21
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti İxtisas : Kommersiya Fakültə : Kommersiya Kurs: II Qrup: Müəllim : ... Tələbə: ... Fənn: “Kommersiya Fəaliyyətinin Əsasları” Kurs işi Mövzu : “Kommersiya sirrinin formaları və onların qorunması istiqamətləri” 1

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

İxtisas : KommersiyaFakültə : KommersiyaKurs: IIQrup: Müəllim : ...Tələbə: ...Fənn: “Kommersiya Fəaliyyətinin Əsasları”

Kurs işi

Mövzu : “Kommersiya sirrinin formaları və

onların qorunması istiqamətləri”

1

Page 2: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

Bakı - 2014

Mündəricat:

Giriş.................................................................................................................. 2

1.Kommersiya məlumatı nə vaxt kommersiya sirri hesab olunur (beynəlxalq və

yerli təcrübədə) ................................................................................................. 3

2.Kommersiya sirrinin qorunması tədbirləri..................................................... 53.Azərbaycan Respublikasında kommersiya sirrinin qorunması tədbirləri və

mövcud problemlər........................................................................................... 16Nəticə................................................................................................................ 20

İstifadə edilmiş ədəbiyyat siyahısı.................................................................... 20

Giriş

Biznes uğurlu inkişaf etdikdə və çoxlu mənfəət gətirdikdə, bəzi adamlar, o

cümlədən təşkilatın işçiləri uğuru təkrarlamaq və ondan mənfəət əldə etmək

istəyirlər.

Hər hansı kommersiya yaradıcılığında belə halların baş verməməsi üçün -

kommersiya sirri yaradılır. Kommersiya sirri sahibkara öz yerini qorumağı

və mal bazarında borcunu, iş və xidmətini, eləcə də gözlənilməz xərclərin

qarşısını almağa imkan verir.

Kommersiyanın tərkibinə istifadə olunan texologiya, məhsulun hazırlanması,

keyfiyyətə nəzarət üsulları və s. haqqında informasiya daxil olur. İndi

uğurlu informasiyaların yüksək qiymətləndirildiyi zamanda onlar oğurlana

bilər və sübut oluna bilər ki, bu ideyalar qeyri - mümkündür. Biznesi

kopiyalamaq və mənfəət əldə etmək arzusu vicdansız sahibkarların xüsusi

dedektiv və hətta rəqabət şirkətlərinin əməkdaşlarını üstələməyə cəhd

2

Page 3: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

etməyə gətirib çıxarır. Amma informasiya sızması tək təşkilatın daxilində

deyil, bəzi təşkilatların məsələn, vergi xidməti tərəfindən də olur.

Hər bir sahibkar öz müəssisəninin gəlilərinə görə vergi ödəyir və bu

məlumat cinayətkar qurumları tərəfindən istifadə oluna bilər.

Ona görə də kommersiya sirrinin etibarlı olması təkcə biznesin uğurundan

deyil, həm də sahibkarın və ailə üzvlərinin təhlükəsizliyindən də asılıdır.

Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və

həm də onu təmin edən şəxsə məsuliyyətlə yanaşmalıdırlar.

1. Kommersiya məlumatı nə vaxt kommersiya sirri hesab

olunur (beynəlxalq və yerli təcrübədə)

Kommersiya məlumatı dedikdə, müxtəlif əmtəə və xidmətlər bazarında yaranmış

şərait haqqında xəbərlər başa düşülür.

Kommersiya məlumatı ticarət firmalarına öz fəaliyyətlərini təhlil etməyə,

planlaşdırmağa və onun nəticələri üzərində nəzarətin həyata keçirilməsinə imkan

verir.

Kommersiya informasiyasının mənbəyi kimi, konkret əmtəələr üzrə marketinq

tədqiqatları göstərilə bilər. Lakin tədqiqatların keçirilməsinə, məlumatların

toplanmasına və təhlilin aparılmasına pul vəsaiti qoyulmazdan əvvəl, xərclərin

və mümkün nəticələrin əhəmiyyətliliyinin müqayisəli qiymətləndirilməsini

aparmaq zəruridir. Əgər kommersiya məlumatının istifadə olunmasından gələn

mənfəət artımı onun əldə olunmasına çəkilən xərclər artımını, üstələyərsə onda

marketinq tədqiqatının aparılması məqsədəuyğun hesab olunur. Kommersiya

informasiyasının mühüm mənbəyi kimi, ticarət firmasının daxili materiallarını

3

Page 4: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

və sənədlərini də hesab etmək olar, xüsusən də mal dövriyyəsinin həcmi, satış

xərcləri, əmtəə ehtiyatları, mənfəət, reklam xərcləri və digər məlumatları.

Kommersiya informasiyasının mənbələrərindən biri kimi, xarici statistika

məlumatlarını və kütləvi informasiya vasitələrində bazarın vəziyyəti haqqında

dərc olunan xəbərləri hesab etmək olar.

Son vaxtlarda “təmiz informasiya istehsalını və satışını” özlərinin əsas

fəaliyyət növünə çevirmiş müxtəlif firmalardan informasiya alınması çox

geniş yayılmağa başlamışdır.

Kommersiya sirri anlayışı kommersiya nöqteyi - nəzərindən bilərəkdən gizli

saxlanan iqtisadi maraqlardan və firmanın istehsal-təsərrüfat, idarəetmə, elmi-

texniki və maliyyə fəaliyyətinin müxtlif tərəfləri və sferaları haqqında

məlumatlardan ibarətdir ki, onların da qorunması rəqabət maraqları və firmanın

iqtisadi təhlükəsizliyinə qarşı mümkün təhlükələrin olması ilə əsaslandırılır.

Kommersiya sirri kommersiya üçün maraq doğurduğu andan sirr hesab olunur.

Kommersiya məxfilikləri – kommersiya sirrinin bir formasıdır. Firmanın

kommersiya sirrinə aid olan sənədlər, sxem, məlumatlardan ibarət olub, oğurluq,

mənimsəmə, informasiyanın sızması və digər təhlükələrdən təhlükəsizlik xidməti

tərəfindən müdafiə olunmalıdır. Onlar aşağıdakı əlamətlərə görə fərqlənirlər;

- kommersiya sirrinin təbiətinə görə;

- mülkiyyət mənsubiyyətinə görə;

- təyinatına görə;

Kommersiya məxfiliyi daşıyan sənədlər xüsusi qriflə - “konfidensial”, “keskin

konfidensial, yalnız ünvan üzrə” və s. Işarə oluna bilər.

Kommersiya məxfiliyinin daşıyıcısı - müəssisənin və ya firmanın kommersiya

məxfilikləri haqda məlumatı olan şəxsdir.

Kommersiya məxfililərinin daşıyıcılarını qapalı kommersiya məlumatı

mənbələrindən fərləndirmək lazımdır. (nau-xau, sxemlər, sənədlər, texnologiyalar,

məmulatlar, nümunalər)

Bazar təsərrüfatçılığı şəraitində məxfilik istehsalçısını haqsız rəqabətdən

qoruyur. Haqsız rəqabətə ticarət markasından gizli istifadə olunması, rəqibin

4

Page 5: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

məhsulunun saxtalaşdırılması, aldadıcı reklam, satınalma, şantaj və s. bu kimi

qanuna zid hərəkətlər aid edilir.

Sənaye cəsusluğu – bura kommersiya sirri təşkil edən məlumatların qeyri

qanuni toplanması, məxfi informasiyanın hər hansı şəxs və müəssisə, onun

sahibi tərəfindən səlahiyyət verilmədi halda, qeyri qanuni istifadə olunması və

s. aidir. Sənaye cəsusluğunun obyekti müəssisənin kommersiya sirrini daşıyan

her hansı maddi və qeyri maddi obyektlər ola bilər: sənədlər, sxemlər, məhsul

nümunələri, qeydiyyata alınmamış patentlər, texniki layihələr, qiymətlər,

kontraklar, malgöndərənlər, marketinq tədqiqatları haqda informasiya və

sahibkarlıq marağı doğuran digər məlumatlar ola bilər.

2.Kommersiya sirrinin qorunması tədbirləri

Kommersiya sirlərinin qorunması mexanizmilərinin yaradılmasında xarici və

yerli təcrübəni təhlil edərək, onun ibarət olduğu aşağıdaki əsas blokları

ayırmaq olar:

- Onun sahiblərinin maraqlarının qorunmasına yönəldilmiş hüquq

normaları;

- Müəssisənin, firmanın rəhbərliyinin təyin etdiyi normalar ( əmrlər,

sərəncamlar, təlimatlar );

- Bu normalara riayət olunmaını təmin edən xüsusi struktur bölmələri

( rejim, təhlükəsizlik xidməti bölmələri və s. ).

Yuxarıda sadaladıqlarımız bir-biri ilə qarşılıqlı əlaqələndirilməlidir. Belə ki,

firma məxfi materiallarla işləmək üçün daxili qayda qanuna aid olan ən

təkmil qaydalara və təlimatlara malik ola bilər, lakin dövlət-hüquq

tənzimlənməsinin olmadığı halda öz sirlərini müdafiə etməyə də bilər.

Eyni zamanda, hüquqi tənzimləmənin mövcud olduğu, lakin bu hüquq

normaları və təlimatları təcrübədə həyata keçirə biləcək peşəkarların olamdığı

5

Page 6: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

da sirləri qorumaq böyük çətinliklərlə üzləşəcək. Sirlərin və məxfiliklərin

qorunmasın ısas istiqamətlərini bilmədən, hətta dövlət dəstəyinin və ştat

siyahısında xüsusi struktur bölməsinin mövcud olduğu halda belə öz məxfi

məlumatlarını qorumaq mümkün olmayacaq.

Bu gün yeni təsərrüfat formalarının və münasibətlərinin yaranmasının tam

sürətlə gettdiyi bir vaxtda, müəssisələrdə öz məxfi informasiyalarının

qorunması ilə bağlı problemlər yaranır. Dövlət sirlərinin qorunması ilə

yaranmış sistemin avtomatik olaraq kommersiya sirləri sahəsinə də sirayət

olunması cəhdləri demeək olar ki, qeri-mümkündür.

İstehsal sirlərinin qorunması üzrə dünya təcrübəsi göstərir ki, xalis inzibati

tədbirlər də nəticəyə zəmanət vermir. Buna görə də sahibkarlar bu

tədbirlərdən imtina etməyəcək, inzibati tədbirlərlə yanaşı, məxfi

informasiyanın müdafiəsi prosesinə firmanın bütün əməkdaşlarının aktiv cəlb

olunmasını da həyata keçirirlər.

Məxfi informasiyanın etibarlı müdafiəsində əsas yer kadrlarla işə ayrılmalıdır.

Mütəxəsislər hesab edirlər ki, sirlərin qorunması 80 % kadrların düzgün

seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasından asılıdır. Və bu işə, əməkdaş

işə qəbul olunduğu gündən başlamaq lazımdır.

Bu istiqamətdə əhəmiyyətinə görə görülən ikinci tədbir məxfi informasiyanın

əldə edilməsinə məddudiyyətin qoyulmasıdır. İş elə təşkil olunmalıdır ki, hər

bir əməkdaş, yalnız birbaşa xidməti vəzifəsinin yerinə yetirilməsi prosesində

ona lazım olan informasiyaya malik ola bilsin. Bu tədbir özü özlüyündə

informasiya sızmasını tam qoruya bilməz, lakin mümkün ziyanı minumuma

ensirə bilər.

Kadrlarla iş üzrə üçüncü istiqaməti tərbiyə işlərinin aparılması təşkil edir.

Sənaye cəsusluğuna qarşı tədbirlər sahəsində çalışan mütəxəsislər bu

tövsiyyələri verirlər:

- Məxfilik rejiminin təmin oluması proqramının təbliğatı üçün bütün

imkanlardan istifadə etmək;

6

Page 7: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

- Məxfilik rejiminin yerinə yetirilməsində əməkdaşların marağının hər cür

stimullaşdırılması;

- Məxfi informasiyanın qorunmasındakı müvəffəqiyyaətlərinə görə

əməkdaşları vaxtaşırı mükafatlandırmaq;

Nəzərə almaq lazımdır ki, “boş” şağırışlar müsbət nəticələr vermir, buna

görə də tərbiyə işində maarifləndirməyə əhəmiyyətli yer vermək lazımdır

ki, onun da məqsədi bunlardır:

- əməkdaşın təhlükəsizliyinə görə şəxsi məsuliyyət daşıdığı, qorunan

informasiyanın həcmi barədə tam bilgiyə malik olması;

- məxfi işləri icra edən əməkdaşın bu məlumatların xarakterini və

dəyərliliyinin başa düşməsi;

- məxfi məlumatların saxlanılması və qorunmsı qaydalarının öyrenilməsi.

Bu zaman heç bir qayda və prosedur onun mahiyyəti, lazımlılığı və

zəruriliyi izah edilmədən tətqiq edilməməlidir. Hər bir rəhbər bu qaydaları öz

tabeliyində olan əməkdaşlara çatdırarkən, bu qaydaların onların işinin

ayrılmaz hissısi olduğunu qeyd etməyə borludur.

Bununla yanaşı, yalnız tərbiyyə işləri və maarifləndirməklə kifayətlənmək

olmaz. Məxfi informasiya ilə iş qaydalarını pozan əməkdaş bilməlidir ki,

onu ciddi xoşagəlməz şeylər gözləyir və o, rəhbərlik tərəfindən ciddi

cəzalandırılacaq.

Kadrlarla işə bu cür yanaşma metodları pis nəticələr vermir və müxtəlif

fəaliyyət profili müıssisələrdə tətbiq oluna bilər.

Beləliklə, öz firmaında təhlükəsizlik sistemi yaratmağa başlayan milli

rəhbərlərimizə nələri tövsiyə edərdik? İlk növbədə, onu bilmək lazımdır ki,

bu ucuz başa gəlmir. Təhlekəsizlik sistemini yaratmağı peşəkarlara, yalnız

onlara həvalə etməli və başqa heç kimə həvalə etmək olmaz. İlk növbədə,

itirilməsindən dəyən ziyan onun müdafiəsinə çəkilən xərcləri üstələyən ən

mühüm sirlərin təhlükəsizliyi barədə düşünmək lazımdır:

- hansı informasiyanın qorunmasına ehtiyac duyulur;

7

Page 8: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

- bu informasiya kimi maraqlandıra bilər;

- bu sirlərin “həyat müddəti” nə qədərdir;

Sonra kommersiya sirrinin qorunması üzrə plan hazırlamaq lazımdır. Xarici

təcrübə göstərir ki, o iki bölmədən ibarət olmalıdır:

- məxfi informasiyanın oğurlanmasının qarşısının alınması;

- məxfi informasiyanın sızmasının qarşısının alınması;

Bunun üçün isə tələb olunur:

- hansı kommersiya məlumatının firma üçün məxfi hesab olunduğunu

müəyyənləşdirmək;

- onun toplanması məkanını təyin etmək;

- informasiya sızmasının potensial kanallarını müəyyənləşdirmək;

- bu kanalların bağlanması üsulları barədə mütəxəsislərdən məsləhətlər

almaq;

- informasiyanın məxfiliyinin qorunmasını təmin edən müxtəlif

sistemlərin istifadəsinə çəkiləcək xərclərin nisbətlərini təhlil etmək və

daha məqsədəuyğununu və məqbulunu seçmək;

- bu sistemin hər sahəsinə görə cavabdeh şəxsləri təyin etmək;

- sahələrdə işin yoxlanılması cədvəlini tərtib etmək.

Firmanın təhlekəsizliyinin təmin olunması sisteminə aşağıdakı təşkilati

tədbirlər aiddir:

- otaqlara, sahələrə və avadanlıqlara nəzarət ( istehsal sahələrinin və

idarə otaqlarının təhlükəsizliyinin təmin olunması, foto və digər

surətçıxaran avadanlıqların qorunması, firmaya gələn kənar şəxslərə

nəzarət );

Heyətlə iş ( işə qəbul edilərkən söhbətlərin aparılması, işə yeni qəbul

olunmuşların informasiyanın qorunması qaydaları ilə təlimatlandırılması,

kommeriya sirrinin qorunmasının öyredilməsi, məxfi informasiyanın

8

Page 9: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

mənimsənilməsində şübhəli sayılan əməkdaşlarla aparılması, işdən çıxanlarla

söhbətlər aparılması);

- konfidensial (məxfi) sənədlərdə işin təşkili, kargüzarlıq qaydalarının

təyin edilməsi, məxfi sənədlərin ötürülməsinə nəzarət, konfidensial

sənədlərdən məxfiliyin götürülməsinə və onların məhv edilməsinə

nəzarət, digər firmaların sirlərinin qorunması);

- firmanın kompüterində toplanmış konfidensial informasiya ilə işin

aparılması ( elektron informasiyanın saksiya olunmamış girişdən

qorunması sisteminin yaradılması, EHM-dan istifadəyə nəzarətin təmin

olunması );

- kontraktların bağlanması prosesində firmanın kommersiya sirlərinin

müdafiəsi ( bu zaman, bu işə münasibəti olan şəxslərin dairəsini dəqiq

müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir ).

Yuxarıda verilmiş plan nümunə kimi verilmişdir. Lakin kommersiya

sirrinin qorunmasının bütün hallarında sənədlərə xesusi diqqət yetirmək

vacibdir, çünki bizim ölkəmizdə kommersiya məlumatının əsas həcmi

sənədlərdə saxlanılır.

Rəhbər işgüzar kağızlarda məxfi informasiyanın fiksə olunması prosesinin

qaydaya salmalı və onların hərəkətini elə təşkil etməlidir ki, onların

oğurlanması əks tərəfdən iqtisadi tərəfdən qeyri – sərfəli olsun.

Kommersiya sirri daşıyan sənədlərlə işləyərkən müəyyən qaydalara əməl

etmək tələb olunur:

- personalın məxfi sənədlərlə işləməsinə ciddi nəzarət ( şəxsən və ya

təhlükəsizlik xidməti vasitəsilə );

- məxfi kargüzarlığa nəzarət üzrə məsul şəxslərin təyin edilməsi və

onlara müvafiq səlahiyyətlərin verilməsi;

- məxfi sənədlərlə iş üzrə təlimatların ( yaddaşların ) hazırlanması və

firmanın müvafiq əməkdaşlarının onunla tanış edilməsi;

9

Page 10: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

- firmanın kommersiya sirlərinin qorunması barədə əməkdaşların yazılı

öhdəliklər qəbul etməsinə nəzarət;

- məxfi informasiyaya buraxılışı olan əməkdaşların maddi mənəvi

mükafatlandırılmaı sisteminin tətbiq edilməsi;

- firmanın kommersiya sirlərinin qorunması mexanizmlərinin və

texnologiyalarının gündəlik praktikaya tətbiq olunması;

- firmanın rəhbəri tərəfindən daxili təhlükəsizlik və məxfi kargüzarlıq

xidmətlərinə şəxsi nəzarət edilməsi.

Sənədlərdə əks olunan kommersiya sirlərinin açıqlanmasının qarşısını almaq

məxfi kargüzarlığının aparılmasının müxtəlif üsulları mövcuddur. Yuxarıda

qeyd olunduğu kimi, kommersiya sirri daşıyan sənədlər onlarda olan

informasiyanın məxfilik dərəcəsinə görə fərqləndirilir və müvafiq məxfilik

qrifi ilə işarələnir.

Məxfi sənədlərlə işləmək üçün xüsusi yaxşı səs izolə edən otaqlar

ayrılmalıdır. Bu otaqlara nəinki kənar şəxslər, həmçinin məxfi sənədlərə

buraxılışı olamayan firmanın əməkdaşları da buraxılmamalıdır. Belə otaqlar

əsaslə divarlara, etibarlı dam örtüyə, möhkəm qıfılı və cəftəsi olan qapılara,

qoruyucu barmaqları olan pəncərələrə malik olamlıdır ki, kənar şəxslər bura

daxil ola bilməsin. Bu cür yerlər etibarla qorunmalıdır, o cümlədən

mühafizə siqnal sistemi və kabel televiziyasının tətbiqi ilə elektron –

mexaniki vasitələrlə təmin olunmalıdır.

Məxfi sənədlərin qaralamaları nömrələnmiş vərəqləri olan dəftərlərdə

hazırlanmalıdır. Ağlama sənədlər hazır olduqdan sonra qaralamalar

səlahiyyətli əməkdaşlar tərəfindən məhv edilməlidir.

İstifadə olunmuş sürətçıxaran kağızdan və çap maşınlarının rəngləyici

lentindən məxfi informasiyanı çıxarmaq mümkün olduğu üçün onları məsul

şəxslərin nəzarəti altında məhv edirlər.

Sənədlərdən məxfi informasiyanın sızması ehtimalı onların bir yerdən başqa

yerə göndərilməsi zamanı daha böyükdür. Əgər hərbiləşdirilmiş feldyeger

10

Page 11: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

rabitəsindən istifadə etmək imkanı yoxdursa, onda məxfi sənədlərin və

qiymətli əşyaların çatdırılmasını öz xüsusi təhlükəsizlik xidməti əməkdaşlarını

cəlb etməklə təşkil etməli və bu cür xidmətləri ödənişlə yerinə yetirən

xüsusiləşdirilmiş firmalara müraciət edilməlidir.

Məxfi sənədlərin saxlanması, istifadəsi və məhv edilməsinə cavabdeh olan

firmanın sirlərini satmaq tamahından çəkindirmək üçün ən sadə, lakin

etibarlı yolu onlara yüksək əmək haqqı verməkdir.

Məxfi sənədlərin saxlanması və göndərilməsi zamanı icazəsiz müdaxilənin

qarşısını almaq üçün müxtəlif qoruyucu və siqnal vasitələrindən istifadə

edirlər. Bura işığa həssas örtüklər, mikroelektronika və s. aiddir.

Kommersiya informasiyalarının qorunması üzrə mütəxəssislərə konfidensial

sənədlərin qorunmasının bir çox digər texnologiyalrı və sistemləri də

məlumdur.

Kommersiya sirri özündə kommersiya düşüncələri ilə qəsdən gizlədilən

iqtisadi maraqlar, müəssisə və təşkilatın istehsal, təsərrüfat, idarəetmə, elmi-

texniki, maliyyə tərəflərinin müxtəlif tərəfləri haqqında məlumatları əks

etdirir. Bu sirlərin qorunması rəqabət maraqları və onların iqtisadi

təhlükəsizliyinə qarşı mümkün təhlükələrlə şərtlənir.

Kommersiya məxfiliyinin təzahür forması müəssisənin, yaxud təşkilatın

kommersiya məxfiliyinə aid olan və təhlükəsizlik xidməti tərəfindən

oğurlanmadan, aşkar olunmadan və ya sızmadan qorunan sənədlər, sxemlər,

məlumatlardan ibarət olan kommersiya sirridir.

Kommersiya informasiyasının daşıyıcıları müəssisə və təşkilatların rəhbərləri,

habelə kommersiya sirləri ilə işə buraxılmış başqa xidmətçilərdir.

Müəssisə və ya təşkilat informasiyasını məxfiləşdirərkən təkcə öz

təhlükəsizlikləri prinsipindən yox, iqtisadi faydalılıq prinsipindən də çıxış

etməlidir. Belə ki, bazar şəraiti istehsal edilən məhsul xidmətlərin ticarət

reklamını tələb edir, onların fəaliyyətinin həddən artıq məxfiləşdirilməsi isə

mənfəətin itirilməsinə səbəb ola bilər.

11

Page 12: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

Buna görə də, məsələn, müəssisə və təşkilatın maliyyə fəaliyyəti haqqında

məlumatlarının, işgüzar planlar və yeni məhsulların istehsal planlarının,

marketinq haqqında informasiyanın, müştəri siyahılarının, təşkilati sxemlərin,

əməkdaşlar haqqında informasiyaların və başqa işgüzar informasiyaların sızma

və oğurlanmadan qorunması tələb olunur.

Sözsüz ki, kommersiya sirrinə elmi-tədqiqat layihələrini, hər hansı məhsulun

istehsalı üzrə konstruktor, texnoloji işləmələri və onun parametrlərini, patent

üzrə ərizələri, EHM-ların proqram təminatını və başqa texniki

informasiyaları aid etmək olar.

Müəsisə bağladığı müqavilələrin qayğısına qalmalıdır və bu sənədlər

məsuliyyətli şəxsin yanında müəyyaən yerdə saxlanılmalıdır. Onları yalnız

müəssisə və ya təşkilatın rəhbərinin yazılı razılığı əsasında vermək olar,

çünki müqavilələrin birinci nüsxələrinin itməsi mübahisələrin ortaya çıxması

və onların məhkəmədə həllindən müvafiq müddəaların sübutu zamanı

əhəmiyyətli dərəcədə çətinliklərə gətirib çıxarır. Müəyyən şəraitlərdə təkcə

müqavilənin mətni deyil, müqavilə bağlanılması faktı da mühafizə

olunmalıdır.

Kommersiya sirrinə səmərələşdirici təkliflər, işlənib hazırlanma və tərtibat

mərhələsində olan ixtiralar da aiddir. Əgər ixtira üzrə onun patent

verildikdən sonra kommersiya sirrinin köməyi ilə qorunmaya ehtiyac

duymursa, səmərələşdirici təkliflər hətta rəsmiləşdirildikdən və müəllif

hüququnun verilməsindən sonra belə kommerisya sirri olaraq qala bilər,

çünki onlar özündə veilmiş müəssisə üçün mütəqqi texniki məsələləri əks

etdirir.

Kommersiya sirri sırasına “nou-hau” tipli informasiyalrı da aid etmək olar,

belə informasiyaları şəxsi heyətdən də qorumaq lazımdır ki, onlar başqa

müəssisələrə getməli olsalar, bu informasiyalrı özləri ilə götürə bilməsinlər.

Kommersiya sirrinin mühafizəsinin təmin olunması üçün aşağıdaki qaydalara

riayət etmək lazımdır:

- heyətin məxfi sənədlərlə işə buraxılması üzrə ciddi nəzarət;

12

Page 13: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

- məxfi kargüzarlıq üzrə işə nəzarət üçün xüsusi səlahoyyətlərə həvalə

olunmuş məsul çəxslər təyin olunmalıdır;

- müəssiə və ya təşkilatın rəhbəri tərəfindən müvafiq əməkdaşlarla tanış

edilməli olan məxfi sənədlərlə iş üzrə təlimatlar təsdiq edilməlidir;

- xidmətçilər tərəfindən müəssisənin kommersiya sirrinin qorunması

haqqında yazılı öhdəliklərə riayət etməsi üzərində nəzarət lazımdır.

Məxfi informasiyaya çıxışı olan əməkdaşların maddi və mənəvi

stimullaşdırılması sisteminin tətbiqi arzuolunandır.

Müəssisənin rəhbəri daxili təhlükəsizlik xidmətləri və məxfi kargüzarlıq

üzərində şəxsi nəzarəti həyata keçirməlidir.

Müəssisə və təşkilatın kommersiya sirrini təşkil edən informasiyanın

qorunmasının çoxsaylı üsulları mövcuddur.

Mühüm məlumatlar olan sənədlərin hazırlanmasını ən sınanmış

əməkdaşlara tapşırmaq lazımdır. Bu zaman sənədin nüsxələrinin sayı ciddi

şəkildə məhdudlaşdırılmalıdır. Sənədlərin surətlərinin çıxarılması zamanı

suraətçıxarma texnikasının etibarlı şəkildə nəzarət altında olamasının

qayğısına qalmaq lazımdır. Məsuliyyətli şəxslərin nəzarəti altında

surətçıxarma kağızı və rəngvuran lent məhv edilməlidir. Məxfi

informasiyanın etibarlı şəkildə ötürülməsi üsulu seçilməlidir.

İnformasiyanın birbaşa oğurlanmadan və ya məhv olmadan qorunması

üçün fiziki mühafizə tədbirlərindən ( qapılarda qıfıllar, pəncərələrdə

barmaqlıqlar və s. ) istifadə etmək olar. Onlardan, bir qayda olaraq,

inzibati tədbirlərlə ( buraxılış rejimi, məxfilik rejimi, təhlükəsizlik xidməti

və s. ) birgə istifadə olunur. Bundan başqa özündə kifayət qədər mürəkkəb

elektromexaniki, radiotexniki, akustik və başqa qurğuları əks etdirən

texniki mühafizə sistemi də tətbiq olunur.

Kommersiya sirrinin qorunması ilə əlaqədar bəzi ölkələrdə alınan tədbirlər:

ABŞ, Almaniya, Çin, Yaponiya və digər ölkələrdə kommersiya sirrinin

qorunması müvafiq hüquqi bazaya söykənən sənaye məxfiliyi sistemi vasutəsilə

13

Page 14: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

təmin olunur. Bu zaman onun qorunmasının təmin olunmasında dövlət orqanları

deyil, firmalar özləri oynayır.

İnformasiyanın qorunması sahəsində ən təkmilləşmiş qanunvericiliyə malik

olan ABŞ-da “Kommersiya sirri haqqında qanun” yalnız 1979-cu ildə qəbul

olunmuşdur, o da bütün ştatlar üzrə deyil. Bu qanuna əsasən aşağıdakı qanunlar

kommersiya sirri hesab olunur:

- hamıya məlum olmadığı və ya kommersiya məqsədlərilə ondan istifadə edə

biləcək adamlar üçün əlçatmaz olduğu müstəqil iqtisadi dəyərə malik olan

informasiya;

- müdafiə üzrə ağıllı səylərin obyektidirsə;

Əlbəttə ki, kommersiya sirri, əgər o, özündə sirr daşıyırsa, sirr adlana bilər,

lakin hüquqi baxımdan bunu sübut etmək o qədər də asan deyil. Buna görə də

qanun tövsiyyə edir.

- Informasiyanın dəyərliliyini göstərmək (informasiyanın əldə olunması üçün

hansı vəsaitlər xərclənmişdir və onun icazəsiz (sanksiya olmadan)

açıqlanması sizə neçəyə başa gələcək).

- bu məxfiliyin qorunması üçün hansı tədbirlərin görüldüyünü hesablamaq.

Almaniyada haqsız rəqabət haqqında qanun fəaliyyət göstərir ki, burda da sirrin iki

növü – istehsal və kommersiya sirrləri qeyd olunur. Bu qanuna əsasən kommersiya

və istehsal sirlərinin kənar şəxslərə ötürülməsi və ya onun mənimsənilməsi

cinayət məsuliyyətinə cəlb olunma və üç ilə qədər azadlıqdan məhrum olunma ilə

cəzalandırılır.

Almaniyada istehsal sirrinə istehsal, texnologiya, əməyin təşkili ilə bağlı olan

təşkilati və texniki xarakterli məlumatları, texniki yenilikləri, ixtiraları və ya

elmi-tədqiqat işlərinin xarakteri və məqsədi barədə olan məlumatları aid

edirlər.

İstehsal sirrindən fərqli olaraq kommersiya sirrinə firmanın ticarət

münasibətkərinə aid olan məlumatları daxil edirlər: dövriyyənin təşkili və

14

Page 15: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

ölçüləri, satış bazarlarının vəziyyəti, malgöndərənlər və istehlakçılar barədə

malumatlar, bank əməliyyatları barədə məlumatlar və s.

Çinin Dövlət Şurası 1988-ci ildə dövlət hüquq mühafizə orqanlarının

tərkibinə daxil olmayan “ Kommersiya təhlükəsizlik xidmətləri ” haqda

əsasnamə təsdiq etmişdir. Kommersiya təhlükəsizlik xidmətləri təsərrüfat

hesablı təşkilatlar olub və dövlət orqanları, kooperativlər, şəxsi müəssisələr,

həmçinin Çin və xarici kapitalın qarışığı əsasında yaranmış müəssisələrlə

bağlanmış müqavilələrə əsasən müəyyən iş və xidmət növlərinin yerinə

yetirirlər.

Yaponiyada kommersiya sirrinin yayılması üçün məsuliyyət daşınması haqda

heç bir qanun və ya normativ akt qəbul olunmamışdır. Orada bu problem

belə həll olunur: Hər bir firmada mövcud olan kadrlar departamentinə

maxfilik rejiminə dəqiq və sözsüz riayət olunmasına nəzarət həvalə olunur,

bu isə, öz növbəsində qulluqçuların davranış kodeksinə əsaslanır. Bu kodeksdə

qadağanedici aşağıdakı bəndlər nəzərdə tutulmuşdur:

- kommersiya sirrinə malik olan məlimatları kənar şəxslərə ötürmək;

- müştərilər tərəfdən kompaniyaya olan inamın itirilməsinə səbəb ola

biləcək sazişlər bağlamamaq;

- rəhbərliyin icazəsi olmadan əvəzçiliklə başqa yerdə işə düzəlmək;

- qəsdən iqtisadi ziyan vurmaq;

- rüşvət vermək və ya almaq;

Qeyd etmək lazımdır ki, yapon biznesi informaiya sızmasından ən az ziyan

çəkir. Bu isə sözügedən ölkə üçün xas olan “ömürlük muzd” sistemi və

əmaəkdaşlarla patenalizm hissinin tərbiyə olunması ilə (kollektivdə özünü

vahid bir ailənin üzvü kimi hiss etmək) bağlıdır.

15

Page 16: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

3. Azərbaycan Respublikasında kommersiya sirrinin qorunası

tədbirləri və mövcud problemlər

Azərbaycan qanunvericiliyində “kommersiya sirri” anlayışına ilk dəfə 1992-ci

ildə müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında qəbul edilmiş qanunlarda

təsadüf edilir.

Lakin bu və ya digər məlumatlar göstərilən əlamətlərə cavab versələr də,

heç də qanunla onlar xidməti və ya kommersiya sirri hesab olunmur.

Nazirlər Kabineti

“sirr olmayan” məlumatların siyahıdını təstiq etmişdir. Bura aiddir:

- təsisedici sənədlər və nizamnamə;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verən hüquqi sənədlər

( qeydiyyat vəsiqəsi, lisenziyalar, patent ) ;

- müəyyən edilmiş forma üzrə maliyyə-təsərrüfat fəaliiyəti haqqında

hesbat məlumatları və dövlət büdcəsinə vergilərin və digər məcburi

ödənclərin düzgün hesablanmasını və ödənilməsini yoxlamaq üçün

lazım olan digər məlumatlar;

- vergilərin və məcburi ödənclərin ödənilməsi haqda arayışlar;

- ətraf mühitin çirklənməsi, antiinhisar qanunvericiliyin pozulması,

əməyin təhlükəsizliyi şərtlərinə riayət olunmaması, əhalinin sağlamlıöına

ziyan gəyirən məhsulların satışı, həmçinin qanunvericiliyin digər

qanunlarının pozulaması və bu zaman dəyən ziyanın həcmi barədə

məlumatlar;

- müəssisənin vəzifəli şəxslərinin kooperativlərdə, kiçik müəssisələrdə,

səhmdar və yoldaşlıq cəmiyyətlərində, birliklərdə və sahibkarlıq

fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda iştirakı barədə məlumatlar;

Bundan başqa, dövlət və bələdiyyə müəssisələrinə özəlləşmədən əvvəl və bu

proses zamanı bu məlumatları kommersiya sirrinə aid etmək qadağan

olunmuşdur: müəssisələrin əmlakı və onun pul vəsaitlərinin həcmi haqqında;

vəsaitlərin digər müəssisələrin gəliri aktivlərinə ( qiymətli kağızlara ), faizli

16

Page 17: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

istiqraz və səhmlərə, müştərək müəssisələrin zizamnamə fondlarına

qoyulmasıı barədə; müəssisənin qanunvericilikdən və bağladığı müqavilələrdən

irəli gələn kredit, ticarət və digər qeyri dövlət müəssisələri ilə, yaradıcı və

müvəqqəti əmək kollektivləri ilə, həmçinin ayrı- ayrı vətəndaşlarla

bağladıqları müqavilələr barədə məlumatları.

Kommersiya sirrinin açıqlanması müəssisə və firmanın iqtisadi vəziyyətini

korlaya bilər. Bunun baş verməməsi üçün bu cür məlumatları qorunan

məlumatlar dərəcəsinə keçirmək lazımdır. Bu isə firmanın rəhbərinin əmri ilə

edilir və burada kommersiya sirrinə aid olan məlumatların siyahısı sadalanır.

Bu və ya digər məlumatların kommersiya sirrinə aid olub-olmaması

metodikası bizim ölkədə hələ tam işlənib-hazırlanmadığı üçün, xarici

ölkələrin təcrübəsinə istinad edərək bir sıra tövsiyələr verməklə kifayətlənək:

1. Məlumatı məxfiləşdirərkən firmanın iqtisadi marağı və təhlükəsizliyi

prinsipindən çıxış eetmək lazımdır. Hələ də bu və ya digər məlumatı

kommersiya sirri elan edərkən “qızıl ortalığı” güdmək lazımdır. Firmanın

fəaliyyətinin həddən artıq məxfiləşdirilməsi mənfəətin itirilməsi ilə nəticələnə

bilər, belə ki, bazar şərtləri istehsal olunan məhsul və xidmətlərin geniş

reklam olunmasını tələb edir. Kommersiya sirrininə barmaqarası münasibət də

həmin nəticələri verə bilər. Belə ki, bazar – həmişə rəqabət deməkdir.

Amerika sahibkarları belə hesab edirlər ki, informasiyanın 20 % -nin

itirilməsi 100 haldan 60-da firmanın bir ay müddətində iflasına fətirib çıxarır.

2. Nau-xau tipli informasiyalar, sözsüz kommersiya sirrləri dərəcəsinə aid

edilməlidir. Onu hətta öz şəxsi personalından da qorumaq lazımdır, çünki hər

an hər hansı bir əməkdaşın firmadan işdən çıxıb rəqabət aparan firmaya işə

düzəlmək təhlükəsi mövcuddur. Bu halda onun malik olduğu məlumatları

onun əlindən almaq qeyri-mümkündür.

Xarici ölkələrdə, əməkdaşla işdən çıxdıqdan sonra rəqib firmaya işə

düzəlməyi qadağan edən müqavilələr bağlamaq təcrübəsi mövcuddur.

Doğrudur, bu cür müqavilələr muzd haqqında müqavilə pozulduqdan sonra

müəyyən müddət ərzində fəaliyyət göstərir. Bundan başqa, bu müqavilənin

17

Page 18: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

mövcud olduğu dövr ərzində firma həmin şəxsə mükafat ödəməlidir.

Azərbaycan təcrübəsində hələ ki, belə müqavilələrin olması məlim deyil.

2.İslenib – hazırlanma mərhələsində olan səmərələşdirilici təkliflər, ixtiralar və

s. məlumatlar da, sözsüz, kommersiya sirrinə aid edilir.

Səmərələşdirici təklif qeydiyyata alınıb, müəllif şəadətnaməsi verildikdən

sonra da kommersiya sirri kimi qala bilər, belə ki, firma üçün yeni olan

texniki məsələlərin həllini özündə daşıyır.

İxtira, ona patent verildikfən sonra xüsusi müdafiyə malik olur və buna görə

də kommersiya sirrinə aid etməklə qorunmağa ehtiyac duymur. Əgər ixtira

müəllifi ilə razılaşma əsasında firma döclət patent idarəsinə qeydiyyat üçün

müraciət etməmək qərarı qəbul edirsə, onda məlumatın qorunması bütövlüklə

firmanın öhdəsinə düşür.

4.Müəsssisənin bağladığı müqavilələrin qorunmaına xüsusi diqqət yetirmək

lazımdır. Onların əksər hissəsi, sözsüz, kommersiya sirrinə aiddir. Həm də

bəzi hallarda müqavilənin məzmunu deyil, hətta onun bağlanması faktı da

mühafizə olunmalıdır.

Firmanın rəhbəri müqavilələrin ilk nüsxələrinin saxlanması və onlarla

işləməyin ciddi qaydalarını təyin etməlidir. Onları müəyyən yerdə məsul

şəxsdə saxlamaq və yalnız firmanın rəhbərinin yazılı icazəsi ilə imzalı

təminatla vermək olar. Müqavilələrin saxlanması və onlarla işləmək üzrə

məsuliyyətli şəxs həm də onların itməsi və informasiyanın sızmasına görə

məsuliyyət daşıyır. Bütün bunlar ona görə zəruridir ki, kommersiya

strukturlarının fəaliyyətinin böyük əksəriyyəti müqavilələr əsasında qurulur

və danışıqlarda rəqib və ya partnyor bu sahədə informasiyaya malik olduqda

firmanın istehsal və maliyyə vəziyyəti haqqında tam təsəvvür yarada bilər.

Müqavilələrin ilk nüsxəsinin itməsi ( oğurlanması ) mübahisə yaradan zaman

və onun məhkəmədə həlli zamanı bu və ya digər müddəaların sübut

edilməsində çətinlik törədəcək və hətta sübut etməyə imkan verməyəcək.

Müqavilə imzalanarkən tövsiyyə olunur ki, tərəflərin nümayandələri təkcə

müqavilələrin sonunda imza atmaqla kifayətlənməsinlər və hər vərəqi

18

Page 19: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

imzalasınlar, belə ki, bu vərəqlərin mətninin dəyışdirilməsi imkanlarını aradan

qaldıracaq.

Beləliklə aşagıdakılar kommersiya sirrinə aid edilir və informasiya sızmasının

və onun oğurlanmasının müdafıə olunmasını tələb edir:

İşgüzar informasiya:

- maliyyə məlumatları;

- məhsul və xidmətlərin qiyməti (dəyəri), texnologiyası barədə

məlumatlar;

- işgüzar planlar və yeni məhsulun istehsalı planları;

- müştəri və satıcıların siyahısı, müqavilələr, preferanslar və planlar;

- marketinq haqqinda informasiya;

- razılaşmalar, təkliflər, kvotalar;

- heyətin siyahısı, təşkilati sxemlər və əməkdaşlar haqqında informasiya (

onların xarakteristikası ).

Texniki informasiya:

- elmi – tədqiqa layihələri;

- hər hansı bir məhsulun istehsalı üzrə konstruktor layihələri və onun

texniki parametrləri;

- patent üçün verilmiş ərizələr;

- dizayn, istehsal metodlarının, avadanlıqların və sistemlərin səmərəliliyi

və imkanları;

- informasiya prosesi;

- EHM-in proqram təminatı.

19

Page 20: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

Nəticə

Nəticə olaraq, müəssisə və firmanın kommersiya sirri, özündə kommersiya

düşüncələri ilə bilərəkdən gizlədilən iqtisadi maraqlar, müəssisə və təşkilatın

istehsal, təsərrüfat, idarəetmə, elmi-texniki, maliyyə tərəflərinin müxtəlif

tərəfləri haqqında məlumatları əks etdirir. Bu sirlərin qorunması rəqabət

maraqları və onların iqtisadi təhlükəsizliyinə qarşı mümkün təhlükələrlə

şərtlənir.

Kommersiya məxfiliyinin təzahür forması müəssisənin, yaxud təşkilatın

kommersiya məxfiliyinə aid olan və təhlükəsizlik xidməti tərəfindən

oğurlanmadan, aşkar olunmadan və ya sızmadan qorunan sənədlər, sxemlər,

məlumatlardan ibarət olan kommersiya sirridir.

İstifadə edilmiş ədəbiyyat siyahısı :

M. Ağamalıyev. “ Kommersiya Fəaliyyətinin Təşkili ”

K. Paşayev. “ Kommersiya Fəaliyyətinin Əsasları ”

20

Page 21: Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan … · Buna görə də uğurlu biznes işçiləri öz təhlükəsizliyinə nəzarət etməli və həm də ... tədqiqatları

21