Upload
others
View
9
Download
0
Embed Size (px)
Citation preview
Elmi redaktor:
Rəyçilər:
Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü,
iqtisad elmləri doktoru, professor.
İslam İbrahimov - Bakı Biznes Universitetinin
“Sənayenin təşkili və bələdiyyə idarəetməsi”
kafedrasının müdiri, i.e.d., professor, Əməkdar Kənd Təsərrüfatı işçisi.
Vahid Novruzov - Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri, i.e.d., professor.
Bəyalı Ataşov - Azərbaycan Kooperasiya
Universitetinin elmi işlər üzrə prorektoru, i.e.d.,
professor.
Eldar Allahyar oğlu Quliyev. Aqrar iqtisadiyyat. Ali məktəb tələbələri üçün
dərslik. Bakı-2015, “Kooperasiya” nəşriyyatı, 320 səh.
Dərslikdə aqrar iqtisadiyyatın əsas inkişaf ənənəsi, İqtisadi kateqoriyaları,
stmktum, aqrar bazarın fəaliyyət xüsusiyyətlərinə baxılmışdır. İstehsal, torpaq,
xammal və əmək resurslarından səmərəli istifadə olunması məsələləri təhlil
olunmuşdur. Bundan başqa, kənd təsərrüfatında istehsalın intensivləşdirilməsi,
ixtisaslaşdırılması, konsentrasiyası, kooperasiyası və inteqrasiyası prosesləri
proqrama uyğun olaraq öz izahını tapmışdır. Kənd təsərrüfatının investisiyası,
istehsalda xərclər və qiymətlərin əmələ gəlməsi məsələləri dərslikdə öz əksini
tapmışdır. Kənd təsərrüfatı istehsalının səmərəliliyi, onun dövlət tənzimlənməsi
mexanizmi və qaydaları xarakterizə edilir. Kitabda innovasiya fəaliyyəti və
innovasiya cəlbediciliyi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi
problemləri də təhlil edilmişdir.
Kitab ali məktəblərdə “menecment”, “iqtisadiyyat”, “kənd təsərrüfatının və
sənayenin iqtisadiyyatı”, “mühasibat uçotu və audit” ixtisasları alan bakalavrlar
üçün nəzərdə mtulmuşdur. Dərslik, həmçinin müəllimlər, kənd təsərrüfatı
mütəxəssis və menecerləri, bu sahə ilə maraqlanan doktorant və elmi işçilər
üçün də faydalı ola bilər.
0503229412-123 124-2015
E.A.Quliyev “Kooperasiya” nəşriyyatı
MUNDƏRİCAT Giriş.
I BÖLMƏ
AQRAR İQTİSADİYYAT KURSUNUN NƏZƏRİ
VƏ PRAKTİKİ ƏSASLARI
MÖVZU 1. AQRAR İQTİSADİYYAT KURSUNUN PREDMETİ,
MƏQSƏDİ VƏ ELMİ-METODOLOJİ ƏSASLARI
1.1. Fənnin predmeti və məqsədi ...................................................... 12
1.2. Fənnin elmi-metodoloji əsaslan ................................................. 22
1.3. Kənd təsəmifatının xüsusiyyətləri və ölkə
iqtisadiyyatında onun rolu .......................................................... 24
Yoxlama sualları ................................................................................. 30
MÖVZU 2. AQRAR İQTİSADİYYAT AZƏRBAYCANIN
AQRAR - SƏNAYE KOMPLEKSİNİN ƏSASIDIR
2.1. Aqrar-sənaye kompleksinin tərkibi və tənzimlənməsi .............. 31
2.2. Aqrar-sənaye istehsalının dövlət tənzimlənməsi ...................... 35
2.3. ASK- nın müasir vəziyyəti və inkişaf perspektivləri ................ 43
2.4. Ərzaq təhlükəsizliyi .................................................................. 50
Yoxlama sualları ................................................................................. 60
MÖVZU 3. AQRAR BÖLMƏDƏ ÇOXSAHƏLİ İQTİSADİYYATIN
FORMALAŞMASI
3.1. Aqrar islahatların əsas istiqamətləri, məqsəd və
vəzifələri .................................................................................... 61
3.2. Sahibkarlıq fəaliyyəti və formalan ............................................ 65
3.3. Təsərrüfatçılıq fonnaları, onların məzmunu və
xüsusiyyətləri ............................................................................. 72
Yoxlama sualları ................................................................................. 81
Ä®3 “Ä
Mövzu 4. KƏND TƏSƏRRÜFATNDA BAZAR MÜNASİBƏTLƏRİ
4.1. Bazar haqqında anlayış, onun flınksiyalan ............................... 82
4.2. Bazar münasibətlərinin mahiyyəti ............................................ 89
4.3. Aqrar bazar strukturu ............................................................... 95
Yoxlama sualları .............................................................................. 100
II BÖLMƏ
AQRAR İQTİSADİYYAT KOMPLEKSİNDƏ
İSTEHSAL VƏ ƏMƏK RESURSLARI
MÖVZU 5. TORPAQ RESURSLARI
5.1. Kənd təsən'üfatında torpaqlardan istifadənin
xüsusiyyətləri və əhəmiyyəti.................................................... 101
5.2. Torpaq resurslarının tərkibi, strukturu və vəziyyəti ............... 104
5.3. Torpaq münasibətləri və torpaq bazarı ................................... 112
5.4. Kənd təsən’üfatında torpaqdan istifadənin səmərəliliyi və onun
yüksəldilməsi yollan ......................................................... 122
Y oxlama sualları ............................................................................. 126
MÖVZU 6. ƏMƏK EHTİYATLARI
6.1. Əmək ehtiyatlarının tərkibi və məşğulluq .............................. 127
6.2. Kənd təsərrüfatında əmək ehtiyatlarından istifadənin
xüsusiyyətləri ........................................................................... 134
6.3. Kənd təsərrüfatında əmək bazan ............................................ 137
6.4. Əmək ehtiyatlarından istifadənin səmərəliliyi və
əmək məhsuldarlığının artımı .................................................. 142
Yoxlama sualları .............................................................................. 149
MÖVZU 7. ƏSAS VƏSAİTLƏR
7.1. Əsas vəsaitlərin iqtisadi mahiyyəti və təsnifləşdirilməsi ....... 150
7.2. Əsas vəsaitlərin qiymətləndirilməsi və təkrar
qiymətləndirilməsi ................................................................... 156
7.3. Əsas vəsaitlərin amortizasiya və köhnəlməsi ......................... 159
^4«Ä
7.4. Əsas vəsaitlərin təkrar istehsalı .............................................. 164
7.5. Əsas vəsaitlərdən istifadənin səmərəliliyi və onun
yüksəldilməsi yolları ................................................................ 169
Yoxlama suallan ............................................................................... 174
MÖVZU 8. DÖVRİYYƏ VƏSAİTLƏRİ
8.1. Dövriyyə vəsaitlərinin iqtisadi mahiyyəti, tərkibi
və strukturu .............................................................................. 175
8.2. Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi
və onların yüksəldilməsi yolları ............................................... 183
Y oxlama suallan .............................................................................. 187
MÖVZU 9. İNVESTİSİYALAR VƏ MADDİ-TEXNİKİ
RESURSLAR BAZARI
9.1. İnvestisiya anlayışının strukturu və mənbələri ....................... 188
9.2. İnvestisiyanın aqrar sferanın inkişafında rolu ......................... 197
9.3. Aqrar iqtisadiyyata investisiyaların cəlbediciliyinin
yüksəldilməsi ........................................................................... 204
9.4. Maddi-texniki resurslar bazarı ................................................ 207
Yoxlama suallan ............................................................................... 212
III BÖLMƏ
AQRAR İQTİSADİYYATDA İSTEHSALIN
İNTENSİVLƏŞDİRİLMƏSİ VƏ ƏMƏYİN
İCTİMAİ BÖLGÜSÜ
MÖVZU 10. AQRAR İQTİSADİYYATIN
İNTENSİVLƏŞDİRİLMƏSİ
10.1. İntensivləşdirmənin iqtisadi mahiyyəti ................................. 213
10.2. Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinin
göstəriciləri ............................................................................ 217
Ļ5
10.3. istehsalın intensivləşdirilmə amilləri ................................... 223 Yoxlama suallan .............................................................................. 228
MÖVZU 11. AQRAR İQTİSADİYYATDA ELMİ-TEXNİKİ
TƏRƏQQİ VƏ İNNOVASİYALAR
11.1. Elmi-texniki tərəqqinin mahiyyəti və əhəmiyyəti ................. 229
11.2. Elmi-texniki tərəqqinin əsas istiqamətləri ............................ 232
11.3. Kənd təsərrüfatında innovasiya fəaliyyəti ............................ 234
Yoxlama sualları .............................................................................. 238
Mövzu 12. AQRAR SAHƏDƏ KOOPERASİYA VƏ İNTEQRASİYA
12.1. Aqrar sahədə kooperasiya və inteqrasiya əlaqələrinin mövcud
vəziyyəti ....................................................................... 239
12.2. Kənd təsərrüfatında kooperasiya .......................................... 251
12.3. Aqrar sənaye inteqrasiyası .................................................... 262
Yoxlama suallan ............................................................................... 269
MÖVZU 13. AQRAR İQTİSADİYYATDA TƏKRAR
İSTEHSALIN İQTİSADİ SƏMƏRƏLİLİYİ. AQRAR
SAHƏNİN MƏHSULLARI VƏ ONLARIN SATIŞI
13.1. Aqrar sahənin ümumi və əmtəəlik məhsulları ...................... 270
13.2. Məhsulun rəqabət qabiliyyəti və keyfiyyət
xüsusiyyətləri ......................................................................... 274
13.3. Kənd təsərrüfatı məhsullannın marketinqi ........................... 281
13.4. Məhsulun əsas satış kanalları .............................................. 287
Yoxlama sualları .............................................................................. 291
MÖVZU 14. KƏND TƏSƏRRÜFATINDA İQTİSADİ
ARTIM VƏ TƏKRAR İSTEHSAL
14.1. Təkrar istehsalın mahiyyəti, növləri və xüsusiyyətləri.. .292
14.2. Təkrar istehsal və ümumi məhsulun bölüşdürülməsi .......... 295
14.3. İqtisadi artım anlayışı və tipləri ............................................ 297
Yoxlama sualları .............................................................................. 300
Ä®6«Ä
Mövzu 15. İSTEHSAL XƏRCLƏRİ VƏ MƏHSULUN
MAYA DƏYƏRİ
15.1. İstehsal xərcləri anlayışı və növləri. Məhsulun maya
dəyəri .......................................................................................301
15.2. Kənd təsərrüfatı məhsulları istehsalı məsrəflərinin
təsnifləşdirilməsi və tərkibi .....................................................305
15.3. Kənd təsərrüfatı məhsullarının maya dəyəri və onun
aşağı salınma amilləri ..............................................................309
Yoxlama suallan ................................................................................316
Ədəbiyyat ..........................................................................................317
Aqrar iqtisadiyyat
GİRİŞ
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda
yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq
təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca
istiqamətlərindən biri olmuşdur. Ulu Öndər respublikamızın
daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına
böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü
tədbirlər görmüşdür. Dahi rəhbərin təşəbbüsü ilə hələ ötən
əsrin 90-cı illərində MDB məkanında ilk olaraq
Azərbaycanda torpaq islahatlarının aparılması, kənd
təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin
formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə
əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin 2001-ci
ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərzaq
təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər
nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının
artırılmasına nail olunmuşdur.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji
ərzaq məhsulları üzrə tələbatını əsasən yerli istehsal hesabına
ödəyir, hətta xarici ölkələrə məhsul ixrac edir.
Dövlət başçımız ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq
hökumət qurumlarına daim xüsusi göstərişlər verir və qarşıda
duran vəzifələri müəyyənləşdirir. Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasmdakı yekun nitqində demişdir:
“Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ
tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilmə
Ä* 8
Eldar Quliyev
mişik. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan
bütün ərzaq məhsullarının bütün komponentləri
Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır
məhsullara qədər”.
Kənd əhalisini torpağa daha sıx bağlayan uğurlu aqrar
siyasət və həyata keçirilən məqsədyönlü tədbirlər ildən- ilə
respublikamızda kənd təsərrüfatı istehsalının artması ilə
müşayiət olunmaqdadır. Hər il fermerlərə güzəştli kreditlərin,
subsidiyaların verilməsi, “Aqrolizinq” xidmətinin
yaradılması, 0 cümlədən regionların sosial-iqtisadi inkişafı
üzrə dövlət proqramlarında kənd təsərrüfatı ilə bağlı
vəzifələrin qarşıya qoyulması aqrar sahənin inkişafına da
böyük təkan verib, bu bölmədə çalışan insanlara əlverişli
şəraitin yaradılmasına səbəb olub.
Bu da ondan irəli gəlir ki, ölkəmizdə qeyri-neft
sektorunun əsas istiqamətlərindən olan aqrar sahənin inkişafı
prioritet elan edilib. Bu zaman əsas məqsədlərdən biri isə
dövlətin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına
ödənilməsi və kənd təsərrüfatı məhsulları və ərzaq mallarının
xarici bazarlara ixracının təmin edilməsidir. Təsadüfi deyil ki.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında
ərzaq təhlükəsizliyi məsələsini daim önə çəkib, bundan irəli
gələrək aqrar bölmənin inkişafı ilə bağlı müvafiq sənədlər
imzalayıb. Son illər kənd təsərrüfatının inkişafı istiqamətində
həyata keçirilən kompleks tədbirlər, fermer təsərrüfatlarına
ayrılan maliyyə yardımları və dövlətin bu sahəyə göstərdiyi
xüsusi qayğı ərzaq təhlükəsizliyinin təminatında mühüm rol
oynayır.
Ölkəmizdə aqrar sahədə müəyyən edilmiş bütün hədəflərə
çatmaq məqsədilə əvvəlcədən güclü maddi-texniki
9
Aqrar iqtisadiyyat
baza mövcuddur. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan
edilməsi isə bu işlərin yeni mərhələyə qədəm qoymasına
impuls verəcək. Tədbirlər planında qarşıya qoyulan
vəzifələrin icrası nəticəsində kənd təsərrüfatı istehsalının və
ixrac potensialının artıniması əhalinin ərzaq təhlükəsizliyini
etibarlı şəkildə təmin edəcək.
Həyata keçirilən önəmli islahatlara və əldə olunan
müəyyən irəliləyişlərə baxmayaraq hələlik kənd
təsərrüfatında davamlı və dinamik inkişafa nail
olunmamışdır. Məsələnin həlli üçün sahənin daha intensiv
inkişaf yoluna, elmi-texniki tərəqqinin nailiyyətlərindən,
innovasiyalardan istifadə etməklə kənd təsərrüfatının yeni
idarəetmə metodlarına keçməsi vacibdir. Aqrar sferanın yeni
tələblər baxımından dayanıqlı inkişaf etdirilməsi, təbii ki,
digər məsələlərin həlli ilə yanaşı yüksək ixtisaslı iqtisadçı
kadrlann hazırlanmasını da zəruri edir. Yüksək ixtisaslı
mütəxəssislərin hazırlığı sahəsində isə aqrar iqtisad elminin
nəzəri-p- raktiki müddəalarının mənimsənilməsi, onlann
müasir reallıq və qabaqcıl dünya təcrübəsi prizmasından
araşdınl- ması çox vacibdir. Belə elmi-tədris
yanaşmalarından biri də “Aqrar iqtisadiyyat” fənninin
öyrənilməsidir. Məhz kənd təsərrüfatının maddi nemətlər
istehsalının həyati əhəmiyyətli seqmentlərindən biri kimi
mürəkkəb quruluşa, spesifik xüsusiyyətlərə malik olmasını və
bu sahədə dərsliklərə olan tələbatı nəzərə alaraq “Aqrar
iqtisadiyyat” dərsliyinin yazılıb ərsəyə gətirilməsini lazım
bildik.
Dərslikdə aqrar iqtisadiyyatın nəzəri, tarixi və elmi-
təcrübi cəhətləri araşdırılmışdır. Torpaq, əmək, maddi -
texniki resursların kənd təsərrüfatında səmərəli istifadəsi və
təşkili prinsipləri ətraflı işıqlandınlmışdır. Aqrar bölmə-
^ 10
Eldar Quliyev
də bazar münasibətlərinin inkişafı zamanı investisiya və
innovasiya fəaliyyətinin kənd təsərrüfatının təşkilində, kənd
təsərrüfatında təbii resurslardan istifadənin ekoloji- iqtisadi
səmərəliliyinə xüsusi fikir verilməsinə zəmin yaratmışdır.
Aqrar sahənin əsas iqtisadi kateqoriyalan, strukturu və onun
inkişaf ənənələri, aqrar bazann fəaliyyət xüsusiyyətləri,
istehsalın intensivləşdirilməsi, ixtisaslaşması,
təmərküzləşməsi, kooperasiyası və inteqrasiyası kifayət
qədər təhlil edilmişdir. İstehsal xərclərinin formalaşması,
qiymətlərin əmələ gəlməsi, kənd təsərrüfatı istehsalının
iqtisadi səmərəliliyi, onun dövlət tənzimlənməsi mexanizmi
və qaydalan da öz əksini tapmışdır.
Dərslik mövcud dövlət ali peşə təhsili standartının
tələbləri və “Aqrar iqtisadiyyat” kursunun proqramı əsasında
hazırlanmışdır.
11
Aqrar iqtisadiyyat
I BÖLMƏ
AQRAR İQTİSADİYYAT KURSUNUN NƏZƏRİ
VƏ PRAKTİKİ ƏSASLARI
MÖVZU 1. AQRAR İQTİSADİYYAT KURSUNUN PREDMETİ,
MƏQSƏDİ VƏ ELMİ - METODOLOJİ ƏSASLARI
1.1. FƏNNİN PREDMETİ VƏ MƏQSƏDİ
İlk əwəl “iqtisadiyyat” haqqında anlayışdan başlayaq. Bu,
ev təsərrüfatının idarə edilməsi üçün təsərrüfatçılıq qa-
nunlanna malik sənətdir, bacanqdır. Cəmiyyətdə istehsal
qüvvələrinin inkişafı və xalq təsərrüfatının müxtəlif
sahələrinin yaranması ilə əlaqədar bu anlayış lazımi qədər
genişlənmiş və dəyişmişdir.
Birincisi, iqtisadiyyata - insanların fəaliyyətləri
dairəsində cəmiyyəti həyati vacib maddi nemətlər və
xidmətlərlə təmin edən xalq təsərrüfatına - maddi istehsal,
həmçinin qeyri-istehsal sahələri aid edilir. Azərbaycan
Respublikasının iqtisadiyyatında çoxsaylı xalq təsərrüfatı
sahələri birləşir. Sahə qruplarının bir - biri ilə texnoloji
əlaqələri olanlar birləşərək kompleks yaradırlar: aqrar -
sənaye, yanacaq - energetika, maşınqayırma, neft - kimya və
s.
İkincisi, iqtisadiyyat - bu, insanların istehsal prosesində
girdikləri ictimai istehsal proseslərinin məcmusudur. İstehsal
münasibətləri - istehsal, bölgü, mübadilə və maddi
nemətlərin istehlakında insanlar arasında meydana çıxan
münasibətdir.
İstehsal münasibətləri iqtisadi qanunlarla tənzimlənir.
İqtisadi qanunlar dedikdə - obyektiv xarakterə malik, daima
təkrarlanan səbəb-təzahür əlaqələri başa düşülür. Cə Ä« 12 «Ä
Eldar Quliyev
miyyətin ümumi, həmçinin iqtisadi subyektlərinin inkişafını
qanunlar sistemi müəyyən edir: dəyər, yığım, vaxta qənaət,
münasib inkişaf, tələb, təklif və digər.
Üçüncüsü, iqtisadiyyat- tədqiqatın miqyası və
obyektindən asılı olaraq aşağıdakı hissələrə bölünür:
makroiqti- sadiyyat, mikroiqtisadiyyat, müəssisənin
iqtisadiyyatı və ayrı - ayrı sahələrin iqtisadiyyatı (sənaye,
nəqliyyat, tikinti, ticarət, kənd təsərrüfatı və s.). Beləliklə, elm
və təcrübə iqtisadiyyat adlandırılır. İqtisadiyyat elmi iqtisadi
təcrübəni aydınlaşdırır. O, aşağıdakı həyati vacib məsələləri
həll etmək üçün qəbul edilmişdir:
- nə istehsal etmək, hansı mal və xidmətlər cəmiyyətin
tələbini ödəməyə kifayət edər;
- nə qədər istehsal etmək, bunun üçün hansı resurslar və
hansı miqdarda istifadə etmək məqsədəuyğundur;
- necə istehsal etmək;
- nə üçün istehsal etmək - şəxsi istifadə üçün və ya
mənfəət əldə etmək üçün, istehsal edilmiş məhsulu necə
bölüşdürmək.
Bu problemlər bazar iqtisadiyyatı şəraitində daha
müvəffəqiyyətlə həll edilə bilər, başqa sözlə, istehsalçı ilə
istehlakçı arasında sərbəst mübadilə olan iqtisadiyyatda.
Bazar iqtisadiyyatında çoxlu mülkiyyət formalannm
mövcudluğu istehlakçıların sərbəst rəqabətinə əsaslanır.
Burada istehsalçı və istehlakçılar əmək ehtiyatlannm
strukturu, maddi maliyyə resurslarının bölgüsünü sərbəst
özləri həll edirlər. Real iqtisadiyyat həmişə bazar və dövlət
sferasını birləşdirir, bir çox hallarda dövlət tərəfindən
tənzimlənir. Tənzimləmə ölçüləri iqtisadiyyatın xarakteri ilə
müəyyənləşdirilir.
Ä® 13 «Ä
Aqrar iqtisadiyyat
Aqrar iqtisadiyyat bir elm kimi bu sahədə iqtisadi qa-
nunlann yaranma formalarını, onların mexanizmlərinin kənd
təsərrüfatının inkişafına təsirini, həmçinin kənd təsərrüfatı
istehsalı fəaliyyətinin iqtisadi qanunauyğunluğunu öyrənir.
Ölkəmizdə aparılan iqtisadi islahatlar müəyyən dərəcədə
aqrar iqtisadiyyata da təsir etmişdir. Belə ki, müxtəlif
mülkiyyət və təsərrüfatçılıq formalarının inkişafına, aqrar
sektorda isə çoxukladlı iqtisadiyyatın yaranmasına səbəb
olmuşdur. Bunlar bütün aqrar sənaye kompleksində istehsal
münasibətlərinin dəyişilməsinə şərait yaratmışdır. Kənd
təsərrüfatı iqtisadiyyatı bir sahə elmi olmaqla bazar şəraitində
aqrar sektorda iqtisadi münasibətlər sistemini açmaq
iqtidarına malikdir. Rayonların və təsərrüfatın
ixtisaslaşdırılması təbii-iqtisadi şəraitin diferensiasiyası
əsasında aparılır. Bu müxtəliflik mexanikləşdirmə, kimya-
laşdırma və meliorasiya zamanı nəzərə alınır. Belə deyək ki,
bir rayona güclü müasir traktorlar, yüksək tutumlu maşınlar,
digərlərinə isə daha kiçik gücə malik maşınlar lazımdır. Hər
bir zonanın torpaqları müəyyən mineral gübrələr tələb edir.
Ayrı-ayrı rayonların torpaqlannm müxtəlif növ meliorasiya
tədbirlərinə ehtiyacı vardır. Bitki sortları və heyvan cinsləri
ölkənin bu və ya digər rayonlarının şəraitinə uyğun olmalıdır.
Təbii-iqtisadi şəraitin müxtəlifliyini iqtisadiyyatın
tənzimlənməsində (alış qiymətləri, gəlir vergisi, əməyin
ödənilməsi və s.), həmçinin məhsul hasilatı və istehsalın
səmərəliliyinin müəyyənləşdirilməsində, göstəricilərin
müqayisəsində də nəzərə almaq lazımdır.
Aqrar iqtisadiyyat məhsuldar qüvvələrin inkişafı və
istehsal münasibətlərini, kənd təsərrüfatında iqtisadi
qanunların istifadəsi və fəaliyyət xüsusiyyətlərini öyrənən bir
Ä«» 14
Eldar Quliyev
elmdir. Bu mənada kənd təsərrüfatına iqtisadiyyatın bir
aparıcı sahəsi kimi baxmaq lazımdır.
Kənd təsərrüfatı ictimai istehsalın tarixən birinci sahəsidir.
Onun əhəmiyyəti sənayenin və iqtisadiyyatın digər
sferalarının geniş inkişaf topladığı keçmiş dövrlər ərzində
aşağı düşmüşdür. K.Marks kənd təsərrüfatının rolunu
xarakterizə edərək qeyd edirdi ki, ərzaq məhsullarının
istehsalı istehsalçıların və ümumiyyətlə bütün istehsalın
birinci həyat şəraitidir. Kənd təsərrüfatı yeganə sahədir ki,
burada istehsal olunan məhsullara həmişə ehtiyac var və
olacaqdır.
Kənd təsərrüfatının inkişafı bizim ölkəmizdə də vahid
bazar iqtisadiyyatı qanunlarının fəaliyyətinə tabedir. Bununla
belə, burada bu qanunların istifadə edilməsi müəyyən spesifik
xüsusiyyətlərə malikdir. Öz növbəsində bir sıra fəaliyyətdə
olan qanunauyğunluqlar vardır ki, onlar ancaq kənd
təsərrüfatında özünü göstərir.
O spesifik qanunauyğunluqları plana uyğun
tənzimlənməsini nəzərə alaraq diqqətdən keçirək.
Birincisi, kənd təsərrüfatının vacib xüsusiyyətləri ondan
ibarətdir ki, burada istehsalın aparılması üzvi surətdə
torpaqlar və təbii mühitdən istifadədən asılıdır. Digər
tərəfdən, burada torpaq digər sahələrdə olduğu kimi
yerləşdiril- mə bazası kimi xidmət etmir, əvəzolunmaz
istehsal vasitəsi kimi çıxış edir. Kənd təsərrüfatında istehsalın
nəticəsi torpağın keyfiyyəti, onun məhsuldarlığı və
yerləşməsindən çox asılıdır. Bunların kənd təsərrüfatının
inkişaf məsələlərinin həll edilməsində nəzərə alınması
vacibdir. Torpaq amili kənd təsərrüfatı istehsalının ölkə
ərazisi üzrə yerləşdirilməsi və təsərrüfatların
ixtisaslaşdırılmasının müəyyən- ləşdirilməsində xüsusilə
böyük əhəmiyyətə malikdir.
15 «Ä
Aqrar iqtisadiyyat
Kənd təsərrüfatının vacib məsələləri torpaqların
məhsuldarlığını artırmaq və təbii mühitin mühafizəsidir. Bu
məsələlərin əhəmiyyyəti hazırkı elmi-texniki inqilab
dövründə daha da artmaqdadır. Kənd təsərrüfatına aid
məsələləri həll edərkən onun bu və ya digər sahəsinin
istiqamətini, torpağın məhsuldarlığı və ətraf mühitə təsirini
nəzərə almaq lazımdır. Torpaq resurslarının və ətraf mühitin
qorunması məsələsinə elmi-texniki tərəqqinin bütün
amillərindən səmərəli istifadə etməklə nail olmaq olar. Digər
tərəfdən, elmi-texniki tərəqqinin bütün istiqamətlərini
işləyərkən torpaq amili, xüsusilə ölkənin müxtəlif
regionlarında torpaq resurslarına təsiri nəzərə alınır.
İkincisi, kənd təsərrüfatı bioloji amillərdən (bitkiçilik və
heyvandarlıq) istifadə etməyə əsaslanır. Bu sahədə istehsalın
tənzimlənməsi zamanı təkcə iqtisadi qanunlardan deyil, həm
də bioloji qanunlardan istifadə nəzərə alınmalıdır. Kənd
təsərrüfatında istehsalın ritmi əsasən təbii-bioloji qanunlarla
tənzimlənir. Bioloji proseslər (bitkilərin, heyvanların inkişafı,
böyüməsi) müəyyən dövrə malikdir, il ərzində müəyyən
müddətlərlə seçilirlər. Bu göstərilənlər bütün kənd
təsərrüfatının inkişafı, eynilə də elmi-texniki tərəqqinin
tezləşdirilməsində nəzərə alınmalıdır. Elmi-texniki
nailiyyətlərə nail olmaq əkinçilikdə və heyvandarlıqda təbii
dövrə təsir etməyə imkan verir, ancaq bioloji prosesləri tam
şəkildə dəyişdirmək olmaz. Digər tərəfdən, bioloji amillər
elmi-texniki işləmələrə xüsusi tələblər irəli sürür və onların
tətbiqi üçün məlum çərçivələr qoyur. Maşınlar və
elmi-texniki tərəqqinin yenilikləri torpaqda, bitki və
heyvanlarda gedən bioloji proseslərin normal axınını təmin
İtr 16 '*Ä
Eldar Quliyev
etməlidir. Ancaq elmi-texniki inkişaf belə yeniliklərdə özünü
doğrultmaqla praktikada tətbiq oluna bilər.
Üçüncüsü, nəzərə almaq lazımdır ki, ölkənin zonaları üzrə
təbii-iqtisadi şərait böyük müxtəlifliyə malikdir. Onlar kənd
təsərrüfatının proqressiv inkişafına hərtərəfli təsir göstərir.
Ölkənin bütün təbii zonaları üzrə kənd təsərrüfatının
aparılması üçün vahid tövsiyələr vermək olar.
Dördüncüsü, kənd təsərrüfatı istehsalı aparılan bu və ya
digər işlərin ritmi və nəticələri, vaxtı, metodları mövcud hava
-iqlim şəraitindən olduqca asılıdır.
Beşincisi, torpaqlardan istifadə zamanı ölkənin təbii
zonaları arasında böyük şərait fərqinin olmasını, hava - iqlim
şəraitinin həmin mühitə olan təsirini əvvəlcədən
müəyyənləşdirməyin qeyri-mümkün olduğunu nəzərə alaraq
bunların mərkəzləşdirilmiş çevik tənzimlənməsini tələb edir.
Buradan belə nəticəyə gəlmək olar ki, xalq təsərrüfatının
digər sahələrindən fərqli olaraq bu sahəyə daha geniş
müstəqillik verilməlidir. Xalq təsərrüfatının digər
sahələrindən fərqli olaraq kənd təsərrüfatının fərqləndirici
xüsusiyyətləri daha çoxdur. Bu, bioloji xüsusiyyətlərindən və
sahənin təbii iqlim şəraitindən asılı olmasından irəli gəlir.
Ona görə kənd təsərrüfatında mərhələli işlərin görülməsini
müəyyənləşdirmək çətindir. Ona görə bazar münasibətlərinin
formalaşdığı indiki dövrdə kənd təsərrüfatında sahibkarlığın
inkişafına yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata
keçirilməsində sahənin spesifik xüsusiyyətlərinin nəzərə
alınması çox böyük əhəmiyyət kəsb edir.
Altıncısı, kənd təsərrüfatının böyük spesifik xüsusiyyəti
onun istehsalının mövsümiliyidir. Kənd təsərrüfatında işlər,
xüsusən də əkinçilikdə bütün fl Havam etmir. Bu
Ä» 17
" Aqrar iqtisadiyyat
da işçilərin bütün il boyu özünəməxsus bərabər işlə təmin
olunmasına yardım edən əkin və sahələrin seçilməsi tələbini
yaradır. Lazım gəldikdə kustar yanmemal sahələri
yaradılmalıdır. Məlumdur ki, qışda meyvə-giləmeyvə, bostan
bitkiləri məhsulu istehsal olunmur. Sənaye emalı məhsulu
olan kolbasa, meyvə şirəsi, konservlər və s. xammal və lazımi
avadanlıqların mövcudluğu şəraitində ilin bütün dövrlərində
istehsal, emal etmək mümkündür. Bununla da texniki
təchizat, yeni universal maşınların hazırlanması və həmin
avadanlıqlardan müxtəlif işlərdə istifadə etməklə iş yerləri
yaratmaq olar.
Yeddincisi, kənd təsərrüfatı istehsalı geniş ərazilərdə və
açıq səma altında işlərin aparılması ilə də fərqlənir. Burada
stasionar iş prosesləri əsas yer tutur. Buradan da elmi-texniki
tərəqqinin üzərinə bir sıra tələblər düşür. Kənd təsərrüfatı
maşınlarının sistemi elə qurulmalıdır ki, onlar böyük ərazidə
mobil prosesləri icra etməyə qadir olsun. Münasib mühərrik
və iş maşınları tələb olunur. Bununla energetikanın strukturu
əlaqədardır. Belə ki, energetika kənd təsərrüfatında əsasən
stasionar işlərdə, xüsusən heyvandarlıqda istifadə olunur.
Çöl-tarla işlərində, daha doğrusu, əkinçilikdə digər enerji
mənbələrindən istifadə olunur.
Səkkizinci, kənd təsərrüfatının müxtəlif sahələrində,
xüsusilə əkinçilikdə məhsulun mütəmadi çıxışı yoxdur, əmək
sərfi ilə məhsulun əldə edilməsi arasında kəskin fərq vardır.
Belə ki, əmək bütün il boyu sərf edilir, məhsul isə müəyyən
tsikllərin keçməsindən sonra və ya ilin sonunda alınır. Kənd
təsərrüfatında bitki və heyvanlardan müxtəlif müddətlərdə
məhsul alınır. İstehsal dövrü ilə iş Ä» 18
Eldar Quliyev
dövrü uyğun gəlmir. Belə ki, bitkiçilikdə əkin, aqrotexniki
xidmət, yığım, heyvanların saxlanması, yemlənməsi, bala
alınması, məhsul istehsalı müxtəlif dövrlərə təsadüf edir. Bu
da istehsalçıdan, yəni sahibkardan istehsal vasitələrindən və
əmək ehtiyatlarından səmərəli istifadə etmək üçün əlavə
tədbirlərin görülməsini və işin hərtərəfli düşünülmüş şəkildə
qurulmasını tələb edir.
Doqquzuncu, digər sahələrdən fərqli olaraq kənd
təsərrüfatında böyük ölçüdə təkrar istehsal fondları özünün
məhsulları hesabına (toxum, yem və s.) yaradılır. Bunun
məhsulların bölgüsündə nəzərə alınması vacib
məsələlərdəndir. Çünki, bu, gələn ilin istehsalı üçün natural
fondun yaranmasında vacibdir.
Onuncu, hava - iqlim şəraitindən asılı olaraq kənd
təsərrüfatında illər üzrə başqa sahələrə nisbətən istehsal
nəticələrinin tərəddüdü ilə əlaqədar məhsul ehtiyatlannm
yaradılması tələb edilir. Gözlənilməz hava şəraitinin baş
verməsi ilə əlaqədar lazımi qədər sığorta fondlannm
yaradılmasına ehtiyac vardır.
Bütün göstərilən xüsusiyyətlər kənd təsərrüfatının
spesifikliyindən irəli gəlir. Bu xüsusiyyətlər istehsalın inkişaf
mənbələri, əməyin ödənilməsi və maddi stimullaşdırılma- sı,
idarəetmə və digər məsələlərdən asılıdır.
Kənd təsərrüfatının yuxarıda göstərilən xüsusiyyətləri öz
əksini aqrar siyasətdə tapır. Nəzərə alınır ki, müasir dövrdə
kənd təsərrüfatında sahələrarası əlaqə intensiv surətdə inkişaf
edir. O daha çox ölkənin aqrar - sənaye kompleksini xalq
təsərrüfatının tərkib hissəsinə çevirir. Aqrar - sənaye
kompleksi (ASK) kənd təsərrüfatında hazırlanan ərzaq
məhsulları və geniş istehlak malları ilə əhalini təmin
^ 19 «Ä
Aqrar iqtisadiyyat
edən iqtisadiyyat sahəsidir. Bura kənd təsərrüfatından başqa,
kənd təsərrüfatı üçün istehsal vasitələri istehsal edən sənaye
sahələri, kənd təsərrüfatını istehsal-texniki xidmətlərlə təmin
edən sfera, kənd təsərrüfatında istehsal məhsullarını
istehlakçıların istifadəsinə çatdırmaq funksiyasını yerinə
yetirən sahələr daxildir.
Aqrar iqtisadiyyat” elminin predmeti - kənd
təsərrüfatının spesifikasını nəzərə almaqla aqrar sektorda
istehsal münasibətlərini, iqtisadi qanunların təsir
mexanizmini və onların meydana gəlmək səbəblərini tədqiq
etməkdir. Bundan əlavə, elmin öyrənmə predmeti məhsuldar
qüvvələrin və istehsal münasibətlərinin inkişafının
qanunauyğunluqları və prinsipləri, mal istehsalçılarının
fəali)o^ətlərinin bazar mexanizmidir. Tədqiqat obyekti-
ölkənin kənd təsərrüfatında xüsusən onun ayrı-ayrı regionlan,
müxtəlif təşkilati-hü- quqi formalarda kənd təsərrüfatı mal
istehsalçılannm fəaliyyət yerləridir.
Aqrar iqtisadiyyat bir elm kimi metodoloji rol oynayan
iqtisadi nəzəriyyəyə əsaslanır. O digər iqtisadi fənlərlə, hər
şeydən əvvəl istehsalın təşkili və planlaşdırılması, AS- K-nın
idarə edilməsi, sahibkarlıq, marketinq, iqtisadi statistika,
mühasibat uçotu ilə sıx surətdə bağlıdır. Eyni zamanda aqrar
iqtisadiyyat fənnini öyrənmək üçün nəzəri və metodiki
əsasdır. İqtisadi problemlərin işlənib hazırlanması üçün
burada təbii, aqronomik və texniki elmlərin nailiyyətləri və
məsləhətlərindən, məsələn biologiya, seleksiya, aq- rokimya,
əkinçilik, kənd təsərrüfatının mexanizasiyası, emal və
saxlama və s. istifadə edilməlidir.
Aqrar iqtisadiyyatın vacib məsələsi əhalini ərzaq
məhsulları ilə təmin etməkdir. Bu məsələ aqrar iqtisadi
effekt- ^ 20
Eldar Quliyev ■
liliyin qaldırılması ilə həll’edilə bilər. Xüsusən kənd
təsərrüfatında iqtisadi effektliyi yüksəltmək əhalini ərzaq
məhsulları ilə təmin etməni müəyyənləşdirir. Ona görə də
“Aqrar iqtisadiyyat” elminin birinci dərəcəli məqsədi bazar
iqtisadiyyatı şəraitində, səmərəli təsərrüfatçılıq metodları
əsasında sahənin iqtisadi inkişafına nail olmaqdır.
Aqrar iqtisadiyyatın inkişafını əhəmiyyətli dərəcədə
istehsal resurslarının mövcudluğu müəyyən edir. Resursların
məhdud və defisit olması da iqtisad elminin daha bir vacib
məsələsidir. Əmək, maddi və maliyyə xərclərinin istifadəsi,
ixtisarı və hər məhsul vahidinə səmərəli istifadəsi qaydalarını
əsaslandırmaq və istehsal xərclərini minimuma endirməkdir.
Elmin vacib məsələlərindən biri də aqrar
yenidənqurmaların prinsip və əsas istiqamətlərini işləmək,
borcunu ödəyə bilməyən müəssisələrə yenidənqurma üçün
metodiki məsləhətlər verməkdir.
Bütün bu göstərilənlərə rəğmən aqrar iqtisadiyyat bir sahə
elmi olmaqla sahənin elmi əsaslarla işlənib hazırlanması ilə
məşğul olarkən aşağıdakıları nəzərdə tutmalıdır:
- aqrar sferada hər mülkiyyət və təsərrüfatçılıq forması
çoxukladlı iqtisadi inkişafda rəqabət əsasında öz yerini
tutsun;
- ölkə kənd təsərrüfatı istehsalının rəqabətə davamlılığının
yaranması üçün məsləhət vermək;
- ərzaq və resurs bazarının (torpaq, kapital, işçi qüvvəsi,
investisiyalar) onların konyunkturaları, tələb və təkliflərin
analizi əsasında strateji inkişafını;
- inteqrasiya və kooperasiyanın səmərəli təşkilati forma-
lannı;
Ä» 21 «Ä
Aqrar iqtisadiyyat
- elmi-texniki tərəqqinin nailiyyətləri əsasında istehsalın
intensivləşdirilməsinin əsas istiqamətlərini;
-bazar münasibətlərinin inkişafını nəzərə almaqla
təmərküzləşmə və ixtisaslaşmanın optimal səviyyəsini;
- kənd təsərrüfatında prioritet istiqamət olan investisiya və
innovasiya fəaliyyətini;
-bazar şəraitində kənd təsərrüfatı mal istehsalçılarının
iqtisadi fəaliyyət mexanizmini;
-kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsinin
vacibliyi dərəcəsi və istiqamətini.
Bütün yuxarıda qeyd edilənlər regional xüsusiyyətlər
nəzərə alınmaqla həll edilməlidir. Belə ki, Azərbaycan
Respublikasının regionları təbii - iqlim, iqtisadi və
demoqrafik şəraitinə görə bir - birindən fərqlənirlər.
1.2. FƏNNİN ELMİ - METODOLOJİ ƏSASLARI
İqtisadi tddqiqat-ĞQxkoXmBnm mürəkkəb prosesidir,
burada mövzunun əsaslandıniması, məqsəd və vəzifələrinin
təsviri, hipotezlər, təhlil obyektinin seçilməsi, proqramin
tərtib edilməsi, tədbirlərin nəzəri və kameral işlənilməsi və
tədqiqatın nəticələrinin praktikada tətbiqidir.
İqtisadi tədqiqatın əsasında metodologiya durur.
Elmin metodologiyası - bu, elmi dərketmənin qurulma
prinsipi, forması və tərzidir. Tədqiqatın nəzəri və metodoloji
əsası - ölkə, xarici iqtisadçıların iqtisadiyyat elmi sahəsindəki
əsərləridir. Metodologiya elmdə tətbiq edilən metodlara
əsaslanır. Metod elmi-tədqiqat işinin ardıcıllığını, məzmununu müəyyənləşdirir, şərhetmə və nəticələrinin
istifadə edilməsidir. Tədqiqatın elmiliyinin və məhsuldar
Ä» 22
Eldar Quliyev
lığının müəyyənləşdirilməsində metod böyük əhəmiyyətə
malikdir. Buraya hər şeydən əvvəl dialektik metodu aid etmək
lazımdır ki, burada bütün hadisələrin hərəkətdə və
dəyişkənlikdə olduğunu, yeni ilə köhnənin mübarizəsi kimi,
sadədən mürəkkəbə doğru inkişafını xarakterizə edir.
İqtisad elmi əmələgəlmənin mahiyyətini dərk etmək üçün
ümumi elmi və spesifik tədqiqat metodlarından istifadə edir.
Bu metodlara elmi abstraksiyalar, induktiv, deduk- tiv,
müqayisəli analiz, eksperimental və digərləri aiddir. “Aqrar
iqtisadiyyat”m spesifik tədqiqat metodlarına iqtisadi -
statistik, monoqrafiya, hesablama - konstruktor, balans və
iqtisadi - riyazi metodlar aiddir.
Elmi abstrakt metodu - bundan ibarətdir ki, dərketmə
prosesi kiçik hadisə, təzahürlərdən, olmayan tərəflər və
ümumi, mövcud əlamətlərdən, təzahürün dərk edilməsinin
həqiqi meydana gəlməsinə gedən şaxələnmədən ibarətdir.
Belə ki, abstrakt təsəvvür meydana gəlmədə tam olmasa da,
orada əsas məsələni anlamağa imkan verir. Abstrakt- laşdırma
iqtisadi qanunların meydana gəlməsi, yaranmasının əsasını
təşkil edir (məs., tələbi öyrənərkən tələb və qiymət arasındakı
qarşılıqlı əlaqə analiz edilir, abstraktlaş- dınna zamanı isə bir
çox şəraitlər - dövlətin qiymət siyasəti, bazarın doluluq
dərəcəsi, rəqabət və s.).
İnduksiya metodu - bu, ümumi nəticələr çıxarmaqla
bağlıdır. Ayrıca faktlar əsasında, daha doğrusu, qərar fərdidən
ümumiyə, faktdan nəzəriyyəyə qəbul edilir.
Deduksiya metodu - göstərilənin əksinədir. Tədqiqatın
istiqaməti - ümumidən xüsusiyədir. İnduksiya və deduksiya
metodları hipotezlərin irəli sürülməsinə imkan verir. Hipotez
- hər hansı bir elmi təzahürün irəli sürülməsində
Ä» 23 <*Ä
Aqrar iqtisadiyyat
aydınlaşdırmaq üçün, təsdiqləyici elmi nəzəriyyəyə nəzəri və
təcrübi əsaslanmadır.
Müqayisəli analiz metodu - daha düzgün nəticə əldə etmək
üçün xüsusi və ümumiləşdirilmiş iqtisadi göstəriciləri
müqayisə etməklə daha dolğun, düzgün nəticə əldə etməkdir,
Sahibkar konkurentlərin xərcləri ilə özünün xərclərini
müqayisə etməklə fəaliyyət üçün alternativ variant
seçməlidir. Belə yanaşma “məsarif - nəticə” müqayisəli
analiz metoduna əsaslanır.
Eksperimental metod - bu metod əsasən təbiət elmlərində
iqtisadi hadisələri öyrənmək üçün geniş istifadə olunur.
Eksperiment hipotezlərin düzgünlüyünü yoxlamaq üçün
öyrənilən hadisəyə faktorlann təsirini və inkişaf
qanunauyğunluğunu öyrənməyə xidmət edir. Kənd
təsərrüfatında təsərrüfat hesablı, arenda podratı, aqrar
sənayenin təşkilində (aqrokombinat, aqrofınn və s.)
eksperiment apanimasıdır.
Statistik iqtisadi metod- ictimai hadisələri kütləvi rəqəm
göstəriciləri ilə inkişafın hərəkətli xarakteristikasını vermək
üçün üsulların məcmusudur. Əsas üsullar statistik
göstəricilərin analizi və işlənilməsi - iqtisadi qruplaşdırılması,
orta və nisbi hədləri, qrafik təsvir və s. istifadə edilməlidir.
İqtisadi qruplaşdırma - hadisələrin öyrənilən qrupların
hamısının mövcud əlamətlərinə görə tipləri, strukturlarını və
struktur dəyişikliklərinin qanunauyğunluğunu öyrənməkdir. 1.3. KƏND TƏSƏRRÜFATININ XÜSUSİYYƏTLƏRİ VƏ ÖLKƏ
İQTİSADİYYATINDA ONUN ROLU
Kənd təsərrüfatı - aqrar sənaye kompleksinin əsas
sahələrindən biridir. Onun əsas məqsədi ölkə əhalisinin ərzaq
Ä» 24
Eldar Quliyev
və ekoloji təminatını həyata keçirmək, bütün regionlarda
sosial-iqtisadi inkişafın sürətləndirilməsinə nail olmaq, emal
sənayesi üçün xammal istehsal etmək, əkinçilik və
heyvandarlıq məhsulları istehsalını müasir texnologiyalar
əsasında təşkil etmək, kənd təsərrüfatı məhsullan ilə emalı
arasında yaranmış disproporsiyanı aradan qaldırmaq, kənd
təsərrüfatı məhsulları istehsalı və emalı üçün zəruri sayılan
infrastrukturu yaratmaqdır. Bütün bu göstərilənlər hələlik tam
həll edilməmişdir.
Ölkədə ərzaq məhsullarmn istehlak səviyyəsi müsbət
dinamikaya malikdir. Belə ki, tərəvəz, bostan, meyvə və
giləmeyvə üzrə adambaşına illik istehlakm əvvəlki ilə
nisbətən nisbi artımı 2007-2013-ci illərdə cüzi tərəddüdlərlə
davamlı olmuşdur.
Həmin dövrdə bostan məhsulları, meyvə, giləmeyvə və
üzüm istehlakı müvafiq olaraq 1.6%; 5.2% və 6.8% artmışdır,
Çörək və çörək məmulatları üzrə istehlakm bir qədər azalması
insanların qida rasionunun optimallaşması meyli kimi müsbət
qəbul edilməlidir.
2007-2013-cü illər ərzində bütün növ mal və quş əti
istehlakı (gündəlik) 65 qramdan 90 qrama (39.0%), o
cümlədən mal əti və ət məhsulları istehlakı 54.0%, qoyun və
keçi əti və ət məhsulları istehlakı 47.0%, quş əti və ət
məhsulları istehlakı 17.0% artmışdır (cədvəl 1). Həmin
dövrdə süd və süd məhsullan üzrə gündəlik istehlak 680
qrama çatmışdır. Bu da həmin dövr üçün 41% artım
deməkdir. Kənd təsərrüfatında əsas fondların dəyəri 23578
min man. təşkil edir. Bu sferada 1657,4 min insan məşğul
olur. Ümumdaxili məhsulun 5.3%-i kənd təsərrüfatının
payına düşür.
Aqrar iqtisadiyyat
Cədvəl L
Azərbaycanda ərzaq məhsullarının adambaşına
il ərzində istehlakı, kq
No
Faktiki istehlak 2013-cii
ildə
Ümumdünya Səhiyyə
Təşkilatının normaları
Keçmiş SSRİ Tibb
Akademiyasının
Qidalanma
İnstitutunun
normaları
1 Çörək və çörək məhsulları
(un hesabı ilə) 154.0 120.5 107
2 Kartof 112 96.7 117
3 Tərəvəz və bostan
məhsulları 165.0 140.3 145
4 Meyvə və giləmeyvə 66.0 80.3 71
5 Ət və ət məhsulları (ət
hesabı ilə) 33.0 70.1 86
6 Süd və süd məhsulları (süd
hesabı ilə) 248.0 359.9 404
7 Yumurta, ədəd 131.5 243 298 8 Bitki yağları, marqarin 9.0 13.1 13.6
9 Qənd və şirniyyat
məhsulları 30.0 36.5 40.7
10 Balıq və balıq məhsulları 6.8 8.3 23.7
Xalq istehlakı mallanna tələbin VA-VL kənd təsərrüfatının
hesabına ödənilir. O, sənayeni xammalla təmin edən əsas
sahələrdən biridir. Xammal kimi kənd təsərrüfatında istehsal
olunan məhsulun 50%-dən çoxu istifadə edilir. Kənd
təsərrüfatı yüngül, yeyinti, kombikorm və digər sənaye
sahələri üçün xammal verir.
Öz növbəsində kənd təsərrüfatı - sənaye mallarının böyük
istehlakçısıdır. Sənaye kəndə traktorlar, avtomobillər.
Ä» 26
Eldar Quliyev
maşınlar, avadanlıqlar, yanacaq - sürtgü yağları materialla- n,
mineral gübrələr, kombikorm və s. verir. Beləliklə, sənayenin
bir sıra sahələrinin inkişafı əsaslı şəkildə kənd təsərrüfatından
asılıdır. Eyni zamanda kənd təsərrüfatı mal istehsalçılannm
müvəffəqiyyətlə fəaliyyət göstərməsi sənaye istehsalının
inkişaf səviyyəsindən asılıdır.
Hər bir xalq təsərrüfatı sahəsi spesifik istehsal vasitələri ilə
xarakterizə olunur. İstehsal olunan məhsulun niyyətindən,
müəyyən istehsal münasibətindən asılı olaraq işçilərdən
xüsusi münasib bacarıq tələb edir. Kənd təsərrüfatına bir sıra
xüsusiyyətlər aiddir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların bunları nəzərə alması vacibdir:
> Kənd təsərrüfatı istehsalında torpaq əvəzolunmaz əsas
istehsal vasitəsidir. Digər istehsal vasitələrindən fərqli olaraq
torpaq düzgün istifadə edildikdə köhnəlmir, öz keyfiyyətini
itirmir. Kənd təsərrüfatında istifadə edilən torpaq resursları
məhsuldarlığı və yerləşməsinə görə kəskin fərqlənir. Bu da
diferensial rentanm mövcudluğunu yaradır. Yaxşı məhsuldar
və satış bazanna yaxın ərazidə torpaqlara sahib olan mal
istehsalçısı əlavə qazanc əldə edir.
> Kənd təsərrüfatında spesifik istehsal vasitəsi kimi canlı
orqanizmlər çıxış edir. Bioloji qanunlarla inkişaf edən bitkilər
və canlı heyvanların iqtisadi təkrar emal prosesi təbii
proseslərlə növbələşir.
> Kənd təsərrüfatı istehsalı məkan etibarı ilə müxtəlif
torpaq - iqlim şəraitində yerləşməklə aparılır. Təbii ki, bu
şəraitin istehsal prosesinin mexanikləşdirilməsi, kimyalaş-
dırılması, meliorasiyası, kənd təsərrüfatı bitki və heyvan
cinslərinin seçilməsində nəzərə alınması vacibdir.
^ 27
Aqrar iqtisadiyyat
> Kənd təsərrüfatı istehsalının nəticələri torpaq, iqlim
şəraitindən asılı olduğu halda, sənaye istehsalında bu amil
təsir göstərmir. Bundan əlavə, təbii - iqlim şəraiti kənd
təsərrüfatının yerləşdirilməsinə və ixtisaslaşmasına əsaslı
təsir göstərir. Bir sıra kənd təsərrüfatı bitkiləri müəyyən iqlim
şəraitində bitir və yetişirlər.
Kənd təsərrüfatı istehsalının nəticələrinə hava şəraiti
böyük təsir göstərir, bu da yüksək dərəcədə bazann kon-
yunkturunu müəyyənləşdirir. Belə ki, 2012-ci ildə yaxşı hava
şəraitində respublikada taxıl bitkilərinin həcmi 2458.4 mln.
ton təşkil etmişdir ki, bu da əvvəlki illərə nisbətən 458.4 ton
çox olmuşdur.
> Kənd təsərrüfatında iş vaxtı istehsal dövrü ilə uyğun
gəlmir. Bu, kənd təsərrüfatının mövsümi xarakteri ilə
əlaqələndirilir. İstehsalla vaxt və iş dövrü arasındakı böyük
fərqlənmə payız dənli bitkilərinin yetişdirilməsində nəzərə
çarpır. Onların əkilməsinə iyul - avqust aylarında torpağın
səpinə hazırlanması və səpindən başlayır, gələn ilin iyul
ayında məhsulun, taxılın yığılması ilə yekunlaşır. Bu müddət
ərzində iş vaxtı bir neçə dəfə qurtarır və bir neçə dəfə yenidən
bərpa olunur: torpağın səpinə hazırlanması, səpin, əkinə
qulluq, məhsulun yığımı və digər. İstehsal dövrü əsasən təbii
şəraitlə müəyyənləşdirilir, bitkilərin inkişafı arasıkəsilmədən
davam edir. Mövsümilik istehsalın təşkilinə, texnika və əmək
ehtiyatlarından istifadəyə əsaslı surətdə təsir edir.
İstehsalın mövsümi xarakteri, həmçinin emal sənayesində
müşahidə edilir, çünki kənd təsərrüfatı xammalı il boyu
qeyri-bərabər daxil olur. Məsələn, şəkər zavodları ən çox
sentyabr-noyabr aylarında yüklənirlər, daha doğrusu, köklü
Ä» 28
Eldar Quliyev
meyvələrin yığılması və zavoda göndərilməsi dövründə, süd
zavodları yaz-yay dövründə, süd yığımının artdığı dövrdə.
> Kənd təsərrüfatında istehsal olunan məhsullar sonradan
istehsal prosesində onun vəsaiti kimi istifadə olunur (toxum,
yem, cavan heyvanlar, üzvi gübrələr və s.). Ancaq sənayedə
əsasən xammal digər sahələrin müəssisələrindən alınır. Bu
xüsusiyyətilə də istehsalın texnologiyası bağlıdır. Kənd
təsərrüfatında texnoloji proseslər bioloji amillərdən, canlı
orqanizmlərdən istifadəyə əsaslandığı halda, sənayedə -
kimyəvi, fiziki və mexaniki proseslərə əsaslanır.
> Bu sahə üçün yüksək fond tutumu, kapitalın zəif
dövriyyə tezliyi xarakterikdir ki, bu da digər sahələrlə
müqayisədə investorlar üçün zəif cəlbedicilik yaradır və onun
inkişafında dövlətin rolunu gücləndirir.
> Kənd təsərrüfatında bir qayda olaraq istehsal alət və
vasitələri yer dəyişir (traktorlar, maşınlar, kombaynlar və
digər kənd təsərrüfatı texnikası), ancaq əmək cisimləri
(toxum) bir yerdədir. Sənayedə isə əmək cisimləri
yerdəyişməyə məruz qalmır, avadanlıq, maşınlar, dəzgahlar
stasionar şəkildə qurulur.
> Kənd təsərrüfatında ictimai əmək bölgüsü sənayeyə
nisbətən başqa cür təzahür edir. Regionun təbii iqtisadi şəraiti
ilə əlaqədar müəyyən istehsal sahələri üzrə ixtisaslaşır və
yekun məhsulu ilə seçilir, bu da onun ərazi yerləşməsinin
təsiridir. Əksər kənd təsərrüfatı müəssisələri bir neçə məhsul
istehsal edir. Bir qayda olaraq bitkiçilik və heyvandarlıq
məhsulları bir müəssisədə istehsal olunur. Ona görə ki,
əkinçilik heyvandarlığı yemlə təmin edir, heyvandarlıq isə
bitkiçiliyi üzvi gübrə olan peyinlə təmin edir. Bu qarşı-
Ä*» 29
Aqrar iqtisadiyyat
lıqlı əlaqə torpaq resurslarından səmərəli istifadə etməyə,
daha doğrusu, bitkilər üçün qeyri-münasib torpaqlarda
bitkilərin yetişdirilməsinə şərait yaradır.
> Kənd təsərrüfatı sferasında onun məhsullarına olan
tələbat qeyri-elastikdir. Tələbin elastiklik koefısenti tələbin
dəyişmə həddinin, malın dəyişmə qiymətinin faizinə
bölünməsidir.
> Kənd təsərrüfatı məhsulları üçün təmiz, təkmilləşmiş
rəqabət xarakterikdir. Əksər kənd təsərrüfatı mal
istehsalçıları məhsul bazarında yüksək rəqabət şəraiti
yaradırlar. Bu da ayrı-ayrı mal istehsalçılarının bazar
qiymətlərinə təsirinə imkan vermir və demək olar ki, burada
inhisar üçün şərait yaranır.
Aqrar iqtisadiyyatda təsərrüfatın sadalanan və digər
xüsusiyyətləri onunla izah olunur ki, onlarda fəaliyyət
xarakterlərinin ümumi iqtisadi qanunlara əsaslanmasını aqrar
sferanın müəssisələri fəaliyyətləri zamanı nəzərə almalıdırlar. YOXLAMA SUALLARI
1. iqtisadiyyat nəyi öyrənir?
2. “Aqrar iqtisadiyyat” fənninin predmeti və vəzifələrini
göstərin.
3. İqtisadiyyat elmi - tədqiqatlarında hansı metodlardan
istifadə edilir?
4. “Aqrar iqtisadiyyat” elminin tədqiqat metodlarını
söyləyin.
5. Ölkənin iqtisadiyyatında aqrar iqtisadiyyatın nə kimi
əhəmiyyəti vardır?
6. Aqrar istehsalın xüsusiyyətləri hansılardır?
Ä® 30 “Ä
Eldar Quliyev
MÖVZU 2. AQRAR İQTİSADİYYAT AZƏRBAYCANIN
AQRAR - SƏNAYE KOMPLEKSİNİN ƏSASIDIR
2.1. AQRAR - SƏNAYE KOMPLEKSİNİN TƏRKİBİ VƏ
TƏNZİMLƏNMƏSİ
Aqrar - sənaye kompleksinin yaranması məhsuldar
qüvvələrin inkişafı, xalq təsərrüfatı sahələrinin
ixtisaslaşmasının dərinləşməsi, kənd təsərrüfatının sənaye ilə
əlaqələrinin güclənməsi ilə əlaqələndirilir. Aqrar - sənaye
termini bizim ölkəmizdə XX əsrin 60-cı illərində meydana
gəlmişdir. Ancaq aqrar-sənaye inteqrasiyası daha əvvəllərdən
başlamışdır. Belə ki, bu və ya digər kənd təsərrüfatı
məhsulunun istehsalı, emalı və satışının həyata keçirilməsi
aparılmışdır. Ancaq zəif texniki baza, siyasi - iqtisadi
situasiya və digər səbəblər üzündən gələcək inkişafını tapa
bilməmişdir. Sonradan keçən əsrin 70-ci illərindən kənd
təsərrüfatı və sənaye istehsalının inteqrasiyası geniş inkişafını
tapmağa başlamışdır.
Aqrar - sənaye kompleksi (ASK) istehsal, emal, bölgü,
mübadilə və kənd təsərrüfatı məhsullarının istehlakı ilə
əlaqədar bir-biri ilə iqtisadi münasibətlərdə olan xalq
təsərrüfatı sahələrinin məcmusudur. Buraya kənd təsərrüfatı
məhsullarının emalı, saxlanılması və satışının həyata
keçirilməsi, ASK üçün istehsal vasitələri istehsal edən sahələr
daxildir (şəkil 1).
Aqrar-sənaye kompleksində istehsalın müxtəlif
studiyalarında birbaşa və dolayı yolla müraciət etməklə xalq
təsərrüfatının çox sahələri iştirak edirlər.
^ 31 “dV
Aqrar iqtisadiyyat
Şəkil 1. ASK-nın sahə strukturu,
Ä® 32
Eldar Quliyev
Aqrar - sənaye kompleksinin əsas sahəsi - kənd
təsərrüfatıdır. Kənd təsərrüfatında ictimai əmək bölgüsünün
əvvəlki mərhələlərində iki sahə mövcud idi - əkinçilik və
heyvandarlıq. Sonralar getdikcə bitkiçilik və heyvandarlıq
məhsulları istehsalının ayrı-ayrı növləri yarandı: çuğundur-
çuluq, tərəvəzçilik, balıqçılıq, maldarlıq, donuzçuluq və s.
Bütün bunlar istehsal edilən məhsulun növü, texnologiyası
və istehsalın təşkili, tətbiq edilən maşınların sistemi ilə
fərqlənirlər. Aqrar - sənaye kompleksi özündə mürəkkəb
çoxsahəli istehsal - iqtisadi sistemləri təqdim edir ki, onun da
tərkibində üç əsas sfera seçilir:
/ sfera - buraya aqrar - sənaye kompleksini istehsal
vasitələri ilə təmin edən: traktor və kənd təsərrüfatı
maşınqayırması, yeyinti və yüngül sənaye üçün maşınlar,
mineral gübrələr istehsalı-bitki və heyvanlann mühafizəsi
üçün kimyəvi vasitələr, texnika və avadanlığı təmir edən və
tikinti sahələri daxildir. I sfera əsasən kənd təsərrüfatında
istehsalın sənayeləşdinİməsi və intensivləşdirilməsi,
həmçinin ASK-nın digər sahələrini əhatə edir.
II sfera - Aqrar-sənaye kompleksinin əsas mərkəzi
həlqəsi olan aqrar iqtisadiyyatı təşkil edir. Kənd təsərrüfatı
istehsalı 80 sahədən istehsal resursları alır və 60 sahəyə öz
məhsullannı göndərir. Hər bir kənd təsərrüfatı əməkçisi onun
ətrafında məşğulluğunu təmin edir.
III sfera - bu sferada tədarükü, daşınmanı, saxlanmanı,
kənd təsərrüfatı xammalını yenidən emal edən, həmçinin son
məhsulu realizə etdirən sahə və müəssisələrin hamısı
cəmlənir. Mövcud sferaya yeyinti sənayesi (tamlı məhsullar
sənayesi, süd və ət sənayesi), yüngül (tekstil, dəri və
ayaqqabı) sənaye, kombikorm sənayesi (müxtəlif yemlərin
Äı» 33
Aqrar iqtisadiyyat
qarışığından alınan yem), tədarük və ticarət təşkilatlan
daxildir.
Aqrar - sənaye kompleksinin dinamik inkişafının əsas
şərtlərindən biri onun üç sferasının son məhsuluna qiymət
qoyuluşuna görə mühakimə edilməsidir.
Son məhsul - ümumi məhsulun dəyərinin bir hissəsidir
(mal və xidmət). Onun istehsal tələbatını çıxmaqla son
məhsul altında mövcud hissədən - həlqədən məhsulun kənara
çıxması anlaşılır. Müəssisə səviyyəsində o, əmtəə
məhsulundan fərqlənmir. ASK-nın son məhsuluna bütün
sferalarda yaradılmış istehsal məhsulları və son istehlakda
istifadə olunan eyni zamanda ixrac məhsullan aiddir.
İnkişaf etmiş ölkələrdə son məhsulun dəyəri III sferada
yaradılır. Burada kənd təsərrüfatı xammalının tullantısız
kompleks emalı təmin edilir, malın saxlanılması, çəkilib
qablaşdırılması aparılır. Bu sferada pərakəndə satışın 50-
80%-i yaranır.
Aqrar - sənaye kompleksində infrastruktur vacib yer
tutur. İnfrastruktur sahəsi ASK-nın bütün sferasına xidmət
edir. İnfrastruktur-xalq təsərrüfatı kompleksi olmaqla
yenidən təkrar istehsalı təmin edir. İnfrastruktur ASK-nın
normal fəaliyyət göstərməsinə və böyük miqdarda son
məhsul alınmasına şərait yaradır. Sərbəst məhsul istehsal
etmir, ancaq infrastruktur istehsalın son nəticəsinə nəzərəçar-
pacaq dərəcədə təsir göstərir. İnfrastrukturun iki qrupa
bölünməsi qəbul edilmişdir: istehsal və sosial. İstehsal
infrastrukturuna aqrar sənaye istehsalına xidmət edən;
nəqliyyat, rabitə, bitkiləri mühafizə stansiyası, hesablama
mərkəzləri və s. daxildir. Sosial qrupa-işçi qüvvəsinin təkrar
istehsalını həyata keçirən işçilərin nonnal əmək fəaliyyəti-
34
Eldar Quliyev
ni təmin edən: mənzil-kommunal təsərrüfatı, tibbi və uşaq
müəssisələri, ictimai-iaşə təşkilatları, əmək mühafizəsi
xidməti, idman-sağlamlıq zonaları, istirahət yerləri və s.
daxildir.
Sahə əlamətlərinə görə ərzaq kompleksində səkkiz məhsul
yanmkompleksi ayrılır: taxıl məhsulları, kartof məhsulları,
çuğundur-şəkər, meyvə və tərəvəz konservi,
üzümçülük-şərabçılıq, ət, süd, piy, yağ ərzaq kompleksi. Bu
ərzaq yarımkompleksləri yetkinləşmiş vahid təşkilati - hüquqi
yaranmaya aid edilir. Kənd təsərrüfatı məhsulları istehsalı,
onun emalı və satışı bir neçə qarşılıqlı əlaqəli olan, müstəqil
sferalar tərəfindən həyata keçirilir. Qabaqcıl
yarımkomplekslər taxıl məhsulları, ət və süddür.
Azərbaycanın aqrar-sənaye kompleksləri mikrokomp-
lekslərə (assosiasiyalar, aqrofirmalar, aqrosənaye
müəssisələri) ayrılır.
Beləliklə, ölkənin aqrar - sənaye kompleksləri mürəkkəb
və dinamik olmaqla istehsal inkişaf dərəcəsi, ictimai tələbin
səviyyəsi və onun son məhsulu ilə müəyyənləşdirilir.
2.2. AQRAR - SƏNAYE İSTEHSALININ DÖVLƏT
TƏNZİMLƏNMƏSİ
Aqrar-sənaye kompleksi tam və bərabər şərtlərlə sahə-
lərarası rəqabətlərdə iştiraka imkan vennəməkdə xüsusi yer
tutur. Kənd təsərrüfatı təbii amillərdən asılı olduğu kimi,
istehsal da, aydındır ki, mövsümi xarakterlərə malikdir. Bir
qayda olaraq sənayeyə nisbətən texnoloji cəhətdən xeyli
geridədir. Ona qoyulan maddi və pul vəsaitləri az qazanc
gətirir. Bundan əlavə, o digər sahələrə nisbətən dəyi-
Ä» 35
■ Aqrar iqtisadiyyat
şən, iqtisadi və texnoloji şəraitə yavaş uyğunlaşandır. Ona
görə də ASK-nın effektiv fəaliyyət göstərməsi üçün dövlət
tənzimlənməsi vacib şərtdir.
Aqrar-sənaye istehsalının dövlət tənzimlənməsi dedikdə
dövlətin istehsal, təkrar emal və kənd təsərrüfatı məhsulları
və ərzağın satışının təşkili, həmçinin istehsal texniki xidmətə
və ASK-nın maddi - texniki təminatına iqtisadi təsiri başa
düşülür.
Dövlət tənzimlənməsini çox vaxt dövlət dəstəyi ilə
eyniləşdirirlər. Ancaq bu eyni şey deyildir. Dövlət dəstəyi,
himayəsi dövlət tənzimlənməsinin tərkib hissəsi olmaqla,
səlahiyyətli dövlət idarələri tərəfindən həyata keçirilən
qanunvericilik, icraedici və nəzarət xarakterli tədbirlər
sistemidir. Dövlət himayəsindən savayı dövlət tənzimlənməsi
inzibati və hüquqi xarakterli məhdud tədbirlərdir.
Aqrar ərzaq bazarının dövlət tənzimlənməsi sistemi üçün
iqtisadi ədəbiyyatlarda bir neçə prinsip ayırırlar. Onlardan
əsasları:
- dövlət yardımı müdafiə üçün əlavə rola malikdir;
- mal istehsalçıları əsasən özünümaliyyələşdirmə ilə
işləməlidir;
-tənzimlənmənin həyata keçirilməsi üçün diferensial
yanaşma həyata keçirilməlidir. Bununla belə, təsərrüfatçı-
lığın effektliliyini, innovasiyahlığmı, istehsalın ekologiyalı-
lığı, istehsal olunmuş məhsullann rəqabətqabiliyyətliliyini
nəzərə almaq lazımdır.
- dövlət tənzimlənməsinin motivasiyası mal
istehsalçılarının səmərəli istehsalına yönəldilməlidir;
-dövlətin yardımını həyata keçirmək üçün proqram -
məqsədli yanaşma olmalıdır. Bu onu göstərir ki, hər hansı
Ä» 36 «Ä
Eldar Quliyev “
tənzimləmə tədbiri konkret dövlət proqramının elementi
olmalıdır;
- dövlət yardımının maksimum səmərəli istifadəsi;
- proteksionizm, özündə daxili bazarın qorunması və ölkə
mal istehsalçılarının müdafiəsinə yönəldilmiş dövlətin
iqtisadi siyasətidir;
- dövlət yardımının əlçatar və ünvanlılığı;
- bazarda rəqabətin bərabərlik şəraitinin təminatı;
- dövlət yardımı tədbirlərinin həyata keçirilməsi
ardıcıllığı.
Dövlət tənzimlənməsinin məqsədi: aqrar - sənaye
istehsalının effektliliyinin yüksəldilməsi və sabitləşdirilməsi,
ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərzaq
təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı və ASK-nm
digər sahələri arasında mübadilənin ekvivalentliyinin
saxlanılması, ölkə mal istehsalçılarının müdafiəsi.
Dövlət tənzimlənməsi bazar subyektlərinə təsir
qaydalarını özündə birləşdirən müxtəlif metodlar vasitəsilə
təmin edilir. İqtisadiyyatın inkişafı ilə tətbiq edilən dövlət
tənzimlənməsi metodları daim genişlənir, artır.
Aqrar ərzaq bazarının dövlət tənzimlənməsi metodlan- nı
bir neçə əlamətinə görə təsnifləşdirmək olar. Subyektlərin
idarəetmə qərarlarına dövlətin təsir dərəcəsinə görə birbaşa və
dolayı təsir metodlarına ayırırlar.
Birbaşa metodlar - təsərrüfatçılıq subyektlərinin
fəaliyyətlərinə dövlət təsiri, onlar müstəqil iqtisadi seçim
əsasında deyil, dövlət tərəfindən verilmiş sərəncamlar
əsasında qərar qəbul edirlər. Birbaşa təsir metodlarına
bilavasitə obyektə onun maraqlarının stimullaşdırılmasını
məhdudlaşdıran inzibati tədbirlər aiddir. Onlara kreditlə
verilən
37
Aqrar iqtisadiyyat
faizli subsidiyaları, dotasiya, kənd təsərrüfatı istehsalı
məhsullarına kompensasiyaları, bir sıra idxal məhsullarına
qoyulan rüsumları aid etmək olar.
Dolayı metodlar -dövlətin xüsusi sahibkarlara geniş təkrar
istehsalında makroiqtisadi mütənasibliyi saxlamaq məqsədilə
istifadə etdiyi alət və formalardır. Bunların tətbiqi zamanı
dövlət iqtisadi subyektlərin qərar qəbul etməsi prosesinə
birbaşa qanşmır. Onlar, sadəcə, subyektlərin iqtisadi qərarlar
qəbul edən zaman dövlətin iqtisadi siyasətinə üstünlük
vennələri üçün zəmin yaradır. Dolayı təsir metodları kənd
təsərrüfatı məhsulları, xammal və ərzağa, mal və tədarükə
orta iqtisadi təsir göstərən müdaxilədir.
Tdşkilati-institusional metodlar - əlamətlərinə görə dövlət
təsirinin inzibati, təşkilati və iqtisadi metodları ayrılır.
İnzibati metodlar - aqrar-sənaye kompleksində davamlı
təkrar istehsalı təmin etmək üçün hüquqi qanunvericilik
tədbirlərinə yönəldilmiş dövlətin qarışması sistemidir.
İnzibati metodlar dövlət hakimiyyətinin gücünə əsaslanır.
Ümumilikdə inzibati metodlar xüsusi sektorda tənzimləmə
fəaliyyətini hüquqi şəraitlə təmin etməni əhatə edir.
Təşkilati metodlar - münasib təşkilati strukturun, dövlət
agentliyi, kompaniyanın yaradılması anlaşılır.
İqtisadi metodlar - dövlətin iqtisadi vasitələrlə təkrar
istehsal prosesinə dolayı yolla qarışmasıdır. Onlar dövlət
təsiri vasitəsilə müəyyən şərait yaratmaqla bazar
proseslərinin inkişafının dövlətə lazım olan istiqamətə
yönəldilməsidir. Bu tənzimləmə tədbirləri əlavə maddi stimul
yaratmaqla və ya maliyyə ziyanının təhlükəsi ilə əlaqədardır.
Məqsəd əlamətlərinə görə dövlət tənzimlənmə
metodlarını aşağıdakı qaydada qruplaşdırmaq olar:
Ä» 38 «Ä
Eldar Quliyev “
1. İstehsalçıların gəlirlərinin müdafiəsi. Bura aid edilir;
kompensasiya ödəmələri; təbii fəlakətə görə ödəmələr;
istehsalın yenidən qurulması ilə əlaqədar ziyana görə
ödəmələr.
2. Qiymətə qarışmaq, ərzaq bazarına bir sıra təsir
tədbirləri təklif etmək; kənd təsərrüfatı məhsullarına olan
daxili qiymətlərin müdafiəsi; idxal və ixrac məhsullarına
vergilərin müəyyən edilməsi.
3. Pul xərclərinin (məsariflərin) kompensasiyası. Bura
istehsal vasitələri alınması üçün xərclərin ödənilməsi:
gübrələr, kimyəvi dərmanlar, yem və s. daxildir.
4. Aqrar ərzaq bazarının inkişafına təsir (maliyyələşdirmə,
bazar proqramının işlənilməsi və həyata keçirilməsi).
5. İstehsal infrastrukturunun inkişafına təsir etmək.
Məhsulların və maddi-texniki təchizatın saxlanılması üçün
bazanın yaradılması, nəqliyyatın, rabitə, bitkiləri mühafizə
stansiyasının inkişafı və s.
Dövlət tənzimlənməsi iqtisadi alətlərin köməyi ilə həyata
keçirilir, onlara aid edilir:
- qiymətlər - məqsədli, mühafizə olunan, təminat;
- vergilər - güzəştli, diferensiasiyalı;
- kredit - güzəştli, mal, kommersiya bankları üzrə faizlərin
müdafiəsi;
-büdcə - ssudalar, kompensasiyalar, dotasiyalar, lizinq-
lər, bir sıra tədbirlərin maliyyələşdirilməsi;
-kənd təsərrüfatı məhsulları, xammal və ərzağa (tədarük
və əmtəə) dövlətin iqtisadi müdaxiləsi;
- sığortalanma (sığorta üzvlüyünün bir hissəsinin
ödənilməsi);
Ä» 39 «Ä
Aqrar iqtisadiyyat
- kənd təsərrüfatı məhsulları, xammal və ərzaq
məhsullarının idxal və ixracı zamanı gömrük rüsumları.
Dövlət müdafiəsinin əsas alətlərindən dotasiya,
subsidiyalar və kompensasiyaların ayrılmasını qeyd etmək
lazımdır.
Dotasiya - müəssisələr tərəfindən satılmış məhsuldan sərf
edilmiş, batmış xərcləri ödəmək üçün dövlət büdcəsindən pul
ayrılmalarıdır.
Respublika büdcəsindən ayrılan dotasiyalar vasitəsilə
ziyanla işləyən təsərrüfatların sağlamlaşdırılması aparılır.
Kompensasiya təsərrüfat subyektlərinin xərclərini
ödəmək, əvəz etməkdir. Hazırda kənd təsərrüfatı
istehsalçılarına mineral gübrələr və bitkilərin müdafiəsi üçün
vasitələr, çoxillik bitkilərin əkilməsi və onlara xidmət üçün
və s. xərclərin müəyyən hissəsi ödənilir.
Təsərrüfat fəaliyyətinin dövlət tərəfindən
maliyyələşdirilməsi subsidiya xarakteri daşıyır.
Subsidiya - bu xərclərin ödənilməsi üçün əlavə pul
yardımıdır. Məsələn, dövlət heyvandarlıq, bitkiçilik və bir
sıra başqa istehsal sahələrinin inkişafı üçün proqram və
tədbirləri subsidiyalaşdırır.
Dövlət maliyyələşdirilməsi mərkəzləşdirilmiş şəkildə və
ya subvensiyalar vasitəsilə həyata keçirilə bilər.
Kənd təsərrüfatının inkişafı haqqında dövlət
proqramlarında və kənd təsərrüfatı məhsulları, xammal və
ərzaq məhsullarının inkişafı və bazarın tənzimlənməsi
haqqında dövlət müdafiəsi məsələləri xeyli
genişləndirilmişdir. Onun həyata keçirilməsində aşağıdakı
əsas istiqamətlər göstərilir:
40
Eldar Quliyev
- torpaqların məhsuldarlığının yüksəldilməsi, istifadəsiz
torpaqların kənd təsərrüfatı mülkiyyətinə və kənd təsərrüfatı
dövriyyəsinə cəlb edilməsi;
- seleksiya və toxumçuluğun inkişafı;
- əsas kənd təsərrüfatı bitkilərinin istehsalının stimullaş-
dırılması;
- bağçılığın inkişafı, çoxillik əkililərin əkilməsi və onlara
qulluğun müdafiəsi;
- mühafizə olunan torpaqlarda istehsalın inkişafı;
- cins mal - qaranın inkişafı;
- südlük, ətlik heyvanların inkişafı;
- qoyunçuluq və keçiçiliyin inkişafı;
- kənd təsərrüfatının xammal və ərzaq bazarında
infrastruktur və logistik təminatın inkişafı;
- kənd təsərrüfatı mal istehsalçılarının kreditləşdirilmə-
si;
- kənd təsərrüfatında risklərin azaldılması;
- kənd təsərrüfatı məhsullarının emalının inkişafı;
- kənd təsərrüfatı xammal və ərzaq bazannın
tənzimlənməsi;
- kəndli fermer təsərrüfatlarının yaradılması üçün
qrantların verilməsi;
- kəndli (fermer) təsərrüfatları bazasında toxumluq
heyvandarlığının yaradılması;
- kənd təsərrüfatı istehlak kooperativlərinin yaradılması.
Aqrar- sənaye kompleksinə kömək məqsədilə respublika
büdcəsindən ayrılan vəsaitin miqdarı ildən - ilə artınlır.
2008-ci ildə dövlət büdcəsindən ayrılan 5 000 000 manat
məbləğində vəsait 7 müvəkkil kredit təşkilatlan vasitəsilə
ölkənin 15 rayonunda 198 fiziki və hüquqi şəxslərə gü-
Ä« 41
Aqrar iqtisadiyyat
zəştli kreditlər şəklində verilmişdir. Kreditlərin orta məbləği
25.300 manat olmaqla, heyvandarlığın, əkinçiliyin,
taxılçılığın, emalın, quşçuluğun, arıçılığm və balıqçılığın
inkişafına yönəldilmişdir.
Fermerlərə güzəştli kreditlərin verilməsi üçün 2009-cu
ilin dövlət büdcəsindən 10.000 000 manat vəsait aynlmış- dır
ki, bu da ötən ildəkindən 2 dəfə çoxdur. Banklarla razılıq əldə
edilmişdir ki, ölkədə ərzaq təhlükəsizliyinə dəstək verə
biləcək taxılçılıq, şəkər çuğunduru, kartofçuluq və s.
layihələrə üstünlük verilsin. Eyni zamanda veriləcək
kreditlərdən bəhrələnəcək sahibkarların sayını da artırmaq
nəzərdə tutulur.
Həmçinin ikinci “Kənd Təsərrüfatının inkişafı və Kre-
ditləşməsi” layihəsi çərçivəsində 3 müvəkkil və agent kredit
təşkilatları vasitəsilə 5662 nəfərə 12.800 000 manat
məbləğində kredit verilmişdir.
“Şimal - Şərq inkişaf layihəsi” çərçivəsində 4 müvəkkil
kredit təşkilatları vasitəsilə 190 nəfərə 890.800 manat
məbləğində fərdi və mikrokreditlər verilmişdir. Kreditlərin
orta məbləği 4.700 manat olmaqla, onlar heyvandarlığın,
tərəvəzçiliyin, meyvəçiliyin, taxılçılığın, bağçılığm,
quşçuluğun və üzümçülüyün inkişaf etdirilməsinə
ayrılmışdır.
Azərbaycan Prezidentinin 2008-ci il 25 avqust tarixli
sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsullan ilə etibarlı
təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Proqramda görüləcək tədbirlər və əldə ediləcək nəticələr
müəyyən olunmuşdur. Proqramın icrasına dövlət
büdcəsindən 60 milyon manat vəsait ayrılmışdır.
Ä*» 42 «d*»
Eldar Quliyev
Kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta
haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi, kənd
təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri
yanacağın və motor yağının, habelə mineral gübrələrin
dəyərinin 50%-nin ödənilməsinə dövlət büdcəsindən ayrılan
vasaitələr də daxil olmaqla bu proqrama 2010-cu ildə dövlət
büdcəsindən 111 milyon 500 min manat vəsait ayrılmışdır.
Ölkə iqtisadiyyatı gücləndikcə aqrar bölmənin inkişafına
diqqət artır və ildən - ilə dövlət büdcəsindən kənd
təsərrüfatına, meliorasiya və irriqasiya tədbirlərinə daha çox
vəsait ayrılır. 2010-cu ildə dövlət büdcəsindən kənd
təsərrüfatı layihələrinə 32 mlyon 62 min manat investisiya
ayrılmışdır.
Büdcə vəsaiti hesabına proqramda nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsi üçün yaradılan bu möhkəm
təməl təminat verir ki, bu proqramın icrası da uğurla
nəticələnəcək və ölkəmiz Ümumdünya Ərzaq Təhlükəsizliyi
Proqramına töhfə verən dövlətlərdən biri olacaq.
2.3. ASK-NIN MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF
' PERSPEKTİVLƏRİ
1991-ci ildən həyata keçirilən yenidənqurmalar
yaradılmış təsərrüfat əlaqələrinin pozulmasına, maddi -
texniki bazanın dağılmasına, ASK resurs potensialının
azalmasına gətirib çıxarmışdır. Bütün bunlar aqrar - sənaye
kompleksində istehsalın düşməsinə və onun iqtisadi
səmərəliliyinin enməsinə səbəb olmuşdur.
43
Aqrar iqtisadiyyat
Prioritet milli layihələrin həyata keçirilməsi, xüsusi
təsərrüfatların yaradılması və sahibkarlığın formalaşması ay-
rı-ayn ölkələrdə eyni səviyyədə olmamışdır. Buna müxtəlif
obyektiv və subyektiv amillər təsir göstərmişdir.
Ümumiyyətlə, respublikada aqrar islahatların inkişafını şərti
olaraq aşağıdakı mərhələlərə bölmək olar;
Birinci mərhələ 1992-ci ilə qədər olan dövrü əhatə edir.
Bu dövrdə aqrar sahədə təsərrüfat hesabının
təkmilləşdirilməsi, daxili təsərrüfat hesabının tətbiqi,
təsərrüfatçılığm iqtisadi mexanizminin və idarəetmənin
təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər irəli
sürülmüş, normativ - hüquqi sənədlər qəbul edilmişdir.
Bunlar aqrar bölmənin sərbəstliyinin genişlənməsinə,
idarəetmədə iqtisadi üsulların rolunun artırılmasına şərait
yaratmışdır.
“Azərbaycan Respublikasında Mülkiyyət haqqında”
Azərbaycan Respublikasının Qanunu və Torpaq Məcəlləsinin
qəbul edilməsi aqrar bölmədə islahatların başlanmasına güclü
təkan vermişdir. Torpaqların icarəyə verilməsi və istehsal
vahidlərinin təsərrüfat hesabına keçirilməsi iqtisadi əlaqələrin
qurulmasında müqavilə münasibətlərinin inkişafına şərait
yaratmışdır.
Həmin dövrdə respublikanın ayrı-ayrı bölgələrində
kollektiv podrat inkişaf etmiş, bəzi rayonlarda icarə
kollektivləri və kəndli-fermer təsərrüfatı yaradılmışdır.
Respublikamızda 1992-ci ilin əvvəlinə xüsusi mülkiyyətə
əsaslanan 90 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərmiş,
lakin onların istehsal-iqtisadi göstəriciləri aşağı səviyyədə
olmuşdur.
İkinci mərhələ 1992-1995-ci ilin əvvəlinədək olan dövrü
əhatə edir. Respublikamızda aqrar islahatlann elmi əsas-
Ä« 44 «Ä
Eldar Quliyev
larla həyata keçirilməsi ilə əlaqədar olaraq bu dövr olduqca
böyük əhəmiyyət kəsb etmişdir. Belə bir vəziyyətdən çıxış
yolu yalnız aqrar islahatların həyata keçirilməsində idi. Ona
görə də Heydər Əliyev 1993-cü ildə respublika rəhbərliyinə
gələndən sonra iqtisadiyyatın böhrandan xilas edilib inkişaf
etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirirdi.
Bu məqsədlə də kənd təsərrüfatında islahatların aparılması
aqrar siyasətin başlıca amili kimi qəbul olundu. H.Əliyev
ictimaiyyətin nümayəndələri ilə keçirdiyi respublika
müşavirəsində (23.12. 1994-cü il) aqrar sahənin qurtuluş yolu
ilə bağlı özünün qəti fikirlərini belə ifadə etmişdir: “Aqrar
bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət fonnasmı
dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata
geniş yol açmaq respublikamızın həyatında çox mühüm və
əhəmiyyətli, eyni zamanda son dərəcədə məsuliyyətli və
ölkədə aqrar islahatların həyata keçirilməsi üçün normativ -
hüquqi sənədlər hazırlamağa və beləliklə, 1995-ci ilin
əvvəllərindən respublikada aqrar islahatların həyata
keçirilməsinə başlanılmışdır”.
Respublika iqtisadiyyatının mühüm tərkib hissəsi olan
aqrar sahədə bazar iqtisadiyyatı sisteminin qurulması, yeni
mülkiyyət münasibətlərinin formalaşması üçün ilk növbədə
18 fevral 1995-ci ildə “Aqrar sahənin əsasları haqqında”,
“Sovxoz və kolxozların islahatı haqqında” Qanunlar qəbul
edilir. Belə ki, aqrar islahatların normativ - hüquqi bazası
əsasən ikinci mərhələdə yaradılmışdır. Bu dövrdə həm də
“Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət mülkiyyətinin
özəlləşdirilməsi haqqında”, “İcarə haqqında” və s. qəbul
edilən qanunlar aqrar bölmədə mülkiyyətin və təsərrüfatçı
lığın müxtəlif formalarının yaradılmasına və
^ 45
Aqrar iqtisadiyyat
fəaliyyət göstərməsinə şərait yaratmışdır. Eyni zamanda
xüsusi mülkiyyətə əsaslanan təsərrüfatçılıq formalarının
iqtisadi mexanizminin təkmilləşdirilməsi, istehsal-iqtisadi
əlaqələrin və idarəetmənin təşkili istiqamətində də mühüm
tədbirlər həyata keçirilmişdir. Qəbul edilmiş hüquqi -
nomıativ aktlarda aqrar sahədə yaradılan xüsusi
təsərrüfatların məqsəd və vəzifələri, onların idarə
edilməsində, məhsul istehsalında, satışında, təchizatda,
iqtisadi əlaqələrin qurulmasında sərbəstlikləri nəzərdə tutulsa
da əslində onların fəaliyyəti səmərəli təşkil edilməmişdir.
Üçüncü mərhəld-l995-ci ilin əvvəllərindən 1999-cu ilin
mart ayına qədər dövrü əhatə edir. Bu mərhələdə ölkəmizdə
“Aqrar islahatın əsasları haqqında”, “Torpaq vergisi
haqqında” və s. qanunlar qəbul edilmişdir.
“Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq respublikada
sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin
islahatını aparmaq məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 2 mart 1995-ci il tarixli fərmanı ilə Dövlət
Aqrar İslahatı Komissiyası yaradıldı. Həmin komissiyaya
aqrar islahatın dövlət proqramının, dövlət mülkiyyətində
saxlanılan obyektlərin siyahısının hazırlanması, Azərbaycan
Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının, Naxçıvan
Muxtar Respublikasının və rayon yerli aqrar islahat
komissiyasının Əsasnamələrinin, aqrar islahatla bağlı
qanunların tətbiqi üçün təlimatlann, tövsiyələrin və digər
normativ sənədlərin hazırlanması tapşırıldı. Torpaq
islahatının məqsədi iqtisadi müstəqillik və sosial ədalət
prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət
münasibətlərini yaratmaqla bazar iqtisadiyyatını, sahibkarlığı
inkişaf et-
46 «Ä
Eldar Quliyev
dirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq
təminatına nail olmaqla Azərbaycan xalqının maddi rifahını
yüksəltməkdir.
Torpaq islahatının vəzifələri ölkə ərazisində dövlət
torpaqlarının müəyyənləşdirilməsini, torpaqların bələdiyyə
və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa
sahiblik, torpaqdan istifadə və sərəncam hüquqlanm təmin
etməkdir. Respublikamızın ərazisində olan torpaqların
mülkiyyət münasibətlərinə görə bölgüsü belədir (şəkil 2).
Şəkil 2. Torpaqların mülkiyyət münasibətlərinə görə bölgüsü.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının vahid
torpaq fondu 8.6 mln. hektardır. Bunun 4.9 mln hektarı dövlət
torpaqlarıdır ki, bu da ümumi torpaq fondunun 56.9%-ni
təşkil edir.
Bələdiyyə torpaqları vahid torpaq fondunun 23.5%-ni
təşkil edir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlar üç
hissəyə bölünür: ümumi istifadədə olan torpaqlar, fiziki və
^ 47
Aqrar iqtisadiyyat
hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu
torpaqları.
Xüsusi mülkiyyətə verilən torpaqlar 1.7 milyon hektardan
artıq torpaq sahəsidir. Ümumi torpaq fondunun 19.6%- ni
təşkil edir. Aqrar islahatların həyata keçirilməsinin əsas
vəzifələrindən biri kənd təsərrüfatında torpaq və əmlak
üzərində yeni mülkiyyət münasibətlərinin yaranmasıdır.
“Torpaq islahatı haqqında” Qanun respublikamızın
ictimai-siyasi həyatında radikal və demokratik qanun hesab
olunur. Onun radikallığı, demokratikliyi onunla izah olunur
ki, sahibkarlığın uğurlu təşəkkülü və inkişafı, bazar
münasibətləri şəraitinə uyğun, rəqabətə çevik uyğunlaşa bilən
yeni təsərrüfat formalarının inkişafına heç bir istisna
qoyulmur. Kənddə yeni xüsusi mülkiyyət münasibətlərinə
keçirilməsi cəsarətli, radikal addım olmaqla, aqrar
iqtisadiyyatın inkişafına zəmin yaratmaqla, həm də tarixi
zərurətdən irəli gəlir.
Qanunun demokratikliyi onunla izah edilir ki, kənddə
yaşayan əhalinin hamısına torpaq verilməklə, torpaq
mülkiyyətçilərinin torpağa sahiblik, təyinatına görə istifadə
etmək, icarəyə vermək, satmaq, bağışlamaq, girov qoymaq,
vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq
xüsusi mülkiyyətə verilir. Bu o deməkdir ki, hər kəsin
marağının təmin olunması üçün imkan yaradılmışdır.
1999-cu ilin sonuna ölkəmizdə xüsusi mülkiyyətə əsaslanan
çoxlu sayda istehsal kooperativi, kiçik müəssisə,
kəndli-fermer təsərrüfatı, şərikli-payçı və şərikli təsərrüfat
səhimdar cəmiyyəti və s. yaradılmışdır.
Aqrar bölmənin dövlət inhisarından çıxarılması, torpaq və
əmlakın özəlləşdirilməsi, xüsusi mülkiyyətçilərin və sa- ^48
Eldar Quliyev ■
hibkarların formalaşması aqrar islahatların inkişafında yeni
mərhələdir. Özəl qurumların torpaq və əmlakın, istehsal
etdiyi və satdığı məhsulların, əldə etdiyi gəlirlərin əsl
sahibinə çevrilməsi və bu əsasda sahibkarlığın formalaşması
yüksək istehsal-iqtisadiyyat nəticəsinə nail olmağa şərait
yaratmışdır.
Dördüncü mərhələ 1999-cu ildən sonrakı dövrü əhatə
edir. Bu mərhələdə ölkəmizdə sahibkarlığın səmərəli formada
fəaliyyət göstənnəsi üçün müasir dövrün tələblərinə tam
cavab verən siyasi, iqtisadi, təşkilati, hüquqi, texniki -
texnoloji tədbirlər həyata keçirilmiş, sahibkarlıq
respublikanın milli iqtisadiyyatının aparıcı sahələrinə
çevrilmişdir.
Ümumilikdə, mövcud dövrədək aqrar islahatın
müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə respublika
səviyyəsində çoxsaylı müzakirələr olmuş, bu prosesin
düşüncəli, ədalətli aparılması üçün zəruri olan 19 qanun, ölkə
prezidentinin 13 fərman və sərəncamı, digər normativ -
hüquqi sənədlər qəbul olunmuşdur.
Aqrar - sənaye kompleksinə daxil olan ət, süd, çörək,
şərab, pambıq, meyvə-tərəvəz, çay və tütün emalı
müəssisələri, habelə kənd təsərrüfatına aqrokimyəvi və
texniki xidmət göstərən müəssisələr 1995-ci ildən başlayaraq
dövlət mülkiyyətindən çıxarılaraq özəlləşdirilmişdir. 1999-cu
ilin mart ayının 22-də ölkə Prezidentinin “Aqrar bölmədə
islahatların sürətlənməsinə dair bəzi tədbirlər haqqında”
Fərmanı ilə aqrar bölmədə fəaliyyət göstərən xüsusi
təsərrüfatlar torpaq vergisi istisna olmaqla bütün növ vergi və
ödənişlərdən 5 il müddətinə azad edilmişdir. Eyni zamanda
xüsusi təsərrüfatların müxtəlif növ vergilər üzrə bütün
Ä*» 49 «Ä
Aqrar iqtisadiyyat
borcları ləğv edilmiş, onlara yanacaq və sürtgü materiallan ilə
təminatda böyük güzəştlər nəzərdə tutulmuşdur.
Kənd təsərrüfatında aparılan uğurlu aqrar siyasət
nəticəsində 2002-ci ildə ölkə tarixində ilk dəfə olaraq 2195.7
min ton taxıl, 694.9 min ton kartof, 967.3 min ton tərəvəz,
330.2 min ton bostan məhsulları, 223.6 min ton ət (diri
çəkidə), 1119.8 min ton süd, 561.6 mln yumurta, 11.8 min ton
yun istehsal edilmişdir.
2.4. ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
Dövlət və cəmiyyət tərəfindən əhalinin həmişə aktiv və
sağlam həyat tərzini saxlamaq üçün, müəyyən edilmiş
keyfiyyət standartları çərçivəsində (təhlükəsizlik) ərzaq, qida
məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli
ödənilməsini təmin edən tədbirlər kompleksi nəzərdə tutulur.
Ərzaq təhlükəsizliyinin hüquqi əsasını ölkə konstitusiyası
təşkil edir və hər bir ölkənin milli ərzaq müstəqilliyinə
əsaslanır. Ölkənin milli ərzaq suverenliyi baş verə biləcək hər
hansı fövqəladə vəziyyətlər zamanı, dövlətin əhalini ərzaq və
qida məhsulları ilə təmin etmək imkanına, eləcə də hər bir
kəsin ərzaq məhsulları əldə etmək üçün fiziki, sosial və
iqtisadi imkanlara malik olması deməkdir.
Bəşəriyyətin ən qlobal problemlərindən biri ərzaq
təminatıdır. Bunun həllində taxıl istehsalı xüsusi əhəmiyyət
kəsb edir. Bu, aqrar sənaye istehsalında digər sahələr üçün
yaradıcı sistem rolunu oynayır və taxılın bazardakı vəziyyəti
beynəlxalq miqyasda, eləcə də ayrı-ayrı dövlətlərin ərzaq
təhlükəsizliyində əsas göstəricilərdən biri sayılır. Dünya
miqyasında ərzaq təhlükəsizliyinin xarakteristikası-
^ 50 «*d>
Eldar Quliyev
nı, strategiya və taktiki yanaşmalarını işləyib hazırlayan
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq
Təhlükəsizlik Komitəsi dünya əhalisinin ehtiyacını
hesablayarkən dünyada taxıl ehtiyatının ümumdünya
istehsalına nisbətini əsas götürür. Dünya taxıl istehlakmm 60
günə bərabər (cəmi istehlakın 17%-i miqdarında) olan keçid
taxıl ehtiyatının həcmi təhlükəsiz səviyyəni təşkil edir.
Bununla yanaşı, taxıl ixrac edən ölkələr tərəfindən təklif
edilən taxılın, qarğıdalının və düyünün qiymətləri əsas
götürülür. Beynəlxalq miqyasda bazarda qiymətlərin aşağı
səviyyəsi ehtiyatların toplanmasının indikatoru, qiymətlərin
yüksək səviyyəsi isə ehtiyatlardan istifadənin indikatoru
funksiyasını yerinə yetirir. Bu amil həm idxalçılar, həm də
ixracçılar üçün iqtisadi cəhətdən sərfəli sayılır. Dünya
təcrübəsində 0 ölkənin ehtiyatı təhlükəsiz hesab edilir ki, ölkə
əhalisinin illik istehlakmm 17-20%-i həcmində taxıl ehtiyatı
olsun. Yəni taxıl resursu illik istehlakdan əlavə ölkə
əhalisinin daha iki ay müddətinə taxıla olan tələbatını təmin
etmək imkanı versin. Taxıl sahəsinin aqrar-sənaye
kompleksinin iqtisadiyyatında yeri və rolu ölkənin
bütövlükdə kənd təsərrüfatının və ayrılıqda bitkiçilikdə onun
xüsusi çəkisinin və əmtoəlik məhsullarının həcmi, cəlb-
edilmə və dövretmə miqyası ilə müəyyən edilir. Taxıl və
onun emal məhsulları mənşə etibarı ilə əhalinin həyat
fəaliyyətinin əsasını təşkil edir. Bununla yanaşı, əhalinin
ərzaq təhlükəsizliyinin təmin edilməsində digər kənd
təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin,
bostan və heyvandarlıq məhsullarının istehsalı vacibdir. Bu
məhsullar insanların qida rasionunun əsas tərkib hissəsi,
həyat mənbəyidir (sxem 1).
Äx» 51 «Ä
Aqrar iqtisadiyyat
Sxem L Ərzaq təhlükəsizliyi sisteminin strukturu.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasının
qiymətləndirilməsi aşağıdakı göstəricilərlə müəyyən olunur:
• ərzağın fiziki əldə olunması imkanları-\siQh\dk
bazannda kifayət qədər təhlükəsiz və yüksək qida
keyfiyyətinə malik olan ərzaq məhsullarının mövcudluğu,
ölkənin hər bir yerində istənilən çeşiddə və istənilən vaxt
əldəetmə imkanı;
• ərzağın iqtisadi əldəolunma imkanı - əhalinin bütün
sosial qruplarının tələbatına uyğun gələn və keyfiyyətli ərzaq
məhsullarını alması imkanına malik olması;
• istifadə üçün təhlükəsiz qidanın olması - ərzağın analoji
qidalandıncı tərkibi, əhalinin sağlamlığına ziyan verəcək
ərzağın istehsalının, satışınm və istehlakının qarşısının
alınması.
Göstərilən amilləri nəzərə almaqla, ərzaq təminatı siyasəti
kompleks tədbirlərin həyata keçirilməsini zərurətə çevirir,
istehsalın artmlması və əhalinin alıcılıq qabiliyyəti ilə vəhdət
təşkil etdiyindən daha çox ölkənin maliyyə imkanlarından,
dövlət büdcəsinin vəziyyətindən də asılı edir.
Ä*» 52
Eldar Quliyev
Dünya üzrə qəbul olunmuş normaya görə, əgər ölkədə
80% əsas istehlak olunan ərzaq məhsulları istehsal olunursa,
ölkədə ərzaq təhlükəsizliyi təmin olunmuş sayılır.
Hazırda, müasir dövrdə əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsinin əsas iki amilinə daha çox diqqət yönəldilir:
ərzaq bazarında məhsulların mövcudluğu və onların əldə
edilməsi üçün maliyyə imkanlarının olmasına. Ərzaq
məhsullarının mövcudluğu istehsal və idxal
münasibətlərindən asılı olursa, maliyyə imkanları
adambaşına aylıq gəlirlərin səviyyəsinə görə qiymətləndirilir.
Bu amillərdən biri olmasa ərzaq təhlükəsizliyi təmin edilmir.
Aqrar siyasətin həyata keçirilməsi nəticəsində son illər
Rusiyada adambaşına 14, ABŞ-da 271, Kanadada 238,
Avropa Birliyi ölkələrində 480 ABŞ dolları vəsait
xərclənmişdir. Avropada və Amerikada kənd təsərrüfatına
külli miqdarda dotasiya verilir və bu sahə artıq xərc aparan,
lakin dövlətin təhlükəsizliyi və varlığı üçün ordu və dövlət
aparatının saxlanması kimi vacib sayılır. Ərzaq məhsullan-
nm güclü ixrac potensialına malik olan ölkələr belə imkandan
öz maraqları naminə digər ölkələrə təsir etmək vasitəsi kimi
də istifadə edirlər. Bu səbəbdən də dövlətin ərzaq
təhlükəsizliyinin təmin edilməsinin çox böyük əhəmiyyəti
var. Yəni, fövqəladə vəziyyətlər zamanı əhalini ərzaq və
yeyinti məhsulları ilə təmin etmək məqsədi ilə xarici
dövlətlərdən asılı vəziyyətə düşməsin. İqtisadi qanunlara
görə, ölkədə istehlak olunan ərzaq məhsullarının 25%-dən
çoxu xarici ölkələrdən gətirilərsə, həmin ölkənin ərzaq
təminatı təhlükəli sayılır. Onu da qeyd etməliyik ki, ərzaq
məhsulları idxal edən ölkələrin sayı getdikcə artır.
Ä» 53
Aqrar iqtisadi>yat
Hazırda dünya əhalisi 6,7 milyard nəfəri ötmüş və 2050-
ci ildə onların sayı 9,2 milyard nəfərə çatacaqdır. Hər gün isə
219 min, ildə 80 milyon nəfər artır. Bu, böyük, təqribən Misir
boyda ölkə əhalisinə bərabər bir dövlət deməkdir. Dünya
əhalisi 1970-ci ilə nisbətən, demək olar ki, 2 dəfəyədək
artmışdır. Eyni zamanda, 3 mlrd, əhalinin yemək rasio- nu da
dəyişmiş, yumurta, süd və ət məhsullarının istehlakı
artmışdır. Bu isə heyvandarlıq məhsullarının dünya
miqyasında istehlakmm artmasına və nəticədə heyvanları da
yedizdirmək lazım olduğundan heyvandarlıqda yem
məhsullarına da tələbatın artması nəticəsində qarğıdalı, dənli
və paxlalı bitkilərə tələbatın artmasına gətirib çıxarır. Hazırda
dünyada hər il təqribən 2,2 mlrd ton taxıl istehlak olunur. On
il bundan əvvəl istehlakın artım həcmi hər il 20 mln. ton
olduğu halda, hazırda bu rəqəm 40 mln. tona çatmışdır. Son
illərdə dünya bazannda qarğıdalının, düyünün, buğdanın
qiymətləri xeyli artmışdır. FAO-nun apardığı təhlildən
görünür ki, 1950-1985-ci illərdə ərzaq məhsullannın istehsal
həcmi orta hesabla hər il 30 mln.tona bərabər olmuşdursa,
1985-1995-ci illərdə onun səviyyəsi 12 mln. tona enmişdir.
Bu meyil son illərdə də davam edir. Dünyada dənli bitkilərin
ümumi əkin sahəsinin 32 %-ni buğda təşkil edir. 2010-cu ildə
dünyada buğdanın ümumi istehsalı 681,9 mln. ton, hər
hektardan orta məhsuldarlıq isə 30.2 sentner təşkil etmişdir.
Buğda istehsalının hazırkı səviyyəsi ilə (təqribən 620-680
mln.ton) müqayisədə bu artımı təmin etmək üçün 2020-ci ilə
kimi buğda istehsalı 840 mln.tona çatdırılmalıdır.
Eyni zamanda dünya üzrə su çatışmazlığı da ərzaq
təhlükəsizliyinin təmin oinmasmda problemlər yaradır.
Ümumiyyətlə, bu hal Ərəb dövlətləri və Şimali Afrika üçün
Ä» 54
Eldar Quliyev ■
xarakterik sayılır. Belə ki, Səudiyyə Ərəbistanının ərazisinin
çox hissəsi səhra olsa da, 20 il bundan öncə, yeraltı sulardan
istifadə etməklə özünü buğda ilə təmin edə bilirdi. Suların
çəkilməsi və səhralaşma ilə əlaqədar, hazırda elə vəziyyət
yaranıb ki, ölkə yaxın gələcəkdə tələb olunan buğdanın
hamısını idxal etməli olacaq. Taxıl istehsalı İraqda, Suriyada
getdikcə aşaği düşür, Yəməndə isə su çatışmazlığı əsas
problemdir.
Amerika alimi M.Ensmingerin fikrincə, “istehlak ərzağı
həm məsuliyyət, həm də silahdır”. Məsuliyyətdir ona görə ki,
insanın yaşaması və yeməsi üçün lazım olan kifayət edəcək
ərzağın olması onun ən başlıca hüququdur. Digər tərəfdən, 0,
silahdır, çünki siyasətdə və iqtisadiyyatda ərzaq məhsulları
böyük təsirə, gücə və neftdən artıq gücə malikdir”.
Yoxsulluq həddini müəyyənləşdirmək üçün bütün ölkələri
iki qrupa bölmüşlər: adambaşına gündəlik gəlirləri 1 ABŞ
dollarına malik olanlar. Bu qrupa daxil olan ölkələrin
əhalisinin ifrat yoxsulluq həddində yaşadığı hesab edilir;
adambaşına gündəlik gəlirləri 2 ABŞ dollarına bərabər olan
ölkələr isə əhalisi yoxsulluq həddində olduğu qəbul edilir.
Bəzi ölkələr üzrə ötən 11 il ərzində ifrat yoxsulluq həddində
yaşayanların sayı 15 faiz artmışdır və 1,1 milyard əhalinin hər
nəfərinə düşən aylıq gəlirləri 1 ABŞ dollarından aşağı
olmuşdur. Doğulan hər 100 uşaqdan 6-sı bir yaşa, 8-i beş yaşa
çatanadək ölür, məktəb yaşma çatmış hər 100 uşaqdan 23-ü
təhsil almaq imkanından məhrumdur. BMT- nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə,
dünyanın bütün ölkələrində 840 milyon adam xroniki
(davamlı) aclığa məruz qalır, onların əksə
Ä» 55
Aqrar iqtisadiyyat
riyyəti ifrat yoxsulluq həddində yaşayanlardır. Hətta inkişaf
etmiş ölkələrdə 10 milyon nəfər aclıqdan əziyyət çəkir.
Uzun müddət ərzaq çatışmazlığı nəticəsində yaranan və
iri ərazilərdə çoxsaylı insanların ölümünə səbəb olan aclıq,
kütləvi hal kimi sosial bəla sayılır.
Aclığın iki halı nəzərə alınır. Mütləq aclıq dedikdə
orqanizmin yaşaması və inkişaf etməsinin təmin olunması
üçün zəruri qida məhsullarının minimum həddən az olması və
yaxud tamamilə çatışmadığı hallar başa düşülür. Nisbi aclıq
hallarında orqanizmin fəal həyat tərzini təmin etmək üçün
zəruri tələbatdan aşağı miqdarda və qidalanma keyfiyyətində
məhsullar ilə xroniki qidalanma şəraiti hesab edilir. Nəticədə
orqanizm müxtəlif növ xəstəliklər ilə mübarizədə ölür və orta
ömür müddəti qısalır.
FAO-nun məlumatlarına görə, 2002/2004-cü illlərdə
dünya üzrə 850 milyon nəfər və yaxud 13% əhali aclıqdan
əziyyət çəkirdisə, 2010-cu ildə xroniki aclıqdan əziyyət
çəkənlərin sayı 925 milyon nəfər olmuşdur. Onlardan 578
milyon nəfər Asiya və Sakit okean regionunda, 239 milyon
nəfər Afrikada, 108 milyon nəfər digər ölkələrdə yaşayırlar.
Eləcə də hər gün aclıqdan 10 min uşaq və 25 min yaşlı insan
ölür. Bununla belə, yalnız kifayət qədər ərzaq məhsullarının
istehsal edilməsi ilə aclıqdan yaxa qurtarmaq mümkün olmur.
Məqsədə nail olmaq, hamının sağlam və fəal həyat tərzi
keçirməsi üçün kifayət qədər müvafiq, keyfiyyətli məhsulları
əldə etməsi imkanını yaratmaq tələb edir. Bütün dünyada
səylər ərzaq məhsulları ilə təminata yönəldilir ki, aclıq və az
qidalanma halları aradan qaldırılsın. indiki və gələcək nəsillər
üçün onların dağıdıcı nəticələrini ləğv etmək mümkün olsun.
Bütün insanların əsas
Ä» 56 “Ä
Eldar Quliyev
hüququnun məcburi şərti onunla şərtləndirilir ki, insanlar
“aclıq” hiss etmədən yaşasınlar.
Sxem 2. Ərzaq təhlükəsizliyi növlərinin təsnifatı.
İnsanın qidalanma keyfiyyəti iki əsas göstəriciyə: enerji
təminatı və zəruri inqrediyentlər kompleksinə görə
qiymətləndirilir. Məhz bu amillər insanın fiziki gücünü,
normal fəaliyyətini və firavan həyat tərzini formalaşdırır.
Qidalanmanın enerji təminatı onun kaloriliyi ilə ölçülür.
Dünyanın 20% əhalisi mütləq qida çatışmazlığı şəraitində
yaşayır və bu qədər insanın qidalandıqları məhsullann enerji
təminatı 1500 kaloridən aşağıdır.
Sxem 3. Ərzaq təhlükəsizliyinin ümumi milli
təhlükə sizlikdəyeri.
^ 51
■ Aqrar iqtisadiyyat
Araşdırma göstərir ki, adambaşına gündəlik istehlak
olunan ərzaq məhsullarının orta illik həcmi 4 ölkədə 1880
kkal-dan aşağıdır. Dünya ölkələri üzrə əhalinin qidalanması
üçün enerji təminatının minimum həddi Konqo Demokratik
Respublikasında (1585 kkal), maksimum həddi isə ABŞ-da
(3770 kkal) müşahidə olunur (cədvəl 2).
Cədvəl 2.
Dünya əhalisinin qidalanma səviyyəsi
Enerji təminatı üzrə qruplar, adambaşına - kkal/giin Dünya
üzrə cəmi 1880 1880-
2000 2000- 2500
2500- 3000
3000- 3500 3500
Qrupa daxil olan ölkələrin sayı
4 6 50 55 44 14 173
Əhalisinin sayı, milyon nəfər: 2008- ci ildə
86,2 126,4 2104,7 2490,3 1235,1 623,3 6750,1
2010- cu ildə 90,9 132,8 2174,6 2536,4 1254,2 631,3 6908,7
Qruplar üzrə əhalinin xüsusi çəkisi, 2008-ci ildə,%-lə
U 1.9 31,2 36,9 18,3 9,2
100 Əhalinin orta illik artımı, 2008-2010, %-lə 102,7 102,5 101,6 100,9 100,8 100,6 101,2
Enerji təminatının variasiya hədləri: 2005-2007
1585- 1762
1848- 1956
2016- 2468
2513- 2996
3019- 3482
3530- 3770
2778
Mənbə: FAO-nıın 2010-cu il üçün illik statistik məcmuəsi əsasında qnıplaşdmlmışdır.
58
Eldar Quliyev
Təbiidir ki, insanların cinsindən, yaşından, yerinə
yetirdiyi işin xarakterindən, təbii - iqlim şəraitindən və s.
amillərdən asılı olaraq, hər bir adamın qidalanma nornıa
göstəricisi də dəyişir. Qidalanma zamanı təkcə kaloriliyin
deyil, həm də zülalların, habelə yağların, vitaminlərin,
mikroele- mentlərin çatışmazlığı zamanı natamam qidalanma
hesab edilir. Onu da, bir qayda olaraq, gizli aclıq
adlandırırlar.
Təbii ki, əhalinin artım sürəti həlledici dərəcədə ərzağa
tələbatın artım sürətini müəyyən edir, digər tərəfdən isə, bu
tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Bu
səbəbdən də dünyanın əksər ölkələrində kənd təsərrüfatı
məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədi ilə
mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və
texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi,
innovasiyaların istehsal sahələrinə gətirilməsi, gen
mühəndisliyi və genetik cəhətdən modifıkasiya olunmuş
mikroorqanizmlərdən, müxtəlif kimyəvi preparatlardan, qida
əlavələrindən, əvəzedicilərdən və s. istifadə hazırda geniş
yayılmışdır. Təbii ki, bu vasitələr və elmi - texniki
nailiyyətlər istehsal həcminin artırılmasında mühüm rol
oynamaqla yanaşı bəzən düzgün istifadə edilmədikdə qida
sağlamlığı üçün müəyyən təhlükələr yaradır. Bundan əlavə,
tələbatın artım sürəti istehlak bazarında keyfiyyətsiz, insan
sağlamlığı üçün təhlükə yarada biləcək ərzaq məhsullan- nın
yer almasına da şərait yaradır. Bu məsələ, əsasən, inkişaf
etməkdə olan və iqtisadi - siyasi sistemi transformasiyaya
uğrayan ölkələrdə daha qabarıq şəkildə özünü göstərir.
Ä» 59
Aqrar iqtisadiyyat
YOXLAMA SUALLARI
1. “Aqrar - sənaye kompleksi” nə deməkdir?
2. “Aqrar - sənaye kompleksi ”nin strukturu necədir?
3. ASK yarımkomplekslərini xarakterizə edin və onun
məhsullarının əhəmiyyəti.
4. ASK-nm dövlət tənzimlənməsi dedikdə nə başa düşülür?
5. ASK-nm dövlət tənzimlənməsinin məqsədi və
istiqamətləri.
6. Müasir dövrdə ASK necə inkişaf edir?
7. “Ərzaq təhlükəsizliyi” termini altında nəyi başa düşmək
lazımdır?
8. ASK-nm perspektivini xarakterizə edin.
60
Eldar Quliyev
MÖVZU 3. AQRAR BÖLMƏDƏ ÇOXSAHƏLİ İQTİSADİYYATIN
FORMALAŞMASI
3.1. AQRAR İSLAHATLARIN ƏSAS İSTİQAMƏTLƏRİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
1980-ci illərin sonlarında kənd təsərrüfatı məhsullarının
artım tempi 1-2% azalmışdır. Bu dövrdə əmələ gələn iqtisadi
situasiya ərzaq probleminin həll edilməsinə imkan
vermədiyindən məsələ daha da ciddi xarakter alırdı. Ona görə
kənd təsərrüfatında yenidənqurmaların apanimasma zərurət
yaranır.
Azərbaycan Respublikasında aqrar islahatlara gəldikdə,
qeyd etməliyik ki, 1988-ci ildən, qonşu ermənilər ölkəmizə
təcavüz edən vaxtdan 1995-ci ilədək ölkə iqtisadiyyatı
əslində deformasiyaya uğramış, ərzaq qıtlığı yaranmışdır.
İqtisadiyyatın bütün sahələrində istehsalın həcminin
azalması, məsariflərin artması, müəssisələr arasında
alqı-satqı prinsiplərinin pozulması, əhalinin həyat şəraitinin
pisləşməsi müşahidə edilirdi.
1992-1996-cı illərdə iqtisadiyyatın sağlamlaşdırılması
üçün bir sıra çox mühüm qanunlar və normativ aktlar qəbul
edilmişdir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”
(1998), “Azərbaycan Respublikasında mülkiyyət haqqında”
(1991), “Kəndli (fermer) təsərrüfatı haqqında” (1994), “İcarə
haqqında”(1992), “Sahibkarlıq fəaliyyəti haqqında” (1991),
“Sovxoz və Kolxozların islahatı haqqında” (1995), “Aqrar
islahatlann əsasları haqqmda”(1995), “Torpaq islahatı
haqqında” (1996), “Müəssisələr haqqında” (1999), “Səhmdar
cəmiyyətlər haqqında” (2006) və s.
61
Aqrar iqtisadiyyat
qəbul edilmiş qanun, qərar və qətnamələrdə aqrar islahatların
aparılma prinsip və metodları müəyyənləşdirilmişdir.
Aqrar islahatların məqsədi - kənd təsərrüfatı
məhsullarının dayanıqlı artımını təmin etmək, istehsalın
iqtisadi səmərəliliyini yüksəltmək, cəmiyyətin qida
məhsullarına olan tələbatının təmin edilməsi və kənd
yerlərində insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması.
Bütün bunlara nail olmaq üçün kəndlinin sosial aktivliyini
yüksəltmək, onlarda təsərrüfat müstəqilliyinin
genişləndirilməsi əsasında sahibkarlığa qarşı marağı inkişaf
etdirmək. Torpaq, digər istehsal vasitələri, istehsal olunmuş
məhsul və əldə etdikləri pul vəsaiti üzərində sərəncam
vermək hüququnun təmin edilməsi.
Aqrar islahatların əsas prinsipləri aşağıdakılardır:
1. Sahibkarlıq və təsərrüfatçılığın sərbəstlik forması. Hər
bir insan o sahibkarlıq və təsərrüfat formasını seçsin ki, o
fonna onun maraq və imkanlarına daha münasib və uyğun
gəlir.
2. Yenidənqurmaların aparılmasında könüllülük. Aqrar
islahatlar yuxarıdan göstərilən təyziqlər əsasında deyil, əmək
kollektivlərinin aparılan islahatlarda maddi maraqları və
könüllülüyü əsasında aparılmalıdır.
3. Yenidənqurma islahatlarının ardıcıllığı. ASK
müəssisələrinin yenidən təşkili təkcə təsərrüfatçılığın
təşkilati - hüquqi dəyişilməsi deyil, eyni zamanda onlann
idarəetmə strukturlarının, təsərrüfatdaxili istehsal-iqtisadi
münasibətlərinin də dəyişilməsidir. İslahatlar hər bir
regionun xüsusiyyətləri nəzərə alınmaqla ardıcıllıqla həyata
keçirilməlidir.
Ä* 62 «dV
Eldar Quliyev ■
4. Kəndlinin real sahibkara çevrilməsi əsasında, yəni hər
hansı təsərrüfatçılıq formasında ona torpaq və əmlak payı
ayniması vasitəsilə. Torpaq və əmlak payının sahibkar
tərəfindən istifadəsi, mövcud olan iqtisadi şəraitlə və ölkədə
kənd təsərrüfatının inkişaf xüsusiyyətləri ilə əlaqədar daha
münasib təsərrüfatçılıq formasına yönəldilməlidir.
5. Aqrar islahatların aşkarlığı, aparılan tədbirlərin həyata
keçirilməsi üçün geniş təbliğat işinin aparılması.
Aqrar islahatların əsas istiqamətləri - bu, torpaq
münasibətlərinin yenidən təşkilidir, islahatıdır. Torpaq
islahatlarının əsas məsələsi torpaq üzərində təsərrüfatçılıq
formala- n və onlardan səmərəli istifadə üçün bərabər
imkanlar yaratmaqla torpaqların yenidən bölüşdürülməsi.
Torpaq dövlət, bələdiyyə, kollektiv və şəxsi mülkiyyətdə
ola bilər. Azərbaycan Respublikasında torpaq islahatları
torpaq üzərində dövlət inhisarını ləğv etdi: hər bir torpaq
sahəsinin özünün konkret sahibi (fiziki və ya hüquqi)
meydana gəldi. Bundan əlavə, torpaqdan istifadə pullu oldu
və tədricən torpaq bazarı meydana gəldi.
Aqrar islahatlar nəticəsində çoxukladlı iqtisadiyyata keçid
yarandı. Burada təsərrüfatın və sahibkarlığın müxtəlif
formalarının uzlaşmasına əsaslanan iqtisadiyyat
anlaşılmalıdır. Təsərrüfatçılıq və sahibkarlıq formaları -
müxtəlif qütblü olsalar da bir-birini inkar edən deyillər.
Müxtəlif təsərrüfatçılıq formalarında eyni sahibkarlıq forması
ola bilər, belə ki, yoldaşlıq təsərrüfatlarında və müxtəlif
birliklərdə şəxsi sahibkarlıq forması ola bilər. Kənddə çoxuk-
ladlı iqtisadiyyat yaradılması azad sahibkarlıq və
özəlləşdirmə əsasında həyata keçirilmişdir.
Ä« 63
Aqrar iqtisadiyyat
Azad sahibkarlıq - bu, iqtisadiyyatda dövlətin rolunun
azaldılmasına yönəldilmiş, dövlət mülkiyyətinin yeni şəklə
salınması tədbirlərinin məcmusudur. Bununla yanaşı dövlət
idarəetmənin çox funksiyalarından imtina edir. Əvvəlki
şaquli təsərrüfatçılıq əlaqələrini üfüqiyə dəyişir.
Azad sahibkarlıq o demək deyildir ki, dövlət
iqtisadiyyatdan tam geri çəkilir. Müasir istehsal dövlət
tənzimlənməsi olmadan müvəffəqiyyətlə inkişaf edə bilməz.
Ancaq müəyyən həddə qədər səmərəli ola bilər. Əgər bu hədd
pozularsa ictimai istehsalın səmərəliliyi aşağı düşür.
Dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsi - bu,
vətəndaşlar tərəfindən yaradılmış təşkilatların (aksio- ner
cəmiyyətləri, yoldaşlıq və s.) həmin mülkiyyətləri əldə
etməsidir.
Azad sahibkarlıq və özəlləşdirmə ödənişsiz əsaslarla
həyata keçirilə bilər, müəssisələrdə güzəştli əsaslarla həyata
keçirilə bilər, müəssisənin güzəştli əsaslarla satın alınması,
aksiyaların satılması, müəssisənin arendaya verilməsi, kiçik
müəssisələrin auksion müsabiqə əsasında və onsuz satılması.
Azad sahibkarlıq və özəlləşdirmə zamanı müəssisənin
mülkiyyətinin yenidən təşkilinin aşağıdakı formalarda həyata
keçirilməsi təşkil olunur:
- yenidən təşkiletmə-müəssisəni vahid tam şəkildə
saxlamaqla təsərrüfatçılığm təşkilati-hüquqi formasını
dəyişmək;
- fəaliyyətdə olan təşkilatın tərkibindən bir və ya bir neçə
yenilərini ayırmaq, (bununla yanaşı yenidən təşkil olunan
təşkilat, müəssisə saxlanır və fəaliyyətini davam etdirir);
Ä» 64
Eldar Quliyev “
-fəaliyyətdə olan təşkilatı iki və daha çox yenilərinə
ayırmaq, bu zaman yenidən qurulmuş (köhnə) təşkilat öz
fəaliyyətini dayandırır;
-müstəqil fəaliyyət göstərə bilməyən müəssisənin
birləşdirilməsi;
- bir neçə müəssisə müstəqil hüquqi şəxs kimi fəaliyyət
göstərə bilmir, fəaliyyətdə olan təşkilatın tərkibinə daxil
olaraq müstəqil fəaliyyətlərini dayandırırlar;
- ləğv etməyə müəssisə könüllü təsir göstərə bilər
(təsisçilərin qərarı ilə, o cümlədən bütün üzvlərinin çıxdığı
halda), həmçinin məcburiyyət qarşısında (arbitraj
məhkəməsinin qərarı ilə və ya müflisləşmə və s.).
Kənd təsərrüfatı müəssisələrinin ən çox yayılmış yenidən
təşkil forması aynima və yenidənqurmadır.
3.2. SAHİBKARLIQ FƏALİYYƏTİ VƏ FORMALARI
Azərbaycan Respublikası planlı sosialist təsərrüfat
sistemindən azad bazar münasibətlərinə söykənən yeni
iqtisadi sistemə keçmişdir.
Bazar iqtisadiyyatına keçən dünya ölkələrinin təcrübəsi
göstərir ki, keçid dövründə mülkiyyət üzərində yeni
təsərrüfatçılıq formalarının yaradılması, azad sahibkarlığa
geniş yer verilməsi və habelə iqtisadiyyatın dövlət tərəfindən
tənzimlənməsi tələb olunur. Bunun vacib şərtlərindən biri də
rəqabət şəraitində mülkiyyətin çoxnövlülüyünə malik
çoxukladlı iqtisadiyyatın yaradılmasıdır. Bazar
iqtisadiyyatında sahibkarlıq aparıcı qüvvədir.
Azərbaycanda sahibkarlıq çox qədimdən inkişaf etmişdir.
Hələ Azərbaycanda Manna, Atropatena və Alban döv
Ä« 65
" Aqrar iqtisadiyyat
lətləri dövründə azərbaycanlı sahibkarlar dünya ticarət
bazarına çıxmaq imkanlarına malik olmuşlar. Həmçinin XX
əsrin əvvəllərində Azərbaycanda milli burjuaziyanın inkişaf
etdiyi dövrlərdə Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev,
Murtuza Muxtarov kimi sahibkarlar öz fəaliyyətləri ilə
fərqlənmişlər.
“Sahibkar” sözü ərəb və fars sözlərinin birləşməsindən
yaranmışdır. Sözün birinci hissəsi “Sahib” ərəb sözü olub
mənası “yiyə”, mülkiyyətçi sözünün ikinci hissəsi “kar”
ifadəsi iş, fəaliyyət mənasını verir. Deməli, sahibkar
mülkiyyətin yiyəsi-sahibi deməkdir. Sahibkar ifadəsini Qərb
iqtisadiyyatında ilk dəfə fransız alimi Riçard Kantilyon
(1725-ci il) işlətmişdir. Sahibkar öz fəaliyyətini idarə edən,
onu planlaşdıran, əldə etdiyi gəliri öz ehtiyaclarına müstəqil
bölüşdürən və kommersiya vasitəsilə reallaşdıran sərbəst
mülkiyyətçidir.
Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu
maddəsində göstərilir: “Hər kəs qanunla nəzərdə tutulmuş
qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından
sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə
azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş
digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər”. Göründüyü
kimi, qanunla müəyyən edilmiş fəaliyyət növü ilə ölkənin hər
bir vətəndaşının sahibkarlıqla məşğul olmasına təminat
verilmişdir (şəkil 3).
Sahibkarlığa müxtəlif yanaşmalar mövcuddur.
“Sahibkarlıq ən çox-müstəqillik, təşəbbüskarlıq, məsuliyyət,
risk, fəal axtarış, dinamiklik, səfərbərlik kimi əlamətlərlə
xarakterizə edilir”. “Sahibkarlıq - məlum mahiyyətli və isti
^ 66
Eldar Quliyev
qamətli fəaliyyətin sahibkar tərəfindən müəyyən edilən
ardıcıl əməliyyatlarla yerinə yetirilməsidir”.
Sahibkarlıq - bu hər şeydən əvvəl bazar iqtisadiyyatı
sisteminin başlıca iqtisadi əsasıdır. Hazırda iqtisadiyyata
lazımi dinamizmi vennəkdə sahibkarlıq dayanıqlı və
keyfiyyətli iqtisadi artımın strateji ehtiyatı kimi çıxış edir.
Şəkil 3. Sahibkarlığın funksiyaları,
Azərbaycanda “Sahibkarlıq fəaliyyəti haqqında” qəbul
edilmiş qanunda göstərilir. “Sahibkarlıq fəaliyyəti (sahib-
Ä*» 67
Aqrar iqtisadiyyat
karlıq) fiziki şəxslərin, onların - birliklərinin, habelə hüquqi
şəxslərin mənfəət və şəxsi gəlir əldə edilməsi məqsədilə
özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər
hüquqi və fiziki şəxsərin adından qanunvericiliklə qadağan
edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, 0 cümlədən
mohsul istehsalı və satışı və xidmətlər göstərilməsi
formalarında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq
fəaliyyətidir”.
Mülkiyyət formasından asılı olmayaraq, fəaliyyət
qabiliyyətləri olan vətən və xarici ölkə vətəndaşı
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Azərbaycanda hazırda 55 minədək sahibkarlıq müəssisəsi
fəaliyyət göstərir. Çox təəssüf ki, bunların 90%-i xidmət və
bunun da əksəri ticarət xidmət sahələridir. İstehsal sahələri
isə 10% təşkil edir.
Ona görə də Ümummilli lider Heydər Əliyev 1993-cü ildə
respublika rəhbərliyinə gələndən sonra iqtisadiyyatın
böhrandan xilas olub inkişaf etdirilməsinin yeganə yolunun
islahatlar olduğunu bildirdi. Bu məqsədlə də kənd
təsərrüfatında islahatların aparılması aqrar siyasətin başlıca
amili kimi qəbul olundu.
H.Əliyev ictimaiyyət nümayəndələrinin iştirakı ilə
keçirdiyi respublika müşavirəsində (23 dekabr 1994-cü il)
aqrar sahənin qurtuluş yolu ilə bağlı özünün qəti fikrini belə
ifadə etmişdir: “Aqrar bölmədə iqtisadi islahatlar aparmaq,
mülkiyyət formasım dəyişmək, torpaq islahatı keçirmək,
sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın
həyatında çox mühüm və əhəmiyyətli, eyni zamanda son
dərəcə məsuliyyətli və taleyüklü bir məsələdir”. Strateji
istiqamətlər müəyyən edildikdən sonra H.Əliyevin təşəbbüsü Ä“ 68
Eldar Quliyev
və rəhbərliyi ilə 1994-1995-ci illərdə ölkədə aqrar islahatların
həyata keçirilməsi üçün normativ-hüquqi sənədlər
hazırlanmağa və beləliklə, 1995-ci ilin əvvəllərindən
respublikada aqrar islahatların həyata keçirilməsinə başlandı.
Mülkiyyət formalarına görə: dövlət, özəl və bələdiyyə.
Dünya ölkələri iqtisadi inkişaf istiqamətlərinə görə:
konsern, assosiasiya, konsersium, sindikat, kartel, holdinq
maliyyə - sənaye qrupları üzrə inkişaf edir.
Sahibkarlıq iqtisadiyyatın yüksəlişində əsas rol oynadığı
üçün iqtisadi yüksəliş isə öz növbəsində cəmiyyətin sosial-
siyasi sabitliyini təmin edir. Sosial sabitlik olan yerdə
sərmayə qoyuluşu artaraq, maddi nemətər bolluğu
yaradılmasına kömək edir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə həyata keçirilən aqrar islahatlar nəticəsində sahədə xüsusi
mülkiyyətçilik prinsiplərinin və sərbəst istehsal
münasibətlərinin təsbit olunması ilə yerli sahibkarlıq
fəaliyyətinin əsası qoyulmuşdur. Qəbul olunmuş hüquqi -
normativ aktlara əsasən aqrar sahədə çoxukladlı
təsərrüfatçılıq formalarının yaranması və müasir tələblərə
uyğun istehsal növü ilə məşğul olmaq üçün bütün imkanlar
yaradılmışdır. Aqrar sahədə bazar münasibətlərinin bərqərar
olması, dövlətin aqrar siyasətinin müasir bazar iqtisadiyyatı
prinsiplərinə uyğunlaşdırılması aqrar sahədə sahibkarlığın
inkişaf etdirilməsinə və iqtisadi inkişafa nail olmaq məqsədilə
hərtərəfli fəaliyyətə şərait yaradır.
Kolxoz və sovxozlara məxsus olmuş torpaqların və
əmlakın özəlləşdirilməsi hesabına aqrar sahədə müxtəlif
sahibkarlıq formaları yaradılmışdır.
Ä» 69 «Ä
Aqrar iqtisadiyyat
Kənd təsərrüfatı sahəsində torpaqların bölünüb verilməsi,
kəndli-fermer təsən'üfatlarının sayının 843 mindən yuxarı
olmasına baxmayaraq bunların heç də hamısı torpaqdan
istehsal vasitəsi kimi istifadə edə bilmirlər - daha doğrusu,
istifadə etmək imkanı yoxdur.
Təşkilati baxımdan müəssisələr dövlət müəssisələri, icarə
və təsərrüfat hesablı müəssisələrə, xüsusi (fərdi, ailəvi)
müəssisələrə, kollektiv müəssisələrə (səhmdar cəmiyyətlərə)
və s. formalara ayrılır. Sahibkarlığın hansı formada fəaliyyət
göstərməsindən asılı olmayaraq, şəxsi maraq prinsipləri olan
hallarda iqtisadi yüksəliş olmalıdır (cədvəl 3).
Cədvəl 3.
Respublika üzrə kənd təsərrüfatında fəaliyyət göstərən təsərrüfat formaları və onların torpaq sahələri (2011-ci il)
Təşkilat formaları
Möv cud dur vahid
Torpaq sahəsi (ha) Bir
təsərrüfata
düşən
yararlı
torpaq
sahəsi ha ilə
Cəmi
Ondan kənd
təsərrü fatına yararlı
O cüm lədən əkin yeri
Dövlət kənd
təsərrüfatı
müəssisələri
41 134317 93351 25097 2277
Səhmdar cəmiyyətləri (nəzarət paketi
dövlətə məxsus olanlar)
17 2745 1957 737 94
Sair dövlət
təsərrüfatları
(elmi-tədqiqat və
tədris-təcrübə
təsərrüfatları daxil
edilməklə)
n ı 16595 13425 8907 1 2 1
70
Eldar Quliyev
Cədvəl 3-ün davamı
Baş məşğulluq
idarəsinin nəzdində
yaradılmış olan dövlət
müəssisələri
92 5482 5028 3743 55
Sənaye, digər
müəssisə və
təşkilatların 43 9424 4962 2188 115
Kollektiv müəssisələr 1164 46951 41725 31308 36
Kənd təsərrüfatı
istehsal kooperativləri 165 4342 4038 3070 24
Kiçik müəssisələr 378 6032 3841 5060 15 Fərdi kəndli (fermer)
təsərrüfatları (hüquqi
şəxslər) 2598 18980 18962 15790 7.2
Sair kənd təsərrüfatı
müəssisələri 96 5242 4705 3353 44
Kənd təsərrüfatında
xidmət göstərən
mexanikləşdirilmiş
dəstələr (aqroser-
vislər)
25 38 8 2 0.3
Fiziki şəxs kimi
fəaliyyət göstərən
ailələr 843240 14724
22 146542 128701 1.7
Dünya təcrübəsi göstərdiyi kimi, müxtəlif təşkilati-
hüquqi təsərrüfatçılıq forması-bazar iqtisadiyyatının effektli
fəaliyyəti üçün vacib zəmindir.
Aqrar-sənaye kompleksində mövcud olan bütün təşkilatlar
kommersiya və qeyri-kommersiya təşkilatlarına bölünür.
Kommersiya təşkilatlannm məqsədi-qazanc əldə etmək,
qeyri-kommersiya təşkilatlannm belə məqsədi yoxdur.
Ä* 71
Aqrar iqtisadiyyat
Hüquqi şəxs kimi tanınan təşkilat o təşkilatdır ki,
təsərrüfatın aparılmasında xüsusi mülkiyyəti olsun, öz
fəaliyyətini idarə etsin, onu planlaşdırsın, əldə etdiyi gəlirləri
öz ehtiyaclarına müstəqil bölüşdürsün. Hüquqi şəxs müstəqil
balans və ya smetaya malik olmalıdır.
Dərin inqilabi mahiyyətinə, yaradıcı potensialın və insan
amilinin imkanlarının həyata keçirilməsinə görə
Azərbaycanda aparılan iqtisadi islahatlar XX əsrin mühüm
əlamətdar hadisələrindən biridir. İqtisadi islahatların mühüm
obyekti olan aqrar islahatların həyata keçirilməsinin əsas
istiqamətlərindən biri torpaq və əmək payı almış payçıların
müxtəlif növlü təsərrüfatlar, mülkiyyət münasibətlərindən və
təsərrüfatçılıq fonnalarından asılı olaraq yaradılır. Torpaq və
əmlak üzərində mülkiyyət münasibətləri və müxtəlif növlü
təsərrüfatların aşağıdakı təşkilati-hüquqi formalarının
yaradılması nəzərdə tutulur:
1) kəndli (fenner) təsərrüfatı;
2) şəxsi yardımçı təsərrüfat;
3) birgə təsərrüfat;
4) kooperativ.
3.3. TƏSƏRRÜFATÇILIQ FORMALARI, ONLARIN
MƏZMUNU VƏ XÜSUSİYYƏTLƏRİ
Respublikamız müstəqillik əldə etdikdən sonra digər
MDB məkanında olan respublikalar kimi Azərbaycanın da
iqtisadiyyatında tənəzzül və iqtisadi böhran yaranmağa
başladı. Yaranmış vəziyyət kənd təsərrüfatına kəskin təsir
göstərir və bu sahə ildən - ilə ciddi problemlərlə üzləşir. O
vaxtlar kənd təsərrüfatında əsas təsərrüfat formaları olan
Ä» 72 «»d>
Eldar Quliyev
kolxoz və sovxozlar artıq lazımi səviyyədə fəaliyyət göstərə
bilmir və iqtisadi böhran getdikcə gərginləşirdi. Bununla
yanaşı istehsal vasitələri, maşın və avadanlıqlar fiziki və
mənəvi cəhətdən köhnəlir, maliyyə gərginliyi ilə əlaqədar
yenilərini almaq mümkün olmurdu. Belə bir şəraitdə
vəziyyətdən çıxış yolu yalnız aqrar islahatların həyata
keçirilməsində idi.
İslahata başlananda respublikada 1970 kolxoz, sovxoz və
digər dövlət müəssisələri mövcud olmuşdur. Respublikanın
vahid torpaq fondunun (8.6 mln hektar) 56.9%-i, yəni 4.9 mln
hektarı dövlət mülkiyyətində saxlanılmış, 23.5%-i, yəni 2.03
mln hektarı bələdiyyə mülkiyyətinə, 19.6%-i, yəni 1.7 mln
hektarı isə xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmuşdur.
Zəbt edilən torpaqlar istisna olmaqla hazırda xüsusi
mülkiyyətə verilməsi nəzərdə tutulan 1395000 hektar torpaq
sahəsindən 1.391 mln hektarı özəl- ləşdirilərək torpaq
paylayıcılanna verilmişdir.
Beləliklə, həyata keçirilən aqrar islahatlar nəticəsində
aqrar sahədə xüsusi mülkiyyətçilik prinsiplərinin və sərbəst
istehsal münasibətlərinin təsbit olunması ilə yeni sahibkarlıq
fəaliyyətinin əsası qoyulmuşdur. Qəbul olunmuş hüquqi -
normativ aktlara əsasən aqrar sahədə çoxukladlı
təsərrüfatçılıq formalarının yaradılması və müasir tələblərə
uyğun istehsal növü ilə məşğul olmaq üçün bütün imkanlar
yaradılmışdır. Aqrar sahədə bazar münasibətlərimi bərqərar
olması, dövlət aqrar siyasətinin müasir bazar iqtisadiyyatı
prinsiplərinə uyğunlaşdırılınası aqrar sahədə sahibkarlığın
inkişaf etdirilməsinə və iqtisadi inkişafa nail olmaq məqsədilə
hərtərəfli fəaliyyətə şərait yaradır.
73
Aqrar iqtisadiyyat
Hazırda kənd təsərrüfatında fəaliyyətdə olan hüquqi şəxs
statuslu əsas özəl təsərrüfat subyektləri kollektiv müəssisələr,
kənd təsərrüfatı istehsalı kooperativləri, kiçik müəssisələr və
kəndli-fermer təsərrüfatlannm əksəriyyəti hər hansı bir
qurumda cəmlənməmiş və fərdi qaydada fəaliyyətə üstünlük
verirlər (cədvəl 4). Cədvəl 4.
Göstəridhrin adı 2005 2008 2009 2010 2011 2012
Təsərrüfatların sayı,
vahid 2681 2613 2517 2618 2593 2451
0 cümlədən gəlirlə
işləyənlər 2670 2589 2504 2544 2565 2448
Zərərlə işləyənlər 11 24 67 74 28 3 Mənfəətin məbləği,
min manat 2854 5538 4924 8111 9814 8645
Zərərin məbləği, min
manat 4 37 123 590 71 2
Balans gəliri (-zərəri), min manat
2848 5502 4801 7521 9743 8643
Satışdan əldə edilən
pul gəliri, min manat 6811 14912 14231 18890 25427 22468
Bütövlükdə satışdan
eldə edilən gəlir
(-zərər), min manat 2848 4687 3804 5087 7327 6683
0 cümlədən.
Bitkiçilikdə 1861 2893 2216 3051 5180 4576
Heyvandarlıqda 987 1638 1578 2021 2125 2085 Məhsul istehsalında iştirak edən ailə
üzvlərinin sayı, min nəfər
11474 11103 11338 10536 10694 10264
Ä*» 74
Eldar Quliyev
Cədvəl 4-ün davamı
Kənardan cəlb
edilmiş işçilərin sayı,
min nəfər 2059 1480 2134 2311 2055 1694
Kənd təsərrüfatının
ümumi məhsulu, min
manat 10183 21372 18991 24887 31022 29588
Əmək
məhsuldarlığı-bir
işçiyə düşən ümumi
məhsul, manat
733 1925 1675 2362 2901 2883
Əsas fondların
mövcudluğu, min
manat 13474 23136 25871 31933 32011 30356
Onda kənd
təsərrüfatı təyinatlı
əsas istehsal fondları,
min manat
13199 22043 23698 22060 23578 22773
Kənd təsərrüfatı
təyinatlı əsas
fondların orta illik
dəyəri, min manat
12979 21267 23417 21088 22799 22079
Ümumi torpaq
sahəsi, ha 23493 25150 27137 47314 43691 48466
Onda kənd təsərrüfatına yararlı
torpaq sahəsi, ha 22577 24400 26341 45735 41575 47271
0 cümlədən, əkin yeri, ha 16112 17025 17591 33764 28919 35584
Orta hesabla bir
təsərrüfata düşən
kənd təsərrüfatına
yararlı torpaq sahəsi,
ha
8,4 9,3 10,2 17,5 16,0 19,3
Təsərrüfatçıhqda mövcud olan müxtəlif təşkilati-hüquqi
formalar, dünya təcrübəsinin göstərdiyi kimi, bazar iqtisa
Ä» 75 «Ä
Aqrar iqtisadiyyat
diyyatının səmərəli fəaliyyəti üçün başlıca zəmindir.
Fəaliyyət göstərən aqrar-sənaye komplekslərində bütün
təşkilatlar kommersiya və qeyri-kommersiya kimi iki yerə
bölünürlər.
Respublikada mövcud qanunvericiliyə uyğun yaradılan və
fəaliyyət göstərən təsərrüfatların təşkilati - hüquqi
formalarından biri kollektiv (birgə) təsərrüfat formasıdır.
Kollektiv təsərrüfatın mahiyyəti ondan ibarətdir ki, əmlak və
torpaq üzərində mülkiyyətin özəl, könüllü əsaslarla
əlaqələndirilməsi əsas şərt kimi götürülür və mənafelər
əlaqələndirilir. Onlar (mülkiyyətçilər) birləşərək inteqrasiya
əlaqələrinə girirlər. Kollektiv təsərrüfatların (həmçinin digər
mülkiyyət formasının) yaradılması qanunvericiliklə hər bir
torpaq payı almış mülkiyyətçinin səlahiyyətidir. Bu kollektiv
təsərrüfatlar bazar iqtisadiyyatının tələblərinə uyğun olmalı,
kənd təsərrüfatı istehsalının artırılmasına imkan verməlidir.
Kollektiv təsərrüfatların ölçüləri, gəlirlərin bölüşdürülməsi
kollektivin payçılarının maraqlarına uyğun gəlməlidir (cədvəl
5).
Aqrar sahədə fəaliyyət göstərən təşkilatların hüquqi -
təşkilati formalarından biri də kiçik təsərrüfatçılıqdır. Qeyd
etməliyik ki, kiçik təsərrüfatlara meyil çox zəif olmuşdur. Bu
onu göstərir ki, kənd təsərrüfatında kiçik müəssisələrin
yaradılması gələcəkdə perspektivli olmaya bilər.
Kəndli - fermer təsərrüfatı aqrar sferada hüquqi şəxs
yaratmadan sərbəst sahibkarlıq forması olmaqla iqtisadi
qazanc prinsipi ilə fəaliyyət göstərir. Onların fəaliyyətləri
“Kəndli (fermer) təsərrüfatı haqqında” Qanunla reqlament-
ləşdirilir.
Ä*» 76 «Ä
Eldar Quliyev
Cədvəl 5. Azərbaycanda fəaliyyət göstərən təsərrüfat formalarının
dinamikası
Təsərrüfat formaları İllər
2003 2006 2009 Dövlot müəssisələri 4 40 40
Səhmdar cəmiyyətləri (dövlətə məxsus) 22 17
16 Baş məşğulluq idarəsinə məxsus 90 92 47 Sair dövlət təsərrüfatları 154 111 123
Cəmi dövlət müəssisələri 307 261 276 Kollektiv müəssisələr 1022 1164 1191 İstehsal kooperativləri 157 165 156 Kəndli - fermer təsərrüfatı 2534 2598 2657 Aqroservis müəssisələri 25 25 34 Sair xüsusi təsərrüfatları 96 107 226
Cəmi xüsusi 4257 4480 4258 Torpaq və əmlak payı olan ailələr min. 850.3 862.6 863.8 Fiziki şəxs kimi fəaliyyət göstərənlər 831.1 843.2 844.3
Fermer təsərrüfatı yaratmaq üçün hər bir Azərbaycan
vətəndaşının, xarici vətəndaşların və vətəndaşlığı olmayan
şəxslərin hüququ vardır. Fermer təsərrüfatı razılaşma
əsasında yaradılır. Burada təsərrüfatın üzvləri haqqında,
onların hüquq və vəzifələri, mülkiyyətin yaradılması qaydası
və əldə edilən gəlirlərin bölüşdürülməsi haqqında məlumatlar
əksini tapır. Kəndli-fermer təsərrüfatının üzvləri ailənin əmək
qabiliyyətli üzvləri və təsərrüfatı birgə aparan digər
vətəndaşlardır. İstehsal ehtiyatları ilə əlaqədar fermer
təsərrüfatları muzdlu əməkdən də istifadə edə bilərlər. Fenner
təsərrüfatının yaradılması mənbəyi ola bilər:
- fermer təsərrüfatı üzvlərinin pul və maddi vasitələri;
Ä» 77
Aqrar iqtisadiyyat
-digər təsərrüfat fəaliyyəti məhsullarının realizə
olunmasından alman gəlirlər;
- büdcədən dotasiyalar;
- qaytarmamaq şərtilə xeyriyyəçilik üçün verilən ianələr.
Fermer təsərrüfatı kollektiv müəssisələrin yenidən təşkili,
şəxsi həyətyanı təsərrüfatı fermer təsərrüfatına keçirməklə və
yeni ayrılmış torpaqlarda yaradıla bilər.
Kəndli (fermer) təsərrüfatı mülkiyyətinə verilmiş əmlakla
torpaqda əmtəəlik kənd təsərrüfatı məhsullan istehsalı ilə,
onların emalı və satışı ilə məşğul olan vətəndaşların əmək
birləşməsi olmaqla, sərbəst sahibkarlıq formasıdır. Kəndli
təsərrüfatı ailə üzvlərinin və onlarla daimi işləyən digər
şəxslərin ümumi mülkiyyətində olan istehsal alət və
vasitələrinə, əsasən bir ailənin üzvlərinin əməyinə əsaslanan
hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfatçılıq
subyektidir.
İstehsal kooperativləri - İslahatlann dərinləşməsi
şəraitində təsərrüfat subyektlərinin könüllü əməkdaşlığı aqrar
sahə qarşısında duran vəzifələrin icrasında, o cümlədən ərzaq
təhlükəsizliyinin təminatında, sənayenin kənd təsərrüfatı
mənşəli xammalla təchizatında ciddi irəliləyişləri şərtləndirir.
Həmin əməkdaşlığın sınanmış forması olan kənd təsərrüfatı
kooperativlərinin inkişafının stimullaşdıniması
mexanizminin tədqiqinə və təkmilləşdirilməsinə böyük
ehtiyac vardır.
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət
Komitəsi deputatlarının təşəbbüsü ilə hazırlanmış “Kənd
Təsərrüfatının Kooperasiyası haqqında” Qanunun
layihəsində göstərildiyi kimi, kənd təsərrüfatı kooperativi -
kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət
gö-
^ 78
Eldar Quliyev
stərmək üçün könüllü üzvlüyünə əsaslanan birliyi olub, is-
tehlakçılann iqtisadi, sosial və başqa tələbatlarının ödənilməsi
məqsədi ilə yaradılan hüquqi şəxsdir.
Beləliklə, istehsal kooperativi vətəndaşların üzvlük və
könüllülük əsasında birgə istehsal və ya digər təsərrüfat
fəaliyyətləri (istehsal, emal, sənaye, kənd təsərrüfatı və digər
məhsulların satışı, işlər yerinə yetirmək, ticarət, məişət
xidməti, digər xidmətlər göstərmək), onların şəxsi əmək və
digər vasitələrlə kooperativin üzvləri ilə birləşmək və üzvlük
haqqı verməklə həyata keçirilməsidir. O, kommersiya
təşkilatıdır. İstehsal kooperativinin üzvləri əsasən fiziki
şəxslər ola bilər.
İstehsal kooperativinin təsisçilik sənədi onun üzvlərinin
ümumi iclası tərəfindən təsdiq edilmiş nizamnamədir.
Kooperativin üzvlərinn sayı beş nəfərdən az olmamalıdır.
Kooperativ üzvləri arasında gəlir onlann əmək
fəaliyyətində iştiraklarına görə bölünür. Əgər qanun və
kooperativin nizamnaməsində başqa qayda nəzərdə
tutulmayıbsa, kooperativ ləğv edilərsə həmin qaydada da
əmlak bölüşdürülür.
Kooperativin ali idarəetmə orqanı-onun üzvlərinin ümumi
iclasıdır. Ümumi iclas tərəfindən qərar qəbul edilərkən
kooperativin hər üzvünün bir səsi vardır.
Kooperativin icraedici orqanı - İdarə Heyəti və onun
sədridir.
İstehsal kooperativi könüllü surətdə ləğv edilə bilər və ya
onun üzvlərinin yekdilliklə qəbul etdikləri qərarla yoldaşlıq
təsərrüfatı və cəmiyyətə çevrilə bilər. Yoldaşlıq təsərrüfatı və
cəmiyyətinin istehsal kooperativindən fərqli cəhətləri
aşağıdakılardır:
79
Aqrar iqtisadiyyat
Birincisi, istehsal kooperativi - fiziki şəxslər tərəfindən
könüllü birləşmə əsasında fərdi sahibkar olmayan,
kooperativin fəaliyyətində öz şəxsi əməyi ilə iştirak edən
vətəndaşlar tərəfindən yaradılır.
ikincisi, kooperativdə olan gəlir mülkiyyətdəki paya görə
deyil, orada əməkdə iştirakına görə bölüşdürülür.
Üçüncüsü, kooperativin nəzərdə tutulmuş minimum
üzvlərinin sayı beş nəfər olmalıdır və cəmiyyətdən fərqli
olaraq bir nəfərlə fəaliyyət göstərə bilməz.
Unitar müdssisəhr kommersiya təşkilatıdır, ona təhkim
edilmiş əmlakın sahibkarlara bölünməsi hüququ yoxdur.
Unitar müəssisənin mülkiyyəti bölünməzdir və paylara
bölüşdürmək olmaz.
Unitar müəssisələr formaca mülkiyyətin kimin
sərəncamında olmasından asılı olaraq dövlət və bələdiyyə
müəssisəsi kimi yaradıla bilər. Unitar müəssisənin yeganə
təsis sənədi nizamnamədir. Unitar müəssisəyə rəhbərliyi
sahibkar tərəfindən və ya onun təhtəlhesab orqanı tərəfindən
təyin edilmiş şəxs edir.
Təsisçinin hansı hüquqları verməsindən asılı olaraq unitar
müəssisələr iki kateqoriyaya bölünür:
- əsas təsərrüfat fəaliyyəti daşıyan müəssisələr;
- operativ idarəetməyə əsaslanan unitar müəssisələr
(respublika dövlət müəssisələri).
Təsərrüfat fəaliyyəti ilə məşğul olan unitar müəssisələrin
hüquqları, səlahiyyətləri operativ idarəetmə müəssisə-
lərinkindən daha genişdir. Belə ki, onlar idarəetmədə böyük
müstəqilliyə malikdirlər.
Unitar müəssisələr digər kommersiya təşkilatları ilə
müqayisədə bir sıra xüsusiyyətlərə malikdir:
Ä» 80 «Ä
Eldar Quliyev
- onların ixtiyarına verilmiş mülkiyyətin bölüşdürülməsi
mümkün deyildir, bu mülkiyyətin sahibi dövlətdir;
- onların mülkiyyəti heç bir şəraitdə hissələrə, paylara
bölünə bilməz, o cümlədən müəssisənin işçiləri arasında;
- unitar mülkiyyətin tabeliyində olan avadanlığın
qorunmasına cavabdehliyi unitar müəssisə daşıyır (təsərrüfat
yö- nümlü və ya operativ idarəetmə);
-müəssisənin başında sahibkar tərəfindən təyin olunmuş
rəhbər durur. YOXLAMA SUALLARI
1. Aqrar islahatların hansı məqsədləri var?
2. Aqrar yenidənqurmaların əsas prinsipləri və
istiqamətlərini sayın.
3. İqtisadi kateqoriya kimi sahibkarlığın müəyyənləşdiril-
məsini verin.
4. Sahibkarlığın subyekti və obyekti dedikdə nəyi başa
düşürsünüz?
5. Sahibkarlığın əsas səlahiyyətlərini sayın.
6. Aqrar sektorda hansı sahibkarlıq formaları mövcuddur?
7. Kommersiya və qeyri - kommersiya təşkilatlarının
məqsədləri hansılardır?
8. ASK-nın hansı təsərrüfatçılıq formaları vardır?
9. Müxtəlif təsərrüfatçılıq formaları arasındakı fərqləri
göstərin.
10. Kooperativ təsərrüfat formasının xüsusiyyətləri.
11. Hansı unitar təsərrüfat formalannı tanıyırsınız?
12. Unitar təsərrüfatların fəaliyyət xüsusiyyətlərini deyin.
13. Kəndli (fermer) təsərrüfatının fəaliyyətlərini
səciyyələndirin.
81
“ Aqrar iqtisadiyyat
MÖVZU 4. KƏND TƏSƏRRÜFATINDA BAZAR MÜNASİBƏTLƏRİ
4.1. BAZAR HAQQINDA ANLAYIŞ, ONUN FUNKSİYALARI
Bazarın klassik müəyyənləşdirilməsi aşağıdakı kimi
hesab olunur:
1 .Bazar - bu, əmtəələrin, məhsulların, iş və xidmətlərin
satışının həyata keçirilməsi ilə əlaqədar toplanmış iqtisadi
münasibətlərin mübadilə sferasıdır. Beləliklə, bazar həm
bazar iqtisadiyyatı, həm də planlı (sosialist) iqtisadiyyatda
mövcud ola bilər. Fərq ondan ibarət olmalıdır ki, bazar
iqtisadiyyatı şəraitində mübadilə bilavasitə istehsalçı ilə alıcı
arasında, planlı iqtisadiyyat şəraitində isə bu proses dövlətin
vasitəçiliyi ilə həyata keçirilir.
İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində dövlətin
iştirakı əhəmiyyətli səviyyədə qalmaqda davam edir. Ancaq
dövlətin sənaye və ticarət sahələrində qalmaq səviyyəsinə
görə fərqlənir. Buna baxmayaraq bazar iqtisadiyyatı
şəraitində mübadilə prosesində iştirakda qalma zəruriliyində
iqtisadi sərbəstlik daha genişdir: burada kənd təsərrüfatı
mallarının istehsalçısı nə istehsal edəcəyinin tərkibini və
strukturunu, material- texniki resurslarla təchiz edənləri və
satış qiymətlərini özü seçir. Alıcı isə özü mal göndərəni seçir
(şəkil 4).
Bazarın meydana gəlməsi şərti-əməyin ictimai
bölgüsüdür. İlk belə bölgü heyvandarlıq və əkinçiliyin
ayrılması nəticəsində olmuşdur. Əməyin bölgüsü mal
istehsalçıları ilə müxtəlif sahələr arasında mübadilənin
qaçılmaz olduğunu tələb edir. Bazarın digər yaranma və
fəaliyyət zəminləri-resursların məhdud və tələbin isə
qeyri-məhdud
Ä» 82 »d»
Eldar Quliyev
olması, mal istehsalçılarının müstəqilliyi, sahibkarların
azadlıq xüsusiyyətləridir.
Şəkil 4. Bazar modeli.
İqtisadi resurslar və insanların istehsal imkanları onların
məhdudiyyətsiz tələbinə nisbətən məhduddur. Resurslar
miqdar etibarı ilə öyrənilmiş, təsbit edilmişdir və bir çox
iqtisadi resursların istifadə hədləri mövcuddur. Onların bir
sferada istifadəsi eyni vaxtda digərində istifadəsinə imkan
vennir. Məsələn, torpaq təkcə kainat nöqteyi - nəzərdən deyil,
ayrı - ayrı ölkələrin sərhədləri daxilində də məhduddur.
Məhdudluq ona məxsusluqdur, eyni zamanda onun hər bir
hissəsi eyni vaxtda bir sahə altında istifadə edilə bilər. Belə
ki, ya bağçılıqda və ya tərəvəzçilikdə, ya da əkinçilikdə
istifadə edilə bilər. Məhdudiyyətlik digər resurslara -
maddi-texniki, əmək ehtiyatlarına da aiddir. Eyni zamanda,
taxılyığan kombaynı kənd təsərrüfatının digər sahələrində
istifadə etmək olmaz.
Ä* 83
Aqrar iqtisadiyyat
İqtisadi xüsusiləşmə-bazar münasibətinin yaranması üçün
vacib şərtdir. Mal istehsalçılarının iqtisadi xüsusiləş- miş
qarşılıqlı əlaqəsi malların alqı-satqısı zamanı mübadilə
proseslərini dəyişdirir. Dövlət mülkiyyətçiliyi iqtisadiyyatı
şəraitində dəyişiklik büdcə məhdudiyyətləri ilə
müəyyənləşdirilir (subyektin təkrar istehsalı şəxsi vəsait
hesabına həyata keçirilir). Əsas ondan ibarətdir ki,
təsərrüfatçılıq edən subyektlər hazır məhsulu bölmək üçün
tam sərəncam verən hüquqa malik olsunlar, bununla belə
vacib deyil ki, onlar istehsal vasitələrinin bölünməsi
hüququna malik olmasınlar.
İqtisadi sərbəstlik ondan ibarətdir ki, mal istehsalçısı
müstəqil olaraq hansı məhsulu, hansı həcmdə istehsal etmək
və hansı qiymətə satacağmı və digər istehsalçıdan mal
alacağını özü müəyyənləşdirir.
İqtisadi ədəbiyyatlarda bazann müxtəlif
müəyyənləşdirilməsi mövcuddur. Onların əksəri belə qənaətə
gəlirlər ki, bu, təsərrüfatçılıq edən subyektlər arasında
qarşılıqlı münasibət formasıdır.
Bazar-bu, istehsal prosesi, mübadilə, məhsulların bölgüsü
(əmtəə, iş, xidmət) prosesində əmələ gələn sosial - iqtisadi
münasibətlərin, təsərrüfatçılıq subyektlərinin alıcıları,
həmçinin satıcının sərbəst seçilməsi, qiymətin müəyyən
edilməsi, resursların yaradılması və istifadəsi sistemidir. Bu,
satıcılarla alıcıların, istehsalçı və istehlakçıların mallann alışı
və satışında meydana çıxan qarşılıqlı fəaliyyət mexanizmidir.
Bundan əlavə, bazar-malın pula və pulun mala dəyişməsi
ilə bağlı ictimai əməyin əmtəədə cəmlənməsi ilə əlaqə-
Ä» 84 «*d>
Eldar Quliyev
dar münasibətdir. Bazar insanlar arasında münasibət
sferasıdır.
Bazar qiymətlər vasitəsilə, faiz qiymətləri ilə mal
istehsalçılarını sahədəki və təsərrüfat sferası həyatındakı
vəziyyətlə məlumatlandırır, istehsalın dəyişmə xarakterinin
istiqamətini göstərir. Onun vasitəsilə əmtəə istehsalının
həcmi və ictimai istehlakın strukturunun uyğunlaşması
göstərilir.
Bazarda ictimai istehsalın vacib şərti və əmtəələrin dəyəri
müəyyənləşdirilir və bazar qiymətlərini yaradır. Bazar
vasitəsilə istehsal xərcləri ödənilir, əvəz olunur və hər bir
normal işləyən əmtəə istehsalçısı qazanc əldə edir. Bazar
maya dəyərinin aşağı salınması və məhsulun keyfiyyətinin
yaxşılaşdırılması üçün stimul yaradır.
İqtisadi funksiyalarına görə bazarlar istehlak və xidmət,
istehsal vasitələri, torpaq, işçi qüvvəsi, qiymətli kağızlar,
elmi-texniki işlənilmə kimi hissələrə bölünür.
Fəaliyyət miqyasına görə bazarlar yerli (lokal), regional,
milli, dünya bazarlarına ayrılırlar.
Rəqabət dərəcəsinin məhdudluğuna görə bazarlar
tamamilə rəqabətli, inhisarlı rəqabət, oliqopoliya, inhisarçı
bazarlara ayrılırlar.
Bazar mübadiləsinin təşkilinə görə topdansatış və pəra-
kəndə bazarlara ayrılır.
Bütün bazarlar təcrid olunmuş şəkildə yaşamır, onlar
qarşılıqlı əlaqədə olmaqla bir-birinə təsir göstərirlər. Bunların
birində tarazlığın pozulması digərlərinə və eyni zamanda
bütünlükdə aqrar-sənaye kompleksinə təsir edir.
İqtisadçılar bazarın planlı-amiranə idarəetmə sistemindən
üstün cəhətlərini aşağıdakı kimi qeyd edirlər.
Ä» 85 «Ä
Aqrar iqtisadiyyat
1. İstehsal olunmuş əmtəələrin bazarda satışını təmin
etmək şansına görə bütün əmtəə istehsalçıları digər
istehsalçılarla bərabərhüquqludur, daha doğrusu,
bərabərhüquqlu iqtisadi tərəf- müqabilinə çevrilirlər.
2. Hər bir istehlakçı da (alıcı) digər alıcılar kimi özünə
lazım olan əmtəəni (mah) almaq imkanlarına malikdir:
istehsal vasitələri, istehlak avadanlığı və s.
3. Ancaq bazarda əmtəə-pul vasitələrinin köməkliyi ilə
bazar münasibətlərində istehsal və malın reallaşdınlmasma
ictimai vacib xərclər müəyyənləşdirilir. Göstərilənlərə görə
alıcı manatla cavab verir.
4. Ancaq bazar cəmiyyətdə mövcud olan real, daimi
dəyişməkdə olan istehlakı aşkara çıxarmağa imkan verir.
Bazar mexanizmi vasitəsilə istehlakçıların tələblərini ödəmək
üçün əmtəə istehsalçılarını müəyyənləşdirir. Cəmiyyətdə
ictimai tələbi öyrənən digər daha mükəmməl iqtisadi
mexanizm yoxdur ki, istehsalçıları bu tələbatı təmin etmək
üçün müəyyənləşdirsin.
5. Bazardan başqa istehlakçılarla istehsalçılar arasında
əlaqə yaradan daha demokratik forma yoxdur. İctimai
istehsalın səmərəli fəaliyyətini müəyyənləşdirən ancaq
bazardır.
Beləliklə, bazar istehlakçılarla sahibkarlar arasında azad
fəaliyyəti təmin edir. Bazar resursların səmərəli təyinatını,
elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadəni, dəyişən
şəraitə yüksək və çevik adaptasiya olmağı, cəmiyyətin
tələbini daha tam təmin etməyi, yüksək səmərəli təsərrüfat
fəaliyyətini təmin edir.
Göstərilənlərlə yanaşı bazarın neqativ tərəfləri də
mövcuddur:
^ 86
Eldar Quliyev ®
-bazar əhalinin həyat səviyyəsinin diferensiasiyasını
əmələ gətirir, əmək hüququna, ümumi məşğulluğa zəmanət
vermir;
- istifadə olunmayan resursların qorunmasına və ətraf
mühitin müdafiəsi üçün iqtisadi mexanizmə malik deyil;
- bütün insan cəmiyyətinə mənsub olan resurslardan
istifadəni tənzimləyə bilmir. Məsələn, okeanların balıq
sərvətlərini;
- kollektiv istifadədə olan istehsal və xidmətlərin
yaradılması üçün stimul yarada bilmir, cəmiyyəti xidmətlərlə
təmin edə bilmir, o xidmətlər ki, hər bir insanın ona ehtiyacı
var və onlardan gəlir əldə etmək mümkün deyildir (təhsil,
səhiyyə, müdafiə, təbiətin mühafizəsi, elm, mədəniyyət və s.).
Aqrar bazarın yaşamasında dövlətin iştirakı vacibdir.
Dövlət qanunvericilik və nonnativ formalarla bazar
münasibətlərini tənzimləyir, eyni zamanda kənd təsərrüfatı
məhsulları istehsalçılarını dəstəkləyir, müdafiə edir və
bazarın neqativ tərəflərini hamarlayır.
Bazar münasibətləri bir sıra mövcud funksiyaları yerinə
yetinnəklə bütün təsəiTÜfat həyatına böyük təsir göstərir.
Bazarın əsas funksiyası ondan ibarətdir ki, daim dəyişən
qiymətlər, kreditə faiz dərəcələri, bazar istehsal iştirakçılarına
ictimai vacib miqdarda və növ müxtəlifliyində təqdim edilən
əmtəə və xidmətlərin keyfiyyəti haqqında obyektiv
informasiya verir. Bu hər bir sahibkara öz istehsalını verilən
infonnasiya məlumatlarına əsasən bazarın vəziyyətinə görə
yoxlamağa imkan verir.
Vasitəçilik funksiyası - əməyin ictimai bölgüsü şəraitində
iqtisadi cəhətdən xüsusiləşmiş istehsalçılar bir - birini
Ä» 87
Aqrar iqtisadiyyat
tapmalıdır və öz fəaliyyətlərinin nəticələri ilə bölüşməlidirlər.
Bazarsız konkret ictimai istehsal iştirakçıları arasında bu və
ya digər texniki və ya iqtisadi əlaqələrin nə qədər əhəmiyyətli
olmasını müəyyən etmək praktiki cəhətdən çox çətindir.
Bazar şəraitində istehlakçı optimal malverəni, satıcı isə
daha əlverişli alıcını tapması üçün daha böyük imkanlara
malikdir.
Qiymət əmələgətirmə funksiyası. Adətən bazara müxtəlif
maddi və əmək sərfi şəraitində istehsal olunmuş məhsul və
xidmətlər bir təyinat üçün daxil olur. Bazar yalnız ictimai
vacib xərcləri tanıyır və onu da ödəməyə alıcı razıdır.
Beləliklə də, malın ictimai dəyərini əks etdirən qiymət əmələ
gəlir. Bazarın səyi nəticəsində istehsalda, tələbatda,
konyunkturada dəqiq hiss edilən maya dəyəri və qiymət
arasındakı dinamik əlaqə müəyyənləşdirilir.
Tarazlaşdıncı (tənzimləyici) funksiya-Bazara
iqtisadiyyatın bütün sferalarının, hər şeydən əvvəl istehsalın
təsiri ilə əlaqədardır. Bazarın tənzimlənməsində tələb və təklif
arasındakı nisbət çox rol oynayır ki, o da qiymətə əsaslı təsir
edir. Qiymətlərin qalxması istehsalın genişləndirilməsinə,
düşməsi isə istehsalın azaldılmasına işarədir. Təbii fəlakətin
təsiri nəticəsində sahibkar daha optimal yüksək və minimal
iqtisadi mütənasiblik yaratmağa çalışır. Ümumiyyətlə, bazar
iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə xalq təsərrüfatının
tarazlaşdırılmasında əsas rol dövlətə aiddir.
Sağlamlaşdırıcı funksiya. Bazar sisteminə cəmiyyətin
sosial təbəqələşməsi məxsusdur. Rəqabətin köməyi ilə bazar
ictimai istehsaldan iqtisadi davamsız, yaşama xüsu-
Ä® 88 «Ä
Eldar Quliyev
siyyəti olmayan təsərrüfat vahidlərini tənzimləyir. Əksinə,
daha səmərəli, təşəbbüskar təsərrüfat vahidlərinə yaşıl işıq
verir. Nəticədə arası kəsilmədən xalq təsərrüfatının orta
səviyyəsini daim yüksəldir.
4.2. BAZAR MÜNASİBƏTLƏRİNİN MAHİYYƏTİ
Kənd təsərrüfatının əsas məqsədi - mübadilə üçün məhsul
istehsal etməkdir, daha doğrusu, məhsulun əsas kütləsi əmtəə
formasını alır. Əmtəələrin təyinatı insanlann bu və ya digər
maddi və mənəvi tələbatını təmin etməkdən ibarətdir.
Kənd təsərrüfatı istehsalı ölkənin ümumi (əmtəə) mal
istehsalının əsas hissəsini özündə birləşdirir. Bazara istiqamət
götürmüş təsərrüfatlar, istehsalçı və istehlakçı mal satışını
bazar vasitəsilə həyata keçirir ki, ona bazar təsərrüfatı deyilir.
İstehsal mallarının mübadiləsi baş verdiyi proses, ictimai
münasibətlər mal - pul münasibətləri adlanır.
Bizim ölkəmizdə uzun illər əmtəə - pul münasibətləri
plan-bölgü sistemi ilə həyata keçirilmişdir. Bu gün onu bazar
sistemi əvəz etmişdir. Əgər əvvəllər istehsalçılarla
istehlakçılar arasında münasibət yaranmasında inzibati
amirlik metodu hakimlik edirdisə, bazar iqtisadiyyatı
şəraitində o, tələb və təklifə əsaslanır.
Bazarda iqtisadi vəziyyət rəqabətin təsiri altında yaranır,
tələb və təklif bazarın konyunkturası adlanır.
Mallara tələb dedikdə, alıcıların arzu etdikləri, müəyyən
vaxt, zaman ərzində müəyyən həcmdə bazarda əldə etmək
istədiklərinə nail olması başa düşülür. Tələbin qanunu
göstərir ki, bazarda malın qiyməti artdıqca tələb aşağı düşür,
qiymətin düşməsilə tələb artır.
Ä* 89
Aqrar iqtisadiyyat
Malın qiyməti Q ilə, əldə edilən malların miqdarını M,
qrafik şəkildə tələbin səviyyəsini D təsəvvür etmək olar (şəkil
5).
K
Şəkil 5. Tələbin qrafiki.
İstehlakçılar üçün vəsait məhdud və malların seçilməsi
praktiki olaraq qeyri-məhduddur. Əgər qiymətlər düşürsə
onda istehlakçı çox mal əldə edir. Nə qədər alması isə onun
qiymətlərin dəyişməsini necə qəbul etməsindən asılıdır.
Belə hesab edək ki, südçülük fermasının özünü yemlə
təminetmə imkanları normal səviyyədən aşağıdır. İstehsal
edilən yem heyvanların ancaq minimal tələbatını ödəməyə
çatar. Təsərrüfat rəhbəri başa düşür ki, şirəli yemin çatış-
mamasını digər yem rasionları hesabına zülalla təmin edə
bilər. O qərar qəbul edir ki, otu Qo qiymətinə alsın. Əgər otun
qiyməti Qı səviyyəsinə yüksələrsə onda həmin otun
alınmasını azaldır və daha ucuzunu almağa çalışır. Əgər
90 “Ä
Eldar Quliyev
əksər təsərrüfat rəhbərləri yemin qiymətinin qalxmasına belə
reaksiya verərlərsə onda otun qiyməti Mo-dan Mr qədər
düşəcək.
Göründüyü kimi, tələbin səviyyəsi bazarda məhsulun
miqdarı və qiymətindən asılıdır. Bundan əlavə, tələbə
istehlakçıların miqdarı, onların gəlirləri və zövqü, malın
mövcud miqdarı və rəqabətçilərin çoxluğu kimi amillər də
təsir edir. Onlar tələbdə dəyişikliklər yarada bilər, hətta malın
qiyməti əvvəlki kimi qalsa belə. Ona görə onları tələbin
hərəkət amilləri adlandırırlar. Əgər mala tələbin dəyişməsi
qrafiki sürətdə tələbin D əyriliyi boyunca gedirsə, onda tələbə
təsir edən hərəkət amilləri əyriliyin sola və ya sağa hərəkətini
göstərəcək. Yenidən birinci südçülük təsərrüfatına qayıdaq.
Tutaq ki, bazarda yeni satıcı peyda olub, otun keyfiyyəti
əvvəlki kimidir və digər satıcılar daha ucuz qiymətə satırlar.
Onda uyğun surətdə digər satıcıların malına tələb aşağı
düşüb, tələb əyrisi sola hərəkət edir.
Tələbin hərəkət amili həmçinin bazarda xammal və
xidmətlərə təsir göstərir. Belə ki, emal müəssisəsi xammalı
istehsalçıdan alır, onu emal etdikdən sonra hazır məhsulu
pərakəndə ticarətçilərə satır.
Tələb dedikdə mövcud qiymətlərlə və istehlakçıların tə-
diyyə qabiliyyəti ilə məhdudlaşan bazarda əmtəə və
xidmətlərə olan tələbat başa düşülür. Tələb dedikdə alıcının
müəyyən dövr ərzində hər hansı bir əmtəənin müəyyən
qiymətdə, müəyyən kəmiyyətdə əldə etmək arzusu və imkanı
başa düşülür. Tələbin səviyyəsi ilə bağlı məcmu tələb, bazar
tələbi və fərdi tələb növləri fərqləndirilir. Fərdi tələb dedikdə
konkret əmtəə bazarında qiymətin müəyyən
Ä»» 91
Aqrar iqtisadiyyat
səviyyəsində hər bir fərdi alıcının tələbinin həcmi başa
düşülür. Bazar tələbi konkret əmtəə bazarında qiymətin
müəyyən səviyyəsində bütün alıcıların fərdi tələblərinin
cəmini ifadə edir. Məcmu tələb isə cəmiyyət miqyasında,
bütün növlərdən olan əmtəə və xidmət bazarında iştirak edən
bütün alıcıların (fərdlərin, müəssisə və firmaların,
hökumətin) qiymətlərin hər hansı bir səviyyəsində
formalaşan tələbinin həcmidir. İqtisadiyyatda tələb həmişə
əmtəə və xidmətlərin təklifi ilə üzvi surətdə əlaqədardır; onlar
arasında tarazlıq xalq təsərrüfatında tarazlığın zəruri şərtidir.
Ayn - ayn əmtəə və xidmətlərə (istehlak nemətlərinə) olan
tələb həcminin ona təsir edən kompleks amillərdən asılılığını
əks etdirən üanksiya “tələb funksiyası” adlanır. Müvafiq əyri
tələb əyrisidir. Daha yığcam və geniş yayılmış izah: tələb
funksiyası (ona uyğun əyri kimi) əmtəənin qiyməti ilə bu
əmtəəyə tələb arasında qarşılıqlı asılılığı o şərtlə ifadə edir ki,
tələbin kəmiyyətinə təsir göstərən digər amillər sabit amillər
kimi qəbul olunur. O adətən, məlum ümumi qaydanı əks
etdirir: qiymət nə qədər çoxdursa, tələb o qədər aşağıdır və
əksinə, əyrinin dikliyi belə asılılıq dərəcəsini göstərir. O,
qiymətə nisbətən tələbin elastikliyi adlanır. Əyri nə qədər
dikdirsə, elastiklik bir o qədər yüksəkdir. Ayrı - ayrı
istehlakçıların fərdi tələbinin əyrisi, ayn - ayrı əmtəələrə olan
bazar tələbinin əyrisi və ölkə iqtisadiyyatında aqreqat,
məcmu tələbin əyrisi fərqləndirilir.
Bu asılılıqlar tələb və tələbat modellərinin təhlilində
tətbiq edilir və əhalinin gəlirlərinin strukturu, əmtəənin
qiymətləri və digər amillər haqqında informasiya əsasında
riyazi statistikanın metodlarından istifadə etməklə qurulur.
Məsələn, qarğıdalının qiymətinin Qo-dən Qı-ə qədər art
Eldar Quliyev
ması, istehsalçını qarğıdalı istehsalını onun istifadə olunacağı
miqdara artırmağa stimullaşdırır. Bu da məhsul buraxılışının
artmasına gətirib çıxarır. Əgər bütün istehsalçılar özlərini
belə aparsalar, bazarda qarğıdalıya təklif Modan Mpdək
artacaq. Qarğıdalının qiymətinin aşağı düşməsi, əksinə,
geriyə reaksiya verəcəkdir.
Təklifə eyni zamanda yeni texnologiyalar, hava, torpaq -
iqlim və digər şəraitlər təsir göstərir. Tələbdə olduğu kimi
təklifdə də hərəkət amilləri mövcuddur. Bu hər şeydən əvvəl
eyni mal istehsal edən müxtəlif istehsalçıların maya
dəyərində olan fərq, həmçinn rəqabətçilərin qiymət
dəyişikliyində olan fərqdən asılıdır. Qrafikdə mövcud olan
amillərin fəaliyyət göstəriciləri əyrinin sağa və sola
yerdəyişməsilə təqdim edilir. Məsələn, quraqlıq
məhsuldarlığı aşağı salır, bu zaman təklif əyrisi sola hərəkət
edir (Sı). Belə halda qiymət səviyyəsi təklifə daha az uyğun
olacaq, nəinki normal şəraitdə. Beləliklə, qiymətin təklif
səviyyəsi (Qo), Mo-dan Mpə dəyişəcəkdir. Rəqabət aparan
əmtəələrin (məhsullann) qiymətlərinin dəyişməsi təklif
əyrisində hərəkətə səbəb ola bilər. Məsələn, əgər buğdanın
qiyməti artırsa, onda onun əkin sahələrinin digər bitkilər
əvəzinə genişlənməsinə səbəb olacaqdır. Bu ona görə baş
verir ki, buğdanın istehsal sahələrinin genişləndirilməsi,
ondan alınan əlavə gəlir itkini üstələyir və arpa səpinini
azaldır. Əgər əksər istehsalçılar bu qaydada hərəkət edərlərsə
nəticədə bazarda arpaya olan təklif aşağı düşəcəkdir. Ona
görə də xammalın bazar qiyməti əhəmiyyətli dərəcədə
bazarda hazır məhsulun qiymətindən asılıdır. Məsələn, əgər ət
və süd məhsullarının pərakəndə qiyməti qalxırsa, onda təbii-
93 «ö*
Aqrar iqtisadiyyat
dir ki, uyğun olaraq kənd təsərrüfatı müəssisələri heyvanları
və südü baha satmağa çalışacaqlar.
Təklif dedikdə satıcının müəyyən dövr ərzində hər hansı
bir əmtəəni müəyyən qiymətə, kəmiyyətə satmaq arzusu və
imkanı başa düşülür. Təklifin əsas hissəsini əmtəə təklifi
təşkil edir və o bazarda əhalinin ödəmə qabiliyyətli tələbinə
qarşı durur. Təklif istehsalla bağlı olsa da, öz həcminə görə
istehlakdan azdır. Fərdi təklif, hər bir əmtəə istehsalçısının
konkret bazarda təklif etdiyi məhsulun həcmini, bazar təklifi
hər bir konkret əmtəə bazarında fərdi təkliflərin cəmini,
məcmu təklif isə ölkənin hər növdən olan bazarlarında
qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar və
hökumət tərəfindən təklif olunan əmtəə və xidmətlərin
məcmusunu ifadə edir. Təklif qanununa görə əmtəəyə təklifin
dəyişməsi birbaşa əmtəənin qiymətilə mütənasibdir (şəkil 6).
Şəkil 6, Təklifin qrafiki
^ 94
Eldar Quliyev
Təklif qanununun fəaliyyət mexanizmi istehsalın
xərclərinin təbiəti ilə bağlıdır. Adətən bazardakı qiymətlərin
səviyyəsi, istehsal xərclərinin səviyyəsi eyniləşirsə onda
istehsalın həcminin azaldılmasına səbəb olur. Beləliklə,
qiymətin yüksəlməsi imkanları ilə müəyyən etmək olar ki,
əmtəənin istehsalını azaltmaq və ya artırmaq olar.
4.3. AQRAR BAZARIN STRUKTURU
Aqrar - sənaye kompleksində bazar münasibətlərinin
inkişafı əhəmiyyətli dərəcədə bazarın strukturu ilə
müəyyənləşir. Bu da bir çox amillərdən asılıdır. Bunlardan ən
əsasları - sahibkarlığın və təsərrüfatçılığın forması, əmtəə
istehsalçıları və alıcıların miqdarı, istehsal edilən məhsulun
tipi, qiymətə nəzarət dərəcəsi, sahəyə giriş və oradan çıxış,
iqtisadi münasibətin inkişaf səviyyəsi, dövlət siyasətidir.
Aqrar bazar özündə kənd təsərrüfatı xammalının
mübadiləsi sferasında sosial - iqtisadi münasibət sistemini
cəmləşdirir. Ərzaq və resurslar mürəkkəb struktura malik
olub aqrar - sənaye kompleksinin bütün sferalarını əhatə edir
(şəkil 7).
Aqrar bazara xüsusiləşmiş bazarlar daxil olur: kənd
təsərrüfatı xammalı və ərzaq, istehsal vasitələri (maddi
resurslar), torpaq, işçi qüvvəsi. Sadalanan bazarlardan hər
hansının çalışmaması və ya lazımi qədər inkişaf etməməsi
bazar münasibətlərinin səmərəliliyinin aşağı düşməsinə səbəb
olur.
Ä“ 95
Eldar Quliyev
Aqrar bazarın vacib təşkiledicisi - onun infrastrukturudur.
O da özündə kommersiya təşkilatlan və bütün bazann
müvəffəqiyyətlə fəaliyyət göstərməsini təmin edən xidmət
sahələrini birləşdirir.
O özündə birjalar, topdansatış və pərakəndə ticarət,
auksionlar, yarmarkalar, vasitəçi firmalar, xarici ticarət
təşkilatları, reklam agentlikləri, məsləhət və informasiya
xidmətləri, audit təşkilatlarını cəmləşdirir.
Əmtəə birjası - daimi fəaliyyət göstərmək əsasında
standartlar və nümunələrlə topdansatış formasında ticarət
edən təşkilatdır.
Auksion - əmtəələrin kütləvi satışıdır, burada alıcı daha
yüksək qiymət təklif edən olur.
Yarmarka - kənd təsərrüfatı, sənaye və ticarət
təşkilatlarının, kommersantlarm üstünlükləri ilə sərgiyə
qoyulmuş malların topdansatışı və alışı üçün vaxtaşın təşkil
olunmuş görüşləridir.
İnformasiya xidməti - müxtəlif bazarlarda mallara olan
tələb, təklif və gəlir norması haqqında məlumatları toplayır.
Toplanmış materiallar əsasında əmtəə istehsalçılannm
davranış strategiyasını işləyib hazırlayır.
Məsləhət jaV/wa^/-(konsaltinq) kommersiya əsaslan ilə
satıcıların, alıcıların və istehsalçıların müxtəlif təsərrüfat
fəaliyyəti təşkilatları üçün məsləhətlər həyata keçirir.
Auditor ^əş-kı/a^ı-müəssisələrdə biznesdə iştirakçılann
real iştirakı məqsədilə kompleks maliyyə təsərrüfat fəaliyyəti
haqqında yoxlamalar keçirir.
Bazar infrastrukturu - mal mübadiləsi əməliyyatlannm
həyata keçirilməsini asanlaşdırır, onların operativliyini və
Ä» 97
Aqrar iqtisadiyyat
səmərəliliyini yüksəldir, istehsalçılar və istehlakçıları vahid
təsərrüfat sistemində birləşdirir.
Bazar mexanizmi - bu, bazar elementlərinin tələb, təklif,
rəqabət, qiymət, aqrar qanunvericilik və s. qarşılıqlı əlaqəsi
və fəaliyyətləridir. Hər bir bazar elementi mexanizmi çox sıx
surətdə qiymətlə əlaqəlidir. Tələb və təklifə təsir edən əsas
instrumentdir. O, sahibkarları gələcək məqsədlərini qurmağa
(gəliri) və son nəticədə istehlakçıların xeyrinə hərəkət etməyə
sövq edən məcburedici, təkidedici mexanizmdir. Bu
mexanizmin fəaliyyəti iqtisadi qanunlara əsaslanır.
Kənd təsərrüfatı xammalı və ərzaq məhsulları müəyyən
xüsusiyyətlərə malikdir:
1. Təklifin hava şəraitindən asılılığı kəmiyyət və
keyfiyyətə nəzarət imkanını məhdudlaşdınr.
2. Zəmanətli tələb, əvvəlki neqativ təsirlərin müəyyən
mənada kompensasiyasıdır. Kənd təsərrüfatı əmtəə
istehsalçısı ildən-ilə eyni məhsulu istehsal etməmək imkanına
malikdir.Yeni məhsulların, istifadəyə daha xeyirli mallann
istehsalını inkişaf etdirmək ixtiyarındadır. Beləliklə də
özünün rəqabətçiləri ilə müvəffəqiyyətlə mübarizə aparacaq
yeni gəlir mənbəyi əldə edir.
3. Tez xarab olan böyük miqdarda məhsulun xarakteri, bir
tərəfdən soyuducu anbarların olmasını (xüsusilə tərəvəz,
kartof, meyvələr üçün) tələb edir, digər tərəfdən çox qısa
müddətdə realizə edilməsini tələb edir ki, bu da müəyyən
qədər yetişdirilmiş məhsulun itkisindən və istehsalın gəlirinin
azalmasından yan keçməyə imkan verir.
4. Kənd təsərrüfatı məhsullarının istehlakçılarının
şəhərlərdə cəmlənməsi, məhsulun tədarükünün vasitəçilərlə
Ä» 98 <*Ä
Eldar Quliyev
təşkil olunmasını əmələ gətirir. Bu müəyyən miqdar əmtəə
istehsalçılarının gəlirlərinin itirilməsinə səbəb olur, ona görə
də onlar “vasitəçi” ilə məhsulun dəyərinin bir hissəsini
bölüşməyə məcburdurlar.
5. Kənd təsərrüfatı məhsullarının qiymətinin mövsümlə
əlaqədar tərəddüd etməsi, onun il boyu qeyri - bərabər təklif
edilməsi ilə əlaqələndirilir.
Qiymətəmələgəlmənin əsasında tələb və təklifdən irəli
gələn prinsip əsasında qiymətin müəyyənləşdirilməsi durur.
Ona görə də nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı
xammalı və ərzaq malları elə xüsusiyyətə malikdir ki,
qiymətlərin tam sərbəst buraxılmasına imkan vermir. Bu,
ölkənin ərzaq təminatının zəmanətçisi öhdəliyi ilə
əlaqədardır. İstehsalın təbii - iqtisadi şəraitlə bağlı və kənd
təsərrüfatının yüksək kapital tutumlu olmasını nəzərə almaq
vacibdir. Bunun üçün şaxələnmiş və çevik qiymət
tənzimləmə sistemindən istifadə edilir.
Bazar münasibətləri məhsulun rəqabətli, ancaq maneəsiz
istehsalçıdan istehlakçıya hərəkətini təklif edir. Bu sistem
özündə birləşdirməlidir: müəyyən hissə kənd təsərrüfatı
məhsulları və ərzağın satışına zəmanət verən kvotalaş- dırma
mexanizmini; respublika və regional ərzaq fondu və
ehtiyatının yaradılmasını; əmtəə (mal) məhsullannm dövlət
tədarükünün həyata keçirilməsini, ona görə ki, əgər müəyyən
müdaxilələr nəticəsində defisit yaranarsa onun ləğv edilməsi
üçün sabitləşdirmə və qiymətlərin səviyyəsinin aşağı
salınması məqsədilə istifadə edilsin; ölkə daxilində
məhsullann sərbəst hərəkətinin təmin edilməsini.
Ä*» 99 **d>
Aqrar iqtisadiyyat
YOXLAMA SUALLARI
1. Bazar nədir, nəyə deyilir?
2. Bazarın üstün cəhətlərini göstərin.
3. Bazarın neqativ cəhətlərini göstərin,
4. Bazarın hansı funksiyaları vardır?
5. Tələb və təklifin qanunlarını səciyyələndirin.
6. Konyunktura nə deməkdir?
7. Rəqabət və inhisarı fərqləndirin.
8. Bazarın hansı növlərini tanıyırsınız?
9. Aqrar bazann strukturu necədir?
10. Kənd təsərrüfatı xammalı bazarı haqqında danışın.
11. Ərzaq malları bazarını səciyyələndirin.
100 »lö*
Eldar Quliyev
II BÖLMƏ
AQRAR İQTİSADİYYAT KOMPLEKSİNDƏ İSTEHSAL
VƏ ƏMƏK RESURSLARI
MÖVZU 5. TORPAQ RESURSLARI
5.1. KƏND TƏSƏRRÜFATINDA TORPAQLARDAN İSTİFADƏNİN
XÜSUSİYYƏTLƏRİ VƏ ƏHƏMİYYƏTİ
Torpaq təbiətin başlıca sərvətlərindən olub insanlann
yaşamasında misilsiz rol oynayır. Təbii tarixi varlıq olan
torpaq yalnız insan əməyi vasitəsilə öz yüksək bəhrəsini verir.
Məhz ona görə də K.Marks “Əmək sərvətin atası, torpaq isə
anasıdır” demişdir. Ona görə də torpaqlann öyrənilməsi,
münbitliyinin artırılması, onların kənd təsərrüfatı istehsalında
səmərəli istifadə edilməsi, istifadəyə yaramayan torpaqlann
kənd təsərrüfatına cəlb edilməsi qarşıda duran ən mühüm
məsələlərdən biridir.
Torpaq - insan cəmiyyətinin yaşaması üçün vacib şərtdir.
O, insanın hərtərəfli tələbatının ödənilməsi üçün
əvəzolunmaz iqtisadi, sosial, məişət və estetik vasitədir.
Ancaq torpaqdan istifadədən onun ictimai istehsal sferasında
fəaliyyəti yada düşür.
Xalq təsərrüfatının müxtəlif sahələrində torpağın rolu eyni
deyildir. Sənayedə, nəqliyyatda, şəhər tikintisində torpaq
əmək proseslərinin həyata keçirilməsi, istehsalın yer-
ləşdirilməsində məkan funksiyasını yerinə yetirir.
Göstərdiyimiz sahələrdə torpağın fəaliyyəti passivdir. Torpaq
hasilat sənayesində xüsusi əhəmiyyətə malikdir. Torpaq
burada xammal mənbəyi kimi çıxış edir.
Ä»101 «Ä
Aqrar iqtisadiyyat
Kənd təsərrüfatında isə torpaq - əsas istehsal vasitəsidir. O
burada həm istehsal aləti, həm də əmək cismi kimi fəaliyyət
göstərir. Əmək cismi bütün nə varsa əməyə yönəldi- ləndir.
Torpağı becəmıəyə məruz qoymaqla insan kənd təsərrüfatı
bitkilərinin böyüməsi və inkişafına şərait yaradır, insanlar
əmək vasitələri ilə əmək cisminə təsir göstərir. Beləliklə,
birinci halda torpaq - əmək cismi kimi, ikinci halda - əmək
vasitəsi kimi çıxış edir.
Torpaq istehsal vasitəsi kimi digər istehsal vasitələrindən
bir sıra xüsusiyyətləri ilə fərqlənir:
1. Bu təbiətin məhsuludur, eyni vaxtda digər istehsal
vasitələri kimi o da insan əməyinin məhsuludur. Ancaq yer -
torpağın üst qatı məhsuldardır və ondan da əməyin nəticəsi
asılıdır. Beləliklə, torpağı süni şəkildə yaratmaq olmaz, süni
şəkildə yaradılmazdır.
2. Torpaq ərazi etibarı ilə məhduddur. İqtisadi nöqteyi -
nəzərdən belə demək olar ki, qurunun səthində nə qədər ərazi
çatışmırsa, o qədər də kənd təsərrüfatı istehsalı üçün daha
əlverişli, təbii xüsusiyyətlərə malik torpaqlar azlıq təşkil edir.
Torpağın becərilməsində təbii şəraitin qeyri - münasibliyi
insanın təsərrüfat fəaliyyətinə mane olan amillərdəndir.
3. Torpaq heç bir istehsal vasitəsi ilə əvəz oluna bilməz,
onsuz kənd təsərrüfatında, xüsusən də əkinçilikdə heç bir
istehsal prosesi həyata keçirilə bilməz.
4. Keyfiyyətinə görə müxtəlif olduğu üçün eyni ərazi
vahidinə qoyulan sərmayəyə görə müxtəlif miqdarda məhsul
alınır.
5. Kənd təsərrüfatı istehsalının nəticəsi mövqeyindən,
ərazinin ölçüləri və relyefindən asılıdır.
Ä» 102
Eldar Quliyev ®
6. Ərazinin eni, uzunu və dəyişməzliyi, sabitliyi kənd
təsərrüfatında mobil maşınların istifadəsinə əsaslı təsir
göstərir.
7. Kənd təsərrüfatı istehsalında yerin, torpağın istifadə
xarakteri çoxtərəflidir. Torpaqda çoxlu miqdarda kənd
təsərrüfatı bitki növləri yetişdirirlər: taxıl, texniki, yem,
meyvə və s. bitkilər.
8. Torpaq ondan düzgün istifadə etdikdə köhnəlmir,
sıradan çıxmır, keyfiyyəti pisləşmir, əksinə, özünün mühitini
yaxşılaşdırır. Ondan fərqli olaraq digər istehsal vasitələri
əmək prosesində mənəvi və fiziki cəhətdən köhnəlir və
yeniləri ilə əvəz olunur.
9. Torpaq özü inkişaf etmək, özü-özünü nizamlamaq
qabiliyyətinə malik olan, canlı orqanizmlərin mövcudluğunu
və yenidən bərpasını təmin edən ümumdünya bioenergetik və
biokimyəvi sistemdir.
Yerin ən sonuncu və ən qiymətli xüsusiyyəti
məhsuldarlığıdır. Bu 0 deməkdir ki, o becərilən bitkiləri
lazımi qida maddələri ilə təmin etməklə, məhsul alınmasına
imkan verir. Məhsuldarlığı üç növə ayırırlar:
Təbii (potensial) məhsuldarlıq - ona uzun müddət torpa-
qəmələgəlmə prosesinin nəticəsi kimi baxılır. O, torpaqda
olan qida maddələrinin ehtiyatı, bitkilər tərəfindən
mənimsənilməsi mümkünlüyü, torpaq qatının fiziki,
mexaniki və digər xüsusiyyətlərinin torpaq əmələ gətirən
süxurlarda müəyyən iqlimdə toplanması kimi
müəyyənləşdirilir.
Süni məhsuldarlıq - insanın torpağı becərmə, mineral və
üzvi gübrələrin verilməsi, meliorativ və torpaq qoruyucu
digər tədbirlərin nəticəsində əmələ gələn məhsuldarlıqdır.
^ 103
Aqrar iqtisadiyyat
İqtisadi effektiv məhsuldarlıq - təbii və süni
məhsuldarlığın birliyindən əmələ gələn məhsuldarlıqdır. O,
torpaqdan təbii resursların istifadəsi nəticəsində, onda
çatışmayan qida elementlərinin yerinin doldurulması, fiziki
və digər xüsusiyyətlərinin yaxşılaşdırılması ilə meydana
gələn məhsuldarlıqdır.
İqtisadi məhsuldarlıq maddi - texniki inqilabın
səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bütün yuxarıda
qeyd edilən xüsusiyyətlər bir istehsal vasitəsi kimi kənd
təsərrüfatı və yer quruluşu işlərində nəzərə alınır.
5.2. TORPAQ RESURSLARININ TƏRKİBİ, STRUKTURU
VƏ VƏZİYYƏTİ
Azərbaycan Respublikası sərhədləri daxilində olan
torpaqlar ölkənin torpaq fondunu təşkil edir. Məqsədli əsas
təyinatına uyğun olaraq bütün torpaqlar aşağıdakı
kateqoriyalara aynlırlar:
- kənd təsərrüfatı təyinatlı;
- yaşayış məntəqələri, o cümlədən şəhər və kənd;
- sənaye və digər xüsusi təyinatlı;
-xüsusi mühafizə olunan ərazi və obyektlərin (dövlət
təbiət qoruqlarının, parklar, botanika bağları, kurortlann)
əraziləri;
- meşə fondu;
- su fondu;
- ehtiyat torpaqlar (istifadə olunmayan, dövlət və
bələdiyyələrə aid).
Kənd təsərrüfatı ehtiyatlı torpaqlara kənd təsərrüfatı
məhsul istehsalçılarına kənd təsərrüfatı işləri aparmaq
^ 104 «dv
Eldar Quliyev
üçün təyin olunmuş torpaqlar aid edilir. Onların əsasını kənd
təsərrüfatı yerləri təşkil edir. Onlara həmçinin meşə və
kolluqlarla, bataqlıqla örtülü, həyətyanı və digər yerlər
daxildir ki, onlarsız kənd təsərrüfatı işlərini aparmaq mümkün
deyildir. Kənd təsərrüfatı təyinatlı torpaqların payı ümumi
torpaq fondunun 55.1%-ni təşkil edir.
Kənd təsərrüfatı sahələri - bu, kənd təsərrüfatı məhsulları
istehsalı üçün sistematik istifadə olunan torpaqlardır. Bura
əkin, dincə qoyulmuş, çoxillik bitkilər, yem yerləri (biçənək
və otlaqlar) daxildir. Bunlar ümumi torpaq fondunun 55%-ni
və ya 4769 min ha təşkil edir.
Şum yeri (əkin yeri) - bunlar sistematik becərilən və kənd
təsərrüfatı bitki əkinləri altında istifadə edilən, çoxillik otlar
və təmiz herik yerləri də daxil olmaqla torpaqlardır. (1844
min ha)
Dincə qoyulmuş torpaqlar - əvvəllər şum yeri olmuş,
ancaq müxtəlif səbəblərdən kənd təsərrüfatı bitkiləri
əkilmədən (bir ildən çox) dincə qoyulmuş torpaqlardır.
Çoxillik bitkilər (əkililər) - bağlar, giləmeyvələr, sitrus,
çay və digər tarlalar.
Biçənəklər - daima ot bitkiləri altında istifadə edilən kənd
təsərrüfatı yerləridir. (227 min ha.)
Otlaqlar -heyvanların sistematik otarıldığı torpaqlardır və
onlar otlaq kimi istifadə edilmək üçün əsas yerlərdir (2656
min ha).
Kənd təsərrüfatı mülklərinin strukturu - Azərbaycan
Respublikasında vahid torpaq fondu 8.6 milyon hektardır.
Bunun 4.9 milyon hektarı dövlət torpaqlarıdır ki, bu da
ümumi torpaq fondunun 56.9%-ni təşkil edir.
Ä» 105 «»dv
Aqrar iqtisadiyyat
Torpaqlardan səmərəli istifadə müəyyən mənada kənd
təsərrüfatı (yerlərinin) sahələrinin strukturu ilə xarakterizə
olunur. Əkin və çoxillik əkililər torpağın daha məhsuldar
növüdür. Onların kənd təsərrüfatı strukturundakı xüsusi
çəkisi torpaqdan istifadənin səviyyəsini müəyyənləşdirir.
Kənd təsərrüfatı yerlərinin strukturu təbii zonallıqdan asılı
olmaqla, iqtisadi rayonlar üzrə xeyli fərqlənir. O eyni
zamanda təsərrüfatın ixtisaslaşma dərəcəsindən də xeyli
asılıdır.
Kənd təsərrüfatı istehsalı dövriyyəsindən nisbətən
məhsuldar torpaqlar çıxmaqda davam edir (cədvələ 6 bax).
Çoxillik əkililərin sahəsi 83 min ha azalmışdır, əkin yeri isə
artmışdır. Bu, şübhəsiz, Azərbaycan hökumətinin həyata
keçirdiyi tədbirlərin nəticəsidir. 1996-cı illə müqayisədə əkin
yerlərinin sahəsi isə 216 min ha artmışdır. Təbii ki, bu müddət
ərzində əhalinin artımında da nəzərəçarpacaq yüksəliş
olmuşdur.
Aqrar islahatlar nəticəsində yaranmış özəl qurumlar,
hüquqi, fiziki şəxslər yüksək məhsuldarlığa və sabit irsi
əlamətlərə malik, xəstəliklərə və müxtəlif iqlim şəraitinə
dözümlü bitki sortları, cins mal - qara yetişdirmək, onların
təkrar istehsalını təmin etmək, eyni zamanda sahibkarlığa
dövlət himayəsini artırmaq məqsədilə Azərbaycan
Respublikasının “Aqrar islahatlann əsasları haqqında”
Qanununun 4-cü maddəsinə, “Sovxoz və kolxozların islahatı
haqqında” Qanunun 9-cu maddəsinə və “Torpaq islahatı
haqqında” Qanunun II-ci maddəsinə əsasən Respublika
Nazirlər Kainetinin 27 aprel 1999-cu il tarixli 74 nömrəli
qərarı ilə dövlət mülkiyyətində saxlanılan 8 taxıl
toxumçuluğu, 6 tərəvəz - bostan və kartof toxumçuluğu, 1
pambıq
106 «»Ä
Eldar Quliyev
toxumçuluğu, 22 üzüm tingliyi, 4 meyvə tingliyi, 4 süd-
çülük- maldarlıq damazlığı, 7 qoyunçuluq damazlığı, 2
atçılıq və 1 dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı
müəssisəsi, cəmi 41 təsərrüfatın siyahısı təsdiq edilmişdir.
Cədvəl 6. Azərbaycan Respublikasında 1996-2012-ci illər ərzində
kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin dinamikası və strukturu, min ha.
1996 2000 2005 2010 2011 2012
2012-ci il
1996- cı
ilə
nisbətən
%-lə Kənd
təsərrüfatına
yararlı
torpaqlar
4489 4692 4755 4557 4767 4769 +6.2
0 cümlədən;
əkin yeri 1628 1762 1791 1832.
5 1843 1844 +13.2
Çoxillik əkmələr
310 237 223 227 227 227 -26.8
Biçənək və
otlaqlar 2453 2631 2691 2656 2655 2656 +8.3
Kənd təsərrüfatına yararlı torpaqların strukturu %-lə Əkin yeri 36.3 37.6 37.7 38.5 38.7 38.7
Çoxillik əkmələr
6.9 5.1 4.7 4.8 4.8 4.8
Biçənək və
otlaqlar 54.6 56.1 56.6 55.8 55.7 55.7
Respublikanın 9 bölgəsində yerləşmiş dövlət
mülkiyyətində saxlanılan 41 təsərrüfata məxsus ümumi
torpaq sahəsi 134317 ha təşkil edir.
107 "lÄ
■ Aqrar iqtisadiyyat
Ondan kənd təsərrüfatına yararlı torpaq sahəsi 93351 ha, o
cümlədən əkin sahəsi 25097 hektardır. Respublika üzrə
dövlət mülkiyyətində saxlanan bir təsərrüfata orta hesabla
2276,9 ha kənd təsərrüfatına yararlı sahə, o cümlədən 612,1
ha əkin sahəsi düşür (cədvəl 7).
Cədvəl 7.
Bölgələr üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaq sahələri (ha)
Bölgələr
Ümumi torpaq sahəsi
Ondan k/t-na yararlı
O cümlə dən, əkin yeri
Hər təSi
dü^ 9rrüfata iən
k/t-na yararlı sahə
O cümlə dən əkin
sahəsi Abşeron 4 58028 31473 2765 7868.2 691.2 Naxçıvan MR - - - - - - Qarabağ - Mil 6 12887 9640 3129 1615.0 521.5 Şirvan 4 8551 6329 1612 1582.2 403.0 Qazax-Gəncə 11 32181 25146 5812 2286.0 528.4 Lənkəran- Astara
2 1577 440 185 220.0 92.5
Muğan-Salyan 3 11253 10508 4247 3502.7 1415.7 Quba-Xaçmaz 8 3129 3054 2904 381.7 363.0 Səki-Zaqatala 3 6711 6711 4443 2237 1484.0 Respublika Ü2u:ə 41 134317 93351 25097 3376.9 612.1
Azərbaycan Respublikasında əsas torpaq istifadəçiləri
kənd təsərrüfatı müəssisələri “həyətyanı təsərrüfat”, “şəxsi
yardımçı təsərrüfat”, “şəxsi mülkiyyətçi”, “xırda əmtəə
təsərrüfatı” və s. adı altında fəaliyyət göstərirlər. Bu hər
şeydən əvvəl ölkəmizdə 1995-ci ildən aqrar islahatlann
həyata keçirilməsi ilə əlaqədar kolxoz və sovxozlara məxsus
1.391 mln. hektar torpaq sahəsinin özəlləşdirilərək 3.4
Ä“108 «Ä
Eldar Quliyev
mln. nəfər kənd əhalisinə, 872 min ailəyə paylanması
nəticəsində daha geniş vüsət almışdır.
Azərbaycan Respublikasında sahibkarlığın çox formala- n,
o cümlədən - xüsusi, dövlət, bələdiyyə və ictimai birliklərin
mülkiyyəti də mövcuddur. Dövlət sərəncamında olan
torpaqlar, dövlət müəssisələrinin sərəncamına verilir (təhsil -
istehsal, təcrübə - istehsal təsərrüfatlanna). Bələdiyyə
mülkiyyətində olan torpaq resursları bələdiyyə sahibkarlan-
na istifadə etmək üçün verilir. Kommersiya (istehlak
kooperativləri) təşkilatları dövlət və bələdiyyədən başqa
onlara verilən torpaqlann sahibkarlandır (cədvəl 8).
Kəndli (fermer) təsərrüfatına aid olan torpaq və digər
mülkiyyət onların üzvlərinin birgə mülkiyyətidir. Əgər onlar
arasında müqavilə əsasında başqa bir şey nəzərdə
tutulmamışsa, 0 zaman kəndli - fermer təsərrüfatı üzvlərinin
əldə etdikləri gəlir və məhsullar onun üzvləri arasında
bölüşdürülür, onların ümumi mülkiyyətidir.
Kənd təsərrüfatı sahələrinin xeyli hissəsi becərilməsi üçün
əlverişli deyildir. Onların bir hissəsi hədsiz rütubət- lənmiş,
yüksək turşuluğa malikdir, şoranlaşmış, su və külək
eroziyasına məruz qalmış, daşlaşmış, çınqıllaşmış, yüksək
dağlıq ərazilərdə yerləşir, istifadəsi risklər tələb edir. Ən çox
təhlükə törədən eroziya prosesləridir. Kənd təsərrüfatı
ərazilərinin böyük hissəsi bu və ya digər eroziya növlərinə
məruz qalmışdır. Respublika ərazisinin 36.4%-i müxtəlif
dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14.1%-i zəif,
10.7%-i orta, 11.6%-i isə şiddətli dərəcədə yuyulmuş
torpaqlardır. Respublikamızın ayn - ayn rayonlarında təbii
şəraitdən asılı olaraq eroziya prosesi müxtəlif formada və
müxtəlif dərəcədə inkişaf edib. Belə ki. Mil -
Ä» 109
Aqrar iqtisadiyyat
Qarabağ zonasında - 48.2%, Abşeronda 40.3%, Şirvanda
55.7% torpaqlar eroziyaya məruz qalmışdır. Düzən zonalarda
isə eroziya prosesi olduqca zəif gedir.
Cədvəl 8,
Respublika üzrə kənd təsərrüfatında fəaliyyət göstərən təsərrüfat formaları və onların torpaq sahələri (ha)
Təsərrüfat formaları
Möv cud dur, vahid
Torpaq sahəsi (ha) Bir
təsərrüfata
düşən yararlı
torpaq sahəsi,
ha
Cəmi Ondan k/t-na yararlı
O cümlə
dən əkin yeri
Dövlət kənd təsərrüfatı
müəssisələri 41 134317 93351 25097 2276.9
Səhmdar cəmiyyətləri
(elmi-tədqiqat və
tədris-təcrübə
təsərrüfatları daxil
edilməklə)
17 2745 1597 737 94
Sair dövlət
təsərrüfatları
(elmi-tədqiqat və tədris-təcrübə
təsərrüfatları daxil edilməklə)
111 16595 13425 8907 121
Baş Məşğulluq
İdarəsinin nəzdİndə
yaradılmış kənd
təsərrüfatı ilə məşğul
olan dövlət
müəssisələri
92 5482 5028 3743 55
Sənaye, digər müəssisə
və təşkilatların
yardımçı kənd təsərrüfatı
müəssisələri.
43 9424 4962 2188 115
Ä* 110
Eldar Quliyev
Respublikamızda kənd təsərrüfatına yararlı hesab edilən
1444,9 min hektar suvarılan torpaqların 565481 hektarı və ya
47.6%-i orta şoranlaşmış, 223838 ha və ya 39.6%-i şiddətli
şoranlaşmış, 42510 ha və ya 7.5%-i şoranlar, 508.3 min ha
(29.0%) isə müxtəlif dərəcədə şorakətləşməyə (bundan
385037 ha və ya 75.8% şorakətləşmiş, 102110 ha və ya
20.1% orta şorakətləşmiş, 21123 ha və ya 4.1% şiddətli
şorakətləşmiş) məruz qalmışdır.
Yuxarıda göstərilənlər və insanların təsərrüfat
fəaliyyətinin nəticəsində torpaqlarda humusun miqdarı azalır
və torpaqlar deqradasiyaya uğrayır. Torpaqlara verilən
mineral və üzvi gübrələrin kəskin azalması nəticəsində bir
sıra regionlarda torpaqdakı qida maddələrinin miqdanndakı
balans pozulur. Torpaq resurslarından səmərəli istifadə və
onların mühafizəsinin əsas istiqamətləri aşağıdakılardır:
- mühiti sabitləşdirmə sistemlərinin yaradılması yolu ilə
ekoloji balansı saxlamağa qadir olan xüsusi qorunası
ərazilərin mühitinin saxlanılması;
- kənd təsərrüfatı istehsalından çıxmış torpaqların kənd
təsərrüfatı istifadəsinə qaytaniması;
- torpaqlann deqradasiyasının qarşısının alınması;
- qeyri-səmərəli təsərrüfat fəaliyyəti və deqradasiya
nəticəsində ilk xüsusiyyətini itirmiş torpaqların bərpası;
-təsərrüfat fəaliyyətində və texnologiyalardan istifadə
zamanı resursqoruyucu vasitələrdən istifadə edilməsi;
- torpaq resurslarından səmərəli istifadə onlann
monitorinqinin apanimasını tələb edir.
Torpaqların monitorinqi torpaq fonduna müşahidə
sistemidir ki, orada gedən dəyişiklikləri vaxtında aşkara
çıxarmaq, onlan qiymətləndirmək, neqativ halların qarşısının
^ 111
Aqrar iqtisadiyyat
alınması üçün xəbərdarlıq edir. Monitorinqin obyekti
sahibkarlıq formasından, təyinat məqsədi və istifadə
xarakterindən asılı olmayaraq bütün Azərbaycan
Respublikasının torpaqlandır.
Monitorinqin apanlması zamanı aşağıdakı prosesləri
aydınlaşdırırlar:
- evalyusiyanı (təkamül) - təbii - tarixi inkişafı;
- tsiklikliyi - sutkalıq, mövsümi, illik və digər dövri təbii
dəyişiklikləri;
- antropogen - insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar
olan;
- fövqəladə hallar - qəzalar, fəlakət, qarşısıalınmaz və
ekoloji fəlakətlər və s.
Monitorinq yer quruluşuna nəzarət, torpaq resurslannm
idarə olunması, yer quruluşu təşkilatlarının informasiya
təminatına xidmət edir. Bu, torpaqlardan səmərəli istifadə və
qorunmasını həyata keçirməyə imkan verir.
Torpaqların monitorinqi sistematik müşahidələrlə həyata
keçirilir (şəklini çəkmək, tədqiqat və axtarış aparmaq).
Torpağın vəziyyətini öyrənmək, dəyişiklikləri meydana
çıxarmaq və qiymətləndirmək məqsədi daşıyır.
Torpaq resurslarından səmərəli istifadə və qorunması
üçün respublikanın məqsədli proqramlarının iqtisadi və
ekoloji proseslərə aktiv təsirinin rolu böyükdür.
5.3. TORPAQ MÜNASİBƏTLƏRİ VƏ TORPAQ BAZARI
Torpaq münasibətləri torpağa sahibkarlıq və onun
dövriyyəyə verildiyi dövrdə ona görə ödəmələrin alınması,
bölüşdürülməsi və istifadəsini özündə cəmləşdirir. Torpaq
Ä® 112 «Ä
Eldar Quliyev
və torpaqdan istifadə Azərbaycan Respublikasında pulludur.
Torpaqdan pullu istifadə - bu torpaqdan istifadənin sti-
mullaşdırılmasının yaxşılaşdırılması, torpağın tam
mənimsənilməsi və qorunması, onun məhsuldarlığını
artırmaq, müxtəlif keyfiyyətdə olan torpaqların təsərrüfat
istifadəsini, sosial-iqtisadi cəhətdən bərabərləşdirməkdir.
.Torpaqlara görə ödəmə iki formada: torpaq vergisi və arenda
ödəməsi vasitəsilə həyata keçirilir.
Kənd təsərrüfatının əsas vergilərindən biri torpaq
vergisidir. Torpaq vergisi obyekti Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq
mülkiyyətə və istifadəyə verilmiş torpaq sahəsidir. Torpaq
vergisi torpaq mülkiyyətçilərinin təsərrüfat fəaliyyətinin
nəticəsindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit
tədiyyə şəklində hesablanır. Həmin vergi torpağın
təyinatından, sahəsindən, coğrafi yerləşməsindən asılı olaraq
müəyyənləşdirilir. Ödəyicilər - mülkiyyətinə və istifadəsinə
torpaq sahələri verilən fiziki və hüquqi şəxslərdir. Torpaq
vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal
üçün şərti maliyyə vahidinin 5%-dir. Şərti ballar müvafiq icra
hakimiyyəti orqanları tərəfindən kadastr qiymət rayonları və
oraya daxil edilən inzibati rayonlar üzrə kənd təsərrüfatı
torpaqlannm təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə
alınmaqla müəyyənləşdirilir.
Torpaq vergisindən büdcəyə daxil olan vəsait aşağıdakı
məqsədlər üçün istifadə edilir:
- yer quruluşu tədbirlərinin, torpaq kadastrının apanlması
və işlənilməsi, torpaqlann qorunması və onlann
məhsuldarlığının artıniması, yeni torpaqlann
mənimsənilməsini müəyyənləşdirməyə;
113 «Ä
Aqrar iqtisadiyyat
- ərazinin mühəndis və sosial quruculuğu üçün;
- aşağı keyfiyyətli torpaqlarda kənd təsərrüfatı istehsalı
aparan təsərrüfatlann maliyyələşdirilməsinə.
Torpaq vergiləri hələlik torpaq münasibətlərinin
tənzimlənməsində səmərəli tənzimləyici olmayıbdır. Belə ki,
kənd təsərrüfatı əmtəə istehsalçılanmn torpaq vergilərinin
cəminin 5%-dən azdır.
Arenda ödəməsi - arendaya istifadəyə verilmiş
torpaqlardan alınır. Arenda ödənişinin miqdarı müqavilə
əsasında müəyyən edilir. Arendanın miqdarı torpağın istifadə
məqsədindən və yerləşdiyi yerdən asılıdır.
Demək olar ki, bazar iqtisadiyyatı inkişaf etmiş bütün
ölkələrdə kənd təsərrüfatı müəssisələrinə vergi qoyuluşu
güzəştlidir. Kənd təsərrüfatı iqtisadiyyatının yalnız ona xas
olan istehsal xüsusiyyətlərinə malik olan spesifik sahədir.
Bundan əlavə, kənd təsərrüfatının vəzifəsi - əhalini həyat
fəaliyyətinin əsas şərti olan təhlükəsiz və ucuz ərzaq məh-
sullan ilə təmin etməkdən ibarətdir. Bunların nəticəsində
aqrar bölmə xüsusi strateji əhəmiyyətə malik olan sahə hesab
edilir və ona aid edilən büdcə və vergi siyasəti bir çox
ölkələrdə iqtisadiyyatın başqa sahələrinə nisbətən daha
güzəştlidir.
Kənd təsərrüfatı müəssisələrinin səmərəli fəaliyyətinin
təmin edilməsində vergi siyasətinin əhəmiyyətini nəzərə
alaraq Azərbaycan Respublikası Prezidentinin 22 mart
1999-cu il tarixli “Aqrar islahatların sürətləndirilməsi
haqqında” Fərmanı ilə kənd təsərrüfatı məhsullan istehsalının
1999-cu il yanvar ayına qədər başlanmış kontraktlar üzrə
bütün vergi borcları (torpaq vergiləri üzrə borclar istisna
olmaqla) silinmişdir. Bununla yanaşı kənd təsərrüfatı mü-
Ä® 114 «Ä
Eldar Quliyev
əssisələri 5 il ərzində bütün vergi növlərindən azad olundu
(torpaq vergisindən başqa). Azərbaycan Respublikası
Prezidentinin imzaladığı 22 noyabr 2003-cü il tarixli qanuna
əsasən kənd təsərrüfatı məhsullannm istehsalçılanna 2001-ci
ildən verilmiş vergi güzəştlərinin müddəti 2004-cü il yanva-
nn 1-dən daha 5 il müddətinə - 2009-cu il yanvar ayının 1- nə
kimi, sonra isə daha növbəti 5 illik uzadıldı.
Torpaq bazarı - torpaq dövriyyəsi prosesində torpaq
sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanılması,
habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər
formalarında dəyişməsi ilə bağlı dövlət orqanları,
bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan
iqtisadi və hüquqi münasibətlərdir.
Azərbaycan Respublikasında torpaq bazarı əsasən dövlət
və bələdiyyə mülkiyyətində olan torpaqları arendaya
(icarəyə) verməklə formalaşıb.
Torpaq sahələrinə arendaya görə ödəmə icarəçi ilə icarə
edən arasındakı müqavilə əsasında müəyyənləşdirilir. Bu
ödəmə pulla və ya natural formada ola bilər. Müqavilələrin
əsas hissəsi (təxminən 95%-i) pul vasitəsilə təmin edilir.
Torpağa görə arenda haqqının ödənilməsi torpağın kadastr
dəyərinə görə müəyyənləşdirilir. Ərazinin dəyərliliyindən,
torpağın istifadəsi, arendatorun dərəcəsindən asılı olaraq
dəyər əmsalından istifadə olunur.
Arendadan fərqli olaraq torpaq sahələrinin alqı - satqısı
nisbətən az yayılmışdır. Ancaq, qeyd etmək lazımdır ki,
torpaq sahələrinin alqı - satqısı ildən - ilə daha da genişlənir.
Eyni zamanda dövlət və bələdiyyə torpaqlannm da alınıb -
satılması ildən - ilə artır.
Ä» 115 «Ä
“ Aqrar iqtisadiyyat
Torpaq bazarının digər seqmenti torpaq sahələrinin
hədiyyəsi, varisliyə keçirilməsi, girov qoyulmasıdır.
Torpaq bazarının nonnal fəaliyyət göstərməsinə təsir edən
əsas səbəblər:
- müasir torpaq münasibətlərinin tənzimlənməsi
konsepsiyasının ziddiyyətliliyi;
- torpaq dövriyyəsinin inkişafı üçün respublika
səviyyəsində effektli hüquqi əsasın olması;
-torpaq bazarı infrastrukturunun zəif inkişafının onun
tələbatına cavab verməməsi;
-torpaq sahibliyinin həyata keçirilməsi üçün meydana
çıxan çoxlu maneələr, ilk növbədə torpaq sahələrinin
ayrılması, hüquqi prosedurların mürəkkəbliyi, razılaşmalann
təşkilati və texniki rəsmiləşdirilməsi.
Torpaq bazarında razılaşmalar bazar qiymətləri və kadastr
dəyərinə görə aparılır. Torpağın bazar qiyməti alqı - satqı
prosesində meydana gəlir. Daha doğrusu, o, tələbin və
təklifin çoxluğundan asılıdır. Torpaq sahəsinin sahibi
torpağını o vaxt satacaq ki, ondan əldə etdiyi məbləğ, bankda
faizlə ona çox gəlir
gətirəcək, nəinki, o torpaqdan əldə edəcəyi rentadan.
Torpağın bazar qiyməti - bu, kapitala çevrilmiş illik
torpaq rentasıdır, onu da aşağıdakı düsturla hesablayırlar: R
Ç 100 F
Q - torpaq sahəsinin qiyməti, manatla;
R - torpağın rentası, manatla;
F - ssuda faizi.
Torpağa qiymət artımı davamlı ənənəyə malikdir:
qiymətlər şəhərlərdə və şəhər tipli qəsəbələrdə şəxsi evlərin
Ä® 116 «Ä
Eldar Quliyev “
tikilməsi üçün olan torpaq sahələrində xüsusilə yüksəkdir.
Kənd təsərrüfatı təyinatlı torpaqların qiymətləri bölgələr üzrə
dəyişir.
Torpağın qiymətləndirilməsi:
a) torpağın keyfiyyətcə qiymətləndirilməsi - torpağın
münbitliyinin kəmiyyət göstəriciləri əsasında onun
aqronomik səciyyəsidir. Burada əsasən becərilən kənd
təsərrüfatı bitkilərinin çoxillik məhsuldarlığının qiyməti
götürülür.
b) torpaqların keyfiyyətcə qiymətləndirilməsi (boniti-
rovkası) hər bir ərazidən istifadə edilərkən sahələrin
keyfiyyətcə müxtəlifliyini təyin edən torpaqlann
məhsuldarlığının nisbətcə ölçülməsi sistemidir.
Torpağın keyfiyyətcə qiymətləndirilməsində əsas məqsəd
müəyyən sistem daxilində keyfiyyətcə aşağı olan
torpaqlardan başlayaraq yüksək keyfiyyətli bütün torpaqları
qruplaşdırmaqdan ibarətdir. Torpaq ehtiyatlarının istehsal və
xalq təsərrüfatında istifadəsində onun qiymətləndirilməsinin
böyük əhəmiyyəti vardır. Bu, torpaqların səmərəli istifadəsi
və yaxşılaşdırılmasının elmi əsalarla həyata keçirilməsinə
imkan verir.
Torpağın kadastr qiymətləri - renta gəlirləri ilə hesablanır
və o da bir çox amillərdən asılı olaraq dəyişir: torpaq
örtüyünün vəziyyətindən, iqlim şəraitindən, işin aparıldığı
bazara görə yerləşdiyi mövqedən, kənd təsərrüfatı işlərinə
yararlılığmdan, təsərrüfat mərkəzinə olan yaxın -
uzaqlığından, nəqliyyat yollarının vəziyyətindən, şum,
biçənək, otaracaq, dincə qoyulmuş torpaq və s. Torpaq
sahəsinin bazar qiyməti kadastr qiymətinə bərabqr hesablanır.
Respublikada ən qiymətli kənd təsərrüfatı sahələri
1814790 ha olmaqla ümumi torpaq sahəsinin 21%-ni təşkil Ä» 117
Aqrar iqtisadiyyat
edir (orta ölçülü bal 86), yaxşı torpaqlar 4843680 ha olmaqla
ümumi ərazinin 56.06%-ni (orta bal 71), orta keyfiyyətli
torpaqlar ərazinin 10.5%-ni təşkil edir. Aşağı keyfiyyətli
torpaqlar (40 bal) 160500 ha sahəni təşkil etməklə ümumi ərazinin 1.93%-ni, şərti yararlı torpaqlar (12 bal) 947880 ha
ərazini tutmaqla ölkə ərazisinin 10.96%-ni təşkil edir (cədvəl
9).
Cədvəl P. Azərbaycan torpaqlarının aqroistehsal qrupları üzrə orta
ölçülü bonitet balları və torpaqların nisbi dəyərlilik əmsalı (TNDƏ)
Torpaqların keyfiyyət
qrupları
Orta ölçülü ballar
TNDƏ Sahəsi
ha %
I Çox yaxşı torpaqlar
86 1.30 1814790 21.00
II Yaxşı torpaqlar
71 1.08 4843680 56.6
III Orta keyfiyyətli
torpaqlar 56 0.85 868650 10.5
IV Aşağı keyfiyyətli
torpaqlar 40 0.61 166500 1.93
V Şərti yararsız torpaqlar
12 0.18 94788 10.96
Azərbaycan üzrə 66 1.00 8641500 100
Torpaq rentası - torpaq sahəsinin istifadəçisi (icarəçi)
tərəfindən onun sahibinə (icarəyə verənə) ödənilən pul
məbləği. Torpaq rentasının formaları:
Mütləq torpaq rentası - torpaq üzərində mülkiyyətdən əldə
edilən gəlirin bir növü. Torpaq mülkiyyətçisinin tor-
Ä» 118
Eldar Quliyev “
pağa tətbiqən kapitaldan istifadə edilməsinə icazə verdiyinə
görə ona ödənilən haqq.
Mütləq torpaq rentası icarəçi tərəfindən istifadə edilən
torpaq sahəsinin münbitliyindən və mövcud resurslardan asılı
olmayaraq bütün torpaq sahələrinə görə ödənilir. Mütləq
torpaq rentası üzərində xüsusi və ya dövlət mülkiyyətinin
inhisarı ilə şərtlənir.
Torpağın qiymətinin torpaq vergisi, arenda ödənişinin
iqtisadi əsasını torpaq rentası təşkil edir. O da torpaq sahəsi
sahibinin aldığı gəliri təşkil edir. Belə ki, arendaya verilən
torpaqdan gəlir iki hissəyə bölünür: sahibkarın gəliri (aren-
datorun) və rentaya (torpaq sahibinin gəliri).
Torpaq rentasmm iki forması mövcuddur: mütləq və dif-
erensial renta. Diferensial renta iki müxtəlifliyə malikdir:
diferensial renta I və diferensial renta II.
Diferensial renta I bazarda olan vəziyyətə münasibətdə
torpaq sahəsinin müxtəlif məhsuldarlıq və yerləşdiyi əraziyə
görə meydana gəlir. Kənd təsərrüfatı məhsullanna olan tələbi
təkcə yaxşı torpaqlardan istifadə etməklə təmin etmək olmaz,
zəif məhsuldar torpaqlardan da istifadə etmək lazımdır.
Uyğun surətdə kənd təsərrüfatı məhsullan- nın qiyməti o
səviyyədə müəyyənləşdirilir ki, zəif məhsuldar torpaqlar da
istehsalın rentabelliyini təmin edir.
Beləliklə, diferensial renta yaxşı torpaq sahələrinə çəkilən
xərclə orta məhsuldar torpaqlara çəkilən xərclərin nəticəsində
əmələ gəlir.
Diferensial renta II eyni torpağa ardıcıl kapital qoymaqla
istehsalın intensivləşdirilməsi nəticəsində əmələ gəlir.
İntensifikasiya əlavə gəlir gətirir və onu ilk növbədə icarəçi
alır; icarə müqaviləsinin vaxtı tamam olandan sonra sa-
Ļ119
Aqrar iqtisadiyyat
hibkar torpaqdan alınan gəlirə görə icarə haqqını artınr.
Gəlirin bu növü diferensial renta II adlanır. Onu pis
məhsuldar torpaqlardan da almaq olar, bu şərtlə ki, yeni
istehsal texnologiyalarından istifadə edilsin.
Diferensial renta I torpaq istifadəçilərindən vergi
formasında alınır və bütün cəmiyyətin maraqlan üçün istifadə
olunur, ancaq onun kiçik bir hissəsi torpaq istifadəçisində
qalır ki, o da torpaq istifadəçisinin istehsalı stimullaşdırma-
sına xidmət edir. Torpağın məhsuldarlığının artırılmasına
ayrılan ehtiyacdan başqa yerdə qalan diferensial renta torpaq
istifadəçisinə çatır.
Mütləq rentanı torpaq sahibləri arenda ödənişi formasında
alırlar, hətta ən pis torpaq sahəsi üçün belə. Onun meydana
çıxması sahibkarın torpaq üzərində sərəncam vermək inhisarı
ilə əlaqədardır (yəni torpaq onun icazəsi olmadan heç bir
formada istifadə edilə bilməz). Əksinə, diferensial renta digər
inhisarın gücü ilə meydana gəlir-sahibkann arendaya
götürülmüş sahəyə mütləq təsərrüfatçılıq hüququnun olması
ilə.
Torpağın real bazar qiymətini müəyyən etmək üçün
torpaq kadastrı göstəricilərinin olması vacibdir. Ancaq
onların əsasında torpaq resurslarının keyfiyyəti və digər
xüsusiyyətlərini nəzərə almaqla düzgün qiymətləndirmək
olar. Ölkədə mövcud olan şəkildə torpağın alışı və satışı tam
müstəqil və nəzarətsiz ola bilməz.
Ona görə dövlət tənzimlənməsinin müxtəlif
metodlarından istifadə edilməsi vacibdir. Belə birbaşa
tənzimləmə metodlarına aiddir:
Ä» 120
Eldar Quliyev
- Dövlət orqanlarının qərarı ilə müəyyən növ torpaqları
bazar dövriyyəsindən çıxarmaq və ya onların dövriyyəsini
məhdudlaşdırmaq;
-Kənd təsərrüfatı məqsədli torpaqların istiqamətinin
dəyişdirilməsi və öz məqsədinə uyğun istifadə etməyə imkanı
olmayan şəxslərin əldə etməsi qadağan edilsin;
- Bir sıra torpaq istifadəçilərinə torpaqların satın alınması
və arendaya götürülməsinə üstünlük verilsin;
-Torpaq satış sahələrinin satış hədləri müəyyən edilsin və
s.
Torpaq bazarını dolayı yolla da tənzimləmək mümkündür
- razılaşma zamanı diferensial vergiqoyma və həmçinin
torpağın gələcək istifadəsindən əldə edilən gəlirə; bir qrup
torpaq istifadəçilərinə güzəştli kreditlər və subsidiyalann
verilməsi; torpaq quruluşu işlərinin dövlət tərəfindən qismən
maliyyələşdirilməsi və s. (cədvəl 10). Cədvəl 10, Azərbaycan torpaqlarının keyfiyyət təsnifatı
Torpaq keyfiyyəti Orta torpaq
keyfiyyəti
indeksi
ərazi
ha %
Yüksok keyfiyyətli torpaqlar 0,860 1814,8 21,00 Yaxşı keyfiyyətli torpaqlar 0,710 4843,6 56,05 Orta keyfiyyətli torpaqlar 0,560 868,6 10,05 Aşağı keyfiyyətli torpaqlar 0,400 166,5 1,93 Çox aşağı keyfiyyətli torpaqlar 0,120 997,8 10,97 Respublika üzrə orta 0,660 869,3 100
Bunlarla yanaşı, maddi və əmək resurslanndan səmərəli
istifadə etməklə istehsalın optimal həddə çatdınimasma
imkanı olan hər bir kənd təsərrüfatı əmtəə istehsalçılanna
əlavə torpaq sahələrinin alınması üçün şərait yaradılmalıdır.
^121
Aqrar iqtisadiyyat
5.4. KƏND TƏSƏRRÜFATINDA TORPAQLARDAN İSTİFADƏ-
NİN SƏMƏRƏLİLİYİ VƏ ONUN YÜKSƏLDİLMƏSİ YOLLARI
Kənd təsərrüfatı istehsalının nəticəsi istehsal resursla-
rından, xüsusən torpaq resurslarından səmərəli istifadə
edilməsindən asılıdır.
Torpaqdan istifadənin iqtisadi səmərəliliyi bir istehsal
vasitəsi kimi istehsalın həcminin nəticəsi, ərazi və dəyərin
müqayisəsi ilə xarakterizə olunur. Burada resurslann xüsu-
si xarakterini nəzərə alaraq (məhdud ölçülər, uzun müddə-
tə bərpası və d.) onun istifadəsi zamanı səmərəliliyin
müəyyən edilməsində digər amillər də nəzərə alınır. Müa-
sir şəraitdə vahid ərazidən təkcə məhsul çıxışının yüksəldil-
məsi deyil, eyni zamanda onun keyfiyyətinin yüksəldilməsi,
onun hər vahidinə məsariflərin azaldılmasına nail olmağın
çox böyük əhəmiyyəti vardır. Bununla yanaşı torpağın məh-
suldarlığının saxlanılması, artıniması və ətraf mühitin müha-
fizəsinin təmin olunması da vacib şərtlərdəndir.
Torpaqdan istifadənin iqtisadi səmərəliliyi göstəricilər
sistemi ilə xarakterizə edilir. Onların ən əsası dəyərdir.
Torpaq verimi - kənd təsərrüfatının ümumi məhsulunun
(UM) dəyərinin torpaq məhsullarının dəyərinə (Dt) olan
nisbətilə ifadə olunur: UM
T = Dr
Torpaq resurslannm qiymətləndirilməsi zamanı torpağm
bazar qiymətindən və kadastr qiymətindən istifadə etmək
olar.
Torpaq tutumu - bu, torpaq veriminin əksinə olan
göstəricidir. Onu torpağm dəyərinin kənd təsərrüfatının
ümumi məhsuluna nisbəti ilə müəyyən etmək olar, manatla. Ä®122
Eldar Quliyev ■
T = ^ V
A
UM
Torpağın iqtisadi səmərəliliyi kənd təsərrüfatı və
bitkiçilikdə vahid torpaq sahəsinə ümumi və əmtəə
məhsulunun həcmi ilə ifadə oluna bilər:
. UM (ƏƏM)vəyaUMb(ƏMb) S
Burada, İs torpağın iqtisadi səmərəliliyi, UM, UMb - kənd
təsərrüfatı və bitkiçilikdə ümumi məhsulun dəyəridir,
manatla;
ƏM, ƏMb - kənd təsərrüfatı və bitkiçilikdə əmtəə
məhsulu, manatla;
S - kənd təsərrüfatı sahəsi, hektarla.
Torpaqdan səmərəli istifadənin daha bir göstəricisi, vahid
torpaq sahəsinə hesablanan ümumi gəlir, manatla; UG
•-T Burada, UG - ümumi gəlir, manatla; bərabərdir ümumi
məhsulun dəyəri və maddi xərclərin (UG- UM-MJ arasındakı
fərqə;
Səmərəlilik həmçinin vahid torpaq sahəsinə hesablanan
təmiz gəlirin həcmi ilə xarakterizə olunur, manatla; TG
“T Burada, TG - təmiz gəlir, manatla; bərabərdir ümumi
məhsulun və onun maya dəyərinin arasındakı fərqə, (TG= UM-Md) və ya ümumi gəlir və əmək haqqının məbləği
arasındakı fərqə; (TG= UM-ƏH)
Kənd təsərrüfatı məhsullarının vahid torpaq sahəsindən
qazanc, manatla;
123 «Ä
Aqrar iqtisadiyyat
M ‘-5
Burada, G gəlir, manatla; bərabərdir məhsulun realiza- siyası (R) və onun tam maya dəyəri A/j arasındakı fərqə:
(G=mədaxil (R)-MJ
Torpaqdan səmərəli istifadənin müqayisəli
xarakteristikası zamanı dolayı göstəricilərdən də istifadə edilə
bilər: natural və nisbi.
Natural göstəricilər:
- kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı sentner ha;
- bitkiçilik məhsullannm əsas növlərinin istehsalı (taxıl,
şəkər çuğunduru, kartof və digər) hər 100 ha sentner hesabı
ilə;
- süd, iribuynuzlu mal əti və diri çəkidə qoyun, yun hər
100 ha kənd təsərrüfatı sahəsinə, sentnerlə;
- quş əti sentnerlə və yumurta min ədəd, 100 ha
hesablanan taxıl bitkilərinin əkini.
Torpağın istifadəsinin nisbi göstəriciləri:
- ümumi əraziyə görə kənd təsərrüfatı bitkilərinin payı;
- kənd təsərrüfatı sahələrinin əkilməsi (kənd təsərrüfatı
şumunun xüsusi çəkisi);
- intensiv bitkilərin payı (şumlanan, texniki);
-suvarılan torpaqlann kənd təsərrüfatı sahələrinə görə
xüsusi çəkisi;
Nəzərdən keçirilən göstəricilər sistemi kənd təsərrüfatı
sahələrinin səmərəli istifadəsini tam xarakterizə edir. İndiki
vaxtda o çox yüksək deyil, ancaq artırmaq üçün ehtiyatlar
hələ vardır.
Torpaqlardan səmərəli istifadədə əsas rol hazırkı şəraitdə
dövlətindir, ona görə:
Ļ124
Eldar Quliyev
Birincisi, t ə s ə r r ü f a t ı torpaqlannm qorunması, onlann
sahələrinin azalmasma yol verilməməsi, məqsədli istifadəsi
üçün məqsədli proqram hazırlayıb həyata keçirməyə;
İkincisi, kənd təsərrüfatında geniş təkrar istehsalın, in-
tensivləşdirilmənin, sahibkarlıq və bazar mexanizmi təsər-
rüfatçılığmm genişləndirilməsinə əsas yaradan ümumi
iqtisadi şəraitin dəyişməsinə köməklik edir.
Əsas istehsal vəsaitlərinin kənd təsərrüfatı istehsalına
daha və tam səmərəli istifadəyə yardım edən tədbirləri
aşağıdakı qruplarda birləşdirmək olar:
1. Təsərrüfatlara təhkim edilmiş hər bir hektar torpağı
istehsal istifadəsinə cəlb etmək; torpaqların təsərrüfat
dövriyyəsindən kənarda qalmasına yol verməmək. Bütün
təsərrüfat kateqoriyaları üzrə torpaq ehtiyatları kənd
təsərrüfatı məhsul istehsalı üçün ehtiyatın olmasını göstərir.
2. Torpaqlann iqtisadi məhsuldarlığmın artıniması. Bu hər
şeydən əvvəl suvarma, qurutma, meliorasiya, gübrələrin
tətbiqi, növbəli əkinin, çəmən və otlaqlann yaxşılaşdıniması.
3. Torpaqlann məhsuldarlığmın və qorunmasmm
saxlanması.
4. Torpaqlann iqtisadi məhsuldarlığından səmərəli
istifadə: daha məhsuldar sortlardan tətbiqetmə, toxumçuluğu
yaxşılaşdırmaq, bitkilərin yerləşdirmə sxeminin
təkmilləşdirilməsi, kənd təsərrüfatı işlərinin optimal apanima
vaxtının və onları yüksək keyfiyyətlə yerinə yetirməyin
gözlənilməsi, bitki xəstəliklərinə qarşı mübarizə,
ziyanvericilər və alaq otları ilə mübarizə. Bu qrup tədbirlər
torpaqlann aqrokimyəvi xüsusiyyətlərinə bilavasitə təsir
etmir, ancaq bitkilər tərəfindən torpağın qida maddələrindən
yaxşı istifadəsinə köməklik edir.
Ä» 125
Aqrar iqtisadiyyat
5. Təşkilati - iqtisadi tədbirlər: bazarın kon3nmkturasmı
nəzərə almaq şərtilə əkin sahələrinin strukturunun
təkmilləşdirilməsi, ixtisaslaşmanın dərinləşdirilməsi,
təşkilatçılığın daha mütərəqqi formalarının və əmək haqqının
ödənilməsi, təsərrüfatçılıq formalarının təkmilləşdirilməsi.
YOXLAMA SUALLARI
1. Kənd təsərrüfatında torpağın rolu.
2. İstehsal vasitəsi kimi torpağın xüsusiyyətlərini söyləyin.
3. Torpağın hansı növ məhsuldarlığı mövcuddur?
4. Torpaq resurslarının tərkibi və strukturu.
5. Kənd təsərrüfatında torpaq resurslannm vəziyyətini
xarakterizə edin.
6. Torpaq üzərində hansı sahibkarlıq formalanm bilirsiniz?
7. Torpaqların monitorinqi nə deməkdir?
8. Torpaq monitorinqinin əsas məqsədi.
9. Torpağa görə hansı ödəmə formalan mövcuddur?
10. Kənd təsərrüfatı sahələrinin kadastr qiymətləndirilməsi nə
deməkdir?
11. Torpağın qiyməti nədir və o necə müəyyənləşdirilir?
12. “Torpaq rentası” nə deməkdir? Hansı formalarda o
mövcud olur?
13. Azərbaycan Respublikasının torpaq bazarı necə təşkil
olunur?
14. Kənd təsərrüfatında torpaqlardan istifadənin iqtisadi
göstəricilərini söyləyin.
15. Kənd təsərrüfatında torpaqdan istifadənin səmərəliliyinin
artıniması istiqamətlərini göstərin.
126
Eldar Quliyev
MÖVZU 6. ƏMƏK EHTİYATLARI
6.1. ƏMƏK EHTİYATLARININ TƏRKİBİ VƏ MƏŞĞULLUQ
Əmək ehtiyatlarından səmərəli istifadə edilməsi mühüm
sosial-demoqrafık və iqtisadi problemlərdən biridir. Bu
problemin həll edilməsi əhalinin şəhər və kənd yaşayış
məntəqələri, regionlar, təsərrüfatın müxtəlif sahələri arasında
paylanmasına əsaslı şəkildə təsir göstərir. Yüksək ixtisaslı
kadrlardan istifadə edilməsinə əsaslanan istehsal və xidmət
sahələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının
emalına əsaslanan və son məhsul istehsal edən əmək- tutumlu
sahələrin təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu
zaman ölkənin xarici bazardan asılılığı azalır, ərzaq
təhlükəsizliyi təmin edilmiş olur. Ölkədə urbanizasiya
prosesinin davamlı inkişafı gedir, təsərrüfat sahələrində
müasir və mütərəqqi texnologiya tətbiq edilir, əhalinin sosial
- mədəni həyat şəraiti yaxşılaşır. Lakin keçid dövründə olan
çətinliklər ölkədə əmək ehtiyatlanndan istifadə edilməsində
ciddi problemlər yaratmışdır.
Ölkə əhalisinin təsərrüfatın müxtəlif sahələrində fəaliyyət
göstərməsindən danışarkən iki göstəricini fərqləndirmək
vacibdir. Onlara əmək ehtiyatları və iqtisadi cəhətdən fəal
əhali aiddir. Əmək ehtiyatlan adlanan qrupa təsərrüfat
sahələrində fəaliyyət göstərə bilən insanlar aid edilir. Onlara
işləyən, əmək qabiliyyətli yaşda iqtisadi cəhətdən fəal əhali
ilə yanaşı hazırda işləməyən və iş axtarmayan əmək
qabiliyyətli şəxslərin digər hissəsi, o cümlədən istehsaldan
ayrılmaqla təhsil alanlar daxil edilir.
Əmək qabiliyyətli yaşda olan əhali ölkə əhalisinin ictimai
istehsalında iştirak edib - etməməsindən asılı olmaya
^ 127 «Ä
Aqrar iqtisadiyyat
raq müəyyən yaş qrupuna aid hissəsidir. İnkişaf etmiş bazar
iqtisadiyyatı ölkələrində buraya 14-70 yaşlı şəxslər aid edilir
(ayrı - ayn ölkələr arasında əmək qabiliyyətli yaşın göstərilən
hüdudlarında ciddi fərqlər ola bilər).
Azərbaycanda 15-57 yaş qadınlar, 15-63 yaş isə kişilər
üçün əmək qabiliyyətli yaş müəyyən edilmişdir.
Əmək ehtiyatları cəmiyyətin əsas istehsal qüvvəsi olub,
istehsalın vacib amili kimi çıxış edir və onlardan səmərəli
istifadə aqrar iqtisadiyyatda istehsalın həcminin və onun
iqtisadi səmərəliliyinin artırılmasına səbəb olur.
İqtisadi fəal əhali dünya statistikasında geniş istifadə
edilir. O, məşğul olan əhalinin sayını, onun tərkibini və
məşğulluq səviyyəsini göstərir, iqtisadi fəal əhaliyə onun
gəlir mənbələrindən asılı olmayaraq məşğul olan əhali,
həmçinin işsizlər, işləmək istəyənlər və iş axtaranlar aiddir.
iqtisadi fəal əhalinin sayının dəyişməsinə əhalinin artım
tempi, təbii artım, miqrasiyalar, yeni iş yerinin yaradılması və
ya iqtisadi böhran, əhalinin təhsil səviyyəsi, əmək tutumlu
istehsal sahələrinin inkişafı və s. təsir göstərir. Hazırda
ölkəmizdə əmək qabiliyyətli yaşda iqtisadi fəal əhalinin sayı
4295.2 min nəfər və ya ümumi əhalinin sayının 50.3%-ni
təşkil edir.
Əmək qabiliyyətindən istifadə məşğulluq siyasəti ilə sıx
əlaqədardır. Dövlət məşğulluq siyasəti yeni iş yerinin
yaradılmasını, müntəzəm olaraq əmək qabiliyyətli əhalinin
potensialından və işgüzar fəaliyyətindən mümkün qədər
səmərəli istifadə edilməsi üçün şəraitin yaradılmasını,
ixtisaslı kadrların hazırlanması sisteminin daima təkmilləşdi-
rilməsini nəzərdə tutur.
^ 128 *d>
Eldar Quliyev
Əmək qabiliyyəti - insanın əmək fəaliyyəti ilə məşğul
olmaq qabiliyyəti. Əmək qabiliyyətinin növləri: ümumi - adi
şəraitdə hər hansı işi yerinə yetirmək qabiliyyəti; peşə-
kar-müəyyən peşə, vəzifə üzrə müəyyən şəraitdə işləmək
qabiliyyəti; natamam - yalnız yüngül şəraitdə işləmək
qabiliyyəti. Əmək qabiliyyətinin reallaşması bir sıra
amillərdən asılıdır: işçinin peşəsinin əmək fəaliyyəti növünə
müvafiq olması (xüsusi nəzəri biliklər və əməli vərdişlər
kompleksinə yiyələnmək); əmək şəraiti, əmək qabiliyyətinin
səviyyəsi, sosial-iqtisadi, texnoloji - təşkilati, gigiyenik və
müalicə - profilaktik tədbirlər əməyin mühafizəsi sisteminə
aiddir. Bu tədbirlər və vasitələr sistemi əmək prosesində
insanın təhlükəsizliyi, onun sağlamlığının və iş qabiliyyətinin
qorunub saxlanılmasını təmin edir.
Məşğul olan əhali - istehsal və qeyri-istehsal sahələrinə
fəaliyyətə cəlb edilmiş şəxslər. Məşğullara muzdlu işləyən
fəhlələr, sahibkarlar, sərbəst sənətçilər, hərbi qulluqçular,
sənət məktəblərində əyani oxuyanlar daxildir. Respublikada
məşğul əhali 3701.5 min nəfər olmaqla əmək ehtiyatlarının
78.9%-ni, iqtisadi cəhətdən fəal əhalinin 98.8%-ni təşkil edir.
Kənd təsərrüfatında 1139.6 min insan çalışır. Bu da xalq
təsərrüfatında çalışanların 30.8%-ni təşkil edir.
Məşğulluq iqtisadi kateqoriya olmaqla insanlar arasında iş
yerləri və təsərrüfat fəaliyyətində iştirakı təmin etmək üçün
münasibətlər sistemidir. Əhalinin məşğulluğu-insanların
şəxsi tələblərinin ödənilməsi və onları əmək gəlirləri ilə təmin
edən fəaliyyətləridir. Həmçinin haqqı ödənilməyən işlərdə
(uşaqlann tərbiyəsi, ev təsərrüfatının apaniması, istehsaldan
aynimaqla təhsil almaq, ictimai fəaliyyət) fəaliyyətlərdir.
Məşğulluq insanların təsərrüfat sahələri üzrə
129
Aqrar iqtisadiyyat
bölüşdürülməsini xarakterizə edir. Ölkə əhalisinin böyük bir
hissəsini iqtisadi fəaliyyətlə məşğul olanlar təşkil edir.
İqtisadi fəaliyyətlə məşğul olanlar - məhsul istehsalında
və müxtəlif növ xidmət sahələrində iştirak edən, bununla
əlaqədar bir-birilə və digər şəxslərlə qruplar və ya
cəmiyyətlər şəklində münasibətlərə girən şəxslərdir. Onlara
aid edilir:
-muzdla işləyənlər, əvəzində tam və ya natamam is günü
ilə mükafatlandınlanlar;
- müvəqqəti işdən qalmış işçilər, xəstəliyə görə, xəstələrə
qulluq etməsinə görə, məzuniyyətə və digər səbəblərə görə;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;
- ailə müəssisəsində iş icra edənlər (əmək haqqısız).
“Məşğulluq” termininin mənası insanların müxtəlif növ
ictimai-faydalı işlərə tələbatını, həmçinin o tələbatın
ödənilmə dərəcəsini və iş yerləri ilə təminatını özündə
birləşdirir. İki formada məşğulluq ayırırlar: tam və natamam.
Tam məşğulluq - bu zaman insanlar bütün il boyu işlə
təmin olunurlar.
Natamam məşğulluq işçi qüvvəsindən tam istifadə
olunmaması ilə xarakterizə olunur. Natamam məşğulluq
zamanı insanlar natamam həftə və natamam iş ili işləməyə
məcburdurlar.
Dünyanın inkişaf etmiş ölkələrində məşğulluq
səviyyəsinə təsirin aktiv və passiv formalan mövcudur. Yeni
iş yerlərinin açılması, müəssisələrdə məşğulluq yerlərinin
saxlanılması, yeni peşələrin açılması, yeni peşələrin öyrədilib
məşğulluq tədbirlərinin görülməsi məşğulluğun aktiv
Ä» 130
Eldar Quliyev
fomıasıdır. Məşğulluğun passiv forması isə işsiz şəxslərə
özlərini təmin edəcək məbləğdə müavinətlər ödənilməsidir.
İşsizlər - işi və qazancı olmayan, işə başlamağa hazır
olub, müvafiq icra hakimiyyəti orqanlarında işaxtaran kimi
qeydiyyata düşən əmək qabiliyyətli yaşda olan əmək
qabiliyyətli vətəndaşlar sayılır. İşsizlərə həmçinin müxtəlif
səbəblər üzündən işdən kənarlaşdırılmış və ya yeni iş yeri
tapmaq məqsədilə könüllü surətdə işdən çıxmış şəxslər aid
edilir. Respublikamızda 2014-cü ildə məşğulluq xidməti
tərəfindən qeydə alınmış işsizlərin sayı 36206 nəfər təşkil
etmişdir.
İşsizlər dörd kateqoriyaya bölünürlər:
• işdən kənarlaşdırma nəticəsində işini itirənlər;
• könüllü surətdə öz işindən kənarlaşdınlanlar;
• əmək bazarına müəyyən fasilədən sonra gələnlər;
• əmək bazarına ilk dəfə gələnlər.
İşsizliyin kəmiyyət göstəricisi onun səviyyəsi və dava-
miyyət müddətidir.
İşsizliyin səviyyəsi rəsmi qeydə alınmış işsizlər payının
iqtisadi aktiv əhalinin sayına nisbəti ilə ölçülür: (%-lə)
İ t - M
I s = İ/ 100%
Burada -1^ işsiz insanların sayı; İt iqtisadi aktiv əhalinin sayı (işçi qüvvəsi).
2014-cü ildə M-məşğul əhalinin sayı respublikada işsiz
kimi rəsmi şəkildə qeydə düşən insanlann, ümumi işsizlərin
5,2 %-ni təşkil etmişdir.
İşsizliyin müddətliliyi işdə orta fasilə vaxtı ilə
müəyyənləşdirilir. İşinin itirilməsi ilə yeni iş yerində işə
düzəl- ^ 131
o Aqrar iqtisadiyyat
məsi arasındakı fasilə ilə müəyyənləşdirilir. 2014-cü ildə orta
iş axtarma müddəti 7-9 ay təşkil etmişdir. Aqrar - sənaye
kompleksində işsizlik istehsalın aşağı düşməsi, yüksək
istehsal, əmək vasitələrinin tətbiqi, əməkqoruyucu
texnologiyanın, məhsul istehsalında struktur irəliləmələrin
(heyvandarlıqda əməktutumlu məhsulların kəskin azalması)
nəticəsində əmələ gəlir. Bundan başqa, sahibkarlıq
formalarının, təsərrüfatçılığın təşkilati - hüquqi formalarının
dəyişməsi, aşağı əmək haqqına görə insanların könüllü azad
edilməsi, pis iş şəraiti, demoqrafik proseslərlə əlaqədar
(miqrasiya, doğum, ölüm və s.) meydana gəlir.
Kənd təsərrüfatı işçiləri fəaliyyətlərinə görə aşağıdakı
kateqoriyalara ayrılırlar: rəhbərlər, mütəxəssislər, fəhlələr,
xidmətçilər, kiçik xidmət personalları. Onlar arasında ən çox
saylısı fəhlələr, maddi dəyərlər yaradanlar və ya istehsal
xidməti göstərənlərdir. Xüsusi və köməkçi fəhlələr seçilir;
əsas fəhlələrə əsas istehsalda xidmətlə məşğul olan, həmçinin
köməkçi bölmələrdə çalışanlar aid edilir.
Müdssisələrdd uzun müddət qalıb işləyən fəhlələri daimi,
mövsümi və müvəqqətiyə bölürlər. Daimi o insanlardır ki,
onlar vaxt məhdudiyyəti qoyulmadan və ya altı aydan yuxan
müddətə işə qəbul olunurlar. Mövsümi işçilər müəssisəyə
mövsümi iş müddətində qəbul olunur (6 aydan artıq
olmamaqla). Müvəqqəti işçilərə 2 aya qədər, müvəqqəti işdə
olmayan işçilərin əvəzinə 4 aydan artıq olmayanlar aid edilir.
Daimi işçilər peşələrinə görə təsnifləşdirilir (traktorçu -
maşinist, kombaynçı, maşınla sağım aparan operatorlar,
naxırçılar və s.). Təsnifləşdinnə (traktorçu - maşinist I-II-III
sinif və s.) yaşa, cinsə, staja və təhsilə görə apanlır.
^ 132
Eldar Quliyev ®
Rəhbərlər və mütəxəssislər istehsal prosesini təşkil edir və
onlara rəhbərlik edir. Həqiqi rəhbər direktor (sədr), baş
mütəxəssis (iqtisadçı, mühasib, mühəndis, aqronom,
zootexnik, mexanik və dig.) və onlann müavinləri hesab
olunur. Mütəxəssis ali və ya orta ixtisas təhsilli: iqtisadçı,
aqronom, zootexnik, mühəndis, mexanik, mühasib və digər
işçilər hesab olunur. Xidmətçilər - bunlar sənədləri qeyd edən
və hazırlıq işlərini həyata keçirən, hesab - nəzarət, təsərrüfat
xidməti göstərən (xəzinədarlar, işlər müdiri, katib -
makinaçılar, statistiklər, hesabdarlar, tabelçilər və s.)
işçilərdir. Kiçik xidmət edən heyətə xidməti otaqlara, binalara
qulluq edən, həmçinin işçilərə və xidmətçilərə (həyətə baxan,
xadimələr, ku- ryerlər və s.) xidmət edən işçilər daxildirlər.
Əmək ehtiyatlarının strukturu - bu, müxtəlif kateqoriyada
işçilərin onların ümumi sayına olan faiz nisbətidir. 2013-cü
ildə kənd təsərrüfatı müəssisələrinin personal strukturunda
kənd təsərrüfatı istehsalında məşğul olan işçilərin payı 37.1 %
təşkil etmişdir. Struktur bir neçə amillə müəyyənləşdirilir:
müəssisənin ixtisaslaşma ölçüləri ilə, onun inteqrasiya
proseslərindəki iştirakı, təbii şərait və digər amillərlə. O, bir
sıra əlamətlərlə hesablana bilər - yaş, cins, təhsil səviyyəsi, iş
stajı, peşəkarlıq və s.
İşçilərin orta illik siyahı miqdarını onların orta illik siyahı
miqdarını cəmləyərək ilin 12 ayına bölməklə müəyyən
edirlər. İşçilərin orta qalıq miqdarını, siyahı tərkibini ayın hər
təqvim günlərinə bölməklə müəyyən edirlər.
İşçilərin orta illik miqdarını təsərrüfatlarda işçilər
tərəfindən işlənilmiş illik vaxtı (adam - saat, adam - gün) illik
iş vaxtı fonduna bölmək yolu ilə müəyyən edirlər.
^ 133 «d»
Aqrar iqtisadiyyat
6.2. KƏND TƏSƏRRÜFATINDA ƏMƏK EHTİYATLARINDAN
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ
Kənd təsərrüfatında və emal sahəsində əmək erhtiyatla-
rından istifadənin spesifikliyi ondan ibarətdir ki, burada
əmək maksimumdur. İstehsal dövrü ilə iş dövrü bir - birinə
uyğun gəlmir. Bu xüsusilə bitkiçilik və emal sənayesinə
aiddir. Mövsümilik əməyə ehtiyacın əkin, bitkilərə qulluq,
məhsulun yığılması, kənd təsərrüfatı xammalının emalı
vaxtı artmasında və qış mövsümündə isə, əksinə, azalma-
sında da özünü göstərir. Heyvandarlıq, sənaye istehsalı, av-
tonəqliyyatda, demək olar ki, əmək sərfi il boyu bərabər
gedir.
Əməyin mövsümiliyinin göstəricilərinə baxaq:
İl ərzində əməyin aylar üzrə faizlə bölüşdürülməsidir.
Əmək ehtiyatlarından bərabər istifadə edilməsilə əmək
sərfi 8.33% (100:12) təşkil edir. Mövsümlərdə əməyə eh-
tiyacın genişləndiyi vaxt - maksimal aylıq əmək sərfi (ƏS-
), minimal (ƏSmin), adam - saat nıax
j __ ^^max
^ ~~ ƏSmin burada - işçi qüvvəsini ifadə edir.
Mövsümi əmək ehtiyatlanndan istifadə əmsalı aylıq əmək
sərfinin maksimal və ya minimal təsərrüfatdakı (orta aylıq
əmək sərfinin)nisbəti ilə xarakterizə edilir. (ƏSor)
l^möv ^^max
və ya K„äv =
.QC - ^ — - - { f i u ı / rje y C70Q7* C70Q|-
Mövsümi əməyin Kfnüv əmsalı - əməyin faktiki
sərfinin aylar üzrə tərəddüd cəminin (ƏSi) orta aylığın illik
əmək sərfinə münasibəti
134 «dv
Eldar Quliyev
$](Ə5ı—Ə5pr)^
~ i;Ə5a ’ Kənd təsərrüfatında əməyin mövsümiliyini hələliyə
keçmək olmur. Ancaq bir sıra kənd təsərrüfatı müəssisələrinin
təcrübəsi göstərir ki, onu minimuma endirmək olar.
Təcrübədə mövsümiliyi bir qədər yumşaltmağın bir neçə
yolu işlənilmişdir:
• ən çox əmək tutumlu istehsal proseslərinin mümkün
maksimal mexanikləşdirilməsi, gərgin dövr ərzində yüksək
istehsal texnika və avadanlıqlan ilə təmin edilməsi, (məsələn,
meyvə yığan kombaynların tətbiqi 300-350 yığıcınm əməyini
əvəz edər);
• kənd təsərrüfatı bitkilərinin müxtəlif növ və sahələrinin
müxtəlif vaxtlarda yetişdirilməsi əmək sərfini bərabər
səviyyədə saxlamağa imkan verər (məsələn, erkən, orta, gec
yetişən tərəvəz bitkilərinin yetişdirilməsi işçi qüvvəsindən
əkin, səpin, yığımda daha bərabər istifadə etməyə imkan
verir);
• yardımçı peşələrin inkişaf etdirilməsi, bu da qış
dövründə işçilərin məşğul olmasına yardım edər;
• kənd təsərrüfatı məhsullarının onların istehsal
olunduqları yerlərdə uzunmüddətli emalı və saxlanılması,
daha doğrusu, aqrar-sənaye inteqrasiyasının inkişafı (bağçılıq
təsərrüfatlarında meyvə saxlamaq üçün anbarlann olması
yığım vaxtı işçi qüvvəsinə olan tələbi 1 . 5 - 2 dəfə azaldır,
payızın sonu və qış dövründə işçi qüvvəsinə olan tələbat xeyli
artır, emala və meyvənin realizə edilməsi);
• Aqrar sahələrdə əməyin mövsümi yumşaldılması zamanı
optimal miqdarda işçi qüvvəsi il boyu daha çox məhsul
istehsal etməyə imkan verir.
Ä» 135 "lÄ
Aqrar iqtisadiyyat
Kənd təsərrüfatında əməyin mövsümi şəraitində kənd
təsərrüfatı işləri dövründə işçi qüvvəsinə tələbatın
müəyyənləşdirilməsi vacibdir (səpin, yığım, əkilmiş bitkilərə
qulluq və s.). Bunu aşağıdakı düsturla yerinə yetirmək olar: İÇ = — ;
^ N Ov
Burada, İQ = işçi qüvvəsi;
H = işin həcmi, t, ha;
N = istehsal norması t, ha
Ov = aqrotexniki işlərin aparılma günlərinin optimal
müddəti.
Bitkiçilik və heyvandarlıq sahələrində əmək ehtiyatlarına
tələbat hər bir bitkinin və hər cins heyvanın texnoloji kartı
əsasında müəyyənləşdirilir. Heyvandarlıqda işçi qüvvəsinə
olan tələb, həmçinin hər bir işçiyə düşən ağırlıq norması ilə
müəyyənləşdirilir.
Kənd təsərrüfatında əmək ehtiyatlanndan istifadənin digər
xüsusiyyəti - işçilər tərəfindən əmək funksiyalarının
dəyişdirilməsi vacibliyidir. Bu, işin çoxtərəfli və qısa
müddətdə yerinə yetirilməsi; təkcə ictimai əməkdən deyil,
eyni zamanda şəxsi yardımçı təsərrüfatında əmək sərf etmək;
əməyin nəticəsinin təbii şəraitdən asılılığıdır. Bundan başqa,
bitki və heyvanların istehsal vasitəsi qismində istifadə
edilməsi, kooperasiya və əmək bölgüsünün xüsusi formasına
şərait yaradır.
Cəmiyyətdə istehsal qüvvələrinin inkişafı ilə əlaqədar
aqrar əmək tədricən sənaye əməyinə çevrilir. Bu,
heyvandarlıqda daha nəzərəçarpandır, belə ki, istehsal
proseslərində sənaye əsasları mövcuddur (quşçuluq,
heyvanların sənaye yolu ilə yeniləndirilməsi və s.). Bununla
belə, kənd ^ 136
Eldar Quliyev
təsərrüfatı əməyinin xüsusiyyəti sahənin sənayeləşdirilmə- si
və istehsalın təşkilinə təsir edir.
6.3. KƏND TƏSƏRRÜFATINDA ƏMƏK BAZARI
Aqrar iqtisadiyyat kompleksində işçi qüvvəsinin istifadə
səviyyəsi və səmərəliliyinə təsir edən vacib amil -
müəssisənin əmək resursları ilə təmin edilməsidir. İşçi
qüvvəsi ilə lazımi qədər təmin olunmadıqda, istehsalın
planlaşdınl- mış həcmdə yerinə yetirilməsinə, çöl işlərinin
aparılmasında optimal aqrotexniki müddətin
gözlənilməməsinə, son nəticədə isə kənd təsərrüfatı
məhsulları istehsalının həcminin azalmasına səbəb olacaqdır.
Əmək ehtiyatlarından həddindən artıq təmin edilmə, əmək
ehtiyatlarından tam istifadə edilməməsinə və əmək
məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Kənd təsərrüfatı və ASK-nın digər sahələrinin əmək
resursları ilə təmin olunmasının göstəriciləri - əmək təminatı
və təminat əmsalıdır. Əmək resursları ilə təminat dərəcəsi,
onların tələbata uyğun olması və ya vahid torpaq ərazisinə
düşən vacib işçi qüvvəsinin müqayisəsi ilə müəyyən edilir.
Təsərrüfatın əmək təminatı 100 ha torpaq sahəsinə düşən
işçilərin miqdarı ilə xarakterizə olunur. ƏR
^təm
Burada, Ətəm- əmək təminatı;
ƏR - əmək resursları;
S - sahə.
Əmək resurslarının xarakteristikası mövcud olan əmək
resurslarının (ƏRmöv) istehsal planının yerinə yetirilməsi
Ä« 137
Aqrar iqtisadiyyat
üçün tələb olunan işçilərin miqdarına olan (ƏR) nisbət ilə
müəyyən olunur.
ƏM = |^
Burada, ƏM- əmək
ƏRmöv “ mövsümi əmək resursları;
ƏRsahə - əmək resursları sahəsi.
Kənd təsərrüfatı müəssisələrinin əmək resurslan ilə
təminat səviyyəsi haqqında kənd təsərrüfatı sahələrinin bir
işçiyə hesabı ilə mühakimə yürütmək olar. Buna baxmayaraq
işçilərin 100 ha kənd təsərrüfatı sahəsinə və ya kənd
təsərrüfatı sahələri üzrə hər nəfər işçiyə görə əmək ehtiyatları
ilə təminatın xarakterizə edilməsi düzgün deyildir. Belə ki, bu
halda kənd təsərrüfatı müəssisələrində işlərin intensifıkasiya
və ixtisaslaşma müxtəlifliyi nəzərə alınmır. Təsərrüfatların
əmək ehtiyatları ilə təmin edilməsini daha obyektiv təminat
əmsalı xarakterizə edir. Kənd təsərrüfatı müəssisələri ilə işçi
qüvvəsi təminatının həllində əmək bazarı böyük əhəmiyyətə
malikdir.
Əmək bazarı - bu, aqrar iqtisadiyyatda məşğul olan işçi
qüvvəsinin hərəkətinin ictimai - iqtisadi formasıdır. Əmək
bazarı özündə fərdi əmək qabiliyyətinin həyat şəraitinə
mübadiləyə yönəldilmiş münasibətlər sistemini əks etdirir.
İşçi qüvvəsi əmtəə istehsalı və tədavül qanununa görə təkrar
istehsal üçün vacibdir. Burada spesifik mal əvəzinə işçi
qüvvəsi çıxış edir.
Əmək bazarı da hər hansı əmtəə bazarı kimi tələb və
təklifə əsaslanır. Bu halda tələb formasında işçi qüvvəsi çıxış
edir, təklif kimi - bazarda uyğun işçi qüvvəsinin mövc
Ä*> 138 «Ä
Eldar Quliyev
udluğudur. Tələb və təklif işçilər arasında bu və ya digər işi
yerinə yetirmək, lazımi iş qüvvəsini cəlb etmək üçün
işverənlər arasında rəqabət mübarizəsi ilə həyata keçirilir.
Əmək bazan - müəyyən iqtisadi məkan çərçivəsində
fəaliyyət göstərərək işə götürən və muzdlu işçilər arasında
iqtisadi və hüquqi münasibətləri ifadə edən qarşılıqlı fəaliyyət
mexanizmidir. Əməyin ödənilməsinin müəyyən olunmuş
minimumdan aşağı olmasıdır. Məhsuldar iş sisteminə malik
idarə, müəssisə və təşkilatlar qanunla müəyyən edilən
minimum əmək haqqından öz dərəcələrini müəyyən edə
bilərlər.
Əmək bazarı işçi qüvvələrinn hərəkəti, ictimai istehsala
qoşulması, istifadə olunması, paylanması və təkrar
paylanması, azad olunması prosesidir.
İdarəemənin inzibati amirlik sistemindən bazar
iqtisadiyyatına keçid nəticəsində əmək qüvvəsinin hərəkətini
tənzimləyən əsas vasitə iş bazarı olur. Bu zaman əmək bazan
peşəkar olmayan fəhlələr, sahibkarlar, firma rəhbərləri də
daxil olmaqla bütün işləyənlərə xidmət göstərir. Əmək
bazarının meydana çıxması hər bir fərdin öz işçi qüvvəsini
satmaqda azad olunmasından irəli gəlir. Əmək bazarının
fəaliyyət göstərdiyi şəraitdə işçi qüvvəsi əmtəə kimi çıxış edir
və onun istehsal vasitələri ilə birləşməsi bazar üsulu alqı -
satqı ilə həyata keçirilir. Əmək bazarında işçi qüvvəsinə tələb
və təklif prinsipi fəaliyyət göstərir və bu əmək haqqına təsir
göstərir.
Əmək bazarı müxtəlif üsullarla tənzimlənir. Tənzimlənmə
minimum əmək haqqının təyini, ictimai iş sahəsinin
yaradılması, yoxsullara dövlət yardımı proqramı, həmkar
^ 139 «>d>
Aqrar iqtisadiyyat
lar ittifaqının işini reqlamentləşdirən qanunvericilik aktları və
sair yolu ilə gedir.
Əmək bazarı daha bacarıqlı, səriştəli, yüksək peşəkarlığa
malik olanları təmin edir, hər bir işçinin qoyduğu əməklə
aldığı haqq arasında əlaqəni formalaşdırır. Əmək bazarının
əsas vasitə forması əmək birjasıdır. Əmək birjası bütün
ehtiyat işçi qüvvəsini əks etdirir, işsizlərin siyahıya alınması
və yenidən hazırlanmasını, ictimai işlərin təşkilini
reallaşdırır. Əmək bazarı daxili və xarici əmək bazarına
bölünür: 1) milli əmək bazarı; 2) məhdud əmək bazarı; 3)
beynəlxalq əmək bazarı. Bundan əlavə, tənzimlənən və
tənzimlənməyən əmək bazarını göstərmək olar.
Əmək bazarı üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir.
Birincisi, əgər işçi qüvvəsi əmək prosesində dəyər
yaradırsa, onda digər resurs növləri əməyin özü ilə yeni dəyər
yaradır.
ikincisi, işçi qüvvəsinin təklifi demoqrafik amillərlə -
doğumun səviyyəsi, əmək qabiliyyətli əhalinin artım tempi,
onun cinsi yaş strukturu ilə müəyyənləşdirilir.
Üçüncüsü, işçi qüvvəsinin dinamikasına miqrasiya
prosesləri ciddi təsir göstərir.
Dördüncüsü, işçi qüvvəsinə olan tələbə elmi - texniki
tərəqqi təsir göstərir.
Beşincisi, bağlanmış müqavilə əsasında müəyyən edilmiş
işçi qüvvəsinin haqqı işverən tərəfindən ödənilir.
Aqrar əmək bazarının yaranması prosesində məşğulluq
problemi kəskinləşir, kənd təsərrüfatında apanlan
yenidənqurmalar yeni problemlər yaradır: kənd yaşayış
yerlərində əhalinin təbii artımı aşağı düşür və ölüm halları
çoxalır, gizli işsizlik artır, kənd təsərrüfatında yüksək ixtisaslı
işçi
Ä» 140
Eldar Quliyev
və mütəxəssislərin miqdarı azalır, iş qabiliyyətli yaşda
əhalinin sayı azalır, orta yaşlı işçilərin sayı artır. Bundan
əmək qabiliyyətli insanların şəhərə axını kənddə situasiyanın
yaxşılaşmasına aparmır. Şəhərdə işçi qüvvəsinə tələbata
şərait yaradır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aqrar əmək
bazarı kənd təsərrüfatında əmək resurslarına tələbi kəskin
azaltmaqla əmək resurslanndan istifadəni yaxşılaşdırmaq
imkanına malikdir. Eynilə də bazar münasibətləri bir sıra
sosial neqativ nəticələrə gətirir ki, onlardan ən ağrılısı
işsizlikdir.
Azərbaycanda işçilərin təkrar artımına təsir faktoru
yoxdur. Kənd təsərrüfatı və emaledici sahələrdə yeni iş
yerləri açmaqla onları işlə təmin etmək olar. Burada
investisiyaların olmaması maneçilik törədə bilər. Ancaq qeyd
etməliyik ki, hazırda respublikamız investisiya tələb edən
ölkədən, investisiya qoymaq imkanlarına malik ölkəyə
çevrilmişdir və sənayeləşdirmə ilinə qədəm qoymuşdur, kənd
təsərrüfatına subsidiyalar, aqrolizinqlər və s. tədbirlər
nəticəsində yeni iş yerləri yaradılır.
Əmək bazarının formalaşmasına kənd təsərrüfatı və emal
sənayesində istehsalın mövsümi xarakter daşıması böyük
təsir göstərir. Əmək ehtiyatlarına daha artıq tələb çox aşağı
mexanizasiyaya malik kənd təsərrüfatı bitkilərinin
yetişdirilməsində (tərəvəz, meyvə, giləmeyvələr və s.) nəzərə
çarpır. Məsələn, toxumlu meyvələrin yığılmasına böyük
bağçılıq təsərrüfatları bir neçə minlik müvəqqəti mövsümi
işçilər cəlb edirlər. Bu da daimi işçilərin sayını bir neçə dəfə
üstələyir. Payız-qış dövründə kənd təsərrüfatı müəssisələrinin
daimi işçiləri, xüsusilə bitkiçilikdə, işlə Ä» 141
Aqrar iqtisadiyyat
təmin oluna bilmirlər. Bu vacib faktor kənddə gizli işsizliyin
mənbəyi olur.
Qeyd etmək lazımdır ki, kənd yerlərində şəhərlərə
nisbətən işdən azad olan işçilərin tempi yüksəkdir. Kənd
təsərrüfatında işsizliyin kəskinləşməsi, sahədə istehsalın aşağı
düşməsini göstərir. İşsizliyin artmasının səbəbi ehtiyat
məşğul olmayan əhali ilə əlaqədardır (evdar qadınlar).
Əmək bazarı siyasətinə, kənd əhalisinin əmək qabiliyyətli
hissəsinin müdafiəsinə, daha doğrusu, işini itirmiş, səmərəli
işləmək arzusunda olan və yeni növ iş fəaliyyəti axtaran
insanlara dövlət dəstəyi tədbirləri yönəldilməlidir. Əmək
bazarının inkişafının dövlət tənzimlənməsinin əsas istiqaməti
- məşğulluğun artırılmasının stimullaşdmlması, dövlət
sektorunda işçi yerlərinin sayını artırmaq, muzdlu fəhlələrin
işə qəbuluna təsir göstərmək, işsizlərə yardım (posobiya)
ayrılmasına nail olmaqdan ibarət olmalıdır.
6.4. ƏMƏK EHTİYATLARINDAN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİ VƏ
ƏMƏK MƏHSULDARLIĞININ ARTIMI
Əmək ehtiyatlarından səmərəli istifadə etmək yalnız iş
qabiliyyəti olanları və işləmək istəyənləri işlə təmin etməklə
bitmir. Ərazidə əmək ehtiyatlarının düzgün bölgüsündə onun
səmərəli istifadə edilməsi əsas istiqamətlərindən biridir.
Burada hər bir əmək qabiliyyətli işçi öz bacarığı və
qabiliyyətinə uyğun işlə təmin edilərsə o, daha çox səmərə
verə bilər. Elə müəyyənləşdirmək lazımdır ki, səriştəli
sənayeçi kənd təsərrüfatı istehsalı ilə, təcrübəli inşaatçı
ticarətlə məşğul olmasın, yəni hər kəs öz peşəsinə uyğun işlə
təmin olunsun və öz işində öz yerini tuta bilsin.
142
Eldar Quliyev
İstehsal prosesində əmək qabiliyyətli əhalidən istifadəet-
mə səviyyəsini əks etdirən qanuna əhali məskunluğu qanunu
deyilir. Bu qanun sosial qanundur. Bu qanuna görə, hər bir
dövlətin iqtisadi inkişafı əmək ehtiyatlanndan səmərəli
istifadə edilməsindən asılıdır. Sərvəti yaradan əsas əmək
olduğuna görə iş qabiliyyətli şəxsin işlə təmin olunması
(məşğulluğu) həm onun özünün və ailəsinin daha yaxşı
yaşamasına, həm də dövlət büdcəsinin artmasına səbəb olar.
Əmək ehtiyatlarını (resurslannı) - fiziki cəhətdən inkişaf
etmiş, zehni, əqli bacarığı, qabiliyyəti və müəyyən biliyə
malik olan əhali qrupu təşkil edir.
Əmək ehtiyatlarından səmərəli istifadə ilk növbədə əmək
məhsuldarlığı ilə xarakterizə olunur.
Əmək məhsuldarlığı - digər təsərrüfat formalarında olduğu
kimi, xüsusi təsərrüfatlarda da əmək məhsuldarlığı istehsalın
iqtisadi səmərəliliyini əks etdirən əsas göstəricilərdən biridir.
Əmək məhsuldarlığı sərf edilən əməyin nə qədər faydalı
olmasını göstərməklə yanaşı, əmək ehtiyatlarından istifadənin
səmərəliliyini də xarakterizə edir. Əmək məhsuldarlığı orta
bir işçi və yaxud işləmiş bir adamın saat hesabına nə qədər
məhsul istehsal etdiyi, pul gəliri, ümumi və xalis gəlir aldığını
göstərir. Bu göstəricilər vasitəsilə xüsusi təsərrüfatın nə
səviyyədə faydalı fəaliyyət göstərdiyini müəyyən etmək və
onun yüksəldilməsinə dair təkliflər hazırlamaq mümkündür.
Kənd təsərrüfatında hasilat bu düsturla hesablanır:
Bir adam saat (gün) hasilat - ümumi məhsulun həcmi
natural və ya pulla ifadədə vahid işçi vaxtına hesablanır, adam
- saat, adam-gün:
Ä« 143 «Ä
Aqrar iqtisadiyyat
ƏƏM„,3h = ^ UM
Ətut İlk hasilat-bir orta illik işçiyə ümumi məhsulun pulla
ifadəsidir. UM
= — ;
Əmək məhsuldarlığını müəyyən edən zaman çox vaxt əks
hasilat göstəricilərini istifadə edirlər. Əmək tutumu - vahid
məhsulun istehsalına sərf olunan vaxt - bir adam saat:
Lakin əmək məhsuldarlığı xüsusi təsərrüfatlarda yalnız
əmək sərfini əhatə edir, istehsalın inkişafı üçün tələb olunan
toxum, yanacaq, yem, sürtgü materialları, gübrə, kimyəvi
maddələr və s. nəzərə alınmır. Bütün bunlar məhsulun maya
dəyərini təşkil edir və göstərici məhsul istehsalına məsrəflərin
öz əvəzini çıxarıb - çıxarmaması haqqında ümumi təsəvvür
yaradır.
Maya dəyəri göstərir ki, məhsul istehsalı konkret
təsərrüfata neçəyə başa gəlmişdir. Lakin maya dəyəri məhsul
istehsalına bütün məsarifləri əks etdirsə də onun iqtisadi
səmərəliliyi barədə tam təsəvvür vermir. İstehsalın tam
səmərəliliyini bilmək üçün istehsal məsarifilə yanaşı əldə
edilən gəlirlərin bilinməsi də çox vacibdir. İstehsal məsarif
(maya dəyəri) ilə gəlirlərin müqayisəsi istehsalın iqtisadi
səmərəliliyinə dair ümumiləşdirilmiş nəticə çıxarmağa imkan
verir.
Əməyin dolayı istehsal göstəriciləri müəyyən həcmdə işin
yerinə yetirilməsində sərf edilən əməklə ölçülür. Onlara aid
edilir: 1 ha əkinə, bağa və meyvələrə, cinsinə görə
Ä» 144«*^
Eldar Quliyev
hər bir baş heyvana əmək sərfi, əkinə və ya meyvə və
giləmeyvələrə bir işçiyə olan əmək; vahid vaxtda yerinə
yetirilən işin həcmi; ayrılıqda əməliyyatların yerinə
yetirilməsinə sərf edilən əmək (şumlama, kultivasiya, əkmə
və s.). Dolayı göstəricilər məhsul istehsalının müəyyən
mərhələləri arasında hesablanır və il ərzində əmək sərfinin
dəyişməsini təhlil etməyə imkan verir. Operativ şəkildə
çatışmazlıqlan aşkara çıxarmaq və beləliklə əməyin son
nəticəsinə aktiv təsir etməyə imkan verəcəkdir.
Məhsul istehsalı prosesində təkcə canlı insan əməyi deyil,
keçmişdə maddiləşmiş istehsal vasitələri də iştirak edir.
Canlı əməyin sərf edilməsini birbaşa və dolayı əməyə
bölürlər.
Birbaşa əmək sərfi - bu, müəyyən növ məhsulun istehsalı
ilə bilavasitə əlaqəsi olan işçinin (mexanizatorun,
heyvandarın və s.) əməyidir. Onların tam şəkildə uyğun növ
məhsul istehsalına aiddir:
Dolayı əmək sərfi - xidmət və sahəyə idarəetmə,
bütünlükdə təsərrüfata (aqronomlar, zootexniklər, mühəndis,
texniki heyət və s.) işçilərin sərf etdiyi əməkdir. Dolayı əmək
sərfi məhsul növləri üzrə mütənasib surətdə əməkhaqqı
məbləğindən bölüşdürülür (təşkilata və istehsala,
idarəetməyə əmək sərf etmədən).
Əmək sərfi işçi vaxtı ilə hesablanır, burada adam - saat,
adam - gun nəzərə alınır.
Belə qəbul edilib ki, məhsuldarlıq səviyyəsi ancaq canlı
əməklə hesablansın. Maddiləşmiş əmək sərfi bilavasitə iş
vaxtı ilə öyrənilmir, məhsulun maya dəyərini hesablayarkən
onların hesabı ancaq pulla ifadədə öyrənilir.
Ä*» 145 «Ä
Aqrar iqtisadiyyat
İqtisadçı alimlər kənd təsərrüfatı məhsulları istehsalına
əmək sərfini hesaba almaq üçün yekun hesabı metodunu tək-
lif etmişlər (canlı və maddiləşmiş qüvvə). Bu metodun ma-
hiyyəti ondan ibarətdir ki, istehsal vasitələrində maddiləşmiş
keçmiş əmək (maşınlarda, avadanlıqda, tikintilərdə) manatla
ifadə edilən iş vaxtına keçirilir (adam - saat, adam - gün).
Kənd təsərrüfatında əmək resurslanndan səmərəli isti-
fadəni qiymətləndirmək üçün digər göstəricilərdən istifadə
etmək olar: iş vaxtı gün, il ərzində bir işçi tərəfindən işlən-
miş adam-gün, əmək ehtiyatlarından istifadə dərəcəsi əm-
salından istifadə etmək olar.
İş vaxtı gün əmsalından istifadə, təsərrüfatda müəyyən
edilmiş iş gününün orta faktiki davamlılığının Ə/saat, nor-
mativə nisbətən Ən saat müəyyən edilir. Əf
ictimai təsərrüfatda hər bir işçi il ərzində adam - gün
faktiki hasil etdiyi günlər.
Ə/
Burada Əih - bütün işçilər tərəfindən hasil edilən adam -
gün.
Əmək ehtiyatlarından istifadə dərəcəsi - işçilər tərəfin-
dən faktiki il ərzində hasil edilmiş adam - gün, işçi vaxtının
mümkün fonduna nisbəti: ^he
Burada, /y- işçi vaxtının mümkün fondu (290 gün).
Kənd təsərrüfatı istehsalının iqtisadi səmərəliliyi üçün
ƏƏ/,=
Ä« 146 «Ä
Eldar Quliyev
vacib amil - əmək ehtiyatlarından istifadənin
yaxşılaşdırılması, əmək məhsuldarlığını artırmaqdır. Əmək
məhsuldarlığının artımı imkan verir ki, mütləq və nisbi
işçilərin azaldılması daha çox məhsul istehsal etməyə və
beləliklə də ərzaqla miqdarca daha çox insanların təminatına
zəmin yaradır. Bunların həyata keçirilməsi üçün dövlət
tədbirləri vacibdir. Kəndliyə bərabərhüquqlu oyundaş kimi
baxılması vacibdir, şəhərə münasibətdə qiymətlərdə
bərabərliyi pozmağa yol verilməlidir, ona güclü bir sosial
sferanın saxlanılmasında, möhkəmlətməyə köməklik
göstərmək lazımdır. Kənd təsərrüfatında əmək məhsuldarlığı
çoxlu və müxtəlif təbii və iqtisadi amillərin təsiri altındadır.
Artım amilləri - bu, hərəkət, qüvvə və ya səbəbdir ki, onun
təsiri altında əmək məhsuldarlığının səviyyəsi dəyişir.
Onlardan praktiki istifadə üçün sistemli yanaşma lazımdır.
Amilləri nisbi olaraq eyni qrupda birləşdirmək, kənd
təsərrüfatında əmək məhsuldarlığının bütün artım amillərini
dörd qrupda cəmləşdirmək olar:
-təşkilati-iqtisadi-ixtisaslaşmanın dərinləşdirilməsi,
kooperasiyanın gücləndirilməsi, istehsalın və əməyin təkmil-
ləşdirilməsinin təşkili, əməyin normalaşdırılmasınm
yaxşılaşdırılması, təşkilati səbəblərdən boşluqların ləğv
edilməsi, xidmət personalının sayının azaldılması;
-texniki-iqtisadi-texnologiyanın təkmilləşdirilməsi,
istehsalın texniki və kompleks mexanikləşdirilməsi və
avtomatlaşdırılması, texniki səbəblər üzündən boşluqları
(boşdayanmaları) ləğv etmək;
-sosial-iqtisadi- əməyin maddi və mənəvi stimullaşdırıl-
masını təkmilləşdirmək, əmək intizamını gözləmək, işçilə
Ä® 147
Aqrar iqtisadiyyat
rin ixtisaslarının artırılması, kadr axınını ləğv etmək, onların
iş şəraitinin, məişət və istirahətlərinin yüksəldilməsi;
-təbii, (adi)- iqlim, torpağın məhsuldarlığı.
Kənd təsərrüfatında maddi istehsalın digər sahələrindən
fərqli olaraq əməyin nəticəsi əhəmiyyətli dərəcədə təbii
şəraitdən asılıdır. Bu və ya digər əmək şəraiti ilə mövcud olan
hava şəraitindən və torpaq məhsuldarlığından asılı olaraq
müxtəlif miqdarda məhsul almaq olar. Ona görə də kənd
təsərrüfatında əmək məhsuldarlığının artınlması təbii
amillərdən səmərəli istifadənin vacibliyini göstərir.
Əmək resurslarından səmərəli istifadəni müəyyən edən
vacib amil-yüksək istehsal, əmək motivasiyasıdır.
Əməyin motivasiyası işçini və ya qrup işçiləri )diksək
nailiyyət fəaliyyəti göstərmələri üçün onlann tələblərinin
ödənilməsi vasitəsilə stimullaşdırılmasıdır. Motivasiyanın
əsas qaldırıcısı stimullar və motivlərdir. Stimullaşdırma
dedikdə maddi təltifat, məsələn, əmək haqqının artınlması,
motiv dedikdə isə daxili həvəs gücü, arzu, cəlbedicilik,
istiqamətlənmə, daxili məqsəd və s. başa düşülür.
Daha səmərəli stimullaşdırıcı amil - işçinin maddi
şəraitinin təminatıdır (əməkhaqqı, mükafat, əmək stajına görə
ödəmə, yardım, aşağı qiymətlə məhsul satmaq). Bununla
belə, əmək məhsuldarlığının tempi əmək haqqının tempini
üstələməlidir.
Motivasiyanın vacib forması - işçini mənəvi
həvəsləndirmək, xidmətdə irəliləmə, ixtisasını artırmaq,
əlverişli sosial atmosfer yaradılması, kollektivdə inam və
qarşılıqlı anlaşmanı yaratmaq, işçinin müstəqilliyi və
cavabdehliyidir.
Əmək məhsuldarlığının yüksəldilməsinin əsas amilləri
kənd təsərrüfatı istehsalının kompleks mexanizasiyası və
^ 148 «di
Eldar Quliyev
elektrikləşdirilməsidir. Kənd təsərrüfatı - xalq təsərrüfatının
əsas sahələrindən olmaqla, əl əməyindən geniş istifadə olunur
və istehsal proseslərinin mexanikləşməsi çox aşağı
səviyyədədir. Yəni istehsal texnikasının tətbiqi, maşınların
sistemlərinin təkmilləşdirilməsi nəinki əl əməyini minimuma
endirər, iş şəraitinin yaxşılaşdırılması, məhsuldarlığın
artırılması və onlann optimal vaxt ərzində yerinə
yetirilməsinə səbəb olar.
YOXLAMA SUALLARI
1. Əmək ehtiyatları və iş qüvvəsi dedikdə nə başa düşülür?
2. İşsizliyin mahiyyəti nədir və nə vaxt o işsiz adlanır?
3. İşsizliyin kəmiyyət göstəricilərini söyləyin.
4. İşsizliyin dinamikasına hansı amillər təsir edir?
5. Kənd təsərrüfatında əmək ehtiyatlarından istifadənin
xüsusiyyətləri hansılardır?
6. Kənd təsərrüfatında əməyin mövsümiliyini hansı
göstəricilər xarakterizə edir?
7. Mövsümi əməyin yumşaldılması, azaldılması üçün yolları
göstərin.
8. Əmək ehtiyatları ilə təminolunma göstəricilərini söyləyin.
9. “Əmək bazan” nədir və onun hansı xüsusiyyətləri
mövcuddur?
10. Əmək ehtiyatlarından səmərəli istifadənin hansı
göstəriciləri mövcuddur?
11. Əmək ehtiyatlarından səmərəli istifadənin hesablanması
metodlanm söyləyin.
12. Hansı amillər əmək məhsuldarlığının artımını müəyyən
edir?
Äp 149 «Ä
Aqrar iqtisadiyyat
MÖVZU 7. ƏSAS VƏSAİTLƏR
7.1. ƏSAS VƏSAİTLƏRİN İQTİSADİ MAHİYYƏTİ VƏ
TƏSNİFLƏŞDİRİLMƏSİ
İstehsal prosesinin vacib şərti-istehsal vəsaitlərinin
olmasıdır. Onlar əmək vəsaitləri və əmək cisimlərinə bölünür.
İstehsal vəsaitləri - maddi nemətlərin istehsalı prosesində
istifadə olunan alətlər və predmetlər, ölkənin milli sərvətinin
tərkib hissəsidir. İstehsalda yerinə yetirdiyi roldan asılı olaraq
istehsal vəsaitləri əmək vəsaitlərinə və əmək predmetlərinə
(cisimlərinə) bölünür. Əmək vəsaitləri tədricən aşınaraq
hissə-hissə öz dəyərini məhsulun üzərinə keçirir. Əsas
vəsaitlər (istehsal binaları, tikililər, maşınlar, avadanlıq,
alətlər, cihazlar) və dövriyyə vəsaitləri, yaxud vasitələri
(xammal, material, enerji, az qiymətli inventar) fərqləndirilir.
Əmək vəsaitlərinə və hər şeydən əvvəl, əmək alətlərinə
maşınlar, dəzgahlar, alətlər (insanlar bunlann köməyi ilə
təbiətə təsir göstərir), həmçinin istehsal binalan, torpaq,
yollar, kanallar və s. daxildir. Əmək cismi əmək prosesində
insanın təsir göstərdiyi və öz şəxsi, yaxud istehsal isteh-
lakına uyğunlaşdırdığı təbiət cisimləridir. İnsan əməyinin
təsirinə məruz qalan, lakin sonrakı emal üçün nəzərdə tutulan
əmək predmeti xammal adlanır. Bəzi hazır məhsullar da
istehsal prosesində əmək predmeti rolu oynaya bilər (məs.
üzüm şərabçılıqda əmək predmetidir). İstehsal vəsaitləri
içərisində əmək alətləri müəyyənedici rol oynayır. Əmək
vasitələrinin inkişaf səviyyəsi texniki tərəqqinin mühüm
göstəricisidir.
^ 150 «Ä
Eldar Quliyev
Onların təkmilləşdirilməsi istehsalın texnika və
texnologiyasında dərin irəliləyişə, istehsal münasibətlərinin
dəyişilməsinə səbəb olur, bir istehsal üsulundan digərinə
keçirilməsini müəyyən edir.
Əmək vəsaitləri natural maddi formada əsas vəsaitlər kimi
çıxış edir, ancaq dəyər keyfiyyətində çıxış etdikdə asas
fondlar olurlar.
Əsas vəsaitlərin müəyyənləşdirici əlaməti - yararlı istifadə
vaxtı və onlann yaradılan məhsulun dəyərinə keçmə
qabiliyyətidir.
Əsas vəsaitlər - bu, maddi vəsait dəyərlərinin cəmidir.
Əmək vasitəsi maddi formada bütün ilin 12 ayı ərzində maddi
istehsal, həmçinin qeyri - istehsal sferasında hərəkət edir.
Əsas fondlar - bu, dəyər kateqoriyasıdır. Əsas fondlara o
istehsal vəsaitləri aid edilir ki, onlar əmək məhsuludurlar və
dəyərə malikdirlər.
Əsas vəsaitlər bir sıra əlamətlərinə görə təsnifləşdirilir
(şəkil 8).
Funksional təyinatına görə onlar istehsal və qeyri -
istehsala bölünürlər.
Əsas istehsal vəsaitləri - bunlar, bilavasitə istehsal
prosesində iştirak edən və ya istehsalın normal həyata
keçirilməsi üçün şərait yaradan əmək vəsaitləridir. Onlar
əmlakın bir hissəsini təşkil edir və dəfələrlə istehsal
prosesində iştirak edir. Bununla bərabər özünün əvvəlki
natural formasını saxlayır. Onların dəyəri hissələrlə
işləməsinə görə istehsal olunmuş məhsulun üstünə gəlir. Bir
sıra əmək vəsaitləri sənaye xarakterli məhsul istehsalı ilə
tikinti, digərləri bilavasitə kənd təsərrüfatı istehsalı ilə bağlı
olur. Onlar geniş təkrar istehsalda müəyyənedici amil kimi
iştirak edir
^151«Ä
Funksional
təyinat üzrə
istehsal
?
to i
Kənd
təsərrü
fatı
təyinatlı
Qeyri
kənd
təsərrü
fatı
təyinatlı
Qeyri- istehsal
Kənd
təsər
rüfatı
Sənaye
Digər
salıə-
lər
Sahə
əlamətlərinə
görə
Bitkiçilik;
Heyvan
darlıq;
Ümumi təyinatlı
Maddi-
natural
tərkibə
görə
ötürücü
qurğular;
Maşınlar və
avadanlıqlar
Nəqliyyat
vastələri;
istehsal və
təsərrüfat
avadan
İşçi və
məhsuldar
heyvanlIar;
Çoxillik
əklilər
Torpaqların
yaxşılaşdınl
masına
kapital
qoyuluşu
Sahibkarlıq
formatına
görə
İstifadə
stadiya-
sına görə
Xü
susi
aren-
daya
götü
rül
müş
İstismar
edilən
ehtiyatda
qurtarmaq-
da olan
tikinti,
yenidən
konstruKsi-
ya olunan;
Konserva-
siya edilən
Daşman
Mülki>yət
növünə
görə
Maşın və
təchizat,
istehsal
təsərrüfatı
avadanlığı
işçi və
məhsuldar
heyvanlar
Daşınmaz
Bina və
tikillər;
ötürmə
qurğular;
çoxillik
əməklər
İstehsal
proses-
lərinə
təsir də-
rəeəsinə
görə
tä
tù
Aktiv
hissə;
Passiv
kənd
təsər
rüfatı
xam
malı
Şəkil 8. Kənd təsərrüfatının əsas vəsaitlərinin təsnifatı.
Eldar Quliyev
(traktorlar, maşınlar, heyvanlar, çoxillik əkililər). Bununla
əlaqədar əsas istehsal fondlan kənd təsərrüfatı və qeyri- kənd
təsərrüfatı təyinatlı əsas fondlara bölünür.
Qeyri-istehsal əsas fondlan bilavasitə məhsul istehsalı ilə
əlaqəli olmayıb sosial - mədəni sfera sahələrində istifadə
olunur (yaşayış evləri, uşaq və idman müəssisələri, məktəblər,
xəstəxanalar, digər məişət və mədəni təyinatlı obyektlər).
Sahə əlamətlərinə görə əsas vəsaitlər kənd təsərrüfatı,
sənaye, tikinti, nəqliyyat və s. sahələrin əsas vəsaitlərinə
təsnifləşdirilir. Öz növbəsində kənd təsərrüfatı əsas vəsaitləri
bitkiçilik, heyvandarlıq, ümumi təyinatlı əsas vəsaitlərinə
bölünür.
Maddi - təbii tərkibinə görə əsas vəsaitlər aşağıdakı
qruplara bölünür:
L Binalar - inzibati, əsas təsərrüfat, köməkçi və yardımçı
istehsal. Bitkiçilikdə belə binalara məhsulun saxlanılması
üçün texniki, aqrokimyəvi laboratoriya binası və s.,
heyvandarlıqda heyvandarlıq tövlələri, zootexnik və veterinär
laboratoriyalan, məhsul anbarları və digəri aiddir;
2. Tikililər - istehsal proseslərinin həyata keçirilməsi üçün
vacib olan mühəndis - tikinti obyektləri, silos quyula- n,
istixanalar, pamiklər, elektrik, daimi suvarma və qurutma
tikililəri, peyin saxlanan yer, yollar, körpülər və s.;
3. Ötürücü qurğular - su kəmərləri, elektrik xətləri, istilik
borulan, telefon - teleqraf şəbəkəsi, qaz xətləri;
4. Maşınlar və avadanlıqlar - güc maşın və avadanlıqları,
bütün elektrik aqreqatları və mühərrikləri (traktorlar, elektrik
mühərrikləri və digər), işlək maşın və avadanlıqla- n, hansı ki,
məhsul istehsalında əmək alətlərinə təsir edir
153 «Ä
Aqrar iqtisadiyyat
(kənd təsərrüfatı maşmlan, yem istehsal edən maşınlar,
heyvandarlıqda işlədilən mexanizm vəsaitləri), ölçü və
təmizləyici priborlar və laboratoriya avadanlıqları, hesablama
texnikası;
5. Nəqliyyat vasitələri-bütim avtomobil növləri, su
nəqliyyatı qoşquları;
6. İstehsal və təsərrüfat avadanlıqları (inventarlar) -
maye və ovulan materiallan saxlamaq üçün həcm yerləri, ta-
ralar (bidon və flaq və s.), mebel, şkaflar, kompüterlər, ço-
xaldıcı aparatlar, yanğın əleyhinə inventarlar və digərləri;
7. İşçi heyvanlar - atlar, öküzlər, camışlar, dəvələr və s;
8. Məhsuldar heyvanlar - inəklər, camışlar, qoyun və
keçilər, toyuqlar, arılar;
P. Çoxillik əkililər-mQywQ, giləmeyvə, çay, tarlaqoru-
yucu meşələr;
10. Torpaqların yaxşılaşdırılması üçün kapital qoyuluşu
(tikililərsiz)-VjdnĞ təsərrüfatı təyinatlı torpaqların səthi
yaxşılaşdırılması üçün məsrəflər;
11. Alətlər və sair əsas vəsaitlər-h\x ildən çox xidmət
edən alətlər; sair, vəsaitlər-əsas vəsaitlərin arendası üçün
kapital məsrəfləri.
Sahibkarlıq formasına görə əsas vəsaitlər şəxsi və aren-
daya götürülmüşə bölünür.
İstifadə stadiyasına görə əsas vəsaitlər belə bölünür:
- istismarda;
- ehtiyatda;
- tikintisi yekunlaşmamış və rekonstruksiyada;
- dondurulmuş.
Mülkiyyət formasına görə əsas vəsaitlər daşman (maşınlar
və nəqliyyat vasitələri, istehsal və təsərrüfat inventarla-
Ä» 154 "dv
Eldar Quliyev
n, alətlər, işçi və məhsuldar hevanlar) və daşınmaz (binalar,
tikililər, verilmiş qurğular, çoxillik əklilər) olur.
İstehsal prosesinə təsir dərəcəsinə görə əsas vəsaitlər iki
hissəyə - aktiv və passivə bölünür. Aktiv hissə bilavasitə
istehsal prosesində iştirak edir (maşınlar və avadaniqlar,
nəqliyyat vasitələri, işçi və məhsuldar heyvanlar, çoxillik
əkililər, pribor və inventarlar). Passiv - istehsal proseslərinin
normal fəaliyyətini təmin (binalar, tikililər) edir.
Əsas fondların strukturu - bu, əsas fondlann dəyərində
müxtəlif qrup fondlann faiz nisbətinin göstəricisidir. Kənd
təsərrüfatı müəssisələrinin əsas fondlarının xüsusi çəkisi
bütün binalar, tikililər, verilmiş tikililər 74.3 faiz, maşın və
avadanlıqlar 17.2 faiz, nəqliyyat vəsaitləri 4.1 faiz, məhsuldar
və işlək heyvanlar 1.4 faiz, sair fondlar 2.2 faiz təşkil edir
(şəkil 9).
4,10%
6,70
%
" Sənaye
*■ Kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq
Tikinti
“ Nəqliyyat və rabitə
Şəkil 9. 2012-ci ildə iqtisadiyyatın sahədəri üz^r əsas fondlar.
^ 155
Aqrar iqtisadiyyat
Aqrar islahat illərində əsas fondlann strukturunda passiv
fondların payı azalmış, aktivlərinki isə artmışdır. Əsas
istehsal fondlarının strukturu mal istehsalçılarının
ixtisaslaşması və kooperasiyası, onların məhsulun realizə
olunduğu yerdən məsafəsi, təbii-iqlim şəraiti, buraxılan
məhsulun həcmi və xarakteri, istehsal prosesinin
mexanikləşdirilmə- sindən asılıdır.
7.2. ƏSAS VƏSAİTLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ
TƏKRAR QİYMƏTLƏNDİRİLMƏSİ
Əsas vəsaitlərin planlaşdırılması, təhlili və uçotu natural
və dəyər göstəriciləri ilə həyata keçirilir. Bazar iqtisadiyyatı
şəraitində dəyər göstəriciləri daha geniş istifadə olunur.
Əsas vəsaitlərin ilkin dəyəri özündə onlann əldə
edilməsinə və ya yaradılmasına, həmçinin obyektin istismara
hazır vəziyyətə gətirilməsinə, faktiki xərclərin cəmini əks
etdirir: binalann və tikililərin yüksəldilməsi, alınması, nəql
edilməsi (daşınması), maşınlann qurulması, montaj edilməsi
və s.
Əsas vəsaitlərin daxilolma tərzindən asılı olaraq onlann
ilkin dəyərləri belə müəyyənləşdirilir:
- təsisçilər tərəfindən onların hesabına nizamnamə
kapitalının tərəflərin müqaviləsinə əsasən qoyulması;
- müəssisənin özü tərəfindən hazırlanmış, həmçinin digər
müəssisə və şəxslərin hesabına əldə edilmiş, tikilməyə və
alınmasına xərc;
- ekspert yolu ilə və ya təhvil-təqdim sənədləri ilə digər
müəssisələrdən, şəxslərdən qaytarmamaqla, həmçinin dövlət
orqanlanndan subsidiya şəklində alınmış.
Uzunmüddətli əmək məhsuldarlığının artım təsiri altında
istehsal fəaliyyətində olması ilə əlaqədar əsas vəsaitlə Ä» 156 «Ä
Eldar Quliyev
rin müxtəlif vaxtlarda yaradılmış qiyməti düşə bilər (normal
iqtisadi şəraitdə), və ya yüksək inflyasiya tempi altında qalxa
bilər. Səhvlərin düzəldilməsi üçün əsas vəsaitlərin qiymət
amilinə təsirini nəzərə alaraq onların bərpa dəyərinə görə
qiymətləndirirlər.
Əsas vəsaitlərin bərpa dəyəri - bu, onlann müasir dövrdə
təkrar istehsal dəyəridir. Təcrübədə bərpa dəyəri fəaliyyətdə
olan əsas vəsaitlərin yenidən qiymətləndirilməsi yolu ilə
müəyyən edilir.
Əsas vəsaitlərin qalıq dəyəri - özündə ilk başlanğıc və
bərpa olunmuş dəyəri arasındakı fərqi və işlənmiş dəyəri
ifadə edir. Bu, əsas vəsaitlərin müəyyən hissəsidir və o dəyər
istehsal olunmuş məhsulun üzərinə qoyulur. Qalıq dəyəri əsas
vasitələrin işlənmə dərəcəsini müəyyən etməyə və onlann
yerləşdirilməsi və təmirini planlaşdırmağa imkan verir.
Əsas vəsaitlərin balans dəyəri - bu dəyər əsas vəsaitlərin
müəssisənin mühasibat uçotunda balansda hesab edilir və
onların mövcudluğu və fəaliyyətdə olduğunu göstərir.
Müəssisənin balansında əsas vəsaitlər qarışıq qiymətlə
nəzərdə tutulur. Yenidən qiymətləndirmə apanlan obyektlərin
bərpa dəyəri ilə əsas vəsaitlər almış və ya qiymətləndirmədən
sonra qurulmuş və ya başlanğıc qiymətləri ilə
qiymətləndirilir. Təcrübədə və metodiki materiallarda balans
dəyərinə çox hallarda başlanğıc qiyməti kimi baxılır. Belə ki,
bu hallarda başlanğıc qiymət praktiki olaraq bərpa qiymətləri
ilə uyğun gəlir.
Təsərrüfat təcrübəsində saydığımız qiymətlərdən əlavə
əsas vəsaitlərin ləğv edilmə dəyərindən də istifadə edilir.
Əsas vəsaitlərin ləğv (məhv) edilmə dəyəri - bu, əmək
alətlərinin realizasiya dəyəridir (çox vaxt metallom qiyməti).
Äı» 157
Aqrar iqtisadiyyat
Əsas vəsaitlərin müasir və obyektiv yenidən
qiymətləndirilməsi çox böyük əhəmiyyətə malikdir. Hər
şeydən əvvəl onların sadə və təkrar istehsalı üçün inflyasiya
şəraitində əsas vəsaitlərin təkrar qiymətləndirilməsinə imkan
verir:
- onların real dəyərini qiymətləndirməyə;
-istehsala və məhsulun realizasiyalannm məsrəflərini daha
dolğun və düzgün qiymətləndirməyə;
- əsas vəsaitlərin amortizasiya xərclərinin çıxılma həddini
müəyyən etməyə;
- realizasiya edilmiş əsas vəsaitlərin satış qiymətini
müəyyən etməyə, əgər arendaya verilərsə onda arenda
qiymətlərini verməyə;
-investisiya proseslərinin normallaşdınlması üçün zəmin
yaradılır;
Əsas vəsaitlərin təkrar qiymətləndirilməsi iki metodla
aparılır:
-ayrı-ayn obyektlərin balans dəyərinin indeksasiyasımn
əsas vəsaitlərin dəyişmə indeksinə tətbiqi (indeksion metod);
- əsas vəsaitlərin ayrı - ayrı obyektlərinin bazar qiymətləri
ilə mövcud ilin 1 yanvarına olan sənədlərlə təsdiq edilmiş
qiymətlərinə birbaşa hesablanma (ekspert metodu).
İndeks metodu ilə təkrar qiymətləndirmə obyektin balans
dəyərini mövcud qrupun əsas vəsaitlər üçün müəyyən edilmiş
indeksinə vurmaqla həyata keçirilir. Bununla belə əsas
vəsaitlərin indeks metodu ilə yenidən qiymətləndirmə
qaydası hər bir müəssisə və obyektlərin konkret
xüsusiyyətlərini qiymətləndirməyə qadir deyil. Son illər
eksperiment metodu geniş istifadə olunur. Kənd təsərrüfatı
müəssisələri əsas vasitələrin yenidən qiymətləndirilməsinə
müstəqil ekspert qiymətləndiriciləri cəlb edə bilərlər.
Ä» 158
Eldar Quliyev
Yenidənqiymətləndirmənin nəticələri uyğun sənədlərlə və
ekspert qərarı ilə təsdiqlənməlidir. 7.3. ƏSAS VƏSAİTLƏRİN AMORTİZASİYASI VƏ KÖHNƏLMƏSİ
İstehsal prosesində əsas vəsaitlər köhnəlməyə,
yenilənməyə məruz qalır, özünün əvvəlki keyfiyyətini itirir
və yenisi ilə əvəz olunmaya məruz qalır. Əsas vəsaitlərin
köhnəlməsi, əsas vəsaitlərin müəyyən qədər və ya tam
özünün istehlak xüsusiyyətinin və dəyərinin itirilməsidir.
Fiziki (maddi) və mənəvi köhnəlmələrə ayırırlar.
İstehsal vəsaitlərinin fiziki köhnəlməsi - bu, onlann
işlənməsi və təbii qüvvələrin təsiri nəticəsində öz texniki -
istismar xüsusiyyətlərinin itirilməsidir. İki cür fiziki
köhnəlmə ayınrlar: istismar prosesində və atmosfer şəraitində
uzun müddət fəaliyyətsizlik və saxlanılmada. Bundan başqa,
əsas vəsaitlərin tam və natamam köhnəlməsini ayınrlar. Tam
köhnəlmiş fəaliyyətsiz əsas vəsaitləri ləğv edirlər və yeniləri
ilə əvəz edirlər. Natamam, yəni müəyyən qədər köhnəlmişləri
təmir vasitəsilə yenidən bərpa edirlər.
Əsas vəsaitlərin fiziki köhnəlmə dərəcəsini xarakterizə
etmək üçün bir sıra göstəricilərdən istifadə edirlər.
Əsas vəsaitlərin fiziki köhnəlmə dərəcəsini aşağıdakı
düsturla müəyyənləşdirirlər, %: K
Kf =7--100 h
Burada, K - əsas vəsaitin köhnəlmə məbləği (bütün
istismar dövründə), manatla; əsas vəsaitlərin fiziki köhnəlmə
dərəcəsi;
İq-ilkin və ya əsas vəsaitin yenidən bərpa dəyəri, manatla.
^159
Aqrar iqtisadiyyat
Əsas vəsaitlərin fiziki köhnəlmə dərəcəsini ayrı-ayrı
obyektlərlə də müəyyən etmək olar, faktiki göstəricilər
əsasında xidmət vaxtı, %-lə aşağıdakı düstürla;
T't J 'T
Burada Ttvə Tn mövcud obyektin faktiki və normativ
xidmət ili (vaxtı).
Əsas vəsaitin konkret növünün normativ xidmət ili
bərabərdir; rp __
A Burada A konkret obyekt üçün illik çıxılmış amortizasiya
məbləği, manatla.
Əsas vəsaitlərin yararlılıq dərəcəsi onlann fiziki
vəziyyətləri ilə müəyyən vaxt üçün və aşağıdakı düsturla
hesab- lanır,% K
K = - • 100 h
Əsas vəsaitlərin yararlılıq dərəcəsi fiziki köhnəlmə göstəriciləri əsasında müəyyənləşdirilə bilər, %
Yt = 100% - İg Əsas vəsaitlərin mənəvi köhnəlməsi - bu, onların texni-
ki-inqilabi proseslər nəticəsində qiymətsizləşmə prosesidir,
daha doğrusu, fiziki cəhətdən istifadəyə yararlı olan vəsaitlər
iqtisadi cəhətdən istifadəyə yararsız olurlar. Birincisi ondan
ibarət olur ki, əsas vəsaitlərin qiymətsizləş- məsi baş verir,
onların ucuzlaşması, əmək məhsuldarlığının yüksəldiyi
müasir dövrdə onların təkrar istehsalda isti-
160 «Ä
Eldar Quliyev
fadəsinə imkan vermir. Yeni vəsaitlərdə qiymətsizləşmə
daha müasir və məhsuldar vəsaitlərin meydana gəlməsi ilə
baş verir. Daha yeni məhsuldar vəsaitlər meydana gəldikdə
köhnələrin istifadəsi iqtisadi cəhətdən sərfəli olmur.
Əsas vəsaitlərin mənəvi köhnəlməsi bir sıra elementləri
ilə müəyyən edilir (maşınlar, avadanlıqlar və s.). Mənəvi
köhnəlmənin dərəcəsi ilk baxışda balans və bərpa dəyəri-
nin nisbəti əsasında müəyyən edilir, %
100
Burada Bd - balans dəyəri, man;
Bb - bərpa dəyəri, man;
Mənəvi köhnəlmənin ikinci növ dərəcəsi vəsaitlərin
məhsuldarlıqları əsasında müəyyən edilir, %
ƏVm- ƏVt •A =
ƏVr 100
m
\f.- əsas vəsaitlərin köhnəlmə məsarifi məbləği (bütün
istismar müddətində hesablanmış amortizasiya);
ƏVfn - yeni əsas vəsaitlərin məhsuldarlığı;
ƏVf- fəaliyyətdə olan əsas vəsaitlərin məhsuldarlığı.
Amortizasiya - əsas vəsaitlərin dəyərinin tədricən
köhnəlmə həddində istehsal edilmiş məhsula keçirilməsi və
tələb olunan vəsaitin təkrar bərpası üçün pul vəsaitinin
toplanmasıdır. Keçirilmiş dəyər dövriyyə sferasına keçir.
Məhsulun realizasiyasmdan sonra uyğun surətdə dəyərə
keçirilən pul məbləğinin bir hissəsi yeni əsas vəsaitlərin
alınmasına istifadə olunur, bununla da əsas vəsaitlərin bərpası
baş verir.
Amortizasiya aşağıdakı funksiyaları yerinə yetirir:
161
Aqrar iqtisadiyyat
-əsas vəsaitlərin ümumiləşdirilmiş formada köhnəlmə
dərəcəsini xarakterizə edir;
- köhnəlmiş vəsaitlərin dəyişdirilməsini təmin edir;
- kənd təsərrüfatı istehsalının yüksəldilməsini təmin edir.
Təsərrüfat təcrübəsində amortizasiyanın uçotu üçün
amortizasiya çıxmalarından istifadə edirlər; pul ifadəsi ilə
əsas vəsaitin üstünə gətirilmiş dəyərdən amortizasiya
çıxmaları amortizasiya nonnası və əsas vəsaitlərin dəyərindən
hər il çıxılır.
Amortizasiya normaları - əsas vəsaitlərdən faydalı
istifadə müddəti uçotu ilə müəyyənləşdirilir o dövrdə ki, əsas
vəsaitlərin mal istehsalçılarına tam fəaliyyət göstərmələri
üçün xidmət edir. Faydalı istifadə müddəti, əsas vasitələrin
təsnifləşdirilməsinə əsasən müstəqil müəyyən edilir.
Amortizasiya sistemində onun hesablanması metodu
əhəmiyyətli rol oynayır. Onlar amortizasiya çıxılmalannm
miqdanna və resursların müxtəlif dövrlərdə konsentrasiya
dərəcəsinə aktiv təsir göstərir. Amortizasiyanın hesablanması
üçün dörd qayda müəyyənləşdirilmişdir. Xətti, qeyri - xətti
(qalığın azaldılması), faydalı istifadə vaxtı dəyərin silinməsi
ilə - tarixlə, məhsuldarlığın mütənasib həcminə görə dəyərin
silinməsi. Vergi-qoyma üçün xətti və qeyri - xətti qaydalardan
istifadə edilir.
Xətti qayda ondan ibarətdir ki, hər il əsas vəsaitlərin
fəaliyyət göstərdiyi müddətdə çıxmalar bir normada
hesablanır. Bu aylıq amortizasiya məbləği başlanğıc dəyəri ilə
müəyyənləşdirilir. Amortizasiya norması aşağıdakı düsturla
hesablanır:
A„ = ( l : n ) -100
burada -obyektin ilkin dəyərə görə amortizasiya norması; Ä« 162 »dS
Eldar Quliyev
n- obyektin aylar üzrə faydalı istifadə vaxtı. Xətti
qaydanın əsasında amortizasiya çıxmalarının il üzrə
məbləğinin bölüşdürülməsi ideyası durur. Beləliklə, əsas
vəsaitlərin istehsal xərclərinin çox hissəsi xidmətin birinci
yarım- dövrünə düşmüş olur. Xətti metod zamanı bir aya
hesablanmış amortizasiya məbləği obyektin fəaliyyətinin
qalıq qiyməti və amortizasiya norması ilə müəyyən edilir, bu
aşağıdakı düsturla hesablanır %:
A q = ( 2 : n ) - 1 0 0
burada Aq- obyektin qalıq qiymətinə, amortizasiya norması;
n- aylar üzrə obyektin faydalı istifadə müddəti.
Bununla belə obyektin qalıq qiyməti başlanğıc 20%-ə
çatan andan ona amortizasiya aşağıdakı formada hesablanır:
1. gələcək hesablanma üçün obyektin qalıq dəyəri bazar
qiyməti kimi nəzərdə tutulur;
2. bir aya hesablanan amortizasiya məbləği baza dəyərini
ayların günlərinə bölmək yolu ilə müəyyən edilir, yerdə qalan
obyektin faydalı istifadə vaxtının qurtarmasına qədər.
Amortizasiya bütün əsas vəsaitlərə hesablanmır. O
hesablanmır:
- büdcə təşkilatlarının əsas vəsaitləri;
- istehsal prosesində, iş icrası və xidmət göstərilən zaman
istifadə olunmuş və (mühafizəyə) qorumağa köçürülmüş əsas
vəsaitlər;
- istehlak xüsusiyyəti vaxt keçməsi ilə əlaqədar
dəyişikliyə uğramayan əsas vəsaitlər (torpaq sahəsi, təbii
istifadə obyektləri, obyektlər, muzey əşyaları və s.);
-gəlir qoyuluşu tərkibində maddi qiymətli hesab
edilməyən yaşayış fondu obyektləri.
Ä» 163
“ Aqrar iqtisadiyyat
Müəssisələrə amortizasiya vəsaitlərindən istifadə
haqqında qərar qəbul edilməsinə səlahiyyət verilmişdir.
Təcrübə göstərir ki, böhran vəziyyətində, maliyyə
resurslarının çatışmaması şəraitində amortizasiya
aynlmalannm cari ehtiyaclara xərclənməyə
istiqamətləndirilməsinə icazə verilmişdir. 7.4. ƏSAS VƏSAİTLƏRİN TƏKRAR İSTEHSALI
Əsas vəsaitlərin təkrar istehsalı olduqca vacib rol oynayır,
belə ki, onların kəmiyyət və keyfiyyət vəziyyətini müəyyən
edir. Təkrar istehsal qanunu özünü onda göstərir ki, normal
iqtisadi şəraitdə əsas vəsaitlərin dəyəri tam bərpa olunur,
onların daim texniki yenilənməsi üçün imkanlar yaradır. Sadə
təkrar istehsal zamanı amortizasiya vəsaiti hesabına,
köhnəlmiş əsas vəsaitlə bərabər yeni əsas vəsaitlər yaradılır.
Geniş təkrar istehsal üçün gəlirdən cəlb edilmiş əlavə kapital
qoyuluşu kredit, səhmdarların üzvlük haqlarından və s. tələb
olunur.
Yüksək elmi-texniki inqilab dövründə amortizasiya
xərcləri əsas vəsaitlərin geniş təkrar istehsalı üçün mənbə
kimi xidmət edə bilər. Təkrar istehsal prosesində onların sadə
yenilənməsi və harmonik birləşməsinin genişlənməsi, onların
məhdudiyyəti şərti xarakter daşayır.
Əsas vəsaitlərin təkrar istehsalı-onların yenilərinin
alınması, dəyişdirilməsi, modernləşdirilməsi, fəaliyyətdə
olan vəsaitlərin əsaslı təmiri kimi fasiləsiz bir prosesdir.
Təkrar istehsal prosesində aşağıdakı məsələlər həll edilk:
- müxtəlif səbəblər üzündən sıradan çıxmış əsas
vəsaitlərin əvəz olunması;
Ä" 164
Eldar Quliyev °
- istehsalın həcmini genişləndirmək məqsədilə əsas
vəsaitlərin kəmiyyətini artırmaq;
- əsas vəsaitlərin strukturunun təkmilləşdirilməsi.
Əsas vəsaitlərin il boyu miqdarca təkrar istehsalı aşağıdakı
düsturla müəyyən edilir, manatla:
~ “* ^Sç
Burada Dg - əsas vəsaitlərin ilin sonuna dəyəri;
Dı, - əsas vəsaitlərin ilin əvvəlinə dəyəri;
Dı^ -il boyu fəaliyyətə gətirilmiş əsas vəsaitlərin dəyəri; Ds^ - il boyu sıradan çıxmış əsas vəsaitlərin dəyəri.
Əsas vəsaitlərin təkrar istehsalı yeni tikintilərin, çoxillik
bitkilərin əkilməsi, əsas vəsaitlorin alınması, onların
rekonstruksiyası, texniki yenidənsilahlanma,
modernləşdirmə, fəaliyyətdə olan vəsaitlərin cari və əsaslı
təmiri hesabına həyata keçirilir. Əsas vəsaitlərin tam və
natamam təmiri müstəqil həyata keçirilə bilər (təsərrüfat
qaydası ilə) və yaxud da kənar təşkilatlann köməyi ilə
(müqavilə yolu ilə).
Təcrübə göstərir ki, əksər kənd təsərrüfatı və emal
müəssisələri əsas vəsaitləri kombinə edilmiş üsulla, yəni eyni
zamanda həm təmir, həm də modemizasiya etməklə
(rekonstruksiya) həyata keçirirlər. Bəzən də eyni vaxtda
əsaslı təmir və cari təmir aparırlar.
Əsas vəsaitlərin təkrar istehsalı üçün xərclər, istehsal
olunmuş məhsulun maya dəyərinə (təmirə xərclər) və yaxud
onların ilkin xərclərinin artımına aid edilir (əsaslı xərclərə).
Əsas fondların təkrar istehsalı arenda və lizinq yolu ilə
həyata keçirilə bilər:
165 «dv
Aqrar iqtisadiyyat
Arenda - bu, mülkün müvəqqəti istifadəsi üçün əsas
vəsaitlərin digər subyektə - arendatora verilməsidir. Tərəflər
arasındakı obyekt üzrə münasibətlər arenda müqaviləsi
əsasında müəyyənləşdirilir.
Arenda müqaviləsində iki tərəf iştirak edir:
- arendaya verən - əsas vəsaitlərin sahibi, onlann ödəmə
şərti ilə müvəqqəti istifadəyə verən;
- arendator - əsas vəsaitləri olan, təyinata və ya
müqaviləyə uyğun olanlann öz məqsədlərinə münasib
istifadəçisi.
Arenda müqaviləsində arendanın forması və arenda
ödənişinin miqdarı, müddəti və onun ödənilmə şərtləri öz
əksini tapmalıdır. Daha çox yığılmış forma - ödəmə
məbləğinin dəqiq müəyyən edilməsi, arendaya götürülmüş
əsas fondların dəyərinə görə hesablanmasıdır. Arenda
ödəmək üçün pul olmadıqda arenda ödəmələrini məhsulun bir
hissəsini arendaya verənə verməklə ödəmək olar.
Arenda müqaviləsi şərtlərində arendaya götürən şəxsə
sahibkar kimi hüquqi haqq verilə bilər, yəni əsas vəsaitlərin
satın alması kimi. Arendaya götürülmüş əsas vəsaitlərin satın
alınması - müddətlə ödəmə şərti ilə satınalmadır.
Arenda münasibətlərinin səmərəli maliyyələşdirmə
metodu investisiya fəaliyyəti - lizinqdir.
L/zm^-istehlakçınm sifarişi əsasında əmlakı satın almaqla
onu istehlakçıya orta və uzun müddətə icarəyə vermək
məqsədi ilə həyata keçirilən xidmət növüdür. İcarəyə verən
(lizinqi verən) tərəfindən icarədar (lizinq alıcısı) üçün istehsal
məqsədi ilə icarə müqaviləsi müddətində mülkiyyət
hüququnun saxlanılması şərtilə maşın, avadanlıq və digər
investisiya təyinatlı əmtəələrin uzun və orta müddətə
icarəsidir. Başqa sözlə, lizinq əmlakın təcililik, Ä*» 166
Eldar Quliyev
qaytarılmaq və ödəmək şərti ilə müvəqqəti istifadəyə
verilməsinin əsas fondlarla, xüsusilə, onun aktiv hissəsi olan
avadanlıqla əmtəə kreditidir. İstehlakçının sifarişi əsasında
əmlakı satın almaqla onu istifadəçiyə və uzun müddətə
icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növüdür.
Bununla belə, istifadəçi (icarədar, lizinq alıcısı) öz
mülkiyyətində icarədara lazım olan material qiymətlilərə
(əmlaka) malik olan müvafiq əmlakı istehsal edən müəssisəni
tapır və lizinq şirkətinə bu avadanlığı (material dəyərləri)
müvəqqəti istifadəyə verməkdən ötrü həmin avadanlığın
alınması üçün göstəriş verir.
Lizinq - bu, elə bir arenda növüdür ki, o, kreditlə oxşarlığa
malikdir. Digər arenda növlərindən fərqli olaraq, burada
arendaya istifadə üçün istismarda olan əsas vasitələr deyil,
yeni, lizinq kompaniyası tərəfindən lizinq alıcısına istifadə
üçün xüsusi alınmış əsas vasitələr verilir.
Lizinqin digər arenda növlərindən əsas fərqi ondan
ibarətdir ki, burada bilavasitə üç tərəf iştirak edir:
- lizinq verən (arendaya verən) əsas vasitələri öz
mülkiyyətinə almış və onlan müvəqqəti olaraq ödəmə şərtilə
arendaya verəndir;
- lizinq alıcısı (arendaya alan) əsas vasitələri əldə etməklə
istifadə etməyə maraqlı olan müəssisə və ya sahibkar;
-satıcı qismində, adətən, vacib mülkiyyəti (traktorlar, kənd
təsərrüfatı maşınları, avadanlıqlar, nəqliyyat vəsaitləri)
istehsal edən çıxış edir.
Azərbaycan Respublikasmda maliyyə lizinqi və ya tam
xərci ödənilməklə lizinq daha geniş yayılmışdır. Müqavilə
vaxtı yekunlaşana qədər əsas fondlar tam şəkildə amortizasiya
olunur və lizinqi verən, lizinq ödəmələrinin hesabma
Ä»“ 167 <*dV
Aqrar iqtisadiyyat
onun dəyərini və ya dəyərin böyük hissəsinin əvəzini ala bilir.
Maliyyə lizinqinin xüsusiyyəti ondan ibarətdir ki, bu halda
arenda müddəti əsas vasitələrin xidmət vaxtı ilə eyni vaxta
düşür.
Əgər lizinq 5 - 20 il müddətinə uzunmüddətli arendadır-
sa lizinq, ortamüddətli arendadırsa (1-5 il) xayrinq, qısa-
müddətlidirsə (1 il) reytinq adlanır. Qısamüddətli arenda
zamanı götürülmüş texnikanın alınması nəzərdə tutulmur.
Lizinq əməliyyatının hesabına müəssisələr tez və minimal
investisiya riski ilə fiziki və mənəvi köhnəlmiş əsas
vəsaitlərin dəyişilməsinə nail olurlar. Tərəflərin münasibətləri
lizinq müqaviləsi ilə müəyyən olunur.
Lizinq müqaviləsi - lizinq xidmətinin həyata keçirilməsi
üzrə tərəflər (satıcı, lizinq müəssisəsi və icraçı) arasında
bağlanmış müqavilədir.
Bu müqavilələrdə bəzi şərtlər göstərilir: müqavilələrin
məbləği və fəaliyyət müddəti, icarə haqqının ölçüsü, faiz
dərəcəsi, tədiyyələrin dövriliyi, icarə müddəti bitdikdən sonra
əmlakın qalıq dəyəri, lizinq şirkətinə geri qaytarılması və ya
müqavilənin fəaliyyəti bitdikdən sonra icarəyə götürülmüş
əmlakın satın alınması. Müqavilənin fəaliyyət göstərdiyi
dövrdə icarəyə verilmiş əmlakın mülkiyyət hüququ lizinq
istifadəçisinə məxsusdur. Lizinq müqaviləsinə görə
tədiyyələr pul, kompensasiya və qanşıq formaya malik ola
bilər. Bu zaman hesablamalar avansın (depozitin) ödənilməsi
ilə təsbit olunmuş ümumi məbləğ üzrə (tərəflərin razılığı ilə
müqavilədə təsbit olunmuş məbləğ müqavilənin fəaliyyət
göstərdiyi bütün müddət ərzində ödənilir) nəzərdə tutulur ki,
bundan sonra qalan məbləğ razılaşdırılmış müddətə hissə -
hissə ödənilir.
168 «Ä
Eldar Quliyev
7.5. ƏSAS VƏSAITLƏRDƏN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİ
VƏ ONUN YÜKSƏLDİLMƏSİ YOLLARI
Əsas istehsal vəsaitlərindən istifadənin iqtisadi effektli-
liyi əldə edilmiş istehsal nəticələri və onların dəyəri ilə
müqayisə yolu ilə müəyyən edilir. Onların müəyyən edil-
məsi üçün bir sıra göstərici sistemlərindən - fond verimi və
fond tutumu, əsas istehsal vasitələrinin rentabelliyi, müd-
dət və satınalma və s. istifadə edilir.
Fond verimi - ümumi məhsulun dəyərinin (mal, təmiz)
əsas istehsal vəsaitlərinin orta illik dəyərinə nisbətdə hər
bir əsas istehsal vahidinə nə qədər məhsul alındığını əks
etdirir (manatla): UM
F = ^ ver Ft
Fond veriminin əksi fond tutumudur.
Fond tutumu əsas istehsal vəsaitlərinin orta illik dəyərinin
ümumi məhsulun dəyərinə nisbəti və təxminən neçə əsas
vahid məhsul istehsalında iştirak etdiyini göstərir.
^ ver
UM Əgər fond verimi məlumdursa, onda fond tutumu
aşağıdakı düstur ilə müəyyən edilir (manatla): 1
ver
Fond verimini və fond tutumunu təkcə ümumi və əmtəə
məhsulu ilə deyil, eyni zamanda, təmiz məhsulla (ümumi
gəlirlə) və təmiz gəlirlə də hesablamaq olar.
Əsas istehsal vəsaitlərinin rentabellik səviyyəsi 1 man.
Ä» 169 «Ä
Aqrar iqtisadiyyat
fonda düşən gəlirin miqdarının əsas istehsal vəsaitlərinin
dəyərinə nisbəti ilə xarakterizə edilir (%4ə): G
Ä= — -100 tver
Rentabellik istehsalın iqtisadi səmərəliliyini əks etdirən
başlıca göstəricilərdən biridir. Rentabellik iqtisadi
səmərəliliyin yüksəldilməsi ilə səciyyələnir. Səmərəliliyi
daha düzgün xarakterizə etmək üçün ümumi və xalis gəlirin
istehsal məsariflərinə nisbəti müəyyən edilir.
Aqrar sferada iqtisadi səmərəliliyi xarakterizə etmək üçün
bir çox iqtisadi göstəricilərdən istifadə edilir. Məlumdur ki,
digər göstəricilər, məsələn, məhsuldarlıq, material
məsariflərinə qənaət, əmək məhsuldarlığı, istehsalın
ixtisaslaşması, intensivlik dərəcəsi, qabaqcıl təcrübə və elmi
nailiyyətlərdən istifadə, qiymət, keyfiyyət, əsas və dövriyyə
fondlarından istifadə, əməyin və istehsalın təşkili,
stimullaşdırma, təchizat və s. istehsal - iqtisadi göstəricilər
son nəticədə istehsalın səmərəliliyinin təminində mühüm
əhəmiyyətə malikdir.
Bazar münasibətlərinin müasir inkişafı şəraitində aqrar
sferada fəaliyyət göstərən sahibkarhğm formalannda iqtisadi
səmərəliliyi xarakterizə edən göstəricilərə məhsulun maya
dəyərini, məhsul vahidinin satınalma qiymətini, rentabelliyi,
fond verimini, fond tutumunu, material tutumunu, torpaqlann
hər hektan hesabı ilə əldə edilən ümumi məhsulu, ümumi
gəliri, təsərrüfat hesablı gəliri, xalis gəlirin tə- sərrüfatm
malik olduğu istehsal ehtiyatlannm hər biri və yüz manat
hesabı ilə əldə edilən ümumi məhsulu, ümumi gəliri,
təsərrüfat hesablı gəliri və xalis gəliri aid etmək olar.
^ 170 «d»
Eldar Quliyev
Aqrar sferada iqtisadi səmərəliliyə, habelə torpaq sahəsi
vahidinə düşən ümumi məhsul, ümumi gəlir, mənfəət, o
cümlədən əkin sahəsi vahidinə görə əldə edilən ümumi
məhsul, ümumi gəlir, xalis gəlir, mənfəət göstəricilərindən də
istifadə olunur. Bunlar əsasən torpaqlardan istifadənin
iqtisadi səmərəliliyini xarakterizə edən göstəricilərdir.
Bununla yanaşı kənd təsərrüfatında iqtisadi səmərəliliyin
sahə göstəricilərindən də istifadə olunur. Belə ki, aqrar
sferada istehsalın elmi əsaslarla ixtisaslaşdınlması və
yerləşdirilməsi, istehsalın intensivləşdirilməsi iqtisadi
səmərəliliyi müəyyən edən ən mühüm meyar
göstəricilərindən biridir. Kənd təsərrüfatının
ixtisaslaşmasının səmərəliliyini müəyyən etmək üçün hər 100
hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə 1000
manatlıq əsas və dövriyyə fondlanna, 1000 manatlıq illik
istehsal məsariflərinə, orta illik bir işçiyə düşən ümumi və
xalis gəlir, mənfəət göstəricisindən də istifadə edilir.
Beləliklə, bazar münasibətlərinin formalaşdığı şəraitdə kənd
təsərrüfatında iqtisadi səmərəlilik göstəricisi ümumileşdirici
göstəricilərə və xüsusi sahə göstəricilərinə ayrılmalı və
onlann hər birinə qiymət verilməlidir.
Qeyd etmək lazımdır ki, istehsalın iqtisadi səmərəliliyini
xarakterizə edən amillərin düzgün müəyyənləşdirilməsi- nin
böyük nəzəri və praktiki əhəmiyyəti vardır. İstehsalın iqtisadi
səmərəliliyinə əsasən təbii, bazar, texnoloji - iqtisadi,
təşkilati-idarəetmə, sosial amillər kompleksi təsir göstərir.
Təbii amillərə torpağın münbitliyi, relyefi, quruluşu, su ilə
təminatı, havanın temperaturu, yağmtılann miqdan, günəşli
günlərin sayı, torpağın fiziki xüsusiyyətləri və s.; bazar
amillərinə tələb-təklif, qiymət, keyfiyyət məsələləri; texnoloji
amillərə bitkiçilik və heyvandarlıq məhsullannm
171
Aqrar iqtisadiyyat
texnologiyası; iqtisadi amillərə qiymət, maliyyə-kredit, vergi,
maddi maraq, əmək məhsuldarlığı və s.; təşkilati-ida- rəetmə
amillərinə istehsalın idarəetmə forma və prinsipləri; sosial
amillərə isə əhalinin sosial müdafiəsi, kəndin sosial inkişafı
və s. daxildir.
Göstərilən amillər kompleksi kənd təsərrüfatı məhsulları
istehsalının artırılmasına, məhsul vahidi hesabına, əmək
məhsuldarlığının yüksəldilməsinə şərait yaradır. Ona görə də
bütün təsərrüfatçılıq formalarında torpaq vahidi bir işçi, bir
adam - saat, bir manatlıq əsas fond və istehsal xərcləri
hesabına daha çox gəlir alınır və iqtisadi səmərəliliyinə təsir
göstərən amillər kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə və
asılılığa malikdir. Bu və ya digər amil istehsalın inkişafına və
iqtisadi səmərəliliyin artıb-azalmasına səbəb olur.
İqtisadiyyatın iqtisadi səmərəliliyini yüksəltməyin bir
yolu da elmi - texniki tərəqqinin nailiyyətlərinin aqrar sferada
tətbiqi, istehsal proseslərinin hərtərəfli intensivləşdiril-
məsinin məhsuldar qüvvələrin inkişafına səbəb olmasıdır.
Məhsuldar qüvvələrin inkişafı isə konkret şəraitdə müəyyən
istehsal münasibətlərinə uyğun gələn təşkilat formasının və
idarə aparatının fəaliyyət göstərməsini tələb edir.
Aqrar sferada iqtisadi səmərəliliyin yüksəldilməsinin
başlıca istiqamətlərindən biri də məhsul istehsalı ilə məşğul
olan xüsusi təsərrüfat və sahibkarların imkanlarını
genişləndirməklə onların müstəqilliyinin artırılmasıdır.
İqtisadi səmərəliliyin yüksəldilməsinə təsir edən
kompleks tədbirlər sisteminə maya dəyərini aşağı salan
amillər də aiddir. Məhz maya dəyərini aşağı salmaq yolu ilə
səmərəliliyin artırılması səmərəliliyin ən perspektivli və
sərfəli istiqamətidir. Çünki maya dəyərini aşağı saldıqda
məhsul
172 «Ä
Eldar Quliyev
vahidi istehsalına material və əmək sərfi azalır və
təsərrüfatların maliyyə imkanlarını xeyli artırır. Maya dəyəri
artdıqda isə təsərrüfatın maliyyə imkanları pisləşir, məhsul
vahidi hesabına alınan mənfəət azalır.
Aqrar sferada istehsalın iqtisadi səmərəliliyinin
yüksəldilməsinin mühüm ehtiyat mənbələrindən biri də
məhsulların keyfiyyətinin yaxşılaşdırılmasıdır. Kənd
təsərrüfatı məhsullarının keyfiyyəti onun istehsal xərclərinin
məcmusu kimi, istər cəmiyyətin və istərsə də kollektivin
konkret şəraitdən asılı olaraq irəli gələn bu və ya digər
tələbatının ödənilmə səviyyəsidir.
Kənd təsərrüfatı məhsullannın keyfiyyəti yüksəldikcə
onların istehsalının iqtisadi səmərəliliyi artır. Çünki eyni
miqdarda istehsal olunan məhsullardan keyfiyyətcə daha
yaxşısı həm ictimai tələbatı tam ödəyir, həm də əmək
məhsuldarlığının artmasını təmin edir. Emal müəssisələrinə
göndərilən daha keyfiyyətli xammaldan tullantı da az olur.
Ümumiyyətlə, keyfiyyətin yüksəldilməsi əlavə xərc
çəkmədən məhsul istehsalının artması deməkdir. Ona görə də
məhsulun keyfiyyətinin yüksəldilməsi cəmiyyətin tələbatının
ödənilməsi sahəsində yerinə yetirilməsi çox zəruri olan
tədbirlərdən biridir. Məhsulun keyfiyyəti elmin, texnikanın
inkişaf səviyyəsindən, bitki və heyvanların potensial
imkanlarından (sort, cins, yem və s.), xarici mühit
amillərindən (torpağın keyfiyyəti, ərazinin relyefi,
meteoroloji amil və s.) və texnoloji proseslərin səmərəli
təşkilindən asılıdır.
Ä» 173
Aqrar iqtisadiyyat
YOXLAMA SUALLARI
1. Əsas vəsaitlər dedikdə nə başa düşülür? 2. Əsas vəsaitləri əlamətlərinə görə necə təsnifləşdirirlər? 3. Əsas vəsaitlərin qiymətləndirmə növlərini söyləyin. 4. Əsas vəsaitlərin köhnəlməsinin mahiyyəti nədir? 5. Köhnəlmiş əsas vəsaitlərin köhnəlməsini hansı formada
hesablayırlar? 6. Əsas vəsaitlərin təkrar istehsalının əhəmiyyətini söyləyin. 7. Əsas vəsaitlərin təkrar istehsal prosesini xarakterizə edən
göstəriciləri söyləyin. 8. Kənd təsərrüfatının əsas vəsaitlərlə təminatının hansı
göstəricilərini bilirsiniz? 9. Əsas fondların istifadəsinin iqtisadi səmərəliliyini hansı
göstəricilərlə xarakterizə edə bilərsiniz? 10. Kənd təsərrüfatı texnikasından istifadənin səmərəlilik
göstəricilərini söyləyin. 11. Əsas vəsaitlərin istifadəsinin səmərəliliyinin
yüksəldilməsi amilləri və yollannı söyləyin. 12. Əsas fondlar dedikdə nəyi başa düşmək lazımdır? 13. Qeyri-istehsal əsas fondlarını sadalayın. 14. Əsas vəsaitlərin bərpa, qalıq və balans dəyərləri nə
deməkdir? 15. Əsas vəsaitlərin amortizasiyası dedikdə nə başa düşülür
və necə hesablanır? 16. Əsas vəsaitlərin yararhhq dərəcəsi necə müəyyən edilir? 17. Lizinqin digər arenda növlərindən fərqli və üstün
cəhətləri. 18. Lizinq, xayrinq və reytinq, bunların fərqləri. 19. Aqrar sferanın iqtisadi səmərəliliyinə təsir edən amillər
hansılardır?
Ä* 174
Eldar Quliyev
MÖVZU 8. DÖVRİYYƏ VƏSAİTLƏRİ
8.1. DÖVRİYYƏ VƏSAİTLƏRİNİN İQTİSADİ MAHİYYƏTİ,
TƏRKİBİ VƏ STRUKTURU
Dövriyyə vasaitləri-bu, fasiləsiz istehsalın və məhsulun
realizasiyasını həyata keçirmək məqsədilə istehsalın dövriyyə
fondu və tədavül fonduna avans edilmiş pul vəsaitidir.
Dövriyyə fondlarının mahiyyəti onların iqtisadi reallıq
xüsusiyyətləri, təkrar istehsal prosesinin təmini, özündə
istehsal prosesi, mübadilə prosesini, eyni zamanda dəyəri
yaradılmış məhsulun üzərinə gəlməklə müəyyənləşdirilir.
Dövriyyə vəsaitləri istehsal dövriyyə fondlan və mübadilə
fondlarına bölünür (şəkil 10). Belə bölgü
müəyyənləşdirilməsi onların məhsul istehsalı realizasiyası
sferasında istifadəsi və bölüşdürülməsi xüsusiyyətləri ilə
bağlıdır. İstehsal dövriyyə fondlarının miqdarı istehsalın
təşkil edilməsi səviyyəsindən asılıdır (istehsal tsiklinin
davamiyyət müddətindən, texnologiya, texnika və s.).
Tədavül fondla- nnm məbləği əsasən məhsulun realizasiya
şəraiti, təminat və satış bazarının şəraitindən asılıdır.
İstehsal dövriyyə vəsaitləri - bu, istehsal vəsaitləri olub
bütövlükdə bir istehsal prosesi tsiklinə istifadə edilir, özünün
dəyərini tam şəkildə hazırlanmış məhsulun üzərinə gətirir və
özünün təbii - maddi formasını dəyişdirir. İstehsal dövriyyə
fondlan istehsal ehtiyatları, yekunlaşduilmış istehsal və
gələcək dövr üçün xərclər kimi hissələrə bölünür.
İstehsal ehtiyatları - bu, hələlik istehsal prosesi istehla-
kına daxil olmayan maddiyyatdır. Bunlara toxum, əkin ma-
Ä*» 175
Eldar Quliyev
terialları, yem, gübrələr, zəhərli maddələr, yanacaq, ehtiyat
hissələri, kiçik alətlər və s. aid edilir.
Bu tərkibə, həmçinin cavan heyvanlar, kökəltmə
heyvanları daxildir. Ancaq, bununla yanaşı onlar iqtisadi
təbiətlərinə görə istehsal fondları hesab edilmir və istehsal
prosesi mərhələsindədir. İstehsal fondlarının miqdarı,
istehsalın həcmi, onların istehlak xarakteri və normasına
uyğun olmaqla, istehsalın arasıkəsilməz prosesini təmin
etməlidirlər.
Yekunlaşmış istehsal-hu, istehsal mərhələsində olan
dövriyyə fondlarıdır. Onlara aid edilir: əkinçilikdə-gələcək
illərin məhsuluna xərclər (torpağın hazırlanması, payızlıq
bitkilərin əkilməsi), heyvandarlıqda-yumurtanın
tamamlanmamış inkubasiyasma xərclər, axmazlara balıqlann
buraxılması, anlara keçid ehtiyatı balının dəyəri, sənaye
istehsalında - özünün hazırladığı yanmfabrikatlar.
Gələcək mərhələlərə xərclər - gələn ilə və yaxud bir neçə
ilə aid xərclər. Cari ildə istehsal edilmiş; yay lager
düşərgələrində tikinti və onlann saxlanılmasına xərclər,
heyvanlann tullantı axınları üçün qurğular, əsaslı kapital
xarakterli olmayan dam örtükləri və digər tikililər
(heyvandarlıq kompleksləri, istilik kombinatlan,
oranjereyalar) və digər bütün bu xərclər bərabər şəkildə 2-3
ilə məhsulun maya dəyərinə əlavə edilir.
Kənd təsərrüfatı müəssisələrinin istehsal dövriyyə fond-
lannı istehsal prosesində iştirak dərəcəsindən asılı olaraq
əmək alətlərinə bölmək olar:
- istehsal prosesinə qoşulmamış, istehsal ehtiyatında olan
(toxum, əkin materiallan, yem, gübrələr, kimyəvi dərmanlar,
yanacaq və sürtgü yağları, ehtiyat hissələri və digər);
Äf» 177
Aqrar iqtisadiyyat
-qeyri - qanuni məhsul qismində istehsal prosesində olan
(çoxaldılma və kökəltmə heyvanları, tamamlanmamış
istehsal).
Kənd təsərrüfatı təyinatlı istehsal dövriyyə fondları
istehsalın nəticəsinə təsir dərəcəsinə görə iki qrupa
bölünürlər. Birinci istehsal dövriyyə fondlarına istehsalın
iqtisadi səmərəliliyi, yüksəldilməsi və artımına birbaşa təsir
edənlər: toxum, gübrələr, yem, artırılmaq və kökəltmək üçün
heyvanlar və s.; ikinciyə əsas istehsal vəsaitlərinin
fəaliyyətlərinə və onların işlək şəraitdə saxlanmasına yardım
edən əmək alətləri: yanacaq və sürtgü materiallan, ehtiyat
hissələr və s. daxildir. Bu qrup vəsaitlər istehsal prosesi və
səmərəliliyinə ancaq dolayı yolla təsir edir.
Tədavül fondları - vəsait məhsulun realizasiyası prosesinə
xidmət edir:realizasiya üçün nəzərdə tutulmuş hazır məhsul,
daşınma üçün mallar, hesabda və xəzinədə olan pul vəsaiti,
həmçinin hesablarda olan vəsaitlər - təşkilatların, müxtəlif
şəxslərin hesablannda, sair debitorlar.
Tədavül vəsaitləri eyni vaxtda istehsal və tədavüldə
fəaliyyət göstərir, onlar üç mərhələdə mübadilə keçir -
təchizat, istehsal və realizasiyada:
Pul vəsaitlərinə (Pv)təsərrüfat subyekti məhsul istehsal
etmək üçün bütün lazım olan əmək alətlərini alır, sonra da
istehsal xərcləri (Əs) formasını alır. Sonra bilavasitə istehsal
prosesi gedir (I), nəticədə hazır məhsul yaranır (Hm), o
realizə olunur və ona görə pul vəsaiti alınır (Py). Tədavül
vəsaiti istehsalın bütün mərhələlərində iştirak edir və onun
fasiləsizliyini və müntəzəmliyini təmin edir. Dövriyyə vəsaiti
tam mübadilə keçirdiyi vaxt ərzində istehsal və döv-
Ä» 178 "Ä
Eldar Quliyev
riyyə mərhələsi keçirir, bu mərhələ dövriyyə vəsaitinin
dövriyyəsi adlanır. Bu göstərici kənd təsərrüfatı
müəssisələrində vəsaitin hərəkətinin orta sürətini xarakterizə
edir.
O, istehsal və müəyyən məhsul növlərinin realizasiyası-
nm faktiki vaxtı ilə uyğun gəlmir. Kənd təsərrüfatı
müəssisələrində dövriyyə vəsaitinin yaranmasının bir sıra
xüsusiyyətləri vardır. Uzun istehsal tsikli ilə əlaqədar olaraq
böyük ölçüdə uzun dövr üçün istehsal ehtiyatlarının olmasına
ehtiyac yaranır. Kənd təsərrüfatı istehsalının mövsü- miliyi
ilin müxtəlif dövrlərində dövriyyə fondlarının kəskin
dəyişməsinə səbəb olur. İstehsal ehtiyatlarının əhəmiyyətli
hissəsi xüsusi istehsal hesabına yaranır (toxum, yem,
heyvanların yetişdirilməsi və kökəldilməsi və d.).
Fəaliyyət dövrü ərzində dövriyyə vəsaitinin daimi
(sistemli) və dəyişən hissəsi ayrılır.
Dövriyyə vəsaitinin daimi hissəsi müəssisənin
fəaliyyətinin mövsümi dəyişməsindən və mal - material
dəyərləri ehtiyatlannm mövsümi qorunmasının
yaranmasından asılı deyildir. Başqa sözlə, bu, dövriyyə
vəsaitinin minimumudur və müəssisənin fəaliyyətinin davam
etdirilməsi üçün vacibdir.
Əsas vəsaitlərin dəyişən hissəsi istehsal həcminin
mövsümi artması ilə əlaqədardır və məhsulun realizasiyası,
ayrı - ayrı dövrlərdə mal - material dəyərlərinin mövsümi
qorunmasının yaradılması vacibdir.
Dövriyyə vəsaitinin strukturu dedikdə dövriyyə vəsaitinin
ayrı - ayrı elementləri və ya onların əsas hissələri ilə faiz
nisbəti başa düşülür. Cədvəl 11-də kənd təsərrüfatı
müəssisəsinin dövriyyə vəsaitinin nümunəvi strukturu verilir.
Ä» 179 «d>
Aqrar iqtisadiyyat
Cədvəl İL
M Dövriyyə vəsaitinin tərkibi Strukturu%lə 1 İstehsal dövriyyə fondu,cəmi 69.0 2 O cümlədən
3 İstehsal ehtiyatları 48,0 4 Tamamlanmayan istehsal 14,0 5 Gələcək dövrlər üçün xərclər 2,0 6 Tədavül fondlan 31,0 7 O cümlədən
8 Hazır məhsul 12,25 9 Daşınan mallar 0,1 10 Pul vəsaitləri 1.4 11 Hesablardakı vəsait 1,7 12 Dövriyyə vəsaiti -cəmi 100
Dövriyyə vəsaitinin strukturu daimi deyildir, o, bir çox
amillərin təsiri altında (ixtisaslaşma, konsentrasiya, təbii -
iqlim şəraiti, elmi - texniki tərəqqi və s.) dəyişilir.
Kənd təsərrüfatında dövriyyə vəsaitindən ilin
fəsillərindən asılı olaraq qeyri - bərabər istifadə olunur və bu
da əsaslı surətdə onun strukturuna təsir edir. Belə ki, qış vaxtı
əsas vəsaitin çox hissəsi toxum və yem ehtiyatmda olur,
yayda isə onun çox böyük hissəsi neft məsullan, texnika üçün
ehtiyat hissələrində və tamamlanmayan istehsalda cəmlənir.
Dövriyyə vəsaitinin yaranması mənbələri - özünün, borc
və cəlb edilmiş vəsaitdir. Xüsusi (özünün) dövriyyə
vəsaitinin artırılması üçün gəlirlə yanaşı davamlı passivlərdən
istifadə edirlər. Belə davamlı passivlərə - əmək haqqımn
aydan aya keçməsi ilə olan borclar, sosial sığortaya
aynimalar, ehtiyat fondundakı qalıqlar aid edilir. Kənd
təsərrüfatı müəssisələrində xüsusi (özünün) dövriyyə
vəsaitləri, həmçinin hazır məsulun hesabma yaranır (toxum,
yem və s.).
^ 180 «Ä
Eldar Quliyev
Dövriyyə vəsaitinə tələbat il boyu dəyişdiyinə görə, on-
ları borclar hesabına, yəni banklardan qısamüddətli kredit-
lərlə yaratmaq daha məqsədəuyğundur.
Cəlb edilmiş vəsaitlər - bu, bütün növ kreditor borclar,
həmçinin birbaşa onların təyinatına qədər istifadə olunan
məqsədli maliyyələşdirmələrdir.
Dövriyyə vəsaitləri planlaşdırılma dərəcəsinə görə iki
qrupa bölünür: normalaşdırılmış (qaydaya salınmış), nor-
malaşdırılmamış. Normalaşdırılmış istehsal dövriyyə fond-
lan (istehsal ehtiyatlan, yekunlaşdırılmamış istehsal və gə-
ləcək dövrlər üçün xərclər) hazır məhsullardır ki, maddi
dövriyyə vəsaiti kimi təqdim edilir. Pul vəsaitləri, hesab-
lardakı vəsaitlər, daşınılası mallar - bunlar normalaşdınl-
mamış dövriyyə vəsaitlərinə aiddirlər.
Dövriyyə vəsaitinin çatışmaması istehsalın ixtisanna, is-
tehsal proqramının yerinə yetirilməməsinə gətirib çıxarır.
Normadan artıq ehtiyatlar isə dövriyyədən pul vəsaitlərini
yayındırır. Bütün bunlar resurslardan səmərəsiz istifadəyə
gətirib çıxarır.
Kənd təsərrüfatı müəssisələrinin maddi dövriyyə vəsaitlə-
ri ilə təminatlılığı materiallarla təminolunma əmsalı (koefti-
senti) ilə xarakterizə edilir. Burada mövcud maddi dövriyyə
vəsaitləri onlarm normativ tələbata nisbəti ilə ifadə olunur: ^dv
“ -------- M. ntəəl
Bu əmsalın köməyi ilə kənd təsərrüfatı müəssisələrinin maddi
resurslarla, həm də onlann ayn-ayn növləri ilə (məsələn,
toxum, yem, gübrələrlə) təminatlılığım təyin edə bilərik.
Dövriyyə vəsaitinə tələbat müəssisə tərəfindən istehsal-
^181
Aqrar iqtisadiyyat
maliyyə planını işləyərkən müəyyənləşdirilir. Onun həddi
daimi deyildir. O, istehsalın həcmi, təchizat və satış bazarı,
məhsulun çeşidliliyi, tətbiq edilən hesab formasından asılıdır.
Kənd təsərrüfatı müəssisələrində il ərzində dövriyyə
vəsaitinin istifadəsinin dövriliyi müşahidə edilir. Bu, kənd
təsərrüfatı işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün
dövriyyə vəsaitinin və resurs ehtiyatlarının yaradılması
zamanı nəzərə alınmalıdır. İstehsalın gərgin dövrü üçün
minimal tələbat müəyyən edilməsi məsləhət görülür.
Dövriyyə vəsaitinin normalaşdırılması zamanı onların tələbi
natural, həmçinin pul ifadəsi ilə müəyyən edilir. Özlərinin
dövriyyə vəsaitlərini (toxum, yem və s.) mövcud təsərrüfatda
onların istehsal maya dəyəri ilə; satın alman (gübrələr,
kimyəvi maddələr, ehtiyat hissələri və s.), onların alış qiyməti
və istehlak yerinə çatdırma qiymətləri ilə hesablanır.
Dövriyyə vəsaitlərini normalaşdıran zaman təkcə kənd
təsərrüfatı istehsalının deyil, eyni zamanda sənaye və
köməkçi istehsallarının da tələbini nəzərə almaq lazımdır.
İstehsal dövriyyə fondlarının lazımi həcmi işlənmiş
normalar əsasında müəyyən edilir. Belə ki, toxuma olan
ehtiyac toxumun səpilməsi haqqında elmi əsaslandırılmış
normalara əsaslanaraq, əkin sahəsi və sığorta ehtiyatı nəzərə
alınmaqla hesablanır. Yem ehtiyatına olan tələbat
heyvanların yemlənmə norması əsasında hər baş heyvan və
toyuğa görə hesablanır. Yanacaq və sürtgü materiallarına
olan tələbat mövcud traktorlar və kombaynlar, avtomobillər,
onların markaları, nəzərdə tutulan işin həcmi və yanacaq
məsarifı normaları əsasında müəyyənləşdirilir. Eyni zamanda
kənd təsərrüfatı müəssisələrinin digər maddi dövriyyə
vəsaitlərinə olan tələbatı hesablanır.
Ä» 182 «ö»
Eldar Quliyev
8.2. DÖVRİYYƏ VƏSAİTLƏRİNDƏN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİ VƏ ONLARIN YÜKSƏLDİLMƏSİ YOLLARI
Dövriyyə vəsaitlərindən istifadə səmərəliliyi kənd
təsərrüfatı əmtəə istehsalçılarının təsərmfat fəaliyyətlərinin
maliyyə nəticələrinə əsaslı təsir göstərir. Dövriyyə
vəsaitlərinin səmərəli istifadə dərəcəsini xarakterizə etmək
üçün bir sıra göstəricilərdən: dövriyyə vəsaitinin dövriyyə
qabiliyyəti əmsalı, dövriyyədə vəsaitin yük əmsalı, bir
dövriyyənin davamlılıq müddəti, vəsait tutumu istifadə edilir.
Dövriyyə vəsaitinin dövriyyə qabiliyyəti əmsalı,
məhsulun realizə olunmasından pul vəsaitinin il ərzində
dövriyyə vəsaitinin qalığına olan nisbəti əks etdirir.
Kənd təsərrüfatında dövriyyə vəsaitinin dövretmə
qabiliyyətinin əmsalını məhsul realizasiyasmdan pul mədaxili
və əsas naxıra keçirilən cavan heyvanlar, əsas naxırdan
satılan heyvanların dəyərini çıxmaqla, dövriyyə vəsaitinin
orta qalığına nisbətlə hesablanır.
Dövriyyə vəsaiti ilə müəyyən dövrdə həyata keçirilən və
ya realizə olunmuş məhsulun həcmi, hər manat dövriyyə
vəsaitinə düşən dövretmə qabiliyyətinin əmsalı dövriyyənin
miqdarını xarakterizə edir. Dövretmənin sayının çoxalması
bir vahid dövriyyə vəsaitinin məhsul istehsalının artımına
gətirir və yaxud bu həcmdə məhsul az dövriyyə vəsaiti tələb
edir. Beləliklə, mövcud şəraitdə dövretmə əmsalı nə qədər
çoxdursa, onda dövriyyə vəsaitindən səmərəli istifadə edilir.
Dövriyyə vəsaitinin yük əmsalı - dövretmə qabiliyyətinin
əksinə olan göstərici əmsalıdır. Realizə olunmuş məhsuldan
avans edilmiş vahid (1 man) dövriyyə vasitəsinin
^ 183
Aqrar iqtisadiyyat
məbləğini xarakterizə edir. Başqa sözlə, əmsal realizə
olunmuş vahid məhsula nə qədər dövriyyə vəsaitinin sərf
olunduğunu ifadə edir. Dövriyyədə nə qədər az vəsait yükü
əmsalı vardırsa, bir o qədər dövriyyə vəsaiti səmərəli istifadə
edilir.
Bir dövriyyənin davametmə müddəti, müəssisənin
dövriyyə vəsaitinin məhsulun realizə olunmasından satış pulu
şəklində hansı müddətə qaytarılmasını göstərir.
Bir dövriyyənin müddətinin azaldılması, dövriyyə
vəsaitinin istifadəsinin yaxşılaşmasına işarədir. Dövriyyə
vəsaitinin istifadəsini əks etdirən vacib göstəricilərdən biri,
məhsulun maddi tutumluluğudur. O, maddi dövriyyə
vəsaitinin istifadə səviyyəsini xarakterizə edir.
Maddi tutumluluq vahid kənd təsərrüfatı məhsulunun
istehsal prosesinə nə qədər maddi resursların sərf edildiyini
göstərir. O, maddi xərclərin ümumi məhsula nisbəti ilə
müəyyənləşdirilir. MX
~'ÜM Məhsullann maddi tutumluluğunun aşağı salınması, maddi
dövriyyə vəsaitinin istifadə səmərəliliyinin yüksəldilməsi
deməkdir.
Dövriyyə vəsaitləri istifadənin iqtisadi səmərəliliyinin
yüksəldilməsi, məhsulun maya dəyərinin aşağı salınması və
kənd təsərrrüfatı istehsalının rentabelliyinin artırılmasına
səbəb olur.
Dövriyyə vəsaitinin səmərəli istifadəsi bir çox amillərdən
asılıdır. Bunlar kənd təsərrüfatı müəssisəsinin marağı və
fəaliyyətindən asılı olmayan xarici amillər, müəssisənin aktiv
surətdə təsir göstərə biləcəyi daxili amillərdir (şəkil 11).
Ä« 184«^
Eldar Quliyev
Dövriyyə vəsaitinin səmərəli istifadəsinə
təsir edən amillər
Xarici Daxili
Qiymətəmə- ləgəlmə
Vergiqoyma
Kreditləşmə
kreditə görə
faizlə
Büdcədən maliyyələşdirmə
İnflyasiya prosesləri
Dövlət tənzimləmələri
Təbii-iqlim şəraiti
Təsərrüfatda
-
xili iqtisadi
Maddi həvəsləndirmə
Dövriyyə
vəsaitini
normalaşdırm
a
İstehsal texnologiyası
Məhsulun
keyfiyyəti
Kənd
təsərrüfatı
bitkilərinin
məhsuldarlığı
İstehsalın və
əməyin təşkili
İstehsalın
ixtisaslaşması və
konsentrasiyası
Dövriyyə vəsaitinin strukturu
Məhsulun satışı
Əmək alətlərinin
maya dəyəri
Heyvanların məhsuldarlığı
Kreditorlar və
debitorlarla
qarşılıqlı
münasibətləri
Şəkil 11. Kənd təsərrüfatında dövriyyə vəsaitinin səmərəli
istifadəsini müəyyən edən amillər. ^ 185
Aqrar iqtisadiyyat
Dövriyyə vəsaitlərinin səmərəli istifadəsinə vacib
zəminlərdən biri - kənd təsərrüfatı məhsullarının bazar
konyunkturasını öyrənmək əsasında marketinq xidmətinin
yaradılması, müqavilə və ödəmə intizamını gözləməklə
satışın səmərəli təşkilidir.
Dövriyyə vəsaitinin istifadəsinin yaxşılaşdırılması
yollarından biri də məhsulun istehsalı, saxlanılması,
daşınması və realizə edilməsi prosesində itkilərin
azaldılmasıdır. Bir çox məhsul növlərində bu itki (meyvə,
tərəvəz, kartof və s.) 30-40%-ə çatır. Dövriyyə vəsaitinin
istifadəsində səmərəliliyin 3diksəldilməsi maddi resursların
saxlanılmasının düzgün təşkilidir (toxum, yem və s.). Bu,
nəinki itkinin azaldılmasına kömək edir, həm də yüksək
keyfiyyətli məhsulun alınmasını təmin edir.
Defisit şəraitində dövriyyə vəsaiti kənd təsərrüfatı
bitkilərinin yetişdirilməsi zamanı resursqoruyucu
texnologiyadan istifadə hesabına maddi resurslardan səmərəli
istifadə edilməsinin böyük əhəmiyyəti vardır. Bunlar
məhsulun maddi tutumunun aşağı salınmasına imkan verir.
Bütün istehsal fondlanndan səmərəli istifadə əsas və
dövriyyə fondlarının optimal nisbətinin dəyişməz şərtidir.
Dövriyyə vəsaitinin çatışmaması (yem, yanacaq, ehtiyat
hissələri) əsas fondlardan səmərəsiz istifadəyə (məhsuldar
heyvanlar, texnika, binalardan və s) gətirir. Bu da istehsalın
həcmi və kənd təsərrüfatı məhsullarının realizasiyasma mənfi
təsir göstərir.
^ 186
Eldar Quliyev
YOXLAMA SUALLARI
1. Dövriyyə vəsaitinin mahiyyəti nədən ibarətdir?
2. Kənd təsərrüfatı müəssisələrinin dövriyyə vəsaitlərinin
tərkibi və strukturunu söyləyin.
3. Dövriyyə vəsaitlərinin maliyyələşdirmə mənbələri.
4. Dövriyyə vəsaitinin normalaşdırılması nə deməkdir?
5. Dövriyyə vəsaitinin istifadəsinin iqtisadi səmərəliliyi nə
ilə xarakterizə olunur?
6. Dövriyyə vəsaitlərinin səmərəli istifadə edilməsinə təsir
edən amilləri göstərin.
7. Dövriyyə vəsaitlərinin səmərəli istifadə edilməsinin
yüksəldilməsi yollarını söyləyin.
^ 187
Aqrar iqtisadiyyat
MÖVZU 9. İNVESTİSİYALAR VƏ MADDİ - TEXNİKİ
RESURSLAR BAZARI
9.1. İNVESTİSİYA ANLAYIŞININ STRUKTURU VƏ
MƏNBƏLƏRİ
Aqrar iqtisadiyyat kompleksinin səmərəli və dayanıqlı
inkişafının vacib şərtlərindən biri onun lazımi investisiyalaş-
masıdır. Aqrar siyasətin əsas məqsədi, aqrar iqtisadiyyatı in-
vestisiyalaşdırmaq üçün əlverişli şəraitin yaradılmasıdır.
İnvestisiya - bu, sahibkarlıq və digər obyektlərə, gəlir əldə
etmək üçün uzunmüddətli pul vəsaitinin (kapitalın)
qoyulmasıdır. İnvestisiyalar yaratmaq, genişləndirmək,
yenidən təşkil etmək və əsas vəsaitlərlə texniki cəhətdən
silahlandırmaq, həmçinin bununla əlaqədar dövriyyə
fondlannm dəyişdirilməsi kimi cəhətləri özündə cəmləşdirir.
Bunlardan əlavə, investisiya - qiymətli kağızlann patent,
intellektual hüququnun alınmasıdır və s. İnvestisiya
sahibkarlıq fəaliyyəti ilə məşğul olan, gəlir yaradan (qazanc)
və ya müəyyən sosial səmərəyə malik olan obyektlərə
qoyulur.
İqtisadi kateqoriya kimi “investisiya”ya aşağıdakı
xarakterlər xasdır: onlar müəssisə və sahələrin iqtisadi
inkişafına şərait yaradır; resurslann sərf edilməsi və səmərə
əldə etməsini nəzərdə tutur. İnvestisiya qoymaq ola bilər ki,
səmərə ehtimalı və risk xarakteri daşıyır; resurslann sərf
edilməsi ilə səmərə əldə etmək arasında bir qayda olaraq
uzunmüddətli vaxt mövcud olur. Mahiyyət etibarı ilə
investisiya bütövlükdə ölkənin, təsərrüfatçılığm, ayrı-ayn
subyektlərin gələcək fəaliyyətini müəyyən edir və
iqtisadiyyatın inkişafının hərəkətverici qüvvəsinə çevrilir,
iqtisadiyyatın indiki durumunda xüsusilə aqrar bölmədə
iqtisadı«» 188 «»Ä
Eldar Quliyev
diyyatı yüksəltmək, onun dünya inteqrasiyasına qoşulmasını
təmin etmək üçün külli miqdarda investisiya vəsaitinə ehtiyac
yaranmışdır.
Azərbaycan Respublikasının “İnvestisiya fəaliyyəti
haqqında” Qanununda göstərilir ki, investisiya gəlir
(mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə
sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan
maliyyə vəsaitindən, habelə maddi və intellektual
sərvətlərdən ibarətdir. Odur ki, investisiya fəaliyyətinin
artınlmasma aqrar bölmənin böhrandan çıxanimasının vacib
şərti və onun gələcək inkişafını müəyyənləşdirən əsas amil
kimi baxılmalıdır.
İnvestisiya fəaliyyəti hüquqi şəxslər, vətəndaşlar və
dövlətin investisiyasının realizə edilməsi üçün praktiki
fəaliyyətlərin məcmusunu əks etdirir.
Azərbaycan Respublikasında investisiya fəaliyyətlərinin
obyektləri:
- pu l vəsaiti, məqsədli bank əməliyyatlan, kreditlər,
paylar və qiymətli kağızlar;
- daşman və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq
və başqa maddi sərvətlər);
-bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan
potentləşdirilmiş texniki sənədləşdirmə, fərdi və istehsalat
təcrübəsi kimi tətbiq edilmiş texniki, texnoloji kommersiya
və digər biliklərin məcmusu;
-torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan,
qurğulardan, avadanlıqlardan istifadə hüquqlan, habelə
müəlliflik hüquqlanndan irəli gələn və başqa əmlak hüquqlan;
- başqa sərvətlər;
Ä» 189
Aqrar iqtisadiyyat
Beləliklə, investisiya mənfəət və səmərə əldə etmək
məqsədilə dövlətin, hüquqi və fiziki şəxslərin, torpaq və
əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan yeni müəssisə və
təsərrüfatların yaranmasına, fəaliyyətdə olan müəssisələrin
genişləndirilməsinə, daşınmaz əmlakın, səhmlərin,
istiqrazların və digər qiymətli kağızların, aktivlərin əldə
edilməsinə yönəldilən pul vəsaiti, əmlak və intellektual
dəyərləri əhatə edir.
Maliyyə (portfel), qeyri-material və real investisiyalan
ayırırlar.
Maliyyə investisiyalan - aksiyaların, istiqrazların, digər
qiymətli kağızların alınması, bankların hesabına pulun faizlə
depozitə qoyulmasıdır. Onlar hər hansı istehsal obyektinin
yaradılmasını nəzərdə tuturlar.
Qeyri-material investisiyalar mülkiyyət və qeyri-mül-
kiyyət hüququ, smeta-layihə sənədlərinin işlənib
hazırlanması, potentlərin, lisenziyaların, intellektual
mülkiyyətin alınmasıdır.
Real investisiyalar - bu, əsaslı tikintiyə, istehsalın
genişləndirilməsi və inkişafına kapital vəsaitlərinin
qoyulmasıdır. Real investisiya - xalq təsərrüfatı sahələrinə
kapital qoyuluşudur. Bu zaman müəssisə investor vəsait
qoymaqda öz istehsal fondlarını və onların fəaliyyəti üçün
zəruri olan dövriyyə vəsaitini artırır.
Kapital qoyuluşu - investisiyanın əsas növüdür, özündə
fəaliyyətdə olan əsas vəsaitlərin yaradılması,
genişləndirilməsi, yenidən yaradılması (rekonstruksiya) və
modemiza- siyanı cəmləşdirir. Kapital qoyuluşu - bu,
tikintiyə, onun tikilib istifadəyə verilməsinə qədər pulun
xərclənməsidir.
^ 190
Eldar Quliyev
Onlar obyekt istifadəyə verildikdən sonra əsas vəsaitə
çevrilirlər.
Kapital qoyuluşunu istifadə istiqamətlərinə görə istehsal
və qeyri-istehsal olaraq iki yerə ayırırlar. Kapital qoyuluşu
məhsul istehsalı və inkişafına istiqamətləndirilir, qeyri -
istehsal kapital qoyuluşu isə sosial sferanın inkişafına
yönəldilir.
Kənd təsərrüfatında kapital qoyuluşunun əsas
istiqamətləri aşağıdakılardır:
- istehsal və qeyri-istehsal təyinatlı obyektlərin tikilməsi;
- kənd təsərrüfatı texnikası (kənd təsərrüfatı maşınları,
traktorlar), avadanlıq və nəqliyyat vasitələrinin alınması;
- çoxillik bitkilərin əkilməsi, onların becərilməsi, meyvə
verib istifadə olunana qədər;
- işçi və məhsuldar heyvanların yetişdirilməsi;
- torpaqların yaxşılaşdırılması (qurğularsız);
Əsas vasitələrin istehsalı formasına görə də kapital
qoyuluşu ayrılır:
- yeni tikintilər;
- fəaliyyətdə olan obyektlərin genişləndirilməsi;
- avadanlığın modemizə edilməsi.
Kapital qoyuluşunun istifadəsi əhəmiyyətli dərəcədə onun
strukturundan asılıdır. Kapital qoyuluşunu texnoloji, təkrar
istehsal, sahəvi və ərazi strukturlarına bölürlər.
Texnoloji struktur dedikdə ümumi smeta dəyərindən
(texniki-montaj işləri, maşınlann və avadanlığın proekt -
axtanş işlərinə və s.) ayrı-ayrı işlərə xərclərin payı nəzərdə
tutulur. Əslində texnoloji struktur əsas istehsal fondlan- nm
aktiv və passiv hissəsi arasında nisbəti əmələ gətirir.
^ 191 <Ȁ
Aqrar iqtisadiyyat
Təkrar istehsal strukturu müxtəlif istiqamətlərdə onlann
istifadəsinə kapital qoyuluşunun payım göstərir (yeni
tikintilər, istehsalın rekonstruksiyası və texniki təchizatı,
fəaliyyətdə olan istehsalın genişləndirilməsi). Rekonstruksiya
və texniki təminat yeni tikintiyə nisbətən daha əlverişlidir,
ona görə ki, istehsalın tam gücü ilə işlənməsi vaxtını azaldır,
eyni zamanda kapital qoyuluşunun həcmini xeyli azaldır.
Sahə strukturu dedikdə kapital qoyuluşunun aqrar
iqtisadiyyatın müxtəlif sahələri arasında, ümumilikdə isə xalq
təsərrüfatı sahələrində bölgü nisbəti başa düşülür. Mövcud
olan şəraitdə üstünlük o sahələrə verilir ki, kapital
qoyuluşunun daha qısa müddətdə xərcini çıxarmaq üçün
imkanla- n vardır (quşçuluq, donuzçuluq və s.).
Kapital qoyuluşunun ərazi strukturu iqtisadi rayonlar,
inzibati rayonlar üzrə nisbətində özünü göstərir.
Kapital qoyuluşunu ümumi və tutduğu yerə görə ayınr-
lar. Ümumi kapital qoyuluşu - hər hansı bir dövr üçün kapital
qoyuluşunun cəmini bildirir. Tutduğu yerə görə kapital
qoyuluşu isə hər bir məhsul vahidinə, 1 hektar kənd
təsərrüfatı torpağına (şum, çoxillik bitkilər, əkin), bir heyvana
hesablanır.
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda “kapital qoyuluşu” anlayışı
aşağıdakı kimi ifadə edilir. “Əsas fondlann yaradılmasına və
təkrar istehsalına, habelə maddi istehsalın digər formada
inkişafına investisiya yönəldilməsi, kapital qoyuluşlan
şəklində həyata keçirilir”. Başqa sözlə, kapital qoyuluşu əsas
kapitala (əsas vəsaitə), o cümlədən yeni tikintiyə, fəaliyyətdə
olan müəssisələrin genişləndirilməsinə, yenidən qurulmasına
və texnika ilə silahlanmasına, maşın, avadanlıq, alət,
^ 192 "d*
Eldar Quliyev
inventar alınmasına, layihə - axtarış işlərinə və digər
məqsədlərə qoyulan investisiyadır.
Bazar iqtisadiyyatı yolu tutan Azərbaycan
Respublikasında istehsalın təşkili və aparılmasına, onun
sferasının genişləndirilməsinə, yeni texnika və
texnologiyanın tətbiqinə böyük məbləğdə investisiyalar tələb
olunur. Bu tələbatın ödənilməsi, ölkə iqtisadiyyatının
sahələrinə, xüsusilə aqrar bölməyə xarici investisiyaların cəlb
edilməsi dövlətin həyata keçirdiyi investisiya siyasətindən
bilavasitə asılıdır. Bazar iqtisadiyyatı şəraitində investisiya
siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
- investisiya prosesinin ardıcıl olaraq mərkəzləşdirilməsi,
kapital qoyuluşlarının ümumi həcmində müəssisələrin şəxsi
vəsaitlərinin, paylarının artıniması, investisiyalann maliyyə
mənbələrindən biri kimi amortizasiya aynlmalan- nm rolunun
artırılması;
-dövlət investisiyalarının müsabiqə əsasında istehsal
məqsədlərinə yerləşdirilməsi;
- mərkəzləşdirilmiş kapital qoyuluşlarının qaytarılması;
-layihələrin birgə dövlət kommersiya maliyyələşdirilməsi
praktikasının genişləndirilməsi;
-investisiyalara yönəldilmiş dövlət büdcə vəsaitlərinin
məqsədli xərclənməsinə dövlət nəzarətinin gücləndirilməsi;
- dövlət tərəfindən himayə edilən investisiya layihələrinin
sığortalanma və təminat praktikasının gücləndirilməsi;
- xarici investisiyaların gücləndirilməsi.
Normal təkrar istehsal prosesini həyata keçirmək üçün
müəssisələrin investisiya potensialının bərpa edilməsi tələb
olunur. Bunun üçün onların öz mənbələrinin
amortizasiyalarının və mənfəətin rolunun artırılması
zəruridir. Bu
^ 193
Aqrar iqtisadiyyat
da kənd təsərrüfatı məhsullarına olan qiymətlərlə onların
istehlak etdikləri material - texniki resursların qiymətləri
arasında disparitetin aradan qaldırılmasına, vergi təzyiqinin
azaldılması, onların silinməsi daxil edilməklə mümkündür.
Aqrar sahədə investisiya fəaliyyətin stimullaşdırılması
məqsədilə, yeni texnikanın alınmasına və istehsal təyinatlı
tikintiyə yönəldilən mənfəət vergisinə cəlb edilməməlidir. Və
tikinti materiallarının istehsalı ilə bağlı qeyri - kənd
təsərrüfatı fəaliyyətinin bəzi növləri üzrə alınmış mənfəətdən
vergi tutulmaması məqsədəuyğundur. Amortizasiya
siyasətinə təsirlik vermək üçün vaxtaşırı əsas fondlann bərpa
dəyərinin və amortizasiya artırmalannm indeksləşdi-
rilməsini keçirmək, sürətli amortizasiyanı fəal tətbiq etmək,
amortizasiya fondu vəsaitlərinin xüsusi saxlanma və
xərcləmə rejimini tətbiq etmək vacib şərtlərdəndir. Aqrar
bölmədə davam edən böhran şəraitində daha fəal dövlət
tənzimlənməsi təkcə stimullaşdırıcı tədbirlər tətbiq olunması
ilə deyil, həm də birbaşa investisiya qoyuluşları yolu ilə
saxlanılır. Dövlət vəsaitləri ilk növbədə kənddə texniki
potensialın bərpasına; məqsədli proqramlarla nəzərdə tutulan,
əvvəllər başlanmış obyektlər üzrə tikintinin başa
çatdırılmasına, aqrar elmin, toxumçuluğun, damazlıq
işlərinin, material - texniki bazanın, həmçinin kənd
təsərrüfatında, eləcə də emaledici sənaye sahələrində
məhsullann saxlanılma bazalarının möhkəmləndirilməsinə;
kənddə mənzil tikintisinə; kiçik biznesə yardım edilməsinə;
fərdi investi- siyalann fəallığının maliyyələşdirilməsinə;
qəzalann, təbii fəlakətlərin, ekoloji faciələrin nəticələrinin
aradan qaldınl- masma; istehsalın ekoloji təhlükəsizliyini
təmin edən obyekt və sistemlərin yaradılmasına
yönəldilməlidir. Həmçi-
Ä» 194 "Ä
Eldar Quliyev
nin, aqrar bölmədə ixtisaslaşdırılmış sistemin
istiqamətlərindən biri kimi lizinqə dövlət yardımı
məqsədəuyğundur. Kənd təsərrüfatı məhsullarına və ərzaq
istehsalına texniki vasitələr və avadanlıqlar alınmasının
maliyyələşdirilməsində dövlət məqsədli kredit xəttini fəal
işlətmək, yerli maliyyələşdirmə mənbələrini səfərbər etmək
zəruridir.
Aqrar bölmə iqtisadiyyatının bərpasının və iqtisadi
yüksəlişinin stimullaşdırılmasınm vacib amili dövlətin kredit
siyasətidir. Hansı ki, burada təsərrüfat subyektlərinə,
torpaqların münbitliyinin səviyyəsi, obyekt tikintisinin smeta
dəyərində şəxsi vəsaitlərin payı, kənd təsərrüfatı müəssisəsi
tərəfindən realizə olunmuş məhsulun tam dəyərində yardımçı
təsərrüfatların emaledici istehsal gəlirlərinin xüsusi çəkisi,
yeni tikilən kənd təsərrüfatı əhəmiyyətli obyektlərin
istifadəyə verilməsi kimi tədbirlər dövlət yardımının məntiqi
davamı olmalıdır. “Aqrar islahatlann əsasları haqqında”
Azərbaycan Respublikasının Qanununda göstərilir: “Aqrar
bölmə iqtisadiyyatın vacib sahələrindən biri kimi dövlət
himayəsindədir. Dövlət himayəsi aşağıdakı istiqamətlərlə
müəyyən edilir: - aqrar sahəyə investisiya qoyuluşunun
stimullaşdırılması...” Qeyd etmək lazımdır ki, aqrar sahəyə
investisiyaların, xüsusilə xarici investisiyaların cəlb
edilməsinə stimul yaratmaq bir sıra amillərlə bağlıdır. Bu
amillərə vergi güzəştlərinin tətbiqi, təminatlı daxili bazarın
yaradılması, xarici bazara çıxmaq üçün müəyyən imtiyazların
verilməsi, işçi qüvvəsinə tələbatın ödənilməsi, həmçinin
istehsal və sosial infrastruktura dövlət yardımı və s. aiddir.
Aqrar sahəyə investisiyalar (xarici və daxili) cəlb
edilərkən onun əsas xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.
Ä« 195
Aqrar iqtisadiyyat
Çünki aqrar bölmə torpaq, iqlim şəraitinə, regional
xüsusiyyətə malik olmasına görə iqtisadiyyatın başqa
sahələrindən köklü surətdə fərqlənir. Bəzən bu fərqlər
istehsalın nəticəsinə, müddətinə təsir göstərir. Belə ki, aqrar
bölməyə investisiya formasında qo}aılan vəsaitin geri
qaytarmağa başlanma müddəti 2-5 ildən sonra başlayır.
Aqrar bölməni iqtisadiyyatın digər sahələrindən
fərqləndirən, investisiya qoyuluşlarının riskini artıran
xüsusiyyətlərindən biri də təbii ekoloji və ətraf mühitin
mühafizəsi ilə bağlı amillərdən əmələ gələn çətinliklərdir.
Aqrar bölmədə təbii xüsusiyyətlər istehsalın həcminə, onun
son nəticəsinə, investisiyalann ödəmə müddətinə bilavasitə
təsir göstərir. Aqrar sahədə investisiya qoyuluşuna, onun
ödənilmə müddətinə təsir edən amillərdən biri də ekoloji
tarazlığın pozulması, onun kənd təsərrüfatına, ətraf mühitə
vurduğu ziyandır. Ətraf mühitin mühafizəsi məsələsi aqrar
sahə üçün daha mühümdür. Çünki burada istehsal bilavasitə
ətraf mühitlə bağlıdır. Elmi - texniki tərəqqinin sürətlənməsi
təbiətlə kənd təsərrüfatı arasında qarşılıqlı əlaqəni
dərinləşdirməklə yanaşı aqrar bölmədə istehsalın ətraf mühitə
təsirini gücləndirir. Bu özünü müxtəlif istiqamətlərdə büru-
zə verir. Torpaqdan istifadənin intensivliyinin artması bir
tərəfdən torpağəmələgəlmə prosesini pozur, digər tərəfdən,
torpaqlann külək, su eroziyasına məruz qalmasına şərait
yaradır. Hazırda respublikada torpaq sahələrinin 80-85%-ə
qə- dəri bu və ya digər formada eroziyaya uğramışdır.
Azərbaycanda torpaqlann iqtisadi münbitliyini
yüksəltməklə məhsul istehsalım artırmaq yollanndan biri də
meliorasiya işlərinin aparılmasıdır.
Ä«196 «Ä
Eldar Quliyev
Kənd təsərrüfatının son nəticəsi bir çox istehsal və qeyri -
istehsal sahələrindən asılı olduğuna görə təkcə aqrar sahəyə
qoyulan investisiyalar lazımi səmərə vermir. Odur ki, aqrar
bölməyə, onun sahələrinə yönəldilən investisiyalar bu sahə ilə
qarşılıqlı əlaqədə olan emaledici sənaye xidmət sahələri ilə
qarşılıqlı nisbətdə olmalıdır. Daha doğrusu, aqrar bölmənin
bağçılıq, üzümçülük, tərəvəzçilik, çayçılıq sahələrinin
inkişafına yönəldilən investisiyalar müəyyən nisbətdə
emaledici sənayenin, bununla bağlı xammal və hazır
məhsulların saxlanılması üçün anbar və soyuducu
təsərrüfatlann, hazır məhsulun satışı ilə bağlı sahələrin
təşkilini, həmçinin sosial infrastruktur sahələrinin inkişafını
da əhatə etməlidir. Aqrar sahəyə investisiya qoyuluşunda
qeyd edilən nisbətin gözlənilməsi, istehsalın inkişafına
qoyulan vəsaitin daha tez və artan miqdarda səmərə
verməsinə şərait yarada bilər. 9.2. İNVESTİSİYANIN AQRAR SFERANIN İNKİŞAFINDA ROLU
İnvestisiya iqtisadiyyatın sabitləşdirilməsinin və
perspektiv inkişafının əsas vasitələrindən biri kimi çıxış
etməklə real ümumi kapitalın artırılmasında, iqtisadi
səmərəliliyin stimullaşdırılmasında, bir sözlə, rəqabət
qabiliyyətli milli iqtisadiyyatın formalaşmasında mühüm rol
oynayır. Onun istifadə nəticəliyinin və yığım səviyyəsinin
yüksəldilməsi real istehsalın canlandırılmasmm və
iqtisadiyyatın yeni sektorlarının yaradılması və inkişafının
əsas təməli olmaqla böhranlı hadisələrin aradan
qaldınimasma və ölkənin milli sərvətinin artırılmasına zəmin
yaradır.
Hazırda yerli müəssisələrə xarici iqtisadi əlaqələrin
bərabər hüquqlu tərəfdaşı olmaq ixtiyarı verilmişdir. Odur
Ä» 197 «*Ä
Aqrar iqtisadiyyat
ki, dövlət və özəl sektorun mülkiyyətçiləri xarici iqtisadi
əlaqələr yaratmaq, ayrı-ayrı sahələrin, istehsal və
qeyri-istehsal müəssisələrinin inkişaf yoluna qaytaniması
məqsədilə investisiya cəlb eyməyə çalışırlar. Bu istiqamətdə
aparılan işlər artıq öz nəticəsini yanacaq - eneıji
kompleksinin, habelə ölkə iqtisadiyyatının əsas sahəsi olan
neft və qaz hasilatı sahəsində vermişdir. Hazırda
respublikamıza xarici investisiya axını davam edir və onun
tətbiq dairəsi tədricən genişlənərək emal, tikinti və xidmət
sahələrini əhatə etməkdədir.
Mövcud şəraitdə maliyyə-kredit bazarında kredit
faizlərinin yüksək olması müxtəlif ölkələrin firmalannı iri
həcmli investisiya layihələrini həyata keçirən zaman elmi -
texniki potensialın və maliyyə ehtiyatlannm birləşdirilməsinə
vadar edir. Həm xarici, həm də yerli şirkətlər üçün iqtisadi
əlaqələrə girməklə mühüm investisiya layihələrini birgə
həyata keçirmək daha faydalı olur. Bununla da tərəflər iri
həcmli layihələrin həyata keçirilməsində riskin payını
bölüşdürməklə onlara dəyə biləcək zərərin müəyyən
hissəsindən özlərini sığortalamış olurlar. Bu zaman həm
investorların, həm də dövlət maraqlarının nəzərə alınması
daha vacibdir. Daha doğrusu, investisiya bazannm təşkilində
iştirakçı olan bütün tərəflərin maraqlannm təmin olunmasına
çalışmaq lazımdır. Belə ki, əgər investorları maksimum gəlir
götürmək və satış bazanna yiyələnmək maraqlandınrsa, onda
investisiya olanlan istehsalı modemizasiya etmək, ilkin
kapital əldə etmək və kapital dövriyyəsini artırmaq daha çox
maraqlandınr. Göstərilən tərəflərin maraqlan çərçivəsində
dövlətin marağı daha önəmlidir və o, investisiya prosesinin
tənzimlənməsi, iqtisadiyyatın səmərəli olması və so-
Ä»198 »Ä
Eldar Quliyev
sial yönümlü layihələrin tətbiqinə daha çox üstünlük verir.
Odur ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsinin strateji
istiqaməti kimi lazımi investisiyanın cəlb olunması hesabına
tez bir müddətdə milli iqtisadiyyatın bütün sahələrinin
gələcək inkişafı üçün vacib olan vaİ5nıta axınını təmin etmək
lazımdır. Qeyd edilən strateji xəttin ardıcıl olaraq həyata
keçirilməsi qarşıya çıxan problemlərin dövlət səviyyəsində
həlli və investisiya axını üçün mühüm olan iqtisadi şəraitin
yaradılmasını, son nəticədə ölkənin iqtisadi tərəqqisini təmin
edəcəkdir.
İqtisadi kateqoriya kimi investisiyalar bir sıra mühüm
funksiyalar yerinə yetirir. Bu funksiyalarsız hər hansı bir
dövlətin, həmçinin Azərbaycan Respublikasının, onun aqrar
sahəsinin normal inkişafı mümkün deyildir.
İqtisadiyyatın müxtəlif səviyyələrində investisiya
aşağıdakı funksiyaları həyata keçirir:
- geniş təkrar istehsal siyasətinin həyata keçirilməsi;
- elmi-texniki tərəqqinin sürətləndirilməsi, ölkə
məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və onların
rəqabət qabiliyyətinin təmin edilməsi;
- ictimai istehsalın strukturunun yenidən qurulması və
aqrar-sənaye sahələrinin, həmçinin iqtisadiyyatın başqa
sahələrinin mütənasib inkişafının təmin edilməsi;
- sənayenin zəruri xammal bazasının yaradılması;
-istehsal və sosial infrastruktur sahələrinin inkişafının
təmin edilməsi;
-məşğulluq problemlərinin qismən və ya tamamilə
yumşaldılması məsələlərinin həll edilməsi;
- ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli
istifadə olunması.
199 «Ä
Aqrar iqtisadiyyat
Qeyd etmək lazımdır ki, respublikanın aqrar bölməsinə
investisiya qoyuluşunun təmin edilməsi böhranlı vəziyyətin
aradan qaldırılmasına, onun tədricən sabitləşməsinə və
inkişafına əlverişli şərait yarada bilər.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, investisiya
iqtisadiyyatı, onun vacib sahəsi olan aqrar sahənin inkişafını
müəyyən edən əsas amildir. Cəmiyyətin real kapitalının
artması iqtisadiyyatın istehsal potensialını yüksəldir,
istehsala, yeni texnologiyaya investisiya qoyuluşu kəskin
rəqabət mübarizəsində fəaliyyət göstərməyə yardım edir, öz
məhsullarına qiymətin daha çevik tənzimlənməsinə imkan
verir.
Ölkədə özəlləşdirmənin həyata keçirilməsi aqrar sahə
məhsullarının emalı sferasına investisiyaların marağının
artmasına və bu sahəyə vəsait qoyuluşlarının xeyli
çoxalmasına imkan versə də həmin sferaya investisiya
qoyuluşunun nisbi səviyyəsi xeyli aşağı olaraq qalmaqdadır.
Eyni zamanda aqrar sahənin emal sənayesinin hələlik
komplek- sdaxili inteqrasiya əlaqələri vasitəsilə kənd
təsərrüfatının inkişafına təsiri, o cümlədən bilavasitə aqrar
istehsala investisiyalar yönəltmək imkanlan çox zəifdir.
Ölkədə özəlləşdirmənin həyata keçirilməsi aqrar sahə
məhsullarının emalı sferasına investisiyaların marağınm
artmasına və bu sahəyə vəsait qoyuluşlarının xeyli
çoxalmasına imkan versə də həmin sferaya investisiya
qoyuluşunun nisbi səviyyəsi xeyli aşağı olaraq qalmaqdadır.
Eyni zamanda aqrar sahənin emal sənayesinin hələlik
komplek- sdaxili inteqrasiya əlaqələri vasitəsilə kənd
təsərrüfatının inkişafına təsiri, o cümlədən bilavasitə aqrar
istehsala investisiyalar yönəltmək imkanlan çox zəifdir.
Bundan başqa, Ä»» 200 »Ä
Eldar Quliyev
aqrar sahəyə yatırılan investisiyaların qaytanima müddətinin
uzun olması və bu sahədə risklərin yüksəkliyi bura xarici
investorların cəlb edilməsində böyük maneələrə
çevrilmişdir. Məhz bu amillərin təsiri nəticəsində son
dövrlərdə Azərbaycanın bilavasitə kənd təsərrüfatına xarici
və müştərək müəssisələr tərəfindən investisiya qoyuluşlan
həyata keçirilməmişdir (cədvəl 12). Cədvəl 12.
2000-2011-ci illərdə aqrar sahə üzrə əsas kapitala yönəldilmiş
investisiyaların inkişaf dinamikası (mln. manat)
İllər
Ölkə iqtisadiyyatı
üzrə əsas
kapitala
yönəldilmiş
investisiya
O cümlədən kənd
təsərrüfatı üzrə əsas
kapitala yönəldilmiş
investisiya
Kənd təsərrüfatı üzrə əsas
kapitala yönəldilmiş
investisiyaların bütövlükdə
ölkə iqtisadiyyatı
investisiyasında xüsusi çəkisi
%-lə 2000 967.8 6.5 07. 2005 5769.9 40.7 0.7 2006 6234.5 58.3 0.9 2007 7471.2 243.3 3.2 2010 9373.1 428.5 4.6 2011 11724.6 411.9 3.5
Nəzərdə saxlamaq lazımdır ki, aqrar sahə müəssisələrində
zəruri həcmdə yığımın olmaması və irimiqyaslı risklərin
mövcudluğu əslində aqrar sferada mövcud olan istehsal -
maliyyə böhranının əsas səbəbləri kimi çıxış edir.
Araşdırmalar göstərir ki, ölkəmizin aqrar sahəsində
investisiya mühitinin pisləşməsini doğuran əsas səbəblər
aşağıdakılardan ibarətdir:
- buraya maliyyə resursları axınının zəifləməsi;
Ä»» 201 «Ä
Aqrar iqtisadiyyat
-bazarda idxal məhsullarının xüsusi çəkisinin yüksək
olması və yerli məhsul satışının məhdudluğu üzündən yerli
istehsalçıların gəlirləri həcminin azalması;
- büdcə münasibətlərində bütün sferanın qısa müddət
ərzində köklü surətdə yenidən qurulması, aqrar sahə
istehsalının dövlət tənzimlənməsinin yeni mexanizmi
əsasında ərzaq istehsalçılarının maliyyə itkilərinin uyğun
kompensasiyası olmadan aqrar sahəyə dövlət yardımının
mövcud formalarından imtina edilməsi.
Aqrar sahənin inkişafı və səmərəliliyinin yüksəldilməsi
baxımından investisiyalann rolu özünü başlıca olaraq iki
aspektdə göstərir:
1. Əsas kapital investisiyalarının həyata keçirilməsi
əsasında aqrar istehsalın maddi - texniki resurslarla
təminatının möhkəmləndirilməsi. Burada kənd təsərrüfatı və
sənaye məhsullarının qiymətləri arasında disparitetlərin
aradan qaldırılması məqsədilə aqrar əmtəə istehsalçılarının
ödəmə qabiliyyətinin yüksəldilməsi,xüsusilə də kənd
təsərrüfatı əmtəə istehsalçılarına qısa və uzunmüddətli
güzəştlərin verilməsi tələb olunur.
2. Aqrar sahənin möhkəmləndirilməsi və əksər aqrar -
sənaye müəssisələrinin maliyyə vəziyyətinin sabitləşdiril-
məsi məqsədilə aqrar istehsalın davamlı artımı üçün əlverişli
investisiya mühitinin formalaşdırılması.
Ölkəmizdə bazar iqtisadiyyatının möhkəmləndirilməsinin
ən mühüm istiqamətlərindən biri də respublikamızın
regionlarında sahibkarlığın inkişafıdır. Bu məqsədlə
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il
tarixli “Azərbaycan Respublikası regionlarının inkişafının
Dövlət Proqramf’nda sahibkarlığın regional inkişafının 202 ««Ä
Eldar Quliyev
sürətləndirilməsi, qeyri-neft strukturunun, o cümlədən kənd
təsərrüfatının inkişafına investisiyaların yönəldilməsi xüsusi
əhəmiyyət kəsb edir. Proqramda əsas məqsəd regionlara, 0
cümlədən kənd yaşayış məntəqələrinə investisiyaların cəlb
edilməsinə nail olmaqdan ibarətdir.
Son vaxtlar xarici kapitalın ölkə iqtisadiyyatına axını
xarici investorlara marağı artırır. Bu hər şeydən əvvəl
Azərbaycanın zəngin təbii ehtiyatlarının, xammal
resurslarının olması ilə yanaşı, kifayət qədər ucuz işçi
qüvvəsinin olması, habelə ixtisaslı elmi, texniki kadr
potensialının olması, Azərbaycanın mövcud olduğu əlverişli
coğrafi mövqeyi, nəqliyyat əlaqələri və onun məhsullarını
dünya bazarına çıxara bilməsi üçün əlverişli şəraitin olması
ilə bağlıdır. Hazırda ölkəmiz dünya miqyasında xammal
resurslarını və ilkin xammal məhsullarını ixrac edən və ilk
növbədə isteh- lak tələbatını ödəmək məqsədilə nəzərdə
tutulmuş xarici yüksək texnoloji məhsul və xidmətləri idxal
edən ölkə kimi çıxış edir. Respublikamız emal sənayesinin
müxtəlif sahələrinin inkişafı üçün kifayət qədər kənd
təsərrüfatı xammal bazanna malikdir. Eyni xammalda həmin
xammal resurslarının və onlann emalına əsaslanan müəssisə
və isteh- sallann çoxu ən gəlirli və tez xərcini ödəyən hesab
olunur. Bundan başqa, Azərbaycanda xarici investisiyalann
hüquq- İannın qorunması üçün zəruri olan bütün
normativ-hüquqi aktlar qəbul olunmuşdur. İstər daxili, istərsə
də xarici inve- stisiyalarm kompleks proqramlarının
stimullaşdınimasının reallaşdınimasında investisiya
fəaliyyətinin qanunvericilik bazasının yaradılması və
təkmilləşdirilməsi üzrə zəruru təşkilati tədbirlərin həyata
keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin tədbirlər
sırasında investisiyalar, ma-
^ 203
Aqrar iqtisadiyyat
liyyə, valyuta, vergi, gömrük, tarif və qeyri - tarif
tənzimlənməsi haqqında qanunvericilik aktlannm və digər
normativ sənədlərin sabitliyi, hüquqi - normativ sənədlərdə
vaxtaşırı nəzərdə tutulan dəyişikliklər haqqında
informasiyanın mövcudluğu, investisiyaların idarəetmə
orqanlan- nın müfəssəl idarəçilik sistemi və mexanizmlərinin
olması kimi tədbirlər xüsusi seçilir. 9.3. AQRAR İQTİSADİYYATA İNVESTİSİYALARIN
CƏLBEDİCİLİYİNİN YÜKSƏLDİLMƏSİ
İnvestisiyalar - kənd təsərrüfatı müəssisələrinin iqtisadi
inkişafının əsas amillərindən biridir. Bununla əlaqədar kənd
təsərrüfatında investisiya cəlbediciliyinin yüksəldilməsi əsas
məsələlərdən biridir. Belə ki, yalnız o, investisiyaların axınını
müəyyən edir.
İnvestisiya cəlbediciliyi - bu, investorun bu və ya digər
obyektə investisiya qoymasına üstünlük yaradan
sosial-iqtisadi və təbii şəraitin məcmusudur. İnvestor dedikdə
özünün şəxsi və ya cəlb edilmiş vəsaitini investisiya
layihəsinə qoyan və onların məqsədli istifadəsini təmin edən
hüquqi və fiziki şəxs nəzərdə tutulur. İnvestor-eyni zamanda
sifarişçi, kreditor qismində, daha doğrusu, investisiya
fəaliyyətində hər hansı iştirakçının funksiyasını yerinə yetirə
bilər. Sifarişçi investorlar, həmçinin hüquqi və fiziki şəxslər,
investisiya layihəsini həyata keçirmək üçün səlahiyyət
verilmiş şəxslər ola bilər. İstifadəçi investisiya obyekti
yaratmış hüquqi və fiziki şəxsdir.
Kənd təsərrüfatında investisiya cəlbediciliyi bir çox
amillərin təsiri altında yaradılır (şəkil 12).
^ 204 «Ä
Eldar Quliyev
Şəkil 12. Kənd təsərrüfatında investisiya amillərinin
cəlbediciliyi.
İnvestisiya cəlbediciliyi müəssisənin investisiya
fəaliyyətinin aktivləşdirilməsi üçün vacib şərtdir.
İnvestisiya cəlbediciliyinin }mksəldilməsi dövlət
dəstəyinə imkan yaradır ki, o da məqsədli proqramların
maliyyə Ä» 205 “Ä
Aqrar iqtisadiyyat
ləşdirilməsi, büdcə ssudaları, subsidiyalan və kənd təsərrüfatı
məhsullarına olan xərclərin bir hissəsinin, dotasiya və
kompensasiya edilməsinə şərait yaradır.
İnvestisiya cəlbediciliyi müəyyən dərəcədə investisiyanın
səmərəliliyi ilə müəyyənləşdirilir.
Kapital qoyuluşunun iqtisadi səmərəliliyinə çoxlu amillər
təsir göstərir ki, onları da iki qrupa bölmək olar. Onlardan
birincisi təsərrüfatdan asılı olan daxili amillər, ikincisi
təsərrüfat fəaliyyətindən asılı olmayan xarici amillərdir. Kənd
təsərrüfatında kapital qoyuluşunun iqtisadi səmərəliliyinin
mövcud iqtisadi şəraitdə aşağı olması əsaslı surətdə ikinci
qrup amillərə əlavə gəlir olduğunu müəyyənləşdirir:
investisiya qiymətlərinin dəyişməsi, kreditlərə böyük faiz
dərəcələri qoyulması. Göstərilən problemləri dövlət
səviyyəsində həll etmədən kənd təsərrüfatında səmərəli
investisiyadan danışmaq reallıqdan uzaq olardı.
Kənd təsərrüfatında investisiya səmərəliliyinin
yüksəldilməsi aşağıda göstərilənlərin hesabına mümkün ola
bilər:
- təcrübədə özünü doğruldan tipik layihələrin geniş
tətbiqi. Bu, vaxta qənaət etməklə obyektin layihələşdirilməsi
xərclərinin azaldılmasına, qeyri - obyektiv layihələrin seçim
riskindən yan ötməyə imkan verir;
-obyektin tikintisi və mənimsənilməsi, vaxtın azaldılması.
Bu da tamamlanmamış obyektlərə diqqətin yayınmasına,
həmçinin xərc qoymaqla iqtisadi səmərə əldə etmək
arasındakı vaxtı azaltmağa imkan verir;
- vəsait qoymanın kompleksliyinin təmin edilməsi
(məsələn, heyvandarlıqda heyvandarlıq binalanmn, yem
sexləri tikintilərinin və əsas heyvanların yetişdirilməsi
arasında optimal uyğunluğun əldə edilməsi);
Ä*> 206 «Ä
Eldar Quliyev
- prioritet vəsaitin qoyuluşu və onlann səmərəli
istifadəsinə hesablanması. Birinci növbədə investisiyanın
fəaliyyətdə olan obyektin yenidən qurulmasına yönəldilməsi
məqsədəuyğundur. Burada çəkilmiş xərclərin qazanılması
yeni tikintiyə qoyulan xərclərdən 2-3 dəfə tez əldə edilir;
-kapital qoyuluşunun bir neçə obyektə xırdalanması
təcrübəsinə son qoymaq. İnvestisiyanın daha vacib obyektin
tikintisinə yönəldilməsi tikintinin fasiləsiz apanlmasma və
obyektin vaxtında istismara verilməsinə səbəb olur;
- elm və texnikanın nailiyyətlərindən istifadənin iqtisadi
rejiminin gözlənilməsi. Belə ki, çəyirdəkli bitkilərin
yetişdirilməsi 4 ildən sonra məhsul əldə edilməsinə imkan
verdiyi halda, toxumlu meyvələrin yetişdirilməsi yalnız 8
ildən sonra mümkündür. Xərcin əldə edilməsi birincilərdə 5-6
ilə, ikincilərdə yalnız 9-10 ilə mümkündür.
Kənd təsərrüfatında investisiya cəlbediciliyi də təbii iqlim
şəraiti ilə əlaqədardır. Onun iqtisadi səmərəliliyi istehsal və
sosial infrastrukturların mövcudluğu, vergi güzəştlərinin
verilməsi, müəssisənin maliyyə vəziyyəti ilə əlaqədardır.
Kənd təsərrüfatında investisiya axınını saxlayan
amillərdən biri də xalq təsərrüfatının digər sahələrində yüksək
qazancın olmasıdır.
9.4. MADDİ-TEXNİKİ RESURSLAR BAZARI
Maddi-texniki resurslar bazarı - mübadilə sferası olmaqla,
buraya kənd təsərrüfatını vacib istehsal vasitələri ilə təmin
edən təşkilatlar daxildir. Ona görə çox vaxt bunu istehsal
vasitələri bazarı adlandınrlar.
İstehsal vasitələri bazannm təşkilinin vacib
prinsiplərindən biri maddi - texniki təchizat bazasının birliyi;
təmir, 207
Aqrar iqtisadiyyat
qarantiya (zəmanət), qarantiyadan sonrakı xidmət və bütün
müddət ərzində ehtiyat hissələri və texnika ilə təmin etmədən
ibarət xidmətin göstərilməsidir. Texnika, avadanlıq və digər
istehsal vasitələrinin göndərilməsi, gətirilməsi bilavasitə
istehsalçı müəssisə, həmçinin bir neçə vasitəçi ilə topdansatış
bazası, diler şəbəkəsi və satıcı firma təşkilatlan vasitəsilə
həyata keçirilə bilər.
Maddi - texniki resurslar bazannm ayrılmaz
elementlərindən biri də maşın və avadanlıqlann ikinci
bazarıdır. Bir çox sahibkarlann və istehsalçılann işsiz
dayanmış maddi - texniki resurslan, ehtiyat hissələri və
avadanlıqlarının realizə edilməsi çox da böyük olmayan
qiymətə istehlakçıla- nn cəlb edilməsi və onlardan istifadənin
təşkilidir.
İstehsal vasitələrinin sərbəst realizasiyası bazann vacib
məhsullarla dolu olmasını tələb edir, mal gətirənlərin rəqabəti
şəraitində istehlakçı özünə münasib məhsulu seçmə imkanına
malik olur. Ancaq, təəssüflə qeyd etmək lazımdır ki,
maddi-texniki resurslar bazarı hələlik Azərbaycanda pis
fəaliyyət göstərir və istənilən təminat yoxdur. Bazar əsas
istehsal vasitələri ilə müəssisələri təmin etmək gücündə
olmadığı üçün əsas istehsal vasitələrinin vaxtının aktiv hissəsi
onların xidmət müddətini ötüb keçir. Müəssisələrdə
texnikanın hesabdan silinməsi onların daxilolmalarını bir
neçə dəfə ötür. İslahatlar dövründə praktiki olaraq kənd
təsərrüfatını resurslarla dövlət fondu hesabına təmin etmək
qaydası dağıdılmışdır. Eyni zamanda istehsalçılarla məhsul
istehlakçıları arasında üfıqi əlaqələrin yaradılması da, demək
olar ki, aradan götürülmüşdür. Əksinə, mal göndərənlərlə
istehlakçılar arasında əsaslı surətdə, həcmdə, no-
menklaturada, keyfiyyətdə, göndərmə vaxtı və məhsulun Ä» 208
Eldar Quliyev
qiymətində və s. məsələlərdə amirlik əmələ gəlmişdir. Maddi
- texniki bazarın normal fəaliyyəti üçün lazım olan
müəssisələrin ticarət təşkilatlan və mal göndərənlərin rəqabəti
tamam aradan çıxmışdır.
Mərkəzləşdirilmiş şəkildə resursların fondlar və limitlərlə
təqdim edilməsinin dağılması istehsal vasitələri baza- nnm
yaranması və fəaliyyət göstərməsi üçün heç bir şərait
yaratmadı. Resurs istehsal edən inhisarçı müəssisələr bundan
istifadə edərək sərbəst şəkildə məhsullann qiymətlərinin
artınimasma, tələbin azalmasına və məhsul istehsalının
həcmini azaltmağa nail oldular. Maddi-texniki resursların
təqdim edilməsinin azaldılması öz növbəsində kənd
təsərrüfatı məhsul istehsalçılarının ödəmə qabiliyyətlərinin
aşağı düşməsinə səbəb olmaqla nəticədə, sənaye və kənd
təsərrüfatı məhsulları arasında qiymət disporitetinin
yaranmasına səbəb olmuşdur.
Mövcud olan bu şəraitdə əksər məhsul istehsalçıları
istehsal vasitələri əldə etmək iqtidannda deyillər.
Kənd təsərrüfatı məhsul istehsalçılarının ödəmə
qabiliyyətlərinin aşağı olması, istehsal vasitələrinin
qiymətlərinin kəskin artması kənd təsərrüfatının maddi
resurslarla təmin olunmasına imkan vermir. Qiymətlərin
artması kənd təsərrüfatı məhsul istehsalçılarını maddi
resursları az almağa sövq etmişdir. Əvvəldə qeyd edildiyi
kimi, əsas vəsaitlərin əldə edilməsində müasir şəraitdə
investisiyalar böyük əhəmiyyət kəsb edir. İnvestisiyaların
yönəldilmə istiqamətinə görə iki növü vardır: real və maliyyə.
Maliyyə investisiyaları - maliyyə alətlərinə, yəni qiymətli
kağızlara və bank depozitlərinə yönəldilən vəsaitdir.
209 “Ä
“ Aqrar iqtisadiyyat
Real investisiyalar - maddi istehsal ehtiyatlarının artımı,
əsas fondların təkrar istehsalı məqsədlərilə kapital
qoyuluşlarıdır. Kapital qoyuluşu hesabına həm yararsız
vəziyyətə düşmüş əsas fondlar bərpa olunur, həm də təkrar
istehsalın genişləndirilməsi üçün əlavə əmək vasitələri alınır.
Aqrar sahə müəssisələrinin istehsal vasitələri ilə
təchizatında lizinq böyük rol oynayır. Lizinq binaların,
qurğuların, güc maşınlarının, avadanlıqların, hesablayıcı
texnikanın, nəqliyyat vasitələrinin, alətlərin, istehsal və
təsərrüfat inventarları, işçi və məhsuldar qaramalın, çoxillik
bitkilərin və digər əsas vasitələrin orta və uzunmüddətli
(Azərbaycan qanunvericiliyinə əsasən 6 aydan 5-6 ilə qədər)
onların sonradan alınması imkanını nəzərdə tutan icarədir.
Müqavilənin müddəti bitdikdən sonra icraçı əmlakı lizinq
şirkətinə qaytanr, müqavilənin müddətini uzadır (yəni
müqavilə bağlayır), yaxud əmlakı qalıq dəyəri əsasında satın
alır.
Lizinq ilə adi icarə arasında ciddi fərq var. İcarə əmlakı- n
müvəqqəti olaraq başqa şəxsə (icarəçiyə) verilməsidir. İcarə
ikitərəfli razılaşmanı təmsil edir və bu zaman icarəçinin
istifadə etdiyi əmlakdan gəlir əldə edir. Lizinq əsas icarəyə
verilən əmlakı ya özü istehsal etməli, yaxud yalnız bu
məqsədlə onu almalıdır. Artıq mülkiyyətdə olan texnika,
avadanlıq və s. istifadəyə verildiyi zaman yaranmış hüquqi
münasibət icarə şəklində özünü büruzə verir. Aqrar bölmənin
qarşısında duran əsas vəzifə kənd təsərrüfatı məhsullan
istehsalının maddi - texniki təchizatını yaxşılaşdırmaq,
keyfiyyətli məhsul yetişdirmək və onun itkisiz yığımını təmin
etməkdir. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü
il 2 fevral tarixli Fərmanı ilə təsdiq
Ä» 210 «*dv
Eldar Quliyev
edilmiş “Azərbaycan Respublikasının regionlarının sosial
iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda
bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Həmin
proqramın ən mühüm vəzifələrindən biri regionlarda,
xüsusilə, dağ və dağətəyi rayonlarda fermer təsərrüfatlan- na
xidmət göstərmək məqsədilə müasir kənd təsərrüfatı
texnikası ilə təmin olunmuş servis mərkəzlərinin
yaradılmasıdır. Hər aqrotexniki servisin yaradılmasına
650-750 mln. manat məbləğində güzəştli kreditlərin verilməsi
nəzərdə tutulmuşdur. Həmin kreditlər üçün vasitələr həm
daxili, həm xarici mənbələr hesabına ayrıla bilər. Beynəlxaq
təşkilatlann maliyyə strukturlarında və xarici ölkələrdən daxil
olan vasitələrin həmin problemin həllinə yönəldilməsinin
təmin edilməsi də nəzərdə tutulmuşdur.
Aqrar sahədə texnika ilə təchizat məsələlərini çevik
şəkildə həll etmək və dövlət proqramında nəzərdə tutulan
tədbirlərin icrasını sürətləndirmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti 23 oktyabr 2004-cü il tarixində
“Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə
tədbirlər haqqında” Sərəncam vermişdir. Həmin sərəncama
əsasən səhmlərinin 100%-i dövlətə məxsus olan “Aq-
rolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. “Aqrolizinq”
ASC dövlət büdcəsindən ayrılan vəsait hesabına alman kənd
təsərrüfatı texnikasının lizinq yolu ilə hüquqi və fiziki
şəxslərə icarəyə verilməsini, yaxud satın alınmasını həyata
keçirir. Müəssisənin dörd regional bölməsinin yaradılması da
nəzərdə tutulmuşdur. Bundan əlavə, lizinq müqaviləsinin
obyekti kimi qanunvericilikdə müəyyənləşdirilmiş təsnifat
üzrə əsas vəsaitə aid daşman avadanlıqlar daxili gömrük
rüsumundan və idxal zamanı ƏDV-dən azad
^ 211 «Ä
Aqrar iqtisadiyyat
olunur. Fermerlər üçün kredit vasitəsilə müasir texnikanı əldə
etmək imkanlannm yaradılması kənd təsərrüfatında böyük
iqtisadi canlanmaya səbəb olmuşdur. Kənd təsərrüfatının
zəruri mineral gübrələr və müxtəlif kimyəvi vasitələrlə təmin
edilməsi üzrə səhmdar cəmiyyətin xüsusi rolu var.
YOXLAMA SUALLARI
1. İnvestisiya dedikdə nə başa düşürük?
2. İnvestisiyalar necə bölünür?
3. Kapital qoyuluşunun texnoloji, təkrar istehsal və sahə
strukturunu xarakterizə edin.
4. İnvestisiyanın maliyyə mənbələri hansılardır?
5. Kənd təsərrüfatında investisiya qoyuluşuna hansı amillər
mane olur?
6. Kapital qoyuluşunun səmərəliliyi dedikdə nə başa
düşülür?
7. Kapital qoyuluşunun səmərəliliyinin hesablanması qay-
dalannı göstərin.
8. Kapital qoyuluşunun səmərəliliyini hansı göstəricilərlə
xarakterizə etmək olar?
9. “İnvestisiya cəlbediciliyi” nə deməkdir?
10. Kənd təsərrüfatına investisiya cəlbediciliyinin amillərini
sayın.
11. Kənd təsərrüfatında kapital qoyuluşunun səmərəliliyinin
qaldınimasınm əsas yollan hansılardır?
12. Maddi-texniki resurslar bazanm xarakterizə edin.
Ä» 212
Eldar Quliyev
III BÖLMƏ
AQRAR İQTİSADİYYATDA İSTEHSALIN
İNTENSİVLƏŞDİRİLMƏSİ VƏ ƏMƏYİN
İCTİMAİ BÖLGÜSÜ
MÖVZU 10. AQRAR İQTİSADİYYATIN İNTENSİVLƏŞDİRİLMƏSİ
10.1. İNTENSİVLƏŞDİRMƏNİN İQTİSADİ MAHİYYƏTİ
Aqrar iqtisadiyyat iki formada inkişaf edə bilər: eksten-
siv və intensiv. Ekstensiv inkişaf dedikdə elə bir inkişaf
forması başa düşülür ki, burada məhsul istehsalının artımı
becərilən torpaq sahələrinin genişləndirilməsi, təbii otlaq
sahələrinin genişləndirilməsi və torpaqlann təbii
məhsuldarlığından istifadə ilə əldə edilir.
İntensiv inkişaf forması dedikdə məhsul istehsalının
artımına becərilən torpaqların yaxşılaşdırılması, elmi-texniki
tərəqqinin qabaqcıl nailiyyətlərinin tətbiqi, istehsal
vasitələrinin təkmilləşdirilməsi nəticəsində nail olmaq
anlaşılır.
Ekstensiv inkişaf forması zamanı təsərrüfat dövriyyəsinə
torpaqlar dəyişilmədən və ya çox az şəkildə intensivləşmiş
formada verilir və onların sahəsi genişləndirilir, istehsal
vasitələri olduğu kimi dəyişilməz qalır, işə çoxlu əmək, işçi
qüvvəsi cəlb edilir və istehsal vasitələri böyük əraziyə xidmət
edir. Bununla belə yığımlar torpaqlann keyfiyyətinin
yaxşılaşdırılmasına yönəldilmir, bütün cəhd kənd təsərrüfatı
istehsalı ərazilərinin genişləndirilməsinə yönəldilir.
İntensiv inkişaf formasında əmək kütləsi artır və istehsal
vasitələri əvvəlki ərazidə, sahədə fəaliyyət göstərir, torpağm
məhsuldarlığma təsir edən daha səmərəli vasitələrdən istifa
Ä» 213 «Ä
Aqrar iqtisadiyyat
də edilir. İqtisadi məhsuldarlıq hesabına məhsul istehsalının
artımına nail olunur. Torpağm məhsuldarlığına daha səmərəli
təsir edə bilən istehsal vasitələrindən istifadə edilməsi,
əvvəlki sahələrdə onlann digər qaydalarla istifadə edilməsi
nəticəsində həmin ərazidən daha çox məhsul alınır.
Kənd təsərrüfatının intensiv və ekstensiv inkişaf forması
arasında fərqlərin olmasına baxmayaraq onlar bir - birini
inkar etmirlər. Onlar bir - birini əvəz edə bilərlər, bunlardan
hər biri üstünlük qazana bilər. Belə ki, hazırkı vaxtda münasib
şərait - sərbəst torpaqların olması, əlavə xərclərin qoyulması
imkanları, məhsula tələb, istehsalın səmərəliliyi və s.
ekstensiv inkişaf forması özünü doğrulda bilər. Nəzərə almaq
lazımdır ki, ekstensiv forma istehsalın qeyri - səmərəli
aparılması üçün sinonim deyildir. Bununla belə, bir çox
dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, kənd
təsərrüfatının daha perspektivli əsas inkişaf istiqaməti onun
intensivləşdirilməsidir.
Kənd təsərrüfatının intensivləşdirilməsi - sahənin elmi -
texniki inqilabın əsasında təkmilləşdirilmə yolu ilə həyata
keçirilən vahid ərazidən məhsul hasilatını artırmaq, əmək
məhsuldarlığının yüksəldilməsi və vahid məhsul istehsalına
xərclərin azaldılmasına yönəldilmiş geniş təkrar istehsalıdır.
Kənd təsərrüfatının intensivləşdirilməsinin obyektiv
zəminləri aşağıdakılardır:
- kənd təsərrüfatı istifadəsində yararlı torpaqlann
məhdudluğu;
- məhsuldar qüvvələrin inkişafı, torpağı becərən
vasitələrin və avadanlığın təkmilləşməsi;
- əməyin ictimai bölgüsü;
^ 214 «xÄ
Eldar Quliyev
- şəhər əhalisinin artması, kənd təsərrüfatı məhsullanna
tələbatın artması.
Torpaqların ekstensiv mənimsənilməsi intensivləşdir-
məni kənarlaşdırmır və bunun vacibliyi iki situasiyada
meydana çıxır:
Birincisi, kənd təsərrüfatı məhsullanna artan tələbatı ancaq
intensifikasiya hesabına ödəmək mümkün olmadıqda;
İkincisi, əgər əkin sahələrinin genişləndirilməsi cari
xərclərin bərabər kapital qoyuluşu ilə intensivləşməyə
nisbətən çox məhsul əldə etməyə imkan verirsə mümkündür.
Kənd təsərrüfatında intensivləşdirmənin istiqamətini
müəyyən edərkən onun üçün mövcud olan üç qarşılıqlı
əlaqəni nəzərə almaq lazımdır; xərclər - torpaq - məhsul.
Beləliklə, intensivləşdirmə ətraf mühitə mənfi təsir edə bilər,
ona görə də onun həyata keçirilməsində vacib şərt - ekoloji
cəhətdən müvəffəqiyyətli olmasıdır.
Kənd təsərrüfatında intensivləşdirilmənin iqtisadi
mahiyyəti eyni torpaq sahəsində əlavə müddi vəsaitlər, bəzən
də canlı qüvvə qoymaqla məhsul istehsalının həcmini
artırmaq, eyni zamanda torpağın iqtisadi məhsuldarlığını
yüksəltmək məqsədilə istehsala təkmilləşdirilmiş müasir
texnika və texnologiyanın tətbiqidir.
İntensiv inkişaf istehsalın keyfiyyətcə təkmilləşdirilməsi,
yenidən qurulması, elmin və texnikanın nailiyyətlərinin tətbiq
edilməsi əsasında məhsul istehsalının artmasıdır.
Deməli, geniş təkrar istehsal prosesində sahə vahidinə
vəsait qoyuluşunun artımı ilə yanaşı onun tərkibinin və tətbiqi
mexanizminin təkmilləşdirilməsinin elə formasını nəzərdə
tutur ki, vahid istehsal sahəsindən məhsul çıxımının artımı
cəmiyyət üçün sərfəli olsun.
^ 215
Aqrar iqtisadiyyat
İntensifıkasiya prosesinin gedişində maddi resurslann
sərfi artır (maddiləşmiş əmək), ancaq canlı əmək azalır,
ümumilikdə məhsul vahidinə maddiləşmiş və canlı əmək
azalır.
İntensivləşmə prosesi yalnız vəsait qoyuluşunun artınl-
ması kimi birtərəfli qaydada deyil, həm də onun ehtiyac
olduğu konkret şəraitin tələbləri baxımından əsaslandınimış,
düşünülmüş formada aparılmasıdır. İntensivləşmə prosesində
vəsait qoyuluşunun artıniması hesabına yeni resursların cəlb
olunmasına daha çox meyil göstərmək əvəzinə, mövcud
resurslardan daha təkmilləşmiş formada istifadəyə diqqət
artırılmalı, elm və texnikanın son nailiyyətlərindən, daha
məhsuldar bitki sortları və heyvan cinslərindən, geniş
imkanlara malik maşın və mexanizmlərdən, qabaqcıl
texnologiyadan, istehsalın təşkili və aparılması
formalanndan, xammalın tədarükü, emalı, saxlanılmasının
təşkilinin mütərəqqi formalarından istifadə edilməlidir.
İntensivləşdirmə mürəkkəb və çoxsahəli bir proses kimi
müəyyən məkan və zaman şəraitində ölkənin və konkret
sahənin iqtisadiyyatının inkişaf səviyyəsindən asılıdır. Belə
ki, bu və ya digər sahənin inkişafı əvvəlcə vəsait qoyuluşunun
təmərküzləşməsi prosesi ilə başlayır, getdikcə kəmiyyət
dəyişiklikləri müsbət keyfiyyət dəyişikliklərinə keçir, inkişaf
müəyyən ardıcıllıqla təmin olunduğu üçün intensivləşmə
prosesi də ardıcıl xarakter daşıyır. Ümumiyyətlə, aqrar sahədə
istehsalın intensivləşməsi konkret istehsal sahəsində geniş
təkrar istehsalın elə formasıdır ki, istehsal vasitələrinin
təmərküzləşməsi və keyfiyyətcə təkmilləşməsi qabaqcıl
texnologiyanın və əməyin təşkilinin mütərəqqi formalannm
tətbiq edilməsi əsasında məhsul istehsalının artırılmasına və
ucuzlaşdınimasına imkan verir.
Ä® 216 «Ä
Eldar Quliyev
İntensivləşmə geniş təkrar istehsalın forması kimi elmi -
texniki tərəqqinin nailiyyətlərinə və istehsalın bütün
amillərinin təkmilləşdirilməsinə əsaslanır.
İntensivləşdirmə elmi - texniki tərəqqinin nailiyyətlərini
maksimum mənimsəməklə məhsuldar qüvvələrin daim
inkişafı, nisbətən sadə sistemdən daha mürəkkəb sistemə
keçən obyektiv və dinamik bir prosesdir. Bu, yeni texnika,
texnologiya, yüksək məhsuldar sortlar, yüksək ixtisaslı işçi
qüvvəsindən istifadəni, mütərəqqi idarəetmə formalannı,
əməyin təşkili və ödənilməsini mənimsəməklə baş verən
fasiləsiz bir prosesdir.
10.2. KƏND TƏSƏRRÜFATI İSTEHSALININ
İNTENSİVLƏŞDİRİLMƏSİNİN GÖSTƏRİCİLƏRİ
Kənd təsərrüfatında intensivləşdirməyə iki spektrdə
baxılır: istehsalın intensivləşmə səviyyəsi və
intensivləşmənin iqtisadi səmərəliliyi.
Kənd təsərrüfatı istehsalında intensivləşmənin səviyyəsi
eyni torpaq sahəsində istehsal və əmək vasitələrinin
cəmlənmə dərəcəsini müəyyən etmək üçün adətən müqayisə
nəticəsində müəyyənləşdirilən nisbi göstəricilər vasitəsilə
xarakterizə olunur. Müəssisələrin birinin digərinə nisbətən
intensivlik səviyyəsinin 3diksək və aşağı olması haqqında
nəticəyə gəlmək olar. İntensivləşmənin səviyyəsini əks
etdirən göstəricilər müəyyənləşdirilir. Göstəricilər ümumi və
xüsusi təyinatlı olmaqla dəyər və natura ifadələrilə
səciyyələnir. Ümumi göstəricilərdən bütövlükdə müəssisə
üzrə, xüsusi göstəricilərdən isə müəssisənin ayrı - ayrı
sahələri üzrə intensivləşmə səviyyəsini müəyyən etməkdə
istifadə olunur. Göstəricilər müəyyənləşdirildikdə vəsait
217 «Ä
Aqrar iqtisadiyyat
qoyuluşu, əmək sərfi sahə vahidi ilə müxtəlif variantlarda
müqayisə olunur.
Kənd təsərrüfatı istehsalının intensivləşmə səviyyəsinin
əsas göstəricilərinə aşağıdakılar aiddir:
1. Kənd təsərrüfatı xərclərinin ümumi miqdarı (əsas
kənd təsərrüfatı istehsalı fondlarının dəyəri və cari istehsal
xərclərinin amortizasiyasız) bir hektar torpaq sahəsinə he-
sablanır: i ç _ ƏFD+CIX (amortizasiyasız)
torpaq sahəsi ha (k/t yararlı sahə,əkin yeri) ’
2. Kənd təsərrüfatına yararlı ha sahə vahidinə düşən
istehsal fondlarının dəyəri (əsas və dövriyyə), man: i ç _ əsas fond.dövriyyƏ (min man.)
torpaq sahəsi ha (k/t yararlı sahəY
3. 1 ha torpaq sahəsinə hesablanmış kənd təsərrüfatı tə-
yinatlı əsas istehsal vəsaitlərinin dəyəri:
İŞ = əsaslı vəs.dəy.(min man.)
torpaq sahəsi ha (k/t yararlı sahəY
4. 1 vahid torpaq sahəsinə düşən cari istehsal xərcləri: i ç _ cari isteh.xərc.(minman.)
torpaq sahəsi ha (k/t yararlı sahəY Verilən
göstəricilər ümumilikdə kənd təsərrüfatının intensivliyini
xarakterizə edir. İnflyasiya şəraitində istehsalın
intensivləşmə səviyyəsinin obyektiv qiymətləndirilməsi üçün
intensivləşmənin faktiki və normativ göstəricilərini müqayisə
etmək lazımdır.
Kənd təsərrüfatı istehsalının intensivləşmə əmsalı bu, kənd təsərrüfatının faktiki intensivləşdirmə səviyyəsinin F,-
normativ səviyyəyə N5 nisbətidir.
İ =^-
Ä» 218 “Ä
Eldar Quliyev
Bitkiçilikdə intensivləşmə səviyyəsini müəyyən etmək
üçün aşağıdakı göstəricilərdən istifadə edilir:
1. Bitkiçilikdə 1 ha şuma hesablanmış ümumi xərclər;
2. Bitkiçilikdə 1 ha şuma hesablanmış istehsal fondlan-
nm dəyəri;
3. Bitkiçilikdə 1 ha şuma hesablanmış cari istehsal
xərcləri;
4. Enerji ilə təminat -1 ha şuma və ya əkin yerinə hesa-
bilə energetik resursların həcmi;
5. İstifadə edilən gübrənin həcmi (mineral və üzvi) 1 ha
şuma;
6. Mexanikləşdirilmiş işlərin tutumluluğu - mexanikləş-
dirilmiş işlərin həcmi 1 ha şuma hesabı ilə.
Heyvandarlıqda intensivləşmə səviyyəsinin göstəriciləri:
1. Heyvandarlıqda istehsal fondlarının dəyəri bir şərti baş
hesabı ilə;
2. Heyvandarlıqda ümumi xərclər bir şərti heyvan baş
hesabı ilə;
3. Heyvandarlıqda cari istehsal xərcləri bir şərti başa və
ya bir baş naxır heyvanına;
4. Bir heyvana yem istifadəsi;
5. İstehsal proseslərinin mexanikləşdirilmə səviyyəsi;
6. Ümumi heyvanlann içərisində cins heyvanlann xüsusi
çəkisi.
Əgər istehsal vəsaitlərinin sferada cəmlənməsi çoxalırsa,
intensivliyin səviyyəsi, hər hektardan məhsul istehsalı,
bununla birlikdə hər hektar faydalı vahidə əmək və vəsait
sərfi azalırsa bu intensivləşmənin səmərəliliyinin sübutudur.
İntensivləşmənin iqtisadi səmərəliliyi əldə edilmiş nəticə
(səmərə) və xərcləri və ya onu yaradan resursların nisbətini
əks etdirir. Səmərənin nisbətindən və xərclərin (re-
Ä« 219 "»dv
Aqrar iqtisadiyyat
surslann) nisbətindən asılı olaraq kənd təsərrüfatında
intensivləşmə üç variantda dəyişir: istehsalın intensivləşməsi
ilə əlaqədar əlavə səmərə əlavə xərclərin artmasına səbəb
olur, səmərə artır və qoyulmuş vəsait geniş təkrar istehsalı
təmin edir; əlavə xərclər ancaq səmərəyə bərabərdir -
səmərəlilik yenə əvvəlki yerində qalıbsa sadə təkrar
istehsaldır; əlavə səmərə, əlavə xərclərdən azaddır - xərc
qoyumunun səmərəliliyi aşağı düşür və intensivləşmənin
səmərəsiz olduğu hiss olunur.Kənd təsərrüfatı istehsalının
intensivləşməsinin iqtisadi səmərəliliyi aşağıdakı göstərici
sistemi ilə xarakterizə edilir:
- ümumi məhsulun həcmi (ümumi və təmiz gəlir) 1 man
ümumi xərc, 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1
man., əsas istehsal fondlarının 1 man. istehsal xərcləri, bir işçi
və bir nəfər saat;
- kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı;
- heyvanların məhsuldarlığı;
- hər məhsul vahidinin maya dəyəri;
- hər bir ha şuma və 1 baş heyvana, hesabla;
- istehsalın rentabellik səviyyəsi;
- əlavə xərclərin əldə edilməsi-ümumi məhsul istehsalmın
intensivləşdirilməsinə əlavə xərclərə artımın faiz nisbəti;
-intensivləşmənin iqtisadi səmərəsi aşağıdakı düsturla
hesablanır:
İs = GA • S və ya İs = GA^ • //5
Burada, - iqtisadi səmərə;
GA- gəlirin 1 hektar əkinə artımı (1 baş heyvana) man;
S - əkin sahəsi, ha;
Hb- heyvan baş.
220 «dV
Eldar Quliyev
İntensivləşmənin rentabellik səviyyəsi özündə
intensivləşmədən iqtisadi səmərənin əlavə xərclərə faizlə
münasibətini əks etdirir (şəkil 13).
Şəkil 13. İntensivləşmənin iqtisadi səmərəlilik güstəriciləri.
Kənd təsərrüfatında iqtisadi səmərəlilik əhəmiyyətli
dərəcədə istehsalın intensivlik dərəcəsindən asılıdır. Belə
ənənə nəzərə çarpır ki, kənd təsərrüfatında intensivliyin
düşməsilə onun dəyər göstəriciləri kəskin artır. Dəyər
göstəricilərinin artması əsas istehsal fondlannm bir neçə dəfə
təkrar qiymətləndirilməsi, materiallann və digər istehsal
Ä» 221
■ Aqrar iqtisadiyyat
vasitələrinin qiymətlərinin artması və əmək haqlannm
yüksəldilməsi ilə əlaqələndirilir. Kənd təsərrüfatının in-
tensivləşdirilməsinin başlıca istiqamətlərindən biri aqrar
bölmənin sənayeləşdirilməsidir. İstehsalın kompleks mexa-
nikləşdirilməsi və daha çox nəzərəçarpacaq dərəcədə av-
tomatlaşdınlması, sənaye üsullannm geniş tətbiqi əsasında
kənd təsərrüfatı məhsulları istehsalına əlverişsiz iqlim
amillərinin mənfi təsiri tədricən azalır. Nəticədə istehsal daha
münasib formada intensiv əsaslarla idarə olunur.
İstixanalarda, heyvandarlıq komplekslərində məhsul istehsalı
iqlim amillərindən az asılı olduğu üçün istehsalı )diksək
səviyyədə mexanikləşdirmək və avtomatlaşdırmaqla sənaye
əsasına keçmək mümkündür.
İntensivləşdirmə istiqamətlərindən biri də onun hərtərəfli
kimyalaşdırılmasıdır. Mineral və üzvi gübrələrin, boy
maddələrinin geniş tətbiq olunması sənayenin yüksək
məhsuldarlığa nail olmasından ibarətdir.
İntensivləşmənin əsas vasitələrindən biri və vacibi
torpaqların meliorasiyasıdır. Bizim respublikaya xas olan
torpaqların şoranlaşma və şorakətləşməsi, eroziya
proseslərinin qarşısının alınmasıdır.
Müasir dövrdə idarəetmə proseslərinin təkmilləşdirilməsi
intensivləşmənin sürətini artıran və istehsalın səmərəliliyini
yüksəldən vasitələrdən biridir. Burada, söhbət qoyulmuş əsas
vəsaitlərdən düzgün və səmərəli istifadə edilməsinin çox
vacib əhəmiyyətindən gedir. Şübhəsiz ki, intensivləşmədə
yeni mütərəqqi texnologiyanın daha yaxşı mühitə davamlı,
məhsuldar bitki və heyvan cinslərinin yetişdirilməsi və
istfadəsi mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı
qeyd etməliyik ki, aqrar sahənin da- ^ 222 «»Ä
Eldar Quliyev
ha səmərəli və intensiv inkişafı elmin nailiyyətlərindən
düzgün və məqsədəuyğun istifadə edilməsidir.
10.3. İSTEHSALIN İNTENSİVLƏŞDİRİLMƏ AMİLLƏRİ
İstehsalın intensivləşdirilmə amillərini üç qrupda
birləşdirmək olar:
Birinci qrup amillər kənd təsərrüfatı bitkilərinin boy
artımı və məhsuldarlığınm sabitliyini, bioloji potensialdan
istifadə edərək heyvanlann məhsuldarlığınm artınimasım
müəyyən edir. Mövcud qrupda əkinçiliyə aiddir: gübrələrin
tətbiqi, aqrotexniki üsullarm təkmilləşdirilməsi, bitkilərin
yeni, yüksək məhsuldar sortlannm istifadəsi, toxumçuluğun
təkmilləşdirilməsi və s.; heyvandarlıqda- yem bazasının
möhkəmləndirilməsi, damazlıq və baytarlıq işləri,
heyvanlann saxlamima şəraitlərinin yaxşılaşdıniması və
digərləri.
İkinci qrup amillər kənd təsərrüfatı bitkilərinin
yetişdirilməsi və heyvanlann saxlanılmasma əmək sərfinin
azaldılmasını təmin etməkdir. Bunlara kənd təsərrüfatı
istehsalımn kompleks mexanikləşdirilməsi və
elektrikləşdirilməsi, əməyin təşkili və ödənilməsinin
təkmilləşdirilməsi aid edilir.
Üçüncü qrup amillər istehsal resurslanndan (torpaq,
maddi və əmək) səmərəli istifadə edilməsi, həmçinin elmi -
texniki tərəqqinin nailiyyətlərinin tətbiqinin sürətləndirilməsi
üçün əlverişli şərait yaradır. Bunlar ixtisaslaşmanın
dərinləşməsi, kənd təsərrüfatı istehsalının təkmilləşdirilməsi
və kooperativləşdirilməsi, sahibkarlıq forma və təsər-
rüfatçılığmm təkmilləşdirilməsi, iqtisadi fəaliyyət
mexanizminin, işçilərin əmək və istirahət şəraitinin
yaxşılaşdırılmasından ibarətdir. ^ 223 »Ä
" Aqrar iqtisadiyyat
Bütün istehsal prosesləri üçün istehsal amilləri və istehsal
məhsullarının həcmi arasında əlaqə xarakterikdir, çünki
onların müsbət və mənfi təsirlərini hiss edirlər. Məhsul çıxımı
müəyyən dərəcədə intensivləşmə amillərindən asılıdır. Kənd
təsərrüfatının intensivləşdirilməsi təkcə resurslann
kəmiyyətinin artmlması hesabına deyil, hər şeydən əvvəl
onlardan daha səmərəli istifadə edilməsi ilə həyata
keçirilməlidir. Onlar maddi, əmək və torpaq resurslanndan
daha gərgin məhsuldar fəaliyyət göstərilməsinə, istehsala sərf
edilən xərclərə nisbətən məhsul istehsalı həcminin
qabaqlayıcı templə irəliləməsinə şərait yaradır. Bunlarla
əlaqədar müasir mərhələdə kənd təsərrüfatının
intensivləşdirilməsi- nin əsas istiqaməti məhsul istehsalında
intensiv, resurslara qənaət edən texnologiyadan istifadədir.
Resurslara qənaət texnologiyası, əməyə birbaşa qənaət,
məhsulun material tu- tumluluğu, istehsal proseslərinin,
torpaq resurslarmın işlənməsi zamanı ekoloji normalann
gözlənilməsinə, maksimal məhsul və gəlir əldə edilməsinə
yönəldilməsidir. Şübhəsiz ki, belə texnologiyanın tətbiq
edilməsi, lazımi qədər maşın sistemlərinin və ixtisaslı
kadrlann olmasıdır.
Əkinçilikdə texnologiyanın təkmilləşdirilməsinin əsas
istiqamətləri:
- bitkilərin optimal miqdarda gübrələr verilməklə qida-
landırılması;
- kənd təsərrüfatında ən yüksək məhsuldar bitki sortla-
rmdan istifadə;
- torpaq və texnikadan səmərəli istifadəyə imkan verən
bitkilərin yerləşdirilməsinin rasional sxemindən istifadə;
- kombinə olunmuş aqreqatlardan istifadə etməklə (səpin
və gübrələri və s.) aqrotexniki işlərin miqdannı azaltmaq;
^ 224 «Ä
Eldar Quliyev
- texnoloji əməliyyatlann öz vaxtında yerinə yetirilməsi,
(taxıl bitkilərinin yığımı, sahələrdən küləşin yığılması və s.);
- əməyin mobil və stasionar proseslər arasında optimal
bölünməsi, bir çox işləri stasionar yerinə yetirməyə keçirmək
(taxılın tam emalı, almanın əmtəə emalı və s.);
- maddi, əmək və maliyyə resurslarından səmərəli istifadə.
Bu göstərilən istiqamətlərdən kənd təsərrüfatı bitkilərinin
yetişdirilməsində intensiv resurs qoruyucu texnologiyalardan
daha dolğun istifadə olunur. Aparılmış hesablamalar göstərir
ki, kənd təsərrüfatının müxtəlif təsərrüfatlarının re-
sursqoruyucu texnologiyaya keçməsi istilik və sürtgü
materiallarının, mineral gübrələrin, bitki mühafizəsi
vasitələrinin, toxum, amortizasiya və cari təmirə olan
xərclərin on faiz azaldılmasına səbəb olmuşdur. Bununla
belə, qeyd etmək lazımdır ki, bütün kənd təsərrüfatı bitkiləri
üçün belə texnologiya mövcud deyildir. Bəzi bitkilər üçün
(tərəvəz, meyvə və digər) bir sıra ayrıca aqrotexniki üsullar
yerinə yetirilməsində resursqoruyucu avadanlıqlar
işlənilmişdir. Onlann tətbiqi məhsulun material
tutumluluğunu aşağı salır.
Eyni həcm material və əmək sərfi ilə əlavə xərclər cəlb
etmədən, resurslardan qənaətlə istifadə edilməsi kənd
təsərrüfatı məhsullan istehsalının nəzərəçarpacaq dərəcədə
yüksəldilməsinə imkan yaradır. Heyvandarlıqda
texnologiyanın təkmilləşdirilməsi aşağıdakı istiqamətlərdə
aparılır:
- istehsalın arasıkəsilməz axın şəklində getməsi, ritmlik və
sinxronluğu (süd istehsalının sex texnologiyası ilə
arasıkəsilməz apaniması, cavan heyvanların intensiv
texnologiya əsasında yetişdirilməsi, yemləndirilməsi);
- yemlərin və alınan məhsulun standartlılığı;
Ä» 225 «1^
" Aqrar iqtisadiyyat
- istehsalın sənaye əsaslarına keçirilməsi;
- istehsal resurslarından qənaətlə istifadə.
Südçülük heyvandarlığında süd istehsalı qabaqcıl
konveyer sex texnologiyası əsasında yerinə yetirilir. Bu hey-
vanlann fizioloji və məhsuldarlıq vəziyyətləri nəzərə alınaraq
ayrıca qrup şəklində saxlanılmaya əsaslanır. Bütün heyvanlar
onların fizioloji xüsusiyyətləri nəzərə alınaraq dörd qrupda
yerləşdirilir: qısır heyvanlar, yəni südü qurumağa başlayan,
buzovlama dövründə olanlar, sağlam və mayalandırılmalı
heyvanlar. Bu texnologiyanı tətbiq edən təsərrüfatların
təcrübəsi göstərir ki, bu üsulla hər inəkdən 300-500 kq. artıq
süd almaq mümkündür.
Kənd təsərrüfatının intensivləşdirilməsinin digər
istiqaməti - kompleks mexanizasiyadır. Kənd təsərrüfatı -
xalq təsərrüfatının ən əmək tutumlu sahəsidir. Və digər xalq
təsərrüfatı sahələri ilə müqayisədə burada istehsal prosesləri
ən aşağı səviyyədə mexanikləşdirilmədir. Bununla belə kənd
təsərrüfatı istehsalının mexanikləşdirilməsini kənd təsərrüfatı
maşınlan və traktor parklannm sayı ilə mühakimə etmək
olmaz. Kənd təsərrüfatına elə texnika lazımdır ki, təkcə
kollektiv istehsalın deyil, həmçinin fermer və kooperativ
təsərrüfatlannm da müasir tələblərinə cavab verə bilsin.
Kənd təsərrüfatında istehsal proseslərinin mexanizasiya
səviyyəsinin yüksəldilməsi, əmək məhsuldarlığının
yüksəldilməsinə, bütün material resurslarından istifadənin
yax- şılaşdınlmasma şərait yaradacaqdır.
Kənd təsərrüfatının intensivləşdirilməsinin bir istiqaməti
də kimyalaşdırmadır. Kimyəvi maddələrdən istifadə kənd
təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığının
Ä» 226 “Ä
Eldar Quliyev
yüksəldilməsinə, məhsulun keyfiyyətinin yaxşılaşmasına,
əməyə qənaət və məhsuldarlığm artımına şərait yaradır.
Kənd təsərrüfatının kimyalaşdırılmasmm aşağıdakı
istiqamətlərini ayırırlar:
-mineral gübrələrin tətbiqi. Elmi - tədqiqat institutlan
göstəricilərindən aydın olur ki, tarazlaşdırılmış mineral
gübrələrin verilməsi kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının 25-40% artmasına səbəb olur;
- alaq otlarının məhv edilməsi üçün herbisitlərdən istifadə.
Təcrübə göstərir ki, kimyəvi herbisitlərin səpilməsi alaq
otlarını 80-90% məhv edir, bitkilərin məhsuldarlığını orta
hesabla 10-20% artırır;
- kimyəvi vasitələrdən xəstəlik və ziyanvericilərin məhv
edilməsi üçün istifadə. Ziyanvericilər və bitki xəstəlikləri
kənd təsərrüfatı istehsalına böyük ziyanlar vurur.
Hesablamalara görə, hər il orta hesabla kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığı 20% itir;
- kimyəvi məhsullann yemin keyfiyyətinin yaxşılaşdınl-
ması üçün istifadə edilməsi. Heyvandarlığın kimyalaşdınl-
ması yem istehsalında zülal probleminin həll edilməsinə
imkan verir. Heyvandarlıq üçün vitaminlər və antibiotiklər
böyük əhəmiyyətə malikdir;
- kənd təsərrüfatında müxtəlif kimyəvi məmulatların
istifadəsi - polimer plyonkalann, istixana və pamiklərin
tikilməsi, silosun saxlanılması və s. üçün istifadə edilməsi və
s.
Kənd təsərrüfatının intensivləşdirilməsinin daha bir
istiqaməti torpaqların meliorasiyasıdır: suvarma, turş
torpaqla- nn əhəngləşdirilməsi və şorəkət torpaqlann
gipslənməsi. Kənd təsərrüfatının meliorasiyası kənd
təsərrüfatı bitkiləri 227
Aqrar iqtisadiyyat
nin məhsuldarlığını 1.4-1.8 dəfə artınr və istehsalın
səmərəliliyini nəzərə çarpan dərəcədə artınr.
Kənd təsərrüfatının intensivləşdirilməsi üçün istehsalda
xəstəlik və ziyanvericilərə davamlı məhsuldar sortlann və
kənd təsərrüfatı bitkilərinin hibridlərinin tətbiqi vacibdir, bu
da onların məhsuldarlığının 15-25% artırılmasına imkan
verir. Heyvandarlıqda səmərəliliyin qaldırılmasının
durmadan yüksəldilməsinin şərti - cins, döllük heyvandarlıq
işinin düzgün təşkili, yüksək cinsli heyvandarlığın
yaradılması, tam keyfiyyətli yemləmə və yaxşı bəslənilmə
əsaslı dərəcədə məhsuldarlığın yüksəldilməsinin zəminidir.
Kənd təsərrüfatında iqtisadi səmərəliliyin
yüksəldilməsinin vacib şərti kəndin mal istehsalçılannm
fəaliyyət mexanizminin təkmilləşdirilməsi, istehsalın
mütərəqqi təşkili formalarının əsaslandırılması, yüksək
istehsal əməyinin stimullaşdırılmasıdır. Kənd təsərrüfatının
daha səmərəli intensivləşdirilməsi ixtisaslaşdırılmış
müəssisələrdə həyata keçirilir. Belə ki, həmin təsərrüfatlarda
elmi - texniki tərəqqinin nailiyyətlərinin daha
müvəffəqiyyətlə tətbiq edilməsi üçün yaxşı şərait yaradılır. YOXLAMA SUALLARI
1. Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinin
mahiyyəti nədən ibarətdir?
2. Kənd təsərrüfatı istehsalının intensivləşdirilmə səviyyəsini
hansı göstəricilərlə təyin edirlər?
3. Kənd təsərrüfatının intensivləşdirilməsinin iqtisadi
səmərəliliyini hansı göstəricilər xarakterizə edir?
4. Kənd təsərrüfatı sahəsinin əsas intensivləşdirmə amillərini
söyləyin.
228
Eldar Quliyev "
MÖVZU 11. AQRAR İQTİSADİYYATDA ELMİ - TEXNİKİ
TƏRƏQQİ VƏ İNNOVASİYALAR
11.1. ELMİ - TEXNİKİ TƏRƏQQİNİN MAHİYYƏTİ VƏ
ƏHƏMİYYƏTİ
Kənd təsərrüfatı məhsullan istehsalının artıniması və onun
səmərəliliyini yüksəltməkdə elmi-texniki tərəqqi böyük
əhəmiyyətə malikdir. Bunun əsasında isə kənd təsərrüfatı
istehsalının daima yeniləşməsinə imkan verən innova- siya
prosesləri durur.
Elmi-texniki tərəqqi özündə elm və texnikanın qarşılıqlı
əlaqə və şəraitdə güclənən inkişafını əks etdirir. Bu da özünü
məhsuldar qüvvələrin, texnologiya^ idarəetmə me- todlan və
istehsalın təşkilində göstərir. Bu çox mürəkkəb, çoxplanlı bir
proses olub, elmi-tədqiqat, maşın və digər istehsal
vasitələrinin konstruksiyası və hazırlanmasını, perspektiv
bitki seleksiya sortlan, yeni heyvan cinslərinin ye-
tişdirilməsini, kənd təsərrüfatının apanima metodlarını
özündə cəmləşdirir.
Elmi-texniki tərəqqi iki inkişaf formasına malikdir.
Məhsuldar qüvvələr həmişə inkişaf edir, texnika, texnologiya
və istehsalın digər sahələrində daima təkmilləşmə prosesi
gedir. Ancaq uzun müddət bu inkişaf və təkmilləşmələr
müəyyən prinsiplər çərçivəsində, keçmiş keyfiyyətlər
əsasında həyata keçirilmişdir. Daim elmi-texniki biliyin
toplanması və onlann istehsalda istifadəsi prosesi gedir. Bu,
elmi-texniki tərəqqinin evolyusiya formasıdır.
Bununla belə tədricən yaxşılaşma bazasında elm və
texnikada keyfiyyət dəyişiklikləri baş verir, bu da öz
növbəsində bütün istehsalda dərin yenidənqurmalara gətirib
çıxa Ä*» 229 »Ä
Aqrar iqtisadiyyat
rır. Elə bir vaxt gəlir ki, əvvəlki texnika, texnologiya, bitki
sortları, heyvan cinsləri sıradan çıxmış olur. Onların əvvəlki
əsaslarla qismən yaxşılaşdırılması tərəqqi yaratmır. Belə
hallarda elm və texnikada ictimai istehsalda əsaslı təsir
göstərən köklü dəyişikliklər baş verir. Tamamilə yeni növ
enerji, materiallar, texnika və texnologiyanın meydana
gəlməsi ilə əlaqədar və tədrici dəyişikliklər əsasında
istehsalın inkişafında keyfiyyət sıçramaları baş verir. Bu elmi
- texniki tərəqqinin inqilabi formasıdır.
Elmi-texniki inqilab elmi-texniki tərəqqinin tərkib hissəsi
və ən yüksək pilləsidir.
Bəşəriyyətin meydana gəldiyi və inkişafı dövrü ərzində
bir neçə dəfə elmi-texniki inqilab baş vermişdir. Cəmiyyətin
inkişaf dövrləri evolyusiya dövrü adlandırılır. Daş əsri, mis
əsri, dəmir əsri-əksər alimlər hesab edirlər ki, dəmir əsrinin
əvəzinə, yüngül materiallar gələcəkdir. Bizim əsrimizi atom
və kibernetika əsri adlandırırlar.
Müasir elmi-texniki tərəqqi dövrü özündən əvvəlkilərdən
fərqlənir.
Birincisi, elm bilavasitə cəmiyyətin istehsal qüvvəsinə
çevrilir.
İkincisi, kəşflərin və yeniliklərin meydana gəlməsi ilə
onların təcrübədə tətbiqi arasındakı vaxt çox qısalır.
Üçüncüsü, elm (nəzəriyyə) təcrübəni qabaqlayır.
Məlumdur ki, məhsuldar qüvvələrə istehsal vasitələri və
işçi qüvvəsi aid olunur. Ancaq elm cəmiyyətin məhsuldar
qüvvələrinin elementinə çevrilmir, onların inkişafına
keyfiyyət baxımından təsir edir.
Elmi-texniki tərəqqi kənd təsərrüfatında özünün
xüsusiyyətlərinə malikdir. Burada nəzərə almaq lazımdır ki,
^ 230 »d»
Eldar Quliyev
torpağın məhsuldarlığı və ətraf mühitə onun hansı istiqaməti
təsir göstərir. Bu gün torpaqların məhsuldarlığının artırılması
və ətraf mühitin mühafizəsi ən vacib məsələlərdən biridir.
Onlar elmi-texniki tərəqqinin bütün amillərindən düzgün və
səmərəli istifadə etməklə həll olunur.
Bitki və heyvanlar təbii-bioloji qanunlarla inkişaf edir.
Bioloji proseslər (boy, bitki və heyvanların inkişafı) mər-
hələliyə malikdir (dövrlərə), onlar da özlərinin davamiyyət
müddətləri ilə seçilirlər. Elm və texnikanın nailiyyətləri təbii
mərhələliyə təsir etməyə imkan verir, ancaq onlann axınını
tam dəyişmək olmaz. Digər tərəfdən, bioloji amillər
elmi-texniki araşdırmalar qarşısında xüsusi tələblər qoyur.
Onlar bioloji proseslərin nonnal axınını təmin etməlidirlər.
Ölkənin zonalar üzrə təbii-iqlim şəraitində olan böyük
müxtəliflik elmi-texniki tərəqqinin inkişafına əsaslı surətdə
təsir göstərir. Bu müxtəlifliklər əhəmiyyətli dərəcədə
maşmlan, kənd təsərrüfatı bitkilərinin sortlannı, heyvan
cinslərini və təsərrüfatçılıq formalarını müəyyənləşdirirlər.
Kənd təsərrüfatı istehsalının mövsümi xarakteri kənd
təsərrüfatının müxtəlif sahələrində istifadə edilməsi üçün
daha çox yüksək texnika ilə təmin olunmağa, universal ma-
şınlann yaradılmasına şərait yaradır.
Məhsullann nəqliyyat daşımalarına zəif davamlılığı və tez
xarab olması daha səmərəli saxlama və emal üsullannm
işlənilməsinin vacibliyinə və aqrar sənaye inteqrasiyasının
yeni əsaslandınimış formalarının yaradılmasına zəmin
yaradır.
Elmi-texniki tərəqqi kənd təsərrüfatının intensivləşdiril-
məsinin əsasıdır. Elm və texnikanın nailiyyətlərinin isteh-
Ä» 231
Aqrar iqtisadiyyat
sala tətbiq edilməsi kənd təsərrüfatı istehsalında yüksək artım
tempini təmin etmək, məhsulun maya dəyərinin aşağı
salınması və keyfiyyətinin yaxşılaşdırılması, sahənin
rentabelliyini yüksəltmək, iş şəraitinin və işçilərin
funksiyalarının dəyişdirilməsi üçün geniş imkanlar yaradır.
11.2. ELMİ - TEXNİKİ TƏRƏQQİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Müasir dövrdə kənd təsərrüfatında elmi - texniki
tərəqqinin əsas istiqamətləri bunlardır:
-yeni, daha məhsuldar istehsal vasitələri yaratmaq,
kompleks mexanizasiya, bitkiçilik və heyvandarlığın bütün
sahələrində avtomatlaşdırma və elektrikləşdirilmə;
-kənd təsərrüfatı məhsulları istehsalı üçün intensiv
resurslara qənaət edən texnologiyanın işlənilməsi;
- bitki və heyvanların mühafizəsi üçün (səmərəli) effektli
vasitələrin, herbisitlərin, mineral gübrələrin, kənd
təsərrüfatının hərtərəfli kimyalaşdınİmasının yaradılması;
- torpaqların suvarılması və qurudulmasının daha
mütərəqqi qaydalarının yaradılması;
- kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar,
immuniteti! və yüksək səmərəli sortlarının yaradılması;
- yüksək bioloji və təsərrüfat cəhətdən faydalı kompleksə
malik heyvan cinslərinin yetişdirilməsi;
-istehsalın ixtisaslaşması və konsentrasiyasının
dərinləşdirilməsi;
-əməyin yüksək məhsuldarlığının motivasiyası və
təşkilinin təkmilləşdirilməsi;
-sahibkarlıq və təsərrüfatçılığın müxtəlif formalarının
inkişafı;
^ 232 «Ä
Eldar Quliyev ■
-kənd təsərrüfatının xalq təsərrüfatının digər sahələri ilə
inteqrasiyası;
- kənd təsərrüfatı məhsullarının saxlanılmasının onun
itkilərini minimuma endirə biləcək və təzə şəkildə istehlak
müddətini uzadan mütərəqqi formalarının işlənilməsi.
Elmi-texniki tərəqqinin əsas istiqamətləri - təbii və
məqsədyönlü canlı sistemlərin sənayedə istifadəsinə
əsaslanan, hər şeydən əvvəl mikroorqanizmlərə əsaslanan
biotexnologiyadır. Biotexnologiya aqrar sənaye
kompleksində (çörəkbişirmə, şərabçılıq, pendirbişirmə, yem
zülallannm istehsalında) geniş tətbiq edilir. Gen mühəndisliyi
perspektivli inkişafdadır. O, yeni bitki sortları və heyvan
cinslərinin yetişdirilməsi üçün yeni imkanlar açır.
Elmi - texniki tərəqqinin müxtəlif istiqamətləri qarşılıqlı
əlaqədədir. Belə ki, mineral gübrələrin səmərəli tətbiqi, onun
tarlaya səpilməsi üçün münasib maşınların olması ilə
müəyyən olunur. Kənd təsərrüfatının kimyalaşdıniması kənd
təsərrüfatı bitkilərinin gübrələrə meyilliliyini tələb edir.
Bundan başqa, sortlar intensiv texnologiyanın tələblərinə
cavab verməlidir, xüsusilə maşınla yığıma.
Heyvandarlıqda yüksək potensial məhsuldarlığa nail
olmaq üçün balanslaşdınlmış qida maddələri ilə zəngin yemlə
təmin etməklə, yüksək seleksiya işinin aparılması birinci
dərəcəli əhəmiyyətə malikdir. Bu istiqamət elmi-texniki
tərəqqi ilə sıx əlaqədədir. Yüksək potensial məhsuldar yeni
heyvan cinsləri yemlə yüksək dərəcədə təminatı nəzərdə
tutur.
Texnika və texnologiyanın təkmilləşdirilməsi əməyin
təşkili və təsərrüfatçılığm yeni formalarını tələb edir. On-
Ä» 233
Aqrar iqtisadiyyat
larin çoxtərəfliliyi sahənin elmi və material - texniki
potensialından səmərəli istifadəyə zəmin yaradır.
Vacib təkcə minimal əmək və vəsait sərf etməklə məhsul
istehsalı deyil, onun müvəffəqiyyətlə realizə olunması da
əsasdır. Ona görə də kənd təsərrüfatı mal istehsalçılarının
emal müəssisələri, ticarət və marketinq xidməti ilə
inteqrasiyası prioritet olaraq qalır. Beləliklə, kənd
təsərrüfatının müvəffəqiyyətlə inkişafı üçün elm və
texnikanın nailiyyətlərindən ayrıca şəkildə deyil, elmi -
texniki tərəqqinin bütün aspektlərini tutan komplekslərdən
istifadə etmək lazımdır.
11.3. KƏND TƏSƏRRÜFATINDA İNNOVASİYA FƏALİYYƏTİ
İstehsalın keyfiyyət təkmilləşdirilməsi innovasiya
formasında həyata keçirilir ki, o da innovasiya prosesinin
əsasını təşkil edir. Tələbin inkişafı, onun diversifikasiyası (şa-
xələnməsi) tələbin ödənilməsi məqsədilə istehsal üsullarının
təkmilləşdirilməsinin vacibliyini yaradır. İnnovasiya - elm və
texnikanın nailiyyətlərinə əsaslanan, xeyirli səmərə verən
istehlakı təmin edən yeni qaydadır.
“İnnovasiya” terminində Azərbaycan Respublikasında
keçid dövrü iqtisadiyyatı zamanında müstəqil və bir sıra
qohum anlayışlar üçün “innovasiya fəaliyyəti”, “innovasiya
prosesləri” istifadə edilməyə başlanılmışdır.
İnnovasiya yeni tətbiq edilmiş qayda, yeni və ya
təkmilləşdirilmiş texnoloji proses, sosial xidmətlərə yeni
yanaşmanın son nəticəsidir.
İnnovasiya prosesi elmi ideyaların ardıcıl fəaliyyəti ilə
konkret məhsulun, xidmətin və ya texnologiyanın əsaslı
Ä» 234 «Ä
Eldar Quliyev ■
dəyişdirilməsi və onların praktiki istifadəsini özündə əks
etdirir, başqa sözlə, elmi yeniliklərin innovasiyada
dəyişdirilməsini əks etdirir. Bu, bazarın tələb etdiyi yeni
malın (məhsul xidməti və texnologiyanın) iqtisadi, texnoloji,
texniki və sosial səmərəsinin yaradılmasına
istiqamətləndirilmiş bir prosesdir.
İnnovasiya prosesi bütün elmi-texniki, elmi-tədqiqat
növlərinin (fundamental və tətbiqi) layihə konstruktor,
texnoloji təcrübə işləri, yeni malların istehsalı və onların
bazara çıxışını özündə birləşdirir. Bunların nəticəsində yeni
məhsullar, texnologiya, təşkilati formalar və istehsalın idarə
olunmasının meydana gəlməsi baş verir. Bu elmi tərəqqinin
vacib tərəfidir, bazar iqtisadiyyatında kənd təsərrüfatı
məhsulu istehsallannm səmərəli fəaliyyət göstərməsinin ən
vacib şərtlərindən biridir. İnnovasiya proseslərinin
çərçivəsində innovasiya fəaliyyəti həyata keçirilir.
İnnovasiya fəaliyyəti - bu, məhsulun çeşidinin
genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi,
texnologiyanın təkmilləşdirilməsi və istehsalın təşkilinə
yönəldilmiş fəaliyyətdir. İnnovasiyanm əsas fəaliyyət zəmini
- mütəmadi olaraq nə köhnəlibsə, çox işlənibsə, tərəqqinin
inkişafı yolunda maneçilik törədirsə, hamısını dəyişməkdir.
innovasiya fəaliyyətinin müvəffəqiyyəti üçün innova-
siyanı diqqətlə öyrənmək lazımdır. İnnovasiyalar texnoloji
parametrlərdən asılı olaraq məhsuldar və mərasimə bölünür.
Prinsip etibarı ilə yeni məhsulun alınması - bu, məhsulda
innovasiyadır. Mərasimli innovasiya - bu, istehsalın
əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və yeni
texnologiyanın təşkilat forması və istehsalın idarə
edilməsinin mənimsənilməsidir.
^ 235 «d»
Aqrar iqtisadiyyat
İnnovasiyanın yenilik dərəcəsindən asılı olaraq sahə üçün
yeni və ya mövcud müəssisə üçün (qrup müəssisələr) yeni
hissələrə bölünür. Edilən dəyişikliyin dərinliyindən asılı
olaraq innovasiyalar nəhəng kəşfləri realizə edir və yeni
nəslin yaranmasının əsasını təşkil edir və texnologiyanın
inkişafına istiqamət verən radikal innovasiyalar adlanır.
Yaxşılaşdıran isə adətən elmi - texniki mərhələli, inkişafı və
yayılma fazasında üstünlük təşkil edən, köhnəlmiş texnika və
texnologiyanın qismən yaxşılaşdırılmasına yönəldilən
modifıkasiya istiqamətləridir.
Təkrar istehsal prosesindəki roluna görə innovasiyalar
istehlak və səmərəli innovasiya olurlar. İnnovasiyalar
miqyasına görə mürəkkəb və sadəyə bölünürlər.
İnnovasiya fəaliyyətinin təhrikedici motivi bazar
rəqabətidir. Köhnəlmiş texnika və texnologiyadan istifadə
edilməsi nəticəsində kənd təsərrüfatı böyük itkilərə məruz
qalır. Ona görə də onlar istehsalda olan xərcləri innovasiya
vasitəsi ilə azaltmağa məcburdurlar. Səmərəli innovasiyanı
ilk dəfə mənimsəmiş müəssisə məhsulun maya dəyərini aşağı
sala bilər və beləliklə də müəssisələrlə rəqabət mübarizəsində
analoji malların təklifində öz mövqeyini möhkəmləndirə
bilər.
İnnovasiya fəaliyyəti - istehsalın aşağı düşməsinin
qarşısını almaq, onun struktur yenidənqurmalarını təmin
etmək, bazan müxtəlif rəqabət qabiliyyətli mallarla
doldurmağın möhkəm vasitəsidir. İqtisadiyyatın innovasiya
modelinə keçməsi təkcə stabilləşmə demək deyildir. Eyni
zamanda ölkə istehsalının texniki və texnoloji səviyyəsinin
daima yüksəldilməsi deməkdir.
Ä* 236
Eldar Quliyev
Kənd təsərrüfatının innovasiya fəaliyyətinin əsas
istiqaməti aşağıdakılardır:
- istehsalın enerji və resursqoruyucu texnologiyası, kənd
təsərrüfatı məhsullannm saxlanılması və emalı;
- daxili bazarı ucuz və keyfiyyətli ərzaq məhsulları ilə
doldurmağa qadir olan innovasiya;
- məhsuldarlığı, səmərəliliyi, texnika və avadanlığın
təmirə yararlılığı, onların xidmət vaxtının uzadılması, istehsal
fəaliyyətinin yüksəldilməsinə imkan verən yeniliklər;
- iqtisadiyyatda innovasiya modelinin qurulmasını nəzərə
alaraq ASK üçün yüksək ixtisaslı kadrların hazırlanması;
- ekoloji şəraiti yaxşılaşdırmağa imkan verən tədbirlər.
İnnovasiya proseslərində əsas rol dövlətin üzərinə düşür.
Xüsusi dövlət maliyyələşmə və innovasiya sferasında
prioritetləri strateji planlaşdırmanın, dövlət sifarişinin pred-
meti olan mal və xidmətlərin siyahısı, innovasiya sferasında
özünü təşkiletmə mexanizminin yaradılması, innovasiya
layihələrində iştirakı üçün böyük kapital qoyuluşuna görə
həvəsləndirmə, innovasiya proseslərinin ekspertizası, təhlili
təşkil edir.
İnnovasiya fəaliyyətində vacib şərtlər - monitorinq,
innovasiya infrastrukturunun inkişafı, elmi-texniki
nailiyyətlər haqqında informasiya, aqrar-sənaye istehsalının
müxtəlif aspektləri arasında konkret elmi məsləhətlərdir.
Burada böyük əhəmiyyət kəsb edən informasiya - məsləhət
xidmətidir. Onlann əhəmiyyəti yüksək ixtisaslı
mütəxəssislərin xüsusilə ASK-da azalması ilə kəskin şəkildə
artır.
Ərzaq, əmək və istehsal vasitələri bazarı ilə yanaşı
prinsipial konkurensiyada bu məhsullara balanslaşdınimış
tələb və təklifi təmin etməli olan elmi-texniki məhsullar ba-
Ä® 237 «Ä
Aqrar iqtisadiyyat
zan yaranır. Çox təəssüflə qeyd etmək lazımdır ki, belə
bazarın yaranması və fəaliyyət göstərməsinə maraq, kənd
təsərrüfatı mal istehsalçılarının elmə marağının azalması
nəticəsində böyük müvəffəqiyyətlər yoxdur.
ASK sahələrində innovasiya fəaliyyəti nəticəsində kənd
təsərrüfatı bitkiləri və heyvanların, əməyin məhsuldarlığının
yüksəlməsi, vahid məhsul istehsalının maya dəyəri və
material tutumu, ətraf mühitə iqtisadi ziyan azalmalıdır.
YOXALAMA SUALLARI
1. Elmi - texniki tərəqqi dedikdə nə başa düşülür?
2. Kənd təsərrüfatında elmi - texniki tərəqqinin
xüsusiyyətləri nədən ibarətdir?
3. Kənd təsərrüfatında elmi - texniki tərəqqinin əsas
istiqamətləri hansılardır?
4. “innovasiya” haqqında anlayış.
5. “innovasiya prosesləri” haqqında anlayış.
6. “innovasiya fəaliyyəti” haqqında məlumat verin.
7. “innovasiya” necə təsnifləşdirilir?
8. Kənd təsərrüfatında “innovasiya” fəaliyyətini xarakterizə
edin.
Ä»» 238
Eldar Quliyev
MÖVZU 12. AQRAR SAHƏDƏ KOOPERASİYA VƏ İNTEQRASİYA
12.1. AQRAR SAHƏDƏ KOOPERASİYA VƏ İNTEQRASİYA
ƏLAQƏLƏRİNİN MÖVCUD VƏZİYYƏTİ
Respublikada bazar iqtisadiyyatını və sahibkarlıq
təşəbbüsünü inkişaf etdirmək (müstəqilliyə imkanlar
yaratmaq üçün), torpaq islahatlannm aparılması şərtləri
nəzərə alınmaqla torpaq üzərində mülkiyyət formalarının
düzgün mü- əyyənləşdirilməsinə böyük diqqət verilmişdir.
Burada vahid torpaq fondunun dövlət mülkiyyətində
saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi
mülkiyyətə verilən torpaqlan qanunvericiliyə uyğun
müəyyənləşdirilmişdir.
İqtisadi islahatların mühüm obyekti olan aqrar islahatla-
nn həyata keçirilməsi əsas istiqamətlərdən biridir. Torpaq və
əmlak payı almış payçılar müxtəlif növlü könüllü təsərrüfat
formalan yaradırlar. Mövcud qanunvericiliyə görə müxtəlif
növlü təsərrüfatlar mülkiyyət münasibətləri və təsərrüfat
formalarından asılı olaraq yaradılır. Torpaq və əmlak
üzərində mülkiyyət münasibətləri müxtəlif növlü
təsərrüfatların aşağıdakı təşkilati-hüquqi formalarının
yaradılmasını nəzərdə tutur:
1. Kəndli (fermer) təsərrüfatı;
2. Şəxsi yardımçı təsərrüfat;
3. Birgə təsərrüfat;
4. Kooperativlər;
5. Şərikli payçı və şərikli təsərrüfat;
6. Səhmdar cəmiyyət;
7. Torpaq və əmlak üzərində dövlət mülkiyyətinə
əsaslanan dövlət kənd təsərrüfatı müəssisələri;
8. Müəssisələr birliyi formasında fəaliyyət göstərən bir
Ä» 239
Aqrar iqtisadiyyat
liklər, assosiasiyalar (ittifaqlar və s).
İstehsalın aparılmasında sosial ədalət və könüllülük əsas
prinsip olduğu və təsərrüfat formalarının seçilməsində
payçıların rəyi nəzərə alındığı üçün inzibati qaydada bir
təsərrüfat formasının başqa formaya çevrilməsinə və ya ləğv
edilməsinə yol verilmir.
Azərbaycan Respublikasının vahid torpaq fondu 8.6 mln.
hektardır. Bunun 4.9 mln. hektarı dövlət torpaqlarıdır ki, bu
da ümumi torpaq fondunun 56.9%-ni təşkil edir. O cümlədən,
ümumi torpaq fondunun 2,1 mln. hektan və ya 23,5%-i
bələdiyyə torpaqlannın, 1,7 mln. hektarı və ya 19,6%-i xüsusi
mülkiyyətin payına düşür. Ölkə üzrə bir torpaq
mülkiyyətçisinə 1.7 ha torpaq sahəsi düşür. Son məlumatlara
görə, respublikanın kənd təsərrüfatında 1.2 mln.- dan çox
müxtəlif təşkilati - hüquqi formalı təsərrüfat mövcuddur.
Onlann əksəriyyətinin fəaliyyət dairəsi həmin təsərrüfatçılıq
subyektlərinin xırda ölçüləri ilə məhdudlaşır. 2005-ci ilin
siyahıyaalma məlumatlarına görə, o dövrdə iki və daha çox
ailənin birgə əməyinə və mülkiyyətinə əsaslanan 804
kooperativ və ya kollektiv təsərrüfat mövcud olmuşdur.
Həmin təsərrüfatların 90.8%-i kənd təsərrüfatı məhsullan
istehsalı ilə, o cümlədən 58%-i əkinçiliklə məşğul olur.
Həmin təsərrüfatın birinə orta hesabla 86.6 ha kənd
təsərrüfatına yararlı sahə, o cümlədən 36.4 ha əkin yeri
düşürdü. 2005-ci ildə mövcud 69 səhmdar cəmiyyətinin 56-sı
5170 ha kənd təsərrüfatına yararlı sahəyə malik olmuşdur.
Haqqında danışılan dövrdə 149 kooperativ təsərrüfat
məhsullan istehsalı ilə, o cümlədən 124 kooperativ əkinçiliklə
məşğul olmuş, bir kooperativə orta hesabla 40.1 ha
Ä» 240 «*Ä
Aqrar iqtisadiyyat
Bakı şəhəri (Yasamal, Nəsimi, Binəqədi və Suraxanı ra-
yonlan) ərazisində yaradılmış kənd təsərrüfatı təyinatlı 8
kooperativin 2-si fəaliyyət göstərir. Bununla belə, onların
sərəncamında kənd təsərrüfatma yararlı torpaq sahələri
yoxdur.
Respublika qeydiyyatından keçmiş kənd təsərrüfatı
istehsal kooperativlərinin 34.1%-i fəaliyyət göstərir. Dağlıq
Şirvan və Kəlbəcər - Laçın istisna olmaqla (həmin rayonlarda
fəaliyyət göstərən kooperativlər yoxdur), iqtisadi rayonlarda
fəaliyyət göstərən kooperativlərin onlann ümumi sayındakı
xüsusi çəkisi 20.0%-lə (Yuxarı Qarabağ) 45.0% (Gəncə -
Qazax) arasında tərəddüd edir.
Ölkə üzrə fəaliyyətdə olan bir kooperativə orta hesabla
28.5 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi düşərsə,
müxtəlif iqtisadi rayonlarda həmin göstərici əhəmiyyətli
intervalda dəyişir. Sözügedən dəyişmə 4.6 hektardan (Qu-
ba-Xaçmaz iqtisadi rayonu), 37.9 hektaradək (Gəncə-Qazax
iqtisadi rayonu) intervalda tərəddüd edir.
Respublikada fəaliyyətdə olan kooperativlərin
sərəncamında olan kənd təsərrüfatına yararlı torpaq
sahələrinin 89.3%-i 7 inzibati rayonun payına düşür.
Həmin inzibati rayonlarda fəaliyyət göstərən
kooperativlər ölkə üzrə ümumi sayın 59.5%-ni təşkil edir
(cədvəl 14).
İmişli, Göygöl, Balakən, Ağdaş, Zaqatala, Sabirabad və
Yardımlı inzibati rayonlarında fəaliyyətdə olan bir
kooperativə orta hesabla düşən kənd təsərrüfatma yararlı
torpaq sahəsi (42.8 ha), ölkə üzrə müvafiq göstəricidən (28.5
ha) 14.3 ha çoxdur.
fy* 242 "dv
Aqrar iqtisadiyyat
sahələrarası və regionlararası əməkdaşlıqdan bəhrələnə
bilmir. Digər tərəfdən, həmin kooperativlər birgə fəaliyyət və
səmərəli əmək bölgüsü prinsiplərini tam reallaşdıra bilmirlər.
Belə vəziyyət bir sıra digər amillərlə yanaşı kooperativlərin
idarə edilməsindəki problemlərlə əlaqədar olmuşdur.
Tədqiqatlar göstərir ki, bəzi kooperativlər, hətta idarəetmədə
yaranan problemlər üzündən öz fəaliyyətini dayandırmaq
məcburiyyətində qalmışlar.
Kənd təsən'üfatı istehsal kooperativlərinin fəaliyyətinin
natamam informasiya şəraitində araşdırılması şəraitində
ekspert qiymətləndirilməsinə müraciət etmək lazım
olmuşdur. Həmin qiymətləndirmə belə deməyə əsas verir ki,
fəaliyyətdə olan kooperativlərin əksəriyyətində istehsal -
iqtisadi göstəricilər arzuolunan səviyyədə deyildir.
Ekspert texnologiyalarına əsaslanaraq, istehsal
kooperativlərinin fəaliyyətini ləngidən amillər qismində
aşağıdakıları qeyd etmək olar:
- bəzi hallarda kənd təsərrüfatı istehsal kooperativlərinin
əslində ailə təsərrüfatı kimi fəaliyyət göstərməsi;
-kooperativ fəaliyyətin stimullaşdırılması tədbirlərinin
qənaətbəxş səviyyədə olmaması;
-kənd təsərrüfatı istehsal kooperativlərində uçot işinin
lazımi səviyyədə qurulmaması;
- ixtisaslaşma proseslərinə lazımi diqqət verilməməsi;
- kənd təsərrüfatı istehsal kooperativlərində torpaq
sahəsinin kiçik olması səbəbindən növbəti əkin sisteminin,
mütərəqqi texnika və texnologiyalann geniş tətbiq
olunmaması;
- torpağın meliorasiya və irriqasiyası ilə bağlı
problemlərin mövcudluğu və kooperativlərin onları həll
etmək iqtidannda olmaması; ^ 244
Eldar Quliyev
- topdansatış bazarlarının formalaşma mərhələsində
olmaması;
- kooperasiya hərəkatına dair maarifləndirmə işinin aşağı
səviyyəsi, kadr çatışmazlığı və s.
Kənd təsərrüfatı istehsal kooperativlərinin fəaliyyətini
ləngidən sadalanan və digər amillərin təsirini
neytrallaşdırmaq üçün aşağıdakı tədbirlərin görülməsi
məqsədəuyğundur:
- müxtəlif istehsal sahələri (bitkiçilik və heyvandarlıqda)
üçün optimal ölçülərin və ixtisaslaşma istiqamətlərinin əsas-
landınlması;
-əlverişli kreditləşmə mühitinin yaradılması, o cümlədən,
güzəştli və uzunmüddətli kreditləşmə sisteminin tətbiqi,
kredit faizinin dövlət büdcəsindən subsidiyalaşdırıl- ması və
s.;
- istehsal, satış, maliyyə və xidmət kooperativlərinin birgə
fəaliyyət mühitinin dəstəklənməsi və etibarlı zəmanət
(sığorta) sisteminin yaradılması;
-klasterial inkişaf sistemində kooperasiya imkanlarının
reallaşdırılması və s.
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı
məhsullarının son istehlakçıya çatdırılması mərhələlərinin
ardıcıl- lığındakı fərqlər həmin məhsulların təzə halda və ya
sənaye emalından sonra istehlak olunması ilə əlaqədardır.
Kənd təsərrüfatı məhsullarının istehlaka hazırlıq əlaməti üzrə
qruplaşdırılması, təbii halda istehlak olunan məhsulların bir
qisminin emala getməsi də nəzərə alınmalıdır. Odur ki,
aşağıdakı qruplaşdırmanı aparmaq məqsədəuyğundur:
a) yalnız sənaye emalından sonra istehlak olunan kənd
təsərrüfatı məhsulları; ^245
Aqrar iqtisadiyyat
b) təbii halda və ya qismən emaldan sonra istehlak olunan
kənd təsərrüfatı məhsulları.
A qrupuna aid olunan kənd təsərrüfatı məhsullarının son
istehlakçıya doğru hərəkətinin sadələşdirilmiş sxemi belə
təqdim oluna bilər:
Burada, İ-istehsalı, A-saxlamanı, E-emalı, S-satışı, İl
istehsal istehlakını, Şİ - şəxsi istehlakı ifadə edir.
B qrupu üzrə həmin sxem aşağıdakı kimi olacaqdır:
Aqrar - sənaye inteqrasiyasının daha əyani təzahürləri
mərkəzində emal fəaliyyətinin dayandığı iqtisadi - texnoloji
sxemdə özünü göstərir. Odur ki, kənd təsərrüfatı
məhsullarının istifadə istiqamətlərinin, o cümlədən emala
gedən hissəsinin araşdırılması müəyyən əhəmiyyətə malikdir.
Buğdanın istifadə istiqamətləri üzrə xüsusi çəkilərin
dinamikası bu baxımdan diqqətəlayiqdir (cədvəl 15).
Ä» 246 «Ä
Eldar Quliyev
Cədvəl 15.
Buğda ehtiyatlarından istifadə istiqamətlərinin xüsusi çəkisif
%0-lə.
2009 2010 2011 Ərzaq məhsulu kimi birbaşa istifadə 2.0 2.3 2.3 Ərzaq məhsulları istehsalına 48.3 52.7 52.1 Qeyri- ərzaq məhsulları istehsalına 13.9 12.1 10.9 Toxum 3.9 4.1 4.3
Müəllif tərəfindən hesablanmışdır. Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, DSK, 2012, s. 498.
Arayış üçün bildirək ki, buğdanın qeyri - ərzaq məhsulları
istehsalına sərf olunan hissəsi qarışıq yem, nişasta və s.
hazırlanmasını nəzərdə tutur. Göründüyü kimi, məhsulların
və bilavasitə yem istehsalına sərf olunan hissəsi 2009-
2011-ci illərdə azalmağa meyillidir. Bununla belə, müşahidə
olunan bu meyli birmənalı şəkildə inteqrasiya əlaqələrinin
zəifləməsi ilə izah etmək düzgün olmazdı. Araşdırmalar
göstərir ki, 2009-cu ildə edilən rekord məhsul, sonrakı illərdə
taxıl əkilən böyük əraziləri su basması, əlverişsiz iqlim şəraiti
kimi amillər diqqətdən kənarda qalmamalıdır. Buğda ərzaq
məhsulları istehsalına gedən ən böyük xüsusi çəkiyə malikdir
və demək olar ki, artmağa meyillidir.
Tərəvəz, meyvə və giləmeyvənin emala gedən hissəsi
fərqli səviyyədə olsa da artma meyli müşahidə edilir.
Konservlər və şirələr hazırlanması üçün ölkəyə gətirilən yeni
texnologiyaların, istehsal və emal müəssisələri arasında
əlaqələrin genişlənməsinin də bu baxımdan rolu az deyildir
(cədvəl 16).
Üzümün 46%-dən çoxu emal olunur. Texniki və süfrə
üzümü sortlarının ümumi məhsul yığımmdakı nisbətini bil
247 «Ä
Aqrar iqtisadiyyat
mədən, qeyd olunan səviyyənin nə dərəcədə məqbul
olduğunu söyləmək çətindir. Bununla belə, ötən əsrin sonu ilə
müqayisədə bu göstərici üzüm istehsalı və emalında
inteqrasiya münasibətlərinin formalaşmağa başladığını
söyləmək olar.
Cədvəl 16, Bəzi kənd təsərrüfatı məhsullarının emala gedən hissəsi, %-lə.
2009 2010 2011 Tərəvəz 4.4 4.5 4.9 Meyvə və giləmeyvə 6.7 7.4 7.2 Üzüm 46.5 46.9 46.3 Ət 0.9 1.5 2.2
Müəllif tərəfindən hesablanmışdır. Mənbə: Azərbaycan Statistik göstəriciləri. Bakı, DSK„ s.499-503.
Emal olunan ətin xüsusi çəkisi son üc ildə 0.9%-dən
2.2%-ə qədər yüksəlmişdir. Bu, istehsal və emal müəssisələri
arasında əlaqələrin təşəkkülündən xəbər verir.
İqtisadi səmərəlilik göstəriciləri inteqrasiya ilə yanaşı
digər çoxsaylı amillərin təsiri altında formalaşır. Buna görə
də, aqrar fəaliyyətin maliyyə nəticələrinin yaxşılaşdınlma-
sında inteqrasiya amilinin rolunun müəyyənləşdirilməsi üçün
kompleks təhlil aparılmalıdır. Təcrübədə aqrar-sənaye
inteqrasiyasının fərqli modifıkasiyalarma rast gəlinir. Daha
geniş yayılmış struktur modellərinə nəzər yetirək.
Kompleksin tərkib hissəsinə:
a) istehsal vasitələri istehsalı;
b) kənd təsərrüfatı məhsulları istehsalı;
c) emal, saxlama və satış proseslərinin aid olunduğu
modeldə, qeyd edilən üç qrup daxilində istehsal - texniki xid-
Ä» 248 «Ä
Eldar Quliyev
mət və ümumilikdə infrastrukturun xarakteristikası aynca
mənada verilir.
Aqrar - sənaye inteqrasiyasının digər modifıkasiyasmda
tərkib elementlərinin detallaşdırma səviyyəsi daha yüksəkdir.
Belə ki, bu halda kompleksin tərkibinə ayrıca komponentlər
kimi istehsal vasitələri istehsalı, kənd təsərrüfatı xammalı və
istehlak mallan istehsalı, emal, məhsulun reallaşdırılması,
bütün mərhələlərdə istehsal - texniki xidməti aid edilir.
İnteqrasiya əlaqələrində emal müəssisələrinin rolu
böyükdür. Məhz həmin müəssisələr, xeyli dərəcə istehsalçı və
istehlakçı arasında əlaqələrin texnoloji xüsusiyyətlərini
şərtləndirmiş olur. Emal fəaliyyəti sıx qarşılıqlı münasibətlər
mühitində reallaşmaqla, sahələrarası əlaqələri intensivləşdi-
rir. Hazırda həmin fəaliyyətlə məşğul olan 289 səhmdar
cəmiyyəti vardır. Onların 43-ü quşçuluq məhsullan, 20-si
emalı istiqamətində fəaliyyət göstərir (cədvəl 17).
Aqrar sahədə inteqrasiya əlaqələrinin mövcud vəziyyəti
üçün xarakterik cəhət istehsal, emal, ticarət və xidmət
proseslərinin vahid kontekstdə qiymətləndirmə cəhdlərinin
artmasıdır. Praktikada həmin cəhdlərin nə dərəcədə
reallaşması, ilk növbədə aqrar-sənaye əlaqələrinin iqtisadi
səmərəliliyində öz ifadəsini tapır.
Hazırda fəaliyyət növündən asılı olaraq istehsal - iqtisadi
əlaqələrdə müxtəlif səviyyələrdə fərqli funksiyalan icra edən
komplekslər formalaşma mərhələsindədir.
Təəssüflə demək lazımdır ki, hələ ki, aqrar-sənaye
inteqrasiyası proseslərinə məqsədli proqram yanaşması
kifayət qədər geniş yayılmışdır. İqtisadi və istehsal - texnoloji
əlaqələrin intensivləşməsi aqrar-sənaye inteqrasiyasının
üstünlüklərindən istifadəyə, o cümlədən istehsalın artması,
Ä» 249
Aqrar iqtisadiyyat
xərclərin azalması və məhsulun keyfiyyətinin
yüksəldilməsinə xidmət etməlidir. Cədvəl 17,
Azərbaycanın iqtisadi rayonlarında kənd təsərrüfatı
məhsulları emalı üzrə səhmdar cəmiyyətlərinin sayı
və fəaliyyət istiqamətləri
s: o
s Un
1
İ
<3
u №
sı 5
xj
sı st V
c“g' ^
2 ^
O»
Si st £
s** •5»
Q
s C
Taxıl tədarükü və
emalı 5 1 2 5 2 7 1 2 25
Çörək istehsalı 18 - 2 2 1 5 - 2 30
Üzüm emalı 5 3 4 17 5 4 1 11 50 Meyvə- tərəvəz
emalı - 4
2 1 3
1 - -
11 Çay emalı 2 - - - 8 - - - 10 Pambıq emalı - - - 1 - 18 1 1 21 Tütün emalı - - 10 - - 1 - - 11 Ət emalı 3 4 2 2 1 6 - 2 20 Quşçuluq 10 3 4 1 7 15 - 3 43 Süd emalı 3 - 1 1 1 5 - - 10 Müxtəlif məhsulların emalı
13 3 2 7 - 11 1 4 1
Cəmi 65 19 29 36 31 80 4 25 89
Cədvəlin hazırlanması zamanı V.H.Abbasovun məlumatlarından istifadə edilmişdir.
Aqrar sahədə inteqrasiya əlaqələrinin mövcud vəziyyətinin
intensivləşmə müstəvisində qiymətləndirilməsi üçün
Ä» 250
Eldar Quliyev
istehsal və emal qurumlarının mənfəəti və rentabelliyi,
qiymətəmələgəlmə prosesini və vergitutma rejimini
xarakterizə edən parametrlər, amortizasiya siyasətinin
reallaşdırılması imkanları, maliyyələşdirmə kanallarının
xarakteristikasına aid göstəricilərin istifadəsi tövsiyə edilir.
İntensiv inkişaf amillərinin təsirinin nəzərə alınması
səviyyəsi aqrar - sənaye inteqrasiyasının səmərəliliyinin
qiymətləndirilməsinə bir sıra tələblər qoyur. Həmin tələblərə,
0 cümlədən: intensiv inkişaf potensialının reallaşdırılması
tədbirlərinin struktur dayanıqlığını və rəqabət mühitini
dəstəkləməsi, iqtisadi, texnoloji təminatın vahid kontekstdə
həyata keçirilməsi, iqtisadi, sosial və ekoloji meyarlar
baxımından struktur yeniləşmələri imkanlarının reallaşması
dərəcəsinin nəzərə alınması və s. aid edilə bilər. 12.2. KƏND TƏSƏRRÜFATINDA KOOPERASİYA
Kooperasiya birgə fəaliyyəti tərənnüm etməklə müxtəlif
təşkilati formalarda həyata keçirilir. Kənd təsərrüfatı
kooperativlərinin yaradılması və fəaliyyət göstərməsinin
iqtisadi və hüquqi əsasları Azərbaycan Respublikası
Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi,
Azərbaycan Respublikası Torpaq Qanunvericiliyi, Milli
Məclisin Aqrar Siyasət Komitəsi deputatlarının təşəbbüsü ilə
hazırlanmış “Kənd Təsərrüfatı Kooperasiyası haqqında”
Qanun layihəsi və onlara uyğun qəbul edilmiş digər
normativ-hüquqi aktlarda öz əksini tapmışdır.
Kənd təsərrüfatı kooperasiyası - kənd təsərrüfatı
məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün
könüllü üzvlüyünə əsaslanan birliyi olub, iştirakçıların
iqtisadi - sosial və başqa tələbatlarının ödənilməsi məqsədi
Ä» 251
Aqrar iqtisadiyyat
ilə yaradılan müxtəlif kənd təsərrüfatı kooperativləri və
onlann ittifaqları sistemidir.
Kənd təsərrüfatı kooperativi - təsəiTÜfatm idarə edilməsi,
aparılmasının təşkilati - hüquqi formalarından biridir. O
özündə kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə
istehsal və digər təsərrüfat fəaliyyətlərinin pay, könüllü
üzvlük əsasında kooperativ üzvlərinin maddi və digər
tələbatlarını ödəməsi üçün yaradılmış hüquqi şəxsdir.
Kənd təsərrüfatı kooperativləri digər kooperativlərdən
onunla fərqlənir ki, o kənd təsərrüfatı məhsulu istehsalçılan
tərəfindən yaradılır, kənd təsərrüfatı “məhsulları istehsalçısı”
anlayışı kooperativə münasibətdə onun kənd təsərrüfatına aid
edilməsidir. Bu göstərir ki, kənd təsərrüfatı məhsulları
istehsalçısı fiziki və ya hüquqi şəxslər tərəfindən istehsal
edilən ümumi məhsulun dəyərlə ifadəsi ilə 50%-dən, o
cümlədən tutulan balıq və su bioresurslarının 70%-dən
çoxunu kənd təsərrüfatı məhsulları təşkil etməlidir.
Kənd təsərrüfatı kooperativlərinin əsas məqsədi kənd
təsərrüfatı məhsulları istehsalının könüllü birləşməsi əsasında
rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək
və xidmətlər göstərmək, istehsal potensialından səmərəli
istifadəni və əmək məhsuldarlığını yüksəltməyi təmin etmək,
yerli kənd təsərrüfatı məhsulları istehsalını müdafiə etmək,
daxili bazarı və xüsusilə xaricə ərzaq ixracını təmin etmək,
kooperasiya iştirakçılarının iqtisadi və digər tələblərini
ödəməkdir.
Kənd təsərrüfatı kooperativləri aşağıdakı prinsiplər üzrə
yaradılır və fəaliyyət göstərir:
- kooperativə daxil olmağın və kooperativdən çıxmağın
könüllü olması;
Ä« 252
Eldar Quliyev
- istehsal və digər təsərrüfat fəaliyyətində iştirak edən
kooperativ üzvləri arasında qarşılıqlı yardım və iqtisadi fay-
dalılığın təmin olunması, mənafelərin əlaqələndirilməsi;
- kooperativin üzvləri arasında kooperativin gəlirləri və
zərərinin onların əmək iştirakına və ya təsərrüfat
fəaliyyətində iştirakına görə bölüşdürülməsi;
-kooperativin üzvü olmayan şəxslərin kooperativin
təsərrüfat fəaliyyətində iştirakının məhdudlaşdın İması;
-kooperativin üzvlərinin əlavə əmlak pay haqqına və
kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmək pay
haqqına görə dividentlərin məhdudlaşdmlması (səviyyənin
müəyyən edilməsi);
-kooperativin fəaliyyətinin demokratik əsaslarla idarə
edilməsi (kooperativin bir üzvü - bir səs);
-kooperativin bütün üzvləri üçün kooperativin bütün
fəaliyyəti ilə bağlı informasiyanın əldə edilməsinin
mümkünlüyü;
- kooperativin təsərrüfat müstəqilliyinə malik olması.
Bütün bu prinsiplər kooperasiyanın 150 illik tarixi
dövründəki dünya praktikasında işlənilmişdir.
Kooperativin üzvləri əsas və assosiativə bölünürlər.
Kooperativin əsas üzvü - qanunvericiliyə və kooperativin
nizamnaməsinin tələblərinə cavab verən və kooperativin
nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə
üzvlük haqqı ödəyən və kooperativə səsvermə hüquqi ilə
qəbul edilən fiziki və (və ya) hüquqi şəxsdir; kooperativin
assosiativ (ortaq) üzvü - kooperativin nizamnaməsində
müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız
mütləq əmlak pay haqqı ödəyən və kooperativə qanunla
nəzərdə tutulan hallar istisna olmaqla, səsvermə hüququna
ma-
Ä» 253 «Ä
Aqrar iqtisadiyyat
lik olmaqla qəbul edilən fiziki və ya hüquqi şəxsdir.
Kooperativin əsas üzvləri təqaüdə çıxdıqları, sağlamlığa
görə işdən getdikləri zaman, kooperativdənkənar seçkili
orqanlara keçərsə, Azərbaycan Respublikası ordu sıralann- da
xidmətdə olarkən, kooperativ nizamnaməsində nəzərdə
tutulan digər işlərə keçərkən əsas üzvlükdən assosiativ
üzvlüyə keçə bilərlər.
Pay üzvlük haqlarını üç növə ayırırlar: kooperativin əsas
üzvləri üçün pay haqqı mütləq və əlavə ola bilər.
Kooperativin ortaq (assosiativ) üzvünün əmlak payı haqqı
onun ödədiyi mütləq əmlak pay haqqına bərabərdir. Mütləq
pay haqqı kooperaiv üzvü tərəfindən mütləq qaydada
ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs
vermək, onun xidmətlərindən və güzəştlərindən istifadə
etmək və əsas kooperativ ödənişlərini almaq hüququ verən
əmlak payıdır. Əlavə pay haqqı kooperativin əsas üzvləri
tərəfindən mütləq pay haqqından əlavə, öz arzusu ilə ödənilən
və əlavə kooperativ ödənişləri almaq hüququ verən paydır.
Assosiativ üzvlərinin pay miqdarı kooperativin
nizamnaməsinə uyğun, müşahidəçi sovetin assosiativ üzvü ilə
bağladığı müqavilə əsasında ödənilir.
Kooperativin fəaliyyətində iştirak edən onun üzvləri
müxtəlif növ gəlirlər alırlar: kooperativ ödəmələri, divi-
dentlər və əmək haqqı.
Kooperativ ödəmələri (əsas kooperativ ödənişləri) -
üzvlərin mütləq pay haqqında, kooperativə şəxsi əməyinə və
təsərrüfat fəaliyyətinə münasib surətdə mənfəətin onlara
ödənilən bir hissəsidir.
Dividentlər (əlavə kooperativ ödənişləri) - səs hüququna
malik olan kooperativ üzvlərinin əlavə əmlak pay haqları
Eldar Quliyev
na mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin
bir hissəsidir. Bu göstərilənlərlə yanaşı istehsal
kooperativinin üzvləri əmək haqqı alırlar, onun miqdarı onun
bilavasitə əməkdə iştirakından və kooperativin gəlirindən
asılı olaraq müəyyənləşdirilir.
Kooperativin fəaliyyətini həyata keçirmək üçün
kooperativlər kooperativin üzvü olmayan, müəyyən
mütəxəssis, peşəkan əmək müqaviləsi əsasında işə qəbul
etmək səla- hiyyətindədir. İstehlak kooperasiyası işçiləri öz
üzvləri hesabına qəbul edə bilər. Kənd təsərrüfatı
kooperativləri istehsal və istehlak formasında yaradıla bilər.
Kənd təsərrüfatı istehsalı kooperativləri - kommersiya
təşkilatı olub, vətəndaşlar tərəfindən istehsal, emal və kənd
təsərrüfatı məhsullarının satışı üzrə birgə fəaliyyət göstərmək
üçün, eyni zamanda qanunda qadağan olunmayan digər
fəaliyyət, kooperativin üzvlərinin şəxsi əməklərinə əsaslanan
digər fəaliyyət növləri gönnək üçün yaradılır.
İstehsal kooperativinin üzvləri yalnız 16 yaşa çatmış
qeyri- hüquqi şəxs olan Azərbaycan Respublikasının
vətəndaşlan ola bilərlər. Kooperativin assosiativ üzvləri
vətəndaşlar, həmçinin sahibkarlıq və təsərrüfat formasından
asılı olmayaraq hüquqi şəxslər ola bilərlər. İstehsal
kooperativinin digər xüsusiyyəti kooperativin əsas üzvlərinin
onun fəaliyyətində şəxsən iştirakıdır. İstehsal kooperativində
üzvlərin sayı beşdən aşağı olmamalı və onlar iş həcminin
50%-dən artığını yerinə yetirməlidirlər. Əks halda o ləğv
edilməlidir.
İstehsal kooperativi - kommersiya təşkilatıdır, daha
doğrusu, bu təşkilatın əsas məqsədi - gəlir əldə etməkdir.
İstehsal kooperativlərinə kənd təsərrüfatı və ya balıq
ovlayan artel və ya kooperativ təsərrüfatları aid edilir.
Ä» 255
Aqrar iqtisadiyyat
Kənd təsərrüfatı arteli - kənd təsərrüfatı məhsulları
istehsalı, emalı və kənd təsərrüfatı məhsullarının satışı üçün
vətəndaşlar tərəfindən könüllülük əsasında birləşmə olub
iştirakçılann maddi və başqa tələbatının ödənilməsi
məqsədilə yaradılır.
Kənd təsərrüfatı istehsal kooperativləri - kənd təsərrüfatı
məhsullarının istehsalı, emalı və satışı üçün, həmçinin
kooperativ üzvlərinin fərdi əmək fəaliyyətinə əsaslanan və
qanunvericilikdə qadağan olunmayan digər fəaliyyətlə birgə
məşğul olmaq məqsədilə kəndli (fermer) təsərrüfatları və ya
fərdi şəxsi təsərrüfatla məşğul olan fiziki şəxslər tərəfindən
yaradılır.
Kənd təsərrüfatı istehsal kooperativlərinin fərqləndirici
cəhəti ondan ibarətdir ki, illik əmtəə satışının 60%-dən az
olmayan hissəsini bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatı
və su təsərrüfatının digər sahələrindən, o cümlədən onlann
məhsullarının emalından əldə edilən məhsullar təşkil edir;
istehsal kooperativi üzvlərinin birgə fəaliyyəti onların
kooperativdə şəxsi əməyi ilə iştirakına əsaslanır. Bu halda,
kooperativ üzvlərinin yerinə yetirdikləri funksiyadan asılı
olmayaraq onlar kənd təsərrüfatı məhsulları isteh- salıçısı
hesab olunurlar; istehsal kooperativləri üzvlərinin xüsusi
mülkiyyətində (sahibliyində, icarəsində) olan torpaqlar
kooperativin pay fonduna verilmir; istehsal kooperativi
üzvlərinin sayı beşdən az olmamalı və görülən işlərin ən azı
70%-i kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir;
istehsal kooperativi kənd təsərrüfatı məhsullarının istehsalı
ilə yanaşı istehsalın təchizatı, satışı, kreditləşmə və digər
xidmətlərin göstərilməsi ilə də məşğul ola bilər. Belə istehsal
kooperativləri qarışıq istiqamətdə fəaliyyət
^ 256 «Ä
Eldar Quliyev
göstərən kooperativ hesab olunur.
Kənd təsərrüfatı istehlak (xidmət) kooperativləri - kənd
təsərrüfatı məhsulları istehsalçıları (fiziki şəxslər), ailə kəndli
təsərrüfatları və kənd təsərrüfatı məhsulları istehsalı ilə
məşğul digər hüquqi şəxslər tərəfindən öz tələbatlannı
ödəmək məqsədilə və təsərrüfat fəaliyyətində iştirak etmək
şərti ilə yaratdıqlan kənd təsərrüfatı kooperativləri istehlak
kooperativinə aid edilir. İstehlak kooperativləri emal, satış
(ticarət), xidmət, təchizat, kredit, sığorta və digər
istiqamətlərdə fəaliyyət göstərə bilərlər. İstehlak kooperativi
bu fəaliyyət növünün birini və ya bir neçəsini yerinə yetirə
bilər.
İstehsal kooperativindən fərqli olaraq, hansı ki, orada
hüquqi şəxslər yalnız assosiativ üzvü olaraq iştirak edə
bilərlər, istehlak kooperasiyasında onun üzvləri vətəndaşlar
və həmçinin hüquqi şəxslər ola bilərlər. Digər tərəfdən
istehlak kooperasiyasının üzvlərinin şəxsən onun
fəaliyyətində əməklə iştirakı nəzərdə tutulmur, ancaq
təsərrüfat fəaliyyətində iştirakı vacibdir. Təsərrüfat
fəaliyyətində iştirakı dedikdə məhsul gətirmək, göndərmək,
kooperativ üzvləri üçün xammal, onlann kooperativdən əldə
etmələri, almaları üçün mal, kooperativin xidmətindən
istifadə başa düşülür.
İstehlak kooperativləri öz üzvlərinin maddi və digər is-
tehlaklarmı, onlara lazım olan xidmətləri göstərmək və təmin
etmək məqsədilə yaradılır. İstehlak kooperasiyaları onların
fəaliyyət növündən asılı olaraq, emal, satış (ticarət), xidmət,
təchizat, bağçılıq, tərəvəzçilik, heyvandarlıq, kredit, sığorta
və s. bölünürlər.
Emal - kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul
olan kooperativlər;
Satış (ticarət) - kənd təsərrüfatı məhsullarının satışı, ^ 257
■ Aqrar iqtisadiyyat
həmçinin onun saxlanılması, sortlaşdırılması, qurudulması,
yuyulması, çəkilib bükülməsi, qablaşdırılması və daşınması,
əqdlər bağlamaq, satış bazarının öyrənilməsini həyata
keçirmək, məhsulun reklamını təşkil etmək və s. ilə məşğul
olan kooperativlər;
Xidmət - mexanikləşdirmə, aqrokimyəvi, meliorasiya,
nəqliyyat, təmir, tikinti, ekoloji-bərpa işləri, heyvanlara
baytarlıq xidməti və damazlıq işi, gübrə və bitki mühafizə
vasitələrinin verilməsi işi, elektrikləşdinnə, telefonlaşdırma,
sani- tariya, kurort və tibbi xidmətlər, məsləhət və auditor
fəaliyyəti və digər iş və xidmətləri həyata keçirən
kooperativlər;
Təchizat - istehsal vasitələrini, gübrələri, yemləri, neft
məhsullarını, avadanlıqları, ehtiyat hissələrini, pestisitləri,
herbisitləri və kənd təsərrüfatı məhsulları istehsalı üçün lazım
olan digər vasitələri almaq və satmaqla məşğul olan
kooperativlər;
Kredit - kooperativ üzvlərinin sərbəst pul vasitələrini
birləşdirmək, əmanətlərini saxlamaq və onlara kreditlər
verməklə məşğul olan kooperativlər;
Sığorta - şəxsi və tibbi sığorta xidmətlərini, əkinlərin,
heyvanların, əmlakın, torpağın sığortalanmasını həyata
keçirən kooperativlər.
Istehlak kooperativi ikidən az olmayan hüquqi şəxs və ya
beş nəfərdən az olmayan fiziki şəxs daxil olduqda yaradılır.
İki və daha çox istehsal və ya istehlak kooperativləri kənd,
rayon, şəhər, habelə ümumrespublika və beynəlxalq səviyyəli
müxtəlif istiqamətli kooperativlər yarada bilərlər.
Kənd təsərrüfatında kooperasiya - özündə birgə fəaliyyət
əməkdaşlığını tərənnüm etməklə, müxtəlif təşkilati
formalarda həyata keçirilir. Kənd təsərrüfatı kooperativlə-
Ä» 258 «Ä
Eldar Quliyev
rinin yaradılması və fəaliyyət göstərməsinin iqtisadi və
hüquqi əsaslan Azərbaycan Respubikası Milli Məclisinin
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun
layihəsində öz əksini tapmışdır.
Kənd təsərrüfatı kooperativləri - kənd təsərrüfatı
məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün
könüllü üzvlüyünə əsaslanan birliyi olub, iştirakçıların
iqtisadi, sosial və başqa tələbatlarının ödənilməsi məqsədilə
yaradılan hüquqi şəxsdir.
Kənd təsərrüfatı kooperativi - təsərrüfatın idarə
edilməsinin, apanimasının təşkilati - hüquqi formalarından
biridir. O, kənd təsərrüfatı əmtəə istehsalçılarının, birgə
istehsal və ya digər təsərrüfat fəaliyyətlərini pay üzvlük
haqları əsasında kooperativ üzvlərinin maddi və digər
tələbatlarının ödənilməsi üçün yaradılmış təşkilatdır.
Kənd təsərrüfatı kooperativləri digər kooperativlərdən
onunla fərqlənir ki, o, kənd təsərrüfatı əmtəə istehsalçılan
tərəfindən yaradılır. Kənd təsərrüfatı “əmtəə istehsalçısı”
anlayışı kooperativə münasibətdə onun kənd təsərrüfatına aid
edilməsidir. Bu onu göstərir ki, kənd təsərrüfatı ilə məşğul
olan fiziki və ya hüquqi şəxslər tərəfindən istehsal edilən
məhsulların 50%-dən çoxunu kənd təsərrüfatı məh- sullan
təşkil etməlidir.
Kənd təsərrüfatı kooperativləri aşağıdakı prinsiplər üzrə
yaradılır və fəaliyyət göstərirlər:
- üzvlü}din könüllülüyü;
- kooperativin üzvləri üçün iqtisadi mənfəətin qarşılıqlı
kömək və təminatı;
-kooperativin gəlirlərinin, ziyanının onun üzvləri arasında,
onların şəxsi əməkdə və ya kooperativin təsərrüfat
259
Aqrar iqtisadiyyat
fəaliyyətində iştirakına görə bölüşdürülməsi;
-kooperativin üzvü olmayan şəxslərin təsərrüfat
fəaliyyətindəki iştirakını məhdudlaşdırmaq;
- kooperativin assosiasiyalı üzvlərinin əlavə üzvlük
haqqına və üzvlük paylarına görə əlavə dividentlərdən
məhdudlaşdırmaq;
-kooperativin demokratik əsaslarla idarə edilməsi (bir
nəfər - bir səs);
- kooperativin fəaliyyəti haqqında informasiyanın bütün
üzvləri üçün əlçatar olması.
Kooperativin üzvləri - kooperativin nizamnaməsinin
müəyyən etdiyi məbləğdə pay üzvlük haqqını ödəyən
kooperativə səsvermə hüquqi ilə qəbul edilən fiziki və ya
hüquqi şəxslərdir. Kooperativin assosiativ üzvləri - pay
üzvlük haqqını ödəyən, ona görə divident alan, ancaq
səsvermə hüququ olmayan (qanunda nəzərdə tutulmuş hallar
istisna olmaqla) fiziki və hüquqi şəxslərdir. Kooperativin əsas
üzvləri özlərinin üzvlüklərini pensiya yaşı çatdığı zaman,
sağlamlığına görə işdən gedərsə, Azərbaycan Respublikası
ordusu sıralannda xidmətdə olarkən, kooperativin
nizamnaməsində nəzərdə tutulan digər işlərə keçərkən
assosiativ üzvlüyünə çevirə bilərlər. Pay üzvlük haqlarını üç
növə ayırırlar: kooperativin əsas üzvləri üçün mütləq və
əlavə, kooperativin assosiativ üzvləri üçün pay üzvlük haqqı
(şəkil 14).
İqtisadi inteqrasiya təşkilatlann birləşdirilməsi, onlann
bir-birinə uyğunlaşdırılması, qarşılıqlı fəaliyyəti
dərinləşdirmək, onlar arasındakı əlaqəni inkişaf etdinnək
kimi təqdim edilir. İnteqrasiya istehsal-texniki əlaqələrin
genişləndirilməsi və dərinləşdirilməsində, resurslardan birgə
is- Ä» 260
Eldar Quliyev
tifadədə, kapitalın birləşdirilməsi və təsərrüfat fəaliyyətinin
həyata keçirilməsində əlverişli şəraitin yaradılmasında özünü
göstərir.
Şəkil 14. Kooperasiya növləri.
^ 261 «Ä
Aqrar iqtisadiyyat
12.3. AQRAR-SƏNAYE İNTEQRASİYASI
İki cür inteqrasiya ayrılır: üfıqi və perpendikulyar. Son
zamanlar Azərbaycanda yeni inteqrasiya forması diversifı-
kasiya strukturları və ya konqlomeratlar əmələ gəlmişdir.
Üfıqi inteqrasiya bir sahə üzrə olan müəssisələrin arasında
olan qarşılıqlı əlaqəni əks etdirir, daha doğrusu, daxili
sahələrarası əlaqəni tərənnüm edir, əməyin ictimai
bölgüsünün dərinləşməsi imkanları daxilində inkişaf edir.
Ümumi istehsal məsələlərinin həlli müəssisənin koopera-
tivləşməsi əsasında həyata keçirilir. Kənd təsərrüfatına
tətbiqinə gəldikdə, bu, kənd təsərrüfatı müəssisələrinin
könüllü və bərabər hüquqlu əməkdaşlığıdır. Onlann
fəaliyyətləri kooperasiya formasında, məhsul mübadiləsi
fəaliyyəti və ya əməyin daha yüksək istehsal məhsuldarlığına
nail olmaq üçün istehsalın optimal konsentrasiyası və
ixtisaslaşması əsasında yaradılır.
Üfıqi inteqrasiya kənd təsərrüfatının bir sıra sahələrində
inkişaf tapmışdır. Bunun xarakter nümunəsi olaraq maddi,
maliyyə və əmək resurslarının bir hissəsinin birləşdirilməsi
ilə könüllülük əsasında müəssisə və təşkilatlann
yaradılmasıdır. Üfıqi inteqrasiya kənd təsərrüfatı və sənaye
istehsalı arasındakı əlaqəni yaratmaq üçün əlverişli şərait
yaradır.
Perpendikulyar inteqrasiya kənd təsərrüfatı və sənaye
sahələri müəssisələri arasında, texnoloji cəhətdən kənd
təsərrüfatı məhsulları və onun sənaye emalı istehsalı
müəssisələrinin sahələrarası əməkdaşlığını əks etdirir. Bu
əlaqələr səviyyə və xarakter etibarilə fərqlənə bilərlər, ancaq
dəyişilməz şərt - müxtəlif sahələrin müəssisələrinin
inteqrasiyasıdır. Perpendikulyar inteqrasiya aqrar-sənaye
kom- Ä<“ 262
Eldar Quliyev
pleksi adı almışdır.
Aqrar - sənaye kompleksində diferensiasiya olunmuş
yaranma (konqlomerat) inkişaf tapmışdır, inteqrasiya
olunmuş qrupları təmsil edir, hansı ki, onun da tərkibinə
istehsal fəaliyyətləri ilə aralarında bağlılıq olmayan müəssisə
və təşkilatlar daxildir. Konqlomerat xüsusiyyətlərinə aid
edilir: təsərrüfat fəaliyyətlərinin bir sıra sahələrinin
birləşməsi; istehsalda ictimailiyin olmaması; hüquqi
müstəqilliyin itirilməsi və saxlanılması imkanları; baş
kompaniyadan maliyyə asılılığı.
İnteqrasiya olunmuş istehsala keçid məhsuldar qüvvələrin
və sahələrarası əlaqələrin inkişaf və səviyyəsinin obyektiv
şərtidir.
İnteqrasiyaya məhsuldar qüvvələrin müəyyən inkişaf
dövründə meydana gələn ictimai-iqtisadi proses kimi baxılır.
Aqrar-sənaye inteqrasiyası sinergetik səmərə verir və
məhsul buraxılışının artımı, cari xərclərin azalması, məhsulun
keyfiyyətinin yaxşılaşması və onun istehlakçıya çatdırılması
vaxtının qısaldılması, son nəticədə əhalinin tələbatının daha
tam təmin olunması ilə xarakterizə olunur. Sinergetik
səmərənin iqtisadi göstəriciləri - məhsul istehsalı həcminin
artımı (resursların dəyişilməz həcmi ilə), cari xərclərə qənaət,
ümumi gəlir, qazanc, rentabellik səviyyəsi. Müasir şəraitdə
inteqrasiyanın genişləndirilməsinin vacibliyi şərti bir sıra
səbəblərlə əlaqədardır: sahibkarlıq formasının dəyişməsi,
kənddə istehsal və torpaq münasibətlərinin, aqrar bölmədə
təsərrüfat fəaliyyətinin idarəetmə sisteminin dəyişməsi, bazar
iqtisadiyyatındakı qeyri-müəyyənlik, kənd əmtəə
istehsalçıları ilə emaletmə və aqroser- vis müəssisələri
arasında meydana çıxan əksliklər. Təcrü-
Ä» 263
Aqrar iqtisadiyyat
bə göstərir ki, inteqrasiya prinsipləri əsasında onlann
birləşdirilməsi çoxvariantlılıq zamanı daha asan həll olunur.
Onların içərisində əsasları aşağıdakılardır:
L Könüllülük - Təcrübə göstərir ki, aqrar - sənayenin
yaradılması çox hallarda idatrəetmə orqanlarının təşəbbüsü
ilə olur ki, bu da onların imkanlarının tam realizə olunmasına
imkan vermir;
2. Adaptasiya olmaq - daima dəyişkən iqtisadi şəraitdə
inteqrasiyanın bazar iqtisadiyyatının tələblərinə cavab verən
təşkilati formalarının axtarılmasını tələb edir;
3, Mərhələlilik - aqrar - sənaye inteqrasiyasının inkişafı
üçün maddi - texniki və maliyyə şəraiti imkanları daha sadə
formalardan mürəkkəbə doğru getməlidir;
4, Tamlılıq və komplekslilik - inteqrasiya strukturlarının
yaradılması və fəaliyyətləri inteqrasiya prosesi həlqələri ilə
dəqiq razılaşdırılmalıdır. Balanslaşdırılmış resurs təminatı
üçün ərazi kompleksliliyini gözləmək lazımdır;
5. Məhsulun istehsalçıdan istehlakçıya hərəkəti zamanı
mübadilənin qarşılıqlı xeyirli olması.
Bunlara iqtisadi münasibətlər mexanizmi vasitəsilə nail
olurlar ki, bu da təcrübi cəhətdən iki variantda realizə oluna
bilər.
Birinci - hər bir tərəf - müqabilin son nəticəyə fərdi
sərmayə qoyduğunu müəyyənləşdiraıək və onu nəzərə alaraq
maliyyə yekununun paylanması qaydasının
müəyyənləşdirilməsi;
İkinci - bütün tərəf - müqabillərin inteqrasiya üzrə
rentabellik fəaliyyətlərini təmin edən haqq - hesab
qiymətlərinin müəyyənləşdirilməsi:
Ä» 264
Eldar Quliyev
-İnteqrator müəssisələrinin çoxluğu. İnteqratorlaşmış
strukturlan yaratmaq üçün baş təşkilatın seçimi sualı ortaya
çıxır, çünki bu funksiyanı yalnız maliyyə cəhətdən davamlı
və yüksək istehsal potensialına malik müəssisə yerinə yetirə
bilər;
- Ölçü optimallığı. Yeni yaradılmış sistem optimal ölçüyə
mülik olmalıdır ki, fəaliyyət miqyasından asılı olaraq lazımi
qənaət əldə edə bilsin.
Aqrar - sənaye inteqrasiyası imkan verir:
- elmi - texniki tərəqqinin nailiyyətlərini tezliklə istehsala
tətbiq etməklə, bircinsli optimal istehsal və yüksək
keyfiyyətli məhsul üçün zəmin yaradır;
-kənd təsərrüfatından alınacaq xammalın həcmi və emal
sənayesinin gücü arasında rasional proporsiyanı təmin edir;
- məhsulun bir texnoloji fazadan digərinə hərəkətini
tezləşdirir;
- istehsal tsiklinin bütün həlqələrində vahid təkrar istehsal
prosesini təmin edir;
-sənaye emalı zamanı alınmış xammal və tullantıların
daha tam istifadə edilməsinə;
- aqrar - sənaye istehsalı kompleksində mövcud işçi
qüvvəsi və vasitələrdən səmərəli istifadəyə;
- idarəedici personalın sayını optimallaşdırmaq və onun
saxlanılmasına olan xərclərin azaldılmasına;
- qiymətəmələgəlmə sferasında inhisarçılıq strukturlan-
na qarşı durmağa;
- mal istehsalçılarında keyfiyyətli məhsul istehsalına
iqtisadi maraq yaratmağa;
-kəndin sosial və digər məsələlərinin sürətli templə
265
Aqrar iqtisadiyyat
həll edilməsinə və s.
Aqrar - sənaye kompleksində əmələ gəlmiş şəraitdən,
inteqrasiya əlaqələrinin müxtəlif dərəcə və dərinliyindən asılı
olaraq əksər hallarda sahələrin birləşməsi hissədən
(natamamdan) tam inteqrasiyaya doğru müxtəlif təşkilati
formalarda meydana çıxır.
Natamam inteqrasiya zamanı müəssisə alış - satış prinsipi
əsasında, özünün tam təsərrüfat müstəqilliyi və hüquqi
şəxsliyini saxlayaraq müqavilə əsasında işləyir. Maliyyə,
maddi - texniki, əmək resurslarının birləşməsi tam olmur və
ya müəyyən qədər təşkil edir. Bununla əlaqədar təsərrüfat
müxtəlif sahibkarlıq formasına malik ola bilər. Fərq yalnız
istehsal və əməyin təşkilində ola bilər.
Tam inteqrasiya o deməkdir ki, müqavilə əsasından
təşkilati, iqtisadi, sosial birlik yaratmağa keçid, inteqrasiya
sisteminə daxil olan və bütün sistemin inkişafı üçün vahid son
nəticəyə işləməkdir.
Aqrar - sənaye kompleksinin başlanğıc və daha sadə
inteqrasiya forması çox böyük olmayan emal sexləridir. Bu
təsərrüfatlarda sənaye sahəsi yardımçıdır. Onlar aqrar -
sənaye müəssisəsi yaratmaq üçün baza rolunu oynayır.
Aqrar - sənaye müəssisəsi - istehsal, sənaye emalı və kənd
təsərrüfatı məhsullannm saxlanılmasını özündə birləşdirən
ixtisaslaşmış təşkilatdır. Ancaq tərkibində məhsulların emalı
və saxlanılması bölmələrini birləşdirən bütün təsərrüfatlar
aqrar-sənaye müəssisəsi ola bilməz. Aqrar - sənaye
müəssisəsinə aid olan təsərrüfatlann (istehsal kooperativləri,
dövlət unitar müəssisələri, təsərrüfat cəmiyyətləri və s.)
ştatlarını emal, qablaşdırma və kənd təsərrüfatı məhsullannm
saxlanılması ilə məşğul olan işçilər
266
Eldar Quliyev
və məhsulun 25%dən az olmayan hissəsini ixtisaslaşmış
sahənin məhsulu təşkil etməlidir. Bu müəssisələrdə sənaye
istehsalı ilə əmtəə məhsullarının 25%-dən çoxu emal və kənd
təsərrüfatı məhsullarının saxlanılması təşkil etməlidir, çünki
təsərrüfatın əsas istehsal istiqamətini bu sahələr təşkil edir.
Kənd təsərrüfatı məhsullarının emalı aşağıdakı qaydalarda
təşkil oluna bilər:
-emal sexlərinin tikintisi şəxsi hesaba və ya alınmış
borcun hesabına;
-kənd təsərrüfatı müəssisələrinin emal müəssisələrinin
qatılması yolu ilə birləşdirilməsi.
Növbəti inteqrasiya forması - aqrofınnadır. Bu
müəssisələr (birliklər) istehsal təsərrüfat fəaliyyətlərinin
təsərrü- fatdaxili (təsərrüfatlararası) istehsal, saxlama, emal
və kənd təsərrüfatı məhsullarının realizasiyası əsasında
inteqrasiyasını həyata keçirirlər. Aqrofırmanm təşkilati -
istehsal strukturu özündə vahid texnoloji, iqtisadi və kənd
təsərrüfatı, emal və ticarət müəssisələrinin təşkilati
kompleksini əks etdirir. Aqrar - sənaye kombinatları və
birliklərdən fərqli olaraq aqrofirmalar regionun az miqdarda
müəssisə və təşkilatlarını birləşdirir. Kənd təsərrüfatı və
sənaye istehsalının daha mürəkkəb inteqrasiya forması - aqrar
- sənaye kombinatıdır. Bu istehsal, sənaye, emal (axıra qədər
işləyib qurtarmaq), saxlama, qablaşdırma və məhsulun rea-
lizasiyası üzrə istehsal - təsərrüfat kompleksidir. Kombinat
sahə və istehsalın kombinasiyası və inteqrasiyası əsasında
fəaliyyət göstərir.
Bir qayda olaraq aqrar - sənaye kombinatına daxildir:
kənd təsərrüfatı müəssisələri; kənd təsərrüfatı xammalının
267
Aqrar iqtisadiyyat
emalı müəssisələri; kənd təsərrüfatı istehsalına xidmət; tikinti
və nəqliyyat təşkilatı; ixtisaslaşmış ticarət şəbəkəsi.
Emal sənayesinin səmərəli inkişafı aqrar - sənaye
kombinatının ətrafında xammal zonasının təşkilini təmin edir.
Xammal bazalannm yaranması nəqliyyat xərcləri və itkilərin
maksimum azaldılmasına, həmçinin məhsulun tədarükü,
saxlanılması, nəqli zamanı məhsulun keyfiyyətinin
saxlanılmasına əsaslanır. Bunlar əsasən xammalın emal
sənayesi müəssisələrinin ətrafında cəmlənməsi nəticəsində
əldə edilir. Aqrar - sənaye kombinatının xarakter xüsusiyyəti
istehsalın yüksək dərəcədə mərkəzləşdirilməsi, satış,
investisiya, planlaşdırma və maliyyələşdirmədir.
Perpendikulyar inteqrasiyanın formalarından biri aqrar -
sənaye birliyidir. Onlar bir qayda olaraq inzibati rayonun
kənd təsərrüfatı və sənaye müəssisələrinin əsasında yaradılır.
Aqrar-sənaye birliyi səviyyəsində inteqrasiya kənd təsərrüfatı
istehsalının daşıma sferası, emal, saxlama və məhsulun rea-
lizasiyasımn birliyini və balanslaşdınimasını tələb edir.
İnteqrasiyalaşdınimış yaranmaların aqrar - sənaye
kombinatı və birlikləri şəklində təşkili müasir Azərbaycan
mühitində holdinq kompaniyaları formasında fəaliyyət
göstərirlər.
Holdinq kompaniyaları müəssisələr və sahələr arasında
bazarda mal bolluğu yaratmaq məqsədilə kapitalın sürətli
hərəkətini təmin edir.
Müqavilə əsasında müştərək fəaliyyət üçün aqrar - sənaye
assosiasiyası yaradılır. Bu, qeyri-kommersiya təşkilatı olub
tərəf-müqabillərinin təsərrüfat fəaliyyətinin koordinasiyası
(kənd təsərrüfatı, emaledici müəssisələr və ticarət təşkilatla-
nnın) məhsulun istehsalı və realizasiyasından əldə olunan
qazancın iştirakçılar arasında bərabər bölünməsinə əsaslanır. Ä*» 268
Eldar Quliyev
Assosiasiyalar iki tipdə yaranır: sahələr və məhsula görə.
ASK sferasında daha bir inteqrasiya fomıası - konserndir.
Bu birləşmə forması bilavasitə iştirak sistemi, yəni maliyyə
əlaqələri, ümumi maraqlara görə müqavilə əsasında həyata
keçirilir. Bu inteqrasiya yaranmaya daxil olan təşkilatlar
nominal olaraq vahid təsərrüfat rəhbərinə tabe olurlar.
Müəssisələrin konsern şəklində birləşməsi onlara vahid
qapalı sistemdə işləməyə - istehsaldan başlayıb məhsulun
realizasiyasına qədər - imkan verir.
Belə kapitalın, istehsal gücünün cəmlənməsi, istehsalın
diversifıkasiyasma geniş imkanlar əsasında yaranan
təşkilatlar bazar konyunkturasının dəyişkənliyinə dözümlü
olur və investisiya resurslannm səmərəli bölüşdürülməsinə və
onları daha rentabelli sahələrə yönəltməyə imkan verir. YOXLAMA SUALLARI
1. inteqrasiyanın mahiyyəti nədən ibarətdir?
2. Ofıqi inteqrasiya nə deməkdir, onun xüsusiyyətləri?
3. Perpendikulyar inteqrasiya nə deməkdir, onun əsas
xüsusiyyətləri?
4. Müasir şəraitdə inteqrasiyanın inkişafı nə ilə əlaqədardır?
5. Kooperativlərin yaradılması prinsipləri.
6. Kənd təsərrüfatı kooperativlərinin əsas xüsusiyyətləri.
7. Kənd təsərrüfatı kooperativlərinin formalarını xarakterizə
edin.
8. Aqrar - sənaye inteqrasiyası nə deməkdir?
9. Aqrar - sənaye kompleksinin inkişafında inteqrasiyanın nə
kimi rolu vardır?
10. Aqrar - sənaye inteqrasiyasının təşkilati formalarını
xarakterizə edin.
Ä*» 269 «Ä
Aqrar iqtisadiyyat
MÖVZU 13. AQRAR İQTİSADİYYATDA TƏKRAR İSTEHSALIN
İQTİSADİ SƏMƏRƏLİLİYİ. AQRAR SAHƏNİN MƏHSULLARI
VƏ ONLARIN SATIŞI
13.1. AQRAR SAHƏNİN ÜMUMİ VƏ ƏMTƏƏLİK MƏHSULLARI
Kənd təsərrüfatında ümumi məhsuldarlıq (xərci
çıxılmamış gəlirin hamısı) müəyyən bir dövr ərzində bütün
sahələrdə istehsal olunmuş məhsulun miqdarını əks etdirir.
Burada bitkiçilikdə ümumi məhsuldarlıq və heyvandarlıqda
ümumi məhsuldarlıq olmaqla iki hissəyə bölünür.
Bitkiçilikdə ümumi məhsuldarlığa kənd təsərrüfatı
bitkilərindən yığılan ümumi məhsul, əlavə məhsullar nəzərə
alınmaqla çoxillik bitkilərin əkilməsinə, tinglərin
yetişdirilməsinə və başa çat- dınlmamış işlərə çəkilən
xərclərin miqdarı daxildir. Heyvandarlıqda ümumi
məhsuldarlıq - buraya heyvanlann kəsilməsi ilə əlaqədar
olmayan hazır məhsul (süd, yun, yumurta), balalama, cavan
və yaşlı heyvanların yetişdirilməsi, artımı, həmçinin əlavə
çəkilən xərclər daxildir.
Kənd təsərrüfatında ümumi məhsul natural və dəyərlə
hesablanılır. Natural göstəricilərdə o, ayrı - ayn məhsul
növləri ilə müəyyənləşdirilir. Ümumi məhsulun dəyəri
təqdim edilən və faktiki mövcud olan qiymətlərlə (onun
əmtəə hissəsi - realizə qiymətləri ilə, qeyri - əmtəə hissəsi isə
maya dəyəri ilə), həmçinin maya dəyəri ilə hesablanır.
Ümumi məhsul istehsalının həcmini dinamikada
müəyyənləşdirmək üçün, həmçinin iqtisadi səmərəlilik
göstəricilərini, torpaq, maddi və əmək resurslarının
istifadəsini (torpaq verimi, fond verimi, əmək məhsuldarlığı
və s.) və ümumi məhsuldarlığı digər məqsədlərə görə
hesablamaq üçün müqayisəli qiymətlərdən istifadə edilir.
Ümumi məh Ä® 270
Eldar Quliyev
sulun fəaliyyətdə olan mövcud qiymətlərlə
qiymətləndirilməsində ümumi və təmiz gəlirdən istifadə
edilir. Kənd təsərrüfatında ümumi məhsulun dəyəri
fəaliyyətdə olan qiymətlərlə inflyasiya nəticəsində xeyli
artmışdır, ancaq istehsalın natural istifadəsi ilə bir sıra növ
məhsullar azalmışdır.
Kənd təsərrüfatında ümumi məhsul ümumi dövriyyə
metodu ilə müəyyənləşdirilir. Ümumi dövriyyə müəssisənin
bütün bölmələri tərəfindən mövcud məhsulların müəssisənin
daxilində gələcək istehsal üçün istifadə edilməsi və ya kənara
realizə olunmasından asılı olmayaraq müəyyən dövr ərzində
istehsal olunan bütün ümumi məhsulun dəyəridir. Ümumi
dövriyyənin müəyyənləşdirilməsi üçün ara məhsullarda -
toxum, yem və s. ikiqat hesaba yol verilir.
Ümumi məhsul-istehsalın miqdarım, kənd təsərrüfatının
ümumi ictimai məhsul istehsalında sahə istehsalı strukturunu,
ayn-ayn kateqoriya təsərrüfatlarının məhsul istehsalm- dakı
rolunu xarakterizə edən vacib iqtisadi göstəricidir (cədvəl
18).
Bununla belə, bu göstəricinin bir sıra çatışmazlıqlan vardır
ki, müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrini onun
vasitəsilə obyektiv qiymətləndimnəyə imkan vermir.
Birincisi, ümumi məhsul özündə hazırkı vaxtda tətbiq
edilən canlı əməyi və keçmiş əməyi əks etdirir. Ona görə də
ümumi məhsulun hesablanmış göstəriciləri canlı əmək
haqqında tam təsəvvür vermir. Çünki onun miqdarı maddi
resursların həcmindən asılıdır.
İkincisi, kənd təsərrüfatında bitkiçiliyə və heyvandarlığa
hesablanmış ümumi məhsulun cəmində təkrarlara yol verilir.
(Müəssisədə istehsal edilmiş və il ərzində istehlak edilmiş
yem iki dəfə hesablanır; belə ki, bitkiçilikdə məhsulla-
Ä» 271
Aqrar iqtisadiyyat
nn və həmçinin, heyvandarlıq məhsullannm əsas elementi
olan maya dəyəri);
Üçüncüsü, ümumi məhsulu cari qiymətlərlə
hesablayarkən onun həqiqi qiyməti aşağı və yaxud yuxarı
hesablanır, məhsulun bir hissəsi maya dəyərinə görə
hesablanır, o da ya yüksək, ya da aşağı ola bilər. Cədvəl 18.
Azərbaycan Respublikasında kənd təsərrüfatının ümumi məhsulu (faktiki mövcud qiymətlərlə; mln.man)
2005 2007 2008 2009 2010 2011 Bütün təsərrüfat kateqoriyaları
1844.8 2918.6 3505.9 3805.5 3.8.77.7 4525.2
0 cümlədən
Bitkiçilik 988.2 1726.4 2084.9 2106.0 1999.2 2339.8 Heyvandarlıq 856.6 1192.2 1421.0 1699.5 1878.5 2185.4 Kənd təsərrüfatı müəssisələri
68.8 119.6 186.0 227.9 192.6 236.0
0 cümlədən
Bitkiçilik 13.9 23.2 41.0 70.0 60.0 82.2 Heyvandarlıq 54.9 96.4 145.0 157.9 132.6 153.8 Fərdi sahibkarlar, ailə
kəndli və ev
heyvanları
1776.0 2799.0 3319.9 3577.6 3685.1 4289.2
O cümlədən
Bitkiçilik 974.3 1703.2 2043.9 2036.0 1939.2 2257.6 Heyvandarlıq 801.7 1095.8 1276.0 1541.6 1745.9 2031.6
Dördüncüsü, ümumi məhsulun göstəriciləri müqayisəli
qiymətlərlə hesablanır ki, o da məhsulun keyfiyyətini əks
etdirmir.
Ä» 272
Eldar Quliyev
Əmtədlik məhsullar - ümumi məhsulların realizə olunması
üçün olan hissəsidir. Əmtəə məhsullarının sahədən- kənar
(müəssisələrə) buraxılmış və istehlakçı və ya satıcı təşkilat
tərəfindən ödənilmiş hissəsi realizə olunmuş mallar adlanır.
Bununla belə, təcrübədə və kənd təsərrüfatı ədəbiyyatlarında
bu anlayışa sinonim kimi əmtəə məhsulları dedikdə, realizə
olunmuş və pulla ödənilmiş məhsullar anlaşılır. Əmtəə və
realizə olunmuş məhsullar cari qiymətlərlə hesablanılır.
Müəssisənin əmtəəlik məhsulu və sahənin əmtəəlik
məhsulunu ayırmaq vacibdir. Müəssisənin və sahənin
əmtəəlik və ayn-ayrı növ məhsullarını xarakterizə edən -
əmtəəlik səviyyəsi, əmtəəlik məhsulun ümumi həcmi, vahid
torpaq sahəsinə görə əmtəəlik məhsulun həcmi və ya hər baş
heyvana görə - əsas göstəricilərdir.
Vacib göstərici - əmtəəlik səviyyəsi adı altında əmtəəlik
məhsulun (ƏM) (realizə olunmuş) ümumi məhsula nisbəti
(ÜM) kimi başa düşülür, %-lə
= ƏM: ÜM • 100
Ayrı-ayn məhsul növlərinin (taxıl, şəkər çuğunduru, süd
və s.) əmtəəlik səviyyələrini müəyyənləşdirərkən ümumi və
realizə olunmuş məhsulun həcmini sahələr və ya ümumilikdə
müəssisənin natural ifadədə dəyər göstəriciləri ilə
hesablayırlar. Belə hallarda ümumi və realizə olunmuş
məhsulun vahid qiymətlərlə hesablanması vacibdir.
Kənd təsərrüfatı istehsalında əmtəəlik səviyyəsi təsərrüfat
kateqoriyaları üzrə dəyişkəndir. Əmtəəlik səviyyəsi kənd
təsərrüfatı müəssisələrində əhali təsərrüfatlanna nisbətən
daha yüksək olur. Bu təsərrüfatın apaniması məqsədindən
asılıdır. Kənd təsərrüfatı müəssisələrinin məqsədi
273 "Ä
Aqrar iqtisadiyyat
satış üçün məhsul istehsalıdır, ailə təsərrüfatlarında ailənin
ərzaq mallarına olan tələbatını ödəməkdir.
Müasir şəraitdə kənd təsərrüfatı istehsalında əmtəəlik
məhsulun səviyyəsinin yüksəldilməsinin əsas istiqamətləri
aşağıdakılardır:
- ümumi məhsul istehsalının kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının və heyvanların məhsuldarlığının artırılması
hesabına yüksəldilməsi (kənd təsərrüfatında tətbiq edilən
sortlann potensial məhsuldarlığı və kənd təsərrüfatı bitkiləri
hibridlərinin ancaq 40-60%-i istifadə edilir);
- təsərrüfatdaxili məhsul məsarifmin istehsal ehtiyaclan
üçün işlənilməsinin azaldılması (toxum, yem, xammal və s.);
- toxum və yemin keyfiyyətini yaxşılaşdırmaq və onların
qənaətlə sərf olunması;
- məhsulun istehsalı, saxlanılması, daşınması prosesində
itkilərin azaldılması;
-marketinq əsasında məhsulun satışının
təkmilləşdirilməsi.
Aqrar - sənaye kompleksi istehsalında əmtəə səviyyəsini
əhəmiyyətli dərəcədə bazann konyunktur dərəcəsi, təklif və
tələb müəyyən edir.
13.2. MƏHSULUN RƏQABƏT QABİLİYYƏTİ VƏ KEYFİYYƏT
XÜSUSİYYƏTLƏRİ
Bazarda müəssisənin yaşaması, onun dayanıqlıq vəziyyəti
əmtəə və xidmətlərin rəqabət qabiliyyəti səviyyəsi ilə
müəyyən edilir. Bazara çıxarılmış hər hansı məhsul alıcı
tələbatının təminetmə sınağından keçir. Alıcı o məhsulu alır
ki, onun tələbini daha çox təmin edir.
274 «Ä
Eldar Quliyev
Rəqabət qabiliyyətli məhsullar. Bazarda mövcud olan
məhsullarla müqayisədə daha yüksək istehlak xüsusiyyətinə
və yüksək istehlak tələbinə malik olan məhsullardır.
Rəqabətqabiliyyətliliyi rəqabətdə olan məhsullarla müqayisə
etmək vasitəsilə müəyyən etmək olar. Beləliklə, rəqabət
qabiliyyətli məhsullar anlayışı nisbidir, rəqabət
qabiliyyətliliyi dəqiq konkret bazarla və satış vaxtı ilə
bağlıdır (xüsusilə kənd təsərrüfatı məhsulları üçün).
Rəqabət qabiliyyəti iki əsas faktorla müəyyənləşdirilir:
qiymət və məhsulun keyfiyyəti ilə, eyni zamanda ikincisi
tədricən əsas sayılır. Məhsulun keyfiyyəti bilavasitə istehlak
dəyəri ilə əlaqədardır. İstehlakçı üçün məhsulun təbiəti deyil,
onun əmtəəlik olması maraqlıdır. Alış-satış aktının baş
verdiyi anda alıcı mövcud əmtəənin bazar şəraitinə
uyğunluğunu təsdiq edir. Nə qədər çox alıcı əmtəənin bazar
şəraitinə uyğunluğunu təsdiq edirsə, deməli bir o qədər
məhsul, əmtəə rəqabətqabiliyyətlidir.
Kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliliyi
digər amillərlə də müəyyənləşdirilir: qablaşdırma və reklam
və s. Rəqabət qabiliyyətini daima sistematik və arası-
kəsilmədən öyrənmək lazımdır. Bu onu tapmağa imkan verir,
o nə vaxt enməyə başlayır və həmin anda lazımi qərar qəbul
edilməsinə şərait yaradır (həmin məhsulun istehsalını
dayandırmaq, yoxsa azaltmaq, keyfiyyətini yaxşılaşdırmaq,
digər bazara yönəltmək və s.). Digər halda rəqabət qabiliyyəti
məhsul istehsalının genişləndirilməsi üçün əsas həlqə ola
bilər.
Məhsulun keyfiyyəti - anlayışı beynəlxalq ISO 8402-86
standartı üzrə məhsulun (xidmətin) təyinatına uyğun olaraq
müəyyən tələbatı ödəmək qabiliyyətini əsaslandıran yarar-
275
Aqrar iqtisadiyyat
lılıq xassələrinin məcmusudur. Alıcı o məhsulları keyfiyyətli
hesab edir ki, hamısı spesifik təyinat tələbinin qoyulmasından
asılı olmayaraq onun istehlak şərtini ödəyir. Eyni malm
keyfiyyəti bir məqsəd üçün istifadə ediləndə yüksək
keyfiyyət təyinatlı olur. Ancaq başqa məqsədlər üçün istifadə
edildikdə aşağı keyfiyyət kimi özünü göstərir. Belə ki,
arpanın tərkibində zülalın miqdarı çox olduqda yem üçün
daha keyfiyyətli, ancaq pivəbişirmədə aşağı keyfiyyətə malik
olur. Məhsulun rəqabət qabiliyyəti alıcı üçün maraq doğuran
xüsusiyyətləri ilə (məs., ölçüsü, təzəliyi, meyvələrin dadı)
müəyyənləşdirilir. Digər parametrlər (məs., forma,
meyvələrin rəngi) rəqabətqabiliyyətli xüsusiyyətlər hesab
edilir. Rəqabət bazarının inkişafı məhsulların keyfiyyətinin
yaxşılaşdırılmasını bizdən tələb edir. Bununla əlaqədar əmtəə
istehsalçıları qarşısında keyfiyyətin və onun idarə edilməsinin
planlaşdırılması, müəyyən müvəffəqiyyətə nail olmaq üçün
daha qənaətli variantın seçilməsi durur. Bütün bu problemlər
o vaxt yaxşı həllini tapır ki, müəssisələrdə keyfiyyət
standartları tətbiq edilmiş olsun.
Standartlaşdırma - bu, tələblərin normal qaydada
xarakteristika və bərpasına, qurulmasına yönəlmiş
fəaliyyətdir. Bu, istehlakçının əmtəəni əldə etməsi üçün onun
hüquqlarının təmin edilməsidir və onun münasib qiymətə
alınması keyfiyyətini təmin edir. Göstərilənlər standartlann
işlənilməsi, dərc olunması və tətbiqində öz əksini tapır.
Standart - əksər maraqlı tərəflərlə razılaşdırılmış və
işlənilmiş, kompotent orqanlar tərəfindən təsdiq edilmiş
(Azstandart, nazirlik, müəssisə) normativ texniki sənəddir.
Orada müəyyən obyektə aid ümumi prinsipləri xarakterizə
^ 276
Eldar Quliyev
edən tələb və metodlar müəyyən edilir. Standartlaşmanın
obyekti konkret məhsul, xidmət və proseslər, normalar,
metodlar və s. ola bilər.
Kənd təsərrüfatı məhsullarının standartlarının şərtləri və
tələblərini müəyyənləşdirərkən elə olmalıdır ki, həmin
məhsullar əmtəə keyfiyyətinin göstəricilərinə cavab versin.
Onlarda ölçmə metodları, nəzarət və məhsulların sınaq
məsələləri reqlamentləşdirilir, qaydaya salınır.
Standartlar mütləq və tövsiyə olunan hissələrə bölünür.
Mütləq standartlar heç bir tərəddüd olmadan yerinə
yetirilməlidir. Tövsiyə edilmiş (perspektivli) standartlar
onunla seçilir ki, burada təkcə istehsalda istifadə edilmiş
tələblər və keyfiyyət göstəriciləri deyil, gələcəkdə
mənimsəniləsi standartların əsası qoyulur.
Məhsulun keyfiyyətini xarakterizə etmək üçün beynəlxalq
(ISO), dövlətlararası standartlar (DST), Azərbaycan
Respublikası dövlət standartları (DST Az), sahə standartla- n
(SST), müəssisə standartları (MST), müəssisənin daxili
ehtiyacı üçün elmi - texniki və mühəndis cəmiyyətləri, texniki
şərtlər standartlarından istifadə edilir.
Dövlət standartları - kütləvi məhsullar, işlər və xidmətlər
üçün işlənilir və sahələrarası xarakter daşıyır. Onlarda mütləq
(məs., məhsulun təhlükəsizliyi ) və həmçinin tövsiyə olunmuş
tələblər öz əksini tapır.
Sahə standartları müəyyən sahə məhsullarını həyata
keçirmək üçün hazırlanır. Onların tələbatları dövlətin mütləq
standart tələblərinə uyğun olmalıdır və eyni zamanda sahə
üçün müəyyən edilmiş qayda və təhlükəsizlik normalarına
zidd olmamalıdır.
^ 277
Aqrar iqtisadiyyat
Müəssisənin standartları - müəssisə tərəfindən işlənilir və
müəssisənin özü tərəfindən qəbul edilir. Bu halda
standartlaşmanın obyekti adətən texnoloji əməliyyatlar,
qaydalar, tələblər, metodlar və digər əməllər hesab olunur ki,
bunlar da həmin müəssisədə tətbiq edilir.
Elmi - texniki mühəndis cəmiyyətləri standartları - bir
qayda olaraq prinsipial yeni məhsullar üçün işlənilib
hazırlanır. İctimai birliklər elmi - texniki nailiyyətləri bu
standartlar vasitəsilə dünyaya yaymaq və dünya
elmi-tədqiqatları və tətbiqi tədqiqatlarının diqqətini bu
standartlara isti- qamətləndinnək məqsədini güdürlər. Belə
standartlar könüllülük əsasında istifadə edilir.
Texniki şərtlər - xüsusi növ məhsullar üçün
müəyyənləşdirilir. Dövlət obyektləri və ya sahə
standartlaşdırılması istisna edilməklə texniki şərtlər sahə
prinsipləri əsasında təsdiqlənir.
Kənd təsərrüfatında istifadə edilən standartlar şərti olaraq
aşağıdakı qruplara bölünür:
- kənd təsərrüfatı məhsullarını tədarük və realizə edən
orqanlar tərəfindən keyfiyyətə, təhvil verilməyə görə
müəyyən edilmiş;
-kənd təsərrüfatı istehsalına daxil olmuş məhsullara
(gübrələr, texniki materiallar və s.);
- texniki standartlar - kənd təsərrüfatı məhsullarının tipik
texnoloji mexanikləşdirilmiş, yığım, əmtəə emalı,
qablaşdırma, daşınma və saxlanılması.
Müasir şəraitdə məhsulun keyfiyyəti - müəssisənin
təsərrüfat fəaliyyətinin rentabelliyinin yüksəldilməsi əsas
amildir, ona görə də bu işə daim diqqət yetirilməlidir.
Keyfiyyətlə hamı məşğul olmalıdır - rəhbər işçidən tutmuş
hər
^ 278
Eldar Quliyev
bir əməliyyatı yerinə yetirən əməkçiyə qədər. Bütün proseslər
keyfiyyətin təmin edilməsi və saxlanılması, keyfiyyətin idarə
olunması sistemində cəmlənmişdir. Keyfiyyətin idarə
edilməsinin vacib elementi-sertifıkasiyadır. Sertifikat dedikdə
onun altında əmtəənin və ya xidmətin keyfiyyət
göstəricilərinə, standartlara və digər normativ- texniki
sənədləşmənin təsdiq edilmə prosesinə uyğunluğu anlaşılır.
Sertifikatlaşdırma məcburi və könüllü xarakter daşıya
bilər. Məcburi sertifıkatlaşdınna qanunvericilik qaydalan
əsasında həyata keçirilir və əmtəənin mütləq standart
tələblərinə uyğunluğunun göstəricilərini təmin edir. Kənd
təsərrüfatı istehsalı əmtəələri üçün məcburi sertifikatlaşdırma
o hallarda apanlır ki, məhsulun mövcud standart tələblərinin
ciddi gözlənilməsi və ya digər normativ sənədləri dövlət
tərəfindən nəzərdə tutulmamışdır.
Kənd təsərrüfatı müəssisələri məhsullarının keyfiyyəti bir
çox amillərin təsiri altında yaranır. İlk növbədə istehsal
resurslarının keyfiyyəti ilə (torpaq, maddi, əmək).
Kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə istehsal
resursları arasında sıx asılılıq mövcuddur. Torpaq bitkilərin
inkişafı və qidalanması üçün əsas mühit olduğu üçün onun
xüsusiyyətindən təkcə məhsuldarlıq deyil, eynilə də kənd
təsərrüfatı məhsullarının keyfiyyəti asılıdır. Münbit
torpaqlarda becərilən bir çox məhsul növləri daha yüksək
keyfiyyət göstəricilərinə malik olur. Belə ki, yüksək
keyfiyyətli, yaxşı saxlanılan kartof yüngül, qum tərkibli
torpaqlardan alınır.
Bilavasitə yaxşı keyfiyyətli məhsulun alınmasına təsir
göstərən əsas və maddi dövriyyə vəsaitləri daha yüksək
Ä» 279
Aqrar iqtisadiyyat
keyfiyyət xarakteristikasına malik olmalıdır. Məsələn, daha
yüksək əkin kondensasiyası ilə toxumdan istifadə, təkcə kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə
deyil, həmçinin məhsulun keyfiyyətinə, istehsalın
artırılmasına, heyvandarlıq məhsullarının keyfiyyətinin
yaxşılaşdırılmasına təsir göstərir. Etibarlı, yüksək məhsuldar
texnika vaxtında, optimal müddətdə və aqro - texniki
əməliyyatları keyfiyyətli yerinə yetirməyə, bir sözlə,
məhsulun keyfiyyətinin yüksəldilməsinə imkan verir.
Məhsulun keyfiyyətinin daim yaxşılaşdırılmasına və
təminatına həlledici təsir edən amil əmək resurslarının
tərkibinin təkmilləşdirilməsidir. Birinci sinif mexanizator
kənd təsərrüfatı işlərini üçüncü sinif mexanizatora nisbətən
daha yüksək səviyyədə yerinə yetirir. Bu son nəticədə öz
təsirini məhsulun keyfiyyətində göstərir. Unutmaq lazım
deyildir ki, yerinə yetirilən işin keyfiyyətli görünməsi çox
yüksək dərəcədə maddi həvəsləndinnədən asılıdır. Əmək
haqqı ödəmələrinin səviyyəsini işin və istehsal edilmiş
məhsulun keyfiyyəti ilə əlaqələndirmək lazımdır.
Kənd təsərrüfatı məhsullarının keyfiyyəti yetişdirilmiş
bitkilərin sort xüsusiyyətləri ilə, heyvan və quşların isə cins
tərkibi ilə müəyyənləşdirilir.
Gübrələmə sistemi - bu, kənd təsərrüfatı məhsullarının
keyfiyyətini müəyyən etmək üçün daha bir təsiredici amildir.
Hər bir növ bitki üçün yüksək keyfiyyətli məhsulu təmin edən
mineral gübrələrin optimal dozası müəyyənləşdirilir.
Yüksək dozada mineral gübrələrin verilməsi
məhsuldarlığı yüksəltmir, məhsulun keyfiyyətini aşağı salır.
Bununla yanaşı meyvə və tərəvəzdə həll olan quru
maddələrin, şə-
Ä» 280 «Ä
Eldar Quliyev
kərin, kartofda kraxmalın miqdarını azaldır, xəstəliklərə
tutulmasını isə yüksəldir.
Kənd təsərrüfatı məhsullarının məhsuldarlığı və
keyfiyyətinin tənzimlənməsinin vacib vasitəsi - suvarmaqdır.
Ancaq, qeyd etmək lazımdır ki, həddindən artıq suvarmanın
özü də məhsulun əmtəə keyfiyyətini aşağı salır. Hər bir bitki
üçün optimal suvarma norması və vaxtlan mövcuddur. Meyvə
bitkiləri üçün torpaqda rütubəti tam rütubətə tutulmanın
65-70% qədərində saxlamaq lazımdır. Bir çox regionlarda
suvarmasız yüksək keyfiyyətli tərəvəz məhsulları yetişdirmək
mümkün deyildir (şəkil 15).
0 suvarma və kənd
təsərrüfatmm
təchizatı üçün
B istehsal ehtiyaclan
üçün
ct məişət-içməli
məqsədlər üçün
Şakil 15. Suyun təsərrüfat sahələri üzrə bölgüsü %-lə.
13.3. KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ MARKETİNQİ
Kənd təsərrüfatı məhsullarının əmtəəlik keyfiyyəti bir sıra
digər amillərdən (yığımın qaydası və vaxtından və s.) asılıdır.
Bütün bu göstərilənlər onların istehsalı zamanı nəzərə alınası
vacib şərtlərdəndir.
Marketinq - müəssisənin istehsal - məişət və elmi - texniki
təşkilat fəaliyyətidir. Bu, bazarın kompleks öyrənil- Ä» 281
Aqrar iqtisadiyyat
məsi, onun konyunkturunun, istehlakçıların konkret
istəklərinin öyrənilməsi üzərində qurulmuş elm sahəsidir.
Marketinq mahiyyətini belə ifadə etmək olar. Onu istehsal
etmək lazımdır ki, sözsüz maksimal qazancla satılacaqdır.
Marketinqə yönəldilmiş məntiqi fəaliyyət sxemi belədir.
Əvvəlcə istehsal ediləsi məhsula olan istehlak tələbi öyrənilir.
Sonra eyni əmtəə rəqabətçilərinin uyğun parametrlərini
qiymətləndirmək və nəticədə həmin məhsulun istehsalı və
satışı haqqında düşünülür.
İstehsal ediləcək əmtəə bütün istehlakçılara, alıcılara xoş
gəlməyə bilər. Çünki onların istəkləri, imkanları, vərdiş və
ənənələri fərqlidir. Göstərilənləri nəzərə almaqla bazarı
seqmentləşdirmək lazımdır.
Bazarın seqmentləşdirilməsi - bu, oxşar əmtəələrin isteh-
lakçılann uyğun tələblərinə görə qruplara bölünməsidir. Seq-
mentləşdinnə iqtisadi cəhətdən o vaxt özünü doğruldur ki,
rəqabət qabiliyyəti yüksək, məhsulun satışı çətindir. Belə
oxşar vəziyyət emal sənayesinin bir çox sahələrində meydana
gəlmişdir (ət, meyvə - tərəvəz, çörək məhsullan və s.).
Bu və ya digər prinsip əsasında seqmentasiya zamanı
əmtəə istehsalçısı bazarı eynicinsli qruplara bölür. Sonra
onlardan məqsədli seqmenti (daha əlverişlisini) və bir neçə
belə seqmenti seçib onların hər biri üçün mal çeşidlərini
müəyyən edir və bütün bunlardan sonra istehsalı və satışı
təşkil edir.
Seqmentləşdirilmənin daha geniş yayılmış dörd prinsipi
vardır: coğrafi (regional), fiziki - coğrafi (istehlakçının həyat
tərzi, şəxsiyyətin tipi), davranış (mövcud əmtəədə
istehlakçının axtardığı xeyir, istehlakçının intensivliyi) və
demoqrafik (cinsi, yaşı, ailənin tərkibi və gəlirin səviyyəsi).
^ 282
Eldar Quliyev
İstehlakçıların seqmentlərə ayrılmasından sonra aşağıdakı
qərarları qəbul etmək lazımdır: neçə seqmenti əhatə etmək;
müəssisə üçün daha əhatəli seqmenti necə
müəyyənləşdirmək.
Əmtəə istehlakçısı bazarı zəbt etmək üçün üç variantdan
birini seçə bilər:
1. Seçilmiş seqmentlər arasında fərqlər mühüm əhəmiyyət
kəsb etmədikdə sahibkar onlarla kifayətlənə bilər və əmtəəni
bütün bazara təklif edə bilər. Belə hallarda marketinq
proqramı işlənilir. Onun məqsədi isə eyni tələb və sorğuya
malik olan mümkün qədər böyük miqdarda alıcıların cəlb
edilməsidir. Belə bazarı tutma strategiyası qeyri-diferensial
marketinq adlanır. Qeyri-diferensial marketinq qənaətlidir.
Böyük xərclər tələb etmir. Ancaq belə bir strategiyaya bir
neçə müəssisə qatılarsa onda ağır rəqabət baş verir və digər
variantların axtarılmasına ehtiyac yaranır.
2. Müəssisə bazarın bir neçə seqmenti ilə işləməyi qərara
alır. Onların hər biri üçün xüsusiyyətləri nəzərə alınaraq
ayrıca marketinq proqramı hazırlanır (mal, qiymət, reklam və
s.). Bu halda məhsulun alınmasının artmasına hesablanmaq
olar. Ona görə ki, onlar bazarın hər bir seqmentinin
tələblərinə uyğunlaşdırılmışdır. Bu, diferensiasiya olunmuş
marketinqdir. Belə strategiya böyük müəssisələrin istifadəsi
üçün məsləhət görülür. Çünki geniş dairədə malla çıxış etmək
və onların bazara yeridilməsi üçün lazımi qədər vəsaitə malik
olmaq gərəkdir.
3. Mal istehlakçısı belə qərara gəlir ki, gücünü bir
seqmentdə cəmləşdirsin. Belə strategiya ilə bazarın tutulması
konsentrasiya olunmuş marketinq adlanır. Bu, risk səviyyə-
Ä*> 283
Aqrar iqtisadiyyat
sinin yüksəldilməsi ilə əlaqədardır. Belə ki, seçilmiş seqment
özünü doğrultmaya bilər.
Bazarın tutulması üçün strategiyanın seçilməsi zamanı
aşağıdakıları nəzərə almaq lazımdır:
-resursların məhdud olduğu halda konsentrasiya olunmuş
marketinq strategiyası daha səmərəlidir;
- diferensiasiya olunmamış marketinq keyfiyyət etibarı ilə
eynicinsli mallara uyğun gəlir, məs. duz, şəkər, krax- mal və
s.;
-müxtəlif parametrlərlə bir - birindən seçilən mallar üçün
(ət və süd məhsulları, meyvə - tərəvəz konservləri və digər)
diferensiasiyalı və ya konsentrasiya olunmuş strategiya daha
çox uyğun gəlir:
-bazara yeni malla çıxılan zaman bir variantın təklif
edilməsi məqəsədəuyğundur: diferensiasiya və ya
konsentrasiya olunmuş marketinq.
Bazarda daha sərfəli seqment aşağıdakı tələblərə cavab
verməlidir: Satıcı həmişə daha yüksək satış həcminə və onun
yüksək artım tempinə, yüksək rentabelliyin səviyyəsi (gəlir
norması) və zəif rəqabətə.
Bazarın seqmentləşdirilməsindən sonra müəssisə malların
paylaşdırılması məsələsini həll etməli, maksimal satış
həcmini təmin etmək üçün rəqabətçiləri
müəyyənləşdirməlidir.
Bazarda malların pozisiyalaşdırılması
(modernləşdirilməsi) rəqabətçilərin mallan ilə müqayisədə
dəqiq fərqləndirici üstünlüklərin təmin edilməsidir.
Mallann mövqeləşdirilməsinin iki variantı vardır: bazarda
müəssisənin mah ilə yanaşı analoji məhsul istehsal edən
284 «Ä
Eldar Quliyev
müəssisənin bazarda olmayan malın emalı nəticəsində yeni
mal buraxması;
Birinci variant o vaxt effekt verir ki, müəssisənin malı
rəqabətçilərin malını üstələyir. Bazarın tutumu olduqca
genişdir. Müəssisə isə rəqabətçilərə nisbətən maddi - texniki
resurslara malikdir.
İkinci variantı seçərkən müəssisə yeniliyi istəyən isteh-
lakçılan əldə edir. Bununla yanaşı qabaqcadan
qiymətləndirmək lazımdır ki, yeni malın emalına gedən kiçik
xərclər özünü doğruldur.
Mövqeləşdirmə reklam vasitəsilə sərgilərin təşkili,
yarmarkalar, malların firma mağazalarında satışı vasitəsilə
həyata keçirilə bilər.
Satış bazarının öyrənilməsi, mal çeşidlərinin planlaşdı-
nlması və məhsulun satış qiymətlərinin müəyyənləşdirilməsi
üçün müəssisəyə marketinq xidmətinin olması vacibdir.
Xüsusi xidmət sahəsinin yaradılması vacibliyi bir neçə
amildən - məhsulun miqdarından, onun buraxılma həcminin
planlaşdırılmasından, rəqabətçi müəssisələrin miqdarından,
rəqabətçi mallarının həcmindən, bazann tutumundan, reklam
işinin həcmindən və satışın stimullaşdırılma- sından asılıdır.
Məsələn, əgər kənd təsərrüfatı müəssisəsi məhsulun əsas
hissəsini inzibati rayonun ərazisindən kənarda yağ zavoduna
və ya ət kombinatına realizə edərsə marketinq xidmətinin
yaradılmasından əlavə səmərə almayacaqdır.
Marketinq xidmətinin yaradılması məqsədəuyğundur:
1. Geniş çeşiddə məhsul istehsal edən (aqroholdinq, aq-
rofırmalar, böyük bağçılıq, tərəvəzçilik təsərrüfatlarında,
emaledici müəssisələrdə) daha böyük müəssisələrdə;
Ä* 285 «Ä
Aqrar iqtisadiyyat
2. Məhsulun böyük hissəsini özünün inzibati rayonundan
kənarda realizə edən təsərrüfatarda (bir qayda olaraq bunlar
xüsusiləşmiş toxumçuluq, bağçılıq və s. müəssisələrdir).
Marketinq xidmətinin strukturu satışa təklif olunan malın
xüsusiyyəti və müəssisənin öz qarşısında qoyduğu məqsədlə
müəyyənləşdirilir. Bitkiçilik və heyvandarlıq məhsullarının
marketinqinin əsas məqsədi bazarın tələbindən asılı
olmayaraq satışı müəyyənləşdirməkdən ibarətdir. Beləliklə,
marketinq üzrə mütəxəssisin funksiyası bazann
konyunkturasının və satışının təşkilinin öyrənilməsidir.
Marketinqçi bazarda hansı keyfiyyətdə və hansı məhsul tələb
olunduğunu aydınlaşdırmalı, konkret istehlakçıları tapmaq və
təsərrüfata sərfəli şərtlərlə alver üçün müqavilə bağlamalıdır.
Marketinq fəaliyyəti, xüsusi bazarın öyrənilməsi və reklam
xeyli xərclərlə əlaqədardır. Ancaq bu xərclərin vacibliyi
rəqabət şəraitində aydın görünür və bütün dünyada qəbul
olunur. Xarici kənd təsərrüfatı və emal müəssisələrinin
praktiki təcrübəsi göstərir ki, marketinq metodlarının
tətbiqindən əlavə gəlirlərin miqdarı marketinqə çəkilən
xərclərin miqdarından bir qayda olaraq 10-20 dəfə çox olur.
Çox böyük olmayan istehsal həcminə görə marketinq
xidmətinin yaradılması məqsədəuyğun deyildir. Ancaq bu o
demək deyildir ki, məhsullarının böyük hissəsini öz inzibati
rayonundan kənara göndərən kiçik və orta müəssisələr bu və
digər malın bazar qiymətləri haqqında informasiyasız keçinə
bilərlər. Onlara hansı malın istehsalı sərfəlidir və onların
kimə satılması səmərəlidir, istehsalçılarla alış - satış haqqında
təşkilatda qərar olmadan həyata keçirmək mümkün deyildir.
Bu məlumatların toplanması
^ 286 «Ä
Eldar Quliyev
və analizi mərkəzləşdirilmiş şəkildə marketinq xidməti
tərəfindən həyata keçirilməlidir.
Marketinq xidməti müstəqil müəssisə ola bilər. Məsələn,
mal istehlakçılarının nəzarət aksiya paketlərini əlində
toplayan aksioner cəmiyyətdir. Bu halda məhsul
istehsalçısının prioritet marağı təmin ediləcəkdir.
Marketinq xidmətinin əsas funksiyası aşağıdakılar ola
bilər:
- ərzaq bazarı haqqında informasiyaların toplanması,
ümumiləşdirilməsi və təhlilinin təşkili. İstehlak tələbinin
strukturu, məhsulun olması və hərəkəti, qiymət
monitorinqinin keçirilməsi;
-ASK məhsullarının istehlak tələbinin
proqnozlaşdırılması, istehlakçılardan sifarişlərin toplanması
və ölkənin digər rayonlarında bazarlarda məhsulların reklamı,
biznes planının hazırlanması üçün məsləhətlər və marketinq
planı, onların istifadə edilməsinin təşkili.
Marketinq xidməti tərkibində marketinq xidməti üzrə
mütəxəssisin, proqnozlaşdırıcı (fəaliyyətin
avtomatlaşdırılması, proqram təminatı) və xidmət rəisinin
olması vacibdir. Orada olan işçilərin sayı yerinə yetiriləsi işin
həcmindən asılıdır.
13.4. MƏHSULUN ƏSAS SATIŞ KANALLARI
Kənd təsərrüfatında iqtisadi səmərəlilik əhəmiyyətli
dərəcədə məhsulun satışı, onun satış kanallarının
seçilməsindən asılıdır. Əksər mal istehsalçıları öz
məhsullarını istehlakçıya vasitəçilərin köməyi ilə çatdırırlar.
Bu da realiza-
fb» 287
Aqrar iqtisadiyyat
siya ilə əlaqədar işlərin həcminin müəyyən qədər azalmasına
səbəb olur.
Məhsulların satış kanalları - bu, hüquqi və fiziki şəxs-
lərinhadisələrin vasitəçisi və ya iştirakçısı kimi çıxış edən
birliyidir. Onlar istehlakçıdan şəxsi mülkiyyəti olan malın
digər kimə isə verilməsinə və istehlakçıya ötürülməsinə
köməklik etməyi öhdəsinə götürürlər.
Hər bir realizə olunmalı məhsulun özünə uyğun kanalı,
satışı və ticarətin təşkilolunma forması vardır. Vasitəçilərin
sayından asılı olaraq realizasiya kanallarını sıfır, bir, iki, üç
səviyyəli və s, kanallara ayınrlar. Sıfır səviyyəli kanal bu mah
bilavasitə istehlakçıya satan mal istehsalçısıdır. Daha geniş
yayılanı birbaşa satış - mal istehsalçısına mənsub olan
mağazalar vasitəsilə ticarətdir.
Bir səviyyəli kanalla bir nəfər vasitəçi daxil olur, adətən
bu da pərakəndə ticarət adlanır. İki səviyyəli kanal - burada
iki vasitəçi olur (topdansatış və pərakəndə ticarət), üç
səviyyəli kanal - burada üç vasitəçi iştirak edir (topdansatış,
kiçik topdansatış və pərakəndə ticarət) (sxem 4).
Sxem 4, Məhsulun satış kanallaru
Bitkiçilik məhsullannm əsas hissəsi (taxıl, günəbaxan,
şəkər çuğunduru və s.) və sənaye məhsulları topdansatış ^ 288 «Ä
Eldar Quliyev
ticarəti ilə satılır. Südçülük, heyvandarlıq məhsul
istehsalçıları məhsulu kiçik partiyalarla hər gün realizə
edirlər.
Topdansatış ticarəti - əmtəələri (malları) alıb saxlayan,
onları pərakəndə ticarət vasitəsilə digər ticarət təşkilatlarına
satan hüquqi və fiziki şəxslərin məcmusudur. Kənd təsərrüfatı
məhsullannm topdansatış ticarəti qismində tədarük
təşkilatlan, mal birjaları, emaledici müəssisələr və s. çıxış
edirlər. Topdansatış ticarəti istehlakçılarla minimum əlaqədə
olmaqla öz mallarını yerində satmağa imkan verir. Pərakəndə
ticarət - istehlakçılara şəxsi və ailə istifadəsi üçün malın
sonuncu satışı olan sahibkarlıq fəaliyyətidir.
Ən geniş yayılmış toptansatış ticarəti birja, auksionlar,
yarmarkalar vasitəsilə həyata keçirilir. Ticarətin birjalar
vasitəsilə həyata keçirilməsinin nəticəsi - alıcı və satıcı
arasında sövdələşmə müqaviləsidir.
Birja sövdələşməsi - mallara münasibətdə hüquq və
vəzifələrin qarşılıqlı ötürülməsi haqqında, birja forması
müqavilə (kontrakt) iştirakçılarının birja ticarəti haqqında
biıja ticarətinin gedişi zamanı bağlanmış razılaşmadır.
Birja sövdələşmələrini iki qrupa bölürlər: real əmtəə
birjası və onsuz. Sövdələşmənin sadə növü real əmtəədir -
təcili göndərmə sövdələşməsi (qısa vaxt ərzində çatdırma),
onlar ticarət zamanı birjanın ərazisində olan və ya ticarət
günü birjaya gətiriləcək əmtəələrlə həyata keçirilir.
Digər real əmtəələrlə sövdələşmə - növ müxtəlifliyi,
forvard (üstünlük) və ya təcili razılaşma və s. real əmtəəyə
münasibətdə hüquq və vəzifələrin qarşılıqlı ötürülməsidir.
Real müasir sövdələşmə fyuçers və opsiona bölünür:
Fyuçers sövdələşməsi birja mallarının göndərilməsinə aid
hüquq və vəzifələrin standart kontraktlara münasibətdə
Ä*» 289 “Ä
Aqrar iqtisadiyyat
qarşılıqlı ötürülməsidir. Fyuçers sövdələşməsinin
fərqləndirici cəhəti ondan ibarətdir ki, burada sövdələşmənin
obyekti kimi mal deyil, birja kontraktı çıxış edir. Fyuçers
sövdələşməsi kənd təsən'üfatı malları üçün xarakterikdir, ona
görə ki, onlar məhsul yığımından çox əvvəl bağlanır.
Opsion sövdələşməsi fyuçersin məntiqi davamı kimi çıxış
edir. Bunların fərqləndirici cəhəti ondan ibarətdir ki,
sövdələşmənin obyekti öhdəlik (hüquq) olur. Bir sıra fyuçers
sövdələşməsi və ya kontrakt üzrə nəzərdə tutulmuş qiymətə
danışıq ərazisində satmaq və ya almaq.
Birja ticarəti bazar infrastıukturunda müəyyən yer tutur.
Belə ki, bir qayda olaraq onun vasitəsilə əmtəə həcminin
5-10%-i realizə olunur. Bu da bazarda qiyməti
müəyyənləşdirməyə imkan verir. Topdansatış ərzaq bazarının
20- 25%-i əmtəənin onun vasitəsilə realizə olunmasına imkan
verir. Əsas əmtəə kütləsi (65-75%) əmtəə istehlakçılan
tərəfindən özlərinin satış kommersiya strukturları tərəfindən
istehlakçıya çatdırılmalıdır. Bu da vasitəçilərin sayının
azaldılmasına və son nəticədə məhsulun son dəyərinin aşağı
salınmasına imkan verir.
Son dövrə qədər məhsulların realizə olunmasında dövlət
tədarükü əsaslı rol oynayırdı. Bu formada dövlət tərəfindən
təşkilati şəkildə kənd təsəırüfatı məhsulları, xammal, ərzaq,
mal istehsalçılarından (göndərənlərdən) alınırdı. Həmin
məhsullar emal edilirdi və ya istehlakçıya (alıcıya) qarşılıqlı
əlverişli şərtlərlə satılırdı. Hazırda digər tədarük - ticarət
strukturlannm inkişafı ilə əlaqədar məhsullann dövlət
tədarükü təşkilatlarının hesabına realizasiyası azalmışdır.
Ən səmərəli əmtəə istehsalçılarının emal sənayesi
müəssisələri və ticarət təşkilatları ilə birbaşa əlaqəsidir. Bu,
290 «Ä
Eldar Quliyev
kənd təsərrüfatı məhsullarının bütün istehsal mərhələlərində
daşınması, emalı və saxlanılmasına, ilkilərin azaldılmasına
yeganə fəaliyyət tədbiridir.
İstehsalçı qarşısında duran məsələlərdən asılı olaraq onun
məhsullarının istehlakçıya realizasiya olunmasının optimal
kanalını seçir. Məhsulun səmərəli realizasiya olunması kənd
təsərrüfatı xammalı və məhsulları bazarının inkişaf və
fəaliyyət səviyyəsindən asılıdır.
YOXLAMA SUALLARI
1. “ümumi məhsul” nə deməkdir?
2. Kənd təsərrüfatında ümumi məhsulun dəyəri necə
müəyyənləşdirilir?
3. Mal və realizə olunmuş məhsul dedikdə nə başa düşülür?
4. İstehsalın əmtəəlik göstəriciləri necə xarakterizə olunur?
5. Əmtəəliyin səviyyəsini təsvir edən amilləri sayın.
6. Məhsulun rəqabət fəaliyyəti nə deməkdir?
7. Məhsulun keyfiyyəti nə deməkdir?
8. Məhsulun keyfiyyətinə təsir edən amillər.
9. Məhsulun keyfiyyətinin xarakteristikası üçün hansı
standartlardan istifadə edilir?
10. Standartlaşdırma və sertifıkatlaşdıiTnamn mahiyyəti.
11. Kənd təsərrüfatı məhsullarının marketinqinin məqsədi.
12. Müəssisədə marketinq xidməti özünü necə təqdim edir?
13. Məhsulun əsas realizasiya kanalları hansılardır?
14. Mal birjalarında hansı sövdələşmələr mövcuddur?
Ä» 291
Aqrar iqtisadiyyat
MÖVZU 14. KƏND TƏSƏRRÜFATINDA İQTİSADİ ARTIM VƏ
TƏKRAR İSTEHSAL
14.1. TƏKRAR İSTEHSALIN MAHİYYƏTİ, NÖVLƏRİ VƏ
XÜSUSİYYƏTLƏRİ
İnsan cəmiyyətinin yaşaması vo inkişafının vacib şərti -
maddi nemətlərin arasıkəsilməz istehsalı prosesidir.
Təkrar istehsal prosesi - bu, daim əlaqədə və fasiləsiz
yeniləşmədə olan istehsal prosesidir. O özündə ümumi
ictimai məhsulun təkrar istehsalını, işçi qüvvəsi və istehsal
münasibətlərini birləşdirir.
Ümumi ictimai məhsulun təkrar istehsalı - özündə
bilavasitə istehsal prosesi, bölgüsü, mübadilə və istehlakı
cəmləşdirir.
İşçi qüvvəsinin təkrar istehsalı - müasir işçinin təkrar
istehsalı - özünü yaradıcılıqda, elmi - texniki tərəqqinin
mənimsəmə prosesində, sahibkarlıq, istehsalın təşkilində,
istehsalın səmərəli yüksəldilməsindəki iqtisadi marağında
göstərir.
İstehsal münasibətlərinin təkrar istehsalı çoxukladlılıq
əsasında təkrar istehsala mülkiyyətçilikdə,
demokratikləşmədə, bazar münasibətlərinin inkişafı və
yaranmasında, iqtisadi mexanizmin yeniləşməsində özünü
göstərir.
Üç növ təkrar istehsal var:
- Daraldılmış - bu zaman istehsalın miqdan azalır;
- Sadə - istehsalın həcmi dəyişilmir;
- Genişlənmiş - istehsal olunan məhsulun həcmi
dövrdən-dövrə artır.
Hər bir təkrar istehsal təkcə kəmiyyət deyil, həm də
keyfiyyət tərəflərinə malikdir. Daraldılmış təkrar istehsal 292
Eldar Quliyev
da kəmiyyət göstəricilərinin azalması ilo yanaşı, kəmiyyət
parametrlərinin deqradasiyası müşahidə olunur ki, bu da
iqtisadiyyatda böhranın yaranmasının forma və təzahürlərini
göstərir. Təkrar istehsalın daralması iqtisadi amillərin
meydana gəlməsi (müharibələr, siyasi silkələnmələr,
dəyişikliklər), həmçinin iqtisadi cəhətdən məqsədin və
fəaliyyət vasitələrinin düzgün seçilməməsi, təbii və ya
idarəetmə nəticəsində meydana çıxan disproporsiyalarla əsas-
landınla bilər. Daralmış təkrar istehsal ayrıca təsərrüfatda,
sahədə, region və ümumilikdə xalq tosərrüfatında yaşana
bilər. Belə təkrar istehsal Azərbaycanın kənd təsərrüfatında
XX əsrin 90-cı illərində təzahür etmişdir.
Sadə təkrar istehsal istehsalın yenilənməsinin əvvəlki
kəmiyyət parametrləri və keyfiyyət vəziyyətində
saxlanılmasıdır. Sadə təkrar istehsal iqtisadi əsaslarla
sabitləşmə - istehsalın gələcək inkişaf şəraitində çıxış edir.
İstehsalın geniş təkrar istehsalı əvvəlki dövrlərə nisbətən
böyük miqdarda, keyfiyyət və ictimai istehsaldakı
dəyişikliklərlə xarakterizə olunur. Geniş təkrar istehsal
şəraitində elmi - texniki nailiyyətlərə nail olmaq üçün ilk
növbədə istehsal vasitələrini təkmilləşdirirlər.
Kənd təsərrüfatında təkrar istehsal aşağıdakı
xüsusiyyətlərlə xarakterizə olunur:
1. İqtisadi təkrar istehsal təbiiliklə əlaqədardır. Kənd
təsərrüfatında iqtisadi təkrar istehsal prosesi təbii təkrar
istehsal qanunları ilə hörülür, belə ki, o, bitki və heyvanların
inkişafına tabedir. Kənd təsərrüfatı məhsullarının alınması
müddəti bitki və heyvanların təbiəti ilə müəyyənləşdirilir.
2. Kənd təsərrüfatında təkrar istehsal prosesinə təbii şərait
böyük təsir göstərir. Torpaq - iqlim şəraiti müəssisənin
293
Aqrar iqtisadiyyat
fəaliyyəti və kənd təsərrüfatının effektliliyinin nəticəsini
müəyyənləşdirir.
3. Kənd təsərrüfatında torpaq əsas istehsal vasitəsi kimi
özünün maddi forması kimi istehsal olunmur. Torpağın
məhsuldarlığının yüksəldilməsi sahənin geniş təkrar
istehsalının əvəzolunmaz şərtidir.
4. Kənd təsərrüfatında istehsal fəsli xarakter daşıyır, ona
görə də orada iş vaxtı ilə istehsal dövrü uyğunlaşmır.
5. Kənd təsərrüfatında təkrar istehsal prosesi üçün dövrün
illik davamiyyəti məxsusidir. Bu da əsas kənd təsərrüfatı
növlərinin istehsal prosesi dövrünə uyğun gəlir.
6. Kənd təsərrüfatında yaradılan mohsullar istehsal
vasitəsi və istehlak predmeti kimi istifado olunduğundan bir
çox məhsullar sonrakı istehsal prosesində iştirak edir (yem,
toxum, heyvanlar, xammal).
Kənd təsərrüfatında geniş təkrar istehsal üçün müəyyən
şəraitin olması vacibdir. Onlardan biri düzəldilmiş iqtisadi
mexanizm, kənd təsərrüfatı məhsulları ilə xalq təsərrüfatı
məhsullanmn dəyişdirilməsi arasında qiymət bərabərliyinin
yaradılması, inflyasiya tenpinin azaldılmasıdır. Geniş təkrar
istehsal üçün natural və dəyər fonnasında istehsalda istifadə
olunan istehsal vasitələrinin əvəzi doldumimalıdır ki, onla- nn
alınması üçün əlavə vasitələr toplamaq mümkün olsun.
Kənd təsərrüfatında geniş təkrar istehsal sahənin daim
lazımi istehsal vasitələri ilə təmin edilməsini tələb edir. O da
elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinə və əmək
məhsuldarlığının yüksəldilməsinə şərait yaradır.
Geniş təkrar istehsalın mənbələri şoxsi, borc edilmiş və
cəlb edilmiş vasitələr ola bilər ki, əsas və dövriyyə
vəsaitlərinin artırılması üçün istifadə edilir. Şəxsi mənbələrə
gə-
^ 294 “Ä
Eldar Quliyev
lir, diferensial renta, kənd təsərrüfatı məhsullarının bir hissəsi
(yem, toxum, heyvanlar, xammal); borca banklardan alınan
qısa və uzunmüddətli kreditlər, mal kreditləri; cəlb edilənlərə
üzvlük haqları, dotasiya, kompensasiyalar aid edlir.
Geniş təkrar istehsalda əlavə göstəricilər kimi istehsal
fondlarının artırılmasını, istehsal gücünü, əkin sahələrinin
genişləndirilməsini, heyvanların baş hesabilə artırılmasını,
işçilərin ixtisaslarının artırılmasını və s. qeyd etmək olar. 14.2. TƏKRAR İSTEHSAL VƏ ÜMUMİ MƏHSULUN
BÖLÜŞDÜRÜLMƏSİ
Kənd təsərrüfatında ümumi məhsul natural - maddi
formada istehsal vasitəsi və istehlak predmeti (əşyası) kimi
təqdim edilir. İstehsal vasitələrinə kənd təsənıifatının özünün
daxilində istehsal məqsədləri üçün istifadə edilən məhsullar
(toxum, yem və s.), həmçinin sənayedə xammal kimi istifadə
edilən məhsul aid edilir, İstehsal predmeti - ümumi məhsulun
bir hissəsidir ki, istehlaka emal sənayesini yan keçərək daxil
olur (tərəvəz, meyvə, süd, yumurta və s.).
Ümumi məhsulun dəyərinə görə kənd təsərrüfatı iki
hissədən ibarətdir: istehsalda istifadə olunan istehsal
vasitələri (d) və yeni yaradılmış dəyər (y+m). Ümumilikdə
dəyər formasında ümumi məhsul belə nəzərə çarpır: d+y = ğ
(təmiz gəlir g) (şəkil 16).
Təkrar istehsalın əsas şərti (sadə və geniş) - istehsalda
istifadə olunmuş vəsaitin ödənilməsidir. Bunun üçün də
ödəmə fondu yaradılır. O, keçmiş əməklə yaradılmış və
istehsal olunmuş məhsula keçirilən ümumi məhsulun bir
hissəsini təşkil edir. Ümumi məhsul dəyərinin digər hissəsi -
bu, ümumi gəlirdir (təmiz məhsuldur).
Ä» 295
Aqrar iqtisadiyyat
Şəkil 16. Kənd təsərrüfatında ümumi məhsulun
bölüşdürülməsi
Ümumi gəlirin hesabına son nəticədə istehlak fondu (şəxsi
və ictimai) və yığım fondu yaranır. Ümumi gəlir iki hissəyə
bölünür: Şəxsi istehlak fondu sosial ehtiyaclara ayırmalarla
əmək haqqı və təmiz gəlir.
Təmiz gəlir büdcəyə vergilərin ödənilməsi,
büdcədənkənar fondlara ayrılmış (pensiya, sosial sığorta,
tibbi sığorta və.s.), ictimai istehlak fondunun və yığım
fondunun yaradılması üçün istifadə olunur.
Beləliklə, kənd təsərrüfatında ümumi məhsulun
bölüşdürülməsi nəticəsində üç təkrar istehsal fondu yaranır:
Ä» 296 «Ä
Eldar Quliyev
ödəmə, istehlak və yığım.
Ödəmə fondu - istehsal prosesində istifadə edilmiş alət və
əmək vasitələrinin bərpası üçün istifadə edilən ümumi
məhsulun bir hissəsini əks etdirir. O, amortizasiyaya aynlan
xərclər nəzərə alınmaqla maddi xərclərin cəminə bərabərdir.
İstehlak fondları - yeni yaradılan dəyər,əməyin şəxsi və
kollektivin ictimai tələbatının ödənilməsinə gedən ümumi
gəlirin bir hissəsidir.
Yığım fondları - geniş təkrar istehsal üçün təyin olunmuş
təmiz gəlirin bir hissəsidir.
Kənd təsərrüfatında təkrar istehsal dəyər və natural
formalarda həyata keçirilir. Bu, təkrar istehsal fondlarına
aiddir. Bu fondların natural fonnada yaranmasının kənd
təsərrüfatında öz xüsusiyyətləri vardır. Burada fondların
lazımi qədər hissəsi şəxsi istehsalın məhsullarından natural -
maddi tərkib ilə yaranır.
Sərf edilmiş toxum və yem toplanmış məhsul hesabına
ödənilir (ödəmə fondu). Toxum və yem fondunun artırılması
(yığım fondu) həmçinin öz məhsulları hesabına istehsal
olunur. Zay heyvanların əvəz olunması (ödəmə fondu) və
heyvanların baş hesabı çoxaldılması (yığım fondu) bir qayda
olaraq təsərrüfatda cavan heyvanların yetişdirilməsi ilə
həyata keçirilir. Əhalinin istehlakmın xeyli hissəsi
təsərrüfatda istehsal olunmuş natural formada məhsullarla
yerinə yetirilir (istehlak fondları). 14.3. İQTİSADİ ARTIM ANLAYIŞI VƏ I'İPLƏRİ
Geniş təkrar istehsal göstərir ki, iqtisadi artım müşahidə
olunur, bu da iqtisadi inkişafın göstəricisidir.
İqtisadi artım - bu, ictimai təkrar istehsalın məqsədli
^ 297 <*d>
Aqrar iqtisadiyyat
funksiyasıdır. O özünü ictimai məhsulun və onun istehsal
amillərinin kəmiyyətcə artması və keyfiyyət etibarı ilə
təkmilləşməsində göstərir. Kənd təsərrüfatında iqtisadi artım
ümumi məhsulun mütləq, həm də əhalinin hər nəfərinə görə
artım həcmi ilə ifadə olunur. Kənd təsərrüfatında onun əsas
məqsədi - əhalini ərzaq məhsulları ilə təmin etmək, onun
maddi məişətini yüksəltmək, ərzaq təhlükəsizliyini təmin
etməkdir.
İqtisadi artım - mövcud istehlak səviyyəsini aşağı salma-
maqla, investisiya və istehsalı azaltmaqla yeni sosial və
iqtisadi proqramların həyata keçirilməsinə imkan verir.
İqtisadi artımın ekstensiv və intensiv tiplərini ayıiTnaq qəbul
edilmişdir. Ekstensiv tip zamanı iqtisadi artıma istehsal
amillərinin kəmiyyətcə artırılması hesabına nail olunur:
torpaq, əmək, istehsal fondlarının əvvəlki texniki əsaslan
saxlanmaqla nəticədə əməyin məhsuldarlığı artmır. Məsələn,
dincə qoyulmuş və xam torpaqların böyük miqdarda kənd
təsərrüfatı məhsulları almaq üçün şumlanması - bu, ekstensiv
yoldur.
İntensiv tip - kənd təsərrüfatında daha təkmilləşmiş
texnika, qabaqcıl texnologiya, yeni bitki sortları və heyvan
cinsləri, elmi nailiyyətlərin, işçilərin ixtisaslarının artırılması
ilə məhsul istehsalının yüksəldilməsinə nail olmaqla
xarakterizə olunur. Bu halda əmək məhsuldarlığının
artırılmasına, məhsulun keyfiyyətinin yüksəldilməsinə,
istehsal resurslarından effektli istifadə olunmasına nail
olunur.
Elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsi
ilə intensiv tip iqtisadi artımda üstünlük təşkil edir. Ancaq
reallıqda bu tiplər təmiz şəkildə mövcud deyildir. Ona görə
iqtisadi artımda ekstensiv tipin üstünlüyü və ya inten-
^ 298
Eldar Quliyev
siv tipin üstünlüyündən danışa bilərik. Əgər intensiv
amillərin hesabına alınan məhsulların payı məhsulun
artımında 50%-i ötürsə, onda iqtisadiyyat üçün intensiv tipin
üstünlüyü xarakterikdir. Əksinə, intensiv amillərin hesabına
məhsulun xüsusi çəkisi ümumi artımın 50%-dən aşağıdırsa,
onda ekstensiv artım tipi üstünlük təşkil edir.
İqtisadi artım bir sıra amillərlə müəyyənləşdirilir. İqtisadi
artım amilləri altında məhsul istehsalı həcminin artırılması
imkanları, artımın effektliyinin və keyfiyyətinin
yüksəldilməsi təzahür və prosesləri başa düşülür. İqtisadi
artım amilləri aşağıdakılardır:
- əmək resurslarının miqdarca artması və keyfiyyətinin
yüksəldilməsi;
- əsas vəsaitlərin həcminin artması və keyfiyyət tərkibinin
yaxşılaşması;
-texnologiyanın və istehsalın təşkilinin təkmilləşdirilməsi;
- təsərrüfat fəaliyyətinə cəlb edilmiş torpaq resurslarının
həcminin artırılması və keyfiyyətcə yaxşılaşdırılması;
- sahibkarlığın inkişafı;
- bazarın inhisarçılıq dərəcəsinin aşağı düşməsi;
- istehsal resurslannm qiymətlərinin azalması;
- gəlirlərə vergilərin aşağı salınması.
İqtisadi ədəbiyyatlarda üç istehsal amili haqqında geniş
yayım yer almışdır. Ona əsasən məhsulun dəyərinin
yaradılmasında əmək, torpaq, kapital (əsas və dövriyyə
istehsal vəsaitləri) iştirak edir. Bununla belə son illərdə
istehsal amilləri haqqında aydmlaşdınnalar və daha geniş və
dərin mübahisələr yer almışdır. Onlara əmək, torpaq, kapital,
sahibkarlıq bacarığı, elmi - texniki tərəqqi və s. aiddir. İlk
Ä» 299 «Ä
Aqrar iqtisadiyyat
növbədə üç amilə maddi, yerdə qalan ikisinə isə qeyri - maddi
amillər aiddir, ancaq bazar iqtisadiyyatında onlar aparıcı
sayılır.
Əgər bütün istehsal amilləri tam və böyük effektliklə
istifadə olunursa, real istehsal həcmi özünün maksimal
əhəmiyyətinə, istehsalın potensial həcminə yaxınlaşır.
iqtisadi artımın təhlilinin əsas alətlərindən biri - istehsal
funksiyasıdır. Kənd təsərrüfatı məhsullarının istehsalının
təmin edilməsi üçün istehsalın üç amili vacibdir: əmək,
torpaq, kapital. Beləliklə, kənd təsərrüfatında ümumi
məhsulun həcmini əmək resursları (ə), torpaq (t), kapital (k)
təşkil edir.
iqtisadi artımı xarakterizə etmək üçün bir sıra
göstəricilərdən istifadə edirlər və onların köməyi ilə ayrı-ayrı
amillərin tətbiqinin effektliyini ölçürlər: əmək məhsuldarlığı,
məhsulun əmək tutumluluğu, torpağın vcrimliliyi, torpağın
həcmi, fond verimi və fond həcmi,
YOXLAMA SUALLARI
1. Təkrar istehsal prosesinin mahiyyəti nədir?
2. Təkrar istehsalın hansı növləri mövcuddur?
3. Kənd təsərrüfatında təkrar istehsalın xüsusiyyətini sayın.
4. Geniş təkrar istehsalın şərtləri və mənbələrini danışın. 5. Geniş təkrar istehsalın göstəricilərini xarakterizə edin.
6. Kənd təsərrüfatında ümumi məhsul necə bölüşdürülür?
7. “iqtisadi artım” nədir?
8. iqtisadi artımın ekstensiv və intensiv tipinin mahiyyəti
nədən ibarətdir?
9. iqtisadi artımın əsas amilləri hansılardır?
300
Eldar Quliyev
MÖVZU 15. İSTEHSAL XƏRCLƏRİ VƏ MƏHSULUN MAYA DƏYƏRİ
15.1. İSTEHSAL XƏRCLƏRİ ANLAYIŞI VƏ NÖVLƏRİ. MƏHSULUN MAYA DƏYƏRİ
Xərclər - iqtisadi subyektlər tərəfindən hər hansı bir
fəaliyyətin həyata keçirilməsi zamanı iqtisadi resursların
(maddi, əmək, torpaq, maliyyə) istehsal prosesində sərf
olunması və əmtəə tədavülünə məsrəflərin pul formasında
istifadəsidir. Formal olaraq xərclər sərf olunan resursların
qiymətlərinin və onların miqdarının törəməsi kimi nəzərdə
tutula bilər. Bura istehsal vasitələrində cəmlənən və ictimai
(keçmiş) əmək sərfi daxil edilir. Xərclər istehsal xərcləri və
mübadilə xərclərinə bölünür, lakin bu kəmiyyətlər müxtəlif
üsullarla hesablana bilər.
İstehsal xərcləri - istehsal tsiklində istehlak olunmuş
resursların dövriyyəsində sərf olunan xərclərdir.
Mübadilə xərcləri - istehsal resurslarının hazır məhsulun
satışına və onların mübadilə sferası hərəkətilə əlaqədar
xərclərdir.
Ümumi xərclərin əsas hissəsi istehsal xərcləridir, bura
daxildir əmək haqqı və sosial ehtiyaclar, maddi xərclər,
amortizasiya ayırmaları və s. İstehsal xərcləri ictimai və fərdi
hissələrə bölünür.
İctimai xərclər - bütün milli iqtisadiyyat baxımından
məhsul istehsalına sərf olunan xərclərdir. O malın dəyəri ilə
xarakterizə olunur, əmtəənin cəmiyyətə neçəyə başa gəldiyini
ifadə edir.
Fərdi xərclər - bəzi hallarda istehsalçı üçün resursların bir
hissəsi pulsuz ola bilər, lakin onlardan istifadə edilməsi
Ä® 301
Aqrar iqtisadiyyat
digər şəxslər üçün xərclərlə əlaqədar olacaqdır. Üçüncü
şəxslərin daşıdığı və istehsalçıların onlara ödəyəcəyi məhsul
istehsal xərcləri xarici xərclər adlanır. Onlar ictimai xərclərlə
xüsusi xərclər arasındakı fərqi təşkil edir. Belə ki, neft emalı
zavodunun fəaliyyət göstərməsi ilə əlaqədar ictimai xərclər,
çox güman ki, ətraf mühitin çirklənməsi nəticələrinin
kompensasiyasına çəkilən əlavə (zavod üçün xarici)
məsrəflərin kəmiyyoti üçün bu müəssisənin xüsusi
xərclərindən çox olacaqdır.
Sabit xərclər - həcmi istehsal olunan məhsulun həcmindən
asılı olmayan xərclərdir. Onlar ildən - ilə bir səviyyədə
mövcud olur, o vaxta qədər ki, müəssisə öz aktivini (mövcud
əmlakını) və işçilərinin miqdarını dəyişmir. Bura əsas
vasitələrin amortizasiyası; müəssisədən alınan bir sıra
vergilər; əsas vasitələrin sığortası; əsas istehsal vasitələrinin
təmiri; kreditlərə görə faiz stavkaları; əlavə xərclər və
digərləri daxildir.
Ənənəvi olaraq mərkəzi inzibati personalın əmək haqqı,
təzə avadanlığın saxlanılması və istismarı xərcləri sabit
xərclərə aiddir.
Dəyişkən xərclər - istehsalın həcmindən asılıdır. Bura
aiddir - əmək haqları, yemləmə xərcləri, gübrələr, istehsal
materialları (dizel yanacağı, sürtgü yağları və s.), enerji,
köməkçi materiallar, qeyri-münasib hava şəraitinə görə
sığortalar (doluvurma, quraqlıq), məhsulun satış (realiza-
siya) xərcləri. Xərclərin sabit və dəyişkən xərclərə aynl- ması
müəssisənin fəaliyyətini təhlil edərkən böyük əhəmiyyətə
malikdir. Həmçinin normativ xərclərin hesabına
sadələşdirilməsi və onların tapşırığı yerinə yetirərkən pa-
Ä“ 302
Eldar Quliyev
rametrin dəyişməsi ilə daha çevik düzəlişlər etmək üçün
vacibdir.
Xərcləri iqtisadi və mühasibat istehsalı xərclərinə
ayırırlar:
İqtisadi xərclər - bu, istehsal resurslarının, mümkün
alternativ istiqamətdə daha əlverişli istifadə edilə bilən digər
rifahların (əmtəə, xidmət) dəyəridir. Bura mühasibat və
alternativ (müvəqqəti) xərcləri aid edirlər.
Alternativ (müvəqqəti) xərclər - bu, istehsal resurslarından
alternativ istifadənin sadələşdirilmiş qazancıdır. Məsələn,
kənd təsərrüfatında resurslar məhduddur, onun bir sahəsinin
genişləndirilməsi, digər sahələrin məhdudlaşdırıl- masına
səbəb olur. Hansı ki, bu sahələrin hər ikisi eyni resurslardan
istifadə edir, daha doğrusu, digər sahənin ixtisarı nəticəsində
onun gəlirlərindən əl çəkilir. Buraxılmış itkilər öhdəyə
qoyulmuş və əlavə alternativ xərclər adlanır. Bunlar
mühasibat uçotunda (maliyyə) əksini tapmır, ancaq istehsalın
iqtisadi səmərəliliyi təyinində idarəetmə sistemi uçotunda
hesablana bilər.
Mühasibat xərcləri - istehsal xərclərini əks etdirir. Yəni
istehlak edilmiş istehsal resurslarının dəyəridir. Bu xərclər
aşkar xərclərdir.
Müəssisənin fərdi xərcləri məhsulun maya dəyərini əks
etdirir.
Maya dəyəri - torpaq, əmək, material və maliyyə
resurslarından məhsulun istehsalı və realizasiyası ilə
əlaqələndirilən pul ifadəsi ilə hesablanmış cari xərclərdir.
Maya dəyəri iqtisadi kateqoriya olmaqla məhsulun
istehsalı və satışının hər bir müəssisəyə neçəyə başa gəldiyini
göstərir. Məhsulun istehsalına müəyyən qədər vəsait və Ä»» 303 «Ğ*
Aqrar iqtisadiyyat
canlı işçi əməyi sərf olunur. İstehsala sərf edilmiş vəsaitlər,
istehsal vasitələrində toplanmış keçmiş əmək müəssisəsinin
xərcləri kimi çıxış edir. Canlı əmək faktiki ödəmə ilə nəzərə
alınır. Maya dəyəri kənd təsərmfatı müəssisələrinin iqtisadi
göstəricilərindən vacibidir. Onların keyfiyyət tərəfini istehsal
vasitələri və əmək resurslarından səmərəli istifadənin
səmərəliliyinin dərəcəsi göstərir.
Son nəticədə istehsalın iqtisadi səmərəliliyinin
yüksəldilməsi yüksək keyfiyyətli məhsulun onun maya
dəyərini aşağı salmaqla istehsalın artırılması ilə
müəyyənləşdirilir. Beləliklə, maya dəyərinin səviyyəsi kənd
təsərrüfatı istehsalının yerləşdirilməsi və ixtisaslaşdırılması
üçün kriteriya kimi xidmət edir.
Məhsulun (iş və xidmətin) maya dəyərinin uçotunun
məqsədi onun istehsalına öz vaxtında tam və dəqiq faktiki
xərclərin əks etdirilməsidir. Həmçinin material, əmək, torpaq
və digər istehsal resurslarının işlənilməsinə nəzarətdir.
Kənd təsərrüfatında ümumi məhsulun və hər vahid
məhsulun maya dəyəri hesablanır. Ümumi məhsulun maya
dəyəri müəssisənin bütün istehsal xərclərinin cəmini göstərir.
İstehsal xərcləri istehsal prosesində istifadə olunan təbii,
material, əmək və maliyyə resurslarının istifadəsi ilə bağlı
olan xərclərdən təşkil olunur.
Vahid məhsulun maya dəyəri istehsal xərclərinin natural
ifadə ilə ümumi məhsulun həcminə bölünməsi yolu ilə əldə
edilir.
Bundan əlavə, məhsulun maya dəyəri həmçinin vahid işə
görə (1 şərti ha, 1 tkm, 1 gün, 1 əmək və s.), həmçinin 1 ha
kənd təsərrüfatı əkin yerinin becərilməsinə, 1 baş heyvana
görə maya dəyəri istehsal və tam maya dəyərinə bölünür.
Ä» 304
Eldar Quliyev
İstehsal maya dəyəri məhsul istehsalı ilə əlaqədardır.
Kommersiya (tam) maya dəyəri bu məhsulun istehsalı və
realiza- siyasma olan xərclərdir.
Göstəricilərin mənbəyindən asılı olaraq faktiki,
planlaşdırılmış və ilkin maya dəyərini ayırırlar. Faktiki maya
dəyərini ilin sonunda təsərrüfat fəaliyyətinə mühasibat
uçotuna görə müəyyən edirlər. O hər bir istehsal bölməsinin
nəticələrini qiymətləndirməyə imkan verir.
Planlaşdırılmış maya dəyəri keçən ilin faktiki maya
dəyərinə görə normativ göstəricilər əsasında hesablanır. İlkin
maya dəyəri təsərrüfat ilinin yekunlaşdırılmasına qədər
müəyyən edilir (bir qayda olaraq 1 oktyabrda).
15.2. KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALI
MƏSRƏFLƏRİNİN TƏSNİFLƏŞDİRİLMƏSİ VƏ TƏRKİBİ
Məhsulun maya dəyərində tərkibinə, iqtisadi
əhəmiyyətinə görə müxtəlif xərclər birləşir. Onların düzgün
təsnifləşdirilməsi maya dəyərinin planlaşdırılması, uçotu və
təhlilində böyük rol oynayır. İstehsal xərclərinin
təsnifləşdiril- məsinin iqtisadi əsaslanması mövcud xərclər
qrupunu, xərclərin əmələ gəlməsi proseslərini və onların ayrı
- ayn hissələri arasında qarşılıqlı əlaqəni, istehsal proseslərinə
səmərəli idarəetməni həyata keçirməni ortaya çıxarmağa
imkan verir. İstehsal xərclərinin təsnifləşdirilməsi - bu və ya
digər əlamətlərinə görə onları bir qrupda birləşdirməkdir.
İstehsalda iştirakına görə xərclər istehsal və qeyri-istehsal
hissələrə bölünür.
İstehsal xərcləri məhsul istehsalı prosesləri ilə, işlərin
yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədardır.
Onlara bitkiçiliyə, heyvandarlığa, sənaye və yardımçı
Ä® 305
Aqrar iqtisadiyyat
istehsala ümumi istehsal və ümumi təsəiTÜfat xərcləri aid
edilir.
Qeyri - istehsal xərclərinə məhsulun satışı, satılan
məhsulun normalar daxilində təbii itkisi, yuxan təşkilatların
saxlanılmasına ayrılmalar aid edilir.
Xərclər prosesdəki roluna görə əsas və təşkilati
idarəetməyə (nakladnoy, faktura) bölünür.
Əsas xərclər bilavasitə konkret növ məhsullar istehsalının
texnoloji prosesləri ilə bağlıdır (gübrələr, toxum, yem,
istehsal personalına əmək haqqı və s).
Faktura xərcləri - bunlar istehsalın təşkili və idarə
edilməsilə əlaqədar olmaqla sahə və təsərrüfat üzrə
hesablanır. Onlar ümumi istehsal və ümumi təsərrüfat
xərclərinə bölünür.
Münasibəti və bölüşdürülməsi xüsusiyyətinə görə (maya
dəyəri daxil olmaqla) istehsal xərcləri birbaşa və dolayı
hissələrə bölünür.
Birbaşa xərclər - bura aid edilir: sosial ehtiyaclara
ayırmalarla əsas və əlavə əmək haqları, toxum və əkin
materiallarına xərclər, gübrələmə (üzvi və mineral), zəhərli
kimyəvi dərmanlar, yem və döşəmə, kənd təsərrüfatı
maşınlarının amortizasiyası, avadanlıq, tikintilər, maşınların
cari təmiri və s.
Dolayı xərclər - kənd təsərrüfatı bitkilərinin bir sıra
növləri və ya heyvandarlıq məhsulları üçün ümumi olan
xərclərdir. Onları bilavasitə bir sıra məhsul növlərinə aid
etmək olmaz.
İstehsal xərcləri onların tərkibindən asılı olaraq sadə
(elementar), bir növ xərclərdən (toxum, yem və s.) ibarət olan
və ya eyni cinsli xərclərdən mürəkkəbə (kompleks)
^ 306 «Ä
Eldar Quliyev
bir neçə növ xərclərdən ibarət olub, ilkin hesablama tələb edir
(cari təmir, avtonəqliyyat, elektrik enerjisi, su təchizatı və s.).
Mürəkkəb (kompleks) xərclər məhsulun növlərinə görə
bölüşdürülür və yerinə yetirilən iş və görülən xidmətə
mütənasib olaraq məhsul növünə və sahələr üzrə bölünür.
Vaxt dövrlərinə münasibətinə görə xərclər hesabat dövrü
xərcləri, gələcək xərclər, qarşıda duran xərclərə ayrılır.
Cari hesabat dövrü xərcləri - təsərrüfat əməliyyatları ilə
bağlı (ay, kvartal, il) bu dövrdə yerinə yetirilmiş istehsalın
həmin dövrünə daxil edilmiş xərclər.
Gələcək dövrlərin xərcləri - hesabat dövrünün faktiki
xərcləri, istehsalın gələcək dövrün xərclərinə daxil edilmiş
xərclər (heyvanlar üçün müvəqqəti yataqların tikilməsi, dövri
mətbuata yazılma).
Qarşıda duran (ehtiyat) xərclər - bura hesabat dövrünün
məhsulunun maya dəyəri daxil edilir, ancaq faktiki olaraq
yerinə yetirilməmişdir (işçilərə məzuniyyət ödəmələri).
Məhsulun hazırolma dərəcəsinə görə (istehsal mərhələsi
tamamlanan) xərclər hazır məhsula xərclər, yarımfabri- kata
xərclər və tamamlanmayan istehsala xərclərə bölünür.
Hazır məhsullar - istehsalı tamamlanan, istehlakçıya satış
üçün hazırlanan və mövcud standartlara uyğun məhsullar
(texniki şərtlərə).
Yarımfabrikatlar - istehsalın müəyyən stadiyalarına hazır,
material qismində və ya istehsalın növbəti stadiyasmda
kompleksləşdirici material kimi istifadə edilə bilər.
İstehsalı tamamlanmayan - istehsal texnologiyasına
uyğun bütün emal proseslərindən keçməmiş, yarımfabrikat
kimi özünü göstərməyən (payızlıq əkin bitkiləri, gələn il
307 “Ä
Aqrar iqtisadiyyat
üçün sahəyə səpilmiş gübrə və s.) müəyyən qədər hazırlanmış
məhsullar hesab olunur.
Xərclərin idarə olunması üçün iki əlamətə görə onların
təsnifatı tətbiq olunur: iqtisadi elementləri və kalkulyasiya
dərəcələri.
Xərclərin iqtisadi elementləri dedikdə eyni cinsli əsas
hissələrə bölünən xərclər başa düşülür. Bütün xərclərin
nəticəsi məhsulun maya dəyərini təşkil edir və aşağıdakı
elementlərinə görə qruplaşdırılır;
- maddi;
- əmək haqqı ödənişləri;
- sosial ehtiyaclar üçün ayırmalar;
- əsas fondların amortizasiyası;
- sair.
''Maddi xərclər"' elementi özünün şəxsi yem istehsalı və
alınmasını; toxum və əkin materiallarını; mineral gübrələr;
bakterial və digər avadanlıqları; neft məhsulları; ehtiyat
hissələrini; bitki və heyvanların mühafizəsi vasitələrini; təbii
norma daxilində saxlama və daşınma zamanı təbii itki ilə
əlaqədar və s. xərcləri əks etdirir.
"Əmək haqqı ödənişləri" elementi bütün kateqoriyalardan
olan işçilərin əmək haqlarını, istehsal nəticələrinə görə
mükafatları; norma daxilində həvəsləndirmə və
kompensasiya ödəmələrini; natural ödəmə şəklində verilən
məhsulun dəyərini; məcburi vəziyyətlə əlaqədar işə
gəlməyənlərə ödəmələri (məzuniyyət, ştatın ixtisarı) əks
etdirir.
"Sosial ehtiyaclara ayırmalar" elementi üzrə müəyyən
edilmiş qanunvericilik normalarına məcburi sosial sığorta
308
Eldar Quliyev
fonduna ayırmalar, pensiya fonduna və tibbi sığorta fonduna
ayırmalar daxildir.
"^Əsas fondların amortizasiyası'' elementi əsas istehsal
fondlannm tam bərpası üçün amortizasiya ayırmalannı əks
etdirir.
“Sair xərclər”ə digər elementlərə daxil olmayanlar
daxildir: sığorta fondlarına və digər məcburi ayırmalara
ayırmalar, çirkləndirici tullantılara görə xərclər; ezamiyyət
xərcləri və s.
İqtisadi elementlərə görə təsnifləşdirmə əsasən
təsərrüfatların maddi resurslar və əmək haqqı ödəmələri üçün
vəsaitlərin müəyyənləşdirilməsinə xidmət edir.
Xərclərin iqtisadi elementlərə görə təsnifatı əsasən
təsərrüfatların xammal resurslarına olan ehtiyacının əmək
haqqı vəsaitlərinin müəyyən edilməsinə imkan vermir. Daha
doğrusu, ayrıca növ məhsulların kənd təsərrüfatı istehsalının
səmərəliliyini təhlil edib maya dəyərinin müəyyən edilməsinə
imkan vermir.
Xərclərin kalkulyasiya maddələri. Özündə xərc
elementlərinin qruplaşdırılmasını, orada məhsul istehsalı
prosesində digər amillərlə, təyinatı, rolu, həcmi ilə qarşılıqlı
əlaqəsini əks etdirir. Xərclər tərkibinə görə bir elementli,
həmçinin kompleksli və müxtəlif elementlərdən ibarət ola
bilər.
15.3. KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ MAYA DƏYƏRİ VƏ
ONUN AŞAĞI SALINMA AMİLLƏRİ
Kənd təsərrüfatı məhsullarının maya dəyəri xarici və
daxili amillərin təsiri altında formalaşır.
Xarici amillər - bu, əmtəə istehsalçılarına təsir edə bilmir,
ancaq onları özlərinin təsərrüfat fəaliyyətlərində nə-
309
Aqrar iqtisadiyyat
zərə almalıdırlar. Bunlara inflyasiya, vergiqoymalar,
kreditlərdə kredit dərəcələri, kənd təsərrüfatı ilə aqrar-sənaye
kompleksi sahələri arasında mal mübadiləsindəki qiymətlərdə
disporitet aiddir.
Daxili amillər - bura aid olan amillər təsərrüfatçıların
fəaliyyətlərindən asılıdır. Onlar aktiv şəkildə təsir göstərir və
ya göstərə bilər. Onlara istehsalın texnologiyası, maddi
stimullaşdırma, əməyin və vəsaitlərin nomıalaşdınlması,
istehsalın təşkili və idarə edilməsi, istehsalın konsentrasi- yası
və ixtisaslaşması aid edilir.
Müasir şəraitdə maya dəyərinə çox böyük dərəcədə xarici
amillər təsir göstərir. Kənd təsərrüfatı məhsullarının bütün
növləri üzrə artımına səbəb olur. Belə ki, eyni təbii iqtisadi
şəraitdə yerləşən müəssisələrin eyni məhsullarının maya
dəyəri kəskin dəyişir. Bu onu göstərir ki, maya dəyərinin
aşağı salınması üçün müəyyən qədər ehtiyatlar vardır.
Məhsulların maya dəyərinin aşağı salınması və aşağı
salınmasına görə ehtiyatların aşkarlanması üçün onun
strukturunu təhlil etmək lazımdır. Struktur altında ayrıca
iqtisadi elmlərin və ya kalkulyasiya maddələrinin ümumi
xərclərin cəminə faizlə nisbəti başa düşülür. Maya dəyəri
strukturunda çox da böyük olmayan yer tutan xərcləri
müəyyən etməklə onların aşağı salınması üçün tədbirlər
işlənib hazırlanır (cədvəl 19).
Kənd təsərrüfatı məhsullarının müxtəlif növlərlə maya
dəyərinin strukturu hər şeydən əvvəl sahənin spesifikasından
(əmək tutumlular əmək haqqı ödəmələri xərclərini, çox
material tutumlular material xərclərini, fond tutumlular
amortizasiya xərclərini, enerji tutumlular istilik və enerji
xərclərini çox tələb edir) asılıdır. Ölkə ərazisi üzrə təsərrü-
Ä® 310 “Ä
Eldar Quliyev
fatın yerləşməsi və innovasiya cəlbediciliyi ilə fərqlənir və
ondan asılıdır. Cədvəl 19.
Azerbaycanda 1995-2011-ci illər ərzində kənd
təsərrüfatı müəssisələrində ərzaq məhsullarının
bir sentnerinin maya dəyəri (manat)
2000 2005 20 JO 2011 2011-cİ il
2000- ci ib
nisbətən
2011-ci il
2005- ci ilə
nisbətən Dənlilər və dənli
paxlalılar 8.88 8.05 14.91 14.15 159 176%
Kartof \121 11.06 30.34 41.24 3.1 dəfə 3.7 dəfə Tərəvəz (açıq
sahədə) 7.82 4.10 15.30 12.50 160 2.7 dəfə
Bostan məhsulları
3.33 5.80 7.87 7.91 2.4 dəfə 136%
Meyvə və
giləmeyvə 5.57 6.81 23.41 30.18 5.4 dəfə 4.4 dəfə
Üzüm 12.81 10.54 21.07 28.60 2.2 dəfə 2.7 dəfə Çəki artımı; iri
buynuzlu
mal-qara 155.27 112.84 213.81 237.14 153% 2.1 dəfə
Qoyun və keçi 91.96 98.21 186.37 207.22 2.3 dəfə 2.1 dəfə
Donuz 219.12 110.16 600.0 901.14 4.1 dəfə 8.2 dəfə Quş 150.69 127.13 192.40 158.71 105% 125% Süd 21.12 18.03 28.04 33.77 160% 187% Yumurta (min
ədədlə) 51.14 41.93 51.66 63.96 125% 153%
Məhsulun maya dəyərinin aşağı salınmasının əsas amili
maddi resurslardan səmərəli istifadədir ki, buna nail olmaq
üçün təsərrüfat hesabının tətbiq edilməsilə, resurslara qənaət
texnologiyasının tətbiqi, iqtisadiyyatda onların stimul-
311 «Ä
Aqrar iqtisadiyyat
laşdırılması, kənd təsərrüfatı bitkilərinə yüksək keyfiyyətli
toxum və hibridlərin istifadəsi, istehsal olunan yemin
keyfiyyətinin yüksəldilməsi, müasir bazar və saxlanılmasını
təmin etmək lazımdır.
Məhsulun maya dəyərinin aşağı salınmasında istehsal
vasitələrinin istifadəsinin yaxşılaşdırılması böyük təsir
göstərir. Belə ki, xərclərin müəyyən hissəsi amortizasiya
hesablarının silinməsinə gedir. İstehsal əsas istehsal vasitələri
ilə yaxşı təmin edilir və nə qədər onlardan düzgün istifadə
olunursa, bir o qədər də məhsul çox istehsal olunur.
Əsas istehsal vəsaitlərindən istifadəni onların
strukturunun təkmilləşdirilməsi, istehsaldan artıq vasitələrin
çıxarılması ilə yaxşılaşdırmaq olar. İstehsal sahələrinin
tikilməsi, əsas istehsal vəsaitlərinin aktiv hissəsinin onların
ümumi həcmində artırılması, maşın və avadanlıqlardan
istifadənin yaxşılaşdırılması, hər bir traktorun, kombayn,
avtomobilin işinin yüksəldilməsi və s. (gündüz, növbəli,
mövsümü) istehsal fondlarının özünü satınalınmasının
tezləşdirilməsi vacib şərtlərdəndir.
Maya dəyərinin aşağı salınmasında əmək
məhsuldarlığının yüksəldilməsi xüsusi yer tutur. Buna isə
istehsalın kompleks mexanizasiyası və avtomatlaşdırılması
və əməyin ödənilməsinin təkmilləşdirilməsi, iş şəraitinin
yaxşılaşdırılması nəticəsində nail olmaq olar.
Məhsulun maya dəyərinin aşağı salınmasında kənd
təsərrüfatı bitkilərinin və heyvanlann məhsuldarlığının
yüksəldilməsi geniş imkan yaradır. Bitkilərin
məhsuldarlığının artırılmasına növbəli əkinin
mənimsənilməsi, suvarma və gübrələnmənin tətbiqi, yüksək
məhsuldar sortlardan istifadə, bitkilərin mühafizəsinin təşkili
və aqrotexniki tədbirlə-
312
Eldar Quliyev
rin həyata keçirilməsinin optimal vaxtının gözlənilməsi
nəticəsində nail olmaq olar. Heyvandarlıqda və quşçuluqda
məhsuldarlığı artırmaq yaxşı keyfiyyətli yemləndirmə,
heyvanların düzgün saxlanılması, cinsləşdirmə və onların
təkrar istehsalının aparılması ilə mümkündür.
Maya dəyərinin aşağı salınmasının əsas amillərindən biri
məhsulların istehsal yerlərində saxlanılması və emalı zamanı
itkilərin azaldılması və aqrar - sənaye inteqrasiyasının
inkişafıdır.
Maya dəyərinin aşağı salınmasında istehsal vasitələrinin
qiymətəmələgəlmələrinin dövlət tərəfindən tənzimlənməsi
müəyyən rol oynayır. Bu bir sıra maddi resursların
alınmasına, kompensasiya yolu ilə kənd təsərrüfatı əmtəə
istehsalçılarına texnikaların alınmasına görə subsidiyaların
verilməsi ilə həyata keçirilir.
Hazırkı şəraitdə kənd təsərrüfatı müəssisələri və kəndli
fermer təsərrüfatları qısa və uzunmüddətli bank
kreditlərindən istifadə edirlər. Subsidiyalaşma kreditlərinin
faizlərinin aşağı salınması ehtiyatların vacib hissəsidir. Vergi
yüklərinin, vergi sisteminin təkmilləşdirilmə əsasında
azaldılması da maya dəyərinin aşağı salınmasında vacib rol
oynaya bilər.
Maya dəyərinin aşağı salınması haqqında nəzərdən
keçirilən amillər kompleksin tərkibində göstərilənlərlə bitmir.
Onlar ancaq iş haqqında ümumi istiqamətlər verir və
istehsalın təbii və iqtisadi xüsusiyyətlərinə görə konkret
proqrama salınmalıdır. Bununla yanaşı əlavə maddi xərclərin
azaldılması üçün təsərrüfatları daha təkmilləşmiş istehsal
vasitələri ilə təmin etməklə, məhsulların maya dəyərinin aşağı
salınmasına, kənd təsərrüfatı istehsalının iqtisadi
313
Aqrar iqtisadiyyat
səmərəliliyinin və məhsulların rəqabət qabiliyyətinin
yüksəldilməsinə nail olmaq olar (cədvəl 20).
Cədvəl 20.
Kənd təsərrüfatı təşkilatlarının istehsal kalkulyasiya
maddələri üzrə tipik nomenklaUtrası,
M Xorclorin maddələri
Sahələr Vt> istehsal
Bitki çilik
də
Heyvan darlıq
da
Sənaye istehsa
lında
Köməkçi
istehsal Xidmət
istehsalı və
təsərrüfat
1 İstehsalda istifadə olunan maddi resurslar
0 cümlədən
1.1. Toxum və əkin materialları
a)
Kənardan alınmış və keçmiş illərdə öz istehsalı
+
b) Cari ildə özünün istehsal etdiyi
+
1.2 Gübrələr
a) Mineral +
b) Üzvi
1.3
Bitki və heyvanların mühafizəsi vasitələri
+ +
1.4 Yem
^ 314
Aqrar iqtisadiyyat
Cədvəl 20~nin davamı
6 Vergilər, yığımlar və digər
ödəmələr + + + + +
7 Sair xərclər + + + + -1-
8
Heyvanların cülləşməsi, ölümündən itkilər
+ + -1- +
9 Ümumi istehsal xərcləri
+ + + +
10 Ümumi təsərrüfat xərcləri
+ + +
11 İstehsalın maya dəyəri 4" -1- + + +
YOXLAMA SUALLARI
1. Xərclər özündə nəyi əks etdirir?
2. Hansı növ xərcləri siz bilirsiniz?
3. İstehsalın ictimai və fərdi xərcləri nəyi əks etdirir?
4. İstehsalın daimi və dəyişkən xərclərinin müəyyən-
ləşdirilməsini verin.
5. “Məhsulun maya dəyəri” nə deməkdir?
6. Maya dəyərinin əsas növlərini söyləyin.
7. Maya dəyərini hesablayarkən istehsal xərclərini necə
təsnifləşdirirlər?
8. Xərclərin elementləri və maddələri dedikdə nə başa
düşülür?
9. Xərclərin elementlərini söyləyin.
^ 316 «Ä
Eldar Quliyev
ƏDƏBIYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası. 1995. 2. “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”. 28
dekabr 1999, Bakı.
3. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”. II iyul 2000, Bakı.
4. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”. 30 dekabr 1999, Bakı.
5. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”. 24 iyun 2011, Bakı.
6. “Aqrar islahatların əsaslan” Azərbaycan Respublikasının Qanunu. Bakı, 1995.
7. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 1995.
8. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 1992.
9. “Azərbaycan Respublikasında Dövlət Mülkiyyətinin özəl- ləşdirilməsinin Dövlət Proqramı”. Azərbaycan Respublikası, Bakı, 1998.
10. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 1996.
11. “Kəndli (fermer) təsərrüfatları haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 1994.
12. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”. Bakı, 2004.
13. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı”. Bakı, 2009.
14. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 2000-ci il. “İqtisadiyyat və həyat” № 4-6.
15. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”. Bakı, 1998.
16. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997.
Ä» 317
Aqrar iqtisadiyyat
17. “Azərbaycan Respublikasının yeyinti məhsulları haqqında” Qanun. Bakı, 1999.
18. “Azərbaycan Respublikasınn Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanun. Bakı, 2009.
19. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və insti- tusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı, 16 aprel 2014-cü il.
20. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı, 16 yanvar 2014-cü il.
21. Azərbaycan Respublikasının Ərzaq təhlükəsizliyi Proqramı. Bakı, 2001.
22. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı”. Bakı, 2008.
23. “Azərbaycan Respublikasının dövlət mülkiyyətinin özəl- ləşdirilməsinin Dövlət Proqramı”. 1998.
24. Alıyev İ.H. Aqrar sahənin inkişafının əsas maliyyə rəhbəri. Bakı, 2007.
25. Ataşov B.X. Ərzaq təhlükəsizliyinin aktual problemləri. Bakı, 2005.
26. Hacıyev Ə.H. Aqrar sənaye kompleksinin iqtisadiyyatı. Bakı, 2006.
27. İbrahimov İ.H. Regionlarda inkişaf meyilləri və xüsusiyyətləri. Bakı, 2007.
28. İbrahimov İ.H. Aqrar iqtisadiyyatın aktual problemləri. Bakı, 2002.
29. İbrahimov İ.H. Kənd təsərrüfatının inkişafı və sahibkarlığın formalaşması problemləri. Bakı, 2005.
Ä» 318
Eldar Quliyev
30. İbrahimov E.R. “Heydər Əliyev və dövlət aqrar siyasəti”. Bakı, “Gənclik”, 2003.
31. Məmmədov A.S. Kənd təsərrüfatının iqtisadiyyatı. Bakı, 2005.
32. Adıgözəlov F.S. Kənd təsərrüfatında sudan səmərəli istifadə edilməsi problemləri. Bakı, 1987.
33. Balayev R.Ə. Urbanizasiya, şəhər iqtisadiyyatı və ərzaq problemləri. Bakı, 2007.
34. “Bö}^ İqtisadi Ensiklopediya”. I-VII cildlər, Bakı, 2012, 2015. İdeya müəllifi və baş redaktor akademik Z.Ə.Səmədzadə.
35. Əlirzayev Ə.Q. İqtisadiyyat, düşüncələr, baxışlar. Bakı, 2002.
36. Əliyev A.Ə., Şəkərəliyev A.Ş. Bazar iqtisadiyyatına keçid, dövlətin iqtisadi siyasəti. Bakı, 2002.
37. Əhmədov V.Q. Sahibkar, menecment. Bakı, 2000. 38. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi (prof.
Qarayev İ.Ş. rəhbərliyi ilə). Bakı, 2011. 39. Qasımov Ə.C. Aqrar sənaye müəssisələrinin iqtisadiyyatı
və idarə edilməsi. Bakı, 2005. 40. Quliyev E.A., Mehrəliyev İ.İ. Müasir dövrdə xarici
iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Bakı, 2011.
41. Quliyev E.A., Mehrəliyev İ.İ. Gömrük işinin təşkili. Bakı, 2012.
42. Salahov S.V. Aqrar iqtisadiyyatın dövlət tənzimlənməsi problemləri. Bakı, 2004.
43. Quliyev E.A. Etibarlı ərzaq təminatı sistemi: kooperasiya və inteqrasiya problemləri. Bakı, 2013.
44. Vəliyev A.H.Torpaq istehsal vasitəsi kimi. Bakı, 2011. 45. Qafarov N.C. Aqrar iqtisadiyyat. Bakı, 2009. 46. Azərbaycanın statistik göstəriciləri. Bakı, DSK, 2014. 47. “Azərbaycan Respublikasının kənd təsərrüfatı”.
Azərbaycan Dövlət Statistika Komitəsi, Bakı, 2014. Ä» 319
ELDAR ALLAHYAR OĞLU QULİYEV
AQRAR İQTİSADİYYAT
Ali məktəblər üçün dərslik
Nəşriyyatın müdiri:
Kompüter tərtibatı:
Korrektor:
Əhməd Ziyəddinoğlu
Hacı İsmayılov Əməl Kərimqızı
Yığılmağa verilib: 20.02.2015
Çapa imzalanmış: 15.07.2015
Kağız formatı: 60x84, 1/16
Fiziki çap vərəqi: 20
Tirajı: 300
Kitab Azərbaycan Kooperasiya Universitetinin
mətbəəsində çap olunmuşdur. Ünvan: Bakı şəhəri, Nəcəf Nərimanov küç. 93.