10
4.3 Kartof bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri Təsnifatda yeri: Protozoa aləmi, Plasmodiophoramycota şöbəsi, Plasmodiophoramycetes sinfi, Plasmodiophorales sırası, Plasmodiophoraceae fəsiləsi, Spongospora cinsi Müasir adı: Spongospora subterranea f.sp. subterranea I.A.Tomi Bioloji qrupu: Biotrof Kartofun səpgili dəmgili – Spongospora subterranea (Wallr.) Yagerh.

4.3 Kartof bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

  • Upload
    nuala

  • View
    93

  • Download
    1

Embed Size (px)

DESCRIPTION

4.3 Kartof bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri. Kartofun səpgili dəmgili – Spongospora subterranea ( Wallr .) Yagerh. Təsnifatda yeri : - PowerPoint PPT Presentation

Citation preview

Page 1: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

4.3 Kartof bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Təsnifatda yeri:

Protozoa aləmi, Plasmodiophoramycota şöbəsi,

Plasmodiophoramycetes sinfi, Plasmodiophorales sırası,

Plasmodiophoraceae fəsiləsi, Spongospora cinsi

Müasir adı:

Spongospora subterranea f.sp. subterranea I.A.Tomi

Bioloji qrupu:

Biotrof

Kartofun səpgili dəmgili – Spongospora subterranea (Wallr.) Yagerh.

Page 2: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Patogenin morfologiya və biologiyası. Bu xəstəlik əsasən torflu

torpaqlarda geniş yayılmışdır. Xəstəliyin törədicisi olan göbələk

hüceyrədaxili parazitdir. Bu onun təhlükəlilik dərəcəsini daha da

artırır. Kartofun səpgili dəmgil xəstəliyinin törədicisi ölçüsü 70

mkm-ə qədər olan çoxnüvəli plazmodiyə malikdir. Yoluxmuş

hüceyrələrdə onlar kip spor topaları formalaşdırır. Torpaqda spordan

zoosporlar çıxır və kartofun köklərini və yumrularını yoluxurlar.

Bəzən onlar kartofun stolonunu da sirayətlənir. Parazit oliqofaq

olmaqla pomidor və quşüzümü fəsiləsinin (Solonaceae) digər bitki-

lərini də yoluxur. Xəstəlik yumruların səthində dərinləşmiş ulduza-

bənzər açıq yaralar formasında zühur edir. Belə yaraların içərisi

qəhvəyi spor yığımı ilə doludur. Sirayətlənmiş köklərdə şişlər əmələ

gəlir.

Page 3: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Yayılması. Bu xəstəlik dünyanın sənaye əhəmiyyətli kartof becərən ölkələrindən olan ABŞ, Çin, Hindistan, Türkiyə, İran və s. ölkələrin plantasiyalarında əhəmiyyətli dərəcədə yayılmışdır. Ədəbiyyat məlu-matlarına əsasən kartofun səpgili dəmgil xəstəliyi MDB məkanında yalnız Belorusda və Rusiyanın ayrı-ayrı vilayətlərində qeydə alın-mışdır. Ölkəmizdə bu xəstəliyin mövcudluğu haqqında məlumatlar yoxdur.

Ekologiyası. Xəstəlik kifayət qədər rütubətli və torpağın yüksək olmayan temperaturunda meydana çıxır. Göstərilən şərait və 12-180C temperatur patogenin optimal inkişafına yol açır.

Təsərrüfat əhəmiyyəti. Yumrular güclü yoluxan zaman onların tam məhvi baş verir. Xəstəlik güclü surətdə kartofun qidalılıq və əmtəə keyfiyyətini aşağı salır, onun çürümə törədən mikroorqanizmlərlə sirayətlənməsini stimullaşdırır.

Mübarizə tədbirləri. Bu xəstəliyə qarşı ən səmərəli mübarizə növ-bəli əkinə əməl edilməsi və eyni sahəyə kartofun beş ildən sonra qaytarılmasıdır. Əkin qabağı yumruların dərmanlanması da vacib tədbirlərdəndir.

Page 4: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri
Page 5: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri
Page 6: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Təsnifatda yeri:

Aktinomisetlər və ya şüalı göbələklər,

Streptomyces cinsi

Bioloji qrupu:

Torpaq patogeni

Kartofun adi dəmgili – Streptomyces scabies (Thaxter)Waksman et Henrici.

Page 7: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Patogenin morfologiya və biologiyası. Yoluxma nəticəsində yumrunun

səthində qeyri-düzgün formalı, diametri bir-neçə millimetrdən 1 sm-ə və daha

artıq olan, getdikcə ölçüləri böyüyən və mantarlaşan yaralar meydana çıxır.

Adi dəmgilin dörd növünü fərqləndirirlər: yastı (qabıq və ya yalnız

peridermanın ən üst qatı yoluxur), qabarıq (qabarıq ziyilcik şəklindədir), dərin

(lətli hissənin yaraları ətrafları boyunca qalxır və dibi qəhvəyidir) və torlu

(bütöv xətli səth, tozu xatırladır). Dəmgilin müxtəlif növlərinin inkişafı

patogenin dərinliyə təsirindən, öz növbəsində kartofun sort xüsusiyyətlərindən

və mühit şəraitindən asılıdır. Adi dəmgil xəstəliyini törədən aktinomisetlər

torpaqda müxtəlif üzvi qalıqlarda və toxumluq yumrularda yaşayırlar.

Yumruların infeksiyaya uğra-ması yumru əmələgəlmə fazasından başlayır.

Patogen yumruya adətən mərcilər vasitəsilə keçir, böyüyür və müxtəlif

istiqamətlərdə qabığı cırır və perider-manın böyük hissəsi aşağı sağlam

toxumalardan mantarlaşmış ölü hüceyrələrə ayrılırlar. S.scabies göbələyinin

mitseli buğumsuz ağacaoxşar budaqlanandır.

Page 8: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

Yayılması. Xəstəlik kartof becərilən bütün ölkələrdə geniş yayılmışdır.

Ekologiyası. Adi dəmgilin törədicisi – aerobdur, onun inkişafı üçün

optimal temperatur 25-270C-dir. Yumruların əmələgəlmə dövrü torpağın

aşağı temperaturu streptomisetlərin inkişafını ləngidir. Xəstəliyin inkişafı

üçün neytral və ya zəifqələvi reaksiyalı torpaqlar (pH 6,0-7,5) optimaldır.

Zəif qələvi reaksiyalı yüngül və qumsal torpaqlarda yumrular daha çox

sirayətlənirlər. Quru və isti hava xəstəliyin inkişafını stimullaşdırır.

Təsərrüfat əhəmiyyəti. Əsas zərər yumruların keyfiyyətinin aşağı

düşməsi ilə səciyyələnir. Dəmgilə yoluxmuş yumruların cəlbedici görkəmi

yoxdur, tərkibində nişasta az olduğundan dad və əmtəəlik keyfiyyətləri

aşağıdır. Adətən dəmgil yumrulara quru və yaş çürümə törədicilərinin

daxil olmasına köməklik edir. Güclü yoluxmuş yumruların cücərmə

qabiliyyətləri aşağı olduğundan əkin üçün yararsızlaşır.

Mübarizə tədbirləri. Sağlam əkin materialı, toxumluq yumruların

dərmanlanması, davamlı sortların becərilməsi, növbəli əkin və sideral

(yaşıl) gübrələrin tətbiqi önəmlidir.

Page 9: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri
Page 10: 4.3 Kartof  bitkisinin dəmgil xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri