120
“Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyə- tinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiy- yət veririk”. Heydər Əliyev

“Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

Embed Size (px)

Citation preview

Page 1: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

“Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy-kənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyə-tinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiy-yət veririk”.

Heydər Əliyev

Page 2: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

DÖVLƏT VƏ DİNİ C T İ M A İ F İ K İ R T O P L U S U

№ 11 (40) NOYABR 2015

REDAKSİYA HEYƏTİ:Allahşükür Paşazadə Tarix elmləri doktoru, professorBəxtiyar Əliyev Psixologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüƏli Əhmədov Fəlsəfə elmləri doktoru, professorƏli Həsənov Tarix elmləri doktoru, professorFazil Mustafa Fəlsəfə üzrə fəlsəfə doktoruGövhər Baxşəliyeva Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvüGülçöhrə Məmmədova Memarlıq doktoru, professorİlham Məmmədzadə Fəlsəfə elmləri doktoru, professorMübariz Qurbanlı Tarix üzrə fəlsəfə doktoruNizami Cəfərov Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Sabir Həsənli İlahiyyat üzrə fəlsəfə doktoruSakit Hüseynov Fəlsəfə elmləri doktoru, professorSəlahəddin Xəlilov Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Teymur Kərimli Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov Biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüVasim Məmmədəliyev Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

Redaktor: Sadiq Mirzəyevİxtisas redaktoru: Güney Namazova

Texniki redaktor: Oqtay OrucovMəsul katib: Saleh Aslanov

REDAKSİYANIN ÜNVANI: Bakı şəhəri, Əhməd Cavad küçəsi, 12.

Telefon: (+99412) 492-65-23Qeydiyyat № 1674 / Tiraj: 2000 / www.scwra.gov.az

Toplunun “Rəsmi guşə”sində AzərTAc-ın materiallarından istifadə edilib.Toplunun materiallarından istifadə edərkən istinad zəruridir.

İSSN 2220-8542

Page 3: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

MÜNDƏRİCAT

3

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

BU SAYIMIZDA

RƏSMİ GUŞƏ

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda

dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1350-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı .................................................... 5

Din xadimlərinin və dini icma rəhbərlərinin “Azərbaycan Respublikası

Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ................................................... 6

Prezident İlham Əliyev Bakıda keçirilən ISESCO

Baş Konfransının XII sessiyasının açılışında iştirak edib ........................................... 7

Azərbaycan Prezidenti İlham Əliyev ISESCO-nun

Baş direktorunu qəbul edib ....................................................................................... 16

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə

həsr olunmuş ümumi yığıncaqda iştirak edib ......................................................... 17

GERÇƏKLİK

Anar Əlizadə – Radikalizm və ekstremizm: dini-siyasi aspektdə ............................. 34

İlqar İsmayilzadə – İslamda tolerantlıq: Quran və hədis prizmasından .................... 44

DİN FƏLSƏFƏSİ

Şəfahət Abdullayeva – Təsəvvüfün əsas ideyaları..................................................... 55

İSLAM HƏQİQƏTLƏRİ

Elvüsal Məmmədov – Qurani-Kərimin öyrənilməsində mövzulu fehrist ədəbiyyatinin rolu .......................................................................................... 66

ARAŞDIRMA

Fəxrəddin Səfərli – “Əshabi-kəhf” ziyarətgahı haqqında ......................................... 73

Sara Hacıyeva – Türk və İslam mədəniyyətində ağac kultu ..................................... 85

Şahlar Şərifov – Ömər ibn Xəttabın xilafəti dövründə Bizansa qarşı döyüşlər .............................................................................................. 91

TARİXƏ PƏNCƏRƏ

Dürdanə Cəfərli – “Qurançılar” cərəyanı təfsirlərinin müqayisəli təhlili ................ 97

Pərviz Eyvazov – Əbu Abdullah Məhəmməd ibn İsmayıl

əl-Buxarinin həyat yolu ........................................................................................... 106

Müstəqil Ağayev – Nəriman Nərimanovun dinə münasibəti ....................................111

İZAHLI LÜĞƏT

Dini terminlərin izahı ...............................................................................................116

Page 4: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

4

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

www.scwra.gov.aze-mail: [email protected]

Page 5: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

5

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

“DİNİ ETİQAD AZADLIĞI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR

EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2015-Cİ İL 6 OKTYABR TARİXLİ 1350-IVQD NÖMRƏLİ

QANUNUNUN TƏTBİQİ HAQQINDAAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1350-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Preziden-tinin aktlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respub-likasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qa-nuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqa-nlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azər-baycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respub-likasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2015-ci il.

Page 6: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

6

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

DİN XADİMLƏRİNİN VƏ DİNİ İCMA RƏHBƏRLƏRİNİN “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏXRİ

DİPLOMU” İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDAAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Allahşükür Hümmət oğlu Paşazadə

Aleksandr Gennadyeviç İşein

Vladimir Fekete

Milix İlxananoviç Yevdayev

Gennadi Konstantinoviç Zelmanoviç

Robert Baqratoviç Mobili

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2015-ci il.

Page 7: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

7

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

PREZİDENT İLHAM ƏLİYEV BAKIDA KEÇİRİLƏN ISESCO BAŞ KONFRANSININ

XII SESSİYASININ AÇILIŞINDA İŞTİRAK EDİB

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Sessiyanın açılışında beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak ediblər.

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ISESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

ISESCO-nun Baş Konfransının XII sessiyası Qurani-Kərimdən ayənin oxunması ilə başlayıb.

Dövlətimizin başçısı sessiyada çıxış edib.

Page 8: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

RƏSMİ GUŞƏ

8

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli cənab baş direktor.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Çox şadam ki, bu tədbir Bakıda, Azərbaycanda keçirilir. Əminəm ki, qonaqlar ölkəmizin keçmişi, reallıqları ilə tanış olmaq üçün gözəl imkanlar əldə edəcəklər.

Son illər ərzində ISESCO dünya miqyasında çox önəmli beynəlxalq təşkilata çevrilibdir. ISESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. ISESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da ISESCO-nun öz yeri var. Qeyd etdiyim kimi, son illər ərzində baş direktor cənab əl-Tuveycrinin rəhbərliyi ilə ISESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata çevrilibdir.

Biz Azərbaycanda daim çalışırıq ki, ISESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ISESCO-nun fəal üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ISESCO təmsil olunur, cənab əl-Tuveycri Azərbaycana tez-tez səfərlər edir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvan layiq görülüb. Bu, ISESCO tərəfindən Azərbaycana, Azərbaycan mədəniyyətinə və bu gün Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq. Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Əminəm ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün fəal rol oynayacaqdır.

ISESCO Azərbaycanı daim dəstəkləyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti açıq şəkildə dəstəkləyir. Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır. Uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin 20 faizi erməni işğalı altındadır.

Page 9: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

9

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər Xocalı soyqırımı törətmişlər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyır. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər.

Onu da qeyd etməliyəm ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərmişdir. Missiyaların məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey - bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, İslam mədəniyyətinə qarşı terrorizmdir. Bir daha qeyd etmək istəyirəm ki, ISESCO bu məsələdə Azərbaycanın haqlı işini daim dəstəkləyir.

Onu da qeyd etməliyəm ki, erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri İslamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz İslam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir.

Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz İslam mədəniyyətini təbliğ edirik. Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir. Gələn il

Page 10: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

10

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz.

Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.

Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.

Azərbaycan zəngin tarixə malik olan bir ölkədir. Əminəm ki, qonaqlar Bakının qədim tarixi abidələri ilə tanış olacaqlar. Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq müstəvidə fəal iş aparır.

Onu da qeyd etməliyəm ki, Azərbaycan gənc müstəqil dövlətdir. Cəmi 24 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mindən çoxdur. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı məscidi Azərbaycanda yerləşir. Bu yaxınlarda məscid əsaslı şəkildə təmir edilibdir və bu gün həm dini abidədir, həm də memarlıq abidəsidir. Ona görə, bu məsələlərdə əlbəttə ki, beynəlxalq təşkilatların, aparıcı siyasətçilərin rolu kifayət qədər böyükdür - xüsusilə indiki şəraitdə, çox həssas vaxtda. Əfsuslar olsun ki, dünyada münaqişələr daha da alovlanır, qarşıdurmalar daha da çoxalır. Azərbaycan öz tərəfindən çalışır ki, humanitar əməkdaşlıq risklərin azaldılmasına gətirib çıxarsın.

ISESCO-nun bilavasitə məşğul olduğu sahələr də Azərbaycanda uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bizim çox zəngin tarixi irsimiz, qədim mədəniyyətimiz var. Bizim bütün mədəni abidələrimiz dövlət tərəfindən qorunur. Təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılıq təxminən 100 faizə çatıbdır. Elmin inkişafına böyük diqqət göstərilir. Elmin inkişafı üçün əsaslı işlər görülür, vəsait ayrılır. Elmin İnkişafı Fondu yaradılıbdır. Azərbaycanda yeni texnologiyalar inkişaf edir. O cümlədən bir neçə il bundan əvvəl Azərbaycan dünyanın o qədər də böyük olmayan kosmik klubuna üzv olub. Azərbaycanda kosmik sənaye sürətlə inkişaf edir. Çünki hər bir ölkənin gələcəyi elmin, təhsilin səviyyəsindən asılıdır, gələcəkdə daha da böyük dərəcədə asılı olacaqdır. Çünki ölkələrin inkişafını şərtləndirən əsas yeni texnologiyalardır, innovasiyalardır, elmin inkişafıdır, təhsilin səviyyəsidir. Biz bu sahəyə çox böyük diqqət göstəririk. Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi təcrübə bəzi ölkələr üçün maraqlı ola bilər.

Page 11: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

11

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Bu il Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Onu da qeyd etməliyəm ki, Avropa Oyunları Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir. Qısa müddətdə - cəmi iki il yarım ərzində bütün hazırlıq işləri görüldü və bu Oyunlar tarixə ən gözəl, ən mötəbər, yaxşı təşkil edilmiş Oyunlar kimi daxil oldu. Birinci Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi, hesab edirəm ki, sadəcə olaraq idman məsələsi deyil. Bu, eyni zamanda, dediyim kimi, bizim multikulturalizmə, dinlərarası, millətlərarası münasibətlərə verdiyimiz dəyərli töhfə olmuşdur. İki ildən sonra - 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Cəmi iki il ərzində Azərbaycanda həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bax, bu iki hadisə əslində Azərbaycanın hansı mövqelərə malik olduğunu əyani şəkildə göstərir.

Biz 2008-ci ildə “Bakı prosesi”nə təkan verdik. O vaxt Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Çünki Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, birinci belə toplantı idi. Ondan sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət etdik. Yəni, bu prosesə “Bakı prosesi” adı verilibdir. Dünyada artıq “Bakı prosesi” özünəməxsus rol oynayır. Yəni, biz çalışırıq ki, bütün bu məsələlər tənzimlənsin, dünyada daha da böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar.

ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi qeyd etdiyim kimi, ölkəmiz üçün çox böyük hadisədir. Əminəm ki, qonaqlar burada səmərəli işləyəcəklər. Burada müzakirə olunan məsələlər gələcəkdə həm İslam həmrəyliyini gücləndirəcək, humanitar sahədə görülən işlərə daha böyük təkan verəcək, eyni zamanda, dünya miqyasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət göstərəcəkdir.

Mən çıxışımın sonunda bir daha Azərbaycan xalqının böyük dostu cənab əl-Tuveycrinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Cənab əl-Tuveycri həm ISESCO-nun rəhbəri, həm də ictimai xadim kimi dünyada çox böyük rol oynayır, Azərbaycanı dəstəkləyir. ISESCO-nun bu səviyyəyə qalxmasında onun xüsusi xidmətləri var. Mən istəyirəm ki, bugünkü toplantıda qonaqların iştirakı ilə gözəl missiyanı icra edim. Cənab əl-Tuveycri mənim Sərəncamımla Azərbaycanın dövlət ordeni olan “Dostluq” ordeni ilə təltif edilibdir. İstəyirəm bu gün bu toplantıda bu ordeni ona şəxsən özüm təqdim edim.

* * *

Prezident İlham Əliyev “Dostluq” ordenini ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə təqdim edib.

* * *

Page 12: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

12

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək deyib:

- Qadir Allahın adı ilə.

Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

ISESCO-nun hörmətli xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva.

Zati-aliləri ISESCO-nun XI Baş Konfransının sədrinin nümayəndəsi.

Zati-aliləri ISESCO-nun İcraiyyə Şurasının sədri.

Zati-aliləri nümayəndə heyətlərinin rəhbərləri.

Zati-aliləri nümayəndə heyətlərinin üzvləri.

Hörmətli baş direktorlar, beynəlxalq təşkilatların üzvləri.

Hörmətli səfirlər, xanımlar və cənablar.

İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının - ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışında qarşınızda çıxış etməkdən məmnunam. İlk növbədə, bu konfransın hazırkı sessiyasının gözəl ölkədə qəbul edildiyinə və bu gözəl şəhərdə tədbirin uğurla keçməsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Zati-aliləri, gözəl ölkənizi davamlı tərəqqi və çiçəklənmə yolunda irəliyə doğru aparmaqda Sizə böyük uğurlar arzulayıram. Mən, həmçinin böyük şərəf hissi ilə Zati-alinizə minnətdarlığımı bildirirəm ki, Siz öz Sərəncamınızla məni belə bir yüksək orden ilə təltif etmisiniz. Mən bunu çox yüksək dəyərləndirirəm. Bu, mənim İslam aləmində göstərdiyim səylərə verilən ən yüksək qiymətdir. Bu, şəxsən mənim üçün, bizim təşkilatımız üçün böyük qiymətdir. Sizə dərin təşəkkürümüzü bildiririk ki, bizim bu konfransda açılış nitqi ilə çıxış etdiniz. Arzulayıram ki, Sizin burada qaldırdığınız bütün məsələlər həyata keçirilsin. Bu işlərdə

Page 13: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

13

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

biz də yaxından iştirak etməliyik. Biz bilirik ki, Sizin müdrik rəhbərliyinizlə ölkəniz necə uğurlar qazanıb. Sizin atdığınız addımlara gəldikdə, təbii ki, bunlar bu məqsədlərə çatmaqda bizə yardımçı olacaq.

Mən, həmçinin Azərbaycanın birinci xanımı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı xüsusi salamlayıram. Mən təşkilatımıza - ISESCO-ya verdiyi dəstəyə görə ona təşəkkürümü bildirirəm. Mən bilirəm ki, o, elm, mədəniyyət və təhsil sahələrində çox iş görür və bu ölkənin inkişafında olduqca fəal rol oynayır. Cənab Prezident, çox sağ olun. Birinci xanım, çox sağ olun. Burada bizimlə olduğunuza görə bizə böyük şərəf verdiniz.

Sonra ISESCO-nun baş direktoru təşkilatın yaranma tarixindən və müasir dövrdəki fəaliyyətindən danışaraq deyib:

- ISESCO son üç onillik ərzində İslam dünyasında baş verən dəyişikliklərə uyğunlaşdı. Bu baxımdan, o, özünü birgə İslam işinin ön cərgələrində qərarlaşdırdı, İslam həmrəyliyinə böyük təkan verdi və nəhayət sayı 25-dən 52 dövlətə çatan üzv ölkələrdə təhsil, elm və mədəni irəliləyişi gücləndirdi. Biz bütün üzv dövlətlərin səylərini birləşdirmək, siyasətimizi bütövləşdirmək və müsəlman aləminin ümumi toplu kimi davamlı və əhatəli inkişafına doğru böyük addımların atılması üçün birgə İslam fəaliyyətinin məqsədlərinə nail olmaq kimi ülvi amalımızı təmin etmək üçün İslam Əməkdaşlıq Təşkilatının digər beş üzv dövlətini üzvlüyə qəbul etməyi səmimiyyətlə arzulayırıq.

ISESCO–nun baş direktoru rəhbərlik etdiyi təşkilatın təhsil, elm, texnologiyalar, mədəniyyət və ünsiyyət sahələrində qlobal elmi mərkəz kimi fəaliyyətindən də danışıb. Əbdüləziz Osman əl-Tuveycri ISESCO-nun 2016-2018-ci illər üçün tədbirlər planında üç strateji məqsədin qarşıya qoyulduğunu bildirib. Qeyd edib ki, bunlar gənclərin İslam aləmində davamlı inkişafa səfərbər olunması, üzv dövlətlərin təhsil, elm, mədəniyyət və ünsiyyət sahəsində yürütdükləri siyasətdə keyfiyyətin, idarəçiliyin və bərabərliyin təşviqi, əsas diqqətin insan hüquqlarının, mədəniyyətin təbliğinə, sosial ədalətə və birgə yaşayışa hörmətlə yanaşılmasına yönəltməkdən ibarətdir. ISESCO–nun baş direktoru müasir dünyada və müsəlman aləmində baş verən hadisələrə də münasibət bildirərək deyib:

- Zati-aliləri cənab Prezident, hörmətli birinci xanım, xanımlar və cənablar. Bu gün dünyada baş verən çətinlik və gərginliyə gəldikdə, xüsusən də İslam dünyasında olan ciddi vəziyyətlərə toxunduqda, biz bütün üzv dövlətlərin üzləşdiyi çağırışların aradan qaldırılması, səylərimizin birləşdirilməsi üçün bütün imkanlardan istifadə etməliyik. Burada heç bir istisna yoxdur. Çünki qarşımızda duran çağırışları məhz bizim inkişafımızla bağlı davamlı işlərin görülməsinə, yenidənqurma işlərinin aparılmasına, bugünkü inkişafın daha da yüksək səviyyəyə qaldırılmasına və beynəlxalq ictimaiyyətin səylərinin məhz münaqişələrdən və insan hüquqlarının pozulmasından azad olan dünyaya doğru yönəldilməsinə, insanların lazımi həyat tərzi sürmələri üçün sosial ədalətin və sülhün bərqərar olunmasına yönəltməliyik. Buna görə əgər biz ISESCO ailəsi daxilində

Page 14: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

14

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

öz istinadlarımızdan çıxış edərək daimi olaraq bu vəziyyətə nəzarət edəcəyiksə, bu, bizim hamımızı bütün çətinliklərdən, silahlı münaqişələrdən qoruyacaq və münaqişələrin, zorakılığın, vəhşi terrorçuluğun yayılmasının qarşısının alınmasına şərait yaradacaq. Biz bu yolla addımlayaraq öz mübarizəmizi aparacağıq, müsəlmanlar arasında ayrılığa son qoyacaq, təcridolunmanı ləğv edəcəyik. Biz bu gün baş verən münaqişələrin həllinə, onların tam ləğv edilməsinə bu yolla nail ola bilərik.

Bu gün biz Azərbaycan Respublikasındayıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf bütün İslam aləmində müasir dövlətin nümunəsi ola bilər. Azərbaycan Respublikası bu gün bir çoxları üçün nümunə ola bilər. Çünki bu, inkişaf etmiş bir dövlətdir. Bu ölkə öz tarixi dəyərlərinə əsaslanaraq sülh şəraitində birgəyaşayışı təşviq edir, sosial sülhün və ədalətin təmin olunmasında uğurlar qazanır. Mən, hörmətli Azərbaycan Respublikasının Prezidenti, Sizə, Azərbaycan xalqına müraciət edərək Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Əldə etdiyiniz bütün nailiyyətlərə görə Sizi təbrik edirəm. Biz fəxr edirik ki, İslam dünyasında belə ölkə mövcuddur. Azərbaycan Respublikası Allah-Təalanın iradəsi və Prezidentin müdrik rəhbərliyi ilə öz inkişafını, qazanılan uğurları davam etdirəcək.

ISESCO ailəsi Azərbaycan Respublikasında və digər ölkələrdə öz məqsədlərinə xidmət edir. Biz də təşkilat olaraq əlimizdən gələni edirik ki, vacib bildiyimiz məqsədlərə nail olaq. Çünki biz intellektual dairələrin bacarığını bir araya gətiririk, çalışırıq bu sahədə mövcud olan bütün dəyərlərimizi onların vasitəsilə təşviq edək. Buna görə biz belə bir zəngin, xeyirxah və qonaqpərvər xalqı olan ölkədə toplaşmışıq. Bu ölkənin Zati-aliləri müdrik Prezidentinin və hörmətli birinci xanımının rəhbərliyi ilə qazanılan nailiyyətlər bizim tərəqqimizin rəmzidir. Biz çox fərəh hissi ilə bəyan edirik ki, dünyaya açığıq. Azərbaycan Respublikası işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin birmənalı olaraq azad edilməsinə nail olacaq və işğal altındakı torpaqlar heç vaxt düşmənə nəsib olmayacaq. Biz bu bəyanatı tərəddüd etmədən veririk. Biz bunu hər zaman etmişik və edəcəyik. Çünki biz, həmçinin istəyirik ki, Fələstin dövləti də İsrail işğalından azad olunsun. Biz bilirik ki, erməni işğalı nəticəsində böyük dağıntılar baş verib. Onlar işğal olunmuş torpaqlarda dini, tarixi, mədəni abidələri dağıdıblar. Buna görə də istərdik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılsın. Çünki mütləq xarakterə malik olan dörd qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılması tələb edilir. Biz onun tərəfdarıyıq ki, bu torpaqlar tezliklə azad olunsun. Mən bütün regional dövlətlərə üzümü tutub deyirəm, biz bu işğala son qoymalıyıq, pozulmuş hüquqları bərpa etməliyik. Mən konfransdan xahiş edərdim, bir bəyannamə, qətnamə qəbul etsin və orada tələb olunsun ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxarılsın. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir. İnsanlar öz yerlərindən didərgin salınıb, qətlə yetirilib, onların hüquqları pozulub. Vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır. Azərbaycanın vacib regionu işğaldan azad edilməlidir və ediləcək.

Page 15: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

15

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Hörmətli cənab Prezident, hörmətli birinci xanım, ISESCO-nun üzv dövlətlərinin hörmətli nümayəndələri. Siz öz evinizdəsiniz. Bu, bizim – İslam ümmətinin məhz dərk etdiyi bir xətdir, mövqedir. Biz öz məqsədlərimizə nail olacağıq. Bizim Xartiyamızda olan məqsədlərə nail olacağıq. Lakin bildirmək istəyirəm ki, sizi narahat edən hər hansı bir məsələyə gəldikdə təşkilatımız daxilində dərhal bir-birimizi dəstəkləməliyik. İnşallah, biz öz fəaliyyətimizlə elm, təhsil və mədəniyyəti bütün İslam xalqlarında təşviq edəcəyik. Bu, bütün bəşəriyyət üçün vacibdir.

Mən çox məmnunam ki, burada Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan xalqına bir daha təşəkkürümü bildirirəm. Bizi və bu konfransı qəbul etdiyinizə görə çox sağ olun. Yaratdığınız şəraitə görə minnətdaram və inşallah əlimizdən gələni edəcəyik ki, Sizin də apardığınız fəaliyyət bizim hamımızın – üzv dövlətlərin maraqlarına uyğun olaraq tam həyata keçsin.

* * *

Daha sonra mükafatlandırma mərasimi olub. ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatına Nigeriyanın nümayəndəsi layiq görülüb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdiriblər.

Daha sonra dövlətimizin başçısı və xanımı konfrans iştirakçıları ilə görüşərək onlarla söhbət ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulunda ISESCO-nun Baş Konfransının XII sessiyasının və İcraiyyə Şurasının toplantısının Bakıda keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı. Budəfəki konfransda müzakirə olunan məsələlərin müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacağı, qəbul ediləcək qərarların isə İslam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyi bildirilir.

Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə ikitərəfli əlaqələr uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

Page 16: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

16

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ISESCO-nun BAŞ DİREKTORUNU QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

ISESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını qeyd edib.

Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Page 17: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

17

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

PREZİDENT İLHAM ƏLİYEV AMEA-nın 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ

ÜMUMİ YIĞINCAQDA İŞTİRAK EDİB

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.

Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

* * *

Prezident İlham Əliyevin nitqi:

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

İlk növbədə, mən sizi və bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm. Biz bu əziz gündə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyini qeyd edirik. Bu münasibətlə də bütün Azərbaycan alimlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, nailiyyətlər arzulayıram.

Bu 70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.

Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.

Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər.

Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə o vaxtkı hakimiyyət

Page 18: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

18

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

hətta Akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Ümumiyyətlə, o vaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur.

Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu Öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet sahələrdən biridir.

Əlbəttə ki, müstəqilliyimizin ilk illərində bizim maliyyə vəziyyətimiz indiki kimi deyildi. Azərbaycan çox ağır dövr yaşayırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi və iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki, Akademiyanın inkişafına lazımi səviyyədə maliyyə vəsaiti ayrılsın. Ancaq o vaxt da imkan daxilində bu məsələlər öz həllini tapırdı.

Əlbəttə, indiki dövrdə Azərbaycan artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini ortaya qoyub və iqtisadi inkişaf templərinə görə çox böyük rəğbətlə qarşılanır. Ona görə də bu gün biz Akademiyanın işinə daha da böyük həcmdə vəsait ayıra bilirik, bunu edirik. Onu da qeyd etməliyəm ki, bu sahədə alimlərin, elmi ictimaiyyətin təklifləri də nəzərə alınır. Mən xatırlayıram ki, dörd il bundan əvvəl bu binada, bu salonda çıxış edərək fikirlərimi bildirmişdim. O vaxt çıxış edən alimlər də təkliflərini irəli sürmüşdülər. O təkliflərin demək olar ki, hamısı ya icra edilibdir, ya da icra edilir.

Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin

Page 19: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

19

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir.

Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm.

Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır.

Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir.

Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək.

Page 20: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

20

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq.

Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, neft-qaz amilindən asılılığımızı maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci regional inkişaf proqramının qəbulu məhz bu məqsədi güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra edilir və bölgələrin siması dəyişilib. Yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı düşməlidir.

Ancaq bununla bərabər, bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük. Hökumətə, dövlət qurumlarına müvafiq göstərişlər verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər.

Əminəm ki, bizim iqtisadi inkişaf dinamikamız davam edəcəkdir. Çünki bunun təməlində həm artıq görülmüş işlər, infrastruktur layihələri, gözəl investisiya iqlimi dayanır, eyni zamanda, dünyanın mötəbər iqtisadi qurumları da fəaliyyətimizi yüksək qiymətləndirirlər. Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən yüksək iqtisadi templərlə inkişaf edən ölkə Azərbaycan olacaqdır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu biz neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün etmişdir. Biz çalışmalıyıq ki, bu yüksək templəri növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı edək.

Çünki bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Əgər biz başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır. Ona görə də biz çalışırıq ki, daxili resurslardan maksimum dərəcədə istifadə edək və heç kimdən asılı olmayaq. Asılı oldunsa, gərək başqasının sifarişlərini yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz istəmirik ki, heç kimdən asılı olaq. İstəyirik ki, öz yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın, dövlətimiz daha da güclənsin. Bir daha demək istəyirəm ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır. Ona görə hesab edirəm ki, alimlər bu yeni vəziyyətlə bağlı öz dəyərli təkliflərini verməlidirlər və verəcəklər.

Bir məsələni də əlavə etmək istəyirəm. Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Bu da son illər ərzində ölkənin inkişafı ilə bağlıdır. Çünki əgər biz demoqrafiyanın statistikasına nəzər yetirsək, görərik ki, ölkəmiz üçün ən ağır illərdə demoqrafik vəziyyət

Page 21: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

21

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

çox mənfi idi. Ancaq ölkə iqtisadiyyatı inkişaf etməyə başlayandan, sabitlik tam bərqərar olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaqdır. Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaqdır. Ancaq bu vəziyyət, eyni zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir. Biz son on il ərzində bir milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşübdür. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik.

Bu günə qədər və hətta bu gün bizim əsas vəzifəmiz infrastruktur layihələri idi. Biz onları Bakıda və bölgələrdə icra edirik. Əlbəttə, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su, meliorasiya, kənd yolları, magistral yollar, təmir işləri bundan sonra da davam edəcək. Ancaq bunlarla bərabər, mütləq yeni yanaşma da olmalıdır.

Son illər ərzində sənayenin inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Bunun nəticəsidir ki, bu ilin doqquz ayında bizim qeyri-neft sənayemiz 10 faizdən çox artıbdır. İndiki şəraitdə bu, tarixi nailiyyətdir. Hazırda Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələri gələcəkdə qeyri-neft potensialımızı gücləndirəcək, ixrac potensialımızı böyük dərəcədə artıracaq. Texnoparklar yaradılır. Kimya Sənaye Parkının artıq təməli qoyulubdur. Orada artıq ilk müəssisələr yaradılıb. Azərbaycan alimləri bütün bu işlərdə fəal iştirak etməlidirlər. Əlbəttə ki, bütün bu istiqamətdə inşaat və mühəndislik işlərini xarici podratçılar icra edirlər. Ancaq müvafiq dövlət qurumlarına göstəriş verilmişdir ki, Azərbaycan alimlərini də bu işə cəlb etsinlər. Xahiş edirəm ki, alimlər özləri də bu işlərdə fəallıq göstərsinlər.

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülübdür. Biz özümüzü bütün əsas ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni, ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki, əhalimizin təxminən

Page 22: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

22

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

50 faizi aqrar bölgələrdə yaşayırlar, gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaqdır.

Təsadüfi deyil ki, bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu ilin 9 ayında kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bu da çox böyük göstəricidir. İndi Azərbaycan dövləti suvarma, meliorasiya işlərinə böyük sərmayə qoyur. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay su anbarları tikilib. Bu, tarixi nailiyyətdir. İndi suvarılan torpaqların sahəsi böyük dərəcədə artır və artacaq. Yeni suvarılan və suvarılması yaxşılaşdırılan torpaq sahələri 100 min hektarla ölçüləcək. Burada mütləq elmi yanaşma olmalıdır. Biz burada xaotik vəziyyətə imkan verə bilmərik. İşlər planlı şəkildə görülməlidir ki, hansı sahələrdə hansı məhsullar yetişdirilsin. O məhsulların yetişdirilməsi üçün dövlət hansı işləri görməlidir? Burada alimlərin sözü əsas olmalıdır. Müvafiq qurumlara - həm İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, görüləcək bütün işlər elmi əsaslar üzərində qurulmalıdır. Xahiş edirəm, Azərbaycan alimləri də, Milli Elmlər Akademiyası da bu işlərə çox fəal qoşulsunlar.

Biz ixrac potensialımızı böyük dərəcədə artıra bilərik. Yəni, biz dünya bazarlarına daha böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə, fermerlərin həyat səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilərik. Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti birmənalıdır. Dövlət qurumlarına göstərişlər verilib. Alimlərdən xahiş edirəm ki, bu məsələ ilə çox ciddi məşğul olsunlar.

Burada mənim son çıxışımdan ötən illər ərzində Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik sənayenin yaradılması olmuşdur. Birinci telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxıldı. İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq. Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi–praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun.

Azərbaycanda hərbi sənaye yaradılıbdır. Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır. Əgər o vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu

Page 23: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

23

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.

Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin.

Əlbəttə ki, iqtisadi inkişafımızın ənənəvi neft-qaz sahəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Alimlər yaxşı bilir ki, Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi. Bu gün Azərbaycan alimləri ölkədə aparılan neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm rol oynayırlar. Həm xarici tərəfdaşlarla əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə, bizim üçün bu sahə də strateji sahədir. Bizim neft-qaz yataqlarımız kifayət qədər böyükdür. Qaz yataqlarımızın ehtiyatları azı 100 il özümüzə və tərəfdaş ölkələrə ixrac etmək üçün kifayət edəcək. Əlbəttə, bizim alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni yaranan texnologiyalarla tanış olmalıdırlar. Çünki son illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə olunur. Əvvəlki illərdə qaza bilmədiyimiz dərinliklərə indi biz nəinki asanlıqla quyular qazırıq, hətta Bakıda, yerin ən dərin qatında qazma işləri apara biləcək böyük qazma qurğuları inşa edilir. Ona görə bu sahə həm bizim üçün, həm də tərəfdaşlarımız üçün strateji sahədir.

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, neft-qaz sektorunda, bəzi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın sayı daha da artacaq. Çünki “Cənub” qaz dəhlizinin icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə Azərbaycan qazını əldə etmək üçün imkan qazanacaq. Ona görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə götürmüşdür. “Cənub” qaz dəhlizinin, TANAP layihəsinin nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də Azərbaycandır. Biz, eyni zamanda, öz maliyyə resurslarımızı da bu sahəyə yönəldirik.

Əlbəttə, alimlərin qarşısında duran vəzifələr çoxdur. Mən burada hər bir vəzifə haqqında öz fikirlərimi desəm yəqin ki, çox vaxt gedər. Hesab edirəm ki, dediklərim kifayətdir. Çünki mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.

Page 24: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

24

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Çıxışımın sonunda humanitar elmlər haqqında bir neçə kəlmə demək istəyirəm. Bu sahə daim diqqət mərkəzindədir. Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər – Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ – ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun ki, biz bütün bunları hər gün televizorlarda görürük. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır.

Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır.

Sonda tarix elmləri ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan,

Page 25: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

25

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır.

Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər.

Əziz dostlar, Akademiya üzvləri, alimlər, mən sizi bir daha salamlayıram, Akademiyanın 70 illiyi münasibətilə təbrik edirəm. Sizi əmin edirəm ki, mən gələcəkdə də Akademiyanın inkişafına daim diqqət göstərəcəyəm və Akademiya qarşısında duran bütün vəzifələrə daim dəstək olacağam. Sağ olun.

* * *

AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib:

- Möhtərəm cənab Prezident.

İcazə verin, ilk növbədə, dərin məzmunlu nitqinizə görə Sizə bütün Azərbaycan alimləri adından təşəkkürümü bildirim. Müəyyən etdiyiniz hədəflər, qaldırdığınız problemlər və qarşıya qoyduğunuz vəzifələr bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil edəcək. Sözsüz ki, bütün bunları gerçəkləşdirmək üçün bizə mövcud potensialımızla yanaşı, kreativ düşüncəyə malik gənclər, yeni texnologiyalara və innovasiyalara yiyələnməyə qadir insanlar, maddi-texniki bazamızın müasir tələblər səviyyəsinə qaldırılması və bir sıra sosial problemlərimizin həlli gərəkdir. Əminəm ki, Akademiyaya göstərdiyiniz diqqət və qayğı sayəsində bunların hamısı həyata keçiriləcəkdir. Bir daha Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Page 26: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

26

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Hörmətli cənab Prezident, hörmətli alimlər, əziz qonaqlar.

9 noyabr – Azərbaycanda gözəl bayram günüdür. Bu, Dövlət Bayrağı günüdür. Onun rəngləri bizi daim müasirləşməyə, milli mənəvi dəyərlərimizi qorumağa və Azərbaycanın müstəqilliyinin keşiyində dayanmağa sövq edir. Akademiyanın ilk üzvlərindən olan Üzeyir bəy Hacıbəylinin bəstələdiyi himn, dövlət gerbimiz kimi, Akademiya da dövlətçiliyimizin əsas rəmzlərindən biridir. Fərəhli haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının yubileyini biz belə gözəl gündə qeyd edirik. Bunun dərin rəmzi mənası vardır. Çünki Azərbaycan elmi də əslində bayrağımız kimi dövlətçiliyimizin rəmzlərindəndir. Bu mənada Akademiyanın yubileyi bizim üçün ikiqat bayramdır.

Bizim bu yubileyi xüsusi rövnəqləndirən həm də odur ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Akademiyanın 70 illiyi münasibətilə alimlərimizin böyük bir qrupunun təltifi haqqında xüsusi sərəncamlar imzalayıb. Bu gün isə cənab Prezident bizim əziz qonağımızdır.

İcazə verin, sizin hamınızı elmimizin bayramı münasibətilə təbrik edim. Hər birinizə cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının inkişafı, onun elminin yüksəlişi naminə böyük uğurlar diləyim.

Hörmətli yığıncaq iştirakçıları, qədim sivilizasiyanın əsas məskənlərindən olan Azərbaycanda uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf edib. Bugünkü Elmlər Akademiyası əsrlər boyu inkişaf etmiş və püxtələşmiş Azərbaycan elminin varisidir. Qədim dövrlərdən orta əsrlərə qədər Azərbaycan elminin səviyyəsini dolğun əks etdirən güzgü Nizaminin əsərləridir. Nizami əyani surətdə sübut etdi ki, bir tərəfdən yunan-Roma mədəniyyətinin varisləriyik, digər tərəfdən isə müsəlman intibahını yaradan və Avropaya renessansı ərməğan edən mədəniyyətlərdən biriyik.

Azərbaycan Elmlər Akademiyası qədim və zəngin ənənələr əsasında 1945-ci ilin mart ayında yaradılıb. 1945-ci il martın 31-də isə Azərbaycan Elmlər Akademiyası yaranma tarixini böyük ümumi yığıncaqla qeyd edib. Bu, Azərbaycanın həyatında yeni atributun yaranmasını göstərən təntənəli hadisə idi.

Azərbaycan elminin ənənələrini davam etdirən Akademiyanın ilk üzvləri bütün ömürləri boyu yüksək fədakarlıqla elmə xidmət ediblər. Mən onların adlarını bir daha səsləndirərək böyük hörmətlə hər birinin parlaq xatirəsini yad etmək istərdim. Onlar dahi Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov və Səməd Vurğun, Yusuf Məmmədəliyev və Aleksandr Qrossheym, Heydər Hüseynov və Mustafa Topçubaşov, İosif Yesman və Mirzə İbrahimov, Mikayıl Hüseynov və Şamil Əzizbəyov, Mirəli Qaşqay və Sadıq Dadaşov, Ələşrəf Əlizadə və İvan Şirokoqorovdur. Bu adlar elmimizin tarixinə qızıl hərflərlə yazılıb.

Akademiya inkişaf etdikcə onun sovet və dünya elminə töhfələri, respublika qa-rşısında duran problemlərin həllindəki rolu da artmaqda idi. 70 il ərzində Azərbaycan

Page 27: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

27

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

alimləri çoxlu sayda elmi nailiyyətlərə imza atıblar. Onların şərəfli əməyi layiqincə qiymətləndirilib, Azərbaycan alimləri yüksək dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülüblər. Bu proses - alimlərimizin əməyinin qiymətləndirilməsi, onların mükafatlandırılması bu gün də davam etmək-dədir.

Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən parlaq mərhələ 1970–1985-ci illəri əhatə edən dövrdür. Akademiya tarixinin bu mərhələsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Akademiyanın həyatında çətin, mürəkkəb və dramatik bir mərhələ başladı. SSRİ-nin dağılması, ənənəvi dövlət və ictimai institutların iflasa uğraması, dərin iqtisadi böhran, hüquqi vakuum Akademiyanın üzləşdiyi problemlərin yalnız bir qismi idi. Həmin dövrdə Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyası, totalitarizmlə mübarizə adı altında İttifaq strukturlarının ləğvi kimi Akademiyanı da ləğv etmək cəhdləri vəziyyəti daha da kəskinləşdirmişdi.

Xoşbəxtlikdən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dahiyanə siyasəti sayəsində Elmlər Akademiyası öz bütövlüyünü qoruyub saxlaya bildi.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi özümüzə və gələcəyimizə inam hissini qaytarmaqla, xalqımızın tarixi yaddaşında milli ideallara fədakarcasına xidmətin nümunəsi kimi qalacaqdır. İki faktı qeyd etmək kifayətdir. Biz iqtisadiyyatımızın ən çətin dövründə UNESCO çərçivəsində dahi Məhəmməd Füzulinin 500 illiyini və möhtəşəm Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini böyük təntənə ilə qeyd etdik. Bütün bunlar əslində, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə xidmət edərək xalqımıza onun milli mənəvi irsinin qaytarılması yolunda çox mühüm addımlar idi.

Hörmətli tədbir iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə olduğu kimi, akademik elmdə də nailiyyətlər və uğurlar əldə olunub. Möhtərəm Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında

Page 28: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

28

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

elmin inkişafı üzrə Milli Strategiya” və 2012-ci ilin dekabr ayında xüsusi Fərmanla təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası mühüm yer tutur. Bu sənədlər qloballaşma prosesinin və informasiya cəmiyyətinin qarşımızda yeni hədəflər qoyduğu bir mərhələdə bizi dövrün çağırışlarına cavab verməyə səfərbər edir.

Hörmətli cənab Prezident, Sizinlə bu zalda, Akademiyanın ümumi iclasında dörd il bundan əvvəl görüşmüşdük. Bu illər ərzində həm Akademiya institutlarının xarici görkəmi kəskin surətdə dəyişib, həm də islahatlar proqramlarının böyük qismi gerçəkləşdirilib. Gözəlləşmiş Akademiya şəhərciyinə xüsusi rövnəq verən Elmi Kitabxananın və Milli Ensiklopediyanın yeni binalarının qısa zamanda tikilib istifadəyə verilməsi ölkəmizdə elmin inkişafına yüksək diqqət və qayğınızın göstəricisidir.

Möhtərəm cənab Prezident, o görüşümüz zamanı qaldırılmış bir çox məsələlər də artıq ya öz həllini tapıb, yaxud tapmaqdadır. Elmə yüksək qayğınıza görə Sizə bir daha bütün alimlər adından dərin minnətdarlığımızı bildiririk.

Hazırda Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Milli Elmlər Akademiyası ənənələrə sadiq qalaraq elm və təhsilin inteqrasiyasına ciddi diqqət yetirir. Hazırda AMEA institutlarında müxtəlif universitetlərin kafedralarının onlarla filialı fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər.

Hörmətli cənab Prezident, məhz Sizin dəstəyinizlə Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis olunub və doqquz ixtisas üzrə magistrantların qəbulu keçirilib. İnstitutlarımızın ali məktəblərlə sıx əməkdaşlığı akademik fəaliyyətin strateji xəttidir. Bu istiqamətdə Sizin bizə böyük yardımınız və dəstəyiniz üçün təşəkkürümüzü bildiririk.

Hörmətli həmkarlar və qonaqlar, 70 illik yubileyə Akademiyanın kollektivi əliboş gəlməyib, dəyərli elmi əsərlər və monoqrafiyalar hazırlanıb. Bu əsərlərin nəşrini Akademiya tarixinin müvafiq mərhələlərdə fəaliyyətinin bir növ yekunu hesab etmək olar. Bu, bizim yubiley hədiyyəmizdir. Amma bu çoxsaylı nəşrlərin sırasında bir nəşr bizim üçün xüsusilə əzizdir.

Mən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitab-albomunu nəzərdə tuturam. Burada 70 il ərzində öz əməyi ilə respublika elminin nailiyyətlərini artıran şəxsiyyətlərin fəaliyyətini görmək olar. Bu, bizim tariximizdir. Məhz həmin tarix bizi həm gələcəyə aparır, həm də keçmişə qaytarır. Buna görə də bizim diqqətimizi çəkən bu tarix gələcək nəsilləri də maraqlandıracaq.

Hamıya məlumdur ki, elmdə aparılan islahatlar ən çətin və ən mürəkkəb bir prosesdir. Akademiyanın 70 illik yubileyi günlərində qürurla deyə bilərik ki, səylərimizi birləşdirməklə Azərbaycanın bu əvəzsiz sərvətini qoruyub saxlaya bilmişik. Bu gün bu müqəddəs elm ocağı yaşayır və inkişaf edir.

Page 29: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

29

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Möhtərəm cənab Prezident, bu inkişafa, elmə göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan elmi ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizi əmin edirik ki, Azərbaycan alimləri milli maraqlara uyğun həyata keçirdiyiniz dövlət siyasətinə daim dəstək verəcək, ölkəmizdə biliklər iqtisadiyyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, bu amal uğrunda həmrəyliyini artıracaq, səylərini daha da gücləndirəcəkdir. Bir daha Sizə səmimi minnətdarlığımızı və dərin təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, bəlkə də yeri deyil, amma ürəyim yenə şeir istəyir. İcazə verin, bir şeir deyim:

Bu gün Vətənimdə fərəhli gündür,

Gəzir dodaqlarda yubiley səsi.

Alimlər diyarı şənlik üçündür,

Gözəl yurdumuzun gülür çöhrəsi.

Sağ olun.

* * *

Yığıncaqda çıxış edən Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut Azərbaycan Milli El-mlər Akademiyasının tarixi, elmi fəaliyyəti və alim-ləri haqqında kifayət qədər məlumatlı olduğunu dey-ib. Qonaq Azərbaycan alimlərinin fizika və biofizika sahəsində araşdırmalarının, ölkəmizin kosmik sənay-eyə yiyələnməsinin dünyanın elmi ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğulayaraq bildirib:

- Fizika sahəsində böyük işlər aparılıb. Mate-rialların hazırlanması işində araşdırmalar çoxdur. Bu halda yeni materialların, yeni sensorların və istifadə edəcəyimiz cihazların istehsalı xüsusi əhəmiyyət kəsb edir. Lakin bir çox digər sahələr də var. Onları qeyd etmirəm. Biofizika elmini xüsusilə vurğulamalıyam. Eyni zamanda, fizika və biofizika hesablama üsullarını qeyd etmək lazımdır. Bu gün kompyuterlərin gücü demək olar ki, elmin bütün sahələrində hiss olunur və elmin inkişafı üçün böyük imkanlar açır. Elmin bir çox sahələri var ki, yeni yaranır. Onlar isə, öz növbəsində, texnologiya və iqtisadiyyatda dəyişikliklərdən irəli gəlir. Prezident Əliyev bunları çıxışında qeyd etdi.

Corc Ficerald Smut elmi kadrların yetişdirilməsində Azərbaycan Milli Elmlər Akademiyasının səmərəli işinə toxundu, Akademiyada magistr kurslarının təşkilini təqdirəlayiq hal kimi dəyərləndirib.

Page 30: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

30

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Daha sonra görkəmli alim səhiyyəni siyasi, iqtisadi və sosial xarakterli məsələ kimi səciyyələndirib.

Dünyada müxtəlif xəstəliklərə qarşı mübarizədə tibb elminin son nailiyyətlərindən danışan Corc Ficerald Smut Azərbaycanda insan sağlamlığına göstərilən qayğıdan da söhbət açdı. Ölkəmizdə bəzi xəstəliklərin qarşısının alınması istiqamətində görülən tədbirləri mühüm nailiyyət kimi dəyərləndirən qonaq bildirib:

- Qeyri-keçici xəstəliklər deyildikdə diabet, qan dövranı, ürək-damar problemləri nəzərdə tutulur. Yəni, bu xəstəliklər bir insandan digər insana keçmir, daha çox həyat tərzi, həyat şəraiti ilə bağlıdır, keçici xəstəliklərdən, vərəm xəstəliyi kimi bəlalardan fərqlidir. Azərbaycanda bu xəstəliklərin qarşısı alınır. Bu ölkədə keçici xəstəliklər ciddi şəkildə müşahidə edilmir.

Nobel mükafatı laureatı təbabətdə nanotexnologiyanın tətbiqi sahəsində dünya elminin araşdırmaları və son nailiyyətləri barədə də məlumat verərək deyib:

-Monitorda digər bir nümunə görürsünüz. Burada hesablama üsulları, insan biliyi və texnologiyanın bir yerdə istifadəsi nümunəsi verilir. Bu nümunədə cərrahiyə əməliyyatı real və ya virtual xəstə üzərində aparılır. Bu üsuldan istifadə edərək, cərrahlarınızı təlimlərdən keçirə bilərsiniz. Daha təkmil üsullarla robot əlləri həmin əməliyyatı aparır. Həkimlər və tibb heyəti üçün təkmilləşdirmə kursları sayəsində nəticələr daha böyük ola bilər. İnsan orqanizmi daxilində vəziyyət tam təkmil şəkildə görünür. Kiçik dəlik açılır, orqanizmə aparat daxil edilir və əməliyyat aparılır.

Bu nümunədə fizika və biofizikanın nailiyyətlərinin tibb sahəsinə yardım etməsini göstərməyə çalışacağam. Burada söhbət tibbi və bioloji sistemlərdə istifadə olunacaq yeni materiallardan və nanohissəciklərdən gedir. Həmin materiallar burada müxtəlif məqsədlər üçün istifadə oluna bilər. İnsan sümüklərinə nanohissəciklərin daxil edilməsi, yaxud nanohissəciklərdən hazırlanmış dərmanlar tətbiq edilə bilər.

* * *

Sonra Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış edərək bildirib:

- Çox hörmətli Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Milli Elmlər Akademiyasının çox hörmətli prezidenti.

Əziz dostlar.

Page 31: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

31

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

Etiraf edim ki, mən həyəcanlıyam. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təmsilçisi kimi, mənim üçün əlamətdar tarixə - Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan belə ali, təntənəli iclasda iştirak etmək böyük şərəfdir. Bilirsiniz, hava limanından gələndə və son illər daha da gözəlləşən, qədim sivilizasiyanın, müasir və dinamik inkişaf edən dövlətin paytaxtı olan gözəl Bakı şəhərini görəndə həqiqətən də məndə bugünkü əlamətdar hadisə olan Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi ilə ahəngdarlıq təşkil edən hisslər yarandı.

İcazə verin, bizim çoxmillətli institutun kollektivinin tapşırığını yerinə yetirim və təbrik məktubunu oxuyum. Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi adından Milli Elmlər Akademiyasının 70 illiyi ilə əlaqədar sizi və Azərbaycan Respublikasının bütün ictimaiyyətini təbrik etmək şərəfinə nail olmuşam.

Azərbaycanın Milli Elmlər Akademiyası öz keçmişi və bu günü ilə fəxr edə bilər və etməlidir. Akademiyanın gələcək üçün gözəl perspektivləri var. Dövlətin inkişafını əksər hallarda elmin vəziyyəti, onun nailiyyətləri, həmçinin Elmlər Akademiyası tərəfindən hazırlanan yüksək ixtisaslı mütəxəssislər, gənc alimlər və mühəndislər müəyyən edir.

Qeyd etmək xoşdur ki, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Heydər oğlu Əliyev ölkədə elmə və elmi qurumlara çox yüksək diqqət və dəstək göstərir. Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmi infrastrukturun modernləşdirilməsinə və qabaqcıl texnologiyaların tətbiqinə, elmin, təhsilin, istehsalın inteqrasiyasına yönələn iri, vacib dəyişikliklər baş verib. Müasir inkişafın mühüm amilinə çevrilən gənc alimlərə böyük diqqətin yetirildiyini müşahidə etmək çox xoşdur. Azərbaycan Respublikası bizim beynəlxalq hökumətlərarası elmi təşkilatımızın fəaliyyətində tam gücü ilə iştirak edir və onun inkişafına birgə töhfə veririk. Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun laboratoriyalarında həm artıq öz sözünü demiş alimlər, həm də gənc mütəxəssislər çalışırlar. Gənc mütəxəssislər müasir sürətləndirici qurğularda, reaktorlarda, cihazlarda onlar üçün vacib olan təcrübə keçirlər. Bu insanlar artıq uzun müddətdir ki, Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv ölkələrin alimlərinin böyük Volqa çayı sahilində “bizim ümumi evimiz” adlandırdıqları Birləşmiş İnstitut ilə bağlıdırlar. Bir çox azərbaycanlı alimlərin taleləri möhkəm və uzun müddətə bizim Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə bağlıdır. Biz ümid edirik ki, fundamental və tətbiqi tədqiqatlar sahəsində əməkdaşlıq

Page 32: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

32

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

möhkəmlənəcək və dünya elminə, eləcə də Azərbaycan Respublikasının firavanlığına layiqli töhfə verəcək. Müasir Azərbaycanın tərəqqisi naminə təkmilləşmə yolunda Milli Elmlər Akademiyasına uğurlar arzulayırıq.

Viktor Matveyev dünyanın 18 ölkəsini birləşdirən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun yaranma tarixindən, fundamental və tətbiqi araşdırmalarından danışıb. O, üzv ölkələrin dünya elminə inteqrasiyasında ən səmərəli vasitə olan bu məşhur institutda Azərbaycan alimlərinin də uğurla təmsil olunduğunu diqqətə çatdıraraq deyib:

- Sadəcə bir misal çəkim. Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Abdullayev adına Fizika İnstitutunun əməkdaşları Dubnanın əməkdaşları ilə birgə sıx əməkdaşlıq edirlər. Onlar fundamental fizikanın vacib və müasir layihələrindən birinin reallaşmasına böyük töhfə veriblər. Bu, Cenevrədəki nəhəng adron kollayderində atlas kompleksinin yaradılmasıdır. Beləliklə, onlar Nobel mükafatı ilə təltif edilən şəxslərlə tamhüquqlu həmmüəlliflərdir. Bu, fundamental elmdə son dövrlərin mühüm kəşfidir. Bu, müasir fundamental elmin təntənəsidir və əlbəttə ki, Azərbaycan öz alimləri ilə fəxr edə bilər.

Daha sonra Viktor Matveyev elm sahəsində çalışan yeni nəslin yetişdirilməsinin bütövlükdə elmin müxtəlif sahələrinin inkişafındakı ardıcıllığın və davamlılığın təmin edilməsindəki əhəmiyyətinə toxundu, bununla əlaqədar yeni təşəbbüsləri təqdirəlayiq hesab edərək bildirib:

- Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında magistraturanın tətbiqi ilə bağlı xəbəri eşitmək mənim üçün çox xoşdur. Çünki biz öz təcrübəmizdə əmin olduq ki, bu gün çox vacib məsələ olan gənc, yüksək ixtisaslı alimlərin və mühəndislərin hazırlanması müasir bazanın, yeni və yüksək texnologiyaların mənimsənilməsinin reallığa çevrildiyi institutlarda mümkündür. Həmin institutlarda bu texnologiyalar, necə deyərlər, barmaqların ucu ilə, yalnız nəzəri deyil, virtual laboratoriyalar vasitəsilə mənimsənilir. Bu da çox vacibdir. Buna görə də üzv ölkələr üçün vacib olan bu cəhəti nəzərə alaraq, biz Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda müasir təhsilin infrastrukturunu inkişaf etdiririk, gənc alimlərə, mühəndislərə biliklərini artırmaq üçün xüsusi siniflər yaradırıq. Əsasən də bu, mühəndislərə təcrübə aparmağa, cihazlar, sürətləndiricilər, sürətlənmiş yüngül və ağır hissəciklər, ionlarla birbaşa işləməyə imkan yaradır. Bu mənada, düşünürəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu və digər institutları ilə bizim institutun qarşısında birgə böyük vəzifə durur. Biz Azərbaycan və digər üzv ölkələr üçün gənc mütəxəssislərin, mühəndislərin hazırlanması məqsədilə birgə proqram işləyib hazırlamalıyıq.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının rəhbərliyinə, İlham Heydər oğlu, şəxsən Sizə, Azərbaycanın Milli Elmlər Akademiyasına və Azərbaycan hökumətinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı səlahiyyətli nümayəndəsinə daimi dəstəyə, münasibətlərin inkişafına, səmərəli və qarşılıqlı maraq doğuran

Page 33: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

33

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

RƏSMİ GUŞƏ

əməkdaşlığın dərinləşdirilməsinə görə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunu inkişaf etdirməklə biz ümumi sərvətimizi inkişaf etdiririk.

Çıxışımın sonunda Azərbaycan Milli Elmlər Akademiyasının bütün üzvlərini, bütün elmi ictimaiyyəti və Azərbaycan Respublikasını bu gözəl hadisə - Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik etmək istəyirəm. Çox sağ olun. Azərbaycanın və Milli Elmlər Akademiyasının inkişafı naminə Sizə böyük uğurlar arzulayıram.

* * *

Sonda xatirə şəkli çəkdirilib.

Page 34: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

34

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

RADİKALİZM VƏ EKSTREMİZM: DİNİ-SİYASİ ASPEKTDƏ

Anar ƏLİZADƏ,Azərbaycan Respublikası Dini Qurumlarla

İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin

Dini təhsil sektorunun müdiri

AÇAR SÖZLƏR: radikalizm, ekstremizm, din, ideologiya, siyasi.КЛЮЧЕВЫЕ СЛОВА: радикализм, экстремизм, религия, идеология, политический. KEY WORDS: radicalism, extremism, religion, ideology, political.

Müasir dünyada radikalizmin acı fəsadları

Mavi planetimizdə qanlı münaqişələrin sayı bitmək bilmir. Hər gün yer üzünün fərqli guşələrində etnik-dini zəmində günahsız insanların qətlə yetirilməsi barədə xəbərlər eşidirik. Xüsusən məsum uşaqların öldürülməsi insan qəlbini daha çox sızladır. Bütün bunların fonunda dünyada tolerantlıq mədəniyyətinin inkişafı mövzusu aktuallığını itirmir. Bəzilərinə bu mövzu “çeynənmiş”, boş görünə bilər. Lakin dözümsüz, ifrat ideologiyaların şüarı altında mənasız yerə insanların qətli dayanmadıqca tolerantlıq məsələsi gündəmdə qalacaqdır. Bunu bizdən həm Tanrı, həm sağlam təfəkkür, həm də vicdani borcumuz tələb edir. Çünki adi insanlıq duyğusundan məhrum olmayan istənilən kəs və ya həqiqi iman sahibi günahsız insanların qətlinə göz yuma, dolayısı ilə bəşəriyyətin gələcəyinə biganə yanaşa bilməz.

Yer üzündə harmoniyanın qurulmasından danışarkən ilk növbədə onun antipodu sayılan müharibə fenomeni yada düşür. Bəşəriyyətin keçdiyi yola nəzər yetirdikdə, onun bir an belə münaqişəsiz həyat yaşamadığını görürük. Məşhur fransız mütəfəkkiri Volter “insanlığın tarixi müharibələr tarixidir” deməklə, tarix səhifələrinin müharibə səhnələri ilə dolu olduğunu bildirmişdir. Həqiqətən də, bəşər övladı özünü tanıyandan bəri saysız qanlı savaşlara, müxtəlif səbəblərə görə baş verən hərbi konfliktlərə şahid olmuşdur. Konfliktologiya ilə məşğul olan araşdırmaçılar, fərdin aqressiv tərəfini öyrənən psixoloqlar və müharibələrin fəlsəfi mahiyyətini anlamağa çalışan tarixçilərin fikrincə, insan təbiəti qan tökməyə və münaqişə yaratmağa meyillidir. Yaşam uğrunda mübarizə, torpaq, içməli su və təbii ehtiyatlara ehtiyac, sürətli əhali artımı, bəşəriyyətin müxtəlif etnik, irqi, dini və sosial-siyasi qruplara parçalanması, insan psixikasına xas olan “özününkü” və “özgələr” ayrımı, eləcə də digər amillər qanlı münaqişələr törətmişdir.

Təəssüflə qeyd etmək lazımdır ki, bəşəriyyətin taleyində ən qanlı savaşlar son iki əsrdə baş vermişdir. Xüsusən, faşizm, nasizm kimi radikal ideologiyalardan ötrü qopmuş

Page 35: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

35

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

İkinci Dünya müharibəsi əhatə miqyasına və insan tələfatının sayına, xalqların taleyinə və ölkələrin tərəqqisinə vurduğu zərərə görə kütləviliyi və qorxunc həddi ilə seçilmişdir. Məhz bu müharibənin törətdiyi fəsadlar bəşər övladını dəhşətə gətirərək ona ibrət dərsi olrmuş, onun acı nəticələri dünyanın mütərəqqi qüvvələrini bəşəriyyətin gələcəyi barədə düşünməyə, Yer üzərində sülhün qurulması istiqamətində iş görməyə vadar etmişdir.

İkinci Dünya müharibəsindən sonrakı dövrdə dünyanın nüfuzlu dairələri və sülhsevər qüvvələri bəşəriyyətin təhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişlər. Hər kəsin ümumi evi olan planetimizdə harmoniyanın qorunması məqsədilə beynəlxalq təşkilatlar yaradılmış və dünya dövlətləri bu təşkilatlar çərçivəsində hərbi konfliktlərin qarşısını alan sülhməramlı sazişlərə qoşulmuşlar. Lakin görülən işlər azdır. Dünyada milli, dini və irqi zəmində baş verən hərbi münaqişələrdə hələ də yüz minlərlə insan həyatını itirir, yaşadığı doğma torpağından didərgin düşür, məsum uşaqlar isə yetim qalırlar. Bəzi fövqəldövlətlərin əlində planetimizi bir anda məhv etməyə qadir olan kütləvi qırğın silahlarının cəmləşməsi, ölkələr arasında silah yarışının durmadan artması, dini radikalizmin, irqçiliyin və ksenofobiyanın geniş vüsət alması, terror hallarının çoxalması bəşəriyyətin özünü məhvə doğru sürükləyə biləcəyini bariz şəkildə göstərir.

Xüsusən, son dövrlər Yaxın Şərqdə baş verən tükürpərdici hadisələr, “İŞİD”, “əl-Qaidə”, “Boko Haram” və s. terror təşkilatlarının sivil dünyaya meydan oxuması, bunun nəticəsi kimi məzhəb zəmində tökülən günahsız insan qanları, yaxud elə Qərb dövlətlərinin özündə ultrasağçı ideyaların günü-gündən artması, neonasist qrupların aktivləşməsi, Norveçdə 77 adamı qətlə yetirən Andres Breyvik hadisəsi, “Şarli Ebdo” jurnalının redaksiyasına hücum, Parisdə baş vermiş son terror hadisələri və digər bu kimi faktlar dünyanın hələ də ekstremist təhlükə ilə üz-üzə qalmasından xəbər verir.

Radikalizmin tərifi, növləri və təsir dairəsi

Günümüzdə KİV-də, ictimai-siyasi xadimlərin ritorikalarında radikalizm termini “ekstremizm” sözünün sinonimi kimi işlədilərək yalnız cəmiyyətdə iğtişaş törədən, terror yolu ilə hərc-mərclik, anarxiya yaradan, silahlı üsyana əl atan fanatiklər, ifratçılar mənasında istifadə olunur. Halbuki hər iki anlayış arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Belə ki, elmi-siyasi nəzəriyyədə radikalizm məfhumu “ekstremizm” sözündən fərqli olaraq yalnız mənfi yük daşımır. Elmi ədəbiyyatda “radikalizm” sözünün daha geniş tərifi verilib. Məsələn, “Yeni siyasi lüğət”ə əsasən, radikalizm (kök mənasına gələn “radix” [radiks] latın sözündən yaranmışdır) siyasi münasibətlərin, eləcə də siyasi sistemin əsas institutlarının qətiyyətli, köklü dəyişdirilməsinə yönəldilmiş siyasi ideyalar və fəaliyyəti ifadə edir [1, s. 203].

“Yeni fəlsəfi ensiklopediya”da isə “radikalizm” sözü belə izah olunub: “Radikalizm – hərfi mənada istənilən islahat fəaliyyətində güzəştsiz şəkildə sonunadək getmək, köklü dəyişikliklərə və tam nəticələrə nail olmaq deməkdir. 18-ci əsrin sonlarında İngiltərədə yaranan, sonra isə 19-cu əsrdə Avropa qitəsində yayılan bu termin ictimai-siyasi, iqtisadi

Page 36: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

36

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

və mədəni islahatlara, eləcə də müvafiq islahat təcrübəsinə yönəldilmiş sosial və siyasi-fəlsəfi təfəkkür mənasına gəlir” [2, s. 395].

Göründüyü kimi, elmi-siyasi nəzəriyyədə istənilən köklü islahatlara səsləyən ideologiyalar, bu istiqamətdə fəaliyyət göstərən siyasi hərəkatlar radikal olaraq səciyyələndirilir.

İstilahi mənada ilk dəfə 1832-ci ildə İngiltərədə “İslahatlar haqqında qanunun” əleyhdarları arasında işlədilən [3, s. 559] “radikalizm” XVIII əsrdə Avropada geniş yayılan maarifçilik hərəkatının təsiri altında formalaşmış ictimai təfəkkür forması sayılır.

Belə ki, həmin dövrdə kilsə, kral və feodalların müstəbid hakimiyyətindən əziyyət çəkən Avropa cəmiyyətləri köklü islahatlara ehtiyac duymuşdur. Bu dövrdə bir çox görkəmli mütəfəkkirlər siyasi-fəlsəfi təlimlərində əsaslı dəyişikliklərin aparılması, geniş xalq kütlələrin istibdad buxovlarından qurtulması üçün çağırış mahiyyətli əsərlər qələmə almışlar. Nəticədə, radikalizm Qərbdə sənaye çevrilişi və burjua inqilabları dövründə tədrici ictimai inkişafa alternativ variant kimi ortaya çıxmış, XIX-XX yüzilliklərdə Avropanın, digər qitələrin sosial-siyasi təfəkküründə və siyasi təcrübəsində əsaslı şəkildə özünə yer tapmışdır. Məsələn, Fransada restavrasiya dövründə Lui Filippin və III Napoleonun “liberal imperiyasının” hakimiyyət illərində radikalizm hərəkatı öz ətrafında cəmiyyətin demokratikləşməsi və siyasi rejimin liberallaşması uğrunda mübarizə aparan bütün əsl respublikaçıları, keçmiş “yakobinistləri” və siyasi təqibin potensial qurbanlarını birləşdirmişdir. İngilis radikalizmin əsas ideyaları isə İyeremiya Bentam və Con Stüart Millin utilitarizmlə (Utilitarizm – fəlsəfədə xoşbəxtliyin həzz və faydadan ibarət olduğunu deyən etik təlim) bağlı fikirlərinin təsiri altında formalaşmış, kral hakimiyyətinin

Page 37: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

37

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

məhdudlaşdırılmasına çağıran tələblərdə, məhkəmə islahatları ilə bağlı proqramlarda, istənilən siyasi fəaliyyətin meyarı sayılan İ.Bentamın ümumi rifahla bağlı fundamental konsepsiyasının reallaşdırılmasında, xalqın siyasi müstəqilliyinə və onun parlamentdə təmsil olunmasına təminat verən ümumi seçki hüququnun həyata keçirilməsində özünü göstərmişdi [2, s. 395].

Yuxarıda sadalanan tarixi faktlar onu göstərir ki, XVIII-XIX əsrlərdə radikal siyasi hərəkatlar bəzi tarixi anlarda Qərb toplumlarının taleyində mütərəqqi rol oynayaraq demokratik və hüquqi dövlət quruculuğu işinə öz töhfəsini vermişdir.

Məhz “radikalizm” adını almış hərəkat sürətli kütləvi iqtisadi, siyasi, mədəni, elmi-texnoloji proseslər şəraitində sosial stabilləşmənin yeni dinamik formasını yaratmış və cəmiyyətin böhran əleyhinə tədbir görməsinə, kritik vəziyyətlərə yüksək səviyyədə uyğunlaşmasına imkan tanımışdır [2, s. 395].

“Ekstremizm” kəlməsinə gəlincə, bu termin antik dövrdə ortaya çıxmışdır. Belə ki, qədim Yunan filosofu Aristotel stabilliyə zidd olan hadisələri təsvir etmək üçün Azərbaycan dilində “son, kənar, ifrat” mənasına gələn “eschatos” sözündən istifadə etmişdir. Daha sonra bu kəlmə latın dilinə keçərək “extremis” şəklini almış, ən ucqar məntəqə haqqında danışılarkən işlədilmişdir. Məsələn, latınca “extremitas mundi” ifadəsi “dünyanın sərhədi” mənasındadır [4, s. 435].

Zaman keçdikcə bu söz ilkin anlamını dəyişərək siyasi rəngə boyanmış və fərqli siyasi mənalar kəsb etmişdir. Belə ki, 1945-ci ildən sonra ekstremizm məfhumu yeni anlam qazanaraq, ifrat sağ və sol mövqeyindən çıxış edən diktatura formaları barəsində istifadə olunmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq isə Qərb dünyasında mövcud siyasi rejimi tanımayan, konstruktiv dialoq yerinə zorakılığa baş vurmağa üstünlük verən siyasi güclər barəsində işlədilərək yeni anlam qazanmışdır [4, s. 435]. Beləliklə, günümüzdə ekstremizm termini ifrat ideyalara bağlı olan, siyasi güzəştlərə, danışıqlara getmək istəməyən, terror, hərc-mərclik, iğtişaş yolu ilə meydan oxumağa çalışan siyasi qrup və təşkilatlar haqqında istifadə olunur. Beləliklə, siyasi-elmi anlamda ekstremizmin radikalizmdən ən böyük fərqi ifrat ideyaların zorakı metodlarla həyata keçirilməsidir. Başqa ifadə ilə desək, hər ekstremist radikaldır, lakin hər radikal ekstremist deyildir.

Elmi ədəbiyyatda radikalizm ictimai təfəkkürün bir forması kimi siyasi və dini olmaqla iki qrupa bölünür:

1. Siyasi radikalizm: siyasətdə radikal təmayül vahid bir siyasi-ictimai təfəkkür forması deyildir. Belə ki, siyasi məsələlərin praktiki həlli baxımından radikal siyasi qruplar mötədil, inqilabçı və ekstremist olmaqla müxtəlif cərəyanlara bölünmüşdür. Mötədil radikallar (sosial-demokrat, liberal, bir sıra mərkəzçi və sol burjuaziya partiyaları) [3, s. 559] yumşaq islahat yolu ilə tədricən cəmiyyətin ayrı-ayrı problemlərini həll etməyə üstünlük verir.

Page 38: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

38

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

İnqilabçı radikal qruplar qatı şüarlarla çıxış edərək sosial quruluşu tamamilə, inqilabi üsullarla dəyişdirməyə, yeni ictimai-siyasi quruluş yaratmağa səsləyir. Bunun ən təhlükəli təzahürü inqilabçı ideyaları terror və zorakı metodlarla həyata keçirməyə çalışan siyasi ekstremizmdir.

Siyasi proqramlarında radikal məqamlar olan, eyni zamanda leqal şəkildə fəaliyyət göstərərək seçkilərdə aktiv iştirak edən mötədil radikallar Qərb cəmiyyətlərinin taleyində mütərəqqi rol oynamışlar. Xüsusən Avropa dövlətlərinin sosial-siyasi tərəqqisində liberal və sosial-demokrat partiyaların təsiri danılmazdır. Məsələn, onillərlə İsveçdə hakimiyyətdə olan Sosial-Demokrat Partiyası bu ölkədə sosial rifah dövlətinin qurulması işinə əhəmiyyətli töhfə vermişdir.

Mötədillərdən fərqli olaraq fanatikliyi ilə seçilən ekstremist qüvvələr qeyri-leqal fəaliyyət göstərərək zorakılığa əl atır, cəmiyyətin və ya ayrı-ayrı sosial qrupların dəyərlərinə, ənənəvi həyat tərzinə, bir sözlə, varlığına təhlükə törədirlər.

İdeoloji baxımdan da siyasi radikalizm sol və sağ olmaqla iki qrupa bölünmüşdür. Qərbdə sol radikalizm dedikdə, kapitalist sistemə qarşı kəskin mövqe tutan cərəyanlar başa düşülür. Buraya sosial-demokrat, sosialist, kommunist və anarxist təfəkkürlü qruplar daxildir [4, s. 435]. Onlar sosial ədalətə, mövcud ictimai-siyasi institutları inqilabi, yaxud tədrici yollarla dəyişdirməyə səsləyir, ənənəyə, dinə, etnik kimliyə qarşı çıxırlar. Hər hansı dövlət hakimiyyətini inkar edən anarxizm sol radikalizmin ən ifrat təzahürüdür və cəmiyyətin stabilliyinə təhlükə törədir.

Sağ radikalizm isə faşizm, irqçilik və psevdosol ekstremizm kimi qollara bölünüb [4, s. 435]. Onlar irqçi, ksenofob, şovinist şüarlarla çıxış edir, ənənəçiliyi müdafiə edir, keçmişi ideallaşdırırlar.

Radikalizm və ekstremizmin tərifini, müxtəlif radikal cərəyanları, onların ortaq və fərqli cəhətlərini nəzərdən keçirdikdən sonra belə sual orta çıxır: dözümsüz, ifratçı ideologiyaların yayılmasına hansı sosial-psixoloji amillər səbəb olur?

Tarixi faktlar onu göstərir ki, radikal siyasi ideyalar keçid dövrlərdə, böhranlı anlarda, həyatından narazı qalan zülmə məruz qalmış kütlələr arasında, kəskin sosial təzadların mövcud olduğu toplumlarda rəğbət görür. Qısa müddət ərzində sosial vəziyyətlərini dəyişmək istəyən narazı təbəqələr asanlıqla radikal təmayüllərin təsiri altına düşürlər. Buna misal kimi, fransız maarifçilərinin siyasi-fəlsəfi təlimləri nəticəsində qopan Fransa burjua inqilabını göstərmək mümkündür. Günümüzdə də ən ifrat radikal ideologiyalar məhz dünyanın geridə qalmış regionlarında yayılmışdır. Doğrudur, son illər mütərəqqi Qərb dövlətlərində də ultrasol və sağ ideyaların populyarlaşdığı müşahidə olunur. Lakin bu ideyaları, əsasən, lümpen-ziyalılar [3, s. 559-560] və marjinal təbəqələr müdafiə edir.

Dünyada radikalizmin niyə aktuallığını itirmədiyini anlamaq üçün bu sosial

Page 39: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

39

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

fenomenin psixoloji tərəfinə də toxunmaq lazımdır. Radikal təfəkkürə maksimalizm, nihilizm, ifrata qaçma, hər şeyə bədbin baxma, inkarçılıq, emosional tərəddüd xasdır. Radikalizm, xüsusən onun ifrat təzahürü hər zaman mövcud sosial-siyasi vəziyyətə mənfi münasibət bəsləyir [5, s. 164], müxalif mövqedə durur, sosial problemin tez və qısa həllinə çalışaraq “xoşbəxt gələcək” vəd edir. Bu isə sabahından ümidsiz fərdlərin, sosial statusundan narazı olanların, xüsusən təbiəti etibarı ilə emosional, çılğın, həyat təcrübəsi az olan, məsələyə obyektiv nöqteyi-nəzərdən yanaşa bilməyən bəzi gənclərin xoşuna gəlir. Təsadüfi deyildir ki, ekstremist qrupların üzvləri, əsasən, gənclərdir. Lakin gənclər yalnız aşağı həyat səviyyəsi səbəbilə dözümsüz ideologiyalara meyil göstərmirlər. Çünki onlar arasında imkanlı, təhsilli şəxslərə də rast gəlinir. Belələri üçün radikal-marjinal qruplar özünütəsdiqləmə, məşhurlaşma, macəra axtarma, həyatına yenilik qatma “imkanıdır”.

2. Dini radikalizm: hər hansı dinin, məzhəbin, cərəyanın üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ edərək digər etiqadın ardıcıllarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Radikalizmin bu forması yeni ictimai hadisə deyildir. Tarix boyu din və məzhəb zəmində qanlı münaqişələr baş vermiş, günahsız insanların qanı axıdılmışdır. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, sosial-siyasi cəhətdən sürətlə irəliləməsinə, Yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməmiş, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükə halını almışdır. Əminliklə demək olar ki, günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir.

Bəzi araşdırmaçılara görə, müasir dünyada ifrat dini təmayüllər özünü üç şəkildə - sırf dini, dini-etnik və dini cəhətdən əsaslandırılmış siyasi radikalizm formasında göstərirlər [5, s. 165].

Sırf dini radikalizm dedikdə “xarizmatik” ruhani liderlər ətrafında birləşən azsaylı, lokal qruplar, daha doğrusu, dini sektalar nəzərdə tutulur. Belə sektaların rəhbərləri irimiqyaslı sosial təlatümlərə, siyasi etirazlara səsləməsələr də, onların dini təlimləri radikal səciyyə daşıyır. Belə ki, bu ruhani liderlər qapalı qruplarına, azsaylı tərəfdarlarına alternativ sosial-dini layihələri (məs., ailədən üz döndərmək, cəmiyyətlə əlaqəni kəsmək, təhsildən, tibbi yardımdan, elmi-texnoloji nailiyyətlərdən imtina etmək, sivil dünyadan ayrılmaq və s.) həyata keçirməyi tapşırırlar. Adətən bu sektalarda ənənəvi ailə institutu inkar olunur, yeni ailə modelinin formalaşdırılması istiqamətində səylər göstərilir. Bununla yanaşı, sözügedən sektalarda ibtidai təsərrüfat formasına, patriarxal ailə quruluşuna üstünlük verilir, üzvlər kommuna (birgə) şəklində yaşayır, davamlı dünyanın sonunu gözləyirlər [5, s. 165].

Bu sektalardan biri Mun Son Myonun yaratdığı “Vəhdət Kilsəsi”dir. Həmin kilsənin ardıcılları (munçular) dini rəhbərlərini - Mun Son Myonu və onun həyat yoldaşı Hakca Han Munu bəşəriyyətin və özlərinin “həqiqi valideynləri” sayır, yaxınlarından, sosial həyatdan uzaqlaşır, bir sözlə, qapalı həyat tərzi sürürlər.

Page 40: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

40

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Sırf dini radikalizm növü ardıcıl sayı baxımından geniş yayılmasa da, hər hansı toplum üçün təhlükə törədir. Çünki destruktiv səciyyə daşıyaraq, bilavasitə ictimai münasibətlərə və sosial dəyərlərə qarşı çıxır, dini-sosial fanatizmin əsasını qoyur, qeyri-qanuni fəaliyyətə vadar edir [5, s. 165].

Dini radikalizmin digər növü olan dini-etnik radikalizmə özündə müxtəlif mühafizəkar, ənənəçi ideyaları birləşdirən qruplar aiddir. Belə qruplar etnik dinin dirçəldilməsi, etnik cəhətdən təmiz cəmiyyətin və dövlətin qurulması uğrunda mübarizə aparırlar. Dini-etnik radikal qruplar siyasi-iqtisadi qloballaşmanı və dünya dinlərini tənqid atəşinə tutan utopik layihələr hazırlanır, etnososialist, biosiyasi, biohüquqi, bioiqtisadi fikirlər müdafiə olunur, elmi-texnoloji tərəqqiyə qarşı çıxılır. Məsələn, günümüzdə Rusiya, Ukrayna və Belorusiyanın bəzi ziyalıları panslavyanizm ideologiyası ətrafında birləşiblər. Onlar qloballaşmanı, Avropa Birliyini tənqid hədəfinə çevirərək slavyan xalqlarını superetnos sayır, bu xalqları ortaq siyasi-mədəni keçmiş səbəbi ilə vəhdətə səsləyirlər. Həmçinin dini-etnik radikalizmə misal kimi, Polşadakı “Rodzima Wiara”, Latviyadakı “Dievturiba” adlı dini-siyasi hərəkatları göstərmək mümkündür. Dünya dinlərinə (Xristianlıq, İslam və s.) mənfi münasibət bəsləyən dini-etnik radikalizm ekstremizm üçün ideoloji mənbəyə çevrilərək cəmiyyətdə təhlükəli qüvvə ola bilər [5, s. 165-166].

Dini cəhətdən əsaslandırılmış dini radikalizm növünə isə zor gücü ilə hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini-etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətlər aiddir [5, s. 166]. Bu, dini radikalizmin ən təhlükəli formasıdır. Çünki tərifindən də göründüyü kimi, ekstremist fəaliyyət və terror aktlarının həyata keçirilməsi yolu ilə siyasi hədəfə çatmağa çalışılır. “İŞİD”, “əl-Qaidə”, “Boko Haram” kimi terror təşkilatları sözügedən radikalizm formasının bariz nümunələridir.

Dinlər radikal ideologiyalara qarşı...

Dini radikalizmi, daha doğrusu, onun təhlükəli forması olan dini ekstremizmi nəzərdən keçirdikdən sonra belə sual ortaya çıxır: dini ekstremist ideyaların vurduğu zərərlər nədir və onlarla necə mübarizə aparmaq olar?

Aclıq, səfalət, xaos, cəmiyyətin əxlaqi tənəzzülü, geriqalmışlıq ifrat ideologiyaların məntiqi yekunlarıdır. Suriya, İraq, Əfqanıstan, Livan, Nigeriyadakı acı hadisələr bunun əyani sübutudur. Belə qanlı hadisələrin dayandırılması və yer üzündə harmoniyanın qurulması işində dünya dinlərinin humanist prinsipləri və mötədil din xadimləri böyük rol oynaya bilər.

Bəziləri etiraz edə bilər ki, hazırda dünyadakı terror aktlarının və münaqişələrin arxasında radikal dini qruplar dayandığı, həmin qanlı toqquşmalar dini zəmində baş verdiyi halda dini təlimlərə müraciət etmək nə dərəcə məntiqlidir? Axı həmin dini ekstremist qüvvələr məhz müqəddəs kitablara istinad edirlər. Lakin belə yanlış fikir yürütmək dinlərin

Page 41: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

41

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

əsl mahiyyətini bilməməkdən irəli gəlir. Əgər tarixdə Tanrının adı ilə qanlar tökülmüşsə, burada din deyil, onu yanlış anlayan, dini prinsipləri öz şəxsi maraqlarına uyğun yozan bəzi ruhanilər və radikal-siyasi qruplaşmalar günahkardır.

Həqiqətən də, heç bir müqəddəs kitab başqa din nümayəndəsini öldürməyə, insanların dinini zorla dəyişdirməyə çağırmır. Doğrudur, bəzi dini mətnlər istisna hallarda müharibənin aparılmasına icazə verir, lakin həmin dinlərə görə, bu savaşlar özünümüdafiə səciyyəsi daşımalı, işğalçı mahiyyətdə olmamalıdır.

Həm Tövrat, həm İncil, həm də Qurani-Kərimdə digər etiqad mənsubları ilə, ümumiyyətlə, insanlarla xoş rəftar edilməsi istənilir. Səmavi dini kitablar əqidəsindən asılı olmayaraq Adəm övladı ilə sevgi, anlayış və səbirlə davranmağı öyrədir. Məsələn, İncilin Korinflilərə bölümündə deyilir: “Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz” (1Korinflilərə, 13:4-5).

İslam dini ilə maraqlananlar yaxşı bilirlər ki, onun prinsipləri sülhü, əmin-amanlığı, ətrafla xoş münasibəti təbliğ edir. Bu mülahizələr onun adından da bəllidir. Çünki “İslam” sözünün sülh mənası da vardır. Bu sülhün pasifizmlə heç bir əlaqəsi yoxdur. O zaman sual oluna bilər ki, bəs nəyə görə başda Həzrət Məhəmməd (s) olmaqla müsəlmanlar müharibələrdə iştirak etmişlər?

Əvvəla, qeyd edək ki, İslam təlimində bir insanın öldürülməsi bütün bəşəriyyətin məhvi ilə müqayisə olunmuşdur. Müqəddəs Kitabımız Qurani-Kərimin “Maidə” sürəsinin 32-ci ayəsində bu barədə deyilir: “Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”. Yəni İslamın insana verdiyi dəyər, Allah-Təalanın yaratdığı ali varlığa olan münasibət çərçivəsində başa düşülmüşdür.

Əgər Həzrət Peyğəmbər (s) və müsəlmanlar sülhün əsas hədəf olmasına baxmayaraq, müharibə etmişlərsə, demək, məsələnin mahiyyətində dövrün şərtlərinin çıxılmazlığı, yəni alternativ yolun olmamasıdır. Məsələn, Məkkədə on üç il zülm altında qalmalarına baxmayaraq, müsəlmanlar heç vaxt döyüşə birinci başlamamışlar. Daha sonrakı dövrlərdə baş verən müharibə və döyüşlər haqq-ədalətin bərqərar olması və Yer üzündə sülhün təmin edilməsi məqsədi ilə həyata keçirilmişdir.

Müqəddəs Kitabımız Qurani-Kərimin “əl-Bəqərə” surəsinin 256-cı - «Dində məcburiyyət yoxdur» ayəsi lakonik, lakin tam mənada dini dözümlülüyü ortaya qoymuş, müsəlmanları tolerant olmağa, zorakılıqdan qaçmağa, insanları inanclarında sərbəst buraxmağa əmr etmişdir. Uca Yaradan Həzrət Məhəmmədə (s) «İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!» (Yunus, 99) deməklə, peyğəmbərlərin belə, insanların inanclarını dəyişdirmək iqtidarına malik olmadığını bildirmişdir.

Page 42: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

42

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Bütün dinlərdə biz ortaq, universal əxlaqi düsturla qarşılaşırıq: özünə qarşı görmək istəmədiyin münasibəti başqasına qarşı etmə. Beləliklə, bütün dünya dinləri ardıcıllarını həyata başqa inanc sahiblərinin pəncərəsindən baxmağı bacarmağı, xoşlarına gəlməsə belə, digər inancları anlayışla qarşılamağı öyrədir. Əsl din, əsl iman – sevgidir, səbirdir, hörmətdir, anlayışdır.

Biz ümumi evimiz olan planetimizin göy qübbəsi altında birlikdə yaşamağı, Tanrının bəxş etdiyi nemətləri paylaşmağı öyrənməsək, bəşəriyyət qaçılmaz şəkildə məhvə doğru sürüklənəcəkdir. Halbuki hamımız irqindən, cinsiyyətindən, millətindən, dinindən asılı olmayaraq Adəm peyğəmbərin (ə) soyundan gəlmişik. Və bu anlamda ortaq əcdada sahib qardaşıq. Unutmayaq ki, Yer üzünü Bəni-Adəm üçün beşik halına gətirən Uca Yaradan bəşər övladından həmcinslərinə qarşı düşmənçilik deyil, sevgi və qardaşlıq hisslərinin təzahürünü gözləyir. Bu həqiqət bütün müqəddəs kitablarda, o cümlədən Qurani-Kərimdə, Həzrət Məhəmmədin Vəda xütbəsində yer alıb. Allah-Təala “Hücurat” surəsinin 13-cü ayəsində buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. Diqqət yetirin: Xaliqimiz müxtəlif xalqları bir-birini tanımağa səsləyir, qan tökməyə, ayrı-seçkiliyə, dözümsüzlüyə yol verməyə deyil. Çünki sevgi və mərhəmət duyğusu Tanrıdan, kin və ədavət isə şeytandan qaynaqlanır.

...İnsanların sülh və sevgi şəraitində yaşamağa imkanı var. Tanrı bizlərə bu fürsəti bəxş etmişdir. Və birgə yaşamaq mədəniyyətimizdən hər birimizin təhlükəsizliyi, rifahı, inkişafı, gələcəyi asılıdır. Başqasının daşıdığı dəyərlərə, fikirlərə, özgələrin dininə, dilinə, rənginə hörmətlə yanaşmağı öyrənməsək, sonumuz mütləq acınacaqlı olacaqdır. Onsuz da əlimizdə planetimizi bir andaca məhvə sürükləyə biləcək kütləvi qırğın silahları cəmləşib. Yalnız atom bombasının düyməsinə bir dəfə basmaq kifayətdir ki, Yer üzündəki bütün canlı-cansız varlıqlar yoxa çıxsın. Məşhur ingilis yazıçısı Herbert Uellsin ifadəsi ilə desək, “Əgər biz müharibəni öldürməsək, o, bizi öldürəcəkdir”. Kimlərə lazımdır belə perspektiv?

Biz insanlar anlamalıyıq ki, intiqam, ədavət, kin, nifrət kimi dağıdıcı duyğularla alışıb-yananlar ilk növbədə özlərinə zərər vururlar. Çünki intiqam qisası, düşmənçilik ədavəti, kin nifrəti doğurur. Və bunun sonu yoxdur...

ƏDƏBİYYAT1. Д. Е. Погорелый, В. Ю. Фесенко, К. В. Филиппов. Новейший политологический словарь. Ро-

стов-на-Дону: Феникс, 2010, c. 203.

2. Новая Философская Энциклопедия. Москва: Мысль, 2010, т. 3, с. 395.

3. Философский Энциклопедический Словарь. Советская Энциклопедия. Москва: 1983, c. 559.

4. Тушкова Ю. В. Отличия и сходства в понятиях «радикализм» и «экстремизм» в законодательстве и социально-политических науках Великобритании // журнал «Молодой ученый», 2014, №5, с. 435.

5. Кутузова Н.А. Религиозный радикализм и альтернативные социальные проекты. // Религия и об-щество – 3: актуальные проблемы современного религиоведения: сб. науч. трудов / под общ. ред. В.В. Старостенко, О.В. Дьяченко. Могилев: УО “МГУ им. А.А. Кулешова”, 2008, с. 164.

Page 43: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

43

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Анар АлизадеРАДИКАЛИЗМ И ЭКСТРЕМИЗМ:

В ПОЛИТИКО-РЕЛИГИОЗНОМ АСПЕКТЕ

РЕЗЮМЕ

В данной статье исследуется тема радикализма и экстремизма, их типы и фор-мы, распространённые в современном мире. Отмечается, что часто эти термины используются как синонимы, в то время, как слово экстремизм в научной литерату-ре носит более негативный оттенок и обозначает силы, которые пытаются претво-рять свои крайние идеи насильственными методами. Также в статье даётся краткая информация об истории происхождения данных терминов, излагаются психологи-ческие аспекты, которые способствуют возникновению крайних идеологических взглядов.

На основании изучения текстов священных книг основных религий мира, автор приходит к заключению, что идеи и деятельность религиозных радикалов противоречат общечеловеческим, нравственным принципам, которые проповедуют монотеистические религии.

Anar AlizadeRADICALISM AND EXTREMISM FROM

THE POLITICAL AND RELIGIOUS ASPECTS

SUMMARY

The article studies the theme of radicalism and extremism, their types and forms widespread in the modern world. It is noted that these terms are often used synonymously, while in the scientific literature the word extremism carries more negative connotation and represents the forces which are trying to implement their extreme ideas using violent methods. The article also gives a brief information about the history of the origin of these terms, sets out the psychological aspects that contribute to the extreme ideological views.

On the basis of the study of the texts of the sacred books of the major religions of the world, the author comes to the conclusion that the ideas and activities of religious radicals are contrary to universal moral principles that are preached by monotheistic religions.

Page 44: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

44

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

İSLAMDA TOLERANTLIQ: QURAN VƏ HƏDİS PRİZMASINDAN

İlqar İSMAYILZADƏ,İlahiyyat elmləri doktoru,

[email protected]

AÇAR SÖZLƏR: İslam, Quran, sünnə, hədis, tolerantlıq.КЛЮЧЕВЫЕ СЛОВА: Ислам, Коран, сунна, хадис, толерантность. KEY WORDS: Islam, Quran, sunna, hadith, tolerance

Quran ayələrinə görə, İslam səmavi dinlərin sonuncusu olmaqla yanaşı, ən kamil dindir. Odur ki, İslam baxımından dini plüralizm (bütün dinlərin eyni zamanda itaət üçün haqq və bərabər səviyyədə olması) nəzəriyyəsi qəbul edilmir. Bu da bir çox oriyentalistlərdə, həmçinin bəzi müsəlman mütəfəkkirlərində yanlış olaraq İslamın zorakı və qeyri-tolerant din olduğu təsəvvürü oyatmışdır. Onlardan bir qismi bu barədə məqalələr yazaraq İslamın mövcud dinlər arasında ən üstün və haqq sayılması nəzəriyyəsinin tolerantlıqdan çox uzaq olduğunu bildirmişlər. Halbuki Quran və sünnəni diqqətlə araşdırdıqda İslam dinində yüksək tolerantlıq ruhiyyəsinin mövcudluğunu görmək mümkündür.

Bu araşdırmada İslam dininin əsas qaynaqları sayılan Quran və sünnəyə müraciət edərək İslam dinində tolerantlıq anlayışını aydınlaşdırmağa çalışacağıq.

Tolerantlıq nədir?

Latın dilində “tolerare” kökündən törəmiş “tolerance” ifadəsinin lüğəvi mənası “səbirli və dözümlü olmaq”, “güzəşt etmək”, “icazə vermək” və “saxlamaq” deməkdir. Lüğəvi baxımından tolerantlıq dedikdə bir neçə insanın, toplumun və ya millətin bir-biri ilə qarşılıqlı tərzdə mehriban yaşaması nəzərdə tutulur. Bu cür xüsusiyyətə malik olan şəxs isə tolerant adlanır [1, s. 786; 2, s. 1003; 3, s. 1692. 4, s. 214-228].

Bu ifadənin istilah mənasına gəldikdə isə, tolerantlıq istər siyasi, istər dini, istərsə də əxlaqi və s. sahələrdə fərqli baxışa malik insan və ya insanlara ixtiyar əsasında yaxşı davranmaq, onlara hiddətlənməmək, həmçinin fərqli baxış və ya davranışlara müdaxilə etməmək deməkdir [4, s. 214-228].

Quranda tolerantlıq

Sonuncu Səmavi Kitaba nəzər yetirdikdə İslam baxımından tolerantlığa xüsusi əhəmiyyət verildiyini müşahidə etmək mümkündür. Bunun təsdiqi üçün aşağıdakı ayələrə istinad edə bilərik:

Page 45: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

45

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

Quranın insana baxışı

Müqəddəs Kitabının bəzi ayələrində insan məzəmmət edilərək zalım, tələskən, cahil, kafir və s. bu kimi xüsusiyyətlərlə yad edilmiş, bəzi ayələrində isə təriflənərək onun şərəfli, hörmətli və dəyərli olduğu bildirilmişdir [5, “Yunus”, 12; “İsra” 11; “Əhzab”, 72; “Ələq”, 1-5; “Tin”, 4; “İsra”, 70].

İlk məqamda bəziləri bunu Quranda insanla bağlı ziddiyyətli mövqe kimi başa düşsələr də, əslində, bu ayələrin hər birində insanın müəyyən bir cəhəti bəyan edilmişdir. Belə ki, insanı məzəmmət edən ayələr onun əsl yaranışı və dəyərini deyil, nəfsani istəkləri əsasında meydana gəlmiş xislətini nəzərdə tutur və beləliklə də, öz nəfsinə uymuş insanın zülmkarlığı, tələskənliyi, nadanlığı, küfrü və s. bu kimi xoşagəlməz xüsusiyyətləri tənqid olunur. İnsanı tərifləyən ayələr isə onun pak fitrətini və yaranışındakı hikmətini nəzərdə tutaraq bəşər övladının layiq olduğu tərifləri bəyan edir.

Qurana görə, təkcə müsəlman deyil, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər insan şərəf və hörmət sahibidir. Ayədə oxuyuruq: “Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik” [5, “İsra”, 70].

Bu ayədə xüsusilə müsəlmanlar vurğulanmır, ümumilikdə bəşər övladından söz açılır. Həmin ayəyə əsasən, bütün Adəm övladları hörmət və şərəf sahibidir. Bu da insanın qəzəb, ehtiras və s. kimi xüsusiyyətlərlə yanaşı, ağıl, şüur və dərrakəyə sahib olmasından irəli gəlir. Çünki məhz belə bir ziddiyyətli xüsusiyyətlərə malik olan halda həyatın müxtəlif sahələrinə ağıl və düşüncənin hakim edilməsi insanı ən üstün varlığa çevirir.

Tolerantlıq abidələri, Hyuston. Müəllif: Jaume Plensa

GERÇƏKLİK

Page 46: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

46

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Müqəddəs Kitabımıza görə, bütün insanlar “fitrət” adlı ilahi bir yaranışa malikdir. Bu barədə buyurulur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz” [5, “Rum”, 30].

İnsan malik olduğu belə bir ilahi və fitri istedad nəticəsində öz Yaradanını tanıyır, əyrilik, zülm və haqsızlıq kimi azğınlıqlardan uzaqlaşaraq Haqqa təslim olur.

Yenə də dinimizə əsasən, bir insana həyat bəxş etmək bütün bəşəriyyətə həyat bəxş etmək, bir insanı haqsız yerə qətlə yetirmək isə sanki bütün bəşəriyyəti qətlə yetirmək kimidir. Quranda oxuyuruq: “...hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur...” [5, “Maidə”, 32].

Ayəyə görə, hər insan şərəf və hörmət sahibi olmaqla yanaşı, onun həyatı da möhtərəm və toxunulmaz sayılır. Deməli, Qurana görə heç bir dinin ardıcılı və hətta hansısa dinə etiqad bəsləməyən insanın canına haqsız yerə qıymaq olmaz. Bu da Quranın insan barədə olan baxışıdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, uzun əsrlər boyu bir çox alimin İslamın qeyri-müsəlmanları, xüsusilə də səmavi kitablara etiqad bəsləməyən şəxsləri zatən murdar saydığı ilə bağlı irəli sürdükləri fikir ilk növbədə Quran ayələri, daha sonra sağlam ağıl hökmü və sünnə, xüsusilə də Peyğəmbər (s), onun dəyərli səhabələri və Əhli-beytinin davranışı ilə tam mənada müxalifdir. Odur ki, bu qəbil fikirlər İslam baxımından məqbul sayıla bilməz.

Dində heç bir məcburiyyətin olmaması

Hər bir cəmiyyətdə qəddarlıq və kobudluq amillərindən biri də müəyyən din və inancın qəbul edilməsində yol verilən zorakılıqdan ibarətdir. Tarix müxtəlif din ardıcılları tərəfindən bu cür metoddan istifadə edilməsinin və nəticədə bir çox xoşagəlməz halların ortaya çıxmasının şahidi olmuşdur. Lakin Qurani-Kərim nazil olduğu ilk dövrdən etibarən öz aydın bəyanı ilə dində hər növ məcburiyyətin üzərindən qırmızı xətt çəkmişdir. Sonuncu Səmavi Kitabda buyurulur: “Dində məcburiyyət (zorakılıq) yoxdur...” [5, “Bəqərə”, 256].

Bu ayəyə əsasən, İslam istər ilkin mərhələdə, yəni dinin qəbul olunması, istərsə də onun hökmlərinin icrasında heç bir zorakılıq və məcburiyyəti təsdiq etmir. Görəsən, digər insanlara zorla qəbul etdirilən bir dindən və ya onun ayinlərinin icrasından nə kimi fayda ola bilər? Şübhəsiz, zorakılıqda həyata keçən dindarlıq həm mənasız, həm də faydasızdır. Quran bununla bağlı təqdim edilən ayə ilə öz möhürünü vurmuşdur. Əlbəttə, burada həqiqi İslamla özünü onun ardıcılı kimi qələmə verənlərin davranışı arasında fərq qoymaq zəruridir.

Page 47: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

47

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

İslam dini aydınlıq, şəffaflıq, azadlıq və demokratiya tərəfdarıdır. Bu dində insanlar üçün səadət, yaxud azğınlıq yolları aydın şəkildə bəyan edilmiş və seçim insanların ixtiyarına verilmişdir. İslam təlimlərinə görə, insan bu həyatda azad, həm də ixtiyar sahibidir. Quranda oxuyuruq: “Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)” [5, “İnsan”, 3].

Məlum ayəyə əsasən, insanın doğru yolu tapması məcburiyyət və zorakılıq əsasında deyil, öz iradəsi və seçimi ilə müyəssər olur. Həmçinin, Müqəddəs Kitabın bir çox yerində İslam Peyğəmbərinin (s) yalnız haqqı insanlara çatdırmaqla görəvləndirildiyi bildirilmiş, onun bundan başqa bir vəzifəsi olmadığı vurğulanmışdır: “Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxanlara Quranla öyüd-nəsihət ver!” [5, “Qaf”, 45].

Digər ayələrdə oxuyuruq: “(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən!” [5, “Ğaşiyə”, 21-22]; “(Ya Rəsulum!) Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir! [5, “Ali-İmran”, 20]. [Həmçinin bax: 5, “Maidə”, 92; “Rəd”, 40; “Nəhl”, 3; “Nur”, 54; “Ənkəbut”, 18].

Şübhəsiz, İslam Peyğəmbərinin (s) təbliğ sahəsinin hüdudları təyin edildikcə başqalarının da bu sahədə vəzifə hüdudları aydınlaşmış olur. Nəticə etibarilə, Qurana görə, hər bir cəmiyyətdə müxtəlif dinlərin mənsubları və ardıcıllarından ibarət bir toplumun mövcudluğu və onların bir-biri ilə qarşılıqlı səmimiyyət və hörmət əsasında yaşaması mümkün olan bir məsələdir.

Digər dinlərin ardıcılları ilə dialoq aparılmasına dair göstəriş

Dinimizdə tolerantlığı təsdiq edən sübutlardan biri də Müqəddəs Kitabımızda digər dinlərin ardıcılları, ümumiyyətlə, fərqli baxış və etiqada malik insanlarla ən gözəl tərzdə dialoq və müzakirələr aparılması barədə xüsusi göstərişlərin verilməsindən ibarətdir. Bununla bağlı bu ayələri misal göstərmək olar: “(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...” [5, “Nəhl”, 125]; “Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” [5, “Ənkəbut”, 46].

Page 48: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

48

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Bu ayələrə əsasən, İslam dininin dialoqa və qarşılıqlı anlaşmaya dəstək verdiyi aydınlaşır. İslam dini heç bir zaman öz üzünü dialoq qapısına bağlamamış, əksinə, həmişə fərqli fikir, etiqad və baxışa sahib olanları səmimi müzakirə və dialoqa dəvət etmişdir. İslam Peyğəmbəri (s) məhz bu metod əsasında bir çox bütpərəst, dinsiz və nadan, həmçinin digər dinlərə mənsub insanları İslama cəlb etməyə müvəffəq olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, ayələrdə sözügedən “ən gözəl” ifadəsi gözəllik, səmimiyyət, qarşılıqlı hörmət və anlayış kimi bütün gözəl mənaları əhatə edir. Bu da təbii ki, dialoq və müzakirənin ağıl və məntiq çərçivəsində aparılmasının zəruriliyini ortaya qoyur. Çünki ağıl və məntiq bütün gözəllikləri özündə ehtiva edir.

İslamda dialoq və müzakirə dedikdə, iki tərəfdən birinin qarşısındakına gözübağlı şəkildə təslim olması və ya öz dinini əsassız yerə tərk edib qarşı tərəfin dininə daxil olması nəzərdə tutulmur. Quran ayələrinə əsasən, bu kimi hallarda ümumi cəhətlərə toxunaraq, müştərək dəyərlər ətrafında birləşmək lazımdır. Bununla bağlı bir sıra Quran ayələrinə istinad edə bilərik: “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” [5, “Ali-İmran”, 64]; “Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” - deyər” [5, “Ali-İmran”, 79].

Bu ayələrdən dialoq tərəfləri ilə Allahın varlığı və birliyi, insan hürriyyəti və dəyəri kimi müştərək dəyərlər əsasında müzakirə və fikir mübadiləsi aparmağın zəruriliyi əldə olunur.

Qeyri-müsəlmanlara qarşı ədalətli və mərhəmətli davranış barədə göstəriş

Qurani-Kərimin digər din ardıcılları ilə əlaqədar verdiyi göstərişlərdən biri də onlara qarşı ədalət və mərhəmət əsasında davranmaqdan ibarətdir. Quran digər dinlərin mənsublarına, eləcə də hansısa səmavi dini qəbul etməyən insanlara divan tutmaq, onları qətlə yetirmək, təqib etmək və onlara qarşı müxtəlif amansız üsullara əl atmağı qadağan edir.

Cihad Quranda inkaredilməz göstərişlərdən biri olsa da, təəssüf ki, bu göstəriş tarix boyu başqaları tərəfindən zorakılıq amili kimi anlaşılmış, bəzi hallarda isə ondan sui-istifadə edilmişdir. Halbuki Quranda mövcud olan cihad və silahlı mübarizə əmri əslində müdafiə xarakteri daşıyır. Bu hökm müdafiə xarakteri daşımaqla yanaşı, yalnız təcavüzkar və inadkar düşmənlərə qarşı tətbiq edilən və beləliklə də, müsəlman ümmətinin asayişi və təhlükəsizliyini təmin edən məsələdir.

Müasir araşdırmaçılardan biri mövzu barədə yazır: “Cihad, həmçinin kafirlər və müşriklərlə mübarizə göstərişi verən ayələrə ümumi nəzər saldıqda bu göstərişin əslində

Page 49: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

49

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

onların İslam və müsəlmanlara qarşı mübarizə apardığına görə buyurulduğu aydınlaşır. Belə ki, kafirlər və müşriklər yalnız öz etiqadı ilə kifayətlənərək müsəlmanlara qarşı düşmənçiliyə əl atmasa, Quran nəinki onlarla mübarizə aparmaq əmri verir, üstəlik, İslam Peyğəmbərinə (s) onlarla sülh və güzəşt şəraitində yaşamağı buyurur” [6, s. 99-100].

Yuxarıdakı fikrin isbatı məqsədilə Quranın cihad və mübarizə ilə bağlı bir neçə önəmli ayəsinə nəzər yetirmək zəruri və faydalı ola bilər: “...Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz” [5, “Nisa”, 90]; “Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!” [5, “Ənfal”, 61]; “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” [5, “Bəqərə”, 190]; “Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər” [5, “Əraf”, 199]; “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...” [5, “Ənam”, 108].

Şübhəsiz, təqdim edilən ayələr İslam dinində cihad hökmünün hansı mahiyyət və hədəf daşıdığını aydın şəkildə ortaya qoyur. O cümlədən sülh, mərhəmət və səmimiyyət dini olan İslamın Əhli-kitab və digər insanlara qarşı baxışı amansız və kəskin deyil. Ancaq istər müsəlman, istərsə də qeyri-müsəlman olsun İslam və müsəlmanlar əleyhinə fitnə-fəsad, təcavüz və düşmənçilik sərgiləyənlərin hökmü ayrıdır. Lakin fitnə-fəsad və təcavüz əhli olmayanlara qarşı hörmətlə, mərhəmətlə, sayğı ilə davranılmalıdır.

Qurani-Kərimdə məsələyə münasibəti öyrəndikdən sonra İslam dininin ikinci əsas qaynağı sayılan sünnə (hədis və rəvayətlər) baxımından tolerantlıq anlayışını araşdıraq.

Sünnədə tolerantlıq

Araşdırmanın bu hissəsində İslam dininin digər əsas məxəzi sayılan sünnə (hədis və rəvayətlər) baxımından tolerantlığa münasibəti aydınlaşdırmağa çalışacağıq.

İnsanların bərabərliyi

İslam Peyğəmbərinin (s) sözlərinə diqqət yetirdikdə dini, irqi, rəngi və etiqadından asılı olmayaraq, bütün bəşəriyyətə eyni münasibət göstərdiyini görürük. Çünki bütün insanlar torpaqdan yaradılmış Həzrət Adəmin (ə) övladları sayılırlar. Mənbələrdə keçdiyinə görə, Allah Rəsulu (s) Vida xütbəsində belə demişdir: “Ey insanlar! Həqiqətən də sizin Rəbbiniz bir və atanız birdir. Hamınız Adəmdən, Adəm isə torpaqdandır! Şübhəsiz sizin Allah yanında ən sevimliniz daha təqvalı olanızdır!” [7, 34].

O (s), digər kəlamında belə söyləmişdir: “İnsanlar Allahın ailəsidir (Allaha möhtac olanlardır). Allah yanında ən sevimli insan Allahın ailəsinə xeyir verən və hansısa ailəyə sevinc bəxş edən şəxsdir” [8, c. 2, 164].

Page 50: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

50

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Quranda olduğu kimi, birinci hədisdə də insanlar üçün üstünlük amili kimi ilahi təqva (günahdan qorunmaq) əsas götürülür. Belə ki, Sonuncu Səmavi Kitabda buyurulur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” [5, “Hucurat”, 13].

Buna görə də İslam dini baxımından insanın mal-dövləti, sərvəti, zahiri gözəlliyi və digər bu kimi amillər üstünlük sayılmır. Əsil üstünlük amili ilahi təqvadan ibarətdir. Bunda məqsəd günah əməllərdən çəkinib, vacib işləri həyata keçirməkdir. Şübhəsiz, hər bir dində bunun öz anlamı və xüsusi çərçivəsi vardır.

Digər din ardıcıllarının müdafiəsi

İslam Peyğəmbərinin (s) kəlamlarına diqqət yetirdikdə müsəlmanlara digər dinlərin ardıcılları və xüsusilə də dini azlıqların nümayəndələri ilə yaxşı davranmaq barədə xüsusi göstərişlər verdiyinin şahidi oluruq. Allah Rəsulunun (s) hədislərinin birində belə söylədiyi nəql edilir: “Hər kəs Kitab əhlindən bir nəfərə qarşı zülm edərsə, mən həmin şəxsə qarşı düşmən olaram” [7, 272].

Bu qəbil hədisləri əsas tutaraq sünnədə müsəlman ölkəsində yaşayan dini azlıqlar və digər dinlərin mənsublarına xüsusi diqqətin ayrıldığı, onların müdafiə edildiyi nəticəsinə gəlmək olar.

Yəhudi cənazəsinə hörmət

Əldə olan hədislərə əsasən, İslam Peyğəmbərinin (s) Əhli-kitabdan vəfat etmiş insanların cənazələrinə hörmət bəslədiyi məlum olur. Cabir ibn Abdullah Ənsari belə nəql edir: “Bir cənazə aparılırdı. Peyğəmbər (s) bunu görüncə ayağa qalxdı. Biz də ayağa qalxdıq. Daha sonra söylədik: “Ey Allahın Elçisi! Bu, bir yəhudinin cənazəsi idi!” Peyğəmbər (s) dedi: “Hər bir (müsəlman və ya qeyri-müsəlman şəxsə aid olan) cənazəni gördükdə (hörmət əlaməti olaraq) ayağa qalxın!” [9, s. 243, h. 1311].

Əbdür-Rəhmanın nəql etdiyi digər rəvayətdə oxuyuruq: “Bir gün Peyğəmbərin (s) qarşısından bir cənazə aparılırdı. Peyğəmbər (s) bunu görüncə ayağa qalxdı. Daha sonra ona deyildi: “Ey Allahın Elçisi! Bu, bir yəhudinin cənazəsi idi!” Peyğəmbər (s) dedi: “O, insan deyilmi?” [9, s. 243, h. 1312].

Bu hədislərə əsasən, sünnədə təkcə müsəlmana deyil, digər dinlərin mənsublarına da hörmət bəsləməyin zəruriliyi ortaya çıxır. Ümumiyyətlə, qarşı tərəfin etiqad və baxışı bir müsəlmanın hörmət və etikasına təsir etməməlidir. Əlbəttə, istənilən dində mövcud olan münafiq və fitnəkarların hesabı tamamilə ayrıdır.

Page 51: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

51

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Müxaliflərin canı, malı və düşüncəsinə hörmətlə yanaşmaq

Hədislərə nəzər saldıqda Rəsulullahın (s) öz müxaliflərinə, hətta onun peyğəmbərliyini inkar edənlərin canı, malı və düşüncələrinə hörmətlə yanaşdığını göstərən müəyyən sübutlara rast gəlmək olar. Bunun ən önəmli sübutlarından biri də Peyğəmbərin (s) öz zamanında yəhudi, xristian və hətta müşrik qəbilələrlə bağladığı müqavilələrdən ibarətdir. Misal kimi, Peyğəmbərin (s) Nəcran xristianları ilə bağladığı müqaviləni göstərmək olar. Həmin müqavilənin bir hissəsində oxuyuruq: “Bu, Allahın Elçisi Məhəmməd tərəfindən Nəcran xalqı ilə bağlanmış bir müqavilədir... Allah Elçisi Məhəmməd onların istər öz aralarında yaşayan, istərsə də onların arasında olmayanların canı, malı, torpaqları və əqidələrinə heç bir ziyanın yetməyəcəyini vəd edir. Habelə onların ailə üzvləri, məbədləri və mülkləri toxunulmaz olacaqdır. Heç bir keşiş, yaxud rahib kilsə və ya soməədən (rahiblərin yaşadığı monastırdan) xaric olunmayacaq və heç bir keşiş öz ruhanilik vəzifəsindən uzaqlaşdırılmayacaqdır. Onlara qarşı heç bir təhqir, yaxud hansısa işi zorla qəbul etdirmə məsələsi olmayacaqdır. Nəcran əhalisi əhd-peymana sadiq qaldığı təqdirdə heç bir qüvvə onlara toxunmayacaqdır” [10, c. 1, 196-197].

Həzrət Əli (ə) isə mövzu ilə əlaqədar belə demişdir: “Heç bir müsəlmanı və Kitab əhlini təhqir etmə! Hətta müəyyən bir namazı öz vaxtında qılmaq məqsədi ilə belə, heç bir malı, övladı və heyvanı əsassız və haqsız yerə mənimsəmə!” [11, c. 2, 428].

Həmçinin, o, Malik Əştərə yazdığı vəsiyyətində belə buyurmuşdur: “Xalqla qəlbən mehriban, xoşrəftarlı və yaxşı davran. Onlara qarşı yeməklərini qənimət bilən yırtıcı heyvan kimi olma! Çünki həqiqətən də onlar iki dəstədirlər: Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər” [12, 53-cü məktub].

İslam Peyğəmbərinin (s) davranışları, eləcə də Həzrət Əlinin (ə) bu qəbil kəlamları İslamda tolerantlığın ən bariz nümunələri sayıla bilər. Həzrət Əlinin (ə) xilafəti dövründə onun hakimiyyətini qəbul etməyən, özünü də günahkar və kafir sayan xəvaricə qarşı sərgilədiyi davranış da bu sahədə olduqca önəmli nümunədir. Çünki xəvaric rəsmi şəkildə Həzrət Əlinin (ə) əleyhinə silahlı mübarizə üsuluna əl atmayanadək onların canı, malı və əqidələri toxunulmaz sayılmış, xəlifə onlara qarşı mərhəmət və mehribanlıqla davranmışdır.

Kitab əhlinə xüsusi diqqət

Rəvayətdə keçdiyinə görə, bir gün Həzrət Əli (ə) yolda dilənçiliklə məşğul olan bir qocanı görüb, ətrafındakılardan onun kimliyi barədə soruşdu. Səhabələri onun xristian olduğunu söylədikdə, Həzrət Əli (ə) dedi: “Siz (gənc ikən) ondan istifadə edib, qocalıb əldən düşdükdə isə ondan əsirgəmisiz! Ona Beytül-maldan (hökumət büdcəsindən) yardım edin!” [13, c. 6, 292-293].

Digər rəvayətə əsasən, Müaviyə ibn Əbu Süfyanın ordusundan bir dəstə silahlı şəxs Həzrət Əlinin (ə) xilafəti dövründə əhalisi müsəlman və yəhudilərdən ibarət olan Ənban

Page 52: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

52

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

şəhərinə basqın edərək bir neçə qadının, o cümlədən bir yəhudi qadının qızıl-zinət əşyalarını qarət edirlər. Bu xəbəri eşidən Həzrət Əli (ə) belə söyləyir: “Mənə xəbər çatdı ki, onların bir döyüşçüsü bir müsəlman qadına və (müsəlmanların amanında olan) bir Əhli-kitab qadınına hücum edərək onun xalxalı, bilərzik, boyunbağı və sırğalarını qoparmış, o qadın da ağlamaqdan və xahiş etməkdən başqa onlara mane ola bilməmişdir. Düşmənlərdən heç birinin yaralanmadığı, qanları tökülmədiyi halda onlar (bu döyüşdən) böyük qənimət və sərvətlə qayıtmışlar. Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə, ona eyib deyil. Mənə görə isə ölüm bundan daha layiqlidir” [12, 27-ci xütbə].

Həzrət Əlinin (ə) bu kəlamında zülm və haqsızlığa məruz qalmış yəhudi qadına qarşı sərgilədiyi diqqət bir daha İslamın inhisarçı din olmadığını, əksinə, yüksək tolerantlıq ənənəsinə malik olduğunu sübut edir.

Həmçinin İmam Zeynəl-abidin (ə) məşhur “Hüquq risaləsi”nin son hissəsində Əhli-kitabın hüquqları ilə bağlı belə söyləmişdir: “İslam dininin pənahında yaşayan zimmə əhlinin (Kitab əhlinin) haqqı budur ki, Allah-Təalanın onlardan qəbul etdiyini sən də onlardan qəbul edəsən və onlar Allah-Təala ilə aralarında olan əhd-peymana vəfalı olana qədər onların haqqında heç bir zülmə (haqsızlığa) yol verməyəsən” [14, c. 2, 554-570; 15, c. 71, 2-9].

“Zimmə əhli” dedikdə, İslam ölkəsində yaşayıb dövlətə xüsusi vergi ödəyən, həmçinin hakim qanunlara tabe olub, xəyanət etməmək və s. barədə əhd-peyman imzalayan Kitab əhli (zərdüşt, yəhudi, xristian və s.) nəzərdə tutulur. İnanclı insanlar onlara qarşı mərhəmətli olmalı, Allah-Təalanın onlardan qəbul etdiyindən əlavə, onlardan ayrı bir şeyi tələb etməməlidirlər. Həmçinin bağladıqları əhd-peymana vəfalı qaldıqları zamanadək onların haqqında heç bir cəza tədbiri görmək olmaz. Odur ki, Kitab əhli müəyyən şərtlər çərçivəsində ictimai, mədəni, siyasi və s. hüquqlar baxımından müsəlmanlarla bərabər sayılırlar. Bu da sünnənin və bütövlükdə İslam dininin digər din ardıcıllarına qarşı nümayiş etdirdiyi tolerantlığın müəyyən nümunələridir. Qeyd olunanları nəzərə aldıqda İslam dini barədə bəziləri tərəfindən iddia edilən inhisarçılıq və antitolerantlıq iddialarının əsassız olduğu aydınlaşır.

Nəticə

İslam inadkarlıq, fəsad və təcavüz fikrində olmayan hər bir qeyri-müsəlmanla tolerantlığın ən yüksək səviyyəsində davranır.

Beləliklə, İslam onun meydana gəlməsindən sonra hansısa səbəbdən sonuncu səmavi din olduğunu qəbul etməmiş insanların etiqad və baxışına nifrətlə yanaşmır, əksinə, inadkarlıq, fəsad və təcavüz fikrində olmayan hər bir qeyri-müsəlmana tolerant münasibət bəsləyir. Burada diqqət yetiriləcək ən önəmli məsələ odur ki, əsası Quran olan İslam dini ilə özünü bu dinin daşıyıcısı kimi təqdim edən bəzilərinin davranışı və baxışları arasındakı fərqi görməkdir. Çünki kimliyi və vəzifəsindən asılı olmayaraq,

Page 53: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

53

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

hansısa “müsəlmanın” ifratçı və radikal baxışını, yaxud davranışını İslam dininin adına yazmaq yanlış olardı. İslam dini ilə özünü onun mənsublarından sayan bir çoxu arasında, sözün həqiqi mənasında, fərqlər olmuş və hazırda da vardır.

ƏDƏBİYYAT1. “Oxford wordpower”, Oxford University Press, 1998.

2. Həyim, Süleyman. Fərhənge müasir. Tehran: 1380 h. ş.

3. Batini, Məhəmmədrza və başqaları. Fərhənge Müasire Puya. Tehran: Fərhənge-müasir, 2006.

4. Bəyat, Əbdür-Rəsul və başqaları. Fərhənge vajeha. Qum: Müəssiseye Əndişe və Fərhənge-dini, ikinci çap, 1381 h. ş.

5. Qurani-Kərim (ərəb dilindən tərcümə edənlər: Z. M. Bünyadov və V. M. Məmmədəliyev). Bakı: Qismət, 2006.

6. Qədrdan, Məhəmmədhəsən. Quran və Plüralizm. Tehran: Müəssiseyi Fərhəngiye Daneş və Əndişeye-Müasir, 1380 h. ş.

7. Hərrani, Həsən ibn Şöbə. Tuhəful-uqul an Ali-r-Rəsul. Qum: Müəssisətun-nəşril-İslami, 1404 h. q.

8. Kuleyni, Əbu-Cəfər Məhəmməd ibn Yəqub. əl-Üsul minəl-kafi (tədqiq: Əli Əkbər Qəffari). Tehran: Darul-kutubil-İslamiyyə, üçüncü çap, 1388 h. q.

9. Buxari, Məhəmməd ibn İsmayıl. Səhihi-Buxari. Beyrut: Darul-kutubil-elmiyyə, 2002.

10. İbn Səd, Şeyx Məhəmməd. ət-Təbəqətul-kübra. Beyrut: Darul-fikir, birinci çap, 1994.

11. Səqəfi, Şeyx İbrahim ibn Məhəmməd. əl-Ğarat. Qum: Darul-kitab, 1410 h. q.

12. Rəzi, Seyid. Nəhcül-bəlağə. Qum: Müəssisətun-nəşril-İslami, 1417 h. q.

13. Tusi, Şeyx Məhəmməd ibnil-Həsən. ət-Təhzib. Tehran: Darul-kutubil-İslamiyyə, 1365 h. ş.

14. Səduq, Şeyx Məhəmməd ibn Babəveyh Qummi. əl-Xisal. Beyrut: Müəssisətul-Ələmi lil-mətbuat, 1990.

15. Məclisi, Məhəmməd Bаqir. Bihаrul-ənvаr. Bеyrut: Müəssisətul-vəfа, ikinci çаp, 1983.

16. Əhsai, Şeyx İbn Əbu-Cümhur. Əvaliul-liali. Qum: Daru Seyyiduş-şühəda, 1405 h. q.

17. Əfəndizadə, Əziz. Orfoqrafiya-orfoepiya lüğəti. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996.

18. Əbdül-Baqi, Məhəmməd Fuad. əl-Möcəmül-müfəhrəs li əlfazil-Quranil-Kərim. Qum: İsmailan, birinci çap, 1379 h. q.

19. İbn Hənbəl, Əhməd. əl-Müsnəd. Qahirə: Müəssisətu Qurtubə.

20. İsmayılzadə, İlqar. İlahi sirlər (Qurani-Kərimin Azərbaycan dilində tərcüməsi və qısa təfsiri). Qum: Qurani-Kərim Elmi Araşdırmalar Mərkəzi, birinci çap, 2010.

21. Kədxudazadə Əsl, Mehdi. “Kiyan” jurnalı, № 28.Tehran: 1374 h. ş.

22. Kuleyni, Əbu-Cəfər Məhəmməd ibn Yəqub. əl-Füru minəl-kafi (tədqiq: Əli Əkbər Qəffari). Tehran: Darul-kutubil-İslamiyyə, 1365 h. ş.

23. Səduq, Şeyx Məhəmməd ibn Babəveyh Qummi. Mən la yəhzuruhul-fəqih. Qum: Müəssisətun-nəşril-İslami, 1413 h. q.

24. Tusi, Şeyx Məhəmməd ibnil-Həsən. əl-Əmali. Qum: Darus-siqafəti lin-nəşr, 1414 h. q.

Page 54: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

54

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

GERÇƏKLİK

Ильгар ИсмаилзадеТОЛЕРАНТНОСТЬ В ИСЛАМЕ:

ОТ ТОЧКИ ЗРЕНИЯ КОРАНА И ХАДИСОВ

АННОТАЦИЯ

Статья посвящена теме толерантности в Исламе. Отмечается, что согласно Корану Ислам является последней и совершенной религией. Поэтому многие ори-енталисты ошибочно полагают, что Ислам не приемлет религиозный плюрализм и относится нетерпимо к другим вероисповеданиям.

Тщательно и всесторонне изучив Коран и сунну, автор приходит к заключе-нию, что Ислам содержит высокотолерантные идеи и принципы, относится с боль-шим уважением и терпением к каждому немусульманину.

Ilgar IsmayilzadeTOLERANCE IN ISLAM:

FROM QURAN AND HADITH POINT OF VIEW

ABSTRACT

The article is devoted to the theme of tolerance in Islam. It is noted that according to the Quran, Islam is the last and perfect religion. Therefore, some scholars of oriental studies mistakenly believe that Islam does not accept religious pluralism and is intolerant of other faiths.

By detailed and thoroughly studying the Quran and the Sunna, the author comes to the conclusion that Islam contains high tolerance ideas and principles and treats every non-Muslim with great respect and patience.

Page 55: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

55

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

TƏSƏVVÜFÜN ƏSAS İDEYALARI

Şəfahət ABDULLAYEVA,Dövlət İdarəçilik Akademiyasının dosenti,

[email protected]

AÇAR SÖZLƏR: irrasional biliklər, ilahi eşq, nəfs, mənəvi yüksəliş.КЛЮЧЕВЫЕ СЛОВА: иррациональные знания, божественная любовь, душа, духовный рост. KEY WORDS: irrational knowledge, divine love, desire, spiritual growth

Giriş

Müsəlman Şərqində bir çox fəlsəfi təlimlər olsa da, onların heç biri təsəvvüf qədər məşhurlaşmamışdır. Təsəvvüf İslam Şərqinin ən geniş yayılmış dini-fəlsəfi cərəyanlarındandır. Uzun müddət ancaq dini təlim kimi tanınan təsəvvüf, sonralar həm də dini-fəlsəfi təlim kimi məşhurlaşmışdır. Lakin təsəvvüfün praktik, əməli tərəfi nəzərə alındıqda onu cəsarətlə həm də psixoloji təlim kimi qiymətləndirmək olar.

Təsəvvüf İslam dəyərləri, İslam irfanı zəminində yaranıb, inkişaf etdiyinə görə mahiyyətcə başqa mistik təlimlərdən fərqlənir. Azərbaycanda təsəvvüfü tədqiq edən azsaylı tədqiqatçılardan biri olan Nəsib Göyüşov “Quran və irfan işığında” əsərində yazır: “Qədim türk və şaman, Zərdüştlük və hind təlimlərinin müəyyən elementlərini özündə birləşdirən təsəvvüf bir qurum kimi İslam dini zəminində yaranmış, başqa mədəniyyətlərdən aldığı elementləri öz içində əritmiş, son məqsədi Haqq sevgisi olan bütöv bir əxlaqi-mənəvi təlim kimi formalaşmış və bütün İslam Şərqinin ruhuna hopmuşdur” [1, s. 15]. Sufizmin böyük tədqiqatçılarından olan Aleksandr Knış təsəvvüfün keçdiyi inkişaf yolunu izləyərək belə qənaətə gəlir ki: “Sufizm sadə asketizmdən mistik biliklərin mürəkkəb sisteminə çevrilmişdir” [2, s. 219]. O, sözünə belə davam edir: “Burada əsas yeri mürşid-mürid, bələdçi-yolçu tutur. Bu, sonda təriqətlərin yaranmasına səbəb oldu. Təşkilatlanmış sufizm ictimai və siyasi güc əldə edirdi. Sufizm mənəvi-ruhi resursları cücərdib inkişaf etdirə bildi” [2, s. 219]. Mistik təlimlərdə adi intellektual vasitələrin yararsızlığını və bu yolda fərdi mistik təcrübənin zəruriliyini vurğulayan görkəmli şərqşünas-alim, sufizmin böyük tədqiqçisi Annemari Şimmel göstərir ki: “Mistisizm elə bir şeydir ki, adi vasitələrlə və ya intellektual cəhdlərlə ona çatmaq olmaz. Onun mənasını nə fəlsəfə, nə ağıl, nə də intuisiya aça bilməz. Ruhi-mənəvi təcrübə zəruridir” [3, s. 13].

Təsəvvüf çox mürəkkəb struktura malik geniş və dərin təlimdir. Məhz bu səbəbdən təsəvvüfün psixoloji təhlilini aparmaq üçün onun ayrı-ayrı konsepsiyalarının əsas ideyalarını nəzərdən keçirməyi məqsədəuyğun saydıq.

Page 56: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

56

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

Təsəvvüfdə idrakla bağlı ideyalar

Sufilər üç mərhələli kamilləşmə prosesinə uyğun olaraq idrakın da üç səviyyəli modelini təqdim edirlər və belə struktur sufizm haqqında yazılan bütün əsərlərdə öz əksini tapmışdır: ilm əl-yəqin; ayn əl-yəqin; haqq əl-yəqin.

Mərhələlərə keçməmişdən əvvəl “irrasional bilik nədir?” sualına cavab axtaraq. Bunun üçün Azərbaycanda irrasional biliyin tədqiqinə həsr olunmuş sanballı əsərə - K.Bünyadzadənin yazdığı “Şərq və Qərb. İlahi vəhdətdən keçən özünüdərk” kitabına müraciət edək. K.Bünyadzadə sufi mütəfəkkirlərinin əsərlərini təhlil edərək irrasional idrakın aşağıdakı mərhələlərini göstərir:

- Şüurüstünün aktivləşməsi - sezmə, duyma. Bu, İlahi Qüdrətin təsiri ilə baş verir;

- İlahi Qüdrətlə əlaqəyə girmə və Ondan bilik alma;

- İlahi Qüdrətlə Vəhdətdə olma – dərketmə [4, s. 56-57].

K.Bünyadzadənin göstərdiyi bu mərhələlər sufi ədəbiyyatında yuxarıda haqqında danışdığımız idrak modelinə uyğun gəlir. Maraqlıdır ki, müəllif ikinci mərhələnin özünün də üç hissəyə bölündüyünü göstərir:

- İlahi Qüdrətə qədər yüksəlmə;

- Kulminasiya anı;

- Geridönmə [4, s. 60].

“İlm əl-yəqin” - şübhəsiz biliklərdir. Bu, səviyyə yolun birinci mərhələsinə - şəriətə uyğun gəlir; “Ayn əl-yəqin” - şübhəsiz müşahidədir. Bu səviyyə ikinci mərhələyə - təriqətə uyğun gəlir; “Haqq əl-yəqin” - həqiqi biliklərdir. Bu səviyyə həqiqət mərhələsinə uyğun gəlir. A.Şimmel göstərir ki, ikinci səviyyə qnostiklərin dayanacağıdır. “Haqq əl-yəqin” isə Allah aşiqlərinin çatdığı məqamdır və ona fəna halında çatırlar [3].

İdrakın strukturunu izah edən R.Fiş sufilərin müqayisəsini belə təsvir edir: “Birincisi, şübhəsiz biliklərdir. Sufilər bunu belə müqayisə edirlər: mənə dəfələrlə sübut ediblər və bunu dəqiq bilirəm ki, zəhər zəhərləyir, od yandırır. Ancaq bunu heç vaxt təcrübədən keçirməmişəm – bu, adi məntiqi idrakdır. İkincisi, şübhəsiz müşahidədir: mən öz gözlərimlə görmüşəm ki, zəhər zəhərləyir, od yandırır – bu, təcrübi bilikdir. Üçüncüsü, həqiqi yəqinlikdir: mən zəhəri qəbul etdim, onun zəhərləyici təsirini gördüm, odda yandım və beləliklə, zəhərin zəhərləyici, odun yandırıcı xüsusiyyətlərinə əmin oldum. Bu mərhələdə sufilərə görə subyektlə obyektin, müşahidə edənlə müşahidə edilənin vəhdəti, birincinin sonuncuda itməsi baş verir. Deməli, idrakın üç mərhələsi: bilmək, görmək, olmaq - feilləri ilə verilir [5].

Sufilərin yolun sonunda əldə etmək istədikləri “Haqq əl-yəqin” – Həqiqi biliklərdir. Frans Rouzentalın “Biliklərin təntənəsi” əsərində oxuyuruq: “Yəqinlik elə bilikdir ki,

Page 57: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

57

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

onun sahibini heç vaxt şübhə bürümür. Əs-Salami deyirdi: “Bu elə biliklərdir ki, heç vaxt şübhənin qurbanı olmur”. Əbu Abdullah əl-Antaki isə belə deyirdi: “Yəqinlik Allahın Öz bəndəsinin ürəyinə qoyduğu elə işıqdır ki, onun vasitəsilə insan o biri dünya haqqında bilir”. Kuşayri yazırdı: “Zərrə qədər yəqinlik ürəkdən bütün şübhələri silir, zərrə qədər şübhə isə ürəkdən bütün yəqinliyi silir. Yəqinlik ürəkdə olan biliklərdir, yəni onlar qazanılmır”. Sulami isə “Yəqinliklə birlikdə bu biliklər hər cür şübhədən azaddırlar”, - deyirdi” [6, s. 172].

Bu deyilənlərdən belə məlum olur ki, biliklər qazanılır. Sufilərin yolun ilk mərhələsində əldə etdikləri biliklər bu qisimdəndir. Yəqinlik isə sufilərə intuitiv gəlir və onlar buna yolun sonunda nail olurlar. O da məlum olur ki, təsəvvüfdə idrakın intellektual yəqinlik, hissi yəqinlik və həqiqi yəqinlik səviyyələri vardır və əsas diqqət həqiqi yəqinliyə cəlb olunur [6, s. 49]. Və nəhayət, aydın olur ki, yəqin biliklər “Haqq əl-yəqin” səviyyəsində əldə olunur və bu biliklər məntiqdən uzaq, qeyri-intellektual, irrasional biliklərdir.

Şüurüstünün aktivləşməsi, İlahi Qüdrətlə əlaqəyə girmə, İlahi Qüdrətlə Vəhdətdə olma “ayn əl-yəqin” və “haqq əl-yəqin” səviyyələrində baş verir. Psixoloji cəhətdən yanaşdıqda görürük ki, sufilər sezmə, duyma, kulminasiya, vəhdət hallarını yaşayırlar ki, bunlar müxtəlif psixoloji halətlərdir və insanlar bu halətlərdən keçərək irrasional bilik əldə edirlər.

Sonda ümumiləşdirib, irrasional bilik haqqında ideyaları aşağıdakı kimi verə bilərik: irrasional bilik rasional bilikdən sonra gəlir və onun üzərində qurulur. İrrasional bilik şüurüstünün aktivləşməsi ilə baş verir. İrrasional bilik intuitiv alınan biliklərdir. İrrasional bilik qəlb gözünün açılması ilə baş verir. İrrasional bilik həqiqi bilikdir. İnam və məhəbbət irrasional bilik almaq vasitələridir. Hər bir insan irrasional biliyi öz şəxsi təcrübəsində yaşaya bilir.

Page 58: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

58

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

Sufilərin İlahi eşqlə bağlı ideyaları

Bəri başdan qeyd edək ki, İslam dinində daha çox qabardılan “Allahdan qorx” prinsipi təsəvvüfdə “Allahı sev” prinsipi ilə əvəz olunub. Təsəvvüf təlimində eşqə böyük önəm verilir. Əslində, bütün təsəvvüf təlimi məhəbbət üzərində qurulub. İlahi eşq konsepsiyası təsəvvüfün aparıcı konsepsiyası olub, onu başqa dini təlimlərdən fərqləndirən əsas cəhətdir. Sufilərin eşq konsepsiyası təsəvvüfün bütün tərkib hissələri içərisində ən əsasıdır, onun canıdır. İlahi eşq sufizmin əsas prinsiplərindəndir. A.Şimmel bununla bağlı bildirir: “Sufizmi Allaha məhəbbət kimi izah etmək olar, belə ki, həqiqi mistisizmi asketizmdən fərqləndirən əsas cəhət məhəbbətdir” [3, s. 14].

Mütləq Həqiqətə qovuşmaq ehtirasıyla Allaha doğru irəliləyən sufi məhəbbətinin sonsuzluğundan güc alaraq İlahi eşq səviyyəsinə yüksələ bilər. İlahi eşq Allahın sirli-sehrli yola çıxan sufiyə əta etdiyi töhfədir və sufi bunu şəxsi mistik təcrübə kimi yaşayır. Bu mənəvi-ruhi-psixoloji haldır və sufi bunu daxili aləminin, qəlbinin işıqlanması şəklində duyur. Yalnız ürəkləri büsbütün Allah sevgisi ilə dolu olan, bütün fikirləri və əməlləri ilə bu sevgiyə tabe olanlar belə hala – İlahi eşqə layiq olurlar [1]. Necə ki, Qurani-Kərimdə buyurulur: “...Allah onları, onlar da Allahı sevərlər...” [7, Maidə, 54]. İlahi eşqə nail olan insan özü də “ilahiləşir”, böyük enerji əldə edir.

İnsan Allahın iradəsinə ancaq Onun yolunda əzab-əziyyətə, iztirab və cəfaya dözərək tabe ola bilər. Sufilərin ümumi qənaətinə görə, məhəbbət də, əzab da Allahdan gəlir. Eşq yolunda əzabkeş olan Mənsur Həllac yazır: “Məhəbbət odur ki, sən öz şəxsi keyfiyyətlərindən azad olub, Məşuqun qarşısında dayananda, bütün yeni keyfiyyətlər Ondan gəlir. Belə məhəbbət əzabdan keçərək reallaşır. İnsan ancaq bu əzabı qəbul edərək, hətta onu arzulayaraq Allahın iradəsinə çata bilər. Əzab O özüdür, baxmayaraq ki, xoşbəxtlik də Ondan gəlir. Eşq Allahın mahiyyətidir, Onun yaradıcılığının sirridir” [3, s. 64].

Quran iman yolunda insanın iztirab çəkməsini nəinki məqbul sayır, hətta bunun zəruri olduğunu vurğulayır: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik…” [7, Ənkəbut, 2,3]. Və ya “(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq” [7, Muhəmməd, 31].

Bütün sufi mütəfəkkirlərinin ümumi qənaətincə, yolçunun Allaha doğru hərəkəti təkcə insanın istəyi və zəhməti ilə başa gəlməz, burada “Haqqın inayəti və yardımı da lazımdır” [1]. Qurani-Kərim də bunu təsdiqləyir: “...Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər...” [7, Bəqərə, 255].

İlahi məhəbbət axtaranlara sınaq və qəlbini təmizləmək üçün göndərilən çətinliklərə dözə bilmək və hətta çətinliklərə görə sevinmək qabiliyyəti verilir. Sufi mütəfəkkirlərinin fikrincə,

Page 59: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

59

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

sevmək qabiliyyətini insana Allah əta edir və Allah tərəfindən sevilmək daha böyük səadət olub, Onun yolunda daha böyük əzabları qəbul etməyi zəruri edir [1; 2; 3; 5; 8]. “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!” [7, Bəqərə, 155]. Lakin Allah-Təala insanı sevəndə bəndə üçün bundan böyük xoşbəxtlik yoxdur. Əbu Həmid əl-Qəzalidən oxuyuruq: “Allah deyir: “Qulum hər zaman dualarıyla Mənə yaxınlaşır ki, onu sevim. Əgər onu sevsəm, onun eşidən qulağı, görən gözü, danışan dili olacağam” [9, s. 250]. “Məhəbbətin dörd qolu var”, - deyə Bistami yazırdı, “biri Ondan gəlir – bu, Onun mərhəmətidir; biri səndəndir – bu, Ona itaətdir; biri Onun üçündür – bu, Onu dərk etməkdir; biri ikinizin arasındadır – bax, bu, eşqdir!” [3, s. 107].

İçində Allah sevgisi olan insanın qəlbindən pərdə götürülür, bəsirət gözü açılır, qəlbi nurlanır – təcəlli edir və insan Xaliqlə məxluq arasında, Yaradanla yaradılan arasında ümumiliyi görür, Kainatla harmoniyanı hiss edir. Quranda deyildiyi kimi: “(Ona belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!” [7, Qaf, 22].

Sufilərə görə, Mistik Yol – insanın öz əvvəlinə, Allahın yanında olan əvvəlki halına qayıtmaq cəhdidir. Yolçu olmamışdan əvvəl olduğu hala çatmaq arzusundadır. O hala ki, Allah onu hələ zamanda yaratmamışdan qabaq yox idi. Bu haqda Qurani-Kərimdə deyilir: “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər...” [7, Əraf, 172]. Yalnız belə halətə çatan, belə halı yaşayan insan Allahın əzəli, əbədi, vahid olduğu haqda şahidlik edə bilər.

Burada onu da qeyd etmək zəruridir ki, sufilərin eşq konsepsiyası başqa müəlliflərin də bildirdiyi kimi, məhz çatmaq istədikləri ilə çatmağı mümkün olmayan arasında ziddiyyət üzərində qurulmuşdur. Belə dialektika məhəbbətin hərəkətverici qüvvəsi, daxili dinamikası kimi çıxış edir. Subyektin can atdığı obyekt əlçatmazdır. Ancaq əkslikləri dəf edənlər vüsal anına – Vəhdəti-vücuda layiqdirlər.

Sonda dediklərimizi ümumiləşdirib, aşağıdakı əsas ideyalar şəklində verə bilərik: insanla Allah arasındakı eşq qarşılıqlı hadisədir. Allah insanı sevər, insan da Allahı. Eşq sufinin kamilləşmə yolunda aparıcı vasitədir. Eşq canı, ruhu, dünyanı, Kainatı hərəkətə gətirir. Eşq və iztirab bir hadisənin iki tərəfidir. Subyektin çatması mümkün olmayan obyektə çatmaq istəyi eşqin daxili dinamikasını təşkil edir. Eşqin ən yüksək, ali səviyyəsi vəhdəti-vücud halıdır ki, bu vaxt insan zaman xaricinə çıxır, “öz”ünə qədər yüksəlir, sərməst olur. Geri qayıdan insan artıq nurlanmış şüuru, psixikası dəyişilmiş insandır. İlahi eşq sufilərin əldə etdiyi yəqin, yəni irrasional biliklərdir.

Page 60: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

60

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

Vəhdəti-vücud konsepsiyası

Bütün mistik təlimlərdə olduğu kimi, təsəvvüfdə də həqiqət axtarışına çıxan sufilər sonda Allah haqqında təkcə bilik əldə etmək yox, həm də Onunla qovuşmaq istəyirlər. Yola çıxan yolçunun son məqsədi Allaha qovuşmaq – vəhdəti-vücuddur. Vəhdəti-vücud fenomeni təsəvvüfdə başlıca ideyalardan biridir. Təsəvvüf təlimində insanın Yaradanı ilə qovuşa bilmək imkanları araşdırılır və bu, mümkün sayılır. Rumi deyir: “İndiyə qədər bütün sufilər, hətta Sənai və Əttar kimi nəhənglər də ancaq ayrılıqdan yazıblar. Bizim söhbətimiz isə görüşdəndir” [5, s. 81]. Əslində, sufilər Allahı dərk etməyi mümkünsüz hesab edirlər. Zun Nun Misri yazır: “Allahın zatı haqqında fikir yürütmək cahillik, Ona şahidlik etmək şirk, həqiqi biliklər isə heyrətdir” [3, s. 15].

“Vəhdəti-vücud halında mistikin ruhu İlahi reallıqla toqquşur, bunun nəticəsində o, tarazlıq və ya sakitlik, yaxud şövq, fərəh, heyrət və ya vəcd yaşayır”, - deyə A.Knış yazır [2, s. 352]. Bu “toqquşma”nı parlaq və gərgin psixoloji halət kimi qiymətləndirmak olar. Sufilər bunu fəna adlandırırlar. Fənadan sonra insan özü haqqında, Allah barədə təsəvvürlərini, özü ilə Allah, özü ilə dünya arasındakı münasibətləri haqqında fikirlərini yenidən mənalandırır. Belə insan dəyişilmiş – şüuru, psixologiyası dəyişmiş insandır. Sufilər belə hala bəqa deyirlər. Bu halətə qədər yüksəlmiş (fəna) və geri dönmüş (bəqa) insan ruhən yüksəlmiş, öz iradəsi ilə Allahın qüdrəti arasında heç bir ziddiyyət görməyən insandır. Eynəl-Qüzzat Miyanəci deyir: “Eşq halında Aşiqlə Məşuq bir olur. Aşiq - Məşuq, Məşuq isə Aşiq olur” [10, s. 201]. Ənsari isə belə yazır: “İlahi! Uzun müddət Səni axtardım, özümü tapdım; İndi özümü axtarıram, Səni tapıram. .... İlahi! Hərdən özümə baxıram və deyirəm: məndən çox iztirab çəkən varmı? Hərdən Sənə baxıram və deyirəm: Səndən qüdrətlisi varmı?” [11, s. 17].

Bəzi tədqiqatçıların fikrincə, bəzi sufilər (Bistami, Həllac, Nəsimi) vəcd halında olanda ifrata varmış, özlərini İlahi varlıqla eyniləşdirmiş və bununla da, Xaliq ilə məxluq arasındakı müqəddəs sərhədi keçmişlər [2]. Sufi ədəbiyyatında [2; 3; 5; 8] onları “sərxoş sufilər” adlandırırlar. Rumiyə görə, vəhdəti-vücud, yəni insanın İlahi varlıqda itməsi, Ona qovuşması sonsuzdur. Şamın alovu günəşin parlaq işığında yanmağa davam etdiyi kimi, sufinin də şəxsiyyəti vəhdəti-vücud halında itmir – sufi eyni anda həm insan, həm də Ruminin fikrincə, müəyyən mənada Allah olur [2, s. 183]. Məhz belə halətdə olan “sərxoş sufilər” “ənəl həqq”, - deyə qışqırırdılar. Lakin tarixdə “ayıq sufilər” də vardır ki, onlar çoxluq təşkil edirlər. Onların əsas məqsədi vəcdə gəlib özündən getmək deyil, zaman xaricinə çıxıb, ruhi təcrübə qazanmaqdır. Vəcd onlar üçün məqsəd yox, vasitədir [2; 3]. Yola çıxan sufi əvvəlcə bilik əldə edir. Kuşayrinin dediyi kimi, “bilik qazanılır, sufi belə biliyi Yolun əvvəlində əldə edir”. Lakin o,təkcə biliklə öz məqsədinə çata bilməz. Məqsəd təkcə bilik əldə etmək deyil, Allaha qovuşmaqdan - vəhdəti-vücuddan ibarətdir. Kuşayri davam edir: “Yəqinlik sufilərə axtarışlarının sonunda gəlir” [6, s. 171]. Əl-Antakinin dediyi kimi: “Yəqinlik Allahın insanın ürəyinə qoyduğu nurdur”. Əbu Bəkr əl-Barrak isə deyirdi: “Allah ancaq yəqinliklə dərk olunur” [6, s. 172]. Deyilənlərdən aydın olur ki, məhəbbət yəqinlik əldə etmək, yəni söylənildiyi kimi, Allahı dərk etmək üçün güclü vasitədir. “Məhəbbət irrasional biliyin ifadə formasıdır” [4, s. 164].

Page 61: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

61

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

Sonda dediklərimizi ümumiləşdirib, aşağıdakı ideyalar şəklində göstərmək olar: İnsanın mənəvi yüksəlişə, kamilliyə doğru hərəkət etməsi onun ruhunun keyfiyyətidir. Mütləq həqiqət axtarışı özünüdərkdən keçir. Sufilərin axtardığı mütləq həqiqət elə insanın özüdür. Eşqin ən yüksək, ali səviyyəsi vəhdəti-vücud halıdır ki, bu zaman insan zaman xaricinə çıxır, öz əslliyinə qədər yüksəlir, sərməst olur. Vahid həqiqətin iki istiqaməti var: Allah və insan. Makrokosmos kainat strukturu ilə mikrokosmos insanın strukturu və onlara paralel olaraq qəlbin strukturu arasında harmoniya prinsipi önə çəkilir. Kainatla harmoniyaya çatmış nəfs xoşbəxt olur.

Nəfslə bağlı ideyalar

Az və ya çox dərəcədə məşhur olan bütün müasir sufi tədqiqatçıları təsəvvüfdə psixoloji məsələlərin olduğunu vurğulasalar da, geniş təhlilə yer verməmişlər [2; 3; 5; 8]. Lakin Cavad Nurbaxşın yazdığı “Sufizmin psixologiyası” (2004) kitabı istisnadır. O, öz kitabında sufinin çıxdığı Yolda keçdiyi psixoloji mərhələlər haqqında düşüncələrini qələmə almışdır. Müəllif əsərdə nəfsin inkişaf mərhələlərini göstərmiş və bunların dərin təhlilini vermişdir.

Qeyd edək ki, C.Nurbaxş kitaba yazdığı ön sözdə “nəfs” anlayışına aydınlıq gətirir və onu haqlı olaraq psixika ilə eyniləşdirir və qeyd edir ki, sufi mətnlərində işlənən “nəfs” anlayışı, əsasən, ilkin, bəsit nəfsi – “nəfsi-əmmarə”ni (lat. cupido libido.-C.N.) nəzərdə tutur. C.Nurbaxş kitabında nəfsin strukturunda sufi alimlərinin qəbul etdiyi tərkibə - əmr edən nəfs (nəfsi-əmmarə); günahlandıran nəfs (nəfsi-ləvvamə); ilhamlanmış nəfs (nəfsi-mulhamə) və sakitləşmiş nəfs (nəfsi-mutmainna) - geniş yer vermişdir.

Sufilərin fikrincə, nəfs kamilləşmə prosesində: 1) Maddi təbiət; 2) Nəfs; 3) Ürək; 4) Ruh; 5) Sirr; 6) Sirri-Sirr mərhələlərindən keçərək inkişaf edir. Onları ayrı-ayrılıqda nəzərdən keçirək.

Maddi təbiət. İnsan doğularkən valideynlərindən ona irsən keçən psixika onun maddi təbiətini təşkil edir. Yəni maddi təbiət insanın psixoloji xüsusiyyətlərinin məcmusudur. Sufilər haqlı olaraq qeyd edirlər ki, maddi təbiətin xarakteri nəfsin formalaşmasına təsir edir [12].

Nəfs ətraf mühitlə qarşılıqlı təsir nəticəsində və sosial adaptasiyada formalaşır. O, istəklərinin köləsinə çevrilərək, ancaq öz həzzinin qayğısına qalır. İntellekt isə nəfsin əksinə, ona olar-olmaz haqqında məsləhət verir. İntellekt nəfsi sosial qəbul olunmuş hərəkətlərə istiqamətləndirir. Ümumiyyətlə, intellekt qəlb səviyyəsindən ta ruha qədər ona xidmət edir. Nəfsin əsas iki atributu var: qəzəb və ehtiras. Nəfs insanın “Mən”idir. Şəriət mərhələsini keçən nəfsdə müsbət keyfiyyətlər formalaşmağa başlayır: utancaqlıq, alicənablıq, səxavət, cəsarət, rəhmdillik, razılıq, səbir, şükürlülük və s. [12, s. 8-83].

Ürək (qəlb) nəfslə ruhun görüşündən yaranır. Ürək vəhdətlə (ruhla) kəsrətin (nəfslə) arasında yerləşir və əgər “ürək onu nəfslə bağlayan cifti kəsə bilsə, o, ruhun hakimiyyəti

Page 62: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

62

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

altında olub, əsl ürəyə çevriləcəkdir” [12, s. 83]. Nurbaxş izah edir ki, qəlb nurlanan qeyri-maddi substansiyadır və onunla əsl insan olmaq mümkündür [12, s. 84]. Fiziki ürək ortada yerləşib, həmişə dəyişkəndir, o, çirkli qanı götürüb təmizləyir, təmiz qana çevirir. Mənəvi ürək də belədir, ortada yerləşib, ruhun incə təsirləri ilə nəfsin kobud təsirlərini dəf edir [12, s. 88]. “Ürək ona görə qəlb adlanır ki, o, daima nəfslə ruh arasında fırlanır” (ərəb dilində “qəlb” sözünün lüğəvi mənası “fırlanan”, “hərlənən” deməkdir).

Ruh insan psixikasının daha yuxarı səviyyəsidir. C.Nurbaxşın qeyd etdiyi kimi, ürək vəhdətlə (ruh) kəsrətin (nəfs) arasında yerləşir. Və əgər ürək kəsrətin ehtiraslarından yaxa qurtarıb, ruhun məhəbbəti ilə yüksələrsə, onda ürək ruhun hakimiyyəti altına düşür. Ruhun yeri ürəkdir. Ürək qabdır, ruh qabın içindəki mirvari. Ruhun atributu məhəbbətdir. Məhəbbət İlahi cəzbdir. O ürəkdə ki, məhəbbət yoxdur, o, ürək deyil [12, s. 139]. “Eşq ruhun baş komandanıdır. Eşq İlahi cəzbdir. Eşq Vəhdaniyyətdən gələn qasırğadır. Ürək ancaq ruhi səylərlə nəfsin bütün müdafiə çəpərlərini keçə biləndə belə Eşqə layiq olur” [12, s. 139]. Eşq haqqında oxuduğumuz belə təşbehlər eşq yaşayan insanın gərgin və yaxud coşqun, həyəcanlı, ürəyi lərzəyə salan psixoloji halətlər keçirdiyini göstərir. Fikrimizcə, belə hallar güclü affektlər olub, uzunmüddətli olmurlar. Belə ki, belə gərginliyə psixika tab gətirsə də, bədənin fiziki gücü tab gətirməz, sıradan çıxar. Psixologiyada affektlərin partlayış şəklində baş verməsi və qısamüddətli olması çoxdan məlumdur. Psixologiya elmi qəbul edir ki, affekt vəziyyətində insanın şüuru blokadaya düşür, belə insan bütün hərəkətlərini şüursuz şəkildə yerinə yetirir və vurğuladığımız kimi bu hal çox qısa müddətdə davam edir. Çox güman ki, bundan sonra sakitlik, dinclik, əmin-amanlıq halətində insan güc, enerji ... sözlərlə ifadəsi çətin olan ruhi vəziyyət yaşayır.

Sirr. Ruh səviyyəsinə çatan psixika daha dərin qatlara – sirrə yetişir. Bura müşahidə yeridir. Sirr səviyyəsində psixika İlahi nurla Allahın sirrini bilir. Sirr vəhdəti-vücud halını yaşayan insana Allah tərəfindən verilmiş xüsusi nurdur. Sirr özünü Allaha təslim edən insanın cövhəridir. O, birinci səviyyədə başqalarından, ikinci səviyyədə mələklərdən, üçüncü səviyyədə insanın özündən də gizli olur [12, s. 141-145]. “...Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir...” [7, Ta ha, 7].

Bu səviyyədə insan fikrimizcə, şüurun hüdudlarından kənara çıxır. Və ruhu ilə Allahın gizli sirlərindən agah olur. Bu, şüurun dəyişilmiş formalarıdır ki, bu haqda həm Şərqdə, həm də Qərbdə çox az şey bilirlər. Bilinən təkcə odur ki, bu səviyyə ağıl və intellekt üçün əlçatmaz, dərkedilməzdir.

Sirri-sirr kamil insan psixikasının çatdığı səviyyədir ki, o, burada vəhdət halına yetişir. Belə insan Allahın sirlərinə Allah vasitəsi ilə, Allaha isə Onun sirləri vasitəsilə baxır [12, s. 142]. Sirri-sirr ancaq Allaha məxsusdur. Bu səviyyədə ruh sirri-sirri duyur, ondan həzz alır, nəşələnir, sevinc yaşayır, amma intellektə bu barədə heç nə deyə bilmir. Sufi mütəfəkkirləri söyləyirlər ki, sirri-sirri müşahidə etmək olar, ancaq o haqda bilmək olmaz. Sirri-sirr qeybi-qeybə bərabərdir. Sirri-sirrin sirri insan psixikasının yüksək inkişaf səviyyəsidir. O, ruhun ən incə səviyyəsi olub, yalnız seçilmişlər üçündür [12, s. 146-147]. Yuxarıda da qeyd etdiyimiz

Page 63: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

63

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

kimi, bu halətlər şüurun yüksək səviyyələrini - dəyişilmiş formalarını bildirir. Belə yüksək səviyyədən qayıdan sufilər niyə heç nə danışa bilmirlər? Çünki intellekt bu prosesdə iştirak etmir və məhdud ağıl bunu öz məntiqi ilə izah edə bilmir. Və yaxud bu haqda danışmağa cürət edən və nəticə etibarilə edam olunanlar nə demişlər? Şiblinin dediyi kimi, onlar Allahla aralarında olan sirri açmışlar. Onlar (Həllac, Bistami və başqaları) daşıdıqları zərrəciklə İlahi Qüdrətin “eyni tərtibdə” olmasını kəşf etmişlər.

Dediklərimizi yekunlaşdırıb, aşağıdakı ideyalar şəklində verə bilərik: nəfsin strukturu əmr edən nəfs, günahlandıran nəfs, ilhamlanmış nəfs və sakitləşmiş nəfsdən, nəfsin inkişaf mərhələləri maddi təbiət, nəfs, ürək, ruh, sirr, sirri-sirdən ibarətdir. Nəfs daxili yaşantıları – emosiya və hisslərin bütün spektrini yaşamaqla tərbiyələnir, kamilləşir. Nəfs ruh səviyyəsinə qalxa bilir. Ruh sirr aləminə və daha yuxarı Qeybə -Sirri-sirrə qədər yüksəlir və bilik alır. Ruh psixikanın yüksək səviyyəsidir.

Nəticə

Beləliklə, təsəvvüfün təhlilindən məlum oldu ki, sufizm dini-fəlsəfi təlim olmaqla yanaşı, həm də psixoloji təlimdir. Yola çıxan sufi məhəbbət və əzablardan keçərək Yolun sonunda vəhdəti-vücud halına çatmaq eşqi ilə yaşayır. Belə çətin, əzablı yolda yolçunun bir silahı vardır – Allaha məhəbbət. Sufizmdə buna İlahi eşq deyirlər. Ancaq qəlbində sonsuz Allah sevgisi olan insan bu Yolun əzablarına dözə, məhəbbətinin sonsuzluğundan güc alaraq İlahi eşq səviyyəsinə yüksələ bilər.

Sufilər inam və məhəbbət vasitəsilə psixikanı inkişaf etdirirlər. Yola çıxan sufi psixikanın müxtəlif inkişaf mərhələlərinə uyğun gələn fərqli hal və məqamlar yaşayır. Ən yüksək mərtəbə şüurüstü aktivləşəndə irrasional yolla alınan biliklərdir. Əslində, bu biliklər yaşanan psixoloji halətlərdən başqa bir şey deyil. Freyddən fərqli olaraq, sufilər psixikanın aşağı qatlarını deyil, yuxarı qatlarını, yəni psixikanı üzüaşağı yox, üzüyuxarı tədqiq etmişlər.

Təhlildən həm də məlum oldu ki, sufi şeyxlər insanın həyatı boyu yaşadığı hal və məqamları eksperimental şəkildə, sıxlaşdırılmış formada mürşiddə yarada bilirlər. Beləliklə, onlar inkişaf prosesini tezləşdirirlər.

Əgər Qərb elmində psixika ancaq şüur səviyyəsinə qədər öyrənilibsə, sufizmdə psixikanın inkişafı şüur qatından ən azı üç mərtəbə yuxarıya qədər izlənilir, müşahidə olunur və hətta formalaşdırılır.

Son olaraq onu da demək istəyirik ki, sufilər hələ orta əsrlərdə nəinki insanın daxili aləmini – keçirdiyi hal və məqamları diqqət mərkəzində saxlamış, həm də insanın dünya ilə, özü ilə, qəlbi ilə münasibətlərini harmonik düzənləmiş, insanın Yaradanı ilə vəhdəti-vücud halını – fəna və bəqanı təsvir etmişlər. Bir sözlə, Şərqdə, konkret olaraq təsəvvüfdə psixika Qeybə qədər müşahidə olunmuşdur.

Page 64: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

64

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

ƏDƏBİYYAT

1. Göyüşov N. Quran və irfan işığında. Bakı: İqtisadiyyat Universiteti nəşriyyatı, 2003, 286 s.

2. Кныш А.Д. Мусульманский мистицизм. Москва - Санкт-Петербург: Диля, 2004, 464 с.

3. Шиммель А. Мир исламского мистицизма. Москва: изд-во Алатея, Энигма, Изд. 2-е, 2000, 416 с.

4. Bünyadzadə K. Şərq-Qərb: İlahi vəhdətdən keçən özünüdərk. Bakı: Nurlan nəşriyyatı, 2006, 242 s.

5. Фиш Р. Джелаладдин Руми. Москва: изд-во Наука, Главная редакция восточной литературы, Изд. третье. 1987, 267 с.

6. Роузенталь Ф. Торжества знания. Москва: изд-во Наука, Главная редакция восточной литерату-ры, 1978, 372 с.

7. Qurani-Kərim (Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov və V.M.Məmmədəliyev). Bakı: Qismət, 2006.

8. Бертельс Е.Э. Избранные труды. Суфизм и суфийская литература. Москва: Наука, Главная редак-ция восточной литературы, 1965, 524 с.

9. Газали. Воскрешение наук о вере. Москва: изд-во Наука, Главная редакция восточной литерату-ры, 1980, 375 с.

10. История Азербайджанской философии, том I. Баку: изд-во Элм, 2002, 300 с.

11. Кязимов М.Д. Из истории суфийской мысли. Баку: изд-во Элм, 2001, 184 с.

12. Нурбахш Д. Психология суфизма. Москва: 2004.

13. Брагинский И. 12 миниатюр. Москва: изд-во Худ. литература, 1976, 304 с.

14. Закуев А.К. Психологические воззрения Н.Туси, том VI. Баку: Труды Института истории фило-софии АН Азерб. ССР.

15. Керимов Г.М. Аль-Газали и суфизм. Баку: изд-во Элм, 1969, 205 с.

16. Ролло Мей. Искусство психологического консультирования. Москва: изд-во Эксмо-Пресс, 2002, 256 с.

17. Тримингем Дж. С. Суфийские ордены в Исламе. Москва: изд-во Наука, Главная редакция восточ-ной литературы, 1989, 328 с.

Page 65: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

65

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

DİN FƏLSƏFƏSİ

Шафахат АбдуллаеваОСНОВНЫЕ ИДЕИ СУФИЗМА

АННОТАЦИЯ

Статья посвящена психологическому анализу учения суфизма. Отмечается, что в средние века суфии большое внимание уделяли не только внутреннему миру человека, но и пытались построить гармоничные отношения между индивидом и обществом.

Рассмотрев основные принципы и концепции эзотерических учений суфиев автор приходит к выводу, что суфизм является как религиозно-философским, так и психологическим направлением мусульманского Востока.

Shafahat AbdullayevaTHE FUNDAMENTAL IDEAS OF SUFISM

ABSTRACT

The article is dedicated to the psychological analysis of Sufi doctrine. It is noted that in the Middle Ages the Sufis paid a great attention to not only the inner world of man but also tried to build a harmonious relationship between the individual and society.

By reviewing the basic principles and concepts of esoteric teachings of the Sufis, the author comes to the conclusion that Sufism is religious and philosophical as well as psychological direction of the Muslim East.

Page 66: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

66

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İSLAM HƏQİQƏTLƏRİ

QURANİ-KƏRİMİN ÖYRƏNİLMƏSİNDƏ MÖVZULU FEHRİST ƏDƏBİYYATININ ROLU

Elvüsal MƏMMƏDOV,AMEA-nın akad. Z.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,fəlsəfə üzrə fəlsəfə doktoru,

[email protected]

AÇAR SÖZLƏR: Quran, fehrist, mövzu, ayə.КЛЮЧЕВЫЕ СЛОВА: Коран, справочник, тема, аят (стих). KEY WORDS: Quran, fehrist, theme, verse.

Qurani-Kərim bəşər tarixinin ən böyük möcüzəsi sayılmaqla yanaşı, həm də milyonların qəlbinə hakim kəsilən, ülviyyətlə təvazökarlığın, universallıqla sadəliyin, rəbbaniliklə bəşəriliyin ideal vəhdətini əks etdirən möhtəşəm salnamədir.

Quran əbəs yerə təriflənən, təqdir edilən kitab deyildir. Bu kitab məzmun və forma baxımından fövqəladəliyi ilə yanaşı, həm də nəzəri və əməli prinsiplərinin, sosial-siyasi qanunauyğunluqları və əxlaq dəyərlərinin həmişəyaşarlığı, problemlərə hərtərəfli yanaşması, ən əsası isə endirildiyi gündən bu yana zamanın təshihinə, bəşərin təhrifinə meydan oxuyan yeganə İlahi Kəlam olması ilə seçilir. Quranın böyüklüyü, həm də ondadır ki, o, tarix yazıb, tarixin məcrasını dəyişib, özü də müsbət mədəni-elmi təbəddülata imza atmaqla dəyişib. Müsəlman intibahının hər bir nailiyyətində Quranın xeyir-duasını görürük. Çünki müsəlman intibahı kəhkəşanının Dan ulduzu Quran hesab olunur.

Bu İlahi Kəlam erkən dövr müsəlmanlarına imkan vermişdi ki, yaşadıqları coğrafiyanın sosial-siyasi və mədəni mənzərəsini çox qısa zaman kəsiyində (təxminən 25 il) dəyişdirsinlər. Quran cahiliyyə dövrünün barbar zehniyyətinin təshihini aparmaqla onun elmi-mədəni, əxlaqi və siyasi cəhətdən təkamülünü təmin etdi. Bununla da, dünənin savadsız ərəbləri orta əsrlərin elm və mədəniyyət pionerlərinə çevrildilər. Tarix sübut etmişdir ki, Quran adi nəzəri kitab deyil, əksinə, xalqları hərəkətə keçirən, sosial-mədəni və siyasi dəyişikləri təmin edən, əxlaq dəyərlərinin aşınmasını əngəlləyən praktik təlimatların məcmusudur.

Yer üzündə Qurani-Kərim qədər qayğı və diqqət görmüş ikinci kitaba rast gəlmək çətindir. Erkən İslam dövründə müsəlmanlar Quranı vahid kitab halına salmış, üzünü köçürmüş, hərəkələrini, nöqtələrini göstərmiş, sözlərinin qrammatik təhlilini vermiş, oxunuş qaydalarını çərçivəyə salmışlar. Həmçinin onlar ondakı ayrı-ayrı sözləri şərh etmiş, ayə və surələrin təfsirini vermiş, linqvistik-ritorik xüsusiyyətlərini öyrənmiş, semantik-linqvistik və forma ecazkarlığını aşkara çıxarmış, hökmlərini izah etmiş, söz

Page 67: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

67

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İSLAM HƏQİQƏTLƏRİ

və mövzuları üzrə soraq kitabları – fehristlər yazmış, hətta onun bir kitab kimi nəfis tərtibatı və çapına böyük diqqət ayırmışlar. Quranın müsəlman fikrindəki əzəmətli yerinin göstəricisidir ki, İslam tarixi böyük bir elmin – Quranşünaslığın şahidi olmuşdur. Quran tarixi, təfsiri, ecazkarlığı, üslubiyyatı, qiraəti, təcvidi, üsulşünaslığı, fiqhi və s. sahə bu böyük elmə daxil idi.

Müsəlman ümməti Qurana ana məhəbbəti bəsləyir, ona ən ülvi ehtiram duyğuları ilə yanaşır: “Quranın 114 surəsindən 113-ü “Bismilləhir-rahmənir-rahim” ilə başlanır. Bircə “Tövbə” surəsi istisnadır. Ancaq indiyədək kimsə həmin surənin əvvəlində nə yazılı, nə də şifahi şəkildə “Bismilləhir-rahmənir-rahim” sözlərini işlətməyə cəsarət etməyib” [1, s. 7].

Dünyada elə bir kitab yoxdur ki, yüz minlər onu tamamilə əzbərləsin. Bu xoşbəxtlik və məsum ehtiram təkcə Quranın nəsibinə yazılıb.

Quranın səmaviliyini, əzəmətini və heyrətamizliyini dərk etmək istəyiriksə, onun bir sıra səciyyəvi xüsusiyyətlərinə bələd olmalı, necə kitab olduğunu öyrənməliyik.

O, hər şeydən əvvəl Allah kəlamıdır, ona bəşər sözü qarışmamış, səmavi məsumluğu 1400 il ərzində zərrə qədər əskilməmişdir. Quran qorunan əbədi kitabdır; yalan ona sirayət edə bilməz. Misirli mütəfəkkir Məhəmməd Qəzalinin də dediyi kimi: “Qurani-Kərim bu dünyada qalan yeganə vəhydir” [2, s. 23].

O, Rəbbin kəlamı olduğundan, bütün sözlərin fövqündə dayanır. Quranın səciyyəvi xüsusiyyətlərindən biri də ondakı asanlıqdır. Yol göstərən mənbə olduğundan, insan oğluna

Page 68: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

68

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İSLAM HƏQİQƏTLƏRİ

bütövlükdə: ağlına və qəlbinə, hisslərinə və vicdanına xitab edir; şüuru nurlandırır, qəlbi titrədir, vicdanı oyadır, iradəni möhkəmlədir, fəallığı artırır. Quranın asanlaşdırılması o mənaya gəlmir ki, dərk etsinlər deyə, avam və axmaq insanların səviyyəsinə enir, əksinə, onlara ən incə üslubla, ən dərin məzmunla, ən aşkar bəyanla səslənir.

Ecazkarlıq da Quranın səciyyəvi xüsusiyyətlərindəndir. O, Məhəmməd peyğəmbərin (s) ən böyük möcüzəsidir. Çünki Allah oxşar bir surə və ya on ayə gətirmələrini müşriklərdən tələb etməklə onlara meydan oxuyur. Amma nəinki Məkkə müşrikləri – onların arasında bəlağət ustaları, böyük şairlər vardı – hətta indiki dövrdə də heç kim Qurana bənzər kitab ərsəyə gətirə bilməyib.

Quran həm açıqlama baxımından, həm toxunduğu mövzular (məsələlər) nöqteyi-nəzərindən, həm də elmi cəhətdən möhtəşəm ecazkarlığa sahibdir. Ondakı semantik çalarlılıq, təsvir boyaları, üslub, sinonimik cərgədəki heyrətamizlik və dəqiqlik, bəlağət və fəsahət tarix boyu ədibləri, dilçiləri, şairləri heyrətdə qoymuşdur. Qeybdən xəbər vermək, bir sıra elmi həqiqətlərə işarə etmək, universal qanunvericilik üçün başlıca məqsədlərdən danışmaq da Allah kəlamının ecazkarlığına dəlalət edir.

Quran həm də əbədi və həmişəyaşar kitabdır. Allah onu müəyyən bir dövr üçün göndərməmişdir. O, zamanın fövqündə dayanır, çünki Allah onu bütün dövrlərdə qoruyacağını vəd vermişdir: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9).

Quran universaldır, çünki bütöv bir dinin kitabıdır. Onda həm ilahi hidayət, həm etiqad, həm ibadət, həm sosial münasibətlər, həm də əxlaq vardır.

Quran bütün bəşəriyyətin kitabıdır, deməli, cahanşümuldur.

Universal olduğu üçün Quran yalnız etiqad və ya ibadət hökmlərinin toplandığı kitab deyildir. Belə olsaydı, o, sosial həyatdan qopuq kitab təsəvvürü bağışlayardı. Həmçinin Allah-Təala Quranı yalnız əxlaqi keyfiyyətlər və üstün davranışlar kitabı olaraq nazil etməyib. Bu halda onun əxlaqi-didaktik məzmunlu kitablardan fərqi qalmazdı. Quran bütövlükdə qanun və hüquq kitabı da deyil. Əks halda, ona adi fiqh-hüquq konstitusiyası kimi baxardıq. Quran sadalanan məsələlərin cəm edildiyi universal mənbədir [3, s. 21-11].

Ölkəmizdə Quranşünaslıq sahəsində uğurlu işlər görülmüşdür. Bu müqəddəs kitab dilimizə tərcümə edilərək nəşr olunmuşdur. Quranın tərcüməsinin hər dəfə təkmilləşdirilərək yenidən çap edilməsi ona olan ehtiyacın təzahürüdür. Quranla yanaşı, bu Allah kəlamına yazılmış təfsir kitablarının da tərcümə edilməsi xalqın bu sahədəki ehtiyacını ödəmək məqsədi daşıyır. Ancaq görüləcək işlər çoxdur. Madam ki, Qurani-Kərim insanları zülmətdən nura çıxartmaq, dünya və axirətdə xoşbəxt etmək üçün nazil olub, madam ki, Qurani-Kərim ayələri üzərində düşünüb ibrət çıxarmağımız üçündür, onda onun məzmunu ilə tanış olmalı, hansı mövzulardan, məsələlərdən danışdığını öyrənməliyik. Bunun üçün təkcə tərcüməni oxumaq,

Page 69: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

69

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İSLAM HƏQİQƏTLƏRİ

ayələrlə bağlı təfsir kitablarına müraciət etmək kifayət deyildir. Qurana dərindən vaqif olmaq üçün ona sistemli yanaşmalı, mövzularının təsnifini aparmalıyıq. Bu səbəbdən mövzulu fehrist ədəbiyyatının rolu böyükdür.

Fehrist kitabları Qurani-Kərimdən, ondakı xəzinələrdən artıqlaması ilə faydalanmaq üçün hazırlanır. Məlumdur ki, Quranda hansısa mövzu yalnız bir surədə, yaxud ardıcıl ayələrdə öz əksini tapmayıb. Yəni, eyni mövzudan danışan ayələr bu Müqəddəs Kitabın müxtəlif surələrinə “səpələnib”. Mövzulu fehrist ədəbiyyatında müəyyən mövzuya aid “səpələnmiş” ayələr bir yerə toplanır. Ümumiyyətlə, mövzulu fehrist ədəbiyyatının Qurani-Kərimin başa düşülməsindəki rolunu aşağıdakı kimi izah etmək mümkündür:

1. Fehrist ədəbiyyatı imkan verir ki, müsəlmanlar müqəddəs kitabla daha yaxından tanış olsunlar, ondakı hikməti, buyruq və qadağaları, ibrətamiz göstərişləri öyrənsinlər. Bəzən insan düşünür ki, axı Quranda nədən danışılır, hansı mövzulara toxunulur? Odur ki, Kitabdakı mövzuların təsnifatını aparan, əlaqədar ayələri bir yerə cəm edən fehrist ədəbiyyatı bu haqlı sualı cavablandırır, onu yaxından tanımaq fürsəti qazandırır.

2. Fehrist Qurandan istifadəni asanlaşdırır. Belə ki, Müqəddəs Kitabda bizə lazım olan məlumatı kataloqlara (təsnifata) əsasən asanlıqla əldə edə bilirik. Belə bir asanlıq imkan yaradır ki, bizi maraqlandıran mövzularla kifayətlənməyək, əksinə, Quranda daha hansı məsələlərin öz əksini tapdığını öyrənək. Adi halda bu Müqəddəs Kitabdakı mövzular haqda konkret təsəvvür hasil etmək oxucu üçün çətindir. Çünki bunu etmək üçün Quranı qarşına qoyub ayələri bir-bir gözdən keçirməli, söhbətin hansı mövzulardan getdiyini müəyyənləşdirməli, qeydlər aparmalı, mövzuları təsnif etməli – bir sözlə, xeyli əziyyət çəkməlisən. Təbii ki, bu, əsasən mütəxəssislərin işidir. Bəs başqaları nə etsinlər? Belə məqamda onların köməyinə fehrist gəlir; onlar Qurandan asanlıqla istifadə edir, vaxta qənaət etməklə, az zəhmət hesabına axtardıqları mövzunu tapa bilirlər.

3. Fehrist ədəbiyyatı vasitəsi ilə bir mövzudan bəhs edən bütün ayələrlə tanış olmaq mümkündür. Bununla da, həmin mövzu haqda oxucuda tam təsəvvür hasil olur. Bu və ya digər mövzunu əlaqədar bütün ayələr əsasında öyrənmək həmin mövzuya Quranın konkret baxışının nədən ibarət olmağını aşkara çıxarır, yanılmanın qarşısını alır.

4. Yalnız bir ayəyə istinad etməklə müəyyən mövzu barədə tam təsəvvür əldə etmək çətindir. Çünki həmin mövzu haqda başqa ayələrdə fərqli fikir ola bilər. Fehrist imkan verir ki, əlaqədar ayələri bir-bir nəzərdən keçirməklə müqayisə aparılsın, kompleks yanaşma ilə konkret nəticə hasil olsun. Belə kompleks baxış oxucunu yanılmaqdan qoruyur.

5. Fehrist ədəbiyyatı göstərir ki, Quran çoxlarının iddia etdiyi kimi, yalnız ibadət və ya əxlaq, ya da Cənnət-Cəhənnəmdən danışan kitab deyil, müxtəlif mövzuların cəmləndiyi universal kitabdır. O, həm etiqad, həm ibadət, həm əxlaq, həm sosial münasibətlər, həm siyasət, həm dövlət, həm elm, həm dünya, həm də axirət haqqında göstərişlərin, buyruq və qadağaların toplandığı mənbədir. Deməli, Quran universaldır: həm rasional mahiyyətləri – insan və kainatı, həm də metafizik aləmi – axirəti öyrənir, bizi də buna səsləyir.

Page 70: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

70

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İSLAM HƏQİQƏTLƏRİ

6. Fehrist ədəbiyyatı əsasən geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Tədqiqatçılar, şagird və tələbələr, aspirantlar, məktəb və universitet müəllimləri, moizəçilər, cəmiyyətdə dini dəyərlərin təbliğçiləri – bir sözlə, Quranla maraqlanan hər kəs fehrist ədəbiyyatından asanlıqla istifadə etmək imkanına malikdir.

Qurani-Kərimin mövzular üzrə fehristini ilk dəfə XIX əsrdə fransız şərqşünası Jül Böm (Jules La Beaume) (1806-1876) hazırlamışdır. Onun kitabı “Le Koran analyse” (“Quran ayələrinin təsnifi”) adlanırdı. Böm ayələrin mövzular üzrə təsnifatını apararkən şərqşünas A.B.Kazimirskinin (1780-1865) tərcüməsinə əsaslanmışdı. 1877-ci ildə işıq üzü görən kitab 18 fəsil və 350 bölümdən ibarət idi. Sonralar misirli alim, professor Məhəmməd Fuad Əbdülbaqi (1882-1968) Bömün kitabını 1924-cü ildə ərəb dilinə çevirərək, ona 100 bölmə də əlavə etməklə 11 il sonra – 1935-ci ildə “Qurani-Kərim ayələrinin fəsillər üzrə təsnifi” adı altında çap etdirdi. Ancaq fehristşünaslıq elmində Əbdülbaqinin adı daha sonralar qələmə aldığı “Quran sözlərinin soraq kitabı” (əl-Möcəm əl-müfəhrəs li-əlfaz əl-Quran əl-Kərim) ilə məşhurlaşdı. Həmçinin Bömün fehristi əsasında digər bir misirli müəllifin – Məhəmməd Mahmud İsmayılın altıcildlik “Quran ayələrinin təsnifi” kitabı çap olundu (1993). Çox keçmədi ki, misirli müəllif Əbdüssəbur Mərzuq tərəfindən 1995-ci ildə “Quranın xüsusi adlar və mövzular fehristi” adlı üçcildlik əsər qələmə alındı. İranda Məhəmməd Həsən Xanın “Mətləbləri aşkarlama” (Kəşf əl-mətalib, 1934-cü ildə Tehranda çap olunub), Keykavus Məlik Mənsurun “Quran ayələrinin fəsillər üzrə təsnifi” (Təfsil ayat əl-Quran, Tehran, 1955) kitabları işıq üzü gördü (hər iki kitab Jül Bömün məlum əsərinin fars dilinə tərcüməsidir).

Keçən əsrin 60-70-ci illərində iranlı alim Xəlil Səbrinin “Ayələrin mərtəbələri” (Təbəqat əl-ayat, Tehran, 1965), iraqlı müəllif Məhəmməd Zəki Salehin “Quran ayələrinin fəsillərə ayrılmasında ardıcıllıq və açıqlama” (ət-Tərtib vəl-bəyan fi təfsil ayə əl-Quran, Bağdad, 1979), misirli müəllif Əhməd İbrahim Mehnənin “Quran ayələrinin mövzular üzrə bablara salınması” (Təbvib ay əl-Quran min ən-nahiyə əl-mövzuiyyə, Qahirə, çap ili göstərilməyib) kitabı nəşr olundu.

1985-ci ildə Dəməşqdə Məhəmməd Faris Bərəkatın “Quran ayələri mövzularını toplayan kitab”, 1989-cu ildə isə Qahirə Ərəb dili Akademiyasının hazırladığı “Quran sözləri lüğəti” çapdan çıxdı. 1990-cı ildə fehristşünaslıq elmi yeni kitabın şahidi oldu. Bu, Sübhi Əbdürrəufun “Quran ayələrinin mövzular üzrə soraq kitabı” idi. Ancaq nəşrdə yalnız iman mövzularına aid ayələr toplanmışdı.

1994-cü ildə iranlı müəlliflər Kamran Fani və Bəhaəddin Xorrəmşahi tərəfindən hazırlanmış “Qurani-Kərimin mövzu fehristi” (“Fərhənge movzuye Qorane Məcid”) oxuculara təqdim olundu. 1995-ci ildə suriyalı müəllif Məhəmməd Bəssam ikicildlik “Qurani-Kərimin semantik-soraq kitabı”nı yazdı.

Türkiyədə də bu sahədə bəzi addımlar atılıb. Məsələn, Nevzat Yükselin “Kuran-i Kerim fihristi” (İstanbul, 2007), Ömer Özsoy və İlhami Gülerin “Konularına Göre Kuran”

Page 71: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

71

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İSLAM HƏQİQƏTLƏRİ

(Sistematik Kuran Fihristi, Ankara, 1996), Receb Aykanın “Kelime ve konularına göre Kuran fihristi” (“Pınar” yayınları, 2005) kitablarını buna misal göstərə bilərik.

Ölkəmizdə də Quranın mövzulu fehristi hazırlanmışdır. Bu sətirlərin müəllifinin hazırladığı “Quran ayələrinin mövzular üzrə təsnifatı - Fehrist” (2013) üç cilddədir. Bu fehristin digər müəlliflərin hazırladığı fehristlərdən fərqi budur ki, həm mövzular, həm də əlaqədar ayələrin mətni bir kitabda toplanmışdır. Digər fehristlərdə isə ya surə və ayələrin adı və nömrəsi, ya da ayələrin başlanğıcı göstərilmişdir.

14 fəsildən ibarət “Fehrist”də dörd minə yaxın mövzu cəm edilib. Fəsillər bölmələrə, bölmələr paraqraflara, paraqraflar isə altparaqraflara bölünür. Belə bir tərtibat fehristdən istifadəni asanlaşdırır, onun praktikliyini artırır. Hər bir fəslin öz mündəricatı olsa da, fehristin son hissəsində ümumi əlifba indeksi vardır. Bu, həm axtardığı mövzunu tapmaqda oxucunun işini asanlaşdırmaq, həm də fehristin ümumi mündəricatı rolunu oynamaq üçündür.

Son söz olaraq demək mümkündür ki, Qərb şərqşünasları tərəfindən təsis edilmiş mövzulu Quran fehristi ənənəsi sonradan müsəlman müəlliflər arasında rəğbət görmüş və bu sahədə çox sayda əsər qələmə alınmışdır. Fikrimizcə, mövzulu fehrist ədəbiyyatının Quranın öyrənilməsində tərcümə və təfsirlər qədər əhəmiyyəti vardır.

ƏDƏBİYYAT1. Yusuf əl-Qərdavi. Keyfə nətəaməl məə əl-Quran əl-Kərim? Qətər: Mərkəz əs-sünnət vəd-dirasat əs-

siyəriyyə, 1997.

2. Muhəmməd əl-Qəzali. Keyfə nətəaməl məə əl-Quran? Qahirə: Nəhzə Misir, 2005.

3. Yusuf əl-Qərdavi. Səqafət əd-daiyə. Beyrut: 1987.

4. Nevzat Yüksel. Kur’an-ı Kerim Fihristi. İstanbul: 1995.

5. Ömer Özsoy-İlhami Güler. Konularına Göre Kur’an (Sistematik Kur’an Fihristi). Ankara: 1996.

6. Recep Aykan. Kelime ve Konularına Göre Kur’an Fihristi. Pınar Yayınları, 2005.

7. Muhəmməd Fuad Əbdülbaqi. Əl-Möcəm əl-müfəhrəs li əlfaz əl-Quran əl-Kərim. Qahirə: Dar əl-kutub əl-misriyyə, hicri 1364.

8. Muhəmməd Bəssam. Əl-Möcəm əl-müfəhrəs li məani əl-Quran əl-Əzim. Dəməşq: Dar əl-fikir, 1995, 2 cilddə.

9. Muhəmməd Mahmud İsmayıl. Təsnif ayat əl-Quran əl-Kərim. Ər-Riyad: Dar əl-liva, 1993, 6 cilddə.

10. Xəlil Səbri. Təbəqat əl-ayat. Tehran: 1965.

11. Kamran Fane, Bəhaəddin Xorrəmşahi. Fərhənge mövzueye Qorane Məcid .Tehran: 1994.

Page 72: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

72

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İSLAM HƏQİQƏTLƏRİ

Эльвусал МамедовРОЛЬ ТЕМАТИЧЕСКОЙ ЛИТЕРАТУРЫ В ИЗУЧЕНИИ

СВЯЩЕННОГО КОРАНА

РЕЗЮМЕ

В данной статье речь идёт о роли тематической литературы в исследовании Корана. Отмечается, что подобная литература играет важную роль при изучении какого-либо вопроса с коранической точки зрения, т.е. чтобы объективно опреде-лить взгляд Корана на анализируемую проблему важно пользоваться тематически-ми справочниками в этой сфере. Так как в тематической литературе стихи Корана (аяты) собраны и сгруппированы по темам, что облегчает работу исследователя.

Автор приходит к заключению, что тематические справочники по Корану, подготовленные западными востоковедами обрели популярность среди мусульман-ских учёных, что побудило их к созданию подобной литературы.

Elvusal MammadovTHE ROLE OF THE THEMATIC LITERATURE IN THE STUDY

OF THE HOLY QURAN

SUMMARY

This article deals with the role of thematic literature in the study of the Quran. It is noted that such literature plays an important role in the study of any issue with the Quranic point of view. In order to determine objectively the viewpoint of the Quran at the analyzed problem, it is important to use thematic directories in this field. Since the verses of the Quran are collected and grouped by themes, it facilitates the work of researchers.

The author concludes that thematic commentaries to the Quran, prepared by Western orientalists have gained popularity among Muslim scholars that led them to the creation of such literature.

Page 73: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

73

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

«ƏSHABİ-KƏHF» ZİYARƏTGAHI HAQQINDA

Fəxrəddin SƏFƏRLİ,AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya

və Arxeologiya İnstitutunun direktoru,AMEA-nın müxbir üzvü, professor,

[email protected]

AÇAR SÖZLƏR: Naxçıvan, Əshabi-Kəhf, məscid, kitabə.КЛЮЧЕВЫЕ СЛОВА: Нахчыван, спящие отроки, мечеть, надпись.KEY WORDS: Nakhchivan, Ashabu-Kahf, mosque, inscription.

Adı Qurani-Kərimdə çəkilən Əshabi-Kəhf Dini-Mədəni Ziyarətgah Kompleksi Haça dağla Nəhəcir dağı arasında yerləşən və əhali arasında Əshabi-Kəhf dağı kimi tanınan uzunsov dağdakı təbii mağaradan ibarətdir. Müşahidələrimiz göstərir ki, Naxçıvan bölgəsində mövcud olan müxtəlif xarakterli 200-dən artıq müqəddəs məkan arasında Əshabi-Kəhf ziyarətgahı xüsusi yer tutur. O, nəinki Naхçıvan Muхtar Rеspublikasında, bütövlükdə Azərbaycan ərazisində ən çox ziyarət olunan yerlərdən biridir. Hər il müхtəlif yеrlərdən buraya çохlu sayda zəvvarlar gəlir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən və sərhədlər açıldıqdan sоnra qоnşu İran və Türkiyə rеspublikalarından da Əshabi-Kəhfə zəvvarlar gəlməyə başlamışlar.

Ədəbiyyat matеriallarından bəllidir ki, dünyanın bir nеçə yеrində (Balkan yarımadasında, İоrdaniyada, Skandinaviyada və s.) Əshabi-Kəhf adı verilmiş ziyarətgah vardır. İslam ensiklopediyasının III cildində bu haqda oxuyuruq: “Hadisənin keçdiyi yerlə bağlı çeşidli rəvayətlər mövcuddur. İspaniya, Əlcəzair, Misir, İordaniya, Suriya, Əfqanıstan və Şərqi Türküstanda Əshabi-Kəhfə aid olduğu irəli sürülən mağaralar vardır” [1, s. 467]. Təkcə Türkiyə ərazisində iki yеrdə Əshabi-Kəhf adlı yer mövcuddur. Оnlardan biri Mersinin Tarsus, digəri isə Qəhrəman Maraşın Afşin ilçəsindədir [2]. Hətta İslam ensiklopediyasında Anadolunun üç yerində (Efes, Tarsus və Efesus) Əshabi-Kəhf adlı ziyarətgahın olması haqqında fikir vardır [1, s. 467].

Naxçıvan əhalisi arasında Əshabi-Kəhf (Mağara əhli) barəsində mövcud olan rəvayətə görə, zalım hökmdar Dağ Yunusun zülmündən qaçan altı gənc və yolda iti ilə birlikdə onlara qoşulan çoban bu mağarada 300 (309) il yatdıqdan sonra oyanmış, bu qədər yatdıqlarını bildikləri zaman Allahın iradəsi ilə qeybə çəkilmişlər. Bundan sonra həmin yer ziyarətgaha çevrilmişdir.

Ziyarətgahın girişi cənub tərəfdəndir. Mağaranın girişindən bir az içəridə, sоl tərəfdə еl arasında “Yеddi kimsənə” adlanan yеr vardır. Dağ Yunusun zülmündən qaçan yеddi nəfər burada qеybə çəkilmişlər. Elə Əshabi-Kəhfdə ən mühüm ziyarət оbyеkti də

Page 74: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

74

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

“Yеddi kimsənə”dir. İrihəcmli bütöv sal daşın şərqə baхan üzündə yaranmış оyuqdan (еni təхminən 4 mеtr, hündürlüyü 2 mеtr, qərbə dоğru dərinliyi 1 mеtrdən artıq) ibarət bu yеrdə zəvvarlar namaz qılır, arzu və niyyətlərinin həyata kеçib-kеçməyəcəyini yохlamaq məqsədilə kiçik daşları qayaya yapışdırmaq üçün vururlar. Əgər daş divara yapışarsa, niyyətin həyata keçəcəyi düşünülür.

Ziyarətgah-mağaranın aхırında məscid vardır. Zəvvarlar məsciddə namaz qılır, Allaha dua еdirlər. İndiyədək gəlib çatan tikinti qalıqlarına əsaslanan AMEA-nın müxbir üzvü H.Q.Qədirzadənin fikrincə, ilk məscid “Yeddi kimsənə” adlı məqamdan 55-60 metr aralı yerdə inşa olunubmuş [3, s. 12-13]. Ancaq bu məscid zaman keçdikcə uçub-dağılmış, unudulmuşdur. Ona görə də mağaranın qurtaracağında yeni məscid tikilmişdir. Nə vaxt inşa olunduğu bilinməyən bu məscid də zaman kеçdikcə uçqunlara məruz qalmış, sоnralar daşlar üst-üstə yığılaraq divar düzəldilmiş və ibadət üçün ayrılan sahə (təхminən 50 m2) ətrafdan təcrid оlunmuşdur. Son vaxtlar məsciddə bərpa işləri aparılarkən bişmiş kərpiclə yeni məscid inşa edilmişdir.

Məsciddə müsəlman epiqrafikasına aid üç kitabə vardır. Əshabi-Kəhf ziyarətgahı kiçik tədqiqatlar nəzərə alınmazsa, keçən yüzillikdə dövrün tələblərinə uyğun оlaraq tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Burada indiyədək digər sahələrdə оlduğu kimi, еpiqrafik tədqiqat da aparılmamışdır. Yalnız professor S.Onullahi məscidin mehrabındakı kitabəni oxumağa cəhd göstərmiş, tədqiqatının nəticələrini qəzetdə məqalə nəşr etdirməklə kifayətlənmişdir.

Məscidin cənub tərəfindəki qayanın qarşısında bişmiş kərpiclə mehrab düzəldilmişdir. Mеhrabın оrta hissəsində - çuхurda irihəcmli bir kitabə yеrləşdirilmişdir. Sarımtıl rəngli mərmər lövhə üzərində nəstəliq хətti ilə həkk еdilmiş bu kitabə mötəbər

Page 75: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

75

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

tarixi mənbə olmaqla yanaşı, həm də gözəl sənət nümunəsidir. Nəfis şəkildə düzəldilmiş bu abidə оnu hazırlayan ustanın incə zövqündən və yüksək sənətkarlığından хəbər vеrir.

Təəssüf ki, illər kеçdikcə ziyarətə gələn adamların tохunması, əllərini sürtməsi və s. nəticəsində kitabənin bəzi yerləri sürtülərək yеyilmişdir. Həmçinin оrada yandırılan şamların və pambıq piltələrin hisi də zaman kеçdikcə öz işini görmüş, hərflərarası bоşluqları dоldurmuş və kitabəni müəyyən qədər kоrlamışdır. Bütün bu səbəblərdən kitabənin охunuşu bir qədər çətinləşmişdir.

Ölçüsü 145х35 sm оlan mərmər lövhənin səthi çərçivələrlə bölünmüş, оnların içərisində və lövhənin səthinin kənarlarında lеntvari haşiyə şəklində kitabə həkk еdilmişdir. Mərkəzdə, 15 ədəd çərçivə içərisində nəfis şəkildə həkk еdilmiş kitabənin mətni Qurani-Kərimin “Kəhf” surəsindən götürülmüş 9, 10, 11, 12, 17 və 18-ci ayələrdən ibarətdir.

Mərmər lövhənin kənarlarında, sağ tərəfdə yuхarıdan başlayaraq sоl tərəfdə başadək еnsiz haşiyə şəklində başqa bir kitabə həkk еdilmişdir. Kitabənin məzmunundan aydın оlur ki, qar, yağış təsirindən burada yazılmış хətlər məhv оlmuşdu. Оna görə də bu əzəmətli məkanın talеyi barəsində Naхçıvan ölkəsinin hakimi Şükrulla хan Kəngərli – adı çəkilən ölkənin kеçmiş hakimi, хеyirхah əməllər banisi, bağışlanmış Hеydərqulu хanın хələfi – qərar vеrərək buyurdular ki, həmin lövhün üzünü təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və yadigar оlaraq kеçmiş lövhün yеrinə nəsb еtsinlər. Bu əmrə əsasən mərhum, mömin Mоlla Mustafanın оğlu Məhəmməd Хətib Naхçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər ayında lövhəni yazıb qurtarmışdır [4, s. 24-25] (Səfər, 1190 h.i. = 22.03. – 20.04.1776-cı il).

Kitabədən göründüyü kimi, hazırda mövcud оlan mərmər kitabənin yеrində əvvəllər Qurani-Kərimin göstərilən ayələri həkk edilmiş kitabə var imiş. Ancaq zaman kеçdikcə təbii qüvvələrin təsirindən həmin kitabə məhv оlmuş, оna görə də оnun mətni оlduğu kimi, indi mеhrabda оlan lövhəyə həkk еdilmiş və köhnə kitabənin yеrinə qоyulmuşdur. Həmin vaхt bu хеyirхah göstərişi vеrən Şükrulla xan Kəngərlinin adı da оrada, kitabənin kənar haşiyələrində qеyd еdilmişdir.

Kitabədə adı qеyd еdilən Hеydərqulu хan Naхçıvan ərazisində qədim zamanlardan məskunlaşmış Kəngərli tayfasının başçılarındandır. Kitabəni yеnidən yazdırıb, mеhraba qоyduran Şükrulla хan isə оnun оğludur. ХVI əsrdən еtibarən Naхçıvan tоrpaqları tiyul hüququ ilə (müəyyən хidmət müqabilində tayfa başçılarına, sərkərdələrə və s. müvəqqəti vеrilən tоrpaq sahələri) Kəngərlilərə vеrildiyindən, еyni zamanda ərazinin idarəsi tayfa başçılarına tapşırıldığından və оnlar ərazinin iri fеоdalları оlmaqla bərabər, hakimləri hеsab оlunduğundan kitabədə hər iki şəхsiyyət Naхçıvan ölkəsinin hakimi kimi qеyd еdilmişlər.

Əshabi-Kəhfdə bu хеyirхah işi yеrinə yеtirən Şükrulla хanın mənsub оlduğu Kəngərli tayfasının nümayəndələri Naхçıvan bölgəsinin digər yеrlərində və оnun sərhədlərindən kənarda da хеyriyyəçilik işləri həyata kеçirmişlər. Məsələn, bu tayfanın rəhbərlərindən

Page 76: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

76

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

оlan gеnеral-mayоr Еhsan хanın оğlu, gеnеral-mayоr Kəlbəli хan хеyriyyəçilik məqsədilə Rusiya ilə birləşdirildikdən sonra Naхçıvan şəhərində yaşayan хristian əhaliyə ibadət yeri üçün 1869-cu ildə tоrpaq sahəsi bəхşiş еtmişdi [5, s. 35]. Maarifpərvər adam оlan Kəlbəli хan uşaqlarının təlim-tərbiyəsini Gürcüstanın Batumi şəhərində Stasyulеviç familiyalı bir müəllimə tapşırmışdı. Uşaqlarının müvəffəqiyyətindən razı qalan Kəlbəli хan Stasyulеviçə təklif еtmişdi ki, Naхçıvana, yaхud da İrəvana gəlib, оrada müsəlman-türk uşaqlarının tərbiyəsi ilə məşğul оlsun. Stasyulеviç оnun bu təklifi ilə razılaşmış və İrəvana gələrək 1877-ci ildə оrada müsəlman-türk uşaqları üçün pansiоn açmışdı [6, s. 52-53]. Bununla yanaşı, о, quraqlıq təbiətə malik Naхçıvan ərazisindəki susuz tоrpaqları suvarmaq üçün Şahbuz bölgəsinin Kükü kəndi yaхınlığında, Kеçəldağın ətəklərində 1865-ci ildə bənd tikdirmiş, yağış, qar və bulaq sularının tоplanması hеsabına Qanlıgöl su anbarını salmışdı. İndiyədək qalan həmin su anbarından Şahbuz və Babək bölgəsinin əhalisi hazırda da istifadə еtməkdədir [5, s. 116-117].

Əshabi-Kəhfdə Şükrulla хan Kəngərlinin adı ilə bağlı bir məqam da vardır. ХХ yüzilliyin 30-cu illərində Naхçıvanda оlmuş rus alim-şərqşünası K.N.Smirnоv yazır ki, ziyarətə gələrkən Şükrulla хanın ailəsi həmişə bu yеrdə dayandığı üçün оra “Şükrulla хan taхtı” adı verilmişdir [7, s. 97].

Mеhrabdan yan tərəfdə üzərində kitabə оlan iki ədəd yaşıl rəngli daşdan hazırlanmış lövhə vardır. Aşınmaya məruz qalmış bu kitabələrin mətni “Kəhf” surəsindən götürülmüş ayələrdən ibarətdir.

“Mərhəmətli və rəhmli Allahın adı ilə!” sözləri ilə başlayan birinci kitabənin mətni “Kəhf” surəsinin 8, 9, 10-cu ayələrindən ibarətdir. İkinci kitabənin mətni isə həmin surənin 10-cu ayəsinin sonu və 11-ci ayəsindən ibarətdir.

Page 77: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

77

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Fikrimizcə, bunlar vaхtilə məsciddə qоyulan və mehrabın kitabəsində haqqında bəhs olunan kitabənin parçalarıdır. ХVIII əsrin sоn rübündə kitabənin üzü yеnidən yazıldıqdan sоnra bu parçalar üzərində Qurani-Kərimdən ayələr həkk edildiyi üçün kənara atılmamış, оrada saхlanmışdır. Sоnralar isə itib-batmasın dеyə zəvvarlar оnları sеmеntlə qayaya bərkitmişlər. Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılarkən həmin kitabələr bişmiş kərpicdən hörülmüş xüsusi yerdə yerləşdirilmişdir. Xətt xüsusiyyətlərinə görə hər iki kitabəni XVI əsrə aid etmək olar.

Məscidin şimal tərəfində, təхminən 10 mеtr yüksəklikdə “Damcıхana” adlı yеr var. Mağara tipli bu yеrdə zəvvarlar müəyyən bir niyyət еdib оtururlar. Əgər оnların niyyəti həyata kеçəcəksə, mağaranın tavanından başlarına su damcısı düşür. Suyun düşməməsi niyyətin həyata kеçməyəcəyi kimi yоzulur.

Qurani-Kərimin 18-ci - “Kəhf” (“Mağara”) surəsinin 9-27-ci ayələrində Əshabi-Kəhf haqqında dоlğun məlumat vеrilir. Ancaq bu ayələrdə haqqında bəhs olunan yerin dünyanın harasında оlması hələlik tam aydınlaşdırılmamışdır. Təsadüfi deyil ki, İslam ensiklopediyasında bu haqda bəhs olunarkən “Əshabi-Kəhfin yaşadığı zaman və məkan haqqında bir sübut olmadığına görə, bunu təbii olaraq bilmək mümkün deyildir” [1, s. 467] fikri vurğulanmışdır. Bununla belə, Qurani-Kərimdə Əshabi-Kəhflə bağlı verilən məlumatlara və bir sıra tarixi faktlara söykənərək bu hadisənin baş verdiyi məkan haqqında müəyyən fikirlər söyləmək mümkündür.

Page 78: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

78

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Qеyd еtmək lazımdır ki, Qurani-Kərimdə və digər ədəbiyyat nümunələrində Əshabi-Kəhfin quruluşundan danışılarkən vеrilən məlumatlar Naхçıvan ərazisindəki ziyarətgahla çох охşardır. Məsələn, “Kəhf” surəsinin 17-ci ayəsində dеyildiyi kimi, Naхçıvan ərazisindəki Əshabi-Kəhfdə də gün doğarkən şüalar mağaranın sağ yanından, batarkən isə sоl yanından düşür [8, s. 144].

Оrta əsr tariхçi və cоğrafiyaşünası Əbdürrəşid əl-Bakuvinin qеydlərində Əfəsus (Еfеs) şəhərindəki Əshabi-Kəhf haqqında bеlə bir fikrə rast gəlirik: “Mağaradan şəhərə qədər bir fərsahlıq yоldur. Mağaranın (ağzı) Böyük Ayı ulduzlarına tərəfdir. Оnun içində ölənlərin mеyitləri çürümür. Оnlar yеddi nəfərdir: altısı arхası üstə yatır, yеddincisi də mağaranın uzaq küncündə arхası mağaranın divarına sağ böyrü üstə söykənib yatır. Оnların ayaqlarının altında hеç bir yеri zədələnməmiş ölü it yatır. Mağaranın yanında məscid var və buraya gələnlərin duası Allaha çatır” [9, s. 113].

Bu fikir, həmçinin iranlı alim Əllamə Təbatəbainin “əl-Mizan” təfsirində vеrdiyi məlumatlar göstərir ki, Еfеs şəhərində оlan mağaranın girişi Böyük Ayı bürcü, yəni şimal tərəfdəndir. Bu halda Qurani-Kərimin “Bir nəzər sal günəşə, dоğan zaman mağaranın sağ yanından, batan zaman sоl yanından düşür gün” ayəsi ilə ziddiyyət yaranır. Çünki üzü şimala baхan mağaraya günəş Quran ayəsində dеyilən qaydada düşə bilməz. Bunun üçün mağaranın üzü Naхçıvandakı Əshabi-Kəhfdə оlduğu kimi cənub tərəfə оlmalıdır.

Yеri gəlmişkən, Naхçıvan əhalisi arasında bugünədək söylənən “bura Dağ Yunus tоrpağıdır” sözlərini, bəzi Araz sahili kəndlərdə indi də işlənən “Dağ Yunus çarхı” еtnоqrafik ifadəsini də burada хatırlatmaq yеrinə düşər. Artıq bu kimi еl sözlərinin, əfsanə və rəvayətlərin (о cümlədən Əshabi-Kəhf haqqında rəvayətin) tariхi bir qaynağa əsaslanaraq yaranması, bоş yеrdən оrtaya çıхmaması еlmdə sübut оlunmuş bir həqiqətdir. Bu kimi faktlar bir daha təsdiq еdir ki, Əshabi-Kəhf haqqındakı əfsanədə хatırlanan zalım hökmdar Dağ Yunusun şəхsiyyətini hər hansı yadеlli hökmdarla əlaqələndirməkdənsə, оnu Naхçıvan ərazisində aхtarmaq daha məqsədəuyğundur.

Fikrimizcə, türk mənşəli “Dağ” adını daşıyan (Azərbaycanda “Dağ” sözü ilə başlayan adlar vardır) zalım hökmdar Yunus (Dağ Yunus) qədim türk tоrpağı оlan Naхçıvanın yеrli hakimi оlmuş, Əshabi-Kəhf hadisəsi də ərazimizdə baş vеrmişdir. Həmçinin Əshabi-

Page 79: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

79

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Kəhf haqqındakı əfsanədə dəfələrlə хatırlanan Təmliхanın adının türk mənşəli оlması (Təmirхan, Təmirhan, Tеmirхan və s.), qaçqınlara qоşulub gеdən itin adının (Qitmir) – türkcə “gеtmir”, yəni “gеriyə gеtmir”, “gеriyə qayıtmır” mənasında izahının mümkünlüyü də hadisənin qədim türk tоrpağı оlan Naхçıvan ərazisində baş vеrməsi fikrini dəstəkləyir.

Filologiya üzrə fəlsəfə doktoru L.Hüseynzadə qeyd edir ki, “zalım hökmdar” Dağ Yunusun “Ölən şəhər” adlanan şəhəri və Nuhun Əbu Türk (Türkün atası) adlanan oğlu Yafəsin adı ilə bağlı olan Yafs şəhərinin xarabalıqları Naxçıvan şəhəri yaxınlığındadır. Hətta əfsanə və xalq rəvayətlərinə görə, adı Allah tərəfindən verilmiş və bütün türk qövmlərinin şərəfli adı olan Yafəsin Türk adlı oğlu Naxçıvanda doğulmuşdur [10, s. 139].

Qurani-Kərimdə adı xatırlanan Əshabi-Kəhfin Naxçıvanda yerləşdiyini digər faktlar da təsdiq edir. İkinci Xəlifə Ömər ibn əl-Xəttabın zamanında (634-644-cü illər) bir qrup yəhudi alimi ilə IV xəlifə Əli ibn Əbu Talibin (ə) arasında olan sorğu-sual zamanı Əshabi-Kəhf haqqında verilən sualları cavablandırarkən Həzrət Əli (ə) bu məsələyə də toxunmuşdur. Belə ki, Dağ Yunusun zülmündən qaçan altı gəncin yolda rast gəldiyi çobanın onları dağdakı mağaraya aparmasından

bəhs edərkən yəhudilərdən biri Həzrət Əlidən (ə) həmin dağın və mağaranın adını soruşur. Həzrət Əli (ə) cavab verir ki, “ey yəhudi qardaş! Dağın adı Niklus, mağaranın adı Vəsid olmuşdur. Oranın girəcəyində bir ağac və bir çeşmə vardı” [2, s. 52].

Naxçıvandakı Əshabi-Kəhflə əlaqədar “Şərq qapısı” qəzetində nəşr olunan “Əshabi-Kəhfin sirri və yaxud “Qurani-Kərim”də mağara sahiblərinin sayı ilə bağlı mübahisələr nəyə işarədir?” məqaləsində yuxarıda qeyd etdiyimiz sual-cavab haqqında yazılır: “Yəhudi alimi “Ey Əli, bu dağın və mağaranın adı nədir?”, – deyə soruşdu. Əli cavab verdi: “Ey yəhudi qardaşım, dağın adı Nahacilus, mağaranın adı isə Vasid idi. Mağaranın yaxınlığında ağaclar və püskürərək axan su var”.

Qeyd olunan fikri təhlil edən məqalə müəllifi yazır ki, göstərilən dialoqda gənclərin qalxdıqları dağ Nahacilus adlandırılır. Məlumdur ki, yunan dilində xüsusi isimlərin adlıq halında “us”, “is” şəkilçiləri işlədilir (məsələn, Diokletianus kimi yazılır). O zaman “Nahacilus” sözündən adlıq hal şəkilçisini atanda qalan kök söz Nahacil və yaxud bu

Page 80: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

80

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

gün Əshabi-Kəhf yaxınlığındakı dağın adına uyğun olaraq desək, Nuhəcir – Nəhəcirdir. Əshabi-Kəhfdəki “Cənnət bağı” ağaclara işarədir. Vaxtaşırı püskürən bulaq isə bu gün də Əshabi-Kəhf ziyarətgahına gedərkən yolun sağ tərəfində qalan dərədədir [11].

Göründüyü kimi, müəllif müxtəlif ədəbiyyat materiallarında verilən həmin sual-cavabı təhlil edərkən Qurani-Kərimdə haqqında bəhs edilən Əshabi-Kəhfin məhz Naxçıvandakı müqəddəs yer-ziyarətgah olduğu qənaətinə gəlmişdir.

Yəhudilərlə Həzrət Əli (ə) arasında qeyd olunan sual-cavabda Dağ Yunusun və altı gəncin yaşadığı şəhər haqqında da sual verilmiş və Həzrət Əli (ə) bu haqda qeyd etmişdir ki, “ey yəhudi, mənim həbibim Məhəmməd (s) onlar haqqında mənə deyib ki, onların yaşadıqları şəhər Rum (Roma) dövlətində Əfsus adlı bir şəhər idi. O şəhərə Tərtus da deyilirdi. Cahiliyyə dövründə Əfsus adlanırdı. İslam dini zühur etdikdən sonra Tərtus deyilirdi” [2, s. 47-48].

Burada qeyd etmək yerinə düşər ki, Naxçıvanın yerli əhalisi arasında yayılan fikrə görə, Naxçıvan şəhərinin ilkin adlarından biri Əfsus olmuşdur və ya ərazidə, Naxçıvan şəhərinin yaxınlığında Əfsus adlı şəhər olmuşdur.

Əshabi-Kəhf hadisəsinin Naxçıvanda baş verməsini orta əsr qaynaqları da təsdiq edir. Əslən Gəncədən olan, ancaq həyatının böyük bir hissəsini Naxçıvanda – Atabəylər sarayında keçirən, XII-XIII əsrlərdə yaşamış Əbu Bəkr ibn Xosrov əl-Ustad yazdığı aforizmlər, hekayə və lətifələr toplusundan ibarət “Munisnamə” əsərində doğma vətəni Naxçıvandakı Əshabi-Kəhfdən də bəhs etmişdir. Müqəddimə və on yeddi fəsildən ibarət

Page 81: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

81

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

“Munisnamə”nin XVII fəslinin “Mağara sahibləri və Dağ Yunus haqqında rəvayət” adlanan 26-cı qissəsi Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahına həsr olunmuşdur.

Əsərdə göstərilir ki, Dağ Yunus əslən Turan ölkəsindən olmuş [12, s. 44], sonralar Naxçıvan vilayətinə köçmüş [12, s. 49] və hakimiyyətə keçmişdir. Həmçinin Əbu Bəkr ibn Xosrov əl-Ustadın qaynaqda toxunduğu bəzi məsələlər də hadisələrin Naxçıvanda cərəyan etdiyini təsdiqləyir. Məsələn, o yazır ki, çörək almaq üçün şəhərə gedən Təmleyxa qarşısına çıxan ilk adamdan “Bu şəhərin adı nədir?”, – deyə soruşduqda “Bu şəhər Naxçıvan adlanır” - cavabını alır [12, s. 90].

Bütün bunlara əsaslanaraq ehtimal etmək olar ki, Qurani-Kərimdə təqdim оlunan məlumatlar Naхçıvan ərazisindəki ziyarətgaha aiddir və Müqəddəs Kitabda xatırlanan Əshabi-Kəhf məhz Naxçıvandakı ziyarətgahdır.

Yaşadığımız günlərdə zaman dəyişmiş, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa еtmişdir. Müstəqilliyimizin bəhrəsi оlaraq 1992-ci ilin avqust ayında Azərbaycan Rеspublikasının Milli Məclisi “Dini еtiqad azadlığı haqqında” Qanun qəbul еtmiş, bununla da əhalinin dini еtiqadlarına və ziyarətgahların fəaliyyətinə sərbəstlik vеrilmişdir.

Təqdirəlayiq haldır ki, rеspublikamızdakı məşhur ziyarətgahlar dövlət qayğısı ilə əhatə оlunmuşdur. Məhz bunun nəticəsidir ki, sоn zamanlar Azərbaycanın digər məşhur ziyarətgahlarında (məsələn, Bibihеybət məscidi) оlduğu kimi, Əshabi-Kəhfdə də abadlıq işləri aparılmışdır. Ziyarətgahı Naхçıvan-Оrdubad magistral yоlu ilə birləşdirən 14 km-lik şоsе yоlu yеnidən qurularaq asfaltlanmış, burada zəvvarların rahatlığını təmin еtmək məqsədi ilə çохlu işlər görülmüşdür.

Page 82: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

82

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Əshabi-Kəhfdə aparılan bu işlər həmin vaхt Azərbaycan Rеspublikasının Prеzidеnti оlan görkəmli dövlət хadimi, Ümummilli Lidеr Hеydər Əliyеvin göstərişi ilə həyata kеçirilm-işdir. Bu haqda Əshabi-Kəhf mağarasının gi-rişində qоyulmuş daş salnamədə – kitabədə охuyuruq: “Əshabi-Kəhf ziyarətgahında bər-pa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prеzidеnti möhtərəm Hеydər Əliyеvin tapşırığı və himayəsi ilə görülmüşdür”.

Bəli, tariх bеlə yaranır. 1998-ci ildə yazılmış bu kitabə uzun əsrlərdən sоnra zi-yarətgahın məscidindəki kitabə kimi sanballı qaynağa çеvriləcək, ХХ yüzilliyin sоnlarında Əshabi-Kəhfdə aparılan quruculuq işləri və bu хеyirхah işlərin həyata kеçirilməsinin səbəb-karı оlan Ulu Öndər Hеydər Əliyеv haqqında gələcək nəsillərə dəyərli məlumat çatdıracaqdır.

Ümummilli Liderin tövsiyə və tapşırıqları-na uyğun olaraq 2006-cı ildə “Əshabi-Kəhf Zi-yarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidən genişmiqyaslı bərpa-abadlıq işləri

aparılmış, zəvvarların istirahəti, qurbanların kəsilməsi üçün yerlər düzəldilmiş, su xətti çəkilmiş, ziyarətgahın girişindən başlayaraq sonuna qədər daş pillələr düzəldilmiş, çoxlu ağaclar əkilmiş, məişət xidməti obyektləri və s. yaradılmışdır.

Ümid edirik ki, yaranmış imkanlardan istifadə еdərək müхtəlif еlm sahələrinin nümayəndələri gələcəkdə Əshabi-Kəhfə diqqəti artıracaq, оrada kоmplеks tədqiqat işləri aparılacaq və ziyarətgah haqqında daha sanballı fikirlər söyləmək üçün yeni dəlillər toplamaq mümkün оlacaqdır.

ƏDƏBİYYAT

1. İslаm Аnsiklоpеdisi, 3-cü cild. İstаnbul: Türkiyе Diyаnеt Vаkfı, 1991, 559 s.

2. Əshabi-Kəhf. Hazırlayan: M.Əlizadə. Nəşr edən: Lisanus-sidq, 2003, 192 s.

3. Qədirzаdə H.Q. Əshаbi Kəhf: müqəddəslik, tаriхilik və inаnclаrın gеnеzisi. Bаkı: Еlm, 2002, 112 s.

4. Səfərli H.F. Duaların Allaha çatdığı yer – Əshabi-Kəhf. Bakı: Elm, 2002, 48 s.

5. Səfərov F.Y. Qanlıgöl su anbarı bəndinin tikdirilməsi haqqında kitabə. Respublika arxeoloq və etnoqraflarının I elmi konfransının materialları. Bakı: Elm, 1992.

Page 83: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

83

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

6. Зелинский С.П. Город Эривань. СМОМПК, выпуск I. Тифлись: 1881.

7. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1999, 159 с.

8. Qurani-Kərim. Azərbaycan türkcəsində açıqlama Nəriman Qasımoğlunun qələmilə. Bakı: Azərbaycan, 1993, 368 s.

9. Qurani-Kərim. Azərbaycan türkcəsində açıqlama Nəriman Qasımoğlunun qələmilə. Bakı: Azərbaycan, 1993, 368 s.

10. Hüseynzadə L. Nəxcir əfsanəsi. NDU-nun elmi əsərləri, 1999, № 5.

11. Kəlbizadə E. Əshabi-Kəhfin sirri və yaxud “Qurani-Kərim”də mağara sahiblərinin sayı ilə bağlı mübahisələr nəyə işarədir? “Şərq qapısı” qəzeti, 24 yanvar 2013-cü il.

12. Əbu Bəkr ibn Xosrov əl-Ustad. Munisnamə (tərcümə və ön söz Hacı Səbuhi İbrahimovundur). Naxçıvan: 2008, 144 s.

13. Никитин К.А. Народная предания в Нахичеванском уезде, Эриванской губернии. СМОМПК. Тифлис: 1882, вып. II, отдель II.

ARAŞDIRMA

Page 84: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

84

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Фахреддин СафарлиО СВЯТИЛИЩЕ «АСХАБ АЛЬ-КАХФ»

АННОТАЦИЯ

В статье речь идёт о святилище «Асхаб аль-Кахф». Отмечается, что это святи-лище, находящееся в Нахчыване, является одним из основных мест паломничества в Азербайджане. Даётся подробная информация об этом святилище, рассматрива-ются предания о спящих отроках.

На основе анализа коранических аятов (стихов) автор утверждает, что данное святилище в Нахчыване является именно той пещерой, в которой заснули отроки.

Fakhraddin Safarli«ASHAB AL-KAHF» SANCTUARY

ABSTRACT

The article deals with the sanctuary of “Ashab al-Kahf”. It is noted that this sanctuary located in the Nakhchivan is one of the major pilgrimages of Azerbaijan. The article gives detailed information about this sanctuary and reviews the Sleepers Legend.

On the basis of the analysis of the Quranic verses the author argues that this sanctuary in the Nakhchivan is the very cave in which youths fell asleep.

Page 85: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

85

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

TÜRK VƏ İSLAM MƏDƏNİYYƏTİNDƏ AĞAC KULTU

Sara HACIYEVA,AMEA-nın Naxçıvan bölməsinin

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent,

[email protected]

AÇAR SÖZLƏR: İslam, ağac, təbiət, müqəddəs, rəmz, kult. КЛЮЧЕВЫЕ СЛОВА: Ислам, дерево, природа, священный, символ, культ.KEY WORDS: Islam, tree, nature, sacred, symbol, cult.

Qədim və orta əsr maddi mədəniyyət nümunələri üzərində bir çox təsvir və ornamentlərlə yanaşı, nəbati naxışlar da həkk olunmuşdur. Bu cür təsvirlər arasında ağac, budaq, yarpaq, gül, çiçək rəsmləri üstünlük təşkil edir. Toplanmış materiallara əsaslanaraq demək olar ki, ağac təsvirinin maddi mədəniyyət nümunələri üzərində həkk edilməsi bir sıra amillərlə əlaqədardır. Məsələn, qədim türk mifologiyasında ağac yaşıllıq, həyat, dirilik, əbədiyyət rəmzi sayılmışdır.

Ağaca tapınma təbiətə inamın ən qədim, bəlkə də, ilkin növlərindən biri hesab edilir [1, s. 25]. Elm aləmində sitayiş olunan ağaclara əsasən “Həyat ağacı”, “Dünya ağacı”, “Əbədiyyət ağacı” deyirlər. “Həyat ağacı” Orta Asiya kökənli motiv olub, tarixi b.e.ə. VIII yüzilliyə qədər gedib çıxır. Bunu Azərbaycanda və onun ayrılmaz hissəsi olan Naxçıvan bölgəsindəki qədim və orta əsrlərə aid maddi mədəniyyət nümunələri üzərindəki təsvirlər də təsdiq edir. Azərbaycan folklorunda, arxeoloji materiallarda və qədim mədəniyyət abidələrimizdən olan qayaüstü təsvirlərdə “Həyat ağacı” ilə bağlı çoxlu nümunə mövcuddur. Ağac təsvirinə xalçaçılıq, toxuculuq, bədii tikmə, məzarüstü abidələrdə və s.-də də rast gəlinir.

Orta əsrlərə aid xatirə abidələrinin üzərində gül (zanbaq, qərənfil, lalə və s.) təsviri əsasən tək, əksər vaxtlarda isə başdaşıların çatma hissəsində həkk edilirdi. Bu təsvirlər içərisində müxtəlif formalara, hətta buketə, güldana qoyulmuş gül dəstəsinə və s. də rast gəlinir. Gül rəsmlərini Ordubad şəhərindəki “Malik İbrahim” və eyniadlı rayonun Vələver kənd qəbiristanlarında günümüzədək gəlib çatan başdaşılar və sənduqələr üzərində görmək mümkündür. Şahbuz rayonunun Külüs, Culfa rayonunun Gülüstan kənd qəbiristanlarında qeydə alınmış məzar daşları üzərində ağac təsvirləri vardır. Hətta Babək rayonunun Gərməçataq kəndində qeydə aldığımız toxuculuq aləti həvə üzərində ağac təsviri həkk edilmişdir.

Page 86: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

86

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

H.Q.Qədirzadə toplanmış etnoqrafik materiallara əsaslanaraq bildirir ki, insanların təsəvvürlərinə görə, “Həyat ağacı” insana əbədi həyat bəxş edir, xəstələri sağaldır, onun meyvələri, budaqları və yarpaqları şəfavericidir [2, s. 270]. Əski türk inancında “Həyat ağacı” yeraltı və yerüstü dünyanı, təbiətin gözəlliyini, axirət və əbədi dünyanı simvolizə edir. Qədim Azərbaycanda isə “Həyat ağacı” ən nəcib, ən yüksək ideyaların timsalı, ölməzlik və daimi həyat rəmzi kimi qəbul olunurdu [3, s. 54].

Araşdırmalar göstərir ki, insanlar uzaq keçmişdə kainatı təmsil edən “su, od, torpaq və hava” kimi dörd ünsürün məhsulu olan bitkiyə sitayiş etmişlər. Zaman dəyişdikcə bu, hər dövrün öz ideoloji və estetik xüsusiyyətlərinə uyğun müxtəlif forma və şəkillər almışdır. Məlum olduğu kimi, keçmişdə “Müqəddəs ağac”ı palıd, zeytun, əncir, sərv ağacları, bəzən isə adi çiçək və ya yarpaq da təmsil etmişdir [4, s. 10]. Naxçıvanda memar Əcəmi Naxçıvaninin tikdirdiyi Möminə xatın türbəsinin daxilindəki yeganə bəzək ünsürü türbə günbəzinin daxili tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Dairəvi şəkildə olan bu qönçələrin içərisində nəbati naxışlı rəsmlər vardır.

Şərq əfsanəsinə görə, Həvva öldükdən sonra onun qəbri üzərində həyat (dirilik) ağacı bitmişdir. Rəvayətə görə, həmin ağac dünyanın hər bölgəsində Həyat (Həvva) rəmzidir [5, s. 13]. Qədim türklər ağaca ana onqonu (totemi) onqonların anası, qəbilələrin, xalqların, ulu babaların anası kimi baxmışlar [6, s. 228]. Nəzərə alsaq ki, bəşəriyyətin, insan övladının atası Adəm (ə), anası isə Həvva hesab edilir, deməli, Şərq əfsanəsində söylənilən və müxtəlif xalqların düşüncəsində özünə yer tapan həyat ağacının ana ilə əlaqələndirilməsində məntiq vardır.

Tarixi mənbələrin verdiyi məlumata görə, ağac simvolu bir sıra xalqlarda ana rəmzi kimi tanınmışdır. İnsanların yaratdıqları ilk heykəllər ana heykəlləri olmuşdur. Bu heykəllərin bədənlərinə dirilik ağacı, sxematik sünbül təsvirləri çəkmişlər. Azərbaycanda da müxtəlif dövrlərə aid yaşayış yerlərindən, məbədlərdən, qəbirlərdən belə heykəllər tapılmışdır [7, s. 97].

Şaman əfsanələrində göstərilir ki, qazax xalqının dini baxışlarına görə, dünyanın üç qatını (göy aləmini, orta dünyanı və yeraltı dünyanı) birləşdirən Dünya Ağacı (Bay Dirək) onun tən ortasında əzəldən yaranmışdır. Göy təpə ucalır, onun zirvəsində isə Bay Dirək boy atır. İnsan ölməmişdən qırx gün öncə ruh göyərçin donunda bədəni tərk edir və uçub Bay Dirəyin yanına gedir. Bay Dirəyin tökülən və yenidən boy atan yarpaqlarında insanların adları yazılıb. Ruh da öz yarpağını tapıb onun üstünə qonur [8, s. 132-133].

Lənkəran-Astara bölgəsi əhalisinin inancına görə, o biri dünyada “Cənnət ağacı” deyilən böyük bir ağac var ki, hər yarpağı bir insanın taleyidir. Kimsə dünyadan köçəndə həmin ağacdakı yarpağı düşür [9, s. 17]. Bir sıra türk xalqlarının mifoloji inancına görə, “Dünya ağacı” insanların ruhlarını bəd qüvvələrdən, düşmənlərdən qoruyur [1, s. 25].

Qeyd edək ki, ağacın müqəddəs sayılmasını Naxçıvan ərazisində ağac adı ilə

Page 87: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

87

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

adlandırılan çoxlu sayda pirlərin mövcudluğu da sübut edir. Buna misal olaraq, Culfa rayonun Gal kəndindəki “Ağaclıpir”, Nəhəcirdəki “Tut piri”, Axuradakı “Qaradağ piri”, Cəlilkənddəki “Tut piri”, Şahbuz rayonunun Qızıl Qışlaq kəndindəki “Cəviz piri”, Ordubad rayonunun Tivi kəndi ərazisindəki “Cərgə cəviz piri”, Bist kəndindəki “Xar tut piri” və s. göstərmək olar [10, s. 32-36]. Bu ziyarətgahların ağac adı ilə adlandırılmasından məlum olur ki, ağac həm qədim dövrdə, həm də İslam dini Azərbaycanda yayıldıqdan sonra müqəddəs sayılmışdır. Burada xüsusi vurğulamaq lazımdır ki, ağacın müqəddəsliyi təkcə qədim mifologiyalarla məhdudlaşmır, Müqəddəs Kitabımız Qurani-Kərimdə, dini rəvayətlərdə də bir çox ağac mübarək hesab edilmişdir.

“İbrahim” surəsinin 34-cü ayəsində “...Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz...” buyurulur. Bu nemətlərdən biri də insan, heyvan və bütün məxluqata bir çox xeyri olan ağaclardır. Ağac və meşələrin bir ölkə üçün necə böyük əhəmiyyətə malik olduğunu hər kəs bilir və anlayır. Odur ki, dinimiz torpağı abadlaşdırmağa, onu əkib becərməyə, insanları torpaqda çalışmağa və ağac əkməyə təşviq etmişdir. Allah Rəsulu (s) da buyurmuşdur ki, qiyamət qopduğu vaxt kiminsə əlində bir ağac fidanı olarsa, qiyamət qopmazdan əvvəl onu əkməyə gücü çatarsa, əksin. Allah-Təala Qurani-Kərimdə Cənnəti içindən çaylar axan meşələrlə vəsf edir. Yer üzünün cənnətləri də içindən büllur sular axan qoruq və meşələrdir. Biz ağacları qorumalıyıq ki, onlar da bizi qorusun. Vətən torpağının küləklə sovrulmasının, sellərlə axıb getməsinin qarşısının alınması ancaq torpaqda ağac əkilməsi ilə mümkündür. Bir atalar məsəlində deyilir ki, “Ağac övladlarımızın beşiyi, qapımızın eşiyi və aşımızın qaşığıdır”. Peyğəmbərimiz (s) isə bir hədisində buyurur: “Kim bir ağac əkərsə, Allah o şəxs üçün əkdiyi ağacın meyvəsi və yarpağı qədər mənəvi mükafat və savab yazar”. Digər hədisində isə “Kimsə bir ağac əkər, onun kölgəsindən, meyvəsindən insanlar, heyvanlar, quşlar faydalanarsa, həmin ağac durduğu müddətcə insan dünyasını dəyişdikdən sonra da əməl dəftəri bağlanmaz

Page 88: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

88

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

və ona savab yazılar”, - deyə buyurmuşdur. Buna görə də meşələri və ağacları qorumaq Vətəni, milli sərvəti qorumaq deməkdir.

Türk kültür tarixçisi Burhan Oğuz Anadoludakı məzar daşlarının üzərində nəbati təsvirlərin geniş yayıldığını qeyd edərək yazır ki, İslam qaynaqlı əfsanələrdə bəzi bitkilər Peyğəmbər (s) və ya onun ailəsi ilə əlaqələndirilmişdir. Məsələn, yasəmən Həzrət Peyğəmbərin (s) qızı Fatimənin (ə) çiçəyi hesab edilmişdir. Qızılgül isə İslam əfsanələrinə görə, Məhəmməd peyğəmbərin (s) rəmzi sayılır. Həmçinin xalq arasında qızılgül uğur gətirən gül kimi tanınır. Bu cür inancla əlaqəli motivlər Osmanlı təsviri sənətində də özünü göstərir [11, s. 46-47].

Sufilikdə lalə motivi vəhdəti-vücudu, yəni Allahı simvolizə edir. Əbcəd hesabına görə, “Allah” ismindəki hərflər ilə “lalə” sözünün yazılışındakı hərflərin sayı eynidir. Qızılgülün təsviri sənətdə istifadəsinin səbəbi isə ilahi gözəlliyi simvolizə etməsi və ya Həzrət Məhəmmədin (s) rəmzi olmasından qaynaqlanmışdır. Qızılgül, eyni zamanda Cənnətin gülü hesab olunur.

“Rəhman” surəsinin 12-ci ayəsində deyilir: “(Yaşıl ikən yarpaq, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır”. Bəzi ayələrdə isə bitkilərə and içilir. Məsələn, “Tin” surəsinin 1-ci ayəsində əncir və zeytunun müqəddəsliyinə işarə edilərək “And olsun əncirə və zeytuna” - deyilir.

Bundan başqa, “Rəhman” surəsinin 6-cı ayəsində buyurulur: “Otlar da, ağaclar da (Allaha) səcdə edər!” Bu baxımdan, orta əsrlərə aid sənət nümunələri üzərindəki gül, çiçək və başqa bitki təsvirlərini Allaha itaətin ifadəsi kimi izah etmək olar.

Nəticə olaraq deyə bilərik ki, ağac, gül, çiçək təsvirlərinin sənət əsərləri, maddi mədəniyyət nümunələri üzərində geniş yer alması qədim türk mifologiyası ilə yanaşı, İslam dəyərləri ilə də bağlıdır. Bu, həmçinin türk-İslam mədəniyyətinin mənəvi yaxınlığını və bir-biri ilə üst-üstə düşdüyünü özündə əks etdirən maddi-mənəvi dəlillərdir.

ƏDƏBİYYAT

1. Rzayev N. Əsrlərin səsi. Bakı: Azərnəşr, 1974, 86 s.

2. Qədirzadə H.Q. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.

3. Seyidov M. Qızıl döyüşçünün taleyi. Bakı: Gənclik, 1984, 108 s.

4. Əfəndi R., Əfəndi T. Azərbaycan bəzək sənəti. Bakı: Çaşıoğlu, 2002, 80 s.

5. Bəxtiyarova R. Azərbaycanda ağac ayini. Bakı: Araz, 2002, 118 s.

6. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.

Page 89: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

89

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

7. Əhmədov Q. Bu günə necə gəlib çıxmışıq. Bakı: Azərnəşr, 1989, 118 s.

8. Şaman əfsanələri və söyləmələri. Bakı: Yazıçı, 1993, 144 s

9. Şahbazov T. S. Lənkəran-Astara bölgəsi əhalisinin islamaqədərki inamları (tarixi-etnoqrafik tədqiqat). Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdimolunmuş dissertasiyanın avtoreferatı. Bakı: Mars-print, 2006, 24 s.

10. Səfərli H., Xəlilov T. Gəmiqaya və çevrəsində ziyarətgah-pirlər (II məqalə). Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, № 1(13) 2008.

11. Burhan O. Mezar taşında simgeleşen inançlar. İstanbul: 1983, 128 s.

12. Əfəndi R. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007, 160 səh.

Page 90: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

90

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Сара ГаджыеваКУЛЬТ ДЕРЕВА В ТЮРКСКОЙ И ИСЛАМСКОЙ КУЛЬТУРЕ

РЕЗЮМЕ

В данной статье речь идёт о культе дерева, который был широко распростра-нён среди тюркских народов, в том числе и среди азербайджанцев. Отмечается, что в Священном Коране содержатся аяты, согласно которым некоторые деревья явля-ются благословенными.

Изучив изображения деревьев, цветов на материально-культурных образцах Нахчывана, автор приходит к заключению, что они связаны как с тюркской, так и мусульманской культурой. А это является ярким показателем того, насколько род-ственны и близки обе культуры.

Sara HajıyevaTHE CULT OF TREE TURKISH AND ISLAMIC CULTURE

SUMMARY

This article is about the cult of tree which was widespread among the Turkic peoples, as well as among Azerbaijanis. It is noted that the Holy Quran contains verses which consider some trees as blessed.

After studying images of trees, flowers on material and cultural samples of Nakhchivan, the author comes to the conclusion that they are related with both Turkish and Muslim culture. And this clearly indicates that both cultures are closely related.

Page 91: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

91

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

ÖMƏR İBN XƏTTABIN XİLAFƏTİ DÖVRÜNDƏ BİZANSA QARŞI DÖYÜŞLƏR

Şahlar ŞƏRİFOV,AMEA-nın A.A.Bakıxanov adına

Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi şöbəsi”nin böyük elmi işçisi,

İlahiyyat üzrə fəlsəfə doktoru,Bakı İslam Universitetinin doktorantı

AÇAR SÖZLƏR: Ömər ibn Xəttab, Bizans imperiyası, müsəlman ordusu, Bizansla döyüşlər, müsəlmanların fəthləri.KEY WORDS: Умар ибн аль-Хаттаб, Византийская империя, мусульманская армия, сражения с византийцами, завоевания мусульман. КЛЮЧЕВЫЕ СЛОВА: Umar ibn Khattab, Byzantine Empire, Muslim army, battles with the Byzantines, Muslim conquests

Həzrət Ömər xəlifə olduğu zaman qarşısında duran iki mühüm məsələ İraq və Suriya cəbhələrində davam edən döyüşün gedişatıyla bağlı qərarlar qəbul etmək idi. Qeyd edək ki, Həzrət Əbu Bəkr Ərəbistandakı daxili qarışıqlığa son verib, dövlət daxilində birlik və asayişi təmin etdikdən sonra ordunu əsl funksiyası olan sərhədlərin təhlükəsizliyini qoruma vəzifəsinə yönləndirmişdi. Bu məqsədlə o, Sasanilər və Bizansdan gələ biləcək təhlükələrə qarşı tədbir almaq üçün ordunu İraq və Suriya bölgələrinə istiqamətləndirmişdi. Onun vəfatına yaxın zamanlarda hər iki cəbhədə qarşıdurmalar davam edirdi. Odur ki, Həzrət Əbu Bəkrin vəfatından sonra xəlifə olan Həzrət Ömər ya Suriya və İraq cəbhələrindəki problemi həll etməli, ya da bu mübarizəni davam etdirməli idi.

Xatırladaq ki, Bizans imperiyasına qarşı ilk döyüş hələ Peyğəmbərin (s) sağlığında baş vermişdi. Miladi 629-cu ildə Mutə və 630-cu ildə Təbuq döyüşlərindən sonra Həzrət Məhəmməd (s) 632-ci ildə Usamə ibn Zeydin rəhbərliyi altında Şama ordu göndərmişdi. Allah Rəsulunun (s) vəfatından sonra hakimiyyətə gələn xəlifələr də fəthləri eyni istiqamətdə davam etdirmişlər.

Həzrət Ömər də hakimiyyətə gəldikdən sonra “dövlətdə davamlılıq əsasdır” prinsipinə əsasən mövcud mübarizəni davam etdirmək qərarı almış, ancaq bu mübarizəni özünün vəzifəyə gətirdiyi komandirlərlə davam etdirmək istəmişdir. Bu məqsədlə o, komandirləri dəyişdirərək İraq bölgəsində Müsənna ibn Harisənin yerinə Səd ibn Əbi Vaqqası, Suriya bölgəsinə isə Xalid ibn Vəlidin yerinə Əbu Ubeydə ibn əl-Cərrahı baş komandir təyin etmişdir. Onun hakimiyyəti dövründə Bizansla bir sıra toqquşmalar baş vermiş, Misir, Suriya, İraq, İran və Azərbaycan əraziləri fəth olunmuşdur. Biz məqalədə Bizansa qarşı baş vermiş döyüşlər barədə məlumat verməyə çalışacağıq.

Page 92: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

92

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

1) Əcnadeyn döyüşü

Bizanslıların Teodorun başçılığı altında Fələstindəki Cillik adlı məntəqədə 80 min nəfərlik ordu topladığını öyrənən Əmr ibn As xəlifə Ömərdən kömək istəmişdir. Bu səbəbdən Xalid ibn Vəlidə İraqdan Suriyaya getmək əmri verilmişdir. Xalid Hirədən çıxıb, Aynut-Təmir çölünü keçdikdən sonra Mərci-Raxit adlı məntəqədə Qəssaniləri məğlub etmiş və Kanat adlı məntəqədə İslam ordusu ilə birləşmişdi. İlk Suriya şəhəri olan Bustranı ələ keçirən İslam ordusu Əmr ibn Asa köməyə gəlmişdi. Bunu öyrənən Bizans ordusu Cillikdən çıxaraq Əcnadeynə tərəf irəliləmiş və 634-cü ildə həmin ərazidə baş vermiş döyüşdə İslam ordusu Teodorun başçılığı altında olan Bizans ordusunu məğlub etmişdir [1, II cild, s. 447-448].

2) Fihl (və ya bataqlıq) döyüşü

Əcnadeyn döyüşündə məğlub olan Bizans əsgərləri 635-ci ildə İslam ordusuna zərbə vurmaq üçün Beysan keçidini bataqlıq halına gətirərək Yuxarı İordaniyadakı Fihl adlı məntəqədə toplanmışdı. Onların məqsədi müsəlmanları bataqlığa salıb, məğlub etmək idi. Lakin baş verən döyüşdə məğlub olan Bizans ordusu Şama çəkilmişdi. Bahanın başçılığı altında olan Bizans ordusu yenidən Şam yaxınlığında məğlubiyyətə uğradılmış və Şam müsəlmanlar tərəfindən mühasirəyə alınmışdır [2, s. 166].

3) Şamın fəthi

Əmr ibn Asın, Xalid ibn Vəlidin, Əbu Ubeydə əl-Cərrahın, Şurahbil ibn Həsənənin və Əbu Dərdanın başçılığı altında Fihl döyüşündə Bizans ordusunu məğlub edən İslam ordusu Şam üzərinə hərəkət edərək ətrafdakı məntəqələri ələ keçirmiş və şəhəri mühasirəyə almışdı. Dörd ay davam edən mühasirədən sonra 635-ci ildə Şam müsəlmanlar tərəfindən fəth olunmuşdur.

4) Mərc əl-Rum döyüşü

Şamın fəthindən sonra Əbu Ubeydə əl-Cərrah ilə Xalid ibn Vəlidin başçılığı altında olan İslam ordusu eyni ildə Mərc əl-Rum adlı məntəqədə Teodorun başçılığı altındakı Bizans ordusunu məğlub etmişdir.

5) Xımsın fəthi

Qalib gələn müsəlmanlar Xımsa doğru hərəkət etmişlər. Miladi 635-ci ildə Xımsın fəthindən sonra Əbu Ubeydə əl-Cərrah Xalid ibn Vəlidi Kinnəsrinə göndərmişdir. Əl-Xazıra gələn Xalid burada Herakldan sonra Bizansın ən böyük sərkədələrindən sayılan Minasın hücumuna məruz qalsa da, onu məğlub edərək öldürmüşdür. Həmin ərəfədə Müaviyə ibn Əbu Süfyan Qeysəriyyəni, Əmr ibn As isə Əcnadeyni fəth etmişdi.

Page 93: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

93

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

6) Fələstinin fəthi

Fələstin valisi Əmr ibn As Qəzza, Sebastiya və Nablusu ələ keçirdikdən sonra fəthlərini davam etdirib, Yafa və Refahı da ələ keçirmişdi. Buranın ardınca Kinnəsrini də tutan Əmr ibn As Qüdsü mühasirəyə almışdır. Bizans sərkərdəsi Artaban Qüdsə sığınmaq məcburiyyətində qalmışdır. Mühasirə uzandığına görə Qüds camaatı xəlifədən əmannamə (təhlükəsizlik içində olduğunu bildirmək üçün verilən sənəd) istəmiş və xəlifə Ömər həmin sənədi imzalamaq üçün oraya getmişdir. Xəlifənin imzaladığı əmannamədən sonra 637-ci ildə Qüds müsəlmanlar tərəfindən fəth edilmişdir.

Fələstinin fəthi istər hərbi, istərsə də təbliğat baxımından böyük əhəmiyyət kəsb edirdi. Çünki müsəlmanların ilk qibləsi Əqsa məscidi bu məntəqədə yerləşirdi. Elə bu səbəbdən, xəlifə Ömər şəxsən özü Dəməşqin 80 kilometrliyində yerləşən Cabiyə kəndinə səfər edərək xristianlarla görüşmüş və onların hüquqlarını müəyyən edən saziş bağlamışdır. Şam və Fələstin əhalisi illər boyu Bizans hökumətinin cah-calalını gördükdən sonra İslam ordusunun səmimiyyəti, insanlara xoş münasibəti və müsəlman xəlifəsinin mülayim rəftarı ilə üzləşdikdə heyrətlənmişdir.

7) Misirin fəthi

Suriya, Fələstin və İordaniya müsəlmanlar tərəfindən ələ keçirildikdən sonra Əmr ibn As tabeliyindəki 3500 əsgərlə Misirə getmək üçün xəlifədən icazə istəmişdir. Misirdəki vəziyyət də eynilə Suriya və İrandakı kimi idi. Bu ölkə miladi tarixin ilk əsrində Roma imperiyasının tərkibinə daxil edilmişdi. Şərqi Roma imperiyası yarandıqdan sonra paytaxtın Konstantinopola köçməsi ilə Xristianlıq bu diyarda geniş yayılmışdı. Digər tərəfdən, yüz illər əvvəl Fələstini tərk etmiş yəhudilər də Misirdə məskunlaşmışdılar. Beləliklə, burada qibtilər və yəhudilər arasında ixtilaf üçün zəmin yaranmışdı. Miladi 615-ci ildə Xosrov Pərviz tərəfindən göndərilən Şəhrburaz 619-cu ildə Misiri ələ keçirmiş, nəticədə, ölkə əhalisinin vəziyyəti daha da ağırlaşmışdı.

Misirin özünü müdafiə etmək qüdrətində olmadığını anlayan Əmr ibn As öz qoşunu ilə buraya hərəkət etmiş və heç bir müqavimətə rast gəlmədən Biblisə qədər irəliləmişdi. Orada kiçik bir döyüşdən sonra Ummu Dunəyn adlı yerədək gəlib çıxmışdır. Burada müsəlman ordusu ilə Roma imperiyasının qoşunları arasında döyüş baş vermiş, xəlifə on dörd min nəfərlik qoşunu onun köməyinə göndərmişdir. Bu qoşuna Zübeyr ibn Əvvam, Miqdad ibn Əsvəd və Ubadə ibn Samit kimi səhabələr də daxil idi. Bu qüvvənin köməyi ilə Bizans ordusunu məğlub edən Əmr ibn As onlarla sülh bağlamışdır. Lakin Herakl bu sazişi bir xəyanət kimi qəbul etmişdir. 641-ci il Heraklın, bir neçə ay sonra isə oğlunun ölümü ilə 11 yaşlı nəvəsinin hakimiyyətə gəlməsi nəticəsində Misirin müdafiəsi daha da zəifləmişdir. Bundan istifadə edən Əmr ibn As həmin il Ayn-Şəms adlı məntəqədə Bizans ordusunu məğlub edərək Misiri ələ keçirmişdir [1, I cild, s. 285-286].

Page 94: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

94

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

8) İsgəndəriyyənin fəthi

Misirin fəthindən sonra Babilistanı ələ keçirən Əmr ibn As xəlifə Ömərə məktub yazaraq İsgəndəriyyənin üzərinə hücum etmək üçün icazə istəmişdir. Xəlifənin icazəsi ilə o, 642-ci ildə İsgəndəriyyəyə doğru hərəkət etməyə başlamışdır. Babilistan ilə İsgəndəriyyə arasında toplaşan Bizans ordusu onun qarşısını almaq istəsələr də, Karbun adlı məntəqədə baş vermiş döyüşdə məğlub olmuşlar. İsgəndəriyyə hakimi Muqəfqis cizyə ödəmək şərti ilə təslim olmaq istəsə də, imperatorun qorxusundan geri çəkilməmişdir. Lakin buna baxmayaraq, üç aylıq mühasirədən sonra İsgəndəriyyə də müsəlmanlar tərəfindən fəth edilmişdir.

Xəlifə Ömərin dövründə dövlət Məkkə, Mədinə, Kufə, Bəsrə, Suriya, Fələstin, Cəzirə və Misir olmaqla səkkiz vilayətə ayrılmışdır. Hər vilayətdə vali, baş katib, sahibul-xərac, sahibul-əhdas (polis), sahibul-beytül-mal və qazı, yənidin məmurları fəaliyyət göstərirdi. Dövlət gəlirini xərac və üşürdən (əldə olunan məhsulun onda biri) başqa, zəkat, cizyə, xüms təşkil edirdi. Eyni zamanda, ilk pul və ilk həbsxana da xəlifə Ömərin dövründə təsis edilmişdir.

Həzrət Ömər İslam dövlətini xarici hücumlardan qorumaq və orduları düşmən bölgələrinə yaxın yerlərdə yerləşdirmək üçün ordugah şəhərləri təsis etmişdir. İran və Hindistan tərəfdən gələ biləcək dəniz axınlarına qarşı Bəsrə ordugah şəhəri inşa olunmuşdur. Bu məqsədlə, Utbə ibn Qəzvan xəlifənin göstərişinə əsasən, öz adamları ilə o zaman boş ərazi olan Haribə bölgəsinə gələrək hicrətin 14-cü ilində Bəsrə şəhərinin inşasına başlamışdır.

Page 95: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

95

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Qadisiyyə döyüşündən sonra İranın iqliminin müsəlmanlar üçün uyğun olmadığını nəzərə alan xəlifə, hicrətin 17-ci ilində Kufə şəhərinin inşası ilə bağlı göstəriş vermişdir. İsgəndəriyyə şəhərinin fəthindən sonra isə xəlifənin göstərişi ilə hicrətin 21-ci ilində Nil çayının sahilində Fustat şəhəri inşa edilməyə başlanılmışdır.

Ömər ibn Xəttabın qətlindən sonra 644-cü ildə xəlifə təyin edilən Osman ibn Əffan da özündən əvvəlki xəlifələrin yolunu davam etdirərək Bizansa qarşı mübarizəni davam etdirmişdir. Onun xilafəti dövründə Bizansa qarşı baş vermiş döyüşlərin ən məşhuru Yelkənlər döyüşüdür. Belə ki, müsəlmanlar Bizansı Şimali Afrika, Kipr və Anadoluda sıxışdırdığından, imperator müsəlmanların dəniz donanmasını məhv etmək üçün böyük donanma hazırlayıb, Aralıq dənizi ilə Suriya və Misir sahillərinə göndərmişdir. Bu donanmanın gəmilərinin sayı beş yüzdən çox olduğu və dəniz üzərində yelkən meşəsini xatırlatdığı üçün bu döyüş “əs-Səvari”, yəni Yelkənlər döyüşü adlandırılmışdır. Bizans donanmasının başında imperator Konstantin, İslam donanmasının başında isə Abdullah ibn Səd dururdu. Miladi 655-ci ildə baş verən bu döyüşdə Bizans donanması məğlub edilmiş, imperator özü isə yaralanmışdır [1, II cild, s. 618-620].

Nəticə olaraq bunu deyə bilərik ki, İslam fütuhatı adlandırılan dövr məhz Raşidi xəlifələrin zamanını əhatələyir və əsasən, ikinci xəlifə Ömər ibn Xəttabın dövrünə təsadüf edir. Tarixə nəzər saldıqda məlum olur ki, Raşidilərdən sonra hakimiyyətə gələn digər xəlifələr də (istər Əməvi, istərsə də Abbasi xəlifələri olsun) məhz bu torpaqlarda hakimiyyətini sürdürmüşlər.

ƏDƏBİYYAT

1. Məhəmməd ibn Cərir ət-Təbəri. Tarixul-uməm vəl-muluk. Beyrut: 1987.

2. Əbul-Həsən Əhməd ibn Yəhya ibn Cabir ibn Davud əl-Bəlazuri. Futuhul-büldan (tər.: M.Fayda). Ankara: 1987.

3. Əli ibn Məhəmməd ibn Əsir əş-Şeybani. Usdul-ğabə. Qahirə: 1970.

4. Əbu Abdullah Məhəmməd ibn Səd. Ət-Təbaqat. Beyrut: 1398/1978.

5. Cəlaləddin Suyuti. Tarixul-xüləfa. Beyrut: 1986.

6. Şibli Numani. Bütün yönleriyle Hz. Ömer ve devlet idaresi (tər.: Talip Yaşar Alp). İstanbul: tarixsiz.

7. Əli ibn Məhəmməd ibn Əsir əş-Şeybani. Kamil fit-tarix. Beyrut: 1385/1965.

Page 96: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

96

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

ARAŞDIRMA

Шахлар ШарифовСРАЖЕНИЯ С ВИЗАНТИЙЦАМИ ВО ВРЕМЯ ПРАВЛЕНИЯ

УМАРА ИБН АЛЬ-ХАТТАБА

АННОТАЦИЯ

В статье речь идёт о сражениях мусульман с византийцами, которые происхо-дили при правлении второго праведного халифа Умара ибн аль-Хаттаба. На основа-нии исторических данных приводится хронология этих сражений и даётся краткая информация о данных войнах.

Автор приходит к заключению, что в результате этих сражений мусульмане одержали значительную победу над византийцами, а также Византийская империя потеряла Египет, Сирию, Палестину и т.д.

Shahlar SharifovBATTLES WITH THE BYZANTINES DURING THE REIGN

OF UMAR IBN AL-KHATTAB

ABSTRACT

The article deals with the Muslim and Byzantine battles that took place during the reign of the second righteous caliph Umar ibn al-Khattab. The article gives the chronology of these battles and summary of these wars on the basis of historical data.

The author concludes that as a result of these battles Muslims gained major victories over the Byzantines, as well as the Byzantine Empire lost the Egypt, Syria, Palestine and other provinces.

Page 97: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

97

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

“QURANÇILAR” CƏRƏYANI TƏFSİRLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Dürdanə CƏFƏRLİ,AMEA-nın akad. Z.Bünyadov adına

Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir tarixi” şöbəsinin dissertantı,

[email protected]

AÇAR SÖZLƏR: Quran, təfsir, Quraniyyun, hədis, sünnə.КЛЮЧЕВЫЕ СЛОВА: Коран, толкование, Куранийун, хадис, сунна.KEY WORDS: Quran, tafseer, Quraniyyun, hadith, sunna.

Təfsirlər, demək olar ki, hər zaman aid olduqları dövrün ideologiyasının, ictimai-siyasi mühitinin izlərini özündə əks etdirir. Bu baxımdan, müsəlman dünyasında hər hansı dini ideologiya və ya cərəyan tədqiq olunarkən onun ortaya çıxdığı dövrün təfsirlərinə nəzər yetirmək zərurəti də yaranır. “Quraniyyun” ideologiyasının ana xəttini “Quranla kifayətlənmək” təşkil etdiyi üçün bu cərəyanın öyrənilməsində Quran təfsirləri xüsusi önəm daşıyır. Cərəyan nümayəndələrinin öz dövrlərində Qurana necə yanaşdıqları, hansı fikir və düşüncələrin təsirində qaldıqları, onların təfsir üslubu ilə ənənəvi təfsir metodologiyası arasındakı fərqlər və Quran təfsirinə həm metod, həm də şərh baxımından gətirdikləri yeniliklər üzərində xüsusi dayanılmalıdır.

Hədis və sünnəni tamamilə rədd edərək ənənəyə qarşı çıxan bir düşüncənin ənənəvi İslam cəmiyyətində özünə yer tapması hər zaman tədqiqatçıların diqqətini cəlb etmişdir. Bununla belə, “Qurançılar”ın əsərləri çox az tədqiq olunmuşdur. Tədqiqatçılar bir sıra səbəblərə görə cərəyan nümayəndələrinin əsərlərini ilkin mənbələrdən öyrənməyə çətinlik çəkmişlər. Belə ki, bu əsərlərin bir qismi yalnız bir dəfə, digər qismi isə ümumiyyətlə, çap olunmamış, əlyazma şəklində qalmışdır. Bəziləri isə zamanın təbəddülatında itib-batmışdır [1, s. 388]. Digər tərəfdən, əsərlərin böyük əksəriyyətinin urdu dilində olması da çətinlik yaratmışdır. Ən əsası isə cərəyan mənsublarının fikirlərinin ənənəvi müsəlman cəmiyyətində doğurduğu əks-reaksiya, etiraz və təzyiqlər həmin əsərlərin günümüzədək gəlib çatmasına imkan verməmişdir [2, s. 65-67; 1, s. 388].

İslam dünyasında “Əhli-Quran” və ya “Quraniyyun” kimi tanınan bu məktəb XIX əsrin ikinci yarısında ortaya çıxmışdır. Məvdudi bu düşüncəni müsəlmanların Qərb fəlsəfəsi və mədəniyyəti ilə tanışlığı, habelə bunlar qarşısındakı məğlubiyyətinin psixoloji nəticəsi kimi qiymətləndirmişdir. Cərəyanın əsas nümayəndəsi və ideoloji banisi hindli müsəlman reformator və dövlət xadimi Seyid Əhməd Xandır. İslamın əsas prinsipləri ilə ona sonradan əlavə olunanları bir-birindən ayırmağın zərurətini vurğulayan Seyid Əhməd Xan müsəlman cəmiyyətlərinin geri qalmasının səbəbləri kimi ənənəyə bağlılığı

Page 98: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

98

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

və kor-koranə təqlidi göstərmişdir: “Əgər insanlar kortəbii təqlidi buraxıb, yollarına işıq saçan nurun Quran və səhih hədislərdə olduğuna inanaraq din ilə dövrün elmlərini uzlaşdırmağa çalışmasalar, Hindistanda İslamın heç adı da qalmayacaqdır” [3, s. 46]. Ənənəvi təfsirlərə tənqidi yanaşan Seyid Əhməd Xan həmin təfsirçilərin yalnız fiqh və kəlam kimi İslam elmləri, yaxud Quranın ecazı və s. kimi ikinci dərəcəli məsələlərlə məşğul olduqlarını söyləmişdir [4, s. 53; 5, s. 73-89; 6, s. 24-50].

Seyid Əhməd Xan Quran və təfsir mövzusundakı əsərlərini ömrünün son dövrlərində - 1870-ci ildən sonra qələmə almağa başlamışdır. Onun təfsirlə bağlı fikirlərini

əks etdirən ən mühüm əsəri “Təhrirfi usuli təfsir” kitabıdır. Bu əsər “Təfsir əl-Quran”a müqəddimə olaraq yazıldığı üçün həm təfsirlə birlikdə, həm də ayrı nəşr olunmuşdur.

Seyid Əhməd Xan “Təfsir əl-Quran”ı 1876-cı ildə qələmə almış, “Fatihə” və “Bəqərə” surələrinin təfsirindən ibarət ilk cildini 1880-ci ildə Aliqarhda nəşr etdirmişdir. “İsra” surəsinin təfsirini əhatə edən 6-cı cild 1895-ci ildə çap olunmuşdur. “Kəhf”, “Məryəm” və “Taha” surələrinin təfsiri isə onun vəfatından sonra işıq üzü görmüşdür [7, s. 33-34]. Təfsirdə səhifənin sağ tərəfində ayələrin ərəbcəsi, solunda isə urdu dilində tərcüməsi verilmişdir. Tərcümədə əsasən Şah Əbdülqadir Dehləvinin məşhur tərcüməsindən istifadə olunmuşdur [8, s. 211].

“Təfsir əl-Quran” ayə-ayə, kəlmə-kəlmə tərcümə və təfsir edilməmişdir, o, sanki məqalələr toplusu şəklində məcmuədir. Məsələn, “Bəqərə” surəsinin ayələrinin təqribən yarısı təfsir edildiyi halda, “Nisa” surəsindən yalnız 3-cü və 24-cü ayələrin təfsiri verilmişdir. Görünür, müəllif yaşadığı dövrə görə daha aktual saydığı ayələri təfsir etmişdir. Təfsir edilən ayələr isə əsasən Seyid Əhməd Xanın “fitrət qanunu” adlandırdığı qanunla ziddiyyətli görünən, yaxud Qərbin öz meyarlarına görə tənqid etdiyi ayələrdir. Bu baxımdan möcüzələr, qissələr və cihadla bağlı ayələrin təfsiri üstünlük təşkil edir [1, s. 373].

Seyid Əhməd Xan Quran qissələri ilə bağlı ayələrdə Həzrət Adəmin (ə) yaradılış məsələsindən geniş bəhs etmiş, “Bəqərə” surəsinin 30-38-ci ayələrinin təfsirinə 25 səhifə yer vermişdir. Əvvəlcə ayədəki “mələklər” ifadəsini açıqlayan müəllif “mələk” kəlməsinin həm ərəb, həm ibrani, həm yunan, həm də fars dilində “elçi”, “xəbər gətirən” mənalarını verdiyini və onların Allahın vəhyini peyğəmbərlərə çatdıranlar olduğunu bildirmişdir. Buna baxmayaraq, həmin varlıqların adı gələndə insanların onları qeyri-ixtiyari olaraq mücəssəm varlıq kimi görməsi, müəyyən məkanda təsəvvür etməsi nəticəsində mələklərin ağ rəngdə, nurani cismə malik olduğu fikri formalaşmış və bu düşüncə nəsildən-nəslə ötürülmüşdür.

Page 99: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

99

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

Tarixdəki mələk təsəvvüründən bəhs etdikdən sonra İslamdakı mələk təsəvvürünə toxunan Əhməd Xan dində belə bir mələk anlayışının olmadığını, onların sadəcə “Allahın yaratdığı qüvvələrdən biri olduğunu” bildirmişdir. Bu barədə Quranda heç bir dəlilə rast gəlinmədiyini vurğulayan müəllif “Ənam” surəsinin 8-9-cu ayələrinin bu fikrin yanlış olduğunu iddia etmişdir. Həmçinin özündən öncə Muhyiddin ibn Ərəbinin də bu düşüncədə olduğunu bildirmişdir [9, s. 53-55; 1, s. 375]. Şeytanın da mələk kimi bir qüvvə olduğunu qəbul edən Seyid Əhməd Xan bunun üçün həm İbn Ərəbidən, həm də onun şərhçilərindən, o cümlədən Həzrət Peyğəmbərin (s) hədislərindən nümunələr sadalamışdır.

Seyid Əhməd Xan “Bəqərə” surəsinin cihadla bağlı ayələrinin təfsirinə 10 səhifə ayırmışdır. Burada o, cihadın necə olması və hansı şərtlər daxilində vacib sayılması məsələsinə toxunmuşdur. Həzrət Peyğəmbərin (s) dövründəki cihaddan və onun baş vermə səbəblərindən nisbətən az bəhs edən müəllif İslamın sülh dini olması, bəzi alimlərin yanlış cihad anlayışı səbəbi ilə dinin düzgün başa düşülməməsi problemləri üzərində daha çox durmuşdur [9, s. 97-105; 1, s. 380]. O, cihadla bağlı digər ayələri sistematik şəkildə açıqlayaraq qərblilər tərəfindən İslamın əleyhinə istifadə oluna biləcək cəhətlərini xüsusilə təfsir və təvil etməyə çalışmışdır. Ayələrin təfsirində məkkəli müşriklərin müsəlmanları işgəncəyə məruz qoyması və onları çətin şərtlər altında yaşamağa məcbur etməsinə baxmayaraq, müsəlmanların onlara silahla qarşılıq verməmələri, əvəzində, Həbəşistana hicrət etmələri haqqında yazmışdır [9, s. 38-40; 1, s. 381].

Seyid Əhməd Xan Mədinədəki savaşların kökündə torpaq əldə etmək və qeyri-müsəlmanları zorla İslama gətirmək məqsədinin olmadığını vurğulayır. O, cihadın “ya təhdid və hücum, ya da müqaviləni pozmağın müqabilində (buna misal olaraq yəhudilərlə döyüşləri və Məkkənin fəthini göstərmişdir (Tefsirul-Kuran, IV, s.40-42) və ya bir bölgədə qalan müsəlmanlara yaşamaq imkanı tanımadığı zaman” (“Ən-Nisa”, ayə 75) baş verdiyini bildirmiş və cihadın tamamilə müdafiə xarakterli olduğunu vurğulamışdır [1, s. 381].

“Cihad” kəlməsinin bir çox müsəlman xalqların dilində olduğu kimi, urdu dilində də “cihad” kimi işlənməsinə baxmayaraq, Seyid Əhməd Xan bu kəlməyə həssas yanaşaraq onun yerinə “döyüş”, “hərb”, “müharibə” mənalarını verən “lerai” sözündən istifadə etmişdir. Görünür o, yanlış anlaşılmaya səbəb olmaqdan ehtiyat etdiyi üçün belə bir addım atmışdır.

Seyid Əhməd Xan heç nəyin təbiət qanunlarına zidd baş vermədiyini bildirmiş, möcüzəni, habelə Həzrət Məhəmmədin (s) meracını real həyatda baş verməyən hadisə kimi qəbul etmişdir. O, “İsra” surəsinin bu barədəki ayəsini təfsir edərkən mövzu ilə əlaqədar bütün ayə və hədisləri toplamış və bu mövzuya 131 səhifə həsr etmişdir [1, s. 383].

Müəllif möcüzəni qəbul etməməklə yanaşı, Quranın möcüzəviliyi məsələsinə fərqli yanaşmışdır. Əhməd Xan Quranın ecazkarlığını onun bəlağət və üslubunda görən ənənəvi və yekdil fikrin əksinə, Quranın əvəzolunmazlığını onun bədəvi ərəbləri

Page 100: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

100

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

mədəniləşdirməsindəki rolunda axtarmışdır. Başqa sözlə, Quranın möcüzəsini onun rəhbərlik etmə xüsusiyyətində və hər kəsin onu asanlıqla anlaya bilməsində görmüşdür [10, s. 100]. Əhməd Xan rasional ağlı əsas götürdüyü, buna görə də təbiət qanunlarının sərhədlərini aşan hər şeyi rədd etdiyi üçün təfsirdə problemlərlə qarşılaşmışdır.

O, özünün “Təhrirfi Usul əl-Təfsir” əsərində işlətdiyi təfsir metodologiyasından bəhs edərkən çox əhəmiyyətli olmayan məsələlərə geniş yer verildiyi üçün klassik təfsirlərə bir o qədər də müraciət etmədiyini yazmışdır. Ən çox istifadə etdiyi əsərlər Fəxrəddin ər-Razi və Beyzavinin təfsirləridir. Ümumiyyətlə, onun “Təhrir”dəki metodologiyası klassik təfsir üsul və metodologiyasından xeyli fərqlənən, yarı fəlsəfi, yarı kəlami və bir qədər də dilçiliyin prinsipləri əsasında ortaya qoyulan təfsirdir.

Seyid Əhməd Xanın fikirləri sonrakı dövrlərdə Abdulla Çekraləvi tərəfindən inkişaf etdirilərək 1902-ci ildə Lahorda “Əhlüz-Zikr vəl-Quran” adı ilə təsis edilmişdir. Çekraləvi öz düşüncələrini yaymaq məqsədilə bəzi əsərlər qələmə almaqla yanaşı, müxaliflərinin tənqidlərinə cavab vermək üçün “İşarətül-Quran” adlı jurnal da çıxarmışdır. Bununla yanaşı, o, özlərinə aid məscidlərdə tərəfdarları ilə birlikdə təbliğatlarına davam etmişdir.

Əsl adı Qulam Nəbi olan Çekraləvi həm ərəb [11, s.104; 12, s. 58], həm də urdu dilində əsərlər yazmışdır. Onun Quranın ilk cüzlərinin təfsirini əhatə edən “Təfsir əl-Quran biayati-Furqan” adlı əsərinin hələ tamamlanmamış birinci cildi 1899-cu ildə nəşr olunmuşdur [13, s. 112; 2, s. 28; 1, s. 387].Onun fikirlərinin ən çox toplandığı əsəri isə 3 cildlik “Tərcumət əl-Quran biayati-Furqan” adlı təfsiridir.

Çekraləvi müsəlmanların “bu, İslamdandır”, - deyə inandıqları və yaşadıqları şeylərin əksəriyyətinin, əslində, sonradan ona artırılan məsələlər olduğunu iddia etmişdir. Onun fikrincə, Allah lazım bildiyi hər şeyi Öz Kitabında ən gözəl şəkildə açıqlamışdır və “Maidə” surəsinin üçüncü - “Bu gün dininizi sizin üçün kamil etdim...” ayəsi buna sübutdur. Bir şeyin İslamdan olduğunun deyilməsi üçün onun Quranda olması gərəkdir [14, s. 1-3].

Çekraləvi özünün “Burhanül-Furqan alə səlatül-Quran” kitabında beş vaxt namazın təfsilatının Qurandan əldə oluna bilinəcəyini sübut etməyə çalışmışdır. Bütün dini hökmlərin təfsilatına qədər Quranda qeyd olunması fikrinə sübut üçün Sonuncu Səmavi Kitabda haqqında dəlil tapa bilmədiyi bəzi hökmləri inkar etməyə məcbur olmuşdur. Məsələn, o, Quranda olmadığı üçün azan verməyi bidət sayırdı. Buna baxmayaraq, onun ibadət məsələləri ilə əlaqədar gətirdiyi dəyişikliklər çox az olmuşdur. Əslində, Çekraləvi mövcud ibadət məsələlərinin əsas prinsiplərində köklü dəyişikliklər yaratmaqdan daha çox, onları Qurana uyğunlaşdırmağa çalışmışdır [15, s. 6-45].

Peyğəmbərə (s) itaətlə bağlı ayələrin üzərində düşünməyin vacibliyini qeyd edən Çekraləvi, əslində, Quran ilə Həzrət Məhəmmədin (s) bir-birindən ayrı olmadığını söyləmiş və ona itaət əmr edildiyi zaman Quranın nəzərdə tutulduğunu bildirərək “Ənfal” surəsinin 20-ci ayəsini belə tərcümə etmişdir: “Ey iman gətirənlər! Allahın hökmünə

Page 101: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

101

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

inanın, yəni onun göndərdiyi Qurani-Məcidlə davam edin və ondan üz çevirməyin”. Çekraləvi bu ayədə (rasuləhu) kəlməsini açıqlayarkən burada Həzrət Məhəmmədə (s) deyil, Qurana itaətin nəzərdə tutulduğunu iddia etmişdir [14, s. 29-35]. O, eyni zamanda “Bəqərə” surəsinin 101-102-ci ayələrinin həm tərcüməsində, həm də şərhində “rəsul” kəlməsini “Quran” kimi tərcümə etmişdir. Heç bir mötəbər təfsirdə bu kəlmənin “Quran” mənasında işlədilməsinə baxmayaraq, Çekraləvi bir neçə yerdə “rəsul” sözünü “Quran” kimi vermişdir [14, s. 22].

Seyid Əhməd Xan həddən artıq təvilə yer verməsinə baxmayaraq, nəticə çıxarma və tənqidlərdə elmi üsluba riayət etmişdir. Onun gətirdiyi dəlil və misallar əksər hallarda qaneedici olduğu halda, Çekraləvinin istifadə etdiyi üslub və gətirdiyi dəlillər iddia etdiyi fikirlərin isbatı üçün yetərli görünmür. Çekraləvinin bir çox fikirləri özü həyatda ikən saysız tənqidlərlə məruz qalmış və bir qrup əhli-hədis alimi onun kafir olması barədə fətva vermişdir [2, s. 32].

“Qurançılar” cərəyanının təfsirləri arasında xüsusi yeri olan təfsirlərdən biri də Xacə Əhməddin Amritsarinin (v. 1936) “Bəyanun Linnas” adlı əsəridir. Bu təfsirdə hər bir surənin başında surənin adı ilə yanaşı, onun əvvəlki surə ilə əlaqəsi və mövzusu haqqında ətraflı məlumat verilmişdir. Sonra isə ayələr hissələrə bölünərək təfsir edilir. Hər bölmədən əvvəl onun ümumi məzmunu və özündən əvvəlki hissə ilə əlaqəsi göstərilir.

Amritsari “Beyyinə” surəsinin 3-cü ayəsini əsas gətirərək Quranın hər surəsini bir kitab bütünlüyündə qəbul etmişdir. O hesab edirdi ki, surələr arasında əlaqə olduğu kimi, həmin surələrin (kitabın) ayələri arasında da əlaqə vardır [16, s. 94]. Rəvayət təfsirlərində müfəssirlərin müxtəlif rəvayətlərin köməyi ilə aşdıqları çətinlikləri o, dilin xüsusiyyətləri, ağlın qanunları və Quranın bütünlüyü çərçivəsində həll etməyə çalışmışdır. Amritsariyə görə, ayənin hökmü açıq və ya bir şeyə bağlı deyilsə, hədis, səhabə qövlü, icma yerinə, tamamilə ağıl, məsləhət və ədalət kimi prinsiplərə əsaslanaraq problemi həll etmək olar.

Əhməddin Amritsarinin “Bəyanun Linnas”ı həm quruluş, həm də üslub baxımından çox uğurlu təfsirdir. Onun təfsir metodologiyasını Seyid Əhməd Xan və Abdulla Çekraləvi ilə müqayisə etsək, görərik ki, onlar doğru bildiklərini Quran vasitəsilə təsdiqləməyə çalışmışlar. Amritsari isə Quranın təqdim etdiyi prinsiplərə əsaslanaraq problemi həll etməyə səy göstərmişdir. Təbii ki, burada da bəzən əsassız təvillər və ziddiyyətli məqamlarla rastlaşmaq mümkündür.

“Qurançılar” cərəyanı nümayəndələrinin ənənəvi təfsirlər barədə görüşlərinə gəlincə, onlara görə, ənənəvi təfsirlər Quranın yaxşı başa düşülməsindən daha çox, onun qəlizləşdirilməsinə xidmət edir. “Qurançılar”ın ideoloji banisi Seyid Əhməd Xan rəvayət təfsirini qəbul etməmiş, bu sahədə aparılan işləri lazımsız, boş səylər adlandırmışdır. Cərəyanın qurucusu Çekraləvi isə ayələrin nüzul səbəblərini, bu barədəki hədis və

Page 102: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

102

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

rəvayətləri təfsirçilərin və ravilərin əsassız, sənədsiz fikirləri kimi dəyərləndirmişdir. Çünki onun nəzərincə, Quran bütün insanları maarifləndirmək üçün nazil olduğundan, müəyyən şəxsə və ya qrupa aid edilməsi, ya da hər hansı şəxs, yaxud hadisə ilə əlaqələndirilməsi doğru deyildir [1, s. 373].

İstər təfsir, istərsə də başqa sahələrdə göstərdiyi fəaliyyətlərinə görə “Qurançılar” cərəyanının ən müvəffəqiyyətli siması kimi tanınan Qulam Əhməd Pərviz Quranı təfsir etmək sahəsində ən səlahiyyətli şəxsin Həzrət Peyğəmbər (s) olduğunu, ancaq ona aid təfsirlərin bizə çatana qədər öz səhihliyini itirdiyini ifadə etmişdir. O hesab edirdi ki, Quranı Peyğəmbərdən (s) başqa heç kim daha aydın və mükəmməl anlaya bilməz. Buna görə də Quranı düzgün dərk etmək üçün başqa mənbəyə ehtiyacımız yoxdur. Ancaq əsas məsələ Həzrət Məhəmmədin (s) Quranı necə başa düşdüyü ilə bağlı məlumatların günümüzədək təhrif olunmadan gəlib çatmamasıdır. Odur ki, mənbələrdə keçən hədis və rəvayətlərə etibar edilə bilməz [1, s. 359].

Pərvizin fikrincə, İslamın dirçəlişi, həmçinin ümmətin xilası və rifahı üçün lazım olan əsas şey hədislərin Quran əsasında yenidən nəzərdən keçirilməsidir. Qurana uyğun gəlməyən hədisləri isə “bu, Rəsulullahın sözü ola bilməz” - deyərək rədd etmək lazımdır. Bu, əslində hədislərin inkar edilməsi deyil, bir növ, təmizləmə prosesidir [1, s. 367].

“Qurançılar” ənənəvi təfsir metodologiyasında mübahisəli mövzu olan nəsx məsələsini də qəbul etməmişlər. Cərəyanın bütün nümayəndələri Quranda nəsxin baş verməməsi barədə həmfikirdirlər [2, s. 267].

Beləliklə, məqsədlərindən biri müsəlmanları yalnız Quran ətrafında toplamaq olan cərəyan mənsubları son üç əsrdə İslam aləmində müsəlman intellektuallarının və ziyalılarının daim müzakirə obyektinə çevrilmiş və “Qurançılıq”, “Qurana dönüş”, “Quran İslamı” kimi fikirlərə təkanverici rol oynamaqla ümmətin daha çox parçalanmasına gətirib çıxarmışlar.

“Qurançılar” cərəyanının əsas təfsirçilərdən olan Əhməd Xan, Məşriqi və Pərviz əsərlərində Qərb elm və fəlsəfəsindən istifadə etmiş, Qərb dəyərlərinə üstünlük vermişlər. Amritsari ilə Çekraləvi isə Quranın Quranla təfsirinə və Qurana rasionalist yanaşmaya daha çox yer vermişlər. Əhməd Xan əvvəlcə Quranın hədislərlə təfsirini rədd etmiş, bütün bunları lazımsız və boş səylər adlandırmışdır. O, eyni zamanda Allahın Kəlamı ilə Onun təbiətdəki qanunları arasında ziddiyyətin olmadığını [11, s. 108-110], başqa sözlə, Quranın da “fitrət qanunu” adlandırdığı səbəb və nəticə qanununa zidd heç bir şeyin olmadığı fikrini irəli sürmüşdür. Buna əsasən o, qissələri yenidən təfsir edərək səbəb və nəticə qanununa təzadlı görünən hadisə və sözləri təvil etmişdir.

Amritsarinin təfsiri müsəlmanlar arasındakı ixtilafı aradan qaldırmaq məqsədilə birlik, bərabərlik ruhunu aşılasa da, hədislər və digər İslam elmləri haqqında fikir və qənaəti dəyişmədiyi üçün insanlar onun səmimiyyətinə o qədər də inanmamışlar. Ancaq Çekraləvi ilə müqayisədə, onun təfsiri daha uğurlu alınmışdır.

Page 103: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

103

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

ƏDƏBİYYAT

1. Birışık, Abdulhamit. Hind Alt kıtası Düşünce ve Tefsir ekolleri. İstanbul: 2001.

2. İlahi Bəxş, Xadim Hüseyn. Əlquraniyyun və şubəhatu hum havləl sunnə. Taif: 1989.

3. May, Lini S. The Evolution of Indo-Muslim Thoughtater 1857. Lahor: Əşrəf press, 1970.

4. Aziz Ahmed. Hindistan ve Pakistanda Modernizm ve İslam. İstanbul: Yöneliş yayınları, 1990.

5. Jawed, Nasır Ahmad. “Religion and Modernity: Some Nine teenth-and Twentieth-Centure Indo-Pakistani Ideas”, The Muslim World, 41 Vol. LXI, 1971/2

6. Daabla, Basheer A. “Muslim Poltical Thoughtin Cononical İndia: A Comparative Study of Sir Sayyid Ahmad Khan And Mawlana Abu al-Kalam Azad”, Islamic Culture, Vol. LXI, 1987/2.

7. Qasimi, Məhəmməd Səlim. Caizei Təracimi Qurani, Diyobend, 1968.

8. Saliha, Əbdulhakim Şerafeddin. Kurani-hakim key Urdu Təracim. Karaçi.

9. Ahmed Han, Sir Seyid Bahadur. Tefsirul-Kuran, I. Lahor: 1995.

10. Düzgün, Şaban Ali. Seyyid Ahmed Han ve Entellektüel Modernizmi. Ankara: Akçağ yayınları, 1997.

11. Rahbar, Daud. Sir Sayyid Ahmad Khans Principles of Exegesis: Translated from his Tahrirfi Usul al-Tafsir I-II, The Muslim World, 46 (1956)

12. Albayrak, İsmail. Klasik modernizmde Kurana yaklaşımlar. İstanbul: Ensar yayınları, 2014.

13. Nakvi, Cemil. Urdu Təfasir. İslamabad: Kitabiyyat, 1992.

14. Çekraləvi, Abdullah. Burhanul-Furqan ala Salatil-Quran. Lahor: 1320.

15. Brown, Daniel. Rethinking Traditionin Modern Islamic Thought. New York: 1996.

16. Ahmeddin Amritsari. Bəyanun Linnas, I, Müqəddimə. Lahor: 1990.

17. Xan, Əhməd. Qurani-Kərim key urdu təracim. İslamabad: Kitabiyyat, 1987.

Page 104: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

104

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

Дурдана ДжафарлиСРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ТАФСИРОВ ТЕЧЕНИЯ

«КУРАНИЙЙУН» В ИСЛАМЕ

РЕЗЮМЕ

В настоящей статье исследованы тафсиры (толкования к Корану) представи-телей одного из наиболее оформившихся течений в движении коранического Исла-ма – течения «Куранийун», появившегося на территории полуострова Индостан в XIX веке.

В статье, на примере образцов тафсира самых показательных толкователей, принадлежащих течению «Кураниййун», представлены наиболее общие характер-ные особенности, присущие методологии тафсира в рамках данного направления. Здесь, также был проведён сравнительный анализ этих тафсиров, подробно рассмо-трены схожие и отличительные черты произведений исследуемых авторов. При по-мощи сравнительного анализа, наиболее очевидным образом, продемонстрированы отличительные аспекты трактовок у этих авторов.

В то же время, в статье сделана попытка чёткого определения стиля тафсира у учёных – представителей указанного течения, а также, выявления места и роли их произведений в истории тафсира, в целом, посредством исследования их методоло-гии, с точки зрения общей методологии тафсира в Исламе.

Durdana JafarliCOMPARATIVE ANALYSIS OF INTERPRETATIONS

OF THE “QURANIYYUN” MOVEMENT

ABSTRACT

This article is dedicated to the study of tafseers (Quranic commentaries) authored by the prominent representatives of the “Quraniyyun” movement, one of the most accomplished forms in Quranistic movement, emerged in the Indian subcontinent, in the nineteenth century.

Here, on the example of the tafseers of the most significant commentators of the Quraniyyun movement, the most common features inherent in the methodology of tafseer

Page 105: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

105

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

in the framework of this direction are presented. The article also gives a comparative analysis of tafseers and reviews similarities and distinctive features of the works by the authors studied. Furthermore distinctive aspects of the interpretations of these authors are plainly illustrated through comparative analysis.

At the same time, the article attempts to clearly define the style of tafseer by the scientists - representatives of the mentioned movement, as well as to identify the place and role of their works in the history of tafseer and through the analysis of their methodology based on the general methodology of tafseer in Islam.

Page 106: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

106

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

ƏBU ABDULLAH MƏHƏMMƏD İBN İSMAYIL ƏL-BUXARİNİN HƏYAT YOLU

Pərviz EYVAZOV,AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı

AÇAR SÖZLƏR: imam əl-Buxari, din, İslam, hədislər.КЛЮЧЕВЫЕ СЛОВА: имам аль-Бухари, религия, Ислам, хадисы.KEY WORDS: Imam al-Bukhari, religion, Islam, hadiths.

Cəmiyyət olaraq özünü dəyişdirmənin açarı fərddir. Allahın razılığı ilə hər bir insan öz həyat yolunu dəyişdirə bilər. Buna ən gözəl örnəklərdən biri də Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Muğirə ibn Bərdizbəh əl-Cufi əl-Buxaridir. Əgər sadəcə əl-Cufi deyilsəydi, əl-Buxarinin cufili olduğu güman edilər və beləliklə, onun nəsəbi yanlış başa düşülərdi. Belə ki, Məhəmməd ibn İsmayılın ata babası Muğirə o dövrdə Buxaranın əmiri olmuş Yəman əl-Cufinin vasitəsi ilə İslam dinini qəbul etmişdir. Elə buna görə də o, Yəman əl-Cufinin yaxını hesab olunurdu. Odur ki, imam əl-Buxarinin tərcümeyi-halında Cufinin mövlası, yəni yaxını kimi keçir. Onun künyəsi Əbu-Abdullahdır.

İmam, mühəddis, hədis elmində möminlərin əmiri Əbu Abdullah Məhəmməd ibn İsmayıl əl-Buxari hicri 194-cü ilin (miladi 810) şəvval ayının 12-də Buxara şəhəri (indiki Özbəkistan) yaxınlığındakı Xərtənk kəndində dünyaya gəlmişdir. O, atasını erkən yaşlarında itirmiş, anasının himayəsində böyümüşdür. Anası uşaq ikən gözləri tutulan əl-Buxari üçün gecə-gündüz dualar edirmiş. Əhməd ibn Müfəzzəl rəvayət edir ki, bir gün anası yuxusunda İbrahim peyğəmbəri (ə) görmüş və ondan bu sözləri eşitmişdir: “Aləmlərin Rəbbi olan Allah sənin saysız-hesabsız dualarına görə oğlunun görmə qabiliyyətini geri vermişdir” [1, s. 5]. Anası səhər yuxudan oyandığında oğlunun gözlərinin gördüyünün şahidi olmuşdur.

Əl-Buxari dərin zəkaya və əzbərləmək qabiliyyətinə malik idi. Nəyisə əzbərləmək və yadda saxlamaq üçün həmin şeyə bir dəfə baxması, yaxud onu bir dəfə dinləməsi kifayət edirdi. Anası onun elmə həvəsini görmüş və o dövrün ən məşhur bilicilərinin yanına elm öyrənməyə göndərmişdi. Əbu Cəfər Məhəmməd ibn Əbu Xatim əl-Bərrak deyir: “Bir dəfə mən Əbu Abdullah əl-Buxaridən soruşdum: “Sən hədisləri necə öyrənməyə başlamısan?” O, belə cavab verdi: “Yaşım 10 və ya 10-dan da az idi, oxumağı yenicə öyrənməyə başlamışdım. Mənə hədislərin yadda saxlanılmasının zəruriliyi təlqin olunmuşdu. Sonra məktəbi tərk etdim və bir çox müəllimin yanında oxumağa başladım. 16 yaşım tamam olanda isə artıq Vəkinin və Mübarəyin kitablarını, rəylərini əzbər bilirdim.

Page 107: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

107

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

Hicri 210-cu ildə anam qardaşım Əhməd ilə məni Həccə apardı və hədis elminə həvəsimi görüb, məni Məkkə şəhərində qoyaraq qardaşımla evimizə qayıtdı. Məkkədə hədisləri toplamağa başladım. 18 yaşımda səhabələr və onların davamçıları, onların rəy və fikirləri haqqındakı məlumatları toplayıb kitab halına saldım” [1].

İmam əl-Buxari özünü tamamilə ibadətə və elmə həsr etmiş, 11 yaşında ikən müəllimi Daxilinin rəvayət əsnasında etdiyi bir yanlışı düzəltmişdir. Bu da onun olduqca diqqətli insan olduğunun göstəricisi hesab edilir. Zəhəb [2] yazır ki, Buxari təhsilini tamamlayıb, əsər yazmağa və hədis rəvayət etməyə başlayanda hələ üzündə tük çıxmamışdı.

İmam əl-Buxarinin zöhd sahibi, dərin zəkaya, gözəl yaddaşa malik olmasına digər dəlil isə Səmərqəndə gələrkən dörd yüz nəfər hədis bilicisi ilə görüşməsidir. Onlar Buxarinin yaddaşını və diqqətini yoxlamaq üçün İraq və Şam mənbəli hədislərin istinadını, rəvayətçilərin adlarını başqalarının mətninə qarışdırdılar. Sonra bunların hamısını əl-Buxariyə oxudular. Buxari isə hansı istinadın hansı mətnə aid olduğunu bir-bir göstərdi, onları lazımi qaydada düzdü. Orada olan insanlardan heç biri istinadlarda və mətndə yanlışlıq tapa bilmədi. Belə bir hadisə Bağdadda da olmuşdur.

Buxari tez-tez deyərmiş: “Mən həyatım boyu heç kimdən bir dirhəmlik belə nəsə satın almamışam və heç kimə bir dirhəmlik də bir şey satmamışam”. Ondan bəs çörəyi necə aldığı soruşanlara isə belə cavab verərmiş: “Mən bu işi kiməsə tapşırardım və həmin adam da mənim üçün alardı”.

O, həmçinin döyüş sənətinə maraq göstərmişdir. Yaşıdları Buxaridən fəxrlə danışırmışlar. Hətta bir dəfə bir hökmdar öz uşaqlarına dərs keçməsi üçün Buxarinin dalınca adam göndərir, ancaq o, hökmdara ismarış yollayır ki, elm axtaranlar elmi bilənlərin yanına özləri gəlməlidirlər. Bununla da, o, hökmdarın yanına getməyi rədd edir.

Buxari öz cəsarəti, möminliyi, əliaçıqlığı, utancaqlığı, əbədiyyətə can atması, bu dünyanın nemətlərindən uzaq durması, gözütoxluğu ilə fərqlənirdi. Bir dəfə o demişdi ki, çox istərdim, Allahla görüşərkən heç kim məni danlamasın. Mühəddis İslam qaydalarına riayət edir, halal və haram məsələlərinə çox diqqət göstərirdi. Hədis elminə xidmət, bu yolda Allahın rizasını, Həzrət Məhəmmədin (s) şəfaətini qazanmaq əsas fikri idi. Atasından qalan mirası da bu yolda xərcləmişdi. O, gündüzlər tez-tez oruc tutur, zikrlər edir, nafilə namazları qılırmış. Çox az yatır, gecə yarısı yuxudan oyanıb şam yandıraraq hədis yazır, ya da yazdıqlarını işarələyib, üzərində düzəlişlər edirmiş. Əbu Bəkr əl-Bağdadi rəvayət edir ki, Məsih ibn Səid demişdir: “Ramazan ayının birinci gecəsi girən kimi dostları onun ətrafına yığışar və Buxari onlarla birlikdə təravih namazı qılardı. Hər rükətdə isə Qurani-Kərimdən iyirmi ayə oxuyaraq namazı başa çatdırardı”.

Onun nailiyyətlərini qəbul etmək istəməyənlər fitnə çıxarmağa başladılar və əl-Buxarinin “Quran məxluqdur” fikrini dəstəklədiyini yaydılar. Bu səbəbdən Buxari öz vətəninə qayıtdı. Lakin burada da o, əmiri ilə problem yaşadı və onu Buxaradan çıxardılar.

Page 108: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

108

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

Ömrünün son illərini yaşayan Buxari o dövrdə Səmərqənddən bir kilometr uzaqlıqdakı Xərtənk kəndinə köçdü və hər gün Allaha onu Öz yanına aparması üçün dua etməyə başladı. Çünki onu qarşıdakı hərc-mərcliklər və qarışıqlıqlar qorxudurdu. Buxari 971-ci il avqust ayının 31-də – Ramazan bayramı gecəsi xəstəlikdən dünyasını dəyişmiş və Xərtənkdə dəfn olunmuşdur.

İbn Yunisin “Tarix-əl-Ğuraba” əsərində Buxarinin Misirdə vəfat etməsi haqqındakı məlumatı yanlışdır. Məhəmməd ibn Hatim Əbu Abdullah Buxarinin dünyasını dəyişməsi barədə onun mehmandarı olmuş Qalib ibn Cəbrayıldan belə nəql etmişdir: “Əbu Abdullah Məhəmməd ibn İsmayıl əl-Buxari bizim yanımızda yaşayırdı. Çox ağır xəstələnmişdi. Səmərqəndlilər Buxarinin elmindən yararlanmaq məqsədi ilə heyət göndərib, ondan öz şəhərlərinə gəlməsini xahiş etdilər. Buxari bu dəvəti müsbət cavablandırdı və əmmaməsini geyinib yola çıxmaq üçün hazırlaşdı. Mən onun qolundan tutub köməklik etdim. Başqa bir nəfər də rahat minə bilməsi üçün heyvanı tutmuşdu. İyirmi addımlıq yol getdikdən sonra: “Vəziyyətim pisləşdi, məni geri qaytarın” - dedi. Biz onu geri gətirdik. Dualar oxudu, sonra uzandı. Az sonra huşunu itirdi. Bədənindən ağlasığmaz dərəcədə tər axırdı. Paltarını soyundurduqdan sonra tərləməsi dayandı.

Vəsiyyətinə uyğun olaraq, onu sarıqsız və köynəksiz, üç ağ parça ilə kəfənləyib dəfn etdik... Allah ona rəhmət etsin. Allah ondan razı olsun ki, bizə bu gün qiymətli kitablarını, əsərlərini oxumağı bəxş etmişdir” [3].

İmam Buxarinin məqbərəsi, Özbəkistan

Page 109: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

109

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

1998-ci ildə əl-Buxarinin hicri tarixi ilə anadan olmasının 1225 illiyinin UNESCO çərçivəsində qeyd olunmasına qərar verilmiş və bu münasibətlə Özbəkistan Respublikası Elmlər Akademiyası, Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi, Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin və s. qurumların birgə təşkilatçılığı ilə həmin ilin 23 oktyabrında Səmərqənd şəhərində “İmam əl-Buxari və onun dünya mədəniyyətində mövqeyi” mövzusunda Beynəlxalq simpozium keçirilmişdir [4]. Tədbirdə 40 ölkədən 200 nəfərdən artıq elm və mədəniyyət xadimi iştirak etmişdir. Simpoziumda Azərbaycandan AMEA-nın müxbir üzvü Zakir Məmmədov məruzə ilə çıxış etmiş, tədbirin materialları özbək, ingilis, rus dillərində çap olunmuşdur.

ƏDƏBİYYAT

1. Səhih əl-Buxari. İkinci nəşr. Tərcümə edən: Əlixan Musayev. 2009, 962 s.

2. http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16732

3. http://burhan.az/content/7/1542

4. Transactions of the international conference “Imam al-Bukhari and his place in world culture”. Samarkand, oktober 23 1998. «Fan» Publishing house Academy of sciences of the Republic of Uzbekistan.

Page 110: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

110

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

Парвиз ЭйвазовЖИЗНЕННЫЙ ПУТЬ АБУ АБДУЛЛАХА МУХАММАДА

ИБН ИСМАИЛА АЛЬ-БУХАРИ

АННОТАЦИЯ

В статье речь идёт о жизни и творчестве имама аль-Бухари - мусульманско-го учёного-мухаддиса (собиратель и исследователь хадисов), комментатора Кора-на, автора одного из канонических сборников суннитских преданий «аль-Джами ас-Сахих». Приводятся интересные сведения из жизни мусульманского ученого.

В заключение автор даёт краткую информацию о международном симпозиу-ме на тему «Имам аль-Бухари и его место в мировой культуре», которое было про-ведено 23 октября 1998 года в Самарканде.

Parviz EyvazovLIFE PATH OF ABU ABDULLAH MUHAMMAD

IBN ISMAIL AL -BUKHARI

ABSTRACT

The article is about life and activity of Imam al-Bukhari, Muslim scholar and muhaddith (collector and scholar of hadiths), commentator of Quran and the author of one of the canonical collections of Sunni hadiths «Al-Jami Al-Sahih». There is interesting information from the life of the Muslim scholar in the article.

In the conclusion, the author gives brief information about international symposium on “Imam al-Bukhari and his role in world culture” which was held on October 23, 1998 in Samarkand.

Page 111: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

111

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

NƏRİMAN NƏRİMANOVUN DİNƏ MÜNASİBƏTİ

Müstəqil AĞAYEV, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

Dövrünün tanınmış ictimai və siyasi xadimi, görkəmli dramaturq Nəriman Nərimanov ağlına, düşüncəsinə, ictimai-siyasi fəaliyyətindəki ciddiliyinə, insanlarla rəftarına və münasibətinə, həm də bir həkim kimi xalqa göstərdiyi qayğı və köməyə görə böyük hörmət və nüfuza malik bir şəxsiyyət olmuşdur. O, cəmiyyətin bir üzvü, humanist vətəndaş idi. Belə bir insan cəmiyyətdəki eybəcərliyə, geriliyə, insanların düşdükləri ağır və çətin vəziyyətə, inkişafa, tərəqqiyə mane olan, ictimai-siyasi xarakter daşıyan hadisələrə, özbaşınalığa və cəhalətə qarşı biganəlik göstərə bilməzdi. Odur ki, Nəriman Nərimanov öz bədii yaradıcılığında, publisistlik fəaliyyətində insanların nadanlığını, savadsızlığını, dini fanatizmə qapıldıqlarını, mövhumatın əsiri olduqlarını və bu işdə ruhanilərin, din dəllallarının “gərgin əməyini”, məqsədyönlü təbliğatını kəskin tənqid atəşinə tutmuşdur.

N.Nərimanov özü müsəlman ailəsində doğulmuşdu, müsəlmana məxsus tərbiyə almışdı. Gənc yaşlarında İslamı öyrənməyə çalışmış və onun əsaslarını dərindən mənimsəyə bilmişdi. Tiflisdə altısinifli ruhani məktəbini də bitirmişdi ki, bu məktəb Qafqaz şeyxülislamının nəzarəti altında idi.

Bununla belə, Nəriman Nərimanov da millətin şüurca geri qalmasının, ətrafda baş verən hadisələrə laqeydlik göstərməsinin, özünü dərk etməməsinin səbəbini dinin düzgün anlaşılmamasında görürdü. Sanki din insanların yaşayışları haqqında düşünmələrini, gələcək haqqında fikirləşməyi dondurmuşdu, cəmiyyəti elə bil sehrli dairəyə salmışdı. Bu dairədən çıxmaq mümkün deyildi. Çünki din xadimləri – şeyxülislamlar, müftilər, mollalar, ruhanilər buna imkan vermirdilər. Onlar var qüvvələri ilə çalışırdılar ki, kütlə bu sehrli dairədən kənara çıxa bilməsin. Bütün bunların canlı şahidi olan N.Nərimanov xalqın gözünü açmaq, şüurunu oyatmaq, onları bu vəziyyətə salanların kimliyini tanıtmaq üçün ədəbi-bədii vasitələrdən istifadə etmişdir. Onun “Nadanlıq” pyesində təsvir olunan hadisələr deyilənlərə nümunə ola bilər:

“Gülpəri:

- Məhəmməd oğlunun gəlini dəli olubdur!

Qurbanəli:

- Necə dəli olubdu?

Page 112: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

112

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

- Gözəl-göyçək gəlin idi. Hayıf sənə!

- De görüm, necə dəli olubdu? Axı nədən olubdu?

- Mirzənin nəvəsi nədən oldu? Bu da ondan!

- Hal anasındanmı?

- Hə, hə! Yazıq! Hayıf sənə! (dizinə vurur)

- Görübdü? O ki gözə görünməz?!

- Tovlada ata arpa verirmiş, birdən gözünə görünübdü, ətəyindən yapışıb,

qızın elə orada ürəyi gedib, yıxılıbdı, tovladan ölü çıxarıblar.

- Belə şey olmaz, ay arvad!

- Mollalar hamısı tökülübdü dua yazırlar” (N.Nərimanov. Seçilmiş əsərləri, Bakı: 1973, s. 37).

Sonrakı əhvalatdan aydın olur ki, Ömərin evlənməməyinin səbəbi bəxtinin “bağlanmasıdır”. Bunun çarəsi isə dərviş çağırıb, kitab açdırmaq və “cinlərə” çoxlu pul verməklə, oğlanın bəxtini, düyününü “açdırmaqdan” ibarətdir. Mollaya müraciət olunur, yalvar-yaxardan sonra o, razılıq verərək şərt kəsir: “Ancaq sizdən təvəqqe edirəm ki, düz qəlblə bu işə baxdırasınız və gərəkdir ki, puldan əsla fikir etməyəsiniz. Çünki o cinlər ki, mən onlara hökm edəcəyəm, pul barəsində çox danışmağı sevməyirlər... Mənim dualarımın hərəsinin ayrı-ayrı qiyməti var” (yenə orada, s. 41).

Əsərin sonunda müəllif demək istədiklərini ümumiləşdirərək Ömərin dili ilə belə verir: “Doğru buyurursunuz. Oğulun yaxşı, pis olması ata və ananın tərbiyəsinə bağlıdır... Mənim fikrimcə, günah bir mənim ata və anamda deyil, bəlkə, müsəlman millətinə yol göstərənlərdədir. Bunlar insana ən lazım olan qanunları buraxıb, cüzi qanunlar ilə başını tovluyublar. Millət isə mədəniyyətdən uzaq düşüb. Yaman bir halda bulunur. Bu tövr bədbəxtlik hər millətin içində olubdur, amma onlar bizdən tez anlayıb oxumağın dalınca gediblər və bu tövr bəlalardan xilas olublar” (yenə orada, s. 52).

“Pir” hekayəsində də xalq kütlələrinin avamlığına, cahilliyinə, “dindən” irəli gələn bir çox fəlakətlərə, bədbəxtliklərə düçar olduqlarına öldürücü gülüş, qəzəb və nifrət özünü göstərir. Müəllif demək istəyir ki, bu gün insanların ifrat dərəcədə inandıqları, yolunda canlarını belə qurban verməyə hazır olduqları “müqəddəs” pirlərin, ziyarətgahların, ocaqların mənşəyindən heç kim xəbərdar deyil, pir sahiblərinin kimliyi heç kəsə bəlli deyil. Hekayədəki Molla Cəfərqulu isə ruhanilərin, şarlatan mollaların, əxlaqsız din xadimlərinin ümumiləşdirilmiş obrazıdır.

Nərimanovun bədii yaradıcılığının əsas məzmununu burjua-mülkədar cəmiyyətinin eybəcər qanunlarını, mürtəce adət-ənənələri, dini fanatizmi, Şərq istibdadını tənqid,

Page 113: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

113

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

xalqlar dostluğu, beynəlmiləlçilik, mədəni yüksəliş və milli azadlıq ideyalarının təbliği təşkil edir. “Nadir şah” faciəsi onun dramaturgiyasının şah əsəridir. Əsərdə dövrünə görə çox vacib olan bir sıra məsələlərə toxunulmuşdur. Burada hakimiyyət və xalq münasibətləri də öz əksini tapmışdır. Bizim üçün aktual olan fikir Nadir şahın ölüm ayağında öz planları haqqında sədaqətli vəzirinə dedikləridir: “...Üçüncü fikrim... mollaların ixtiyarını azaltmaq. Bir dövlət ki, mollalar ixtiyarında yaşadı, o dövlətdə tərəqqi olmaz... Çünki bir neçə səbəblərə görə molla qismi həmişə çalışır ki, xalqı qaranlıqda yaşatsın. Dövlətə dair qanunları bilmərrə ruhanilərdən almaq gərəkdir” (Azərbaycan ədəbiyyatı tarixi, 2-ci cild. Bakı: 1960, s. 726).

N.Nərimanov Şərq ölkələrində baş verən sosial-siyasi hadisələri daim diqqətlə izləyir, bu hadisələrin arxasında dayananların kimlərdən ibarət olduqlarını, hansı məqsədə, kimlərə xidmət etdiklərini, proseslərin gedişində cilddən-cildə girərək öz simalarını necə dəyişdiklərini, mənəviyyatca necə cılızlaşdıqlarını görürdü.

O, “Bahadır və Sona” romanında bir sıra mühüm problemlərə toxunmuşdur. Bunların içərisində daha çox insanların bir-birinə düşmən cəbhələrə ayrılmasında, ailə-məişət daxilində qalmaqalların ortaya çıxmasında, arzu və ümidlərin puç olmasında, bir-birini həqiqi və saf məhəbbətlə sevən qəlblərin sevinc və səadətə həsrət qalmasında, sevgi və məhəbbətin faciə ilə bitməsində dinin oynadığı rola diqqəti yönəltmişdir.

Bahadır müsəlman, Sona isə erməni-xristiandır. Bu iki gənc bir-birini saf və dərin məhəbbətlə sevirlər. Onların gələcək haqqında böyük planları, gözəl arzuları var. Hər biri öz sahəsində millətə, vətənə sədaqətlə xidmət edəcəyini, övlad sahibi olacağını, xoşbəxt yaşayacağını xəyalında canlandırır, həmin günlərin tezliklə gələcəyini səbirsizliklə gözləyir. Qəlbləri məhəbbət və sevgi odu ilə alovlandığı bir vaxtda bu alovun üstünə su tökülür, şölələr buxar içərisində sönüb məhv olur. Ürəklər susur, məhəbbətin oxu daşlara dəyir. Sevgi ilə döyünən ürəklərin sahibləri faciəli şəkildə dünyadan köçürlər.

Eşq və məhəbbətin alovunu söndürən, gənclərin həyatını zəhərləyən, onları bir-birindən ayıran, həyatdan kamsız aparan səbəb nə idi? Məzhəb və əqidə fərqləri. Gənclərin günahları nə idi? Birinin müsəlman, digərinin xristian olması.

Page 114: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

114

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

İslam dini müsəlman kişi və qadınlarının başqa dindən olanlarla evlənməsini qadağan edir. Xristianlıqda isə məsələ bu cür kəskin qoyulmur. Sonanın valideynləri bu qanunu bildikləri üçün çox fikirləşməli, hər şeyi ölçüb-biçməli olurlar. Ümumi qanundan kənara çıxmaqla lənətlənəcəklərini gözlərinin qabağına gətirib, dəhşətə gəlirlər. Son çıxış yolunu Bahadırı öz dinlərinə dəvət etməkdə görürlər. Onlar bunu da yaxşı bilirlər ki, Bahadır da öz dininə, xalqına, onun adət-ənənələrinə, qayda-qanunlarına riayət edən sədaqətli gəncdir. Bəs onda nə etmək lazımdır ki, bu iki gənc xoşbəxt olsun?

Sonanın ailəsinin Peterburqa köçməsi, Bahadırın onların evinə gəlməsi ilə fəlakət başlayır... Bahadır intihar edir, Sona isə dəlilər evinə düşür... Budur cəmiyyətin həyatında dinlərin oynadığı “böyük rol”!

Bahadır və Sona dinlərin yaratdığı süni “uçurumları” adlayıb keçə bilməyən və öz sevgisi, məhəbbəti yolunda kamsız ölən milyonlarla gəncin ümumiləşdirilmiş obrazıdır. Müəllif də öz qəhrəmanı kimi, gec-tez bu uçurumların aradan qalxacağına, sevənlərə heç bir qüvvənin mane ola bilməyəcəyinə səmimi qəlblə inanır. O, “uçurum dərələr” adlandırdığı dini ayrı-seçkiliyi ittiham edərək yazır: “Nə üçün məni müsəlman, sizi xristian, qeyrisini yəhudi və ya bütpərəst adlandırsınlar? Nə üçün bu insanlar sonradan düzəlmiş dürlü-dürlü qanunlara sitayiş etsinlər? Təbiimi? Yox! Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola” ( Nəriman Nərimanov. Əsərləri. 1956, s. 201).

Bütün bunlara baxmayaraq, Nəriman Nərimanov din haqqında yazdığı əsərlərdə dinə mədəni-mənəvi və sosial hadisə kimi baxmış və onun cəmiyyətin tərəqqisi və inkişafının müəyyən bir mərhələsində meydana gəldiyini qeyd etmişdir. N.Nərimanovun dinə münasibəti dini bütövlükdə mürtəce və zərərli hadisə kimi dəyərləndirən ifrat ateistlərin münasibətlərindən çox fərqlidir. O, din anlayışına ciddi mövqedən yanaşmış, dinin daxili aləminin mürəkkəbliyini, tərkibində gerçəklikdən uzaq düşmüş ünsürlərlə yanaşı, real əsasları olan sağlam mənəvi-ruhi dəyərlərin də olduğunu bildirmiş, yeri gəldikcə bu dəyərlərin ümumbəşəri mənasını öz yazılarında izah etmişdir. Mütəfəkkirə görə, din məhz özündə cəmləşdirdiyi mütərəqqi, sağlam mədəni-əxlaqi dəyərlərinə görə cəmiyyətdə, insanların həyatında böyük rol oynayır, tərəqqinin mühüm amili kimi çıxış edir.

Nəriman Nərimanovun fikrincə, məktəblərdə dinin öyrədilməsinə yol vermək olmaz. O, belə ehtimal edirdi ki, bu zaman hər hansı ruhani müəllim öz dinini başqasından daha üstün kimi qələmə verə bilər və yaxud başqa dinləri pisləyə bilər. Həmçinin o, bir çox xalqların məişətinə və mənəvi həyatına daxil olmuş dinin üzərindən qələm çəkmək istəyənləri avantürist adlandırmışdır. Eyni zamanda, dinin müddəa və göstərişlərinin başabəla molla və ruhanilər tərəfindən düzgün başa düşülüb izah edilməməsi, bəzən də açıq-aşkar saxtalaşdırılması əleyhinə çıxışlar etmişdir.

Nəriman Nərimanov publisistikasında elm və dinin qarşılıqlı münasibətləri məsələsinə də toxunur. Lakin bunlara bir-birinə əks duran, bir-birini inkar və istisna edən şüur hadisələri kimi baxmır. O, belə düşünür ki, bu mənəvi təşəkküllərin hər biri öz həqiqətləri vasitəsilə,

Page 115: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

115

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

TARIXƏ PƏNCƏRƏ

özünəməxsus yolla bəşəriyyətə xidmət edir. Məhz belə bir məqsəd ümumiliyi onların bir-birinə düşmən kəsilməsinə nəinki yol vermir, əksinə, onları bir çox cəhətdən bir-birinə yaxınlaşdırır. O, “Həyat” qəzetində dərc etdirdiyi bir məqaləsində yazır: “Ey şəriət və Quran ehkamlarından bixəbər qalanlar! Dünya elmlərindən müsəlman balalarını məhrum etməyiniz! İslam əqli və təbii bir dindir, heç bir elmdən qorxmaz, çünki elm özü təbiət aləmindən alınmış bir meyvədir” (“Həyat” qəzeti, 16 may 1906, 113-cü sayı).

Bu fikri müəllif “Tibb və İslam” əsərində də davam etdirərək yazır: “Bizim təsəvvürümüzcə, təbiətə müvafiq din İslam hesab olunur. Peyğəmbərimiz insan bədəninə dürüst diqqət edibdir və insanın əxlaqü-ənvarını düzəldərkən, ruhu təmizləyərkən yəqin edibdir ki, ancaq səhhət və afiyətdə olan bir bədəndə ruh səhhət üzrə ola bilər. Buna binaən İslamda “hifzi-bədən” vacib olmağı bizi gərək təəccübə gətirməyə” (“Bürhani-həqiqət” qəzeti, 121-ci say, 20 noyabr 1910).

Nəriman Nərimanov təkcə İslama deyil, başqa dinlərə də hörmətlə yanaşır, “əsil və kamil din mənimkidir”, - deyə öz dinini tərifləyib, göylərə qaldıranları məzəmmət etməkdən də çəkinmir. Onun fikrincə, hər bir xalqın etiqad etdiyi din onun üçün əziz olduğundan, bütün dinlərə qarşı hörmətcil mövqe tutmaq və dini ayrı-seçkiliyə yol verməmək lazımdır.

Həmin dövrdə müsəlman ruhaniləri elmin şeytan əməli olduğunu və buna görə də mollaxana və mədrəsələrdən başqa, dünyəvi təhsil verən yeni tipli məktəblərdə oxuyanların hamısının cəhənnəmdə yanacaqlarını deyirdilər. Nəriman Nərimanov bu münasibətlə yazırdı: “Ruhanilərin paxıllığı və həyasızlığı o yerə çatmışdır ki, İslamın banisinin “beşikdən qəbirə qədər elmləri öyrənin” kimi sadə bir kəlamını ancaq dini elmlərə, yəni şəriətə aid olduğunu söyləyirlər”. O, başqa bir yerdə ruhanilər barəsində belə deyirdi: “Hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə düşmən olublar, lakin müsəlman ruhaniləri lap həddini aşmışlar” (N.Nərimanov. Əsərləri, Bakı: 1956, s. 171).

Bu elə bir dövr idi ki, əsl həqiqəti, reallığı dərk etməyən, anlamaqda çətinlik çəkən, yalanla doğrunu, yaxşı ilə pisi, xeyirli olanla zərərli olanı ayırd edə bilməyən kütlə içərisində müəyyən hörmət və nüfuza malik ruhanilər özlərinin bəd əməllərinə, möminliklə bir araya sığmayan hərəkətlərinə bəraət qazandırmaq üçün yalandan Qurana və Peyğəmbərə istinad edir, ziyalıların onlar haqqında dediklərini böhtan, özlərini də mürtəd adlandırırdılar. Millətin keşiyində duran ziyalılarımız isə onu real həyatdan uzaqlaşdıran, yaşamaq uğrunda mübarizədən çəkindirən din xadimlərini ciddi tənqid edir, onların avam, savadsız xalqın beynini cəfəngiyatla doldurmağa çalışdıqlarını əsaslı şəkildə göstərirdilər. Yalançı din xadimlərinin, onların din adı altında xalqa təbliğ etdikləri mövhumatın tənqidi ənənəsi M.F.Axundovla başlamış və ondan sonra gələn açıqfikirli, millətsevər ziyalılar tərəfindən davam etdirilmişdir. Mühafizəkarlar, avam və nadanlar, mövhumat, cəhalət və xurafat tərəfdarları çox, əsl ziyalılar isə az idi, lakin bu cəsur azlıq sadəlövh çoxluğa tabe olmamış, həqiqəti deməkdən çəkinməmişdir.

Page 116: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

116

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İZAHLI LÜĞƏT

DİNİ TERMİNLƏRİN İZAHI

QIST – Lüğətdə “zülm, ədalət, mizan, hissə, nəsib, ruzi, miqdar, ölçü” anlamını daşıyan “qıst” məfhumunun zidd mənaları vardır. İsim forması olan “qasit” zalım, eyni kökdən gələn “iqsat” ədalətli olmaq, “muqsit” isə adil deməkdir.

Bu kəlmə Qurani-Kərimdə törəmələri ilə birlikdə 25 dəfə keçmiş, 2 yerdə zülm (Cinn, 14-15), 23 yerdə isə ədalət anlamında işlədilmişdir.

Allahın iman edib, saleh əməl işləyənlərə ədalətlə qarşılıq verəcəyi (Yunis, 4), qiyamətdə insanlar arasında ədalətlə hökm ediləcəyi (Yunis, 47, 54), əməlləri ölçmək üçün ədalət tərəzisi qurulacağı (Ənbiya, 47), müqəddəs kitabların insanların ədaləti yerinə yetirmələri üçün göndərildiyi (Hədid, 25), ölçü-çəkidə ədalətin gözlənilməsi (Hud, 85; Rəhman, 9) və insanlar arasında ədalətlə hökm edilməsi əmri (Maidə, 42) “qıst” məfhumu, Allahın adil insanları sevdiyi isə “muqsit” məfhumu ilə (Mumtəhənə, 8) ifadə edilmişdir.

QİYAM – Lüğəvi mənası “ayaqda durmaq, dikəlmək, düz dayanmaq” olan qiyam dini termin kimi namazda ayaq üstə durmağı bildirir. Qiyam namazın rüknlərindən, yəni əsas ünsürlərindən biridir. Vacib namazlarda qiyam, yəni ayaq üstə durmaq mütləqdir. Ayaq üstə durmağa imkanı olan şəxs bu rüknü yerinə yetirmədikdə, məsələn, oturaraq namaz qıldıqda namazı pozular. Lakin üzrlü səbəbə görə ayaq üstə namaz qıla bilməyən şəxsə qiyam vacib deyildir.

Xəstə və ya ayaq üstə durmağa gücü çatmayan kimsə namazını oturaraq, əgər bu da mümkün deyilsə uzanaraq qıla bilər.

QİYAM Bİ-NƏFSİHİ – Allahın zati sifətlərindən olub, Onun başqa bir zata və ya məkana möhtac olmadan, bilavasitə mövcudluğu deməkdir. Allah barəsində bu sifətin ziddi olan mütləq ehtiyac düşünülə bilməz. Kainatda olan hər şey sonradan yaradılmışdır. Hədis, yəni sonradan var olan bütün varlıqlar yaradana möhtacdır. Allah-Təala isə zatı etibarilə qədim olduğu, yəni sonradan yaradılmadığı üçün var olması və onu davam etdirməsi üçün heç nəyə möhtac deyildir. Əgər möhtac olsaydı, yaradıcı olmazdı. Bu barədə Qurani-Kərimdə buyurulmuşdur: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)” (Fatir, 15); “(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdikləri əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir)” (Ənkəbut, 6).

QİYAMƏT – lüğətdə “dikəlmək, ayağa qalxmaq və canlıların Allah qarşısında

Page 117: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

117

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İZAHLI LÜĞƏT

hörmətlə dayanacaqları gün” mənalarına gələn qiyamət dini termin kimi, Uca Yaradanın əzəldə müəyyən etdiyi vaxt yetişdikdə dünyadakı bütün canlıların ölməsi, sonra hamısının Allah tərəfindən dirildilərək məhşərdə toplanması və hesaba çəkilərək dünyadakı əməllərinin qarşılığının verilməsidir.

Qurani-Kərimdə qiyamət mənasını bildirən başqa ifadələr də keçmişdir. Bunlardan “yəvmul-qiyamət” (qiyamət günü) 70, “axirət” 26, “ğaşiyə” 2, “saat” 42, “haqqa” 2, “qaria” 4, “sahha” (qulaqları kar edən səs) 1, “məad” (qayıdıb gediləcək yer) 1, “əttammətul-kubra” (hər şeyi əhatə edən böyük fəlakət) 1 və “vaqiə” (anidən qopacaq qiyamət) 1 yerdə keçməklə, ümumilikdə yüz əlli yerdə qiyamətdən bəhs olunmuşdur.

Bundan başqa, Müqəddəs Kitabımızda qiyamətin qəti və yaxın olduğu (İsra, 51), həmçinin həmin günün şiddət və dəhşəti barədə məlumat verilmişdir. Qiyamət və onunla bağlı digər hallar iman mövzusunu təşkil etdiyinə görə onu əhatə edən ayələrin əksəriyyəti Məkkə dövründə nazil olmuşdur. Bu ayələrin bir qismində mövzunun önəminə diqqət çəkmək üçün qiyamət gününə and içilmişdir (Qiyamə, 1). Həmin gün Ay və Günəşin bir yerə toplanıb, insanın qaçmağa yer axtaracağı bildirilmiş (Qiyamə, 9-10), qiyamətin böyük bir sarsıntı ilə iki dəfə dalbadal gələcəyi, süd verən qadınların uşaqlarını atacağı, göyün yarılıb, ulduzların tökülüb dağılacağı, insanın ata-anasından, yoldaşından, övladından qaçacağı, qəbirlərin içərisindəkini çölə atacağı, dağların rəngli pambığa çevriləcəyi, hər kəsin etdiyinin qarşılığını zərrə qədər olsa belə, alacağından bəhs olunmuşdur (Həcc, 1-2; Qiyamə, 1, 15; Mursəlat, 7, 19; Nəbə, 38, 40; Naziat, 9, 34, 42; Əbəsə, 33, 42; Təkvir, 1, 13; Mutaffifin, 1, 15; Zəlzələ, 1, 8; Qaria, 1, 11).

Qiyamət İsrafil adlı mələyin sur deyilən və şeypur kimi qeyd olunan, ancaq forması bizə məlum olmayan alətə üfürməsi ilə başlayacaqdır (buna “nəfxəyi-üla” deyilir). İsrafil ikinci dəfə sura üfürdükdə (“nəfxəyi-səni”) isə bütün insanlar yenidən diriləcəklər.

Qiyamətin əlamətləri: Qiyamətin dəqiq nə vaxt qopacağı bilinməsə də, Allah Rəsulu (s) həmin ana işarə edən bəzi mühüm hadisələr və əlamətlər barədə məlumat vermişdir. Həmin əlamətlər böyük və kiçik olmaqla iki kateqoriyaya bölünmüşdür. Qiyamətin kiçik əlamətlərinə din və inanc haqqında məlumatsızlığın geniş vüsət alması, içkinin çox içilməsi, fitnə, qətl və qarışıqlıqların çoxalması, maddi rifahla birlikdə israf və nankorluğun artması, Allahın razılığı əvəzinə, şəxsi mənfəətin ön plana çıxması və digər bu kimi halları nümunə göstərmək olar.

Böyük əlamətlər isə bu hədisdə bildirilmişdir: “On əlamət zühur etmədikcə qiyamət qopmaz. Dəccalın ortaya çıxması, Həzrət İsanın Yer üzünə enməsi, Yəcuc və Məcucun, Dəbbətul-Ərzin meydana çıxması, Günəşin qərbdən doğması, şərqdə, qərbdə və Ərəb yarımadasında olmaqla yerin yarılması, duman, insanları məhşər yerinə sürükləyən və Ədən çuxurundan çıxan atəşin zühuru” (Müslim, Fitən, 13). Xəbər verilən əlamətlərin hamısı Quranda da keçmişdir.

Page 118: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

118

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

İZAHLI LÜĞƏT

QİYAS – Lüğəvi mənası “bir şeyi başqa bir şeylə ölçmək, qarşılaşdırmaq, iki şeyi bərabərləşdirmək” olan qiyas fiqh üsulunda haqqında nəss (ayə və hədis) olmayan bir məsələ barəsində Kitab və ya sünnədə hökmü bilinən başqa bir məsələ ilə müqayisə edərək hökm çıxarmağı bildirir. Başqa sözlə desək, qiyas haqqında nəss olmayan bir məsələ barəsində aralarındakı bənzərlik səbəbilə haqqında nəss olan məsələnin hökmünü verməkdir.

İslam alimlərinin əksəriyyəti qiyasın əməli hökmlərin bilinməsində dəlil və İslam hüququnun əsaslarından biri olduğuna dair ittifaq etmişlər. Qiyasın dəlil ola biləcəyinə dair ayə və hədislər də vardır (bax: Nisa, 59; Sad, 28; Muhəmməd, 10; Həşr, 2; Tirmizi, Əhkam, 3; Darəmi, Müqəddimə, 19).

İslam sonuncu dindir, qiyamətə qədər başqa din gəlməyəcəkdir. Bu səbəbdən qiyamətə qədər baş verəcək bütün hadisə və məsələlər barədə hökmləri əhatə edə biləcək zənginlikdə olmalıdır. Halbuki Quran və sünnədəki nəsslər məhdud, baş verəcək hadisələr isə sonsuzdur. Məhdud qaynaqlarla qeyri-məhdud hadisələr barəsində hökm çıxarmaq mümkün deyil. Odur ki, haqqında nəss olmayan hər hansı məsələ barəsində yalnız mövcud və bənzər hadisələrdən yola çıxaraq müqayisə nəticəsində hökm vermək olar. Bu da İslam hüququnda nəss adlanır.

KİBR – lüğətdə “böyüklük və böyüklənmə” mənasını verən kibr əxlaq termini olaraq özünü böyük görmək, başqalarına yuxarıdan aşağı baxmaq deməkdir. Quranda istikbar və təkəbbür kəlmələri də kibr mənasında işlədilmişdir. Kibrli adama mütəkəbbir, müstəkbir deyilir. Kibr Quranda qadağan olunmuş, Allah-Təalanın kibrli insanı sevmədiyi vurğulanmışdır. Kibri və kibrli adamları tənqid edən ayələrdən bəziləri belədir: “...Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa, 36); “...Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!” (Nisa, 172); “Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!” (Nəhl, 29); “...Allah hər təkəbbür sahibinin, zalımın ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!” (Ğafir, 35). Allah Rəsulu (s) da bu barədə buyurmuşdur: “...Cəhənnəm əhlini söyləyimmi? Onlar kobud, qatı qəlbli, insanlara yaxşılığı dəyməyən, kibrli adamlardır” (Buxari, Təfsir, 68, Ədəb, 61, Eyman, 9); “Qəlbində zərrə qədər kibr olan cənnətə girə bilməz” (Müslim, İman, 147-149; Əbu Davud, Libas, 26; Tirmizi, Birr, 61).

Hazırladı: Güney NAMAZOVA

Page 119: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

119

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ

1. Jurnalda digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqatların nəticələri olan yığ-cam və mükəmməl redaktə olunmuş elmi məqalələr dərc edilir.

2. Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, “14” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1,5 intervalla, Azərbay-can və rus dilində Times New Roman şriftində 1 nüsxədə çap edilərək elektron variantda jurnalın məsul katibinə təqdim edilir.

3. Məqalədə müəllifin işlədiyi müəssisə və həmin müəssisənin ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir.

4. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, s. aydın şəkildə ve-rilməlidir.

5. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nöm-rələnməli və [1] və ya [1, s.119] kimi işarələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad edilərsə, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

6. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Eyni məqalələrə, simpozium, konf-rans və digər nüfuzlu elmi tədbirlərin tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin iblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Disser-tasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələbləri əsas götürülməlidir.

7. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

8. Məqalənin yazıldığı dildən əlavə digər 2 dildə xülasə verilməlidir. Məqalələrin həcminin 8-10 səhifə, xülasələrin isə 5-8 sətir olması tövsiyə edilir.

9. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir. Müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllif və ya müəlliflərin tam adı göstərilməlidir.

10. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstə-rilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

11. Məqalənin keyfiyyətinə, göstərilən faktların doğruluğuna və digər məlumatlara görə müəllif cavabdehlik daşıyır.

12. Dini mövzuda yazılmış elmi-kütləvi məqalələrin nəşrə hazırlanmasına aid bey-nəlxalq təcrübəyə əsaslanaraq müqəddəs və görkəmli din xadimlərinin adı çəkilərkən xü-susi xitab formasından istifadə olunması məqsədəuyğun hesab edilir.

Page 120: “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söy- kənərək, eyni

120

Azə

rbay

can

Resp

ublik

ası D

ini Q

urum

larl

a İş

üzr

ə D

övlə

t Kom

itəsi

nin

Jurn

alı

Dövlət və Din - № 11 (40) NOYABR 2015

К СВЕДЕНИЮ АВТОРОВ

1. В журнале издаются безукоризненно отредактированные, краткие научные статьи, которые являются результатом новейших исследований, не предоставленных другим изданиям.

2. Текст статьи предоставляется ответственному секретарю журнала в электронном варианте, напечатанном в 1 экземпляре, шрифтом Times New Roman на азербайджанском и русском языках, в формате А4, с “14” размером букв, в интервале 1,5, на расстоянии от полей страницы сверху и снизу 2 см, слева 3 см, справа 1 см.

3. В статье должно быть указано учреждение, где работает автор, адрес данного учреждения и электронная почта автора.

4. В заключение статьи в ясной форме необходимо показать соответствующий характеру статьи научный результат, к которому пришёл автор, научное новаторство работы, практическую значимость и прочее.

5. Научная ссылка в связи с темой обязательна. Список литературы, данный в конце статьи должен быть пронумерован по порядку встречаемых в статье ссылаемых литератур и обозначен как {1} или {1, стр.119}. Если в статье будет ссылка на одинаковую литературу, тогда данная литература должна быть помечена прежним номером.

6. Информация о каждой ссылке в списке литератур должна быть полной и точной. Библиографическое описание ссылаемого источника зависит от её типа (монография, учебник, научная статья и т.д.). При ссылке на одинаковые статьи, симпозиумы, конференции и тезисы прочих влиятельных научных мероприятий должно быть указано название доклада или же тезиса. При библиографическом описании ссылаемого источника необходимо основываться на требования имеющей силу инструкции о “Порядке оформления диссертаций” Высшей Аттестационной Комиссии при Президенте Азербайджанской Республики пункта 10.2-10.4.6 части “Использованная литература”.

7. В списке литературы, данной в конце статьи нужно отдать предпочтение научным статьям, монографиям и прочим надёжным источникам последних 5-10 лет.

8. Должно быть дано резюме на языке статьи и ещё 2 языках дополнительно. Рекомендуется, чтобы объём статьи был в пределах 8-10 страниц, а резюме 5-8 строк.

9. Резюме статьи на разных языках должно быть идентичным и соответствовать содержанию статьи. Научный результат, к которому пришёл автор или авторы, новаторство научной работы, практическая значимость и прочее должны быть в краткой форме отображены в резюме. Резюме должно быть серьёзно отредактировано с научной и грамматической точки зрения. В каждом резюме нужно в полном виде указать название статьи, имя автора или же авторов.

10. В каждой статье следует указать индексы UOT или коды типа PACS и ключевые слова. Ключевые слова должны быть даны на трёх языках (на языках статьи и резюме).

11. Автор несёт ответственность за качество статьи, достоверность указанных фактов и прочих сведений.

12. При упоминании имён святых и видных религиозных деятелей считается целесообразным использовать особую форму обращения, основываясь на международную практику относительно подготовки к печати научно-популярных статей, написанных на религиозную тему.