; sertifikasiya üzrə orqanın keyfiyyət sisteminin sənədlərinin siyahısını; vasitəli podratçıların siyahısı və qiymətləndirmə üsulları və həmçinin onların

səlahiyyətlərinin yoxlanması barədə ətraflı məlumatları; apellyasiyaların verilməsi, baxılması qaydası və onlar üzrə qərarların qəbul olunmasını;

Keyfiyyət üzrə rəhbərliyin komplektləşdirilməsi üçün ona başqa zəruri məlumatların daxil edilməsində sınaq laboratoriyalarının sənədləri, vəzifə təlimatları, təhsil proqramları və ya onların geniş siyahısı və izahlı təsvirindən istifadə oluna bilər.

Sertifikasiya üzrə orqan qeydiyyat və protokollaşdırma sistemini işçi vəziyyətində saxlamalıdır.

Protokollar və qeydiyyat yazıları sertifikasiyanın hər üsulunun, sınaqlar və nəzarəti barədə hesabatları da daxil etməklə, hansı tərzdə yerinə yetirilməsini göstərməlidir. Bütün protokollar və qeydiyyat yazıları, sifarişçinin marağına münasibətdə, mövcud qanunvericiliyə zidd olmayan hallarda, gizlilik və məxfilik gözlənilməklə, müəyyən olunmuş müddət ərzində etibarlı şəkildə saxlanmalıdır.

Sertifikasiya üzrə orqan sertifikasiya sistemində istifadə olunan nəzarət sisteminə malik olmalı və aşağıda göstərilənləri təmin etməlidir:

işçi yerində fəaliyyətdə olan sənədlərin olmasını; müvafiq icazə əsasında sənədlərə dəyişikliklərin və düzəlişlərin daxil edilməsini; sertifikasiya üzrə orqanın özündə, həm də onun rəhbərliyi altında işləyən təşkilatlarda

köhnəlmiş sənədlərin kənar edilməsini; sənədlərdə dəyişikliklərin, düzəlişlərin daxil edilməsi barədə istehsalçıların və sistemin

digər istifadəçilərinin qabaqcadan xəbərdar edilməsini.

17

Page 18: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiya üzrə orqanın akkreditasiyası həmcins məhsulun və keyfiyyət sistemlərinin sertifikasiyasının, həmçinin istehsalatın attestasiyasının standartların və digər normativ sənədlərin tələblərinə uyğun olaraq aparılmasına onun səlahiyyətlərinin rəsmi şəkildə tanınmasıdır. Akkreditasiya, müəyyən olunmuş tanınma sahəsində orqana funksiya və hüquqların verilməsi deməkdir.

Sertifikasiya üzrə orqanın akkreditasiyasını Azərdöəvlətstandart həyata keçirir. Akkreditasiya zamanı sertifikasiya orqanının mövcud tələblərinə uyğunluğu müəyyənləşdirilir.

Sertifikasiya üzrə orqanın akkreditasiyası aşağıdakı əsas mərhələləri nəzərdə tutur: sənədlərin ekspertizası; attestasiya; ekspertizanın və attestasiyanın nəticələrinə baxılması və onlar üzrə qərarın qəbul edilməsi akkreditasiya attestatının qeydiyyatı və verilməsi.

Akkreditasiya zamanı sertifikasiya üzrə orqanın akkreditasiya müddəti ərzində fəaliyyətinə nəzarət qaydaları müəyyən edilir.

Sertifikasiya üzrə orqan kimi akkreditasiya olunmaq iddiasında olan təşkilat, aşağıdakı sənədləri təqdim etməklə, sifariş göndərməlidir:

sertifikasiya üzrə orqan haqqında əsasnamənin layihəsini; sertifikasiya qaydalarının layihəsini; keyfiyyət üzrə rəhbərlik; ekspert – auditorlar haqqında məlumatlar.

Sənədlər daxil olan gündən bir ay müddətində təşkilatın akkreditasiya hazırlığının qiymətləndirilməsi keçirilir. Sənədlərin ekspertizası Milli sertifikasiya üzrə orqan tərəfindən ekspert-auditorların cəlb olunması ilə aparılır. Lazım gələrsə, sənədlərin ekspertizası prosesində ekspertlər təşkilatın akkreditasiyaya hazırlığını yerində yoxlaya bilər. Ekspertizanın nəticələrinə görə sertifikasiya üzrə orqanın bu sənədlə müəyyənləşdirilmiş tələblərə uyğun olmasının qiymətləndirilməsi üzrə ekspert rəyi sifarişçiyə göndərilir. Təqdim olunmuş sənədlərin göstərilən tələblərə uyğunluğu müəyyən olunarsa, sənədlər iradlarla birlikdə sifarişçi təşkilata qaytarılır. Sertifikasiya üzrə orqanın attestasiyası istehsalçıların, istehlakçı cəmiyyətlərinin, müstəqil sınaq mərkəzlərinin və Azərdövlətstandartın ərazi orqanlarının nümayəndələrindən təşkil olunmuş komissiya tərəfindən sistemin ekspert-auditorlarını da cəlb etməklə həyata keçirilir.

Attestasiya zamanı sertifikasiya üzrə orqanın faktiki vəziyyətinin təqdim olunmuş sənədlərə uyğun olması və onun elan olunmuş funksiyaları yerinə yetirmək qabiliyyəti yoxlanılır. Attestasiyanın nəticələri üzrə akt tərtib olunur və sifarişçiyə məlumat verilir.

Ekspertizanın və attestasiyanın nəticələri əsasında aşağıdakı işlər yerinə yetirilir: Əsasnamənin və qaydaların təsdiqi; sertifikasiya üzrə orqanla Azərdövlətstandart arasında lisenziya müqaviləsinin

imzalanması; akkreditasiya attestatının tərtib olunması və sifarişçiyə verilməsi;Sertifikasiya üzrə orqan Milli sertifikasiya sisteminin Dövlət Reyestrində qeydiyyatdan keçir. Akkreditasiya attestatının fəaliyyət müddəti üç ildən artıq olmamalıdır. Akkreditasiya attestatının və lisenziya müqaviləsinin fəaliyət dövründə Azərdövlətstandart sertifikasiya üzrə orqanın fəaliyyətinə nəzarətini həyata keçirir. Planlı nəzarəti attestatın fəaliyyət müddəti ərzində, yalnız ildə bir dəfədən artıq olmamaq şərtilə həyata keçirilir. Planlı nəzarət üzrə işlərin xərci lisenziya müqaviləsində müəyyən olunmuş şərtlərlə sifarişçi tərəfindən öyrənilir.

18

Page 19: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Plandan kənar yoxlamalar, sertifikasiya üzrə orqan müəyyən olunmuş sertifikasiya üsullarına riayət etmədikdə məhsula və keyfiyyət sistemlərinə sertifikatı olan müəssisələrin istehsal etdiyi məhsulun keyfiyyətinə iradlar olduqda aparılır.

Akkreditasiya və lisenziya müqaviləsinin şərtləri pozulduqda Azərdövlətstandart akkreditasiya attestatının dayandırılması, yaxud ləğv olunması və lisenziya müqaviləsinin ləğvi haqqında qərar qəbul edir. Qərarın qəbulundan sonra, 10 gündən gec olmamaq şərtilə, bu barədə sifarişçiyə məlumat verilir. Bu halda sifarişçi Azərdvlətstandartın apellasiya komissiyasına bununla əlaqədar şikayət ərizəsi ilə müraciət edə bilər. Akkreditasiya attestatının və lisenziya müqaviləsinin fəaliyyət müddətinin uzadılması nəzarətin nəticələrindən asılıdır. Nəzarətin nəticələrinə görə akkreditasiyanın aparılması və ya akkreditasiya proseduru aparılmadan akkreditasiya attestatının fəaliyyət müddəti uzadıla bilər.

Mühazirə 5.Mövzu: Həmcins məhsulların sertifikasiya sistemi.

PLAN1. Həmcins məhsulların sertifikasiya sisteminə tələblər.

19

Page 20: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

2. Həmcins məhsulun sertifikasiya sisteminin təşkilati strukturu.3. HMS sisteminin təşkilati sənədlərinə tələblər.4. Həmcins məhsulun sertifikasiyasının aparılma qaydaları.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Həmcins məhsulların sertifikasiya sisteminin (H.M.S) yaradılması və onun fəaliyyət göstərməsində əsas məqsəd insanların həyatının, sağlamlığının və ətraf mühitin təhlükəsizliyi baxımından, respublikada istehsal olunan və xaricdən idxal edilən məhsulların (proseslərin, xidmətlərin) məcburi sertifikatlaşdırılması, hər hansı bir yerli və xarici sifarişçinin arzusu ilə istənilən tələblərə könüllü sertifikasiyanın aparılmasının təmin olunmasıdır. HMS sisteminin məqsədi həmçinin sistem çərçivəsində aparılmış sertifikasiyanın nəticələrinin xaricdə tanınmasına şəraitin yaradılmasıdır.

HMS sistemlərinə ümumi rəhbərlik Milli sertifikasiya orqanı tərəfindən həyata keçirilir. Həmcins məhsulun sertifikasiyası üzrə orqan sistemin yaradılmasına hazırlığı və özünün akkreditasiyasını həyata keçirməklə həm də konkret məhsul növlərinin sertifikasiyasının praktik üsullarının həyata keçirilmə funksiyasını da yerinə yetirir.

Məhsulun sertifikasiyası üzrə işlərin xərcini sifarişçi ödəyir. Xərclərin məbləği «sertifikasiya sahəsində işlərin ödəniş qaydaları» rəhbəredici sənədə uyğun olaraq lisenziya sazişi üzrə təyin edilir.

Tədarükçü öz məhsulunun sertifikatlaşdırılmasının nəticələrindən əldə olunmuş informasiyadan reklam məqsədi ilə istifadə edə bilər.

Həmcins məhsulun sertifikasiya sistemi aşağıdakıları təyin etməlidir: sertifikasiya aparılacaq məhsula müvafiq normativ sənədləri; sertifikasiya sxemini və qaydalarını; təşkilati strukturu mövcud sertifikasiya sisteminin fəaliyyəti üçün texniki-iqtisadi, hüquqi

şərtlərin və yerinə yetirilmə ardıcıllığını nəzərə almaqla, bütün üsulların yerinə yetirilməsinin təmin olunmasını;

sertifikasiya sınaqları aparan akkreditasiya olunmuş sınaq laboratoriyalarını (mərkəzlərini);

fəaliyyət müddətinin uzadılması inspeksiya nəzarətinin nəticələrindən asılıdır. İnspeksiya nəzarətinin nəticələrinə görə akkreditasiyanın aparılması;

keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə akkreditasiya olunmuş orqanları;

orqanlara və məhsulun sertifikasiya olunmuş xarakteristikalarının stabilliyinə nəzarət qaydalarını;

sistemdə qüvvədə olan sənədlərin tərkibini və onlara olan tələbləri;Həmcins məhsulun sertifikasiya sisteminin (HMS) təşkilati sənədləri məhsulun

sertifikasiyanın keçirilməsinin vahid qaydalarını müəyyənləşdirməlidir.Akkreditasiya olunmuş laboratoriyalar (mərkəzlər), keyfiyyət sistemlərinin sertifikasiyası

və istehsalatların attestasiyası üzrə orqanlar, həmin məhsulun sertifikasiyası üzrə orqanın tərkibində ola bilər, yaxud onunla müqavilələr əsasında qarşılıqlı əlaqədə işləyə bilər. Sistemin

20

Page 21: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

sənədlərində bu qarşılıqlı əlaqənin qaydaları, üsulları, şərtləri (texniki-iqtisadi, hüquqi) müəyyən edilir. HMS sisteminin təşkilati strukturu konkret verilmiş sertifikasiya sistemi üçün müəyyən olunmuş sertifikasiya üsullarının və onun bütün idarəetmə funksiyalarının yerinə yetirilməsini təmin etməlidir.

HMS sisteminin təşkilati strukturunu ümumi halda aşağıdakılar təşkil edir: həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiya olunmuş orqan; akkreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzləri); keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatın attestasiyası üzrə akkreditasiya

olunmuş orqan; məhsulun istehsalçıları, tədarükçüləri və istehlakçıları

HMS aparılması sxemindən asılı olaraq, bu sistemin müxtəlif təşkilati strukturları ola bilər. Bəzi məhsul növləri üçün sertifikasiya üzrə bir neçə orqan akkreditasiya oluna bilər. Lakin buna baxmayaraq, məcburi sertifikasiya zamanı onlar vahid qayda üzrə işləməlidirlər.

HMS üzrə akkreditasiya olunmuş orqan verilmiş məhsulun sertifikasiya sisteminə rəhbərliyi və onun fəaliyyətinin təmin olunmasını həyata keçirir.

HMS üzrə akkreditasiya olunmuş orqanın əsas funksiyaları «AZS» Milli sertifikatlaşdırma sistemi, «Sertifikasiya üzrə orqana tələblər və onun akkreditasiya qaydaları» rəhbəredici sənədlərdə müəyyən edilmişdir.

HMS sistemində iştirak edın sınaq laboratoriyaları (mərkəzləri) Milli sertifikasiya orqanı tərəfindən akkreditasiya olunur. Həmçinin HMS sistemində iştirak edən keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatların attestasiyası üzrə orqanlar Milli sertifikasiya orqanı tərəfindən akkreditasiya olunur. Bütün bu qurumlara qoyulmuş tələblər Rəhbəredici sənədlərdə müəyyən olunmuşdur. Həmçinin həmcins məhsulun və keyfiyyət sistemlərinin sertifikasiyası, həmçinin istehsalatların attestasiyası üzrə orqanlar olmadıqda, onların əsas funksiyalarını Milli sertifikasiya orqanı yerinə yetirir.

Məhsulun istehsalçıları, tədarükçüləri və istehsalçıları HMS üzrə orqanla və yaxud Milli sertifikasiya orqanı ilə müqavilə (saziş, lisenziya və s.) əsasında qarşılıqlı fəaliyyət göstərirlər.

Məcburi sertifikasiya üzrə ödəmə sifarişçi tərəfindən Milli sertifikasiya orqanın müəyyən etdiyi sərbəst tariflər və qaydalar üzrə aparılır. HMS sisteminin təşkilati sənədləri bu məhsulun istehsal və tədarük xüsusiyyətləri, onun sertifikasiyası üzrə beynəlxalq sistemin və sazişlərin olması nəzərə alınmaqla tərtib olunur.

HMS sisteminin təşkilati sənədlərinin tərkibində onun strukturu, qaydaları, fəaliyyəti, həmçinin milli sertifikasiya orqanı ilə qarşılıqlı əlaqəni təyin edən aşağıdakı sənədlərin olması vacibdir:

məhsulun sertifikasiyası haqqında əsasnamə məhsulun sertifikasiyası üzrə orqan haqqında Əsasnamə və onun fəaliyyətini təmin edən digər sənədlər;

sistemdə keyfiyyət üzrə aparılan işlərə rəhbərlik; milli sertifikasiya orqanı ilə verilmiş məhsulun sertifikasiyası üzrə orqan arasında

lisenziya sazişi; sertifikasiya üzrə orqanın icraçı xidmət bölmələrinin heyətini və funksiyalarını təyin edən

sənəd.Məhsulun sertifikasiyası haqqında Əsasnamədə verilmiş sistem çərçivəsində

sertifikatlaşdırılmış həmcins məhsulun nomenklaturası, məhsulun uyğunluq sertifikasiyasının aparılması və sertifikasiya zamanı təsdiq olunan göstəriciləri (xarakteristikaları) nizama salan, həmçinin bu göstəricilərin təyin edilməsi (sınaq) metodları üçün normativ sənədlərin siyahısı,

21

Page 22: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

məhsulun sertifikasiya sxemi və keçirilmə qaydaları, HMS sisteminin təşkilatı strukturu və fəaliyyət qaydaları öz əksini tapmalıdır.

Qalan sənədlərin tərkibi və onların məzmunu HMS sxemi ilə təyin edilir.Sistemdə olması vacib olan sənədlərdən başqa müxtəlif işlərin yerinə yetirilməsini

müəyyənləşdirən aşağıda göstərilən sənədlərdən də istifadə etmək tövsiyə olunur: sınaq mərkəzlərinin akkreditasiyası haqqında Əsasnamə; sınaqların keyfiyyəti üzrə rəhbərlik; sınaqların proqram və metodikaları; keyfiyyət sistemlərinin sertifikasiyası və istehsalatların attestasiyası üzrə orqan haqqında

Əsasnamə; keyfiyyətin yoxlanması üzrə Rəhbərlik; sistemin informasiya təminatı barədə sənədlər; kadrların hazırlanması proqramları və digər sənədlər.HMS beynəlxalq sistemlər və sazişlər çərçivəsində aparıldıqda sənədlərin məzmunu həmin sistem və sazişlərin qaydaları ilə müəyyən olunur.

HMS sisteminin təşkilati sənədlərini sertifikasiya üzrə orqan tərtib edir.Vacib sənədlər Milli sertifikasiya orqanı tərəfindən təsdiq edilir. Müxtəlif iş növlərinin

aparılma qaydalarını müəyyən edən HMS sisteminin təşkilati sənədlərini konkret məhsulun sertifikasiyası üzrə orqan təsdiq edir.

Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanın, yaxud Milli sertifikasiya orqanının tapşırığı ilə müvəqqəti vəkil edilmiş təşkilat məhsulun sertifikasiyasının hazırladığı və təşkili üzrə aşağıdakıları yerinə yetirir:

sifarişin verilməsi və baxılması; sertifikasiya sxeminin seçilməsi; standarta göstərilməyən hallarda sınaqlara məruz qalacaq məmulat nümunələrinin sayının

və seçmə qaydalarının təyin edilməsi; sınaqları aparacaq akkreditasiya olunmuş sınaq laboratoriyasının təyin edilməsi;

sertifikasiya olunan məhsulun sınaqları; istehsalatın attestasiyası, yaxud keyfiyyət sisteminin sertifikasiyası üzrə işlərin

qaydasının təyin olunması və aparılması (əgər bu sifarişçinin təklif etdiyi sertifikasiya sxemində nəzərdə tutulubsa);

işlərin yerinə yetirilməsi üçün müqavilə layihəsinin hazırlanması; uyğunluq sertifikatı və onun verilməsinə, yaxud uyğunluq nişanından istifadə olunmasına

hüquq verən lisenziyanın verilməsi və qeydiyyatı; xarici və yaxud beynəlxalq orqan tərəfindən verilmiş uyğunluq sertifikatının tanınması; sertifikatlaşdırılmış məhsulun keyfiyyətinin stabilliyinə, onun istehsal vəziyyətinə,

keyfiyyət sisteminə inspeksiya nəzarəti yolu ilə ümumi nəzarətin həyata keçirilməsi və lazım olduqda korreksiyaedici tədbirlərin həyata keçirilməsi;

sertifikasiyanın nəticələri barədə informasiyanın toplanması; apelyasiyalara baxılması.

Milli sertifikasiya sistemi çərçivəsində məhsulun məcburi, yaxud könüllü sertifikasiyasının aparılması üçün sifarişçi həmcins məhsulun sertifikasiyası üzrə akkreditasiyadan keçmiş müvafiq orqana, bu orqan olmadıqda Milli sertifikasiya üzrə orqana sifariş göndərməlidir.

Belə orqan və məhsulun sertifikasiyası barədə sifarişçini maraqlandıran informasiyanı Azərdövlətstandartın ərazi orqanlarından almaq olar.

22

Page 23: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Məcburi sertifikasiyanın aparılmasının sxemi məhsulun istehesal, nəzarət və tədarük xüsusiyyətlərini nəzərə almaqla, həmçinin Milli sertifikasiya orqanı ilə razılaşdırmaqla həmcins məhsulun sertifikasiya orqanı tərəfindən seçilir. Bu zaman sertifikasiyanın təsdiq olunmasını təmin edən ISO-nun tövsiyə etdiyi sxemlərdən istifadə edilir. Seçilmiş sertifikasiya sxemi verilmiş məhsulun məcburi sertifikasiya qaydalarını təyin edən sənədlərdə göstərməlidir. Könüllü sertifikasiyanın aparılma sxemi sifarişçi tərəfindən seçilir və sertifikasiyaya aid sifarişdə göstərilir.

Beynəlxalq sistem çərçivəsində sertifikasiya həmin sistemin sxemi üzrə yerinə yetirilir. Xaricdən idxal edilmiş və yaxud Azərbaycanda istehsal edilmiş məhsulların ixracı zamanı AZS Milli sertifikasiya sistemində sertifikasiyanın aparılması nəzərdə tutulan halda məhsulun tədarükünə aid sazişlərə, kontraktlara yaxud digər sənədlərə müvafiq tələblər və göstərişlər daxil edilməlidir.

Uyğunluq sertifikatı olmadan gətirilməsi və çıxarılması icazə verilməyən məhsulların idxal və ixracı barədə sertifikasiya üzrə milli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini xəbərdar etməlidir.

Sertifikatlaşdırma işinin hazırlıq hissəsi sertifikasiya üzrə akkreditasiya olunmuş orqanın təsdiq etdiyi qərarın qəbul edilməsi ilə başa çatır. Qərarın forması əlavədə verilir. Qərarda yuxarıda göstərilən bütün məsələlərə, həmçinin sonrakı işlərin aparılması qaydalarına ətraflı baxılır. Qərar işin yerinə yetirilməsi barədə müqavilə layihəsi ilə birlikdə sifarişçiyə göndərilir.

Sınaqlar sifarişçi ilə sertifikasiya üzrə orqan və təyin olunmuş sınaq laboratoriyası arasında imzalanmış müqavilə və qərarın əsasında aparılır.

Məcburi sertifikasiya zamanı sınaqların həcmi (məhsul tipinin nümunəsi, partiyası, hər bir nümunə) və onların keçirilmə qaydaları, sertifikasiya üzrə milli orqan və istehlakçı ilə razılaşma əsasında, verilmiş məhsulun sertifikasiyası üzrə orqan tərəfindən müəyyən edilir. Verilmiş məhsulun sertifikasiya qaydalarını təyin edən müvafiq tələblər sistemin sənədlərində müəyyən olunmalıdır.

Könüllü sertifikasiya zamanı sınaqların zəruriliyi məhsula aid olan sifarişdə sifarişçi tərəfindən göstərilməlidir. Sertifikasiya sınaqlarının keçirilməsi nəzərdə tutulan beynəlxalq sistem çərçivəsində aparılarsa, bu sınaqlar həmin sistemin müəyyən etdiyi tələblərə uyğun olaraq həyata keçirilir.

Nümunələrin sayı, onların seçilmə qaydaları, eyniləşdirilməsi və saxlanması həmcins məhsulun sertifikasiyası və sınaq metodikaları üzrə normativ-texniki , yaxud təşkilati-metodik sənədlərdə müəyyən edilir. Sınaq laboratoriyası müəyyən olunmuş müddətdə sertifikasiya sınaqlarını keçirir və nümunələrin seçilmə aktı ilə birlikdə nəticələrin sənədini (protokol, yaxud hesabat) sertifikasiya üzrə orqana göndərir.

Sertifikasiya üzrə orqan alınmış materialları ekspertizadan keçirir, uyğunluq sertifikatı vermək barədə qərar qəbul edir və uyğunluq sertifikatını və sazişi tərtib edir. Sertifikatın doldurulması seçilmiş sertifikasiya sxeminə uyğun olaraq müəyyən edilir (şəkil4.1 ).

23

Page 24: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Şəkildə Milli sertifikasiya sistemində uyğunluq sertifikatının forması verilmişdir. Uyğunluq sertifikatının qrafalarında aşağıdakı məlumatlar verilir:

Mövqe 1 – Dövlət Reyestrinin aparılma qaydalarına uyğun olaraq sertifikata verlmiş qeydiyyat nömrəsi.

Mövqe 2- sertifikatın verilmə tarixi. Mövqe 3 – İstehlakçı müəssisənin adıMövqe 4 – İstehlakçı müəssisənin ünvanıMövqe 5 – Məhsulun adı, tipi, görünüşü, markası və . göstəriciləri.Mövqe 6 – Uyğunluğuna sertifikasiya keçirilmiş normativ sənədlərin adı və işarəsi.Mövqe 7- Sertifikatın sahibi, adı və ünvanıMövqe 8 – Sertifikatın qüvvədə olma müddəti, sertifikasiya üzrə orqanın rəhbərinin adı,

soyadı, imzası və möhür.Sertifikat üzərində düzəlişlərin aparılması yol verilməzdir.Sertifikatlaşdırılmış məhsul Milli sertifikasiya sisteminin Dövlət Reyestrinə daxil edilir.

Sertifikasiya üzrə orqan verdiyi sertifikatların və lisenziyaların uçotunu aparır. Sertifikatın və lisenziyanın qüvvədə olan müddəti realizə olunmuş sertifikasiya sxemini nəzərə almaqla 3 ildən çox olmamalıdır.

Sertifikasiya sxemi üzrə yerinə yetirilən sertifikasiya sınaqlarının yaxud digər işlərin nəticələri mənfi olduqda, sifariş verilmiş məhsulun sertifikasiyası üzrə iş dayandırılır və bu barədə sertifikasiya üzrə orqan sifarişçini xəbərdar edir.

24

Page 25: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sifarişçinin arzusu ilə işlər yenidən davam etdirilə bilər. Bu halda sertifikat və lisenziya verilmir. Məhsulun sertifikasiyaya hazırlıq səviyyəsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə tövsiyələrlə birlikdə işlərin nəticələri üzrə sifarişçiyə rəy təqdim olunur. Sertifikasiya üzrə sifarişin baxılması, qərar qəbul edilməsi və sertifikatın sənədləşdirilmə müddəti bir aydan çox olmamalıdır (sınaq müddəti hesaba alınmadan).

Sertifikasiya sınaqlarının aparılması, həmçinin dövri inspeksiya sınaqları və istehsal olunan məhsulun sertifikatlaşdırılmış nümunəyə uyğunluğuna seçmə inspeksiya nəzarəti ilə əlaqədar xərclər müvafiq məhsul istehsalçıları tərəfindən ödənilir.

25

Page 26: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mühazirə 6.Mövzu: Sınaq laboratoriyalarına (mərkəzlərinə) olan tələblər və onların akkreditasiya

qaydaları.

PLAN1. Terminlər və təriflər.2. Akkreditasiya olunan laboratoriyalara tələblər.3. Sınaqların nəticələrinin qeydiyyatı.4. Akkreditasiya olunmuş laboratoriyaların vəzifələri.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Akkreditasiya olunan sınaq laboratoriyalarına tələblər və onların akkreditasiya qaydaları AZS «Milli sertifikasiya sistemi sınaq laboratoriyalarına (mərkəzlərinə) tələblər və onların akkreditasiya qaydaları» rəhbəredici normativ sənəddə öz əksini tapmışdır. Mövcud sənəd çərçivəsində «Standartlaşdırma sahəsində və bu sahə ilə sıx əlaqədar fəaliyyət növlərində ISO-BEK2 rəhbəredici sənədlərində ifadə olunan aşağıdakı termin və təriflərdən istifadə olunur: Sınaq – verilmiş məhsulun, prosesain yaxud xidmətin müəyyən olunmuş üsullara uyğun olaraq bir, yaxud bir neçə göstəricini müəyyən edən texniki əməliyyatdır. Sınaq metodu – sınağın müəyyən edilmiş aparılma qaydalarıdır;Sınaq protokolu - sınağın nəticələrini və sınağa aid edilən digər informasiyaları iradə edən sənəddir;Sınaq laboratoriyası – sınaqlar aparılan laboratoriyadır;

Akkreditasiya üzrə orqan (laboratoriyalar)- laboratoriyaların akkreditasiya sistemini idarə edən, akkreditasiya aparan və akkreditasiya aparmağa hüquq verən orqandır; Laboratoriyalararası müqayisəli sınaqlar-əvvəlcədən müəyyən olunmuş şərtlərə uyğun olaraq iki, yaxud bir neçə müxtəlif laboratoriyaların eyni, yaxud oxşar məmulatın və ya materialların sınağının təşkili, aparılması və qiymətləndirilməsidir;

Sınaqların (laboratoriyalarda) keyfiyyətinin yoxlanması – laboratoriyalararası müqayisəli sınaqlar vasitəsilə verilmiş laboratoriyanın müəyyən edilməsidir;Sistemdə laboratoriyaların akkreditasiyası texniki səlahiyyətliliyin və müstəqilliyin rəsmən tanınması və ya standartların və yaxud digər normativ sənədlərin tələblərinə uyğun olaraq konkret sınaq tipinin, konkret məhsulun sınaqlarının aparılmasında texniki səlahiyyətin rəsmən tanınmasıdır.

Məhsulun, komplektləşdirici məmulatların, xammal və materialların sınaqlarını aparan, aid olduğu sahədən və mülkiyyət formasından asılı olmayaraq, istənilən laboratoriya akkreditasiya oluna bilər. Hüquqi şəxs statusuna malik olan, yaxud hüquqi, şəxs statusu alan təşkilat və müəssisənin struktur bölməsinə daxil olan istehsalçılardan, istehlakçılardan və layihəçilərdən asılı olmayaraq və işlərin obyektiv, tam və dəqiq yerinə yetirilməsini təmin edən laboratoriya texniki səlahiyyətliliyə və müstəqilliyə akkreditasiya olunur.

Hüquqi şəxs statusuna malik olan, yaxud hüquqi şəxs statusu alan təşkilat və müəssisənin struktur bölməsinin tərkibində olub, işlərin tam və dəqiq yerinə yetirilməsini təmin edən, həmçinin kontrakt əsasında işləyən laboratoriya texniki səlahiyyətliliyə akkreditasiya olunur.

26

Page 27: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Yerinə yetirilən işlərin obyektivliyi Azərdövlətstandartın və ya onun vəkil etdiyi orqanın nümayəndəsinin olması ilə təmin edilir. Laboratoriya akkreditasiya olunduqda ona akkreditasiya attestatı verilir. Attestatın forması əlavədə verilir. Akkreditasiya attestatının fəaliyyət müddəti 3 ildən artıq olmamalıdır.

Laboratoriyanın akkreditasiya sahəsi onun akkreditasiyası zamanı müəyyən olunur. Rəhbəredici sənədlə təyin olunmuş akkreditasiya tələbləri bütün laboratoriyalar üçün ümumidir və lazım gələrsə akkreditasiya olunan laboratoriyaların özünə xas olan xüsusiyyətlərindən asılı olaraq başqa tələblərdə daxil edilə bilər.

Akkreditasiyanı və akkreditasiya olunmuş laboratoriyaların inspeksiya nəzarətini istehlakçıların, istehlakçı cəmiyyətlərin və digər maraqlı təşkilatların nümayəndələrini cəlb etməklə Azərdövlətstandart həyata keçirir. Nəzarət akkreditasiya attestatının qüvvədə olduğu bütün müddət ərzində həyata keçirilir. Akkreditasiya olunmuş laboratoriya öz fəaliyyətini «Sınaq laboratoriyası haqqında Əsasnaməyə»yə uyğun olaraq həyata keçirir. Akkreditasiya olunmuş laboratoriya haqqında Əsasnamə akkreditasiyanın nəticələri üzrə Azərdövlətstandart təsdiq edir. Laboratoriyanın akkreditasiya attestatı Azərdövlətstandart tərəfindən AZS sisteminin Dövlət Reyestində qeydiyyatdan keçirilir. Akkreditasiya olunan laboratoriyanın təşkilat strukturu aşağıdakıları nəzərdə tutmalıdır:

tanınmış texniki funksiyaları yerinə yetirmək imkanını verən keyfiyyətə təminat sistemini;

əməkdaşlara, işlərin nəticələrinə təsir edə bilən qanuna zidd təzyiqlərin göstərilməsinin mümkünlüyünün istisna edilməsini.Akkreditasiya olunmuş laboratoriyanın heyəti peşəkar hazırlığa, ixtisas və sınaq keçirmək

təcrübəsinə malik olan mütəxəssislərdən ibarət olmalı və laboratoriyaya təhkim olunan məhsulların sınağının keçirilməsini təmin etməlidir.

Hər bir mütəxəssis üçün onun funksialarını, vəzifələrini və məsuliyyətini, aparılan işin keyfiyyətinə tələbləri, təhsilini, texniki biliklərini və iş təcrübəsini müəyyənləşdirən təlimat olmalıdır. Sınaqlarda bilavasitə iştirak edən əməkdaşlar sınaq aparmaq hüququ almaq üçün qüvvədə olan mühəndis-texniki işçilərin attestasiya qaydaları və fəhlələr üçün soraq kitabçası çərçivəsində attestasiyadan keçməlidirlər. Sınaq laboratoriyası öz heyətinin təhsilini və ixtisasını artırılmasını müntəzəm təmin etməlidir.

Sınaqlar keçirilən şəraitlərdə ətraf mühit sınağın nəticələrinə təsir etməməli və ölçmənin tələb olunan dəqiqliyinə mənfi təsir göstərməməlidir.

Sınağın aparıldığı binalar istehsal sahəsinə, vəziyyətinə və oradakı şəraitinə görə (temperatur, nəmliyin, havanın təmizliyinin, işığın, səs və titrəmədən izölə etmənin, maqnit, elektrik və digər fiziki sahələrin şüalanmasından müdafiə, elektrik enerjisi, su, hava, istilik, soyuqluq agenti və s. ilə təchizatı) təmin olunmasına, tətbiq olunan sınaq metodlarının tələblərinə, sanitar norma qaydalarının, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə uyğun olmalıdır. Sınağın keçirildiyi yerə daxil olmaq nəzarətdə olmalıdır. Laboratoriyaya kənar şəxslərin girişi məhdud olmalıdır. Ətraf mühitin şəraiti tələb etdi halda, laboratoriya heyəti və laboratoriyaya gələnlərin xüsusi geyimləri olmalıdır.

Laboratoriya sınağının aparılması üçün lazımi avadanlığa və akkreditasiya sahəsi üzrə təyin olunmuş bütün parametrləri ölçmək üçün ölçü vasitələrinə malik olmalıdır.

Sınaq avadanlığı və ölçü vasitələri laboratoriyanın akkreditasiyasına uyğun olan sınaqların metodikalarına aid normativ sənədlərin tələblərinə cavab verməlidir. Başqa təşkilatların attestasiyadan keçmiş sınaq avadanlığından və yoxlamadan keçmiş ölçü

27

Page 28: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

vasitələrindən müqavilə, yaxud digər sənədlər əsasında icarə şərtləri ilə istifadə etməyə yol verilir.

Bütün avadanlıq və ölçü vasitələri onların mühafizəsini, zədələnmədən və vaxtından tez yeyilmədən müdafiəsini təmin edən şəraitdə saxlanılmalıdır.

Vaxtaşırı texniki xidmət tələb edən avadanlıqlar üçün texniki xidmət üzrə təlimat və qrafik, həmçinin yoxlama qrafiki tərtib və təsdiq olunmalıdır.

Nasaz sınaq avadanlığı və ölçmə vasitələri istismardan çıxarılması və onların öz funksiyalarını yerinə yetirmə bilmədikləri üçün, yaxud istifadəyə yararsızlığını göstərməklə etiketləşdirilməlidir. Hər sınaq avadanlığı və ölçü vasitəsi qeydiyyatdan keçməlidir.

Hər vahid üçün qeydiyyat sənədlərində (vərəqdə, xəritədə və s.) aşağıdakı məlumatlar olmalıdır.

adı və növü; istehsalçı müəssisə (forma), tipi (marka), zavod və inventar nömrəsi; istehsal, alınma və istismara buraxılma tarixi; alınma zamanı vəziyyəti (təzə istifadə olunmuş, təmirdən sonra və s.); hazırkı zamanda yerləşdiyi yer; nasazlıqlar, təmir və texniki xidmətlər barədə məlumatlar.

Bütün sınaq avadanlığı və ölçü vasitələri attestasiya, yoxlanılma və həmçinin təmirinin mümkünlüyü ilə təmin olunmalıdır. Sınaq laboratoriyasında istifadə olunan attestasiya və yoxlanış, qaydaları sənədləşdirilməlidir. Cihazların yoxlanış qaydaları fəaliyyətdə olan normativ-texniki sənədlərin müəyyən etdiyi tələblərə uyğun olmalıdır.

Akkreditasiya olunmuş laboratoriya aşağıda göstərilən müvafiq sənədlərə malik olmalıdır:

sınaqdan keçirilən məhsula və onun sınaq metodlarına texniki tələbləri müəyyən edən sənədlər: standartlar və texniki şərtlər, həmçinin beynəlxalq standartlar (qaydalar, texniki tövsiyələr və s.).

akkreditasiyadan keçmiş laboratoriyaya təhkim olunmuş məhsulun sınağını aparma proqramı və metodlarını müəyyən edən sənədlər. Standartlaşdırılmış sınaq metodları laboratoriyada müəyyən olunmuş qaydada attestasiya olunur;

sınaq avadanlığının və ölçü vasitələrinin lazımi vəziyyətdə saxlanmasını təmin edən sənədlər; Tətbiq olunan ölçü vasitələrinin yoxlanış və sınaq avadanlığının attestasiya metodikası və standartlaşdırılmış ölçü vasitələrinin yoxlama metodikaları, tətbiq olunan ölçmə vasitələri üçün istismar edilmə sənədi;

informasiya və sınaqların nəticələrinin saxlanma sistemini təyin edən sənədlər (protokollar, işçi jurnallar, hesabatlar və s.).Laboratoriyada sınağın keyfiyyəti, təhlükəsizlik texnikası və sənədlərin aparılması ilə

bağlı müəyyən olunmuş yerlərdə təlimatların, normativ-texniki sənədlərin, rəhbəredici sənədlərin və digər sənədlərin olmasını və aktlaşdırılmasını təmin edən üsullar müəyyən edilməli və sənədləşdirilməlidir.

Sınağın nəticələrinin alınması zamanı elektron sisteminin köməyi ilə göstəricilərin işlənməsi, sistemin etibarlığı hesabına onların təhrif olunması istisna edilir. Sistem müvafiq tədbirlərin qəbulu üçün hesablamanın yerinə yetirilməsi zamanı hesablama avadanlığının nasazlığını aşkar etmək imkanına malik olmalıdır. Hər bir sınaq laboratoriyasının sınaqlarının nəticələrinin qeydiyyat sistemi olmalıdır. Bu sistem ilkin ölçmələrin, hesabatın və digər məlumatların, həmçinin şəxsiyyəti göstərməklə nümunəni alanların, sınağa hazırlayanların və sınaqları, ölçmələri aparanların qeydiyyatını təmin

28

Page 29: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

etməlidir. Saxlanmaq üçün nəzərdə tutulmuş və qeydiyyatdan keçirilmiş sınaqlar haqqında informasiyaların həcmi və məzmunu təkrar keçirilmiş sınaqların nəticələri ilə müqayisədə imkanlarını təmin etməlidir.

Bütün sənədlərin saxlanma şəraiti təyin olunmuş müddət ərzində onların mühafizəsini və məxfiliyini təmin etməlidir. Təhlükəsizlik sınaqlarının nəticələrini əks etdirən sənədlərin saxlanma müddəti məhdudlaşdırılmır. Sənədlərin saxlanma müddəti və şəraiti sənədləşdirilməlidir. Sınaqların nəticələrinin qeydiyyatının və verilməsinin bütün mərhələlərində sənədləşdirmənin hüquqi qanunauyğunluğu təmin olunmalıdır. (düzəlişlərin istisna olunması, imzaların, möhürün, tarixin və kargüzarlığın digər tələblərinin eyniləşdirilməsi).

Laboratoriyanın apardığı işlər (sınağın nəticələri və digər məlumat dəqiq, aydın və birmənalı təqdim olunmaqla) hesabatda öz əksini tapmalıdır. Sınaqlar üzrə hər bir hesabat aşağıdakı məlumatları əks etdirməlidir:

laboratoriyanın adı, ünvanı və sınağın keçirilmə yeri (əgər sınaq başqa yerdə keçirilmirsə);

hesabatın (sınağın nömrəsi) və onun hər səhifəsinin, həmçinin səhifələrinin ümumi sayının vahid şəkildə eyniləşdirilməsi;

sifarişçilərin soyadı və ünvanı; sınaq nümunələrinin eyniləşdirilməsi və təsviri; nümunələrin qəbulu və sınaqların keçirilmə tarixi; normativ – texniki sənədlərin, şərti işarələnməsi, yaxud metodun və ya sınaqların

keçirilmə metodikasının təsviri; sınaqların şərtləri ilə əlaqədar hər hansı normaldan kənara çıxmaq və ya kənarolunma,

yaxud bu sınaqlar üçün lazım olan digər informasiya; standartlaşdırılmamış sınaq metodunun, yaxud üsulun istifadə olunmasının

eyniləşdirilməsi; seçilmə, tədqiqat və onların nəticələrinin cədvəllər, qrafiklər, cizgilər və fotolarla təsdiq

olunması və zəruri hallarda bütün aşkar olunmuş nöqsanların göstərilməsi. Ölçmənin xətasının müəyyən edilməsi;

sınağın hesabatı üçün məsul şəxsin vəzifəsi, imzası, tarix; sınaq barədə hesabatın ancaq sınağa məruz qalmış nümunələrə aid olduğunu göstərən

sifariş; sınaq laboratoriyasının icazəsi olmadan hesabatın tam çap olunmaması barədə göstəriş.

Sınaq barədə hesabata çapdan sonra düzəlişlər yaxud əlavələr edilmir. Onlar məsələn, «sınaq barədə hesabata əlavələr adlandırılan başqa bir sənədə daxil edilir». Akkreditasiya olunmuş laboratoriyanın statusu ilə şərtləşdirilmiş vəzifələri və hüquqları aşağıdakılardır:

rəhbəredici sənəddə müəyyən edilmiş akkreditasiya tələblərinə uyğunluğun hər zaman saxlanılması;

ancaq akkreditasiya sahəsinə aid olan sınaqların akkreditasiya haqqında sifarişin verilməsi;

sınaqların nəticələrinin dəqiqliyinin, obyektivliyinin və düzgünlüyünün təmin edilməsi; təhlükəsizlik tələbləri üzrə sertifikasiya aparmaq üzrə sınaqlara yalnız istehsalçının

sertifikatlaşdırılan məhsulunun tipini təmsil edən dəqiq eyniləşdirilmiş nümunələrin qəbul edilməsi;

29

Page 30: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

sınaq avadanlığının və ölçü vasitələrinin vəziyyətinə, vaxtında yoxlanılmasına və attestasiyadan keçməsinə, onlara xidmət göstərilməsinə və təmirinə nəzarətin təmin edilməsi;

sınaqların mənfi nəticələri barədə sertifikasiya üzrə orqanları, Azərdövlətstandartı və (istehsalçının yerləşdiyi ərazi üzrə) ərazi orqanlarının xəbərdar edilməsi;

akkreditasiya attestatının qüvvədə olma müddəti qurtardıqdan sonra akkreditasiya olunmuş laboratoriyanın hüquqlarından istifadə edilməməsi;

sertifikasiya üzrə orqanın akkreditasiyaya sifarişin verilməsi ilə əlaqədar gördüyü işlərin (iştiraketmə, qiymətləndirmə, inspeksiya və digər xidmətlər) xərclərinin ödənilməsi;

akkreditasiya üzrə orqana ziyan dəyəcək halda akkreditasiya səlahiyyətlərinin istifadə edilməməsi.

Mühazirə 7.Mövzu: Xarici ölkələrdə sertifikasiya.

30

Page 31: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

PLAN1. Rusiya Federasiyasında sertifikasiya.2. Almaniyada sertifikasiya.3. Yaponiyada sertifikasiya.4. ABŞ-da sertifikasiya.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Rusiya Federasiyasında sertifikasiya aşağıdakı dövlət qanunlarına uyğun təşkil olunur və aparılır: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında», «Məhsulun və xidmətlərin sertifikasiyası haqqında», «Standartlaşdırma haqqında», «Yanğın təhlükəsizliyi haqqında», «Əhalinin sanitar-epidemioloji rifah halı haqqında» və s. Prezidentin fərmanları və hökumət aktları.

1992-ci ildə RF-də qəbul olunmuş «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun bir sıra prinsipial müddəalar müəyyən etmişdir.

Belə ki, bu qanun istehlakçılarına bütün sivil dövlətlərdə tanınan, hüquqlarını qanuniləşdirmiş, məhsulların, işlərin və xidmətlərin həyat və sağlamlıq üçün təhlükəsizliyinə hüququnu; alınan məhsulların, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin lazımi keyfiyyətinə hüququnu, dəymiş ziyanın ödənilməsi hüququnu və istehlakçının hüquq və maraqlarını məhkəmədə müdafiəsinə, keyfiyyətsiz məhsulun satışı zamanı, ya da yerinə yetirilən iş və göstərilən xidmət lazımi səviyyədə olmadıqda istehlakçıların hüquqlarının müdafiəsi mexanizmini müəyyən etmişdir.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin əsasını mülki qanunvericiliyin normativ aktları təşkil etdiyi üçün bu qanun başqa qanunlar arasında xüsusi yer tutur. Rusiya Federasiyasında fəaliyyət göstərən bütün qanunverici aktlar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunla uyğunlaşdırılmışdır.

Hökumət qanunun ayrı-ayrı müddəaları əsasında alqı-satqı müqavilələri, ayrı-ayrı məhsul növlərinin satışı, müxtəlif növ işlərin yerinə yetirilməsi və s. üzrə müxtəlif aktlar və qaydalar təsdiq edir.

Məhsulların (işlərin, xidmətlərin) təhlükəsizliyini təmin etmək məqsədilə «istehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun məcburi sertifikasiyanı tətbiq edir. Sertifikasiya məhsulun keyfiyyətinin dövlət standartlarının məcburi tələblərinə uyğunluğunu təsdiq edir.

Məcburi sertifikasiya Qanununa əsasən aşağıdakılar sertifikasiya olunmalıdır: qanunverici aktların dövlət standartlarında istehlakçıların həyat və sağlamlıqlarının

təhlükəsizliyinin təmin edilməsinə , ətraf mühitin qorunmasına və həm də istehlakçıların əmlakına ziyan vurmasının qarşısının alınmasına yönəldilmiş tələblərin qoyulduğu məhsullar (işlər, xidmətlər);

istehlakçıların həyat və sağlamlıqlarının təhlükəsizliyini təmin edən vasitələr.Pərakəndə satış şəbəkəsi vasitəsilə realizə olunan məhsul partiyası, yaxud hər məhsul

vahidi uyğunluq sertifikatı ilə təmin olunmalıdır. Bu sertifikatı satıcı alıcının tələbi ilə təqdim etməyə borcludur. Məhsullar, sertifikasiya üzrə milli orqan tərəfindən verilmiş və Rusiyada tanınan xarici sertifikatlarla müşayiət oluna bilər.

31

Page 32: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiyadan keçmiş və sertifikatla təsdiq olunmuş məhsulların üzərində (yaxud məhsulu müşayiət edən sənədlərdə, ya da qablarda) dövlət standartı tərəfindən müəyyən olunmuş uyğunluq nişanı olmalıdır.

Sertifikatın və uyğunluq nişanın olmasına məsuliyyəti satıcı (istehsalçı) daşıyır.«Məhsulun və xidmətlərin sertifikasiyası haqqında» qanun 1993-cü ildə qəbul

olunmuşdur. Qanunda sertifikasiyanın məqsədləri müəyyən olunmuş, sertifikasiya üzrə milli orqan və onun fəaliyyət istiqamətləri təyin edilmişdir.

Qanun sertifikasiyanın aşağıdakı məqsədlərini təyin edir: beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmək üçün

respublikanın vahid məhsul bazarında mülkiyyətinin bütün formada təşkilatları üçün şəraitin yaradılması;

məhsulun seçilməsində istehlakçıya kömək etmək və onları istehlakçının (icraçının, satıcının) məsuliyyətsizliyindən qorumaq;

insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinə nəzarət;

məhsulun, istehlakçı tərəfindən göstərilmiş keyfiyyət göstəricilərinin təsdiq edilməsi.Qanunda məcburi və könüllü sertifikasiya nəzərdə tutulmuşdur.

Almaniyada sertifikasiyanın hüquqi bazasını əhalinin sağlamlığının və həyatının qorunması, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, resursların qənaəti, istehlakçıların maraqlarının mühafizəsi sahəsindəki qanunlar təşkil edir. 1990-cı ildən ölkədə keyfiyyətsiz məhsul hazırlanmasına görə məsuliyyətlilik haqqında qanun fəaliyyət göstərir.

Bu qanun Avropa Şurasının (AŞ) üzvü olan ölkələrin qanunvericiliyi ilə harmonizasiya edilmişdir və vahid bazar məkanında sertifikasiya üçün qanunverici baza rolunu oynayır. Qanun oyuncaqlardan tutmuş bəzi növ avadanlığa qədər çox geniş sayda məhsulları əhatə edir.

Almaniyanın TTBM/BTT informasiya mərkəzinin məlumatına görə ümumi Milli Sertifikasiya sistemi bir neçə sertifikasiya sistemini əhatə edir.

A- Reqlamentlərə uyğunluğun sertifikasiya sistemi;A1-DIN standartlarına uyğunluğun sertifikasiya sistemi;A2- VDE sertifikasiya sistemi;A3- BVGW sertifikasiya sistemi;B – Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun RAN sertifikasiya

sistemi.S- Sənaye texnologiyasının GS pişanına sertifikasiya sistemi;D – Tikinti konstruksiyalarının Federal normada uyğunluğuna nəzarət sistemi.E – Ölçmə vasitələrinin və etalonların sertifikasiya sistemi;F – Almaniyanın sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikasiya

sistemi.Sistem A1. DIN standartlarının tələblər qoyduğu bütün növ məmulatları əhatə edir. Bu

sistemə Almaniyanın standartlaşdırma institutu rəhbərlik edir.A2- bu sistemdə VDE qaydalarının, bəzən də DIN standartlarının yayıldığı bütün növ

elektrotexniki və elektron məmulatlar sertifikasiya olunur.Sistem A3. Almaniyanın qaz və su təchizatı üzrə Assosiasiya firmalarının – DIVIGW

sertifikasiya sistemidir.Sistem V. Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun rəhbərliyi

altında işləyir və RAL sistemi adlanır. Bu sistemin tərkibinə 150-yə qədər keyfiyyət üzrə

32

Page 33: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

cəmiyyət daxildir. RAL sistemi kənd təsərrüfat məhsulları və tikinti materialları sahəsinə nəzarət edir.

Sistem S Məmulatların, cihazların təhlükəsizliyi haqqında qanun (GSG) tələblərinə uyğunluğun təsdiq edən sertifikasiya sistemidir. Bu GSG nişanı ilə markalanmaqla təsdiqlənir. Almaniyada 100-ə qədər sertifikasiya üzrə orqan fəaliyyət göstərir ki, onlarda GSG nişanına uyğunluğuna sınaqlar aparır.

Sistem D O biri sistemlərdən fərqli olaraq məcburidir və tikinti profili məhsullara aiddir. Sistemə ümumi rəhbərlik Almaniyanın tikintisi texnikası institutu (DIVT) tərəfindən yerinə yetirilir. Sistemin əsas normativ sənədləri DIN standartlarıdır.

Sistem E Qanunverici metrologiya çərçivəsində fəaliyyət göstərən sertifikasiya sistemidir.

Almaniyada metrologiya sahəsində əsas federal orqan Federal Fiziki Texniki institutudur. Bu sistemdə cihazların həm məcburi, həm də könüllü yoxlamasını aparmaq olar. Federal Fiziki Texniki beynəlxalq qanunverici metrologiya təşkilatının (BEQMT) məsləhətlərindən və AŞ-nın direktivlərindən istifadə edir.

Sistem F Buxar qazlarının, yüksək təzyiqli balonların, maye yanacaqların daşınma vasitələrinin, partlayışdan qorunan elektrik avadanlığının, qaldırıcı qurğuların sertifikasiyası ilə məşğul olur.

Almaniyada akkreditasiya işlərinə rəhbərliyi akkreditasiya üzrə Almaniya Şurası (DAR) aparır.

Yaponiyada sertifikasiya üç formada fəaliyyət göstərir: Qanunverici tələblərə uyğunluğu təsdiq edən məcburi sertifikasiya; Hökumət tərəfindən səlahiyyət verilmiş orqan tərəfindən JİS milli standartlara uyğunluğu

təsdiq edən könüllü sertifikasiya; Sertifikasiya üzrə xüsusi orqanların apardığı könüllü sertifikasiya;

Məcburi sertifikasiya fəaliyyətdə olan qanunlarla reqlamentləşdirilir (onlar 30-dan artıqdır).

Sertifikasiya üzrə qanunverici müddəaların yerinə yetirilməsinin təmini nazirliklər və digər dövlət orqanları arasında bölüşdürülür. Məsələn, Xarici Ticarət və Sənaye Nazirliyi on qanunun yerinə yetirməsini təmin edir.

Qanunlarda bəzi növ məhsullar üzrə, onları istifadə edən üçün, təhlükəsizlik səviyyəsini xarakterizə edən kateqoriyalar mövcuddur. Məsələn, elektrotexnika məhsulları üçün A və B kateqoriyaları müəyyən edilmişdir.

Daha təhlükəli A kateqoriyalı məhsullar üçün üçüncü tərəfin sertifikasiyası, B kateqoriyalı məmulatlar üçün isə hazırlayanın ərizə deklarasiyası nəzərdə tutulmuşdur.

Keyfiyyət sisteminin sertifikasiyasını aparmaq üçün Yaponiya Assosiasiyası yaradılmışdır (YAB).

Onun əsas funksiyaları aşağıdakılardır: Məhsulun və keyfiyyət sisteminin sertifikasiyası üzrə orqanların və auditorların təhsili ilə

məşğul olan təşkilatların akkreditasiyası; auditorların attestasiyası və həm də uyğun təchizatçıların qeydiyyatı;

Tədqiqatların aparılması və xaricdə keyfiyyət sisteminin sertifikasiyası üzrə orqanların akkreditasiyasının qarşılıqlı tanınması üzrə praktiki fəaliyyətin yerinə yetirilməsi;

YAB –in məqsədlərinə nail olmaq üçün təşkil edilmiş digər işlərin yerinə yetirilməsi; YAB-ın bütün fəaliyyəti ISO və BEK sənədlərinə uyğun qurulur.

33

Page 34: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Məsələn, YAB tərəfindən ISO/KASKO-nun sənədi əsasında ISO/BEK rəhbərlik layihəsi. Sertifikatlaşdırılmış auditorlara YAB üç kateqoriyada sertifikat verir: baş auditor, auditor və auditorun köməkçisi. ABŞ-da müxtəlif növ məhsulların təhlükəsizliyinə aid çoxlu sayda Qanunlar fəaliyyət göstərir.

Bu qanunlar uyğunluğa sertifikasiyanın hüquqi əsasını təşkil edir. Bunlardan istehlak malların təhlükəsizliyi haqqındakı Qanun ən geniş fəaliyyət diapazonu ilə fərqlənir.

Bu qanunlar əsasən dövlət standartlarına uyğun hazırlanmış, həm də dövlət tərəfindən daxili və xarici bazarlardan alınan məhsullar məcburi sertifikasiyadan keçməlidirlər.

Məcburi sertifikasiyaya dövlət orqanları tərəfindən nəzarət edilir.Könüllü sertifikasiya istehlakçıların, yaxud istehsalçıların ərizəsi əsasında onların təqdim

etdiyi normativ sənədlərə uyğunluğuna aparılır.Ölkədə Federal hökumət tərəfindən təsdiq edilən sertifikasiya proqramlarının üç əsas

kateqoriyası fəaliyyət göstərir: 1-ci kateqoriya-məhsulların və xidmətlərin təhlükəsizliyə sertifikasiyası.

Bütün bu proqramlar məcburi xarakter daşıyır; 2-ci kateqoriya-məhsul nümunələrinin və istehsalın fasiləsiz nəzarətini əvəz edən

yoxlama proqramları; 3-cü kateqoriya-məhsul satışa daxil olana qədər keyfiyyətin və istehsal şəraitinin

qiymətləndirilmə proqramları.1-ci kateqoriyalı proqramlar həmcins məhsulun sertifikasiya sistemi ilə oxşardır.

Avtomobillər, konteynerlər, gəmilər, magistral boru kəmərləri və s. kimi məhsulların məcburi sertifikasiyası aparılır. 2-ci və 3-cü kateqoriyaların proqramları üzrə məcburi və könüllü sertifikasiya aparılır.

2-ci kateqoriyalı proqramlara uyğun olaraq dövlət idarələrində (müdafiə Departamenti, Ticarət Departamenti, Kənd Elektrikləşdirmə idarəsi və s.) istifadə olunan məhsullar sertifikasiyalaşdırılır. Əgər məhsul dövlət təşkilatları tərəfindən dövlət vəsaitinə alınırsa, sertifikasiya məcburidir.

3-cü kateqoriyanın proqramları, əsasən, könüllüdür. Lakin bəzi növ məhsullar üçün (məsələn yumurta, tütün və s.) sertifikasiya məcburidir. Ölkədə sertifikasiyaya ümumi rəhbərliyi Sertifikasiya Komitəsi yerinə yetirir.

Sertifikasiya işlərində 2000-dən çox sınaq laboratoriyaları iştirak edir. Sınaq laboratoriyalarının akkreditasiyası üzrə 100 dənə sistem fəaliyyət göstərir.

Mühazirə 8Sertifikatlaşdırmanın elmi – texniki təminatı

PLAN1.Sertifikatlşdırma sınaqlarının əsasları

34

Page 35: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

2. Ölçmə, sınaq, nəzarət məsələsi3. Təyinedici, təqdimat, çatdırma sınaqları4. İlkin,qəbul,ixtisas,dövri,tipik sınaqları5.Nəzarət,müfəttiş, dövri-istismar sınaqları

Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Ölçmələr, sınaqlar və nəzarət sertifikatlaşdırma prosesində uyğunluğun qiymətləndirilməsində əsas metodlardır. Onların tətbiq olunması xüsusiyyətləri, məhsulun sertifikatlaşdırılmasında sınaq laboratoriyalarının həll etdiyi məsələlərlə təyin edilir.

“Ölçmə”, “Sınaq”, “Nəzarət” anlayışlarının nisbətiTermin Məqsəd Keyfiyyət Dəqiqlik göstəricisiÖlçmə Kəmiyyətin (parametrin)

qiymətinin təyiniÖlçmələrin nəticələrinin həqiqi qiymətə yaxınlıq dərəcəsi

Ölçmə xətası∆ö l ç

Sınaq Kəmiyyətin (parametrin) qiy-mətini təyin edən verilmiş rejimlərdə və təsir edən faktorlarda kəmiyyətin qiymətinin təyini

Verilmiş sınaq rejimlərin-də və təsir göstərən faktorlarda ölçmələrin nəticələrinin həqiqi qiy-mətə yaxınlıq dərəcəsi

∆n=∆p+∆ f +∆ö l ç

Burada ∆ p rejimin xətası; ∆ f – faktorların

xətası

Nəzarət Verilmiş sınaq rejimlərində və təsir edən faktorlarda verilmiş müsaidədə kəmiyyətin (parametrin) tapılması faktının müəyyən edilməsi

Buraxıla bilən hədlərdə parametrin tapılmasının doğruluq dərəcəsi

∆n-i nəzərə almaqla I və II növ səhvlərin

ehtimalı

Sınaq məsələsi - məhsulun xarakteristikalarının kəmiyyət və keyfiyyət qiymətlərinin alınmasıdır. Yeni verilmiş şəraitdə tələb olunan funksiyaları yerinə yetirmək xüsusiyyətinin qiymətləndirilməsidir. Bu məsələ sınaq laboratoriyalarında həll olunur. Onun həlli, məhsulun parametrlərini göstərməklə, tərtib olunmuş sınaq protokoludur.

Nəzarət məsələsi – məhsulun xarakteristikalarının normativ sənədlərdə verilmiş tələblərə, o cümlədən sınaqların nəticələrinə görə, uyğunluğunu müəyyən etməkdir. Bu məsələni sınaq protokolu əsasında sertifikatlaşdırma üzrə orqanın ekspertləri həll edir. Odur ki, nəzarət məsələsini ekspert qiymətləndirmə məsələsi adlandırmaq olar.

Məhsulun sertifikatlaşdırılmasında bu hər iki əməliyyat parametrlərin ölçülməsi ilə bağlıdır. Keyfiyyət sistemlərinin və xidmətlərin sertifikatlaşdırılması sistemləri ölçü texnikası tətbiq etmədən vizual, yaxud orqanoleptik metodların (auditlər, yoxlamalar, sorğular və s.) köməyi ilə uyğunluğun qiymətləndirilməsini nəzərdə tutur. Heyətin sertifikatlaşdırılması zamanı müəyyən olunmuş qaydalara görə sertifikatlaşdırma imtahanı aparılır. Bütün obyektlər xammallara, materiallara, məmulatlara, avadanlığa və alətə qoyulmuş normaların tələblərinə uyğunluğuna nəzarət olunur.

Göstərilən obyektlərdən keyfiyyət sisteminin elementləri və istehsal prosesinin mərhələləri nəzarətə uğradılır. Dəzgahda, presdə, yığımda aparılan hər hansı əməliyyatdan

35

Page 36: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

sonrakı nəzarət, nəzarəti əməliyyat adlanır. Detal, düyüm yaxud məmulat hazır olduqdan sonra məhsulun qəbul nəzarəti tətbiq olunur. Burada məhsulun komplektliyinə, qablaşdırmaya, daşınmaya və saxlanmaya əlverişli olmasına nəzarət aparılır. Hansı parametrlərə nəzarət olunmasını və onların hansı alətlərlə və cihazlarla yoxlamaq lazım gəldiyi texnoloji prosesin xəritəsi ilə nizamlanır. Qəbul nəzarəti dövlət standartlarına, ümumi texniki şərtlərə və uyğun texniki şərtlərə görə aparılır.

Obyektlərin, yaxud istehsalat proseslərinin mərhələlərinin aşağıdakı nəzarət formaları ola bilər.:

səyyar – aparılma müddətləri reqlamentləndirilmir; fasiləsiz – fasiləsiz (daimi aparılır);

Nəzarət vasitələrindən asılı olaraq aşağıdakı nəzarət formaları ola bilər: vizual - nəzarət obyekti gözlə yoxlanılır və onun NTS-in tələblərinə uyğunluğu

təyin edilir (burada bütün əməliyyatların yerinə yetirildiyi, markaların mövcudluğu, müşayiətedici sənədlərin olması yoxlanılır);

orqanoleptik – ekspert – mütəxəssislər tərəfindən aparılan subyektiv nəzarət (bunlarla qiymətləndirilir);

alət - ölçmə alətinin, kalibrlərin, cihazların, stendlərin, sınaq maşınlarının və s. köməyi ilə aparılan sınaq. Bu növ nəzarət əllə aparılan, avtomatlaşdırılmış və avtomatik ola bilər.

Əllə nəzarətdə detalları və məmulatları yoxlamaq üçün ştangenpərgarlar, mikrometrlər, kalibrlər, bəndlər, indikatorlar və s. kimi əllə işlədilən alətlərdən istifadə edilir. Belə nəzarət çox subyektiv olur. Belə ki, əllə tam nəzarət aparıldıqda belə 2-4% həcmində qüsurlu detalları aşkar etmək mümkün olur.

Avtomatlaşdırılmış nəzarət – ölçmə zamanı subyektivliyi aradan götürməyə imkan verən, xüsusi vasitələrdən istifadə olunmasına əsaslanır.

Ən mütərəqqi növ avtomatik nəzarətdir, yəni detalları və düyümləri hazırlayarkən fasiləsiz nəzarət aparmağa imkan verən avtomatik nəzarət vasitələrindən istifadə olunur. Bu növ nəzarət diyirlənmə yastıqlarının istehsalında geniş tətbiq olunur.

İstehsalın həcmindən asılı olaraq , aşağıdakı nəzarət növbələrini fərqləndirirlər: tam – burada nəzarət olunan məhsulun keyfiyyəti haqqında qərar hər bir məhsul

vahidinin yoxlanılmasının nəticələrinə görə qəbul edilir; seçmə - burada keyfiyyət haqqında qərar, məhsul partiyasından, yaxud axınından

NTS-in tələblərindən asılı olaraq götürülmüş bir, yaxud bir neçə seçmənin yoxlamalarının nəticələrinə görə qəbul edilir;

istehsalat prosesinin xidmətinə təsirin xarakterinə görə aktiv və passiv nəzarətləri fərqləndirirlər:

aktiv – nəzarətdə alınmış nəticələrdən məmulatların hazırlanma prosesinin fasiləsiz idarə edilməsi üçün istifadə olunur. Aktiv nəzarət texnoloji avadanlığa qoşulmuş cihazlarla yerinə yetirilir.

dağıdılmaqla - nəzarətdən sonra məhsulun təyininə görə istifadəsi qeyri – mümkün olur;

dağıdılmadan aparılan nəzarətdən sonra məhsul təyininə görə istifadəsi üçün yararlı qalır.Yoxlanılan parametrlərin tiplərinə görə aşağıdakı nəzarətləri fərqləndirirlər:

36

Page 37: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

həndəsi parametrlərə - burada detalların, düyümlərin və aqreqatların və s. xətti və bucaq ölçülərinə, səthlərin forma və yerləşmələrinə və oxların vəziyyətlərinə nəzarət olunur;

mexaniki xüsusiyyətlərə - möhkəmliyə, bərkliyə, müxtəlif xarici mühitlərdə plastikliyə nəzarət olunur;

mikro və makro struktura nəzarət – burada metalloqrafik tədqiqatlar aparılır; kimyəvi xüsusiyyətlərə - əşyanın tərkibinin kimyəvi analizi aparılır və müxtəlif

mühitlərdə kimyəvi dözümlülüyü yoxlanılır; xüsusi nəzarət – işığın və qazın buraxılması və kipliyi yoxlanılır.

Sertifikatlaşdırmada nəzarət prosesi təşkil olunmuş sistemdir. Ona onun məqsədli yönümünü, təyinini və məzmununu xarakterizə edən müəyyən nişanələr xasdır. Nəzarət prosesinin əsas elementləri nəzarət obyekti, metodu və icraçısı və həmçinin də nəzarət üzrə normativ – texniki sənədlərdir.

Məhsulun sınağı – nəzarətin müxtəlif növlüyüdür, ona görə də onlara da sistemli yanaşma xasdır. Sınaq sisteminə aşağıdakı əsas elementlər daxildir: obyekt (məmulat, məhsul), sınağın kateqoriyası, sınaqların və ölçmələrin aparılması üçün vasitələr (sınaq avadanlığı və yoxlama, yaxud qeydedici vasitələr), sınağın icraçısı, sınağa normativ – texniki sənədlər (proqram, metodikalar).

Məhsulun həyat tsiklinin mərhələlərindən asılı olaraq aşağıdakı sınaqlar aparılır: tədqiqat – tədqiqedici; işlənmə - çatdırma, ilkin, qəbul;

İstehsal – ixtisaslı, təqdimedici, qəbul-təhvil dövri, tipik, müfəttiş sertifikatlaşdırma;İstismar – nəzarət altında istismar, dövri istismar, müfəttiş.Təqdimat sınaqlarını – lazım gəldikdə məhsulun həyat tsiklinin ixtiyari mərhələsində

aparırlar. Məhsulun istehsalı prosesində alınan materiallar, komplektləyici məmulatlar giriş nəzarətində, müəssisədə hazırlanan tərkib hissələr isə əməliyyatlar üzrə nəzarətdə nəzarət nəzarət sınaqlarına uğradıla bilər. Tədqiqat sınaqlarını obyektin bu, yaxud digər xarici faktora təsirindən (XTF) özünü necə aparacağını öyrənmək üçün, yaxud lazımi həcmdə informasiya olmadıqda aparırlar.

Tədqiqat sınaqları bütün verilmiş növ obyektlər toplusu haqqında informasiyanı almaq məqsədilə, əsasən, tipik nümayəndə üzərində aparılır. Beləliklə, bu sınaqlar obyektin xüsusiyyətlərinin xarakteristikalarını öyrənmək, məhsula ilkin tələbləri formalaşdırmaq, texniki həlləri seçmək, məhsulun və onun tərkib hissələrinin xarakteristikalarını təyin etmək, istehsalın, istismarın və məhsula nəzarətin daha effektiv metodlarını seçmək; istismar şəraitini təyin etmək üçün aparılır.

Tədqiqat sınaqlarını çox vaxt təyinedici və qiymətləndirici sınaqlar kimi aparırlar. Təyinedici sınaqların aparılmasında məqsəd bir, yaxud bir neçə kəmiyyətin qiymətlərini verilmiş dəqiqlik və doğruluqla tapmaqdır. Bəzən sınaq zamanı obyektin yararlıq faktını müəyyən etmək, yəni verilmiş nümunənin qoyulmuş tələblərə cavab verib-vermədiyini təyin etmək kifayətdir. Belə sınaqlar qiymətləndirici sınaqlar adlanır.

Obyektin keyfiyyətinə nəzarət etmək üçün aparılan sınaqlar nəzarət sınaqları adlanır. Nəzarət sınaqlarının aparılmasında məqsəd komplektləyici məmulatların, yaxud tərkib hissələrin müəyyən nümunələrinin hazırlanma zamanı texniki şərtlərə uyğunluğunu yoxlamaqdır. Sınaqlar nəticəsində alınmış məmulatlar texniki şərtlərdə nəzərdə tutulmuş qiymətlərlə tutuşdurulur və

37

Page 38: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

sınanılan (yoxlanılan) obyektin normativ-texniki sənədlərə, (komplektləyici məmulatların təchizatının sənədlərə) uyğunluğu haqqında rəy verilir.

Çatdırma sınaqlarını texniki sənədlərdə edilən dəyişikliklərin məhsulun keyfiyyət göstəricilərinə təsirini qiymətləndirmək üçün aparırlar. Bu sınaqlrın vacibliyi məhsulun layihələndiricisi tərəfindən ya texniki tapşırığı tərtib edərkən, ya da layihələndirmə prosesində müəyyən edilir. O həmçinin sınaqların proqramını və metodikasını tərtib edir.

Sınaqlara məhsulun təcrübi yaxud əsas nümunələrini və onun tərkib hissələrini uğradırlar. Sınaqları bir qayda olaraq, lazım gələrsə hazırlayanları da cəlb etməklə, layihəçi təşkilat aparır ya da təşkil edir.

İlkin sınaqların aparılmasında məqsəd nümunələrin qəbul sınaqlarına təqdim edilməsinin mümkünlüyünü təyin etməkdir. Sınaqlar standarta, yaxud nazirliyin, müəssisənin normativ metodiki sənədinə uyğun aparılır. İlkin sınaqların proqramı məmulatın istismar şəraitinə maksimum yaxınlaşdırılmış olur. Normativ-metodiki sənədlər olmadıqda sınaqların vacibliyini layihəçi təşkilat təyin edir.

İlkin sınaqları, attestasiya olunmuş sınaq avadanlıqlarından istifadə etməklə, attestasiya olunmuş sınaq şöbələri aparır. Baş təşkilatlara həvalə olunmuş məhsulun sınağını onların iştirakı ilə, ya da onların nəzarəti altında aparırlar.

Sınaqların nəticələrinə görə akt, hesabat tərtib olunur və məmulatların qəbul sınaqlarına təqdim olunmasının mümkünlüyü təyin olunur.

Qəbul sınaqlarını məhsulun istehsalının məqsədəuyğunluğunu və mümkünlüyünü təyin etmək üçün aparırlar.

Fərdi istehsalın məmulatlarının qəbul sınaqlarını bu məmulatların istismara verilməsinin məqsədəuyğunluğunu həll etmək üçün aparırlar. Sınaqlara məhsulun təcrübi yaxud, əsas nümunələri (partiyaları) uğradılır. Qəbul sınaqlarını, attestasiya olunmuş avadanlıqlardan istifadə etməklə, attestasiya olunmuş sınaq şöbələri aparır.

Qəbul sınaqlarında texniki tapşırıqda göstərilmiş bütün göstəricilərin və tələblərin qiymətlərinə nəzarət olunur. Modelləşdirilmiş, yaxud modifikasiya olunmuş məhsul nümunələrinin qəbul sınaqları imkan daxilində bu məhsul nümunələrinin tutuşdurulma sınaqlarının yerinə yetirilməsi ilə aparılır.

İxtisas sınaqları – aşağıdakı hallarda aparılır: sınaq nümunələrini və seriyalı məhsulu hazırlayanlar müxtəlif olduqda, həmçinin lisenziyalar üzrə məhsulları və başqa müəssisədə istifadə olunan məhsulları istehsalata buraxdıqda müəssisənin konkret seriyalı məhsulun buraxılışına hazırlığını qiymətləndirilməsini, qalan hallarda ixtisas sınaqlarının aparılmasının vacibliyini qəbul komissiyasının müəyyən edir.İxtisas sınaqlarına birinci sənaye partiyasının nümunələri, həmçinin lisenziyalar üzrə buraxılan və digər müəssisədə istifadə olunan məhsulların birinci nümunələri uğradılır.

Qəbul – təhvil sınaqları məhsulun təchizatı, yaxud istifadə yararlığı haqqında qərar qəbul etmək üçün aparılır. Bu sınaqlara, hazırlanmış hər bir məhsul vahidi, ya da partiyadan ya da partiyadan seçimi uğradılır. Sınaqlar məhsulu istehsal edən müəssisənin texniki nəzarət xidməti tərəfindən aparılır. Lakin gələrsə, sifarişçi təşkilatın nümayəndələri sınaqların aparılmasında iştirak edə bilər.

Müəssisədə dövlət qəbul komissiyada fəaliyyət göstərirsə, sınaqlar bu komissiyanın nümayəndələri tərəfindən aparırlar. Sınaqlar zamanı əsas parametrlərin qiymətlərinə və məmulatın işə yararlılığına nəzarət olunur.

Sınaqların aparılma qaydası dövlət ümumtexniki tələblər və texniki şərtlər standartlarında, fərdi istehsalat məhsulu üçün isə texniki tapşırıqda müəyyən olunmuşdur.

38

Page 39: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Dövrü sınaqları aşağıdakı məqsədlə aparırlar:Məhsulun keyfiyyətinə dövri nəzarət;Növbəti sınaqlar arasındakı dövrdə texnoloji prosesin sabitliyinə nəzarət;İstifadə olan sənədlər əsasında məmulatların hazırlanmasının davam etdirilməsinin və

onların qəbulunun mümkünlüyünü təsdiq etmək.Qəbul nəzarət zamanı tətbiq olunan sınaq metodlarının effektivliyini təsdiq etmək.Dövri sınaqla seriyalı (kütləvi) istehsal olunan məhsullar üçün nəzərdə tutulmuşdur.

Dövri sınaqlarda texnoloji prosesin sabitliyindən asılı olan, lakin qəbul – təhvil sınaqlarında yoxlanılmayan göstəricilərin qiymətlərinə nəzarət aparılır. Sınaqlar üçün dövlət standartlarına və texniki şərtlərə uyğun seçilmiş qəbul-təhvil sınaqlarından keçmiş məhsul nümunələri təqdim olunur.

Tipik sınaqlar bir tip ölçüdə məhsulun vahid metodika üzrə nəzarəti üçün aparılır. Bu sınaqları konstruksiyada, yaxud texnoloji prosesdə edilən dəyişiklikləri effektivliyini və məqsədəuyğunluğunu qiymətləndirmək üçün aparırlar. Sınaqlara konstruksiyasında, yaxud hazırlanma texnoloji prosesində dəyişikliklər olmuş məhsul nümunələri uğradılır. Tipik sınaqları dövlət qəbul komissiyasının nümayəndələrinin iştirakı ilə məhsulu hazırlayan təşkilat, yaxud sınaq təşkilatı aparır. Sınaqların proqramı edilmiş dəyişiklərin xarakterindən asılı olaraq müəyyən olunur.

Müfəttiş sınaqlar hazır və istismarda olan məhsul nümunələrinin keyfiyyətinin sabitliyinə nəzarət etmək məqsədilə seçmə yolu ilə yerinə yetirilir. Onları xüsusi səlahiyyətli təşkilatlar (dövlət və sahə nəzarət orqanları, xarici ticarət əməliyyatları yerinə yetirən və i.a. təşkilatlar) bu məhsula normativ-texniki sənədlərə uyğun aparır.

Sertifikatlaşdırma sınaqları məhsulun təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunu, bəzi hallarda isə məhsulun mühüm keyfiyyət göstəricilərini; etibarlılığını, iqtisadi cəhətdən sərfəli olmasını və s. təyin etmək üçün aparılır.

Sertifikatlaşdırma sınaqlar məhsulun faktiki xarakteristikalarının normativ-texniki sənədlərin tələblərin tələblərinə uyğunluğunun təsdiqinə yönəldilmiş tədbirlər sisteminin elementidir. Sertifikatlaşdırma sınaqları, bir qayda olaraq, istehsalçıdan asılı olmayan sınaq mərkəzləri tərəfindən aparılır. Sınaqların nəticələrinə görə məhsula normativ-texniki sənədlərin tələblərinə uyğunluq sertifikatı, yaxud nişanı verilir. Sertifikat məhsulun təchizatçısı və istehlakçısı tərəfindən sınaqların nəticələrinin qarşılıqlı tanınmasına nəzərdə tutur ki, bu da xarici ticarət əməliyyatlarında xüsusi əhəmiyyət kəsb edir.

Nəzarət altında istismar məhsulun onun tətbiq olunduğu şəraitdə normativ – texniki sənədlərin tələblərinə uyğunluğunu təsdiq etmək, etibarlılıq haqqında məlumatları əldə etmək, çatışmamazlıqların aradan qaldırılması üzrə məsləhətlərin, tətbiq olunmanın effektivliyinin yüksəldilməsi və həmçinin gələcək layihələrdə istifadə olunacaq verilənlərin alınması üçün ayrılmış nümunələr istismar mühitinə uyğun şəraitdə yoxlanılır. Nəzarət altında istismarın nəticələrini istehlakçı istehsalçıya (hazırlayana) göndərəcək bildiriş vərəqəsinə, yaxud istismar yerində jurnala daxil edir.

Dövri istismar sınaqlar - əgər məhsulun keyfiyyət göstəricilərinin dəyişməsi təhlükəsizliyə, sağlamlığa, ətraf mühitə qorxu yaradarsa, ya da tətbiqinin effektivliyi aşağı düşürsə, onun sonrakı istismarının mümkünlüyünü, yaxud məqsədəuyğunluğunu təyin etmək üçün aparılır. İstismar olunan hər məhsul vahidi müəyyən olunmuş qanuna uyğun aparılır. Sınaqlar zamanı məhsulun normativ-texniki sənədlərdə (standartlarda, təlimatlarda, qaydalarda) müəyyən olunmuş təhlükəsizlik və ekoloji normalara və tələblərə və həmçinin onun tətbiqinin

39

Page 40: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

effektivliyini təyin edən normalara və tələblərə və istismar sənədlərində göstərilmiş normalara və tələblərə uyğunluğuna nəzarət olunur. Sahələrarası sınaqlar,bir qayda olaraq,komissiyada bir neşə nazirliyin numayəndələri iştirak etdikdə,qəbul sınaqları zamanı aparılır.

Sahə sınaqları maraqlı nazirliyin nümayəndələrindən təşkil olunmuş komissiyanın apardığı sınaqlardır.

İSO/BEK 2 Rəhbəredici sənəddə “sınaq” termini aşağıdakı kimi təyin olunmuşdur: müəyyən olunmuş prosedura uyğun olaraq verilmiş məhsulun, prosesin, yaxud xidmətin bir, yaxud bir neçə xarakteristikalarının təyin olunmasından ibarət olan texniki əməliyyatlardır.

Sınaq prosesinin əsas təşkilediciləri aşağıdakılardır:1.Sınaq obyekti – sınaqlara uğradılan məhsullardır. Sınaq obyektinin əsas nişanəsi odur ki,

sınaqların nəticələrinə görə ancaq bu obyekt üzrə, yəni onun yararlığı, yaxud yararsızlığı, seriyalı istehsalın mümkünlüyü haqqında və s. qərar qəbul olunur. Sınaqlar zamanı obyektin xüsusiyyətlərinin xarakteristikalarını ölçmələr, analizlər, diaqnozlaşdırma, orqanoleptik metodların tətbiqi, yaxud sınaqlar zamanı müəyyən hadisələri (imtinaları, zədələri) və s. qeyd etmək olar.

Sınaqlar zamanı obyektin xüsusiyyətlərinin xarakteristikalarını ya qiymətləndirirlər, ya da onlara nəzarət edirlər. Birinci halda sınağın məqsədi obyektin xüsusiyyətlərinin kəmiyyət və keyfiyyət qiymətlərini almaq; ikinci halda isə - obyektin xarakteristikalarının verilmiş tələblərə uyğunluğunu müəyyən etməkdir.

2. Sınaq şəraiti – sınaqlar zamanı obyekt funksiyalarını yerinə yetirərkən təsir göstərən faktorların və (yaxud) rejimlərin toplusudur. Sınaq şəraiti real, yaxud modelləşdirilmiş ola bilər, obyektin xarakteristikalarının öz funksiyalarını yerinə yetirərkən və yerinə yetirmədiyi hallarda, təsirlərin mövcud olduğu, yaxud təsirlər götürüldükdən sonra təyin edilməsi nəzərdə tutula bilər.

3. Sınaq vasitələri – sınaqların aparılması üçün lazım olan texniki vasitələrdir. Bura ölçmə vasitələri, sınaq avadanlığı və köməkçi texniki quruluşlar daxildir.

4.Sınaqların icraçıları – sınaq prosesində iştirak edən heyətdir. Onun ixtisasına, təhsilinə, iş təcrübəsinə və digər kriteriyalara tələblər qoyulur.

Sınaq prosesinin normativ-metodiki əsasını aşağıdakılar təşkil edir: sınaqların təşkilatı – metodiki və normativ – texniki əsasını nizamlayan

standartlar kompleksi; məhsulun işlənməsi və istehsalata qoyulması sisteminin standartlar kompleksi; ölçmələrin vahidliyinin təmin edilməsinin dövlət sisteminin (DÖS) standartlar

kompleksi; məhsula və onun sınaq metodlarına tələbləri nizamlayan normativ-texniki və

texniki sənədlər; ölçmə vasitələrinə və onlardan istifadə qaydalarına tələbləri nizamlayan normativ-

texniki sənədlər.

Sınaqların texnoloji prosesinin keyfiyyətini təyin edən əsas sənəd sınaqların metodikasıdır.

Sertifikatlaşdırma sınaqları prosesinin strukturu şək.1-də verilmişdir.Məhsulun sertifikatlaşdırma sınaqlarını çox vaxt funksional göstəricilərin istismar

şəraitinə uyğunluğunu, təsir edən xarici faktorlara münasibətini və etibarlılıq meyarlarını qiymətləndirmək üçün aparırlar. Təsir edən xarici faktorlar məhsulun tətbiqi zamanı onun

40

Page 41: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

təhlükəsizlik tələblərini təyin edir və buna görə də, ümumiyyətlə, məcburi sertifikatlaşdırma çərçivəsində qiymətləndirilir. Etibarlılıq məhsulun əsas istehlak xüsusiyyəti kimi onun bazarda rəqabətə davamlılığında mühüm rol oynayır. Etibarlılıq göstəriciləri, əsasən, könüllü sertifikatlaşdırma zamanı qiymətləndirilir.

Məmulata təsir xarakterindən asılı olaraq bütün təsir edən xarici faktorlar aşağıdakı siniflərə bölünürlər:

mexaniki, iqlim və digər təbii, bioloji, radiasiyalı, elektromaqnit sahəli, termiki.

Mühazirə 9Mövzu:Sertifikatlaşdırmanın normativ – metodiki təminatı

PLAN

1.Sertifikatlaşdırmanın normativ – metodiki təminatının strukturu

41

Page 42: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

2. Texniki şərtlərə və texniki tələblərə standartlar

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Sertifikatlaşdırmanın aparılması və inkişafı çoxlu sayda əsaslı sənədlərdən – hüquqi, metodiki və texniki sənədlərdən istifadə etmədən mümkün deyildir. Bunlara əlavə olaraq konkret sertifikatlaşdırma sisteminin çox saylı normativ-texniki bazasını məhsulun standartları (normalar), xidmətlər, sınaq metodları, saxlanma və daşınma şəraiti və s. təşkil edir.

Qeyd edək ki, İSO/BEK 2-nin təyininə görə “Standart müxtəlif növ fəaliyyətə, yaxud onların nəticələrinə aid olan və müəyyən sahədə qaydaya salınmanın optimal səviyyəsinə nail olmağa yönəldilmiş, dəfələrlə istifadə etmək üçün ümumi qaydalar, prinsiplər, yaxud xarakteristikaları müəyyən edən, konsensus əsasında işlənmiş və tanınmış orqan tərəfindən təsdiq olunmuş sənəddir”.

Dövlət standartlaşdırma sistemi standartların kateqoriyalara və növlərə bölünməsini nəzərdə tutur. Kateqoriya standartın yayılma sferasını təyin edir. Dövlət standartının (AZS), bütün müəssisələr, təşkilatlar və idarələr tərəfindən, onların fəaliyyəti, standartların tələblərinin təsiri altına düşürsə, tətbiq olunması məcburidir. Məcburi sertifikatlaşdırma, dövlət tərəfindən nəzarətdə olduğundan, bir qayda olaraq, dövlət standartlarının müddəalarına uyğun aparılır. Sahə standartı (SST) sənayenin və xidmətlər sferasının konkret sahəsinə tələblər qoyur. Sahə standartlarının uyğunluğuna könüllü sertifikatlaşdırmanı aparmaq olar. Müəssisə standartları sertifiktlaşdırma və akkreditasiya orqanlarında və həmçinin sınaq laboratoriyalarında istifadə olunan metodlara və proseslərə tələblər qoyur.

Məzmunundan asılı olaraq texniki şərtlərə, texniki tələblərə, parametrlərə və ölçülərə, metodlara və proseslərə, terminlərə və işarələrə, sənədlərə standartları fərqləndirirlər. Müəyyən növ məhsula aid olmayan standartlara, o cümlədən ümumi texniki və təşkilati-metodiki standartlara növlər müəyyən edilmir. Belə standartlara ümumi normalara, hesablama və layihələndirmə metodlarına standartlar, sinifləşdirmə və sənədləşdirmə sistemlərinə standartlar, fiziki kəmiyyət vahidlərinin standartları, müxtəlif iqlim şəraitində istismar üçün təchizat olunan məhsula ümumi tələblər, təhlükəsizlik üzrə tələblər, təbiətin mühafizəsi, məhsulun çeşidi və s. aiddir.

Texniki şərtlərə standartlar verilmiş həmcins məhsullar qrupu (metalkəsən dəzgahlar, traktorlar) üçün ümumi olan istismar (istehlak) xarakteristikalarını, qəbul qaydalarını, nəzarət metodlarını, markalamağa, qablaşdırmağa, daşınmağa və saxlanılmağa, təchiz olunmanın komplektliyinə, məmulatın təminatlı xidmət müddətinə və s. tələbləri müəyyən edir.

Texniki şərtlərin bölmələrinin tərkibinə aşağıdakılar daxildirlər: əsas parametrlər və ölçülər; texniki tələblər; təhlükəsizlik üzrə tələblər; komplektlilik; qəbul qaydaları; nəzarət metodları (sınaq, analiz, ölçmə); markalanma, daşınma və saxlanılma qaydaları; istismar üzrə göstəricilər;

42

Page 43: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

hazırlayanın təminatı.

Texniki tələblərə standartlar həmcins məhsullar qrupu üçün keyfiyyətin optimal səviyyəsini təmin edən ümumi normaları və tələbləri nizamlayır. Bu normalar və tələblər, verilmiş qrupa daxil olan konkret məhsul növlərinin layihələndirilməsində nəzərə alınmalı və hazırlanma zamanı verilməlidir.

Məhsulun növündən və təyinindən asılı olaraq onun fiziki-mexaniki xüsusiyyətlərinə (möhkəmliyinə, bərkliyinə, elastikliyinə, yeyilməyə davamlılığına və s.), etibarlılığına və uzunömürlülüyünə; texniki estetikliyinə (rənginə, istifadə olunmanın əlverişliyinə, yaraşığına və s.); ilkin materiallara, xammallara, yarımfabrikatlara və s. tələblər qoya bilər.

Parametrlərin (ölçülərin) standartları əsas istismar xarakteristikalarına görə məhsulun parametrik, yaxud ölçü sıralarını müəyyən edir ki, bunların da bazasında uyğun sahələr tərəfindən hazırlanmalı, konkret tip, model və mrka məhsullar layihələndirilməlidir.

Tiplərin və əsas parametrlərin (ölçülərin) standartları standartlaşdırılan məhsul tiplərini və həmçinin bu tip məhsulları xarakterizə edən əsas parametrləri (ölçüləri), onların əsas xüsusiyyətlərindən asılı olaraq, normalaşdırır. Tipləri standartları verilmiş növ məmulatların inkişaf perspektivini nəzərə almalıdır və nəinki istehsalatda istifadə olunan, həmçinin gələcəkdə istifadə olunmalı məmulatların tiplərini və onların əsas parametrlərini əks etdirməlidir.

Bu standartlar xalq təsərrüfatının müxtəlif sahələrində texniki tərəqqiyə aktiv kömək etməlidir.

Konstruksiyaların və ölçülərin standartları müəyyən qrup məmulatlar üçün onların unifikasiyası və konkret ölçülərin, modellərin və s. işlənməsi zamanı qarşılıqlı əvəzolunmanı təmin etmək məqsədilə konstruktiv işləmələri və əsas ölçüləri təyin edir.

Qəbul qaydalarının standartları müəyyən qrupu, yaxud məhsul növünü bu məhsulu keyfiyyətə və kəmiyyətə görə qəbul edərkən tələblərin vahidliyini təmin etmək məqsədilə qaydaları nizamlayır.

Sınaq metodlarının standartları sınaqlar üçün nümunənin (əyarın), keyfiyyət göstəricilərinin qiymətləndirilməsi vahidliyini təmin etmək məqsədilə müəyyən qrup məhsulun istismar xarakteristikalarının sınaq metodlarının (nəzarət, analiz, ölçmə) seçilməsi qaydalarını müəyyən edir.

Sınaq metodlarını, məhsulun növündən asılı olaraq, onun lazımi keyfiyyətini təmin etmək məqsədilə seçirlər. Standartlarda aşağıda göstərilən müxtəlif növ sınaqlar nəzərdə tutulmuşdur: buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün gündəlik; yeni məmulatların istifadəsi zamanı təchizatçı-müəssisə tərəfindən aparılan tipik; buraxılan məhsulun ona qoyulan tələblərə uyğunluğunu yoxlamaq üçün aparılan dövri.

Markalama, qablaşdırma, daşıma və saxlama qaydalarının standartları, məhsulun əsas xarakteristikaları və texniki estetikanı nəzərə almaqla, qablaşdırmaya tələblərlə istehlakçını məlumatlandırmaq məqsədilə məhsulun mrkalanmasına tələbləri normallaşdırır.

Ölçülərin və ölçü cihazlarının və vasitələrinin standartları yoxlamaların tələb olunan dəqiqliyini təmin edən texniki vasitələri göstərməklə, ölçülərin və cihazların yoxlamalarının aparılmasının daha effektiv metodunu əks etdirir.

İstismar və təmir qaydalarının standartları verilmiş şəraitdə məhsulun iş qabiliyyətini təmin edən və onun istismarına təminat verən ümumi qaydaları müəyyən edir.

Təyinlərinə görə standartları iki yerə bölmək qəbul olunmuşdur: funksional (“Performance Standard”) və konstruktiv (“Design Standard”). Müxtəlif növ standartlardan akkreditasiya və sertifikatlaşdırma prosesində istifadə olunma şək.1.-də göstərilmişdir.

43

Page 44: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Məhsulun (xidmətlərin) istehsalı mərhələsində və realizəsində müəssisə dövlət standartları, texniki şərtlər, yaxud texniki tələblər kimi tanınmış standartların (normaların) uyğun tələblərini yerinə yetirməyə borcludur. Əgər məhsullar (xidmətlər) məcburi sertifikatlaşdırılmırsa, onda onların standartları məsləhət xarakteri daşıyırlar.

Buraxılan məhsulun yüksək keyfiyyətliliyini, həmçinin müəssisənin, ya da istehsalatın keyfiyyət sisteminin sertifikatlaşdırılması yolu ilə də təsdiq etmək mümkündür. Belə sertifikatlaşdırma İSO 9000 seriyalı standartlara uyğunluğa aparılır. Son illərdə dünyanın aparıcı avtomobil kompaniyaları onların təchizatçıları olan müəssisələrin keyfiyyət sistemlərinə tələblər etmişdir və bunları əks etdirən İSO 9000 standartı işlənmişdir. Bu standartın uyğunluğuna həmçinin sertifikatlaşdırma aparılır. Hal-hazırda müəssisələrin ekoloji göstəricilərinə İSO14000 seriyalı standartların tələblərinin işlənməsi geniş vüsət tapmışdır. Müəssisələrin fikrincə bu normalar üzrə sertifikatlaşdırma kütləvi xarakter daşıyacaqdır.

Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının fəaliyyət göstərmələri üçün məcburi şərt onların fəaliyyətlərini nizamlayan normalara uyğun olmasıdır. Sertifikatlaşdırma orqanlarına tələblər EN 45 011-45012 standartlarının tələbləri ilə harmonikləşdirilmiş dövlət standartlarında verilmişdir. Sınaq laboratoriyaları EN 45001 standartının, ya da onunla harmonikləşdirilmiş dövlət standartının tələblərinə cavab verməlidir.

Akkreditasiya, onun yerinə yetirilməsi prosesinə qoyulan normalarla və akkreditasiya orqanına qoyulan tələblərlə nizamlanır. Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditasiya prosesi EN45002 standartı ilə harmonikləndirilmiş dövlət standartları ilə müəyyən edilmişdir.Akkreditasiya orqanlarının fəaliyyəti EN 45003 və onunla harmonikləşdirilmiş dövlət standartları ilə nizamlanır.

Beləliklə, sertifikatlaşdırma və akkreditasiya bir tərəfdən onun iştirakçılarının fəaliyyətini nizamlayan, digər tərəfdən isə onların qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarını təyin edən müxtəlif növ normaların tətbiq edilməsi ilə müşayiət olunur.

Sınaq laboratoriyaları, sertifikatlaşdırma və akkreditasiya üzrə orqanlar normalaşdırmaya maraqlıdırlar və ona görə də normaların işlənməsi prosesində iştirak etməlidirlər. Uyğunluğun qiymətləndirilməsi metodları üçün əsas olan normalara aşağıdakı tələblər qoyulur.

Onlar dəqiq və birmənalı tərtib olunmalıdırlar. Onlarda sınaqlar üzrə ilkin normalara istinadlar verilir, konkret sertifikatlaşdırma obyektinin uyğunluğunu qiymətləndirmək üçün lazımi sayda tələblər və metodlar

44

Page 45: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Şəkil 1. Sertifikatlaşdırma və akkreditasiya zamanı fəaliyyət göstərən standartlar (normalar)

göstərilir. Lazım gəldikdə məhsulun sınaqlarına normalar nümunələrin seçilməsi üçün göstərişləri əks etdirə bilər. Normalarda tələblər elə tərtib olunmalıdır ki, texniki tərəqqiyə mane törətməsinlər, yəni daha çox funksional kriteriyalara xidmət etməlidir və konstruksiyanın və istehsal texnologiyasının şərh edilməsi ilə məhdudlaşmamalıdır. Sınaq metodları normaların məqsədlərinə uyğun tərtib edilir.

Onlar obyektiv olmalı, dəqiq, təkrarlanan və tutuşdurulan nəticələri verməli və məqbul müddətlərdə əlverişli məsrəflərlə yerinə yetirilən olmalıdırlar. Lazımi avadanlıqlar olmadıqda, tələb olunan texniki təchizat haqqında hərtərəfli göstərişlər verməlidir ki, bütün maraqlı orqanlar üçün belə sınaqların aparılmasının mümkünlüyü təmin edilsin. Məmulatlara normaları işləyərkən daima nəzərə almaq lazımdır ki, xüsusi bölmədə uyğunluğu qiymətləndirmək üçün tələb olunan sınaq metodları və növləri dəqiq şərh olunurlar.

Məhsula keyfiyyət sistemlərinə, xidmətlərə və heyətə standartlar onların işlənməsi və tətbiqi zamanı nəzərə alınmalı spesifik xüsusiyyətlərə malikdirlər.

45

Page 46: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mühazirə 10.Mövzu: Sertifikasiya sahəsində ISO-nun fəaliyyəti

PLAN 1. SERTİKO və KASKO komitələri. 2. Elektrotexniki məmulatların sertifikasiyası üzrə beynəlxalq konfrans. 3. SB sxemi haqqında məlumat.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

ISO –nun sertifikasiya üzrə əsas fəaliyyəti təşkilati-metodik təminatdan ibarətdir. 1985-ci ilə kimi bu məsələlərlə sertifikasiya komitəsi (SERTIKO) məşğul olurdu. 1985-ci ildə fəaliyyət sahəsi genişləndiyi üçün bu komitə Sertifikasiya və Keyfiyyət üzrə Komitə (KASKO) adlandırılmışdır.

SERTIKO-nun işinin əsas nəticəsi BEK, Beynəlxalq ticarət mərkəzi, ticarət və inkişaf üzrə BMT-nin KONFRANSI və QATT/BTT ilə birlikdə «Sertifikasiya və ACO Prinsiplər və praktika» xüsusi tədqiqat materiallarının nəşri olmuşdur. Bu faktla beynəlxalq ticarətdə sertifikasiyanın rolunun artması təsdiqlənmişdir. ISO tərəfindən işlənmiş və işlənilən, sertifikasiya üzrə vahid təşkilati-metodiki sənədlər sertifikasiya prosedurunun harmonizasiyasına kömək edir ki, bu da öz növbəsində, milli qanunvericilikdəki müxtəlifliklərə baxmayaraq, sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasını mümkün edir. ISO, həmçinin, sertifikasiyanın olmadığı ölkələrdə bu sistemi yaratmaq üçün metodiki kömək göstərir.

KASKO – nun işində 50-yə qədər ölkə iştirak edir. 20-yə qədər ölkə isə nümayəndələrlə təmsil olunmuşdur. Komitənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodikalarının öyrənilməsi;

keyfiyyətin təmin edilməsinin milli və regional sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə, həmçinin sınaqlar, nəzarət sertifikasiya, keyfiyyət sistemləri və s. üçün beynəlxalq standartlardan istifadə etməsinə kömək etmək;

1987-ci ildə ISO-nun texniki komitəsi, bir çox ölkələrin milli təcrübəsini ümumiləşdirərək ISO 9000 standartlar seriyasını dərc etdi. Onların yeni, əlavələr olunmuş nəşri 1994-cü ildə çapdan çıxdı. Bu standartların əhəmiyyəti haqqında məlumat standartlaşdırma bölməsində verilir.

Laboratoriyalara ciddi tələblərdən biri işin keyfiyyətinin təmin edilməsi sisteminin mövcud olmasıdır. Bu sistemin təşkil ediciləri, laboratoriyanın heyəti üçün Rəhbəredici sənəddə şərh olunmuş və özündə aşağıdakıları birləşdirir:

işin keyfiyyətini təmin edən ümumi prosedurlar; hər növ sınağın keyfiyyətini təmin edən tədbirlər; standartların, sorğu kitablarının, metodik işləmələrin, təlimatların və s. mövcudluğu; nümunələrin eyniləşdirilməsi qaydaları; lazımi qaydada tərtib olunmuş protokolların mövcudluğu.

46

Page 47: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sınaq laboratoriyalarının akkreditasiyası üzrə Beynəlxalq konfransın (İLAK) sifarişinə əsasən ISO/BEK laboratoriyaların ixtisas sınaqları Rəhbəredici 43 sənədini işləmişdir. Bu sənəddən sınaq laboratoriyalarının iş səviyyələrinin qiymətləndirilməsində, texniki səlahiyyətliliyi və fəaliyyət sahəsinin təyinində, tətbiq olunan sınaq metodlarının effektivliyinin qiymətləndirilməsində, laboratoriyaların akkreditasiyasında və s. kimi məsələlərin həllində, bütün ölkələr tərəfindən əsaslı metodik sənəd kimi istifadə olunur.

Sertifikasiya sahəsində ISO ancaq metodoloji problemlərlə məşğul olur. BEK isə beynəlxalq sertifikasiya sistemləri işləmiş və standartları, o cümlədən sınaqlarda və məhsulun uyğunluğa sertifikatlaşdırılmasında normativ baza kimi tətbiq olunan təhlükəsizlik üzrə standartları işləyir. ISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki və çoxtərəfli sazişlərin bağlanmasına kömək etməkdir. Onlar tərəfindən yaradılmış prinsiplər əsasında milli sertifikasiya sistemlərinin harmonizasiyasına iki yolla nail olmaq mümkündür: ölkənin BEK-in beynəlxalq sertifikasiya sistemlərinə qoşulması yolu ilə, ISO tərəfindən məsləhət görülən sertifikasiyanın vahid təşkilati-metodiki prinsiplərindən geniş istifadə etməklə. Elektrotexniki məmulatların sertifikasiyasının beynəlxalq sistemi BEK (EMSBS)

Elektrotexniki məmulatların beynəlxalq sertifikasiya sisteminin yaradılması ideyası hələ 1926-cı ildə yaranmışdır. Almaniya, İsveç, Norveç v Hollandiya nümayəndələri beynəlxalq təşkilat yaratmaq üçün birinci Beynəlxalq müşavirəyə toplaşdılar. Bu təşkilat elektrotexniki məmulatların təhlükəsizliyinə tələblər və onların qəbul qaydalarını işləməli idilər.

Çoxlu sayda təşkilati mərhələlərdən keçərək müasir beynəlxalq sistem, elektrik avadanlığının təhlükəsizlik standartlarının uyğunluğuna sınaqları üzrə – EMSBS BEK sistemi yaradıldı. Bu sistem 1985-ci ildən fəaliyyət göstərərək 34 ölkəni özündə birləşdirir.

Sistemin məqsədi – elektrotexnika sahəsində ixtisasçılar tərəfindən deyil, adi istehlakçılar tərəfindən istismar edilən elektrik avadanlıqları ilə beynəlxalq ticarətə kömək etməkdir. Bu növ məhsullara aşağıdakıları misal göstərmək olar: məişət elektrik avadanlığı, şəbəkəyə qoşulan elektron aparatları, elektron-hesablama texnikası, ofislərin və müəssisələrin elektrik avadanlığı və s. Belə məmulatların təhlükəsizliyə sertifikasiyası, dünyanın bütün ölkələrində, istehlakçıların hüquqlarının mühafizəsi üzrə qanunverici müddəalarda nəzərdə tutulmuşdur.

Elektrik avadanlığı ilə ticarətdə texniki maneələrin aradan götürülməsinin əsas üsulu, eynilə o biri məhsullarla ticarətdə olduğu kimi, iştirakçı ölkələrin apardığı sınaqların və sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasıdır. Buna kömək üçün EMSAS sertifikasiya sistemində SB sxemindən (SB Sheme) istifadə olunur. SB sxeminin iştirakçısı olan ölkələr, sertifikasiyanı öz milli sertifikasiyası kimi tətbiq etmək məsləhət götürüldüyü halda BEK-in təhlükəsizlik üzrə standartlarına uyğunluğa sertifikasiya aparmaq vacibdir. Yalnız EMSBS sertifikasiya sistemində iştirak edən ölkənin nümayəndəsi SB sxeminin üzvü ola bilər. Üzvlüyün üç kateqoriyası qəbul olunmuşdur:

Sertifikasiya üzrə milli orqanı tanıyan, bu ölkədə SB Sxeminin sertifikatlarının BEK-in bir, yaxud bir neçə standartlarına uyğunluğunu tanımaq deməkdir;

sertifikasiya üzrə milli orqanı tanıyan və sertifikat verən» bu milli orqan tərəfindən SB Sxemi üzrə sertifikatların verilməsi hüququnu tanımaq deməkdir.

SB Sxeminin üzvü olmağa hazır olmayanlar üçün assosiasiyalı üzvlük. SB Sxeminə üzv qəbul olunmaq üçün qoyulmuş qaydalara uyğun olaraq, müəyyən

sənədlər düzəltməklə, sifariş verilir. Sifarişə baxıldıqdan sonra SB Sxeminin orqanları komitəsi tərəfindən ekspertlər təyin olunur ki, onlar da sifarişçini sxemin iştirakçısına qoyulan tələblərə

47

Page 48: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

uyğunluğunu yoxlayır. Ekspertlər namizədin səriştəliliyini, işi yerinə yetirə bilmək qabiliyyətini, təcrübəsini, sertifikasiya olunan məmulatların standartlaşdırma sahəsində biliyini, SB Sxeminin qaydalarının yerinə yetirə bilməsi qabiliyyətini, ISO/BEK-in «Sınaq laboratoriyalarının qəbuluna ümumi tələblər» Rəhbəredici 38 sənədin tələblərinə uyğunluğunu qiymətləndirir.

SB Sxemində milli sertifikasiya orqanının tanınmasının baş meyarı, olduqca ciddi olan BEK-in standartlarına uyğunluğuna iki il müddətində, on sifarişdən az olmamaqla, sertifikasiyanın aparılmasıdır. Beləliklə, təcrübə kimi parametr qiymətləndirilir. Əgər təcrübə kifayət qədər deyilsə, namizəd birillik sınaq müddətinə şərti olaraq işə götürülür. SB Sxeminin sınaq laboratoriyasının təyin etdiyi sınaq müddətində namizədin üç sifariş üzrə məmulatların sertifikasiya sınaqlarının protokolları yoxlanılır. Nəzarət sınaqları üzrə bütün xərclər namizəd tərəfindən ödənilir. SB Sxemi fasiləsiz olaraq təkmilləşir. Xüsusilə, tanınma və inspeksiya nəzarəti proseduru sadələşir. Məsələn, «Müəssisənin fəaliyyətinə nəzarətin qarşılıqlı tanınması» Rəhbəredici sənəddə iştirakçı ölkələrin sertifikasiya üzrə milli orqanlarının yerinə yetirdiyi attestasiyanı və inspeksiya nəzarətini tanımaq məsləhət görülür.

SB sertifikatını almaq üçün iki alternativ prosedur mövcuddur:Birinci prosedura uyğun olaraq SB sertifikatını, uyğun sınaqlardan və digər ölkənin milli

orqanı tərəfindən təsdiq olunduqdan sonra sertifikasiya üzrə milli orqan verir.İki prosedura uyğun olaraq SB sertifikatını sertifikasiya üzrə milli orqan verir. Lakin bu

zaman sertifikasiya obyekti əvvəlcə verilmiş orqanda əməkdaşlıq edən laboratoriyada sınaqdan keçməlidir.

Sertifikatın alınması üçün əsas şərt sifarişdə istehsalçının ticarət markasının, yaxud firma nişanının mütləq olmasıdır. SB Sxemində iştirak edən və sertifikasiya üzrə milli orqanları olmayan ölkələrdə yerləşən istehsalçılar ancaq birinci prosedurdan istifadə edə bilərlər.

SB Sxemində sınaq laboratoriyası o zaman akkreditasiya ola bilər ki, onun yerləşdiyi ölkənin SB Sxemində iştirak edən sertifikasiya üzrə milli orqanı olsun.

SB Sxemində sertifikasiya üzrə 34 milli orqan və 70-dən artıq sınaq laboratoriyaları akkreditasiya olunmuşdur. Bunların hər biri EMSBS-in ixtiyari iştirakçı ölkənin istəyinə əsasən elektrik avadanlığının sınaqlarını yerinə yetirə və məmulatın təhlükəsizlik üzrə BEK-in standartının tələblərinə uyğunluğunu təsdiq edən SB sertifikatını verə bilər. Sertifikatda mütləq sınaqların protokolu verilir. Bu onunla əlaqədardır ki, əksər iştirakçı-ölkələrin standartlarında BEK standartlarından fərqlənən bu və ya digər meyllənmələr mövcuddur. Sınaq protokolu məmulatın deklarasiya olunan meyllənmələrə uyğunluğunu təsdiq edir ki, bu da digər ölkədə sınaqların aparılmasını lazımsız edir.

Lakin EMSBS-in iştirakçı-ölkələrinin heç də hamısı sınaqların protokolunu tanımır. Konkret olaraq Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Israil bu protokolları tanımır.

Rusiya 1992-ci ildən EMSBS və SB sxeminin üzvüdür. QOST R sertifikasiya Sistemi çərçivəsində elektrik avadanlığının təhlükəsizlik standartlarına uyğunluğunu milli sertifikasiya sistemi – EATSSS fəaliyyət göstərir. Sistemin normativ bazasını əsasən BEK-in beynəlxalq standartları təşkil edir.

Mühazirə 11.Mövzu: Elektron texnikası məmulatlarının sertifikasiya sistemi üzrə beynəlxalq BEK sistemi

PLAN

48

Page 49: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

1. Elektron texnikası məmulatlarının sertifikasiyası üzrə beynəlxalq BEK sistemi.2. BMT-nin Avropa iqtisadi komissiyasının (AIK) fəaliyyətinə sertifikasiya.

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Elektron texnikası məmulatlarının (ETM) sertifikasiyasının beynəlxalq sisteminin yaradılmasına səbəb bu məhsulların bazarlarında Avropa və Amerika firmaları arasında rəqabətin kəskinləşməsi olmuşdur. Avropa bazarını amerikalı rəqiblərindən qorumaq üçün «Elektrotexnikada standartlaşdırma üzrə Avropa komitəsi» (SENƏLEK) çərçivəsində keçən əsrin 60-cı illərinin axırında elektron texnikası məmulatlarının sertifikasiya sistemi SESS yaradılmışdır. Bu sistem AB-nin üzvü olan ölkələr və «Sərbəst ticarət üzrə Avropa assosiasiyası» (STAA) üçün bağlı regional sistem kimi yaradılmışdır. Avropa standartlarına ETM-in regional sertifikasiyası, Qərbi Avropa ölkələrinin sertifikatlaşdırılmış məmulatlarının satın alınmasına üstünlük verilməsi haqqında dövlət səviyyəsində qərarlarını stimullaşdırdı.

Beləliklə, qeyri-Avropa şirkətləri üçün yaranmış «texniki maneəni» dəf etmək lazım gəlirdi. ABŞ, Yaponiya, Kanada, Avstraliya və digər dövlətlərin təşəbbüsü ilə «Tariflər və ticarət üzrə baş razılaşma» (TTBR - QATT) və «Ümumdünya ticarət təşkilatında (ÜTT-VTO) ticarətdə texniki maneələr üzrə Razılaşmanın layihəsinin hazırlanmasına başlanmış, ISO-da sertifikasiya üzrə komitə (SERTIKO) təşkil olunmuş. BMT-nin «Avropa iqtisadi komissiyasının» (AIK) nəzdində yaradılmış, standartlaşdırma sahəsində siyasətə cavabdeh vəzifəli şəxslərin apardığı müşavirlərin mühüm suallar siyahısına sertifikasiya üzrə məsləhətlərin işlənməsi daxil edilmişdir. Bütün bunların nəticəsində BEK-də elektron texnikası məmulatlarının sertifikasiyası üçün beynəlxalq sistem yaradılmışdır. Sistemin əsas qaydaları və prosedurları 1980-ci ildə qəbul olunmuşdur.

ETM-in Sertifikasiya sisteminin yaradılmasında məqsəd-elektron texnikası məmulatlarına, onların uyğunluqlarının qiymətləndirilməsi metodlarına vahid tələblərin qoyulması vasitəsilə bu məhsullarla beynəlxalq ticarətə kömək etməkdir ki, onlar sistemin bütün iştirakçı ölkələrində təkrar sınaqlar aparılmadan eynilikdə qəbul edilsin.

Sistemə ümumi rəhbərlik BEK-in Şurası qarşısında hesabat verməli olan sertifikasiya üzrə Rəhbəredici komitəyə həvalə olunmuşdur. BEK-in üzvü olan ixtiyari ölkə aşağıdakı şərtləri yerinə yetirdikdə Sistemdə iştirak edə bilər:

standartlaşdırma və sertifikasiya üzrə milli təşkilatın mövcudluğu; sistemin bütün qaydalarının yerinə yetirilməsinə razılıq və uyğun milli sənədlərin nəşri; digər iştirakçı ölkələrdə buraxılan elektron texnikası məmulatlarının sınaq protokolları və

sertifikatlarının tanınması (sistemin tələblərinə uyğun olduqda). sistemin üzvünün maliyyə öhdəliklərini yerinə yetirməsi; burada BEK Sistemində

iştirakının iki növü nəzərdə tutulmuşdur. sertifikasiya üzrə Rəhbəredici komitədə səsvermə hüququ ilə iştirak etmə və nəzarət üzrə

Əlaqələndirmə komitəsində məsləhətçi üzvlük; Rəhbəredici komitədə səsvermə hüquqi ilə iştirak etmək və nəzarət üzrə Əlaqələndirmə

komitəsində tam hüquqlu üzvlük;İngilis, fransız və rus dilləri sistemin rəsmi dilləridir.

49

Page 50: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiyanı BEK sistemi üzrə aparıldığını bildirən ölkə, sistemin qaydalarına əsasən, elektron texnikası məmulatlarının sertifikasiya qaydasının BEK sisteminin müddəalarına uyğunluğuna və uyğunluq nişanından düzgün istifadə edilməsinə cavabdeh olan milli nəzarət xidmətinə malik olmalıdır. Bu ölkədə sınaq laboratoriyalarının istifadə etdiyi ölçmə vasitələrinin yoxlanılması üzrə milli orqan fəaliyyət göstərməlidir. BEK sisteminə daxil olmaq istəyən ölkəyə, nəzarət üzrə milli müddəaları bəyəndikdən sonra əlaqələndirici komitə inspektorlar qrupu göndərir. Qrup aşağıdakıları yoxlayır:

milli nəzarət xidmətinin funksiyalarının BEK sisteminin qaydalarına uyğunluğunu; işin həqiqi vəziyyətinin nəzarəti haqqında milli əsasnamənin məzmununa uyğunluğunu; elektron texnikası məmulatlarının sertifikasiyası üzrə təcrübənin, attestasiya olunmuş

istehsalçı-müəssisələrin və asılı olmayan sınaq laboratoriyalarının (mərkəzlərin) siyahılarının aparılması.

Sistemin qaydalarına görə təcrübəlilik meyarı kimi heç olmasa bir istehsalçı müəssisənin attestasiyası və iki növdən az olmamaqla elektron texnikası məmulatlarının, sistemdə qoyulmuş tələbələr üzrə sertifikasiyası sayılır.

İnspeksiya qrupu sınaq laboratoriyalarına və ölçmə vasitələrinin yoxlama laboratoriyasına baş çəkir. BEK sistemi üzrə sertifikasiya olunacaq ETM-istehsal olunduğu texnoloji xətlərdən biri ilə tanış olur. Bununla belə nəzərə almaq lazımdır ki, məmulatın standartı (yaxud texniki şərtləri) inspektorlar qrupuna onun gəlişinə qədər təqdim olunmalıdır. Gəlişin nəticəsinə görə inspektorlar qrupu Əlaqələndirici komitənin sədrinə hesabatında qəbul olunmuş qərar barədə məlumat verilir. Qərara görə namizəd qəbul oluna və yaxud olunmaya bilər. İkinci halda müəyyən edilmiş çatışmazlıqlar və onların aradan qaldırılması üçün müddətlər göstərilir. Belə prosedurlardan sonra namizədin təsdiq olunması üçün məsləhət verilir. Namizəd ölkə inspeksionlar qrupunun nəticələri ilə razılaşmamaq hüququna malikdir və öz etirazını əlaqələndirici komitəyə yazılı surətdə təqdim edə bilər. Sistemin üzvü olmuş ölkə, milli nəzarət sistemində baş verən və elektron texnikası məmulatlarının sertifikasiyasının təşkilinə təsir göstərə bilən, hər bir dəyişiklik haqqında nəzarət üzrə Əlaqələndirici komitəyə xəbər verməlidir. Bu dəyişikliklər nəzarət üzrə Əlaqələndirici komitə tərəfindən bəyənilməlidir. BEK sistemində attestasiya olunmuş milli nəzarət xidmətləri hər üç ildə bir dəfə milli nəzarətin müddəalarında edilmiş dəyişikliklərin tam siyahısını mütləq Əlaqələndirici komitəyə göndərməlidir.

BEK sistemi üzrə elektron texnikası məmulatlarının sertifikasiyasının mühüm mərhələləri aşağıdakılardır: istehsalçı müəssisələrin attestasiyası və sınaq laboratoriyaların akkreditasiyası, qəbul olunan normativ sənədlərin uyğunluğunun yoxlanılması və tipin qəbulu.

Müəssisənin yoxlanması (attestasiyası) üçün milli nəzarət xidmətinin nümayəndəsi keyfiyyətin nəzarəti və müəssisədə ETM-in sınaqları, fəaliyyətdə olan sınaq və ölçmə avadanlığının siyahısını, onun yoxlanması haqqında sənədləri və s. təqdim etməlidir.

Sınaq laboratoriyası akkreditasiyası üçün məcburi şərt təcrübəli və səlahiyyətli (etibarlı işini bilən) heyətin, lazımi avadanlığın, aktual sınaq metodikalarının mövcud olmasıdır. Sınaq laboratoriyasının fəaliyyəti ETM-i hazırlayandan və istehlakçılardan asılı olmamalıdır. Laboratoriyada BEK sisteminin tələblərinin yerinə yetirilməsinə cavabdeh təyin olunmalıdır. O, milli nəzarət xidməti ilə daimi işçi əlaqələrdə olmalı, sınaqların nəticələrinin lazımi qaydada tərtibini təmin etməli; laboratoriyanın işində olan məxfiliyi gözləməlidir.

BEK sistemi üzrə olan sertifikasiyanın normativ sənədlərinə konkret tələblər irəli sürülür. Sistemin bazasını BEK standartları təşkil etməlidir; iştirakçı-ölkələrdə bu standartlar birbaşa, yaxud dolayı metodlarla qəbul olunmalıdır;

50

Page 51: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

qəbul olunmuş sənəd milli qaydalarla tərtib olunsa da, beynəlxalq standartın məzmunu mütləq saxlanmalıdır.Hər hansı konkret məmulata BEK standartı olmadıqda «müvəqqəti sənəd» yəni

sertifikasiya məqsədləri üçün milli, yaxud bir qayda olaraq, firmanın normativ sənədindən istifadə etməyə icazə verilir. Bu zaman sertifikasiya üzrə milli təşkilat müvəqqəti texniki şərtlərin BEK sisteminin tələblərinə uyğunluğuna məsuliyyət daşıyır və onların fəaliyyət müddəti BEK-in analoji texniki şərtləri nəşr olunduqdan bir il sonra qurtarır. Sistemin qaydalarına görə sertifikasiya üçün tətbiq olunan bütün standartlara, BEK-in rəhbəredici № 102 «Elektron texnikası məmulatlarının sertifikasiya məqsədləri üçün texniki şərtlərin qurulması qaydaları» sənədinin tələblərinə uyğun qurulan vahid massiv kimi baxılır. Rəhbərlik aşağıdakı normativ sənədləri müəyyən edir:

əsaslı texniki şərtləri; ümumi texniki şərtləri; qrup texniki şərtləri; konkret tip məmulatlara texniki şərtlərin formalarını; konkret tip məmulatlara texniki şərtlər.

Əsaslı texniki şərtlər elektron texnikasının bütün məmulatlarına, yaxud bir neçə qrup məmulatlara tələblər qoyur. Onlara aşağıdakıları aid etmək olar, məsələn, xarici faktorların təsiri zamanı sınaqların aparılması metodlarına, partiyalar üzrə və dövri nəzarətin təşkili qaydalarına və s. BEK-in standartları.

Ümumi texniki şərtlər. ETM-in qruplarına, yaxud yarımqruplarına aiddir. Onlar terminləri və təyinləri, şifrləri, verilmiş qrup üçün xarakteristik olan sınaq metodlarını və s. müəyyən edir.

Qrup texniki şərtlər konkret yarımqrupa aiddir. Onlar ETM-in konkret tipinə uyğun sənədin formasını, yaxud onun işlənməsinə təlimatları özlərində əks etdirirlər.

Texniki şərtlərin formaları konkret tip məhsullara işlənir, normativ sənədlərin infikasiyası üçün istifadə edilir və qrup, yaxud ümumi texniki şərtlərin müddəalarına əsaslanır. Bir qayda olaraq onlarda, sertifikasiyada mütləq istifadə olunan, texniki meyarların nomenklaturası və həmçinin sınaq şəraiti müəyyən olunur.

Konkret məmulata texniki şərtlər məmulatın BEK Sistemində sertifikasiyası üçün lazım olan məmulatları birbaşa, yaxud onlara istinad formasında özündə əks etdirir. Bu növ texniki şərtlərin nəinki BEK-in texniki komitələri, həmçinin standartlaşdırma üzrə milli təşkilatlar və attestasiya olunmuş istehsalçı müəssisələr işləyə bilər.

Məmulatın tipik qəbulu o şərtlə aparılır ki, belə məmulatların istehsal texnologiyasında bir və yaxud bir neçə attestasiya olunmuş müəssisələr istifadə etsin.

Elektron texnikası məmulatının tipinin bəyənilməsinə nail olmaq üçün istehsalçı-müəssisə sertifikasiya üzrə milli orqana sifarişlə müraciət edir və bildirir ki, müəssisədə istehsalata və məmulatların sınaqlarına qoyulmuş tələblər gözlənilir. Sınaqların nəticələrinə görə müəssisə sertifikasiya üzrə səlahiyyətli orqan tərəfindən verilən, elektron texnikası məmulatının tipinə uyğunluq sertifikatı alır.

Sistemin qaydalarına görə buraxılan məmulatların keyfiyyətinin sertifikatlaşdırılmış tipə uyğunluğuna nəzarəti aparılır. Məmulatlar partiyalarının nəzarət sınaqları iki qrupa bölünür: qrup A- xarici baxış, ölçülərin və ayrı-ayrı mühüm xarakteristikaların yoxlanılması; qrup B – xarici baxış, ölçülərin və bütün texniki xarakteristikaların yoxlanılması.

Sistemin qaydalarına görə qəbul olunmuş məmulat partiyaları uyğunluq nişanı ilə markalanırlar. Bu uyğunluq nişanı dövlət sertifikasiya sistemində qəbul olunmuş milli nişanı

51

Page 52: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

təmsil edir və ona milli nəzarət xidməti, sertifikasiya üzrə milli təşkilat və nəzarət partiyasının nömrəsi haqqında məlumat olunur.

Uyğunluq sertifikatı, qəbul olunmuş rekvizitlərdən və informasiyadan aşağıdakı mətni əks etdirir: «Hazırlanmış məmulatlar elektron texnikası məmulatlarının BEK sistemində sertifikasiya prosedurunun qaydalarına uyğun, koordinasiya komitəsinin tamhüquqlu üzvü olan milli nəzarət xidmətinin nəzarəti altında və yuxarıda göstərilmiş texniki şərtlərə uğun olaraq qəbul olunmuşdur». Sertifikasiya üzrə AIK-in işində mühüm nailiyyət 1988-ci ildə qəbul olunmuş «Sertifikasiya üzrə beynəlxalq razılaşmaların işlənməsinə və imzalanmasına kömək» sənədinin hazırlanmasıdır. Bu sənədə əsasən AIK-in üzvü olan ölkələrin hökumətləri sertifikasiya sistemlərinin qarşılıqlı tanınması iki və çoxtərəfli razılaşmaların əldə edilməsi və kömək etməlidir. İqtisadi əməkdaşlığın qarşılıqlı faydalı şərtləri belə razılaşmalar üçün əsas olmalıdır. Razılaşmalar aşağıdakıları nəzərdə tutur:

fəaliyyətdə olan qaydaları və öhdəlikləri qəbul etməyə hazır olan digər ölkənin qoşulması üçün xarakterli olması;

xaricdən gətirilən və ölkənin daxilində istehsal olunmuş məhsullar üçün hüquqların, öhdəliklərin və rejimlərin bərabərliyi;

təchizatçı ölkədə aparılmış sınaqların nəticələrinin qarşılıqlı tanınması; sertifikasiya prosedurunun müqavilənin tələblərinə uyğunluğuna arxayın olması və

təminatı üçün ixtisaslı heyətin və lazımi sınaq bazasının mövcudluğu; milli standartların harmonikləşdirilməsi.

BMT AIK-i qarşılıqlı inama nail olmağa kömək edə bilən tədbirlər müəyyən etmişdir. BMT-nin AIK-də standartlaşdırma, sertifikasiya və keyfiyyət məsələləri ilə həmçinin xüsusiləşdirilmiş komitələr məşğul olurlar. Məsələn, kənd təsərrüfatı üzrə Komitə aqrosənaye məhsullarının sertifikasiyası üçün məsləhətlər işləyir; meşə üzrə Komitə-meşə məhsullarının standartlaşdırılması və sertifikasiyası üzrə; nəqliyyat üzrə Komitə nəqliyyat vasitələrinin sertifikasiyası üzrə BMT-nin AIK-in Qaydalarını işlənmişdir ki, onun da əsasında yol nəqliyyat vasitələri avadanlıqlarının sertifikasiya (omoloqasiyası) sistemi yaradılmışdır.

Mühazirə 12.Mövzu: Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans və beynəlxalq

akkreditasiya sistemləri.PLAN

1. Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans2. İLAK-ın əsas fəaliyyət istiqaməti və nəşrləri

52

Page 53: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

3. EMSBS-in akkreditasiya sistemi4. Avropada akkreditasiya üzrə regional təşkilat

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq müxtəlif ölkələrdə sınaq laboratoriyalarının akkreditasiya sistemləri yaradılmağa başladı. 1977-ci ildə ilk dəfə sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans ILAK (International Laboratory Accreditation (conference) çağırılmışdır. O təşkilat formasında olmamış və məqsədi prosedurun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi olmuşdur.

Mahiyyətcə ILAK təşkilat deyil, beynəlxalq forumdur.Konfransın hər il keçirilməsi qərarının qəbul edilməsi üçün əsas motiv TTBM/BTT-nin

ticarətdə texnikit maneələr üzrə müqavilə və sertifikasiyanın, sınaqların nəticələrinin və akkreditasiya sistemlərinin beynəlxalq miqyasda qarşılıqlı tanınmaların vacibliyi olmuşdur. İLAK-ın praktiki fəaliyyəti iki və çox tərəflilik əsasında sınaqların nəticələrinin və akkreditasiya sistemlərinin qarşılıqlı tanınmasının hüquqi və inzibati aspektlərinin öyrənilməsindən; sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemlərinin və sınaqların nəticələrinin tanınmasının milli qaydalarının beynəlxalq məlumat kitabının hazırlanmasından, sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemlərinin yaradılmasının effektivliyinin öyrənilməsindən başlanmışdır. Qarşılıqlı tanınma haqqında müqavilələrin bağlanmasına maneə olan hüquqi və inzibati fərqləri öyrənərək və son dərəcə dəqiq analitik iş apararaq, İLAK-ın ekspertləri praktikada dövlətlər arasında iki tip müqavilələrin mövcud olduğunu müəyyən etmişdir:

laboratoriyaların akkreditasiyası aparılmadan sınaq protokollarının və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə;

sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemləri və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə;İLAK-ın və BMT-nin AIK-nin sonrakı birgə işi qarşılıqlı tanınma üzrə mümkün

beynəlxalq müqavilələri daha dəqiq sinifləşdirməyə və onları aşağıdakı dörd qrupa bölməyə imkan yaratdı:

milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması (məsələn, Kanadanın standartlaşdırma üzrə assosiasiya ilə Yaponiyanın elektrotexniki sınaq laboratoriyaları arasındakı ikitərəfli müqavilə);

sınaqların nəticələrinin, bir qayda olaraq, hökumətlərarası səviyyədə tanınması (məsələn, təsdiq olunmuş yüksək təzyiqli boru nümunələrinin qarşılıqlı tanınması haqqında AB-nin üzv ölkələri arasında müqavilə);

qeyri-hökumət təşkilatlarının yaratdığı beynəlxalq (regional) sertifikasiya sistemlərində iştirak (EMSBS sistemi);

qarşılıqlı anlaşma haqqında memorandum. Bir sıra hallarda memorandum bir neçə il fəaliyyət göstərir və qarşılıqlı tanınma ilə bağlı bir sıra məsələlərin həlli üçün şərait yaradır (məsələn, keyfiyyətə nəzarətin nəticələrinin tanınması, partnyora qarşılıqlı razılaşdırılmış məsələlər üzrə informasiyanın verilməsi və s.)

53

Page 54: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

İLAK-ın əsas fəaliyyət istiqaməti-sınaq laboratoriyalarının akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında iki və çoxtərəfli müqavilələri bağlamaq yolu ilə akkreditasiya olunmuş laboratoriyaların apardığı sınaqların nəticələrinin tanınmasına kömək etməkdir.

İLAK həm laboratoriyaların akkreditasiyası məsələləri və qarşılıqlı tanınma haqqında müqavilələr üzrə və həmçinin özfəaliyyəti haqqında maraqlı tərəflərin informasiya təminində böyük rol oynayır. İLAK aşağıdakı materialları nəşr edir:

milli akkreditasiya sistemlərinin və sınaq laboratoriyalarının sorğu kitabçasını; akkreditasiya üzrə ədəbiyyatın biblioqrafik sorğu kitabçasını; akkreditasiyanın müxtəlif problemlərini öyrənən işçi və xüsusi qrupların hesabatlarını.

İLAK-ın fəaliyyəti haqqında materiallar ardıcıl olaraq Beynəlxalq ölçülər və çəkilər təşkilatının (BÖÇT) nəşr etdiyi, «Metrologiya» jurnalında çap olunur. Sorğu kitabçasından İLAK, sertifikasiya üzrə mütəxəssislər üçün «İllik» nəşr edir. «İllikdə» xüsusi informasiyadan başqa akkreditasiya üzrə orqanların rəsmi nümayəndələri haqqında məlumatlar verilir ki, onlara da məsləhətlər üçün müraciət etmək olar. İLAK-ın üzvü olan bütün ölkələrin fəaliyyəti haqqında ətraflı informasiya, dörd hissədən ibarət olan Sorğu kitabçasında nəşr olunur:

«qoyulmuş meyarları təmin edən laboratoriyaların akkreditasiyası üzrə orqanlar»; «laboratoriyaların bəyənilməsinin digər sistemləri»; «beynəlxalq sistemlər»; «təklif olunan sistemlərin layihələri»;

Geniş informasiya işindən, İLAK qarşılıqlı tanınma haqqında müqavilələrin bağlanması üzrə məsləhətlər və milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq müqaviləyə tələblərə məsləhətlər işləyir.

Sınaq laboratoriyalarının akkreditasiyası üzrə orqanlar səviyyəsində müqavilələrin bağlanmasında İLAK-ın fəaliyyəti böyük praktiki rol oynayır. İLAK-ın nəşrləri aşağıdakı növ müqavilələri müəyyən edir:

«maraqlı tərəfin» xarici laboratoriyanı tanıması; üçüncü tərəfin xarici laboratoriyanı tanıması; sınaqların nəticələrinin qarşılıqlı tanınması haqqında laboratoriyalar arasında müqavilə; xarici laboratoriya tərəfindən sınaqlar haqqında informasiyanın sözsüz tanınması; iki bölgənin akkreditasiya üzrə orqanları arasında qarşılıqlı tanınma haqqında müqavilə.

Sınaqların nəticələrinin qarşılıqlı tanınması üçün laboratoriyaların akkreditasiya meyarlarının və akkreditasiya prosedurunun harmonizasiyası lazımdır ki, bu da İLAK-ın daha bir mühüm məsələsidir. Bu istiqamətdə İLAK ISO, BEK, BMTAIK, Qanunverici metrologiyanın beynəlxalq təşkilatı (QMBT) ilə sıx işçi əlaqələri saxlayır. İLAK-ın fəaliyyətinin AB-nin EN 45000 Avropa standartlarının qəbul edilməsinə xeyli təsiri olmuşdur. EN standartları akkreditasiya olunan sınaq laboratoriyalarına, akkrkditasiya və sertifikasiya orqanlarına tələblər qoyur.

ISO/BEK ilə birlikdə, sınaq laboratoriyalarının qiymətləndirilməsinin və akkreditasiyasının müxtəlif aspektlərinə aid, ISO/BEK-in 25, 38, 54 və 55-ci rəhbəredici sənədlərinə yenidən baxılmış və əlavələr edilmişdir.

Aşağıdakı komitələr İLAK-ın işçi orqanları hesab edilir: konfransların keçirilməsi üzrə; akkreditasiya praktikası üzrə; laboratoriyaların praktiki işi üzrə; redaksiya komitəsi.

İLAK-ın təşəbbüs ilə ISO/BEK-in beş rəhbəredici sənədi işlənmişdir. Bu sənədlər sınaq laboratoriyalarının akkreditasiyası üçün razılaşdırılmış beynəlxalq meyarların işlənməsi üçün kompleks sorğu və metodik materialları əks etdirir.

54

Page 55: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

İLAK beynəlxalq və regional akkreditasiya sistemlərini yaratmaq üçün aşağıdakı qaydada hərəkət etməyi məsləhət görür:

İlk növbədə sınaqların nəticələrinin akkreditasiyası üzrə orqanlar, laboratoriyalar, yaxud hökumətlər səviyyəsində tanınması üçün ikitərəfli müqavilələrin bağlanması; sonra milli sistemdə xarici laboratoriyanın akkreditasiyası və sonda akkreditasiya sistemlərinin ikitərəflilik və çoxtərəflilik əsasında qarşılıqlı tanınması. Son mərhələ-beynəlxalq akkreditasiya sistemlərinin yaradılmasıdır.

Ən nüfuzlu beynəlxalq akkreditasiya sistemləri aşağıdakılardır: EMSBS-in akkreditasiya sistemi-elektron komponentlərin sınaqları ilə məşğul olan laboratoriyaların akkreditasiyasını aparır. Sınaqdan keçirilən komponentin tətbiq sahəsindən asılı olaraq elektrik, mexaniki, mexaniki və digər sınaq növlərini yerinə yetirir.

Sürtgü yağları, toxumlar və yağlar üzrə assosiasiyaların federasiyası (FOCFA INternational)-beynəlxalq ticarətin iştirakçıları olan təşkilatların sifarişlərinə görə verilmiş məhsulların analitik tədqiqatlarını yerinə yetirən laboratoriyaların attestasiyasını aparır. Laboratoriyalar kimyəvi, bioloji və digər sınaqlar aparır.

Toxuma yun (Interwoollbs) məmulatlar üzrə beynəlxalq təşkilat-yunu bütün dünya üçün infikasiyalaşdırılmış meyarlara uyğunluğuna yoxlayan laboratoriyaları akkreditasiya edir.

Gəminin Lloyd Registri-materialların sınaqları və dağıdılmayan nəzarəti aparan laboratoriyaları attestasiya edir. Sınaq obyektləri aşağıdakılardır: polad lövhələr, yayma məhsulları, tirlər, örtüklər, boru kəmərləri, polad tökmə məmulatları, alüminium və mis ərintilərindən hazırlanmış məmulatlar, lovbər zəncirləri, məftilli kanatlar və s. Yoxlamanın əsas növü radioqrafiya üsulu ilə aparılan dağıdılmadan aparılan nəzarətdir.

Avropada akkreditasiya üzrə iki regional təşkilat fəaliyyət göstərir: məhsulların, keyfiyyət sistemlərinin və heyətin sertifikasiyası üzrə orqanların

akkreditasiyasına görə Avropa əməkdaşlığı (MAAƏ) (EAS); sınaq və kalibrləyici laboratoriyaların və həmçinin heyətin təlimatlandırılması üzrə

orqanların və nəzarətedici təşkilatların akkreditasiyası üzrə Avropa əməkdaşlığı (LAAƏ). Bu təşkilatların ümumi məqsədi-akkreditasiya etdiyi sertifikasiya orqanları tərəfindən verilən sertifikatlara bazarın etibar etməsinə kömək etməkdir. LAAƏ və MAAƏ-in fəaliyyəti EN 45000 Avropa standartlarının qaydalarına və prosedurlarına əsaslanır ki, bu da sınaqların nəticələrinin və sertifikasiyanın qarşılıqlı tanınması üçün şəraitin yaradılmasına kömək edir.

Mühazirə 13.Mövzu: Avropa Birliyində (AB) sertifikasiya.

PLAN1. Uyğunluğun qiymətləndirilməsi üzrə AB-nin siyasəti2. AB-də Qlobal konsepsiya3. Layihələndirmə və istehsal mərhələləri

Ədəbiyyat

55

Page 56: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Uyğunluğun qiymətləndirilməsi üzrə AB-nin siyasəti, 1988-ci ildə Brüsseldə sertifikasiya və sınaq məsələləri üzrə Qərbi Avropa ölkələrinin simpoziumu olmuşdur. Burada AB üçün sertifikasiya və sınaqların vahid prinsiplərinin yaradılması üçün məsləhətlər işlənmişdir. Simpoziumun materiallarına əsasən, Avropa Cəmiyyətləri Komissiyası (ACK), texniki şərtlərə, sınaqlara və sertifikasiyaya kompleks yaxınlaşmaq üçün qətnamə hazırlanmışdır. Bu sənəd AB-nin sertifikasiya və məhsulun sınaqlarına aid məsələlərə yaxınlaşmanın inkişafında yeni, daha yüksək səviyyənin başlandığını təsdiq edir:

AB ölkələrinin müəssisələrinə keyfiyyətin idarə olunması sistemini EN 29001, EN 27002 və EN 29003 standartları əsasında tətbiq etmək təklif olunur;

Cəmiyyət üçün sınaq laboratoriyalarının, akkreditasiya və sertifikasiya orqanlarının səriştəliliyinin və sərbəstliliyinin qiymətləndirilməsinin vahid meyarlarını təsdiq edir.AB ölkələrində məmulatların təhlükəsizliyinin təsdiqi prosedurlarında gözəçarpan fərqlər

mövcud idi. Bu həm ərizə deklarasiya, həmçinin üçüncü tərəfin sertifikasiyası ola bilərdi. Lakin 1988-ci ildə texniki harmonizasiya haqqında AB-in Direktivi qəbul edilmişdir. Direktivdə əsas tələblərin və standartların mövqeyi dürüst müəyyən edilmişdir. Əsas tələblər standartların tələblərindən fərqli olaraq məcburidir. Əgər standart harmonikləşdirilibsə, onda bu standarta görə hazırlanmış məhsul, əsas tələblərə uyğun hesab edilir. Bu halda nəzarət prosesi istehsalçı üçün asanlaşır.

Əgər məhsul harmonikləşdirilmiş standarta görə deyil, əsas tələblərə uyğun hazırlanıbsa, onda uyğunluğa üçüncü tərəfin təsdiqi vacib hesab edilir.

Kompleks yaxınlaşma, səriştəlilik, yüksək texniki təchizat və şəffaflıq şəraitində, sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasına keçidi yaxınlaşdırır. Şəffaflığı təmin etmək üçün bütün maraqlı tərəflərin standartların tələbləri, sınaq metodları, məmulatların təhlükəsizlik tələbləri haqqında informasiya almaq üçün mühitin yaradılması tələb olunur. AB Komissiyasının yaratdığı «Sertifikat» verilənlər bankı Avropada mövcud olan bütün sertifikasiya sistemləri, sınaq metodikaları, laboratoriyalar, sınaq mərkəzləri və s. haqqında informasiyanı saxlayır.

AB-nə üzv ölkələrdə sınaq laboratoriyalarının akkreditasiyasına diqqət artır. milli akkreditasiya sistemlərinin EN45000 Avropa standartları bazasında inkişaf tendensiya və bu sahədə əməkdaşlıq həvəsləndirilir. 1989-cu ildə AB-də uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların harmonizasiyasının Qlobal konsepsiyası qəbul olunmuşdur. Direktivlərə uyğun olaraq, uyğunluq istehsalçı tərəfindən qiymətləndirilə bilər. İstehsalçı o məhsulun direktivlərinin tələblərinə uyğunluğunu ərizə-deklarasiya vasitəsilə təsdiq edir və məhsulu nişanla markalayır.(şək10.1.)

56

Page 57: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

AB-nin direktivinə uyğnluq nişanı «Yeni» direktivlər məhsulun həyat tsiklinin müəyyən mərhələsi üçün (layihələndirmə, istehsal, realizasiya istifadə) konkretləşdirilmiş, təhlükəsizliyə harmonikləşdirilmiş tələbləri təcəssüm edir. Direktivləri uzun müddət dəyişdirməmək üçün onlara ümumi tələblər daxil edilir. Daha ətralı və fərdi tələblər standartlarda verilir.

«Yeni» direktivlər köhnələrdən struktura görə də fərqlənirlər: onlarda həm hüquqi, həm də texniki hissələr olmaqla, uyğunluğun qiymətləndirilməsi sisteminin prinsipləri və standartlara istinadlar verilir. Beləliklə, «yeni» direktivdə adı çəkilən məcburi xarakter daşımayan Avropa standartı onun tələblərinə uyğun olan məhsulun, heç bir maneə və məhdudiyyət olmadan, bazara daxil olmasını təmin edir. «Yenilərdən fərqli olaraq «köhnə» direktivlər sahə xarakterlidir, yəni onların tələbləri unifikasiya olunmalıdır. Köhnə direktivlərdə standartlara istinadlar edilmir. Bu da onların praktikada tətbiqini çətinləşdirir. Yeni Konsepsiya üzrə AB Direktivləri, istehsalçıların istifadə edə biləcəyi, uyğunluqların (modulların) təsdiq edilməsi üsullarını təyin edir. Konkret modulun seçilməsi hüquqi təchizatçıya (istehsalçıya) verilmişdir. Məhsulun müxtəlif həyat mərhələləri üçün müxtəlif modullar nəzərdə tutulmuşdur.

Avropa modullarının məzmununa baxaq:Layihələndirmə mərhələsində «Tipik» nümunənin yoxlanılması» Modulu B təklif

olunur. Sifarişçi səlahiyyətli orqana aşağıdakı sənədləri təqdim edir:Məmulatın (tipin) nümunəsi; nümunəni şərh edən sənədləri: layihənin konsepsiyasını,

çertiyojları, komponentlərin sxemlərini və s; tam, yaxud qismən tətbiq olunan standartların siyahısını; hesabatların və ekspertizaların nəticələrini; sınaqların protokollarını.

Sınaqların nəticələri müsbət olduqda səlahiyyətli orqan sifarişçiyə «AB» tipini təsdiq edən sertifikat verilir. Sertifikat ekspertizanın nəticələrini, onun qanuniliyini, təsdiq olunmuş nümunənin eyniləşdirilməsi üçün verilənləri və digər məlumatları əks etdirməlidir. Sertifikasiya üzrə digər orqanlar təcili olaraq verilmiş tipi təsdiq edən sertifikatın verilməsi haqqında məlumatlandırılır. Əgər sınaqların nəticələri mənfi olarsa, yaxud əvvəllər verilmiş «AB» sertifikatı ləğv olunarsa, onda sınaq orqanı bu barədə digər səlahiyyətli orqanları və ona bu səlahiyyətləri vermiş dövlətləri məlumatlandırmağa borcludur. Edilmiş dəyişikliklər təhlükəsizlik tələblərinə uyğunluğa gətirdiyi halda, təsdiq olunmuş nümunənin modifikasiyaları sınaqlardan keçməlidir.

AB istehsal mərhələsi üçün dörd modul təklif olunur.Modul S «Məhsulun uyğunluğu haqda istehsalçının deklarasiyası (variant 1)». İstehsalçı

ərz edir ki, onların göstərdikləri məhsullar «AB» sertifikatı almış nümunəyə tam uyğundur. İstehsalçı məmulatı CE uyğunluq nişanı ilə bağlamada, onu müşayiət edən sənədlərdə, yaxud məmulatın özündə həkk etməklə markalaya bilər. İstehsalçı istehsalın bütün mərhələlərində

57

Page 58: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

keyfiyyətin sabitliyini təmin edən lazımi tədbirlərin qəbul edilməsinə və bütün məmulatların sertifikatlaşdırılmış tipə tam uyğunluğuna görə məsuliyyət daşıyır.

Modul O. «Məhsulun uyğunluğu haqda istehsalçının deklarasiyası (variant 2)». Istehsalçı üçün modul S-də nəzərdə tutulmuş bütün öhdəliklərə uyğun olaraq bu modulda keyfiyyətin təmin edilməsi sisteminin istehsalatda təşkil edilməsi və ona AB-nin nəzarət xidməti tərəfindən nəzarətin vacibliyi nəzərdə tutulmuşdur. Sertifikasiya üzrə səlahiyyətli orqan keyfiyyət sistemini 29000 seriyalı (ISO 9000) Avropa standartına uyğunluğuna qiymətləndirir. Keyfiyyət sisteminə nəzarət istehsalçının sertifikasiya (qiymətləndirmə ilə bağlı öhdəlikləri yerinə yetirdiyinə arxayın olmaq üçün aparılır).

Modul E. «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası» (variant 3) keyfiyyətin sabit səviyyəsini istehsalın bütün mərhələlərində təmin etməyə və bütün məmulatların «ES» sertifikatında göstərilmiş tipə və həmçinin bu məmulatların direktivlərin tələblərinə uyğunluğuna nail olmağa borcludur. İstehsalçı səlahiyyətli orqanı seçir və o da bütün məmulatların keyfiyyətinin aşağıdakı prosedurlardan biri ilə uyğunluğunu yoxlayır.

Birinci prosedur – məhsul statistik nəzarətə uğradılır: Istehsalçı məmulatlar partiyasını təqdim edir və hər partiyadan bir nümunə seçilmiş meyarlara uyğunluğuna yoxlanılır. Əgər məmulatlar partiyası qeyri kondision, yəni şərtlərə uyğun olmayan kimi qəbul edilmişdirsə, nəzarətçi orqan məhsulun təchizatının qarşısını alan tədbirlər görür.

Modul F. «Səlahiyyətli orqan tərəfindən yoxlama (variant 1)». Səlahiyyətli orqan tərəfindən yoxlamaların nəticələrinə görə məmulatın «ES» tipli sertifikata və həmçinin Direktivlərin müvafiq tələblərinə uyğunluğunu (yaxud uyğunsuzluğunu təsdiq edir. Hər məmulat (CE ) uyğunluq nişanı ilə markalanır, istehsalçıya isə uyğunluq sertifikatı verilir. CE nişanı onu verən orqanın rəmzi ilə müşayiət olunur. Layihələndirmənin və istehsalın birləşdirilmiş mərhələləri - Bu mərhələlərdə üç modul məsləhət görülür. Model A. Uyğunluq haqqında istehsalçının deklarasiyası. Istehsalçı yazılı sürətdə rəsmi olaraq bildirir ki, onların hazırladığı məmulat Direktivin tələblərini ödəyir və CE nişanı ilə markalanır. (direktivlərin siyahısı verilir).

Modul G. «AB»-də uyğunluğun yoxlanması (variant 2). Ayrıca götürülmüş məmulatın, yaxud kiçik seriyalı məhsulların yoxlanması üçün istifadə olunur. Səlahiyyətli orqan yoxlamaların nəticələrinə görə məmulatın uyğunluğunu təsdiq edir və CE nişanı ilə markalamaq hüququ ilə uyğunluq sertifikatını verir. Hər bir məmulat standarta uyğun ekspertizaya və sınaqlara uğradılır. Səlahiyyətli orqana layihə üzrə bütün lazımi sənədlər verilir.

Modul N. «Layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası». İstehsalçı müəyyən tipin layihəsinin Direktivin tələblərinə uyğunluğu və məhsulun verilmiş tipə uyğunluğunu rəsmi olaraq bildirir. Bundan başqa istehsalçı, AB xidmətləri tərəfindən nəzarət olunmalı, keyfiyyətin təmin edilməsi sistemində mütləq tətbiq edilməlidir.

Bütün modulların bir-birini tamamlamasına baxmayaraq, onlardan ayrı-ayrılıqda istifadə etmək olar. Modullu yaxınlaşma AB çərçivəsində uyğunluğun təsdiq edilməsi sisteminin çevikliyini təmin edir. Belə yaxınlaşmadan milli sistemləri də istifadə etmək mümkündür.

Direktivlər müəyyən növ məhsullar üçün uyğunluğun qiymətləndirilməsinin alternativ üsullarından istifadə edilməsini mümkün sayır. Məsələn, 93/42/AB direktivi dərman vasitələri üçün keyfiyyətin təmin edilməsi üsullarını və alternativ nəzarət növlərini müəyyən edir.

CE nişanı standarta uyğunluq haqqında şəhadət vermir, lakin ES Direktivinə uyğunluğunu təsdiq edir.

58

Page 59: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Beləliklə, CE nişanlı məhsul «Əsas tələblərə» (təhlükəsizlik, ekoloji) cavab verir və AB-ə üzv ölkələrin bazarlarında sərbəst dövr edə bilir. «Köhnə» direktivlərdən fərqli olaraq «yeni» direktivlərdə Avropa standartlarına (Avronormalara) istinadlar vardır, ona görə də CE nişanlı məhsul faktiki olaraq tamamilə standarta uyğun olur və bu uyğunluğun hər hansı bir sübuta ehtiyacı qalmır.

Avropalı istehsalçıya ixtiyari normativ sənədə uyğun məhsul buraxmaq hüquqi verilmişdir. Lakin belə halda o, məhsulunun xarakteristikalarının belə məhsula AB tərəfindən qoyulan tələblərə tam uyğun olduğunu sübut etməlidir. Əgər istehsalçının buraxdığı məhsulun parametrləri direktivdə göstərilmiş standartın tələblərindən yüksəkdirsə onda o, bunu könüllü qaydada sınaqdan keçirməklə sübut etməlidir. Bu zaman keyfiyyətin yüksək olduğunu təsdiq edən nişandan istifadə mümkündür. Məsələn, belə hal üçün Finlandiyada Fi nişanı mövcuddur.

Konkret AB Direktivində, ümumiyyətlə, məhsulun təchizatçısının, yaxud istehsalçısının istəyi ilə bir neçə (iki-üç) modulun tətbiq edilməsinin mümkünlüyü müəyyən olunmuşdur.

Modulların izahından görünür ki, uyğunluğun qiymətləndirilməsi prosedurları qarışıq xarakter daşıyır: onlarda istehsalçının və sertifikasiya üzrə səlahiyyətli orqanın fəaliyyəti nəzərdə tutulur ki, buna da uyğun olaraq istehsalçının ərizə-deklarasiyası və həmçinin sertifikasiyanın atributurları kimi sertifikatdan və uyğunluq nişanından istifadə olunur. Səlahiyyətli orqan üçüncü tərəf olduqda, modullar müxtəlif dərəcədə sertifikasiya proseduruna yaxın olur. İstehsalçının və səlahiyyətli orqanın fəaliyyətinin uzlaşdırılması modullara nəinki qiymətləndirmə, həmçinin uyğunluğu təmin edən üsul kimi baxmağa imkan verir.

CE uyğunluq nişanı məhsulun ona aid olan yeni qaydalı direktivlərin bütün tələblərinə uyğun olduğunu təsdiq edən vahid və yeganə nişandır. Bu Direktivlər, yaxud standartlar haqqında məlumat sınaq protokollarında və uyğunluq sertifikatlarında verilməlidir.

Sertifikatlaşdırılmamış məhsuldan təyininə görə istifadə edildikdə, istifadə edəndən müəyyən ehtiyat tədbirlərin görülməsi tələb olunur. Direktiv belə vəziyyət üçün xüsusi xəbərdarlıq nişanı – «İstehlakçı, ehtiyatlı ol» nişanını nəzərdə tutmuşdur. AB ölkələri üçün vahid uyğunluq qiymətləndirilməsi sistemini praktikada tətbiq edərkən, milli sertifikasiya sistemlərinin bu sistemdə yeri və rolu və həmçinin prosedurların qarşılıqlı tanınması ilə bağlı bir sıra heç də sadə olmayan problemlər meydana çıxmışdır.

Bu problemlərin həlli yolundan biri xüsusi orqanın - sınaqlar və sertifikasiya üzrə Avropa təşkilatının (SSAT-EOIS) yaradılması olmuşdur.

59

Page 60: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mühazirə 14.Mövzu: MDB-də sertifikasiya.

PLAN1. Rusiya Federasiyasının QOSTR sistemi2. Ölçmə vasitələrinin sertifikasiyası haqqında Əsasnamə

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

MDB məkanında sertifikasiya üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd 1992-ci ildə imzalanmış «Standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında» müqavilədir. Müqavilənin sertifikasiyaya aid müddəaları əsasında birliyin iştirakçı ölkələri, sertifikasiya sisteminin formalaşdırılmasında və realizəsində və bu sahədə işlərin təşkilində tam sərbəstliyə malik olmaqla, ISO/BEK-in Rəhbəredici sənədləri və bu sahədə yığılmış təcrübəni nəzərə almaqla milli sertifikasiya sistemlərini formalaşdırır.

Rusiyanın QOSTR sistemi daha çox beynəlxalq qaydalarla uzlaşdırıldığından MDB ölkələri sertifikasiya üzrə metodik sənədləri tərtib edərkən Rusiyanın qaydalarını əsas götürmüşdür.

Müqaviləni imzalayan dövlətlər sertifikasiya üzrə orqanların, sınaq laboratoriyalarının sınaqlarının və sertifikasiyanın nəticələrinin, qarşılıqlı təchiz olunan məhsula sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında razılıq əldə etmişlər. Sonra qarşılıqlı tanınma üçün aşağıdakı akkreditasiya şərtləri də qəbul edilmişdir: milli sertifikasiya sistemində orqanların və laboratoriyaların akkreditasiyası, sınaq laboratoriyalarının, sınaqları dövlətlərarası standartlar əsasında aparmaq üçün praktiki təcrübənin olması; MDB ölkələrinin qoşulduğu və tanınma haqqında məsələləri həll edən, beynəlxalq sertifikasiya sistemlərində akkreditasiya.

Beynəlxalq sertifikasiya sistemlərində tərəflər müstəqil iştirak edir. Müqavilə, tərəflərin beynəlxalq sertifikasiya sisteminin qaydalarından irəli gələn hüquq və vəzifələrinə toxunmur.

Sertifikasiya sınaqları ixtiyari ölkənin akkreditasiya olunmuş laboratoriyasında aparıla bilər.

Müqavilənin iştirakçısı olan ölkələrdə tanınmış beynəlxalq, dövlətlərarası, yaxud milli standartlar sertifikasiyanın normativ bazası kimi qəbul edilmişdir.

Müqaviləni imzalayan ölkələr qarşılıqlı təchiz olunan məhsulun məcburi sertifikasiyasının mərhələli tətbiq olunma qaydasını razılaşdırmaq, sfnaqların nəticələrinin obyektivliyini və məhsulun sertifikasiyasının nəticələrinin düzgünlüyünü təmin etmək barədə razılığa gəlmişdir.

Məhsulu idxal edən ölkədə sertifikasiyanın nəticələrinin gözlənilmədiyi müəyyən olunduğu halda milli sertifikasiya orqanı öz ölkəsində sertifikatların tanınmasını saxlama səlahiyyətinə malikdir, bu barədə məhsulu ixrac edən ölkənin milli orqanına və standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası Şuranın Texniki katibliyinə xəbər verməlidir.

Sertifikasiya üzrə razılaşdırılmış siyasətin sonrakı inkişafı 1994-cü il üçün imzalanmış «Sertifikasiya üzrə işlərin aparılması və qarşılıqlı tanınması prinsipləri haqqında Müqavilə» sənədində öz əksini tapmışdır. Bu müqavilənin əsas müddəaları aşağıdakıların tanınmasını təmin edir:

60

Page 61: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

təsdiq olunmuş siyahıya uyğun olan və məcburi sertifikatlaşdırılmalı məhsullara və xidmətlərə sınaq protokollarını, sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması; milli sertifikasiya sistemlərinin və onların verdikləri sertifikatların, müəyyən olunmuş prosedurların gözlənildiyi şərt daxilində qarşılıqlı tanınması;

müqavilənin iştirakçısı olan ölkələrin ekspertlərinin fikirlərini (rəylərini, mülahizələrini) nəzərə almaqla standartlaşdırma, metrologiya və sertifikasiya üzrə milli orqanlar tərəfindən sertifikasiya üzrə orqanların akkreditasiyası;

müqavilənin iştirakçısı olan ölkələrin sertifikatlaşdırılmış məhsula inspeksion nəzarətin yerinə yetirilməsi hüquqi;

MDB-yə üzv ölkələrin heç də hamısı eyni səviyyədə qarşılıqlı tanınma haqqında çoxtərəfli müqavilələrin bağlanmasına hazır olmadığı üçün qərara alınmışdır ki, hələlik ikitərəfli müqavilələr bağlansın. Belə müqavilələr milli sertifikasiya orqanları səviyyəsində bağlanır;

Sertifikasiya sahəsində qarşılıqlı tanınma haqqında Müqavilə aşağıdakıları təyin edir; Milli sertifikasiya sistemlərində akkreditasiya olunmuş sertifikasiya orqanlarının və sınaq

laboratoriyalarının qarşılıqlı tanınması şərtlərinin və prosedurlarının konkret müddətlərini;

Qarşılıqlı tanınma haqqında Müqavilə çərçivəsində göndərilən məhsulun təhlükəsizliyinin təsdiq olunması qaydasını;İstehsalçının və sertifikatı verən orqanın ixrac olunan məhsulun təhlükəsizliyinə

cavabdehliyini, ixrac edən ölkənin sertifikatını məhsulu qəbul edən tərəf, xarici sertifikatların tanınması üçün nəzərdə tutulmuş qaydada tanıyır.

MDB məkanında sertifikasiyanın inkişafı istiqamətində mütərəqqi addım, Müqavilənin iştirakçıları olan ölkələr üçün, standartlaşdırma, metrologiya və sertifikasiya üzrə vahid tələbləri müəyyən edən normativ sənədlərin qəbul edilməsi olmuşdur. Bunlar, həmcins məhsulların sertifikasiya qaydasını və həmçinin bir sıra xidmət növlərini müəyyən edən, dövlətlərarası normativ sənədlərdir.

Dövlətlərarası Şuranın qəbul etdiyi qərarlar arasında bütün iştirakçı ölkələr üçün laboratoriyaların akkreditasiyası üzrə Avropa-Asiya regional təşkilatı (EAL) haqqında razılıq mühüm əhəmiyyətə malikdir.

Sertifikasiyanın təşkilində Dövlətlərarası Şura tərəfindən ölçmə vasitələrinin sertifikasiyası haqqında Əsasnamənin qəbul edilməsini də irəliləyiş saymaq olar. Əsasnamədə deyilir: Müqavilənin iştirakçısı olan ölkədən ölçmə vasitələrinin idxalına (ixracına) maraqlı olan təşkilat öz milli orqanı vasitəsilə ixrac (idxal) edən ölkənin milli orqanına sertifikat və yoxlama metodikası ilə birlikdə istismar sənədlərini təqdim edir. Bu vəziyyət qarşılıqlı təchizat olunan məhsulun sınaqlarının nəticələrinin iştirakçılar tərəfindən tanınması üçün prinsipial əhəmiyyətə malikdir.

Standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası Şura daimi fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qrupun işinə rəhbərlik edir. Onların arasında aşağıdakı qrupları göstərmək olar: standartlaşdırma, vaxtın və tezliyin vahidliyinin təmini, texniki-iqtisadi və sosial informasiyanın sinifləşdirilməsi və kodlaşdırılması, standart nümunələr və s. üzrə qruplar.

Dövlətlərarası Şuranın fəaliyyətində aşağıdakıları əsas nailiyyət saymaq olar: Keçmiş SSRI-nin normativ sənədlərinin bütün fondlarının və etalonlar bazasının

saxlanılması. Bu MDB çərçivəsində standartlaşdırmanın və metrologiyanın

61

Page 62: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

təkmilləşdirilməsi üzrə dövlətlərarası proqramların işlənməsi üçün mühüm əhəmiyyət kəsb edir;

MDB-yə üzv ölkələrin standartlaşdırma, metrologiya və sertifikasiya üzrə milli qanunlarının harmonizasiyası;

Standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində ümumi iqtisadi məkanında və istehsal sferasında inteqrasiyanın möhkəmləndirilməsinə kömək edən, dövlətlərarası və sahələrarası müqavilələrin hazırlanması.Sertifikasiyada əsas istiqamət qarşılıqlı təchizat olunan məhsulun təhlükəsizliyinin edilməsidir. Bu da milli sertifikasiya sistemlərinin qarşılıqlı tanınması ilə bağlıdır. Bu sahədə çətinlik təşkilatın inkişafının MDB-nin üzv ölkələrində sertifikasiya praktikasının eyni səviyyədə olmamasıdır. Bu problemin həlli həmcins məhsulun sertifikasiyasının dövlətlərarası sistemlərinin yaradılmasına imkan verəcəkdir.Son bir neçə ildə milli sertifikasiya sistemləri həm təşkilati və həmçinin metodik planda təkmilləşməkdə davam edir.

Mühazirə 15.

62

Page 63: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Mövzu: Sertifikasiyanın keyfiyyətinin təmin edilməsinin əsas meyarları.PLAN

1. Keyfiyyət termini2. Dövri daxili və xarici audit sistemi

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Keyfiyyət kompleks anlayışdır. Məsələn, «keyfiyyət termini keçən əsrin 70-ci illərinin əvvəlində EOQ-nin (keyfiyyət üzrə Avropa təşkilatı) təyininə görə «istehlakçının tələblərinə uyğun olaraq məhsulun səviyyəsi kimi izah olunurdu. «Keyfiyyət» termininin müasir anlayışı «Keyfiyyətin idarə olunması və keyfiyyətin təmiri», «Lüğət» ISO 8402 beynəlxalq standarta aşağıdakı kimi şərh olunmuşdur - «Keyfiyyət obyektin qoyulmuş və fərz edilən tələbatları ödəmək, qabiliyyətinə aid olan xarakteristikalar toplusudur».

Burada obyekt dedikdə, sertifikasiya prosesi başa düşüldüyündən belə xarakteristikalar kimi doğruluğu və qərəzsizliyi tanımaq olar.

Sertifikasiya obyektinin normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin doğruluğu sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının texniki komplektliyi ilə təyin edilir. Sertifikasiyanın nəticələrinin alınmasında qərəzsizlik maraqlı tərəflərin-istehsalçının və istehlakçının sərbəstlik səviyyəsindən asılıdır.

Sertifikasiyanın keyfiyyətinin təmin edilməsinin iki meyarı belədir. Uyğunluğun bu meyarlara çatma mexanizmi «keyfiyyət düyümündə» qoyulmuşdur o, özündə məhsulun (proseslərin, xidmətlərini tam istehsal tsiklində, onun keyfiyyətinə təsir edən elementlərin qarşılıqlı əlaqəsini əks etdirir. Sertifikasiyanın ümumi keyfiyyəti sertifikasiyadan qabaqkı dövrün keyfiyyətindən, sertifikasiyanın yerinə yetirilməsindən və sertifikasiyadan sonrakı fəaliyyətindən toplanır. Marketinq mərhələsində və tələbatın öyrənilməsində sertifikasiyanın keyfiyyəti, analizi və sertifikasiyanın qaydalarına görə uyğunluğun qiymətləndirilməsinin aparıldığı sertifikasiya prosesinin seçilməsi, sertifikasiya üzrə orqanın və sınaq laboratoriyalarının akkreditasiya sahəsinin təyin edilməsi ilə qoyulur. Sertifikasiya prosesinə tətbiq edilən» keyfiyyət düyümünü analiz edək(şək11.1)

63

Page 64: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Bu mərhələdə müxtəlif ölkələrdə konkret növ məhsulların və xidmətlərin sınaqlarının və sertifikasiyasının nəticələrinin tanınması problemlərini nəzərə almaq lazımdır.

Sertifikasiya prosesinin layihələndirilməsi mərhələsində keyfiyyətə təsir edən aşağıdakı bütün faktorlar nəzərə alınmalıdır: müştərilərin istəkləri, qanunvericiliyin tələbləri və həmçinin sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının fəaliyyətinin təşkilati, texniki və elmi-metodiki aspektləri. Sertifikasiyanın aparılması üçün lazım olan ehtiyatlar sertifikasiya orqanında və sınaq laboratoriyasında aşağıdakıların mövcudluğunu nəzərdə tutur: ixtisaslı heyəti; xüsusi binaları; normativ sənədlər fondunu; ölçmə, sınaq və nəzarət vasitələrini; müasir təşkilati texnikanı. Sertifikasiya üçün ehtiyatlar qoyulmuş tələblərə cavab verməlidir. Onların uyğunluğu sertifikasiya üzrə orqanların və sınaq laboratoriyaların akkreditasiyasında yoxlanılır.

Sertifikasiya prosesləri, məsələn, sınaqlar üçün nümunələrin seçilməsi, inspeksion nəzarətin aparılması, yaxud sifarişin analizi elə işlənməlidir ki, sertifikasiyanın doğruluğuna və qərəzsizliyinə nail olunacağına inam təmin olunsun. Bütün proseslər elə planlaşdırılmalıdır ki, işlərin (auditlərin) keyfiyyətinin daxili və xarici yoxlamaların, korreksiyaedici tədbirlərin aparılmasının mümkünlüyü nəzərə alınsın. Bütün proseslərin sənədləşdirilməsinin və arxivləşdirilməsinin, sifarişçinin kommersiya sirrini əks etdirən məlumatın məxfiliyinin təmin edilməsinin böyük əhəmiyyəti vardır.

Nümunələrin (xidmətlərin) sınaqlarının aparılmasını, keyfiyyət sisteminin qiymətləndirilməsinin və uyğunluq haqqında qərarın qəbul edilməsini əks etdirən sertifikasiyanın aparılması sertifikasiya sisteminin qaydalarına uyğun seçilmiş sxem üzrə və sertifikasiya orqanının, yaxud sınaq laboratoriyasının daxili təlimatları üzrə yerinə yetirilməlidir.

Sertifikasiyanın keyfiyyətinin təmini uyğunluğun qiymətləndirilməsi prosesinin nəzarəti aparılmadan mümkün deyildir. Buna dövri daxili və xarici audit sisteminin mövcudluğu ilə nail olunur. Daxili auditi sertifikasiya üzrə orqanın, yaxud sınaq laboratoriyasının işçiləri yerinə

64

Page 65: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

yetirirlər. Əksər hallarda bu iş xüsusi olaraq təyin olunmuş keyfiyyətə cavabdeh tərəfindən aparılır. Auditin nəticələri düzəldici tədbirlərin aparılmasında rəhbərlik üçün məlumat mənbəyidir.

Xarici auditi inspeksion nəzarəti çərçivəsində akkreditasiya üzrə orqan, yaxud sərbəst ekspertlər həyata keçirirlər. Bütün növ nəzarətlər aparılarkən, mümkün olan hallarda, statistik metodlar tətbiq olunmalıdır.

Sertifikasiyanın nəticələrinə son nəzarət sertifikatın verilməsi haqqında qərar qəbul edilərkən həyata keçirilir.

Uyğunluq sertifikatı və uyğunluq nişanından istifadə üçün lisenziyanın tərtib edilməsi mərhələsində onların maksimum məlumatlığını və əhəmiyyətliliyini təmin edən formasına və məzmununa tələblər gözlənilməlidir. Sertifikasiya sistemindən asılı olmayaraq, hər bir sertifikat aşağıdakılara malik olmalıdır: sertifikasiya obyektinin adı, onun uyğun olduğu normativ sənəd; sertifikatı verən, sertifikasiya orqanının adı; verilmə tarixi, fəaliyyət müddəti və sertifikasiya üzrə orqanın akkreditasiya haqqında qeyd sertifikasiyadan sonrakı fəaliyyətin keyfiyyəti «keyfiyyət» «düyüm»ünün aşağıdakı elementləri təyin olunur:

sertifikatlaşdırılmış məhsulların, xidmətlərin və keyfiyyət sistemlərinin, yaxud heyətin reyestrinin dəqiq aparılması; reyestr sertifikatlaşdırılan obyekt haqqında bütün lazım olan məlumatı əks etdirməlidir və geniş istifadəçilər dairəsi üçün aydın olmalıdır;

sertifikasiya üzrə orqan tərəfindən sertifikatlaşdırılan məhsula inspeksion nəzarət; sertifikasiya üzrə orqanın məlumatlandırma fəaliyyəti. Bura sertifikasiyanın nəticələri

haqqında, maraqlı strukturlar arasında milli və beynəlxalq səviyyələrdə sertifikasiyanın aparılması haqqında təcrübə mübadiləsi barədə məlumatların ictimaiyyətə çatdırılması daxildir.Uyğunluq sertifikatının fəaliyyət müddəti qurtardıqca, sifarişçi yeni sertifikasiya

haqqında qərar qəbul edə bilər. Bu «keyfiyyət düyümü»ndə göstərilmiş bütün prosedurların, vaxt faktorunu nəzərə almaqla, təkrar nəzərdə tutulur.

«Keyfiyyət düyümü»nün müddəalarının realizəsini sertifikasiya üzrə orqanlar və sınaq laboratoriyaları yerinə yetirir.

Mühazirə 16.

65

Page 66: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Fənn: Sertifikasiyanın əsasları.Mövzu: Sertifikasiya üzrə orqanların fəaliyyətinin təşkili.

PLAN1. Məhsulların sertifikasiyası üzrə orqan2. Sertifikasiya üzrə orqanın strukturu

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Sertifikasiyanın keyfiyyəti, əsasən, sertifikasiya üzrə orqanın fəaliyyətindən, onun yüksək səviyyədə səlahiyyətlilikdən və müstəqilliyindən asılıdır.

Sertifikasiya üzrə orqanın bütün fəaliyyəti müştərilərin istəklərinin təmin olunmasına yönəlməlidir. Sertifikasiya üzrə orqan sifarişçiyə orqanın xidmətləri haqqında məlumatlardan maneəsiz olaraq istifadə etmək imkanı yaratmalıdır. Ona qəbul olunma maliyyə və digər şərtləri irəli sürmək məsləhət görülmür. Orqan öz fəaliyyətini yerinə yetirərkən köməkçi olan prosedurlar diskriminasiya xarakterli olmamalıdır.

Məhsulların (xidmətlərin, keyfiyyət sistemlərinin, heyətin) sertifikasiyası üzrə orqan kimi akkreditasiya olunmağa təqdim olunan təşkilat QOSTRS 1000.5-96 standartının aşağıdakı tələblərinə uyğun olmalıdır.

Fəaliyyətdə olan qanunvericiliyə uğun hüquqi statusa; sınaq sahəsində, keyfiyyətin qiymətləndirilməsində müəyyən iş təcrübəsinə, normativ

sənədlə iş təcrübəsinə və həmçinin sifariş olunmuş sahədə nüfuza; lazımi vasitələrə və sənədləşdirilmiş prosedurlara.

Sertifikasiya üzrə orqan aşağıdakı əsas funksiyaları yerinə yetirir: orqanın bütün funksiyalarının realizəsi zamanı funksiyaların cavabdehliklərin və heyətin

qarşılıqlı fəaliyyətinin bölgüsünü təmin edir; orqan öz funksiyalarını əsaslandırılmış prosedurlarla və sertifikasiya sxemləri üzrə yerinə

yetirməsi üçün təşkilati-metodiki sənədləri işləyir; akkreditasiya sahəsinə uyğun sertifikasiyada istifadə olunan normativ sənədlər fondunu

formalaşdırır (komplektləşdirir) və aktuallaşdırır; məhsulu sertifikatlaşdırır, uyğunluq sertifikatı və uyğunluq nişanının tətbiqi üçün

lisenziyanı verir (yaxud özü nişanı tətbiq edir); uyğunluq sertifikatını qeydiyyatdan keçirir; xarici sertifikatların, sınaq protokollarının və məhsulun qoyulmuş tələblərə uyğunluq

şəhadətnamələrinin analizini və uçotunu aparır; sertifikasiya sxemi üzrə sertifikatlaşdırılmış məhsulun inspeksion nəzarətini aparır; verilmiş sertifikatların fəaliyyətini ləğv edir, yaxud müvəqqəti olaraq saxlayır,

korreksiyaedici tədbirlərin işlənməsində iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir;

heyətin yerləşdirilməsini və ixtisasların artırılmasını təmin edir. sınaq laboratoriyaları ilə, sertifikasiya üzrə digər orqanlarla (o cümlədən digər ölkələrlə),

sertifikasiya üzrə milli orqanla qarşılıqlı fəaliyyət göstərir;

66

Page 67: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

məhsulu hazırlayanlarla (satıcılarla), məhsula dövlət nəzarətini yerinə yetirən təşkilatlarla, istehlakçılarla və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir;

daxili yoxlamanın və özünün müasir sənədin tələblərinə və həmçinin məhsulun sertifikasiya sistemlərində müəyyən olunmuş tələblərinə uyğunluğunun təmin edilməsini yerinə yetirir;

öz fəaliyyətinin bütün məsələləri üzrə sənədləşdirməni aparır; öz fəaliyyətinə inspeksion nəzarəti aparan orqanların bu sənədlərdən istifadə etməsinə

imkan yaradır; Bütün maraqlı tərəfləri sertifikasiyanın nəticələri haqqında, o cümlədən sertifikasiyadan

keçməyən məhsul haqqında, yaxud müəyyən edilmiş pozuntular və məhsulun qoyulmuş tələblərə uyğun olmaması haqqında məlumatlarla təmin edir.Yuxarıda sadalanan funksiyalarla bağlı olaraq sertifikasiya üzrə orqan uyğun inzibati və

təşkilati struktura, ixtisaslı heyətə, sənədlərin idarə olunması sisteminə və sertifikasiya üzrə işlərin keyfiyyətinin təmin edilməsi sisteminə malik olmalıdır.

Sertifikasiya üzrə orqanın müstəqilliyi onun şəkildə göstərilən inzibati strukturu ilə təyin edilir.

Sertifikasiya üzrə orqanın strukturu qərəzsizliyə və bütün maraqlı tərəflərin sertifikasiya sisteminin öz funksiyalarının yerinə yetirilməsində iştirakına bərabər imkanların yaradılmasına təminat verməlidir. Bunun üçün, sertifikasiya üzrə orqanda fəaliyyət göstərən, əlaqələndirici şuranın işində maraqlı tərəflərin nümayəndələri iştirak edirlər. Sertifikasiya üzrə orqan daimi (ştatlı) heyətə malik olmalıdır. Sertifikasiyanın nəticələrində kommersiya marağı olan tərəflərin heyətə təsir göstərməsinə yol verilə bilməz. Sertifikasiya üzrə orqan, onun akkreditasiya sahəsini tam, yaxud qismən əhatə edən sınaq laboratoriyasına malik ola bilər (sınaq laboratoriyası uyğun qaydalar üzrə akkreditasiya olunmalıdır).

Əlaqələndirici Şura sertifikasiya üzrə orqanın fəaliyyətini QOST PS51000. S-96 və EN450//-450B standartının və sertifikasiya prosedurlarının tələblərinə uyğun təmin edir. Onun funksiyalarına aşağıdakılar daxildir:

Sertifikasiya orqanının fəaliyyətini təyin edən siyasətin formalaşdırılması; Bu siyasətin aparılmasına nəzarət; Sertifikasiya üzrə işlərin qiymətinin təyin edilməsinə nəzarət; Lazımi hallarda sertifikasiya üzrə işlərin yerinə yetirilməsi həvalə olunan ştatdan kənar

sertifikasiya üzrə müəssisələrin tərkibinin təyin edilməsi; Sertifikasiya üzrə milli orqanla və məhsulun sertifikasiyası məsələləri üzrə digər

təşkilatlarla qarşılıqlı fəaliyyətin təşkili.Əlaqələndirici Şura sertifikasiya üzrə orqanın işində maraqlı olan bütün strukturlarından

ibarətdir. Nazirliklər, professional assosiasiyalar, banklar, sığorta şirkətləri, sənaye, elm və təhsil nümayəndələri Əlaqələndirici şuranın üzvü ola bilərlər. Hər hansı bir tərəfin maraqlarının digər tərəflərin maraqlarının üstələnməsinin qarşısını almaq üçün Əlaqələndirici Şurada onların üzvlülüyü bərabər paylanmalıdır. Bir qayda olaraq bu Şura 8-10 nəfərdən ibarət olur.

Müşahidəçi Şura, əgər o qeyri-dövlət təşkilatıdırsa, sertifikasiya üzrə orqanın təsisçilərindən ibarət olur. Sertifikasiya üzrə orqan onların vəsaiti hesabına təşkil edilir və akkreditasiya olunur. Bu Şura orqanın fəaliyyətinə ümumi nəzarət edir, lakin o, sertifikasiya üzrə orqana gəlirləri təmin edən mənbə kimi təsir etmir. Əgər sertifikasiya üzrə orqan dövlət idarəsidirsə (məsələn ATM), onda müşahidəçi Şura funksiyasını təşkilatın rəhbərliyi yerinə yetirir.

67

Page 68: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Sertifikasiya üzrə orqan sertifikasiya üzrə cari işlərə göstərilən funksiyalara uyğun cavab verir. Onun işinə icraçı direktor rəhbərlik edir. Sertifikasiya üzrə orqanın ştatında, bir qayda olaraq, keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh 1-ə ekspert-auditor və katib olur. Digər ekspertlər və həmçinin mühasib və mütəxəssislər (məsələn, kompüter şəbəkəsi üzrə), bir qayda olaraq, müqavilə əsasında cəlb olunurlar. Apellyasiya komissiyası sertifikasiya üzrə fəaliyyətə və qərara sifarişçi tərəfindən şikayətlərə baxmaq üçün lazımdır. Onun tərkibinə müstəqil hüquqşünaslar və sertifikasiya üzrə orqanın fəaliyyət sahəsinin mütəxəssisləri daxil olurlar. Orqanın strukturunda sertifikasiya üzrə komissiya EN45013 Avropa standartlarının tələblərinə uyğun sınaq, nəzarət və sertifikasiya funksiyalarının dəqiq bölgüsü üçün nəzərdə tutulmuşdur. Bir qayda olaraq onun tərkibinə orqanın rəhbəri və sertifikasiya prosesində iştirak etməmiş 1-2 ekspert daxil olurlar. Komissiyanın işi, uyğunluğun qiymətləndirməsini aparmış, ekspertin hesabatının yoxlanılmasından və sertifikatın verilməsi, yaxud verilməməsi haqqında qərarın qəbul edilməsindən ibarətdir. Belə komissiyanın mövcudluğu keyfiyyət sisteminin və heyətin sertifikasiyasını aparan orqanlar üçün xarakterikdir.

Sertifikasiya üzrə orqanın strukturunda keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh onun öhdəliklərinə böyük əhəmiyyət verildiyindən xüsusi ayrılmışdır. Keyfiyyət sisteminə cavabdehin funksiyalarını orqanın birbaşa rəhbərinin tabeliyində olan, ştatdakı əməkdaşı yerinə yetirir. Bəzən kənardan bu işə keyfiyyətin təmini məsələləri üzrə məsləhətçi cəlb olunur. Sertifikasiya üzrə orqanın keyfiyyət sahəsində həll etməli məsələləri «keyfiyyət üzrə Rəhbərlik» adlı xüsusi sənəddə şərh olunur. Bu sənədin əsas bölmələri aşağıdakılardı:

Keyfiyyət sahəsində siyasət haqqında ərizə; Sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsviri; Sertifikasiya üzrə orqanın fəaliyyətinin təşkili haqqında arayış. Bura həmçinin onun

hüquqi statusu, səlahiyyətləri və prosedur qaydaları haqqında məlumatlar daxil edilir; Sertifikasiya üzrə orqanın heyətinin (həm ştatda, həm ştatdan kənar) soyadları, ixtisasları,

praktiki iş təcrübəsi, səlahiyyətləri, o cümlədən attestasiyadan keçmiş ekspertlərin mövcudluğu və təsdiq edən sənədlərin qeydiyyat nömrələri. Ştatdan kənar heyətin yerinə yetirdiyi işin həcmi konkret məhsulun sertifikasiyası üzrə işin həcminin 10%-dən artıq olmamalıdır;

Sertifikasiya ilə məşğul olan heyətin ixtisaslarının lazımi səviyyədə saxlanılması və yüksəldilməsi haqqında ətraflı məlumat;

Heyətin tabeliyini, cavabdehliyini və öhdəçiliyinin bölgüsünü əks etdirən təşkilat sxemi; İlkin və sonrakı sınaqların nəticələrinin qiymətləndirilməsi proseduru haqqında

məlumatlar; İstifadə olunan sınaq vasitələri haqqında məlumatlar; İnspeksion nəzarətin aparılması qaydası haqqında məlumatlar; Subpodratçıların siyahısı və prosedurların qiymətləndirilməsi və onların

səlahiyyətliliyinin yoxlanılması haqqında ətraflı məlumatlar; Heyətin, onun xidmət vəzifələrini və cavabdehliyini göstərən vəzifə təlimatları; Apelyasiyaların verilməsi və baxılması qaydası haqqında ətraflı məlumatlar; Sertifikasiya üzrə orqanın fəaliyyətinin daxili yoxlanılması qaydası; Arxiv işlərinin aparılması qaydası; Sənədlərin saxlanılması müddəti;

Sınaq laboratoriyası QOST RS5100.5-96 standartının tələblərinə uyğun olaraq sertifikasiya orqanının strukturuna daxil ola bilər. Avropa təcrübəsində EN 45000 seriyalı

68

Page 69: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

standartlarının tələblərinə görə sertifikasiya üzrə orqanlar və sınaq laboratoriyaları ayrı olmalıdır.Sertifikasiya üzrə orqanın strukturu «Sertifikasiya üzrə orqan haqqında əsasnamədə»

göstərilir. Bu sənəd orqanın hüquqi statusunu təyin edir və aşağıdakı məlumatları əks etdirir: akkreditasiya sahəsini; sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsvirini; sertifikasiya üzrə orqanın funksiyalarını; hüquqlarını, vəzifələrini, cavabdehliklərini; təşkilati strukturunu; sertifikasiya üzrə orqanın Dövlətstandart və digər təşkilatlarla qarşılıqlı əlaqəsini, o

cümlədən sertifikasiya üzrə orqan ilə qarşılıqlı əlaqədə olan təşkilatların siyahısını; sertifikasiya üzrə orqanın maliyyə fəaliyyətini; heyətin (həm ştatda, həmçinin ştatdan kənar) soyadları, adları atalarının adlarını,

ixtisaslarını, praktik iş təcrübəsini və səlahiyyətlərini.Məcburi sertifikasiyanı aparan orqan haqqında Əsasnamədə onun maliyyə fəaliyyəti barədə aşağıdakılar müəyyən olunmalıdır:

sertifikasiya üzrə orqan qeyri-kommersiya əsasında işləyir, yəni qanunla nəzərdə tutulmuş ödənişlər verildikdən sonra, yerdə qalan gəlirdən ancaq sertifikasiya sahəsində fəaliyyətin realizə olunması və inkişafı üçün istifadə olunur;

heyətin əmək haqlarının orqanın gəlirinin ölçüsündən birbaşa asılılığına yol verilir; orqanın fəaliyyəti dayandırıldıqdan sonra onun əmlakının bölünməsinə yol verilmir. (bu

əmlakdan ancaq sertifikasiya məqsədləri üçün istifadə etmək nəzərdə tutulur). sertifikasiya üzrə işin ödənişini sifarişçi «Məhsulların və xidmətlərin sertifikasiyası

haqqında» Qanunda nəzərdə tutulmuş qaydada yerinə yetirir.Sertifikasiya üzrə orqanın texniki səlahiyyətliliyi elə səviyyədə olmalıdır ki, o, sertifikasiya

sisteminin qaydalarına, sertifikasiya üzrə orqan haqqında Əsasnaməyə və keyfiyyət üzrə Rəhbəredici sənədlərə uyğun sertifikasiya üzrə bütün kompleks işləri yerinə yetirə bilsin. Bununla bağlı orqan aşağıdakılara malik olmalıdır:

ixtisaslı heyətə; normativ sənədlər fonduna; sertifikatlaşdırılan obyektə inspeksion nəzarətə; keyfiyyət sisteminin daxili və xarici auditləri də daxil olmaqla, sertifikasiyanın bütün

mərhələlərinin aparılması üçün işlənmiş və sənədləşdirilmiş proseslərə; sertifikasiyanın nəticələrini işləyib tərtib etmək üçün və eləcə də informasiya fəaliyyətini

həyata keçirmək üçün lazım olan texniki vasitələrə; sertifikasiyanı aparmaq üçün və məxfiliyi, kommersiya sirrini təmin edə bilən binaya; orqanın tərkibinə sınaq laboratoriyası daxil olarsa – sınaq avadanlığına.

Mühazirə 17.Mövzu: Sınaq laboratoriyalarının fəaliyyətinin təşkili.

69

Page 70: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

PLAN1. Sınaq laboratoriyalarının strukturu2. Xarici və daxili ixtisasartırma3. Sınaq laboratoriyalarının təminatı4. Dövlətstandartın məsləhətlərinə uyğun sənədlər

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Sınaq laboratoriyası sertifikasiya apararkən sifarişçi ilə işdə qərəzsizliyi, qərarları qəbul edərkən sərbəstliyi təmin etməlidir. Əgər o firmanın bir hissəsidirsə, o zaman yüksək vəzifəli rəhbər işçilər, yaxud nüfuzlu müştərilər tərəfindən toxunulmazlığı və həmçinin texniki səlahiyyətliliyə malik olmalıdır.

Sertifikasiya üzrə orqanla olduğu kimi, bu göstəricilər sınaq laboratoriyasının hüquqi statusu, inzibati və təşkilati strukturu ilə təyin edilir. Sınaq laboratoriyasının hüquqi statusu fəaliyyətdə olan qanunvericiliyə uyğun olmalıdır. O, sərbəst hüquqi şəxs, yaxud onun tərkibində bölmə ola bilər.

Sınaq laboratoriyalarına və onların heyətinə, nəticələrə, yaxud qiymətləndirməyə təsir göstərə biləcək kommersiya, maliyyə, inzibati yaxud digər təsirlərə yol verilməməlidir. Xarici təşkilatlar, yaxud şəxslər tərəfindən, sınaqların nəticələrinə hər hansı bir təsirin edilməsinə yol verilməlidir. Sınaq laboratoriyası qərarların qəbul edilməsində və sınaqların aparılmasında qərəzsizliyə xələl gətirə biləcək fəaliyyətlə məşğul olmaq hüququna malik olmamalıdır.

Sınaqları aparan heyətin əmək haqqı sınaqların sayından və onların nəticələrində asılı olmamalıdır.

Əgər məmulatın sınağını bu məmulatın işlənməsində, istehsalında və realizəsində iştirak etmiş təşkilatlar apararsa, onda sınaqların obyektivliyini təmin edən şərtlərə tələblər işlənməlidir.

Laboratoriyanın təşkilati strukturu hər bir əməkdaş üçün konkret fəaliyyət sferasını və onun səlahiyyətlərinin (vəzifələri və məsuliyyəti) hədlərini təmin etməlidir. Sınaq laboratoriyalarının EN 45001 və QOSTP 51000. 3-96 standartlarının tələblərinə uyğun tipik strukturu plakatda göstərilmişdir.

Laboratoriyanın rəhbəri ümumi rəhbərlik edir və fəaliyyət siyasətini formalaşdırır. Keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh laboratoriya «keyfiyyət üzrə Rəhbərliyin müddəalarını işləyir və onların yerinə yetirilməsinə nəzarət edir. Rəhbərin sınaqlar üzrə müavini, sınaqların aparılması ilə bağlı, bütün texniki məsələlərin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Katiblik kargüzarlıq üzrə funksiyaları yerinə yetirir, sınaq üçün sifarişlərin qəbulunu və qeyd edilməsini, işçi sənədlərin arxivləşdirilməsini həyata keçirir. Sınaqlar üzrə mütəxəssislər qrupu məhsulun bilavasitə sınaqlarını aparır və müəyyən olunmuş sahədə sınaq protokollarını tərtib edir. Sınaq laboratoriyasının texniki səlahiyyətliliyi ixtisaslı heyətin mövcudluğu, lazımi ölçmə, sınaq və sınaq vasitələrinin, ətraf mühitə uyğun binaların, sənədləşdirilmiş işçi proseslərin, sınaq metodlarına və vasitələrinə normativ metodiki sənədlərin və sınaqların keyfiyyətinin təmin edilməsi sisteminin mövcudluğu ilə təyin edilir.

Sınaq laboratoriyasının heyəti lazımi səviyyədə təhsilli və ixtisaslı olmalıdır. Burada aşağıdakılar nəzərdə tutulur:

70

Page 71: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

baza təhsili; laboratoriyada işləyənə qədər xüsusi peşə təhsili; laboratoriyada işə başlayandan sonra xüsusi məsələlər üzrə bacarıq və vərdişlərə

yiyələnmək; ixtisası artırma idarəsində xüsusi kurs keçərək konkret sınaqların aparılması üçün lazım

olan ölçmə, sınaq və nəzarət metodlarının və vasitələrinin öyrənilməsi.Laboratoriya kadrların ixtisaslarına, praktiki təcrübəsinə və hazırlığına aid lazımi

sənədlərə və məlumatlara malik olmalıdır. Bu məlumatlar «Keyfiyyət üzrə Rəhbərlikdə» verilir.Sınaq laboratoriyasında heyətin ixtisasının yüksəldilməsinə böyük diqqət yetirilməlidir.

İxtisaslarının artırılması həm yeni, həmçinin təcrübəli əməkdaşlar üçün aparılmalıdır. İxtisasartırma xarici və daxili olur. Xarici ixtisasartırma ənənəvi konfranslarda və seminarlarda iştirak etmək, kurslarda oxumaq, sərbəst hazırlıq formalarında keçir. Daxili ixtisasartırma laboratoriyanın əməkdaşları tərəfindən ixtisaslarla bağlı problemlərin müntəzəm olaraq müzakirələrində öz əksini tapır. (Məsələn, Yaponiyanın məşhur «keyfiyyət dərnəkləri» ilə analoji). Belə müzakirələr rəhbərlik tərəfindən əməkdaşlara mənəvi təsir göstərilmədən aparılmalıdır. Sınaqların yaxınlaşdırılmasına yönəldilmiş səylər mükafatlandırıl-malıdır. (həvəsləndirmə). Avropanın müxtəlif ölkələrinin sınaq laboratoriyalarını birləşdirən beynəlxalq təşkilat «EUROLAB» sınaqları aparan heyət üçün dörd ixtisas səviyyəsini müəyyən etmişdir:

1. Elementar səviyyə – qeyri-xüsusi təhsil və xüsusi hazırlıq.2. Baza səviyyəsi – laboratoriyada işləri yerinə yetirmək üçün lazım olan əsas peşə

təhsili.3. Yüksəldilmiş səviyyə – laboratoriyada işləri yerinə yetirmək üçün daha yüksək peşə

təhsili;4. Ən yüksək səviyyə - ali təhsil, mürəkkəb sınaq məsələlərini həll etmək qabiliyyəti,

sınaqların və idarəetmənin (menecmentin) dərindən bilməsi.Bu dörd səviyyənin hər biri ixtisasın üç dərəcəsini nəzərdə tutur: kafi, yaxşı və əla. Sınaq

laboratoriyasının EN 45001 standartının tələblərinə uyğunluğuna akkreditasiyasında heyət bu meyarlara əsasən qiymətləndirilir.

Sınaq laboratoriyaları ölçmə, sınaq və nəzarət vasitələri, həmçinin sərf olunan materiallarla (kimyəvi reaktivlər, maddələr və s.) təmin olunmalıdır.

Xüsusi hallarda laboratoriyaya aid olmayan lakin attestasiya olunmuş avadanlıqdan istifadə etmək olar. Laboratoriya avadanlığından, o cümlədən ölçmə vasitələrindən yalnız təyinatına görə istifadə olunmalıdır. Sınaqlar, yaxud ölçmələr üçün hər bir avadanlıq vahidi, aşağıdakı məlumatları əks etdirən qeydiyyat kitabçasına malik olmalıdır:

avadanlığın adını; hazırlayanın (firmanın) adını, tipini (markasını) zavod və inventarın nömrələrini; hazırkı vaxtda yerləşdiyi yeri (lazım gələrsə); alınma və istismara verilmə tarixlərini; alındığı halda vəziyyətini (yeni, yeyilmiş, uzadılmış fəaliyyət müddətli). təmir və xidmət haqqında məlumatları; bütün zədələnmələrin, yaxud imtinaların, düzəltmələrin, yaxud təmirin şərhlərini, ölçmə

və sınaq avadanlığının kalibrlənməsi, yaxud yoxlanılması, lazım gələrsə, istismara buraxılmazdan əvvəl, sonra isə müəyyən olunmuş proqram üzrə aparılır.Sınaq laboratoriyasının binası elə olmalıdır ki, sınaqların dəqiqliyinə və doğruluğuna

mənfi təsir göstərməsin. Sınaqları aparmaq üçün nəzərdə tutulmuş bina temperatur yüksəlməsindən, tozdan, nəmlikdən, buxardan, səsdən, titrəmələrdən, elektromaqnit

71

Page 72: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

qasırğasından qorunmalı və tətbiq olunan sınaq metodikalarının tələblərinə, sanitar normalarına və qaydalarına, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə cavab verməlidir. Bina lazımi qədər geniş olmalıdır ki, avadanlığın xarab olması və qorxulu vəziyyətlərin yaranma təhlükəsi aradan qaldırılsın, əməkdaşların hərəkətlərinin sərbəstliyini və fəaliyyətlərinin dəqiqliyini təmin etsin. Laboratoriyanın heyətinə aid olmayan şəxslərin laboratoriyaya buraxılış şərtləri təyin olunmalıdır.

Sınaq laboratoriyası dəqiq nizamlanmış və sənədləşdirilmiş, sifarişin qəbulundan sınaq protokolunun verilməsinə qədər bütün sınaq prosesini müşayiət edən işçi prosedurlara malik olmalıdır. Beləliklə, laboratoriyada texnoloji proseslərin yerinə yetirilməsində eyniliyə nail olurlar. Sınaqdan keçirilən məmulat nümunələri ilə rəftar qaydası bəzən nümunələr menecmenti adlandırılır, o da nümunələrin düzgün hazırlanmasını və seçimin aparılmasını, daşınma və saxlama şərtlərinin gözlənilməsini özündə əks etdirir. Sınağa daxil olan məmulat nümunələri normativ sənədlərə uyğunluğuna identifikasiya və uyğun seçim protokolu ilə müşayiət olunmalıdır.

Qeydiyyat sistemi istifadə olunan nümunələrin, yaxud sınaqdan keçirilən məmulatların məxfiliyini təmin etməlidir.

Düzgün nümunələr menecmenti – sınaqların keyfiyyətinin təmin edilməsinin ən mühüm mərhələlərindən biridir. Sınaq laboratoriyası yaradılmaları məlum olmayan nümunələri sertifikasiya sınaqlarına qəbul etməməlidir.

Laboratoriyada, sınaqlar aparılarkən sınaq proseslərinə standartların, yaxud texniki şərtlərin müəyyən etdiyi metodlardan istifadə etmək lazımdır. Bu sənədlər sınaqların aparılmasına məsuliyyət daşıyan əməkdaşların ixtiyarında olmalıdır. Müəyyən olunmuş sınaq metodu olmadıqda, sifarişçi ilə laboratoriya arasında tətbiq olunan metod haqqında sənədləşdirilmiş müqavilə tərtib olunmalıdır.

Sınaq laboratoriyasının apardığı iş, sınaqların nəticələrini və onlara aid digər informasiyaları dəqiq, aydın və birmənalı göstərən protokolda əks olunur. Hər bir sınaq protokolu, heç olmazsa, aşağıdakı məlumatları əks etdirməlidir.

sınaq laboratoriyasının adı, ünvanı və əgər ayrı ünvandadırsa, sınaqların aparıldığı yer; protokolun işarəsi (məsələn, sıra nömrəsi) və hər bir səhifənin nömrəsini, həmçinin

səhifələrin ümumi sayını; sifarişçinin soyadı və ünvanı; sınaqdan keçiriləcək nümunənin xarakteristikası və işarəsi; nümunənin alınma və sınağın aparılma tarixi; sınaqların aparılmasına texniki tapşırığın işarəçi, metodun və prosedurun şərhi (lazım

gələrsə); nümunələrin seçilməsi prosedurunun şərhi; sınaqların aparılmasına aid texniki tapşırıqda edilən ixtiyari dəyişikliklər, yaxud müəyyən

sınaqlara aid digər informasiya; qeyri-standart sınaq metodlarına, yaxud prosedurlara aid verilənlər; cədvəllərlə, qrafiklərlə, çertiyojlarla və fotoşəkillərlə təsdiq olunan ölçmələr, müşahidələr

və alınmış nəticələr, lazım gələrsə ixtiyari qeydiyyatdan keçirilmiş imtinalar; ölçmə xətalarının təsdiq edilməsi (lazım gələrsə); sınaq protokolunun hazırlanmasına cavabdeh vəzifəli şəxsin imzası və onun tərtib

olunma tarixi; protokolun ancaq sınaqdan keçmiş nümunələrə aid olduğunu göstərən ərizə;

72

Page 73: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

sınaq laboratoriyasının icazəsi olmadan protokolun qismən yenidən çap edilməsini mümkünsüz edən ərizə.Sınaq protokolunda çap olunduqdan sonra düzəlişlər, yaxud əlavələr ancaq ayrıca sənəd

şəklində tərtib olunur, məsələn, «sınaq protokoluna əlavələr». Sınaq protokolunda qiymətləndirilmələri yerləşdirmək, sınaqların nəticələri üzrə məsləhətlər vermək məsləhət görülmür. Sınağın nəticələri səliqə ilə, aydın, tam və birmənalı şəkildə tətbiq olunan sınaq metoduna işlənmiş təlimatlara uyğun təqdim olunmalıdır. Kəmiyyət göstəricilər hesabı, yaxud qiymətləndirici xəta ilə təqdim olunmalıdır.

Sınaqların bütün protokolları lazımi yerdə, məxfiliyi gözləməklə, əgər qanunla digər tələblər müəyyən olunmayıbsa, saxlanılır.

Sınaqların keyfiyyətini təmin etmək üçün ölçmə vasitələrinin istismarı, sınaqlar və nəzarətlə bağlı prosedurlar böyük əhəmiyyətə malikdir. Burada aşağıdakıları nəzərə almaq lazımdır:

lazımi texniki və metroloji xarakteristikaları göstərməklə sınaq, ölçmə və nəzarət vasitələrinin reyestrinin aparılması;

bu avadanlığın markalanması və saxlanması; hər bir işçi yerində ölçmələrin, sınaqların və nəzarətin aparılması üçün metodikaların

mövcudluğu; texniki xidmət və təmir qrafiklərinin, həmçinin yoxlama və kalibrləmə sənədlərinin

mövcudluğu; ölçmə vasitələrinin, sınaqların və nəzarətin vəziyyətinə və istismarına cavabdeh şəxsin,

bir qayda olaraq, mühəndis-metroloqun təyini.Müqaviləyə (kontrakta) uyğun olaraq sınaq laboratoriyaları sınaqları sərbəst aparmalıdır.

Lakin bəzi hallarda sınaq laboratoriyası sınaqların müəyyən hissəsini, subpodrat şərtləri əsasında «Qoyulmuş tələblərə cavab verən digər analoji laboratoriyaya verə bilər. Bu halda sınaq laboratoriyası əmin olmalıdır ki, subpodratçı sınaq laboratoriyaları üçün müəyyən olunmuş səlahiyyətlilik meyarlarına cavab verir. Sınaq laboratoriyası sınaqların müəyyən hissəsinin digər laboratoriyaya vermək istəyini sifarişçiyə mütləq bildirməlidir. Subpodratçı sifarişçi tərəfindən qəbul olunmalıdır. Sınaq laboratoriyaları supodratçıların səlahiyyətliliyini və qoyulmuş tələblərə uyğunluğunu təsdiq edən sənədləri qeydiyyatdan keçirib saxlayır, həmçinin subpodrat əsasında yerinə yetirilən bütün işləri qeydiyyatdan keçirir.

Sınaq laboratoriyasının texniki səlahiyyətliliyini təsdiq edən növbəti lazımi elementi, aparılan sınaqlara aid normativ sənədlərlə təmin olunmasıdır.

Akkreditasiya olunmaq istəyən laboratoriya Dövlətstandartın məsləhətlərinə uyğun 10 qrupa bölünən aşağıdakı sənədlərə malik olmalıdır:

Hüquqi sənədlər: sınaq laboratoriyası haqqında; sınaq laboratoriyasının pasportu; akkreditasiya attestatı; lisenziya (qanunvericiliklə nizamlanan sahədə sertifikasiya məqsədləri üçün sınaqlar

apararkən).Təşkilati-metodiki sənədlər – ISO, ISO/BEK sənədləri, EN45000 seriyalı Avropa və

uyğun Dövlət standartları. Bu standartlar akkreditasiya olunmuş laboratoriyaların təşkilati və metodiki məsələlərini nizamlayır.

Sınaqdan keçiriləcək məhsula normativ sənədlər:

73

Page 74: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

sınadan keçiriləcək məhsula texniki tələbləri nizamlayan sənədlər və laboratoriyanın akkreditasiyası sahəsində məhsulun sınaq və seçmə metodları;

standartlar və digər normativ sənədlər, ISO, BEK və digər standartlar və Rəhbəredici sənədlər.Keyfiyyətin təmin edilməsi sisteminə sənədlər – keyfiyyət üzrə rəhbərlik.Sınaq və ölçmə avadanlığına sənədlər:

avadanlığın adı və növü; hazırlayan müəssisə (firma), tip (marka), zavod və inventar (nömrələri); avadanlığın hazırlanma, alınma və istismara buraxılma tarixləri; alınan zaman vəziyyəti (təzə, istifadə olmuş, təmirdən sonra və s.); mövcud çatışmazlıqlar, təmirlər, texniki xidmət haqqında məlumatlar; attestasiyalar, yoxlama haqqında məlumatlar; sınaq avadanlığının və ölçmə vasitələrinin istismar və texniki xidmətləri haqqında

sənədlər; hər bir sınaq avadanlığına və ölçmə vasitələrinə pasportlar; ölçmə vasitələrinin yoxlanmalarına metodikalar, həmçinin sınaq avadanlığının

attestasiyasına proqramlar və metodikalar; standartlaşdırılmamış sınaq və ölçmə metodikalarının attestasiyası və təsdiq edilməsi

qaydası; ölçmə vasitələrinin yoxlamasının və sınaq avadanlığının attestasiyasının uçotu haqqında

sənədlər; sınaq avadanlığının attestasiyası və ölçmə vasitələrinin yoxlanma qrafikləri.Kargüzarlıq sənədləri:

laboratoriyanın əməkdaşlarının şəxsi işləri; vəzifə təlimatları; laboratoriyanın əməkdaşlarının attestasiyası üzrə materiallar;

Məmulatların sınaqdan keçirilən nümunələrinə sənədlər: (pasport, texniki izahatlar, sınaqdan keçirilən məmulatın istismarına sənədlər), həmçinin

aşağıdakıları özündə əks etdirən təlimatlar: məmulat nümunələrinin identifikasiya qaydası; qəbul zamanı nümunələrin komplektliliyi və işə qabiliyyətliyinin yoxlanma qaydası; məmulat nümunələrinə sənədlərin kompleksliliyinə tələblər; nümunələrin saxlanmasının təmin edilməsi qaydası; məmulat nümunələrinin sifarişçiyə qaytarılma qaydası.

Sınaqların aparılması və verilənlərin qeydiyyat qaydasına sənədlər: sınaqların aparılması proqramları və metodikaları; hesabat qaydalarını və hesabat üçün verilənləri əks etdirən sənədlər; ölçmə və sınaq nəticələrini əks etdirən işçi jurnallar; sınaq protokolu; aparılmış sınaqlar haqqında hesabatlar:Binalarda şəraitin gözlənilməsinə sənədlər: istehsalat binalarında lazımi qaydanı təmin etmək üçün təlimatlar və binaların

vəziyyətinə nəzarət jurnalı; lazımi ətraf mühit şəraitinə nəzarət edən və onu gözləyən avadanlığa istismar şəraiti.

Arxiv üzrə sənədlər: ölçmələrin və sınaqların nəticələrinin arxivinin aparılması qaydası haqqında təlimatlar. işçi jurnalları;

74

Page 75: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

hesabat üçün verilənlər; protokollar; hesabatlar; nümunələri müşayiət edən sənədlər;

Sınaq laboratoriyası məcburi qaydada, on akkreditasiya sahəsinə uyğun, keyfiyyəti təmin edən daxili sistemə malik olmalıdır. Bu sistemin elementləri istifadə üçün laboratoriyanın heyətinə təqdim olunan «Keyfiyyət üzrə Rəhbərlik» sənədinə daxil edilir. Sifarişçiyə təqdim olunmaq üçün bu sənədin qısaldılmış variantının işlənməsi ilə icazə verilir. Əgər sınaq laboratoriyası uyğun Dövlət yaxud EN45001 Avropa standartlarının tələblərinə cavab verirsə, onda o, akkreditasiya üçün sifariş verir. Sifarişlə birlikdə akkreditasiya üzrə orqana laboratoriyanın qərəzsizliyini, toxunulmazlığını və texniki səlahiyyətliliyini təsdiq edən bütün lazımi sənədlər göndərilir. Həm sertifikasiya üzrə orqan üçün, həmçinin sınaq laboratoriyası üçün akkreditasiya qaydası, ümumiyyətlə eynidir.

Mövzu18Xarici ölkələrdə sertifikatlaşdırma təcrübəsi

PLAN1. Rusiyada sertifikatlaşdırma təcrübəsi2. Registrin əsas fəaliyyət istiqamətləri3. Keyfiyyət sahəsində AB-nin siyasəti.

75

Page 76: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Ə D Ə B I Y Y A T

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Яблонский О.П.Основы стандартизации, метрологии, сертификации М.2010

Keyfiyyəti təminetmə sisteminin İSO–nun 9000 seriyalı standartlara uyğunluğunun sertifikatlaşdırılması xarici ölkələrdə geniş inkişaf etdiyi halda Rusiyada bu problemə diqqət ancaq axırıncı illərdə ciddi olaraq yönəldilmişdir. Bu cür geri qalmanın mümkün səbəblərindən biri son zamanlarda istehsalın aşağı düşməsi və fəaliyyətdə olan müəssisələrin öz məhsullarını ixracata zəif yönəltməsidir. Rusiyanın çox az istehsalat müəssisələri keyfiyyət sisteminin sertifikatlaşdırılmasının vacibliyini və lazımlığını başa düşüblər. Cəmi bir neçə yüz Rusiya müəssisəsi keyfiyyət sisteminə sertifikata malikdir. Halbuki xaricdə on minlərlə firma bu sertifikatın sahibidir.

Xarici mütəxəssislər belə hesab edirlər ki, keyfiyyəti təmin etmə sisteminə uyğunluq sertifikatı firmaya xeyli xeyir və üstünlük verir. Sertifikat biznesdə partnyorun etibarlılığına təminat verir. Sertifikat biznesdə partnyorun etibarlılığına təminat verir. Bu həmçinin bankların münasibətlərinə də aiddir. Onlar keyfiyyət sistemləri sertifikatlaşdırılmış firmalara həvəslə kredit verirlər. Sığorta şirkətləri də bu cür firmalara üstünlük verirlər. Keyfiyyət sisteminə sertifikat məhsul təchizatı üçün kontraktların bağlanmasının xeyrinə tutarlı arqumentdir. Qərbin ekspertləri qeyd edirlər ki, yaxın gələcəkdə vahid Avropa bazarında kontraktların 95%-ə qədəri təchizatçı firmalarda keyfiyyət sisteminə sertifikat olduğu halda bağlanacaqdır. Keyfiyyətsiz məhsulla bağlı məhkəmədə vəsatətlər qaldırıldıqda keyfiyyət sisteminə sertifikata məhkəmədə firmanın təqsirkar olmadığına sübut kimi baxılır. Müxtəlif tenderlərdə iştirak etmək üçün məcburi şərt keyfiyyət sisteminə sertifikatın olmasıdır. Keyfiyyət sisteminin sertifikatlaşdırılması müəssisənin (firmanın) daxili işlərinə də müsbət təsir edir, belə ki, sertifikatlaşdırmya hazırlıq prosesində keyfiyyət sistemləri bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunluğa gətirilir; məhsulun sertifikatlaşdırılması prosesi yüngülləşir.

Rusiyada bazar münasibətlərinin inkişafı və həmçinin onun xarici iqtisadi məsələləri RF-in Dövlət standartını 1995-ci ildə RF-də keyfiyyət sisteminin sertifikatlaşdırılmasının inkişafı üçün iş proqramını qəbul etməyə stimullaşdırdı. Bu proqrama uyğun olaraq “Keyfiyyət sisteminin və istehsalın sertifikatlaşdırılması Sistemi” işlənmiş və qəbul olunmuşdur. Bu sistem “Keyfiyyət sisteminin Registri” (qısaca – Registr) adlanır. Bu könüllü sertifikatlaşdırma sistemidir, lakin o, Rusiya dövlətinin məcburi sertifikatlaşdırma sistemi olan QOSTP sisteminin bir hissəsini təşkil edir. Keyfiyyət sisteminin nişanından ancaq nişanın üstündə “Registr” və nişanın altında İSO standartının nömrəsinin göstərilməsi ilə fərqlənir.

Registr sistem kimi fəaliyyətdə olan qanunvericiliyə, sertifikatlaşdırma qaydalarına və Rusiya dövlətinin normativ sənədlərinə və həmçinin keyfiyyət sistemlərinin sertifikatlaşdırılması sahəsində Avropa və Beynəlxalq qaydalara və normalara uyğun təşkil olunmuşdur.

Registrin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: keyfiyyət sisteminin sertifikatlaşdırılaması; sertifikatlaşdırılmış keyfiyyət sistemlərinə və istehsalata inspeksion nəzarət; keyfiyyət sisteminə sertifikatların qarşılıqlı tanınması məqsədilə beynəlxalq əməkdaşlıq.

Rusiyada keyfiyyət sisteminin sertifikatlaşdırılması üzrə praktiki fəaliyyət əsas dövlət standartları (QOSTR 40.001-95; QOST R 40.002-96; QOSTR 40.003-96; QOST R İSO 9002-96 və QOST R İSO 9003-96) ilə reqlamentləşdirilir ki, onlar da Registrin əsas prinsiplərini və

76

Page 77: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

təşkilati strukturunu; keyfiyyət sisteminin sertifikatlaşdırılması prosedurunu və inspeksion nəzarət qaydasını müəyyən edir.

Onlara daha ətraflı baxaq.Keyfiyyət sisteminin sertifikatlaşdırılmasının əsas prinsipləri olmalıdır: könüllülük;

sistemə daxil olarkən ayrı seçkiliyə yol verməmək, nəticələrin obyektliyi, məxfilik və s. Keyfiyyət sahəsində AB-nin siyasəti. Keçən əsrin 90-cı illərin ortalrında Avropa İttifaqında məhsulun keyfiyyəti sahəsində yeni siyasət qəbul edilmişdir ki, bu da “Keyfiyyət sahəsində Avropa cəmiyyətinin siyasətinin elementləri” – ACK sənədində əks olunmuşdur.

Keyfiyyətdə diqqətin gücləndirilməsinin yeni mərhələsi üçün bəzi zəminlərə baxaq. Bu ilk növbədə, Avropa bazarının mallarla daha geniş təchiz edilməsi, qeyri qiymət rəqabətinin açıq-aydın güclənməsi və həmçinin keyfiyyət sahəsində rəqabətin artmasıdır. Burada həmçinin vahid bazarın yaradılmasının vacib, lakin firmaların rəqabətə davamlılığının və onların gələcək təkmilləşdirilməsi şəraitlərinin təmin edilməsi üçün kifayət olmaması da mühüm rol oynayır. Odur ki, yeni istiqamətlərin axtarışları davam edir. Əsas rəqiblərin – Yaponiya və Amerika kompaniyalarının fəaliyyətinin analizi göstərir ki, keyfiyyət probleminə yaxınlaşmada onlar avropalıları xeyli qabaqlayıblar.

Amerikanın F.Krosbi Assosiasiyasının dünyanın bir neçə yüz firmasında apardığı tədqiqatlarının nəticələrinə görə keyfiyyətə, kompaniyanın rəqabətə davamlılığı faktoru kimi münasibət Avropada və ABŞ-da müxtəlifdir. Belə ki, Qərbi Avropa ölkələrinin firmalarının 34%-i, ABŞ və Sakit okean regionu kompaniyalarının 53%-i istehlakçıların tələblərin təmin edilməsi istiqamətində işlər görürlər. Avropa firmalarının 30%-i, ABŞ kompaniyalarının 56%-dən çoxu və 53%-dən çox sakit okean regionu kompaniyaları TQM (keyfiyyətin ümumi idarə olunması) konsepsiyasını tətbiq edirlər.

Amerikanın federal keyfiyyət institutunun məlumatlarına görə, müxtəlif firmaların 2800-dən artıq sexlərində və istehsalatlarında aparılmış yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, onların 70%-ə qədəri TQM-in metodologiyasına əsaslanırlar. Keyfiyyətin idarə olunması üzrə Avropa fondu (KİOAF-EFQM) mütəxəssislərin hesablamalarına görə istehlakçıların keyfiyyətsiz mallardan imtina etməsi nəticəsində AB-nin üzv ölkələrində maya dəyərinin 25%-i, Yaponiyada isə 12%-i qədər itkilər baş verir.

Vəziyyəti qiymətləndirərək, AB-nin ekspertləri belə nəticəyə gəliblər ki, keyfiyyət sahəsində öz siyasətini formalaşdırmaq və inkişaf etdirmək lazımdır ki, bu da nəinki təkcə məhsullara və xidmətlərə, həmçinin hakimiyyət strukturlarına, standartlaşdırmaya, sertifikatlaşdırmaya, nəzarətə və sınaqlara, firmaların rəqabətə davamlılığının bütün faktorlarına aid olmalıdır. Bu heç də o demək deyildir ki, normativ sənədin qəbul edilməsi hərtərəfli məcburi xarakterlidir. Belə ki, məcburilik rəqiblər üzərində üstünlüyə nail olmağa yönəldilmiş idarəetmə metodlarına aid deyildir.

Keyfiyyət üzrə Avropa siyasəti ümumi Avropa iqtisadiyyatının yaradılmasına ümumi yaxınlaşmalara əsaslanır və keyfiyyətin yeni mədəniyyətinin inkişafı üçün şəraiti təmin etmək məqsədini güdür. Bu siyasət, iqtisadi partnyorların maraqlarını və vahid bazarda ancaq yüksək keyfiyyətli malların dövriyyəsini nəzərə almaqla, istehlakçıların maraqlarının təmin edilməsinə yönəldilmişdir.

AB keyfiyyət üzrə siyasətin ümumi iqtisadi siyasətin ayrılmaz təşkilediciləri kimi məqsədlərini aşağıdakılarda görür:

keyfiyyət sahəsində ümumi məqsədləri işləmək üçün milli və vahid bazarların keyfiyyətə tələblərin razılaşdırılması;

keyfiyyətin daimi yaxşılaşdırılması üçün şəraitin təmin edilməsi;

77

Page 78: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

dövlət və fərdi istehsalatların keyfiyyətə tələblərinin yaxınlaşdırılması nəticəsində keyfiyyətin yüksəldilməsi; dünya tendensiyasına uyğun istehsalatın strukturunun dəyişdirilməsi;

Avropa iqtisadiyyatının mövqelərinin gücləndirilməsi və onun rəqabətə davamlılığının yüksəldilməsi;

sənaye potensialından istifadə edilməsinin yaxşılaşdırılması və yenilikçi fəaliyyətinə və müəssisələrin elmi-texniki inkişafına kömək etmək.

Mühazirə 19.Xidmətlərin sertifikatlaşdırılması

PLAN1. Məcburi sertifikatlaşdırılmalı məhsullar haqqinda qanunlar 2. Xidmətlərin sertifikatlaşdırılması sisteminin formalaşdırılması3. QOST R sistemində xidmətlərin sertifikatlaşdırılması

78

Page 79: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

4. Xidmətlərin sertifikatlaşdırmaya yoxlamaları

Ə D Ə B I Y Y A T1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Яблонский О.П.Основы стандартизации, метрологии, сертификации М.2010

Ümumdünya ticarət təşkilatına daxil olma prosesində danışıqların ən mürəkkəb hissəsi

xidmətlər sferasıdır. Xidmətlərlə ticarət üzrə baş müqaviləyə (XTBM-QATS) qoşulma nəinki texniki maneə məsələlərinə, həmçinin fiziki şəxslərin, investisiyaların yerdəyişməsinə və bu sahədə digər daxili nizamlama problemlərinə toxunur. Baş müqavilə bank və siğorta xidmətlərini, qiymətli kağızlara əməliyyatları, müxtəlif nəqliyyat növləri, telekommunikasiyaları, tikintini, turizmi, təhsili, asudə vaxtı, tibbi xidmətləri vəi.a. əhatə edir. QATS-a qoşulma hər bir ölkəyə hüquqi bərabərliyini pozmadan üzv ölkələrin xidmət bazarına yol açır.

Həyatı, sağlamlığı və əmlakı üçün potensial qorxulu xidmətlərin məcburi sertifikatlaşdırılması aşağıdakı qanunlar əsasında həyata keçirilir:

Məhsulların və xidmətlərin sertifikatlaşdırılması haqqında; Yol hərəkətinin təhlükəsizliyi haqqında; Turizm fəaliyyətinin əsasları haqqında; İstehlakçıların hüquqlarının müdafiəsi haqqında.

Xidmətlər sferasında sertifikatlaşdırmanın obyektləri ola bilər: xidmət; xidməti təqdim edən təşkilat; xidməti yerinə yetirən heyət; istehsalat prosesi; xidməti təqdim edən təşkilatda keyfiyyətin idarə olunması sistemi.

Xidmətlərin sertifikatlaşdırılmasında sisteminin formalaşdırılması və onun iştirakçılarının seçilməsi “Sertifikatlaşdırmanın aparılması qaydalarına” uyğun aparılır. Bu sənədə əsasən xidmətlərin sertifikatlaşdırılması sisteminin iştirakçılarının tərkibinə aşağıdakılar daxil ola bilər:

Rəhbəredici orqan Dövlətstandartı; Mərkəzi orqanlar; Elmi-metodik mərkəz; Metodik mərkəzlər (sahə ETİ); Sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar və sınaq laboratoriyaları; Keyfiyyətin idarə olunması sistemlərinin sertifikatlaşdırılması üzrə akkreditasiya

olunmuş orqanlar.

Rusiya Federasiyasında sertifikatlaşdırma sxemlərinə baxaq. Rusiya qaydalarına görə sertifikatlaşdırma sxemləri həm xidmətlərə, həmçinin işlərə aiddir. Onlara daxildirlər: işin yerinə yetirilməsinin, yaxud xidmətlərin göstərilməsinin qiymətləndirilməsi; aparılmış işlərin, yaxud göstərilmiş xidmətlərin nəticələrinin yoxlanılması; sertifikatlaşdırılmış işlərə və xidmətlərə müfəttiş nəzarəti.

Material növlü xidmətlərin sertifikatlaşdırılması üçün, ümumiyyətlə, sxemə daxil edilir: xidmətin icraçısının professional ustalığının attestasiyası və inspeksion nəzarət (iş adamları və kiçik müəssisələr üçün); xidmətin təqdim olunması prosesinin attestasiyası və dövri olaraq inspeksion nəzarət aparılmaqla xidmətin nəticələrinin seçmə yolu ilə yoxlanılması; təqdim olunma prosesinin attestasiyası və inspeksion nəzarət; xidmət etmənin keyfiyyət sisteminin sertifikatlaşdırılması və inspeksion nəzarət.

79

Page 80: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Qeyri-material xidmətlərin sertifikatlaşdırılması üçün, bir qayda olaraq, aşağıdakı sxemlərdən istifadə olunur: müəssisələrin sertifikatlaşdırılması və sonrakı inspeksion nəzarət; xidmət etmənin keyfiyyətinin təmin edilməsi sisteminin sertifikatlaşdırılması və onun işinə sonrakı inspeksion nəzarəti.

Sertifikatlaşdırma sxeminin seçilməsi və həmçinin metodiki tədbirlər QOST R sertifikatlaşdırma Sistemi haqqında əsasnamələr və RF-də işlərin və xidmətlərin sertifikatlaşdırılması qaydalarına uyğun olaraq yerinə yetirilir.

Xidmətlərin sertifikatlaşdırılmasının təşkilinə təsir göstərən və onlara xas olan bəzi xüsusiyyətlərini qeyd edək:

Xidmət obyekti insanın özü ola bilər, onun əmlak hüququ isə sınaqların aparılmasının qeyri-mümkünlüyü ilə təyin edilir. Belə ki, təmir olunmuş avtomobilin sahibi çox güman ki, onun avtomobilinin yol şəraitində, prosedurun bütün sərt qaydalarını gözləməklə, sınaqlardan keçirilməsinə razı olmaz;

İcraçı ilə xidmətlərdən istifadə edənin birbaşa əlaqəsi icraçının ustalığının qiymətləndirilməsini tələb edir. Qeyd etmək lazımdır ki, bu sosioloji qiymətləndirmə metodlarının tətbiqini tələb edir;

Xidmətin qiymətləndirilməsi üzrə ekspert bir sıra hallarda xidmətin göstərilməsində iştirak etməlidir, çünki xidmətin təqdim edilməsi və ondan istifadə;

Xidmətin qiymətləndirilməsi üzrə ekspert bir sıra hallarda xidmətin göstərilməsində iştirak etməlidir, çünki xidmətin təqdim edilməsi və ondan istifadə edilmə eyni vaxtda baş verə bilər (məsələn, dəllək, yaxud kosmetika kabinetərinin xidmətləri). Xaricdə belə hallarda ekspert tərəfindən istifadə edənin rolunun yerinə yetirilməsinə yol verilir;

Xidmətlərin bəzi xarakteristikaları, onu təklif edən regionun xüsusiyətlərindən birbaşa asılıdır.

Rusiyanın qanunvericiliyinə görə xidmətlərin məcburi sertifikatlaşdırılması ilə yanaşı könüllü sertifikatlaşdırmaya da icazə verilir. Məcburi sertifikatlaşdırılmalı xidmətlərə misal olaraq, aşağıdakı xidmət qruplarını göstərmək olar.

QOST R sistemində 200-dən artıq xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlar akkreditasiya olunmuşdur. Mərkəzi orqanların səlahiyyətləri verilmişdir:

RF-in nəqliyyat nazirliyinə - avtomobil daşınmalarının və avtoservis xidmətlərinin sertifikatlaşdırılması sistemlərində;

Bədən tərbiyəsi və turizm üzrə Rusiya agentliyinə turizm xidmətlərinin sertifikatlaşdırılması sistemlərində;

Ticarət nazirliyinə - ictimai peşə sferasında xidmətlərin sertifikatlaşdırılması üzrə ; RF-in Dövlətstandartına – məişət elektrotexniki cihazların təmiri üzrə xidmətlərin

sertifikatlaşdırılmasında; Rusiya məişət ittifaqına – kimyəvi təmizləmə xidmətlərinin sertifikatlaşdırılması

sistemlərində.

Xidmətlərin sertifikatlaşdırılmasında normativ baza kimi beynəlxalq, regional və milli standartlardan, fəaliyyətdə olan sanitar-gigiyenik normalardan və qaydalardan və həmçinin konkret növ xidmətlərdən üçün dövlət orqanları tərəfindən təsdiq olunan normativ sənədlərdən istifadə olunur.

80

Page 81: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Onlarda göstərilməlidir: istifadə edənlərin həyatı, sağlamlığı və onların əmlakı üçün təhlükəsizlik normaları; ekoloji parametrlər; xidmətlərin, texnoloji prosesin, icraçının ustalığının və keyfiyyətin təmin olunması sisteminin yoxlanılması metodlarına tələblər. Könüllü sertifikatlaşdırmada normativ sənədi sifarişci təqdim edir.

Xidmətlərin sertifikatlaşdırmaya yoxlamaları (məhsulun sertifikatlaşdırma sınaqları ilə eynidir) QOST R sertifikatlaşdırma sisteminin dövlət reyestrində qeyd olunmuş ekspert-auditorlar yerinə yetirirlər. Yoxlamaları, bir qayda olaraq, xidmətin yerinə yetirildiyi yerdə aparırlar. Yoxlamaların nəticələri müsbət olduqda, sertifikatlaşdırma üzrə orqan uyğunluq sertifikatını tərtib edir, mənfi olduqda-sifarişçiyə rədd edilmə haqqında qərar verilir. Sifarişçi həmçinin uyğunluq nişanından istifadə üçün lisenziya ala bilər və onu yarlıklarda, sənədlərdə, qəbzlərdə və i.a. qoya bilər və həmçinin sertifikatın fəaliyyət müddətində (üç ildən artıq olmamaqla) reklam məqsədləri üçün istifadə edə bilər.

Sertifikatlaşdırılmış xidmətlərə tələblərin gözlənilməsinə inspeksion nəzarəti sertifikatlaşdırılmış orqan aparır.

Qeyri-material xidmətlərin inspeksion nəzarətini aparmaq üçün anketləşdirmə, şəxsi müsahibə və s. yolu ilə istehlakçıların sorğusu aparılmalıdır. Ümumiyyətlə, bu işlərlə sosioloji mərkəzlər, marketinq xidmətləri, yerli idarə orqanları və həmçinin xidmətlərin icraçılarının özləri məşğul olurlar. İnspeksion nəzarətin nəticələrinə görə mövcud sertifikatlaşdırma qanunlarına uyğun olaraq qərar qəbul edilir. İnspeksion nəzarət planlı və plansız ola bilər. Planlı nəzarətin dövriliyini sertifikatlaşdırma üzrə orqan müəyyən edir. Plansız inspeksion nəzarət istehlakçıların iddialar və nəzarət edici orqanların rəyləri olduqda sertifikatlaşdırma orqanı tərəfindən təyin olunur.

Rusiyanın ilk xidmətlərin məcburi sretifikatlaşdırılması sistemləri 1994-1996-cı illərdən fəaliyyətə başlamışdır. Onlar aşağıdakı sferaları əhatə edirlər:

Məişət radiolektron aparatların, məişət elektrik maşınların və cihazların təmiri və texniki xidməti;

Kimyəvi təmizləmə və rəngləmə; Turizm və mehmanxana xidmətləri; Avtonəqliyyat vasitələrinin texniki xidməti və təmiri; İctimai iaşə; Avtomobil nəqıliyyatı ilə sərnişinlərin daşınması.

Xidmətlər arasında turizm xüsusi yer tutur. Normativ sənədlər turizmi giriş (xaricdən gəlmə), səyyar və daxili olmaqla üç sinfə bölür. Giriş turizmi dedikdə, ölkədə daimi yaşamayanların səyahəti başa düşülür. Daxili turizm-bu ölkədə daimi yaşayan vətəndaşların ölkə hüdudlarında səyahətidir. Səyyar turizm dedikdə, ölkə vətəndaşlarının digər ölkəyə səyahəti başa düşülür.

Giriş və daxili turizmlərin inkişafı üçün hər bir ölkə turizm üzrə agentliklərin işlərini turizm üzrə ümumdünya təşkilatının sənədlərinə uyğun beynəlxalq normalar əsasında qurmalıdır.

Səyyar turizmə gəldikdə isə hər bir ölkə sertifikatlaşdırılmış turizm agentliklərinə malik olmalıdır.

81

Page 82: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Turizm agentliklərinin xidmətlərinin sertifikatlaşdırılması zamanı ekspertlər, firma tərəfindən turistlərin həyatının, sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi və onların əmlakının qorunması üçün lazımi şəraitin yaradıldığı barədə sənədləşdirilmiş təsdiq almalıdırlar. Bunun üçün ekspert aşağıdakıları yoxlayırlar:

Agentliyin (firmanın) qəbul edən tərəflə müqavilələri; Müştərilərlə müqavilələri; Turların informasiya təminatını; Xidmətlərin təqdim olunması texnologiyasını.

Xidmətlərin qiymətləndirilməsi üzrə dünya təcrübəsinin müəyyən nailiyyətini İSO 9004-2 “Xidmətlər üzrə Rəhbəredici göstərişlər” İSO beynəlxalq standartının qəbul edilməsini saymaq olar. Bu standart xidmətlərin milli standartlaşdırılması və sertifikatlaşdırılması üçün metodik əsasdır.

Ümumi planda, xidmətlərə tələbləri təyin edən xarakteristikalara aiddir: gözləmə vaxtı, yerinə yetirmə müddətlərinin gözlənilməsi, heyətin və avadanlığın sayı və digər kəmiyyət xarakteristikaları; istehlakçıların inam dərəcəsi, təhlükəsizlik, nəzakətlilik, estetiklik, rahatlıq, gigiyena tələblərinə uyğunluq və digər keyfiyyət xarakteristikaları.

Xarici ölkələrdə xidmətlərin sertifikatlaşdırılmasının milli sistemləri ilə yanaşı bəzi xidmət sferalarında, mahiyyətcə sertifikatlaşdırmaya analoji olan, xidmət sferasında attestasiya aparan, regional və beynəlxalq təşkilatlar fəaliyyət göstərirlər. Məsələn, kimyəvi təmizləmə və rəngləmə üzrə Beynəlxalq Avropa texniki mərkəzi İngiltərənin, Hollandiyanın, Belçikanın və İsveçrənin kimyəvi təmizləmə müəssisələrinin attestasiyasını aparır. Bu prosedur könüllü xarakter daşıyır, lakin istehlakçıların attestasiya olunmuş müəssisəyə inamı daha yüksəkdir. Xidmətlərin təhlükəsizliyə sertifikatlaşdırılması məcburi xarakter daşıyır.

Xidmət sferasında attestasiya üzrə beynəlxalq təşkilatlatlara Beynəlxalq Hava Nəqliyyatı Assosiyası, Sosial Sığortalama üzrə Beynəlxalq Assosiasiya, Avtoturizm üzrə Avropa Federasiyası, Ümumdünya Poçt İttifaqı və digərləri aiddirlər.

Mühazirə 20.Ekoloji sertifikatlaşdırma

PLAN

1. Ekoloji sertifikatlaşdırmanın məqsədi2. MDB ölkələrində ekoloji sertifikatlaşdırma3. Fransada və e Almaniyada ekosertifikatlaşdırılması4. AB-də ekosertifikatlaşdırma

Ə D Ə B I Y Y A T

82

Page 83: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 20072.Яблонский О.П.Основы стандартизации, метрологии, сертификации М.2010

Ekoloji sertifikatlaşdırmanın məqsədi istehsalatçıları elə texnoloji proseslərin tətbiq

edilməsinə və elə məhsulların işlənməsinə stimullaşdırmaqdır ki, onlar təbiəti minimum çirkləndirsin və istehlakçıya onun həyatı, sağlamlığı, əmlakı və yaşadığı mühit üçün məhsulun təhlükəsiz olduğuna təminat versin.

Bir çox növ məhsullar üçün ekoloji sertifikat, yaxud nişan onların rəqabətə davamlılığı üçün təyinedici faktordur.

MDB ölkələrində ekoloji sertifikatlaşdırma, bu sahədə xeyli iş görüldüyünə baxmayaraq, hələ ki, lazımi səviyyədə inkişaf etməmişdir. Belə ki, hələlik bu sahəyə aid obyektlər müəyyən edilmişdir. Onlar üç qrupa bölünürlər:

1. Dövlət standartlarının ekoloji tələblər qoyduğu məhsullar, proseslər, işlər və xidmətlər, yəni onlar mövcud qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalıdır;

2. Ekoloji xüsusiyyətlərinə görə mövcud sistemlərin qaydalarına uyğun sertifikatlaşdırılması mümkün olmayan obyektlər;

3. Mahiyyətcə bütün təşkiledicilərlə birgə ətraf mühit hansına ki, normativ tələblər və sertifikatlaşdırma proseduraları işlənməmişdir.

Üçüncü qrupun obyektlərinin vəziyyətinin qiymətləndirilməsində aydınlıq olmadığında, digər iki qrup obyektlərin sertifikatlaşdırılmasının inkişafı ləngiyir. Ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsini, bir başa xüsusiləşdirilmiş təbiəti mühafizə orqanlarını, təbiətdən istifadə edənləri və Elmlər Akademiyasının bəzi şöbələrini təmsil edən müxtəlif sahə təşkilatları aparır. Müxtəlif tərəflərin təqdim etdikləri qiymətləndirmə üçün verilənləri, bir qayda olaraq, müqayisə etmək mümkün deyildir. Səhvin qiyməti çox böyük ola bilər ki, bu da, uyğunluğun qiymətləndirilməsinin obyektiv və müstəqil üsulu kimi, sertifikatlaşdırmanın əhəmiyyətini göstərir. Bunun üçün ekoloji sertifikatlaşırma obyektlərinin daha dəqiq sinifləşdirilməsi aparılmalıdır (şəkil 1).

Sxemdən göründüyü kimi, dörd növ obyektlər ayrılırlar; ətraf mühitin obyektləri; ətraf mühiti çirkləndirən mənbələr; təbiəti mühafizə təyinatlı məhsullar; ekoloji informasiyalı resurslar, məhsullar və texnologiyalar.

Ekoloji sertifikatlaşdırmanın digər mühüm məsələsi iştirakçıların tərkibidir, xüsusilə əgər onların rolu birinci, ikinci və üçüncü tərəf planında təyin edilərsə. “Məhsulların və xidmətlərin sertifikatlaşdırılması haqqında” qanun bu halda məhsullara aid obyektlərə tətbiq oluna bilər. Digər obyektlər üçün isə ekoloji sertifikatlaşdırma haqqında qanun lazımdır. Bu da hələ ki, MDB ölkələrində yoxdur. Sertifikatlaşdırma xidmətlərinin kim tərəfindən maliyələşdiriləcəyi də həll olunmayıb. Fərz edilir ki, əsas ağırlıq təbiətdən istifadə edənlərin üzərinə düşəcəkdir.

Ekoloji sertifikatlşdırmanın aktual sahələrindən biri sferastullantılardır. Bu sahədə sertifikatlaşdırma tullantıların yaşayış mühitinə təhlükəli təsirinin aradan götürülməsinə və onlardan ikinci xammal kimi maksimum istifadə olunmasına yönəldilmişdir.

İçməli suyun sertifikatlaşdırılması probleminin həllində xeyli irəliləyişlər vardır ki, bu da sertifikatlaşdırma obyektinə texniki tələblərin normalaşdırılması ilə bağlıdır. 1995-ci ildə Rusiyada “Suyun keyfiyyəti. İçməli su. Keyfiyyətə nəzarət” dövlət standartı qəbul olunmuşdur, təsərrüfat-içməli su təchizatında istifadə olunan içməli suyun, materialların, texnoloji proseslərin və avadanlıqların sertifikatlaşdırılması sistemi işlənir. Müxtəlif qablara doldurulmuş içməli

83

Page 84: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

suyun sertifikatlaşdırılması aparılır, mərkəzləşdirilmiş su təchizatı sistemlərindən daxil olan içməli suyun sertifikatlaşdırılması problemi həll edilir.

Yeni növ məhsulların və proseslərin ekolojiliyinin qiymətləndirilməsinə böyük diqqət yetirilir. Məsələn, yeni konstruksiyalara və texnologiyalara ekoloji tələblərin standartlaşdırılması üzrə işlərə başlanmışdır.

Qərbi Avropa ölkələrində ekoloji sertifikatlaşdırma kifayət qədər geniş inkişaf etmişdir. Ekoloji sertifikatlaşdırma adi sertifikatlaşdırmanı tamamlayır və demək olar ki, həmişə məcburi xarakter daşıyır.

Fransada kənd təsərrüfatı məhsullarının ekosertifikatlaşdırılması 1960-cı ildə qanunverici qaydada təsis olunmuşdur. Onun əsasında məhsulların növləri üzrə ekonişanlar tətbiq edilmişdir. Bu nişanlar “qırmızı nişan” adı almışdır. Bütün ekonişanlar milli uyğunluq nişanı NF tamamlayır.

Ekosertifikatlaşdırmanın prinsipləri istehlakçılar və ətraf mühit üçün məhsulun təhlükəsizliyinin, Avropa ekosertifikatlaşdırmasına uyğunluğunun təmin edilməsindən və bazarlarda ekoloji vəziyyətin nəzərə alınmasından ibarətdir. Fransada ekosertifikatlaşdırmanın əsas qaydaları istehlakçılar tərəfindən (imkan daxilində) ekoloji təmiz məhsulların nəzarətinin aparılmasını; istehlakçıların və ətraf mühitin qorunması üzrə ictimai təşkilatların nümayəndələrinin ekosertifikat verən orqanın tərkibinə məcburi daxil olmasını; sertifikatlaşdırılan məhsulun bütün həyat tsiklinin ekosertifikatlaşdırma ilə əhatə edilməsini və istehsalçıda ekosertifikat alınmağa iqtisadi maraq oyatmasını nəzərdə tutur.

Qazanılmış təcrübəyə vahid milli ekosertifikatlaşdırma sistemi tətbiq etməyə imkan vermişdir. Sistemin şüarı belədir – istehlakçılar məhsulun ziyanı haqqında hər şeyi bilməlidir, lakin onlar mütləq arxayın olmaq hüququna malikdirlər ki, NF nişanlı məhsul hər cəhətcə ən təhlükəsiz məhsuldur.

Şəkil 1. Ekoloji sertifikatlaşdırma obyektlərinin sinifləşdirilməsi.

84

Page 85: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

Ekosertifikatlaşdırmanın prinsipləri istehlakçılar və ətraf mühit üçün məhsulun təhlükəsizliyinin, Avropa ekosertifikatlaşdırmasına uyğunluğunun təmin edilməsindən və bazarlarda ekoloji vəziyyətin nəzərə alınmasından ibarətdir. Fransada ekosertifikatlaşdırmanın əsas qaydaları istehlakçılar tərəfindən (imkan daxilində) ekoloji təmiz məhsulların nəzarətinin aparılmasını; istehlakçıların və ətraf mühitin qorunması üzrə ictimai təşkilatların nümayəndələrinin ekosertifikat verən orqanın tərkibinə məcburi daxil olmasını; sertifikatlaşdırılan məhsulun bütün həyat tsiklinin ekosertifikatlaşdırma ilə əhatə edilməsini və istehsalçıda ekosertifikat alınmağa iqtisadi maraq oyatmasını nəzərdə tutur.

Qazanılmış təcrübəyə vahid milli ekosertifikatlaşdırma sistemi tətbiq etməyə imkan vermişdir. Sistemin şüarı belədir – istehlakçılar məhsulun ziyanı haqqında hər şeyi bilməlidir, lakin onlar mütləq arxayın olmaq hüququna malikdirlər ki, NF nişanlı məhsul hər cəhətcə ən təhlükəsiz məhsuldur.

Almaniyada ekosertifikatlaşdırma işlərinə 1974-cü ildən başlanmışdır. Bir neçə ildən sonra ekonişan “Mavi mələk” təsdiq olunmuşdur. Bu nişan ölkədən xaricdə də tanınır.

“Mavi mələk” nişanının verilməsi ilə ekosertifikatlaşdırmanın inkişafı BMT-nin ətraf mühitin qorunması proqramı ilə bağlıdır. Bu nişanla markalanmış məhsul, onun ekoloji təhlükəsizliyinə təminat verən, müəyyən olunmuş qrup kriteriyalara uyğun olur.

Məsələn, avtomobilin ekonişanlı olması onun işlənmiş

qazları təmizləyən etibarlı sistemlə təchiz olunduğunu göstərir.Almaniyanın ekosertifikatlaşdırma proseduru diqqətə

layiqdir. İlk mərhələdə ekonişana namizəd məhsul açıq təqdim olunur.

Şəkil 2. Ekonişan“Mavi nişan” AB-də xüsusi nişanla (şəkil 3) ekomarkalamaq qəbul olunmuşdur.Nişanın tətbiqindən məqsəd – istehlakçıları alınan məhsulun

ekolojiliyi haqında düzgün məlumatlandırmaq və istehsalçıları ətraf mühitin mühafizəsi üzrə normaların və tələblərin gözlənilməsinə stimullaşdırmaqdır.

Ekonişanın yeyinti məhsullarına, içkilərə və dərman preparatlarına aid deyildir. Ekonişanla elə məhsullar markalanırlar ki, onların tərkibində direktivlərlə qorxulu, lakin buraxıla bilən hədlərdə, maddələr və preparatlar olur. İşərənin rəngi ağ fonda yaşıl, mavi və qara (və əksinə) ola bilər. Ekonişandan istifadə etmək hüququnu almaq üçün istehsaçı məhsulu onun ekolojiliyini qiymətləndirmək üçün təqdim etməlidir. Bu işlə, bir qayda olaraq, sertifikatlaş dırma orqanla-rı məşğul olur. Bunun üçün hər bir məhsul növü üzrə ayrıca müqavilə bağlanmalıdır. Ekonişandan reklamda geniş istifadə olunur. O, məhsulun bazara daxil olmasına Şəkil 3. AB-nin ekomarkalama nişanıkömək edir və satıcının (istehsalçının) rəqabət mövqelərinə müsbət təsir göstərir.

Məhsullara ekoloji tələblər çox aktual olduğundan, ekonişan isə satış səviyyəsinə birbaşa təsir etdiyindən, müasir bazarlarda ekonişanların qeyri-düzgün rəqabəti baş verir ki, bu da istehsalçı tərəfindən ekomarkalamadan qeyri qanuni istifadə edilməsi, yaxud alıcılara tanış

85

Page 86: Мцщазиря 1 - HIDDEN Web viewISO-nun və BEK-in fəaliyyətində ümumi cəhət, beynəlxalq ticarəti inkişaf etdirmək məqsədilə, qarşılıqlı tanınma haqqında iki

olamayan yeni nişanların icad edilməsi ilə bağlıdır. Bu həm alıcılara, həm də ekosertifikatlaşdırma ideyasının özünəziyan vurur.

86