Upload
others
View
1
Download
0
Embed Size (px)
Citation preview
1
Asiya və Sakit okean regionunda Yoxsulluqla Mübarizə: Yoxsulluğun
Azaldılması Strategiyası
Asiya Inkişaf Bankı
2
MISSIYA
YOXSULLUĞUN AZALDILMASI: ƏSAS MƏQSƏD
Yoxsulluq insana xas olan qeyri‐məqbul vəziyyətdir. Bu vəziyyət daimi deyildir: dövlət
siyasəti və tədbirləri yoxsulluğu aradan qaldıra bilər və qaldırmalıdır. Bu özü elə inkişaf deməkdir.
Dünyada yoxsul təbəqənin təqribən 900 milyonu (yəni, gündə $1 dollardan az məbləğə yaşayanlar) Asiya və Sakit okean regionunda yaşayır (Əlavə 1). Asiya əhalisinin təqribən üçdə birini yoxsul təbəqə təşkil edir. Baxmayaraq ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin nisbəti aşağı düşməkdədir, yoxsulluğun azaldılmasında olan tendensiyalar son zamanlar pisləşmişdir. Əhali artımı da yoxsul təbəqənin mütləq sayını artırır. Dünyanın ən yoxsul sub‐regionlarından olan Cənubi Asiyada hazırda yarım milyarddan çox yoxsul əhali yaşayır ki, onlardan da 450 milyon əhali Hindistanda məskunlaşmışdır. Çin Xalq Respublikasında (ÇXR) 225 milyon, Cənubi‐şərqi Asiyada isə təqribən 55 milyon daha çox yoxsul yaşayır (Asiya böhranına görə 10 milyondan çox adam yoxsulluğa düçar olmuşdur). Mərkəzi Asiya respublikalarında əhalinin çoxu keçid dövründə baş vermiş iqtisadi iflas nəticəsində yoxsulluğa düçar olmuşdur. Sakit okean regionunda olan kiçik ada dövlətlərində adam başına düşən kapital gəlirinin nisbətən yüksək olmasına baxmayaraq, uzaq məsafədə olduqlarına, təbii fəlakətlər zonasında yerləşdiklərinə, xarici iqtisadi zərbələrə davam gətirmək üçün məhdud potensiala malik olduqlarına görə bu dövlətlərdə yoxsulluğa məruz qalmaq təhlükəsi böyükdür.
Son zamanlaradək regionda yoxsulluğun azaldılması tendensiyaları xüsusilə də Şərqi və Cənubi‐şərqi Asiyada müsbət olmuşdur. Lakin, Asiyada 1997‐ci il maliyyə böhranı olduğu üçün iqtisadiyyatın ümumi daxili məhsulunda olan zəifləmə vəziyyəti daha da pisləşdi, keçici effektlər digər ölkələrdə tərəqqini dayandırdı. Böhranın təsir etdiyi ölkələrdə mütləq yoxsulluq artdı, bundan daha çox əziyyət çəkənlər yoxsullar (xüsusilə də onların uşaqları) oldu. Daha təhlükəlisi budur ki, bu iqtisadiyyatda davamlı inkişaf bərqərar olduqdan sonra belə böhranın sosial nəticələri hələ uzun müddət hiss olunacaqdır.
Regionda iqtisadi inkişafın təmin edilməsi məqsədini güdən bir təşkilat kimi Asiya İnkişaf Bankı (AİB) hər zaman yoxsulluğun azaldılması məsələsi ilə məşğul olmuşdur. Iqtisadi inkişafa xüsusi diqqət verməklə, AİB böyük sayda sosial və ekoloji problemlərlə məşğul olmaq üçün öz metodunu proqressiv surətdə genişləndirmişdir1. Bu prosesdə AİB‐nın və onun üzvlərinin əldə etdikləri təcrübə hətta on il əvvəl düşünülməmiş etimadın yaranmasına səbəb oldu: mütləq yoxsulluq aradan qaldırıla bilər. Bunu başa düşmək və inkişafın regionda bu qədər əhaliyə toxunmamasını bilmək bizim cəhdlərin daha dəqiq yönəldilməsini tələb edir. Belə mülahizələr AİB‐nı yoxsulluğun aradan qaldırılmasını əsas məqsəd kimi qarşıya qoymağa təhrik edir.
1 AİB‐nın ilk Orta Müddətli Strateji Çərçivəsində (1992‐1995) vurğulandığı kimi beş strateji inkişaf məqsədi iqtisadi inkişafı dəstəkləmiş, insan inkişafını təşviq etmiş, yoxsulluğu azaltmış, qadınların vəziyyətini yaxşılaşdırmış, təbii ehtiyatları və ətraf mühiti əsaslandırılmış qaydada idarə etmişdir.
3
AİB 1990‐cı illərdə bir sıra ölkə başçılarının zirvə görüşlərində müəyyən edilmiş Beynəlxalq İnkişaf Hədəflərini dəstəkləyir (yəni, ifrat yoxsulluqda yaşayan əhalinin nisbətini yarıyadək azaltmaq). 1997‐ci ilin noyabr ayında Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın regional üzv dövlətlərində Sosial İnkişaf üzrə Fəaliyyət Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsinə dair Asiya və Sakit okean regionunun nazirləri razılıq əldə etdilər. Gündəliyin hədəfləri (yəni, 2010‐cu ilədək regionda mütləq yoxsulluğun aradan qaldırılması) hökumətlər və beynəlxalq icma üçün aydın təlimatlar müəyyən etmişdir (Əlavə 1). Lakin bu hədəflərə Asiya böhranı nöqteyi‐nəzərindən baxmaq lazımdır. AİB üzvlərlə yoxsulluğun azaldılması üçün mümkün regional hədəflərin hazırlanması üzərində çalışacaqdır.
Məqsəd Asiya və Sakit okean regionunu yoxsulluqdan azad görmək olduğu üçün AİB‐nın aydın və müəyyən məqsədə yönəlmiş missiyası vardır. Yoxsulluğun azaldılması beş məqsəddən tək biri deyildir, bu AİB‐nın əsas məqsədidir. Buna görə də digər strateji məqsədlər (yəni, iqtisadi inkişaf, insan inkişafı, əsaslandırılmış ekoloji idarəçilik, qadınların vəziyyətinin yaxşılaşdırılması) yoxsulluğun azaldılmasına daha səmərəli təsir göstərən yollarla izlənəcəkdir. Fundamental dəyişikliklər AİB‐nın həyata keçirdiyi əməliyyatların hər bir aspektinə və səviyyəsinə təsir göstərəcəkdir. Bu strateji sənəddə bu dəyişikliklərin hansı yollarla həyata keçiriləcəyi müəyyən edilir.
MÜVƏFFƏQIYYƏTƏ GÜVƏNMƏK Yoxsulluqla mübarizədə AİB son üç on illikdə regionun müvəffəqiyyət qazandığına güvənir. Bu uğur fərdi ölkələr arasında fərqli olduğundan, bütün region son dərəcə dəyişmişdir. 1970‐ci illərin əvvəllərində regionun əhalisinin yarısı yoxsul olmuş, orta ömür müddəti 48 yaş olmuş, yaşlı əhalinin yalnız 40 faizi savadlı olmuşdur. Bu gün yoxsul əhalinin faizi əhalinin təqribən üçdə birinədək düşmüş, ömür müddəti 65 yaşa qalxmış, yaşlıların 70 faizi savadlı olmuşdur. Ümumi əhalinin 1.8 milyarddan 3 milyardadək artdığına baxmayaraq, yoxsul əhalinin sayı 1 milyarddan 900 milyonadək düşməklə bir qədər azalmışdır.
AİB bu məqsədlərin əldə edilməsinə yardım etmişdir. O, inkişaf və məşğulluğun artmasının təşviq edilməsinə yönəlmiş sərmayələri və siyasi islahatları maliyyələşdirmiş, xüsusilə də 1990‐cı illərdə insan inkişafı, gender bərabərliyi və ətraf mühitin qorunmasına xüsusi diqqət vermişdir. Əlavə olaraq, AİB yoxsulluğu birbaşa ünvanlayan layihələrin həyata keçirilməsini dəstəkləmiş (məs, ibtidai təhsil, qidalanma, səhiyyə, ailə planlaşdırması xidmətləri) və ya təhlükəyə daha çox məruz qalan qrupların qorunması üçün mexanizmlər qurmuşdur (əlillər daxil olmaqla). AİB yoxsulluqla əlaqədar məsələlər üzrə tədqiqatların aparılmasını təşviq etmiş, yoxsulluğun səbəbləri və göstərdiyi təsir mövzusunda sektor‐yönümlü siyasi dialoqlar aparmış, hökumət qurumlarında institusional potensialı qüvvətləndirmişdir.
Illər keçdikcə AİB yoxsulluğun müxtəlif səviyyələrini ünvanlamağı öyrənmişdir. Məsələn, səhiyyə sahəsində tək avadanlıq və tikinti işlərinin maliyyələşdirilməsi əvəzinə, AİB hazırda daha çox təlim və idarəçilik sistemlərinə sərmayə qoyur2. Daha çox diqqət benefisiarlarla məsləhətləşmələrin aparılmasına verilir. Lakin yenə də layihələrin hazırlanması və həyata keçirilməsində iştirakçı tərəflərin cəlb edilməsi üçün daha çox iş görmək lazımdır. Qadınların statusunu yaxşılaşdırmağa çalışarkən, AİB müdaxilələrinin kifayət qədər səmərəli olmadığını aşkar etmişdir, çünki layihənin hazırlanması zamanı faktiki olaraq mövcud olmayan
2 1991‐ci ildən səhiyyə sektorunda ilk tibbi yardım və əhalinin fəaliyyətinə ayrılmış kreditlərin payının son dərəcə artması ilə müşayiət olunmuşdur (Səhiyyə Sektoru üzrə Siyasət, fevral, 1999).
4
institusional potensial ehtimal edilirdi.3 Layihə təşkilatlarında qadın heyətinin az olmasına çox zaman fikir verilmirdi. Eynilə, qadın üçün əlverişli mexanizmlərin (yəni, yaşayışla təmin etmə, səyahətlər, təhlükəsizlik) olmadığı şəraitdə kənd yerlərində qadın heyətin işə götürülməsi və ya xidmətlərindən istifadə edilməsi çətin idi. İndi qadınlara dair layihələr bu problemlər nəzərə alınmaqla hazırlanmışlar. Yoxsulluğun azaldılmasında güclü silah olan mikro‐maliyyədə subsidiyalaşdırılan kreditə AİB‐nın əvvəlki etimadı yoxsulların hər zaman həqiqi benefisiar olmadıqlarını anlamağa yardım etmişdir. Mikro‐maliyyə xidmətlərinin genişləndirilməsini və göstərilməsini yaxşılaşdırmaq üçün qeyri‐hökumət təşkilatları (QHT) və özəl sektor təşkilatları ilə işləməyə hazırda böyük əhəmiyyət verilir.
Regionda yoxsulluğun azaldılmasına yardım etməklə AİB bütün qüvvəsini bu tapşırığa yönəldir. Buna Asiya və Sakit okean regionuna xüsusi diqqət yetirilməsi, regional mövqe və regional üzvlərin daha çox iştirak etməsi daxildir (beləliklə, onların daha çox prosesdə iştirak etməsi AİB‐nın strateji meylidir). Eyni zamanda qeyri‐regional üzvlərin iştirakı qlobal perspektivlərin regional inkişaf məsələlərinə toxunmasını təmin edir. AİB qrantla maliyyələşdirilən texniki yardımı həyata keçirir, dövlət sektoruna kredit ayırır, bir dam altında özəl sektor əməliyyatlarını həyata keçirir, nəticədə ortaya çıxan birgə əməkdaşlıqdan faydalanır. AİB‐nın hökumət məsələlərinə dair düzgün müəyyən edilmiş siyasəti və onun sub‐regional əməkdaşlığın təşviqində müvəffəqiyyəti yoxsulluğa qarşı mübarizədə getdikcə daha çox əhəmiyyət kəsb edir. AİB‐nın Asiya böhranına dair reaksiyası, xüsusilə də yoxsul təbəqəyə dəyən təsirin zəiflədilməsində atdığı addımlar təşkilatın sosial müdafiə məsələlərini səmərəli ünvanlaması potensialını nümayiş etdirmişdir.
Yoxsulluğun azaldılması sahəsində ölkələr əsas cavabdehliyi daşıdıqları halda, regionda inkişaf üzrə əsas təşkilat kimi AİB yoxsulluğa qarşı mübarizədə kredit verən üzvlərin qüdrətli müttəfiqi ola bilər. AİB‐nın səmərli və maliyyə tövhələri yoxsulluğun azaldılmasında milli cəhdlərin gücləndirilməsində katalizator rolunu oynaya bilər. Buna görə də AİB özünü yenidən regionda yoxsulluğun aradan qaldırılmasına həsr edir. Yoxsulluğun Azaldılması Strategiyası AİB‐nın bu çətin tapşırığa dair götürdüyü öhdəliyini təcəssüm etdirir.
3 Gender və İnkişaf üzrə Siyasət, may 1998‐ci il
5
YOXSULLUĞUN AZALDILMASI PROBLEMI
YOXSULLUĞUN MAHIYYƏTI
Keçmişdə AİB yoxsulluğun əsas ölçü vahidi kimi gəlir səviyyəsinə çox inanırdı. Lakin belə
bir qlobal razılaşma vardır ki, yoxsulluğun səviyyəsi belə ənənəvi tərifin hüdudlarından çox kənara çıxır. AİB‐nın nəzərincə yoxsulluq hər bir insanın hüququ çatdığı əsas vasitə və imkanlardan məhrum olmaqdır. Hər kəs ibtidai təhsil və ilk tibbi yardım xidmətləri ilə təmin olunmalıdır. Yoxsul ailələrin öz əməkləri hesabına özlərini saxlamaq və münasib surətdə haqq almaq, eləcə də xarici zərbələrdən qorunmaq hüququ vardır. Gəlir və əsas xidmətlərlə təmin olunmaqdan başqa, əgər fərdlər və cəmiyyətlər onların həyatını formalaşdıran qərarların alınmasında iştirak etmək səlahiyyətinə malik deyilsə, o zaman onlar yoxsul olacaq və bu tendensiya davam edəcəkdir. Beləliklə, yoxsulluq ibtidai təhsil, səhiyyə qayğısı, qidalanma, su və sanitariya, eləcə də gəlir, məşğulluq və məvacib baxımından daha yaxşı ölçülür. Belə tədbirlər acizlik və iştirak etmək iqtidarının olmaması hissi kimi digər əhəmiyyətli qeyri‐material aktivlər üçün göstərici kimi xidmət etməlidir.
Həqiqətdə yoxsulluğun ölçülməsi üçün ən çox istifadə edilən standart ərzaq və həyat üçün zəruri digər nemətlərin adekvat istehlakıdır. Bu ölçü (yoxsulluq həddi) gəlir və mədəni dəyərlərdən asılı olaraq ölkədən ölkəyə fərqlənir. Yoxsulluğun azaldılması üçün göstərilən cəhdlərin təsirinin ölçülməsi üçün milli qiymətləndirmələr vacib olduğu halda, AİB‐nın prioriteti mütləq yoxsulluqdur. Beynəlxalq müqayisələr də vacibdir.4
YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ ÇƏRÇIVƏ5 Yoxsullar homogen qrup deyildir. Yoxsulluğun mahiyyəti kimi onun səbəb və qurbanları da müxtəlif olur. Yoxsul təbəqə həyat üçün vacib nemətlərdən məhrum ola bilər, çünki uzaq məsafədə və ya ehtiyatlarla zəngin olmayan ərazidə yaşayır və ya yaş, səhiyyə, həyat şəraiti və ya məşğul olduğu fəaliyyətə görə təhlükəyə daha çox məruz qalır. Onlar etnik azlığa mənsub olduqları və ya cəmiyyətin onları sosial cəhətdən daha aşağı səviyyəli hesab etdiyi və ya sadəcə qadın və ya əlil olduqları üçün həyat üçün vacib nemətlərdən məhrum ola bilərlər. Daha geniş miqyasda yoxsulluq cari vəziyyətdən irəli gələ bilər: şəxsi maraqlara və qüdrətli hakimiyyət strukturlarına görə resurslar qeyri‐bərabər bölünür. Yekunda, yoxsul təbəqənin həyat üçün zəruri nemətlərdən məhrum olması siyasi iradənin olmaması, idarəçiliyin qeyri‐adekvatlığı, dövlət siyasətləri və proqramlarının qeyri‐müvafiqliyindən irəli gəlir. Yoxsulluğun həlli yollarının tapılmasında ilkin cavabdehlik ölkələrin öz üzərinə düşür, lakin müvəffəqiyyət hökumət və vətəndaş cəmiyyətinin birgə cəhdlərindən, beynəlxalq icmanın güclü və davamlı dəstəyindən asılı olacaqdır. Bütün iştirakçı tərəflər üçün yoxsulluğun azaldılması məqsədilə seçilmiş strategiyalar onun bir çox səbəbinin ünvanlanması üçün kifayət qədər hərtərəfli olmalıdırlar. Bu səbəbdən yoxsulluğun azaldılması üzrə hər hansı çərçivənin əsas ünsürləri
4 Xas olan zəifliyə baxmayaraq, “günə bir dollar” yoxsulluq həddi kimi ölçülər, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) İnsan İnkişafı İndeksi və İnsan Yoxsulluğu İndeksi istifadə edilməyə davam edəcəkdir (Əlavə 1). Hər halda, Asiya və Sakit okean regionu kontekstində bu ölçülərin təkmilləşdirilməsi ehtiyacı nəzərdən keçiriləcəkdir. 5 Bu çərçivədə Yoxsulluğun Azaldılması: Əldə edilən Məlumatlar və Nəticələr – Asiya İnkişaf Bankının Seçilmiş İnkişaf etməkdə olan Üzv Dövlətlərində Məsləhətləşmələrə dair hesabatın nəticələri nəzərə alınır (AİB, 1999, Manila).
6
kimi AİB yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş6 davamlı iqtisadi inkişafı və sosial inkişafı iki əsas prinsip kimi görür. Hər iki ünsürün təmin edilməsi sabit makro‐iqtisadi idarəçiliyi və düzgün idarəetməni – üçüncü əsas prinsipin təmin edilməsini tələb edir. Hər üç prinsip birgə sosial baxımdan hərtərəfli inkişafla nəticələnir.
Hər halda, sosial baxımdan hərtərəfli inkişafa nail olmaq üçün yoxsulluğun azaldılması üzrə siyasətlərin ekoloji baxımdan aqibətini, ekoloji siyasətlərin yoxsul təbəqəyə göstərdiyi təsiri daha yaxşı anlamaq lazımdır. Yoxsulluq‐ətraf mühit əlaqəsi mahiyyətcə iki geniş komponentə malikdir. Bir tərəfdən, qanunların zəif tənzimlənməsi və həyata keçirilməsinə görə yoxsul təbəqənin məskunlaşdığı ərazilərdə yerləşən və ətraf mühiti çirkləndirən sənaye müəssisələrinin cəlb olunduğu “sənaye obyektləri tərəfindən ətraf mühitin çirklənməsi problemləri”dir. Yoxsul təbəqənin ən çox təsirə məruz qaldığı yerlərdə məskunlaşdığı meqa‐şəhərlərdə hava və suyun çirklənməsi də bu kateqoriyaya daxil edilir. Digər tərəfdən, meşələrin kəsilməsi, təbii ehtiyatların sürətlə azalması və torpaqların deqradasiyası ilə bağlı “ətraf mühitin çirklənməsi məsələləri”dir. Hər iki problem yoxsulluğun artması ilə birbaşa əlaqədardır.
Bu ümumi çərçivədə yoxsulluğun azaldılması üzrə müdaxilələr fövqəladə vəziyyətdə yoxsul təbəqəyə əsas xidmətlərin təmin edilməsi kimi qısa müddətli (son Asiya böhranı kimi), əsas xidmətlərin göstərilməsinə təsir edən struktur məsələlərini ünvanlamağa yardım edən və yoxsulluğu hədəf götürən digər müdaxilələr kimi orta müddətli və ya yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş inkişafı təşviq edən və özəl sektorun genişlənməsini dəstəkləyən müdaxilələr kimi uzun müddətli ola bilər.
AİB əsasən orta və ya uzun müddətli təsirə malik olan müdaxilələrdə maraqlıdır. AİB‐nın gücü nisbətən iri sərmayələrin maliyyələşdirilməsində, eləcə də siyasi islahatın dəstəklənməsində hökumətlə siyasi dialoqun aparılmasındadır. Fiziki sərmayələr birbaşa yoxsulluğun azaldılmasına yardım edərkən, siyasi və institusional mühit də yoxsulluğun davamlı azalması üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də AİB siyasi islahatları dəstəkləməklə, fiziki və institusional potensialın inkişafına yardım göstərməklə, yoxsulluğun daha yaxşı ünvanlanması üçün layihə/proqramlar hazırlamaqla yoxsulluğun azaldılması istiqamətində sistematik metod qəbul etmişdir.
Yoxsulluq və qeyri‐bərabərliyin aradan qaldırılması insanpərvər prioritetdir: bu eləcə də iqtisadi inkişafı təşviq edir. AİB‐dan borc alanlar götürdükləri kredit üçün sabit iqtisadi əsaslandırmanın olmasını tələb edirlər. Təcrübə aydın göstərir ki, təhsil, mikro‐maliyyə və səhiyyə sahələrində sərmayələr tək yoxsulluğa təsir göstərmir, eləcə də iqtisadi inkişafı təşviq edir. Insan və sosial kapitalın inkişaf etdirilməsi siyasi sabitliyi, səmərəliliyi, beynəlxalq səviyyədə rəqabəti artırır ki, bu da daha sürətli inkişafa aparır.
6 İnkişaf fəhlələri nəzərə alırsa, yoxsul təbəqə, xüsusilə də qadın və digər ənənəvi təcrid edilmiş qruplar üçün qeyri‐bərabərliyi zəiflədən, gəlir və məşğulluğun yaranmasını təşviq edən siyasət və proqramlarla müşayiət olunursa, o zaman yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş olur.
7
ÇƏRÇIVƏNIN ƏSAS ÜNSÜRLƏRI
Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş davamlı iqtisadi inkişaf Bir çox ölkələrin son iki onillikdə yoxsulluq həddini azaltdığı Şərqi Asiya yoxsulluğun azaldılmasında iqtisadi inkişafın əhəmiyyətini sübut edir. Asiya böhranına baxmayaraq, bu ölkələr sabit inkişafın yoxsulluğu necə azalda bilməsini göstərmişdir. Inkişaf əmək qüvvəsinə tələbatı artırdı ki, bu da öz növbəsində iqtisadi imkanları genişləndirdi, işçinin səmərəliliyini və məvacibini qaldırdı. Bu, eləcə də ibtidai təhsil, səhiyyə qayğısı və infrastruktur sahələrində istifadə edilə biləcək dövlət gəlirlərini artırdı. Şərqi Asiyada xaricə yönəlmiş siyasətlər əmək qüvvəsinin istifadə edildiyi inkişafla nəticələndi, məşğulluq imkanlarının artması isə böyük sayda qadının əmək qüvvəsinə daxil olmasına gətirdi. Bu da yoxsulluğun azaldılması və qadınların statusu baxımından əhəmiyyətli nəticələr verdi. Məktəb və işçi qüvvədə qadın iştirakının artması əhali artımının sürətini aşağı saldı. Milli gəlirlərin artması insan kapitalına sərmayə qoyuluşunun artırılması, yoxsul təbəqənin əsas xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində istifadə edildi. Məhsuldarlıqda inkişaf və əhalinin artımında zəifləmə baş verdi.
Əldə edilmiş təcrübə aydındır: məşğulluq və gəlir yaratmaqla inkişaf yoxsulluğu azalda bilər, əmək tələb edən inkişaf yoxsulluğu daha tez azalda bilər. Beləliklə, əmək tələb edən inkişafı təşviq edən siyasətlər yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş əsaslı tədbirlərdir. Belə siyasətlərə xüsusilə həddən artıq şişirdilmiş valyuta kursları, idxal və/və ya ixraca məhdudiyyətlər, kredit subsidiyaları və dövlət müəssisələrindən asılılıq kimi bazarı pozan müdaxilələrin aradan qaldırılması daxildir. Bu kateqoriyaya daxil olan digər siyasətlər özəl sektorlar üçün əlverişli mühitin inkişaf etdirilməsi, qadınlar və rəsmi əmək qüvvəsindən kənarda qala bilən digər qruplar üçün məşğulluğun və gəlir gətirən imkanların artırılmasına yönəlmiş proqramlardır (məs, mikro‐maliyyə və “sosial təminat sistemi”7). İş yerlərinin yaranması, iqtisadi fəaliyyət və əsas sosial xidmətlərlə təmin olunmanın yaxşılaşdırılması yolu ilə infrastrukturun inkişafı da inkişafa böyük tövhə edə bilər. Eynilə, yoxsul təbəqə arasında fərdi əmək fəaliyyəti üçün imkanlar da təşviq edilməlidir. İnflyasiya və (regionda son zamanlar müşahidə olunduğu kimi) iqtisadi böhranlar yoxsul təbəqəyə ciddi təsir etmişdir. Nəticədə, sabit makro‐iqtisadi idarəçilik yoxsulluğun davamlı azaldılması üçün vacibdir.
Inkişafın mühərriki olan özəl sektor da yoxsulluğun azaldılmasında birbaşa rol oynaya bilər. Yoxsul təbəqəyə fayda gətirə bilən əsas xidmətlərin göstərilməsi də daxil olmaqla, özəl sektor fiziki və sosial infrastrukturda iştirak edə bilər (dövlət sektoru üçün resursları azad etməklə). Belə xidmətlərin göstərilməsi üçün özəl sektorun tövhəsini daha səmərəli etmək üçün əlverişli mühit yaranmalı, maliyyə sektoru inkişaf etdirilməlidir. Özəl sektorun rolu genişləndiyi üçün hökumət sahibkar və istehsalçı rollarını vasitəçi və tənzimləyici rolları ilə əvəz etməlidir. Doğrudan da səmərəli tənzimləyici çərçivə rəqabətin təşviqi, ədalətli təcrübə və standartların tətbiqi, yoxsul təbəqənin əsas xidmətlərlə təmin edilməsi üçün vacibdir. Heyətin ixtisara salınması, yenidən təşkilat və ya kompensasiya proqramlarının müvafiq olduğunu görmək üçün hökumətlər özəlləşdirmənin sosial təsirini də yoxlamalıdırlar. Beləliklə, AİB‐nın
7 Sosial təminat sistemi proqramları ehtiyacı olanların aşağı məvacibli işlə təmin olunması ilə yoxsulluğun azaldılmasına çalışır. Belə proqramlardan çox vaxt böhran zamanı böyük sayda yoxsul əhalinin işsiz olduğu zaman istifadə edilir.
8
Özəl Sektorun İnkişafı Strategiyası yoxsulluğun azaldılması istiqamətində münasib və birbaşa əlaqədar strategiyadır.
Bazarla hərəkətə gətirilən inkişaf prosesləri adətən infrastruktur və insan kapitalının artıq qabaqcıl olduğu daha zəngin yerləri faydalandırır. Daha yoxsul ərazilərdə, xüsusilə də həddən artıq işçi qüvvəsi olan kənd yerlərində dövlət tərəfindən sərmayə qoyuluşu zəruridir. Eynilə, kənddə yoxsul təbəqəni və ya şəhərdə işsizləri əsas xidmətlərlə və fərdi əmək fəaliyyəti ilə məşğul olmaq imkanları ilə təmin etmək üçün xüsusi müdaxilələr edilməlidir.
Inkişafın sürətləndirilməsi üçün digər vacib yol regional və sub‐regional əməkdaşlıqdır ki, bu da daha geniş bazarlar, məhsuldarlığın artması hesabına iqtisadiyyat və əməyin bölünməsini təmin edir. Belə əməkdaşlıq məhdud imkanları olan kiçik ölkələr üçün xüsusilə əhəmiyyətlidir. Böyük Mekonq Sub‐regionunda AİB tərəfindən istiqamətləndirilən “inkişaf üçbucağı”nda8 və Mərkəzi Asiya respublikalarında olduğu kimi sub‐regional səviyyədə əməkdaşlıq daha çox fayda verir. Xəstəliklərə qarşı mübarizə (məsələn, vərəm, malyariya və HİV/QİÇS) və fikir mübadiləsi kimi digər yollarla da bu faydalı olur.
Təbii sərvətlər idarəçiliyi də daxil olmaqla ekoloji təhlillər davamlı iqtisadi inkişafda əsas ünsürlərdir. Əgər təbii mühit və resurslar qorunmasa, inkişafın ömrü qısa olacaqdır. Baxmayaraq ki, keçmişdə dəyən zərər güclü mənfəət güdən maraqların nəticəsində olmuşdur, yoxsulluq və əhalinin təzyiqi meşələrin qırılması, otlaqların tapdalanması və həddən artıq balıq ovları ilə birgə təhlükə yaradır. Kənd yerlərində yoxsul təbəqə çox vaxt deqradasiyanın artması nəticəsində resursların həssas idarə olunmasını tələb edən torpaqlarda yaşayır. Şəhər yerlərində yoxsul təbəqə isə əhali artıqlığı və çirkli yaşayış şərtləri nəticəsində xəstəliklərə düçar olur. Yoxsulluğun azaldılması strategiyaları ətraf mühit və təbii ehtiyatların keyfiyyət və səmərəliliyini artıran siyasət və tədbirlərlə müşayiət olunmalıdır.
Sosial inkişaf Iqtisadi inkişaf sosial inkişaf üzrə hərtərəfli proqramla müşayiət olunduqda yoxsulluğu səmərəli şəkildə azalda bilər. Nəzərdən qaçırılmış sahələri əhatə etmək üçün iqtisadi inkişafın bir qədər ünvanlanması vacibdir, beləliklə, sosial inkişaf hədəf götürülə bilər. Buna görə də hər bir ölkədə aşağıdakıları təmin edən hərtərəfli milli yoxsulluğun azaldılması strategiyası olmalıdır: (i) insan kapitalı üçün adekvat büdcə ayrılması, (ii) yoxsullar üçün əsas sosial xidmətlərin ünvanlanması; (iii) gender ayrı‐seçkiliyinin aradan qaldırılması, (iv) effektiv demoqrafik siyasət və (v) sosial müdafiə. Insan kapitalını inkişaf etdirməkdən əlavə, xüsusilə də təcrid olunmuş əhali üçün sosial kapitalın qüvvətləndirilməsi məqsəd kimi qarşıya qoyulmalıdır. Müvafiq olaraq, istiqamətləndirilmiş proqramların beş sahədə həyata keçirilməsi tələb olunacaqdır.
İnsan Kapitalının İnkişafı. İnsan kapitalı yoxsul təbəqə üçün əsas tövhədir. Onun inkişaf etdirilməsi yoxsulluqla mübarizədə fundamental əhəmiyyət kəsb edir. Hər bir insan ibtidai təhsil, ilk tibbi yardım və digər vacib xidmətlərlə təmin olunmalıdır. Belə xidmətlər təmin olunmasa, yoxsul təbəqə və onların uşaqlarının öz iqtisadi vəziyyətlərini düzəltmək və hətta cəmiyyətdə tam iştirak etmək imkanları az olacaqdır. Yoxsul təbəqənin əmək qüvvəsində və ümumiyyətlə cəmiyyətdə iştirakını effektiv artırmaq üçün alınan təhsilin münasibliyini, keyfiyyət və kəmiyyətini planlaşdırmaq vacibdir.
8 Bruney Darassalam‐İndoneziya‐Malayziya‐Filippin adaları‐Şərqi Asiya İnkişaf Ərazisi və İndoneziya‐Malayziya‐Tayland İnkişaf Üçbucağı kimi.
9
Demoqrafik Siyasət. Ailənin tərkibinin sayı və daimi yoxsulluq arasında əlaqə xüsusilə də kənd yerlərində güclüdür.9 Bir çox ölkələr uşaqların gələcəkdə münasib sərmayə ilə təmin olunacaqları səviyyəyədək əhali artımını azaltmağı düşünürlər. Bunu etmək üçün qadınların həyatının keyfiyyətini artırmaq və aşağıdakı məsələlərə yüksək prioritet vermək lazımdır: (i) qızlara ümumi təhsil vermək, (ii) reproduktiv səhiyyə qayğısı göstərmək və (iii) iqtisadi imkanları artırmaq.
Sosial Kapitalın İnkişafı. Sosial kapital cəmiyyətin strukturunu müəyyən edir, iqtisadi tərəqqinin sürətinə, onun mənfəətinin yayılma tərzinə güclü təsir göstərir. Faktiki olaraq, yoxsul təbəqənin sosial kapitalının gücləndirilməsi daha çox cəmiyyətin fəaliyyətində iştirak etmələri üçün onların imkanlarının artırılması deməkdir. Tarixi səbəblərdən, sosial birlik çox zaman zəif olur, bir çox icmalar sistematik sosial marginalizasiyadan əziyyət çəkir. Belə hallarda sosial və fizioloji zəiflik hisslərini aradan qaldırmaq, səlahiyyətlərin verilməsi hissini tərbiyə etmək, iştirakçı institutlar qurmaq üçün güclü, profilaktik siyasətlər tətbiq etmək lazımdır. Mikro‐maliyyə, səhiyyə və təbii sərvətlərin idarə olunması sahəsində icma əsaslı qrupların təşviq edilməsi bu istiqamətdə ilk vacib addımdır. Ayrı‐seçkiliyə qarşı qanunvericilik, torpaq islahatı, mülkiyyət və torpaq sahibliyi haqqlarının təmin edilməsi, istifadəçi qrupların hüquqi tanınması, açıq ədliyyə sistemləri vasitəsilə sosial kapital və daha bölünməz cəmiyyət təşviq edilə bilər. Etnik azlıqlara gəldikdə isə xüsusi təhsil proqramına, özü idarə olunan səhiyyə və digər xidmətlərə ehtiyac ola bilər.
Gender və İnkişaf. Bir çox cəmiyyətdə qadınlar qeyri‐uyğun şəkildə yoxsulluqdan əziyyət çəkir, həyat üçün vacib nemətlərdən sistematik surətdə məhrum olurlar. Beləliklə, qadınların vəziyyətinin yaxşılaşdırılması yoxsulluğun prioritet sahəsini ünvanlayır, səhiyyə və sosial təminat sahəsində xərclərin azalması, daha aşağı doğum sayları, analıq və uşaq ölümü normalarının nəticələri barədə vacib sosial‐iqtisadi məlumatlar verir. Qadına səs vermək, onun tam iştirakını təşviq etmək cəmiyyətin ümumi inkişafına vacib tövhə edir. Mikro‐maliyyə (Əlavə 2), su və çirkab suların təmizlənməsi, ətraf mühitin bərpasını əhatə edən yoxsulluğun azaldılması proqramları daim qadınların tam iştirakından əldə olunan əhəmiyyətli faydaları nümayiş etdirir (Çərçivə 1).
Çərçivə I: Gender və Yoxsulluq
Dünyada yoxsul əhalinin təqribən üçdə ikisi Asiya və Sakit okean regionundadır. Regionda
yoxsul təbəqənin üçdə ikisi qadınlardır. Kənd yerlərində yaşayan qadınlar arasında yoxsulluq xüsusilə yüksək səviyyədədir.
Yoxsul ailələrdə əmək və ailənin rifahı sahəsində cavabdehliklərin gender bölgüsü o deməkdir ki, yoxsulluğun ağırlığı qadınların üzərinə düşür. Təhsil, səhiyyə qayğısı, iqtisadi iştirak və gəlirlər sahəsində gender qeyri‐bərabərliyini nəzərə alsaq, ən zəif kateqoriya qadınlardır.
Yoxsulluq içində yaşayan qadınların sayı kişilərin sayı ilə müqayisədə son on ildə qeyri‐uyğun şəkildə artmışdır. Iş axtarışında kişilərin miqrasiyası, bunun nəticəsində ailə strukturunda baş verən dəyişikliklər xüsusilə də öhdəsində bir neçə ailə üzvü olan qadınların üzərinə əlavə yük qoymuşdur. Asiya və Sakit okean regionunda qadınların başçılıq etdiyi ailə təsərrüfatlarının proporsiyası 20‐40 faiz arasındadır.
Yoxsulluğun artan feminizasiyası hazırda yaxşı tanınmış tendensiyadır. Bu Asiyada baş vermiş son Asiya böhranı ilə (burada da sabitləşdirmə proqramları qadınların çətinliklərini daha da çətinləşdirməyə meyl edir) və siyasi, iqtisadi və sosial formalaşmanın qısa müddətli nəticəsi
9 Demoqrafik Siyasət Sənədi: Əhali Sektoruna Bank Yardımının Strukturu, iyul 1994‐cü il.
10
kimi keçid dövründə olan iqtisadiyyatda daha da güclənmişdir.
Yoxsul təbəqədə qadınların qeyri‐uyğun sayı insan və sosial inkişaf sahəsində ciddi maneələr törədir, çünki bu qadınların da uşaqları yoxsulluq və əlverişsiz şərtlər silsiləsini təkrar olaraq keçəcəklər. Qadınların siyasi, hüquqi, mədəni, iqtisadi və sosial statusunun təkmilləşdirilməsi beləliklə yoxsulluq tələsinə düşməməsi üçün əsas şərtdir.
Sosial Müdafiə. Hər cəmiyyətdə yaş, xəstəlik, əlillik, təbii fəlakətlərdən sarsılma, iqtisadi böhranlar və ya vətəndaş münaqişəsinə görə zəif olan adamlar vardır. Riskləri daha yaxşı idarə etmək və iqtisadi təhlükəsizliyi təmin etməkdə fərdlərə, ev təsərrüfatları və icmalara yardım etmək üçün sosial müdafiəyə proqramlar silsiləsi daxildir. Yaşa görə təqaüd, işsizlik və əlillik sığortası, fəlakət, iqtisadi böhran və ya vətəndaş müharibəsinin təsirini aradan qaldırmaq üçün sosial təhlükəsizlik sistemləri belə proqramlara daxildir. Buna eləcə də əmək qüvvəsinin mobilliyi və əmək standartlarının tətbiqini yaxşılaşdırmaq istiqamətində tətbiq edilən siyasət də daxildir.
Düzgün idarəetmə İdarəçiliyin keyfiyyəti yoxsulluğun azaldılması üçün vacibdir. Düzgün idarə etmə ictimai iştirak və yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönələn siyasəti, eləcə də sabit makro‐iqtisadi idarəçiliyi təşviq edir. Bu, dövlət vəsaitlərinin şəffaf istifadəsini təmin edir, özəl sektorun inkişafını təşviq edir, ictimai xidmətlərin effektiv göstərilməsini dəstəkləyir, hüquq norması yaratmağa yardım göstərir. Səmərəli və məhsuldar daxili sərmayə qoyuluşunu təşviq etmək, yoxsul təbəqənin real gəlirlərini qorumaq üçün inflyasiyanı aşağı səviyyədə saxlamaq düzgün makro‐iqtisadi çərçivə üçün zəruridir. Eynilə, bu, faiz dərəcəsi və valyuta kursunda kapital xərclərini süni olaraq azaldan və əmək qüvvəsinin istifadə olunmasına mane olan təhriflərə yol vermir. Dövlət xərclərinin düzgün idarə olunması maliyyə intizamı, iqtisadi inkişaf və bərabərlik baxımından əhəmiyyətlidir. Effektiv və qabaqcıl vergiqoyma sistemi, ibtidai təhsil, ilk tibbi yardım və digər ictimai xidmətlərin göstərilməsi sahəsində müvafiq büdcə ayırmaları vasitəsilə bərabərliyə nail olmaq olar. Maliyyə sektorunun effektiv tənzimlənməsi və yoxlanması əmanətçilərin qorunması, rəqabətin böyüməsi, səmərəliliyin artması, cəmiyyətin bütün üzvləri tərəfindən maliyyə vəsaitlərinin istifadə olunması imkanının böyüməsi üçün vacibdir. Asiya böhranının göstərdiyi kimi düzgün idarə etmə artan liberalizasiya və qlobalizasiya dövründə iqtisadi böhranlardan qaçmaq və ya təsirini azaltmaq üçün də böyük əhəmiyyət kəsb edir.
Dövlət sektoru tərəfindən əsas xidmətlərin effektiv və səmərəli göstərilməsi yoxsul təbəqə üçün daha çox əhəmiyyət kəsb etdiyindən, zəif idarə etmə onlara qeyri‐uyğun şəkildə zərər vurur. Dövlət sektorunda qeyri‐səmərəlilik, korrupsiya və israfçılıq nəticəsində ictimai xidmətlərin və yoxsulluğa qarşı ünvanlı proqramların lazımi səviyyəsini və keyfiyyətini təmin etmək üçün vəsait azalır. Halbuki, yoxsul təbəqəyə əsas xidmətlərin göstərilməməsi tək sərmayə qoyuluşunun olmamasından irəli gəlmir. Çox zaman bu, aşağıdakıların nəticəsində baş verir: (i) maliyyə cavabdehliyi olmayan institusional strukturlar, (ii) yerli elitaların hökmranlığı, (iii) geniş yayılmış korrupsiya, (iv) mədəni səviyyədə şərtləşdirilmiş qeyri‐bərabərlik və (v) yoxsul təbəqənin iştirak etməməsi. Belə problemlər olduqda zəif idarəetmədən yoxsul təbəqə üçün cavabdeh olan idarəçiliyə keçmək üçün sistematik dəyişikliklər edilməlidir. Belə dəyişikliklər etmək çətindir, çünki yoxsul təbəqəni təcrid edən mövcud şərtlər mövcud iqtisadiyyat və səlahiyyət baxımından qeyri‐bərabərlikdə əks olunur. Qeyri‐bərabərliklə mübarizə aparılmasa, yoxsul təbəqənin yaşayış səviyyəsini qaldırmaq çətin olacaqdır.
11
Fəaliyyət iki səviyyədə aparılmalıdır. Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş inkişafı və sosial inkişafı təşviq etmək üçün milli səviyyədə dövlət idarəçiliyi və xərclərin idarə olunması qüvvətləndirilməlidir. Eyni zamanda ictimai xidmətlərin göstərilməsi üzrə cavabdehlik hökumətin ən aşağı münasib səviyyəsinə ötürülməlidir. Təəssüf ki, yerli hökumətlərdə institusional potensial zəif olmağa daha meyllidir. Buna görə də hakimiyyətin ötürülməsi mərhələlərlə ola bilər. Yaxşı olar ki, proses ibtidai təhsil və ilk tibbi yardım kimi prioritetlərdən başlasın. Uzun müddətli məqsəd yoxsul təbəqəyə səlahiyyətlərin verilməsi və yerli səviyyədə iştirakı və cavabdehliyi təşviq edən institusional tədbirlərin inkişaf etdirilməsi olmalıdır (Çərçivə 2).
Bu məqsədin əldə olunmasında, eləcə də ümumiyyətlə yoxsulluğun azaldılması cəhdlərində müxtəlif iştirakçı tərəflər cəlb edilmişdir. Hökumət və özəl sektordan başqa, vətəndaş cəmiyyəti təşkilatlarının rolu vacib olmalıdır. Çoxlu sayda fəal və tez reaksiya verən həm milli, həm də beynəlxalq Qeyri‐Hökumət Təşkilatları işin hazırlanmasına və ya yoxsul təbəqənin qanuni hüquqların mühafizəsinə cəlb olunmuşlar. Asiya İnkişaf Bankı belə qeyri‐hökumət təşkilatlarının təcrübəsi və perspektivlərindən faydalanmaq, yoxsul və zəif qruplarla yaxınlıqlarından istifadə etmək üçün onlarla əməkdaşlıq etməyə can atır.
Çərçivə 2: İdarəçilik və Yoxsulluğun Azaldılması arasında Əlaqə
İndoneziyada son maliyyə böhranı xüsusilə də yoxsul təbəqə üçün külli miqdarda
problemə səbəb oldu. Bu fövqəladə vəziyyətə dair reaksiyasında Asiya İnkişaf Bankı tək yoxsul təbəqənin üzləşdiyi çətinliklərin azaldılmasında Hökumətə yardım etmədi, eləcə də köhnə idarəçilik məsələlərini həll etməyə çalışdı. Yerli Hökumət və İcmanın Dəstəklənməsi Sektorunun İnkişafı Proqramı səlahiyyətlərin mərkəzdən kənarlaşdırılması və yerli hökumətdə mühüm islahatların aparılmasını təşviq edir. Əsas məqsəd ictimaiyyətin həqiqi iştirakı sisteminin qurulmasıdır ki, burada da keçmişdə olmayan şəffaflıq və maliyyə cavabdehliyi olsun. Yeni seçki qanunları çərçivəsində kəndlər yerli inkişaf planlaşdırması və onların icrası üçün üzərinə cavabdehlik götürən şuralar seçəcək, kəndin namizədləri rayon səviyyəsində icmanın inkişaf forumunu idarə edəcəklər.
Yoxsulluğa təsirin maksimuma çatdırılması üçün proqram çərçivəsində böhrandan daha çox zərər çəkmiş 35 rayon və 6.000 kəndə xüsusi diqqət yetirilir. Verilən vəsaitlər yerli icma təşkilatlarına yüksək prioritetə malik kiçik miqyaslı infrastruktur layihələrini müəyyən etməyə imkan verir ki, bunlar da uzun müddətli icma resurslarını təmin edir, yoxsullar üçün təcili olaraq məşğulluq imkanları açır. Belə sub‐layihələrin hazırlanması və idarə edilməsində yerli icmalar səlahiyyət və qərarların qəbul edilməsində cavabdehlik hiss edirlər. Sosial keçidlərin mürəkkəb və potensial baxımdan təhlükəli olduğunu anlayaraq, vasitəçilər kəndlilərə yeni imkanlardan istifadə etməkdə inamlı olmağa yardım edəcəklər. Proqramda yardım, qərarların qəbul edilməsi və məşğulluqda qadınların minimum iştirak dərəcəsi də müəyyən edilir.
12
STRATEGIYA
Asiya İnkişaf Bankı əməliyyatlarının bütün aspektlərinin yoxsulluq prinsipindən irəli gəldiyini təmin etmək üçün Asiya İnkişaf Bakı əvvəlki bölmədə təsvir edilmiş çərçivəni hərtərəfli strategiyaya çevirməlidir. Növbəti bölmələrdə bu çərçivənin üç prinsipinin fərdi ölkələrdə siyasi islahatlar proqramlarını, sərmayə layihələrini və potensial quruculuğunu necə dəstəklədikləri təsvir edilir. Əsas məqsədini güdməklə, Yoxsulluğun Azaldılması Strategiyası Asiya İnkişaf Bankının Uzun Müddətli Strateji Çərçivəsi üçün hərəkətverici qüvvə olacaqdır.
YOXSULLUĞUN TƏHLILI Yoxsulluğun səbəb və mahiyyəti ölkədən ölkəyə fərqləndiyi üçün hər ölkədə yoxsulluğun azaldılması üçün maneə və imkanların hərtərəfli tədqiq edilməsi başlanğıc nöqtə olmalıdır. Strategiya 21 (Əlavə 1) və Sosial İnkişaf üzrə Fəaliyyətin Gündəliyi çərçivəsində razılaşdırılmış sektor üzrə yoxsulluq hədəflərinin, sonra isə əsas sektor strategiyalarının icmalı yoxsulluğun təhlilində ilk tapşırıq olacaqdır. Bu, yoxsulluğun mahiyyətini, dərəcə və yayılmasını, makro‐iqtisadi siyasətin bölüşdürücü effektlərini, dövlət xərclərinin mərkəzi və səmərəliliyini, hökumət proqram və təşkilatlarının effektliliyini anlamağı tələb edəcəkdir. Asiya İnkişaf Bankı digər iştirakçı tərəfləri təhlilə cəlb edəcək, hökumət və donor icması tərəfindən artıq hazırlanmış hərtərəfli məlumatlara əsaslanacaqdır.
Makro səviyyədə belə təhlildən başqa, yoxsul təbəqəni çoxluq təşkil edənlərə və coğrafi və ya sosial faktorlara görə təcrid olanlara ayırmağa yardım etmək üçün yerdə tədqiqatlar aparılacaqdır. Bu qrupların hər biri üzrə yoxsulluğu əsaslandıran faktorlar, onların dəyişən ehtiyacları, tələbləri və ola bilsin cavab nümunələri müəyyən ediləcəkdir. Aşağı səviyyədə idarəçiliyin keyfiyyətinin qiymətləndirilməsi də tələb olunacaqdır. Burada əsas xidmətlərin keyfiyyəti və təminatı, yoxsulluğun azaldılması proqramları və hüquq sistemləri haqda qısa məlumat almaq üçün vətəndaş cəmiyyətinin rəhbərləri ilə iştiraklı qiymətləndirmələr və məsləhətləşmələr aparılacaqdır.
Bu analitik proses vasitəsilə yoxsulluğu sürətlə azaldacaq siyasətlərin hazırlanması və qurumların inkişaf etdirilməsində hökumətin cəhdlərini dəstəkləmək üçün Asiya İnkişaf Bankının resurslarından istifadə ediləcəkdir. Vətəndaş cəmiyyəti və özəl sektorun artan əhəmiyyəti baxımından onların bu təhlildə tam iştirakı vacibdir. AİB‐nın ərazi bölmələri birgə fikrin olmasını təmin edəcəkdir. AİB‐nın rəhbər işçiləri prosesdə birbaşa iştirak edəcək, onun keyfiyyəti üçün cavabdeh olacaqlar.
Asiya İnkişaf Bankı anlayır ki, işin böyük hissəsi regionda aparılır, bir çox borc alan ölkələrdə yoxsulluğun azaldılması və monitorinq üzrə yaxşı hazırlanmış strategiyalar var. Bəzi hallarda strategiyalar digər xarici qurumların yardımı ilə hazırlanmışdır.10 Bir çox ölkələrdə vətəndaş cəmiyyəti də fəal olub, aşağı səviyyədə yoxsulluq məsələlərinə dair toplanmış məlumatlara və biliyə malik olur. Öz təhlilində Asiya İnkişaf Bankı bu bilik orqanından və özünü doğrultmuş metodlardan istifadə edəcəkdir. AİB eləcə də məlumat toplanması və idarəçiliyin, yoxsulluğun monitorinqinin, ictimaiyyətin iştirakı ilə elmi‐tədqiqatın və yoxsulluğun təhlilinin qüvvətləndirilməsini dəstəkləyəcəkdir. Sakit okeanda ada üzvləri ilə
10 Bir çox ölkələrdə Dünya Bankı və BMT‐nin İnkişaf Proqramı yaşayış standartlarının qiymətləndirilməsi və digər sahələrdə hərtərəfli tədqiqatlar aparmışlar.
13
birgə AİB yoxsulluğun təhlili üçün potensial quruculuğu sahəsində aparıcı rol oynayacaqdır. Öz bilik resursları cəlb olunduğundan, Asiya İnkişaf Bankı borc alan ölkələrin hər birində yoxsulluq üzrə məlumat bazasının qurulması üçün proqramını sürətləndirir. Bu təcrübə əldə olan məlumatlarda boşluqları göstərir. İştirakçı ölkələr və digər qurumlarla mümkün hallarda əməkdaşlıq etməklə bu boşluqları doldurmaq üçün tədbirlər görüləcəkdir.
Yoxsulluğun azaldılması da AİB Təşkilatının iş proqramının əsas fokusu olacaqdır. Təşkilat xüsusilə də regionda iqtisadi və sosial inkişaf, yoxsulluğun azaldılması üzrə uzun müddətli strategiyalar üçün analitik baza təmin edəcəkdir.
Ölkə strategiyaları Hökumət ‐ əsas iştirakçı tərəfin formalaşdırıb, idarə edəcəyi yüksək səviyyəli forumda yoxsulluğun təhlili zamanı əldə edilən məlumatlar müzakirə ediləcəkdir. Qeyri Hökumət Təşkilatları və icma əsaslı təşkilatlar, özəl sektor, Asiya İnkişaf Bankı və digər donorlar da bu prosesdə iştirak edəcəklər. Forumun məqsədi yoxsulluğun səbəb və təsirini, yoxsulluğa daha çox təsir göstərən tədbirləri müzakirə etməkdir. Nəticədə yoxsulluğun azaldılması hədəflərinin əldə edilməsi üçün nəyin zəruri olduğunu anlamaqdır.
Asiya İnkişaf Bankının ölkə üzrə operativ strategiyası yoxsulluğun təhlili və yüksək səviyyəli forumun işindən irəli gələn prioritetlər əsasında formalaşdırılacaqdır. Strategiyada siyasi islahatlar və sektorların vurğulanması da daxil olmaqla, təhlil veriləcək, fokus sahələr müəyyən ediləcəkdir. Burada eləcə də Asiya İnkişaf Bankı və digər qurumların proqramlarının müqayisəli üstünlüyü nəzərə alınacaqdır.11
Ölkə üzrə operativ strategiyanın təhlilini və fokusunu təsdiq etmək üçün Hökumət və Asiya İnkişaf Bankı arasında tərəfdaşlıq sazişi bağlanacaqdır. Hökumət, vətəndaş cəmiyyəti və maliyyələşdirən qurumların yardımı əsasında, saziş yoxsulluğun azaldılması üzrə uzun müddətli perspektivləri və razılaşdırılmış hədəfləri müəyyən edən davamlı tərəfdaşlığı rəsmiləşdirəcəkdir. Əldə edilmiş tərəqqinin yoxlanması üçün zəruri olan əsas göstəriciləri və institusional mərhələləri vurğulamaqla icranın nəzərdən keçirilməsi üçün sazişə mexanizmlər də daxil ediləcəkdir.12 İcranın Asiya İnkişaf Bankının resurslarının ayrılması ilə əlaqələndirilməsi ilə tərəfdaşlıq sazişi sıx əlaqədar olacaqdır.
Asiya İnkişaf Bankının ölkəyə yardım planları tərəfdaşlıq sazişlərinin xüsusi tədbirlərdə tətbiq edilməsini həyata keçirəcəkdir. Illik hazırlanan planlar hər üç ildən bir hər borcalan ölkə üçün kredit və yardım proqramını müəyyən edir. Şəkil 1‐də Asiya İnkişaf Bankının əməliyyat mərhələsinin necə işləyəcəyi göstərilir.
11 Asiya İnkişaf Bankının ölkə üzrə operativ strategiyaları hər dörd ildən bir hazırlanır. 2000‐ci ildən başlayaraq, ölkə üzrə bütün yeni strategiyalar göstərilmiş tərzdə hazırlanacaqdır. Yenilikcə operativ strategiyaları başa çatmış borc alan ölkələr üzrə Asiya İnkişaf Bankının yoxsulluğun azaldılması üzrə əsas məqsədinin əks olunması üçün müvafiq dəyişikliklər aparılacaqdır. Bu məqsədlə ətraflı yoxsulluq profilləri hazırlanacaq, ölkə strategiyasına, eləcə də ölkəyə yardım planına düzəlişlərin edilməsi işini istiqamətləndirəcəkdir. 12 Yoxsulluğun azaldılması üzrə hədəflər müvafiq yoxsulluq göstəricilərində lazım olan xüsusi təkmilləşdirmələrə bölünəcəkdir.
14
15
Asiya İnkişaf Bankının daimi nümayəndəlikləri tərəfdaşlıq sazişində müəyyən edilmiş göstəricilər və mərhələlərin yoxlanmasında əsas rol oynayacaqlar. Daimi nümayəndəliklər eləcə də iştirakçı tərəflər və vətəndaş cəmiyyəti təşkilatları ilə yoxsulluğun azaldılması üzrə razılaşdırılmış hədəflərə çatmaqda əldə edilən tərəqqi sahəsində daim qarşılıqlı fəaliyyət göstərəcəklər.
LAYIHƏNIN TIPOLOGIYASI Asiya İnkişaf Bankının verdiyi bütün kreditlər və göstərdiyi texniki yardımın yoxsulluğun azaldılmasına tövhə edəcəyi gözlənilir. Müvafiq olaraq, yoxsulluğa təsirin xüsusilə qiymətləndirilməsi bütün təkliflərə daxil olacaq, hər təklif üzrə məntiqi çərçivə son məqsəd kimi yoxsulluğun azaldılması ilə başlanacaqdır. Layihə və ya proqramlar (i) yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasını sürətləndirmək və ya (ii) birbaşa yoxsulluğu ünvanlamaq üçün planlaşdırıla bilər.
Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına müdaxilələr zamanı geniş iqtisadi inkişafda olan maneələr ünvanlanmalıdır. Siyasət əsaslı kreditlər siyasi və institusional zəifliklərin aradan qaldırılması üçün istifadə ediləcəkdir. Infrastruktura sərmayə qoyuluşu hallarında isə Asiya İnkişaf Bankı yoxsulluğa daha böyük təsir göstərən layihələrə prioritet verəcəkdir. Buna layihələrin yoxsul ərazilərdə yerləşdirilməsi və ya yoxsul təbəqənin layihə fəaliyyətində daha çox iştirak etməsini və ya onun göstərdiyi xidmətlərlə daha çox təmin edilməsi üçün xüsusi komponentlər daxil ola bilər.
Yoxsulluğa müdaxilələr yoxsul təbəqəni tənasübsüz şəkildə faydalandırmaq üçün planlaşdırılmalıdır. Onların bəziləri sosial sektorlarda həyata keçirilə bilər, bəziləri isə kənd yerlərində kənd təsərrüfatı və infrastruktur layihələri, eləcə də ətraf mühitin qorunması layihələri ola bilər. Bu layihələr siyasət və qurumlarda əsas zəiflikləri ünvanlayacaq, eyni zamanda (i) təhsil, səhiyyə və digər əsas xidmətlərin göstərilməsi, (ii) yerlərdə və ya yoxsulluğun qeyri‐uyğun şəkildə yüksək olduğu icmalar arasında gəlir və məşğulluq imkanlarının yaradılması və/və ya (iii) yoxsul əhali və ya zəif qrupların riskinin zəiflədilməsi yolu ilə yoxsul təbəqəni dəstəkləyəcəkdir. Belə layihələrin təyinedici səciyyəsi onların benefisiarlara qayğı göstərmələridir: layihə benefisiarları arasında yoxsul əhalinin proporsiyası ölkənin bütün əhalisində olan proporsiyasından çox böyük olub, heç zaman 20 faizdən az olmur. Yoxsulluğa müdaxilələrin təsnifləndirilməsi üçün milli və kənd yoxsulluq həddləri tərəfdaşlıq sazişində müəyyən edilməlidir.
Əsas layihə müdaxilələri ifrat yoxsulluqla mübarizə aparmaq üçün xüsusilə planlaşdırılmış yoxsulluq müdaxilələrinin sub‐kateqoriyası olacaqdır. Onlar benefisiarların çoxunun yoxsulluq həddindən aşağı səviyyədə olduğundan əmin olmaq məqsədini daşıyacaqlar. Belə layihələr çox zaman daha kiçik, tədrici, hazırlanması və yoxlanması baxımından daha bahalı olub, digər layihələrdən daha böyük riskə məruz qalırlar. Lakin daha çətin yoxsulluq problemləri üçün həll yollarını tapmaq üçün əlavə səylərin göstərilməsi vacibdir.13
13 Çətin yoxsulluq problemlərinə eyni zamanda həm fiziki, həm də sosial təcridə məruz qalan icmaları, yəni uzaq, ehtiyatlarla zəngin olmayan regionlarda yaşayan aşağı sinif və ya etnik azlıqları göstərmək olar.
16
PROQRAM VƏ KREDIT VERMƏ HƏDƏFLƏRI Borc alan ölkə ilə tərəfdaşlıq sazişi ilə AİB‐nın yardım proqramı bir araya gələcəkdir. Tərəfdaşlıq sazişi siyasi dialoqlar, texniki yardım və xüsusi tədqiqatlar daxil olmaqla kredit vermə və kredit verməmə instrumentlərini həyata keçirəcəkdir. Asiya İnkişaf Bankının fəaliyyət proqramının belə tərkibi ölkəyə yoxsulluğun azaldılması hədəflərinə çatmağa yardım etmək məqsədini daşıyır. Birgə götürdükdə fərdi ölkələrlə tərəfdaşlıq sazişləri AİB‐nın proqram məqsədləri və kredit vermə planlarının ümumi mənzərəsini təsvir edəcəkdir. Bu hərtərəfli proqram çərçivəsində Asiya İnkişaf Bankının tələb olunan kredit vermə tərkibinə yoxsulluğa müdaxilə üzrə bütün dövlət sektorunun 40 faizdən azını daxil edəcəkdir. 40 faizin belə hədəfə alınması da belə bir ehtimala əsaslanır ki, güzəştli vəsaitlərin müvafiq səviyyəsi AİB‐nın sərəncamında olmağa davam edəcəkdir.
İndiyədək Asiya İnkişaf Bankı öz layihələrinin ən azı 50 faizinin və verilən kreditlərin 40 faizinin iqtisadi inkişafdan başqa məqsədlər daşıyan layihələr çərçivəsində verilməsini təmin etmişdir. Bu hədəflərin əldə edilməsini yoxlamaq üçün layihələr insan inkişafı, yoxsulluğun azaldılması, qadınların inkişafı və ətraf mühit üzrə ilkin və ikinci dərəcəli məqsədlərə uyğun olaraq təsnifləndirilmişdir. Hazırda əsas məqsədi yoxsulluğun azaldılması olan Asiya İnkişaf Bankının inkişaf məqsədlərinin ierarxiyası dəyişmiş, təsnifləndirmə sxemi yenidən işlənməlidir.
AİB‐nın yoxsulluğun azaldılması sahəsində cəhdləri hazırda dayandırılmışdır, çünki bəzi ölkələr güzəştli vəsaitlərdən istifadə edə bilmirlər (Çərçivə 3). Bu maneəni azaltmaq və bu ölkələrdə yoxsulluğun azaldılmasına görə verilən kreditləri artırmaq üçün cəhdlər göstərmək lazımdır.
Çərçivə 3: Çin Xalq Respublikası və Hindistanda Yoxsulluğun Azaldılması
Regionda yoxsul əhalinin təqribən 80 faizi tək iki ölkədə ‐ Çin Xalq Respublikası (ÇXR)
və Hindistanda yaşayır. Asiyada yoxsulluğun azaldılmasına yardım bu iki ölkədə yoxsulluqla mübarizəni daxil edir. Lakin AİB‐nın bu ölkələrə göstərdiyi yardımın nisbətən kiçik miqyasını (ÇXR‐da dövlət sərmayələrinin 1 faizinin yarısından az) oradakı geniş miqyaslı yoxsulluqla əlaqələndirmək asan məsələ deyildir. Əlavə problem bu ölkələrin aşağı kapital gəlirləri olan (dövlət gəlirləri yüksək olsa da) layihələr üçün güzəştsiz vəsait borc almağa könülsüz olmalarıdır.
Bu çətinliklərə baxmayaraq, AİB‐nın ÇXR və Hindistanda portfeli sosial və yoxsulluq parametrlərinə qarşı laqeydlik etmir. ÇXR‐da AİB‐nın dəstəklədiyi infrastruktur layihələrinin yeri daha çox sahil zolağından daxili ərazidə yoxsul dairələrə köçürülür. ÇXR‐da dövlət müəssisələrinin yenidən qurulması prosesi getdiyindən şəhərdə yoxsulluğun artması gözlənilir. AİB‐nın maliyyələşdirdiyi tədqiqat ölkədə şəhər yerlərində yoxsulluğu qiymətləndirəcək, müvafiq cavab reaksiyalarının müəyyən edilməsində Hökumətə yardım edəcək, AİB‐nın yardım edə biləcəyi həll yollarını təklif edəcəkdir.
Hindistanda AİB‐nın yoxsulluğu və ya ətraf mühitlə bağlı məqsədlərin ünvanlanması sahəsində dəstəklədiyi layihələr tikintinin maliyyələşdirilməsi daxil olmaqla şəhərin inkişafı sub‐sektorunda olmağa daha meyllidir. Lakin ölkə hökumətlərinə kreditlərin verilməsi tendensiyası (məsələn, Qucarat və Madya Pradeş) AİB‐nın Hindistan portfelinin yoxsulluq fokusunun gücləndirilməsi üçün böyük potensial təklif edə bilər. Hər halda, AİB‐nın ÇXR və Hindistanda (AİB‐dan güzəştsiz kredit alan digər ölkələrdə) yoxsulluğun azaldılmasına göstərdiyi yardımın hazırkı səviyyəsi sınaq olub, yeni kredit vermə instrumentlərinin hazırlanmasına çağırır.
17
Qısa müddətli Orta müddətli Uzun müddətli
Düzgün İdarəetmə
Sosial İnkişaf
Şəkil 2: Yoxsulluğun Azaldılması Matrisası
Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş, Davamlı İqtisadi İnkişaf
Yoxsulluğun Azaldılması
Kənd Təsərrüfatı və Kənd yerlərinin inkişafıƏtraf Mühit və Təbii Sərvətlərin İdarə olunmasıNəqliyyat, Kommunikasiyalar, Energetika və Maliyyə
İştirakçı Tərəflərin İştirakı
Dövlət xərclərinin idarə olunmasıSəlahiyyətlərin mərkəzdən kənarlaşdırılması
Səhiyyə və TəhsilSu Təchizatı və Şəhərin İnkişafı
Sosial Müdafiə
MüdaxilələrStrateji Mərhələlər
Özəl Sektorun İnkişafıRegional Əməkdaşlıq
LAYIHƏLƏRIN SEÇILMƏSI Seçmə prosesində Asiya İnkişaf Bankı yoxsulluğun azaldılması baxımından ən böyük nəticə vəd edən layihələrə üstünlük verəcəkdir. Bu məqsədlə strateji çərçivənin hər üç mərhələsi hər bir ölkəyə təklif edilmiş yardım kompleksinin bir hissəsi olacaqdır. Şəkil 2‐də mərhələlərin bütün proqrama necə təsir göstərdiyi yollar təsvir edilir.
Asiya İnkişaf Bankı qəbul edir ki, yoxsulluğa müdaxilə istiqaməti və daha çox inkişaf meylli sərmayələrin nə dərəcədə vurğulanmalı olduğuna dair fərdi ölkələrin qərar verməsi çox zaman çətin olur. Yoxsulluğun azaldılması istiqamətində keçmişdəki icraat zəif olduqda və / və ya qeyri‐bərabərlik artdıqda, idarəçilik və sosial inkişafa xüsusi diqqət verilməlidir. Vacib islahatların aparıldığı və ya aparılmaqda olduğu ölkələrdə inkişaf meylli sərmayələr yoxsulluğu azaldacaqdır. Layihələr arasında seçim etdikdə AİB xüsusi qiymətləndirmə metodikalarından istifadə edəcəkdir.14 Eyni zamanda müxtəlif sektorlarda sərmayələrin yoxsulluğa təsirinə də diqqət yetiriləcəkdir (Çərçivə 4). Bu vacib sahədə anlaşmanı artırmaq üçün AİB öz analitik işini gücləndirəcəkdir ki, yoxsulluğun azaldılması üçün daha optimal şərtlərlə yardım təklif edə bilsin.
Hər ölkədə layihələr kompleksi və onların təbiətinə yoxsulluğun təhlili forma verəcəkdir. Bu, AİB‐nın tək simptomları deyil, real maneələri aradan qaldırmasını təmin edəcəkdir. Məsələn, aclıq və ya savadsızlıq dövlət səhiyyə və ya təhsil sistemində qeyri‐adekvat sərmayə qoyuluşu nəticəsində ola bilər, Lakin (eynilə) buna səbəb sosial təcrid, gender ayrı‐seçkiliyi və ya yerli idarəçiliyin zəifliyi də ola bilər. Yekunda, müdaxilələr planlaşdırıldıqda yoxsul əhali ilə onların prioritet və üstünlüklərinin düzgün ünvanlanması üçün məsləhətləşmələrin aparılması vacibdir.
14 Metodikalara benefisiarın əhatə dairəsi və gəlirlərin paylanması qiymətləndirmələri daxildir. Bu metodikalar subsidiyalaşdırılan xidmətindən (yəni, səhiyyə klinikalarının) istifadə tezliyinin istifadəçinin gəlir səviyyəsi ilə əlaqələndirilməsi üçün istifadə edilir.
18
Çərçivə 4: Banqladeşdə Yoxsulluğun Azaldılması Cəhdlərinin Prioritetləşdirilməsi
Asiya İnkişaf Bankı inkişaf sahəsində göstərilən cəhdlərin nəticəsini nəzərdən
keçirmək və onların yoxsulluğa potensial təsirini qiymətləndirmək üçün təzəlikcə tədqiqata başlamışdır. Əldə edilmiş məlumatlar – artan insan kapitalı yoxsulluğa ən böyük təsir göstərir, bundan sonra yollar və elektrik enerjisi kimi fiziki infrastruktura sərmayə qoyuluşu, daha sonra isə yüksək məhsuldarlı aqrar‐texnologiyanın yayılması istiqamətində göstərilən cəhdlər gəlir. Tədqiqat insan inkişafı və infrastrukturdan, infrastruktur və mikro‐maliyyədən əldə olunacaq uğuru vurğulamışdır. Kənd təsərrüfatı, infrastruktur və mikro‐maliyyə sahələrində olan inkişaf proqramları da yüksək potensial nümayiş etdirmişlər.
AİB‐nın Banqladeşdəki portfelinə nəzər saldıqdan sonra tədqiqat işarə edir ki, bir çox ənənəvi layihələrdə qadınların iştirakının artırılması üçün tədbirlər təklif edilir. Tədqiqat eləcə də əsas səhiyyə və qidalanma məsələlərinin AİB‐nın gələcək proqramlarında daha çox olmasını təklif edir. Tədqiqat Hökumət və ya vətəndaş cəmiyyəti tərəfindən güclü daxili rəhbərliyin olmadığı sektorlarda iştiraka qarşı xəbərdarlıq edir. Fərdi layihələrdə icranın uyğursuzluq qorxusu AİB‐nın daha çox siyasətə əsaslanmış kredit verməyə razılığı və bilikli qurumun olması tələbi ilə nəticələnmişdir.
ÇARPAZLAŞAN PRIORITETLƏR AİB layihələri hazırladığı yolla, eləcə də idarəçiliklə əlaqədar təşəbbüslər vasitəsilə düzgün idarəçiliyi təşviq edəcəkdir. Layihələrin müəyyən edilməsi və planlaşdırılması üzrə prosedurlar onları təmsil edən yoxsul təbəqə və vətəndaş təşkilatlarına səlahiyyət verilməsinə yardım edəcəkdir. Dövlət sektorundakı qurumlarla bütün sövdələşmələr məlumatın tam aşkar edilməsini təmin edəcək şəffaf prosedurlara əsasən aparılacaqdır. Bu eləcə də yoxsulluğun azaldılması üzrə prioritet və hədəflərin müəyyən edilməsində, layihənin birbaşa müəyyənləşdirilməsi və planlaşdırılmasında effektiv iştirakçı tərəflərin iştirakını tələb edəcəkdir. Xüsusi layihələr mərkəzi və yerli səviyyələrdə dövlət xərclərinin idarəçiliyini yaxşılaşdırmağa, maliyyə sahəsində səlahiyyətlərin mərkəzdən kənarlaşdırılması və yerli orqanlara səlahiyyətlərin verilməsi ilə hökumətin maliyyə cavabdehliyini artırmağa, maliyyə bazarları və kommunal xidmətlərin effektiv tənzimlənməsini inkişaf etdirməyə çalışacaqdır.
Müəssisələrin inkişaf etdirilməsi, infrastruktur və digər kommunal xidmətlərin böyüməsi, korporativ idarəçilik və maliyyə cavabdehliyinin təkmilləşdirilməsi yolu ilə özəl sektor yoxsulluğun azaldılmasına yardım edəcəkdir. Müəssisələrin inkişaf etdirilməsi özəl sektorda olan vasitəçi qurumlar vasitəsilə həyata keçiriləcəkdir. AİB özəl sektorun hazırda təcrid olunmuş qruplara daha çox maliyyə xidmətləri göstərməsi və onları marketinq sahəsində dəstəkləməsi üçün cəsarətləndirilməsi məqsədilə “çətin tapşırıqlar üçün vəsaitlər”15 də daxil olmaqla qabaqcıl metodları araşdıracaqdır. İnfrastrukturun təmin olunmasında və ictimai xidmətlərin göstərilməsində, yoxsul təbəqəni ünvanlayan layihələrdə iştiraklarını artırmaq üçün özəl operatorlara imkan verilə bilərdi. Tənzimləyici islahat zamanı özəlləşdirmə, icarəyə vermə, özəl sektor‐dövlət tərəfdaşlıq kimi sektor üzrə müəyyən metodlar tətbiq edilməlidir. 15 Çətin tapşırıqlar üçün vəsaitlər Birləşmiş Krallıq Hökumətinin idarə etdiyi kimi özəl sektor təşkilatlarının cəsarətləndirilməsi və onlara stimul verilməsi üçün planlaşdırılmışdır. Məqsəd bu təşkilatlara yeni və ehtimal ki, cəlbedici olmayan fəaliyyətlə məşğul olmaları riskini daha yaxşı qəbul etmələrinə kömək etməkdir.
19
AİB daha yaxşı korporativ idarəçiliyi və maliyyə cavabdehliyini təşviq etməklə məşğulluğun keyfiyyət və şərtlərinə təsir etməyə çalışacaqdır.
Regionda yoxsul əhalinin əksəriyyətini qadınlar təşkil edir. Bu, bütün sektorlarda siyasətə dəyişikliyin gətirilməsini və qadınlara sərmayə qoyuluşunu zəruri edir. Qadınlara təhsil, səhiyyə qayğısı, məşğulluq və maliyyə sahələrində xidmətlərin göstərilməsinə yönəlmiş sərmayələr AİB‐nın yoxsulluğun azaldılması sahəsində müdaxilələrinin böyük hissəsini təşkil edəcəkdir. Qadınların hədəf qrupu olduğu müstəqil layihələr və ya layihə komponentləri planlaşdırılıb, həyata keçiriləcəkdir. Nə qədər ki, struktur maneələri qadınların çıxış və iştirakına məhdudiyyət qoyur belə müdaxilələrin edilməsi tələb olunacaqdır. Mədəni ənənələrdə cinslərin seqreqasiyası olduqda və ya qadınların iqtisadi və sosial tədbirlərdə tam iştirak etmələri üçün onlara xüsusi yardımın göstərilməsi tələb olunduqda bu xüsusilə düzgün istiqamətdir. Qadınların vəziyyətinin yaxşılaşdırılması regionda yoxsulluğun azaldılması üzrə hər bir strategiyanın diqqət mərkəzidir.
Ətraf mühit baxımından davamlı inkişaf yoxsulluğun azaldılması üçün vacib olub, iqtisadi inkişafı təşviq edən, insan kapitalını gücləndirən (təmiz su və çirkab suların təmizlənməsi də daxil olmaqla), kənd təsərrüfatı istehsalını artıran, yoxsul təbəqənin həyat şəraitini təkmilləşdirən inkişaf strategiyaları ilə sıx əlaqədardır. Qadınlarla olduğu kimi, ətraf mühit baxımından müdaxilələr iqtisadiyyatın bütün sektorlarını əhatə etməlidir. Ətraf mühit sahəsində xüsusi məqsədləri olan müstəqil müdaxilələrdən başqa, bir çox vacib ekoloji məsələ digər inkişaf məqsədləri olan layihələr çərçivəsində ünvanlanır.
SEKTOR ÜZRƏ PRIORITETLƏR
Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı Regionda yoxsul əhalinin əksəriyyəti kənd yerlərində yaşayır. Onların həyat tərzi şəhər ərazilərində olan həyat tərzindən geriyə qalır. Urbanizasiyanın artmasına və böyük sayda yoxsulluğun azaldılması proqramlarına baxmayaraq, kənddə yoxsulların sayı bir çox ölkədə artmağa davam edir. Halbuki, kənd yerlərində davamlı iqtisadi inkişaf yeni iş yerlərinin açılmasına şəhərdə olduğundan daha çox təsir edir. Kəndin inkişafına ümumiyyətlə aşağı səviyyəli sərmayə qoyuluşu da nəzərə alınmaqla bu fakt AİB‐na yenidən kənd sektoruna cəlb olunması üçün aydın səbəbdir.16 Xüsusilə də AİB aqrar‐iqlim sahələrinin inkişafına daha böyük diqqət verəcəkdir ki, onlar yaşıl inqilab texnologiyasından kənarda qalmışlar. AİB kənd təsərrüfatı istehsalının bütün sahələrində səmərəlilik və məhsuldarlığın artırılması üçün vacib olan sosial, ekoloji və institusional faktorlara və əlaqədar qeyri‐təsərrüfat fəaliyyətinə daha böyük diqqət yetirəcəkdir. Eynilə, AİB kənd yerlərində özəl sektor fəaliyyətinin təşviqi üçün yeni yollar axtaracaqdır.
Kənd yerlərində yaşayan yoxsul təbəqə baxımından idarəçilik xüsusilə effektiv və tez reaksiya verən olmalıdır, çünki yoxsulluğun azaldılması proqramlarında hökumət qurumlarının dəstəyi vacibdir.Təəssüf ki, kənddə hökumət qurumları çox zaman potensial, öhdəliklərin götürülməsi və maliyyə cavabdehliyi baxımından zəif olurlar. Müvafiq olaraq, yoxsul təbəqənin (xüsusilə yoxsul qadınların) ictimai kapitalının institutlaşdırılması və genişləndirilməsi, ictimai qurumların maliyyə cavabdehliyinin təmin edilməsi üçün AİB Qeyri Hökumət Təşkilatları və istifadəçi qruplara ayırdığı diqqətini artıracaqdır. Eyni zamanda AİB kənddə yoxsulluğun azaldılması sahəsində daha səmərəli rol oynamaları üçün yerli
16 Asiyada Kənd Əraziləri: Yaşıl İnqilabdan Kənarda, AİB, 1999
20
hökumətlərin potensialını artırmağa cəhd göstərəcəkdir. Keçmişdə institusional potensial quruculuğu hökumət qurumlarında cəmləşmişdir, gələcəkdə sifarişçiyə, yəni icma əsaslı təşkilatlara, xalq təşkilatlarına və kooperativlərinə daha çox diqqət yetiriləcəkdir. Fokus mərkəzinin belə dəyişdirilməsi inkişafı aşağıdakı yollarla dəstəkləyir: (i) daha səmərəli informasiya və metodologiyanın ötürülməsi, (ii) mikro‐maliyyədə və genişləndirmə əməliyyatlarında xərclərin azaldılması, (iii) yerli inkişaf təşəbbüslərinin müəyyən edilməsi və onlar üçün resursların səfərbər edilməsi, (iv) xarici yardımın göstərilməsini tələb edən daha iddialı inkişaf prioritetlərinin müəyyən edilməsi və aydın xülasə edilməsi üçün potensialın artırılması, və (v) ictimai qurumlardan maliyyə cavabdehliyinin tələb edilməsi üçün səlahiyyət və potensialın artırılması.
Siyasi səviyyədə AİB qeyri‐müvafiq subsidiyalar, bazarın təhrifi, fermer və kənd müəssisələrinə çox zaman verilən ziddiyyətli işarələrin verilməsindən nəticələnən qeyri‐səmərəlilikləri ünvanlamağa davam edəcəkdir. Kənd yerlərinin maliyyələşdirilməsi sahəsində AİB davamlı və məqbul maliyyə qurumlarının yaranmasını dəstəkləyən institusional islahat və siyasətləri təşviq edəcəkdir. Qeyri‐təsərrüfat müəssisələri kənddə yoxsul təbəqənin, xüsusilə qadınların yaşaması üçün getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi üçün mikro‐maliyyənin çox məhdud əhatəsinin genişləndirilməsinə xüsusi diqqət veriləcəkdir.
Təbii mühit yoxsul təbəqə üçün böyük əhəmiyyət kəsb edir, çünki onların çoxu yaşamaq üçün zəif və adətən tükənən resurs bazalarından asılı olurlar. AİB‐nın yardımı daha çox ehtiyatların davamlı idarə olunması məsələsini ünvanlayacaqdır. Bu, yerli əhali və ənənəvi istifadəçilərin hüquqlarını (və cavabdehliklərini) xüsusilə vurğulayacaqdır. Öz növbəsində, torpaq sahibliyi hüquqları və ənənələri baxımından, hökumət və resurslardan asılı olan əhalinin birgə idarəçiliyi üçün hökumətdən nəzarət funksiyasının alınmasına yardımın göstərilməsi tələb oluna bilər. Siyasi səviyyədə AİB vacib su, meşə və dəniz resurslarının səmərəli idarəçiliyi üzrə əsas planların ictimaiyyətin iştirakı ilə hazırlanmasında hökuməti dəstəkləməyə davam edəcəkdir.
Sosial sektorlar AİB insan kapitalının inkişafına göstərdiyi yardımı artıracaqdır, çünki belə sərmayələr nəsildən nəsilə keçən yoxsulluğun aradan qaldırılmasında ən səmərəli yoldur. Siyasətin və institusional şərtlərin təkmilləşdirilməsi sahəsində göstərilən cəhdləri dəstəkləməklə AİB yoxsul təbəqənin, xüsusilə qadınların vacib sosial xidmətlərlə təmin olunmasına yardım edəcəkdir. Keyfiyyətli ibtidai təhsil və ilk tibbi yardım xidmətləri ilə təmin olunmaqla yoxsul təbəqənin əsas müsbət cəhəti olan əməyin uğurla istifadə edilməsində şansı artacaqdır. Sosial müdafiənin təkmilləşdirilməsi yoxsulluğun müxtəlif dairələrində yoxsul şəxsi tələyə salan riskləri və borcları azaldacaqdır.
Təhsil. AİB xüsusilə qadınların, qızların, sosial və ya coğrafi səbəblərə görə təcrid edilmiş başqa şəxslərin əsas və qeyri‐rəsmi təhsil və səriştənin artırılması sahəsində xidmətlə təmin olunmaları və xidmətlərin keyfiyyətinin artırılması üçün güclü və qabaqcıl metodlar təmin edəcəkdir. Məktəb təhsilində gender bərabərliyinin təşviq edilməsi xüsusilə vurğulanacaqdır. AİB icraata daha yaxşı nəzarəti, mərkəzdən kənarlaşdırılmış idarəçiliyi, müvafiq tədris proqramlarını, vətəndaş cəmiyyəti ilə daha güclü əlaqələri təşviq etməklə obyektiv, səmərəli və uyğun təhsili daha çox dəstəkləyəcəkdir.
Səhiyyə və Əhali. AİB yoxsul təbəqəni ünvanlayan profilaktik və promotor xidmətlərin göstərilməsi də daxil olmaqla, ilk tibbi yardım sahəsində sərmayələrini artıracaqdır. Yoxsul təbəqəyə qeyri‐uyğun şəkildə təsir göstərən səhiyyə məsələlərinə və əhali proqramlarına böyük
21
diqqət göstəriləcəkdir. Xüsusi diqqət reproduktiv səhiyyə qayğısı və aclığa veriləcəkdir. AİB erkən uşaqlıq çağlarının inkişafını dəstəkləməyə davam edəcəkdir (Çərçivə 5), çünki bu yoxsulluğun azaldılması ilə sıx əlaqədardır. Siyasi səviyyədə yoxsul təbəqənin, xüsusilə də qadınların səhiyyə qayğısı ilə təmin olunmasına yaxından nəzarət ediləcəkdir. Səmərəlilik və ehtiyacı olanlara yardımı artırmaq üçün özəl sektor və Qeyri Hökumət Təşkilatlarının cəlb edilməsinə xüsusi diqqət veriləcəkdir.
Çərçivə 5: Erkən Uşaqlıq Çağlarının İnkişafı vasitəsilə Yoxsulluğun Azaldılması
Azyaşlı uşaqların həyatı dəyişdikdə yoxsulluğun azaldılması daha davamlı olur.
AİB‐nın Filipin adalarında (Dünya Bankı ilə birgə maliyyələşdirilmişdir) həyata keçirdiyi layihəsi kimi erkən uşaqlıq çağlarının inkişafı praqramlarında yoxsul təbəqədə məktəbəqədər uşaqlar hədəf qrupu olur, proqramlar zəif uşaqların səhiyyə, qidalanma, fizioloji və idrak baxımından inkişafa dair ehtiyaclarını ünvanlayır. Ömürlük riskləri sağlam və səmərəli həyata çevirmək məktəbəqədər illərdə ən vacib və səmərəli məsələdir. Erkən uşaqlıq çağlarının inkişafı proqramları ailələr üçün ömürlük mənfəət yaradır, səhiyyə və təhsil proqramlarında uşaq başına düşən xərcləri azaldır (xəstəliyin azalması və ali məktəbə hazırlıq vasitəsilə), iqtisadi inkişafın real normasını, ailə gəlirlərini artırır.
Filipin adalarında həyata keçirilən erkən uşaqlıq çağlarının inkişafı layihəsi (1998‐2003) yoxsulluq və icraatın hədəfə alınması modelidir. Az qidalanma, ölüm faizi, ibtidai məktəbə getməməyin göstəriciləri inkişafla əlaqədar riskdə olan uşaqların sayına uyğun olaraq 1.500 bələdiyyə və şəhərdə qeydə alınmışdır. Visayas və Mindanao əyalətlərində yüz yetmiş yerli hökumət seçilmiş, 5 milyon uşaq hədəf götürülmüşdür. Layihə çərçivəsində milli və yerli hökumətlər arasında xərclərin bölünməsinə dair danışıqlar aparılmış, bələdiyyənin ödəmə qabiliyyəti özünü göstərmişdir. Bələdiyyə ehtiyacı olan bütün uşaqları səhiyyə, qidalanma və erkən təhsil xidmətləri ilə təmin etməlidir, əks təqdirdə milli subsidiyalar ayrılmalıdır. AİB‐nın yardımı əsas xidmətləri maliyyələşdirir, icmanın səfərbər olunması, informasiya sistemləri və layihə idarəçiliyi sahələrində yerli hökumətləri dəstəkləyir.
Sosial Müdafiə. AİB‐nın bu son müdaxilə sahəsi hərtərəfli sosial siyasətin vacib komponentidir. Sosial müdafiəyə olan ehtiyacın ünvanlanması üçün AİB yoxsulluq silsiləsinin qırılmasında əsas ünsür olan sarsılmanın mənfi təsirini (əsasən də qadınlara göstərilən təsirlər) azaltmaq sahəsində həyata keçirilən proqramları dəstəkləyəcəkdir. Yardım əhalinin zəif qrupları üçün sosial yardımın inkişaf etdirilməsi, işsizlik, əlillik, işlə əlaqədar zədə almalar və yaşlılıqla bağlı risklərə qarşı sosial təminatla və əmək bazarı proqramlarını həyata keçirməklə yoxsul əhalinin iqtisadi təhlükəsizliyini dəstəkləyir.
Şəhərin İnkişafı. Kənd yerlərindən yoxsul əhalinin şəhər əsaslı iqtisadiyyatlara davamlı miqrasiyası nəticəsində şəhərdə yoxsulluq artır. Milyonlarla yoxsul ailə “qanunsuz” yerlərdə məskunlaşmışdır. Təhlükəsiz içməli su ilə təminat və çirkab suların təmizlənməsi kimi bələdiyyə xidmətlərinin göstərilməsi zəifdir. Bir çox şəhər yoxsulu işçi kapital, yaşayış və ya digər məqsədlərlə münasib kreditlərdən istifadəni məhdudlaşdıran zəif inkişaf etmiş mikro‐maliyyə bazarları olan qeyri‐rəsmi sektorda qazanc yeri tapır. Sürətli və nəzarətsiz artım şəhərdəki mühitə zərər vurduqda yoxsul əhali daha çox bu təsirə məruz qalır.
Bu vəziyyətlə mübarizə aparmaq üçün AİB cavabdeh yerli hökumətlərin inkişaf etdirilməsini və şəhərdə idarəçiliyin təkmilləşdirilməsini dəstəkləyəcəkdir. Sabit ekoloji
22
idarəçiliyin təmin edilməsi üçün sektor qurumlarına da yardım göstəriləcəkdir. Özəl sektor və ictimaiyyətin daha geniş iştirakı, konduktiv siyasi mühitin yaradılması və bazar əsaslı metodlardan istifadə bu strategiyanın vacib ünsürləridir. Yekunda, AİB mikro‐maliyyə, su təminatı və çirkab suların təmizlənməsi, qeyri‐rəsmi məskunlaşmaların təkmilləşdirilməsi, aşağı gəlirli yaşayış və əsas xidmətlərin göstərilməsi üçün qabaqcıl layihələrin həyata keçirilməsi sahəsində qərəzsiz, səmərəli və davamlı sərmayə qoyuluşlarını dəstəkləyəcəkdir.
İnfrastruktur və maliyyə Regionda yoxsulluq kənd yerlərində cəmləşdiyindən AİB yoxsul təbəqəyə birbaşa təsir göstərən layihələrə üstünlük verəcəkdir. Buraya kənd yolları və elektrik enerjisi ilə təminat, kiçik və orta müəssisələrin təşviqi, su təminatı və çirkab suların təmizlənməsi proqramları daxildir (əsas xidmətlər göstərilmədikdə yoxsul təbəqənin sağlamlığı təhlükəyə məruz qalır). Layihələrin planlaşdırılması, həyata keçirilməsi və onun çərçivəsində tədbirlərin aparılmasında iş yerlərinin açılmasına xüsusi yer veriləcəkdir.
Nəqliyyat və Kommunikasiyalar. Nəqliyyat və kommunikasiyalarda kəndə və kənddən, inkişaf mərkəzləri arasında nəqliyyat xərclərinin azaldılması, yoxsul təbəqənin bazar, təhsil, səhiyyə qayğısı və məşğulluq sahəsində xidmətlərlə təminatının artmasına əsas diqqət veriləcəkdir. Ölkələrin daha yoxsul hissələrində, yoxsul əhalini və ya təcrid olunmuş əraziləri iqtisadiyyatın əsas istiqamətləri ilə birləşdirən hissələrdə layihələrin yerləşdirilməsinə üstünlük veriləcəkdir. Planlaşdırılmış cəhdlər informasiya texnologiyası potensialının istifadəsi üzrə qabaqcıl yolların tapılması istiqamətində göstəriləcək. Bunun vasitəsilə insan kapitalı və yoxsul təbəqənin bazara çıxış imkanları artacaqdır.
Energetika. Kənd yerlərinin elektrik enerjisi və bərpa olunan enerji ilə təminatına daha çox diqqət yetiriləcəkdir. Münasib hallarda bu iş təcrid olunmuş icmalara münasib qiymətlərlə energetikanın təmin edilməsi üçün mikro‐maliyyə ilə birgə təşviq ediləcəkdir. Kommunal xidmətlərin yenidən qurulması və özəl sektorun iştirakı ilə rəqabətli bazarların olması da sənaye və ev təsərrüfatlarının ən səmərəli qiymətlərlə enerji ilə təmin olunması üçün vacib olacaqdır. Ənənəvi elektrik stansiyaları layihələrinin özəl sektoru cəlb etmədiyi hallarda hökumətlər və AİB elektrik enerjisinin adekvat təchizatını təmin etmək üçün öz sərmayə rollarını oynayacaqlar.
Maliyyə. Siyasi islahatlar və bazar infrastrukturu orta, kiçik və mikro‐müəssisələrin ehtiyaclarının daha yaxşı ödənməsinə yönəlmiş davamlı maliyyə qurumlarının yaranmasını təşviq edəcəkdir. Sabit və səmərəli bank sistemləri və qiymətli kağızlar bazarları da təşviq ediləcəkdir, çünki onlar yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş vacib tələblər olan makro‐iqtisadi sabitlik, qənaət edilmiş vəsaitlərin səfərbərliyində, uzun müddətli maliyyələşdirmənin təmin olunmasında vacibdir.
Yeni mexanizmlərdən istifadə Yoxsulluğa qarşı görülən əməliyyatları daha səmərəli etmək üçün AİB yardımın düzgün modallığını seçməlidir. Bəzi vəziyyətlərdə yeni instrumentlər və ya mövcud olanlardan yeni istifadə metodları tələb oluna bilər. Sosial sektorlarda sərmayələr siyasi və institusional islahatlarla başlandıqda daha yaxşı işləyir. Bu, uzun müddətli, sektorun inkişafına yönəlmiş proqramların daha çox istifadəsinə işarə edir ki, burada da siyasi dəyişikliklərə və potensial quruculuğuna xarici yardım səmərəli sərmayə qoyuluşları üçün yol açır. Yoxsulluğun azaldılması üzrə milli proqramların dəstəklənməsində tədrici ödəmə ilə siyasət əsaslı kredit
23
vermə belə proqramların düzgün ünvanlanması və səmərəli olmasını təmin etməklə nəzərdən keçirilə bilər. Yoxsulluq sahəsində problemlərin həlli hər zaman aydın olmadığından, ikitərəfli qurumlar və ya Qeyri Hökumət Təşkilatları ilə pilot layihələrə ciddi fikir vermək lazımdır. Belə cəhdlər göstərilmədikdə AİB qabaqcıl metodların sınaqdan keçirilməsi üçün pilot kreditlər verə bilər. Belə kreditlər kiçik, çevik olduğundan və təcrübə məqsədi daşıdığında, onlar sadələşdirilmiş təsdiq prosedurlarına zəmanət verəcəklər.
AİB yoxsul təbəqəni həyata keçirdiyi əməliyyatlara daha yaxın etmək üçün təşəbbüs göstərəcəkdir. Belə tədbirlərə yerli hökumətlərə birbaşa kreditlərin verilməsi daxil ola bilər ki, bununla da sosial sərmayə fondları təşviq edilir, yoxsul təbəqə ilə iş təcrübəsi olan Qeyri‐Hökumət Təşkilatları dəstəklənir (Çərçivə 6). Sosial kapital və iştirakın artması üçün yeni metodların araşdırılması (məsələn, əvvəllər təcrübə edilmiş qrupların və icmaların yerli hökumətdə iştirakının qüvvətləndirilməsi) qabaqcıl mexanizmlərin tətbiqini tələb edə bilər. Vətəndaş cəmiyyətində potensialın qüvvətləndirilməsi Qeyri Hökumət Təşkilatlarının yüksək qurumlarını cəlb etməklə regional proqramların həyata keçirilməsi tələb oluna bilər.
Çərçivə 6: Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılması sahəsində QHT və Özəl Sektorla iş
Nepalın dərə‐təpəli ərazilərində milyonlarla yoxsul üçün hökumət xidmətləri ilə təmin
olunma uzun müddət sürən problemdir. Təqribən iki onillik AİB ənənəvi hökumət bank mexanizmlərinin yoxsul təbəqəyə yardım proqramlarını dəstəkləməyə çalışmışdır. Buna baxmayaraq, bunun səmərəsi aşağı, əhatə dairəsi isə məyusedici olmuşdur. Daha qabaqcıl metodların dərindən öyrənilməsi və tətbiq olunmasından sonra aydın olmuşdur ki, daha həssas və çevik maliyyə vasitəçilərinə ehtiyac vardır. 1998‐ci ildə kommersiya bankları tərəfindən ödənən kapitalla Kənd Mikro‐maliyyə İnkişaf Mərkəzinin qurulması üçün AİB Hökumət, kommersiya bankları və qeyri hökumət təşkilatları ilə yenilik gətirən saziş bağlamışdır. Mikro‐maliyyə fondu mikro‐maliyyə ilə davamlı təmin olunma üçün özəl sektor banklarının kommersiya istiqamətini qeyri hökumət təşkilatları, Grameen Bank replikatorlarının və kooperativlərin yerli iştirakı, biliyi və öhdəliyi ilə əlaqələndirəcəkdir. Fond 50 səriştəli vasitəçini dəstəkləməyi, əksəriyyəti qadın olan 250,000‐dən artıq borc alanı əhatə etməyi planlaşdırır.
TƏSIRIN MONITORINQI Əgər nəticələr yoxlanarsa və bunun əsasında icraat təkmilləşdirilərsə, strategiyalar daha səmərəli olar. Hər halda, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin, savadsızlığın və gender bərabərsizliyinin nisbətinin düşməsi kimi nəticələrin əldə edilməsi uzun vaxt aparır. Buna görə də arzu edilən nəticələrin alınmasında tərəqqiyə dair erkən məlumat verən yoxsulluq göstəriciləri hazırlanmalıdır. Hökumətlərlə tərəfdaşlıq sazişləri çərçivəsində belə göstəricilər yoxsulluğun hər böhranlı sahəsi üzrə müəyyən ediləcəkdir. Yoxsulluğun qiymətləndirilməsi mürəkkəb məsələ olduğu üçün AİB borc alan ölkələrə vaxtlı və etibarlı məlumatların, eləcə də hərtərəfli və asanlıqla istifadə edilə bilən göstəricilərin hazırlanmasında öz potensiallarını qüvvətləndirməyə yardım edəcəkdir. Razılaşdırılmış hədəflərin əldə edilməsinin monitorinqində AİB yoxsulluğun azaldılması üzrə siyasət və proqramların təkmilləşdirilməsi sahəsində borc alan hökumətlərə yardım edəcəkdir. Proses zamanı AİB eləcə də öz işi üçün cavabdeh olacaqdır. Xüsusi layihə və strategiyaların təsirini daha yaxşı qiymətləndirmək üçün təsirin qiymətləndirilməsinə daha çox yer veriləcəkdir. Daha ciddi qiymətləndirmə proseslərini tamamlamaq üçün daha tez, daha keyfiyyətli tədbirlər, xüsusilə də
24
yoxsul təbəqənin birbaşa iştirak etdiyi tədbirlər görüləcəkdir. AİB‐nın daimi nümayəndəlikləri monitorinq fəaliyyətində daha vacib rol oynayacaqlar.
MALIYYƏLƏŞDIRMƏ QURUMLARI ARASINDA FƏALIYYƏTIN
ƏLAQƏLƏNDIRILMƏSI İnkişaf üzrə təşkilatlar cüzi resurslardan maksimum səmərəlilik və təsirlə istifadə etməyə borcludurlar. Qəbul edici ölkənin xarici maliyyələşdirmənin əlaqələndirilməsinə rəhbərlik edəcəyini başa düşərək, AİB öz təhlil və proqramlaşdırma tədbirlərində öz cəhdlərini hökumətlərin, eləcə də digər inkişaf qurumlarının cəhdləri ilə yaxından əlaqələndirəcəkdir. Digər qurumlarla və müvafiq hallarda qeyri hökumət təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsi yolu ilə AİB öz səmərəliliyini artıracaq, təkrarlanmaya yol verməyəcək, biliklərini artıracaqdır. Bu kontekstdə AİB digər qurumlarla əməkdaşlıq etməklə Dünya Bankının təklif etdiyi hərtərəfli inkişaf strukturunun səmərəliliyini öyrənəcəkdir. Bu məqsədlə iki borc alan ölkədə ‐ Qırğız Respublikası və Vyetnamda konsepsiya pilot‐sınaqdan keçir.
Öz strategiyasının ayrılmaz hissəsi kimi AİB eləcə də yoxsulluğun azaldılması sahəsində göstərilən cəhdlərin səmərəliliyini və qarşılıqlı fəaliyyətin müvəffəqiyyətini artırmaq üçün birgə maliyyələşdirmənin qabaqcıl formalarını araşdırır. Məsələn, yoxsulluğun azaldılması üçün lazım olan proqram təminatının hazırlanmasında ikitərəfli qurumların fəal olduğu sahələrdə (yerli təşkilatlar, genişləndirmə sistemləri və s.) AİB fiziki infrastruktura dair əlaqədar tələbatların maliyyələşdirilməsində əməkdaşlıq edə bilər.
FƏALIYYƏT PROQRAMI
Strategiya icraat yaxşı olduqda səmərəli olur. Buna görə də AİB‐nın Asiya və Sakit okean regionunun yoxsulluqdan azad olmasına dair öhdəliyi gördüyü tədbirlərdə əks olunmalıdır. AİB müvafiq olaraq yoxsulluğun azaldılması üçün öz resurslarını, instrument və biznes proseslərini tam olaraq çalışdırır. Bu bölmədə bu sahədə göstərilən əhəmiyyətli tədbirlər və fəaliyyət təsvir edilir.
YOXSULLUĞUN AZALDILMASI ÜÇÜN MODIFIKASIYALAR 2000‐ci ilin əvvəllərində AİB yoxsulluğun azaldılması üzrə illik fəaliyyət planını hazırlayacaqdır. Planda il ərzində yoxsulluğun azaldılması sahəsində həyata keçiriləcək tədbirlər müəyyən olunacaqdır. Bu tədbirlərə başlanmalı ölkə əməliyyat strategiyaları, yoxsulluq və yoxsulluğun dərinliyinə müdaxilələr, yoxsulluqla əlaqədar hazırlanacaq və ya həyata keçiriləcək texniki yardım daxil olacaqdır. 1999‐cu ilin sonunadək AİB bütün əməliyyat departamentlərinə aşağıdakı funksiyalar üçün cavabdeh olacaq işçi heyəti təyin edəcəkdir:
(i) yoxsulluğun azaldılması üçün departamentin fəaliyyət planının hazırlanması və həyata keçirilməsinin yoxlanması;
(ii) yoxsulluğun azaldılması sahəsində əməliyyatları həyata keçirən işçi heyətinə texniki yardımın göstərilməsi; və
(iii) departamentin yoxsulluğun azaldılması istiqamətindəki tədbirlərinə keyfiyyətə nəzarətin aparılması (yoxsulluğun təhlili, yoxsulluq və yoxsulluğun dərinliyinə müdaxilələr kimi).
Strategiyaya dair öhdəliyə işarə etmək və təşkilatda onun həyata keçirilməsinə yardım etmək üçün 1999‐cu ilin sonunadək AİB birbaşa rəhbərlik qarşısında cavabdeh olan yoxsulluğun azaldılması bölməsini təsis edəcəkdir. Bölmə Yoxsulluğun Azaldılması Strategiyasını həyata keçirən və tərəqqiyə nəzarət edən bütün departament və idarələrin işinə rəhbərlik etmək üçün analitik və operativ çərçivə təmin edəcəkdir. Bu məqsədlə bölmə aşağıdakıları yerinə yetirəcəkdir:
(i) yoxsulluğun azaldılması üçün AİB‐nın illik fəaliyyət planını hazırlamaq və onun həyata keçirilməsinə nəzarət etmək, keyfiyyət standartlarını təmin etmək;
(ii) yoxsulluğun statistikası üçün məlumatlara olan ehtiyacı müəyyən etməyə yardım etmək, yoxsulluğun tədqiqat gündəliyini hazırlamaq;
(iii) yoxsulluq sahəsində müdaxilələrin planlaşdırılması sahəsində əməliyyat üzrə təlimatları və işçi heyətin soraq kitabçasını hazırlamaq; və
(iv) regionda yoxsulluğun azaldılması üzrə işin gedişatı haqda hesabatlar hazırlamaq, konfrans və forumlar təşkil etmək, dialoqun aparılmasını təşviq etmək.
AİB‐da yoxsulluğun azaldılması sahəsində əldə edilən tərəqqi baxımından bölməyə nəzarət ediləcəkdir.
Yoxsulluğun azaldılmasına çox‐profilli və ölkə fokuslu metodları təşviq etmək üçün böyük cəhdlər göstərmək lazımdır. AİB‐nın işçi heyəti üçün hər zaman “yoxsulluğu düşünmək” vacibdir. Bu sahədə məşğul olan bütün departamentlərin yoxsulluğa qarşı
26
mübarizə tədbirlərinin aparılması üçün lazım olan səriştəni qazanmasını AİB 2002‐ci ilədək təmin edəcəkdir (məsələn, gender vəziyyətinin qiymətləndirilməsi, dövlət xərclərinin nəzərdən keçirilməsi, institusional təhlil, iştirakçı tərəflərlə məsləhətləşmələrin və onların iştirakının təşviqi). Bu məqsədlə əməliyyat departamentlərinin lazımi təcrübə və səriştə əldə edəcəyini təmin etmək üçün işçi heyətin vəzifələri yenidən müəyyən ediləcəkdir. Hər halda, bunun kifayət olmayacağına görə böyük sayda yeni vəzifələrin açılması tələb olunacaqdır.
AİB departament rəhbərləri və menecerlər daxil olmaqla bütün operativ və yeni işçilərə yoxsulluğun azaldılması metodologiyaları və texnikası sahəsində təlim təşkil edəcəkdir.
AİB Yoxsulluğun Azaldılması Strategiyasının səmərəli həyata keçirilməsini təşviq etmək üçün daimi nümayəndələrini qüvvətləndirəcəkdir. Daimi nümayəndəliklər tərəfdaşlıq sazişlərində müəyyən edilmiş yoxsulluq göstəricilərinə və mərhələlərə nəzarət edəcək, yoxsulluğa dair yeni məlumatların toplanması və yayılmasına yardım edəcəkdir. Mümkün hallarda AİB bu tədbirlərdə yardım göstərmələri üçün yerli peşəkarları cəlb edəcəkdir.17
2000‐ci ilin əvvəllərində AİB yoxsulluğa dair statistik məlumatlar bazasını qüvvətləndirmək üçün sürətli proqram həyata keçirəcəkdir. Əlavə olaraq, AİB Qurumu regionda yoxsulluq məsələləri üzrə iş proqramını və fəaliyyətini genişləndirəcəkdir.
YENI INSTRUMENTLƏR AİB yoxsulluq əməliyyatlarının maliyyələşdirilməsi yolunda yaradıcı olacaqdır. Buna aşağıdakılar daxil olacaqdır:
(i) AİB‐nın yalnız adi kapital resurslarından istifadə edə bilən ölkələrdə AİB‐nın yoxsulluğa daha çox diqqət verməsi üçün AİB‐nın bu kredit mənbəyindən maliyyələşdirilən yoxsulluğun azaldılması layihələri üçün xüsusi şərtlərin təhlili (Çin Xalq Respublikası və Hindistan kimi).18
(ii) Xüsusi məqsədli fondlara olan ehtiyacın araşdırılması (məsələn, vətəndaş cəmiyyətinin inkişafa yardımını dəstəkləmək və ya yoxsulluğun azaldılmasında özəl sektorun iştirakını təşviq etmək); və
(iii) Pilot layihələr, sektorun inkişafı proqramları kimi mövcud instrumentlərdən və yoxsulluğun azaldılması əməliyyatları üçün xüsusilə uyğunlaşdırılmış sosial sərmayə fondlarından daha çox istifadə.
PROQRAM VƏ KREDIT VERMƏDƏ HƏDƏFLƏR AİB aşağıdakıları həyata keçirəcəkdir:
(i) 2000‐ci ilin əvvəllərində hər borc alan ölkədə kredit vermə və kredit verməmə tədbirləri üzrə hərtərəfli proqram hədəflərini müəyyən edən tərəfdaşlıq sazişlərini hazırlamaq;
(ii) 2001‐ci ilədək yoxsulluğun azaldılması istiqamətindəki müdaxilələrə dövlət sektorunda verilən kreditlərin 40 faizindən az olmayaraq kredit vermə; və
17 Mümkün yerlərdə birgə maliyyələşdirmə variantı bu məqsəd üçün araşdırılacaqdır, etimad fondları ilə maliyyələşdirilmiş gender üzrə mütəxəssislərin xidmətlərindən AİB istifadə etdiyi kimi. 18 “OCR Kredit Dəyişikliklərinin Nəzərdən keçirilməsi, Sənəd, AİB, 1999. Nəzərdən keçirilə bilən variantlara yekun ödəmə müddəti və / və ya kreditin amortizasiya cədvəlinin uzadılması daxildir.
27
(iii) 2002‐ci ilədək yoxsulluğun dərinliklərinə müdaxilə üçün kredit verməni artırmaq.
TƏRƏFDAŞLARLA IŞ AİB aşağıdakıları həyata keçirəcəkdir:
(i) 2000‐ci ilin əvvəllərində tendensiyaları qiymətləndirmək, təhlil etmək və nəzarət etmək üçün borc alan ölkələrdə potensialın qüvvətləndirilməsinə yardım təklif etmək;
(ii) yoxsulluğun təhlili prosesinə iştirakçı tərəfləri cəlb etmək, yoxsulluq sahəsində yüksək səviyyədə keçirilən forumlarda onların iştirakını təşviq etmək( ölkənin operativ strategiyalarını və tərəfdaşlıq sazişlərindən əvvəl başlananlar); və
(iii) digər çoxtərəfli və ikitərəfli qurumların, qeyri hökumət təşkilatlarının işinə əsaslanmaq, onlarla fəaliyyəti daha geniş surətdə əlaqələndirmək, qabaqcıl birgə maliyyələşdirmə vasitəsilə onların nisbi qüvvəsindən ən yaxşı yolla istifadə etmək.
YOXSULLUĞUN AZALDILMASINDA ƏLDƏ EDILƏN TƏRƏQQININ MONITORINQI AİB aşağıdakıları həyata keçirəcəkdir:
(i) yoxsulluğun azaldılması istiqamətində göstərilən cəhdlərə, yoxsulluğun azaldılması sahəsində milli və regional hədəflərin əldə edilməsində tərəqqiyə dair İdarə Heyətinə illik hesabat vermə; və
(ii) 2000‐ci ildən başlayaraq hər üç ildən bir Asiya və Sakit okean regionunda hökumət, vətəndaş cəmiyyəti və maliyyələşdirmə icmasının nümayəndələrindən ibarət yoxsulluq forumunun çağırılması, yoxsulluğun azaldılmasında AİB və borc alan ölkələrin göstərdiyi cəhdlər istiqamətində əldə edilmiş tərəqqinin nəzərdən keçirilməsi.
STRATEGIYANIN NƏZƏRDƏN KEÇIRILMƏSI AİB bu strategiyanı üç ildən sonra nəzərdən keçirəcəkdir.
28
Əlavə 1
YOXSULLUĞUN QIYMƏTLƏNDIRILMƏSI, TƏRIFLƏR VƏ HƏDƏFLƏR
YOXSULLUĞUN SAYI Asiya və Sakit okean regionunda yoxsul əhalinin sayının hesablanması asan iş deyildir. Adi texniki qiymətləndirmə problemlərinin strukturu ölkələrin müxtəlif (gəlirlərə əsaslanan) yoxsulluq hədlərinin olmasına görə mürəkkəbdir. Bəzi yoxsulluq hədləri ən yoxsul əhaliyə diqqətin verilməsi üçün aşağı müəyyən edilmə, digər yoxsulluq hədləri isə daha yüksək olur. Mürəkkəblik eləcə də ondan irəli gəlir ki, bir sıra ölkələr üzrə yoxsulluq haqda məlumatlar yoxdur, olan məlumat isə ölkələr arasında asanlıqla müqayisə edilmir. Buna görə də regionda yoxsul əhalinin sayının hesablanması və müqayisələrin aparılması çətin həll olunan problemlərdir. Qismən bu səbəblərə görə Dünya Bankı adambaşına günə $1 məbləğində beynəlxalq yoxsulluq həddindən istifadə edir (1985‐ci il alıcılıq qüvvəsinin gücü qiymətləri).19 Hər halda, bu tədbir fərdi ölkələrdə, xüsusən də milli yoxsulluq hədlərinin daha aşağı olduğu Çin Xalq Respublikası və Hindistanda istifadə edilən yoxsulluq hədlərindən fərqlənir.
Əsas mətndə verilən rəqəmlər Dünya Bankının məlumatlarına əsaslanır. 20 rəqəmlər milli yoxsulluq normalarından çox fərqlənir. Məsələn, Çin Xalq Respublikası və Hindistanda yoxsul təbəqənin sayı 75 milyon və 350 milyon kimi hesablanmışdır. Dünya Bankı isə yoxsul əhalinin sayını ÇXR‐da 225 milyon, Hindistanda isə 450 milyon kimi hesablamışdır.
ƏSAS TƏRIFLƏR Cədvəl A1.1‐də bəzi əsas terminlərin tərifi verilir.
Yoxsulluğun mürəkkəb aspektləri və nisbiliyini nəzərə alsaq, yoxsulluğun tərifləri və konsepsiyaları hələ də müəyyən edilir. Buna baxmayaraq, hökumətlərin göstərdikləri cəhdlərə və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı və digər qurumların göstərdiyi dəstək hesabına son bir neçə ildə böyük tərəqqi əldə edilmişdir. Bu tərəqqinin hərəkətverici qüvvəsi yoxsulluğun azaldılması sahəsində qoyulan hədəflərə və onların necə yoxlanmasına dair son beynəlxalq konsensus olmuşdur.
1 Günə adambaşına $1 əsasında qiymətləndirmələrin dəqiqliyi bütün inkişaf edən ölkələrdə yaşayış standartlarının qiymətləndirilməsi müayinələrinin müntəzəm surətdə aparılmasından, Beynəlxalq Müqayisə Proqramının müntəzəm şəkildə yenidən işlənməsindən asılıdır. Bu və digər səbəblərə görə ölkə üzrə etibarlı müqayisələr aparılmazdan əvvəl çox iş görmək lazımdır. 2 İnkişaf etməkdə və Keçid dövründə olan İqtisadiyyat: 1987‐1998‐ci illərdə adambaşına günə 1 ABŞ dollarından aşağı yaşayan əhali.
29
YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ BEYNƏLXALQ HƏDƏFLƏR Birləşmiş Millətlər Təşkilatının bir sıra konfranslarında, xüsusilə də 1995‐ci ildə sosial inkişaf üzrə keçirilmiş Dünya Sammitində beynəlxalq icma yoxsulluğun azaldılması üzrə birgə hədəflər toplusuna dair razılıq əldə etmişdir. 1996 –cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Təşkilatın İnkişafa Yardım Komitəsi bu hədəflərin yeddisini Strategiya 21 hədəfləri kimi qüvvəyə mindirmişdir. Bunlar regional deyil beynəlxalq hədəflər olub, müəyyən dərəcədə Afrikadakı vəziyyətlə əlaqədardır. Asiya İnkişaf Bankı 1997‐ci ildə Nazirlər səviyyəsində Beşinci Asiya və Sakit okean Konfransını dəstəkləmişdir ki, onun da nəticəsi Manila Bəyannaməsində müəyyən edilən hərtərəfli hədəflər toplusu olmuşdur.21 Hədəflərin hər iki toplusunun məlum rəqəmləri Cədvəl A1.2‐də verilir.
Cədvəl A1.1: Əsas Termin və Təriflər
Əsas Termin
Tərif
İnsan Yoxsulluğu Həyat üçün vacib olan insan imkanlarının, xüsusilə də savadlılıq və qidalanmanın olmaması.
Gəlir baxımından Yoxsulluq
Minimum istehlak ehtiyaclarının ödənməsi üçün kifayət qədər gəlirin olmaması.
Mütləq Yoxsulluq Yoxsulluğun dərəcəsidir ki, bundan aşağı səviyyədə yaşayış üçün minimum tələblər ödənmir. Bu, minimum kalori tələbatı üstəgəl vacib qeyri‐ərzaq komponentləri baxımından müəyyən edilmiş ölçüdür. Mütləq yoxsulluq ifrat yoxsulluqla eyni istifadə edildiyi halda, sonuncunun mənası yerli şərhlər və ya hesablamalardan asılı olaraq dəyişə bilər.
Nisbi Yoxsulluq Adətən mütləq yoxsulluq həddinin müəyyən norması ilə əlaqədar və ya inkişaf etmiş ölkələrdə olduğu kimi adambaşına düşən orta gəlirin nisbəti kimi müəyyən edilir. Nisbi ölçü kimi bu, müxtəlif ölkələrdə və ya vaxtla fərqli ola bilər.
İnsan İnkişafı İndeksi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının üç faktorundan (i) gözlənilən orta ömür müddəti, (ii) yaşlıların savadlılığı və (iii) adambaşına düşən gəlirlər (alıcılıq qüvvəsinin pariteti üzrə uyğunlaşdırılmışdır) ibarətdir.
İnsan Yoxsulluğu İndeksi
BMT‐nın İnkişaf Proqramının əsas insan inkişafında ehtiyacların ölçüsüdür. Indeksi müəyyən etmək üçün istifadə edilən dəyişənlər bunlardır: (i) 40 yaşdan cavab öləcəyi gözlənilən adamların faizi, (ii) savadsız yaşlıların faizi və (iii) səhiyyə xidmətləri və içməli su ilə təmin olmayan əhalinin faizi və beş yaşdan aşağı çəkisi az uşaqların faizi baxımından ümumi iqtisadi təchizat.
Genderə Səlahiyyət verilməsi Tədbiri
BMT‐nin İnkişaf Proqramının iqtisadiyyatın əsas sahələrində, siyasi məsələlərdə və qərar qəbul etmə prosesində iştirakda gender qeyri‐bərabərliyinin səviyyəsinin qiymətləndirilməsi.
3 Manila Bəyannaməsi “Asiya və Sakit okean regionu üzrə BMT‐nin İqtisadi və Sosial Komissiyası regionunda Sosial İnkişaf üzrə Fəaliyyət Gündələyinin Sürətlə Həyata Keçirilməsi”. Qeyd edin ki, cədvəldə verilən hədəflər razılaşdırılmış strategiya və məqsədlərin yalnız bir hissəsidir.
30
Cədvəl A1.2: Yoxsulluğun Azaldılması Sahəsində olan Məqsədlər
Strategiya 21 Məqsədlər Hədəf İl
ESCAPa Hədəflər
Hədəf İl
İqtisadi rifah üzrə ‐ Ifrat yoxsulluqda olan əhalinin nisbətinin yarıyadək
azalması.
2015
‐ Mütləq yoxsulluğun 1990‐cı ilin səviyyəsini yarıyadək
azaltmaq. ‐ Mütləq yoxsulluğun büsbütün aradan qaldırılması.
2000
2010 Sosial inkişaf üzrə
‐ Qlobal səviyyədə ibtidai təhsilin alınması.
‐ Əsas və orta təhsildə gender qeyri‐bərabərliyinin aradan qaldırılması.
‐ Körpələr və 5 yaşdan aşağı uşaqların ölüm faizinin üçdə ikiyədək, anaların ölüm faizinin isə dörddə üçədək azaldılması.
‐ Müvafiq yaşda bütün qadınlara reproduktiv səhiyyə xidmətlərinin göstərilməsi.
2015
2005
2015
2015
‐ İbtidai təhsilin ən azı 80 faizinin başa vurulmasını təmin
etmək. ‐ İbtidai təhsil xidmətlərini qlobal səviyyədə təmin etmək. ‐ Ibtidai və orta təhsildə qızlar və oğlanlar üçün bərabər iştirak
faizini təmin etmək. ‐ Beş yaşdan aşağı uşaq ölümü faizini 45 faizə və ondan
aşağıya düşürtmək. ‐ Hər 1.000 sağ doğuşa düşən və uşaq ölümününü 34 faizə və
ondan aşağıya düşürtmək. ‐ 1990‐cı il aclıq səviyyəsini yarıyadək azaltmaq.
2000
2010
2005
2015
2015
2000 Ətraf mühitin davamlı inkişafı və bərpası
‐ Davamlı inkişaf üzrə milli strategiyaların tətbiqi ‐ Qlobal və milli səviyyədə ekoloji sərvətlərin cari itkisinin
qarşısının alınması.
2005
2015
‐ Yerli icmaları dəstəkləyən torpaq və dəniz idarəçiliyi üzrə
planlar da daxil olmaqla, ətraf mühitin yoxsulluğa yönəlmiş müdafiəsi və qorunması üçün planların hazırlanması.
‐ Zəhərli tullantıların düzgün idarəçiliyini həyata keçirmək üçün tədbirlərin görülməsi.
Ən
yaxın vaxtda
a Asiya və Sakit okean regionu üzrə BMT‐nin İqtisadi və Sosial Komissiyası
31
Əlavə 2
MIKRO‐MALIYYƏ VƏ YOXSULLUĞUN AZALDILMASI MIKRO‐MALIYYƏ Mirko‐maliyyə aşağı gəlirli sifarişçilərə, adətən torpaqsız yoxsul fermerlərə və ya qeyri‐rəsmi sektorda işləyən şəhərin yoxsul təbəqəsinə maliyyə xidmətləri göstərir. Mikro‐maliyyə xidmətlərinə qənaət mexanizmləri, kredit və sığorta kimi digər xidmətlər daxil ola bilər. Mikro‐maliyyə xidmətlərinin göstəriciləri rəsmi sektor qurumları (məs, kommersiya və inkişaf bankları), qeyri hökumət təşkilatları və kooperativlər kimi yarı‐rəsmi qurumlar, digər qeyri‐rəsmi, qənaət və kredit təşkilatları daxil ola bilər. Bu qurumların hamısı fərdi və ya qrupa kredit verilməsi əsasında xidmət göstərirlər. NƏ ÜÇÜN MIKRO‐MALIYYƏ? Əsas mətnin ikinci bölməsində təsvir edildiyi kimi yoxsulluğun azaldılması yoxsul təbəqə üçün vacib insan, sosial və fiziki kapitalın ötürülməsi və yaradılmasıdır. Bu dəyişikliyin aparılması üçün səmərli və davamlı mexanizmlərin tapılması böyük problemdir. Yoxsul təbəqənin fiziki kapitalını artırmaq potensialına görə, eyni zamanda insan və sosial kapitalını qurduğu üçün son illərdə mirko‐maliyyə böyük diqqət cəlb etmişdir.
Yoxsulluğun əsas səbəbləri kimi fiziki və sosial təcrid olmanın rolu əsas mətndə təsvir edilmişdir. Halbuki təcrid olma da institusional sahəyə aid edilir. Xərclərə1, texnologiya və institusional qeyri‐obyektivliyə görə regionda yoxsul ev təsərrüfatlarının təqribən 95 faizi institusional maliyyə xidmətləri ilə təmin edilmir. Bunun nəticəsi böyük əhəmiyyət kəsb edir. Xidmətlə təmin olunmama o deməkdir ki, yoxsul ailələr yoxsulluqdan çıxmaq üçün sərmayə imkanlarından istifadə edə bilmirlər. Onların gəlirləri qeyri‐müntəzəm olduğu və əvvəlcədən müəyyən edilə bilmədiyi üçün xərclərin bölüşdürülməsi, xəstəlik və digər fövqəladə vəziyyətlərlə müşayiət olunan borclara qarşı sığortalanmaq üçün məqbul kredit və qənaətlərlə təmin olunmağa yoxsul təbəqənin ehtiyacı vardır. Yoxsul təbəqə vəsaitə qənaət etməkdə çətinlik çəkir, çünki onların kiçik depozitdə faizi olan etibarlı qurumlara çıxışı yoxdur. Məhdudiyyətlərinə baxmayaraq, mikro‐maliyyə bütün yuxarıda çəkilən səbəblərə görə maksimum potensialla istifadə edilə bilən strategiyadır.
MIKRO‐MALIYYƏ TEXNOLOGIYASI Mikro‐maliyyənin yaranması xərc, texnologiya və institusional qeyri‐obyektivlik kimi ənənəvi maneələrin ünvanlanması üçün proqressiv inkişaf metodologiyasını əks etdirir. Xərclər baxımından, kredit vermə üçün bazar əsaslı faizlərin tətbiqi, eləcə də qrup‐əsaslı əməliyyatların aparılması vasitəsilə əməliyyat xərclərinin azaldılması böyük təsir göstərmişdir. Texnologiya baxımından, fiziki girovların sosial girovlarla əvəz edilməsi böyük dəyişmə olmuşdur. Qrameen Bank və qeyri‐hökumət təşkilatları tərəfindən təməli qoyulmuş qrup‐əsaslı aparılan əməliyyatlarla kreditlərə zəmanət verilməsi üçün vəsaitlərin olmaması yoxsul təbəqəyə kredit verilməsi üçün artıq maneə deyildir. Qadınların daha böyük maliyyə intizamı mikro‐maliyyədə istifadə ediləcəkdir, çünki onlar sifarişçilərin əksəriyyətini təşkil edir. Hər halda, bir çox
1 Bu konteksdə xərclərə risk mükafatı da daxildir.
32
vəziyyətlərdə qeyri‐obyektivlik də güclü sinif ənənələri ilə qarışır, yoxsul təbəqə haqda səhv anlayış yaradır. Məsələnin bir həll yolu maliyyə xidmətlərini yoxsul sifarişçilərə daha yaxın etmək üçün bir sıra qurumların meydana çıxması olmuşdur. SOSIAL VƏ INSAN KAPITALI ƏLAQƏLƏRI Mikro‐maliyyə əməliyyatları tez‐tez yoxsul təbəqənin səfərbər edilməsi və hazırlanmasında əldə edilən uğurdan asılı olur, yəni onlar qənaət etmək, borc almaq və faiz ödəmək üçün yoxsul təbəqənin daha çox özünə güvənməsinə nail ola bilərlər. Inamın olmaması yoxsulluğun nəticəsi olduğundan, həssas və etibarlı qurumlar bu tapşırığa cəlb edilməlidirlər. Bir neçə dəfə bu məsələ hökumət qurumları və ya bankların işçiləri tərəfindən həll edilə bilər. Müsbət cəhətdən, sosial hazırlığa sərmayə qoyuluşu sosial və insan potensialı quruculuğu baxımından uzun‐müddətli mənfəət gətirir. Qadınların hazırlanması və sonradan onların mikro‐maliyyəyə cəlb edilməsi yoxsul qadınlara yardım etmək və onlara imkan vermək üçün səmərəli yoldur. Qənaətlərin və borc alan qrupların formalaşması və onların fəaliyyəti eynilə inam, etibar və sosial kapital yaradır. Eynilə, borc alanların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi birbaşa onların səriştəsini artırır, səhiyyənin yaxşılaşdırılması və risklərin azaldılmasına birbaşa yolla təsir edir. YENI MODEL Mikro‐maliyyə əməliyyatları üzrə metodda böyük dəyişikliklər baş vermişdir. Tənzimlənən faizlər baxımından subsidiyalaşdırılan kreditlər və hədəfli kredit verməyə əsaslanan planlar indi qeyri‐düzgün hesab edilir. Asiya İnkişaf Bankı (AİB) xərclərin tam ödənməsinə xüsusi diqqət verən və daha böyük əhatə dairəsini təmin etmək üçün uzun müddətdə adekvat səmərəliliyi yaradan yeni konsensus qəbul etmişdir. Rəhbər prinsiplərə aşağıdakılar daxildir: (i) səmərəli qurum olmaları və ilk yardımdan sonra öz inkişaflarını davam etdirə bilmələri üçün xidmət təminatçılarının dəstəklənməsi, (ii) sosial müdaxilədə sərmayə qoyuluşunun dəstəklənməsi, (iii) yüksək əməliyyat xərclərini və zəmanət verilməyən kiçik kreditlərlə bağlı risklərin ödənməsi üçün mikro‐maliyyə qurumlarının yüksək faiz qoymasını qəbul etmək. AİB‐NIN ROLU AİB borc alan ölkələrdə maliyyə sektorunun inkişaf etdirilməsini uzun müddət dəstəkləmişdir. Keçmişdə əsas diqqət böyük maliyyə qurumlarının roluna, onların sərmayə və inkişafın dəstəklənməsində potensialına verilmişdir. AİB bu sahədə öz marağını güddüyü halda, yoxsul təbəqəyə və yoxsulluğun azaldılmasına müvafiq olduğu üçün mikro‐maliyyəyə də böyük diqqət yetirəcəkdir. Mikro‐maliyyəyə qarşı duran əsas çətinlik xidmət təminatçılarının potensialının qurulması ehtiyacı, eyni zamanda zəruri maliyyə standartları və intizamının saxlanmasıdır. Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılması istiqamətində banklar və rəsmi qurumlar artıq işləyirsə, bu, yoxsullara müvafiq yardım mexanizmlərinin hazırlanması və dəstəklənməsi deməkdir. Böyük çətinlik yoxsul əhali üçün müvafiq olan qurumların olmamasıdır. Resurslarla zəngin olmayan ərazilərdə yaşayan və yoxsul təbəqədə ən yoxsul şəxsləri əhatə etmək üçün maliyyə metodologiyası və davamlı institusional mexanizmin olmaması böyük problemdir. AİB bir sıra qurumu təşviq etməli, bu problemləri həll edəcək kompleks metod qəbul etməlidir.