760
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU ______________________________________________ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilandan toplanmış folklor örnəkləri) 1

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

  • Upload
    lenhi

  • View
    355

  • Download
    13

Embed Size (px)

Citation preview

Page 1: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU

______________________________________________

QARABAĞ:

FOLKLOR DA BİR TARİXDİR

V KİTAB

(Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilandan toplanmış folklor örnəkləri)

BAKI – 2013

1

Page 2: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.

LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU (İMANOV)

TOPLAYANLAR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏZəfər FƏRHADOV

TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

REDAKTOR: fil.ü.f.d. Əfzələddin ƏSGƏR

NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ

Qarabağ: folklor da bir tarixdir, V kitab (Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilandan toplanmış folklor örnəkləri). Bakı, “Zərdabi LTD” MMC, 2013.

folklorinstitutu.com

İSBN – 9-789952-810868

А 4603000000 Qrifli няшр Í-098-2013

© Folklor İnstitutu, 2013

2

Page 3: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

TƏRTİBÇİDƏN

“Qarabağ: folklor da bir tarixdir” kitabının növbəti cildi, əsa-sən, Bərdə və Füzuli rayonlarına həsr olunub, kitabda qismən də Ağdam, Zəngilan və Şuşadan toplanmış folklor materialları yer alıb. Bu cild üçün Bərdə və Füzuli rayonlarının seçilməsi təsadüfi deyil-dir. Təhlə, boyəhmədli, qaraqoyunlu, qılınclı, qaradəmirçi (Bərdə), cavanşirlər (Füzuli) kimi tayfaların bu rayonlarda məskunlaşması, qaçaqçılıq hərəkatının bölgədə geniş yayılması (Kürqırağı və Xaçın meşələri qaçaqların daldalandığı əsas yerlər olub), vaxtilə bölgədə yaşamış, söz və nüfuz sahibi olmuş bəylər, digər şəxslər haqqında xatirələrin canlılığı bu bölgəyə marağımızı xüsusi olaraq artırıb.

Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşən Bərdə ra-yonu 1930-cu ildə təşkil olunub. Sahəsi 957 km², əhalisi isə 140 min nəfərdən çoxdur. Rayonun inzibati mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşa-yış mərkəzlərindəndir.

Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə Ağdamdan sonra ikinci yerdə dayanır. Rayonun sahəsi 1386 km2, əhalisi isə 136 min nəfərdən çoxdur. Füzuli rayonu Qarabağ dağ sil-siləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlikləri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Şəhərin əsası 1827-ci ildə qo-yulub və ilk adı Qarabulaq olub, daha sonra Qaryagin qəzası adlanıb. 1930-cu ildə rayon Qaryagin adı altında yenidən təşkil olunub. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılıb.

Bölgə folklorunun müasir vəziyyətini öyrənmək üçün bu ilin iyun-iyul aylarında Bərdə rayonunda folklor ezamiyyəsində olduq. Bərdə rayonuna ilk səfərimiz zamanı rayonun Lənbəran, Otuzikilər, Qılınclı, Mustafaağalı, Hacallı, Mehdili, növbəti səfərimiz zamanı isə Alpout, Göyüşlü, Bəcirəvan, Xanərəb, İmirli, Soğanverdilər, Qaradəmirçi, Xanağalı kəndlərində olduq, ümumilikdə yüzdən artıq rayon sakini ilə söhbət etdik. Bu səfərlər zamanı şifahi ənənəni

3

Page 4: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gözəl bilən, zəngin repertuarı olan söyləyicilərə təsadüf etməsək də, ayrı-ayrı nəsil və tayfalar haqqında, vaxtilə bölgədə böyük nüfuzu olan bəylər haqqında maraqlı xatirələr və rəvayətlər qeydə aldıq.

Boyəhmədli 32 para kəndin yerləşdiyi əraziyə verilən bir addır. Həmin bölgədə müxtəlif tayfalar məskunlaşıb, onların böyük əksə-riyyətinin bura Qazax-Borçalı zonasından gəldiyi deyilir. Tayfaların bu əraziyə köçü iki səbəblə əlaqələndirilir. Bir versiyada onların bu bölgəyə köçməsi gürcü basqınları, digər versiyada isə Molla Pənah Vaqifin Qarabağ xanlığına vəzir gəldikdən sonra xanlığa daha yaxın olmaq istəyi ilə əlaqələndirilir. Yerli sakinlərin dediyinə görə, bölgəyə ilk gələn qazaxməmmədli tayfasıdır və onun bölgəyə gəlişi XVIII əsrin 30-cu illərinə təsadüf edir. Onun ardınca bu bölgəyə şillər, cırdaxan-lılar, kəpənəkçilər, əfəndilər, cənnətlilər, arabaçılar və s. kimi tayfalar gəliblər. Son gələn tayfa isə adını bozax adlanan qoyun cinsindən alan bozaxlardır. Onların Goranboy zonasından olduqları, var-döv-lətlərini saxlamaq üçün öncə Tərtər rayonuna, orada münasib yer tapa bilmədikdə Bərdə rayonuna gəldikləri qeyd olunur. Bölgədə azdan-çoxdan tanınan, müəyyən nüfuza sahib adamlar daha çox bu tayfadan çıxıb. Bu kəndlərin sakinləri həm adət-ənənələrinə, həm də dialekt xüsusiyyətlərinə görə bölgənin digər sakinlərindən müəyyən qədər fərqlənirlər.

Təhlə camaatı Hacallı, Mehdili, Bəcirəvan, Soğanverdilər kəndlərində və Bərdə şəhərində məskunlaşıb. Bu ərazidə yaşayan təhləlilər özlərinə “Xan təhlə” deyirlər. Soğanverdilər kənd sakini İdil kişinin dediyinə görə, Alı, Mehdi, Nəbi və Ağamməd adlı dörd qardaş var-dövlətlərini saxlamaq üçün Pənahəli xandan torpaq istə-yiblər. Pənahəli xan da Bərdədəki Qaratəpə ərazisini onlara qışlaq yeri verib. “Xan təhlə” ifadəsi də buradan meydana gəlib. Beyləqan ərazindəki təhləlilərə isə “Çöl təhlə” deyirlər.

Bölgədəki tərəkəmə camaatından biri də qaradəmirçilərdir. Rayonda iki Qaradəmirçi kəndi var və camaat arasında bu kəndlər Sacdöyən Qaradəmirçisi və Həsirçi Qaradəmirçisi adı ilə tanınır. Qaradəmirçilər babalarının Qazağın Dəmirçilər kəndindən gəldiyini

4

Page 5: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

söyləyirlər. Neçə nəfərdən xəbər alsaq da, ilk gələnlərin kimlər olduğu, nə vaxt gəldiyi, gəlmə səbəbləri haqqında məlumat verən olmadı.

Qılınclı camaatı əsasən Məmmədli Qılınclısı, Nazırlı Qılınc-lısı və Mollalı kəndlərində məskunlaşıb. Qaraqoyunlular isə, rayo-nun Qaraqoyunlu, Otuzikilər, Mirzağalı kəndlərində yaşayır. Həmin kəndlərdə olsaq da, bu tayfalar haqqında ətraflı məlumat verən adama rast gəlmədik.

Füzuli rayonuna səfərimiz 2013-cü ilin avqust ayına təsadüf edir. Rayonla ilk tanışlığımız Böyük Bəhmənli kəndindən başladı, ardınca Yağlıvənd, Kərimbəyli, Babı, Arayatlı, Əhmədallar, Qazax-lar, Əhmədbəyli, Mahmudlu, Aşağı Kürdmahmudlu, Alıxanlı, Araz Zərgər, Araz Dilağarda və Bala Bəhmənli kəndlərində olduq. Ma-raqlıdır ki, rayonun yuxarı hissəsində Arazqırağı kəndlərlə eyni adı daşıyan kəndlər mövcuddur və bəzən bu kəndlər arasındakı məsafə 100-150 kilometrə çatır. Məsələn, Aşağı Yağlıvənd–Yuxarı Yağlı-vənd, Araz Dilağarda–Yuxarı Dilağarda, Zərgər–Araz Zərgər və s. kənd adlarının bu şəkildə təkrarlanması köçəri həyat tərzindən xəbər verir. Arazqırağı bu kəndlərin qışlaq yeri olub. Qışda mal-qaralarını bu ərazilərdə saxlayar, yazda isə rayonun daha yuxarı hissəsinə – yazlaqlara qalxarmışlar. Sovetlər gəldikdən sonra camaat məcburən oturaqlaşdırılır, bu zaman həmin kəndlərin əhalisinin bir qismi yazlaq yerində, digər qismi isə Arazqırağında məskunlaşır.

Rayonun yuxarı hissəsi erməni işğalı altında olduğundan eza-miyyə müddətində biz ancaq Arazqırağı kəndləri gəzə bildik. Ümu-milikdə, 50-yə yaxın söyləyici ilə ünsiyyətdə olduq və 21 nağıl, 10 əfsanə, 30-dan artıq rəvayət, 50-dən artıq bayatı, eləcə də ayrı-ayrı nəsillər və tayfalar haqqında maraqlı xatirələr qeydə aldıq.

Bölgədə, əsasən, cavanşir elinə məxsus tayfalar məskunlaşıb. Bölgə tarixinin əsas araşdırıcılarından biri olan Ənvər Çingizoğlunun yazdığına görə, Əmir Teymur Suriya üzərinə yürüşü zamanı oradan götürdüyü türkman tayfalarını Qarabağa gətirir. Oğuz kökənli rumlu və şamlı ellərini xətrini əziz tutduğu Xacə Əli Səfəviyə bağışlayır, Ərdəbil ətrafında, Muğanda yerləşdirir. Yarı hissəsi monqol-tatar, yarı hissəsi isə oğuz kökənli Qacar və Cavanşir ellərini isə Qara-

5

Page 6: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bağda məskunlaşdırır. Qacarlar Bərdədən Şəmkirə qədər, cavanşirlər isə Bərdədən Arasbaradək torpaqlara yiyələnirlər1. Bu gün bölgə sakinləri cavanşir eli haqqında təsəvvürləri saxlamasalar da, “cavan-şir torpağı” ifadəsi yaddaşlarda qalır. Yaşlı şəxslərin dediyinə görə, onların yaşadığı əraziyə “cavanşir torpağı” deyirlər.

Bölgədə əsas tayfalardan biri də cavanşir elinə bağlı olan Hacılı tayfasıdır. Xanlıq dövründə mahalın naib və minbaşıları məhz bu tay-fanın içindən təyin olunurdu. Ənvər Çingizoğlunun yazdığına görə, Hacılı tayfasından Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Şıxılı, Co-mərdli, Aybasanlı, Mirzəcamallı, Sarılar obaları təşkil olunmuşdur. Sonralar Mahmudlu obasından Hüseynbəyli və Ələsgərli obaları, Ay-basanlı obasından isə Qorqan kəndi əmələ gəlmişdir2. Bu gün də Hacılı tayfası haqqında təsəvvürlər daşlaşmış şəkildə insanların təsəv-vüründə yaşamaqdadır. İkinci Mahmudlu kəndinin yaşlı sakinlərinin dediyinə görə, vaxtilə yaylağa gedəndə onlardan soruşanda “haradan-sınız?”, özlərini “Hacılı Mahmudlusundanıq” deyə təqdim edərmişlər.

Füzuli rayonunda ünsiyyətdə olduğumuz söyləyicilər arasında diqqətimizi daha çox cəlb edən Sahib İmaş oğlu Şərifov olub. Top-lunun əvvəlki cildlərində qeyd etdiyimiz kimi, bizə zəngin material verən söyləyicilər məhz güclü yaddaşa malik olan şəxslərdir. Əsli Cənubi Azərbaycandan olan Sahib kişi də güclü yaddaşa sahib olub, söylədiyi mətnləri bir dəfə eşitməklə hafizəsində saxlayıb. Bizim onunla cəmi bir dəfə ünsiyyətdə olduq və iki saatadan artıq sürən söhbət zamanı ondan 9 nağıl, 2 rəvayət və anasından eşitdiyi bir mahnının mətnini qeydə aldıq. Füzuli rayonunda rastlaşdığımız digər nağıl söyləyiciləri bizə nağılın quru məzmununu danışır, çox nadir hallarda təsvirə yol verirsə, Sahib Şərifovun söylədiyi nağıl-larda hadisələr daha təfsilatlı çatdırılır, tez-tez formullardan istifadə edilir. Bu baxımdan onun söylədiyi mətnlər dolğunluğuna görə digər mətnlərdən fərqlənir. Peşəsinin molla olması və yas məclislərini apar-ması, onun repertuarına təsirsiz ötüşməyib. Söylədiyi mətnlər daha çox islam dinindən gələn fikirlərin xalq arasında təbliğinə xidmət edir.

1 Ənvər Çingizoğlu. Cavanşir-Dizaq mahalı, Bakı:Mütərcim, 2012, s.262 Yenə orada, s.45

6

Page 7: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Füzuli rayonunda olduğumuz zaman maraqlı bir faktla qarşı-laşdıq: aşıqlar toylara gedərkən yanlarında lotu da apararmışlar. Bu faktı bizə Araz Dilağarda kəndinin sakinləri verdilər. Onların de-diyinə görə, həmin kənddən olan Aşıq Rəşidin dəstəsində Əmirqulu adlı bir lotu olub. O, gülməli söhbətləri, şən zarafatları ilə məclisi əyləndirər və söhbətləri camaata o qədər xoş gələrmiş ki, çox vaxt ona qulaq asmaq üçün məclisə toplaşarmışlar. Aşıqların öz yanında baməzə adam gəzdirmələri əslində məlum məsələdir. Keçən il Bərdə rayonunun Seyid Yusifli kəndində olarkən, Musa kişi kəndə gələn aşıqların dəstəsindəki gəncəli balabançının gülməli söhbətləri, baməzə hərəkətləri ilə məclisi əyləndirdiyini qeyd etmişdi. Həmin dəstədə balabançı həm ifaçı kimi çıxış edir, həm də lotunun funksi-yasını yerinə yetirirsə, Aşıq Rəşidin dəstəsində lotu artıq ifaçılıqdan ayrılıb, dəstənin müstəqil üzvünə çevrilib. Dəstənin digər üzvləri kimi, o da toydan yığılan puldan öz haqqını alır. Qeydə alınmış mətnlərdən lotuluğun heç də asan bir iş olmadığı məlum olur. Bu vəzifəni icra edən şəxsdən ilk növbədə hazırcavablılıq, söz altında qalmamaq, istənilən vəziyyətdən çıxma bacarığı və s. tələb olunub. Dilağarda kənd sakini Xanış Məmmədovun dediyinə görə, Lotu Əmirqulu o qədər özünə arxayın olub ki, hətta bir həftəlik qazanc-larını mərcə qoyub bəyin lotusu ilə yarışa girib. Yaxud, toy məclisini dağıtdığı üçün onunla qanlı-bıçaq olan bəydən adi bir sözlə yaxasını qurtarmağı bacarıb. Təəssüf ki, içərisində qeyri-etik ifadələr olduğu üçün Əmirqulu ilə bağlı lətifələrin hamısını vermək mümkün deyil-dir, onların arasından münasib bildiklərimizi kitaba daxil etmişik.

Layihə çərçivəsində artıq beşinci kitabın işıq üzü görməsi və qeydə alınan nümunələrin sayı bizdə Qarabağ folklor mühiti haqqında aydın təsəvvür yaratmaqla yanaşı, folklorun müasir vəziyyəti haq-qında da fikir yürütməyə imkan verir. Son folklor ezamiyyələri bir çox janrların, xüsusən də nağılların ifasının zəiflədiyini, onların tədricən epik dövriyyədən çıxmaq üzrə olduğunu göstərir. Sual oluna bilər ki, əgər belədirsə, Narış Bayramova, Musa Bayramov kimi zəngin reper-tuara malik söyləyicilərin fəaliyyətini necə dəyərləndirmək olar? Bizim fikrimizcə, bu və ya digər kənddə bir və ya iki nağıl söyləyici-

7

Page 8: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

sinə rast gəlinməsi epik ənənəni qoruyub saxlayan mühitin olması ilə bağlıdır. Keçən il Bərdə rayonundan toplanmış folklor nümunələrinin böyük əksəriyyətini Seyid Yusifli kəndindən qeydə almışdıq. Həmin müddətdə rayonun daha dörd kəndində olsaq da, həmin kəndlərdə Seyid Yusifli kəndindən topladığımızın heç yarısını qeydə ala bilmə-dik. Bunun əsas səbəbi haqqında bəhs olunan kənddə məhərrəmlik ax-şamlarının son dövrlərə qədər saxlanmasdır. Təsadüfi deyil ki, həmin kənddən qeydə alınmış folklor nümunələrini söyləyən söyləyicilərin hər ikisi həmin məclislərdə iştirak etmiş şəxslərdir.

Ünsiyyətdə olduğumuz şəxslərə sehrli nağıllara və heyvanlar haqqında nağıllara dair suallar versək də, çox nadir hallarda bizə bu qruplara dair nağıllar qeydə almaq müyəssər olur. Sehrli nağıllar və heyvanlar haqqında nağılların əsas dinləyiciləri uşaqlardır. Söyləyi-cilərin özlərinin də etiraf etdiyi kimi, indiki uşaqlar nağıla o qədər maraq göstərmir, asudə vaxtlarını televizor qarşısında, kompyuter arxasında, telefonda oyun oynamaqla keçirirlər. Öz auditoriyasını itirdiyindən sehrli nağıllar və heyvanlar haqqında nağıllar artıq epik dövriyyədən çıxmaqdadır. Nümunə üçün qeyd edək ki, Bərdə rayo-nunda yüzdən artıq söyləyici ilə ünsiyyətdə olsaq da, cəmi 11 nağıl qeydə ala bildik. Onlar arasında sehrli nağıllar və heyvanlar haqqında nağılların hərəsinə aid cəmi bir nümunə vardır. Füzuli rayonundan qeydə aldığımız 21 nağıldan isə yalnız biri sehrli nağıl nümunəsidir.

Şifahi mətn ifadan-ifaya təkmilləşir. Öz auditoriyasını itirmiş söyləyici isə belə bir imkandan məhrumdur. Uzun müddət ifa olun-madığından şifahi mətn ya unudulur (ezamiyyə zamanı qarşılaş-dığımız bəzi söyləyicilər bildikləri bir çox nağılları uzun müddət ifa etmədiklərindən unutduqlarını etiraf edirdilər), ya da onu söyləsələr də, lazımi keyfiyyətdə bizə çatdıra bilmirlər. Personajların adı, bir çox detallar unudulur, təsvir yox dərəcəsindədir, formullardan, demək olar ki, az istifadə olunur. Bir sözlə, nağılı deyil, onun süjet xəttini bizə nəql edirlər. Ona görə də 3-4 səhifəlik bir nağılı həmin söyləyi-cilər bir səhifə və ya səhifə yarımda bizə çatdırırlar. Nağıl söyləyi-ciləri arasında yalnız Sahib Şərifov və Şəkər Həsənovanın söylədiyi mətnlər təfsilatlı olması ilə seçilir. Bu da onların məclis adamı olma-

8

Page 9: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

larından irəli gəlir. Belə ki, yas yerlərində həmin mətnləri tez-tez söylədiklərindən onların söylədiyi nağıllar daha dolğundur.

Bu qrupların əksinə olaraq, dini və novellavari nağıllar hələ də öz aktivliyini qoruyub saxlayır. Bunu layihə çərçivəsində buraxılmış kitablardakı dini və novellavari nağılların sayından da görmək olar. Demək olar ki, çap olunan nağılların 50-60 faizini dini və novel-lavari nağıllar təşkil edir. Bunun da əsas səbəbi, o biri qruplardan fərqli olaraq, bu nağılların öz auditoriyasını qoruyub saxlamasıdır.

Söyləyicinin mətnə münasibəti mətnin keyfiyyətini təmin edən əsas amillərdən biridir. Söyləyici mətnin gerçəkliyinə inanmırsa, onu heç vaxt tam və mükəmməl şəkildə çatdıra bilməz: ya mətni ixtisar edəcək, ya da qolunu-qanadını qıraraq dinləyiciyə çatdıracaqdır. Bu baxımdan əslən Ermənistanın Basarkeçər rayonundan olan və 1949-cu ildə Bərdə rayonuna deportasiya olunan Xalıqverdi İmaməli oğlu Abbasov bir söyləyici kimi xüsusi maraq doğurur. Xalıqverdi kişi sözün həqiqi mənasında Ələsgər vurğunudur və saatlarla Aşıq Ələsgərdən danışar, ondan şeirlər söyləyər, amma yenə də sözü qurtarmaz. Aşıq Ələsgər haqqında məlumatların böyük əksəriy-yətini yazılı mənbələrdən əldə etdiyindən, biz kitaba onun şifahi şəkildə, ağızdan eşitdiyi nümunələri daxil etmişik. Xatırladaq ki, Xalıqverdi kişidən iki nağıl mətni qeydə aldıq. Həmin nağıllardan biri məşhur “Bəxtsiz adam” süjeti (AT 1534) əsasında qurulub. Söyləyici həmin nağılı əslən Ermənistandan olan Süleyman kişidən qəza və qəsdə dair misal çəkdiyi zaman eşitmişdir. Makedoniyalı İskəndərdən bəhs edən digər nağılı isə inandırıcı, ağlabatan olmadı-ğını əsas gətirib danışmaq istəmədi. Yalnız bizim israrımızdan sonra nağılın qısa məzmununu söylədi. Nağıl “Sətəlcəm olmuş qız” süjetinin maraqlı bir variantı olduğu üçün onun mətnini burada təq-dim etməyi məqsədəuyğun sayırıq: “Makedoniyalı İskəndərin qızı dünyasını dəyişir, onu aparıb dəniz kənarında dəfn edirlər. Palanduz qızı qəbirdən çıxardır, dirildib onunla evlənir və ondan bir oğlu olur. Bir gün İskəndər səfərə çıxanda yol kənarında üç nəfər uşağın dur-duğunu görür. Onlardan burda nə üçün dayandıqlarını soruşduqda nəvəsi cavab verir ki, şah, qabaqdan Novruz bayramı gəlir, burdan

9

Page 10: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

keçəcəyini bildiyimiz üçün durmuşuq ki, bizə bir xərclik verərsən. Uşağın ağıllı cavab İskəndəri heyran edir və ondan atasının kim ol-duğunu xəbər alır. Palanduzun oğlu olduğunu eşidəndə təəccüb edir ki, palanduzdan belə ağıllı, diribaş uşaq törəyə bilməz, yəqin bunun nəslində, kökündə tanınmış kimsə var. Sonradan məlum olur ki, həmin uşaq İskəndərin öz nəvəsidir”. Mətndən də göründüyü kimi, söyləyici bizim israrımızla nağılı söyləsə də, onu natamam şəkildə bizə çatdırıb, bir çox yerləri buraxıb, ancaq quru məzmununu nağıl edib.

Topluda Aşıq Valehin irsinə də geniş yer verilmişdir. Həmin irsə aid nümunələrin böyük əksəriyyəti Aşıq Valehin qız kötükcəsi olan Aşıq Xaspoladın şəxsi arxivindən götürülüb. Məlum olduğu kimi, ermənilər 1905-ci ildə Abdal-Gülablı kəndini yandırdıqları zaman Aşıq Valehin əlyazmaları məhv olub, onun irsindən günü-müzə yalnız yaddaşlarda qalan nümunələr gəlib çatıb. Hələ erkən yaşlarından Aşıq Valeh irsi ilə maraqlanan Aşıq Xaspolad Abdal-Gülablı kəndinin yaşlı sakinlərindən – 1934-cü ildə vəfat etmiş Kər-bəlayı Abış Abdal, 1938-ci ildə vəfat etmiş Məşədi İskəndər Abdal, 1933-cü ildə vəfat etmiş Molla Cəfər Abdal, 1938-ci ildə vəfat etmiş Məşədi Cəfər oğlu Abbas Abdal, yüz yaşından yuxarı sakinlər Abdal Riza, Kərbəlayı Abdulla, Yetim Ağaməşədi Məmiş və başqalarından Aşıq Valehi soruşub. Onların verdiyi məlumatlar əsasında “Valeh və Zərniyar” dastanını, eləcə Aşıq Valehlə bağlı bir çox rəvayətləri qeydə alıb, aşığın şeirlərindəki bəzi natamam misraları bərpa edib.

Aşıq Valehin bir çox şeirləri sovet dövründə çap olunsa da, kon-tekstdən çıxarıldığı üçün onların məzmunu, mənası anlaşılmır. Məsə-lən, “Aşıq Valehlə Aşıq Fehruzun deyişməsi” 1970-ci ildə işıq üzü gör-müş “Alçaqlı, ucalı dağlar” kitabında çap olunub, amma yurd hissəsi verilmədiyindən bu deyişmənin necə baş verdiyi, nə ilə nəticələndiyi anlaşılmır. Aşıq Xaspoladın əlyazmaları arasında həmin deyişmənin, eləcə də digər deyişmələrin tam mətninə təsadüf etmək mümkündür və biz topluda həmin nümunələri olduğu kimi oxuculara təqdim edirik.

Sonda bu kitabın hazırlanmasında bizə köməyi dəyən hər bir şəxsə, xüsusən də atasının şəxsi arxivindən istifadəyə icazə verdiyi üçün Taleh Mirzalıyevə dərin minnətdarlığımızı bildiririk.

10

Page 11: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ, RƏVAYƏT VƏ XATİRƏLƏR

1. CİNLƏR HAQQINDA

I mətnQalxozun taxılın biçirdilər, gətirif bir nəfərə təhvil verirdilər,

o təmizdiyif vururdu anbara. O vəzifəni altmış dörtdə verdilər maa. Mənim bir qaroulçum vardı, indi ölüfdü. Deyirdi ki, mən kərpiş kəsirdim. Ülgünü belə götürürdüm, yaxalıyıf qoyurdum, ha eliyif palçığa əlimi uzadınca görürdüm doluf, mən də eləcə hamarrıyıf çəkirdim. Yanımda deyir görürəm ki, olar (cinlər – top.) ülgünü doldurur. Ayləm, qaynım mən gedəndə mənnən gedirdilər ora, mən gələndə mənnən gəlirdilər. Bir gün gördüm ki, mənim evimdə toy-büsatdı. Bir pişiyimiz var, bu, balaban çalır. Başına yığışanlar da de-yir, ay sağ ol, Qaraxan. Ay sağ ol, Qaraxan. Deyir, tezdənnən durdum, geyinəndə gördüm pişik, axşamnan ocax qalamışdıx, onun külünün üsdündə yatıf. Ayağımnan itələdim ki, Qaraxan, belə dur. Nətər qalxdı məə belə vurdusa, onnan çıxdı getdi. Da görmədim o pişiyi.

II mətnMənim qoja nənəm bizə nağıl eliyərdi ki (uşax vaxtı Bərdədə

İmamzadanın böyründə bizim həyətimiz, evimiz varıydı), o vaxtı qəfildən hay düşdü kü, bəs bizim aşağı tərəfdəki qonşu bir hal tutuf. Hal da cinnərin arvad xeylağına deyillər. Hamı durdu getdi tamaşıya. Anam mənim əlimnən tutdu, götürdü getdi. Getdih ona baxmağa kı, görəh bu nətəər şeydi. Adi arvatdı, geyindirif eliyiflər, sadəcə, döşdəri çox uzunudu, bir də ayağında fərq varıydı onun. Dabanı lülə kimi dala çıxırdı. Bu qadını saxladılar. Bir il, para il saxlıyannan sora bunu ver-dilər ərə. Bir kişi bunu aldı – şeytan arvadı, ta dönüf insan oluf. Bunu, deyir, aldı, alannan sora bunun iki dənə uşağı oldu. İki uşağı olan kimi bu qadın öldü. Bu ölənnən sora gedillər bunun yerinə başqa bir qadın alıllar gətirillər bu uşağı böyütsün. Bu arvad günüz uşaxlara acıxla-nanda və yaxud vuranda gecə qonşular bunnarın evinə bunun harayına

11

Page 12: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

tökülür. Görünmüyən qüvvələr bu arvadı döyüllər, sürüyüllər. Onnan sora başa düşüflər ki, bu şeytan arvadın qohum-aqrabalarıdı, icazə vermillər ki, bu, uşaxlara toxunsun.

Yanı bu gözüynən görünmüş şeyidi. Biri var eşidəsən, amma bu arvad gözüynən görüf, bu olmuş hadisədi.

III mətnİndi onnarı tilsimliyiflər, sərbəst deyillər. Amma o vaxdı biz

İrəvanda olanda onnarı görürdük. Tərlan addı əmim arvadı vardı. Cinlər bir dəfə gəlif onu çağırıflar. Gəlif çağırıflar: “ay Tərlan, ay Tərlan”. O vaxdları bizi örgədirdilər ki, sizi qeybdən çağırsalar, denən əlimdə duz döyürəm, duz döyürəm, gələmmərəm, duzum var. Duzdan qorxullar. Gördüm Tərlan xalam çır-çır çığırır ki, əlimdə duz döyürəm, əlimdə duz döyürəm, əlimdə duz döyürəm. Onnan da çıxdı getdilər. Oruşdux ayında şeytan da, cin də – hamısı bağlanajax ki, meşat eləməsinnər.

2. SAZ NECƏ YARANIB?

Sazı Davud peyğəmbər qayırıb tut ağacınnan. Sazın qolunda pərdə yoxumuş. Belə çalıb, çalıb. On iki imamdan bir dənəsi gəlib Davud peyğəmbərin çiyni üsdündə durub. Deyir, Davud peyğəm-bər, əlini saxla. Deyir, nədi? Deyir, ə, səhərdən tınqır-çınqır çalır-san, hava dəyişmir. Bunun qoluna pillakan-pillakan pərdə bağla. On iki dənə pərdəni bağlıyır. Deyir, indi çal. Görür ə, hərəsi bir səs verir, hərəsi bir hava danışır. Onnan sora Davud peyğəmbər saz qujağında dünyadan köçür. Davud peyğəmbəri aparıb dəfn-kəfn eliyillər. Deyillər, sazı neyniyək? Saza gətirib iki manatdıx qara köynəyi geydirillər, aparıb göydən mismardan asıllar.

3. ŞEYTAN HAQQINDA

I mətnBir alim gəlif görüf ki, məsələn, kərimbəyli bir ağaca sitayiş

eliyir. Deyir, ay camaat, bu ağaşdı ey. Dünyanı yaradan Allah var.

12

Page 13: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Neyniyif, deyiflər, yox, dünənki uşax gəlif bizə göstəriş verir. Atamız-babamız buna sitayiş eliyif, biz də onun yoluynan gedirik. Nəysə, o məcbur oluf ki, getsin o ağacı kəssin. Şeytan bir qoca kişi sifətində çıxıf bunun qabağına. Deyif, alim, hara gedirsən? Deyir, gedirəm o ağacı kəsəm. Dünyanı yaradan Allah var, bu ağac Allah deyil a. Deyir, yox, alim, kəsmə. O deyif, bu deyif, buların sözü çəpləşif, tutaşıflar. Tutaşanda alim şeytanı yıxıf. Üş dəfə yıxannan sora deyir, bilirsən nə var, alim? Deyir, nədi? Deyif, gündə səə bir belə qızıl verəcəm, ağacı kəsmə.

Nəysə, bu beş gün, altı gün gündə buna bir az qızıl göndərir. Göndərənnən sora aranı kəsir, daha göndərmir. Bu gözdüyür, görür qızıl gəlmədi. Gənə baltanı götürüf gələndə bu kəsir bunun qabağını. Deyir, hara gedirsən? Deyir, gedirəm ağacı kəsməyə. Nəysə, gənə tutaşıllar. Şeytan alimi yıxır. Üş dəfə yıxannan sora deyir, mən şey-tanam ey, sən allanmısan, tamahın sənə üsdün gəlif. Get, daha ağacı kəsə bilməzsən. Onnan sora alim başın götürüf ordan gedir.

Şeytan bizi tamahnan alladır.

II mətnBir oğlan oluf. Deyif ki, mən şeytana qalib gələrəm. Bir dağ-

da şeytan insan sifətində çıxıf bunun qarşısına. Deyif ki, sən kim-sən? Deyif, mən şeytanı gəzirəm. Deyir, neynirsən şeytanı? Deyir, onnan mərcdəşmək isdiyirəm, görüm o məni alladar, yoxsa mən onu alladaram. Deyif, yaxşı. Onda gedək sən adda dağın o tərəfinə, mən addıyım bu tərəfinə. Dağdan belə hərrənək, gələk şərtimizi kəsək. Bu dağın o tərəfinə addıyanda bulud qalxıf, nətər leysan yağış yağıfsa, oğlan tez paltarın soyunuf qoyur bir daşın altına. Yağış qutarannan sora üsdün-başın əlinnən silif paltarın geyinir. Görüş yerinə gələndə görür ki, əsl şeytan teyxa suyun içindədi. Şeytan qalıf məhətdəl. Deyif ki, sən yağışa düşmədin? Deyir, düşdüm. Deyir, axı sən qupqurusan. Deyir, gördüm yağış gəlir, mən paltarımı çıxartdım qoydum daşın altına, yağış kəsdi, geyindim. Deyir, vallah, əsl şeytan mənəm, amma bu mənim heç ağlıma gəl-miyif. Sən mənnən də bəd şeytanmışsan.

13

Page 14: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

III mətnŞeytan biriynən mərcə girir. Deyir, insannara mən heş nə

eləmirəm də. Deyillər, nejə heş nə eləmirsən? Hər bir əməlin pisdihdi. Harda dursan, pis yola çəkirsən. Nəysə, mərcdəşillər. Şeytan deyir, bax gör məəm burda nə günahım var? Bir arvat gedir inəy sağmağa. Şeytan deyir, mən, sadəcə, gedif o buzovu açajam. Şeytan ötür, buzov açılır gəlir, başdıyır inəyi əmməyə də. Əməndə inəy təpih vurur, süd tökülür. Arvat durur inəyi vuranda inəy buy-nuzun keçirir arvada, arvad ölür. Sora qaynatası gəlir, görür gəlin qannar içində yerdə yatıf, ölüfdü. Tüfəyi götürüf atır, inəyi öldürür. Oğlu gəlir, görür nəə? Atası əlində tüfəy, gəlin də qannar içində yerdə. Elə bilir ki, atası vuruf öldürüf. Bu da vurur atasın öldürür. Şeytan deyir, görürsən, mən neynədim axı, sadəcə, buzovu aşdım buraxdım. Məəm burda heş bir günahım yoxdu.

IV mətnDeyir ki, Məkgənin binövrəsi qoyılanda qurban olduxlarımız

ora fəhlələri toplayıf. Bunnar hər gün işdiyirmişdər, qurban olduxlarım da onnarın pulun verirmiş. Bir şeytan insan cildində gəlir, onun binövrəsinə o da daş qoyur, işdiyir, fəhləlih eliyir. Nəysə, gəlif bunnarın pulun verəndə görür ki, bu bir nəfər pul isdəmir. Deyir, yox, mən sora alajam. Sora bu qurban olduxlarım eşidir, bilir ki, bu şeytandı, insan cildində gəlif girif bura. Onda deyir, Allah-taalıya vəh eliyifdi ki, ya Allah, özünə agahdı, şeytan bu gün oruya daş qoydu, köməy elədi. Biz indi o binövrəni sökəhmi? Onda pul götürmədi bizdən, indi baxırıx ki, o şeytandı. İndi biz o binövrəni sökəhmi təzdən? Deyir, Allahdan vəh gəlir ki, ya rəsulum, sökmə. O qədərnə ora şeytan əməlli insannar gələjəh ki. Onda mənim daşımı yox, o daşı ziyarət eliyəjəhlər.

4. QARAÇUXAI mətn

Günnərin bir günündə bir kişi işdiyirmiş. Günə on qəpik qazana bilmirmiş. Biri də fışdırıx çala-çala oturuf yeyif-içirmiş. Gəlif bu

14

Page 15: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

kişidən soruşur ki, əşi, de görüm sənə hardan gəlir bu yemək-iç-mək, bu var, bu döölət? Mənim canım çıxır, axşamacan tikan daşı-yıram heç bir şey əlimə çatmır. Bəs mən neyniyim? Deyir, ə, sənin qaraçuxan yatıf. Deyir, mən neyniyim? Deyir, get qarçuxanı axtar-gınan, tapgınan. Denən əşi, maa da bir gün ağla da.

O, qaraçuxanın arxasınca düşür. Dərə mənim, təpə sənin, o orda, bu burda. Gəlir, görür ki, bir nəfər uzanıf üzü quyulu, əlində də bir zurna çalır. Gəlir, tutur bunun paltarınnan. Deyir, əşi, burda neyniyirsən? Deyir ki, zurna çalıram. Deyir, kimsən sən? Deyir, sənin qaraçuxanam. Deyir, əşi, camaatın qaraçuxası gedif bəridən-əynə hey milyonnar axıdır, camaat rahat yeyif dincəlir. Sən də gəlif burda zurna çalırsan. Mən də ki, bir dəstə tikanı on qəpihdən satıram, alan da yoxdu. Axşamacan da tikan daşıyıram. Deyir, ay zalım oğlu zalım, gündə bir şahı qazana bilirsən? Deyir, əşi, gücnən. Deyir, hələ başım qarışıf burda zurna çalıram. Əgər başım qarışmıya, mən o şahını da saa rəva bilmərəm. Get o bir şahını qazan, dolan.

Qaraçuxa var ki, yatıf, qaraçuxa da var ki, oyaxdı.

II mətnQaraçuxa adamın qoruxçusudu. Allahdan aşağı, adamın dadına

çatan, fəryadına yetəndi. Biz lap düzəngah yerdəydih. Gecə od qoy-muşdum çöldə, zibil yansın də. Cavanam. Bax, yadımdadı. Gecə yat-mışdım. Gördüm ki, bir zəyif səsdi, nurani adam çağırır: “Mehriban, Mehriban, qalx ayağa”. Qalxdım ayağa. Durdum gördüm ki, yel əsif, zibil od tutuf yanır. Kəhriz də böyrümüzdəydi. Sahat belə üş-dört olardı. Qaşdım kəhrizdən su gətirdim, o ocağı keçirdim. Bax, o mənim qaraçuxamdı. Məni dilimnən çaardı: “Mehriban, Mehriban, dur əəğa”. Durdum gördüm ku, heylə od tutuf yanır. Qaraçuxa dihdi. Qaraçuxa elədi ki, əvində tutduğunu, götdüyünü, qoyduğunu görür. Burdan götürüf qoyduğunun qoruxçusudu. Nətəər deellər, Allah heş kafır bəndənin qaraçuxasın yatılı eləməsin. Mən özüm onu heylə, gözümnən gördüm, qulağımnan eşitdim.

15

Page 16: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

5. İTƏ DÖNƏN İNSANLAR

Bir kənt varımış, gecələr it olurmuşdar, günüzdər adam olur-muşdar. Bir gün bir kişi qonax gedir, o kəndə düşür. Yeellər, içillər. Bı ev yəəsi deyir ki, sən Allah, bı üçüncü mərtəvədə çardax var, ged onun üsdə sən yatgınan, aşağılar da elə bil boş olsun də. Axşam biz hamımız it olurux, səər olurux adam. Deyir, bu nəydi, mən hara gəldim düşdüm? Deyir ki, itdər gəlif hürsə də, qışqırsa da, sən dinif eləmə.

Gecə olur, saad birimiş, ikiymiş, görür itdər hamısı hürüşür, o onu cırmaxlıyır, bı bını cırmaxlıyır, qarışıllar bir-birrərinə. Biri də gəlir bı çardağı dağıdır. Bı da dözmür, yanında ağaş varmış, ağaşnan vırır bını. Vıranda bı it zingildiyə-zingildiyə çıxır gedir.

Səhər durur, kişi deyir, ay Allah, bı nəydi məəm başıma gəldi? Gəldim, qaldım bırda itin-pişiyin içində. Yenir gəlir, görür bir nəfər uzanıf, başı da sarıxlı. Tay demə o evin gəlniymiş çardağı dağıdan. Oon da təpəsinə vırıf, yaralanıf, gətirif sarıyıflar. Deef, bı kimdi? Ev yiyəsi deef, əşi, sən vırmısan da. Axı sənə demişdim, axşam heş nə eləmə. Deyir, mən nə bilim? Əsəfləşdim, elə bildim itdi.

6. ALLAH HƏR KƏSİN RUZUSUNU VERİR

Bayquşun gözü görmür. Kor yapalağın da gözü görmür. Bunnar ancax Allahın ruzusu ilə dolanır. Üç dənə serçə kor yapa-lağın payıdır. O, fırranar, fırranar, gəlif düşər düz kor yapalağın qabağına. Allahın işidir. Kor yapalax bunu həzm eliyər: günorta birin, axşam birin.

Canavarlar yem tappıyanda Allah-taala onnara göydən kündə-lər salır. O kündələr hər bir canavarın öz qabağına gəlir. Gündə bir kündə canavarın payıdı. Hər bir canlının öz mükafatına gora onun ruzu-bərəkəti var. Hər insan dünyada Allah qarşısında borcun yeri-nə yetirər. Həmişə aldığına şükür eliyərsə, Allah-taala ona yetirər.

16

Page 17: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

7. YONCA NİYƏ BƏRƏKƏTLİDİR?

Bir peyğəmbər yolnan gedirmiş. Görüf yaxınnan bir gözəl iy gəlir. Bir əz gedif görüf ki, iki arvad çörəh bişirir. Deyif, ay bacı, sən Allah, bu nədi bişirirsən? Nə gözəl iysi var? Bu da dilinə gəlir, deyir, yonca toxumudu. Deyir, ay Allah, nə gözəldi, dadı, iysi, tamı. Deyir ki, bir il əkasız, yeddi il biçəsız. Bir il əkirsən, yeddi-səkgiz il yoncanı biçirsən. Bişdihcən gəlir. Denən, elə buğdanı de də.

8. DÜYÜNÜN BAŞI NİYƏ DİŞLƏKDİR?

Düyü bizdə yoxuymuş, başqa vilayətin padşahındeymiş. Əli qurban olduğum yunnu bir kürk geyir, gedir belə-belə sürtünür bu düyüyə. Ordan beş-altı dənə düyü yapışır bunun kürkünə. Bunun bir ujunu dişdiyif əkir ki, bu düyü bitsə, maa deyəjəh sən düyünü mənim vilayətimdən aparmısan. Bu düyünün hamısı bitir, uju kəsik olur. O padşah buna deyir ki, səndə düyü yoxuydu. Mənim düyümü hardan apardın? Deyir, gətir düyümüzü tutax üz-üzə, səninkinnən olsa, sənindi. Allahın maa verdiyi ruzidi. Üz-üzə tutuflar, görüf yox, bunun düyüsü bütövdü, amma Əlinin düyüsünün uju kəsikdi.

9. İLAN NİYƏ İNSANIN GÖZÜNÜ YEYİR?

Eşitdiymə görə, Nuhun gəmisində bir belə deşik varmış. Nə qədər eliyiflər, bunu tuta bilmiyiflər. İçərisində də yetmiş min əhali var. İlan gəlif deyir ki, nə verərsən mən o deşiyi tutum, sənin gəmin batmasın? Deyif:

– Nə istəsən verəjəm. Deyif ki, insannarın gözün ver mana, sənin bu gəminin deşi-

yini tutum. Deyif:– Yaxşı. İrtməyin salıf, altdan yuxarı qıvırranıf deşiyin gözün tutuf,

gəmi çıxıf qırağa. Deyif ki, yüz adamdan, əlli adamdan ötrü mən

17

Page 18: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dünyanı kor qoymuyajam ha. Mən sana dirilərin yox, ölülərin gözün verdim. Ona görə arvatdar ağıda deyir ki,

Müştağam sözdərinə,Qurbanam gözdərinə.Yalvarram ilannara,Dəyməsin gözdərinə.

Ölənnərin gözün hamısın ilan yeyir.

PEYĞƏMBƏRLƏR, DİNİ ŞƏXSİYYƏTLƏR, PİRLƏR VƏ OCAQLAR HAQQINDA

10. TORPAĞIN ŞİRİNLİYİ

Adəm peyğəmbər Havvıynan bir yerdə olurmuş. Bir gün Allah-taala Adəm peyğəmbərə bir öküz, bir xış göndərir ki, yeri şum-lasın. Allah-taala tərəfinnən toxum da gəlir, başdıyır yeri şumlamağa. Allah-taala nəzarət eliyir da. Görür bı o qədər şumluyuf getdi ki, axşam evə gəlmiyəjəh axı. Göydən, deyir, Cəbrayılı göndərir. Deyir:

– Ya Cəbaryıl, yen Adəm peyğəmbəri başa sal ki, qayıtsın geri, arvad təhdi.

Yenir Adəm peyğəmbərin qarşısına. Deyir ki, geri qayıtmalı-san, burdan belə torpax məəmdi, burdan belə keşməyə ixtiyarın yoxdu. Deyir, burda Adəm peyğəmbər Cəbrayılnan tutaşır. Torpa-ğın şirinniyinnən danışır ha. Adəm peyğəmbər Cəbrayılnan tutaşır ki, sən kimsən, çıx yolumnan, buranı əkəjəm. Bu da Cəbrayıldı da, Allah tərəfinnən göndərilif. Bu, Adəm peyğəmbəri yıxır altına. Deyir ki, yox, burdan belə keşməməlisən. Adəm peyğəmbər görür ki, bir daş var, qara daş. Cəbrayılın altında ola-ola daşı itəliyir ki, bir az ayna gessin, yeri çoxalsın. Torpağın şirinniyinə bax ha. Deyir, onnan sora Adəm peyğəmbər qayıdır gəlir Havvanın yanına.

Adəm peyğəmbərın dövrünnən torpax heylə şirindi.

11. SÜLEYMAN PEYĞƏMBƏRI mətn

18

Page 19: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Süleyman peyəmbər üş yüz il yaşıyıf. O öləndə deyiflər, ya peyğəmbər, qorxursan ölümdən? Görüflər rəngi saralıf da. Deyif, nalnan mıxın arasında olardım, gözüm işıxlı dünyaya baxardı.

II mətnDeyilənə görə, Süleyman peyəmbər üş yüz hektar sahə götü-

rüf, bura zabor çəkdirif, minara tikdirif. Bunun üç yüzdən artıx fəh-ləsi, işçisi oluf. Nənəsi deyif ki, bala, axı yemək yoxdu? Bir keçisi varmış. Gətirif bunu kəsiflər, yeddi dənə də fətir bişirif bu arvad. Deyif:

– Nənə, nə çörəyi sanama, nə qazana baxma. Sən çək, ver, ödüyəjək.

Bu arvad yeməkdən çəkif, çörəkdən götürüf verif, heş teştə baxmıyıf. Fəhlələr yeyif qutarannan sora görüf qazanın yarısınnan yemək qalıf, təhnədə də hələ çörəyin ikisi var.

Deyiflər, biz nətər eliyək, heç cür Süleymanı yıxa bilmədik. Süleyman deyif, mənim vaxtım tay azalıfdı. Mən taxtdan düşən kimi yerimdə oturajaxlar. Onda deyif ki,

Ay dünya, fanısan fanı,Sənə gələn cannar hanı?Davud oğlu SüleymanıŞah taxtından salan dünya.

Kişi ölən kimi itəliyif salıflar yerə, gəlif biri oturuf yerində.

12. MUSANIN ALLAHLIĞI

Musa peyğəmbər günnərin bir günü Allah-taalaya buyurur ku, allahlığ eləməyə nə var ki? Bir aylıx allahlığı ver maa, gör mən nətəri idarə eliyirəm. Allah-taala da buyurur ki, sən gərək nəysə bir şey xəlq eliyəsən. Musa peyğəmbər başdıyır allahlıq eləməyə, əstafurullah, nozənbillah. Camış fiqurun düzəldir, Cənab Cəbrayıl ona ruh verir. Camış özünə gələn kimi Musanın dalınca qaçır. Az qaçır, çox qaçır, az qaçır, çox qaçır. Allah-taala baxır görür Musa peyğəmbər bunun yemin xəlq eləmiyif. Allah-taala özü öz qeybin-nən bir gölməçə yaratdı, içində də qamışı bitirdi. Camış özün vurdu

19

Page 20: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

suya, başdadı öz yemin yeməyə. Musa onda dedi ki, ya bir olan Allah, bu allahlıq mənnik deyil. Bir səhvdi mən elədim.

Ona görə də camış heç bir kitabda qurbannıx sayılmır, bir də ömrü boyu xəsdələnmir, onun bədənində xəsdəlik olmur. Yeganə südüdür ki, onda yel xəsdəliyi var.

13. İBRAHİMXƏLİL PEYĞƏMBƏR

İbrahim peyğəmbər heş vaxt tək çörək yemirmiş. Süfrəsində mütləq qonaq olarmış. Bir gün çörək vaxtında qulluxçunu çağırıf deyif ki, gör kim var. Deyif ki, bir qoja kişi ulağın üsdündə gedir. Deyir, onu çağır gəlsin. Kişi gəlir. İbrahim peyğəmbər deyir, qar-daş, əyləş. Əyləşir. Çörək gələndə bu kişi bismillah eləməmiş çörəyi götürür kəsir. Tutur əlinnən, çörəyi alır qoyur yerə. Deyir ki, niyə bismillah demədin? Deyir:

– Bismillah nədi? Deyir:– Sən onu bilmirsənsə, bu çörəyi yeməyə sənin haqqın yoxdu. Bu kişi süfrədən durur, çıxır gedir. Bu vaxtı Cənab Cəbrayıl

Allah-taaladan vəh gətirir. Allah-taaladan vəh gəlir ki, mənim pey-ğəmbərimə çatdır ki, həştad ildi o kişi məni tanımadan mən onun ruzusun vermişəm. Bir öynə mən onun süfrəsinə düçar elədim, ona çörək vermədi. Peyğəmbər durur kişinin arxasıncan çıxır. Görür hardasa bir kilometrəcən aralanıb. Deyir:

– A kişi, dayan, a kişi, dayan. Nəysə, dayanır. Deyir:– Nədi? Deyir:– Qayıt bəri. Deyir:– Əşi, sən məni süfrənnən qavmısan. Çıxıf gedirəm. Deyir:– Yox ey, qayıt, sənnən işim var. Qayıdır gəlir. Ulağı bağlıyır, gəlir oturur. Deyir:

20

Page 21: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Sən maa de, mən sora çörəh yeyərəm. Məni niyə qaytardın? Olduğu kimi deyir. Deyir, Allah-taaladan mənə vəh gəldi ki, o

kişi həştad ildi mənim adımı dilinə gətirmir, məni tanımır, mən onun ruzusun kəsməmişəm. Bir dəfə sənə qonax eləmişəm, sən onu süfrənnən qavmısan. Deyir ki, and olsun, sənin Allahına, mən də biyət eliyirəm, qayıdıram sənin dininə, sənin yoluna. Bismillah eliyif çörəyi kəsif.

14. PEYĞƏMBƏR VƏ VARLI KİŞİ

Bir gün bir varrı kişi yol gedir. Qabağına qurban olduğum Yusuf peyğəmbər çıxır. Deyir, hara gedirsən? Deyir, mənim varım-devlətim aşıf, görüm axırı nolur? Bu varımı-devlətimi neynirəm? Peyğəmbər bir dənə qozu qırır, parasının için çıxardır, verir ona. Deyir, bunu apar, maa ordan bu qozun qabığıynan ayın-oyun gəti. Öz-özünə deyir ki, bu məni nə sayır? Bu nədi ki, nə də tuta? Gedir, bir ay qalır. Nələr alır, bu qozun qabığı dolmur, nələr alır, dolmur. Deyir, bə mən nə dəəjəm ona, qabıx dolmur. Gəlir kor-peşman. Görür oturuf peyğəmbərimiz. Deyir, niyə heylə eliyirsən? Deyir, xəjalət çəkirəm də. Mən sənin yanında yalançı oluram axı. Bir aydı ki, bax, bu qabığın için doldurram, dolmur. Peyğəmbər alır qabığı əlinin içinə, deyir, bax, bu insannarın gözüdü, heş-zaddan doymur. Belə torpağı götürür tökür, deyir, budey bax, doldu. İndi get varın dərdin çəhmə. Get kasıba, olmuyana əl tutginən.

15. HƏSƏNLƏ HÜSEYNİN ÖLÜMÜ

Nənəmnən eşitmişəm ki, Həsənnən Hüseynin necə öləjəhlə-rini Məhəmməd peyğəmbər əvvəlcədən bilirmiş.

Bir gün Fatimeyi-Zəhra görür ki, peyğəmbər ya Həsənin, ya Hüseynin, bilmirəm, birinin ağzınnan öpür, birinin boynunnan. Oğlannar gəlir analarına deyir ki, nəyə görə mənim alnımnan öpür, qardaşımın boğazınnan. Gəlir Fatimeyi-Zəhra ağlıya-ağlıya atasına deyir ki, bəs səni and verirəm Allaha, birinin ağzınnan öpürsən, birinin boynunnan, fərq qoyursan. Deyir, ona görə ki, birini zəhər

21

Page 22: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

içirdif öldürəjəhlər, birini də boynunnan vurajaxlar. Həqiqətən də, birinə zəhər verif öldürüllər, birini də döyüşdə boynunnan vurullar.

16. GÖYÜN YEDDİNCİ QATINDAKI MƏLƏK

Peyğəmbər gedir bir kəndi dinə dəvət eləməyə. Orda, deyir, peyğəmbəri çox sorğu-suala tutullar. Deyillər ki, ya peyğəmbər, möcüzaa gösdər, biz ona inanax. Onda peyğəmbərə sual verillər ki, göy neçə qatdan əmələ gəlif, neçənci qatında nə var? Göyün birinci qatı yaqutdandı, ikinci gözü nədəndi? Deyir, yaxşı, göyün üçüncü qatında, yeddinci qatında nələr yerrəşir? Peyğəmbər deyir, göyün dördüncü qatında elə bir mələy yerrəşir ki, getdim bir xeylax onun yanında durdum, heç onun mənnən xəbəri olmadı. Gördüm onun əlində uzun-uzadı bir siyahı var. Elə hey gözün zilliyif siyahıya, heş deyir, gözün bu siyahıdan çəkif maa baxmadı. Sora, deyir, yuxarı-dan vəh gəldi muna ki, ya mələh, sən bilmirsənmi yaanda duran kimdi? Qəfildən, deyir, o, çöndü gördü mən durmuşam, mənnən üzürxahlıx isdədi ki, bilmədim sən olduğunu, ya rəsul. Allahın rəsulu, bağışda məni. Ona mən sual verdim ki, nə siyahıdı gözü qabaanda dayma heylə tutursan? Onda, deyir, o maa cavab verdi ki, ya rəsul, bu o dünyada yaşıyannarın siyahısıdı. Mən bütün günü gözümü ona zillirəm ki, görüm hansı vaxda, hansı dəyqədə, hansı sanyədə vaxdı tamam olajaxsa, mən can alan mələyi göndərim ora. Onda, deyir, mən ona sual verdim ki, ya mələh, nə cürə alırsan məəm ümmətimin canın? Deyir, dedi ki, ya rəsulum, o baxır insannarın əməlinə. Əgər əməli-saleh adam oluf bir az günahdan azad olmuş olsa, onda cənnətdən bir ətirri dəsmal gəlir. O can alan mələh gedir durur onun bööründə, deyir ki, ey ruh, ey pak ruh, pak bədənnən çıx. Onda, deyir, ruh sakitdiynən ordan çıxır, bükülür o dəsmala, aparılır cənnətin bir guşəsinə qoyulur. O cəsəd basırılanda o ruh gedif genə orda olur. Onda, deyir, xoş o kəsdərin halına ki, onnar əməli-saleh olufdu. Düzgün adam olanda sorğu-suallardan yüngül keçir, nə təmtəraxnan cənnətdən atdar gəlif onu aparıllar cənnətin bir guşəsinə qoyullar. O, orda kefi-kök olur. Deyir, yaxşı, bəs ruhu pak olmuyan insannar? Deyir, ya rəsulum, ruhu pak

22

Page 23: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

olmuyan insannara cəhənnəmdən pis, üfunətdi bir dəsmal gedir. Onda, deyir, can alan mələh gedif nə şəkildə durur, o bizim rəsulu-muza agahdı, bizə yox. Gedir durur onun bööründə, deyir, ey üfu-nətdi ruh, çıx. Deyir, o ruh çıxır, onu büküllər o dəsmala, aparıllar qoyullar cəhənnəmin bir küncünə. Cəsəd basırılır, ruh gəlir qəbul olunur, cəsəd cana gəlir. Onda, deyir, İnkir, Minkir gəlir ona sual verir. Deyir, rəbbin kimdir? Deyir, bilmirəm. Deyir, onda İnkir, Minkir əlində dəyənəhlərnən hər onu döyəndə “vay ümbətim, vay ümbətim” – deyir. Peyğəmbər pis olur. İkinci dəfə saxlıyıllar, genə gəlir, deyir, genə bilmirəm. Üş dəfə, deyir, belə suallar gəlir. Bu bilmirəm dəəndə ta onun yeri haradı rəsulumuz bilir. Cəhənnəmin küncündə ta ömrü boyu yanır, külə dönür. Onda, deyir, peyğəm-bərimiz genə pis olur. Peyğəmbərimiz deyir, onda icazə ver, mənim ümbətdərimin canı alınanda kadınnarın yanında Cənabi Fatma ana getsin dursun, kişilərin yanında mən gedim durum – Məhəmməd peyğəmbər salavatullah getsin dursun. Onda mən rahat olaram ki, mənim ümbətimin canı necə alınır.

Deyir, ya peyğəmbər, bəs göyün altıncı qatında nə var? Deyir, göyün altıncı qatında elə bir mələh yerrəşir ki, onun neçə yüz min qanadı var. Deyir, hər bir müsəlman kəs namaza çönəndə, ilkinə namaza başdıyanda o quş, deyir, qanatdarın başdıyır çırpbağa, şad-yanalığ eliyir. Onda, deyir, Allahdan ona vəh gəlir ki, ya mələh, genə noluf qanatdarı, sevinci göyə yayırsan? Deyir, ya rəsulum, saa agah olsun ki, bir nəfər də müsəlman oldu, islamı qəbul elədi, yönün sənə çöndərdi. Sevincinnən heylə qol-qanad açır.

17. HƏZRƏT ƏLİ VƏ CƏNAB CƏBRAYIL

Bir gün Məhəmməd peyğəmbər oturmuşumuş, Cənabi Cəbrayıl Allah-taaladan buyrux gətirmişimiş. Həzrət Əlinin cavan vaxdı olub. Həzrət Əli içəri girəndə Cənabi Cəbrayıl əyağa qalxıb. Peyğəmbər deyif, ya Cəbrayıl, bəs o cavan uşaxdı, onun əyağına nəyə qalxdın? Deyif ki, ya Allahın rəsulu, neçə min il bunnan qabax bu mənim usdadım olufdu. Deyif, nətər? Deyif, neçə min il

23

Page 24: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

əvvəl Allah-taala məni göydə yaratdı, yendidi yer üzünə. Yer üzünə yenəndə, deyir, mən qanatdandım uşmağa. Bir də qanatdandım uşmağa, göydən bir səda gəldi ki, sən kimsən, mən kiməm? Dedim, sən sənsən, mən də mənəm. Deyir, qanatdarım yandı, düşdüm yerə. Bu iki dəfə təkrar olundu belə. Üçüncü dəfə təkrar olanda həmən bu şəxs çıxdı səhrada qabağıma. Dedi, niyə belə məyussan? Dedim ki, belə-belə. Səda gəlir, bu sözdəri deyirəm. Dəəndə də qanatdarım yanır yerə düşür. Mənə dedi ki, sən heylə demə. Dedim nətəəri deem? Dedi, denən ki, sən xaliqsən, mən məxlux, yaratmısan, yaran-mışam. Heylə de. Onda qanatdanıf uçassan. Deyir, indi ya peyğəm-bər, neçə il munnan qabax bu kəlməni, bu sözü maa örgədif. Pey-ğəmbər gözün çeerif deyir, ya Əli, anadan olduğu gözümnən görməsəydim, saa Allah dəərdim.

18. HƏZRƏT ƏLİ VƏ CAVAN OĞLAN

Günnərin bir günü üç nəfər deyir, gəlin Əli Əleyhsalamı dolu-yax. Bir cavan oğlan üş dənə qoyun alıf gətirirmiş ki, toy eləsin. Ayannan bəri gələndə bu üş nəfər Əli Əleyhsalama deyillər ki, ya Əli, o qoyunu alseydin, yeyərdik. Bir qara qoyunu gösdərillər. Qara qoyunu kəsir, isdiyir ki, dərisin soysun, deyillər, yox, qumral qoyun yaxşıdı. Onun da pulun verir, alıf kəsir. Deyir, yox, o birsi yaxşıdı. Bu minvalnan qoyunnarın üçün də Əli Əleyhsalam pulun verir alır. Alannan sora bu uşax deyir ki, axı sabah mənim toyumdu, üş qoyun almışdım, onu da kəsdız siz. Həmən o üş nəfər də başdıyır gülmə-yə. Əli Əleyhsalam düşür aşağı, bir ovuş qumu götürür tökür cavan oğlanın ovcuna. Deyir, nəbada dala baxasan, əli də aşma. Cavan oğlanın əlinnən qum töküldükcən hər bir giləsi bir qoyun olur. Düşür qabağa, qoyunlar da bu oğlanın dalıncan. Gedir evlərinə çata-çatda çevrilir üzü geri baxır, görür ki, dalıncan bir sürü qoyun gəlir. Bilmədən əli açılır, qum tökülür. Deməli, bir sürü qoyunu gətirir özünə. Atası deyir, ay bala, bu nədi, nə işdi? Sənə üş qoyu-nun pulun vermişdim. Başına gələni atasına danışır.

24

Page 25: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bu qəjəlolar bilirlər ki, bu oğlanın toyudu. Bular da toya gəlir. Əli Əleyhsalam deyir, sabah mən də gələjəm sənin toyuna. Əli Əleyhsalam gəlir toya. Məqam çatır, bəy girir ortalıxda oynamağa. Söz verilir Əli Əleyhsalama. Xeyir-duasın verir, zülfüqarı çəkir oğlanı tən ortadan iki bölür. Yarı şaqqa bir tərəfə düşür, yarı şaqqa bir tərəfə düşür. Düşəndə bu iki rükət namaz qılır, Allaha dua eliyir, yarı şaqqa bir oğlan olur, o biri yarı şaqqa bir oğlan olur. Kişiyə de-yir, sənin bir oğlun varıydı, ikincisini də mən sənə hədiyyə eliyirəm.

Bunların gözünün qarşısında Əli Əleyhsalam övlad qismət eliyir. Bu Allahın hüzurunda gör kimdi, nəçidi. O boyda Cənab Cəbrayıla ustaddıx eliyən Əlinin qarşısına heş kim çıxa bilməz.

19. ARININ BALI NİYƏ ŞİRİNDİR?

Peyğəmbərnən Əli Əleyhissəlam ağacın dibində oturuf söhbət eliyirmişdər. Bir arı gəlif vızıldıyıf bunnarın yanında. Vızıldıyıf gedəndə qurban olduğum peyğəmbər deyif, ya Əli, bildinmi, arı nə deyirdi? Deyif ki, yox, ya rəsul, bilmədim. Deyif, arı bizə dedi ki, filan ağacın dibinə bir az bal qoymuşam. Əliyə deynən gessin onu gəssin, yesin. Gedir, deyir, ağacın dibinnən balı gətirir. Yəəndə deyir, ya Əli, bilirsənmi, arının balı niyə belə şirindi? Mən, deyir, arıya sual verdim ki, sən gedif bütün ağaşdardan, zəhərri çiçəhlər-dən bal tofluyursan, çəkirsən. Nə əcəf səən balın belə şirin olur? Onda maa dedi ki, ya peyğəmbər, mən gedif çiçəyin balın götürən-də onda maa vəh gəldi ki, sən Məhəmməd peyğəmbər salavatullaha salavat çevir, onda sənin balın şirinnəşəjəh. Salavatın şirinniyidi. Mən onda üş dəfə salavat çevirdim, onnan sora Allah-taala tərəfin-nən məəm balım belə şirin oldu.

20. SƏXAVƏTLİ HATƏM

I mətnBir gün məclisdə oturuf söhbət eliyirmişdər. Hatəmə deyiflər

ki, sənnən də səxavətli adam ola görəsən? Deyir ki, hə, mənnən

25

Page 26: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

səxavətli adam görmüşəm mən. Deyir, kimdi? Deyir, bir evə get-mişdim. Gejə qalası oldum. Dedim, Allah qonağı isdiyərsiz? Dedi, niyə isdəmirik? Allaha da qurban olum, qonağına da. Buyur. Deyir, gördüm ki, ev yiyəsi çöldə heyvan kəsir. Gəldi girdi içəri, dedi ki, heyvan kəsmişəm, sən harasınnan isdiyirsən ordan bişirim? Heyvanda ciyararası deyilən vəz olur, çox daddı olur. Dedim ki, elə maa o ciyarası vəz bəs eliyər. Bu kişinin də cəmi beşcə qoyunu varmış. Fikirrəşif ki, bu ciyarası nədi ki? Bir qoyunda heç bir şiş eləmir. Beş qoyunu varmış, tutuf beşin də kəsir. Ciyararaların çəkir şişə. Hatəm də axı dünyagörmüş adamdı. Süfrəyə gələndə görür ki, ə, neçə şiş ciyararası gəldi. O saat bilif ki, bu beş heyvan kəsif. Hatəm arada çölə çıxır, görür ki, heç əti də dəridən aralamıyıf, hamısın yığıf bir küncə. Yeyif-içif, süfrə duası verilənnən sora deyir, qardaş, sənnən bir söz soruşum, düzün de. Dedi ki, buyur. Dedim ki, neçə heyvanın var? Dedi ki, beş heyvanım varıydı. – “Neçəsin kəsmisən?” Deyir ki, elə beşin də kəsmişəm. – “Ə, Allah saa kömək olsun, neyniyirdin beşin də kəsif. Maa biri də bəsiydi”. Deyir, helə şey olar, mənim evimə Allah qonağı gələ, mənim imka-nım ola, onu Allah qonağınnan əsirgəyəm? Beş qoyun nədi ki, onun ciyararasın saa kabab eləmiyəm? Hatəmə deyillər ki, bəs sən ona nə verdin? Deyir, mən ona beş qoyunun əvəzinə beş yüz qoyun verdim, əlli inək verdim, on dəvə verdim, nə qədər mülk verdim, torpax sahəsi verdim. Deyillər, əşi, o saa cəmisi beş qoyun kəs-mişdi. Sən ona gör nə qədər şey vermisən. Deyir, yox, o genə azdı. O olanın vermişdi mana, mən olanımdan bir qismini vermişəm. Ona görə o mənnən çox hatəm adamdı.

II mətnHatəm peyğəmbər oluf, həm də çox səxavətli adam oluf. O,

dünyada yaxşı ad qazanıf. Yüksək ada layiq oluf. Bir gün bir nəfər bunun paxıllığını çəkir. Deyir ki, mən bir belə hörmət eliyirəm, bir belə camaata qullux eliyirəm, heş mənim adım çəkilmir. Elə deyil-lər, Hatəm, Hatəm. Heybəsinə bir əz çörəhdən-zaddan qoyur, çıxır. Deyir, mən gedif o Hatəmi tapacam, bir dəfəlik başın kəsəcəm.

26

Page 27: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qoy bir dəfəlik mənim adım hallansın. Ta mən bir belə yaxşılıq eliyirəm, elə deyillər Hatəm.

O minvalla gəlir. Uzun müddət yol gəlir. Gəlir çıxır bir əyalətə. Bir yerdə gecələməli olur. Qapın döyür: – “Allah qonağı isdiyirsən?” – “Bəli, buyur”. Gəlir oturullar. Buna tez gecənin o vaxtında heyvan kəsillər əyağının altında. Bına yeməh, içməh, filan-beşməkan. Oturuf söhbət əsnasında ev yiyəsi soruşur ki, ay qonaq, belə xeyir ola, gecənin bu vaxtı hardan gəlirsən, hara gedir-sən? Deyir ki, mən Hatəmi axtarıram. Onun adı dünyada məşhurdu. Hara gedirəm Hatəmdən danışırlar. Mən də yaxşılıx eliyən adamam. Heş mənim adım bir yerdə çəkilmir. Amma elə deyillər, Hatəm, Hatəm, Hatəm. Mən də qəsdinə durmuşam ki, Hatəmi tapam öldü-rəm. Ta bunnan oyanası yoxdu. Qoy elə mən yaxşılıx eliyəm, mənim adım hallansın. Deyir, hə, onda qonax, dur yat, rahat ol. Sabaaları bir yerdə Hatəmi axtarıf taparıq. Mən təşkil eliyərəm, sən onun başını kəsərsən. Qonax durur yatır.

Səhər durur. Sübh namazı başdıyır. Ev yiyəsi namazı qılır. Namazın qılannan sonra səhər yeməyi gətirir. Bular yeyillər, içillər. Deyir ki, əziz qonağım, o sənin qılıncın, bu mənim başım. Mənəm Hatəm. Kəs mənim başımı, namazımı qılmışam, indi hazıram. Mənim başımı kəs. Deyir, Hatəm sənsən? Deyir ki, bəli, mənəm. Deyir, əşi, nə danışırsan sən, bə mən gəlmişəm... Mənim qarşıma Hatəm belə çıxdı. Mən belə adamın başını kəsərəm heç? Heç qıyaram ki, belə adamın başına mən qılınc vurum? Hatəmsən ki, Hatəmsən. Belə sən yaxşılığında qal. Mənim də adım hallanar, hallanar. Hallanmaz da heç o yaxşılığı mən isdəmirəm. Elə sənə məxsusdu bu ad.

21. LƏLƏ HAQQINDA

I mətnLələ çəliyin atarmış, çəliyi hara düşsə, orda qalarmış. Rəva-

yətə görə, çəliyini atanda gəlif düşüf bizim qəbirsannığın yanına. Orda da dünyasını dəyişif. O günnən bu günə biz bir ojax kimi gedif Lələnin qəbrini ziyarat eliyərik, nəzir qoyarıx, çırax yandırarıx.

27

Page 28: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

II mətnBura (Əhmədallar kəndi – top.) onun qışlağıymış, Lələtəpə də

yaylağıymış. Zəvvarlar Həcc ziyaratına, Kərbala ziyaratına gedəndə gəlif burdan keçirmişdər. Bir kişi də gəlif ayləsiynən burdan keçəndə Lələnin evində düşüllər. Lələnin də atasının, anasının uşağı yoxuymuş, sonsuzuymuşdar. Düşüflər orda çay içiflər, çörək yeyif-lər. Deyiflər:

– Qardaş, oğuldan-uşaxdan nəyin var? Deyif:– Heş bir şeyimiz yoxdu. O kişi deyif ki, gedirəm həcc ziyarətinə. Onda da gedif gəl-

mək bir il çəkirmiş. Mən gələndə gördüm ki, Allah-taala sənə bir övlad verif, demək mənim ziyaratım qabul oluf. Yox, vermiyifsə, deməli mənim ziyaratım qabul döylü.

Vaxt gəlir, vədə gəlir. Ər-arvad deyillər, neyniyək? Neynəsin-nər? Eylə döylü ki, palçıxdan düzəldələr. Ziyaratdan gələnnərdən qabax atdılar gəlirmiş ki, bəs zəvvarlar ziyaratdan gəlir. Xəbər gəlif çatır ki, bəs zəvvarlar gəlir, səhərə, bürsüyünə çatajaxlar. Deyif, ə, neyniyək, nətər eliyək? Bular ər-arvad məsləhətdəşillər. Yüyrüh qurullar, içinə uzun daş qoyullar, üsdünü də örtüllər. Deyillər, gələndə deyək ki, uşağımız var, yatıf. Allaha şükür, ziyaratınız qəbuldu. Qoy buların ürəyi arxayın olsun.

Kişi gələndə çıxıflar qabağına. Deyif:– Hələ məni bir arxayın eliyin görüm, mənim ziyaratım qabul

oluf? Allah-taala sizə övlad verif? Deyir: – Əşi, bəs nətəri? Ziyaratın qabul oluf, düş gəl bəri. Kişi sevincək düşüf. Deyif:– O uşağı maa göstərin. Deyiflər ki, otur, hələ bir dincəl. Uşağ ağlağanın biridi,

güjnən yatırmışıx. Deyir, yox, fərq eləməz, gərək görəm. Qalırlar məhətdəl. Gediflər yaylığı belə qaldıranda görüllər uşax əliynən,

28

Page 29: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ayağıynan oynuyur. Kişi də qalıf məhətdəl, arvad da qalıf məhətdəl. Deyiflər, qardaş, əsil qabul olunan ziyarat səninkidi. Qara daşı gör Allah-taala necə övlada çevirdi. Bizim övladımız yoxuydu, and bu, Quran bu, daş idi, qoymuşdux ora. Bu söhbət Lələnin yadında qalıf. Deyif:

Lələyəm başdan mən,Yemərəm hər aşdan mən.Nə atam var, nə anam,Yaranmışam daşdan mən.

22. ƏLİ BULAĞI3

Əli bulağı çox möcüzəli bir bulaxdı. Ev boyda qayadı, bir yerində yarığı var. Rəvayətə görə, deyillər burda susunnan qırılır-mışdar. Həzrət Əli gəlif zülfüqarnan buranı vurufdu. Su başdıyıfdı çıxmağa. Bu gün də o su ordan axır. Qara daşın içinnən o su axır. Daşın da üsdündə bir dənə böyük əl izi var. Onu da deyillər, guya Həzrət Əli o qədər zərbnən vurur ku, o qaya aşmax isdiyif, əlini verif dayandırıf. Elə heylə də duruf.

Ora qurban aparırdılar. On qoyundan, on beş qoyundan biri, indi kimin nəziri qəbul olurdusa, düşürən kimi özü o bulağın başına fırranırdı. Qurbannıx qoyun gəlirdi, əl-ayağın bağlamaq lazım olmurdu. Yıxıf kəsirdilər çabalamırdı. Bir də orda bir möcüzə var. O qayanın üsdündə narlar bitir. Amma qəlbi nar döyüldü. Nə böyü-yüf qalxmırdı, nə də quruyuf getmirdi. Nar vaxdı o nar çiçəhliyirdi, yarpaxlıyırdı, nar bağlıyırdı. Narın pipiyi olur ha, düz piyinnən gül açırdı. İyi də cənnət iyi, behişt iyi deyillər ey, bax o iydən idi. Doy-max olmurdu. Bir ay, bir ay on gün orda qalırdı, sora o gül solurdu.

Ora əsas uşağı olmuyannar gedirdi. Kimsə nəzir eliyirdi ki, Əli bulağına qoyun nəzir eliyirəm, evladım olsun. O nəzir hasil olanda o qoyunu aparıf kəsirdi. Əgər həmin vaxt orda ayrı adam varsa, ona da pay verirdi, yoxsa gətirirdi kətdə paylıyırdı.

3 Ağdam rayonunun Abdal-Gülablı kəndindədir.

29

Page 30: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

23. ÇIRAQ OCAĞI

Çıraqlı dağı var, böyük dağdı. O dağının düz təpəsində gəvə-nin ortası boyda belə çala var, ora pir deyirdilər. Ora hər adam çıxa bilməzdi. Əsasən yağınnıx illərində, quraxlıx illərində camaat çıxır-dı pirə, ziyarət eliyirdi, qayıdıf gəlif heyvan alıf kəsif kasıba-kusuba paylıyırdı. Heç beş gün çəkmirdi, yağış dünyanı dağıdırdı. Yağınnıx olanda çıxırdılar yalvarırdılar, kəsirdi. Dolu duası deyir-dilər. Onu aparıf o pirdə hərriyif, gətirif sərhətdərimizə basdırır-dılar. O ili aşağı kəndi dolu dağıdırdı, bizimkinə dəymirdi. Ora da adi çala idi, amma dağın düz zirvəsində idi. Ancaq onun qəribə bir möcüzəsi var idi. Gejə hardan baxırdınsa, orda bir dənə şəfəq var idi. Da yalo döyüldü ki, göyə qalxa. Yaxınnaşırdın on beş metr qalanda görürdün yanır da, amma onnan yaxına gəlirdin, görürdün heş nə yoxdu. Aralaşırdın, görürdün genə yanır.

24. EŞQ-ABDAL ZİYARƏTGAHI4

O pirin yüz əlli il tarixi olar. Bizim kəntdə bir dənə arvad Baharrı kəndinə ərə gedif. Özü də çox varrı-hallı bir yerə ərə gedif-di. Deməli, o arvada orda nə qədər dünyanın nazın-nemətin töküf-lər, deyif yox ey, mən Abdalsız yaşıya bilmirəm. Vallah, ürəyimə yatmır. Neçə il orda yaşıyıf bilmirəm. Bir gejə duruf qarda-qiya-matda, çovğunda qaçıf ordan ki, gedirəm kəndə, dözə bilmirəm. Gəlif o Eşq-Abdal deyilən yerdə ölüf. Onu da səhər gəlif tapıflar. Görüflər ki, ölüfdü. Onnan ora ziyarətgaha dönüf. O arvad niyə öldü? Abdalın eşqinə öldü də. Eşq-Abdal ordan qalmadı. O arvad da abdallar nəslindən oluf, ocaq oluf.

4 Ağdam rayonunun Baharlı kəndindədir.

30

Page 31: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

25. QƏRVƏND OCAĞI

I mətnAvdaləmda bir ojax varıdı, o ojağa Qərvənd ojağı deyirdilər.

O vaxtı aylarnan, illərnən Kərbəlaya, Haca gedərdilər atnan, uzun-qulaxnan. Neçə aya da gəlif çıxardılar. Ordan bir daş gətirif qoyuf-dular həmən o dediyim ojağa. O daşı mən bir yol görmüşəm. Bax, sənin bu diktafonun boydadı. Zər qoymur ku, ona əməlli baxasan. Adamın gözünə girir o daşın işıxları. Həylə bir daşıdı. Sora dedilər orda oturan nəyrahat adamlara görə o daş gedif. Divarın içində bir oyux vardı, o daş ordaydı, onu da iki ilan qoruyurdu. Ağzı əyilmiş adamlar gəlif orda gejəliyirdilər, səhər duruf görürdün kü, ağzı düzəlif. O ilannar adamı vurmurdu, onnar ojax ilanıydı.

Həmən o ojağın üsdündə oturan Firəngiz arvad, çirkin bir arvadıdı, di gəl Allah onun xətrin çox isdiyirdi, xoş bir insanıdı. Anamın əmisi arvadıydı Firəngiz. Can verəndə anam dedi ki, onun yanında mən oturmalıyam. Ağbirçəhdi dayna, ta bunun çənəsin-zadın çəhsin. Dedi ki, Firəngiz hələ canın tapşırmamışdı, elə ölməh üzreydi ki, ilan gəldi əyağımızın yanına. Tərpəmmədih qorxumuz-dan, dörd arvad oturmuşdux. Balaja nəzih ilan gəldi onun ağzınnan, üzünnən yalıyan kimi canı çıxdı. Belə inanılmış ojaxlarımız varıdı.

II mətnMəmməd kişi ziyarətə getməh isdiyir Məşədə – İmam Rza

Ağanın qəbrinə. Bir gün yola düşür. Onda da piyada gedif gəlir-mişdər. İndiki kimi samalyot, maşın yoxuymuş. Həvgə olur iki gözlü, atırmışdar çiyinə. Bir gün bu xurcunun içinə iki dənə təndir çörəyi qoyur, bir qumuma5 da su qoyur, düşür yola. Allah-taala buna nətər rusqat verirsə, bu üç ay yol gedir eyni çörəhnən, bir bardax suynan. Elə yolda yorulurmuş, otururmuş, yeyirmiş, içirmiş, qoyur-muş xurcuna, genə də oturanda baxırmış eynidi: iki çörəh burdadı, bir bardax su burda. Bu minvalnan gedif çatır ora.

Orda qapıda duran bir kişi varımış. Deyifdi ki, gəl ay Allahın bəxtəvəri, bunnan altıncı səfərdi sən bura gəlirsən. Deyir, sən nə

5 Qumum – bardaq

31

Page 32: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

danışırsan? Mən hələ birinci səfərdi bura gəlirəm. Deyir, sən nə danışırsan ey, qırx ildi mən bu qapının ağzında otururam, sən bura altıncı dəfədi gəlirsən.

Heş demə ruhu gedirmiş də, o qədər əməli-saleh insanımış ki, ruhu gedif hərrənif gəlirmiş. Nəysə, bu ziyarət eliyif qayıdanda, bu qurban olduğum İmam Rzanın üsdünnən bir dənə beləcə qara daş hoppanır düşür bunun xurcununa. Kişi bunu yavaşcaja xurcunnan götürüf aparır qoyur qəbrin üstünə, bu beş addım belə gələndə, genə də gəlif düşür xurcuna. Üçüncü səfər bu qapının ağzında oturan kişi buna deyir ki, bəs Allah saa ömürrüh ruzu yetirif, apar. Deyir, qorxuram. Deyir, qorxma, apar. Onnan sora daşı qoyur xurcuna, genə iki dənə çörəhnən, o bir bardax suynan qayıdır. Üç ay gedif, üç ay gəlirmiş. Gəlir evə. Elə bil ki, bunnan irəlidəki evlərin divarında belə balaca oymalar olurdu, daşı qoyuf ora, üsdün örtüf.

Bu ora gedif gələnnən sorasına elə bil hər axşam (onun evi bir az yüksəklikdeydi, evinin aşağısı dərə kimiydi) yeddi dənə maral gəlirmiş, bu kişi bunu sağırmış, gedirmiş. Bu maralın südün bütün qonum-qonşuya verirmiş. Marallar gələnə yaxın bu hər axşam arvadın bir bəhaneynən atası evinə göndərirmiş, nəysə bir iş dalınca ki, bu maralları görməsin. Arvad xeylağıdı də. Səbri çatmıyıf, deyifdi ki, bunu güdəjəm, görüm məni axşamlar niyə göndərir? Sual verir ki, a kişi, bir helə süd hardandı? Deyir, sənə nə, Allah saa ruzudu də yetirif. Yediyini ye, yemədiyini də ver qonşulara, imamın ehsanıdı.

Nəysə, arvad bir gün dözmüyüf, məəm kimi səbirsiz oluf, deyifdi ki, bunu güdəjəm, görüm bu neyniyir? Bir gün də genə axşamüstü olanda deyir ki, mən gedirəm atamgilə. Deyir, yaxşı get. Gedəndə, bunnan irəli evlərin üstündə baja olurmuş. Arvad çıxır yuxarı evin üstünə, kişidən xəlvət. Baxır bajadan. Baxıf görür kü, axşam toran düşəndə aşağıdan – dərədən yeddi dənə maral gəldi. Bu vedrəni götdü getdi maralları sağdı, marallar qayıtdı getdi. Düşür bajadan, qayıdıf gəlir. Deyir ki, kişi, elə bildin kələyi tapbıyajam? Kələyi tutdum. İndi məni agah elə, görüm o marallar nə marallardı? Deyəndə, arvada deyifdi ki, Allah saa nəhlət eləsin, gördün? Ta görmüyəssən. Elə bax o günnən də maralların əyağı kəsildi.

32

Page 33: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

O Qərvənd ojağı elə bir ojağıdı kı, ağzın gedif dururdu, uzax olsun, qulağının divində, bir gejə gedif yatırdın, sabertən duruf görürdün kü, düpbədüzdü. Bu pir, həmən o kişinin evidi. Bu evdə sora bir Firəngiz arvad otururdu, həmən o Məmməd kişinin qızıydı. Kişi ölənnən sora ev qızına qaldı.

Xavərin anasıynan məəm qoja nənəm Sara o arvadın vəzyəti ağırraşanda gedif ona keşih çəkirdilər, elə bil yanında otururdular. Mən uşağıdım onda, onnar gəldilər and işdilər ki, iki dənə ilan biri bu əyağınnan, biri bu əyağınnan o arvadı yalıya-yalıya gəldi, başına çatanda arvadın canı çıxdı. Onnar elə bil qurban olduxlarım olur da.

III mətnBizim kətdə bir kişi varımış, bax o Şakirin babası olufdu. Daşa

inanmıyıf. Deyif ki, Məmməd gedif çaylaxdan bir daş yuyuf gətirif qoyuf, camaatı alladır. Daşı ordan oğurruyur qoyur cibinə, aparır qoyur sandığa, ağzın da kilitdiyir. Sabertən gəlif deyir ki, Məmməd, gedif çaylaxdan bir daş yuyuf gətirmisən, elə camaatı alladırsan. İndi get görüm o daş yerindədimi? Məmməd deyir, Allah saa nəhlət eləsin, indi get özün bax. Kişi gedif, pərdəni belə eliyif baxıf, görüf kü, daş ye-rindədi. Onnan sora kişi elə bil qorxusunnan, and içillər ki, bir ay yatdı.

IV mətnHəmən daşı kənd alınanda gətimişdilər Ağdamın hansısa bir

kəndinə, daş özü qayıdıf getmişdi. Arvadın bir yeznəsi varıydı, içəniydi. Biz qaşqın düşdüh, gəldih Ağdamın Xındırıstan kəndinə, ora o arvat da gəlmişdi. Otağın elə bil ortasın kəsiflər pərdeynən, yuxarda arvad olurmuş, aşağıda da bunnar. Kişi indi işmiş imişmi, nədisə, babalı öz boynuna, daş ordan çıxmışdı.

Mən də onda Xındırıstandeydım. Taxıl qarolçusu varıydı, orda təpə kimi yer var, çıxıf ora taxıla baxırmış, görüm taxıla heyvan gir-miyifmi. Görüf kü, bax belə şakqaşax-şakqaşax nəysə gedir, sünbül-lər də ayna aşır, bayna aşır. Kişi deyirmiş ki, maraxlandım qaşdım

33

Page 34: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dalınca. Getdim gördüm kü, bu boyda qara bir daşdı şakqıldıya-şakqıldıya, hopbana-hopbana gedir. Bax, heylə qayıdıf getmişdi.

26. İLANLI PİR

Muradbəylinin özündə bir dənə də pir oluf. Qoca nənəmin dediyinə görə, ora İlannı pir deyirmişdər. Ətraf kəntdərdən kimi ilan vururmuşsa, ata minif qaçırdırmışdar həmin ocağa. Arvadın de-diyinə görə, ilan çalan adam ilannan tez gəlsə, öz-özünə sağalırmış. Yox, əgər ilan onnan qabax gəlif o ocağı yalasaymış, o adam sağal-mırmış. Ona görə də ən qaçağan atdara minif gəlirmişdər o ocağa.

Bir gün də anamın əmisi oğlu olur. Bu gedir düzdə atıynan nəysə axtarırmış, deyəsən danasını axtarırmış. O yana, bu yana, qalır şər vaxtına. Bu şər vaxtına qalanda birdən bunun başının üsdünnən nəysə keçir. Bu ha baxır, onu görə bilmir. Bir də ötür keçir, bu kürükür də. Deyir, görən bu nədi belə? Atdan düşür görür ki, ilandı, amma uçur, qanatdarı var, sərçə kimi. Nazih balaca ilanıydı ağapbax, amma başında buynuz kimi bir şey varıydı, qanatdarı varıydı.

Deməli, bu bunu çalmır, uçur da. Uçur gəlir bu yanağına dəyir, o yanağına dəyir. Elə bil şilləliyir bunu, qorxuzur bunu. Bu yazıx axırda bir təhər özünü topalıyır, minir ata, ata bir qamçı düz həmən o ocağa, bu ilan da bunun dalınca uça-uça. Amma elə olur ki, ocağ evinin qapısı bağlı olur, bu gəlir açır özünü onnan qabax salır içəri, ilan axı özünü sala bilmir. Deyir, elə ilan ordaca yıxılıf öldü. Hamı ona yığılıf tamaşa eliyir, çox təəccüb qalıllar ki, Azərbay-canda qanatdarı olan heylə buynuzdu ilan oluf. Bu köhnə dövürdə baş verif, hardasa inqilabdan qabax, Sovet hökümətinnən qabağın söhbətin eliyirəm mən.

27. DEŞİKLİ AĞAC

Ağdamın Qasımlı kəndində bir deşihli ağac varıydı. Deməli, ağac nətəriydi? Yerdən təh gövdə çıxmışdı, sora qayıdıf aralan-mışdı, bir də gəlif başdan birləşmişdi. Ortası deşih kimi qalmışdı.

34

Page 35: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Novruz bayramı olanda ətraf kətdərdən, lap Muradbəylidən də (mən uşax vaxtı getmişəm ora), hamı yığılardı, gedərdi orda qəşəng yelləncəh asardılar, o ağacın yırtığınnan keçərdilər, çilə kəsdirərdilər də. Teyxa bənövşəliyidi, ağaşdığıdı, meşəliyidi. Uşağı olmıyan gəlinnər yoxdu? Gedirdilər o ağacın deşiyinnən keçirdilər. Əgər keçə bilirdilərsə, onun övladı olurdu. Elə adam varıydı, arıx olurdu, amma keçə bilmirdi, onun işi düzəlmirdi.

Və yaxud, niyət tuturdular, deyirdilər ki, mən bu ağacın deşi-yinnən keçsəm, bu niyyətim hasil olajax. Baxırdın ki, gövdəli-göv-dəli adamlar sürüşüf ordan şıpbıltıynan keşdilər. Amma elə insanlar varıydı, bax elə bircə tikə boyu var, keçə bilmir, neyniyir o deşih-dən keçə bilmir. Kim o deşihdən keşsə, sevinə-sevinə gəlirdi ki, işim düzələjəh. İndi bu da xalqın bir inancıymış. Kim də keçə bilmirdi, görürdün kü, məyus oldu. Özdəriynən ora yeməh, işməh aparırdılar, bişirirdilər, düşürürdülər, hamı bir-birin qonax eliyirdi, onnan sora görüşmüyənnər görüşürdü. Pirdə ziyarətdərin eliyif qayıdıf gəlirdilər.

28. SEYİD ƏŞRƏF AĞA

I mətnDeməli, balaca qardaşı İdris beş yaşında olanda Əşrəf yeddi

yaşındaymış. Qaynatam ambardar işdiyirmiş – Seyid Əhməd ağa, cəddinə qurban olduğum. Əşrəf birinci sinifə gedirmiş, dərs bağ-lanıf. Həmən o vaxt ambardar olannar, sağıcılar sürü-zad aparmır-dılar dağa. Bullar gedəndə kişi deyir ki, ay Fatimə, qoy bu uşağı mən bu arvatdarnan göndərim, gözdəri kimi baxajaxlar. Sən gedə bilməzsən. Qoy getsin, Kəlbəcər dağında bir əz dincəlsinnər. Hər şeynən təmin eliyəjəhlər, yeməhlərin, içməhlərin verəjəhlər. Buların ikisin də təhvil verir, göndərir dağa. O qədər dəjəliymiş ki, bu Əşrəf. Tut ağacının lələhlərində gəzirmiş. Heylə uşağmış. Bu gedir o qədər gülün-çiçəyin içində oynuyur. Ona hökm verilən vaxdı elə bil günün gedər vaxtıymış. Bu orda yorulur yıxılır, bu güllərin içində yatır. Uşağmış da. Yatanda görür ki, bir dənə nurani kişi gəldi, girdi bunun yuxusuna. Deyir ki, niyə burda yatmısan? Bu deyir ki, yoruluf

35

Page 36: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yatmışam, baba. Bu deyif ki, nə bildin ki, mən sənin babanam. Deyif, mən nurru kişilərə, başında belə papağı olan kişilərə baba deyirəm. Deyif, mən sənin həqiqətən babanam. Gəlmişəm cəddimin hökmün saa verməyə, bala. Ancax Allah-taala tərəfinnəndi bu. Mənim nəvələrimin, balalarımın içində ancax bu hökmü sən saxlıya bilər-sən. Hökmü bu günnən sora verrəm saa. Bu duruf başdıyıf əsməyə. Onnan sora o xəstələndi da, paraliş kimi, bir tərəfi işdəmirdi.

Onun möcüzəsinin biri də həmin vaxt dağda olufdu. Bu yuxudan ayılanda çobanın biri yürüf ki, “seyid balası, seyid balası”, bir qartal yendi aşağa. Qoyunnarın içinnən sizə bir dənə quzu ayırmışdım ki, qayıdanda aparıf qapıza bağlıyajam da, nəzir eləmişəm. Boğazına da ip bağlamışdım ki, dəəşih düşməsin. Qartal yenməynən həmən quzunu aparmağı bir oldu. Deyif ki, əmi, o, əgər mənim quzumu aparıfdısa, qaytarıf gətirəjəh. Çobannar sora gəlif dədəsinə deellər ki, seyid, cəddin hakqı (günün yarısı gedif, batıf dağın dalına), gördüh həmən o gün tərəfdən bir dənə quş çıxıf gəlir. Elə gəlir, elə gəlir, elə bil güllüynən vurmusan. Amma caynağında da nəysə gətirir. Gətdi deyir, o quzunu qoydu sürünün içinə, quzu durdu məliyə-məliyə girdi sürüyə. Ancax qayıtdı başını qoydu yerə, ağzınnan iki damcı qan düşdü, öldü qartal. Bu oldu dana.

İndi çobanın birinin bunnan xəbəri yoxdu. Möcüzəni deyirəm ey... Həmən dəyqələrdə olanı deyirəm. Çobanın biri gəlir ki, əyə, seyid balası, cədda qurban olax. Deyirsiz seyidih dana, bir möcüzə elə. Deyif, inanmırsan mənə, deyirsən möcüzə elə? İndi onca dəy-qiyə sən inanassan. Buna inanmayan çoban ata minir gedir. Ata minif elə beş dəyqə aralanmışmış, at götürür bunu çırpır yerə, qılçası sınır. Bir də görüllər, budu, gətirillər, qılçası yanında. Deyir, nədi, indi inandın mənə? Onnan sora burda çox möcüzələr eliyir.

II mətnBir gün Arpa çayı daşmışımış. Bu da uşağımış də, gəlif çaya

baxdığı yerdə çobannara deyif ki, siz ata minin bu çayı keçin o tərəfə. Deyillər, seyid balası, cədda qurban olax, deyirsən, bu çayı keçəh, balalarımız yetim qalsın? Bizi sel götürüf gedər. Deyif, Allah

36

Page 37: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

hakqı, bunu mən deyirəm, siz çayı o tərəfə keçməsaaz, burda yıxılıf öləssiz. Bunu sizə mən deyirəm. O tərəfə keçin, əgər atıızın əəğində su olsa mən cavabdehəm. Bullar, deyir ki, eləməliyih, bu uşağın dediyi olur. Ata oturullar, o tuğyan çayın üsdünnən addıyıllar o yana (Allahın altında o çobannar sağ oleydi). Otdux deyir, keşdih. Onun cəddi hakqı, deyir, atın tükündə bir nəm vardısa. Əliynən belə elədi ki, gəlin keçin bı tərəfə. Gəldih keşdih, atın tükündə bir qram su yoxudu.

III mətnDeməli, son vaxtdardı, torpaxlar az qalırdı alınsın də. Onda

Cəbrayıldan bir yaxşı, imkannı yerin qızının uşağı olmurmuş. Bullar Əşrəfi görmüyüflər, amma adını eşitmişdər ki, belə bir seyid var. Bunun cəddinə nəzir eliyiflər. Gəlif bının bir dənə oğlu oluf. Bullar yığılıflar gəliflər ki, seyidin özün görələr, həm də ağaya qurban gətiriflər. Demir varıdı ey, onun qabağında çinar ağacı varı-dı ey. Burda duruflar, soruşuflar. Deellər, hara gessə seyid burdan gəlif gedəjəhdi, yanı burda gözdüyün. Bullar da tanımıllar axı. Bu ağacın başında da quşdar hamısı ”cif-cif-cif” eliyif gəzirmişdər. Bu uşax qışqırıf ki, yekəlmişmiş də, nə bilim neçə aylıxmış, onu maa tut ver, quşu maa tut ver. Anası da uşağın yanına vuruf ki, onu nətər tutum verim? Bu mametdə Əşrəf gəlir çıxır bunun üsdünə. Gör işə bax, möcüzüyə bax. Deyif, ay qızım, uşağı niyə vurursan? Axı, uşağı vurmağa bunun ürəyi yoxudu. Uşaxlardan ötrü həyatın verirdi. Gəlin deyif ki, əşi, görmürsən? Maa deyir ki, o quşu tut ver maa. Yanındakılar deellər ki, aaz, sən kimnən heylə danışırsan? Ağzıı hara vermisən? Aaz, Seyid Əşrəf ağadı ey bu. Oooy, bullar yıxılır: “Ay Seyid, sənin cədda qurban olax, biz elə səni axtarırdıx”. Əlinnən öpən kim, əəğinnən öpən kim. Deyif, kənara durun, day o quşu şaxdırım verim uşağa. Bax, cəddi hakqı. Deyif, bunnan hasad nə var ki, bunnan ötrü uşağı döyürsən? Barmağın belə qaldıran kimi quş gəlif qonur burasına (əli ilə çiynini göstərir – top.), tutur verir uşağa. Uşağ əlində belə saxlıya bilmir, pırıldıyır çıxır quş. Barmağın bir də qaldırır, bir də yendirir. Deyir ki, üçüncü dəfə mənnən dööl ha, qaşsa, mənnih dööl. Uşaxdı da, əlində hərriyir, bir

37

Page 38: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

də uçur. Bullar tutullar, ay seyid, cədda qurban olax, gəzdiyin torpağa qurban olax. Bəs biz sənin cəddi çaarmışıx, bu uşağı tapmışıx. Heylə, bala, gəlmişdilər bizə, soora da gedif qurban kəsdilər. Hə... Həmən vaxtı quşu saldırmışdı...

29. SEYİD HƏZİM AĞA VƏ İBRAHİM XAN

Bir dəfə Seyid Həzim ağa yolnan gedirmiş. Seyid Əhməd dədəmin – Əşrəfin atasının onda beş yaşı olufdu. Seyid Həzim ağa Şuşada oluf. Mir Mövsüm Nəvvabın babasıynan doğma əmioğlu oluf. Şuşa da onda balaca şəhərimiş də. Cəddinə qurban olax, Seyid Həzim ağa çox məşhurdu, möcüzələri var.

İbrahim xan deyir ki, mən onun cəddinin hökmün görmü-yüncə, mən ona inanmıyajam. Deyir, bir gün böyüh yeməh, işməh hazırradır. Vəziri, vəkili, nə qədər üləmaları varsa yığır, deyir, mən bu gün Seyid Həzim ağanı bura çağırajam, möcüzəsin görməh isdiyirəm. Əgər bir adam o məclisə girəndə ona salam versə, onun başın vurdurajam. Heç kəs ona salam verməsin, nə də yer gösdər-məsin. Xəbər verir keşihçilərə-zada. Namaz vaxdıymış. Gəlillər, deyillər ki, cədda qurban olax, ağa, bəs İbrahim xan səni qonax çağırır. Bu kişi o qədər həssas adammış ki, o dəyqə bilif ki, burda bir əmma var, yəqin məni sınamax isdiyir. Def, qoy namazımı qılım, sora. Gözdüyün bir əz. Namazın qılır, gedillər. Tay çağırıf da xan. Qapını açıllar, girir içəri, əssalami-əleykim (Çox da gözəl oluf ey!). Əssalami-əleykim eliyir. Görür bir nəfər də başın qaldırmadı. Xan da oturuf başda eləcə. Heç kəs başın qaldırmır. Fikirrəşir, vallah, qışın günüdü – qarrı gündü, divar sobası yanır. Bircə sobanın üsdüdü də boş. Tay oturmağa yer yoxdu. Küşdən fırranır gedir, görür divar sobası yanır, belə çuxasın qaldırır, oturur divar sobası-nın üsdündə – o qaynar sobanın üsdündə. Bu şah başın qaldırır görür ki, bu getdi otdu sobanın üsdündə, qıraxlarınnan da od qalxır. Şah deyir ki, ağa, qalx ayağa. Deyir ki, siz oturtmadız ki, özüm oturmuşam, nə sözüüz var, nə tələbiz var mən sizin qulluğunuz-dayam. Deyin, məni nədən ötrü çaarmısınız? Oturmuşam, yerim rahatdı. Nə qədər eliyir şah, bu, yerinnən qalxmır. Şah deyir ki,

38

Page 39: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

mənim məqsədim buydu ki, sizi sınaxdan keçirim. Sınağa layix seyidsiniz. Özü durur gəlir ayağa, əlin vurur kişinin kürəyinə, qal-dırır. Bu belə bir möcüzəydi. Bullar Museyi-Kazımın nəslindən oluf.

30. İMAM PƏRİ

Yaşdı adamlar deyillər ki, bu pirdə İmam Rzanın qız nəvəsi yatır. Elə Horadizdədi. Hamı ziyarət eliyir. Deyillər ki, vaxdıynan bı təh qabırın yanında elatın çoxu yaşıyırmış. Qabır bir az təpənin üsdündədi. Camaat gejələr görürmüş ki, qabırdan işıx gəlir. Gedir-mişdər baxmağa, qabırdakı işıx sönürmüş. Bir belə, beş belə, axırda camaat bıra inanır. Başdıyıllar ziyarat eləməyə. Qojalarımız derdi ki, bir dəfə axşam üsdüymüş, bir arvat yun əyirirmiş, cəhrənin arxa-sındaymış. Görüf kü, birdən qapıda ağ atın üsdündə bir ağ sakqallı nurani kişi dayanıf. Heş arvat qorxmuyuf. Atdı gəlif, dayanıf qən-şərində. Salam verif, sora deyif ki, camaata da xavar verin, tezdənnən bırdan köçün.

Deyif:– Niyə? Deyif ki, sizin mal-heyvanız bıranı mındarrıyır. Arvat səər

ərinə, qohum-əqrabasına deyif, heş kim bına inanmıyıf. Üç ağ atdı genə gəlif. Gəlif genə deyif ki, bəs köçün, yoxsa axırız xeyir olmaz. Nəysə, köçən köçüf, qalan qalıf... Deellər üş günnən sora, bırda bir tufan, boran başdıyıf ki, hər şeyi dağıdıf – taxılı, bosdanı, otu, ələfi. Bir şinnik qoymuyuf. Camaatın da çoxu Beyləqana, Dəvəçiyə köçüf.

TAYFA, NƏSİL VƏ YER ADLARI HAQQINDA RƏVAYƏTLƏR

31. BOYƏHMƏDLİ

I mətnBizim kəndin bura gəlişi təsadüf edir 1732-1736-cı illərə.

Bizim kəndimizdə elə tayfalar var ki, bir-birinə qız vermillər. Bura

39

Page 40: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ən birinci gəlibdi Qazaxməmmədli tayfası. Olar gəliflər Qazaxdan. Daş Salaxlının böyründə oların olduğu kəndin xarabalıxları var. Onnan sora bizim kəndimizə gəlibdi kəndin ən böyük tayfası olan Şillər tayfası. O da Qazaxdan gəlib. Başında duran olubdu Şil Musa, şilliyi olubdu və qardaşı olubdu Dosdməmməd. Qumrunun çinarın-nan o tərəfdəkilər Şillər tayfasıdır. Sora bu kəndə gəlif Cirdəxannı tayfası. Olar əriyib yox olublar. Olar Qaradırnaxnan bizim aramızda olublar. Qohumluğ əlaqələrindən bəlli olur ki, oların kökü Göyçəyə çıxır. Onnan sora gəlibdi kəpənəkçilər tayfası. Olar gəlibdi Marne-ulinin Kəpənəkçi kəndinnən. Bura gəlifdi əfəndilər, cənnətdilər tayfası. Cənnətdilər tayfasının bir tərəfi Gəncəbasar, bir tərəfi göyçəlidi. Bu dəyqə də bu nəslin əksəriyyəti sazda çala bilir, oxuya bilir. Bizim kəndin toylarını aparan da həmin nəslin nümayəndə-sidir. Onnan sora bura gəlibdi arabaçılar tayfası. O tayafa da Tapdıq müəllimgil yaşıyan aradadır. Oların Goranboynan qarışığı var.

Tərtərin adı Çaparxana olub. Müharibə başdıyanda – 1991-ci ildə hətda Çaparxana batalyonu da düzəltmişdilər. Şiravannan çıxan çapar Tərtərdə atını nalladıb və ya dəyişib ordan addıyırmış Qarabağ xannığına.

Bura ən axırıncı gələn tayfa 1861-ci ildən sora bizim tayfadı – bozok tayfası. Bozoklar gəlibdi Goranboyun Qaraçinarısınnan. Bizim tayfa dalaşqan tayfa olub. Hətda deyirdilər, bir az olardan aralı gəzin, olar cocoxor6 tayfadı.

Bura gəlib həməş tayfası. Olar həbəş deməkdi. Həmin tayfa-nın bu dəyqə başı həbəşlər kimi qıvrımdı, dodaxları çöyürmədi, sifətləri həbəşi sifətidi.

Mollamətili, Mollaisələr, Gülgəzdi, Ana Göyüşdü, Bala Gö-yüşdü, Sərkarlar, Arabaçılar, Cırdaxannılar, Qaradırnax, Hüseyn-alılar, Həməşdər, Qazaxməmmədlilər, Şillər, Bozoklar, Əfəndilər, Dəmirçihasannılar – otuz iki para kənd hamısı Boyəhmədlidi. Boyəhmədli kəndinin tarixində ən çox rol oynayan bozok tayfası-dır. Kəndin adına əvəllər Halva Boyəhmədli deyirdilər. Bu camaat bura gəlməymiş deyə şahsevənnər buranı talıyırmış. Həftədə bir 6 Cocoxor – dalaşqan, tez özündən çıxan adama deyilir.

40

Page 41: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dəfə beşatılannan bir dəsdə oğlan gəlirmiş buların qoyununu-malını götürüf gedillərmiş. Bizim tayfa burda yerrəşif, bir az özünə gələn-nən sora olardan nə qədər adam qırıblar, nə qədər qoyun, mal-qara gətiriblər.

Bir dəfə bizim bir bəyin atı itir. Atı gəzə-gəzə gedir çıxır düz Arazın qırağına, şahsevən camaatının içinə. Gedir görür ki, onun atı hörühlüdü. Obada itdər hürüşür. Bir ağsakqal çıxır ki, bala, kim-sən? Deyir, atımı gəzirəm. Deyir, bə nə yaxşı bura gəlmisən? Deyir, bax, o mənim atımdı. Deyir, ay bala, itiyi belə gəzməzdər. Sən atı gösdərirsən, onnan ötrü səni öldürəllər. Sən düz itiyinin üsdünə gəlmisən. Deyir, bala, hardansan? Deyir, Boyəhmədlidən. Deyir, Halva Boyəhmədlidən. Söz kişini tutur. Düzdü, atını verillər, bunu yola salıllar. Bura gələn kimi Qazanpapağ oğlu Məhəmmədin, Balədənin (Bala gədə - top.), Şahmurad oğlu Əsədin yanına gedir. Deyir, bala, başına dönüm. Biz soradan gəlsək də, qaynıyıb qarış-mışıx. Bular nətər olur bizə Halva Boyəhmətdi deyillər. Buların ağsakqalı deyir ki, a bala, deməlidilər də. Bu kəndi həmişə olar çapıf-talıyıf, yeyiflər. Bular durullar beş-altı dayıoğlu, xalaoğlu, əmoğlu, hərəsi üş dənə tüfəy götürür. Hər biri bir aynalı götürür, mauzer, beşatılan götürüllər, gedillər oların obalarını alıllar müha-sirəyə. Burdan atırmışlar, ordan atırmışlar. Tüfəylər müxtəlifdi axı. Burdan onatılannan atırmış, qaçıb gedib o tərəfdə üçatılannan, mauzernən, naqannan atırmış. Haynan-huynan oların atını, eşşəyini, qoyununu yığıb gətirillər bura. Bir aydan sora oların ağsakqalı gəlir. Deyillər gəlin barışıx eliyək, bir də siz bu kəndə hüjum eləmiyəjeh-siz və bu kəndin adına halva demiyəjehsiz.

II mətnBu kəndin o biri adını da bizim tayfa qazanıb. Bizim kəndi-

mizə müəyyən yerlərdə Namərt Boyəhmətdi də deyillər. Onun da tarixi var.

Bozok tayfasından ordan bura bir Alı gəlib, səkgiz qız, dörd oğulnan. Orda qannıçılığ oluf, bular köçmək məcburiyyətində qa-lıblar, gəlib burda bünövrələşiblər. Aradan bir neçə il keçibdi. Biz

41

Page 42: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

az özlərinə gələnnən sora Alı qızının dördünü Goranboya ərə verif. Qızının birini ərə verifdi Goranboyun Qızılhajılı kəndinnən Şahmu-rad kişiyə. Onnan Əsəd doğulufdu, ən gülləci, atıcı şəxs olubdu. Şahmurad oğlu Əsəd, Balədə, bir də Yunus Qərbəntli Xosrovnan 1920-ci ildə Yevlax yarımpoştunun yanında Qızıl ordunu bir həftə Qarabağa buraxmıyıblar. Alının oğlunun birinin adı Abdindi, biri-nin adı Mahmutdu, birinin adı Qojadı, birinin də adı İsbəndiyardı. Qızının birini Safı Kürdü Məmmədə verif, onnan Qazanpapağ oğlu Məhəmməd doğuluf. Birini verib Abbasa onnan Balədə doğuluf. Balədə buların hamısının ağsakqalı olub. Çarın vaxtında o çox qoçaxlıqlar eliyib, onun müqabilində onu çağırıblar Sank-Peter-burqa, çar özü əliynən onu iyidliyə görə medalıynan təltif eliyib. Deyilənnərə görə, çarın əleyhinə olan bir dəsdə qaçağı tutubdu, ona görə çar onu təltif eliyib. Bu xala oğulları Goranboyda doğulur, am-ma Bərdə bərəkətli olduğu üçün gəlillər bu kəndə.

Miri addı bir nəfər oluf, bəyin qapısında nökər oluf. Bəy onun anasını da, özünü də çox incidib. Bu uşağ yekələnif oluf bir qoçax oğlan. Bunun da qoçaxlığı o vaxda düşüb ki, Qazanpapağ oğlu Məhəmməd, Şahmurad oğlu Əsəd də cavan oğlandı, Balədə də başlarında ağsakqaldı. Böyük bir dəsdədirlər. Bu Miri yekələnib olur qoçax bir oğlan. Toy olurmuş, söyüş qoyurmuş ki, məni arxa-dan vurmuyan belə-belə olsun. Hamı atırmış, at qaça-qaça girirmiş atın döşünün altına, muna batammırmışlar. Ağlına gələni eliyirmiş. Qışın qış günü gəlirmiş kəndə, beşatılannan gülləliyirmiş ki, hamız dağa köçəssiz. Qış günü də dağa köçəllər? Sora deyirmiş başınız xarabdı, yükü boşaldın, hara gedirsiniz? Bu da gəlib Balədəyə çatır. Balədə də narahat olur. Qazanpapağ oğluna deyir ki, ay Məhəm-məd, get o Mirini dəvət elə, denən ki, bu kənd bizim camaatdı, belə eləməsin. Eli-obanı incitmək olmaz. Bu söhbət bunun başına girmir, camaatı gənə incitməkdə davam eliyir.

Bir gün Balədə Qazanpapağ oğlu Məhəmmədə deyir ki, onu qonax çağırın. Bular həqiqi də təmiz ürəknən Mirini qonax çağırıl-lar ki, bunu ya özdərinə qoşsunnar, ya birrəşsinnər. Qaçax Mirinin əmisi Məmmədhüseyn deyir ki, bala, sən getmə. Deyir, niyə? Deyir,

42

Page 43: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

səni öldürə biləllər. Deyir, əmi, yox ey, məni qonax çağırıllar, qonaxlıxda adam öldürməzdər. Deyir, onda mən də sənnən gedəjəm. Bu da bunnan gəlir. Balədənin evində silahı təhvil verib giriblər içəri. Miri vəznəli çuxanın altında bir xənçəl addadıf, Qazanpapağ oğlu Məhəmməd də heş kimə bildirməyif bir dənə onatılan keçirif. İçəridə bular yerdən bardaş quruf oturuflar, yemək-içmək, söhbət eliyillər ordan-burdan. Balədə başdıyıf ki, ay oğul, etmə, eləmə-ginən, canvansan, bir camaatıx, gəl qoşul bizə. Deyir, yox ey, siz kimsiniz mənə diktə eliyirsiniz. Mən özüm nə bilirəm onu eliyəjəm. Nə qədər deyillər, kar etmir. Bu da Qazanpapağ oğlu Məhəmməd-nən böyür-böyürə oturubmuş. Sözdəri çəpləşir, bular tutaşıllar. Miri xançalını çıxardanda baxıllar bu silahlıdı. Çox çətinnikdən sora bunu tutullar, ağzının içinnən on dənə güllə buraxıllar onatılannan. Qan surfaya tökülür. Bax, Namərt Boyəhmətdi söhbəti ordan qalıb ki, surfa üsdündə adam öldürüflər. Orda Məmmədhüsöynü – onun əmisini öldürmək isdiyəndə Balədə çuxasın tulluyur onun üsdünə. Deyif, ona dəymiyin. Onun atası mənim dədəmi öldürüf, mən də onun dədəsini öldürmüşəm.

Balədənin anası mənim Alı babamın qızıdı, adı da Sayalıdı. Balədənin üç yaşı olanda Sayalının yoldaşı kəndin koxasını öldü-rür. Bunu çar hökuməti on il Sibirə katorqaya göndərir. Yola düşən-də deyir, arvad, mən gedirəm, məni on il gözdə. Gəlməsəm, ərə gedərsən. Gələndə eşitsəm ki, ayağını ayağının üsdünə qoymusan, səhv hərəkətin olub, gələn kimi səni öldürəjəm. Kişi gedir on il cəzasını çəkir. Sibirdən bunun gəlməyi yeddi ay çəkir. Arvad bunu düz on il altı ay gözdüyür. Katorqaya da gedəndə Balədənin üç yaşı vardı, indi on üç yaşı var. Arvad on il altı ay gözdüyür, sora Məm-mədhüsöynün dədəsi Avdullaya ərə gedir. Bunun ərə getdiyi bir aydı, ərinin də dediyi müddəti gözdüyür. Gələndə oğluynan görüşür. Deyir, oğlum, bəs nə? Deyir, mən anama başımnan cavabdehəm, kimi dindirirsən dindir. Anam səni namusnan, qiryətnən gözdədi on il altı ay, gəlib çıxmadın, bir aydı ərə gedib. Deyir, oğul, sənə ayrı ana alım gətirim, yoxsa öz ananı gətirim? Deyir, dədə, anam şərtə əməl eliyifdi, da niyə ayrı arvad alırsan. Get anamı gətir. Bu

43

Page 44: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

kopoğlunun kişisi oturur atın belinə, gedir xalxın evinnən arvadı qoyuf atın tərkinə götürüf gəlir. Axşam Avdulla evə gəlir ki, arvad yoxdu. Bu da pis adam döyülmüş, qanan adam imiş. Bu verir içəri də. Amma böyürdən-başdan bunu sakitdəşməyə qoymullar. Deyillər, ə, sən nə kişisən, arvadını gəlib apardılar. Yazığın beynini o qədər yeyillər, Balədənin dədəsi Abbası meşənin içinnən çıxanda ürəyin-nən atıb öldürür. Bunu gətirib yuat yerində yuyanda arvadı baxır ki, güllə uzaxdan atılıb, güllə girib, lapatkanın altınnan uju görükür. Arvad çöpnən yuat yerində belə-belə eliyir, görür beşatılanın gülləsidi. Şalın ujuna düyünnüyür, bağlıyır başına. İki il gözdüyür, oğlu Balədənin olur on beş, on altı yaşı. Bu tayfanı da Allah qırma-sın, elə gözünü açannan tüfəy əllərindədi. Arvatdı-kişili hamısı atın belində, arvatdar hamısı on beş yaşınnan tənbəki çəkir. Bizim sülalədə siqaret çəkmiyən kadın yox idi. Oğlunu çağırır deyir ki, oğul, sənin dədəni mənim ərə getdiyim kişi beşatılanın gülləsiynən vurub. Südümü saa halal eləmərəm onu öldürməsən. Oğlu da gedib onun təpəsinə bir güllə vurur. Onçün Məhəmməd Mirini öldürəndə Məmmədhüsöynü salamat buraxıllar. Amma şərt qoyullar ki, nə qədər biz varıx sən əlinə tüfəy almıjaxsan, get cütünü ək. O adam ölənə qədər də cütcü olur.

III mətnMircəfər Bağırov Qazanpapağ oğlu Məhəmmədi Arazın qıra-

ğınnan Göyçəyə qədər qəza rəisi qoyub. Qazanpapağ oğlu Məhəm-məd on il qəza rəisi işdiyifdi. Amma sora Mircəfər Bağırov özü aparıf erməni müstəntiqlərinin qərarı ilə gülləliyifdi. Haqqında müəyyən şikayətlər gedib. Bizə qohum olan adamlar tərəfinnən də şikayət gedib ki, guya onların qardaşını öldürüb. Bajısı Zeynaf nənəm dalınca gedifdi. Mircəfər Bağırov da buların evində çörək yeyif axı. Bağırova deyif, ay qardaş, mənimi qardaşım hanı? Papağını gətirib verib, deyib qardaşın qayıtmıyajax.

IV mətn

44

Page 45: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bizim bozoklar tayfası buları eşitmiyib deyə Adgözəl bəyi öldürüflər. Adgözəl bəynən oların nifaqı yer üsdə olufdu. Bular dağa-arana gedif gəliflər. Bu yerlərin də bir tərəfi Əli ağanın imiş, bu tərəfi də Adgözəl bəyin imiş. Bular həmin torpaxları icarəyə gö-türüllərmiş. Bular qoyunu-malı çox olan adamlardı. Dağa-arana çox gedif gəlillərmiş. Bir dəfə bulara yaxın bir adam dağda havalar yaxşı keçir deyə gej gəlir. Uje arendanın vaxdı qutarır deyə Adgö-zəl bəy torpağı başqa adama – Mehdi kişinin babası Ennəş Məhəm-mədə verir. O da dağdan gəlir, deyir ki, bəy, mən qoyunu gətirmişəm, on min qoyunum var, mən neyniyim? Deyir, sən gej gəldin, mən də torpağı başqasına verdim. Səni gözdüyəsi döyüləm ki. Bu da gedir şikayət eliyir Balədəyə. Balədə yanındakı adamlar-nan sifariş göndərir Adgözəl bəyə ki, Ənnəşdən aldığın pulu qaytar, o yeri ver bu kişiyə. O da deyir, a kişi, mən uşax döyüləm, köşək döyüləm. Heylə aralarında nifaq yaranır. Üş nəfər gedir elə qapıda da atıb öldürüblər.

V mətn1920-ci ildə rusun qoşunu gəlir Qarabağı tabe eləsin. Həmən

Balədə, Qazanpapax oğlu Məhəmməd, Şərif bəy, Qurbanalı xozeyn, İsfəndiyar xozeyn, Nazırlı Əşrəf – bir on üçə qədər adam hərə bir dəsdə yığıf rusun qoşununu İmamzadada qarşılıyıflar. Uzun atışmadan sora rusun qoşununu qovullar, Yevlağda yun zavodunun bərisindəki təpədən keçiriflər. Bu hadisə olur qışda. Rus qoşunu bir neçə aydan sora silahlanır, taxıl sünbüllüyən vaxdı bir də hücum eliyir. Bular ruslarnan vuruşullar. Təzə bazarın yanında dərə var, ora qədər rusun qoşununu basıf qaytarıflar. Orda Şərif bəy silah-sursat işini təmin eliyirmiş, Balədə də ümumi göstəriş verirmiş. Qoşuna da Qazanpapağ oğlu rəhbərlik eliyirmiş. Orda Balədəni atıflar. Balədəynən də Qazanpapağ oğlu xalaoğlu oluflar. Bunun meyidini götürüf gəliflər kəndə. Bunun meyidini gətirəndə rusun qoşunu basıf gedif. Şərif bəy, o biri adamlar atışa-atışa çəkiliflər Əsgəran qalasına. Orda da dirəniflər. Erməninin fitvasıynan Şərif bəygili mühasirəyə alıf tutuflar. Şərif bəyi Şuşada gülləliyiflər.

45

Page 46: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qazanpapağ oğlu Balədəni dəfn elətdirir. Yuatda baxıllar ki, buna güllə arxadan dəyif. Adamların arasında söz-söhbət yayılıf ki, buna güllə niyə arxadan dəyif. Elə öz kəntdərində Fərəc adında bir adam oluf. Rus qələbə çalannan sora Fərəc gedir ki, Balədəni mən atdım ki, qoşun keşsin getsin. Bu söhbət camaat arasında yayılır. Camaat dağa gedəndə Alı bulağının üsdündə Fərəc uzananda Balədənin oğlu Əli onu atıb öldürüb.

Nənəm deyirdi bu zonada yüz on dokquz nəfər sayılan adam oluf, bular qaçax oluflar. Əsli Ağcabədidən oluf, amma Ağdamın İlgi deyilən ərazisində olurmuş Camal bəy. Bagirovu Qarabağ zonasına göndəriflər. Hər yeri alıflar, baydağın7 sancıflar. Lənbəran kəndi o vaxdı min ev oluf, bura girəmmiyiflər. Lənbəranı mühasirəyə alıflar, girməyə, çıxmağa imkan vermillər. Üç aya yaxın Lənbəran-nan hesablaşammıyıflar. Camal bəyin də Bagirovnan münasibəti varmış, buna kömək eliyirmiş. Bagirov Camal bəyə deyif ki, mənim bura göndərildiyim vaxt qutarır, mən qayıtmalıyam. Bu Lənbəranı da alammırıx. Nağarax? Camaatı da qırğına vermək isdəmirlərmiş də. Camal deyif ki, bir nəfər adam var. O elə küyə düşüf qaçaxlığ eliyir. Ona vəsadət ver ki, sənə toxunmuyajağıx, mən onu çağırtdırım, onnan söhbət eliyim, Lənbəranı alax. Bagirov deyif, yaxşı. Camal bəy adam göndərif Qazanpapağ oğlunu tapdırıf. Qazanpapağ oğluna deyiflər ki, Camal bəy Lənbəranın yanında çağırtdırır səni. Bu iyirmi beş nəfər atdıynan gedif Camal bəyin görüşünə. Camal bəynən görüşəndə Camal bəy deyif, tanış ol, bu Bagirovdu. Deyir, xeyirdimi, məni niyə çağırmısınız? Deyir, Lən-bəran üç aydı təslim olmur, indi neyniyək? Sənə bu adam vəsadət verəjək, sən çıx üzə, saa hökumət toxunmuyajax. Deyif ki, Lənbə-ran bərk yerdi, müharibə eləməknən ora girmək olmaz. İcazə verin mən gedim Lənbərana, ağsakqallarnan söhbət eliyim, sülhnən həll eliyək. Bagirov Camala deyir, ə, bu dəlidi, nədi? Üş ay Lənbərana quş girif çıxa bilmir, indi bu deyir mən gedim Lənbərana. Deyif, sənin nə işinə qalıf, getsin də. Deyif, yaxşı, get.

7 Baydağ – bayraq

46

Page 47: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qazanpapağ oğlu yanındakı silahlı adamlara deyif, tüfəngi təpəsi aşağı salın, papağınızı çıxardın əlinizə alın, at yedəyinizdə, mən qabaxda siz də mənim arxamda gedəjeyik Lənbəranın içinə.

Camaat da durbitnən8 baxıllar, görüllər Qazanpapağ oğlu gəlir. Orda Cəmil bəy oluf həkim, Fransada qutarıfmış. Cəmil bəy də Qazanpapağ oğlunun həkimiymiş. Gedif Cəmil bəyin qapısına. Ağsakqallar yığışıf, iclas eliyif. Deyif, savet hökuməti baydağın sancıf, hər yeri alıf, təzdən siz bir kəndi saxlamaxnan nağarmax isdiyirsiniz? Siz də camaat kimi təslim olun, çıxsın getsin. Bular deyif, biz başa düşürük, təslim olmalıyıx. İntaası qorxurux ki, cahıl-ları tutuf aparallar. Deyir, mən sizə vəsadət verirəm, heş kimə toxunmuyajaxlar. Gəlif iclas elijəhlər, bir dənə nümayəndə seçəjəh-lər, çıxıf gedəjəhlər. Deyillər, oldu. Qazanpapağ oğlu qayıdıf gəlir. Deyir ki, bəs belə-belə. Gedək iclasınızı keçirin, kənd nümayəndə-sini seçin, Lənbəran təslim olur. Bagirov Camal bəyə deyir, ə, bu bizi aparıf qırğına verər. Deyir, başqa çarə yoxdu. Bagirov Qazan-papağ oğluna deyir ki, onda sən qabaxca gedəjəhsən, mən sənin arxanca gedəjəm, mənim dalımcan da Camal bəy gələjəh. Bizə güllə atılan kimi mən səni atajam. Saldata da deyiflər tüfənglər təpəsi aşağı gedəyin. Bu fason gedillər Cəmil bəyin qapısına.

Cəmil bəyin bişmiş kərpişdən iki mərtəbə yeddi-səkgiz göz evi vardı. Camaat yığışır, iclas eliyillər. Camaat deyir, biz küyə düşmüşük, qorxurux uşaxlara bir ziyan dəyə, yoxsa biz savet höku-mətini isdiyirik. Deyillər, yaxşı, burda kəndin böyüyü seçilməlidi. Qazanpapağ oğlu deyir ki, Cəmil bəyi seçin. Cəmil bəyi kəndə savet nümayəndəsi seçillər. Qazanpapağ oğlu onnarı aparır Yev-lağa, Yevlaxda tavarnı vaqonnan gedillər Bakıya.

O vaxd Ağdam, Tərtər, bir də Bərdə bir uyezd imiş. Bakıya gedənnən sora Bagirov Qazanpapağ oğlunu ora nəçəlnik göndərir. Qazanpapağ oğlu gedir bir bəyin evində kirədə olur, iyirminci ildən iyirmi dördüncü ilətən işdiyif. O vaxdı üşdük deyirdilər, hökumət əleyhinə danışannarı tutuf milisyənin həyətində gülləliyirlərmiş. Orda üş nəfər adamı – Bərdədə peşə texniki məktəbin direktoru Bəylərov 8 Durbit – durbin

47

Page 48: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

vardı, biri onun atası, o biri ikisini bilmirəm, Qazanpapağ oğlu buları güllələtmir. Deyir, tanıyıram buları. Bular varrı-imkannı adamdısa da, hökumət əleyhinə iş görən döyül. Buları buraxır. Onda yuxarı yazıllar ki, əşi, bu ikibaşlı işdiyir. Güllənəsi adamı güllələmir, buraxır. Qazanpapağ oğlunu ordan işdən çıxardıllar. Gedir Bakıya paynan-pülüşnən Bagirovun yanına. Bagirovnan razılaşıb qaydıb gəlif Tərtərdə yaylax üzrə dağ bəyi olur, dağ atriyad nəçənniyi.

İyirmi dördüncü ildə dağdan qayıdanda Balədənin oğlu Əli Fərəci atıb. Fərəcin də partbileti varmış. Onu atan da Qazanpapağ oğlunun əmisi oğludu. O gedif Mərkəzi Komitənin Katibinin ya-nına, deyif ki, Fərəci Qazanpapağ oğlu atdırıb. İyirmi dördüncü ilin payızında Qazanpapağ oğlunu çağıtdırıflar Bakıya. Qazanpapağ oğlu gedif kətçilər kassinsiyasında qalır, yanında da Əli, bir də Namazalı olur. Bagirov kətçilər kassinsiyasının birinci mərtəbəsini verib Qazanpapağ oğluna, bir neçə də saldat verib. Qaradağda ban-ditlər varmış, gedif buları tərksilah eliyiflər, sora Salyan-Sabirabad tərəfi. Sora məşhur bir qaçax oluf. Bagirova xəbər veriflər ki, bu, Astaradan keçəjəh İrana. Qazanpapağ oğlunu çağırtdırıb deyib, get həmən qaçağı tut gətir. Bular gediflər Astaraya. Astarada həmən adamı tapıflar. Bir gejə də Qazanpapağ oğluynan həmən adam bir yerdə qalıf da, bir-birini tanıyan adamdı. O deyif, ə, Bagirov səni otarır. Onu-bunu sənin vasitəynən tutdurajax, sora səni də öldü-rəjəh. Tutuf apardığın adamlar bir örgən gör hardadı. Hamısını sənnən sora gülləliyiflər. Gəl çıxax gedək İrana, qoçax adamsan. Deyir, əşi, mən də şübhələnmişəm, indi kişilikdən döyül, məni göndərib. Gedib Bagirovnan söhbət eliyəjəm ki, tapbadım, amma adam qoymuşam, keçəsi olsa tutajam. Sora mən də əkilərəm. Bu gəlir Bagirovun yanına. Bagirov deyir, noldu? Deyir, tapbadım, amma yola-irizə adam qoymuşam, ordan keçsə tutajaxlar, maa xəbər verəjəhlər. Bunun yanınca Bagirov agent də göndəribmiş. O agenti çağırır. Deyir, ə, noldu? Deyir, bir gejə olar bir yerdə söhbət elədilər, səni alladır. Deyir, onda gətirin başını əkin. Qazanpapağ oğlunu çağırıllar Skaya. İyirmi üçüncü otaxda qolu qüvvəli adamlar

48

Page 49: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

iri daşnan Qazanpapağ oğlunun başını əzillər, onnan gedir. Onnan sora bizim zonada helə qoçax adam qalmıyıf.

VI mətnŞahsevəndə bir dənə cavan oğlan oluf. Başına dəsdə yığıb

gedirmiş, örüşdə qoyun sürüsün çəkib aparırmış. Ağcabədi zonasını talan-qarət eliyənnən sora gəlif çıxıf Boyəhmədliyə. Hökumət o vaxdı onu kim tərksilah eləsə, iyirmi min qızıl pul mükafat təyin eləmişdi. Boyəhmədlidə Qaratəpənin yanında Balədənin yatağı oluf. Gəlif orda Balədənin çobanını atıf, Balədənin qoyununu çəkif aparıf. Nənəm söhbət eliyirdi, beşatılanın biri bir körpəli inək oluf. Balədə iyirmi beş dənə körpəli inək verif iyirmi beş dənə beşatılan alıf. Cavan oğlannara kəndin yanında tranşey qazdırıf. Bir nəfər adam tranşeydə əlində meşin o tərəfə-bu tərəfə qaçırdı, o birilər atırdı. Belə şərt qoymuşdu ki, kim o meşin onnuğa beş güllə vursa, ona bir beşatılan verəjəm. Belə-belə beş-on gün cavannara təlim keçənnən sora iyirmi beş dənə cavan oğlan seçir. Göyüşdüdən Məhər kişinin dədəsi Əjdər, bir də Ataxan oluf, bular ikisi meşini vura bilif, onun hərəsinə bir beşatılan verif. Arvatdara göstəriş verif yuxa yaydırıf. Bir xurcunun gözünə yuxa, bir gözünə də heyvan kəsdirib qoyuf. İyirmi beş nəfər adam götürüf gedif həmən o Şahse-vənin üsdünə. Gedif şahsevənin ətrafında axtarıflar, bu dəsdəni tapbırlar. Tədbirli kişi oluf. Deyif, sağmal mala dəymiyin, subay mal, bir də at bu ətraflarda harda var komalıyın. Deyir, səkgiz yüz at gətirmişdər, iki min baş da qaramal. Bular belə eliyiflər, taladıx-larını talıyıf başdıyırlar gəlməyə. Bandanın başçısına xəbər gedir ki, öyünü Allah yıxsın, dağıtdılar apardılar. Sarıqamış deyilən yerə çatanda Balədə qabağa iki nəfər adam göndərir. Deyir, biriniz yolun sağında, biriniz solunda hazır durun, gəlif keçəndə atın. Banda başçısına xəbər gedir. Banda başçısı dəsdəsiynən gəlir, Sarıqamışda qavaxlaşıllar. Balədə adam qoymuşdu axı qabağa. Gələni atıllar. Bandanın başçısı görür bata bilmiyəjəh, qaçır. Qaçanda Qazan-papağ oğlu atı salır bunun dalına. Daldan atır, atı vurur. Banda baş-çısı atdan yerə gələndə çatırır özünü, atdan hopbanıf başını kəsir.

49

Page 50: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Xurcuna qoyuf gətirir bura. Nənəm deyir, dedim noldu, gedif neynədiniz? Dedilər ki, həmən adamı öldürmüşük, başını da gətirmi-şik. Dedim, hanı? Dedi, qorxmursansa, gəl bax. Nənəm deyir, o vaxdı buralarda tel qoymax yoxudu. Ülgücnən hamı qırxdırırdı başını. Baxdım ki, bunun sarı qıvrım-qıvrım saçı var, yekə üzdü cavan oğlandı. Onun başını aparıb Gəncədə qubernatora veriflər. İyirmi min Balədəyə pul verillər, bir də Nikolayın ordenini. Balədə deyif ki, bunu tutan Qazanpapağ oğlu oluf, orden də, pul da ona çatır.

VII mətnBalədə, Dəli Əhmət, Tünü Kərim, Avdun, Mürgün Mehdi

bura soradan gəlif. Bular o vaxdı gəliflər Şəbbəyli kəndiynən Zeyvə kəndin arasında dərə-təpə yerdə məskən salıflar. Bir payız qurağ oluf, oralar da kasad yerdi. Mal-qoyun saxlamağ görüllər çətindi. İndi ot yığıllar tayaya, amma o vaxdı yığmırdılar. Ordan Avdın, Mehdi bəy, bir də Tünü Kərim, Balədənin dədəsi Abbas atdanıf gə-lillər Tərtərin Kolanı kəndinə. Kolanılara deyillər ki, bizə bu qışdı-ğa qoyun-mal saxlamağa yer verin. Olar da deyir ki, buralarda helə yer yoxdu. O vaxdı Boyəhmətdidə hökmrannığ eliyən Əliş ağa imiş. Deyiflər, Boyəhmətdiyə gedin. Bular gəlir Əliş ağanın yanına. Yevlaxdan Taxta körpüyətən yolun o üzü, bu üzü qosfond torpağıy-dı. Camaat vergisinə görə torpağa yaxın durmurdu, ona görə tor-paxlar boş idi. Əliş ağa aparıf Qaratəpəni bulara gösdərir. Bular malını, qoyununu gətirillər, gəlif yerrəşillər ora.

Goranboy tərəfin camaatı da qoyuna qoçu gej qatıllar. Qoyun orda martda doğur, amma bizdə payızda. Bular baxır ki, burda quzu payızda doğduğunnan erkəkdən daha yaxşıdı, həm də boş yerlərdi. Gələn ili bir də gəlillər. Üçüncü il gələnnən sora həmən o bozaxlar kəndini bular Əliş ağadan satın alıllar. Dam-daş tikillər. Amma Qazanpapağ oğlunun dədəsi, qardaşdarı gəlmir.

Qazanpapağ oğlu Məhəmmədgilin olduğu yernən qoyun yata-ğının arası hardasa, beş-altı kilometrdi. Mart ayında qoyun gejə sidiyə döyür. Qazanpapağ oğlunun atası Məmməd deyir, gətirin çörək verin. Çobannar gejə qoyunu sidiyə-zada döymüjəh, gedim yatağa.

50

Page 51: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gəlif o Şəbbəyli kəndinin yanınnan keçəndə Məmməd kişini atıllar. Kişi atdan gəlir yerə. At oynuyur, gedir yatağa – arxaca. Çoban-çoluğ da hamısı içəridədi. Səhər ertə bular qalxanda görüllər Məmməd kişinin atı burda arxaşda, tərkində də xurcun, amma Məmməd kişi yoxdu. Gəlillər Məmməd kişinin qardaşdarının yanına. Gəlillər ki, Məmməd kişinin atı arxaşdadı, amma özü yoxdu. Getdiyi basalağı bilirlərmiş. Yolnan gəlillər ki, kişinin əynində çuxa varmış, qar yağıb basıf, çuxanın qənədini külək yelliyir. Kişini tapıf aparıf dəfn eliyillər. Kişinin qardaşdarıynan Şəbbəyli camaatı başdıyıflar atışmağa. Sora işə hökumət qarışıf. Məmməd kişinin qardaşdarını Goranboyun İrəhimli kəndinə köçürdüflər, kişini öldürən şəxsin ayləsini də Tovuza köçürdüflər. Onda Qazanpapağ oğlunun bir bajısı vardı, bir özü imiş. Anası bozaxlara gələn Mehdi kişinin baldızı imiş. Arvad bir at minir, oğlunu tərkinə alır, qızı da qujağında gəlir bura. Qazanpapağ oğlunun onda on dörd yaşı olur.

Yaz imiş. Uşaxlar o vaxdı dirədöymə oynuyurlarmış. Əliş ağa da arvadıynan gəlif Alpoutda bazarrıx eliyif qayıdanda yaşdı kişilər də yapıncı əyinnərində oturuf dirədöymə oynuyan uşaxlara baxıl-larmış. Əliş ağa da faytonu saxlatdırır baxır. Baxır ki, bir boz paltar uşax var, bu mayallax vurur, dirəni götürür, çox çevik hərəkət eliyir. Abbasa deyir ki, o uşax kimindi? Deyir, vallah, o uşax qonaxdı. Mehdi bəyin baldızı oğludu. Mehdi bəyi çağıtdırır. Deyir, o uşağı maa verərsiniz? Deyir, üç-dörd oğlum var, hansını deyirsiniz verim. O mənim baldızım oğludu, onun atasını öldürüflər, bu qaçıf gəlif bura. Deyir, bəlkə anası ağıllı arvatdı, get anasını çağır. Anasını çağı-rıllar ki, Əliş ağa belə deyir. Deyir, hə, verdim. Məhəmmədi çağırır yanına, faytona mindirir gedir. Məhəmməd də Qazaxdamı, yoxsa Tiflisdəmi məktəbdə oxuyurmuş. Əliş ağa bunu öyündə öz uşağı kimi saxlıyırmış. Sora baxıf ki, uşaxlara bu hərif öyrədir, yazı yazdırır. Çağıtdırır. Deyir, hə, mən məktəbdə oxuyurdum. Atamın ölümünə görə yarımçıx qoydum. İki-üç il kişiynən yaşıyannan sora Əliş ağa ona bir hektar yer verir. İrannı rəşbərlər oluf, əmiləri həmin yeri olara xəndəklədif, darvaza asdırıf, çəpərlədif, ev tikdirif. O vaxdı ev iki-üç adamda oluf. Bişmiş kərpicdən iki göz ev tikdirif, bir mal

51

Page 52: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

damı, bir at damı. Onnan sora Əliş ağa varidatının rəhbərçiliyini Qazanpapağ oğluna verib, o vaxdı sərkər deyillərmiş. Helə məşhur-raşıb. Bu zonanın adının-sanının çıxması əsasən bozaxlarnan bağlıdı.

VIII mətnLənbərən tərəfdən oğurruxnan məşğul olan adamlar gəlirlər-

miş buralardan mal-qaranı götürüf aparıllarmış, heş dalıncan gedən olmurmuş. Bizdə Çoban bəy deyilən bir kişi oluf, onun bir atı oğur-ranır. Nəysə, bu soraxlıyır ora-bura. Kişiyə deyillər ki, atın Lən-bərəndə çəkil bağındadı. Kişi burdan bir at minir, gedir Lənbərənə. Lənbərənlilərdə də belə bir adət var. Küçədə bir topa burda, bir topa orda adam duruf, barama saxladıxlarınnan hamısının əlində dəhrə var. Əllərində dəhrə söhbət eliyillər. Çoban bəy görür bir topa oğlan burda duruf. Salam, kəlam. Deyir ki, a bala, burda filan çəkil bağı hardadı? O casıd9 buna xəbər veribmiş ki, filan yerdə çəkil bağındadı sənin atın. Deyillər ki, əşi, neynirsən o bağı? Deyir ki, mənim atımı gətiriflər, ordadı. Deyir, sən hardansan? Deyir, Boy-əhmətlidən. Deyir, Halva Boyəhmətlidən? Deyir, ə, Göyüşdü ha-vaxtdan Halva Boyəhmətli oluf? Deyir, əşi, ora halvadı, get gətirdi orda. O kişi qoçax adam olur, həm də ağaşcıl olur. Buların hamısını verir ağaca, uzadır. Atı sürür bağa. At hasardan atdanır, öz atın da götürüf gətirir. Halva Boyəhmətli ordan yaranır. Oğurrux olanda dalıncan gedən olmuyuf ona görə Halva Boyəhmətli deyiflər.

IX mətnMiri Goranboydan oluf. Mollaisələrdə Abduləzim kişi oluf,

ona gəlib çoban işdiyif. Orda buna çox əzyət veriflər. Bu da irilif, əli silah tutannan sora beş-altı nəfər adam yığıf başına. Səhər ertə gedif deyirmiş ki, köçün köpəkuşağı. Axşamatan burda qalsanız, gəlif hamınızı odduyajam. Hamısı yığışıf başdıyarmış köçməyə. Mirzəxan kəndi var. Onun yanına gedif çatanda deyirmiş, ə, hara gedirsiniz? Qayıdın evinizə. Bunu Məhəmməd eşidir. İsdiyir ki, camaatnan Mirini barışdıra. Molla Fətəli olur, bunun öyündə yığı-şıflar barışığa. Gəliflər. Məhəmmət də çöldə qaroola adam qoyuf, 9 Casıd – qasid

52

Page 53: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Miri də. Giriflər içəri. O vaxdı da qara dam oluf. Silahları qoyuflar küncə, sufranın başında başdıyıflar söhbətə. Molla Fətəli buları barışdırasıdı. Ortalığa Quran qoyajax, bular and içəjəhlər ki, bir-birinə dəymiyəjəhlər. Çöldə qarool qalannarın biri o birinə deyir ki, ə, mənə papiros ver. Bu çıxardıf buna bir baş tənbəki verif, bir də kağız ki, büküb çəksin. Deyif, ə, pışka da ver. Pışka da ver deyəndə bunun ajığı tutuf. Deyif, ə, p.. yeyən itin qaşığı belində olar. Deyən kimi tüfəngi çöyürüf buna bir güllə. İkisinin də gülləsi bir-birinə atılıf. İçəridə Miri deyif, ə, bu nə gülləydi? Sıçrıyıf, əli tüfəngə çatmıyıf. Məhəmməd arxadan əlini salıf onun ağzına, ağzını çəkib cırıf, elə ordaca öldürüf. Barışıx söhbəti baş tutmuyuf. Namərd Boyəhmətdi sözü də ordan qalır.

X mətnHüsü Hacıyev o vaxdı KKB-də oluf. Gedif Kəlbəcərdən bir

dəsdə adam götürüf, gəlif bizim yaylağa. Həmən yaylaxda nə qədər kişi varsa komluyuf. Məlumat vermişlər buna ki, burda qaçax var. Özü də Musanın adını vermişdər. Amma bu, onnar axtaran Musa deyilmiş. Tamam addı da anası oluf. Deyif, arvad, oğlun hardadı? Deyif, oğlum Qarabağa gedif, taxıl-un gətirməyə. Həmən günü də rəhmətdik Yumulu kişi, Çoul bəy, bir də Musa burdan (Bərdədən – top.) gedirlərmiş dağa. Yumulu kişi danışırdı ki, Qannı gölün yanında atdan düşdük ki, qalyan çəkək. Çoğul kişi dedi ki, uşaxlar, işıxlaşannan çıxmışıx, mən heç rahat qalyan çəkməmişəm. Düşə-yin, atdarımız bir rahat otdasın, həm də mən bir rahat qalyan çəkim, sora ora gedəyin. Deyir, Musa dedi ki (acal aparırmış da), ə, siz düşün qalyan çəkin, mənin yüküm ağırdı, mən gedirəm. Bir yüklü at qabaxda, biri də altında bu düşür yola, gedir. Bular da düşüb qalyan çəkillər. Hardasa saat yarım bulardan qabax bu gedif oraya çatır. Həmən mamentdə arvad bulara deyif ki, a başınıza dönüm, deyirsiniz oğlum qaçaxdı, budey oğlum gəldi. Yanındakı saldatdar hamısı rusuymuş. Dədəm and içirdi ki, Musa atdan düşüf Hüsünün ayağını qucaxladı ki, ə, mənim nə günahım var. Bir kəlmə, deyir, qoymadı onu danışmağa. Arxadan atdılar, çınqılda basdırdılar, suyu

53

Page 54: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

da buraxdılar üsdünnən. İndi burda bir neçə adam güllənəsiydi. Kəlbəcərdən bir atdı gəldi, məlumat verdi ki, represiyanı dayandır, məlumat düz verilmiyif.

Hüsünü su təsərrüffat naziri qoyullar. Payız gələndə bir faytonnan gəlif, Kür bəndi çəkilirdi, onu yoxluya-yoxluya gedirmiş. Polad addı bir nəfər oluf, qardaşı Yunus, bir də Əsəd gedif Kürün meşəsində gözdüyür. Bular da bilirmiş ki, bu gələjəx. Ağacın dalın-da gizdənillər. Çatanda faytonu saxlıyıllar. Faytonçuya dəymillər. Hüsünü Kotavanın qabağında sarıyıflar bir qoax ağacına. Deyiflər, dilinnən əmr verdin, dilin kəsiflər, barmağınnan gösdərdin, barma-ğın kəsiflər. Onu doğruyuflar, axırda da ortasına bir güllə vuruflar. Gejə gəlif Tamam arvada deyillər ki, oğlunun qanını aldıx. Arvad da gətirif hərəsinin oucuna bir ouş qızıl tökür. Deyif, sizi tutsalar öldürəjəhlər. Olar keçiflər İrana. Həmən Polat yetmişinci illərə qədər yaşıyırdı.

XI mətnTülü Kərimin gejə oğru gəlif qoyununa. Bu da həmişə qoyu-

nun içində oturarmış. Oğrular iki nəfər imişdər, hərəsi birin tutuf aparıf. Deyif, əşi, bəlkə imkansızdılar, qoy aparsınnar. On min qoyunum var, qoy olmasın ikisi. Görür bular apardılar, orda bağla-dılar, bir də qayıtdılar gəldilər. Deyir, ə, bəlkə dörtdülər, qoy apar-sınnar. Bular bir də qayıdıf gələndə deyir ki, a qırılmış, siz nə çoxsunuz ə? Oğrular Ağdaban kəndinnən oluflar. Gedif deyiflər ki, belə-belə. Deyiflər, ə, öyüz yıxılsın, o Tülü Kərimin qoyunudu, nə qələt eliyif ora getmisiniz. Tülü Kərim hər gələndə bu kəndə iyirmi-otuz dənə qoyun paylıyır gedir. Ağsakqallar duruf heyvan-narı da qatıf qabağına gətirif, bu uşaxları da. Deyif, a Kərim, bu uşaxlar bir qələt eliyif, sən allah, bizim bu uşaxları bağışda. Deyif, ə, uşaxdılar dana, eliyiflər, eliyiflər. İsdiyiflər qoyunu sürüyə qatalar. Deyif, yox, ona haram əl dəyif, onu sürüyə qatmıyın. Deyif, oğul, qoyun lazımdı, nə vaxd gəlirsiniz gəlin, verim, aparın kəsin. Da niyə sininə-sininə gəlirsiniz? Bax, belə bir adam oluf.

54

Page 55: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

XII mətnQələndər kişi varıdı. Mən institutda oxuyan vaxdı o kişinin

səksənə yaxın yaşı vardı. Gəldim oturdum onun yanında. Dedim ki, nə üçün bizlərə bozax deyillər. Dedi ki, a bala, olar buraya gələndə böyük bir oba oluflar, çox qoçax adamlar oluflar. Oların adı bozax qoyun cinsinin adınnan bağlıdı. Onnar qoyunçu oluflar, saxladıxları da bozax qoyun cinsi oluf. Onunnan əlaqədar, bulara bozaxlar, bozax qoyunnular deyilif.

Bozax qoyun cinsi bu dəyqə də var. Qarabağ cinsi qumraldı, onun baldırlarının arası, yun hissəsi bozdu. Bir var qaraya çalan boz, bir də var ağa çalan boz. Bozax qoyunnarın rəngi ağa çalan bozdu. Amma qumral qoyununku qaraya çalan bozdu. Qara qumral qoyunnar soyuğa, xəsdəliyə çox davamlıdı. Amma əti bozaxdan azdı. Bozax qoyunnarın həm boğazı çox uzundu, həm də gözdəri kəllənin çölündədi dəvənin gözdəri kimi. Ağzı-burnu yekə qoyundu, hündürdü. Əgər qarabağ cinsi 75-80 kilo ət verirsə, bozax cinsi ondan 15-20 kiloya qədər çox ət verir. Amma o qoyun xəsdəliyə, soyuğa dözümsüzdü. Ona görə də bizim zonada Qarabağ cinsi daha çox saxlanılıf. Bozax qoyun cinsi bizə gəlmədir.

XIII mətnMən bildiyimə görə, Araz qırağında Boyəhmətdi varrılarının

qış yataxları oluf. Bu varrılardan biri İran şahsevəninnən qız alıf. Bu şahsevənnər də çapqınçı oluf. Bu adamlar ildə bir dəfə erkəklə-rini, mallarını qatırmış qavaxlarına, aparıf Gəncədə satıf gəlillər-miş. Nə qədər bu camaat sirr saxlıyırmış, gənə də qasit xəbər verir-miş, bular öydən çıxan kimi şahsevənnər cumurmuş buların varın-döölətin talıyırmış, aparırmış. Bular nə qədər fikirrəşir, fikirrəşir, ə, bunu bular hardan bilir, bizim burda olmamağımızdan hardan xəbər tutullar? Şübhələnillər gəlindən. Qohumları bəyə deyir ki, bəy, sənin arvadınnan dəyir bu zərbə bizə.

Bir gün bəy gənə deyir, filan vaxdı gedək filan yerə, malımızı aparax satax, gələk. Yolun yarısında bu, özünə yaxın on nəfər

55

Page 56: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

götürür, qalanına deyir, siz aparın, mən gəlif sizə çatajam. Gəlin də artıx məlumatı verif axı. Cavannar gedif, qalan qojadı, uşaxdı. Bu gəlif o zaman çatır ki, artıx talıyıflar, aparıllar. Gəlin də duyuxub ku, bu bilir. Gəlin də atdı bularnan gedir. Gəlinin əri atı sürür çatır bu dəsdənin başçısına. Bunu vurur atdan salır, bular əlbəyaxa olur. Gəlin atı saxlıyır düşür, başdıyır arxadan xançalnan ərini vurmağa. Oğlan altındakını öldürür, gəlini tutur. İsdiyillər gəlini atalar, deyir dəymiyin. Gəlini tutur gətirir, itin zincirini bağlıyır başına, hər gün onnan bir tikə kəsir ölənə qədər. Sora bular hücum eliyillər, şahse-vənnərin bir oymağını yatdığı yerdə məmə deyənnən pəpə deyənə qırıllar. Deyiflər ki, siz niyə bu namərtdiyi elədiniz? Namərt Boy-əhmətdi kəlməsinin yaranmasını mən Qazı kişidən belə eşitmişəm.

XIV mətnMehralının dədəsinin adı Şahnazar oluf. O, boydan çox balaca

adam oluf. Təxminən beşdə-altıda oxuyan bir uşax kimi oluf. Amma bu, Qılışdı kəndinə qan uddururmuş. Günüz gedirmiş hərrə-nirmiş ki, filan məhlədə cöngə var. Kəməntcil adam imiş. Kəməndi nətər atırmışsa, düşürmüş cöngənin buynuzuna, bağlıyırmış atının quyruğuna, sürüf gətirirmiş. Qılışdılar Adgözəl bəyin üsdünə şika-yətə gedillər. Qılışdılar deyir, əşi, Şahnazar bizi çapdı-taladı, hey-vannarımızı apardı. Bəy fərraşdarı göndərir ki, gedin kopoğlunu tu-tun gətirin. Bu nədi, çatan deyir, Şahnazar apardı, çatan deyir, Şahnazar kəsdi.

İndi bəy işdərə baxır. Şahnazarı çağırıllar, Şahnazar gəlir. Bir müddətdən sora bəy deyir, ə, noldu, Şahnazar gəlmədi? Deyillər, gəldi. Deyir ki, hanı? Balaca bir uşax duruf qabağında. Deyir ki, hanı ə? Deyir ki, bəy, budu. Deyir, ə, adam oğlusan. Get Şahnazarı gətir, bu uşağı nəzdirirsən ayannan bəri. Deyir, əşi, boyunun balaca olduğuna baxma ey, dünyanı dağıdan budu. Ə, – deyir, – məni doluyursuz, nətər budu? Ə, Şahnazar sənsən? Deyir, hə. Deyir, ə, Qılışdının camışdarını Kürə tökən Şahnazar sənsən? Deyif, bəy, mənəm. Əyə, buları göyə çıxardan, şahsey-vaxseyini qaldıran sən-sən? Deyir, mənəm. Göy mahutdan çuxası varmış. Durur çuxanı

56

Page 57: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

belə götürür, gətirir salır Şahnazarın çiyninə, Şahnazar qalır çuxa-nın içində. Bəy nəhəng adamdı, bu da balaca adamdı. Deyir, Şahnazar, dədənin oğlu deyilsən buları əgər gejə çölə çıxmağa qoysan. Sən ki, bir qarış boyunnan buları bu günə qoyufsan, verdim Qılışdını saa, ye. Deyir ki, bəy, bu günnən belə bulardan sənə bir şikayət gəlmijəh, azad yaşasınnar.

XV mətnMeydan çayı, Güney dərə, Soğannıx, Orta yurd, Ağ çınqıl, Ağ

bulax, Dəmirçi Hasannı dərəsi, Qum yurt, Şiş təpə, Yavı dərəsi – bax bu yaylaxlar Boyəhmətli, Göyüşdü camaatının keçmişdə yaylax yerrəri oluf. Bular da oba-oba köçüflər. Bu kənd (Göyüşlü – top.) tirə-tirədir da. Burda eminnilər, əhmətdər, bəyzadalar, məm-mədlər, xəlilağalılar var. Boyəhmətdidə arabaçılar, mahmutdar, əfəndilər, şillər var. Bular da tirə-tirə köçüflər. Xırda tirələrin ikisi, üçü bir yaylaxda oluf, böyük tirələr də tək-tək oluflar. Məsələn, Dəli Səməd tək düşərdi. Nənəm deyərdi ki, qancıx itdən başqa on bir iti varıdı. O itin dərdinnən tək düşərdi.

Camaatın özünün köşməyi may ayının iyirmi, iyirmi beşinnən sora başdıyardı, ta may ayının axırına qədər davam eliyərdi. Amma qoyun sürülərinin dağa aparılması ilə baxırdı. Elə olurdu mayın onunnan sora, elə olurdu iyirmisinə qədər köçürdü. İyirmi beşinə çox nadir hallarda qalardı. Deyillər, qış bəri başa düşdü, ya o başa düşdü, onda ləngiyə bilərdi. Hava xoş olanda mayın beşinnən sora elat burdan tərpənərdi. Burdan çıxardılar gedərdilər Tərtərin Səhlə-bat kəndinin yanında düşərdilər. Ordan qalxardılar Qaratikannı yala düşərdilər, Ağdərənin üsdünə. Ordan qalxıb gedərdilər Tənəhli bulağa düşərlərmiş, ordan da Daşgələn, Quşqun götürülən yayla-ğına gələrlərmiş. Hansı köç hansı yaylağa gedərmişsə, orda bölü-nərlərmiş. Köçsüz gedəndə yaylağa bir günə çatmax olur. Amma köçnən gedəndə üş günə, dörd günə gedif yaylağa çatardılar.

XVI mətn

57

Page 58: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Meydan çayında Əliş ağa oluf. Göyüşdünün yaylax yeri əsa-sən, Yavı dərə, bir də Günöy dərə oluf. Günöy dərədən o tərəf Qaraxaçdı, Boyəhmətdinin bir hissəsi orda oluf. Onnan da ayna Ağ dağdı, bir müddət də orda oluf. Bozaxların bir hissəsi də Əhmət təpəsində oluf. Bu yerlərin hamısı Murov yaylağındadı.

İki yerdə düşərgə vardı. Qaradəmirçinin yanında Qarışqallıx deyillər, bir orda camaat düşərgə salırdı. Bir də Tərtərin alt tərə-fində Çaparxana vardı, orda düşərgə salırdılar. Keşmişdə ən azı bir həftəyə, on günə dağa çatardıx. Kəntdə yaşdı adamlar qalırdı. İrannan gəlif burda rəşbər işdiyən adamlar oluf, torpağı olara verif gedillərmiş. Hərənin özünün rəşbəri varımış. Bir rəşbər üş dənə evin əkinini götürürdü. Hər il gəlirmiş, biçirmiş, döyürmüş, yığır-mış, payını da ev yiyəsinnən alırmış. Kişilər də peşqurta gəlirmiş. Gəlif taxılı bişdirif yığırmış, ayləsinin ehtiyacı qədərini üyüdürmüş, atına yüklüyüf gedirmiş. Həmən gəlif getməyə peşqurt deyirlərmiş.

32. TƏHLƏ

I mətnBizə niyə xan təhləsi deyillər? Köçəri camaat çoxdu, xan adı

bircə bizə veriflər. O da dörd-beş qardaş oluflar: Alı, Vəli, Məm-məd, Nəbi. Gəliflər Pənahəli xanın yanına. Bir müddət Pənahəli xannan gəziflər. Baxıf ki, bu tayfa həqqi qoçax tayfadı. Bax, bu torpağı – Qaratəpəni xan verif bulara. Gəliflər ora. Bax, bu təhlə camaatı həmin dörd-beş qardaşın törəməsidi. Ona görə bizə “xan təhləsi” deyiflər.

Söyləyicini şəcərəsi: cədd babası Nəbi – Vəli – Əlqulu – Kazım.

II mətnƏlqulu babam dağa-arana tək gedirmiş. Onun bir qızı oluf.

Çalmalı kəndi var, bular çalma-zad doluyurlar qılçalarına. Bular gəlif Əlqulu kişinin malını yığıflar. Bunun qızı baxıf ki, çobana-zada bənd olmax olmaz, malı götürüf gedillər. Nehrənin çatma tayını götürüf qoyuf belinə, gedif. Gedif ki, dörd-beş nəfərdi, xallanı götürdü, malı yığıf aparıllar. Bulara deyif ki, malı hara

58

Page 59: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

aparırsız? Deyiflər, bəs Çalmadanıx, belə-helə. Qız bulara nə qədər deyif, malı buraxmıyıflar. Qız onnan sora çatma tayını salıf işə. Buları bir-bir yıxıf yerə, qatıf mala gətirif ovaya. Gətirif başdarını sarıyıf, nə lazımdı köməklik eliyif. Deyif, gedin bir də tək evliyə hörmət eliyin. Bilin ki, özünə gərraydı10 ki, tək gedif gəlir.

III mətnBu adamlar (təhlə camaatı – top.) bir-birini buyura bilməz.

Get oların məclisinə. Balaca uşaxdı, durajax belə buyurajax. Xan təhləli duruşuynan, yerişiynən, qüruruynan seçilir. Mən hesab eliyirəm ki, qürurluluğuna görə bulara “xan təhlə” deyiflər. Burdakı ən aciz təhləni aparginən tulla tanınmaz yerə, üş dörd ildən sora gedəssən ki, oranın ağsakqalı oluf. Ən zəyifi, burda baş çıxarda bilmiyən çıxır gedir başqa bir rayonda yer alıf devlətin saxlıyır. On ildən sora orda addı-sannı bir adama çevrilir. Qarabağdakı təhlələrə xan təhlə deyillər. Əlibayramlıdakı təhlələr çöl təhləsidi.

IV mətnİran şahsevənnəri gəlif Arazın bəri tayınnan çalıf-çapıf

aparıllarmış. Elə oluf ku, sürüynən malı, qoyunu çapıf gediflər. Sora bir qrup adam – atamgil, əmimgil gedif ora. Yaxşı da güllə atannar oluflar. Oların başçısının sarı səmənd atı oluf. Əmim onun atını vurub. Nəysə, buları akrujeniya eliyillər, deyillər, bir də bura gəlmiyin. Sora bular gedif deyiflərmiş, orda bir dəsdə kol oğlu əmələ gəlif, biz da o üzə keçə bilmərik. O cür şahsevənin ayağını kəsiflər.

V mətnBizim təhlə camaatı dağa-arana gedif-gələndə Soltan bəynən

əlaqələri oluf. Dağa gedəndə Soltan bəyin qoşununa kömək eliyir-dilər, mal-heyvan verirdilər. Onda təhlənin ağsakqalı Lələ kişi idi. Lələ kişi bu hadisələrdən bir neçə il qabax ölmüşdü, amma Soltan elə bilirmiş sağdı. Ermənilərnən müharibə başdıyanda Soltan bəy ismarış yolluyur, onda atam əlli atdıynan gedif o müharibədə iştirak 10 Gərray – özünə arxayın olan, özünə güvənən

59

Page 60: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

eliyif. Burdan Allahverdi kişi, atam Kazım kişi, dayım İbrahim, Çalqulu Məhəmməd həmin müharibədə iştirak eliyif. Dayım orda rəhmətə gedif, atamın qılçına güllə dəyif. Orda Sultan bəy deyir, Lələ kişi dursaydı, gör maa nə qədər kömək eliyərdi.

VI mətnQubernator oluf, bular gəlif Lənbərana. Bu bəyliklərdə də

atamgili isdiyən adam az oluf. Bunlar ismarış yolluyuflar ki, quber-nator gəlif Lənbərana, Lələ kişi, sən də dəsdənnən gəl bura. Buları pis niyyətnən çağıtdırıflar. Lənbərana yol qarğının içiynən gedir. İki yüz-üş yüz adam dursun əli silahlı orda, sən onu görməzsən. Lələ kişi atamdan iki-üç yaş böyük oluf, amma kişi çölə-bayıra daha həssas oluf. Bular bu yolnan gedəndə rəhmətdik atam deyif, Lələ kişi, qubernatorun bizi çağırmağını heş mənim ağlım kəsmir. Gəl çöl yolu gedək, qarğılığa girmiyək. Bular çöl yolu gediflər. Gediflər ki, böyük ziyafət təşkil olunuf, Qarabağ bəyliklərindən də kimlər gəlif. Oturuflar Anaqız oğlu Şükürün bağında. Qubernatorun xanımı da burda oluf. Oturuflar, ziyafət dağılan majal nişan qoyuf-lar, silah atıflar. Lələ kişiyə deyiflər ki, siz də bir məharətinizi gösdərin görək nəyə qadirsiniz. Demək, Lələ kişi atama deyif, sən at nişanı. Bir dənə də cavan oğlan oluf, nənəmin əmisi nəvəsi – Musa. Dədəm də deyif ki, içimizin balacası Musadı, qoy Musa atsın. Balacanı veriflər qabağa ki, balacamız bu cəsarətin yiyəsidi. Ağacın başında bir saxsağan oluf. Musa deyif ki, saxsağanı atsam nətər olar? Deyir ki, lap yaxşı. Deyif, başın kəsim, bədəninə vurum? Xanım deyir ki, başın kəssən yaxşıdı. Beşatılannan vurur saxsağa-nın başı bir yana gedir, leşi bir yana. Musa o vaxt on altı, on yeddi yaşında cavan uşax oluf. Xanım çağırıf onun üzünnən öpüf. Deyif ki, Allahın altında Qarabağımızda sənin kimi oğlannar çox olaydı.

Ziyafət qutardı, bular indi qayıdasıdı. Qayıdanda gənə həmən yolnan gələsi oluflar. Rəhmətdik Lələ kişi çox höjət adam oluf. Deyif, deyirsən oraynan getmiyək, orda nə var ki? Atam deyif, onda gedək, orda bişmiş kərpişdən bir tikili var, ora yaxınnaşanda sifdə mən keçəjəm. Əgər bir şey hiss eləsəm, işarə verəjəm, gəlmi-

60

Page 61: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yin. Yox, olmasa, keçərsiniz. Rəhətlik kişi atı sürür. Görür kü, qal-yan tüsdüsünün iyi bunu vurdu. Bu qarğılığın içində qalyan çəkən kimdi? Rəhmətdik kişi keçir. Keçənnən sora atdan düşür qarğılığı verir gülləyə. Bular gülləyə verəndə olar da o tərəfdən atıllar. Qaçanı qaçır, qaçmıyanı ordan keçif gəlillər.

VII mətnBizim ulu babamız Bəylər bəy olufdu, Şuşada yüzbaşı işdiyif-

di. Şuşada yüzbaşı işdiyən vaxdı xan deyif ki, get orda özünə mülk seç. Bax, bu kəndin (Bəcirəvan kəndinin – top.) yeri tamam meşə olufdu. Bu meşənin ortasında kövər deyirik biz, ağac bitmiyən yerdi. O kövərdə gəlif yurt salıfdı. Bu bəy də dağa gedif arana qayıdan adam oluf. Aranda qalan adamlara bu yer sərfəli olufdu. Bu kişinin adıynan burda tikilillər. Şərəfli bəylərindən bura kəhriz çəkdirif.

Lənbəranda Anaqız oğlu Şükür oluf. Gəliflər Cəfərquluxanın yerində qabaxlaşıflar. Şükür bəy deyif ki, mən gedirəm, o bəynən qavaxlaşajam, ona sinə vurajam. Əgər o yerinnən dəbərsə, o yer bi-zimdi, dəbərməsə, yer onun oldu. Lənbərannılarnan gəlif qabax-qabağa. Salam verəndə Şükür bəy döş vuruf, kişi dəbərmiyifdi. Deyif, bu günnən Cəfərquluxanın yeri bu kişinin oldu. Sora bəyin kiçik qardaşı Hajı Xannar qızıl pulnan torpağı sənədləşdirib. Həmən onu alanda Cəfərquluxana Uçan addı bir it göndərir Hajı Xannar. O kişi iti dəvəkeçməz yerdə yoxlatdırır. Deyir, birdən olar iti səyf göndə-rəllər. İtin adı çıxmışmış. Çobana deyif ki, darvazadan çıx çölə. Ço-ban çıxıf. Deyir, indi iti qıyla. Əgər bu it dəvəynən gedəndə həyətin içi görünməyən çəpərdən sıçrasa, həmən itdi, sıçramasa, demək o it deyil. İt sıçrıyır. Deyir, halal olsun Hajı Xannara, o torpax ona halaldı.

Fərzalı bəyin beş oğlu oluf. Onnarın böyüyü Bəylər bəy oluf, dövlət adamı oluf, dövlət işlərini o idarə eliyifdi. Ən varrısı Hajı Xannar olufdu, balaca qardaş olufdu.

VIII mətnXanalı olufdu, İnəkdağlı Qurban oluf, şəkili Qardaşxan oluf,

Kürdoğlu Məhəmmət, Hajı Xannar oğlu İmamqulu oluf, bular bir

61

Page 62: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yerdə oluf uzun müddət. Bular dəsdə halında dağda birrəşiflər. Beş qaçax dəsdəsi, hərəsin başında əlli nəfər. İki yüz, üş yüz nəfər orda döyüşdə oluflar. İmamqulu kişi bir epizod danışırdı. O deyirdi ki, Xanalı Nikolaynan hesablaşan Sarı Süleymanın sağ əli oluf. Deyir, Xanalı elə bir adam idi ki, onatılanın sandığını göydə dəyişirdi. Gödək adam idi, altında çal atı vardı. Xanalı, deyir, bizə rəhbərlik eliyirdi. Artıx rus qoşunu gəlir. Xanalı deyir ki, əgər biz qaşsax, bizi doşan kimi tutajaxlar. Biz özümüzü elə gösdərməliyik ki, olar elə bilsin biz qaçırıx. O qoşun seyrələjək. Seyrələndə onnarın üsdünə qayıdarıx. Onnar hamısı pinəçi-minəçidi, elə-belə adamdı. O saat-darı olar karıxajax, heş güllə də ata bilmiyəjəhlər. Deyir, kişi nətər demişdi, elə heylə də oldu. Bular seyrəldi, biz qayıdıf buları gülləliyif dağdan aşırdıx.

İndi rus atriyadı bütün keçələtləri tutuf, daşdan qalax quruf, pulamyotu onun üsdünə qoyuf gözdüyür ki, bular dərəyə yenəndə at yoludu da, burda pulamyota verəllər. Biz də qalaxdakı pulam-yotu götürməliyik ki, qalax dağılsın, dəsdəmiz atnan burdan keşsin. Deyir, Xanalı dedi, bu gejə o pulamyotu ordan gətirdik, gətirdik. Gətirmədiksə, səhər bizi tutajaxlar. Üş nəfər adam getməlidi. Mən dedim ki, biri mən. Dəli Asdan adında bir oğlan varıydı. Bu da dedi, biri mən. Bir də Mamed adında bir oğlan vardı, anasının, atasının bir oğluydu. O vaxdı bir övlada hamı hörmət eliyirdi. Xanalı dedi ki, Kürdoğlu Məhəmmət, bu Hajı Xannar oğlu cavan uşaxdı, on səkgiz yaşı var, üzünə hələ tük gəlmiyif. O gedir, gəl sən də get dana. Deyir, yox, Xanalı. Mən hara getsəm sənnən gedərəm. Özü də maa hara qalındı, ver atım, amma mən qaraya11 gedə bilmərəm.

Nəysə, deyir, üç nəfər seçildi. Ölümə gedirik da. Qabaxda bəlkə bir əlli nəfərdi, yüz nəfərdi, beş pulamyotdu, bilmirik. İmam-qulu kişi deyir, indi qabaxda mən gedirəm. Burda da saldat pulam-yotu quruf, içəridə kamandir, beş-on nəfər adam var. Təxmini yerin bilirik. Bular da mauzernən, beşatılannan gedillər. Deyir, yoldaşı-mın biri qaldı. Dedi ki, ayaxqabımın bağın düzəldirəm. Deyir, mən getdim, dalımca da Dəli Asdan gəlir. Yolda Mamet dedi ki, İmam-11 Qara – gecə basqını

62

Page 63: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

qulu, mənim çarığımın bağı açılmıyıf, mən qorxuram. Gejənin şehi düşüf, çarıx da isdanıfdı. Deyir, çarıxları soyundum bir-birinə bağla-dım. Dedim, ala Mamed, qayıtsam, çarığı verəssən maa. Qayıt-masam, özünündü. Amma qayıdıf görəm çarığı qoyuf qaçmısan, səni öldürəjəm. Deyir, çarığı taxdı çiyninə. Dedi, ölsəm öləjəm, ölməsəm çarıxdı, bunun nə ağırrığı var. Amma o birsi kişi ki var – Dəli Asdan, bunun da atasının qanın almışam, ona görə deyir İmamqulu, hara getsən sənnən gedəjəm. Deyir dedim, ə, sən də qal, sən bir az dəlibaş adamsan, maa narahatçılıx yaradarsan. Deyir, yox ey, mən saa söz vermişəm, hara getsən sənnən gedəjəm, özü də sənnən qabax.

Nəysə. Deyir, gəldim qalağın üsdünə çıxanda gördüm pulam-yot qalağın o biri tərəfindədi. Qalax da daşı daş üsdünə qoyuflar. Deyir, mən indi çönməliyəm, çönəndə də ayağımı qaldırıf o birsinə qoymalıyam, daş şıkqıldamalıdı. Deyir, əlaş yoxdu, çönməliyəm. Deyir, mən çönəndə daş şıkqıldadı. Sən demə pulamyotun arxasın-dakı oturuxlu yatıf, səsi eşitmədi. Tüfəngi çöyürüf bunu atdım. Atan kimi deyir, and olsun Allaha, həmən saldat quzu kimi basırıx elədi, güllə ata bilmədi. Pulamyotu keçirdim əlimə, yeniş aşağı gətirdim.

Mühasirədən çıxannan sora Xanalı dedi ki, mən keçirəm İrana. Qırx nəfər adamnan pusquya düşüllər, bir adamları ölür, otuz dokquz nəfərnən keçillər İrana. İranda Xanalıya deyillər ki, Xanalı, Sarı Süleymannan bir yerdə olmusan. Azərbaycanda bir qoçax oğlan var-dımı? Deyir, orda İnəkdağlı Qurban varıydı, şəkili Qardaşxan varıydı, Kürdoğlu Məhəmmət varıydı. Amma orda Hajı Xannar oğlu İmam-qulu varıydı, on səkgiz yaşı olardı, olmazdı, üzünə hələ tük gəlmə-mişdi. O qızıl ilan idi. Orda qalannarın içində bir ona hayfım gəldi.

IX mətnBizim əsas qışlağımız Qaratəpə oluf, yaylağımız da Sarıyer.

Səfqulu çinarından addıyırdıx Əlağalı, Sumagüllücə, Tağbəndin yanınnan keçirdik, gedirdik Kolanıya, ordan addıyırdıx Doşannı, Vəng, Taxtabaşına çıxan yola, Hajı Pənah körpüsünə. Ordan Xal-lanlı, Tutqu çayı, Uzunyal, Qaraqaya, Bağırsaxçayı, ordan da addı-yırdıx İsdisuya. İsdisudan o yana bizim yaylaxlar idi. Köç zamanı

63

Page 64: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Əlağalının altında, Ballı qayada, Vəngdən yuxarıda, Taxtabaşında düşərgə salırdıx. Düşərgəni otdamax şəraitinə, rahatcılığına, suyuna görə seçirdilər. Düşərgədə bir gejə qalırdıx, amma elə olurdu otu, suyu yaxşı olurdu, bir gün, iki gün heyvan dincəlirdi.

33. LƏNBƏRAN

Rəhmətdik Şükür müəllim vardı, direktor işdiyib uzun müd-dət. O deyirdi ki, Ləmbəran ləmbə aranlı deməkdir, yəni təmbəl aranlı. Bütün kəntlər gedirmiş dağa, bu kənd getmirmiş, daim burda qalırmış. Ona görə bura təmbəl aranlı deyillərmiş.

Bura Ağcabədinin kəndi olub. Suyu olmuyub, məhsulu sulaya bilmirmişdər. Ağcabədinin kəndi olduğunnan Bərdədən su ala bil-mirdi. Su almaq üçün gərək müqavilə bağlanardı. Onun dərdinnən 1943-cü ilin noyabrında verillər Bərdəyə.

Ləmbəran camaatı əsasən baramaçılıxla məşğul olurdu. Vaxdilə Zərdab kimi dörd-beş rayonun baramasını verif bir bizim kənd. İpəkdən cejim toxuyurdular. Boyanmamış cejimdən şalvar tikirdilər, par-par parıldıyırdı. Arvatdar baramanı bişirib onu açır-mışdar. Əyirirdilər, sapını çıxarannan sora aparıf boyaxçıda boya-dırlardı, onnan sora hananı açıb başdıyırdılar toxumağa. Müharibə devrində taxılın, unun qıt vaxdında Ləmbəranı saxlıyan cejim oldu. Aparıf qıraxda satıf pulunu buğdaya verib onnan dolanıflar.

Bizdə çəkili olmuyana qız vermillərmiş. Deyillərmiş, onun çəkili var ki, ona qız verirsən? Yaxud deyirdilər, beş çəkili yoxdu başına dolana, ona niyə qız verirsən? Bunnan əlaqədar bir məsəl də var. Biri deyir ki, çəkilim yoxdu, amma iki min qoyunum var. Deyif, da deynən iki min dərim var da. Qış bərk qarrıyar, qoyunnar tələf olar, əlində heş nə qalmaz, amma çəkil yerində durajax.

34. ALPOUD

Bu kəndin ortasından yol gedirdi, o tərəf, bu tərəf hamısı tü-kanıdı. Dörd yerdə qəssab tükanı vardı. Hər qəssabın qarmağınnan

64

Page 65: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

on iki dənə erkək asılırdı. O erkəklər ki, hərəsi otuz üç, otuz beş kilo ət verirdi. O ətdən saat on ikiyə bir tikə də olsun qalmazdı. Saat on ikidən sora qəssablar kötüyün üsdünü qaşıyırdılar, əlin-ayağın yuyub gedirdilər istirahət eliyirdilər. Orda çəkməçinin, dərzinin, hər kəsin ayrı tükanı vardı. Mədəniyyətdə birinci yerdə Alpoud, ikinci yerdə Lənbəranıydı. İsdər bişmişdə, isdər mədəniyyətdə, yeməkdə, toyda-zadda mədəni kəndiydilər. Rəhmətdik atam deyirdi ki, oğul, bax bu yurt (qaldıqları evi nəzərdə tutur – top.) səkgiz nəsil yola salıb. O nəslin ikisi çox yaşıyıf. Biri 115 yaş yaşıyıf, biri də yüz beş yaşıyıf. Dədəmin dədəsini, atamı, məni də saysan bu yurt on bir nəsil yola salıf. Biz hələ bu yurtdan kənara çıxmamışıx.

35. ÇƏLƏBİLƏR

Çələbi kəndindəki nəsillər: zarıstılar, ətyeməzdi, dəlləkba-balılar, əhmədxanlar, qanqallar, sonalar, şəfilər, sofular, həsrətdər.

Bizə ətyeməzdi deyəllər. Allah köçənnərinə rəhmət eləsin, anam deyərdi ki, sənin atan Ətyeməzdi tərəfdəndi, babaları ordan gəlib. Atamın adı olub Ramazan, babamın adı Mirzalı, Mirzalının atası Ramazan olub, Ağdamdan gələn odu. Qoja kişilər vardı, mən onnarnan işdiyirdim müharibə vaxdı. Kotan əkirlərdi, mən də kəlin boynunda otururdum. Deyirdilər, sür Qaradəmirçi yerinə. Deyir-dim, ay Məmməd dayı, yer bizimdi, niyə Qaradəmirçi yeri deyir-siz? Deyir, a bala, o vaxdı üş-dörd adam gəlib tökülüblər Kürün qırağına, bəyənməyib buranı, su uzaqlığı olub, köçüb Bərdənin altında məskən salıblar. Ona görə o yerin adı Qaradəmirçi qalıb.

Sovet bura iyirminci ildə gəlibdi, onda burda qaçaqaç olubdu. O deyib, gəlib bizi qırajaxlar, bu deyib, bizi qırajaxlar. Bizim camaat burdan qaçıb meşəyə gedib. Şah kövəri deyilən yer vardı, orda məskunlaşıblar. Sora bir ağıllı adam çıxıb deyib bizi qırmağa gəlmir a, gəlin qayıdağın. Sora qayıdıblar yerlərinə.

Molla Fərrux Əhməd əfəndinin bajısı oğlu olub. Oruşduğ ayı olur. Oruşduğu tutub qutaran günün sabahı gəlib meçidin qabağında aş bişirib, yeyib-içib, xeyir-dua verib gedillərmiş. Sovetləşmə dövrü

65

Page 66: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gələndə sabah oruşdux qutarır, bu çıxır ki, əzan verə. Azan verəndə, rus saldatı varmış, olar bunu tutub ki, sən qaçağa, banditə qaç deyirsən. Öyünü, malını, nə var hamısın müsadirə eliyillər, özdərini aparıllar Bərdədə pratakol yazdırıllar, ordan da sürgün eliyillər. Molla Fərrux-dan başqa Şamıl, Cəmil, Süleyman kişi olub, oları da sürgün eliyiblər.

Ətraf kəndlər dağ-aran gedərdi, amma bizim camaat elə binədən oturaq olub. Qılışdı, Mollalı camaatı dağa gedəndə gətirib ağırrıxla-rını-uğurruxlarını bura yığırdı.

36. ƏYRİCƏ

I mətnÜş nəfər qardaş Qaladan gəliblər: Batur bəy, İsmayıl bəy,

Kərim bəy. Olar Tərtərnən Kürqovuşanın arasında məskən salıblar. Sora oların biri gəlib Kərimbəyli kəndinin ərazisinə, Batur bəy Əyri-cədə əyrici sexi açıbdı, barama əyiribdi. Batur bəy Yevlağa yol çək-dirib. İndi də o yola “Batur bəyin yolu” deyillər. Sora burda var Köçəri nəsli. Olar iki qardaş olub, Naxçıvandan gəliblər. Birinin adı Köçəri, birinin adı Əhməd olub. Əhməd maldarlıqla, Köçəri isə ipəkçiliklə məşğul olub. Əhmədin nəsli xəsdəliyə düçar olub yoxa çıxıb, amma yurdun adı qalır. İndi də həmin yerə “Əhmədbəyli yurdu” deyillər.

II mətnSarıyerdə Əyricənin yataq yerləri vardı, xüsusiyyətçilik dev-

rində mal-qaranı ora aparırdıq. Nənəm deyirdi ki, o vaxdı aranda qalan olmurdu, hamı gedirdi. Deyirdi, biçinçini Kürün o üzünnən gətirirdik. Dağa gedəndə onları burda qoymurdux, özümüznən dağa aparırdıq ki, onlar da dincəlsinlər. Dədəmgilin kəli, kotanı varmış, onları nökərə verirmiş. Toxum da verirmiş, deyirmiş torpağı ək. Dədəmin anbarı vardı. Dədəm deyirdi, onda pulu olana kişi demirdilər, kimin anbarı vardı ona kişi deyirdilər. Bu tərəfin adamları imkannı olub, Kürün o üzünün camaatı bura dolanışığa gəlirdi. Nənəm deyirdi, peyğəmbər bir bura, bir də Ağcabədiyə çəliyini vurub. Ona görə bu rayonlar heç vaxt ac olmaz.

66

Page 67: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

III mətnMamalarımı sürgünə göndəriblər. Beş uşaqnan gediblər,

ikicəciyi gəlib. Üçü acınnan ölüb. Rusdar gələndə Molla İvrahımı öldürüllər, aparıb Kürə tulluyullar, arvatdarını da – Sitara xanımı, Bənövşə xanımı yeddi il sürgün eliyillər. Beş uşaxnan getmişlər, gələndə ikicəciyi gəlib. Acından qırılıb hamısı. Deyir, yeddi ilin tamamında aminist çıxarılıb, arvadlar gələsidi kəndə. Burdan qohum-əqraba pul göndərib, faytonçu buları gətirməlidi. Faytonçu da rus imiş. Deyif ki, arabanı saxlamağa ixdiyarım yoxdu, yavaş sürəjəm, yolnan getdiyim yerdə daldan minərsiz. Bənövşə arvad minir, mənim mamam Sitara xanım minəmmir. Minəmmiyəndə rus ayna-bayna baxıb, görür heş kim görmür. Atın başını buraxır, düşüb arvadı qujağına alıb qoyur arabaya. Gəliblər bura. Arvad danışırdı ki, gejələr rusun zibilxanasında qavıx-zad yığırdıx ki, ajınnan qırılmıyax. Heylə olub uşaxların üçü ajınnan qırılıb.

37. OĞLANBABA

I mətnBaba (söyləyicinin cədd babası – top.) düşmənçilik edib,

öldürülməkdən qorxub qaçıb gəlib. Burda olduğunu bilən olmasın deyə meşəyə düşüb. Hardan gəldiyi dəqiq bəlli deyil. Babanın üç oğlu olub: Nəsib, Qaraca, Çıraq. Çıraqlılar Mollalıdadı, Qaracallar Nazırlıda, Nəsiblilər isə Məmmədli kəndindədir. Bu kəndin siftəsi meşəyə düşüb. Baba cavan olduğuna görə onu tanımıyan elə bilirmiş ki, yaşdı adamdı. Tanıyan da deyirmiş ki, yaşdı deyil ey, oğlandı. Meşənin adı ona görə Oğlanbaba qalır. 1936-cı ildə Kür daşıb, ondan sora kənd indiki yerinə köçüb. İndi də meşədə yer adları qalır. Ojaxqulular suatı, Qaradağlı suatı, Alyar cüürü12. O vaxdı Kürün qırağı qalın meşə idi. Hər yerdən çayın kənarına enmək mümkün döyülmüş. Alyar ordan bir cığır acıb, camaat həmin cığırnan enib Kürdən su götürürmüş. Ona görə həmin cığırın adı qalıb Alyar cüürü.

12 Cüür – cığır

67

Page 68: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nəsibin üç oğlu olub: Vəli, Əkbər, Ələsgər. Vəlidən qalan-nara Qırmızı Vəlinin övladları deyillər. Nəyə görə Qırmızı Vəli? Nəsibin oğlanları Hacc ziyaratına gediblərmiş. Geri qayıdanda Hacı Əkbər xəsdələnir. Hacı Əkbər balaca qardaş imiş, uşaqları körpə imiş. Böyük qardaşı Hacı Vəli namaz qılır, ibadət eliyir, sora da əlini tutuf göyə Allaha yalvarıb ki, ay Allah, mənim qardaşımın balaları körpədi, mən onun uşaqlarına cavab verə bilmiyəjəm. O sağalsın, mənim canımı al. Bir günün içində kiçik qardaş sağalıb qalxıb ayağa, Vəli xəsdələnib rəhmətə gedir. Vəlini kəfənləyib Qırmızı dənizdə dəfn eliyillər.

Söyləyicinin şəcərəsi: atası Əli – Kərim – Məşədi Hümmətalı – Hacı Ələsgər – Nəsib – Baba.

II mətnKöş vaxdı qardaşdarıynan Babanın mübahisəsi düşür. Baba

küsüb. Bizim nəsibliyə adətən deyillər küsəyən adamlardı. Bu xüsu-siyyət indi də var hamımızda, xətrini isdədiyimiz adamlardan tez küsürük, inciyirik. Guya bu, qardaşlarından küsüb gedib Beyləqan zonasına. Orda bir imkannı adamın yanına gedir. Baxıb görüllər bu diri adamdı. Deyir, mən yetiməm. Bunu bir müddət saxlıyıllar. Bu kişi görür ki, yox, bu yetim adama oxşamır. Bunun malına, heyvanına baxır, qazancından buna da mal-heyvan verir. Dörd-beş il burda yaşıyır, özünə bir sürü heyvan qazanır. Bir gün deyir, mən gedəjəm öz yerimə-yurduma. Deyir, getmə. Deyir, yox, gedəjəm. O vaxt gəlib çıxır Kürün qırağına ki, artıq camaat köç eliyib gedibmiş dağa. Gəlif Nazırlıynan bizim kəndin ərazisində meşənin qırağında bir yer tapıb. Yer düzəldib heyvanın saxlıyır orda ki, artıq gejdi, təkba-şına dağa gedə bilməz. Bir gün görür ki, meşədə nəysə takqatak səs gəlir. Görür ki, biri yarpaq qırır. Öz-özünə deyir ki, bu məni gördü, vəzyətim ağırdı. Keçəjəh o üzə xəbər verəjək, mən tək, bunlar məni birtəər eliyəjək. Xəlvətcə bunu güdür, çəkildən düşən kimi çökür bunun boğazına ki, səni öldürəjəm. Bu da yalvarır buna ki, a kişi, məni niyə öldürürsən? Deyir ki, ya məə söz verginən ki, mənim yerim haqda heş kimə məlumat vermiyəssən, ya da sənin başı kəsib

68

Page 69: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

burda tulluyajam. Nəysə, razılığa gəlillər. And-aman eliyir ki, narahat olma, heş kimə yeri demiyəjəm. Deməli bu buna çörəkdən-zaddan tapıb gətirirmiş, bu da heyvanın südünnən, qatığınnan buna verir-miş. O kişiynən heylə dosdaşır, el dağdan gələnə kimi orda keçinir.

Gələnnən sora qardaşdarı buna deyillər ki, Oğlanbaba tərəfi sənin olsun. Deyilənə görə, Oğlanbaba meşəsi o Babanın adınnan götürülüb. Nəsiblər bizim kəntdədi, qaracalar Nazırlıdadı, çıraqlı Mollalıdadı.

38. YARANAL MƏDƏTOV

I mətnİsbəndiyar xozeynin matorundan bəri çökək vardı. Deyirdilər

ki, ora Mədədoy yaranalın dayı tutulan yerdi. Xam atı gətirib burda dərədə tutublar. Bir də Həzi Aslanov deyillər, orda kalafa yeri vardı, olardı bir əlli-yüz metr. Deyillərdi, bura Mədədoy yaranalın atının töləsi olub.

II mətnMədətov erməni əsilli general olub. El arasında ona Mədədoy

deyirdilər. “Səhlivat yeri” deyirik, kəndin arxa tərəfinə düşür. Çar Rusiyası həmin əraziləri ona hədiyyə edir. O da orda atçılıq ferması yaradır. Sora Mədətov bu əraziləri tərk edir. Onun Qılınc adında bir təsərrüfat müdiri olub, bu əraziləri Qılınca tapşırıb gedibdi.

39. QARAATILAN YER

Qara Nazırlı kəndindən olub. Ağdaşın, Qarabağın qaçaqları Qaraatılan yerdə gizlənirmişlər. Şaalıq kəndində də atdı-sannı qaçaqlar olub: Yusuf, Asif qardaşları. Qara da bulara çörək aparır-mış, paltarların yuduzdurub aparırmış. Sora atriyad gəlib. Atriyat-dakılar örgənir ki, Qara qaçaqlarnan əlaqədədi. Qaranı qatıb qabax-larına aparıllar meşəyə ki, qaçaqların yerin gösdərsin. Aparanda qarolda duran qaçaqlar görüllər ki, Qaranı qatıb qənşərlərinə gətirillər. Atriyatdakının biri deyir, Qara deyən fırrı qoax buradı

69

Page 70: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

(İndi Kotavan kəndinin ərazisindədir – top.). Həmin qoağın altı lağımlar idi. Qaçağın biri qaçıb xəbər verir ki, yerimizi bilillər. Elə ordaca qaçaqlar Qaranı atıblar. Camaat səhər gedib onun meyidini gətiriblər. Onnan sora oranın adı qalır Qaraatılan yer.

40. BƏRDƏ HAQQINDA

Bərdədən Kürə kimi şəhərimiş. Deyillər, Bərdədən bir dənə bu-zoy çıxıf. Buzoy düşüf küçəyə, getdikcə yiyəsi də dalıncan gedib. Düz gedib Kürə dirənibdi, Kürdən qaytarıb aparıb. Heylə dar şəhər imiş.

41. BƏCİRƏVAN

İngilislər qul alveriynən bağlı gəlif gedərlərmiş. Gəlif bu çaydan keçəndə orda rüsum verif Bərdəyə gedirmişlər. Bəcirəvan sözü də bunnan əlaqədardır, yəni bac verif yoluna davam etmək.

42. XANƏRƏB

Xanərəblər Kufədən gəlmiş ərəblərdi. Ağsakqallar deyidilər, bular Kufə ərəblərdi, adam burda baş çıxarmaz. Ərəb xilafətinin devrində mərkəz bura imiş. Bütün vergilər burda yığılırmış. Ərəb dilini də son vaxtlara qədər qoruyub saxlıyırlardı. Bu ərazidə nə qədər vergi yığılırsa, hamısı burda cəmləşirmiş. Boy-buxuna, sifət qurluşuna görə seçilirlər. Bərdə rayonunda ən yaxşı yer onlardadı, ən kasıb camaat da onlardı. Tənbəldilər, işdəməzlər.

43. SÜBHANVERDİ

Asdan kişi maa dedi ki, bu kəndə sifdə gəlif bünövrə qoyan Sübhan addı kişi oluf. Qalannarı da yığışıf onun başına, oluf bir kənd. Elə o kəndə Sübhanverdi deyirdilər. Bu irəvannılar gələnnən sora olar soğanverdi dedilər, kəndin adı da onnan Soğanverdilər qaldı.

Kəntdəki nəsillər: Hajılar, babalar, bəylik, dərələyəzdi, təhlə, sarı-qurbannı, qarahümmətdi, ilxıçılar. Əsas köklü nəsil hajılardı, bəylikdi.

70

Page 71: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

44. BƏHMƏNLİ

I mətnBöyük Bəhmənli kəndindəki tayfalar: Qurbannı, seyidlər,

qarçıqaylı, zeynallı, hümətalılar, həmzəlilər, məmmədli, yəhyalılar, fərzililər, dəlləklilər, kəbirli, qulular, arasbarlı, murtuzalılar, gül-məmmədlilər, cuvanşirlər, dərvişdi, qaraqasımlılar, cilovxannı.

Dədəmin xalası oğlu vardı. O deyirdi ki, üç qardaş oluflar. Hansı müharibədəsə, harasa gəlif gedəndə bu qardaşdarın biri bu ərazidə həlak olur, onu burda dəfn eliyirlər. Müharibə qutarannan sora Şuşadan o qardaşın qohumlarının beş-altısı gəlif burda məs-kunlaşırlar. Məmmədli tayfası onnan bağlıdı.

Qurbannı tayfası Qurbanın adınadı. Qurbanın bura gəlişi Şuşanın salındığı dövrə təsadüf eliyir. İranın Ərdəbil şəhərinin yaxınnığında Pireybat kəndi var, Qurban ordan gəlmədir. Orda yüzbaşı seçkisi olanda mübahisə yaranır. Bu, qardaşın seçdirmək isdiyirmiş. Amma elə olur ki, bunun qardaşına səs verən adamlar o səsin arxasından qaçıb onu müdafiyə eləmirlər. Kütləvi dava düşür, qan tökülür. O qana görə ordan çıxası olur. İki övladı oluf, böyük oğlu Abbasdı, kiçik oğlu Namazəlidi. Anaları ayrı-ayrıdı. O iki oğlunu götürüb, varidatın yığıb üç balaca kisəyə, atın tərkində keçib buyza. Onda böyük oğlu Abbasın on iki yaşı olardı. Şahsevən tərəfə keçib, Daşburunun tuşuna. Qannıçılığa görə bir il oralarda dalda-lanıbdı. Orda yayda uşaxları malarya tutufdu. Yazı düzünə yaylağa gedəndə ordan xəbər göndərib ki, qızılın birin verdim kinə13 aldım, uşağı sağaltdım. Mən daha ora qayıtmax isdəmirəm. Orda sorax-lıyıf ki, hardan torpax almaq olar. Onda da Bəhmənninin böyüyən vaxdı idi. Bizdən qabax beş-altı tayfa var idi. Bəhmənnilərin biri deyif ki, Böyük Bəhmənnidə Hümmətalılar tayfası var, oların sayı azdı, torpaxları çoxdu. Sən olardan torpax ala bilərsən. Soraxlıyıf görüf ki, orda bir dənə dul qadınnan bir qızı var. Soraxlıyıf həmin qadının atasını tapır. Deyir, cehiz-zad isdəmirəm, maa nə qədər torpax verə bilərsən? Deyir, əlli hektar cehiz verirəm saa. Deyir, 13 Kinə – dərman

71

Page 72: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

tayfanın obşi torpağı nə qədərdi? Deyir, filan qədər torpağım var. Əlli hektarın cehiz verir, qalan ərazini (altı yüz hektardı buyünnəri), pulnan alır. O dul qadınnan da evlənir, onnan da bir oğlu olur, adını qoyur Alı. Deməli, üç oğlu olur: Abbas, Namazalı, Alı. Böyük oğlunu da qadının yanındakı qıznan evləndirir. Belə məskunnaşır, qalır burda. Onnan üç qol yaranır. Bizə Abbas qolu deyillər, o birinə Namazalı, axırıncı oğluna isə Alı qolu deyillər.

Otuz il ərzində cəhd eliyillər ki, o tərəfnən barışıx olsun. İki oğlunun anası o tərəfdəndi, orda qohumları var. Qurbanın Pəri adında qızı oluf. Pəri yetişif, ərsəyə gəlifdi. O taydakılar deyiflər ki, ya o qızı ver bizə, ya oğlannara biz burdan qız verək, bu pərtdik ortadan götürülsün. Ordan qız almağa razılıx vermiyib, amma qızı verməyə razılıx verif. Toy-zad oluf, gəlif qızı aparanda o tərəfdən toya gələn adamların içərisində bir nəfəri görür. Bu adamı görəndə deyir yox, bu barışıx-zad döylü, bunnar qızı ayrı şeydən ötrü aparıl-lar. Burdan silahların götürür başının adamları ilə İncilli dərə deyilən yerdə gəcavənin qabağını kəsir, tutur gülləyə, qızı alıf qaytarır. Bir-iki adamı da orda öldürür, təzdən bir də qan tökülür. Onnan da əlaqələr itir. Qurbannı indi kənddə iki-üç böyük tayfadan biridir.

Söyləyicinin şəcərəsi: cədd babası Məhəmmədhüseyn-Sultan-hüseyn-Şahüseyn-Qurban-Abbas-Nəcəfalı-Saleh-Valeh-Qulam

II mətnBizim kənd (Bala Bəhmənli – top.) Böyük Bəhmənnidən

ayrılmadı. Ordan üş nəfər bura ova gəliflər. Bular ova gələndə görüflər kəndin ortasınnan bir arx gedir. O arxın mənbəyi Maralyan arxındandı. Deyillər, bura bax ey, burda qəşəh düz yer var, həm də arx gedir. O birsi deyir ki, onda belə eliyək da. Bir az çörək qoyax, gedək. Əgər çörəyi qurd-quş aparıfsa, demək çörəksiz yerdi. Gəlif görəjeyihsə çörək yerindədi, demək çörəkli yerdi. Bular çörək qoyuf gediflər. Sabah günorta gəliflər ki, çörək yerindədi. Növbəti ilin yazında beş rahat14, iki bəy Böyük Bəhmənnidən ayrılıf gəlif bura. Bura gələn Baxşalı bəyin babası oluf, bir də Baa bəy. Beş 14 Rahat – rəiyyət

72

Page 73: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

rahatdan biri mənim ulu babam Gülmalı oluf, Tanrıverdi oğlu Allahverdinin ulu babasıdı, Cəfərridi, maşat babalılardı, turab-xannıdı. Bu yeddi ev ordan gəlif tikiliflər burda.

III mətnMir Cəfər Bağırov o vaxdı gəlif Baxşalıya deyif ki, hamıdan

gülləsin almışıx, amma bu Kərimdən ala bilmirik də. Gedək Bax-şalı, sənin sözə baxar. Baxşalı deyir, vallah, o bir az tərs adamdı, anası özünnən də tərsdi. Qağam, deyir, getdik. Doqquz atdı getdik. Yeddi nəfər bizdən, iki nəfər də Mir Cəfər Bağırovnan onun ada-mıdı. Bular gediflər Kərim bəyin qapısına. Kərim bəyin anası çıxıf deyif ki, Baxşalı, gəlmisən ki, Kərimi tutuf başı qoyasan mənim göbəyimin üsdünə? Mənim oğlum Mircəfər Bağırovu tanımır, tanı-max da isdəmir. Mir Cəfər Bağırov özü də ordadı, amma arvad onun burda olduğun bilmir axı. Adamölən adlanan yerə gəlirlər. Kirvə vardı Möhsüm. Onun atası Hajıya deyiflər ki, sən onsuz da atışan deyilsən. Qaş get kəntdən adam götür gəl, bizə kömək eləsin, bu dəyqə atışma düşəjək. Orda atışma düşür, Kərim bəyin dəsdə-sinnən iki nəfəri öldürüllər. Birini qəlbidə vuruflar, birini aşağıda. Ona görə ora “Adamölən” deyirlər.

IV mətn1932-ci ildə kalxozdux qurulanda Baxşəli bəy gətirif yetmiş

pud buğda qoyuf, əlli pud arpa, on iki öküz, iki kəl, beş xış, iki siyav15 qoyur. Qabağına stol qoyuf başdıyır qarpızı yeməyə. Mənim babamın da bajısı oluf Gülü. Bu da kamsamolun özək katibi oluf. Kalxozdux qurulur, Allahverdini qoyurlar kalxoz sədri. Deyiflər, kalxozun adını nə qoyax? Baxşalı bəy deyif ki, kalxoza Mir Cəfər Bağırovun adını verək. Allahverdi kişi deyif ki, yox, İyirmi altılar adına qoyajeyih. Bu bir də çevirəndə deyir, ə, mən sənə deyirəm ki, Mir Cəfər Bağırovun adını verəjeyih. Deyif, səə deyirəm kalxoz sədri mənəm, İyirmi altılar adına qoyajeyih. Bu da qarpız qabığın götürüf tulluyur Allahverdiyə. Mənim babamın bayısı Gülü deyif 15 Siyav – iki təkərli araba

73

Page 74: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ki, Baxşalı, bəylik söhbəti tay qutarıf. Deyif, Gülü, sən bilirsən ki, mən ona qarpız qabığı atmaram. O mənim sözümü çəvirir. Deyir, qutardı ey. Sənin bəyliyin qutardı. Bunnan da küsüf neçə qardaş-dısa duruf çıxıflar iclasdan. Kalxoza saxlıyıf bir siyav, iyirmi beş pud arpa, əlli pud buğda. Qalanını götürüf gedif Əhmədbəyli kən-dinə. Ora yığışannan sora baxıf görüllər o kalxoz bu kalxoz, fərqi yoxdu. Ordan köçüf gediflər OUSA – Daşburunun girəcəyinə. Ora gedənnən sora oları tutdular. Bizim kəntdən getməsinə səbəb də o qarpız diliminin atılması oldu. Orda Baxşalı tutuldu, onun qardaşları Cümşüd, Firidun, Paşa tutuldu. Beşinci qardaşları dörd yaşında olduğuna görə ona dəymiyiflər.

V mətnO vaxdı İmişli Sərxannısında Sərxan bəy oluf. Dönə-dönə

yenə üzr isdiyirəm. Orda bir qadın oluf, buna deyif gəl maa. Deyif, mənim axı ərim var. Deyir, ərin var, nəyin var, bilmirəm, gəl maa. O da deyif, sənnən şərt kəsirəm. Baxşalı bəy mənim qardaşımı öldürüf. Onun başın maa gətir, ər-mər bilmirəm, gəlif oturajam ojağı qırağında. İmişlinin girəcəyində üşmərtəbə çayxana var, onun sol tərəfində yılğınnıxda vayenni çast vardı. 1921-ci ildə Sərxannı bəyliyi o vayenni çastnan gəlif bizim kəndin üsdünə ki, Baxşalı bəyi öldürüf başın aparıf versinnər o qadına. O vaxdı da bu dəmir-yol xəttinin torpağı tökülmüşdü, amma hələ dəmiryolu salınma-mışdı. Burdan adam yolluyurlar Xazar xanın üsdünə ki (Arazın o tayına – top.), bəs belə-belə. Sərxannı bəyliyi üsdümüzə kazax ordusu gətirir, bizə kömək lazımdı. Deyillər, sizə köməyə gəlirik bir şərtnən, fişək bizimdi. Yəni kimi öldürəjəyiksə, gülləsi bizimdi. Deyir, ə rəhmətdiyin oğlu, biz öldürəni də götürün, təki bizə köməyə gəlin. Böyük Bəhmənni, bizim kənd, bir də Xazar xanın dəstəsi gəlifdi. Böyük Bəhmənninin ordusu durufdu meşənin qabağında. İrannılar duruf dəmiryolunun qırağında, bizim kənd duruf Qırna tərəfdə. Pe şəklində duruflar, buları salıllar tələyə. O vaxdı burda olardan (səraxanlılardan – top.) xeylax adam ölüf. Qağam deyirdi, çox olardı iyirmi-iyirmi beş nəfər mühasirəni yardı keşdi Kürd

74

Page 75: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Mahmudduya tərəf. Olar çıxdı, qalanı qırıldı. Dəmir yolun qırağın-da köhnə hamam var, onun bəri üzündə qəbirsannıx var. Oların hamısın orda dəfn eliyiflər. Həmin hadisədən sora – 1921-ci ildə bizim kənd bütöv köçüf gedif İrana. Baxşalı bəy deyif ki, burda qalsax kazak ordusu gəlif bizi qırajax. Heylə bizim kənd hamısı köçüf gedif İrana. El dağdan qayıdanda Xazar xanın qardaşı Baxşa-lının bayısını isdiyif. Baxşalı bəy deyif, gör bizi nə qədər adam saymır ki, mənim bajımı isdiyir. Kazak ordusu bizi öldürsə, bunnan yaxşıdı. Heylə oluf 1922-ci ildə qayıdıf gəliflər. Qayıdıf gələndə tək-tək adam gəlif bura, qalanı Şam Mahmuddusuna, Böyük Bəhmənniyə düşüf. Sora kənd yenidən yığılıf bir yerə.

45. YAĞLIVƏND

I mətnBurda məskən salıb beş tayfa: xəlfəli, şirvannı, irannı, külə-

dərli, hafsalı. Mənim ata tərəfim Bərdənin şirvannısınnan gəlib. Nətəri gəlib? Atam ferma müdiri olanda mən gedirdim yanına. Bir yaşdı kişi mənə dedi ki, siz əsl yağlıvəndli deyilsiz ha, əsliz-köküz burdan deyil. Dedim, niyə? Dedi, sizin ulu babaz Şirvannan gəlib. Öz babam sağ idi. Gəldim onnan soruşdum ki, filankəs bizə belə deyir. Dedi, düz deyir. Onnan sora başdadı izah eləməyə. Onun dediyinə görə, indi qapı-qapı düşüb alver eliyənnər var ey, o devrdə də ağacdan qayrılma çömçə, qaşığı torbalara yığıb satırmışlar. Nuru addı bir nəfər gəlir bizim kəndə. Alı addı üç adam varmış bu kəntdə. Birinə Balaca Alı deyirmişdər, onun bacısını alır. Onnan Hacı addı oğlu olur. Hacı da İran tərəfdən gəlmiş bir tayfaynan evlənir, onun da Qasımalı adında bir oğlu olur. Qasımalıdan Allahverdi, Allah-verdidən də mən törəmişəm.

II mətnYerli yağlıvəndlilər iki tayfa olub. Birinə hafsalı deyirlər, o

birinə külədərli. Burda bir Yağlıvənd də var, Yuxarı Yağlıvənd. Oranın da əsli-kökü burdandı. Bunnar tərəkəməymişlər. Bura şamlıx

75

Page 76: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

oluf, ora təpəlik, dağlıxdı. Bir qardaş gəlif burda mal saxlıyır, bir qardaş da orda gedif əkin əkirmiş. Kolxozlux qurulanda ordakı qardaş orda qalıb, burdakı burda. Özü də 26-cı ilə qədər buları heş kəs aranda saxlıya bilmiyif, oturuf əkin-zad əkmiyiflər. Bəhmən-nidə bir daş ev oluf. Həmin evin yiyəsi İranda təhsil alıb, bu zona-nın qazısıymış. Dəmiryolu onun evinin üsdünə düşürmüş, ona görə dəmiryolunu ordan qaytartdırıf. Bagirov da gələndə onun evinə düşürmüş. İyirmi beşin axırı, iyirmi altının əvvəlində Bagirov gəlif, hər kəntdən iki nəfər başbiləni çağırmışmış ora. Deyifmiş ki, İrana keçmiyin, bir də oturun əkin əkin. Mənim ata babam çox sakit olub, amma ana babam bir gejədə üş dəfə İran tərəfə oğurruğa gedif-gəlirmiş. Burdan gedif Hadrutda zastavanın atın oğurruyuf. Heylə dəjəl-xataymış. Bunu da çağıtdırır, bir də kəntdən ayrısını. Deyir, getmiyin İrana, qayıdın əkin əkin. Onda da Qaryagin Şuşa qəza komitəsinə baxırmış. Ana babam qəza komitəsinin rəhbərriyinnən dosduymuşlar, onun əsli Füzulidən imiş. Həftənin bir günün gəlirmiş Füzuliyə. Burdan çıxandan sora deyif, gedək öz dosdumu-zun yanına, bu kimdi? Gedək ona deyək, görək nə deyir. Məmməd-xanmış adı. Deyillər ki, qaqa, bəs belə-belə, bizi Bagirov çağırmışdı filan yerə. Bizə dedi daha köçmüyün, qalın əkin əkin, bir də İrana keşmiyin. Deyif ki, düz deyir, daha qavaxkı vəzyət deyil. Mən də qorxuram, tay sizi saxlıya bilmeyjəm. Gedin əkin əkin. Bunnar deyir, əşi, o kimdi? Başdıyır o ili gənə köşməyə. Onnan dörd ay sora dağdan qayıtmağa az qalanda Əhmədbəylidən bəri Kültəpə var, Bagirov bu kəntdən on dörd nəfəri aparıb orda sıraya düzdürür, hamısının da təpəsinə gülləynən vurur. Deyir, köpəkuşağı, indi gedin İrana da keçin, dağa da gedin. Onnan sora hamı oturur.

III mətnBu kənd oğurruğnan ad çıxarıf. Mənim babam özü nağıl

eliyirdi ki, İranda toy olanda bizi dəvət eliyirdilər. Ayazxan adında bir bəy dəvət elədi, təxminən on-on beş atdı getdik İrana. Toyda,

76

Page 77: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

deyir, iki şərt qoydular. At çapajeyih, kimin atı geri qaldı, düşüf onun atın qulağın kəsəjeyih. Kimin atı qabağa çıxdı, ona neçə at da pay verəjeyih. O vaxdı da atın qulağın kəsmək təhqir idi da. Sora ikinci mərhələdə papağı qoyajaxlar, üsdünə də yumurtanı qoyajaxlar. Kim o yumurtanı vursa, on inək, əlli qoyun alajax. Babam deyir, bizə təklif elədilər ki, Qarabağdan gələnnər çıxsın qavaxca. Deyif ki, biz durax, yoxsa vurax? Deyiflər ki, hansın istiyirsız? Babam deyir, mənnən bir yaşdı kişi getmişdi, Kor Qara deyirdilər, qoçax adamıy-dı. Gözünün biri çəp kimiydi, yaxşı görmürdü. Kor Qara deyif ki, kim durur dursun, mən vurajam. Deyir, kopoğlu gözün qıymaxnan yumurtanı nətər vurdusa, partdadı dağıldı. Deyir, tay nələrnən qayıt-dıx ordan, nə sevincnən qayıtdıx. At yarışında da bizim bir atımızın, oların dörd atının qulağı kəsildi.

IV mətnBurda iki qoçax adam olur. Birinin adı olur Həsi, birinin adı

Şirin oğlu Abbas olur. Özü də ikisi də əmoğlu olur. Bekarçılıx olur. Abbas deyir ki, xaloğlu, dur atı min, gedək İrana. Həsi deyir, nəyə? Deyir, gedək görək İranda səni yaxşı tanıyırlar, məni. Həsi deyir ki, nə deyirəm, gedək. Durullar gedillər. Bir kəntdən keçillər, ikinci kəntdən keçillər, üçüncü kəndin yanınnan keçəndə görüllər uşax bərk ağlıyır. Uşax ağlıyanda anası bərkdən qışqırır üsdünə ki, kəs səsini, qarabağlı Həsi gəlif səni aparajax. Şirin oğlu Abbas deyir ki, xaloğlu, səni mənnən yaxşı tanıdılar, gəl qayıdax.

V mətnGəncədə İnstitutda oxuyurdum. İnstitutun rektoru Cəbrayılın

Məmmədbəyli kəndinnən idi. Bizə psixologiyadan dərs deyirdi. Dərsi danışıf qayıdanda maa dedi ki, hardansan? Dedim ki, Füzuli-dənəm. Dedi, harasındansan? Dedim, Yağlıvənddənəm. – “Ə, aşa-ğıdakınnansan, yuxarıdakınnan? Dedim ki, aşağı-yuxarı ikisi də eynidi. Dedi, yox, sən de görüm hansındansan? Dedim ki, aşağıda-kınnan. – “Ə, siz indi də oğurrux eliyırsınız?” Dedim, nədi ki? Dedi, mənim babam tapşırırdı ki (Biz axı dağa gedirdik. Dağa

77

Page 78: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gedəndə Soltannının içindəki geniş yolnan gedirdik), havaxt eşitdız ki, Yağlıvəndin köçü azalıf bəri gəlməyə, nəyiz var salın pəyəyə, ağzına da kilit vurun durun qabağında. Kilidi də sındırajax onnar. Onnar nə belə gedəndə əli boş getmiyəjəh, nə belə gələndə. Bax, malıızı belə saxlıyın ha. Dedi, indi də heylə oğrudular? Dedim, vallah yox, indi düşəndədi.

VI mətnMaşat Paşa Bağırovla yola getmiyif. Bağırov gələnnən sora

qaçaxçılıx eliyif. Balaca kişi imiş, amma çox qoçax adammış. Beş yüz qoyunu varmış. İrannılar o tərəfdən gəlif Maşat Səfəralını vurul-lar, qoyunu çəkillər. Hay düşür ki, kişini vuruflar. Burdan qardaşdarı gedir. İbiş adında bir adam oluf, o da qoçax adam oluf. Bular gedillər, kişini gətirif dəfn eliyillər. Dəfn eliyənnən sora İbiş gedif oturur Arazın qırağında əlində də tüfəng ki, o tərəfdən gələn olsa vursun.

Maşat Paşa kişi gedir əvəzin çıxır. Burdan adam götürmür ki, məni satarlar. Dilağardan Ağacan adında adam olur, onu götürür, Arazdan keçir gedir. Ayaz xanın böyük ilxısı olur. Buna deyir ki, sən mənim atımı gözdə, gedif ilxını gətirəjəm. Əgər gəldim, gəldim. Gördün güllə atdılar, bil ki, məni vuruflar, sən qayıt get. Amma nə qədər güllə atılmıyıf, burda məni gözdüyərsən. Gedir təkcə girir ilxının içinə, dokqazı açır, atlar çıxır çölə. Yarıdan kəsir, atları qatır qabağına, gətirir. Sayırlar, qırx üç at olur. Atam deyir ki, onun ha-mısını paylaşdırdılar, qoyunnan dəyişdilər, qoyun gəldi əvvəlkindən çox çıxdı. Sora, deyir, iki dənə molla gəldi, Səfəralını vuran adamı qatıf qabaxlarına, boynunda qılınc gəldilər bizim qapıya. Dedilər ki, bu qılınc, bu vuran, bu da siz. Ya qılıncı çıxardın boynun vurun, ya da əfv eliyin. Ticarət əlaqəsi var axı. Bu zonadan gedif-gəlirlər. Onnan sora barışıflar.

VII mətnMaşat Səfəralının oğlannarınnan biri çox atıcı adam oluf. Bir

dəfə bu zonanın adamlarıynan Ayaz bəyin adamları arasında yarış keçirdillər. Bu kişinin də bir dənə yabısı varmış. Deyillər, hara ge-

78

Page 79: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dirsən? Deyir, gedəjəm mən də at yarışına. Deyillər, sən bu yabıy-nan at yarışına gedirsən? Deyir, bəxtimi sınıyajam, ya Allah maa verər, ya olara. Atın minir gedir. At da atımış da, kişi atına inanır-mış. Bu Arazdan keçəndə çoxlu ilqın çubuğu yığır, bağlıyr atın tər-kinə. Yarışda atı çapdıxça ilqın çubuğuynan vurur, at qızışır, nəha-yət birinci bu adam çatır.

VIII mətnKərimbəyliynən bizim aramızda papağaldı qaç oyunu oluf.

Bu da olur Novruz bayramında, axır çərşənbədə. O tərəfdən də çoxlu adam gəlir, bu tərəfdən də. Məsələn, Kərimbəyliyə cığır burdan gedir. O tərəfdən bir nəfər çıxajax, qəfildən gəlif bizim kəntdən kiminsə başından papağı götürüf qaçajax. Tutdun, qalibsən. Tutmadın, məğ-lubsan. Bir dəfə Kərimbəylidən qıvraq kimdisə, o gəlir bizdən birin papağın götürür qaçır. Bizim kəntdən Famil addı bir cavan oğlan bunu qovur. Kərimbəyliynən bizi aramızda dörd-beş kilometr məsafə var. O ha eliyif öz kəndlərinə çatıncan bu tutur, papağı alır. Bir il olar bizim kəndə gələrdi, növbəti il biz oların kəndinə gedər-dik. Belə növbəynən papağaldı qaç oynu oynuyardıx. Kim papağı alıf gətirirdisə, onu alqışdıyırdılar.

IX mətnQalxozun təzə qurulan vaxtı Füzuli rayonu üzrə bütün

kəntdərin atıcıları yığışıf at yarışı keçirdir. Bizim kəntdən Kor Qara gedir. Yuxarı Yağlıvəndin ərazisində böyük bir düzəngah var, üş-dörd kilometr məsafəsi olar. Yığışıllar ora, indi burda at çapajaxlar, güllə atajaxlar. Qalxozdux dövrü olur. Kor Qaranın heyvanı gedir düşür taxıl zəmisinə, aparıf salırlar pəyəyə. Yarışdı, hamı yığışır, hər kəndin özünün atıcısı gəlir. Yumurtanı qoyajaxlar daşın üsdünə, at çapa-çapa yumurta vurulmalıdı. “Bizdən kim getsin” deyəndə hamı bilir ki, Kor Qara çox atıcıdı. Deyillər, ə, yalvarax, Qara getsin. Nətər eliyək, Qaranın konlun alax, getsin, kəndin adı batma-sın? Deyiflər ki, sədr onun mallarını buraxsın. Sədr gedir çıxardır.

79

Page 80: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir, malları buraxıram, and bu, Quran bu, sənnən işim yoxdu, get gir yarışa. Deyif, yaxşı, gedərəm.

Nəysə, yarış başdıyıf. Bu da bij kişiymiş dana. Bir at çapan çağırıf. Deyif, düşəssən qabağıma, mən də arxanca gəlirəm. Atı səpdirmə. Atı səpdirsən, yumurtanın yerinə səni vuracam. Hələ heş kəs vurammıyıf, yumurta necə var heylə durur. Atı minir, atçıya deyir, qaç. At qaçır, bu da onun arxasınca. Yumurtaya çatanda güllə açılır. Güllə açılan kimi yumurta dağım-dağım olur.

X mətnAşağı Yağlıvənd qışlax yeri oluf. Qışda burda qalırdılar, mal-

qaranı, qoyunu bəsliyirdilər. Burda koldan yer düzəldirmişlər, üsdünü keçəynən örtürdülər. Elə ki, dağa tərpənmirdilər? Əksəriy-yəti odduyuf gedirdi ki, onsuz da gəlif odduyajaxlar. Uzun müddət burda heylə həyat oluf. Apreldən sora burda ot olmurdu, quruyurdu. Aprel ayının axırından başdıyarax burdan köçürdülər Yuxarı Yağlı-vəndə. Yuxarı Yağlıvənd bizim yazlax yerimiz oluf. May ayını orda keçirirdilər, mayın axırında köçürdülər Kirsə. Seyid Əhməd-linin yanında bizim torpağımız vardı, “Yağlıvənd yolağası” deyir-dilər, orda düşərgə salardıx.

46. KƏRİMBƏYLİ

I mətnBu kəndin əvvəl adı oluf Hacallı. Sora buranı dağıdıflar. Bir

neçə ildən sora Kərim addı bir cavan oğlan əmələ gəlif. Onun əlinə qəbələ düşüf, gəlif bura. Burda Alaqarqulu Qasım bəy adında varrı oluf, torpax üsdündə onnan mübahisələri düşüf. Gediflər Şuşaya. Qoburnat onda orda otururmuş. Kərim şəxsiyyətdi adam oluf. Yerə sahib olan Qasım bəy bir az bunnan görkəmsiz oluf. Qoburnat Kərimə işarə eliyif ki, bəyin atını tutun. Bəyin atın tut deyəndə Qasım bəy deyifdi, Kərim, bir halda ki, qoburnat saa bəy adı verdi, elə bəysən, yer sənindi, gedək. Onnan sora Kərim bəy gedir yerin arasını Bəhmənli kəndinnən qoyur, bir ucu da Babı kəndinə çatır. Onnan

80

Page 81: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

sora camaat ordan-burdan yığılıf gəlir. Sifdə Kərim bəyin tayfası gəlir, onnan sora yağbəsdili, qarayalovlu, əmədaylı tayfası gəlir.

Biz tərəkəmə olmuşux. Otuz yeddinci ilə qədər burda camaat qalmırdı, dağa, dağdan arana köçürdü. Otuz səkgizinci ilin aprel ayında Stallinin əmriynən nizamnamə oldu. Nə qədər qoyunun olur-olsun, onnan on baş verirdilər, on baş da balası. Bir inək verirdilər, bir balası. Lap əlli dəvən olsun, otuz atın olsun, on beş ulağın olsun, bu cinsin birin verirdilər. Nizamnamə olannan sora camaat dağa gedə bilmədi, pambığ əkdi. Yaylağımız Batabat, Sisyan tərəf oluf, Salvartı dağı.

II mətnBu kəntdə qoçax adamlar çox oluf. On səkkizinci ildə erməni

qoymuyuf tərəkəmə gedə dağa. Beyləqanın yanından arx gəlirdi, dağa gedə bilmiyənnər o arxa görə orda məskunnaşıflar. İrannan əlli atdı gəlif, qabaxlarına çıxanı tüfəng zoruynan yığıflar. Yığanda bir nəfər adam gəlir bura. Deyir ki, vəzyət belədi. Biri deyir ki, sənin danandan ötrü gedif qabırğamı gülləyə vermiyəjəm a. Deyəndə deyir ki, sizin qeyrətizə qurban olum. Gəlinin barmağınnan üzüyü çəkdilər çıxmadı, biləyini kəsdilər. Onnan sora burdan iyirmi atdı gedir Daş-burunnan bəri bir kənt var, orda irannıların qabağın kəsir. Atam da orda olur. And içir ki, kəsdik qabaxların, güllələdik. İmkan tapmadı-lar qoyunu aparalar, qoyunun quyruğunu diri kəsdilər atdılar torbaya, qaşdılar. Bir həftə, deyir, qaldıx orda. Ağcabədidən bəri hamısını yığıf gətirmişdər. Deyir, bəlkə beş min qoyun, yüz dəvə, iki yüz at vardı. Bir həftə qaldıx orda, hər kəs gəldi öz malın yığdı apardı.

III mətnMənim atam bu kəntdə sayılan adam oluf. Qara Elyasov

varıdı, NKVD idi. Qaryagində nəçəlnik milisya varıdı – Əbdil Ma-medov, 30-cu ildə onnan gəldilər bizə. Bizim ev də dəmiryolunun qırağındaydı. Mənim atama dedilər, get qaçaxlardan nümayəndə gətir bura. Faytonnan gəlmişdilər. Atam getdi üş nəfər gətdi. Ot-dular burda, yedilər, işdilər, daqavor bağladılar ki, cuma günü gəlif

81

Page 82: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Karyagində silahı təhvil verələr, arteldə işdiyələr. Məmiş bəy addı bir nəfər həmin gün atı minif sürəndə at büdrüyür. Düşür atdan. – “Ə, Məmiş bəy, niyə düşürsən? Deyir, burda xeyir yoxdu, getmi-rəm mən. Onnan sora heç biri Horadizə getmir. Həmən ili Cəbrayıl rayonunda Məmiş bəyi vurdular, orda öldü. Üç nəfər idilər. Birini bəridə vurdular, ikisini suda vurdular. Biri yaralı İrana keşdi, orda ölmüşdü. Birin heç meyidi tapılmadı. Bizim kəntdə bir on nəfərə yaxın qaçax varıdı. Helə-helə hərəsi bir kolun dibində öldü getdi.

IV mətnMirzalı bəy qaçağ oluf. Gedif İrana. Dəsgiralı xan bunu

qonax çağırır. Bunun ayləsi də yanında olur. Yeyif içəndən sora Dəsgiralı xan deyif ki, bəy, sən get, Hüsniyə xanım qalsın burda. Hüsniyə də arvadının adıdı. Deyəndə, bu duruf atın minif, arvadın da alıf tərkinə keçif bəri. Karyagində barıt anbarı partdıyır. Orda da böyük sklatdar oluf. Dəsgiralı xan eşidif ki, burda barıt anbarı partdıyıf. Öz adamların yığıf başına gəlif ki, burdan kisəv16 aparsın. Karyaginnən bəridə Mirzalı bəynən bular rastdaşır. Dəsgiralı bəy buna salam verir, bu salam almır bu hak-hesaba görə. Bir az aralanannan sora Dəsgiralı bəy öz adamlarına deyir ki, sarı kopoğlu salam almadı, bu bizi qıracax. Mirzalı bəy də öz atdılarına deyir ki, birinci güllədə vurdux, biz udmuşux. Vurmadıx, o bizi qıracax. Burda qəbirsannıx var. Gəlif bular dolur qəbirsannığa, gizdənillər. Dəsgiralı xanın adamları da sklata səmt getmirlər, qəsəbədən qayı-dırlar. Bir vaxdı görüllər ki, gəlillər. Gələndə Mirzalı bəyin birinci gülləsi Dəsgiralı xana dəyir. Xan atdan yıxılınca üş güllə də atır, üçü də bir noktaya dəyir. Nəysə, hamısını öldürüllər, birin bura-xırlar ki, get hay sal, gəlsinlər ölülərin aparsınlar.

47. ALIXANLI

Alıxanlı on səkgizinci əsrin birinci yarısında Naxçıvannan köçüb gəlmədir. Demək, o zaman kəngərli camaatının içində Alı-16 Kisəv – qənimət

82

Page 83: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

xanlı bir oymağmış. Orda Səyə bəy addı bir bəy olur, həmin oyma-ğın böyüyümüş. Pənahalı xan Səyə bəyi camaatnan birlikdə köçürüb gətirir Qarabağa. Bax, bu ətrafda bəni-insan yaşamırmış. Səyə bəy xanın icazəsiynən başının adamlarıynan atdanır gəlir ki, bu yerləri gəzsin, görsün bura nədi, nə deyil. Şıpartı deyirik, orda böyük göl var. Dağlardan yığılıf gələn su orda böyük göl əmələ gətirifdi. Ordan başdıyıf gəzə-gəzə gəlir, Köndələn çayı bırda fəth eliyirlər. Köndələn çayın ətrafında heç bir bəni-insan yaşamırmış. Baxıf görüllər suyu çox. Köndələn çay mənbəyin Qarabağdan alıb gedif tökülür Araza. Sora addıyırlar Quru çaya, ordan Araz qırağına qədər gedirlər, sora qayıdırlar üzü bəri. Gəlir bu kişi deyir ki, Kön-dələn çayın ətrafında yaşamaq çox gözəl olar. Çünki çayın vadi-lərində o qədər qarğu-qamış, alaf bitif ki. Burda əlavə alaf yığmax lazım deyil. Köçüf gəlillər, həmin ərazini oymaq-oymaq paylıyır. Dörd oymax oluflar: Səyəbəyli, səfəralılar, dəyxanlı, axundlu. Köndələnin vadisində böyük yal vardı, öz oymağın orda məskun-naşdırır. O biri oymaxları ondan yuxarıda yerrəşdirir.

Bizim kəndin uzunnuğu on iki kilometrdi. Kürdmahmudludan başdıyır Qaraxannıda qutarır. Burda beş kənd var: Kollu (Kollu kəndi Naxçıvan camaatına qarışmır. Onlar soradan Ağdam tərəfdən köçüb gəlmədir), Aşağı Alıxanlı, Yuxarı Alıxanlı, Dəyirmanlı, Axundlu. Səyə bəyin oğlu olur Cəbrayıl bəy. Cəbrayıl bəyin oğlu olur Hacı Mirzə-hüseyn bəy. Hacı Mirzəhüseyn bəy bu beş kəndin həm də yüzbaşısı oluf. Hər evdən bir abbası vergi yığarmış, göndərərmiş çara. Hacı Mirzəhüseynin beş arvadı, otuz uşağı olur. İki metr on santıya qədər də uzunnuğu olur. Anam deyərdi ki, xüsusi bir qadın ona baxardı, onun yeməyin hazırrıyardı. O beş-altı yaşınnan aşağı erkək əti yeməzdi, ancaq öyəc əti yeyərdi. Dağa gedəndə həştad girvəngə bal alırmış, yığarmış qoyun dərisinə, o baldan səhər ertə iki qaşıq yeyərmiş. Arvadı öyəcdərin ikisin-üçün kəsərmiş yığarmış saxsı küplərə, ondan hər günorta-axşam bişirərmiş, yeyərmiş. Ərəb, fars, rus dillərini bilirmiş. Hacı Mirzəhüseyn bəy 1913-cü ildə vəfat eliyir.

83

Page 84: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Səyə bəyin yeri Füzulinin altınnan gəlirmiş düz Kürdmahmud-luya qədər. Sovet hökuməti gələnnən sora o yerləri aldı. İndi o yerdə Ələsgərri, Merdinni, Qaraxanbəyli, Seyid Əhmədli kəndləri yerrəşif.

İrannılar həmişə bura hücum eliyirmiş, qoyunu, malı çəkif aparırmışlar. Səyə bəyin oğlannarı – Cəlil bəy, onun oğlu Nərçə bəy irannılarnan güclü döyüş aparıllarmış. Döyüş vaxdı Cəlil bəy də, oğlu Nərçə bəy də irannıların gülləsinə tuş gəlir. Mənim indiki kimi yadımdadı. Nərçə bəy anamın qardaşı oğluydu. Anam ağlıyar-dı ki, on dörd güllə yarası alıf.

Füzulidə Malakan deyilən yerdə Nikalayın böyük skladı varmış. Orda üş ton barıt varmış. Bu yerin nə qədər igitdəri, addı-sannı adamları varmış yığılır ki, bu qəniməti bölüşdürsünlər. Onda da Nikolay hökuməti yıxılmışdı, yiyəsizdik idi. Kimsə papirosu atır, atanda barıt partdamışdı. Mənim atam söhbət eliyir ki, mən Şıpartı tərəfdə qoyun otarırdım. Belə-belə daşdar göyün üzüynən fırlana-fırlana gəldi düşdü o tərəfə. O barıt o binanı da, orda nə qə-dər adam var hamısın göyə savırır. Əziz yüzbaşı da orda ölüf. Əziz bəyin qardaşı Usub bəyi Mircəfər Bağırov öz əliynən gülləliyif. Əliqəmi addı oğluna iyirmi beş il verdilər, qardaşlarını göndərdilər müharibəyə, gəlif çıxmadı. Cəmil bəyin oğlu Şəmil bəyi iyirmi beş il katorqaya göndərdilər. Cəlil bəyin oğlu İrəhim bəyi də tuturlar. O da özünü dəliliyə vurur. Aparıllar ki, soğan alağı elə, soğanı yolur, alaxlar qalır. Deyiflər, bu dəlidi. Axıra onu türmədən buraxırlar.

48. KÜRDMAHMUDLU

I mətnBizim camaatın böyük hissəsi Cənubi Azərbaycanın Koraba-

zındandır. Meşgindən, Aslandüzün ətrafından gəlmədi. Şah Abba-sın sürgünüynən bağlı buları Babıya köçürüflər. Bizim kəndin əha-lisi 1943-cü ilə qədər Babı qəbirsannığında dəfn olunuflar. 1943-cü ildə burda qəbirsannıx salınıf. Bunnar da hədinnən artıx çox cənga-vər kənd oluf. Başında duranlar, baş bilənnər İrana gedif Nəcəfqulu ağanın malını xaşlıyıf götürüf gəlirmişdər. 1883-cü ildə torpax

84

Page 85: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

şöbəsinin müdiri Füzulidən oluf – Nəcəf ağa. Nəcəfqulu ağa Nəcəf ağadan xayiş eliyif ki, bu kəndi burdan köçürginən bizim gün-dirri-yimiz olsun. Bunnar keçif o tərəfi çalıf-çapıllar. Bunnara bu ərazidə torpax veriflər, bura da meşəlik oluf, gətirif yığıflar bura. Bu camaatı Babıdan deportasiya eliyif bura gətirəndə birinci Kəlbay Bayramla Mənsimi gətiriflər. Onnan sora bütöy kəndi köçürüflər.

II mətnBalşeviklərin bu kəndə ilk gəlişi 1920-ci ilə təsadüf eliyir.

Gəlirlər Bala Bəhmənnidə Baxşalı bəyin yanına. Baxşalı bəyin bur-dakı hacılarnan dosduğu varmış. Baxşalı bəy bunnarı götürür, at arabasında bir maksim pulamyotuynan, hardasa əlliyə yaxın döyüş-çüynən gəlir bura. Çayın qırağıynan gəlirlər. Bu kəndin ayağına ça-tanda Baxşalı ordan qışqırır ki, bizə yol verin, biz Qoçu Əhməddiyə gedəcəyik. Bu təpənin üsdündə bizim hacılar oları atəşə tutub, Baxşalı bəyi də çiynindən yaralayıblar. Deyiblər ki, balşeviklərə bu kənddən keçməyə yol yoxdu. Onnan sora həmin qüvvə qayıdır Arazın qırağıynan gedif çıxıllar Əhmədallara, Əhmədallardan dönüf Qazax-lar, Mirzənağılıdan keçillər Sərdarrı, Qoçu Əhməddidə məskun-naşıllar. Balşeviklərin 20-ci ildə gəlişi belə oluf.

Sovet hökuməti burda öz məkanın tapıf otuzuncu illərdə. Kalba Bayram, Hacı Alış, Hacı Allahyar, Kalba Qurban, Hacı Qaraman oluf. Onnar balşeviklərə qarşı vuruşuflar. Balşeviklər bu əraziyə gələndə bunnarı Haramıda qarşılamax isdiyirmişdər. Bunnar silah-lanıf çıxırlar təpəyə. Səhər-səhər hacılardan biri deyir ki, havadan urus iysi gəlir. Deyir, Qaradonnuya tərəf atdı göndərək, görək urus gəlir? Burdan atdı göndərillər, Xalac yanında görür ki, pulamyotdu-zaddı arabalar gəlir. Orda atdı dördnala çapıf gəlir bura ki, hazırlaşın, bizim onlara gücümüz çatan döylü, keçəyin İrana. Keçən keçif, qalanını otuzuncu illərdə Sibirə, Qazaxıstana sürgün eliyillər.

49. MİRZƏLİ NƏSLİ

85

Page 86: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Mənim cəd babam Mirzəli oluf. Mirzəli çox iyid, qoçax oğlan olur, pəhlivan olur. İranın padşahı öz pəhlivanına deyir ki, get Mirzəlini yıxginən. Gəlif Mirzəli ilə güləşəndə Mirzəli bunu üş dəfə götürüf çırpır yerə, ağzı-burnu qanıyır. Bu padşah sığışdıra bilmir. Ayrı bir padşaha şikayət eliyir ki, bir pəhlivan göndər bura. Burda bir pəhlivan məni xar eliyif. O da bir qoçax pəhlivan göndərir, mənim Mirzə babam bunu da xar eliyir. Sora bu padşah adam topalıyır ki, gedin onu öldürün. Orda bir qız olur, adı Sona olur. Dədəsi çox varrı olur, adına varrı Vəli deyirmişdər. Bunun dədəsi, nənəsi ölüf, bir qardaş, bir bajı qalıfdı. Bu qız gejə sifariş eliyir ki, Mirzə, səni öldürməyə gələjəklər, gəl bizim mitilimizi yığ, çıxax burdan. Yüzbaşı deyirdilər bunnan qabax. O da isdiyirdi bu qızı dööləti üjünnən ala oğluna, var-döölət buna qala. Qız da deyir, o, var-döölətin üjünnən məni alır, mənim qardaşımı dolandırmeyjax. Sən yetimsən, mənim qardaşımı saxlıya bilərsən. Durallar gejənin birində malı da, dööləti də götürər gələr bizim kəndimiz var Saracı-ğın yanında, adına Molla Vəli deyillər. Oğrular gəlif buları gəzəndə deyif haralısız, nəçisız? Deyir, biz Molla Vəliliyik. Mirzəynən Sonadan yeddi uşax olur: üç qız, dörd oğlan. Əbil, Məmi, Həsənalı, Səfər, Pirza, Şansa, Gülpəri. Əbildən Umud, Umuddan da mən olmuşam. Biz indi burda qırx evli oldux. İndi bizə Mirzəli deyillər. Sora bizim kəntdə eyvazallılar, alnəzərlilər də var. Olar İmişlidən gəlif. Kasıbçılıx oluf, üş-dört kişi gəlif biznən qalxoz oluf.

50. QIZILBAŞ YERİ

Bir həştad hektar ərazi olar, Bəhmənli kəndinin ərazisindədi. Ora Qızılbaş yeri deyillər. Atam deyirdi, Şah İsmayıl Ərzincandan belə gedəndə ora əlverişli, qəlbi yer olduğu üçün orda düşərgə salıf. Orda həm də düşərgənin qəbirsannığı oluf.

51. HƏLİM GÖLÜ

86

Page 87: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şah İsmayılın dövründə qoşun gəlif bura. Günorta qoşunlara yemək vermək lazımdı. Çoxbilmiş kişilər baxıf görüflər qoşun çox-du. Deyiflər ki, düyü bişirəyin. Axı düyü adamı tez tutur. Düyünü bişirif suyunu da töküllər ora. Elə ona görə də ora Həlim gölü deyirlər. İndi gölün özü durmasa da, adı qalır.

52. MİN İGİDLİ HORADİZ

Horadiznən bağlı belə deyillər ki, Nəcəflilər nəsli oluf məşhur. Məşədi Avdılla həm varrı, həm də tanınmış oluf. Kət-kəsəh həmişə hörmətin saxlıyırmış. Bir dəfə Mircəfər Bağırov bı tərəflərə gəlirmiş qatarnan. Gəlif Horadiz stansiyasınnan keşməli olur. Camaat yığışıf onu qarşılayır. Bınnarın içində Məşədi Avdılla da varmış. Bağırov da eşitmişmiş onun haqqında. Qayıdıf deyif ki, bizə beş yüzə qədər atdı lazımdı. Savağa onu bizə hazırrıya bilərsanmı? Deyif, niyə hazırramıram? Səhərsi gün Bağırov gəlif görüf ki, istansıda minə qədər atdı var. Səvinif, Avdıllıya “sağ ol” deyif. O vaxtdan da bıra “Min iyitdi Horadiz” deyillər.

53. AVDILRƏHİMİN DƏRƏSİ

Dörtçinarda bir vaxtdar Hajı Süleyman adında bir varrı kişi yaşıyırmış. Malı, qoyunu, qapısında nə qədərnə nökəri, nayıbı. Üş nökəri də irannımış. Elə neçə illərdi Hajının qapısından qulluxday-mışdar. Bı Hajının da bir gözəl-göyçəh qızı varmış. Bir gün bı nökərrərdən biri Hajının qızına vırılır. Açır dərdin yoldaşdarına deyir. Ona deyillər ki, nolar, gedəh Hajıya elçi düşəh. İrazı olsa, elə özümüz də bırda bir dəfəmlik qalarıx. Nökərrər, o biriləri də Hajı-nın yanaa gəlillər, deyillər, bəs belə-belə. Hajı hirsdənir, özünnən çıxır. Deyir ki, sizə bir gejəlih vaxt verrəm, nəyiz var, nəyiz yox, yığın bir aravıya kətdən çıxın. Nökərrər kor-peşman qayıdıllar, başdıyıllar yığışıllar. Səəri Hajının o biri nökərrəri onnarı dərədən yola salıllar. Bı Hajının qızını sevən nökərin də adı Avdılrəhimmiş.

87

Page 88: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

O gedən gedillər. Olların getdiyi bı yer, yola salındığı dəriyə o vaxdan camaat “Avdılrəhimin dərəsi” deyir.

54. KAR DAŞI

Bu Horadiz ətrafında yaşıyan insannar çox varrı-hallı olublar. Mal, heyvannarı, əkin-biçinnəri. Tez-tez onnarın kəndinə qaçaq-quldurrar soxuluf hər şeyi əllərinnən alarmışdar. Bir gün camaat fikirrəşir ki, gərəh say seşmə iyitdər kəndi qorusun. Cavannardan üç igid seçillər. İgitdər gəlif mahalın girəcəyində çadır qurullar. Bı İrannan gələn oğru-quldurrar bı Dərə ağzınnan keçirdilər. Üç igid bir müddət imkan vermillər ki, quldurrar mahala yaxın düşsün. Bir müddət belə. Bı oğru-quldurrar məsələni bilif başdıyıllar birrəş-məyə. Dəsdələrin birrəşdirif bu üç igidnən vırışıllar. Birinci həmlədə bu üç igid geri çəkilməli olur. Həm düşmənin, oğru-quldurrarın tənəsi, həm də mahalın qəzəbi onları qorxudur. Allaha üz tutuf deyillər ki, ya Allah, bizim qulaxlarımızı kar elə ki, bu tənələri eşitmiyəh. Allahdan əmr gəlir, hər üç igidin qulağı tutulur, kar olur. Sora yenə döyüş qızışır. Qaçax-quldurun sayı çoxuymuş, iyitdəri basıllar. Bı üç iyidin mahala dönməyə üzü olmur. Genə də Allaha dua eliyif, yal-varıllar ki, bı dəfə oları daşa döndərsin. Allah da hər üçün daşa çevirir.

55. ABDAL-GÜLABLI

Atam deyərdi ki, bizim əslimiz gəlifdi İrannan, Urmiyadan. Orda bir dənə abid oluf, bütün ömrünü duada keçirirmiş. Sora nəysə bəyəniflər, bəyənmiyiflər, ordan çıxıf. Bu çox uzun illərin söhbətidi ey. Ordan çıxıf gəlif bura. Bizim Abdal-Gülablı kəndi onda varımış, amma adı Abdal-Gülablı döyülmüş. Belə oba-oba üş-dörd yerdə yaşıyırdılar. Gülablı elə dindar döyül, amma Abdal çox dindar kəntdi bu günə qədər də. Soraqlıya-soraqlıya gəlif, canına yatıf gedif Abdala. Orda baxıf ki, yox ey, burda adam yaşıya bilmir. Bizdə qozdu deyilən meşə vardı, gedif o qozduda bir alaçıq tikif, qalıf orda. Deməli, o ancax ibadətnən məşğul oluf, ayrı bir

88

Page 89: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

işnən məşğul olmuyuf. Bizim meşəyə də deyillər aj girən tox çıxar. Alma, armud, qoz, fındıq – nə desən var. Burda da mernən-mey-vəynən dolanırmış.

Sora bunun bir qardaşı başdıyıf bunu axtarmağa, adı da Gülabmış. O abidin adı Mustafaymış, nə imiş bilmirəm, amma abid deyirmişdər. Gülab da tacir oluf, imkannı tacir oluf, varrı-hallı bir tacir oluf. Orda-burda qardaşını soraqlıya-soraqlıya tapıf. Qəbul eliyif, oturuflar. Deyif, burda nə gəzirsən, nə yeyirsən, nə içirsən? İçəridə otdan yer düzəltmişdi, orda yatırdı. Qardaşı buna çox yalvarır ki, gəl gedək, başına dönüm, nə şərayit deyirsən sənə yaradajam. Gedək mənnən, varım-imkanım, bircə qardaşımsan. Nə qədər eliyif, deyif yox, getmirəm. Deyir, onda mən də qalajam sənnən. Gedirəm malımı, dövlətimin hamısını satıf gələjəm bura, səni qoyuf gedə bilmərəm. Bu da qozdu deyilən yeri, beş kilometr aralını göstərif deyif ki, o obanı görürsən? Orda qoz satan, armud satan, ticarətlə məşğul olan adamlar var. Sənin yerin oradı. Gələndə ora düş. Gələr-sən, görüşərik. Amma mənim yanıma gəlmə, mən təkcə olmaq isdi-yirəm. Doğrudan da, Gülab gedib ayın-oyununu satıb, gəlib Gülablı deyilən yerdə məskən salıb. Uzun müddət abidin məhləsi, Gülabın məhləsi deyilib, sora abid abdal şəklini alıb. Bu gün də abdallar ibadətnən məşğuldu, gülablılar tacirdilər, ticarətnən məşğuldu.

56. QIZIL QAYA

O qaya bizim kənd tərəfdə idi. Qaya boz rəngdə olurdu. Yağış yağanda rəngi tamamilə dəyişirdi. Boz rəhdə olan qaya dönüf olurdu qızıl, günəş rəngində. Sadəcə daşdı da. Allahın yaratdığı daşdı. Qa-yaya baxanda adamın gözdəri qamaşırdı. Qayaya oxşamırdı yağış yağanda ha.

Bı qayaya həm də Arı qayası deyirdilər. Bal arıların belə bir xüsusiyyəti var. Beçə deyillər. Yanı yeşikdə leşkər artır, arı artır, iki ana çıxardır. İki ana çıxaranda köhnə ana təzə ananı sıxışdırıf çıxarır. Özü də on minmi, iyirmi minmi beçəsiynən çıxarır. Çıxaranda əgər yəəsi, sahibkarı tez üstünə düşdü, bunu qoymur gedə. Su atır, torpax

89

Page 90: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

atır. Arı da gedir qonur ora. Amma yəəsi bilmiyəndə arı beçə verif çıxır gedir həmən qayıya. Arı elə özü qızıl deməhdi dana. Elə ona göra da həmin qayanın iki adı var. Həm Qızıl qaya, həm də Arı qayası.

57. BEYLƏQAN VƏ BİLƏSUVAR HAQQINDA

Dəyirmançı seyid Mehdi ağa vardı, dədəmlə siğə qardaş olmuşdu. Əllərini kəsib qanlarını qarışdırıb qardaş olmuşdular. Ona görə o kişi atamı adıynan çağırmazdı, qardaşağa deyərdi, atam da ona müraciət edəndə qardaşağa deyərdi. Gəlif oturuf söhbətdəşir-dilər. O kişi deyirdi ki, vaxtilə İrandan iki sərkərdə gəlir, biri Beylə-qan ərazisində məskən salır, biri Beləsuvar ərazisində. Siftədən Araz çayı Beyləqandan axıb. Beyləqandan olan sərkərdə başdıyır əkinnən-biçinnən məşğul olmağa. Beləsuvardan olan da yad eldən gəlmə sərkərdə idi. Beyləqannıya deyifdi ki, sudan ver mənim də qoşunum əkin-biçinnən məşğul olsun. Deyif ki, yox, su mənim əra-zimdən keçir, vermirəm. Nəysə, bunun üsdündə buların davaları düşüfdü. Onda Beləsuvardan olan sərkərdənin qoşunu atdı idi, Bey-ləqandan olanın qoşunu piyada. Beləsuvarlının suvarı qoşunu gəlib beyləqannının piyada qoşununu məhv eliyir, bütün dünya, yer-göy qan olur. Arazın suyunu da qırılan qoşunun üsdündən bağlıyıflar, Arazın suyu qan olufdu. Bir ustad aşıq sazı döşünə basıb deyir:

Mən aşığam, Beyləqan,Belə qırğın, beylə qan. Hər yerə qan töküldü,Tökülmədi beylə qan.

Demək, Beyləqan sözü ordan qalıb. Gənə də aşıx keçif deyif: Mən aşığ, beylə suvar,Atdandı beylə suvar.Gəldi yad suvarı,Oldular beylə suvar.

Yəni yad qoşunu atın belinə suvar oldu, gəlif qırdı.

90

Page 91: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA

RƏVAYƏTLƏR

58. ELƏMİSƏN, ELƏYİBLƏR

Şah Abbas dəsdəsiynən gedirmiş, Bəhlul Danəndə də yanın-da. O da həmişə qarğı at minib gedirmiş. Bir kəndin içinnən keçən-də görüllər öldürüb bir adamı barıya söyküyüflər. Deyir:

– Şah sağ olsun, icazə verirsən bunun qulağına bir söz deyim? Deyir:– De. Gedir qulağına nə pıçıldıyır, pıçıldamır, qarğı atı minib

qoşulur bulara. İki-üş metr getmiş deyir:– Şah sağ olsun, yadımdan çıxdı, icazə ver birin də deyim. Deyir, get de. Gedir ikinci dəfə deyir, bularnan gedir. Mənzil

başına çatıllar, oturullar yeyillər-içillər. Qutarannan sora şah deyif ki, Bəhlul, açıqla görək ölünün qulağına nə dedin. Deyir, əşi, o sizə aid olan şey döyül. Deyir, yox ey, de. Deyir, sifdə ona deyirdim ki, eləmisən, səni də eliyiflər. Deyir, bəs sora nə dedin? Deyir, ikinci dəfə yadıma düşdü qayıdıf qulağına dedim ki, narahat olma, sən eliyəni də eliyəjəhlər. Yəni hər küşdə öz əməlinə görə cavab verir.

59. ŞAH ABBAS VƏ VƏZİRİ

Şah Abbasın iki vəziri oluf. Biri oluf Vəzir Allahverdi xan, biri seyid oluf. Vəzir Allahverdi xan kasıb oluf, amma yaxşı səsi oluf. Şah Abbas onu səsinə görə tapıf. Belə söhbət eliyirlər ki, bular üçü atdı gedəndə seyid dala qalır. Allahverdi xan qızqanırmış17. Deyir, görürsən, bu eyzana dala qalır, bizi saymır. Hamma şah da şahımış da. Deyirmiş, onda okqədər bilik var, at onun yükün çəkə bilmir. Birdən çıxırmış qabağa. Qabağa çıxanda vəzir deyir, görür-sən, bu keçdi getdi, biz qaldıx dala. Onda deyirmiş, o özü getmir, onun biliyi çoxdu, bilik aparır onu qabağa.

17 Qızqanırmış – qısqanırmış

91

Page 92: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

60. DÜNYANIN SƏFASI

Şah Abbas vəziri Allahverdi xannan bir gün çıxır bazara. Baxır ki, bazara qovun gətiriflər. Soruşur ki, qovun neçəyədi? Deyir, on dinara. Deyir, çox baha deyil? Deyir ki, nübarınadı, qibleyi-aləm sağ olsun. Almır. Yan keçəndə pamidor satan baxıf görür ki, şah qovunu almadı. Deyir, tezdənnən indiyə qədər üç dinarrıx alver eləmişəm, bunu verirəm, axşama qədər də nə eləsəm onu verərəm, qovunu ver mənə. Nəysə, qovunu alır, kəsib dizinin üsdündə yediyi yerdə vəzirnən Şah Abbas geri qayıdır. Şah baxır ki, pamidor satan qovunu dizinin üsdündə parçalıyıf yeyir. Baxır, baxır, başın buluyur. Deyir ki, Vəzir Allahverdi xan, çəkdim bu dünyanın cəfasın, bir gəda gördü səfasın.

61. ŞÜKÜR BƏY

I mətnŞükür kişinin özünün bajısı uşaxları olub. Olardan biri nişannı

olur, biri subay. O vaxdı poçt faytonnan gəlirmiş. Gələndə uşağlar urusun əlin-ayağın bağlıyıf faytonu dağıdıflar. Uşaxların ikisin də tutub aparıflar. Şükür babam deyif ki, bu işdən ötrü mən heş kəsə ağız açmaram. Arvad qılıxlı olur dana. Girir bunun qılığına, deyir, ay Şükür, o birsi gedəni tutsalar, məni o qədər yandırmaz. Amma bu biri gedənin nişannısı özünü öldürür, ona kömək elə. Deyir, ay Hüsöyn, faytonu qoş. Faytonu qoşdurur, qabaxlar bəzəkli xurcun olurdu, onun iki gözünü də doldurur qoyur faytona, deyir, sür. Gedir qubernatorun qapısını tıkqıldadanda belə baxır görür Şükür. Deyir, ay Şükür, sən də mənim qapımı döyürsən? Girir içəri. Deyir, nədi? Deyir, bir xoşagəlməz işdən ötrü sənin yanına gəlmişəm. Heş gəlinəsi də döyül. Deyir, nədi? Deyir, bəs belə-belə. Deyir, ay Allah saa kömək olsun, bir az vaxdında gələrdin dana. O vaxdı qubernatorun işin Maskva həll eliyirmiş. Telefonnan zəng eliyir, deyir, belə bir iş olub. Deyir, o artıx gejdi. Deyir, ə, bunnan ötrü Şükür gəlib. Nə deyif, nə demiyif, Hüsöynə deyir ki, apar buları

92

Page 93: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

qəssinsiyaya qoy. Yemək-işmək verir, deyir, görək nətər olur. Bular gedir, bir az keçənnən sora adam göndərir ki, uşaxlar hazırdı, gedin götürün. Gedif görüllər ki, uşaxlar tokqaları əllərində oturuflar türmənin qabağında. İki xurcun da həmin gündən qubernatorun qapısının ağzında söykəli durur. Deyir, Hüsöyn, gedək kişiynən görüşüm, çıxax gedək. Gəlib qubernatornan görüşəndə deyir, Şükür, sumkan qaldı. Deyir ki, sumka qalasıdı burda. Qubernatorun rəngi olur qapqara. Deyir, bilseydim sən belə eliyəssən, mən bu əzyəti çəkməzdim. Aparginən qızılı o nişannı oğlana toy elə. Amma Şükür götürmüyüf.

Şükür baba heylə bir hörmətdi adam oluf.

II mətnBu zonada Gələbədin, Qiyamadın bəyləri var ey, bular Ləm-

bəranın torpağının hamısını almışmış. Çakqal təpədən bəri uje addamışmışlar. Şükür baba nətər komanda verirsə, onun biri də bu zonada qalmır.

Adgözəl bəy Alpout qəbirsannığının yanında yer əkirmiş. Şükür baba arabaları qoşdurur, kotannarı qoşdurur, gejəynən Ad-gözəl bəyin olduğu imarətin qabağında xışı endirib. Adgözəl bəyə deyiblər ki, kimsə gəlib buraları şumluyur. Deyib ki, o Şükür olajax, mən səyf eləmişəm.

III mətnOların əsli İrannan gəlmədir, Meşgindən. İrannan iki qardaş

gəlir; biri olur Məmməd, biri olur Bayram. Məmmədin bir oğlu varmış Qəhrəman, bir də o olur. Bular şahın qəzəbinnən qaçıflar. Çoxlu da mal-qaraları oluf. Gejəynən Arazı addıyıblar bəri taya. Gəlib düşüllər Taxtakörpüyə. Ordan baxanda iki şah görükür: Ləm-bəran, bir də Qılışdı görükür. Bayram deyir ki, a Məmməd, bizi bir belə malnan-döölətnən bir mahala qoymazdar. Birimiz bu şaha gedək, birimiz o biri şaha gedək. Deyir, nə deyirəm. Məmməd deyir ki, yaman yorulmuşam. Bayram deyir ki, onda Məmməd, sən bu yaxın şaha get (Qılışdını göstərir), mən o biri şaha gedərəm. Bayram

93

Page 94: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

malın-qarasın ayırıb bəri gələndə Məmməd deyif ki, ay Bayram, qoy gədə sənnən getsin, sənin malın çoxdu, əzyət verəjəh saa, yolun uzaxdı. Deyif, nolar, qoy gəlsin. Ora oluf Məmməddi Qılışdısı, bura oluf Bayramlı. Bayramdan olub Şükür, Nəsir, Petiş, Süleyman. Ləmbəranski nəsli Bayram kişinin nəvə-nəticələridir.

IV mətnO vaxdı Nikolay ququşkaynan gəlirmiş Yevlağa. Bələdiyələr

indi vergi yığır ey, vergi o vaxdı da varmış. Bir gün siyahı tuturlar ki, kasıblara, yoxsullara pul yazılsın. Adgözəl bəy otuz maat verir, filan bəy qırx maat verir. Şükür ağanın adını yazanda çıxardıb beş yüz maat verir. Siyahı çatır Nikolaya. Ququşkaynan gəlib Yevlağa, orda saxlıyıb. İki balaca isdol qoyuflar: birində Nikolay özü oturub, birində də yazanı. Deyif, oxu siyahını görüm. Başdıyıb siyahını oxumağa. Filan bəy burda, filan bəy burda. Deyir, Şükür Ləmbə-ranlı. Deyib, bəli, burdadı. Nikolay deyib, o isdolun yanına bir isdol da qoyun. Onda da babam oturub. Nikolay deyir, bura bax görüm, sən bəysən? Deyir, xeyir. Xansan? Deyir, xeyir. Deyir, bəs nəsən? Deyir, Şükürəm, rəiyyət oğluyam, ləmbəranlıyam. Deyir, xeyir, sən Şükür ağasan. O vaxdan ona Şükür ağa deyillər. Nikolay deyir, mənimçün qulluğun? Deyir, sənə ayrı qulluğ mən deyə bilmərəm, bu vergi bizim camaatı yaman əldən salıb. Xayiş eliyirəm, onu bir az endir. Vergini endirib eliyib əlli faiz.

Narrı dərədə palatka qurullar. Şükür ağa da Ləmbəran ceji-mindən bir palatka qurdurur orda Nikolayı qarşılamaq üçün. Gələn-də deyir, harda oturax? Gün vuruf, Şükür ağanın qurduğu palatka parıldıyırmış. Deyir, orda oturax. Cejim də xalis ipəkdən toxunur-du, içərini sərin saxlıyırdı. Qızıl ləyəndə, qızıl aftafada su tökdürüb Nikolayın əlinə.

V mətnŞəmil kişi danışırdı. Deyir, balajayam, Şükür əlimdən tutub

darvazaya çıxardıb məni. Bu mamentdə gördük ki, bir bəzəkli fayton gəlir. Dörd atlı faytondu, qotazlı, zınqırovlu. Gəldi dayandı.

94

Page 95: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İçindən kürdülü bir cavan qız (Xan qızı Natavan – top.) düşdü. Gəldi babamnan görüşdü. Dedi ki, Şükür, qonax isdəmirsən? Deyir, niyə isdəmirəm? Şükür bəyin çayın lap qırağında alt-üst evləri vardı, çıxdıx balkona, isdol qoydular, çay gətdilər. Elə bu mamentdə bir pəhlivan gəldi. Dedilər ki, ay Şükür, pəhlivan gəlib, icazə ver çimənlikdə məşq eləsin, baxax. Deyir, lap yaxşı olar, elə qonağımız da var, biz də burdan baxarıx. Deyir, pəhlivan girdi evə paltarın dəyişməyə. Qız ayannan qayıtdı ki, ay Şükür, subayam deyə maa xannığı idarə eləməyə icazə vermillər. Bir belə bəylərin, xannarın içində ürəyimə yatanı yoxdu. Sənnən ötrü gəlmişəm. Babam deyif ki, ay xanım, gəlmisən yaxşı eləmisən, gözüm üsdə yerim var. Amma mən rəiyyət oğlu, sən xan qızı. Sənnən bizim qohumluğu-muz tutmaz. Deyəndə pəhlivan ordan deyir, ay oğlan, mənə qırışı-ğımı aşmağa bir adam. Deyəndə Şükür dedi, ə, yüyürün ordan Xəlili çağırın. Xəlili gedif çağırıflar, gəlif. Pəhlivan təlim görmüş pəhli-vandı, götürür Xəlili bir belə tulluyur, bir belə tulluyur. Babam ordan qışqırır ki, ə Xəlil, nağarırsan? Tərpən dana bir. Deyir ki, mən də tərpənim? Deyir, əlbətdə. Qılçasın çirmiyir, gennən nətər gəlir pəhli-vanı hop götürürsə, pəhlivan nə qədər partdıyır bunun qucağınnan çıxa bilmir. Gurp çırpır yerə. Pəhlivan deyir ki, ay oğlan, ərənlər neçədən deyif? Deyir, üşdən. Deyir, onda bir də. Bir də yıxanda qız kürdüsünün civinnən çıxardıb neçə manatsa tulluyur yerə ki, pəhlivan bunu götürsün. Pəhlivan götürəndə Xəlil deyir ki, pulu qırağa qoy, kim yıxsa, o götürəjək. Üçüncü dəfə Xəlil bunu bir də yıxanda babam həmin pulun paçkasın çıxardır, ortasın qırır, səpir. Xəlil pulu yığır. Deyir, yığdın Xəlil? Deyir, hə. Deyir, gətir bura. Pəhlivanı da çağırır. Deyir, pulu pəhlivana ver. O bilsəydi ki, uduzajaxdı, bura gəlməzdi. Həmin pulu verir pəhlivana, bir o qədər də pul Xəlilə verir.

62. KƏRİM BƏY

I mətnZiyad kişi danışırdı ki, mən cavan oğlanıdım, Tərtər çayı da

göynən gəlirdi. Ağaşdarın başında qaçaxlar gizlənib, əllərində də

95

Page 96: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dayandoldurum. Kərim bəy gözəl bir oğlan idi. İki dənə xurcun atın tərkinə yüklüyüb, atı vurdu addadı Tərtərin o üzünə. Baxdı ki, hamımız ağacın başında, əlimizdə silah durmuşux da. Dedi, ay bədbaxtlar, düşün yerə, siz o urusa nağara bilərsiz. Atın silahı yerə, gedin təslim olun. O gələn mənnən ötrü gəlir, mən də budey, yığmışam bura, mən getdim. Atı vurdu getdi. Ayləsi qalır burda.

Mustafa kişi vardı Kürün o üzünnən idi. O danışırdı ki, bəyin xanımı adam göndərdi ki, Mustafaya deyin bura gəlsin. Gəldim. Mənə dedi, bəy çıxdı getdi, bizi apara bilmədi. Gəl bizi gəmiynən keçirt Kürün o üzünə. Kür onda bəridən gəlirdi. Kişi danışırdı ki, bunnar götürdüklərin götürdülər, Kərim bəyin iki dənə oğlu vardı, bunnarı qoydum gəmiyə, pismillah eliyib gəminin kəndirini açanda silahı çəkdilər ki, tərpənmə. Rus qoşunu məni tutdu. O ki var məni döydülər, suya yıxıldım. Bəyin ayləsin götürüb apardılar.

II mətnBizim kəntdə Aşıq Musa olub, Kərim bəyin faytonçusu olub. O

deyirdi ki, Kərim bəyin atının zınqırovunun səsi beş yüz metrdən eşidilirdi. Deyir, Ağdama gedəsiyik. Məni çağırıb dedi ki, Musa, faytonu hazırra.

Nəysə, oturdux faytona, Bərdənin içinnən keçirik. Bərdənin içiynən getdiyimz yerdə qabağımıza cavan bir oğlan çıxdı, qurşax-dan yuxarı çılpax. Qaratikanın ən qancığını şəlliyiflər bunun dalına kəndirnən çəkiflər. Qaradavoy bunu döyə-döyə gətirir. – “Ə saxla, Musa”. Cəld adam idi. Sırazı düşdü tutdu qaradavoyun boğazınnan ki, bunu niyə belə eləmisən? Dedi, bəy sağ olsun, bu gedər-gəlməzə gedir. Kişinin and işdiyini deyirəm. Deyir ki, orda qaradavoyu soyundurdu, qaratikanı maa götüzdürdü, dedi, qoy bunun belinə. Kəndirnən çəkdi bunun belinə bağladı, bir-iki şallax da vurdu. Qaradavoyların başçısını çağırdı dedi ki, bunu aparın, sora özüm də gələjəm. Oğlanı da qızıl ala qanın içində mindirdi faytona. – “Har-dansan?” – “Şirvannı kəndinnən”. Getdik. Dedi ki, budu bizim ev. Bəyin faytonunu görəndə evin sahibi arvadnan kişi çıxdılar. And içirdi ki, kişi dizini yerə qoydu, iməkliyə-iməkliyə faytonun qaba-

96

Page 97: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ğına gəldi. Bəy faytondan düşdü.– “A kişi, sən nağarırsan?” Dedi, sən mənim balamı xilas eləmisən. Bəy çıxartdı civinnən bir kisə pul verdi, dedi, ala, uşağına paltar alarsan.

Belə rəhmli bəy olub.

III mətnOnun faytonçusu vardı, Aşıq Musa idi. O, bir dəfə söhbət elədi.

Dedi, bir dəfə Kərim bəy mənə dedi ki, məni Yevlağa neçə saata çatdıra bilərsən? Dedim, bəy, dörd saata. Dedi, yox Musa, bu gejdi. Dörd dənə yaxşı atı faytona qoşdum, iki saat neçə dəyqəyə bunu çatdırdım Yevlağa. Nikolayın qızı gəlmişdi. Olar perronda hərrəndiyi yerdə mən beş-altı dəfə yannarınnan keşdim, hər dəfə bəy öz səxavə-tin göstərmək üçün çıxardıb mənə qızıl pul verirdi. O pulnan mən sora getdim bir camış aldım. Camışı bir gün yoldaşım sağanda bəy onu gördü. Dedi, Musa, bu nədi belə? Dedim, bəy, sən verən pulnan camış almışam. Maa dedi ki, o camışı sat. Mala baxannara dedi ki, gündə buna nə qədər lazımdısa, süd verin. Heylə səxavətdi olubdu.

IV mətnKərim bəyin yası düşəndə gedirmiş Qaladan molla gətirirmiş.

Ağdamın Xıdırlı kəndində Şəmşəddin kişi vardı, onun atası Hüsöyn əfəndi olub. Hüsöyn əfəndi ilə Çələbilərdən Əhməd əfəndi İstan-bulda bir oxuyub gəliblər. Kərim bəy də burdan furqonu yolluyur-muş, gedirmiş Qalaya ordan molla gətirirmiş. Bir gün belə, beş gün belə. Bir gün Kərim bəyin yaxın qohumu ölmüşmüş. Əhməd əfəndi deyir, mən də gedim Kərim bəyin yasına. Gələr oturar burda, nətər Qurandan hədis eliyərsə, Kərim bəy məhətdəl qalar. Deyər, mənim ağlım hardadı? Burdan Qalaya adam yolluyuram, gedir ordan molla gətirir. Bu kişi alimdi ki. Onnan sora Kərim bəy nə qədər burda yaşıyıbsa yas məclisinə Əhməd əfəndini gətirib.

63. ADIGÖZƏL BƏY

Burda bəyzadalar kəndi oluf, Göyüşdünün yuxarısında yerrəşirdi. Orda Murad bəy adında bir adam oluf. O da Qazax tərəf-

97

Page 98: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dən gəlif. O, Mollaisələrə, Gərşatdara, Bəyzadalara, Göyüşdüyə, Xəlilağalıya, Ağalıya bəylik eliyif, devlət rüsumun verif. Şuşada knyazdıx yaradılır. Bəylər Şuşada iclas keçirillər. Knyaz göstəriş verif ki, dövlət rüsumları rusca aformut olunuf Maskvaya getməli-di. Murat bəy deyif ki, Göyüşdü zonasında rusca bilən adam yoxdu, mən hardan alım? Tərtər rayonunda Mamoy ağa oluf. Boyəhmət-dinin o tərəfinnən o, arx çəkdirif. Mamoy ağa deyif ki, mən saa mirzə verərəm, sən narahat olma. O vaxdı imkannı adamlara bəy de-yillərmiş. Gəncənin hansısa kəndində bəyin bir oğlu Tiflis gimna-ziyasını qutarıfmış. Mamoy ağanın bajısı oğluymuş, adı da Adgö-zəlmiş. Onu Murad bəyə mirzə verir. Bir müddət işdiyillər. Mas-kvada bəylərin qurultayı çağrılır. Murat bəyin də o vaxdı deyilənə görə, doxsana yaxın yaşı varmış, həm də mövhumatı adammış. Bu deyir, a bala, mən ora gedəmmərəm, sən get. İndi gərək vəkalət verəydi da. Vəkalətsiz-zadsız Adgözəl bəy gedir Maskvıya. Orda öz adıynan qeydiyyatdan keçir. Qurultay qutarannan sora bulara bəylik tamğası verillər. Başına əmmamə qoyullar, boynunnan orden asıllar, belinə qurşax bağlıyıllar. Bu sənətnən bunu verillər Adgözələ. Evə gələndə dədəsinə deyir, bəs belə-belə. Deyir, a bala, sən ora mirzə gedifsən. Bəyin gərək varidatı olsun, torpağı olsun, mülkü olsun. Sən nə danışırsan? Olar qoçax adamlardılar, səni öldürəjəhlər. Mən bu işə qarışammaram, dayın bilər. Səni ora çıxardan dayındı, get dayının yanına. Gəlir Mamoy ağanın yanına. Mamoy ağaynan söhbət eliyir. Mamoy ağa da qalır belə. Faytonnan gəlillər Bəyzadalar kəndinə – Murad bəyin yanına. Deyillər, əşi, hal-qəzyə belə oluf. Bu gərək vəkalət aparaydı, aparmıyıf. Öz adıynan aformut olunuf, tamğanı, filanı bunun adına veriflər. Bəy də yaşdı adammış. Deyif, elə bəy olsun da bu. Deyir, əşi, bunnan bəy olmaz, sənətdər uyğun gəlməz. Deyillər, onda belə eliyək, heç bunun üsdünü ağartmıyax. Sən öz işində ol, bu da öz işində. Açot da gedəndə Adgözəl bəyin adınnan getsin. Bir on ilə yaxın belə işdiyiflər. Sora Murad bəy xəsdələnir. Mamoy ağanı çağırır. Deyir, mənim vaxdımdı, mən öləjəm. Mən ölənnən sora mənim qohum-əqrabam bunu öldürəjəh ki, bu satqınnığ eliyif. Alpoutda İsfəndiyar xozeyn oluf. Deyir,

98

Page 99: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İsfəndiyar xozeyinnən danışmışam, atmış hektar yer verif ordan. Sən buna orda ev tikdir, bu getsin ora. Mən sağkən bu getsin orda mərkəzləşsin. Mamoy ağa da, – indi balnisya eliyiflər, – fransadan injiner gətirif buna yaxşı ev tikdirif. Tikdirənnən sora Adgözəl bəy köçüf ora, başdıyıf orda bəyliyə. Bu həm savatdı adamdı, həm də cavan adamdı da. Yevlaxnan Şuşa arasında poşt açıf, çox məşhur işdər görüf. Aşağıda yataxlar oluf – boş yerlər, oları zəbt eliyif ki, mənimdi. 90-cı ildən 14-cü ilə qədər bəylik eliyif.

Bala Göyüşdünün o tərəfi meşə oluf. Adgözəl o meşəni özünə quş qoruğu elan eliyif ki, qonax-zad gələndə tazıynan, tulaynan gedələr orda ov eliyələr. Bir müddət belə olur.

Bala Göyüşdüdə Xəlil müəllim var. Onun babası malları aparıf meşədə otarmağa. Bəyin qoruxçusu kişini döyüf, kişi qaçıf gəlif evə. Onnan da ölüf. Kişi ölənnən sora fikirrəşillər ki, bəy nağarır? Camaatın örüşüdü. Bozaxlarda Balədə oluf, üç adam göndərif: Birini Bala Göyüşdüdən, birini bozaxlardan, birini də hüsöynalı-lardan. Deyif, gedin bəydən xayiş eliyin, camaata dəyməsin. Camaat malını otarır da, əkmir, biçmir, bir şey eləmir. Bular gedillər. Bəyin orta evi var. Evdə oturub arvadıynan söhbət eliyirmiş. Arvadı da rusuymuş. Bular da bir soyuxlu günü, şər basanda atdı gediflər. Binanın ətrafına belə hərrəmə çinar ağacı əkif. Göyüşdüdən Eyif kişi oluf. Əlində əlcək oluf. Əlcəyi çıxardıf qoyuf ağacın haçasına, atı bağlıyıf, girif bəyin yanına. O da ötkəm adam oluf. Deyir, köpəyuşağı, sizi kim buraxdı? Bunun Niyaz addı nökəri oluf. Hava soyux imiş, girif evinə, buların gəlməyinnən heç xəbəri olmuyuf. Bəy deyif, mənim üsdümə niyə gəmisiniz? Deyif, a bəy, hirsdən-məginən, sənin üsdünə xayişə gəlmişik. Arvada ruscan deyif ki, tüfəngi maa gətir. Arvad qapıdan girmək isdiyəndə arvadın qılçasın-nan atıflar, bəyin də təpəsinə atıflar, atı minif gəliflər.

Xəbər veriflər ki, bəs bəyi atıflar. Hökumət adamları tökülüf gəlif, yoxluyuflar. Bir də görüflər ağacın arasında ağ yunnan toxunma əlcək var. Əlcəyin üsdündə qara yunnan Eyif kişinin adı yazılıf. Deyiflər, bu Göyüşdü Eyifdi. Balədə də Gəncə qubernatoru-nun səlahiyyətdi nümayəndəsi imiş. Bunu çağırıllar ki, sənin

99

Page 100: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ərazində bəy atılıf. Deyif, taparam, tutaram. Eyif kişi qaçıf. Höku-mət bir müddət axtarış eliyif. Göstəriş veriflər ki, Eyif kişinin arvat-uşağı sürgün edilsin, malı-dööləti də müsadirə olunsun. Bozaxlarda Qazanpapağ oğlu Məhəmmət adında bir nəfər adam oluf. Qazanpa-pağ oğlu gəlif Eyif kişinin arvadını, uşağını, malını-döölətini yığıf aparıf. O da qoçax adammış, buna girəmmiyiflər. Helə oluf Eyif kişinin arvad-uşağını apara bilmiyiflər. Birinci dünya müharibəsi başdıyanda bular tamam yaddan çıxır. Rusiya baydağın sancannan sora Eyif kişiyə, Fərəcə bəyi öldürən adam kimi partbilet verillər.

64. HACI AVAS

I mətnBəhlul kişi mənə söhbət elədi ki, mən Hajı Avas oğlu Məhəm-

mədnən dosd oldum. Özü Zarıstıdan idi. Dedi ki, Şuşaya getdim ki, yemək yeyəm, çay içəm. Gördüm ayə, yeməkxanda o qədər adam var, gülüşüllər, yeyillər, içillər. Yemək yedim, pul verəndə yemək-xananın yiyəsi dedi ki, pul lazım döyül. İsrar eliyəndə dedi, çölə çıx. Çölə çıxdım ki, qapıya loha vuruluf. Yazılıf ki, üş gün-üş gecə kim burda nə yeyib-içsə, Qılışdı Savalan bəy pulun verəjək. Onnan sora dedim, ə, sən öl, gedib onnan dosd olajam. Atı mindim gəldim Bərdəyə. Çıxdım Ləmbərana. Hajı Avası soruşdum, dedilər, o görükən yataq Hajı Avas oğlu Məhəmmədin yatağıdı. Getdim Məhəmmədnən dosd oldum.

II mətnHajı Avasın üç min, beş min ana qoyunu varmış. Dööləti elə

bir ay dağa axırmış. Onun çobanı maa söhbət elədi. Dedi ki, mən quzuya gedirəm. Ağdamdan bəri yol gedəndə gördüm ki, ağ yabılı cavan bir oğlan gəlir. Salamməlöykü, əlöykətsalam. Dedi ki, kimin-di bu quzu? Səkgiz yüz, minə qədər quzudu. Quzu həmişə geridə gedər, ağır gedər. Dedim ki, Hajı Avasındı. Bir az bizim yanımızda durdu, dedi, ə, bu Hajı Avas nə yaman varrıdı. Atın sürdü çıxdı getdi. Gedər Kəngərliyə çatmamış görər ki, ana qoyun gedir. Üş

100

Page 101: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

minnən artıq ana qoyundu. Deyər bu qoyun kimindi? Deyəllər, Hajı Avasındı. Atı bir də sürər. Kəngərlidən çıxanda görər erkək sürüsü gedir. Erkək sürüsü həmişə qavaxda gedir axı. Deyir, bu sürü kimindi? Deyillər Hajı Avasındı. Düşür atın yüyənini bağlıyır üsdünə, g..ünə bir şallax vurur. Deyir, bu da olsun Hajı Avasın. Deyillər ə, yekə oğlansan, atını niyə buraxırsan? Deyir, canın üçün, atı minmərəm. Özü də sizdən əl çəkmərəm, siznən gedəjəm. Deyiblər, hara gedir-sən? Deyir, dədəmnən nənəm dağdadı, oların yanına gedirəm.

Gedillər Taxtabaşına çıxıllar. Hajı Avas da dağda öy tikib orda oturubmuş. Qoyun çıxıb Taxtabaşına. Gəlib görür ki, sürünün içində bir ağ yabı var. Deyir, o ağ yabı kimindi, nə gəzir sürünün içində? Deyillər bu oğlanındı. Deyir, qəşəng oğlan, bir yanıma gəl görüm. Hardansan? Deyir, Ağcabədinin ovşarınnanam. Deyir, bəs nə gəzirsən burda? Deyir, atam-anam dağdadı, onnarın yanına gedi-rəm. Deyir, bəs o atını niyə buraxmısan? Deyir, nə bilim. Çobanın biri deyir, ağa, atı buraxdı ki, bu da olsun Hajı Avasın. Dedi, dosdam sənnən. Otdux yemək-işmək gətirdilər. Yedik-işdik. Hajı Avas dedi ki, durun bir dənə saz erkək tutun gətirin bura. Məmmədqulu kişi deyir, bir saz erkəyi mən tutdum. Dedi, dörd ayağın da bağlıyın, verin qujağına. Dedi, apar bunu bu axşam ata-anana kəs, yesinnər, denən ağam göndərdi. Amma qoyun qırxımında mənim yanımda ol. Qoyun qırxımınnan bir həftə qabax oğlan gəldi. Qoyunun ayax-larını bağladı yıxdı, on-on beş gün oğlan qoyun qırxdı. Deyir, dedi, oğul, havaxt gedəssən? Dedi, havaxt icazə versən, o vaxt gedəjəm. And olsun Allaha, bir sabah gedəndə Hajı Avas iyirmi səkgiz xam şişək ayırtdı. Dedi, Məmmədqulu, get iki dənə qoş gətir, cüt olsun. İyirmi səkgiz damazdıx, iki qoçu verdi oğlana. Dedi, oğul, bu bar-mağımı görürsən (çeçələ barmağını göstərir – top.), babalı boynuna haram qatsan. Götür apar, sən mənnən varlı olmalısan. Oğlan, deyir, götdü heyvannarı apardı.

Hajı Avas bax belə kişi olub. Savalan bəy də onun qardaşıdı. Bəyliyi Hajı Avasa verəndə deyib mən onu götürmürəm, balaca qardaşım götürsün. Oların da əsli iranlı olub.

101

Page 102: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

65. SAVALAN BƏY

Burda Savalan bəy olub, dağda da Soltan bəy. Soltan bəynən Savalan bəy qudadı. Savalanın bajısı Rübabə xanım Soltan bəyin qardaşı Zülü bəyə gedib.

Bir gün Savalan bəy sabah-ertə deyir, gedirəm Soltangilə çay içəm. Soltan bəyin arvadının adı Sımavardı. Olar gəlib yerrəşiblər Xanağalıda. Soltan deyib çay qoyginən Savalan gəlibdi. Arvada deyib, arvad, iki arpanı yu, çayın içinə tulla. O çox çaybazdı, onu yoxluyajam mən. Arvad iki arpanı yuyub, tulluyub çayın içinə. Çayı dəmliyif. Oturuf söhbət eliyiflər. Soltan bəy deyir, çay dəmlə-nifdi, bir çay içək. Deyib, içək. Savalan bəy özü də çayı isdi-isdi içirmiş, istəkan-nəlbəkiyə tökməzmiş. İstəkanı götürüb ağzına vurub qoyur yerə. Soltan bəy deyir ki, Savalan, axı sən çay içənsən, niyə işmədin? Deyir ki, at arpanı kəsmədi. Əlin vurub kürəyinə deyib ki, sənnən qohumam, qardaşam, dosdam ey sənnən. Deyib, Sımavar, çayniki boşalt gətir bura. Çaynikin için töküblər padnosa, baxıblar ki, iki apra var. Deyir, səni yoxlamağ üçün iki arpanı mən saldırmışam ora. Savalan bəy deyir, canın üçün, gözümnən görmədim, amma ağzıma dəyəndə bildim arpa var burda.

66. İSFƏNDİYAR XOZEYN

İsbəndiyar xozeyn burda mator qoyuf. 1938-ci ilə qədər mator işdiyirdi, Kürdən su çəkirdi. İşdədənin də hamısı qıraxlı idi, o taylı (Ağdaşın Kürqırağı kəndlərini nəzərdə tutur – top.). 38-ci ildə rusdar böyük mator qurdular, ondan sonra əvvəlki mator ləğv olundu.

Rus bura 20-ci ilin payızı gəlib. Olar gələnnən sora İsbəndiyar xozeyn burdan qaçıb. İsbəndiyar xozeynin burda anbarı olub, amma öyü Alpout kəndində olub, bişmiş kərpişdən alt-üst öy idi. GEPO Abdullayev dəsdəsiynən gedib ki, İsbəndiyar xozeyni tuta. İsbəndi-yar xozeynin böyük bağı vardı. İsbəndiyar xozeyn bularnan görü-şür, yerə gəvə-zad döşüyür ki, bular otursunnar. Deyib ki, oturun, mən yemək-işmək hazırradım. Çıxır yuxarı, bulara çay gəlir.

102

Page 103: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Avdullayevin dəsdəsinin içində İsbəndiyar xozeynin bir dosdu olub. Dosdu buna qandırıb ki, yemək-işməkdən sora səni götürəjək-lər. İsbəndiyar nökərə deyib ki, atı rahla. Tolada iki atı varmış: biri kəhər at idi, biri ağ yal at. Nökər atı rahlıyır. Binanın da günbatan tərəfə iki dənə qladoru var (mən oraların hamısına gözümnən bax-mışam). Nə götürəjəksə götürüb bağlatdırıb ata. Nökər atı çıxardıb o tərəfə. Abdullayevin dəsdəsi də bağda oturub. Çörək gələndə Abdullayev deyir, İsbəndiyar düşsün gəlsin bura da. Deyillər, İsbən-diyar yoxdu. Bir az fikirrəşib deyir, baxın görün nəynən gedib o. Deyiblər ki, atnan. Nökəri çağırıblar, deyiblər ki, hansı atı minib? Deyib, ağ yalı. Bunun dosdu çıxardıb saatına baxıb, deyib ki, İsbəndiyarın bizim yanımızdan çıxdığı az qala bir saat olar. Onda İsbəndiyar bu saat olar Daşburunda. İsbəndiyar heylə aradan çıxıb gedir İrana, amma arvadı qalıb burda.

İsbəndiyar gedib fikirrəşir ki, mən gəldim, arvad qaldı. Gedib orda bir oğlan tutub, deyib oğul, səni elə saxlıyajam da nətəri. Get gör mənim ayləmi gətirə bilirsən. Otuz yeddinci ilə qədər irannılar gəlib gedirdi bura. Oğlan gəlib bura, nə qədər çalışıb mümkün ol-muyub. (Molla Əhməd kişi vardı, bunu mənə o söhbət elədi). Qayı-dıb gedib. Deyib ki, orda gənəşdim, ağa, dedilər, mümkünü yoxdu. Öz arvadın olsa apararsan, özgə arvadını aparammazsan. Deyib bala, icazə verirəm, get kəbini kəsdir özünə. Oğlan bir də qayıdıb gəlib bura. Gələnnən sora arvadın kəbinini kəsdirir özünə. Molla Əhməd kişi kəbini kəsir. Altı-yedi aydan sora oğlan deyir, mən köçüb gedirəm. Deyiblər, ixtiyar sənindi. Gətirib arvadı verir İsbəndiyara. Deyir, bu sənin arvadındı, mənim də bajımdı. Heylə olub arvadını da aparır.

67. QURBANƏLİ XOZEYN

I mətnQubranəli xozeyn Xanqaraqoyunnudan oluf. O çox insaflı

adam oluf. Onun burda meşəsi vardı. Onun altı otağı vardı, üçü altda, üçü üsdə. Sovet gələndə onun evin əlindən alıb məktəb etmişdi.

103

Page 104: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İnsaflı adam idi. Birinə pul lazım olurdu, gedirdi bunun qapısına. Deyirdi, ə, orda durma, bəri gəlginən. İki dənə pilləkəni vardı, biri dolayı çıxırdın, biri də düz pilləkən idi. Deyirdi, mənə heş-zad demə, gəl hələ. Aşbazı vardı onun, Nəsib kişi. Çağırırdı nökərlərini, deyirdi, bu kişi ev tikdirmək isdiyir, buna beş dənə ağac lazımdı. Ağaclara nişana qoymuşam, get o ağacları gösdər kəssin aparsın. Kəsdirirdi verirdi. Biri də pula gəlirdi, heç soruşmurdu nə qədər pul lazımdı. Soruşur nədən ötəri pul lazımdı? Deyirdi, xozeyn sağ olsun, bunnan ötrü gəlmişəm. Əlini atardı, heç baxmazdı nə qədərdi, deyirdi, apar. Deyirdi, xozeyn, bu çoxdu. Deyirdi, götür get.

Əl tutan adam olub. Balqona çıxarmış yolnan keçən adam olan-da deyirdi, ə, burdan gəl. Çağırırdı, yedirdirdi, içirdirdi, yola salırdı.

Camaat dağa gedəndə bir qadın burda qalıbdı. Atı sürüb qaba-ğına. Deyib, bu uşağ niyə burda qalıb, dağa göndərməmisən? Deyib, xozeyn sağ olsun, vallah, nə bilim. Deyif, utanma, de görüm. Deyif, unum olmadı. Dəyirmanı vardı. Deyif, arabanı qoş gəl. Üç yüz kilo unu arabaya yığmışdı. Demişdi, uşax burda qalmasın, göndər dağa. Bir nəfər adamı qoymazdı aranda qala, hamını göndərərmiş dağa. Camaatı qaratikan kimi qoruyan adam oluf.

II mətnQurbanəli xozeynin özünün faytonu varmış, bunu Pirəzə kən-

dinə toya çağırıllar. Burdan borumnan onu keçirillər Kürün o tayı-na. Kalan pul götürübmüş üsdündə. Özü də onun bir ədəti varmış. Heç vaxd getdiyi yolnan qayıtmazmış, ayrı yolnan gələrmiş. Toyda bəyin biri qızışır. Qurbanəli xozeyn deyir, ə, qızışmaginən, sənin adın filan bəydi, mənim adım Qurbanəli xozeyndi. Özünnən çıxma-ginən. Özünnən çıxanda çağırıb deyir ki, a bajı, a bajı, ordan iki dənə sınavarı içini çiy suynan doldur gətir bura. Sınavarı doldurub gətirillər. Deyir, kömür qoymuyun, ispişkə gətirin bura. Həmən bəyə deyib qalx ayağa. Gör sınavarın gözü suynan doludumu? Ba-xıb deyib hə, doludu. Deyib, mənimki də dolubdu. İndi mən pulnan qaynadajam sınavarı, sən də qaynat. And olsun Allaha, Pirəzə camaatı deyir, o pulnan sınavarı pakqapak qaynadıb. Bəy də əlləşə-

104

Page 105: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

əlləşə qalıb, pulu qutarıb, sınavar da qaynamıyıb. Qurbanəli bəy deyib pulun qalmayıbsa, yol pulu da verirəm saa. Bir də qatırçının qatırını ürkütmə.

68. HACI BAXIŞ

I mətnHajı Baxış, Molla Şirin iki qardaş oluflar. Biri devlətə

rəhbərlik eliyif, biri də mülkə. Hajı Baxış devlətə rəhbərlik eliyif, malı-qaranı o saxlıyıf, nökəri, naibi oluf. Qaratəpədə erkəyin saxlıyıf. Molla Şirinin dəyirmanı oluf. Həmin dəyirmannan alınan şaad müharibə vaxdı kəndin camaatın da saxlıyıf, kəndin əkəcəyi toxumu da verif. Bəlkə də Bərdənin yarısı o dəyirmandan istifadə eliyirdi. Vaxdilə kəndin özünün 851 hektar yeri oluf. Onun hardasa 600 hektarı Molla Şirinnən Hajı Baxışın oluf. Kim ev tikdirir, ağac lazımdı, kimə taxıl lazımdı Molla Şirinin yanına gəlirdi. Kim oğluna toy eliyir, malı yoxdu, atı yoxdu, Hajı Baxışın yanına gələrmiş. Amma gəlir bir yerə gələrmiş.

Onda bu ev (söyləyici həyətdə qırmızı kərpicdən tikilmiş atasında qalan evi göstərir – top.) yox imiş. Onun yerində kümbəz dam oluf, orda otuz bir baş aylə oluf. Xanərəbdə yüzbaşı seçkisi gedirmiş. Elə oluf Molla Şirini seçmiyiflər, Məşədi Dosdəli oluf orda, onu seçiflər. Molla Şirin hirsdənif, duruf ajıxlı danışıf. Məşədi Dosdəli deyir, ay ağalı Molla Şirin, niyə belə yekə-yekə danışırsan? Sənin bir dəyirmanın var, bir az da mal-qaran var. Am-ma mənim bu boyda qırmızı kərpişli imarətim var. O vaxdı, deməli, beş min malın olsun, heş kimi zamına götürə bilməzdin. Maldı, böyün xəsdəlik gəldi hamısı qırıldı, amma qırmızı kərpişli evin olanda sənnən razlaşırlarmış. Onnan sora Molla Şirin gəlif burda kürə saldırıf bu evi tikdirif.

Molla Şirin İstanbulda təhsilini başa vurannan sora diplomu-nu o saat vermiyiflər də. Diplomun verilmə vaxdı var. Dayanmıyıf ki, səyahətə çıxajam. Elə marşurutnan gedəjəm ki, ziyarət vaxdı Məkkədə olum. Ordan qayıdanda da elə marşurutnan gələjəm ki,

105

Page 106: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Türkiyədən keçim, diplomumu götürüm. Ara kəsilib, məzhəb itif, gedə bilmiyif. Şuşanın Malıbəyli kəndində Abutalıf adında bir dosdu oluf. Abutalıba deyif, mən gedə bilmədim, elə yol çəkmək, körpü salmax da ziyarətdi. Şuşada bir yer seç, varidatı mən verəjəm, orda bir körpü saldır. Abutalıb o körpünü tikdirir, bütün şuşalılar da ora “Mollanın körpüsü” deyir.

II mətnKətəlparaxda Qannı İsmayıl bəy deyilən biri oluf. Hajı Baxı-

şın oğlu Fərəc həm savet vaxdı vəzifə daşıyıb, həm də Nikolay vaxdı. Bəyin üç oğlu varmış. Nəysə, xoşdarına gəlmirmiş, Fərəci öldürmək isdiyirmişdər. Bir-iki yol mühasirəyə salıflar, atıflar. Bu mühasirəyə düşdüyünü hiss eliyəndə atın yüyənini keçirif qoluna, tullanıf çökəyə. Bu atır, olar da atır. Elə olur ku, oların gülləsi atın yüyəninin qolun qırır. At bunun qolunnan çıxıf gəlif qapıya. Yığışıflar ki, sən öl, Fərəci bəyin uşaxları gənə hardasa mühasirəyə salıf. Atdanıf tərpəniflər, gedif xilas eliyif gətirillər.

Hajı Baxış çox dəqiq adammış. Bu fikirrəşir ki, bu azğın oğlu azğın havaxtsa Fərəci öldürəjəhdi. Özü də Qannı İsmayılın bir adamı varmış, indi əmisi imiş, atası imiş, lələ deyirmiş. Desəydi, lələmin goru haqqı, oğlumun üçün də atajam, duruf atarmış. Elə vaxd oluf yüyəninin qaşında – qancığada adam başı asıf gəzdirib. Özü də əslən Bərdədən olmuyuf. Ya Goranboydan oluf, ya Ağdamdan. Duruf səhər çayınnan sora atdanıf gedir bəyin qapısına. Bəyin nökəri görür Ağalı Hacı Baxış gəlif duruf həyət qapısında. Gəlif bəyə deyir ki, ay bəy, belə-belə. Deyif, ə, get düşür, gət içəri. Gedif düşürüf gətirif. Bir az söhbət, ayan-bayan. Çay-zad hazır olur. Surfa salınır, yemək. Bəy deyir, Hajı, buyur. Deyir, ay bəy, sən məni yaxşı tanıyırsan, mənim çörəyimi bütün Azərbaycan yeyir. Mən bura çörək yeməyə gəlməmişəm, mənim dərdim var gəlmişəm. Diləyim hasil olajaxsa, yeyim çörəyini. Olmujaxsa, yemiyim. Deyif, olajax. Deyif, denən filankəsin goru haqqı. Deyir, filankəsin goru hakqı olajax. Bəy də fikirrəşir ki, Hajı Baxış uzağı payıza kimi malını otarmağa bir tala yer isdiyər da. Yeyif içillər.

106

Page 107: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir, buyur, sözü de. Deyir, mənim gözüm üsdə. Məleykə xanımı Fərəcə isdəməyə gəlmişəm. And içif axı bu. İsmayıl bəy sırfanı çəkif dağıdıf. Deyif, sən Hajı Baxış yox, kopoğlu Baxışmışsan. Ürəyini boşaldannan sora Hajı Baxış deyif ki, indi nə deyirsən? Deyir, nə deyəjəm. Axı and içmişəm. Deyir, onda mənə buyruğun? Mən toyumu bu saat elijəm. Qırx erkək buyurtduruf, qalan nə varsa öz boynuna. Bəyin oğlannarı eşidir bunu. Bular qalxır: – “A kişi, sən ağlını itirmisən, Fərəc kimdi? (Axı bular çalışır Fərəci öldür-sün). Fərəc hara, biz hara?” Bunun birinə deyir, tüfəngi gətir maa. Gətirir. Deyir çöyrülün divara, sən öl, kopoğlannarı, sizin üçüzü də vuraram. Siz görmədiniz mən and içdim. Buları da belə oturduf.

İndi erkəkləri aparanda Hajı Baxış deyif, bu bəy yaman tərsdi, bu erkəkləri otuz dokquz eliyin, qabağına da erkəc qatın sürünün başını çəksin. Kətəlparaxnan Xanağalının arasında Qurt düzü var. Deyif, biz Qurt düzünə çata-çatda dalınnan da bu qırx erkəyi yola salın. Bəy deyif, sanıyın erkəkləri. Düşüf sanıyıllar, deyillər bəy, erkək otuz dokquzdu. Deyir, qaytarın. Hajı Baxış yalvarır, yapışır, etmə, eləmə bəy. Özü bilir axı arxası gəlir. Bir də görüllər bir belə sürü də arxasınca gəlir. Bəy onnan sakitdəşir.

69. MƏHƏMMƏD ƏFƏNDİ

Lənbəranda Məhəmməd əfəndi oluf. Məktəbi elə bilginən fərqlənmə diplomuynan başa vuruf. Onun adı hər yanda çəkilirmiş. Ağdaşda da bir əfəndi oluf, bunun sorağı ona çatıf. Ağdaşdakı əfəndi deyif, ə, siz nə qanırsınız o nətərdi? Onu gətirin mənim yanı-ma, mən təsdiq eliyim, görüm onun qandığı bir şey var, yoxsa yox.

Bir varrı, özü də cəsarətdi adam qonaxlıx təşkil eliyir, Mə-həmməd əfəndini də qonaxlığa dəvət eliyir. Deyir, kim gəlir gəlsin, buların söhbətinə qulax asax. Məhəmmət əfəndi də at minmirmiş. Bir araba qoşullar, Ağdaşa yola düşür. Elə bilginən gəlir kanalın körpüsünə çatıfdı, bunu qarşılamax lazımdı. Bir neçə adam duruf gedif, Ağdaşdakı əfəndi heş tərpənmiyif. Yerdən döşəkcə qoyuflar, Ağdaşdakı əfəndi başını əlinə söyküyüf oturuf. Məhəmməd əfəndi

107

Page 108: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

girif içəri. Deyif, salaməlöyküm. Görür bu əfəndi başını əlinə söyküyüf oturuf, bu da gedif o biri döşəkdə döşəklənir, əlini qoyur ağzına. Qonaxlığı təşkil eliyən adam da çöldə öz işiynən məşğuldu da. Gəlif deyillər, bular ikisi də lal oturuf, bu qədər xərci daa niyə çəkirdin? Girif içəri, görüf biri başını əlinə söyküyüf oturuf, o biri də əliynən ağzını tutuf. Deyif, ay balam, mən xərc çəkmişəm, bu qonaxlığı təşkil eləmişəm ki, camaat sizi dinləsin, söhbətinizə qulax assın. Niyə danışmırsınız? Məhəmməd əfəndi deyir, biz danışdıx. Bəy deyir, nə danışdınız, kim eşitdi danışığınızı? Deyir, mən içəri girəndə sizin əfəndi sual verdi ki (axı bu başın tutufdu), adam nətər eləsə, başı salamat olar. Mən də dedim ki, dilin farağat qoysun. Camaat gülüşüf.

70. SARITEL ASLAN

I mətnSarıtel Asdanın yanında iki yoldaşı olubdu. Birin adı Çərkəz

olubdu, birin adı Dilənçi. Dilənçi burda Tutu arvad vardı, onun qar-daşı olubdu. Tutu arvad olara gedib gəlirmiş, olara yemək verirmiş. Hökumət Tutu arvadı ələ alır ki, bular gələndə yeməyinə behişdər qat, bizə xabar verginən, xələtini verəjeyih. Elə heylə də olubdu. Tutu arvadın yanına gələndə deyib, Asdan hanı? Deyir, vallah, Asdan ağlıyırdı, qəbirsannıxda qoydux, biz də gəlmişik ki, qatığ aparax işsin. Deyir, onda süd bişirmişəm, için, qatıx da verəjəm aparın Asdana. Südün içinə behişdəri tökür. Qaçaqların biri də öz qardaşıdı ha. Südü içən kimi elə ordaca tüfəhli, qatarlı çul qalıllar. Xəbər verir, gəlib tüfəyi, qatarı götürüllər, ayılandan sora qabaxla-rına qatıb aparıllar düz qəbirsannığa. Qorxularınnan səmt gedə bil-millər ki, birdən Asdan vurar. Çərkəznən Dilənçini qabağa salırlar ki, get qəbirsannıxdan çıxart onu. Bular gedib görüllər Asdan ölübdü. Hökumət adamları gənə ehtiyat ediblər, yavaş-yavaş gedib görüllər ki, keçinibdi. Ordan atın belində buraya gətirillər. Sadı oğlu Yunus vardı burda, ağsakqal adam idi, onun qapısında atın belindən təpəsi üsdə yerə salanda Yunus deyir ki, ə, utanmırsan onu

108

Page 109: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

təpəsi üsdə salırsan? Nolar qaçağ olanda. Özü də öz qohumu idi onu atın üsdünnən aşıran. Asdanın bajısı vardı Xəccə arvad. Xəccə arvadı çağırıllar ki, gəl görək bu sənin qardaşındımı. Arvad çox savatdı qadın olur. Dokqaza yaxınnaşanda bir az ləngiyir. Yalandan ətəyinə tikanı dolaşdırır, deyir, gəlirəm, qadanızı alım, gəlirəm. Tələsməyin, gəlirəm. O tikanı təmizdiyənə qədər fikirrəşir ki, görüm mən bulara nə deyim canım qutarsın. Çatırınca deyir ki, bi sizin qoluza qurban olum, bi sizin ağrınızı alım, bi sizin başıza dönüm, bu duşmanı nə yaxşı öldürdüz. Hökumət adamlarının biri deyir, bu arvad kimdi? Deyillər, həmin qaçağın bajısıdı. Deyir, ay arvad, sən pis qələmə verilmişdin, canın qutardı. Arvadı buraxıblar, çıxıb gedib.

Amma ayləsini mənim atam saxlıyıb burda, uzun müddət çörək verib. Çinar vardı, Asdan gələndə o çinarın yanında durur-muş, atam öz ayləsinnən barabar onun arvadın aparırmış, aparıb orda görüşdürürmüş. Gənə qolundan tutub gətirirmiş.

Qaçaqları tutmağa kömək etdiyinə görə Tutu arvada bir top ipək parça vermişlər.

II mətnSarıtel Asdanın bir atı olub, onu ancaq almaynan saxlıyıb.

Almanı əlində tutanda at oynuya-oynuya gəlirdi yanına. Sarıtel Asdanın oğlu Əhməd elə həmin atın qurbanı olur. Rus ordusu gələndə anası deyib, Əhməd, at qalıb tövlədə. Çox deyiblər, bala, qayıtma, ordu çatırıb bizə. Deyib, yox, qayıdajam, bu cür atı mən orda qoya bilmərəm. Girib tolaya atı çıxardanda ordu bunun üsdünü alır. Tövlə də yerdən qazma olub, hər gözə də bir pulamyot qoyub. Rus ordusu gələndə hər gözdən atəş açır. Rus ordusu elə bilir bura doludu insannan, bomba atıllar, at da ölüf, Əhməd də ölüf. Sarıtel Asdan eşidib gəlir. Da kəfən ala bilmiyib, üç dənə ala yaylıq alıb, yaylığa bürüyüb meşədə basdırıb. Onnan sora daha da hirsdənir, heş nəyi gözünə almır.

Kürqırağında qalın meşə olub, orda gizlənirdi. Öz başının dəsdəsinə qış vaxdı qar yağanda çarığı tərsinə geydirirdi. Rus ordu-su gələndə baş aça bilmirdi.

109

Page 110: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

III mətnKəntdə qardaş qardaşa naxələflik eliyir. Qardaş qardaşın

üsdünə çörəyə gedib buna çörək vermiyib. Aralarında giley olub, çörəyə gedən qardaşını atıb. Bu söhbət gəlib Sarıtel Asdana çatır. Sarıtel Asdan da güjdü atıcı olufdu. Neçə metrrikdənsə durub sağ qalan qardaşı atıb, güllə gəlib qoluna dəyir. Deyir, bu günnən belə mana Sarıtel Asdan demiyin, Kor Asdan deyin.

Alçaqboy, sarıtel adam olub. Saçını darıyıb atarmış yana.

IV mətnSarıtel Asdan öləndə bajısını aparıllar ki, sən bunun meyidinə

təpik vurmalısan. Bu da məjburiyyət qarşısında vurub. Rus ordusu bunun evini pusurmuş ki, görək bu Sarıtel Asdana ağlıyırsa, bunu da sürgün eliyək. Arvadın bir oğlu varmış dörd-beş yaşında. Arvad hər axşam ağzını göyə tutub Allaha dua eliyib ki, mənim gizdin dərdimi aşkara çıxart mən qardaşıma ağlıya bilim. Allah-taala bunun səsini eşidib, heş üş gün çəkmiyib oğlu dünyasın dəyişir. Arvad başdıyıb ağlamağa. Bunu tutub aparıblar sovet sədrinin yanına. Deyiblər, bunun oğlu ölüb, bu Sarıtel Asdana deyil, oğluna ağlıyır.

V mətnAsdan qoçaxlığnan ad çıxarıf, Qurbanəli xozeyn varıynan.

Amma bir-birinə bağlı olublar. Asdanı çağırıblar iclasa, deyiblər Qurbanalının başını gətir bizə səni azadlığa çıxardax. Qurbanalı da bir cöngəni qapıya bağlıyıf Asdanı gözdüyürmüş ki, görsün nə xəbərnən gələjək. Şad xəbərnən gəlsəydi, o cöngəni qurban kəsə-jəydi. Gələndə soruşuf ki, noldu, nə dedilər? Deyif, vallah, belə-belə, olar deyir, Qurbanalının başını gətir, səni azadlığa çıxardax. Mən də sənə əl qaldıran döyüləm. Ondan sora Qurbanalı xozeyn deyir, gəl keçək İrana bizə görə camaatı narahat eliyillər. Sarıtel Asdan deyir, mən ayləmi burda qoyub keçmiyəjəm. Burda doğul-muşam, burda da öləjəm. Mən savadsız adamam, sən orda mana at başı tumarradassan. Helə olur Qurbabanlı xozeyn buranı tərk eliyir, bir xurcun qızılnan keçir İrana, İrandan da Türkiyəyə addıyır. Türkiyədə evlənir, orda evladları olur.

110

Page 111: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

VI mətnQaçaxçılığ eliyəndə aparıb arvadın Ağdaşda bir kalxoz sədri-

nin evinə qoyur. Boyəhmətdidən bir bəy də öz arvadını aparıb qoyubmuş ora. Asdanın arvadı deyib ki, aaz, bizi tutsalar bu kişini öldürəjəklər. Pünhan hərrənginən heş kəs bilməsin. Deyif, yox, mənim nə vejimədi. Qujağında uşaq hərrənəndə qonşu görür ki, burda qaçax arvatdarı var. Xəbər verir, gəlib buları tuturlar. Tutanda bulara deyiblər ki, ayağınızı qoyun kişinin belinə (ev yiyəsinin – top.), minin arabaya. Bəyin arvadı sırazı ayağını kişinin belinə qoyub minir arabaya. Amma Asdanın arvadı deyir, tuturlar tuturlar, daa niyə kişinin belinə ayağımı qoyuram. Kişiyə deyir, dur ayağa, ayıb döyül-mü? Oları tutub aparıllar. Bir müddət türmədə qalır, sora buraxırlar. Arvad bir müddət Nifçi kəndində qalır, burda da dünyasın dəyişir.

VII mətnKolxoz otuz birdə qurulubdu burda, o vaxdı da mənim atam

sovet sədri olubdu. Atamın onda iyirmi səkgiz yaşı olardı. Onu Sarıtel Asdanın dəsdəsi öldürübdü ki, niyə sovet sədri olmusan. Qurbanalının dəyirmanı deyilən yerdə beş-altı adam giriblər körpü-nün altına, Bərdədən gələndə müavinini də atırlar, özünü də atırlar. Anam deyirdi, Sarıtel Asdan bizə gəlirdi, çay içirdi, amma çörək yemirdi. Deyirdim, Asdan, çörək yenən dana, niyə yemirsən? De-yirdi, olar ki, şeytan qəlbimə girə Ramazana güllə ataram, qorxuram çörək məni tuta.

VIII mətnQoja kişi vardı, mənnən yoldaşlıq eliyirdi. Deyirdi ki, oğul,

Asdana xəbər gəlir ki, beyjə səni Qazanpapağ oğlu Məhəmməd öldürəjəhdi. Qazanpapağ oğlu Məhəmməd də Boyəhmədlidən olub-du. Asdanın adamı çox idi. Ona xəbər verillər ki, Qazanpapağ oğlu beyjə dəsdəynən Boyəhmədlidən gəlib səni öldürəjəhdi. Asdan deyir, gəlsin, öldürə bilir öldürsün, nə deyirəm. Asdan gejə arvad paltarı geyinir. Bilir ki, Qazanpapağ oğlu hardan gələ bilər. Əlinə haftafa alır, əyninə arvad paltarı geyinir, tapancanı da nifəyin altın-

111

Page 112: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

nan sancır. Görür ki, Qazanpapağ oğlu gəldi düz bunun qapısının ağzına tərəf, dəsdə də öyü hərrəməyə aldı. Asdan deyir, mən də əlimdə haftafa çıxdım. Elə bildi mən Asdanın arvadıyam. Düz Qazanpapağın üsdünə getdim, tapancanı çıxartdım dirədim, dedim ki, qoşununu çək, yoxsa öldürəjəm səni. Harayı haraya çatajax? Qazanpapağ oğlu da çox qüvvəli olubdu. Yaxın dursa, əl atar Asdanı birtəri eliyər. Qoşuna deyib ki, dağılın. Asdan bunun silahın, qatarın alır, deyir, yer get. Sabah özün gəl, silahını verəjəm. Mən səni öldürə bilərdim, amma öldürmürəm, get. Heylə onu öldürməmişdi, buraxmışdı, sabah da gəlib tüfəngini, qatarını alıb getmişdi.

IX mətnTopal Əsgər danışırdı. Deyirdi, kəl arabasını qoşmuşam, Tərtər

qırağı gedirəm. Bir də gördüm bir atdı qəflətən meşədən çıxdı. Atdan sıçradı düşdü, gəldi arabanın qabağına. Mən də təkəm. Dedi ki, hara gedirsən? Dedim ki, meşəyə gedirəm, bir az ağac-uğac qırajam. Dedi ki, Sarıtel Asdanı eşitmisən? Deyir, dedim eşitmişəm. Mən yetim oğlanam, Sarıtel Asdannan mənim nə işim var. Deyəndə dedi ki, onu yaman qəddar adam söylüyüllər. Mənim də qanmaz vaxdım idi, dedim qələt eliyir, qəddar olub nağarajax. Deyəndə bu mana bir şillə vurdu. Mən sıçradım düşdüm, əlimdəki ağacı buna qaldıranda gör-düm qıraxdan iki dənə atdı çıxdı. Gəldi hərəsi bir qolumdan tutdu, məni apardılar. Gördüm bir nəfər oturub, dəm-dəsgah qabağında. Deyir, dedi ki, sənin adın nədi? Dedim Əsgərdi. Dedi ki, səni mən burdan keçəndə dəfələrnən görmüşəm. Sən Sarıtel Asdanı görmüsən ki, deyirsən qələt eliyir, qəddar olub neyniyəjək? Dedim, vallah, qanmamışam. Deyir, gəldi köynəyimin yaxasın qaldırdı, baxdı gördü ki, alt paltarım yoxdu da. Əlin saldı cibinə iki dənə pul çıxartdı. Mən də qızıl pul görməmişəm. İki dənə qırmızı pul çıxartdı. Dedi, Sarıtel Asdan mənəm. Qələti sən ye, ala bunu özünə paltar al.

X mətnQaçaxların son döyüşü Ağdaşnan Kürün arasında ara meşə

deyilən bir yerdə oluf. Son qərar verilif, Mehralı babamı, Çoban bəyi də atriyadın tərkibində göndəriflər qaçaxların üsdünə. Son dö-

112

Page 113: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yüşdü, burda qaçaxlar qırılmalıdı. Qaçaxların içində buların qohu-mu var axı. Bular şərtdəşiflər ki, biz haranı gülləyə tutsax siz qaçın. Sarıtel Asdan da qaçaxların içində oluf. Bular ayax tərəfi oda veriflər. Bular da ordan qalxan kimi pulamyotçunu vuruflar, neçə adamı vuruflar. Sarıtel Asdana güllə dəyif, amma aradan çıxıf. Yerdə qalannar qaçıflar Yevlağa tərəf. Orda atriyadı yarıf keçiflər, hava işıxlaşanda Tərtərin Sarıcalı kəndinə çatıflar. Bir kişinin qapısına gəliflər. Deyiflər, sənə nə desən verəjeyih, şər düşənə qədər bizi burda gizdət. Kişi bulara deyif, gəlin girin toolaya. Buları toolaya salıf, ağzın da qifilliyif. Əl altınnan xəbər göndərif ki, qaçaxlar burdadı, gəlin. Gediflər pulamyot gətiriflər, bomba atıflar, oları orda qırıflar.

Sarıtel Asdan ordan çıxıf gəlif qəbirsannıxda oğlunun qəbri üsdündə ölüf. Qəlyan çəkərmiş. Deyillər, güllə dəyif Asdanın ciyarın dağıtmışdı, ordan qan qarışıx qalyanın qətranı axırdı.

71. QAÇAQ CAMAL

I mətnCamalın atası Xanərəbdəndi, anası təhlədəndi. Heş nəyin üs-

dündə qaçaxçılığ eliyib. Bizim təhlə camaatı o vaxdı küllü-külfətdi dağa gedərdi, gələrdi. Basqıynan gedif Şəki-Borisovkadan – erməni yaylağınnan üş yüz qoyun gətirmişdilər. Ordan da erməni gəldi, camaatdan da satqınnıx eliyif erməninin qabağına düşən oldu, bu işi görənnəri nişan verdi. Yarsın dağda tutdular apardılar, yarsı qaldı. Ordan xəbər verdilər Bərdəyə ki, bu adamları tutun yazda göndərin gəlsin. Camalı, dayısı Müstəcəbi – onatan adamı 42-nin payızında tutdular, yazda buları yığıf göndərəsidilər. Camal da təzə öylən-mişdi. Ayləsi buna çörək aparanda milisyə deyif ki, nə verəssən səni Camalnan görüşdürüm? Bizim camaatın arvatdarının boynunda qızıldan babaxan olurdu, qıraxları da hil. Bu gəlin də boyunbağını salıf qoynuna ki, əl atıf qırallar. Qapıda duran milisyə əlin belə salır gəlinin qoynuna. Deyir, bax bu yaxalığını ver, görüşdürüm. Gəlin də boynu sınmış, özünü saxlıya bilmir, Camalnan görüşəndə deyir

113

Page 114: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ki, Fərman (qapıda duran milis – top.) yaxalığı mahna elədi, əlin saldı qoynuma. Bu oğurrux işdən Camalnan Müstəcəbin xəbəri yoxuydu. Yazda buları göndərəndə dustağın beşini bir maşına yığdı-lar, Camalgili başqa bir maşına. Burda da bir milis vardı, Kolanıydı. Camal ona dedi ki, Əliş əmi, mən gedən maşına sən minmə. Deyif ki, niyə? Deyif, mən qaçajam, sora başın ağrıyar. O kişi də bu söznən o biri maşına minir, buların da yanına ayrı milisyə qoyullar. Bular olur üç nəfər. Bir dayısı, bir Camal, bir də buları satan gedə. Veş maşını qavaxca gedir, Camalgilin maşını arxasınca. Maşın xarab olur. Şofer deyir ki, siz durun maşının yanında, mən gedim, görüm Laçında elə adam taparammı bunnan başı çıxa. Şofer gedən kimi Camal milisyəni tutuf soyundurur. Paltarın geyinir, öz paltarın ona geyindirir. Dayısının da qolunu bağlıyır, milisyənin də, qatır qabağına. Qabağına çıxan olsa, deyəjək yasav aparıram. Aparır meşəyə, milisyəni arxası qatda sarıyır ağaca, çıxıf gəlillər. Şofer gəlir ki, nə milisyə var, nə silah var. Qayıdır Laçına xəbər verir ki, bəs belə-belə. Üş gün it gətirillər. İt gedir milisyəyə dəyir, qayıdır buların yanına, qorxuların-dan yaxın gedə bilmirlər. Axırda gedillər ki, milisyə arxası qatda sarıxlıdı. Camalın qaçax olmasının siftəsi burdan başdıyır.

Camal həmən milisyəni öldürməyə qaçmışdı, yoxsa onun o oğurruxdan xəbəri yoxuydu. Milisyəni də Allah dolaşdırdı, gətdilər onu kalxoza müdir qoydular. Dağa gedəndə Camal onu orda öldürdü.

Camal bir altı-yeddi nəfəri başına topladı, qaçaxçılıx etməyə başladı. Gizləndiyi əsas yer Soltanbud meşəsiydi. Soltanbud o zaman elə bir meşəydi ki, əyilə-əyilə getməsəydin girmək mümkün döyüldü. Kəndin ağzı var ey, qovu, 44-cü ildə Camal bir ay orda yaşadı, NKVD Abdullayev onu tapa bilmədi. Gör nətər meşeydi? Beş il qaçaxlıx elədi. Beş ildən sora özü çıxdı üzə. Onatılanı belində bir həftə Bərdədə gəzdirdilər görk üçün.

Müstəcəbi də Vəngdə meşədə sabah ertə əllərin-üzdərin yu-yanda Qriqoryanın atriyadı vurdu.

II mətn

114

Page 115: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Camal Fərman bəyin bajısı oğlu olufdu, Müseyib, İmamqulu əmisi oğlannarı oluf. Bular müharibə vaxdı da qaçax oluflar. Bular sovet hökumətiynən barışmıyıf. Müstəcəb atışmada vuruluf. Müstə-cəb atılannan sora Camalın anasına and verdilər ki, o üzə çıxsın, biz ona toxunmuyajayıx. O üzə çıxannan sora üş gün onun silahını əlin-dən almadan Bərdədə gəzdirillər. Bütün rayon camaatı onun görü-şünə gəlir. Deyir ki, mən özüm gələjəm. Bu şərtnən ki, məni geyimli-gejimli, silahım da belimdə, Bərdədən çıxana qədər əlimdən almıjax-lar. Söz veriflər, ona da əməl eliyiflər. Ələkbər Abdullayev olufdu. Camalın anasına and içif ki, mən onun güllələnməyinə imkan vermi-yəjəm. Anası da deyif ki, mənim oğlum güllələnməsə, o harda olsa yaşıyajax.

72. XANALI

I mətnBizdə Mehdi kişi vardı, Bagirovun sağ əliydi. Bagirov ona

etibar eliyirdi, bu tərəflərə gələndə gedif onun qapısına düşürdü. Bular dağdan gələn vaxdı köş Qubadlıdan çıxanda Alyannı qaçaxları köçün qabağın kəsib Mehdigilin arvadının paltarın-palazın alıf aparıflar. Həmin paltara görə Mehdi deyif, siz siz olun, biz də biz. Gedif Bagirova deyif, o da öz qoşunun aparıf qaçaxların üsdünə. Oları məhv eliyif, qayıdıf gələndə bizim camaatın ağsakqalları dağın döşündə gedif onu qarşılıyıflar. Qaçax Xanalı varıydı. Çağırıf buna deyif ki, nə vaxta qədər hökumətnən hökumətlik eliyəssən? Minci-vannan Daşburunun arasının ixdiyarını verim sənə, bu zonanı qoru, qaçax-quldur keşməsin. Patronun, yeməyin, atının arpasın verəjeyik, amma bu sərhədi qoru. Peçatdı-zaddı sənədi verir buna. Bagirov burdan çıxıf gedif Kərimbəyli bəylərinin üsdünə. Orda atışıflar. Xanalının arvadı da Kərimbəylidən oluf. Ordan çapar gəlif ki, Xanalı durma, Bagirov Kərimbəylini qırır. Bular da burdan gediflər Kərim-bəyliyə köməyə. Bagirov pulamyotun lüləsin çevirif buların üsdünə, o qaçan qaçıf keçiflər İrana. Onnan sora Bagirov qayıdıf kəndi

115

Page 116: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

(Əhmədallar kəndini – top.) tamam odduyuf. Soradan camaat bir də qayıdıf gəlif bura.

II mətnXanalıya Sultan bəy deyif ki, gəl atımızı ötüşdürək. Kimin atı

keşsə, versin ona. Bu da bilif ki, atı keşsə, Sultan bəy deyəjəh ki, o atı ver mənə. Mehtərinə deyif ki, get tövlədən başqa at gətir, çapaq, qoy udsun, atı da verək ona götürüf getsin. Nəysə, Sultan bəyin atı keçifdi. Keçəndə gəlif buna lağ eliyif ki, bəs tərifliyirdin atım belə, atım belə, budu atın? Bu dözə bilmiyif deyif, gedin Çal atı gətirin. Öz atın gətirif, genə çapıflar. Sultan bəyin atın yolda qoyufdu. Deyif, Çal at dediyin bax budu. Xan da onnan inciyif. O gedən gedif ki, sən məni allatdın.

73. QAÇAQ SƏFƏR

Çar hökumətinin vaxtında Qaçax Səfər addı bir qaçax oluf. Özü də o mənim ulu babamın qohumudu. Bı da varlılara qarşı çıxırmış. Çapıb-taaladığı şeyləri kasıblara paylıyarmış. Bını nə qədər hərriyir-mişdər tutmağa, tuta bilmirdilər. Bir il belə, beş il belə, bını çar hö-kuməti tuta bilmiyif. Bir gün hansısa bir xannığın xanı sifariş eliyir ki, Səfər, Dəmir Qapı Dərbəntdə xanın bir cüt atı var. Atlar da dün-yada misli olmuyan atdı. Əgər gedif atları mana gətirsən, səni üzə çıxarajam, qaçaxlığı sənin üsdünnən götürəjeyih, azad bir adam kimi gəzəssən. Qaçax Səfər genə də xana ehtibar eləmir, amma gedir. Ge-dir çıxır Dərbəndə. Öyrənir ki, xanın atlarının iki mehtəri var. Görür ki, mehtərin biri axşam çıxıf gedir, o birisi isə ata baxır. Səfər kəşfiy-yatını işə salmışmış da. Öyrənir nə hardadı, nə yox, onnan sora işə başdıyır.

Həə, o biri mehtəri izdiyir. Səfər gəlif qəflətən mehtəri tutur. Tüfəngini alıf qoyur ora, mehtəri dalı üstə bağlıyır stolbuya. Atdarı yəhərriyir, çıxarır çölə. Mehtəri öldürmür. Atın birinin quyruğunu o biri atın quyruğuna bağlıyır. Birini minir, yola dəvərir. Atı gətirif çıxarır həmən xannığın, yanı Bərdə xannığının bir kəndinə. Xana xəbər göndərir ki, bəs sənin arzunu yerinə yetirmişəm, atdarın ikisini

116

Page 117: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

də gətirmişəm. Birbaşa xanın yanına getmir, çünki ehtiyatı əldən vermir. Deyir, hər şey ola bilər. Xan Səfərə xəbər göndərir ki, atdarın ikisini də götür gəl saraya. Xan atdara baxıf deyir ki, at nə at. Deyif:

–İnnən belə, sən azadsan, get azad gəz.74. CAN HƏSƏN KƏNDİ

I mətnYaşdı adamlardan, babalarımızdan eşitmişəm ki, bizim kəntdə

iki qaçax oluf. Birinin adı Qaçax Mahmud, o birisinin adı isə Qaçax Abdulhüseyn oluf. Mərtdihləriynən hamını heyran qoyurdular. Bınnarın qəhrəmannığı keçən əsrin əvvəllərinə gəlib çıxır. Yəni Sovet hakimiyyəti qurulandan əvvəlki dövrə aiddir. Bütün kənd, obuynan bir adı-sanı oluf onnarın. Onnar həmməşə eli qorumax üçün düşmən qarşısına yeriyiflər. Deyilənnərə görə, bir dəfə necə olursa Mahmudnan Abdulhüseyn kəntdə olmurlar. Bu hadisə Kosalar kəndində olur. Yəni başqa yerə getmişmişdər. Bu ərəfədə erməni gavurları kəndin üstünə hücuma keçillər.

Qaçax Mahmudnan Qaçax Abdulhüseyn gedəndə kəndi qoru-mağı Həsən addı bir iyid olur, ona tapşırıllar. Həsən onnarın dəstə-sindən olur. Gavırlar hücuma keçir. Həsən böyüh şücaət göstərir, son qanına kimi onnarnan mübarizə aparır. Ancaq həlak olur. Həsənin sağ qolunu gavırlar kəsillər. Götürüf atın yəhərinə bağlıyıllar ki, aparsınnar. Keçmişdə də belə bir şey varmış ki, iyitdən bir miras aparıllarmış ki, onun qarşılığında qızıl pul, sikkə alsınnar. Camaat pərən-pərən düşür, dağılır meşələrə. Gavurlardan da qırılannar olur ha. Həsənin qolunu atın yəhərində aparıllar. Bizim kəndin ərazisində Dağ çay deyilən bir yer var. Həmin çayı erməni dəstəsi keçəndə Abdulhüseynnən, Mahmudnan qabaxlaşıllar. Aralarında təxminən yüz əlli, iki yüz metr məsafə oluf. Baxıllar ki, atlılar gəlir. Amma qabaxda gedən atın yəhərində bir qol sallana gedir. Abdulhüseyn nişan alır, həmin ermənini orda öldürür. At dayanır. Orda atışma olur. Abdulhüseyn atın yəhərindəki qola baxanda başdıyır ağlamağa. Ağlamax yox, kövrəlir. İyid ağlamaz deyillər. Mahmud soruşur ki, niyə ağlıyırsan Abdulhüseyn? Deyir ki, siz bilmirsiniz. Bu Həsənin

117

Page 118: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

qoludu. Onnan yol vermir ki, Həsənin qolunu aparsınnar. Həsənin qanını yerdə qoymurlar. Artıxlamasıynan qisasdarını alırlar.

II mətnBizim kəndin adı Kosalar kəndidi. Kosalar ümumi addır. Beş

kənd Kosalar kəndi hesab olunur. Hər kəndin də öz adı var. Bı kəntdərdən birinin adı Can Həsən kəndidir. Bilirsən, niyə ona Can Həsən kəndi deyillər? Bir günnəri Həsən adlı bir iyid kəndi gavur-lardan qoruyurmuş. İyitdik gösdərif onnarın çoxunu öldürür, amma özü də gavurlar tərəfinnən öldürülür. Həsənin qolunu gavurlar kəsif aparıllarmış. Kəndin qoçax oğlannarı Həsənin qolunun aparılma-sına imkan vermillər. Qolu qaytarıf gətirillər. Həsənin qolunu gətirif harda ölüfsə, ora – kəndin ortasına qoyullar. Kəndin camaatı “Can Həsən, Can Həsən, Can Həsən” deyif nalə qoparıllarmış, şivən eliyirmişdər. O vaxtdan da həmin kəndin adı Can Həsən qalır. Can Həsən də Kosalara daxil olan beş kəntdən biridi.

75. HACI QARA

Hacı Qara bizim kəntçi olub, özü də çox imkannı adam olub, kasıb-kusuba baxan olub. Onun xəsis kimi tanınmasının səbəbi belədir. Bir qaraçı tayfası olub, ayı oynada-oynada gəzirmiş. Oların başçılarının adı da Lotu Kərim olur. Oxuyurmuş, əlin açıb pul dilə-nirmiş. Gəlir Hacı Qaranın yanına. Oynuyullar, gülüllər, danışıllar. Deyib Hacı, bizə pul ver. Hacı da deyib:

– Ə, sənin boynun kəl boynu kimidi. Get işdə pul qazan, bu sənət döyül. Mən yetimə-yesirə baxıram.

Həqiqi də, bayram vaxdı böyür-başındakı arvatdarı göndə-rirmiş ki, get gör kimin evində düyüsü yoxdu, ayın-oyunu yoxdu. Olara kömək eliyirmiş ki, bayram axşamı onun da evində qazan asılsın. Lotu Kərim də bu sözü tutub başdıyır Hacını bəzəməyə. Sora bunu Hacıya çatdırıllar, Hacı gedib Lotu Kərimi tapıf. Deyib, ə, sən sağlam adamsan, mən sənə ona görə pul vermədim. Bu söz-

118

Page 119: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

söhbəti qutar. Deyir, Hacı, vallah, bu gündən qutardım. Bu da gedib çıxıb Axundovun qulağına. Hacı Qaranın xəsisliyi burdan yaranıb. Amma əslində çox əliaçıq adam olub.

76. CƏFƏR AĞA

Cəfər yetim uşağ oluf, bir varrının yanında çoban olufdu. Cəfərin ağası Məşədə gedəndə bu da deyif ki, ay ağa, mən də səy-nən gedim. Deyif ki, bala, gedək. Cəfər də düşüb ağasının yanına, gedib Məkkəyə. Rozə deyillər, kiminsə ziyaratı qəbul olunanda adı yazılır. Ağa gedib ziyarat eliyəndə ziyarat daşın belə götürüb görüb Cəfərin adı birinci lövhədə. Necə indi qol çəkmirik, onda deyirdilər barmağın rozəyə keçib, belə məsəl var. Cəfərin barmaqları basılıb bura. Ayə, bu nə olan şeydi, nətər şeydi? Deyəndə deyif ki, ağa, yolda mənə verdiyin çörəyi mən yeməmişdim, qoymuşdum həyvə-mə. Gələndə yolda qabağıma bir qoja kişi çıxdı. Ajınnan qılçası dolaşırdı, yeriyə bilmirdi. Dedi, ay bala, ajınnan ölürəm, bəlkə bir belə çörəyin ola. Mən öz çörəyimi yemədim, verdim o qoja kişiyə. Demək, o Allah-taalaya o qədər xoş gedib ki, mənim barmağım gəlib rozəyə keçib. Allah onun ziyaratın qəbul eliyif. Varranıf, döölətdənif Karbalayi Cəfər ddandırılıf. Cəfərin də Dəli Məhərrəm, Pezi Məhəmməd deyilən varlı, qoçax oğlannarı oluf.

77. ŞİRVAN ŞAH

Burda (Füzuli rayonunda – top.) Şirvan şah oluf. İran şahı deyif ki, sən mənim pəhlivanımnan güləşməlisən. Bu da çox güjdü pəhli-vanmış. Deyif ki, ay şah, məə yaraşmır axı mən pəhlivannan güləşəm. Deyir, yox, əmr eliyirəm, güləşməlisən. Deyir, onda bir iş eylə, bir qijiy maya18 gətir, bir də nər gətir. Mayanı yatızdırıflar, nəri də bu yatız-dırıf. Baş barmaxların qoyur nərin buduna, nər nə qədər eliyir, qalxa bilmiyif. Deyif, indi pəhlivanı gətir, salxasın nəri. Pəhlivan əlin qoyur nərin üsdünə, nə qədər güj verirsə, nəri saxlıya bilmir. Nər qalxır. Deyir, bu da sənin pəhlivanın, güləşdik. Orda bir bayatı çəkir. Deyir:

18 Qijiy maya – həvəsə gələn maya

119

Page 120: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Əziziyəm, Qarabağ,Qara salxım, qara bağ.Cənnətə dönsə Şirvan,Yaddan çıxmaz Qarabağ.

78. PƏHLƏVAN XƏLİL

Bir nəfər gəlir, deyir, Xəlili yaman qüvvəli deyillər, gedib onnan güləşəjəm. Xəlil hardan gəlirmişsə buna rast gəlir. Pəhlivan deyir, Xəlili axtarıram. Deyir, Xəlil mənəm. Deyib, nağarax? Deyir, mən aj güləşə bilmərəm. Gəl çörək-zad yeyək. Oturublar möhkəm yeyiflər-içiflər. Çölə çıxanda görüllər bir kadın əlində güyüm sudan gəlir. Güyüm də otuz litr su tutur. Onu altından götürmək olar, amma boğazından qaldırmax çətin məsələdi. Xəlil deyib, ay qız, burdan gəl, burdan gəl. Gəlib bura. Deyir, güyümü maa ver, su içə-jəm. Qız güyümü qoyub yerə, çəkilib. Xəlil tutub güyümün boğa-zınnan çəkib başına. İçib-içib, doyannan sora qoyub yerə. Deyir, gedək güləşək. Gələn pəhlivan deyir, yox, qardaş, mən sənin güjü gördüm. Mənnik döyül.

MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR

79. CAN ÖVLADDAN ŞİRİNDİR

Bir qoja arvat nəvəsiynən qalırmış. Bir günnəri nəvəsi xəsdə-lənir. Arvat deyir, ay Allah, ona gələn mənə gəlsin, ona gələn mənə gəlsin. Bu cavan uşaxdı, ona heş-zad olmasın, nə gəlirsə, mənə gəlsin. Bir müddət heylə duva eliyirmiş. Qapılarında da bir dənə dana varmış. Dana qapıda gəzirmiş. Görüf vedrədə su var. Gəlif başın belə basanda ki, su içə, vedrə girir bunun başına. Vedrə girəndə görmür axı. Qapı da açığımış. Belə-belə, belə-belə eliyə-eliyə (başını silkələyə-silkələyə – top.) gəlif girir içəri. Kənd eviymiş. Heylə içəri girəndə deyir, ooy, Əzrayıl gəldi, öləsən canım, xəsdə mən dəələm, mən dəələm, odey odu, – deyif, nəvəsin gösdərif... Can şirin olur. Deyir, Əzrayıl, başaa dönüm, xəsdə mən dəələm, odu.

120

Page 121: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

80. ALLAH ÖZÜNƏ LAYİQ OLANI APARIR

Bir kişinin gözəl bir oğlu varmış. O qədər qənirsiz gözəlimiş ki. Deyir, oğul, gəl gedəh meşiyə oduna. Gedillər, odunu qırıllar, eliyillər. Deyir, gedəh bir bulağın üsdündə çörəh yəəh. Gəlillər çörəyi yeellər. Oğlan deyir, ata, yuxum gəlir. Deyir, yat. Oğlan başın qoyur atasının dizinin üsdə, yatır. Çox yatır, az yatır. Görür gün əyildi. Deyir, oğlum, gün əyildi, dur get ulağı gəti, yühlüyəh gedəh. Nə qədər eliyir, oğlan durmur. Bir də baxır ki, oğlan ölüf. Kişi meşədə bir başına, gözünə döör, deyir:

– Allah, bu nə işdi, mənim başıma gətidin? Qurban olduğum gözünə görükür. Deyir:– Ay kişi, niyə belə eliyirsən? Deyir:– Ay saa canım qurban, varım-yoxum, gözümün ağı-qarası

budu. Bax, bu gözəllihdə oğlana nətəər Allah-taala qıydı. Gözümün tikəcəyiydi.

Deyir:– Kişi, qəm yemə. Get meşədən buna ləyax bir çubux qır gəti. Deyir, yəqin vuruf ayıldajax. Gedir meşəni gəzir, görür ki, bir

ağacı kəsiflər. Ağac ortadan pöhrə atıb belə. Qəşəh qol-qanad atıf. Şiv ağaşdı. Bını qırır, gətirir kişinin yanına. Deyir ki, gətdim. Deyir:

– A kişi, sən bu boyda meşədə ağaş tapmadın? Bəs bu gözəl-lihdə ağaşdı, bunun gələcəyi vardı, bu meyvə verəjeydi. Bu gözəl-lihdə ağajı niyə qırdın gətdin?

Deyir: – Sən dedin, buna ləyağın gətir, mən də bunu ləyağ bildim. Deyir:– Onda ağlamaginən, Allah da özünə ləyağ olanı aparır.

81. HƏRƏNİN DƏRDİ ÖZÜNƏ DƏVƏ BOYDADI

Bir kişi olur, bunun dəvəsi itir. Dəvəni axdarmağa çıxanda görür bulağın başında bir qız oturuf. Deyir ki, ay qızım, məəm

121

Page 122: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dəvəmi görməmisən? Deyir, mən gözələm, məni alan yoxdu. Kişi bir də deyir, ay qızım, məəm dəvəmi görməmisən? Deyir, ay dayı, mən gözələm, məni alan yoxdu. Deyir, ay qızım, saa axırıncı dəfə deyirəm, burdan dəvə-zad keşmiyif? Sən nə danışırsan heylə? Deyir, ay dayı, mən gözələm, məni alan yoxdu. Deyir, buna bax e, mən dəvəmi axdarıram, bı da özün sırımağa adam axdarır. Deyir, ay dayı, hərənin dərdi özünə dəvə boydadı.

82. NAŞÜKÜR İNSAN

Məhəmməd əleyhsalamın vaxtında bir kişi iki qatım un alır. Arvad deyir ki, get peyqəmbərdən uruza istə. Gəlir deyir ki, ya peyqəmbər, bəs bizim yeməyimiz. Deyir:

– Nə qədər unun var? Deyir:– Nə bilim, çualın dibində bir qatım olar dayna. Deyir:– Getginən bir teşt çörəh bişir, apar, kimin yoxdu ona ver. Gedir çörəh bişirtdirir, alır başına, düşür qapı-qapı. Deyir,

kimin ehtiyacı var? Deyillər, vallah, yemişih, bir üş günnüh də varımızdı, apar kimin yoxdu, ona ver. Gedir o birisinə. Deyir, vallah, yemişih, sabaha da var. Apar kimin yoxdu, ona ver. Gedir o birisinə. Deyir ki, vallah, səhər yemişih axşama da Allah yetirəjəh. Qaytarır gətirir evinə, heş kəs yiyə durmur. Deyir:

– Arvad, Allah evini yıxsın, peyqəmbər bizi imtahana çəkirmiş. Hələ bizim çörəyimiz ola-ola getmişih, axşama umudu olmuyan götürmədi. Gör biz nəkqədərnə Allahsızıx.

83. ALLAH ÇALIŞANA ƏL TUTUR

Biri əkirmiş, suvarırmış, dibin təmizdiyirmiş, Allah buna verirmiş. Biri də Allaha arxayın oluf ki, Allah maa verəjək. Çölə bir az toxum əkif gedirmiş. Az olurmuş bunun məhsulu. Bir gün də Musa peyğəmbər Allahnan kəlmələşməyə gedəndə deyir, sana qur-

122

Page 123: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ban olum, gedirsən Allah-taalanın yanına, deynən mənim də ruzamı versin. Hamıya verir, axı maa vermir. Mən əkirəm, heş bir şey götürmürəm. Musa peyğəmbər onun istəyini çatdırır. Allah deyir ki, getsin, bu il onun ruzasın verəjeyəm. Gəlir əkir, görür ruza gənə həmən ruza oldu. Peyğəmbərə deyir ki, Allaha denən saa qurban olum, səndə də yalan. Bəs sən maa dedin ki, getginən, ruzunu verə-jeyəm. Gedif deyir. Deyir, o mənnən ruzu isdiyif, mən də ruzunu bejərənə verirəm. Kim əzyət çəkir, zəhmət çəkir ona verirəm. O da əksin, bejərsin, ona da verim ruzunu.

84. YOLÇUYNAN KƏNDLİ

Bir kətçi gedir dəryaz vurmağa. Deyir, arvad, çaydan-çörəkdən ver, mən günorta gəlmiyəcəm. Otumu çalım, axşam gələcəm evə. Deyir, yaxşı, nə deyirəm ki. Kasıbın olanınnan da, fəhlə adamdı, buna yemək qoyur. Otu çalır, günorta süfrə açıb çörək yeyəndə oraynan bir adam gedirmiş. Bu yolçu deyir, dəyəsən orda qaraltı var, gedim bəlkə onun çörəyi var, bir tikə də mən alım. Gəlir görür bir az çörəkdi, bir az da su, qoyuf qabağına yeyir. Deyir, salamməlöykü. Deyir, əlöyküsalam. Deyir, iştahlı olsun. Deyir, çox sağ ol. Görür buna demir ki, bir tikə də sən ye. Deyir, qağa, mən o kəndə gedəcəyəm, qılçamın hərəkəti yoxdu. Xayiş eliyirəm, onnan bir tikə ver, hərəkətim olsun, gedim ora. Deyir, mən də o dey üş kilometr uzaxlıxdakı kəntdən gəlmişəm, axşamacan burdayam. Onu saa versəm dəryaz vurammıyacam. Baxır-baxır, görür vermi-yəcək. Deyir, ağzın nədi vermiyəsən? Belə baxır, görür qoldan qolaydı, bunu döyə bilər da. Deyir, əşi, sən nə deyirsən? Çörək mənimdi, vermirəm. Genə deyir, ağzın nədi vermiyəsən? Deyir, əşi, məni hirsləndirmə, dəryaznan səni biçərəm, çıx yoluynan get. Yolçu deyir, sən allah, vurma, mən getdim. Elə üş metr aralanmışdı ki, bu, çörəyi götürüf qoyur ağzına. Deyir, buna bax ey, isdiyir bu tikəni əlimdən ala, mən də dəryaz vurmuyam. Çörək qalır boğazın-da. Elə udquna-udquna qalır, görür getmir. Gəncikdə də qalan pis olur axı. Udquna-udquna birtəri çörək gedir. Deyir, sən allah, gəl

123

Page 124: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bir tikə də sən ye. Gəlir oturur, bir tikə o yeyir, bir tikə bu. Deyir, a yolçu qardaş, de görüm, bax sən məni tanımırsan, eləmirsən, niyə deyirsən ki, ağzın nədi vermiyəsən? Deyir, kişi, sənin bir belə yaşın var, mənim də bir belə. O çörəyi Allah-taala mənim üzümə görə verif ki, sən dəryazı qüvvətli vurasan, filan vaxdı bir yolçu buray-nan gedəcək, o tikəni də ona verəsən. Yoxsa o tikəni özün qarmala-saydın, çoxdan o dünyalığıdın. Ona görə deyirdim, sən kimsən Allah-taalanın verdiyi ruzanı əlimdən alasan. Gördün, verdi. Deyir, düz deyirsən, halal olsun, get.

85. VAR-DÖVLƏTİNİN AZALDILMASINI İSTƏYƏN ADAM

Bir gün bir adam Musa peyğəmbərin qabağını kəsir. Deyir ki, ya Musa, Allah-taalaya bir ərzim var. Deyir, nədi? Deyir, mənim ərzimi Allaha çatdır ki, mənim varım-dövlətim başımnan aşıf. Ta yığmağa da yer tapmıram. Onnan bir az azaltsın. Deyir, nolar. Deyərəm, azaldar. Gəlir bir əz qabaxda görür ki, bir kişi də duruf yolun qırağında. Deyir ki, ya Musa, hara gedirsən? Deyir, gedirəm Allahnan görüşə. Deyir, ya Musa, mən çətinnihdəyəm. Mənim ərzimi Allaha çatdırginən. Denən bir az mənim ruzumu artırsın. Deyir ki, yaxşı. Gəlir, Allahnan kəlmələşənnən sora indi bu ərzdəri qəbul eləməlidi. Deyir, mən gələndə İlahi, yolda iki qocaynan rastlaşdım. Birincisi dedi ki, mənim varım-dövlətim başımdan aşır. Onnan bir az azaltsın. Mən yığıf yığışdıra bilmirəm. İkinci qoca dedi ki, mən yeməyə çörəh tapmıram, dolana bilmirəm. Mənim bir əz ruzumu artırsın. Deyir ki, get o ruzu isdiyənə denən ki, şükrün artırsın. Onun ruzusunu mən artıraram. O birisinə də deynən ki, şükrün azaltsın. Şükrün azaldanda mən də onun var-dövlətini azaldacam.

Musa gəlir yolda ikinci qocaynan rastlaşır. Deyir ki, ya Musa, Allah nə dedi? Deyir, dedi ki, bəs o ruzusu olmuyana deynən şükrün artırsın, mən onun ruzusunu artıraram. Qoca belə eliyir ey, harama yaraşır mən şükrümü artıram. Nəyim var ki, şükür eliyəm? Heç olmasa gərək bir şeyin ola ki, şükür eliyəsən. Mən şükür eliyən

124

Page 125: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

deyiləm. Bu batdı qaldı. Gəlir birincinin yanınnan keçəndə deyir, ya Musa. Deyir, bəli. – “Musa, sən getdin Allahnan kəlmələşdin, mənim ərzimi elədin?” Deyir, bəli, elədim. Deyir, bəs nə dedi? Deyir ki, şükrün azaltsın, mən onun ruzusunu azaldaram. Deyir, ey Allahın rəsulu, mənim var-dövlətim yerlə-göyün arasını doldura, mən genə şükrümü azaltmıyacam. Mən şükrümdə həmişə varam. Mən onun böyüklüyünə həmişə şükür eliyirəm. Mən şükrümü azalda bilmərəm. Artırsa da özü bilər, azaltsa da özü bilər.

86. ALLAHLA ŞƏRİKƏ GİRƏN ADAM

Günnərin bir günündə bir kişi olur. Deyir, ə, mən nə qədər əkin əkirəm mənim buğdam olmur, təsərrüfatım batır gedir. Mən neynim ki, mənim bərəkətim bol olsun. Deyir, hə, tapdım. Arvad deyir, a kişi, nəyi tapdın? Deyir, arvat, Allahnan şərikə girəcəm, buğda əkəcəm. Deyir, a kişi, Allahnan sən nətəri şərikə girəssən? Allah hardadı, sən hardasan. – “Yox, arvad, mütləq Allahnan girəcəm şərikə”. Deyir, özün bilərsən.

Gəlir taxıl əkir. Üç aydan sora taxıl nətəri bitirsə, leleh-leleyə bitir. Deyir, arvat, gördün? Bax, Allahla şərikə əkmişəm bıranı, gör nə qədər buğda əmələ gəlif. Deyir, nolar, kişi, lap yaxşı, şükür Allaha. Buğda gəlir yetişir. Bunu biçir, dərz vurur, bağlıyır gətirir xirmənə. Tay nə qədər buğda, xırman tutmur. Deyir, Allah, çox gözəl. Sənnən şərikə girmişəm, yığdığım taxılı sənnən yarı bölə-cəm. Taxılı-zadı əmələ gətirir, başdıyır bölgü bölməyə. Bir vedrə götürür qoyur bura, deyir, birinci Allahın. Vedrəni götürür doldu-rur, deyir, bu da mənim. Birini bu yana, birini o yana qoyur. Axırda deyir, Allah-taala hardan görür ey, dayan görüm. Birin qoyur Alla-hın payının üstünə, doldurur üş dənəsini qoyur öz payını üstünə. Bırdan doldurur birini qoyur ora, beşin qoyur özünkünə. Belə-belə, Allahın payı bunun götürdüyünün üşdə biri də olmur. Deyir, Allah-taala, bölgünü bölmüşəm. Bir də baxır görür ki, göydə bir gurultu var. Küləh, yağış, boran qalxır, bəyindən əyinə sel gəlir, buğdanın hamısını aparır. Gecə bir şimşəh çaxanda küləh bunun papağın da

125

Page 126: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

götürür gedir. Papağını aparanda bu əlini tutur başına deyir, Allah-taala, çaxmağı çəhginən, papağımı tapım. Hansı axmax sənnən şə-rikə girər bunnan sora. Bölgünü düz bölmədim. Axmaxlıx elədim.

87. ÜÇ QARDAŞ VƏ YEZNƏ

Bir kişinin üç oğlu, bir qızı olur. Kişi də sözükeçən kişi olur. Yeznə gəlir evdə oturur, yeyir-içir, dirsəklənir. Üç oğlu deyir ki, ata, bu yeznə kimdi gəlif bizim evdə dirsəklənir, yeyir-içir, tam sər-bəst gəzir? Deyir:

– Bizim namusumuz, qeyrətimizdi. Üç oğlu deyir ki, nətər yanı? Biz ölmüşük ki, yeznə bizə

qeyrət-namus çəkə. Deyir ki, oğul, heylədi. Qardaşlar atalarının sözüynən razılaşmırlar. Ata balaca oğluna deyir ki, get bacını da, yeznəni də çağır gəlsin. Ata oturur, böyüknən ortancıl qardaş da oturur onun sağında. Balaca qardaş gedir çağırır yeznəynən bacısı-nı, gəlif özü də oturur. Üç oğul, bir ata oturullar, yeznəynən qız girir içəri. Ata qızına deyir ki, qızım, soyun. Qız deyir ki, ata, olmaz axı, siz burdasız. Deyir:

– Qızım, sənə deyirəm soyun. Qız soyunur, qalır bir dənə köynəkdə. Deyir:– Qızım, əynində nə var hamısın soyun. Deyir:– Ata, olmaz axı. Tərs baxır kişi. Qız girir ərinin arxasına, alt paltarın da soyunur

atır. Atası çönür deyir:– Niyə o namus-qeyrətin sizin arxanızda gizdəmədi, ərinin ar-

xasında gizdədi? Mən demədim ki, yeznə bizim namus-qeyrətimizdi.

88. BİRİNİ BİLİRSƏN, BİRİNİ BİLMİRSƏN

Bir gün şahın gözü düşür bir qadına. Bunu gətirir yanına. Deyir ki, mənim sənnən xoşum gəldi. Bu da yaxşı qadın olmur. Deyir:

– İstəsəz mən siznən ola bilərəm.

126

Page 127: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bu da çıxardır buna bir qızıl verir. Qızıl verəndə bunun baş hərəmi görür kü, şah bu qadına qızıl verdi, vədə yeri təyin elədi ki, bura gələrsən. Vədə yerinə gəlməmişdən baş hərəm qadını yolda tutur. O vaxdı da işıx yoxuydu, fənər yoxuydu ki, görəsən kim gəlir, kim gedir. Gecə görüş yerinə gəlir. Baş hərəm çıxardır iki qızıl verir ki, ora mən gedəcəm, sən getmə. Qadın üç qızıl alır, aradan çıxır, şahın öz arvadı gəlir. Şah girir qadınnan yatır. Çölə çıxanda nökər deyir ki, qibleyi-aləm sağ olsun, arvadın deyil, bir şeyin deyil. İcazə ver mən də girim bir kefimi görüm. Girir içəri bunnan yatır durur, çıxır çölə. Şah fikirrəşir ki, nökər də bir dəfə, mən də bir dəfə. Şah bir də qayıdıf girir içəri. Arvad şamı yanıdırır deyir ki, kişi, beycə nə yemisən? Bu üçüncü dəfədi qayıdırsan. Şah kor-peşman çölə çıxanda nökər deyir:

– Qibleyi-aləm sağ olsun, qoy bir dəfə də girim. Deyir:– Bala, birin bilirsən, birin bilmirsən. Birin bilirsən ki, bu

içəridəki qadındı, amma bilmirsən ki, bu şahın arvadıdı.

89. İKİ AŞIQ VƏ HAZIRCAVAB GƏLİN

İki aşıx olur, bıllar yol gedirmişdər. Az gedillər, çox gedillər, gedif çıxıllar bir evə. Deyillər, bir iskan sudan, çaydan isdiyəh. Yaxşı adam olar oturarıx, olmaz da çıxıf gedərih başqa evə. Bıllar girillər evə. Görüllər, bir dənə gözəl gəlindi. Deyir, ay bacı, olar sizə qonax gələh? Deyir, niyə olmur? Deyir, evdə bir kişi xeylağı varmı? Deyir, yoldaşım işdədi, hardasa gələr, keçin əyləşin. Bı aşıxlar girir içəri, oturur. Baxıllar mına, deyillər, görən bı özü belə gözəlsə, bının yoldaşı nətərdi? Elə bırda aşıx sazı götürür deyir:

Ay gəlin, nazan gəlin,Gül üsdünə döşən gəlin.Özün gözəl, ərin xürrəm,Gəl ərinnən boşan gəlin.

Bı dəmdə gəlinin əri gəlir. Görür ki, əri də belə heyvərənin biridi, heş mına layiq dəyil qəti. Gəlin deyir:

.......................................

127

Page 128: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gül üsdünə döşənnəm.Ərim xürrəm, özüm gözəl,Zatım-köküm var, boşəmmərəm.

Yanı, zatım, köküm var. Bını bilif, bına veriflər də. Ordaca aşıxlar durur, sazdarın da vırıf qoltuxlarına çıxıf gedillər.

90. ƏSİL-NƏCABƏT NƏSİLNƏNDİR

Biri qonax gedir. Xeylax gedənnən sora gəlif çıxır bir evə. Deyir ki, gedim görüm bu evdə adama bir iskan çaydan, çörəhdən verən olar, yol adamıyam. Girir evə. Deyir ki, kişi xaylağı varsa girim, qadın xaylağı olsa yaxşı dəyil, yoldaşı gələr danışar. Gəlin deyir, əşi, sən nə danışırsan, qardaş, yol qonağısan. Nə olar, evdi də, yoldaşım da gələr, filan. Nəysə, munu yaxşı qarşılıyır. Gətirir yeməh-içməh qoyur kişinin qabağına ki, yol gəlmisən dana, bir iskan çaydan-çörəhdən ye. Bu dəmdə kişi gəlir. Hirsdi-hirsdi gəlir. Deyir, bu nədi, mən evdə olmuya-olmuya bu kişini dəvət eləmisən? Qonaq kor-peşman durur, çıxır gedir.

Az gedir, çox gedir, başqa kəntdə gedir düşür evə. Deyir, girim bu evə, bir görüm nədi, nə deyil. Bir iskan çaydan, çörəhdən də verəllər, yol adamıyam. Girir içəri. – “Salamməleykim”. – “Əleykimsalam”. Arvad evdəymiş, kişi yoxuymuş. Deef, qonağ eliyərsiz? Deyif, niyə eləmirik, gəl gir içəri. Girir içəri, oturur. Arvad nə çay qoyur, nə çörəh. Heş nə eləmir. Kişi gəlir evə axşam. Gəlir deyir ki, xoş gəlmisən, beş gəlmisən. Bu kişiynən qəşəh-qəşəh görüşür, xoş-beş eliyir. – “Ay arvad, bu kişiyə çaydan-çörəhdən vermisən?” Deyir, yox, verməmişəm. Kişi deyir, aaz, sənin başın xarafdı? Nolardı bir iskan çay qoyardın qabaana də. Qonax öz-özünə deyir, o evə getdim gəlin məni yaxşı qarşıladı kişi pis, bu evə də gəldim qadın pis qarşıladı kişi yaxşı. Bu nə deməhdi? Deyir, qardaş, sifdə gəldim başqa kətdə bir evə düşdüm. Qadın elə yaxşı qadındı, gətdi çay qoydu, çörəh qoydu. Ancax əri gəldi bını bırnımnan töhdü. Dedi, bını niyə dəvət eləmisən, niyə çay-çörəh vermisən? Deyir, o yaxşı qadın mənim bacımdı. Bı pisnən də (kişinin öz arvadı – top.) o pis bacı-qardaşdı.

128

Page 129: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

91. MEŞƏBƏYİ VƏ AĞILLI ARVAD

Biri meşəbəyiymiş, dağlara gedirmiş. Yolu düşür həmişə get-diyi evin qabaannan. Qabaa qarannığa düşəndə ev yəəsinə deyir, evdə kişi xaylağı var? Bı arvad da deyir ki, səs-küydən, onnan sora ağlamaxdan xoşun gəlirsə, gəl qalginən. Xoşun gəlmirsə, getginən. Bı da deyir ki, əşi, qalaram da, nolar, bir gejədi də. Bu qalır. Gəlir görür ki, xırım-xırda uşaxdı, biri orda ağlıyır, biri burda ağlıyır, hay-küy. Genə qalır. Neçə illər keçir, kişinin yolu genə ordan düşür. Gələndə, genə deyir ki, olar sizdə qalım? Dəəndə, deyir ki, çal-çağırdan xoşun gəlirsə, gəlginən. Uşaxları irilif də. Gəlif görür ki, uşaxları irilif, çalır-eliyillər, o onu vurur, bu bunu vurur, çombax oynuyullar. Həyətdə top oynuyan kim, hay-kuy. Bunu da qabul eliyir. Sora gəlir, bir-neçə il keçir. Uşaqlar böyüyür də, ildən ilə böyüyür. Bir gün genə gəlir. Deyir, olar? Tay elə birinci günnən bura bünövrə salmışam dana. Deyir, sazdan-sözdən xoşun gəlirsə, gəl. Deyir ki, hə, niyə gəlmir? Ollara ki, dözmüşəm, saz-söz yaxşıdı də, buna da dözərəm. Gəlir evə. Görür ki, bınnarın uşaxları irilifdi – qızı, oğlu irilifdi. Biri saz çalır, biri sööbət eliyir, biri şeyir deyir. Ləzzət verir də buna. Burda da elə bı arvad bunu misalnan deyir, belə şeydən xoşun gəlirsə, gəlginən.

92. ƏFƏTLİLİ ÖTDÜ, ƏYİLMƏDİ, GÖTDÜ

Bir gün elə bil rayon, kənt hamısı yığılıf, çoxlu qızıl töküllər yerə. Bəylər, xannar – hamı yığılıf gəlif ora. Deyiflər ki, bu qızılı kim götürsə, biləjeyih ki, qoçaxdı da. Nəysə, gəlif hamı keçif, götürə bilmiyif. Əfətdiliyə deyiflər, gəl keç. Əfətdili gəlif keçəndə əyağının altına qırı belə yapışdırıf keçif. Görüflər ki, götdü, amma əyilmədi. Bunu kim götdü, kim götdü? Əfətdililər. Elə onnan qaldı ki, Əfətdimi, ötdümü, əyilmədi götdümü!

93. ÇOBANIN DÜTDƏYİ

129

Page 130: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bəy bir gün vəzirrərinə, nökərrərinə deyir ki, hazırranın, gedəjeyih filan dağa, ceyran ovuna. Səhər açılır, bunnar qatarranır. Atdanır gəlir bir dağın ətəyinnən keçəndə görür ki, bir dağın ətə-yinə hardasa beş yüz-altı yüz qoyun yayılıf otduyur. Hardansa bir dütdəh səsi gəlir, bı səs dağı-daşı yandırır. Bu dütdəh o xəttər bəyin xoşuna gəlir ki. Deyir, ə, mən bu yaşa gəlmişəm, hələ belə dütdəh səsini eşitməmişəm. Gedillər bir ceyran vırıllar, kef məclisi qurullar. Bəy əmr verir ki, gedin o çobanı götürün gəlin. Dağ yaxınıymış da. Gəlif görüllər ki, çobandı. Qəşəh geyimli-kejimli, əyakqabısı, başının papağı, kalustuxlu-malustuxlu. Bir dənə də yan dütdəyi var bının. Bu da qamışdan qayrılır. Çobana deyillər ki, bəy səni çağırır. Deyir ki, mənim bəylə nə hakq-hesabım var ki? Deyillər ki, bəs bəyin əmridi. Nəysə, çobanı ata mindirillər, aparıllar. Bəy bının geyi-minə baxır, deyir ki, əşi, sən çoban dəyilsən? Deyir ki, bəyim sağ olsun, mənim çobanım bu yan dütdəyimdi. Dütdəyi cibinnən çıxar-dır. Mən bı dütdəynən çobannıx eliyirəm. Bax, gəlirəm, qəşəh paltar geyirəm, qoyuna əlimi vırmıram, qoyunu suya yendirirəm, sudan çıxardıram, qoyunu üstümə gətirdirəm, qoyunu yaydırıram. Qoyuna hara deyirəm, oranı otduyur, mən də qıraxda duruf dütdəyimi çalıram. Yanı başqa hərəkət eləmir da. Bəy çobana deyir ki, indi mən saa bir söz deyəjəm. Çoban deyir ki, sən bir əz dayan, mənim saa sözüm var. Deyir, mən çoban olduğuma görə, mana kəntdə qız ver-millər. Deyillər ki, sən çobansan. Bəy deyir ki, mənim bir yaxşı qızım var. Əgər bu dütdəhnən qoyunu sağa-sola, suya aparsan, sudan çıxartsan – bunnarı eləsən mən qızımı saa verəjəm. Deyir ki, bəyim sağ olsun, nə deyirsən eliyim. Bəy deyir ki, qoyunu o dağdan gətir çaya. Çoban dütdəyi alır əlinə qəşəh çalır, qoyunnar yayıla-yayıla gəlir çaydan su içir. Sora qoyunu dütdəhnən qaytarır. Bəy deyir ki, bı belə. Bəyin xoşuna gəlir da. İndi də elə elə ki, qoyun yaylım halında otdamasın da. Hamısı düz, yanı bir-birinin ardınca otdasın. Çoban deyir ki, mənim gözüm üstə. Qoyuna bir hava çalır. Hava çalanda qoyunnar hamısı belə sırasıynan otdamağa başdıyır. Bəy deyir ki, bı iki. Deyir ki, bəyim sağ olsun, indi hansın deyirsən? Bəy deyir ki,

130

Page 131: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

indi də qoyunu qivliyə sarı yönəlt, otdasınnar. Yenə də çoban dütdə-yiynən qoyunnarı qivliyə sarı yönəldir. Qoyunnar otdamağa başdı-yıllar. Bəy baxıf görür ki, ə, mən nə deyirəm, hamısını eliyir bı çoban. Çobana deyir ki, yaxşı, bir sualım da var. Qoyunu çağır gəlsin bıra. Qoyun düz gəlir çayın kənarına. Çoban deyir ki, gördün, bəy? İndi sən qızını maa verirsən, mən də oluram sənin yeznən. Mən çoban dəyiləm. Bu dütdəydi mənim çobanım. Ta bəy görür ki, hər şey onun dediyi kimi oldu. Qızını verməli olur dütdəhli çobana. Çobanın dütdəyi bəyi yaman yumuşaldır.

94. QONAQÇI VƏ BAQQAL

Bakqal nədi qızım? Bakqal o vaxtı, məsələn şəhərdən neft alırmış, iynə, piltə, duz alırmış, gedif kəntdərdə satırmış. Bakqalın bir arıx atı varıymış. Gəlif kəntdə varrı kişinin evində qalıf bunnan dosdux eliyir ki, mən həmişə gələndə sənin evində qalım, gətdiyim malı həmməşə satım. Kişi deyir ki, neynək, deyirsən dosdux eliyəh, dosdux eliyəh. Gəl ye, iç, atını da ötürəh örüşə, sora uşax gedif gətirər. Malını da bırda sat. Deyir, neynəh.

Bir gün belə, beş gün belə. Görür ki, bı qolay adamdı da. Yanı yaxşı adam dəyil da, keyfiyyətsizdi. Ev yəəsi deyir ki, ay arvad, bir dənə quzu kəsəjəm. Onun qarnın təmmiz yonarsan, qurudarsan. Bir də quzunun öz dərisin də təmmiz aşdıyarsan, tükünü elə qırxarsan təmmiz gedər, tük adında şey qalmaz. Mən bı dosdumu sınıyajam. Kişinin bakqaldan ağlı bir şey kəsmir da. Deyir ki, neynəh ay kişi.

Arvad ərinin dediyi kimi eliyir. Həə, kişinin qonaxçısı bir də gəlir da. Yanı ayın-oyun gətirir satmağa qonaxçısının evinə. Gəlir, satdığın satır, gejə qalır. Qonağın atını ötürür öz atdarının içinə. At gedir çölə. Səhər gedəsi olanda kişi – qonaxçı oğlunu göndərir ki, ə bala, get bakqalın atını tap gəti, bını yola salım getsin. Gedir görür ki, atı bir dərədə canavar yeyif, bir başı qalıf, bir də dırnaxları, ayaxları. Gəlif dədəsinə deyir ki, ay dədə, bəs bakqalın atını bu gejə canavar yeyif. Özümüzün iyirmi-otuz atımız var, onu yemiyif, gəlif bakqalın arıx atını yeyif. Kişi deyir ki, ay bala, bı nə pis iş oldu.

131

Page 132: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir ki, get bizim atın hansı yaxşıdırsa, onu tut gəti, verəh bakqala pulsuz, fənasız. Birdən bu ayrı cür şəhlənər bizdən. Bir də o atın başını-ayağını gətir, göstərəh ki, həqiqətən də, sənin atını canavar yeyif. Gədə gəlir bir yaxşı at tutur öz atdarının içindən, atının başını, dırnağını da gətirif tökür ortuya. Deyir, a kişi, Allahdan nə gizdindi. Bu gejə atı buraxmışıx bizim atdarın içinə, təsadüfən canavar gəlif sənin atını yeyif. Atın başını da gətirmişih ki, sən atını tanıyasan. Bakqal öz atının başın tanımır. Deyir, bu baş mənim atımın başı dəyil. Qonaxçı deyir ki, saa at veririh da, götür get. Atı verir, deyir, min get, genə də gəl. Bakqal deyir ki, filan günü bir də gələjəm. Ev yəəsi deyir ki, neynəh, havaxt gəlsən, gözüm üstə yerim var. Arvada deyir ki, ay arvad, bilirsən nə var? Deyir ki, nə var? O qarın var ha, onu sal suya, xəngəl formasında kəs. Dərini də onun kimi. Soğanı dağ elə, ləzətdi bir xəngəl bişi. Amma mana da ayrı bişir öz adətimiznən. Arvad narahat oluf deyir ki, axı qonax bilər? Deyir, elə mən bını bilməh istiyirəm ki, görəh bı bını bilirmi, başa düşürmü?

Bakqal gəlir. Xoş-beş, görüşür əv yəəsinnən. Həm də deyir ki, bir əz sizin xətrinizə dəymişəm o vaxtı, məni bağışdıyın, güzəşt eliyin maa. Sizin atınız yaman yaxşı atdı. Elə Allaha şükür ki, mənim atımı canavar yeyif. Deyir, əşi, çox sağ ol. Deyir, ay arvad, günortuya nə bişirmisən? Deyir ki, əşi, qəşəh xəngəl bişimişəm. Qəşəh yağlı, so-ğannı-zaddı xəngəl bişirmişəm. Əri deyir ki, onnan adama bir boşqab gəti, yeyəh. Bı dərili xəngəli yığır boşqaba, gətirif qoyur bakqalın qabağına. Öz ərinə də ayrıca bişidiyini gətirir. Bunnar başdıyır yeyir. Bakqal qonaxçıya deyir ki, bı xəngəl maa yaman ləzzət elədi. Yaman qəşəh xəngəldi. Deyir, ye, əşi, yaxşı ye. Siz şəhərrisiniz, şəhərlilər belə xəngəl bişirə bilmillər, çöllülər qəşəh bişirillər. Çünki burda hər şey var. Bakqal yeyir gedir, heş-zad başa düşmür ki, bı nə xəngəlidi?

Gedir, bir də gələndə deyir ki, bəs mən bırdan gedənnən sora bir əz xəstələndim. Deyillər, bəs niyə xəstələndin? Deyir, elə-belə xəstələndim. Əşi, indi yaxşısanmı? Deyir, hə, yaxşıyam. Deyir ki, ay bakqal, saa quzu dərisinnən xəngəl bişidim, onu tanımadın. Çöldə canavar yeyən atının başını göstərdim, onu tanımadın, sənnən maa dosd olmaz. Bunnan da bizim dosduğumuz qutardı.

132

Page 133: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qızım, bı elə bir adamdı ki, yəqin ki, bir əz keçənnən sonra qonaxçını da tanımıyacax.

133

Page 134: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ETNOQRAFİK MƏTNLƏR

NOVRUZ ADƏTLƏRİ

Hər dəsdə üç dörd nəfərdən olurdu. Dəsdədə hər kəsin öz vəzifəsi olurdu. Biri pay yığan olurdu, biri maral olurdu, keçipapaq olurdu, şeir deyən, qarmon çalan ayrı olurdu, it qoruyan biri olurdu. İt qoruyanın işi ancaq it gəlsə, onun qarşısını almaq olurdu. Nə yığırdıxsa, aramızda bölürdük. Maral hansı evə girsə, dimdiyin döyürdü yerə. Üzü bağlı olurdu, heç kim onu tanımırdı. Camaat təklif eliyirdi ki, maral, nə yeyirsən? Bir qabda qoyurdular qabağı-na. Yediyini yeyirdi, yemədiyini torbalarına töküb gedirdilər. Gejə-nin yarısına qədər heylə qapıları gəzərdilər. Dəsdə üzvləri hamısı maskalı olurdu, heç birin tanımazdın. Corab taxırdılar, papaxların sifətlərinin üsdünə çəkərdilər. Oğlannar qadın paltarı geyirdi, tanın-mırdı. Bizdə (Lənbəranda – top.) papax atmıyıblar, torba sallayar-dılar. Beş metrlik qarğının ujuna torbanı bağlıyıf qapının arasınnan uzadırdı içəri. Nə qoyurdularsa, torbanı çəkib götürürdülər. Gəlir dəsdəynən evdə oynuyurdular, payın alıf gedirdilər. Maral qadın donu geyirdi, başına da sorux salırdı, maral kimi hərəkət eliyirdi. Onda yekə-yekə adamlar heylə qapı gəzirdilər. Elə vaxd olurdu kəntdə bəlkə yüzə qədər üş-dörd nəfərlik dəsdələr olurdu. Həmin gün darvazalar açıx olurdu, itləri bağlıyırdılar. Kişilər qadın paltarı geyinif qadınların içinə gəlirdilər. Amma hər evə yox, qohum evə gəlirdilər. Qadınnar da kişi paltarı geyinif əmisi, dayısı evinə gedərdilər. Dəstənin başçısı keçəpapağ olurdu. İlbizin qabığını yığıf keçədən papax tikib onları düzürdük üsdünə. Yeriyəndə şeytannar bir-birinə dəyib şakqıldayırdı.

TOY ADƏTLƏRİ

I mətnBizdə (Boyəhmədlidə – top.) götdü deyillər. Nə idi o? Mən

onu gördüm. Düzdü, uşax vaxdı idi. Eşidirdilər ki, Ədalət müəlimin

134

Page 135: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

oğlunun toyudu. Yaxın qohumundan, qardaşı oğlunnan, bajısı oğlunnan biri atının boynuna qırmızı yaylıx bağlıyırmış, düşərmiş obanın ayağınnan. Da hamı bilir ki, bu yaylıx burdadırsa, bu götdü yığır. Bu heş kəsə heş zad demir. Kəndin arasıynan yavaşca atını sürür. Kimin imkanı varmışsa, deyirmiş, a bala, yığıcı gəlir. Ordan iki toğlu çıxardıf qoşur bunun qabağına. Biri bir toğlu qoşur, biri bir cöngə qoşur. Obanın böyüklüyünə baxır. Gəlif qapıya çatanatan iyirmi toğlu, otuz toğlu, beş cöngə yığılır. Yığıcı gəlif hesabat verirdi ki, dədə, bax, filankəs iki toğlu verdi, bu cöngəni filan kişi göndərib. O da yadında saxlıyırdı, filankəs mənim toyumda iki dənə qoş göndərif, o da onun toyunda göndərərdi. Onun hamısı bir ujdan kəsilirmiş, toy olarmış.

Mən öz yaşımda iki günlük toyları gördüm. Amma əvəllər adamın vəzyətinə görə, üş günlük, yeddi günlük toylar olardı. Sabah toydusa, aşıx gəlirdi gejədən qalırdı toy yiyəsinin evində. Onda evlərin beli torpax idi. Səhər saat altıda, azan vaxdı keçənnən sora aşıxlar çıxırdı evin damına. Çubux nağara, bir də qara zurna olurdu. Orda bir gəlinatdandı çalırdılar. Səs yayılırdı, ətraf kəntdər bilirdi ki, bu gün toydu. Toy mağarı ayrı, yemək mağarı ayrı olurdu. Pul yığmax söhbəti yoxuydu.

Təklif nətəri idi? Xurcunu qızıləhmədi almaynan doldurar-dılar, qoyardılar atın tərkinə. Məsələn, gələrdi qapıya, qavaxca çı-xardıf bir dənə alma verərdi. Deyərdi, dədəm, ya əmim sizi oğlunun toyuna çağırır. Allah mübarək eləsin. Hərəyə bir alma verilərdi.

Toyda nəmər vardı. İndi meyvəni, şirniyyatı stola qoyullar. Onda belə döyüldü. Onda iki mağar tikilərdi. Aşıxlar çalan, oynanılan yer ayrı olardı, yemək mağarı ayrı olardı. Camaat yedi, qutardı, bir zənbildə, ya torbada fındıx gələrdi, bir də qab. Qabı həmin fındıxnan dolduruf tökərdilər hərənin cibinə, o da çıxardıf üş manat, beş manat verərdi. Biz də uşağ idik, öydə həsrətnən göz-düyərdik ki, dədəmiz toydan gələjək, bizə fındıx gətirəjək. Sora mədəniləşdirdilər o fındığı kisələrə tikib kisələrdə verdilər, sora onu da yığışdırdılar, indi süfrəyə qoyullar.

135

Page 136: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Toylarda şah bəzənərdi, orda mövsümü meyvələrdən hamısı olardı, gəlinə aid ətirdən beləmə ordan asılırdı, onun da başına örpək salınardı, qırmızı şal salınardı. Şahı bəyin sağdişi bəziyirdi. Aşığa deyərdilər ki, təriflə. Aşıx gərək orda asılan meyvələrin hamısının adını bir-bir deməlidi. Bəy tərifindəki kimi tərifləməliy-di. Ona heş kəsin əl vurmağa ixtiyarı yoxuydu. Bircə şərt varıydı. Məsələn, mən pulluyam, imkannıyam. O toyda şuxlux yaratmax üçün çıxardırdım bir iyirmi beşlik sağdişə verirdim, deyirdim, mən ordan bir alma yemək isdiyirəm, qiymətini de. Deyirdi, əlli manat. Deyirdim, gətir. Həmi burda bir özünü gösdərmək varıydı, həm də toyda şuxluğ olurdu. Masabəyi vardı – toyu idarə eliyən, bir də fərraş vardı. Məsələn, Masabəyi kimisə çağıtdırır, gəlmirsə, əmr eliyirdi ki, filankəsə beş dənə çubux vurulsun. Dönə bilməz. Gəlirdi səni cərmə eliyirəm, on manat qoy aşığın stolu üsdünə. Ya on manat pul qoyajaxsan, ya da oynuyajaxsan.

Gəlinin üzağlığını elan eləməhdən ötəri gəlini başıörtülü gəti-rərdilər. Bir oğlan uşağı örpəyi onun başınnan götürərdi, olardı duvaxqapma. Gəlin qaynataynan danışmazdı. Qaynana deyərdi, a bala, çayı qoy, filan şeyi filan eylə, o da kirimişcə gedif eliyərdi. Elə gəlin var qaynanasına deyə bilmirdi çörək qutarıf. Baldızına, kiçik qaynına, uşaxlarına deyərdi. Ağzında da həmişə yaşmax olardı.

II mətnGəlin gəlif düşənnən sora, bəyi atdandırırdılar19. Bəy atı minif

qaçır, bəyin tay-tuşları, cavannar da düşür atnan onun dalına. Harda tutdular onu döyməlidirlər. Ya bir heyvan verməlidi, ya da olarnan vuruşmalıdır. Bəyə də elə at verirdilər ki, qaçan at olsun, bəyi tut-masınnar, döyməsinnər. Eləsi olurdu fərasətdi olurdu, qaçıf aradan çıxırdı. Eləsi olur, görür güjü çatmır, bularnan vuruşmax isdəmir, qabağına çıxan sürüdən bir heyvan tutuf verir bulara, onnan da canın qutarırdı. Amma Uğurru kişinin oğlunun toyunda bəyə, həqqi də, qaçan at verdilər ki, qaçıb aradan çıxsın. Bu sürə bilmədi, bunu döyüf isdahatın kəsillər. Onnan sora adəti yığışdırdılar.

19 Bu adət təhlə camaatından qeydə alınıb.

136

Page 137: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

III mətnGərdəhbaşını gəlin köçməmiş qızın anası tikirdi, gərdəhbaşı

gözəl ipəhdən tikilirdi. Gəlini hansı otağa aparajaxlarsa, həmən otağın bı divarınnan o divara hər iki tərəfə mismar vuruf gəlinin gərdəyini divarboyu bağlıyıllar, qotazdıyıllar. Sora qızın anasının tihdiyi gərdəhbaşını həmən divar boyunca atdıxları ipəyin – gərdə-yin başına atırdılar. Gərdəhbaşını da üçbucax formasında kəsilmiş naxışlı parçalardan tikirdilər. Özü də hər üçküncün arasına muncux da tikilirdi. Özü də, bala, bilirsən gərdəhbaşını nə vaxt vururdular? Gəlini gətirif gərdəyin o tərəfində otuzdurannan sora, gəlinin qaynatası, başqa qohumları gəlif şirinnih verirdi. Gərdəhbaşı gərdəh şirinniyi verilənnən sonra vurulurdu.

ÇİLƏ KƏSMƏ

I mətnÇərşənbə olanda, axır təkin gejəsi uşağı götürürdüh dalımıza,

gedirdih arxımız var onun üsdünə. Gedirdin qabaxcan ordan çilə tapırdıx – böyürtkan. O böyürtkanın əyrisinnən üş dəfə uşağı keçirirdih, sora burasın kəsirdih (böyürtkən budağının əyilən hissəsinin çıxıntıları nəzərdə tutulur – top.) “Ağrım-uğrum burda qalsın” deyif kəsənnən sora gedirdih axar çayın üsdünə. Üş dəfə uşağın başınnan, çiyinnərinnən “ağrım-uğrum burda qalsın” deyif tulluyurdux. Onnan sora gəlif yeyirdih.

Uşax yerimiyəndə, yaşı keçəndə deyillər, dili ayağın basıfdı. Onda deyillər əhd eliyirəm ki, uşağımın dili açılsın, bunu yeddi qonşu gəzdirəjəm, pay yığajam. Uşağı xəlbirə qoyursan, yeddi qa-pını döyüb pay yığırsan. Payı da gətirif qoyursan surfaya, yeyirsən.

II mətnDeyillər, çiləni şənbə, çərşənbə kəsməh lazımdı. Biz uşağıy-

dıx, yığırdılar bizi, kəhriz varıydı Muradbəylidə, kəhrizin qırağına. Axar suda olmalıdı o, ya bulax olmalıdı, ya axar su olmalıdı. Yığırdılar bizi ora, ən çox ərə gedif doğmıyan qadınnarı, gəlinnəri,

137

Page 138: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bəxti açılmıyan qızdarı, uşaxları yığırdılar ora. Bu hanada toxunan ip yoxdu, o ipdən bir dənə yumuru yumax qoyurdular yanına. De-məh, əllərimizin də baş barmaxların, əyağımızın da baş barmaxların onnan çatırdılar, bağlıyırdılar möhkəm-möhkəm. Bağlıyannan sora qoca arvadıydı, bir dənə aftafa varıydı, mis aftafa. O mis aftafanı doldururdu, qoyurdu böyrünə. Deməli, kimi desə, onun adını çəkir-di. Deyirdi ki, Həzrət Süleyman eşqinə, cin qızı Mərcan hökmünə, köklü ağacın, dibli qayanın, yeddi yolun ayrıcına, bəni adəmin, cinin, şeytanın, sürünənin, uçanın, qaçanın, gözə görünən, görünmü-yən nə varsa, onun hansının çiləsinə düşmüsənsə, filənkəs, mən sənin çiləni kəsdim. Bunu deyərdi, o ipləri qayçıynan kəsərdi, əlində tutardı şəhadət barmağıynan baş barmağının arasında, aftafadan onun üstünə su axıdardı, sora o ipləri də axar suya verərdi, su götürüf aparardı. Yəni, indi düzdü ey, Quran ayələriynən də kəsillər çiləni, amma əslində bu Qurannan çox-çox qabağın söz-söhbətidi, qədimidi.

Elə bil ki, onu kəsənnən sora, görürdün kü, çox adama onun düşəri olur. Kimin üstündə ağırrıx var, xəstəlih var, gedirdi. Əgər uşağı olmurdusa, gələn ilə qədər uşağı olur. Və yaxud, qızın bəxti bağlıdı, adını çəkən yoxdu, çiləsi kəsilənnən sora baxırdın ki, ona elçilər gəldi, toy elədilər. Yanı camaatın inamıdı da, min illərin inamıdı ki, insannar görüf, sınıyıf bunu.

III mətnUşaxların ayağı bir-birinə dolaşır (3-4 yaşında uşağın), tez-tez

yıxılır. Keşmiş adamlar deyirdi ki, bunun çiləsin kəsməh üçün bunun duasını oxuyullar. Əyax barmaxlarının baş barmaxlarını bir-birinə düyüllər, istəkanda da bir az ora su qoyullar. Deyir ki, Süleyman peyqəmbər hörmətinə, cin qızı Mərcan hökmünə, məsə-lən, sanıyırsan, pişihdən, itdən, səsdən-küydən, sudan, qarannıxdan, nədən qorxmusansa, çiləni kəsirəm deyif həmən o ipi tutuf başın-nan kəsillər, suyu bu ipin üstünnən töküllər, onun çiləsi kəsilir.

138

Page 139: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

HƏMZAD KƏSMƏ Həmzad kəsmə cin, şeytanlarla əlaqəlidi. Yanı cin insan

bətnində oturur, qoymur ku, o döl orda əmələ gəlsin. Peyğəmbər nəslinnən insanların əmələ gəlməyin istəmillər. Qoymullar, elə bil uşax yarımçıx düşür, və yaxud doğulur ölür, qalmır. İndi ona mikrob deyillər, amma o vaxtı eləydi ki, həmzadı kəsirdilər. Həmzadı kəsməyi görmüşəm. Bir tası qoyardılar doğmuyan, ya da kı, uşağı düşən gəlinin qarşısına, onun başına bir dənə ağ yaylıx atardılar. Qara olmazdı. Deyirdilər ki, qara cinnərin nişanəsidi, onu eləmək olmaz. Sora o adam, kim ki onun həmzadını kəsməlidi, başını salırdı həmin yaylığın altına. Orda dodağının altında deyirdi, çubuxnan vururdu o kasıya. Kasada su olurdu, özü də kasa mis olmalıydı, yazılı mis kasa. O vaxtı ona qırxaçar deyirdilər. Kasanın ortası dikiydi, dikin də qıraxlarınnan qırx dənə açar sallanırdı. Qırxaçar camı, həmən onun içinə su tökürdülər, özü də çox su tutan şey döylüydü, yarım stəkan tutardı, tutmazdı. Onu heylə eliyirdilər, salırdılar o yaylığın altına. O arvad orda nə deyirdi mən bilmirdim. Amma sora böyühlərimiz deyirdi ki, o cinnərin şeyxinin adın bilir və çağırır ona deyir ki, dərdini bunnan azad elə. Heylə deyirdi, vururdu qırx dəfə o kasıya qarğı çubuxnan. Vururdu, onnan sora hop götürürdülər o yaylığı silkəliyirdilər suya. Qadına da evinə gedincə deyirdilər ki, dala baxmamalısan. Dala baxsan, o sənin canına qayıdar. Dala baxmamalısan, tərk eliyif getməlisən. Sora görürdün kü, doğurdan da, uşax qalırdı, problem götürülürdü ortadan. Və yaxud, çox çətin forması olanda (onun bir neçə cür forması olur), onu həmzatdan azad eliyən qadın deyir ki, uşax bətninə düşən kimi satırsan mənə, uşax sənin olmur, mənim adımda olur. Gedirdi çox cüzi bir pul verirdi, deyirdi, satdım sənə. Elə bil oyun oynuyurdular. Şeytanı alladırdılar ki, ta bunun bəxtinə döyül, belədi. O uşax doğulannan sora, təzdənnən həmin adam gətirirdi öz uşağını bunun yanına, bir manat alıf yüz manat qaytarırdı. Belə şeylər varıydı, görmüşdüm.

139

Page 140: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

RUH TUTMA Bizim adətdərdə belə bir şey var, ruha baxırıx. Yuxuda ruhu

görənnən sora onun elə bil səhər tezdən axşama qədər başdıyır başı ağrımağa. Ağrıyır-ağrıyır, bəzən başdıyır dərman atmağa, günor-tadan sora elə bil adamı ruh tutur. Başı ağrıyır, gijəllənir. Bizdərdə elə bil taxta kimi şey olur, ona ərlih deyillər biz tərəflərdə, o tax-tanın bir tərəfinə çörəh qoyursan, bir tərəfinə kömür. Belə tutursan, ölünün adın çəkirsən ki, görüm bu ha tərəfə gedir. Hamının adın çəkirsən, çəkirsən, birdən görürsən ki, ərlih tərpənir, özü yellənir. Onda bilirsən ki, məni anamın ruhu tutuf. Ona baxırsan ki, görəsən onun ürəyi nə istiyir. Genə tutursan, aş deyirsən, çay deyirsən, halva deyirsən, bax belə-belə. Hansında kı başdıyır bax, belə-belə taxta hərrənməyə. Onda bilirsən ki, aş istiyir. Yox, çay deyirsə, çay istiyir. Çay istiyirsə, çaydanı götürüf yuyursan, salavatdıyırsan, qoyursan üstünə. Çay salanda deyirsən anam Şoykətin adına ehsan. Onu dəmliyirsən, gətirirsən badnosda, beş adam oturufsa, on adam oturufsa, onu birinci heş kim içə bilməz, kimin başı ağrıyırdısa, birinci o işməlidi. Sora orda oturannar içir, ölünün adına fatə verirsən, hamı fatə verir, salavat çöyrür, o saat o adamın başının ağrısı keçir.

QORXULUQ GÖTÜRMƏK

Pambığı tikillər bir parçıya, yandırıllar, surələrdən də oxuyul-lar. Məsələn, fələh surəsi, qədir surəsi, ayətikur, bismillahi-rəh-mani-rəhim deyə-deyə dirsəyə, oynaxlara, sora ayağa, topuğa, dizə, sinəyə, kürəyə çəkillər, qorxuluğun götürür.

ÖVLATDA NƏVƏ, DÖVLƏTDƏ DƏVƏ

Dəvənin körpə balasına köşək deyilir. Dəvə həvəsə gələrkən bütün heyvanlardan fərqli ona cimiz deyilir. Dəvə cimizə gəlir. Bu dişiyə aiddir. Bir camış heyvanı, bir də dəvə həvəsdə olan vaxtı adətən özün nizamlaya bilmir, qaçar. Marağlıdı ki, hər ikisi

140

Page 141: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

doğanda da eyni əlamət. Dəvənin doğmağı yaxınlaşdı, qaçacağ. Camış heyvan da yenə heylə. Dəvənin bildiyiniz kimi əjdadı bura ərəblərdən gəlib. O nazik tük dəvələrin dişisinə arvana, erkəyinə lök deyilir. Axı dörd sort dəvə gəldi bura. Dişisinə haçamaya, erkəyinə buğur deyilir. Dəvədə heş vaxt yaş deyilməz. Dəvə ildə bir dəfə yaz vaxtı qırxılar. Buna bir tük dəvə deyilir. Bir tük dəvə, yəni dəvənin bir yaşı var. Beş tük deyilirsə, beş yaşı var. Dəvənin sürüsünə yallağ, atın sürüsünə ilxı, malın sürüsünə naxır deyilir. Deməli, marağlı haldı ki, haça dəvəynən o tühsüz avara deyirəm, bunların görüşməsinnən gəl gör nə alınır. Qeyri-adi bir şey. Deməli, dəvələrin şahı nər və mayadı. Südü də gözəldi, əti də gözəldi, tükü həm isdidi, göz qaytarır, burun qanıyan vaxtı qanı kəsmək üçün istifadə eliyirlər.

Dəvə iki yerdən kəsilər: bir xırtdəkdən, bir də döşdən. Xırt-dəkdən kəsiləndə dəvə saatlarnan ölməz. Dəvənin belinə qoyulan dörd-beş qatdan ibarət keçəyə kapan deyilir. Dəvə doğarkən öz balasın almırsa, ona duza-çörəyə and içirlər, dəvə balasın alır. Dəvənin qarşısında durub deyir, bu çörəy hakqı, bu bala sənindi.

Dəvənin balası ölürsə, ağlıyır. Balası ölən bir dəvə itir. Dəvənin yiyəsi öz dəvəsini tapır. Deyir, filankəs, mənim dəvəmdi bu. Deyir, əşi, yox e, mənim özümündü. Qapımın dəvəsidi, yekəlib. Deyir, heylə şey yoxdu, dəvə mənimdi. Buların mübahisəsi kəsmir. Deyir ki, mərc gələcəyik. Dəvəni kəsərik, dəvənin ürəyində xal olmalıdı. Mənim dəvəmin balası ölübdü, ürəyində xal olsa, deməli, mənimdi. Helə eliyillər, görüllər dəvənin ürəyində xal var, çat var.

Haça dəvənin qızması o qədər qorxulu dəyil, nər qızanda o qandı. Qırx gün bağlanar, nə su içər, ona heç bir yeməh vermərsən. Yalnız o mayenin – ehtiyat yeməyin hesabına o yaşıyır. İrəhmətlik mamaoğlum Məhəmməd müəllimin atası Teymir kişi dəvəni vurubdu. Dəvə qızanda kişini tapıb. Bu çox qoçağ adammış. Görüb ki, dəvə bunun başın alıb ağzına yemək isdiyir. O sıçrıyıb dəvənin qabağınnan qaçıb, tullanıb tutub dəvənin quyruğunnan. Dəvə fırrandıxca bu da fırranır. Dəvə onu yaralamışmış. Onda çapıx da varmış, and olsun Allaha. O cür dəvə kinni olur. İstiyir insan olsun,

141

Page 142: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

at olsun, qisasın alırsa, onu yıxdıxdan sora döşünün altında zindan var, zindanın altında bir neçə dəfə sıxır, sora da qulağın verir. El məsəli var. Deyərlər, dəvə sahibini yıxar, amma qoyuf getməz. O qədər sahibinə sədaqətdi olur ki, yıxdığı sahibin heylə qoyub getməz. Onun böyründə durur, göz yaşı axıdır. Dəvə marağlı heyvandı. Dəvə qızanda bağlıyırlar xüsusi zəncirlə, qırx gün qalır. El arasında deyirlər, quruyur, quruyur, quruyur, əyilir dərisi qalır, onnan sora buraxırlar.

AT HAQQINDA

On yaşdan yuxarı köhlən atdar mənzili başa vurar, hər saatda yorulmaz. Padşah sual veribmiş. Deyir ki, tap görüm nədi? On yaşında keçi, otuz yaşında at, əlli yaşında dəvə. Ora-bura, sonra gəlir Bəhlul Danəndəni tapır. Deyir, on yaşında keçi, iyirmi yaşında at, əlli yaşında dəvə. Bu nə deməkdi? Deyir ki, mən bəyağdan keçi kimi ağaca dırmaşırdım, indi də gəlib oturmuşam belə. Cavannıxda at kimi hökm eliyirsən, sora da qayıdıb yaş keşdikcə sincablaşırsan, dəvə kimi olursan. Atın dokquz, on yaşında ən hökümlü vaxtı olur. Atın ciyərinin üşdə-iki hissəsi tənəffüsdə iştirak edir, bir hissəsi ehtiyyat qalır.

QOYUNÇULUQLA BAĞLI MƏTNLƏR

I mətnQuzu anadan doğuldu, sütdən kəsildi, yaşı tamam olanda dişi-

ni o saatca vurur. Qabaxda kürək dişdəri olur, kürək dişdəri vurur, yerinə iri diş çıxır. Onda bir yaşı tamam olur. Bir yaşı tamam olan kimi olur toğlu. Təxminən on-on iki ay arası toğlu qırxılır. Qırxıldı, oldu quzu. Oktyabr, sentyabr ayında olan quzu taxıl biçini vaxdı qırxılır. Quzunu taxıl biçininnən tez qırxmax olmaz. Çünki quzu bəlim deyirik, saman deyirik, o samannıxda otdamasa, hamamda ki par olur ey, bax, elə buxar olur. Onu çöldən günün isdisi yandırır, içəridən yediyi saman, bəlim onu dartır, yığışdırır. Quzunun içi biş-

142

Page 143: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

məsə, o quzunu qırxsan, el arasında ona qartdanqaz deyillər, yəni o quzu, qaldırmır yununu və o quzu yekəlməz da, qaldı xırça. Gərək o quzu təmiz tərriyə, tərriyən kimi yunun qaldırajax. Yununu arala-yan kimi görəjəhsən ki, yunun dibi dümağdı. Kiri özüynən bərabər qaldırıf göyə, dəri buraxıf kiri. Buğda biçilməmiş quzunu qırxsan, quzu qızdırajax. Onu qırxanda olur toğlu.

Toğludan sonra şişək gəlir. Şişək olanda altdan kürək dişi deyillər, iki cüt kürək dişi deyillər, ikisin də vurur. Onnan bilirsən ki, bunun iki yaşı var. Üç yaşı tamam olanda bir cütünü vurur. Dördüncü dişini vuranda olur öyəc. Beşinci dişə çatanda olur qara diş. Qaradişdən sora olur azman. Azmandan sora el arasında ona dızman deyillər. Çox böyük olur. Dızmannan sora gəlir mələməz. Mələməz olanda altı-yeddi yaşını keçirmiş olur. Nə qədər isdiyir mələsin, səsi çıxmır.

II mətnHeyvan doğannan sora əmcəyində olan ilk süd tərkibinə görə

o birsi süddən fərqlənir. Buzoyun bağırsağı yapışmasın deyə doğulanda onun içində qətran olur, qır deyillər. Həmin südün tərki-bində elə maddə var ki, onu buzoy əmən kimi o qırı ordan qoparıb çıxartmax üçün ishala salır, buzoy qırrıyır. Qapqara o qır gəlir düşür, içini sanki sıyırır təmizdiyir. O buzoy doğannan sora sağılan südə ağız südü deyillər. O südü sağıllar. Onnan siftə köpməcə bişirillər. Südün içinə un, pesox qatıb çalıllar, hörrə düzəldirlər. Yağı qoyullar. Yağ qaynıyanda içinə qaşıxnan hörrədən töküllər, dəyirmi-dəyirmi köpməcələr bişirillər. Uşaxlara, yaxın qonşulara ondan paylıyırlar ki, filankəsin heyvanı doğufdu. Onun üzərinə pe-sox da səpmək olur, lap isdəsən bal da sürtə bilərsən. Dırnağı bərk olsun, məhsulu çox olsun deyə onu yaxın qonşulara paylıyırlar.

Onnan sora sağılan süddən kətəməz bişirillər. Südü ojağın üsdünə qoyan kimi süd çürüyür, olur laxta-laxta. Onnan sora sağılan südə bulama deyillər. Onu fırrada-fırrada bişirməsən, o parçalanıf yenə kətəməzə çevrilir və yaxud yanır. O qədər üzvü maddələrnən zəngin olur ku, onu bulamasan, divi çala bilər, yana

143

Page 144: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bilər. Südə düşənə qədər onu buluyullar. Südə düşənnən sora onnan isdiyirsən pendir düzəlt, ya yağ istehsal elə.

III mətnKeçmiş vaxdı qoyun qırxımı iki dəfə olardı. Aran qoyununu

ildə iki dəfə qırxmasan mümkün döylü. Yaz, payız qırxımı olardı. Belə bir deyim var: qoyun gərmədə, quzu sərmədə. O nə deməkdi? Novruz bayramı gəldi, artıx payız quzusu çölə çıxmalıdı və quzu-nun gejə belinə şeh düşməlidi. Əgər o quzunun belinə şeh düşməsə, o quzu olajax heş-zad. O quzu normal kökəlmijəh, yunu normal olmujax. Niyə belədi? Quzunun içini süd bişirir. Quzu anadan olanda hökmən dəlmədə yatmalıdı. Yeri qazırsan, təxminən bir metr. Qarağannan, çöplü bitkilərdən yığırsan, onun altına döşüyür-sən, quzu onun üstündə yatır. Quzunun qarnı yerə dəyməməlidi. Quzu anadan olan kimi ekiz olanda çobannar birini kəsillər, onun mədəsini çıxarıllar. Onun mədəsinin böyründə toxmaya deyilən yumuru bir şey var. Onun içində ağ qatıx kimi bir maddə var. Quzu mayalanmamış onu götürürsən, ağzını bağlıyırsan, duzduyursan, qurudursan. Sora çobannar onu alır əlinə, südü sağanda bircə dəfə içinə hərriyillər, olur pendir. Mayadı o. O mayanın əriməsi üçün gərək quzu soyuxlamıya. Ona görə quzu dəlmədə yatmalıdı ki, yeri isdi olsun və o maya ərisin. Quzu dəlmədən özü hopbanıf çıxma-lıdı. Dəlmənin ağzını aşdın, özü hopbanıf ordan çıxa bilirsə, artıx çölə çıxmalıdı. Novruz bayramından sora quzu çöldə yatmalıdı. Quzunun üsdü açıx olmalıdı, belinə şeh düşməlidi. Yoxsa o quzu-nun içi qorxar, isdi vurar onun içini, axı süd əmir o.

Amma qoyun hökmən gərmədə yatmalıdı, qoyunun belinə şeh düşə bilməz. Qoyunun altı qalın olmalıdı. Qoyunun qarnının altı çox nəzikdi, tükü yoxdu. Qoyun ku, yatdı torpaxda, onnan qoyun olmaz. Onçün deyilir ki, qoyun gərmədə, quzu sərmədə. Yəni, dəlmədən çıxan quzunun nə qədər yeri geniş olsa, torpağın üsdündə yatsa, o yaxşı olur.

Quzunu hökmən küləşin yerini otduyannan sora qırxmalısan. Yazbaşı qoyunun tükün aralıyırsan, görürsən dəriynən yunun arası

144

Page 145: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dümağdı. Onda deyillər, ə, qoyun qaldırıf, qırxax. Bir də ki, qoyunu arıx vaxdı qırxmax olmaz. Qoyun kökəlməsə, o kiri qaldıra bilmir. Qoyunu kökəlməmiş qırxsan, o qoyun dünyada kökəlməz. Qoyun deyir ki, məni yaz otar, yaz otarmadın payız otar, payız otarmadın-sa, ha otar, ha otar, da düzələn iş döyül. Yazda qoyunun qabağını döyəllər, payızda qoyunun dalıncan gedəllər.

Deyir, bir günnəri gəlladara xəbər verillər ki, qoyun ajınnan batır yataxda. – “Ə, niyə batır?” Deyir, vallah, il qurax gəlif, payızdıx yoxdu. Gəlir çobanın yanına, görür çoban məlim düşüf. – “Ə, niyə durmusan?” Deyir, ağa, vallah, qoyun batır, verməyə heş-zad yoxdu. Deyir, yapıncını maa ver. Yapıncını çiyninnən alır, tutur əlində, bir yüz metr sürüyə-sürüyə gedir ayna, qayıdır bəri. Yapıncını çöyürür bəri, deyir, say gör yapıncıya nə qədər ot-ələf yapışıf. Sayır deyir, yüz dənə. Deyir, qoyunu burax, dalınca get.

Qoyun elə bir həyasız heyvandı ki, asfaltı qazajax-qazajax, onun altında bir dənə çayır varsa, onu çıxardıf yeyəjəh. Yeməkdə qoyun qədər yırtıcı heş bir heyvan ola bilməz. Özü də qoyunun üst damağında dişi olmur, alt damağında olur. Yeganə heyvandı ki, dırnağıynan eşir yeri, yerdən onu çıxardır yeyir. Camış damağında otduyur, inək diliynən otduyur. İnək dilini ota çalır, dilinə ot dolan-masa, qarnını doydurammır. Amma camış damağıynan otduyur. Qoyun görür kü, çıxarda bilmir, dırnağıynan eşir, kökün çıxardır. Dəvə heş vaxd yediyi bitkinin yarıdan aşağısını yeməz. O qədər Allah-taala onu gözü tox yaradıf ki. O, ekonomistdi, deyir kökü kəsilər. Başını yeyir, kökünü saxlıyır. Özü də o ən yararsız şeyləri yeyər. Tikanı yeyir, onu hər heyvan yemir. Özü də onu nətər yeyər? Tütyə kimi yeyər.

At murdar yeyər, amma murdar işməz. Öldürsən də işməz. Ona görə də süvarilər, atdı adamlar tanış olmuyan suyu mənbə-yinnən götürüf qoyullar atın qabağına. At işdi, su pakdı. Həm dəsdəmaz al namaz qıl, həm də iç. Yox, at içmədisə, o suya yaxın getmək olmaz, onun nəsə əməli var. At murdar yeyər, təmiz içər.

145

Page 146: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

IV mətnKeçi sifdə anadan olanda ona oğlax, altı ayınnan bir yaşa

qədər ona çəpiş, bir yaşında olanda ona köər, erkəyinə dıbır deyilir. Keçinin qoyunnan fərqi onnan ibarətdi ki, keçi heş vaxt ot yeməz. Keçi çiçək yeyir, puçur yeyir, ağacın yarpağın, zoğun yeyir. O həmişə yuxarıda otduyar, aşağıda otdamaz. Heş nə tapbıyanda da dişiynən ağacın qabığını soyur yeyir. O yerdən ot yeməz. Harda gül var, onu yeyir. Ona görə onun əti dərmandı. Adətən, keçilərdə görürsən ki, buynuz belə burulur. İsti təndir çörəyini para bölürlər, keçinin buynuzuna doluyullar, belə saxlıyıllar, saxlıyıllar, o isinir. İsinənnən sora əyri buynuzu qaldırıb düz eliyillər, yaxud düzəl-dənnən sora onu əyib buruf buraxıllar. Onnan sora o düz qalxır. Həmin keçini saxlıyıllar gələcəkdə sürünün qabağını çəkməkdən ötəri. Ona erkəc deyilir. Qoyun hər şeydən ürkür, amma keçi ürkən döyül. Erkəci erkək keçidən tutullar. Onu alalı keçidən eləmirlər. Onu ekiz taydan eləmək düzgün döyül. Çünki iki bala olduğuna görə olar xırça olur, balaca olurlar. Amma tək doğanda o daha gəlimli olur, daha gümrah olur, böyüyəndə də yaxşı olur. Məsələn, erkəc var 4-5 yaşında altmış kilo ət verir. O həmişə qoyunun qabağında gedir.

V mətnQoyunun otdamağ vaxdı gələn kimi görürsən məliyir ki, dur,

getmək vaxdıdı. Dururdun açırdın, düşürdün qabağına. Qaraçıl qoyun düşürdü qabağa. Qoyun da belə bir məxluxdu. Qoyunun bir dənəsi özünü çaya, oda tullasın, qatar yoluna tullasın, qutardı. Ardınnan sürü getməlidi, ölüm də olsa getməlidi. Yayda biz qoyu-nu nətər çimizdirirdik? Qoyunun birini tuturdux, ayağınnan başın-nan götürüb tulluyurdux suya. Qabağını kəsirdik, qoyun çıxırdı o birsi tərəfdən. O birsi qoyunnar tapbapat özünü tulluyurdu suya. Yayda hər gün qoyunu çimizdirirsən. Çimməsə, qoyunu qırxmax olmaz, həm də kökəlməz. Axı qoyun çox toz eliyir. Toz elədiyinə görə qalxan toz hamısı yapışır canına.

146

Page 147: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qoyunçuluxda bir sirr də var. Qoyunnar eyni vaxda doğması üçün gərək onnarın döllək vaxdını biləsən. Gəlladar çoban qoçu qoyunnan ayırır. Onun müəyyən vaxdı var. Çoban hesablıyır ki, qoyun beş aydan sora doğajaxdı. Bu beş ay düşür oktyabr ayına. Döl faraş düşməsi üçün onu oktyabrdan beş-altı ay çəkir bəri, qoçu qatır. Bir ay qoç qalır qoyunun içində, qoyun mayalanannan sora qoçu ayırdı. Tutmuyan qoyunnar qalır. Onda qoyun bir bağır olur, yəni bir formada doğur.

Qoyun qırxılanda nübarrıx saxlanılan göyçək heyvannarın çiyninin üsdünə tükü topa saxlıyırdılar, ona xına qoyurdular. Xüsu-sən, nişan aparılanda eliyirdilər, İsmayıl qurbanında eliyirdilər, niyyətdi heyvan olanda eliyirdilər. Mənim bir qoyunum vardı, hər il o, bir erkək quzu doğurdu, həmişə də mən onu niyyətdi eləmişdim, onnan İsmayıl qurbanı kəsirdim. Niyyətdi heyvanı qırxanda çiyninin üsdünə kəkil qoyurdular ki, bu tanınsın.

VI mətnMal-qoyuna başçılıq eliyən adama sərkər deyillər. Təsərrüfatı

o idarə eliyir. Bir də var gəlladar. Gəlladar onnan aşağı olan bir vəzifədi, yəni qoyunçuluğu, maldarrığı yüksək səviyyədə bilən adamdı. Yəni sərkər ferma müdürüdürsə, bu da baş çobandı. Məsə-lən, elə gəlladar var qoyunun gözünə baxanda bilir o harda otdu-yub. Baxanda bilir ki, bu inək boğazdı, ya boğaz döyül, onun neçə yaşı var. Qoyunun yaşı ağzındadı, dişdərinnən bilirsən. Çobannarın da vəzifə bölgüsü var. Məsələn, quzuya gedən çoban var, sağmala gedən çoban var, erkək heyvana gedən çoban var.

Çobannığ özü bir sənətdi, peşədi. Bular qoyunu bizim kimi saymırmışlar. Mən görməmişəm onu, anam deyərdi. Min baş qoyun olan sürünü tanıyırmış çoban. Belə tanıyarmış, qayda buyumuş, qoyunnarı rənginə görə taylaşdırırdılar. O bilirmiş ki, məsələn, qumral kərə qoyun burda neçə cütdü, qara qoyun neçə cütdü, bunun hamısın taylaşdırırdı. Axırda da bilirmiş hansının tayı yoxdu.

147

Page 148: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

VII mətnQoyunun hər əzələsin yeməzlər. Qoyun əsasən sol tərəfi üsdə

yatır. Sol dayima yerdə olduğuna görə deyillər ki, oranın əti dadsız olur. Üstə qalan tərəfin əti onnan dadlı olur. Qoyun heyvanında deyillər yeddi şey yeyilmir. Oların biri öddür, biri xəmirçəkdir, ürəyin qulağcığlarıdır, sora ağ əti haramdı, yeyilməməlidir. Onnan sora kürəy. Adətən qəssablar kəsəndə qolu içinnən çıxarıllar. On-nan başqa cür istifadə eliyillər, bəd əməllərdə. Bir də qanı. Qannan mındar şey yoxdu. Onunçun kəsiləndə qoyunun başını həssaslıqla yuyuruq. Bir vedrə su çatmır, beş-altı vedrə suynan tamam yuyulmalıdı. Qan qalanda bütün xəstəliklər onnan yayılır. Qoyunu kəsəndə islamı qayda-qanunda, iti bıçağ, Allahu əkbər deyilib kəsilir. Bismillah demək olmaz. Çünki bismillahi-rəhmani-rəhim deyəndə başlıyırsan Allahın rəhman adıynan. Orda rəhm etmirsən axı, kəsirsən. Yaxşı olar ki, qoyun kəsiləndə ona su göstərəsən, bir də duz yaladasan. Qurbannığ olanda hamı bizə dua oxudur. Kəsəndə qanı tam axmalıdı. Qan qurtarır, arxasın qaldırırsan sora iliyini vurursan. Xəstə heyvanın iliyin daha tez vurallar.

VIII mətnElə heyvan var, balasın almır. Ən çox da qoyun balasın

götürmür. Quzu yazıx da özün soxurdu anasının məməsinə ki, əmə. Onda qoyunun əl-əyağını bağlıyırlar, quzunu bir şeyə büküf xəlvətcə gətirirlər, onun burnunu qoyunun doğuş yerinə soxurlar. Xeylaxdan sora çıxardırlar. Onu ordan çıxardan kimi qoyun cumuf quzunu yalıyır. Ona telimə deyirlər. Deyirdilər, hə, balasın telitdih, götdü. O saatdarı balasına süd verirdi, götürürdü.

KİŞİ KİŞİNİN İTİNƏ DAŞ ATMAZ

I mətnDeyir ki, bizim bir itimiz vardı, adı Qara idi. Özü də atam

adam ötürə bilməzdi onnan, bir anam ötürərdi. Anam bircə dəfə səsini qaldıranda ki, ay it. Qutardı, dünya tökülsə, yerindən durmaz.

148

Page 149: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Anam açardı, anam bağlıyardı, anam ötürərdi. Anam gəlməsə, heş kəs ona yaxın getməzdi. Özü də təpəsinnən atasan, qadın xeylağına hürməzdi. Əlli dənə qadın xeylağı gəlsin girsin fermaya, o başın qaldırıf baxmazdı. Deyir ki, gejə oğrular gəlir arxaca. Qara it oları hara buraxır. Daşın dalınnan oğrular deyir, aman Qara it, aman Qara it, aman Qara it.

Saqqızdı yatağında olanda, Çələbilər kəndinin yanında, deyir, axşamdan görürük Qara it yatmır. Dədəm çobannara dedi ki, əyə, canavar gəlif, heş kəs yatmasın. Gejə saat ikidi, üşdü, kafir iti dincəltmir. O ordan yeriyir it oraya cumur, burdan yeriyir buraya cumur. Gejənin bir aləmində atam dedi ki, ə, Qara iti bağlıyın. Qara iti bağladılar, o biri itdər açıxdı. Birdən, deyir, bir gurultu qopdu. Canavar əlini nətər çalıfsa, əli yarıya qədər girif içəri, qoyunun birini yığışdırıf, it də daldan bunu dağıdır. Daldan ağzını salar bunun qarnının altınnan, şəvəyinnən yığışdırıf. Canavar öldürmək bunun əlində bir göz qırpımıdı. Deyir, it bunu dağıdır, bu da qoyunu dağıdır. Atam qışqırdı ki, əyə, qapalağı götürün. Kərəs-kənin ağzını açın, canavar qoyunu qırdı. Qoyun ürküb minir axı bir-birini. Deyir, ha eliyənə qədər qırx dənə qoyun öldü. Qoyunu çıxartdılar, ölən öldü, qalan qaldı. İt, deyir, canavarı tutuf duruf. Nə bu geri qayıda bilmir, nə də it bunu buraxmır. Qoyunu da, deyir, çəkib canavarın ağzınnan aldılar. Deyir, kişi onatılanı çəkib, canavarın təpəsinə bir güllə atıf onu öldürür. Dedi ki, filan qoçu kəsin. Ə, burda qırx dənə qoyun qırılıf ey. Deyir, dedi, filan qoçu kəsin. Qoçu kəsdirdi, quyruğunu parça-parça doğruyuf itə verdi.

II mətnÖzü də bu tərəkəmə belədi. Bir-birinə at verər, bir-birinə

döölət verər, bir-birinə it verməz. İti hər şeyin başı sayır. El arasında bir deyim var. Deyir, yay küçüyü bit olar, qış

küçüyü it olar. Yayda iti bit, sirkə basır. Ona görə də adətən, tərəkəmələr iti qış küçüyünnən götürüb bəsdiyərlər. Küçük anadan olan kimi onun qulaxlarınnan tuturlar fırrıyırlar. Fırrıyan kimi qulaxları qalır əlində, qulaxları çıxır. Bu nədən ötəridi? Bu itin

149

Page 150: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

həssaslığını artırmaxdan ötəridi. Qapax kimi qulağ onun üsdünə düşməsin, bir də canavarın üsdünə gedəndə ağzına keşməsin. Ağzına keşdi, qutardı. Deyir, filankəsi qulaxla, bura gətir. Qulax elə bir zərif yerdi ki, onnan yapışdınsa qutardı. Da o adam əldən çıxan döylü. Ona görə qulağını qopardırlar. Bir də quyruğunu kəsillər. İtin yeganə üşüyən yeri burnudu. İt yatanda həmişə burnunu harasa soxmağa çalışır, quyruğu da olanda quyruğuynan burnunu örtür. Axı itin iy bilmə məsələsi var. Həm də burnu üşümüyəndə bərk yatır, amma burnu üşüyəndə isdər-isdəməz ayılır. Ona görə onun quyruğunu da kəsillər. Həm də bitə, sirkəyə görə quyruğunu qırxıllar.

Çoban bəyin Tepil addı bir iti oluf. Maarif inspektoru bir rus qorxusunnan bu iti atıf. Atmasaydı, öldürəjeymiş kişini. Bütün rayon tökülüf bu kişini zornan sakitləşdirif. Deyif, ə, yox ey, məni ateydi, o iti atmıyaydı. Çoban kişi deyir ki, bircə dəfə canavar uladı, qutardı. O it təhcə gedərmiş, ortadan canavarı iki bölüf qoyarmış. Hər dəfə də öldürəndə ona bir erkək kəsilməliymiş, it onun quyruğunu yeməliymiş. İtin bağrı yarılıf, sinəsi çatdıyıf, it quyrux yeməlidi. Qabağınnan qalana qədər it o quyruğu yeməliy-miş. Gör itə tərəkəmənin münasibəti nətərdi. Eləsi var heş qonağına qoyun kəsmir, amma bu, itinə bir qoç kəsir.

III mətnİti aqressiv örgətməkdən ötəri onu dalda yerdə yeri qazıllar,

çala kimi bir yerdə onu saxlıyıllar. Ona bir adam xidmət eliyir ki, o ələ örgənməsin. Körpə it hələ başa düşmür axı. Kim çörək atır, onun dalıncan gedir, olur süləngi it. Ona dəlmə deyirik, helə yerdə saxlıyıllar ki, ələ örgənməsin. İt bir yaşını vuranda artıx ona ənik deyilir. Ənik olana qədər orda saxlıyıllar. Sora ona təlim keçillər. Onu adama qısqırıllar, canavara qısqırıllar. Özdəriynən aparıllar çölə, qoyunun içində hərriyillər ki, qoyun hürkməsin. Atam söhbət eliyirdi ki, çoban yatıf yuxuya qalıf, qoyun gejə çıxıf. Qoyunun vaxdı var. Hər gejə qoyun yaylıma çıxır, xüsusən də, bu yay ayları qoyun gejə otdamalıdı. Çünki qoyun çox yeyən heyvandı. Gün olan kimi başını bir-birinin altına salır, öldürsən də otdamaz. Ona görə

150

Page 151: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gejə otduyur. Mən də gejə saat üşdə-dörtdə dururdum, aparırdım səhər dokquzatan, onatan otarırdım. Qoyun otun alırdı, gətirif kölgəyə yığıf özüm yatırdım. Çoban da həmişə iti özüynən aparırdı. Çoban yatıf yuxuya qalanda qoyun özü yellənif gedir. Qabaxcıl qoyunnar olur, sürünün başını çəkən, çəkib sürünü aparır. Atam deyir, sürü çıxıf gedif, çobanın xəbəri olmuyuf. Çoban duruf, hara baxıf sürünü tapa bilmiyif. Səhərə yaxın gediflər ki, it qoyunu kopalıyıf duruf yanında. Canavarı ordan qaytarır, burdan qaytarır, o qoyunun bir dənəsin o canavara vermir. İt də başa düşür bu qoyunu qorumalıdı, qoyun onnan hürkmür.

Bir də itdərin balalarını üzəngidən keçirmək adəti var. Mən eləməmişəm, amma eşitmişəm itin sərt olması üçün hökmən itdərin içində bir qancıx it olmalıdı. Onda o it çox sərvaxt olur. Çox balalıyıf artmamasınnan ötəri onu küçük vaxdı atın üzəngisinnən keçirillərmiş. Baxıllar bu qancığı saxlamax fikri var. Onu atın üzəngisinnən keçirəndə o nəsil vermir.

İt özü də çox uzun ömürrü heyvan döyül. İtin təmtəraxlı vaxdı 5-10 yaş arasıdı. Beş yaşdan on yaşa qədər itin ən cəngavər vaxdıdı.

IV mətnBoz, ağzı qara, çənbəri it tərəkəmə itidi. Hər şeydə olduğu

kimi itdərdə də nəsil var, gennən genə keçən adətdər var. Rəhmət-dik dayım iki küçük gətirdi. Dedi, Vəli, küçükləri ala, Əmralı oğlu Səfərdən almışam, çox tutağan itdi. İkisi bir atı aşırır, amma nəsli xarafdı. Yalı az düşən kimi yiyəsin tutur. Heylə də oldu. Axırda o itdər bizi tutdu. Onnan sora dədəm Qoja oğlu Yaqufdan iki küçük aldı. Dedi ki, Allahverdi kişi, bular boydan bir az balacadı. Amma biri atın o üzəngisin altınnan gedir, biri də bu üzəngisin altınnan gedir. Yəhəri də harda assan orda yatar. Olar da böyüdü heylə oldu.

Çoban itdərinin nəsli olur. Yiyəsinə sadiqliyi, təmizdiyi, qoru-mağı, bir də boylu-buxunnu olur da. İndiki itdər canavara yanaşmır. Xam vaxdı bir dəfə gedir, onun dişinin, əlinin zərbəsin görənnən sora yalannan hürür. Mənim iyirmi iki itim vardı, bala canavarı güjnən öldürüllər. Yekə it varıdı, canavar onun burnunnan tutmuş-

151

Page 152: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

du. Mən qapıda duruf qızıl itə baxırdım, o quyruğun qısırdı. Çünki canavarın dişi ona dəymişdi. O saat bilirdim ki, canavar var. Çoba-nın ağzı qara çənbər, ya qızılı iti indiki itdərin əllisinə bərabərdi.

Tərəkəmədə belə bir adət var. Köş harda düşərsə, bərələri itdər özdəri seçər. Bilir ki, oğru burdan gələr, canavar bu səmtdən gələr. O səmtdə gedər yatar.

ÇOBANLAR HAQQINDA

Qabaxkı çobannar alimlərə bərabərdi. Alimlər yazdığını, çoban gördüyünü deyər. Deməli bir çoban yaylağa gedəndə, arana qayı-danda iyirmi dənə rayonun içinnən keçir. Orda hər cürə kəntdərin səmtinnən keçir, hər cürə adamnan qarşılaşır. Gör onda nə qədər qabiliyyət var, onun hamısınnan sağ-salamat gedir, sağ-salamat qa-yıdasan və hər yerdə də dost tutasan. Onnarnan da əlaqə saxlıyasan.

Bir dəfə imkannı bir adam vardı, mənə bir sürü qoyunu tap-şırdı. Dedi, bunu Kəngərlinin böyrünə apara bilərsən? Mən də beş-on ildi qoyuna gedirəm, özümü başçı kimi hiss eliyirəm. Biz o köçü aparıb deyilən yerə çıxarda bilmədik. Böyük bir davaya düşdük, vur-çatdasın oldu. Axırda kişinin adını verənnən sora ki, bu filankəsin qoyunudu, bizə dəymədilər. Sən təsəvvür elə. Sən əkin əkmisən, yer qoruyursan, qoyun gəldi əkini yedi, dava düşür. Yer almağın da qaydası var. Gedirsən xayiş eliyirsən ki, qoyunum ajdı, imkan var, burda otarım? Onnan sora əgər icazə verərsə, sən onun yerini otara bilərsən. Yoxsa, bu kişi günəbaxan əkib, ya pamidor vurub, sən deyir-sən mən buranı otarajam. Onda dava düşür, adam ölür, hər şey olur. Hamı yolda gözdüyür ki, köş gələjək. Oğru gözdüyür ki, oğurruya-jax. Alverçi gözdüyür ki, qoyun alajax. Canavar gözdüyür ki, qarnın doyurajax. Sürünü bunun hamısınnan salamat keçirmək lazımdı.

İTİYİNİ AXTARMAMAQ FƏRSİZLİKDİR

İtiyi dosd-tanışın vasitəsiynən tapallar. Məsələn, mənim kəhər, qaşqa, səkil atım Bərdəyə aparılıfsa, orda Qəzənfər var, Əfqan var – sayılan adamlardı da. Gəlirlər, deyillər işimiz var.

152

Page 153: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Yığışıllar bir kişinin öyünə, çay içillər. Yeyif-içənnən sora bulardan soruşullar gəlişinizin səbəbi nədi? Deyir ki, bizim bu rəng atımız itif. Deyir, gedin, üş günnən sora sizə bir söz deyərik. O da cağırır cavannarı, əli sərpənnəri. Deyir ki, bajıoğlu, bu iş nətərdi? Deyir, dayı, sən öl, xəbərim yoxdu. Sora o birsin çağırıllar. Deyir, xəbərim yoxdu. Deyir, yox ey, deynən sən öl, xəbərim yoxdu. Sən öl deyir-sə, demək bu işdən onun xəbəri yoxdu. O ağsakqal da çağırıf atı itən tərəfə deyir, sənin atın bu tərəfə gəlmiyif. Əgər o at gətirilifsə, o mütləq üzə çıxmalıdı.

Bu gejə sənin qoyunun oğurlanıfsa, o tapılmalıdı. Mənim bir qoyunum gedif. Mənim devlətim çoxdu, bəlkə də o qoyun mənə lazım döyül, amma mən bilməliyəm ki, mənim heyvanımı aparan kimdi. Arxaca gedən adam düşmən adamdı da, hər adam kişinin arxacına getmir. Deyir, mənə qoyun lazım döyül. Üsdündə beş qoyun da verirəm, amma mən bilməliyəm ki, o daş atılan yer hara-dı. At oğurlanıfsa, atın ikiqat haqqın verir, amma itən atın yerin de.

Mənim bir atım itmişdi. Üş-dörd rayonun rəisinin yanına getdim. Onda da at bir camışa gedərdi. Dedim, on camışın pulun verirəm, atın yerin deyin. Dedilər, üş camışın pulun verərsən, o atı tapsınlar. Mən o atı almışdım yeddi yüz maata. Dedim verərəm, amma bir şərtnən. At gələjəh bu kəndin içinnən, belinə də aparan adam minəjək. O atı gətirif bu ağaca bağlıyıf döşəkcəni də əlinə alıf gedəjək, bir camış da mən verəjəm. Onu heylə gətizdirdim.

YOL KÖRƏMƏZİ

Çiy südnən qatığı qarışdırırsan, olur körəməz. Süd şirinniyi itirir, xoş gələn tam verir. O həm adamda iştah açır, həm də sərinnik verir. Onnan həm içki kimi istifadə eliyirdilər, həm də onnan çörək də yemək olur. Ona nəyə görə yol körəməzi deyilir? Onun dadını burda almax olmaz. Qoyunun dərisini götürüllər. Onu elə yolullar ki, orda tük deyilən şey qalmır. Duzduyurlar, qurudul-lar. Şor suya salıb dadını alırlar. Şoru çürüdəndə göm-göy suyu çıxır, o qələvidi. Köhnə dərini əvvəl duzduyursan, qurudursan, üç

153

Page 154: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ay, dörd ay keçir, onnan sora basırsan şor suyun içinə. O onun dadını elə alır ki, onnan heş bir tam gəlmir. Onnan tuluğ qayırıllar. Qoyunun qılçalarını bağlıyırlar, arxasını da çilikliyillər. Boğazına gilas çubuğunnan dəyirmi məfdil kimi bir dairə düzəldirlər. Dərini tikirlər, ağzı olur dairəvi. Da ona qıf lazım döyül. Əl ora rahat girə bilir. O tuluğa südü töküllər, asıllar atın tərkinnən. O dəri başdıyır onun içindəki o ajı suyu süzməyə. Həm də at getdikcə onu çalxıyır axı. İndi onu yemək isdiyirsən. Qolunun birini açır, onun qolunun birinə qarğı qoyurlar. Arxadan bağlıyırlar krant kimi. Arxanı açan kimi istəkanı tutursan altına, ordan axır. Bilirsən nə axır? Bal axır da. Daa o süd döyül. Çalxandıxca yağa çevrilir, suyun da dəri süzür. Onu qida kimi yeyirsən. Arvatdar onun qaymağını yığırlar, altını tökürlər dəriyə. Yolboyu onu yeyə-yeyə gəlirlər. Körəməzi inəyin eydirmə südünnən hazırrıyırlar.

EYDİRMƏ SÜD

Nənəm camışın balasın buraxırdı. Balası bir az qabaxca əmərdi, çəkib bağlıyardı qabax biləklərinə, oturardı altında. Nənəm o camışa bir mahnı oxuyurdu. Onun boyunu bir sevirdi, amma şeir-nən döyül. Ay öyümün dirəyi, uşaxlarımın çörəyi, ay bizim ruzu-muz. Allah sənə bərəkət versin. Onu avaznan oxuyurdu, camış sakit dayanır, ayaxlarını aralıyırdı. O camış arvadın səsinə nətər örgəş-mişdisə, camış göyşəyini kəsirdi, qulaxlarını sallıyıb dururdu. Camışın xəbəri olmurdu ku, arvad onu sağır. Arvad onu təmiz sağırdı. Onu oxumuyanda heyvan südünü oğurruyur. Heyvan verə-sidirsə beş litr, verir üç litir. İkisini saxlıyır. Balasını buraxan kimi balasına verir. O birsi arvatdar da nağarıllar? Bir dəfə sağırlar. Bilir axı bu südü oğurradı, vermədi. Balasın buraxır. Balası bir az əmən kimi başdıyır özü də sağmağa. Eydirmə ona deyilir. O südün dadınnan qabax sağılan südün tamı başqadı. Mənim mis kasam vardı, balaca. O arvat qabaxca südü sağardı, saxlıyardı. Sərnici qoyardı qırağa. Mənim kasamı alardı, eydirməynən doldurardı, bax elə orda deyirdi iç. Camışın altında çiy-çiy mən onu içərdim, onnan sora buraxardı balası əmərdi. O süd elə heylə yağ olur.

154

Page 155: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ALAÇIĞIN HAZIRLANMASI

Çubuxları yerə basdırırsan. Onu belə əyirsən, bunu belə əyirsən, çubuxları bağlıyırsan. Arvatdar yun sapdan başında güllü qotaz olan müxtəlif rəngli çubux bağı toxuyurdular. Onu da çadıra görə toxuyurdular. Məsələn, arvad bilirdi ki, bir alaçığı qurmaxdan ötəri yüz dənə qotazlı çubux lazımdı. Yüz dənə toxunurdu, torbada saxlanırdı. Girirdin çadıra, cüt-cüt qotazdar yeddi rəngdə, dəm-dəsgah idi da. Qırağa çətən hərrənirdi. Onu nazık qarğıdan toxuyur-dular, üzünü ağardırdılar, bir metr, metr yarım hündürlükdə olurdu. Alaçığı tikənnən sora onu alaçığın içinnən hərriyirsən.

İmkannı adamlar alaçığı üş-dörd dənə tikirdilər. Birini arvad-nan özünə tikirdi, birini tikirdi gəlni-oğlu varsa ona. Birini də tikirdi qonax otağı. Ora heş kim girəmməzdi. Ora ayrıca yorğan-döşək qo-yulardı. Biri də tikilərdi yavannığa. Südü, pendiri orda saxlıyar-dılar. Qara qoyunun, ağ qoyunun yununnan atıcılar keçə toxuyar-dılar. O keçənin üsdünə xonçalar çəkilərdi, naxışlar vurulardı.

Bizim alaçıxlar ulas ağacının çubuğunnan düzəldilərdi. O ağaclar çox bərk oduncağa malik olan, yaşkən yanan bir ağacdı. Dağ meşələrində olurdu. Dərədə bitdiyinə görə o ağaşdar işığa can atırdı. Ona görə elə çubuxlar varıdı ki, hündürrüyü səkgiz metr, altı metr olurdu. Çubuğu oval şəklində basdırırdılar, ağızdıx qoyur-dular. Təxminən otuz santıdan bir, çubux az olanda qırx santıdan bir o mıxçaları yerə sancırsan. Ya da ki, suyu töküb torpağı bir az yumuşaldırsan, onnan sora yerə sancırsan. Onnan sora buları əyirsən. Sifdə yan çubuxları bağlıyırsan, onnan sora o biriləri əyirsən qotaznan bağlıyırsan. Bu səfər qabağı arxaya, arxanı qabağa əyib bağlıyırsan. Onnan sora baş keçəsi var, yan keçəsi var. Baş keçəsi elə endə olur ki, qavaxca yanı çəkirsən, sora baş keçəni çəkirsən. Şifer keçən kimi baş keçəsi yan keçəsinin üsdünə minir, suyu içəri vermir. Qarın deyirik, harım deyirik. Çadırın ətrafını qazırsan, ujunu buraxırsan bəri. Yağışın suyu süzür o harıma, ordan da axır gedir. Kilimin altına, qılğana deyilən ot var, saçax-saçax olur, onu qopardırsan, sirkəliyirsən torpağı tökülür. Onu gətirib kilimin

155

Page 156: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

altınnan döşüyürsən. Həmi altdan nəm çəkməməsi üçün, həm də yumuşaxlığ üçün. Onun üsdünnən yer keçəsi, yer keçəsinin də üsdünnən gəvə, palaz sərirsən. Həm də oların qapılığı ayrıca olurdu. Günüz qapılığı tulluyursan çadırın üsdünə, qapı olur açıx. Alaçığın ortasınnan yer qoyullar. Ojax qalıyanda tüstü ordan çölə çıxırdı.

ÇOMAĞIN HAZIRLANMASI

Çombağı gərməşov, bir də zoğal ağacınnan hazırrıyıllar. O ağacın üz qabığı sanki qabıx döyül. Qabıx atdadı, qabığın üsdündə sanki bir çuxol var. Özü də dırnağnan basırsan, elə bil kauçukdu, yatıb qalxır. O ağac rezin kimidi. Onun naziyin adama vurursan, şlank kimi adama dolanır, amma sınmır. Onun bir üsdünnüyü də var. O həmişə isdi olur, adamın əli üşümür. Ona görə onnan istifadə eliyillər. Onnan ən çox qamçı düzəldirlər. Onun nəziyinnən qoyuna istifadə eliyillər. Qoyunu çombaxnan otarmax olmaz, zərif heyvan-dı, vurarsan ölər. Çombağ əsasən, iri malda istifadə olunur. Çoban qoyunda daha çox koğa çombağdan istifadə eliyir. Uju haça olur, qoyun balasını qoymuyanda koğa çombağnan ayağınnan tutub əmizdirir. Zoğal çox sərt, möhkəm ağaşdı. Amma yaraşığına görə alınçadan da istifadə eliyillər. Döyüş vaxdı rəqib birdən ağacı tutub əlinnən alır. Ona görə də köşədən biləklik qayırıllar, çombağın başını deşib biləkliyi ora taxıllar, onu da ələ keçirillər. Onda çombağı tutsalar da, çəkəndə əldən çıxmır. Quyrux yağınnan iki-üş dəfə yağlıyırsan, qıpqırmızı qızarır. Ujunu da bəzəkli, oymalı düzəldirlər.

Çoban bəy deyirdi, bir batalyon ayannan bəri gələ, Bilal sağ çiynimdə dura, Kürd Rusdam sol tərəfimdə dura, Ağalar da dura kürəyimin arxasında, o batalyonu mən yatırdaram.

Çombağı düz çıxan düyünsüz zoğdan kəsərdilər. Çox yoğun olmurdu. Çoban bəyin çombağı barmaxdan bekara yoğun olardı. Uzunnuğu adamın boyuna görə olardı. Ayax üsdə dayananda qolunun altına qoyuf söykəndə düz dursun. Eləsi olurdu metr yarım, eləsi olurdu bir metr iyirmi santı.

156

Page 157: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

DƏYİRMAN HAQQINDA

I mətnDəyirman ən inkişaf eləmiş kəntdərdə olardı. Mən Qurbanəli

xozeynin dəyirmanının xaraba vaxtlarını gördüm, qalıxları qalmışdı. Mirzəxan kəndinin böyründə idi. Dəyirmanın daşı hər daşdan olmazdı. Ağdərə rayonunnan gətirərdilər. Usdalar onu sal qayadan yonallarmış. İki daş olur: biri alt daş olur, biri üsd daş. Sənətkarlar uju biz çəkişnən o daşlarda çuxurlar açardı. Ona tişəmək deyillər. Tişiyərlərmiş ki, buğda arasına düşəndə üsdündəki daş onu əzsin. Onu da kəl arabasıynan, öküz arabasıynan çox çətinniknən dağdan endirəllərmiş, usda gələrmiş onu sazdıyarmış, qurraşdırarmış. O da suynan hərəkətə gəlirdi. Ağacdan noy yonardılar, usdalar onu turba kimi bir-birinə geydirəllərmiş. Su yığışardı, on-on iki metrdən sürət-nən gəlirdi pəri vururdu. Mexaniki hərəkət yaranırdı, o da fırlananda qayışdar vasitəsiynən onu hərriyir, o hərəkəti yönəldirdilər aşağıdakı daşa. Daş fırrandıxca onu başdıyırdı əzməyə. Suyun töküldüyü yerə donuzdux deyillər. Su tökülüf oranı o qədər oyurdu, o qədər çökək olurdu ki, ora qorxulu bir yer olurdu. Donuzdan başqa hansı heyvanı qısnasaydın ora girməzdi. Ona görə ora donuzdux deyillər.

Dəyirman da nobatnan olurdu. Dənini aparırdın, adını yazır-dılar, sən sabah günorta gəl, iki günnən sora gəl. Dəyirman hakqına da şaad deyirdilər. Standart çuallar vardı, yüz-yüz on kilo tuturdu. Məsələn, sən beş çual gətmisən, hər çuala bir vedrə un şaad idi. Vedrə deyəndə dəyirmançının öz çalovu vardı, onnan götürürdü. Bir çual üyüdürdün, beş çalov şaad verirdin.

Dəyirmana az gətirilən taxıla ağnağız deyirdilər. Məsələn, birinin öyü ajdı. Anası deyir, a bala, get bir ağnağız elə, gəl. Gəti-rirdi bir dağar dəni tökürdü, deyirdi, a dayı, öyümüz ajdı, bizə bir ağnağız. O da götürürdü ona bir on kilo un üyüdürdü verirdi. Deyir-di, a bala, bunu yeyənə kimi nobatınız çatsın, öyünüz aj qalmasın.

157

Page 158: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

II mətnAdət idi, dəyirmana dən aparan kömbə salmalı idi. Evdən ge-

dəndə özümüznən yumurta götürürdük. Dəyirmançı örgədirdi, biz də bişirərdik. Hər dən aparan bişirməli idi. Kömbəni kəsib bir azın dəyirmançıya verirdik, qalanını gətirirdik evə. Qonşulara kömbə paylıyırdıx. Fətir kimi olurdu. Arasına yumurta sarısı vururdux, üzü-nə qozdan, fındıxdan düzürdük. Külçə kimi şirin olurdu. Kömbəni sərirdik kərpicin üsdünə, sajı çöyürürdük, onun üsdündə ojağ qalı-yırdıx, kömbə sajın altında bişirdi. Amma duz tökmürdük. Deyirdik, duz tökdünsə, onda o kömbə olmur. Kömbə gərək duzsuz ola.

DOLU DUASI

Keçmişdə taxılı sahələrdə öküznən, kəlnən, cütnən, kotannan əkirmişlər. Səpin vaxtı tarlaya, zəmiyə toxum səpəjəhlər ha, onnan dörd kilo tasatdıx götürürdülər. Tasatdıx bilirsən nədi, bala? Yəni, nəzir deməhdi dana. Həmən tasatdığı götürüf, məsəlçün, verirmiş-dər çətin yaşıyan, dolana bilmiyən, kasıf bir adama. Bir molla da tapırdılar. Bu molla kamil bir molla olmalıymış. Ta indiki molla-lardan yox. Həmən kamil molluya bir dolu duası yazdırarmışdar ki, yaz vaxtı dolu gəlif taxılı vurmasın. Bu dolu duasını da saxsı qutuya qoyurmuşdar, basdırırmışdar tarlanın başında. Deyirdilər, bala, gözə görünməz, əli çəlihli bir kişi durur orda. Havaxt dolu gəlir, həmən o çəlihli kişi çəliyiynən dolunun qabağını kəsir, tarladan başqa yerə göndərir. O kişi sahədə olurdu. Dolu başqa yerə düşürdü. Dolu taxılı vırmırdı, ziyannıx olmurdu. Bax, qızım, kəntdə həmişə deyirdih ki, dolu gəlif, məsələn, qonşunun bağını vuruf, mənim bağımı vurmuyuf. Bax, hamısı o çəlihli kişinin işidir. Allahın həbelə möcüzələri var.

158

Page 159: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İNAMLAR

1. Bir ağrı olur insanın canında. Gedirsən pişiyin üsdünə həmin pişik çəkir ağrını, ölür.

2. Qulaxda ağrı olanda sərçənin arxasın qoyursan qulağına o ağrını çəkir. Ama sərçə ölür.

3. Uşax qorxanda istəkanın yarısınnan su götürürsən, uşax yatır, onun başının üsdündə isbişkanı yeddi dəfə yandırıf atırsan. Deyirsən, məsələn, itdən-pişikdən qorxub onun qorxuluğunu götürürəm, atırsan suyun içinə uşağ yatdığı yerdə. Başının üsdündə yeddi isbişka dənəsini yandırıf atırsan o suyun içinə. Üç çərşənbə belə eliyirsən, onnan da qorxuluğ götürülür.

4. Bir də yağış kəsənnən sora deyirdilər, mələhlər hana quruf. Göy qurşağı deyirih ha, onu mələhlər toxuyuf. Deyirdih, sifdə kim desə ağnan qırmızı mənim olsun, ağ günnən, qırmızı gün onun olar. Yerdə qalırdı o biri rəhlər. İndi o birsi qayıdırdı ki, mən neynirəm yaşılı, göyü. Neynirəm, tay ağnan, qırmızını götdülər.

5. Təndirdə çörəh küt gedəndə deyirdilər, nəfəs keçif çörəyə. Deyirdilər, munnan xeylax qır tulla itin qabağına, nəfəs keçif.

6. İt yalmananda deyirdilər, yağış yağajah.

7. Toyux bannıyanda deyirdilər, görək xeyrə bannıyır, yoxsa, şərə bannıyır? Məsələn, qivlə tərəfə yönün tutub bannadısa, deyir-dilər xeyrə bannıyır. Gün batana tərəf bannıyırsa, şərə bannıyır.

8. Təzə gəlinə balatı qatmağa, çörək bişirməyə, hamır qatmağa icazə verilməz. Süd çalmaz, qatıx çalmağa icazə verilməz. O şeylər ki, mayadı, ruzidi, ona əl vurmağa qoymazdar. Nəyə görə? Cavandı, ola bilər ki, paklığında qüsura yol verə bilər.

159

Page 160: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

9. Əkinin bünövrəsini ağsakqallar qoyardı. Kişilər bir müddət şumun içində oturarmış, deyərmiş, bala, altım isinmədi. Altım isinmədi nə deməkdi? Torpax çərşənbəsində gərək torpax qızsın, isinsin. Qışda isdilik yenir alt qata, topağın dərin qatlarına gedir, amma yazbaşı gələndə, torpax çərşənbəsinnən sora üstə çıxır. Kişilər nəyə görə deyir altım isinmədi? Şum əgər onu üşüdürsə, deməli toxum əkmək olmaz. Amma şum onu üşütmürsə, otura bilirsə, deməli torpaxda hərarət var, əkmək olar. Əkilsə, məhsul verəjəh.

10. Bunan irəli analarımız həmişə təndirdə çörək bişirəndə çörək çıxan kimi kəsirdi bir az, salırdı suya, götürüf atırdı itin qabağına ki, birinci it yesin. Dünyada ən nəfisdi insandı. İnsannan da nəfisdi itdi.

11. Deyillər ki, samavarın tüstüsü burulanda yağış yağacax. Samavardan tüstü düz çıxanda axşamacan günəş olacağ.

12. Qonşudan gələn süpürgəni evdə saxlamaq olmaz. Ona görə ki, qonşunun ağırrığıdı, qonşunun süpürdüyü zibildi, pis əla-mətlərdi, o süpürgəynən gəlir evə.

13. Kəklikdə Əzrayıl tükü var. Sən getdiyin yerdə ayrı quş pırıldıyırsa, heş fikir vermirsən, amma kəkliy sənin yanınnan pırr eliyəndə az qalır ki, insan özünnən getsin. Zəhm olur da.

14. Yağış yağırsa, kəsmirsə, yeddi düyün rəngbərəng sapı bağlıyıp atardılar suya. Deyərdilər ki, bu qadanı, bu balanı atıram suya ki, yağış kəssin, mənim malım-qaram, taxılım əmələ gəlsin.

15. Fatma xanım, hənası, ay hənası,Ərik-arkac yapası, ay yapası,Gəldi göylər sonası, ay sonası,Yeddi irəng boyası, ay boyası,

160

Page 161: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir əlində xonçası, ay xonçası,Bir əlində boxçası, ay boxçası,Fatma nənə cürəsi, yun darağı, cəhrəsi,Kömək olsun xalıq ,Bizə toxusun, arxalığ ay, arxalığ.

Göy qurşağına Fatma nənə deyirlər. Bəzən də Fatimeyi Zəhraynan bağlıyırlar. Qız göy qurşağının altınnan keçə bilsə, bəxt verilir. Biri var, göy qurşağına yannan baxasan, biri də var, başı üsdünnən baxasan. Onda mətləbi verirlər.

161

Page 162: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

NAĞILLAR

1. MƏHƏMMƏDİN NAĞILI

Biri varmış, biri yoxmuş, bir paccah varmış. Bu paccahın neçə illərdi züryəti olmurmuş. Bir gün paccah bağda oturuf bının fikrin çəkir. Görür ki, ayağının altınnan bir tıkqıltı səsi gəlir. Çönüf baxır, görür ki, bir quru kəllə dayanıf. Şah qorxuf qanrılır, bir dərviş qabağında dayanır. Salamməleyküm, əleyküməsalam.

Deyir: – Dərviş baba, hardan gəlif, hara gedirsən? Deyir:– Naməkannan gəlmişəm, diləh verirəm. Deyir:– Məəm də dərdimə bir çarə elə. Deyif:– Nədi dərdin? Deyif:– Bəs neçə illərdi məəm bir züryətim olmur ki, mən ölənnən

sora taxt-tajımda otura. Deyif:– Mən saa köməh eliyəjəm, əmma gərəh sən də dedihlərini

yerinə yetirəsən, əməl eliyəsən. Deyif:– Gözüm üsdə, nədi isdədiyin? Deyif:– Sən gərəh qırx gün, qırx gejə bu taxtınnan uzaxlaşasan,

qırx acı, qırx yoxsulu doyurasan. Əməlin sonunda bu almanı bölüf yeyərsən. Elə ki, arvadın ağrısı tutdu, üç övladın olajax, onun biri məəmdi. Bu quru kəlləynən gəlif aparajam.

Şah razılaşır. Dərviş dediyi kimi, səəri taxdan düşür. Əmr eliyir, xəzinənin ağzın açdırır. Qırx yoxsulu, qırx çılpağı geydirir. Nəysə, nağılda vax tez keçir, gəlir qırx günün tamamında dərvişin verdiyi almanı bölür – yarısın arvadına verir, yarısın özü yeyir.

162

Page 163: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Vaxt keçir. Dokquz ay, dokquz gün, dokquz saatdan sora şahın arvadı ağrı çəkir. Onun üç oğlu olur. Şah, vəzir, vəkil – hamı sevinir. Qoşdar kəsdirir, qurbannar paylıyır, şadyanalıx eliyillər. İkinci günü şahın sevindiyi vaxda yenə bağa bir quru kəllə, dalıyca dərviş girir.

Deyir:– Salamməleyküm.Deyir: – Əleyküməsalam. Deyir: – Şah, əmanətimi almağa gəlmişəm.Şah deyir:– Nə əmanət? Deyir:– Bəs, şərtimiz şərtdi. Uşaxlarınnan birin aparmalıyam. Şah qəzəblənir, ayaxlarını yerə vuruf cəlladı çağırır. Əlindəki

suyu dərvişin üstünə tökür. Dərviş bir sehr oxuyuf şahın gözünə üfürüf, gözdən itir. Dərviş gözdən itir. Şah əlini gözdərinnən çəkir. Baxır ki, gözdəri görmür. Ora dərviş, bura dərviş, dərviş qeyb olur. Şah çarəsiz başına-gözünə döyür.

Vaxt gəlir, vədə yetişir, şahın oğlanları böyüyür. Bu müddətdə də padşah bütün yerrərə səs salıf, həkim axtarır. Neçə loğmannar yığılsa da, paccaha köməh eliyə bilmillər. Bir gün paccaha deyillər ki, şəərə bir rəml atan gəlif, hamının dərdinə çarə tapır. Paccah əmr eliyir ki, qoja rəmmalı onun sarayına gətirsinnər. Gedif qojanı paccahın yanına gətirillər. Qoja rəml atıf deyir ki, şahım, sənin gözünün dərmanı gedər-gəlməz qaladakı bir quşdadı. O quşu gətirif başın üsdə oxutsalar, ovsun açılar, gözdərin görər. Amma bu qalaya yol minillihdədi. Hamı təəccüblənir. Paccahın oğlanları irəli yeriyif deyillər, ata, biz o quşu tapıf gətirərih. Paccah razılıx verir. Olara yol tədarükü gördürür. Atlarına çoxlu yeməh-içməh yığdırıf, civlərinə qızıl qoyuf oğlannarını yola salır. Oğlannarı yolun ağzın tutuf gedillər.

163

Page 164: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Az gedillər, üz gedillər, gəlif üç yolayrıcına çıxıllar. Görüllər ki, hər yolayrıcında üç böyüh daş dayanıf. Birinin üsdə yazılıf gedər-gələr, ikincinin üsdə yazılıf gedər-qalar, üçüncünün üsdə yazılıf gedər-gəlməz. Böyüh qardaş gedər-gələr, ortancıl qardaş gedər-qalar, kiçih qardaş gedər-gəlməz yolu tutuf gedir. Hərə öz yoluna. Bı kiçih oğlanın adı Məhəmməd olur. Məhəmməd xeyli gedənnən sora gəlif bir şəərə çıxır. Qavağına bir daxma çıxır. Haylıyır, səs verən olmur. İçəri keçir. Görür ki, bir qarı daxmada tək-tənha oturuf.

Deyir:– Qarı nənə, mən yol gəlmişəm, yorulmuşam, maa bir parça

çörəh ver. Qarı deyir: – Oğul, o qapının dalındakı çomağımı ver, durum saa çörəh

gətirim. Məhəmməd qapının dalına keçif çomağı götürəndə, birdən

göy gurulduyur, ildırım çaxır, qabağında bir dev dayanır. Dev gəlir, deyir ki, adam-badam iysi gəlir, yağlı gödən iysi gəlir. Məhəmməd atılır, çıxır qapının dalınnan, başdıyır devnən vırışmağa. Gah o yıxır, gah bı yıxır. Dev birdən ovsunnanır dönür dovşana, Məhəm-məd atılıf onu tutur. Sora dovşan onun qucağınnan qaçıf bir quşa dönür, pırıldıyıf uçur. Məhəmməd genə gəlir bir qavırsannığa çıxır. Görür ki, bir gözəl quş gəldi, paltarın dəyişif qəşəh bir zənən oldu. Əlindəki bir uju gümüş, bir uju qızıl çubuğunu çıxarıf hankı qavra vırırdısa, qavır açılırdı, ölü adam dirilif dururdu. Hə, qızım, beləjə, Məhəmməd bını görür, qaçıf bir qavrın dalında gizdənir. Fikirrəşir ki, qoy bı quşun donunu oğurruyum, əvəzində bir uju qızıl, bir uju gümüş çubuğu alım. Helə də eliyir. Gəlir bı quşun, nə bilim nə quşudu? Göyərçin olar, dayna. Paltarın oğrıyır. Qız ora paltar, bıra paltar, baxır ki, paltarı Məhəmmədin əlindədi. Deyir ki, ay cavan, o məəm paltarımdı, qaytar. Əvəzində nə isdəsən, sa verərəm. Mə-həmməd deyir ki, verrəm, amma bir şərtnən. Gərəh əlindəki o çu-buğu maa verəsən. Qız der, oğlan, nə isdəsən al, amma onu isdə-mə. Məhəmməd der ki, olmaz ki, olmaz. Əlajsız qalır, qız çubuğu

164

Page 165: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

verir Məhəmmədə. Çubuğu da götürür, Məhəmməd yenə bağın yolun tutuf gedir. Gəlif bir şəərə çıxır. Görür ki, bu şəərin hər tərəfində camaat qara paltardadı, heş kim danışıf gülmür. Gəlif görür ki, bir qarı əl-qolun çırmıyıf təndirə çörəh yapır. Deyir, ay qarı nənə, qonax isdirsənmi? Qarı deyir ki, Allaha da qurban, qonağına da, buyur. Gəlir qarı Məhəmmədin qabağına, süfrə açır, pendir-çörəh qoyur. Bı arvat da çox kasıf, kimsəsizin biriymiş. Bir keçisi, bir də özüymüş. Hər gün keçisin sağıf, südün satıf dolanar-mış. Məhəmməd yeer, içir, sora der ki, ay nənə, bu məmləkət haradı, niyə camaat başdan-ayağa qara geyinif? Deyir ki, oğul, bıra Səlim şahın torpağıdı. Üş gündü kü, cavan bir oğlu ölüf. Odu ki, hamı yasdadı. Məhəmməd der ki, ay nənə, sən get şahın yanına, de ki, şəərimizə bir loğman gəlif, səən oğlu dirildər. Qarı heylə də eliyir, bala. Gedir şahın qapısına, deyir, belə-belə. Qarını döyüf qovullar. Qarı gəlir ki, ay pir olmuş, bəs, mən nejə dedin heylə də elədim, maa dəli deyif qavdılar. Məhəmməd der ki, ay nənə, yenə get, dediyimi şaha çatdır. Qarı yenə paccahın sarayına gəlir. Genə qaravılçılar qarını döyüllər. Bı vaxdı paccah bağda oturufmuş, fikirriymiş (oğlu ölüf dana). Səsi eşidir. Vəziri, vəkili çaarır der ki, görün bı nə səs-küydü?

Deyillər:– Şahım, bəs bir qoja qarı gəlif. Tutufdu ki, mən paccahın

oğlun dirildəjəh loğmanı, həkimi tanıyıram. Qaravılçılar onu qovluyur, genə də qayıdır.

Paccah deyir ki, gedin onu yanıma gətirin. Qarını gətirillər. Paccah soruşur ki, bəs bı nədi, nə işdi? Deyir ki, bir həkim, loğman qonağımdı. Deyir, mən şahın oğlun dirildərəm. Paccah əmr eliyir, Məhəmmədi gətirillər. Paccah deyir, bu nə işdi, bı nə sözdü? Bını doordan başararsan?

Deyir:– Şah sağ olsun, başararam. Paccah deyir:– Yaxşı, gedəh qavırsannığa. Oğlumu diriltdin, diriltdin.

Diriltmədin, boynu vurajam, hər tikaa bir heyvana yem eliyəjəm.

165

Page 166: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Oğlan razılaşır. Gəllər qavırsannığa. Şah, vəzir, vəkil, camaat da tökülüf gəlir. Məhəmməd əlindəki bir uju gümüş, bir uju qızıl çubuğu bir dəfə qavıra çəkir, qavır çatdıyır, iki dəfə çəkir, qavır aralanır. Üçüncü dəfə çəkəndə qavırdakı haman ölü paccahın oğlu dana, qalxır ayağa. Hamı qalır belə. Paccah, el-oba səvinişillər. Gəlillər qırx gün, qırx gejə şaddıx eliyillər. Paccah Məhəmmədi yanında saxlıyır. Deyir ki, oğul, mənim bir təh gözəl-göyçəh qızım var. Gəl onu verim saa, bizdə qal. Məhəmməd der ki, yox, getməliyəm. Atamın gözdəri tutuluf. Onu açajax quşu gətirmə-liyəm. Paccah gətirir, Məhəmmədə xeyli qızıl-gümüş verif yola salır. Məhəmməd gəlir həmən qarının daxmasına. Qızıl, gümüş, nə ki paccah vermişdi, yarısını tökür qarının ətəyinə, çıxıf gedir.

Oğlan xeyli yol gəlir, bu səfər də gəlif bir başqa məmləkətə çıxır. Görür kü, paccahın meydanına camaatı tofluyullar. Hamı da əlində qab, qazan, tulux bura çıxır. Amma hamı bikefdi. Gəlir bir tacirin şəyirdinnən soruşur kun, bı nədi, nə sirdi? Niyə camaat əlində tulux, səhək bıra yığışır? Şəyird deyir ki, görünür sən bıralara nabələdsən. Bıra filan paccahın yeridi. Beş ildi ki, bir əjdaha bax, o gördüyün çayın ağzını kəsib, hamını susuz qoyub. Camaat da ayda bir cavan qızı bı əjdahanın ağzına atıllar. Əjdaha qızı udunca suyu buraxır. Camaat da qabın-qaşığın doldurur. İndi də nobat vəzirin qızınındı. Məhəmməd də camaata qoşuluf suyun başına gəlir. Görür ki, bəli, bıdı, bir əjdaha nərildiyə-nərildiyə, gurulduya-gurulduya gəldi. Bir gözəl cüvənazanı da gətdilər ora. Məhəmməd tez qılıncın sıvırıb qabağa çıxır. Başdıyır əjdahanı qılışdamağa. Hə... Birin vırır, ikisin vırır, əjdahanı yorur. Əjdaha dönür bir göyərçinə, uçuf gedir. Camaat yığışır Məhəmmədin başına. Səvinillər. Aparıllar paccahın yana. Paccah Məhəmmədin qavağına çıxır, gətirif oturdur yerində.

Deyir: – Oğul, mən neçə ildi bırda paccahlıx eliyirəm. Çox igidlə-

rim, pəhlivannarım əjdahanı öldürməh istədilər, başarmadılar. Sən başardın. Gəl qal bırda. Aman-zaman bir qızım var, onu da verim saa.

166

Page 167: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir:–Yox, bəs filan yerdən, filan quşu gətiməliyəm ki, atamın

gözdəri açılsın. Paccah da Məhəmmədə çoxlu qızıl-gümüş verif yola salır.

Məhəmməd genə yola çıxır. Gəlif bir qalın meşəliyə çatır. Görür ki, bı meşənin ilaf qalın yerində bir qalaça var. Qalaçanın qafısı-zadı köhnədi. Açıf girir içəri, görür bıra bir gözəl bağ-bağatdı. Hər cura gül-çiçəh, mer-meyvə var, qavaxda da bir çarhovuz. Yorulmuşu-muş. Gəlif əlin, üzün bı çarhovuzda yuur, merdən-meyvədən yeyif yatır, xeyli yatır. Bir əz keçir, quşdarın civiltisinə oyanır. Görür ki, çarhovuzun yanında bir süfrə açılıf. Üç dənə quş gəldi, paltarların soyundular, oldular üş dənə gözəl cüvənazənin. Başdadılar yeyif-işməyə. Birinci qız qayıdır ki, böyünnəri qarı donunda bir daxmada oturdum, bir qəşəh oğlan gəldi mənnən vırışdı, maa güj gəldi, qaçıf uşdum. İkinci qız deyir ki, mən də böyünnəri qavırsannığa getmiş-dim, sevdiyimi oyadıf onnan söhbət eliyəjəydim ki, seerli çubu-ğumu bir gözəl oğlan aldı. Üçüncü qız da deyir ki, mən də böyün-nəri filan mahalda suyun qavağın kəsmişdim. Bir igid məni basdı. Uçuf canımı qurtardım. Məhəmməd bınnarı eşidir, gizləndiyi yer-dən çıxır. Özün nişana verir. Gətirif bir uju gümüş, bir uju qızıl çomağı, göyərçinnərdən götürdüyü lələhləri onnara verir. Bı qız-dara xoş gəlir.

Deyillər: – Sən kimsən, nəçisən? Bıralarda nəzirsən? Deyir:– Bəs mən filan paccahın oğluyam. Atamın gözdəri havaxtı

görmür. Gedər-gəlməzə gedif quşu gətirməliyəm ki, atamın başının üsdündə oxusun, gözdəri açılsın. Qızdar deyillər ki, biz üç ayrı-ayrı paccahın qızıyıx. Birimiz cinnər, birimiz hurilər, birimiz də pərilər paccahının qızıyıx. Bajı olmuşux. Bizi də özünan götsən saa köməh eliyərih. Məhəmməd irazılaşır. Bı Cinnər paccahının qızı Məhəm-mədi götürüf həmən minillih yolu birjə günə gətirif bir bağın qarşı-sında salır. Deyir ki, Məmməd, bı qapıdan keçərsən, qavağa bir yol çıxajax. Girərsən içəri, bağlı qapını açarsan, açıx qapını bağlıyar-

167

Page 168: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

san, açıx kilimi örtərsən, bağlı kilimi açarsan. Otuz dokquz otaxdan sora qırxıncıya girərsən. Görəjəhsən ki, bir pəri yatıf. Tilsimlidi. Sinidəki aşın yarsın yəərsən, yarsın saxlıyarsan. Pərinin yanına gələrsən, otuz dokquz sinəbağını açarsan, axırıncıya dəyməzsən. Bir quş gəlif əlin üsdə qonajax. Götürüf dala baxmadan gələrsən.

Məhəmməd gəlir heylə də eliyir. Bağlı qapını açır, açıx qapını bağlıyır, açıx kilimi bağlıyır, bağlı kilimi açır. Gəlif mizin üsdəki aşın yarsın yeer. Onnan bı qızın sinəbağının otuz dokquzunu açır, qırxıncıya dəymir. Görür ki, bir quş gəlif qondu biləənin üsdə, onu götürüf qayıdır. Daldan səs eşidir. Demə, bı pəri oyanıfmış. Açıx qapıya der, tut, qapı eləjə dayanır. Bağlı qapıya der, tut, qapı eləjə dayanır. Kilimə der, saxla, kilim də yerinnən tərpənmir. Xülasey ki, gəlif çıxır Cinnər paccahının qızının yanına. Qız onu götürüf gəlir, bajılıxlarının yaana. Qayıdıllar Məhəmmədin obasına sarı. Məhəm-məd bı iki paccahın qızın da ötürür. Gəlillər çıxıllar üç lal qayanın yaana. Məhəmməd baxır ki, qardaşdarının üzühləri bırdadı, deməh qayıtmıyıflar. Qızdarı qoyuf bırda, özü başdıyır qardaşdarın axtar-mağa. Gəlif bir ölküyə çatır. Aj-susuzumuş. Bir yeməkxanaya girif yemək isdiyif. Yeməyi gətirəndə baxıf ki, qardaşıdı. Qucaxlaşıflar, öpüşüflər, görüşüflər. Gediflər o biri qardaşdarın axtarmağa. Baxıflar ki, bı da bir kətdə meşədən odun daşımaxla məşğuldu. Xülasey ki, bını da götürüf qayıdıflar pərilərin yanına. Qardaşdarın Məhəmmədə paxıllığı tutur. Deyillər ki, beş gözəl qızı, həm də quşu aparajax, atamız paccahlığı ona verəjəh. Xeyli gəlillər. Susamışdılar. Qardaşdar üçü də yollanıllar quyu gəzməyə. Gəlif axırda bir quyu tapıllar. Məhəmmədi sallıyıllar quyuya. Məhəmməd quyudan suyu çəkir. Qar-daşdar içir, tuluxların doldurullar. Sora da ipi kəsif Məhəmmədi quyuda qoyullar. Gəlillər pərilərin yaana. Deyillər ki, bəs Məhəmmədi səhrada şirrər parçaladı. Gəlillər. Şah sevinir, oğlannarın bağrına basır. Quşu gətirillər. Nə qədərnə eliyillərsə, quş oxumur. Şah təəccüblənir.

Deyir: – Vəzir, vəkil, bı quş niyə oxumadı? Vəzir barmaan dişdiyir, deyir ki, bırda bir sirr var. Quşu

gətirən bı oğlannarın dəyil. Bı tərəfdən də bir tacir yol gedirmiş.

168

Page 169: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Susuyuf quyudan su çəkəndə Məhəmmədi çıxardır. Məhəmməd gəlif bir çovanın evində qalır. Şəərə səs yayılır ki, bəs şahın ölkəsin divlər bürüyür. Divlər paccahının qızı quşun dalınca gəlif. Quşu da, onu aparanı da isdiyir. Böyüh irəli çıxır ki, quşu mən gətirmişəm. Divlər paccahın qızı qəzəflənir. Ortancıl qardaş qavağa yeriyif der ki, mən gətirmişəm. Bını da yola salır. Axırda Məhəmməd gəlir. Quş birdən pırıldıyıf şahın başı üsdə qonuf başdıyır oxumağa. Nəysə, şahın gözdəri açılır. Divlər paccahının qızı bı Məhəmmət-dən sirri öyrənir.

Əmr eliyir divlər çəkilir. Özü də Məhəmmədnən qalır. Beləjə o biri qardaşdar peşman olur. Məhəmmədə yeddi gün, yeddi gejə toy vırdırıllar. Paccah taxtını da ona verir. Nağıl da bırda bitir.

2. SEHRLİ ÜZÜK

Biri varmış, biri yoxumuş, bir kasıf aylə varmış. Bu kişi gedir-miş hər gün onun-bunun həyətində əkirmiş, becərirmiş, nəysə buna günəmuzd pul verirmişdər. Bir gün belə, iki gün belə. Nəysə bir sehirbazın buna yazığı gəlir. Kişi yer əkəndə bir üzüh tapır. Sehirbaz bunun gözünə görünür. Deyir, bəs, sən həmişə işdiyirsən, ona-buna əkif bejərirsən. Bu üzühdə bir arzu var, apar evaa. Ancax fikirrəş də, yaxşı fikirrəş, bir arzun yerinə yetəjəh. Kişi götürür üzüyü sevinə-sevinə gedir arvadının yanına. Deyir ki, ay arvad, neçə ildi onun-bunun qapısında işdiyirəm, indi gözümə bir sehirri adam göründü, maa sehirri üzüh haqqında dedi. Arvad deyir ki, ay kişi, bunu apar şəərə, tacirə-zada göstər, görəh bunun qiyməti neçiyədi? Kişi durur gedir şəhərə, üzüyü bərh-bərh bükür qoyur cibinə, möhkəm saxlıyır. Gəlir tacirin yanına. Tacirə deyir ki, bəs məəm bu üzüyümə bir qiymət qoy. Deyir, nə üzühdü? Deyir, vallah, yer əkirdim, yerdən tapdım. Bir sehirbaz maa dedi ki, bəs bu sehirridi də, bunda bir arzu var. Tacir bını alladır, deyir, bir günə deməzdər də bının qiymətin. Gedəh beyjə qal bizdə, səhərəcən mən adamları tapım eliyim, bına qiymət qoysunnar. Tacir bını aparır evinə, yedirdir, içirdir, yatızdırır. Üzüyü dəyişdirir, ona uyğun başqa üzüyü keçirdir kişinin barmağına. Tezdən durur,

169

Page 170: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

nəysə bına da bir əz ayın-oyun düzəltdirir verir. Deyir, vallah, bına dəqiq qiymət qoya bilmillər də. Bilmirəm bu üzüyün qiyməti neçiyədi. Apar saxla da, bir də görsədərsən.

Bı sehirri üzüyü tacir götürür, adi üzüyü kişi taxır barmağına, gəlir evə. Arvat deyir, kişi nooldu? Kişi deyir, vallah, heş tacir də onun qiymətini bilmədi. Arvat deyir, kişi, elə həmişə onun-bunun qapısında işdiyirih. Gəl, bı üzüyə dəəh ki, bizə torpax versin, öz torpağımız olsun, əkəh, biçəh. Kişi deyir, arvat, tələsmə. Bilirsən ki, bunda təh bircə arzu var də. Hələ cavanıx. Özümüzün əlimiz, qolumuz qüvvətdidi. İşdiyə bilərih, pul qazana bilərih. Qoy qalsın soruya. Gəl, bu il ikimiz də çalışax, özümüzə torpax sahəsi alax. Nəysə, arvat kişinin sözünnən çıxmır. Başdıyıllar işdəməyə. İşdiyillər, işdiyillər, xeylax pul topluyullar. Həmişə onun-bunun qapısında işdiyirdilər, indi özdərinin kiçik torpaxları olur. Əkif-becərillər. Arvat bir gün genə deyir ki, a kişi, sən bu üzüyü nə vaxtacan saxlıyassan? Gəti bu üzüyü, arzumuzu dəəh də, malımız-heyvanımız olsun, südümüz olsun, sağıf uşaxları yedizdirərih, qalanını da aparıf satarıx, dolanarıx. Kişi deyir ki, ay arvat, sən hər dəfə belə deyif mənim qanımı qaraltma. Sən də cavansan, mən də. Gəl saxlıyax bını qojalıx vaxdımıza.

Nəysə, genə də arvat kişinin sözünnən çıxmır. Deyir, canımız möhkəmdi, başdıyax işdəməyə. İşdillər, işdillər. Balaca buzov alıllar, buzov böyüyür. Bir-iki quzu alıllar, quzu olur qoyun. Artır da mal-heyvannarı. Bir, iki, üç il keçir. Arvat deyir, ay kişi, sən o üzüyü bərk-bərk bağlıyıf saxlıyırsan sandığın dibində. Gəti bir arzu eliyəh. Pis yaşıyırıx, evimiz balacadı, uşaxlar böyüyür. Kişi deyir, sən yenə məəm sözümə baxmırsan. Bircə arzudu də, qoy qalsın. Gələcəhdə elə şeyə lazım olar ki, bınnan da yaxşı olar. Kişi arvadın sözünə baxmır, üzüyü genə saxlıyır. Başdıyıllar işdiyillər. Özlərinə qəşəh ev tikillər, eşih tikillər. Bulların qəşəh evləri olur, torpaxları olur. Buzovları böyüyüf inəh olur, qoyunnarı, quzuları. Başdıyıllar rahat yaşamağa. Hələ də deyir, üzüh sandığın dibində durur. Bullar işdillər, nə şərayitdəri var düzəldillər. Yaşayışlarına görə, şəraitdə-rinə görə bı kəntdə beş evdən biri olur.

170

Page 171: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Orda atalar deyir ki, hətta ən yaxşı şey, üzüh də adama bədbəxçilih gətidi. Həmin o sehirri üzüyü tacir apardı evə. Dedi, Allah, maa qızıl ver. Qızıl o qədər töküldü ki, bədbəhçilih gətidi, tacir öldü. Amma bı üzüh ki, sehirri deyil, heş bir dəəri yoxdu, bu üzüh bıllara xoşbəxçilih gətidi. Yaşıyıllar, dolanıllar. Hələ də o üzüyə dəymillər ki, bını gələcəhlərinə, qojalan vaxdarına sax-lıyıllar.

3. ALLAH XOFU

Günnərin bir günü bir yahudi olur, bu yahudinin iki övladı olur. Özü də sərkərdə olur həmən yahudi. Bu yahudi oğlannarın çağırtdırır yanına. Deyir:

– Oğlum, sizdən bir xayişim var. Mən sizə vəsiyə eliyim. Kimin qəlbində Allah xofu varsa, mənim yarağımı, yasağımı, atımı ona verərsız.

Bu vəsiyyəti eliyənnən sora canın tapşırır. Qırxı da çıxır. Kiçik qardaş böyük qardaşın çağırır. Deyir ki, mənim qəlbimdə Allah xofu var, yarax-yasax maa çatajax. Böyük qardaş deyir, yox maa çatajax, ortancıl deyir, yox maa çatajax. Deyir, yox, bu işdəri aşsa-aşsa Əli Əleyhsalam açajax. Gəlillər üçü də Əli Əleyhsalama qonax olurlar.

– Salamı əlöykü. – Əlöykət salam. Əli Əleyhsalam buları çağıtdırır çay işməyə. Xanım Fatmeyi

Zəhra təndir odduyurmuş. Deyir:– Xeyir ola. Bular əhvalatı açıf deyillər. Deyir:– Yaxşı, onnan asand nə var ki? Qəmbər ləqəbin Əli Əleyhsalam qoyuf ona, əsl adı Qulamdı.

Bu Qəmbər də oturmuşmuş. Fatmeyi-Zəhranı Əli Əleyhsalam çağı-rır, deyir ki, əmi qızı, təndir qızaranda bizə xəbər eliyərsən. Deyir ki, baş üsdə. Məqam çatır, Əli Əleyhsalamı çağırır ki, təndir qızarır. Üç qardaşın üçün də götürür, Qəmbər də qapıda hərrənirmiş, gətirif təndirin başına. Deyir:

171

Page 172: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Allah xofu var qəlbizdə? Deyillər:– Bəli var. Deyir:– Əgər qəlbizdə Allah xofu varsa, özüzü atın təndirə. Neyniyir, bu üş qardaşın heş biri özün təndirə atmır. Çağırır,

Qəmbər, Qəmbər. Qəmbər gəlir. Deyir, eşidirəm, ağa. Deyir, Qəmbər özu at təndirə. Qəmbər özünü atır təndirə. Üsdünün gül ləçəklərin çırpa-çırpa çıxır təndirdən. Deyir:

– Qəlbində Allah xofu olan Qəmbər kimi olar. Sizin heç biri-zin qəlbində Allah xofu yoxdu. Amma bu gecə qonağımsız.

Heç birinə heç nə demir. Gecənin bir aləmində buların üçün də durğuzur, Qəmbəri də durğuzur ki, durun səfərə çıxırıx. Az gedillər, çox gedillər. Bir xeylax gedənnən sora başqa bir məmlə-kətin yaxınnığında səhərə yaxın deyir, üçünüz gedin odun-ojax dalınca, mən Qəmbəri göndərirəm getsin ət alsın. Qəmbər gedir ət almağa. Görür kü, sallaxxana doludu ətnən. Hər tərəfdə gözəl-gözəl ətdər var. Amma bir qəssab var, bunun sallaxxanasında ətdər düm-sarıdı, dakqanax sümükdü. Amma deyir ki, Əli hakqı nə bir qıram kəm çəkmərəm, nə bir quruş artıx almaram. Bu adamın nööbəsi hədinnən artıx çoxdu. Gəlir durur nööbəyə. Qara pulları da Əli Əleyhsalam tökmüşmüş bunun ovcuna. Nööbəsi çatanda deyir, maa dörd kilo ət ver. Tay demir dolmalıx ver, souzdux ver, kabablıx ver. Elə deyir maa dörd kilo ət ver. Pulu da tökür avcına. Sayır görür ki, dörd kilo ətin qiymətidi. Qəmbər əti gətirir. Əli Əleyhsalam deyir ki, Qəmbər, bu nə ətdi alıf gətirmisən? Bu heş nəyə yarıyan deyil. Get ət al gətir. Gedir gənə nööbəyə durur. Qəssab deyir:

– Nə isdiyirsən? Deyir: – Ağam dedi ki, ayrı ət versin, verdiyi teyxa sümükdü. Gətirir bu dəfə də teyxa ət verir. Əli Əleyhsalam deyir:– Qəmbər, bu dolma bişirmək üçündü. Burda nəyin üsdündə

bunu doğruyajeyih, dolmalıx eliyəjeyih? Get denən ağam deyir ki, mənim pulumu versin, ət lazım deyil.

172

Page 173: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gedir nööbəyə durur. Qəssab deyir ki, indi nə isdiyirsən? Deyir ki, ağam dedi, mənim öz pulumu versin, ət isdəmirəm. Gətirir dörd kilo ətin pulun verir. Amma baxır görür ki, bu tamam başqa puldu. Bullar süpürrəşillər, o içəridən, bu çöldən. Qəmbər sərkərdə, bu da ki, qəssab. Əli Əleyhsalama agah idi, bilirdi nədən ötəri gedir. Bular başdıyır bir-birin qırmağa. Əli Əleyhsalam çatırır, deyir ki, nədi, niyə dalaşırsız? Qəssab deyir, bəs belə-belə. Deyir, düz deyir, öz pulunu verəydin. Deyir, mən nə bilim onun pulu hansıdı? Deyir, daxılı çək, öz pullarım özümə gələjək. Daxılı çəkir, pullar bir-bir dolur Əli Əleyh-salamın ovcuna. Deyir, bəli, mənim öz pullarım düzdü. Qəssab tükanı bağlıyır. Deyir, de görüm sən kimsən? Deyir, bil və agah ol ku, mən Əli Əleyhsalamam. Qəssab deyir ki, mən səni göydə gəzirdim, yerdə tapmışam. Bu gün mənim qonağımsız. Həmən o üç yahudini də çağıt-dırıf gətirdir. Bular hamısı düşür bunun dalınca gedir. Getdikləri məmləkətdə də şah elə bir xəsdəliyə düçar olur ki, buna müsəlman qanı lazım olur. Bu məmləkətdə də yeganə müsəlman insan bu qəssab olur, onun ayləsi olur, bir də bir övladı var, o olur. Əli Əleyhsalam deyir:

– Neyçün məni gəzirdin? Deyir: – On yeddi ildi evlənmişdim, mənim övladım olmurdu. İndi

mənim əlhəmdülillah beş yaşında bir oğlum var. Bir imarət tikdir-mişəm, o imarətə quş quşduğuynan ayax qoymuyuf. Arz eləmişəm ki, Əlinin adına and verirəm, Allah-taala mana bir övlad versin, bir imarət tikdirim, o imarətə birinci Əli Əleyhsalam ayax bassın. Əlhəmdülillah, gəlmisən.

Gedillər girillər içəri. Salam-kalamdan sora bu körpə Əli Əleyh-salamdan əl çəkmir. Gedir-gəlir bunun əbasınnan öpür, əlinnən öpür, üzünnən öpür. Yemək bişir, hala gəlmək məqamında darvaza döyülür.

– Qəssab evdədi? – Bəli, evdədi. Çağırır, qəssab gəlir. – Eşidirəm.

173

Page 174: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Bəs ya sən getməlisən, ya övradın getməlidi, ya oğlun getməlidi. Şahın hüzurunda kəsilməlisiz, isdi-isdi şah qanızı işsin ki, sağalsın. Bu məmləkətdə sizdən başqa müsəlman yoxdu.

Arvad kişinin üzünə baxır, kişi arvadın üzünə baxır. Uşax da Əli Əleyhsalamın yanındaymış. Uşax gəlir atasın-anasın yanına. Qəssab arvadına deyir ki, qonağın yanında mən səni kəssəm, düz gəlmiyəjəh, mən o uşağı saxlıya bilmiyəjəm. Mən kəsilsəm sən uşağı saxlıya bilmiyəssən. Gətir uşağı kəsək, qanın verək bu məlun aparsın. Belə də eliyir. Qanın yığıf aparıllar. Məqam çatır, yemək ortalığa gələndə Əli Əleyhasalam az gözdüyür, uşax gəlmir, çox gözdüyür, gəlmir. Qəssabın adı Məhəmməd imiş. Deyir:

– Məhəmməd, uşax nejoldu? Mənim çox xoşuma gəlirdi? Deyir:– Çöldə oynuyur, anasının yanında. Bir deyir, iki deyir, beş deyir, on deyir. Deyir:– Məhəmməd, sənin rəngin bayaxkı rəng deyil. Uşax hanı? Qəssab başına gələni Əli Əleyhsalama danışır. Deyir:– Get uşağı qüsulla, götür gəl. Uşağı qüsulluyuf gətirir. Əli Əleyhsalam bəlğəminnən çəkir

uşağın kəsilmiş yerinə, oturur iki rükət namaz qılır, Allaha dua eliyir, uşax ayılır. Bu yahudilər də həmən məqamda Əli Əleyh-salama baxırdılar. Deyir:

– Qəlbində Allah xofu olan Məhəmməd kimi olar, Məhəmmədin övradı kimi olar, Məhəmmədin oğlu kimi olar. Qəmbəri gördün, qızarmış təndirə necə atıldı düşdü? Bu günkü günü də sizə gösdərmək üçün sizi mən qonax saxladım. Heç birizin qəlbində Allah xofu yoxdu.

Onnan sora yahudinin oğlannarı iman gətirillər, şəhadət veril-lər, dönüf olurlar müsəlman.

4. İBADƏT YAXŞIDI, YOXSA SƏXAVƏT?

I mətnGünnərin bir günü İmam Hüseyn Əleyhsalamnan İmam Həsən

Əleyhsalam biri beş yaşında, biri altı yaşındaymış. Əli Əleyhsalam

174

Page 175: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

da namazdan təzəcə qutarmışmış. Daxil olurlar içəri. Deyir ki, ağa, olar sizə bir sual verəm? Deyir, buyur. Deyir, ibadət yaxşıdı, yoxsa səxavət. Özü qəlbində fikirrəşir ki, bərlah pərvədigar, bu körpə tifillər gör mənnən indi nə sorunçur. Bulların gələcəyi nədi? Bunu belə soruçanda deyir, inşallah gedərsınız, özünüz görərsınız.

Ardan bir il, iki il keçir. Bullar iki qardaş əl-ələ tutuşullar məmləkətdən başqa yerə səmt alıllar. Bir neçə yerə gedillər, heş kim bulları Allah qonağı saxlamır. Gedillər bir naxırçının evinə varis olullar. Bir qadın çıxır evdən. Qadına deyillər ki, Allah qonağı isdiyərsınız? Deyir, Allaha da qurban olum, göndərdiyi qonağa da. Əl-ayağları hamısı tozun-torpağın içindədi. İkisinin də əlin-ayağın yuyur, qabaxlarına da bir iskan çay qoyur. Pendirdən-zaddan bullara verir. Bullar bir az özdərinə gələnnən sora ev yiyəsi gəlif çıxır. Camaatın naxırın otararmış. Hər günorta da ya oğlu, ya arvad özü bunun çörəyin apararmış. Gələn kimi deyir, qonağımız var deyəsən. Deyir, bəli, var. – “Nəysə vermisən?” Deyir, vermişəm. Arvada deyir ki, qonaxdan soruş gör ürəkləri nə isdiyir? Deyir, ürəyız nə isdiyir? İmam Həsən deyir ki, qara qoyunun böyrəklərinin qara qavırmasını yeyirəm. İmam Hüseyn deyir ki, qara qoyunun ürəyinin qara qavırmasını yeyirəm. Bunun da vur-tut ikicə qoyunu var imiş. Tutur qoyunnarı kəsir, soymamış qarnın yarır, ürəyin də, böyrəyin də çıxardır verir. Arvadına deyir, sən tez bunu qara qa-vırma elə, mən dərisini soyum. Bunu qəşəhcənə düzəldir. Yeyillər, içillər. Yatmax məqamı gələndə arvadına deyir ki, oğlum mənnən o biri otaxda yatsın, bullar ana uşağıdılar, sən hər qolu üsdünə birin al, buları qucağında yatırt. Alır qucağında yatırdır. İmam Həsənnən İmam Hüseyn gecəni səhərə qədər yatmırlar. Səhər açılır, çoban namazın qılır, düşür yolun ağına. Çıxır gedir işinə. İmam Hüseyn durur deyir, qardaş, Allah-taala sənin səsı tez eşidir. Elə elə bu arvadın yeri cənnətdik olsun. Durur Allaha dua eliyir, arvad dün-yasın dəyişir. Deyir, qardaş. Deyir, nədi? Deyir, bu uşax əl-ayaxda qalajax, Allaha dua elə bunun da yerin behiştdik eləsin. Uşax da dünyasın dəyişir. Bular düşüllər yola, gedillər.

175

Page 176: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Çoban az gözdüyür, günorta buna çörək gətirən olmur. Çox gözdüyür, çörək gətirən olmur. Elə ajqarına gəlir, içəri girəndə baxır görür əyal da yoxdu, oğul da yoxdu. Car çəkir ki, ay camaat, tay bu günnən belə mən çobannıx eləmiyəjəm. Hərə bir tərəfdən deyir ki, evlənərsən, inşallah, övladın olar. Deyir, mən onnar üçün əlləşirdim, onnar üçün çalışırdım. Özüm ibadət eliyən adamam, gedif bir küşdə oturuf ibadətimi eyliyəjəm, orda da canımı nə vaxd Allah alarsa, onda alar. Düşür yolun ağına, gedir başqa bir məmləkətə çıxır. Bir məçidin həyət-bacasın təmizdiyirmiş. Burda gətirif gül-çiçək əkir, qəşəh bərpa işiynən məşğul olur. Gecə də düşəndə girir məçitdə ibadətin eliyir, məçitdə yatır.

Bir gün belə, beş gün belə, bir ay belə. Axırı bir gün deyillər ki, niyə evlənmirsən? Gözəl, ibadətcil insansan, əlinnən hər iş gəlir. Deyir, maa lazım deyil. Axırı şahın bir qalıx bajısı varmış. Bunnan məjburu nişannıyırlar. Bir gün deyillər ki, şahın canına elə bir xəs-dəlik düşüf ki, dərdinin davası yoxuymuş. Dərdinin davası yeganə behişt almasıymış. Nağarax, neyniyək? Bekaf gəzdikləri yerdə kürəkən çıxır buların qabağına. Deyir, noluf, niyə bekafsız? Deyillər, bəs behişt alması şahın dərdinin dərmanıdı, o da tapılmır. Deyir, mən gedərəm, inşallah, tapsam tez gələjəm. Məlül-müşkül getdiyi yerdə həmən tifillər salam verir kişiyə. Salamın əlöyküm. Əlöykət salam. Deyir, əmi, olmuya qonağı tanımadın? Deyir, heylə şey ola bilərmi ki, mən qonağımı tanımıyam? Uşaxlar deyir, niyə bekafsan? Deyir, neynirsən, dərdimə şərik olansan? Bir deyir, iki deyir, üş deyir. Deyir ki, şah mənim qaynım sayılır, onun dərdinin dərmanı behişt almasıdı. Deyillər, onnan hasant nə var? Dalımızca gəl. Bular iki qardaş düşür dal-qabax. Bir qapı keçillər, iki qapı keçillər, üçüncü qapını keçəndə kişi baxır ki, bərlah pərvədigara, tay cənnətməkandı. Deyir, get nə qədər lazımdı dər. Deyir, yox, bircəciyini qırajam (kişidə tamahsızdığa bax). Deyir, onda bu nətər olajax? Deyir, bunun sarı tərəfin yeyən on beş, on altı yaşında cavan oğlan olur, qırmızı tərəfin yeyən nə qədər qada-bəlası, dərdi-səri varsa, hamısı sağalıf gedir. Kişi tez almanı dərif qayıdır geri.

176

Page 177: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şahın arvadı deyir, noldu, nə tez gəldin? Deyir, bəs belə-belə, tapmışam. Deyir, nətər tapdın? Deyir, tapdım da. Deyir, şah yatıf, durğuzma. Güj-bəlaynan yatıf. Bunu nətər yemək lazımdı? Bu da deyir ki, sarı tərəfin yeyəndə on beş, on altı yaşında cavan olursan, qırmızı tərəfin yeyəndə nə qədər dərdin, bəlan varsa, hamısı çəkilir. Arvad əla dönmüyüm heç, götürür kəsir qırmızı tərəfin yeyir, sarı tərəfin aparır verir şaha. Şah yeyir cavan oğlan olur, amma xəsdəlik elə üsdündədi. Arvad düşür kişinin dalına ki, bunnan gətir. Gedir tapır, sözün deyir. Deyir, nəkqədərnə deyirsən gətirərəm.

Genə gəlir İmam Həsənnən İmam Hüseynin üsdünə. Deyir, gəl. Bayaxları keçəndə üç qapı keçmişdi, indi otuz dokquz qapı keçif qırxıncı qapıda girir behiştə. Deyir, get ürəyin nə qədərnə isdiyir yığ. Uşaxlar qayıdır. Çönüb arxaya baxırlar ki, kişi getmir. Gəlirlər yaxına, deyillər niyə getmirsən? Get yığ dana. Deyir, üşənnəm. Bir dəfə deyir, iki dəfə deyir. Deyir, onnar da sənin kimi insandı dana, orda istirahət eliyirlər. Get nə qədər isdiyirsən yığ. Kişi yaxına gələndə baxıf görür biri əyalıdı, biri oğlıdı. İmam Həsə-nə İmam Hüseyn deyir ki, Allah sənin səsı tez eşidir, qoyma bunu çıxsın çölə. Allaha dua elə, qoy elə bunun da canı burda çıxsın.

İmam Həsənnən İmam Hüseyn səxavətin nətər olduğun öz gözdəriynən görüllər. Səxavətsiz ibadət də bir şey deyil, ibadətsiz səxavət də bir şey deyil. Hər ikisi qarşılıxlıdı. Çünki Allah-taala nəyi xəlq eliyifsə cüt xəlq eliyif.

II mətnBir oğlan institutda oxuyurmuş. İmtahan vaxdı məllim bunun

qiymətin vermir. Deyir, sən məəm qiymətimi niyə vermirsən? Mən yaxşı oxuyanam, beləyəm, heyləyəm. Deyir, yox, bir söz var, sə-xavət yaxşıdı, ibadət? Get onu öyrən gəl, onda mən sənin qiymətini verəjəm. Deyir, ə, mən nətər eliyim, kimnən öyrənim? Gəlir, deyir, ata, məllim mənim qiymətimi vermədi. Deyir, niyə, oğlum? Deyir, maa dedi ki, get bunu öyrən gəl, sora mən sənin qiymətini verəjəm – səxavət yaxşıdı, yoxsa ibadət? Deyir, yaxşı, oğlum, onda ikimiz də gedəjih, kətbəkət öyrənəjiyih. Heç mən özüm də bilmirəm.

177

Page 178: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gedillər. Axşama düşüllər. Deyillər, burda qalax, sabah yola düşərih. Qarannıxdı. Deyir, gedir ki, bir kişi namaz qılır, dəsdəmaz alır. Deyir, bu gejə bizi qonağ eliyin də. Deyir, məəm yerim nəəzir sizi qonax eliyim? Deyir, niyə? Evində yer yoxdursa, palqonunda yatarıx. Palkonda axşamlıyıllar. Səhər durullar. Deyir, neçə uşağın var? Deyir, bir ildi evlənmişəm, hələ uşağım yoxdu. Peyğəmbər “Allah sana yeddi oğul versin” deyif yola düşür.

Gedillər, gedillər. Deyir, genə axşamlıyıllar. Görüllər bir ba-laca çavıstan kimi ev var. Deyir, gedəh görəh orda axşamlıya bilə-rih? Gedillər, deyir:

– Ay oğlum, daldanacax ver bizə. Görüllər ki, təzə evləniflər. Deyir:– Əmi, bu ev-eşih saa qurbandı. Gəlin qalın. Bular qalır. Özdəri gedir palkonda yatır. Yedizdirillər,

içirdillər. Səər durur, deyir:– Ay oğlum, Allah sizə yeddi qız versin! Deyir:– Ay ata, o biri oğlan bizə yer vermədi, hörmətsizdih elədi,

sən ona heylə dedin, özü də namaz qılırdı. Deyir:– Ay oğul, sən birinci de görüm, ibadət yaxşıdı, yoxsa səxavət? Deyir:– Ata, ibadətdən səxavət yaxşıdı. Nolsun namaz qılır, oruş

tutur, birinə bir şey eləmir. Amma elə adam var ki, birinə kömək eliyir, o hamısın yuyuf aparır. Deyir, sən ona niyə dedin ki, Allah sana yeddi oğul versin?

Deyir:– Ay oğlum, elə oğlannar ver demişəm ki, o oğlannar onu kü-

çələrə salajax. Ona da elə qızdar demişəm ki, o qızdar onu şah kimi saxlıyajax. İndi get, məəlimına de ki, səxavət yaxşıdı, ibadət yox.

Gedir məlliminin yanına. Məllimi deyir, indi hansı yaxşıdı? Deyir, səxavət. Deyir, ala beş. Qiymatın yazıf verir.

178

Page 179: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

5. ALLAHA PƏNAH

Günnərin bir günü bir nəfər şəxsin il boyuna ancax beş qoyu-nu olur. Nə artmırmış, nə azalmırmış. Musa peyğəmbər bir günnəri gəlif keçəndə görür gənə də bu beş qoyunu qabağında hərriyir. Salam verir, əleyk alır. Deyir ki, ya Musa, hara belə, Allah qoysa? Deyir, Allah-taalaynan kəlmə kəsməyə gedirəm. Deyir, gedərsən min danışarsan, min birincidə deyərsən ki, yolda bir şəxsi gördüm, neyniyir qoyunu beşdən yuxarı qalxmır. Gəldi min danışdı, min birincidə dedi ki, ya bir olan Allah, sizin özüzə agahdı, bəs bir şəxsi deyir ki, mənim qoyunum beşdən artıx olmur. Deyir, onun qoyunu-nu elədim yüz, ömrünü verdim üç gün. Gəldi dedi. Dedi, Allah kərimdi.

Bir müddət sora Musa peyğəmbər genə Allah-taalaynan kəl-mələşməyə gedəndə baxdı gördü ki, yüz dənə qoyun qabağındadı, həmən şəxs otarır. Bir də salam verdi, əleyk aldı. Həmin şəxs dedi, deyərdin mənim qoyunumu bir az da artırsın Allah-taala. Getdi Allahnan min danışdı, min birincidə dedi ki, yüz qoyun verdiyin şəxs deyir ki, mənim qoyunumu bir az da artırsın. Dedi, get denən ki, ömrünə əlavə üç gün caladım, qoyunu elədim beş yüz. Gəldi dedi. Bu sözü deyəndə dedi ki, Allaha pənah, hələ o günə çox var.

Musa peyğəmbər iki-üç aydan sora genə Allah-taalaynan kəlmələşməyə gedəndə gördü bu kişi hələ ölmüyüb, qabağında beş yüz qoyun otarır. Da salamsız, kalamsız bunun yanınnan keçif getdi. Min danışdı, min birincidə dedi ki, ya bir olan Allah, sizdə də yalan? Dedi:

– Niyə yalan? Dedi:– Birincidə dedin yüz qoyun verirəm, üç gün də ömür verdim.

İkincidə beş yüz qoyun verdin, əlavə də ömrünü üç gün artırdın. Amma kişi hələ də yaşıyır.

Deyir:– Onu verəndə sən eşitmədin o nə dedi? Dedi:

179

Page 180: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Eşitdim. Birincidə dedi, Allah kərimdi. İkincidə də dedi, Allaha pənah.

Dedi:– Əgər o mənim adımı çəkirsə, mən onun necə canını ala

bilərəm?

6. ALLAHDAN DİLƏK İSTƏYƏN KİŞİ

Pis vəzyətdə yaşıyan bir şəxs olur, bunun altı qızı olur. Arvadı çox əzazil olur, kişi də künə20 kişi olur. Gedirmiş, onun-bunun qapısın qazırmış, bir tikə çörək qazanıb gətirif verirmiş, balaların saxlıyırmış. Bir gün belə, beş gün belə. Bu arvad hardansa eşidir ki, dilək isdiyirsən, Musa peyğəmbər onu Allaha çatdırır. Bir gün əri gedəndə deyir, əşi, buyünnük çörək lazım deyil. Get dur yolun qıra-ğında, Musa peyğəmbər gələndə denən Allahdan bizə də bir ruzu diləsin. Gəldi durdu.

– Salaməlöyküm. – Əlöykümətsalam. – Hara belə, Allah qoysa. Dedi:– Allah-taalaynan kəlmə kəsməyə gedirəm. Dedi:– Mənim də ərzi-bəndəliyimi çatdırarsan? Dedi:– Baş üsdə. Dedi ki, mən çox pis vəzyətdəyəm, maa da bir tikə çörək qis-

mət eləsin. Getdi Allah-taalaynan min danışdı, min birincidə bu kişinin xayişin dedi. Deyəndə dedi, onnar elə belə dolanajaxlar, amma yerləri cənnətdikdi. Belə deyəndə kişi sevinə-sevinə gəldi ki, şükür, Allah-taala bizi eşidif, bizi yada salıf. Arvadı deyir, əşi, nədi, nə verdi? Dedi, yerimiz cənnətdikdi. Dedi, kül sənin başa, kişi. Deyirəm, deyəydin bir tikə bizə çörək verəydi, qismət verəydi. Getdi yazıx kişi bir də yolun qırağında durdu. Musa peyğəmbər 20 Künə – mülayim xasiyyətli

180

Page 181: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Allaha dedi, ya bir olan Allah, o kişi yalvardı, yapışdı ki, ona da bir ruzu verəsən. Dedi, get denən verdim. Gəldi. Kişi durmuşdu yolun qırağında. Dedi, Allah-taala verdi qismətinizi, get. Kişi əliboş gəlir, amma sevinə-sevinə gəlir. Arvad deyinə-deyinə yola saldı, çıxdı getdi kiminsə qapısın belləməyə. Getdi qapını bellədi. Bir təpik vurdu, iki təpik vurdu, üş təpik vurdu. Gördü lapatka dirəndi. Əliynən ayna-bayna elədi, gördü bir küpədi, içi teyxa qızıldı. Bu da bədbaxın oğlu, mənim kimi tanımırmış. Nə var hamısın yığdı qoy-nuna, qoltuğuna, ciblərinə, birin saxladı əlində. Qayıtdı evə. Dedi:

– Arvad, bu nədi? Arvad, bu nədi? Arvad, bu nədi? Dedi:– Bu qızıldı. A kişi, bunu hardan tapmısan? Tez məni də çat-

dır ora. Dedi:– Arvad, dinmə, nə var hamısın götürmüşəm. Günü-günnən bunnarın vəzyəti yaxşılaşdı. Kişi tay geyimin də

dəyişdi, yeməyin də düzəltdi. Kefinin lap kök vaxdı gördü camaat bu taydan o taya keçəndə çox çətinnik çəkir. Varı-dövləti hədinnən artıxdı dana. Gətdi çayın üsdünnən körpü atdırdı. Duruf gedəni-gələni seyr eliyirdi. Gedif-gələn hamısı rəhmət diliyirdi. Musa peyğəmbər də gəldi, burdan keçəndə salam verdi, əleyk aldı. Dedi:

– Ya peyğəmbər, Allahnan kəlmələşəndə deyərsən ki, o kasıb kişi deyir mənim yerim cənnətdi, cəhənnəmdi?

Getdi min danışdı, min birincidə dedi ki, ya bir olan Allah, sənin öza agahdı. O kasıb kişi deyir ki, mənim yerim cənnətdi, cəhənnəmdi? Dedi:

– Onu cəhənnəmə vasil eliyəjeydim. O camaat onu behişlik elədi.

7. EVƏ GƏLƏN BƏLA

Günnərin bir günü Musa peyğəmbər əyləşmişdi. Bir şəxs gəlir ki, ya Musa, nolar bu heyvannarın dilin maa örgət. Bir deyir, iki deyir, beş deyir, on deyir. Bunnar qonşuymuşdar. Deyirmiş, ə, yer

181

Page 182: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

get işi dalınca. Bunun canın boğazına yığır, axırda itnən pişiyin dilin buna örgədir. Bu çıxır gedir.

Aradan bir ay keçmiş kişi görür ki, öz itiynən pişiyi qapıda gülə-gülə oynaxlaşır. İt deyir, sabahları xozeynimizin inəyi öləjək, sürüyüf atajax meşəyə. Gedif orda rahat leş yeyəjeyik. Kişi bunu eşdir. Eşidən kimi inəyi aparır satır, pulun qoyur cibinə, gəlir. Kişi arxayındı ki, inək gəlmiyəjək. Az gözdüyür, çox gözdüyür. Arvad deyir ki, əşi, Allah tifağı dağıtsın. Bir inəyimiz vardı, onu da apardın satdın. Deyir, arvad, dinmə. İnək öləjeydi, onun üçün apardım satdım. Aradan bir on-on beş gün keçənnən sora bir atı varmış. İtnən pişik gülə-gülə oynaxlaşırmış. İt bu dəfə deyir ki, at öləjək, sürüyüf atajax dərəyə, gedif yeyəjeyik. Aparır atı da satır. Aradan bir ay, iki ay keç-miş görür kü, itnən pişik oynaxlaşa-oynaxlaşa deyir ki, səhər xazey-nimiz öləjək, o ki var ehsan verəjəhlər, doyuncan yeyəjeyih. Deyən-də kişi özü satılmalı deyil satsın, qaçır Musa peyğəmbərin üsdünə.

– Ya Musa, mən nağarım, neyniyim? Onda deyir ki, ay bədbaxt, biri qapını qoruyur, biri evı

qoruyur. Sən ki Allahın göndərdiyi qoruyucuları aj qoyursan, sənə heş nə düşmür. Birinci ehsan olarınkıdı. Biri evin için qoruyur, biri də çölün qoruyur.

8. YAZIYA POZU YOXDUR

Günnərin bir günü Vəzir Allahverdi xannan Şah Abbas uzunmüddətli gəzməyə çıxıllar. Həmişə də kasıb adamın evində qalırlarmış. Az gedir, çox gedir, başqa məmləkətdə kasıb evə ürcah çıxıllar. Vəzir Allahverdi xan o qədər bijəh adam oluf ku, otduğu yerdə gözü hər yeri gəzirmiş. Baxır görür kü, bu kasıb evdə bunun qabağına çörəyi ev yiyəsinin əyalı deyil, başqası qoydu. Gejə yatır. Yatanda zarıltı səsi eşidir və uşaq səsi eşidir. Bu vaxdı pəncərənin ağzınnan bir şəxs qaçır. Bu əl atır bu şəxsi tutur. Deyir, sən kimsən? Deyir, mən taleh yazanam. Deyir, nağarırdın? Deyir, sənin şahıın qızı oldu, bu ev yiyəsinin oğlu oldu. Bunun talehini o qıza yazdım.

182

Page 183: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Səhər açılır, şah durur ayağa. Duran kimi deyir, muşduluğu-mu ver, qızın oldu. Deyir, ə, sən burda, mənim qızım harda. Deyir, vallah, bu ev yiyəsinin axşam oğlu oldu, mələk sənin qızının tale-hini ona yazdı. Deyir, ə, mən o talehi pozajam. Deyir, nətər pozas-san? Deyir, gör indi nətər pozuram. Kişini çağırtdırır. Deyir, neçə övladın var? Deyir, altı, bir nökərız da axşam dünyaya gəlif. Deyir, o uşağı özü ağırrıxda qızıl versəm verərsən maa, mənim uşağım yoxdu? Deyir, niyə vermirəm? Kasıbdı da bu onsuz da. Uşağ ağırrıxda qızılı verir, elə onu bükülü də verir Vəzir Allahverdi xanın qucağına. Götürüllər gedillər. Bir xeylax gedənnən sora sıldırım qaya görünür. Deyir, çıx o qayadan bu uşağı tulla, tikə-tikə olsun, ələ gəlməsin. Xanım da uşax olmamışdan qabax öz əliynən gözəl bir bələkbağı hörmüşmüş, bunu da bağlamışdı bələyin üsdün-nən. Allah-taala izdiyirmiş. Cənabi Cəbrayıla deyir ki, o uşağı tulluyajax sıldırımdan. O tulluyanda uşağı al qanadının arasına, onu yavaşca qoy bir kolun dibinə. Gedir dırmaşır, yuxarıdan tulluyanda Cənabi Cəbrayıl yavaşca endirir qoyur kolun dibinə. Da bular arxayın olurlar ki, uşağ öldü getdi. Bu məqamda ziyarətdən bir şəxs gəlirmiş. Uşax həsrətindeymiş. Görür qarağan kolunun dibində körpə uşağ ağlıyır. Deyir, şükür saa bərlah pərvədigara, mənim öz əyalımdan özümə uşax qismət eləmədin, bu körpəni məə övlad qismət elədin. Götürür gətirir bu uşağı böyüdür, boya-başa çatdırır. Uşax gəlir beş-altı yaşına çatır. Kişi deyir ki, bu uşağı mən ziyarət-nən qazanmışam (özü də çayçıymış). Karbalanın girişində gedif bir çayxana açajam, ömrümün axırına qədər orda ehsan verəjəm. Gəlir burda çayxana tikdirir, öz uşağın da, arvadın da götürür gəlir.

Aradan bir on il keçir, Vəzir Allahverdi xannan Şah Abbas hərrənif gəlir. Burda oturuf çay içən vaxdı Vəzir Allahverdi xanın uşağa gözü sataşır. Uşax artıx on beş-on altı yaşındaymış. Deyir ki, sən kimin oğlusan? Deyir, filan çayçının. Baxır görür ki, bunun belindəki qurşağ həmən bələkbağıdı. Şah Abbasa deyir, bu uşağı tanıyırsan? Deyir, yox. Deyir, o uşax bizim dağdan atdığımız uşaxdı. Deyir, yox. Bir deyir, iki deyir, beş deyir, on deyir. Şah Abbas deyir, kişini çağır bura. Çağırır. Deyir, bu uşax sənindi? Deyir, bəli.

183

Page 184: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir, mən filankəsəm, yadımdan çıxıf bir söz deməmişəm. Görü-rəm bu uşax çox qoçax uşaxdı. Bir namə yazsam aparar, buna da xeylax barat verəm? Deyir, niyə aparmır? Aparar. Namədə yazır ki, cəllad, bu uşax ora çatan kimi iki şaqqa elə, yarısın darvazanın bir tərəfinnən as, yarısın bir tərəfinnən as. Yazır, naməni qəşəh bükür qoyur papağının qulağına. Uşax yola düşür gedir. Üş gün imiş yol gedir. Gəlir buların öz həyətinə girir. Çarhouz var imiş. Çarhouzun üsdündə başın qoyur, elə orda da yatır. Vəzirin, vəkilin, bir də şahın qızı baxçada gəzdikləri yerdə görüllər ki, gözəl-göyçək bir uşax çarhouzun üsdündə başın qoyuf yatır. Bu şahın qızı eləmir tənbəllik, baxır görür ki, papağın qulağında namə var. Rəvayətə görə, şahın qızının yazısıynan şahın özünün dəsti-xətti eyni olur. Götürür naməni oxuyur. Görür cəlladın üsdünə yazıf ki, ora çatan kimi bunu iki şakqala, yarısın darvazanın bir tərəfinnən, yarısın bir tərəfinnən as. Bunu belə görür, götürür ayrıdan özü bir namə yazır ki, vəzir, bu uşax çatan kimi mənim qızımnan evləndir, qırx gün, qırx gejə toy vurdur, evimin də iki otağın ver bullara. Götürür aparır verir vəzirə. Vəzir qırx gün, qırx gejə bu oğlannan bu qıza toy vurdurur. Məqam çatır bulların bir övladı da dünyaya gəlir. Bullar da səfərdən gəlməli olur. Baxır görür ki, vallah, buların qarşısına heş çıxan yoxdu. Fikirrəşillər kimi göndərək, kimi göndərək? Şahın qarşısına şahın qızı, kürəkəni və qucağındakı uşax çıxır. Şah Abbas deyir ki, vallah, bizim qarşımıza iki nəfər çıxıf. Vəzir Allahverdi xan deyir ki, iki deyil, üşdü. Gözün əməlli görsün. O deyir ikidi, bu deyir üşdü. Gəlir baxır, görür həmən oğlandı, öz qızıdı, qucağında da uşağı. Onda buyurur ku, doğrudan da, Allah-taalanın yazdığın heş kim poza bilməz.

9. ƏCƏLDƏN QAÇMAQ OLMAZ

I mətnCənab Əmir bir evdə qonağ olur. O evin sahibəsi də hamilə

imiş. Kişi burda ola-ola uşax gəlif dünyaya. Görüf bir ağ donnu girdi zahının yanına. Çıxanda bunu tutdu. Dedi ki, nəçisən, nə iş

184

Page 185: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

görürsən? Deyir ki, mən taleh yazanam. Deyir, o uşağın talehinə nə yazdın? Deyir, on beş yaşına çatanda düşəcək suya, öləcək. Deyir, hə, yaxşı. Bunu buraxır. Səhər qonağına deyir ki, o uşax dil açanda örgədin dara düşəndə “ya Əli” desin. Deyirlər, yaxşı. Uşax böyü-yənnən sora bunu örgədillər ki, “ya Əli” desin. Bu suya düşəndə “ya Əli” deyir. Söhbətdi da. Düzdüsə də, əyridisə də, eşitdiyimi deyirəm. “Ya Əli” deyən kimi bu nazil olur, uşağı çıxardır. Görür uşax deyil, balıxdı. Buraxır suya. “Ya Əli” deyəndə bir də çıxardır, görür genə balıxdı. Nəysə, üçüncü dəfə çıxardannan sora deyir, yox ey, mən ədalətə güc eliyəmmərəm. Buraxır suya, “Əli” deyə-deyə su uşağı aparıf gedir.

II mətnAna yatır, yuxuda görür ki, oğlu çıxır gəzməyə. Amma gəz-

məhdən qayıdanda oğlu ölür. Yuxudan ayılır. – “Bu nə işdi mənim başıma gəlir?” Sabah duranda oğluna deyir ki, oğul, mən səni heş yerə buraxmıyacam. Deyir, niyə? Deyir, ona gora mən səni heş yerə buraxmıyacam ki, yuxu görmüşəm. Böyün nəsə ola bilər sənə. Deyir, ay ana, heş nə olmaz. Deyir, oğul, yox, yox. Deyir, bə mən neyniyim axşamacan? Deyir, uzan elə bı karabatın üstündə yat. Buyünnəri ötüşsün, sabah görəh nolur. Elə oğlan uzanmışımış. Burda evin taxçasında qəlbidə pişih orda bir dənə siçan görür. Pişih siçanı görüf nətəri sıçrıyırsa o taxçanın üstünə ki, ordan siçanı tutsun. Paltar ütülüyən varmış, ordan düşür oğlanın başına. Oğlan ordaca canını tapşırır. Bı bını Əzrayıldan yayındıra bilmədi. Əzrayıl bının canını aldı. Qoruya bilmədi. Əzrayıl apardı.

10. ÖVLADINI ƏZRAYILDAN QAÇIRAN ANA

Biri varmış, biri yoxmuş. İki dənə yaşdı adam varmış də ər-arvad. Bulların neçə illərdi uşaxları olur, gəlir on-on dörd yaşına çatanda ölür, qalmır. Nəysə, arvad yenə hamilə qalır. Kişi deyir ki, ay arvad, bura bizə düşmür də. Gə bu kəndi də, evi də tərk eliyək gedəh. Arvad razılaşır. Nəysə, yığıllar veşdərin-vüşdərin, düşüllər

185

Page 186: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yola. Az gedillər, üz gedillər, dərə-təpə düz gedif, bir kəndə yaxın-naşıllar. Kəndin elə kənarında görüllər ki, bir tərəfdə it hürür, bir tərəfdən də işıx gəlir. Arvad deyir ki, ay kişi, indi biz ha tərəfə gedəh? İt hürən tərəfə, işıx gələn tərəfə? Kişi deyir, ay arvad, it hürən tərəfə nəə gedəh? Orda işıx yoxdu. Gəl biz işıx gələn tərəfə gedəh. Nəysə, gəlillər də, girəcəhdə bir darvazanı döyüllər. Bir dənə qadın açır. Deyillər, Allah qonağı isdəməzsiniz? Neçə gündü yol gəlirih, yorulmuşuh, uşağımız da olajaxdı. Deyir, qonağ Allahın qonağıdı, niyə qəbul eləmirih? Keçillər evə. Ev yiyəsi deyir ki, heş getmiyin, bizdə qalın. İki-üç ay keçir, burda doğur. Ev yəəsi də o qədər qullux eliyir ki, xəjələt çəkillər. Deyillər, day çıxah gedəh, utanırıx. Deyillər, yox, hara gedəssiz? Buraxmarıx sizi. Bullar da elə ikisi də ər-arvatdı, uşaxları-zadı da yoxdu. Deyillər, uşağımız da yoxdu. Elə burda baş-başa verəh dolanax. Nəysə, qalıllar.

Aylar, illər ötür, uşax gəlir beş yaşına. Bir gün ev yiyəsi qadın deyir ki, gəlin bir əz yuxa bişirəh. Deyir, hə, neynəh. Sac-zad asıllar üsdə. Ev yiyəsi deyir, qoy mən yayım. Qadın deyir ki, yox, özüm yayajam. Deyir, neyniyəh, yayırsan yay. Uşağı qoyur yanına, xamırı kündələyir. Birin yayır, ikisin yayır, uşax oynuya-oynuya gəlir düz bunun dördayağının yaxınına. Arvad oxlovu belə eliyəndə oxlov girir uşağın gözünə. Uşağın gözünə girəndə uşax ölür. Arvad ah-nalə eliyir, ağlıyır, deyir bəs nətəər olur, ordan qaşdıx gəldih ki, uşağımız salamat qala. Ev yəəsi gəlif deyir ki, bəs sən Əzrayılın evinə gəlmi-sən. Bu sənin uşağının qismətində varıydı, ölməliydi. Sən bu qis-mətdən qaça bilməzsən, Əzrayılın əlinnən qaça bilməzsən. Dünya-nın o ujuna da gesseydin, sənin bu uşağın öləjeydi. Onu özümüz elə elədik ki, sənin əlində ölsün ki, özün-özünü günahlandırasan.

11. ƏZRAYILIN XƏBƏRDARLIĞI

Əzrayıl da mələkdi. Çox zəhimlidi. Allah-taala da o mələyə tapşırıf ki, insannarın canın alsın. Biri oturuf yolun qırağında çörəh yeyirmiş. Birdən görür ki, qoca keçir yolnan. Deyir, a qoca, gəlginən oturax bir çörək kəsək. Çağırır Əzrayılı. Oturullar, çörəh kəsillər.

186

Page 187: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Filan-beşməkan, ayan, bı yan. Deyir, sənnən bu günnən oldum kirvə. Kirvəliyi də başa çatdırıllar. Sora soruşur deyir ki, mənim sənin bu işinnən xoşum gəldi. Yaxşı ağsaqqalsan. Sənnən bircə şeyi mən soruşacam. Deyir, buyur. Deyir ki, bax mən yaxşı əməllərə gora sənnən kirvə oldum. Heş mən soruşmadım sənin işin nədi, peşən nədi. Deyir, mən Əzrayılam. Deyir, Əzrayıl adam öldürəndi, can alandı. Sən də mənnən kirvəsən. Nətəri yanı, sən adam öldürən-sən? Deyir, bəli, höküm gələndə ki, filankəsin tarixi qutardı, mən gedib onun canını alıram. Deyir ki, sənnən bir şey soruşum. Mənim canımı nə vaxt alassan? Deyir ki, sənin canı alanda xəbər verərəm da saa. Deyir, onda sən Allah, xəbər verginən ki, mənim canımı nə vaxt alassan. Deyir ki, mən getdim. Xəbər eliyərəm.

Uzun illər keçir. Bir də görür bay, kirvə eyvanın qırağınnan baxır. Deyir, bay kirvə, gəlmisən? Deyir, bəli, gəlmişəm sənin canı almağa. Deyir, nətəri yanı, maa xəbər verməmisən. Hara gəlirsən sən? Niyə maa xəbər vermədin? Deyir ki, mən saa xəbər vermişəm. – “Nətəri xəbər vermisən mənə?” Deyir, sağdakı qonşu canın aldım, soldakın canın aldım, arxadakın canın aldım, qabaxdakın canın al-dım. Ortada qalmısan da sən. Böyün də gəlmişəm sənin canı almağa. Sən başa düşmədin ki, o öləndə, bu öləndə, bu birsi öləndə, bir gün də sənin vaxt çatacax? Gəl, gedirik. Onun canını alır.

12. TACİR OĞLU

Bir gün bir yahudi olur. Bu yahudi tacir olur. Nə varidatı var hamsın gizdiyirmiş, evə heç nə vermirmiş. Bu dünyasın dəyişir. Tacirin arvadı eşidir ki, Əli Əleyhsalam hamıya əl tutur. Oğluna deyir ki, oğul, dur yolun qırağında, Əli Əleyhsalam gələndə bizə köməklik eləsin. Uşax gəlir durur yolun qırağında. Görür Əli Əleyhsalam gəlir. Uşağ əlin açır, buyurur ki, ya Əli, salamməlöy-küm. Deyir, əlöykümsalam. Deyir, mən filan qəssabın oğluyam. Atam bizə heç nə qoymuyuf. Bəs acınnan ölürük. Əli Əleyhsalam xeylax buna qızıl pul verir, yola salır. Qutaranda bu oğlan bir də gəlif durur yolun qırağında. Əli Əleyhsalam buna deyir ki, sən qorxub

187

Page 188: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

eləmirsən ki? Deyir, yox, heş nədən qormuram. Deyir, səni atanın yanına göndərəjəm, amma hər nə görsən ikimizin arasında qalajax. Dedi, baş üsdə.

Gedir ayın-oyunu verir. Axşam üsdü çörəyi tez yeyir, qayıdır Əli Əleyhsalamın hüzuruna. Deyir, qəbirsannıxdan qorxursan? Deyir, yox. Deyir, girəcəkdə birinci qəbrin ağzında durarsan, deyər-sən ki, bu gecəliyə məni Allah qonağı saxlıyarsan, ya yox. Nə eşitsən, gəl maa de.

Oğlan gəldi durdu birinci qəbrin yanında. Dedi, bu gecəliyə Allah qonağı isdiyərsən, əhli-qübur? Deyir, yerim dardı. Qayıdır gedir. Nööbəti axşam gedəndə deyir, get indi ikinci qəbrin yanında dur. Deyərsən ki, ey əhli-qübur, mənə bu gecəliyə yer verərsən gecəliyəm? Gör nə deyəjək. Gəldi ikinci qəbrin yanında durdu. Dedi, yerim var, amma saa layax deyil. Getdi üçüncü qəbrin yanında durdu. Bunu da deyəndə dedi ki, yerim çox genişdi, gəl. Uşax gecə qəbir yiyəsinə qonax oldu. Qəbir yiyəsinnən sorunçdu ki, kimsən, nəçisən, nə karasan? Dedi, mən məlliməm, elm örgə-dirəm. Məqam çatdı, Allah-taala mənim canımı aldı. Görürsən yerim də geniş, gələn adamların heş birisini naümid qaytarmamı-şam. Dedi, bəs mən birinci qəbrin yanında durdum, o kim idi? Dedi, o sənin atan idi. Dedi, bəs o ikinci qəbir kimindi? Dedi, kənd-xudanın qəbridi. Özü geniş ürəkliydi, amma anası çox bədazılıydı. Dedi, mən isdiyirəm axı atamı görüm. Dedi, görməsən yaxşıdı. Bir dedi, iki dedi, üş dedi. Dedi, yaxşı göstərərəm. Baxdı gördü ki, bullara sarı üç dənə it gəlir: biri ağdı, biri qırmızıdı, biri aladı. Dedi, ortada gələn sənin atandı, o biri kəndxudanın anasıdı (söyləyici üçüncü şəxsin kim olduğunu unudub – top.). Səhər açıldı, uşax qəbrdən çıxdı getdi. Bu kəlamın hamısın Əli Əleyhsalama danışdı. Əli Əleyhsalam dedi, atan nəyi varsa, evin filan yerində gizdiyif. Ged ordan çıxart, rahat da dolanın.

Uşax da getdi qızılları çıxartdı, anasıynan bəy kefində ömür sürdü.

188

Page 189: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

13. SÜLEYMAN PEYĞƏMBƏR VƏ BAYQUŞ

Süleyman peyğəmbər gedirmiş yolnan. Gəlir çıxır bir bulağın başına. Görür ki, bir gözəl qız var. Yanındakına deyir ki, bu qızı aparacam. Deyir, ya peyğəmbər, sən peyğəmbərsən, bütün cannı-cinninin dilin bilirsən. Axı yaramaz. Elçi göndər. Elçi göndərillər. Qız deyir ki, mən ona gedərəm bir şərtnən. O elə bir ev tiksin ki, içəridən baxanda çöl görünsün, çöldən baxanda içəri görünməsin. Yanındakılar deyif ki, bu ancax quş sümüyünnən olar. Süleyman peyğəmbər əmr eliyir, bütün quşdar yığılır, bayquş gəlmir. Bayqu-şun dalınca qartal gedir, gəlmir, qaranquş gedir, gəlmir, axırda bülbül gedir. Bülbül çox cəh-cəh vurur, oxuyur. Deyir, bülbül, özü niyə yorursan? İnsannara etibar yoxdu, getmiyəcəm. Deyir, mənasın de? Deyir, mənası odur ki, filan vaxdı filan tarixdə bir əmoğlu, əmiqızı bir-birini sevdi. Filan çayın qırağında bir bina tikdilər, yaşamağa başdadılar. Orda əmisi qızı dedi ki, əmoğlu, mən ölsəm nağarassan? Dedi ki, əmiqızı, peyğəmbərimizin şəriyəti var, əri ölən ərə getməlidi, arvadı ölən arvad almalıdı. Deyir, yox, sənin etibarın yoxdu. Deyif, onda əmiqızı, mən ölsəm sən nağarassan? Deyir, ölüncə başıma qara bağlıyıf sənin yası saxlıyaram. Sora elə olur ki, padşah bir qara qulu dar ağacınnan asdırır. Bunnar çəkif gedənnən sora Allahın əmriynən bu ölmür, kəndir qırılır, düşür yerə, qaçır. Qız da balkonnan baxırmış. Görür bir qara qul piyada gəlir. Deyir, kimsən? Deyir, ay xanım, başına dönüm, mən padşahın zülmünnən qaçmışam. Deyir, gəl bura. Əmisi oğlu da cüzam xəsdəliyinə tutul-muşdu. Deyir, apar bunu filan yerdə yandır gəl. Padşahın adamları səni xəbər alanda deyərəm qaçırdı, tutuf öldürdüm, filan yerdə də yandırmışam. Qara qul aparıf meyidi yandırıf. Padşah car çəkəndə ki, filan adamı axtarıram, bu deyir, budey, bax, orda yandırmışam. Deyir, bülbül qardaş, ona görə insana etibar yoxdu.

Deyir:– Bayquş qardaş, indi birin də mən deyim sən qulaq as. Gün-

doğannan bir oğlan, günbatannan bir qız oxuyur, ruhani məktəbin qutarır. Dənizin qırağında bir bina tikif orda yaşıyırmışdar. Elə olur

189

Page 190: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ki, ayıb olmasın, oğlan çölə çıxanda da qızın şiklini üsdündə gəzdirirmiş. Oğlanın adı Məhəmməd olur, qızın adı Diləfruz. Bir günnəri qəflə-qatır Zəngəzur şəhərinə alverə gedəndə Məhəmməd deyir, Diləfruz, icazə ver mən də bularnan gedim. Deyir, Məhəm-məd, dözə bilmərəm. Deyir, üş günnük yoldu. Bir gün yol, bir gün alver, bir gün də ayannan bəri qayıtmaq. Deyir, yaxşı, get. Bu gedir.

Zəngəzur şəhərinin padşahının da Məstan addı bir pişiyi olur. Karvan əhli baxır, görür ki, bu Məhəmməd çox ağıllı adamdı, həm də çox biliklidi. Bunu özdərinə başçı seçillər. Zəngəzur şəhərinin padşahına xəbər verillər ki, bəs belə bir alverçi gəlif. Başçını çağırır. Deyir, adın nədi? Deyir, Məhəmməd. Deyir, şərtimiz var. Bu pişik sabahacan bu lampanı əlində tutdu, mən səni aparacam. Nə qədər varın-döölətin varsa mənimdi, adamlarını da zindana saldıracam. Yox, saldı yerə, söndürdü, mənim padşahlığım sənindi. Pişik örgənmiş pişik idi. Sabahacan lampanı əlində saxlıyır. Sabah bunu soyundurullar, bunun cibinnən qızın şikli çıxır. Padşah şiklə baxır, bir könüldən min könülə qıza vurulur. Deyir, yaz, qoy qız gəlsin. Deyir, yaza bilmərəm. Bunu qoyurlar məngənəyə. Nəysə, zornan buna yazdırıllar, qol çəkdirillər. İmza yerinə altdan yazır ki, zülm ilə qolum. Bunu verillər qasidin birinə. Deyir, günortaya mən çatdıraram ora. Qız da əli qoynunda balkonnan yola baxırmış. Qasid gələndə qız kağızı alıf oxuyur. Qasidin paltarın dəyişdirir, çimizdirir, yedizdirir, deyir, get yat. Gedir kənkan gətirir, qapının ağzınnan içəridən dərin quyu qazdırır. Qasidə deyir, dur gedək. Gedəndə qasid düşür quyuya. Qız hərdən qasidin başına daş tökür ki, kopoğlu, mənə düzünü de görüm Məhəmmədin başına nə gəlib? Deyib, başına dönüm, məni öldürməginən, düzün deyəcəm. Bəs bizim padşahın bir pişiyi var, qumar oynuyurlar, padşah udur. Məhəmmədi soyunduranda cibinnən sənin şiklin çıxdı. O da məni göndərif səni aparmağa. Deyir, otur kopoğlu. Tələ qurdurur, üş dənə siçan tutur. Bir yeşik qayıtdırır, siçannarı qoyur yeşiyə. Kişi paltarın geyir. Qasidə deyir ki, mən gəlincə dəbərsən səni qıracam. Quyun ağzın örtür, gedir.

190

Page 191: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Padşaha xəbər verillər ki, naməçi gəlif. Deyir, adı nədi? Deyir, Məhəmməd. Deyir, gət bura, elə mənim toruma düşən Məhəmmət-dərdi. Bu dediyi kimi, pişik oturuf, gecə yarı olanda bu siçanın birin çıxarıf pişiyin qabağına buraxır. Pişik siçana baxmır. Gecə yarıdan keçənnən sora birin də buraxır. Pişik gənə siçana baxmır. Üzün tutur Allaha, deyir, xudavəndi-aləm, məni sabah soyunduracaxlar, mən qadınam, özü də həmliyəm. Siçanın birin də buraxanda siçan pişiyin üsdünə atdan yuxarı dırmaşıf. Pişik çırağı vurur yerə, siçanı götürür gedir. Mərci udur, elə ordaca əmr eliyir ki, padşahı salın zindana. Padşahı salırlar zindana, türmədə nə qədər adam varsa hamısın çıxartdırır. Bunun xəzinəsində nə varsa dağıdır. Yeddi dənə nər yüklüyür qızılnan, gümüşnən. Məhəmmədi də türmədən çıxartdırır, üzün-başın qırxdırır, təmizdədir. Hələ özün nişan ver-miyif. Deyir, Məhəmməd, mən padşaham. Gəl qal mənim yanımda, mənə vəzir ol. Deyir, başa dönüm, mənə dünya malı lazım deyil. Mənim gözü yolda qalanım var. Məni burax gedim. Deyir, yaxşı. Bir qoca vəziri vardı. Deyir, vəzir, mən gedirəm, üş günə, beş günə bu padşah türmədə ölməlidi. Yerinə sənsən. Atını minir, karvanı bu yannan yola salır, özü o yannan hərrənir çapıf gedir, çıxır evə. Görür ki, karvan gəldi. Bir az umu-küsü eliyir. Məhəmməd deyir, ay arvad, mənnən küsmə, mənim başıma oyun gəlif. Məni bir nəfər qutarıf. Allah elə eliyərdi mənim əlimə düşərdi, onu dalımda gəzdi-rərdim. Nəhayət, əri çölə çıxır. Arvad paltarın dəyişir. Məhəmməd bunu görüb deyir, arvad, məni qutaran adam gəlif. Amma arvadın tapmır. Deyillər yağın tualetdədi. Gedif tualetin qabağın kəsəndə arvad bir də paltarın dəyişir. Deyir, gəl otur. Səni zindandan xilas eliyən mənəm.

İndi, ay bayquş qardaş, dünyada yaxşı da var, yaman da var. Dur gedək.

Bayquş durur gəlir. Sifdə düşəndə peyğəmbər buna çox pis baxır. Bayquş ordan uçur düşür ayrı yerə. Orda da buna tərs-tərs baxanda bir də bayquş qayıdır öz yerinə. Deyir, bayquş, yeri niyə dəyişdin? Deyir, ya peyğəmbər, sifdə çox qəzəbli baxdın, tab gətirəmmədim. Sora gördüm ondan da qəzəbli baxırsan. Dedim ki,

191

Page 192: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yurd yurddan sayalı olar, bir də öz yurduma qayıtdım. Dedi ki, səə üş sual verəcəm. Tapdın, səni azad eliyəcəm. Tapmasan, səni öldürə-cəm, sənin sümüyün mənə lazımdı. Deyir, gedəcək çoxdu, gələcək? Deyir, ya peyğəmbər, gedəcək çoxdu. Deyir, nədəndi o? Deyir, gedən gedif, gələn də onun dalınca gedəcək. Deyir, avadannıx çoxdu, xarabalıx? Deyir, ya peyğımbər, xarabalıx çoxdu. Deyir, o nədəndi? Deyir, xaraba qalan qalıf, daldan gələn də xaraba qalacax. Deyir, yaxşı, arvad çoxdu, kişi? Deyir, ya peyğəmbər, arvad çoxdu. Deyir, o nədəndi? Deyir, ya peyğəmbər, arvad sözünə baxan kişi də arvaddı.

Peyğəmbər orda bayquşun adını qoyur bəy quş, gündə də üş sərçə ona cirə verir. Bilmirəm görmüsüz, görməmisiz. Amma mən görmüşəm. Sərçələr yığılır bayquşun başına, ayağın qoyur birinin üsdünə, o birilər uçur gedir.

Süleyman peyğəmbərin hekayəti belə oluf.

14. SÜLEYMAN VƏ QARA QUL

Süleyman çıxmışdı səyahətə, gəzirmiş. Birdən bunu bir ağ yel götürür günbatana doğru aparır, bir dağın dabanında salır yerə. Bir də baxır ki, bir nəfər oturuf orda. Bir əlində neçə barmağı, yazır, pozur. Vəzirnən Süleyman gəlir bunun yanına. Deyir, sən burda nə işnən məşğulsan? Deyir, mən taleh yazanam. Allahın hökmüynən yazıram. Kimin vaxdı tamam olur cırıf atıram əyənə. Bunun da (Süleyman peyğəmbərin – top.) qara hündür gobud bir qulu varmış. Bu maraxlanıf, deyif mənim qara qulumu kimə yazmısan? Deyir, sənin qızın Duxu xanıma. Duxu xanım da eləymiş ki, əlini atsan burdan qolu qırılarmış. Deyir, əşi, heylə şey olar? Mən ona qız vermərəm, onu poz getsin. Deyir, vallah, Allahın yazısıdı. Yazan da odu, pozan da odu. Mən kiməm ki. Bu deyif, mən pozajam. Deyif, özün bilərsən.

Bular hərrənif gəlif çıxır kəndə. Vəzir-vəkili yığır başına ki, bir tədbir qılın, qulun boynunu vurdurax. Vəzir deyir ki, belə şey yaxşı deyil. Qonşu padşahlar var, deyəjəhlər qulun boynun niyə

192

Page 193: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

vurdurmusan, qavardın çıxıf gedərdi. Gəl buna bir yol göstərək, getsin günçıxannan günbatanın arasın bilsin, gəlsin. Qırx da atdı verək, qırx gün də möhlət verək. Əliboş geri qayıtsa, boynun vur-durax. Deyərik ki, əmrimizi yerinə yetirməmisən. Bir səbəb olsun. Getsə də, qurt-quş yesin. Özü də qırx nəfərə deyir ki, bir az gedən-nən sora hamınız dağılın, tək qalsın.

Biz az gedir, Allahın qüdrətiynən ağ yel bunu götürür aparır həmən dağın dabanına. Bu da taleh yazana rast gəlir. Buna sual verir ki, and verirəm səni yaradana, sən kimsən, burda nə işnən məşğulsan? Bu da cavab verir ki, yazı yazanam. Deyir, sənə bir sual verəjəm. Mənim ağamın qızı Duxu xanımı kimə yazmısan? Deyif, saa. Gülüf deyif, əşi, mən onu neynirəm? Onnan maa arvad olan döylü, o mənim ayağımı yuyan döylü, əlimə su tökən döylü. Mən əlimi atsam, o qırılajax. Deyir, yox, mən yazmışam. Deyir, mən tərəfi poz, mən ölüm gedim, o maa qismət olmasın. Deyir, yox. Amma ona məsləhət verir. Sən gedəndə ağ yel səni götürüf apa-rajax şərqə. Dağın dabanında düşərsən, orda bir bulax var. O bulaxda tezdənnən çimərsən çıxarsan. Sənin tamam siman dəyişəjəh, Allah tərəfinnən bir dəst paltar gələjəh, geyinəssən, o bulağın başındakı daşlardan üçünü götürərsən qoyarsan bir şeyə, atı minib gələrsən öz kəndinə. Gələndə padşahın qoruğunda atı buraxarsan. Səni qoruxçu tutuf aparajax padşahın hüzuruna. Onda deyərsən ki, mən Misir padşahın oğluyam, atamı tərk eləmişəm. Amma qız sənindi.

Bunu ağ yel götürüf aparır günçıxana. Soyunuf çimir. Çıxan-da görür suyun içində bir gözəl oğlan var, tanımır. Baxır görür özüdü elə. Sora bu daşdan üş dənəsini götürür bir dəsmala bağlıyır, atı minir gəlir. Süleyman peyğəmbərin qoruğunda atı buraxır. Bir az uzanır. Qoruxçu bunu görən kimi deyir: “Ə, kimsən uzanmısan burda? Bura padşahın qoruğudu”. Deyir, yol adamıyam. – “Hardan gəlirsən, hara gedirsən?” Deyir, mən Misir padşahının oğluyam, atamı tərk eləmişəm.

Bunu tutuf aparır Süleyman peyğəmbərin yanına. Deyir, sən kimsən? Bu əhvalatı nağıl eliyir. Daşın birin də qoyur stolun üsdünə. Vəzir-vəkil oturmuşdu. Bular daşa baxır, görür qiymətdi

193

Page 194: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bir şeydi, bunun qiyməti heş bunun xəzinəsində yoxdu. Çox ayan bayan, deyir, vəzir, vəkil, nağarax, neyniyək? Deyir, Misirin pad-şahı böyük padşahdı, onnan qohum olmax daha yaxşıdı. Hamı səni sayajax ki, filan padşahnan qohumdu. O da ağıllanajax, gəlif oğlu-nu axtarajax. Qızını ver buna, ol qohum. Buna məslahat eliyillər, bu da razılıx verir. Kəbini kəsdirillər. Kəsdirənnən sora bu axşam gedif yerinə girəndə qılıncı çəkif qoyur ortaya. Bir gün, iki gün, üç gün... Qız anasına şikayət eliyir ki, bu məni bəyənmirdisə, məni buna niyə verirdiz? Arvad ərinə deyir, əri bunu çağıtdırır. Deyir, padşah-aləm sağ olsun. Bilirsən mən kiməm? Çıxardır həmən na-məni. Deyir, filan vaxdı yazdığın kağız, peçat, möhür burda, mən sənin qara qulunam. Məni Allah-taala apardı ora, ordan qaytardı fi-lan yerə. Bu daşı da filan bulağın başınnan götürmüşəm. Mən o bu-laxda çimmişəm, olmuşam belə. Allahın əlində çətin deyil, məni gənə qara qul eliyər, onda hamı maa gülər. Deyir, icazə verirsən qıznan yaşıyım? Deyir, qısmət sənindi. Mən sənnən qabax getmiş-dim, Allaha qarşı çıxdım ki, vermiyəjəm qızı ona. Amma Allahın yazısına pozu yoxdu.

15. SÜLEYMAN VƏ QOCA DÜNYA

Əzreyil gəlib Süleyman peyğəmbərin canını almağa. Bu deyif mən beləyəm, heyləyəm, Allah maa çox ömür verməlidi. Allah buna yüz il, iki yüz il, üş yüz il ömür təlif21 eliyir. Deyir, yox. Deyillər ki, saa bir üzük verəjeyih, havaxt o üzüyü itidin, sən onda öləssən. Buna bir üzük verillər, bu üzük barmağında qalır. Öldür-məyə nə var, Allahın əlində hasantdı.

Bir gün gedirmiş başqa bir şəhərə. Bu şəhərin qabağında bir qadın oturuf, gözəl bir qızdı, dünya gözəli. Dönür bunun yanına. Bunnan əhdi-peyman bağlıyır. Deyir, gedirəm filan yerə, qayıdanda səni aparajam. Deyir, bəs maa bir hədiyə. Çıxardır üzüyü verir bu qadına. İndi bir ay çəkir, on beş gün çəkir, çox çəkir... Gəlif burdan keçəndə görür həmən yerdə qoja bir qarı oturuf. Deyir, sən kimsən? 21 Təlif – təklif

194

Page 195: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir, o evin sahıbıyam. Deyir, filan vaxdı burda qəşəh bir qız oturmuşdu, o nijoldu? Deyir, elə o mənəm. Deyir, heylə şey ola? Mən on beş gün bunnan qabax keşmişəm burdan, sən belə idin. Deyir, hə, həmən qız mənəm, indi olmuşam qarı. Deyir, onda mənim üzüyümü qaytar. Deyir, içəridə qab var, onun içindədi. Bu da keçir görür ki, bir qabdı, bunun içində o qədər üzük var. Üzüyün hansını götürür, görür Süleyman ibni Davud yazıflar. Deyir, axı burda bir deyil, iki deyil, hamısının üzərinə Süleyman ibni Davud yazılıf. Deyif, mən qoja dünyayam. Sənin kimi Süleymannar çox gəlif gedif. Süleyman peyğəmbər onnan sora gəlif ölüf.

16. İSGƏNDƏRİN BUYNUZU VAR

İsgəndər Zülqədərin buynuzu varmış, bu, buynuzun gizdiyir-miş. Hər dəfə başın qırxdıranda bir dəllək gətirirmişdər. Dəllək bunun üzün-başın təmizdiyənnən sora boynun vurdururmuş ki, mənim sirrim açılmasın. Sirr açılmalıdı ey, bunu Allah açmalıdı. Bir dəllək də gəlir. Bunun başın qırxanda yerə qoymur bir tük düşə, hamısını yeyir. İsgəndər fikirrəşir ki, bu mənim tükümü yeyir, yağın sirri də yeyəjək. Bunu öldürmür. Bir ay, iki ay, beş ay bu sirri saxlıyır. Dözmür axı. Söz də bunun qarnın şişirdir, tük də bunun qarnın şişirdir. – “Ə nağarım, ölürəm tay”. Durur gedir sahəyə çıxır, görür bir quyu var. Ağzın diriyir quyuya, deyir, İsgəndər Zülqədərin buynuzu var, buynuzu. Üş dəfə bunu deyir, ürəyin boşaldıf gedir. Aradan bir il keçir, burda bir qamış bitir. Bir çoban gəlir qamışı qırır, tütək qayırır. Tütəyi çalanda görür hansı havanı çalırsa, tütək oxuyur ki, İsgəndərin buynuzu var, buynuzu. Bu heydə İsgəndər çıxır böyürdən. – “Bu nə çalır, ə?” Bunu çağırıllar, gəlir. Deyir, bu nə havadı sən çalırsan? Deyir, vallah, havanı mən çalmıram, bu özü çalır. Kimə verir, görür tütək özü çalır: İsgəndər Zülqədərin buynuzu var, buyuzu.

17. ODUNÇUNUN NAĞILI

195

Page 196: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir kasıb kişi varmış. Odun qırırmış, gətirif satıf dolanırmış. Bir gün eşidir ki, Musa peyğəmbər Allahnan kəlmələşməyə gedir. Yolun qırağında çıxır qabağına. Deyir, ya Musa, da mənim belim yara oluf dana. Mənim də Allahıma denən maa urza versin, belimin yarası qutarsın. Deyir, yaxşı, deyərəm. Gedir öz kəlməsini deyir, qutarannan sora deyir, saa agahdı da, filan odunçu maa belə dedi. Deyir, yox, ona heş nə vermiyəjəm. Bu da gələndə deyir, nətər deyim, bunun bağrı çatdıyıf ölər. Çıxardır buna bir ləl verir. Enni çay imiş, odunçu gəlir, çayı keçəndə deyir, bu qızılı hara qoyum, hara qoyum? Qoyur ağzına. Gəlif bu çaydan keçəndə odun dəyir bunun dünbülünə. Elə uf eliyə-eliyə isdiyir belin dikəldə, ağzı aralanır, qızıl düşür suya. Nəkqədər axtarır, tapmır. Gələn ay bir də Musa peyğəmbərin qabağını kəsir. Gənə Musa peyğəmbərnən Allaha ismarış göndərir. Allah deyir, yox, vermiyəjəm. Musa gənə bir qiymətdi şey verir. Onu da salır suya. Üçüncü dəfə bir də Musa peyğəmbərin qabağını kəsir. Allah deyir, get denən ki, verəjəm, hamma amanat verəjəm, alajam. Musa peyğəmbər bunu deyəndə odunçu deyif, belimin yarası qutarar, ondan sora alır alsın.

Bir arvadı, bir dənə oğlu varmış. Allah vermiyəndə baxan gözü də kor eliyir. Gözü açılır, çaydan keçəndə suya saldığı qızılı tapır. Götürür gəlir. Yolun qırağıynan gedəndə görür dağın döşündə bir şey işıldıyır. Baxır görür burda siçanlar oynuyur. Yeddi küp qızıl bağlanıf, hamısı da görükür. Bunnan bir az götürür, üsdünü də basdırır. Tez gedir bazara, üsdünü-başını təzəliyir, səhəri gedir padşahın yanına. Deyir, maa yer ver filan tərəfdən, orda özümə bir yua tikim. Deyif, ə, get tik. Bu gedir orda bir bina götürür, qırağın hasarladır. Mal alır, qoyun alır, keçi alır, nökər-naib tutur.

Bir il keçir, padşah vəzirnən gedirmiş. Görür burda bir imarət tikiflər bununkunnan qəşəhdi. – “Ə, bu kimin evidi?” Vəzir deyir, sən bildir demədin filan kişiyə get tik. Nəysə, hərrənirlər, gəlirlər bunun qapısına. Bu da Allahın işidi. Buna qonax gəlirlər da. Bunun oğlu, arvadı, nökəri buna qoyun-zad kəsirlər, yemək-zad hazırrıyırlar. Bunu doyuzdurannan sora baxıf görür imkanı yaxşıdı.

196

Page 197: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qayıdanda padşah vəzirə deyir, vəzir, neyniyək? Deyir, neyni-yəsiyik? Bizə çay verən, çörək gətirif qoyan onun oğludu. Sənin də bir qızın var, ver ona, ol qohum dana. Birləşdir malını. Bunun da ağlına batır. Səhər odunçunu çağırır yanına. Deyir ki, bəs belə-belə. Mən qızımı sənin oğluna vermək isdiyirəm, sənnən qohum olmax isdiyirəm. Odunçu çox fikirrəşir, çox götür-qoy eliyir. Deyir, maa qırx gün möhlət ver. Axı Allah deyif amanat verirəm. Amanatı geri alanda hamı buna güləjək ki, kopoğlu, iki gün ələ iki yüz maat pul gəldi, getdin padşahın qızını aldın. Bu qırx gün özün ora verir, bura verir. Nağarsın, padşahdı. Bir də çağırır, gəlir. Razılıx verir. Kəbini kəsdirir, toy eliyirlər, qızı verillər bunun oğluna. Hamma qız bura gələnnən oğlan da bekaflıyır, heş qıza yaxın durmur. Nənəsi də, kişi də bekaflıyır. Üş gün, beş gün keçənnən sora qız deyir ki, ay nənə, məni bəyənmirdız, bəs dədəmin evinnən niyə gətirmisınız? Elə qoyardız oturardım orda. Deyir, bala, biz bəyənirik ey. Biz odunçuydux, odun satıf dolanırdıx. Bu var-dööləti Allah bizə ama-nat verif, deyif vaxtı çatanda alajam. Alanda axı sən dura bilmi-yəssən, padşah qızısan. Deyir, yox, durajam. Mən pambıx didərəm, yun didərəm, sən əyirərsən, birgə toxuyarıx. Oğlunnan ərin çöldən gətirər, biz də əvdə işdiyərik, dolanarıx. Ağlımız olsa, dolanajeyih. Ağlımız olmasa, olmuyjax. Məni apar qaynatamın yanına, qayna-tamnan söhbət eliyim.

Gəliflər, bular yığışıflar. Deyir ki, qaynata, məni apar Musa peyğəmbərin yanına, mən də Allahıma bir sifariş eliyəjəm. Musa ge-dəndə yolun qırğında kəsirlər qabağın. Deyir, əşi, nə sözün var? Deyir, ya Musa, söz mənim döylü, söz gəlinindi. Deyir, bala, nə deyirsən, sənin Allaha nə deyim? Deyif, get mənim Allahıma denən o varı-döö-ləti amanat verif, alsın. Sözünə xilaf çıxmasın. Amma bizim ağlımızı almasın. Bu da gedif deyir. Deyir, ya Musa, sən bilirsən ki, onun ağlın alajaxdım, verdiyim mal da əlinnən çıxajaxdı. İndi mən nətər onnan alım? Get denən bağışladım o qıza, mal da onundu, ağıl da olarındı.

18. ARVADIN ELƏSİ DƏ VAR, BELƏSİ DƏ

197

Page 198: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

O dövrün padşahı getmişmiş sahəyə gəzməyə. Görüllər ki, bir sahədə ceyran gəzir. Padşah deyif ki, bunu diri tutajeyih. Elə hal-qaya salın ki, bunu diri tutağın. Demə bu ceyran da insanmış, cildə girib gəzirmiş. Bunu halqaya salırlar. Ceyran elə sıçrıyır həmən padşahın başının üsdünnən keçir, qaçır. Padşah deyir, heş kəs gəlməsin, mən özüm gedəjəm. Atı vurur girir meşəyə. Gedir görür ki, bir qalaça var. Görür ki, bunun qabağına bir qız çıxdı. Deyir, siz kimsiniz? Deyir, əmim oğlu da var, gələjəh. Qadın bunu buraxmır. Qabağı axşama gedir. Elə bu heydə əmisi oğlu da gəlir. Padşah görür ki, bu qadının yanına ayrı bir adam gəldi, qara hindi pəhli-vanmış. Əmisi oğlunu öldürtdürür. Padşah qıvrıla-qıvrıla qalıf ki, mən neyniyim, Malik Əjdər gəlmədi. Elə səhərə yaxın Malik Əjdər gəlir. Malik Əjdər hindi pəlivanı öldürür. Öldürənnən sora Malik Əjdərə əmr eliyir ki, mənim qələmim işdiynən yerdə nə qədər arvad var öldürürsən. Bu gəlif evə girəndə deyir, mən qabaxca gərək anamı öldürüm, bajımı öldürüm, yavaş-yavaş gedim çıxım hərəm-xanaya. Bu anasının yanına gəlir, elə anasını vurmaq isdiyəndə anası buna bir şillə vurur. Bu şilləynən yıxılır yerə. Padşah qırx gün də vaxt verifmiş. Atası gəlir bu hak-hesabı bilənnən sora deyir, dəbərmə. Vaxt gələndə mən gedib padşahı yola verərəm.

Vaxt gəlir, padşah səfərdən qayıdanda görür qız-gəlin hamısı gəzir. Əmr eliyir ki, Malik Əjdər bura gəlməlidi, onun boynu vu-rulmalıdı, mənim əmrim pozulub. Meydanı düzəldirlər. Malik Əjdər atasını alır dalına, gəlir məclisə. Padşah deyir, deyəsən ataa maa möhür gətirmisən. Atası deyir, yox, mən özüm gəlmişəm. Si-zin əmrinizi yerinə yetirməyə mən qoymamışam. İcazə ver bir söhbət eliyim. Yadındadı, sənin dədən padşah olanda mən hələ cavanıdım, mənnən böyük qırx pəhlivanı varıdı. Hər gecə atanın bir pəhlivanını götdülər apardılar. Qırxıncı gün məni apardılar. Qapı-dan çıxanda arvad dedi, əşi, paltarını geyin. Paltarımı geyindim, çomağımı götürdüm. Atı mindim düşdüm bunun qabağına. Çıxanda dedi, Malik Əjdər, dalımca gəl. Mənim də çomağımın yeddi put ağırrığı var. Söhbətdi da, bir az şişirtmə ola bilər. Getdik, dedim, bu

198

Page 199: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

məni hara aparır ə? Bu qabaxda mən dalda, bunun başına bir ağac vurajam. Ağacı vurdum. Dedi, İbrahim Əjdər, zarafat eləmə. Dağın döşündə bir qalaça vardı. Dedi ki, mən otuz dokquz pəhlivanı çağırmışam, alt paltarında çıxıflar qabağıma. Gətmişəm öldür-müşəm. Dağın o tərəfində mənim bir düşmənim var, əmim oğlunu öldürüf. O düşməni öldürməyə gedirəm. Sən burda qalırsan, mən gedirəm ora. Birinci nərəm gəlsə, bil ki, çatmışam. İkinci nərəm gəlsə, tutaşmışıx. Üçüncü nərəm gəlsə, bil ki, sağam. Amma gəlmə-sə, bil ki, məğlub oldum. Bu getdi. Birinci nərədə dedim, mən niyə durmuşam ə. Qaşdım, deyir, gördüm tutaşıflar. Gördüm buna qalib gəlir. Mən əlimi atdım onun ayağını dartdım belə, məni gətirən pəhlivan bunu yıxdı. Başın kəsif duranda görür ki, mən buna kömək eləmişəm. Durdux gəldik evə. Dedi, qalassan burda. Mən deyir, burda qalanda gördüm bu keşdi anki otağa. Bu keşdi, mən keşdim, bu keşdi, mən keşdim, axırıncı otaxda gördüm bir cinaza var, içərisində də bir meyid var. Burda da paltarın dəyişdi, oldu bir qadın. “Əmioğlu, qanı aldım” – deyif özünü öldürmək isdiyirdi. Mən, deyir, arxadan qujaxladım bərk, qoymadım ölməyə. O da dur-du maa ərə gəldi. Malik Əjdər də onnan olandı. Anası ona bir şillə vuruf, qırx gün özünə gələ bilmiyif. Qurunun oduna yaşı yandırmağ olmaz. Padşah da onu bağışdıyıf.

19. HƏLLAC ŞAH ABBAS

Bunu Surxay dayım deyərdi. Günnərin bir günündə Şah Abbas dərviş libasında Vəzir Allahverdi xanı da yanına alıf çıxar-mış əyaləti gəzməyə. Qəsidə oxuyarmışdar, harda kasıb var onun evində qalarmışdar. Şübhəsiz ki, bu dərvişdər imam evladı hesab olunur, o vaxdın kasıbları da onnara kömək eliyərmişdər. Belə olanda səhər ertə qayıdırlar. Qayıdanda görüllər kəndin kənarında sərvi boylu qız əlində ağac naxırdan ayrılanı geri qaytarır, ayrılanı geri qaytarır. Deyir ki, vəzir, necə də gözəl qızdı, necə də ismətlidi. Get gör o naxıra gedir, nədi. Niyə o malı qaytarır? Gedir deyir:

– Qızım, niyə bu malı o yana, bu yana yığırsan?

199

Page 200: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir:– Mənim atam naxırçıdı, əmi. O çay-çörəyin yeyincə mən

qoymuram malı dağıla. Deyir:– Hə. Qayıdır padşaha xəbər verir, yola düzəlirlər. Deyir ki, əyə,

onu alıb aparacam saraya. Onun duruşunnan, cavabınnan çox razı qaldım. Gedirlər, Vəzir Allahverdi xanı səhər elçiliyə göndərir naxırçının evinə. Naxırçı deyir ki, bala, ərə getməli qızdı da, çağı-rax, görək nə deyir. Qız gəlir pərdənin dalına. Deyir ki, əmi can, o padşahın bir sənəti var? Deyir:

– Xeyir, qızım. Sənəti elə padşahlıxdı. Deyir ki, bəlkə səhər camaat seçmədi, onda nolacax? Acından

öləcək? Bəs onun bir sənəti olmalıdır ki, ayləsinə çörək qazansın. Kişini fikir götürür. Qız deyir ki, yox, getmərəm, sənətsiz adama getmərəm. Kişi çıxır gedir.

Padşah görür vəzir gəlir, alt dodağı yer süpürür, üsd dodağı göy. – Ə, bu niyə bekafdı? Deyir, nədi, nə oluf sənə, elə bil gəmin batıf?

Dedi:– Əşi, gəlmədi qız. Dedi, sənəti yoxdu. Dedi: – Mən dedimmi ki, onda bir hikmət var. Çox düz deyir. Bəlkə

səhər məni camaat seçmədi, mən acınnan ölməliyəm? Belə olanda padşah deyir, mən nə sənət öyrənə bilərəm innən

sora. Vəziri, vəkili, əyan-əşrəfini yığır. Deyir ki, ay ağsakqallar, mən nə sənət öyrənim, mən mütləq o qızı almalıyam. Çox fikirrə-şillər, deyillər, həllac. (Bilmirəm, görmüsüz, görməmisiz, mən çox görmüşəm. Uzun gitara kimidi, o tərəfi də tarın aşığı kimidi. Ordan qoyunun acı bağırsağını doluyurlar, onu tarıma verif sərirlər, o quruyur elə olur ki, nə qədər vursan da, qırılmır. Onnan sim kimi qayırıllar. Ağacdan toxmaq qayırıllar, yunu qoyuf vurullar, yunu elə didir, eliyir pilə kimi. Uzun çadırı sərillər, çadırın altınnan da su səpirlər. Yunu döşüyə-döşüyə gəlir. Beş metr uzunnuğunda hamar ağacı gətirillər, uzuna qoyuf qatdıya-qatdıya ayağına qədər aparıl-

200

Page 201: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

lar. Çadırı altınnan da şübhə yox ku, palazadan, kilimdən sərillər, ona büküllər. Qayıdıf onu ipnən doluya-doluya aparıf o başdan da ağaca bağlıyırlar, bu başdan da. Beş adam, on adam təpiknən vurur, axşamatan keçə hazır olur). Bunu öyrənir. Öyrənənnən sora vəziri göndərir. Vəzir gəlif deyir ki, hallacdı, elə qəliblər salır kı. Deyir:

– Hə, gedərəm. Qəşəh buna toy eliyir, aparır bunu, olur sarayın baş hərəmi. Bir neçə ay keçənnən sora padşah deyir ki, yata-yata yanımız

ağrıyır, çıxağın ova. Qoşunu götürür ova çıxır. Bir səhrada bir ceyran təkəsinə rast gəlillər. Deyir ki, kim tərəfdən qaçsa, onun boynu vurulacax. Gərəh bunu diri tutam, xanıma sovqat aparam. Allahın işidi dana. Padşahın da atı yekə olur axı. Ceyran padşahın atının qarnının altınnan sıfrıxır. Padşah deyir ki, heş kim gəlməsin, təkcə tutacam. Ha burda, ha orda, nə qədər kəmənd atır, olmur. Axırı bunun qabağı gedif çıxır dağ, dərə, daşdıx. Ceyran bu daşdan o daşa tullanır, gedir. Bu atın da alır, burula-burula yenir. Aşağı yenəndə görür ə, hər daşın dalınnan bir adam qalxdı, qırx nəfər adam. Demə, bu dağın altında qırx quldur məskən salıf, insannarı oğurruyur, kəsif ətinnən katlet bişirif bazarda satırmışdar. Şirin olur axı insan əti. Yaxşı da pul eliyir. Padşahın atının cilovunnan tutul-lar, düşürdüllər. Əlliyillər ora-burasın, deyillər, bəh, bəh, bəh, yaman kökdü. Sən öl, iki min maatdıx bunda ət var. Şah Abbas deyir:

– Qoçağım, nədi, məni niyə əlliyirsiz? Deyir:– Sən bizə lazımsan. Sənnən iki min maat nəf götürəcəyik. Bunu aparıllar mağaraya. Girir görür ki, zıbıdı biri oturuf

başda. Deyir:– Qoçağım, məni neynirsiz? Mən padşaham. Deyir:– Bizim üçün fərqi yoxdu sən kimsən. Səndə iki min maatdıx

ət var. Deyir:– Mənim elə bir sənətim var ki, gündə sizə iki min maatdıx

nəf verim.

201

Page 202: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyillər, hə, bax, buna irazıyıx. Sənəti işə sal, bizə nəf ver, bizə pul lazımdı. Bu deyir ki, gedin ox alın gətirin, yay alın gətirin, yun, filan. Bu mağarada başdıyır atır, düzür, qayırır, bunnar da aparır bazarda satır.

Gecə yarıyatan qoşun gözdüyür, görüllər padşah gəlmir, kor-peşman qayıdıllar. Qız çıxır qabağa, görür ki, padşah yoxdu. Deyir, padşah hanı? Deyir, xanım sağ olsun. Hadisəni mən deyən kimi söy-lüyür. Ceyran qaşdı, padşah da onun dalınca düşdü. Dedi ki, dalımca gəlmiyin. Biz də nə qədər gözdədik, nə ceyranı tutdu gətdi, nə özü qayıtdı. Çox axtardıx, bir şey tapa bilmədik, qayıtdıx gəldik. Dedi:

– Hə, demək ələ keçif. Ələ keçif ki, yoxdu. İndi siz bazarrara, yolayrıclarına, satılan şeylərə fikir verərsiz. Paltarınnan, atınnan satacaxlar.

Qoşunu dağıdır ölkəyə, əyalətə, hər yerə. Biri gəlir ki, xanım sağ olsun, bazarda qəlib satırlar, üsdündə yazı var. Deyir:

– Qaç neçəyə deyir onu al gətir. Pul çıxardır verir. Gedir alır gətirir. Görür ə, yazıfdı, amma

yarımçıxdı. Deyir:– Hər gün tezdənnən otur orda, bu keçənin dalını gətirən kimi

götür. Tezdənnən axşama kimi oturur, gələn kimi götürür. Yığır

topluyur. Görür Şah Abbas yazıf ki, filan dağın altında qırx quldu-run əlində əsirəm. Dağı mühasirəyə alın, məni burdan azad eliyin.

Qadın altdan geyinir, üsdən qıfıllanır, üsdən geyinir, altdan qıfıllanır. Saçın yığır papağın altına. Yaraqlanır, yasaqlanır, düşür qoşunun qabağına. Gedir dağı mühasirəyə aldırır. Öz adamlarıynan çiynində yapıncı, altdan qılınc keçir içəri. Görür ki, əri yesir gündədi. Belə baxır, deyir, ey sənətsiz padşah, necəsən? Deyir, mən sizi belə bilməseydim, sizi almazdım. Mən də adam sərrafıyam. Bunnarın hamısını qılışdan keçirir, qırdırır. Kişini də götürüf gəlir.

İndi qardaş, bu əhvlat belə təşəkkül tapır. Bu Şah Abbasdan gələn yaxşı bir hekayətdi.

20. DÜNYANI NECƏ TUTSAN ELƏ DƏ GEDƏR

202

Page 203: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şah Abbas öz zəmanəsinə görə yaxşı şah oluf. Bir gün gəzir-miş, bərk sussuyuf. Deyif, gedim bazara, görüm təzə qarpız gəlifsə, alım yeyim. Görür gətiriflər. Deyir, oğul, qarpız neçəyədi? Deyir, iki dinara. Bu fikirrəşif deyir ki, on dinar da versəm, maa təsir eləməz. Amma kasıb-kusub üçün bahadı. Bir az keşmişmiş görür ki, mənim kimi çulu cırığın biri böyürdən çıxdı:

– Ə, qardaş, qarpız neçəyədi? Deyir ki, iki dinar. Orasın-burasın qurtdalıyır, dinarı verir

qarpızı götürür. Bıçağı olmur, yumruxnan-zadnan bunu əzir, yeyir ağzın-burnun suyun tökə-tökə. Şah baxır buna. Yazır bir kağıza atır bunun ayağının altına ki, dünyanı nə cür tutsan heylə gedər. Bu papağıynan, ətəyinnən ağzın-burnun silir. Baxıf görür bir kağız var. Götürür deyir:

– Dərviş baba, bunu oxu. Oxuyur. Deyir:– Ələ, bunu Şah Abbas yazıf. Deyir:– Nə yazıf? Deyir:– Yazıf ki, dünyanı nə cür tutsan heylə gedər. Alıf qoyur cibinə. Qoyunun qabağın vurur bazara. Hamısın

satır. Gedif dərziyə özünə şahzadəyə layax paltar tikdirir, girir ba-zardan özünə şahzadəyə layax at alır. Bir-iki də nökər-naib götürüf gedif. Üş-dörd ölkə gəzir. Bir şahın şəhərinə gələndə şaha xəbər gedif ki, belə adamlar var. Çağıtdırır buları. Sorşur, bala, kimsən, kimin oğlusan, nə əzirsən burda? Deyir ki, mən Şah Abbasın oğluyam. Bu bədbaxt şahın da bircə qızı olur. Fikirrəşir ki, Şah Abbas qüvvəli bir padşahdı, onnan qohum olmax yaxşı olar. Qızı verir bu çobana. Buna toy eliyr. Qalır burda, bir oğlu da olur. Oğlu beş yaşına gələndə deyir ki, padşah sağ olsun, mən gedirəm atamın ölkəsinə. Deyir, nə deyirəm. Gəcavələr bəzənir, qızın qoyur içinə, uşağı qoyur içinə, buları yola salır. Gəlir İrana. İrana çatanda Şah Abbasın üsdünə çapar göndərir ki, oğlun gəlir, icazə verirsən gəlsin? Şah Abbas hirsdənir ki, mənim oğlum nə gəzir xaricdə, indi

203

Page 204: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gələ. Arvad deyir, əşi, burda nəysə bir sirri var. Öz oğlun kimi qəbul eylə, görək bu nə sirdi. Kişi də bunun sözüynən əmr eliyir, qapı-bacanı düzəldirlər. Oğlu kimi qəbul eliyir. Axşam zənən yatır, uşax yatır. Kişiynən arvad oturuf taxtda gözdüyür ki, görək bunun axırı nədi? Çoban gəlir kağızı çıxardır, dizin qoyur yerə, kağızı uzadır Şah Abbasa. Baxır görür ki, peçat bunun, qol bunun, xətt bunun. Deyir, hə. Oğul, filan yerdə mənim imarətim var, get yığış ora, başı saxla. O da gedir yığışır, başdıyır dolanmağa.

Dünyanı nə cür tutsan, ay bala, helə gedər də.

21. ŞAH ABBAS VƏ ÜÇ CAVAN

Şah Abbasnan Vəzr Allahverdi xan yolnan gedirdi. Gördülər ki, üş nəfər gəlir. Bularnan yoldaş olur. Bunnan irəli nəqliyyat yoxudu dana. Bular piyada gedir. Xeylax gedənnən sora oturullar, deyillər bir az dincələk, genə gedək. Üş nəfər cavan oğlandı. Xey-ləx oturannan sora biri deyir, Allahın altında Şah Abbas məni salardı xəzinəsinə, çıxardıf öldürərdi. Sarsağı da deyir ki (siz də məni bağışdayın), Şah Abbas ayləsin bir gecə maa umud olaydı. Biri də deyir ki, Allahın altda bir sutka ixtiyarı verəydi maa, məni öldürəydi. Bir az gedənnən sora görür yolayrıcı var. Onnan qayıdır-lar şəhərə, bular gedir. Bilirlər ki, hara gedirlər. Şah adam göndərir bunun üçün də gətirir. Xəzinəyə girəni soyundurur, deyir, get xəzinəyə, nə götürürsən götür. Şah fikirrəşir ki, çox olsa ağzın dol-durajax, bir də əlləridi dana. Bunun baxtı gətirir. Girir içəri, baxır ora-bura. Görür ki, bir küp bəhməz var. Bütün bədənin bəhməznən sıvıyır, qızılın üsdə ağnıyır, bunun bədəni olur teyxa qızıl. Ağzın da doldurur, əlin də doldurur çıxır. Şah belə baxır, gülür. Deyir, kopoğlu, get, halal-xoşun olsun, apar ye. Ayləsini isdiyənə deyir bunu apar, ixdiyar sənindi. Xanım kənizdərinə əmr eliyir ki, on dənə yumurta qaynadın gətirin bura. On dənə yumurtanı qaynadır-lar. Deyir ki, hərəsin bir rəng boyuyun. Hərəsin bir rəng boyuyur, gətirillər bunun qabağına qoyullar. Xanım deyir ki, ye. Yeyir. Deyir ki, bunun hansı şiriniydi? Deyir:

204

Page 205: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Xanım, nədi? Hamısı yumurtadı da. Təpəsinə bir qapaz vurur: – Ə, kopoğlu, qadının da hamısı bir şeydi də. Şahdan taxtın ixdiyarın isdiyən deyir, padşahı-aləm, bilmə-

mişəm, bir səyfdi eləmişəm. Məni bağışda. Bu da burdan gedir.

22. ELMİN BAŞI SƏBRDİR

Biri Tehranda oxuyur, qutarıf gələndə ajdıx buna çox əl verir. Görüf ki, qabaxda bir çoban var. Deyir, salamməlöyküm, çoban. Deyir, əlöykümətsalam, alim. Deyir, çoban, ajdığım var. Deyir, yaxşı. Alim, saa bir sual verəcəm, onu tapsan saa yaxşı qonaxlığ eliyəcəm, üş gün səni burda saxlıyacam. Yaxşı yeməknən, işməknən də yola salacam. Tapmasan altı ay bu qoyuna getməlisən. Getmə-sən bu çomağnan saa vursam burda zarıya-zarıya qalassan. Deyir, buyur. Deyir, de görüm elmin başı nədi? Nə deyir, deyir yox, düz demədin. Axırı deyir, soyun. Yiyəsizdih yerdi, bu da üzdən irax, qanmaz bir çobandı. Soyundurur, çarığı geyindirir, çomağı verir əlinə, papağı basır başına. Deyir, apar bu qoyunu otar. Bu gedir otarır gəlir, gedir otarır gəlir. Üç ay keçəndən sora çobanın ürəyi yuxalır. Görür ki, bu varınnan-yoxunnan oluf, tər adam qoyun otarır. Deyir, alim. Deyir, bəli. Deyir, get paltarı geyin, gəl bura. Paltarını geyinif gəlif. Deyir, alim, yadında qalsın, elmin başı səbrdi. – “Çox sağ ol, çoban”. Bunnan aralanıf gəlir.

Gedəndə bu ayləli oluf. Gedənnən sora bir oğlu oluf. Onda üç il, dörd il oxumurdular ey, oğul. On səkkiz il, on beş il oxuyurdular. Gəlif görüf ki, ayləsiynən bir oğlan qol-boyun yatıf. Deyif ki, yax-şısı budu ki, buları öldürüm heç kənd arasına çıxmıyım, çıxıf gedim başqa yerə. Ayna-bayna baxıf, görür ki, bir yekə daş var. Gedif götürüf bir-iki addım atanda deyir, Allah saa lənət eləsin, ay şeytan, axı mən üç ay qoyuna getmişəm. Səbr eliyim, görüm bu nədi. Bun-nan irəli dam deyirdilər. Yerdən qazırdılar, onun bir on metr uzun-nuğunda küçəsi olurdu. Qapıdan öskürə-öskürə gəlir. Arvad durur

205

Page 206: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

görür ki, əridi. Oğlun oyadır: – “Oğul, oğul, dur, atan gəldi”. Gəlil-lər görüşüllər. Deyir, hə, çoban doğrudan da, mənnən çox bilir.

Belə hak-hesablar oluf.

23. YUXUYOZAN

Şahın yuxu yozanı vardı. Bir gün yuxu gördü. Vəziri göndərdi ki, getginən o kişini götür gəl. Gəlir görür ki, kişi ölüf. Gedif deyir ki, padşahı-aləm sağ olsun, kişi ölüf. Deyir, ə, yuxu yozmax cınsnəndi, get gör onun oğlunnan-qızınnan nə var, götür gəl.

Bunun da həddi-bulux bir oğlu varıdı. Gəldi oğlana dedi. Oğlan dedi ki, mən getmirəm. Anası da yalvardı, vəzir də. Axırı oğlanı yumuşaltdılar. Oğlan dedi ki, yaxşı, get, gələrəm. Dedi, yox, mənnən gedəssən. Deyir, vallah, gələjəm. Oğlan fərasətdi olur da. Vəzir aralanannan sora deyir, ana. Deyir, hə. Deyir ki, atam yuxu yozmağa hansı yolnan gedirdi? Göstərir haraynan gedirdi. Bu həmən yernən gedir, görür dərənin içində bir dənə hörgü var. Bura yaxınnaşır, əlin qoyur qapıya, içəri baxanda bir ilan qalxır ordan. Deyir, hə, oğlan, gəldin? Bu isdiyir ilanı vursun. Deyir, oğlan, əli saxla. Mən sizin qaraçuxanızam. Padşah yuxu görüf, onunçün çağırır. Gedərsən deyərsən ki, padşahı-aləm sağ olsun, sən bir il yerə düşmə, millət səni öldürəjək. Saa iki yüz maat verəjəhlər. Gətir yüzün ver maa, yüzün də götür get.

Gedir bu adətiynən baş əyir, oturur. Padşah deyir, oğlan, belə bir yuxu görmüşəm. Deyir, padşahı-aləm sağ olsun, sən bir il yerə düşmə. Yerə düşsən millət səni öldürəjək. Gətirir buna iki yüz maat verillər. Gəlir dərəyə çatanda daldada bir daş götürmüşdü. Atdı ilanı yaraladı, ilan qaşdı gizdəndi. Bu çıxdı getdi evə.

Bir azdan sora padşah genə yuxu gördü. Vəzir genə gəldi. Oğlan dedi, get, gələrəm. Nəysə, gənə gəldi ilanın yanına. İlan dedi, oğlan, gəldin? Dedi, bəli, gəldim. Dedi ki, padşah belə bir yuxu görüf, onun imarətinin dörd tərəfi teyxa tülküdü. Deynən padşahı-aləm sağ olsun, millət indi də hiyləyə əl atıf, səni hiyləynən taxdan yendirif öldürmək isdiyirlər. Onda saa dörd yüz maat verəjəhlər.

206

Page 207: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İkisin gətir maa ver, ikisi də özünə qalsın. Gedir padşaha deyir ki, padşahı-aləm sağ olsun, indi də millət hiyləyə əl atıf, düşmə aşağı. Düşsən səni öldürəjəhlər. Nəysə, buna dörd yüz maat pul verillər, bu ilanın yanına gəlmir, çıxır gedir evinə.

Üçüncü dəfə padşah gənə yuxu görür. Görür bunun imarətinin dörd tərəfi güldü, çiçəkdi, bülbül-bülbülü çağırır. Genə oğlanı vəzir aparanda deyir, get, gəlirəm. Gedir ilanın yanına. Deyir ki, padşah belə bir yuxu görüf. Deyirsən padşahı-aləm sağ olsun, qorxma. Düş millətə qarış, hara isdiyirsən ora get. Onda saa altı yüz maat pul verəjəhlər, onun gətir üçün ver maa, üçü də özünə qalsın.

Gedir, yuxunu yozannan sora buna altı yüz maat pul verillər. Bu yolda fikirrəşir ki, altı yüz maat mən aparmışam, bu altı yüzü də aparım verim ilana, mənnən razılaşsın. Gətirir ilana pulu verəndə deyir:

– Oğlan, maa pul lazım deyil. Mən sizin qaraçuxanızam. Atan da gəlirdi mənnən məsləhət alırdı. İndi dünya əmin-amannıx oluf, ona görə pulu gətirif maa verirsən. Qabaxda vəzyət heyləydi, məni yaraladın. Sora hiyləgər oldun, sən də hiylə işdətdin, gəlmədin yanıma. İndi də əmin-amannıxdı. Ürəyin yuxalıf, altı yüz maatı maa gətirifsən. Maa pul lazım dəyil. Get halal-xoşun olsun.

24. DƏMİRÇİNİN NAĞILI

Bir dəmirçi varmış, dəmiri döyürmüş həmişə, qazan, qab, dəhrə, balta düzəldərmiş. Hər gün arvadı buna Allah verənnən çörək gətirirmiş. Dəmirçi deyirmiş ki, sən haknan ol, hak sənnən olsun. Bir günnəri bir şah gəlir. Deyir:

– Ə, bir qəpik də versələr, deyir sən haknan ol, beş qəpik də versələr deyir, sən haknan ol. Nətər yanı bu hakdan, nahakdan danışır? İndi mən buna elə tələ qurajam ki, hak gəlsin buna kömək dursun.

Bunun bahalı üzüyü varmış. Gətirir üzüyü. Deyir ki, dəmirçi qardaş, üzüyüm qopufdu, bunu xırdaca payat eləginən, qiymətini də gətirif verəjəm. Deyir:

– Orda bir mücrü var, qoy o mücrüyə get, səhər gəlif götürərsən.

207

Page 208: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aparıb əlini belə qoyur, üzüyü də əlində qaytarır aparır. Deyir, indi get hak saa kömək olsun, çox hak-hak deyirsən.

Arvadı hər gün buna çörək gətirirdi. Kasıb adamdılar, olanın-nan-olmazınnan gətirir, ər-arvad oturullar orda bir tikə qismət ye-yirlər. Deyir:

– Aaz, o mücrüdə üzük var, şah səhər gəlif onu aparajax, onu gətir payat eləyim.

Arvad durur baxır, deyir:– A kişi, burda üzük nə gəzir? Deyir:– Sən nə danışırsan? Üzüyü kişi gətirdi ora qoydu. Nətər yanı? Şah da üzüyü götürər, dəryadan keçəndə qolu getdikcə tullu-

yar dəryaya. Deyər, get köpəyoğlu, sən get o dəryadan üzüyü tap gətir, düzəlt ver maa, hak da sənnən olsun. Dəmirçi arvada deyir ki, sən oğurramısan. Arvad and içir, aman eliyir. Arvadı döyür, söyür, qonşuda bir atdı varmış, qoyur atın tərkinə, deyir:

– Bunu apar ver, bu maa xəyanət elədi. Qızılı gördü bu mu-cuxlandı. Bunu apar qoy xarabasına, gəl.

Qonşu da bunu aparır qoyur xarabasına, gəlir. Bu kişinin də möhkəm bir dostu varmış. Bir günnəri dostu deyir ki, durum gedim bu dəmirçi qardaşa dəyim, görüm nə var, nə yox. Bu da balıxçı imiş. Deyir, səni, bu dostumun taleyinə bir tor atajam, nə çıxa çıxa. Aparajam, bişirif yeyərik.

Aradan bir az keçir. Bu kişi küsülü gedif axı. Kişi baxıf görür ki, aylədə düz gəlmir. El ağsakqalı gəlir ki, ayıfdı, bir üzükdən ötrü arvadı evdən qovmusan. Şah da buna tapşırmışdı ki, sən o üzüyü düzəldif maa verməsən sənin də, arvadının da boynun vurajayıx. Bu kişi gedir canının qorxusunnan arvadı gətirir evə. Deyir, şah ikimizi də öldürəjəh ey, qaşmaxnan döylü. Mən ora qoymuşdum, sənnən də başqa heş kəs mənim yanıma girmiyif. Belə olanda balıxçı dəryaya toru atır, atanda bir dənə qızıl balıx çıxır. Qoyur həvgəsinə, minir atı gəlir. Gəlir deyir ki, bəs belə-belə. Arvadına deyir, dur, dostum balıx gətirifdi. O balığı yar, bişirif yeyək. Arvad durur balığı qoyur ləyənə.

208

Page 209: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bıçağı vıranda bunun qarnından üzük çıxır. Arvad qaça-qaça gəlir ki, a kişi, muşduluğumu ver, üzüyü tapdım. Deyir:

– A köpək qızı, neçə vaxdı bu üzüyü gizdədin, gizdədin, dostum gələn vaxdı bu üzüyü çıxartdın ortalığa ki, mən səni bağışdıyım?

Gənə and içir arvad, bu and, bu Quran, əlim də qannı, mən bunu balığın qarnından tapmışam. Əlini-ayağını yuyur. Kişi üzüyü bükür bir əskiyə, qoyur cibinə. Səhər tezdənnən ayın beşidi, bunun boynu vurulajax axı. Tez beş dəyqəyə payat eliyir qoyur mücrüyə. Şah gəlir:

– Salamməlöyküm. – Əlöyküm salam. Deyir: – Amanatın dalınca gəlmişəm. Deyir: – Ordadı. Şahın gözü çıxır kəlləsinə. Deyir, harda qoymusan elə ordadı,

get götür. Gedir açır sandığı, balaca mücrüdü. Baxır görür ki, ordadı. Üzüyü götürəndə gənə deyir, sən haknan ol, hak da sənnən olsun. Deyir:

– Bura gəl ey sən. Milləti yığır, deyir:– Dayan, sən bu üzüyü hardan aldın payat elədin? Sən dedin

ki, qoy mücrüyə, heç əlimə də baxmadın. Mən üzüyü apardım dər-yaya atdım. Sən dəryadan onu hardan tapdın, gətdin suvarka elədin qoydun ora?

Sizə danışdığım kimi dəmirçi də buna danışır.

25. ETİBARSIZ QARDAŞ

Qardaşnan qardaşın etibarsızlığından deyim. Qardaş qardaşı isdəsə, Allahın da qardaşı olar. Bütün dünyanı yaradan Allah, nazı-neməti yaradan Allah, adicə bu ağacları, insanı, heyvanı yaradan Allah, nə yaxşı özünə bir qardaş, bajı tutmamışdı? Əllini, əlsizi, çolağı, şikəsti, varrını, yoxsulu yaradan Allah özünə niyə bir qardaş yaratmıyıf?

209

Page 210: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İki qardaş oluf, biri fərasətdi olur, biri fərasətsiz. Fərasətiz qardaşın bir arvadı, dörd də uşağı var. Fərasətdi qardaş deyir ki, nə oturmusan bu evdə, sən də qoşul bu camaata get beş maatın yiyəsi olginən. Odey, karvan gedir, get sən də orda işdəginən. Buların da damdan evləri varmış. Dəvə karvanı gedəndə karvanbaşıdan xayiş eliyir ki, məni də karvana sarvan götürün. Nəysə, bunu götürüllər. Gedəndə deyir, sən allah, evdə aylə-uşağı aj qoyuf gəlmişəm, nə verəssən bəri başdan maa bir az ver, göndərim evə arvad-uşax qırılmasın ajınnan. Ayın başında da yarısını verərsən. Bu götürər buna iki dənə onnux qızıl verər. Səhər çıxır şəhərə. Baxır görür bunun dəllal qardaşı burda alver eliyir. Deyir, nə yaxşı oldu. Yada verərəm, kasıbçılıxdı, aparıb bunun başına daş salar. Qardaşım özü bilir də, məni də dannıyan o idi get qazanc gətir. Elə bunu verim qardaşıma, aparsın versin bizim arvada, bunu satsın, savsın, uşaxlar ölməsin ajınnan, mən də ayın başında gələjəm. Bunun etibarlı qar-daşı gələr bir kəndxuda çağırar, bir yüzbaşı çağırar, bir də molla. Deyir, vaxt başında siz maa şahıd durun, məndə bir az qızıl var, xırdalıyım sizə də verim. Qardaşım da getdi, Allah bilir harda ölə-jəh, harda qalajax? Heç işdiyən də döyüldü, candan zəyif adamdı. Gətirir qızılı xırdalıyır, bir az kəndxudaya verir, yüzbaşıya, mollaya verir, qalanını da özünə götürür. Bu arvad da o qədər aj-susuz qalır, uşağın ikisi də ölür. Ölənnən sora iki uşaxnan arvad qalır.

Vaxt gəlir, vədə gəlir, kişi gəlir. Kişi gəlir görür ki, həmən dam, həmən daş, heş bir artım yoxdu. Arvadı çağırır, deyir:

– Mən saa qardaşımnan qızıl göndərmişəm. Bu nədi? Mənim uşağımın ikisi hanı? Həmən yırtığ kəfrəm, həmən torpax ev, uşax-lar da hamısı nə gündə.

Arvad and-aman elyir, bu anda, bu Qurana, gəl gedək ojağa, peyğəmbərə and içək ki, maa qızıl çatmıyıfdı. Deyif:

– Nətər çatmıyıfdı? Qardaşını çağırıf deyif ki, bəs saa mən filan yerdə qızıl ver-

dim ki, ver arvadıma. Deyir:– Ə, niyə verməmişəm? Üş dənə şaadım var: kəndxuda, yüz-

başı, bir də molla.

210

Page 211: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gəlif deyif ki, aaz, vermədim qızılı buların yanında? Aparıf qızılı neynəmisən, indi məni qardaşımnan qannı eləmək isdiyirsən burda sən, köpək qızı? Qalxır arvadı vurmağa, molla deyir, ayıfdı, vurmaginən.

Nəysə, vaxd gəlir, vədə gəlir, bu arvadı qovur. Mindirir bir ata, deyir, get. Qurban olduxlarımızdan biri yolnan gəlirmiş. Baxır görür ki, kimsə əynində cında paltar bir daşın üsdə oturuf ağlıyır. Günün də əyilən vaxdıdı. Deyir:

– Ay bajı, sən niyə ağlıyırsan? Deyir:– Sən kimsən mənim halımı soruşursan? Neyniyəssən maa?

Mənim doğma ərim, dörd uşağın dədəsi məni çöllərə salıf. Sən maa neyniyəssən?

Bu da həmişə köhnə çuxada gəzərmiş ki, heş kəs başa düşmə-sin bu kimdi. Deyir:

– Gəl bura, mən də sənin qardaşın. Çuxasın çıxardır bükür buna, bunu qoyur atın tərkinə. Gəlir,

kəndin girəcəyində görür bir dənə adam yoxdu o kəntdə. Deyir, bu kəndin camaatı hardadı? İndi bu isdiyir ki, bunu apara bir ağsakqalın evinə qoya da. Deyir, burda bir qarı var, bunun öküzü ölürdü, mun-dar olurdu. Bir dənə qəssab gedif bunun öküzün kəsif ki, mundar olmasın, camaata paylaşdırsın, sora da Allah qoysa, yığılallar buna bir öküz alallar verəllər da. İndi arvad dirənif ki, mənim öküzümü bu dəyqə dirildin verin. Özüz qəsdən kəsdiniz. Millətin hamısı yığılıf ora. Qurban olduğum gedif deyir ki, nədi belə? O qəssab deyir, ay qardaş, bir bəlaya düşmüşəm. Öküz ölürdü. Sifdə dedi kəs, indi də bizi şər-şamaxı eliyir da. Deyir ki, mənim öküzümü dirildin verin. Deyir, eybi yoxdu. Öküzün başı hardadı? Öküzün başını gətirif qoyun cinazasına. Öküz hələ soyulmuyufdu. Pismillahı-rəhmani-rəhim deyir, nəysə oxuyur, öküz fınxırıf qalxır ayağa. Bunu görən bir insan gətirir bir dənə uşağı atır bunun qabağına. Deyir, bu uşax bijdi, sən bilən çıxmısan da, bu öküzü diriltdin. Sizdən bir xayişim var, bu uşax bijdi, bunun dədəsini tap görüm. Tutur uşağı yıxır qıvlıya, xəncərin çıxar-dır kəsməyə. Həmən kişi çığırır, yox, yox, o mənim belimnən gəlif,

211

Page 212: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

kəsmə onun başını. Səni sınıyırdım. Bunu belə görəndə bir dənə arvad gəlif deyir ki, hər kimsən qardaş, saa qurban olum. Mənim həmişə oğlum olurdu, bir qonşunun da qızı olurdu. Xəsdəxanada uşağım olanda mənim uşağımı dəyişdiriflər, ərim də məni öldürür. Üsük var idi ey bunnan qabax, barmağa ilişdirif paltar tikərdilər. Peyğəmbər deyir, qızın anası da üsüknən bir süd sağsın gətsin, oğlanın anası da. Həraaz onnan bir döşüzün südünnən sağın gətirin. Qoyur tərəziyə. Həmişə, deyir, oğlan südü ağır olur. Deyir, tərəzidə bu üsüklərin hansı ağır olsa, o oğlandı. Baxıf görüllər bu arvad düz deyirmiş, hadıxlar uşaxları dəyişdiriflər. Oğlanı alıf verir bu arvada, qızı da alıf verir öz anasına. Bunu görən kişi gəlir deyir ki, bəs belə-belə, mən o vaxdı arvadıma qızıl göndərmişdim. Arvadım onu neyniyif, nağarıf? Deyəndə peyğəmbər arvada deyir:

– Gəl bura. Qaynın gətirif üzüyü saa verəndə nədə verdi? Deyir: – Qızıl vardı verə maa? Bu anda, bu Qurana, elədiyin bu mö-

cüzələr hakqı, qızıl vermiyif qaynım maa. Deyif, bunu aparın zindana salın. Zindan onnan qalıf. Çağırıf

ərini. Deyir ki, sən qardaşa qızılı verəndə nədə verdin? Tək-tək danışdırır ha buları. Deyir ki, əl dəsmalında. Deyir, bunu da aparın o biri zindana salın bir-birindən ayrı. Mollanı çağırır ki, deyirsən qızılı mənim yanımda verdi. Bu, qardaşının arvadına qızılı nədə verdi? Deyir, pambığa bükülü verdi. Bunu da bu tərəfə salır, yüzbaşını çağırır. Deyir, bu, qardaşının arvadına qızılı nədə bükülü verdi? Dedi, bir cında parça vardı, ona bükdü verdi. Bunu da belə salın. Kəndxu-daya dedi, sən də gəl. Qızılı nədə verdi? Dedi, heş nə. Elə çıxartdı cibinnən, gəlin də avcın aşdı. Dedi ki, ala, Allah xeyir versin, ərin göndərib, uşaxları qoyma ajınnan ölə. Dedi, düz deyirsən? Dedi, hə. Dedi, bunu da salın zindana. Heş birinin sözü düz gəlmədi axı. Biri pambıxda dedi, biri cındada dedi. Dedi, görduz da mənim möcüzə-lərimi? Sizi burda daşa döndərərəm. Mən elə-belə adam döyüləm. Dördunuz da dinməz-söyləməz gətirin qızılı verin bu kişiyə. Gətir-dilər qızılı verdilər. Arvadnan kişi mehriban getdilər evlərin tikdilər, şad-firavan dolandılar.

212

Page 213: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

26. BELƏ DƏ QALMAZ

Keçmiş zamanada çox varrı tacir varıymış. Addı-sannıymış. Altı-yeddi qulu varıymış. Arvadının altı-yeddi kənizi varıymış. Vaxt gəlir tacir bu qullardan birini oğulluğa götürür. Tacirin züryəti yoxuymuş. Qalanını da qul kimi işlədir. Vaxt gəlir, tacir tənəzzülə düşür, varı-dööləti əldən gedir. Kasıf olduğu üçün kənizləri, qulları saxlıya bilmir. Oğulluğa götürdüyü qulu saxlıyır. Tacir çox qara günnərə düşür. Bir gün qul deyir ki, ay ağa, indi sən kasıfçılığa düş-müsən. Gəlsənə məni bazara aparıf satasan, dolanıf varranasan. Tacir razılaşmır. Qul deyir ki, ay ağa, saa qurban olum, apar sat. Əl çəh-mərəm ki, çəhmərəm. Əlacsız qalıb qulu aparıf bazarda başqa bir tacirə satır. Tacir pulu götürüf evinə gəlir. Arvadı deyir ki, qulu sat-dın, satdın, amma sənnən bir xayiş eliyəjəm. Ayda bir dəfə, iki dəfə gedif qulu yoxluyarsan. Bı sənin qulun dəyil e, sənin oğlundu.

Bir az çəkir. Bunnar qulun puluynan varranıllar, hallanıllar. Bir gün tacir arvadına deyir ki, bəs gedirəm qulu görməyə. Görüm vəzyəti nətərdi. Gəlif görür ki, bir tacir alıf qulu, onu cütə qoşuf. Ə, vallah, qayış qulun çiyinnərini yara eliyif, yer əkir. Tacir oturur, ah çəkir, deyir ki, bah-bah. Qulun çiyninə baxır. Görür ki, qızıl qanı tö-külür. Aya, bı nə işdi? Qulu saxladır, görüşür, öpüşür. Deyir ki, ağa, qulam da, satılmışam, belə də olacax. Çox fikir eləmə. Get, belə qalmaz. Tacir evlərinə gəlir. Arvadına deyir ki, qulu gördüm, kaş görmüyeydim. Qulun halını arvadına danışır. Ta əlləri hara çatajax-dı, heyifsilənillər.

Ay keçir, il keçir, arvad kişiyə bir də deyir ki, get, qulu yoxla. Öldümü, qaldımı, xəbər gətir. Kişi gedir. Gedir görür ki, uzax yer-dən bir tacir gəlif, bunu qızıl pulnan alıf aparıf. Aparıf qulu dəyirman daşına qoyuf un çəhməyə. Tacir genə pis olur, ah-uf eliyir ki, a bala, bı nə işdi sənin başına gəlir. Qul atasına, yanı tacirə deyir ki, ağa, fikir eləmə, belə də qalmaz.

Bir gün bı vilayətdə eşidillər ki, bəs filan yerin şahı ölüfdü, sabah şah seçəjəhlər. Qul da deyir ki, ə, mən də gedəjəm, görüm şahı nətəər seçillər. Qul cındır paltarın içində, əli yara, çiyni yara,

213

Page 214: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gedir meydana. Oturur camaatın içində. O vaxtı da şah seçmək üçün quş buraxırdılar axı. Qızılquş buraxıllar, həmin quş gəlir qulun çiyninə qonur. Oranın yerli camaatı deyir ki, ə, bı kimdi, haranın dilənçisidi gəlif çıxıf bıra. Bı quldu, bınnan bizə şah olmaz. Bəs quş yuxu görüf, sarsaxlıyır. Deyillər ki, yox. Bu quş sınanılmış quşdu. Neçə dəfə sınaxdan keçirilif. Deyillər qulu aparın salın qarannıx bir yerə, abışqaları da bağlıyın, quşu uçurax. Qulu daldada bir evdə gizdiyillər. Quşu buraxıllar camaatın içinə. Görüllər ki, quş hərrəndi, fırrandı, bir adamın çiyninə düşmədi ki, düşmədi. Quş qulu harda gizdədiflər ha, gedif ora qonur. Dimdiyinnən abışkanı tıkkıldadır. Deyillər, ə, quş gəldi bırda da qulu tapdı ki. Elə deyillər, bizim şahımız bıdı ki, bıdı. Bını çıxardax aparax, bir də uçurax. Qulu çıxarıllar. Təzə paltar geydirif gətirillər meydanın ortasına. Quşu genə uçurullar. Quş hərrənir, fırranır, genə gəlir qonur bının çiyninə. Qulu aparıllar şahın sarayına, geyindirillər, aparıf şahın stolunda otuzdurullar. Qul olur həmən vilayətin şahı.

Tacir bir gün də gedir genə qulu görməyə. Gedir ki, qul yox-du. Deyillər, bəs qul bı vilayətin şahı seçilif. Gəlir şahın sarayına. Sarayın adamlarına deyir ki, bəs mən onun atasıyam, o, mənim oğlumdu. Taciri aparıllar şahın qəbuluna. Öpüşüllər, görüşüllər, Qul atasını var-döölətnən, karvannan evinə yola salır. Şah tacirə deyir ki, ağam, get, belə də qalmaz. Tacir deyir ki, ə, qul oldun cütə qoşuldun, bı sözü dedin. Qul oldun dəyirmana qoşuldun, bu sözü dedin. İndi də şah oldun, genə bını deyirsən, get, belə də qalmaz. Ay bala, bı mənim ürəyimdə bir xal kimi qalıf. Deyir ki, get, ağam, belə də qalmaz. Qul kişini evinə yola salır.

Kişi gəlir evinə. Varranır, hallanır, genə əvvəlki halına çatır, yanı varrı vaxdına. Gejə-gündüz qula alqış eliyir. Var-döölət kişinin başınnan aşır, başını qatır. Xelləh vaxt keçənnən sora arvad kişini genə qulu görməyə göndərir. Kişi gəlif görür ki, şahın qapısında qara bayrax asılıf. Deyillər ki, bəs şah rəhmətə gedif. Kişi qulun basdırıldığı yerə gəlir. Görür ki, qulun qəbrinin başdaşının üstündə yazılıf ki, belə də qalmaz. Qul ölməmişdən əvvəl vəsiyyət eliyif ki, mənim ağam nə vaxtsa gəlif qəbrimi ziyarat eliyəjəh. Ona görə də

214

Page 215: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

başdaşının üstündə “belə də qalmaz” cümləsinin yazılmasını tapşırmışdı. Tacir bu işə çox məhətdəl qalır.

Gün keçir, ay dolanır, il dönür. Kişi deyir ki, gedim qulun qəbrini ziyarat eliyim. Gəlif görür ki, bir sel gəlif qəbirsannığı nətəər yuyuf aparıfsa, qəbirdən bir əsər-əlamət yoxdu. Şah oturur bir başına vurur, bir gözünə döyür. Kişi deyir, həə, qul onunçun deyirmiş ki, get ağa, belə də qalmaz. Çünki, bu dünyanın vafası beləymiş. Belə də qalmıyıf.

27. PEYĞƏMBƏRIN ALLAHA İLTİMASI

Bir gün peyğəmbər yol gedirmiş. Gedəndə görür ki, dörd yolun arasında – birində bir oğru namaz qılır, birində də bir qoja abid öz namazını qılır. Peyğəmbərin qabağına yürüyüllər ki, ya peyğəmbər, hara gedirsən? Deyir ki, bəs əhalinin ərz-bəndəliyini Allah-taalaya iltimas eləməyə gedirəm. Abid deyir ki, ya peyğəm-bər, mən otuz ildi Allahın yolunda namaz qılıf oruc tuturam. Bəs mən öləndə o dünyam nətəər olajax? Deyir, çox yaxşı. İltimas eliyif Allaha çatdıraram, gələndə də saa dəyərəm. Oğru gəlir, cavan oğlandı, gəşəh geyimli-kejimli oğlandı. Ya peyğəmbər, – deyir, – mən Allahın yolunda namaz qılıram. Amma mənim sənətim oğurruxdu. Gejələr gedif oğurruğ eliyirəm, günüz də gəlif Allahın yolunda bırda namaz qılıram. Allaha deyərsən, mənim o dünyam nətəər olajax? Peyğəmbər deyir ki, ay cavan oğlan, heç savabdan, suabdan bir iş tutmusanmı? Kiməsə əl tutmusanmı? Deyir ki, vallah, bir gejə oğurruğa getmişdim. Getdim gördüm ki, kəndin ayağından zəyif bir işıx gəlir. Öz-özümə dedim ki, burdan oğurrux eləməh mənim üçün çox asantdı. Elə bırdan oğurruğ eliyim. Çıxdım bir bajanın üsdünə. Gördüm ki, bırda nə mal var, nə döölət var. Bırda altı-yeddi uşax var. Hamısı da tumançaxdı, başı açıxdı. Analarının yanındadılar. Ortada nə isə qazanda qaynıyır. O uşağ əlini atır “ay nənə, qırıldıx, ver”. Anaları deyir ki, ay bala, pişsin, verərəm. Mən özüm də bilmədim ki, qazanda bişən nədi? Öz-özümə dedim ki, bının axırın gözdüyüm, görüm bı qazanda bişən

215

Page 216: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

nədi ki, heş bişmədi də, uşağa vermədi də. Uşaxlar ağlıyıf yatdı. Gördüm ki, bı kadın qazanı götdü qoydu yerə. İçində də qara bir daş. Daşı da tulladı əynə, suyu da aparıf tökdü, gəldi yıxılıf yatdı. Dedim ki, ilahi pərvərdigara, bı uşax, deməli, duranda ajınnan qırılajax da. Mən neyniyim ki, bı uşağın qarnını doyurdum. Getdim girdim bir kəndə. Birinin həyətinə girdim. Baxdım ki, bu həyət yəəsinin atı da, eşşəyi də, qoyunu da, keçisi də, gamışı da, quzusu da var. Dövlətdi bir adamdı. Bırdan bir yumulbanı mal-heyvan götürdüm, gəldim həmən qapıya. Qapını döydüm. Dedim ki, ay bajı, mən yol adamıyam, yaman ajmışam. Xayiş eliyirəm, qapını aç. Mənim bir heyvanım var, bı qapıda kəsim, siz də yeyin, mən də yeyim. Uzax yerdən gəlmişəm, yola düşüf gedəjəm. Qadın çox mehribannıxnan dedi ki, qonağına da qurban olum, qonağın Allahına da qurban olum. Kəs, ye, iç, səhər heyvanını da götür get. Heyvanı kəsdim. Bir hissəsini də gəlinə verdim ki, pişirsin. Yeməh pişdi, uşaxlar yedi, xırp düşüf yatdılar. Bajıya dedim ki, mən gedirəm, uzax gedəjəm, apara bilmirəm. Pişirərsən, uşaxlar yeyər deyif, çıxıf getdim. İndi mən bilmirəm, ay peyğəmbər, buna savab deyillər, yoxsa suab deyillər. Peyğəmbər deyir ki, sən suab iş görmüşsən, ay bala. Oğru deyir ki, Allaha çatdırarsan, gör mənim yerim cənnət olajax, yoxsa cəhənnəm olajax.

Peyğəmbər Allaha iltimas eliyif deyir ki, ya Allah, gəlirdim saa iltimas etməyə. Yolda iki namaz qılana rast gəldim. Bınnardan biri yaşdı kişidi. Otuz ildi ki, namaz qılır, qıçdarı yaradı. Biri də cavan oğlandı, açıxca deyir ki, oğruyam. Sualları o olur ki, bizim yerimiz cənnədikdi, yoxsa cəhənnəmlik. Deyir ki, ya peyğəmbər, get onnarın ikisini də allat. – “Nətəər gedim alladım?” Allah deyir ki, get abidə de ki, sənin dediyini Allaha iltimas eliyəndə Allah dedi ki, belə bax. Qırx karvan dəvə gəlif o dağdan iynənin ildızınnan keşdi getdi. Bını abidə çatdırarsan. Peyğəmbər deyir ki, bəs o birinə nə deyim? Deyir, abidə dediyini oğruya da de, genə onu da allat. Denən ki, elə sözünüzü çatdırdığım yerdə Allahın yadınnan çıxdı. Məşğuluydu, dəvə karvanını yola salırdı.

216

Page 217: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Abidnən oğru səbirsizdiknən peyğəmbəri gözdüyürdülər. Gö-rüllər ki, bıdı, peyğəmbər çuxasını sürüyə-sürüyə gəlir. Abid onun qabağına yüyürür. Deyir ki, ya peyğəmbər, bizim ərz-bəndəliyimizi Allaha çatdırdın? – “Çatdırdım, – deyə peyğəmbər cavab verir. Allah qırx karvan dəvəni iynənin ildızınnan keçirif Ərzurum dağın-nan yola salırdı. Onun yadınnan çıxdı, maa bir söz demədi. Mənim də yadımdan çıxdı, ta sözü çöürmədim”, dəəndə abid əlini belə əlinə tap vuruf deyir ki, pahatonnan, yeri get ə, Allah da bir belə yalan danışarmı? Sora o cavan oğlan – oğru gəlir. Ya peyğəmbər, Allah-taala nə dedi mənim üçün? Vallah, Allahın işi oldu. Qırx karvan dəvəni iynənin ildızınnan keçirif Ərzurum dağınnan yola salırdı. Yadınnan çıxdı maa bir söz demədi. Oğru deyir ki, Allahın qüvvəsi olsa, yüz karvan da iynənin ildızınnan keçər. Gör oğru Allaha nətəər inanırsa... Peyğəmbər abidə deyir ki, sənin yerin bu dünyada da, o dünyada da cəhənnəmdi. Sənin Allaha inamın olmadı, əlini əlinə vurdın qəh-qəhə çəkdin ki, ə, Allah da yalan danışarmı? Qırx dəvə karvan iynəni ıldızınnan keçərmi, deyif Allaha şəkk elədin. Amma o oğurruğuynan Allaha inandı. Dedi ki, qırx dəvə karvan nədi, lap yüz dəvə karvanı Allahın hökmüynən iynənin ildızınnan keçər. Ona görə də oğrunun yeri bu dünyada da, o dünyada da cənnətdihdi.

28. ADAMA GƏRƏK ALLAH VERƏ

İki qardaş olur. Biri çox kasıf, o birisi isə çox varrı olur. Bı varrı qardaş elə qızıldan, mal-qoyunnan aparıf verir kasıf qardaşa ki, o da dolansın. Genə də elə bı kasıfdı ki, kasıf. Bir gün varrı qar-daşın arvadı deyir ki, əşi, bına verirsən, bir isbatdı şey ver, getsin, bı da bizim kimi varransın dana. Az-az verirsən, o da varranmır. Deyir ki, ay arvad, vallah, kişiyə gərəh Allah verə. Bəndə verməy-nən adam varranmaz. Deyir ki, get. Evin filan küncündə sandıxda ağ torbanın içində bir kilo qızılımız var. Qızılı gətir, aparıf qoyajam körpüyə. Qardaşım gəlif ordan keçəndə torbanı görüf götürsün.

Kasıf qardaşın da bir axsax, kor inəyi varıymış. İnəyi hər gün körpüdən aparırmış. Həə, varrı qardaş deyir ki, aparıf qoyajam

217

Page 218: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

körpüdə. Bı elə qızılı tapsın, getsin varransın. Heş bilməsin ki, qızılı mən qoymuşam. Arvadı deyir ki, bax, bı ağıllı fikirdi. İntaası körpüdə elə gizdə ki, birdən qardaşın gej gəlif çıxar, başqa birisi götürüf aparmasın. Ehtiyatdı ol. Varrı qardaş qızılı gətirif qoyur körpüdə. Özü də gizdənir ki, qadaşı birdən onu görər. Özü də tor-banı körpünün düz ortasına qoyur ki, inəyi bırdan keçirəndə torbanı görüf götürsün. Kasıf qardaş gəlif elə qızıla çatanda göyə baxa-baxa keçif gedir. Varrı qardaş qızılı da götürüf deyir ki, ya Allah, hamı sənin bəndəndi, hamısını sən yaratmısan. Sən vermədin deyə qızıl qaldı orda. Yanı yerə baxmadı, göyə baxa-baxa getdi. Yanı varranmax kişiyə qismət deyilmiş. İndi belə şeylər də var, ay bala, möcüzələr də. Gərəh adama Allah verə.

29. OĞUL DAĞI, QUYRUQ YARASI

Bir kasıf kişi varıymış, bir dənə də eşşəyi. Hər gün eşşəynən meşiyə gedif odun yığarmış, aparıf satarmış, verərmiş çörəyə, əənə, bəənə, gətirif dolanarmış. Meşədə bir ilan varmış. Bu da meşənin şahıymış. Bir gün möhkəm qar qarrıyır. İlan görür ki, odunçu genə gəlir odun yığmağa. Yerə möhkəm də qar düşüf. İlan baxıb görür ki, odunçunun baltası qarın içinə düşüf. Odunçu baltanı götürüf siləndə əli üşüdü. Bu əlin qoydu qoynuna. İlan gəlif quyruğu üstündə durur odunçunun qabağında. Deyir ki, ay odunçu qardaş, mən bı meşənin şahıyam. Mən isdiyirəm sənnən qardaş olam. Saa bir xeyir verəm, gedif odunçuluğun daşını atarsan. Amma bir şərtim var. Sən məni yaddan çıxartma, mən də səni. Saa külli miqdarda xeyir vere-jem. Amma bir-birimizin dilinnən öpejeyih. Bı odunçu o qədər mehriban, o xəttər ürəyi Allaha yaxın adammış ki, dilini çıxardır, deyir ki, ilan qardaş, öp mənim dilimi. İkisi də bir-birinin dilinnən öpür. Deyillər, oldux qardaş. İlan deyir ki, mən çönüb sürünəcəm. Sən mənim dalımca gəl.

İlan deyir, gedif girejem bir kahıya. Orda mən qızıl üsdə yatı-ram. İşarə verejem. O qızılları təmiz yığıf götürüf gedərsən. Kişi ilanın dediyi kimi eliyir. Qızılları yığır eşşəyin palanının arxasına, qayıdır

218

Page 219: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gəlir evə. Bı ta oduna gəlmir. Dəyirman tihdirir, tükan açdırır, yer alır. Şum şumluyur, taxıl əkir, mal-qarası olur. Çobanı olur, nökəri olur. Bı varranır, hallanır. Kişinin bir fərsiz oğlu varmış. Oğluna deyir ki, ə, bala, qonağım olajax, qapıda odun yoxdu. Get, bir yük odun gəti kabab bişirməyə. Oğlu deyir ki, gedərəm, dədə. Deyir, amma mənim orda bir qardaşdığım var, ilandı. O, eşşəyi tanıyır. Çıxajax sənin qabağına. Məni sənnən xəbər alajax, hal-əhval tutajax. Onun üzünnən, gözünnən öp. Denən, atam saa minnətdardı. Dilinnən öp, minnətdarrıx elə, bir yük də odun götü gəl.

Oğlan eşşəynən meşiyə gəlir. Yolda öz-özünə deyir ki, dədə-min atasının goruna nəhlət. İlan nədi ki, gedəm onun dilinnən öpəm. Ora çatan kimi ilanı öldürejem. İlan görür ki, kişinin oğlu gəlir. Gələn kimi dəhrəni götürüf cumur ilana. İlan qaçım deyəndə, oğlan dəhrəni atır, ilanın quyruğu kəsilir. İlan çönür nətəər atılırsa, bunun gözünnən vurur. Oğlan yıxılır. Şər qarışır, axşam düşür. Kişi görür ki, oğlu gəlmədi. Durur meşiyə gəlir. Görür ki, oğlu ilannan görüş-düyü yerdə yerə yıxılıf, ölüf, göyərifdi. İlan da keşik çəkir. Gəlif ilanın üz-gözünnən, dilinnən öpür. İlan dil açıf deyir ki, odunçu qardaş, saa bir heylə yaxşılıx eləmişdim, bu günnən sora sənnən oğul dağı, mənnən quyrux yarası getməz. Bı günnən sora bizim qardaşdığımız tutmaz.

30. BİZİMKİ BACADAN TÖKÜLƏCƏK

Kasıf bir kişi varıymış bir kəntdə. Bının da dörd qızı varıydı. Bı kişi o xəttərinə tənbəl imiş ki, yatmaxdan savayı heş nə bilmir-miş. Kişinin arvadı elə dilənir, bir parça çörəh tapıf gətirif qızdarını saxlıyırmış. Arvad ərini hey təpihliyif deyir ki, a kişi, dur get işə, pul qazan. Camaatın kişiləri gedif pul qazanıf gətirif uşaxlarını dolandırır, sən elə başını palazdıyıf yatırsan. Kişi deyir ki, ay arvad, məni dindirmə. Dur üsdümə üç-dört yorğan at. Bizimki bajadan töküləjəh. Bir ay belə, beş ay belə, arvad düşünməhdən ta zara gəlir. Kişini ayağın altına salır. Deyir ki, Allah sənin evini yıxsın, bajadan nə töküləjəh? Bajadan həmişə küləh əsəndə toz-torpax

219

Page 220: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

tökülər. Dur get işdə, pul gətir, biz də dolanax. Qırılıf batırıx axı. Deyir ki, ay arvad, məni dindimə. Bizimki bajadan töküləjəh.

Bir gün arvad cana gəlif kişinin üstündəki yorğanı əənə atır. Deyir ki, deyillər ki, bı ölkədə bir şah var. Həmən şah çox rəhimli şahdır. Sən get onun qəbuluna. Bəlkə saa bir yardım eliyər dana. Kişi, genə deyir, məni incitmə, bizimki bajadan töküləjəh. Arvad bını dildən, əldən salır, kişi duruf gedir. Gedir həmən şahın qəbu-luna. Həyətə girif oturur ki, qəbula düşsün. Şahın adamları şaha xəbər aparıllar ki, şah sağ olsun, bir dilənçi sizin qəbulunuza düşməh isdiyir. Şah deyir ki, onu gətirin. Kişini gətirillər bunun qəbuluna. Şaha deyir ki, şah sağ olsun, uzun müddətdi kasıfçılığ içində boğuluram. Mənim ayləm çoxdu, uşağım çoxdu. Özüm də tənbələm, işdiyə bilmirəm. Xayiş eliyirəm, imkan olsa, elə elə ki, pul qazanım ayləmi dolandırım. Şah ona deyir ki, sən saraydan çıx. Çıxanda sağ çiyninin üsdündə gedif bir quru səhraya çıxarsan. Orda göreysən ki, qədimdən, köhnədən qazılmış bir çökək yer var. Sənin qismətin ordadı. Qismətini götürüf gedif dolanarsan. Ta şah demir da orda qızıl var.

Kişi saraydan çıxıf sağ çiyni üsdündə az gedir, çox gedir. Gedif çıxır bir quru düzə. Görür ki, kalafa kimi yer var. Ora girir. Görür ki, bir küp şüşə qızıl var. Küpəni həmən yerdə basdırır, evə gəlir. Arvadına deyir ki, ay arvad, mən saa dedim ki, bizimki baja-dan töküləjəh. Şah maa bir küp qızıl yeri dedi, gedib tapbışam. Qorxdum gətirməyə. Dedim, birdən yolda qızılı əlimnən alallar. Gejənin yarısı ikimiz də gedif götürüf gələrik. Arvadı deyir ki, beş-on qızıl nə şeydir ki? Atıf cibinə gətirəydin dana. Allah başına daş salsın sənin. Kişi arvadına deyir ki, məni incitmə. Pul bajadan töküləjəh. Arvadı da bir az hövsələsiz olur dana. Gedif qonşusuna deyir. Qonşusu da çox xayın imiş. Deyir ki, bəs a qonşu, belə-belə. Ərim filan yerdə bir küpə qızıl tapıf. Gəl gedəh, götürəh gələh. Yarısı sənin, yarısı da mənim. Qonşu arvad deyir ki, ərim bilsə ki, mən harasa getmişəm, başımı kəsər, getmirəm. Arvad kor-peşman evə qayıdır. Hiyləgər qonşu tez ərini götürüf qızıl olan yerə tər-pənir. Arvad yerini deyif axı. Qızılı götürüf evə gəlillər. Evə gələn-

220

Page 221: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

də bınnar çox sevincəyə düşüllər. Açıllar, baxıf görüllər ki, Allah-taala küpənin içindəki qızılı ilana, qurbağıya, tısbağıya, nə bilim nəyəsə çevirif. Tez küpənin ağzını bağlayıllar. Kişi arvadına deyir ki, bunnar bizi ilannan-zadnan öldürmax isdiyillərmiş ey. Dur, bı küpəni aparıf bajalarınnan tökəh, qoy özdərini vırsın. Aparıf on-narın bajalarınnan töküllər. Küpənin içindəkilər dönüf olur qızıl. Qızıllar tökülür kişinin başına. Deyir ki, ay arvad, saa dedim ki, bizimki bajadan töküləjəh. Töküldü də.

31. ŞAH VƏ DƏMIRÇİ

Azazil şah olur. Bı çox zalımıymış. Bının qanununda varmış ki, hər ay bir adam asdırsın. Özü də hamını yox, xoşuna gəlmədiyi adam olmalıymış. Şahın da xoşuna gəlmiyən bir dəmirçi varıymış. Dəmirçi də bu şahın vilayətində yaşıyırmış. O vaxt da dəmirçilər tam başqa cürə idilər. İndiki dəmirçilər deyilmiş. Körüh deşirmişdər, ora kömür tökürmüşdər. At nalı, mıxı, mismarı – hamısını körühdə əridif düzəldirmişdər. Şah vəzirinə deyir ki, gedərsiniz dəmirçiyə deyərsiniz ki, bı gejə qırx atın ifkin nalını, mıxını hazırlasın. (Bala, ifkin bir komplekt, yanı dəst deməkdir). Gəlif deyillər ki, şah əmr verib, gərəh onun dedihlərini bı gejə yerinə yetirəsən. Şah sabah ova gedəjəh. Deyir ki, atdar gərəh nallansın. Sabah mütləq hazır olmalıdı. Dəmirçi fikirrəşir ki, yox ey. Ağlı bir şey kəsmir. Bu iş ancax bir aya başa gələr. Bını mən eliyə bilmərəm. Dəmirçi vəzirə deyir ki, get şaha çatdır. Vəzir şaha xəbər verir ki, bəs belə-belə, dəmirçi bı işi sabaha kimi eliyə bilməyəcəyini dedi. Şah özü qəsdən belə eliyir ki, dəmirçinin boynun vursun. Şah deyir ki, neynəh, şaha elə bı lazımdı dana. Deyir ki, sabah dəmirçini dar ağacınnan asarıx.

Bı dəmirçinin bir yaxşı arvadı varıymış. Özü də həm mehri-ban, həm də sədaqətdi arvadıymış. Həmən günü arvad eyvandan baxıf görür ki, əri gəlir, ama qılçaları gəlmir. Elə bil ki, əzab çəkir, gələ bilmir. Arvad ərini həmişə həyətdə bir stəkan çaynan, qəndnən qarşılıyarmış. Bı dəfə də elə eliyir. Ərinnən vəzyətini soruşur ki, bəs niyə belə eliyirsən? Dəmirçi də nə olufsa, hamısını arvadına

221

Page 222: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

danışır. Bəs sabah məni asajaxlar. Arvadı deyir ki, əşi, otu bu çayı iç, Allaha pənah. A kişi, gejə boğazdı, bilməh olmaz səhərə nə açılajax. (Gejə boğazdı deyəndə gejənin uzunnuğu deməhdi). Nəysə, arvad ərinin könlünü alır. Gejənin yarısı arvad görür ki, əri yataxda o tərəfə, bu tərəfə çevrilir, yata bilmir. Arvadın ürəyi durmur. Durur çıxır çölə, ağzını tutur Allaha deyir ki, ya rəbbim:

Ülkər yandı, yana sallandı, Ya rəb, görən sabaha nə qaldı?

Sonra gəlir yatır. Səhər işıxlaşmamış dəmirçinin qapısı döyü-lür. Kişi nəxəttəri qumzanır22, ancax qalxa bilmir. Deyir, gəliflər məni aparmağa. Aparıf asajaxlar. Kişidən qabax arvad tərpənir. Görür ki, iki nəfər gəlif. Onnar arvada deyillər ki, ay bajı, şah ölüf. Get, dəmirçiyə denən ki, onun tabutuna vurmax üçün mismar düzəlt. Arvad deyir ki, ay Allah, saa qurban olum. Mıxı mismar eliyif, sayılı borcdan qutarıf, Yusifi quyudan çıxaran Allah, saa qurban olum.

32. ÇÖRƏYƏ EHTİRAM

Şah Abbas vəzirinə deyir ki, çıxax bölgəyə, görək camaat nəynən məşğuldu, nə yeyir, nə içir. Küçəynən getdikləri yerdə görür ki, üç dənə balaca uşax oynuyur küçədə. Görür ki, bunun iki-sinin sifəti ağappaxdı, biri qıpqırmızıdı. Uşağa yaxınnaşanda qır-mızı uşax qaçır girir bir həyətə, bunnar da onun dalıynan gedir. İçəri girillər, görür ki, evin qadını təndirə çörək yapır. Vəzir yaxın-naşır deyir ki, bu Şah Abbasdı, bu günnən sənin təndirə çörək yap-bağınnı qadağan eliyir. Deyir, bəs nə yeyək? Deyir, yuxa yeyərsən. Bunnar gedənnən sora evin kişisi gəlir. Arvad deyir, Şah Abbas gəldi, belə bir məsləhət elədi bizə. Deyir, deyib elə də.

Bir müddətdən sora genə yolunu ordan salır, küməyə gələndə görür gənə həmən qaydada o uşaxlar sapsarıdı, amma bu uşax qıp-qırmızıdı. Amma başqa bir şey var. Uşağın boğazında bir torba var. Uşağa yaxınnaşanda uşax qaçır genə həmin qapıya girir. Dalıynan

22 Qumzanır – tərpənir

222

Page 223: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gedəndə görüllər ki, evin qadını yuxa bişirir, qadının da boğazında torba, kişinin də – hamının boğazında torba var. Şah deyir, bu nədi? Evin kişisi deyir, şah sağ olsun, mən bəyin rəşbəriyəm, zulumnan qazanıram çörəyi. Siz əmr elədiniz ki, yuxa bişirin. Yuxa ovxalanan nemətdi. Axı bunu zulumnan qazanıram. Mən də tapşırdım ki, yuxa ovxalanıb yerə tökülməsin deyə torba asın, qoy o nemət onun içinə tökülsün. Şah Abbas deyir, nə bişirirsiz bişirin, sizə halaldı.

33. QARAÇUXASI YATMIŞ ADAM

Bir odunçu olur, gedərmiş meşəyə odun qırarmış, şələ bağ-lıyıb gətirib şəhərdə satarmış, çörək pulunu qazanıb axşam bir loxma çörəyini alıb gedərmiş qarısının yanına. Bir gün də odunu satıb qayıdıb gələndə keçi başına pulu çatır. Deyir, keçi başını alım, qarı bunnan xaş bişirər, onnan da günümüzü keçirək. Elə bir vaxt olur ki, bütün bazarı axtarıllar ki, bəs şahın qızının başını kəsiblər. Bütün şəhərin yollarını bağlıyıllar, bazarın yollarını bağlıyıllar. Bu kişi gəlib keçəndə onu tutullar, heybəsində də keçinin başı. Nəysə, gəlib buna baxanda çinovnik deyir ki, tapdıx. Ə, nəyi tapdın? Deyir, qızın başı budey heybədə. Nəysə, bunu aparıllar şahın ya-nına. Deyir, aparın salın lap o qarannıx zirzəmiyə. Aparıb salırlar, illərnən yatır. Bir gün ayılanda görür ki, yanında bir nəfər uzanıb. Deyir ki, sən kimsən? Mən neçə ildi burda yatıram, hələ bir nəfər insan görməmişəm. Sən hardan gəldin çıxdın? Deyir, a bədbaxt oğlu, mən sənin qaraçuxanam, narahat olma.

Aradan neçə il keçib. Şah deyir, ə, filan vaxdı bir yazığı zin-dana salmışıx, gedin görün ölübdü, qalıbdı, gətirin bəri. Keçinin də başını saxlıyıllarmış. Kişini zindannan çıxarıb gətirəndə baxıllar ki, ə, bu keçi başıdı, qız başı döyül. Deyir, ay bədbaxt oğlu, onda niyə demirdin bu keçi başıdı? Deyir, şah sağ olsun, o qədər dedim, heç məni eşidən vardı? Onda mənim qaraçuxam yatmışdı, indi ayılıb. Sizə həqiqət görüküb ki, keçi başıdı, sizin qızınızın başı deyil.

223

Page 224: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

34. KASIB QONŞU

İki qonşu olur Üzeyirnən mənim kimi. Biri səhər tezdən evdən çıxır bütün günü işdiyir, qazancı bir şahı olur. O biri də şapkasın tərs qoyub fışqırıxnan gedib fışqırıxnan gəlirmiş, genə mənnən yaxşı dola-nırmış. Bir günnəri kasıb qonşu deyir, ə, nətər olur o biri qonşu heş nə eləmir, axşam evinə şapkasını yan qoyub fışqırıx çala-çala gəlir, mən bir şahını qazana bilməmişəm, əllərim də qabardı. Gedirəm baxdımı yoxluyam. Bu ölkədən çıxıb o ölkəyə. Soruşur ki, baxt yazılan yer hardadı? Deyir, filan dağın arxasındadı. Get ora, orda taparsan. Gedir görür ki, böyük bir yerdi, dəyirman daşının üsdündə çaxçax olur, o çaxçax dəydikcən daşa orda onun qlapanı olur, ordan dəyirmançı ruq-lovka verir, isdəsə bir-bir salır, isdəsə beş-beş. Nəysə, gedir, baxır görür ki, bu filankəsin təknəsidi, bu filankəsin təknəsidi. Özünün tək-nəsin tapır. Görür bu tərəfdə qonşusunun təknəsidi, o tərəfdə bunun təknəsidi. Belə baxır, görür qonşunun təknəsinə dən bir-bir düşür, amma tez-tez düşür. Özünkünə belə baxır-baxır, gözdəri qaralır. Göz-dərin silir bir də baxır, görür ki, bir dənə buğda qırığı gəlib düşdü təknəyə. Deyir, sən öl, bunun deşiyini genəldəjəm. Pıçağı çıxardır bir az oyur, bir az tökülür. Bir yekə vələmir gəlir həmin deşiyin ağzını tutur. Ha gözdüyür ki, ordan dən düşəcək. Əlini qaldırır deyir, yarəb, sənə qurban olum, o vələmiri ordan götür, para buğdaya da razıyam.

35. YOLA NƏRDİVAN SALAQ

Bir yolçu yolnan gedirmiş. Deyir, Allah, maa bir yoldaş yetir, elə bu yolnan söhbət eliyə-eliyə gedək da. Nəysə, peyğəmbərin birini göndərir bunun yanına ki, get onnan yoldaş ol. Heç bu yoldaş isdiyən dinmir. Elə başını salıb aşağı yolnan gedirmiş. Deyir ki, ay qardaş. Deyir, nədi? Deyir, gəlsənə bu yola bir körpü salax? Deyir, ə, sən dəlisən, ağlın azalıb? Bu düz yola körpü salmax olar? Bular başdıyıllar cəhli çəkməyə. Cəhilləşə-cəhilləşə gəlirlər Tərtər çayı kimi bir çaya rast gəlillər. Deyir, qardaş, gəlsənə bu çaya bir körpü salax? Kişi lap cin atına minir. Deyir, ə, dəli özünsən, məni dəli

224

Page 225: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yerinə qoyma, biz iki nəfər bu çaya körpü sala bilərik? Nəysə, ikisi də ayağın soyunub çaydan keçillər, bu kişinin kəndinə gəlib çatıllar. Çatanda peyğəmbər bu kişiyə deyir ki, bu kənd abatdı, yoxsa xarabalıxdı? Deyəndə lap dəli olur. Buna ağır söz deyir. Özünü verir öz evinə.

Bunun da gözünün işığı bir qızı varmış. Deyir, ata, niyə belə qanı qara gəldin? Deyir, bala, bir dənə dələduza rast gəlmişəm, məni doluya-doluya gətirib. Deyir, ay dədə, nə deyib? Deyir, belə-belə. Deyir, ay dədə, get onu çağır gəlsin bəri. Gedir qaytarır. Deyir, ay kişi, mən səni qonağ eləməzdim, amma qızımın sözünnən çıxammaram, gedək qonağımız ol. Deyir, gedək. O vaxdı da ürbənd deyillərmiş. Qadın xeylağıynan kişi xeylağının arasına ürbənd çəki-lirmiş ki, kişi qadını görməsin da. Qız deyir ki, qonax, mehriban qonax, de görüm icazə verərsənmi mən aydınnaşdıram sən dediyin sözdəri? Deyir, buyur. Deyir, mənim atam Allahdan dilək eliyib ki, bir insan yetir mənə bu yolu tək getmiyim. Sən ona yoldaş olmu-san, amma atam dinmiyib. Sən də demisən ki, gəl bu yola körpü salax. Yəni söhbət eliyək ki, yolun uzaqlığı gözə görünməsin. Nər-divan bu deməkdi. Gəlib çaya çatanda ay ata, bu adam demək isdiyib ki, ya sən məni çiyninə al bu çaydan addat, ya da mən səni addadım. Bu kənd xarabadı və yaxud abbatdı, yəni demək isdiyb ki, bu kənd qonaxpərvərdi, yoxsa qonax sevən döylü? Bunu demək isdiyib.

36. ÇİRKİN QIZIN BƏXTİ

Bir çirkin qız varmış, bir də gözəl oğlan. Oğlan bu qızı alıf. Gəlin deyif, mən həm qarayam, həm çirkinəm. Mən bu gözəllikdə oğlannan oturmuyajam, çıxıf gedəjəm. Gəlin baş götürüf gedir. Gedir görür yolda bir qarı oturufdu. Qarı bunu çağırır, gəlir onnan söhbətdəşir. Süleyman peyğəmbərin üzüyünü çıxardır, görür onun qaşında gözəl bir zənən var. Deyif, görürsən bu zənəni? Deyir, görürəm. Deyif, gözəllikdə kimdi? Deyif, onun kimi gözəli Allah hələ yaratmıyıf. Deyir, sən o oğlanın gözündə bax belə gözəlsən. Qayıt geri, evini, çörəyini dağıtmaginən. Bu qarı da olar qoja dünya.

225

Page 226: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

37. QIZ SÜDÜ, QISRAQ SÜDÜ

Münəccim bir gün eşidir ki, bir vəzirin qızı var. O da ömür boyu xəstədi. Loğman, təbib demirlər, amma heç birisi qızın dər-dinə əlac eliyə bilmir. Münəccim deyir ki, mən o qızı sağaldacam. Arvadına qourma qavırtdırır. Cibinə töküf deyir ki, gedəjəm elçi daşının üstündə oturam. Elçi daşı da vəzirin qapısındaymış. Münəc-cim gedir elçi daşının üstündə oturuf başdıyır qourmadan yeməyə. Vəzirin adamları gəlif deyillər ki, a dilənçi, sən bırda nə qayırırsan?

Münəccim deyir:– Küləh əssə, heş nə. Vəzir məni qəbul etməliydi, məni niyə

qəbul etmədi?Vəzirə xəbər aparıllar ki, əşi, bəs belə-belə, bir dilənçi gəlif

elçi daşının üstündə oturuf, sizin qəbulunuza düşməh isdiyir. Vəzir deyir ki, onu mənim yanıma gətirin görüm.

Münəccimi tacirin yanına aparıllar. Vəzir kişini görən kimi hersdənir. Deyir:

– Ə, bı dilənçini bura nəə gətirifsiniz? Bınnan doxtur-zad çıxmaz. Bını aparın.

Vəzirin ağıllı bir arvadı varıymış. Deyir ki, əşi, qoyun görəh dana, bının axırı hara çıxır? Görəh bı nə deyəjəh?

Deyir:– Əgər mənim qızımı sağaltsan, səni dünya malından kam

eliyəjəm.Münəccim deyir:– Nə verejehsənsə, gəti qoy ortaya. Deyillər, sən sağalt, sora verəjeyih. Münəccim razılaşmır.

Nəysə, münəccimin dediyini eliyillər. Münəccim deyir ki, bı qızın dərmanı qız südü, qısrax südü, ilan yağı, keçi piyidir. Deyillər, bı kişi axmaxdımı, nədi? Qızda da süd olarmı, ilanda da yağ olarmı? (Amma bala, ilan adətən yağ olur). Keçidə də piy olarmı? Deyir ki, əgər mənim qızımı sağaltmasan, səni dar ağajınnan asdırajam. Münəccim evinə qayıdır. Bir ilan tutur. Onun yağını əridif qaba tökür. Gejə yatmışmış. Münəccimin qızının biri gejə yarısı durur ki,

226

Page 227: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ay nənə, mənim döşüm yaman islanır. Nənəsi açıf baxır ki, Allah-taala tərəfindən qızın döşünə süd gəlif. Qızın südünü butulkaya yığıf, keçi piyini, ilan yağını da götürüf xəstə qızgilə gedir. Deyir ki, qızının dərmanını gətirmişəm. Gətdihlərin qıza verir. Qız sapbalamsağ, isbatdı qız olur.

Hamısı baxır ki, həqiqətən də, qız sağaldı. Onunçün də de-yillər ki, Allah verəndə daş üsdə verir. Gedif elçi daşının üsdündə oturdu, Allah da ona verdi. O, nə xəttər ürəyi təmiz adamımışsa, Allah ona öz qızının südünü dərman yetirdi.

38. LOĞMAN

Bir Loğman olur, daxili xəsdəliklərdən başı çıxanmış. Bir gün fikirrəşif ki, isdi ölkələrdə mədə-bağırsax xəsdəliyi çox olar da. Baş götürüf gedir Ərəbistana. Məkkəyə, Mədinəyə yaxınnaşanda bir ərazidə düşür. Hər yerə elan vurduruf xəbər göndərir ki, filan loğ-man filan yerdə xəsdə qəbul eliyir. Bu öz yerində gündə əlli-altmış xəsdə qəbul eliyirdisə, bura çatannan sora gündə bunun yanına bir adam gəlirmiş. Gələn olmuyuf. Məhətdəl qalıf ki, bu nətər olan şeydi? Peyğəmbər vaxdıydı, gəlif peyğəmbərin yanına. Deyif:

– Ya peyğəmbər, saa fəda olum, mən loğmanam. Öz yeri-mizdə, özü də bizdə hava sərindi, gündə əlli-altmış xəsdə qəbul eli-yirəm. Gəlmişəm bu isdi ölkəyə, mənim yanıma heş gələn yoxdu. Bu nətər olan şeydi?

Deyir ki, Loğman, mən bəndələrimə vəsiyyət eləmişəm ki, ajmamış yeyin, doymamış da süfrədən durun. Loğman deyir ki, hə, onda burda xəsdəlik olmaz da. Niyə? Adam ajanda, yeməyin vax-dını keçirəndə mədə şirəsi boş-boşuna mədənin divarın sürtür, təd-ricən qastritə keçir. Birdən-birə çox yeyəndə də mədəyə ağırrıx verir, həzm eliyə bilmirsən. Amma ajmamış yeyif, doymamış da duranda onu həzm eləməyə kifayət eliyir. Deyir ki, hə, deyirəm axı, niyə burda xəsdəlik yoxdu?

227

Page 228: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

39. ƏŞƏDDİ OĞRU23

Bir kişi əşəddi oğruymuş. Görür ki, məclisdə molla deyir, o dünyada qıl körpü var, altında qır qazanı qaynıyır. Əgər hər kəs əməli-saleh adamdısa, qıl körpünün üsdüynən addıyır gedir cənnətə. Kim əməli-saleh deyilsə, düşür o qazana, orda yanır, əriyir. Bu deyir dədə vay, sən öl, mən qır qazanında yanacam. Belə şey olar? Gedim qazının yanına, görüm bu nətər olan şeydi. Gedir qazının yanına. Deyir:

– Qazı ağa, sən özün bilirsən ki, mən əşəddi oğruyam. Deyir:– Hə, sən lap cələkəsən. – Bəs mən nətər eliyim? Deyirlər qıl körpü var, kim əməli-

saleh deyilsə, ordan keçəndə qır qazanına düşür. Deyir:– Hə, bəs nətəri ə? Dünya halidi? Allah-taalanın imtahanı var,

imtahannan keçəcəhsən. İnkir-minkir gələcəh, İsrafil sur düdüyün çalacax.

Deyir:– Mən nətər eliyim ki, o qır qazanında yammıyım?Deyir:– Get namaz qıl, ibadət elə, toba elə, bu yoldan qayıt. Allah-

dan üzr isdəginən ki, məni bağışda. Bağışdıyar. Deyir ki, bəs oğurrux nətər olsun? Deyir:– Onu özün bilərsən.Durur gedir. Namaz qılır, ibadət eliyir. Axı bu xuruşdu, qalx-

malıdı. Bir gün deyir ki, qazı dedi oğurruğu özün bilərsən. Neçə aydı əli-ayağı bağlı qalmışam. Qonşu kəntdə birinin qoşqu öküzdəri var, çox da yavaşdı. Gedim onu oğurruyum gətirim. Bir az da nəmişdiymiş. Durur yolnan gedir. Görür öküzdər gövşək vurur. İpi açır başınnan, ikisin də çataxlıyır qatır qabağına, gətirir. Görür ə, səhər açılır, namazın vaxdıdı. Tez öküzləri ağaca bağlıyır. Suyun 23 Əşəddi oğru – usta oğru

228

Page 229: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

qırağıymış. Dəsdəmaz alır, başdıyır namaz qılmağa. Ev yiyəsi durur çıxır çölə, görür öküzdər yoxdu. Hava nəmişdiydi. Görür irədd gedir belə. Atı minir bunun getdiyi yolnan çaparaxlıyır. Ha burda, ha orda, gəlir görür bir kişi namaz qılır, öküzdər burda ağaca bağlıdı. Namaz qılanı dindirməzdər. Namazdan fərrux olannan sora deyir ki, əmi, qutardın namazı? Deyir:

– Bəli. Deyir:– Bilmirsən bu öküzdəri kim bağlıyıf bura? Deyir:– Ə, irəhmətdiyin oğlu, səə öküz gözdüyən idim, görüm kim

bağlıyıf? Öküzdəri tapmısan, götür get. Qayıdıf deyir, kopoğlunun qazısı. Məni allatmağına bax. Ə,

oğurruxnan namaz yola gedər? Onnan sora bir də oğurruğa getmir.

40. XƏMİR XALANIN NAĞILI

Savatdı oğlan olur, evlənməh isdiyir. Ora-bura, gəlir toy eliyir, evlənir. Kətdən bir əz uzax qalır, qonumnan-qonşudan uzax olur. Bu, aparır gəlini qoyur evə. Deyir, mən iki ay gedəjəm başqa yerə, bir əz işdiyəm, sora gələjəm. Bu ev, bu eşih, heş yerə də getmirsən. Burda qalırsan mən gələnə kimi. Deyir, noolar. Beş gün, on gün. Gəlin görür ki, darıxır, heş kəs yox. Həfsələsi darıxır, evi tərk eliyir, çıxır gedir. Oğlan gəlir, görür gəlin yoxdu. Bir müddət keçənnən sora birin də alır gətirir. Görür ki, bı da dözmədi, bı da getdi. Sora deyir, gedim o kəndə, bı kəndə, bir ağıllı qız tapsam, evlənim, gətirim qoyum bı evə yəə dursun. Gəlir görür ki, bir ağa-cın dibində üş dənə qız oturuf sööbət eliyillər, öz dərtdərin danışıl-lar. Oğlan da qıraxdan bulların səsin eşidir. Biri deyir, ay qızdar, mən ərə gedəndə elə saçıma baxıf sevəcəhlər məni. O birisi də deyir ki, sifətdən gözələm, göyçəyəm də. Məni də gözəlliyimə görə sevib alacaxlar. Biri də deyir ki, mən ağıllıyam, məni də ağlıma görə sevib alacaxlar. Oğlan deyir, elə ağıllını tutum qəşəhcə, ən yaxşısı bıdı. Bıllara yaxınnaşır. Deyir, eşitdim sizin söbətizi, sizin o

229

Page 230: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ağıllı olmağıza mən elə bil ki, vırıldım. Deyir ki, nəə görə? Deyir, bəs isdirəm səni alam. Gedir, qızın anasınnan, atasınnan icaza alır, aparır evə qoyur. Deyir, mən iki-üç ay evə gəlmiyəjəm. Onnan sora gəlif üç ay evdə qalajam da belə. Bı qız da axı ağıllıdı, ağlı işdiyir. Gedir xəmir yoğurur qəşəhcənə. Bir dənə xəmirdən xala qayırır, üz qoyur, göz qoyur, şamaxı salır başına, paltar geyindirir. Gedir deyir, ay xəmir xala (öz-özünə deyir ey), bı ev-eşih yaman pisdi, isdirəm axı yığışdırım. Öz-özünə deyir, hə, yığışdırsan elə yaxşı olar, elə yaxşı olar. Başdıyır yığışdırmağa. Başın-zadın salır, yığış-dırır, süpürür. Gedir, deyir, ay xəmir xala, isdirəm bir əz yeməh eliyim. Deyir, hə, yaman yaxşı olar, elə. Öz-özünə bının hamısın deyir. Sora deyir, ay xəmir xala, gedirəm bir dənə usda gətirim bı hasarı hörsün, qapını çəhsin, gül-çiçəh salım. “Xəmir xala, xəmir xala” dəə-dəə düzür-qoşur hamısın. Axırda yoldaşı gəlir. Baxır ki, axı bu bizim ev dəyil. Görən nə oldu, nə olmadı belə. Gəlir ki, öz evidi də. Deyir, ay qız, nə gözəl şərait düzəltmisən? Deyir, bəs ağlımnan. Xalamı gətdim qoydum bura, xalamnan işdədim. Deyir, hanı, gedim görüm də xalaa. Gedir belə əl vuranda xəmir aşır. Deyir, vay, mənim xalamı niyə öldürdün? O maa nə qədər köməh eləmişdi. Deyir, o insan dəəl axı, xəmirdəndi. Deyir, nolsun, xəmirdən də olsa, o maa nə qədər qüvvət verdi, köməh elədi. Oğlan tay heş yerə getmir, orda da heylə yaşıyıllar.

41. VARLI VƏ KASIB QONŞU

İki qonşu olur. Biri varrı olur, biri bir əz kasıb olur. Çox belə əkən, tökən, eliyənmiş. Varrı dəəndə, belə özünə görə də. Həyatı, torpağı çoxumuş. Günnərin bir günü bu varrı əkir, tökür, götürür, bı kasıbın torpağı həmən ili yaxşı gəlmir, elə bil yaxşı olmur də. Öküzü də ölür. Deyir, ay Allah, mən neyniyim, neynəmiyim. Fikir-rəşir, arvadına deyir. Arvadı deyir ki, Allah kərimdi də, nayrahat olmaginən. Get o qonşuya de, bəlkə o qonşu saa bir kömbə satdı. Gedir qonşuya deyir ki, ay qonşu, gəl o torpağın yarısın ver mənə, mən əkim becərim, həm sənə də xeyri olsun, həm mənə də xeyri

230

Page 231: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

olsun. Bu qonşu da insaflıymış. Deef, noolar, bı torpağı elə verrəm saa, ək, becərginən.

Başdıyır əkir o başa, bu başa. Vax gəlir həmin ili elə yaxşı gəlir ki, tay müsibət e. Biçir, götürür. Sora o biri ili bir də başdıyır əkməyə. Əkəndə kotanı bir o başa, bir bu başa sürəndə görür nəysə bir şeyə dəydi. Dəyəndə baxır görür ki, bir dənə küpədi. Bını götü-rür, sevincəh gətirir evinə. Gətirir evinə, açır görür ki, teyxa qızıldı. Arvadı deyir ki, bax, nə yaxşı oldu, bırdan bizə nə qədər xeyir gəldi. Ged o kişiyə də xeyir-dua ver ki, elə səən torpağınnan tap-mışam. Deyir, yox, bunu mən heş bir dənəsin də götürmərəm. Bını elə aparım verim kişiyə. Bı tay götürür aparır. Kişiyə deyir ki, ay qardaş, əkdim, tökdüm, bir xeyir gördüm. İndi bu səfər də əkəndə qızıl küpəsi çıxdı. İndi mən bunu neynim? Verrəm sənə. Heş nəyə də əl vurmamışam. Deyir, yox, heylə şey olar? Heylə şey ola bil-məz. Mən bu vaxda qədər oranı əkmişəm, tökmüşəm. Bı niyə qarşı-ma çıxmadı? Bı sənin qismətindi. Bunu elə bil sən götürməlisən. Açır küpəni, teyxa qızıldı. Yarısın götürür verir kişiyə ki, səən qismətindi. Yarısın da ki, paylıyır camaata. O varrı adam – qonşusu paylıyır camaata. Hamı o qədər sevinir, dua-sana eliyir ki, nə yaxşı bı kişi belə qızıl payladı.

İl gəlir, yenə yaz gəlir. Bı gənə əkir, tökür. Ay Allah, bir buğda olur, elə bil ki iki buğda. Elə lay tökülür ki, taxılı yığıf-yığış-dırmax qeyri-mümkün olur. Bu varrı gedir baxır ambarına, görür ki, tay hamısı yığılıf, teyxa buğdalar oluf noxud boyda. Deyir, bı nə əfsanədi, bı nə nağıldı mənim başıma gəlir. Buğdadan da bir əz götürür gedir mollanın yanına. Genə molla bilər də belə şeyləri. Deyir, mənim ilim ildən yaxşı gəldi, taxılım da boldu. İndi gedirəm ambarıma baxıram ki, buğdalar oluf noxud boyda. Molla deyir, bilirsən nə var? Sən o qədər mərdanasan, hamıya əl tutursan, Allah-taala da göydən görür də, sənin məhsulunu birə-beş artırıf ki, qoy getsin yesin, dolansın.

42. ŞAHIN QİYMƏTİ

231

Page 232: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Günnərin bir günü şah vəzirin çaarır yanına. Deyir ki, mənim canıma qiymət qoy. Vəzir də deyir ki, ay şah, mən nətəər sənin canına qiymət qoyum, sən şahsan. Dedi ki, yox, bilmirəm. Qırx gün möhlət verirəm. Bu qırx günün ərzində bu hax-hesabı tapginan, qəti mənə de. Bı da deyir ki, nə deyirəm. Deyir, əgər tapmasan, boynu vurdurajam. Bı da durur gəlir evə, ayləsinin yanına. Deyillər ki, bəs sən niyə qayıtdın? Deyir, bəs başıma belə iş gəlifdi. Şah belə deefdi. Deyillər, onda gəl düz yola. Bı ağsakqallar var, çox bilənnər var, bılların yanına getginən, bir şey öyrənərsən də. Allah darda qoymaz. Deyir, yaxşı.

Bı durur düşür yolun dabaana. Bir kənd, iki kənd. Gedif görür ki, bir dənə qız uşağı oynuyur həyətdə. Bı yannan keçif gedəndə qız deyir, ba, bı kişiyə bax ee, yannan keşdi, maa salam vermədi. Bı da deyir ki, ay bala, mən sana nə salam verim, sən uşaxsan, mən də yolumnan gedirəm. Deyir, kim var evdə? Deyir, atamdı, anamdı, özüməm. Deyir, atan nə iş görür? Deyir, atam qalmaqal kəsir, anam da gedif borc verməyə, Deyir, olar ki, gedəh sizin atazın yanına. Deyir, niyə olmur? Girillər evə. Deyir ki, qızın belə dedi də, bu nə deməhdi. Deyir, qalmaqal odu ki, qonşuynan aramızda çəpər qooram ki, toyux girməsin, mal-heyvan girməsin, söz sööbətimiz olmasın dana. Arvad da, üzdən irax, qonşuda rəhmətə gedən var, gedifdi borcun verməyə də. Yanı sabah məəm başıma bir iş gəlsə, o da gəlsin məəm üsdümə. Bı deyir, bəs hara gedirsən, kimsən, nəçisən? Deyir, bəs başıma bir oyun gəlif, hadisə gəlif. Deyir, gəlmisən, heş yerə getməh lazım dəəl. Nə soruşsan bu qızdan soruş. Deyir, yaxşı. Deyir, qoy qırx gün tamam olsun. Gəl məəm qızımı götü apar, nə lazımdı orda dəjəh.

Qırx gün tamam olur, qızı da salır yanına, götürür aparır həmən şahın yanına. Deyir, bəs nə xəbər gətdin, neynədin? Deyir, şah sağ olsun, bir qız uşağı var. Nə lazım olsa, o, sənə deyəjəh. Deyir, yaxşı, qoy gəlsin, eybi yox. Gəlir şahın hüzuruna. Deyir, qızım, gəl otu görüm, mənim canıma qiymət qoy. O da deyir ki, şah sağ olsun, nə qiymət qoyajam? İki şey var: ya ola, ya olmuya. Bı da

232

Page 233: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

deyir, bı nə deməhdi? Deyir, şah sağ olsun, bütün bı var-dövlət sənin əlindədi. Savax öldün, belə 10 metr ağ aparassan. O da ya qismət ola, ya olmuya.

43. CAVAN QALMAĞIN SİRRİ

Ağsakqal bir kişiymiş, yolun qıraanda oturmuşmuş. Bir nəfər də yoldan keçirmiş. Keçəndə deyir ki, ay baba, niyə ağlıyırsan? Deef ki, heş nə, atam məni vurufdu, mən də ağladım. İndi ona görə tay elə bil qalmışam burda. Onu götürür aparır atasının yaana. Gedif görür ki, oğul atadan qocadı da. Deyir ki, sən onu niyə vurmusan? Deef, niyə də vurmuyum, tezdən demişəm get atamı gör, gedif görmüyüf, mən də onu döymüşəm. Onun borcudu ki, atamı görə. Oğlan burdan da çıxır, gedir görür ki, bunun atası onnan da cavandı, oturuf. Deef, niyə belə eliyirsiz ey, bu yazıx adamı döyəllər? Bu yaşdı deyif, döyməyə ixdiyarımız var. Oğul məəmdi, döyməliyəm də. Atamı gedif görmüyüf. Gedillər, görüllər ki, o biri otaxda bir qəşəh kişi oturuf, cavan, belə nurru da. Bıllar hara, o hara. Ən bööhləri oyuymuş. Oğlan deyir ki, yolnan gedirdim, görürəm o orda ağlıyır, bı burda. Deyir ki, düz eliyir da, oğlumdu, o onun atasıdı, o onun atasıdı, gəlir çıxır mənə. Mən də olların ilaf böyüyüyəm. Deef, bəs bulları dööf da. Deyir, düz eliyif. Sifdə yuxudan duranda gəlif böyügü görməlisən, əlinnən öpməlisən. Onnan sora gedif başqa işi görməlisən. Bu belə dəəndə, deyir, bəs maraxlıdı, bıllar sənnən nə qədər balacadı, amma yaşdı görünürlər, sənsə cavansan. Deyir, məni saxlıyan məəm ayləmdi. Məəm ayləm o qədər mehribandı, məni əlində saxlıyır. Gəlirəm gülə-gülə məni qarşılayır, gülə-gülə yola salır, yaxşı vaxtında yeməəmi verir, içməəmi verir. Nə deyirəm, onu eliyir. Ona görə də mən cavan qalmışam. Onnarın aylələri pisdi, yeməh vermir, içməh vermir. Ona görə də elə bil ki, cavankən heylə qojalıflar.

44. AT, ARVAD VƏ QONŞU

233

Page 234: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

At, arvat, qonşu – bulları gərəh sınaxdan keçirəsən. Atı elə bil heş kəsə vermiyəsən. Arvadı da anasının evinə, başqa yerə qoymu-yasan. Bir də gərəh qonşunun da bərhliyini, boşduğunu sınıyasan. Borc verif, borc almax nətərdi. Elə bil ata oğluna deyir ki, oğul, mən ölüf gedəcəm, sən bınnarı sınaxdan keçirginən. Atası rəhmətə gedir. Gedənnən sora qırxın verir, ilin verir. Deyir, gedim qonşudan borc pul alım, görüm bında dözüm var, ya yox. Gedir qonşuya deyir, ay qonşu, maa pıl ver, bir həfdiyə, on günə qaytarajam. Vacif işim var. Gətirir verir, heş belə iki gün keçməmiş gəlir qapını kəsir. Deyir, qonşu, maa pul lazımdı, varındısa qaytar. Qoyuf evə ey. Aparır verir, deyir, sağ ol. Bı qonşunu sınaxdan keçirdi. Dedi, həə, atam düz deyirmiş.

Atı da boğazımış, qarnında balası varmış, böönə-səərə doğ-malıymış. Dayısı gəlir bına deyir ki, ay bala, atı ver maa, bırda bir əz yüküm var, aparım, elə onu satım, sora qaytarım gətirim. Deyir, ay dayı, mən nətəəri verim? At ağırayaxlıdı, pisdi də, neyniyim? Nəysə verir, deyir, çox yühləməginən. Bu bunu güdür. Gedir, gedir, görür dayısı o qədər yük yüklüyür kü buna, at balasın salır. Hə, balasın salır, kişi də çıxır gedir. Atın qulunun götürür, gətirir qoyur evə.

Bu oğlanın qaynın toyu olur. Arvadı varmış, uşağı varmış. Ayləsinə deyir ki, yola salım get anangilə. Toyu-zadı savarsan, sora gəlif səni gətirərəm. Bı gedir. Elə bil sınıyır arvadın. Deyir, gedərsən, qalarsan, köməh verərsən anaa, həyət-bacada nə lazımdı eliyərsən. Mən də gəlif gətirərəm. Deyir, noolar. Ayləsi gedir. Oğlan indi başka paltarda gedir. Gedir, qapıdan keçəndə tanıyır. Deyir, ay xala, ay xala! Deyir, can. Deyir, noolar bu gecə gəlim sizdə qalım. Toy evidi özü də, Allah mübarək eləsin. Deyir, gəl. Deyir, elə bil ki, mən neçə müddətdi ayləsizəm, qadının yaana məni qoy. Ala bir belə də pul verrəm saa. Qızıldan-puldan verrəm də, məni göndər bir qadının yaana (elə öz arvadının yaana də). Arvad deyir ki, get o otağa. Qızı da burda uşağıynan yatmışmış. Gedir oğlan girir onun yanına. Tay bu qız bilmir ki, bı bının əridi. Gəlinə deyir ki, mən gəlmişəm sənnən olam. Bunun yanaa girəndə qız ona yaxın

234

Page 235: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

durmur. Özün yeer, tökür, öldürür: “Ay haray, bu kimdi, hardan gəldi? Bı saat haray eliyəjəm, qışqıracam”. Deyir ki, heş qışqırma, sorma da. Qız ona yaxın durmur. Oğlan uşağı xəlvətcə götürür, aradan çıxır. Uşağı gətirir evə. Guya heş bunun xəbəri yoxdu. Səər durur qız görür ki, uşax yoxdu. – “Ay haray, uşax”. Bilir ki, gejə yanına gələn adam aparıf. Anası deyir ki, ay bala, dəərik ki, ölüfdü, ərin nə biləcəh. Sora bu gedir evə. Gəlir ki, ay arvat, dur gedəh də, tay vaxdıdı, gəldim səni aparım. Deyir, bəs uşax hanı? Deyir, bilmirəm, kim apardı, nədisə. Tay açıf dəə bilmir axı. Deyir, əşi, eybi yox, uşaxdı, olacax, böön-səər genə olar. Nə olacax? Heş nə olmaz.

Anasın da çaarır, qonşunu da çaarır, dayısın da çaarır, girir evə. Qaynənəsinə deyir ki (uşağı da, qulunu da qoyuf badvala), get ordan nəysə bir şey var də, onu götü gəlginən. Gedir baxır, görür ki, uşax ordadı. Qəynənəsi məətdəl qalır. Dayısına deyir ki, ged orda nəsə qoymuşam, bular getdi gəlmədi (utandıxlarınnan gəlmir də). Gedir görür atın balası ordadı. Deyir, nətəəri olur bu gəlif bura çıxıf? Dayısı da gəlmir. Soora gəlinə deyir ki, dayın da, anan da orda qaldılar, get gör niyə gəlmillər? Gedir, bu gəlin də qalır orda. Durur özü gedir. Deyir, ay arvat, o dərviş cildində gələn mənidim. Sən nə qədər nanəcib arvadıdın ki, pula satdın öz qızıı. Halal olsun bu qıza, mən nə qədər çalışdım, vuruşdum, maa bad vermədi. Bu dayıma dedim, atı az yüklə, çox yüklədi, getdi yolda balasın saldı. Arvadı da, dayısın da çıxardır, atın arxasına qəşəhcənə bağlıyır. Deyir, bunu sürün ölüncən. Aparır, öldürür olları. Arvadın da üzün-nən öpür, deyir, halal olsun. Mən səni sınaxdan keçirdim. Gördüm ki, namusdu, qeyrəddi qadınsan. Qonşuya da deyir ki, sağ ol, mən səni sınamax üçün pul almışdım. Bunnan sora mən sənnən nə borc alaram, nə də borc verərəm.

45. UŞAQ DOĞAN MOLLA MƏMMƏD

Bir gün bir molla bir arvadı alıf gətirir. Gedif ət alıf gətirir. Deyir ki, ay arvad, mən gedirəm bazara, mən gəlincən kiftə bişi-rərsən. Bı da bişirir. Kişi gedif gəlir dana. Gəlif evə deyir ki, nə

235

Page 236: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bişirmisən? Deyir, kifdə demişdin, bişirmişəm. Deyir, mən kifdə yemiyəcəydim, katlet yeyəcəydim. Deyir, əşi, bını demişdin, bişir-mişəm. Beş gün, on gün belə, bu bezir. Arvad bezir, çıxır gedir. Sora bir ayrısın gətirir. Buna da deyir ki, böyünnəri maa souz bişi-rərsən ətdən, gəlif yəəcəm. Gedir gəlir, deyir, mən bunu yemiyə-cəydim. Bunu nəə bişirmisən? Dəli şeymiş. Döyür, döyür, bir müd-dət qalır, bı da çıxır gedir. Qonşuda bir dənə arvad varmış, bir əz bicimiş. Deyir ki, molluya deyin qonşuda bir dənə arvad var gəlsin alsın. Mən indi gör onun başına bir oyun açım ki, kefi gəlsin. Hə, qəşəhcənə deyillər, qonşuda filan arvad subaydı də, ged onu al. Deyir, hə, nolar, mənim dedihlərimnən razı olarsa gəlsin. Deyir, niyə razı olmuram, belə kefinən, nə dəərsən, onu da bişirərəm. Gəlir. Evi zadı yığışdırır, yuyur, yığır, tökür. Deyir ki, mən gedirəm bazara, ət alıf gətirim. Deyir, hə, getginən, mən işimi görrəm. Bu qəşəhcənə gedir bazardan beş-altı kilo ət alır, tökür qabaana. Deyir ki, maa böyün plov bişir, ətti-zaddı də. Hə, bu da gətirir bişirir. Molla gəlir hirsdənir ki, mən aş yemiyəcəydim. Maa kifdə eliyəy-din, ya katlet eliyəydin. Deyir, a kişi, səən neçə qarnın var? Day bir qarnın var. Bir yeməhdi də, onu da eləmişəm. Bu nə deməhdi? Deyir, yox, hirsdənir, döör, söör bunu. Deyir, eybi yox.

Qonşuda arvad hamiləymiş. Bu arvada deyir ki, sənin sancın tutanda, ağrın tutanda mən o uşağı bir-iki saatdığa tutaram. Bu kişinin başına bir oyun açacam ki, kefi gəlsin. Bu deyir ki, hə, yaxşı. Bu gedir, gətirir. Arvat katlet eliyir bir az, bir əz kifdə eliyir, bir əz aş eliyir, bir əz souz eliyir. Üzdən irax, bir əz də itin nəcisin-nən gətirir qoyur usdolun altına. Kişi gəlir. Deyir ki, nə bişimisən? Deyir ki, kifdə eləmişəm. – “Gəti görüm”. Gətirir. – “Əşi mən bunu yemirdim. Bunu nəə bişimisən? Maa katlet eliyərdin”. Deyir, katlet də var. Katlet də gətirir. Gözü çıxır kəlləsinə mollanın. Deyir, mən bunu yemiyəcəydim, souz. Deyir, souz da bişirmişəm. Onu da yemiyəcəm. Kişi özünü itirir. Deyir, mən pox yeyəcəm. Deyəndə arvad usdolun altınnan çıxardır it nəcisini, qoyur bunun qabanaa. Kişi məətdəl qalır. Bir ujdan da kişinin qarnın belə-belə tumarrıyır, deyir, elə bil kişi, sənin uşaan var. Deyir, yeri, səfeh olmaginən, sən

236

Page 237: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

nə danışırsan? Deyir, vallah, elə bil görrəm. Kişi də bir əz kökümüş. Deyir, uşaan var. Kişini gipnoz eliyir. Qonşu doğur, bı gedir gecəynən uşağı götürür gətirir qoor kişinin yaana. Deyir ki, boy əvin yıxılsın kişi, səən uşağın oldu. Deyir, heylə şey olmaz. Deyir, olsa da, olmasa da belədi. Mən deyirdim, sən inanmırdın.

Bını kətdən çıxartmax isdiyir də. Tezdən kəndə hay düşür ki, Molla Məmməd uşax gətirif. Bu nə hax-hesabdı? Mollanın arvadı deyir, hal-vəzyət belədi. Kişi gecəynən durur qaçır, gəlir Bakıya. İllər keçir, deyir ki, əşi, day söz-söhbət qurtardı də. Deyir ki, mən gəlləm kəndimə da arabıynan. Araba tutur, bəziyir, düzüyür. Arvad kənd camaatına deyir ki, gələndə gedin onun qabaana, başdıyın o sözü deyin “hə, Molla Məmməd doğan ili belə oldu, Molla Məmməd doğan ili belə oldu”. Elə ordan deyir, bala, arabanı qaytar, sööbət qutarmıyıf. Elə ordan da qayıdıf gedir.

46. BƏHLULUN QƏRİBƏ HƏRƏKƏTLƏRİ

Şah çıxır səyahətə. Fikirrəşir ki, mən bu xəzinədarrığın açarın kimə verim, dağıtmasın, neynəməsən. Fikirrəşir ki, Bəhlul Danən-dənin dünya malında onsuz da gözü yoxdu, verim ona. Xəzinə-darrığın, padşahlığın açarın hamısın verir ona, iki-üş dənə də çuğul qoşur ki, gör bir neyniyir, nətəər eliyir.

Bəhlul gedir, yeyir-içir, öz kefində, dünya vejinə dəyil. Bir gün gəlif Bəhlul Danəndəyə deyillər ki, bir dilənçi var qapıda. De-yir, aparın ona iki qab qızıl verin. Gətirif ona iki qab qızıl verillər. Bir günnəri də Bəhlul Danəndə aralığnan gələndə görür ki, yolda ölü aparıllar. Deyir ki, ölünü gətirin bura. Deyillər, bəs nətəər? Deyir ki, sizə derəm gətirin bura. Deyir, açın onun qulağın, çıxardın qulağının pambığın. Heləjə aşdırır, çıxartdırır. Qulaana açarrarı cınqıldadır, nəysə deyir. Sora deyir ki, götürün gedin.

Padşah səfərdən qayıdır. Deyillər ki, Bəhlul Danəndə bı müddətdə heş nə eləmədi. Yedi, işdi, öz kefində, heş nə eləmədi. İki dənə iş elədi. Bir dilənçiyə iki qab qızıl verdi, bir də ölünü yoldan qaytardı. Padşah çağırtdırır. Deyir, Bəhlul, bəs neynədin?

237

Page 238: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyir, heş zad, sağlığına yedim, işdim. Deyir, adam dilənçiyə iki qab qızıl verər? İki qab qızılı dilənçiyə nəə vermisən? Deyir, dilənçi dəəldi ey, mənim arvadımıdı. Bir qab borcumu qaytardım ki, indiyəcən məni saxlıyıfdı. Bir qab da borc verdim ki, sən gələndə mən gedəjəm, genə məni saxlasın. Deyir, yaxşı, bını başa düşdüh. Bəs, ölüynən sənin nə işin var? Deyir, nə var, nə ola? Dedim o dünyadakılara xəbər apar ki, gör bu dünayadakılar nə günə qalıflar ki, xəzinədarrığın açarın verif bir divanənin əlinə, cınqıldadır. Padşah gülür.

47. SÖZGƏZDİRƏN ARVAD

Bir kişinin arvadı xəbərçiymiş. Evdə nə söz olarmış, arvad qonşuya gedirmiş, qonşuya deyirmiş, suya gedirmiş, suda deyirmiş. Bı deyir ki, yox, mən bını sınıyajam. Gedif evdə bir söz dəəcəm. Görəh arvadım gedif dəəcəh, demiyəcəh. Həmin günü də padşahın bir adamın öldürüflər, nə qədər axdarıllar, tapmırlar. Kişi gəlir evə. Gəlif deyir ki, mən söz saxlıya bilmirəm. Başıma belə bir iş gəlif. Onu mən öldürmüşəm, aparıf təpədə basdırmışam. Ağzınnan çıx-masın ha. Çıxsa, məni tutuf aparacaxlar. Deyir, yox, yox, heç kimə demiyəcəm. Deyir, bir sən bilirsən, bir də mən. Deyir, hə, ilaf yaxşı.

Bı gedir çeşmədən su gətirməyə. O vaxdı çeşmədən gətirir-mişdər. Çeşmədən gətirməyə gedəndə baxır ora, baxır bura “uf” eli-yir. Deyillər, ay bacı, niyə heylə eliyirsən, nooluf? – “Əşi, yox ey, nə bilim”. Üzün tutur qəbrə. Kişi də bir kötüyü aparıf qoyuf ora, üsdün də basdırıf. Arvad genə ora baxır, bura baxır. Deyir, ay bacı, saa nooluf e belə? Deyir, bir şey deyim, bir sən bil, bir də mən. Deyir, yox, yox, arxeyin ol, heş kimə demərəm. Deyir, o ölən var ha, onu məəm ərim öldürüf, basdırıf. Day biri bildi, hamı bildi. Gəlif kişini tutuf aparıllar. Deyillər, sən adam öldürmüsən. Deyir, a kişi-nin qızı, mən öldürməmişəm ey. Orda kötüh basdırmışam. Bı arva-dın ağzı boşdu, nə deyirəm sözüm ellərdədi, yayılır. Onu sınamax-dan ötrü yalandan demişəm. Gedillər qəbri açıllar, görüllər kötühdü.

48. HƏDİYNƏN MƏDİ

238

Page 239: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir avam qadınnan kişi olur. Bıllar evlənillər. Bir əz başdan para kimi olullar. Bılların bir dənə qızı olur. Qəşəh olur, yekəlir. Bir gün şahın oğlu bı qızı görür, bəyənir. Gəlir deyir, ay qız, sən kimsən? Deyir, bir atam var, bir anam, kasıf ayləyih. Mən də bılların uşağıyam də, elə bil qızıyam. Deyir, mən səni isdirəm də, kim olursan ol. Yanı qəlbimə yatmısan. Bını alır aparır. Atasına, anasına deyir, bını götürür gedir. Kişinin adı Hədiymiş, arvadın adı Mədi. Götürüf aparır.

Bir il keçir. Hədi deyir ki, ay Mədi, dur gedəh bir qızı görəh dana.Yaxşı deyil. Deyəllər heş bı qızın atası-anası gəlif yoxlamır. Gedillər, görüllər qız evində qəşəh, padşah arvadı, varrı-hallı. Baxdı gətirif də belə düşüf. Hə, bıllar gəlir. Qız fikirrəşir ki, biyavır olajam da bılların yanında. Yenə qavıl eliyir də, ata-anasıdı. Qavıl eliyir, bıllara yeməh-işməh verir. Deyir, ana, ata, siz bırda oturun, mən bırda işimnən məşğul olum. Gedif işiynən məşğul olur. Arvat birdən deyir ki, ay Hədi, qazdar elə bil bitdənif, bədənnəri yanır. Qızımın da vaxdı yoxdu də. Bılları gedəh çimizdirəh. Gedillər, su qoyullar, qazdarı götürüllər basıllar qaynar suya. Ağıl kəsmir də. Bıllar qazdarın hamısın öldürür. Qız elənçi görür qazdarı. Vay, qazdarın hamısı ölüf. Deyir, ay nənə, niyə heylə elədiz? Deyir ki, vallah, hamısı yatıf ey, elə dincəlillər. Qız fikirrəşir ki, dalı pis olajax, yaxşısı bıdı bılları yola salım gessin. Gətirir atasına bir əyaqqabı qoyur, anasına bir şamaxı qoyur, düyü qoyur, yağ qoyur. Deyir, day çıxın gedin. Deyir, noolar, bala.

İndi bıllar yol gəlillər, yayın isdisiymiş. Gəlillər, görüllər zəmidi, bığda zəmisi. Əyilir o tərəfə, əyilir bı tərəfə. Deyir, boy, bıra bax ey Hədi, yazıxlar üşüyür. Gə bı şamaxını başdarına bağlıyax. Sümbülü belə yığıf şamaxını bağlıyıllar başına. Bir əz gəlillər, görüllər bir qarqa əəğinin birin götürür, “qa, qa” eliyir, qoyur yerə. Əyakqabını da qoyullar ki, ay qarğa, gəlif geyərsən. Sora bir əz gəlillər, görür ki, yer belə yarılıf, paralanıfdı, isdidi də torpax. Deyir, oy Hədi, Hədi, bına bax e, bının dodağı paralanıf, quruyufdu, yağı sürtəh bınnar birrəşsin. Bı yağı da töküllər, gəllər. Bir əz gəllər, görüllər,

239

Page 240: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yerdən bir çeşmə çıxır, elə bil qaynıyır. Deyir ki, düyünü də tökəh, bırda bişsin. Düyünü də töküllər ora. Gedillər, çıxıllar evə. Gedillər görüllər ki, evi oğurruyuflar. Elə bir müddət qalıllar. Heş bıllardan adam olmuyayajax, ölüllər, gediflər.

49. AXMAQ ARVAD

Bir ər-arvad olur. Kişi bayram ayın-oyununa gedir. Deyir, arvad, evdə otur, qabaxdan bayram gəlir, düyüdən, şabalıtdan alım, sora pulumuz azalar, tapbarıx. Deyir, ay kişi, nolar. Çıxır bazara. Gedir alma alır, armud, şabalıd, kişmiş alır, ağzın bağlıyır qoyur. Deyir, arvad, bunu tərpətmə, bu bayramınkıdı. Arvad da elə bilir ki, yağın Bayram addı bir adam gəlif aparajax.

Aradan bir müddət keçir, bayram da yaxınnaşır. Bu bir günnəri sənəyi götürür suya gedir. Arvad səydurummuş, kişi də harasa gedir. Sənəyi götürüb bulaxdan suyu dolduranda görür bir atdı gəldi. Deyir, ay bajı, ay bajı, dolçan varmı? Dedi, var, ay qardaş. Dedi, sən allah, ciyarım yanır, dolçanı doldur bulaxdan ver, içəjəm. Aldı suyu içdi. İçəndə dedi, ay qardaş, nə yaman tərrəmisən, belə hardan gəlirsən? Dedi, cəhənnəmdən, gordan gəlirəm. Dedi, booy, ay qardaş, sən allah, mənim qardaşım da ordadımı? Kişi görür ki, arvad səytərəkdi. Deyir, hə, cəhənnəmdə idi, cənnətə buraxmırdılar. Sən allah, – dedi, – nə qədər ona pul lazımdı? Bir belə pul olsa, bəs edər? Gəldi evdən kişinin cibinnən nə qədər pul vardı götdü, dedi, sən allah, kişinin qastyumun da gətirmişəm, bunu da apar ver, geyinsin. Dedi, bəri ver. Dedi, ə kişi, adın nədi? Dedi, adım Bay-ramdı. Dedi, bıy, Allah sənə kömək olsun, nə yaxşı gəlib çıxmısan. Kişi sənin adına ayın-oyun alıbdı, yığıb torbaya, bir həftədi orda qalır. Dedi, tez get gətir. Gördü, sən öl, arvad lap qurreydi ey, ağıldan kəmdi. Atın yanına bir şallax vurdu, getdi.

Əri gələndə arvad dedi, a kişi, bajısı ölmüşün yanınnan bir adam gəlmişdi. – “Aaz, kim gəlmişdi?” Dedi, filankəs gəlmişdi. Ay kişi, sən allah, söylənmə. Əyninin qastyumun da apardım verdim, bir əz də pul lazım idi, apardım verdim. Sora soruşdum, ay kişi,

240

Page 241: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

adın nədi? Dedi, Bayram. Dedim, ə, sən öl, bu həmən Bayramdı. Aldığın bayram ayın-oyununu da ona verdim. – “Aaz, sən nə danışırsan? Dəlisən, nəsən? Hardan getdi?” Deyir, burdan getdi. Atı minir tez bunun dalınca gedir. Gethaget, gethaget. Kişi qanırıb görür bir kişi atdı elə gəlir. Görür sən öl, bu, arvadın əridi. Yaxınnaşanda deyir, a kişi, yavaş get, a kişi, yavaş get. Ay qardaş, başına dönüm. Tez gəl, bu qaya uçur. Qayaya dirsəyini ver, ayın-oyununu verim, yoxsa qaya uçur. Dedi, baş üsdə, qayanı saxlıyaram mən. Qayaya dirsək verəndə öz atını mindi, o biri atı da yedəyinə aldı çıxdı getdi. Kişi də daldan baxa-baxa qaldı. Qayıtdı gəldi evə. Arvad dedi, ay kişi, noldu? Dedi, qardaşının goru zırbazır olsun, bir at da borcu vardı, onu da verdim gəldim.

50. PADŞAH VƏ KASIB QONŞU

Bir padşah olur, ədalətdi padşah olur. Bunun da mənim kimi kasıb bir qonşusu varmış. Bir gün arvada deyir, arvad, gəlsənə saa bir məslahat eliyim. Deyir, buyur, ay kişi. Deyir, sən allah, darılma, mən nə desəm ona bax. Deyir, ay kişi, bir de görüm dana. Deyir, bizim varımız-dövlətimiz qapıda bir qazımız var. Get onu gətir kə-sim, onu qəşəng bişir, soğançada qovur. Neçə ildi padşahnan qon-şuyam, hələ onun evinin qivləsini bilmirəm. Əliboş gedəmmirəm, aparım ona. Arvad daralar. Deyir, a kişi, varın-dövlətin bir dənə qazdı, onu da aparıb padşaha yedirdəcəksən? Deyir, arvad, Allaha pənah, Allahı çağırıb gedirəm, qızırqalanma, get tut gətir.

Gedir qazı tutur gətirir, başın kəsir. Bütöy soğançada qıpqır-mızı qızardır, üsdünə bir ağı çəkir, qujağına alır. Allah, Məhəm-məd, ya Əli, düz gedir. Darvazanı döyür. Padşahın arvadı gəlir: – “Kimdi?” Deyir, qonaxdı. Deyir, qonağa da qurban olum, Allaha da, orda durma, gəl bəri. – “Xozeyn evdədirmi?” Deyir, evdədi, keç içəri. Keçir içəri. – “Salamməlöyküm”. Deyir, əlöyküməsalam. A qonşu, nə yaxşı gəlmisən? Qucağındakını da aparır evin bir küncü-nə qoyur, üsdü örtülü. Arvad çay gətirir. Çay içəndə deyir, qonşu, o qucağındakı nə idi gətdin ora qoydun? Məni agah elə görüm. Dedi,

241

Page 242: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

padşah sağ olsun, neçə ildi qonşuyux, kasıb olduğuma baxma, əli-boşa gələmmədim. Onu arvada bişirtdirmişəm, gətirmişəm sənə, qazdı. Deyir, soruğu belə göt görüm. Gördü ki, qıpqırmızı bişib. Dedi, payın çox olsun. Gətir bura görüm. Gətdi qoydu isdola. Bu-nun da iki qızı, iki oğlu var, bir də xanımı. Dedi, oturun hamınız. Otdular. Dedi, ay kişi, iki qızım, iki oğlum, bir də xanımım, bir də sən. Bu qazı böl qardaş malı kimi, hər küşdənin payını qoy öz qarşısına. Deyir, əşi, mən qonağ adamam, mən niyə bölüm. Özün böl, mənə də bir tikə bəsdi. Dedi, yox, canınçün. Bölməsən, qazı qaytarıb aparajaxsan. Dedi, onda qızdarın bir otsun, oğlannarın bir otsun, sən də xanımınnan. Dedi, baş üsdə. Dedi, padşah sağ olsun, padşah elin başcısıdımı? Dedi, hə. Başını üzdü apardı ayləsiynən padşahın qarşısına qoydu. Dedi, bu sizin payınız. Padşah da əlini üzünə qoyub buna zəndnən baxır. Dedi, qız bu gün burdadı, sabah uça-uça gedib ayrı ojağa düşəjək. Helədirmi? Dedi, hə. Qanatdarını da üzdü apardı qızdarın qarşısına qoydu. Dedi, oğul öyün dirəyidi, helədirmi? Dedi, hə. Buddarın da üzdü apardı oğlannarın qabağına qoydu. Dedi, canımın canı çıxsın, qazın cəmdəyi də mənim. Sa-lamat qal, mən getdim.

Çox insaflı padşah idi. Dedi, arvad bu ki uçotsuz-muçotsuz bu-nu belə böldü, səni Allaha and verirəm, dur o qazın cəmdəyinin ya-nına bir ovuş qızıl qoy. Qoy aparsın yesin. Amma, arvad, sən allah, əlini qısma. Arvad xəzinədən bir ovuş qızıl tökdü qazın cəmdəyinə. Dedi, xoş getdin.

Gejəydi. Az getmişdi, çox getmişdi, bunun qabağına bir nəfər adam gəldi. Salamməlöyüküm. Dedi, əlöyküməsalam. – “Ə qonşu, hardan gəlirsən?” Dedi, hal-qaziyə belə-belə. Dedi, nə danışırsan sən? Allah öyü tiksin, mənim qapımda beş dənə qaz var, gör nə qədər qazanaram mən. Bu da səfərə gedirdi, yoldan qayıtdı. Gəldi “tfu” dedi bıçağa, qazın beşini də yıxdı böyrü üsdə. Arvad qışqırdı ki, a kişi, Allah öyünü tiksin, nə iş görürsən? Dedi, arvad, səs eləmə, bunda yaxşı gəlir var.

Uzun sözün gödəyi, qazın beşin də buna bişitdirdi, yığdı bir badnosa, hıkqana-hıkqana apardı padşahın qarşısına. İçəri girdi.

242

Page 243: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Dedi, salamməlöyküm. Dedi, əlöyküməsalam, əyləş. Padşah dedi, Allah öyünüzü tiksin, dünənnən bəri ayağınız açılıb, nə yaxşı qonşu-sunuz siz. Bu da apardı padnosu evin bir küncünə qoydu. Dedi, ay qardaş, ora qoyduğun nəydi, bir gətir görək. Soruğu aşdı gördü ki, beş dənə qaz cəmdəyi. Dedi, çox gözəl, Allah payını çox eləsin. Dedi, indi onu böl. Dedi, vallah, bajaran döyüləm. Dedi, ə, orda nə var ki? Dünən bir kişi gəlmişdi, elə qəşəh böldü ki. Orda nə var? Onu bölginən. Dedi, vallah, mən böləmmərəm. Dedi, arvad, get dünənki yetim kişini çağır, bura gəlsin. Arvad gəlif çağırır: “Ay Xeyratalı, ay Xeyratalı”. Kişi hay verdi. Arvadı dedi, ə kişi, ə kişi, bəyin arvadı yağın qızılı almağa gəlib. Dedi, qorxma, arvad. Gəldi dedi, sən allah, xozeyn məni neynir? Dedi, qonax var, dedi gəlsin çörək yeyək. Dedi, nə yaxşı. Bunun yanına düşdü gəldi. Qapıdan girdi içəri, gördü ki, ə, bunun qonşusu da burdadı, amma beş dənə qaz cəmdəyi var. Dedi, a kasıb kişi, bu besavatdı, uçot çəkə bilmir, qazı böləmmədi, bunu böl. Dedi, burda nə var, sən bunu bölə bilmirsən? Qaş belə. Qolunnan tutdu nətər çəkdisə, getdi qapının ağzında şeş durdu. Dedi, dünənki kimi iki bir, iki bir oturun. Oğlannarı bir otdu, qızdarı bir otdu, özü də xanımınnan otdu. Dedi, a padşah. Bir qaz, bir özün, bir də xanımın, üç eylədimi? Dedi, bəli, üç eylədi. Dedi, bir qaz, iki oğlun, oldumu üç? Dedi, oldu üç. Dedi, iki qızın, bir qaz, oldumu üç? Dedi, yerdə iki qaz qaldı. İki qaz bir də mən, olduğmu üç? Dedi, arvad, bu oxumamış alimdi, get bu qazın cəmdəyinin yanına iki ovuş qızıl tök. Arvadın qolu bir az boşaldı. Dedi, sənə nə deyirəm ona bax. Gətdi iki xışma qızılı qoydu. İndi o qaz gətirən deyir, ə, səni Allaha and verirəm, məni arvad xışdıyıb öldürəjək, qaz əldən getdi, heç olmasa qızıldan bircə qırıx ver. Dedi, ölsən də vermərəm.

51. SƏNDƏN KİŞİ ÇIXMAZ

Bir kişinin bir oğlu vardı. Gəlir görür ki, atası bir kötüyün üsdündə oturub. – “A kişi, məni tanıyırsanmı?” Deyir, tanıyıram, bala, tanıyıram. – “Mən kiməm?” Deyir, mənim oğlumsan, kim olajax? Deyir, mənnən kişi çıxarmı? Deyir, ay oğul, sənnən kişi çıxan döylü.

243

Page 244: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Buy, ay kişi, yer üzünün padşahıyam ey, camaat məni barmağnan gösdərir. Dedi, oğul, onnan döyül. Bu qəzəbləndi, atasınnan ayrıldı. Getdi evləndi, ildə də bir pilləkən bunun nərdivanı yuxarıya qalxırdı. Aradan bir beş il keçənnən sora qayıtdı gəldi atasının yanına. Gördü gənə oturub qapıda. Əşi, məni tanıyırsanmı? Daa ata demir, əşi deyir. Tanıyıram, a bala, tanıyıram. Mən kiməm? Dedi, oğul, kişinin sözü bir olar, mənim oğlumsan. Mənnən kişi çıxarmı? Dedi, oğul, sənnən kişi çıxan döylü. Dedi, Allah öyü tiksin, milləti mənə tapşırıblar ey, ağasıyam hamının. Məni barmağnan gösdərillər, hamı zağ-zağ əsir. Dedi, heylə döylü. Dedi, bu saat knopkanı basım beş nəfər burda hazır olsun. Beş nəfər adamı çağırdı bu. Dedi, gedin o kişini döyə-döyə gətirin bura, dizimin dibinə. Döyə-döyə gətdi. Dedi, görürsən, əmr elədim səni döyə-döyə gətdilər. Dedi, a beqeyrət oğlu, heylə döyül ey. Onda sənnən kişi çıxardı ki, deyərdin nadan olmuşam, başa düşmə-mişəm, o mənim atamdı. Gedin onu qucağınıza alın, laylay çala-çala gətirin. Onda deyərdim, sənnən kişi çıxar.

52. İKİ NÖKƏR

Bir şah olur, iki dənə fəhləni götürür özünə, deyir ki, vəzir, bunnarı uzax vilayətə göndərəh gessinnər bir işnən məşğul olsun-nar. O vaxtdar kotanıymış. Bunnar kotanın belinə minir, nəysə, kotanı sürüllər əənə-bəənə. Deyir, bıra gəlin, işizdən razı qaldım, yaxşı işdədiz. Bunnarı bir neçə kilometr uzax bir yola göndərir. İkisinin də əyağının altına daş bağlıyır. Deyir ki, gedin. Biri məəm kimi əhli-kef olur. Yolu bir əz gedənnən sora, şah gözdən itənnən sora əyağınnan daşı açır atır. Deyir, ey, nə vejimədi? Süleyman pey-ğəmbərə qalmıyan dünya heş mənə də qalmıyajax. Mən beləyəm, belə getməh isdiyirəm. O biri bədbax daşı bağlıyır əyağına neçə kilometr yolu get ki get, çatasan. Şah deyir, hə, nətəər gəldiz, yolda kim nə dedi? Deyir ki, şah sağ olsun, mən daşnan gəldim. Yavaşcadan da deyir ki, bu, yolun yarısında daşı açdı. Deyir, sən canı qədrin bilmədin. Mənim malımın, mülkümün, ayləmin qədrin necə bilərsən? Sən qal, altı daş, üsdü aş, otu o daşın üsdə. Sən gəl

244

Page 245: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gedəh. Sən ki, canı qədrin bilif daşı əyağın altında yox, əli içində aparmısan, sən mənim sürümün, varımın, variyatımın da qədrin biləssən. Vurur qoltuğuna gətirir o yazığı çıxardır ağ günə. Bir sandıx qızıl verir. Deyir, otu, muna yəə dur. Sən mənim ayləmin də, mülkümün də, varımın da qədrin biləssən. Ona görə ki, sən öz canı qədrin bilirsənsə, ay qardaş, məəm də varımın qədrin biləssən.

53. BƏXTSİZ ADAM

Süleyman kişi vardı. Bir məclisdə üzünü milis işçilərinə tutub dedi ki, ay camaat, qəzaynan qəsdə fərq qoyun. O danışırdı ki, bir gün bir kasıb getdi yahudidən yüz manat borc aldı. Yahudi deyir ki, axşam saat beşdə pulumu alajam, əgər pulumu gətirməsən, ətinnən bir misqal ət kəsdirəjəm. Yahudi çox bij millətdi. Bu adam pulu gətirir. Gəlir görür kü, yahudi yoxdu, tükanını bağlıyıf gedifdi. Dəl-lək dükanınnan, dərzi dükanınnan soruşur, deyillər indicə burdaydı. Bir də görür ki, gəlir. Saata baxır, deyif sən gejikibsən. Nağarax? Deyir, gedəjeyik qazının yanına. Mən sənnən şərt kəsmişəm.

Qazının yanına gedəndə yolda görür kü, bir dənə atdı ayannan bəri gəlir. Yahudiynən bu pul yiyəsi gedir. Görür at onu yıxır. At baş alıf bəri gələndə atın yiyəsi duruf deyir ki, ay qardaş, ay qardaş, sən allah, gör atın qabağını kəsə bilərsənmi? Pul alan adam yerdən bir daş götürüf atanda dəyif atın gözünü çıxarır. At başdıyır fırranmağa. Özü də atın canı başındadı hinduşka kimi. Deyir, qar-daş, mən sənə dedim ki, bunun vur gözünü çıxart? Deyir, ə qardaş, sən maa dedin, mən də atdım. Mən yazıx nağarım? Yahudi deyir ki, ə, bu mərdimazar adamdı. Gedək sən də şikayət elə. Atın yiyəsi də yedəyində atını çəkir. Gedəndə borclu olan fikirrəşir ki, atın yiyəsi qıvrax adamdı, amma bu yahudi ölüntü şeydi. Bu məni tanımır, eləmir, hardan məni tapajax. Gəl buların arasınnan çıx, tərpən. Bey-qafıldan aradan götürülür. Qaçanda bir də belə baxır ki, atın yiyəsi gəlir. Baxır ki, qavaxda meçit var. Çatıf bu meçidə girir. Girəndə görür ki, at yiyəsi də xaxlıyıf. Çıxır meçitin minbərinə. Ordan baxır görür ki, sən öl, atın yiyəsi çatıf. On səkgiz metrdi minbərnən yerin

245

Page 246: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

arası. Sən demə, molla da aşağıda dəsdəmaz alırmış. Bu eləmir tənbəllik, tarapbadan ordan özünü tulluyur, gedir düşür mollanın belinə. Mollanın da canı burda çıxır. Təzdənnən mollanın uşaxları gəlir.

Gəlirlər Bağdadi Xəlifənin yanın. Deyir ki, bu nədi? Bəhlul da ordadı. Təsadüfən gedif ora çıxıf. Deyir ki, qağa, qardaş dö-yülük? Nolar, ver bu işi mən aparım. – “Ə, – deyir, – görmürsən üş şikayətçidi, bir müqəssir. Sən bunu nətər həll eliyəssən?” Deyir, qardaş döyülük, ver, mən aparım. Əl çəkmir, alır. Yahudiyə deyir, nədi şərtin? Deyir, şərtim bir misqaldı. Deyir, düzgündü, şərt şərtdi. Pul verənə deyir, soyun şalvarını. Pıçağı verir. Deyir, al, bunun yanınnan bir misqal kəsəssən. Bir misqaldan artıx da kəssən, əysik də kəssən, sənin ətinnən bir misqal kəsiləjək. Yahudi baxıf görür ki, bu iş düzələn döyül. Deyir, qardaş, mən şikayətimi geri götürürəm. İzahatını alıf buraxır. At yiyəsinə deyir ki, sənin atınnan o kişinin arası nə qədər olardı? Dedi, bir on beş metr. Dedi, qaçarağına vuruf da sənin atını. Dedi, hə, qaçarağına vuruf. Deyir, indi mən atı bağlıyajam, o biri gözün də sən vur çıxart, atın pulunu ikiqat alıf verəjəm. Atı bağladır, on beş metr ölçü qoyur. Deyir, ala at. Deyir, yox, mən eliyə bilmərəm, bəlkə heç qulağına da dəymədi. Dedi, indi nə deyirsən? Dedi, şikayətçi deyiləm. Dedi onda izahatını yaz. Bunun da izahatını alır. Bu səfər mollanın uşaxları gəlir. Deyir, minbərnən yerin arası nə qədər olardı? Deyir, on səkgiz metr. Deyir, uzadajam bunu ora arxası qatda. Ordan elə tullanarsan ki, düz bunun qarnının üsdünə düşərsən, dədənin hayfını alarsan. Deyir, ayə, dədəm ölüf bizə zulum oluf. Birdən on səkgiz metrdən bişmiş kərpicin üsdünə düşdüm, qolum-qılçım qırılar. Qardaş, dədəm ölüf ölsün da. Deyir, onda izahatını yaz (Süleyman kişi həmin məslisdə bunu söylədi. Dedi o kişini qəza tutubdu). Üçünün də izahatını alıf, gəlir Bağdadi Xəlifənin yanına. Deyir, noldu? Deyir, buraxdım hamısını. – “Əşi, nə danışırsan, oların şikayəti vardı”. Deyir, ala bax da, hamısı izahat verdi ki, şikayətçi deyiləm.

54. DÖYÜLƏN AXMAQ

246

Page 247: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir gün bir qazan satan gəlir, qazan satır. Kişi deyir ki, ay arvat, qazan satıllar. Bişmiş bişirməyə qazanımız yoxdu, dur get bir qazan al. Arvad deyir ki, ay kişi, sən mənnən yaxşısan, get gör münasifdisə, birin al. Nəysə, gedir kişi. Deyir, qazan neçiyədi. Deyir, bu qədər qiymətə. Deyir ki, qoy aparım arvada görkəzim. Gətirir arvada görkəzir. Deyir, yaxşıdı, al, ay kişi, al. Gedir pulun verir, qazanı gətirir evə. Evə gətirəndə arvad bunnan soruşur ki, a kişi, soruşdunmu, qazana nə qədər duz salallar? Deyir, yox, soruşmadım. Deyir, ay Allah ağlı itisin, indi mən nə biləjəm munun içinə nə qədər duz lazım olajax. Get, tap onu, soruş. Nəysə, o kət, bu kət gəzir, soruşa-soruşa gedir qazan satanın yanına. Atımış, eş-şəyimiş, nəysə dayandırır. Deyir, nədi, ay qardaş? Deyir, ay başına bönüm, arvad məni öydə öldürür. Qazanı satdın, yaxşı elədin. Niyə demədin ki, muna duzu nə qədər salajıyıx. Kişi unu bir əyaxdan başa süzür, deyir, bu laf avara adamdı. Deyir, əyə, Allah sənin başına ağıl qoysun, mən nə bilim? Nə qədər bişmiş bişəjəhsə, o qərəl salassan dana. Yox ey, deyir, genə bir qərəl deynən. Deyir, nə bilim, bir belə, bir belə (söyləyici ovuclarını yumub yuxarı, aşağı qaldırır – top.). Nəysə, bu da mənim kimi səymiş dana. Deyir “bir belə, bir də bir belə” – eliyə-eliyə öyə qayıdır ki, yadınnan çıx-masın. Bir kişi yerə toxum səpirmiş – buğda. “Bir belə, bir də bir belə”, – eliyə-eliyə munun böyrünnən keçəndə toxum səpən deyir: “Səy köpəy oğlu, muna bax ey, Allah xeyir versin deməhdən, bə-rəkətdi olsun deməhdən, urzan bol olsun deməhdən, deyir bir belə, bir də bir belə. Heş gör bu muna uyğun sözdü? Tutur munu, nə ye-misən, turşulu aş. Deyir ki, ay qardaş, başına dönüm, bə nağayrım, nə deyim? Deyir ki, havax gördün ki, taxıl səpilir, buğda səpilir, ruzidi, deynən Allah bol eləsin, Allah daha da çox eləsin, urzalı olsun!

Nəysə, bu kişinin dediyin deyə-deyə gəlir. Görür ki, yas düşüfdü, ölü aparıllar basdırmağa. Kəsir bulların qabaan, deyir ki, Allah bunnan bol eləsin, Allah daha da çox eləsin. Nəysə, munu burda genə xışdıyıllar. Deyillər ki, ay dəli, ay gij, ay səy, gördün ki, yas gedir, deynən ki, Allah sizə bir də belə şey qismət eləməsin,

247

Page 248: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

axır qəminiz olsun. Belə şeylərdən uzağ olun. Deyir, yaxşı, başına dönüm, məni buraxın, tay heylə dəərəm.

Bu indi başdıyır bu sözü təkrar eləməyə. Təkrar eliyə-eliyə gedir. Nəysə, bu dəfə də gedir bir mağarın qabağınnan keçir. Bu toy mağarında da deyir ki, Allah sizə belə şey qismət eləməsin, axır qəminiz olsun. Burda da munun təpəsin, gözün əzillər. Deyir, ə, nə deyəllər? Deyir, oynuyallar, qol götürüf süzəllər. Belə dəəndə, deyir, yaxşı, başına dönüm. Bunu buraxıllar.

Bu gedir, gedir, görür ki, bir kişi öküzün belinə odun şələsi yığır. Bu öküz də xam bir öküz olur. Gedir, başdıyır öküzün qa-baanda qol götürüf süzməyə. Öküz bu belindəkin götürür, çırpır yerə. Hürkür dana. Kişi bir təər sürünür, bu odunun birin çəkir mu-nun buduna, başına: “Köpəyoğlu, dəlisən, dəli ol, ağıllısan, ağıllı ol, öküzün qabaanda oynamax nədi? Nəysə, buna bir əz öyüd-nəsihət verir. Deyir, bəs neyniyəllər, nağayrallar? Deyir, canına azar elə. Gördün ki, öküzdü, bir çəngə ot yol, ot gəti qoy ağzına.

Nəysə, gedir görür ki, bir qoja kişi yolun qıraanda oturuf, belə söykənif. Gedir otdan bir çəngə yolur, tutur kişinin qabaana. Bu kişinin başın da burda xaraf eliyir. Kişi də munun otun, suyun verir. Deyir, elə get burdan, gözüm səni görməsin. Nəhlət yalançıya, gedir görür ki, bir qoja kişi odun şələsi belində yola söykənif oturuf. Gedif otu yoluf tutur kişinin qabaana. Tutanda nəysə, bu kişi də burda nervlənir, tutuf bunu burda isdadır. Deyir, bəs nə deyəllər belə görəndə? Deyir, tutallar şələsinnən qaldırallar ağzı yuxarı – köməh eliyəllər. Bu kişi də muna belə öyüt verir.

Gedir görür bir dəsdə arvatdar, qızdar su doldurullar. Gedir bunnarın hamısın daldan itəliyir təpəsi üsdə suya. Bullar da durullar burda munun otun, suyun verillər. Deyillər, bir də harda arvad xeylağı görsən, papağını qoltuğuna vur, elə get güllə kimi. Nəysə, gedir, gedir, görür ki, bir bosdançı bosdanda işdiyir. Nəysə, bunu arvada oxşadır, papaan vurur qoltuğuna elə gedir. Tay burda dayandı yoxdu. Bosdana da oğru gəlmişimiş. Deyillər, elə sən öl, oğru budu. Tutullar munu burda da bir isdadıllar. Gedir munun ölüsü, leşi çıxır evə. Arvat deyir, a kişi, soruşdunmu, nətəər elədin, neynədin?

248

Page 249: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Hardasan bu qədər? Gej gəldin. Deyir, ay arvat, Allah öyü yıxsın, məni o qədər çırpıflar ki, o qazan satan dediyi təmiz yadımnan çıxıf. Nə bilim, dedi, bir belə, bir də bir belə. Axırı ki, gəldim çıxdım. Kaş heş belə getmiyərdim.

Bu nağıl da belə, qadan alım...

55. ÇOBANIN SƏY ARVADI

Çobanın səy arvadı olur. Naxıra gedir mal otarmağa. Arvada deyir ki, ay arvad, mən gedirəm mal otarmağa, sən də qapı-bacadan muğayat ol. Arvat da səy olur. Doşab satan gəlir. Deyir, ay doşab alan, ay bəhməz alan. Bu qaça-qaça gedir. Deyir, daş var məndə, o daşa verirsənmi? Daşı da çoban tapıf gətirif, qızıldı. Bu daşı verir. Doşab satan görür ki, qızıldı. Elə küpəli-müpəli doşabı buna verir, qaçır. Gələndə ərinə deyir ki, ay kişi, doşab satanı allatdım. Bir daş verdim bir küpə doşab aldım. Kişi bunu elə eliyir, elə eliyir. Çomba-ğın altına salır, yandırır yaxır ki, o daşı mən tapmışdım, qızıl idi. Sən niyə verdin? Nəysə, arvad küsüb gedir, iki dağın arasında oturur. Oturanda burdan bir dənə pişik keçir. Pişiyi görür yaşmanır. Deyir:

– Məmo bacı, dalımcan gəlmisən, ərim məni döyüfdü, getmərəm ki, getmərəm.

Pişiyin dalınca bir it keçir. Deyir: – Həm-həm bacı, dalımcan gəlifsən, ərim məni döyüf,

getmərəm ki, getmərəm. Sora padşahın dəvəsi ləl-cəvahir dolu yüknən sürüdən ayrılıf

gəlifdi. Bunu görəndə yaşmanır. Deyir: – Şahban ayax, löh dodax, ərim məni döyüfdü, ağsakqalsan,

sənnən gedərəm.Tutuf dəvənin ipinnən gətirir evə. Kişi deyir, aha, bu arvada

hiylə gəlim. Deyir ki, biz dalaşmışıx, gərək toyumuz olsun. Arvadı salır təndirə, üsdünə də bir ləyən qoyur, dən tökür, toyux qoyur. Danqıldadıxca bu təndirdə oynuyur ki, toyumuzdu. Bu kişi qızılları gizdədir. Dəvəni kəsir, bişirir, qovurur, təmiz basdırır. Bunu çağırır ki, dur, toyumuzdu. İndi carçılar keçir: – “Ay qaşı qara, gözü qara

249

Page 250: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

padşahın dəvəsini görən varmı? Kim görsə padşah onu muştuluxlu-yacax”. Dəli qaça-qaça deyir ki, mən görmüşəm, mən. Deyir, harda görmüşdün? Deyir, ərim məni döymüşdü, getdim otdum dağların arasında. Məmo gəldi getmədim, həm-həm gəldi getmədim, şahban ayax, lök dodax gələndə durdum gəldim, verdim ərimə. Kişini tutuf aparıllar. Deyir, arvad, üzün qara olsun, məni tutdurdun, qapı-bacaya bax. Arvad qapıya baxır, pəncərəyə baxır. Qapıya baxır, pəncərəyə baxır. Axırda bezir deyir, əh, kopoğlu, nə qədər baxacam. Qapı-pəncərəni çıxart al dalına, düz padşahın qapısına. Gətirir deyir, ala, qapı-bacaya baxmaxdan yorulmuşam. Ala bax özün. Padşah deyir, əşi, bu vallah, dəlidi. Bu yazığı niyə salmısınız ora? Padşah gətirir arvadı danışdıra. Padşahın da gözü çer24 imiş. Deyir, dəvəni hancarı gətdin, hancarı apardın? Deyir, nətər gətirəcəm? Ərim məni döydü. Getdim otdum orda. Məmo gəldi getmədim, həm-həm gəldi get-mədim. Şahban ayax, dağdan ağır kişi gəldi, mən də gətdim verdim ərimə. Çırtbəyir çer gözünə. Padşah deyir, ə, bunu kötəkləyin, o yazığı da çıxarın, nahaxdan salmayın ora. Kişi bunu çıxardır gətirir. Bir at alır, daşqa alır. Nə var qırını-qızılını yığır, arvad gejə yuxuday-kən “ya Allah” deyif ayrı ölkəyə gedir. Gedir orada xrım-xırda satır, alır, yeyir. Arvad da ağılsız başına o kəntdə qalır.

Babam deyərdi göydən beş alma düşdü. Biri nağıl deyənin, biri qulax asanın, biri ağzı yorulanın, bir çürüyü də Nəcibənin olsun. Deyirdim, mən çürüyünü isdəmirəm, qəşəngini ver.

56. BİZİM NƏSİLDƏ DAY BASAN OLMAYIB

Tülkü qojalmışdı. Üş-dört balası varmış, balaları da yekəl-mişdi. Balaları deyir ki, ana, icazə ver gedək ova da, yekəlmişik. Anaları deyir:

– A bala, hələ vaxdı döyül. Xülasə. Bir gün fikirrəşir ki, bular yekəlif, buları buraxım

getsinnər. Fikirrəşir ki, buların ən yekə ovu olsa, cücə olar da. Oturur yuvada. Görür kü, əyə, bular əli qannı, ayağı qannı gəlillər. 24 Çer – çəp

250

Page 251: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Yediklərini yeyiflər, qalanını ağızlarında gətirir. Bu da dünya görmüş tülküdü da. Baxan kimi görür ki, bu day ətidi. Day da çətin ovdu. Erkək at üç yaşında xam olarmış, ona day deyillər. Bunu da ovlamax çox çətin olarmış. Bala tülkü deyir ki, filan qovudan keçəndə bir day basmışıx, polnu yemişik. Qol ətinnən, döş ətinnən də gətirmişik sən yeyəsən. Deyir:

– Nətər ovladınız? Deyir ki, dörd qardaş hərəmiz bir tərəfdən getdik, o ordan,

mən burdan boyunnadıx, parçaladıx da. Əti də budu. – Ə, – deyir, – yox ey, mənə başa salın görüm ötənnən,

keçənnən yanınızda kim olufdu? Deyir:– Vallah, heş kəs yoxuydu, amma bir ölü, arıx canavar balası

varıydı. Deyir:– Hə, bala, bizim nəsildə day basan olmuyuf. Dayı elə o

canavar balası basıf, siz də ətinnən-zadınnan götürmüsünüz. İndi nəsildə gərəh ola. Tülkü bilir ki, bu cücədən başqa bir

şey basmıyıf. Nəsildə day basan ola ki, onnan da dönən day basa.

57. SƏBƏTƏ SALINMIŞ TÜLKÜ

Bir günnəri bir kişi gəlir meşiyə. Görür ki, bir tülkü bir cəvərən hörür. Kişi gedir deyir, ay tülkü lələ, nağayrırsan? Deyir ki, səbət hörürəm. Kişi muna deyir ki, sən içərdən hör, mən çöldən, görəh kim tez qutarajax. Deyir, gəl höör görəh. Tülkü səbətin içinə girif hörür, kişi də çölünnən. Kişi tez qutarır, munun ağzın bağlıyır. Səbəti alır çiyninə gedir. Aparır munu bazara. – “Ay bəhməz alan, ay bəhməz alan, bəhməz satıram”, deyə çağırır. Kişinin biri yaxın-naşıf soruşur, ay qardaş, neçiyə verirsən? Deyif, beş maata. Nəysə, munun pulun verir, alıb gətirir evə. Arvada deyir ki, arvat, munun içindəki bəhməzdi, ala qoy işkafa, xaşıl bişirərsən, tökərih üsdünə, yeyərih. Deyir, yaxşı, ay kişi, nə yaxşı aldın? Deyir, ucuz verirdi, aldım.

251

Page 252: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir gün hava soyuğumuş. Kişi deyir ki, arvat, bir xaşıl bişi, bəhməzdən də tökəh, görəh nətər bəhməzdi. Arvat gətirir bir qazan xaşıl çalır. Evdə qəlbi işkaf varmış. Uşağa deyir ki, get o bəhməzi gəti bura. İşkafın da yeri qarannıxdı dana. Ordan tülkü belə gözün bərəldəndə, uşax gəlir deyir ki, ay ana, vallah, ordan bir göz işıldı-yır. O birisin göndərir, deyir, dur get gəti. Səy köpəyoğlu, bəhmə-zin gözü var işıldıya? O birisi də gedir, o bunnan bərk gəlir qorxu-sunnan. Deyir, ay ana, vallah, düz deyir, göz işıldıyır. Nəysə, neçə uşax varsa göndərir, axırda arvad özü gedir. Baxır görür ki, ordan bir göz parıldıyır. Qayıdır kişiyə deyir ki, ay öyün yıxılsın, uşax düz deyir, bir göz işıldıyır. Kişi gedir görür ki, doordan, bir göz işıl-dıyır. O dəəqə başa düşür də. Görür ki, tülküdü. Səbəti çıxardıf qoyullar öyün ortasına. Deyir ki, arvat, bir qazan su qoy ocağın üsdə qaynasın, bu saat gəlləm. Kişi gedir meşədən beş dənə, on dənə şil çubux qırır. Çubuğu qırır gətirir, uşağı-zadı, hamısın çıxardır çölə. Qazanı da qoyur ora, çubuxları da basır suyun içinə. Qırılmır axı onda çubux. Bu cəvərənin ağzın açır, tülkünü buraxır. Bəsdi deyincə munu çırpır, çırpır, buraxır. Tülkü gedir.

Aradan bir müddət keçənnən sora bu kişi getmişimiş meşədən odun qırmağa. Bu tülkü görür ki, bu kişi gəlif meşiyə odun qırma-ğa. Gedif nə qədərnə dosdu-tanışı varmış, tülküymüş, canavarmış, nəymiş, hamısın yığır gətirir ki, gəlin mənim düşmənim burdadı, tutağın, parçalıyağın. Kişi qorxusunnan qaçıf çıxır ağaca. Bullar bir belə, beş belə. Deyillər, gəlin bel-belə durax, munu ağacın başınnan alax. Amma ən altda da bu döyülən oturur. Kişi baxıf ki, uje muna çatırıflar. Elə ağajın başına çathaçatda kişi qışqırır ki, arvad, isdi su, şil çubux. “İsdi su, şil çubux” dəəndə, atdakının canında axı bir qorxu var, nətəər pırtdıyır altdan çıxırsa, hamısı partapart tökülür, qaçıf gedillər.

58. SALAMI KİMƏ VERDİ?

252

Page 253: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir günnəri Günəş, Şaxda, Küləh oturmuşumuşdar. Bir tülkü gəlir bınnarın qabağınnan gedir. Tülkü gəlif bınnarın qabağınnan keçəndə bınnara salam verir. Salam verir, tülkü gedir. Bınnar tülkü gedən kimi deyir, tülkü salamı maa verdi, o deyir, maa verdi, şaxda da deyir, maa verdi. Bıllar belə mübaasə eliyəndə, tülkü qayıdıf gəlir. Qayıdıf gələndə deyillər, gəlin tülküdən soruşax, görəh salamı kimə verdi. Deyillər, tülkü, salamı kimə verdin? Deyir:

– Küləyə verdim. Günəş deyir:– O qədər şüamı salajam ki, bir dənə üsdündə tüh qalmasın,

bitəv bədənin yansın. Küləh deyir:– Heş bir şey eliyə bilmiyəssən. Mən o qədər sərin əsəjəm ki,

şüaları qoymuyajam tülkünün üsdünə düşsün.Şaxda deyir:– O qədər qar-şaxda eliyəjəm ki, tülkü, sən yuannan qırağa

çıx bilmiyəssən. Onda Küləh deyir ki, sən işində ol, onda mən əsmiyəjəm, nə

qədər şaxda olsa da, saa bir şey eləmiyəjəh. Tülkü deyir ki, odu ki, mən salamı Küləyə verdim.

59. TÜLKÜNÜN QURBANI

Günnərin bir günündə bir boğanağ olur, burulğan olur. Tülkü yombalanır gedir düşür quyunun içinə. Allaha yalvarır ki, Allah-taala, məni bu quyudan çıxart, mən sənin üçün bir cüt qoç qurban deyirəm. Burulğan gəlir bunu çıxardır tulluyur bayıra. Durur ayağını qaldırır iki dənə zad eliyir havıya. Deyir, mən ta çıxmışam quyudan, getdim ey. Qutardı.

Vaxt gəlir, zaman gəlir, gənə burulğan olur. Tülkünü kəllə-məyallax atır quyuya. Bu səfər tülkü yalvarır: – “Allah-taala, mən qələt eləmişəm. Məni bırdan çıxart”. Gənə burulğan çıxardır. Tülkü deyir, bu səfər eliyəmmərəm, mümkün döyül. Gərəh mən qoçu qurban verəm.

253

Page 254: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gəzə-gəzə gəlir. Görür kü, bir sürüdü, iki qoç dalaşıllar. Bunnar möhkəm savaşıllar. O yana, bu yana. Tülkü gəlir qoçdara deyir ki, bu nədi aranızda bölüşdürə bilmirsiniz? Deyir ki, mən deyirəm ki, bu sürünün yiyəsi mən olacağam. Bu da deyir ki, mən olacağam. Ona gora dalaşırıq. Deyir, mən sizin şərinizi kəsirəm. Deyir, necə? Deyir, biriniz çıxın o dağa, biriniz də çıxın bax bu dağa. Surətnən gəlin təpə-təpəyə vurun. Hansınız yıxıldı, o elə bil məhf oldu. Sürünün yiyəsi sağ qalan olacax. Biri çıxır o dağa, biri də gəlir çıxır bu dağa. Nətəri gəlif təpə-təpəyə dəyillərsə, buların ikisi də ölür. Deyir, Allah-taala sənin başa dönüm, bax bu da sənin bir cüt qoçun.

254

Page 255: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

LƏTİFƏLƏR

1. HÜZRÜ-ƏZ GÜNAH

Padşah mollanı çağırıf ki, mən bir söz eşitmişəm hüzrü-əz günah. Bu nə deməkdi? Deyif:

– Ə, farsca bir sözdü də, neynirsən, bekara sözdü. Deyif:– Yox, gərək maa deyəsən. Deyif:– Yaxşı, yaxşı, deyərəm. Mollaynan padşah həyətdə gəzirmişdər, padşah bunun yanın-

nan keçəndə yuxa yerinnən bir çimdik götürür. Padşah dik tullanır. Deyir:

– Ə, nağarırsan? Deyir:– Bağışda, bağışda. Elə bildim əvdəyəm, sən də mənim arva-

dımsan. – Ə, sən nə danışırsan, məni arvad qayırırsan? Deyir:– Bax hüzrü əz-günah budu. Sənnən hüzür isdiyirdim, hüzrüm

günahımnan pis oldu.

2. BƏHLUL DANƏNDƏ

I mətnBir kişi təkəbbürrü-təkəbbürrü gedir Bəhlulu Danəndənin

yanına ki, görüm bu Bəhlulu Danəndə nə məslahat biləjəh mən varranam. Gedif deyir ki, Bəhlulu divana, mən neynəsəm varranaram? Bəhlulu Danəndə kişiyə deyir ki, get min dənə serçə al. Bir serçə çıxmıyan setka düzəlt, serçəni bas ora. İki yüz, üş yüz kilo düyü al, serçəni beş-altı ay saxla. Serçənin hərəsi bir kilo, bir kilo yarım olajax. Aparıf bazarda toyux qiymətinə satarsan, varranajaxsan. Deyir:

255

Page 256: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Bəhlulu divana, çox sağ ol, sən maa çox gəşəh məslahat verdin.

Min dənə serçəni tutmağ olmaz axı. Bı kişi bir aya köməhli min dənə serçə tutur. Bəhlulu Danəndənin dediyi kimi eliyir. Düyüdən yeyir serçələr, heç hara da çıxa bilmillər. Kişi baxır ki, aradan neçə ay keçif, serçələr həmən serçədi ki, serçədi. Bunda yekəlməh yox, nə də kökəlməh yoxdu, artım da yox. Nəysə, gedir Bəhlulu Danəndənin yanına. Deyir ki, Bəhlulu Danəndə, axı serçələr əmələ gəlmir. Nə qədər qulluğ eliyirəm, heş nə olmur. Bəhlulu Danəndə deyir ki, o serçələri bir bırax seyr eləsin. Onsuz da örgəniflər sənin qapına. Uçuf gələjəhlər hamısı.

Kişi gedir serçələri açıf bıraxır, sora qayıdır Bəhlulu Danəndənin yanına. Bəyaxları Bəhlulu Danəndəyə divana deyirdi axı. İndi də Bəhlulu Danəndə dedi.

– Bəs serçəni uçurtdum getdi.Bəhlulu deyir:– Ay axmax, ay başı yox, serçə birinci kökəlməz. İkincisi də

mənim adım Bəhlulu Danəndədi. Sən o qədər gijsən ki, bax dəvə ölsə, dərisi bir yühdü, serçə ölsə, dərisi bir çəngə tühdü. Sənin başın yoxdu ki, mən saa o sözü dedim, sən də getdin elədin. Mana hörmət eliyeydin, mənim adımı deyeydin, mən də saa yaxşı yol göstəreydim.

II mətnBəhlul Danəndə atnan gedirmiş. Bir kasıb kişi də gündə ge-

dirmiş bir şələ odun qırıf dalında gətirirmiş, çörəyə verib uşaxlarını dolandırırmış. Bir gün də meşədən odun gətirəndə Bəhlul Danən-dəynən qavaxlaşır. Deyir, əşi, bu nədi, nə şələdi? Hara gedirsən? Deyir ki, ay Bəhlul Danəndə, uşax çoxdu. Aparıram satıram, çörəyə verirəm, gətirirəm. Deyir ki, bunu aparıb satanda on köpük, iyirmi köpük saxla, qalanını çörəyə verginən. Yığ saxla, at al, araba al, onnan apar. Deyir, əşi, on köpüyü, iyirmi köpüyü harda saxlıyım? Uşax-zad hamısı cibimnən alajax. Deyir, elə bir inandığın adam yoxdu, ona ver, onda yığılsın? Bazarda camaatın arasında hörmət qazanan bir mömin kişi oluf. Bu kişiyə deyir ki, əşi, belə bir iş

256

Page 257: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

eləmək isdiyirəm. Hər gün saa iyirmi qəpik versəm, onu yığılanda verərsən? Deyir, hə, nolar. Gətir iyirmi qəpik tulla bura. Bu gündə iyirmi qəpik verir bu kişiyə. Pul yığılır, bir atın qiyməti düzəlir. Bu gəlir deyir ki, əşi, mənim pullarımı verginən, özümə at almağ isdiyirəm. Deyir, ə, nə pul? Deyir, əşi, bir aydı gündə saa iyirmi qəpik vermirəmmi? Deyir, ə, sürüş burdan, səyin biri səy. İyirmi qəpik nədi? Bunu qoolayır. Kasıb adamdı, nağarajeydi. Çıxır gedir.

Elə fikirri getdiyi yerdə Bəhlul Danəndəynən qavaxlaşır. Bəhlul Danəndəyə deyir ki, əşi, dedin bazarda belə bir adam var. Bir ay iyirmi qəpik verdim ona, bir atın pulu düzəlmişdi, vermədi, qooladı məni. Deyir, əşi, helə şey olmaz. Deyir ki, helədi. Deyir, dalımca gəl. Mən kişiynən söhbət eliyəndə sən bir az aralıda dur. Mən ona əlimi belə eliyəjəm (əlini irəli uzadıb nəyinsə ölçüsünü göstərirmiş kimi edir – top.). Mən belə eliyəndə sən yaxınnaş denən əşi, mənim atımın pulunu ver dana. Deyir, yaxşı.

Bəhlul gəlif kişiyə deyir ki, bazarı hərrənirəm, heş sənnən yaxşı adam gözümə dəymir. İsdiyirəm saa bir sirr açam. Deyir, nədi? Deyir, atdı gedirdim. Qəbirsannığın yanında bir kalafalıx var, oraynan gedəndə at büdrədi. Atdan düşdüm, gördüm çökək yerdi. Eşələdim gördüm bu boyda (əliynən göstərir) bir küpə. Deyəndə bu kişi yaxınnaşır ki, bəs mənim pulum. Deyir, əşi, yeri ayna, görmürsən bu kişiynən söhbət eliyirəm. Deyir ki, bə noldu? Deyir, aşsam nolar içində? Qızıl üzük. Bu kişi bir də yaxınnaşır. Bəhlul deyir, əşi, bu nə deyir? Bunu yola sal getsin də, başımızı ağrıdır. Deyir, ə, bu bir atın pulunu yığıb verib maa, indi də zəhləmi tökür. Deyir, əşi yazıxdı, bir arava pulu da ver getsin.

Nəysə, atın pulunu da, bir arava pulu da buna verir, bu çıxır gedir. Deyir ki, küpənin ağzını aşdım içinnən nə çıxsa yaxşıdı? Bir dənə qızıl üzük. Keçirdim qoluma. Enni şeydi. Qolumnan sürüşdürdüm, getdi keşdi boğazıma. Əlimi saldım, nə qədər əlləşdim, çıxardammadım. Tər basdı məni. Ayıldım ki, yuxudu. Deyir, ə, başıma nə oyun aşdın? Arava pulu da verdim. Deyir, sarsax kopoğlu, yazıx saa bir atın pulunu verib, pulu qaytar da.

257

Page 258: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

III mətnBəhlulun qardaşı Bağdad Xəlifə oluf. Bağdad Xəlifə bir dəfə

bəd yuxu görüf. Bəhlulu çağıtdırıf. Çıxarıf beş yüz manat pul verif. Deyif, apar yetimə-yesirə, əlsiz-ayaxsız adamlara bunu payla, beyjə pis yuxu görmüşəm. Deyif, yaxşı. Bəhlul da gəlif fikirrəşir ki, Göyüşdüdə imkannı adam Əbülfətdi, Alpoutda filankəsdi. Hərəsinə çıxardır yüz-yüz paylıyır, gətirif siyahını qardaşına verir. Bağdad Xəlifə deyir, ə, sənə dedim apar imkannıya ver, yoxsa aca-yalaca ver? Deyir, ə, mən allahdan çox bilirəm? Allah kimə vermişdi, mən də ona verirəm.

IV mətnÇinovniklər bir oğrunu qovullarmış, az qalıb ki, bunu haklı-

yalar. Görür Bəhlul Danəndə yolda dayanıb. Deyir, Bəhlul, məni öldürəjəhlər, gəl məni gizdət. Deyir, gir bu heybənin içinə. Alır dalına yoldan addıyır oyza. Çinovniklər gəlir deyir, nədi dalındakı? Deyir, axtardığınız adamdı. Buna inanmıllar, bunu dəli sayıllar. Heybənin içindəki də özündən gedibmiş. Deyir, niyə mənim yerimi dedin? Deyir, sənnən ötəri yalan danışmıyajam ki. Onda niyə mən Bəhlul Danəndə oluram.

V mətnBir gün Bəhlul Danəndəni çağırıllar qonax. Qardaşı Harun

Ər-Rəşidin yığıncağı imiş. Qardaşına deyillər çağır da, qardaşındı. Deyir, gəlif genə burda şuluğ eliyəcəh. Hamı deyir ki, yox da, qar-daşındı, gəlsin. Gətirillər, elə-belə həyətdə yığıncax varımış. Bu da oturur bir tərəfdən. Qabağa yemək gəlir. Yemək gələndə bunun arxasında da itdər varımış. Bəhlul Danəndə ona gələn yeməyi götü-rür atır özünnən arxıya. İtdər onun üstündə boğuşur, vurur qabı-qa-şığı dağıdır. Camaatı narahat eliyir itdər. Qırğın-qiyamat düşür. Genə qardaşı gəlir ki, ə Bəhlul, neylədin sən? Səni də çağırmalı deyil. Gələndə də aləmi qarışdırırsan bir-birinə. Deyir, a qağa, bilirsən? Mən özüm üçün eləmirəm. Sənin üçün eliyirəm ki, sən dünyanı dəyişəndə sənin var-dövləti üstündə itdər belə boğuşacaq.

258

Page 259: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

3. ŞAH ABBAS VƏ KƏLNİYYƏT

I mətnKəlniyyət Şah Abbasın anasına ağ olmuşdu. Ona görə, Şah

Abbas çalışırmış ki, Kəlniyyəti öldürsün, bu sirrin üsdü açılmasın. Çöldə qarrıyırmış. Deyir, Kəlim. Deyir, can Kəlim. Deyir, Kəlim, çıx çölə, gəl içəri. Yağır desən, boynu vurajam, yağmır desən, boynu vurajam. Qarrıyır desən, boynu vurajam, qarramır desən, boynu vurajam. Çıxır çölə, gəlir içəri. Deyir, şah sağ olsun,

Nə ayazdı, nə bulud, Nə yağardı, nə yağmaz. Su qurşaxdandı, zığ dizdən,Yeriyirsən toz qopur.

II mətnŞah Abbas Kəlniyyəti bir gün qoyur çöldə şaxtada. Kəlniyyət

də qüvvətli adammış. Görür ki, yox, işi xarafdı. Soyunur. Yaxın-nıxda dəyirman varmış. Gedir dəyirman daşın birin alır bu çiyninə, birin o biri çiyninə, səhərəcən gəzir. Səhər aparır daşı verir yiyə-sinə, paltarın geyif gedir. Şah Abbas deyir:

– Kəlim, ölməmisən? Deyir:– Xeyir, ölməmişəm. – Bəs neynədin? Deyir:– Odey, o tərəfdə yanan işıxdan qızışdım. Deyir:– Nəynən qızışdın? Deyir: – Gözümnən (axı göz birinci alır işığı). Dəyirman daşın da

keçirdim çiynimə, o tərəfə, bu tərəfə getdim tərrədim, ölmədim.

259

Page 260: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

4. ABDAL QASIM

I mətnBeyləqanda imamzada var. Bizim kəndin camaatı gedif

Dünyamallar kəndində, Arazın qırağında alver eliyif dolanırmışdar. Orda bir dəsdə qaçax camaatın qabağın kəsif soyurmuş. Bular Avdal Qasımı da aparıflar. Avdal Qasım da iyid oluf, qoçağ adam oluf, elə-belə adam olmuyuf. Abdal Qasımı aparıflar ki, oları qorusun. Bir neçə dəfə gedif gəliflər. Qaçaxlar eşidəndə ki, dəsdə-nin qabağında Abdal Qasım var, hamısı dağılışıf gedif. Salamat gətirif buları çıxardıf. Bir dəfə də gələndə İmamzada deyilən yer-dən bular keçəndə Qasım deyif ki, ay uşaxlar, arxayın sürün, mən bir az qavaxlıyım, görüm nə var, nə yox. Nəsə ağlım bir şey kəsmir. Nə annıyıfdı, nə annamıyıfdısa, atı sürüf bir az qabağa. Adamlardan birinimi görüf tanıyıf, nə olufsa at qulaxların şəkliyif dayanıf. At qulaxların şəkliyəndə atı vuruf deyif:

– A kopoğlun atı, üsdündəki Abdal Qasımdı, niyə dayanırsan? Elə deməknən də güllə açılmağı bir oluf. Gətirif camaat onu

kəndə. Onnan on gün, on beş gün sora ölüf. Kəndə gətirəndə deyiflər:

– Ay Qasım, sən belə ehtiyatsız iş görməzdin axı. Bu nə idi? Onda da zarafatınnan qalmıyıf. Deyif:– Ayə, mən imama arxeyin oldum. Mən nə bilim imam orda

quldur-qaçax saxlıyır.Amma Qasımı vuran dəsdə Qasım can verəndə gəlifdi. Barışı-

ğa gəliflər ki, and bu, imam bu, onnan qabax da Qasımın gəlif getdiyini görürdük. Amma biz Qasım kimi iyidə güllə atmazdıx. Qasımı vuran adam onun kim olduğunu bilmiyif. Görüf ki, Qasım bunu gördü, qorxusunnan vurufdu. Belə o dəsdə gəlif üzürxahlığ eliyif.

II mətnQasım ermənilərdən çox oğurruğ eliyif. Deyirmiş özü də gəlif

sənin atını aparajam, ya bu öküz xoşuma gəlir, gəlif onu aparajam.

260

Page 261: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Hər dəfə gedif nəysə bir şey oğurruyuf gətirirmiş. Bir dəfə evə əliboş gəlir. Arvadının adı Maya idi. Görmüşdüm mən. Məən on beş yaşım olanda öldü onun arvadı. Maya soruşdu ki, ay Qasım, xeyirdimi, buyün boş gəlmisən? Deyif:

– Maya, and olsun Allaha, bir dənə atı o qədər bu ermənidən oğurradım apardım o kəntdə başqa erməniyə satdım, onnan oğurradım o birsinə apardım satdım. Bu dəfə pəyəyə girəndə at üzümə nətər baxdısa atdan utandım. Ona görə boş gəlmişəm.

III mətnQasımın qardaşı vardı Calal, mən görmüşdüm. Qasıma

camaatın içində deyif ki, mən sənnən çox qoçağ adamam. Qasım deyif ki, qoçağ adamsan neynəyəh, bircə yerdə də mən eşidim, sən bir adam öldürmüsən, ya döymüsən. Camaatın içində şərtdəşiflər ki, Calal getsin qonşuda Ağbulax kəndi var, orda nə olur olsun, keçi, qoyun oğurrasın gətsin. Onda inanaram ki, bu, doğrudan da, qoçağ adamdı. Bu da oğurrux bilməzmiş. Gedir erməni kəndə, bunu tutullar, özü də pəyənin içində. Hay düşür, haray düşür, Qasım da bunun dalınca getmişmiş ki, görüm bu nağarır da. Bilir ki, bu bir şey eliyən döylü. Bütün erməniyə hay düşür ki, Qasım pəyədədi, tökülün bura. Erməninin hamısı – yarısı əyni geyinili, yarısı tuman-köynəkdə tökülüllər pəyənin başına. Qasım da fikirrəşir ki, mən nağarım. Orda yaxında fermada azərbaycanlı varmış. Gedif olara. Paltarını soyunduruf deyif ki, özünü sal ermənilərin içinə, denən ki, Qaçax Kərəm Qasımnan duşmandı, mənim öyümdədi. Qaçax Kərəmə isdiyirsiniz deyim, gəlsin onu öldürsün. Gedif deyən kimi bular da deyif gəlsin. Qasım da ermənicə tər-təmiz bilirmiş. Deyif:

– Ə, qaçın. Girif pəyəyə. Görüf qardaşı sinif axura. Deyif:– Ə, paltarını soyun, tez ol, tez ol.Bu da soyunuf. Deyif:– Gir qapının dalına. Camaatı çağırajam içəri ki, burda Qasım

yoxdu. Tuman-köynəkdə qarış olara, birtəri aradan çıx. Səən mən-nən işin yoxdu.

261

Page 262: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deməli, heylə də eliyifdi. Camaatı çağırır ki, ay erməni, burda Qasım nə gəzir? Məni dəli eləmisiz, mən də içərdə Qasım axdarı-ram. Deyillər, içərdədi. Deyif, nətər, ə, nə gəzir? Erməni tuman-köynək içəri dolanda Qasımın qardaşı da qarışır bulara, çıxır çölə. Qasım içərdən çıxır, deyir:

– A kişi, da bu əldən çıxdı, bunu tutammadıx. Mən gedirəm Qasımın dalınca. O nə qədər bərk getsə də kəndə çatıncan onu öldürəjəm. Kimin hünəri var mənnən gəlsin, – deyif qardaşının da qolunnan tutuf deyir, getdik ə. Götürülüf gediflər. Erməninin də beş-altısı buların dalıncan: “Arə, qoyma, arə, qoyma”. Bizim orda ara var, o aradan Qasım keçənnən sora beşaçılanı fırrıyır oturur səngərə. Deyir, ə, “sənin xaçını .....”, verif ermənini güllənin qaba-ğına. Ə, sən Qasım tuta bilərsən kopoğlu? Heylə qardaşını ordan çıxardıf.

IV mətnQasım gedif erməni kəndinə. Görüf orda ermənilər ayı oyna-

dır. Ayını oynadıf qaraçılar kimi pul yığıllar. Buna sataşmağ üçün erməninin böyüyü deyif ki, Qasım, deyə bilərsən bu ayı ermənidi, yoxsa müsürman? Deyif:

– Ə, canın üçün, bu dəyqə, niyə demirəm?Gəlif ayı oynadanın əlindən ayının yedəyini alıf, dartıf. Ayı

da çox tərs şeydi. Örgədən olmasa dalınca ömründə getməz. Dartıf, gəlmiyif, dartıf, gəlmiyif. Ayının yüyənini belə atıf üsdünə, deyif:

–Sən öl, yüz faiz ermənidi.Deyiflər:–Niyə?Deyif: – Tərsdi, kopoğlunun heyvanı. Nə qədər eliyirəm gəlmir dalımca.

V mətnBir dəfə erməni deyif ki, a Qasım, gəlirsən uşaxdan-

muşaxdan mal-heyvan aparırsan. Kişi ona deyərəm ki, gəlif mənim heyvanımı apara. Özü də yava itdəri varmış, adamı hasardan

262

Page 263: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

alırmış. Qasım buna deyif ki (da mənnən balacasan üzür isdiyirəm), sən öl, arvadıın alt paltarın apararam, sənin onnan xəbərin olmaz. Məni hirsdəndirmə. Deyif, Qasım, mənim öyümnən alt-üst nə olur-olsun, mənim darvazamdan içəri nə apara bilsən, sən öl, sənə bir cüt kəl verəjəm. Gəl, halalın olsun, apar. Deyir, yaxşı.

Qasım gəlir bir cəvərana iki-üç kilo ət qoyur. Bir ispişka karofkasıynan qarışqa yığır günüzdən, yayın da günüymüş. Gejə gedir, erməninin barısının qırağında bir hündür ağaj varmış, çıxır o ağaca, cəvəranı kəndirnən salır aşağı. İt hopbanır minir tayçanın25 içinə. İti yavaşca çəkir bağlıyır yalın belinə, it orda ət yeyir. Özü düşür gəlir. Arvadnan əri balkonda uzanıb yatmışımışdar. Qarışqanı da təmiz buraxır bu arvadın yerinə. Arvad bir az orasın qaşıyır, bir az burasın. Köynəyin-zadın çıxardır ipdən asır, prastinanı çəkir üsdünə ki, pahat olsun da, yata bilsin. Qasım da onu götürüf gəlir. Səhər bular ayılıllar. Kişi arvada deyir, dur. Duranda bular görür ə, arvadın köynəyi əynində yoxdu. Deyir:

– Aaz, niyə lütsən, noluf?Deyir ki, bəs bədənimə qarışqa darışdı gejə, çıxartdım asdım.

Elə o dəyqə deyir, köynək hanı? Deyir, dey, bura asmışam. – “Aaz, it hanı?” İti çağırıllar, it ağacın başınnan hürməyə başdıyır. Deyif, sən öl, Qasım apardı köynəyi.

Doğrudan da, verif öküzləri.

VI mətnÇox deyirmiş ki, ay camaat, dünyanın hər yerində Qasım

gəldi, Qasım gəldi deyif qabağıma yüyürüllər, amma bu kəntdə məni yaxşı saymırsız. Vallah, belə olmaz. Bir dəfə birinizi vurajam, onnan sora biləjəhsiz ki, Qasım nə Qasımdı. Bunu deyən vaxdı camaatın arasınnan biri deyif ki, ə, sən də qıraxda-bucaxda gəzif goplanırsan onu elədim, bunu elədim, heş-zad eliyən döyülsən.

Deyir: – Ə, Allaha and olsun, məni hirsdəndirmə, birinizi vurajam,

özü də lap bərk gedənizi vurajam. 25 Tayça – fındıq, zoğal çubuğundan hörülən səbət

263

Page 264: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İspalkom vardı, o vaxdı yüzbaşı deyirmişdər, adı oluf Rus-dam, Bayram oğlu Rusdam. Rusdam deyif:

– Ay Qasım, kimi vurassan? Deyif:– Elə səni. Deməynən beşaçılanı hərriyif düz dümbəyinin üsdünnən birin

vuruf. Kişi yıxılıf. Yıxılanda beşaçılanı bir də verif ayağa. Deyif: – Kim kişidirsə, yaxınnaşsın, onu durğuzsun ayağa, kömək

eləsin. Heş kim yaxın durmuyuf. İyirmi dəqiqə kişi partdıyannan

sora deyif: – Gedin zibilinizi götürün. Dümbəyinnən vurmuşam,

ölmüyəjəh. Amma mən məscidin qabağına gələndə Soğanverdi satan ətdən (ət satanın adı Soğanverdi imiş) qoyun bircə kilo da mən alım. Məni sayın da, adam yerinə qoyun.

Belə işdəri oluf.

VII mətnBizim kəndin malın-qarasın gəlif oğurruyuf aparıflar. Qasım

beş-altı nəfərnən gəlif düşüf malın irizinə, malın uju gedif çıxıf Ağdamın Qiyasdı kəndinə. Orda da Rusdam addı bir dənə bərk gedən kişi oluf, Hacca oğlu Rusdam deyirmişdər. Qasımın qaba-ğına çıxıf: “Qasım hara, bura hara?” Buları tamam soyunduruf, atdarın alıf bağladıf, tüfəhlərin, güllələrin hamısın əllərinnən alıf, xoş gəlmisən. Bular da arxeyin oluf. Salıf buları bir dənə padvala. Deyif, girin ora. Qasımgil girif içəri, görüf içəridə xançal itiliyən, pıçağ itiliyən, güllə dolduran. Qasım başa düşüf ki, bu nədi. Uşax-lara deyif tərpənmiyin görək. Bir azdan sora buları çıxardır çölə, düzür belə cərgəynən. Həmən o Rusdam beşaçılanı gətirif verif Qasıma, deyif:

– Qasım, ala, səni çox mahir deyillər. Bax, odey, qovağ ağacı-nın başındakı qarğanı görürsən?

Deyif:– Hə.

264

Page 265: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Deyif:– O qarğanı vura bilsən, sizi buraxajam, amma vura bilməsən,

qardaş, yalanı yoxdu, sizi buraxası döyüləm. Deyir, Qasım beşaçılanı belə tutuf deyir:– Birincisi, Qasım güllə atanda gərək analar “oğul vay” deyə,

bajılar “qardaş vay” deyə, dünya dağıla. İkinci, yaxşı kişi nənəsinin adı ilə çağrılmaz. Sənə Hacca oğlu Rusdam deyirik. Yaxşı kişi dədəsinin adı ilə çağrılar.

Bir dənə kişi varmış, Bala Hüseyn deyirmişdər. Qasımnan on dəfə yaxşı atırmış. Beşaçılanı belə atır onun üsdünə, deyir:

– Ə Bala, onu vur, o qarğanı vur.Bu da deyif ki, Qasım, nətəər vurum, harasınnan vurum?

Deyif ki, elə vur, başı getsin, leşi gəlsin mənim ayağımın burnuna düşsün. Heylə çox dəqiq atarmış. Deyir, Qasım necə demişdi, kişi heylə vuruf, leşi gəlif bunun ayağına düşəndə beşaçılanı hərriyif Rusdama. Rusdam əllərin qaldırıf ki, Qasım, mən qələt eləmişəm. Onnan sora heyvannarımızı da veriflər, bir ay çəkmiyif Qasım gedif bütöy kəndin nəyi var hamısını yığıf gətirif.

VIII mətnAvdal Qasım barədə eşitmişəm ki, deyilənə görə erməni kən-

dində bir erməninin yaxşı gümüş xəncəri olur. Neçə adam isdiyir bunnan, erməni nə satmağ isdəmir, nə də dəyişmək isdəmir.

Bir gün Avdal Qasım eşşəyini minir, durur gedir bu kəndə. Erməninin arvadı başdan bir əz seyrəyimiş, heylə sən deyən dün-yadan xəbəri yoxumuş. Avdal Qasım oturuf fikirrəşir ki, neyniyim, nətəər eliyim bəs mən bu xəncəri ələ keçirim, götürüm gəlim. Durur gedir bu ermənini soraxlıya-soraxlıya evini tapır. Göz qoyur, görür kü, bu arvad girir-çıxır, elə-belə gic-gic hərrənir da. Baxır görür, bunda yaxşı dərin dərrakə yoxdu, səydi. Deyir ki, mən bunu nə yolnan alladım. Nəysə, gedir bunnarın qapısın döyur kü, axçi, mana bir stəkan su verərsənmi? Deyir:

– Ara, niyə vermirəm? Gəl bəri. Bunun da canınnan döyülmü kü, bunun evinə getsin.

265

Page 266: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nəysə, gedir. Arvad bunun altına döşəh qoyur, qabağına çay-zad gətirir, yeməh, işməh. Bu da yavaş-yavaş yeməh-işməyi yeyə-yeyə evə fikir verir, baxır görür ki, xəncər asılıdı yuxarıdan. Deməh, erməni işə gedəndə bunu qıymır belinə taxsın, kəməri üsdündə asıf divardan. Bu Avdal Qasım da özünə bir dənə bıçax düzəldifmiş, balaca bıçax, çox xırda, sapı-zadı da taxdadanıymış, ovuca sığışan imiş da. Deyir ki, sən ölmüyəsən, elə bu bıçaxnan bunu alladajam. Deyir ki, axçi, gəl bura, saa bir söz deyəjəm. Deyir, nədi? Deyir, mən sizdə bir şeyi girov qoymağ isdiyirəm, amma bu o qədər qiymətdi şeydi ki, nəslimiz, kökümüz bunu heş kəsə qıymıyıfdı. Amma bu xəncəri götürüm bizdə toy var taxım belimə, genə də gətirif verərəm, girovu götürərəm. Arvad dedi, nə girovdu? Qasım dedi, yox ey, mən onu heş kəsə gösdərə bilmərəm, bəs o qədər qiymətdidi ki, padşahlara ləyax şeydi, elə-belə şey döyül. İndi bu xənçəl maa bu axşamlıx lazımdı deyən, yoxsa mən bunu heş yerdə qoymazdım. Amma girovu bu şərtnən qoyuram ki, onu saa gösdərmiyəjəm, yükün altına qoyajam onu, yükün altınnan da özüm götürəjəm da, baxmıyasan nədi. Arvad deyir ki, bəs mən baxsam noolar? Qasım dedi ki, yox, sən baxsan o tamam ayrı şey olar, gərəh buna baxmıyasan. Erməni arvadın da ağlına batır. Deyir, amma bax kirvə, əgər getdin toya, xəncəri taxdın, orda düz on dört dəfə daslı-çors oynuyarsan. Deyir, bax mən onu oynasam, sən bu xəncəri maa halal eliyərsən? O da elə bilir guya taxmağı deyir. Deyir, hə, niyə halal eləmirəm? Eliyərəm.

Nəysə, Qasım qayıdır öz kəndinə, xəncəri də aparır özüynən. Bu erməni harsınının ürəyi durmur, girir-çıxır, ona baxmağ isdiyir. Ha deyir, nəhlət şeytana, axırda gedir qaldırır, baxır görür kü, taxta saflı çıkqılı bir bıçaxdı, heç on qəpiyə getməz. Deyir, sən öl, mən buna baxdım deyə belə oldu ey, mən gələndə Avdal Qasıma nə cavab verəjəm?

Nəysə, Avdal Qasım da gedir kəndin camaatına deyir ki, ay camaat, bu oğlan ki toy eliyir, mənim əhdim varıydı, mən düz on dört dəfə bunun toyunda daslı-çors oynuyajam.

266

Page 267: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nəysə, hər oynuyuf qutaranda, deyir, bax bu bir, bu iki, bu üç, nəysə, axırda gəlif çıxır on dördüncüsün oynuyur. – “Camaat, on dört dəfə oynadım, əhdim yerinə yetdimi?” Deyillər ki, hə, kişi, heylədi.

Nəysə, axşam erməni evə gəlir, görür ki, xəncər yoxdu. – “Aaz, hanı xəncər?” Deyir ki, bəs Avdal Qasım gəlmişdi, belə-belə dedi. Deyir ki, bıy evi yıxılan canım, denən day xəncəl getdi da. Bəs sən bilmirsən Avdal Qasım kimdi? Sən ona niyə vermisən? Arvad dedi, girov qoymuşdu, maa da demişdi baxma. Vallah, ay kişi, öldürsən də mən deyəjəm. Maa demişdi ki, baxsan, ayrı şey olajax. Getdim baxdım, gördüm bax budu. Dedi, səni alladıf.

Durur bu atını minir, tərpənir Avdal Qasımın kəndinə. Bu kənt yerində elə bir yer olur ki, ora gimgə deyillər, kişilər orda söhbət eliyillər. Avdal Qasım gimgədə oturuf ağsakqallarnan söhbət elədiyi yerdə, bu erməni gəlir çatır. – “Ara, Avdal Qasım, sən mənim xəncəlimi gətirmisən”. Deyir, nətəər yanı gətirmişəm? Oğurrama-mışam ki? Deyir, yox ey, oğurramamısan. Bəs evə bir balaca bıçax qoymusan, götürüf gəlmisən də xəncəri. Deyir, a kişi, mən qoyanda o bıçax döyülüydü. Yaxşı fikirrəş, gör arvadın neyniyif. İkincisinə qalan yerdə, sənin arvadın maa dedi ki, bu xəncəli bu şərtnən saa verirəm ki, gedif o toyda on dört dəfə daslı-çors oynuyasan. Mən də dedim ki, on dört dəfə oynasam, bu xəncəl mənim halalımdı, ya yox. O da dedi halalındı. Qutardı getdi, indi söz danışıxdan keçər. Ay camaat, mən on dört dəfə oynamışam o toyda həmin havanı? Dedilər ki, hə. Get kəndin başınnan düş əyağınnan çıx, gör on dört dəfə o havanı oynamışam, ya oynamamışam. Yekə kişisən, duruf xəncəl dalınca gəlmisən ki, filan filan. Bə mən daslı-çors oynama-ğımı hara qoyum?

Erməni suyu süzülə-süzülə çıxıf gedir. Arvadın yaxşı əzir, xışdıyır. Deyir, köpəyin qızı, sən saxlamalı arvad döyülsən, yeri get bıçağın dalınca. Qovalıyır, çıxır gedir.

IX mətnBir gün də gedir mal oğurruğuna erməni kəndinə. Gedir elə

bu qıfılı yavaş-yavaş mişarrıyır ki, erməninin qulağı eşitməsin, ev

267

Page 268: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yaxındı. Elə bu dəmdə erməni çıxır çölə. Deyir, ara kirvə, sən orda nağayrırsan? Deyir, heş nə, kamança çalıram. Deyir, ay kişi, nə kamança? Gejənin bu vaxtında nə kamança, bəs onun səsi hanı? Deyir, sən get yat kirvə, narahat olma, sən məni tanıyırsan də, Allah qoysa, səsi sabah çıxajax.

Səhər kişi durur görür mal yox, heyvan yox. Vaynösü qalxır göyə, bu da olur kamançanın səsi.

X mətnBir gün də erməniynən Avdal Qasım gəlillər Ağdam bazarına

mal satmağa. Hərəsi bir yaxşı saz, kök dana götürüf gəlillər. O qədər tələsiyillər ki, bullar bir əz vaxtsız durur, gecənin yarısınnan. Elə ha gəlillər, görüllər səhər açılmır. Nəysə, deyillər ki, gəl bir qırıx gözümüzün çimirin alax, biz dəyəsən çox tez çıxmışığ evdən. Neyniyəh, nağayrax? Nəysə, Avdal Qasım iki qayanın arasında bir dar yarığ olur, danasın salır bura, bir kötüyü də qoyur bunun qava-ğına. Erməni də aparır bir çıkqılı kola bağlıyır. Deyir, elə yatax, gözümüzün çimirin alax, səhər duruf gedərih.

Avdal Qasım çıxıf təpənin üstündə dananın böyründə yatır ki, qaçıf eliyəndə görsün. Erməni də musurmannan ehtiyat elədiyinə görə gedir bir əz gendə yatır, çalada. İşıxlaşanda Avdal Qasım durur öz danasının qavağındakı kötüyü götürür, dana çıxır yavaş-yavaş, otduya-otduya aralaşır. Oturur gözdüyür, gözdüyür, dana xeylağ aralaşannan sora deyir, ara, Vartazar, durmursan hələ? Dur gedəh, bazarın vaxtıdı. Vartazar durur. Axşamnan da fikirrəşillər ki, indi neyniyəh, nətəər eliyəh ki, bu danalar itməsin, batmasın da. Hərə öz məssəvində duasın eliyir, yıxılır yatır.

Vartazar durur ora dana, bura dana, yoxdu. Bu da gennən görür axı öz danası ağaşdığın, kolluğun içində. Deyir, ara, sən özününkün axtar, mən də özümünkün, gəl görəh hardadı?

Nəysə, gedir danasın tapır gətirir, ermənin danasın ha axda-rıllar, ha axdarıllar, axırda gedif görüllər dərədə canavar söküf tö-küf, dağıdıf. Dana nəzir? Əti gedif, qalıf qupquru sümüyü. Erməni ağlıya-ağlıya gəlir. Avdal Qasım deyir, ara Vartazar, axşam sən dua

268

Page 269: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

eləməmişdin? Deyir, eləmişdim. Deyir, bəs kimə tapşırdın inəyi? Deyir, ara, mən Allaha tapşırdım. Deyir, ara, mən də on iki imama tafşırmışdım ey. Soora birdən qayıtdı kı, ayə, ay gic erməni, dədəni öldürən Allah, nənəni öldürən Allah, qardaşın Aşotu öldürən Allah. Allaha da dana eytibar eliyif dana tapşırallar?

XI mətnBizdə Ağbulax kəndi oluf, qonşu kəntdi, erməni kəndidi.

Ağbulax kəndində bir dənə özünnən deyən bir oğlan oluf Qasımın devrində, Qasım kimi cavan oluf o da. Qasımnan spor eliyif. Qasım deyif ki, sən çox özünnən demə, sən evlən, yatanda gejə nişannının alt paltarın aparmasam, mən kişi döyləm.

Vaxt gəlir, zaman gəlir, o dığa evlənəndə, Qasım bilirdi, kənt-dərin hamısına bələdiydi, gediş-gəlişi varıydı. Örgənif ki, bu axşam bunun toyudu. Qasım gedir gejə, bağlarda ən çox gavalı ağaşda-rının divində olardı qarışqa yuvası. Bir dənə qarğını kəsir, qarğının kəlləsinnən bir dənə yumuru qəndi isdadır salır içəri. Qarışqalar ha-mısı yığılır o qarğının içinə. Qarğının içi dolanda bunun ağzın bağ-lıyır, qoyur cibinə.

Gəlir axşam tərəfi. Erməni kəndinin başında keçi otaran olur. Hərrənir bir dənə erməninin keçisin tutur, kəsir, saxlıyır orda. Vaxt gəlir, zaman gəlir, gejə saat on iki, bir radələrində yenir kəndə, keçinin para şakqası əlində. Görür kü, toy-zad qutarıf, bu erməni də yorğun gedif yatıf. Baxıf görür kü, bunun həyətində böyüh bir it var, salıflar trosa. Qasım deyir, mən nağayrım, nejeyliyim? Bir tayça (yeşih kimi olur, çubuxdan hörülür, ona mer-meyvə yığırdılar) tapır, bizdə saman tayçaları deyirdilər o vaxt. Saman tayçasının içinə bu keçinin ətin qoyur, çıxır darvazanın başına. Görür kü, it aman vermir, tayçanı kəndirə bağlıyıf yendirir. İt ətin iyin alan kimi atdanıf minir tayçıya. Tayçanı çəkif bağlıyır darvazanın başına.

Girif görür kü, yatıflar bunnar, qapılar açıx, hər tərəf açıx. Siftə girir onun tovlasına. Deyir, burda aparmalı bir şey var. Baxır görür kü, bir yaxşı atı var. Nəysə, girif görür kü, bunnarın heş özdərinnən xəbəri yoxdu. O vaxt lampuşqa-zad yoxumuş da, qaran-

269

Page 270: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

nıx, şam işığıymış. Nəysə, görüf kü, bunnar yatıf, bu sümsüdən qarışqanın ağzın açır, qoyur həmən bu gəlin yatdığı yerə. Qarışqa daraşır buna. Daraşanda bu gəlin görür kü, nəysə yeyir bunu, bu alt paltarın çıxardır tulluyur. Çıxardıf tulluyanda, Qasım bunu götürüf gəlir. Atı minir gəlir kəndə.

Sabertən bunnar ayılır, ikisi də qalxır. Görür kü, təzə gəlin nəysə axtarır. Deyir, nə axtarırsan? Deyir ki, alt paltarımı tapam-mıram. Bu dığa o dəyqə başa düşür ki, Qasımlıxdı. O dəyqə gedir pəəyə baxır, görür kü, at da yoxdu, heş erkəyi də yoxdu.

Aradan bir neçə müddət kecənnən sora Qasım gedir həmən Ağbulax kəndinə. Ağbulax kəndinə gedəndə həmən erməni çağırıf Qasımı. Deyir, Qasım kirvə, hər şey halalın olsun, düz eləmisən, erkəyi də halal eliyirəm saa, atımı qaytar. Deyif, yox, kişinin ya atın apardın, ya filan şeyin apardın, bəsindi. Saa dərs oldu. Vəssalam!

XII mətnElə bu da Ağbulax kəndində oluf. Bir erməni varıymış, Qa-

sımnan arası yaxınıymış. Deyif ki, Qasım oğurruğu elə eliyirsən ki, elə aparırsan kı, biz onu bilmirih. Deyir ki, gəlif evinnən də apa-raram. Deyir, nətər apararsan?

Qasım erkənnən gedir həmən Ağbulax kəndinə. Görür kü, həmən kəndin başından erməni qoyunnarı gətirir. Qasım ermənidən qabax gedir girir tölüyə. Nəysə, bu erməni gəlir, mal-heyvanın salır. Töləsinə salannan sorasına bu çıxır. Bu çölə çıxannan sorasına da-lınca Qasım xəlvəccə çıxır. Qarannığ olur. Gejə girəvə tapır, gedir girir erməninin evinə. Erməninin evinə girəndə görür kü, erməninin anası (bizdə keşmişdə çeji sap çəkirdilər, baramadan çəkirdilər), ba-ramanı isdadıf qoyuf böyrünə, sap əyirir. Görür kü, bu sap qutarmı-yajax. Nağayrım, neyniyim? Bu, qaravatın altındeymiş, bilmirmiş erməni, içəridə girif gizdənmişimiş. Harsının böyrünnən yavaş-yavaş bu iplərdən çəkir ki, azalsın, dursun getsin yatsın. Nəysə, bu arvad bir ayna baxır, bir bayna baxır, görür kü, ə, qutardı, heş sap da yoxdu. Öz-özunə deyir ki, şeytan yox, Qasım yox, bu baramalar nejoldu?

270

Page 271: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gəlir sabeyrtə kəndə çıxanda görür kü, Qasım (erməni kəntdərinə çox gedif gəlirmiş), atın belində gedir. Deyir ki, ay Qasım, noldu? Deyir, beejə arvadın əyirdiyi həmən o barama mənim əlimdədi, gəl apar, inammırsan, apar göstər. Baxır, onnan sora deyir ki, ay Qasım, ta saa biz çata bilmərih.

Rəhmətdih Qasım kimilər varıydı, intaası vaxt zamanə elə gətirdi ki, biz uduzdux.

XIII mətnBizdə kəntdə Molla Fətəli oluf. O Molla Fətəli çox inanılmış

adamımış. Gəlif bir gün yoldan keçəndə balaja-balaja uşaxlar olufdu, götürüf bunu daşdıyıflar. Daşdıyanda görüf kü, Qasım oturuf yolda. Deyif ki, ay Qasım, bu uşaxları niyə qoyursan məni daşdıyır? Deyir ki, ay Fətəli, o uşaxlar sən kəbin kəsdiyin uşaxlardı, onunçün səni daşdıyıllar, çünkü kəbinnərin düz kəsməmisən.

XIV mətnBir gün qardaşı buna deyir ki, qardaş, gəl sən bu haramçılıxdan,

qaçax-quldurçuluxdan əl çəh, gəl halalçılıxnan məşğul olax. Torpağımız var, yerimiz var, meşəmiz var, əkəh, becərəh. Deyir ki, qardaş, gedərəm, amma maa halal şey düşmür. Deyir ki, qardaş, düşər, inşallah. Deyir ki, gedəh, nə deyirəm. Gedillər, nəysə, əkif-becərillər. Sanatoryadan güney tərəfdə böyüh torpax sahələri varıydı. Buranı əkillər, becərillər, yaxşı taxıl əkillər, noxud əkillər. Nəysə, vaxt gəlir, may ayının axırrarında taxıl baş tutan vaxtı, hava qaralır, elə bir güjdü yağış yağır kı, ağaşda heş bir yarpax da qalmır, məhsul hamısı məhf olur gedir. Qasım deyir ki, qardaş, gördün? Mən saa dedim, maa halal mal düşmür. Get özün məşğul ol, mənnih döyül.

XV mətnBizdə İsdi qaya deyilən yer var. Qasım elə burda oturmuşu-

muş. Görür bir yüklü atdı qəlir. Baxır görür kü, bu gələn ermənidi, yükü də undu, dəərmannan gəlir. Fikirrəşir, deyir, nətəər mən bunu buun əlinnən alım, bu məni heş tanımasın? Nəysə, paltarın soyunur kolluxda gizdiyir, üz-gözünə, bədəninə də palçıx yaxır, düşür atın

271

Page 272: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

dalına. Bir xeylax keçmiş yavacca atın yüyənin açır, çox çəppih adam olur özü də, salır öz başına, atı qaytarır geri. Bu döngəni dönənnən sorasına əyağın yerə diriyir. Erməni bir dəfə çəkir, iki dəfə çəkir, geri çönəndə görür kü, ə, bu əcayib bir şeydi. Erməni qoyuf qaçır. Gedir kəndə hay çəkir, deyir ki, camaat, mənim atım gəldiyi yerdə döndü oldu xortdan. – “Ə, başın xarafdı, nə danışırsan?” Gəlillər nə qədər axtarıllar, bəs hardeydi? Deyir, qavırsannıx var burda. Qavırsannığa baxıllar. Deyir ki, bax, bax, burda əyağın dirədi. Nəysə, atı gətirir deyir ki, qardaş, gördün? Mənimkin Allah belə yetirir. Mən belə dolanıram.

Aradan bir müddət keçəndə, qış olur, atın yal-quyruğun qırxır saxlıyır. Yaz gələndə atı minif gedir həmən o erməninin kəndinə. Erməni baxır, deyir, ara, Qasım kirvə, bu atı hardan almısan? Deyir ki, neynirsən? Deyir ki, ə, mənim itən atıma oxşuyur. Deyir, nətər itən atın? Deyir ki, Gülaflı qavırsannığı var, ordan keçəndə atım döndü oldu xortdan. Deyir ki, ə, sən nə danışırsan, xortdan oldu nədi? Mən bunu Ağdam bazarınnan almışam, əyər alırsan, xoşuna gəlirsə, satım saa. Deyir ki, hə, satsan alaram. Deyir ki, neçiyə almışdın o vaxt atını? Deyir ki, beş yüz manata. Deyir ki, yaxşı, dört yüz manat ver, bu atı verirəm saa.

Atı bu minvalnan satır ona, qaydır gəlir. Bir gün də görür kü, erməni atın buraxıf tutduğa. Qasım girəvəni əldən vermir, atı götü-rür bir də gəlir kəndə. Gəlir kəndə, mən neyniyim, nətər eliyim? Atı salır tooluya, isti savılca olur, götürür bunu qoyur közün üsdünə, bu qızarır burda. Atı iki yerdən damğalıyır, budunun üsdünnən damğa vurur. Bilir ki, yaz gələndə bunun yerinə ağ tüh çıxajax, gedəndə bu erməni bunu tanımıyajax.

Nəysə, aradan bir müddət keçənnən sora həmən payızı bir də gedir erməni kəndinə. Deyir ki, gəlmişəm bu atı satmağa, bir müşdəri olseydi satardım. Ermənilər yaxınnaşır, baxıllar kı, yaxşı atdı. Deyillər ki, ə Qasım, buna nooluf? Deyif, belədi də. Həmən erməni gəlif deyif ki, Qasım kirvə, bu atın arxasındakı ağ tüklər olmasaydı, deyərdim vallah, bu mənim atımdı. Qasım deyir, vallah, sənin başın xarafdı, elə atı itirdihcə gəl mənnən tut ku, atımı sən

272

Page 273: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

aparmısan. Satmağa gətimişəm, alırsan al, almırsan, özün bilərsən. Deyir ki, yaxşı, qiymətin de. Deyir ki, o vaxtı dört yüz manata vermişdim, indi beş yüz manata verirəm, alırsan? Deyir ki, hə, bazara getməhdənsə, elə qapıda almax yaxşıdı. O minvalnan erməninin öz atın üş dəfə o erməniyə satır.

XVI mətnBu 1905-ci il müharibəsində oluf. Babam söhbət eliyirdi ki,

Ağdamnan bir bəy Qasımı çağırdı dedi ki, gəl bura, Şuşada vəzyət ağırdı, ora patron göndərməh lazımdı, bir iki yoldaş tap özünə, ora patron çatdır. Deyir ki, yaxşı, götürərəm. Nəysə, gedir atdarı yühlü-yüllər, xurcunnara yığıllar patronu, götürüf gəlillər bizim Avdal kəndinə. Bizim Avdal kəndiynən Şuşanın arasında üş dənə erməni kəndi varıydı. Bu kəntdə bu posdarı keşməhdən ötrü, burda ancax dil bilən adam lazımdı.

Nəysə, Qasım özüynən bir-iki nəfər də götürür. Qardaşı Calal kişi söhbət eliyirdi. Deyirdi ki, getdi, deyir, Haroy kəndinə. Ora çatanda dedi, səngərdə ermənilər var, siz gözdüyün, mən yoxluyum görüm nətərdi. Yaxınnaşdı səngərin birinə, biz də baxırıx kənardan, atdarı saxlamışıx. Deyir, girdi səngərə. Gördüh ermənicən nəysə dedi bullara. Qayıtdı çıxdı gəldi. Əl elədi ki, gəlin. Nəysə, yeridih bir postu keşdih. Postu keçəndə deyir, soruşdum ku, Qasım, nə dedin ollara? Deyir, heş nə demədim, dedim ki, yatmıyın, türklər gəlif sizi qırar.

Bu minvalnan helə üş dənə erməni kəndin keşdi, bütün sursatı, patronnarı Şuşa qalasına çatdırdı. Qayıdıf gələndə Qasıma deyiflər ki, Qasım kişi, gedəndə ehtiyatdı ol, səni vurallar. Deyif ki, qorxmayın, məni vurmazdar, intaası mən gəlmişəm, bu erməni kəntdərinnən boş qayıtmıyajam, nəysə bir şey aparajam.

Tanıdığı əsas kənd oluf Haroy kəndi, orda onun tanıdığı bir erməni oluf. Görüf kü, burda bir bulax var, Söyütdü bulax deyillər. Bu bulağın yanınnan keçəndə görüf kü, burda kartof sahəsi var, bu erməni sahədə işdiyir, atın da açıf bağlıyıf söyüdün budağına. Yavaçca gedir bu atı açır, minir. Bəri gələndə erməni duyux düşür.

273

Page 274: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– “Ə, Qasım kirvə, hara gedirsən?” Deyif, ə, piyadayam, yorul-muşam, atı kəntdən buraxajam gələjəh, nəyrahat olma.

Atı minif gətirir kəndə. Aradan bir səfər keçənnən sorasına bir də əyağı düşür bu Haroy kəndinə. Bu erməni deyir ki, ə, Qasım kişi, mənim atımı niyə gətirmirsən? Deyir ki, ə, buraxdım, bəs gəlmədi? Deyir ki, ə, yox. Deyir, ə, sən öl, canın üçün, buraxmışam, mən nə bilim indi hara gedif. Onnarnan bizim aramızda bir altı-yeddi kilometr məsafə var. Atı aparır başqa bir erməni kəndində başqa bir erməniyə satır.

XVII mətnBir gün Qasım elə öz kəndimizdə ət almağa gedif. Görüf kü,

camaatdı da, tökülüşüf ətin üstünə, ət alıllar. Bizim kəntdə bir qoja kişi varmış, adı Pənahımış. Bu, Qasımı itəliyif keçir. Deyir, ayna dur, mən alıram. Qasım deyir, Allahın işinə bax ey, bütün Qarabağ əlimnən qan ağlıyır, kəndə gəlirəm, Pənah qoymur bir kilo ət alam.

XVIII mətnQardaşı Qasıma deyir ki, Qasım, ta yaşdanmısan, oruş-namaz

vaxtındı, niyə namaz qılmırsan? Bilirsənmi ki, qəzaya qalanda nə qədər günah eliyirsən? Hər bir günün qəzası altmış gündü. Deyif ki, onda mən o qədər tutmıyajam ki, onun sayın-hesavın itirsinnər.

XIX mətnAbdal Qasım bir məclisə gedir. Baxır ki, məclisdə oturan

adamlar biri kamançaya zakaz verir, biri tara zakaz verir, biri nağa-rada solo çaldırır, oxuyana zakaz verillər. Heş bu qoşa nağaraya zakaz verən yoxdu. Abdal Qasım deyir ki, yox ey, bu kişilikdən döyül. Mən də qoşa nağara çalana zakaz verəjəm, bu da öz sənətini gösdərsin. Bu pulu çıxardır hazırrıyır ki, dayanan təki deyə ki, ala bunu, qoşa nağarada bir dənə solo çal. Görür ki, qoşanağaraçı çala-çala dodağının altında deyir ki, burda kişi yoxdu, burda kişi yoxdu. Abdal Qasımın qulağı bunu çalır. Deyir:

– Nə dedin, a bala? Deyir:

274

Page 275: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Sənnən işim yoxdu, sənnən işim yoxdu.

XX mətnBir gün də Abdal Qasıma xəbər çatır ki, bəs Avropadan –

hazırcavablar klubunnan nümayəndə gəlif. Gəlin siz də orda iştirak eliyin. İşin gedişin-zadın soruşur. Deyir ki, mən iştirak eliyərəm bu şərtnən ki, birinci sualı mən verəm. Deyillər ki, yaxşı, oldu. Nəysə, gələn adamnan bunu qabaxlaşdırıllar. Tərcüməçi deyir ki, bu adam deyir mən onnan hazırcavablar klubuna daxil olaram bu şərtnən ki, birinci sualı mən verəm, ikinci sualı o versin. Birinci sualın qiyməti beş maat, ikinci sualın qiyməti üş maat. Deyir, hə, oldu. Abdal Qasım sualı verir, o biri cavab verə bilmir. Cavab verə bilmiyəndə deyir:

– Ver beşdiyimi. Beş maatı alır. Allanan sora xırdalıyır qaytarır bunun üş

maatın. Deyir:– Sən nə iş gördün? Deyir:– Sən də sual verəjəhsən, mən bilmiyəjəm. Elə bəri başdan üş

maatı ala. Abdal Qasım belə hazırcavab olur. Orda da məharətin gösdərir.

XXI mətnHansısa çaya sel gəlirmiş. Qasım gəlir durur çayın bu üzündə.

Görür ki, sel nətər güjdü gəlirsə, təkbaşına keçə bilmijəh. Gözdü-yür, görür ki, dığalar gəlir. Bular dörd nəfər düzələndə deyir:

– Qasım kirvə, burda neyniyirsən? Deyir:– Görmürsən, sel gəlir, oyza-buyza adam keçirirəm. Deyir:– Qasım kirvə, bizi də keçir dana. Deyir:– Baş üsdə, keçirərəm, amma adama bir güllə pambıx verər-

siniz.

275

Page 276: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bunun dördü də qol-boyun durur, bu da durur ortasında. Axı beş nəfərdi. Suyun ortasına çatanda pərsəng güc eliyir, bunun biri əldən çıxır. Deyir:

– Qasım kirvə, Nerses kirvə getdi. Deyir:– Onun bir güllə pambığını isdəmirəm.

XXII mətnKeşişin bir dənə atı varmış, Qasımın buna gözü düşür.

Fikirrəşir ki, nətər eləsin atı bunun əlinnən çıxarsın. Güdür ki, görsün keşiş evə havaxt gedir, havaxt gəlir. Özü də keşiş atı min-mirmiş, yedəyində aparırmış. Günnərin birində görür, keşiş gedir. Bərəsində gedir durur, söyütdən-zaddan qırır, özünü məzəli şəklə salır. Keşiş gəlif keçəndə atın nohtasın çıxardır, təpinən kimi at qaçır bunun atının yanına. Bunun da atı maydan atdı. Noxtanı keçi-rir öz başına. Bir xeylax gedənnən sora görür at getdi, da görükmür. Keşiş noxtanı dartır özünə, bir-iki dəfə “at gəl” eliyənnən sora Qasım birdən ayağın cütdüyür kişniyr. Keşiş çönəndə görür, ə, at çönüf cin oluf. Bu kişniyif dartanda “vay Astos” eliyif keşişin ürəyi gedir. Bu yüyəni qoyur belinə. Gedir yuyunur, atı da götürür gedir.

Səhər keşiş kilsənin qabağında durmuşumuş. Keşişin atıynan gəlif keçəndə deyir ki, kirvə, sabahın xeyir. Deyir:

– Ara, Qasım kirvə, ayağını saxla, sənə bir söz deyəjəm. Bu dayanır, deyir, buyur. Deyir:– And olsun Allahın birriyinə, gözümün qabağında at dönüf

cin olmasaydı, deyərdim bu elə mənim atımdı.

5. KOR ŞAKİR

I mətnBunun arvadı mənim kimi başdan səyrəyidi. Deyif ki, Şakir,

sən Allah, məni bir Bakıya apar, Bakını görməh isdiyirəm. Deyif:– And olsun Allaha, aparajam. – Havax, ay Şakir? Deyif:

276

Page 277: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Allah səni elə bir dərdə salajax ki, dərdinə dərman tapılmı-yanda səni Bakıya aparajam.

Elə heylə də getdi incəvara.

II mətnMilisdər hamısı tanıyırdı kı, o qəşşəh aniqdot danışandı,

hazırcavabdı, söz altda qalan döyül. Bizim qəşəh sanatoryamız varıdı axı, hayıf qaldı hamısı ermənilərə. Bu milisdər deyir, Şakir, gəl gedəh yeməyə. Yeməyə, işməyə bunu da götürüflər. Sanator-yada o touz quşdarı olan yer tozduğuydu. Üzdən irax, uzunqulaxlar o tozduxda eşələnir. Deyiflər ki, ə Şakir, nədi o torpaxda eşələnən? Deyif ki, sizin kimi yaddan gəlmiş qonaxlardı.

III mətnDeyir, bu (Şakir – top.), Qaradağa gedifdi yumurta almağa.

Nəysə, bu, iki karofka yumurta alıf. Buranın da milisiyası var axı, uçaskovusu. Bir dəfə də bu Şakiri görəndə deyif ki, ə Şakir, bir heylə yumurta aldın, neçə balası çıxdı toyuğun? Nətər balalardı? Deyir, hamısı sənin kimi paqonnudu.

IV mətnŞakir çox hazırcavab oluf. Deyiflər ki, heş kim onu bağlıya

bilməz. Bizim Ağdamda orqan işçisinin biri deyif ki, mən onu bağlıyaram. Deyiflər ki, heç cür onu bağlamax mümkün dəyil.

Nəysə, gəliflər bizim kəndə, camaat oturmuşdu ağacın divində məçidin qavağında. Bir nəfər kişi dedi ki, bax, dediyim Şakir budu. Nəysə, düşüf salamlaşıflar. Deyif:

– Ə, Şakir, eşitmişəm Avdalda bir eşşəh ölüf, onun yerinə gəlmişəm.

O da çönüf kü, düz deyirsən, sənnən də çox gileyli getdi. Deyif:– Niyə? Deyir:– Deyirdi ki, böyuh oğlum idin, niyə yerimə gəlmədin?

277

Page 278: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

V mətnQaradağın rəisin təzə dəyişmişdər. Bunnar bir kafe zanet

eliyiflər ki, bunu qeyd eliyələr. Rəisə deyiflər ki, gedəh Şakiri də gətirəh bir əz kefimizi aşsın. Deyif ki, o kimdi? Deyiflər ki, burda bir baməzə oğlan var.

Nəysə, milisin biri deyif, Şakir, gəl gedəh biznən bu kafeyə, təzə müdür gəlif, onu qəbul eləməliyih. Götürüf gəlif. İçəri girəndə Şakir deyif, bee, mən bilməmişəm itdər yığıncağıdı. İtdər yığıncağı olduğun bilseydim, bir əz yal alıf gətirərdim.

VI mətnAxşamnan milisdərə dövlət qanun verif ki, çöldə olan yiyəsiz

itdəri vurun. Milisdər axşamnan hamıya tapşırıf kı, uşaxlarınızı qoymuyun çölə çıxa, bəs səhər yiyəsiz itdəri vurajıyıx. Genə bu rəis maşında getdiyi yerdə, görür Şakir yolun qırağında duruf. Yanın-dakına deyif ki, dimmə, buna bir sataşım, sora gedəh. Maşını sax-lıyıf, deyif:

– Ə Şakir, axşamnan tapşırmamışıx kı, çölə çıxma, bu gün yiyəsiz itdəri vurajıyıx?

Deyif:– Ə, sən canın, qardaş qırğını salmıyın.

6. DAMDA QALANINIZI KİM DÜŞÜRƏCƏK?

Bir usda evin üsdünü vurur, axırıncı şiferi də vuranda aşağı baxır, nə qədər eliyir düşəmmir. Yapışır qalır, qışqırır:

– Ay camaat, məni burdan düşürün. Kəndin camaatı yığışır, hərə bir ağıl verir, bunu burdan düşür-

dəmmillər. Deyir, ə, kəndin bilicisini çağırın. Bilicini çağırıllar, bilici gəlir. Evin enin ölçür, boyun ölçür, bir belə baxır. Fikirrəşir, deyir düşürdərəm. Deyir:

– Gedin əlli metr uzunnuğunda bir kəndir gətirin. Gedillər kəndiri gətirillər. Üş nəfəri çıxardır, deyir:– Bu kəndiri atın ona.

278

Page 279: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Kəndiri atıllar. Deyir:– Ə, bu kəndiri bağla belinə. Bağlıyır. Deyir:– Mən bir, iki, üş deyəndə dartın. Dartıllar, düşən kimi mundar olur. Ağlaşıf eliyillər. Aparıf

bunu dəfn-kəfn eliyillər, basdırıllar. Qayıdanda hamı kiriyif, bu bilici başdıyıf ağlama.

– Ayə, bilici, qardaş, Allaha şükür, damda qalanımızı da dü-şürdün, tay niyə ağlıyırsan?

Deyir:– Ə, sizin günüzə ağlıyıram ey. Fikirrəşirəm ki, mən ölənnən

sora sizin damda qalanınızı kim düşürdəjək?

7. MOTAL MƏNİ BOŞLAMIR

İki qardaş olur, bular durullar körpünün üsdündə. Bir də baxıllar ki, iki dənə motal axır. Bu da ayı potası olar, düşər suya, elə bilillər motal axır. Balaca qardaş böyük qardaşa “qağa, motal” deyif özün tulluyur. Gəlif yapışanda ayı potası da bunnan yapışır. İkisi də batır çıxır, batır çıxır. Böyük qardaş baxır ki, motal bunu batırır. Deyir:

– Qardaş, motalı boşda ey, motal səni batırajax. Deyir:– Ə, mən motalı boşduyuram ey, motal məni boşdamır.

8. MƏN ÇINQILLIĞA DÜŞDÜM, SƏN İRƏLİ HOPPAN

Bir kürd gedir Bakıya. Görür bir yerə pul verif girillər. Bu da pul verif girir. Bura da hamam olur, bunu yaxşı çimizdirif eliyillər. Bu çıxanda yadında saxlamağ üçün diqqətnən baxır ki, orda dörd dənə hərif var. Yadında saxlıyır ki, bura dörd hərifli yerdi.

Nəysə, rayona qayıdanda dosdu soruşur. Deyir, Bakı nə Bakı. Əlalxüsus da, məni bir yerə saldılar, da ləzzət elədi. Gələn dəfə gələndə dosdu əl çəkmir ki, məni də apar.

279

Page 280: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İndi yazılara baxa-baxa gəlillər. Birdən deyir, ə, tapdım. Görüllər hamı bura gedir, dörd də hərif var. Bu da olur kino. Bir az da bular gejikiblər. Bular girəndə görüllər ki, plyajı gösdərillər, hamı çimir. Bular da foyedə oturuflarmış. Naxadı əvvəl gələn soyu-nur, özün tulluyur. Tulluyan kimi düşür taxdanın üsdünə, əzilir, hıkqıldıyır. Foyedə qalan deyir:

– Ə, noldu? Deyir:– Ə, İvrəhim, mən çınqıllığa düşdüm, sən bir az irəli hopban.

9. ERMƏNİ, MÜSƏLMAN VƏ GÜRCÜ

Erməniynən musurman qonşuluğ eliyir. Erməni deyir: – Ə, sən cox bilirsən, mən? Deyir: – Mən. Bunnar nəysə gedillər ova. Biri azərbaycannı olur, biri erməni

olur, biri də gürcü olur. Bullar aranın düzündə bir turac vurullar. Erməni bijdi axı, deyir:

– Yatax, bir yuxu görəh, kim yaxşı yuxu görsə o yesin. Deyillər, noolar? Nəysə, turacı bişirillər, uzannıllar. Onnar

uzanan kimi, musurman turacı duruf yeyir. Erməni deyir ki, yaman yuxu gördüm. Deyir, nədi? Deyir ki, Musa peyğəmbər gəldi maa dedi ki, havağ ölsən bu cənnətin bağbanı sənsən. Gürcü də dedi ki, maa Musa dedi ki, havax gəlsən, cənnətin qapıçısı sənsən. Bu səfər musurman da dedi ki, maa Məhəmməd peyğəmbər dedi ki, bu cənnətin bağı da getdi, bağbanı da getdi, qapıçısı da getdi, yeri sən də turacı ye, saa heş nə qalmadı. Mən də turacı yeyif yatmışam.

10. ÜÜÜÜÇ GÜN

Dovşan balası anadan olanda anası ona sual verir ki, ay bala, sana neçə gün süd verim? Deyir ki, ana, nə bilirsən ver. Anası deyir ki, saa üüüüç gün süd verim, yoxsa yüz gün süd verim?

280

Page 281: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Balası deyir ki, maa üüüüç gün süd ver. Dovşanın balası elə bilir ki, anası üçü uzatdığına üç gün çoxdur.

11. MARAL ƏHVALATI

Bir gün nainsaf bir ovçu ova çıxır. Görür ki, meşədə qəşəh, gözəl bir maral otduyur. Hərriyir ki, maralı vırsın. Maralı vırıf yaralıyır. Maral su işməh üçün özünü çaya vurur. Çaya gedəndə görür ki, bir tısbağa da çaya gedir. Maral deyir ki, ay tık-tık xanım, hara gedirsən?

Tısbağa deyir:– Qardaş, məni də ovçu yaralıyıf, bəs gedirəm çaya. Tısbağa suyu içif deyir ki, ay maral qardaş, səni vıran ovçu-

nun da, mənim kimi maralı vuran ovçunun da qolları quruyeydı. Maral dilə gəlif deyir ki, tısbağa, mən ovçunun yarasıynan ölmüye-jeydim, sənin bu sözün məni öldürəjəh. Sən ki, özünü maa oxşat-dın, mən sənin sözünnən öləjəm, ovçunun yarasınnan yox. Axı tısbağa hara, maral hara.

12. XƏRCSİZ GƏLİN

Bir kişi oğluna qız almax isdiyir. Qızgilə elçi gedir. Qızın atası oğlangilə deyir ki, nə vermirəm, nə almıram, sizi xərcə salmıram. Götürün aparın. Götürüf aparıllar. Çayı keçməliymişdər. Çayı keçəndə deyiflər, quzunu bərk saxlıyın, qoyunu bərk saxlıyın. Ama bir dəfə də gəlini bərk saxlıyın, gözdüyün demiyiflər. Gəlin deyif ki, məni qaytarın əvimizə, atama sözüm var. Qayıdıf gələndə atası soruşur ki, bala, niyə qayıtdın? Deyir ki, ata, qoyunu-quzunu bir-birinə tapşırdılar, məni heş tapşırmadılar. Mən onnara müftə başa gəlmişəm. Xərşsiz gəlin gəlmişəm də. Təzədənnən sağlığaa ki-şi onnarı xərcə salır, sora qızı verir. Genə də çaydan keçillər. Am-ma, bala, bı dəfə gəlini gözdən qoymullar. Ona görə ki, artıx müftə, xərşsiz gəlin yox, xərşli gəlin aparıllar. Yanı, bı yolda çoxlu mal-döölət, xərş veriflər, zəyifliyiflər. Ay bala, gəlini xərşsiz aparanda hörmətsiz olur.

281

Page 282: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

13. GƏZƏYƏN ARVAD

Bir kişiyə deyillər ki, ay kişi, səən arvadın əyri yola gedir, onu bir əz yığışdı. Deyir, məəm arvadım heylə şey eləməz. Arvad məəm-di, bilirəm nə təərdi. İndi bı kamandirofkaya getməlidi. Bir ay çıxır evdən. Üzdən irax, qapılarında yekə it varımış. Deyir, mən gedirəm, bu arvadı sənə tapşırıram. Kim gəlir, kim gedir gələndə maa dəərsən. Bu gedir, bir ay tamam olanda gəlir. Sifdə itnən görüşür. Deyir:

– Ay it, nooldu? İt deyir: – Uu-uu, – uluyur. Yanı o qədər yanına gəlif gedən oluf ki, saymağnan qutarmır.

14. XAN VƏ XANƏNDƏ

Keçmişdə Azərbaycan hamısı xanlıqlara bölünmüşümüş. Quba xannığı, Bakı, Şəki, Şuşa, Şamaxı, nə bilim nəysə. Bir xan oğluna toy eliyirmiş. Xan deyir ki, yaxşı xananda gətirəh, toyda oxusun. Gedir bir xananda tapıllar. Xananda dəsdəsiynən gəlif oturur mağarada. Xan xanandaya deyir ki, saa mən bir şey deyəjəm. Sən maya elə bir oxumağ oxu, içində muğamat olsun, seygah olsun, təsnif olsun, içində bilmirəm nə olsun. Xananda baxıf görür ki, yox, məsələ başqa şeydir. Bu bir az yaxşı olmadı. Sonra xana deyir ki, mənim xanım sağ olsun, gəlsənə mən saya bir söz deyim. Xan deyir ki, denən. Xan sağ olsun, get bazardan bir qarpız al, gətir kəs, onun içində həm yemiş olsun, həm xiyar olsun, həm lobya, həmi də kar-tof olsun. Bullar olsa, mən sənin dediyini oxuyajam. Axı xananda savatdı, ağıllıydı da. Bilirdi nə deyirdi. Xananda bu yolla xanı bağ-ladı. Xan bildi ki, qarpızın içindən belə şeylər çıxa bilməz.

15. SİZİ YANDIRAN BALNAN QAYĞANAQDI

282

Page 283: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir kişinin üç arvadı varmış. Adı da Hacı Rəsuludu. Bu arvat-dara deyirmiş hansız məni çox isdiyir? O deyirmiş, Hacı, sənnən yana ölərəm, bı deyirmiş sənnən yana ölərəm, özümü öldürərəm, neyniyərəm, nətəər eliyərəm. Bu Hajı bilir ki, bı arvatdarın üçü də yalannan deyir də. Bir günnəri deyir ki, bəs bu axşam məəm vaxdım tamamdı. O deyir, bıy, dərdin maa gəlsin, o deyir, dərdin maa gəlsin, qadan maa gəlsin. O deyir, yox, sən ölmə, mən ölərəm. Nəysə, axşam olur. Kişi yalannan oturur, kəlmeyi-şaadətin oxuyur: “Allah, Allah, Allah, ay öldüm”. Kişi gizdicə nəfəsin gizdədir, guya ölür. Arvatdarın nə dərdinə? Bının üzün örtüllər. Ta baxmıllar ki, bı nəfəs alır ey. Arvatdar oturur üçü də. Deyillər, gəlin ağlıyax, səs eliyəh, qonum-qonşu gəlsin. O birisi deyir ki, yox, tələsmə, gecə yuxusuz qalarıx. Ölüb day, nə səs eliyəh. Qoy yatax, tezdən camaat duranda biz də səs salarıx. Başdarın atıllar yatıllar. Hajı da kənarda izdiyir. Səhər olur, sübh tezdən durullar. Arvatdar deyir ki, gəlin başdıyax da ağlamağa, qonşular eşitsin. Yenə arvadın biri deyir ki, hara qışqırır-san, camaat töküləjəh, çörəh yeyəmmiyəjih, çay içəmmiyəjih. Yesəh dəəjəhlər ki, sevinir, heş elə bil ərrəri ölmüyüf. Durullar çay qayna-dıllar, balnan qayğanax bişirillər, yeellər. Yeellər, çaydan-zaddan içillər, hər şeyi yığışdırıllar. Deyillər ki, gəlin başdıyax, gəlin başdı-yax. Ağlaşmanı başdıyıllar. Biri başdıyır: “Ha-cı, ö-lü-rəəm, heey!!” Belə eliyillər ki, qonşular eşitsin. Nə bilim, biri deyir yandım, biri deyir öldüm. O deyir, yanaram, özümü öldürərəm. Bı deyir, yana-ram, özümü öldürərəm. Hajı dözmür, yerinnən qalxır deyir, a köpəh qızı, sizi yandıran balnan qayğanaxdı ey. Durur üçünün də şələsin verir kürəənə...

16. MƏLƏMƏYİMİ EŞİDƏRSƏN

Günnərin bir günündə bir kişi yolla gedirmiş. Görür ki, bir cavan oğlan o yannan gəlir. Cavan oğlan onnan soruşur ki, ay ağsakqal, hardan gəlirsən? Deyir ki, o tərəfdən gəlirəm. Nə üçün? Deyir, heyvanım itif, onu axtarıram. Deyir, əşi, heyvanı itənə oxşamırsan axı. Deyir, niyə a bala? Dedi, elə mən uzaxdan fikir verirdim sən fışdırıx çala-çala gəlirsən. Deyir, nolsun ki, fıştırıx

283

Page 284: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

çalıram. Deyir, heyvanı itən fışdırıx çalar? Deyir, bala, görürsən o dağı? Deyir, hə, görürəm. Deyir, gedirəm o dağa. O dağın dalına baxacam. Əgər heyvannarı orda tapmasam, gəlif fışdırıx çalmağıma yox ey, mələməyimə fikir verərsən.

17. İKİSİ DƏ ÜSTÜNƏ GƏLDİ

Bir nəfər il boyu yekəlir, böyüyür. Elə bil danışanda xıxıldı-yırmış. Hər danışanda deyirmiş, məsələn, xoş gəlmisən xıx, gəl otu-gınan xıx. Deyir, əşi, mən nə vədiyəcən danışdıxca xıx, xıx eli-yəcəm? Qoy gedim bir həkimin yanına. Durur gedir həkimin yanına. Həkimə deyir ki, ay həkim, başaa dönüm, mən neçə ildi həkimə-zada getmirəm. İndi maa bir çara qıl da. Mən hər danışanda xıxıldıyıram. Maa dərman verginən yaxşı olum. Elə bı həkim də problemliymiş. Deyir ki, mən indi sənə bir dərman yazacam üft, çıxarsan ikinci mərtəbiyə üft, orda sesdram var üft, ona deyərsən, o sənə dərman yazar üft, alıf içərsən üft. Bu çıxır ikinci mərtəbəyə. Çıxır görür ki, qız oturufdu. Deyir, mən gəlmişəm həkimə, həkim mənə dərman yazıfdı, elə bil sən o dərmanı verməlisən. Deyir, hə, yaxşı, həkim verifsə, hüüş! Bı da fişqalıyırmış. Bı fişqalıyanda deyir, tay bıllar mənnən betər xəsdəymiş. Durur gəlir əvə. Bir müddət qalır. Bir aydan sora həkimə gedir. Həkim deyir, nooldu? Deyir, həkim, “xıx”, “üft”, “hüüş”. Yanı əvvəl xıx eliyirdisə, indi ikisi də üsdünə gəlib.

18. KEÇİLƏRİ KİM ÖTÜRƏCƏK?

Ər-arvad olur. Bilların keçiləri olur. Anası bulları ayırır. Deyir, bala, bu sizin iki keçinizi, heyvanızı, evizi verrəm, gedin orda baş-başa verin dolanın. Deyillər, hə, nolar. Gedillər.

Qonşu hər gün gəlif bulların keçilərin örüşə ötürürmüş. Ər-arvad gejə söhbətdəşillər. Deyirlər, kim sifdə dillənsə, o keçiləri aparıf ötürəcəh, ta qonşu bezif də. Hə, bu dinmir, o dinmir. O dinmir, bu dinmir. Tay səhər olur də. Keçilər qalır tovlada. Qonşu tay vadar olur ki, balam, bullar hardadı, nədi? Mən də ötürmə-mişəm bılların heyvanın. Nə də durmullar? Gedir evlərinə, görür ki, ikisi də lal-dinməz duruflar. Deyir ki, keçiləri niyə ötürməmisiz?

284

Page 285: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nə o dinir, nə bu dinir. Axırda o kişi gəlir bunun arvadının üzünnən öpür. O öpəndə arvad vadar olur deyir, “bıy, yanasan səni kişi, mə-ni öpdü, sən niyə dillənmədin? Kişi dillənir, deyir, ooy, səər ke-çiləri sən ötürəssən.

19. DƏYİŞİK DÜŞMÜŞ ADAM

Bir əsgəri boşduyuflar, poyuznan gecə evə gedirmiş. Yolda da bir kişi minir. Minəndə bələdçiyə deyir ki, məni filan istansıda oyadarsan, duraram. Deyir ki, nolar? O vaxtdar vaqonnar qarannığ olurdu. Bı əsgər də paltarrarın çıxardır, qoyur usdolun üsdünə. Bu kişi də öz paltarın soyunur, üsdən qoyur ora. Bu bələdçi gəlif deyir ki, ay qardaş, filan isdansıdı, sən düşməlisən. Bu da tələsir, əsgərin paltarın geyinir düşür. Onda da uje hava işıxlanır da. Belə gedir, gedəndə özünə baxır, göör ki, əsgər paltarıdı. Deyir, baay, kişiyə bax e, demişəm məni oyatginan, gedif əsgəri oyadıf.

20. İKİSİNDƏN BİRİ MƏHV OLACAQ

Günnərin bir günündə bir kişi olur, iki qızı olur. Kişi qızının birini verir galladara, birini də verir əkinçiyə. Vaxt gəlir, zaman gəlir, elə olur ki, arvad deyir, kişi, bəs qızdarımızı verdik, elə bil başımızdan eləmişik. Bir get gör nədi vəzyət, nətərdi qızdarımız. Kişi gəlir. Birinci galladara verdiyi qızın evinə gəlir. Ay salam, əleykimə salam. Mehriban ata, xoş gəlmisən. Görüşüllər. Oturullar, yeyillər, içillər. Kişi deyir, bala. Deyir, hə. Deyir, bala, vəzyətiniz nətərdi? Deyir, ata yaxşıdı. Ama yağış yağseydi yaxşı ot olardı, heyvan yeyərdi, özün tutardı. Satardıx yaxşı dolanardıx. Deyir, ba-la, Allah mətləbizi versin. Durur burdan gedir. Gedir o biri əkin-çinin evinə. Salam, əleykimə salam. Oturullar, yeyillər, içillər. Qızı yannıyır. Soruşur ki, bala, vəzyətiniz nətərdi? Deyir, ata, Allah eli-yə quraxlığ ola, buğdamız tutufdu. Buğdamızı biçəh, satax, yaxşı dolanax. Deyir, bala, Allah mətləbızı versin. Fırranır gəlir evə. Ar-vad soruşur ki, kişi. Deyir, hə. – “Qızdarın vəzyəti nətərdi?” Deyir, ikisinnən biri məhv olacaq. Deyir, nətəri məhv olacax? Deyir, biri

285

Page 286: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yağış isdiyir, biri quraxlığ isdiyir. Ya yağacax, ya da quraxlığ olacax.

21. QIRX QARĞA

Bir də bir arvat varmış. Bı biz tərəflərdə lap oluf elə. Day bu kəndin xəbərin, nağılın onnan ona, bınnan bına deyirmiş. Bütün kət kişiyə deyirmiş ki, sən arvadı yığışdı, bınnan ona, onnan bına yalan-dolan deyir. Bınnan kişi bacarmır. Kişi bir gün deyir ki, ay arvat, birdən mənim nəsə bir eybim olar, xata işdiyərəm, sən hamıya deyərsən?

Def: – Yox, sənin ölmüşün hakqı, kişi, heş kəsə demərəm. Nəsə, bir gün kişi gedir görür dərədə bir ölü qarğa var. Bını

gətirir, arvada deyir ki, bax, bir yerdə deyif eləmə, biyabırçılıxdı. Mən bəs çöldə bir dənə qarğa doğdum. Bir yerdə deyərsən, mən day adam içinə çıxa bilmərəm haa... Arvad deyir:

– Yox, kişi, mən səən sözü deyərəm? Yox! Deyir:– Nə bilim, bütün kət deyir. Onda gərəh mən adam içinə çıx-

mıyam. Nəysə... Kişi bilir ki, bının dilin saxlamağ olmuyajax də. Bir

əz qalır. Tez keçir, üz keçir. Bir gün gəlif kişiyə deyillər ki, padşah səni çağırır. Kişi srazı bilir ki, arvad qarğa məsələsin kiməsə deyif. Kişi deyir ki, arvat, qarğa məsələsin birdən kiməsə deyərsən?

Deef:– Yox. İmanım hakqı, sən öləsən, deməmişəm. Deyir: – Bəs axı, məm padşahlıxda nə işim var? Bir vəzifəm yox,

məni nəə çağırıllar padşahlığa? Bəlkə kiməsə demisən, tayfan qırılsın. Deef:– Yox, sən öl, heş kimə deməmişəm. Kişi gedir padşahlığa. Padşah deyir ki, a kişi, sən qırx dənə

qarğa doğmusan, heylədi? Deyir:

286

Page 287: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Padşahi-aləm sağ olsun, kişi də doğar? Elə bir şey olar? Deyir:– Bilmirəm, dünən vəzirim dedi ki, filan kətdə bir kişi qırx

dənə qarğa doğuf. Vəzirdən soruşur ki, səə kim dedi? Deyir:– Vəkil dedi. Vəkil otuz dokquz adamın adın çəkir. Nəysə, gəlir, gəlir, gəlir,

axırda arvat gəlir. Deyir ki, sənin ərin qarğa doğufdu? Deyir:– Yox, bilmirəm, çöldən bir qarğa gətdi. Deyir:– Bəs sən neynədin? Deyir:– Üş gün qarnımda saxladım, heş kəsə demədim. Soora

getdim qonşuya dedim ki, bizim kişi üş dənə qarğa doğuf. Deef, həm bı sirri üş gün qarnımda saxlamışdım, həm də

fikirrəşdim, üş dənə qarğa bı yekəlihdə kişiyə neyniyəjəh? Onnan soora kişi day görür ki, bınnan başara bilmiyəjəh dana.

22. MOLLANIN YALANI

Bir gün bir molla oturur, kişilərnən söhbət eliyir. Birdən qayıdır ki, Allah, sən saxla, Allah, sən saxla.

Kişilər deyir:– Noluf? Bizdə də bir dağ vardı. Ağbənd dağınan, Göybənd dağın arası,

ora da çox sıldırımdı. Karvan keçəndə deyərmişdər, “Dəf öz atına”, yəni başqasının atına “dəf” demiyin də. Molla deyir:

– Bəs ordan bir qatır uçurdu, düşürdü Araza, saxladım. Hamı deyir:– Allah köməyin olsun, nə yaxşı saxladın. Evin gəlini mını eşidir, bı da aş bişirirmiş. Bu bilir ki, molla

yalannan deyir. Hamının ətin aşın üsdünnən qoyur, mollanın ətin

287

Page 288: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

altdan qoyur, düyünü yığır. Gətirir çəkir qabağa. Çəkəndə hamı yeyir, molla yemir.

Deyillər:– Molla, niyə yemirsən? Deyif:– Niyə hamının aşına ət qoyuflar, amma maa qoymuyuflar?

Mən kimnən pisəm ki, bırda məni seçiflər? Gəlini çağırıllar. Gəlin qayıdır deyir:– Noldu, Ağbəndinən Göybəndin arasında qatırı gördün,

düyünün altında əti görmədin? Sənin əti altdan qoymuşam ki, görüm görə biləssəmmi?

Molla elə ordan durur, aşı yemir, gedir. Sora gəlinə pisdihlər eliyir. Həyatın, ayləsin dağıdır. Bu, olmuş hadisədi.

23. DİRİ-DİRİ CƏNNƏTƏ GİRMƏK İSTƏYİR

Bir molla olur, arvatdarı yığır başına. Deyir, analar, bacılar, gəlinnər, yoluvuzu azmıyın, pis yola düşmüyün. Gedif cəhənnəm odunda yanassız. Hamı deyir:

– Hə, hə. Bir dənə gəlin olur, bilir ki, molla yalannan eliyir də, özü çox

düz əməlli dəyil. Deyir:– A molla, indi biz başqasıynan gəzmiyəh, eləmiyəh. Birdən

indi işdi da oldu, gözümüz saa düşdü, bəs onda biz neyniyəh? Baxır, baxır, deyir: – Zalımın qızı diri-diri cənnətə girməh isdiyir ey.

24. XAN VƏ NÖKƏR

Xan ova gedəjəymiş. Nökərə deyir ki, çıx bax gör hava nətərdi, ova gedəjəm. Amma desən ki, yağır, boynunu vurduracam. Nökər çıxır çölə, baxır ki, hava elədi, elə yağır. Yağış, palçıx. Bir tərəfdən də qorxur ki, xan boynun vurduracax. Fikirrəşir ki, nətəəri deyim? Hava belə yağajax, neyniyəcəh. Gəlir girir içəri. Xan deyir ki, nökər, nətəərdi hava? Ova getməh olar? Deyir, xan sağ olsun:

288

Page 289: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nə bulutdu, nə ayaz, Nə yağardı, nə yağmaz. Dizəcən palçıxdı,Ayax dəysə, bılaşmaz.

25. ƏLAC YOXDU, XAROŞİY

Bir günnəri təzə qolxoz qurulur kəntdə. Nəsə, bı kətdilərin malların, öküzün, sahəsin – hamısın yığıf qatıllar bir yerə. İclas olur, iclas olanda bir dənə kəntdə ağsakqal kişiyə qayıdıf sual verillər ki, baba, qalxoz xaroşiy? Deyir, nəyi xaroşidi, ay bala, öküzümü alıf, tarlamı alıf, hər şeyimi qatıf bir-birinə. Nəyi xoroşidi? Xoroşi-zad dəəl. Bı kişini tutullar, iki il bına iş verillər. Kişi gedir, iki il çəkir gəlir. Bir gün yenə nəsə olur, genə bı kişidən soruşullar, baba, qalxoz xaroşiy? Deyir, əlaş yoxdu, bala, xoroşiy. Əlaş yoxdu, xaroşiy.

26. KƏNDƏ TABAQ SINDIRAN GƏLİB

Bir gün kəndə kəndirbaz gəlir. Qadınnar ora getmirmişdər. Bu olmuş hadisədi. Kəndə kəndirbaz gəlir. Kişilər gedir kəndirbaza baxmağa. Gəlir evə. Kişinin də adı olur Mirzə. Arvadı deyir ki, Mirzə, kəndirbaz nətəər olur? Kəndirbaz neyniyir? Kəndirbaz, kən-dirbaz deyillər, o nətəərdi? Kişi nə qədər eliyir, arvadı başa sala bilmir. Köhnə evlərdə də evin ortasında dirəh olurmuş. Gedir bir kəndir gətirir, bağlıyır bu dirəhlərə ki, çıxsın kəndirin üsdünə, gör-sətsin. Kişi çıxır bu ipin üsdünə ki, arvadı başa salsın ki, kəndirbaz belədi də, ipin üsdünnən o tərəfə gedir, gəlir. İpin üsdə çıxır, çıxan kimi yıxılır. Dura bilmir axı. (Köhnə evlərdə də teş, xəmir yo-ğurmağ üçün cəviz ağacınnan qab olurdu. Mən görmüşdüm, qoz ağacınnan olurdu, nənəmgildə vardı. Belə, təhnə, tabax hamısı ağaşdandı. Dəmir yoxumuş o vaxt. Qablar ya misdən, ya da tax-dadan olurmuş). Kişi hopbunur düşür təhnəni sındırır. Arvat qayıdır deyir ki, boy, ətin ərisin, kəndirbaz, ha kəndirbaz, mən deyirəm, bə nədi. Ədə, day deynən kəndə tabax sındıran gəlif dayna.

289

Page 290: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

27. MƏLIĞA DÜDÜK VERİRƏM

Məlik Fərəcin bir qardaşı oluf, çox fağır bir adam oluf. Dağda ayrımlar bunun bir malını oğurruyuflar. Məlik nə qədər bu ayrım-lara yalvarır-yapışır, yalvarır yapışır, gündə buna bir sot verillər, gündə buna bir sot verillər, boyunnarına almıllar. Bir günnəri Dəli Fərəc gəlirmiş. Görür ki, iki ayrım bir qayanın zaxmanına söykənif danışıllar. Biri deyir, ayə, Məlıx gənə gəlmişdi. Məlığa nə dedin? Deyir ki, ə, nə deyəjəm? Bir düdux vedim, getdi. Deyəndə eşidir axı Fərəc. Beşatılanı hərriyir tarap bala inəyə birini, qara cöngəyə birini. Bular durana qədər dördünü-beşini vurur. Deyir, ə Fərəc, ə Fərəc. Ayə nagarersən, ayə nağarersən? Deyir, ə nağarajam, Məlığa düdüh verirdim. Yanı ki, kopoğlu, siz mənim qardaşıma düdüh verirsiniz? Döşənillər bunun əlinə-ayağına ki, da öldürmə, Məliyə denən neçə heyvanın gətimişik gəlsin aparsın. “Məlığa düdüh verim” indi bizdə bir məsəl olarax qalır.

28. DƏDƏNİN EHSANI OLSUN

Cavad Ruxsar danışırdı. Deyir ki, toydan çıxmışam. Yağış başdıyıf, saz isdanıf, özüm isdanmışam, ölürəm da. Çatdırmışam özümü evə. Qapını döyürəm, qışqırıram arvada ki, ağız, dur qapını aç, ağız, dur qapını aç. Saz isdanıf, elə bil öyüm yıxılıf. Gejə saat üşdü, dörtdü, yol gəlmişəm. Arvat deyir ki, Məhəmmət, sənsən? Deyirəm ki, ay tünbətünün qızı, gejə saat üşdə mən olmuyanda kim olajax? Dur qapını aç. Deyir ki, içəridəsən, çöldəsən? – “Aaz, içəridə olsam, nə deyirəm? Dur qapını aç”. Deyir, duruf qapının cəfdəsin çıxartdı, getdi girdi yerinə. Dedi ki, yarpax dolması bişirmişdim. Yemişəm, ciyərim yanır. Sən dədənin goru, dolçanı doldur, maa bir dolça su ver. Deyir, götdüm mis dolçanı, getdim itin yal qazanınnan doldurdum, gətdim verdim arvada. Çəkdi, deyir, başına, dedi:

– Oxxay, Məhəmmət, dədənin ehsanı olsun, ölürdüm.

29. QASAN KURİT, QUSAN KURİT

290

Page 291: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Kalba Şükür yüzbaşı oluf. Özü sonsuz oluf, otuz ilə qədər kəntdə yüzbaşılığ eliyif. Yüzbaşı olanda bunnan matiryal yazıllar ki, bu tərəfgirrik eliyir. Tərəfgirrik də budu ki, bunun dayı tərəfi bir qədər əməkdən qaçan adamlardı. Bu gün də onnar işdəməyə meyilli döyüllər. Dayıları bir qədər kasıbmış, ona görə oları vergidən azad eliyif. Şuşadan bir urus gəlir, alır bu camaatı yanına gedif bu faktı dəqiqləşdirməlidi. Kalba Şükür də dayısı uşaxlarına sifariş eliyir ki (birinin adı Həsəndi, birinin adı Hüsəndi, birinini adı Gülnisədi), səhər gəlif baxajaxlar, evə-zada əl vurmuyun, necə var qoyun heylə qalsın. Bu dayılarım da yığışır olannarını sandıxdan çıxardıf geyi-nillər, olmuyannarını ondan-bundan tapıllar. Xan-bəy kimi bəzənif, bardaş quruf oturullar başda ki, evə qonax gələjək. Sınavar da pık-qıldıyır. Urus gəlir faktı dəqiqləşdirməyə. Görür elə yazıldığı kimi də var. Yerə gəvə salınıf, varlı evinnən də qəşəng təchizatı var. Qayıdıf bu yüzbaşıya deyir ki, düz deyillər də, sən buları nahax ye-rə vergidən azad eləmisən. Bu geyim-kejimnən buların vergi ver-məyə güjdəri çatar. Bu, çox pərt olur. Urus özü dəqiqləşdirmək is-diyir. Deyir, Qasan. Qasan deyir, ya. Deyir, Qusan. Qusan deyir, ya. İkisinin də ağzında bahalı demi varmış, demini çəkə-çəkə deyir-lər “ya”. Deminin qiymətinə də elə o ilin vergisin vermək olarmış. Qayıdır deyir, Gülnisə. Gülnisə deyəndə çadırasını belə eliyir, bu-nun da əlində demi varmış. Demini görəndə urus hirsdənir. Deyir, Qasan kurit, Qusan kurit, çort poberi, Qulnisa toje kurit. A kto budet platit? Tütünə vetdikləri pula hökumət vergisi versinlər. Yüz-başı babama deyir ki, tütünü həyətdərinə əkiflər ey, pulnan almı-yıflar. Deyir, tütün əkdiyi yerə buğda əksin, hökumət vergisi versin. Bu səbəbə Kalba Şükürü yüzbaşılıxdan kənarlaşdırıllar.

30. XALÇA BURADA NEÇƏYƏ GEDİR?

Əllav kişi Bayram bəyin mehtəri oluf. Şuşada bəylər məclis keçirən vaxdı Əllav kişi də bunnan getmişdi. Gedif görür bəylər

291

Page 292: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

oturuf, Bayram bəyə yer yoxdu. Bəyin birinə deyif ki, bura gəl. Bəy deyif:

– Nədi? Deyif:– Burda deməli söz deyil, çıxax çöldə söhbət eliyək. Bəy duran kimi Bayram bəy oturuf bunun yerində. Bər deyif

ki, ə nədi, noluf? Deyir ki, bizim arvadın bir yaxşı xalçası var, satıram. Burda neçəyə gedər? Bəy məclisə qayıdanda baxıf görür yerində oturuflar. Deyir:

– Allah sənin evii yıxsın, elə bundan ötrüydü?

31. BİC PAŞA

Aşağı kəntdə Paşa kişi olub, ona Bij Paşa deyirdilər. Boylu-buxunnu adam idi. Savalan bəy hara gedirdisə, bunu özüynən apa-rırdı. Bu özünü dağda seyid kimi qələmə vermişdi. Dağa gedəndə görürdün deyirdilər ki, seyid gəlir. Dağ camaatı gəlib onun külün-dən aparıllarmış ki, seyidin külünnən aparax, min bir dərdə şəfadı.

32. LOTU ƏMİRQULU

I mətnBir gün bəyin biri gəlir, deyir, Əmirqulu. Deyir, bəli. Deyir,

Əmirqulu, beyjə mənim qonağımsan. Deyir, baş üsdə. Toy savrı-landa bunu götürür gedir. Arvada deyir ki, bu kopoğlu adam bəzi-yəndi. Elə elə burda qüsur tapbasın, yoxsa tezdən toyda bunu danı-şajax. Deyir, yaxşı. Arvad axşam buna üç-dörd cür yemək hazırrıyır, üst-üstə iki döşək saldırır, üş yastıq üsd-üsdə qoyur, qanouz yorğan gətirtdirir. Da bir dənə qüsur qalmır. Əmirqulu fikirrəşir ki, ə, mən tay buna nə deyəjəm? Bir dənə qüsur qoymadı. Axşam, deyir, yatdı-lar. Bunnan qabax südü sərillərmiş də. Aradan pərdə kimi çəkillərmiş, arxasında südü sərillərmiş qaymağın yığmaxdan ötəri. Axşamnan bir pişik gəlir darışır südə. Əmirqulu başdan yatıf, qonaxdı. Aylə də bu tərəfdə. Arvad hərdən deyir “hıb”. Deyə bilmir, a pişik, cəhənnəm ol. Hərdən deyir “hıb”. Əmirqulu yığır uje. Pişik hara çəkilir? Arvadın yanında aftafa varıymış. Götürüf bunu atır, gedif Əmirqulunun ba-

292

Page 293: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

şına dəyir. Deyir, ay bəy, evin yıxılsın, öldüm, gəl. Birtəri işıx sa-lırlar, görüllər Əmirqlunu qan götürüf gedir. Yorğannan-zadnan bu-nun başını-gözünü sarıyıllar. Bunu zırıltı götürür. Tezdən açılanda görür bəy arvadına deyir ki, bu bizi onsuz da bəzijək. Buna sadə yemək bişir, cəhənnəm olsun.

Arvad isdiyir keçini sağa, gətirə buna süddü aş bişirə. Arvadın indi bir gözü içəridə, bir gözü keçidədi. Ayıb olmasın, tutuf erkək keçini bərk-bərk sıxır, keçinin mələrtisi aləmi götürüf. Deyir, ay bajı, ay bajı, erkək keçini də sağarlar? Arvad durdu qaşdı. Durdum, deyir, yekə dəsmal bağladım, getdim toya. Toyda buna deyillər, ə, Əmirqulu, Allah evi yıxsın, bu nədi belə? Deyir, ə, sən öl, bəyin arvadı vuruf.

II mətnDeyir, toyu çalmışıx. Toydan çıxanda, bunun da əynində bir

çuxa vardı, irannıdan almışdı, biri deyir:– Əmirqulu, çuxaa nə verim? Deyir:– Zırt. Deyir:– Allah səni kəssin, bu nədi ə? Deyir:– Verdiyin pulu xırdasıdı da, qaytarıram özə.

III mətnƏtraf kəndlərin birində bir bəy deyif, Əmirqulu, elə bir oyun

çıxartginən, o indiyəcən olmamış oyun olsun, sənə bir belə pul verəjəm. İndi Əmirqulu kəndi gəzir. Üzdən irağ, arıx qancıx tapır. Çıxardır arvadın birinə pul verir ki, buna okqədər qındı içirt ki, qarnı şişsin. İtə okqədər qındı içirdir ki. Arıx qancıx ola, turş da qındı. Bunnan qabax da toy çadırını qarğıdan, qamışdan qayırırmışdar. Hər stolbaya bir çırax keçirirdilər, hər çırağın yanına da bir adam qoyur-dular. Əmirqulu çırağı gözdüyənnərə deyir, mən işarə eliyəndə çırağı söndürərsiz. İşarə eliyir, çırağı söndürüllər. Bu, itə od vurur, buraxır məclisə. Qındı işmiş it, it bu toydakıları pis günə qoyur, isdahatdarın

293

Page 294: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

kəsir. Əmirqulu qaçır. O deyir, kopoğlu nejə oldu, bu deyir, kopoğlu nejə oldu? Gedir girir ot tayasının altına. Bəyin qorxusunnan iki gün, üç gün qalır ot tayasının altında. Bir gün bunnar yığışıf tayanın böyrün-də söhbət eliyillər. Deyillər, ə, kopoğlu gənə bizi güldürürdü. Bunu da qavdıx, getdi. Tez tayanın altınnan deyir, bəy, burdayam, qaşmamışam.

294

Page 295: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

1. Ağlamax bilmiyən ölüsün mındar eliyər.

2. Arpa dəyiləm at qabağına töküləm, kəpəy dəyiləm it qabağına töküləm.

3. Arvad dəhnəni suya verib.

4. Ayran verif dərdinnən öləndi.

5. Bir dərədə iki axsax ceyran olmaz.

6. Bir gejənin oğrusu yüz qazıca bilməsə, onun elədiyi oğur-ruğa bir quş. Üsdü açılajax.

7. Cad cadalax,Vır badalax,Onu bişirən,Şapban dodax.

8. Çəkməhlini çəh bəri, çarıxlıdan ay toba.

9. Canavarla gəzən dananı qurd yeyər.

10. Deyillər ki, Saybalıya26 getdin, çörəh götür, yanı çörəh vermillər. Saybalıdan çıxdın, əyax götür ki, evə tez çatasan.

11. Deyillər, peyğəmbər gəlir. Deyir, onun da ağzı var, yemə-yə gəlir.

26 Ağdam rayonunda kənd

295

Page 296: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

12. Deyillər kin, kəbirri bir-birinin üzünə şəhat keçməz. Əsrlər boyu bu camaatda kimsə kiminsə üzünə şəhat durmaz. Bağışdıyırsa, bir tək oğlunun qanın kişi kimi bağışdıyar.

13. Dəlilik də bir naxışdır.

14. Dərisi beş şahıya dəymir, amma on şahıynan əlləşir.

15. Dirinin yiyəsi olmur, ölünün yiyəsi çox olar.

16. Dolan bulud boşalajax.

17. Dost çox olar, düşərgə yeri bir olar.

18. “Düt” deyənin dütdüçüsü dəyilsən ha.

19. Etmə xəta, çəkmə cəfa.

20. Eşşək otun təmizinnən yeyər, suyun da durusunnan içər.

21. Əzgilnən qarağat, meylıı meylimə qat.

22. Əziz ölər, boğaz ölməz.

23. Əzizinnən varıydı, pirinnən də qarışdı.

24. Gəzəninki ya baldırına, ya boğazına.

25. Hürüşün bilmiyən köpək örüşünə qurd gətirər. Yəni danı-şığını bilmiyən adam dilinnən dusdağa düşər.

26. Xan gəlir, xannıx gətirir.

27. İnsan qulaxdan kökələr. Yəni qulağı yaxşı söz eşidəndə könlü açılar.

296

Page 297: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

28. İtin axmaqlığınnan tülkü gəlif hinimizdə bala çıxardır. Yəni, kənardan gələn burda varranıf, özünə yer qazanıf, biz burda qazanmamışıx.

29. Kasıbın sözü, ilğının közü, Varlının sözü, söksöyül közü.

30. Duzsuz çörəyin olmaz dadı, süfrəsiz kişinin olmaz adı.

31. Qaz yiyəsi qazdan ayıxdı.

32. Qız anası yoldan getdi, tox getdi. Oğul anası evdən getdi, aj getdi. Yanı qız anası yedi getdi, oğul anasına yeməh verən olmadı.

33. Qoca bibim vardı. O deyirdi ki, arvad köpək qızının qar-bını27 kişi kopoğlunun qucağında olar. Yəni, arvada arxeyin oluf onu tək bir yerə buraxmax olmaz.

34. Qonağın ağzına baxıb atına yem (arpa) verəllər.

35. Qoş quzu küzdə məhlimdi (məlumdu).

36. Qurd təpdi, vay birinin gününə.

37. Lalın dilin anası bilər.

38. Loxma ki var, boğmadı.

39. Muğanlılara dəli muğannı deyillər, yəni vuruf yıxan oluf ollar.

40. Ölü ortalıxda olanda saç yolunar.27 Qarbını – arxası

297

Page 298: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

41. Övkə quyrux yerinə işdiyir.

42. Söz var xalq içərisində, söz var xalx içərisində

43. Yay küçüyü bit olar, qış küçüyü it olar.

44. Yuxarı Kürdmahmudduya getdin çörək götür, aşağı Kürd-mahmudduya getdin ayax götür.

45. Təhnədə çörəy qurtaranda vay qaranın gününə,Göyə bulud gələndə vay sarının gününə.

46. Toxmaq vuran tox gərək.

47. Uşaq burun p..uynan da böyüyür, vay ölənin halına.

48. Yadı yağı doğrasın, qanı yerə dammasın.

49. Yetimi belə çevirirsən nənəsi ölür, belə cevirirsən dədəsi ölür.

50. Yetimin ağ günü də qaradı.

51. Yox əvi – vərəm əvi, var əvi – kərəm əvi.

52. Yüz ildi ölüf atası, indi çıxır xatası.

298

Page 299: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

BAYATILAR

1. El gözü,Ev yığılan, el gözü.Ay qızım, özünü dartmagınan, Səni görür el gözü.

2. Tut ağacı boyunca, Tut yemədim doyunca.Qəşəh məskən saldım, ev tihdim, Yaşamadım doyunca.

3. Telimi yan qoymuşan,İçinə biyan qoymuşam.Ay nənə, xəbərin var,Qızdarın ürəənə qan qoymuşam.

4. Mən aşiqəm, əzəldən, Dəsdə tutdum xəzəldən. Bilsəydim vafan budu,Dosd olmazdım əzəldən.

5. Qərənfiləm tutmasın,Dəsdə çəhsən tutmasın.Görüm, qərib yerdəHeç evin bina tutmasın.

6. Mən aşıx, ha kimsəsi,Hər küştə, hər kimsəsi.Yaralarım qövr etdi,Eşitdi həkim səsi.

7. Əzizim, gördü günü,Ürəyimdə gör dügünü.Qəlb isdədiyin isdər,

Göz isdər gördügünü.8. Ocağa odun qala,Od gəti, odun qala.Qorxuram qəfil öləm,Canımda odun qala.

9. Lələ öldü, bez gəti,Arxın gözü, tez gəti.Nə qonşudan söz apar,Nə qonşudan söz gəti.

10. Mən aşığam, yanarsız,Ya almasız, ya narsız.Dərdim dağlara düşdü,Qaçın ellilərim, yanarsız.

11. Mən aşıx, tikannı gülə,Sarmaşıf tikan gülə.Heş kim gözün tihməsin,Mən gözüm tikən gülə.

12. Aşığın odu yarı,Bayqunun odu yarı.Uzaxda vətən tutdux,Unutduğ o diyarı.

13. Əzizim, sabah ağlar,Gün qalxmaz, sabah ağlar.Elinnən, obasınnan ayrı düşən, ay bala,Durar hər səhər ağlar.

299

Page 300: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

14. Ağ dama,Qara dama, ağ dama.Ay Allah, görəh bir dəHavax gedəjəm Ağdama?

15. Uzun dərə,Getdihcə uzun dərə.Orda bir bağ salaram,Yar gələr üzüm dərə.

16. Təndirə bax, təndirə,Təndir adamı yandıra.Yetimin nə həddinə,Atalıynan (= analıynan) tən dura.

17. O da məni yandıdı,Bu da məni yandıdı,Sudan sərin şey olmaz,Su da məni yandıdı.

18. Araz, Araz, xan Araz,Soltan Araz, xan Araz.Gedənnərin gəlməsin,Alış, Araz, yan, Araz.

19. Araz, sənnən kim keşdi?Kim qarq oldu, kim keşdi?Fələh, gəl tərif eylə,Hankı günüm xoş getdi?

20. Arazam, aşaram mən,Kürə qovuşaram mən.Apar zərgar yanına,Gör nə qiymatdı daşam mən.

21. Əmim oğlu almır məni,Heş yada salmır məni.Bir qızıl üzüyünən, bir qotur çəpişinənGəlif aparmır məni.

22. Otağında birə var,Yatmağ olmaz, birə var.Rustamı Zal olsan,Ölüm sənə belə var.

23. Dağlar qarağat oldu,Doldu, qarağat oldu.Sən gedənnən bəri,Ellər farağat oldu.

24. Aşıx, yara yemişəm,Bayqu yara yemişəm.Mənim qardaşım öləndəOnda yara yemişəm.

25. Sənəm, yasamı gəldin?Dadan basamı gəldin?Sağlığında gəlmədin,Öldüm, yasamı gəldin?

26. Anam olsa, ağlardı,Bacım olsa, ağlardı.Kəsərdim saç birçəyiCinazəmə bağlardım.

27. Baxçada badamı var,Yeməyə badamı var.Gəl qapıda dur qardaş,Desinnər adamı var.

300

Page 301: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

28. Aşıx, sən görən deyil,Halım sən görən deyil.Aç üzümün pərdəsin,Axı sən görən deyil.

29. Arazı keçən də var,Suyunu içəndə var.Kimin qardaşı ölüfsə,Ürəyi keçən də var.= Arazı keçən də var,Suyunnan içən də var.Dərti-dərtdi ağlama,Ürəyi keçən də var.

30. Qayadan yendirdilər,Qara paltar geydirdilər.Ölməyə gorum yoxudu,Güjünən öldürdülər.

31. Əziziyəm, o xandan,O sultandan, o xandan.Bir dəstə gül oleydım,Asıleydim yaxannan.

32. Əli, mənə köməh ol,Elə mən köməh ol.Əyər köməh olmasa,Ölüm, mənə kömək ol.

33. Dərya sənnən kim keşdi?Kim qərq oldu, kim keşdi?Yağı boynun kökünü kəsəndəQəlbinnən nələr keşdi?

34. Gedirsən, yarə denən,Telini darə denən.Əgər məni soruşsa,Günümü qarə denən.

35. Əzizim, məlhəm haray,El haray, məlhəm haray.Yaram yaman qovr eyliyifYarama məlhəm, haray.

36. Mən aşığam bu dağlar,Bu baxçalar, bu bağlar.Köksümə balta dəydi,Quruyufdu budaxlar.

37. Bu yola yol oleydi,Karvanı bol oleydi.Öldürəydi özünü (bizdən qavağ ölüsü ölənnər)Bizə də yol oleydi.

38. Qoy mənə kür desinnər,Kürdən də kür desinnər.Əlini əlimə versinnər,Ölkədən sür desinnər.

39. Mən aşıx, bağı neynər?Bostanı, bağı neynər?Eli, obası olmayan canDövləti, varı neynər?

40. Görün nəyə gəlmişəm,Nədən nəyə gəlmişəm.İtirmişəm elimi, obamı,Sizi deyə gəlmişəm.

301

Page 302: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

41. De görüm varın nec oldu?Bülbül, gülün nə tez soldu?Gəldi yaman pis günün,Toy düyünün nec oldu?

42. Bir yaralı qoçam mənYaram qoymur qaçam mən.İstəyirəm, ANS -də Dərtdərimi açam mən.

43. Kimdi o ürəyi daş,Namərtdərə olan qardaş.Vətənimi verdi bada,Mənə bajı deyən qardaş.

44. Ərəb gəldi hay verin,Hər bir şeydən pay verin.Aza qane olmazdar,Gətirin tay-tay verin.

45. Aşıq, qul gətirdilər,Aldılar götürdülər.Ermənini köçüynənQarabağa ötürdülər.

46. Mən aşiqəm, Qarabağ,Qara torpax, qara bağ.Adəm-Həvva dövründənBinnət oluf Qarabağ.

47. Muradbəyli bir kəntdi,Yanı Qarqara bəntdi.Dərt deyər məni çəhməh,Özü bir ağır dərtdi.

48. Mən aşiqəm, el gözü,Söz eyləmə hər sözü.Üzərriyi bol eylə,Dəyməsin paxıl gözü.

49. Aşığ, almadan doyallar,Dilim-dilim soyallar.Üzərriyi yığanda,Dibinə nəzir qoyallar.

50. Ay doğar, aralanar,Gün doğar, paralanar.Kölgə üst-üstə düşsə,Yer üzü qaralanar.

51. Əzizim, düşən ağlar,Qürbətə düşən ağlar.Düşmən gözünə düşsünSaçına düşən ağlar.

52. Sürməni qaşa çəhdin,Bıçağı, daşa cəhdin.Sənə bir ürəh verdim,Doğradın şişə çəhdin.

53. Ağdamın ağ damları,Genişdi meydannarı.Torpaxdan pay umanınGöl bağlıyar qannarı.

54. Əzizim, qarabağlı,Xəsdə dərmana bağlı.Dərt yaman qırdı çatdı,Qalmadı qarabağlı.

302

Page 303: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

55. Əzizim, köçən ağlar,Köç edib, köçən ağlar.Bir qayıtmaz səfərəƏzizi köçən ağlar.

56. Mən aşıx, qəm meydanı,Yamandı qəm meydanı.Hər an atlanan sinəmOlubdu qəm meydanı.

57. Mən aşığam, yolları,Kol-kos basıf yolları.Görən, nə vaxt açılarVətənimin yolları?

58. Mən aşıx, gül isdərəm,Güllərdən gül istərəm.Vətənə qayıtmağaÖmürdən il istərəm.

59. Aşıx, yazılan yazı,Sətrə düzülən yazı.Kökünnən silineydiMənə yazılan yazı.

60. Mən aşıx, arsız deyər,Baxçalar barsız deyər.Ağlaşan bayquş, kiri,Gülsəm, el arsız deyər.

61. Əzizim, nökər oldum,Nökərdim, bekar oldum.Vətəndə bir şah idim,Qürbətdə nökər oldum.

62. Mən aşığam, sən dincəl,Nəfəsini dər, dincəl.Ağlamax yoruf səni,Mən ağlıyım, sən dincəl.

63. Mən aşıqəm, yağıya,Gücüm çatmır yağıya.Yaradan özü gəlsin,Qarğış töhsün yağıya.

64. Əziziyəm, vətən, gəl,Yurt yerinnən ötən gəl.Ağzımda yanan dilimElə deyir vətən, gəl.

65. Əziziyəm, göyərçin,Lələkləri çimbəçin.Səni yuxumda görəmSəhər yuxum ola çin.

66. Mən aşiqəm, daxmıya,Gözüm gözə baxmıya.İmarətə sığmıyanSığıf uçux daxmıya.

67. Aşıx, tamaşa könlüm,Düşüf dağ-daşa könlüm.Dərt dolu bir dünyeynanQaldı baş-başa könlüm.

68. Bu dərənin altında,Həm üstü, həm altında.Gör neçə laxtalar varÜrəyimin çatında.

303

Page 304: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

69. Göl gördüm sonasıynan,Gül gördüm butasıynan.Necə ayrılsın getsinBalalar atasıynan?

70. Bağ yaşıl, salxım dərə,Gəl çəhmə məni dara.Götürüf kor qılıncıVurdun qəlbimə yara.

71. Əzizinəm, ağla məni,Sinəmi dağla məni.Yasımda şivən salmaAstadan ağla məni.

72. Mən aşiqəm, baş üsdə,Duman gələr dağ üsdə.Vətən dağı bəs eylər,Çəkmə dağı dağ üsdə.

73. Əzizinəm, can üstə,Canımı qurban üstə.Nə ola, can verəydimAta-qardaş qəbri üstə.

74. Əzizinəm, çəndə gəz,Çiçəhdə, çəməndə gəz.Hansı dərdi axtarsan, Gəl mənim sinəmdə gəz.

75. Gözüm yolda qaldı,Sözüm dillərdə qaldı.Ömrümün son çağlarıQərib ellərdə qaldı.

76. Əzizinəm bu bağa,Quşlar qonar bu dağa.Vətənnən aralı düşdümNecə dözüm bu dağa?

77. Gör bir nəyə gəlmişəm,Nədən nəyə gəlmişəm.Götürüf neçə dərdiSizi deyə gəlmişəm.

78. Qurban olum arına,Qeyrətinə, karına. Son nəfəsdə yetəydinAtan-anan məzarına.

79. Elin sevən ürəkdən, Zərbə almaz kürəkdən.Qürbət eldə öləniKim ağlayar ürəkdən?

80. Əzizim, gəldi paralandı,Ay gəldi paralandı.Həsrətini çəhməkdənÜrəyim paralandı.

81. Əzizinəm, sal gəl,Yollara səda sal, gəl.Birdir köçkünün ünvanı,İzinnən xəbər al, gəl.

82. Neynim, bihal olmuşam,Tərki-mahal olmuşam.Qəribliyə düşəliHəm kar, həm lal olmuşam.

304

Page 305: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

83. Əzizinəm, cana gəl,Tellərini sana gəl.Qurban kəsməh istəsənPeşkəşdi bu cana, gəl.

84. Mən burda gəzəmmərəm,Geyinif bəzəmmərəm.Vətənimi isdiyirəm,Fizulisiz dözəmmərəm.

85. Beləmi düşən yerı,Atlanıb düşən yeri.Göz yaşım oda dönüb,Yandırır düşən yeri

86. Gəl getmə bu gün bizdən,Qar yağar, olar dizdən.Gədiklər girdə bağlar,Səni yad eylər bizdən.

87. Kərbəladan dolufdu,Azıb az qan olufdu.Peyqəmbərimiz qırılıfdı,Bəyəm az qan olufdu?

88. Yaralarım üzdəndi,Dərə-təpə düzdəndi.Yalvardım təbiblərə,Təbiblər də gizdəndi.

89. Dincəldim, ha dincəldim,Dincim aldım, dincəldim.Dərd artdı, dilim batdı,Elə bildim, dincəldim.

90. Dağlar, necə dağlarsan?Qardan kəmər bağlarsan.Ölsə sənin qardaşın,Bax gör necə ağlarsan.

91. Əzizim, ağlar qoydun,Sinəmə dağlar qoydun.Özün çıxdın getdin,Bizdəri ağlar qoydun.

92. Məni dərdə salan canım,Oddara salan canım.Bizi qoyuf getdin,Atasız qalan canım.

93. Qapıma daş qoymuşam,Üsdünə baş qoymuşam.Gözümnən qan axır,Adını yaş qoymuşam.

94. Durma gəl, talan canım,Oddara qalan canım.Bala deyif yaş tökür,Balasız qalan canım.

95. Balamı hardan alım?Sən tanı, qadan alım.Axtarıf tapa bilmirəm,Sorağın hardan alım?

96. Əzizim, bada getdi,Yel vurdu, bada getdi.Düşman bir tələ qurdu,Zəhmətim bada getdi.= Ağdam bada getdi.

305

Page 306: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

97. Dərtdi dərdin çoxusun,Hana qurub toxusun.Kim dərdimə yanırsa,Bayatımı oxusun.

98. Bacıdı hey, bacıdı,Başımın tacıdı.Bacının biri şirin,Biri yaman acıdı.

99. Qəribə dağ ağlasın,Dərd ürəəmi dağlasın.Anama heş zad demiyin,Qoyun yaddar ağlasın.

100. Əzizim, təzəsinnən,Geymədim təzəsinnən.Anam özü bəyənif,İrazıdı yeznəsinnən.

101. Qardaşdı, ay qardaşdı,Zirvələrdən qar aşdı.Mən qardaşa neynəmişəm ki,Qardaş mənə yaddaşdı?

102. Gözümün yaşı ağlar,Sinəmin başı ağlar.Muğannı camaatının, Ürəyinin başı ağlar.

103. Əzizim, ağlar qoydun,Sinəmi ağlar qoydun. Aldın igid əsgəri,Sinəmi dağlar qoydun.

104. Vətənsiz gözüm ağlar,Yollarım, izim ağlar.Bağlanıfdı nöch qolum,Aranım, düzüm ağlar.

105. Gələr gedər,Bu sular gələr gedər.Vətənnən ayrı düşdün, Dərt varmı bunnan betər?

106. Araz axır qıyqacı, Budur gəlir cüt bacı.Biri mənim sevgilim,Biri başımın tacı.

107. Arazı üzdüm gəldim,Qumunu süzdüm gəldim.Bivəfa yar əlinnən,Əlimi üzdüm gəldim.

108. Arazın qırağındayam,Çeşm çırağındayam.İtirmişəm yarımı,Onun sorağındayam.

109. Ay doğdu, bərəkallah,Doğduxca bərəkəllah.Vədə verdin gəlmədin,Səbrinə bərəkallah.

110. Aman bu dərd əlindən,Dərman bu dərd əlindən.Mən ölmədim qurtaram,Aman bu dərd əlindən.

306

Page 307: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

111. Ay gedən, haralısan?Köylüsən, Qalalısan?Gözlərindən tanıram,Bizim dağ maralısan.

112. Ağacın yaşı mənəm,Yanının yoldaşı mənəm.Hər kəs ki eşq üçün ağlar,Gözünün yaşı mənəm.

113. Ağacın əzəl barı,Yeməli əzəl barı.Sən ki belə vəfasızdın,Deyəydin əzəl, barı.

114. Anam məni yaz ağla,Bir kağıza yaz ağla.Dost-düşmən içindəÇox gül, az ağla.

115. Ağ at gəlir enişdən,Sinəbəndi gümüşdən.Bizə də qismət olsun,Heybədəki yemişdən.

116. Ağdamın yolu xırman,Torpağı gözə dərman.Ay qız, sənə bir kağız yazdım,Yarı dərd, yarı dərman.

117. Axşamın sabah azanı,Çağır mətləb yazanı.Allah özün qovuşdur,İki həsrət gəzəni.

118. Armud ağacı haça,Əlim dolaşdı saça.Zəhləm o yardan gedər,Sevdiyin götürüb qaça.

119. Armud ağacı suda,Birin kəs, birin buda.Məni sənə verməzdər,Ömrünü kəssin xuda.

120. Ay doğdu qəlbi narı,Doğduxqca qəlbi narı.Dili elə dost olanın,Əzəl bir qəlbin ara.

121. Alçalar, ay alçalar,Yarpaxlar göy çalar.Sındırma zalım, bu qəlbi,Düşmən görüb əl çalar.

122. Araxçının güllü-güllü,Buğda atar sünbülü.Sən gedirsən qürbətə,Bəs kim güldürür.

123. Araxçının dar darı,Gəl başımın sərdarı.Evimizə gəlmədin,Qonşumuza gəl barı.

124. Ay qaratikan koluyam,Üstünün ipək xalıyam.Qardaş, çəkmə cəfamı,Özgələrin malıyam.

307

Page 308: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

125. Ay qaratikan yolları,Budaq atıb qolları.Bilsəydim yar gəldiyin,Arıtdardım yolları.

126. Aman kəklik əlindən,Bidad kəklik əlindən.Baş götürüb qaçaram,Bivəfa yar əlindən.

127. Alma versəm, almazsan,Sən almadan qalmazsan.Hansı bağın gülüsən,İylədikcə solmazsan.

128. Ay qız, məni bəndə vur,Zülfündən kəməndə vur.Yaxşı olsam, gül eylə,Yaman olsam, bəndə vur.

129. Ay qız, mənim yaram var,Dərdli-dərdli yaram var.Aç ürəgimin başını,Gör yanmamış haram var.

130. Atlar yal boynunda,Otlar yal boynunda.Mənzilimi tapmıram,Qalıb əlim qoynumda.

131. Arazın gəmisinə,Su saldım zəmisinə.Heç bəndənin balası,Qalmasın əmisinə.

132. Ağ alma, qızıl alma,Gəl yola düzül, alma.Ya mənim mətləbimi ver,Ya məndən üzül, alma.

133. Ağ dəvə qatar gedər,Zəncirin atar gedər.Bu zamanın qızları,Yaylığın atar gedər.

134. Arı şana, bu şana,Arı qonmaz bu şana.İgidin oğlu gərək,Qızdan olmaz nişana.

135. Arxalığın narışdır,Yaxası bir qarışdır.Sən aranda, mən dağda,Bu nə yalan sifarişdir.

136. Almanı atdım xarala,Qaldı sarala-sarala.Kürd qızı döndü marala,Mən qaldım yalvara-yalvara.

137. Ay aydınlıq süd kimi,Arxalığın çit kimi.Dolanma dörd tərəfə,Qovarlar namərd kimi.

138. Ay qız, adın deginən,Şəkər verim yeginən.Anan səni döyəndə,Qaş gəl, mənə deginən.

308

Page 309: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

139. Ağ alma allanıbdı,Budaqdan sallanıbdı.Bunu yollayan oğlan,Əcəb xəyallanıbdı.

140. Əlimdə ələmim var,Qızıldan qələmim var.Yaxından səni görmədim,Uzaxdan salamım var.

141. Əyildi bağım mənim,Sındı budağım mənim.Bülbülüm lal olubdu,Virana bağım mənim.

142. Əlində nəlbəkilər,Tutubdur nəlbəkilər.Açın qala qapısın,Gəlsin səfərdəkilər.

143. El gəlir Çaxmaqdan28,Su yorulmaz axmaqdan.Gözlərimə qan damıb,Yollarına baxmaqdan.

144. Əlimdə var ələklər,Çırmansın ağ biləklər.Xəbər olsun namərdə,Hasil oldu diləklər.

145. Əlində vardır maşa,Maşanı göndər, Paşa.

Çünkü gözüm var,Toyun gəlməsin başa.

146. Bu dağlara dolu düşdü,Qar yağdı, dolu düşdü.Qəbrimi yol üstə qoyun,Bəlkə yarımın yolu düşdü.

147. Bu görükən Şirazdı29,Bülbül çoxdu, gül azdı.Tifil ağlamasın, neynəsin,Məmə xırda, süd azdı.

148. Barmağım beşdi mənim,Dərdim on beşdi mənim.Cəfa çəkdim yar sevdim,Axırım heşdi mənim.

149. Arazın gəmisinə,Su saldım zəmisinə.Heç bəndənin balası,Qalmasın əmisinə.

150. Başımda külahım var,Bəndəyəm, Allahım var.Göz gördü, könül sevdi,Mənim nə günahım var?

151. Başına mən dolanım,Mən dönüm, mən dolanım.Xuda səni saxlasın,

28Çaxmaq Şuşanın Cənub şərqindəki meşənin adıdır.29 Şuşada meşə adı

309

Page 310: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Sayəndə mən dolanım.152. Bostanında üzüm var,Üzüm, səndə gözüm var.Bir evdə iki qız var,Kiçiyində gözüm var.

153. Mən aşıq, genə gəlləm,Gedərəm, genə gəlləm.Bir də gözümə dəysən,İmana, dinə gəlləm.

154. Bağda tut nobarı,Yeməli tut nobarı.Şey verdin almadın,Adını tutma barı.

155. Bu yola yol salaydım,Bostana yol salaydım.Yarım ordan gələndə,Boynuna qol salaydım.

156. Bu dağlar sürəm dağlar,Gülü yox dərəm dağlar.Günlərim belə keçsə,Ürəyim vərəm bağlar.

157. Bu yol aşana gedər,Aşar, kaşana gedər.Qərib eldə öləninPaltarı nişana gedər.

158. Yüz atların nalıyam,Üstünün qoşa xalıyam.Qardaş çəkmə cəfamı,

Özgələrin malıyam.159. Bu dağda maral azdır,Avçı çox, maral azdır.Ağlama xumar gözlü,Ölmərəm, yaram azdır.

160. Mən aşıq, gülə bəndəm,Bülbüləm, gülə bəndəm.Qəribəm ölkənizdə,Bir şirin dilə bəndəm.

161. Bu dağlar olmayaydı,Saralıb solmayaydı.Bir ayrılıq, bir ölüm,Heç biri olmayaydı.

162. Mən aşıq, qar qalandı,Qar yağdı, qar qalandı.Qarğalar laçın oldu,Laçınlar qarğalandı.

163. Mən ölmüşəm gerçəkdən,Üzümü qoru milçəkdən.Yad qızı yalan ağlar,Anam ağlar gerçəkdən.

164. Bu dağlar qoşa dağlar,Veribdi baş-başa dağlar.Səndə yarım gəzibdir,Səni yüz yaşa, dağlar.

165. Mən aşıq nur dağlar,Sənə yağsın nur dağlar.Gəldim yarı görməyə,

310

Page 311: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Canan köçüb, yurd ağlar.166. Başı pənbəli dağlar,Dibi kölgəli dağlar.Oturub yol gözlərəm,Haçan el gəli, dağlar.

167. Bu gün ayın dördüdü,Qızlar saçın hördüdü.Qapıda duran qızların,Dərdi məni öldürdü.

168. Biçinci bağa bağlar,Biçdikcə bağa bağlar.Bir yar ki bivəfa ola,Ona kim vəfa bağlar?

169. Bu yollar asda gedər,Dolanar, asda gedər.Qız ata evini pis görsə,Sağ gəlsə, xəstə gedər.

170. Mən aşıq o gülə nəm,Şeh düşüb o gülə nəm.Quran gətir and içim,Səninlə o gülənəm.

171. Buxun əkdim ləyəndə,Sümbül boynun əyəndə.On iki şam demişəm,Əlin əlimə dəyəndə.

172. Bu dağlar olmasaydı,Bitən gül solmasaydı.Ölüm Allahın əmridir,

Ayrılıx kaş olmasaydı.173. Bağınızda var üzüm,Üzümdü düzüm-düzüm.Sənin kimi ceyranı,Axtara bir də gözüm.

174. Bu dərə dəhnəlidir,Üstündə gül əkməlidir.Mən yarımı tanıyıram,Bu gələn çəkməlidir.

175. Bizim yerdə quş durmaz, Yaz əylənsə qış durmaz.Cahil oğlan qız qoynunda,And içsə də düz durmaz.

176. Mən gələndə yaz idi,Çaylar dolu qaz idi.İsdədim, kağız yazım,Mürəkgəbim az idi.

177. Bildirçin havadadır,Əl çatmaz budaxdadır.Bir əlim dost bağında,Bir əlim duadadır.

178. Əlində şüşə qəlyan,Tutub gümüşə qəlyan.Necəsən bir ah çəkəm,Əlindən düşə qəlyan.

179. Təndiri sən oddadın,Sən saldın, sən oddadın.Fələkdən qalan çağın,

311

Page 312: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qalanını sən oddadın.180. Təbriz üstü şəhərdir,Qala yaxşı şəhərdir.Bir keflə yatmışdım,Durdum gördüm səhərdir.

181. Çarxın çoxdu cəfası,Kimsəyə yox vəfası.Ay Allah nə olub gəlməyir,Əzizimin sədası.

182. Xankəndinin düzü var,Ahu kimi gözü var.Bir qəlb bir qəlbi tuta,Buna kimin sözü var?

183. Ceyranam, gəlləm düzə,Otlaram, gəlləm düzə.Yüz əzəmət çəksəm,Qurtulsam gəlləm sizə.

184. Dağların başına bax,Şeh düşmüş döşünə bax.Gec qovuşduq, tez ayrıldıq,Fələyin işinə bax.

185. Dərdini mən çəkərəm,Sən ilə tən çəkərəm.Dərdini qoy dərdim üstə,Onu da mən çəkərəm.

186. Dəryada fənərəm,Baxdıxca iraq yanaram.Qaş altından göz eləmə,

Hərifəm mən, qanaram.187. Əzizim, məni tapar,Yar gələr məni tapar.Hər yerdə müşkül olsa,Axırda məni tapar.

188. Dəryada çıraq yanar,Baxdıqca iraq yanar.Əmməyə qız məməsi,Əmdikcə ürək yanar.

189. Arazın altı novalar,Xan gələr altun ovlar.Qurbanam o gözdərə, Buxağın altın ovlar.

190. Suya gedən sarı qız, Sarı köynəh, sarı qız. Gözdəri şah alması, Özü dünya malı qız.

191. Mən dağlarda Kərəməm, Quzu kimi mələrəm.Bir yalav sallam aləmə, Dağı, daşı dələrəm.

192. Çayır incə, su incə, Su səpəllər birincə.Aşığ özündən çıxar, Sevdiyini görüncə.

193. Əzizim, sarı yaldan, Köş gedər sarı yaldan.Fələhdə nə qaydadı,

312

Page 313: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ayırır yarı-yardan. 194. Bu dağlar haram dağlar,Peykər yaramı bağlar. Allah erməniyə lənət eləsin, Kəsdi aranı dağlar.

195. Əlimdəki sazımdı, Sazım mana lazımdı.Yarım gəlmiyən yerdə, Maa nəə lazımdı?

196. Dağlarda maral gəzər, Tellərin darar gəzər.Bu zalım qarabağlılara noldu, Hamısı kənar gəzər.

197. Əzizim, arxa haray, Dəhnədən arxa haray.Qərib iyid, yad ölkə.Çağırır arxa haray.

198. Bu görünən Xələfşədi30

Dört bir yanı bənövşədi. Gəti, Qarabağ, başımı qoyum torpağın üsdə,Əgər ölsəm əlaş nədi?

199. Bu görünən Dədəlidi.İşıxlıdı, Dədəlidi31.Dindimə, qan ağlaram,Qarabağlıyam, ürəyim zədəlidi.

200. Evləri gün düşənə,

Alma qoydum nişana.Qara yaylıx yaraşarEldən ayrı düşənə.

201. Araslar oda yansın,Od tutsun, oda yansın. Nejə biz dağıldıx çöllərə, yandıx,Allah, erməni elə yansın.

202. Qızılgül haça bəntdi,Sana gör necə bəntdiYanasan erməni, gəl düş biz düşən dərdə,Gör bu bir necə dərtdi?

203. Qızılgül oyum-oyum,Dərim qoynuma qoyum.Qarabağ, sən mənnən doysan da,Mən səndən necə doyum?

204. Qızıl üzün bir badam,Bu yerrərdə mən yadam.Qəfəsdə bülbül kimi, Gah məyusam, gah şadam.

205. Bülbüləm, butam yoxdu,Qərivəm, atam yoxdu.Düşmüşəm qəm dəryasına,Qolumnan tutan yoxdu.

206. Ərəbəm, oxumuşam,Nə dərdi çoxumuşam.

30 Füzuli rayonunda kənd31 Şıxlı, Dədəli - Füzuli rayonunun kəndləri

313

Page 314: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Elə bil Turşsuyu, İsabulağı,Qalası yoxumuşam.

207. Aşığın əzən yeri, Gülünən bəzən yeri.Bal töküf yalaramBalalarım gəzən yeri. 208. Bu dəryadan kim keşdi?Kim qarq oldu, kim keşdi?Əzrayıl sinən üsdə,Ürəyinnən kim keşdi?

209. Maralın dizi qannı, Topuğu, dizi qannı.Elədilər özdəri,Tutdular bizi qannı.

210. Arazın gil mərəli, Girməyə gil mərəli.Bizi çöllərə salıf əsir eliyənin, Qalmasın bir mərəli.

211. Əvləri pərən düşə,Tikilif pərən düşə.Bizə kim qarğadı,Yayılasız pərən düzə.

212. Bir dəsdə qardanam mən,Yel vurar, dağdanam mən.Sən tanımazsan, bosdançıdan soruşGör hansı tağdanam mən?

213. Pəriyəm, azmamışam, Oxuyuf, yazmamışam.Quyu qazan özü düşsün,Mən quyu qazmamışam.

214. Xoş gəlmisən, yerim var,Döşəyim var, yerim var.Bugünkü gündə bizi deyib gəl-misən,Gözüm üsdə yerim var.

215. Mən aşıx, biyannı,Çöldə bitən biyannı.Qırılannar da biz oldux,Bizi tutdular qannı.

216. Mən aşıx, vətənsiz,Sən elli, mən vətənsiz.Ölərəm qürbət eldə Qalaram vətənsiz.

217. Mən aşıx kimə gedim?Kimim var kimə gedim?İyirmi ildi başımıza o qədər bəlalar gəlif,Dəyirmana kimə gedim?

218. Mən aşıx, gedən olsa,Yolların örgədən olsa.İyirmi ildi qəbirsannığıma ta-marzıyam, çoxlu sözlərim var, Aparıb verən olsa.

219. Axar sular axmasın,

314

Page 315: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Quşdar qanad çaxmasın.Biz ki, Qorqanda deyilik,Heş Qorqanda şimşək çaxmasın.220. Aşıx mənəm, beymənəm,Aşıx qəddin əymərəm.Vallah, gedif o Qorqanı görmə-səm,Mən o kəfəni geymərəm.

221. Mən aşıx, dar düşər,Dar qazılar, dar düşər.Qardaşsız qızın qəbrini özgələr qazar,Əhləti dar düşər.

222. Mən aşıx, əyri gedər,Əylənər, əyri gedər.Qardaşsız qızın cinazasıHəmişə əyri gedər.

223. Mən aşıx, kəfən al,Qazan qaynar, kəfin al.Mən neynirəm burda dadsız-duzsuz yaşamağı?Gedim öz elimdə ölüm, sən də maa kəfən al.

224. Sarı sarını tutsun,Qoy yasarını tutsun.Bütün cavannarı şəhid eliyən-nərin ahı, nalasıBircə ermənini tutsun.

225. Sənəm səsi gələndə,

Gülün xası gələndə.Xəsdənin könlü şad olurÖz kimsəsi gələndə.

226. Ördək göl olan yerdə,Ceyran çöl olan yerdə.Gedək biz də özümüzü öldürək,Şəhidlər ölən yerdə.

227. Bağa girəsim gəlir,Gülü dərəsim gəlir.Bir ana ilə bala söhbət eliyəndəMənim də həvəsim gəlir.

228. Qardaş gəlsə, yaxşı olar,Bajı görsə, yaxşı olar.Bajı qardaş qabağında Vallah, ölsə yaxşı olar.

229. Dəyirmanın püstünəÇaxçağına, püstünə.Özün qaşdın qutardın Məni qoydun pis günə.= Əzizinəm, pis günə,Pis saata, pis günə.Özün öldün getdin,Məni qoydun pis günə.

230. Baxça barın deyiləm,Heyva narın deyiləm.Bir sürü yetimi tökdün üsdümə, gəlif balaları saxla, Zamınkarın deyiləm.

231. Baxça-barın deyiləm,

315

Page 316: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Heyva-narın deyiləm.Mənim taleyim belə gəldi, əlini çək əlimdən Tay sənin yarın deyiləm.232. Yük üzündə pərdə mən,Qəfilə düşdüm dərdə mən.Canım elə cavandıNejə yatım yerdə mən?

233. O yola gedən gəlmir,Bilmirəm nədən gəlmir?Gedənnər heş qayıtmır,Çıxır cərgədən, gəlmir.

234. Axar sular axmasın,Quşdar qanad çaxmasın.O yola gedənnər qayıtmır,Bir də o yola baxmasın.

235. Peyğəmbərin bağı var,Baxçası var, bağı var.Ora gedən qayıtmır,Orda yaman yağı var.

236. Səni görənnər ağlasın,Zülfün hörənnər ağlasın.İndi görənlər tapılmaz,Əvvəl görənnər ağlasın.

237. Bağında var boyana,Quşdar onu suvara.Hərə bir laylay desin,Bəlkə oğlan oyana.

238. Əlində maşası var,Tutubdu, maşası var.Burda bir cavan ölüf,Əcəb tamaşası var.239. Gəlmişik görək səni,Zülfünü hörək sənin.Nə qapın var, nə pəncərənDe hardan görək səni?

240. Deyimmi, hay deyimmi?Qəmdən köynək geyimmi?Cavan qardaş itirmişəm,Onu sizə deyimmi?

241. Ay elə tək-tək doğar,Gün elə tək-tək doğar.Sənin kimi oğlanıAnalar tək-tək doğar.

242. Qaşın kim ola bilər?Gözün kim ola bilər?Balalarıyın əlindənSəni kim ala bilər?

243. Yaralıyam, yatmaram,Yuxuma haram qatmaram.Sənin bu dərdlərini,Heş bir dərdə qatmaram.

244. Mən səni leyli gördüm,Həmişə gileyli gördüm.Gəldim səni görməyə,Torpaxdan evli gördüm.

316

Page 317: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

245. Gəlin-gəlin, qul gəlin,Olum sənə qul gəlin.Yarın gələsi deyil,Olum özüm qul, gəlin.246. Oğlannar gedər bağa,Çiyni dəyər yarpağa.Cavannarda nə qaydadır,Vaxtsız gedər torpağa.

247. Mən bilirdim bu dili,Quşdar oxur bu dili.Qardaşdarımı itirənnən,Öyrənmişəm bu dili.

248. Bu dərdin əllisinnən,Yüzündən, əllisinnən.Bu dərdə çarə yoxdu,Soruşdum əllisinnən.

249. Bu görükən Savlanadı,Sultandı, Savalanıdı.Nə bu dərd bizdən qutarandı,Nə yaramız sağalandı.

250. Yarama dəymə-dəymə,Ağrıyır, dəymə-dəymə.Təbibsən, bir məhləm qoy,Naşısan, dəymə-dəymə.= Əzizim, dəymə-dəymə,Əl vurma, dəymə-dəymə.Təbibsən, dərman eylə,Mazısan, dəymə-dəymə.

251. Atamın ilki qardaş,

Dövləti, mülkü qardaş.Cinazam yerdən qalxanda,Cinazamın görkü qardaş.

252. Gələn yanıma gəlsin,Qadan canıma gəlsin.Hər kəsin qardaşı-bayısı ölüf,Dursun yanıma gəlsin.

253. Qaşıyın qarasına,Gül qoyum arasına.Bajıların qurban olsun,Qardaş, ürəyinin yarasına.

254. Əzizim, getmə bizdən, Qar yağar, olar dizdən.Gədiklər girdə bağlar,Səni yad eylər bizdən.

255. Mən aşıq, görüm səni,Dolanım, görüm səni.Allahdan arzum budu,Yuxumda görüm səni.

256. Mən öləndə yad ollam,Yaddan çıxıf yad ollam.Məzarım üsdə tez-tez gəl,Sən gələndə şad ollam.

257. Quzum-quzum, çal quzum,Dil-dodağı bal quzum.Duman gəldi itirdim,Duman getdi, gəl quzum.

258. Mən aşıx, mərd əkərəm.

317

Page 318: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Namərdə yox, mərdə kərəm.Qoşaram qəm kotanımı, ay qardaş,Toxum yox, qəm əkərəm.259. Yol üsdə sarı yarğan,Su yuyar eylər yarğan.Fələkdə nə qaydadı,Ayırar yarı-yardan.

260. Alma kürəyimə dəydi,Atdım, kürəyimə dəydi.Eşitdim qardaşım ölüf,Ürəyim kürəyimə dəydi.

261. Əyilsin başın, dağlar,Tökülsün daşın, dağlar.Sənin də mənim kimi,Ölsün qardaşın, dağlar.

262. Gedən boz atdı getmə,Yolun uzaxdı, getmə.Bajıların göz yaşıSana duzaxdı, getmə.

263. Boz atım oynağandı,Çək başın, oynağandı.Gəlin girək meydana, Görək kim oynağandı.

264. Göynən gedən sonalar,Bir-birinə yan alar.Yığılsın, bir səmtə dursun,Oğlu ölən analar.

265. Əziziyəm, abı haray,Arqalı32 haray, abı haray.Haram daşdı, töküldüBoş qaldı qabı haray.266. İstəklilər bir-birinə söz verəndə deyirmişdər:Ağamalı, çal qavalı,Gedim evə dəyim gəlim.Köhnə yarı unutmuşam, Təzə yara dəyim gəlim.

267. Kəklik ola bilirsən,Daşdara qona bilirsən.Ev oluf xəlvətxana,Gör, bizə gələ bilirsən?

268. Mən aşıx, dəmə gəl,Dəmə qoyma, dəmə gəl.Dərd bilən özü gələcək,Dərd bilməzə demə gəl.

269. Mən aşıx, qara baxtım,Qar yağdı qara baxtım.Nə dədə gördüm, nə nənəİrağ o verdiyi paylardan, Dolandı qara baxdım.

270. Qarağacının bağı var, Bağının yarpağı var.Ora gedən qayıtmaz, Orda yaman yağı var.

32 Arqalı – yer adı

318

Page 319: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

271. Ağaşda quşdar ləli, Bir-birin dişdər ləli.On iki imam, bir tarı, Balamı başığdar ləli.

272. Acam mən ay, acam mən,Doymamışam, acam mən.Bircə övlad ucunnan, Ellərə möhtacam mən.

273. Getdin dədəm evinə?Məlul könlüm sevinə.Nə atam var, nə anam,Oxşatdım yad evinə.

274. Məni vurub boz ilan,Gözüm doluf toz ilən.Kimlərdi mənim kimi, Bosdanı göy pozulan. 275. Xalama bax, xalama,Xalam, gəl bax yarama.Xalam məlhəm düzəltsin,Yenə anam qoysun yarama.

276. Qəribəm, ağrır başım, Yasdığa damır yaşım.Qəribə xəbər eylə,Durmaz gələr qardaşım.

277. Göynən gedən hajılar,Bir-birini ajılar.Qoy sana qurban olsun,Qardaşı ölmüş bajılar.

278. Oğlannar gedər bağa,Çiyni dəyər yarpağa.Cavannarda qaydadı,Vaxsız gedər torpağa. 279. Sazbağımı düzeydim,Kürəyimə saleydim.Qardaşımın toyunda,Bir doyunca süzeydim.

280. Laylanın adı bala,Ağzımın dadı bala.Çağırram, hay verməsən,Tutaram yadı, bala.

281. Əzizim, bəzər bağı,Bülbüllər gəzər bağı.Qoyun dos gəlsin,Düşmənnər əzər bağı.

282. Əzizim varsa, gəlsin,Kimsənəm varsa, gəlsin.Bu gələn mənimkilərdi,Sənin kimsənən varsa, gəlsin.

283. Əzizim yaralılar,Dərtdilər, yaralılar.Dərtdilər geri dursun,Qoy ağlasın yaralılar.

284. Bu lələ harda mələr,Urumda, Şamda mələr.Yaxasız köynək geymiş,Bacasız damda mələr.

319

Page 320: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

285. Lələ der: yanana yan,Düşmə, bir yanana yan.Nə yanırsan boş yerə,Səninçün yanana yan.286. Mən lələ der: düyündü,Sinəm düyün-düyündü,Nə gün səni soraram,O gün toydu, düyündü.

287. Mən lələ der: o yannan,Bax bu yatan, oyanan,Axır muradsız qalırGec yuxudan oyanan.

288. Üş bajıydıx, bir ana,Oturmuşdux yan-yana.Fələh elə elədi ki,Hərəmiz düşdüh bir yana.

289. Oturuf çiçəh üsdə,Çəhməsi dizi üsdə.Eşitdim yarı gəlir,Muşduluğu gözüm üsdə.

290. Təndirə bax, təndirə,Təndir adamı, yandıra.

Yetimin nə həddinə,Atalıynan tən dura.

291. Ay dolana-dolana, Gün dolana-dolana.Gözdüyürəm yolunu, Gəl dolana-dolana.

292. Gözdə bulud mərd oynar,Mərd dolanar, mərd oynar.Səni görmədiyim günnər, Ürəyimdə dərd oynar.

293. Mən aşiqəm, sarı gül, Yarı qonça, yarı gül. Tez açıldın, tez soldun, Açmıyaydın barı, gül.

294. Bir arvad olur. Bının da bir qızı var imiş. Kimsə qızı isdiyirmiş, amma arvad vermirmiş. Kimsə bınnarın armud ağacına daş atırmış, bı daşdarı da qızdan ötrü atırmışdar. Həmin daş armud ağacına düş-müyüf, gəlif qızın anasının başına düşüf. Arvad qayıdıf deyif ki,

Ay daş atan bəxtəvər,Daşın da bir vaxtı var.Daş atan kimsə,Onun gözəl baxtı var.

320

Page 321: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

321

Page 322: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

LAYLALAR, OXŞAMALAR

Sən gözümün birisən,Arazısan, Kürüsən.Mən nənən sənə qurvan,Ağlama sən, kiri sən.

Bala, bala, gül bala,Bülbül bala, gül bala.Gülümə özüm qurban,Sən ağlama gül balam.

Balamın laylası var,Deyilmə qaydası var.Deyin görüm, ay ellər,Baladan şirin nə var?Laylay, balam, a laylay.

Balamı yaradan, Allah,Telini daradan, Allah.Kim balamı isdəməsə,Götür aradan, Allah.

Atası işə getsin,Anası işə getsin.Anası balasınaBillə (mermeyvə) alıf gətirsin.

Nar budağın əyəndə, Ucu yerə dəyəndə.

Bir qoç qurban kəsərəm Balam ana deyəndə.

Sudan sel iyi gəlir,Daşdan lil iyi gəlir.A mənim bircə balam,Səndən gül iyi gəlir.

Laylay dedim yat, balam, Qızıl gülə bat, balam.Ümüdüm bircə sənsən,Boya-başa çat, balam.

A laylay, gülüm laylay,Gülüm-sümbülüm laylay.Böyü sənin sayəndə Mən də bir gülüm, laylay.

Sədası bağdan gəlir,Davşannı dağdan gəlir.Elvin oğlumun qabağınaBuğalar qurban gəlir.

Balam ballar içində,Əyrisi yoxdu qıçında.Qızıma elçi gəlifdi,Əmisi, dayısı içində.

322

Page 323: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

TAPMACALAR

1. Dam tapbıldar,Gum gupbuldar.Heyva çalar, Nar oynar.

(Göy gurultusu)

2. Ərşin ayax, bənövşə qulax. (Dəvə)

3. Qırx köynəyi var, Qırx düyməsi yoxdu.

(Kələm)

4. İki qabı var, Biri qalxır, biri yenir.

(Tərəzi)

5. Araba gedər izi yox,Ulğun yanar, közü yox.Zər-zəminin içindəAğzı yanıx, gözü yox.

(Barama)

6. Ha hanə, ha hanə, Gəzdi cümlə cahanı, İstambuldan su işdi,Təbriz onun məkanı.

(Pul)

7. Buxarı ha buxarı, Tüsdü çıxar yuxarı.

Cənnətdən bir oğlan gəldi, Çiyni yaşıl çuxalı.

(Yaz)

8. Uzun-uzun ulama, Boynuna qıl dolama, Gedər şahbaz bağına, Gələr sana salama.

(Pul)

9. Ağamın bir donu var. Üsdü dolu ağ abbası.

(İldız)

10. Dam dam üsdə, Dam Quran üsdə, On iki pilləkan Bir Quran üsdə.

(Ev)

11. Maral, maral inəyim, Qarnı xaral inəyim.Ot otdamaz, su içməz,Çəpəri yaran inəyim.

(Boranı)

12. Atdım atam var mənim, Xeyli xatam var mənim,Dörd anadan olmuşam, Səkkiz atam var mənim.

(Arı)

323

Page 324: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

13. Beş ovçuydux bir dağda, Beş şamama bir tağdaHərəmiz birini üzdüh, Dördü də qaldı bir tağda.

(Fəsillər)

14. Yorğançası belindədi, Ha yüyürür, ha yortur,Yerindədi, yerindədi.

(Su)

15. Dağda dalaman gördüm, Suda Süleyman gördümDuzsus bişmiş aş gördüm, Ağzı gəvşəh daş gördüm.

(Dəyirman, halva, qar, düyü)

16. Çatı su içər, dana köpər.(Boranı)

17. Gecə-gündüz yol gedir, yorulmur.

(Çay)

18. Ələmə küpə,Dələmə küpə.Yüz il də qalsa,Çürüməz küpə.

(İnsanın adı)

19. Başı kələm bağlar,İçi vərəm bağlar.Balaların yığar başına,

Həzin-həzin ağlar.(Samavar, çaynik, istəkan

və nəlbəki)

20. Kişi-kişi,Əlində dişi.Mənə bir at al, Nə erkəh olsun, nə dişi.

(Nənni, beşik)

21. Ordan aldım xaltanı,Burdan vurdum baltanı. Göylərə nur çilədi,Yerin göyün soltanı.

(Günəş)

22. Burdan vurdum,Ordan çıxdı, Fil-fil atdı,Yonca bitdi.

(Şimşək)

23. İlim ilim düyməsi,İlim xatın düyməsi,Hər kəs onu tapmasa,Yeddi ilin xəstəsi.

(Üzərlik)

24. Bir balaca fit daşı,Yandırır dağı daşı.

(Günəş)

25. Yarğan altdan, qaz gedər,Qakqıldaşar qaz gedər,Quşdarda elə quş var,Yüz ilnən qısır gedər.

(.............)324

Page 325: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

26. Bir kişi atnan gedirmiş. Bir qızı buna deyir ki, məni də tərkinə götü, mən də o yolu gedirəm də. Tərkinə alır. Yolda da ki-şilər oturuf yolun kənarında. Məətdəl qalıflar də, bı qızı niyə alıf belə tərkinə, aparır. Deyillər, a kişi, bı qız sənin nəəndi? Sual veril-lər. Bu kişi ağzın açıncan qız bının cavabın verir. Deyir, bu kişinin arvadının qardaşı məəm dayımdı. Yolun kənarında oturanlar fi-kirrəşir ki, ay Allah, bı nə deməhdi? Tappır ki, tappır. İndi nəyi olur?

Açması: Ata-bala.

27. Deyir, o nədi ki, tezdən olur dördayaxlı, günorta ikiayaxlı, axşam üçayaxlı.

Açması: İnsan. Doğulanda körpə olur, iməhliyir. Sora böyüyür iki ayağı üsdə gəzir. Qocalanda da çəliynən gəzir, üçayaxlı olur.

325

Page 326: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

CIRNATMALAR

Nənə, nənə, ay nənə,Lapatkanı ver mənə. Gedim bağda işdiyim,Gəlim məməni dişdiyim.

Molla Məcid azan verir,Sakqalınnan uzan verir.Ölü görəndə yan verir,Halva görəndə can verir.

Armud ağacı haça,Əlim dolaşdı saça.Nabat yekə, canım beçə,Qaldım yalvara-yalvara.

326

Page 327: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

MAHNILAR

ŞƏKİNİN, ŞİRVANIN DAĞ MARALIYAM

Qalanın dibində bir daş olaydım,Gələnə-gedənə yoldaş olaydım,Bacısı göyçəyə sirdaş olaydım.Atma daş, əymə daş, mən yaralıyam,Şəkinin, Şirvanın dağ maralıyam.

Qalanın dibində bir sürü qoyun,Xənalı əlimi hayana qoyum?Sən ordan gəlincə mən necə doyum?Atma daş, əymə daş, mən yaralıyam,Şəkinin, Şirvanın dağ maralıyam.

BOZ AT GƏLİR TOZA-TOZA

Boz at gəlir toza- toza,Boynunda var qızıl qoza. A çər dəymiş, yavaş yeri.Yarı bılayırsan toza.

Boz at gəlir yanı-yanı Açın qələndər yorğanı. Bu yerlərin bəyi, xanıAman Ərşad, yorğan gəlir.

327

Page 328: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

AŞIQLAR VƏ EL ŞAİRLƏRİ

1. VALEH VƏ ZƏRNİYAR33

Bu qoca dünyada ömrə yox vəfa,Görən olacaqdı nələr dünyada?İnsan olan şirin-şirin danışar,Heyvan olan gedər mələr dünyada.

Üstündən el keçmiş dağlar görmüşəm,Çapılmış, talanmış bağlar görmüşəm, Mənəm deyənləri ağlar görmüşəm,Kimi ağlar, kimi gülər dünyada.

Yeddi yeyər, səkkiz çəkər, beş mələr,Mənəm deyənlərin yurdu heç mələr. Qaynar bulaq, axar çaylar, çeşmələr, Necə olacaqdı sular dünyada?

Səməd ki var, bir quruca cəsətdir, Ölüm ki var, o hamıya qismətdir. Çarxı-fələk, bu necə mürvətdir,Cavan oğlanlar da ölər dünyada?

Ustadlar ustadnaməni bir deməyib, iki deyib. Biz də deyək, iki olsun, xainlərin gülü tez solsun.

Təmiz xəyalların, saf ürəklərin,Zimistanı çönər, nov-bahar olar. Xain fasiqlərin, zalım kəslərinBaharlı günləri çovğun, qar olar.

33 “Sözün qiyməti” istisna omaqla, Aşıq Valehlə bağlı bütün mətnlər Aşıq Xas-poladın şəxsi arxivindən götürülmüş və toxunulmadan, kiçik düzəlişlərlə oxuculara təqdim olunur.

328

Page 329: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İnsan yaranıbdı yaratmaq üçün,Bağman mahir olar bağ artmaq üçün,Əmək şöhrət tapar var artmaq üçün,Düz əməl sahibi ixtiyar olar.

Deyən varmı xain artar, ucalar,Yaltaq çuğul səadətdən bac alar?Xalqın sevən nə ölər, nə qocalar,Əsir dəyişdikcə bərqərar olar.

Bəşəriyyət devran üçün deyilmiş,Şən yaşamaq hər can üçün deyilmiş,Mehribanlıq insan üçün deyilmiş,Xaspoladın sözü eldə car olar.

Ustadlar ustadnaməni iki deməyib, üç deyib. Biz də deyək üç olsun, pis əməllər puç olsun.

Həyat bir məktəbdir min bir mənalı,Hər insan öz yolun tutub gedəcək. Aqillər gəzəcək səadət tapa,Nadanlar qəflətdə yatıb gedəcək.

Çalış ki sən, hər əməlin düz olsun,Fikrin, zikrin xəyalətli söz olsun. Mehriban ol, dost-tanışın yüz olsun,Hər kəs ləyağını tapıb gedəcək.

Vara arxalanıb mənəm deyənlər,Tənnə üçün fəxri libas geyənlər,Yaltaqlıq eyləyib çörək yeyənlər,Namusun, qeyrətin satıb gedəcək.

Təbib olub dərdə dərman verənlər,Hakim olub xalqa devran verənlər,

329

Page 330: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Mənəm deyib hər gün fərman verənlər, Əldən ixtiyarın atıb gedəcək.

Xaspolad sadiqdi, bilir görənlərƏdalət naminə dövran sürənlər,Xalqını, yurdunu candan sevənlər,Mətləb-muradına çatıb gedəcək.

Sizə haradan xəbər verim, Qarabağ mahalının Abdal-Gülablı kəndindən. Bəli, elə ki Aşıq Valeh aşıqlıq sənəti ilə eldə məhşur-laşdı, hər mahalda tanındı, bütün vaxtı el şənliklərində olurdu. Bir gün Səməd adlı bir cavan oğlan gəldi Valehin yanına. Xahiş etdi ki, onu özünə şagird qəbul etsin. Valeh dedi, cavan oğlan, adın Səməd olmasa, səni şagird qəbul edərdim. Çünki mənim ustadımın da adı Səməddir. Gələcəkdə kimi deyəcək, Səməd Valehin ustadı olub, kimi deyəcək yox, şagirdi olub. Ona görə səni şagird qəbul edə bilməyəcəm. Cavan Səməd ustad Səməddən xahiş etdi ki, Valehə desin, onu şagird qəbul etsin. Bəli, ustad Səməd Valehə dedi, ustadın ustad adı var, şagirdin şagird, oğlanı şagird qəbul et. Beləliklə, cavan Səməd Valehə şagird oldu.

Elə olurdu ki, Valeh aylarla səfərdə olurdı. Ona görə də atası Valehi öz qardaşı Hatəmin qızı Sənəmə nişanladı ki, Valeh çox uzaqlara getməyə. Valeh hara getsə, Səmədi özü ilə aparırdı.

Bir gün Valeh Arasbar kəndində bir falçı qarıya onun adam-ları aldatdığını sübut etdi. Həmin axşamı Arasbar kəndində məclis qurdular, çaldılar, çağırdılar. Həmin qarı da məclisdə olur. Səhər Valeh Səmədlə kənddən gedəndə həmin qarı Səmədi yanlayır. Deyir, oğlan, əvəzsiz aşıqsan, ancaq sən nə qədər Valeh ilə aşıqlıq etsən hörmətin olmayacaq. İstəyirsənsə hörmətin ola, Valehdən ayrıl, tək aşıqlıq et. Qarının hiyləsi Səmədi aldadır. Səməd yarımçıq ola-ola Valehdən ayrılır, başlayır tək hərlənməyə. Hansı kəndə gedirsə, görənlər deyir, oğlan, bəs ustan Valeh hanı? Səməd nə qədər hərlənirsə, bir deyən olmayır ki, çal-çağır. İş belə olanda Səməd öz-özünə deyir, belə olmaz. Mən gərək elə bir səmtə gedəm

330

Page 331: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ki, orda Valehi tanımayalar, bəlkə onda məni bir aşıq kimi qəbul edələr. Beləliklə, Səməd üz tutur Dağıstan tərəfə. Gəzə-gəzə gedir çıxır Dəmirqapı Dərbəndə.

İndi xəbəri eşidin Dəmirqapı Dərbənddə Tacir Süleymanın qızı Zərniyar xanımdan. Zərniyar xanım atanın, ananın bircəsi olduğu üçün atası onu üç dildə təhsil almağa nail etmişdi. Oydu ki, Zərniyar xanım hər elmə müyəssər olmaqla yanaşı, həm də təbli bir şairə idi, saz çalıb söz oxumaqda üstün məharəti varıdı. Atası Süleyman vəfat edəndən sonra Zərniyar babası Dəmirçi Muradın himayəsində qalır. Həddi-buluğa çatanda Zərniyarın gözəlliyindən çox varına aşiq olanlar başlayırlar Zərniyara elçi düşməyə. Zərniyar babasından xahiş edir ki, onun ərə getmək ixtiyarını özünə versin. Babası onun xahişini qəbul edir, gələn elçilərə Zərniyar özü cavab verir. Get-gedə elçilərin sayı artır. Zərniyar görür elçilərin sayı həddin aşır, öz-özünə deyir, mən bu elçilərin hansına razılıq ver-səm, yox dediklərim onu məhv edəcək. İndi mən başqa yol tapma-lıyam. Axır qərara gəlir, gedir Dərbəndin hökmdarı Şabəndə bəyin hüzuruna. Deyir, bəy sağ olsun, mən gəlmişəm sizdən təvəqqa edəm, car çəkdirib hər yana xəbər çatdırasınız ki, mən o adama ərə gedəcəm ki, o adam mənimlə saz ilə deyişə, deyişmədə mənə üstün gələ. Mənim ilə deyişib məğlub olanları dustaq edib zindana sala-cam, aciz qalanların sayı qırxa çatanda hamısının boynunu vurdura-cam. Şabəndə bəy Zərniyarın təklifini qəbul edib bütün Dağıstana xəbər çatdırıb. Deməli, Səməd Dəmirqapı Dərbəndə çatanda, Zərni-yarla meydan açıb, aciz qalanların sayı otuz səkkizə çatmışdı. Heç nədən xəbəri yox, Səməd küçə ilə gedərkən onu Zərniyarın kənizi görür və onu Zərniyarın imarətinə aparır. Səməd Zərniyarı görəndə sevinir ki, burda xeyri olacaq. Səməd bərabərə çatır, salam verir, cavab alır. Zərniyar deyir, aşıq, adın nədir? Səməd deyir, xanım, adım Səməddir. Zərniyar deyir, Səməd nədir? Deyir, addır də. Zərniyar deyir, əlindəki nədir? Deyir, sazdır də. Zərniyar deyir, saz nə deməkdir? Səməd deyir, çalğı alətidir. Zərniyar deyir, hansı bazarın aşiqisən və xiridarın kimlərdir? Səməd deyir, xanım, siz məni başa düşmədiniz, mən saz aşığıyam, çalıb oxuyuram. Zərniyar

331

Page 332: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

kənizlərə deyir, aşığı məqamına aparın. Kənizlər Səmədin sazını əlindən alıb aparıb salırlar aşıqlar olan zindana. Zindana girəndən sonra Səməd məsələni başa düşdü. Gecə zindanda olanlar ölümləri yaxınlaşdığını yaqın etdilər.

Zərniyar dustaqlara üç gündən bir hərəsinə bir çörək verərdi. Səhəri yenə də adəti üzrə zindanı açdırdı, üç adama bir çörək paylatdı. Qayıtmaq istəyəndə Səməd dedi, xanım, bizi bu zindana nə üçün saldırmısan? Zərniyar dedi, bilmədiyiniz sənətin sənətkarı olduğunuz üçün. Səməd dedi, ay xanım, biz cücə plov aşiqiyik. Sənin tayın, bərabərin qalıb yerlə-göylə əlləşə-əlləşə, sən də hayla-yıb bizi doldurmusan bu zindana. Zərniyar dedi, qoçağım, belə danışmaqda yəqin bir üstün yerin var? Kimdir mənim o bərabərim? Səməd dedi, mənim ustadım. Zərniyar dedi, sənin ustadın kimdi və adı nədir, özü haralıdır? Səməd dedi, adı Aşıq Valehdir, iyirmi beş yaşı var. Özü də Qarabağ mahalının Abdal-Gülablı kəndindəndir. Zərniyar dedi, ona namə yazsam bura gələrmi? Səməd dedi, yerini bilsə, naməsiz də gələr. İş belə olanda Zərniyar Səmədin qandalını açdırdı, gətirdi öz mənzilinə. Dedi, oğlan, indi mən sənin o ustadına məktub yazacam, gör sənin ustadın ona cavab verə biləcəkmi. Pəri adlı kənizi kağız-qələm götürdü. Görək Zərniyar deyir, Pəri nə yazır.

Bizdən salam olsun Aşıq Valehə,Əgər aşıqsansa, bu meydana gəl.Ya aşıqlıq adın götür üstündən, Ya hünərin varsa, bu devranə gəl.

Səməd dedi, xanım, gözəl dedin. İkinci bəndi elə de ki, bu meydanın şərti-cəfasın bilsin.

Dilimdən çıxıbdır bir belə ilqar, Kim məni bağlarsa, ollam ona yar.Aşıqlar sərindən tikdirəm minarƏgər qıyar olsan şirin cana, gəl.

Səməd dedi, xanım, gözəl dedin. Üçüncü bəndi elə de ki, bilsin ki, bura ondan qabaq da gələn var.

332

Page 333: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Neçə aşıqları eyləmişəm bənd,Əyağında kündə, boynunda kəmənd. Adım Zərniyar, məkanım DərbəndMəni anlar olsan, Dağıstana gəl.

Bəli, sözlər tamama yetdi, Zərniyar yenə də Səmədi zindana göndərdi. Səhəri iki bacarıqlı cavan ləzgi çağırdı. Dedi, qoçaqlarım, atlanın mənim bu naməmi aparın Qarabağ mahalının Abdal-Gülablı kəndində Aşıq Valehə çatdırın, cavabın da alın gətirin.

Bəli, ləzgilər naməni alıb yol elədilər. Qarabağı soraxlaşa-soraxlaşa Abdal-Gülablının əkənəklərinə çatanda gördülər bir yaşlı kişi xış ilə yer əkir. Ləzginin biri dedi, yaxşı aşığın camaəti də hazırcavab olar. Bu qocaya bir söz deyəcəm. Ləzgi dedi, ay dayı, bizim bir abbası pulumuz var, özümüz də acıq. Sizin yerdə o abba-sını nəyə verək ki, həmi yeyək doyaq, yerdə qalanın yenə bir abba-sıya sata bilək? Qoca fikirləşmədən dedi, kəndin girəcəyində qəs-səbxana var, kəl qarnın bir abbasıya verirlər. Bir kəl qarnı alın, əlafiyətin34 yeyin, ətin satın. Həm qarnınız doysun, həm də pulunuz olsun. Ləzgilər dinmədilər, gedib kəndə çatdılar. Gördülər kənddə toy var. Getdilər toya qonaq oldular, toy çox təmtəraqlı toy idi. Axşam xeyli zurna çalındı, oynadılar, güldülər. Toybəyi dedi, indi də Aşıq Valeh gəlsin, onu eşidək. Aşıq Valeh gəldi, çaldı-çağırdı. Bir nəfər ayağa qalxdı, Valehə devran yığdı. Ləzginin biri devrana pul verdi, biri də Zərniyarın naməsini. Valeh tez yerindən qalxdı, naməni aldı, aşdı, oxudu, rəngi dəyişdi, sonra güldü. Heydar bəy dedi, Aşıq Valeh, namə kimnəndi?

Aldı Valeh görək nə deyir:

Gözləriniz aydın olsun,Gəlibdi yarın kağızı.Bülbül uçar yuvasından Gəlibdi qubarın kağızı.

Bu yerdə nişanlısı Sənəm yadında düşdü. Aldı dal bəndin. İnciməsin gülü ondan,

34 Əlafiyət – içalat

333

Page 334: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gələr günlər, keçər candan.Can ayrılar cananından Gəldi nigarın kağızı.

Valeh ağlar yana-yana,Yandı bağrım, döndü qana.Çağırır cəngi-meydana, O Zərniyarın kağızı.

Valeh namənin bütün təəssüratını danışdı. Heydar bəy dedi, əvvəl rəngin qaşdı, sonra güldün. O nəyə görə idi? Valeh dedi, rəngim ona görə dəyişdi ki, təəccübləndim. Gülməyim ona görə oldu ki, Dəmirqapı Dərbənddə Zərniyar nə bilir ki, Qarabağın Abdal-Gülablı kəndində Aşıq Valeh var. Yəqin mənim o fərsiz şagirdim gedib keçib Zərniyarın cənginə, mənim yerimi o deyib. Heydar bəy dedi, Aşıq Valeh, fikrin nədi? Valeh dedi, fikrim getməkdir. Aldı görək nə deyir:

Qarabağdan dov eyləyib gəlirəm, Məndən do tələbi varsa, de gəlsin! Cəhənnəmi bu dünyada göstərim, Hansı bəndə günahkarsa, de gəlsin!

Çıxaram meydana divana nisbət,Pəhlavanam İbni Məlcana nisbət,Fironu Firdosi, Sal-sala nisbətOnlardan da xəbərdarsa, de gəlsin!

Mənəm şair Məhəmmədin nabatı,Aşıq Gülüm, Aşıq Cünun nəbatı,Aşıqlıqda hər kimsənin evladıValehinən bərabərsə, de gəlsin!

Söz tamama yetdi. Heydar bəy dedi, Aşıq Valeh, Qarabağ böyük, məğlub edilməz bir mahaldı. Yaxşı fikirləş. Gedib Qaraba-

334

Page 335: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ğın adını batırsan, nəslini yer üzündən kəsəcəyəm. Valeh dedi, Heydar bəy, qorxma, mən də sənətimin xanıyam.

Aldı dübarə görək nə deyir:

Saz götürüb Qarabağın adından, Gəlirəm cənginə, Zərniyar xanım.Gücümə güc çatmaz cəngavər kimi Gəlirəm cənginə, Zərniyar xanım.

Çəkilib xəlvətə çox qübar etmə,Pərişan qəlbləri tarımar etmə,Küskün aşıqları tənkizar etmə,Gəlirəm cənginə, Zərniyar xanım.

Valehəm, mətləbdən almışam kamı,Sərimə huş verib badənin tamı,Sinəmdə xilqətin min bir kalamı,Gəlirəm cənginə, Zərniyar xanım.

Söz tamama yetdi. Aşıq Valeh ləzgiləri öz evinə qonaq apardı, Zərniyar haqqında ətraflı məlumat aldı. Səhəri ləzgiləri yola salanda dedi, Zərniyara deyərsiniz siz ora çatandan on gün sonra onun hüzurunda hazır olacağam.

Bəli, ləzgilər getdilər Dərbəndə, Valehin məktubunu Zərniyara verdilər. Əlavə gördüklərinin, bildiklərinin hamısını Zərniyara söy-lədilər. Zərniyar kənizlərə tapşırdı ki, onun otağına girməsinlər. Başladı ciddi hazırlaşmağa.

İndi Zərniyar Dərbənddə yol gözləməkdə olsun, xəbəri eşidək Aşıq Valehdən. Valeh bir də gördü verdiyi vaxtdan xeyli keçib, o hələ Qarabağdadır. Odur ki, gəldi anasının yanına. Dedi, ana, mənə səfər tədarükü gör, Dəmirqapı Dərbəndə gedəcəm. Anası hər nə qədər cəza-fəza elədi, kar etmədi. Naçar qalıb dedi, oğlum, onda sən get nişanlın Sənəm ilə görüş, deməlini de, sən gələnə qədər mən də səfər ehtiyatı görüm. Valeh Sənəm ilə görüşməyə gedəndə anası özünü

335

Page 336: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

yetirdi usta Səmədin yanına. Dedi, ay Səməd, Valeh əlimdən gedir, bir gümanım sənə gəlir. Gedək bizə, Valehi qoyma Dərbəndə gedə.

Səməd Valehgilə gəlməkdə olsun, eşidin Valehdən. Valeh getdi gördü, Sənəm evdə yoxdur, qonşuda qızlar toyuna gedib. Sənəm-gilin nökəri Rəhimə dedi, Rəhim, get toy evinə, xəlvəti Sənəmə de ki, evə gəlsin. Rəhim getdi hündürdən çağırdı, ay Sənəm bacı, Valeh qağam deyir evə gəlsin ona söz deyəcəm. Dedi qayıtdı. Valeh gör-dü Rəhim gəlir, ancaq Sənəm yoxdur. Aldı görək Rəhimə nə deyir:

Başına döndüyüm yarın nökəri,Dərdimi canana dedin, nə dedi?Sən də mənim kimi şirin dil ilən Çəkdin bir pünhana, dedin, nə dedi?

Hatəm baxçasında oynar gül ilən,Gəlməmişəm yanda qalam il ilən,Sən də mənim kimi şirin dil ilən,Yalvardın sən ona, dedin, nə dedi?

Rəhim dinmədi. Aldı dübarə:

Mən sevmişəm ağ üzündə xalını,Yoxsa mənnən gizlər şah camalını. Divana Valehin ərzi-halını Yusifi Kənana dedin, nə dedi?

Söz tamama yetdi. Valeh gördü Sənəm gəlir, yanında bir qız, bir gəlin var. Bunları görəndə Valeh Rəhimdən əl çəkdi, üz tutdu onlara, aldı görək nə deyir:

Toy evindən gələn qızlar, gəlinlər,Toyunuzdan əcəm allı gəlmisiz. Aşıq öldürməkdə varmı qəsdinizFikir eyləyib nə xəyallı gəlmisiz?

Sənəmgil nə isə xəlvət pıçıldaşdılar. Aldı Valeh:

Bir-birin çağırır nə şirin bacı,

336

Page 337: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir dərdə düşmüşəm, yoxdur əlacı. Nə vaxdı dahanım dadıyır acı,Üçünüz də ləbi ballı gəlmisiz.

Bu sözdən Sənəm bikef oldu. Aldı Valeh dübarə:

Eynini eynimdən eyləmə iraq,Axıban didəmdən tökülər fəraq.Bir Sənəm, bir Valeh, bir xəlvət otaqHayıf ola, qalmaqallı gəlmisiz.

Qız-gəlin getdi, Sənəm yalqız qaldı. Xeyli söhbətləşdilər. Valeh Dərbəndə getmək üçün çətinlik ilə icazə aldı. Evlərinə qayıtdı, gördü ustadı Səməd onlardadı. Valeh ustadına salam verdi, görüş-dü. Dedi, ay ustad, onsuz da mən səni ziyarət etməmiş getməzdim, niyə zəhmət çəkirdin? Səməd dedi, onlardan keçib. Sazları tarazla, bir az söhbət edək. Valeh sazları tarazladı, aldılar görək nə deyirlər. O vaxtı onlar deyib, indi də biz deyək.

Səməd:Fikrin-zikrin gəzir uca göyləri,Söylə görüm, Valeh, hara gedirsən? Karvanların qatar-qatar dayanıb,Söylə görüm, Valeh, hara gedirsən?

Aldı Valeh:Fikrim edir asumanı ziyarət, Eşid ustad, deyim hara gedirəm. Yükümü tutmuşam ərşi-əladanSevda üçün bir bazara gedirəm.

Aldı Səməd: Yükünü tutmusan ərşi-əladan,Qatarların gəlsin Kərbəladan. Nəcəf çöllərindən, Məkkə binadan,Söylə görüm, Valeh, hara gedirsən?

337

Page 338: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aldı Valeh:Dərsimi vermisən İncil, Qurandan,Zəburdan, Töratdan, sirri imamdan,Adəmdən başlamış axır zamandan Onlarınan zəncir dara gedirəm.

Aldı Səməd:Səməd içib min bir eşqin camını,Əzbər deyər hər xilqətin sanını,Sənə bağışlayır öz kərvanını,Sahib sənsən, o bazara gedirsən.

Aldı Valeh:Zərniyar Dərbənddə dönüb aslana,Otuz doqquz aşıq salıb zindana,Valehi çağırır cəngi meydana,Canım ustad, o meydana gedirəm.

Sözlər tamama yetdi. Səməd dedi, Valeh, indi mənə yaxşı-yaxşı qulaq as, dediyim sözlərə cavab istəmirəm. Aldı Səməd:

Uğur olsun səfərinə, dayanma,Bürüyübdü qəmli xiyalət səni. Şagirdlər imdadı sənsən dünyadaAşıqlar eyləyər ziyarət səni.

İsmini sorsalar denən yektayam,Natiqi elmidə qəlbi dəryayam,Naşı deyiləm, hakdan gələn sevdayam,Ağan Əli etməz xəcalət səni.

Əldə Quran Səməd baxır kimlərə,Qocalmışam, mizraf çatmır simlərə,Bəlkə öldüm, görüş qaldı məhşərə,Tapşırıram haqqa əmanət səni.

338

Page 339: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Sözlər tamama yetdi. Valehin anası dedi, ay Səməd, mən səni gətirdim ki, qoyma Valeh gedə, demədim ki, gəl bunu yola sal. Səməd dedi, ay Püstə, getməsə olmaz.

Bəli, səhəri Abdal-Gülablı cəmaəti Valehi yola salmaq üçün toplaşdılar Səfilər tirəsinə. Aşıq Valeh yola düşmək istəyəndə gör-dü nişanlısı Sənəm asta-asta ağlayır. Sənəmi ağlar görən Valeh aldı görək nə deyir:

Gəl sevgilim, halallaşaq, ayrılaq, Gedirəm, öldüm, bəlkə bir də gəlmədim.Gözüm baxsın o gözlərə doyunca Getdim, öldüm, bəlkə bir də görmədim.

İşi belə görən usta Səməd tavar sazını35 aldı sinəsinə, Sənəm əvəzində aldı görək nə deyir:

Yaman yerdə ağlar qoydun qəlbimi,Get Valehim, sağlıq ilə gələsən. Taleh yazan belə etdi dərdimiGet Valehim, sağlıq ilə gələsən.

Valeh: Gecə-gündüz ya hu deyə çağlarsan,Şənlik məqamında qara bağlarsan,Ölsəm, məni nakam deyə ağlarsan,Əcəl yetdi, bəlkə bir də gəlmədim.

Səməd: Ömürboyu unudulmaz bu halət,İnam ilə qəbul olar ziyarət. Tapşırmışam səni haqqa əmanət. Get Valehim, sağlıq ilə gələsən.

Aldı Valeh: Valehəm, bu yolda çoxdur zavalım, Sarsılıb taqətim, pozulub halım,Sərsəm edir sərim, çaşır xiyalım, Ömür bitdi, bəlkə bir də gəlmədim.

35 Tavar saz – ustad aşıqların gəzdirdiyi doqquz simli saz

339

Page 340: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Səməd:Səməd deyir, oyan, qəflətdə yatma,Kam alıb Dərbənddə, mətləbə çatma.Ağlar qalan Sənəmini unutma, Get Valehim, sağlığınan gələsən.

Söz tamama yetdi. Səməd hönkür-hönkür ağladı. Ustadını ağlar görən Valeh aldı, görək nə dedi:

Toplanan cəmaət, ağlayan ustad, Gəlin halallaşaq, mən gedər oldum. Ömrümün mülkünü, eşqin bağınıVaxtsız aldı boran, çən, gedər oldum.

Aldı Səməd, görək nə dedi:

Qəlbimin vüqarı, çeşmimin nuru,Qəmgin olma, bu səfərdən gələsən. Cismimin taqəti, sərimin şuru,Şadlığınan bu səfərdən gələsən.

Valeh:Sevib-sevilənlər olmaz cəfasız,Neçə aşiq nakam qalıb səfasız. Zaman qarışıqdır, ömür vəfasız,Gəlin halallaşaq, mən gedər oldum.

Səməd:Talantın itidi, şüurun cavandı,Qarşıdakı böyük bir imtahandı. Məğlubiyyət tarixinə ziyandı,Bu səfərdən şadlığınan gələsən.

Valeh:Valehəm, ay ustad, səfərim iraq,Zaval gəzir məni əlində çıraq.Qürbətdə qəribə kim olar dayaq?Gəlin halallaşaq, mən gedər oldum.

Səməd:Səmədəm, sorağım çatıb hər yana,

340

Page 341: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bu əhvalat düşər dildə dastana.Tapşırmışam səni şahı-mərdana,Bu səfərdən şadlığınan gələsən.

Söz tamama yetdi. Səməd dedi, Valeh, mənə diqqətlə qulaq as, gör nə deyirəm. Aldı Səməd görək nə deyir:

Get Valehim, sənə uğurlar olsun,Yadda saxla, əlif-lamı unutma.Əbcət hesabını düz əzbər elə,Cim üstündə cüt nidanı unutma!

Yadda cəmlə innaməndə tey biri, Həfti həşdi cahar pənci sey biri. Surreyi yasini həmdi cey biriMəəşəri gəz, ibtidanı unutma!

Divaniyə cəm üstündə mayə qat, Təcnisi təxnis ilə yana at,Qıfılbəndi, müxəmməsi baha sat,Əyaxda gəz, son gümanı unutma!

Səməd deyər, axtar sirri günbəzi,Ley üstündə gəzdir dodaqdəyməzi,Hey altında hərlə diltərpənməzi,Məkanda bazar aç, kanı unutma!

Söz tamama yetişdi. Valeh adamlarla vidalaşdı, üzünü tutdu dağlara, aldı görək nə dedi.

Alçaqlı, ucalı dağlar,Həlal eylə, hümbət eylə.Laləli-nərgizli bağlar,Həlal eylə, hümbət eylə.

Köçün gedir düzlərinən,Devran sürdük sizlərinən,

341

Page 342: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Neçə gəlin, qızlarınan,Halal eylə, hümbət eylə.

Valeh gedir bir murada,Sığınıbdır min bir ada.Ya gələ, ya gedə badaHalal eylə, hümbət eylə.

Söz tamama yetişdi. Valeh yoluna dəvam etdi. İki gün yol getdi, tanımadığı bir kəndə çatdı. Gördü kü, adamlar ona təəccüblə baxırlar, bir-birinə nə isə deyirlər. Bildi ki, burda nə isə bir iş var. Bir nəfərdən soruşdu, əmican, deyəsən aşıq sizə başqa cür görünür? Kişi dedi, cavan oğlan, bizim bu kənddə Xanlar adlı bir dərin savatlı molla var, özü də şairdi o, aşıq tayfası ilə çox əyridir. Harda aşıq görsə, bir cavabsız söz deyir, aşığın sazını əlindən alıb sındırır. Bizim camaat aşıq üzünə həsrətdi. Ona görə sənə təəccüb ilə baxır-lar. Ancaq sənin bəxtindən həmin molla kənddə yoxdur, darı zəmi-sinin alağın etməyə gedib. Valeh mollanın getdiyi yeri öyrənib düz ora getdi. Gördü molla su arxının kənarında kölgələnir. Hündürdən salam verdi. Molla səysəndi, Valehə baxdı güldü. Valeh dedi, molla, nəyə güldün? Molla Xanlar dedi, aşıq, hardan gəlirsən? Valeh dinməz-söyləməz atdan düşdü, sazını köynəyindən çıxardı. Dedi, molla, yaxşı qulaq as, deyim hardan gəlirəm:

Soruşursan, ərzimi al,Deyim hardan gəlirəm.Körpəlikdən dərsim alıb Cəlil Cabbardan gəlirəm. Fikir gəzir asumanı,Ərşi əladan gəlirəm.Tilsimlər açarıyam,Sirri binadan gəlirəm.Neynirsən xəbər alıb,Sehri səfadan gəlirəm.

342

Page 343: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Getmişdim bir aləmə,Tuc əridən havası var.Hazırlaşıb leşkərləri,Kim ilən davası var?Məqamını tam dolandım,Yeddi böyük qalası var. Hər qalanın qapısındaOn min böyük halqası var. Tutmuşam yüklərimi,Muzdu babaldan gəlirəm.

Ummanlara qəvvaz olubDəryaları boylamışam.Hər xilqətin xəzinəsinin Ləl göhərin taylamışam.Qəflətdə yatanları Haray salıb haylamışam.Valehəm, sənət tacın Aşiqlərə paylamışam.Gəl ziyarət eylə məni,Turi-Sinadan gəlirəm.

Söz tamama yetdi. Molla gördü bu aşıq xatalı aşıqdı. Dedi, aşıq, sənə yaxşı yol. Get, mənimlə görüşməyini heç yerdə demə. Valeh dedi, arxayın ol, bir xeyirdə, bir də şərdə danışacam.

Valeh yoluna davam etdi. Çatdı Kür çayına. Bərəyə yaxınlaşdı, artıq axşam idi. İki nəfər bərəçi Valehi Şirvan tərəfə keçirdi. Bu bə-rəçilərin kəndində Məsum əfəndi adlı bir şair varıdı. O, ətrafı aşıq üzünə həsrət qoymuşdu. Harda aşıq görsə, bir söz deyib, dalaşdırıb, sazını sındırıb, libasını soyardı. Bərəçilər bildilər ki, bu aşıx əfəndini eşitməyib, nabələtdi. Odur ki, sözləşib Valehi qonaq apardılar. Xəl-vəti qonum-qonşuya xəbər verdilər ki, aşıq qonağımız var, gəlin. Adamlar toplandılar. Hələ mərəkə düzəlməmiş bir nəfər əhvalatı əfəndiyə çatdırdı. Qəflətən əfəndi məclisə gəldi. Əfəndi dama girən-də hamı onun ayağına qalxdı. Duranlar əyləşdi. Əfəndi dedi, aşıq,

343

Page 344: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

haralısan? Valeh dedi, qarabağlıyam. Əfəndi dedi, əsli hu. Valeh de-di, izah et, əfəndi. Dedi, izahata ehtiyac yoxdur. Mən içəri girəndə hamı ayağa qalxdı, sən qalxmadın. Demək ədəbin çatmadı. Valeh dedi, yox, əfəndi. Mən istədim ayağa qalxam, döşümdəki elmi qoy-madı. Dedi bu nə adamdı ki, onun ayağına qalxırsan? Əfəndi xeyli hirsləndi. Dedi, hardan gəlib hara gedirsən? Valeh dedi, kandan gəlib məkana gedirəm. Əfəndi dedi, kan nədi, məkan nədi? Valeh dedi, kan bu dünya, məkan o dünya. Əfəndi dedi, doğurdan da, sözündə arifsən. İndiki səfərin haradı? Valeh dedi, indiki səfərim Dəmirqapı Dərbənd, Zərniyarın meydanına. Bu sözü deyəndə hamı təəccübləndi. Əfəndi dedi, cavan oğlan, mənim bilmədiyim elm, oxumadığım ka-lam yoxdur. Zərniyar adı gələndə bədənim əsir. Gedib otuz doqquz adamın ölümünə bais olma. Valeh dedi, əfəndi, mən bura məsləhətə gəlməmişəm. Əfəndi dedi, onda mən səni bir yüngül imtahan edəcəm. Cavab verə bilsən, gedərsən, verə bilməsən, sazını da, atını da alacam, libasını da soyunduracam. Valeh dedi, saz almaq aşıqlıqda adətdi, at alıb, libas soyundurmaq quldurluqdu. Siz bunun hansından-sız? Əfəndi daha da qəzəbləndi, başladı deyişməyə. İndi görək əfəndi nə deyir, Valeh nə cavab verir. O vaxt onlar deyib, indi də biz deyək.

Məsum əfəndi:Kəndində laf edib şairəm deyən,Sualımın qabağında döz indi. Diksinmə, çəkinmə, qısqınma, qorxma,Al sualı, ver cavabı tez indi.

Aşıq Valeh:Bilseydik mahalı bəndə salmısan,Eybulla gəlməzdik bura biz indi. Diksinmərəm, qısqınmaram, qorxmaram,Xəbər alsan o sualdan yüz indi.

Məsum əfəndi: O kim idi gətdi haraya qurban? O kim idi doğdu bir neçə oğlan? O kim idi əvvəl etdi nahaq qan? Nə səbəbdən, arasında gəz indi.

344

Page 345: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh:Cəbrayıl gətirdi ülfətə qurban, Havva ana doğdu yüz səksən oğlan, Qabil Habili öldürdü, etdi nahaq qan,Adəm verməmişdi ona qız indi.

Məsum əfəndi: O kim idi rükət namazı qıldı? Neçə il orda xidmətə daldı? Neçə min mələyə xidmətkar oldu, Axırında danışmadı düz indi?

Aşıq Valeh:Mələk taus rükət namazı qıldı,Səysən min il orda xidmətə daldı, Səysən min mələyə xidmətkar oldu, Oldu şeytan, danışmadı düz indi.

Məsum əfəndi:O kimdir ki, əlləri var neçə min? Hər əlində barmaxları neçə min? Hər barmaqda qələm çalar neçə min?Bunu bilən aşığa yox söz indi.

Aşıq Valeh:Cəhənnəm maliki, əlləri yeddi min,Hər əlində barmaqları yeddi min, Hər barmaqda qələm çalar yeddi min, Onu biz görməyək, görün siz indi.

Məsum əfəndi:Məsum əfəndi, kim sahibi qüdrət?Harda danışdı min kəlmə xəlvət?O nəydi verdilər, de ona zinət,Aşıqsansa, bu sözlərə döz indi.

Aşıq Valeh:Valehəm, Məhəmməd sahibi-qüdrət, Mehracda danışdı min kəlmə xəlvət.

345

Page 346: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Behiştə verdilər, de, eşid zinət,Onun ərkanına quluq biz indi.

Sözlər tamama yetdi. Əfəndi dedi, doğurdan da sən kamil sənətkarmışsan. İndi Zərniyarın meydanına gedə bilərsən. Valeh dedi, əfəndi, dedim ki, mən bura məsləhətə gəlməmişəm. Sən dedin mən cavab verdim, indi də mən deyəcəm, sən cavab verəcəksən! Əfəndi dedi, ay oğlan, mənim oxumadığım kalam, bilmədiyim elmi yoxdur, sən mənə nə deyəssən? Valeh dedi, mən kimə nə demək lazım olduğunu yaxşı bilirəm, qulaq as, gör nə deyirəm. Aldı Valeh, görək nə deyir:

Gəl əfəndim, səndən xəbər alayım,Bir hesab var, onu istərəm səndən. Hesab çoxdur vacehinə yetmirəm, Haqqın min bir adın istərəm səndən.

Əfəndi dinmədi. Valeh dedi, əfəndi, niyə cavab vermirsən? Əfəndi dedi, yüz ala qarğaya bir sapand daşı deyiblər, axırda elə söz deyəcəm hamısına əvəz olacaq.

Aldı Aşıq Valeh dübarə:

Göydən yerə enən de neçə daşdı? Qiymətsiz satılan hansı qumaşdı? Məğribdən məşriqə neçə ağaşdı?Dünyanın qırağın istərəm səndən.

Söz yenə cavabsız qaldı. Aldı Valeh dübarə:

Mən Valehəm cismi-ümman içində,Minarə yapmışam ümman içində,Həşdərxan dənizi ümman içində,Suyunun hesabın istərəm səndən.

Sözlər tamama yetdi. Əfəndi dedi, oğlan, məndə məlumat kitabı var, bir gedib ona baxım, gəlib cavabın verəcəm. Əfəndi o gedən getdi, hələ də gəlməyib. İş belə olanda adamlar Valehə əhsən dedilər. Aşıq Valeh lazımı qədər çaldı, çağırdı. Gecəni orda axşam-

346

Page 347: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ladı, səhəri yoluna davam etdi. Axşamı şirvanlı Abdula xana qonaq oldu. Abdula xan ilə Valeh Şuşada Murad bəyin toyunda tanış olmuşdu. Bəli, aşıq Abdula xan ilə xeyli söhbət edəndən sonra saray əhli üçün çalıb-çağırmağa başladı. Abdulla xanın Dilbər adlı bir bacısı var idi. Dilbər xanım öz kənizinə xətayə parçadan paltar geyindirib məclisə göndərdi. Özü məndulə parçadan paltar geyib məclisə gəldi, kənizin qabağında oturdu. Valeh xətayə paltar geyəni xanım, məndulə paltar geyəni kəniz hesab edib ürəyindən keçirdi ki, bu ədəbsiz kim idi gəldi xanımın qabağında oturdu. Bu sözü bilmədən eşidilən səslə dedi. Bir az keçmiş Dilbər xanım məclisi tərk etdi. Etdiyi xətadan Valehin xəbəri olmadı. Məclis qurtardı, hər kəs öz evinə getdi. Abdulla xan dedi, Aşıq Valeh, çox sağ ol, yaxşı çaldın-çağırdın. Ancaq yaxşı olmadı ki, sən mənim var-yox bir bacımı ədəbsiz adlandırdın, o da məclisi tərk etdi. Valeh təəccüblə dedi, xan sağ olsun, mən belə iş etməmişəm, siz nə danışırsınız? Xan dedi, Aşıq Valeh, etməyinə etdin, ancaq nə etmək olar, keçib. Aşıq Valeh bildi ki, ürəyindən keçirdiyini dili ilə deyib.

Bəli, gecəni yatdılar, səhər çörək yeyəndə xan dedi, Aşıq Valeh, görürəm çox narahatsan. Hasarın o tərəfindəki imarət bacı-mınkıdı, sazını götür get bacım Dilbər xanımın könlünü al. Valehə də bu lazım idi. Tez Dilbər xanımın imarətinə keçdi. Gördü Dilbər xanım kənizləri ilə baş açıq, sinə açıq, süfrədə çörək yeyir. Valeh salam verdi, cavab olmadı. Heç Valehə əhəmiyyət verən olmadı. Valeh sazı hərlədi sinəsinə. Aldı görək nə deyir:

Durum dolanım başına,Aşığından küsən Dilbər.Üzüm sürtüm əyağına,Nə mən dinim, nə sən, Dilbər.

Dilbər xanım dinmədi, aldı dübarə:

İtirmişəm maralımı,Bir sinəsi yaralımı,Gündüz səbri qərarımı,Gecə yuxum kəsən Dilbər.

347

Page 348: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Dilbər yenə dinmədi. Aldı dübarə:

Həsrətin gəzər canda,Bərabərin yox cahanda. Bu zülm olmaz müsəlmanda,Sən kafərsən, nəsən, Dilbər?

Dilbər yenə dinmədi. Aldı dübarə:

Valeh əvvəl bir bəyidi,Müjganların qəddin əydi.Nə dedim ki, sənə dəydi?Bu mən dilbər, bu sən dilbər.

Dilbər xanım gülümsədi. Dedi, aşıq, bizim bu görünüşümüzə elə bir söz deyə bilərsən ki, həm xoşuma gələ, həm də acığıma. Onda sənin günahından keçərəm. Valehə də bu lazım idi, aldı görək nə deyir:

Bu yer gözəllərinə nabələd oldum,Söz dedim qurumuş, dili bükülmüş. Xətayə görüncə eylədim xəta,Dürlü göhər bir məndulə bükülmüş.

Səhər ikən mehman olduq bunlara,Geyməmiş batıblar yaşıl allara,Qızıl bazubənd lülü şümşət qollara,Gümüş kəmər incə belə bükülmüş.

Dilbər xanım gülümsəyərək ala gözlərini Valehə sarı süzdü. Aldı Valeh:

Qurban olum ala gözün şəstinə,Süzgün baxıb girmə canın qəstinə,Əlimi qoyum tər sinənin üstünə,Müxəyə, darçına, hilə bükülmüş.

Dilbər xanım key kimi göründü. Aldı Valeh dübarə:

348

Page 349: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nabələdəm ulusuna, suyuna,Mina gərdəninə, uca boyuna.Divanə Valehi sən al qoynuna, Elə bil ki, bülbül gülə bükülmüş.

Dilbər xanım dik qalxdı ayağa. Dedi, aşıq, sən nə danışırsan? Valeh dedi, xanım, əhdinə vəfa et. Həm xoşuna gəldi, həm də acığı-na. Dilbər xanım gülümsədi. Dedi, aşıq, doğurdan da, layiqli aşıq-san. Keçdim günahından. Valeh otaqdan çıxanda gördü Abdulla xan durub otağın qabağında, özü də qaşlı-qabaqlıdır. Valeh dedi, xan, niyə belə kefsizsən? Abdulla xan dedi, Aşıq Valeh, ayıb deyil-mi, sən mənim bacıma deyirsən Valehi al qoynuna? Valeh dedi, xan, mən heylə demədim? Dedim ki, divana Valehi çağır toyuna. Xanın sifəti açıldı, oturdular yedilər, doydular. Xan dedi, Aşıq Valeh, sən gedən yolun dağlarında qırx haramilər yurd salıb. Gəlib gedən yolçuları qərət edib, özlərini də öldürürlər. Odur ki, ehtiyatlı ol. Sənə bir tüfəng verəcəm. Dağlara çatanda yol ikiləşəcək. Nəba-də sol yandakı yolla gedərsən. Sağ yandakı yolla gedərsən.

Aşıq Valeh xan verən tüfəngi də çiyninə salıb yoluna davam etdi. O qədər getdi, günorta Şamaxı dağlarına çatdı. Yavaş-yavaş mürgülədi, sağ əvəzinə at sol ilə getdi. Haramıbaşı baxdı ki, bir atlı yol ilə gəlir. Bir nəfəri göndərdi. Dedi, get o atlını bura gətir. Həramı Valehə yaxınlaşdı, gördü bunun bir çiynində tüfəng, bir çiynində də qara torbada iri bir şey var. Haramı elə zənn etdi ki, o torbada olan dəmir toppuzdu. Fikirləşdi ki, mən buna bir söz desəm, o toppuzu bir dəfə mənə yendisə, o dünyalıq olacam. Odur ki, heç bir söz demədən qayıtdı. Haramıbaşına dedi ki, ağa, o atlı nəhəng bir pəhlavandı, çiynində bir dəmir toppuz var, yeddi batmandan ağır. Heç o, məni adam saymadı. Haramıbaşı hay vurdu, haramılar atlandı. Aşıq Valehi ortaya aldılar. Səsə-küyə Valeh atın üstə oyandı, gördü iş-işdən keçib. Tez haramıbaşı atdan düşüb Valehə yaxınlaşdı. Dedi, ədə, haramzadə, sən kimsən ki, mənim göndərdiyim adamı saymırsan? Valeh dedi, ey nakam şiri-nər, murad üstəyəm, mənə rəhm et. Haramıbaşı rəhmə gəlmiş patcah kimi gülümsədi. Dedi,

349

Page 350: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

qonaq, mənim nakam olduğumu bilən yoxdu. Sən nə bildin ki, mən nakamam? (Sən demə haramıbaşının sevgilisini ildrım vurub öldü-rübmüş. Ona görə o, təsəlli tapmaq üçün bu yola düşmüşümüş). Valeh dedi, mən Valehəm, nitqimə gələn düz olar. Haramıbaşı dedi, oğlan, mən hələ bu dağlarda əlimə düşəni səlamət buraxma-mışam, ancaq səni buraxacam. Bir az bizə yalvar, səni ondan sonra buraxım ki, uşaqlar şübhələnməsinlər.

Aldı Valeh, görək nə deyir: Can alıcı pəhlavanlar, igitlər,Öldürmən, xudaya bağışlan məni.Mollalar mollası, mərdlər ağası,O şiri-xudaya bağışlan məni.

Mən ki çıxdım vətənimdən güzara,Könül həsrətdən olub səd para. Bir qərib aşığam, yazıq, biçara, Sahibi sevdaya bağışlan məni.

Mən Valehəm, deyim ərzi-halımı, Qatil olub kəsmən ümid yolumu,Tamehiniz varsa, alın malımı,Natiqi mövlaya bağışlan məni.

Haramıbaşı dedi, bu aşıq kərəvəzin biri imiş, tüfəngini alın, buraxın getsin. Bəli, Valehin tüfəngini aldılar, özünü buraxdılar. Valeh həmin günü Şamaxıya çatdı. Hacı Möhsümün karvansara-sında rahatlaşdı. Axşam Hacı Möhsüm Valehi öz mənzilinə dəvət etdi. Valeh gördü Hacının yanında bir neçə tacir-tüccar var. Salam verdi, əyləşdi. Hacı dedi, aşıq, sazını al, hardan gəlib hara getdiyini de, biz də bilək.

Aldı Valeh, görək nə deyir:

Qarabağdan səfər etdim,Mülkü-Şirvana mən gəldim.Məcnun tək düşdüm səhraya,Dəli divanə mən gəldim.

350

Page 351: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Daşkəsən gədiyin ötdüm,Əcayib sehrilər etdim.Şamaxı şəhrinə yetdim, Sankı rözvana mən gəldim.

Xoşdu cavanı, yaylağı,Soyuq suyu, tər bulağı,Bahar fəsli gələn çağı, Əcəb xəndanə mən gəldim.

Mən valehəm Zərniyara,Canımı saldım odlara,Sığındım pərvərdigara,Misli pərvanə mən gəldim.

Söz tamama yetdi. Hacı Möhsün Valehin səfər məqsədin öyrəndi. Ertəsi gün Valehi öz evində qonaq etdi. Yaxşı məclis qurdu. Valehə yaxşı köməklik etdi, Dağıstana yola saldı.

Bəli, Valeh bir neçə gün yol getdi, çatdı Samur çayına. Gördü çay qan-qan edir. Aşağı-yuxarı xeyli hərləndi, keçid tapmadı. Sazı-nı aldı sinəsinə, görək nə deyir:

Əsriyib, əsriyib, kükrəyib axan,Ağzı ağ köpüklü divana Samur.Atanın, ananın bircə oğluyam,Qıymagınan sən bu mehmana, Samur.

Qanlı-qanlı qayalardan çıxırsan,Şaqqıldayıb dərələrdən axırsan,Yerdən tərpənəndə evlər yıxırsan,Baxmırsan heç yaxşı-yamana, Samur.

Valeh deyər bulaqlarda gözün var,Güclüsən sən, qüvvətli də sözün var, Nə çox şaqqaların, nə çox izin var,Neçəsin vermisən ziyana, Samur.

351

Page 352: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Söz tamama yetəndə bir yaşlı kişi gəldi Valehin yanına. Dedi, ay oğul, sən çalıb çağırandan sənə qulaq asıram. Görürəm nabələt-sən, bu çayın keçidi xeyli aralıdadır. Çay aşağı get, keçidə çatarsan. Valeh xeyli getmiş keçidə çatdı. Gördü bir ağır sürü qoyun çayın kənarında, yanında bir heyvərə çoban. Çoban Valehi görən kimi tutdu atının yüyənindən dedi, ə, aşıq, deyirlər aşıqlar çayı qurudur, qarı əridir, daşı dilləndirir. İndi yaxşıca düşmüsən əlimə. Bu çayı qurutsan, sənə bir nazlı erkək verəcəm, qurutmasan vay halına. Üç gündü qalmışam burda, bu sürünü o taya keçirməliyəm. Valeh gördü dilbilməz əlinə düşüb, kələyə əl atmasa işi xarabdı. Odur kı, dedi, çoban, mən elə o çayı qurudan aşıqlardanam. Mən oxuyanda yuxarı baxıram, sən gərək gözlərini dikəsən çaya, mən oxuduqca çayın vəziyyətini mənə deyəsən. Bəli, çoban çənəsini söykədi çomağa, gözlərini dikdi çaya. Çay çox iti axırdı. Aldı Valeh, görək nə deyir:

Samur çayı, qəmli-qəmli axırsan, Üzərindən nə devranlar keçibdi. Güllü Dağıstanın seyrəngahısan,Boran qopub, nə tufanlar keçibdi.

Nuh tufanı yatıb, sən yaranmısan,Neçə qərinələr yola salmısan.Süleymanlar köçüb, hələ qalmısan, Dəyişilib, nə əyyamlar keçibdi.

Çoban dedi, çay geri qayıdır. Aldı Valeh:

Həsrət qoyma, ay çay, bizi beş günə,Barı kəmənd atma ömrüm püşkünə, Adı bəlli Məhəmmədin eşqinəValeh kimi neçə canlar keçibdi.

Söz tamama yetən kimi çobanın gözləri axdı, üzü quyulu yıxıldı suya. Valeh fürsəti fota verməyib atını vurub çayı keçdi o biri taya. Çoban özünü düzəldənə qədər Valeh aralandı. Valeh getməkdə olsun, xəbəri eşidək Dərbənddən.

352

Page 353: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Zərniyar səbirsizliklə Valehin yolunu gözləyirdi. Tustaq aşıq-ların yaxın qohumları Dərbəndin küçələrində hərlənirdilər. Dərbən-din hökmdarı Şabəndə bəy Zərniyara elə ixtiyar verməyinə peşiman olmuşdu. Eşitmişdi ki, Qarabağdan Valeh adlı bir aşıq gələcək, işçilərinə tapşırmışdı ki, ayıq-sayıq olsunlar. Aşıq Valeh Dərbəndə gələndə Zərniyarla görüşməmiş onu Şabəndə bəyin yanına aparsın-lar. Bəy onun necə aşıq olmağın yoxlaya, sonra Zərniyarın meyda-nına buraxa.

Bəli, Valeh gəldi çatdı Dərbəndə. Küçə ilə gedirdi, gördü hündür hasarlı, gözəl mənzərəli baxçalı bir imarət var. At üstündə imarətin həyətinə baxanda gördü həyətin baxçasında bir neçə yaraşıqlı qızlar şənlik edirlər. Baxdı ki, bir nəfər əndazəli qız bu qızlardan aralı fikir içində güllər arasında züm-zümə edə-edə hərlənir. Göz qənimin tanıyar. Valeh öz-özünə dedi, yaraşır, aşıqlar yağısı Zərniyar bu ola. Aşığa söz demək adətdi, gəl buna bir neçə söz de. Zərniyar olsa, özün nişan verəcək, olmaz, çıxıb gedərəm. Aldı Valeh, görək nə deyir.

Geşdə çıxan ay vəfalı nazənin,Geşd eləyib nə havalı gəzirsən?Neçə aşıqları bəndə salmısan, Götürübsən muz babalı gəzirsən.

Valeh söz deyəndə bütün qızlar Zərniyarın yanına toplandılar. Zərniyar dedi, ay əcəli yetişmiş yazıq, salam verdin, cavab gözlə. Tez Zərniyara sazın verdilər. Valeh bildi ki, bu Zərniyardı, ancaq Zərniyar Valehin kim olduğunu bilmirdi. Aldı Zərniyar, görək nə cavab verdi:

Bahar əyyamıdır, işrət çağıdır,Geşd eləyib öz baxçamı gəzirəm.Otuz doqquz aşıq bəndə salmışam,Gen açmışam mən meydanı, gəzirəm.

Aldı Valeh:Bu dünya dediyin bir bivəfadır,Ona ilac yenə sövqü-səfadır.

353

Page 354: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Yarsız gəzmək sənə xeyli cəfadır,Eyləyibsən nə xiyalı gəzirsən?

Aldı Zərniyar:Xaliqi ləmyəzəl, vahidi yektay, Veribdir qüdrətdən mənə kamal pay.Gəlməz bu əsrdə mənə aşıq tay, Tamam İranı, ol Turanı gəzirəm.

Aldı Valeh:Valeh kimi gəzmə ahı-zarınan,Göhəri sərf eylə xiridarınan.Sən də qovuş bir münasib yarınan,Bülbül kimi nə sevdalı gəzirsən?

Valeh adı çəkiləndə Zərniyar diqqətlə Valehə nəzər saldı. Aldı görək nə deyir:

Gör necə boynuna salıram kəmənd,Sərindən tikdirrəm minarə-pülənd36,Adım Zərniyardı, məkanım Dərbənd,Valeh kimi nocavanı gəzirəm.

Söz tamama yetişdi. Valeh hayata daxil olmaq üçün darvazaya yaxınlaşdı. Zərniyar cəlladı əvəz eliyən iki nəfər kəniz göndərdi ki, Valeh həyətə girmək istəsə, ona bir-iki yüngül zərbə vurun, bəlkə gözü qorxa. Valeh atdan düşüb qapıya yaxınlaşmaq istəyəndə kənizlər sınmaz ağacla Valehi budadılar. Elə ki, Valeh özünü onla-rın əlindən qurtardı, nə edəcəyini bilmədi. Bu yerdə iki nəfər yaso-vul Valehin yanına gəldi. Dedilər, aşıq, adın nədir? Valeh dinmədi. Bir də xəbər aldılar, aşıq, adın nədir? Valeh dedi, adımı demə-yəcəm. Dedilər, niyə? Dedi, adımı deyəndə məni döyüllər. Yaso-vullar dedilər, Allaha and olsun sənə, heç nə etmərik, adını de. Dedi, adım Aşıq Valehdir. – “Nə, Aşıq Valeh”, – deyə təəccüblən-dilər. Valeh dedi, sözünüzün üstə durun, and içmisiniz. Yasovullar dedi, ay aşıq, səni Dərbəndin hakimi Şabəndə bəy gözləyir. Bəy eşidib ki, Dərbəndə Aşıq Valeh adlı bir aşıq gələcək, neçə gündü 36 Pülənd – uca

354

Page 355: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

şəhərə gözətçi qoyub, səni onun yanına apara. İndi bizimlə gedər-sən Şabəndə bəyin yanına.

Bəli, Aşıq Valehi apardılar Şabəndə bəyin huzuruna. Bəy Valehi çox gözəl qəbul etdi, otağına apardı. Gördü Valeh kefsizdi. Səbəbini xəbər aldı. Valeh Zərniyarın kənizlərinin qaba hərəkətin bəyə dedi. Bəy Zərniyarı çağırtdırdı, kənzilərin belə hərəkətinin səbəbini xəbər aldı. Zərniyar güldü. – “Bizim qızlar Valehlə Dağıstan zarafatı ediblər”, – deyib öz imarətinə qayıtdı.

Gecə Şabəndə bəy Valeh ilə söhbət edirdi. Bu yandan Zərniyar Pəri adlı kənizi ilə Şabəndə bəyin həyətinə gəldi, evə yaxın dayan-dılar ki, Şabəndə bəy ilə Aşıq Valehin nə danışdıqlarını eşidələr. Onlar qapıya gələn kimi, Valeh söhbətin kəsdi, sazını götürdü, aldı görək nə deyir:

Bu gələn bir cüt gözəlin, Yolunda qoymuşam səri.Biri əcəb səvalıdır, Birisinin adı Pəri.

Biri dağların qarıdı, Biri baxçalar barıdı,Güllü dünyanın varıdı,Lərzəyə salıb sərsəri.

Valeh sevdi Zərniyarı, Olar onun xidmətkarı, Atsa üzündən uqabı,Mat eylər Şəmsi-Qəməri.

Söz tamama yetdi. Pəri dedi, Zərniyar, Aşıq Valeh bizim bura gəlməyimizi bildi, bu sözləri ona görə oxudu. Zərniyar dedi, ay Pəri, Valeh münəccim deyil, bizim bura gəldiyimizi nə bilir, – deyib sağ ayağını daşın üstünə qoydu.

Valeh:

İki günəş, o zülmətdən şəms olub.

355

Page 356: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Yayılıb aləmə, üzün bürümüş.Hər ikisi bir-birindən səfalıYayılıb aləmə, üzün bürümüş.

Həsrəti qəlbimdə ləkə bağlamış, Çərpayı sinədə ləkə bağlamış,Pünhan namə yazıb ləkə bağlamış, Yayılıb aləmə, üzün bürümüş.

Valeh dərd əlindən Buraqı minmiş, Seyraqub arada buraqı minmiş,Qədəm qədəm üstə buraqı minmiş,Yayılıb aləmə, üzün bürümüş.

Söz tamama yetdi. Zərniyar dedi, Pəri, gedək, Valeh tilsimli aşıqdır. İş çətinə düşəcək. Bu tərəfdən Valeh əyləşdi. Şabəndə bəy soruşdu, Aşıq Valeh, nəyə görə sən bizim söhbətimizi yarımçıq qoyub sazı götürdün? Valeh dedi, bəy, Zərniyar qapıya gəlmişdi, bizi dinləyirdi. Şabəndə bəy qapıçını çağırtdırdı, xəbər aldı ki, bura kim gəlmişdi? Qapıçı dedi, ağa, özünüz buyurmusunuz ki, Zərniyar nə vaxt mənim qəbuluma gəlsə, mane olmayın. Zərniyar bir nəfər kənizi ilə gəlmişdi, qayıtdı getdi. Şabəndə bəy Valehə diqqətlə baxdı, dedi, Aşıq Valeh, doğurdan da, valehedicisən.

Səhəri gün Şabəndə bəyin əmri ilə hər tərəfə car çəkildi, xə-bər verildi ki, axırıncı aşıq ilə Zərniyarın deyişməsidir. Ya qırx aşı-ğın boynu vurulacaq, ya da aşıqlar azad olacaq, ya da Zərniyar ərə gedəcək. Bu xəbəri ətraf kəndlərə də çatdırdılar. Günortaya qədər Dərbəndin böyük meydanına dəstə-dəstə adamlar toplandılar. Günorta Şabəndə bəy divanxana işçiləri ilə Aşıq Valehi deyiş mey-danına gətirdilər. Bu tərəfdən Zərniyar xanım öz adamları ilə otuz doqquz tustaq aşıqları həmin meydana gətirdi. Boyunlarında kəmənd, ayaqları qandallı hamısı biri-birinə çələkli. Bəli, elə ki meydan quruldu, şərtnamə təzədən yazıldı. Şərtnamə belə oldu, əgər Aşıq Valeh deyişmədə Zərniyara üstün gələ bilməsə, qırx aşıq

356

Page 357: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

həmin meydanda qətlə yetiriləcək. Elə ki, Aşıq Valeh Zərniyara üstün gəldi, onda həmin meydanda Zərniyarın kəbini Valehə kəsiləcək. Valeh Zərniyarı Qarabağa gətirsə, onda Zərniyarın variyətinin beş-dən biri Zərniyara, qalanı isə Zərniyarın yaxın qohumlarına çatacaq.

Bəli, şərtnamə imzalandı, təsdiq edildi. Zərniyarnan Aşıq Valeh girdilər deyiş meydanına. Görək Zərniyar nə deyir, Valeh nə cavab verir. O vaxtı onlar deyib, indi də biz deyək:

Zərniyar xanım:Qarabağdan dov eyləyib gəlmisən,Yer üzündə mən İsayam, sən nəsən? Öz əlinlə yaxşı yıxdın evini, Haqdan gələn bir bəlayam, sən nəsən?

Aşıq Valeh:Ay nazənin, şagirdlərin ustadı,Hamı bilir mən yektayam, sən nəsən?Dərsimi almışam kamil ustaddan, Eşq içində dolu payam, sən nəsən?

Zərniyar xanım:Çoxların salmışam xaki-turaba,Sualımdan aciz qalıb cavaba,Səni də pay göndərəcəm hesaba (torpağa),Bu əyyamda mən dəryayam, sən nəsən?

Aşıq Valeh:Çox sənin kimilərin al eylərəm mən,Aparıb özümə mal eylərəm mən. Dəryanın üzündə yol eylərəm nən. Mərifətdə mən Musayam, sən nəsən?

Zərniyar xanım:Zərniyaram, səni çəkərəm dara,Başından tikdirrəm kəllə minara.Bir kəsin varmı edə dərdinə çara,Haqdan gələn bir sevdayam, sən nəsən?

Aşıq Valeh:

357

Page 358: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ustadım Səməddir, sakini-Abdal,Əgər üzün görsən, olar dilin lal.Valehəm, Hafizə vermərəm macal,Mən ona garraham, hələ sən nəsən?

Sözlər tamama yetdi. Hər tərəfdən əhsən sədası eşidildi. Zər-niyar kədərli, qəzəbli halda aldı dübarə görək nə dedi:

Bizdən salam olsun Aşıq Valehə,Əgər aşıqsansa, gəl eyliyək cəng.Görək kim kimə verir zəvalı,Kim kimin əlində mat olur diltəng.

Aşıq Valeh:Al cavabın deyim, Zərniyar xanım, Mənəm aşıqlarda bir kiranı səng.Zərrəcə yerimdən tərpədə bilməz, Yığılsa Rum, Qeysər, ta Hindi-Firəng.

Zərniyar xanım:Əcal gətiribdi səni bu girə,Sənin də gərdənin keçər zəncirə.Üç gündən bir çörək verərəm cirə,Yanar əhvalına dəryada nəhəng.

Aşıq Valeh:Aşıq olan özün sənə bab etməz,Sədamı eşidən gecə xab etməz.Dəmir zəncir eşq oduna tab etməz,Gəl mənə bağlama top ilə tüfəng.

Zərniyar xanım:Qoymaram yetəsən səni yarına,Bir təpigim dəyər bürcü barına,Bir zərbə gələrəm rüzügarına,Aşıq sərdarıyam, mənənd-pişəng37.

Aşıq Valeh:Qurban olum qoynundakı narına,

37 Mənəndi-pişəng – fişəng kimi

358

Page 359: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Zərb ilə danışma, danış miyana.Kəllə gərək bu meydanda dayana,Aslan davasına tab etməz pələng.

Zərniyar xanım:Meydanə gətirib səni də əcal,Çəkərsən əlimdən cəng ilə cədal.Zərniyaram, sabah meydanıma gəl,Bu bir sözdü sənə eylədim irəng.

Aşıq Valeh:Qurban olum sən tək nazlı ceyrana, Sən bir zənən, mən durmuşam mərdana.Valehəm, sinəmə qoydum nişana,Yüz kamandar atsın, min tiri xətəng38.

Sözlər tamama yetdi, deyişmənin ardı səhərə qaldı. Tustaq aşıqlar haray saldılar ki, Aşıq Valeh, deyişməni səhərə qoyma, Zər-niyar nəsə bir tilsim qurduracaq səni karıxdıra. Valeh dedi, nərahat olman, qoyun nə bilir işlətsin.

Bəli, açıldı səhər, yenə həminki meydan quruldu, yenə də Zərniyar qabağa düşdü. Aldı görək nə deyir, Valeh nə cavab verir.

Zərniyar xanım:O necə şəhərdi, ay Aşıq Valeh, On iki bazarı, əlli iki küçəsi, üç xocası var?Üç yüz altmış beş onun içindədir,Altı min iki yüz iyirmi iki həm xocası var.

Aşıq Valeh:O şəhər bir ildir, Zərniyar xanım,On iki ayı, əlli iki həftəsi, üç bayramı var. Üç yüz altmış beş gün hesabıdırAltı min iki yüz iyirmi iki rükət namazı var.

Zərniyar xanım:O necə aləmdi on beş çırağı,Doqquz bağbanı var, on iki bağı?

38 Tiri xətəng – ox

359

Page 360: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Mütəssil pərgarda on beş otağı,Ona qərar qoyanın nə xilası var?

Aşıq Valeh:İsulu din Firudin on beş hesabı, Doqquz yol oğlu, on iki imamı,Mütəssil pərgarda cənnəti damı,Mömünün cənnətdə çox xilası var.

Zərniyar xanım:Altı min altı yüz altmış altı hacı,On dört pəhlavanı var, çox xəracı.Səkkiz min yeddi yüz altmış kərpiciOnu yalqız yapanın nə binası var?

Aşıq Valeh:Altı min altı yüz altmış altı ayədi ayət,On dört sində onda tapır hidayət.Səkkiz min yeddi yüz altmış bir ildə saat,Onu yalqız yapanın bir binası var.

Zərniyar xanım:Altı min iki yüz iyirmi iki yarın tükanıDe neçə mənzildir onun məkanı?Neçə pəhlavandır, yoxlayın onu, Söylə bu sözlərin nə mənası var?

Aşıq Valeh:Altı min iki yüz iyirmi iki namazdı bir il, On yeddi rükəti bir gündədir bil. Yeddi əzan yerə deyir mütəssil, Dediyin sözlərin bu mənası var.

Zərniyar xanım:Yüz on dört otuza eylərəm şükür, Yüz bir dərviş orda oxuyur zikir,Zərniyar aləmdə çəkərmi fikirŞəriəl Mürtəza tək ağası var.

Aşıq Valeh:

360

Page 361: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Yüz on dört otuzdu sureyi Quran, Yüz bir təsbehdir, həm zikri-sübhan, Valehə köməkdir o şahı Mərdan,Bu meydanda güclü müdaası var.

Sözlər tamama yetdi. Zərniyar çox kədərli vəziyyətdə aldı dübarə görək nə deyir:

Zərniyar xanım:Səndən xəbər alım, ay Aşıq Valeh,Əvvəl nə şey xəlq elədi sübhanı?Neçə şeyda ondan oldu aşıkar,Yaratdı sifəti, namı nişanı?

Aşıq Valeh:Al cavabın deyim, Zərniyar xanım, Əvvəl bir dür xəlq eylədi sübhanı.Cəmi aləm ondan oldu aşıkar, Yaratdı sifəti, namı nişanı.

Zərniyar xanım:Deynən görüm nədir yerin əsası? Nə üstündə qərar tapıb durası?Neçə il yol yerlə göyün arası?Nədən yaratdılar həfdi asimanı?

Aşıq Valeh:Bil ki, bir balıxdır yerin əsası,Kaf39 üstündə qərar tapıb durası.Səysən min il yol yerlə göyün arası,Nurdan xəlq etdilər həfdi asimanı.

Zərniyar xanım:O kim idi, kimdən xof etdi, qaşdı?Neçə il orda xaba uğraşdı?O kim idi, onlar ilə qarışdı? Adları nə idi, ismi bəyanı?

Aşıq Valeh:

39 Kaf – öküz

361

Page 362: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Dağyanus Allahdan xof etdi, qaşdı,Səysən min il orda xaba uğraşdı. Qəmər idi, onlar ilə qarışdı Adları Kəlb idi, ismi bəyanı.

Zərniyar xanım:Zərniyaram, bilmək olmaz sanını,O kim idi yumadılar qanını? O kimdi alacaq özü öz canını? O kim idi öldü-dirildi canı?

Aşıq Valeh:Valeh, ulduzun bilmək olmaz sanını,Şəhidlərin yumadılar qanını.Əzrail alacaq özü öz canını, O Cərcuzdu, öldü-dirildi canı.

Sözlər tamama yetdi. Zərniyar başı aşağı getdi, sazını divana təhfil verdi. Dedi, Aşıq Valeh, mən təslim. İndi mənim də, tustaq aşıqların da külli-ixtiyarı səndədir. Valeh dedi, Zərniyar xanım, nə oldı ki? Sən dedin, mən də cavab verdim. İndi də mən deyəcəm, sən cavab ver! Zərniyar dedi, Aşıq Valeh, nə lazımsa mən dedim, sən də cavab verdin, artıq söz nəyə gərəkdir? Valeh dedi, Zərniyar xanım, sənin dediyin sözlərdən demədiyin sözlər yüz dəfə çoxdur. Mən sənin demədiyin sözlərdən bir neçəsini deyəcəm. Aldı görək nə deyir:

Aşıq Valeh:Səndən xəbər alım, Zərniyar xanım,Əvvəlki mətləbin, kamın neçədi? Nə ilə kamilsən, nə ilə naqis,Mürdə, zində40 sərəncamın neçədi?

Zərniyar xanım:Al cavabın deyim, ay Aşıq Valeh,Əvvəlki mətləbim, kamım ikidir.Ədəbli kamildir, ədəbsiz naqis,Mürdə, zində sərəncamım ikidir.

40 Mürdə, zində – ölü, diri

362

Page 363: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh:O nədir ki, batilində nazirdi? O nədir ki, vücudunda hazırdı?O nədir ki, şər ruzində zahirdi?Bundan artıq dolu camın neçədir?

Zərniyar xanım:O tanrıdı, batilində nazirdi.O uşaqdı, vücudumda hazırdı.Dörd kitabı şəbi-zildə zahirdi,Bundan artıq dolu camım ikidir.

Aşıq Valeh:Mən Valehəm, bu hesabı neynəyim,Bir əliflə bir dal neynər, söyləyin?Tökün kitabları, hesab eyləyin, O nədir ki, demək olmaz ikidir?

Axır bəndi Zərniyar aça bilmədi. Meydandan səs-küy ucaldı. İşi belə görən Valeh axır bəndi özü açdı.

Aşıq olan sözün açıq söyləyər,Yüz min naşı bir kamilə neynəyər. Bir əliflə bir dal min bir eyləyər,Ad yeyəsi demək olmaz ikidi.

Söz tamama yetdi. Aşıq Valeh Zərniyarla birlikdə tustaq aşıq-ları da yoxlamaq üçün aldı görək nə deyir.

Eşitsin aşıqlar, desin Zərniyar,Məhəbbət bəhrinə çay hardan gəlir?O səkkiz min aləm harda birləşir,Xilqətin bəhrinə pay hardan gəlir?

Cavab olmadı. Aldı Valeh dübarə:

Həfdi həşdi, se çaharın cəmin de!Gizli qalan bir hesabın kəmin de!Mürsəl nəbilərin keçmiş dəmin de!

363

Page 364: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

İl kimnən cəmlənir, ay hardan gəlir?

Valehə dərs verir Kərəmin kanıƏrəs aləminin kimdi soltanı? Hardadı varlığın sirri pünhanı? Bahar nədən doğur, yay hardan gəlir?

Söz tamama yetdi, sözlər cavabsız qaldı. Şabəndə bəy əyağa qalxdı, dedi, Aşıq Valeh, kifayətdi, sənə alqışlar olsun. Əlavə dedi, Şıx Şabanın şərtnaməyə əsasən bizim Zərniyar xanımın kəbinin bu meydanda xalqın qarşısında Qarabağlı Aşıq Valehə kəsməyini məs-ləhət bilirəm. İş belə olanda Zərniyar öz-özünə dedi, kor bəxtim məni nə günə qoydu. Adlı-sanlı igit oğlanları bəyənmiyən canım, bir aşığın qulu oldu. Hər halda mən Valehin əsil arvadına qul olma-lıyam. Belə xəyal Zərniyarı həzin-həzin ağlatdı. Zərniyar xanımı ağlar görən Aşıq Valeh sazını aldı sinəsinə, görək nə deyir:

Xumar gözə yaraşmayır, Bəsti, Zərniyar, ağlama.Xəbər verib hər tərəfəÇəkdirmisən car, ağlama.Özün mənə namə yazıbEtmisən ilqar, ağlama. Səni ovlayan tərlanıHesab edib sar, ağlama.Öz əhdinə çatmaq üçün Qurdur mənə dar, ağlama.

Aşıqlarda mürvət olar,Dar qurub divan eyləməz.Beş günlük şöhrət üçün Evlər yıxıb qan eyləməz.Qəzəblənmiş hökmüdarlar Bil belə fərman eyləməz.Bu kimsəsiz aşıqları

364

Page 365: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qəmlərə büryan eyləməz.Asumana pülənd olubBu qəm-qüssə, zar, ağlama.

Bil mən sənin uğrunda,Neçə borandan keçmişəm, Neçə-neçə daşqın çaydan, Neçə tufandan keçmişəm.Neçə arzu, neçə dilək, Neçə gümandan keçmişəm.Ömrümə qəsd eyləyib, Bu şirin candan keçmişəm.Gəl qiymət ver bu zəhmətə,Sevimli nigar, ağlama.

Bu gün şadlıq məqamıdı,Əl ver ələ, əl sevinsin.Talant qəlbdə coşa gəlsin,Ürək gülsün, dil sevinsin.Xəbər çatsın Qarabağa,Bayram etsin, el sevinsin.Aşıq Valeh kama çatsın,Sazındakı tel sevinsin.İxtiyarım varmı bu gün, Deyəm sənə, yar, ağlama.

Söz tamama yetdi. Eşidənlər Valehə əhsən dedilər. Zərniyar gülər üzlə Valehə yaxınlaşdı, dedi, Aşıq Valeh, əlini ver əlimə, ölüncə mən səninəm, sən də mənim. İş belə olanda Şıx Şaban kəbini kəsdi, hər ikisinə xeyir-dua verdi. Aşıq Valeh tustaq aşıqları azad etdi. Şagirdi Səməd dedi, ay usta, qul xatasız olmaz, keç mənim günahımdan. Məni hüzurundan qovma. Valeh dedi, Səməd Qarabağacan bir yerdə gedəcəyik, sonrasına baxarıq.

365

Page 366: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şabəndə bəy dedi, Aşıq Valeh, Zərniyar xanım sənə layiqdir, hər ikinizə xoş gün arzulayıram. İndi Zərniyarla get. Məndən olsa, toyunu Dərbənddə edərdik. Valeh dedi, bəy, bağışla, bu mümkün deyil. Ona görə ki, bütün Qarabağ xalqının gözü yoldadır, məni gözləyir. Şabəndə bəy dedi, yaxşı, razıyam, ancaq Qarabağa səfər edəndə bir gün qabaq mənə məlumat ver.

Bəli, mərəkə bitdi, Aşıq Valeh Zərniyarla gəldi imarətin qapı-sında dayandılar. Zərniyar dedi, Aşıq Valeh, indiyənə kimi bu ima-rət mənim idi, indi oldu sənin. Daxil oldular saraya. Söhbətlər biri-birinə zəncirləndi. Yedilər, içdilər, dincəldilər. Səhər Aşıq Valeh durdu baxdı ki, Zərniyar cahi-cəlal ilə, yəni köyənkcək baxçada seyr edir. Tez sazını aldı əlinə, getdi. Zərniyara çatanda aldı görək nə deyir.

Səhər-səhər xiyabanlar içində, Sənin kimi nazlı yarı görəsən.Hey baxasan qamətinə, boyuna,Sinəsində qoşa narı görəsən.

Söhbət üçün çəkiləsən pünhana,Fikir təmiz ola, ürək mərdana.Deyəsən, güləsən mehriban yana,Xəyalında düz ilqarı görəsən.

Gül borana düşər öz putağında,Qızıl parlağ olmaz öz yatağında. Valeh, Qarabağda, öz otağında,Ömür boyu Zərniyarı görəsən.

Söz tamama yetdi. Zərniyar dedi, Valehcan, sözlərindən aydın olur ki, vətənə getmək istəyirsən. O sənin öz ixtiyarındadı, nə vaxt desən mən hazıram. Valehə də bu lazım idi. Həmin günü Şabəndə bəyə məlumat verdi ki, səhər yola düşmək istəyir. Şabəndə bəy bir keçava düzəltdirdi, Dərbəndin sayseçmə igitlərindən qırx nəfəri huzuruna dəvət etdi. Tapşırdı ki, Aşıq Valeh və Zərniyar xanımı səlamət öz vətənlərinə aparsınlar. Səhəri gün kərvan yola başladı.

366

Page 367: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Dəbdəbə ilə Qarabağa çatdılar. Valeh şagirdi Səmədi muştuluğa göndərdi. Səməd Abdal-Gülablı kəndinə çatdı. Xəbər elədi, Heydar bəy bir böyük dəstə atlı ilə Valehgili qarşıladı. Həmin gün Valehin qapısına gətirilən qurban, mal və qoyunun sayı həddin aşdı. Dər-bəndli qonaqları yola salandan üç gün sonra Aşıq Valehin toyu başlandı. Aşıq Valeh həm Zərniyarı, həm də Sənəmi özünə aylə etdi. Bir aşıq gəldi Valehin toyunun duvaqqapmasında bu sözləri söylədi.

Gəl ey sazım, tərif deyək,Yaraşır dastan cahana.Gərdişinə heyran qalıb,Kim olub mehman cahana. İbtidadan bivəfadır,Bağlaman peyman cahana?Bir gün gülər, beş gün ağlar,Kim olsa soltan cahana.Əbədilik sahib olub,Kim verib fərman cahana?

Adəm ata, Havva ana,Gəldi cahana, getdimi?Nuh kimi bir nəbini, Saldı tufana, getdimi?Yunis Əzizi Zəkəriya Düşdü borana, getdimi? İbrahimi, həm Musanı, Saldı gumana, getdimi?Növbə ilə gəlib-gedib, Gör neçə insan cahana.

O Firdosi, Əbilqasım,Gör neçə il qələm çaldı.Nizami də şairlikdə,

367

Page 368: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Həqiqətin tacın aldı.Abdurrəhman Cami yazdı, Yusifi zillətə saldı.Nəsimi, həm Xəyyam SədiÖmür boyu fikrə daldı.Şair olub dastan deyib,Neçə göhərkan cahana.

Rüstəm Zal da atlananda, Vuruşmağa ər gəzirdi. O bezanalı İsbəndiyar,Bir nər oğlu nər gəzirdi. Müşgülgüşa şahi-mərdanHər nə var yek sər gəzirdi.Diz çöküb, təslim olub, Neçə pəhlavan cahana.

İsgəndəri Zilqərinə, Neçə il devran elədi. Neçə yurdu talan etdi, Ölkələr viran elədi. Nadir, Çingiz, TimurləngHər yana fərman elədi. Cəmşid, Qacar, Əfrasiyab, Könülləri al-qan elədi. Heç sahib ola bilmədiTəxti Süleyman cahana.

Usta Səməd, Faiz CəfərSənətində ad eylədi. Aşıq Valeh, Aşıq Qənbər,Könülləri şad eylədi. Xəstə Qasım, Şair AbbasÖmür boyu dad eylədi.

368

Page 369: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ələsgərlə Molla CüməŞeirdə fəryad eylədi. Xaspolad saz götürübSöyləyib dastan cahana.

2. AŞIQ VALEH VƏ USTADI AŞIQ SƏMƏD

Aşıq Valehin əcdadları – atası Məhəmməd, babası Aşıq Allah-verdi, Allahverdinin atası Şair Məhəmməd, Məhəmmədin atası Aşıq Gülüm, Gülümün atası Aşıq Cünun, Cünunun atası Şair Nəbatı. Aşıq Valehin törəmələri, oğlu Allahverdi, nəvələri Ələkbər, Alı, Mehdi, nəticələri Aşıq Abbasqulu, Dünyamalı, Hüsü, Xanlar, bir də Zərniyar, kötücələri Aşıq Xaspolad, Nağaraçı Yelmar, tarzan Əzizxan, Allahverdi. Aşıq Valehin yaradıcılığından ancaq adamların yaddaşlarında qalan qoşmaları və əhvalatları gəlib bizə çatıb. Onun yaradıcılığının külliyatı 1905-ci ildə erməni-müsəlman davasında ermənilər tərəfindən yandırılıb. Həmin vaxt Abdal-Gülablı kəndləri qəfil hücuma məruz qalıb, hər nə var qarət olunub, evlər yandırılıb.

Valehin əsl adı Səfidir. Səfi dörd il kənddə mollaxanada təhsil alıb, təhsilini davam etdirmək üçün Gəncəyə gedib, üç il də orda təhsil alıb. Məktəbdə mollalara anlayışlı suallar verdiyi üçün molla-lar onun artıq oxumasını qadağan ediblər. Təhsildən yarımçıq qovu-lan Səfi, fikir xəstəliyinə tutulub. Atası ona təsəlli verərkən, Səfi bir neçə bayatı deyib:

Əziziyəm, bu dərdə,Çara nədir bu dərdə?Gəldi eşqin əsəriTapdı məni bu dərdə41.

Əziziyəm, saz gərək, Canda, selda saz gərək.Ömrümlə bərabərOldu mənə saz gərək.

41 Dər – qapı

369

Page 370: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Oğlundan bu sözləri eşidən Məhəmməd oğlunu bağrına basır, üzündən öpür və şükür-səna edir ki, babam şair Məhəmmədin irsi Səfidə biruzə verdi. Səhəri Məhəmməd Səfini özü ilə Abdal kəndinə – sənəti ilə hər yerdə məşhur olan ustad Səmədin yanına aparır və Səfinin şəyirdliyə qəbul etməsini ondan xahiş edir. Deyilənə görə Səməd hər yetəni şagird qəbul etməzimiş. Odur ki, Səməd Səfidən xəbər alır ki, nəyə görə sən aşıq olmaq istəyirsən? Valeh cavabında deyir ki, həyatı anlamaq, yaxşını pisdən seçmək, dərdlilərin dərdinə şərik olmaq, acizlərin köməyinə çatmaq, zalım-ların zülmünə qarşı çıxmaq üçün. Bu sözləri eşidəndə Səməd deyir:

– Səfi, sən bu cavabın ilə məni valeh etdin. Səni şagird yox, bir evlad kimi qəbul edirəm. Sənə həm sənət dərsi, həm də savad dərsi verəcəm. Ərəb-fars dillərini sənə tamam öyrədəcəm. Sənsə mənim iki şərtimi yerinə yetirməlisən: birinci mən sənə icazə verincəyə qədər mənim yanımda qalmalısan, ikinci valeh sözün özünə ləqəb götürərsən və onu yaşatmağa layiq olasan.

Həmin gündən Səfi Səmədin itaətində qalır. Bir neçə il qalandan sonra bir gün Valeh deyir, ay usta, mənə nə vaxt icazə verəssən, mümkündürsə mənə onun vaxtını de. Səməd deyir, Valeh, nə vaxt əlimin dalı ilə ağzına vursam, o gün sən icazəli olassan.

Bu söhbətdən xeyli vaxt keçir. Bir gün Səməd Gülablı kən-dində yas yerində vaxtilə sevib ala bilmədiyi istəklisini görür. Həmin günün axşamçağı Abdalda, yəni Səmədin öz kəndlərində münasib-ləri ilə söhbətdə söz arasında belə bir bayatı deyir.

Əziziyəm, ya süzmə,Ya qatıqdı, ya süzmə.Səmədi yaradan AllahGülablıdan yas üzmə.

Gülablı Valehin kəndi olduğu üçün Valeh deyir:

Əziziyəm, yasəmən,Ətirlidir yasəmən.Abdalda yas olsun,

370

Page 371: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Gündə gəlim yasa mən. Valehin ustadına cavabı Səmədə toxunur, əlinin dalı ilə

Valehin ağzına bir sillə vurur. Valeh şükür-səna edir ki, ustam icazə verdi, indən belə aşıqlıq edə bilərəm. Səməd deyir, Valeh, mən şərti tamam unutmuşam. Sən məni çaşdırdın, indi öz ixtiyarındasan, ancaq sənətlə əlaqədar sənə deyəsi bir neçə sözüm qalıb. Getsən də, ara-sıra mənimlə görüşməyi unutma.

Valeh şad-şəlayın evlərinə gedir. Valehin kamil sənətkar olmağın Səməd bir neçə yerdə demişdi. Ona görə onun üzünü görməmiş adını eşidənlər çoxudu. Valeh evlərinə gedən günün səhərisi sazını götürüb atasının dostu olan Bağman kəndinə gedir. Təsadüfən həmin kənddə oğlan-qız toyu olur. Axşam Valeh əlində saz toy damına daxil olur. Toyun aşıqları Aşıq Fərrux və Aşıq Fərman Valehə lağ edirlər. Valeh onlara sərt cavab verir. İş elə gətirir ki, Valeh Fərrux və Fərmanla deyişəsi olur. Bu vəziyyəti Valehin atasının dostu Mürsələ çatdırırlar. Mürsəl o yerdə gəlir ki, artıq iş-işdən keçib, Aşıq Fərruxla Valeh deyişirlər. Mürsəl işin necə qutarmasını gözləyir. Bir az keçir, Valeh Aşıq Fərruxu kiridir. Aşıq Fərman ayağa qalxır deyişməni davam edir. Fərman neçə deyişmələrdə üstün gəlib tanınmış bir sənətkardır. Az qalırdı Valehi çaşdıra. Deyişmənin qızğın yerində toy damında iki nəfərin davası düşür, ara qarışır. Valeh fürsəti fota verməyib həyətdə bağlı atın birini minir, özünü Gülablıya çatdırır. Üzünü Abdal kəndinə çevirib “ay usta Səməd”, – deyə çağırır. Səməd səsi tanıyır, hay verir. Valeh deyir: çi, çi, çi. Səməd deyir, hardasan? Valeh deyir, Bağ-manda. Səməd deyir, qəəa, qəəa, qəəa. Valeh tez atı tərpədib geri qayıdır. O yerdə gedir ki, ara sakitləşib. Toy bəyi deyir, aşıqlar gəlsin deyişməni dəvam etsinlər. Valehin gedib-gəlməsindən heç kimin xəbəri olmayır.

Bəli, deyişmə təzədən başlayır. Bir az keçməmiş əlində tavar saz usta mərəkəyə daxil olur. Bütün toy adamları Səmədin ayağına qalxırlar. Deyişmə dayanır, Aşıq Fərman və Aşıq Fərrux Səmədə səcdə edib əlindən öpürlər. Səməd deyir, Aşıq Fərman, yaraşarmı neçə ilin sənətkarı bir uşaq ilə deyişə? Fərman deyir, usta Səməd,

371

Page 372: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bu uşaq aşıqlar üçün bəladır. Aşıq Fərruxu kiridib, məni də kiritmiş kimidir. Səməd deyir, Aşıq Fərman, bu Aşıq Valehdi, bunun bürcü-nə baxmışam, buna məğlubiyyət yazılmayıb. Sonra Səməd üzünü Valehə tutub deyir, Valeh, bu aşıqlara üstün gəlsən nə edəcəydin? Valeh deyir, usta, bunları sənə sovqat gətirəcəydim. Səməd deyir, mənə qulaq as, hansı yerdə hansı sənətkarla deyişsən, aranızda nə qədər ziddiyyət olsa, ayrılanda mehriban ayrıl. Bir də ömrün boyu mərəkədə özün devran, yəni pul yığma, qoy adamları tanıyan bir nəfər sənə devran yığsın. Deyirlər, ömür boyu Aşıq Valeh özü devran yığmayıb.

3. AŞIQ FEHRUZ İLƏ AŞIQ VALEHİN DEYİŞMƏSİ

Türkiyə soltanlığında Fehruz adlı məşhur ustad bir saz aşığı olur. Bir gün qonaqlıq məclisində Fehruzun çalıb-çağırması solta-nın çox xoşuna gəlir. Soltan deyir, Aşıq Fehruz, bu günkü məharə-tinə görə sənə nə versəm məndən razı qalarsan? Fehruz fürsəti fota verməyərək deyir, soltan sağ olsun, yetmiş kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün soltan deyir, Aşıq Fehruz, əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb qalib gəlib bağladığın ustadların sazını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə yetmiş kəndin ağalığını verərəm. Bu məqsədlə Aşıq Fehruz Azərbaycanın bir neçə mahalında üstünlük ələ edəndən sonra Şuşa qalasına gəlir. Mehdiqulu xanın dövrü olur. Xanlıqdan əhvalatı Valehə çatdırırlar. O vaxtı Aşıq Valehin səksəndən yuxarı yaşı olur. Zərniyar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan, indiyənə qədər qazandığın adı batıra bilərsən. Valeh deyir, məndən qorxmayın. Nə qədər qoca olsam da, bir Fehruzluq biliyim qalar. Valeh sazı götürüb Şuşaya gedir.

Xanın tapşırığı ilə şəhər sakinləri Aşıq Valehi yaxşı qarşıla-yırlar. Aşıq Fehruz bekaflayır. Valeh xəbər alır, Fehruz, nə üçün kefsizsən? Fehruz deyir, qəriblik mənə əl verdi. Valeh deyir, qəriblik sənə əl verdisə, mərəkəni İstanbula salaq. Bu minvalla belə şərtlə-

372

Page 373: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

şirlər ki, Aşıq Fehruz Aşıq Valehə üstün gəlsə, qələbə ilə vətəninə gedəcək. Əgər Aşıq Valeh Aşıq Fehruza üstün gəlsə, Fehruzun öz sazını və mahallardan aldığı sazları alıb Aşıq Fehruzu karvanı soyulmuş tacir kimi yola salacaq. Bu şərtləri Mehdiqulu xan təsdiq edəndən sonra açıq meydanda deyişmə başlayır.

Aşıq Fehruz:Hər mahalın bir bazarı, bəzirganı qanan gərək,Bərə güdüb yol kəsməyə pəhlavanı cavan gərək.Ərlər kimi zərbə çala, hər zərbəyə tab gətirə,Qorxmaya, çəkinməyə, qopsa hər cür tufan gərək.

Aşıq Valeh:

Hünərdən kəm olanlar heç açmaya meydan gərək,Ağıldan sərsərlərə tez verəsən dərman gərək. Gələcəyi başa düşən əvvəlcədən əsib-coşmaz,İşarədən söz qanmağa insan oğlu insan gərək.

Aşıq Fehruz:

Sizin yerlər səfalıdır, aranında yay olmasa,Boz səhralar çiçək açmaz, köpüklənmiş çay olmasa.Mərd igitlər ad qazanmaz bərabəri, tay olmasa,Uzaq səhra mənzilinə iş bacaran sərvan gərək.

Aşıq Valeh:

Hər mahalın bir adəti, hər insanın bir adı var,Hər bitkinin bir turşusu, hər nemətin bir dadı var,Hər nadanın bir oxşarı, hər igidin bir zatı var,Azmış pələng bərəsində acıqlanmış aslan gərək.

Aşıq Fehruz:

Aşıq Fehruz söz veribdir bu mahaldan bac almağa,Aşıqları ağlar qoyub, şairlərdən tac almağa.Sənəti ilə ad qazanıb, məşhur olub uclamağaQarabağın mərkəzində qursun bu gün divan gərək.

373

Page 374: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh:

Bu mahal bac verməyib, yaranandan bac alıbdır,Sənətkarı pəhlavantək zərbə çalıb, tac alıbdır.Güman etmə kardan düşüb, Aşıq Valeh qocalıbdır,Buludlara uclamağa qanad çalsın tərlan gərək.

Söz tamama yetdi. Aldı Fehruz dübarə:

Qarabağ elinin səfası xoşdur,Qəriblər güldürən yar bu yerdədir.Sahibi sərxoşdur, bağbanı qoca,Yadlara satılan nar bu yerdədir.

Aşıq Valeh:Hünər diyarıdır Qarabağ eli,Sərsəri mehmana dar bu yerdədir.Sahibi sərkardır, bağbanı mahir,Qeyrət bu yerdədir, ar bu yerdədir.

Aşıq Fehruz:Sahilsiz ümmana susuz göl deyən,İşarə altında mətləb bil deyən,Yad bağbana göz eyləyib gəl deyən,Ətirli, şəkərli bar bu yerdədir.

Aşıq Valeh:Hoqqabaza cəzasını bildirən,Dərdin böhran edib qəmdən güldürən,Yolun azanları nakam öldürən,Boran bu yerdədir, qar bu yerdədir.

Aşıq Fehruz:Aşıq Fehruz bir ölkənin nəridir,Güman diyarıdır, pənah dəridir.Mahal gəzir, sənətinin əridir,Qanadı qırılmış sar bu yerdədir.

374

Page 375: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh:Aşıq Valeh düşüncədə dar olmaz,Qocalmaqla tülək tərlan sar olmaz.Həyasızda ismət olmaz, ar olmazHünər bu yerdədir, kar bu yerdədir.

Söz tamama yetdi. Aldı Fehruz dübarə:

Könül nuş eylədi eşqin camını,Təzə bir aləmdə gəzərəm, kişi.Bağ salaram budaqları bar verər,Yarpağın güllərlə bəzərəm, kişi.

Aşıq Valeh:Mahir bir qəvvazam eşqin bəhrinə,Qol atıb hər yana üzərəm, oğlan.Yüz min tufan qopub, təlatüm olsa,Dalğalar qoynunda süzərəm, oğlan.

Aşıq Fehruz:Görünməz ləpirim, bilinməz yolum,Dayanmaz ayağım, yorulmaz qolum,Dəyişməz əhvalım, pozulmaz halım,Pünhanlar qoynunda təzərəm, kişi.

Aşıq Valeh:Day çatarmı köhlən yoran səməndə,Boz sərçələr kəklik olmaz çəməndə.Bixəbərsən, sərin keçib kəməndə,Nə axtarıb, nə də gəzərəm, oğlan.

Aşıq Fehruz:Aşıq Fehruz hər meydanda baş qalar,Dərinə addasa, sərin çaş qalar.Qəlbin ağlar, gözlərində yaş qalar,Əlini hər yandan üzərəm, kişi.

Aşıq Valeh:Nabələdsən, keçid yolun pünhandı,Şeirbazlar əhli-uruh insandı.

375

Page 376: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh guppul görmüş zindandı,Bir çəkic zərbinə dözərəm, oğlan.

Söz tamama yetdi. Aşıq Fehruz hər nə qədər fikirləşdi, yeni söz tapa bilmədi. Aldı Valeh görək nə dedi:

Aşıq Fehruz, vətənindən kənardaNeçə ustad meydanına düşmüsən?Neçə hesab vacehini anlayıb,Neçə xilqət fərmanına düşmüsən?

Əziziyəm, keçə nə,Əvəz ola keçənə.Hansı loğman yan deyirÖmür-şanı keçənə?

Aşıq Fehruz:Aşıq Valeh, vətənimdən kənarda,On bir ustad meydanına düşmüşəm.Doqquz hesab vacehini anlayıb,On beş xilqət fərmanına düşmüşəm.

Əziziyəm düşə nə,Axtara nə, düşə nə.Maldan qurban nə gərəkEşq oduna düşənə.

Aşıq Valeh:Hansı mahal bərəsində dolaşdın,Hara keçid tapdın, hara yol açdın?Neçə ümman dalğasında qol açdın,Neçə həyat dövranına düşmüsən?

Əziziyəm, qaradır,Süddən ağdır, qaradır.O nədi ki, oxdan düz,Kömürdən də qaradır?

Aşıq Fehruz:Göyçə mahalında bir az dolaşdım,Divanidən təcnisə yol açdım.

376

Page 377: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Altı ümman dalğasında qol açdım,İki həyat dövranına düşmüşəm.

Əziziyəm daldadı,Hünər yeri daldadı.Dəli könül, mərd dayan,Ağır meydan daldadı.

Aşıq Valeh:Aşıq Valeh nələr desin halına,Nabələdsən gizli xilqət yoluna.Aldanmısan eşqin şərbət balına,İndi tilsim böhranına düşmüsən.

Əziziyəm dərindi,Dayaz deyil, dərindi.On səkkizi üçə böl,Bağbanısan, dər indi.

Aşıq Fehruz:Aşıq Fehruz qəribdir bu mahalda,Dost görmüyə barı məni bu halda.Arzularım nakam qaldı xəyalda,Qaf dağının boranına düşmüşəm.

Əziziyəm, el gərək,Dolanmağa el gərək.Qürbət eldə xar oldum,Oldu mənə el gərək.

Söz tamama yetdi. Aldı Aşıq Valeh görək nə deyir:

Aşıq Fehruz, kamalına bada ver,Üç altının diyarından söhbət aç.

Cahar şeşin mənasını yozgilən, Həfti-pəncin bazarından söhbət aç.

Fehruz sözləri mənalaya bilmədi. Aldı Valeh dübarə:

Otuz altı hansı bağman bağıdı?

377

Page 378: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Yetmiş iki hansı bina tağıdı?Eşqin bağı hansı məhsul yağıdı?On dörd aləm güzarından söhbət aç.

Aşıq Valeh yol açmadı dərinə,Hansı hesab toplamısan sərinə.Qol bağla gəl kamil ustad dərinə42

On beş alim baharından söhbət aç.

Söz tamama yetdi. Aşıq Valeh dedi, Aşıq Fehruz, sazına, sənətinə toxunmuram bu şərtnən, sənə bir neçə söz deyəcəyəm, onu İstanbul paşasına çatdırasan. Fehruz dedi, and olsun ustadlar kala-mına, hər nə desən birbəbir soltana çatdıraram.

Aldı Valeh:Fehruz, söylə İstanbulun paşasına,Qarabağın çox dəyərli adı var.Dostlar üçün səfalıdır hər yanı,Düşmən üçün min tufanı, badı var.

Bir yanı Gəncədir, bir yanı Şirvan,Bir yanı Arazdır, bir yanı Muğan,Dağları kəklikdir, düzləri ceyran,Gözəl ləzzəti var, şəkər dadı var.

Bu torpağa kim əl atsa, xar olar,Geniş dünya gözlərinə dar olar,Günü qara, işi ahu-zar olar,Bu ellərin köməyi var, dadı var.Ərdəbilli Aşıq Mahmud zay oldu,Məsum Əfəndinin yaşı çay oldu,Zəngilanlı Süleymana tay oldu,Bu mahalda şairlər evladı var.

42 Dərinə – önünə

378

Page 379: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ustad Səməd sənətdə bir dağ idi,Kələntərli Alı fəndli bağ idi,On il qabaq Molla Pənah sağ idi,Valeh kimi aşiqlər ustadı var.

Söz tamama yetdi. Fehruz mahallardan yığıdığı sazları Aşıq Valehə təqdim etdi.

4. AŞIQ MAHMUDLA AŞIQ VALEHİN DEYİŞMƏSİ

Aşıq Valehin şagirdləri Calal və Əhməd sənət səfərinə çıxaraq gedib Araz yaxasında Şahsevən kəndində bir toy məclisinə çıxır. Toy zəmanəsinin ən hörmətli adamı Hacı Mürsəlin oğlunun toyu olduğuna görə toyun aşıqları Ərdəbilli Aşıq Mahmud və Aşıq Soltan olur. Aşıq Mahmud Valehin şagirdlərini əli sazlı görəndə kinayə ilə gülür. Deyir, a bala, Aşıq Mahmud adı gələndə məşhur ustadlar sazların gizlədirlər. Siz də saz götürüb Mahmud üstə gəl-misiniz. Calal deyir, usta, bizi çox aciz bilmə. Biz də kamil ustada qulluq etmişik. Mahmud dedi, demək siz şagirdsiniz. Mənim sizinlə deyişməyə haqqım yoxdur. Bu Soltan da mənim şagirdimdir. Soltan ilə deyişəcəksiniz. Əgər Soltanı kiridə bilsəniz, verəcəyəm onu özünüz ilə aparın. Soltan sizə üstün gəlsə, sizi aparıb Ərdəbildə yeddi il işlədəcəyəm. Calal deyir, sevdanı yarımçıq etməzlər. Şərti-miz belə olsun. Əgər biz aciz qalsaq, birimiz zamın qalaq, birimiz ustadımıza xəbərə gedək. Ustadımız da gəlsin, hara getsək beş gedək. Mahmud dedi, cavan oğlan, ustadınız kimdir? Calal deyir, Qarabağın məşhur saz və söz ustadı Aşıq Valehdir.

Belə razılaşırlar. Bir az keçmir ki, Aşıq Calal ilə Əhməd aciz qalırlar. Əhməd zamın qalır, Calal isə Valehə xəbərə gəlir. Heç nədən xəbəri olmayan Valeh görür Calal gəlir, amma çox bekafdır. Calal ustada salam verir, həzin-həzin gözlərinnən yaş axıdır. Valeh hər nə qədər edirsə, Calalın ağlamağının səbəbini öyrənə bilmir. Naəlac qalıb sazını alır sinəsinə. Deyir, Calal, sənə nə desəm, mənə cavab ver. İndi görək Valeh nə deyir, Calal nə cavab verir:

379

Page 380: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh: Ağlamağın məni etdi divanə,Söylə görüm Calal, nə halətdi bu?Göz yaşın qəlbimə ox kimi dəydi,Söylə görüm Calal, nə halətdi bu?

Aşıq Calal: Kamil ustad, yaman dərdə düşmüşük,Könüllər ağladan xəyalətdir bu.Qəfil qəza bizi saldı toruna,Şənliyi puç edən zəlalətdir bu.

Aşıq Valeh:Kim salıbdı sizi söylə bu dərdə?Hansı fikir qəmlə toqquşur sərdə?Gəl qurma arada söhbətə pərdə,Hansı görüş, hansı ziyarətdir bu?

Aşıq Calal:Talehim salıbdı məni bu dərdə,Əhmədin fikri toqquşur sərdə.Aşıq Mahmudunan durmuşuq vərdə,Cəhənnəm atəşli qiyamətdir bu.

Aşıq Valeh:Dolğun xiyalımı etdin dərbədər,Qəmli duruşunda var yeni xəbər.Aşıq Valeh olub hər elmə əzbər,Hansı sözlə deyim kifayətdir bu.

Aşıq Calal:Aşıq Soltan aldı Əhmədin sazın,Zimistan eylədi Calalın yazın.Əsirgəmə bizdən kömək avazın,Sənət mənbəyinə şikayətdir bu.

Aşıq Valeh dedi, Calal, indi əməlli-başlı danış görüm əhvalat necə olub. Calal olduğu kimi Aşıq Valehə nəql etdi. Ərdəbilli Aşıq Mahmud adı gələndə Valeh xəyala daldı. Aldı görək nə dedi:

380

Page 381: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Coşqun eşqim, gəl mənimlə həmdəm ol,Qayğa qalaq, bir sirdaşım dardadı.Qəvvazlıq et sirri xilqət bəhrinə,Candan əziz bir yoldaşım dardadı.

Zərniyar deyir, a Valeh, Mahmud necə Mahmuddur ki, sən öz eşqini haraya çağırırsan? Aldı Valeh görək nə dedi:

Aşıq Mahmud bir ustaddır dağ kimi,Aşıq Soltan hər meyvəli bağ kimi,Aşıq Əhməd bil saralıb yağ kimi,Yol gözləyir bir qardaşım, dardadır.

Aşıq Valeh sənətində yanılmaz,Zər olmasa, zərgar adı anılmaz.Odda qızarmasa, polad yonulmaz,Can ayrılıb candan, başım dardadır.

Söz tamama yetdi. Gecəni yatdılar, səhəri yola düşdülər. Get-haget, axşam toran çalanda Şahsevən kəndinə çatdılar. Aşıq Valeh əlində saz toy damının qapısında dayandı. Aşıq Mahmud ilə Aşıq Soltan sinələrində saz mərəkədə var-gəl edirdilər. Mahmudun gözü Valehə sataşdı. Söz arasında belə bir boyatı dedi:

Əziziyəm, başa bax,Ayaqda dur, başa bax.Kəməndimə keçməyəGələn təzə başa bax.

Aşıq Valeh dedi, salam verib cavab gözlərlər. Dayan.Aşıq Valeh:

Əziziyəm, qaralar,Dağ başını qar alar.Elə şiyyə çəkərəm,Görən gözün qaralar.

Aşıq Soltan:Əziziyəm, çaylara,

381

Page 382: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Sel qarışar çaylara.Sızqa bulaq neyləyər,Köpüklənmiş çaylara?

Aşıq Calal: Əziziyəm, tay olmaz,Zimistanda yay olmaz.Yüz min məşəl yandırsan,Bir günəşə tay olmaz.

Söz tamama yetir. Aşıq Mahmud deyir, aşıq, hərəkətin məni şübhəyə saldı. İsmini de görüm. Aldı Valeh görək nə deyir:

İsmimi söyləsəm, sərsəm edəssən,Başına gələni bil yavaş-yavaş.Dinməyə taqətin qalmaz cəsətdə,Quruyar ağzında dil yavaş-yavaş.

Düşmüsən cənginə bir natiq sərin,Məhəbbət bəhrili, kəlamı dərin.Ərdəbilə çatar qəmli xəbərin,Yasını saxlayar el yavaş-yavaş.

Dərdlərin müşküldür, dərmanın baha,Şadlığına güman yoxdur bil daha.Qucaqla möhnəti, can denən aha,Çeşminin yaşını sil yavaş-yavaş.

Qəbrini qazarlar bir qərib yana,Nə bacı ağlayar, nə də ki ana.Bil Aşıq Valehdir girən meydana,Qol bağla minnətə, gəl yavaş-yavaş.

Söz tamama yetdi. Kəsilmiş şərt ilə razılaşdıqdan sonra Aşıq Valehnən Aşıq Mahmud girdilər deyiş meydanına. Aldı Mahmud görək nə deyir:

382

Page 383: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq, mənlə meydan açma, həyatını dar edərəm,Divanidən, təcnisdən neçə qatar var edərəm.Bir ustadam, hünərimdən hey danışır məni görənŞənliyini qovlayaram, xoş gününü zar edərəm.

Aşıq Valeh:

Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm,Bulud kimi qaynayaram, bahar fəsli qar edərəm.Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm,Başın şişər, ağlın itər, qulağını kar edərəm.

Aşıq Mahmud:

Neçə deyiş meydanında məşhur ustad ağlatmışam,Hüzurumda diz çökdürüb qollarını bağlatmışam,Sənətinə qələm çəkib, sinəsini dağlatmışam,Bil səni də o hesabla el içində car edərəm.

Aşıq Valeh:

Dizlərin titrəyər əsil hünər meydanında,Dil ürəyin qana dönər şuru əza fərmanında,Natiqlər məclisində, əhli-ariflər yanında,Sənin kimi kəmsavatla deyişməyə ar edərəm.

Aşıq Mahmud:

Çarxı dəvvar gərdişindən Mahmuda da badə çatıb,Neçə yerdə karə gəlib, neçə yerdə dada çatıb.Qırxlar piri dərsin verib, məşhur olub ada çatıb,Cəhənnəm tək zəban açıb cəsətini nar edərəm.

Aşıq Valeh:

Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə,Naşı qəvvaz üzə bilməz, batar gedər hey dərinə.Susuz gəzən gürzə kimi sancılaram peysərinə,Doqquz simli tavar sazı sinəm üsdə mar edərəm.

383

Page 384: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Söz tamama yetdi, aldı Mahmud dübarə:

Naşı sərban öyünməsin bu yolda,Səhra mənzilində nər hünər eylər.Hansı dəyirmanın suyu çox olsa,Daşı fırlatmaqda pər hünər eylər.

Aşıq Valeh:Lovğa danışıqda nadan saz olar,Döyüş meydanında ər hünər eylər.Bir bədən ki qəfil keçsə kəməndə,Səlamət qurtarsa, sər hünər eylər.

Aşıq Mahmud:Gün ağır keçməklə həftə ay olmaz,Sızqa bulaq coşsa, daşqın çay olmaz,Ala qarğa qızılquşa tay olmaz,Pələng davasında şir hünər eylər.

Aşıq Valeh:

Quş yanılmaz ovda gecə qarısa,Kötül43 ipək verməz yüz də sarısa.Ziyarat et harda ocaq varısa,Kamalı azlara pir hünər eylər.

Aşıq Mahmud:

Aşıq Mahmud coşar meydan açanda,Day titrəyər köhlən mənzil qaçanda.Üstü ağır olub damlar uçandaZamın44 kara gələr, tir hünər eylər.

Aşıq Valeh: Nadan çaşar danəndələr yanında,Hər könül soltandı öz gümanında.Ağlı dərin ustadlar meydanındaAşıq Valeh coşar, hər hünər eylər.

43 Kötül – baramaqurdunun xarab olmuşuna deyilir44 Zamın – dirək

384

Page 385: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Söz tamama yetir. Aşıq Mahmud son gücünü toplayıb alır dübarə:Aşıq Valeh, mənlə girmə meydana,Bağını-baxçanı duman eylərəm.Bulud olub qarışaram havaya,Baharlı gününü boran eylərəm!

Aşıq Valeh:Mahmud, səni qəza tora salıbdı,Əhvalını bu gün yaman eylərəm.Pozular növrağın, dəyişər halın,Calallı yurdunu viran eylərəm!

Aşıq Mahmud:Hərdən bənzəyərəm eşqi-həvəsə,Hərdən bənzəyərəm tilsim qəfəsə,Hərdən bənzəyərəm isti nəfəsə,Hərdən küləklənib tufan eylərəm!

Aşıq Valeh:Qatarı üzülməz bir güzaram mən,Ariflər mülkündən bir diyaram mən,Tər nərgiz bitirən bir baharam mən,Boranlı dağları aran eylərəm!

Aşıq Mahmud:Aşıq Mahmud səni salacaq tora,Vuracaq qəlbinə sağalmaz yara,Qul edib divanda çəkəcək dara,Tutulacaq nitqin, güman eylərəm!

Aşıq Valeh:Aşıq Valeh məşhur olub cahanda,Mərd dayanıb neçə belə divanda.Ağlın itər, sözün qalar dəhanda,Səni öz başına vuran eylərəm!

Söz tamama yetir. Mahmud durur, çaş-baş qalır. Alır Valeh görək nə deyir:

385

Page 386: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Mahmud, qafiyəni dəyişdim,İndi sənə əhli-kəbirdən deyim.İnsidən, cinsidən, mahi-zöhrüdən,Dəhridən, xaneyi-qəbirdən deyim.

Aşıq Mahmud:Aşıq Valeh, kalamını anladım,Mən də sənə ərşü-zəmindən deyim.Aləmi-fanidən, həşri-cafadan, Haləti-eşqinin qəmindən deyim.

Aşıq Valeh:İstərəm Ərsədə məclis quram,Sədayi-suridən bir az dəm vuram,Pəncin mənasından cavablar soram,Sirri-qeybətdən, səbrdən deyim.

Aşıq Mahmud:Gəl güzar izini salma dərinə,Toxmaq dəyər nabələdin sərinə.Bəndəlik et ərənlərin pirinə,Cahar-həştinin cəmindən deyim.

Aşıq Valeh:Valehəm, dərsimi vurmuşam başa,Qırxlar məclisində dolmuşam yaşa.Ərənlər piri ilə durmuşam qoşa,Sahibi-Həmzədən, Bəbirdən deyim.

Aşıq Mahmud:Aşıq Mahmud, hesab düşdü bu dağa,Kök tərpəndi, zədə dəydi budağa.Bənna gərək daş düzəldə bu tağa,Bəndi-əza sərin dəmindən deyim.

Söz tamama yetdi, aldı Valeh dübarə:

Bu dəhri fanidə guşi-kar olan,Həyat boyu dövran sürən kim oldu?On səkkiz min xilqət sirrin bəyan et,

386

Page 387: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Beytullah binasın hörən kim oldu?

Aşıq Mahmud cavab verdə bilmədi. Aldı Valeh dübarə:

Neçə cismi yaranıbdır atasız,Süd əmməyib, yaşa dolub anasız?Neçə səyyah yaşayıbdır binasız?Bu suala cavab verən kim oldu?

Hansı ekizlərdir məşhur adı var,Biri xəbər verən, biri hökmüdar?İkisinə nəsib oldu bir məzar,Bu sözləri sual verən kim oldu?

Hansı əza ibadətdə zay olub?İki kəlmə iki min bir say olub?Aşıq Valeh gör kimlərə tay olub,Təhiyyə ümmanın görən kim oldu?

Söz tamama yetdi. Aşıq Valeh mərəkəni aldı ələ, camaətin xahişi ilə Aşıq Mahmudun günahından keçdi, sazına və sənətinə toxunmadı.

5. AŞIQ VALEHİN KƏRBƏLA SƏFƏRİ

Aşıq Valehin yaradıcılığı Qarabağ xanı İbrahimxəlil xanın dövründə olub. Bəzi sözlərindən məlum olur ki, Molla Pənah Vaqif ilə şəxsi dostluğu olub. O vaxtı Abdal-Gülablının tabeçiliyi əvvəl Heydar bəyə, Heydar bəy öləndən sonra oğlu İsgəndər bəyə olub. Həmin vaxt Gülablının din xadimi Molla Kərim və Molla Nuru həmişə adamları İsgəndər bəyin itaətinə çağırarmışlar.

Bir gün töcü üstündə İsgəndər bəy kənd adamlarına divan tutur, evlərini qarət eləyir. Bu vaxt kənd adamları Aşıq Valehdən kömək istəyirlər. Aşıq Valeh bu sözləri yazır xalası oğlu Qənbərdən Molla Pənaha göndərir.

Molla Pənah, ərzim sənə söyləyim,Mahallıqca biz düşmüşük dara, bil.

387

Page 388: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şadlığı axtaran biçara xalqım,Həmdəm olub yeni ahu-zara, bil.

Həyat bizi nəzərindən atıbdı,Taleyimiz bilməm harda yatıbdı.Dərmansız dərdimiz yüzə çatıbdı,Olmuşuq biz bir taleyi qara, bil.

Bahar-yazsız boran illər bizdədir,Viran yurdlar, kor mənzillər bizdədir,Tərəqqisiz tənəzzüllər bizdədir,Çatılırıq gündə sönməz nara, bil.

Qəm satıram, nəfə ziyanım qalıb,Din pozulub, nə də imanım qalıb.Nə ümidim, nə də gümanım qalıb,Sızıldayır sinəmdə yüz yara, bil.

Valehəm, bu dərdə varmı de çarə,İsgəndər bəy salıb bizi azara.Var-dövləti çəkdi tökdü bazara,Biz rəiyyətik, belə sitəmkara, bil.

Valehin məktubunu Molla Pənaha çatdırırlar. Molla Pənah vəziyyəti İbrahim xana çatdırır. İbrahim xan Abdal-Gülablı kəndini İsgəndər bəyin itaətindən alır, qardaşı Mehralı bəyin itaətinə verir. Mehralı bəy də bu kəndləri oğlu Məhəmməd Cavanşirə bağışlayır. Məhəmməd Cavanşir hər iki kəndin adamları ilə görüş keçirir və hər iki kəndin adamlarını yeddi il bütün töcülərdən azad edir. Bu, camaat üçün bayram olur, Məşədi Mahmudun damında şənlik keçirirlər.

Gülablıda Bikar adlı bir nəfər Aşıq Valehin söhbətinin azarkeşi olur. Həmişə məclisdə qabaqda oturarmış. Söhbətin şirin yerində bir nəfər xəbər alarmış ki, Aşıq Valeh, danışdığın bu sözlər düzdümü? O vaxt Valeh sağ əli ilə Bikarın başına vurub deyərmiş,

388

Page 389: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

bu Bikarın ölmüşünə, düz deyirəm. Başındakı papaq Bikarın xirtdə-yinə yenərmiş. Həmin günü Bikar günüz ikən papağın tüklərinin arasını sarı tikan ilə doldurub yenə də qabaqda oturmuşumuş. Söhbətin şirin yerində bir nəfər yenə deyir, Aşıq Valeh, dediyin sözlər doğrudur? Valeh yenə də əlini Bikarın başına vurur, tikanlar Valehin əlinə dolur, papaq əlində qalxır. Bikar bayıra qaçır. Valeh əlini ona sarı uzadıb deyir:

Alı dərəsində Bikar olmasın,Tez dağıdın o zalımın yolpasın.İndi bilin bu necə insanımış,Surəti insan, özü şeytanımış. Desək əgər, heyvana oxşar Bikar,Bərxana altında bikef olar xar.Deyər, nə zülmüdü bizə eylədin,Oxşarımız Bikar deyə söylədin. Bir belə də bərxana vur dalıma,Tək məni oxşatma elə zalıma. Bir qolacan da sür o yana apar,Tək demə ki, heyvana oxşar Bikar.Getsək burdan Məlikvanı yanına,Bərxananı düşürtsək eyvanına.Orda da bir dürəng kəlbi varıdı,Ağzı yekə, qolları həmsarıdı.Söyləmiş olsam Bikar oxşar sənə,Yalını qızardıb soxular mənə.Deyər, gözüm onun gözündən gözəl,Deyər, özüm onun özündən gözəl.Bu təşbehi üstümüzdən atginan,Yenə onu donquza oxşatginan.Donuz deyər əslində filzadayıq,Nuh Nəbidən bəri bu dünyadayıq.Yenə ləvənd oğlu ayı hallıdı,Özü ağır, ayağı sanballıdı.Ayı bilsə, gələr donuz yanına,

389

Page 390: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Cəmdəyin boyayar qızıl qanına.Deyər, ölərəm mən, ayı olmaram,Hiyləgar Bikarın tayı olmaram.İstəyir o bizim adı batıra,Bədhuları oxşadarlar qatıra.Valeh həcvi dedi Bikar adına,Söz deyənin rəhmət ustadına.

Aşıq Valeh həcvi qurtarıb söhbətinə davam etmək istəsə də, növbədən kənar minacat səsi eşidilir. Adamlar minacat səsin eşidən kimi məçid damına gedirlər, Valehin söhbəti yarımçıq qalır. Valeh əli sazlı məçid damına sarı gedir. Yolda Qəmbər ilə qabaqlaşır, minacatın nəyə görə verilməsini soruşur. Qənbər deyir, Molla Kərim ilə Molla Nuru adamları böyük günah etmisiniz deyə cəzalandırıblar. Bəhanə edirlər ki, bu gün aşıq söhbətinə qulaq asan adamlar gərək yetmiş rükət namaz qılalar ki, günahları bağışlana. İş belə olanda Aşıq Valeh əli sazlı məçid damına gedir. Namaz pozulur. Molla Kərim Valehi günahı bağışlanmaz elan edir və Aşıq Valehi dinsiz adlandırır. Mollanın bu qərarını eşidən Valeh məçid damında üzünü cəmaətə tutub bu sözləri deyir:

Nəzərdən salmayın, cəmaət, məni,Həqiqət mülkündə bir baharam mən. Nə alim dostuyam, nə də zamanə,Mərhəmət soltanlı bir diyaram mən.

Bilmək istəsəniz işin düzünü,Məndə taparsınız haqqın sözünü.Lənət yuyar mollaların izini,Xilqət hesabında bir caharam mən.

Hansı hökm gəlib insan ağlasın,Cahar fəsli başa qara bağlasın,Fəryad etsin, sinəsini dağlasın,Hər yuxu mənasın düz yozanam mən.

390

Page 391: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh sənətinin bazıdı,Həqiqət mülkünün bahar-yazıdı.Bilikdə molladı, həm də qazıdı,Anlayış süfrəli bir naharam mən.

Söz tamama yetir. Adamlar Valehə yaxınlaşırlar, molla sınıq düşür. Aşıq Valeh bu səfər üzünü Molla Kərimə çevirir bu sözləri deyir:

Molla Kərim, indi səndən soruşum,Söylə sənin din-imanın hardadır?Cəhənnəm əhlisən, yoxsa da cənnət,Bilirsənmi öz məqamın hardadır?

Kədərin hansıdır, kinin hansıdır?Məzhəbin hansıdır, dinin hansıdır?Ahılsan, cahılsan, sinin hansıdır?Mətləbin hardadır, kamın hardadır.

Ehtiqadın İsayadır, Musaya?Meylin məçidədir, yoxsa kilsaya?Qiblən müqərrərdir hansı binaya? Badiyi-bərutda damın hardadır?

Aşıq Valeh sənətindən dönərmi?Yel əsməklə yanan günəş sönərmi?Pəhlavan döyüşdə qaçıb sinərmi?Meylin badə çəkir, camın hardadır?

Söz tamama yetir. Molla Kərim deyir, Aşıq Valeh, bu boyda zarafat olmaz ki, sən edirsən. Aşıq Valeh deyir, Molla Kərim, sən məndən İsgəndər bəyin qisasın almaq üçün məni hər yerdə kafər kimi qələmə verməyə çalışırsan. Ancaq bu mümkün deyil. Yaxşı olar kı, elə bir yer ola kı, orda kafər ilə müsəlman tanına. Molla deyir, Aşıq Valeh, çavuş xəbər eləyib ki, Kərbəla ziyarətinə zəvvar aparacaq. Hazırlaş, get ziyarətə. Ziyarətin qəbul olsa, sən düzgün müsəlmansan.

391

Page 392: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Valeh razılaşır ziyarətə getməyə. Səhəri zəvvar Adbal-Gülablı kəndinə gəlir. Molla Kərim çavuşu evinə qonaq aparır və ona deyir ki, mən Aşıq Valehi yola gətirmişəm, o da sizin ilə ziyarətə gedə-cək, özü də sazını da aparacaq. Ona mane olma, qoy aparsın. Ancaq mənzillərin birində elə etməlisən ki, yatanda Valehin sazı qırılsın. Səhər sazın qırıldığın eşidəndə sən bütün zəvvarları inandırmalısan kı, bu yol saz götürməz, ona görə də saz özü qırılıb. Sonra ziyarətdən qayıdanda zəvvarın səlamət gəlmə xəbərini bizim kəndə gətirəndə deməlisən ki, bəs Aşıq Valeh ağanın hüzurunda diz çökdü, sənəti tövbə etdi. Sən bu dediklərimi edə bilsən, böyük səvab etmiş olarsan.

Beləliklə, Aşıq Valeh ziyarətə gedir. Salam təpəsində mənzil edirlər. Gecə Valehin sazını kimsə qırır. Səhər sazı sınmış görən Aşıq Valeh bu sözləri deyir:

Telli sazım, səni məndən eyləyənÖmür boyu bu aləmdə xar olsun. Gəlməsin baharı, açmasın gülü,Fəryad etsin, qəlbi ahı-zar olsun.

Kimsəsi olmasın qəlbin dindirə,Yeddi yerdən başı keçsin kəndirə.İstəkli balası düşsün təndirə,Könül mülkü boran olsun, qar olsun.

Yüz il xəstə yatsın, cismi ölməsin,Ürəyi şad olub üzü gülməsin.Həkimlər, loğmanlar dərdin bilməsin,Gözləri kor, qulaqları kar olsun.

Aşıq Valeh, nə bəlaya tuş oldu,Bahar fəsli çovğun, boran, qış oldu.Sərsəm etdi, səri çaşqın, huş oldu,Namərdə nifrəti eldə car olsun.

392

Page 393: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Sözlər tamama yetir, gedirlər ziyarətə. Vaxt olur ki, zəvvar ziyarətdən gəlir. Abdal-Gülablıya bir mənzil qalmış zəvvarlar dincəlir. Çavuş zəvvarların səlamət gəlməsi xəbərini kəndə çatdırır, xələt yığır və məçid damında elan edir ki, bəs Aşıq Valeh ağanın hüzurunda ömürlük sənəti tövbə etdi.

İndi xəbəri eşidin Valehin xalası oğlu Qənbərdən. Qənbər Aşıq Valehi susdurmaq üçün xeyli söz hazırlayıb zəvvarın qabağına gedir ki, qəflətən Valehi söz atəşinə tuta. Həmin dincəlmək mənzilində Aşıq Valehi qarşılayır və deyir:

Tapdınmı səadət Valehi-devran,Gözəl yeri, xoş məqamı gördünmü?Ziyarət etdinmi Nəcəf əşrəfi?Kərbəlayı müəllanı gördünmü?

Valeh deyir, Qənbər, cavabını verəcəm, yenə də sözün qurta-racaq, sən susassan. Alır Valeh:

Ey Qənbər, qulamı şahı vilayətTəvavi şiri yəzdana yetişdim.Çayıhəmə yaranu əzizən xali,Könlümdəki arzumana yetişdim.

Qənbər:Museyi Kazimi, Məhəmməd Taqi,Həsən Ələsgəri, Əliyyən Naqi.Sahib-əz-zamandır əsrin rövnaqı,Ol zinəti-asumanı gördünmü?

Valeh:Ol gün kü yetişdik telli Səlamə,Xoş zövq ilə oxundu ziyarətnamə.Tamam zəvvar yetdi mətləbi kamə,Xüsusən ki, mən divana yetişdim.

Qənbər:Yenə varmı onda xeyməvü xərgah,Teşnə ləb əhli beyit bi pənah?Qan ağlayıb axıdırmı zülcənahDolanırmı o meydanı, gördünmü?

393

Page 394: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Valeh: İbtidadan varit olduq Bağdatə,Tamam əhli zinub oldu azadə.Museyi Kazıma qıldıq radə,Dərgahda lütv ehsana yetişdik.

Qənbər:Təşnə cigər, hal pərişan, dil kababZeynəb, həm Səkinə çağırırmı ab?Edən toy xınasını qan ilə xizabYadigarı müqdəbanı gördünmü?

Valeh:Üç gün məskənimiz oldu Kazımeyn,Sürtdük xaki-payə, ziyalandı eyn.Vacib oldu tövfi Həzrəti Hüseyn,Arzu əlindən cana yetişdim.

Qənbər:Varmı əhli beyitə yavəri qəmxar,Yoxsa o çöllərdə su deyib ağlar.Yetimlər pənahı abidi bimar,Ol xəsdeyi nətavanı gördünmü?

Valeh:Yeyişdik Hüseynin bərgahına,Səhrayı Kərbəla patcahına,Həzrəti rəsulun busəgahına,Xəncər vurulan məkana yetişdik.

Qənbər:Gördünmü Hüseynin məzlum Əsgərin,Abbas Ələmdarın cavan Əkbərin,Həm göyün sütunu, yerin ləngərin,Ol zivəri Rizvanı gördünmü?

Valeh:Gördük bir yanında Əsgəri nalan,Qızıl qan içində həlqində peykan.Əkbəri şahzadə doğranıb şan-şan,

394

Page 395: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Zülm olunan o meydanə yetişdim.Qənbər:

Alıbdır əlimdən gərdişi dövran,Yaş yerinə gözlərimdən axır qan.Şühəda səfində xak ilə yeksanO İbrahimxəlil kanı gördünmü?

Valeh:Ondan sonra getdik Əli Abbasa,Tamam səhni rövza batıbdır yasa.Yenə şivən düşdü zükür ünasa,Yenə şama mən pərvanə yetişdim.

Qənbər:Bağladınmı ali Əliyə ixlas,Olan günahını etdin iltimas, Tarixi vəfada birun əl qiyas,Bu Qənbəri binəvanı gördünmü?

Qənbərin sözü qurtarır, Valeh sözün davam edir:

Ol safi Kərbala yetdi payanə,Ondan üz çevirdik şahı-mərdanə.İrişdik səhrayi Ərəbistanə,Təvafi ali imrana yetişdim.

Künbəzi təladan açıldı bir nur,Şöləsi aləmə olundu məşhur.Manəndə əhqəri mühəqqəri mur,Bərgahı Süleymana yetişdim.Düşdüm xaki payə, eylədim sicud,Axır sevdam idi, onda tapdım sud.Günahım əhf etdi qadiri məbud,Sansan ədlidən cana yetişdim.

Onda Kəlbi Əli qoydum namumu,Şərbəti eşqidən içdim camımı.

395

Page 396: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nəcəf Əşrəfdən aldım kamımı,Həzrəti sahib-zəmanə yetişdim.

Onda nəqil eylədi bizə bir mürüd,Dini mehdixana kəsmə sən ümid.Yetmiş üçdür tarixində şəhid,Belə əsrari pünhana yetişdim.

Məhəmməd Taqidir dilim əzbəri,Əliyən Naqidir, Həsən Əsgəri.Kərbəla Valeh oldun Heydəri,Qətrə idim, bir ümmana yetişdim.

Qənbər yenə istəyinə nail ola bilmədi. Gəldi kəndə. Eşitdi ki, Valeh sənəti tövbə edib, Qənbər təzədən qeyzə gəldi, düz üz qoydu Valehin evinə. Bu tərəfdən Molla Kərim xeyli adamla Valehi ziyarət etmək üçün o da öz dəstəsi ilə üz qoydu Valehgilə. İndi bunlar gəlməkdə olsunlar, Qənbər özünü yetirdi Valehin yanına, dedi:

Deyirlər sənəti tövbə etmisən,Barı ziyarətin qəbul oldumu?Deyirdin ölüncə eşqim azalmaz,Qaynadı peymanın, axır doldumu?

Aşıq Valeh evdəki sazın aldı sinəsinə, görək Qənbərə nə cəvab verir:

İnsan da şadlığı tövbə edərmi?Sazsız ziyarət də qəbul olarmı? Can nə qədər sağdır eşq içindədi,Baharın qoynunda gül də solarmı?

Qənbər:Saz yaramaz bundan belə adına,Çatan olmaz harayına, dadına.Etdiyin tövbəni gətir yadına,Qaynadı peymanın, axır doldumu?

Aşıq Valeh:Saz adımla tarixinən qalacaq,

396

Page 397: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Əhvalımı ellər xəbər alacaq.Yalançıya tövbə qənim olacaq,Çaylar tökülməklə ümman dolarmı?

Qənbər:Qənbər deyir, duman çıxır sərimdən,Dəyirman tək oynamışam yerimdən.Bu sözü eşitdim Molla Kərimdən,Belə böhtan mollalarda boldumu?

Aşıq Valeh:Eşq əhliyəm, hər əməli-salehəm,Küskün, kəsalətli, oyaq taleyəm.İsmim Səfi, özüm Aşıq ValehəmTövbə edən telli sazı çalarmı?

Molla Kərim başının dəsdəsiynən gəldi ki, Aşıq Valeh ilə Aşıq Qənbər sinələrində saz qabaq-qabağa durub deyişirlər. Molla fürsəti fotə verməyib öz dəstəsinin şahidliyi ilə Aşıq Valehdən Şuşa qazısına şikayət yazdı ki, bəs Aşıq Valeh Kərbəla ziyarətində ağanın bərgahında diz çöküb sənəti ömürlük tövbə edib. İndi də tövbəsini pozub, yenə də aşıqlıq edir. Bəs qazı ağa, Aşıq Valehi cəzalandırmaq sizin ixtiyarınızdadır.

Bir neçə gündən sonra Şuşa qalasının qazısı Aşıq Valehi, Molla Kərimi, Molla Nurunu, Molla Sətdarı, Qurbanı və başqa şahidləri Şuşa qalasına dəvət edir. Aşıq Valeh gecə ikən Qənbəri də götürür Şuşaya gedir. Bəli, bütün lazımi adamları görür. (O vaxt Vaqif və İbrahim xan dünyalarını dəyişmiş olur). Dəvət olunmuş adamlar baş məçidə toplaşırlar. Ən axırda Aşıq Valeh ilə Aşıq Qənbər gəlir. Qazı işə başlayır və deyir, Aşıq Valeh, yaxşı olar kı, günahını boynuna alasan, bəlkə sənə cəza verməyək. Valeh deyir, qazı, hansı günahlarımı? Qazı deyir, ömrün boyu etdiyin bütün günahlarını. Valeh deyir, qazı, mən doğulandan bəri tutduğum işləri və indən belə qiyamətə qədər gedəcəyim yolları bir-bir deyəcəm, günah-savabın sən təyin edərsən.

Əsli binadan vəsmimi söyləyim,Ata bətnindən gəldim anaya.

397

Page 398: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ananın bətnində qan oldum durdum,Sanasan ki, qəvvaz düşdü dəryaya.

Əvvəl başlanğıcda bünyad oldu dil,İki nöqtə gözüm oldu müqabil.Damaq, ciyar, ürək olundu hasil,Doqquz gündə tamamlandım bu əzaya.

Doqquzdan qırxa tək cismim oldu qan,İki qırxda ruhum tutdu aşıyan.Üç qırxda dirilib tərpəndim hər yan,Lərzə verdi cismim zərb lərzaya.

Bir mələk qadir eylədi təqdir,Üş yüz altmış damar olundu təzhir.Dört yüz qırx dört sümük elədi təmir,Bax təqdirdə memarı yektaya.

Doqquz ay bətində mən tutdum qərar,Doqquz gün nöhsət çəkdim intizar.Doqquz dəqiqədə gəldim aşıkarAllah-allahınan gəldim dünyaya.

Düşdüm din üstünə imanda möhkəm,Neçə əhli-ünas oldu onda cəm.Cismim nəməkləndi, mən oldum adəm,Basdılar qucağa, tutdular laylay.Bir yaşında oldum beşikdə süvar,Ana südün əmdim, eylədim şüar.İki yaşda kəsildi süddən mədar,Ayaq tutub çıxdım qapı-bacaya.

Üç yaşında oldum vüsalı bir gül,Gifdarı şirin, ləhcəsi bül-bül.

398

Page 399: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Hər gedib gələnlə oldum dilbədilXoş gəldim mən onda ata-anaya.

Dört yaşa yetəndə gəzdim biüsul,Beş yaşda çalındı sünnəti rəsul.Altı yaşda başa əqil oldu daxil,Yeddidə qoydular məktəbxanaya.

Səkkiz-doqquzda qaranı seçdim,On yaşında kitab-quranı keçdim.On birində eşqin camını içdim,On beşində sərim doldu sevdaya.

On altıda oldum xoş, qaməti səd,Səhfiyi ruxsarda mehman oldu xəd.On yeddidə biruz etdi şücaət,Qüvvət gəldi hər bəndi hər əzaya.

İyirmi yaşda gəldim oldum bir oğlan,Yerişim, duruşum tamam oldu qan.Gəzişim, tələbim misli-pəhlavan,Baclar aldım, bac vermədim kimsaya.

Həddi yaşı iyirmi beşə yetirdim,Mətləb alıb muradımı bitirdim.Əldən çıxdı, bir soltanlıq itirdim,Axtardım, tapmadım, çıxdım əsmaya.

Otuz yaşında oldum bir seyri bahar,Başda eşq əsiri, həm leyli nahar.Əsiri zəmanə, aşiqi dildar,Meyl etdim hər saət sehri-səfaya.

Çalhaçalla yaşı qırxa yetirdim,Bağban oldum, neçə bağlar bitirdim.

399

Page 400: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qırx beşində cavanlığı itirdim,Gördüm ki, eytibar yoxdu fənaya.

Əlli yaşda mənə tam oldu bəyan,Gördüm kü, sevdada qılmışam ziyan.Bivəfa dünyaya sərf etmişəm can,Dəstimdə bir əsas yoxdur üqbaya.

Ondan sonra zikr etdim ruzi şəb,Şirin cana verdim çox rəncü təb.Möminlər sırasında oldum müntəxəb,Nail oldum bir qədər saf mayaya.

Altmışında san bir gədikdən aşdım,Yetmişimdə əhli əyaldan qaşdım,Səksənində zövqü taqətdən düşdüm,Qəd əyildi, pənah gətdim əsaya.

Doxsanında oldum susuz asıya,Gözlərimin yaşı döndü lasıya.Xörəyim qoyuldu fincan-kasıya,Dedilər bax o dəngəsər qocaya.

Yüz yaşında oldum piri nətavan,Qəlbimdə ahı-zar, çeşmimdə duman.Gələnlə, gedənlə, qonşu ilə yamanİstədim ki, köç eyləyəm üqbaya.

Üç günə, beş günə ağrıdı başım,Kəsildi taqətim, dağıldı huşum.Yığıldı yanıma qohum-qardaşım,Tənim düşdü bir aramsız sevdaya.

Sol yandan qəfil çıxdı bir cəllad,Dedim, sən allah, əl saxla bir saat.

400

Page 401: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Çaldı çəngəlini, oldum bitaqat,Düşdüm bir çarasız bəlaya.

Çaldı çəngəlin, saldı əzaya,Tamam sümüklərim düşdü lərzaya.Aldı mürğü-ruhim, çəkdi səmaya,Döndü bədənim quru müqəvvaya.

El yığılıb ağladılar bir zaman,Məni bir təxt üstə qoydular haman.Mürdəşirlər gəldi, vermədi aman,Rəxdi vücudumu qoydular yağmaya.

Verdilər qüsulumu, pak oldu bədən,Təni reyhanıma tutdular kəfən.Qıldılar namazımı növrəsi kühən,Zikri qıldılar minacəti minaya.

Məni ki qəbr içinə qoydular əfrad,Dünya civəsindən əlimdə bir dad.Əməlimdən qeyri qalmadı heç zad,Zəhmət çəkdim, ömür verdim fənaya.

Münkür nəkir gəldi əlində təbər,“Rəbbin çis” deyə aldılar xəbər.Nitqim batdı, dilim tutmadı əzbər,Şəfa üçün üz çevirdim mövlaya.Çağırdım ya Əli, həllali müşkül,Ürək qüvvət tapdı, güşad oldu dil.Cavabım suala oldu müqabil,Səs gəldi dəyməyin haqqı bəndaya.

Neçə min il qəbr içində tutduq qərar,Qiyamət olmağa çəkdik intizar.

401

Page 402: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir gün əmr eylədi vahidül qəhar,Ruzi qiyamətdir yövmül intəhaya.

Əmr olundu, İsrafil çaldı sur,Xəbərdar eylədi, ey əhli qübur.Qum biiznillah vətən nişur,Məxluqu bəşər düşdü sevdaya.

Məqribdən məşriqə üz tutdu şamə,Hər kəsin əməli əlində namə.Adil divan onda yetdi tamamə,Fərq olmadı orda soltanla gədaya.

Bir həşri-nəşri qopdu onda, ya xuda,Gün təpədən yağdı, yer döndü oda.Oğul atadan, qız anadan cida,Tamaşa qıl məşərdə tamaşaya.

Tamam məşər əhli saf-saf durdular,Haqq buyurdu, axır mizan qurdular.Suallar verdilər, cavab sordular,Kim bəndəlik edib böyük xudaya?

Neçələri oldu böyük günahkar,Mərhəmmət eylədi qadiri qəffar.Kərəmin kəsmədi Cəlili Cabbar,Şəfa qaldı yetmiş iki şühədaya.“Va ünbəta” dedi həzrəti rəsul,Onun iltimasın haqq etdi qəbul.Çün keçdik siratı, olmadıq məlul,Can fəda olsun rəsulu xudaya.

Haqqıdı, əməlimiz deyildi saleh,İslam barəsindən işlədi taleh.

402

Page 403: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir neçə həmdəmlə şikasda ValehMəskan saldı o cənnəti-məvaya.

Söz tamama yetdi, bütün eşidənlər heyrətdə qaldırlar. Qazı dedi, Molla Kərim, bu kalamları dərk edən şəxs ən müqəddəs mömündü. Görünür sən şəriyyəti düz anlaya bilmirsən. Bu gündən sənin mollalığını qadağan eliyirəm. Aşıq Valeh, sənə səadət arzulayıram. İşi belə görən Valeh dedi, qazı, icazə ver bu mollalara bir neçə söz deyim. Aldı Valeh bu sözləri dedi:

Sizi sahib kim edibdir,Söylən cahana, mollalar.Özünüzdən şübhələnib, Düşmən gümana, mollalar.Sizi bu damaqda qoymaz,Bilsin zəmanə, mollalar.Xeyir işi şərə çəkib,Yozman ziyana, mollalar.Cəhənnəm ki halal deyil,Eşqə uyan mollalar.

Günah-savab nə olduğun,Artıq biz də anlayırıq.Nə bircə qəlbə dəyib,Nə kimsəni danlayırıq.Nə beçə tək qaqıldarıq,Nə xoruz tək banlayırıqNə varlıya baş əyirik,Nə kimsəni yanlayırıq.İnsaf edin əl atmayın,Dinə, qurana, mollalar.

Kərbəlayı olmaq üçünNecə düşmən çıxım saza?Sevdası şeyda bülbüləm,Könül müşdaq olub yaza.

403

Page 404: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ehtiyacım çoxdur mənim, Həm oruca, həm namaza.İki mələk müqərrərdiHər əməli görə, yaza.Kənd içində sərsəm edib,Olman divana, mollalar.

Neçə hacı, kərbəlayı,Saqqalına həna qoyur.Girvəngədə bir çətvəri,Oğurlayır, yana qoyur.Bir yetimdən mal alandaİnək adın dana qoyur.Yalan satır müşdəriyə,Kürək adın şana qoyur.Qəpik üçün and içirlər,Ayə-Qurana mollalar.

Aşıq Valeh bu sənətləMəşhur olub, ucalıbdı.Hər ümmana qəvvaz olub,Təbiətdən tac alıbdı.Neçə deyiş meydanındaUstadlardan bac alıbdı.Könül eşqə gəl-gəl deyir,Deməyin ki qocalıbdı.Bir də mənə kafər demən,Gəlin imanə, mollalar.

6. NAXÇIVANLI AŞIQ SÜLEYMANLA AŞIQ VALEHİN DEYİŞMƏSİ

Naxçıvanlı Aşıq Süleyman iki nəfər şagirdi ilə usta Səməd və Aşıq Valehnən deyişmək üçün Abdal-Gülablıya gəlir. Abdal kən-dində zurna çalan Aşıq Bədələ qonaq olurlar. Axşam el, camaət

404

Page 405: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

toplanır Aşıq Bədəlin damına. Aşıq Süleyman ayağa qalxır şagird-ləri ilə. Gecədən keçincə çalıb çağırırlar. Bir nəfər Aşıq Süleymana devran yığmaq istəyirkən Aşıq Süleyman deyir, camaət, mən bura devran yığmaq üçün gəlməmişəm. Eşitdiyimə görə, bu kəntdə usta Səməd və Aşıq Valeh var. Mən gəlmişəm onlar ilə meydan açam, deyişəm. Mümkündürsə, məni bu arzuma çatdırın.

Aşıq Bədəl deyir, Aşıq Süleyman, səni arzuna çatdırmaq müşkül işdir. Ona görə ki, Aşıq Valeh yaylağa toya gedib, usta Səməd xəstədir. Süleyman deyir, eybi yoxdur, o qədər gözləyəcəm ki, Aşıq Valeh yaylaqdan gəlsin, usta Səməd də xəstəlikdən yaxşı olsun.

Süleymanın bu təklifi adamlara pis təsir edir. Elə gecəynən bu xəbər hər iki kəndə yayılır. Usta Səmədin oğlu Cəfər də həmin məclisdə olur. Əhvalatı olduğu kimi atasına çatdırır. Usta Səməd oğluna deyir, get Bədələ deynən Aşıq Süleymanı da götürsün, bizə gəlsin. Cəfər atasının təklifini Aşıq Bədəl ilə Aşıq Süleymana çatdırır. Süleyman deyir, get atana de ki, mən bura xəstə yoxlamağa gəlmə-mişəm, gələ bilirsə, o dursun bura gəlsin. Süleymanın bu hərəkəti usta Səmədə pis təsir edir. Gecəynən bu əhvalatı Zərniyara çatdırırlar. Həmin saat Zərniyar usta Səmədə bu məzmunda bir məktub yazır:

Kalamı mənalı zəkalı ustad,Sən rüsxət ver o nadana toxunum.Yeddi yerdən sərin salım kəməndə,Yolun azmış qəlbi qana toxunum.

Nə rəvadı Xənnas gələ minaya,Fəryad edə, Həcər düşə bəlaya.Bir yol açım ərşə, kürşə, səmaya,Möcüzatlı bir məkana toxunum.Dəyişməzdir Zərniyarın ilqarı,Alovlara çatıb neçə yonqarı.Əynimə geyinim zikür paltarı,Naxçıvanlı Süleymana toxunum.

Usta Səməd naməni oxuyanda ağlayır. Oğlu Cəfərə deyir, tez atını yəhərlə, get Qarabağ yaylağına Mırtılı Hacı Cəfərin obasına.

405

Page 406: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Tap Valehi, orada olacaq. Olmasa da, harda olduğun Hacı biləcək. Bu əhvalatı Valehə çatdır, denən tez gəlsin. Əlavə edir, kağız-qələm al, dediyim sözləri yaz. İndi görək Səməd nə deyir:

Qəhri-qəza məni yaman xar etdi,Yet haraya Valeh, yaman haldayam.Ömrüm bağın boran etdi, qar etdi,Yet haraya Valeh, yaman haldayam.

Döyüş meydanında bir əridim mən,Hər xilqət hesablı bir səridim mən.Qatar qabağında bir nəridim mən,Köç qayıdıb geri, indi daldayam.

Naxçıvanlı sərsəm Aşıq SüleymanGəlib bizim ilə açmağa meydan.Görməmişəm mən hələ belə meydan,Fikrim dağıldı, qeylü-qaldayam.

Səmədi xəstəlik salıbdı haldan,Bol edib payını bu ahı-zardan.Xəyalı düşgünü gəl qurtar dardan,Yatıbdır talehim, bu əhvaldayam.

Söz tamama yetdi. Əlavə Səməd belə bir bayatı çağırdı.

Bir quşudum, uçdum, gəl,Öz yuvamdan köçdüm, gəl.De hardasan, ay ValehYaman günə düşdüm, gəl.

Söz tamama yetən kimi Səmədin qulağına yaxından bir səs gəldi:

Əziziyəm, bildim hey,Dərd əlindən güldüm hey.Qəm eyləmə, can ustad,Mən burdayam, gəldim hey.

406

Page 407: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir anda Aşıq Valeh qapıdan girdi Səmədi qucaxladı. Dedi, ustad, mən erkən Şuşaya çatmışdım. Allahqulu xahiş etdi ki, gecəni onlarda qalım, onlar üçün çalıb-çağırım. Çaldım, çağırdım, quta-randa mənə dedilər ki, bəs Naxçıvanlı Aşıq Süleyman səninlə deyişmək üçün sizin kəndə getdi. Elə o dəqiqə atı mindim çıxdım yola. İndi gəldim çatdım. Səməd dedi, Valeh, Aşıq Süleymanın başına bir çatı bağla, çəkə-çəkə mənim hüzuruma gətir. Valeh dedi, arxayın ol, inşallah, dediyin kimi olacaq.

Səməd iləValehin boyatıları yatanları yuxudan ayıltmışdı. Elə ki açıldı səhər, mərəkə düzəldi, Aşıq Süleymanla Aşıq Valeh sazları əlində girdilər deyiş meydanına. Görək nə deyirlər:

Aşıq Süleyman:Ulu Naxçıvandan düşmüşəm yola,Qarabağa qar üstünə gəlmişəm.Dedilər Qarabağ şahin yurdurur,İndi bildim sar üstünə gəlmişəm.

Aşıq Valeh:Yaşlı quzğun, düz yolunu azmısan,Özün şilxor, nər üstünə gəlmisən.Hərbə-zorba gəlmə, hünərdə kəmsən,Qorxu bilməz ər üstünə gəlmisən.

Aşıq Süleyman:Qorxudan ustadın olubdu xəstə,Cəsarəti yoxdur saz ala dəstə.Yorğan altda deyir qəmli şikəstə,Qəlbi ağlar zar üstünə gəlmişəm.

Aşıq Valeh:Ustadım kamildi, elmi dərindi,Kamalı dəryadı, elmi dərindi.Kəməndə boğulan sənin sərindi,Hazır ovsan, şir üstünə gəlmisən.

Aşıq Süleyman:Süleymana gəl hədyan söyləmə,Fəryad edib bağrın başın teyləmə,

407

Page 408: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qürrələnib bığlarını piyləmə,Bir zülmətəm, kor üstünə gəlmişəm.

Aşıq Valeh:Aşıq Valeh bir səyyahdır xilqətə,Bələdçidir hər keçid, hər xislətə.Tövbə eylə, qol bağla gəl minnətə,Kəramətli pir üstünə gəlmisən.

Aşıq Valehin sözlərindən hiddətlənən Aşıq Süleyman aldı dübarə:

Mən gəmişəm Qarabağdan bac alam,Köpüklü çay kimi coşaram indi.Aslan meydanında quzu mələyir,Bu işə mat qalıb çaşaram indi.

Aşıq Valeh:Çaylar udan dərya kimi dolmuşam,Təlatüm eyləyib daşaram indi.Tumarlayıb əl ataram guşinəTutub kəl yerinə qoşaram indi.

Aşıq Süleyman:Məşhuram, hər yerdə əsli-zatım var,Hamı dostdur, nə düşmən, nə yadım var.Bir ustadam, bu sənətdə adım var,Söz duyan qəlblərdə yaşaram indi.

Aşıq Valeh:Geniş dünya bu gün sənə dar olar,Qulaq batar, görən gözün kor olar.Şənlik qaçar, qəlbin ahı-zar olarQatarı qatara qoşaram indi.

Aşıq Süleyman:Aşıq Süleymanam, tanı, bil məni,Tükənməz dərdlərə salacam səni.Tökərəm yurduna dumanı, çəni,Yel olub dağlardan aşaram indi.

Aşıq Valeh:

408

Page 409: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh zərbə vurar belinnən,Nitqin batar, kəlmə çıxmaz dilinnən.Ağlın itər, sazın gedər əlinnən,Səni bu sənətdən boşaram indi.

Sözlər tamama yetdi, aldı Süleyman sebarə:

Cavan oğlan, çox hədyan danışma,Hər sözü sanballı bir ustadam mən.Sənət meydanında hay-haray salıb,Aşıqlar ovlayan bir səyyadam mən.

Aşıq Valeh:Mehriban dosduyam kəlam əhlinin,Çaşqın nadanlara tamam yadam mən.Xilqəti duyanlar can sirdaşımdı,Azğınlar qəlbində bir fəryadam mən.

Aşıq Süleyman:Adlı mahalları dolansan yek sər,Çətindi tapıla mənə barabər. Fikri dəryayam, sözləri göhər.Cahan tarixində məşhur adam mən.

Aşıq Valeh:Aqil demək olmaz hər ağlı səyə,Açıq başın tab eyləməz dəynəyə.Qanadın alışar, çıxma yüksəyə,Bulutlar oynadan odlu badam mən.

Aşıq Süleyman:Aşıq Süleymanam hesabı həfdə,Ələs aləmində olmuşam səfdə.Dərsimi almışam Əsabı-kəfdə,Arzular duyğulu qəlbi şadam mən.

Aşıq Valeh:Mən Aşıq Valehəm, hesabı pəncəm,Əl çatmaz zirvəyəm, görünməz küncəm.Zənn etmə savadsız, hünərsiz gəncəm,

409

Page 410: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Dara düşənlərə bir imdadam mən.

Aşıq Süleyman ha özün bərkitdi, söz deyə bilmədi. Aldı Aşıq Valeh görək nə deyir:

Çoşğun aşıq, bəxdin onda yatıb kı,Meyl edib bu güzara gəlmisən.Bədnam olmaq sənə haqdan yazılıb,Saz götürüb bu diyara gəlmisən.

Aşıq Süleyman:Əvvəldən hər işi ölçüb biçmişəm,Çox yaxşı bilirəm hara gəlmişəm.Adlı ustadları zay etmək üçünSaz götürüb bu diyara gəlmişəm.

Aşıq Valeh:Kamallı ustadlar elmi məkandı,Ərşə cərəyan verən hansı məkandı?Mərifət satılan hansı tükandı?Hansı varla bu bazara gəlmisən?

Aşıq Süleyman:Kim öyrənsə bütün elmin fəndini,Aça bilər bu düymələr bəndini.Mahirsən atmağa söz kəməndini,Olacağa yoxdur çara, gəlmişəm.

Aşıq Valeh:Valeh söz açmamış gizli qəfəsdən, Zavallı tufandan, odlu nəfəsdən,Zodlu aşıq, nə tez düşdün həvəsdən,Sən düşmüsən pis azara, gəlmisən.

Aşıq Süleyman:Süleymanam, iraqdadır mahalım,Qəriblik əl verdi, dəyişdi halım.Pozuldu növrağım, çaşdı xiyalım,Şadlıq keçib ahı-zara gəlmişəm.

Söz tamama yetdi. Aldı Valeh dübarə görək nə deyir:

410

Page 411: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Sənət meydanında ismi xar olan,Bir əlif de, onda cahan var olsun.Yeddi kəlmə düzəlt səkkiz içində,Tufan olsun, bahar olsun, qar olsun.

Söz cavabsız qaldı, aldı dübarə:

Bir hesab tap caharı-şeşdə yazılsın,Təzələnsin, köhnə tarix pozulsun.Hər birində yeddi məna yozulsun,Hökmü olsun, divan olsun, dar olsun.

Aşıq Valeh bu hesabı cəm bilir,Suda atəş nar içində nəm bilir.Anlamazdı hər kim desə kəm bilir,Matəm tutsun, günü ahı-zar olsun.

Sözlər tamama yetdi. Aşıq Valeh Aşıq Süleymanı şagirdləri ilə boyun-boyuna bağladı, apardı ustadı Səmədin yanına. Süleymanın şagirdləri cavan idilər. Səməd gördü ki, şagirdlər bərk qorxu keçirirlər. Xeyli dinmədi. Aldı görək ustad Səməd nə dedi:

Bu qoca dünyada yox ömrə vəfa,Görən olacaqdı nələr dünyada?İnsan olan şirin-şirin danışar,Heyvan olan gedər mələr dünyada.

Üstündən el keçmiş dağlar görmüşəm,Çapılmış, talanmış bağlar görmüşəm,Mənəm deyənləri ağlar görmüşəm,Kimi ağlar, kimi gülər dünyada.Yeddi yeyər, səkkiz çəkər, beş mələr,Mənəm deyənlərin yurdu heç mələr.Qaynar bulaq, axan çaylar, çeşmələr,Necə olacaqdı sular dünyada?

Səməd ki var, bir quruca cəsətdi,

411

Page 412: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ölüm kü var, o hamıya qismətdi.Çarxı fələk, bəs bu necə mürvətdi,Cavan oğlanlar da ölər dünyada.

Söz tamama yetdi. Səməd dedi, Süleyman, səni bu şagirdlə-rinə bağışlayıram. Aşıq Süleymanın sazını əlindən aldılar, soyul-muş tacir kimi yola saldılar.

7. AŞIQ VALEH İLƏ AŞIQ MUSACANIN DEYİŞMƏSİ

Aşıq Valehin dövründə Aşıq Musacan adlı bir saz aşığı olur. Musacan da vaxtının çoxunu Şuşada keçirərmiş. Aşıq Musacan da özündən söz qoşmağı bacarırmış. Çox ürəyindən keçirmiş ki, Aşıq Valeh ilə deyişə, ürək etmirmiş. Bir gün Aşıq Valeh ilə Musacan Şu-şada bir yeməkxanada çörək yeyərkən ətrafda bir tula sümsünür. Aşıq Valehin əsil adı Səfidir. Musacan Səfi adına toxunmaq məqsədilə deyir, Aşıq Valeh, bu tula burda nə sevilənir? Valeh fikirrəşmədən deyir, kasanı başından elə vur canı dalından çıxsın. Bu sözü eşidən-lər gülüşürlər. Musacan pərt olur. Əlin atır saza, alır görək nə deyir:

Naşı oldum, bir söz çıxdı dahandan,Toyuqlar qaqıldar, ban haray salar.Hərif arif oldu, cavabın verdi,Sahibi söz deməz, yan haray salar.

İş belə olanda Aşıq Valeh də saza əl atdı, görək Musacana nə cavab verir:

Aşıq Valeh: Boş sərin qoyma zindan üstünə,Tab etməz çəkicə, can haray salar.Partlayar qulağın, tökülər gözün,Ürəyin alışar, qan haray salar.

Aşıq Musacan:Bir nəhəngəm, yüz min xaşan yeyərəm,Meydan libasını oddan geyərəm.Sənə elə bir qıfılbənd deyərəm,Məkan lərzə gedər, kan haray salar.

412

Page 413: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Aşıq Valeh: Kül olar cəsədin, belə alışma,Baş açmamış bir hesaba qarışma.Hünərdə milçəksən, yekə danışma,Sözümün mənasın qan haray salar.

Aşıq Musacan:Musacanam, indi xanlıq eylərəm,Dar qurdurub hökmə yanlıq eylərəm.Gündüzünü bil qaranlıq eylərəm,Başına gələni an haray salar.

Aşıq Valeh: Aşıq Valeh atın sürməz yormağa,Ar eyləyər sənə zərbə vurmağa.Yer üzündən qaranlığı qovmağaGünəşin gəlməsin dan haray salar.

Sözlər tamama yetir, Aşıq Valeh zarafatyana deyir:

Qəfilətdən səda gəldi guşimə,Bir şahin eylədi havada qır-qır.Qanat çaldı tərlanların tavarı,O hünəri qartal, ləqəbi dır-dır.

Musacan bu sözlərdən baş tapmadı, qaldı fikirləşə-fikirləşə. Oturanlar yerbəyerdən deyirlər, ə, Aşıq Canı, niyə dinmirsən, cavab ver də. Musacan deyir, ərə, səda səsə deyir, guş qulağa, bu dır-dır ninkca, onu bilmirəm. Hamı gülür. Aşıq Valeh də gülə-gülə deyir, Musacan, biz deyişəndə bir dıra-dıra quşu səs eliyə-eliyə burdan keçdi, sözləri ona deyirdim. O gündən sonra ömür boyu Musacan Valehə bir söz demədi.

8. AŞIQ VALEH İLƏ BAĞDASƏR

Bir səhər Aşıq Valeh örüşə mal buraxanda görür bir zırpı erməni çiynində saz buna sarı gəlir. Gözləyir, erməni gəlib çatır. Salam verir, Valeh salamın cavabın verir. Soruşur, ay kirvə, xeyir ola, belə hara gedirsən? Erməni deyir, ara, burda Aşıq Valeh var,

413

Page 414: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

gedirəm onu bağlayam. Valeh deyir, adın nədi? Erməni deyir, adım Bağdasər. Valeh deyir, Bağdasər, mən həmin o Aşıq Valehin qon-şusuyam. De görüm sən Valehə nə deyəsən ki, onu bağlayasan? Erməni deyir, arə, elə ona deyəcəm:

Əzizim, bəndə səni, Xoşnişin bəndə səni.Alaram əldən sazını, A Valeh, salaram bəndə səni.

Valeh deyir, a Bağdasər, o da sənə deyəcək:Əzizim, bəndə səni,Xoşnişin bəndə səni.Kənd mənim, kəsək mənim,Ay axmaq, qoymanam kəndə səni.

Valeh deyir, sonra nə deyəssən? Erməni deyir, deyəcəm:

Əzizim, Bağdasər,Yu çuxanı, bağda sər.Bil ki səni bağlayar,Kükü oğlu Bağdasər.

Bağdasər deyir, hə, indi nə deyəcək? Valeh deyir, indi də deyəcək:

Əziziyəm, bağda sər,Dər almanı, bağda sər. Kükü donquza bənzər, Eşşəyə də Bağdasər.

Erməni bir fikirləşir, geri qayıdır. Valeh deyir, a kirvə, niyə qayıdırsan? Erməni deyir, ərə, elə sən qonşususan belə dedin, özü olsa lap pis deyəcək.

9. AŞIQ VALEHİN ŞUŞA SƏFƏRİ

Bir gün Şuşa baqqalları sözləşirlər ki, Aşıq Valehə xəbər göndər ki, Şuşada zoğal çox mətahdır, hər nə qədər bacarsan bir o qədər zoğal yığ, özünü Şuşaya yetir. Bu xəbəri Aşıq Valehə çatdır-

414

Page 415: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

mağı Valehin yaxın dostu Allahquluya məhəvəl45 edirlər. Özləri də araya söz qoyurlar ki, bir adam Valehdən zoğal ala bilməz. Qoyun onun gətirdiyi zoğal zay olsun, görək Aşıq Valeh nə edəcək? Belə də edirlər. Allahqulu Valehə bir güləbətinli namə yazır göndərir. Valeh naməni alan kimi bir neçə öküz, at yükü zoğal ilə özünü Şuşaya çatdırır. Bərxənanı Allahqulunun tükanına yığır, axşam olduğundan gedir dostu Allahqulunun evinə. Bəli, Allahqulu nökə-rini çağırır, deyir, Valehin atı tərlidi, onun yəhərin al, bir külək tutan yerdə bağla. Öküzlərini apar Zarıslı meşəsinə burax. Nökər tapşırığı yerinə yetirir. Səhər Aşıq Valehə deyirlər ki, atın xəstə-lənib. Ora həkimi çağırırlar, həkim atın arxa hissəsini peyinə basdırır və tapşırır ki, üç gün belə qalmalıdı.

Bu tərəfdən xəbər gəlir ki, Aşıq Valehin öküzlərini Zarıslı meşəsində canavar parçalayıb. Çarası kəsilmiş Valeh gətirdiyi zoğala ümid bağlayır, zoğalı da heç kim almır. Zoğal kiflənir. Bir baqqal gəlir zoğala baxıb deyir, ay Valeh, bu zoğaldan ancaq lavaş olar, başqa şeyə yaramaz. Xoşuna gəlsə, bu zoğalın yükünü bir abbasıya alaram, ancaq nəğdi pulum yoxdu, sonra verərəm. Bütün baqqalların gözü Valehdə olur, deyirlər görək nə edir. Bu tərəfdən Allahqulunun arvadı karvanlara hay edir ki, zoğalın suyu tükanı tərk eləyib. Gəlin bu zoğaldan aparın lavaş edək. Beləliklə, zoğalı paylayırlar. Günorta çağı Aşıq Valeh sazı alır sinəsinə. Baqqallara da bu lazım idi. Hamısı Allahqulunun tükanının ətrafına toplaşır. Alır Aşıq Valeh, görək nə deyir.

Dostum namə yazdı, dedi, durma gəl, Aldandım bazarın nəyinə gəldim? Unutdum sənəti, oldum sevdagarBir libas tikdirdim əyinə, gəldim. Biiman göndərib naməni dərhal, Yazıbdır Şuşada mətahdır zoğal.Tapılsa üstündə olar qalmaqal,Aldandım namərdin küyünə, gəldim.

45 Məhəvəl – tapşırmaq, həvalə etmək

415

Page 416: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Kimlər səbəb oldu, deyin bu hala, Xəstə ölür, şəfa qalıb zoğala. Dərdirdim hər nə var, yığdım çuala,Dost dedim, namərdin evinə gəldim.

Bir öküzüm vardı kəndi qaçarda,Yazıq heyvan çəkməmişdi azar da.Dedilər, urbatdı zoğal bazardaYolları sevinə-sevinə gəldim.

Allahqulu ilə keçdi ilqarım, Yazdı gətir satım hər nə ki varın.Yurdu viran olsun bu səbəbkarın,Sovqatla zalımın evinə gəldim.

Xalqın ulaqları kəklik tək səkər,At mayallaq aşar, öküzlər çökər.Bacım oğlu gözlərindən yaş tökər,Yolları deyinə-deyinə gəldim.

Allahqulugildə vardı bir nökər,Gecə gəlib haramzada bixəbər. Atın çulun alıb, at olub qəysər,Dalını basdırdım peyinə, gəldim.

Zoğalın qaydına qalan olmadı,Mənim kimi mağmın olan olmadı,Öküzlərin gönün alan olmadı,Nəzərdə diqqətin səyinə gəldim. Bir baqqal zoğalı qoydu kasıya,Süzələndi, suyu döndü lasıya.Yükünü istədi bir abbasıya,Onu da istədi nisiyə, gəldim.

416

Page 417: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bir sərt qancıq qonşuları boyladı,Haray saldı arvatları hayladı,Tabaq-tabaq zoğalımı payladı, Bir köpük qoymadım kisiyə, gəldim.

Şuşa baqqalları, ara qatanlar, Dini girov qoyub iman satanlar,Xırman sıpası tək şıllaq atanlar, Nadanlar adına tənəyə gəldim.

Valeh sinəsinə çəkildi bu dağ,Zoğal ağacından hər kim əksə bağ,Arvadı lotudu, özü qurumsaq,Bu sözdə sənətin çiyinə gəldim.

Söz tamama yetən kimi Şuşa tacirləri, baqqalları hər tərəfdən Aşıq Valehin üstünə pul tökürlər, bəsdi deyincə nəfi bərdar olur.

10. QIZLA GƏLİNİN BƏHSİ

Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arasbar kəndinə yaxınlaşanda bir təzə gəlin ilə bir həddi buluğun az ötürmüş qız arx kənarında dayanmışlar. Valeh bunlara yaxınlaşanda qız deyir, ay aşıq, bizə bir söz oxu, xoşumuza gəlsin. Valeh onlara diqqətnən baxır. Alır at üstü görək nə deyir:

Ay ana, bu bir cüt sonanın Hansına qurban mən olum?Süzgün baxıb can alanınHansına qurban mən olum?

Könül bağladım bir ada,Dərd tapdım həddən ziyada.Hər ikisi mələkzada,Hansına qurban mən olum?

417

Page 418: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Cüt baxışlı nazlı xanım,Xoş avazlı mehribanım.Valeh deyər, var bir canım,Hansına qurban mən olum?

Söz tamama yetir. Qız deyir, ay aşıq, sən bizi bir-birimizdən ayırmadın. De görək bizim hansımız qəşəngik. Alır Valeh bu sözləri deyir:

Bir qız ilə bir gəlinin bəhsi var,Gəlin deyir bu gün meydan məndədir.Qız da deyir açılmamış qönçəyəm,Fəsli bahar, bağı reyhan məndədir.

Gəlin deyir ördəyim var, qazım var,Şirin-şirin söhbətim var, sazım var,Sallananda yüz qız qədər nazım var,Həya, iman, ədəb, ərkan məndədi.

Qız deyir mən oxşamışam anama,Ləlü-mərcan düzülübdür tanama.Əl vursalar tağdan qopar şamama,Əl dəyməmiş tağı-bostan məndədi.

Gəlin deyir gəl, qız, düşmə araya,Gər mən ölsəm aləm batar qaraya.Bəzənərəm, səni sallam bəlaya,Şövq salan camalu-can məndədi.

Valeh deyər ikinizə mən qurban,Yolunuzda mən qoymuşam başla can.Eyləməyin bu qəribi bağrıqan,Sizdən ötrü çeşmi-giryan məndədi.

11. SÖZÜN QİYMƏTİ

Aşıq Valeh çox siyasətcil aşıq olub. Mehduqulu xanın vaxdın-da onun həşdat yaşı varmış, nə deyirmişsə, xan onu eşidirmiş. İndi

418

Page 419: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

heç icra başçısı məni tanımır, amma o, xannan oturub dururmuş. Gedir xana söhbət eliyir, xan da həmişə buna pul verirmiş. Bir gün xanım deyir ki, a sənin öyün tikilsin, sən bu Valehə havağatan pul verəjəhsən. Bir dəfə də vermə. Deyir, az, gedib bizi biyabır eliyər. Deyir, vermə, görək nətər biyabır eliyəjək.

Nəysə, Valeh dastanı deyir. Xan buna deyir ki, çox sağ ol, Aşıq Valeh, çox sağ ol, Aşıq Valeh, çox sağ ol, Aşıq Valeh (söy-ləyici əlini sinəsinə qoyub üç dəfə təzim edir – top.). Valeh görür ki, pul yoxdu da. Sabah gəlir bir erməni tükanına. Deyir, üş yüz qızıl pullux mal ver. Top-top parçaları yığır furqona. Deyir, sağ ol, dosdum, sağ ol, dosdum, sağ ol, dosdum. Üş dəfə buna sağ ol deyir. Erməni deyir:

– Ara, Valeh kirvə, mənim pulumu ver. Deyir:– Verdim. Deyir:– Ə, mən pul görməmişəm. Deyir:– Sən öl vermişəm. Deyir:– Nə verdin? Deyir:– Verdim ey, sənin xəbərin yoxdu. Söz-söhbət gedir xana çatır. Xan deyir ki, Valeh, pulu niyə

verməmisən? Deyir: – Xan sağ olsun, beyjə saa söhbət elədim, maa nə verdin? Dedi:– Heş nə. Dedi:– Baa, heş nə nədi? Üş dəfə maa “sağ ol, Valeh” demədin.

Mən sənin hər sağ olunu yüz tümən qızıla barabar tutmuşam. Sən ki, sözünün qiymətin bilmirsən, mən nə deyim?

Onnan sora xan parçaların pulunu ödüyür, Valeh furqonu sürür öyünə.

419

Page 420: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

12. XƏSTƏ QASIM

I mətnBeş dənə alim olur, bunnar aralarından ən kiçiyini göndərillər

ki, sən kiçiksən, biz utanırığ onun (Xəstə Qasımın – top.) yanına getməyə. Get onu yoxla, gör nətər adamdı. Deyillər danışdıranda adamı dolaşdırır. Gedir görür ki, dokqazın ağzında bir nəfər adam kötüyün üsdə oturuf. Salamməlöyküm. Deyib, əlöykümətsalam. De-yib, ay bala, kim lazımdı? Deyir, ay dayı, Xəsdə Qasım deyillər, onu axdarıram, görüm o nətər adamdı. Onun eninə-boyuna baxmağ isdiyirəm. Deyir, tanı mənəm, bil mənəm. Deyir, ay dayı, niyə helə deyirsən? Deyir, mən sənə düz cavab verirəm. Xəsdə Qasımı soru-şursan, mən də sənə cavab verirəm. Başa düşmür ki, bu nə deyir. Sən demə bu deyir ki, tanı mənəm, bil mənən. Gedir dörd alimin yanına. Deyir, orda bir kişi vardı. Sən öl, məni dəli azarına saldı, dolaşdırdı məni. Salamımı aldı. Mən də dedim Xəsdə Qasım lazımdı, onu görmək isdiyirəm. Maa dedi tanımanam, bilmənən. Deyillər, sən öl, onun özüdü. Gəlin gedək onun yanına. Beşi də gəlir onun yanına. Salamməlöyküm. Deyir, əlöykümətsalam. Deyir, Xəsdə Qasım sizsi-niz? Deyir, bəli mənəm. Deyir, bizim yoldaşa niyə helə cavab vermi-siz? Onu biz göndərmişik. Deyir, nətər cavab vermişəm? O məndən soruşdu Xəsdə Qasımı, mən də dedim tanı mənəm, bil mənəm. O məni başa düşmədi. Sora buna sual verillər ki, niyə sənə Kar Qasım deyillər. Deyir, vallah, məclisə girəndə keyfiyyətsiz adamlara bu qulağımı karrığa qoyuram, bu qulağımı da açıx qoyuram keyfiyyətdi adamlara oxuyuram. Ona görə maa Kar Qasım deyillər. – “Bə Dədə Qasım?” – “Ona görə ki, mənim sözdərimin hamısı atalar sözüdü”. – Bə niyə Xəsdə Qasım deyillər? Deyir, vallah, mənim bağlamamı hansı adam açsa, düşüncədən başına hava gələr. Görüllər hamısı doğrudu.

II mətnXəsdə Qasım deyilənə görə, heyvan otarırmış qəbirsannığın

yanında. Bu qoyunu qoyuf keçir qəbirsannığa. Görür ki, bir sinə daşının üsdündə fətir buğlanır. Fətiri götürür, yeyəndə, bir ləzgi də qoyun otarırmış, ləzgi deyir:

420

Page 421: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

– Ə, Qasım, nədi o?Deyir, sən öl, bir yağlı fətir qoyuflar sinə daşının üsdünə.

Fətiri bu götürüf gətirir bir beləsini də buna verif. Xəsdə Qasım fətiri yeyənnən sorasına başdıyıf yernən-göyün arasını danışmağa.

Onnan sora İrannan üş müşteyid gəlif Xəsdə Qasımın qapısına. Arvadına deyiflər, Qasım hanı? Deyif ki, Qasım cütə gedif. Amma gedəndə dedi ki, bir xişdək yer qalıf (yanı bir küş qalıf), tez gələjəh, oturun. Arvad çöldə bulara palaz salır, oturullar. Oturannan sora görüllər, bir kişi bir cüt öküz, boynunda boyundurux gəldi ayaxdan. Bular fikirrəşdi ki, bu Xəsdə Qasım olmaz. Xəsdə Qasımın söz-söhbəti dünyanı götürüf gedir, nətər olar bilər bu, o olsun. Təmiz qutarıf gələnnən sora deyillər Xəsdə Qasım sənsən? Deyir, tanı mənəm. Bular elə bilir, deyir tanımıram. Deyillər, Xəstə Qasımı görməmisən? Deyir, görün mənəm. – “Bilmirsən nə vaxt gələjək?” Deyir, bilin mənəm. Biri deyir, ə, bunun bizə verdiyi cavaba bax ey. Deyir ki, onda sana bir sual verəjəm. Sənin usdadın kimdi? Bu yazıb yaratdığını kimdən örgənmisən? Bu gələnnərdən biri deyir, ə rəşbərdi ey, sənin ona sual verməyin qəbahətdi. Deyəndə Xəsdə Qasımın əlinə fürsət keçir. Deyir, onda mən sizə bir sual verəjəm. Orda Xəsdə Qasım başdıyır bunu deməyə:

Hikmət məclisində əyləşən alim,Əzzəl mana yamənhudan xəbər ver.Ərşin sütununda, mehrac evindəƏzzəl nə söz keşdi, əngatudan xəbər ver.

O kim idi yerə çaldı mayanı,O kim idi suykan bərkitdi səngi qayanı.Bey altınnan de novdanı bəyanıBərrü-bəhri, sirri sudan xəbər ver.O kim idi zərnişanı oxudu?O kim idi peyğəmbərə kəfən toxudu?Adəmnən irəli siğə yoxuyduVəzənvəşdi əngatudan xəbər ver.

421

Page 422: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

O kim idi yetişmədi hesaba?O kimdi ki, oldu ona əsaba?Xəsdə Qasım özü yetifdi hesabaHəfti, həşti, səngi sirri sudan xəbər ver.

Müşteyidlər bunun qarşısında söz deyə bilmədilər. Ordan durdular, yavaşca aradan çıxıb getdilər.

13. AŞIQ ƏLƏSGƏR DƏLİ ALININ TOY MƏCLİSİNDƏ

Aşığ Ələsgər Dəli Alının toyuna gəlif. Gələndə Əsədi də götürüf, Nəcəfi də. Birinci şəyirdi Əsətdi, ikincisi Nəcəfdi. Ələsgə-rin oğlunun yaxşı atı vardı. Deyif, ay dədə, o atı minmə, atı əlinnən alallar. Deyif, oğul, gərək onda dədən ölə ki, atı alarlar. Dədən ölmüyüfsə, atı alammazdar. Gedəndə deyir, bir də gördük ki, dağın döşünnən üç atdı gəlir, amma birinin atının belində xalları var. Nə Dəli Alı Ələsgəri görüf, nə də Aşığ Ələsgər Dəli Alını görüf. Deyir ki, aşıx, hara gedirsiniz? Deyir ki, Xaşbulağa. Deyir, nəyə? Deyir, Dəli Alı bizi toya çağırıf. Dəli Alı da qarayanız bir adam oluf. Deyir dedi, Aşığ Ələsgər, sənin adın dünyanı götürüfdü. Bir adamın adına ki, Dəli Alı deyəllər, nə ağılnan onun toyuna gedirsən? Deyəndə Ələsgər dedi ki, bizim Məhəmməd hümmətinin vuranına, tutanına, qoçağına dəli deyəllər. Deyir, bajısı oğlu Zeynalabdın ordaydı. Buna dedi ki, bir muxro tikərsən, bu aşıxları ora qoyarsan. Anana da denən ki, iki araba qoşsun, Xaşbulağın yağında aramat yoxdu, Sarıyerdən yağ gətirtsin on iki pud. Dedi, iki araba göndərin Samuğun Qarasakqalına. Ordan iki kəl arabası yemiş-qarpız gətirt-dirin. Sora bir araba da göndərin Gəncədən ərzaq-zad gətirməyə. Nəysə, buları tapşırır, deyir altı günnən sora gəlif toy eliyəjəm. Ordan getdi.

İtdəri bağladılar, gətdilər bulara bir muxro tikdilər. Aşıxları qoydular bura ki, burda yesinnər, işsinnər, dincəlsinnər. Toy başdı-yannan sorasına bura millət gəldi. Gəncə, Şəmkir – bütün dünya tökülüf bura gəldi. Məşədi Yolçu oluf Şəkidə, o da qaçağ oluf. Başı qarışıf, gəlmiyif toya. Bir söznən, toyu eliyif qutarıflar, aşıxları yola

422

Page 423: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

salıflar. Bular burdan çıxannan sora Məşədi Yolçu gəlif. Gələnnən sora bir az dilağız eliyif ki, mən gejikmişəm. Toy nətər keşdi? Dəli Alı deyir, Aşığ Ələsgər gəlmişdi. Deyir, nətər apardı? Deyir, çox yaxşı toy elədi. Deyir, toya tərif dedimi? Deyir, yox. Mənim də kon-lumdan keşdi, utandım demədim, heç o da demədi. Amma bəyi təriflədi. Deyir, onda o Ələsgər döylü. Ələsgər ola beş yüz erkək kəsilən toya tərif demiyə? Məşədi Yolçu deyir, üç atdıynan gedirəm. Əgər düzünü dedi, buraxajam getsin, yox, deməsə, sən öl, pulu ala-jam. Alaçıxdan çıxanda Dəli Alı deyir ki, olmuya-bilmiyə kişini atasan ha. Deməsə, pulu al gətir, amma özünə dəymə.

Üç atdı bular çıxıllar. Gədəbəynən Göyçənin arasında Burcal-lar deyilən yer var. Kəsə sürdülər buraynan. Çatanda dedi, aşıx, dayan görək. Dayandıx deyir. Deyir, Məşədi Yolçu dedi ki, aşıx, hardan gəlirsən? Bu da usda adamdı, bilir ki, bular qaçaxdı. Deyir, Gəncədən. Deyif, ə, xalası göyçək, bura Gəncənin yolu döyül, Xaşbulağın yoludu. Düzünü de hardan gəlirsən? Deyif ki, Dəli Alının toyunnan. Deyif, üç yüz erkək kəsən xozeynin pulunnan Dəli Alının toyunnan gələn aşığın pulu çox olar. Atdan düş. Atdan düş-dülər. Pənah maa and içirdi ki, Əsədin dodağı partdadı, qan axdı. Dedi, on beş gün Koroğlunu oxu, boğazını cır, bir xurcun pul apar, onu da gəlsin iki qaçağ alsın getsin. Dedi, pulları tökün. Çuxanın üsdünə, deyir, tökdürdü. Deyir, tökdürənnən sora gördüm Əsədin dodağı partdadı. Aşığ Ələsgər orda deyir ki:

Dəli Alı bir dövran açıb, Şah Abbas dövranı kimi,Zeynalabdın bəy bəzənif Misirin sultanı kimi.Məclisində qonaxları var Azərbaycan xanı kimi,Erkəklər yan-yana kəsildi minanın qurbanı kimi.Aşıxlara zakaz gəlir, güzaran tapdılar bəylərin güzaranı kimi,Hər yana dəvətnamə paylandı Süleyman fərmanı kimi.Beş yüz erkək qırıldı, toğlunun sanın bilmədim,Nağdıda mətləb verib o kişi kərəm kanı kimi.Bunu deyənnən sora deyir ki, bilirsən nə var?

Bu tərifi burda deməknən qutarası döyül. Biriniz mənnən gedəjək Göyçəyə. Göyçədə dalını yazıf verəjeyik.

423

Page 424: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Atdarı sürdük deyir Göyçəyə. Göyçədə də deyillər ki, on beş gün toy olmaz. Aşığ Ələsgərin dili xəlfətəraxdı, Nikolayın da Dəli Alıya güjü çatmıyıf. Yəqin Dəli Alı tüfəyin çöyürüf təpəsinə bir güllə vuruf, onçun gəlmir.

Burdan gedənnən sora muştuluxçu getdi ki, Aşıx Ələsgər gə-lir sağ-salamat. Deməli, Göyçədə nə qədər ağsakqal, qarasakqal varsa yığışdı, deyir. Deyir, dedi, Bəşir, sinəm bulax kimi çağlıyır, sən çalış yaz. Orda tərifin hamısını yazıf.

Bir kərə Aşığ Ələsgər, gəldin getdin hər nəyisə,Hak səni sərraf yaradıf, qiymət qoy yaxşıynan pisə.Bəyin öz dəsdəsi gələndə məclisə.Hamıdan çox pul verdilər mücrüdə dolu kisə.İki yandan mücrü açılıf sərrafın tükanı kimi.

Aşığ Ələsgər toydan gələnnən sora dörd heyvan kəsdirdi, Göyçədə nə qədər kalbayı, məşədi, molla, axund var, hamısı onun məclisinə gəlmişdi.

14. AŞIQ ƏLƏSGƏR BOYƏHMƏDLİDƏ

Ələsgər Xaçına gəlif. Gedif Boyəhmətdiyə. Boyəhmətdiyə gedəndə bir kişi buna irast gəlif. Kişi bunnan soruşuf, aşıxsan? Deyif, bəli. Adın nədi? Deyir, Ələsgər. – “Kimə gedirsən?” Deyir, məsələn, Səlim kişigilə. – “Qonaxçın odu?” Deyir, hə. Bir az gedənnən sora Ələsgər deyir, bir savatsız kişi adımı da soruşdu, sənətimi də soruşdu, kimə gedirəm onu da soruşdu, mən heç onun adını soruşmadım axı. Deyir, bəs sənin adın nədi? Deyir, Haxyaratdı. Bir az gedənnən sora Ələsgər görür ki, taxıl zəmisidi, göy dananı qurd sökür. Ələsgər bunu görəndə deyir ki, Haxyaratdı kişi, burda dur görək. Deyir,

Əzizinəm göydə nə var?Göyün içində göy dana var. Arxası yerdədi, Dört qışdarı göydə nə var?Haxyaratdı görmürsə də,

424

Page 425: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Mən görürəm, göyün içində göy dana var.Bu kişi deyir, nətər əşi, Allah yaradanı sən görmürsən?

Ələsgər deyir, gördüm kişinin öz adı yadınnan çıxdı.

15. TOPAL CƏLİL

Kəlbəcərin Bağırsax kəndində Topal Cəlil vardı. O Tərtərin Seyidimli kəndinə gəlif, orda evlənif, orda da ölüfdü. Bu da çox maraxlı əhvalatdı. Ova gedir. Deyir, süründüm keçini atmağa. Deyir, keçi dayanıf qayanın başında. Hərriyif gülləni atmağ isdiyəndə gördüm güllə açıldı, keçi düşdü. Keçi düşən kimi bir keçi də qalxdı daşın üsdünə. Çəkdim gördüm patron xamdı, atılan mənim gülləm döylü. – “Ə, bu güllə hardan atıldı?” Bir də, deyir, tüfəngi qaldıran kimi güllə atıldı, keçi düşdü. Dedim, ə, mən atmıram, bunu atan kimdi? Çıxdım gördüm başımın üsdündə bir oğlan duruf. Deyir, mən qayanın altında durmuşam, bu da üsdündə duruf. Buların ikisi də keçini atmağa gəliflər. Deyir, qardaş, ovun qannı olsun, ovun qannı olsun. Hava işıxlaşır. Keçidə də belə bir xüsusiyyət var. O, gün çıxana qədər otduyur. Gün çıxdı qutardı, da keçi çıxmaz. Niyə çıxmaz? Çünki keçinin tükü qızıl kimi parıldıyır. Gün çıxan kimi onu canavar da görür, ovçu da görür. Ona görə gün çıxana qədər otduyur, onnan sora dünyada dağ keçisi çölə çıxmaz. Dolacax qayaların, kahaların qarannıx yerrərinə, yatışajağ orda. Deyir, dedi ki, qardaş, sən o keçinin birinin ciyarçəkməsini çıxart, mən də görüm burdan nə tapıram, bir tonqal qalıyax, çörək yeyək. Deyir, mən keçinin birini yardım. Ciyarını, böyrəyini çıxartdım, suya çəkdim, doğradım. Bu da gördüm həmərsinnən şiş qayırıf gətirdi. Ardışdan-zaddan yığıf tonqalı basdıx, ciyarı çəkdik, yedik, işdik. Dedi ki, keçinin biri sənin, biri mənim. Dedim ki, qardaş, ikisini də sən atmısan. Dedi, nolar, atmışam. Biri sənin, biri mənim. Deyir, keçini soydux, ətini yığdığ atımızın tərkinə. Dedim, ə, bə mən səni harda görüm, sən kimsən? Çıxartdı məni qayanın üsdünə. Dedi, Toraxay çayının üsdündə iki dənə uzun çadır var ha, bax, o

425

Page 426: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

mənimdi. Gəlif orda deyərsən ki, filankəsi axtarıram. Deyir, dedim ki, ova havax gələssən? Dedi ki, filan vaxdı gələjəm.

Nəysə, iki-üş dəfə belə ovlandıx. Bir gün dedim ki, gedəjəm olara. Pay-pülüş də götürdüm, gəldim. Gəldim gördüm qapıda bir gözəl qız hərrənir. – “Salaməlöyküm bajı”. – “Əlöykümsalam”. – “Filankəsin öyü buradı?” Deyir, hə, buradı. Mən onu görə bilərəm? Deyir ki, görərsən, düş. Düşdüm. Atı bağladı, dedi, gir içəri. Girdim içəri. Qabağıma çay gəldi. Dedim, filankəs gəlmədi axı. Dedi, gələr. Çörək gəldi. – “A bajı, filankəs gəlmədi axı”. Dedi, gələr. Çörəyi yeyənnən sora dedim, gəlmədi? Dedi, gəlifdi, anki öydədi, bu saat gələr, əynini dəyişir. Onda gördüm qapı açıldı. Həmən paltarda girdi içəri. Deyir, belə baxdım, dedim yəqin bular bajı-qardaşdılar. Dedim, a qardaş, bə mən səni burda gözdüyürəm. Dedi, nə qardaş, elə o qız mənəm. Gəncə bəylərinnən birinin qızı oluf. Anası ölüf, atası bunu ərkəsöyün böyüdüf. Oğlan paltarı geyinir, at minir, güllə atır.

Nəysə, deyir, əhd-peyman eliyillər bular. Arabir gəlirdi ova, ov adıynan dağda görüşürük, deyir. Bir günnəri anası başa düşür ki, qız harasa gedir. Bir günnəri bu dura ki, getməyə, deyər ki, qonağ olajax, getmə. Atasına deyir ki, sənin bu qızın hara gedir, niyə onnan maraxlanmırsan? Deyir, aaz, qayıt soyun, qonağ olajax, çay verərsən. Bu axı getməlidi, söz verib. O qədər bunun halı qarışar ki, su doldurmamış sımavara köz salar, sımavar yanar. – “Ə, mənim cehizim idi, sənin ağlın hardadı?” Atası da ajıxlanar, buna bir şillə vurar. Qız keçər anki öyə, beşatılanı diriyər boğazına, atar. Cəlil deyir, gözlədim, gözlədim, qız gəlmədi. Baxdım ki, Toraxay çayın üstündə çadır üşdü, biri çox yekədi. Damağım saşdı. Dedim, yağın valideyininə-zada nəsə oluf. Atı minif gəlir. Deyir, gördüm millət burdadı. Bir uşaxdan soruşur ki, a bala, bu nədir? Deyir, filankəs özünü atıf. Deyir, qayıdıf çıxdım o dağın başına. Yazır ki:

Gəzdiyim yerləri könlüm isdiyər,Gedəm o yerləri gəzəm doyunca. Kəpəzdən addıyam Muroy qoluna,Qıfçığın başına çıxam doyunca.

426

Page 427: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Zər atmadım öz baxdım nərdinə,Kim nə bilir mən yetimin dərdi nə.Göz gəzdirəm o ceyranın yurduna,Canımı oddara yaxam doyunca.

Tapam minəm cavannığın atını,Dəsdəliyəm quzuqulağ otunu.Əlik ciyərini, keçi ətini,Həmərsin şişinə taxam doyunca.

Cəliləm, söykənəm dağlar yalına,Qulax verəm qartalların qıyına,Gedəm düşəm Toraxayın çayınaQarışam sellərə, axam doyunca.

427

Page 428: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT

Abbasov Xalıqverdi İmaməli oğlu, Bərdə şəhəri, 1928-ci il, orta-ixtisas təhsilli, uzun müddət mühasib işləyib. Göyçə mahalının Basarkeçər rayonunun Yuxarı Zağalı kəndindən 1949-cu ildə deportasiya olunub. Söylədiyi mətnlər: “Bəxtsiz adam”; “Xəstə Qasım” (II mətn); “Aşıq Ələsgər Dəli Alının toy məclisində”; “Aşıq Ələsgər Boyəhmədlidə”. Toplayan: İ.Rüstəmzadə

Abbasov Qulam Valeh oğlu, Füzuli rayonu, Böyük Bəhmənli kəndi, 1961-ci il, ali təhsilli müəllim. Söylədiyi mətnlər: “Bəhmənli” (I mətn); “Qızılbaş yeri”; “Həlim gölü”. Lətifə: “Qasan kurit, Qusan kurit”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Abdullayev Əbülfət Rüstəm oğlu, Bərdə rayonu, Bala Göyüş-lü kəndi, 1938-ci il, orta təhsilli. Söylədiyi mətnlər: “Boyəhmədli” (IX-XI mətnlər). Lətifə: “Bəhlul Danəndə” (III mətn). Toplayan: İ.Rüstəmzadə

Abdullayev Tanrıverdi Əhməd oğlu, Bərdə rayonu, Nifçi kəndi, 1940-cı il, orta təhsilli, mexanizator işləyib. Söylədiyi mətnlər: “Sarıtel Aslan” (III-VI mətnlər). Toplayan: İ.Rüstəmzadə

Abdullayeva Nuranə Umudvar qızı, Füzuli rayonu, Qərbənd kəndi. Söylədiyi mətn: “İki nökər”. Toplayan: M.Abbasova

Adıgözəlov Aşur, Zəngilan rayonu, Razdərə kəndi, 1947-ci il, təhsilli, xanəndə. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Allah hər kəsin ruzusunu verir”; “Qaraçuxa” (I mətn); “Var-dövlətinin azaldılmasını istəyən adam”; “Allahla şərikə girən adam”; “Səxavətli Hatəm” (II mətn). Nağıllar: “Əzrayılın xəbərdarlığı; “Əcəldən qaçmaq olmaz” (II mətn); “Tülkünün qurbanı”. Lətifələr: “Bəhlul Danəndə” (V mətn); “Mələməyimi eşidərsən”; “İkisindən biri məhv olacaq”. Toplayanlar: F.Qasımova, G.Canməmmədova

428

Page 429: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Ağalarov Elman Salman oğlu, Şuşa rayonu, Zarıslı kəndi, 1935-ci il, təhsilsiz. Biləcəridə məskunlaşıb. Söylədiyi mətnlər: “Qızıl qaya”; “Qaçaq Səfər”; “Çobanın dütdəyi”; “Qonaqçı və baqqal”; “Dolu duası”. Nağıllar: “Belə də qalmaz”; “Peyğəmbərin Allaha iltiması”; “Adama gərək Allah verə”; “Oğul dağı, quyruq yarası”; “Bizimki bacadan töküləcək”; “Şah və dəmirçi”; “Qız südü, qısraq südü”. Lətifələr: “Bəhlul Danəndə” (I mətn); “Üüüç gün”; “Maral əhvalatı”; “Xan və xanəndə”. Toplayan: S.Bağdadova

Ağamirzəyeva Bənövşə, Ağdam rayonu, Xıdırlı kəndi, 68 yaş, Bakı şəhəri, Əhmədli qəsəbəsində məskunlaşıb. Söylədiyi mətn: “Döyülən axmaq”; “Səbətə salınmış tülkü”; “Gəzəyən arvad”. Toplayan: M.Abbasova

Ağayeva Nazilə Nüsrət qızı, Ağdam şəhəri, Vaqif küçəsi, 58 yaş, Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Cinlər haqqında” (II mətn); “İlanlı pir”; “Deşikli ağac”. Etnoqrafik mətn: “Çilə kəsmə” (II mətn); “Həmzad kəsmə”. Lətifələr: “Abdal Qasım” (VIII-X mətnlər). Bayatılar: 44-70. Toplayan: N.Əbilova

Alıyev Hafis Salman oğlu, Bərdə rayonu, Mustafaağalı kəndi, 1961-ci il, ali təhsilli, sovet sədri işləyib. Söylədiyi mətnlər: “Boyəhmədli” (I-IV mətnlər). Toplayan: İ.Rüstəmzadə

Atakişiyev Allahqulu İslam oğlu, Füzuli rayonu, Alıxanlı kən-di, 1926-cı il, ibtidai sinif müəllimi. Söylədiyi mətnlər: “Alıxanlı”; “Həllac Şah Abbas”; “Əşəddi oğru”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Babayeva Məryəm Muxtar qızı, Füzuli rayonu, Böyük Pir-əhmədli kəndi, 1933-cü il. Biləcəridə məskunlaşıb. Söylədiyi mətn: “Xərcsiz gəlin”. Toplayan: S.Bağdadova

Bayramova Narış İsa qızı, Ağcabədi rayonu, Afşar kəndi, 1945-ci il, dördillik təhsil, sınıqçı. Söylədiyi mətnlər: “Beyləqan və Biləsuvar haqqında”; “Cəfər ağa”. Toplayan: İ.Rüstəmzadə

429

Page 430: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Behbudov Zakir Şəmil oğlu, Bərdə rayonu, Yeni Əyricə kəndi, 1939-cu il, orta təhsilli. Söylədiyi mətnlər: “Kərim bəy” (I-II mətnlər); “Sarıtel Aslan” (IX mətn). Toplayan: İ.Rüstəmzadə

Bəylərov Bərşad Allahverdi oğlu, Bərdə rayonu, Bəcirəvan kəndi, 1957-ci il, orta təhsilli. Söylədiyi mətnlər: “Təhlə” (III, VII, VIII mətnlər); “Bəcirəvan”; “Xan ərəb”; “Qaçaq Camal” (II mətn); “Toy adətləri”(II mətn); “Çobanlar haqqında”; “İtiyini axtarmamaq fərsizlikdir”. Nağıl: “Bizim nəsildə day basan olmayıb”. Toplayan: İ.Rüstəmzadə

Cəfərov Tapdıq Süleyman oğlu, Bərdə rayonu, Nazırlı kəndi, 1924-cü il, orta təhsilli. Söylədiyi mətnlər: “Yaranal Mədədov” (I mətn); “Qaraatılan yer”; “Hacı Avas” (I-II mətnlər); “Savalan bəy”; “İsfəndiyar xozeyn”. Lətifə: “Bic Paşa”. Toplayan: İ.Rüstəmzadə

Əhmədova Tehran, Zəngilan rayonu, Mincivan qəsəbəsi, 1934-cü il, təhsilsiz. Söylədiyi mətnlər: “İtə dönən insanlar”; “İki aşıq və hazırcavab gəlin”; “Əsil-nəcabət nəsilnəndir”; “Meşəbəyi və ağıllı arvad”. Nağıllar: “Xəmir xalanın nağılı”; “Varlı və kasıb qonşu”; “Şahın qiyməti”; “Cavan qalmağın sirri”; “At, arvad və qonşu”; “Uşaq doğan Molla Məmməd”; “Sözgəzdirən arvad”; “Hədiynən Mədi”. Lətifə: “Üstümə ikisi də gəldi”; “Keçiləri kim ötürəcək?”; “Dəyişik düşmüş adam”. Tapmacalar: 26-27. Toplayan: M.Abbasova

Əkbərov Nadir Camal oğlu, Bərdə rayonu, 1951-ci il, ali təhsilli. Söylədiyi mətn: “Oğlanbaba” (II mətn). Toplayan: İ.Rüstəmzadə

Ələkbərova Alagöz Şahverən qızı, Ağdam rayonu, 62 yaş, təhsilsiz. Bakı şəhəri, Əhmədli qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Yonca niyə bərəkətlidir?”; “Can övladdan şirindir”. Topla-yan: M.Abbasova

Əliyev Əhliman Şirin oğlu, Füzuli rayonu, Yuxarı Kürdmah-mudlu kəndi, 1931-ci il, orta təhsilli, montyor işləyib. Söylədiyi

430

Page 431: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

mətnlər: “Şirvan şah”; “Süleyman peyğəmbər və bayquş”. Topla-yanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Əliyev Novruz Məti oğlu, Füzuli rayonu, Bala Bəhmənli kəndi, 1951-ci il, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: “Bəhmənli” (II-V mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Əliyev Şahmal Zülfüqar oğlu, Ağdam rayonu, Poladlı kəndi, 1926-cı il. Binəqədi rayonunda Slavyan Universitetinin 1 saylı yataq-xanasında məskunlaşıb. Söylədiyi mətn: “Naşükür insan”. Toplayan: N.Əbilova

Əzizov Əli Əbdürrəhim oğlu, Füzuli rayonu, Böyük Bəhmənli kəndi, 1932-ci il, təhsilsiz, vaxtilə kalxozda çalışıb. Söylədiyi mətn-lər: “Şah Abbas və vəziri”. Nağıllar: “Süleyman və qara qul”; “Süleyman və qoca dünya”; “İsgəndərin buynuzu var”; “Odun-çunun nağılı”; “Arvadın eləsi də var, beləsi də”. Lətifə: “Hüzrü əz günah”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Fərzalıyev Turabxan Hüseynxan oğlu, Füzuli rayonu, Əhməd-allar kəndi, 1935-ci il, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: “Xanalı” (I-II mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Hacıyev Məhəmməd Fərrux oğlu, Bərdə rayonu, Xanağalı kən-di, 1931-ci il, ali təhsilli müəllim. Söylədiyi mətnlər: “Hacı Baxış” (I-II mətn); “Məhəmməd Əfəndi”. Toplayan: İ.Rüstəmzadə

Hacıyev Heydər Allahverdi oğlu, Füzuli rayonu, Yağlıvənd kəndi, 1939-cu il, ali təhsilli bioloq. Söylədiyi mətnlər: “Yağlıvənd” (I-XI mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Hacıyev Nəcəfqulu Almurad oğlu, Füzuli rayonu, Kərimbəyli kəndi, 1923-cü il, orta-ixtisas təhsilli, zootexnik işləyib. Söylədiyi mətnlər: “Cinlər haqqında” (I mətn), “Şeytan haqqında” (I mətn); “Kərimbəyli” (I-IV mətnlər). Nağıllar: “Əcəldən qaçmaq olmaz” (I mətn); “Dünyanı necə tutsan elə də gedər”; “Şah Abbas və üç cavan”;

431

Page 432: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

“Elmin başı səbrdir”; “Yuxuyozan”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Hacıyev Rafil Əli oğlu, Bərdə rayonu, Qılınclı kəndi, 1967-ci il, ali təhsilli mühəndis. Söylədiyi mətnlər: “Oğlanbaba” (I mətn); “Yaranal Mədədov” (II mətn). Toplayan: İ.Rüstəmzadə

Hacıyeva Şövkət Qüdrət qızı, Füzuli rayonu, Yuxarı Seyidəh-mədli kəndi, 1942-ci il. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Şeyid Əşrəf ağa” (I-III mətnlər); “Seyid Həzim ağa və İbrahim xan”. Toplayan: M.Abbasova

Həsənova Gülzər İbad qızı, Füzuli rayonu, 1948-ci il, orta təh-silli. Füzuli rayonunun Qayıdış qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 1-15. Toplayan: M.Abbasova

Həsənova Qəmər Umud qızı, Füzuli rayonu, Molla Vəli kəndi, 1927-ci il, orta təhsilli. Söylədiyi mətn: “Mirzəli nəsli”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Həsənova Şəkər Bağır qızı, Füzuli rayonu, Qorqan kəndi, 1952-ci il, orta təhsilli, ağıçı. Söylədiyi mətnlər: Üç qardaş və yeznə. Nağıllar: “Dəmirçinin nağılı”; “Etibarsız qardaş”. Bayatılar: 214-250. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Hümbətov Yaqub Əhməd oğlu, Bərdə rayonu, Alpoud kəndi, 1927-ci il, orta təhsilli. Söylədiyi mətn: “Alpoud”. Toplayan: İ.Rüs-təmzadə

Hüseynova Nəcibə Qasım qızı, Bərdə rayonu, Kətəlparaq kəndi, 1940-cı il, orta təhsilli. 1949-cu ildə Ermənistanın Keçmiş Urxanlı rayonunun Şöllü kəndindən deportasiya olunub. Söylədiyi mətnlər: “Cinlər haqqında” (III mətn); “Çobanın səy arvadı”. Topla-yan: İ.Rüstəmzadə

432

Page 433: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Hüseynova Nəzakət Atalı qızı, Füzuli rayonu, Aşağı Seyid Əhmədli kəndi, 1958-ci il, təhsilsiz. Füzuli rayonu, Zobucuq qəsəbə-sində məskunlaşıb. Söylədiyi bayatılar: 16-21. Toplayan: M.Abbasova

Xudaverdiyev Balakişi Bədəl oğlu, Füzuli rayonu, Arayatlı kəndi, 1929-cu il, təhsilsiz, şofer işləyib. Söylədiyi mətnlər: “Şah Abbas və Kəlniyyət” (I-II mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

İbrahimova Tutu Novruz qızı, Zəngilan rayonu, Bartaz kəndi, 1956-cı il, orta təhsilli. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Bəhlulun qəribə hərəkətləri”; “Salamı kimə verdi?” Lətifələr: “Sizi yandıran balnan qayğanaqdır”; “Qırx qarğa”; “Mollanın yalanı”; “Diri-diri cənnətə girmək istəyir”; “Xan və nökər”; “Əlac yoxdu, xaroşiy”; “Kəndə tabaqsındıran gəlib”. Bayatılar: 271-293. Toplayan: M.Abbasova

İmanova Qızbəs Kərim qızı, Füzuli rayonu, Horadiz kəndi, 1958-ci il, təhsilsiz. Füzuli rayonunun Qayıdış qəsəbəsində məs-kunlaşıb. Söylədiyi mətnlər: “İmam Pəri”; “Min igidli Horadiz”; “Avdılrəhimin dərəsi”; “Kar daşı”; “Məhəmmədin nağılı”. Toplayan: M.Abbasova

Kərimova Emeliya Bəndalı qızı, Ağdam rayonu, 76 yaş, təh-silsiz. Söylədiyi mətnlər: “Əfətlili ötdü, əyilmədi götdü”; “Ruh tutma”. Bayatılar: 24-30. Toplayan: N.Əbilova

Qarayeva Şəmsiyyə Hüseyn qızı, Ağdam rayonu, Muğanlı kəndi, 80 yaş, təhsilsiz. Söylədiyi mətnlər: “Həsənlə Hüseynin ölü-mü”; “Çilə kəsmə” (I mətn). Bayatılar: 91-105.Toplayan: M.Abbasova

Qəhrəmanova Fitat Qardaşxan qızı, Füzulu rayonu, Pirəhmədli kəndi, 1938-ci il, təhsilsiz. Biləcəri qəsəbəsində məskunlaşıb. Söylə-diyi tapmacalar: 6-15. Toplayan: S.Bağdadova

433

Page 434: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Quliyev Elman Bahadır oğlu, Ağdam rayonu, Abdal kəndi, 68 yaş, Bakı şəhəri, Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Həzrət Əli və Cənab Cəbrayıl”; “Abdal Qasım “(XI-XVIII). Toplayan: M.Abbasova

Quliyev İdil Kazım oğlu, Bərdə rayonu, Soğanverdilər kəndi, 1941-ci il, ali təhsilli. Söylədiyi mətnlər: “Təhlə” (I, II, IV, V, VI, IX mətnlər); “Sübhanverdi”; “Qaçaq Camal” (I mətn). Toplayan: İ.Rüs-təmzadə

Quliyev İlqam Şükür oğlu, Bərdə rayonu, Yeni Əyricə kəndi, 1939-cu il, orta təhsilli. Söylədiyi mətnlər: “Çörəyə ehtiram”; “Qaraçuxası yatmış adam”; “Kasıb qonşu”; “Yola nərdivan salaq”; “Bəhlul Danəndə” (IV mətn). Toplayan: İ.Rüstəmzadə

Quliyev Ramiz Şahmar oğlu, Şuşa rayonu, Kosalar kəndi, 1965-ci il. Söylədiyi mətn: “Can Həsən kəndi” (I mətn). Toplayan: S.Bağdadova

Quliyeva Tofiqə Əyyub qızı, 1952-ci il, Ağdam rayonu Abdal kəndi, Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Şeytan haqqında” (IV mətn); “Torpağın şirinliyi”; “Göyün yeddinci qatın-dakı mələk”; “Arının balı niyə şirindir?”; “Qərvənd ocağı” (I-IV mətnlər). Lətifələr: “Kor Şakir” (IV-VI mətnlər). Toplayan: M.Abbasova

Quliyeva Hamar Abdulhüseyn qızı, Şuşa rayonu, Kosalar kəndi, 1918-ci il, təhsilsiz. Gəncə şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Can Həsən kəndi” (II mətn); “Gərdəkbaşı”. Tapmaca: 6-14. Toplayan: S.Bağdadova

“Maarif işçisi” qəzetindən götürülmüş folklor örnəkləri (1927-ci il, №5, №8): Bayatılar: 107-189. Toplayan Şirvan kənd müəllimi Məhəmməd Əlizadə. Transliterasiya edən Rza Xəlilov.

Mehriban Aslanqızı, 1930-cu il, Füzuli rayonu, Kənd Horadiz, təhsilsiz. Söylədiyi mətnlər: “Qaraçuxa” (II mətn). Bayatılar: 189-213. Toplayan: M.Abbasova

434

Page 435: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Məmmədov Xanış Xandəmir oğlu, Füzuli rayonu, Araz Dilağar-da kəndi, 1949-ci il, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: “Lotu Əmirqulu” (I-III mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Məmmədov Mirzəli Rəşid oğlu, Füzulu rayonu, Aşağı Kürd-mahmudlu kəndi, 1962-ci il, ali təhsilli. Söylədiyi mətnlər: “Kürd-mahmudlu” (I-II mətnlər); “Dünyanın səfası”; “Birini bilirsən, birini bilmirsən”; “Xalça burada neçəyə gedir?” Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Məmmədova Bahar Mötəbər qızı, 1970-ci il, Ağdam rayonu Boyəhmədli kəndi, orta təhsilli. Söylədiyi mətnlər: “Şeytan” (III mətn); “Hərənin dərdi özünə dəvə boydadı”. Nağıl: “Övladını Əzra-yıldan qaçıran ana”. Toplayan: M.Abbasova

Mirzalıyev Xanlar Ramazan oğlu, Bərdə rayonu, Çələbilər kəndi, 1927-ci il, təhsilsiz. Söylədiyi mətnlər: “Çələbilər”; “Sarıtel Aslan” (VII-VIII mətnlər). Toplayan: İ.Rüstəmzadə

Mirzalıyev Taleh Xaspolad oğlu, Ağdam rayonu, Abdal-Gülablı kəndi, 1953-cü il, ali təhsilli aqranom. Söylədiyi mətnlər: “Əli bulağı”; “Çıraq ocağı”; “Eşq-Abdal ziyaratgahı”; “Abdal-Gülablı”. Lətifələr: “Abdal Qasım” (I-VII mətnlər). Toplayan: İ.Rüstəmzadə

Muradov Əşrəf Bəhram oğlu, 1933-cü il, Bərdə rayonu, Böyük Göyüşlü kəndi, orta təhsilli mexanik. Söylədiyi mətnlər: “Böyəh-mədli” (V-VIII mətnlər); “Adıgözəl bəy”. Lətifə: “Bəhlul Danəndə” (II mətn). Toplayan: İ.Rüstəmzadə

Mustafayev Məhəmmədəli Abdulkərim oğlu, Bərdə rayonu, Əyricə kəndi, 1934-cü il, təhsilsiz. Söylədiyi mətn: “Kərim bəy” (IV mətn). Toplayan: İ.Rüstəmzadə

435

Page 436: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Nəzərova Diləfruz Zülfüqar qızı, Füzuli rayonu, Qazaxlar kəndi, 1936-cı il, orta təhsilli. Söylədiyi mətnlər: “Düyünün başı niyə dişləkdir?”; “İlan niyə insanın gözünü yeyir?”; “Süleyman peyğəmbər” (I-II mətnlər); “Allah çalışana əl tutur”. Nağıl: “Çirkin qızın bəxti”. Bayatılar: 250-265. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Nuriyeva Xavər İsmayıl qızı, 1937-ci il, Ağdam rayonu, Abdal-Gülablı kəndi, təhsilsiz. Söylədiyi mətnlər: “Qərvənd ocağı” (I mətn); “Çilə kəsmə” (III mətn); “Qorxuluq götürmək”. Lətifələr: “Kor Şakir” (I-III mətnlər). Bayatılar: 33-43. Toplayan: N.Əbilova

Ramazanov Əlikram Nəzər oğlu, Bərdə rayonu, Qaradəmirçi kəndi, 1953-cü il, orta-ixtisas təhsilli, müəllim. Söylədiyi mətnlər: “Abdal Qasım” (XXI-XXII mətnlər); “Damda qalanınızı kim düşür-dəcək?”; “Motal məni boşlamır”; “Mən çınqıllığa düşdüm, sən irəli hoppan”. Toplayan: İ.Rüstəmzadə

Rəhimov Xasay Hüseyn oğlu, Bərdə rayonu, Əyricə kəndi. 1930-cu il, təhsilsiz, vaxtilə suçu işləyib. Söylədiyi mətnlər: “Əyricə” (II-III mətnlər); “Bərdə haqqında”; “Kərim bəy” (III mətn). Toplayan: İ.Rüstəmzadə

Rəfiyev Ədalət Hidayət oğlu, Bərdə rayonu, Göyüşlü kəndi, 1952-ci il, ali təhsilli müəllim. Söylədiyi mətnlər: “Boyəhmədli” (XII-XVI mətnlər); “Sarıtel Aslan” (X mətn). Etnoqrafik mətnlər: “Toy adətləri” (I mətn); “Qoyunçuluqla bağlı mətnlər”; “Kişi kişinin itinə daş atmaz”; “Yol körəməzi”; “Eydirmə süd”; “Alaçığın hazırlanması”; “Çomağın hazırlanması”; “Dəyirman haqqında”. Lətifələr: “Məlığa düdüh verirəm”; “Dədənin ehsanı olsun”; Aşıq-lar, el şairləri: “Topal Cəlil”. Toplayan: İ.Rüstəmzadə

Rüstəmov Bəhram Aslan oğlu, Bərdə rayonu, Otuzikilər kəndi, 1932-ci il, yeddi illik təhsil. Balaban ustası olub. Söylədiyi mətnlər: “Saz necə yaranıb?”; “Qurbanəli xozeyn” (I-II mətnlər); “Sarıtel Aslan” (I-II mətnlər). Nağıllar: “Axmaq arvad”; “Padşah

436

Page 437: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

və kasıb qonşu”; “Səndən kişi çıxmaz”. Aşıqlar, el şairləri: “Xəstə Qasım” (I mətn). Toplayan: İ.Rüstəmzadə

Səfərliyev Bayram Səfərəli olu, Füzuli rayonu, Araz Zərgər kəndi, 1938-ci il, orta-ixtisas təhsilli, şofer işləyib. Söylədiyi mətn: “Yolçuynan kəndli”. Toplayan: İ.Rüstəmzadə

Səfərov Xosrov Məhəmməd oğlu, Ağdam rayonu, Qalayçılar kəndi, 1936-cı il, orta-ixtisas təhsilli. Bərdə rayonunda məskun-laşıb. Söylədiyi mətn: “Sözün qiyməti”. Toplayan: İ.Rüstəmzadə

Səfiyev Zakir İslam oğlu, Bərdə rayonu, Bəcirəvan kəndi, 1953-ci il, ali təhsilli. Söylədiyi mətnlər: “Abdal Qasım” (XX-XXI mətnlər). Toplayan: İ.Rüstəmzadə

Səmədov Səməd İbrahim oğlu, Bərdə rayonu, Lənbəran kəndi, 1935-ci il, orta ixtisas təhsilli, zootexnik işləyib. Söylədiyi mətnlər: “Elə-misən, eləyiblər”; “Şükür bəy” (I-VI mətnlər); “Hacı Qara”; “Pəhləvan Xəlil”. Etnoqrafik mətnlər: “Novruz adətləri”. Toplayan: İ.Rüstəmzadə

Səmədova Qəndab, Ağdam rayonu, Muğanlı kəndi, 1949-cu il, təhsilsiz. Söylədiyi mətnlər: “Peyğəmbər və varlı kişi”; “Allah özünə layiq olanı aparır”. Nağıl: “İbadət yaxşıdı, yoxsa səxavət” (II mətn). Toplayan: M.Abbasova

Şərifov Sahib İmaş oğlu, Füzuli rayonu, Bala Bəhmənli kəndi, 1955-ci il, 8 illik təhsil, mollalıq edir. Söylədiyi mətnlər: “Musanın allahlığı”; “Həzrət Əli və cavan oğlan”. Nağıllar: “Allah xofu”; “İbadət yaxşıdı, yoxsa səxavət?” (I mətn); “Allaha pənah”; “Allah-dan dilək istəyən kişi”; “Evə gələn bəla”; “Yazıya pozu yoxdur”; “Tacir oğlu”. Mahnı: “Şəkinin, Şirvanın dağ maralıyam”. Topla-yanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Şirinov Əlif Polad oğlu, Füzuli rayonu, Qazaxlar kəndi, 1941-ci il, ali təhsilli, mollalıq edir. Söylədiyi mətnlər: “Şeytan haqqında”

437

Page 438: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

(II mətn); “İbrahimxəlil peyğəmbər”; “Səxavətli Hatəm” (I mət); “Lələ haqqında” (I-II mətnlər). Nağıl: “Loğman”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Zülfüqarova Şövkət Muxtar qızı, Fizuli rayonu, Hoha kəndi, 71 yaş, evdar qadın. Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 84-90. Toplayan: N.Əbilova

Hacıyev Nəcəfqulu Almurad oğlu, Füzuli rayonu, Kərimbəyli kəndi

438

Page 439: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şərifov Sabir İmaş oğlu, Füzuli rayonu, Bala Bəhmənli kəndi

Atakişiyev Allahqulu İslam oğlu, Füzuli rayonu, Alıxanlı kəndi

439

Page 440: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bayramova Narış İsa qızı, Ağcabədi rayonu, Afşar kəndi. Söylədiyi mətnlərin böyük əksəriyyəti toplunun II cildində çap olunub.

440

Page 441: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Bayramov Musa Şükür oğlu, Bərdə rayonu, Seyid Yusifli kəndi. Söylədiyi mətnlər top-lunun II cildində çap olunub.

Mirzalıyev Taleh Xaspolad oğlu, Ağdam rayonu, Abdal-Gülablı kəndi.

441

Page 442: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki qədim qəbirstan-lığın qalıqları

442

Page 443: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qəbir daşları, Füzuli rayonu, Böyük Bəhmənli kəndi

Qoç qəbri, Füzuli rayonu, Arqalı qəbirstanlığı

443

Page 444: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şeyx Yaqub Babavi türbəsi, Füzuli rayonu, Babı kəndi, XIII-XIV əsrlər

444

Page 445: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şeyx Yaqub Babavi türbə-kompleksinin görünüşü

Şeyx Yaqub Babavi türbə-sinin qoşa minarələrindən yalnız biri günümüzə gəlib çatıb.

445

Page 446: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şeyx Yaqub Babavi türbə-kompleksinin görünüşü

Arqalı türbəsi, Füzuli rayonu, Əhmədallar kəndi, XIII-XIV əsrlər

446

Page 447: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Lələ qəbri, Füzuli rayonu, Əhmədallar kəndi, Arqalı qəbirstanlığı

Lələ təpəsi, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndinin üst tərəfi

447

Page 448: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Hacı Mirzəhüseyn bəyin məqbərəsi, Füzuli rayonu, Alıxanlı kəndi, 1913-cü il

Türbə, Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi

448

Page 449: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

BAŞLIQLAR

TƏRTİBÇİDƏN.........................................................................3MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ, RƏVAYƏT VƏ XATİRƏLƏR

Cinlər haqqında..........................................................................11Saz necə yaranıb?......................................................................12Şeytan haqqında.........................................................................12Qaraçuxa....................................................................................14İtə dönən insanlar.......................................................................16Allah hər kəsin ruzusunu verir...................................................16Yonca niyə bərəkətlidir?............................................................17Düyünün başı niyə dişləkdir?....................................................17İlan niyə insanın gözünü yeyir?.................................................17

Peyğəmbərlər, dini şəxsiyyətlər, pirlər və ocaqlar haqqındaTorpağın şirinliyi.......................................................................18Süleyman peyğəmbər................................................................18Musanın allahlığı.......................................................................19İbrahimxəlil peyğəmbər.............................................................20Peyğəmbər və varlı kişi.............................................................21Həsənlə Hüseynin ölümü...........................................................21Göyün yeddinci qatındakı mələk...............................................22Həzrət Əli və Cənab Cəbrayıl....................................................23Həzrət Əli və cavan oğlan.........................................................24Arının balı niyə şirindir?............................................................25Səxavətli Hatəm.........................................................................25Lələ haqqında............................................................................27Əli bulağı...................................................................................29Çıraq ocağı.................................................................................30Eşq-abdal ziyarətgahı................................................................30Qərvənd ocağı............................................................................31İlanlı pir.....................................................................................34Deşikli ağac...............................................................................34Seyid Əşrəf ağa..........................................................................35

449

Page 450: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Seyid Həzim ağa və İbrahim xan...............................................38İmam Pəri..................................................................................39

Tayfa, nəsil və yer adları haqqında rəvayətlərBoyəhmədli................................................................................39Təhlə..........................................................................................58Lənbəran....................................................................................64Alpoud.......................................................................................64Çələbilər.....................................................................................65Əyricə........................................................................................66Oğlanbaba..................................................................................67Yaranal Mədətov.......................................................................69Qaraatılan yer............................................................................69Bərdə haqqında..........................................................................70Bəcirəvan...................................................................................70Xanərəb......................................................................................70Sübhanverdi...............................................................................70Bəhmənli....................................................................................71Yağlıvənd...................................................................................75Kərimbəyli.................................................................................80Alıxanlı......................................................................................83Kürdmahmudlu..........................................................................84Mirzəli nəsli...............................................................................86Qızılbaş yeri...............................................................................86Həlim gölü.................................................................................87Min igidli Horadiz.....................................................................87Avdılrəhimin dərəsi...................................................................87Kar daşı......................................................................................88Abdal-Gülablı............................................................................88Qızıl qaya...................................................................................89Beyləqan və Biləsuvar haqqında...............................................90

Tarixi şəxsiyyətlər, qaçaqlar, tanınmış insanlar və pəhləvanlar haqqında rəvayətlər

Eləmisən, eləyiblər....................................................................91Şah Abbas və vəziri...................................................................91Dünyanın səfası.........................................................................92

450

Page 451: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Şükür bəy...................................................................................92Kərim bəy..................................................................................95Adıgözəl bəy..............................................................................97Hacı Avas..................................................................................100Savalan bəy................................................................................102İsfəndiyar xozeyn......................................................................102Qurbanəli xozeyn.......................................................................103Hacı Baxış..................................................................................105Məhəmməd əfəndi.....................................................................107Sarıtel Aslan..............................................................................108Qaçaq Camal..............................................................................113Xanalı.........................................................................................115Qaçaq Səfər................................................................................116Can Həsən kəndi........................................................................117Hacı Qara...................................................................................118Cəfər ağa....................................................................................119Şirvan şah..................................................................................119Pəhləvan Xəlil............................................................................120

Müxtəlif mövzulu rəvayətlərCan övladdan şirindir.................................................................120Allah özünə layiq olanı aparır...................................................120Hərənin dərdi özünə dəvə boydadır...........................................121Naşükür insan............................................................................122Allah çalışana əl tutur................................................................122Yolçuynan kəndli.......................................................................123Var-dövlətinin azaldılmasını istəyən adam...............................124Allahla şərikə girən adam..........................................................125Üç qardaş və yeznə....................................................................126Birini bilirsən, birini bilmirsən..................................................126İki aşıq və hazırcavab gəlin.......................................................127Əsil-nəcabət nəsilnəndir............................................................128Meşəbəyi və ağıllı arvad............................................................128Əfətli ötdü, əyilmədi, götdü.......................................................129Çobanın dütdəyi.........................................................................129Qonaqçı və baqqal.....................................................................131

451

Page 452: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

ETNOQRAFİK MƏTNLƏRNovruz adətləri..........................................................................133Toy adətləri................................................................................133Çilə kəsmə.................................................................................136Həmzad kəsmə...........................................................................138Ruh tutma.................................................................................139Qorxuluq götürmək....................................................................139Övlatda nəvə, dövlətdə dəvə......................................................139At haqqında................................................................................141Qoyunçuluqla bağlı mətnlər......................................................141Kişi kişinin itinə daş atmaz........................................................147Çobanlar haqqında.....................................................................151İtiyini axtarmamaq fərsizlikdir..................................................151Yol körəməzi.............................................................................152Eydirmə süt................................................................................153Alaçığın hazırlanması................................................................154Çomağın hazırlanması...............................................................155Dəyirman haqqında....................................................................156Dolu duası..................................................................................157

İNAMLAR.......................................................................................158NAĞILLAR

Məhəmmədin nağılı...................................................................161Sehrli üzük.................................................................................168Allah xofu..................................................................................170İbadət yaxşıdı, yoxsa səxavət?...................................................173Allaha pənah..............................................................................178Allahdan dilək istəyən kişi........................................................179Evə gələn bəla............................................................................180Yazıya pozu yoxdur...................................................................181Əcəldən qaçmaq olmaz..............................................................183Övladını Əzrayıldan qaçıran ana...............................................184Əzrayılın xəbərdarlığı................................................................185Tacir oğlu...................................................................................186Süleyman peyğəmbər və bayquş...............................................188Süleyman və qara qul................................................................191

452

Page 453: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Süleyman və qoca dünya...........................................................193İsgəndərin buynuzu var.............................................................194Odunçunun nağılı......................................................................195Arvadın eləsi də var, beləsi də...................................................197Həllac Şah Abbas.......................................................................198Dünyanı necə tutsan, elə də gedər.............................................202Şah Abbas və üç cavan..............................................................203Elmin başı səbrdir......................................................................204Yuxuyozan.................................................................................205Dəmirçinin nağılı.......................................................................206Etibarsız qardaş..........................................................................208Belə də qalmaz...........................................................................212Peyğəmbərin Allaha iltiması.....................................................214Adama gərək Allah verə ...........................................................216Oğul dağı, quyruq yarası...........................................................217Bizimki bacadan töküləcək........................................................218Şah və dəmirçi...........................................................................220Çörəyə ehtiram..........................................................................221Qaraçuxası yatmış adam............................................................222Kasıb qonşu...............................................................................223Yola nərdivan salaq...................................................................223Çirkin qızın bəxti.......................................................................224Qız südü, qısraq südü.................................................................225Loğman......................................................................................226Əşəddi oğru................................................................................227Xəmir xalanın nağılı..................................................................228Varlı və kasıb qonşu..................................................................229Şahın qiyməti.............................................................................231Cavan qalmağın sirri..................................................................232At, arvad və qonşu.....................................................................233Uşaq doğan Molla Məmməd.....................................................234Bəhlulun qəribə hərəkətləri.......................................................236Sözgəzdirən arvad......................................................................237Hədiynən Mədi..........................................................................238Axmaq arvad..............................................................................239

453

Page 454: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Padşah və kasıb qonşu...............................................................240Səndən kişi çıxmaz....................................................................242İki nökər.....................................................................................243Bəxtsiz adam..............................................................................244Döyülən axmaq..........................................................................246Çobanın səy arvadı....................................................................248Bizim nəsildə day basan olmayıb..............................................249Səbətə salınmış tülkü.................................................................250Salamı kimə verdi?....................................................................252Tülkünün qurbanı......................................................................252

LƏTİFƏLƏRHüzrü-əz günah..........................................................................254Bəhlul Danəndə.........................................................................254Şah Abbas və Kəlniyyət............................................................258Abdal Qasım..............................................................................259Kor Şakir....................................................................................275Damda qalanınızı kim düşürəcək?.............................................277Motal məni boşlamır..................................................................278Mən çınqıllığa düşdüm, sən irəli hoppan...................................278Erməni, müsəlman və gürcü......................................................279Üüüüç gün..................................................................................279Maral əhvalatı............................................................................280Xərcsiz gəlin..............................................................................280Gəzəyən arvad...........................................................................281Xan və xanəndə.........................................................................281Sizi yandıran balnan qayğanaqdı...............................................281Mələməyimi eşidərsən...............................................................282İkisi də üstünə gəldi...................................................................283Keçiləri kim ötürəcək?...............................................................283Dəyişik düşmüş adam................................................................284İkisindən biri məhv olacaq........................................................284Qırx qarğa..................................................................................285Mollanın yalanı..........................................................................286Diri-diri cənnətə girmək istəyir.................................................287Xan və nökər..............................................................................287

454

Page 455: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Əlac yoxdu, xaroşiy...................................................................288Kəndə tabaq sındıran gəlib........................................................288Məlığa düdüh verirəm...............................................................288Dədənin ehsanı olsun.................................................................289Qasan kurit, Qusan kurit............................................................289Xalça burada neçəyə gedir?.......................................................290Bic Paşa.....................................................................................291Lotu Əmirqulu...........................................................................291

ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR...............................................293BAYATILAR..................................................................................297LAYLALAR, OXŞAMALAR........................................................319TAPMACALAR.............................................................................320CIRNATMALAR...........................................................................323MAHNILAR

Şəkinin, Şirvanın dağ maralıyam...............................................324Boz at gəlir toza-toza.................................................................324

AŞIQLAR VƏ EL ŞAİRLƏRİ Valeh və Zərniyar......................................................................325Aşıq Valeh və ustadı Aşıq Səməd.............................................366Aşıq Fehruz ilə Aşıq Valehin deyişməsi...................................369Aşıq Mahmudla Aşıq Valehin deyişməsi..................................376Aşıq Valehin Kərbəla səfəri......................................................384Naxçıvanlı Aşıq Süleymanla Aşıq Valehin deyişməsi..............402Aşıq Valeh ilə Aşıq Musacanın deyişməsi................................409Aşıq Valeh ilə Bağdasər............................................................411Aşıq Valehin Şuşa səfəri............................................................412Qızla gəlinin bəhsi.....................................................................414Sözün qiyməti............................................................................416Xəstə Qasım...............................................................................417Aşıq Ələsgər Dəli Alının toy məclisində...................................419Aşıq Ələsgər Boyəhmədlidə......................................................421Topal Cəlil.................................................................................422

SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT.............................425

455

Page 456: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI …5... · Web viewAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASIFOLKLOR İNSTİTUTU_____ QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR V KİTAB (Bərdə,

Qarabağ: folklor da bir tarixdir, V kitab(Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilandan

toplanmış folklor örnəkləri).Bakı, “Zərdabi LTD” MMC, 2013.

Nəşriyyat redaktoru:Nigar Həsənova

Kompyuterdə yığan:Səfa Əliyeva

Korrektor:Elnarə Əmirli

Kompyuter tərtibçisi vətexniki redaktoru:

Ruhəngiz Əlihüseynova

Kağız formatı: 70/100 1/16Mətbəə kağızı: №1

Həcmi: 38 ç/vTirajı: 330

Kitab Azərbaycan MEA Folklor İnstitutununKompyuter Mərkəzində yığılmış, “Zərdabi LTD” MMC-də

ofset üsulu ilə çap olunmuşdur.

456