6
Gürcüstanın Tbilisi şəhərindəki “New School” məktəbində Avropaşünaslıq təmayüllü Beynəlxalq Bakalavr (IB) Diplomu OLAN TƏLƏBƏLƏRDƏN ƏRIZƏLƏRIN QƏBULU ƏRIZƏLƏRIN SON VERILMƏ TARIXI: 31 mart 2018-ci il, Gürcüstan vaxtı ilə 12:00 (günorta, UTC+4.00) Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil sahəsində New School International School of Georgia 2018-2019-cu illər üzrə Təqaüd Proqramı AZƏRBAYCANDAN BELARUSDAN ERMƏNISTANDAN GÜRCÜSTANDAN MOLDOVA RESPUBLIKASINDAN VƏ UKRAYNADAN | | |

Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil ...eapeuropeanschool.eu/buttons/EU_Schoolarship_Programme_Azari.pdf · Təqaüd birinci tədris ilində veriləcək və, tələbənin

  • Upload
    others

  • View
    15

  • Download
    0

Embed Size (px)

Citation preview

Gürcüstanın Tbilisi şəhərindəki “New School”məktəbində Avropaşünaslıq təmayüllüBeynəlxalq Bakalavr (IB) Diplomu

OLAN TƏLƏBƏLƏRDƏN ƏRIZƏLƏRIN QƏBULU

ƏRIZƏLƏRIN SON VERILMƏ TARIXI:31 mart 2018-ci il, Gürcüstan vaxtı ilə 12:00 (günorta, UTC+4.00)

Avropa Şərqi Tərəfdaşlıq MəktəbininOrta təhsil sahəsində

New SchoolInternational School of Georgia

2018-2019-cuillər üzrə Təqaüd Proqramı

AZƏRBAYCANDAN BELARUSDAN ERMƏNISTANDANGÜRCÜSTANDAN MOLDOVA RESPUBLIKASINDANVƏ UKRAYNADAN

| ||

Bundan sonra Moldova adlanacaq1

1 TƏQAÜD PROQRAMININ MƏQSƏDI NƏDIR?

2

Gürcüstanın Tbilisi şəhərindəki “New School” məktəbi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası1 və Ukraynadan olan, qəbul tələblərinə cavab verən 16-17 yaşlı tələblər üçün Beynəlxalq Bakalavr Diplomu üzrə Təqaüd elan edir. Təqaüd proqramını Beynəlxalq Bakalavriatla (IB) tərəfdaşlıq edən Avropa Birliyi dəstəkləyir. Proqram Beynəlxalq Bakalavr Diplomunu almaq üçün unikal imkan təklif edərək http://www.ibo.org/programmes/diploma-programmeAvropaşünaslığın dərinləşdirilmiş tədrisini təklif edir.

Təqaüd IB Diplom Proqramının iki illik təhsil dövrünü və müvafiq hallarda yataqxana xərclərini ödəmək üçün nəzərdə tutulmuşdur. Proqramda iştirak hüququ olan altı ölkənin tələbələrinə 30-a qədər təqaüd veriləcək. 2018-2019-cu təhsil ilində təqaüd alacaq tələblərin siyahısı 2018-ci ilin may ayında elan ediləcək.

Təqaüd proqramı Avropa Birliyinin və onun tərəfdaşlarının Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldo-va və Ukraynadan olan gənclərin təhsil imkanlarını gücləndirmək cəhdinin bir hissəsi kimi təşkil edilmişdir.

IB-ın səlahiyyətli məktəbi hesab olunan “New School” məktəbindən Beynəlxalq Bakalavr dərəcəsinin alınması tələbələrin dünyanın ən yaxşı universitetlərinə daxil olmaq şansını artıracaq.

Azərbaycan,Belarusiya,Ermənistan,Gürcüstan,Moldova vəUkraynadan

olan tələbələr.

Tələbələr16-17 yaş

6 ölkə

30 tələbə təqaüdü

3 AVROPAŞÜNASLIQ TƏMAYÜLLÜ IB DIPLOMPROQRAMINI KIM TƏDRIS EDIR?

2 AVROPAŞÜNASLIQ TƏMAYÜLLÜ IB DIPLOMUPROQRAMI NƏDIR?

3

Avropaşünaslıq təmayüllü IB Diplom Proqramı standart IB Diplomu Proqramını – həddindən artıq hərtərəfli və intensiv iki illik tədris kursunu – təklif edəcək və, eyni zamanda, tələbələrə Avropa və Avropa Birliyi ilə bağlı məsələləri öyrənmək üçün unikal imkan verəcək.

Humanitar elmlər, dillər və ədəbiyyat, incəsənət və tarix kursları Avropa nöqteyi-nəzərini həvəsləndirəcək. Tələbələr həmçinin öz esseləri və tədris məşğələlərində Avropa ilə bağlı mövzuları əks etdirmək imkanına malik olacaqlar.

Sinifdənkənar məşğələlərə Avropa mövzuları ilə bağlı konfranslarda və tədbirlərdə iştirak etmək daxil olacaq. AB mövzuları üzrə yüksək səviyyəli məruzəçilər və müəllimlər, o cümlədən AB-nin Yüksək səviyyəli məsul işçiləri səciyyəvi məruzələri verməyə dəvət ediləcək və Brüsseldəki Avropa İnstitutlarına mümkün tədris səfərləri və ya digər tədbirlər tələbələrin Avropa və onun əhalisi haqqında biliklərinin gücləndirilməsi məqsədini güdəcək.

IB Diplom Proqramı Gürcüstanın Tbilisi şəhərindəki “New School” məktəbində tədris ediləcək.Gürcüstanın Tbilisi şəhərindəki “New School” məktəbi 2010-cu ildən Beynəlxalq Bakalavriatın (IB) səlahiyyətini almışdır IB tədris vasitəsilə daha yaxşı dünya yaratmaq missiyası ilə motivləşmiş beynəlxalq fonddur. IB tələbələrə tənqidir və müstəqil düşüncəni, qayğı və məntiqlə sorğu aparmanı öyrədən tədris təklif edir. IB tələbələri elə bir dünyada müvəffəqiyyət qazanmağa hazırlayır ki, burada faktlar və uydurmalar xəbərlərdə birləşmişdir və düzgün sualları vermə müvəffəqiyyəti təmin edən mühüm bacarıqdır.

Son on il ərzində “New School” məktəbi Gürcüstanda çox-dilli və çox-mədəniyyətli tədrisə və öz milli və xarici məzun və diplomlu mütəxəssislərinin uğurlu təhsilinə və karyerasına öz töhvəsini vermişdir. Diplom Proqramını başa çatdırmış tələblərin 85%-dən çoxunun ana dili ingilis dilindən fərqli dil olmuşdur (gürcü, rus, fars, ukrayna, koreya, çin, serb, litva və ya türk dilləri).

“New School” bölgədən yığılmış yeni tələbələrlə bu yeni tədristəcrübəsini səbirsizliklə gözləyir.

Gürcüstanın Tbilisi şəhərində yerləşən “New School” məktəbində Avropaşünaslıq təmayüllü Beynəlxalq Bakalavriat Proqramının 2018/2019-cu tədris ili üçün tədris haqqı.Yemək də daxil olmaqla, Gürcüstanın Tbilisi şəhərində yaşayış. Tələbələr tələbə şəhərciyində və ya onun yaxınlığında yerləşən yataqxanalarda yerləşdiriləcək. Artıq “New School” binalarında tətbiq edilən yüksək keyfiyyət və təhlükəsizlik standartlarına əməl ediləcək.Tətillər zamanı Tbilisi ilə ailələrinin yaşadığı yerə və geriyə iki səyahət haqqı.Gürcüstanın “Bank of Georgia” bankından verilmiş şəxsi debit kartına yüklənmiş yerli nəqliyyat üçün ödənişlər.Tələbənin proqramı yerinə yetirməsi üçün lazım olan tədris materialları və resurslar (tədris müddəti ərzində kitablar, noutbuklar, hesablayıcı maşınlar, smartfonlar).AB sponsorluğu ilə keçirilən seminarlarda, konfranslarda, tədris ekskursiyalarında və digər tədbirlərdə iştirak.Tibbi sığorta, o cümlədən stomatoloji sığorta və kəskin xəstəlik halında vətənə qaytarma sığortası.

Təqaüdə aşağıdakılar daxil olmayacaq:

Təqaüd proqarmını Avropa Birliyi maliyyələşdirir. Proqrama qəbul tələblərinə cavab verən və seçim sınaqlarında ən yüksək ballar toplamış Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan tələbələrə 30-a yaxın təqaüd veriləcək.

Təqaüd IB Diplom Proqramının iki illik təhsil dövrünü və müvafiq hallarda yataqxana xərclərini ödəmək üçün nəzərdə tutulmuşdur.

Təqaüd birinci tədris ilində veriləcək və, tələbənin 1-ci ili uğurla başa çatdırması şərtilə, avtomatik olaraq ikinci və sonuncu tədris ilinə də uzadılacaq. Tələbələrə ikinci il təqaüd üçün yenidən ərizə vermək lazım gəlməyəcək.

Təqaüdə aşağıdakılar daxildir:

4 AVROPAŞÜNASLIQ TƏMAYÜLLÜ IB DIPLOM PROQRAMINI KIMMALIYYƏLƏŞDIRIR VƏ TƏQAÜD NƏYI ƏHATƏ EDIR?

4

Pul vəsaitinin birbaşa köçürülməsi və ya tələbələrə, yaxud onların ailələrinə nağd pulun ödənməsi.Tələblərin ailə üzvlərinin Tbilisiyə/Tbilisidən beynəlxalq səyahətləri. Tələbələrin geyim, tələbə şəhərcəyindən kənarda yemək və ya içki xərcləri,Diplom Proqramının həyata keçirilməsi üçün verilmişlərdən fərqlimobil telefon və fərdi kompüterlər.

Ərizələrin verilməsi üçün son tarix 31 mart 2018-ci il,Gürcüstan vaxtı ilə 12:00 (günorta, UTC+4.00)

Tam ərizə paketi “New School” məktəbinin saytındanəldə edilə bilər:

www.newschoolgeorgia-app.com

5

1

2

3

4

5

6

7

PROQRAMA KIM ƏRIZƏVERƏ BILƏR?

5

.

Ölkə Qəbul hüququ verən sinif Ərizə verilən ana

1 sentyabr 2018-ciilə məqbul hesab edilən yaş

Azərbaycan 9-10 16-17

Belarus 9-10 16-17

Ermənistan 9-10 16-17

Gürcüstan 10 16-17

Moldova 10 16-17

Ukrayna 9-10 16-17

Qeyd: Məktəbin son ilində hərbi xidmətə çağırışalmış tələbələrin ərizə vermək hüququ olmayacaq.

6 SEÇMƏ VƏ QƏBULPROSEDURU

• Ərizələrin qəbulu – 31 mart 2018-ci ilə qədər• Yazılı sınaqlar – 2018-ci ilin aprel ayında• Müsahibə – 1 - 15 may 2018-ci il tarixlərdə

Ərizələrin təqdimi

Şərqi Tərəfdaşlıq Ölkələrinin hər birinə bərabər imkanlar vermək üçün təqaüd müsabiqəsi bacarıqlara əsaslanacaq və tələblərə cavab verən şəxslərin pulsuz iştirakı mümkün olacaq.

Ərizə vermək hüququ olan şəxslər aşağıdakı tələblərə cavab verməlidir:

Seçim prosesi bütün tələblərə cavab verən ərizələrin eyni səviyyədə nəzərdən keçirilməsini təmin ediləcək və obyektiv və şəffaf qiymətləndirmə üsullarından istifadə etməklə təhlil ediləcək. Peşəkar seçim komissiyası seçimin bütün mərhələlərinə nəzarət edəcək və təqaüd müsa-biqəsinin finalçılarına dair son qərarı qəbul ediləcək. Seçim Komissiyası “New School” məktəbinin üzvlərindən, o cümlədən IB tərəfindən tanınmış xarici qiymətləndiricilərdən təşkil ediləcək. Seçim Komissiyasının qərarı son və qəti olacaq.

Seçim prosesinə aşağıdakı mərhələlər daxil olacaq:

Namizədlər ərizə vermək üçün onlayn ərizəçi profili yaratmalıdır.

Qeyd edilmiş tarixdən sonra verilmiş və ya nata-mam ərizələr qəbul edilməyəcək. Qeyd edilmiş müddət ərzində ərizə vermiş bütün ərizəçilərə ərizənin qəbulunu təsdiq edən qəbz veriləcək.

Seçim Komissiyası ancaq son qəbul tarixindən əvvəl təqdim edilmiş ərizələri nəzərdən keçirəcək. Seçim Komissiyası ərizəçilər arasından sınaq və müsahibələrə buraxılacaq son iştirakçıların siyahısını müəyyən edəcək. 2018-ci ilin aprel ayında belə təyin edilmiş namizədlər öz yaşadıqları ölkədə yazılı imtahanlara və müsa-biqəyə dəvət alacaq.

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna vətəndaşı olmaq və Gürcüstana səfər üçün beynəlxalq sənədləri almaq imkanı olmaq.

Ərizə verilən ana Azərbaycanda, Belarusda, Ermənistanda, Gürcüstanda, Moldovada və ya Ukraynada yaşamaq;

Onların ölkəsi üçün təyin edilmiş aşağıda verilən sinif/yaş tələblərinə cavab vermə;

Ərizə verilən ana bu altı ölkənin birində orta məktəbdə oxumaq;

Orta məktəbin əvvəlki və cari ilində ən azı 70% GPA (orta tədris balı) orta qiymətlər alma;

Bundan əvvəl ingilis dilini öyrənmə və qeydiyyat anına ingilis dilini məqbul səviyyədə bilmə (B2 Səviyyəsi və ya daha yüksək).

Digər AB dilini bilmə üstünlük hesab ediləcək.

6

Riyaziyyat və ingilis dili üzrə yazılı sınaqlar İki yazılı sınaq nəzərdə tutulmuşdur: riyaziyyat sınağı və ingilis dili sınağı. Bütün sınaqlar ingilis dilində aparılacaq.

Riyaziyyat imtiahanı:

Minimum bacarıq səviyyəsi 35%-dir (Bununla belə, daha yüksək bal toplamış tələbələrin seçim zamanı daha az bal toplamış tələbələr üzərində üstünlüyü olacaq).

60% və ya daha yüksək bal toplamış tələbələrə daha yüksək səviyyəli riyaziyyat, kimya və fizika kurslarına daxil olmağa icazə veriləcək.

Riyaziyyat sınağının mövzuları aşağıdakı kimi olacaq: Ədədlər, çoxluqlar və ədədlər, cəbr, triqonometriya, həndəsə, koordinatlar həndəsəsi, statistika və ehtimallar (xahiş etdikdə əlavə məlumatlar təqdim ediləcək).

İngilis dilindən imtahan:

İmtahan iki hissədən ibarətdir. Qiraət sınaq bölməsində tələbələrdən mətni oxumaq və verilmiş suallara cavab vermək, beləliklə də mətni başa düşdüklərini nümayiş etdirmək xahiş olunacaq.

Yazılı bolmədə tələbələrdən mədəniyyət, səhiyyə, əyləncə, elm və ya texnologiya mövzusunda inşa (150-250 söz) yazmaq xahiş olunur.

Bütün yazılı sınaqlar üçün iştirakı və bərabər imkanları təmin etmək üçün, fiziki iştirak altı ölkədə tanınmış tərəfdaş təşkilatlar tərəfindən idarə ediləcək. Sınaq 2018-ci ilin aprel ayında bütün altı ölkədə eyni zamanda aparılacaq.

Namizədlərə sınaqların dəqiq tarixi və sınaq mərkəzlərinin yeri barədə bildiriş veriləcək.

Müsabiqə:

Namizəd tələbələrlə müsahibə yazılı sınaqlardan sonra, tələbələrin kursun növbəti elementlərinə hazırlıq səviyyəsini müəyyən etmək üçün aparılacaq:• Yeni öyrənmə təcrübələrinə və mədəniyyətlərə açıq gözlə baxma;• Yataqxanada və ailədən uzaq, xarici ölkədə yaşamağa hazırlıq (müvafiq hallarda);• Maraq və motivasiya;• Maraq doğuran fənləri və namizədin daxil olmaq istədiyi kursları öyrənmə;• İngilis dilində danışma daxil olmaqla, lakin onunla məhdudlaşmadan kommunikasiya və fikrini ifadə etmə bacarığı;

• Sosial bacarıqlar və dərsdən kənar tədbirlərə (idman, klublar, yarışlar) fəal qoşulma qabiliyyəti.

“New School” məktəbinin əməkdaşları və digər ekspertlərlə fərdi müsahibələr video əlaqə, məs. Skype vasitəsilə 1 - 15 may 2018-ci il tarixlərdə aparılacaq.

Bu müsahibələrdə Seçim Komissiyası əsas diqqəti tələbələrin motivasiyasına, onların başqa mədəniyyətlərə açıq gözlə baxmalarına və Avropa məsələlərində marağına verəcək.

Əlavə məlumat

Təqaüd proqramının məqsədi alınmış ərizələr əsasında ədalətli gender tarazlığını və tarazlı coğrafi nümayəndəliyi təmin etməkdir. Məqsəd proqramda iştirak hüququ olan hər ölkədən 4-6 tələbəyə təqaüd verməkdir: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna.

AB təmayüllü Beynəlxalq Bakalavriat Diplomu dünyanın hər yerində geniş sayda universitetlər və ölkələr tərəfindən qəbul edilir. Bundan əlavə, Diplom Proqramı məzunları Gürcüstanın Təhsil Nazirliyindən orta məktəb attestatının rəsmi ekvivalentini ala biləcəklər. Namizədlər həmçinin Diplom Proqramını öz milli təhsil orqanlarına təqdim edərək öz ölkələrində qəbul edilmiş rəsmi ekvivalenti ala bilərlər.

2018-2019-cu tədris ili üçün stipendiatların siyahısı 2018-ci il may ayının ikinci yarısında elan ediləcək.

Təqaüd üçün ərizə vermə prosesi pulsuzdur. Bununla belə, sınaqların təşkil ediləcəyi yerə səyahət haqqını ərizəçilər özləri ödəyəcək və bu xərc geri qaytarılmır.

Ərizə vermə prosesində əlavə məlumat almaq üçünaşağıdakı əlaqə nömrələrindən istifadə edin:

[email protected]:

+ 995 32 225 70 06 (stasionar telefon xətti)+995 599 25 17 17 (mobil telefon)