29
BMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının 2011-2020-ci illər üzrə Strateji Planının Azərbaycan Respublikasında həyata keçirilməsinə dəstək məqsədi ilə Bioloji müxtəlifliyin milli planlaşdırılması” BMT-nin İnkişafa Yardım üzrə Çərçivə Sənədinin (BMTİYÇ) Nəticə(ləri): Nəticə 1.3 Ekoloji vəziyyətin yaxşılaşdırılması, “yaşıl” iqtisadiyyatın təşviq edilməsi və iqlim dəyişmələrinə qarşı həssaslığın azaldılması məqsədilə müvafiq strategiyaların, tədbirlərin və imkanların gücləndirilirməsi BMTİP-in Azərbaycan üzrə ölkə proqramından gözlənilən nəticə(lər) 1.3.3 İqlim dəyişmələrinə həssas ekosistemlər və təsərrüfat sahələri müəyyənləşdirilməsi və onların müqavimət gücünün artırılması üçün tədbirlərin həyata keçirilməsi 1.3.8 Xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkib hissəsi olan sahilyanı və digər ekosistem sahələrinin genişləndirilməsi Layihənin icraçı orqanı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qısa xülasə Bu layihə QEF çərçivəsində Biomüxtəliflik üzrə fəaliyyətin gücləndirilməsi tədbirlərinin (BM FGT) ikinci dövrünü əhatə edir. Azərbaycan 08/03/2000-ci il tarixindən BMT-ninBioloji Müxtəliflik haqqında Konvensiyanın (BMK) üzvüdür. Layihə BMK üzrə öhdəliklərin, xüsusən də Konvensiyanın 6-cı maddəsinin və BMK TK-nın X/2 Qərarının yerinə yetirilməsinin davam etdirilməsinə dair ölkənin ehtiyacı ilə bağlı məsələlərin həllinə yönəldilmişdir. Eyni zamanda 2010-cu il 18- 29 oktyabr tarixlərində Yaponiyanın Naqoya şəhərində Aiçi Prefekturasında keçirilmiş Üzv ölkələrin 10-cu görüşündə, Biomüxtəliflik sahəsində yenilənmiş Strateji Plan. o, cümlədən 2011- 2020-ci illərə aid Biomüxtəliflik üzrə Aiçi Hədəfləri qəbul edilmişdir (əlavə olunur). Bundan əlavə, layihə BMK-nın 2011-2020-ci

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

  • Upload
    others

  • View
    0

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

BMTİP-in Layihə Sənədi

Ölkə: Azərbaycan Respublikası

Layihənin adı: “Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının 2011-2020-ci illər üzrə Strateji Planının Azərbaycan Respublikasında həyata keçirilməsinə dəstək məqsədi ilə Bioloji müxtəlifliyin milli planlaşdırılması”

BMT-nin İnkişafa Yardım üzrə Çərçivə Sənədinin (BMTİYÇ) Nəticə(ləri):

Nəticə 1.3 Ekoloji vəziyyətin yaxşılaşdırılması, “yaşıl” iqtisadiyyatın təşviq edilməsi və iqlim dəyişmələrinə qarşı həssaslığın azaldılması məqsədilə müvafiq strategiyaların, tədbirlərin və imkanların gücləndirilirməsi

BMTİP-in Azərbaycan üzrə ölkə proqramından gözlənilən nəticə(lər)

1.3.3 İqlim dəyişmələrinə həssas ekosistemlər və təsərrüfat sahələri müəyyənləşdirilməsi və onların müqavimət gücünün artırılması üçün tədbirlərin həyata keçirilməsi 1.3.8 Xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkib hissəsi olan sahilyanı və digər ekosistem sahələrinin genişləndirilməsi

Layihənin icraçı orqanı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Qısa xülasəBu layihə QEF çərçivəsində Biomüxtəliflik üzrə fəaliyyətin gücləndirilməsi tədbirlərinin (BM FGT) ikinci dövrünü əhatə edir. Azərbaycan 08/03/2000-ci il tarixindən BMT-ninBioloji Müxtəliflik haqqında Konvensiyanın (BMK) üzvüdür. Layihə BMK üzrə öhdəliklərin, xüsusən də Konvensiyanın 6-cı maddəsinin və BMK TK-nın X/2 Qərarının yerinə yetirilməsinin davam etdirilməsinə dair ölkənin ehtiyacı ilə bağlı məsələlərin həllinə yönəldilmişdir. Eyni zamanda 2010-cu il 18-29 oktyabr tarixlərində Yaponiyanın Naqoya şəhərində Aiçi Prefekturasında keçirilmiş Üzv ölkələrin 10-cu görüşündə, Biomüxtəliflik sahəsində yenilənmiş Strateji Plan. o, cümlədən 2011-2020-ci illərə aid Biomüxtəliflik üzrə Aiçi Hədəfləri qəbul edilmişdir (əlavə olunur). Bundan əlavə, layihə BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planının milli səviyyədə həyata keçirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylərə mühüm yardımdır. Layihə biomüxtəlifliyin planlaşdırılması və hesabatların təqdim olunması sahəsində Azərbaycanın hazırkı vəziyyəti və nailiyyətlərinə əsaslanır. Layihə yenilənmiş və aidiyyəti tərəfləri cəlb edən biomüxtəlifliyin planlaşdırılması və strategiyanın qurulması prosesi vasitəsilə Azərbaycanın BMK qarşısında olan öhdəliklərinin özünün milli inkişaf və sektorlararası planlaşdırmaya inteqrasiya etmək məqsədini daşıyır. Bu proses nəticəsində biomüxtəlifliyin qorunub saxlanması və davamlı istifadəsi üçün ölçülə biləcək məqsədlərin ortaya çıxması gözlənilir. Eyni zamanda, layihə ekosistemin təqdim etdiyi məhsul və xidmətlərin dəyərinin, həmçinin ekosistem əsaslı uyğunlaşma və özünü bərpa ilə bağlı meydana çıxan məsələlər və imkanların bu proses zamanı nəzərə alınmasını təmin edəcəkdir. Layihə çərçivəsində BM FGT-yə dair QEF tərəfindən təsdiq olunmuş üç komponentin yerinə yetirilməsi vasitəsilə nail olacaqdır. Bunlar aşağıdakılarıdır: (1) Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti tərəfləri cəlb etməklə inventarlaşdırma işi aparılır və milli biomüxtəliflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanması; (2) BMSFP hazırlanması və bu planın həyata keçirilməsinin milli inkişaf çərçivələrinə daxil edilməsi, ekosistem xidmətlərinin dəyərləndirilməsi və ekosistem əsaslı uyğunlaşma və özünübərpa məsələlərinin irəli çəkilməsi kimi BMK-nın Strateji planının yeni aspektlərini özündə əks etdirməsi; və (3) – Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələr, BMK üzrə hesabatların verilməsi və mübadilə mexanizmləri gücləndirilməsi.

Page 2: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Proqramın müddəti: 2011-2015

Əsas nəticə alınacaq sahə (Strateji plan): Ətraf mühit və davamlı inkişaf: ətraf mühit və enerji məsələlərinin bütün sahələrə tətbiq edilməsi

Atlasın qrant identifikasiya nömrəsi: 00063580Layihə identifikasiya nömrəsi: 00080589Başlanğıc tarixi: 2013 Sona çatma tarixi: 2015

İdarəetmə strukturu: Milli İdarəetmə

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 2

Layihənin ümumi büdcəsi 243,000 ABŞ dolları

Cəmi ayrılmış vəsait (ÜBİP-də): $ 243,000 (BMTIP) $ 33,000 QEF $210,000

Page 3: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

MÜNDƏRİCAT

İXTİSARLAR........................................................................................................................................................4

VƏZİYYƏTİN TƏHLİLİ.....................................................................................................................................5

STRATEGİYA.......................................................................................................................................................6

İDARƏETMƏ TƏDBİRLƏRİ..............................................................................................................................8

MONITORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ PLANI VƏ BÜDCƏSİ..............................................................10

HÜQUQİ KONTEKST.......................................................................................................................................11

LAYİHƏ NƏTİCƏLƏRİNİN ÇƏRÇİVƏSİ......................................................................................................12

ÜMUMİ BÜDCƏ VƏ İŞ PLANI........................................................................................................................15

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 3

Page 4: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

İxtisarlar

BM FGT Biomüxtəliflik üzrə Fəaliyyətin Gücləndirilməsi TədbirləriBMK BMT-nin Bioloji Müxtəliflik haqqında KonvensiyasıBMSFP Biomüxtəliflik üzrə Milli Strategiya və Fəaliyyət PlanBMTİP Birləşmiş Millətlər Təşkilatının İnkişaf ProqramıBMT İP-nin ÖO BMT İnkişaf Proqramının Ölkə Ofisi BMT-nin ÖPFP BMT-nin Ölkə Proqramı Üzrə Fəaliyyət PlanıBMT-nin PFSP BMTİP-in Proqram və Fəaliyyət üzrə Siyasət və ProsedurlarıBXH Birləşdirilmiş Xərclər HesabatıEBİ Ekosistemlər və Biomüxtəlifliyin İqtisadiyyatıİLİ/ LHKH İllik Layihə İcmalı / Layihənin Həyata Keçirilməsi üzrə HesabatLM Layihə MeneceriMQ Monitorinq və QiymətləndirməMOƏİP BMK-nın Mühafizə Olunan Ərazilər üzrə İş ProqramıQEF Qlobal Ekoloji FondRİH Rüblük İrəliləyiş HesabatıRNM BMT İP-nın Rezident Nümayəndəsinin müaviniRİH Rüblük İrəliləyiş Hesabatı SİYS Standart İlkin Yardım Sazişi SNÇ Strateji Nəticələr ÇərçivəsiTT Texniki tapşırıqÜBİP Ümumi Büdcə və İş PlanıVM Vasitəçilik MexanizmiDTXÇK Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə KomitəsiETSN Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər NazirliyiƏN Azərbaycan Respublikasının Ədliyyə NazirliyiİİN Azərbaycan Respublikasının İqtisadi İnkişaf NazirliyiMTN Azərbaycan Respublikasının Mədəniyyət və Turizm NazirliyiMEA Azərbaycan Respublikasının Milli Elmlər AkademiyasıQHT Qeyri-hökumət təşkilatı SEN Azərbaycan Respublikasının Sənaye və Energetika NazirliyiTN Azərbaycan Respublikasının Təhsil NazirliyiKTN Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 4

Page 5: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Vəziyyətin təhlili

Azərbaycan Respublikası zəngin bioloji müxtəlifliyə malikdir. Respublikada biomüxtəlifliyin qorunub saxlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, son on il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 3 dəfədən artıq genişləndirilmiş, 9 Milli Park, 4 yeni Dövlət Təbiət Qoruğu və 6 Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Hal-hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektarı əhatə edir ki, bu da ölkə ərazisinn 10.3%-ni təşkil edir. Eyni zamanda Azərbaycan Respublikasının “Qırmızı Kitabi”na daxil olmuş ceyranların tarixi areallarına köçürülməsi, bəbir, muflon, bezuar keçi, vaşaq, çöl pişiyinin artım dinamikası öyrənilmiş, Azərbaycan Respublikasının “Qırmızı Kitabi”nın 2-ci nəşri hazırlanmışdır.

Layihə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiya (BMK) çərçivəsində götürülmüş öhdəliklərin, xüsusən də BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planının milli səviyyədə yerinə yetirilməsi, biomüxtəlifliyin planlaşdırılması və Konvensiyaya hesabatların təqdim olunması üçün hazırkı vəziyyət və nailiyyətlərinə əsaslanaraq həyata keçiriləcəkdir.

BMSFP-də nəzərdə tutulmuş tədbirlər istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir. 2010-cu il 18-29 oktyabr tarixlərində Yaponiyanın Naqoya şəhərində Aiçi Prefekturasında keçirilmiş üzv ölkələrin 10-cu görüşündə, biomüxtəliflik sahəsində yenilənmiş Strateji Plan, o, cümlədən 2011-2020-ci illərə aid biomüxtəliflik üzrə Aiçi Hədəfləri qəbul edilmişdir. Həmin Aiçi Hədəflərinin yerinə yetirilməsi BMSFP-nin yenisinin hazırlənmasını zəruri etmişdir. 2010-cu ildə Naqoyada keçirilən Təşkilat Komitəsinin iclasında qəbul edilmiş BMK-nın yeni Strateji Planının 17-ci məqsədində bəyan edilmişdir ki, “2015-ci ildə hər bir Tərəf siyasi mexanizm baxımından səmərəli olan, aidiyyəti tərəflərin iştirakını təmin edən və yeni hazırlanmış BMSFP qəbul etməli və həyata keçirməyə başlamalıdır.” Strateji plan həmçinin BMSFP-yə daxil edilməli bir sıra məsələləri, o cümlədən ölkələrə təlimatı, əhatə edir: a) biomüxtəliflik və ekosistem xidmətlərinin dəyərini tam dərk edilməsi və bu dəyərləri inkişaf edilməsi və yoxsulluğun azaldılması strategiyalarına daxil edilməsi (Hədəflər 1 və 2); b) xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsini quruda 12%-dən 17%-dək və dənizdə 6%-dən 10%-dək artırılması (Hədəf 11); c) su, səhiyyə və yaşayış üçün əsas ekosistem xidmətlərini bərpa edilməsi və qorunması (Hədəf 14); və d) ekosistemin iqlim dəyişməsinə olan müqavimətini gücləndirilməsi və iqlim dəyişməsinə uyğunlaşma və onun təsirinin yumşaldılması üzrə ekosistem əsaslı yanaşmaları təbliğ edilməsi (Hədəf 15)

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 5

Page 6: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Strategiya

1. Azərbaycanda aidiyyəti qurumların layihəinin həyata keçirilməsinə cəlb olunması prosesi fəaliyyət planının hazırlanması məqsədilə BMK üzrə milli əlaqələndirici, BMSFP-yə cavabdeh qurum olan ETSN tərəfindən başlanacaqdır.

2. BMSFP-nin yenidən işlənilməsi və milli hesabatların hazırlanması prosesini istiqamətləndirmək məqsədilə Layihənin İdarəetmə Heyəti, Məşvərət Şurası və ehtiyac olduqda yaradılan bir və ya bir neçə işçi qrupları birgə fəaliyyət göstərəcəklər. Layihəyə cəlb olunacaq maraqlı tərəflərin siyahısı aşağıdakı cədvəl 1-də verilmişdir.

Cədvəl 1. Layihədə iştirak edəcək qurumlar Sektor nazirlik, komitə, idarə və

təşkilatlarLayihədə potensial rolu və iştirak üçün

əsasBiomüxtəlifliyin qorunub saxlanılması

ETSN Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkışaf etdirilməsinə cavabdeh olan tərəf

Elm MEA Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Davamlı kənd təsərrüfatı KTN Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

İqlim dəyişməsi ETSN Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkişaf etdirilməsinə cavabdeh olan tərəf

Turizm MTN Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Qeyri-Hökumət Təşkilatı QHT Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Enerji SEN Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Balıqçılıq ETSN Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkişaf etdirilməsinə cavabdeh olan tərəf

Meşəçilik ETSN Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkışaf etdirilməsinə cavabdeh olan tərəf

Meşəçilik DTXÇK Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Qanunvericilik ƏN Qanunvericilik baxımından dəstəkMaarifləndirmə və təhsil TN Maarifləndirmə və təhsil sahəsində dəstəkİqtisadi Inkişaf İİN Məlumat təqdim edən tərəf

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 6

Page 7: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Layihənin məqsədi, komponentləri və nəticələri

3. Layihənin məqsədi BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planı ilə bağlı Azərbaycanın BMK qarşısındakı öhdəlikləri çərçivəsində milli planlaşdırma proseslərinə inteqrasiya etməsi.

4. Layihənin komponentləri

Komponent 1. Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti qurumları cəlb etməklə biomüxtəlfliyin inventarlaşdırılmasının aparılması və milli biomüxtəlflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanması.

Komponent 2.BMSFP işləninb hazırlanması və bu planın həyata keçirilməsinin milli inkişaf çərçivələrinə daxil edilməsi.

Komponent 3.Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələrin, BMK üzrə hesabatların verilməsi, mübadilə mexanizmlərinin yaradılması və gücləndirilməsi.

Komponent 4.Layihənin idarə edilməsinin həyata keçirilməsi

5. Layihə çərçivəsində QEF-in komponentlərinə cavab verən üç nəticə gözlənilir:

Nəticə 1 – Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti tərəfləri cəlb etməklə inventarlaşdırılmanın aparılması və milli biomüxtəlflik hədəflərinin Aiçi Hədəflərinə uyğun hazırlanması.

Nəticə 2 – BMSFP Aiçi Hədəflərinə uyğun hazırlanması.

Nəticə 3 – Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələrin işlənilməsi, Konvensiya üzrə hesabatların verilməsi, mübadilə mexanizmlərinin yaradılması və gücləndirilməsi.

Komponent 4 Layihənin həyata keçirilməsini təmin edir.

LAYİHƏNİN RİSKLƏRİ

Cədvəl 2. Layihənin risklərinin qiymətləndirilməsi və azaldılmasına yönəldilmiş tədbirlər

MÜƏYYƏN EDILMIŞ RISKLƏRRISKIN

QIYMƏTLƏNDIRILMƏSI

AZALDILMASI TƏDBIRLƏRI:

Mövcud tədbirlərin həyata keçirilməsində aidiyyatı təşkilatlarla razılaşdırmanın qeyri mümkünlüyü

Orta Aidiyyəti təşkilatlar daha geniş tərkibi məsləhətləşmə mexanizmləri (seminarlar, məlumat barədə sorğular) vasitəsilə daha böyük proseslərə cəlb olunacaq. Layihə üzərində işləyən məsləhətçilərdən tələb olunan əsas bacarıqlardan bəziləri onların çox sayda aidiyyəti tərəfləri cəlb edən məsləhətləşmələrdə təcrübələri və həmçinin onların razılığa gəlməsi.

Layihənin həyata keçirilməsi Aşağı Cəlb olunan beynəlxalq ekspertlərin təcrübələrindən

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 7

Page 8: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

MÜƏYYƏN EDILMIŞ RISKLƏRRISKIN

QIYMƏTLƏNDIRILMƏSI

AZALDILMASI TƏDBIRLƏRI:

üçün insan və texniki potensialın məhdud olması

bəhrələnməsi və layihənin səmərəli həyata keçirilməsi üçün BMT İP tərəfindən texniki, inzibati yardımların göstərilməsi.

Biomüxtəlifliyin qorunub saxlanılması üzrə bir çox mövcud məlumatların ETSN məlumat bazasından kənarda olması

Aşağı VM məlumat təqdim edən bütün aidiyyəti tərəflər və istifadəçilər üçün faydalı olan bir tərzdə işlənilməsi. O, məlumatın geniş formatda axtarılması, aşkar edilməsi, bərpa edilməsi və yayılması funksiyalarının özündə cəmləşdirilməsi. Bundan əlavə ümumi etibarı təmin etmək üçün universal eynilik atributları, məlumat təhlükəsizliyi standartları, məlumatın əldə olunması. Bilik, təcrübə və məlumatları bölüşmək və əməkdaşlıq etmək üçün mexanizmlər və sövqedici motivlərin işlənilməsi.

İdarəetmə tədbirləri

6. Bu Layihə, Layihənin İdarəetmə Heyəti tərəfindən yerinə yetiriləcəkdir. Layihənin İdarəetmə Heyəti Layihənin gündəlik idarəedilməsi prosesinə müvafiq qurumları cəlb edəcəkdir və buna görə ETSN və BMTİP bu Heyətdə təmsil olunacaqlar. Heyət, BMTİP-in Proqram və Fəaliyyət üzrə Siyasət və Prosedurlardakı (PFSP) göstərişə uyğun olaraq fəaliyyət göstərəcəkdir.

BMFSP hazırlanması və digər tədbirlərin həyata keçirilməsi məqsədilə Cədvəl 1-də göstərilən qurumların nümayəndələrindən ibarət Məşvərət Şurası yaradılacaqdır.

7. Layihənin İdarəetmə Heyəti üçün aşağıdakı texniki fəaliyyətlər nəzərdə tutulur:

Təsdiq edilən milli hesabatların tərtib və təqdim olunması prosesi üçün strateji nəzarəti və dəstəyi təmin edilməsi.

Biomüxtəlifliyə dair məsələlərin sektorlararası və inkişafla bağlı proseslərə daxil edilməsi, biomüxtəlifliyin dəyərləndirilməsi və bir-biri ilə əlaqədə olan biomüxtəliflik və iqlim dəyişməsi məsələlərində aidiyyəti tərəflərin cəlb olunmasının təmin edilməsi və bununla bağlı təkliflərin verilməsi.

Layihə üzrə illik iş planlarını və həmçinin digər layihə planlaşdırılması və həyata keçirilməsi mexanizmlərini nəzərdən keçirilməsi və təsdiq edilməsi.

Layihəyə dair İLİ/ LHKH üzrə təkliflərin verilməsi. Lazım olduğu təqdirdə layihəyə dair qiymətlədirmələrə dəstəyin verilməsi TT-yə dair və layihənin həyata keçirilməsinə və onun nəticələrinə nail olmaqda köməyi dəyə

biləcək digər işçi qruplarında üzvlük ilə bağlı müzakirələrin aparılması. Aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirilməsi.

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 8

Page 9: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Layihə rəhbəri vəLayihə köməkçisi

Layihənin İdarə heyəti

Əsas benefisiar və icraçı orqan:ETSN

Əsas təminatçı:BMT-nin İP

Məşvərət Şurası:ETSN, DTXÇK, ƏN,

İİN, MTN, MEA, SEN, TN, KTN,

Ruzgar QHT

Layihəyə dəstəkBMTİP-in inzibati və

maliyyə şöbəsi

Layihənin Təşkilatı Strukturu

BMSFP-nin Hazırlanması üzrə Məsləhətçi

Bioloji müxtəlifliklə bağlı potensial ehtiyacların

qiymətləndirilməsi üzrə məsləhətçi

Biomüxtəliflik və İqlim Dəyişmələri məsələləri üzrə

Əlaqələndirici Məsləhətçi

Layihənin təminatıLayihə İdarə Heyətinin üzrləri

İdarəetmə tədbirləri

8. Layihənin İdarə Heyəti: Layihənin İdarə Heyəti həm Layihə Menecerinə rəhbərlik edən və layihə davam etdiyi müddət ərzində əsas qərarları qəbul edən, habelə layihəyə edilmiş düzəlişləri təsdiq edən orqan kimi çıxış edir. Layihəni İdarə Heyətinin iki tərəfi vardır:- İcraçı tərəfdaş. Bu rol ETSN tərəfindən müəyyənləşdirilən səlahiyyətli nümayəndə

tərəfindən yerinə yetirilir; - Baş Təchizatçı. Bu rol BMTİP Rezident Nümayəndəsi (müavini) və ya BMTİP-in səlahiyyətli Proqram Müşaviri tərəfindən yerinə yetirilir

9. Layihənin Təminatı: BMTİP tərəfindən Layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və hədəflərə nail olunması məqsədilə Layihənin gedişatına ümumi nəzarət və monitorinq funksiyalarını yerinə yetirməsi üçün proqram üzrə müşavir təyin edilir. BMTİP-in proqram müşaviri layihənin mövcud risklər və əldə edilmiş təcrübəyə dair tərtib etdiyi müddəalarını nəzərdən keçirilməsinə və onların Layihənin monitorinq və kommunikasiya planına uyğunluğunun təmin edilməsinə görə məsuliyyət daşıyır.

10. Layinənin dəstəklənməsi: BMTİP öz tərəfindən Layihənin icrasına maliyyə və inzibati, o cümlədən təchizat, müqavilələrin bağlanması, səfərlərin təşkili və ödənişlərin həyata keçirilməsi üzrə dəstək göstərəcəkdir.

11. Mütəxəssis dəstəyi: Layihə çərçivəsində işlərin böyük hissəsinin icrası yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Layihə çərçivəsində görülmüş işləri, habelə əldə olunmuş nailiyyətlərin müstəqil şəkildə qiymətləndirilməsini təmin etmək üçün əlavə mütəxəssislər cəlb oluna bilər.

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 9

Page 10: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

12. Layihə meneceri: Layihə Meneceri layihə fəaliyyətlərinin gündəlik idarə olunması və maliyyə və inzibati hesabatların hazırlanmasına dair məsuliyyət daşıyır. O, layihənin icrasına görə məsul şəxs olmaqla yanaşı rüblük və illik iş planlarına uyğun fəaliyyət göstərir. Nəticələrə Əsaslanan İdarəetmə (RBM) standartlarına riayət edir. Layihə Menecerinin başlıca vəzifəsi tələb olunan keyfiyyət standartlarına uyğun olaraq, zaman və vəsait məhdudiyyətini nəzərə almaqla, Layihə sənədində qeyd olunan zəruri fəaliyyətlərinin icrası vasitəsilə gözlənilən nəticələrə nail olunmasını təmin etməkdir.

13. Layihəyə Kömək: Layihəyə Kömək rolu Layihənin və ya Layihə Menecerinin ehtiyaclarından asılı olaraq Layihənin inzibatçılığına, idarə olunmasına və Layihə Menecerinə köməyin göstərilməsindən ibarətdir.

14. Audit: Azərbaycan Hökuməti ilə köməkçi xidmətlərin göstərilməsi haqqında Razılaşma Məktubuna əsasən (15/02/2010) Layihə lazım gəldikdə audit yoxlamasından keçəcəkdir.

Monitorinq və qiymətləndirmə planı və büdcəsi

Monitorinq və Hesabat

15. Layihənin ilkin mərhələsində aşağıdakı sahələrin Monitorinq və Qiymətləndirilməsi aparılacaqdır:a) BMTİP-in müvafiq əməkdaşları ilə məsləhətləşmə apararaq LM/əlaqələndirici tərəfindən

işləniləcək nəticələr və vəsaitlər çərçivələri əsasında müəyyən edilmiş göstəricilər və məqsədlərlə birlikdə monitorinq planının hazırlanması;

b) LM və proqram üzrə müvafiq məsul şəxs tərəfindən yaradılacaq layihəyə dair risklər, məsələlər və keyfiyyətlə bağlı qeydiyyatın aparılması;

c) Layihənin İdarə Heyəti tərəfindən aparılacaq illik layihə planlaşdırılması (təfərrüatlı tədbirlər və büdcə ilə birlikdə) və hesabatların təqdim olunması;

d) Layihənin İdarə Heyəti tərəfindən aparılan illik layihə hesabatlarının təqdim olunması və monitorinqin keçirilməsi (layihəyə dair risklər və məsələlərin monitorinqi və treninqdən çıxarılmış nəticələr üzrə hesabatların işlənilməsi də daxil olmaqla);

16. Bütün hesabatlar Layihənin İdarə Heyəti tərəfindən təsdiq edilir və BMTİP-in maliyyə qayda və prosedurlarına əsasən mütəmadi olaraq BMTİP-ə təqdim olunur. MQ sistemi aşağıdakı sənədlər üçün nəzərdə tutulan standartlaşdırılmış formatlardan (BMTİP-in prosedurları və formatları ilə uzlaşdırılaraq) ibarətdir:

- illik irəliləyiş hesabatı, maliyyə hesabatı daxil olmaqla- illik monitorinq hesabatı, risklər üzrə monitorinq daxil olmaqla- illik çıxarılmış nəticələr hesabatı- illik fəaliyyət planı- illik hesabat, maliyyə hesabatı daxil olmaqla - Rüblük İrəliləyiş Hesabatı (RİH) (hər üç aydan bir əsas komponentlər üzrə hazırlanmalı) - sadələşdirilmiş Biomüxtəliflik üzrə Fəaliyyətin Gücləndirilməsi Tədbirlərinin İllik Layihə

İcmalı/ Layihənin Həyata Keçirilməsi üzrə Hesabat (İLİ/LHKH)

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 10

Page 11: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

- İdarə Heyəti-in aylıq iş planı və irəliləyiş hesabatı- Cəlb olunan ekspertlərin vəzifə hesabatı- Yekun hesabat (nəticə çıxarılmış dərslər daxil olmaqla)

Hüquqi kontekst

17. 2011-ci il 6 yanvar tarixində Azərbaycan Hökuməti və BMTİP arasında imzalanmış SİYS-də (Standart İlkin Yardım Sazişi) qeyd edilən və ÖPFP (Ölkə Proqramı Üzrə Fəaliyyət Planı) dair bütün müddəalar bu Layihəyə şamil olunur.

18. Standart İlkin Yardım Sazişinin III Maddəsinə uyğun olaraq layihənin icraçı orqanı, onun işçilərinin və əmlakının, həmçinin himayəsində olan BMTİP-in əmlakının təhlükəsizliyi və mühafizəsinə görə cavabdehlik daşıyır.

19. Layihənin icraçı orqan aşağıdakıları öz üzərinə götürür:a) müvafiq təhlükəsizlik planının tərtib edilməsi və layihənin həyata keçirildiyi ölkədə

təhlükəsizliklə bağlı vəziyyəti nəzərə alaraq həmin təhlükəsizlik planının tətbiq edilməsi;

b) təhlükəsizliyə dair bütün risk və məsuliyyəti və təhlükəsizlik planının tam yerinə yetirilməsinin təmin edilməsi.

20. BMTİP Layihənin yerinə yetirilib-yetirilməməsini yoxlamaq və lazım olduğu təqdiridə plana düzəlişlərin edilməsi barədə təkliflər vermək hüququna malikdir. Tələb olunan təhlükəsizlik planının tətbiq edilməsinə və həyata keçirilməsinə nail olunmaması bu SİYS-nin pozulması hesab olunmalıdır.

Layihənin icraçı orqanı Layihə çərçivəsində ayrılmış BMTİP-nin maliyyə vəsaitinin terrorizmlə əlaqəsi olan fərd və qurumlara dəstək vermək üçün xərclənməyəcəyini, BMTİP tərəfindən bu razılaşmaya əsasən verilən məbləğlərin heç bir alıcısının 1267 saylı (1999-cu il) qətnaməyə uyğun olaraq təsis edilmiş Təhlükəsizlik Şurası Komissiyasının malik olduğu siyahıda olmayacağını təmin etmək məqsədilə bütün mümkün səyləri göstərməyə razılıq verir. Siyahı aşağıdakı linkdən əldə edilə bilər http://www.un.org/Docs/sc/committees/1267/1267ListEng.htm. Bu şərt hazırkı Layihə sənədi çərçivəsində zəruri ayrılmaz hissə hesab ediləcək bütün podrat müqavilələrinə və ya razılaşmalara əlavə edilməlidir.

LAYSƏN 4779 QEF 5 BM FGT Azərbaycan 11

Page 12: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Layihə nəticələrinin çərçivəsi

Məqsəd Göstərici Mövcud vəziyyət Layihə məqsədinin sona çatması

Risklər və ehtimallar

Məqsəd – BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planında göstərilən təlimata uyğun olan aidiyyəti qurumların BMK çərçivəsində götürülmüş öhdəliklərin milli inkişaf və sektorlar arası planlaşdırma sahələrinə inteqrasiya edilməsi.

Ölçülə biləcək biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsi məqsədlərinin aşağıdakı sektorlar arası planlaşdırma çərçivələrinə daxil edilməsi:

kənd təsərrüfatımeşəçilikheyvandarlıqmədən sənayesimədəniyyət və turizmbalıqçılıqsu Təchizatı

Kənd təsərrüfatı, meşəçilik, turizm, ticarət, balıqçılıq

sektorlarında biomüxtəlifliyin və

ekosistemin funksionallığının

itirilməsini ölçmək üçün göstəricilər mövcud

deyil

2016-cı ilədək biomüxtəlifliyin

qorunub saxlanılması və davamlı istifadəsi

məqsədlərinin kənd təsərrüfatı, mədən

sənayesi, meşəçilik,heyvandarlıq,

balıqçılıq, su təchizatı üzrə inkişaf

çərçivələrinə daxil edilməsinin ölçülməsinə

imkan yaradan məqsədlər müəyyən

edilmişdir və bu məqsədlər həmin sektorların milli

planlaşdırma çərçivələrinə müvafiq olaraq daxil edilmişdir

Aidiyyati qurumlar məqsədlər üzrə biomüxtəlifliyin qorunub saxlanılması hüdudları haqqında razılığı fəaliyyətlərinin bütün istiqamətlərində tətbiq edirlər.

Azərbaycanın inzibatçılıq sistemində baş verən hər bir institusional islahat təsirsiz ötüşür və biomüxtəlifliyin qorunub saxlanılmasına mane olmur.

Ətraf mühitin mühafizəsi Azərbaycan Hökuməti üçün prioritet məsələ kimi sayılmaqda davam edir.

Özəl sektor biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinin zəruriliyi və faydasını anlayır.

Bütün aidiyyəti tərəflər təklif olunan məqsədlərlə razılaşır.

Aidiyyati qurumlar arasında əməkdaşlıq.genişləndirilir

Ölçülə biləcək biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsi məqsədlərinin aşağıdakı inkişaf çərçivələrinə daxil edilməsi:

əhalinin və şəhərlərin planlaşdırılmasıyoxsulluğun azaldılmasıkənd yerlərinin inkişafı və yaşayış təminatıiqlim dəyişməsi məsələlərinin bütün sahalərə tətbiq edilməsi

Biomüxtəliflik və davamlı inkişafın Azərbaycanın əsas

inkişaf çərçivələrinə daxil edilməsini ölçmək

üçün göstəricilər mövcud deyil

2016-cı ilədək bütün əsas inkişaf

sektorları/sahələri biomüxtəlifliyin

qorunub saxlanılması və davamlı istifadəsi

məsələləri özlərinin inkişafla bağlı

qərarlarında nəzərə alınır

Nəticə 1 – Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti

Nəticə 1.1 Milli səviyyədə əvvəlki illər üzrə biomüxtəlifliyin planlaşdırılması prosesinin məhsul və nəticələrinin baxılması və inventarlaşdırılması aidiyyəti tərəflərin iştirakı ilə həyata keçirilir.

12

Page 13: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Məqsəd Göstərici Mövcud vəziyyət Layihə məqsədinin sona çatması

Risklər və ehtimallar

tərəfləri cəlb etməklə inventarlaşdırma işi aparılır və milli biomüxtəlflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanır.

Nəticə 1.2 Aiçi Hədəflərinin yerinə yetirilməsi məqsədilə Azərbaycanın reallığına uyğun olaraq milli biomüxtəliflik hədəfləri işlənilmişdir.

Nəticə 1.3 Aiçi Hədəflərinə uyğun olaraq işlənilmiş milli hədəflərin yerinə yetirilməsində nailiyyətlərin layihənin müddəti ərzində və sonradan lazımi qaydada monitorinqi aparılır və bununla bağlı hesabatlar milli hesabatlar şəkilində və digər vasitələrlə BMK-ya təqdim olunur.

Nəticə 1.4 Azərbaycan mütəmadi olaraq biomüxtəlifliyə dair məlumat və göstəricilər üzrə qlobal şəbəkələr və təşəbbüslər (bunların sırasında Biomüxtəliflik Göstəriciləri üzrə Tərəfdaşlıq, Biomüxtəliflik üzrə Qlobal İnformasiya Fondu və Biomüxtəlifliyin Qorunub Saxlanılması üzrə Ümumdünya Monitorinq Mərkəzi, Qlobal Ekoloji Perspektiv portalı) barədə faydalı məlumatlardan bəhrələnir, həmin biliklərin yayılması uçun təlim-tədris mexanizmi hazırlanır, kadr potensialı hazırlanır və həmin şəbəkələr və təşəbbüslərdə iştirak edir.Sektorlararası/aidiyyəti təşkilatlardan ibarət işçi qrupunun yaradılması

İşçi qrup yaradılmamışdır 2013-cü ilin sonunadək sektorlar arası /

aidiyyəti tərəflərdən ibarət işçi qrupu

yaradılmışdır və həmin qrup inventarlaşdırma

işini başa çatdırır

Yuxarıda göstərildiyi kimi

Aiçi Hədəflərinin yerinə yetirilməsi istiqamətində milli hədəflərin müəyyən edilməsi

Milli hədəflər təyin edilməmişdir

2015-ci ilin əvvəlində Aiçi Hədəflərinin yerinə

yetirilməsi istiqamətində milli

hədəflər işlənib hazırlanır.

Nəticə 2 – BMSFP-in hazırlanması Nəticə 2.1 Milli inkişaf çərçivəsi əsasında BMSFP aidiyyəti tərəflərin iştirakı ilə hazırlanır, geniş yayımlanır və BMK-nın strateji planının aşağıdakı kimi yeni aspektlərini tam şəkildə əks etdirir: (i) bütün sektorlara şamil olunmasə; (ii) ekosistemə dair məhsul və xidmətlərin dəyərləndirilməsi; və (iii) ekosistem əsaslı uyğunlaşma və özünü bərpa etmə ilə bağlı problem və imkanların cəmləşdirilməsi.

Nəticə 2.2 Azərbaycan üçün BMSFP-in hazırlanmış və tam təsdiq edilmiş variantı Tərəflər Konframsının təyin etdiyi son tarixdən gec olmamağı üstün tutaraq BMK-ya təqdim olunur.

BMK-nın Strateji Planındakı (2011-2020) göstərişə əsasən BMSFP-nin statusu

Mövcud BMSFP köhnəlmişdir və yeni

təlimatları nəzərə almır

2016-ci ilədək Azərbaycanın BMSFP-i

BMK-nın Strateji Planında (2011-2020) verilən təlimata uyğun olaraq BMK-nın TK-

sına təqdim olunur

Yuxarıda göstərildiyi kimi

Nəticə 3 – Vəsaitlərin səfərbər Nəticə 3.1 BMSFP-in həyata keçirilməsi üçün milli çərçivələr işlənilmişdir və aşağıdakıları əhatə edir: (i) həyata keçirilmə üçün

13

Page 14: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Məqsəd Göstərici Mövcud vəziyyət Layihə məqsədinin sona çatması

Risklər və ehtimallar

olunması üçün milli çərçivələr hazırlanır, BMK üzrə hesabatlar verilir, mübadilə mexanizmləri hazırlanır.

institusional rəhbərlik təyin edilmişdir və strateji tərəfdaşlıq (milli və beynəlxalq səviyyədə) əldə edilmişdir; (ii) büdcəsi və prioritetləri müəyyən edilmiş Fəaliyyət Planı MBS-ə əlavə edilmişdir; (iii) potensial, texnologiya, maarifləndirmə və təhsil və maliyyə ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilmişdir; və (iv) biomüxtəliflik üçün mövcud olan maliyyənin ilkin qiymətləndirilməsini özündə əks etdirən BMSFP-in həyata keçirilməsi üçün ehtiyatların səfərbər edilməsi üzrə strategiya işlənilmişdir.

Nəticə 3.2 Səmərəli, istifadəçi üçün rahat və asanlıqla yenilənən ölkə üzrə VM vebsaytı yaradılmışdır; həmin vebsayt BMK-nın qlobal VM şəbəkəsinə və biomüxtəliflik üzrə digər məlumat və bilik mübadiləsi şəbəkələrinə qoşulmuşdur.

Nəticə 3.3. BMK üzrə birbaşa hesabat öhdəlikləri Azərbaycan tərəfindən vaxtı-vaxtında yerinə yetirilir: (1) 2013-cü ildə Azərbaycan tərəfindən BMK-nın Strateji Planına çatmaq üçün milli hədəflər və (2) BMK-ya 31 mart 2014-cü il tarixinədək təqdim olunacaq 5-ci Milli Hesabat işlənilmişdir.

Milli vasitəçilik mexanizminin (VM) statusu

VM yaradılmamışdır 2014 -cü ildə VM-in yenilənməsi və

təkmilləşdirilməsi başa çatdırılır

Yuxarıda göstərildiyi kimi

Dəyişdirilmiş BMSFP-nin həyata keçirilməsi üçün potensial, texnologiya və maliyyə çərçivələrinin statusu

Çərçivə mövcud deyil 2016-cı ilədək potensial, texnologiya və maliyyə

ehtiyaclarının qiymətləndirilməsi daxil

olmaqla BMSFP-in həyata keçirilməsi ilə

bağlı plan həyata keçirilir.

14

Page 15: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

ÜMUMI BÜDCƏ VƏ İŞ PLANI

Atlasın qrant identifikasiya nömrəsi

00063580 BMT İP ölkə nümayəndəliyinin kodu:

AZE10

Layihə İdentifikasiya nömrəsi

00080589 Layihənin adı: “Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının 2011-2020-ci illər üzrə Strateji Planının Azərbaycan Respublikasında həyata keçirilməsinə dəstək məqsədi ilə Bioloji müxtəlifliyin milli planlaşdırılması”

Layihənin İcraçı orqanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

QEF komponentləri İcraçı Orqan Maliyyə kodu

Donorun adı MEP / ATLA

S Budcə kodu

Atlas büdcəsinin təsviri

Məbləğ (ABŞ

dolları)

2013

(ABŞ dolları)

2014 (ABŞ

dolları)

2015 (ABŞ

dolları)

Büdcə üzrə

qeydlər

Komponent 1. Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti qurumları cəlb etməklə biomüxtəlfliyin inventarlaşdırılmasının aparılması və milli biomüxtəlflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanması

Mİ 62000 QEF-10003 71200 Beynəlxalq Məsləhətçilər

10,000 10,000     a

Mİ 62000 QEF -10003 71300 Yerli Məsləhətçilər 12,000 12,000     b

Mİ 62000 QEF -10003 71400 Müqavilə əsasında xidmətlər – Fiziki şəxslər

10,000 10,000     c

Mİ 62000 QEF -10003 72800 İnfromasiya Texnologiyaları Avadanlığı

2,000 2,000     d

QEF Komponent 1 üzrə 28,000 28,000 0 0  

Mİ 04000 BMTİP ƏFVBM - 00012 71600 Ölkədaxili ezamiyyələr 2,000 2,000     e

Mİ 04000 BMTİP ƏFVBM - 00012 74500 Digər xərclər 2,000 2,000     f

BMTİP Komponent 1 üzrə 4,000 4,000 0 0  

CƏMİ Komponent 1           32,000 32,000 0 0  

15

Page 16: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

QEF komponentləri İcraçı Orqan Maliyyə kodu

Donorun adı MEP / ATLA

S Budcə kodu

Atlas büdcəsinin təsviri

Məbləğ (ABŞ

dolları)

2013

(ABŞ dolları)

2014 (ABŞ

dolları)

2015 (ABŞ

dolları)

Büdcə üzrə

qeydlər

üzrə

Komponent 2. BMSFP işləninb hazırlanması və bu planın həyata keçirilməsinin milli inkişaf çərçivələrinə daxil edilməsi

Mİ 62000 QEF -10003 71200 Beynəlxalq Məsləhətçilər

10,000   10,000   a

Mİ 62000 QEF -10003 71400 Müqavilə əsasında xidmətlər – Fiziki şəxslər. yerli

20,000   20,000   c

Mİ 62000 QEF -10003 72100 Müqavilə əsasında xidmətlər – Şirkətlər

51,400 

51,400   g

Mİ 62000 QEF -10003 71600 Xarici ölkələrə ezamiyyələr

5,000 5,000     h

Mİ 62000 QEF -10003 72800 İnfromasiya Texnologiyaları Avadanlığı

3,000 3,000     i

Mİ 62000 QEF -10003 74200 Audio-Video və Çap Materiallarına Xərclər

4,000     4,000 j

QEF Komponent 2 üzrə 99,400 8,000 87,400 4,000  

Mİ 04000 UNDP TRAC - 00012 71600 Ölkədaxili ezamiyyələr 2,000   2,000   e

Mİ 04000 UNDP TRAC - 00012 74500 Digər xərclər 2,000 0 2,000   f

BMTİP Komponent 2 üzrə 4,000 0 4,000 0  

CƏMİ Komponent 2 üzrə  

        103,400 8,000 91,400 4,000  

Komponent 3. Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələrin, BMK üzrə hesabatların verilməsi, mübadilə mexanizmlərinin yaradılması və gücləndirilməsi

Mİ 62000 GEF-10003 71200 Beynəlxalq Məsləhətçilər

10,000     10,000 a

Mİ 62000 GEF-10003 71400 Müqavilə əsasında xidmətlər – Fiziki şəxslər

10,000     10,000 c

Mİ 62000 GEF-10003 71600 Ölkələrarası ezamiyyələr

10,000 5,000 5,000   h

Mİ 61998 GEF-10001 72098 Müqavilə əsasında xidmətlər – Şirkətlər

19,000     19,000 g

16

Page 17: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

QEF komponentləri İcraçı Orqan Maliyyə kodu

Donorun adı MEP / ATLA

S Budcə kodu

Atlas büdcəsinin təsviri

Məbləğ (ABŞ

dolları)

2013

(ABŞ dolları)

2014 (ABŞ

dolları)

2015 (ABŞ

dolları)

Büdcə üzrə

qeydlər

Mİ 62000 GEF-10003 72100 Müqavilə əsasında xidmətlər – Şirkətlər

12,000 4,000 4,000 4,000 k

Mİ 62000 GEF-10003 72100 Müqavilə əsasında xidmətlər – Şirkətlər

4,000     4,000 l

Mİ 62000 GEF-10003 72200 Mebel və Avadanlıq 5,000     5,000 m

QEF Komponent 3 üzrə 70,000 9,000 9,000 52,000  

Mİ 04000 BMTİP-in resursları - 00012

71600 Ölkədaxili ezamiyyələr 2,000 0 0 2,000 e

Mİ 04000 BMTİP-in resursları - 00012

74500 Digər xərclər 2,000 0   2,000 f

BMTİP Komponent 3 üzrə 4,000 0 0 4,000  

CƏMİ Komponent 3 üzrə  

        74,000 9,000 9,000 56,000  

Komponent 4. Layihənin İdarə olunması

Mİ 62000 GEF-10003 71400 Müqavilə əsasında xidmətlər – Fiziki şəxslər

6,000 2,000 2,000 2,000 n

Mİ 62000 GEF-10003 72400 Rabitə və Audio-Video Avadanlığı

3,600 1,200 1,200 1,200 o

Mİ 62000 GEF-10003 72500 Ləvazimatlar 3,000 1,000 1,000 1,000 p

QEF Komponent 4 üzrə 12,600 4,200 4,200 4,200  

Mİ 04000 BMTİP-in resursları - 00010

71400 Müqavilə əsasında xidmətlər – Fiziki şəxslər

21,000 7,000 7,000 7,000 q

BMTİP Komponent 4 üzrə 21,000 7,000 7,000 7,000  

CƏMİ Komponent 4 üzrə  

        33,600 11,200 11,200 11,200  

.

CƏMİ QEF ÜZRƏ 210,000 49,200 100,600 60,200  

CƏMİ BMTİP RESURSLARI ÜZRƏ 33,000 11,000 11,000 11,000  

17

Page 18: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

QEF komponentləri İcraçı Orqan Maliyyə kodu

Donorun adı MEP / ATLA

S Budcə kodu

Atlas büdcəsinin təsviri

Məbləğ (ABŞ

dolları)

2013

(ABŞ dolları)

2014 (ABŞ

dolları)

2015 (ABŞ

dolları)

Büdcə üzrə

qeydlər

.

YEKUN (pul vəsaiti şəklində) 243,000 60,200 111,600 71,200  

Büdcə üzrə qeydlər

a BMSFP üzrə Beynəlxalq Məsləhətçinin qonorarı (bir dəfəlik ödəniş şəklində - $30000 / və ya təqribən 10 həftə) – büdcə üç komponent arasında eyni bölünür

b BMSFP-nin baxılması üzrə Milli Məsləhətçi (birdəfəlik ödəniş şəklində - $12000 / və ya təqribən 10 həftə)

c Faəliyyətin Gücləndirilməsi Tədbirləri üzrə Milli Texniki Menecer, 6 Milli Əlaqələndirmə Seminarların keçirilməsinə də cavabdehlik daxil olmaqla (birdəfəlik ödəniş şəklində $40000 / və ya üç komponent arasında bölünmüş təqribən 93 həftə)

d Yerli məsləhətçilər üçün 2 ədəd notbuk: BMSFP-nin baxılması üzrə Milli Məsləhətçi və Texniki Məsləhətçi üçün

e İllik $2000 məbləğində büdcə, BMTİP tərəfindən ayrılan cəmi $6000 hər komponent üzrə ölkədaxili ezamiyyələr xərcləri üçün daxil edilmişdir

f Planlaşdırma mərhələsində nəzərdə tutulmayan digər xərclər, bank, sığorta və s. xərclər

gTexniki Dəstək Xidmətinin Göstərilməsi paketi (məlumat üçün Əlavə E-yə müraciət edin): Azərbaycanın sektorlararası çərçivəyə, iqlim dəyişməsinə cavab tədbirlərinə, biomüxtəliflik planlaşdırılmasına və idarəetmə təcrübələrinə yeni qlobal təlimatların daxil edilməsi üzrə Bilik və Potensialın Gücləndirilməsi Xidmətləri (Komponent 2 və 3 arasında bölünmüş ümumi büdcə 70,400 ABŞ dolları).

h Aparıcı Məsləhətçinin ölkələrarası ezamiyyələri

i Notbuk, printer və surət çıxaran avadanlığın alınması

j BMSFP-nin son variantının çap edilməsi

k VM-in yaradılması üçün İT şirkəti ilə müqavilənin bağlanması, $12000 – üç il arasında eyni bölünür

l Aidiyyəti tərəflərin görüşləri, məsləhətləşmələri və işçi qrupları

m VM üçün avadanlıq

18

Page 19: Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı€¦ · Web viewBMTİP-in Layihə Sənədi Ölkə: Azərbaycan Respublikası Layihənin adı: “Birləşmiş Millətlər

Büdcə üzrə qeydlər

n Fəaliyyətin Gücləndirilməsi Tədbirləri üzrə Milli Texniki Menecerin idarəetmə vəzifələri

o Telefon danışıqları və internet xidmətindən istifadə daxil olmaqla rabitə xərcləri

p Ofis üçün dəftərxana ləvazimatları və digər ləvazimatlar

q Fəaliyyətin Gücləndirilməsi Tədbirləri üzrə Milli Texniki Menecerin idarəetmə vəzifələri

QEYD:Milli məsləhətçi tərəfindən fərdi xidmət büdcənin “b” bəndində ilkin olaraq (QEF tərəfindən təsdiq olunmuş təklifin 1 saylı Əlavəsində) 4-5 həftə müddətinə nəzərdə tutulmuşdur. Lakin Layihənin Qiymətləndirilməsi Komitəsi hesab etdi ki, bu məsləhətçinin üzərinə qoyulan vəzifələrin həcmi bir qədər daha uzun müddət tələb edəcəkdir. ÜBİP-ə bir qədər düzəliş edilərək büdcənin “g” bəndində nəticə əsaslı məsləhət xidməti üçün nəzərdə tutulmuş məbləğ 6000 ABŞ dolları miqdarında azaldılmışdır və həmin 6000 ABŞ dolları fərdi müqavilə üçün əlavə edilmişdir.

Təsdiq olunmuş təklifə uyğun olaraq QEF tərəfindən ayrılan

məbləğ(ABŞ dolları)

Təsdiq olunmuş təklifə uyğun olaraq büdcənin cuzi dəyişdirilməsindən sonra

QEF tərəfindən ayrılan məbləğ (ABŞ dolları)

Komponent 1 33,000 34,000Komponent 2 94,400 93,400Komponent 3 70,000 70,000

Layihənin İdarə olunması 12,600 12,600CƏMİ QEF tərəfindən 210,000 210,000

19