84
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT TABXANASI ───────────────────────────────────────────────────────────────────────────────── 1 Azərbaycan beynəlxalq aləmdə MÜNDƏRİCAT 1. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılması .......................................................... 3 2. Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri ................................................. 7 1. Xarici siyasətin əsas istiqamətləri ..................................................................................................7 2. Azərbaycanın xarici siyasət prioritetləri..................................................................................... 10 3. Azərbaycan beynəlxalq təşkilatlarda .............................................................................................. 15 1) ATƏT və Azərbaycan ................................................................................................................... 15 1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi ATƏM Şurasının birinci əlavə görüşü..... 17 Helsinki 24 mart 1992-ci il ............................................................................................................. 17 2. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Zirvə görüşü ............................................. 18 Budapeşt 6 dekabr 1994-cü il.......................................................................................................... 18 3. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 5-ci görüşü..................... 19 Budapeşt 8 dekabr 1995-ci il .......................................................................................................... 19 4. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü ................................................ 20 Lissabon 3 dekabr 1996-cı il ........................................................................................................... 20 5. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü ................................................ 21 İstanbul 19 noyabr 1999-cu il ......................................................................................................... 21 6. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 9-cu görüşü .................... 22 Buxarest 4 dekabr 2001-ci il ........................................................................................................... 22 7. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 10-cu görüşü .................. 23 Porto 7 dekabr 2002-ci il ................................................................................................................. 23 2) Avropa Şurası və Azərbaycan ..................................................................................................... 24 Avropa Şurası Parlament Assambleyasının 1690 saylı Tövsiyəsi, 25 yanvar 2005-ci il Avropa Şurası Parlament Assambleyasının 1416 saylı Qətnaməsi, 25 yanvar 2005-ci il Avropa Şurası Nazirlər Komitəsinin Kommünikesi, 9 noyabr 2000-ci il Avropa Şurası Parlament Assambleyasının Zaqafqaziyada münaqişələrə dair 1119 nömrəli Qətnaməsi, 1997 il Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1263 nömrəli Tövsiyəsi, 1995 il Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 nömrəli Qətnaməsi, 1995 il Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsinə dair 1251 nömrəli Tövsiyəsi, 1994 il Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsinə dair 1047 nömrəli Qətnaməsi, 1994 il Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair Bəyannaməsi, 15 aprel 1993-cü il Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağa dair Bəyannaməsi, 11 mart 1992-ci il 3) Avropa İttifaqı və Azərbaycan .................................................................................................... 28 Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 22 may 1992-ci il Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 18 iyun 1992-ci il Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 7 aprel 1993-cü il Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 24 iyun 1993-cü il Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 3 sentyabr 1993-cü il Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 9 noyabr 1993-cü il

Azərbaycan beynəlxalq aləmdə - preslib.azfiles.preslib.az/projects/azerbaijan/gl9.pdfTarixi xronologiya baxımından iqtisadi-siyasi tərəqqinin və demokratik inkişafın daha

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    1

    Azərbaycan beynəlxalq aləmdə

    MÜNDƏRİCAT

    1. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılması .......................................................... 3

    2. Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri ................................................. 7

    1. Xarici siyasətin əsas istiqamətləri .................................................................................................. 7

    2. Azərbaycanın xarici siyasət prioritetləri..................................................................................... 10

    3. Azərbaycan beynəlxalq təşkilatlarda .............................................................................................. 15

    1) ATƏT və Azərbaycan ................................................................................................................... 15

    1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi ATƏM Şurasının birinci əlavə görüşü..... 17

    Helsinki 24 mart 1992-ci il ............................................................................................................. 17

    2. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Zirvə görüşü ............................................. 18

    Budapeşt 6 dekabr 1994-cü il.......................................................................................................... 18

    3. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 5-ci görüşü ..................... 19

    Budapeşt 8 dekabr 1995-ci il .......................................................................................................... 19

    4. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü ................................................ 20

    Lissabon 3 dekabr 1996-cı il ........................................................................................................... 20

    5. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü ................................................ 21

    İstanbul 19 noyabr 1999-cu il ......................................................................................................... 21

    6. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 9-cu görüşü .................... 22

    Buxarest 4 dekabr 2001-ci il ........................................................................................................... 22

    7. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 10-cu görüşü .................. 23

    Porto 7 dekabr 2002-ci il ................................................................................................................. 23

    2) Avropa Şurası və Azərbaycan ..................................................................................................... 24

    • Avropa Şurası Parlament Assambleyasının 1690 saylı Tövsiyəsi, 25 yanvar 2005-ci il

    • Avropa Şurası Parlament Assambleyasının 1416 saylı Qətnaməsi, 25 yanvar 2005-ci il

    • Avropa Şurası Nazirlər Komitəsinin Kommünikesi, 9 noyabr 2000-ci il

    • Avropa Şurası Parlament Assambleyasının Zaqafqaziyada münaqişələrə dair 1119 nömrəli

    Qətnaməsi, 1997 il

    • Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi

    köçkünlərin humanitar vəziyyətinə dair 1263 nömrəli Tövsiyəsi, 1995 il

    • Avropa Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi

    köçkünlərin humanitar vəziyyətinə dair 1059 nömrəli Qətnaməsi, 1995 il

    • Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsinə dair 1251 nömrəli

    Tövsiyəsi, 1994 il

    • Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Münaqişəsinə dair 1047 nömrəli

    Qətnaməsi, 1994 il

    • Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair

    Bəyannaməsi, 15 aprel 1993-cü il

    • Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağa dair Bəyannaməsi, 11 mart 1992-ci il

    3) Avropa İttifaqı və Azərbaycan .................................................................................................... 28

    • Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri

    • Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 22 may 1992-ci il

    • Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 18 iyun 1992-ci il

    • Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 7 aprel 1993-cü il

    • Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 24 iyun 1993-cü il

    • Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 3 sentyabr 1993-cü il

    • Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat, Brüssel, 9 noyabr 1993-cü il

    http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=599&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=600&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=601&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=602&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=602&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=603&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=603&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=604&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=604&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=605&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=605&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=606&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=606&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=607&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=607&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=608&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=596&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=557&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=558&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=559&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=560&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=561&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=562&Itemid=1

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    2

    • Dağlıq Qarabağ münaqişəsinə dair Avropa İttifaqının mövqeyi

    • Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin üçüncü iclası, 12 iyul 2002-ci il

    4) İslam Konfransı Təşkilatı və Azərbaycan .................................................................................. 30

    • İslam Konfransı Təşkilatı tərəfindən qəbul edilmiş 13/30-P saylı qətnamə

    • İslam Konfransı Təşkilatı tərəfindən qəbul edilmiş 21/30-E saylı qətnamə

    • İslam Konfransı Təşkilatı tərəfindən qəbul edilmiş 10/30-C saylı qətnamə

    5) BMT və Azərbaycan ..................................................................................................................... 32

    • BMT Təhlükəsizlik Şurasının 822 nömrəli Qətnaməsi

    • BMT Təhlükəsizlik Şurasının 853 nömrəli Qətnaməsi

    • BMT Təhlükəsizlik Şurasının 874 nömrəli Qətnaməsi

    • BMT Təhlükəsizlik Şurasının 884 nömrəli Qətnaməsi

    6) YUNESKO və Azərbaycan .......................................................................................................... 34

    7) GUAM və Azərbaycan ................................................................................................................. 40

    4. Azərbaycanın xarici dövlətlərdəki diplomatik missiyaları ........................................................... 42

    5. Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ........................................................ 52

    6. Xarici dövlətlərin Azərbaycandakı səfirlikləri və konsulluqları .................................................. 55

    7. AZƏRBAYCANIN XARICI IŞLƏR NAZIRLƏRI ....................................................................... 62

    Məmmədhəsən Hacınski ........................................................................................................... 62

    Əlimərdan bəy Topçubaşov ..................................................................................................... 63

    Fətəli xan Xoyski ....................................................................................................................... 65

    Məmmədyusif Cəfərov ............................................................................................................. 67

    Nəriman Nərimanov ................................................................................................................. 69

    Mirzədavud Hüseynov .............................................................................................................. 72

    Mahmud Əliyev ......................................................................................................................... 74

    Tahirə Tahirova ........................................................................................................................ 75

    Elmira Qafarova ....................................................................................................................... 76

    Hüseynağa Sadıqov ................................................................................................................... 77

    Tofiq Qasımov ........................................................................................................................... 78

    Həsən Həsənov ........................................................................................................................... 79

    Tofiq Zülfüqarov ....................................................................................................................... 81

    Vilayət Quliyev .......................................................................................................................... 82

    Elmar Məmmədyarov ............................................................................................................... 83

    Ceyhun Bayramov……………………………………………………… ..…………………………84

    http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=563&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=564&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=610&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=611&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=612&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=552&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=553&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=554&Itemid=1http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=555&Itemid=1

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    3

    1. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılması

    XX yüzilin sonunda dünyada baş verən qlobal proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının ləğv

    edilməsi, "soyuq müharibə"nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə

    dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni

    müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici

    siyasət kursunu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni düzümünün

    formalaşmasına gətirib çıxardı. Bu, bir tərəfdən, beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal

    qarşıdurmanın aradan qalxması ilə səciyyələnirdisə, digər tərəfdən, siyasi, iqtisadi və hərbi baxımdan strateji

    əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra məhəlli mərkəzlərin meydana

    çıxması ilə müşayiət olunurdu.

    Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət

    müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən

    dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata

    keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən

    rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.

    Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin Dağlıq Qarabağda erməni separatizmi və Ermənistanın

    hərbi təcavüzü ilə dərinləşən ciddi siyasi və iqtisadi problemlərlə müşayiət olunması onun diplomatiyası

    qarşısında çox mühüm vəzifələr qoyurdu. Təcavüzün və millətçi separatizmin qarşısını almaq, onların ağır

    nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə

    siyasi və iqtisadi inteqrasiyaya girmək zərurəti məqsədyönlü, ardıcıl və fəal xarici siyasətin həyata keçirilməsini

    tələb edirdi. Beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə

    inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın

    müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox ciddi səylər edilməli və gərgin fəaliyyət

    göstərilməli idi.

    Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin

    zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın

    milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi

    üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan

    maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın

    maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını

    tələb edirdi.

    Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu

    seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən

    faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin

    qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini

    inkişaf etdirir.

    1991-ci ilin sonu-1992-ci ildə Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması və

    diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı.

    İkitərəfli siyasi münasibətlərin qurulması iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaradırdı.

    Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq isə öz növbəsində siyasi münasibətlərin dərinləşməsi, qarşılıqlı etimadın

    güclənməsi yolunda mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft

    yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dünya

    ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlən-məsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan

    verdi. "Əsrin müqaviləsi" və sonrakı dövrdə imzalanmış çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə

    inteqrasiyasını gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin geniş şəbəkəyə

    malik olduğunu nümayiş etdirir.

    1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi

    "Böyük İpək yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici

    siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərindən biridir.

    Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun bərpası üzrə həyata

    keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi

    potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli

    şərait yaradır. Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    4

    nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının

    daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından

    böyük əhəmiyyətə malikdir.

    Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf

    etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi

    də mühüm yer tutur.

    1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət

    nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx

    əlaqələr yaratmış, bu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici

    siyasət yeridir. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm

    özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərinin və

    təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir.

    Azərbaycan Respublikasının 1994-cü ildən başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı

    çərçivəsində fəaliyyəti dünyanın qabaqcıl ölkələri ilə onun əlaqələrinin inkişafına mühüm zəmin yaratmışdır.

    1998-ci il sentyabrın sonunda NATO-nun baş katibi H. Solananın Azərbaycana səfəri ərəfəsində verdiyi

    müsahibədə "Qafqaz regionunu NATO-nun birbaşa maraqları olan regionlar" sırasında qeyd etməsi qarşılıqlı

    faydalı əməkdaşlığın inkişaf etdirilməsi və regional təhlükəsizliyin qorunması sahəsində Şimali Atlantika

    təşkilatı ilə Azərbaycanın maraqlarının üst-üstə düşdüyünü bir daha təsdiq etdi.

    Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə

    qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində xarici siyasət

    sahəsində fəaliyyətin rolu kəskin şəkildə yüksələrək həlledici əhəmiyyət kəsb etmişdir.

    Qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan da daxil olmaqla postsovet

    məkanında yerləşən bütün dövlətlər özlərinin gələcək inkişaf strategiyasını müəyyənləşdirərkən ciddi seçim

    qarşımda qaldılar: onlar ya əvvəlki kimi sosialist ideologiyası və ictimai mülkiyyətə əsaslanan planlı

    iqtisadiyyat yolu ilə fəaliyyətini davam etdirərək beynəlxalq aləmdə ideoloji, hərbi-siyasi qarşıdurmaya yenidən

    şərait yaratmalı, ya da iqtisadi-siyasi və sosial sahədə yüksək tərəqqiyə nail olmuş ölkələrin təcrübəsini əsas

    götürərək, bu təcrübəni yerli şəraitə uyğunlaşdırmaqla xüsusi mülkiyyətə əsaslanan azad bazar iqtisadiyyatı

    yolunu seçməli idilər. "Soyuq müharibə"də sosializm cəbhəsi üzərində parlaq qələbə çalan kapitalizm

    dünyasının hərtərəfli üstünlükləri yeni yaranmış dövlətləri məhz ikinci yolu seçməyə bir növ sövq etdi.

    İkinci yolu seçməklə həmin dövlətlər yeni bir seçim problemi ilə üzləşdilər. Onlar bu dəfə kapitalizm

    dünyası daxilindəki mövcud inkişaf modelləri üzrə, daha doğrusu, tədqiqatçıların qeyd etdiyi kimi, hazırda

    dünya siyasətinin müəyyənləşməsində əsas rol oynayan iqtisadi-siyasi güc mərkəzlərinin inkişafı ilə bağlı

    Amerika, Avropa və Asiya modelləri üzrə seçim zərurəti qarşısında qaldılar. Buna görə də, müstəqillik əldə

    edən dövlətlər özlərinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üçün dünyada mövcud olan mürəkkəb

    beynəlxalq və regional şəraiti düzgün qiymətləndirməli, dünya siyasətinin güc mərkəzləri olan ABŞ, Rusiya,

    Avropa Birliyi, Cənub-Şərqi Asiya ölkələri arasındakı mənafe və maraq çəkişmələrində özünün suverenliyini

    qoruyub saxlamaq məqsədilə düşünülmüş xarici siyasət yeritməli idilər. Bu dövlətlər qarşısında müasir dövrdə

    beynəlxalq aləmdə qəbul edilmiş və həyata keçirilən inkişaf modellərinin, ilk növbədə Amerika, Avropa və

    Asiya modellərinin zəif və üstün cəhətlərini diqqətlə araşdırmaq və bu zəmində ya onlardan birinə üstünlük

    vermək, ya da ayrı-ayrı modellərin müəyyən cəhətlərini sintez edərək ölkənin spesifik şəraitinə daha uyğun olan

    inkişaf yolunu seçmək vəzifəsi dururdu.

    Müşahidələr və təhlillər göstərir ki, Birinci və İkinci dünya müharibələrindən sonra iqtisadi, siyasi və hərbi

    sahədə sürətli tərəqqiyə nail olan və müəyyən mənada dünya dövlətləri sırasında liderə çevrilən ABŞ-ın inkişaf

    yolu 90-cı illərdə müstəqillik qazanmış bir çox yeni dövlətlər üçün daha çox cəlbedici görünməkdədir. Həmin

    dövlətlərin belə bir strategiya seç-məsini onların bir tərəfdən SSRİ-nin varisi rolunu öz üzərinə götürən

    Rusiyanın ənənəvi təsir dairəsindən çıxmaq, digər tərəfdən isə beynəlxalq aləmlə inteqrasiya məsələlərində və

    daxili iqtisadi-siyasi problemlərin həllində sabit iqtisadi və maliyyə gücünə malik olan ABŞ kimi

    superdövlətdən dəstək almaq istəyi şərtləndirir. Amerika modelinin cəlbediciliyində inqilabi partlayışlarsız və

    sıçrayışlarsız, demokratik yolla inkişaf edən ABŞ-ın uzun müddət, yəni "soyuq müharibə" dövründə totalitar,

    qeyri-demokratik dövlət olan SSRİ ilə qarşıdurmada əsas rəqib kimi çıxış edərək bu mübarizədən qalib çıxması

    faktı da mühüm rol oynamışdır. Lakin XX əsrin sonunda dünya siyasətinin yeni güc mərkəzləri kimi meydana

    çıxan Avropa və Asiya dövlətlərinin inkişaf modellərinin ABŞ modeli ilə rəqabət mübarizəsindəki uğurları,

    habelə proqnozlaşdırılan üstünlükləri sonuncunun cəlbediciliyinə müəyyən zərbə vurmuşdur.

    Tarixi xronologiya baxımından iqtisadi-siyasi tərəqqinin və demokratik inkişafın daha sınanmış forması

    kimi çıxış edən Avropa modeli 80-ci illərdən başlayaraq yenidən müxtəlif regional mərkəzlər arasında qarşılıqlı

    münasibətlərin xarakterinə və yönümünə mühüm təsir göstərə bilən geosiyasi faktorlardan birinə çevrilmişdir.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    5

    Avropa Birliyi ideyası altında regionun bütün dövlətlərinin vahid iqtisadi, siyasi məkanda birləşməsi və onun

    dünya miqyasında yeni güc mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar artıq öz real nəticələrini verir.

    1990-cı ilin məlumatlarına görə, 344,6 milyon əhalisi olan Avropa Birliyi 5,53 trilyon dollar məbləğində əmtəə

    istehsal etmək və xidmətlər göstərməklə ABŞ-ı xeyli ötüb keçmişdir (ABŞ-da bu rəqəm 5,47 trilyon dollardır).

    Regional münaqişələrin həllində, insan hüquq və azadlıqlarının qorunmasında Avropa Birliyi ölkələrinin

    rolunun səmərəliliyi də Avropa modelinin üstün cəhətləri kimi diqqəti cəlb edir.

    Yenicə meydana gəlmiş müstəqil dövlətlər üçün inkişafın Asiya modeli Avropa və Amerika modellərindən

    heç də az əhəmiyyət kəsb etmir, hətta bir sıra parametrlərinə görə onu ötüb keçməyə başlayır. Asiya modeli

    dedikdə, buraya hər şeydən əvvəl, XX əsrin 50-ci illərindən başlayaraq iqtisadi inkişafın yüksək tempi ilə

    xarakterizə olunan Avstraliya, Yeni Zelandiya və Cənub-Şərqi Asiya ölkələri - Yaponiya, Çin, Cənubi Koreya,

    Sinqapur, İndoneziya, Malayziya, Honkonq və başqa ölkələrin yüksəliş konsepsiyası aid edilir. Bu modeli bəzən

    Asiya-Sakit okean ölkələri modeli də adlandırırlar.

    Asiya-Sakit okean ölkələri hazırda iqtisadi inkişaf tempinə görə ABŞ və Avropa Birliyi ölkələrini xeyli

    üstələyir və iqtisadi qüdrətinə görə dünyanın əsas mərkəzlərindən birinə çevrilməkdədir. Ekspertlərin fikrincə,

    hazırda dünya üzrə ümumdaxili məhsulun yarıdan çoxu məhz bu region ölkələrinin payına düşür. Müasir

    dünyada iqtisadi inkişafa görə ən dinamik hesab olunan bu ölkələrin qısa müddətdə iqtisadi sahədəki möcüzələri

    təkcə azad bazar münasibətlərinin yox, həm də onların düzgün sosial və iqtisadi seçimlərinin nəticəsidir.

    Cənub - Şərqi Asiya ölkələri Qərbin bəzi inkişaf xüsusiyyətlərini əxz etsə də, özlərinin mühüm sosial və mədəni

    ənənələrini də qoruyub saxlaya bilmişlər. Məhz bunun sayəsində onlar qlobal rəqabətə davam gətirə bilmişlər.

    Mühüm və ənənəvi hərbi-siyasi və iqtisadi güc mərkəzlərindən olan ABŞ, Avropa Birliyi və Rusiyaya

    qarşı rəqabətdə Asiya-Sakit okean ölkələri öz aralarında istər iqtisadi, istərsə də hərbi-siyasi təhlükəsizlik

    sahələrində birlik meyillərini getdikcə gücləndirirlər. Onların sıx iqtisadi inteqrasiyası haqqında hazırlanan və

    həyata keçirilməkdə olan möhtəşəm layihələr Avropa Birliyinə və Şimali Amerika azad ticarət zonasına bir növ

    meydan oxuyur. Hazırda həmin regionun Tokio, Sinqapur, Honkonq, Sidney və başqa şəhərləri dünyanın

    tanınmış maliyyə-iqtisadi mərkəzləri olan London, Nyu-York və Paris şəhərlərinin mövqelərini getdikcə daha

    güclü surətdə laxladır. Əvvəllər mənfi inkişaf simvoluna çevrilmiş "Asiya" termini hazırda daha çox mütərəqqi

    mənada işlənməyə başlayır. Beləliklə, Qərb sivilizasiyası ilə rəqabətə davam gətirə bilən güclü Asiya

    sivilizasiyası yenidən bərpa olunur.

    Müasir dünyanın real güc mərkəzlərinin, regional və beynəlxalq münasibətlərin hazırkı düzümünün nəzəri

    təhlili özünün xarici siyasət strategiyasını müəyyənləşdirən, dövlətlərarası regional və beynəlxalq əlaqələrə

    qatılmaq istəyən hər bir müstəqil dövlət üçün həyati əhəmiyyət kəsb edir. Çünki müstəqillik yolu seçmiş hər bir

    dövlətin dünya ölkələri içərisində gələcək yeri və rolu onun hansı inkişaf modelini seçməsindən, iqtisadi-siyasi

    və təhlükəsizlik meyillərini hansı beynəlxalq güc mərkəzinə yönəltməsindən, hansı mərkəzlə əməkdaşlıq,

    tərəfdaşlıq, dostluq və nəhayət, strateji müttəfiqlik əlaqələrini yaratmasından asılıdır. Müvafiq dövlətlə əlaqələr

    və münasibətlər strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də sadalanan amillər sisteminin təsiri

    altında baş verir.

    Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan

    Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla

    yanaşı, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə inteqrasiya

    olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq istiqamətində Azərbaycan dövləti, bir tərəfdən, dünya

    təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq

    aləmdə qəbul edilmiş ölçülərə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. Bu

    da tamamilə təbiidir, çünki hər bir ölkənin daxili iqtisadi, siyasi və mənəvi tələbatının ödənilməsi onun dünya

    ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və inkişafını, milli maraqlarına cavab verən

    xarici siyasət yürüdülməsini tələb edir.

    Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı bir qütbə və yaxud

    istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməsini miimkünsüzləşdirir, balanslaşdırıcı və tarazlaşdırıcı

    siyasi kurs seçilməsini şərtləndirir. Çünki XX əsrin sonunda beynəlxalq aləmdə yaranmış geostrateji maraqların

    kəskin rəqabəti, iqtisadi və hərbi-siyasi durum yenicə suverenlik əldə etmiş, hələ nisbətən zəif olan ölkələrin

    müstəqil xarici siyasət yeritməsi sahəsində çoxsaylı problemlər ortaya çıxarır. Dünyada öz ənənəvi təsir dairələri

    olan fövqəldövlətlər və dövlətlər birliyi yeni müstəqillik əldə etmiş ölkələrin inkişaf modeli seçməsi, beynəlxalq

    aləmdə siyasi oriyentasiyasını müəyyənləşdirməsi məsələsində yüksək həssaslıq nümayiş etdirirlər. Bu, bir

    tərəfdən, gənc dövlətlərin xarici siyasət strategiyasının formalaşması qarşısında xeyli çətinlik yaratsa da, digər

    tərəfdən onların müstəqil xarici siyasət yeritməsi üçün əlverişli manevr imkanları açır. Hazırda dövlətlərarası

    münasibətləri tənzimləyən əsas vasitə iqtisadi, hərbi-siyasi və ya ideoloji güc, qüvvə olsa da, dünyada kütləvi

    qırğın silahlarına, o cümlədən atom bombasına malik olan ölkələrin sayının artması təhlükəsi iri fövqəldövlətləri

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    6

    və dövlətlər birliyini bir növ siyasi müvazinəti saxlamağa və qorumağa məcbur edir. Əsası hələ son orta əsrlərdə

    qoyulmuş "siyasi müvazinət nəzəriyyəsinə" görə, müxtəlif maraqların qarşılıqlı bağlılığı heç bir dövlətə

    başqaları üzərində mütləq şəkildə hegemonluq etməyə və onlar üçün davranış qaydaları müəyyənləşdirməyə

    imkan vermir. Hərbi-siyasi və iqtisadi sahədə baş verən keyfiyyət dəyişiklikləri region dövlətləri arasında milli

    maraqlarla yanaşı daha ümumi əhəmiyyət kəsb edən region maraqlarını, qlobal şəkildə isə bütün dünyada

    qayda-qanunun və əmin-amanlığın qorunub saxlanması marağını formalaşdırır.

    (Mənbə: Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və

    Azərbaycanın xarici siyasəti. Bakı, 2005, səh. 211-219)

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    7

    2. Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri

    1. Xarici siyasətin əsas istiqamətləri

    Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri - müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin,

    ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və taktiki

    gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin

    dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici

    iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb

    arasındakı münasibətlər sistemində Azərbaycanın özünəməxsus yer tutmasını təmin etmək üçün region

    dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata

    keçirildi.

    İlk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə

    əsaslanan ikitərəfli münasibətlər qaydaya salındı. İki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün bütün

    incəlikləri nəzərə alan yollar, vasitələr araşdırıldı, hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və

    mədəni əlaqələrin inkişafı üçün bir sıra təsirli addımlar atıldı.

    Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələrdən bəhrələnmək, bəzi imperiyapərəst qurumları

    bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət kursunda müstəqil bir istiqamət kimi həyata keçirilməyə

    başlandı. 1993-cü il sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya prezidenti Boris Yeltsin və Rusiyanın

    başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi,

    sentyabrın 24-də isə Azərbaycan MDB-yə daxil oldu.

    Eyni zamanda, müstəqil dövlətçilik problemlərini həll etmək, bu yolda qarşıya çıxan təzyiqlərə birgə sinə

    gərmək, yeni iqtisadi və dövlətlərarası münasibətlərə uyğun ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq məqsədilə

    digər MDB dövlətləri, Ukrayna, Belorusiya, Gürcüstan, Moldova və xüsusən 1993-cü ilin sonuna qədər

    Azərbaycanla kəskin münasibətlərə malik olan Orta Asiya respublikaları ilə münasibətlərin köklü şəkildə

    yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edildi.

    Həmin dövr üçün Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən

    biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi. Çünki

    tarix boyu bu regionda baş verən ictimai-siyasi proseslər bölgə xalqlarının və dövlətlərinin bir-birinə qarşı

    qoyulması yolu ilə gərginləşdirilmiş, Qafqazda ümumi təhlükəsizlik sisteminin yaradılması sahəsində səylərin

    qarşısı alınmışdır. Yeni şəraitdə Qafqazın təhlükəsizlik problemlərinin və strateji dövlətçilik mənafelərinin

    eyniliyi, bölgə dövlətlərinin qarşı-qarşıya qoyulması hallarının aradan qaldırılması zərurəti bu yöndə xüsusi

    xarici siyasət yeridilməsini və region dövlətləri arasındakı hərtərəfli əlaqələri tənzimləyən münasibətlər

    yaradılmasını tələb edirdi.

    1993-cü ilin sonundan etibarən Azərbaycanın xarici siyasətində bu istiqamət xüsusilə aydın parametrlər

    kəsb etməyə başladı. 1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il

    martın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı "Qafqaz

    bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında" Azərbaycan-Gürcüstan Bəyannaməsinin imzalanması

    respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tbilisidə iki dövlət başçısının

    imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz evi" ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını

    qoydu.

    Azərbaycanın regiondakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin

    gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti bu ideyanın reallaşmasına əlverişli zəmin

    yaratdı. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz

    evi" ideyasının həllini xeyli çətinləşdirdi. Azərbaycan dövlətinin "Ümumi Qafqaz evi" təşəbbüsü bu gün də

    aktual təşəbbüs kimi gündəlikdə durur və öz həllini gözləyir.

    Azərbaycan dövləti özünün bütün inkişafı boyu Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı ölkələri olan

    İran və Türkiyə kimi böyük, nüfuzlu və regionda xüsusi təsir gücü olan dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə

    olmuşdur. İstər Azərbaycanın hər iki dövlətlə ikitərəfli, istər birgə, istərsə də bu iki dövlətin öz aralarında

    mövcud olan əlaqələri hər zaman respublikamızın həm daxili həyatı, həm də beynəlxalq vəziyyətinə öz təsirini

    göstərmişdir. Ona görə də, müstəqil Azərbaycan diplomatiyası hər iki dövlətlə öz əlaqələrini elə qurmalı idi ki,

    bir tərəfdən, onların imkanlarından və bölgədə kəsişən maraqlarından Azərbaycan dövlətçiliyinin mühüm

    problemlərinin həll edilməsində istifadə etsin, digər tərəfdən, respublikanın inkişafını və maraqlarını bu iki

    dövlət arasındakı münasibətlərin təsirindən azad etsin.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    8

    Lakin 1993-cü ilin ortalarına qədər Azərbaycanın xarici siyasət kursunda bu mühüm prinsipin əhəmiyyəti

    lazımınca qiymətləndirilə bilmədi. Tarazlaşdırılmamış xarici siyasət strategiyası Azərbaycanın cənub qonşusu

    olan İranla münasibətlərinin kəskin siyasi-ideoloji qarşıdurma vəziyyətinə gəlib çıxması ilə nəticələndi.

    İran-Azərbaycan münasibətlərinin bütün dövrlərdə yalnız Azərbaycanın beynəlxalq vəziyyətinə deyil, həm

    də respublikanın daxili həyatına əhəmiyyətli təsir göstərmək imkanlarını nəzərə alan ölkə başçısı İranla gərgin

    vəziyyətə çatdırılmış siyasi-ideoloji qarşıdurmanı dayandırmaq, münasibətləri mehriban qonşuluq və

    əməkdaşlıq prinsipləri üzərində yenidən qurmaq, iki ölkə arasındakı əlaqələri bütün mümkün yollar və

    vasitələrlə yaxşılaşdırmaq üçün 1993-cü ilin ortalarından başlayaraq gərgin və səmərəli iş apardı. Bunun

    nəticəsində artıq 1993-cü ilin sonu - 1994-cü ilin əvvəlində bu qonşu dövlətlə əlaqələrdə dönüş yaratmaq

    mümkün oldu.

    Bundan başqa, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərini normal, sivil, qarşılıqlı faydalı iqtisadi -

    siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü iş apararaq tezliklə

    müsbət nəticələrə nail oldu. Hər şeydən əvvəl, region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı

    münasibətlərin əvvəlki dövrdə olduğu kimi sırf etnik amillər əsasında deyil, iki müstəqil dövlətin beynəlxalq

    birgəyaşayış normalarına söykənən qarşılıqlı mənafeyi üzərində qurulduğuna inandırmaq mümkün oldu. Bu da

    Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası qarşısında əlverişli imkanlar açdı.

    Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateji istiqamətlərindən biri də Qərbin və

    Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsindən, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq

    prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün ilk növbədə Azərbaycanın

    geosiyasi mövqeyi və iqtisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən

    ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönümündə təsirli addımlar atılmalı idi.

    Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm

    Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfi əlaqələr səviyyəsindən sistemli xarici

    siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.

    Həyata keçirilən yeni xarici siyasət dünyanın aparıcı dövlətlərinin iqtisadi və siyasi maraqlar sisteminə

    daxil olan müstəqil Azərbaycan dövlətinə öz təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələr

    yaratması üçün etibarlı beynəlxalq təminat qazanmağa imkan verdi. Müstəqil dövlət quruculuğunun həyata

    keçirilməsi və onun təhlükəsizliyi üçün daxili amilin müstəqillik iradəsi və əzmi, xarici amilin isə beynəlxalq

    təminat ilə müəyyənləşdiyi nəzərə alınarsa, onda bu gün müstəqil Azərbaycan dövlətinin qorunması və

    inkişafını şərtləndirən hər iki amilin təmin edilməsi və möhkəmləndirilməsi yolunda əsaslı addımların atıldığını

    qeyd etmək olar.

    Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin

    dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq,

    beynəlxalq hüquq normaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə

    qatılmaq sahəsində də mühüm işlər görmüşdür. Xüsusən BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT, MDB,

    İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz

    ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, məhəlli təşkilatlarla

    sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müəyyənləşdirilmiş və həyata

    keçirilmişdir.

    Ermənistanın təcavüzünün dəf edilməsi, respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və

    işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin

    dəstəyinin qazanılması müstəqil dövlət quruculuğunun bütün dövrlərində Azərbaycan diplomatiyasının

    qarşısında qoyduğu ən mühüm istiqamətlərdən və vəzifələrdən biri olmuşdur. Dağlıq Qarabağ ətrafında

    yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan, ayrı-ayrı nüfuzlu beynəlxalq

    təşkilatların və dövlətlərin dəstəyinə nail olmadan, hərtərəfli düşünülmüş diplomatik iş aparmadan güc tətbiq

    etməklə bu məsələnin həllinə yönələn hər bir cəhd əvvəlcədən acı nəticəyə və uğursuzluğa məhkumdur. Ona

    görə də, Azərbaycan diplomatiyası bu dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun

    beynəlxalq nüfuzunun artmasına, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində dünya birliyinə

    inteqrasiya olunmasına yönəldərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, respublikamızın

    ərazi bütövlüyü problemlərinin həllinə əlverişli beynəlxalq dəstəyin təmin edilməsi zərurəti ilə qarşılaşmışdır.

    Bunun üçün bu problemin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi bir konsepsiya hazırlanmış və

    bəzi konkret vəzifələrin həyata keçirilməsini nəzərdə tutan ardıcıl siyasi kurs yeridilmişdir.

    Əvvəla, Ermənistanı dəstəkləyən ölkələrin bir qismi bitərəfləşdirilmiş, bu məsələdə əvvəlcədən bitərəf

    qalan dövlətlər Azərbaycanın ədalətli mövqelərinin müdafiəsinə cəlb edilmiş, ölkəmizin müstəqil

    dövlətçiliyində marağı olan və onu müdafiə edən dövlətlərin, beynəlxalq təşkilatların bu işə qoşulması,

    Ermənistana təzyiq etməsi üçün hərtərəfli düşünülmüş diplomatik və siyasi iş aparılmışdır.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    9

    İkincisi, Dağlıq Qarabağın və bu bölgə ətrafında yaranmış problemlərin tarixi, mahiyyəti və kökləri

    hərtərəfli açıqlanmış, Azərbaycanın haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılmış, mövcud informasiya

    boşluğu doldurulmuş və dünyada ictimai rəy respublikamızın xeyrinə dəyişdirilmişdir. Bu məqsədilə qeyd

    olunan problemin milli zəmin əsasında, etnik münaqişə və ya insan hüquqlarının pozulması ilə meydana çıxan

    qarşıdurma deyil, Azərbaycanın istiqlaliyyəti yolunda süni yaradılmış maneə və ayrı-ayrı dövlətlər tərəfindən

    düşünülmüş siyasi məsələ və Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının nəticəsi olduğunu inandırıcı

    şəkildə bütün dünyaya bəyan etmişdir.

    Üçüncüsü, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan dövlətinə qarşı yönəlmiş çıxışlarının

    beynəlxalq separatizmin tərkib hissəsi kimi qorxulu, ağır nəticələr törədən və digər dövlətlərin də ərazisində

    oxşar problemlərin alovlanmasına təkan verən təhlükəli proses olduğunu sübut etmiş, dünya ictimaiyyətini belə

    təhlükənin qarşısını almağın vacibliyinə inandırmışdır.

    Dördüncüsü, bu problemin Azərbaycanın Qərbə inteqrasiyasının qarşısını almaq, ayrı-ayrı region

    dövlətlərinin təsir və nüfuz dairəsində saxlamaq üçün və xüsusi məqsədlə ortaya atılmış bir məsələ olduğunu

    sübut etmiş, beynəlxalq aləmdə bu istiqamətdə geniş təbliğat aparılmışdır. Qeyd edilən məsələlər, o cümlədən

    1991-1993-cü illərdə Azərbaycanın xarici siyasətində nəzərdən qaçırılmış, aktuallığına və praktiki əhəmiyyətinə

    ciddi fikir verilməmiş digər problemlər də bu dövrdə həll edilmiş və aradan qaldırılmışdır. Azərbaycan

    diplomatiyası yalnız 1993-cü ilin ortalarından başlayaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəhs edilən

    məsələlər üzərində gərgin işləmiş, hərtərəfli, düşünülmüş və real praktiki addımlar ataraq onu ardıcıl surətdə

    həyata keçirməyə başlamışdır.

    Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərdən birini də terorizmə qarşı mübarizədə

    beynəlxalq proseslərə qatılmaq və ABŞ-ın təşkil etdiyi antiterror koalisiyasında iştirak etməkdən ibarət

    olmuşdur. Hələ Sovet İttifaqının tərkibində olduğu zamandan etibarən erməni terrorizminə məruz qalmış

    Azərbaycan Respublikası bütün dünya üçün təhlükə doğuran belə problemlərin aradan qaldırılmasına dair

    məsələləri özünün daxili və xarici siyasətinin diqqət mərkəzində saxlamışıdır. Azərbaycan terrorizmə qarşı

    mübarizədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsini və təsirli tədbirlərin görülməsini həmişə zəruri hesab

    etmişdir. Lakin erməni terrorizmi ilə bağlı Azərbaycanın çağırışlarına beynəlxalq aləmdə uzun müddət adekvat

    münasibət göstərilməmişdir.

    2001-ci ilin sentyabrında ABŞ-da törədilmiş tenor aktından sonra beynəlxalq aləmdə antitenor koalisiyası

    formalaşmağa başladı. Azərbaycan beynəlxalq terorizmi pisləyən və ona qarşı fəal mübarizəyə qoşulan ilk

    ölkələrdən biri oldu. Azərbaycanın hərbi kontingenti hazırda Kosovo, Əfqanıstan və İraqda beynəlxalq

    sülhməramlı qüvvələr tərkibində iştirak edərək, respublikamızın antiterror mübarizədə həmrəyliyini və

    prinsipial mövqeyini nümayiş etdirir.

    Bununla yanaşı, Azərbaycan rəhbərliyi erməni terrorizminin ölkəmizə və regional təhlükəsizliyə vurduğu

    ağır zərbələr barədə həqiqətləri BMT, Avropa Şurası və digər yüksək tribunalardan dünya ictimaiyyətinə

    çatdıraraq, Azərbaycan dövlətinin terrorun hər cür təzahürünə qarşı beynəlxalq əməkdaşlığa hazır olduğunu

    dəfələrlə bəyan edib. Hazırda bu sahədə aparılan işlər Azərbaycanın xarici siyasətində öz aktuallığını saxlayır.

    Beləliklə, müstəqillik dövründə mürəkkəb formalaşma mərhələlərindən keçmiş Azərbaycanın xarici

    siyasəti 1993-cü ilin ikinci yarısından etibarən ölkənin həyati mənafelərinə xidmət edən, dövlətin strateji

    maraqları üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün aydın, konkret vəzifə və istiqamətləri,

    prioritetləri ilə seçilən, bitkin, ardıcıl və prinsipial xarakter kəsb etməyə başlamışdır. Azərbaycanın dövlət

    müstəqilliyini qorumaq, möhkəmlətmək və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün dinc və

    əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli, tarazlaşdırılmış, fəal xarici siyasətinin

    nəticəsidir ki, respublikamız planetin siyasi xəritəsində özünə layiq yer tutmuş, regionun və beynəlxalq aləmin

    qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanmışdır.

    Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan

    dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata

    keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli

    dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına

    uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    10

    2. Azərbaycanın xarici siyasət prioritetləri

    Müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması həm də Azərbaycanda müstəqil

    dövlət quruculuğu prosesi ilə müşayiət olunduğundan dövlətin rastlaşdığı bütün problemlər onun xarici

    siyasətinə də öz təsirini göstərmişdir. SSRİ-nin və keçmiş sosialist birgəyaşayış tərzinin təsirindən qurtarmaq,

    müstəqil xarici siyasət kursu formalaşdırmaq, onun əsas prioritetlərini, məqsəd və vəzifələrini, istiqamətlərini

    müəyyən etmək, dünya siyasəti müstəvisinə çıxmaq və beynəlxalq münasibətlər sisteminə qatılmaq gənc və

    təcrübəsiz dövlət üçün o qədər də asan bir iş deyildi. Odur ki, müstəqilliyin ilk illərində ölkənin xarici siyasət

    kursunda və hökumətin bu yönlü fəaliyyətində ciddi nöqsanlar, ziddiyyətli, qeyri-müəyyən və qeyri-ardıcıl

    qərarlar da olmuşdur ki, bütün bunlar Azərbaycanın həm daxili həyatına, müstəqil dövlət quruculuğu prosesinə,

    həm də onun dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə qatılması işinə öz mənfi təsirini göstərmişdir.

    Hər bir dövlət öz xarici siyasəti qarşısındakı vəzifələri həyata keçirmək üçün uzunmüddətli strateji və

    operativ cari fəaliyyət proqramı hazırlayır. Uzunmüddətli strateji fəaliyyət proqramı dövlətin gücü, qüdrəti,

    resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur.

    Bunların ən vacibləri və həyati əhəmiyyət kəsb edənləri sırasına ölkənin müstəqilliyinin qorunmasını, dünyaya

    müvəffəqiyyətli inteqrasiya və beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasını, ərazi bütövlüyü

    və suveren hüquqlarının təmin edilməsini, vətəndaşlarının firavan həyatını təmin etmək məqsədilə xarici aləmin

    imkanlarından istifadə edilməsini və s. aid edirlər.

    Uzunmüddətli xarici siyasət strategiyası konkret zaman, məkan və şəraitə uyğun olaraq dövlətlərin cari

    xarici siyasət proqramının hazırlanmasını və yürüdüləcək siyasətin, görüləcək işlərin prioritetlərinin (mövcud

    zaman, məkan və şəraitdə reallaşdıracağı birinci dərəcəli vəzifələr) müəyyən edilməsini tələb edir. Əslində

    xarici siyasət sahəsindəki prioritetlər dövlətin uzunmüddətli xarici fəaliyyətinin tərkib hissəsi, qarşısında duran

    vəzifələrin daha dəqiqləşdirilmiş, qruplaşdırılmış, təsnifatlaşdırılmış və mövcud zaman, məkan çərçivəsində önə

    çıxarılmış hissəsidir.

    Ölkənin xarici siyasət prioritetləri tədqiqatçıların fikrinə görə, dövlətin rəsmi və qeyri-rəsmi institutlarının,

    vətəndaş cəmiyyətinin və ictimaiyyətin tələb və istəklərinin sintezi nəticəsində formalaşmış ümumi rəy əsasında

    müəyyən olunur. Ümumi rəyin fəaliyyət proqramına çevrilməsi və milli səviyyədə həyata keçirilməsinin

    koordinasiyasını dövlət öz institutları, hüquqi və fiziki şəxsləri vasitəsilə reallaşdırır.

    Xarici siyasət prioritetlərinin koordinasiyasını həyata keçirən əsas institut Xarici İşlər Nazirliyi hesab

    olunur. Bu nazirlik mövcud zaman, məkan və şərait çərçivəsində dövlətin ictimai tələblərini öyrənir,

    ümumiləşdirir, xarici aləmlə təmasda onun reallaşması proqramını hazırlayır, dövlətin ali rəhbərliyinə təqdim

    edir və həyata keçirilməsi işini təmin edir. Prioritetlərin reallaşması işində Xarici İşlər Nazirliyi həm dövlətin

    bütün mövcud resurslarını və gücünü, həm də ölkə vətəndaşlarının, dövlətə loyal münasibəti ilə seçilən siyasi

    partiya, ictimai təşkilatların, ayrı-ayrı hüquqi və fiziki şəxslərin imkanlarını səfərbər edir. Bu mənada xarici

    siyasət və onun prioritet vəzifələrinin həlli tələbləri milli birliyin yaranmasında stimul kimi çıxış edir. Xüsusən

    böhran və müharibə vəziyyətlərində, ölkənin milli təhlükəsizliyi, ərazi bütövlüyü və xalqın həyatı üçün təhlükə

    yarandığı məqamlarda insanlarda vətənpərvərlik hisslərinin güclənməsi, maraqların və baxışların yaxınlaşması

    baş verir. Bu hisslərdən düzgün istifadə olunan, millətinin istək və arzuları mövcud şəraitə və zamana görə

    doğru istiqamətləndirilən, real iqtisadi, siyasi, hərbi, demoqrafik və s. imkanları nəzərə alman ölkələrdə

    prioritetləri reallaşdırmaq mümkün olur. Əks təqdirdə millət qeyri-real və avantürist addımlara sövq olunar ki,

    bu da onun başqa dövlət və xalqlarla qarşıdurmasına səbəb ola bilər. Ümumiyyətlə, dövlətin xarici siyasət

    prioritetlərinin həlli onun obyektiv, yaxud subyektiv dəyərləndirilməsindən, istək və arzuların real vəziyyətə

    uyğunlaşdırılmasından asılıdır. Çünki beynəlxalq aləmin siyasi, iqtisadi, hərbi, demoqrafik, informasiya

    imkanları və şəraiti qloballaşma nəticəsində elə bir vəziyyətə gətirilmişdir ki, burada nəyin milli marağa uyğun

    gəlib-gəlməməsini müəyyənləşdirmək çox çətindir.

    Ölkənin xarici siyasət prioritetləri açıq diplomatiyaya aid edilir və bir qayda olaraq dövlət başçıları, xarici

    siyasət idarələri bu barədə açıq danışırlar. Prioritetin istinad qaynağı milli və milli-dövlət maraqları hesab olunur

    ki, bunun da əsasını hər bir ölkənin ali qanunu olan Konstitusiya təşkil edir.

    Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifələri və prioritetləri Azərbaycan dövlətinin

    Konstitusiyasında əks olunmuşdur. Dövlət başçısı Konstitusiya tələblərindən çıxış edərək hər bir konkret

    zaman, məkan və şərait çərçivəsində xarici siyasət prioritetlərini müəyyənləşdirir, onun həyata keçirilməsini

    təmin edir.

    Hər bir dövlətin xarici siyasət prioritetlərinin düzgün müəyyən olunması onda öz milli maraqlarını, ölkəni

    əhatə edən qonşu və region dövlətlərinin imkan və mövqelərini, dünya siyasəti və beynəlxalq münasibətlərin

    mahiyyəti və reallıqlarını, planetin birgəyaşayış normalarını müəyyən edən böyük dövlətlərin, beynəlxalq

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    11

    təşkilatların, güc mərkəzlərinin maraq və mənafe çərçivələrini, onlara təsir imkanlarını dəqiq qiymətləndirə

    bilməsindən asılıdır.

    Hakimiyyət dairələrində ölkənin xarici siyasət perspektivləri, dünya dövlətləri arasında qazanacağı uğurlar,

    beynəlxalq münasibətlər sistemində tutacağı yer haqqında eyforik deyil, real, praqmatik düşüncə olmalı,

    dövlətin mövcud xarici siyasət resursları, dünya dövlətləri üçün kəsb etdiyi iqtisadi, siyasi və mədəni

    əhəmiyyəti düzgün dərk edilməli, beynəlxalq münasibətlərin axarı, tendensiyaları, ölkələrin real maraqları

    nəzərə alınmalıdır. Məsələn, 1992-ci ildə Azərbaycanın siyasi rəhbərlərində belə bir fikir formalaşmışdı ki,

    SSRİ-nin tərkibindən çıxmaq, demokratik inkişaf və Qərbə inteqrasiya kursu elan etməklə bütün dünya

    ölkələrinin etimadına və dəstəyinə nail olacaq, Azərbaycanı dərhal “Ümumavropa evi”nə qəbul etdirəcək və

    ölkənin iqtisadi inkişafı üçün dünya dövlətlərindən hərtərəfli yardım alacaqlar. Əlbəttə, bu meydan

    hərəkatından, Qərb dəyərləri və Qərb ölkələri haqqında müxtəlif təbliğat vasitələrinin ideoloji təsirindən doğan

    eyforiyadan başqa bir şey deyildi.

    Müstəqilliyinin ilk illərində Azərbaycanın xarici siyasət prioritetləri bir neçə əsas vacib sahə üzərində

    qurulmalı idi:

    1. Ölkənin daxilində düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, milli, sosial təbəqələrin, siyasi,

    ictimai və digər resursların Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi bütövlüyünün qorunması ətrafında

    səfərbər edilməsi;

    2. Bütün xarici siyasət resursları, diplomatik və siyasi imkanlardan istifadə etməklə Azərbaycanın müstəqil

    dövlətçiliyinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, erməni

    separatçıları və Ermənistan qoşunlarının ölkənin ərazilərini işğal etməsinin qarşısının alınması, bu məqsədlə

    bölgədə və dünyada müttəfiqlərin qazanılması, əleyhdarların bitərəfləşdirilməsi;

    3. Dünya siyasətinə təsir imkanı olan böyük dövlətlərlə, beynəlxalq və regional təşkilatlarla, xarici

    ölkələrdə Azərbaycanın qlobal maraqlarını müdafiə edə biləcək institutlarla, kütləvi informasiya vasitələri ilə,

    diaspora mərkəzləri və başqa qurumlarla hərtərəfli işin aparılması, Azərbaycanın onlar üçün kəsb edəcəyi

    əhəmiyyətin anladılması;

    4. SSRİ zamanında ölkənin mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrinin müstəqil dövlət

    maraqları çərçivəsində qiymətləndirilməsi və tənzimlənməsi, bu əlaqələrin alternativlərinin aranması və xarici

    siyasət istiqamətlərinin yumşaq formada, tədricən, milli maraqlara müvafiq şəkildə dəyişdirilməsi;

    5. Regionda ölkənin maraqlar çərçivəsinin, bu yöndə region dövlətləri ilə əlaqə sisteminin, üst-üstə düşən

    və kəsişən məqamların tədqiq olunması, çevik və operativ fəaliyyət proqramının hazırlanması və həyata

    keçirilməsi.

    Əlbəttə, bu siyahını istənilən qədər uzatmaq da olar. Əsas məsələ ondadır ki, 1992-1993-cü illərdə

    Azərbaycan rəhbərliyi nəinki bu prioritet vəzifələri müəyyənləşdirib həyata keçirə bilmədi, əksinə, həm daxildə,

    həm də xaricdə çox ziyanlı bir siyasət yeridərək ölkəni çətin duruma saldı. Nə vaxtsa, hansısa emosional

    şəraitdə səslənən "türkün türkdən başqa dostu yoxdur", "İran ağlını başına yığmalı və Cənubi Azərbaycan

    məsələsini həll etməlidir", "Orta Asiya dövlətləri müstəqilliklərini özləri qazanmayıb, yaxud qeyri-demokratik

    ölkələrdir, odur ki, onlarla münasibət qurmaq olmaz", "Rusiya ilə bizim haqq-hesabımız hələ irəlidədir", "Çində

    insan hüquqları pozulur" və s. bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda,

    həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu.

    Xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş

    qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal

    etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər

    müvafiq olaraq o dövrdəki ölkə rəhbərliyinin taleyini həll etdi.

    Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi Prezident

    Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində

    iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi

    maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda,

    Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi.

    Beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və

    dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla

    bağlı yürütdüyü və yürüdə biləcəyi siyasət təhlil edildi.

    Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda gənc bir dövlətin

    birmənalı müstəqil xarici siyasət kursunun müəyyən edilməsi o zaman çox çətin idi. Xüsusən nəzərə alınsa ki,

    Rusiya və İran qərbyönümlü xarici siyasətə xüsusi qısqanclıq və həssaslıq nümayiş etdirirdilər, qonşu

    Ermənistan ərazi iddiası ilə ölkəyə işğalçı ordu yeritmişdi və Azərbaycan beynəlxalq təcrid olunmaya məruz

    qalmışdı, onda Azərbaycanın xarici siyasət fəaliyyətinin hansı çətin şəraitdə həyata keçirildiyini təsəvvür etmək

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    12

    olardı. İlk növbədə Azərbaycanın bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin

    xarakteri və prioritetləri müəyyən edilməli, Qərbə, Şərqə, yoxsa Rusiyaya və keçmiş SSRİ məkanında mövcud

    olan dövlətlərin birliyinə inteqrasiya xətti seçilməli, ölkənin təhlükəsizliyi hansısa mövcud beynəlxalq

    təhlükəsizlik sistemləri ilə əlaqədə, yoxsa müstəqil, bitərəf şəkildə təmin olunması kimi məsələlər həllini

    tapmalı idi. Bütün bu məsələlər ətrafında operativ, lakin düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş qərarlar qəbul

    edilməli idi.

    1993-1994-cü illərdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin və

    beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, xarici aləmlə əlaqələrin konturları,

    prioritetləri müəyyən edildi.

    Beləliklə, göründüyü kimi, 1993-cü ildən başlayaraq Azərbaycanın xarici siyasəti özündən müştəbehlik

    üzərində qurulmuş illüziyalardan, "demokratik utopizm"dən xilas olaraq, real və praqmatik məzmun kəsb

    etmişdir. İlk növbədə ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası, işğalçıların Azərbaycan torpaqlarından

    çıxarılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və onun təhlükəsizliyinin təmin edilməsi kimi

    vəzifələrin həllində beynəlxalq aləmin dəstəyi qazanılmışdır.

    1991-93-cü illərdə xarici aləmin kəşfiyyat və xəfiyyə poliqonuna çevrilmiş, siyasi, hərbi, dini, missioner

    təşkilatların dərin yuva saldığı ölkənin milli təhlükəsizlik məsələləri həll edilmişdir.

    Azərbaycanın düşmənləri səviyyəsinə qaldırılmış iri region dövlətləri - Rusiya və İranla, erməni lobbisinin

    təsiri ilə Azərbaycana qarşı sanksiyalar qəbul etmiş ABŞ-la, Fransa və İngiltərə ilə, Orta Asiyanın qonşu türk

    respublikaları və başqa dövlətlərlə münasibətlər sahmana salınmışdır. Beynəlxalq və regional təşkilatlarla

    əlaqələr intensivləşdirilmiş, onların imkanlarından Azərbaycanın problemlərinin həlli istiqamətində istifadə

    etmək üçün tədbirlər görülmüşdür.

    Xarici təbliğat və informasiya fəaliyyətini qaydaya salmaq üçün ölkə daxilində mühüm işlər görülmüş,

    xarici kəşfiyyat, informasiya və xəfiyyə orqanlarının Azərbaycandakı fəaliyyəti nəzarətə götürülmüşdür.

    Beləliklə, müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması və inkişafının tarixi

    qısa olsa da, mühüm hadisələrlə zəngindir. Bu fəaliyyətin tarixi, ədəbiyyatda öyrənilməsi də mühüm nəzəri və

    praktiki əhəmiyyət kəsb edir. Xarici siyasət fəaliyyətinin qurulmasının əsas məqamları, inkişaf tendensiyaları,

    beynəlxalq münasibətlər sistemində Azərbaycanın özünəməxsus yer tutması və başqa məsələlər tədqiqatçıların

    diqqət mərkəzinə çıxarılmalı, görülən və görüləcək işlər, uğurlar və uğursuzluqlar təhlil olunmalı, nəzəri və

    praktiki tövsiyələr verilməlidir.

    Müstəqilliyinə nail olduğu gündən Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri dövlət

    müstəqilliyini qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin

    etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarət idi. Bu prioritet bu gün də xarici siyasət

    kursunun əsas vəzifələrindən birini təşkil edir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Çünki

    Azərbaycanın dövlət müstəqilliyi yolunda mövcud olan əsas təhlükələr 1995-ci ildən başlayaraq əsasən aradan

    qaldırılsa da, onun təhlükəsizliyinin təmin olunmasının təminatı məsələsi hələ də açıq qalır. Xüsusən nəzərə

    almaq lazımdır ki, ölkə ərazisindən xarici işğalçı ordu çıxarılmayıb, onun ərazi bütövlüyü, sərhədlərinin

    toxunulmazlığı ilə bağlı beynəlxalq hüquqları təmin olunmayıb. Bundan başqa, Azərbaycanın iqtisadi, siyasi,

    ekoloji, informasiya, ərzaq və s. təhlükəsizliyinin də qorunması istiqamətində xarici aləmlə aparılan işlər davam

    edir və onların ölkə daxilində reallaşdırdığı layihələr dövlətin milli təhlükəsizlik maraqlarına uyğunlaşdırılır.

    Azərbaycanın müdafiə qabiliyyətinin yüksəlməsi, ordu quruculuğunun NATO standartlarına müvafiq inkişaf

    etdirilməsi və s. vəzifələr həyata keçirilir.

    Azərbaycanın milli təhlükəsizliyinin əsas problemi Ermənistanla münaqişə vəziyyətindən çıxmaq, Dağlıq

    Qarabağ problemini həll etmək, işğal altındakı torpaqları geri qaytarmaq, bütün ölkə ərazisində dövlətin suveren

    hüquqlarını bərpa etmək və sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu problemlərin həllində

    Azərbaycanın ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyən, bu mövqeyin əleyhinə çıxış edən

    və bitərəf mövqe nümayiş etdirən dövlətlər, beynəlxalq və regional təşkilatlar mövcuddur. Əsas vəzifə sözsüz

    ki, mövqelərimizi müdafiə edənlərin sayını artırmaq məqsədilə xarici siyasət fəaliyyətini gücləndirmək, bu

    ölkələrlə, təşkilatlarla hərtərəfli iş aparılmasıdır.

    Azərbaycanın yerləşdiyi Avrasiya bölgəsində dövlətlərin hərbi təhlükəsizliyini təmin edən iki sistem -

    Rusiyanın rəhbərlik etdiyi "Kollektiv Təhlükəsizlik Müqaviləsi" və ABŞ-ın hegemon olduğu NATO bloku,

    eyni zamanda müstəqil olaraq öz təhlükəsizliyinin qeydinə qalan İran mövcuddur. Yaxın illərdə NATO-ya

    qoşulmaq qeyri-real görünür. "Kollektiv Təhlükəsizlik Müqaviləsi"nə qoşulmaq isə Azərbaycanın planlarına

    daxil deyil. Yaxud Azərbaycan İran və Türkmənistan kimi bloklara qoşulmamaq (bitərəf ölkə) siyasəti

    yürütmək fikrində də deyil. Göründüyü kimi, Avropa təhlükəsizlik sisteminə (NATO-ya) inteqrasiya olunana

    qədər kənar təsir və təzyiqlərdən qorunmaq, öz hərbi təhlükəsizliyini təmin etmək ölkənin xarici siyasət

    prioriteti olaraq qalır.

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    13

    Azərbaycanın milli gəlirinin mühüm bir hissəsini və iqtisadiyyatının əsas qismini neft təşkil edir. 1994-cü

    ildən başlayaraq həyata keçirilən yeni neft strategiyasının reallaşdırılması vəzifəsi dövlətin xarici siyasətinin

    prioritetlərindən biridir. Bu strategiyanın əsas mahiyyəti Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan

    karbohidrogen ehtiyatlarının qabaqcıl Qərb texnologiyası və investisiya imkanlarından səmərəli istifadə etməklə

    dövriyyəyə buraxılması, təhlükəsiz yollarla dünya bazarlarına çıxarılması, satışından əldə edilən vəsaitlə ölkənin

    digər sahələrinin, qeyri-neft sektorunun inkişafına nail olunması, bugünkü və gələcək nəsillərin firavan

    həyatının təmin edilməsindən və s. ibarətdir. Bu sahədə Xəzərin sektor bölgüsü, neft kəmərlərinin çəkilişi və

    təhlükəsizliyi, investisiya təminatı, dünya neft-qaz bazarında lazımi yeri tutmaq və s. kimi çətinliklərin aradan

    qaldırılması və nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün xarici dövlətlərin imkanlarından maksimum

    yararlanmaq xarici siyasətin əsas prioritetlərindən birini təşkil edir.

    Azərbaycan müstəqilliyinin ilk illərində xarici valyutaların tam təsiri altında olduğundan, ciddi iqtisadi,

    siyasi, maliyyə-kredit böhranı ilə üzləşdiyindən yenicə dövriyyəyə buraxdığı manatın sabit kursunu təmin edə

    bilmədi. Bundan başqa, qeyri-professional makro və mikroiqtisadi addımlar, kredit, investisiya və pul siyasəti

    ölkəni xarici kapitalın (rubl və dolların) tam təsiri altına saldı. Qısa zaman çərçivəsində inflyasiya fantastik

    həddə çatdı, büdcə, xəzinə proqnozları iflasa uğradı.

    1993-2005-ci illərdə həyata keçirilən işlər və görülmüş tədbirlər böhranı aradan qaldırdı, inflyasiyanı

    sabitləşdirdi, büdcə, xəzinə, xarici investisiya qoyuluşu və maliyyə-kredit problemlərini həll etdi. 2005-ci ildə

    manatın denominasiyası haqqında fərman imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul toplandı,

    neft gəlirlərinin vahid fonda yığılması və istifadəsi strategiyası müəyyən edildi. Azərbaycanın müasir xarici

    siyasət prioritetlərindən birini mövcud sabit vəziyyəti təmin etməklə ölkənin xarici kapital və investisiya üçün

    "əlverişli dövlət imicini" qoruyub saxlamaq, xarici aləmin imkanlarından istifadə edərək qeyri-neft sektorunu

    inkişaf etdirmək, yeni-yeni iş yerləri açmaq, manatın sabit kursunu və inflyasiyanı idarə etmək, beynəlxalq

    maliyyə qurumları ilə səmərəli əməkdaşlığı davam etdirmək, xarici borcların səviyyəsini nəzarətdə saxlamaq və

    getdikcə Azərbaycanın xarici kapitaldan və neft gəlirlərindən asılılığını aradan qaldırmaqdan ibarətdir.

    Azərbaycanın xarici siyasət prioritetləri sırasında Qərb ölkələrinin təmsil olunduğu Avropa Birliyi

    sisteminə (iqtisadi, siyasi, sosial, mədəni sahədə) və qlobal dünya siyasəti məkanına inteqrasiya mühüm yer

    tutur. Bu sistemə daxil olmaqla Azərbaycan həm özünün mövcud resurslarından xalqının firavan həyatının

    təmin edilməsi istiqamətində daha səmərəli, təhlükəsiz və itkisiz istifadə etmək imkanı əldə edir. Həm də

    qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil

    olması, qeyri - neft sektorunun inkişafına nail olunması imkanı qazanır. Bununla bağlı, Avropa İttifaqı və ABŞ-

    ın imkanlarından istifadə edərək ölkənin daxili iqtisadi, sosial və digər strukturlarının islahatını aparmaq və

    dünya standartlarına qaldırmaq imkanı da yaranar. Odur ki, Avropa İttifaqı və bütün digər beynəlxalq maliyyə

    strukturları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və

    İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq Azərbaycanın xarici iqtisadi siyasətinin əsas prioriteti hesab olunur.

    Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji

    resurslarını lazımi səviyyədə təqdim etməklə, Cənubi Qafqazın lider dövləti statusunu öz əlində saxlaya bilər və

    saxlamalıdır. Qərbin köməyi və davamlı dəstəyi ilə iqtisadiyyatda struktur islahatlarını müvəffəqiyyətlə başa

    çatdırmaq, dünyanın liberal ticarət-biznes məkanına daxil olmaq üçün əlverişli beynəlxalq dəstək almaq və

    dinamik inkişaf yoluna çıxmaq xarici siyasətin mühüm prioriteti olaraq qalır.

    Azərbaycanın xarici siyasət prioritetləri sırasına eyni zamanda dünyada beynəlxalq hüquq normalarına

    əsaslanan sivil birgəyaşayış normalarının bərqərar olması, dövlətlərin beynəlxalq hüquqlarının qorunması üçün

    təsirli tədbirlərin görülməsi, beynəlxalq təşkilatların, xüsusən BMT, ATƏT, NATO kimi qurumların dünyada

    sülhün və təhlükəsizliyin təmin olunmasında daha yaxından iştirakının artırılması və s. məsələlər də daxildir.

    Azərbaycan transmilli dünya siyasətində yaxından iştirak edir. Müasir beynəlxalq münasibətlər sistemində

    baş verən bütün hadisələr və cərəyan edən tendensiyalar dövlətin daxili və xarici vəziyyətinə bilavasitə təsir

    göstərir. Qloballaşma və dünya siyasətinin transmilliləşməsi, regional inteqrasiya, transmilli demokratikləşmə,

    liberallaşma və s. kimi proseslərdə ölkənin vahid strateji yanaşma nümayiş etdirməsi və iştirakı bütün dünyada

    izlənir və qiymətləndirilir. Odur ki, həm bu yöndə atılan praktik addımlar, həm də görülən işlərin beynəlxalq

    aləmdə düzgün təqdim olunması xarici siyasətin əsas prioritetlərindən birini təşkil edir. Nəzərə alınsa ki,

    Amerika və Avropa İttifaqı dövlətləri müasir dövrdə öz xarici siyasətlərini dünya ölkələrinin demokratik

    transformasiyası üzərində qurur və hər bir ölkə beynəlxalq münasibətlər sistemində demokratik dəyərlərə

    münasibətinə görə qiymətləndirilir, onda bu işin nə qədər prioritet olduğunu anlamaq olar.

    Azərbaycan dövləti dünyada yaşayan bütün azərbaycanlıların istinad yeri, qürur mənbəyi və doğma

    Vətənidir. Odur ki, ölkə daxilində olduğu kimi, bütün dünya ölkələrində yaşayan azərbaycanlıların, onlara

    məxsus əmlak və mülkiyyətin, soydaşlarımızın milli və vətəndaş haqlarının qorunması da xarici siyasətin

    prioritet istiqaməti kimi diqqət mərkəzindədir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar eyni zamanda

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    14

    Azərbaycan dövləti üçün dünyanın ayrı-ayrı ölkələrində, regionlarda və bütövlükdə beynəlxalq aləmdə baş

    verən hadisələrə təsir etmək anlamında xarici siyasət resursu kimi çıxış edir. Bu resursu qorumaq, imkanlarını

    artırmaq, həm azərbaycanlıların öz hüquqlarının dolğun təmin olunmasında, həm də Vətənin mənafelərinin

    qorunmasında onlardan istifadə etmək xarici siyasətdə ən vacib prioritetlərdən biridir.

    Azərbaycanın xarici prioritetləri sırasına region maraqlarının sistemləşdirilməsi və reallaşması

    istiqamətində görülən vacib işləri də aid etmək olar. Məsələn, Dağlıq Qarabağ problemi və Ermənistan -

    Azərbaycan münaqişəsini həll etməklə yanaşı, Azərbaycan İran, Türkmənistan və Rusiya ilə kəsişən və

    toqquşan maraqların ortaq nöqtəsini tapmaq və əlaqələri yaxşılaşdırmaq, Türkiyə, Ukrayna, Gürcüstanla və

    strateji maraqları ölkəmizlə üst-üstə düşən digər region ölkələri ilə müttəfiqlik əlaqələrini daha da inkişaf

    etdirmək, Xəzər dənizinin statusu, TRASEKA, Şərq-Qərb enerji-nəqliyyat-kommunikasiya layihələrinin

    həllində müttəfiqlərlə birlikdə səy göstərmək kimi vəzifələri də həll etməlidir.

    Bundan başqa, Avrasiya məkanında həyata keçirilən beynəlxalq və regional inteqrasiyada öz layiqli yerini

    tutmaq, ölkənin milli maraqlarını maksimum qorumaq və təmin etmək vəzifəsi Azərbaycandan xüsusi

    düşünülmüş və balanslı siyasət tələb edir. Bu regionda Rusiya başda olmaqla MDB, İran başda olmaqla İƏT,

    Türkiyə başda olmaqla Türkdilli Dövlətlər Birliyi, ayrıca Avropa İttifaqı, Çin, ABŞ və başqa ölkələrlə əlaqələr

    sistemi çox mürəkkəb və ziddiyyətlidir. Bütün bunlar Azərbaycanın xarici əlaqələrində balanslı regional siyasət

    yürütməyi xüsusi bir prioritet kimi irəli çıxarır. Balanslı regional siyasət ölkənin bugünkü təhlükəsizliyi və

    müstəqil gələcəyi üçün ən mühüm təminat rolunu oynaya biləcək faktordur.

    (Mənbə: Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və

    Azərbaycanın xarici siyasəti. Bakı, 2005, səh. 219-247)

  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

    PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────

    15

    3. Azərbaycan beynəlxalq təşkilatlarda

    1) ATƏT və Azərbaycan

    Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul

    olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

    1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun

    olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in

    ilk xüsusi missiyası Azərbaycanda oldu.

    Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq

    Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan

    Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin

    sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

    1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə

    Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh

    yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

    Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında

    iştirak etmiş, onun sənədlərini imzalamışdır.

    20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.

    5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin

    nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən

    edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və

    qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa

    təşkilatına - ATƏT-ə çevrilmişdir.

    Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirl�