Upload
others
View
6
Download
0
Embed Size (px)
Citation preview
AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ
AZƏRBAYCAN RESPUBLĠKASI GƏNCLƏR VƏ
ĠDMAN NAZĠRLĠYĠ
AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBĠYƏSĠ VƏ
ĠDMAN AKADEMĠYASI
Q.Ş.ƏBİYEV, Y.N.QULİYEV
HƏRƏKİ FƏALİYYƏTİN
FİZİOLOJİ ƏSASLARI
Dərslik
ADBTĠA-nın Tədris-Metodiki
ġurasının 15 fevral 2019-cu il tarixli
1№li protokoluna əsasən çapa tövsiyə
edilmiĢdir.
BAKI – 2019
2
Tərtib edənlər:
ADBTİA-nın «Tibbi bioloji elmlər» kafedrasının dosenti,
biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan
Respublikasının Əməkdar məşqçisi, boks üzrə respublika
dərəcəli hakim, idman ustası
Qalib ġamil oğlu Əbiyev
ADBTİA-nın «Tibbi bioloji elmlər» kafedrasının dosenti,
biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan
Respublikasının Əməkdar məşqçisi
Yusif Nazir oğlu Quliyev
Rəyçilər:
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının professoru, AMEA-nın müxbir üzvü,
biologiya elmləri doktoru
Xəlil Məmmədəli oğlu Qasımov
Bakı Dövlət Universitetinin «İnsan və heyvan fiziologiyası»
kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru
Ruhəngiz Yunus qızı Babayeva
«Hərəki fəaliyyətin fizioloji əsasları»
“Kitabçapı.az”, Bakı – 2019, 240 səhifə
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təsdiq etdiyi proqram əsasında hazırlanmıĢ və ADBTĠA-da
«Fiziki tərbiyə nəzəriyyəsi və metodikası» ixtisaslaĢması üzrə
magistratura təhsil səviyyəsi üçün nəzərdə tutulmuĢdur. Bu
dərslikdən magistranlarla yanaĢı, müxtəlif idman federasiya-
larının məĢqçi-mütəxəssisləri, idmançılar istifadə edə bilərlər.
© AzDBTĠA
3
Ö N S Ö Z
Hərəki fəaliyyət – çox mürəkkəb tərkibli canlı
təbiətin əsas xüsusiyyətlərindən biri olmaqla yanaĢı, eləcə
də həyatın zəruri Ģərtlərindəndir. Ġnsanın təkamül inkiĢaf
prosesi hərəki aktivlik Ģəraitində onun bütün orqan və
sistemlərinin normal fəaliyyətini əvvəlcədən müəyyənləĢ-
dirmiĢdir.
Əgər uĢaqların bu mühüm ehtiyacı məhdudlaĢdırı-
larsa, bu halda onların təbii qabiliyyətləri də tədricən öz
əhəmiyyətini itirəcəkdir. Fəaliyyətsizlik həm ruhu, həm də
bədəni öldürür! Hərəki aktivliyin məhdudlaĢdırılması
orqanizmdə funksional və morfoloji dəyiĢikliklərə gətirib
çıxarmaqla, həyat müddətini də azaltmıĢ olur. Təbiət onun
qanunlarına etinasız yanaĢanları bağıĢlamır. Yeri gəlmiĢ-
kən, alman filosofu F.Engelsin bu haqda sözlərini xatırla-
daq, təbiət onun üzərində qazandığımız hər bir qələbənin
qisasını alacaq, belə ki, bu qələbələrin gözlənilməz
nəticələri bir qayda olaraq, onun zahiri faydalarını məhv
edir.
Hərəkət canlı aləmin mövcudluğu və daha da
optimal inkiĢafı üçün ən baĢlıca Ģərtlərdən biri hesab edilir.
Enerji ehtiyatlarının toplanması, sakitlik zamanı onların
səmərəli sərfiyyatı və bunun da nəticəsi olaraq, həyat
müddətinin uzanması skelet əzələlərinin fəaliyyətindən
bilavasitə asılıdır. Bu planda skelet əzələlərinin az intensiv-
likli (stayer xarakterli) fəaliyyət forması daha məqsədə-
uyğundur ki, bu da yetkin yaĢlı insanların sakitlik zamanı
enerji sərfiyyatının maksimal dərəcədə azalmasını təmin
edə bilər.
Bu yönümlü praktik təcrübələr, eksperimental
tədqiqatlar belə bir qənaətə gəlməyə əsas verir ki, aktiv
4
hərəki fəaliyyət yaĢlaĢma ilə əlaqədar təzahür oluna biləcək
bir sıra arzuolunmaz dəyiĢikliklərin qarĢısını almaqla,
gümrah həyat tərzinin daha da uzanmasını təmin edir.
Cəmiyyətin zənginliyi və firavanlığı, elmi-texniki
tərəqqinin sürətlənməsi və dövlətin sosial-iqtisadi inkiĢafı
hər bir insanın sağlamlığından bilavasitə asılıdır. BaĢqa cür
desək, böyüməkdə olan nəslin sağlamlığı – mühüm ictimai
kateqoriyadır.
Sağlamlığın qorunması və bir qədər də möhkəmlən-
dirilməsindən ötrü zəruri olan faktorlardan biri də fiziki
mədəniyyətdir ki, burada hərəki aktivliyin yüksəldil-
məsindən ötrü müxtəlif vasitələrdən istifadə olunur.
Fiziki hərəkətlərlə məĢğul olan Ģəxslərdə yüksək
səviyyəli fiziki və zehni iĢgüzarlıq, passiv həyat tərzi
keçirənlərə nisbətən kifayət qədər çox qorunub saxlanılır.
Aktiv hərəki faəliyyətin azalması (hipokineziya) sağlamlığa
çox pis təsir göstərir. Ġlk növbədə o, ürək-damar
xəstəliklərinin inkiĢafına Ģərait yaradır və maddələr müba-
diləsinin pozuntularına gətirib çıxarır. Fiziki hərəkətlər
damarların ateroskeleroz tipli dəyiĢikliklərinin qarĢısını
alır, ürəyin iĢemik xəstəlik riskini azaldır.
Orqanizmin daxili mühitindəki dəyiĢikliklərə müqa-
vimət göstərmə imkanları fiziki hərəkətlərin icrası ilə
müĢayiət olunmaqla, məĢqli orqanizmin spesifik xüsusiy-
yətlərindən hesab edilir. Bununla yanaĢı fiziki hərəkətlər
həmçinin, belə demək mümkünsə, qeyri-spesifik, yəni
orqanizmin təbii müdafiə davamlılığına da artırmıĢ olur;
insan ətraf mühitin xəstəlik törədə biləcək amillərinə qarĢı
aktiv mübarizə apara biləcək, etibarlı imkanlara malik olur.
Mütəmadi Ģəkildə idmanla məĢğul olan sağlam uĢaqlar
üzərində aparılan müĢahidələr göstərir ki, onlarda
soyuqdəymə və bu kimi digər xəstəliklərin sayı kifayət
5
qədər aĢağı olmuĢdur. Onu da qeyd edək ki, xəstəlik halını
belə uĢaqlar idmanla məĢğul olmayanlara nəzərən daha
yüngül keçirirlər.
Təqdim olunan vəsaitdə insanın müxtəlif formalı
hərəki fəaliyyətinin fizioloji xüsusiyyətləri, bütün bunların
uĢaq, yeniyetmə və gənclərin orqanizminə göstərdiyi
sağlamlaĢdırıcı təsirləri verilmiĢdir. Ümumtəhsil və idman
məktəblərində uĢaqların fiziki tərbiyəsinin fizioloji cəhət-
dən əsasandırılmasına isə xüsusi diqqət verilmiĢdir.
Həmçinin uĢaq, yeniyetmə və gənclərin inkiĢafının yaĢ
xüsusiyyətləri də nəzərə alınmıĢdır ki, fiziki mədəniyyətin
də sağlamlaĢdırıcı təsirləri sadalanlardan bilavasitə asılıdır.
Məktəb yaĢlı uĢaqların məhz məktəb həyatı Ģərtləri
ilə əlaqədar olaraq, normal, harmonik fiziki inkiĢaf və
sağlamlıqlarından ötrü tələb olunan təbii hərəki ehtiyacları
məhdudlaĢdırılmıĢdır. Fiziki hərəkətlərlə məĢğul olmağın
sağlamlaĢdırıcı rolunun yüksəldilməsi iĢində fiziki tərbiyə
müəllimi, idman məktəbinin məĢqçisi daha çox qayğılı və
maraqlı olmalıdır. Gündəlik hərəki aktivliyə sağlamlıq
ehtiyyatlarının toplanılmasının bir təbii əsası kimi
baxılmalıdır.
Cəmiyyətin inkiĢafının bu müasir mərhələsində
böyüməkdə olan nəslin sağlamlığının daha effektli vasitəsi
idmandır. Bu, yüksək səviyyəli intizam faktorudur.
Həmçinin bu tip intizam faktoru təbii olmaqla, gərgin və
sistematik əzələ fəaliyyəti zamanı oranizmin daxili
tələbatlarını qanunauyğun Ģəkildə tənzimləyir. O, ifratçılıq
və rejim pozuntuları ilə uyğunlaĢmır. Ġdmanın sağlam-
laĢdırıcı rolu (doğrudur, peĢəkar idman həddən artıq fiziki
və emosional gərginliklə müĢayiət olunduğu üçün bəzən
sağlamlığa xələl də gətirə bilər), bununla əlaqədar müasir
dövrdə onun ictimai əhəmiyyətinin artırılması və digər bu
6
kimi məsələlərlə əlaqədar vəsaitdə ətraflı Ģəkildə məlumat
veriləcəkdir.
DüĢünürəm ki, bu kitab oxucuların stolüstü kitabına
çevriləcəkdir və onlar da sağlamlıqlarının qədrini məhz elə
sağlam vaxtı biləcəklər. Çünki onu itirəndən sonra
qaytarmaq, həqiqətən də çox çətin olur.
Oturaq həyat tərzinin geniĢ vüsət alması səbəbindən
2002-ci ildən baĢlayaraq, “Hər gün üçün 30 dəqiqə fiziki
aktivlik” devizi ilə 6 aprel tarixi Beynəlxalq Fiziki Aktivlik
Günü kimi qeyd edilir. 7 aprel 1948-ci il tarixində Beynəl-
xalq Səhiyyə TəĢkilatının yaranması ilə əlaqədar olaraq, 7
aprel Beynəlxalq Sağlamlıq Günü kimi tarixə düĢüb.
Yalnız bu tarixlərdə deyil, hər an fiziki aktiv həyat tərzi
keçirməklə sağlamlığımızın qayğısına qalaq!
7
I B Ö L M Ə
ĠRADĠ HƏRƏKƏTLƏRĠN TƏLĠMĠ VƏ FĠZĠKĠ
YÜKLƏNMƏLƏRƏ UYĞUNLAġMALAR
B Ġ R Ġ N C Ġ F Ə S Ġ L
ĠRADĠ HƏRƏKƏTLƏRĠN TƏLĠMĠ
1.1 Ġnsanın iradi hərəki fəaliyyəti
İradi hərəkətlərin öyrənilməsinin inkişafı. Ġnsanın
icra etdiyi hərəkətləri Ģərti olaraq iradi və qeyri-iradi
hərəkətlərə bölmək olar. DüĢünülmüĢ Ģəkildə icra olunan
bütün idman növlərində olan təmrinlər, həqiqətdə iradi
hərəkətlər bölümünə aid edilir. Qeyri-iradi hərəkətlərin
idarə olunması təhtəlĢüur Ģəkildə, yəni instinktiv olaraq
həyata keçirilir.
Ġdman praktikasında rast gəlinən elementar
hərəkətlərdən çox mürəkkəb xarakterli təmrinlərədək olan
iradi hərəkətlərin sonsuz müxtəlifliyi ümumi fizioloji qanu-
nauyğunluqlara tabedir. Ġradi hərəkətlərin fizioloji təbiə-
tinin öyrənilməsi bir neçə onilliklər ərzində iĢlənilmiĢdir.
Bu sahədə aparılmıĢ çoxsaylı tədqiqatların elmə daxil
edilməsinə baxmayaraq, bütün bu proseslər indiki dövrdə
də öz inkiĢafını davam etdirməkdədir. Ġradi hərəkətlərin
fizioloji təbiətinin öyrənilməsində rus alimlərindən Ġ.M.Se-
çenov, Ġ.P.Pavlov, N.E.Vvedenskiy, A.A.Uxtomskiy,
N.A.BernĢteyn, P.K.Anoxin və digərilərinin hədsiz
xidmətləri olmuĢdur.
Refleks sistemində insanın iradi reaksiyalarının
tədqiqinin əsasını Ġ.M.Seçenov qoymuĢdur. O, “BaĢ beyin
8
refleksləri” əsəri ilə insanın psixi prosesləri və iradi hərəki
fəaliyyətinə materialist yanaĢmanın banisi olmuĢdur.
Ġ.M.Seçenov qeyd edir ki, insanın bütün iradi hərəkətləri,
psixi prosesləri və düĢüncəsi təbiət etibarilə reflektor hesab
edilir, yəni insana təsir edən müvafiq halların nəticəsinin
əksi kimi təzahür olunur. Ġnsanın xarici fəaliyyəti
Ġ.M.Seçenovun müəyyənləĢdirdiyinə görə, iradi aktın
yekun təzahürü kimi iradiliyin ali forması sayılır.
Ġ.M.Seçenovun ideya və fikirləri sonradan Ġ.P.Pavlo-
vun eksperimental tədqiqatları ilə də bir qədər inkiĢaf
etdirilmiĢdir. Ətraf mühit faktorlarının təsiri fonunda tam
orqanizmin fizioloji funksiyalarının tədqiqi Ġ.P.Pavlova
reflektor nəzəriyyənin əsas materialist prinsiplərini –
determinizm (cəmiyyət və təbiətdə baĢ verən bütün
hadisələrin ümumi obyektiv qanunlarından və səbəbiyyət
əlaqəsindən asılı olduğu haqqında elmi anlayıĢ), müəyyən
struktura malik olma, analiz və sintez prinsiplərini
əsaslandırmağa imkan vermiĢdir və bütün bunlar hal-
hazırda da öz elmi əhəmiyyətini saxlamaqdadır.
N.E.Vvedenski və A.A.Uxtomski insanın hərəki
fəaliyyətinin fizioloji mexanizmləri sahəsində böyük elmi
açılıĢlar etmiĢdir. Xarici təsirlərə qarĢı canlı toxumanın bir
universal reaksiyası kimi N.E.Vvedenskinin parabioz
nəzəriyyəsi orqanizmin funksional, əlalxüsus hərəki
fəaliyyətini müəyyən edən oyanma və tormozlanma proses-
lərinin genetik vahidliyini müəyyənləĢdirmiĢdir. Müxtəlif
oyanma sahələrində yekun hərəki aktın formalaĢmasında
A.A.Uxtomskinin göstərdiyi dominantlıq prinsipi mühüm
əhəmiyyət kəsb edir ki, bu da mərkəzi sinir sisteminin
(MSS) fəaliyyətinin baĢlıca iĢ prinsiplərindən biridir.
MəĢhur ingilis fizioloqu Ç.ġerrinqton sinir fəaliyyə-
tinin mexanizmlərini öyrənməklə sinir sisteminin inteqrativ
9
funksiyaları haqındakı təsəvvürü bir qədər də inkiĢaf
etdirmiĢdir. Onun resiprok innervasiya, icraedici orqanların
yolundakı sinir siqnallarının tormozlanması haqqında olan
iĢləri hərəki koordinasiyanın tədqiqinin inkiĢafında vacib
rol oynamıĢdır. Hərəki və vegetativ funksiyalar arasındakı
uyğunlaĢmanın daxili təbiətinin açılmasında amerikan
fizioloqu U.Kennonun homeostaz haqqındakı tədqiqatları
da əhəmiyyətli Ģəkildə köməklik göstərmiĢdir. U.Kennon
homeostazın sabitliyində və emosiyaların inkiĢafında
simpatik-adrenal sistemin vacibliyini əsaslandırmıĢdır.
Simpatik sinir sisteminin maddələr mübadiləsinə,
eləcə də müvafiq Ģəraitdən asılı olaraq orqanizmin hüceyrə
və toxumalarının optimal vəziyyətinin saxlanılmasının
fizioloji mexanizmlərinə göstərdiyi universal xarakterli
adaptasion-trofiki təsirləri ilə əlaqədar olan L.A.Orbelinin
tədqiqatları insanın hərəki fəaliyyətinin fiziologiyası elmini
kifayət qədər zənginləĢdirmiĢdir.
MSS-in ali Ģöbələrinə, əlalxüsu baĢ beyin yarım-
kürələri qabığına beynin retikulyar formasiyasının aktivləĢ-
dirici təsirləri ilə əlaqədar olan açılıĢlar (X.Mequn,
D.Moruççi) hərəkətlərin təĢkili mexanizmlərinin daha da
yaxĢı qavranılmasından ötrü böyük rol oynamıĢdır.
Yorulma və bərpa proseslərinin fizioloji mexanizmləri,
həmçinin iradi hərəkətlərin tədqiqinin inkiĢafında Q.V.Fol-
bort, M.Ġ.Vinoqradova, Ġ.A.ArĢavski, N.V.Zimkin, V.V.Pa-
rin və digər tədqiqatçıların elmi iĢləri mühüm əhəmiyyət
kəsb etmiĢdir.
İradi hərəkətlərdə şərtsiz tonik reflekslər. Ġradi
hərəkətlər anadangəlmə reflektor əsasa malik olur.
Anadangəlmə hərəki reflekslər sırasına duruĢ, müvazinət və
s. refleksləri aid etmək olar.
10
Müvafiz təsnifata uyğun olaraq, anadangəlmə hərəki
reflekslər 2 yerə: sakitlik zamanı bədən vəziyyəti ilə
əlaqədar olan reflekslər (duruĢ refleksləri) və bədəni çıxıĢ
vəziyyətinə qaytarmaqla əlaqəli olan reflekslərə (bərpaedici
reflekslər) bölünür.
DuruĢ refleksləri baĢın əyilməsi və ya dönməsi ilə
meydana gəlir ki, bu da boyun əzələləri (boyun tonusu
refleksləri) və daxili qulaq labirintinin (labirint refleksləri)
sinir uclarının qıcıqlanması nəticəsində təzahür olunur.
BaĢın qaldırılması və ya endirilməsi normal duruĢun qoru-
nub saxlanılmasını təmin edən bədən və ətrafların əzələ-
lərinin tonusunun dəyiĢilməsinə səbəb olur. BaĢın yanlara
döndərilməsi boynun əzələ və vətərlərinin proprioresep-
torlarının qıcıqlanması və baĢın bədənə nisbətdə simmetrik
yönəlməsi ilə müĢayiət olunur.
Məkanda baĢın vəziyyətinin dəyiĢilmələri və bu
dəyiĢikliklərin təhlilində mühüm rol vestibulyar aparata
mənsubdur. BaĢın dönməsi zamanı onun reseptor törəmələ-
rinin oyanması dönmə istiqamətində boyun əzələ tonusu-
nun reflektor artımına gətirib çıxarır. Bu, baĢın bədənə olan
nisbətdə müvafiq quruluĢunun saxlanılmasını təmin edir.
Tonusun bu kimi bölüĢdürülməsi hərlənmə hərəkətləri ilə
bilavasitə əlaqədar olan bir çox idman təmrinlərinin
effektiv icrası üçün çox zəruridir (məs, çəkic və diskin
atılması, akrobatik və gimnastik təmrinlər və s.).
Düzləndirici reflekslər bədənin normal vəziyyətdən
kənarlaĢmaları zamanı onun vəziyyətini saxlamağı təmin
edir (məs, bədənin düzəlməsi). Düzləndirici reflekslər
zənciri baĢın qaldırılması ilə baĢlayır, bədən vəziyyətinin
dəyiĢilməsi ilə davam edir və normal vəziyyətin tam
bərpası ilə yekunlaĢır. Bu reflekslərin həyata keçirilmə-
11
sində vestibulyar və görmə aparatı, əzələ proprioreseptor-
ları, dəri analizatorları iĢtirak edir.
Fəzada bədənin yerdəyiĢməsi statokinetik reflekslər-
lə müĢayiət olunur. Hərlənmə hərəkətlərində yarımdairəvi
kanallarda endolimfanın yerdəyiĢməsi nəticəsində vestibul-
yar reseptorlar oyanır. Mərkəzəqaçan impulslar uzunsov
beynin vestibulyar nüvəsinə daxil olmaqla, hərlənmə
hərəkətləri zamanı baĢ və gözün vəziyyətinin reflektor
dəyiĢikliklərinə səbəb olurlar.
Hərlənmə refleksləri baĢın azacıq hərəkətin əksi
istiqamətində əyilməsi, lakin sonra isə bədənə olan nisbətdə
tez bir zamanda normal vəziyyətə qayıtması ilə xarakterizə
olunur (baĢ nistaqmı). Gözlər də eyni hərəkəti icra edir:
hərlənmə istiqamətində sürətli və hərlənmənin əksi istiqa-
mətində zəif dönmə.
Hərlənmənin əksi istiqamətində gözün zəif dönmə-
sinin bioloji mahiyyəti ondan ibarətdir ki, o, hərlənmə
zamanı göz önündə aĢkara çıxan, görmə sahəsində olan
əĢyaları müəyyən məqamda fiksə edib, saxlaya bilsin.
Hərlənmə istiqamətində gözün sürətli dönməsi onların
normal vəziyyətdə qalmasını təmin edir. Hərlənmənin
yekununda gözlər hərəkətin əksi istiqamətində dönür, lakin
baĢ və bədən hərəkət istiqamətindəki meylliliyini davam
etdirir.
Bədənin vertikal yerdəyiĢməsi lift refleksləri ilə
müĢayiət olunur. Canlılarda sürətli eniĢ zamanı tullanmaya
hazırlıq refleksləri meydana çıxır, enmə ayaqların bükül-
məsi ilə müĢayiət olunur. Analoji vəziyyət lift kabinasında
sürətli qalxma zamanı da müĢahidə edilir. Qalxmanın
əvvəlində əyilmə, dayanma zamanı isə ayaqlar və bədənin
açılması qeyd olunur.
12
Bədən və ətrafların əzələ tonusunun reflektor dəyi-
Ģiklikləri vestibulyar nüvənin beyinciklə, baĢ beynin hərəki
mərkəzləri və onun qabıqaltı Ģöbələri ilə olan geniĢ
funksional və morfoloji bağlılıqlarından bilavasitə asılıdır.
UĢaqların atılmadan, dərinliyə tullanmadan sonra düzgün
yerə enməyin öyrədilməsində lift refleksləri böyük
əhəmiyyət kəsb edir. Bu reflekslərin anadangəlmə olmasına
baxmayaraq, düzgün yerə enmənin mütəmadi olaraq təshih
(düzəliĢ) olunması zəruridir. BaĢqa cür desək, uĢaqlarda lift
reflekslərinin formalaĢması müəllimin nəzarəti altında
həyata keçirilməlidir.
Hərəkətlərin qeyri iradi formasına həmçinin bu
anadangəlmə hərəki reflekslər də aiddir: bükmə, itələmə və
ritmiklik. UĢaq ovuc içi və ya ayaqaltı dərisinin qıcıqlan-
masına cavab olaraq, ətrafları bükəcəkdir, əgər ehtiyyatla
ovuc içi və ya ayaqaltı nahiyyəyə təzyiq göstərsək, o,
həmin əĢyanı itələyəcəkdir. Ritmiki refleks iki formada
təzahür olunur: qaytarma refleksləri və addımlama refleks-
ləri. Qaytarma reflekslərinə tipik nümunə kimi heyvanlarda
olan qaĢınma reflekslərini göstərmək olar. Bir ətrafın
ritmiki hərəkəti spinal sinir mərkəzlərinin funksional
vəziyyətinin birtərəfli dəyiĢiklikləri ilə həyata keçirilir.
Addımlama refleksində ətrafların sinir mərkəzləri
qarĢılıqlı funksional əlaqənin keyfiyyət xüsusiyyətlərinə
görə resiprok, qarĢılıqlı əlaqəli və əks əlaqəli sayılır (Ģəkil
1). YeriĢ, üzgüçülük və s. bu kimi dövri hərəkətlərin əsasını
mürəkkəb ritmiki reflekslər təĢkil edir. Fiziki təmrinlərin
icrası anadangəlmə hərəki reflekslərin daima korrektə
olunması və təkmilləĢdirilməsi ilə birbaĢa bağlıdır. Mərkəzi
tənzimləyici təsirlər iradi hərəkətlərin xüsusiyyətlərinə
müvafiq formalı əzələ tonusunu təmin edirlər.
13
Ġdman fəaliyyəti orqanizm və ətraf mühitin qarĢılıqlı
əlaqəsinin fasiləsiz təshih olunması ilə təĢkil olunmalıdır.
Xarici Ģəraitin dəyiĢiklikləri zamanı (məs, oyun vəziyyət-
ləri) fiziki təmrinlərin mürəkkəb texnikasının qavranılması,
bu qarĢlıqlı əlaqəyə misal ola bilər. Hərəkətlərin səmərəli
icrasına imkan verən, dəqiqliklə fərqləndirilmiĢ elementlə-
rin hasilatı icrasedici əzələ aparatından idarəedici ali
sistemlərədək orqanizmin bütün funksional sistemlərinin
əlaqəli fəaliyyətinin nəticəsi hesab edilir. BaĢqa cür desək,
hərəkətlərin təlimi – dayaq hərəkət aparatının funksional
yetkinliyi, eləcə də baĢ beynin analiz və sintez fəaliyyətinin
inkiĢaf dərəcəsinin vəziyyəti ilə bilavasitə əlaqədar olan
mürəkkəb bir prosesdir.
ġəkil 1. AĢağı ətraflardakı hərəkətlərin uyğunlaĢma sxemi – onurğa beyni
səviyyəsində resiprok (A) və qayıdan (B) tormozlanma:
1 – onurğa beyni qovĢağında hissi neyronun cismi; 2 – budun bükücü hərəki
neyronu daxil olmaqla (3a), açıcı hərəki neyronun oyanması zamanı (3), əlavə
tormozlayıcı neyron; 4 – budun bükücü hərəki sinirinin sonluğu; 5 - əzələ milinin
proprioseptoru; 6 – budun açıcı hərəki sinirinin sonluğu; 7 – tormozlayıcı RenĢou
neyronu; 8 – oyanmanın tormozlayıcı neyrona ötürülən hərəki sinir hissəsi
14
1.2. Hərəkətlərin təliminin yaĢ göstəriciləri
Hərəkətlərin təliminin fizioloji qanunauyğunluqları.
Ġnsanlarda iradi hərəkətlərin formalaĢması Ģüurun, düĢün-
cənin aktiv iĢtirakı ilə baĢ verir. Təlimin effektivliyi öyrəni-
lən hərəkətlərin əhəmiyyətinin qavranılmasından, məĢğul
olanın fərdi marağından, uĢaqların yaĢ xüsusiyyətlərinə
müvafiq metodların seçilməsindən birbaĢa asılıdır.
Ġnsanın hərəki fəaliyyəti ikinci siqnal sisteminin
funksiyası ilə sıx Ģəkildə əlaqədardır. Buna görə də hərəki
fəaliyyətin təlimi prosesində hərəkətlərin praktik təkrarlan-
ması ilə yanaĢı, Ģifahi Ģəkildə sözlərlə deyilməsi də
gərəkdir. Lakin iradi hərəkətlərin mənimsənilməsində əsas
əhəmiyyət kəsb edən hərəki təcrübədir.
Hərəkətlərin çoxsaylı icrası baĢ beyin yarımkürələ-
rinin sinir strukturunda və qabıqaltı mərkəzlərdə onun
özünəməxsus əksinin (izinin) formalaĢmasından ötrü
baĢlıca Ģərtlərdən hesab edilir. Bu spesifik izin formalaĢma-
sının mənbəyi iradi hərəkətlərin icrası zamanı hərəkət
aparatında təzahür olunan proprioreseptiv hissiyyatdır.
Ġnsanların iradi hərəkətlərini heyvanların Ģərti
refleksləri ilə eyniləĢdirmək olmaz. Heyvanların Ģərti
hərəki refleksləri bir qayda olaraq Ģərtsiz refleks və ya onun
baĢqa forması əsasında meydana gəlir. Ġnsanın məqsədə-
uyğun hərəki fəaliyyəti heç də anadangəlmə reflekslər
bazasında əmələ gəlmir, lakin o, fərdi inkiĢaf prosesində
əldə olunan yeni hərəkət aktlarının və mürəkkəb formalı
Ģərtsiz hərəki reflekslər vəhdəti kimi nəzərdə tutulur.
Ġnsanın hərəki fəaliyyətinin iradi xüsusiyyəti ali psixi
funksiyalar – təĢəkkür (düĢünmə) və Ģüur ilə bağlıdır.
Eyni bir Ģərti qıcıqlandırıcının insan və heyvan üçün
olan bioloji mahiyyəti və qüvvəsində kifayət dərəcədə
15
fəqliliklər mövcuddur. Heyvanlarda olduğu kimi insanlarda
da ətraf mühitin istənilən amilləri Ģərti refleksin formalaĢ-
masından ötrü qıcıq rolunu oynaya bilər. Lakin məhz insan-
lar üçün söz qıcığının çox təsirli əhəmiyyəti vardır ki, bu da
fiziki yüklənmələr zamanı yüksək mahiyyət kəsb edir.
Yeni hərəkətlərin öyrənilməsi dayaq hərəkət apara-
tının morfofunksional yetkinliyi və fiziki keyfiyyətlərin
müəyyən səviyyəsində mümkün ola bilər. Bu – təlimin
quruluĢ və funksional əsasıdır. O, yeni hərəkətlərə uyğun
ola bilər, yəni o tələblərə cavab verər və ya natamamlığı ilə
də seçilə bilər. Ġkinci halda təlim prosesi bir qədər
uzanacaqdır. Buna görə də möhkəm morfofunksional
təməlin yaradılması yeni hərəkətlərin təliminin daha
səmərəli yolu kimi baxılmalıdır ki, bu halda “sadədən
mürəkkəbə” qaydası bir qədər öz mənasını itirmiĢ olur.
Lakin tam orqanizm olaraq, son məqsədə daha səmərəli,
qənaətli çatmaq formulu öz əhəmiyyətini bütün hallarda
qoruyub saxlayır.
Mürəkkəb hərəkətlərin təlimi zamanı onların sadə
elementlərə bölünərək öyrənilməsi mümkündür. Lakin
buna baxmayaraq, uĢaqlar üçün belə mürəkkəb hərəkətin
bütün elementlərinin daxili vahidliyinin qorunub saxlanıl-
ması ilə tətbiq olunan tam təlim metodu daha yaxĢı hesab
edilir. Ġlk zamanlar o, yüngülləĢdirilmiĢ Ģərtlərlə icra edilə
bilər. Bu yol hətta fiziki keyfiyyətlərin maksimal təzahü-
rünü tələb edən təmrinlərin mənimsənilməsi üçün məqsədə-
uyğundur. Mürəkkəb hərəkətlərin ilkin təlimi zamanı
hərəki avtomatizm formalaĢmayanadək əlavə fənd və
Ģərtlər istifadə olunmamalıdır.
Yeni hərəkətlərin səmərəli Ģəkildə qavranılması
uĢaqların hərəki fəaliyyətinin optimal fonunun təĢkilindən
də asılıdır. Dərsin nəzəri hissəsində diqqətin yaxĢılaĢdırıl-
16
masından ötrü müxtəlif metodların tətbiqi, qarĢıdakı
fəaliyyət üçün psixoloji təsir MSS-in optimal oyanıcıqlığını
təmin edir. Mürəkkəb hərəkətlərin yorulma vəziyyətində
öyrənilməsi az effektlidir.
Hərəki vərdiĢin möhkəmliyi öyrənilən hərəkətlərin
təkrarlama sayından əhəmiyyətli dərəcədə asılıdır. Müəlli-
min icra dəqiqliyinə ciddi nəzarət etdiyi təqdirdə hərəkət-
lərin çoxsaylı təkrarı onların mükəmməl qavranılmasından
ötrü vacib Ģərtlərdəndir. Öyrənilən hərəkətin qıcıq qüvvəsi
optimal hüdudlarda olmalıdır. Məktəblilərin hərəki funksi-
yalarının inkiĢafının yaĢ xüsusiyyətlərinə uyğun olmayan,
həddən artıq qüvvəli qıcıqlandırıcılarla təzahür olunan çox
mürəkkəb təmrinlər onlar tərəfindən qavranılmayacaqdır.
əksinə, zəif qüvvəli, sadə hərəkətlər, hətta uĢaqlarda böyük
maraq doğurmasa belə, onların təkrar icrasına ehtiyac
duyulmur.
Yuxarıda sadalananlardan fərqli olaraq, əsas iradi
hərəkətləri möhkəmləndirən amillər isə maksimal qüvvəyə
malik olmalıdırlar. ġagirdin fəaliyyətinin qiymətləndiril-
məsi, layiqli münasibət göstərmək, səhvlərin düzəldilməsi,
daima diqqətdə saxlamaq yeni hərəkətlərin təliminin
effektivliyinin yüksəldilməsinə zəmin yaradır.
Təbii hərəkətlər yaxın idman təmrinlərinin (məs,
qaçıĢ) öyrənilməsi, onlarda anadangəlmə hərəki element-
lərin (anadangəlmə fizioloji mexanizmlər) üstünlük təĢkil
etdiyi üçün bir qədər yüngülləĢir. Lakin təlimdə olan səhv-
lər zamanı hərəkətlərin tənzimlənməsinin təbii əsasının
pozulmasının real təhlükəsi ilə də qarĢılaĢmaq olar. Fizio-
loji baxımdan hərəkətlərin normal tənzimlənməsinə müva-
fiq olmayan, təlimin bir çox qeyri-təbii əsaslı üsul və
metodlarının tətbiqi bütün bu deyilənlərə gətirib çıxara
bilər.
17
Mürəkkəb hərəkətlər çox böyük dəqiqliklə iĢlənmiĢ
təlim metodları tələb edir. Bu, uĢaqların hərəki funksiya-
larının tənzimlənməsi, hərəkətlərin formalaĢması və inkiĢa-
fın ümumi qanunauyğunluqları sahəsindəki biliklər əsasın-
da qurulur. Mürəkkəb hərəkətlərin icrası üzərində olan
Ģüurlu, iradi nəzarət, hərəkətlərin təbii formasının
öyrənilməsinə nisbətən xeyli çox yoxlanılmalıdır.
Hərəkətlərin ayrı-ayrı hissələrinin və ya bütövlükdə
avtomatlaĢdığı təqdirdə onlar üzərində olan düĢünülmüĢ
nəzarət bir qədər zəifləyir. Hərəkətlər tədricən anadan-
gəlmə lokomotor akt xüsusiyyətli, qeyri-iradi xassələrə
malik olur.
Uşaq və yeniyetmələrdə hərəkətlərin təlim xüsusiy-
yətləri. Yeni hərəkətlərin öyrənilməsi yaĢla əlaqədar
təzahür olunan elementar hərəki aktların təbii əsası
üzərində qurulur. Ġlkin uĢaqlıq dövründə olan qaydasız və
nizamsız hərəkətlərdən məqsədəuyğun hərəki fəaliyyətin
formalaĢması çoxsaylı sınaqlar, hərəkətlərin icrası zamanı
uğurlu və uğursuz cəhdlər sayəsində tədricən baĢ verir.
Məqsədyönlü hərəki aktların möhkəmləndirilməsi iradi
hərəkətlərin formalaĢması üçün zəruri Ģərtlərdən hesab
edilir. Məsələn, uĢağın tutma hərəkəti o zaman məqsəd-
yönlü xarakter alır ki, o bunu dəfələrlə qida və digər bioloji
əhəmiyyətli amillərlə möhkəmləndirmiĢ olsun.
UĢaqların inkiĢafının ilkin mərhələlərində lokomotor
funksiyalar həddən artıq sadə formada reallaĢır. UĢaqların
1-2 yaĢda necə gəzdiklərini xatırlayaq. Məhz bu hərəki
aktivliklə bir çox idman növlərində olan hədsiz mürəkkəb
hərəkətlər və ya incə yaradıcı xarakterli hərəkət formaları
ilə çox cüzi bənzərlik vardır.
18
Hərəki funksiyaların inkiĢafı standart Ģəkildə davam
etmir. Anadan olandan 1 yaĢadək uĢaq çox sürətlə böyüyür.
Ġlkin uĢaqlıq dövrü üçün bədənin əzələ kütləsinin
əhəmiyyətli dərəcədə artımı xarakterikdir. Yalnız məktəbə-
qədər yaĢda (5-6 yaĢ) yuxarı ətrafların kiçik əzələlərinin
inkiĢafı yüksəlir. UĢaq bu yaĢdan əl barmaqlarının incə və
dəqiq hərəkət imkanlarını əldə etməyə baĢlayır. Hərəkət-
lərin təlimi zamanı məlum olan çətinliklərdən biri də
bükücü əzələlərin morfoloji inkiĢafının açıcı əzələlərin
inkiĢafını qabaqlamasından irəli gəlir. Açıcı əzələlərə
nisbətən bükücü əzələlərdə daha yüksək tonusun olması
qeyd olunur. Bütün bunları təmrinlərin seçimi zamanı
diqqətdə saxlamaq çox zəruridir.
Dayaq hərəkət aparatı və onların tənziminin mərkəzi
mexanizmlərinin inkiĢafı ilə əlaqədar olaraq, yeni hərəkət-
lərin mənimsənilmə imkanları da artır. Kiçik yaĢlı məktəb-
lilər digərilərinə nisbətən cəld qərar və icra tələbatı ilə
əlaqədar gözlənilməz təzahür olunan hərəki vəziyyətlərə
daha tez adaptasiya olunurlar. Yeni hərəki vərdiĢlərin
öyrənilmə sürəti və təkmilləĢdirilməsi əsas etibarilə müəl-
limin ustalıq səviyyəsindən, hərəkətləri bacarıqla möhkəm-
ləndirməkdən və məĢğələlərə olan maraqdan asılıdır. Məhz
buna görə də həm fizioloji, həm də pedaqoji baxımdan
təmrinlərin hər zaman qiymətləndirilməsi, uĢaqların
həvəsləndirilməsi və onların fəaliyyətinə olan mütəmadi
nəzarət öz təsdiqini tapır.
Təlimin ilkin mərhələlərində iradi hərəkətlərin
formalaĢması Ģərti reflektor fəaliyyətin ümumi qanuna-
uyğunluqlarından asılıdır. YaĢ artımı və qavrayıĢın daha da
təĢəkkülü ilə əlaqəli Ģəkildə bu qanunauyğunluqlar yeni
keyfiyyət tərkibinə malik olur. Hərəkətlərə düĢünülmüĢ
formada olan iradi nəzarət təlimin səmərəliliyinin əsas
19
Ģərtlərindən hesab edilir. Məhz bu baxımdan vərdiĢi
möhkəmləndirən amillərin seçimi zamanı daha çox ictimai
xüsusiyyətlərə üstünlük verilməlidir.
UĢaqlara yeni hərəkətlərin təlimi zamanı möhkəm-
ləndirən amil qismində müəllimin sözləri, onun fəaliyyə-
tinin düzgün qiymətləndirilməsi, öz uğurlarını dərk etməsi
və özünüqiymətləndirmə də böyük rol oynaya bilər.
Bunlarla yanaĢı təlimin ilkin mərhələlərində öyrənilmiĢ
təmrinləri daha sadə, kifayət qədər aydın və səmərəli
amillərlə möhkəmləndirmək olar ki, bunun da təbii, bioloji
əhəmiyyəti öz faydasını vermiĢ olacaqdır (məsələn, birinci
sinifdə oxuyan uĢaqlara təmrinləri düzgün icra etməyi uzun
müddət izah etməklə yanaĢı, onları çalıĢqanlıqlarına görə
sevimli Ģirniyyatları ilə də mükafatlandırmaq olar). Hərə-
kətlərin icrası zamanı və ya dərhal ondan sonra əyani,
təsvirli möhkəmləndirmə təlimi yüngülləĢdirir. Bu, kiçik
yaĢlı məktəblilərin canlı görüntü düĢüncəsilə bilavasitə
əlaqədardır. Onlar üçün bütün qıcıqlandırıcıların söz ilə
ifadə olunması hələ tezdir. Məhz buna görə də onlar üçün
əyanilik metodu daha qüvvəli öyrətmə üsulu sayılır.
Kiçik yaĢlı məktəblilər mürəkkəb formalı hərəkət-
lərin texnikasını tədricən qavrama imkanlarına malik
olurlar. Bu, 7-8 yaĢlarında ali sinir fəaliyyətinin kifayət
qədər yüksək dərəcəli inkiĢafı ilə əlaqələndirilir. Bu dövrdə
sinir hüceyrələrinin inkiĢaf və quruluĢ dəyiĢikliklərinin
mühüm mərhələləri yekunlaĢmıĢ olur. DüĢüncə və abstrakt
təfəkkürün əsasının formalaĢması imkanları çox sürətli
Ģəkildə artır. Daxili (Ģərti) tormozlanma prosesləri hələ də
natamam olduğuna görə, yeni hərəkətlərin öyrənilməsi və
təkmilləĢdirilməsi bir qədər çətin baĢ verir.
UĢaqların hərəkətləri öyrənmə sürəti onların fərdi
qavrama dərəcəsindən də bilavasitə asılıdır. Fərdi inkiĢaf
20
prosesində uĢaqlarda fiziki yüklənmələrə qarĢı müxtəlif
istiqamətli yüksək həssaslıq mərhələləri müĢahidə olunur.
Məs, 6-8 yaĢlı uĢaqların xizəkdə sürüĢməsi 9-11 yaĢlı
uĢaqlara nisbətən daha asan öyrənilir; 8-12 yaĢ arasındakı
dövrdə olan uĢaqlar isə məkanda orientasiya qabiliyyətinin
intensiv inkiĢafı, taktil-kinestetik siqnalların təhlilinin
yaxĢılaĢması sayəsində dəqiqlik və yüksək koordinasiya
tələb edən müxtəlif hərəkətləri öyrənə bilirlər.
Məktəbəqədər yaĢda anadangəlmə çarpaz-resiprok
koordinasiyanın qorunub saxlanıldığına görə ayaqların eyni
vaxtlı hərəkəti (məs, iki ayaqla təkan verməklə tullanma)
bir qədər çətin olur. Yalnız 7-8 yaĢlarında ayaqların
eynivaxtlı simmetrik hərəkətlərdən ötrü zəruri olan
koordinasiyanın fizioloji mexanizmləri təkmilləĢməyə
baĢlayır. Lakin eyni vaxtlı, simmetrik əl hərəkətlərində
çarpaz-resiprok əlaqələr gec təzahür olunur. 8-9 yaĢlardan
qaçıĢ və üzmənin sürəti intensiv Ģəkildə artır, 10-11
yaĢlarında isə qaçıĢ addımlarının tezliyi öz maksimal
göstəricilərinə də çata bilər, belə ki, 10-11 yaĢlı uĢaqlar bu
göstəricilərdə 12-14 yaĢlı yeniyetmələri də üstələyə
bilərlər.
Yeniyetməlik və gənclik yaĢlarında abstrakt təfək-
kürün üstünlük təĢkil etməsi səbəbindən, söz siqnalına olan
Ģərti hərəki reflekslər müəyyən əyani qıcıqlandırıcılara
nisbətən daha tez formalaĢır. Məhz buna görə də söz
metodundan daha çox istifadə etməklə (əlalxüsus gənc
yaĢlarında) olan hərəkətlərin təlimi fiziloji baxımdan
əsaslandırılmıĢ sayılır. Yeniyetmələr kəskin oyanıcıqlığı ilə
fərqlənirlər ki, bu da xüsusilə yüksək hərəki aktivlik və
hərəkətlərin nizamsızlığı (yöndəmsizliyi) ilə də seçilir.
Cinsi yetiĢkənlik dövrünün əvvəllərində beyin funksiya-
sının analitiz-sintez imkanları yeksəlir ki, bu da mühitin,
21
Ģəraitin yeni, ali formalı əksi və dərkolunmasının əsasını
təĢkil edir. Fiziki hərəkətlərlə məĢğul olmağın əhəmiyyəti
və mənasını əsaslı Ģəkildə baĢa düĢən yeniyetmə, onun yeni
formalarını daha tez qavrayır.
Yeniyetmənin dəyiĢkən psixikasına görə onun fiziki
hərəkətlərə olan marağını müxtəlif vasitələrlə daima
saxlamaq tələb edilir. Onlar həddən artıq mürəkkəb
olmamaq Ģərtilə, emosionallıqla təzahür olunmalıdır.
Mürəkkəb, çətin icra olunan təmrinlərə olan maraq, həddən
artıq sadə, icrası çox da zəhmət tələb etməyən hərəkətlərə
olan maraq kimi çox tez bir zamanda itir. Hədsiz sadə fiziki
hərəkətlər onların texnikasının mənimsənilməsinin diletant-
lığına (səthiliyinə) gətirib çıxara bilər. Bununla yanaĢı
əlalxüsus bu yaĢda fiziki inkiĢafın hərtərəfliyi, təmrinlərin
icrası proprioreseptiv aparatın təkmilləĢməsi ilə texniki
düzgün uyğunlaĢdırılmalıdır.
Fiziki hərəkətlərlə məĢğuliyyətin səmərəli təĢkil
olunmuĢ sistemi bioloji prosesləri stimullaĢdırır, boy
artımı, orqanizmin toxuma və orqanlarının inkiĢafını sürət-
ləndirir. Lakin yeniyetmələrin öz imkanlarını həddən artıq
qiymətləndirməyə olan meylliliyi çox vaxt özlərini güc
təmrinləri ilə yükləməyə, qüvvələri çərçivəsində olmayan
ağırlıqları qaldırmağa, mürəkkəb akrobatik, gimnastik və
digər bu kimi hərəkətləri icra etməyə təhrik edir.
Yeniyetmələrin bu xüsusiyyətlərini nəzərə alaraq, texniki
diletantlıq və idman travmatizminin potensial mənbəyinə
çevrilə biləcək hərəkətləri təlim prosesinə daxil etməmək
məqsədəuyğundur.
22
Ġ K Ġ N C Ġ F Ə S Ġ L
İRADİ HƏRƏKƏTLƏRİN İDARƏ OLUNMASININ
FİZİOLOJİ ƏSASLARI
2.1 Orqanizmin funksiyalarının koordinasiyası –
hərəkətlərin idarə olunmasının əsasıdır
Hərəkətlərin idarə olunmasında sensor korreksiya
prinsipi. Ġradi hərəkətlərin icrası zamanı orqanizmin
fəaliyyətinin mühüm tərkib hissəsi hərəkətlərin idarə
olunması sayılır. Bu, mərkəz və hərəki aparatın qarĢılıqlı
əlaqəsidir ki, bunun da nəticəsində cari vəziyyətə cavab
verən və ya standart nümunələr formasında (məsələn, suya
tullanma, gimnastikada olan bəzi üslublaĢdırılmıĢ (stilləĢ-
dirilmiĢ) təmrinlər) təzahür olunan hərəkət aktıdır.
Hərəkətlərin icrası zamanı əsas fizioloji mexanizm-
lər onların təcili tənzimlənməsidir ki, bu da icraedici üzvlər
– əzələlər və idarəedici sinir aparatı arasında daima
məlumat mübadiləsi əsasında baĢ verir (sensor korreksiya
prinsipi). Hərəki mərkəzlərdə korrektəedici impulslar əzələ
reseptorlarından mərkəzə çatdırılan siqnallar sayəsində
yaranırlar (əks əlaqə). Funksional halqa formalaĢır:
icraedici siqnal – hərəkət – icra haqqında əks məlumat.
Hərəkətlərin dəqiqliyinə nəzarət onların icra sürəti
ilə məhdudlaĢdırılır. Belə ki, 0.1 – 0.2 saniyə ərzində icra
olunan hərəkət, praktik olaraq icra prosesi zamanı korrektə
oluna bilməz. Belə hərəkətlərin təlimi zamanı (məsələn,
gimnastika, akrobatika, suya tullanma və s.) tam aktın icra
Ģəraitinin dəqiq nizamlanması tələb olunur ki, bu da xüsusi
hazırlayıcı təmrinlərlə əldə edilir.
23
Zəif sürətli hərəkətlərin (0.2 – 2.0 saniyə civarında)
icrası zamanı korreksiya mümkündür. Buna təcili məlumat
vasitələri də (səs, iĢıq siqnalları) kömək edir. Sürətsiz
hərəkətlərin icrası zamanı (2 saniyədən artıq) korreksiya
üçün optimal Ģərait yaradılır. Bu kimi hərəkətlər məktəb
yaĢlı uĢaqlar üçün daha asan icra olunandır.
Ġradi hərəkətlərin idarə olunmasında MSS-in bütün
Ģöbələri iĢtirak edir: onurğa beyindən hərəki analizatorun
ali qabıq proyeksiyasına kimi. MSS-in aĢağı və ali mərkəz-
ləri arasında olan mürəkkəb əlaqələr hərəki koordinasi-
yanın zəruri ilkin Ģərtlərini təmin edir.
Koordinasiyanın fizioloji mahiyyəti. Koordinasiya-
nın fizioloji mahiyyəti tam bir hərəki akt zamanı ayrı-ayrı
orqan və sistemlərin fəaliyyətinin uyğunlaĢdırılması ilə
izah olunur. ġərti olaraq 3 növ koordinasiya ayırd etmək
olar: sinir, əzələ və hərəki. Sinir koordinasiyası dedikdə,
hərəki tapĢırığı həll etməyə yönəlmiĢ sinir prosesləri baĢa
düĢülür; əzələ koordinasiyası anlamında isə gərginləĢdiril-
miĢ və boĢ əzələlərin uzlaĢdırılması sayəsində mümkün
olan hərəkətlər kimi qeyd oluna bilər; hərəki koordinasiya
dedikdə isə məkanda bədənin müxtəlif hissələrinin hərəkət-
lərinin düzgün icrası və müvafiq hərəki tapĢırıq zamanı
orqanizmin funksional vəziyyətinin cari situasiyaya uyğun-
laĢdırılması nəzərdə tutulur.
Ġradi hərəkətlərin düzgün və dəqiq icrası hərəki
analizatorlar vasitəsilə təmin edilir. Digər analizatorların
qabıq mərkəzləri ilə assosiativ əlaqələrinin çoxluğu, görmə,
eĢitmə, dəri analizatoru, vestibulyar aparat vasitəsilə
hərəkətlərin təhlili və onlar üzərində nəzarəti reallaĢdırır.
Hərəkətlərin icrası dəri dartılması və onun ayrı-ayrı hissə-
lərinə təzyiqlə də bağlıdır, ona görə də taktil reseptorlar
24
Ģərti əlaqəlar mexanizmində hərəkətlərin təhlili zamanı hər
an fəal olurlar. Bu funksional bağlılıq hərəkətlərin
kompleks kinestezik təhlilinin fizioloji əsası hesab olunur,
bu zaman taktil reseptorlardan göndərilən impulslar
proprioreseptiv hissiyyatı təmin edirlər (Ģəkil 2).
Hərəkətlərin koordinasiyası barədə təsəvvürlərin
inkiĢafının müxtəlif mərhələlərində hərəkətlərin icrasının
fizioloji mexanizmlərinin fərqli sxemləri yaradılmıĢdır.
1935-ci ildə N.A.BernĢteynin təklif etdiyi sensor
korreksiya prinsipi əsasında olan idarəetmə sxemi böyük
maraq doğurur. Koordinasiyaya hərəkətlərin sərbəstliyinin
ehtiyat dərəcəsi kimi baxılır. Orqanizmin daxili imkanları
fəaliyyət hərəkətlərinin təlimində və növbəti korrektə
olunmasında müvafiq faktor rolunu oynayır.
ġəkil 2. Əzələ hissiyatı və oyanıcıqlığının α və γ – motoneyronlarından
tənzimi: 1- retikulyar formasiya və γ – motoneyronun cismi; 2 - əlavə neyron; 3 -
əzələ milinin proprioseptorunun hissi sinir lifləri; 4 - əzələ milinin oyanıcıqlığını
yüksəldən γ – motoneyronun sonluğu; 5 – hərəki α – motoneyronun sonluğu; 6 –
onurğa beyninin ön buynuzlarında α – motoneyronun cismi.
25
Orqanizm hərəkət prosesində təzahür oluna biləcək
daxili imkanlardan iki istiqamətdə istifadə edir: ya tormoz-
lanma ilə, ya da əsas hərəki aktın tərkibinə daxil olmaqla.
Ġdman hərəkətlərinin icrası zamanı bu iki yol bir-biri ilə sıx
qarĢılıqlı əlaqədə istifadə olunur. Bir hərəki sahədə olan
tormozlanma, zəruri qüvvənin digər sahələrə yönəlməsinə
təkan verir.
Son hərəki cavabın formalaĢmasında sensor korrek-
siya üzərinə vacib rol düĢür. Onun prinsipial əhəmiyyəti
iradi hərəkətlərin icrası zamanı xarici və daxili mühitin
daimi dəyiĢkən Ģəraiti ilə Ģərtləndirilir (Ģəraitin qəfildən
dəyiĢməsi xarici faktordur ki, təcili korreksiya tələb edir;
əzələlərin sürtünmə, suvaĢqanlıq, elastiklik qüvvəsi,
müvafiq uzunluğunun dəyiĢməsi daxili faktordur ki,
fəaliyyətin hərəki strukturunda korreksiya tələb edir).
Ġradi hərəkətlərin icra keyfiyyəti və müvafiq
məqsədə nail olunması MSS vasitəsilə tənzimlənməklə,
əzələ aparatının əks efferentasiyası sayəsində həyata
keçirilir. Ġradi hərəkətlərin idarəolunma prosesi orqanizmin
sistem fəaliyyətinin səciyyəvi hallarındadır.
Koordinasiya mexanizmi. Ġradi hərəkətlərin forma-
laĢma mexanizminin tədqiqi zamanı Ġ.P.Pavlov belə bir
qənaətə gəlmiĢdir ki, hərəki analizatorun kinestezik
hüceyrələri daxili və xarici reseptorlarda siqnalları qəbul
etməklə, beyin qabığının bütün hüceyrələri ilə assosasiya
yaratmaq imkanlarına malikdirlər. Ġ.P.Pavlov hərəkətlərin
iradiliyini baĢ beynin böyük yarımkürələr qabığının
funksiyaları ilə əlaqələndirir.
Sadə sinir tənzimedici proseslər klassik təsəvvür
çərçivəsində, yəni çoxsaylı qıcıqlandırıcılara qarĢı eyni tipli
reflektor cavabın formalaĢması ilə təqdim oluna bilər. Ġlk
26
dəfə bu kimi imkanlar Ç.ġerrinqton tərəfindən eksperimen-
tal surətdə sübut olunmuĢdur. Artıq reflektor reaksiyaların
morfoloji əsasında insana eyni zamanda təsir edən çoxsaylı
qıcıqlandırıcılara qarĢı eyni tipli cavabın verilmə təsəvvürü
dayanır.
Qıcıqlanma siqnallarını onurğa beynə çatdıran
hissiyat liflərinin miqdarı hərəki liflərdən bir neçə dəfə
azdır. Nəticə etibarilə çoxsaylı baĢlanğıc qıcıqlandırıcılara
nisbətən çox azsaylı hərəkətlər icra olunur. Onların seçimi
cari hərəki vəziyyətdə əsas etibarilə Ç.ġerrinqtonun
“ümumi yolun tamamı” prinsipi əsasında həyata keçirilir
(Ģəkil 3).
ġerrinqtona görə hərəki reaksiyaların uyğunlaĢdırıl-
ması “ümumi yolda” – müxtəlif afferent sistemlərdən
impulsların çıxdığı yerdə baĢ verir. Onlar arasındakı
rəqabət siqnalların bioloji əhəmiyyətinə görə “ümumi
yolun tamamı” kimi ötüb keçmələri təmin edir ki, bu da
yekun hərəki reaksiyanı müəyyən etmiĢ olur. Afferent
neyronların efferent – icraedicilərdən bir neçə dəfə çox
olmasına baxmayaraq, bir neçə hissiyyat üzvlərindən olan
qıcıqlanmalar eyni, məhz həmin hərəki sinirlərə ötürülə
bilər, yəni orqanizmin eyni bir fəaliyyəti müxtəlif reseptor-
lar sayəsində baĢ verə bilər.
Qıcıqlanmanın bioloji əhəmiyyətinin seçimində əsas
rol tormozlanmanın üzərinə düĢür ki, o, eyni zamanda
qıcıqlanmıĢ digər sensor neyronların təsirini təcrid edir.
Çoxsaylı qıcıqlandırıcıların təsirinə müvafiq cavab reaksi-
yalarının verilməsində, sensor neyronların efferentlər
üzərində üstünlüyünün əsas və yeganə Ģərti kimi təqdim
olunması mübahisə olunmaz bir faktdır.
27
Hərəkətlərin idarə olunmasının fizioloji mexanizm-
lərini daha aydın anlamaqdan ötrü A.A.Uxtomskinin
dominantlıq barədə fikirləri zəruri əhəmiyyət kəsb edir.
MSS-də dominant sinir mərkəzləri məqsəduyğun hərəki
fəaliyyətdə əlaqələndirici rolunu oynayırlar. A.A.Uxtomski
göstərmiĢdir ki, iĢçi icra mexanizmlərinin dəqiq, məqsədə-
uyğun fəaliyyətinin formalaĢması hərəki dominantlığa
müvafiq Ģəkildə baĢ verir. Fiziki təmrinlərin icrası zamanı
olan dominantlıq, hal-hazırda daha vacib olan hərəki
tapĢırıqların həllində insan orqanizminin funksiyalarının
səfərbər olunmasına Ģərait yaradır. Dominantlıq barədə
olan tədqiqatlar güclü ağrı qıcıqlandırıcılarının təsiri
zamanı belə müdafiə reaksiyalarının onları bir növ
“yatırtmasını” izah etməyə imkan verir (məsələn, idman
yarıĢlarından zədələnmələrə baxmayaraq aparılan mübari-
zələr). Qalibiyyətə yönəldilmiĢ gərgin psixoloji Ģiddət
dominantlıq təĢkil etdiyindən, bu halda o, yekun hərəki
cavabın alınmasında zəruri rol oynayır.
ġəkil 3. ġerrinqtona görə ümumi yolun tamamı sxemi:
A – onurğa beyni qanqli hüceyrələri; B – aralıq neyronlar; C –
motoneyronlar; D - əzələlər
28
Dominantın dayanıqlığı orqanizmə xarici qıcıqlandı-
rıcılara seçmə xarakterli reaksiya verməyə imkan verir, bu
da cari an üçün daha əhəmiyyətli müvafiq hərəki fəaliyyəti
müəyyən edir.
Skelet əzələlərinin hərəkətinin koordinasiyasında
yerli (periferik) və humoral mexanizmlərin əhəmiyyət kəsb
etmələrinə baxmayaraq, əsas rol hərəki funksiyaların sinir
tənziminə tabedir.
2.2 Hərəkətlərin idarə olunmasında sensor
sistemlərin rolu
Hərəkətlərin idarə olunmasında vestibulyar aparatın
rolu. Vestibulyar aparatın skelet əzələlərinə təsiri onurğa
beyindən keçərək həyata keçirilir. Vestibulyar sinirlərin
özəyindən olan impulslar duruĢun və bədən vəziyyətinin
idarə olunması, məkanda müvazinətin saxlanılmasını təmin
edir. Vestibulyar impulslar motoneyronlara kifayət
dərəcədə tormozlayıcı təsir göstərirlər. Hər halda müəyyən
tezlik və qüvvədə olan bu təsirlərdə hərəki impulsların
motoneyronlara ötürülməsinin zəifləməsi effektini müĢa-
hidə etmək olar. Onurğa beynin neyronlarında vestibulyar
siqnalların hərəki impulslarla qarĢılıqlı əlaqəsi baĢ
verməklə, bədən və ətrafların vəziyyəti tənzimlənir.
Vestibulyar sinir mərkəzləri beyinciyin nüvəsinin
birbaĢa təsirləri altında yerləĢir. Vestibulyar Daytes nüvə-
sində və beyinciyin çadıraoxĢar nüvəsində eyni samoto-
tonik sahələr mövcuddur. Belə ki, aĢağı ətrafların əzələ
tonusunun tənzimi sahəsi həm beyincikdə, həm də
vestibulyar nüvədə vardır. Beyincik əzələ tonusunu
29
vestibulyar mərkəzinin müvafiq zonaları vasitəsilə tənzim-
ləyir. Əzələ tonusu tənziminin klassik yolu – beyincik-
qırmızı nüvə həmçinin vestibulyar aparatdan da impulslar
alır.
Beyin qabığının motor sahələri vestibulyar və hərəki
aparatdan göndərilən impulsların tezliyi və qüvvəsinə
müvafiq Ģəkildə əzələ tonusunu tənzimləyir. BaĢqa cür
desək, əzələ tonusuna vestibulyar nəzarət – məhz tonusun
tənzimlənməsi sisteminin bir hissəsi olmaqla, özündə baĢ
beyin yarımkürələri qabığını, beyinciyi, qırmızı nüvəni və
nəhayət vestibulyar nüvəni birləĢdirir.
Hərəki reaksiyaların formalaĢmasından ötrü sistem
xarakterli tənzimləyici təsirlər zəruri Ģərtlərdən hesab edilir.
Labirint reseptorlarından olan siqnallar hərəkətin istiqamə-
tini, dönmələri, əyilmələri, yönləndirmə reflekslərini, ağır-
lıq mərkəzinin vəziyyətini differensasiya edir, yəni fərq-
ləndirir. Bu korrektəedici təsir prosesi məhz vestibulyar
aparatının özünün ağırlıq mərkəzi ilə ciddi əlaqəli Ģəkildə
spesifik anatomik quruluĢu sayəsində mümkün olur (Ģəkil
4).
Vestibulyar nüvənin qıcıqlanması göz nistaqmına
gətirib çıxarır. Vestibulyar nüvədən olan oyanmalar aparıcı
sinus retikulyar formasiya lifləri vasitəsilə ötürülür. Göz
hərəki neyronunun vestibulyar nüvə ilə əlaqəli olan spesifik
yolları mövcud deyil. Beləliklə, nistaqmın səbəblərinə
beynin retikulyar formasiyasının qeyri-spesifik yollarla
oyanmasının irradiasiyası nəticəsində baxmaq olar.
Əzələ fəaliyyətinə olan vestibulyar nəzarət idmançı-
ların funksional vəziyyətindən bilavasitə asılıdır. Məsələn,
ifrat məĢqlilik zamanı hərlənmə sınaqlarına olan davamlılıq
zəifləyir; yüksək məĢqlilik zamanı isə hərlənmə sınaqla-
30
rında təzahür oluna biləcək vegetativ reaksiyalar kifayət
qədər az müĢahidə olunur.
Çəkisizlik vəziyyətində vestibulyar aparatın yüksək
davamlılığı xüsusi mahiyyət kəsb edir. Ağırlıq mərkəzi
fəaliyyətinin istisna olunması, sakitlik zamanı vestibulyar
aparat funksiyalarının dayandırılmasına səbəb olur. BaĢın
əyilməsi zamanı əlavə sürətlənmələrlə əlaqədar hərlənmələr
zamanı vestibulyar aparatın oyanıcıqlığı yüksəlir. Bu bir
qədər tər ifrazına, ürək bulanma və qusmaya gətirib çıxara
bilər.
ġəkil 4. Yarımdairəvi kanallar və ilbizin sxematik təsviri.
1 – endolimfatik kisə; 2, 3, 4 – yuxarı, arxa və yan yarımdairəvi kanallar; 5 – ilbiz, 6 –
ilbiz siniri, 7 – üz siniri; 8 – vestibulyar sinir, 9 – üst vestibulyar düyün, 10 – alt
vestibulyar düyün, 11 – ovalĢəkilli kisə; 12 – dairəvi kisə; 13 – yan yarımdairəvi
kanalın ampulası.
Hərəkətlərin idarə olunmasında eşitmə və görmə
analizatorunun rolu. Hərəkətlərin ayrı-ayrı xüsusiyyətləri-
nin (onun mərhələlərinin tezliyi, davametmə müddəti)
31
təhlilində eĢitmə analizatoru böyük mahiyyət kəsb edir.
Hərəkətlərin müxtəlif fazalarının davametmə müddətinin
qiymətləndirilməsi zamanı mikrointervalların səs siqnalları
ilə fərqləndirilməsinə zəruridir ki, bunlar da eĢitmə anali-
zatorları reseptorlarına daxil olur. Bu kimi fərqləndirmə adi
yolla səs qəbul edən aparat vasitəsilə, həmçinin dayaq
hərəkət aparatı keçiriciliyi nəticəsində də reallaĢır (məsə-
lən, qaçıĢın dayaq fazası zaman bədən silkələnməsi, kəllə
sümükləri və oradan da ilbizə ötürülməsi (xarici və orta
qulaq istisna olmaqla) iĢ müddətinin dolayısı ilə sadə
təhlilinə çevrilir).
EĢitmə analizatorunun funksiyası ilə müxtəlif
hərəkətlərin müddəti və tezliyinin qiymətləndirilməsi
imkanları bilavasitə əlaqədardır. Bu əsasən elə idman
növləri üçün vacibdir ki, burada idmançıların birgə və
eynizamanlı fəaliyyəti müvəffəqiyyəti müəyyən edən əsas
Ģərtdir (məsələn, avarçəkmə).
Hərəkətlərin məkan parametrlərinin müəyyən
olunması zamanı proprioseptiv hissiyyat məsafənin görmə
qiymətləndirilməsi və ya bədən hissələrinin qarĢılıqlı
vəziyyəti hesabına korrektə olunur. Atmanın dəqiqliyi
kinestetik hissiyyat təcrübəsindən asılıdır, bu da təmrinin
çoxsaylı icrasında avtomatlaĢma prosesindən, eləcə də
əĢyanın uçuĢ trayektoriyası və məsafəsini təyin edə bilən
görmə imkanları ilə bilavasitə əlaqədardır.
ƏĢyaların yerdəyiĢməsinin məkan qiymətləndiril-
məsi binokulyar görmə ilə sıx bağlıdır. O, görmə oxlarının
vəziyyəti ilə xarakterizə olunmaqla, müxtəlif məsafəli
əĢyaların qarıĢıq görüntüsündə sağ və sol gözün torlu
qiĢasında onların yerini müəyyən etməyə imkan verir.
Göz əzələsi vəziyyətinin (ortoforiya) optimal
balansı, hərəkətin məkan parametrlərini daima görmə
32
qiymətləndirilməsi ilə hərəki fəaliyyəti sıx bağlı olan
idmançılar üçün xarakterikdir. Ġdman dərəcəsinin artımı ilə
ortoforiya da yüksəlir. Gərgin fiziki yüklənmələr ortofori-
yanın pozuntuları ilə müĢayiət olunur. Bu zaman basket-
bolda səbətə atılan dəqiq topların nəticələri zəifləyir,
voleybolda dəqiq zərbə və topun düzgün qəbulu çətinləĢir.
Mərkəz göz almasında əks oluna bilməyən hərəkətdə
olan əĢyalar, torlu qiĢanın periferik elementləri vasitəsilə
qəbul olunur. Periferik görmə bu analizatorla daima əlaqəli
olan idman növlərində (idman oyunları, slalom, sürətli
eniĢ) çox zəruri əhəmiyyət kəsb edir. Hərəkətsiz əĢyaların
görmə qiymətləndirilməsi baĢ və bədənin elə bir vəziyyətdə
saxlanılması ilə həyata keçirilir ki, əĢyalar gözün mərkəzi
hissəsində əks oluna bilsin.
Çoxsaylı fiziki təmrinlərin icra effektivliyi görmə
analizatorunun əĢyaları fərqləndirmə imkanlarından asılıdır
(atıcılıq, Ģəhərcik – oyun). Görmə analizatorunun gərgin
fəaliyyəti ilə əlaqədar olan əzələ fəaliyyəti (idman oyunları)
görmə sahəsinin geniĢlənməsi ilə müĢayiət edilir. Bu da
torlu qiĢanın periferik elementlərinin oyanması və Ģəraitə
uyğun olaraq göz almasının daima yerdəyiĢməsi nəticə-
sində təzahür olunur.
Sakitlik zamanı xarici qıcıqlandırıcılara qarĢı görmə
analizatorunun həssaslığı müxtəlif məĢqlilik səviyyəsinə
malik idmançılarda bir o qədər də fərqlənmir. Bununla
yanaĢı o göstərici məkanda hərəkətlərin dəqiqliyinin uğurlu
fəaliyyətin əsas Ģərtlərindən sayılan idman növü nümayən-
dələrində daha yüksək olması qeyd olunur (idman oyunları,
boks, Ģəhərcik – oyun).
Yüksək dərəcəli idmançılarda olan fiziki yüklən-
mələr gözün elektrik həssaslığının yüksəlməsi ilə müĢayiət
edilir (optik xronaksiya və reobaza azalır), lakin az məĢq
33
edənlərdə görmə analizatorunun oyanıcıqlığının azalması
qeyd olunur.
2.3 Hərəkətlərin idarə olunmasının
avtomatlaĢdırılma formaları
Hərəki avtomatizm. Ġnsanın iradi hərəki fəaliyyəti
hərəkətlərin çoxsaylı təkrarı nəticəsində təkmilləĢir.
Hərəkətlər daha çox təkrarlandıqca adiləĢir və onların icrası
xüsusi iradi nəzarət tələb etmir. Hərəkətlərin təliminin
müəyyən mərhələsində avtomatlaĢma imkanları, yəni
müəyyən bir hissənin və ya tam olaraq hərəkətin düĢünül-
mədən belə icrası meydana çıxır. Qeyri iradi aktlara səciy-
yəvi nümunə kimi müxtəlif vegetativ və anadangəlmə
hərəki reflekslərlə əlaqədar olan ilkin avtomatizmləri
göstərmək olar.
Hərəki vərdiĢlər isə ikincili avtomatizmə aid edilir,
belə ki, hərəkətlərin ilkin dövrlərində vərdiĢin əsas tərkib
hissələri düĢünülmüĢ olur. Ayrı-ayrı hərəkətləri və ya tam
hərəki aktın icrasında avtomatizmin aĢkarlanması – hərəki
vərdiĢin ən vacib əlamətlərindən sayılır. Hərəki vərdiĢə
hərəkətlərin idarə olunması tərzi və iradi hərəki akt kimi
baxılır. Bunun da ən əsas xüsusiyyətlərindən biri MSS
tərəfindən tənzimləyici təsirlərin avtomatlaĢması hesab
edilir.
Ayrı-ayrı elementlərin və tam olaraq hərəkətin
dərkedilmə dərəcəsi vərdiĢin təkmilləĢdirilmə səviyyəsinə
müvafiq olaraq dəyiĢir. Hərəkətləri öyrənmənin ilk
anlarında oyanmanın tam irradiasiyası nəticəsində dərk-
olunma tam Ģəkildə baĢ verir. Əslinə baxanda, baĢ beynin
34
qabıq və yaxın qabıqaltı mərkəzləri bu hərəkətin təhlilində
iĢtirak edirlər.
Hərəkətlərin təkmilləĢdirilməsi ilə əlaqədar olaraq,
onlar üzərində olan düĢünülmüĢ nəzarət bir qədər azalır.
AvtomatlaĢdırılmıĢ hərəkətlərin dərk olunması və ya
olunmaması ətraf mühit Ģəraitindən asılı olaraq, funksional
Ģəkildə asanlıqla dəyiĢilir. Hərəkətlərin dərk olunmasında
optimal oyanıcıqlığa malik olan qabıq sahələri iĢtirak edir.
Nəticə etibarilə, tam olaraq hərəkətlərin avtomatlaĢdırılmıĢ
icrası zamanı da həmin hərəkətin hər hansısa bir hissəsi
daima dərk olunur.
Avtomatizmdən və düĢünülmüĢ nəzarətdən danıĢan
zaman, onları bir-birinə zidd təqdim etmək lazım deyil.
Tam hərəki fəaliyyət, təbii ki, qavranılır. Lakin avtomat-
laĢdırılmıĢ hərəkət üzərində olan düĢünülmüĢ nəzarət
dərəcəsi fərqlənir və dəyiĢilməsi labüddür. Hərəkətlərin
yüksək dərəcəli dərk olunması müəyyən Ģəraitdə hərəkət-
lərin ayrı-ayrı hissələrinin və ya tam icrasının avtomat-
laĢdırılmasına zəmin yarada bilər.
AvtomatlaĢma hərəki fəaliyyəti asanlaĢdırmaqla,
orqanizmin eneji ehtiyyatlarının daha qənaətli sərfiyyatına
Ģərait yaradır. MSS-in ali Ģöbələri hərəkətlərin sadə
elementlərinə olan nəzarətdən azad olub, daha mürəkkəb
hərəki tapĢırıqların həllinə yönəlirlər.
Hərəki aktların avtomatlaĢdırılmasının fizioloji
mexanizmlərinə Ġ.P.Pavlovun baĢ beynin böyük yarım-
kürələr qabığının aĢağı oyanıcıqlıq Ģəraitində mənimsə-
nilmiĢ hərəkətlərin tənzimi barədə olan tədqiqatları çərçivə-
sində baxıla bilər. Avtomatik icradan sonra fəaliyyət dərk
olunur. Elə məlumatlar da mövcuddur ki, hərəkətlərin
avtomatlaĢma səviyyəsindən asılı olaraq, qabıq nəzarəti
qabıqaltı mərkəzlərin tənzimləyici təsirlərilə əvəzlənir.
35
VərdiĢ özündə afferent, efferent, vegetativ və
mərkəzi komponentləri birləĢdirən bir sistem kimi qeyd
olunmalıdır. Fəaliyyət növündən asılı olaraq, onların
əhəmiyyəti də dəyiĢir. Məsələn, uzaq məsafəyə qaçan
idmançılar üçün daha əhəmiyyətli efferent və vegetativ
komponentlərin olmasına baxmayaraq, gimnastlar və
qılıncoynadanlar üçün efferent və mərkəzi komponent daha
vacib sayılır. VərdiĢin nitq komponentinin daha çox
təzahür olunması, mərkəzi komponenti bir o qədər də
mürəkkəbləĢdirir.
Dinamik hərəki stereotipin formalaĢması əsasını
təĢkil edən Ģərti reflektor əlaqələrin məkan məhdudluğu
barədə olan təsəvvürlər son zamanlar bir qədər də
dəqiqləĢdirilmiĢdir. Bir-birindən ayrı fəaliyyət göstərmək
imkanları olan çoxsaylı icraedici vasitələrin mövcudluğu
eyni bir hərəki aktın müxtəlif üsullarla icrasına imkan verir.
Eyni bir təmrin müxtəlif Ģəxslər tərəfindən icraedici
vasitələrin fərqli dərəcəsi ilə həyata keçirilir. Bu kimi
mənzərə eyni bir Ģəxsdə avtomatlaĢdırılmıĢ hərəkəti təkrar
edən zamanda da müĢahidə edilə bilər.
Afferent qıcıqlandırıcıların təsiri altında vərdiĢin
həm mərkəzi, həm də icraedici komponentləri daima
dəyiĢilir. Xarici standart hərəkətlərdə hərəki vərdiĢlərin
funksional quruluĢu zamanın hər bir anında fərqli olur.
Hətta yeriĢ kimi avtomatlaĢdırılmıĢ bir aktda addımlar ayrı-
ayrılıqda bir-birinin tam dəqiq kopiyası sayılmır. Hərəki
cavab xüsusiyyətində olan fərqliliklər hər Ģeydən öncə
xarici eyni hərəkətlərin icrasında iĢtirak edən ayrı-ayrı sinir
vasitələrinin dəyiĢkənliyi ilə əlaqədardır.
Hərəki vərdişin formalaşma mərhələləri. Hərəki
vərdiĢlərin formalaĢmasının fizioloji mexanizmləri, belə
36
demək mümkünsə, operant (instrumental) reflekslərin
nümunəsində öyrənilmiĢdir. Bu ikinci dərəcəli tipik
reflekslərdir. Birinci dərəcəli klassik Ģərti reflekslərdən
(məsələn, Ģərti qida refleksi) fərqli olaraq, operant
reflekslərdə efferent hissə anadangəlmə olmur, yenidən
formalaĢır. Ġnsan üçün mümkün olan hərəkətlərin çoxsaylı
müxtəlifliyi – qazanılmız və reflektor prinsipə istinad olun-
maqla, yenidən yaradılan hərəkətlərdir. Hərəki vərdiĢlər –
bir qayda olaraq, əvvəllər mənimsənilmiĢ hərəkətlər
fonunda hasil olunan ali səviyyəli reflekslərdir. Belə ki,
idman yeriĢi vərdiĢi insanın adi qaydada yeriĢi öyrənmə-
sindən tez meydana gələ bilməz.
Hərəki vərdiĢin formalaĢması çoxpilləli proses hesab
edilir. Ġnsanın məqsədyönlü hərəki fəaliyyətinin əsasını
təĢkil edən sadə bacarıqlardan, çoxsaylı təkrarlamalar
nəticəsində hasil olan vərdiĢlərədək müxtəlif keçidlər baĢ
verir ki, bununla da çoxsaylı vərdiĢlər sintez olunmaqla
daha yüksək səviyyələri əldə olunur. Bu vərdiĢin sadə
bacarıq imkanından baĢlanmaqla, daha təkmil qabiliy-
yətlərə yönəlir.
A.N.Krestovnikov, N.V.Zimkin və digərilərinin
göstərdiklərinə uyğun olaraq, hərəki vərdiĢin birinci
mərhələsi sinir proseslərinin irradiasiyası və xarici cavabın
ümumiləĢdirilməsi ilə, ikinci – oyanmanın toplanması,
koordinasiyasının yaxĢılaĢdırılması və stereotip hərəkətlə-
rin formalaĢması, üçüncü – avtomatizmin formalaĢmasının
yekunlaĢması və hərəki aktın stabilləĢməsi ilə xarakterizə
olunur.
Bu kimi yanaĢmada Ģərtilik elementi hər Ģeydən
öncə sinir proseslərinin gediĢində sərbəst mərhələnin
seçilməsi ilə əlaqədardır. Oyanmanın toplanması müstəqil
əhəmiyyət kəsb edə bilməz. O, sinir proseslərinin irradasi-
37
yasını yekunlaĢdırır. Yeni hərəki vərdiĢin formalaĢmasının
ümumiləĢmə mərhələsi, əvvəlki vərdiĢin formalaĢmasının
yekunlaĢması ilə eyni vaxta təsadüf edə bilər. Əgər xarici
əlamətlərə istinadən, hərəki vərdiĢin formalaĢmasının
müəyyən mərhələsinin yekunlaĢması barədə danıĢa
biliriksə, bu halda müĢahidədən gizli olan proseslər konkret
mərhələli təhlilə tabe olmurlar.
N.A.BernĢteynə əsasən, avtomatizmin təzahür
olunması vərdiĢin formalaĢmasının birinci mərhələsini
yekunlaĢdırır. Onun üçün hərəkətin quruluĢunun müvafiq
səviyyəsinin təĢkili, hərəki tərkib və zəruri korreksiyanın
müəyyən olunması xasdır. Bu etapda tənzimlənmənin ali
səviyyədən nisbətən aĢağı avtomatik keçirilməsi baĢ verir
(məsələn, qabıqdan qabıqaltı mərkəzlərə). Ġkinci mərhələ
hərəki tərkibin standartlaĢdırılması, stabilləĢdirilməsi (dağı-
dıcı faktorlara qarĢı davamlı fəaliyyət) ilə xarakterizə
olunur və həmçinin hərəki aparat və daxili orqanların iĢində
yüksək uyğunlaĢmalar müĢahidə olunur.
Hərəki vərdiĢlərin vegetativ komponentləri öyrəni-
lən hərəkətin yeni forması ilə əlaqədar olan fiziki yüklən-
mələrə qarĢı orqanizmin adaptasiya səviyyəsini əks etdirir.
Yeni hərəkətin vegetativ komponentinin təĢəkkülü texniki
təkmilləĢdirilmə tempi ilə hər zaman üst-üstə düĢmür. Belə
ki, adi qaçıĢ vədiĢi uzunmüddətli intensiv qaçıĢ
dözümlülüyünə nisbətən kifayət qədər tez möhkəmlənir.
Texniki cəhətdən mürəkkəb təmrinli növlərdə (gimnastika,
suya tullanma, fiqurlu konkisürmə) isə əksinə vərdiĢin
vegetativ komponentləri hərəkətin özünə nisbətən daha tez
möhkəmlənə bilər.
StabilləĢmə mərhələsində hətta daha qüvvəli xarici
qıcıqlandırıcılar belə, vərdiĢi sıradan çıxarmır, təmrinin icra
keyfiyyətinə hərəki vəziyyətin mürəkkəbləĢməsi də təsir
38
edə bilmir. Yalnız yeni mühit Ģəraitinin uzunmüddətli təsiri
və ya təmrinlərin icra texnikasının hərəki strukturundakı
xüsusi pozuntular hərəki vərdiĢ və ya onun ayrı-ayrı
elementlərini əhəmiyyətli dərəcədə dəyiĢə bilər. Bu məlum
olduğu qədər hərəkətlərin səhvinə də aid edilir. Əgər səhv
öyrənilmiĢ hərəkətin bir tərkib hissəsinə çevrilmiĢsə, bu
halda onun aradan qaldırılması xeyli zaman tələb edir. Bu
kimi hallarda yeni hərəki vərdiĢin yaranması, səhvin
düzəldilməsinə nisbətən daha tez baĢ verir. Məhz elə
təlimin ilkin mərhələlərindən hərəkətlərin mənimsənil-
məsinin texniki təkmilləĢdirilməsi zərurəti yaranır.
Hərəki vərdişlərin formalaşmasında afferent sintez
və fəaliyyət nəticələri akseptorunun rolu. Ġnsan fəaliyyət
proqramının hazırlanmasından ötrü artıq ehtiyyat məlumat-
lara sahibdir. Onun beynə daxil olan cari afferent siqnal-
larla qarĢılaĢdırılması qarĢıda duran hərəkət modelini yara-
dır. P.K.Anoxin bunu “gerçəkliyin öncədən əksi” adlandırır
və hərəkətlərin idarə olunmasının funksional sisteminə
daxil edir (Ģəkil 5).
Afferent məlumatların iĢlənmə prosesi istənilən
məqsədyönlü inteqral fəaliyyətin ilkin mərhələsini təqdim
edir. Bu zaman bir qism afferent oyanmalar (vəziyyət
afferentasiyası, motivasiya, yaddaĢ) keyfiyyəti, reaksiya
istiqamətini müəyyən edir; digəriləri isə hərəkətin baĢlan-
masını (iĢə salma qıcıqlandırıcıları) təmin edir. Afferent
sintez xarici vəziyyətin dəyiĢikliklərinə adekvat hərəki
reaksiyaların formalaĢmasında həlledici rol oynayır. Fəaliy-
yət nəticələrinin əsas parametrlərinin təsəvvürü, modeli,
afferent sintez nəticəsində öncül təcrübə əsasında, hələ
fəaliyyətdən əvvəl formalaĢır. əks məlumat bu ilkin
təsəvvür parametrləri ilə müqayisə edilir.
39
ġəkil 5. Ġradi hərəkərlərin funksional idarəetmə sistemində
özünü tənzim mexanizmləri sxemi
Ġcra edilən hərəkətlərdən üstün oyanmalaradək (əks
afferentasiya) olan kompleksin fizioloji mahiyyəti fəaliyyət
nəticələrinin akseptorudur. O, özündə proprioreseptorlar-
dan gələn, siqnalların qiymətləndirilməsinin geniĢ Ģaxələn-
miĢ afferent aparatını təcəssüm etdirir. Hərəki analizatorun
mərkəzi proyeksiyası ilə yanaĢı, oraya beyincik və yaxın
qabıqaltı nüvələr də daxildir. Hərəkətin xəyali layihəsini
təĢkil edən əks afferentasiya siqnallarına müvafiq olaraq, o,
əlavə korreksiya olmadan belə icra olunur. Fəaliyyət
nəticələrinin akseptorla uyğun gəlməməsi zamanı, hərəkət
proqramına uyğun olan yeni axtarıĢ baĢ verir.
VərdiĢ fəaliyyətin aktiv forması hesab edilir və
burada məqsəduyğun olmayan hərəkətlərə yer verilmir.
N.A.BernĢteynin ehtimallarına əsasən fəaliyyətin mümkün
40
proqnozlaĢdırılması və proqramlaĢdırılması səmərəsiz hərə-
kətlərə qapanmağa imkan vermir. Vəziyyətin və ya hərəki
tapĢırığın qəfil dəyiĢməsi zamanı hərəkətlərin stereotip
forması da dəyiĢilir. Bu kimi “yaradıcı” fəaliyyət baĢ beyin
yarımkürələri qabığı vasitəsilə həyata keçirilir ki, bu da
hərəki vərdiĢin böyük ehtiyyatlarına və çoxĢaxəli fiziki
hazırlığa malik olan Ģəxslərə xas bir xüsusiyyətdir (Ģəkil 6).
ġəkil 6. Hərəkətlərin tənzimi və idarəolunmasını təmin edən beyin
qabığının hissi və hərəki sahələri (Paçepə görə)
41
Hərəki əməliyyatın icra ardıcıllığı (məsələn, qaçıĢ
addımları mərhələlərinin ardıcıllığı) dinamik hərəki stereo-
tipin əsasını təĢkil edir. Dinamik hərəki stereotip bir qayda
olaraq, hərəkətlərin sürət xüsusiyyətlərinə toxunmur. Onlar
öyrənilmiĢ ardıcıllıq əsasında dəyiĢə bilər.
Ġ.M.Seçenov tərəfindən yaradılmıĢ, Ġ.P.Pavlov və
onun Ģagirdləri tərəfindən iĢlənilmiĢ reflektor nəzəriyyənin
əsas qanunauyğunluqları bu gün də öz aktuallığını saxla-
maqdadır və iradi hərəkətlərin avtomatlaĢdırılmıĢ forma-
sında mərkəzi və icraedici üzvlər arasında olan əlaqələrlə
bağlı tədqiqatlarda yeni dəlillərini tapmaqdadır.
2.4 Hərəki funksiyaların inkiĢafının
yaĢ xüsusiyyətləri
Uşaqlarda hərəkətlərin inkişafının heteroxronluğu.
Fərdi insan həyatında orqanizmin ayrı-ayrı orqan və
sistemlərinin yetkinləĢməsi bərabərĢəkilli baĢ vermir.
P.K.Anoxinin sistemogenez barədə tədqiqatlarında yaĢla
əlaqədar inkiĢafın heteroxronluğu qənaətbəxĢ Ģəkildə nəzəri
əsaslandırılmıĢdır. Fərdi inkiĢaf prosesində hər Ģeydən öncə
doğumdan sonra orqanizmin yaĢamasını təmin etməkdən
ötrü fizioloji sistemlər təkmilləĢir. Artıq anadan olma
anında sorma aktını təmin edə bilən fizioloji sistemlər öz
funksional yetkinlik formasına çatır. YaĢamanın funksional
sisteminə daxil olan morfoloji strukturun seçimi, digəri-
lərini üstələyən inkiĢafı sistemogenezin daha əhəmiyyətli
məqamlarından hesab olunur.
Həyatın ilk ili ərzində körpənin bədəninin uzunluğu
təxminən anadan olduğu vəziyyətin yarısı qədər böyüyür,
42
həmçinin daxili orqanların, baĢ və onurğa beynin çəkisi
artır. 3 – 3.5 yaĢ arası hərəkətliyin çoxĢaxəliyi ilə əlaqədar
olan fiziki keyfiyyətlərin sürətli inkiĢafı müĢahidə edilir.
Bu hərəki funksiyaların inkiĢafının birinci fövqəlada
mərhələsi adlanır.
5 yaĢdan 7 yaĢa kimi bədənin uzununa böyümə
sürəti kəskin artır: uĢaq il ərzində 7 – 10 sm-ə qədər böyü-
yür. Məktəb təhsilinin baĢlanması ilə əlaqədar olaraq,
uĢaqda gündəlik hərəki fəaliyyətin tərkibi əhəmiyyətli
dərəcədə dəyiĢilir. O, yeni iradi hərəkətlərə (Ģəkil çəkmək,
fiqurlar düzəltmək, yazı yazmaq və s.) yiyələnir, fiziki
tərbiyə dərsində ona əvvəllər icra etmədiyi təmrinlər
öyrədilir. Bütün bunlar yeni hərəki vərdiĢlər əsaslı çoxsaylı
Ģərti-reflektor əlaqələrin formalaĢmasından ötrü bir təkan
rolunu oynayır. 5 – 7 yaĢ civarındakı dövr hərəki funksiya-
ların inkiĢafının ikinci fövqəlada dövrü hesab olunur.
Cinsi yetiĢkənlik dövrü (11 – 12 yaĢ) bədənin
uzununa böyüməsinin sürətlənməsi və reproduktiv funksi-
yaların inkiĢafı ilə müĢayiət olunur. Bu üçüncü fövqəlada
dövr olmaqla, 15 – 16 yaĢa qədər davam edir. 3-4 il ərzində
yeniyetmə ildə 8-10 sm-ədək böyüyür. Onda ikincili cinsi
əlamətlər meydana çıxır, reproduktiv orqanların artım
tempi yüksəlir, bədən nisbəti dəyiĢir.
15 – 16 yaĢdan sonra boy artımı zəifləyir, lakin buna
baxmayaraq, qızlarda 18 – 20, oğlanlarda isə 23 – 25 yaĢa
kimi bu artım davam etdirilir. Boy artımının azalması,
sonradan isə tam olaraq dayanması sistematik idman
fəaliyyəti zamanı orqanizmin forma və funksiyalarının
proqressiv dəyiĢikliklərini (əzələ kütləsinin artımı, sümük
toxumasının struktur dəyiĢikliyi, ürək həcminin böyüməsi
və s.) istisna etmir.
43
Ayrı-ayrı orqan və sistemlərin inkiĢafının hetero-
xronluğu ontogenezin müxtəlif mərhələlərində də təzahür
olunur. Belə ki, 6-7 yaĢlı uĢaqlarda sinir sisteminin afferent
hissəsinin quruluĢ differensasiyasının yekunlaĢmasına
baxmayaraq, efferent hissə yetkin yaĢadək təkmilləĢir.
Hərəki analizatorun mərkəzi Ģöbələri 13-14 yaĢlı yeniyet-
mələrdə inkiĢaf edir, lakin periferik Ģöbələr isə pubertat
dövrün sonlarına kimi təkmilləĢməkdə davam edir.
Orqanizmin fərdi inkiĢafına ətraf mühit və sosial
faktorların təsiri də danılmaz bir faktdır. UĢaqlarda inkiĢaf
skelet əzələlərinin fəaliyyətinin baĢlanma anı ilə yanaĢı
kəskin enerji toplanması, bədən çəkisinin və orqanizmin
iĢçi potensiallarının artımı ilə gedir. Yalnız yaĢlaĢdıqda
dağılma prosesləri artıq üstünlük təĢkil etməyə baĢlayır.
Insanın böyümə və inkiĢaf dövründə sistematik əzələ
faəliyyəti biosintez proseslərinin aktivləĢməsinə gətirib
çıxarır. Bütün bunlar Ġ.A.ArĢavskiyə “skelet əzələlərinin
qaydaları”nı tərtib etməyə imkan verdi. Burada əsas
mahiyyət ondan ibarətdir ki, adi həyatda, eləcə də idman
məĢğələlərində əzələ fəaliyyəti həcminin artılırması ilə
bərabər fizioloji funksiyaların qənaətlilik effekti də
yüksəlir. Sistematik fiziki fəaliyyət zamanı fiziloji
funksiyaların qənaətliliyinin artımı əsas mübadilə Ģəraitində
anabolizmin Ģiddətlənməsi və enerji sərfiyyatının azalma-
sına zəmin yaradır.
Kiçik məktəbyaşlı uşaqlarda hərəkətlərin inkişafı.
Orqanizmin fərdi inkiĢafı (ontogenez) irsi genotip proqra-
mın ərtaf mühitin dəyiĢən Ģəraitində inkiĢaf etdirilməsinin
nəticəsi sayılır. Əgər bətndaxili inkiĢaf zamanı ətraf
mühitin təsirləri ana orqanizmi tərəfindən zəiflədilirdisə,
postnatal dövrdə, yəni anadan olandan sonra onlar daha
44
kəskinliyi və müxtəlifliyi ilə seçilir. Ona görə də hətta
uĢaqlarda ən adi təbii (genetik) qabiliyyətlər onların
təkmilləĢməsinə yönəldilmiĢ hərəki fəaliyyət olmadan,
müvafiq keyfiyyətdə inkiĢaf edə bilməz (məsələn, uĢaqların
sprinter olmasından ötrü anadangəlmə zəmin yarada bilən
sürət və sürət-güc təmrinləri).
Ayrı-ayrı orqan və sistemlərin qeyri-bərabər inkiĢaf
fonunda qalobal keyfiyyət sıçrayıĢları da müĢahidə edilir
ki, bu da bütün orqan və sistemlərə təsirsiz ötüĢmür
(pubertat dövrün 1, 3-4, 5-7-ci illərində).
BaĢ beyin yarımkürələri qabığının yüksək plastikliyi
və onunla bilavasitə əlaqədar olan yeni hərəkətlərin mənim-
sənilmə qabiliyyəti pubertat dövrün sonuna kimi qorunub
saxlanılır. Lakin yeni hərəkətlərin daha mükəmməl mənim-
sənilmə qabiliyyəti uĢaqlarda müĢahidə edilir. Ġdman
gimnastikası, akrobatika, suya tullanma və s. daha
mürəkkəb texniki, fiziki təmrinlərlə əlaqəli olan bu kimi
idman növlərinin təlim praktikasında yaĢ xüsusiyyətlərini
ciddi Ģəkildə nəzərə almaq çox zəruridir.
UĢaq tərəfindən yeni hərəkətin qavranılma sürəti
yalnız onun səylərindən və məĢqçinin yüksək usatalığından
deyil, bu həmçinin Ģagirdin dayaq-hərəkət aparatının nə
dərəcədə yetkin olmasından birbaĢa asılıdır. Artıq uĢaq
həyatının ilk ayında belə sinir əzələ aparatında sinir
uclarının miqdarı kifayət qədər yüksəlmiĢ olur. Bunun
sayəsində hərəki sinirlərin əzələlərin təqəllüs elementləri
ilə olan sinaptik əlaqə sahəsi böyüyür və sinir-əzələ
qarĢılıqlı əlaqəsini yaxĢılaĢdırır. Əzələ toxuması və sinir
uclarının morfoloji differensasiyası xüsusi olaraq, 7 – 8
yaĢlarda daha intensiv Ģəkildə baĢ verir. Bu ana qədər uĢaq
əĢyaları sərbəst Ģəkildə manipulyasiya (əl ilə idarə) edir,
45
mürəkkəb təmrinlərin icrası zamanı kifayət qədər dəqiq-
liklə əl və ayaq hərəkətlərini tənzimləyir.
Sinir əzələ sinapsının funksional yetkinliyinin daha
dəqiq göstəriciləri onların oyanıcıqlığının, sinirdən əzələyə
ötürülən oyanmanın və təqəllüs aktının sürətinin artması
hesab olunur. Hərəki aparatın quruluĢ və funksional
dəyiĢiklikləri yeni hərəkət formasının təzahür olunmasına
gətirib çıxarır. Bu məhz Ģərtsiz reflektor reaksiyaların
(məsələn, ritmiki, addımlama refleksləri) təkmilləĢməsi və
yenidən əldə olunan hərəkətlərdir (məsələn, qaçıĢ, tullan-
ma). Həyatın 5-6 ayında uĢaqın oturmağa baĢladığı zaman
və xüsusən də düz dayanma formalaĢdığı an (11-12 ayında)
əzələ tonusunun paylaĢdırılması baĢ verir. Yeni doğul-
muĢlar üçün xas olan bükücü əzələlərin yüksək tonusu
tədricən azalmağa doğru gedir. Ayaq üstə dayanma vəziy-
yəti, sonra yeriĢ və qaçıĢ vərdiĢlərinin yaranması hərəkət
aparatından MSS-ə göndərilən proprioreseptiv impulslar
toplusunun artımına gətirib çıxarır. Bu hal hərəki analiza-
torun mərkəzi Ģöbələrinin daha sürətli təkmilləĢməsi və
onun funksional mütəhərrikliyinin (labillik) artımından ötrü
çox vacib Ģərtlərdəndir.
Hərəki funksiyaların inkiĢafının obyektiv göstərici-
lərindən biri də hərəkətlərin koordinasiyasıdır. Onun ilk
düĢünülmüĢ elementləri təxminən uĢaqlarda 3 aylığında
aĢkara çıxmağa baĢlayır. UĢaq əĢyalara qədər olan məsa-
fəni hiss edir və onları rahatca tuta bilir. Lakin onun
hərəkətləri yöndəmsizliyi və qətiyyətsizliyi ilə seçilir. 4-5
yaĢlı uĢaqlarda hərəkətin son mərhələləri barədə ilkin
görmə təsəvvürləri, baĢqa cür desək, görmə xəyalı forma-
laĢır. UĢaqlar müəllimin izahlı təsvir etdiyi və ya göstərdiyi
təmrinləri icra edir, qolları, ayaqları, bədəni məkanda
tapĢırılmıĢ vəziyətdə saxlaya bilərlər.
46
Yetkin insanlarda olan yeriĢ niĢanələri yalnız 5-6
yaĢlarında əldə olunmağa baĢlayır. 9-10 yaĢlı yeniyetmə-
lərin yeriĢi koordinasiya parametrlərinə görə praktik olaraq,
yaĢlı insanların yeriĢindən fərqlənmir. Əl ilə incə və dəqiq
hərəkətləri icra etmə imkanları 6-7 yaĢlarından üzə
çıxmağa baĢalayır. Bu yaĢda uĢaqlar yazı yazma, musiqi
alətlərində ifa etmə, tez-tez lazım olan əĢyalarla müxtəlif
əməliyyatlar icra etmə vərdiĢlərinə yiyələnirlər.
2 – 5 yaĢlarında qaçıĢ intensiv Ģəkildə inkiĢaf
etməkdə davam edir: uçuĢ fazasının müddəti dayaq fazası
ilə müqayisədə iki dəfəyədək artır. Lakin o, stabil olmur və
addımdan addıma dəyiĢilir. Yalnız 8 – 10 yaĢlarında qaçıĢ
addımlarının tezliyi və uzunluğu arasında dəqiq əlaqə
yaranır: tezlik artdıqca, uzunluq azalır. Adi yeriĢ zamanı da
addımların uzunluğu və tezliyi daima nisbi stabil olur.
Koordinasiyanın çarpaz hərəkətli yaĢ dəyiĢiklikləri
əsas etibarilə yuxarı ətraflara Ģamil edilir. Ayaq üstə
dayanma pozası və hərəkətlərdə ilk addım atmaqla yanaĢı
ritmik refleks təzahür olunur. Əllərin hərəkətində o yoxdur.
Əl və ayaqların çarpaz hərəkətlərinin sabit forması yalnız
7-8 yaĢlarında müĢahidə edilir. Bu yaĢlı uĢaqlarda yaĢlılar
üçün xarakterik olan əl və ayaqların hərəkətinin resiprok
nisbəti təĢəkkül tapmağa baĢlayır.
Məkan orientasiyasının inkiĢafı ilk növbədə
proprioreseptiv hissiyyatın yüksəlməsi ilə əlaqədardır və o,
artıq kiçik məktəb yaĢında texniki mürəkkəb hərəkətləri
öyrənməyə imkan verə bilən səviyyəyə çatır. UĢaqlar əzələ
hissiyyatını yaxĢı differensasiya edə bilirlər və ayrı-ayrı
mürəkkəb texnikalı təmrinlər 13-14 yaĢlı yeniyetmələrə
nisbətən, onlar üçün daha əlçatan olur.
47
Orta və yuxarı məktəb yaşlı uşaqlarda hərəkətlərin
inkişafı. Daha intensiv artım tempi pubertat dövrdə
müĢahidə olunur. 10 yaĢına qədər olan oğlan və qızlarda
boy artımı təxminən eyni gedir. 11-12 yaĢlı qızlar artım
tempində oğlanları üstələyirlər. Lakin 1-2 ildən sonra
oğlanlar qızlar keçirlər və boy artım tempində üstünlük-
lərini yetkinlik dövrünə kimi qoruyub saxlaya bilirlər.
16-17 yaĢda əzələnin anatomik diametri yaĢlı insan
göstəricilərinə çatır. Əzələnin uzununa böyüməsi kifayət
qədər çox – 23-25 yaĢa qədər davam edir. O, bədənin
uzununa böyüməsilə eyni zamanda yekunlaĢır. Əzələ
kütləsi dəyiĢikliklərinin cinsi müxtəlifliyi 13-14 yaĢdan
sonra daha aydın Ģəkildə biruzə verilir: oğlanlarda o daha
sürətlə artır. 14-15 yaĢlarında əzələ lifi quruluĢunda yaĢlı
insanlar üçün xas olan morfoloji yetkinlik əlamətləri
meydana çıxır. Yalnız 20 – 25 yaĢlarında dayaq-hərəkət
aparatının funksional və quruluĢ dəyiĢikliklərilə yekunlaĢır.
Bu yaĢda əzələ kütləsi də öz maksimal göstəricilərinə çatır.
O, təxminən bədən çəkisinin 35 – 40%-ni təĢkil edir.
Yeniyetmələrin hərəkətlərində qeyri-dəqiqlik və tam
sərbəst olmamaq qeyd olunur. Yalnız cinsi yetiĢkənlik
dövrünün sonlarına yaxın hərəkətlərin koordinasiyası bir
qədər nizama salınmıĢ olur. Hərəkətlər səlislik və
həmahənglik əldə edir. Bu, hərəkətlərin mərkəzi və perife-
rik aparatının funksiyalarının təkmilləĢməsi nəticəsindədir.
13-14 yaĢlılarda sürətlik keyfiyyətinin yüksək göstəriciləri
qeyd olunur (pedaları hərlətmə sürəti, hərəkətlərin tezliyi,
tullanmanın hündürlüyü). Məhz bu yaĢda məkan orientasi-
yasının ayrı-ayrı xüsusiyyətlərinin, məsələn, hərəkətin
amplitudası və dəqiqliyinin fərqləndirilməsi təkmil Ģəkil
alır. Belə ki, xüsusi məĢq olmadan qızlara 13-14 yaĢ,
oğlanlarda 15-17 yaĢdan sonra bu keyfiyyətlərin
48
inkiĢafında əhəmiyyətli dəyiĢikliklər müĢahidə edilmir
(Ģəkil 7).
Pubertat dövrdə olan intensiv dəyiĢikliklər dayaq
hərəkət aparatının bütün tərkib elementlərində və onun
funksiyalarının tənzimi sistemində baĢ verir. Lakin tam
morfoloji və funksional yetkinliyə demək olar ki, onlar
yalnız cinsi yetiĢkənlik anında çatırlar. Beləliklə, cinsi
yetiĢkənlik anından öncə olan fiziki təmrinlərə yalnız
dayaq-hərəkət aparatını təkmilləĢdirən faktor kimi deyil,
qeyri-səmərəli və plansız məĢğələlər zamanı pozuntulara
səbəb ola biləcək amil kimi də baxıla bilər.
ġəkil 7. YaĢla əlaqədar dəyiĢikliklər: A 1 - əzələlərin təqəllüs sürəti,
A 2 – tullanmanın hündürlüyü, A 3 – pedalları hərlətmə sürəti, A 4 –
döyəcləmə tempi; B 5 – duruĢ zamanı titrəyiĢ, B 6 – yeriĢin asimmetriyası, B
7 – tullanmanın dəqiqliyi, B 8 - hərəkət sürətindəki yayınmalar
Hərəkətlərin tənzimlənməsi aparatının funksional
inkiĢaf tempi, morfoloji yenilikləri qabaqlayır ki, bundan
da bilavasitə hərəki funksiyaların mütərəqqi dəyiĢiklikləri
asılıdır. Bu da mürəkkəb koordinasiyalı idman növlərində
cinsi yetiĢkənlikdən xeyli əvvəl, baĢqa cür desək, dayaq
49
hərəkət aparatı həm funksional, həm də morfoloji təkmil-
ləĢməmiĢ yüksək nəticələrə nail olmağa imkan verir.
Fiziki təmrinlərin hərəki funksiyaların inkişafında
rolu. Əgər müvafiq yaĢ göstəricilərinə görə orqanizmin
böyümə Ģansı tükənməyibsə, o halda fiziki hərəkətlər
sümüklərin uzununa böyüməsinə təsir göstərir. Belə ki,
böyümə imkanları bazu və said, bud və baldırın uzun
borulu sümüklərində 18 – 20 yaĢ və bir qədər də çox
saxlanılır, bu təsirlər isə praktik olaraq yetkin yaĢadək
davam edir. MüĢahidələr göstərir ki, məsələn, döĢ qəfəsinin
quruluĢu idmançılarda spesifik əzələ fəaliyyətinin
təsirlərindən 25 və hətta 30 yaĢda belə dəyiĢilə bilər.
UĢaq və yeniyetmələrdə dayaq-hərəkət aparatının
funksional və quruluĢ xüsusiyyətləri idman nəaliyyətlərinin
əsas Ģərtlərindən sayılır. Bəzi idman növlərində boy və
bədən çəkisinin müvafiq göstəriciləri gələcək nəaliyyətlər
barədə kifayət qədər etibarlı proqnoz verməyə imkan verir.
Belə ki, hündürboy, ağır bədən çəkili yeniyetmələrin kiçik
boylulara nisbətən yüngül atletika atmalarında müqayisə
olunmaz dərəcədə yüksək perspektivləri ola bilər.
Lakin digər bir qism idman növlərində isə nisbətən
aĢağı çəkili hündürboyluluq daha yaxĢı hesab olunur. Xizək
yarıĢlarında 4 qat Olimpiya çempionu 28 yaĢlı N.Zimyatov
181 sm boyda 68 kq çəkiyə malik idi, Sarayevo QıĢ
Olimpiadasının 22 yaĢlı qalibi Q.Svan 185 sm boy ilə 73 kq
olmuĢ, eləcə də hündürlüyə tullanma üzrə keçmiĢ dünya
rekordçusu Cu Cyanxua 67 kq çəki və 193 sm boy göstəri-
cilərinə sahib olub.
Dayaq-hərəkət aparatında intensiv Ģəkildə gedən
morfoloji və quruluĢ dəyiĢiklikləri, bir qayda olaraq, onun
adaptiv imkanlarının artmasına gətirib çıxarır. Bütün
50
bunlarla yanaĢı ifrat idman yüklənmələri fəqərələr arası
disklərin sıxılmasına, deformasiyasına səbəb olmaqla belə,
onurğa sütunu bağlarınınzədələnməsinə də gətirib çıxara
bilər. Funksional imkanlar hüdudlarında icra olunan əzələ
iĢinin mənfi nəticələri, fiziki yüklənmələrin kəskin azaldıl-
ması fonunda aydın Ģəkildə təzahür oluna bilər. Heyvanlar
üzərində aparılmıĢ tədqiqatlarda göstərilmiĢdir ki, ağır
yüklənmələrdən sonra olan iki aylıq hipokineziya borulu
sümüklərin gözəçarpan destruktiv dəyiĢiklikləri ilə müĢa-
yiət olunmuĢdur.
Dayaq-hərəkət aparatının həddən artıq gərginliyində
kapilyar qan dövranı pozuntuları ilə əlaqədar olan skelet
əzələlərinin patoloji dəyiĢiklikləri meydana çıxır. Kəskin
yüklənmələr kapilyar önü (arteriolo-venulyar) anastomoz-
ların geniĢlənməsinə gətirib çıxarır. Bu halda arterial qan
toxumaları nəzərə almadan venalara keçir. Bu yalnız əzələ
distrofiyasına deyil, eləcə də hərəki sinir sonluqlarının
degenerativ dəyiĢikliklərinə səbəb ola bilər.
Bu kimi arzuolunmaz nəticələrin olmamasından ötrü
yüklərə daima ciddi nəzarət olunmalı və məĢqin pedaqoji
prinsiplərinə riayyət edilməlidir. Dayaq-hərəkət aparatının
formalaĢmasının yaĢ xüsusiyyətlərinin nəzərə alınması və
yükün birdən deyil, tədricən artırılmasına diqqət yetirmək
bu halda öz müsbət təsirlərini göstərəcəkdir.
Ġdmanla məĢğul olmaq əzələ kütləsi və bədən
çəkisinin artımında olan nisbətsizliyi müəyyən dərəcədə
azaldır. Eyni zamanda gərgin əzələ fəaliyyəti əzələ lifləri-
nin sürətli hipertrofiyasına da səbəb ola bilər. Orta göstərici
35-40% olduğu halda, məĢhur ağır atletlərin əzələ kütləsi
bədən çəkisinin yarıdan çoxunu da təĢkil etməsi labüddür.
Ağır çəkili yüklərlə standart, eyni tipli təmrinlər əzələ
kütləsinin sürətli artımına zəmin yaradır.
51
Fiziki təmrinlərin dayaq-hərəkət aparatına olan təsir-
ləri yükün kəmiyyəti (həcmi, intensivliyi) və xüsusiyyətləri
(statik, dinamik, qüvvə, sürət və s.) ilə müəyyən olunur.
Dinamik təmrinlər dayaq-hərəkət aparatının passiv hissəsi
(sümüklər, oynaqlar, bağlar) ilə müqayisədə aktiv hissəsinə
(əzələlər) daha faydalı təsir göstərirlər. Əzələlərin kapilyar
Ģəbəkəsinin geniĢlənməsi məĢq zamanı onların oksigenlə
təchizini yaxĢılaĢdırır, əzələ kütləsinin artımını təmin edir.
YaĢla əlaqədar fiziki iĢgüzarlıq fəqrliliyini qiymət-
ləndirən zaman yükün yalnız kəmiyyətini deyil, həmçinin
keyfiyyət xüsusiyyətlərini, enerji xarakterini (anaerob və ya
aerob) də nəzərə almaq lazımdır. YaĢla əlaqədar iĢgüzar-
lığın yüksəlməsi erqoqrafda iĢ zamanı əyani Ģəkildə qeyd
olunur: 16 – 18 yaĢlı gənclərdə o, 7 – 9 yaĢlı uĢaqlara
nisbətən 4-4.5 dəfə çoxdur. Həm iĢin maksimal Ģiddəti,
həm də ümumi davametmə müddəti 7 – 10 yaĢlı oğlanlarda
özlərinə həmyaĢıd olan qızlardan yüksək olmuĢdur.
Hərəki funksiyaların yaĢ dəyiĢikliklərində sistemo-
genez dəqiqliklə nəzərə alınır. Adaptiv dəyiĢikliklər dayaq-
hərəkət aparatının həm funksiyalarına, həm də quruluĢuna
təsir edir. Funksional dəyiĢikliklər hərəkətlərin müvafiq
vəziyyətə uyğunlaĢmasına zəmin yaradır. Dayaq-hərəkət
aparatının morfoloji dəyiĢiklikləri fiziki yüklənmə təsirlə-
rinə etibarlıq və davamlılığı artırır. Bütün bunlara dayaq
toxumalarının quruluĢunun təkmilləĢməsi, oynaq-bağ
aparatının etibarlığının yüksəlməsi, skelet əzələlərinin
fizioloji hipertrofiyası ilə müvəffəq olunur.
Sistematik əzələ iĢi dayaq-hərəkət aparatında quru-
luĢ materiallarının toplanmasına zəmin yaradır. MəĢğələləri
qəfil kəsdikdə və düzgün olmayan qidalanma zamanı
funksional pozuntular müĢahidə oluna bilər.
52
Ü Ç Ü N C Ü F Ə S Ġ L
FİZİKİ YÜKLƏNMƏLƏRƏ OLAN
ADAPTASİYALAR
3.1 Adaptasiyanın fizioloji mahiyyəti
Təcili adaptasiya. Adaptasiyanın (lat. adaptatio –
uyğunlaĢma) ilkin nəzəri Ģərtləri Selyenin (onun mahiyyə-
tini müəyyən etmiĢ Kanadalı alimin adı ilə bağlıdır) ümumi
adaptasion sindromu barədə tədqiqatlarında göstərilmiĢdir.
Selyenin ümumi adaptasion sindromu – qıcıqlandırıcıların
təsirinə orqanizmin verdiyi qeyri-spesifik reaksiyalar
kompleksidir ki, bu da bir neçə mərhələdər keçir: həyəcan,
rezistentlik, tükənmə.
Həyəcan mərhələsi üçün norma və patologiyanın
hüdudlarında dayanan fizioloji funksiyaların səfərbərliyi
xasdır. Bu mərhələdə adaptiv effektə nail olmaq hipotala-
mus-hipofiz-böyrəküstü vəz hormonlarının gərgin sintezilə
təmin olunur. Hüdud əzələ yüklənmələrinin təsiri zamanı
həyəcan mərhələsi əzələ gərginliyinin qüvvə və müddətinin
maksimal göstəriciləri ilə təzahür olunmaqla, nəticədə eneji
ehtiyyatlarının sürətli tükənməsinə və iĢin davam etdirilmə-
sindən imtinaya gətirib çıxara bilər.
Stress reaksiyalarla müĢayiət olunan əzələ iĢinin
vegetativ təminatı daha qənaətli yolla baĢ verir. Bu qanın
vurğu həcminin azalması zamanı ürək təqəllüsünün kəskin
tezləĢməsi, tənəffüsün dərinliyinin azalması zamanı
tənəffüsün sıxlığının çoxalması və icra olunan digər
hərəkətlərlə uyğunlaĢmalara da aid ola bilər. Qlobal əzələ
fəaliyyəti zamanı qan axının paylaĢdırılması daxili orqan-
ların qan təchizinin nisbətən pisləĢməsinə səbəb olmaqla,
53
nəticədə onların fəaliyyətindəki pozuntulara da gətirib
çıxara bilər.
Daxili orqanların zədələnməsinin səbəblərindən biri
də katexolaminlər, tiroksin, qlükaqonun ifrat sintezindən
aktivləĢən peroksidləĢmə prosesi qeyd olunur (Ģəkil 8).
PeroksidləĢmə məhsulları olan sərbəst radikallar hüceyrə
membranının fosfolipidləri ilə əlaqəyə girərək, onların
tamlığının pozulmasına gətirib çıxarır. Adaptasiyanın bu
mərhələsinin zədələyici təsirləri qan damarları, mədə və
bağırsaq divarının və s. yüksək keçiriciliyi ilə təzahür
edilir.
ġəkil 8. Hüceyrədəki normal və sərbəst radikal oksidləĢmənin sxematik təsviri. Sol
hissədə - hüceyrənin sitoplazmasına daxil olan qida maddələri üç karbon turĢusu
tsiklində oksidləĢir; sağ hissədə - sərbəst radikal peroksidləĢmə. Bu zaman formalaĢan
sərbəst radikallar hüceyrə membranının fosfolipidləri ilə birləĢməklə, onları zədələyir.
54
Həyəcan mərhələsinin adaptiv əhəmiyyəti ətraf
mühit faktorlarının təcavüzkar təsirlərinin qabaqlanmıĢ
(öncədən) əksi nöqteyi nəzərindən baxılmalıdır. Orqanizm
dağıdıcı təsirlərin nəticələrinin dönməz olduğu halda
xəbərdarlıq siqnalı verməyə cəhd edir. Bu zaman məsariflər
(itkilər) də qaçılmazdır. Mədə və 12 barmaq bağırsaq
divarlarında yaranın meydana gəlməsi – adaptiv hormon-
ların təsir nəticəsi kimi hesab olunan əlavə səciyyəvi
reaksiyadır. Bu hormonların Ģiddətli sekresiyası orqanizmin
təcili adaptasiyasının daha etibarlı mexanizmlərindəndir.
Uzunmüddətli adaptasiya. Uzunmüddətli adaptasi-
yanın fizioloji mexanizmləri rezistentlik mərhələsinin
mexanizmlərinə oxĢardır. Ağır fiziki yüklənmələrdə adeno-
zintrifosfat turĢusu (ATF) ehtiyyatlarının kəskin azalması
baĢ verir, bunun nəticəsində onun parçalanma məhsulla-
rının nisbəti digər qalan miqdarından çox olur. ATF-in
enerji mübadiləsi məhsullarının çoxalması enerji toplanma-
sını fəallaĢdırır. Bu zaman nuklein turĢusu və zülalların
biosintezi aktivləĢir ki, bu da uzunmüddətli adaptasiyanın
əsası hesab edilir. Uzunmüddətli adaptasiya prosesində
hüceyrə daxili oksigen nəqledici sistemin Ģiddəti yüksəlir,
bəsləyici və bioloji aktiv maddələrin kütləsi artır, domi-
nantlıq təĢkil edən funksional sistemin formalaĢması
yekunlaĢır, adaptasiyaya cavabdeh olan bütün orqanlarda
spesifik morfoloji dəyiĢikliklər müĢahidə olunur. Beləliklə,
ürəyin kütləsi 20-40%-ə qədər arta bilər; normal sürətli
adaptasiya zamanı paralel Ģəkildə ürək əzələsinin kapilyar
Ģəbəkəsi də geniĢlənir.
Müsbət bioloji əhəmiyyət kəsb edən adaptasion
dəyiĢikliklər hər zaman adaptiv ehtiyyatların qorunub
saxlanılmasına zamin ola bilmir. Pozucu və dağıdıcı
55
amillərin fasiləsiz Ģəkildə artdığı halda belə bir halın baĢ
verməsi labüddür. Yeni daha davamlı vəziyyətin fəal
axtarıĢı müsbət nəticəyə gətirib çıxarmır. Bu halda adapta-
siyanın pozulması təzahür olunur. Adaptasiyanın funksio-
nal ehtiyyatları bitir (tükənmə mərhələsi). Adaptasiya
dezadaptasiya ilə dəyiĢilir. Beləliklə, fiziki hərəkətlərlə
məĢğul olan zaman gücləndirilmiĢ yüklənmələr tam
orqanizm və ya onun ayrı-ayrı sistemlərinin həddən artıq
gərginləĢdirilməsinə səbəb ola bilər. Bu mərhələ mütləĢ
Ģəkildə baĢ verməli deyil. ĠĢ və istirahət rejiminə düzgün
riayyət olunması, məĢq və bərpa vasitələrinin səmərəli
təĢkili zamanı yüksək idman yüklənmələrinə olan davam-
lılıq uzun illər ərzində saxlanıla bilər. Məhz buna görə də
uzun müddətli idman təkmilləĢdirmə proqramının iĢlənil-
məsi zamanı onun əsasına xarici, təsadüfi amillər (məsələn,
idman yarıĢlarının təqvimi) deyil, idmançıların fiziki
yüklənmələrə adaptasiya ehtiyyatlarının təĢəkkülü və saxla-
nılmasının fərdi və yaĢ xüsusiyyətlərinin diqqətlə öyrənil-
məsi daxil edilməlidir.
3.2 Ürək-damar sisteminin adaptasiyası
Əsrin xəstəlikləri sırasında ürək-damar sistemində
olan pozuntu və patologiyalar birinci yerdə dayanır.
Onların böyük əksəriyyəti hərəki aktivliyin çatıĢmazlığı
nəticəsində meydana çıxır. Ürək-damar sistemi xəstəlikləri-
nin fiziki tərbiyə vasitəsilə qarĢısının alınması – böyümək-
də olan nəslin sağlamlaĢdırılmasının ən səmərəli yolların-
dandır. Fiziki hərəkətlərin sağlamlaĢdırıcı təsirlərinin
dərəcəsi ürək-damar sistemində adaptasion dəyiĢikliklərin
geniĢlənmə sürətilə də əlaqədardır.
56
Fiziki yüklənmələrə adaptasiya olunan ürək yüksək
təqəllüs imkanlarına malik olur. Lakin sürətli təqəllüsün
diastola fazasında yüksək boĢalma imkanlarını da qoruyub
saxlayır ki, (bu məhz fiziki təmrinlərin sağlamlaĢdırıcı
effektinin ən vacib qiyməti kimi qeyd oluna bilər) bu da
miokardda mübadilə proseslərinin tənzimlənməsinin yaxĢı-
laĢması və müvafiq Ģəkildə kütləsinin artması ilə (ürək
hipertrofiyası) əlaqələndirirlir.
Hipertrofiya – ürəyin Ģiddətli təqəllüs fəaliyyətinin
(hiperfunksiya) normal morfoloji fenomenidir. Əgər ürəyin
vahid kütləsində kapilyar Ģəbəkənin sıxlığı artarsa və ya
normal miokarda məxsus səviyyədə saxlanılarsa, bu halda
hipertrofiya adi fizioloji çərçivədə baĢ verəcəkdir. Ürək
əzələsi gərgin iĢ zamanı oksigen çatıĢmazlığını hiss etmir.
Funksional yüklənmələr ürəyin vahid kütləsinə nisbətdə
kifayət qədər enir. Beləliklə, bu halda ağır fiziki yüklən-
mələr də ürək tərəfindən yüngül funksional gərginlik kimi
qəbul edilir. Fiziki yüklənmələrin sağlamlaĢdırıcı effekti
Ģübhəsiz fakta çevrilir.
Qan dövranı sisteminin adaptasiyasının yaş
xüsusiyyətləri. Ürək damar sisteminin fiziki yüklənmələr
zamanı reallaĢan yüksək adaptasion imkanlarına, uyğunlaĢ-
ma reaksiyalarının tədricən əldə olunmuĢ bir forması kimi
baxılmalıdır. Adaptiv dəyiĢikliklər ilk növbədə enerji
təminatı mexanizmlərinin təkmilləĢməsindən asıldır.
Ürək fəaliyyəti üçün baĢlıca enerji mənbəyi
oksidləĢmiĢ fosforlaĢma hesab edilir, yəni oksidləĢdirici
proseslərin ATF və KrF-da enerji toplanması ilə
bağlılığıdır. Ürək əzələsinin təqəllüs aktı – ATF enerjisinin
mexaniki iĢə transformasiyası (dəyiĢdirilmə) nəticəsindədir.
Ürəyin artıq funksional yüklənməsi, oksidləĢmiĢ fosforlaĢ-
57
manın aktivliyinin yüksəlməsinə gətirib çıxarır. Ürəyin
təqəllüs aparatının Ģiddəti yaĢla əlaqədar olaraq tədricən
artır. Bu, qanın sistolik və dəqiqəlik həcmi, arterial təzyiqin
yüksəlməsinə səbəb olur. Belə yaĢ dəyiĢiklikləri ilk
növbədə ürəyin kütləsi və həcminin artımı ilə əlaqədardır.
Qanın sistolik həcmi 1 yaĢdan 14 – 16 yaĢa qədər təxminən
6 dəfə çoxalır (10-dan 55-60 ml-ə kimi), qanın dəqiqəlik
həcminin artım tempi isə bir qədər aĢağı olur. YaĢla
əlaqədar olaraq, ürək vurğularının sıxlığı (ÜVS) azalır ki,
bunun nəticəsində vurğu həcminin artımının yüksək
tempinin saxlanılması fonunda qanın dəqiqəlik həcminin
artımı azalır. 1 yaĢdan 14-16 yaĢa kimi o, təxminn 3 dəfə
çoxalır (1.2-dən 3.8 l/dəq-yə qədər).
Məktəbəqədər və kiçik məktəb yaĢlarında ürəyin
həcmi ümumi damar Ģəbəkəsinə mütənasib Ģəkildə inkiĢaf
edir. Lakin hündürboylu yeniyetmələrdə ürək həcminin
artımı ilə müqayisədə ümumi damar Ģəbəkəsinin zəif
inkiĢafı müĢahidə edilə bilər. Bu, sürətli (akselerat) və zəif
(reterdant) bioloji inkiĢafa məsus olan yeniyetmələr üçün
təmrinlərin fərdi Ģəkildə ciddi dozalaĢdırılma zəruriliyinin
əsas səbəblərindən biridir.
Əzələ işi zamanı ürəyin təqəllüs funksiyası. ÜVS-nin
və ürəyin təqəllüs imkanlarının artımı – yüklənmələrə qarĢı
təbii adaptiv reaksiyalardır. Ġstənilən ən müasir funksional
sınaqlarda fiziki yüklənmələrə ürəyin adaptasiya göstəricisi
kimi ÜVS-nin öz əhəmiyyətliyini saxlaması təsadüfi hal
deyil. Bəli, subyektiv təəssüratlar çox təsadüf hallarda bizi
aldada bilər: fiziki yüklənmə, hər Ģeydən öncə ÜVS-nin
artımı ilə insanın özü haqqında fikir formalaĢdırması üçün
zəmin yaradır.
58
Fiziki iĢ əzələlərə oksigen və qidalı maddələrin
çatdırılmasının sürətlənməsini tələb edir. Bu, iĢləyən
əzələlərdən keçən qanaxını həcminin Ģiddətlənməsi ilə
təmin olunur. Məhz buna görə də iĢ zamanı qanaxınının
dəqiqəlik həcminin yüksəlməsi – dinamik yüklənmələrə
təcili adaptasiyanın ən etibarlı mexanizmləri hesab edilir
(Ģəkil 9). Lakin o, müxtəlif cür reallaĢır: ya ÜVS-nin artımı
ilə, yaxud da həm ÜVS, həm də qanın vurğu həcminin
yüksəlməsi ilə.
ġəkil 9. Əzələ iĢi və nisbi sakitlik zamanı qan axınının bölüĢdürülməsi: ĠĢ zamanı
əzələlərdən keçən qan axının həcmi ümumi həcmin 85%-ni təĢkil edirsə, saktlik
zamanı bu göstərici 20%-dən çox olmur.
MəĢq etməyən yaĢlı insan ürəyində qanın vurğu
həcminin artım ehtiyyatı artıq ÜVS-nin 120 – 130
vurğu/dəq həddində tükənir. Növbəti dəqiqəlik həcmin
artımı yalnız ÜVS-nin artımı hesabına baĢ verir. MəĢqlilik
səviyyəsinin yüksəlməsilə yanaĢı qanın vurğu həcminin
59
artmaqda davam etdiyi ÜVS hüdudları geniĢlənir. Yüksək
ixtisaslı idmançılarda və uĢaqlarda o, hətta 150 – 160
vurğu/dəq civarında da artmaqda davam edir.
Ürək əzələsinin özündə təcili adaptiv dəyiĢikliklər
enerji ehtiyyatlarının səfərbərliyi ilə təzahür olunur. Ürək
əzələsində oksidləĢmənin ilkin substratları kimi yağ
turĢuları, qlükoza, az miqdarda – aminturĢuları mühüm rola
malikdir. Onların oksidləĢməsindən alınan enerji mitoxon-
drilərdə ATF Ģəklində toplanır və sonra ürəyin təqəllüs
elementlərinə nəql olunur.
Qanın vurğu həcminin artması zamanı ürəyin
təqəllüsü sürətlənir. Bu, ATF enerjisindən daha effektiv
istifadə nəticəsində baĢ verir. DartılmıĢ ürək əzələsində
təqəllüs zülalları olan aktin və miozinin əlaqə sahəsi
geniĢlənir, yəni ATF-in kimyəvi enerjisinin mexaniki iĢ
çevrilmə imkanları yaxĢılaĢır. Bütün bunlara fiziki
yüklənmə zamanı ifrazı artan böyrəküstü vəzin hormonları
– adrenalin və noradrenalin də Ģərait yaradır. Onlar ürək
fəaliyyətini stimullaĢdırır, hüceyrədaxili mübadiləni
fəallaĢdırır və Ca++
ionlarının ürək əzələsinin təqəllüs
elementlərinə ötürülməsini sürətləndirir. Ca++
aktin və
miozinin qarĢılıqlı əlaqəyə girməsinə zəmin yaradır.
Ürəyin təqəllüs imkanlarının artırılması diastola
zamanı bərpa proseslərinin təkmilləĢdirilməsilə də əlaqə-
dardır. Bu zaman əldə olunan ürəyin iĢinin qənaətliliyi
onun mədəciklərinin, əlalxüsus sol mədəciyin təqəllüs
funksiyasının fazalı təhlilində aydın Ģəkildə izlənilə bilər.
Ürək damar sisteminin adaptasiyasının funksional
ehtiyyatları. Nisbi sakitlik vəziyyətində idmançı ürəyinin
mədəciklərinin fazalı təqəllüsünün quruluĢunda, hipodina-
miyanın tənzimin fazalı sindromu adını almıĢ xüsusiyyəti
60
qeydə alınır: izometrik təqəllüs fazası uzanır, qovulma
fazası nisbətən qısalır. Ürəyin hipodinamiya tənzimi idman
məĢqinin “qənaətlilik” təsirlərindən biri hesab edilir (Ģəkil
10).
ġəkil 10. Sakitlik zamanı mexaniki və elektrik sistolanın sxematik təsviri:
yuxarıdakı əyri – EKQ, aĢağıdakı FKQ.
Hipodinamiyanın tənzimi dərəcəsi ürəyin funksional
ehtiyyatları, yəni onun yüksək özünütənzim və bərpa
proseslərinin intensivliyi imkanlarına mütənasib Ģəkildə
təzahür olunur. Miokardın hipodinamiya tənzimi sindromu
azan sinir tonusunun yüksəlməsi nəticəsi hesab edilir ki, bu
da ürəyə ləngidici təsir göstərir (Ģəkil 11). Bununla yanaĢı
simpatik (ürəyin iĢini fəallaĢdıran) təsirlərin tormozlanma
mexanizmləri də ĢiddətlənmiĢ olur.
Azan sinirin tənzimləyici təsirləri artıq 3 – 4
aylıqdan aĢkarlanmağa baĢlayır. O, ÜVS-nin azalmasında
61
özünü göstərir. Sistematik əzələ fəaliyyəti azan sinir
tonusunun yüksəlməsinə gətirib çıxarır ki, bu da bərpa
effektləri, mübadilə proseslərinin azalması, eləcə də ürək
əzələsinin oyanıcıqlıq, keçiricilik, təqəllüs funksiyasının
normallaĢması ilə müĢayiət edilir.
ġəkil 11. Ürəyin parasimpatik (vaqus) və simpatik tənzimi: 1- azan sinir
nüvəsi (mərkəzi); 2 – ürəyə simpatik təsir göstərilməsi nəzərdə tutulan mərkəz; 3 –
onurğa beyninin I, II, III döĢ seqmentindən simpatik neyronların tənzimləyici təsirləri
göndərilən boyun simpatik düyünləri; 4 – ürəkdə yerləĢən azan sinirinin ikincili
neyronu; 5 – ürəyin koronar damarları; onurğa beyninin I, II, III döĢ seqmentləri.
Azan sinirin ürəyə daimi tonik təsirləri 2.5 – 3
yaĢlarında stabilləĢir. Növbəti onun Ģiddətlənməsi hərəki
aktivliyin artırılması ilə əlaqədardır. Onun kəskin məhdud-
laĢdırılmasında (məsələn, uzun müddət xəstəxanada yataq
vəziyyətində olan uĢaqlar) azan sinirin tonusu 3 – 4 yaĢlı
uĢaqlarda olduğu səviyyədə qalır. YaĢla əlaqədar olaraq
azan sinir tonusunun artımı, eləcə də simpatik təsirlərin
zəifləməsi ürək ritminin azalmasına səbəb olur. 7 – 8
62
yaĢlılarda ÜVS sakitlik zamanı 90 – 92, 9 – 10 yaĢlılarda
86 – 88, 11 – 12 yaĢlılarda isə 82 – 84 vurğu/dəq təĢkil
edir.
Əzələ fəaliyyəti zamanı adaptiv dəyiĢikliklərin fizio-
loji mexanizmi yaĢ göstəricilərindən də bilavasitə asılıdır.
UĢaqlarda ürəyin iĢinin ilkin Ģiddətlənməsi mərhələsi (iĢə
giriĢmənin 1-ci fazası) yaĢlılarla müqayisədə simpatik
təsirlər baxımından zəif formada xarakterizə olunur. Əgər
yaĢlılarda iĢin ilk 10 – 15 saniyəsində ürək tsiklinin müddə-
ti 70 – 80% azalırsa, bu göstərici uĢaqlarda yalnız 25 –
30% təĢkil edir. Lakin stabilləĢmənin optimal göstəricisi
(iĢə giriĢmənin 2-ci fazası) yaĢlılara nisbətən (45s) uĢaq-
larda daha qısa (20s) olur. Beləliklə, iĢin əvvəlində ÜVS-
nin nisbətən zəif artımına baxmayaraq, uĢaqlar yaĢlılara
nisbətən nəbzin yuxarı göstəricilərinə daha tez çatırlar.
Əzələ fəaliyyəti ilə əlaqədar olan adaptiv dəyiĢik-
liklər uĢaq və yeniyetmələrdə əsas etibarilə ÜVS dəyiĢik-
likləri hesabına təzahür olunur. Bu, xüsusilə adaptiv
dəyiĢikliklərin adekvat göstəricilərindən biri hesab edilən
qanın dəqiqəlik həcminin yüksəlməsinə aid edilir. O, gənc
idmançılarda ÜVS-nin artımı hesabına çoxalır. Nəticə
etibarilə, onlarda qan dövranı sisteminin adaptasion ehtiyat-
ları ÜVS-nin artımı ilə bitir. Hemodinamik göstərici olan
qanın vurğu həcmi çox cüzi dəyiĢir. BaĢqa cür desək,
uĢaqlarda iĢin nəbz dəyəri əslində məhz onun fizioloji
dəyəri sayılır. Yüklənməyə qarĢı adaptasiyanın ilkin
mərhələsinin bu xüsusiyyətini (iĢə giriĢmə) idman məĢğə-
lələri və məktəbdə fiziki tərbiyə dərslərinin təĢkili zamanı
nəzərə almaq zəruridir.
UĢaqlarda yaĢlı idmançılarla müqayisədə intensiv
yüklər zamanı ürək əzələsinin zəif metabolik dəyiĢiklikləri
müəyyən qədər qızıĢma hərəkətlərinin müddətinə görə
63
kompensasiya edilməlidir. Yuxarı məktəb yaĢlarında
morfoloji əsaslar formalaĢmaqla, ürək tənzimi sistemində
də dəyiĢikliklər baĢ verir ki, bu da ürək səmərəliyini kifayət
qədər artırmıĢ olur. ĠĢçi dəyiĢikliklər tədricən yaĢlı göstəri-
cilərinə yaxınlaĢır.
YaĢla əlaqədar olaraq, sistolik təzyiqin ÜVS-yə
nisbəti ilə qiymətləndirilən fiziki yüklənmələr zamanı olan
qan dövranı effektivliyi yüksəlir. Həmçinin məĢqlilik
səviyyəsinin artımı ilə bərabər bu tendensiya müĢahidə
edilir: eyni Ģiddətli yüklənmə zamanı (bədən çəkisinin 1
kq-na görə) idmançılarda qan dövranının effektivlik göstə-
ricisi qeyri-idmançılara nisbətən yüksək olur.
Ürək-damar sistemi fəaliyyətinin funksional xüsu-
siyyətlərinin optimal zaman kəsiyinə görə qiymətləndiril-
məsinin iĢə giriĢmə mərhələsi yaĢla əlaqədar olaraq qısalır.
Artıq fiziki yüklənmələrin artımı zamanı, yeni, daha yüksək
səviyyəli fəaliyyətə tez bir zamanda keçmək üçün səmərəli
Ģərait yaradılır. Ürək fəaliyyətinin tənzimlənmə sistemi
daha etibarlı olur. Yüklənmədən sonra ürək funksiyasının
bərpa dövrü azalır. UĢaq və yeniyetmələrdə bərpa zamanı
nəbz göstəricisinin ümumi kəmiyyəti, gənclər və yaĢlı
idmançılarda çox olur ki, bu da ürəyin təqəllüs funksiya-
sının tənzimi mexanizmlərinin yaĢla əlaqədar olaraq
təkmilləĢməsindən asılıdır.
Ürək adaptasiyasının quruluş əsasları. Gərgin
yüklənmələr zamanı enerji mənbələrinin tükənməsi hüceyrə
elementlərinin həm təqəllüs, həm də energetik (mitoxon-
drial) zülali strukturlarının sintezini stimullaĢdırır. Əgər
enerji mənbələrinin tükənməsi fizioloji normaları keçərsə,
bu halda həddən artıq təzahür olunan gərginlik adaptasi-
yanın pozuntusuna gətirib çıxara bilər. Bu kimi pozuntunun
64
modeli qismində daimi ifrat yüklənmə vəziyyətində iĢləyən
qüsurlu ürək göstərilə bilər. Belə ki, aortanın daralması və
qan axınının çətinləĢməsi zamanı davamlı hiperfunksiya
baĢ verir. Bu zaman vahid ürək kütləsi üzərinə düĢən
fəaliyyət intensivliyi 2.5 – 3 dəfəyədək artır.
Sürətli inkiĢaf edən ürək hipertrofiyası simpatik sinir
uclarının böyüməsini üstələyir. BaĢqa cür desək, simpatik
innervasiyanın sıxlığı düĢür. Simpatik mediator – noradre-
nalinin konsentrasiyası 3 – 5 dəfə azalır. Hipertrofiya
olunmuĢ ürəyin kütləsi normal ürəyin kütləsini 1.5 – 2 dəfə
keçə bilər.
Normal inkiĢaf etmiĢ ürəkdə sakitlik zamanı 1mm3
əzələ kütləsində 2300 kapilyar fəal olur. Əzələ iĢi zamanı
isə təxminən 2000-ə qədər kapilyar əlavə olaraq aktivləĢir.
Uzunmüddətli adaptasiya ürək əzələsində biosintez proses-
lərinin Ģiddətlənməsi və ürəyin vaskulyarizasiyası (kapil-
yarlarının formalaĢması) ilə paralel Ģəkildə onun kütləsinin
artması ilə təmin olunur. Çox sürətli hipertrofiya olunan
ürəkdə 1 mm3 üçün kapilyarların ümumi miqdarı 2000-i
keçmir. Adaptasiya ehtiyatları 300 kapilyardan çox olmur.
Vaskulyarizasiyanın azalması aerob mübadilənin pisləĢmə-
sinə gətirib çıxarır.
Fizioloji hipertrofiya ürəyin əzələ liflərinin həm
qalınlaĢması (d-tip hipertrofiya), həm də uzanması (l-tip)
hesabına baĢ verə bilər. Əgər birinci halda ürək atmasının
Ģiddəti ürəyin əzələ liflərinin qüvvəsinin artması nəticəsin-
də təzahür olunursa, lakin ikinci halda – onun qan kütləsi
ilə gərilməsi sayəsində olur.
Mütəmadi fiziki yüklənmələr zamanı ürəyin adapta-
siyası tədricən artır, yüklər arası fasilə dövrü ürəyin quruluĢ
elementlərinin balanslaĢdırılmıĢ artımına zəmin yaradır,
yəni adaptasiya 1-ci tip Ģəklində gedir. Bu zaman ürəyin
65
vahid kütləsinə düĢən simpatik innervasiyanın Ģiddəti
azalmır, normal hipertrofiyadakı ürəyə məxsus səviyyədə
saxlanılır. Ürəyin kütləsi 20 – 40% civarında artır. Kapilyar
Ģəbəkə artmıĢ kütləyə mütənasib formada geniĢlənir. Əzələ
iĢi zamanı mioqlobinin konsentrasiyasının yüksəlməsi O2
nəqlinin yaxĢılaĢmasına səbəb olur. Miozinin ATF-aza
aktivliyinin artımı, eləcə də ürəyin təqəllüs elementlərinə
Ca++
ionlarının çatdırılmasının sürətlənməsi nəticəsində
ürək təqəllüsünün sürət və amplitudası çoxalır.
Ürəkdə bu kimi adaptiv dəyiĢikliklərin gediĢi onu
sübuta yetirməyə əsas verir ki, mütəmadi yüklənmələr
zamanı olan hipertrofiya özündə patoloji dəyiĢiklik
əlamətləri əks etdirməyən fizioloji fenomendir. Ona görə
də ürək əzələsində adaptiv dəyiĢikliklərin qiymətləndiril-
məsi zamanı onun inkiĢaf tempini nəzər almaq lazımdır.
Qısa zaman kəsiyində yüksək idman nəticələrinə çatmağa
səy göstərməklə baĢ verən adaptiv dəyiĢikliklərin formalaĢ-
ması, ürəyin xüsusi vaskulyarizasiyasının azalması fonunda
kompensator hipertrofiyaya gətirib çıxara bilər.
MəĢq etmiĢ, az hipertrofiya olunmuĢ ürək nisbi
fizioloji sakitlik vəziyyətində azalmıĢ həcmə, zəif bradikar-
diyaya, enmiĢ dəqiqəlik həcmə malik olur. O, məĢq
etməyənlərə nisbətən 15 – 20% qənaətlə çalıĢır. Mütəmadi
əzələ iĢi zamanı məĢq etmiĢ ürək əzələsində qlikolitik
proseslərin sürəti düĢür: energetik məhsullar daha qənaətlə
sərf edilir.
Ürəyin morfoloji dəyiĢiklikləri əzələ kütləsi ilə
yanaĢı, hüceyrənin energetik maĢını – mitoxondrilərin
çoxalması ilə təzahür edilir. Həmçinin adrenergik və
xolinergik sinir liflərindən idarəedici siqnalların mənimsə-
nilməsini təmin edən membran sisteminin kütləsi artır.
BaĢqa cür desək, əzələ iĢi zamanı ürəyin funksiyasını
66
Ģiddətləndirən simpatik təsirlərə qarĢı ürəyin həssaslığı
yüksəlir. Eyni zamanda qənaətlilik mexanizmi də təkmil-
ləĢir: sakitlik və az intensivlikli yüklənmələr zamanı ürək
təqəllüs fazaları baxımından daha az enerji sərfi və daha
çox səmərəliliklə çalıĢır.
Səmərəli məĢqdən təzahür edilən quruluĢ dəyiĢik-
likləri qan dövranının xüsusi çəkisinin azalması ilə
müĢayiət edilmir. Sakitlik zamanı ürəyin vahid kütləsi
üzərinə düĢən funksional yüklənmə azalır. Əgər ürəyin
təqəllüs kütləsi 20 – 40% yüksəlirsə, bu halda vahid
kütləyə düĢən funksional yüklənmə müvafiq həddə
enəcəkdir. Bu, ürəyin potensial ehtiyatlarının qorunub
saxlanılmasının daha etibarlı və effektiv mexanizmlərindən
biridir.
Praktik təcrübələrdən məlum olduğu kimi, ürəyin
fizioloji hipertrofiyasına malik gənc idmançılar zəif Ģiddətli
fiziki yüklənmələrə yaxĢı adaptasiya olunurlar. Hüdud
yüklərin icrası zamanı onlarda hiperdinamik əlamətlər
aydın Ģəkildə müĢahidə edilir. Bərpa prosesləri yüksək
sürəti ilə fərqlənir. Ürəyin faydalı səmərəliyi məĢq etmə-
miĢlərlə müqayisədə təxminən iki dəfə çoxalır. Bununla
belə maksimal iĢlər zamanı məĢq etmiĢ ürəyin vahid
kütləsinə düĢən yüklənmənin həcmi də 25%-ə qədər artır.
Lakin buna baxmayaraq, bu kimi ürəyin müasir idman üçün
xarakterik olan yüksək Ģiddətli əzələ iĢləri ilə həddən artıq
yüklənməsi praktik olaraq istisna olunmur.
3.3 Tənəffüs və qan sisteminin adaptasiyası
Xarici tənəffüs və qazlar mübadiləsinin adaptiv
dəyişiklikləri. Əzələ iĢi ağciyər ventilyasiyası həcminin
67
dəfələrlə (15 – 20 dəfə) artırılmasına zəmin yaradır.
Dözümlülük yönümlü məĢq etmiĢ idmançılarda ağciyər
ventilyasiyasının dəqiqəlik həcmi 130 – 150 l/dəq və daha
çox ola bilər. MəĢq etmiĢ Ģəxslərdə iĢ zamanı ağciyər
ventilyasiyasının yüksəlməsi əsasən tənəffüsün tezləĢməsi
nəticəsində təzahür edilir. Ġdmançılarda tənəffüsün sürət-
lənməsi fonunda dərinliyi də artır. Bu, tənəffüs aparatının
yüklənmələrə təcili adaptasiyasının daha səmərəli üsuludur.
Dərin tənəffüs zərərli sahə (tənəffüs yollarının qazlar
mübadiləsi baĢ verməyən hissəsi) kimi adlanan hissəsinin
nisbi həcminin azalması ilə müĢayiət edilir.
Yüksək ixtisaslı idmançılara xas olan maksimal
ağciyər ventilyasiyası tənəffüs əzələlərinin təqəllüs akt-
larının məkandakı hərəkətlər və müvafiq zamanlı optimal
uyğunluğunun nəticəsidir: tənəffüs əzələləri iĢinin koordi-
nasiyasının pozuntuları tənəffüs ritminə mənfi təsir göstər-
məklə, ağciyər ventilyasiyasının pisləĢməsinə səbəb olur.
ĠĢin əvvəlində ağciyər ventilyasiyasının həcminin
artmasında həlledici rol neyrogen mexanizmlərin üzərinə
düĢür. Təqəllüs edən skelet əzələlərindən Ģiddətli yüksələn
proprioseptiv impulslar, eləcə də baĢ beynin böyük yarım-
kürələr qabığının hərəki sahəsindən enən sinir impulsları
tənəffüs mərkəzini stimullaĢdırır. Qanda H-ionları toplan-
dıqca və CO2 gərginliyi artdıqca, tənəffüs sürətlənir,
ağciyər ventilyasiyası həcmi əhəmiyyətli dərəcədə çoxalır.
Tənzimlənmənin humoral faktorları bir qədər sonra
iĢin gediĢində ağciyər ventilyasiyasının onun adekvat
hüdudlarına çatdığı zaman fəaliyyətə qoĢulur. CO2-nin
tənzimləyici rolu tənəffüsün müvafiq tezliyinin saxlanıl-
ması və fiziki yüklənməyə uyğun zəruri ağciyər ventilyasi-
yasının müəyyənləĢdirilməsindən ibarətdir.
68
Mütəmadi əzələ fəaliyyəti tənəffüs əzələlərinin
qüvvəsinin artması ilə müĢayiət edilir. Tənəffüs hərəkət-
lərinin Ģiddəti aydın Ģəkildə yüksəlir. Ġdmançılarda hava
axınının sürəti nəfəsalma zamanı 7 – 7.5 l/san, nəfəsver-
mədə isə 5 – 6 l/san təĢkil edir. MəĢq etməmiĢ Ģəxslərdə isə
nəfəsalma Ģiddəti 5 – 5.5 l/san, nəfəsvermə isə 5 l/san-dən
çox olmur.
Xarici tənəffüsün effektivliyinin artırılmasının vacib
fizoloji mexanizmlərindən biri də tam hərəki aktın ayrı-ayrı
hissələrinin (məsələn, üzgüçülük) icra müddətində tənəffü-
sün uyğunlaĢmasını təmin edə bilən Ģərti reflektor əlaqə-
lərin möhkəmləndirilməsi hesab edilir. Bu halda fizioloji
funksiyaların tənziminin sistemli xarakteri aĢkar Ģəkildə
təzahür olunur. Xüsusi hərəki funksiyaların Ģərti reflektor
yolla formalaĢmıĢ və möhkəmlənmiĢ tənzim sistemində
əzələ fəaliyyətinin oksigen təminatının daha effektli
üsulları proqramlaĢmıĢ olur.
Tənəffüs funksiyasının adaptiv dəyişikliklərinin yaş
xüsusiyyətləri. Tənəffüs sisteminin adaptiv dəyiĢikliklərinin
əsas məqsədi əzələ iĢinin fərqli gərginliklərində daha
təkmilləĢmiĢ tənzimləmə forması təcəssüm etdirməkdir ki,
bu da az intensivlikli iĢlər zamanı yüksək qənaətlilik və
ağır fiziki yüklənmələr zamanı aerob ehtiyatların maksimal
səfərbərliyi ilə təzahür olunur. Belə ki, o qədər də yüksək
göstəricilərə malik olmayan uzaq məsafəyə qaçan gənc-
lərdə oksigenin maksimal sərfiyyatı (OMS) aerob ehtiyat-
ların səfərbərliyi sayəsində kəskin arta bilər. Onlar OMS-
nin 90%-i həddində oksigen sərfiyatına uyğun məsafə boyu
yarıĢ sürətinin saxlanılmasına imkan verir. Anaerob hədd
ÜVS-nin daha yüksək göstəriciləri və enerji təminatının
qənaətliliyi ilə müĢayiət edilir.
69
UĢaq və yeniyetmələrin böyük əksəriyyətində
əzələlərin nisbi sakitlik vəziyyətində olan tənəffüsü günün
çox hissəsinin oturaq Ģəraitdə keçirildiyinə görə səmərəli
olmur və döĢ qəfəsinin mütəhərrikliyi tədricən məhdud-
laĢır. Tənəffüs dərin olmur və səthi xarakter daĢıyır. Bu
kimi tənəffüsün sağlamlaĢdırıcı, fiziki dəyəri o qədər böyük
deyil. UĢaq ağızla tənəffüs etdiyi halda vəziyyət bir qədər
də pisləĢir, belə ki, bu halda burun öz bakteriosit
funksiyasını icra edə bilmir: hava toz hissəciklərindən
təmizlənmir, aĢağı temperatur Ģəraitində isə qızdırılmır.
Eləcə də, nəticədə burun-udlaqda baĢ verə biləcək iltihabi
proseslərdən sonra burun tənəffüsü mümkünsüz və ya
həddən artıq çətin ola bilər.
Mütəmadi istifadəsi təsirli sağlamlaĢdırıcı effekt
verə biləcək, belə demək mümkünsə tam tənəffüs barədə
məktəb yaĢlı uĢaqlar praktik olaraq heç nə bilmirlər.
Burunla dərindən nəfəs alma anlayıĢı – tam tənəffüsü
mənimsəməyin yalnız ilkin mərhələsidir. Tam tənəffüs
zamanı ardıcıllıqla ağciyərlərin aĢağı Ģöbələrində olduğu
kimi, zirvələri də ventilyasiya olunur. Dərindən nəfəsalma
ağciyərlərin aĢağı Ģöbələrinin dolması ilə baĢlayır, sonra
orta hissəsinin və sonda zirvəsində tamamlanır. Nəfəsal-
manın əvvəlində qarın diafraqmanı boĢaltmaqla, enir,
sonunda isə difraqmanı sıxmaqla, dartılır və ağciyərlərin
zirvələrinin dolmasını təmin edir. Dərin nəfəsalmadan
sonra olan tam nəfəsvermə ağciyərlərin ventilyasiyasının
effektivliyini artırır, nəfəs verilən havada oksigenin istifa-
dəsinin yüksəlməsinə gətirib çıxarır.
Xarici tənəffüs ehtiyatlarının mükəmməl istifadə-
sindən ötrü xüsusi təmrinlər – tənəffüs gimnastikası komp-
leksi icra etmək zəruridir. UĢaq və yeniyetmələrə düzgün
tam tənəffüs etməyi öyrətmək – sağlamlığın qorunub
70
saxlanılması, fiziki yüklənmələrə adaptasiya imkanlarının
geniĢlənməsinin vacib Ģərtlərindəndir.
Sistematik əzələ iĢi zamanı tənəffüsün səmərəli,
fizioloji cəhətdən təkmilləĢmiĢ tipi formalaĢır. Dövri xarak-
terli əzələ iĢlərində dərin nəfəsalma, sürətli nəfəsvermə
ağciyər və alveol ventilyasiyasını artırır.
Sərbəst ağciyər ventilyasiyası kimi bilavasitə nəzərə
çarpmayan ağciyərlərin hava tutumu (AHT) göstəricisi də
məĢqin təsirindən dəyiĢilir. Bu göstərici idman nəaliyyət-
lərinə hədd qoyan göstəricilər sırasına daxil deyil. Lakin
AHT-nin bədən çəkisinə olan nisbətindən alınmıĢ fərdi
AHT göstəricisi (AHTfərdi) funksional imkanların qiymət-
ləndirilməsi üçün mühüm göstərici hesab olunur. 8 – 9
yaĢlı uĢaqlarda AHT həddi 1.7 – 2.2 litr təĢkil edir. Daha
çox AHT gənc üzgüçülərdə qeyd olunur: 14 – 15 yaĢlılarda
4.8 – 5.0 l, lakin 16 yaĢlılarda 5.5 – 5.7 l. Dövri xarakterli
növlərlə məĢğul olan idmançılarda AHT məĢq etməyənlərə
nisbətən (4.5 – 5.0 l) nisbətən kifayət qədər yüksəkdir. Belə
ki, uzaq məsafələrə qaçan gənc atletlərdə o, 6.0 – 6.5 litrə
çatır. AHTfərdi yaĢlılara nisbətən uĢaqlarda az olur. Lakin
pubertat dövrün (cinsi yetiĢkənlik) sonlarına yaxın o, yaĢlı
göstəricilərinə xeyli yaxınlaĢır.
Ağciyər ventilyasiyasının həcmi tənəffüsün tezliyi
və dərinliyindən birbaĢa asılıdır. Yeni doğulmuĢ uĢaqlarda
tənəffüsün tezliyi dəqiqədə 70 – 80 tsikl, tənəffüsün həcmi
15 – 20 ml, ağciyər ventilyasiyasının həcmi isə 0.6 – 0.85
l/dəq təĢkil edir. Bir yaĢlı uĢaqlarda ağciyər ventilyasiyası 3
– 4 l/dəq-yə kimi yüksəlir. Eyni zamanda tənəffüsün nisbi
həcmi, yəni bədən çəkisinin vahid kütləsinə düĢən tənəffüs
havasının həcmi azalır. UĢaqlarda bədən çəkisinin vahid
kütləsinə düĢən ağciyər ventilyasiyasının intensivliyi
yaĢlılara nisbətən çox olur.
71
Pubertat dövrdə tənəffüs aparatının qüvvəsinin artım
tempi yüksəlir. 11 – 12 yaĢdan 17 – 18 yaĢa kimi ağciyər
ventilyasiyası 1.5 dəfə artır və yaĢlılar üçün səciyyəvi
göstəricilərə çatır. Fiziki yüklənmələr zamanı uĢaqlarda
xarici tənəffüs əsasən onun tezliyinin yüksəlməsi hesabına
intensivləĢir. Tənəffüsün dərinliyi çox cüzi dəyiĢilir.
Ağciyərlərin maksimal ventilyasiyası tez inkiĢaf edir: artıq
9 yaĢında o, 50 – 60 l/dəq-yə çatır, lakin 15 – 16 yaĢlılarda
isə 130 – 140 l/dəq-yə kimi yüksələ bilər.
Fiziki yüklənmələr zamanı uĢaqlar tənəffüs funksi-
yalarının hüdud göstəricilərinə yaĢlılara nisbətən bir qədər
ləng çatır. Belə ki, uĢaqların icra etdiyi veloerqometrik
sınaqlar zamanı ÜVS maksimal göstəricilərin 90%-i olduğu
halda, ağciyər ventilyasiyası yalnız 50%, oksigen sərfiyyatı
isə 60% təĢkil etmiĢdir.
UĢaqlarda ağciyər ventilyasiyasının yüksək intensiv-
liyi müvafiq dərəcədə yaĢlılara nisbətən daha aĢağı oksige-
nin iĢlənmə əmsalına malikdirlər. Kiçik məktəb yaĢlı
uĢaqlarda 1 litr oksigen nəfəs verilən 29 – 30 litr havadan,
yaĢlılarda isə 24 – 25 litr havadan hasil olunur. MəĢqlilik
səviyyəsinin artımı ağciyərlərin diffuziya imkanlarının
yaxĢılaĢmasına səbəb olur. Bu, ağciyər toxumasına qan
axını həcminin artımı, eləcə də alveol-kapilyar membra-
nının qalınlığının azalması ilə əlaqədardır. Ağciyər alveol-
ları və kapilyar divarlarının səthi arasında əlaqə sahəsinin
geniĢlənməsi oksigenin qana daha sürətli keçidinə zəmin
yaradır (Ģəkil 12).
Oksigenin qanla nəqli yaĢla əlaqədar olaraq bir
qədər də effektiv olur. Qanın oksigen daĢıma imkanları
pubertat dövrdə daha aydın Ģəkildə təzahür edilir. Əzələ iĢi
və ya nəfəs alınan havada kifayət qədər oksigenin
olmamağı (məs, dağa çıxarkən) ilə əlaqədar olan hipoksiya
72
vəziyyətinə tab gətirmə imkanları da eyni zamanda artır. 14
– 15 yaĢlı yeniyetmələrin qanda oksigenin azalma Ģərai-
tində olan iĢi 8 – 9 yaĢlı uĢaqlara nisbətən iki qat artıq icra
edə bilərlər.
ġəkil 12. Ağciyər alveollarından qazlar mübadiləsi:
Nəfəs alınan havada olan O2 ağciyər alveolları divarından qana, venoz qandan CO2 isə
alveollara daxil olur; qazlar mübadiləsi venoz qanda və ağciyər alveolları
boĢluğundakı CO2 və O2-nin parsial təzyiq fərqi ilə təmin olunur
UĢaqların qanında oksigenin səviyyəsinin azalması
yaĢlılara nisbətən toxumalardakı oksigen aclığına daha tez
gətirib çıxarır. Toxumalarda 1 litr oksigenin qəbul edilməsi
uĢaqlarda 21 – 22 litr, yaĢlılarda isə 15 – 16 litr qan axını
sayəsində təmin olunur. Beləliklə, toxumalarda bərabər
oksigen təminatında olan hemodinamik sərfiyyat (belə
demək mümkünsə, oksigenə görə hemodinamik əmsal)
uĢaqlarda yüksək olur.
Kiçik məktəb yaĢlı uĢaqlarda 13 – 14 yaĢlı yeniyet-
mələrlə müqayisədə sakitlik zamanı bədənin hər 1 kq
çəkisinə düĢən tənəffüsün dəqiqəlik həcmi daha çox olur
(müvafiq olaraq 160 – 170 ml/dəq/kq və 125 ml/dəq/kq).
73
Artıq 15 – 17 yaĢlarında tənəffüsün dəqiqəlik həcmi 110
ml/dəq/kq-a qədər azalır. Bu halda yaĢla əlaqədar olaraq
ağciyər ventilyasiyasının mütləq göstəriciləri yüksəlir.
Nisbi əzələ sakitliyi vəziyyətində məĢq etmiĢ gənc idman-
çılarda aĢağı ağciyər ventilyasiyası müĢahidə edilir.
Xarici tənəffüs və qanın nəqliyyat funksiyasının
qənaətliliyi uĢaqlarda bir o qədər də yüksək deyil: oksigen
rejimi onlarda yaĢlılara nisbətən daha az gərgin olur. Bu
onu göstərir ki, uĢaqlarda yaĢla və məĢqlilik səviyyəsinin
artımı ilə əlaqədar olaraq, tənəffüsün səmərəliyinin
artırılmasının yüksək ehtiyyatları saxlanılır. Pubertat döv-
rün sonlarında gərgin əzələ iĢi zamanı olan ağciyər ventil-
yasiyası yetkin yaĢlı Ģəxslərin göstəricilərinə yaxınlaĢır
(100 l/dəq və daha artıq). Ağciyər ventilyasiyasının
artımının hüdud imkanları barədə fikir söyləmək üçün, 15 –
30 saniyə ərzində müəyyən olunan tənəffüsün sərbəst
tezləĢdirilməsi və dərindən edilməsilə olan maksimal
ağciyər ventilyasiyasına istinad etmək lazımdır.
Ġdman fəaliyyətinin xüsusiyyəti də xarici tənəffüs
parametrlərinə gözəçarpan təsir edir. Bədənin hər 1 kq
çəkisinə nisbətdə sərbəst ağciyər ventilyasiyasının daha
yüksək göstəriciləri orta məsafəyə qaçan gənc atletlərdə,
aĢağı göstəriciləri isə sprinterlərdə və ağır atletlərdə
müĢahidə olunmuĢdur.
Oksigen sərfiyyatının yaşla əlaqədar dəyişiklikləri.
Qazlar mübadiləsinin vacib göstəricilərindən olan OMS 10
– 12 yaĢ hüdudlarında məĢq etmiĢ uĢaqlarda məĢq etmə-
yənlərə nisbətən yüksək olur. Lakin daha aĢağı yaĢlarda
olan fərqlər bir o qədər də gözəçarpan olmur. Vahid əzələ
kütləsinə nisbətdə OMS-nin hesablanması göstərir ki,
uĢaqlar yaĢlılara nisbətən bəzi üstünlüklərə malikdirlər.
74
Orqanizmin normal inkiĢafı çərçivəsində OMS qızlarda 14
yaĢda, oğlanlarda isə 16 yaĢda stabilləĢir. Əgər yeniyetmə
mütəmadi formada məĢq edirsə, bu halda stabilləĢmə baĢ
vermir: OMS artmaqda davam edir.
Fərqli məĢqlilik səviyyəsinə malik olan uĢaqların
OMS-də olan müxtəliflik yaĢlılara nisbətən daha az təzahür
olunur. Hüdud əzələ iĢlərinin icrası zamanı mübadilə
proseslərinin yüksəlməsi baxımından gənc idmançıların
imkanlarının orta göstəricisi yaĢlılara nisbətən aĢağıdır.
Yeniyetmə və gənclər yaĢlılara nisbətən oksigenin maksi-
mal sərfiyyatı hüdudlarına daha tez yetiĢirlər, lakin buna
baxmayaraq, OMS-ni uzun müddət yaĢlılar kimi saxlamaq
imkanlarına malik deyillər. Əgər iĢ zamanı OMS-nin yaĢla
əlaqədar artımı qeyd edilirsə, lakin nisbi əzələ sakitliyi
vəziyyətində onun aĢkar Ģəkildə azalması müĢahidə olunur.
OMS-nin artımı məĢq etmiĢ uĢaqlarda məĢq etməmiĢlərə
nəzərən daha tez baĢ verir. Artıq 1 – 2 illik məĢqdən sonra
gənc idmançılarda sakitlik zamanı oksigen sərfiyyatı,
tənəffüsün dəqiqəlik həcmi göstəriciləri məĢq etməmiĢ
yaĢlı göstəricilərinə yaxınlaĢır. Enerji təminatının aerob
mexanizmlərinin məĢq olunması tədqiqat yolu ilə sübuta
yetirilmiĢdir. MəĢhur atletlər – uzaq və çox uzaq məsafəyə
qaçanlar bir neçə il ərzində onların yaxĢılaĢması
tendensiyası ilə yüksək nəticələr göstərirlər. Əgər aerob
mübadilənin hüdud göstəriciləri onlarda əhəmiyyətli
dərəcədə dəyiĢmirsə, onda enerji məhsullarının daimi nisbi
səviyyəsində böyük həcmli iĢi icra etmək imkanları açıq
aĢkar inkiĢaf edir.
OMS, eləcə də oksigen borcu hüdudları fiziki
yüklənmə zamanı energetik mübadilə göstəricisi rolunu
oynayır. Əzələ fəaliyyəti Ģəraitində enerji mübadiləsinin
hüdud göstəriciləri gənc idmançıların yüksək nəticələrə nail
75
olmasından ötrü funksional hazırlığın mühüm xüsusiyyət-
lərindən sayılır. Belə ki, orta və uzaq məsafəyə qaçan gənc
idmançı oğlanlar OMS-nin 70 – 73 ml/dəq/kq həddində,
idmançı qızlar isə OMS-nin 65 – 67 ml/dəq/kq həddində
müəyyən idman uğurlarına nail ola bilərlər.
Dünya çempionatlarının potensial mükafatçıları olan
yaĢlı idmançılarda – yüngül atletlər, konki sürənlər, velosi-
pedçilərdə OMS 80 – 85 ml/dəq/kq təĢkil etməlidir. Olim-
piya Oyunlarının qalib və mükafatçı xizək sürənlərində
OMS 80 – 90 ml/dəq/kq civarında dəyiĢir. Oksigen sərfiy-
yatının bu kimi yüksək səviyyəsinə ÜVS-nin 200
vurğu/dəq-dən çox, ağciyər ventilyasiyasının isə 180 – 200
l/dəq-yə qədərki həddində çatılır.
OMS ilə yanaĢı enerji ehtiyyatlarının adaptiv
göstəricilərindən biri də oksigen borcudur. Aerob iĢgüzarlıq
nə qədər yüksək olarsa, intensiv iĢin icra müddəti də bir o
qədər çox olacaqdır. Eyni zamanda intensiv iĢin müddəti ilə
oksigen borcunun həddi arasında sıx korrelyasion əlaqə
müĢahidə edilir. 800 – 1500 metr qaçıĢ üzrə ixtisaslaĢmıĢ
yüksək dərəcəli idmançılarda oksigen borcu 310 – 320
ml/kq təĢkil edir, yəni qaçıĢçılar üçün optimal bədən
çəkisində (60 – 65kq) oksigen borcu 19 – 20 l olur.
Maksimal aerob iĢgüzarlıq və yüksək oksigen borcu
fonunda iĢi davam etdirmə imkanları həddən artıq gərgin
məĢq proqramları sayəsində təmin edilir. 800 metr
məsafəyə qaçan yüksək dərəcəli yüngül atletlərdə ümumi
qaçıĢ yükü 4500 – 5000 km, 1500m məsafəyə qaçanlarda
isə 5500 – 6000 km təĢkil edir. Bu kimi qaçıĢ yüklərinin
icrası zamanı idmançı 100-dən 1200 km-ədək qarıĢıq
anaerob-aerob rejimdə, 250 – 300 km-ə qədərini isə
anaerob rejimdə qaçır. Bundan ötrü il ərzində 500 – 510
idman məĢqi tələb olunur.
76
MəĢq yüklərini planlaĢdıran zaman onu nəzərə
almaq zəruridir ki, oksigen borcu gənc idmançılarda yaĢlı-
lara nisbətən tez bir zamanda formalaĢır, lakin oksigen
borcu olduğu halda iĢi davam etdirmək imkanları isə
yaĢlılardan kifayət qədər aĢağıdır. Gənc idmançıların yaĢlı-
larla eyni səviyyəli məĢq yüklərini icra etməsi qanda böyük
miqdarda süd turĢusunun toplanmasına gətirib çıxara bilər.
Nəticə etibarilə, gənc idmançılarda daha yüksək funksional
sərfiyyatlar olacaqdır.
Qan sistemindəki adaptiv dəyişikliklər. Fiziki
yüklənmələrə qan sisteminin ilkin cavab reaksiyası qanın
formalı elementlərinin tərkib dəyiĢiklikləri hesab edilir. Ağ
qan hüceyrələri kimi adlandırılan leykositlərdə daha aydın
dəyiĢikliklər təzahür olunur. Miogen (əzələ) leykositoz
ümumi qan dövranında dənli leykositlərin əhəmiyyətli
dərəcədə artması ilə xarakterizə edilir. Eyni zamanda bir
qism leykositlərin dağılması baĢ verir: gərgin fiziki
yüklənmə zamanı eozinofillərin sayı kəskin azalır. Onların
dağılmasından meydana gələn quruluĢ materialları plastik
ehtiyaclara, hüceyrə strukturunun bərpa və biosintezinə
yönəlir.
Mütəmadi əzələ fəaliyyəti, orqanizmin təbii müdafiə
amillərini, onun immunoloji davamlılığını səfərbər edir.
Orqanizmin immunoloji statusunun yüksəlməsininə əsas
mexanizmləri qanın xüsusi müdafiə komplekslərinin (qan
zərdabında zülallı properdin, interferon) formalaĢması,
retikulo-endotel müdafiə sisteminin səfərbərliyi sayılır.
Əzələ iĢi limfositlərin bir hissəsinin sümük iliyinə keçmə-
sini sürətləndirir. Bu, onun qanyaradıcı funksiyasını stimul-
laĢdırır (qana artıq miqdarda və ß – limfositlər daxil edilir).
Qan tərkibində, sümük iliyinin qanyaradıcı funksiyasında
77
və retikulo-endotel sistemdə olan bu dəyiĢikliklər açıq-
aĢkar adaptiv yönümlülüyə malikdirlər.
Emosional gərginliklə müĢahidə olunan fiziki
yüklənmələr qanın tərkibində daha əhəmiyyətli dəyiĢik-
liklərə gətirib çıxarır. Belə ki, paraĢütçü idmançılarda icra
olunacaq tullanma ilə əlaqədar olan emosional stress
eozinofillər və monositlərin parçalanması, eritrositlər və
hematokritin yüksəlməsi ilə təzahür edilir.
Qanyaradıcı (hemopoez) sistemin xarici təsirlərə
daha həssas olması səbəbindən gənc idmançıların qanının
tərkib dəyiĢiklikləri yaĢlılara nisbətən daha tez baĢ verir.
Böyük oksigen borcu ilə anaerob Ģəraitdə icra edilən əzələ
iĢi eritropoezin kompensasiyaedici Ģiddətlənməsinə səbəb
olur. Qanda eritrositlərin miqdarının artması - əzələ hipok-
siyasına davamlılığın artırılmasının etibarlı vasitəsidir.
Yeniyetmə və gənclər üçün əlçatan olan böyük fiziki
yüklənmələr yeni və çubuq-nüvəli leykositlərin meydana
çıxması ilə müĢayiət olunur.
Fiziki yüklənmələrdən sonra olan normal leykositar
formula, bir qayda olaraq, sutka ərzində bərpa edilir.
Qırmızı qan kimi adlandırılan sistem ləng bərpa olunur: 24
saat fasilədən sonra eritrositlərin artmıĢ miqdarı və tam
inkiĢaf etməmiĢ forması – retikulositlər qorunub saxlanılır.
16 – 18 yaĢlı idmançılarda gərgin əzələ fəaliyyətindən
sonra həmçinin trombositlərin tam inkiĢaf etməyən forması
aĢkarlanır. Bu kimi yüklənmələr yaĢlı idmançılarda
trombositlərin keyfiyyət tərkibi dəyiĢilmədən miqdarının
artmasına səbəb olur.
Əzələ fəaliyyəti nəticəsində qanın laxtalanma
sistemi aktivləĢir. Bu, fiziki yüklənmələrin təsirinə qarĢı
orqanizmin təcili adaptasiyasının təzahürlərindən biridir.
Gərgin hərəki fəaliyyət prosesində qanaxma ilə nəticələnə
78
bilən zədələnmə halları mümkündür. Bu kimi vəziyyəti
“qabaqlamağı” proqramlaĢdırmaqla, orqanizm qanın laxta-
lanma sistemi – müdafiə funksiyasını gücləndirir. Bu
özünəməxsus adaptasiya əzələ iĢi zamanı baĢ verə biləcək
zədələnmə hallarına ehtiyat üçün nəzərdə tutulur. Qanın
laxtalanma sisteminin bərpası yüklənmədən sonra 24 – 36
saat ərzində baĢ verir. Mütənasib ölçülü yüklənmələrdə
qanın laxtalanma sisteminin normallaĢması uĢaq və
yeniyetmələrə nisbətən, yaĢlılarda daha tez baĢ verir.
3.4 Fiziki yüklənmələrə adaptasiyada endokrin
sistemin rolu
Hipotalamus – hipofiz – böyrəküstü vəz sisteminin
adaptiv rolu. Fiziki yüklənmələr zamanı hüceyrə və orqan
səviyyəsində quruluĢ dəyiĢiklikləri endokrin funksiyaların,
ilk növbədə hipotalamus – hipofiz – böyrəküstü vəz
hormonal sisteminin səfərbərliyi ilə baĢlayır. Sxematik
olaraq, onu belə təsvir etmək olar. Hipotalamus cari və ya
qarĢıda duran fiziki yüklənmə üçün effernt, idarəedici,
hormonal siqnal formalaĢdırır. Hipofizin hormonal funksi-
yasını aktivləĢdirməkdən ötrü hipotalamusdan hormonlar
ifraz olunur. Adaptiv reaksiyaların hasil olunmasında bu
hormonlar içərisindən kortikoliberin mühüm rola malikdir.
Onun təsiri altında hipofizin adrenokortikotrop hormonu
(AKTH) qana buraxılır ki, bu da böyrəküstü vəzin
səfərbərliyinə gətirib çıxarır. Böyrəküstü vəzin hormonları
fiziki gərginliklərə qarĢı orqanizmin davamlılığını
yüksəldir.
Orqanizmin adi həyat fəaliyyəti Ģəraitində qanda
AKTH-nin səviyyəsi hipofizdən onun ifrazının
79
tənzimləyicisi rolunu da oynayır. AKTH-nin miqdarının
qanda çoxalması zamanı onun ifrazı avtomatik olaraq
tormozlanır. Lakin gərgin fiziki yüklənmə zamanı avto-
matik tənzimlənmə sistemi dəyiĢilir. Adaptasiya dövründə
orqanizmin maraqları böyrəküstü vəzin intensiv funksi-
yasını tələb edir ki, bu da qanda AKTH konsentrasiyasının
yüksəlməsini stimullaĢdırır.
Fiziki yüklənmələrə olan adaptasiya böyrəküstü vəz
toxumasının quruluĢ dəyiĢiklikləri ilə də müĢayiət edilir.
Bu kimi dəyiĢikliklər kortikoid hormonların sintezinin
artmasına səbəb olur. Qlükokortikoid hormonlar piroüzüm
turĢusunun yaranmasını sürətləndirən fermentləri fəallaĢ-
dırır və onun oksidləĢmə dövründə enerji materialı
qismində istifadəsini təmin edir. Eyni zamanda qaraciyərdə
qlikogenin resintez prosesləri də stimullaĢdırır. Qlükokorti-
koidlər hüceyrədə energetik prosesləri artırır, bioloji fəal
maddələri (histamin, heparin, serotonin və s.) azad edir ki,
bu da xarici təsirlərə qarĢı orqanizmin davamlılığını
tənzimləyir.
Böyrəküstü vəzin qabıq maddəsinin hormonal
funksiyası əzələ iĢi zamanı bir müddət praktik olaraq
dəyiĢilmir. Böyük həcmli yüklənmə zamanı bu funksiya-
ların səfərbərliyi baĢ verir – 17 oksikortikosteroidlərin
sidikdə miqdarı artır. Qeyri-adekvat, kəskin yüklənmələr
funksiyanın gərginləĢməsinə səbəb ola bilər. Bu, funksional
ehtiyatların tükənməsini xəbərdar edən orqanizmin
özünəməxsus müdafiə reaksiyasıdır. Sistematik əzələ iĢi
zamanı böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının
sekresiyası qənaətliliyə uyğun tam Ģəkildə dəyiĢilir. Lakin
bu təzahürlər bir qədər spesifik olur, yəni hər zamanı
qənaətlilik əlamətləri qeydə alınmaya da bilər. Buna
baxmayaraq, mübahisə olunmaz fakt ondan ibarətdir ki,
80
həddən artıq gərginliklə müĢahidə olunmayan səmərəli
fiziki yüklənmələr böyrəküstü vəzin qabıq maddəsinin
hormonal funksiyalarının davamlılığının yüksəlməsinə
səbəb olur.
Böyrəküstü vəzin beyin maddəsinin hormonlarının
hasilatının artması enerji istehsalının yüksəlməsini, qara-
ciyər və skelet əzələlərində qlikogenin səfərbərliyinin
sürətlənməsini təmin etmiĢ olur.
Adrenalin və onun sələfləri hətta fiziki yüklənmə
fəaliyyəti baĢlanmamıĢdan öncə adaptiv dəyiĢikliklərin
formalaĢmasını təmin edir. Ġdmançı startdan öncə keçirdiyi
həyəcan, eləcə də sərf etdiyi enerjini xatırlamaq kifayətdir.
Beləliklə, böyrəküstü vəzin hormonları fiziki
yüklənmə fəaliyyətinə qarĢı orqanizmin hüceyrə və
toxumalarının davamlılığının yüksəlməsinə yönəldilmiĢ
adaptiv reaksiyalar kompleksinin formalaĢmasını təmin
edir. Onu da qeyd etmək lazımdır ki, bu kimi təqdirəlayiq
adaptiv effektlərə yalnız endogen hormonlar malikdir, yəni
kənardan yeridilən deyil, orqanizmin vəzilərinin məhsulları
aiddir. Ekzogen hormonların istifadəsi fizioloji mahiyyət
kəsb etmir. Digər bir məqam da məlumdur ki, ekzogen
steroid hormonları ciddi funksional pozuntularla nəticələnə
bilər. Qlükokortikoidlər iltihab əlehinə təsirlər göstərir,
orqanizmin immunoloji davamlılığını azaldır, sintezi
ləngitməklə, zülalların parçalanmasını sürətləndirir, eləcə
də psixi pozuntulara səbəb olur.
Fiziki yüklənmələrə adaptasiya prosesində böyrək-
üstü vəzin beyin və qabıq maddəsinin funksiyalarında
qarĢılıqlı tənzimin yeni əlaqələri əmələ gəlir. Belə ki,
böyrəküstü vəzin beyin maddəsinin hormonu olan adrena-
linin hasilatının artımı zamanı, onun səfərbərlik rolunun
qarĢısını alan kortikosteroidlərin də yaranması yüksəlir.
81
BaĢqa cür desək, böyrəküstü vəzin beyin və qabıq
maddəsinin hormonlarının istehsalının dəyiĢikliklərinin
yüksəlmələrə uyğun optimal və adekvat Ģəraiti formalaĢır.
Böyrəküstü vəzin hormonal funksiyasının adekvat
dəyiĢikliklər dərəcəsi yaĢla da əlaqədardır. UĢaqlarda bu
kimi dəyiĢikliklər daha az adekvat və daha çox qabarıq
Ģəkildə olması ilə səciyyələnir. Stress qıcıqlandırıcıları,
yarıĢ Ģəraiti yaĢlılara nisbətən, uĢaq və yeniyetmələrdə daha
gözəçarpan dəyiĢikliklərə səbəb olur. Eyni təqvim, lakin
fərqli bioloji yaĢa malik olan yeniyetmələrdə eyni fiziki
yüklənmələr zamanı böyrəküstü vəz funksiyalarının fərqli
göstəriciləri təzahür olunur. Cinsi yetiĢkənlik tempinin
ləngiməsi fiziki fəaliyət zamanı böyrəküstü vəzin daha az
səfərbərliyinə gətirib çıxarır. Böyrəküstü vəz fəaliyyətini
aktivləĢdirən fiziki yüklənmə, əksinə qalxanabənzər vəz
funksiyalarını məhdudlaĢdırır. QarĢıda duran məĢqin
fonunda onun aktivliyi yüksəlir. Əzələ yüklənmələri
zamanı hipofizin qanodotrop hormonunun sekresiyasının
enməsinə baxmayaraq, digər trop hormonlarının (AKTH,
tireotrop hormon, samototropin) sintezi yüksəlir.
Cinsi vəzilərin endokrin funksiyası. Cinsi vəzilərin
daxili sekretor funksiyası uĢaq və yeniyetmələr üçün
adekvat olan fiziki yüklənmələrlə stimullaĢdırılır. Həddən
artıq yorucu böyük yüklənmələr cinsi hormonların hasila-
tının məhdudlaĢdırılmasına səbəb olur, cinsi yetiĢkənliyi
ləngidir. Əgər gərgin fiziki yüklənmələr pubertat dövr
baĢlanmamıĢdan öncə icra edilirsə, həmin halda bu, daha
aydın formada müĢahidə edilir. 15 – 16 yaĢlı qızlarda
yüksək hərəki aktivlik cinsi inkiĢafın tormozlanması,
menstrial funksiyaların anomaliyaları ilə müĢayiət olunur.
Menstruasiya dövründə sürət xarakterli gərgin fiziki
82
yüklənmələr iĢgüzarlığın azalmasına, funksional vəziyyətin
pisləĢməsinə, menstrual tsiklin pozuntularına gətirib çıxara
bilər.
Ġdmanla məĢğul olmağa kiçik yaĢlarında baĢlamıĢ
qızlarda normal menstruasiya və ovulyasiya tsiklinin
formalaĢması tez yekunlaĢır. Lakin həddindən artıq əzələ
gərginliyi, tez-tez olan yarıĢ yüklənmələri cinsi yetiĢkənliyi
ləngitməklə, əlalxüsus ilk aylarda ovarial-menstruial
dövrün ritmikliyinin pozuntuları ilə nəticələnə bilər.
Pubertat dövrdə olan intensiv fiziki yüklənmələr oğlanlarda
olduğu kimi, qızlarda da androgen inkretor funksiyasının
Ģiddətlənməsinə səbəb ola bilər. Bunun nəticəsində
yeniyetmə qızlarda maskulinizasiyanın (kiĢi əlamətlərinin,
xüsusiyyətlərinin meydana çıxması) müĢahidə edilməsi
labüddür. Məhz buna görə də yeniyetmə orqanizminin
həyat fəaliyyəti sistemində baĢ verən adaptiv dəyiĢiklikləri
qiymətləndirən zaman, androgen hormonal funksiyalarının
intensivliyini diqqətdə saxlamaq zəruridir. Sidiklə andro-
genlərin ifrazının çoxalması yüklənmənin azaldılması və ya
onun keyfiyyət xüsusiyyətlərinin dəyiĢilməsi barədə olan
siqnal rolunu oynayır.
Mədəaltı və qalxanabənzər vəzin hormonal
funksiyası. Qısa müddətli əzələ iĢi mədəaltı vəzin inkretor
funksiyasının səfərbərliyi ilə müĢayiət olunur. Bu zaman
qanda insulinin miqdarı artır. Uzun yorucu yüklənmələr
insulinin yaranmasının azalmasına səbəb olur. Bunun
nəticəsində orqanizm enerji əldə etməyin yeni mənbələrinə
yönəlir: yağların oksidləĢmə prosesləri səfərbər edilir.
Mədəaltı vəz funksiyasının daha geniĢ yayılmıĢ pozuntu-
larından biri – diabetin qarĢısının alınmasında fiziki təmrin-
lərin rolu hələ də kifayət qədər öyrənilməmiĢdir. Lakin, bir
83
məqam aydındır ki, həddən artıq fiziki yüklənmələr onun
inkretor aparatının ifrat gərginləĢməsinə gətirib çıxarır.
Mədəaltı vəz hipotalamus – hipofiz – böyrəküstü vəz
sistemi tərəfindən mürəkkəb nəzarət altında yerləĢir.
Böyrəküstü vəzin beyin maddəsinin funksiyasının ifrat
gərginləĢməsi zamanı onun inkretor aparatının funksiyası
zəifləyir. Böyrəküstü vəzlər ilk zərbəni öz üzərinə götür-
məklə, bir növ mədəaltı vəzi mühafizə edir. Lakin növbəti
hadisələrin xarakteri fiziki yüklənmələrə qarĢı endokrin
tənzimin bütün sisteminin davamlılığından asılıdır. BaĢqa
cür desək, yüklənmənin səmərəlilik əmsalı inkretor aparatın
adaptasiya ehtiyatları ilə müəyyən olunur ki, bu da fiziki
təmrinlərlə sistematik məĢğuliyyət zamanı tədricən
toplanır.
Fiziki yüklənmələrə olan adaptasiya qalxanabənzər
vəzin hormonal aktivliyindən də əhəmiyyətli dərəcədə
asılıdır. Tiroksin və triyodtironinin hasilatının artımı əzələ
iĢinin icrasının enerji sərfiyyatını Ģiddətləndirir. Bu zaman
kəskin yorulma və ifrat məĢqlilik imkanları yüksəlir. Eyni
zamanda idmançılarda qalxanabənzər vəzin yüksək aktiv-
liyi sakitlik zamanı plastik proseslərin sürətlənməsini təmin
edir.
Əzələ iĢi prosesində qalxanabənzər və böyrəküstü
vəz funksiyaları arasında qarĢılıqlı nəzarətin mürəkkəb
əlaqəsi təĢəkkül tapır. Kortikosteroidlərin yaranmasının
sürətlənməsi tireoid funksiyasını sıxıĢdırır. Bir halda ki,
fiziki yüklənmə ilk növbədə böyrəküstü vəzin funksiya-
larını səfərbər edir, onda tireoid hormonların hasilatının
sıxıĢdırılması bioloji əsaslı reaksiya hesab edilir. Əks halda
funksiyaların ikiqat səfərbərliyi (həm hipertireoz, həm də
böyrəküstü vəz hormonlarının artması) orqanizmin ener-
84
getik resurslarının çox sürətli tükənməsinə gətirib çıxara
bilər.
Mütəmadi əzələ fəaliyyəti orqanizmin endokrin
aparatında adaptiv dəyiĢikliklərə səbəb olur. Yekun
nəticədə bu kimi dəyiĢikliklər məĢq yüklərinin gərginliyi
kimi bu və ya digər stress agentlərinin fəaliyyətini
yüngülləĢdirir.
85
D Ö R D Ü N C Ü F Ə S Ġ L
MƏŞQLİLİK FİZİKİ YÜKLƏNMƏLƏRƏ
ADAPTASİYANIN SPESİFİK FORMASI KİMİ.
MƏŞQLİLİYİN İNKİŞAFININ YAŞ
XÜSUSİYYƏTLƏRİ
4.1 MəĢq prosesində adaptiv dəyiĢikliklərin spesifikliyi
Məşqliliyin fizioloji mexanizmləri. MəĢqliliyin inki-
Ģafının əsasında təcili və uzunmüddətli adaptasiya mexa-
nizmləri dayanır. Təcili adaptasiya üçün səciyyəvi nümunə-
lərdən biri də startqabağı reaksiyalar hesab edilir. Onun
üçün xarakterik olan sinir proseslərinin qüvvəsinin, əzələ
Ģiddətinin konsentrasiyasının artımı, xarici qıcıqlandırıcı-
lara qarĢı coĢqun cavab – qarĢıda dayanan idman mübarizə-
sinə təcili uyğunlaĢma elementləridir.
Təcili adaptasiya mexanizmləri anadangəlmə, irsiy-
yətdən asılı hesab olunur. Təcili adaptasiyanın təzahür
edilməsində sinir sisteminin tipoliji xüsusiyyətləri də
mühüm rol oynayır. Məhz buna görə də bir idmançıda start
vəziyyəti qarĢıdakı iĢə yüksək hazırlıq vəziyyətilə müĢayiət
olunur, digərində isə apatiya və ya kəskin oyanıcıqlıqla
keçir. Baxmayaraq ki, təcili adaptasiyanın əsasında hazır
mexanizmlər dayanır, adaptasiya olunmaq zəruriyyəti
yaranan böhran vəziyyəti baĢlamamıĢdan öncə, onlar özünü
kifayət dərəcədə göstərə bilmir.
Təcili adaptasiya prosesi stress reaksiyanın tipinə
görə həyata keçir. Bu halda fizioloji funksiyaların
maksimal səfərbərliyi katexolaminlər və kortikosteroidlərin
artıq ifrazı hesabına baĢ verir. Təbii ki, bu tip adaptasiya
idman nəticələrinin artımını təmin edə bilməz. Təkamül
86
nəticəsində proqramlaĢdırılmıĢ bu kimi reaksiyaya, həyati
göstəricilərə görə orqanizmin böhran vəziyyətindən çıxma-
sının müvəqqəti tədbiri kimi baxılır (məsələn, hücum
zamanı aqressiv davranıĢ reaksiyası, məĢqliliyin kifayət
etməyən səviyyəsində hüdud sürətlə qaçıĢ).
Katexolaminlər, qlükokortikoidlər və digər hormon-
ların hasilatının yüksəlməsi izsiz ötüb keçmir. Onlar yeni
zülali strukturun sintezinə səbəb olur, yəni uzunmüddətli
adaptasiya üçün müvafiq iz qoyurlar.
Dinamik xarakterli iĢə uzunmüddətli adaptasiya
zamanı kompensasiyaedici dəyiĢikliklər əsas etibarilə
yüksək qanaxınını təmin edə biləcək kapilyar Ģəbəkəsinin
həcminin artımına yönəlir. Belə ki, yaxĢı məĢq keçmiĢ
qaçıĢçılarda – sprinterlərdə skelet əzələlərində kapilyar
Ģəbəkəsinin sıxlığı 1 mm3-da təxminən 500 kapilyar, məĢq
etməmiĢ Ģəxslərdə isə 300 – 350 kapilyar təĢkil edir.
Əzələlərdə kapilyar Ģəbəkəsinin sıxlığının artımı ilə
paralel Ģəkildə adətən mitoxondrilərin miqdarı yüksəlir ki,
bunun da nəticəsində oksidləĢmə prosesləri sürətlənir.
Əzələ iĢinin müddətini limitləĢdirən əsas amillərdən biri –
süd turĢusu daha az formalaĢır.
Müasir idmanda olan fiziki yüklənmələr o qədər
yüksəkdir ki, bu Ģəraitdə orqanizmin normal fəaliyyətini
təmin etməkdən ötrü çox zaman anadangəlmə adaptiv
mexanizmlər kifayət etməyə bilər. Yalnız adaptasiyaya
cavabdeh olan funksional sistemlərin fizioloji Ģiddətini
artıran xüsusi məĢqlər, idmançıya yüksək intensivlikli və
böyük həcmli fiziki yüklənmələrin öhdəsindən gəlməyə
imkan verir.
Uzunmüddətli fiziki yüklənmələr zamanı yağ müba-
diləsi fəallaĢır. Yağları parçalayan fermentlərin aktivliyi
yüksəlir. Bunun nəticəsində qanda lipoproteinlərin konsen-
87
trasiyası çox aĢağı həddə azalır. Ġnsanın imkanlarının son
həddində olan fiziki yüklənmələr, zülal mübadiləsinin ciddi
dəyiĢiklikləri ilə müĢayiət olunmaqla, sinir və psixi, eləcə
də yaddaĢ pozuntularına gətirib çıxara bilər.
Gərgin əzələ iĢi zamanı orqanizmdə fiziki yüklən-
mələrə psixoemosional stress də qoĢula bilər. Bu zaman
daha çox təzahür edilən katabolik proseslər bərpa dövründə
anabolizmin Ģiddətlənməsinə səbəb olur. Anabolik faza
katabolikə nisbətən daha uzunmüddətliyi ilə seçilir. Bu
zaman tireoid hormonların yüksək sekresiyasının müĢahidə
olunması, hüceyrənin membran strukturunun biosintezini,
skelet əzələlərinin və ürəyin mitoxondrial aparatını aktiv-
ləĢdirən induktor kimi təqdim edilir.
Uzunmüddətli adaptasion dəyiĢikliklər orqanizmin
ətraf mühitin qeyri-adi Ģəraitinə uyğunlaĢmasını təmin edir.
Elmi-texniki tərəqqi dövründə beynin funksiyalarının
intensivləĢdirilməsi və ya hərəki aktivliyin çatıĢmazlığın-
dan törənən risk faktorlarına qarĢı davamlılığın yüksəlməsi
genetik proqrama malik deyil. Məhz buna görə də
hipodinamiyanın qarĢısını almaqdan ötrü bütün mümkün
üsullardan (səhər gimnastikası, dərsdən kənar bədən
tərbiyəsi və idman məĢğələləri və s.) mütəmadi istifadə
etməyi çox israrla uĢaqlarda vərdiĢ etdirmək lazımdır.
Bioloji aktiv maddələr, əlalxüsus adaptogenlərin
(jen-Ģen, eleuterok, pautokrin, kitay limonu və s.) kömək-
liyi ilə adaptasiya imkanları geniĢlənir. Onlar sakitlik
zamanı sağlam orqanizmə gözəçarpan təsirlər göstərmə-
məsinə baxmayaraq, fiziki gərginliklər, ifrat məĢqlilik və
ya zədələyici faktorların təsirilə əlaqədar olan xəstəliklər
zamanı onlar tam Ģəkildə öz adaptasiya xüsusiyyətlərini
reallaĢdırırlar. Bu adaptiv effektin əsasını uzunmüddətli
88
adaptasiya üçün Ģəraitin formalaĢması (zülalların biosin-
tezi, ferment sisteminin fəallığının yüksəlməsi) təĢkil edir.
Adaptasiyanın struktur Ģəraiti funksionaldan fərqli
olaraq, hər dəfə yenidən təĢkil olunmalıdır. Canlının öz
təbiətində ehtiyat struktur, yəni funksional baxımdan
yüklənməmiĢ özünəməxsus ehtiyat hissələri nəzərdə tutul-
mayıb. Doğrudur, adaptasiyanın ifrat morfoloji əsaslarının
formalaĢmasından sonra bu kimi strukturlar (məsələn,
hipertrofiya olunmuĢ əzələlər) funksional baxımdan
yüklənməyə bilər və bunun nəticəsində yaranmıĢ tənzim
forması pozulur. Bu tipli disfunksiyalar, belə demək
mümkünsə, böyük idmandan uzaqlaĢmaqla hərəki aktivliyi
məhdudlaĢdırılmıĢ idmançılarda müĢahidə olunur. Fiziki
yüklənmələrin kəskin məhdudlaĢdırılmasına baxmayaraq,
vərdiĢ edilmiĢ qida rasionu onlarda piylənmə, mübadilə
proseslərinin normal gediĢinin pozuntularına, eləcə də ürək,
damar və digər orqanların fəaliyyətində bir sıra problemlərə
səbəb ola bilər.
Fəaliyyətdə olan orqanın kütləsinin artması
(hipertrofiya) – tədrici inkiĢaf istiqamətli struktur dəyiĢik-
likləridir. Aldadıcı hipertrofiyadan (aralıq, fəaliyyətsiz
toxumaların böyüməsi) fərqli olaraq, həqiq hipertrofiya
spesifik hüceyrə elementlərinin kütlə və həcminin artımı ilə
xarakterizə edilir. Hipertrofiya olunmuĢ hüceyrələr digəri-
lərindən yalnız kütləsi ilə deyil, eləcə də daxili strukturuna
görə fərqlənir: nüvə böyüyür, onun üzərində çoxsaylı
çıxıntılar formalaĢır ki, bununla da sitoplazma ilə əlaqə
sahəsi artır. Bəzi idmançılarda ürək adi vəziyyətdən 2 – 3
dəfə böyük olur. Belə ki, 50 ilə yaxın qaçıĢ cığırlarından
çıxmayan, amerikalı yüngül atlet Demarın ürəyi adi
ölçülərdən 3 dəfə artıq olmuĢdur.
89
Ürək və skelet əzələlərinin təqəllüs aparatının struk-
tur dəyiĢikliklərinin əsasını yalnız icraedici üzvlərdə deyil,
eləcə də hərəki neyronlarda, yəni təqəllüs funksiyasının
tənzimi aparatında nuklein turĢuları və zülalların sintezinin
aktivləĢməsi təĢkil edir.
Zülalların biosintezinin Ģiddətlənməsi mitoxondrilə-
rin miqdarının çoxalması və mübadiləsini stimullaĢdıran
bioloji aktiv maddələr üçün hüceyrə membranının keçirici-
liyinin yüksəlməsinin nəticəsi hesab oluna bilər.
Adaptiv dəyiĢikliklər spesifikdir və məĢq olunan
təsirlərin xarakteri ilə müəyyən olunur. Belə ki, qüvvə və
sürət-qüvvə yönümlü yüklənmələr zamanı əzələ liflərinin
fizioloji en kəsiyi böyüyür, yeni fermentlər əmələ gəlir,
enerji substratları (qlikogen, fosfogenlər) toplanır. “Partla-
yıcı” xarakterli iĢlər zamanı ilk növbədə sürətli əzələ lifləri
hipertrofiya olunur. Onlarda ATF-aza aktivliyi və təqəllüs
elementlərinə Ca++
nəqledici sistemin Ģiddəti yüksəlir. Bu
zaman sürətsiz liflərdə də metabolizm fərqli Ģəkildə təzahür
olunur: onlarda ATF-in resintezinin anaerob mexanizmləri
fəallaĢır. Dözümlülük tipli iĢlərdə iĢçi hipertrofiya Ģəklində
olan adaptasiya zəif biruzə verilir, struktur dəyiĢiklikləri
əsas etibarilə mitoxondrilərin sayının artımı ilə yekunlaĢır.
Məşqliliyin genetik şərtləri. MəĢq prosesində sistem
və orqanların funksional xüsusiyyətlərinin tədrici inkiĢafa
doğru dəyiĢilmə imkanları – məĢqlilik anadangəlmə,
genetik əsasa malikdir. Bütün bunlara skelet əzələlərində
sürətli və sürətsiz liflərin nisbəti, OMS səviyyəsi, sakitlik
zamanı ürək ritmi və arterial təzyiq, hipoksiyaya davamlılıq
və s. aid ola bilər. Genetik əlamətlər dözümlülük, sürət və
sürət-qüvvə yönümlü fiziki yüklənmələrə adaptasiya
tempini müəyyən edir. Uzunmüddətli və gərgin məĢqlərə
90
baxmayaraq, aĢağı məĢqlilik səviyyəsində idman ustalığı,
bir qayda olaraq yüksək səviyyələrə çatmır.
MəĢqlilik yalnız ixtisaslaĢdırılmıĢ məĢq prosesində
daha əhatəli formada təzahür edilə bilər. Ġdmanla məĢğul
olmayan Ģəxslərdə fiziki yüklənmə zamanı əsas limitləĢ-
dirici faktorlar enerji mübadiləsinin intensivləĢdirilməsi,
iĢləyən əzələlərə oksigen nəqli ilə əlaqədar olan orqanizmin
imkanları hesab olunur. Bu imkanlar məĢq olunan təsirlərin
altına çox asanlıqla düĢürlər. Hal-hazırda vacib həyat
fəaliyyəti sistemlərinin məĢqolunma hüdudları barədə olan
təsəvvürlərimiz əhəmiyyətli dərəcədə geniĢlənmiĢdir. Bunu
həm yüksək dərəcəli idmançıların fiziki yüklərinin maksi-
mal həcmlərini planlaĢdıran zaman, həm də ilkin hazırlıq
dövrünü məĢq etməyən Ģəxslərdə təĢkil edən zaman nəzərə
almaq lazımdır.
Məşqlilik və idman forması. Ġdman forması –
maksimal nəticələrə nail olmaqdan ötrü idmançıların
optimal hazırlıq vəziyyətidir ki, bu da məĢqliliyin
inkiĢafının pik dərəcəsini özündə əks etdirir. Orqanizmin
optimal hazırlığı ayrı-ayrı orqan və sistemlərin yüksək
funksional imkanlarını, fizioloji proseslərin mükəmməl
koordinasiyası, xarici və daxili mühitin arzuolunmaz
faktorlarına, təsirlərinə qarĢı davamlılıq, funksiyaların
intensivləĢmə imkanları, möhkəmlənmiĢ hərəki vərdiĢlər,
yüksək texniki və taktiki ustalıq ilə xarakterizə olunur. ĠĢə
giriĢmə və bərpa proseslərinin sürətlənməsi, hərəkət aparatı
və daxili orqanların funksiyalarının yüksək dərəcəli qarĢı-
lıqlı əlaqəli uyğunluğunun təzahürü hesab edilir.
Ġdman forması kinestezik analizatorun (üzgüçülərin
“su hissiyatı”, xizəksürənlərin “qar hissiyatı”) funksiyala-
rının fizioloji dəyiĢiklikləri ilə sıx bağlı olan xüsusi psixo-
91
loji fonla da xarakterizə olunur. Ġdman forması vəziyyə-
tində emosional hal üzərində olan süurlu nəzarətin rolu
yüksəlir. Hərəki, vegetativ, psixoloji fəaliyyət sahəsində
olan bu qədər geniĢ və mürəkkəb kompleks dəyiĢikliklər
tədricən formalaĢır.
Anaerob yönümlü spesifik yüklərin tətbiqi zamanı
məĢq effekti təxminən 2 – 2.5 aydan sonra müĢahidə
olunur. Aerob enerji mənbələri ilə təmin edilən əzələ
fəaliyyəti növlərində 3 – 4 aydan sonra məĢqlilik əhəmiy-
yətli dərəcədə yüksəlir. Optimal idman formasına çatma
müddəti 5 – 6 ay təĢkil edir. Bu müddət həmçinin illik
məĢq dövründə hazırlıq mərhələsinin davametmə zamanını
özündə əks etdirir.
Orqanizmin funksional imkanlarının ümumi səviy-
yəsinin artımı və tədricən inkiĢaf edən morfoloji dəyiĢik-
liklər idman formasına yetiĢməyin əsas fizioloji Ģərtləri
sayılır. Orqanizmin ayrı-ayrı sistemlərinin optimal funksi-
onal hazırlığı hər zaman eyni vaxtda baĢ vermir. Fiziki iĢ
qabiliyyəti öz inkiĢafında texniki və taktiki hazırlığı keçə
bilər və ya əksinə.
Ġdman formasının nisbi sakitlik mərhələsi üçün
növbəti bioloji dəyiĢikliklər tempinin azalması xarakte-
rikdir. Yüksək idman nəticələrinin artım tendensiyası bu
mərhələnin xarici təzahürlərindəndir. Ġdman formasının
saxlanılma müddəti 2 – 3 aydan 4 – 5.5 ay hüdudlarında
dəyiĢir. MəĢqin dayandırılması əldə olunanların nisbətən
tez itirilməsinə gətirib çıxarır: artıq 3 – 6 aydan sonra fiziki
hazırlıq çıxıĢ vəziyyətindəki səviyyəyə enir.
Bu proses əlalxüsus ilk 10 – 15 gündə daha sürətli
gedir. Yüksək xüsusi iĢgüzarlıq, potensial idman uğurları
hissiyatının kəskinliyi artıq ilk 1.5 – 2 həftədə itirilir.
92
4.2 MəĢqliliyin diaqnoztikası
Nisbi əzələ sakitliyi vəziyyətində məşqliliyin təzahür
olunması. MəĢq və hətta yarıĢ yüklənmələrinin icrasında
idmançıların potensial imkanları barədə (müəyyən dərəcə-
də) fikir yürütmək üçün həm nisbi əzələ sakitliyi, həm də
iĢgüzarlığı proqnozlaĢdırmağa imkan verən dozalaĢdırılmıĢ
yüklərdən sonra (məsələn, ÜVS-nin 170 vurğu/dəq həddin-
də iĢin Ģiddəti ilə xarakterizə olunan PWC170 testi) fizioloji
funksiyaların göstəricilərinə istinad etmək gərəkdir.
Nisbi əzələ sakitliyi vəziyyətində yüksək səviyyəli
məĢqlilik funksional və struktur dəyiĢikliklərlə xarakterizə
olunmaqla, fizioloji funksiyaların artan qənaətliliyini, məĢq
və yarıĢ yüklərinin icrasında orqanizmin potensial imkan-
larının yüksəlməsini özündə əks etdirir.
Daha gözəçarpan struktur dəyiĢiklikləri dayaq-
hərəkət aparatı, həmçinin ürək-damar və tənəffüs sistem-
lərində müĢahidə olunur. Sümük toxumasında morfoloji
dəyiĢikliklər baĢ verməklə, sümüklərin mexaniki möhkəm-
liyi yüksəlir (onların en kəsik ölçüləri artır, əzələlərin daha
yaxĢı bağlanmasından ötrü kələ-kötür və çıxıntılı olurlar).
Skelet əzələləri mütəmadi təmrinlər nəticəsində
hipertrofiya olunur. Bu zaman onların qidalanması və
təqəllüs funksiyası yaxĢılaĢır. Vahid əzələ kütləsinə düĢən
kapilyarların miqdarı çoxalır. Əzələlərdə enerji maddələri
ehtiyatları – qlikogen, KrF toplanır. MəĢq etməyən Ģəxslər-
lə müqayisədə mioqlobinin miqdarı 2.0 – 2.5 dəfə artır.
Bütün bunların sayəsində skelet əzələlərində aerob müba-
dilə imkanları yaxĢılaĢır.
Təqəllüs aparatının funksional xüsusiyyətlərinin
dəyiĢilmələrinə məĢq yüklənmələrinin hansı yönümlü
olması da təsir göstərir. Sürət və sürət-qüvvə yüklənmələri
93
sinir-əzələ aparatının labilliyinin yüksəlməsini, skelet
əzələlərinin maksimal gərginləĢməsi və tam boĢalmasını
təmin edir. Dözümlülüyün inkiĢafına yönəlmiĢ məĢqlər
aerob enerji mübadiləsi proseslərini optimallaĢdırır. Xüsusi
dözümlülüyün inkiĢafı üçün olan məĢq yüklənmələri isə
daha çox gərginlik düĢən əzələlərin regional qan axınının
yaxĢılaĢmasına zəmin yaradır. Nisbi əzələ sakitliyi
vəziyyətində olan idmançılarda enerji mübadiləsi bir qayda
olaraq, standart hədlər çərçivəsində təcəssüm olunur.
Ürək-damar və tənəffüs sistemi funksiyaları göstəri-
cilərində məĢqin qənaətlilik effekti açıq-aĢkar gözə çarpır.
Parasimpatik təsirlərin Ģiddətlənməsi nəticəsində nəbz və
tənəffüs daha az olur, qanın vurğu və dəqiqəlik həcmi
düĢür, arterial təzyiqin azalma tendensiyası müĢahidə
edilir. Böyük əksəriyyət hallarda idmançıların ürək əzələsi
hipertrofiya olunur. Onlarda ürəyin kütləsi 400 – 500 qr,
qanın vurğu həcmi 900 – 1400 sm3-ə kimi yüksəlir ki, bu
da məĢq etməmiĢ sağlam Ģəxslərin göstəricilərindən kifayət
qədər çoxdur.
Ürəyin təqəllüs funksiyası üçün miokardın nisbi
hipodinamiyası səciyyəvidir: nisbi əzələ sakitliyi vəziy-
yətində ürək atmasının Ģiddəti azalır və qanın postsistolik
həcmi çoxalır. Nisbi hipoksiyaya səbəb ola bilən mütəmadi
əzələ fəaliyyəti eritrositlərin miqdarı və qanın hemoqlobin
tərkibinin yüksəlməsi ilə müĢayiət edilir. Sentrifuqada
çökdürülmədən sonra eritrositlərin həcmi (hematokrit)
məĢq etməmiĢ kiĢilərdə 0.45 – 0.57, qadınlarda isə qanın
ümumi həcminin 0.40 – 0.42 vahidini təĢkil edir.
Yüksək səviyyəli məĢqliliyə malik idmançılarda
MSS-in vəziyyəti somatik və vegetativ funksiyaların
tənzimləyici təsirlərinin yüksək nizamı, cari informasiyanın
təcili iĢlənməsində analizatorların mərkəzi üzvlərinin geniĢ
94
imkanları ilə xarakterizə olunur. Bu idmançılar üçün hərəki
reflekslərin gizli dövrünün azalması, görmə analizatorunun
oyanıcıqlıq hüdudlarının zəif artımı səciyyəvidir. Mütə-
madi məĢq daxili tormozlanma proseslərinin Ģiddətlənmə-
sinə, eləcə də mürəkkəb hərəki reflekslərin daha tez
formalaĢmasına gətirib çıxarır.
Əzələ işi zamanı məşqliliyin təzahür olunması.
MəĢqliliyin ilkin mərhələsi iradi hərəkətlərin idarə olunma-
sının funksional sistem elementlərinin yaranması ilə xarak-
terizə olunur. MəĢqlilik səviyyəsinin artımı ilə əlaqədar
olaraq, vegetativ elementlər bu sistemdə daha əhəmiyyətli
rol oynamağa baĢlayır. Vegetativ reaksiyalar nizama salın-
maqla, orqanizmin tələbatını adekvat formada əks etdi-
rirlər. Hormonal sistemin daha qənaətli fəaliyyəti və hədəf
toxumaların həssaslıq hüdudlarının azalması bu qanunauy-
ğunluğun əsas əlamətlərindən sayılır. Belə ki, artıq
məĢqliliyin inkiĢafının ilkin mərhələlərində ürək əzələsinin
adrenalinə qarĢı həssaslığı artır. Nəticə etibarilə, bu hormo-
nun sekresiyasındakı cüzi dəyiĢikliklər təqəllüs funksiya-
sının Ģiddətlənməsi baxımından ürəyi hazır vəziyyətə
gətirir.
Gərgin əzələ iĢi zamanı olan fizioloji reaksiyalar
spesifik məĢq yüklərinin struktur və funksional adaptiv
dəyiĢikliklərinə müvafiq Ģəkildə müəyyən olunur. Bu
uyğunluq əsas etibarilə yüklənmə fəaliyyətinə həssaslığın
azlması ilə təzahür edilir. Lakin məĢq spesifik təmrinlərə
qarĢı həssaslığın gərginləĢməsi ilə də müĢayiət oluna bilər
(məsələn, gimnastikada mürəkkəb koordinasiyalı hərəkət-
lərdə, suya tullanmada, akrobatikada, fiqurlu konkisür-
mədə).
95
Fizioloji funksiyaların hüdud gərginliyinə səbəb olan
fiziki iĢlərə adaptasiya, onlara qarĢı həssaslığın azalması ilə
deyil, iĢin təkrar icrası zamanı orqanizmin ehtiyatlarının
maksimal səfərbərlik imkanlarının yüksəlməsi ilə müĢayiət
edilir. UyğunlaĢdırıcı reaksiyaların çərçivəsi fizioloji funk-
siyaların emosional tənzimi hesabına əhəmiyyətli dərəcədə
geniĢlənir. Vacib adaptasiya tənzimləyiciləri sırasına
müsbət nəticələrə nail olmağın təfəkkür mexanizmi də
qoĢulur.
Ġdmançı məĢqliliyinin ümumiləĢdirilmiĢ xüsusiyyəti
orqanizmin enerji məhsuldarlığı, yəni gərgin əzələ iĢinin
özünü kifayət səviyyədə olan enerji ilə təmin etmə
imkanları hesab edilir. Həmçinin, bu Ģəraitdə orqanizmin
bütün funksional sistemləri nisbi sabitliyini qoruyub
saxlamalıdır, yəni fizioloji dəyiĢiklikləri həyat fəaliyyətini
patoloji pozuntularından ayıran həddən keçməməlidir.
YaxĢı məĢq etmiĢ idmançıların qanında insulinin miqdarı
azalır. Bu zaman qaraciyərdə karbohidratlardan lipidlərin
sintezi azalır. Lipidlər enerji mübadiləsinə cəlb olunurlar.
Qanda insulinin qatılığının azalmasına baxmayaraq, əzələ-
lərdə qlikogen sintezi azalmır, belə ki, onların insulinə
qarĢı həssaslığı artır.
Böyrəküstü vəzin tənzimi funksiyası olan hipofizar –
adrenokortikotrop sistemi yüklənmələr qarĢı daha dayanıqlı
olur. Bununla yanaĢı böyrəküstü vəzin qabıq maddəsinin
hipertrofiyası baĢ verir. Hipofizin samototrop hormonunun
sekresiyası artmaqla, ilk növbədə skelet əzələlərinin, eləcə
də toxuma və orqanların böyümə və inkiĢafının aktivləĢ-
məsi ilə nəticələnir.
Skelet əzələlərinin təqəllüs aparatının artım Ģiddə-
tinin aparıcı mexanizmləri miofibrillərin sürətli böyüməsi
və təqəllüs aktivliyinin neyro-humoral tənziminin təkmil-
96
ləĢməsi sayılır. Əzələ fəaliyyəti üçün enerjinin əsas təda-
rükçüsü ATF hesab edilir. əzələ və digər orqanlarda onun
miqdarı bir o qədər də çox deyil, belə ki, o, yağlar və
karbohidratlar kimi ehtiyat halında toplanmır. Buna görə də
orqanizmin maksimal enerji məhsuldarlığı ATF-in resintez
sürətinin artımı, yəni öz sələfləri ADF və AMF-dən bərpası
ilə əlaqədardır.
ATF-in resintezi müxtəlif yollarla həyata keçirilir ki,
bunlardan da ən baĢlıcası aerobdur. Bu zaman ATF-in
bərpası O2-nin iĢtirakı ilə olan oksidləĢmə proseslərinin
enerjisi hesabına baĢ verir. Hüdud fiziki yüklənmələr
zamanı oksigen sərfiyyatının həcminə, yəni OMS-yə görə
orqanizmin anaerob iĢgüzarlığı barədə fikir yürütmək olar.
Ġntensiv dinamik iĢlərə dözümlülüklə müəyyən olunan
idman növlərindəki (orta məsafələrə qaçıĢ, üzgüçülük,
xizək yarıĢı və s.) nəticələrlə bu göstəricinin qarĢılıqlı
əlaqəsi yarım əsr bundan əvvəl müəyyən olunmuĢdur
(Hermansen, Andersen 1965; Astrand 1967 və digəriləri).
O dövrün məĢhur idmançılarında OMS 75 – 80
ml/dəq/kq təĢkil edirdi. Məsələn, tanınmıĢ xizəkçi Ern-
berqdə OMS 80 ml/dəq/kq-a bərabər idi. Belə ki, hal-
hazırki dünyanın ən yaxĢı idmançılarında OMS praktik
olaraq dəyiĢməmiĢdir. Lakin idman nəticələri əhəmiyyətli
dərəcədə yüksəlmiĢdir. Belə güman etmək olar ki, idman
məĢqinin müasir sistemində məĢq yükləri və bərpa vasitə-
lərinin böyük həcmi iĢləyən əzələlərdə oksigenin daha
səmərəli istifadəsinə zəmin yaradır.
Maksimal anaerob iĢgüzarlığı xarakterizə edən
göstəricilərdən biri də O2 borcu hesab edilir. Yüksək
səviyyəli idmançılarda onun hüdud göstəriciləri 20 – 23 l
(250-300 ml/kq) təĢkil edir. Ġdmanla məĢğul olmayanlarda
isə O2 borcu adətən 6 – 7 litri keçmir. Bu göstəricinin
97
hüdud rəqəmlərinə görə, məsələn orta məsafəyə qaçan
idmançıların potensial nəticələri barədə fikir yürütmək olar.
Oksigen çatıĢmazlığına olan davamlılıq genetik cəhətdən
proqramlaĢdırılmıĢdır, həmçinin onun sinir sisteminin
qüvvəsi ilə yüksək bağlılığı da qeyd edilir.
Orqanizmin enerji istehsalını səciyyələndirən maksi-
mal göstəricilərlə yanaĢı, idmançıların məĢqlilik səviyyə-
sini qiymətləndirən zaman iĢin icrasında enerji sərfiyya-
tının qənaətliliyi də nəzərə alınır. Belə ki, qaçıĢ texnikasını
mükəmməl qavramıĢ yüksək dərəcəli konkisürənlər, eyni
iĢin icrası zamanı yeni baĢlayan idmançılara nisbətən,
gözəçarpan qənaətlilik nümayiĢ etdirməklə, enerjini 25 –
40% az sərf edirlər. Dərəcəli idmançıların fizioloji
funksiyalarının dəyiĢiklik hüdudları o qədər də yüksək
olmur.
Zəif Ģiddətli standart iĢlərin icrası zamanı qənaət-
liyin artım effekti gənc idmançılarda aĢkar Ģəkildə biruzə
verilir.
MəĢqliliyin artımı əzələ fəaliyyətinin qənaətlilik
rejim diapazonunun mütəmadi geniĢlənməsi ilə müĢayiət
olunur. Yüksək dərəcəli idmançı intensiv iĢi də funksional
ehtiyatların nisbətən az səfərbərliyi ilə icra edir. Belə ki,
anaerob hədd, yəni qlikolitik enerji tənimatının daha
gözəçarpan qənaətliliyi, idmançılarda, məĢq etməmiĢ Ģəxs-
lərə nisbətən yüksək olur. Xizək sürən idman ustalarında o,
OMS-nin 80 – 85% göstəricisinə qədər qalxa bilir. MəĢq
etməmiĢ sağlam kiĢilərdə isə anaerob ehtiyatlar artıq OMS-
nin 50 – 60%-nə bərabər oksigen sərfiyyatında iĢə
qoĢulurlar.
Eyni standart fiziki yüklərin icrasından sonra
idmançılarda iĢ qabiliyyətinin bərpası məĢq etməmiĢ Ģəxs-
lərə nisbətən daha tez baĢ verir. MəĢqliliyin artımı hərəki
98
vərdiĢin hərəki və vegetativ komponentlərinin nisbətinin
optimallaĢması ilə də müĢahidə edilir. Belə ki, yüksək
dərəcəli qaçıĢçılarda ÜVS-nin addımların tezliyinə olan
nisbəti vahidə yaxınlaĢır. AĢağı dərəcəli idmançılarda o,
1.1 – 1.3 civarında dəyiĢir.
Hüdud gərginlikli əzələ iĢinin icrası zamanı fizioloji
funksiyaların daha xarakterik xüsusiyyətləri simpatik sinir
sisteminin, hipotalamus-hipofiz-böyrəküstü vəz sisteminin
hormonal fəaliyyəti və ferment sisteminin aktivliyinin
təsirinin Ģiddətlənməsi nəticəsində orqanizmin funksional
ehtiyatlarının maksimal səfərbərliyi hesab edilir.
Maksimal oksigen borcu Ģəraitində iĢi davam
etdirmə imkanları gənc və yaĢlı idmançılara nisbətən
uĢaqlarda aĢağı olur. Onlarda həmçinin O2 borcunun
mütləq göstəricisi də azdır. Ġdman istedadlı yeniyetmələrlə
olan qabaqcıl pedaqoji iĢ təcrübəsi, eləcə də xüsusi
testləĢdirmənin nəticələrinə istinadən qeyd etmək olar ki,
gənc idmançılar məĢqliliyin artırılmasının əhəmiyyətli
potensial ehtiyatlarına malikdirlər. Almaniyada keçirilmiĢ
“UĢaq yaĢlarında idman” adlı simpoziumun materiallarına
əsasən, belə qənaətə gəlmək olar ki, 8 – 9 yaĢlı üzgüçülər
yaĢlı idmançıların məĢq yüklərinin 1/4-dən 1/3 həcminə
qədər olan yükləri icra edə bilərlər. Artıq 8-11 yaĢlarında
uĢaqların idman profili aydın Ģəkildə biruzə verilir. Alman
mütəxəssisləri belə hesab edirlər ki, gündəlik məĢqlər
gələcək yüksək dərəcəli idmançının bir adətinə çevril-
məlidir.
Alman mütəxəssislərin təcrübələrinə olan istinadları
davam etdirsək, o halda qeyd etməliyik ki, idman
pedaqoqları məĢqlərin psixoloji-pedaqoji və təĢkilati tərəf-
lərinə xüsusi diqqət yetirirlər: məĢq proqramlarının dəqiq
icrası, məĢqçinin məsləhətlərinə ciddi əməl etmək, rejimin
99
Ģərtsiz riayyət olunması, pedaqoq və cəmiyyət qarĢısında
yüksək ictimai məsuliyyət. Daha erkən yaĢlarından tərbiyə
edilən, həcmi ciddi Ģəkildə nizamlanmıĢ məĢq yüklərinə
düĢünülmüĢ, fəal yanaĢma idman təkmilləĢməsi mərhələ-
sində yüksək nəticələrə çatmağa imkan verir.
Ġdman iĢgüzarlığını yüksəldən fizoloji və biokimyəvi
ehtiyatlar anaerob hədd səviyyəsində olan səfərbərliyə görə
təxmini Ģəkildə qiymətləndirilə bilər. Gənc xizəksürənlərdə
anaerob hədd səviyyəsində ÜVS 165 vurğu/dəq olduğu
halda oksigen sərfiyyatı 40 – 45 ml/kq/dəq təĢkil edir, orta
məsafəyə qaçan gənc atletlərdə isə ÜVS 160 – 165
vurğu/dəq olduqda oksigen sərfiyyatı təxminən 40
ml/kq/dəq-yə qədər olur. Əgər xizəkçidə bu göstərici 40
ml/kq/dəq-dən aĢağıdırsa, deməli onun funksional ehtiyat-
ları hələ tam tükənməmiĢdir, belə ki, onun potensial idman
uğurları eyni Ģiddətli iĢdə daha çox enerji sərf edən
xizəkçidən yüksəkdir. Beləliklə, məĢqlilik səviyyəsinin
artımı iĢin aerob təminatının OMS-nin 80 – 85%-nə kimi
geniĢlənməsi ilə müĢayiət edilir. Anaerob mübadilə və
kəskin Ģiddət sayəsində olan dəyiĢikliklərin həddi fərqli
ixtisaslı idmançılarda təxminən eyni olur. Məhz bu da
imkan verir ki, eyni funksional və biokimyəvi göstəricilər
müxtəlif idman növləri ilə məĢğul olanlarda müvəffəqiyyət
əldə etməyin potensial meyarı kimi istifadə olunsun.
Yüklənmə zamanı fizioloji funksiyaların dəyiĢilmə
xüsusiyyətlərinə görə üç cür adaptasiya ayırd edilir
(V.V.Matov həmmüəlliflərlə 1979). Birinci tip adaptasiya
həm böyük Ģiddətli intensiv, həm də bir o qədər də böyük
olmayan standart yüklərin icrası zamanı fizioloji funksiya-
ların adekvat dəyiĢiklikləri ilə səciyyələndirirlir. Yüksək
intensivlikli yüklənmələrə orqanizmin reaksiyalarının
adekvatlığı bütün fizioloji sistemlərdə hüdud dəyiĢikliklərlə
100
təzahür olunur. Kiçik intensivlikli iĢlərə cavab reaksiyası
yüksək qənaətlilik ilə fərqlənir. Yüklənmələrə olan bu tip
reaksiyanın əksər yüksək dərəcəli idmançılarda olması
qeyd edilir (bu tip reaksiya yarıĢların qalibi olan idmançı-
larda mükafatçılara nisbətən iki dəfə çox olur).
Ġkinci tip adaptasiya üçün ürək-damar və tənəffüs
sistemi funksiyalarının həddən artıq gərginlikləri səciyyə-
vidir. Tənəffüs funksiyasında olan hüdud dəyiĢikliklərə
baxmayaraq, turĢu-qələvi müvazinəti vəziyyətində dekom-
pensasiya (kompensasiyanın pozulması) elementləri müĢa-
hidə olunur: pH enir, qanda CO2-nin parsial təzyiqi kəskin
artır.
Üçüncü tip adaptasiya ayrı-ayrı fizioloji sistemlərin
funksiyalarının çatıĢmazlığı nəticəsində adaptiv imkanların
məhdudlaĢdırılması ilə xarakterizə olunur. Belə ki, perife-
rik hemodinamika sisteminin çatıĢmazlığı zamanı ÜVS,
ağciyər ventilyasiyası, qazlar mübadiləsində nisbətən bir
oqədər də böyük olmayan dəyiĢikliklər fonunda arterai
təzyiqin kəskin artımı (240 – 250 mm c.s.-na qədər) qeyd
olunur. Əsasən adaptasiyanın daha zəif hissələri sinir əzələ
aparatında (45% hallarda), funksiyaların koordinasiyasında
(11% hallarda), qan dövranının mərkəzi aparatında (10.9%
hallarda) nəzərə çarpır.
MəĢqliliyin artımı orqanizmin daxili mühitindəki
dəyiĢikliklərə olan davamlılığın yüksəlməsilə müĢayiət
edilir. MəĢq etməmiĢ Ģəxslərdən fərqli olaraq, idmançılar
pH-ın əhəmiyyətli dəyiĢiklikləri, böyük O2 borcu zamanı
iĢi icra edə bilirlər. Onlarda bərpa proseslərinin sürəti artır
və fiziki yüklənmələrə adekvatlığın vacib meyarlarından
biri rolunu oynayır.
MəĢqliliyin yüksək səviyyəsini saxlamaqdan ötrü
mütəmadi olaraq yarıĢlarda iĢtirak etmək zəruridir. Yüksək
101
idman nəaliyyətləri və yarıĢların sayı arasında müsbət
korrelyasion əlaqə mövcuddur. Startların sayı ayda 2 – 4-
dən az olmamalıdır. Onlar arasında olan istirahət müddəti
fərdi xüsusiyyətlərdən bilavasitə asılıdır. Bu müddət 4 – 20
gün arasında dəyiĢilə bilər. Ġdman formasına daxil olma
dövründə 3 – 4 həftə ərzində 3 – 5 gün intervalı ilə olan
idman yarıĢları effektiv təsir göstərə bilər.
Ġdmançının stabil yüksək nəticələri nisbətən məhdud
dövr ərzində göstərməsi, o barədə danıĢmağa əsas verir ki,
orqanizmin fizoloji funksiyalarının vəziyyətinin öz hüdud
səviyyəsində saxlanılması çox çətindir. Ġdman nəticələrinin
azalması disfunksiyanın yaxınlaĢmasının xarici əlaməti
hesab edilə bilər.
Gərgin məĢqlər, yarıĢlarda iĢtirak funksiyaların
dinamik tarazlığının saxlanılmasını çətinləĢdirir. Buna görə
də idman formasını tədricən müvəqqəti Ģəkildə itirilməsinə
məĢq prosesinin səhv təĢkilinin nəticəsi kimi deyil, MSS-
in, vegetativ sistemlərin və hərəki aparatın ifrat gərginlik-
dən olan məqsədəuyğun bioloji müdafiə reaksiyası kimi
baxılmalıdır.
Yüksək nəticələrə nail olmaqdan ötrü optimal
funksional hazırlığın itirilməsi proseslərindən biri də
məĢqlərin keçid dövründə də öz əksini tapır. Keçid
dövründəki məĢq vasitələri əsasən zəif intensivlikli və az
həcmli qeyri-spesifik təmrinlərdən təĢkil olunur.
Keçid dövründə ümumi fiziki, texniki və taktiki
hazırlığın bəzi çatıĢmazlıqları kompensasiya oluna bilər.
Beləliklə o, idman ustalığının gələcək artım Ģəraitini təmin
etməkdən ötrü, təbii zəruri dövr hesab edilir.
102
4.3 Müxtəlif Ģiddətli fiziki yüklənmələrə
olan adaptasiya
Skelet əzələlərinin adaptasiyasının quruluş xüsusiy-
yətləri. Skelet əzələlərinin quruluĢ, təqəllüs vahidi əzələ
lifləridir. Onun tərkibinə müstəqil təqəllüs elementləri –
miofibrillər, çoxsaylı hüceyrə nüvələri, orqanoidlər, eləcə
də tərkibində kalsium olan kiçik sarkoplazmatik kanallar
daxildir. Miofibrillər hər birində 4 – 20 ədəd olan dəstələr
Ģəklində qruplaĢdırılmıĢdır (Ģəkil 13).
Tək miofibrildə 2000 – 2500 protofibril – aktin və
miozinin telləri olur ki, onlar da ATF-in kimyəvi parçalan-
masını fəaliyyət enerjisinə keçirən əzələlərin təqəllüs
elementləri hesab edilir. Aktin telləri boyunca tropomiozin
və troponindən ibarət olan, belə demək mümkünsə, tənzim-
ləyici zülali elementlər yerləĢir. Bu zülallar oyanmamıĢ
əzələdə aktin və miozinin qarĢılıqlı əlaqəsini tormozlayır,
ona görə də oyanmamıĢ əzələ “boĢ” vəziyyətdə olur.
Əzələ lifinin təqəllüsü oyanmamın sinirdən əzələyə
ötürülməsi və növbəti fiziki-kimyəvi proseslər zənciri
nəticəsində baĢ verir. Oyanmamın nəql olunması sinir əzələ
lövhəciyi sayəsində həyata keçirilir ki (Ģəkil 14), bu da
innervasiya olunan əzələ lifi ilə birlikdə hərəki (motor)
vahidi də təĢkil edir. Motor vahidlər özündə onlarla və
yüzlərcə (5 – 10-dan 2000-ə qədər) əzələ lifini birləĢdirir:
qırmızı (sürətsiz) və ağ (sürətli) (Ģəkil 15).
Hərəki vahidlərin spesifikliyi mühüm adaptasion
əhəmiyyətə malikdir. Ləng əzələ lifləri yüksək oyanıcıqlı
neyronlarla (oyanmanın aĢağı həddi ilə), sürətlilər isə
yüksək hədlilərlə innervasiya olunur. Ləng liflər iĢə birinci
qoĢulurlar, onların ardınca isə sürətli liflər fəallaĢır.
103
ġəkil 13. Eninəzolaqlı əzələnin mikro- və makrostrukturu:
A - əzələ lifi; B – miofibrillərin quruluĢ sxemi; C – eninəzolaqlı əzələ sahəsinin
quruluĢ sxemi (1 - əzələ lifi, 2 - əzələ lifi sahəsi, 3 – miofibrillər, 4 – protofibrillər); D
– nazik və qalın protofibrillər arasında eninə körpücüklər; E – anizotrop lövhəcik; I –
izotrop lövhəcik; Z – fəal tellərin membranı (Ġ.N.Leontev və dig. görə)
Ləng liflər oksigen sərfiyyatı baxımından adekvat
olan az intensivlikli iĢlərə yaĢxĢı adaptasiya olunurlar.
Onların tərkibində çoxlu miqdarda mitoxondrilər olur, buna
görə də oksidləĢmənin yüksək və qlikolitik fermentlər,
ATF-azanın aĢağı aktivliyi ilə seçilirlər. Sürətli liflərdə isə
əksinə, oksidləĢdirici fermentlərin az aktivliyinə baxmaya-
raq, ATF-aza və qlikolitik fermentlərin aktivliyinin çox
yüksək olduğu qeyd olunur. Onlar sürət və sürət-qüvvə
xarakterli iĢlərə yaxĢı uyğunlaĢırlar, lakin tez yorulurlar.
104
ġəkil 14. Sinir əzələ sinapsının quruluĢ sxemi:
1 – sinir lifi; 2 – mielin təbəqəsi; 3 – Ģvan hüceyrəsi; 4 – sinir ucları; 5 –
presinaptik membran; 6 – sinaptik qovuqcuq; 7 – mitoxondri; 8 - əzələ lifi; 9 –
postsinaptik membran; 10 – sinaptik yarıq; 11 – nüvə; 12 – miofibrillər (E.K.Jukova
görə)
Əzələ təqəllüsünün qüvvəsi əzələnin fizioloji en
kəsiyindən, iĢə cəlb edilən motor vahidlərin miqdarından
və əzələnin makrostrukturundan asılıdır. Tək əzələ lifi Ģid-
dəti 100 – 200 mq-ə qədər artırır. Əzələyə daxil olan bütün
liflərin ümumi en kəsiyi nə qədər böyük olarsa (fizioloji en
kəsik), əzələ qüvvəsi də bir o qədər çox inkiĢaf edə bilər.
Paralel lifli əzələdə fizioloji kəsik anatomik
kimidir. Anatomik en kəsiyi vahidinə nisbətdə bu əzələnin
təqəllüs qüvvəsi (mütləq qüvvə), lələkvari lifli əzələdən az
olur. Belə ki, paralel əzələ liflərinə malik çiyinin ikibaĢlı
əzələsinin 1 sm2-nin qüvvəsi 11.4 kq təĢkil edirsə, lələkvari
əzələ liflərinə malik üçbaĢlı əzələdə isə bu göstərici 16.8
kq-a bərabərdir.
105
ġəkil 15. Sürətli və sürətsiz əzələ lifləri:
Sağda – kimyəvi tərkibi, aĢağıda – yüksək dərəcəli sprinter, orta məsafəyə qaçan və
stayerlərin skelet əzələlərində sürətli (ĢtrixlənmiĢ) və sürətsiz liflərin fazi nisbəti
Qıcıqların tezliyinin artırılması zamanı iĢə cəlb
olunan hərəki (motor) vahidlərin miqdarı artır. Bunun
nəticəsində əzələ təqəllüsü Ģiddətlənir. Ağır yüklərin qaldı-
rılması ilə əlaqədar olan mütəmadi təmrinlər nəticəsində
əzələnin fizioloji en kəsiyi ilə yanaĢı, eləcə də hərəki
vahidlərin qıcıqlarına maksimal sayda təqəllüslə cavab
vermə imkanları yüksəlir. Texniki fəndlərin köməkliyi ilə
əzələnin əvvəlcədən dartılması (məsələn, ilkin qulaylanma)
106
atma, tullama məsəfəsini artırmaqla yanaĢı, həmçinin
yekun nəticənin əzələnin qısalma həddi ilə əlaqədar olan
təmrinlərin icra effektivliyini yüksəldir.
Əzələnin iĢgüzarlığı icra olunan iĢin kəmiyyəti ilə
xarakterizə edilir ki, bu da məs, yükün nə qədər hündürlüyə
qaldırılması ilə əlaqədardır. Yükün artırılması zamanı onun
qaldırıla biləcəyi hündürlük azalır. Daha çox ümumi
iĢgüzarlıq orta yüklənmə zamanı (optimal yüklənmə
qanunu) əldə olunur.
Əzələ işinin energetik xüsusiyyətləri. Əzələnin
yığılma və boĢalması üzvi maddələr, karbohidratlar, yağlar
və zülalların oksidləĢməsi zamanı azad olunan və ATF,
KrF molekullarında toplanan kimyəvi enerji hesabına
həyata keçirilir (Ģəkil 16).
ġəkil 16. Əzələ iĢinin enerji mənbələri:
Qida maddələri – zülallar, yağlar, karbohidratlar son məhsullara (CO2, H2O) kimi
oksidləĢmə prosesində enerji ayrılır, ATF və digər makroergik birləĢmələr Ģəklində
ehtiyat halında saxlanılır; kimyəvi, mexaniki, osmotik tənzim və digər növ iĢlərə sərf
olunan ATF mitofondrilərdə qida maddələrinin enerjisi hesabına bərpa olunur
107
Kimyəvi enerjini əzələ təqəllüsünün mexaniki enerji-
sinə çevirən birbaĢa mənbə ATF hesab olunur. Onun
adenozindifosfat və ortofosfat turĢusunun parçalanması
zamanı kimyəvi əlaqələrin bol enerjisi əldə edilir. ATF-in
xüsusi molekulyar quruluĢu sayəsində azad olunmuĢ
enerjinin əzələnin təqəllüs elementlərinə ötürülməsi baĢ
verir. Məhz bu xüsusiyyət ATF-i təqəllüs funksiyasını
təmin edən universal enerji mənbəyi edir. Ġnsan orqaniz-
mində ATF ehtiyatları bir o qədər də çox deyil. Məsələn,
ATF əzələlərdə onların kütləsinin 0.25%-i həcmində ola
bilər. Məhz buna görə də əzələ iĢi zamanı onların sərfiy-
yatı, aerob və anaerob enerji prosesləri hesabına ATF-in
daima resintezi ilə müĢayiət edilməlidir.
ATF-in anaerob resintezinin baĢlıca yollarından biri –
süd turĢusunun formalaĢması ilə qlükozanın oksigensiz
parçalanması – qlikoliz enerjisinində nistifadə hesab
olunur. Ġkinci yol – KrF-ın fosfor qalıqlarının ADF-ə daĢın-
ması – fosfogen mənbələrin fəallığının əsasını təĢkil edir.
Orqanizm tərəfindən nisbətən az hallarda istifadə olunan
üçüncü yol – bir molekul ATF və bir molekul AMF-in
formalaĢması ilə nəticələnən 2 ADF molekulu arasında
olan miokinaza reaksiyasıdır (Ģəkil 17). Bütün bu kimi
reaksiyalar hər bir əzələ lifinin sarkoplazmasında həyata
keçə bilər. Əzələ liflərinin sarkoplazmasında olduğu kimi,
eləcə də mitoxondrilərində resintez olunmuĢ ATF
miofibrillərə daxil olur.
Əzələ təqəllüsünün mexanokimyası. Mexanokimyanın
əsasını canlı orqanizmlərin energetikasında ATF-in rolunu
müəyyənləĢdirmiĢ V.A.Engelqardt və M.N.Lyubimova
qoymuĢlar. Kimyəvi enerjinin mexaniki iĢə çevrilməsi
aktin və miozin molekullarından təĢkil olunmuĢ miofibril
108
elementlərində həyata keçirilir. Aktin telləri xüsusi zülali
birləĢmələrə - “z” lövhəciklərinə bərkidilmiĢdir. Miozin
lifləri isə aktin telləri arasında yerləĢir.
ġəkil 17. Əzələlərdə enerji mübadiləsi:
I – KrF enerjisi hesabına ATF-in resintezi; II – ATF-in iki molekul ADF-dən
resintez olunması prosesinin miokinaza reaksiyası; III – karbohidratların oksigensiz
parçalanması hesabına yaranan enerjidən ATF-in resintezi.
Əzələ lifinin membranı hər 2-3 mkm-dan bir təqəllüs
elementləri arasında dartılmaqla, kanallar Ģəbəkəsi – sarko-
plazmatik retikulomanı formalaĢdırır ki, burada da artıq
miqdarda Ca++
ionları (onların sıxlığı sitoplazmaya nisbə-
tən təxminən 10000 dəfə yüksək olur) yerləĢir. Əzələ
təqəllüsünün 4 növ miofibril zülallarından bilavasitə
asılılığı vardır: miozin, aktin, tropomiozin və troponin.
Onlar bütün əzələ zülallarının 80%-ə qədərini təĢkil edir.
Təqəllüs zülalı kimi təqdim olunan miozin öz
xüsusiyyətlərinə görə bu tələblərə təmamilə cavab verir. O,
109
kifayət dərəcədə davamlılığa və elastiklik xüsusiyyətlərinə
malik olmaqla, əzələnin quru maddəsinin nisbətən böyük
hissəsini (40%-ə qədər) təĢkil edir.
Kəmiyyət göstəricilərinə görə aktin miozindən bir
qədər geri qalır. Onun miozinlə oxĢar cəhətləri çoxdur və
təqəllüs zamanı birlikdə nisbətən daha davamlı aktomiozin
kompleksini formalaĢdırır. Fibrilyar aktinin (F-aktin) hər
bir molekuluna ADF, monomer aktinə (Y-aktin) isə ATF
molekulu birləĢmiĢ olur.
Tropomiozin və troponin nazik (aktin) protofibrillərdə
yerləĢir (Ģəkil 18).
ġəkil 18. Tellərin sürüĢmə nəzəriyyəsinə uyğun olaraq əzələ təqəllüsü
ardıcıllığının sxematik təsviri: A – miofibrillərdə parlaq (Disk J) və tünd (Disk A)
zolaqların yerləĢmə sxemi, əzələdə sakitlik vəziyyətində qalın və nazik tellərin
qarĢılıqlı yerləĢmə sxemi, C – təqəllüsdən sonrakı vəziyyət, D – miofibrillərin en
kəsiyi, Z – aktin tellərin membranı
Miozin və ATF arasında ferment və substrat xarakterli
qarĢılıqlı əlaqə mövcuddur: miozin ATF-ə təsir etməklə,
onun parçalanmasını təmin edir; ATF miozinin təqəllüs
110
xüsusiyyətini dəyiĢməklə, onun elastikliyini artırır. Lakin
bu faktı aydınlaĢdırmaq olmur ki, niyə enerjinin əldə
olunmasından ötrü təbiət bu qədər mürəkkəb birləĢməni
seçmiĢdir. Göründüyü kimi, quruluĢ mürəkkəbliyi özünü
yalnız enerjinin ayrılması prosesində deyil, eləcə də
növbəti akt olan əzələ təqəllüsünün mexanizmində göstərir.
Əzələ təqəllüsü mexanizmində Ca++
vacib rol oynayır,
əzələ liflərinin oyanması zamanı onun ionları sarkoplaz-
matik retikulomadan təqəllüs zülalları olan aktin və
miozinə ötürülür. BoĢalmıĢ əzələdə isə aktin və miozin eyni
yüklərə (mənfi) malik olduğu üçün qarĢılıqlı surətdə zəif
formada bir-birini itələyir.
ġəkil 19. Əzələlərin yığılması və boĢalmasının sxematik təsviri: A – boĢalmıĢ
əzələdə ATF – miozin kompleksi aktin istiqamətinə yönəlmiĢdir, aktin və miozin
yüngül itələnir; B – protofibrillərə daxil olan kalsium elektrostatik tarazlığı pozur,
aktin miozinə yaxınlaĢmaqla, eyni zamanda sola hərəkət edir; C – kalsiumun
sarkoplazmatik kanallara keçməsi və ATF-in fosforlaĢması əzələnin boĢalmasına
gətirib çıxarır
Əzələnin oynaması zamanı Ca++
fibrilyar aktində
fiksə olunmuĢ ADF ilə miozinlə əlaqədar olan ATF
arasında kompleks rabitə formalaĢdırır. Mənfi yüklü ATF
və mənfi yük əsaslı miozin lifləri arasında olan
elektrostatik itələmə nəticəsində ATF-miozin zənciri
111
dartılmıĢ olur. Ca++
ionları ATF-in mənfi enerjisini
neytrallaĢdırmaqla, ATF-miozin zəncirinin dönməsinə
gətirib çıxarır. Onunla əlaqədar olan aktin lifi miozinə tərəf
istiqamətini dəyiĢməklə, eyni zamanda onun lifləri arasında
sürüĢür (Ģəkil 19).
Təqəllüsün baĢlanğıcında ATF miozinin aktin
mərkəzinə qarıĢmaqla, fosfat molekulunun çıxarılmasına
səbəb olur. ATF-in quruluĢunun pozulması miozin və aktin
arasındakı əlaqənin kəsilməsinə gətirib çıxarır. Miozində
ATF-in resintezi miozin-ATF polipeptid zəncirinin düzəl-
məsinə və aktin və miozinin yeni sahələrinin fəallaĢması ilə
təqəllüs aktının davamına səbəb olur.
Ca++
akto-miozin kompleksini stimullaĢdırmaqdan
savayı, troponinin derepressor rolunu da icra edir. BoĢalmıĢ
əzələdə troponin aktin və miozin protofibrillərinin qarĢılıqlı
yaxınlaĢmasının qarĢısını alır. Sonradan kalsiumla birləĢ-
məklə, troponin bu yaxınlaĢmaya və ardınca ATF-in
parçalanmasına maneə törətmir. Əzələnin boĢalması sarko-
plazmatik Ģəbəkə kanalları ilə Ca++
ionlarının sürətli udul-
ması ilə baĢlayır. Bu zaman troponin və tropomiozinin öz
inhibitor xüsusiyyətlərini bərpa edilir. Akto-miozin
kompleksi pozulur: aktin və miozin qarĢılıqlı surətdə bir-
birini itələməklə, əzələni boĢalmıĢ vəziyyətinə gətirir.
Müxtəlif nisbi şiddətli əzələ işi. Fiziki təmrinlər
müxtəlif sürət və Ģiddətlə icra olunur. Fizioloji funksiya-
ların gərginliyi (fəaliyyət intensivliyi) çıxıĢ vəziyyəti ilə
olan müqayisədə kifayət qədər dəyiĢilir. Beləliklə, kC/dəq
və ya vatt ilə ölçülməklə icra olunan dövri xarakterli əzələ
iĢinin nisbi Ģiddətinə əsasən, orqanizmin real fizioloji
yüklənməsi barədə mühakimə yürütmək olar.
112
Aydındır ki, fizioloji yüklənmələrin dərəcəsi yalnız
fiziki yüklənmə göstəricisinin dəqiq ölçülmələrindən asılı
deyil. O, həm də orqanizmin funksional vəziyyətinin ilkin
halından, məĢqlilik səviyyəsindən, ətraf mühit Ģəraitindən
də asılıdır. BaĢqa cür desək, əgər iĢin Ģiddəti kifayət qədər
dəqiq ölçülür və düzgün dozalaĢdırılırsa, bu halda baĢ
verən fizioloji dəyiĢikliklərin həddinin kəmiyyət qeydiyya-
tının bütövlükdə dəqiq analizi çətinlik törədir. Həmçinin
fizioloji yüklənmələrin proqnozlaĢdırılması orqanizmin cari
funksional vəziyyəti nəzərə alınmadan çox çətindir.
Cədvəl 1
Aerob dövri təmrinlərin energetik və erqometrik
xüsusiyyətləri
ġid
dət
O2 s
ərfi
yy
atı,
OM
S %
-lə
Üç enerji sisteminin
nisbəti, %-lə Ə
sas
ener
ji
mən
bəl
əri
Rek
ord
Ģid
dət
kC
/dəq
Rek
ord
müd
dət
,
dəq
Fo
sfo
gen
+
lak
tasi
d
Lak
tasi
d+
ok
sig
enli
Ok
sig
enli
Maksimal
aerob
95-
100
20 55-40 25-40 Əzələ
qlikogeni
105 3-10
Maksimala
yaxın aerob
85-90 10-5 20-15 70-80 əzələ qliko-
geni, yağlar
və qanın
qlükozası
84 10-30
Submaksimal
aerob
70-80 – 5 95 əzələ qliko-
geni, yağlar
və qanın
qlükozası
71 30-
120
Orta aerob 55-65 – 2 98 Yağlar, əzə
lə qlikogeni
və qanın
qlükoza
58 120-
240
Zəif aerob 50 və
aĢağı
– – 100 Yağlar, əzə
lə qlikogeni
və qanın
qlükoza
50 və
aĢağı
240-
dan
yuxarı
113
Fiziki təmrinlərin gərginliyinin (ağırlığının) fizioloji
qiymətləndirilməsi mikro və makrotsikllərdə məĢq vasitə-
lərinin səmərəli bölüĢdürülməsinin münasib üsullarından
sayılır. Lakin, metabolik dəyiĢikliklər baxımından hazırlan-
mıĢ yüklənmələrin müvafiq təsnifatına baxmayaraq, hər bir
fənd üçün bu əsasən nisbi xarakter daĢıyacaq.
Dövri hərəkətlərdə yüklərin təsnifatı əsasında qanda
və əzələlərdə mübadilə məhsullarının (məsələn, süd
turĢusu) toplanmasına görə qiymətləndirilən energetik
dəyiĢikliklərin həddi və istiqaməti ilə yanaĢı, eləcə də həyat
fəaliyyətinin əsas sistemlərində - ürək-damar, tənəffüs,
mərkəzi və periferik sinir sisteminin tənzimi və dəyiĢik-
likləri dayanır.
ġəkil 20. ĠĢin Ģiddətinin OMS-dən, qaçıĢ sürətindən və qanda süd
turĢusunun miqdarından asılılıq qrafiki
114
Fiziki təmrinlər enerji təminatı xüsusiyyətlərindən
asılılığına görə aerob və anaerob olurlar. Aerob iĢlər oksi-
gen sərfiyyatının nisbi hədlərinə görə (OMS səviyyəsinin
%-lərilə) 5 nisbi Ģiddət zonasına bölünür: maksimal, maksi-
mala yaxın, submaksimal, orta və zəif (cədvəl 1).
Maksimal aerob fəaliyyətlə təmin olunan fiziki
yüklənmələr, idmançılar tərəfindən 3 – 10 dəqiqə civarında
icra oluna bilər. Bu zaman oksigen sərfiyyatı OMS səviy-
yəsində və ya bir qədər aĢağı olur (Ģəkil 20).
Oksigen sərfiyyatının OMS-nin 85-90%-nə qədər
azalması zamanı, iĢ 10-30 dəq müddətində görülə bilər
(maksimala yaxın aerob Ģiddət).
Oksigen sərfiyyatının OMS-nin 70-80%-nə bərabər
göstəricisində olan iĢlər 1.5 – 2 saat icra oluna bilər
(submaksimal aerob Ģiddət).
Orta aerob Ģiddətli iĢlər zamanı (OMS-nin 55-65%-i
həddində) enerji təminatı praktik olaraq tam Ģəkildə subst-
ratların oksidləĢməsi sayəsində ödənilir. Bu kimi iĢlər
yüksək qənaətliliyi ilə seçilməklə, onların müddəti saatlarla
ölçülür.
Zəif aerob Ģiddət (oksigen sərfiyyatı OMS-nin 50%-
dən aĢağı) adi əmək fəaliyyəti, gəzintilər, fiziki mədəniy-
yətlə məĢğuliyyətin kütləvi formaları ilə xarakterizə olunur.
Yüksək dərəcəli idmançılar üçün zəif Ģiddətli aerob iĢlər
yalnız aktiv istirahət vasitəsi kimi tətbiq oluna bilər. Bu
kimi iĢlərdən təzahür olunan fizioloji yüklənmələr idmançı
orqanizminə məĢq təsiri göstərə bilməz.
Anaerob Ģəraitin üstünlüyü ilə icra olunan təmrinlər
(sürət-qüvvə, qüvvə və partlayıcı xarakterli) maksimal,
maksimala yaxın və submaksimal anaerob Ģiddətli iĢlərə
bölünür (cədvəl 2). Maksimal anaerob Ģiddətli təmrinlər
KrF və ATF enerjisi ilə təmin olunur; maksimala yaxın
115
Ģiddətli anaerob iĢlər – fosfogenlər və qlükozanın oksigen-
siz parçalanması (qlikoliz); submaksimal anaerob Ģiddətli
iĢlər isə - qlikoliz enerjisi və aerob proseslərlə təchiz edilir.
Cədvəl 2
Anaerob dövri təmrinlərin energetik və erqometrik
xüsusiyyətləri
ġid
dət
En
erji
təm
inat
ının
anae
rob
ko
mp
on
en
ti,
üm
um
i en
erji
iste
hsa
lın
ın %
-lə Üç enerji sisteminin
nisbəti, %-lə
Rek
ord
Ģid
dət
kC
/dəq
Qaç
ıĢ z
aman
ı
rek
ord
mü
dd
ət,
san
Fo
sfo
gen
+
lak
tasi
d
Lak
tasi
d+
ok
sig
enli
Ok
sig
enli
Maksimal
anaerob 90-100 95 5 – 503
10-a
qədər
Maksimala
yaxın anaerob 75-85 70 30 10 418 20-50
Submaksimal
anaerob 60-70 25 60 15 167 60-120
Ġdman praktikasında fiziki təmrinlərin enerji dəyərinin
üstünlüyü görünür: o, funksiyalardakı dəyiĢikliklərin dərə-
cəsini, fizioloji yüklənmələrin həddini nəzərə almağa
imkan verir. Aydındır ki, enerji dəyəri məĢqçilər və
idmançıların nəzarəti üçün daha münasib olan digər fizio-
loji meyarların istifadəsini istisna etmir. Belə ki, akademik
avarçəkmədə 6 fizioloji yük zonası ayırd edilir ki, burada
da iĢin çətinliyinin əsas meyarı ÜVS hesab edilir.
ÜVS-nin 130-dan 150 vurğu/dəq və qanda süd
turĢusunun konsentrasiyasının 20-dən 30 mq%-ə qədər olan
həddindəki təmrinlər birinci və ikinci Ģiddət zonasına aid
edilir; ÜVS-nin 150-dən 176 vurğu/dəq və qanda süd
turĢusunun qatılığının 60-110 mq% göstəricilərinə uyğun
116
təmrinlər üçüncü və dördüncü zonaya; 180 vurğu/dəq və
yuxarı və süd turĢusunun konsentrasiyasının 120-140
mq%-nə uyğun icra olunan təmrinlər beĢinci zonaya
müvafiqdir. Maksimal fizioloji yüklənmələrə ÜVS-nin 200
vurğu/dəq hududlarında çatmaq mümkündür və bu altıncı
Ģiddət zonasına uyğundur.
MəĢqçi, fiziki tərbiyə müəlliminin praktik fəaliyyətin-
də məĢq prosesinin real tərkibi qədər, energetik proseslər
və ya biokimyəvi dəyiĢikliklərin xarakteri nəzərə alınmır.
ĠĢin ciddi formada anaerob və aerob energetik mərhələlərə
bölünmədən nisbi Ģiddətinin qiymətləndirilməsi praktik
məqsədlər üçün daha münasib hesab edilir (cədvəl 3).
Cədvəl 3
Müxtəlif nisbi Ģiddətli iĢlərin fizioloji səciyyəsi
Göstəricilər ĠĢlərin nisbi Ģiddət zonası
maksimal submaksimal böyük Zəif
ĠĢin hüdud
müddəti 20 s qədər
20 s-dən 5
dəq-yə kimi
5 dəq-dən 30
dəq-yə kimi
30 dəq-
dən çox
Ümumi enerji
sərfiyyatı, kC 350-dən az 630 3150 42000
Oksigen səriyyatı
nın oksigen
tələbatına nisbəti
1/10-dən
aĢağı 1/3 5/6 1/1
O2 borcu, dm3
8-dən aĢağı 18 12-dən aĢağı 4-dən az
Nisbi Ģiddətli müxtəlif zonalarda icra edilən yüklərin
səmərəliyi idman nəticələrinin artımı ilə birbaĢa əlaqədar-
dır. Belə ki, yüngül atletika qaçıĢlarında idman nəticələri
qarıĢıq və anaerob xarakterli yüklərin artımı ilə yüksəlir.
Bunu illik və çoxillik məĢq tsikllərini planlaĢdıran zaman
117
nəzərə almaq lazımdır. Həm yüksək intensivlikli təmrinlə-
rin çatıĢmazlığı, həm də həddən artıq yüklənmələr idman
nəticələrinə çox pis təsir göstərə bilər. Yüksək intensivliklə
icra olunan xüsusi təmrinlərin həcminin artırılması, idman
formasına çatmaq üçün müvafiq zəmin yarada bilər. Lakin
aerob hazırlıq vasitələrinin azaldılması fonunda onların
böyük həcmdə uzun müddət tətbiqi, adaptasiyanın spesifik
ehtiyatlarının azalmasına təkan verir.
Maksimal və submaksimal şiddətli işlərə olan
adaptasiya. Maksimal Ģiddətli iĢlər üçün nisbətən böyük
olmayan dövri xarakterli dinamik təmrinlər qrupu səciyyə-
vidir. Bura 100 və 200 metr məsafəyə yüngül atletika
qaçıĢı, kiĢilərdə 110 metr, qadınlarda isə 80 metr maneələri
dəf etməklə qaçıĢ, 25 metr üzgüçülük, 200 metr velosiped
sürmək aiddir. Bu kimi təmrinlərdə maksimal Ģiddət
hərəkət sürəti hesabına inkiĢaf edir. ĠĢin maksimal
Ģiddətinin saxlanılma müddəti 20 san civarında olur,
bundan sonra isə sürətin azaldılması nəticəsində o, hüdud
göstəricilərdən aĢağı olur. 100 və 200 metr məsafəyə qaçıĢ
sürəti dünyanın ən yaxĢı atletlərində 10 metr/san-ni də
keçir.
Sürət yönümlü idman növlərində iĢin maksimal
Ģiddətinə çatmaq, ayrı-ayrı əzələ qruplarının yüksək tezlikli
təqəllüsü, yəni yığılma və boĢalması ilə təmin olunur. Bu
halda iĢin maksimal Ģiddəti qaçıĢ addımlarının tezliyi ilə
birbaĢa əlaqədardır.
Yüksək oyanıcıqlıq və funksional mütəhərriklik, eləcə
də sinir proseslərinin qüvvəsi, maksimal Ģiddət zonasına
aid olan dövri xarakterli fiziki təmrinlərdə iĢin icra sürəti və
Ģiddəti üçün müəyyən dərəcədə zəmin yaradır.
118
Submaksimal Ģiddətli iĢlər hüdud səviyyəli intensiv-
liyə yaxınlığı ilə xarakterizə olunur ki, bu da idmançılar
tərəfindən 20 san-dən 3-5 dəq müddətinə qədər icra oluna
bilər. Bu kimi intensivliklə yüngül atletikada 400, 800,
1500 metr, konki sürmə idmanında 500 – 3000 metr,
üzgüçülükdə isə 100 – 400 metr məsafə qət edilə bilər.
Submaksimal zonalı iĢ Ģiddətində qaçıĢ sürətinin
kəskin azalması müĢahidə olunur: 9.13-dən 7.1 metr/san
kimi (400 və 1500 metr məsaəfəyə qaçıĢın dünya rekordları
göstəricilərinə görə). Məsafə boyu maksimal sürətin
saxlanılma müddəti sprint dözümlülüyünün inkiĢaf dərəcə-
sindən asılıdır. Əgər dünyanın ən güclü qaçıĢçılarında
yüksək sürət 20 san və daha çox saxlanıla bilirsə, nisbətən
aĢağı dərəcəlilərdə bu müddət kifayət qədər az olur.
Submaksimal Ģiddətli dövri təmrinlərin icrası demək
olar ki, hüdud tempdə hərəkətlərin nisbətən uzunmüddətli
icra dözümlülüyünün təzahürü ilə əlaqədardır. Submaksi-
mal Ģiddətli iĢ zamanı yüksək sürətin saxlanılma imkanları
xüsusi məĢq nəticəsində inkiĢaf edir. Hətta beynəlxalq
dərəcəli idmançılarda 400 metrlik məsəfənin son yüz
metrinin qaçıĢ müddəti ilk 3 yüz metrin istənilən birinin
nəticəsindən zəif olur. Orta məsafə üzrə ixtisaslaĢmıĢ
təcrübəli qaçıĢçılar elə qaçıĢ tempi seçirlər ki, həmin
məsafə üzrə yüksək nəticələr əldə edə bilsinlər və eyni
zamanda bu seçim sayəsində onlar sürətin sona yaxın qəfil
azalmamasından ötrü məsafənin ilk yarısında kəskin temp
tətbiq etmirlər.
Maksimal və submaksimal Ģiddətli iĢlər anaerob
enerji mənbələri ilə təmin olunur, belə ki, oksigen sərfiy-
yatı iĢin icra müddəti və onun əzələlərə nəqli imkanları ilə
limitləĢdirilir. ĠĢləyən toxumalar tərəfindən tələb olunan və
qanla daĢınan oksigenin maksimal miqdarı 5-6 dm3/dəq-ni
119
keçmir. Lakin iĢin ilk 10-20 saniyəsində o, 1-2 dm3/dəq
təĢkil edir. Məhz buna görə də maksimal Ģiddətli iĢlər
zamanı oksigen tələbatı 4-6% təmin edilir. Bu zaman
oksigen borcu 64-69% təĢkil edir (Ģəkil 21).
ġəkil 21. Müxtəlif intensivlikli iĢlər zamanı oksigen tələbatı və oksigen
borcunun formalaĢması:Düzbucaq Ģəkilli qırıq-qırıq xətlə təsvir olunanlar iĢ zamanı
oksigen tələbatını göstərir; tam xətt oksigenin faktiki udulmasını göstərir; aĢağıdakı
qara xətlər isə iĢin davametmə müddətidir; I – çox ağır iĢlər, II – nisbətən ağır iĢlər;
III – yüngül iĢlər (Qillə görə)
Submaksimal Ģiddətli iĢlər zamanı oksigen sərfiyyatı
oksigen tələbatının 1/4-dən 1/2-nə qədər artır. Müvafiq
olaraq O2 borcunun nisbi göstəriciləri də azalır. QaçıĢ
sürətinin artırılması ilə yanaĢı oksigen tələbatı da yüksəlir.
Orqanizmin anaerob iĢgüzarlıq səviyyəsi ilə icra olunan
iĢin Ģiddəti arasında müəyyən əlaqə müĢahidə edilir: iĢin
Ģiddəti böyük olduqca, O2 borcu həddi də əhəmiyyətli olur.
Anaerob iĢgüzarlıq xüsusi məĢq prosesində kəskin
Ģəkildə artır. Belə ki, yeni məĢğul olandan idman ustasına
qədər olan dövrü keçmiĢ konki sürənlərdə O2 borcu 1.5 – 2
120
dəfə artmıĢ olur. Submaksimal Ģiddətli dövri iĢ olan 400
metrə qaçıĢ zamanı o, 15.0 – 20.0 dm3 təĢkil edir,
konkisürmə zamanı isə 14 – 15 dm3-dan (500m) 15 – 16
dm3-a (1500m) qədər olur.
Oksigen sərfiyyatı və iĢləyən toxumalara onun faktiki
çatdırılması arasında qəfil uyğunsuzluq oksidləĢdirici fos-
forlaĢma imkanlarını məhdudlaĢdırır. Buna görə də bu kimi
iĢlər zamanı ATF-in resintezi qlikolitik proseslərin enerji
istifadəsi hesabına baĢ verir. Karbohidratlar, xüsusən də
əzələ qlikogeni enerji istehsalı üçün substrat hesab edilir.
Enerji mübadiləsinin anaerob prosesləri maksimal və
submaksimal Ģiddətli iĢ prosesində ATF-in resintezinin
əsas mənbələri sayılır. Anaerob enerji məhsuldarlığının
sürəti hüceyrə daxili ferment sisteminin Ģiddətindən və
ATF-in anaerob resintezinin ehtiyat substratlarından
asılıdır.
ĠĢin əvvəlində ATF-in anaerob resintezi KrF-ın
parçalanması enerjisindən istifadə hesabına həyata keçirilir.
KrF-ın parçalanma sürətinin hüdud göstəricilərinə çatma
müddəti 2 – 3 saniyə olur və 6 saniyə ərzində saxlanıla
bilər. Qlikolitik (laktat) faza fəallıq maksimumuna iĢ
baĢlayandan 1 – 2 dəq donra çatır. Buna görə də maksimal
Ģiddətli iĢlər əsasən KrF enerjisi hesabına icra olunur (Ģəkil
22). ĠĢin gediĢi zamanı sərf edilən ATF KrF-dan ADF-ə
fosfat qrupunun ötürülməsi yolu ilə resintez olur.
Karbohidratların anaerob parçalanma prosesi energe-
tik baxımdan səmərəli deyil. Bu zaman yaranan süd turĢusu
əhəmiyyətli potensial enerji ehtiyatına malik olur ki, bu da
yalnız aerob mübadilə Ģəraitində istifadə edilə bilərdi.
Oksigensiz reaksiya enerjisi məhz bir neçə dəqiqəlik gərgin
əzələ fəaliyyətinə yetərli olur.
121
ġəkil 22. Müxtəlif Ģiddətli təmrinlərin icrası zamanı fərqli metabolik
proseslərdə enerjinin yaranma sürətinin dəyiĢilməsi: ─ • ── • ─ alaktat enerji
istehsalı, ─ ─ ─ ─ laktat enerji istehsalı, ───── aerob enerji istehsalı
Anaerob metabolizm məhsullarının toplanması ilə
əlaqədar orqanizmin daxili mühitindəki dəyiĢikliklər, baĢ
beynin böyük yarımkürələr qabığının hərəki mərkəzlərinə
xemoreseptiv təsirlərin Ģiddətlənməsi ilə müĢayiət edilir.
Bu, MSS-in normal tənzimləyici proseslərinin pozulmasına
və hərəkət sürətinin azalmasına, bəzi məqamlarda isə iĢin
dayandırılmasına gətirib çıxara bilər.
Skelet əzələlərinin aerob enerji təminatı sisteminin
Ģiddətinin yüksəlməsi mitoxondrilərin sayının və mitoxon-
drial fermentlərin ümumi aktivliyinin artımı ilə əlaqədardır.
Bunun nəticəsində əzələlərin piruvat və yağ turĢularını
iĢlətmə imkanları yüksəlir. Piruvatın sərfiyyatının yüksəl-
122
məsi onun süd turĢusuna çevrilməsinin qarĢısını alır və
beləliklə, o, təqəllüs edən əzələlərdə az toplanır (Ģəkil 23).
ġəkil 23. Qaraciyərdə və skelet əzələlərində karbohidrat
mübadiləsinin sxematik təsviri
Əzələlərdə qlikogen tərkibinin artımı zamanı enerji
təminatının anaerob-qlikolitik sisteminin imkanları yüksə-
lir. Yüksək dərəcəli idmançıların əzələlərində qlikogenin
miqdarı 1.5 – 3 dəfə artır. Bu zaman qlikoliz fermentlərinin
aktivliyi, yəni qlikolitik sistemin Ģiddəti çoxalır.
Anaerobioz Ģəraitində skelet əzələlərinin iĢgüzarlığı-
nın yüksəlməsi əzələlərdə ammiakın toplanmasının azalma-
sı ilə də əlaqədardır. Anaerob iĢ zamanı hüceyrədaxili
homeostazın saxlanılması ilə Ģərtləndirilən kompensator
123
mexanizmlərin inkiĢaf dərəcəsi, məĢqlərdə yarıĢa yaxın
Ģəraitin hansı müddətdən bir yaradılmasından asılıdır.
Maksimal Ģiddətli iĢ zamanı vegetativ funksiyaların
vəziyyətində hüdud dəyiĢikliklər müĢahidə olunmur. Bu,
iĢin qısa müddətli – cəmi bir neçə saniyə olması ilə izah
edilir. ĠĢdən sonra nisbi ətalətli ürək-damar sistemi öz
maksimal iĢgüzarlığına çatmağa nail olmur.
Qısa məsafəyə qaçıĢlar ÜVS-nin tez bir zamanda
artımı ilə müĢayiət edilir. 100 – 200m civarında olan
məsafələrdə o, 170 – 190 vurğu/dəq arasında dəyiĢilir.
Radiotelemetrik tədqiqatlar göstərir ki, submaksimal Ģiddət
zonasına uyğun yarıĢ yüklənmələri ÜVS-nin 210 vurğu/dəq
və daha çox artımına zəmin yarada bilər. Sistolik təzyiq
iĢdən dərhal sonra 180 – 190 mm c.s.-na kimi yüksəlir.
Sürətli üzmə ilə əlaqəli maksimal və submaksimal
Ģiddətli iĢlərin icrası ÜVS-nin 170 – 200 vurğu/dəq-yə kimi
artımı ilə müĢayiət edilir. Üzgüçünün suda horizontal
bədən vəziyyəti sayəsində aĢağı ətraflardan ürəyə doğru
qan axını yaxĢılaĢır. Buna görə də ürəyin hemodinamik
funksiyaları bir qədər yüngülləĢir, baĢ verən dəyiĢikliklər
isə vertikal vəziyyətdə eyni Ģiddətli iĢə nisbətən bir qədər
zəif olur.
Maksimal Ģiddətli iĢlərin icrası zamanı idmançı bir
neçə tənəffüs hərəkəti etməyə imkan tapır. Bu zaman
ağciyər ventilyasiyasının həcmi o qədər də çox olmur,
oksigen sərfiyyatı isə 1.5-2 dm3/dəq-ni keçmir. 35 – 40
dm3/dəq-yə qədər olan oksigen tələbatı Ģəraitində olan iĢ
praktik olaraq anaerob Ģəraitdə icra olunur. Submaksimal
Ģiddətli iĢ zamanı tənəffüs funksiyası maksimuma qədər
artır. Lakin yüksək oksigen tələbatı nəticəsində enerji
sərfiyyatının böyük hissəsi qlikolizin anaerob prosesləri ilə
kompensasiya olunur.
124
Tənəffüs funksiyasının səfərbərliyinin bəzi spesifik
xüsusiyyətləri üzgüçülərdə hüdud və hüduda yaxın sürətlər
üçün səciyyəvidir. 50 metr məsafəyə krol üsulu ilə üzmə
zamanı idmançı bir neçə tənəffüs hərəkəti icra edə bilər.
Lakin ilk 15 – 20 saniyə ərzində tənəffüsünü saxlayır; 100
metr məsafədə isə o, hər 2-ci üzmə hərəkətindən 3-cüyə
keçid zamanı nəfəsalma icra edə bilər; 200 – 400 metr və
daha artıq məsafələrə üzmə zamanı isə tənəffüsün
saxlanılması demək olar ki, istisna olunur. Üzgüçülərdə
oksigen sərfiyyatının hüduda yaxın göstəricilərdə dəyiĢil-
məsi labüddür. Lakin o, yüngül atletlərdən, velosipedçilər-
dən, xizək sürənlərdən bir qədər aĢağıdır.
Qısa məsafələrə qaçıĢ zamanı qanın dəqiqəlik həcmi
15 – 18 dm3-u keçmir, orta məsafələrə qaçıĢ zamanı isə o,
24 – 25 dm3-a qədər yüksələ bilər. Qısa məsafələrə
qaçıĢdan sonra arterial təzyiq və ürək vurğularının sayının
bərpası 20-30 dəqiqədən sonra yekunlaĢır, orta məsafələr
qaçıĢdan sonra isə bu, 1.5-2 saat ərzində baĢ verir.
Orta məsafələrə qaçıĢ oksigen tələbatının qismən
təminatı ilə həyata keçirilir. Lakin iĢin müqayisədə kifayət
qədər uzun müddətli olmasına baxmayaraq, ümumi O2
borcu qısa məsafədən sonra olan göstəriciləri yalnız azacıq
üstələyir. Orta məsafələrə qaçıĢ zamanı təzahür olunan
kəskin oksigen çatıĢmazlığı, gözəçarpan metabolik dəyiĢik-
liklər, baĢ beynin ali Ģöbələri tərəfindən tənzimləyici
təsirlərin zəifləməsinə gətirib çıxarır. Daxili orqanların iĢi
və hərəkətlərin periferik aparatının uyğun fəaliyyətinin
mənbəyi rolunu daxili mühitin kimyəvi xassəsinin dəyiĢik-
liyi oynayır. BaĢ verən disfunksiya (funksiyaların pozul-
ması) nəticəsində qaçıĢın sürəti azalır.
Maksimal və submaksimal Ģiddətli iĢlərdən sonra
ürəyin həcminin azalması müĢahidə edilir. Ürək əzələsi
125
tonusunun yüksəlməsi və böyük qan dövranının hemodina-
mikasının dəyiĢikliyi buna Ģərait yaradır. ĠĢdən sonra əzələ
nasosunun fəaliyyətsizliyi ürəyi istiqamətlənən qan axını-
nın azalmasına səbəb olur ki, nəticədə qravitasiya Ģoku baĢ
verə bilər: aĢağı ətrafın geniĢlənmiĢ qan-damar Ģəbəkəsinə
bədənin yuxarı hissələrindən gələn qan yönəldilir, normal
hemodinamika pozulur, beynin qan təchizi zəifləyir, eləcə
də qısa müddətli bayılmanın da təzahür edilməsi istisna
olunmur. Qravitasiya Ģokunun qarĢısını almaqdan ötrü yarıĢ
distansiyalarından sonra qaçıĢ sürətini tədricən azaltmaq və
yeriĢə keçmək məqsədəuyğundur.
Maksimal və submaksimal Ģiddətli iĢlər zamanı qan
tərkibindəki dəyiĢikliklər eyni cür xarakter daĢıyır. Kəmiy-
yət fərqlilikləri iĢin davametmə müddətinin müxtəlifliyi ilə
əlaqədardır. Anaerob xarakterli mübadilə proseslərinin
üstünlüyü ilə keçən iĢlər qanda əhəmiyyətli dərəcədə süd
turĢusunun toplanması ilə müĢayiət edilir (cədvəl 4).
Cədvəl 4
Qısa və orta məsafələrə qaçıĢdan sonra qanda süd
turĢusunun miqdarı (N.Ġ.Volkova görə)
Göstəricilər Məsafələr (metr)
100 200 400 800 1500
Sürət (m/s) 8.92 8.47 7.72 6.89 6.29
Süd turĢusu (mq%) 132 198 227 211 163
Orta məsafəyə qaçıĢ zamanı oksigen sərfiyyatı 4.0-5.5
dm3 təĢkil edir. Belə ki, yüksək oksigen tələbatı nəticəsində
ümumi O2 borcu 18-19 dm3-ə çatır. O2 borcunun hüdud
göstəriciləri 25 – 29 dm3-ə qədər olur. Submaksimal Ģiddət-
126
li iĢ zamanı qanda süd turĢusunun miqdarının artması qanın
turĢu-qələvi müvazinətindəki dəyiĢikliklərə gətirib çıxarır.
H+ ionlarının yüksəlməsi qlikolitik fermentlərin aktivliyinin
azalması və maddələr mübadiləsinin pozuntuları ilə
müĢayiət edilir. Buna görə də hətta pH-ın cüzi azalması, bu
reaksiyanı normallaĢdırmaqdan ötrü qanın ehtiyat
qələviliyinin səfərbərliyinə səbəb olur.
Maksimal və submaksimal Ģiddətli iĢ zamanı oksigen
tələbatının yüksəlməsi, iĢləyən orqan və toxumaların
oksigenlə təminatında qanın ehtiyat imkanlarının səfər-
bərliyinə gətirib çıxarır. Qanda eritrositlər və hemoqlobinin
miqdarı artır. Bu əsasən depolarda saxlanılan qanın ümumi
qan dövranına qoĢulması ilə əlaqədardır. Ümumi qan
dövranı Ģəbəkəsində hemoqlobinin yüksəlməsi qanın
oksigen həcminin artımı və əzələlərin oksigenlə təminatının
yaxĢılaĢmasına zəmin yaradır.
Orta məsafəyə qaçıĢdan sonra qanda formalı element-
lər və hemoqlobinin miqdarı çoxalır. Bu, əzələ yüklənmə-
ləri zamanı qanın qatılığının artmasının səbəblərindən
biridir. Submaksimal Ģiddətli iĢ miogen leykositozla müĢa-
yiət olunur: 1 mm3
qanda leykositlərin miqdarı 10.000 –
11.000-ə qədər çoxalır. Bu, əsas etibarilə neytrofillərin
hesabına baĢ verir. Qısa müddətli iĢdən sonra limfositlərin
miqdarının cüzi artımı müĢahidə olunur.
Hüdud Ģiddətli iĢdən sonra qanda Ģəkərin səviyyəsi
enir. Submaksimal Ģiddətli iĢ zamanı qanda Ģəkərin səviy-
yəsi azalır, lakin iĢ qurtardıqdan sonra isə artır. Qanın
tərkibindəki dəyiĢikliklər ifrazat funksiyasında da öz əksini
tapır. Süd turĢusunun toplanması onun sürətli Ģəkildə
sidiklə ifrazı ilə müĢayiət edilir.
Submaksimal Ģiddətli iĢdən sonra süd turĢusunun
sidikdə həcmi 200 – 230 mq%-ə qədər artır, həmçinin 0.4 –
127
0.5% zülalın da aĢkar olunması qeyd olunur. Sidikdə süd
turĢusunun həcminin daha əhəmiyyətli yüksəlməsi (1000
mq%-ə qədər və daha çox) üzgüçülükdə submaksimal
Ģiddətli iĢ zamanı müĢahidə edilir ki, bu da üzmə zamanı
tər vəzilərinin ifrazat funksiyasının azalması ilə izah
olunur.
Maksimal Ģiddətli iĢ zonasında Ģürətin azalması hərə-
kətlərin tənziminin sinir mərkəzlərinin labilliyinin enməsi
nəticəsində baĢ verir. Afferent impulsların yüksək ritmi,
eləcə də xemoreseptiv təsirlər bu prosesi sürətləndirir.
Maksimal Ģiddətli iĢ zamanı yorulmanın inkiĢafında vege-
tativ dəyiĢikliklərin rolu iĢin qısa müddətliliyi səbəbindən
bir o qədər də əhəmiyyətli olmur. Submaksimal Ģiddətli iĢ
zamanı əzələ iĢgüzarlığının azalmasında vegetativ dəyiĢik-
liklərin rolu yüksək olur.
Orqanizmin daxili mühitindəki metabolik dəyiĢiklik-
lər (aralıq mübadilə məhsullarının toplanması) ali tənzimlə-
yici mərkəzlərə xemoreseptiv təsirlərin Ģiddətlənməsinə
zəmin yaradır. Bu, onların funksional xüsusiyyətlərinin
zəifləməsi ilə müĢayiət edilir. ĠĢləyən əzələlərdə sinir
təsirlərinin maksimal ritmlərini mənimsəmə imkanlarını
azaldan fiziki-kimyəvi dəyiĢikliklər baĢ verir. Beləliklə,
tənzimlənmə sisteminin halqası qapanır, nizamlayıcı,
vegetativ və icraedici aparatın müsbət qarĢılıqlı təsirləri
əsaslı Ģəkil alır.
Maksimal və submaksimal Ģiddətli iĢdən sonra bərpa
dövrünün müddəti əsas etibarilə ümumi yüklənmənin
həcmindən asılı olmaqla, geniĢ diapazonda – bir neçə
saatdan bir neçə günə qədər dəyiĢilir.
Böyük şiddətli işlərə olan adaptasiya. Böyük Ģiddətli
iĢlər zamanı orqanizmin enerji təminatı sistemindəki
128
adaptiv dəyiĢikliklər hər Ģeydən öncə oksigen sərfiyyatı və
oksigen tələbatı ilə müəyyənləĢdirilir.
Bu kimi iĢlərdə oksigen tələbatı göstəricisi iĢləyən
orqanlara oksigen çatdırılmasından ötrü ürək-damar sistemi
imkanlarını bir qədər artırır. Lakin bu halda oksigen
sərfiyyatı və tələbatı göstəriciləri nisbəti, maksimal və
submaksimal Ģiddətli iĢlərə nəzərən yüksək olur. Oksigen
sərfiyyatı onun tələbatının təxminən 80%-ni təĢkil edir.
Mütləq miqdar baxımından bu maksimal imkanlar hesab
olunur. Enerji sərfiyyatının böyük hissəsi (85-90%-ə qədər)
aerob proseslər hesabına təmin edilir.
Böyük Ģiddətli iĢdən sonra O2 borcunun həddi ümumi
oksigen tələbatının 10-15%-ni, yəni 12-15 dm3 təĢkil edir.
Vahid zamanda olan enerji sərfiyyatı maksimal Ģiddətli
iĢlərlə müqayisədə 8-10 dəfəyə kimi azalır. Böyük Ģiddətli
iĢlər əhəmiyyətli dərəcədə ümumi enerji sərfiyyatı ilə
bağlıdır ki, bu da iĢə geniĢ əzələ qruplarının cəlb olunması,
eləcə də təmrinlərin yüksək sürətli icrası ilə Ģərtləndirilir.
Məsafə boyu enerji sərfiyyatı yalnız hərəkət sürətindən
(məs, yüngül atletika qaçıĢları) deyil, eləcə də qaçıĢ
cığırının profilindən, sürüĢmə dəəcəsindən (məs, xizək və
konki sürmə yarıĢları) bilavasitə asılıdır.
Böyük Ģiddətli iĢ zamanı OMS həddi xüsusi
dözümlülüyün inkiĢafından asılılıq nümayiĢ etdirir. Lakin
aerob imkanlar və dözümlülüyün artımı arasında birbaĢa
bağlılıq yoxdur. Ancaq əzələlərdə mitoxondrilərin sayının
artımı zamanı dözümlülük 3-4 dəfə yüksəlir. Bu zaman
OMS 10-14% artır. Mitoxondrilərin sayının artımı lipid-
lərin oksidləĢmə enerjisi payının yüksəlməsi sayəsində iĢin
enerji təminatının qənaətliliyin çoxalmasına gətirib çıxarır.
Bu zaman hər bir hüceyrəvi energetik maĢının üzərinə
düĢən oksigen yüklənməsinin azalması nəticəsində sərbəst
129
radikal oksidləĢmə və hüceyrə membranının zədələnməsi
təhlükəsi azalır.
Dözümlülüyün inkiĢaf üstünlüyü ilə olan böyük
Ģiddətli iĢ kapilyar Ģəbəkəsinin sıxlığının artımı ilə
müĢayiət edilir. Nəticədə hər bir əzələ lifi 5-6 kapilyarla
əhatə olunur. Ġdmançılarda budun dördbaĢlı əzələsində
kapilyarların miqdarı 1mm2-də 500 – 550 aralığında dəyiĢir
(məĢq etməyənlərdə - 325).
Orta və uzaq məsafəyə qaçan idmançıların oksigen
sərfiyyatı və O2 borcu göstəricilərində enerji təminatının
müxtəlif dərəcəli qənaətliyi ilə əlaqədar olmaqla, fərqli-
liklər mövcuddur. Eyni iĢin icrası zamanı orta məsafəyə
qaçan idmançılara nisbətən stayerlərdə O2 borcunun laktat
hissəsinin daha az təzahürü nəzərə çarpır. Bərabər iĢin
yerinə yetirilməsində stayerlərdə enerji sərfiyyatı aĢağı
olur.
Böyük Ģiddətli iĢin uzun müddəti və yüksək
intensivliyi ürək-damar və tənəffüs sistemi funksiyalarının
tam səfərbərliyi üçün zəmin yaradır. Ağciyər ventilyasiyası
göstəriciləri 120 – 140 dm3/dəq-yə çata bilər. Onu da qeyd
etmək lazımdır ki, ağciyər ventilyasiyasının 120 dm3/dəq
və daha çox olduğu zaman nəfəs alına havadan oksigenin
udulması, ağciyər ventilyasiyasının 60 – 90 dm3/dəq-yə
bərabər olduğu göstəriciləri ilə müqayisədə 1.5 – 2 dəfəyə
qədər azalır. SürətləndirilmiĢ tənəffüs tənəffüs əzələlərinin
iĢi üçün əlavə oksigen sərfiyyatına səbəb olmaqla yanaĢı,
eləcə də yüksək effektivlikli iĢə nail olmaqdan ötrü əzələ
səyinin konsentrasiyasına maneə olur.
Uzun məsafələrə qaçıĢ zamanı ÜVS-nin yüksəlməsi iĢ
baĢlayandan sonra 3 – 4 dəq ərzində baĢ verir və yaĢlı
idmançılarda 160 – 180 vurğu/dəq-yə kimi çatır. FiniĢə
yaxın sürətlənmələrdə ÜVS 200 vurğu/dəq və bir qədər də
130
çox arta bilər. Uzun məsafələrə qaçıĢ maksimal arterial
təzyiqin azacıq artımı ilə (150 – 160 mm c.s. civarında)
müĢayiət olunur. Minimal təzyiq 10 – 15 mm c.s.-ya kimi
enir. Start və finiĢ sürətlənmələri zamanı arterial təzyiqin
yüksəlməsi, orta məsafəyə qaçanlar üçün xarakterik olan
hüdudlara çata bilər. Qanın dəqiqəlik həcmi 25 – 30 dm3 və
daha çox ola bilər. Ürək-damar və tənəffüs sistemi
funksiyalarının davamlı intensivliyinə baxmayaraq, böyük
Ģiddətli iĢ zamanı oksigen tələbatı təmin olunmur (yalançı
sabit hal, A.Xillə görə). Uzun məsafəyə qaçıĢdan sonra AT
və ÜVS-nin bərpası 1.5 – 2 saat ərzində baĢ verir.
Böyük Ģiddətli iĢə aid olan xizək yarıĢının müxtəlif
məsafələrində ÜVS geniĢ hüdudlarda – 150 vurğu/dəq-dən
200 vurğu/dəq-yə kimi dəyiĢilməsi mümkündür. Ən yaxĢı
xizək sürənlərdə orta göstəricilər 170 – 180 vurğu/dəq
təĢkil edir. AT cüzi artır, lakin uzun məsafə qət etdikdən
sonra hətta 10 – 15 mm c.s.-na kimi azala da bilər.
Əksər xizəkçilərdə böyük Ģiddətli iĢlərdən sonra
ürəyin köndələn ölçüləri 2.0 – 2.5 sm-ə qədər azalır. Onun
normaya qayıtması isə 3.0 – 3.5 saatdan sonra baĢ verir.
Sakitlik zamanı xizəkçilərdə gözəçarpan bradikardiyanın
olduğu – 30 – 45 vurğu/dəq qeyd olunur.
YarıĢ zamanı ağciyər ventilyasiyası qaçıĢ tempindən
və məkanın relyefindən asılı olmaqla, 60 – 90-dan 150 –
160 dm3/dəq-yə kimi yüksəlir. Hüdud göstəricilər 170 –
200 dm3/dəq təĢkil edir. Xizəkdə hərəkət texnikasını
mənimsəməklə yanaĢı, tənəffüs aktı da hərəkət stereotipinə
ciddi formada uyğunlaĢmaqla, onun tərkib hissəsinə
çevrilir.
Məsafə boyu tənəffüsün sıxlığı dəqiqəlik 40 – 60
tsiklə çata bilər. Xizək yarıĢlarından sonra zəif hazırlıqlı
idmançılarda AHT azalır, lakin yaxĢı məĢq etmiĢlərdə çıxıĢ
131
vəziyyəti səviyyəsində saxlanılır, hətta bəzən yüksəlir. 5 –
50 km civarında olan məsəfələrdə oksigen sərfiyyatı 3 – 5
litr hüdudlarında dəyiĢir. I dərəcə normativini icra etmək
üçün kifayət edən sürətlə xizəkdə düz yerdə hərəkət zamanı
dəqiqəlik oksigen sərfiyyatı 60 – 65 sm3/kq təĢkil edir ki,
bu da hüdud göstəricilərdən kifayət qədər aĢağıdır.
Ġdman ustası olan xizəkçilərdə dəqiqəlik oksigen
sərfiyyatı 80 – 90 sm3/kq-a çata bilər. YarıĢ Ģəraitində
xizəkçilərdə oksigen sərfiyyatı dağa yoxuĢ zamanı maksi-
mal göstəricilərin 90%-ni, eniĢ zamanı və düz yerdə isə 80
– 85% təĢkil edir.
Oksigen sərfiyyatının artımı, beləliklə də böyük
Ģiddətli iĢ zamanı oksigen tələbatının daha çox ödənilməsi
qanın dəqiqəlik həcmi və ya arterial-venoz fərqin artımı
nəticəsində təzahür edilə bilər. Oksigen sərfiyyatının artı-
mından ötrü ağciyər ventilyasiyası da zəruri əhəmiyyət
kəsb edir. Onun süni Ģəkildə sürətləndirilməsi bərpa
dövründə oksigen sərfiyyatının kifayət qədər artımına
gətirib çıxarır. Bu, iĢ zamanı oksigen sərfiyyatının lazımi
dərəcədə olmamasında xəbər verir.
Ġdman ustası olan xizək sürənlərdə OMS-na nisbətən
böyük olmayan ÜVS hüdudlarında – 160-dan 180
vurğu/dəq-yə kimi çatmaq olur. Xizək yarıĢlarının müxtəlif
hissələrində iĢin energetik təminatından ötrü oksigen
sərfiyyatı kifayət etmir. Enerjinin bir qismi anaerob yolla
əldə olunur. Bu zaman iĢin davametmə müdətinin artımı ilə
yanaĢı anaerob təchizatın payı azalır (cədvəl 5). O2
borcunun böyük hissəsi iĢin gediĢi zamanı ödənilir.
Böyük Ģiddətli iĢlər zamanı böyrəküstü vəzin
hormonal funksiyasının Ģiddətlənməsi müĢahidə edilir ki,
bu da qanda K+ və Ca
++ ionlarının konsentrasiyasının
dəyiĢiklikləri ilə müĢayiət olunur. K+ ionlarının daha çox
132
artımı tənəffüs mərkəzinin oyanıcıqlığının yüksəlməsinə və
diastolada ürək əzələsinin daha tam boĢaımasına gətirib
çıxarır. ĠĢdən sonra sidikdə K+ ionlarının miqdarı artır.
Cədvəl 5 Yüksək dərəcəli xizəksürənlərdə müxtəlif müddət və intensivlikli
yüklərin təsiri zamanı ümumi enerji sərfiyyatında aerob və anaerob
(laktat-alaktat) mexanizmlərin orta pay göstəriciləri (Neumann 1987)
Enerji
mənbələri
ĠĢin davametmə müddəti, dəq
35s-
1dəq 1-2 2-5 5-10 10-35 35-90
90-
360
Aerob 20 25 40 60 68 80 99
Aerob
laktat 50 60 50 35 30 20 1
Anaerob
laktat 30 15 10 5 2 – –
ĠĢ zamanı intensiv energetik sərfiyyatlar qanda
Ģəkərin miqdarının 70 – 80 mq%-ə qədər azalması ilə
müĢayiət edilir. Qaraciyərdən Ģəkərin davamlı qana daxil
edilməsi və onun əzələlər tərəfindən sərfiyyat tempinin
kəskin azaldılması nəticəsində, iĢdən sonra Ģəkərin
səviyyəsi 130 – 200 mq%-ə kimi yüksələ bilər (orta
səviyyə - 100 – 120 mq%).
Böyük Ģiddətli iĢ üçün miogen leykositoz səciyyəvi-
dir. 1 mm3 qanda neytrofillərin miqdarı 12.000 – 15.000-ə
qədər yüksəlir. Anaerob mübadilə məhsullarının toplan-
ması ilə əlaqədar olaraq, qanda süd turĢusunun (200 mq%-ə
qədər) və sidikdə zülalın (0.4%-ə kimi) miqdarı artır.
Böyük Ģiddətli iĢlərin icrası zamanı əzələ iĢgüzarlığı-
nın azalmasının baĢlıca səbəbləri fizioloji funksiyaların
133
tənziminin neyroendokrin sisteminin yüksək gərginliyi,
tənzimlənmənin mərkəzi aparatına xemoreseptiv təsirlərin
artması, anaerob metabolizm məhsullarının ifrat miqdarda
toplanması və homeostazın pozulması hesab edilir. Böyük
intensivlikli iĢlərdən sonra bərpa dövrü 24 – 48 saat ərzində
yekunlaĢır.
Zəif şiddətli işlərə adaptasiya. Zəif Ģiddətli iĢlərə
nisbətən bir o qədər də böyük olmayan sürətlə icra olunan,
davametmə müddəti 30 – 40 dəqiqədən çox olan dövri
xarakterli fiziki təmrinlər aid edilir. 20 km-dən 42 km
məsəfəyə qədər olan qaçıĢlar, 10 – 50 km civarında olan
idman yeriĢi, 50 km-dən 200 km məsafəyədək olan
velosiped yarıĢları, 5 km-dən baĢlayan üzgüçülük, 15 km-
dən yuxarı olan xizək yarıĢları zəif Ģiddətli iĢ zonasına
daxildir. Hətta iĢin davametmə müddətindəki böyük
fərqlilikləri nəzərə alsaq belə, bu Ģiddət zonasında olan
sürət diapazonunda bir o qədər müxtəliflik yoxdur (20 km
məsaəfəyə qaçıĢ zamanı orta sürət 5.7 m/s olduğu halda,
marafon qaçıĢında bu göstərici 5.3 m/s təĢkil edir).
Zəif Ģiddətli iĢlərin enerji təminatı əsas etibarilə aerob
mübadilə prosesləri hesabına baĢ verir. Aerob mübadilə
böyük həcmdə enerjinin səfərbərliyi ilə müĢayiət edilir ki,
bu ATF-in resintezində də istifadə olunur. Orqanizmin
oksigenə olan tələbatının tam ödənilməsi həqiq sabit halın
səciyyəvi əlamətlərindən sayılır. OksidləĢdirici fosforlaĢma
reaksiyasına keçid ATF və KrF-ın stabil resintezini təmin
edir. ĠĢin əvvəlində formalaĢmıĢ süd turĢusu tədricən
oksidləĢməklə, onun əzələlərdə və qanda olan səviyyəsi
ilkin vəziyyət göstəricilərinə kimi enə bilər.
ĠĢin intensivliyi aĢağı olduqca, sabit vəziyyət bir o
qədər tez baĢ verir. Məsafə boyu olan qısa müddətli
134
sürətlənmələr aerob enerji sisteminin daha tez inkiĢafına
təkan verir. Bu zaman əmələ gəlmiĢ ADF qalığı və sərbəst
KrF oksidləĢdirici fosforlaĢmanın sürətlənməsinə zəmin
yaradır. Zəif Ģiddətli iĢ zamanı oksigen sərfiyyatının bir
qayda olaraq, oksigen maksimumundan əhəmiyyətli dərə-
cədə aĢağı olması səbəbindən, ürək-damar və tənəffüs
sistemi iĢ prosesində onu təmin etmək vəziyyətində olurlar.
Bu halda O2 borcu nisbətən çox az olur və orta göstərici ilə
maksimal rəqəmlərin təxminən 3%-ni təĢkil edir.
Zəif Ģiddətli iĢlər vahid zamanda bir o qədər də
böyük olmayan enerji sərfiyyatı ilə (1.2 kC/s-yə qədər)
səciyyələnir. Ümumi enerji istifadəsi isə 42.000 kC-a çatır
ki, bu da submaksimal və böyük Ģiddətli iĢlərə nisbətən 10
dəfəyə qədər çoxdur.
Bu zaman vegetativ funksiyalardakı dəyiĢikliklər
həddi hüdud göstəricilərə çatmır. Belə ki, ÜVS orta olaraq
150 – 170 vurğu/dəq təĢkil edir. Sürətlənmələr zamanı o,
180 – 190 vurğu/dəq-yə kimi arta bilər. Zəif Ģiddətli iĢlərin
eyni bərabərli icrası ürək fəaliyyətinin qənaətlilik rejimi ilə
müĢayiət olunur.
ÜVS-nin 160-dan 180 vurğu/dəq göstəricilərində
oksigen nəbzinin daha böyük hədləri (hər yekunlaĢmıĢ dövr
üçün olan oksigen sərfiyyatı), eləcə də ürək əzələsinin tam
təqəllüs (boĢalma) fazası qeyd edilir. Bu, ürək əzələsində
bərpa prosesləri üçün səmərəli Ģərait yaradır.
Zəif Ģiddətli iĢlər zamanı AT cüzi yüksəlir və 135 –
150 mm.c.s. hüdudlarında dəyiĢir. Həddən artıq uzun
məsafələrə qaçıĢdan sonra AT bəzən kəskin enir ki, bu da
uzun müddətli iĢ zamanı yorulmuĢ ürək əzələsinin təqəllüs
imkanlarının zəifləməsi nəticəsində təzahür olunur.
Zəif Ģiddətli iĢ zamanı olan tənəffüs öz ritmikliyi,
idmançıların hərəkətləri ilə olan uyğunluğu ilə seçilir.
135
Ağciyər ventilyasiyasının həddləri adətən 60 – 80 dm3/dəq
göstəricisini aĢmır. Bəzən sürətlənmələr zamanı o, 100 –
120 dm3/dəq-yə çata bilər.
Zəif Ģiddətli iĢlərin icrası qan tərkibindəki əhəmiyyətli
dəyiĢikliklərlə müĢayiət olunur. Leykositar fomulada olan
dəyiĢikliklər hər Ģeydən öncə neytrofillərin sayının artımı
ilə xarakterizə olunur.
Əhəmiyyətli dərəcədə olamayan məĢqlilik zamanı
miogen leykositozun regenerativ fazası müĢahidə edilə
bilər ki, bu zaman neytrofillərin sayı kəskin artır, eozino-
fillərin sayı azalır, leykositlərin inkiĢaf etməyən formaları
meydana gəlir. Ġdmançının hazırlıq səviyyəsinə uyğun
gəlməyən uzun müddətli, çox ağır iĢlərin nəticəsində leyko-
sitlərin ümumi miqdarının azalması ilə müĢayiət edilən
miogen leykositozun degenerativ forması inkiĢaf edə bilər.
Leykositozun degenerativ fazası orqanizmin bütün sistem-
lərinin, o cümlədən qanyaranmadakı həddən artıq gərgin-
liklərin əksi sayılır.
Zəif Ģiddətli iĢ zamanı qanda Ģəkərin miqdarı 40-50
mq%-ə qədər azala bilər. Enerji materialları, əlalxüsus
karbohidrat ehtiyatlarının azalması iĢin sonuna yaxın O2
borcunun artımı ilə bərabər qanda süd turĢusunun azalması
ilə müĢayiət olunur. Bu kimi dəyiĢikliklərin xarici uyğun-
suzluqları enerji mübadiləsinə lipidlərin cəlb olunması ilə
izah edilir ki, onun da oksidləĢməsi üçün böyük miqdarda
oksigen tələb olunur. Zəif Ģiddətli iĢlərin icrası zamanı
zəruri olan enerjinin 80%-ə qədəri yağlar tərəfindən təmin
edilir. Yağların energetik istifadəsini tənəffüs əmsalının 1-
dən 0.8 – 0.7-ə düĢməsi də sübuta yetirir.
Zəif Ģiddətli iĢdən sonra ifrazat funksiyasında böyrək
hipoksiyasına səbəb ola biləcək dəyiĢikliklər qeydə alınır.
Böyrəklərin oksigenlə kifayət dərəcədə olmayan təchizatı
136
nəticəsində böyrək yumaqcığının keçiriciliyi yüksəlir və
qanın zülal fraksiyasının bir hissəsi sidiklə çıxır. Sidikdə
olan zülalın miqdarı 0.5 – 0.7%-ə qədər yüksələ bilər.
Sidiklə süd turĢusunun qatılığı bir qayda olaraq, 100 mq%-i
keçmir.
Yüksək ümumi energetik sərfiyyatlar (marafon qaçıĢı
zamanı ümumi oksigen sərfiyyatı 500 dm3 və daha çox
təĢkil edir), hormonal funksiyaların sıxıĢdırılması, hipoqli-
kemiya, vegetativ orqanların funksiyalarının zəifləməsi,
iĢgüzarlığın azalmasına və ya iĢin təmamilə dayandırılma-
sına səbəb ola biləcək əsas faktorlardan sayılır. Onların
mənfi təsirləri iĢin monotonluğu ilə əlaqədar bir qədər də
dərinləĢir. Monotonluq iĢə olan marağın azalması, emosi-
onal depressiya, yorulmanın obyektiv əlamətlərinin baĢlan-
masından əvvəl inkiĢaf edən yorğunluqla müĢayiət edilir
(monotoniya). Kəskin oyanıcıqlıq zamanı monotoniya
əsəbilik, narazılıq, acıqlılıq, münaqiĢələrə meyllilik ilə
təzahür olunur.
Zəif intensivlikli iĢlərdən sonra bərpa dövrünün
müddəti yüklənmənin ümumi həcmindən, yarıĢ məsafələ-
rinin uzunluğundan, hazırlıq səviyyəsindən asılı olmaqla,
24 saatla bir neçə gün arasında dəyiĢilir.
137
B E ġ Ġ N C Ġ F Ə S Ġ L
ƏZƏLƏ İŞİ ZAMANI YORULMA VƏ BƏRPA
5.1 Əzələ fəaliyyəti zamanı yorulmanın spesifikliyi
Yorulmanın fizioloji mahiyyəti. Yorulma dedikdə,
orqanizmin gərgin və uzunmüddətli fəaliyyəti nəticəsində
baĢ verən fizioloji dəyiĢikliyi baĢa düĢülür ki, bu da
funksiyaların diskoordinasiyası və iĢ qabiliyyətinin müvəq-
qəti azalması ilə təzahür olunur. Ġbtidai heyvanlarda yorul-
manın nisbətən ləng inkiĢafına baxmayaraq, o ali heyvan-
lara nisbətən daha dərinliklərə nüfuz edir. Ġnsanlardakı
yorulma daha da mürəkkəbliyi ilə seçilir. Bu əsasən
insanda yorulmanın inkiĢafı və bərpa prosesləri ərzində
vacib rol oynayan sosial faktorlarla əlaqədarlığı ilə də izah
oluna bilər. Yorulmanın bioloji rolu uzunmüddətli və ya
gərgin əzələ iĢi zamanı orqanizmin tükənmədən vaxtında
müdafiə olunmasından ibarətdir. Kəskin təzahür olunan
yorulma zamanı olan fizioloji dəyiĢikliklər, orqanizmin
daxili mühitinin sabitliyinin pozuntuları ilə müĢayiət
olunan stress reaksiyalarının əlamətlərini daĢıyır. Eyni
zamanda kəskin formaya çatdırmadan olan təkrar yorulma,
orqanizmin funksional imkanlarının artırılma vasitələrindən
hesab edilir.
ĠĢin tərkib xüsusiyyətlərindən, zehni və ya fiziki
olmasından asılı formada, zehni və ya fiziki yorulmadan
danıĢmaq olar. Həmçinin kəskin və xroniki, ümumi və
lokal, gizli (kompensasiya olunan) və aĢkar (kompensasiya
olunmayan) yorulma da ayırd edilir.
ĠĢin intensivliyi subyektin hazırlıq səviyyəsinə uyğun
gəlmədikdə, nisbətən qısa müdətli iĢlər zamanı kəskin
138
yorulma baĢ verə bilər. O, ürəyin səmərəli fəaliyyətinin
kəskin enməsində (ürək çatıĢmazlığı), MSS və endokrin
sistem tərəfindən tənzimləyici təsirlərin pozuntusu, tər
ifrazının artımı, su-duz balansının pozuntusu ilə təzahür
olunur.
Xroniki yorulma iĢdən sonra tam bərpa olunmamağın
nəticəsi sayılır. Xroniki yorulma zamanı yeni hərəki
vərdiĢlərin mənimsənilmə imkanları itirilir, iĢgüzarlıq enir,
orqanizmin xəstəliklərə qarĢı olan təbii davamlılığı azalır.
GeniĢ əzələ qrupları iĢə cəlb olunmuĢ fiziki iĢ zamanı
baĢ verən yorulma ümumi yorulma adlanır. Ümumi
yorulma üçün MSS-in tənzimləyici funksiyaları, hərəki və
vegetativ funksiyaları, koordinasiyanın pozulması, hərəkət-
lərin icra keyfiyyətləri üzərində iradi nəzarət effektivliyinin
azalması səciyyəvidir. Ümumi yorulma vegetativ funksiya-
ların pozuntuları ilə müĢayiət edilir: ÜVS-nin yüksəlməsi,
nəbz təzyiqinin enməsi, ağciyər ventilyasiyasının azalma-
sının qeyri adekvat yüklənməsində. Subyektiv formada bu,
gücün kəskin azalması, təngnəfəslik, ürək döyüntüsü, iĢi
davam etdirməyin mümkünsüzlüyü kimi hiss olunur.
Əgər kəskin yüklənmələr ayrı-ayrı əzələ qrupları
üzərinə düĢürsə, belə demək mümkünsə, lokal yorulma
inkiĢaf etməyə baĢlayır. Ümumi yorulmadan fərqli olaraq,
lokal yorulma zamanı hərəkətlərin tənziminin yerli struktur
elementlərinin (hərəki sinirlərin terminalları, sinir-əzələ
sinapsı) gərginliyi idarəetmənin mərkəzi aparatından
kifayət qədər çox olur. Oyanmanın sinir-əzələ ötürülməsin-
dəki pozuntuların inkiĢafı, icraedici üzvlərin normal
fəaliyyəti dayandırdığından bir müddət əvvəl baĢ verir.
Presinaptik membranda asetilxolinin miqdarı azalır,
nəticədə postsinaptik membranın fəaliyyət potensialı enir.
139
Əzələlərə ötürülən efferent sinir siqnallarının qismən təcrid
olunması baĢ verir. Əzələlərin təqəllüs funksiyası zəifləyir.
Yorulmanın gizli, konmensasiya olunan inkiĢaf
fazasında iradi Ģiddətə kömək edən yüksək iĢgüzarlıq
qorunub saxlanılır. Lakin iĢin qənaətliyi bu zaman enir.
Onun davamı aĢkar formada kompensasiya olunmayan
yorulmaya səbəb olur. Daxili orqanlar və hərəkət aparatı
funksiyalarının gərginliyi zamanı iĢgüzarlığın azalması
kompensasiya olunmayan yorulmanın əsas əlamətlərindən
sayılır. Böyrəküstü vəz funksiyası gərginləĢir, tənəffüs
fermentlərinin aktivliyi azalır, anaerob enerji mübadiləsinin
intensiv prosesləri tam oksidləĢməmiĢ maddələrin toplan-
ması və qanın ehtiyat qələviliyinin enməsinə gətirib çıxarır.
ĠĢgüzarlığın kəskin enməsi zamanı, fiziki olaraq iĢi davam
etdirmək mümkün olmadıqda, idmançı ondan imtina edir
(məsafədən tez qaçıĢdan çıxıĢ, məĢqi dayandırmaq).
MəĢq prosesinin səmərəli təĢkili yorulmanın inkiĢaf
mexanizmləri barədə dərin anlayıĢlar olmadan mümkün
deyil. Yorulmanın mərkəzi sinir nəzəriyyəsinin meydana
gəlməsi Ġ.M.Seçenovun adı ilə bağlıdır. Tam orqanizmdə
yorulma hər Ģeydən öncə MSS-də baĢlayır. Bu zaman baĢ
beynin böyük yarımkürələr qabığının yüksək differensasi-
yalı (fərqləndirilmiĢ) hüceyrələri daha həssaslığı ilə seçilir.
Tormozlanma özündə sinir sistemini, onun vasitəsilə də
bütün orqan və toxumaları tükənmədən qoruyan universal
mexanizmi əks etdirir ki, əks halda nəticədə orqanizm
həyat qabiliyyəti imkanlarını itirə bilərdi.
Ġ.P.Pavlov göstərmiĢdir ki, yorulma və bərpa eyni bir
prosesin iki tərəfidir. Onların qarĢılıqlı əlaqəsi fəaliyyət
vəziyyəti və ya daha aĢağı aktivliyə keçidinin əsasını təĢkil
edir. Ġ.P.Pavlovun ideyalarının Q.V.Folbort tərəfindən
inkiĢaf etdirilməsi tükənmə və bərpa proseslərinin qarĢılıqlı
140
əlaqəsindən asılı olan yorulma haqqında təsəvvürlərin
prinsipial doğruluğunu sübuta yetirmiĢdir.
ĠĢ zamanı orqanizmdə baĢ verən fizioloji və
biokimyəvi dəyiĢikliklər iĢləyən orqanların funksional
vəziyyətinin zəifləməsinə gətirib çıxarır. Lakin onlar eyni
zamanda bərpa proseslərini stimullaĢdırır, belə ki, yorulma
nə qədər tez baĢ verdikcə, bərpa sürəti də yüksək olur.
Müasir təsəvvürlərə görə, hüceyrənin enerji materialları,
hər Ģeydən öncə ATF-in tükənməsi, hüceyrənin genetik
aparatında struktur izi qoyur. ATF defisiti mitoxondrilərin
zülal kütləsinin artımını stimullaĢdırır və əks əlaqə prinsipi
üzrə iĢ prosesi və bərpa dövrü gediĢində ATF yaranmasının
artımına gətirib çıxarır. Nəticədə bu kimi yüklənməyə olan
adaptasiya yüksəlir. Mümkün hədləri aĢan tükənmə, ifrat
yorulma mənzərəsinin inkiĢafı ilə adaptasiya pozulması ilə
nəticələnir.
Yorulmanın müasir konsepsiyası iĢ zamanı ayrı-ayrı
sistemlərdəki funksional dəyiĢikliklərin birmənalı olma-
ması və geniĢ strukturluğu barədə təsəvvürlərdən ibarətdir.
ĠĢin növündən, gərginliyindən, davametmə müddətindən
asılı olaraq, yorulmanın inkiĢafındakı aparıcı rol müxtəlif
fizioloji sistemlərə aid ola bilər (Ģəkil 24).
Emosional streslə əlaqədar olan gərgin əzələ iĢi
zamanı tənzimlənmənin humoral sistemindəki dəyiĢikliklər
yorulmanın aparıcı faktorlarından ola bilər. Uzun müddətli
tükədici iĢlər zamanı enerjinin hüdud sərfiyyatları ilə
yanaĢı hipotalamus-hipofiz-böyrəküstü vəz sisteminin
yorulması da iĢin davamını limitləĢdirə bilər. Fizioloji
funksiyaların tənziminin mərkəzi hissəsindəki pozuntular
sürət xarakterli qısa müddətli əzələ iĢi zamanı olan
yorulmanın inkiĢafında əhəmiyyətli rol oynaya bilər.
Proprioreseptiv və xemoreseptiv impulsların Ģiddətli axını
141
nəticəsində MSS-də hüdudxarici tormozlanma (ilkin
yorulma) inkiĢaf edir. Ġcraedici üzvlərə göndərilən sinir
impulslarının həddən artıq sıxlığı, onların sinir
hüceyrələrinin törənməsini də məhdudlaĢıdırır. Artıq iĢdən
bir neçə saniyə sonra sinir mərkəzlərinin labilliyi azalır ki,
bunun nəticəsində də təmrinlərin icra sürəti enir.
ġəkil 24. Müxtəlif intensivlikli iĢlər zamanı mühüm fizioloji dəyiĢikliklərin
sxemi: A – məsafənin artması ilə orta sürətin dəyiĢilməsi, B – hərəkətlərin yüksək
tempinin mərkəzi sinir sisteminə olan mənfi təsiri; C – uzun müddətli iĢlərin mərkəzi
sinir sisteminə olan mənfi təsiri; D – oksigen çatıĢmazlığı; E – anaerob enerji
ehtiyatlarının iĢlənməsi; F – ümumi enerji ehtiyatlarının iĢlənməsi
Aralıq mübadilə məhsullarının toplanması nəticəsində
ATF-in resintez sürətinin azalmasına intensiv iĢin
müddətini məhdudlaĢdıran baĢlıca faktor kimi baxıla bilər.
Skelet əzələlərində ATF-in nisbi daimi konsentrasiyası
saxlanılır. Onun sərfiyyatı kompensator prosesləri stimul-
laĢdırır: oksidləĢdirici fermentlərin aktivliyi yüksəlir.
Karbohidratlar, sərbəst yağ turĢuları və amin turĢuları
mitoxondrilərdə oksidləĢir. Bu zaman enerji ayrılmaqla,
ATF-in resintezinə sərf edilir və ya KrF-ın makroergik
birləĢmələrində ehtiyat kimi toplanır. Anaerob Ģəraitdəki
142
iĢlər zamanı ATF-in resintezi süd turĢusunun toplanması ilə
gedir.
ĠĢ zamanı anaerob enerji mənbələrinin istifadəsinə
keçid yalnız iĢin intensivliyi ilə deyil, eləcə də idmançının
məĢqlilik səviyyəsilə müəyyən edilir. Bu səviyyə aĢağı
olduqca, enerji əldə etməyin daha qənaətli vasitələrinə olan
keçid daha tez baĢ verir, eləcə də kompensasiya olunmayan
yorulma bir o qədər tez inkiĢaf edir. Əzələlərdə olan süd
turĢusunun çoxluğu oksidləĢdirici mərhələdə enerji forma-
laĢması proseslərinin rabitəsizliyinə və onun fosfogenlərdə
- ATF və KrF-da toplanmasına gətirib çıxara bilər. Buna
görə də yüksək səviyyəli məĢqliliyi olmayan idmançılar
energetik resursların tükənməyindən müəyyən qədər öncə
iĢdən imtina edirlər. Süd turĢusu hidrogen ionlarının
mənbəyi rolunu oynayır. Əzələlərin təqəllüs aparatında
onların artıqlığı akto-miozin körpücüklərinin formalaĢma-
sına mane törədir, əzələlərin öz təqəllüsü isə çətinləĢir.
Yüksək Ģiddətli iĢin baĢlanmasından 20 – 30 san
sonra qlikoliz proseslərinin də enerji təminatına qoĢulması
baĢ verir. Bu zaman toplanan mübadilə məhsulları lipolitik
prosesləri ləngidir, oksidləĢdirici fosforlaĢmanı tormozlan-
dırır. Göründüyü kimi, əzələlərdə süd turĢusunun toplan-
ması submaksimal Ģiddətli iĢ zamanı yorulmasnı inkiĢaf
etdirən əsas faktorlardan sayılır.
Böyük Ģiddətli iĢ zamanı yorulmanın inkiĢafının
baĢlıca səbəbləri toxumaların nisbi hipoksiyası, eləcə də
hərəki funksiyaların sinir tənzimi prosesində qlikoliz
məhsullarının tədricən toplanması və onların əzələlərdəki
aerob mübadiləyə mənfi təsirləri sayılır. Hüdud oksigen
sərfiyyatı Ģəraitində hipoksiyanın inkiĢafı və qlikoliz
enerjisindən istifadəyə keçid ilk baxıĢdan paradoksal
görünsə də, böyük Ģiddətli iĢ zamanı oksigen sərfiyyatının
143
onun mümkün maksimal sərfiyyat imkanlarından bir qədər
yüksək olması ilə izah edilir. Enerjinin bir qismini
orqanizm qlükozanın anaerob parçalanması – qlikoliz yolu
ilə əldə etməyə məcburdur. Süd turĢusunun da artıqlığı
buradan qaynaqlanır.
Zəif Ģiddətli iĢ zamanı yorulmanın inkiĢafında ilk
yerdə enerji ehtiyyatları – xüsusilə iĢləyən əzələlərdə və
qaraciyərdə qlikogenin tükənməsi dayanır. MSS-in tənzim-
ləyici təsirlərinin pozulmasının ikinci yerdə olması güman
edilir.
Aralıq mübadilə məhsullarının toplanması nəticəsində
daxili mühitin kimyəvi dəyiĢiklikləri ilk növbədə fizioloji
funksiyaların ali qabıq və qabıqaltı tənzimləyicilərinin
funksiyalarının vəziyyətində əksini tapır. Tənzimləyici
mexanizmlərin qüsurlu həlqə pozuntuları formalaĢır. Ġlkin
metabolik pozuntular MSS tərəfindən tənzimləyici təsir-
lərin qeyri-dəqiqliyindən bir qədər də Ģiddətlənir.
Müəyyən əzələ fəaliyyəti zamanı olan yorulmanın
inkiĢafında ayrı-ayrı faktorların asılılığının ciddi kəmiyyət
qiymətləndirilməsi məĢq prosesinin mühüm tənzimlənmə
elementlərindən biri hesab edilir. Aparıcı faktorların fərq-
ləndirilməsi test sınaqları və metodik tədqiqatların düzgün
tətbiqi zamanı mümkündür.
MSS-in bir sıra fəaliyyət xüsusiyyətləri nəticəsində
məktəb yaĢlı uĢaqlarda olan yorulma yaĢlılara nisbətən
daha tez təzahür olunur. UĢaqlarda daxili tormozlanma,
xüsusilə fərqləndirilmə və ləngimə prosesləri daha tez
pozulur. Bu zaman qabıq hüceyrələrinin oyanıcıqlığının
azalması və qoruyucu ləngimənin inkiĢafı nəticəsində
aktivliyin kəskin azalması ilə müĢayiət olunan hərəki
narahatlıq meydana çıxır, diqqət zəifləyir. Aralıq mübadilə
məhsullarının toplanması və xüsusilə enerji məhsullarının
144
tükənməsi ilə əlaqədar olaraq, uĢaqlar böhran vəziyyətinin
inkiĢafından bir qədər əvvəl iĢdən imtina edirlər.
UĢaqlarla məĢğul olan aman eyni cür, monoton
iĢlərdən daha çox istifadə etmək məqsədəuyğun hesab
olunmur. Fəal istirahət mexanizmi əsasında bərpanı
yüngülləĢdirən müxtəlif növ iĢlərin bir-birini əvəzləməsi
zəruridir. UĢaqların iĢ qabiliyyətinin birinci dərsdən
sonuncu dərsədək, bazar ertəsindən Ģənbəyə doğru azal-
dığına əsaslansaq, bu halda gün rejimində fiziki və zehni
yeklərin müvafiq miqdarını, eləcə də onların fəallaĢ-
dırılmasının vasitə və metodlarını nəzər almaq lazımdır.
İfrat məşqlilik. Ifrat məĢqlilik – həddən artıq
yorulmanın sürətli inkiĢafıdır. O, hərəki və vegetativ
funksiyaların tənziminin mərkəzi aparatının üstünlük təĢkil
etdiyi kompleks funksional pozuntularla müĢayiət edilir.
Yuxunun pozulması, fiziki gərginlikdən çəkinmək, mürək-
kəb təmrinlərin icra öncəsi qorxu ifrat məĢqliliyin ilkin
əlamətlərindən hesab edilir. Ġdmançı əsəbi olur, yoldaĢları
və məĢqçiləri ilə asanlıqla mübahisələrə qoĢulur və ya
əksinə süstlük, ətrafdakılara laqeyd münasibətinə seçilir,
onun məĢqlərə həvəsi itir. Əgər məĢqlər davam etdirilərsə,
subyektiv Ģikayətlərə fizioloji funksiyaların obyektiv
pozuntuları da əlavə edilir. Ġlk əvvəl daxili orqanlar və
hərəkət aparatına neyro-humoral tənzimləyici təsirlər
pisləĢir, sonra ürək əzələsində müxtəlif dəyiĢikliklər baĢ
verir. Onun təqəllüs imkanları zəifləyir, fiziki yükənmələr
zamanı ürək nahiyyəsində ağrılar təzahür olunur.
Maddələr mübadiləsində də arzuolunmaz dəyiĢikliklər
müĢahidə edilir. Ġfrat məĢqliliyin ilkin mərhələlərində
oksidləĢdirici fosforlaĢmanın intensivliyi azalır. Sonrakı
145
mərhələlərdə enerji hasilatının qlikolitik mexanizmləri,
eləcə də ATF-in resintezi pisləĢir.
Ġfrat məĢlilik zamanı orqanızmdəki vitamin balansı da
pozulur. Bu, hər Ģeydən öncə qan, qaraciyər, skelet
əzələlərində C vitaminin azalması ilə özünü göstərir.
Ahəngdar proseslərin pozulması, eləcə də əzələ iĢi zamanı
enerji sərfiyyatının yüksəlməsi nəticəsində bədən çəkisi
enir. Ġfrat məĢqlilik zamanı fiziki keyfiyyət göstəricilərinin
azalmasına daha çox ümumi və sürət dözümlülüyü məruz
qalır. Cəldlik və əzlə qüvvəsi az dərəcədə dəyiĢilir.
Ġfrat məĢqlilik vəziyyətində idmançılar daha çox, belə
demək mümkünsə, soyuqdəymə xəstəliklərinə tutulurlar.
Bu, orqanizmin təbii immunoloji müdafiəsinin zəifləməsi
ilə əlaqədardır. O, orqanizmin maye mühitinin bakteriosit
funksiyasından, tənəffüs yollarının epitelindən, bədənin
dəri örtüyündən, daha doğrusu onların xəstəlik törədən
bakteriyaları, virusları məhvetmə, həyat fəaliyyəti məhsul-
larını neytrallaĢdırma imkanlarından asılıdır.
MəĢq rejiminin düzgün təĢkili, fiziki yüklərə
uyğunlaĢmada fərdi xüsusiyyətlərin nəzərə alınması, məĢq
prosesinin səmərəli qurulmasının çoxillik təcrübəsi əsasın-
da ümumiləĢdirilmiĢ idman məĢqi prinsiplərinə ciddi
riayyət edilməsi ifrat məĢqliliyin qarĢısını alan tədbirlərdən
hesab olunur. Ġfrat məĢqliliyin ilkin mərhələlərində idman
iĢgüzarlığının bərpasından ötrü 1 – 2 həftə ərzində aktiv
istirahət zəruridir. Bu halda məĢq yüklərinin həcmi
azaldılmalı, intensiv təmrinlər araslndakı fasilə intervalları
artırılmalı, yarıĢ yüklənmələri isə istisna olunmalıdır. Ġfrat
məĢqliliyin sonrakı mərhələləri isə 2 – 3 həftəlik tam
istirahətdən sonra, 3 – 4 həftəlik aktiv istirahətə keçidi tələb
edir. Müalicə və aktiv istirahət dövründə kompleks
bərpaedici vasitələrin (dərman preparatları, bioloji aktiv
146
maddələr, fizioterapevtik prosedurlar) tətbiqi məqsədə-
uyğundur.
İfrat gərginlik. Bərpaya kifayət etməyən fasilə dövrü
ilə müĢayiət edilən həddən artıq və Ģiddətli fiziki
yüklənmələr ifrat gərginliyə səbəb olur ki, bu da orqaniz-
min mühüm həyat fəaliyyəti sistemlərinin vaxtından əvvəl
sıaradan çıxamasına və patoliji vəziyyətin inkiĢafına gətirib
çıxarır. Ġfrat gərginlik əzələ iĢi ilə orqanizmin funksional
imkanları arasındakı uyğunsuzluq nəticəsində meydana
çıxır.
Ġradi olaraq subyektiv hissiyyatları rəf etmə Ģəraitin-
də, gərgin əzələ iĢinin icrasında təzahür olunan yorulma –
ifrat gərginliyin inkiĢafını sürətləndirən faktorlardan sayılır.
Fiziki ifrat gərginliyin əsasında fizioloji funksiyalar
və maddələr mübadiləsinin tənziminin neyro-humoral
pozuntuları, orqanizmin daxili mühitinin dayanıqlı kimyəvi
dəyiĢiklikləri, hormonal disfunksiyaları – qanda adrenalin
və onun analoqlarının miqdarının yüksəlməsi dayanır.
Hipofizin ön payının adrenokortikotrop funksiyasının gizli
çatıĢmazlığı, eləcə də həddən artıq əzələ iĢi nəticəsində
onun ehtiyatlarının tükənməsi vacib rol oynayır. Maddələr
mübadiləsinin kəskin dəyiĢikliyi, həmçinin K+ və Na
+ ion
balansının pozuntusu nəticəsində ürək əzələsinin lokal
zədələnmələri müĢahidə oluna bilər.
Kəskin ifrat gərginliyin əlamətləri kifayət qədər aydın
Ģəkildə nəzər çarpır: gözəçarpan zəiflik, baĢ gicəllənməsi,
ürək bulanması, təngnəfəslik, ürək döyüntülərinin hiss
olunması, arterial təzyiqin enməsi, lakin daha ağır hallarda
kəskin ürək çatıĢmazlığı, sağ qabırğaaltı nahiyyədə ağrılar,
qaraciyərin ölçülərinin böyüməsi, bihuĢ vəziyyətin təzahür
olunması mümkündür.
147
Həddən artıq fiziki yüklənmələr ürək əzələsinin enerji
təminatının çatıĢmazlığına, maddələr mübadiləsinin pozun-
tusuna və miokardın infarkt təhlükəsinə səbəb ola bilər.
Enerji maddələrinin bərpa sistemlərindəki və ürək əzələ-
sinin struktur zülallarının sintezinin biokimyəvi pozuntu-
ları, F.Z.Meerson və həmmüəliflərinin fikrinə görə miokar-
dın həddən artıq gərginliyinin zərur məqamlarından sayılır.
Miokardın maddələr mübadiləsinin pozuntuları metabolik
problemlər arasında xüsusi yer tutur, çünki bu zaman bütün
orqanizmin qan təchizatı pozulur. Miokard həm birbaĢa,
həm də tam orqanizmin mübadilə proseslərinin pozuntuları
sayəsində vasitəli Ģəkildə zədələnə bilər.
Miokardın normal funksiyasından ötrü simpatik və
parasimpatik sinir sisteminin neyrohormonları arasında
müvazinətin olması zəruridir. Bir tərəfdən adrenalin və
noradrenalin, digər tərəfdən isə asetilxolinin miqdar nisbə-
tindəki pozuntular ifat gərginliyin inkiĢafına təkan verir.
Ġfrat gərginlik zamanı adreno-simpatik mediatorların
yüksək səviyyəli hasilatı miokardın hipoksiyasına və ürək
əzələsinin seyrək nekrozuna gətirib çıxarır. KeçirilmiĢ ifrat
gərginlik nəticəsində arterial təzyiqin dayanıqlı artımı, ürək
və qaraciyər nahiyyəsindəki ağrılar, idman iĢgüzarlığının
uzun müddət azalması, əzələ yüklənmələrinə qeyri-qənaət-
bəxĢ uyğunlaĢma qorunub saxlanıla bilər.
Ġfrat gərginliyin nəticəsində ürək hipertrofiyasının
patoloji formasının inkiĢaf etməsi mümkündür. Bu birbaĢa
distrofik dəyiĢikliklərlə xarakterizə olunur və bununla da
sistematik əzələ fəaliyyəti nəticəsində baĢ verə biləcək
fizioloji hiprtrofiyadan fərqlənir.
Morfoloji və xüsusi fizioloji tədqiqatlar göstərir ki,
orta və zəif dərəcəli hipertrofiya zamanı ürək əzələsinin qan
təchizatı ürəyin kütləsinin artımına müvafiq formada
148
yüksəlir. Lakin fizioloji hipertrofiyanın patolojiyə keçid
sərhədi Ģərti hesab edilir. Məsələ burasındadır ki, ürək
əzələsinin fiziki yüklənmələdən təzahür olunan hipertrofi-
yası, əsas etibarilə izotonik xarakter daĢıyır. Əzələ iĢi
zamanı miokardın sistolik gərginliyi və mədəciklərdə olan
təzyiq azacıq artır. Bu zaman olan enerji sərfiyyatı ürək
fəaliyyətinin izometrik rejiminə nisbətən bir qədər aĢağı
olur.
Ġzotonik rejimdən izometrik təqəllüsə keçid ifrat
gərginlik zamanı damar tonusunun tənzimləyici pozuntuları
ilə əlaqədar, magistral və periferik damarlarda müqavimə-
tin yüksəlməsi nəticəsində ola bilər. Hemodinamikanın bu
kimi dəyiĢiklikləri ürək əzələsinin hipertrofiyasının patoloji
forma öncəsi vəziyyətinin inkiĢafına zəmin yaradır.
Ġfrat gərginliyin qarĢısını alma və müalicə tədbirləri
onun təzahür olunma Ģəklindən asılıdır. Hər Ģeydən əvvəl
məĢq yüklərinin həcm və intensivliyini məhdudlaĢdırmaq
zəruridir. Daha ağır hallarda isə aktiv istirahət rejiminə
keçmək məqsədəuyğundur. Ürək funksiyasının normallaĢ-
masına medikamentoz vasitələrlə nail olunur. Bərpa prose-
duru kompleksində intensiv vitaminləĢdirmə ilə balanslaĢ-
dırılmıĢ qidalanmaya xüsusi diqqət yetirmək vacibdir.
5.2 Bərpa proseslərinin fiziologiyası
Məşqdə yorulma və bərpanın qarşılıqlı əlaqəsi.
Yorulma və bərpa proseslərinə idman iĢgüzarlığının
yüksəldilməsinin bir-birilə sıx bağlı tərəfləri kimi
baxılmalıdır. Yorulmanın inkiĢafına təkan verən fiziki
yüklənmələrin təsiri onun təcili məĢq effektini səciyyələn-
dirir. Bərpa artıq iĢin icrası prosesində baĢ verir (cari
149
bərpa), lakin əsas enerji ehtiyatları iĢ qurtardıqdan sonra
bərpa olunur (gecikmiĢ bərpa). Cari bərpa əzələ iĢinin icrası
prosesində normal funksional vəziyyətin və əsas homeo-
statik sabitliyin saxlanılması təmin edir. O, əzələ iĢinin
gərginliyindən asılı olaraq, müxtəlif biokimyəvi əsasa
malik olur. Az intensivlikli yüklənmələr zamanı iĢləyən
əzələlər və toxumalara çatdırılan oksigen orqanizmin
oksigen tələbatını ödəyir. ATF-in resintezi aerob yolla baĢ
verir. ĠĢin gediĢi zamanı olan bərpa optimal oksigen
mübadiləsi Ģəraitində keçir. Bu kimi Ģərait, məsələn
məĢqdə kiçik intensivlikli qaçıĢ, eləcə də uzaq və daha
uzaq məsafələrə qaçıĢın ayrı-ayrı hissələrinin icrası zamanı
formalaĢır. Lakin sürətlənmələrdə, həmçinin “ölüm
nöqtəsi” vəziyyətində aerob resintezə anaerob enerji müba-
diləsi mənbələri də əlavə edilir.
ATF resintezinin qarıĢıq xarakteri böyük Ģiddətli iĢ
zamanı müĢahidə edilir. Maksimal və submaksimal Ģiddətli
iĢlərin icrası zamanı cari bərpa imkanları ilə ATF resin-
tezinin sürəti arasında uyğunsuzluq baĢ verir. Təcili bərpa
O2 borcunun ödənilmə müddəti, yəni iĢ qurtardıqdan 1.5 –
2 saat sonra limitləĢdirilir.
Enerji mənbələrinin iĢçi ehtiyatlarının tükənməsi
enerji axınının plastik proseslərə yönəlməsi ilə müĢayiət
olunur. Böyük oksigen sərfiyyatı və oksidləĢdirici ferment-
lərin yüksək fəallığı yaxın bərpa dövründə saxlanılmaqla,
anabolik proseslərin intensivliyini təmin edir. Ümumi
enerji sərfiyyatının yerinin tamamlanması və zülal struktu-
runun sintezi gecikmiĢ bərpa dövründə baĢ verir.
MəĢqin gecikmiĢ effekti məĢqdən sonra yaxın və uzaq
dövrlərdəki bərpa proseslərinin fəallaĢması ilə təzahür
olunur. Ġstirahət zamanı anabolik proseslər sürətlənir ki,
150
bunun da hesabına orqan və toxumaların hüceyrəvi struk-
turlarında bərpa və plastik proseslər baĢ verir.
Bərpa effekti enerji sərfiyyatının intensivliyindən
asılıdır. MəĢq zamanı olan intensiv katabolik proseslər
superkompensasiya təzahürləri ilə bərpanın Ģiddətlənməsi-
nə gətirib çıxarır ki, bu da orqanizmin funksional imkan-
larının artımı üçün zəmin yaradır. Yüksək bərpanın
əsasında iĢləyən orqan və toxumaların yorulmuĢ əzələsində
baĢ verən plastik proseslər dayanır. Bu proseslər Ģiddətli
fəaliyyəti və yüksək hormonal fəallıqla stimullaĢdırılır.
Simpatik sinir sisteminin adaptiv trofik təsirləri yüksəl
bərpada vacib rol oynayır.
Yüksək bərpanın baĢ vermə müddətinin müəyyən
olunması, orqanizmin müxtəlif fizioloji sistemlərində olan
fərqli göstəricilərə görə bir qədər çətindir. KrF ehtiyatları
daha tez bərpa olunur, qlikogen və zülalların bərpası isə bir
qədər ləng baĢ verir.
Həcminə görə böyük məĢq yüklərindən sonra
neyroendokrin müvazinətdə olan pozuntular 2 – 3 gün
ərzində saxlanılır. Böyük həcmli güc yüklənmələrindən
sonra təsirli zülal katabolizmi nəticəsində bərpa 3 – 4 günə
qədər uzana bilər. Bərpa dövrünün müddəti və superkom-
pensasiya fazasının baĢlanması tətbiq edilən yüklənmənin
xarakterindən (anaerob, aerob, qarıĢıq) asılıdır.
Əgər məĢq prosesində funksional imkanların tükən-
məsi optimal səviyyəni keçirsə, bu halda yüksək bərpa baĢ
vermir. Bele olduqda, fiziki yüklənmə sonrakı hüceyrəvi
anabolizm proseslərinin sıxıĢdırılmasına zəmin yaradır.
Hüceyrədə yenilənmə ritminin katabolik proseslər ritminə
uyğun olmaması zamanı, funksiyaların pozulması və hətta
hüceyrələrin məhv olmasına səbəb ola biləcək destruktiv
dəyiĢikliklər təzahür edilir. Tam bərpa olmamaq, xroniki
151
yorulma üçün səciyyəvi olan müxtəlif orqan və sistemlərin
ifrat gərginliyinə səbəb olur. Bu daha çox hipotalamus-
hipofiz-böyrəküstü vəz sisteminin adaptiv ehtiyatlarının
azalmasında əks edilir.
Səmərəli məĢq rejimi mükəmməl bərpanın baĢlıca
Ģərtlərindən hesab olunur. Ən effektli bərpa vasitələri belə
məĢq rejiminin pozuntularını kompensasiya etmək gücündə
deyil. Yüklənmədən sonra bərpanı sürətləndirən pedaqoji
üsullar arasında ilk yerdə məĢqin fərdiləĢməsi dayanma-
lıdır. MəĢq prosesinin təĢkili zamanı idmançıların tipoloji
xüsusiyyətlərinin, məĢqlilik səviyyəsinin, dərs və iĢ rejimi-
nin nəzərə alınması onların gələcək inkiĢafı baxımından
zəruri Ģərtlərdən hesab edilir. Bunlardan əlavə məĢqin
mikro- və makro dövrlərində bərpa xarakterli az intensiv-
likli iĢlərə (aktiv istirahət) keçid də mühüm əhəmiyyət kəsb
edir.
MəĢqin mikrotsikllərinin təĢkili zamanı ayrı-ayrı
fizioloji sistemlərdə olan bərpa proseslərinin sürətini nəzərə
almaq lazımdır. MəĢqlər arası intervalları ümumi bərpa və
iĢgüzarlığın yüksəldilməsini təmin edə biləcək hədlərdə
saxlamaq gərəklidir (L.P.Matveyev). Bütün bunlar məĢq
mikrotsikllərində iki-üç yüksək bərpa fonunda məĢq
effektinin toplanmasına zəmin yarada bilər.
Tam bərpa olmayan zaman keçirilən məĢqlərdə idman
iĢgüzarlığının azalması sonrakı yüksək bərpa faktoru hesab
olunur. Belə ki, ağır atletlərdə həcm etibarilə böyük güc
yüklənmələri və ya xizəksürənlərin maksimal yüklənmələri
yalnız 3-4-cü gün yüksək bərpa effektləri ilə müĢayiət
edilir. Halbuki gündəlik məĢq Ģəraitində yüksək bərpa
dövründə məĢqlərin planlaĢdırılması praktik olaraq istisna
olunur. Bəs bu kimi hallarda tam bərpa olmamaq fonunda
olan məĢqləri necə əsaslandırmaq olar?
152
Fiziki yüklənmələrə olan adaptasiya orqanizmin
fizioloji funksiyalarının daha optimal nisbətinin bioloji
axtarıĢını özündə əks etdirir. Bu proses heteroxron və
dəyiĢkəndir. Bu halda fizioloji sabitlikdən olan yayınmalar
iĢin təsirindən qaynaqlanan dəyiĢikliklərin həddi ilə
müəyyən olunur. Fizioloji funksiyaların bərpa prosesində
normadan artıma və ya azalmaya doğru yayınmalar
mümkündür. Bərpanın müəyyən qədər sonrakı mərhələlə-
rində (10 – 12 saat sonra) enerji sərfiyyatı Ģiddətlənə bilər
ki, bu da oksidləĢdirici – bərpa proseslərinin fəallaĢması ilə
əlaqədardır.
Müasir tələblərə uyğun (təmrinlərin texniki baxımdan
çox mürəkkəbliyi, məĢğələlərin emosional gərginliyi,
böyük enerji sərfiyyatları) böyük həcmli birdəfəlik yüklən-
mələr makroergik enerji mənbələri balansının pozuntuları,
ATF resintezinin çətinləĢməsi və əzələ iĢi zamanı ATF
enerjisindən istifadə olunma imkanları ilə müĢayiət edilir.
Gün ərzində iki dəfəlik (və hətta 3-4 dəfəlik) məĢq-
lərin məqsədəuyğunluğu böyük həcmli məĢqlərin icrası ilə
əlaqədar olan müasir idmanın təbiətindən irəli gəlir.
YüngülləĢdirilmiĢ (3-4 məĢğələyə bölünmək səbəbindən)
yüklənmələrdən sonra bərpa prosesləri əsasən 6 – 8 saat
ərzində yekunlaĢır. Bu zaman enerji ehtiyatlarının 85 –
90%-nin bərpası baĢ verir. Hissə-hissə olan yüklənmələr
qlikogenin qaraciyərdə və əzələlərdə daha intensiv
toplanması ilə də müĢayiət olunur.
Hissə-hissə olan yüklənmələrə adaptasiyanın fizioloji
və biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi müasir
idmanda gənc idmançıların məĢqliliyinin inkiĢafından ötrü
praktik tövsiyələrin iĢlənilməsinin əsası hesab edilir.
153
İş qabiliyyətinin bərpasında aktiv istirahətin əhəmiy-
yəti. Aktiv istirahət fenomeni, yəni istirahət zamanı aktiv
fəaliyyət nəticəsində iĢgüzarlığın yüksəlməsi Ġ.M.Seçenov
tərəfindən elmə daxil edilmiĢdir. Bu fenomenin səbəbini o,
aktiv istirahət dövründə enerji ilə “doldurulan” hərəki sinir
mərkəzlərinin oyanıcıqlığının yüksəlməsi kimi müəyyən
etmiĢdir.
Aktiv istirahətin daxili mexanizmlərini açmadan olan
bu kimi izahat, retikulyar formasiyanın aktivləĢdirici rolu
barədəki müasir təsəvvürlərlə yaxĢı uyğunlaĢır. “Enerjinin
doldurulmasını” retikulyar formasiyanın baĢ beynin böyük
yarımkürələr qabığının hərəki mərkəzlərinə olan qeyri-
spesifik təsiri kimi də göstərmək olar ki, bu da yorulmuĢ
sinir hüceyrələrinin aktivliyi və iĢgüzarlığın yüksəlməsinə
gətirib çıxara bilər.
Aktiv istirahət fenomeni sinir mərkəzləri arasındakı
induksiya əlaqələri ilə də izah oluna bilər. Ġ.P.Pavlov mənfi
induksiya zamanı yorulmuĢ sinir mərkəzlərinin “enerji ilə
doldurulmasında” reallaĢa bilən potensial ehtiyyatlarını
qeyd etmiĢdir. O yazırdı: “Funksional materiallara malik
olmayan hüceyrəyə bir neçə dəfə mənfi induksiya ilə təsir
etmək kifayətdir ki, o tədricən funksional imkanlar əldə
etməyə baĢlasın”.
Aktiv istirahət müvafiq Ģərtlərə riayyət edilən zaman
(göründüyü kimi, məhz bununla idman praktikasında onun
effektivliyinin ziddiyyətli göstəriciləri izah edilir) iĢ
qabiliyyətinə müsbət təsir göstərir. Yorulma ilə müĢayiət
edilən intensiv əzələ yüklənmələri zamanı aktiv istirahətin
müsbət rolu antoqonist əzələlərə təsir, fəaliyyət növünün
dəyiĢməsi zamanı daha qabarıq gözə çarpır. Yorucu
iĢlərdən sonra aktiv istirahətin effektivliyi yüksək məĢqli-
liyi olan idmançılarda aydın təzahür olunur.
154
Ġdman praktikasında aktiv istirahət bir əzələ iĢinin
digər forması ilə, intensiv yüklənmələrin az intensivlikli
iĢlərlə əvəzlənməsi kimi istifadə edilir. Aktiv istirahət
qismində optimal intensivlikli təmrinlər tövsiyə oluna bilər.
Uzunmüddətli monoton iĢlərdən yorulma fonunda qısa
müddətli, az intensivlikli təmrinlər daha effektlidir.
Təmrinlər arası olan aktiv istirahətlə yanaĢı idmançı-
lar passiv istirahətdən də istifadə edirlər. YarıĢlarda növbəti
cəhdlər arasında olan fasilələrin uzadılması zamanı idman-
çılar autogen məĢq və qısamüddətli yuxudan istifadə
etməklə, tam bərpa olmağa imkan tapırlar. Ġstirahətin aktiv
və passiv formasını növbələĢdirməklə bərpa vasitələrindən
istifadə etməklə, praktik tövsiyələrin iĢlənilməsi zamanı
idmançılarda bərpa proseslərinin individual xüsusiyyətlə-
rini nəzərə almaq lazımdır.
İşgüzarlığın bərpasının bioloji faktorları. ĠĢgüzarlığın
bərpasının bioloji faktorları (karbohidratlarla zəngin, bol
vitaminli qidalar, bəzi bioloji aktiv maddələr) orqanizmin
enerji balansını yaxĢılaĢdırır. Üç karbon tsiklindəki aralıq
mübadilə məhsulları, xüsusilə iĢgüzarlığın bərpasında
effektiv vasitə hesab edilən kəhrəba turĢusu (N.R.Çaqoveç,
M.N.KondraĢova) seçilən bioloji aktiv maddələrsırasına aid
ola bilər. Asparaqin və qlütamin turĢusu bərpa proseslərini
sürətləndirir.
Qlükoza əzələ fəaliyyəti zamanı vacib enerji substratı
hesab edilir. Bununla belə, onun artıq sərfiyyatı fizioloji
normalar çərçivəsində olmayan kompleks dəyiĢikliklərə
səbəb ola bilər. Qlükoza dövr edən qanın həcmi və
qatılığını yüksəldir, hipokaliemiyaya səbəb olan elektrolit
müvazinətini dəyiĢdirir və bununla belə kardiopatik təza-
hürlərin inkiĢafına zəmin yaradır. Qlükozanın artıq sərfiy-
155
yatında steroid hormonlarının tarazlığı pozulur. Ürək
fəaliyyətinin elektrokardioqrafik görüntüsündə ürəyin ifrat
gərginliyi zamanı miokard patologiyası üçün səciyyəvi olan
dəyiĢikliklər müĢahidə olunur.
Panqa turĢusu (B15 vitamini) iĢgüzarlığın bərpasının
effektiv bioloji faktorlarından sayılır. Bu stimulyatorun
qəbulu (gündə 3 dəfə 100 mq olmaqla, 20 günlük kurs)
toxumalarda oksigen sərfiyyatını Ģiddətləndirir, eləcə də
lipidlərin metabolizmini sürətləndirir. Panqa turĢusu
toxumalarda KrF-ın səviyyəsini artırmaq, periferik toxuma-
larda bərpa proseslərini Ģiddətləndirməklə, sürət dözümlü-
lüyünün inkiĢafına zəmin yaradır.
Eleuterokokk MSS tərəfindən həyat keçirilən stimul-
laĢdırıcı təsirlərə malikdir. O, əzələlərdə KrF və qlikogen
sərfiyyatının azalmasını, fosfolipidlərin çoxalmasını, eləcə
də karbohidrat mübadiləsindən qeyri-karbohidrat enerji
mənbələrinə keçidi təmin edir. Əzələ adenil preparatı və
piriditol (ensefabol) əzələ iĢgüzarlığının və əlavə enerji
mənbələrinin stimulyator rolunu icra edir.
Enerji mənbələri, eləcə də plastik plastik materialların
bərpası trofotrop maddələr – qlükokortikoid hormonları,
serotonin, histamin, asetilxolin ilə stimullaĢdırırlır. Intensiv
bərpa prosesləri ürək əzələsi, dayaq-hərəkət aparatının
üstünlüyü ilə olan morfoloji dəyiĢikliklərlə də müĢayiət
edilir.
Masaj, su prosedurlarından (Ģırnaq, çimmək, sauna)
istifadə praktik olaraq bütün növ əzələ iĢlərindən sonra
bərpa proseslərinin gediĢini sürətləndirir. YarıĢ yüklənmə-
lərindən sonra 30-50 dəq müddətində Ģam ekstraktlı
vannalar, elektrik qıcıqlandırıcı seanslar orqanizmin
vəziyyətinə faydalı təsir göstərə bilər. Bu prosedurun
psixo-tənzimləyici məĢqlə əlaqələndirilməsi bərpa proses-
156
lərinin gediĢini sürətləndirməklə yanaĢı, arzuedilməz
emosional vəziyyəti də nizamlayır.
Kipkenin fikrinə görə (Kipke, 1988) yarıĢ və məĢq
yüklənmələrindən sonra idman nəticələrinin səviyyəsinin
enməsinin əsas səbəbləri aĢağıdakılardır: enerji təminatı
mənbələrinin tükənməsi (ATF, KrF, əzələ qlikogeni);
onların iĢlənmə imkanlarının azalması; mübadilə məhsulla-
rının toplanması; orqanizmin su itirməsi və onun mineral
balansının dəyiĢilməsi. Buna görə də bərpa rejimi enerji
ehtuyatlarının doldurulmasına olduğu kimi, hidroelektro-
litik tarazlığa da yönəldilməlidir. Həddən artıq yorucu
yüklənmələrdən sonra aerob sistemin yüksək effektivlik
səviyyəsi sürətli bərpanı təmin edir.
Dərəcəli idmançılarda laktatın qatılığı yüklənmədən
sonra kəskin azalır. Gecə yuxusu ərzində enerji ehtiyatla-
rının bərpası baĢ verir. Gecə yuxusundan sonra sidik
cövhərinin yüksək səviyyəsinin saxlanılması intensiv
qlikogenezi subuta yetirir ki (karbohidrat çatıĢmazlığı
nəticəsində orqanizmdə qlikogenin formalaĢması zülalların
katabolizmi hesabına baĢ verir), bunun da son məhsulu
sidik cövhəri olur. Bu, böyük ATF itkisi, digər mübadilə
məhsullarının toplanması, orqanizmin qələvi ehtiyatlarının
azalmasına səbəb olmaqla, mənfi faktor hesab edilir. Belə
ki, içkilər və qidalandırıcı qarıĢıqlar, orqanizmin bərpaedici
su və hidroelektrolitik rejimi qələvi effektinə malik olmalı
deyil, yəni onlarda bikarbonatlar olmamalıdır.
Qlükozalı içkilər (30q/l), alma (160 ml) və ya portağal
Ģirəsi (130 ml) və su (1200 ml) elektrolit və su balansının
bərpasını təmin edir.
MəĢq və yarıĢlar zamanı orqanizmdə su və duzların
itkisi hidroelektrolit tarazlaĢma ilə kompensasiya olunur (1-
2 qram natrium xlorid və kalsium xlirid, 300-400 qram süd,
157
meyvə Ģirəsinin 30-40 qram qlükoza ilə qəbulu). Ürək
fəaliyyətinin bərpasından ötrü oksigen terapiya, eləcə də C
və B qrup vitaminlərinin qəbulu effektlidir. MəĢq edən
idmançılarda yüksək vitamin balansının qorunub saxlanıl-
ması tövsiyə olunur (cədvəl 6).
Cədvəl 6
YaĢlı idmançıların gündəlik vitamin tələbatı norması
(Kipke, 1988):
Vitaminlər MəĢq dövrü YarıĢ dövrü
A
B1
B2
B6
PP
C
E
Panteton turĢusu
2
3-5
3
30
30
140-150
25
50
2
4-8
3
30
30
500
50
50
Lakin onu da unutmaq olmaz ki, müvafiq həkim
göstəriĢi olmadan sərbəst Ģəkildə vitamin qəbulunun artırıl-
ması metabolik proseslərin ciddi pozuntularına gətirib
çıxara bilər. Belə ki, vitaminlərin daha çox qəbulu zamanı
orqanizmdə vitaminlərin parçalanmasını sürətləndirən
fermentlər hasil olunur və bütün bunlar yekun nəticədə
hipovitaminoza səbəb ola bilər.
Qidalanma iş qabiliyyətinin bərpa faktoru kimi.
Qidanın bioloji dəyəri və onun enerji sərfiyyatı ilə balans-
laĢdırılması, idmançıların səmərəli qida rasionunun təĢki-
linin baĢlıca Ģərtlərindəndir. Qidanın bioloji dəyəri dedikdə,
onun tərkibində bütün əvəzolunmayan yağ və amintur-
158
Ģularının, eləcə də bioloji aktiv maddələrin olması nəzərdə
tutulur.
Qidalanmanın enerji sərfiyyatı ilə balanslaĢdırılması
yüksək kalorili qidanın həddən artıq qəbulunu istisna edir.
Yüklənmələrə uyğun olmadan qida kaloriliyinin artırılması,
artıq çəkiyə səbəb olmaqla, iĢgüzarlığın azaldılmasına
gətirib çıxara bilər.
Qidalanmaya idman iĢgüzarlığının bərpa faktoru kimi
baxdıqda, onun subyektiv hissiyatlarını nəzərə almamaq
mümkün deyil. Belə ki, ağır yüklənmədən sonra idman-
çının yemək iĢtahası olmur. Katexolaminlərin (adrenalin və
noradrenalin) artması anareksin (iĢtaha əlehinə) təsirlərə
zəmin yaradır. Bərpanın və böyük həcmli məĢq yüklərinin
icrasına hazırlığın ən vacib əlamətlərindən biri də iĢtahanın
gəlməsidir. Marafon qaçıĢçılarında məsafədən sonra iĢtaha
yalnız 3-5-ci gün meydana çıxır. Orqanizmdə böyük su
çatıĢmazlığı təcili bərpa tələb edir (marafon məsafəsi qaçan
zaman idmançı 4-5 litr su itirir).
Böyük yüklənmələrdən sonra iĢtahanın itirilməsinin
enerji mənbələrinin kəskin çatıĢmazlığına gətirib çıxarma-
sından narahat olmaq lazım deyil. Əksinə, bu zaman
orqanizm enerjini daha qənaətlə sərf edir (yüksək enerjili
lipidlərdən istifadə edir). ĠĢtahanın bərpası ilə bu çatıĢmaz-
lıq aradan qaldırılır.
Uzun müddətli yarıĢ yüklənmələri zamanı (məsələn,
marafon qaçıĢı zamanı) iĢgüzarlığın saxlanılmasından ötrü
karbohidrat təminatı tətbiq olunur. Karbohidratlar əzələ
iĢindən ötrü vacib enerji mənbəyi hesab edilir. Marafon
qaçıĢı zamanı qaraciyərdəki qlikogen ehtiyatının 3/4-ə
qədəri sərf edilir. Qanda qlükozanın səviyyəsi təxminən 2
dəfə enir. Bu zaman insan kəskin aclıq hiss edir, ətrafları
159
titrəyir, qəfil yorğunluq təzahür edilir; ağır hallarda bihuĢ
hal, Ģok vəziyyəti də baĢ verə bilər.
Bu kimi təhlükəli vəziyyətin qarĢısını almaqdan ötrü
yarıĢdan 8-9 gün öncə 1.5-2 saatlıq məĢq (eyni məsafəyə
orta intensivlikli qaçıĢ) tövsiyə olunur. Karbohidrat
ehtiyatının tükənməsi ilə müĢayiət edilən bu kimi məĢqdən
sonra, 3-4 gün ərzində zülal dietası və bərpaedici məĢqə
(40-70 dəq müddətində nəbzin 140-150 vurğu/dəq hududla-
rında olan kross qaçıĢı) keçmək lazımdır. YarıĢa 4 gün
qalmıĢ ardınca karbohidrat dietasına keçməklə, ikinci
yuxarıdakı tipdə olan məĢq məsləhət görülür. Bu zaman
qaraciyər və əzələlərdə karbohidrat ehtiyatı 2.0-2.5 dəfə
yüksəlir. Karbohidratların bu kimi ehtiyatına malik
olmaqla, məsafə boyu əlavə qida qəbul etmədən marafon
qaçıĢını icra etmək mümkündür.
Qeyd etmək lazımdır ki, karbohidratla “doydurulma-
nı” heç də bütün idmançılar ağrısız keçirmir. Qanda Ģəkərin
artması mədəaltı vəz funksiyasını stimullaĢdırır. Ġnsulinin
hipersekresiyası onu tükədir. Çoxsaylı karbohidrat
“doldurulması” mədəaltı vəz funksiyasının pozuntusuna və
Ģəkərli diabetin inkiĢafına gətirib çıxara bilər. Bundan
baĢqa, adi dietaya keçid mədə-bağırsaq pozuntularına səbəb
ola bilər. Onu da unutmaq olmaz ki, vərdiĢ edilmiĢ qida
rejimin süni Ģəkildə dəyiĢdirilməsi idmançının əhval
ruhiyyəsində mənfi tərəfdən əks olunacaqdır. Qidanın
kəmiyyət və keyfiyyəti yalnız elmi normalara deyil, eləcə
də fərdi xüsusiyyətlərə cavab verməlidir.
YarıĢ ərəfəsində və yarıĢ distansiyalarında qlükozanın
qəbuluna olan münasibət son illər mütəxəssislər tərəfindən
kəskin dəyiĢmiĢdir. Orqanizmin qlükoza ilə yüklənməsi
qarın nahiyyəsində ağrı hissiyatına, zəifliyə, sürətli tər
ifrazına gətirib çıxarır. Qlükozanın əzələlərə sürətli keçidi
160
ayaqlarda ağırlıq hissinə səbəb olur. Starta 15-20 dəq
qalmıĢ qlükozanın qəbulu iĢgüzarlığın azalması ilə
müĢayiət edilir. Ən yaxĢı yarıĢa 8 saat qalmıĢ karbohidrat
ehtiyatlarının doldurulmasıdır, eləcə də sonuncu qəbulu
starta 3-4 saat qalmıĢ elmək lazımdır.
Starta 3-4 saat qalmıĢ qidanın qəbulu iĢgüzarlığa
yalnız reflektor təsir göstərir: aclıq hissinin götürülməsi
idmançının özünü yaxĢı hiss etməsinə zəmin yaradır. Bu
zaman orqanizmin enerji balansı yalnız qlükozanın sorul-
ması hesabına yüksəlir. Bu müddətdə zülallar və yağlar
enerjinin gözəçarpan artımına imkan vermir, belə ki,
onların nazik bağırsaqlardan keçməsi 4-5 saatla ölçülür.
BaĢqa cür desək, idmançı məsafə boyu iĢdən sonrakı bərpa
üçün ehtiyat enerji daĢıyır. Deməli, yarıĢ öncəsi yüksək
kalorili enerjinin qəbulu gözlənilən effekti vermir. Eləcə də
əksinə, enerji sərfiyyatları ilə balanslaĢdırılmıĢ normal
qarıĢıq qidalanma, idmançıların məĢq və yarıĢ Ģəraitində
yüksək iĢgüzarlığının və sağlamlığının qorunmasına zəmin
yaradır.
Ġdmançıların gündəlik rasionunda çoxlu tərəvəz,
meyvə, zülalların olması zəruridir. Ġdmançıların sutkalıq
qida rasionu zülal-karbohidrat istiqamətli hər 1 kq bədən
çəkisinə 350-400 kC-a bərabər olmalıdır. Dözümlülük
yönümlü idman növləri ilə məĢğul olan idmançıların
gündəlik hər 1 kq bədən çəkisi üçün 1.2-1.5 q zülal tələbatı
vacib olduğu halda, bu göstərici sürət-qüvvə yönümlü
idman növlərinin nümayəndələrində 2 q-a müvafiq olur.
Dözümlülüyü məĢq etdirən idmançıların enerjisinin 25 %-
dən çox olmayan hissəsi yağlar tərəfindən təmin olunma-
lıdır, lakin əsasən sürət-qüvvə yönümlü iĢlərlə məĢğul
olanlarda isə bu göstərici 15-20%-dən çox olmamalıdır.
161
Bitki yağları idmançı rasionunda tələb olunan
yağların ümumi miqdarının 15-20%-dən az hissəsini təĢkil
etməməlidir. Uzunmüddətli fiziki yüklənmə zamanı qaraci-
yərdə yağların mümkün infiltrasiya (süzülmə) imkanları ilə
əlaqədar olaraq, idmançı rasionunda orqanizmdə fosfolipid-
lərin biosintezini sürətləndirən, yağlar mübadiləsini inten-
sivləĢdirən lipotrop tərkibli maddələrin (metionin, xolin) –
süd, qaraciyər kimi məhsulların olması lazımdır. Fosfoli-
pidləri səlis tərkibdə də (lesitin, liposerebrin) istifadə etmək
olar.
Qida qarıĢıqları tez bir zamanda enerji effektinin əldə
olunmasını təmin edir. DurulaĢdırılmıĢ buğa qanı və
yağsızlaĢdırılmıĢ süddən hazırlanmıĢ idman içkiləri yüksək
kaloriliyi və tez həzm olunma xüsusiyyətlərinə görə seçilir.
Nisbətən aĢağı tərkibli yağlılıqda onun tərkibində 6%-ə
qədər zülal və 30%-ə qədər karbohidrat olur.
Səmərəli enerji daĢıyıcısı və yaxĢı həzm olunan
məhsullardan biri də, tərkibində çoxlu miqdarda fruktoza
və bioloji aktiv maddələr olan bal hesab edilir. Zülali
məhsullardan ət, qaraciyər, kəsmik, yumurta, dənli və
paxlalı bitkilərə üstünlük vermək məqsədəuyğundur.
Gərgin məĢqlər və ya yarıĢlardan sonra metabolik
tarazlığın bərpasından ötrü optimal Ģəraiti yaratmaq
zəruridir. Hidroterapiya, masaj, hidroelektrolit balansının
tənzimlənməsi bunu təmin edə bilər. Gün ərzində
məĢqlərdə fosfora olan tələbat 2.5 qr, kalsiuma olan tələbat
1.0-2.0 qr-a, maqneziuma olan tələbat 1.0-1.2 qr-a, dəmirə
olan tələbat isə 20 mq-a qədər yüksələ bilər. Qliserofosfat
kalsium, dəmir tərkibli preparatların qəbul olunması
fizioloji əsaslandırılmıĢ sayılır.
ĠĢdən sonrakı metabolik dəyiĢikliklər 2-4 dəfə balans-
laĢdırılmıĢ qidalanma, A, B, C qrup vitaminlərin qəbulunun
162
artırılması ilə kompensasiya olunur. Undevit, aerovit, deka-
mevit, panvitan və s. bu kimi polivitaminlər idman prakti-
kasında özünü müsbət tərəfdən göstərmiĢlər. Bərpa vasitə-
lərinin istifadəsi zamanı onu da nəzərdə saxlamaq gərəkdir
ki, onların bərpaedici təsirləri uzun olduqca, orqanizmə də
daha geniĢ və çoxĢaxəli təsir göstərirlər.
163
I I B Ö L M Ə
FĠZĠKĠ TƏRBĠYƏNĠN ĠNKĠġAF ETDĠRĠCĠ VƏ
SAĞLAMLAġDIRICI ROLU
A L T I N C I F Ə S Ġ L
ORTA ÜMUMTƏHSĠL MƏKTƏBLƏRĠNDƏ FĠZĠKĠ
TƏRBĠYƏNĠN ĠNKĠġAFETDĠRĠCĠ ROLU
6.1 ġagirdlərin fiziki tərbiyəsinin fizioloji Ģərtləri
Kiçik məktəb yaşlarında fiziki tərbiyə. Məktəbli
orqanizminə fiziki tərbiyə dərslərinin fizioloji təsirlərinin
qiymətləndirilməsi zamanı hərəki və vegetativ funksiya-
ların mərkəzi tənzim aparatının yetkinlik dərəcəsi, orqaniz-
min fizioloji sistemlərinin inkiĢafının yaĢ xüsusiyyətlərini
nəzər almaq zəruridir.
Fizioloji funksiyaların mərkəzi tənzim aparatı – baĢ
və onurğa beyni yeni doğulmuĢlarda təxminən 400 qrama
qədər olur. Anadan olan zaman baĢ beyin yetkin Ģəxslərin
beynindən həm orfoloji, həm də funksional baxımdan
inkiĢaf etməməsi ilə fərqlənir. Belə ki, bu, beynin inkiĢa-
fının göstərilə biləcək məqsədyönlü təsirlərə, uzun illər
ərzində insanın davranıĢ normalarının formalaĢmasına,
məhdudiyyətsiz sayda praktik hərəki vərdiĢlərin mənim-
sənilməsinə fövqəlada zəmin yaradır.
6 – 7 yaĢlı uĢağın baĢ beyninin çəkisi yetkin insan-
ların çəkisinin 75 – 80%-ni təĢkil edir. Beyin 17 – 18 yaĢa
qədər artmaqda davam edir və təxminən 1.5 kq-a çatır.
BaĢ beynin yüksək differensasiya qabiliyyətli sinir
hüceyrələrinin miqdarı anadan olandan yetkinlik dövrünə
164
qədər praktik olaraq dəyiĢmir və təxminən 1 trilyona qədər
olur. Beynin çəkisi əsas etibarilə aĢağı differensasiya
qabiliyyətli qlial hüceyrələr – neyroqliyalar hesabına artır.
Cinsi yetiĢkənlikdən öncə olan dövrdə hərəki funksi-
yaların qabıq tənzim aparatı daha intensiv inkiĢaf edir.
Beynin gövdə strukturu (uzunsov, orta, aralıq beyin) artıq 3
– 4 yaĢa kimi funksional yetkin olur.
Kiçik yaĢlı məktəblilərin ali sinir fəaliyyəti sinir
sisteminin əsas xüsusiyyətlərinin yaĢla əlaqədar təkmilləĢ-
məsi ilə bağlı olan bir sıra spesifik xüsusiyyətlərə malikdir.
UĢaqlar güclü və ya uzun müddətli monoton qıcıqlandı-
rıcılara tab gətirə bilmirlər: sinir proseslərinin qüvvəsi
onlarda nisbətən aĢağıdır, kəskin təzahür olunan xarici
tormozlanma səciyyəvidir. Daxili (xüsusilə gecikən)
tormozlanma davamlı deyil. Buna görə də, müəllimin
izahatlarını eĢitməyə macal tapmadan, uĢaqlar təmrinləri
icra etməyə baĢlayırlar. Bu halda hərəkət elementlərinin
dəqiq təhlili icra dəqiqliyini “tapmaqla” dəyiĢdirilir.
Hərəkətlərin növbəti tənzimi digər uĢaqların hərəkətləri ilə
uyğunlaĢdırılmaqla, eləcə də müəllimin tapĢırıqlarının
təsirilə icra edilir.
UĢaqlara komandaları, sıra elementlərini və nisbətən
mürəkkəb fiziki təmrinləri öyrədən zaman gecikən və
differensasiya olunan tormozlanmanın xüsusiyyətlərini
nəzərə almaq lazımdır. Ġlkin və icraçı komandalar arasında
optimal intervalı tapmaq məqsədəuyğundur. Bir təmrinin
tam mənimsənilmədən tez bir zamanda digəri ilə əvəz
edilməsi arzuolunan deyil. 7 – 8 yaĢlı uĢaqlarda mürəkkəb
differensasiya iĢlənilmə imkanları ilə yanaĢı xarici
amillərin təsirlərinə zəif davamlılıq qeyd edilir.
Həyatın yeni mərhələsinə keçid – məktəb dövrünün
baĢlanması uĢaqlarda daha mürəkkəb hərəkətlərin mənim-
165
sənilməsi ilə əlaqədardır. Hərəkət mədəniyyətinin yüksəl-
məsi, daha əvvəllər məlum olan və qazanılan sərbəst
fəaliyyətin yeni əlaqələri bu yaĢda əsasən oyun vəziyyət-
lərində əldə edilir.
Fiziki tərbiyə dərslərində oyun metoduna daha çox
üstünlüyün verilməsi uĢaqların davamsız diqqəti, hərəkət-
lərin koordinasiyasına görə ayrı-ayrı mürəkkəb hissələrin
icrasına olan marağın tezliklə itməsi, təcili faydalı nəticə
verməməsi ilə müĢayiət edilir. Tam, yaxĢı dərk olunan və
emosional hərəki fəaliyyət (məsələn, məzmunlu mütəhərrik
oyunlar) uĢaqlar tərəfindən çox da çətinlik çəkilmədən
mənimsənilir, tez yadda qalır və fiziki keyfiyyətlərin tərbi-
yəsi üçün yaxĢı vasitə rolunu oynayır.
Kiçik məktəb yaĢlı uĢaqların fiziki tərbiyəsinin komp-
leks proqramında tədris dövrünün 1/3-dən çoxu mütəhərrik
oyunlara ayrılır. Əzələ səyinin və bədənin ayrı-ayrı
hissələrinin vəziyyətinin dəqiqliyinin ciddi differensasi-
yasını tələb edən hərəkətlərdə, uĢaqların marağı tədris
prosesində hərəkətlərin icra elementlərindəki nailiyyələrinə
görə müəllimin həvəsləndirmə bacarıqları ilə saxlanılır. Bu
halda verilən oyunlar öyrənilmiĢ hərəkətin daha da
möhkəmlənmə vasitəsi, eləcə də verilmiĢ tapĢırığın daha
dəqiq, düzgün icrasına görə həvəsləndirmə rolunu oynaya
bilər. Kiçik yaĢlarda olan oyunlar idmanla ixtisaslaĢdırılmıĢ
məĢqlərin əsas tərkib elementi də sayılır. Bu, idman
ixtisaslaĢması tələbatından çox, uĢaqların inkiĢafının psixo-
fizioloji vəziyyətinə əsaslanır. 6 – 7 yaĢlı uĢaqlar məĢqin
spesifik vasitələrinə olan marağını tez bir zamanda itirirlər.
Məhz buna görə də idman oyun növlərindən uzaq olan
üzgüçülük, xizək sürmə və s. digər bu yönümlü idman
növlərində ilkin hazırlıq mərhələlərində əsasən oyun
metodundan istifadə olunması məqsədəuyğundur. Orta
166
məktəb fiziki tərbiyə dərsləri qaçıĢ, tullanma, atma və s.
həyati əhəmiyyətli hərəki vərdiĢ elementlərinin əlçatan,
emosional fonda öyrənilməsinə imkan verir.
Fiziki təmrinlərin orqanizmin vəziyyətinə olan təsirlə-
rinin qiymətləndirilməsi zamanı hər Ģeydan öncə ürək-
damar və tənəffüs sisteminə diqqət yetirmək gərəkdir.
Bütün bunlar orqanizmi nəzarətdə saxlamağa imkan verir,
hətta cüzi fiziki yüklənmələr belə, bu sistemlərin fəaliyyət
dəyiĢikliklərinə zəmin yaradır.
6 – 7 yaĢlı uĢaqlardakı yüksək ÜVS (85 – 90
vurğu/dəq) davamsız ritmlə (aritmiya) müĢayiət edilir.
Havanın temperaturunun və rütubətliyinin artımı zamanı
aritmiya bir qədər də Ģiddətlənir. Buna görə də məĢğələ
üçün məkanın mütləq Ģəkildə havalandırılması (kondisioner
olmadığı halda) yalnız gigiyenik norma deyil, eləcə də
ürək-damar sisteminin iĢinin normal fəaliyyətindən ötrü
zəruri tələbatlardandır.
Fiziki yüklənmələr tez bir zamanda ÜVS-nin artma-
sına səbəb olur. ġiddətli olmayan yüklənmələr zamanı o,
elə tez də bərpa olunur. Lakin əhəmiyyətli energetik
sərfiyyatlarla əlaqədar olan böyük fiziki yüklənmələr
zamanı bütün bərpa prosesləri uĢaqlarda ləng gedir. Bu
kimi hallar əsas etibarilə imtina anına qədər olan iĢlərdə
müĢayiət edilir.
UĢaqlarda xarici və daxili tənəffüsün qənaətliyi az
olur. Nəfəs alma havasından oksigenin əldə olunmasına
görə uĢaqların tənəffüsü yaĢlılara nisbətən böyük gərgin-
liklə səciyyələnir (uĢaqlar 1 litr oksigeni 29-30 l, böyüklər
isə 24-25 l nəfəsalma havasından əldə edirlər). UĢaqlarda
xarici tənəffüs səthi olmaqla, sabit ritmə malik olmur.
Tənəffüsün tezliyi hər növbəti nəfəsalmadan öncə çox qısa
fasilə ilə 20-25 tsikl təĢkil edir. Daxili tənəffüün yaĢ
167
xüsusiyyətləri arterial qandan toxumaların oksigeni nisbə-
tən aĢağı səviyyəli sərf etmə imkanları ilə təzahür edilir.
UĢaqlarda əzələ iĢi zamanı arteriol-venoz fərq 6-8 həcm%-i
keçmir. YaĢlılarda bu göstərici 14-15 həcm%-ə çatır. BaĢqa
cür desək, uĢaqların arterial qanından toxumalara oksigenin
yarıdan azı keçdiyi halda, yaĢlılarda bu rəqəm 3/4-ə qədər
olur. Daxili tənəffüsün bu xüsusiyyətləri uĢaqlarda müəy-
yən dərəcədə maksimal və maksimala yaxın Ģiddətli iĢlərin
icra imkanlarını məhdudlaĢdırır.
Mütəmadi əzələ iĢi zamanı ürək-damar və tənəffüs
sisteminin funksional göstəricilərinin yalnız kəmiyyət
parametrləri (ÜVS-nin, tənəffüsün sıxlığının azalması)
deyil, eləcə də keyfiyyət xüsusiyyətlərində dəyiĢikliklər
müĢahidə edilir. Ağciyər alveollarının oksigen üçün
keçiriciliyinin yüksəlməsi, nəfəs verilən havada onun
sərfiyyatının artımına zəmin yaradır.
Tənəffüs mərkəzinin yüksək oyanıcıqlığı, eləcə də
qanda hemoqlobinin qatılığının aĢağı olması səbəbindən
(uĢaqlarda bədən çəkisinə nisbətdə 7 – 7.5 q/kq, böyüklərdə
10-10.5 q/kq) uĢaqlar hipoksemiyaya (qanın oksigen
tərkibinin azalması) çətinliklə tab gətirirlər.
Fiziki tərbiyə dərslərində orqanizmə təsir göstərən
yüklərin həddi və ya fizioloji funksiyaların gərginliyi dərsin
məqsəd və vəzifələrinə uyğun olmaqla, çox müxtəlifliyi ilə
seçilir. Yeni materialın öyrənilməsi zamanı yüksək tələblər
hərəki aparat və beynin analitik-sintetik funksiyası üzərinə
düĢür ki, hərəkətlərin koordinasiyasının uyğunlaĢdırılması
da bilavasitə ondan asılıdır. Bu kimi dərslərin vegetativ
funksiyalara təsir səviyyəsi nisbətən çox deyil. ÖyrənilmiĢ
materialın təkmilləĢdirilməsi və möhkəmləndirilməsi
zamanı fiziki yüklərin artırılması üçün Ģərait yaranır.
Ümumi fiziki hazırlıq dərslərində və məktəb kollektivinin
168
idman bölmələrindəki məĢğələlərində olan yüklər yüksəl-
dilməklə, təxminən məĢq yüklərinə yaxınlaĢır.
Tədris proqramında əsas hərəkətlərin (yeriĢ, qaçıĢ,
atmalar) inkiĢaf və təkmilləĢməsinə daha çox fikir verilir.
Kiçik məktəb yaĢlarında hərəki aktivliyin optimal səviyyəsi
uzun tənəffüsdə mütəhərrik oyunlar, dərsdən öncəki
gimnastika, idman bölmələrindəki əlavə məĢğələlər səmə-
rəli uyğunlaĢdırılır. Hərtərəfli hərəki rejim üçün daha yaxĢı
səmərəli Ģərait uzadılmıĢ gün qruplarında həyata keçirilir.
Hərəki aktivliyin gücləndirilməsi müsbət nəticələrə
gətirib çıxarmır. UĢaqlar hərəkətlərə olan təbii tələbatla-
rının çatıĢmazlıqlarını dərsdən kənar vaxtlarda olan oyunlar
və gəzintilərlə kompensasiya edirlər. Bu tələbatın ödənil-
məsində stimulverici rolu ev tapĢırıqları da oynayır. Ev
tapĢırıqları üçün 15 – 20 dəqiqəlik yaxĢı seçilmiĢ təmrinlər
hərəkət çatıĢmazlığının qarĢısını almaqla yanaĢı, fiziki
inkiĢafdakı nöqsanlar da aradan qaldırıla bilər, qaməti
düzgün formalaĢdırar.
Yeniyetməlik yaşında fiziki tərbiyə. Yeniyetməlik
yaĢında praktik olaraq, bütün növ hərəkətlərin mənimsənil-
məsindən ötrü morfoloji və funksional zəmin yaranır.
Lakin bu dövrdə yeniyetmənin cinsi yetiĢkənlik dərəcə-
sindən asılı olaraq, fiziki yüklənmələrin hədlərinə daha da
differensial yanaĢmaq gərəkdir.
Fiziki təmrinlərin orqanizmə təsiri onun bioloji
yetkinlik səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. 13 –
15 yaĢda kifayət dərəcədə fiziki inkiĢaf və neyrohumoral
tənzim mexanizmlərinin formalaĢması fonunda ayrı-ayrı
fizioloji sistemlərin yetkinliyində geri qalmalar müĢahidə
edilir. Pubertat dövrün sonlarında ürək-damar və tənəffüs
sistemi funksiyalarının qənaətliyi yüksəlir. Ürək fəaliyyə-
169
tinin qənaətliyi vahid bədən kütləsinə düĢən qanın dəqi-
qəlik həcminin nisbətən azalması ilə təzahür edilir. Lakin
əzələ iĢi zamanı yeniyetmələrdə onun artımı, əsas etibarilə
ÜVS-nin yüksəlməsi ilə, daha az qənaətli yolla təmin edilir.
15 – 16 yaĢlarında yuvenil hipertoniya – arterial təzyi-
qin sakitlik zamanı 130 – 140 mm c.s.-na kimi yüksəlməsi
müĢahidə oluna bilər. Bu hal hipotalamus-hipofiz-böyrə-
küstü vəz sisteminin hormonal funksiyasının Ģiddətlənmə-
sinin nəticəsindədir. Pubertat dövrün yekunlaĢması ilə
arterial təzyiq normallaĢır.
Gənclik yaĢlarında sinir sisteminin tipoloji xüsusiy-
yətlərinin formalaĢması yekunlaĢır: anadangəlmə genotip
xüsusiyyətlər daha davamlı olur. Sinir sisteminin fərdi tipi
də onun üzərinə gəlir. Məktəblinin yaradıcı imkanları
davamlı fizioloji və struktur əsasları əldə edir.
Orta və yuxarı məktəb yaĢlarında fiziki tərbiyə
dərslərində idmanla məĢğul olmanın ixtisaslaĢmasının əsas-
ları formalaĢır, fiziki tərbiyənin əmək fəaliyyəti ilə olan
əlaqələri haqqındakı təsəvvürlər daha da geniĢlənir. Yuxarı
siniflərdə dərslərdə istifadə edilən fiziki tərbiyə vasitələri
məzunların orduda xidməti üçün də müəyyən qədər zəmin
yaratmalıdır. Fiziki tərbiyənin kompleks proqramında
nəzərdə tutulan ların icrasından ötrü yuxarı siniflərin
məktəbdəki fiziki tərbiyə dərslərindən baĢqa, dərsdən kənar
fiziki təmrinlərlə də məĢğuliyyəti zəruridir.
Həftə ərzində onlar 15 – 20 km-dən az olmayaraq
qaçamalıdırlar (gün ərzində 3 km-dən 5 km-ə qədər kross
qaçıĢı). Fiziki tərbiyə dərslərində bu məqsədlə xüsusi bir
dözümlülüyün inkiĢafından ötrü yüklərdən istifadə edilir:
400 – 500 metr məsafələrdə intensiv qaçıĢ, dəyiĢən sürətli
qaçıĢ, qısa məsafələrə (30 m-dən 60 m-ə qədər) təkrar
qaçıĢlar. Lakin bu yaĢda idmanla məĢğul olmayan məktəb-
170
lilərin sürət və sürət-qüvvə dözümlülüyünün inkiĢafına
yönəlmiĢ təmrinlər məhdudlaĢdırılmalıdır.
Cinsi yetiĢkənlik dövri ilə əlaqədar olan orqanizmdə
baĢ verən bioloji, eləcə də psixoloji xüsusiyyətlərdəki
dəyiĢikliklər müəllimdən fiziki yüklənmələrin planlaĢdırıl-
ması zamanı son dərəcə diqqətli olmasını tələb edir.
6.2 Əzələ iĢinin enerji təminatında cinsi fərqliliklər
Qız və oğlanlarda cinsi yetiĢkənliyin baĢlanması ilə
fizioloji fizioloji funksiyalarda və onların struktur əsasında
olan fərqlər aydın Ģəkildə nəzərə çarpır. Oğlanlarda kiĢi
cinsi hormonlarının Ģiddətli sintezi əzələ kütləsinin sürətli
artımına Ģərait yaradır. Bu zaman qüvvə yüklənmələrinə
olan dözümlülük də artır.
Pubertat dövrün baĢlandığı an ilə müqayisədə bu
dövrün baĢlanmasına qədər qızların mürəkkəb sürət-qüvvə
təmrinlərini uğurlu mənimsənilməsindən ötrü daha yaxĢı
imkanları olur. Qüvvənin mütləq göstəricilərində oğlan-
lardan geri qalmalarına baxmayaraq (12 – 14 yaĢlı qızlarda
əzələ qüvvəsi təxminən oğlanların qüvvəsinin 70%-ni təĢkil
edir), nisbi qüvvədə, yəni əzələnin hər 1 sm2 en kəsiyinə
düĢən qüvvədə, qızlar güzəĢtə getmirlər. Eyni hal bədən
çəkisinin hər 1 kq-na düĢən qüvvənin hesablanması zamanı
da müĢahidə olunur. Bu çox mühüm proqnozlaĢdırma
göstəricisidir.
Bu xüsusiyyətlər sürət-qüvvə keyfiyyətinin inkiĢa-
fında, xüsusilə də gənc gimnastlarla iĢ praktikasında
istifadə olunur. Gimnastlar ilk böyük uğurları bir qayda
olaraq, cinsi yetiĢkənlik dövrü baĢlamamıĢdan əvvəl əldə
edirlər. Müasir idman gimnastikasında məĢhur qız idman-
171
çılar mürəkkəblik və nisbi hündürlüyə tullanmada (bədənin
uzunluğuna nisbətdə) kiĢilərdən geri qalmırlar.
Əzələ kütləsi artımının stimulyatorlarından olan
androgen hormonların hasilatı pubertat dövrün baĢlanması
ilə qızlarda azalır. Buna görə də onlar sürət-qüvvə hazırlığı
səviyyəsində də oğlanlardan geri qalmağa baĢlayırlar. Cinsi
yetiĢkənlik dövrü yekunlaĢdıqdan sonra qızların energetik
imkanları həm mütləq, həm də nisbi hesablamada həmyaĢıd
oğlanlardan aĢağı olur. Əzələ kütləsinin az olması səbəbin-
dən, orada da yerləĢən əzələ təqəllüsünün əsas enerji
maddəsi olan ATF-in miqdarı qızlarda oğlanlara nisbətən
azdır. Oğlan və qızlarda ATF-in bərabər səviyyəsində (4
mmol/kq-a qədər) bu enerji sisteminin ümumi həcmi
qızlarda bir qədər aĢağı olur.
Qızlar laktat anaerob iĢgüzarlıqda, nəticədə isə,
qlikoliz və qlikogenezin enerji hesabına həyat keçirilən
iĢlərin icra Ģiddətində oğlanlardan əhəmiyyətli dərəcədə
geri qalırlar. Həmçinin aerob iĢgüzarlıq da qızlarda
oğlanlardan bir qədər aĢağıdır. Qızlarda OMS 65 – 70
ml/kq/dəq-ni keçmədiyi halda, oğlanlardakı göstəricinin 80
– 85 ml/kq/dəq-dən çox olduğu məlumdur.
Qızlarda vahid bədən kütləsinə düĢən daha aĢağı
funksional göstəricilər belə izah oluna bilər. Qızlarda vahid
bədən kütləsinə düĢən dövr edən qanın həcmi oğlanlardakı
eyni göstəricinin maksimal hədlərinin 75%-ni keçmir.
Qızlarda hemoqlobinin qatılığı orta göstəricilərlə oğlan-
lardan aĢağıdır. Bu yanaĢma idmançı və qeyri-idmançı
oğlan və qızlara da eyni dərəcədə Ģamil olunur. Arterial
qanda olan oksigenin əzələ toxuması tərəfindən sərf
olunma imkanları oğlan və qızlarda təxminən eyni
olmasına baxmayaraq, qızlar nisbətən səmərəsiz durumda
olurlar: qan axını həcminin aĢağı olması və qanın əsas
172
daĢıyıcısı olan hemoqlobinin daha az qatılığı oğlanlarda
olan OMS göstəricilərinə çatmağa imkan vermir. Məhz
buna görə də yetkin yaĢlarda belə maksimal oksigen
ehtiyatlarının səfərbər olunmasını tələb edən idman növlə-
rində qadınların kiĢilərdən geri qalması qaçılmaz olacaqdır.
Qadın idmançılar aerob enerji təminatı imkanlarını
kiĢilərdən daha tez bitirirlər. Anaerob hədd səviyyəsindəki
əzələ iĢini (qanda süd turĢusunun 4 mmol/l-ə qədər artdığı
zaman) qadınlar daha çox enerji sərfiyyatı ilə icra edirlər,
lakin onun ümumi enerji həcmi kiĢilərlə bərabər olduğu
halda, Ģiddət onlarda daha çox olur.
6.3 Məktəbdə fiziki tərbiyə dərslərinin fizioloji
effektliyi
Fiziki tərbiyə dərslərində müsbət fizioloji effektə
çatmaqdan ötrü ən əsas Ģərtlərdən biri yükün tədricən
artırılması hesab edilir. Dərsin giriĢ hissəsində koordinasiya
baxımından sadə və fizioloji təsir dərəcəsi yönümündən
yüngül təmrinlərin seçilməsi, sonra isə onun mürəkkəb-
ləĢməsi və yük həddinin yüksəldilməsi təqdirəlayiqdir.
Dərsin əsas hissəsində olan yüklənmələr uĢaqların yaĢı və
fiziki hazırlıq səviyyəsinə müvafiq olan həddə qədər artırıla
bilər. Ümumtəhsil məktəblərində bərpa proseslərini
fəallaĢdırmaq və aktiv fəaliyyətdən nisbi əzələ sakitliyinə
keçidi təmin etməkdən ötrü dərsin tamamlayıcı hissəsində
yüklər azaldılmalıdır.
Dərsin giriĢ, əsas və tamamlayıcı hissələrə bölünməsi
zamanı onun metodik əsaslarını nəzərə almaqla yanaĢı,
Ģagirdlərin iĢə giriĢmə xüsusiyyətlərini də diqqətdən
kənarda qoymaq olmaz. MəktəbyaĢlı uĢaqlarda yaĢlılarla
173
müqayisədə fizioloji funksiyaların səfərbərliyi daha tez baĢ
verir. YaĢlılara nisbətən uĢaq orqanizmin iĢə daha tez
giriĢməsi, ürək-damar və tənəffüs sisteminin daha az
inersiyası ilə təmin olunur. Məktəbdə fiziki tərbiyə
dərslərində maksimal fiziki yüklər tətbiq edilmir. Buna
görə də Ģagirdlərin bu məqama, yəni fizioloji funksiyaların
maksimal intensivləĢməsinə çatdıra biləcək xüsusi qızıĢma
hərəkətlərinə hazırlıq zəruriyyəti olmur. Lakin dərsdə
kontrol normativlərin icrası nəzərdə tutulursa, bu halda
müvafiq məĢğələyə uyğun qızıĢma hərəkətlərinin yerinə
yetirilməsi məqsədəuyğundur.
Fiziki yüklənmələrin Ģagirdlərin orqanizminə təsir
dərəcəsini qiymətləndirən zaman müəllimlər bir qayda
olaraq, ilk öncə yorulmanın gözəçarpan göstəricilərinə
istinad etməlidirlər: diqqətin azalması, koordinasiya pozun-
tuları, hərəkətlərdə süstlük, məĢğul olmağa həvəssizlik,
komandaları dəqiq icra etməmək və nizam-intizamsızlıq.
Yorulma zamanı maksimal təzyiq enir, minimal isə artır,
yüklərə qeyri-adekvat olaraq ÜVS yüksəlir, əhval pisləĢir.
ÜVS-nin orqanizmin funksional vəziyyətinin kifayət
qədər məlumatlı göstəricisi olmasına baxmayaraq, o, hər
zaman təmrinlərin təsir dərəcəsini əks etdirmir. Məsələn,
ürək-damar sisteminin üzərinə düĢən yüksək tələblərlə
seçilən statik xüsusiyyətli iĢlər, ÜVS-nin aĢağı səviyyəli
artımı ilə müĢayiət olunur. Eyni zamanda, fiziki yüklən-
mələrlə əlaqədar olmadığı halda belə, ürək vurğularının
sayı emosional gərginlik zamanı əhəmiyyətli dərəcədə
yüksələ bilər.
Pubertat dövrdə yeniyetmə qızlara xüsusi diqqət tələb
olunur. Həddən artıq fiziki yüklənmələr onların ovarial-
menstrual dövründə müxtəlif pozuntulara gətirib çıxara
bilər. Menstruasiyanın baĢlanması ilə qızlarda iĢgüzarlıq
174
enir, əhval-ruhiyyə isə pisləĢir. Məhz buna görə də onlarda
bu məqamda funksional göstəricilərin azalmasının obyektiv
əlamətləri olmadıqda belə, mürəkkəb texnikalı və idman
oyun növlərində dözümlülük və xüsusi fiziki keyfiyyətlərin
təzahürünü tələb edən yüklərin məhdudlaĢdırılması məqsə-
dəuyğundur. Xüsusi təĢkil olunmuĢ tibbi-pedaqoji müayi-
nənin gediĢində yalnız həkim ilə birlikdə, müəllim fiziki
təmrinlərin orqanizmə təsirlərini düzgün qiymətləndirə
bilər.
Dərsin fizioloji təsirləri onun motor (hərəki) sıxlığı ilə
əhəmiyyətli dərəcədə əlaqədardır. Dərsin motor sıxlığının
artırılması fiziki keyfiyyətlərin inkiĢaf effektivliyini
yüksəldir. Təmrinlər arası fasilə intervalının qısaldılması ilə
dərsin motor sıxlığı artırıla bilər. Yeni hərəkətlərin
öyrənilməsi zamanı fasilələr elə olmalıdır ki, hərəki
analizatorun qabıq proyeksiyasının optimal oyanıcıqlığı
saxlanıla bilsin. Çünki, MSS-in oyanıcıqlığı fonunda
hərəkətlərin mənimsənilməsi daha tez baĢ verir. Cəldliyin
inkiĢafına yönəlmiĢ təmrinlərin effektivliyinin artırılması
üçün fasilə intervalları tam olmalıdır, yəni bərpa üçün
kifayət etməlidir ki, növbəti təmrinlər maksimal effektlə
icra oluna bilsin. Dözümlülüyün inkiĢafına yönəlmiĢ
təmrinlərin icrası zamanı isə fasilə müddətləri əksinə,
qısaldılır ki, növbəti təmrinlər tam bərpa olmamaq fonunda
icra olunsun.
6.4 ġagirdlərin fiziki keyfiyyətlərinin inkiĢafının yaĢ
xüsusiyyətləri
Hərəki fəaliyyətin keyfiyyət xüsusiyyətləri. Ġnsanın
hərəki fəaliyyətinin keyfiyyət xüsusiyyətləri onun sürəti,
175
qüvvəsi, müddəti, tam hərəkət aktında hərəkətlərin ayrı-
ayrı hissələrinin uyğunluğu ilə səciyyələnir. Fiziki keyfiy-
yətlər anlamına fərdi hərəki funksiyaların təzahürü daxil
olduğu kimi, eləcə də bu təzahürlərin spesifikliyini müəy-
yən edən psixo-fizioloji xüsusiyyətlər də aid edilir.
Əzələ qüvvəsinin kəmiyyət qiymətləndirilməsi
qismində əzələ gərginliyinin həddi, cəldlikdə – əzələ təqəl-
lüsünün sürəti, onun gizli dövrü, eləcə də müvafiq məsafə
hissələrində hərəkət sürəti, dözümlülükdə – əzələ iĢinin
icrası müddəti mühüm rol oynayır. Hərəkətin periferik
aparatının vəziyyəti, daxili orqanların funksiyası, biokim-
yəvi proseslər hər hansı bir fiziki keyfiyyətin təzahür
olunmasında spesifik xüsusiyyətlərə malikdirlər. Fiziki
keyfiyyətlərin təkmilləĢdirilməsində Ģüurlu iradi nəzarət
böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, sürət dözümlü-
lüyünün təzahürü ilə əlaqədar olan iĢ zamanı böhran
vəziyyətinin öhdəsindən gəlmək bacarığı, 400 – 1500 metr
məsafəyə qaçıĢlarda əhəmiyyətli dərəcədə müvəffəqiy-
yətləri müəyyən edən amildir.
Fiziki keyfiyyətlərin inkiĢafının quruluĢ əsasları
dayaq-hərəkət aparatında, mərkəzi və periferik sinir
sistemində, daxili orqanlarda proqressiv morfoloji və
biokimyəvi dəyiĢikliklərlə əlaqədardır. Beləliklə, fiziki
keyfiyyətlərin inkiĢaf səviyyəsi somatik və vegetativ
funksiyaların uyğunlaĢmasından bilavasitə asılıdır.
6.4.1 Dözümlülük
Ümumi və xüsusi dözümlülük ayırd edilir. Ümumi
dözümlülük böyük əzələ qruplarının iĢtirakı ilə aerob
176
xüsusiyyətləri əzələ iĢinin davamlı icra imkanlarıdır
(məsələn, qaçıĢ zamanı, xizəklə hərəkət, üzmək). Xüsusi
dözümlülük xüsusi təmrinlərin yarıĢ yüklənmələrinə yaxın
və ya bərabər Ģiddətlə uzun müddətli icrası zamanı təzahür
olunur (məsələn, yarıĢ sürəti ilə əsas məsafələrə uyğun olan
distansiyalara qaçıĢ zamanı). Dözümlülüyün xüsusi
formaları idman ixtisaslaĢmasına müvafiq olan müddətdə
yarıĢ təmrinlərinin effektiv icrası ilə səciyyələnir. Məhz
buna görə də sprint, qüvvə, sürət-qüvvə və digər növ xüsusi
dözümlülüyün ayırd edilməsi tam məqsədəuyğundur.
Ümumi dözümlülüyün inkiĢaf səviyyəsi sinir və
endokrin sistem, ürək fəaliyyətinin funksional imkanlarının
hərəki və vegetativ aparatın iĢi ilə olan uzlaĢması ilə
müəyyən edilir.
Artıq məktəbəqədər yaĢda olan uĢaqlar dözümlülüyün
inkiĢafına yönəlmiĢ aerob xarakterli nisbi uzunmüddətli
iĢlərin icra imkanlarına malik olurlar. 5 – 6 yaĢlı uĢaqlar bir
məĢğələ ərzində 1.5 km-ə qədər, artıq bir il mütəmadi
məĢğuliyyətdən sonra isə 2.5 km-ə qədər qaça bilirlər.
Kiçik məktəbyaĢlılarda aerob istiqamətli yüklər daha
yaxĢı hesab edilir. Onlar ürək-damar və tənəffüs sisteminin
optimal iĢindən ötrü zəmin yaradırlar. MəĢğələlərin birinci
ilində bu kimi təmrinlərin effektivliyi intensiv xüsusi
yüklənmələrlə müqayisədə aĢağı olmur. Beləliklə, eyni bir
nəticəyə nail olmaqdan ötrü, fizioloji funksiyaların həddən
artıq gərginləĢməsinə səbəb ola bilən Ģiddətli yüklənmələr
deyil, kiçik intensivlikli aerob yüklənmələrin tətbiqi
orqanizm üçün daha optimal ola bilər. 8 – 10 yaĢlı
uĢaqlarda dözümlülüyün inkiĢafına yönəldilmiĢ aĢağı
intensivlikli təmrinlərin tətbiqinə qarĢı olan həssaslıq daha
yüksəkdir. 12 – 15 yaĢlarında bu təmrinlərin effektivliyi
azalır, dözümlülük sabitləĢir və ya cüzi azalır.
177
Orqanizmin aerob iĢgüzarlığının artımına yönəlmiĢ
müxtəlif növ dövri təmrinlər uĢaq və yeniyetmələrdə
dözümlülüyün inkiĢafının fizioloji əsaslandırılmıĢ vasitələri
hesab edilir. Bu baxımdan tədricən müddəti artırılan
bərabər sürətli zəif Ģiddətli (maksimal göstəricinin 60%-i
civarında) qaçıĢ səmərəli ola bilər. Ġxtisasçı mütəxəssislər
artıq kiçik məktəb yaĢlarında ümumi dözümlülüyün
inkiĢafından ötrü 3 km-dən 4 – 5 km distansiyalarda kross
qaçıĢından istifadə etmiyin mümkün olduğunu qeyd edirlər.
Məhz bu məqsədlə də məĢğələlərə mütəhərrik oyunlar və
oyun təmrinlərinin salınması məsləhət görülür.
Maksimal imkanların 75%-i həddi sürətində olan
qaçıĢ müddətinin testləĢdirilməsi zamanı dözümlülüyün
daha çox artımı oğlanlarda 13 – 14 yaĢlarda, qızlarda isə 10
– 13 yaĢlarda müĢahidə edilir. Yeniyetməlik yaĢında kiçik
intensivlikli qaçıĢla yanaĢı dəyiĢən sürətli qaçıĢ, oğlanlarda
400 – 500 metr, qızlarda isə 200 – 300 metr məsafələrə
qürətli qaçıĢlar istifadə olunması mümkündür. QaçıĢın
həftəlik həcmi 35 – 40 km-ə kimi yüksəlir.
UĢaq və yeniyetməlik yaĢlarında ümumi dözümlü-
lüyün inkiĢafına yönəlmiĢ fiziki təmrinlərin üzərinə düĢən
əsas tələblər yüksək emosional fonda yüngül, çox da ağır
olmayan məĢğələlərin təĢkili ilə əlaqədardır. Bu kimi
tələblərin icrası gənc idmançılarda marağın daima saxlanıl-
ması və növbəti ixtisaslaĢma zamanı Ģərait yaratmaq üçün
zəruridir. Yeniyetməlik yaĢlarında məktəb idman bölmələri
Ģəraitində xüsusi dözümlülüyün tərbiyəsindən ötrü fizioloji
zəmin yaranır. Yeniyetmə atletlərdə dözümlülüyün artırıl-
masına yönəlmiĢ ümumi məĢq həcminin 30%-ə qədərini
onun xüsusi növlərinin inkiĢafına yönəlmiĢ təmrinlər təĢkil
edir.
178
UĢaq və yeniyetmələrin xüsusi təmrinlərə olan
həssaslığı əhəmiyyətli dərəcədə orta yaĢ normalarına
müvafiq fiziki inkiĢaf səviyyəsi ilə müəyyən edilir.
Dözümlülük yönümlü fiziki yüklənmələrə orta səviyyəli
fiziki inkiĢafa malik olan uĢaq və yeniyetmələr daha tez
adaptasiya olunurlar. Onların boy buxunlu həmyaĢıdları
(akseleratlar) daha az dözümlü olurlar. Yüksək səviyyəli
fiziki inkiĢafa malik Ģagirdlərdə sürət və sürət-qüvvə
təmrinlərinin icrası zamanı olan iĢ qabiliyyəti, orta və aĢağı
səviyyəli fiziki inkiĢafa malik həmyaĢıdlarının göstərici-
lərinə nisbətən yuxarı olur. AĢağı fiziki inkiĢaf göstəriciləri
ilə fərqlənən uĢaq və yeniyetmələr həm ümumi, həm də
xüsusi dözümlülükdə öz həmyaĢıdlarından əhəmiyyətli
dərəcədə geri qalırlar. Orta səviyyəli fiziki inkiĢafa malik
olanlar fiziki iĢgüzarlığın optimal göstəriciləri ilə seçilirlər.
Fiziki inkiĢaf göstəricilərinin aĢağı və çox yuxarı
hədlərində daha çox ürək-damar sistemi, dayaq-hərəkət
aparatının iĢinin fəaliyyət pozuntuları müĢahidə olunur.
Ġdmanla mütəmadi məĢğuliyyətin ayrı-ayrı fiziki
inkiĢaf göstəricilərinə təsiri birmənalı deyil. Fiziki
təmrinlərin orqanizmin forma və funksiyalarını daha da
yaxĢılaĢdırması təsirli olması fikri mübahisə olunmazdır.
Borulu sümüklər və fəqərənin cisminin böyümə sahəsini
stimullaĢdıran xüsusi təmrinlər kompleksinin tətbiqi
bədənin uzununa böyüməsini sürətləndirir. Onurğa sütu-
nunu yüngülləĢdirən sallanma təmrinləri ilə yanaĢı xüsusi
kompleks tullanma təmrinlərinin tətbiqi nəticəsində boyun
3 ilə (16 yaĢdan 19 yaĢa kimi) 23 sm artımı (R.Axmetova)
halının olduğu qeyd edilir. Bu halda Ģərtsiz stimullaĢdırıcı
rol qismində dominant psixoloji məqsədlər də təsirsiz
olmamıĢdır: hündürlüyə tullanma üzrə spartakiadanın
gələcək çempionu nisbətən kiçik boya malik idi. Hamıya
179
məlumdur ki, boy uca olduqca, hündürlüyə tullanmada olan
idman uğurları ehtimalı çox olur.
6.4.2 Cəldlik
Cəldlik insanın xarici qıcıqlandırıcılara təcili reaksiya
verməsi və cəld hərəkət icra etməsi imkanlarının təzahürü
sayılır. Cəldliyin kəmiyyət xüsusiyyətləri hərəki reaksiya-
nın gizli dövrü, tək hərəkət sürəti, vahid zamanda
hərəkətlərin tezliyi və bu göstəricilərdən törənən məkan-
dakı hərəkət sürəti ilə səciyyələnir. Bu, cəldliyin əsas
göstəricisidir. Hərəkət reaksiyasının gizli dövrü hərəkət
sürəti ilə zəif əlaqəyə malikdir. Xüsusi müqavimətə üstün
gəlmək və ya sürətli hərəkətlərdəki yüklənmələr əhəmiy-
yətli əzələ gərginlikləri ilə bağlıdır. Ona görə də idman
praktikasında cəldlik sürət-qüvvə keyfiyyətinin xüsusi
forması kimi təzahür olunur.
Sinir proseslərinin mütəhərrikliyi, əzələlər ötürülən
sinir impulslarının reallaĢmasının sürəti və effektivliyi
cəldliyin fizioloji Ģərtlərindən hesab edilir. Cəldliyin
keyfiyyət təzahürləri təqəllüsün enerji mənbəyi ATF-in
resintezini təmin edən biokimyəvi reaksiyaların sürəti ilə də
əlaqədardır. Böyük sürətli hərəkətlərin yalnız funksional
deyil, eləcə də insanın morfoloji xüsusiyyətləri – boy,
bədən çəkisi ilə də bağlılığı qeyd olunur.
Cəldliyin tərbiyə olunmasından ötrü tətbiq olunan
fiziki təmrinlər spesifik hərəki vərdiĢin quruluĢuna görə
bir-birinə yaxın olmalıdır. Belə ki, gənc sprinter üçün
cəldliyin inkiĢafının daha səmərəli vasitəsi hüdud sürətli
qaçıĢ hesab olunur. Bu zaman qaçıĢın texniki əsasları
180
nöqsansız olmalıdır. BaĢqa cür desək, idman ixtisaslaĢması
çərçivəsində maksimal sürətlə icra olunan hərəkətlərin
texniki təkmilləĢmiĢ formaları cəldliyin inkiĢafının effektiv
vasitələri sayılır.
Sürət təmrinlərinin icra müddəti optimal olmalıdır:
hüdud sürətə çatdıqdan sonra təmrinlər 1 – 2 s ərzində icra
olunur və növbəti təkrarlamaya qədər dayandırılır. Gənc
sprinterlər üçün 30 – 60 m distansiyalara maksimal sürətlə
qaçıĢlar bu kimi təmrinlərdən hesab olunur. Fasilə inter-
valları zamanı optimal oyanıcıqlığı saxlamaq Ģərtilə tam
bərpa zəruridir. Bir məĢğələ ərzində 4 – 6 dəqiqəlik fasilə
intervalları ilə maksimal sürətlə 5 – 10 qaçıĢ həyata keçiri-
lir. Hər bir təmrinin müddəti ele seçilməlidir ki, sonlara
yaxın onun sürəti azalmasın. Sürətin azalması ilə
təmrinlərin təkrar icrası əhəmiyyətini itirir: sürətlilik
inkiĢaf etmir. Yorulma əlamətləri ilə təkrar sürət təmrinləri
sürət dözümlülüyünün inkiĢaf vasitəsi sayılır. UĢaq və
yeniyetməlik yaĢlarında cəldliyin tərbiyə vasitələri müxtə-
lifdir. Bu, hüdud sürətlə icra edilən ümuminkiĢaf etdirici
təmrinlər, oyunlar, oyun təmrinləri, qısa məsafələrə qaçıĢlar
ola bilər.
Kiçik məktəb yaĢlarında yorulmaya səbəb olmayan
15-dən 30 m-ə qədər olan qısa müddətli sürətli qaçıĢlar
sürət-qüvvə keyfiyyətinin inkiĢafının effektiv vasitəsi hesab
edilir. Bu vasitənin tətbiqi zamanı riayyət olunması vacib
olan baĢlıca Ģərt – qaçıĢın təbii formasından fərqlənməklə,
hərəkətlərdə yüksək sürətin saxlanılması, yaxĢı emosional
fondur. Artıq 10 – 11 yaĢlı məktəblidə sürətli iĢlərin
çoxsaylı icra imkanları yüksəlir (qısa məsəfələrə təkrar
qaçıĢlar).
13 – 14 yaĢlı yeniyetmələrdə qaçıĢ sürəti ilə bədənin
uzununa böyüməsi arasında sıx əlaqə qeyd edilir: uca boylu
181
yeniyetmələr kiçikboylu həmyaĢıdlarından gözəçarpan
üstünlüklərə malikdirlər. Bu əlaqə 10 – 11 yaĢlı uĢaqlarda
müĢahidə olunmur: ucaboylularda olduğu kimi kiçikboylu-
lar da təxminən eyni qaçıĢ sürətinə malikdirlər. Beləliklə,
pubertat dövrdə sürət keyfiyyətinin təzahür olunmasından
ötrü həlledici rolu cinsi yetiĢkənlik dərəcəsi və onunla
əlaqədar olan fiziki inkiĢaf səviyyəsi oynayır. Kiçik
məktəbyaĢlı uĢaqlar qısamüddətli sürət-qüvvə yüklənmələ-
rinə yaxĢı tab gətirirlər. Onlarla olan məĢğələlərdə
tullanma, akrobatik təmrinlər, gimnastik alətlərdə dinamik
hərəkətlər geniĢ tətbiq olunur.
Bununla belə, uĢaqlar tənəffüsə mütləq nəzarət etməli,
statik vəziyyəti saxlamaq imkanlarına yiyələnməlidirlər.
Statik təmrinlərin tətbiqi müxtəlif hərəkətlərin icrası zama-
nı düzgün vəziyyətin saxlanılması zəruriyyətindən irəli
gəlir. Bu yaĢda qamətin düzgün formalaĢdırılmasından ötrü
statik təmrinlərin xüsusi əhəmiyyəti vardır. Qamət bel
əzələlərinin statik dözümlülüyü ilə sıx bağlıdır. Məhz buna
görə də onun inkiĢafı qamət pozuntularının qarĢısını alma
vasitəsi də hesab olunur.
11 – 12 yaĢlı uĢaqlarda sürət-qüvvə keyfiyyətinin
intensiv artımı müĢahidə edilir. Bu yaĢda olan gimnastların
nisbi ayaq əzələ qüvvəsi, 16 – 17 yaĢlılardan çox olur.
Sürət-qüvvə keyfiyyətinin inkiĢafından ötrü “partlayıcı”
xüsusiyyətli dinamik təmrinlərə daha çox üstünlük verilir.
Dərinliyə düĢəndən sonra yuxarı tullanma daha yüksək
effekti ilə seçilir. 12 – 14 yaĢlılarda sürət-qüvvə keyfiyyət-
lərinin inkiĢaf üstünlüyü sayəsində hərəkət sürəti də yüksək
templə artır. Məhz buna görə də sürət-qüvvə təmrinlərinin
geniĢ tətbiqi bu keyfiyyətin inkiĢafından ötrü səmərəli
imkanlar yaradır.
182
Yeniyetməlik yaĢında qaçıĢ sürətinin texnikasının
təlimindən ötrü fizioloji zəmin yaranır. Hüdud və hüduda-
yaxın sürətlə 20 m-dən 60 m-ə kimi qaçıĢ, daha sonra
sürətlənməklə kiçik addımlarla qaçıĢ, eləcə də əzələ
gərginliyinə görə dəyiĢkən təmrinlər cəldliyin inkiĢaf
vasitələri sayılır. 14 – 15 yaĢlarında cəldliyin artımı əsasın-
da dayanan yaĢla əlaqədar olan funksional və morfoloji
dəyiĢikliklərin sürəti enir. Bununla əlaqədar olaraq, sürət və
sürət-qüvvə təmrinlərinin effektivliyi də azalır. 15 yaĢından
sonra yalnız xüsusi təmrinlər sayəsində sürət-qüvvə keyfiy-
yətlərinin proqressiv inkiĢafına nail olmaq mümkündür.
6.4.3 Əzələ qüvvəsi
Əzələ qüvvəsi əzələnin gərginlik səviyyəsi, eləcə də
xüsusi müqavimətə əks təsir göstərmə hədləri ilə səciyyə-
lənir. O, maksimal qüvvə, sürət-qüvvə keyfiyyəti və qüvvə
dözümlülüyü Ģəklində təzahür edilir. Maksimal qüvvə
maksimal iradi təqəllüs imkanlarından, sürət-qüvvə
keyfiyyəti – xarici müqaviməti maksimal tez dəf etmə
imkanlarından asılıdır. Qüvvə dözümlülüyü uzunmüddətli
qüvvə iĢləri icra etmə imkanları ilə müəyyən edilir.
Əzələ liflərindəki təqəllüs zülallarının tərkibi, əzələ
liflərinin qalınlığı əzələ qüvvəsinin morfoloji əsasları
sayılır. Funksional göstəricilər çox müxtəlifdir: hərəki
neyronlardan əzələlərə çatdırılan sinir impulslarının tezliyi,
qabıqaltı nüvə və retikulyar formasiyanın tonik təsirlərinin
səviyyəsi, iĢə cəlb edilən sinir-əzələ vahidlərinin miqdarı.
Qüvvə keyfiyyətinin maksimal təzahüründə nəticəyə göstə-
183
rilən psixoloji təsirlər, iradə də həlledici əhəmiyyət kəsb
edir.
Əzələ qüvvəsinin təzahürü həmçinin əzələ liflərinin
tipindən – sürətli və sürətsiz olmasından da asılıdır. Əgər
əzələdə sürətli liflər üstünlük təĢkil edirsə, insan cəld sürət-
qüvvə hərəkətlərində maksimal Ģiddəti inkiĢaf etdirmə
imkanlarına malik olur, partlayıcı xüsusiyyətli iĢləri icra
edir. Sürətsiz hərəki vahidləri çoxluğu əzələ gərginliyini
uzun müddət saxlamaq imkanlarını verir. Qüvvə dözümlü-
lüyü partlayıcı xüsusiyyətli insanlara nisbətən, onlarda daha
yüksək olur.
Enerji mübadiləsinin və zülalların plastik funksiyası-
nın effektivliyi, akto-miozin təqəllüs kompleksinin təkmil-
ləĢməsi, ATF-in resintezini sürətləndirən fermentlərin
aktivliyi, hormonal tənzim əzələ qüvvəsinin biokimyəvi
əsasları hesab edilir. Mütəmadi məĢğələlər zamanı
maksimal əzələ qüvvəsi əzələnin mütləq (anatomik) en
kəsiyinin böyüməsi; eləcə də iĢə cəlb olunan sinir əzələ
(hərəki) vahidlərinin səfərbərliyi fizioloji ehtiyatlar hesa-
bına artır. Beynin gövdə hissəsinin retikulyar formasiya-
sının aktivləĢdirici təsirlərinin Ģiddətlənməsi nəticəsində,
hərəki vahidlərin təqəllüs funksiyasını təmin edən əlavə
sayda motoneyronlar tormozlanır. ĠĢə cəlb olunan hərəki
vahidlərin miqdarı gənc idmançılarda 80 – 90%, məĢq
etməyənlərdə isə 20 – 35%-dən çox olmur.
Müxtəlif Ģiddətli (maksimal, böyük, orta, kiçik)
dinamik rejimli iĢlərdə inkiĢaf edən qüvvə səyi əhəmiyyətli
dərəcədə fərqliliyi ilə seçilir.
Əzələ təqəllüsü zamanı onun uzunluğu dəyiĢmədən
(statik rejim) və uzunluğu dəyiĢilən zaman əzələ
qüvvəsinin kəmiyyət xüsusiyyətləri üst-üstə düĢmür. Statik
rejimdə inkiĢaf edən əzələ gərginliyi mütləq göstəricilərdə
184
maksimal qüvvəyə yaxınlaĢır. Maksimal dinamik qüvvənin
dəyiĢikliyi üçün bu kimi Ģərtlər münasib deyil. Maksimal
gərginləĢmə zamanı əzələ qısalmaya malikdirsə, bu zaman
inkiĢaf edən gərginlik maksimaldan aĢağı olacaqdır.
Beləliklə, yoxlanılması mümkün olan dinamik qüvvənin
mütləq göstəriciləri, hər zaman maksimaldan müəyyən
qədər aĢağı olacaqdır.
Sinir əzələ vahidlərinin maksimal miqdarının iĢçi
vəziyyətini təmin etməkdən ötrü hüdud və hüdudayaxın
yüklənmələr zəruridir. Onlar nisbətən aĢağı enerji sərfiyyatı
ilə qüvvənin inkiĢafına zəmin yaradırlar. Hüduda yaxınlaĢ-
mayan gərginliklərin tətbiqi əzələ qüvvəsinin artımından
ötrü az effektiv olsa da, onlar əzələ kütləsinin çoxalmasında
səmərəli imkanlar yaradırlar. Gənc idmançıdan maksimal
iradə təzahürü tələb edən yarıĢ mühiti maksimal qüvvənin
inkiĢafı üçüm effektlidir, lakin hazırlığın ciddi fərdiləĢdiril-
miĢ qiymətləndirilməsi həyata keçirilmədən bu yanaĢma-
dan istifadə etmək kifayət qədər risklidir. Kiçik gərginliklər
(maksimal yükün 10%-dən az) qüvvənin inkiĢafından ötrü
məqsədyönlü deyil. Bu əzələ qüvvəsinin yüksəlməsinə
zəmin yaratmır, ifrat bərpa effekti də bu halda minimal
olur.
5 – 10 yaĢlarında əzələ qüvvəsinin inkiĢafından ötrü
səmərəli morfoloji və funksional zəmin yaranır. Oğlanlarda
dinamik qüvvə təmrinlərinə yüksək həssaslığı ilə seçilən 2
dövr müĢahidə edilir: 9 yaĢından 10 – 12 yaĢa kimi və 14
yaĢdan 17 yaĢa kimi. Qızlarda 11 yaĢa qədər formalaĢan
qüvvə dözümlülüyü 15 – 16 yaĢlı qızların göstəricilərinə
yaxınlaĢır. 7 – 10 yaĢlı Ģagirdlərdə statik səy tez bir
zamanda baĢ verən yorulma ilə müĢayiət edilir.
Məktəbdə 5 – 8-ci siniflərin fiziki tərbiyə dərslərində
çox da ağır olmayan Ģiddətli (1-2 kq) dinamik qüvvə
185
təmrinləri, kanata dırmaĢmaq, yükün daĢınması, yadro
itələmək uğurla tətbiq edilir. Artıq 15 – 16 yaĢlarında qüv-
və dözümlülüyünün yüksəlməsi ilə əlaqədar olaraq, 2-3 kq
kütləli yüklənmələrlə olan təmrinlərin sayı artır, kanata
dırmaĢmaq sürətlə icra edilir, həmçinin güləĢ elementləri
də tətbiq olunur. Bu yaĢda qızlarda qüvvə təmrinləri nisbi
əzələ qüvvəsinin aĢağı olması səbəbindən məhdudlaĢdırılır.
Yeniyetmələrlə olan məĢğələlərdə statik poza, duruĢ,
asılma, dayaqların saxlanılmasını tələb edən təmrinləri
tətbiq etmək lazımdır.
Maksimal qüvvə təzahürü tələb olunan idman
növlərinin məĢğələlərinə uĢaqların daha tez cəlb edilməsi,
özünü doğrultmuĢ hesab olunmur.
6.4.4 Çeviklik və elastiklik
Çeviklik mürəkkəb koordinasiyalı hərəkətlərin icra
imkanları, onun tez bir zamanda mənimsənilməsi, əmələ
gəlmiĢ hərəki vəziyyətdən asılı olan fəaliyyət dəyiĢikliyi ilə
səciyyələnir. Bu keyfiyyətin təzahür olunmasından ötrü
hərəki vərdiĢlər ehtiyatı, beynin analiz-sintez funksiyasının
yüksək səviyyəsi ilə əlaqədar olan hərəkətləri dəyiĢmə
imkanları zəruridir. Çeviklik spesifikliyi ilə fərqlənir.
Oyunun bütün fəndlərini mükəmməl formada mənimsəmiĢ
çevik xokkeyçi, məsələn gimnastika meydançasında tam
köməksiz Ģəkildə qala bilər. Eyni yanaĢma gimnastlara da
xokkey meydançasında aid ola bilər.
Sinir proseslərinin mütəhərrikliyi və dinamikliyi yeni
hərəkətlərin mənimsənilməsinin fizioloji əsasları sayılır.
Hərəkətlərin dəqiqliyi və mütənasibliyi kinestezik həssas-
lıq, yəni hərəki və taktil analizatorların birgə fəaliyyətinin
186
inkiĢaf səviyyəsi ilə müəyyən edilir. Yalnız hərəkətlərin
səmərəli və cəld mənimsənilməsi deyil, eləcə də dəyiĢən
Ģəraitdə məqsədəuyğun istifadə ilə seçilən çevikliyin inki-
Ģaf metodları fizioloji əsaslandırılmıĢ sayılır. Bundan ötrü
kiçik məktəb yaĢlarında mütəhərrik oyunlar, idman oyun
elementləri (məsələn, mini futbol), oyun təmrinləri,
estafetlər istifadə oluna bilər.
Çevikliyin tərbiyəsi zamanı hərəkət vərdiĢləri ehtiy-
yatlarının daimi yenilənməsinə xüsusi diqqət yetirmək
lazımdır. Bu, yeni hərəkətlərin formalaĢmasında “yaradıcı”
qabıq fəaliyyətinin yüksək tonusunun saxlanılmasına zəmin
yaradır. Yeniyetməlik yaĢında əsasən ayrı-ayrı idman
növləri üçün spesifik olan fiziki təmrinlər çevikliyin əsas
tərbiyə vasitəsi hesab edilir. Belə ki, basketbolda çevikliyin
tərbiyə olunmasından ötrü idmançıya geniĢ həcmdə texniki
fəndlər və taktiki fəaliyyəti öyrətmək zəruridir. Dağ
xizəkçilərinin çevikliyi əsasən onun təbii məĢqləri Ģərai-
tində təkmilləĢir.
Lakin, müəyyən qədər ümumi xüsusiyyətlərə malik
olan çevikliyin tərbiyə metodları da mövcuddur. Məsələn,
hamı üçün zəruri olan əzələləri boĢaltma imkanları
çevikliyin təzahür olunma Ģərtlərindən hesab edilə bilər.
Qəfil qıcıqlandırıcıya qarĢı cavab reaksiyasının müddəti
vəziyyət dəyiĢikliyi zamanı fəaliyyət sürətini səciyyələn-
dirir. Qəfil siqnala qarĢı hərəki cavabın stimullaĢdırılması
yolu ilə məqsədyönlü təqəllüs çevikliyin tərbiyə olunma-
sının fizioloji əsaslandırılmıĢ metodu hesab edilir.
Hərəkətlərin məkan-zaman xüsusiyyətlərinin də təhlil
imkanları çevikliyin tərbiyəsində mühüm əhəmiyyət kəsb
edir. Çevikliyin özünəməxsus testi və inkiĢaf metodu
qismində tapĢırılmıĢ hündürlüyə tullanmaq, müvafiq Ģərt-
lərlə məhdudlaĢdırılmaqla, yerindən uzununa tullanmaq,
187
“bumeranq” və “slalom” tipli qaçıĢlar (mürəkkəb fiqur
sistemində qaçıĢlar) istifadə oluna bilər. Çevikliyin komp-
leks təkmilləĢdirilməsinin daha effektli vasitəsi idman və
mütəhərrik oyunlar hesab olunur. Burada həmin keyfiyyəti
məĢq etdirən elementlərin toplanması qeyd olunur.
Elastiklik oynaqların hərəkətlilik dərəcəsi ilə səciyyə-
ləndirilir. Hərəkətliyin kəmiyyət təzahürləri – hərəkətin
amplitudasıdır. Elastiklik atmalar, bəzi növ tullanmalar,
gimnastik və akrobatik təmrinlərdə idman nəticələrinin
yüksəlməsini, yeni hərəkət formalarını daha rahat mənim-
səməsini təmin edir.
Bu keyfiyyətin inkiĢaf səviyyəsi əzələ və bağ
aparatının elastikliyindən, oynaq üstlüyünün anatomik
xüsusiyyətlərindən, birləĢmələrin formasından, oynaqları
əhatə edən toxumaların elastikliyindən asılıdır. Hərəkətlə-
rin maksimal amplitudası MSS-in funksional vəziyyəti ilə
müəyyən edilir.
Aktiv və passiv elastiklik ayırd edilir. Aktiv elastiklik
əzələ gərginliyi ilə əldə edilən hərəkət amplitudasını
səciyyələndirir. Passiv elastiklik isə yalnız oynaqların
anatomik quruluĢ xüsusiyyətləri ilə məhdudlaĢdırılır. O,
aktivdən çox olur, lakin alətlərdən istifadə ilə olan iĢ
Ģəraitində, öz və ya rəqibin bədən çəkisi ilə olan yüklənmə-
lərdə tam Ģəkildə səfərbər edilə bilər.
Kiçik məktəb yaĢlarında elastikliyin tərbiyəsindən
ötrü səmərəli Ģərait mövcud olur. Bu hər Ģeydən öncə
dayaq hərəkət aparatının morfoloji xüsusiyyətlərindən –
bağ və əzələlərin yüksək elastikliyi, onurğa sütununun çox
hərəkətliliyi ilə əlaqədardır. Elastikliyin daha sürətli təbii
inkiĢaf tempi 7 – 10 yaĢlı uĢaqlarda müĢahidə edilir. 11 –
13 yaĢlı qızlarda və 13 – 15 yaĢlı oğlanlarda aktiv elastiklik
öz maksimal hədlərinə çatır. Bu yaĢda elastikliyin
188
artırılmasından ötrü fizioloji və morfoloji zəmin labüd
deyil, lakin onun tərbiyəsini məqsədli etmək olar. Oynaq-
ların həddən artıq hərəkətliyi bəzi hərəki vərdiĢlərin
formalaĢmasında mənfi təsirlərlə əks olunur.
7 yaĢdan 10 yaĢa qədərki dövr hərəkətlərdə elastik-
liyin inkiĢafında yüksək sürəti ilə səciyyələnir. MSS-in
plastikliyi, xüsusən hərəkətlərin məkan-zaman xüsusiyyət-
lərinin yaxĢılaĢmasında əksini tapan hərəki analizatorun
intensiv təkmilləĢməsi bütün bunları təmin edir.
Məktəbdə fiziki tərbiyə dərslərində tətbiq edilən,
müxtəlif oyun vəziyyətlərinə müvafiq olaraq, fəaliyyətin
kəskin dəyiĢikliyini tələb edən oyunlar, müxtəlif alətlərlə
icra edilən təmrinlər, eləcə də bədənin ayrı-ayrı hissələrinin
uyğunlaĢdırılması hərəkəti ilə olan mürəkkəb tapĢırıqlar
çeviklik keyfiyyətinin təkmilləĢməsini tələb edir.
Yeniyetməlik yaĢında elastikliyin təkmilləĢməsinə
dartma yönümlü xüsusi təmrinlər, tam amplitudalı hərəkət-
lər və cütlərdə olan təmrinlərin icrası ilə nail olmaq olar.
Müvafiq seçilmiĢ idman növü üçün səciyyəvi olan fiziki
təmrinlər bu yaĢda elastikliyin əsas tərbiyə vasitəsi sayılır.
Fiziki keyfiyyətlərin tərbiyə vasitələrinin daha əlve-
riĢli əlaqə və ardıcıllıqla istifadəsinin təcrübi göstəricilərinə
əsaslanaraq, qeyd etmək olar ki, dərsin əsas hissəsinin
əvvəlində cəldlik, sonra qüvvə və dözümlülüyün tərbiyə-
sinə yönəlmiĢ təmrinlər nəzərdə tutulmalıdır. Dərsin müva-
fiq məqsədindən asılı olaraq, müəyyən hallarda qüvvə
təmrinləri sürət hərəkətlərindən tez icra edilə bilər.
Dözümlülüyün tərbiyə vasitələri hər zaman sürət və qüvvə
təmrinlərindən sonra həyata keçirilir.
189
6.5 Qamətin formalaĢmasında fiziki
təmrinlərin rolu
Qamət – sakitlik (duruĢ, oturuĢ) və hərəkət (yeriĢ,
qaçıĢ) zamanı olan bədənin adi vəziyyətidir. O, artıq ilkin
uĢaqlıq dövründən formalaĢır. UĢağın müstəqil olaraq,
oturmaq, durmaq, gəzmək imkanlarının əldə edilməsi onun
onurğasında normal əyriliklərin təzahürü ilə də əlaqədardır.
Lakin onun deformasiya imkanları yalnız məktəbəqədərki
dönəmdə deyil, eləcə də məktəbin tam tədris müddətində
parta arxasında düzgün oturmamaqda, ağırlığın assimmet-
rik Ģəkildə daĢınmasında, böyüklərin düzgün olmayan
qamətini təqlid etmə səbəbindən ola bilər. Nahayət, uĢaqlar
sadəcə düzgün qamətin nə olduğunu bilmirlər.
Düzgün qamət – duruĢ və oturuĢ zamanı olan normal
vəziyyətdir: çiyinlər açılmıĢ və eyni səviyyədə yerləĢmiĢ,
kürəklər simmetrik yerləĢməklə, çıxıntı əmələ gətirmir,
qarın dartılmıĢ, duruĢ vəziyyətində ayaqlar dizdən düz
olmalıdır. Onurğanın təbii əyrilikləri normal pozanı
saxlamağa imkan verir. Fizioloji düzgün qamət tənəffüs,
qan dövranı, həzm, dayaq-hərəkət aparatı sisteminin
optimal fəaliyyətini təmin edir. Düzgün qamət həmçinin
hərəkət koordinasiyasını yüngülləĢdirir. Bir çox idman
təmrinlərini (məsələn, gimnastikada) düzgün olmayan
qamət fonunda icra etmək mümkün deyil.
Düzgün qamətin formalaĢmasından ötrü onun
pozuntularının qarĢısını alan profilaktik tədbirlər zəruridir.
Bura hər Ģeydən öncə eyni cür vəziyyətin uzun müddət
saxlanılması, ağır yüklərin bir əldə daĢınması, yümĢaq
çarpayıda yuxu hallarının istisna olunması aiddir.
Qamət pozuntuları zamanı onurğa əyriliklərinin konfi-
qurasiyası dəyiĢir, baĢ enmiĢ olur, çiyinlər çevrilir, kürəklər
190
assimmetrik olur, tənəffüs, qan dövranı, həzm, hərəkət
koordinasiyası pisləĢir, eləcə də xarici görünüĢdə gözə-
çarpan dəyiĢikliklər müĢahidə olunur.
Qamət pozuntularının daha geniĢ yayılmıĢ formaları
qozbellik, süst qamət və onurğanın əyilməsidir. Əgər ilk iki
formada xüsusi düzəldici təmrinlərə ehtiyac duyulmursa,
lakin onurğa əyilməsi zamanı mütləq Ģəkildə xüsusi
müalicəvi bədən tərbiyəsi ilə məĢğul olmaq lazımdır.
Düzgün qamətin saxlanılmasına yönəlmiĢ fiziki
təmrinlər elə seçilir ki, bu halda baĢ, çiyinlər, bədənin
normal vəziyyətini möhkəmləndirir, bədən və boyun,
yuxarı və aĢağı ətrafların əzələ qüvvəsi inkiĢaf etmiĢ olur.
Düzgün qamət refleksinin möhkəmlənməsi baĢ üzərində
müxtəlif əĢyaların saxlanılması ilə əlaqədar olan təmrinlərə,
zəif dayaqlarda icra olunan təmrinlərə, koordinasiya, statik
poza təmrinlərinə zəmin yaradır. Təmrinlərin icrası zamanı
bədən vəziyyətini daima tənzimləmək, uĢaqlarda düzgün
qamət barədə dəqiq təsəvvür yaratmaq (xüsusən, onun
pozuntularının arzuolunmaz nəticələri haqqında), düzgün
olmayan qamətin narahatlığının davamlı təsəvvürlərini
formalaĢdırmaq zəruridir. Bütün bunlar həm oturuĢ, həm
yeriĢ, eləcə də fiziki təmrinlərlə məĢğələlər zamanı düzgün
pozanın saxlanılmasını daima nəzarətdə saxlamağa imkan
verəcəkdir.
Qamət üzərindəki mütəmadi nəzarəti, ev tapĢırıqları
üçün təmrinlərin ilkin seçimini fiziki tərbiyə müəllimi
həyata keçirməlidir. Düzgün qaməti formalaĢdıran və
nizamlayıcı təmrinlərin icrası Ģagirdlərin fiziki tərbiyə dərs-
lərindəki bir tələbatına çevrildiyi kimi, eləcə də müstəqil
Ģəkildə ev Ģəraitində davam etdirilməlidir.
191
Y E D D Ġ N C Ġ F Ə S Ġ L
UġAQ VƏ YENĠYETMƏLƏRĠN HƏRƏKĠ
FƏALĠYYƏTĠNĠN OPTĠMALLAġDIRILMASI
7.1 Hərəki aktivliyin çatıĢmazlığı (hipokineziya)
Hipokineziyanın fenomenoloji təsviri. Hərəki aktivli-
yin fiziki xüsusiyyətləri təkmilləĢdirməsi, iĢ qabiliyyətini
yüksəltməsi faktı hamıya məlumdur. Bu, çoxsaylı xüsusi
təcrübələrdə və müĢahidələrdə öz təsdiqini tapmıĢdır.
Elmi texniki tərəqqinin həm istehsalatda, həm məiĢət-
də fiziki əmək payının enməsinə, bunun da nəticəsində
aktiv hərəki fəaliyyətin durmadan azalmasına zəmin yarat-
ması da çoxlarına bəllidir. Hipokineziyanın arzuolunmaz
nəticələrinin səbəbləri nədir?
Hərəki aktivliyin azalması əzələ aparatı və daxili
orqanların iĢinin uyğunluğunun pozuntularına, nəticədə isə
neyrohumoral tənzimin mərkəzi aparatına (boynun əsas
Ģöbələri, qabıqaltı nüvə, baĢ beynin böyük yarımkürələr
qabığı) skelet əzələlərindən proprioseptiv impulsların
göndərilmə intensivliyinin azalmasına gətirib çıxarır.
Hipokineziya hüceyrədaxili mübadilə səviyyəsində
zülal strukturunun resintezinin azalmasına səbəb olur:
transkripsiya və translyasiya prosesləri (genetik proqramın
çıxarılması və onu biosintezdə həyata keçirilməsi). Hipoki-
neziya zamanı skelet əzələləri və miokardın quruluĢu
dəyiĢir. Ġmmunoloji aktivlik enir, eləcə də orqanizmin isti,
soyuq, oksigen çatıĢmazlığı və digər bu kimi vəziyyətlərə
davamlılığı azalır.
Artıq 7 – 8 günlük hərəkətsiz uzanmadan sonra insan-
larda funksional pozuntular müĢahidə edilir; apatiya, unut-
192
qanlıq, məĢğələlərə fikri ciddi formada tam yönəldə bilmə-
mək meydana çıxır, yuxu pozulur; əzələ qüvvəsi kəskin
enir, yalnız mürəkkəb deyil, eləcə də sadə hərəkətlərdə
koordinasiya pozulur, skelet əzələlərinin təqəllüsü pisləĢir,
əzələ zülallarının fiziki-kimyəvi xüsusiyyətləri dəyiĢir;
sümük toxumasında kalsiumun miqdarı azalır.
Gənc idmançılarda bu pozuntular ləng inkiĢaf edir,
lakin onlarda hipodinamiya nəticəsində hərəkət koordinasi-
yası pozulur, vegetativ disfunksiyalar meydana çıxır. Hipo-
dinamiya xüsusən uĢaqlar üçün çox zərərlidir. UĢaqlar
hərəki aktivliyin çatıĢmazlığı zamanı yalnız öz həmyaĢıdla-
rından inkiĢafda geri qalmaları ilə deyil, eləcə də tez-tez
xəstələnmə, qamət, dayaq-hərəkət funksiyalarında pozuntu-
ları ilə də seçilirlər.
Son yarım milyon il ərzində insan təkamül prosesində
öz genetik proqramında dəyiĢiklik olmadan tədricən inkiĢaf
etmiĢdir. Ulu əcdadlarımızın yaĢadıqları Ģəraitlə bizim
Ģərait arasında, hər Ģeydən öncə tələb olunan hərəkətlərin
icra həcmində böyük fərqlər nəzərə çarpır. Qədim insanlar
üçün zəruri olanlar, bu gün müasir insan üçün lazımsızdır.
Bu gün həyat fəaliyyətimizi təmin etməkdən ötrü müqayisə
olunmaz dərəcədə az fiziki qüvvə sərf edirik. Lakin min
illərlə insan genomunda möhkəmlənmiĢ hərəki aktivlik
normaları onun üçün anaxronizmə çevrilməmiĢdir, ona
görə ki, dəyiĢilməyən genomdan onun üçün ĢərtləndirilmiĢ
həyat fəaliyyəti proqramının çıxarılması o qədər də asan
deyil.
Doğrudur, orqanizmin ürək-damar, tənəffüs, hormo-
nal və digər sistemlərinin normal fəaliyyəti min illiklər
ərzində aktiv hərəki fəaliyyət Ģəraitində inkiĢaf etmiĢdir,
lakin təkamülün son 50 – 100 illik müddətində isə birdən
hərəkət çatıĢmazlığı fonunda orqan və sistemlərin həyat
193
fəaliyyəti prosesləri üçün tam fərqli bir Ģərait təqdim
olunur. Ġnsan təbiəti buna güzəĢtə getmir: hipokineziya
xəstəliyi meydana gəlir. Onun inkiĢafı hüceyrə səviyyə-
sində DNT – RNT zülal zəncirində dərin funksional və
struktur dəyiĢiklikləri ilə əlaqədardır.
Fiziki təmrinlərin köməyi ilə hipokineziyanın
qarşısının alınması. Ümumi bioloji planda hərəki aktivliyin
əhəmiyyəti, yəni canlı orqanizmin böyümə və inkiĢafındakı
rolu barədə hələ XX əsrin 20-ci illərində akademik
A.A.Uxtomskiy yazmıĢdı. Fərdi inkiĢaf proqramının dəyi-
Ģikliyində hərəki aktivliyin rolu Ġ.A.ArĢavski (1967, 1982),
F.Z.Meerson (1986) və digəriləri tərəfindən göstərilmiĢdir.
Əzələ iĢi zamanı yalnız icraedici aparatın (sinir-əzələ)
özü deyil, eləcə də motor-visseral refleks mexanizmi üzrə
(yəni, əzələdən daxili orqanlara olan reflekslər) daxili
orqanların iĢi, sinir və humoral tənzim də fəallaĢır. Məhz
buna görə də hərəki aktivliyin azalması tam orqanizmin
vəziyyətində öz əksini tapır. Həm sinir-əzələ sistemi, həm
də daxili orqanların funksiyaları əziyyət çəkir.
Ġ.P.Pavlov fiziki iĢi “ali sinir fəaliyyətinin pozuntuları
halında mükəmməl vasitə” kimi hesab edirdi. ĠĢlənilmək-
dən dağılan mexaniki sistemlərdən fərqli olaraq, canlı
orqanizmin fəaliyyəti yalnız funksional deyil, eləcə də
proqressiv morfoloji dəyiĢikliklərlə müĢayiət olunur.
Yüksələn adaptasion ehtiyyatlar skelet əzələləri və daxili
orqanların fəaliyyətinin qənaətliliyinə gətirib çıxarır ki,
müvafiq icra edilən iĢ zamanı daha az enerji sərf olunur,
bərpa prosesləri isə tez baĢ verir.
Fiziki təmrinlərlə məĢğələlər zamanı yükün dozalaĢdı-
rılmasına görə çoxsaylı üsullar (reseptlər) vardır. Bu üsullar
sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və digər
194
funksional xüsusiyyətlər (məsələn, sakitlik zamanı ÜVS,
AT, fiziki yüklənmə sınaqlarından sonra bərpa sürəti)
nəzərə alınmaqla tətbiq edilə bilər.
Fiziki təmrinlərlə məĢğil olamayan sağlam insanlar
üçün ÜVS-nin dəyiĢilmə həddi 60 – 70 vurğu/dəq olur. Bu
kimi insanlarla ilkin məĢğələlər (1-ci həftə) 500 – 800m az
intensivlikli qaçıĢın yeriĢlə (400m) əvəzlənməsi formasında
ola bilər. Hər iki həftədən bir qaçıĢ məsafəsi 200m artırılır.
Artıq 3 aylıq mütəmadi məĢqlərdən sonra sağlam insanlar
25 – 30 dəqiqəlik qaçıĢı, 2 saatlıq xizəklə gəzintini, 1.5 – 2
saatlıq konkisürməyi asanlıqla icra edə bilər. Bu zaman
ÜVS 140 – 150 vurğu/dəq səviyyəsində saxlanılmalıdır.
QaçıĢ və digər dövri xüsusiyyətli təmrinlərin sürətinin
yüksəlməsi ilə onların enerji dəyəri də kəskin artır (cədvəl
7). Enerji substratlarının çatdırılması qanaxını həcminin
artımı ilə təmin edilir. Ürəyin təqəllüs funksiyası üzərinə
düĢən tələblər yüksəlir. Ona görə də ürək-damar sistemi
pozuntularına malik olan insanlarla məĢğələlərin təĢkili
zamanı xüsusi olaraq, ehtiyyatlı olmaq lazımdır.
Ürək-damar sisteminin funksional pozuntularından
əziyyət çəkən, tələbələrdən ibarət böyük bir qrup üzərində
4 il ərzində müvafiq eksperiment (N.A.Fomin,
B.A.Vyujaçin) aparılmıĢdır. Onlar üçün xüsusi müalicə
kompleksi iĢlənilmiĢdir: ümuminkiĢafetdirici təmrinlər,
yeriĢ, dəqiq dozalaĢdırılmıĢ az intensivlikli qaçıĢ. Artıq 3 –
4 aydan sonra bütün tələbələrin funksional vəziyyətindəki
yaxĢılaĢmanın əlamətləri açıq-aĢkar nəzərə çarpmıĢdır. Iki
ildən sonra xüsusi tibbi qrupda olan tələbələrin yarıdan
çoxunun ürək-damar sisteminin funksional pozuntuları
kompensasiya olunmuĢ və onlar digər hazırlıq bölmələrinə
keçirilməklə, adi sağlam tələbələrin icra etdikləri fiziki
yükləri icra etməyə baĢlamıĢlar.
195
Cədvəl 7
Müxtəlif fəaliyyət növlərinin enerji dəyəri
(E.M.Berkoviç, N.V.Zimkin, N.Ġ.Volkova görə)
Fəaliyyət növü
Enerji
dəyəri,
kC/dəq
Fəaliyyət növü
Enerji
dəyəri,
kC/dəq
Sakitlik vəziyyəti:
UzanmıĢ
OturmuĢ
Ayaq üstü
YeriĢ:
3 km/saat
5 km/saat
7 km/saat
QaçıĢ:
8 km/saat *
18 km/saat (5m/san) **
23 km/saat (6.3 m/san) ***
26 km/saat (7.2 m/san) ****
32 km/saat (8.8 m/san) *****
Üzgüçülük: krol
0.9 m/s
1.3 m/s
1.8 m/s
Arxası üstə
0.6 m/s
1.2 m/s
1.4 m/s
1.5 m/s
Brass
0.8 m/s
1.1 m/s
1.2 m/s
Xizək sürmə
13 km/saat
6.3
6.7
7.1
8.4
16.8
19.4
37.8
105.0
168.0
252.0
420.0
58.8
168.0
525.0
42.0
168.0
294.0
360.0
84.0
210.0
340.0
84.0
Konki sürmə:
4 m/s
8 m/s
10 m/s
Velosiped sürmə:
9 km/saat
15 km/saat
20 km/saat
30 km/saat-dan çox
Gimnastika:
Bədənin əyilməsi
Turnikdə hərlənmə, tullanma
Rəqslər
Voleybol (əylənc.)
Tennis:
Təkbətək
Cütlərlə
GüləĢ
Ġdman oyunları
(futbol, basketbol, voleybol)
42.0
63.0
105.0
21.0
30.0
42.0
84.0
17.0
30.0
13 – 30
13.0
34.0
21.0
59.0
42.0 –
63.0
Qeyd:
* Yüngül qaçıĢ sürətinə müvafiq
** 2 saat 20 dəqiqəlik nəticə ilə marafon qaçıĢı sürətinə müvafiq
*** 28 dəqiqəyə qədərki nəticə ilə 10000 metr məsafəyə qaçıĢ sürətinə müvafiq
**** 3 dəqiqə 40 saniyəyə qədərki nəticə ilə 1500 m məsafəyə qaçıĢ sürətinə müvafiq
***** 45 saniyəlik nəticə ilə 400 metr məsafəyə qaçıĢ sürətinə müvafiq
196
Tədqiqatların bütün dövrləri daimi tibbi nəzarətlə
təmin olunmuĢdur. Fiziki yüklənmələrin fərdi dozalaĢdırıl-
ması prinsipinə ciddi riayyət edilmiĢdir.
7.2 UĢaq və yeniyetmələrin hərəki aktivlik normaları
UĢaqlar üçün səmərəli hərəki rejimin əsaslandırılması,
fiziki yüklənmələrin normallaĢdırılması müasir yaĢ idman
fiziologiyasının daha mürəkkəb problemlərindən biri hesab
olunur. Hipokineziyada olduğu kimi, ona fenamenoloji əks
funksional vzəiyyət olan hiperkineziyanın da öz məsarif-
ləri, sərfiyyatları vardır. Məhz buna görə də cins və yaĢdan,
eləcə də məktəblinin fiziki inkiĢaf səviyyəsindən asılı
olaraq, yük hədlərinin dəqiq fərqləndirilmə zəruriliyi,
yüklənmənin individual adekvatlığı anlamından irəli gəlir.
Məktəblinin yaĢ xüsusiyyətləri ilə fiziki yüklənmənin
müvafiqliyini qiymətləndirən zaman onu da nəzərdən
qaçırmaq olmaz ki, məktəb yaĢı – ümumiləĢdirilmiĢ anlam-
dır. Bu uĢaqlıqdan gəncliyə qədərki dövrü əhatə etməklə,
orqanizmin inkiĢafının ən mürəkkəb mərhələlərindən biri-
dir. Kiçik məktəb yaĢı (6 – 11 yaĢ) ikinci üĢaqlıq dövrü ilə
üst-üstə düĢür (1-ci uĢaqlıq dövrü 3 – 6 yaĢ arasındakı
dövrdür). Orta məktəb yaĢı (11-12-dən 15 yaĢa kimi)
yeniyetməlik inkiĢaf dövrünə uyğun gəlir. Qızlarda 16,
oğlanlarda isə 17 yaĢdan gənclik yaĢı baĢlayır. Elə bu dövrə
qədər məktəbdə tədris müddəti yekunlaĢır. Beləliklə,
məktəblilərin hərəki aktivlik normalarını müəyyən edən
zaman onların yaĢlarına müvafiq olaraq, dəqiq fərqləndiril-
məsi lazımdır.
Hərəki aktivliyin təxmini normalarını müəyyən edə
biləcək cəhdlərə çoxsaylı təĢəbbüs göstərilmiĢdir. KeçmiĢ
197
SSRĠ-də elmi tədqiqat institutlarının məktəblilər üçün
gündəlik iki saat həcmində hərəki aktivlik məsləhət
görmüĢdülər ki, bu da hərəkətlərə olan tələbatı kifayət
qədər kompensasiya edirdi. Ġki saat həddində yetərli
fizioloji yüklənmələrə çatmaq mümkündür (uzun tənəffüs-
lərdə təmrinlərin tərkibi və yüklərin hədləri, fiziki tərbiyə
dərslərinin motor sıxlığından və dərsdənkənar əlavə məĢğə-
lələrdən asılı olaraq). Fiziki tərbiyə və idmanın beynəlxalq
Ģurası 1968-ci ildə “Ġdman manifesti” xüsusi buraxılıĢı
etmiĢdir ki, burada da fiziki təmrinlərlə məĢğuliyyət
müddətinin gündəlik müəyyənləĢdirilməsinə cəhd edilmiĢ-
dir. Mütəxəssislərin yekun rəylərinə əsasən o, ümumi tədris
dövrünün 1/6-dən 1/3-nə qədər olmalıdır.
Ümumtəhsil məktəbləri üçün təhsil alanların bu kimi
həcmdə hərəki aktivliyə çatmaları əksər hallarda icra
olunmayan tapĢırıq hesab edilir.
Bir çox inkiĢaf etmiĢ ölkələrdə, bir qayda olaraq,
həftədə 3 – 4 dəfədən çox olmamaqla, fiziki hazırlığın
mütləq məĢğələləri nəzərdə tutulur. Onun əsasını – ümum-
inkiĢaf etdirici təmrinlər, idman və mütəhərrik oyunlar,
üzgüçülük, rəqs təmrinləri təĢkil edir. Fiziki tərbiyə
proqramı olduqca dəyiĢkəndir. Müəllimin müxtəlif fiziki
tərbiyə vasitələrindən və məĢğul olanların fərdi fiziki
hazırlıq səviyyəsindən asılı olaraq, əlavə fiziki yüklərdən
istifadə imkanları vardır. Belə ki, ABġ-ın bir çox məktəb-
lərində mütləq dərslərdən baĢqa hər həftə yarıĢlar və dərs-
lərdən kənar vaxtlar üç dəfəlik əlavə məĢğələlər keçirilir.
KeçmiĢ SSRĠ-də fiziki tərbiyə üzrə qəbul olunmuĢ
kompleks proqramda, həftəlik iki mütləq dərsdən baĢqa,
əlavə və könüllü (fakültətiv) məĢğələlər, tədris günü
rejimində fiziki təmrinlər də nəzərdə tutulur. Ümumiyyətlə,
uĢaqlar hər gün iki saat civarında fiziki təmrinlərlə məĢğul
198
olmalıdırlar. Hətta ən yaxĢı hallarda belə ümumtəhsil
məktəblərində fiziki tərbiyənin mütləq və könüllü məĢğələ-
ləri zamanı olan hərəki aktivliyin həcmi, xüsusi uĢaq
gənclər idman məktəblərindəki olan göstəricilərdən əhə-
miyyətli dərəcədə aĢağıdır.
Xüsusi idman məktəblərindəki proqram materialları
və fiziki yüklənmələrin təhlili göstərir ki, uĢaq və
yeniyetmələr həftədə 8 saatdan 24 – 28 saata kimi məĢq-
lərlə məĢğuldurlar. Bu, ümumtəhsil məktəblərində fiziki
tərbiyə ilə məĢğul olanların həftəlik yüklənmələrindən bir
neçə dəfə yüksəkdir. Buradan aydın olur ki, birinci halda
söhbət yüklərin məhdudlaĢdırılması barədə hedə bilərsə,
ikinci halda isə yalnız uĢaqların hərəki aktivliyinin artırıl-
masının səmərəli üsullarının axtarıĢı barədə ola bilər.
“Mümkün olan yüklər” anlayıĢı tərkibinə görə kifayət
qədər Ģərtidir. Hətta eyni bir yaĢ qrupu çərçivəsində onun
dəyiĢkənliyi çox gözəçarpan ola bilər. Belə ki, Vollenber-
ger (ABġ) Ģagirdlər üçün qaçıĢ yüklənmələrinin müddəti-
nin ilk dörd aylıq məĢğələdə 7 – 9-dan 16 – 18 dəq-yə kimi
artırılmasının mümkünlüyünü hesab edir. Bu zaman onun
müddəti 7 – 9 yaĢdan 16 – 17 yaĢa kimi təxminən eyni
qalır. Lakin Almaniya məktəblərində 13 – 15 yaĢlı məktəb-
lilər üçün 3 km-ə qədər, 16 – 17 yaĢlılar üçün isə 5 km-ə
kimi qaçıĢ məqbul hesab edilir.
Hərəki aktivliyin yüksək səviyyəsi fiziki keyfiyyət-
lərin inkiĢafına optimal təsir göstərir. Bu kimi hərəki
rejimdə ətraf mühitin müxtəlif faktorlarına qarĢı (soyuq,
isti, ifrat yüklənmə) orqanizmin davamlılığı yüksəlir. Fiziki
inkiĢaf bu halda harmonik xarakter daĢıyır və orta yaĢ
normalarına müvafiq olur. Məktəbli üçün fiziki yüklərin
mümkün olan hədlərini müəyyənləĢdirən zaman, sürətli
idman nəticələri tələbatından irəli gələn göstəricilərə deyil,
199
orqanizmin hərtərəfli, harmonik inkiĢafını təmin edə
biləcək göstəricilərə istinad etmək gərəkdir.
Hərəki aktivliyin genetik proqramlaĢdırılmıĢ hər hansı
bir normaları mövcuddurmu? Görünür ki, bəli. Lakin o,
məqsədyönlü məĢqlər zamanı dəfələrlə dəyiĢilə bilər. 1983-
cü ildə Avstriyada marafon qaçıĢının qalibi 13 yaĢlı
Monika FriĢ olmuĢdur. O, mümkün olan normaları dəfə-
lərlə aĢmıĢdır.
Çoxsaylı tədqiqatların nəticələri göstərmiĢdir ki,
hərəki fəaliyyət keyfiyyətlərinin təkmilləĢməsi və idman
nəticələrinin proqressiv inkiĢafı hərəki aktivliyin maksimal
səviyyəsi zamanı mümkündür. Hərəki aktivliyin maksimal
səviyyəsi əsasən seçilmiĢ idman növündəki müvəffəqiyyət-
ləri təmin edən keyfiyyətlərin daha üstün inkiĢafı ilə
müĢayiət edilir. Bu zaman maksimum anlayıĢı kifayət
qədər Ģərti hesab olunur və yaĢ, cins, idman ixtisaslaĢması-
nın növü ilə müəyyən edilir. Gənc qaçıĢçılar üçün mümkün
olan məĢq yükləri həcmini nümunə qismində göstərək
(cədvəl 8).
Cədvəl 8
Gənc qaçıĢçıların məĢq yüklərinin həcmi (P.Vogelə
görə, 1984)
G ö s t ə r i c i l ə r Y a Ģ q r u p l a r ı
7 – 8 9 – 10 11 – 12 13 – 14
Q ı z l a r
Ġllik məĢq həftələri
Həftəlik məĢq günləri
Günlük kilometr
Ġllik kilometr
25.2
2.7
3.5
241.0
36.6
5.0
6.0
1119.0
40.3
5.2
7.3
1517.0
42.8
5.4
8.1
1859.0
Oğlanlar
Ġllik məĢq həftələri
Həftəlik məĢq günləri
Günlük kilometr
Ġllik kilometr
13.1
3.1
2.0
78.0
32.4
4.1
5.1
684.0
30.3
4.6
6.0
830.0
32.3
4.4
6.3
892.0
200
Sutkalıq orta kəmiyyət nəzər alınmaqla, uĢaqların
30000 addımı keçən hərəki aktivliyi, təkamül prosesində
nail olunmuĢ hərəkətliyin bioloji tələbatını üstələyir. Eyni
zamanda addımların 10000 civarında olması sütkalıq
hərəkət çatıĢmazlığı kimi qeyd edilir. Bu halda hərəkətlərdə
gündəlik hərəkət çatıĢmazlığı 50 – 70% həddində olur
(cədvəl 9).
Cədvəl 9
11 – 15 yaĢlı Ģagirdlərin hərəki aktivlik xüsusiyyətləri
Hərəki
aktivlik
səviyyəsi
Gündəlik
addımların
sayı (x1000)
Ġcra edilən hərəkətlərin
təbii bioloji tələbata
olan nisbəti (%)
Ümumi həcm (saat)
Həftə
ərzində Ġl ərzində
AĢağı
Zəif
Yüksək
Maksimal
10-dan aĢağı
10 – 20
21 – 30
31 və yuxarı
50-70% çatıĢmazlıq
20-40% çatıĢmazlıq
Uyğunluq
10-30% daha çox
2-yə qədər
2 – 5
6 – 15
20 və yuxarı
70
100 – 150
200 – 800
1000 və yuxarı
Normal həyat fəaliyyəti səviyyəsini, orqanizmin
somatik, vegetativ və təbii müdafiə funksiyalarının təkmil-
ləĢməsini təmin edən, təxmini yaĢ normalarına müvafiq
gündəlik hərəki aktivlik, aĢağı intensivlikli dövri xüsusiy-
yətli (qaçıĢ, yeriĢ) iĢ kimi göstərilməklə, 8 – 10 yaĢlı
uĢaqlarda 7.5 – 10 km civarında, hər iki cinsə məxsus 11 –
14 yaĢlı yeniyetmələrdə isə 12 – 17 km civarında dəyiĢir.
15 – 17 yaĢlı qızlarda hərəkətlərin gündəlik həcmi,
həmyaĢıd oğlanlara nisbətən kifayət qədər aĢağıdır (cədvəl
10).
ġagirdlərin Ģərti təxmini normalarını keçməmək üçün
bu cədvəldə verilmiĢ göstəricilərdən istifadə etmək olar.
Fiziki yüklənmələrin həcm və intensivliyinə görə
nizamlanması ciddi Ģəkildə fərdiləĢdirilməlidir. ġübhəsiz
201
ki, hərəki aktivliyin verilmiĢ normativləri ixtisaslaĢdırılmıĢ
idman məĢğələləri Ģəraitinə nisbətən bir qədər aĢağıdır.
Cədvəl 10
Gündəlik hərəki aktivliyin təxmini yaĢ normaları
(A.Q.Suxarevə görə, 1972)
YaĢ qrupları Addımların
sayı (x1000)
Təxmini qət
edilən kilometr
Əzələ iĢi ilə
əlaqədar olan iĢin
müddəti (saat)
8 – 10
11 – 14
15 – 17 (oğlanlar)
15 – 17 (qızlar)
15 – 20
20 – 25
25 – 30
20 – 25
7.5 – 10.0
12.0 – 17.0
18.0 – 23.0
15.0 – 20.0
3.0 – 3.6
3.6 – 4.8
4.8 – 5.8
3.6 – 4.8
202
S Ə K K Ġ Z Ġ N C Ġ F Ə S Ġ L
UġAQ VƏ YENĠYETMƏLƏRĠN FĠZĠKĠ ĠNKĠġAFI
VƏ SAĞLAMLIĞI
Sağlamlığın ölçü və meyarları. Əgər bir insan barədə
“o sağlamdır” deyilərsə, bizə hər Ģeyin aydın olduğu bəlli
olur. Əgər desələr ki, “xəstədir”, bu halda xəstəliyin ağır-
lığı, müalicə vasitələri və digər bu kimi suallar meydana
çıxa bilər. Çox az bir qism insanlar düĢünə bilər ki,
sağlamlığın öz ölçüsü olduğu kimi, onun səviyyəsini
yüksəltmə vasitələri də vardır. Ġnsanın sağlamlıq həddini
bilməklə, müəyyən qədər etibarlıqla onun yaxın və uzaq
gələcəkdəki sağlamlığı barədə nisbi proqnoz vermək
mümkündür.
Təxminən min ildən də çox əvvəl dahi Ġbn Sina
sağlamlıq və xəstəliyin 6 dərəcəsini qeyd etmiĢdir. Onun
fikrincə aĢağıdakı hallar mümkündür: “... orqanizm tam
sağlamdır, orqanizm sağlamdır, lakin tam Ģəkildə yox,
orqanizm sağlam da deyil, xəstə də deyil, sonra – orqanizm
yaxĢı vəziyyətdədir, sağlamlıq meylliyi az deyil, sonra
orqanizm müəyyən həddə qədər xəstədir.”
Akademik N.M.Amonsovun fikrinə gör, “sağlamlıq”
anlamında yalnız funksional vəziyyət deyil, eləcə də onun
ehtiyatlarının səfərbərliyinin potensial imkanları baĢa
düĢülməlidir (məsələn, gərgin fiziki və zehni iĢin icrası
zamanı). Məhz bu ehtiyyatlar da sağlamlığın keyfiyyət
ölçüsü qismində göstərilə bilər. N.M.Amonsov təsdiq edir
ki, “sağlamlığın” keyfiyyət tərəflərinə kəmiyyət ölçüsü ilə
yanaĢmaq, yəni “məhdudlaĢdırma və yüklənmə rejimlərini”
özündə ehtiva edən orqanizmin ehtiyyat Ģiddətinin
müəyyənləĢdirilməsi zəruridir. N.M.Amonsovun fikrinə
203
görə həm məhdudlaĢdırma, həm də yüklənmələr insana
zövq verir. Həqiqətən, yeməkdə düĢünülmüĢ Ģəkildə nəfsini
saxlamaq, daimi bolluca yeməyə nisbətən daha səmərəlidir.
Gərgin fiziki yüklənmələrdən sonrakı boĢalmalar da eyni
dərəcədə xoĢagələndir. BaĢqa cür desək, məhdudlaĢdırma
və yüklənmə rejimi Ģərtsiz faydalı rejimdir.
Sağlamlıq – tam fiziki və psixi firavanlıqdır. Tempe-
ramentdən asılı olaraq, sağlam insan üçün nikbin əhval-
ruhiyə, həyatdan, iĢdən, ictimai əhatədən məmnunluq,
fiziki gümrahlıq, baĢqa cür desək, tam psixo-fizioloji
harmoniya səciyyəvidir. Onun pozulması sağlam olma-
mağın ilkin əlamətləridir. Belə ki, ifrat emosional gərginlik
zamanı sinir pozuntuları təzahür oluna bilər ki, bunun
ardınca da kompleks vegetativ pozuntular inkiĢaf edə bilər
(stress – Selye sindromu). Sağlam orqanizm üçün daxili
mühitin dinamik sabitliyi və həyat fəaliyyətinin bütün
sistemlərinin funksiyalarının fəaliyyəti – homeostaz səciy-
yəvidir. Bu ətraf mühitin zədələyici təsirlərinin qarĢısında
olan etibarlı səddir. MəĢhur fransız fizioloqu K.Bernar
daxili mühitin sabitliyini orqanizmin sərbəst, müstəqil
həyat Ģəraiti hesab etmiĢdir.
Bununla belə, müstəqillik özü də nisbidir. Əgər insan
adi Ģəraitdən kəskin fərqlənən, belə demək mümkünsə,
ekstremal Ģəraitdə (məsələn, yüksək dağ Ģəraiti, Arktika və
ya Antraktidada) daimi yaĢayırsa, onda homeostazın ayrı-
ayrı parametrlərində əhəmiyyətli və dayanıqlı dəyiĢikliklər
müĢahidə edilir. Belə ki, yüksək dağ Ģəraitində yaĢayan
əhali üçün havadakı oksigen azlığına kompensator reaksiya
olaraq, qanda eritrositlərin miqdarının kəskin artımı səciy-
yəvidir. Arktika Ģəraitində iĢləyən Ģəxslərdə qandakı Ģəkə-
rin miqdarı təxminən iki dəfə enir, yağların mübadilə
məhsullarının miqdarı yüksəlir. Qütb ekspeditiyasının
204
iĢtirakçılarında B və C qrup vitaminləri üçün böyrək mane-
əsi azalır, yəni orqanizmdə xroniki vitamin çatıĢmazlığı
müĢahidə edilir. Bununla belə, bütün bu kimi hallarda insan
tam olaraq sağlamdır və homeostazın dəyiĢiklikləri həyat
fəaliyyəti pozuntularına gətirib çıxarmır.
Gərgin iĢləri icra edən idmançılarda elə dəyiĢikliklər
baĢ verə bilər ki, adi Ģəraitdə bunlar açıq-aĢkar xəstəlik
əlamətləri kimi qiymətləndirilə bilər. Məsələn, bədən
temperaturu 400-yə kimi yüksələ bilər, qanın turĢuluğu isə
ifrazat funksiyasında ciddi pozuntular olanlar üçün səciy-
yəvi olan həddə ola bilər (pH normada 7.3 – 7.4 olduğu
halda, 7.1 – 7.0-yə kimi enə bilər). Sakitlikdə isə əksinə,
idmançı orqanizmi fəaliyyətin ən qənaətli səviyyəsinə
keçir. Belə ki, stayerlərdə ÜVS 40 – 45 vurğu/dəq-yə kimi
düĢə bilər. Beləliklə, əhəmiyyətli fiziki gərginliklər zamanı
orqanizmdə təzahür edilən adaptiv dəyiĢikliklər bizim
sağlamlığın ölçüsü haqqındakı təsəvvürlərimizi kifayət
qədər dəyiĢir.
Ekstermal faktorlar homeostaza daima “düzəliĢlər”
edir, daha doğrusu dəyiĢikliklərə uyğunlaĢma sərhədlərini
geniĢləndirir (sakitlik zamanı daxili mühitin nisbi sabitli-
yinin saxlanılması ilə). Məhz bu “düzəliĢlər”lə sağlamlıq
və xəstəlik vəziyyətləri (üçüncü vəziyyət kimi adlandırılan)
arasındakı sərhədi fərqləndirmək lazımdır. Həyat
fəaliyyətinin normal rejimindəki pozuntular, məsələn uzun
müddətli üzücü iĢlər, siqaretdən sui istifadə, alkoqol
istifadəsi, həddən artıq yemək və ac qalmaq bütün bunlara
gətirib çıxara bilər. Bu kimi vəziyyət hətta normal
qidalanma zamanı, əgər qidada bioloji aktiv maddələr:
vitaminlər, əvəzolunmayan yağ turĢuları və aminturĢuları
kifayət qədər olmadıqda da müĢahidə oluna bilər.
205
Üçüncü vəziyyət bir iqlim zolağından digərinə
(məsələn, orta en dairəsindən yüksəyə) keçid zamanı da baĢ
verə bilər. Nəhayət, o, qənaətbəxĢ olmayan sanitar-
gigiyenik iĢ Ģəraitində də meydana çıxa bilər (kəskin tozlu,
iĢ zahəsində zərərli qarıĢıqların olması və s.). belə Ģərait
xüsusilə əlveriĢsiz havada xəstəlik törədici bakteriya,
viruslara qarĢı təbii immunoloji davamlılığın enməsi ilə
əlaqədar olaraq, kəskin respirator xəstəliklərin baĢ vermə-
sinə zəmin yaradır.
Professor K.Q.Umanskiy havanın kəskin pisləĢməsi
zamanı qrip virusunun patogen təsirlərini pis niyyətli deyil,
insan bədənindəki hüceyrələrin yeni Ģəraitə (məsələn,
soyuq, rütubətli hava) adaptasiyasına kömək cəhdi kimi
qiymətləndirir. Selikli qiĢa hüceyrələrinə daxil olmaqla, o,
təbii ki, onların həyat fəaliyyətini dəyiĢir, bununla da,
hüceyrələrin bir qismi məhv olur, digər bir hissəsi isə
temperatur dəyiĢikliyinə qarĢı sağlam, davamlı olaraq qalır.
Virus zəif hüceyrələri yararsız etməklə, qalan sağlamların
yüksək fəaliyyət aktivliyini qorumuĢ olur. Fiziki sağlam
Ģəxslər üçün bu kimi məqamlar yüngül kataral hallarla,
zəiflərdə isə xəstəliklərlə yekunlaĢır.
Pis vərdiĢlər, ikinci dərəcəli – zərərli məhsullar, “Çəki
salmanın” primitiv üsulları mürgüləyən infeksiyaların
fəallaĢması üçün səmərəli fon yaradır. Fəal, sağlam,
hərəkətli həyat tərzi keçirən insanlarda bu gizli düĢmən
sülhlü sakin kimi qalır, lakin iĢ və istirahət rejimi səmərəli
təĢkil olunmayan, nisbətən zəif immun sistemə malik
olanlarda, böhranlı vəziyyətlərdə bu viruslar “xəstəlik
saçırlar”. ġübhəsiz, fiziki mədəniyyətin də daxil olduğu
ümumi mədniyyətin yüksəlməsi sağlamlığın istifadə olun-
mamıĢ ehtiyatları kimi göstərilə bilər. UĢaq və yeniyetmə-
lərin sağlamlıq vasitələri sırasında səmərəli hərəki rejim,
206
qidalanma və bədənin möhkəmləndirilməsi həlledici rola
malikdir.
Uşaq və yeniyetmələrin fiziki inkişafının sürətlənməsi.
Fiziki tərbiyənin sağlamlaĢdırıcı və inkiĢafetdirici rolu
əhəmiyyətli dərəcədə məĢğul olanların bioloji yaĢı, yəni
orqanizmin fizioloji sistemlərinin yetkinlik səviyyəsi, fiziki
inkiĢaf xüsusiyyətləri ilə əlaqədardır. Fiziki inkiĢafdan
danıĢan zaman adətən somatik (cismani) parametrlərin
(çəki, boy, bədən həcmi) vəziyyəti, eləcə də fiziki keyfiy-
yətlərin (güc, cəldlik, dözümlülük və s.) təzahürü nəzərdə
tutulur. Somatik parametrlər onların vegetativ təminatı ilə
sıx qarĢılıqlı əlaqədə olur. Belə ki, həcminə görə eyni olan
əzələnin göstərə biləcəyi əzələ qüvvəsi qan təchizatı,
mübadilə proseslərinin intensivliyi və digər bu kimi
faktorlardan asılı olaraq, müxtəlif ola bilər.
Hal-hazırda sürətli fiziki və psixi inkiĢafla (akselera-
siya) müĢayiət edilən bir dövrdə fiziki təmrinlərin sağlam-
laĢdırıcı rolunun xüsusi əhəmiyyəti vardır. Akselerasiya
termini XX əsrin 30-cu illərindən geniĢ istifadə olunmağa
baĢlamıĢdır. UĢaq və yeniyetmələrin sürətli bioloji və psixi
inkiĢafını bildirmək üçün alman alimi Kox bu termini
iĢlətmiĢdir. Bioloji inkiĢafın sürətlənməsi artıq bətndaxili
dövrdə nərəzə çarpır: hal-hazırda uĢaqlar XX əsrin əvvəllə-
rinə nisbətən təxminən 100 – 150 qram çox və 0.5 – 1 sm
daha böyük dünyaya gəlirlər. Hər on illikdə 5 – 7 yaĢlı
uĢaqların boyu 2.5 sm, çəkisi isə 800 qr-a kimi artır. Müasir
5 – 6 yaĢlı uĢaqlar hərəki qabiliyyətlərin inkiĢafında 1920-
ci ildəki həmyaĢıdlarını təxminən 1.5 il, 12 yaĢlı yeniyet-
mələr isə 3 ilə qədər qabaqlayırlar.
Mereditaya görə əsrlik (1860-cı ildə 1960-cı ilə kimi)
boy dəyiĢiklikləri 10 yaĢlı oğlanlar və 8 yaĢlı qızlarda hər
207
on illik üçün 1.3 sm artımla təzahür edilmiĢdir. Bu göstərici
yeniyetməlik yaĢında 14 yaĢlı oğlanlarda və 12 yaĢlı qız-
larda da 1.3 sm təĢkil etmiĢdir. Beləliklə, yeniyetmələr 100
illik ərzində təxminən 13 sm hündür olmuĢlar. Boy artımı
fiziki inkiĢafın yaxĢılaĢması ilə də müĢayiət edilmiĢdir.
Fiziki inkiĢaf sürətinin artımında olduğu kimi, ləngi-
məsinin də öz xüsusiyyətləri vardır. Akseleratlarda daha
çox psixo-sosial inkiĢafın harmonikliyindəki pozuntular
müĢahidə edilmiĢdir (R.V.Silva, M.E.Teoste 1987). Ġnki-
Ģafda ləngimə ilə fərqlənənlər müvəffəqiyyətsiz uĢaqlar
qrupunda yer alırlar (E.S.Rıseva həmm. 1975). Fiziki inki-
Ģaf və cinsi yetiĢkənliyin sürətlənməsi skelet sümüklərinin
daha tez ossifikasiyasına (sümük toxumasının formalaĢması
prosesi) gətirib çıxarır. Hal-hazırda gənclərin boyunun
sabitləĢməsi oğlanlarda 18 – 19 yaĢda, qızlarda isə 16 – 17
yaĢda demək olar ki, baĢ verir. XIX – XX əsrlərdə gənc-
lərin boyu 24 – 26 yaĢa kimi artmaqda davam edirdi.
Fiziki inkişaf və cinsi yetişkənlik sürəti. Ġdmanla
mütəmadi məĢğul olan Ģagirdlərin fiziki inkiĢafı, ümumilik-
də yaĢ normalarına uyğun gəlir. Belə ki, ixtisaslaĢdırılmıĢ
məĢqlər və xüsusilə idman bölmələrinə uĢaqların seçimi öz
iĢini görür. Gimnastika ilə məĢğul olan gənc oğlan və
qızların boyu bütün yaĢ qruplarında, idmanla məĢğul olma-
yan uĢaqlara nisbətən aĢağı olur. Oyun növləri ilə məĢğul
olanlar öz həmyaĢıdlarından bir qədər hündür olur. Gənc
atletlər, üzgüçülər, xizək, konki sürənlər öz həmyaĢıdla-
rından statistik olaraq, bir o qədər də əhəmiyyətli fərqlən-
məməsi qeyd edilir.
ġagirdlərin iĢ qabiliyyəti fiziki inkiĢaf səviyyəsi ilə
sıx Ģəkildə əlaqədardır. Mütəmadi idman məĢğələləri zama-
nı bu daha aydın nəzərə çarpır. MüĢahidələr göstərmiĢdir
208
ki, 4 illik məĢğələlər sayəsində çox aĢağı fiziki inkiĢaf
göstəricilərinə malik gənc idmançıların nisbi fiziki iĢ
qabiliyyəti 120.5%-ə, akseleratlarda 111.1%-ə, orta səviy-
yəli fiziki inkiĢafa malik uĢaq və yeniyetmələrdə isə
125.2%-ə kimi artmıĢdır.
Fiziki iĢ qabiliyyəti ilə cinsi yetiĢkənliyin sürəti
arasındakı əlaqə yaxĢı məlumdur ki, bu da öz növbəsində
idman ixtisaslaĢmasından, daha dəqiq desək idmana seçmə-
nin əsasında dayanan gözəçarpan somatik əlamətlərdən
asılıdır. Belə ki, gənc gimnastlarda cinsi yetiĢkənlik sürəti-
nin zəifləməsi seçim zamanı yüksək nisbi qüvvəyə malik
kiçik boylu uĢaqlara üstünlük verilmənin nəticəsi sayılır.
Basketbol və voleybolun ixtisaslaĢdırımıĢ bölmələrinə isə,
məlum olduğu kimi, hündürboylu yeniyetmələr seçilir.
Gənc gimnast qızlarda ilk menstruasiya 14 yaĢ 1.5 aylıqda,
gənc basketbolçu qızlarda isə 12 yaĢ 4 aylıqda meydana
çıxa bilər (müqayisə üçün: idmanla məĢğul olmayan
məktəbli qızlarda 13 yaĢ 3 aylıq, qıĢ idman növləri ilə
məĢğul olan qızlarda isə bu yaĢ praktik olaraq, nəzarət
qrupundan fərqlənmir).
4 illik müĢahidələrin nəticələri göstərmiĢdir ki, aĢağı
səviyyəli fiziki inkiĢafa malik olan uĢaq və yeniyetmələrin
mütəmadi olaraq idmanla məĢğuliyyəti boy artımını da
stimullaĢdırır. Bu artımın statistik etibarlığı nəzarət qrupu-
na nisbətən kifayət qədər yüksək olmuĢdur. Belə ki, gənc
oğlan gimnastlarda boy artımı 4 il ərzində 24%, qız
gimnastlarda isə 28.3%, nəzarət qrupunun Ģagirdlərində isə
müvafiq Ģəkildə 21.6% və 23.6% təĢkil etmiĢdir.
Fiziki inkiĢaf göstəriciləri və cinsi yetiĢkənlik dərə-
cəsi arasındakı sıx korrelyasion əlaqə müĢahidə olunur
(oğlanlarda korrelyasiya əmsalı 0.73, qızlarda isə 0.71).
Cinsi yetiĢkənlik yüksək və orta səviyyəli fiziki inkiĢafa
209
malik olan Ģagirdlərdə daha tez baĢlayır. Gənc gimnastlarda
bioloji yaĢ təqvim yaĢından geri qalır, oyun növləri ilə
məĢğul olanlarda isə bioloji yaĢ təqvim yaĢını üstələyir.
Sürətli və ya ləng fiziki inkiĢaf uĢaq və yeniyetmələrin
sağlamlığında da öz əksini tapır.
Akselerasiya və yeniyetmələrin sağlamlığı. Bioloji
inkiĢaf sürəti ilə sağlamlıq vəziyyəti arasındakı əlaqə artıq
XX əsrin əvvəllərindən məlumdur. 1911-ci ildə N.Ġ.Oran-
skiy vurğulamıĢdır ki, xəstəliklə əlaqədar olaraq ehtiyata
buraxılmıĢ hündür boylu əsgərlərin sayı, orta və kiçik boylu
Ģəxslərə nisbətən 3 dəfə çox olmuĢdur. R.A.Kalyujnaya
(1971) akseleratlarda ürəyin diametrinin nisbi azalması
zamanı qanın periferik müqaviməti və orta hemodinamik
təzyiqin yüksəlməsini qeyd etmiĢdir.
M.V.Maksimova (1972) sürətli somatik inkiĢafın
xəstəliyə səbəb olan amil sayılmasını inandırıcı arqument-
lərlə əsaslandırır. Onu da xatırlatmaq lazımdır ki, uĢaq və
yeniyetmələrin fiziki inkiĢaf göstəriciləri (əzələ kütləsi,
tonusu və qüvvəsi, qamət, ayaqaltı pəncənin ressor funksi-
yası və s.) ürək-damar, tənəffüs və digər sistemlərin fəaliy-
yəti ilə bərabər sağlamlıq qrupunun müəyyən edilməsində
nəzərə alınır. Fəaliyyətin tədqiqat metodları bu zaman
nisbətən sadədir. Fiziki yüklənmə sınaqları fonunda ürək
fəaliyyətinin qiymətləndirilməsindən ötrü auskultasiya
(tonlara qulaq asmaq), ÜVS və AT-in müəyyən olunması,
ürək əzələsinin elektrik aktivliyinin qeydiyyatı istifadə
edilir. Tənəffüs funksiyasının vəziyyəti auskultasiya, tənəf-
füsün tezliyi və dərinliyinin, ağciyər ventilyasiyasının
həddi və s. müəyyən olunması əsasında qiymətləndirilir.
Həzm orqanları, endokrin, ifrazat və digər sistemlərin
210
funksiyasının qiymətləndirilməsindən ötrü xüsusi sınaqlar
tətbiq edilir.
Sağlamlıq vəziyyətinin təsnifatına müvafiq Ģəkildə,
Ģagirdləri 4 qrupa bölmək olar. 1-ci qrupa fiziki və psixi
inkiĢafı öz yaĢlarına uyğun olan, orqanizmin yaxĢı reak-
tivliyi olan sağlam uĢaqlar; 2-ci qrupa – ürək-damar və
tənəffüs sistemi fəaliyyətində cüzi funksional yayınmaları,
nevrotik pozuntuları və funksional skoliozları olan uĢaqlar;
3-cü və 4-cü qrupa isə kompensasiya və subkompensasiya
olunma xüsusiyyətli xroniki xəstəlikli Ģagirdlər daxildirlər.
M.V.Maksimovun göstəricilərinə əsasən idmanla
məĢğul olmayan mütləq sağlam Ģagirdlər 8 – 10 yaĢda 23 –
27%, yeniyetməlik yaĢında isə 33 – 40% civarında olur. 2-
ci qrupa isə 35 – 48% 8 – 10 və 25 – 33% 13 – 15 yaĢlı
yeniyetmə daxildir. Beləliklə, məktəbyaĢlı uĢaqların təxmi-
nən 1/3 hissəsi xroniki xəstəliklərdən əziyyət çəkir ki, bu
da öz növbəsində fiziki inkiĢafa birbaĢa təsir göstərir. Bu
sıx əlaqə sayəsində fiziki tərbiyə və fəal istirahət
vasitələrinin fiziki inkiĢaf səviyyəsinin yüksəldilməsinin
xüsusi tələbatlarından olması da diqqəti çəkir.
SürətlənmiĢ və ya ləngimiĢ fiziki inkiĢafla əlaqədar
olan Ģagirdlərin sağlamlıq pozuntuları bir qayda olaraq,
funksional təbiətə malik olmaqla, sağlamlığın 2-ci qrupun-
da yer alanlar üçün səciyyəvidir. MüĢahidələr (N.A.Fomin,
L.Ġ.Krupiçkaya, 1980, 1986) göstərmiĢdir ki, onlar arasında
daha çox ürək-damar sistemi və dayaq hərəkət aparatı
pozuntuları müəyyən olunmuĢdur. YaĢ və fiziki inkiĢafa
adekvat olan, məqsədəuyğun fiziki təmrinlər bu pozuntu-
ların ehtimalını azaldır.
Dayaq-hərəkət aparatı funksiyalarının pozuntuları-
nın azalması orta səviyyəli fiziki inkiĢafa malik olan uĢaq
və yeniyetmələrdə daha aydın Ģəkildə nəzərə çarpır (məĢq-
211
lərin 1-ci ilində 30.7%-dən məĢqlərin 4-cü ilinin sonuna
yaxın 12.8%-ə qədər).
LOR (burun, qulaq, boğaz) orqanlarının xəstəlikləri
(əsasən xroniki tonzillit) müĢahidənin 1-ci ilində Ģagird-
lərdə 100 yoxlamadan 19.9 halda qeydə alınmıĢdır. Aksele-
rant uĢaq və yeniyetmələr bu xəstəliklərə daha çox düçar
olmuĢlar. Orta səviyyəli fiziki inkiĢafa malik Ģagirdlərdə bu
xəstəliklərə az rast gəlinmiĢdir. Fiziki təmrinlərlə məĢğuliy-
yət bu sayın azalmasına gətirib çıxarmıĢdır. Yenə də bu
azalma məhz orta səviyyəli fiziki inkiĢafa malik olan
uĢaqlarda daha çox nəzərə çarpmıĢdır.
Orta səviyyəli fiziki inkiĢafa malik Ģagirdlər digərilə-
rinə nisbətən ürək-damar sistemi funksiyalarının pozuntula-
rına daha az məruz qalırlar. Belə ki, 4 illik məĢğələ
müdətində bu kimi xəstəliklərin sayı aĢağı səviyyəli fiziki
inkiĢaf qrupunda 9.6-dan 35.4%-ə qalxmıĢdırsa, orta
səviyyəli qrupda isə 8.9-dan 20.9-a kimi yüksəlmiĢdir.
Fiziki yüklənmələr zamanı ürək-damar sistemi funksi-
yalarının pozuntularına yüklərin fiziki inkiĢaf səviyyəsinə
qeyri-adekvatlığının nəticəsi kimi baxılmalıdır. Xüsusilə ilk
məĢğələ ilində ürəyin ifrat gərginliyinin istisna olması və 3-
4 il sonra yüksəlməsi deyilənləri təsdiq edir. Fiziki
təmrinlərlə məĢğul olanlarda “risk faktorları”nın (qeyri-
adekvat fiziki yüklənmələr, xroniki infeksiya mənbələrinin
mövcudluğu, stress psixi yüklənmələri) kənarlaĢdırılması
zamanı ürək-damar sistemi xəstəlikləri və pozuntu halları-
nın azalması tendensiyası aydın Ģəkildə qeyd edilir.
Ġdmanla mütəmadi məĢğul olmaq, orta səviyyəli fiziki
inkiĢafa malik uĢaqların sağlamlığına daha çox faydalı təsir
göstərir. 4 illik müĢahidələr ərzində onlarda funksional
pozuntular və xəstəliklərin 2-3 dəfə azaldığı halda,
akselerant və reterdant Ģagirdlərdə bu göstərici 1.5 – 2
212
arasında olmuĢdur. Bu və ya digər xəstəliyin geniĢlənmə-
sinə idman növü də müəyyən təsir göstərir. Dayaq-hərəkət
aparatı pozuntuları və xəstəliklərinin azalması yüngül
atletika, xizək və konkisürmə idman növləri ilə məĢğul olan
zaman xüsusi olaraq daha çox nəzərə çarpır. Lakin bu
idman növü ilə məĢğul olanların ürək-damar sistemi
funksiyalarının pozuntuları tez-tez müĢahidə olunur.
Yüngül atletika və idman oyunları ilə məĢğuliyyət LOR
orqanları vəziyyətinə daha çox müsbət təsir edir.
UĢaq və yeniyetmələrdə olan funksional pozuntuların
qarĢısını almaqdan ötrü yükləri fiziki inkiĢaf səviyyəsinə
müvafiq Ģəkildə individuallaĢdırmaq zəruridir. Bu cür
yanaĢma idman iĢgüzarlığının yüksəlməsinə və xüsusən də
Ģagirdlərin sağlamlığının qorunmasına və möhkəmləndiril-
məsinə zəmanət verir.
Sosial-gigiyenik faktorların uşaq və yeniyetmələrin
sağlamlığında rolu. ġagirdlərin sağlamlıq vəziyyəti, onların
fiziki hazırlıq səviyyəsi müəyyən dərəcədə sosial-gigiyenik
faktorların təsirləri ilə müəyyən edilir. Bu təsirlər həm
birbaĢa (məsələn, fiziki inkiĢafa), həm də vasitəli, dolayısı
ilə (fizioloji funksiyaların vəziyyətinə) ola bilər. Vasitəli
təsirlər – genetik aparata olan təsirlərdir ki, insan genomun-
da proqramlaĢdırılmıĢ fenotipik halların dəyiĢilməsilə
bağlıdır. Həm əhəmiyyətli fiziki yüklənmələr, həm də
hərəkətliyin kəskin məhdudlaĢdırılması hüceyrədaxili me-
tabolizmə, nəticədə də DNT və RNT-nin biosintezinə əsaslı
təsirlər göstərir. Heyvanlarda hərəki aktivliyin uzun müddət
məhdudlaĢdırılması zamanı boy artımının dayanmasının
müĢahidə edilməsi eksperimental Ģəkildə (N.A.Fomin,
D.Z.ġibkova, 1984) göstərilmiĢdir. Normal hərəki aktiv-
liyin təmin olunması DNT və RNT-nin Ģiddətli biosintezi
213
ilə müĢayiət edilməklə, nəticədə boy artım tempi də kəskin
yüksəlmiĢdir: təcrübə heyvanları bir aylıq bərpaedici
dövrün sonlarına yaxın eyni yaĢlı nəzarət heyvanlarını boy
ölçülərində keçmiĢdir. Bu zaman “skelet əzələləri” qanunu
(Ġ.A.ArĢavskiy) daha aydın təzahür olunur ki, bunun da
əsas mahiyyəti fərdi inkiĢaf sürətinin skelet əzələlərinin
fəallıq dərəcəsi ilə sıx bağlılığilə əlaqədardır.
Fiziki inkiĢaf insan genomunda kodlaĢdırılmıĢdır.
Məsələn, boy, çəki, döĢ qəfəsinin çevrəsi irsiliyin, geno-
mun bir neçə hissəsi ilə əlaqədardır. Nəticədə, fiziki inki-
Ģafdakı fenotipin dəyiĢiklik imkanlarıdaha tez-tez təzahür
olunur. Müvafiq göstəricilərə əsasən, məktəblilərin boy və
bədən çəkisinin irsi əlamətlərlə yüksək səviyyəli bağlılığı (r
= 0.68) məlumdur. Fiziki inkiĢafın məiĢət zərərləri, qida-
lanma ilə orta səviyyəli (r = 0.422 – 0.497) əlaqəsi qeyd
edilir. Fiziki təmrinlərlə mütəmadi məĢğuliyyət, rejim və
istirahətin səmərəli balanslaĢdırılması fiziki inkiĢaf və
sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir.
Gün rejimində Ģagirdlərin yarıdan çoxunun müvafiq
gigiyenik normalarda ciddi Ģəkildə yayınmaları nəzər çarpır
(yuxu və açıq havada olma müddətinin çatıĢmazlığı, ev
tapĢırıqları ilə yüklənmə və televiziya önündə daha çox
olmaq). Böyük əksəriyyət uĢaqlarda hərəki rejim bioloji
tələbat səviyyəsindən aĢağıdır. Demək olar ki, uĢaqların
yarısı nəinki idmanla məĢğul olmurlar, həmçinin səhər
gimnastikasını belə etmirlər. YaĢ artımı ilə əlaqədar olaraq,
Ģagirdlərin hərəki aktivliyi də azalır.
Fiziki inkiĢaf səviyyəsi ilə məiĢət firavanlığından ötrü
ən mühüm göstəricilərdən biri olan bir ailə üzvünə müvafiq
yaĢayıĢ sahəsinin ölçüləri arasında statistik etibarlı əlaqə
müəyyən olunmuĢdur. Hər bir ailə üzvünə 7 m2-dən az sahə
düĢən ailələrdəki uĢaqlarda aĢağı səviyyəli fiziki inkiĢaf
214
göstəricilərinə daha tez-tez rast gəlinir. Ailədəki uĢaqların
sayı ilə onların aĢağı səviyyəli fiziki inkiĢafı arasında olan
bağlılıq statistik etibarlığı ilə nəzər çarpır (N.A.Fomin,
L.Ġ.Krupiçkaya, 1985).
Fiziki təmrinlərə, açıq havada olan məĢğələlərə az
vaxt ayıran Ģagirdlərdə dayaq-hərəkət aparatı xəstəliklərinə,
qamət pozuntularına, görmə problemlərinə daha tez-tez rast
gəlinir. ġagirdlərin qidalanma rejimi ilə fiziki iĢ qabiliyyəti
arasında müsbət korrelyasion əlaqə (r = 0.48) müĢahidə
edilir. Daha aydın korrelyasion bağlılıq məĢğələlərin sayı
ilə fiziki iĢgüzarlıq arasında qeyd olunur (r = 0.60). Qeyd
edilmiĢ sosial-gigiyenik faktorların Ģagirdlərin fiziki
iĢgüzarlığına birgə təsiri yüksək korrelyasion əlaqə ilə
səciyyələnir (r = 0.74) Sosial-gigiyenik faktorların yüksək
əhəmiyyətliyi yalnız uĢaq və yeniyetmələrin sağlamlığının
və fiziki inkiĢafının qorunub saxlanılması ilə yekunlaĢmır,
eləcə də bu faktorların məqsədyönlü istifadəsi böyüməkdə
olan nəslin fiziki tərbiyəsində xüsusi rola malikdir.
Fiziki yüklənmələr və sağlamlıq. Fiziki yüklənmələr
hər zamanmı sağlamlıq üçün faydalıdır? Və ya daha dəqiq
desək, hansı fiziki yüklənmələr tənəffüs, ürək fəaliyyəti və
digər funksiyaların patoloji pozuntularına səbəb olmur?
Məlumdur ki, yüksək dərəcəli idmançılar üçün bu kimi
məhdudiyyətlər praktik olaraq yoxdur. Artıq qeyd edildiyi
kimi, qaçıĢ zamanı idmançı ürəyi 200 vurğu/dəq-dən çox
tezliklə təqəllüs edir, lakin məĢq zamanı ÜVS-nin 170-180
vurğu/dəq həddi ürəyə kifayət qədər məĢq etdirici təsir
göstərir. Lakin hansı ürəyə? MəĢq etmiĢ, yüklənməyə
adaptasiya olunmuĢ. Bəs məĢqlərə yenicə baĢlayan gənc
insana hansı yüklənmələrin tətbiqi mümkündür?
215
MəĢğələlərin ilkin mərhələlərində yüklərin dozalaĢdı-
rılmasının çoxsaylı üsulları (reseptləri) mövcuddur. Onlar
arasında yüklərin ÜVS-yə görə qiymətləndirilməsi üsulu
daha çox diqqəti cəlb edir. Belə ki, məĢhur keçmiĢ idmançı
– marafonçu, Almaniyada tibb sahəsinin professoru Ġzrael
hesab edir ki, qaçıĢ məĢqlərinə baĢlayan sağlam Ģəxslərin
ÜVS-si 170 vurğu/dəq – (0.5 x yaĢ-illərlə) həddini keçmə-
məlidir.
BaĢlanğıc məĢq effekti təzahür olunan ilkin ÜVS-nin
hesablanması üçün, belə demək mümkünsə, ürəyin nəbz
ehtiyatı nəzərə alınır. O, yaĢ maksimumuna görə müəyyən
olunur. Sayları məĢq etməyən Ģəxslər üçün o, Ģərti olaraq,
(200 vurğu/dəq – yaĢ-illərlə - sakitlik zamanı ÜVS) kimi
qəbul edir. Beləliklə, 20 yaĢlı sağlam kiĢilərdə nəbz ehtiyatı
(200 vurğu/dəq – 20 – 75 vurğu/dəq), yəni 105 vurğu/dəq
təĢkil edir. MəĢq etmiĢ idmançılarda ürək ehtiyatının
hesablanması zamanı olan ÜVS həddi 220 vurğu/dəq-yə
bərabər olur. Bu halda, ürək ehtiyatı (220 vurğu/dəq – 20 –
75 vurğu/dəq), yəni 125 vurğu/dəq-yə kimi olacaqdır.
Yeni baĢlayan idmançıların funksional vəziyyətini
əzələ yüklənməsi zamanı Ruffye-Dikson indeksinə əsasən
qiymətləndirmək olar:
ĠRD = ( )
Burada, X1 – yüklənmədən sonra ÜVS – 10 saniyədə,
X2 – 30 saniyədə 30 dəfə oturub durduqdan sonrakı ÜVS –
10 saniyədə, X3 – 2 dəqiqəlik istirahətdən sonrakı ÜVS –
10 saniyədə.
Qiymətləndirmə: 0 – 4 arası Ģərti vahid - əla, 5 – 9
arası yaxĢı, 10 – 14 arası kafi, 15 və yuxarı – aĢağı nəticə.
216
Məsələn, sakitlik zamanı 60-a bərabər ÜVS fonunda, 30
dəfə oturub-durduqdan sonra – 120, lakin bərpa zamanı
ÜVS 60 vurğu/dəq olan zaman, ĠRD 4 Ģərt vahid təĢkil
edəcəkdir ki, bu zaman ürəyin funksional vəziyyəti əla kimi
qiymətləndiriləcəkdir.
QaçıĢçıların məĢqlilik səviyyəsini qaçıĢ əmsalına (Ə)
əsasən qiymətləndirmək olar:
Ə = √
Burada, Y – qaçıĢçının yaĢı, M – qaçıĢ məsafəsi (km),
S – qaçıĢ sürəti (S =
, burada Z – məsafəni qaçma zamanı,
dəq). Belə ki, əgər 20 yaĢlı kiĢi 5 km məsafəni 25 dəqiqəyə
qaçarsa, bu halda Ə = √
=
= 4
AlınmıĢ bu əmsal, məĢqliliyin yaxĢı olduğunu göstərir
(cədvəl 11).
Cədvəl 11
Əmsal göstəricilərinə görə məĢqlilik səviyyəsinin
qiymətləndirilməsi
MəĢqlilik KiĢilər Qadınlar
AĢağı
QənaətbəxĢ
YaxĢı
Əla
3.0-ə kimi
3.0 – 3.8
3.8 – 4.6
4.6
2.8-ə kimi
2.8 – 3.4
3.4 – 4.0
4.0
Müvafiq əmsala əsasən qiymətləndirilən məĢqliliyin
gözəçarpan artımına nail olmaqdan ötrü, aerob yüklənmə
zamanı 10 – 16 həftə tələb olunur. Anaerob yüklənmənin
217
məĢq effekti daha tez – 8 – 10 həftədən sonra təzahür edilir.
Beləliklə, yüklənmə intensiv olduqca, məĢq effektinə də
daha tez çatmaq olur.
Ġlk anlar hansı müddətdən bir məĢğul olmaq məqsədə-
uyğundur? Yeni baĢlayanlar üçün gündəlik, intensiv, lakin
nisbətən qısa müddətli yüklənmələr mümkündür. Az
intensivlikli, lakin uzunmüddətli yüklənmələri bir gündən
bir icra etmək olar (həftədə 3 dəfədən çox olmamaqla).
Daha tez-tez keçirilən idman məĢğələləri, məsələn yeni
baĢlayan qaçıĢçılarda məĢqliliyin daha gözəçapan artımına
zəmin yaratmır.
Sağlamlıq ehtiyatlarının saxlanılması və yüksəldil-
məsi məqsədilə yeni məĢğul olan Ģəxslər üçün intensiv və
uzunmüddətli fiziki yüklənmələr fizioloji baxımdan öz
təsdiqini tapmır. Aerobika müəllifi Kuper yaĢ, sağlamlıq,
hazırlıq dərəcəsindən asılı olaraq, ciddi dozalaĢdırılmıĢ
qaçıĢı təklif edir. Ġlk əvvəl aerob ehtiyatların optimal enerji
təminatı Ģəraitində, yəni orqanizmin iĢ zamanı oksigenlə
tam təmin olunduğu zaman həzz almaqla olan qaçıĢ
sağlamlaĢdırıcı əsasa malik ola bilər. Aerobikanın gərgin
məĢqlərə çevrilməsi arzuolunmaz məqamlarla yekunlaĢa
bilər.
218
D O Q Q U Z U N C U F Ə S Ġ L
UġAQ VƏ YENĠYETMƏLƏRĠN SAĞLAMLIQ
SĠSTEMĠNDƏ QĠDALANMA VƏ BƏDƏNĠN
MÖHKƏMLƏNDĠRĠLMƏSĠ
9.1 ġagirdlərin sağlamlıq sistemindəki qidalanma
Qidalanma və sağlamlıq. Qidanın düzgün balanslaĢ-
dırılmıĢ (enerji sərfiyyatlarına müvafiq kaloriliyi) mükəm-
məl bioloji tərkibi səmərəli qidalanmanın ən zəruri Ģərtlə-
rindən biridir. Problemi bir qədər mübaliğə etməklə (ĢiĢirt-
məklə), lakin onun mahiyyətini saxlamıĢ amerikalı dietoloq
P.Breqq yazırdı ki, xəstələrin 99%-i düzgün olmayan, süni
qidalanmadan əziyyət çəkirlər. Düzgün olmayan qidalanma
– hər Ģeydən öncə daxil olan enerjinin sərfiyyatları keç-
məsi, yəni ifrat qidalanmadır. Ġfrat qidalanmanın nəticəsi
olaraq artıq çəki – sağlamlıq problemlərinin çıxıĢ nöqtəsidir
ki, bunun da əsasını maddələr mübadiləsinin pozuntuları
təĢkil edir. Ġqtisadi baxımdan inkiĢaf etmiĢ Ģəhərlərin yaĢlı
əhalisinin təxminən 40%-dən 50%-ə qədəri artıq çəkidən
əziyyət çəkirlər (Anderson, Masironi et.al, 1978).
Ġfrat qidalanma və artıq çəki nə baxımdan təhlükə-
lidir? Ġfrat qidalanma zamanı olan artıq çəki – yağ toxuması
kütləsinin artması, yəni piylənmədir. O, yağ və fosfolipid
mübadiləsi pozuntularına səbəb olur, qanda xolesterin
miqdarını yüksəldir. Məhz bu da ateroskeleroz və ürəyin
iĢemik xəstəliklərinin arzuolunmaz sələfləridir.
Yağ mübadiləsini normallaĢdırmağın ən sadə üsulu –
qidalanmanın miqdarını məhdudlaĢdırmaq və keyfiyyətini
dəyiĢməkdir (məsələn, yüngül vegetarian qidasına keç-
mək). Lakin bu kimi dieta bir çoxlarına münasib deyil.
219
Piylənmədən azad olmağın daha etibarlı yolu – hərəki
aktivliyin yüksəldilməsidir. Bütün bunların ən obyektiv
Ģahidi – statistikadır. Eksperimental nəticələr də statistik
göstəriciləri təsdiqləyir. Belə ki, S.V.BoquĢ (1981) qeyd
edir ki, 3 ay ərzində qaçıĢ məĢğələləri (həftədə 3 dəfə 30
dəq olmaqla) ilə mütəmadi məĢğul olan artıq çəkidən
əziyyət çəkən Ģəxslərin yarısı, öz çəkisini təxmini normaya
qədər azaltmıĢdır. Bizim gündəlik həyatımız, eləcə də
xüsusi ədəbiyyatlar bu kimi məlumatlarla zəngindir.
Müəyyən bədən çəkisinin saxlanılma zəruriyyəti ilə
əlaqədar olaraq, bir çoxlarında yalnız qidanın kaloriliyini
azaltmaq deyil, eləcə də qida rasionundan ayrı-ayrı
məhsulların çıxarılması istəyi tez-tez meydana gəlir.
Bununla belə bir qism məhsullara üstünlük vermək və
digərilərinin çıxarılması sağlamlığın ciddi pozuntularına
səbəb ola bilər. Bununla əlaqədar Ģəkərin artıq istifadə
olunması barədə demək zəruridir. Məlumdur ki, qidada
xalis Ģəkərin çoxluğu yalnız Ģəkərli diabetin risk faktoru
hesab edilmir, eləcə də davamlı hipoqlikemiyaya, yəni
qanda Ģəkərin daimi çatıĢmazlığına səbəb ola bilər. Qidada
Ģəkərin çoxluğu zamanı olan hipoqlikemiyanın paradoksal-
lığı aydındır. Buna baxmayaraq, o, faktdır.
Məsələ burasındadır ki, qanda Ģəkər artıqlığı zamanı,
onun bədən hüceyrələri tərəfindən mənimsənilməsini
sürətləndirən ferment sisteminin iĢi Ģiddətlənir. Bu Ģəraitdə
qanda Ģəkərin normal səviyyəsinin saxlanılmasından ötrü
onun bolluca tələbatı labüddür. Həlqə qapandı. Qanda Ģəkər
çatıĢmazlığı olmamasına baxmayaraq, insan hipoqlikemi-
yadan əziyyət çəkir.
Yalnız xalis Ģəkərin qəbulunun məhdudlaĢdırılması ilə
hipoqlikemiyanın qarĢısını almaq olar. Qida hipoqlikemi-
yası – xəstəlik deyil. Bu normal və patologiyanın üçüncü
220
vəziyyəti arasındakı sərhəddir. Onun xəstəliyə çevrilməsi
mütləq deyil və xəstəlik halına düĢməsi əsas etibarilə
insanın özündən asılıdır.
Qidanı normallaĢdırmaq – bioloji dəyərini artırmaqla,
kaloriliyi azaltmaq deməkdir. Normal həyat fəaliyyəti üçün
zəruri olan bioloji əhəmiyyətli qida maddələri saf,
təmizlənməmiĢ bitki və heyvan mənĢəli məhsullarda vardır.
Bu kimi məhsullar öz daxili strukturuna görə bizim orqa-
nizmin hüceyrə və toxaumalarına daha münasib olmaqla,
onlar üçün daha çox informasiya daĢıyırlar. E.ġredinqerin
təsdiq etdiyi kimi, orqanizm xarici mühitdən öz canlı
hüceyrələrindəki prosesləri təmin etməkdən ötrü özü üçün
zəruri olan məlumatı əldə edir. BaĢqa cür desək, dağıl-
mıĢları yeniləmək və ya yeni hüceyrə strukturu qurmaqdan
ötrü, orqanizm ətraf mühitdən öz quruluĢuna yaxın olan
materialları əldə etməlidir. TəmizlənmiĢ (saflaĢdırılmıĢ)
məhsullar bu kimi məlumatlarla kifayət qədər kasaddır.
Onlarda orqanizm üçün tələb olunan xüsusi əhəmiyyətli
maddələr yoxdur. Məsələn, buğda dəni, düyü (kəpək)
qabığı ilə birlidə B1 vitamini (tiamin) atılır. Əsas qida
maddəsi təmizlənmiĢ düyü hesab edilən ölkələrdə, bu
vitaminin çatıĢmazlığı beri-beri xəstəliyinə gətirib çıxara
bilər ki, bu da çoxsaylı sinir iltihabı (polinevrit), trofiki
pozuntular, ürək-damar sistemi funksiyalarındakı problem-
lərlə təzahür olunur.
Fiziki yüklənmə zamanı qidalanma. Tam dəyərli,
balanslaĢdırılmıĢ qidalanma fiziki yüklənmələr zamanı
mühüm əhəmiyyət kəsb edir. Bu halda söhbət yalnız artmıĢ
enerji sərfiyyatlarının kompensasiya olunmasından deyil,
eləcə də plastik funksiyaları təmin edən, iĢdən sonra
221
bərpanı sürətləndirən bioloji aktiv maddələrin qida
rasionuna əlavəsindən gedir.
Lipidlər maksimal enerji dəyərinə malikdirlər. Buna
baxmayaraq, fiziki təmrinlərlə məĢğələlər zamanı zülal-
karbohidrat dietasına daha çox üstünlük verilir. Bunun
üstün və çatıĢmayan cəhətləri var. Yüksək dad keyfiyyəti
və onlardan daha sadə yolla enerjinin əldə olunması
karbohidratların üstün tərəflərindən hesab edilir.
Orqanizmə kifayət dərəcədə oksigen daxil olduğu
zaman (məsələn, ÜVS-nin 140 – 150 vurğu/dəq civarında
kross qaçıĢı zamanı) karbohidratlar tam Ģəkildə (karbon
qazı və suya qədər) sərf olunur. Onların oksigensiz
(anaerob) parçalanması zamanı ayrılan enerjinin miqdarı
kəskin enir. Qanda və skelet əzələlərində qlükozanın
oksigensiz parçalanma məhsulu – süd turĢusu toplanır.
Karbohidratlar orqanizm üçün həm də bu baxımdan
dəyərlidir: hətta oksigen çatıĢmazlığı zamanı nə yağlar, nə
də zülalların enerji mənbəyi rolu olmadığı halda,
karbohidratlar bu imkanları saxlayırlar.
Zülalların enerji dəyəri karbohidratların göstəricisi ilə
ortaq ölçülüdür. Orqanizmdə 1 qr zülalın sərf edilməsi
zamanı 16.8 kC-dan çox enerji ayrılır. Lakin əzələ iĢi
zamanı onların sərfiyyatı onun son dərəcə gərginliyindən
və digər enerji mənbələrinin iĢlənməsindən xəbər verir.
Zülallar dağılan hüceyrə və toxuma strukturu üçün tikinti
materialı hesab edilir. Əsasən heyvan mənĢəli zülalların
tərkibində olan əvəzolunmayan amin turĢuları orqanizmdə
sintez olunmur. Bu səbəbdən, insan bədənindəki dağılan,
ölən hüceyrələrin yenilənməsindən ötrü tamdəyərli zülali
qidalar zəruridir. ġərti bioloji dəyərlərə görə bu tələblərə
süd (100%) və ət (90%) daha çox cavab verir. Lakin zülali
qidaların həddən artıq, ifrat istifadəsinin də öz
222
çatıĢmazlıqları var: heyvani zülalların aralıq mübadilə
məhsulları (sidik turĢusu və s.) orqanizmdə toplanmaqla,
podaqra – oynaqlarda sidik turĢusu duzlarının çökməsinin
inkiĢafına zəmin yaradır. Bitki zülallarının da sidik
turĢusunun formalaĢdığı purin əsasları yoxdur. Məhz buna
görə də aĢağı bioloji dəyərlər fonunda onlar podaqraya irsi
meylliyi olan insanlar üçün daha münasibdir.
Yağlar yalnız aerob oksidləĢmə zamanı enerji mən-
bəyi rolunu oynayır. Bu Ģəraitdə 1qr yağın oksidləĢməsi
zamanı 38.8 kC enerji əmələ gəlir ki, bu da 1qr karbohidrat
və zülalın enerji dəyərindən 2 dəfədən də çoxdur (cədvəl
12). Ona görə də uzunmüddətli əzələ iĢi zamanı yağlarla
zəngin olan qida enerjinin əsas mənbəyidir. Yalnız
uzunmüddətli deyil, eləcə də kifayət qədər intensiv iĢlər
enerji mübadiləsinə yağ ehtiyatlarının cəlb olunmasını tələb
edir. Anaerob həddə yaxın iĢlər də effektiv hesab olunur.
Cədvəl 12
Müxtəlif substratların oksidləĢməsi zamanı O2-nin enerji
effektivliyi və kalori ekvivalenti
OksidləĢən
maddələr
1 qr substrat oksidləĢməsi zamanı Hər 1 litr
oksigen
sərfiyyatı zamanı
ayrılan enerjinin
miqdarı (kC)
Enerji ayrılır
(kC)
Oksigen tələb
olunur (litr)
Zülallar
Yağlar
Karbohidratlar
17.1
38.8
17.1
0.966
2.019
0.830
19.3
19.7
21.2
Normal yağ mübadiləsindən ötrü orqanizmin tələbat-
ları ilə uyğunlaĢdırılmıĢ bitki və heyvan mənĢəli yağların
nisbəti zəruridir. Bitki yağlarında doymamıĢ yağ turĢuları
(F faktor kimi adlandırılan) mövcuddur ki, onlar da
ateroskelerozun inkiĢafının qarĢısını alır. Lakin qidada
223
doymamıĢ yağ turĢularının həddən artıq çox olması hüceyrə
səviyyəsində struktur pozuntularına səbəb ola biləcək,
peroksidləĢmənin fəallaĢmasına gətirib çıxarır.
Qidada mikroelementlər – mineral maddələrin kiçik
dozası mütləq olmalıdır, əks halda sağlamlıq pozuntuları
qaçılmaz olar. Məsələn, qida maddələrində dəmir çatıĢmaz-
lığı qanazlığına – qanda hemoqlobinin azalmasına səbəb
ola bilər.
Bioloji aktiv maddələr və mikroelementlərlə zəngin
qida – insan sağlamlığı üçün xüsusi bir dərmandır. Süd
məhsulları, yumurta, qaraciyərdə bioloji aktiv lipotrop
maddələr vardır. Onlar qaraciyər piylənməsinin qarĢısını
almaqla, effektiv yağ mübadiləsini təmin edir. Fosfolipidlər
(lesitin, xolin), eləcə də müxtəlif ət məhsulları, yumurta
sarısı, pendirdə olan aminturĢuları fəal lipotrop funksiyasını
icra edirlər.
Heyvan mənĢəli məhsullarda xolesterin olur ki, onun
da həddən çox olması ateroskeleroz, ürəyin iĢemik
xəstəliklərinin risk faktorlarından biri sayılır. Eyni zamanda
xolesterin olmadan steroid hormonları və öd turĢularının
sintezi mümkünsüzdür; xolesterin sinir toxuması, böyrək-
üstü vəz, skelet əzələlərinin strukturuna daxildir.
Ġnsan qanında xolesterin zülallarla birləĢmiĢ Ģəkildə
aĢağı və yüksək sıxlıqda lipoproteidlər formasında yerləĢir.
AĢağı sıxlıqlı lipoproteidlər formasında olan xolesterin
toxuma və orqanların hüceyrələrinə daxil olmaqla, damar
divarlarının saya əzələ səthində aterosklerotik niĢanələrin
formalaĢmasında iĢtirak edir. Qaraciyərdə sintez olunan
yüksək sıxlıqlı lipoproteidlər tərkibində çox olmayan
xolesterin saxlamaqla, xolesterin mübadiləsinin normallaĢ-
masını təmin edir. Onlar hüceyrələrdə xolesterinin toplan-
masına və aterosklerotik niĢanələrin formalaĢmasına maneə
224
olur. Lakin hərəki aktivliyin azalması, eləcə də piylənmə
zamanı qaraciyərdə yüksək sıxlıqlı lipoproteidlərin forma-
laĢması azalır. Beləliklə də, xəstələnmə riski artır.
Xolesterinin öd turĢularına çevrilməsinə təkan verən
və nəticədə onun artığını orqanizmdən çıxaran fermentlərin
aktivliyi qaraciyərdə peroksidləĢmənin Ģiddətlənməsi za-
manı enir. Sərbəst radikal oksidləĢmənin qarĢısını ala bilən
α tokoferol (E vitamini), nikotin turĢusu, C vitamini və
digər bu kimi antioksidantların qəbulu xolesterin mübadilə-
sinin normallaĢmasını təmin edir. E vitamininin gündəlik
miqdarı 12 – 15 mq% təĢkil edir. Onun bu cür miqdarı 50 q
qoz, 25 q günəbaxan yağı tərkibində olur. Əsasən kök,
kahı, qarğıdalıda daha çox olan karotinlər də xolesterin
çoxluğunun qarĢısını alır.
Bəzi meyvə və tərəvəz məhsullarında olan yüksək
miqdarda bioloji aktiv maddələr onların müalicəvi və
profilaktik xüsusiyyətləri barədə danıĢmağa imkan verir.
Belə ki, ərik, qaysı qurusu (gündə 100 – 150qr) ürəyin
təqəllüs funksiyasını Ģiddətləndirir. Qarpız, yemiĢ böyrək-
lərdə daĢ əmələ gəlməsinin qarĢısını alır, üzüm sidik turĢu-
sunun artığının çıxarılmasını təmin edir. Kələmdə, xiyarda
tartron turĢusu olur ki, bu da karbohidratların yağlara
çevrilməsinin qarĢısını alır.
Səmərəli qidalanmanın Ģərtlərindən biri də onun
fərdiləĢdirilməsidir. Müxtəlif iqlim-coğrafi Ģəraitin təsiri
altında maddələr mübadiləsi dəyiĢilir. Bütün bunlara müva-
fiq Ģəkildə qidalanmanın xüsusiyyətləri də dəyiĢilməlidir.
Belə ki, qütb ekspedisiyasının iĢtirakçıları üçün zülal-yağ
dietasına üstünlük verildiyi halda, orta en dairəsi sakinləri
üçün isə zülali-karbohidratlı qidalara daha çox fikir verilir.
AĢağı temperatur Ģəraitində qidalanmanın zülal-yağ istiqa-
mətli qurulması onunla izah edilir ki, havanın tempera-
225
turunun 100-yə kimi azaldığı halda qidanın kaloriliyi 5%-ə
qədər artırılmalıdır. Yüksək kalorili məhsulların – yağların
artırılması hesabına bunun edilməsi daha yaxĢıdır. Lakin
qidada yağların miqdarının artırılması hüceyrə membranı-
nın zədələnməsinə gətirib çıxara bilən sərbəst radikal
oksidləĢmə təhlükəsini yüksəldir. Məhz buna görə də eyni
zamanda antioksidant vitaminlərin (A, E, K) qəbulunu
artırmaq zəruridir. A.E.Panin həmmüəlliflərlə birlikdə
göstərmiĢdir ki, antioksidantların xüsusi qəbulu olmadan
belə qidada yağların yüksək miqdarı qütb arxası sahələrdə
yaĢayan əhalidə aterosklerotik dəyiĢikliklərə səbəb olmur.
Soyuq Ģərait və yüksək enerji sərfiyyatlarını yağlı qida ilə
kompensasiya etməyə uyğunlaĢan orqanizmdə yeni
mübadilə növü formalaĢır ki, bu da belə dietanın
arzuolunmaz nəticələrinin qarĢısını alır.
Heç də bütün insanlar qidada olan artıq yağ və
zülallara rahat Ģəkildə tab gətirmirlər. Məlumdur ki,
allergiyalardan əziyyət çəkən insanlar zülalların üstünlük
təĢkil etdiyi qidaları yaxĢı qəbul etmirlər. Aterosklerozun
inkiĢaf meylliyinə malik Ģəxslərdə ifrat yağlı qidalara
məhdudiyyət qoyulmalıdır. Beləliklə, hər bir fərqli halda
yekun nəticəyə yönəlmiĢ düzgün məqsəd olmalıdır və qida
rasionunun müvafiq tərkibində daha çox nəyə üstünlük
verilməsi nəzərdən qaçmamalıdır. Gənc idmançıların qida-
lanmasına fərdiləĢdirilmiĢ yanaĢma zamanı bu, xüsusi ola-
raq əhəmiyyətlidir. Bu kimi yanaĢma sağlamlığın qorun-
ması və möhkəmlənməsi fonunda idman ustalığının da
mütləq artımına zəmin yaradan etibarlı vasitələrdən biri
hesab edilir.
226
9.2 ġagirdlərin sağlamlaĢdırılma sistemində bədənin
möhkəmləndirilməsi
Bədəni möhkəmləndirməyin fizioloji əsasları. Bədənin
möhkəmləndirilməsi - ətraf mühitin mənfi təsirlərinə qarĢı
orqanizmin müqavimətinin yüksəlməsini təmin edən üsul-
lar sistemidir. AĢağı temperatura qarĢı davamlılığın artırıl-
ması bədənin möhkəmləndirilməsində vacib yer tutur.
Bədənin möhkəmləndirilməsinin xüsusi vasitələri növbəti
ardıcıllıqla tətbiq olunmalıdır: hava və günəĢ-hava vannası,
otaq temperaturunda su ilə isladılmıĢ yaĢ dəsmalla bədəni
sürtmək və bədənə su çiləmək, ayaq vannaları, çimmək,
temperaturu 30-dən 10
0-yə kimi fərqliliyi ilə olan kontranst
duĢlar, buzlu suda çimmək.
AĢağı temperaturda bədənin möhkəmləndirilməsi
gözəçarpan temperatur dəyiĢiklikləri, aydın nəzərə çarpan
damar reaksiyaları, istilik yaranma və istilik vermənin
dəyiĢkən səviyyəsi ilə müĢayiət edilir. Soyuq qıcıqlandı-
rıcının təsir zamanı dəri və yuxarı nəfəs yolları damarları
daralır ki, bunun da nəticəsində orqanizmin istilik verməsi
azalır. Bu zaman dərinin hərarəti enir (1-ci mərhələ). 2-ci
mərhələdə isə qaraciyərdə və digər daxili orqanlarda, skelet
əzələlərində maddələr mübadiləsi kəskin yüksəlir. Ġstilik
hasilatı artır. Orqanizm bədənin sabit temperaturunu saxla-
mağa çalıĢır.
Soyuq faktorunun uzun müddətli təsir zamanı tempe-
ratur tənzimi mexanizmlərinin həddən artıq gərginləĢməsi
və tənzimin pozulması baĢ verir. Dəri səthində qan axını
zəifləyir, “qaz dərisi”, dəri göyərməsi, qeyri-iradi, özündən
asılı olmayan titrəmə meydana çıxır (3-cü mərhələ).
AĢağı temperatura olan davamlılığın artırılmasının
fizioloji mexanizmləri hal-hazırda kifayət qədər öyrənil-
227
miĢdir. Soyuq reseptorlarının qıcıqlanması zamanı istilik
tənziminin sinir mərkəzləri iĢçi, oyanma vəziyyətinə keçir.
Onlar öz növbəsində qabıq nəzrəti altında – Ģüurlu idarə-
etmədə olmaqla (“buzlu sudan qorxma”), mübadilə, istilik
yaranmaya temperatur tənzimi təsirlərini, soyuğa qarĢı
reaksiyaların subyektiv təzahürlərini tənzimləyir.
Soyuq amil təsirlərindən orqanizmin müdafiəsində
dərinin temperatur reseptorları mühüm rol oynayır. Soyuq
reseptorlarından impulsların intensiv göndərilməsi qabıqaltı
sinir strukturlarını – retikulyar formasiya və hipotalamusu
fəallaĢdırır. Soyuq reseptorlarından göndərilən qıcıqlar
sayəsində oyanmıĢ simpatik innervasiyanın hipotalamik
mərkəzləri skelet əzələləri, daxili orqanlardakı istilik
yaranmanı stimullaĢdırır, daralmıĢ dəri damarlarından
istilik verilməsini azaldır.
UyğunlaĢma reaksiyalarının bu kompleksində damar
refleksləri xüsusi rola malikdir. Adrenalin və noradrena-
linin təsirləri altında periferik damarların tonusu 25 – 30%-
ə kimi yüksəlir, oradakı qan axını isə 2 – 3 dəfə azalır!
Davamlı soyuq təsirləri zamanı olan soyuq spazmı damar
divarlarının saya əzələlərinin parezi (yüngül iflic) nəticə-
sində damarların passiv dilyatasiyası ilə əvəzlənir. Həddən
artıq soyumuĢ damarların saya əzələlərinin noradrenalinə
qarĢı həssaslığı itir ki, bunun da nəticəsində onların tonusu
kəskin Ģəkildə düĢür. Daxili orqanlar və skelet əzələlərin-
dəki qan axını 3 – 4 dəfəyədək artır. Bu zaman ürək atması
yüksəlir, sistem arterial təzyiqi çoxalır.
Ġstilik hasilatının endokrin tənziminin əsas hissəsi
simpatoadrenal və kortikoid sistemi hesab olunur. Adrena-
lin, noradrenalin, kortikoid hormonlarının yaranmasının
artımı gözəçarpan adaptiv reaksiyalara gətirib çıxarır ki, bu
da istilik verilməsinin azalmasına, yağ mübadiləsinin
228
fəallaĢmasına, qanda yağ turĢularının qatılığının 25 – 30%-
ə kimi artmasına zəmin yaradır. Ġstilik hasilatının yüksəl-
məsi həmçinin, skelet əzələlərinin qeyri-iradi təqəllüsü
(titrəmə) ilə də təmin edilir.
Soyuğa uzunmüddətli adaptasiya. Ġnsanda soyuğa
uzunmüddətli adaptasiya qida tələbatının artımı, ağır və isti
geyimə öyrəĢmək, həm yaĢayıĢ yerində, həm də öz
orqanizmində istiliyi saxlamağın sabit vərdiĢlərinin forma-
laĢması (sosial adaptasiya elementləri) ilə əlaqədardır.
Soyuğa öyrəĢmək qıcıqlandırıcı soyuq təsirlərinə simpatik
reaksiyaların tədricən zəifləməsi, yəni enerjinin daha qəna-
ətli sərfiyyatı zamanı baĢ verir.
Uzunmüddətli adaptasiyanın fizioloji mexanizmlə-
rində böyrəküstü vəzdə katexolaminlərin yaranmasının
artımı aparıcı yer tutur. Katexolaminlər tənəffüs və fosfor-
laĢmanın əlaqəsizliyini, yəni enerji substratlarının oksidləĢ-
məsini və onların bədən hüceyrələrində ATF Ģəklində
ehtiyat kimi toplanmasını təmin edir. Bunun nəticəsində
bədənin qızdırılmasına yönəlmiĢ sərbəst enerjinin miqdarı
artır. Lakin bunlar hələ son deyil. ATF-in xroniki defisiti
meydana çıxır. Onun kompensasiyası üçün hüceyrədaxili
aparat üçün ATF-in təkrar hasilatının artımı tələb edilir.
Mitoxondrilərin ümumi həcmi artır ki, bunun da nəticə-
sində kifayət qədər sərbəst enerji formalaĢır və ATF
ehtiyatları tamamlanır. Yüksək enerji sərfiyyatları bolluca
qidalanma ilə də kompensasiya olunur.
Qalxanabənzər vəzi də mühüm adaptiv rol oynayır.
Ətraf mühitin aĢağı temperaturu zamanı tireoid hormon-
larının hasilatının artımı, artıq məlum olduğu kimi, oksid-
ləĢmə və makroerqlərdə enerjinin ehtiyat kimi saxlanılma-
229
sının (ATF) əlaqəsizliyinə zəmin yaradır. ATF çatıĢmazlığı
mitoxondrial aparatın inkiĢafını stimullaĢdırır.
Skelet əzələlərinin təqəllüs fəallığının yüksəlməsi,
onlarda kapilyar Ģəbəkəsinin enerji təminatı aparatı və
zülalların, eləcə də oksigeni birləĢdirən mioqlobinin art-
ması da adaptiv rol oynayır.
Soyuğa adaptasiya zamanı istilik tənziminin
fəallaĢmasında yağ toxuması xüsusi əhəmiyyət kəsb edir
(boyun və böyrək arteriyalarının kənarında o cüzi miqdarda
olur). Orada oksidləĢmə və fosforlaĢmanın əlaqəsizliyi
daha intensiv olur: soyuqda katexolaminlərin aktivləĢdirən
fəaliyyəti 4 – 12 dəfə yüksəlir. OksidləĢmə və fosforlaĢ-
manın əlaqəsizliyinə əsas zəmin yaradan sərbəst yağ
turĢularıdır. Daimi soyuq qıcıqlandırıcıların təsir zamanı
onların qatılığı artır. Onların oksidləĢməsi zamanı ayrılan
enerji “dağılır”, yəni normal bədən temperaturunun
saxlanılmasına yönəlir.
Gündəlik təcrübədə istifadə edilən bədəni möhkəm-
ləndirən gigiyenik prosedurlar qısamüddətli soyuqla da
əlaqədardır. Bu halda adaptasiya məsarifi daha minimal
olur. Dövri soyuqluq rejimi fizioloji hal kimi istilikyaranma
və istilikvermənin normal gündəlik ritminə daxil ola bilər.
Bədəni möhkəmləndirən soyuq proseduralarının hərəkət-
lərlə uyğunlaĢdırılmıĢ formada tətbiqinin daha effektiv
olması yaxĢı məlumdur.
Soyuq faktorunun fəaliyyətinə qarĢı fizioloji adaptiv
reaksiyaları qiymətləndirməkdən ötrü onu unutmaq olmaz
ki, hər bir stressor qıcıqlandırıcıda olduğu kimi, soyuq da
ilk öncə adaptasiyanın davamlılığını dəyiĢə bilən “həyə-
can” reaksiyasına zəmin yaradır, lakin uzunmüddətli təsir
zamanı isə adaptasiya ehtiyatlarının tükənmə reaksiyası baĢ
verə bilər. Soyuq sınaqlarına mükəmməl hazırlaĢmıĢ
230
məĢhur qütbçülər Fritof Nansen və Raul Amundsen etiraf
etmiĢdirlər ki, daimi soyuqdan baĢqa hər Ģeyə öyrəĢmək
mümkündür. Adaptasiya ehtiyatlarının tükənməsi mərhələ-
sində mənfi çarpaz adaptasiya (yağlı qidaların qəbulu
zamanı alimentar ateroskeleroza qarĢı davamlılığın azal-
ması) baĢlayır, duz hipertoniyası inkiĢaf edir, qaraciyərin
funksiyası pozulur (qismən atrofiya).
Aydındır ki, vaxtaĢırı soyuq təsirlər ilə olan gigiyenik
möhkəmləndirən proseduralar fonunda tükənmə mərhələsi
baĢ vermir. Adaptiv reaksiyalar özünə zidd bir formaya –
dezadaptasiya və xəstəlik vəziyyətinə keçmir. Ġmmun
davamlılığın yüksəlməsi, ateroskeleroz və hipertoniya
xəstəliyinin qarĢısının alınması, ümumi həyat fəaliyyətinin
yüksəlməsinə zəmin yaradan möhkəmləndirən prosedura-
ların müsbət effekti çoxsaylı tədqiqatlarda sübut olunmuĢ-
dur. Bəlkə də ən baĢlıca sübut – bədənin möhkəmləndiril-
məsi prosesi gündəlik həyat tərzinə çevrilmiĢ insanların
gözəl əhval-ruhiyyəsi və əla sağlamlığıdır.
231
Ə D Ə B İ Y Y A T
1. Əbiyev Q.ġ. Elmi texniki tərəqqinin insan
sağlamlığına təsiri. Xəbərlər – Azərbaycan Müəllimlər
Ġnstitutun. Elmi metodik jurnal. Bakı – 2011, №2
2. Əbiyev Q.ġ. Hərəki funksiyaların inkiĢafının yaĢ
xüsusiyyətləri. Pedaqogika – elmi metodik jurnal. 2019,
№1
3. Əbiyev Q.ġ., Quliyev Y.N., Cəbrayılov Q.M.
Hərəkətsizlik cəmiyyətin xəstəliyidir. 2nd Conference
National Olympic Academies in Europe. Baku/Azerbaijan
october 29-31, 2015
4. Əbiyev Q.ġ., Quliyev Y.N. Hərəkətlərin icra
strukturundan asılı olaraq idmançılarda oksigen sərfiyyatı-
nın xüsusiyyətləri. AMEA-nın A.Ġ.Qarayev adına Fiziolo-
giya Ġnstitutunun və Azərbaycan Fizioloqlar cəmiyyətinin
elmi əsərlərinin külliyatı. Bakı – 2014. XXXII cild
5. Əbiyev Q.ġ., Quliyev Y.N., Yusifov Q.D. Aksele-
rasiyanın idman fəaliyyətinə təsiri. Pedaqoji Universitet
Xəbərləri. Bakı – 2013, №1
6. Əbiyev Q.ġ. Orqanizmin hərəki aktivliyi və fiziki
iĢ qabiliyyətinin fizioloji əsasları. Dərslik. Bakı – 2014, 250
səh
7. Quliyev Y.N., Əbiyev Q.ġ. Adıgözəlova V.A.
Orqanizmin yaĢ xüsisiyyətləri. Dərs vəsaiti. Bakı – 2018
8. Quliyev Y.N., Əbiyev Q.ġ., Yusifov Q.D. Aerob
fiziki yüklənmələr zamanı idmançılarda yorulma və
bərpanın xüsusiyyətləri. Bədən Tərbiyəsi və Ġdman
Akademiyasının Elmi Xəbərləri. Bakı – 2016, №1
9. Бар-ор О., Роуланд Т. Здоровье детей и
двигательная активность: от физиологических основ до
232
практического применения. Пер. с англ. И.Андреев // -
К.: Олимп. л-ра. 2009, 528с
10. Бернштейн Н.А. О ловкости и ее развитии.
М.: ФиС, 1991. -228с
11. Бородин Ю.А., Арзютов Г.Н. Двигательная
активность в системе жизнедеятельности современного
человека. Журнал Физическое воспитание студентов.
Киев – 2010
12. Годик М.А., Бальсевич В.К., Тимошкин В.Н.
Система общеевропейских тестов для оценки
физического состояние человека // Теория и практика
физ.культуры, 1994, №11-12, с.24-32
13. Городецкая И.В. Физиологические основы
здорового образа жизни. Учебное пособие. Витебск
2013
14. Гуминский А.А. Анатомия и физиология
детского организма с основами школьной гигиены:
Учебное пособие. – М.: Академия. 2009. – 160с
15. Ермилова Е.Я. Роль двигательной активности
в формировании личности детей дошкольного возраста
// Молодой ученый – 2013. №9, с 363-365
16. Карпеев А.Г. Двигательная координация
человека в спортивных упражнениях балластического
типа. – Омск: СибГАФК. 1998. – 322с.
17. Куликов В.П., Киселев В.И. Потребность
двигательной активности. // Физиология Валеология
Реабилитология. М.: - 1998
18. Куркина И.Б. Здоровье – стиль жизни:
современные оздоровительные технологии // - М.:
НИИШТ, 2010. – 176с.
233
19. Лях В.И. Двигательные способности
школников: основы теории и методики развития. – М.:
Терра-спорт. 2000. – 192с.
20. Михайлович С.Ф. Двигательная активность и
ее влияние на здоровье и продолжительность жизни
человека. Национальной университет физического
воспитания и спорта. Киев – 2011
21. Назаренко Л.Д. Оздоровительные основы
физических упражнений. Изд-во Владос-пресс, 2002, -
240с
22. Николаев А.А. Двигательная активность и
здоровье современного человека: Учебное пособие // -
Смоленск: СГИФК, 2009. – 93с.
23. Платонов В.Н., Булатова М.М. Координация
спортсмена и методика ее совершенствования. Учеб.-
метод.пос – Киев: ГИФК, 1992. – 52с.
24. Ратов И.П. Двигательные возможности
человека. Минск, 1994. – 116с.
25. Рубанович В.Б. Основы здорового образа
жизни: Учебное пособие для вузов // Москва: АРТА,
2011, -254с
26. Рубцова И.В., Кубышкина Е.В., Алаторцева
Е.В., Готовцева Я.Б. Оптимальная двигательная актив-
ность. Учебно-методическое пособие. Воронеж – 2007
27. Савенок Л.М. Развитие двигательной
активности детей старшего дошкольного возраста //
Научно-методический журнал «Концепт» - 2016. с.333-
337
28. Сапин М.Р. Анатомия и физиология человека
с возрастными особенностями детского организма. –
М.: Геотар Медиа, 2007. -640с
234
29. Фомин Н.А., Вавилов Ю.Н. Физиологические
основы двигательной активности. – М.: ФиС. 1991. –
223с.
30. Халфина Р.Р., Шаяхметова Э.Ш., Данилов
А.В. Физиологические особенности двигательной
активности // Международной журнал прикладных и
фундаменьталных исследований. – 2014. №3, с170
31. Шухатович В.Р. Здоровый образ жизни //
Энциклопедия социологии. –М.: Книжный дом, 2003. –
135с
32. Bates H. Daily Physical Activity for Children
and youth. Alberta Education // Canada - 2006
33. Beunen G., Ostyn M., Simons J., Renson R.
Development and tracking in fitness components: Leuven
longitudinal study on lifestyle, fitness and health.
International Journal of Sports Medicine. 1997 // 18(3)
34. Carson V., Hunter S., Kuzik N. Systematic
review of physical activity and cognitive development in
early childhood. J Sci Med Sport – 2016: p. 573 – 578
35. Cooper A.R., Wedderkopp N., Wang H.,
Andersen L.B., Froberg K., Page A.S. Active travel to
school and cardiovascular fitness in children and adoles-
cents. Med Sci Sports Exerc – 2006
36. Freedman D.S., Dietz W.H., Srinivasan S.R.,
Berenson G.S. The relation of overweight to cardiovascular
risk factors among children and adolescents: The Bogalusa
heart study. Pediatrics // 1999
37. Freedson P.S., Miller K. Objective monitoring of
physical activity using motion sensors and heart rate.
Research Quarterly for exercise and sport //2000
38. Kemper H.C.de Vente., W.van Mechelen W.,
Twisk J.W. Adolescent motor skill and performance: is
235
physical activity in adolescence related to adult physical
fitness. American Journal of Human Biology. 2001 // 13(2)
39. Tudor-Locke C., Neff L.J., Ainsworth B.E.,
Addy C.L., Popkin B.M. Omission of active commuting to
school and the prevalence of children’s health-related
physical activity levels: the Russian Longitudinal Moni-
toring Study. Child: Care, Health and development // 2002
236
M Ü N D Ə R İ C A T
Ön söz..................................................................................3
I Bölmə
Ġradi hərəkətlərin təlimi və fiziki
yüklənmələrə uyğunlaĢmalar
Birinci fəsil
Ġradi hərəkətlərin təlimi
1.1 Ġnsanın iradi hərəki fəaliyyəti........................................7
1.2 Hərəkətlərin təliminin yaĢ göstəriciləri........................14
İkinci fəsil
Ġradi hərəkətlərin idarə olunmasının fizioloji əsasları
2.1 Orqanizmin funksiyalarının koordinasiyası
hərəkətlərin idarə olunmasının əsasıdır.............................22
2.2 Hərəkətlərin idarə olunmasında sensor
sistemlərin rolu..................................................................28
2.3 Hərəkətlərin idarə olunmasının
avtomatlaĢdırılma formaları...............................................33
2.4 Hərəki funksiyaların inkiĢafının yaĢ xüsusiyyətləri.....41
Üçüncü fəsil
Fiziki yüklənmələrə olan adaptasiyalar
3.1 Adaptasiyanın fizioloji mahiyyəti................................52
3.2 Ürək-damar sisteminin adaptasiyası............................55
3.3 Tənəffüs və qan sisteminin adaptasiyası......................66
3.4 Fiziki yüklənmələrə adaptasiyada endokrin
sistemin rolu.......................................................................78
237
Dördüncü fəsil
MəĢqlilik fiziki yüklənmələrə adaptasiyanın
spesifik forması kimi. MəĢqliliyinin inkiĢafının
yaĢ xüsusiyyətləri
4.1 MəĢq prosesində adaptiv dəyiĢikliklərin spesifikliyi...85
4.2 MəĢqliliyin diaqnostikası.............................................92
4.3 Müxtəlif Ģiddətli fiziki yüklənmələrə
olan adaptasiya.................................................................102
Beşinci fəsil
Əzələ iĢi zamanı yorulma və bərpa
5.1 Əzələ fəaliyyəti zamanı yorulmanın spesifikliyi.......137
5.2 Bərpa proseslərinin fiziologiyası...............................148
II Bölmə
Fiziki tərbiyənin inkiĢafetdirici və sağlamlaĢdırıcı rolu
Altıncı fəsil
Orta ümumtəhsil məktəblərində fiziki
tərbiyənin inkiĢafetdirici rolu
6.1 ġagirdlərin fiziki tərbiyəsinin fizioloji Ģərtləri..........163
6.2 Əzələ iĢinin enerji təminatında cinsi fərqliliklər.......170
6.3 Məktəbdə fiziki tərbiyə dərslərinin fizioloji effekti..172
6.4 ġagirdlərin fiziki keyfiyyətlərinin inkiĢafının
yaĢ xüsusiyyətləri............................................................174
6.4.1 Dözümlülük............................................................175
6.4.2 Cəldlik....................................................................179
6.4.3 Əzələ qüvvəsi.........................................................182
6.4.4 Çeviklik və elastiklik..............................................185
6.5 Qamətin formalaĢmasında fiziki təmrinlərin rolu.....189
238
Yeddinci fəsil
UĢaq və yeniyetmələrin hərəki
fəaliyyətinin optimallaĢdırılması
7.1 Hərəki aktivliyin çatıĢmazlığı (hipokineziya)............191
7.2 UĢaq və yeniyetmələrin hərəki aktivlik normaları.....196
Səkkizinci fəsil
UĢaq və yeniyetmələrin fiziki inkiĢafı və sağlamlığı.......202
Doqquzuncu fəsil
UĢaq və yeniyetmələrin sağlamlıq sistemində qidalanma
və bədənin möhkəmləndirilməsi
9.1 ġagirdlərin sağlamlıq sistemindəki qidalanma..........218
9.2 ġagirdlərin sağlamlaĢdırılma sistemində
bədənin möhkəmləndirilməsi...........................................226
Ədəbiyyat.........................................................................231
239
“Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisaslaĢması
üzrə magistr təhsil səviyyəsi üçün nəzərdə tutulmuĢ
«Hərəki fəaliyyətin fizioloji əsasları» adlı dərsliklə bağlı
rəy fikirlərinizi aĢağıdakı ünvana göndərə bilərsiniz:
Az1072, Bakı Ģəhəri, F.X.Xoyski pr. – 98,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
Ġdman Akademiyası,
«Tibbi bioloji elmlər» kafedrası
e-mail: [email protected]
e-mail: [email protected]
240
Çapa imzalanmış:14.03.2019 Kağız formatı 84X1081\32
Kağız növü – Ofset-1 Sayı 200 Sifariş b 262. Kitab hazır
diopozitivlərdən çap edilmişdir. kitabçapı. az Bakı. 2019