64
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009- cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir. “PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 5 №-Lİ MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ TƏTBİQİ ÜZRƏ ŞƏRHLƏR VƏ TÖVSİYƏLƏR

Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

  • Upload
    others

  • View
    0

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir.

“PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI

ÜÇÜN 5 №-Lİ MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ TƏTBİQİ ÜZRƏ

ŞƏRHLƏR VƏ TÖVSİYƏLƏR

Page 2: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Səhifə

Bölmə A Şərhlər 3 - 36

Bölmə B Tövsiyyələr:

1. Pul vəsaitlərinin hərəkəti haqqındahesabat formasının nümunəsi 36 – 38

2. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatının tərtib olunması ilə bağlı misal müvafiq qeydlərlə birlikdə 39 – 44

3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanmasında istifadə olunan məlumatın mənbələri haqqında informasiya 44 - 47

2

Page 3: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

BÖLMƏ A.ŞƏRHLƏR

ÜMUMİ MÜDDƏALAR

Müəssisənin “Mühasibat Balansı” və “Mənfəət və Zərər haqqında” hesabatları birlikdə maliyyə hesabatlarının istifadəçilərini müəssisənin hesabat dövrünün sonuna olan maliyyə vəziyyəti barədə tam informasiya ilə təmin etmir. Mənfəət və Zərər haqqında hesabatda maliyyə ili ərzində müəssisə tərəfindən əldə olunmuş gəlir, Mühasibat Balansında isə hesabat dövrünün sonuna müəssisənin maliyyə vəziyyəti açıqlanır. Lakin, bu hesabatlardan müəssisənin nağd pul vəsaitlərinin vəziyyəti haqqında informasiyanı əldə etmək olmur.

Nağd pul vəsaitləri müəssisənin fəaliyyətinin davam etməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Hətta mənfəətli müəssisələr belə borclarını ödəmək üçün nağd pul vəsaitlərinə malik olmadığı halda iflasa uğraya bilərlər. Buna görə də, müəssisənin mənfəətinin olması onun sərbəst nağd pul vəsaitlərinə malik olması demək deyil.

Maliyyə hesabatının əhəmiyyətlilik prinsipinə cavab verməsi üçün yalnız müəssisənin mənfəəti və maliyyə vəziyyətinin açıqlanması kifayət deyil. Həmçinin, bu hesabatda müəssisə tərəfindən pul vəsaitlərinin necə istifadə və idarə olunduğunun da açıqlanması vacibdir.

Standartın məqsədi

Bu Standartın əsas məqsədi maliyyə hesabatının forması, strukturu və məzmununun aydınlaşdırılmasından ibarətdir. Bunun nəticəsində maliyyə hesabatlarının istifadəçiləri müəssisə tərəfindən onun pul vəsaitlərinin necə idarə olunduğu barədə aydın informasiya, həmçinin davam edən fəaliyyətdən yaranan gələcək pul vəsaitlərinin

Məsələn, “Sahil” MMC hesabat dövrünün əvvəlində 1000 manat məbləğində nağd pul vəsaitlərinə malikdir. Hesabat dövrü ərzində cəmiyyət 5000 manat məbləğində kreditlə materiallar əldə etmişdir. Həmçinin, hesabat dövrü ərzində 8000 manat məbləğində mallar kreditlə satılmışdır.

Beləliklə, “Sahil” MMC-nin 3000 manat məbləğində mənfəəti (gəlirlər çıxılsın xərclər) yaranmışdır və bu məbləğ mənfəət və zərər haqqında hesabatda təqdim edilməlidir.

Lakin, hal-hazırda “Sahil” MMC-nin 1000 manat məbləğində nağd pul vəsaitlərinin olduğu halda, kreditorlar 5000 manat borcun onlara qaytarılmasını tələb edirlər. Beləliklə, müəssisə mənfəətli olsa belə, debitorlar öz borclarını qaytarmamış, o kredirtorlarla hesablaşmaqda çətinlik çəkir. Debitor borcların ödəniləcəyi şübhə altında olduqda isə, vəziyyət daha da ağırlaşır və müəssisə müflis olma təhlükəsi ilə üzləşə bilər.

3

Page 4: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

qiymətləndirilməsi imkanı ilə təmin olunacaqlar. Bu Standartın 1-4-cü maddələri onun hüquqi əsasını açıqlayırlar.

Standartın tətbiqi sahəsi

Hazırkı Standartın 5 və 6-cı maddələrində bu Standartın, qanuna əsasən, maliyyə hesabatlarını Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlayan bütün müəssisələr tərəfindən tətbiq olunduğu qeyd edilir. Bu Standart kommersiya təşkilatlarının illik maliyyə hesabatlarına və müəssisələr qrupunun hazırladığı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatına tətbiq edilir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat müəssisə tərəfindən hər il təqdim olunmalı olan 4 maliyyə hesabatından biridir (digər 3 hesabat: 1 №-li Milli Mühasibat Uçotu Standartında açıqlanan Mühasibat balansı və Mənfəət və Zərər haqqında hesabat və 2 №-li Milli Mühasibat Uçotu Standartında açıqlanan Kapitalda dəyişikliklər haqqında hesabatdır).

5 №-li Milli Mühasibat Uçotu Standartı yalnız müəssisənin səhmdarları üçün aydın ola biləcək illik maliyyə hesabatlarının hazırlanması zamanı tətbiq edilir. Bu Standart idarəetmə üzrə hesabatların, müəssisənin hər-hansı şöbələrinin hazırladığı hesabatların və digər məqsədlər üçün hesabatların tərtib edilməsi zamanı tətbiq edilmir.

Pul vəsaitlərinin hərəkəti haqqında informasiya müəssisənin pul vəsaitlərini toplamaq və onları istifadə etmək imkanının qiymətləndirilməsi üçün əsası təmin edir.

Bütün müəssisələr, həcmindən və fəaliyyət göstərdikləri sahədən asılı olmayaraq, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təqdim etməlidirlər. Əsas müəssisələri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təqdim edirsə də onun törəmə müəssisələri də bu hesabatı mütləq təqdim etməlidirlər.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda yalnız əməliyyatlardan yaranan pul vəsaitlərinin hərəkəti təqdim edilir. Gəlir və xərclərin tanındığı dövr ilə pul vəsaitlərinin

Məsələn:Müəssisə xaricdə daxili maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlayan ona tam tabe olan törəmə müəssisələrə malikdir. Törəmə müəssisə maliyyə hesabatlarından Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı çıxarmaq niyyətindədir, çünki əsas müəssisə öz konsolidə edilmiş maliyyə hesabatında bu informasiyanı açıqlayır. Belə olan təqdirdə törəmə müəssisə Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdimatından azad ola bilərmi?

Törəmə müəssisə Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı mütləq təqdim etməlidir. Yalnız bəzi ölkələrdə qanun kiçik yerli tərəmə müəssisələrə və ya həmin ölkədə təsis edilmiş əsas müəssisəyə tam tabe olan törəmə müəssisələrə Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təqdim etməməyə icazə verir. 5 №-li Milli Mühasibat Uçotu Standartı yerli qanunvericilikdən asılı olmayaraq, bütün müəssisələrdən Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təqdim etməyi tələb edir. Beləliklə, burada törəmə müəssisə öz maliyyə hesabatlarında Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təqdim etməlidir.

4

Page 5: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

hərəkətinin yarandığı dövr müxtəlif olduğundan əməliyyatlara düzəlişlərin edilməsi tələb olunur.

Əsas anlayışlar

Standartın 7-ci maddəsində bir sıra anlayışların açıqlanması təqdim olunur. Aşağıda bu anlayışlardan bəzilərinin daha ətraflı izahı təqdim olunmuşdur:

Pul vəsaitləri - nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətini və hesabat dövrünün sonuna olan pul vəsaitlərinin məbləğini əks etdirir. Lakin, “pul vəsaitləri” anlayışı çox məhdud anlayışdır, xüsusilə də müasir iqtisadiyyatda və bu anlayışa uyğun gələn bir sıra digər növ qoyuluşlar da mövcuddur. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda belə növ qoyuluşlar nəzərə alınmayaraq yalnız nağd pul vəsaitlərinə diqqət yetirildikdə, bu hesabat çox məhdudlaşdırılmış və təcrübədə az yararlı olacaq. Buna görə də, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat həm pul vəsaitlərini, həm də digər növ qoyuluşları (pul vəsaitlərinin ekvivalentlərini) əks etdirməlidir.

Pul vəsaitlərinin ekvivalentləri investisiya və digər məqsədlərdən daha çox qısamüddətli pul öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edilirlər. Hər-hansı investisiya məbləğinin pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilməsi üçün, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərinin dəyişməsi riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlar olmalıdır. Buna görə də, qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan qoyuluşlar pul vəsaitlərinin ekvivalentləri kimi tanınırlar. Səhm qoyuluşları pul vəsaitlərinin ekvivalentlərindən ayrılmalıdırlar.

Pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilən qısamüddətli qoyuluşlar aşağıdakı meyarlara cavab verməlidir:

qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olmalıdır;

pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilməlidir; dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalmalıdır.

Pul vəsaitlərinin ekvivalentlərinə, adətən qısamüddətli depozitlər, depozit sertifikatları, həmçinin dövlət və kommersiya təşkilatlarının qiymətli kağızları aiddir. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis “pul vəsaitləri və onların ekvivalentlərinə” əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

Hər-hansı investisiya məbləğinin pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilməsi üçün bu məbləğin yalnız “pul vəsaitlərinin ekvivalentləri” anlayışına cavab verməsi kifayət deyil. İnvestisiyanın “pul vəsaitlərinin ekvivalentləri” anlayışına cavab verib-vermədiyini müəyyənləşdirmək üçün, həmçinin bu investisiyaların hansı məqsədlərlə saxlandığı da nəzərə alınmalıdır. Adətən, pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilən qısamüddətli investisiyalar müəssisənin əməliyyat, investisiya və maliyyələşdirmə üzrə fəaliyyət kimi deyil, onun pul vəsaitlərinin idarə edilməsi üzrə fəaliyyətinin bir hissəsi kimi alınıb satılan investisiyalardır.

5

Page 6: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Pul vəsaitlərinin ekvivalentləri satıla bilən investisiyalar, ödənişə qədər saxlanılan investisiyalar və ya yaranmış borclar kimi göstərilə bilər. Lakin, hər-hansı məbləğ pul vəsaitlərinin ekvivalentləri kimi təqdim edildikdə, bu məbləğin “pul vəsaitlərinin ekvivalentləri” anlayışının tələblərinə cavab verdiyi nəzərdə tutulur. Pul vəsaitlərinin ekvivalentlərinə aid edilən “qısamüddətli” xüsusiyyəti onların qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olduğunu nəzərdə tutur.

İnvestisiyaların pul vəsaitləri kimi təsnifləşdirilməsi yalnız məsələn, banklar kimi maliyyə institutlarının investisiyaları və ya dövlət istiqrazları ilə məhdudlaşdırılmır. Hüquqi şəxslər tərəfindən buraxılmış borc alətləri və ödənilməli olan imtiyazlı səhmlər də pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirilə bilərlər.

Əməliyyat fəaliyyəti - müəssisənin əsas gəlir gətirən, habelə investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətidir. Müəssisə, adətən müəyyən fəaliyyətin göstərilməsi məqsədilə yaradılır. Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitləri bu kommersiya fəaliyyətləri nəticəsində yaranan pul vəsaitləridir, məsələn:

malların satılması və xidmətlərin göstərilməsi, icarə haqqı, komission və sığorta yığımları, qeyri-maddi aktivlərin istifadəsi hüququna görə ayırmalar;

xammalın alınması, ehtiyatların yaradılması, işçilərin əmək haqları, icarə haqları və digər müəssisənin qeyri-maddi aktivinin istifadə edilməsi hüququnun əvəzinin ödənilməsi.

Lakin təcrübədə, müəssisənin investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa hər-hansı fəaliyyətdən yaranan pul vəsaitləri əməliyyat fəaliyyətinə aid edildiyi üçün, əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərini qalıq kimi müəyyənləşdirmək daha məqsədə uyğun olardı.Əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti dolayı metod əsasında müəssisənin uçot qeydlərindən müəyyənləşdirmək olar. 5 №-li Milli Mühasibat Uçotu Standartında “dolayı metoda”. isnad edilir. .Bu metodun istifadəsi zamanı əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti hesabat dövrünə mənfəət və ya zərərin məbləğini pul vəsaitlərinin hərəkətini nəzərdə tutmayan maddələr (məsələn, kapital üzrə dəyişikliklər və

Məsələn: Müəssisə 1 oktyabr 2005-ci il tarixdə istiqraz əldə edir. İstiqrazın ödəniş müddəti 28 fevral 2006-cı il tarixinədəkdir, müəssisənin maliyyə ili isə 31 dekabrda bitir. Bu şərtləri nəzərə alaraq, müəssisənin rəhbərliyi istiqrazı pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirmək istəyir.

İstiqraz pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirilə bilməz. Pul vəsaitlərinin ekvivalentlərinin qısamüddətlilik xüsusiyyətinə uyğun olaraq, onlar əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olmalıdır. İstiqrazın ödəniş müddəti isə əldə olunduğu tarixdən 5 aydır. Ödəniş müddəti hesabat tarixindən 2 ay sonra olduğu üçün, istiqraz pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirilə bilməz.

6

Page 7: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

amoptizasiya) üzrə düzəlişlərin edilməsi yolu ilə hesablanır. Bununla bərabər əksinə əməliyyat fəaliyyəti üzrə mənfəətə təsiri olmayan lakin nəticədə məhz pul vəsaitlərinin hərəkətinə səbəb olan maddələr var.. Lakin əməliyyat fəaliyyəti üzrə mənfəət Mənfəət və zərər haqqında hesabatda tərkibinə Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda həm də investisiya (məsələn, müəssisənin uzunmüddətli verilmiş borcların faizləri üzrə gəlir) ya maliyələşdirmə aktivi (məsələn, uzunmüddətli verilmiş borcların faizləri üzrə ödənişlər) kimi təsnifləşdirilən gəlir və xərcləri daxil edir .Belə maddələr əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti kimi göstərilə bilməzlər, və Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda ayrıca açıqlanmalıdırlar. Buna görə də müəssisənin “normal” fəaliyyətindən yaranan pul vəsaitlərini qalıq kimi müəyyənləşdirmək daha düzğun olardı.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarını birbaşa metodu tətbiq etməklə hazırlayan müəssisələr pul vəsaitlərinin daxil olmalarının və pul vəsaitləri ilə ödənişlərin əsas siniflərini açıqlamalıdırlar.

Aşağıda əməliyyat fəaliyyətindən yaranmış pul vəsaitlərinin hərəkətini birbaşa metod əsasında təqdim edən müəssisənin Pul vəsaitlərinin hərəkəti haqqında hesabatından çıxarış göstərilmişdir:

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti Müştərilərdən daxil olan pul vəsaitləri XTəchizatçılara və işçilərə ödənilən pul vəsaitləri (X)Əməliyyatlardan əldə olunan pul vəsaitləri XÖdənilmiş faizlər (X)Ödənilmiş mənfəət vergisi (X)Əməliyyat fəaliyyətindən xalis pul vəsaitləri X

Alternativ olaraq, müəssisə hesabat dövrünün xalis mənfəət və ya zərərini qeyri-pul maddələri, həmçinin investisiya və maliyyələşdirmə fəaəiyyətlərindən ayırmaqla pul vəsaitlərinin hərəkətini dolayı yolla da hesablaya bilər.

Aşağıda əməliyyat fəaliyyətindən yaranmış pul vəsaitlərinin hərəkətini dolayı metod əsasında təqdim edən müəssisənin Pul vəsaitlərinin hərəkəti haqqında hesabatından çıxarış göstərilmişdir:

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti Vergiqoymadan əvvəlki mənfəət XAşağıdakı maddələr üzrə düzəlişlər:Amortizasiya XValyuta mübadiləsi üzrə zərər Xİnvestisiya gəliri (X)Faiz xərcləri XDövriyyə kapitalının dəyişməsindən əvvəl mənfəət XTicarət və sair debitor borclarının artması (X)Ehtiyatların azalması XTicarət kreditor borclarının azalması (X)Əməliyyatlardan əldə olunan pul vəsaitləri XÖdənilmiş faizlər (X)

7

Page 8: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Ödənilmiş mənfəət vergisi (X)Əməliyyat fəaliyyətindən xalis pul vəsaitləri X

Təqdim edilən informasiyanın əhəmiyyətliliyi baxımından, birbaşa metod tövsiyə edilən metoddur. Lakin, buna baxmayaraq, təcrübədə dolayı metod daha çox istifadə olunan metoddur.

Ödənilmiş faizlər maliyyə qalığında yer almasına baxmayaraq, adətən əməliyyat fəaliyyəti kimi təsnifləşdirilirlər. Faiz xərcləri əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinə daxil edilməlidir və xalis mənfəət və ya zərərin müəyyənləşdirilməsi zamanı nəzərə alınmalıdır.

İnvestisiya fəaliyyəti – kreditlərin və faiz xərclərini yaradan digər borcların verilməsi və geri alınması, uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaricolmasıdır. Beləliklə, müəssisə qeyri-maddi və bioloji aktivlər, daşınmaz əmlak, zavod, avadanlıq, daşınmaz əmlaka investisiyalar , təbii sərvətlər və sair kimi aktivlər aldıqda və ya satdıqda, belə əməliyyatlar investisiya fəaliyyətinə aid edilir. İnvestisiya fəaliyyətinə habelə, səhmlər və digər qiymətli kağızlar formasında investisiyaların əldə edilməsi və idarə olunması aid edilir. Lakin, malgöndərənlərə verilən və ya sifarişçilərdən alınan avans ödənişlər, həmçinin uzunmüddətli aktivlərin və ya qiymətli kağızların alınması və satılması (belə əməliyyatlar müəssisənin əsas fəaliyyətinə aid olduqda) əməliyyat fəaliyyəti kimi təsnifləşdirilməlidir.

Aşağıdakı misallar investisiya fəaliyyətinə aiddir:

torpaq, tikili və avadanlığın, daşınmaz əmlaka investisiyanın , təbii sərvətlərin, qeyri-maddi və bioloji aktivlərin əldə edilməsi və ya xaric olunması;

torpaq, tikili və avadanlığın müəssisənin öz hesabına inşa edilməsi üzrə işlər;

digər müəssisənin kapital və borc alətlərinin əldə edilməsi və ya xaric olunması;

səhmlərinin buraxılması və ya geri alınması; fyuçers, forvard, opsion və svop müqavilələrinin əməliyyat fəaliyyəti

və maliyyələşdirmə üzrə fəaliyyətin əhatə dairəsinə daxil olananadək hazırlanması və yerinə yetirilməsi.

İnvestisiya fəaliyyətinə, həmçinin digər müəssisələrin səhmdar kapitalında iştirak hüququnun, borclarının və birgə müəssisələrdə (kommersiya və ya ticarət fəaliyyətinə aid olan müəssisələr istisna olmaqla) faizlərin əldə edilməsi və idarə olunması üzrə pul vəsaitlərinin daxilolmaları və xaricolmaları daxildir. Digər tərəflərə verilən borclar və ya avanslar investisiya fəaliyyətinə aiddir.

8

Page 9: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Əldə edilmiş faizlər və dividendlər ayrı təsnifləşdirilməlidirlər və adətən, investisiya fəaliyyətinə aid edilirlər.

Maliyyələşdirmə üzrə fəaliyyət - müəssisənin mülkiyyətçilərinin qoyuluşları və mülkiyyətçilər arasında kapitalın bölüşdürmələri, habelə üçüncü tərəfdən borcların alınması və onların geri ödənilməsidir. Maliyyələşdirmə üzrə fəaliyyəti aşağıdakı misallarda göstərmək olar:

Məsələn:a) Bina tikənBina tikənlər torpaq və binaları alır və sonradan onları təmir edir və ya satır. b) Daşınmaz əmlaka investisiya qoyan müəssisəDaşınmaz əmlaka investisiya qoyan müəssisələr torpaq və binaları icarədən gəlir etmək məqsədilə əldə edir.

a) Bina tikənBina tikən torpaq və binaların əldə edilməsi üzrə pul vəsaitlərinin xaricolmalarını əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirməlidir. Bina tikənlər tərəfindən avadanlığın əldə edilməsi prosesi istehsalçının ehtiyatları əldə etməsi prosesinə oxşayır. b) Daşınmaz əmlaka investisiya qoyan müəssisəDaşınmaz əmlaka investisiya qoyan müəssisə torpaq və binaların əldə edilməsi üzrə pul vəsaitlərinin xaricolmalarını investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirməlidir. Bu halda, alınan aktiv gələcəkdə gəlir gətirəcək (icarə gəliri) investisiya formasında çıxış edir.

Digər misal:a) Birgə müəssisə“Xəzər” MMC onun elə də əhəmiyyətli təsirə malik olmadığı “Çinar” müəssisəsinin kapitalının 10%-nə sahibdir. Bu investisiyanın müqabilində “Xəzər” MMC hər il 1000 manat məbləğində dividend qazanır.

b) Sənaye müəssisəsi“Üfüq” MMC artıq pul vəsaitlərini bankda saxlamaqdansa, onlara “Şirvan” şirkətinin kapitalının 10%-ni almaq və beləliklə, gəlir əldə etmək qərarına gəlmişdir. Bu investisiyanın müqabilində “Üfüq” MMC hər il 1000 manat məbləğində dividend qazanacaq.

a) Birgə müəssisə“Xəzər” MMC dividend şəklində əldə etdiyi pul vəsaitlərini əməliyyat fəaliyyətinə aid etməlidir. Vençur kapitalına malik müəssisələr adətən dividend şəklində gəlir əldə etmək və ya kapitalını artırmaq məqsədilə digər müəssisələrə investisiyalar qoyurlar.

b) Sənaye müəssisəsi“Üfüq” MMC dividend şəklində əldə etdiyi pul vəsaitlərini əməliyyat fəaliyyətinə aid etməlidir. Bu misalda səhmlərin alınması müəssisənin əsas fəaliyyəti qismində çıxış etmir. Bu qoyuluş artıq pul vəsaitlərini gəlirlə istifadə etmək məqsədilə edilmişdir.

9

Page 10: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Müəssisənin səhmlərinin buraxılması və geri alınması; Borcların alınması və ödənilməsi; Maliyyə lizinqi üzrə aktivlərin əldə edilməsi və xaric olunması.

Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti maliyyə mənbələrinin əldə edilməsi, onların idarə olunması və geri alınmasına aid pul vəsaitlərinin hərəkətini daxil edir. Bu maliyyə mənbələri istiqrazları, borc öhdəliklərini və səhmdar kapitalı daxil edə bilər.

Ödənilən dividendlər ayrıca təsnifləşdirilməlidir və adətən maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinə aid edilirlər.

Fyuçers müqaviləsi – investisiyaların çox mürəkkəb və kəskin formasıdır. Bu müqaviləyə əsasən, investor gələcəkdə müəyyən miqdarda məhsulu və ya maliyyə alətlərini əvvəlcədən razılaşdırılmış qiymətlə almağı və ya satmağı öz öhdəliyinə götürür və mənfəəti müqavilə ilə nəzərdə tutulmuş fəaliyyətlə deyil, bu müqaviləni satmaqla əldə edir.

Məsələn:“Tito” şirkəti uşaq oyuncaqları istehsal edir. Şirkətin rəhbərliyi fəaliyyəti genişləndirmək məqsədilə yeni əlavə binalar tikmək qərarına gəlmişdir. Tikinti işlərinin dəyəri 6 000 000 manat təşkil edir. Şirkətin rəhbərliyi tikinti işlərini tez bir zamanda həyata keçirmək məqsədilə bu məbləği bankdan borc alır və borcu sonradan maliyyə icarəsindən əldə olunacaq vəsaitlərlə ödəmək qərarına gəlir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda müəssisənin müxtəlif pul vəsaitlərinin hərəkətini necə təsnifləşdirmək olar?

Rəhbərlik pul vəsaitlərinin hərəkətini aşağıdakı kimi təsnifləşdirməlidir:Pul vəsaitlərinin hərəkəti Pul vəsaitlərinin hərəkəti haqqında

hesabatda təsnifləşdirməBankdan qısamüddətli borc şəklində pul Maliyyələşdirmə üzrə fəaliyyət*vəsaitlərinin alınması

Tikinti işlərini aparan podratçılara pul İnvestisiya fəaliyyətivəsaitlərinin ödənilməsi

Banka olan borcu qaytarmaq üçün maliyyə təşkilatından vəsaitin alınması (obyektlərə görə icarədardan alınan vəsaitlər) Maliyyələşdirmə üzrə fəaliyyət*

Banka olan borcun ödənilməsi Maliyyələşdirmə üzrə fəaliyyət*

İcarədara icarə haqqının ödənilməsi Maliyyələşdirmə üzrə fəaliyyət – əsas məbləğ və faizlərə bölüşdürülməklə

*Pul vəsaitlərinin hərəkəti sözü gedən hesabat dövründə baş verdikdə, xalis məbləğ təqdim edilməlidir.

10

Page 11: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Svop müqaviləsi - gələcəkdə satılması zəmanəti ilə məhsulun və ya maliyyə alətlərinin müvəqqəti alınması üzrə müqavilədir. Bu müqavilələr də, fyuçers müqavilələri kimi çox mürəkkəb müqavilələrdir və adətən, bu sahədə müəyyən təcrübəyə və müvafiq işçi heyətinə malik olan iri müəssisələr tərəfindən istifadə olunurlar. Pul vəsaitlərinin hərəkəti milli valyuta məbləğində hesablanır. Svop müqavilələri çox vaxt müəyyən risklərin hedcinqi, faiz riskinin sığorta edilməsi məqsədilə istifadə edilirlər. Bu müqavilələr həmçinin iftixar məqsədilə də istifadə oluna bilərlər. Onlar səhm və ya fyuçers müqavilələri kimi alınıb-satıla bilməzlər, lakin hər birisi xüsusiyyətlərinə görə unikaldır.

Forvard müqaviləsi – malın çatdırılması gələcəkdə müəyyən tarixdə baş verən, lakin malın qiymətinin müqavilənin imzalandığı tarixdə müəyyən edilən nağd hesablama ilə aparılan təcili əməliyyatdır. Fyuçers müqavilələrindən fərqli olaraq, forvard müqavilələri qeyri-rəsmi şəkildə imzalanırlar və adətən qeyri-standart olurlar. Əlavə olaraq, bu müqavilələrdə çıxış edən tərəflər biri-birinin kredit risklərini daşımalıdırlar. Fyuçers müqavilələrində isə belə hal müşahidə olunmur. Həmçinin, bu müqavilələr təcili birja müqavilələri olmadığı üçün, satıcını ilkin kapital xərclərindən azad edən bazar tələbləri mövcud deyil. Forvard müqaviləsində müəyyən edilmiş qiymət spesifik malın qiymətidir. Bu malın qiymətinin dəyişməsindən asılı olaraq, forvard müqaviləsinin dəyəri mənfi və ya müsbət olur. Forvard müqavilələrində qiymətin təyin edilməsi fyuçers müqavilələrində olduğu kimidir. Fyuçers müqavilələrində olduğu kimi, forvard müqavilələrində qiymətin təyin edilməsi üçün ilk olaraq spot qiymət (nağd şəkildə təcili ödəniş şərtilə təyin edilən qiymət) maliyyə aktivinin fyuçers və cari qiymətləri arasında olan fərqə əlavə edilir. Lakin, fyuçers müqavilələrindən fərqli olaraq, bu qiymət əks tərəfin kredit riskini də daxil edə bilər, həmçinin bu müqavilələrdə kredit riskini minimuma endirmək üçün bazarda baş verən proseslər gündəlik olaraq nəzərə alınmır. Bu kredit riskləri nəzərə alınmadıqda, forvard qiyməti fyuçers qiymətinə bərabər olacaq.

Opsion – əvvəlcədən müəyyən edilmiş müddət ərzində səhm, məhsul, valyuta, indeks və ya borcun əvvəlcədən müəyyən edilmiş qiymətə almaq (alıcının opsionu) və ya satmaq (satıcının opsionu) hüququdur. Səhm üzrə opsionun məbləği adətən 100 səhm olur. Hər bir opsion müqaviləsində alıcı (opsionun sahibi) və satıcı (opsionun satıcısı) mövcud olmalıdır. Opsion müqaviləsi üzrə satıcı qarşı tərəfə müvafiq səhmləri ötürməlidir. Səhmlərin ötürülməsi mümkün olmadıqda (məsələn, indekslər ötürülməli olduqda), müqavilə pul

Məsələn:Məsələn, 10 000 kq kofenin alınması üzrə fyuçers müqaviləsi mövcuddur. 80 000 manat dəyərində (kilosu 8 manata) kofenin tədarükünün noyabrın 1-də baş verəcəyini nəzərdə tutan bu müqavilə fevralın 1-də imzalanır. Fyuçers müqaviləsinin adətən investisiya xarakterli olduğu üçün, alıcının kofeni həqiqətən əldə etmək niyyəti yoxdur. İnvestor kofenin qiymətinin artacağına və müqaviləni sataraq mənfəət əldə edəcəyinə güman edir. Əgər iyunun 1-də kofenin kilosunun qiyməti 9 manata qədər artarsa, investor bu tarixdə müqaviləni sataraq 10 000 manat məbləğində gəlir əldə edəcək (müqaviləyə əsasən, onun sahibi kofenin kilosunu 8 manatdan almaq hüququna malikdir. Lakin, kofenin bazar qiyməti 9 manat məbləğinə qalxır. Beləliklə, müqavilənin sahibi 90 000 manat məbləğində kofeni 80 000 manat məbləğinə almaq hüququna malikdir. Yeni alıcı bu hüququ əldə etmək üçün müqavilənin sahibinə 10 000 manat ödəməli olacaq).

11

Page 12: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

vəsaitlərinə bağlı olur. Opsionun sahibi üçün potensial zərər opsionu əldə etmək üçün ödənilmiş məbləğlə məhdudlaşır. Opsion istifadə edilmədikdə, qüvvədən düşür. Əldən ələ keçən səhmlər və ya opsionun əldə edilməsi üçün ödənilmiş vəsaitlər itmir. Alıcı üçün yuxarı hədd üzrə məhdudiyyət yoxdur. Buna görə də, opsionlar də səhmlər kimi qeyri-simmetrik ödənişlər sisteminə malikdir. Satıcı üçün isə, müqavilə yerinə yetirilməyincə potensial zərər əldə etmək ehtimalı mövcuddur, çünki opsion üzrə nəzərdə tutulmuş səhmlər artıq ona məxsusdur. Opsionlar bir sığortalanma aləti kimi istifadə olunurlar. Bir alət kimi, opsion sahibinə səhmlərin dəyərində olan müəyyən miqdarda kapitala nəzarət etmək imkanı verir. Opsionlar sahibini müəyyən dövr ərzində qiymətin dəyişməsindən sığortalayır. Risk yalnız opsiondan əldə olunacaq mənfəətin məbləği ilə kifayətlənir (istisna kimi yalnız hələ alınmamış satıcının səhm üzrə opsionunu göstərmək olar).

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsiStandartın 9-cu maddəsinə əsasən, pul vəsaitlərinin hərəkəti aşağıdakı 3 fəaliyyət növünə uyğun olaraq təsnifləşdirilməlidir:

Əməliyyat fəaliyyəti; İnvestisiya fəaliyyəti; Maliyyələşdirmə üzrə fəaliyyət.

Bu o deməkdir ki, müəssisədə baş verən hər-hansı pul vəsaitlərinin hərəkəti bu 3 növ fəaliyyətlərdən birinə uyğun gəlməlidir.

Hər üç fəaliyyət növü üzrə təqdim edilən informasiya müəssisənin əməliyyatlarını əks etdirməlidir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda müəssisənin bu fəaliyyət növləri üzrə müqayisəli informasiya təqdim edilməlidir.

Standartın 10-cu maddəsinə əsasən, müəssisə bu fəaliyyətlərdən yaranan pul vəsaitlərinin hərəkətini öz təsərrüfat fəaliyyətinə daha çox uyğun olan formada təqdim etməlidir. Lakin, bu o demək deyil ki, müəssisə istədiyi hesabat formatını seçə bilər.

Hesabat dövrü ərzində pul vəsaitlərinin hərəkətinin son nəticəsi pul vəsaitləri və onların ekvivalentlərinin dövrün əvvəlindən sonunadək hərəkətinin nəticəsidir. Pul vəsaitləri və onların ekvivalentlərinin son nəticəsini Mühasibat balansında birbaşa müəyyənləşdirmək mümkün olmadıqda, maliyyə hesabatlarının qeydlərində müvafiq uyğunlaşdırma təqdim edilməlidir.

Standartın 18-ci maddəsində deyilir: “Bu standartın 12, 15 və 17-cı maddələrində müəyyən edilmiş məcburi başlıqlar altında maddələr Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilərkən, müəssisə 2 №-li Əlavədə müəyyən edilmiş hesabat formatına riayət etməlidir”. Hazırkı sənəddə Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarını 5 №-li Milli Mühasibat Uçotu Standartına əsasən hazırlayan müəssisələr tərəfindən istifadə olunacaq Pul vəsaitlərinin hərəkəti haqqında hesabat formatın təqdim edilmiş.

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti haqqında məlumatın təqdim edilməsi

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədi istifadəçilərin hesabat dövrü ərzində müəssisənin pul vəsaitlərinin hərəkəti barədə məlumatla təmin etməkdir. Bu informasiyanın

12

Page 13: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Mənfəət və zərər haqqında hesabatda təqdim edilməməyinin səbəbləri aşağıda qeyd edilmişdir:

Mənfəət və zərər haqqında hesabat mühasibat qaydalarına uyğun olaraq, yalnız mənfəəti təqdim edir. Məsələn, gəlir (və bütün digər mühasibat maddələri) hesablama metodu əsasında tanınmalıdır. Beləliklə, əsas əməliyyat gəliri hər-hansı fəaliyyətlər nəticəsində əldə edilmiş vəsaitləri deyil, hesabat dövrü ərzində qazanılmış ümumi gəlirin məbləğini əks etdirir. Əlavə olaraq, mənfəət pul vəsaitlərinə aid olmayan xərclər (məsələn, amortizasiya) çıxıldıqdan sonra qalan məbləğdir. Buna görə də, mənfəət pul vəsaitinin mədaxili hesab olunmur.

Pul vəsaitlərinin daxilolmalarının və xaricolmalarının bir çox mənbələri Mənfəət və zərər haqqında hesabatda açıqlanmasa da, bu əməliyyatların nəticələri Mühasibat balansında əks olunur. Məsələn, müəssisə bankdan 100 000 manat borc aldıqda, bu pul vəsaitlərinin mədaxili Mənfəət və zərər haqqında hesabatda yox, Mühasibat balansında öhdəliklərin artması kimi təqdim olunacaq. Eyni şəkildə müəssisə səhmdarlarına 75 000 manat məbləğində dividendlər ödədikdə, bu əməliyyat Mənfəət və zərər haqqında hesabatda deyil, Kapitalda dəyişikliklər haqqında hesabatda ehtiyatların hərəkəti kimi əks olunur.

Əməliyyat fəaliyyətindən əldə olunan faktiki pul vəsaitlərinin hərəkəti Mənfəət və zərər haqqında hesabatda təqdim olunmuş balans mənfəətini başlanğıc nöqtəsi kimi istifadə edərək müəyyən etmək (çünki bu məbləğ əməliyyat fəaliyyətinin nəticəsini uçot qaydalarına uyğun olaraq əks etdirir) və balans mənfəətinin əməliyyat fəaliyyəti nəticəsində müəssisəyə xalis pul vəsaitlərinin mədaxilinə çevrilməsi kimi uyğunlaşdırmaq olar.

Standartın 11-ci maddəsinə əsasən, müəssisə xalis mənfəət və ya zərərə düzəlişlər edərək, aşağıdakıları nəzərə almaqla, əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti haqqında informasiyanı maliyyə hesabatlarında əks etdirməlidir:

(a) hesabat dövrünün əvvəlinə və sonuna olan ehtiyatlar, əməliyyat debitor və kreditor borcları üzrə qalıqların dəyişməsini;

(b) mənfəət və zərər haqqında hesabata daxil olan qeyri-pul maddələri üzrə açıqlanan ınformasiyanı;

Bura qeyri-pul maddələrinə amortizasiya xərcləri, qiymətləndirilmiş öhdəliklər, təxirə salınmış vergi, xarici valyutanın mübadiləsindən yaranmış sair gəlirlər və xərclər, asılı müəssisələrin bölüşdürülməmiş mənfəəti və ya zərəri və azlıq təşkil edən mülkiyyətçilərin payları daxildir.

Məsələn, müəssisənin hesabat dövrünün əvvəlinə 20 000 manat, hesabat dövrünün sonuna isə 15 000 manat məbləğində debitor borcu varsa, müəssisəyə ödəniləcək xalis pul vəsaitləri 5 000 manat təşkil edir.

13

Page 14: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

(c) ehtiyatlara aid bütün pul vəsaitlərinin xaric olmalarının toplanması;

Qiymətləndirilmiş öhdəliklər qeyri-müəyyən ödəniş müddətinə və məbləğinə malik olan öhdəliklərdir. Adətən qiymətləndirilmiş öhdəliklər xərc kimi tanınırlar və gələcək hesabat dövrlərində ödəniləcəyinə baxmayaraq cari hesabat dövrünün mənfəətinə daxil edilirlər. Qiymətləndirilmiş öhdəliklər hesabı üzrə əhəmiyyətli ödənişlər hesabat dövrünün pul vəsaitlərinin hərəkətinə təsir göstərsə də, hesabat dövrünün xalis mənfəətinə təsir göstərmir və buna görə də xalis əməliyyat pul vəsaitlərinin hərəkəti hesablanarkən mənfəətdən çıxılır. Qiymətləndirilmiş öhdəliklərin pul vəsaitlərinin hərəkətinə effektini müəyyənləşdirmək üçün mənfəət və zərər haqqında hesabatda qiymətləndirilmiş öhdəliklər kimi tanınan məbləğ yenidən balans mənfəətinə əlavə edilməlidir (qiymətləndirilmiş öhdəliklərdən qaytarılmasından yaranan gəlir balans mənfəətindən çıxarılmalıdır) və nəticədə həqiqi ödənişlər balans mənfəətindən çıxarılmalıdır.

(d) investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün digər maddələrdə göstərilmiş informasiyanı.

Bura satışdan gəlirlər, investisiyalar, uzunmüddətli aktivlər, fyuçers və svop müqavilələri üzrə gəlirlər və xərclər, dividendlər və investisiyalardan yaranan faizlər, maliyyə icarəsi və faizlər üzrə ödənişlər daxildir. (Müəssisə tərəfindən ödənilən dividendlər kapital ehtiyatlarının hərəkəti vasitəsilə açıqlanır və bu məsələ üzrə hər-hansı düzəlişlərin edilməsinə ehtiyac yoxdur).

Standartın 12-ci maddəsində əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin məbləğini müəyyənləşdirmək məqsədilə pul vəsaitlərinin hərəkəti haqqında hesabatın formasında açıqlanmalı olan maddələri göstərilir.

Məsələn, müəssisə mallarını yalnız pul vəsaitlərinə satır və bütün ödənişlərini yalnız pul vəsaitləri hesabına həyata keçirir. Yalnız amortizasiya xərcləri üçün pul vəsaitləri istifadə edilmir. Hesabat üzrə müəssisənin mənfəətini 20 000 manat, amortizasiya xərcləri isə 5 000 manat təşkil etmişdirsə, ümumi xalis pul vəsaitlərinin mədaxili 25 000 manat olacaq:

Gəlir 80000 (bütün pul vəsaitlərinin daxilolmaları)Xərclər

Adi xərclər 55000 (bütün pul vəsaitlərinin xaricolmaları)Amortizasiya 5000 (qeyri - pul xərclər)

(60000)Balans mənfəəti 20000

Əgər yalnız pul vəsaitləri nəzərə alınırsa, mənfəət 25 000 manat təşkil edəcək (80 000 - 55 000). Beləliklə, əməliyyat fəaliyyəti nəticəsində yaranan xalis pul vəsaitlərinin hərəkətini müəyyənləşdirmək üçün qeyri-pul xərclərini balans mənfəətinə əlavə etmək lazımdır.

14

Page 15: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Bu maddələrdən ibarət forma yalnız birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına aid Milli Mühasibat Uçotu Standartlarının tərtib edilməsi zamanı müvafiq əhəmiyyət daşıyacaq. Bu sənədin “tövsiyələr” bölümündə təqdim olunmuş misalda hər bir məbləğin necə hesablandığı barədə geniş məlumat təqdim olunur.

(1) ayrıca müəyyənləşdirilməli olan qeyri-pul maddələri (məsələn, amortizasiya). Qeyri-pul maddələrinin yalnız ümumi xalis məbləği göstərilməlidir.

(2) bu məbləği təşkil edən maddələr ayrıca göstərilməsə də, səhmlər üzrə faiz ödənişlərini və maliyyə lizinqi üzrə ödənişləri daxil etməlidirlər.

(3) satılmış malların dəyərinin hesablanması üçün ehtiyatların artımı yenidən gəlirlərə artırılır. Satılmış malların dəyərinin hesablanmasını aşağıdakı kimi göstərmək olar:

Hesabat dövrünün əvvəlinə ehtiyatlar 80000Dövr ərzində alışlar 340000 (nağd pul hesabına)

420000Hesabat dövrünün sonuna ehtiyatlar (110000) Satılmış malların maya dəyəri 310000

Əgər ümumi satış (ümumi pul vəsaitləri) 500 000 manat olarsa, mənfəət 190 000 (500 000 – 310 000) manat olacaq. Lakin bu məbləğ ümumi pul vəsaitləri deyildir. Həqiqi pul vəsaitlərinin məbləği 160 000 manat (500 000 (satış) – 340 000 ( nağd pul vəsaiti ilə alış)). Nağd pul vəsaiti hesabına olan alışların dəyərini bilmədən bu rəqəmləri əldə etmək üçün ehtiyatlarda olan artımın azaldılması zəruridir. Ehtiyatlarda baş verən artım pul vəsaitlərinin məbləğinin artımına və mənfəətin azalmasına səbəb olarsa, ehtiyatlarda olan

Məsələn, bu maddələr aşağıdakı kimi təqdim oluna bilər:

Əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti

Hesabat dövründə xalis mənfəət və ya zərər 100000Aşağıdakı maddələr üzrə düzəlişlər:

Azlıq təşkil edən mülkiyyətçilərin payı; 5000Mənfəət vergisi üzrə xərclər; 15000Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər; 25000 (1)İnvestisiya fəaliyyətinə və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr 10000 (2)Ehtiyatların artması (30000) (3)Əməliyyat debitor borcları və gələcək dövrlərin xərclərinin azalması 7000 (4)Əməliyyat kreditor borcları və hesablamaların artması 3000 (5)Ödənilmiş mənfəət vergisi (20000) (6)

Əməliyyat fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti 115000

15

Page 16: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

azalmanın pul vəsaitlərinə effektini müəyyənləşdirmək məqsədilə mənfəətin artırılmasına səbəb olacaqdır.

(4) Debitor borcları üzrə ehtiyatlar üçün istifadə edilən məntiqi yanaşmadan istifadə edilir. Hesabat dövrü ərzində debitor borclarının artması mənfəətin azalmasına səbəb olacaq.

(5) Yenidən, kreditor borcları üzrə ehtiyatlar üçün istifadə edilən məntiqi yanaşmadan istifadə edilir, yəni, kreditor borclarının artımı balans mənfəətinin artımına səbəb olacaqdır.

(6) Bu element mənfəət və zərər haqqında hesabatın vergi elementi deyildir. Buraya bütün keçmiş hesabat dövrlərinə aid edilən ödənilmiş vergilər daxil edəcəkdir (mənfəət və zərər haqqında hesabatda təqdim edilən mənfəət gəliri yalnız cari hesabat dövrünün mənfəəti üzrə vergi öhdəliyini qiymətləndirir). Mənfəət vergisi hesabat dövrünün əvvəlinə və sonuna olan vergi öhdəlikləri ilə uyğunlaşdırıla bilər. Məsələn;

Hesabat dövrünün əvvəlinə olan vergi öhdəlikləri 23000hesabat dövrünün mənfəət vergisi 15000

38000 hesabat dövrünün sonuna olan vergi öhdəlikləri (18000)

ödənilmiş mənfəət vergisi 20000

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti haqqında məlumatın təqdim edilməsi

Standartın 14-cü maddəsinə əsasən, pul vəsaitlərinin hərəkətinin netto əsasında təqdim edildiyi hallar istisna olmaqla, müəssisə investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin daxilolmalarının və xaricolmalarının əsas növləri haqqında məlumatı ayrıca təqdim etməli olduğu qeyd edilir. Pul vəsaitlərinin xalis effektinin göstərilməsinə yol verilmir – həm daxilolmalar, həm də xaricolmalar göstərilməlidir.

Standartın 15-ci maddəsində pul vəsaitlərinin hərəkəti haqqında hesabata investisiya fəaliyyəti nəticəsində yaranan aşağıdakı məbləğlər daxil edilməli olduğu qeyd edilir:

Məsələn, eyni hesabat dövründə müəssisə 150000 manat yeni avadanlığın alınmasına sərf edir və 45000 manat mövcud olan avadanlığın satılmasından əldə edir. Hər iki məbləğ cəm halında (105000 manat ) deyil, ayrıca açıqlanmalıdır.

16

Page 17: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Standartın 15-ci maddəsində həmçinin fyuçers, forvard və opsion müqavilələri üzrə açıqlamaların tələbləri qeyd edilmişdir.

İlkin ödəniş müddətli üç aydan az olan investisiyalar onların dövriyyə müddəti ərzində ödəniləcəyinə dair şübhə mövcud olduqda, pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınmırlar

Hər-hansı maddənin pul vəsaitlərinin ekvivalenti anlayışına cavab verib-vermədiyini müəyyənləşdirmək üçün istifadə edilmiş uçot siyasəti müvafiq olaraq açıqlanmalıdır.

Məsələn,

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti:

Uzunmüddətli qeyri-maliyyə aktivlərin alınması (125000)

Uzunmüddətli qeyri-maliyyə aktivlərin satışından nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları 30000

Törəmə, asılı və birgə müəssisələrə pul vəsaitlərinin ödənilməsi (200000) Törəmə, asılı və birgə müəssisələrin satışından pul vəsaitlərinin daxilolmaları 150000

Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaricolmaları (200000) Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borcların geri qaytarılmasından yaranan pul vəsaitlərinin daxilolmaları 75000 Dividendlər şəklində pul vəsaitlərinin daxilolmaları 15000

Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları 10000

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti (245000)

Məsələn:Müəssisənin bankda qısamüddətli investisiyaları mövcuddur. Bank isə müəyyən səbəblərə görə müfliləşmə təhlükəsi qarşısındadır. Bu səbəbdən, bankın öz öhdəliklərini vaxtında yerinə yetirə biləcəyi şübhə altındadır.

Belə olduğu halda, müəssisə həmin bankdakı investisiyalarını pul vəsaitlərinin ekvivalentləri kimi təsnifləşdirə bilməz. İnvestisiyanın ilkin ödəniş müddəti üç aydan az olsa da, bu öhdəliyin vaxtında yerinə yetirələcəyi şübhə altındadır.

17

Page 18: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti haqqında məlumatın təqdim edilməsi

Standartın 16-cı maddəsində “müəssisənin, maliyyə fəaliyyətlərindən irəli gələn iri məbləğdə pul vəsaitlərin daxilolmasını və xaricolmasını ayrı göstərməli” olduğu qeyd edilir. Pul vəsaitlərinin hərəkətinin netto əsasında göstərilməsinə yol verilmir, həm pul vəsaitlərinin daxilolması, həm də xaricolması göstərilməlidir.

Standartın 17-ci maddəsində maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti haqqında informasiya açıqlanır.

(1) Bu məbləğ hesabat dövrü ərzində səhmdarlara həqiqətən ödənilən ümumi məbləğdir.

(2) Bu məbləğ bütün borclar üzrə faizlərin ödənişlərini və maliyyə icarələri üzrə faiz ödənişlərinin cəmidir.

Hesabatın təqdim olunma qaydasına aid tələblər

Standartın 18-ci maddəsində müəssisələrin bu standartın 2-ci Əlavəsində göstərilmiş formata riayət etmələri olduğu qeyd edilir. Bu sənəddə qeyd olunan Tövsiyyə1-də hesabatın formatı barədə izahatlar təqdim olunmuşdur və bu format 5№-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlayan bütün müəssisələr tərəfindən istifadə edilməlidir.

Standartın 19-cu maddəsində 17-ci bənddə qeyd olunan məcburi maddələrin adlarında dəyişikliklər yalnız digər Milli Mühasibat Uçotu Standartının tələblərinə uyğun olaraq edilə bildiyi vurğulanır.

Standartın 20-ci maddəsində əlavə maddələr, başlıqlar və yarımbaşlıqlar bu standartın 2 №-li əlavəsində göstərilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat formasında aşağıdakı hallarda edilməli olduğu qeyd edilir:

Məsələn, eyni maliyyə ilində müəssisə bankdan 200000 manat məbləğində kredit götürərək artıq mövcud olan 80000 manat məbləğində borcunu odəyir. Yalnız pul vəsaitlərinin xalis xaricolması 120000 deyil, hər iki məbləğ ayrıca açıqlanmalıdır.

Məsələn, bu informasiya aşağıdakı şəkildə açıqlana bilər:

Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkətiSəhmlərin buraxılmasından yaranan gəlir 100000Səhmlərin geri alınması üzrə məsrəflər (25000)Borc alınmış məbləğlərin ödənilməsi (15000)Maliyyə icarəsi üzrə pul vəsaitlərinin ödənilməsi (10000)Ödənilmiş dividendlər (40000) (1)Faiz ödənişləri (25000) (2)Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti (15500)

18

Page 19: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

digər Milli Mühasibat Uçotu Standartlarına əsasən tələb olunduqda; müəssisənin pul vəsaitlərinin hərəkətinin ədalətli açıqlanması üçün zərurət yarandıqda.

Netto əsasında pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi

Standartın 14 və 16-cı maddələrində qeyd edilir ki, pul vəsaitlərinin oxşar daxilolmasının və xaricolmasının (məsələn: faizlərin ödənilməsi və alınması) netto əsasında göstərilməsinə yol verilmir, 20-ci maddəyə uyğun olaraq, maliyyələşdirmə üzrə fəaliyyətlərdən yaranan pul vəsaitlərinin hərəkəti isə netto əsasında yalnız aşağıda qeyd edilmiş hallarda göstərilə bilər:

1. pul vəsaitlərinin hərəkətləri sifarişçinin fəaliyyətini əks etdirdiyi və onun adindan həyata keçirildiyi halda;

Əgər müəssisə başqa bir müəssisə üçün vasitəçi kimi çıxış edirsə, başqa müəssisənin ödənişləri və çəkilən xərclərin geri ödənilməsi netto əsasında sıfıra bərabərdir. Açıqlanmalı olan məbləğ yalnız vasitəçilik vəzifələrinin yerinə yetirilməsi üçün ödənilən komissiya və mükafatların məbləği olacaqdır.

2. çevik dövriyyə müddəti və çox qısa ödəniş müddətli mövcud olduğu halda;

Məsələn, ”Çinar” müəssisəsi Almaniyada təşkil olunan beynəlxalq ticarət sərgisində iştirak edir. Müəssisə başqa yerli, lakin rəqib olmayan ”Xəzər” müəssisəsi üçün bir sıra aktivlərin alınması haqqında razılıq əldə edir. Ticarət sərgisində ”Çinar” müəssisəsi ”Xəzər” müəssisəsi üçün ümumi dəyəri 150000 manat olan aktivləri alır. ”Xəzər” müəssisəsi sonradan bütün ümumi məbləği ”Çinar” müəssisəsinə geri ödəyir. Normal olaraq, uzunmüddətli aktivlərin mədaxili və ödənişləri pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölməsində ayrıca qeyd edilməlidir. Belə olan təqdirdə bu aktivlərin əldə edilməsi və sonradan ”Xəzər” müəssisəsinə verilməsi ”Xəzər” müəssisəsi tərəfindən baş verir və qarşılıqlı əvəz edilə bilər.

Digər misal:“Şərq” turizm agentliyi müştərilərinə yaşayış yerinin təmin edilməsi, uçuş və avtomobilin kirayə alınması kimi xidmətlər göstərir. Müştərilər turizm agentliyinə müvafiq pul vəsaitlərini ödədikdə, agentlik yuxarıda qeyd olunmuş xidmətləri göstərən şirkətlərə onların göstərdiyi xidmətlərin əvəzini ödəyir. Turizm agentliyi isə bunun əvəzində həmin şirkətlərdən komission məbləğlərini alır. Müştərilər ilə bağlı yarana biləcək hər-hansı problemlərə görə müvafiq xidmətləri təmin edən şirkətlər öhdəlik daşıyır.

Turizm agentliyi müştərilərdən əldə etdiyi və xidmətləri göstərən şirkətlərə ödədiyi pul vəsaitlərini netto əsasında təqdim etməlidir. Netto əsasında təqdimat əməliyyatın real dəyərini əks etdirir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilən xalis pul vəsaitlərinin məbləği turizm agentliyinin komissiyasını əks etdirir.

19

Page 20: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Adətən, bu hal qısamüddətli borclara aid edilsə də, çox qısa müddətli investisiyalara da aid edilir.

Pul vəsaitlərinin hərəkətini netto əsasında təqdim etmək imkanı adətən banklar və digər oxşar maliyyə institutlarında yaranır.

Əməliyyat fəaliyyəti nəticəsində yaranmış pul vəsaitlərinin hərəkətini dolayı metod əsasında təqdim edilməsi də pul vəsaitlərinin netto əsasında açıqlanmasına gətirib çıxarır.

Məsələn, müəssisənin hesabat dövrü 31 dekabr tarixində başa çatır. 01 iyul 2006-cı il tarixdə müəssisə bankdan 200000 manat məbləğində borc alır. 14 iyulda ödənilməli olan bu borc artıq ödənilmişdir. Ümumiyyətlə, maliyyələşdirmə fəaliyyətinə uyğun olaraq, burada pul vəsaitlərinin mədaxili və məxarici və pul vəsaitlərinin hərəkəti haqqında hesabatın maliyyələşdirmə fəaliyyəti bölümündə müvafiq yazılar olmalıdır, lakin dövriyyə və hazırlıq müddətinin çox qısa olduğu üçün standartın 21-ci maddəsi qarşılıqlı hesablanmaya yol verir (yəni maddələr ayrı-ayrı göstərilmir).

Digər misal, 01 avqust 2006-cı il tarixdə müəssisə əvvəlki satışlarına görə müştərilərdən 100000 manat əldə edir. Müəssisə bu vəsaitin hamısını bank hesabına qoymaqdansa 100000 manat məbləğində digər müəssisələrin qiymətli kağızlarını əldə etmək qərarına gəlir. 12 avqustda (12 gündən sonra) müəssisə bu qiymətli kağızları 110000 manat məbləğinə satır və bu məbləği bank hesabına qoyur. Dövriyyə müddəti çox qısa olduğuna görə pul vəsaitlərinin hərəkəti haqqında hesabatın investisiya fəaliyyəti bölümündə ayrıca sətirlərin doldurulması yox, yalnız xalis səmərələr (10000 manat pul vəsaitlərinin xalis mədaxili) açıqlanmalıdır.

Qısamüddətli borclar ilə bağlı yaranan pul vəsaitlərinin hərəkətinin müəssisə tərəfindən Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təsnifləşdirilməsi qaydasını izah edən misal.

“Qafqaz” şirkətinin Azərbaycanda bir neçə oteli mövcuddur. Mövsumdən asılı olaraq, otellərə olan tələbat şirkətin biznes əməliyyatlarına öz təsirini göstərir. Vaxtaşırı “Qafqaz” şirkəti təsbit edilmiş ödəniş müddəti bir həftədən üç ayadək olan təminatsız adi səhmlər formasında qiymətli kağızların buraxılması yolu ilə fondlarını artırır.

“Qafqaz” şirkəti qısamüddətli borc alətlərinin buraxılması nəticəsində yaranmış pul vəsaitlərinin hərəkətini netto əsasında maliyyələşdirmə üzrə fəaliyyətdən yaranmış pul vəsaitlərinin hərəkəti kimi təqdim edə bilər. Ödəniş müdəti üç aydan az olan qısamüddətli borc alətlərini netto əsasında təsnifləşdirmək olar. Pul vəsaitlərinin daxilolmalarının və xaricolmalarının ümumi məbləğləri müəssisənin maliyyə fəaliyyətinin anlaşıla bilməsi üçün əlavə informasiya ilə təmin etmir. Belə informasiyanı əldə etmək üçün pul vəsaitlərinin daxilolmaları və xaricolmalarını maliyyə hesabatlarında netto əsasında təqdim etmək lazımdır.

20

Page 21: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Xarici valyuta ilə ifadə olunan pul vəsaitlərinin hərəkəti

Bu Standartın 22-ci maddəsinə uyğun olaraq, xarici valyuta ilə aparılan əməliyyatlar nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti müəssisənin maliyyə hesabatlarında manatla əks etdirilməlidir. Belə əməliyyatlar onların baş verdiyi tarixdə xarici valyutanın manat ekvivalentində əks etdirilməlidirlər və mübadilə nəticəsində yaranmış gəlir və ya zərər məzənnə fərqləri üzrə gəlirlər (6118-ci hesab) və ya məzənnə xərcləri (7318-ci hesab) kimi əməliyyat bitdikdən sonra qeyd edilməlidir.

Hesabat dövrünün sonunda başa çatmamış əməliyyatlar (ödənilməmiş debitor və ya kreditor borclar) mövcud ola bilər. Əlavə olaraq, müəssisənin bank hesabında xarici valyutada pul vəsaitləri qala bilər. Bu standartın 22-ci maddəsinə əsasən, müəssisənin xarici valyutadakı məbləğlərinə qeyd olunan əməliyyatın baş verdiyi tarixdə Azərbaycan Respublikası Milli Bankının məzənnəsi tətbiq edilməlidir.

Adətən, əməliyyatların həcminin böyük olduğuna görə əməliyyat tarixində valyutaların çevrilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir. Belə olan təqdirdə, qeyd olunan pul vəsaitlərinin hərəkəti bu standartın 24-cü maddəsində qeyd edildiyi kimi, maliyyə hesabatlarında hesabat dövrü ərzində orta məzənnəsi ilə manatla göstərilməlidir.

Standartın 25-ci maddəsində bu orta məzənnənin istifadə edilməsi qaydası izah edilir. Bir neçə ay üzrə əməliyyatların cəmini toplayaraq bu aylar üzrə orta mübadilə məzənnəsini təyin etmək olar.

Məsələn, Məsələn, “Çinar” şirkəti 01.10.2006-cı il tarixdə Amerika müəssisəsindən 1000 ABŞ dolları dəyərində materiallar alır. Əməliyyat tarixində 1 ABŞ dolları 0,91 manata bərabər idi. Hesabat tarixinin sonuna materiallar artıq “Çinar” şirkətinin ixtiyarına verilsə də, ödəniş hələ edilməmişdir, yəni hesabat dövrünün sonunda “Çinar” şirkətinin 910 manat məbləğində kreditor borcu mövcud idi. Materialların ilkin alınması üzrə əməliyyatı aşağıda qeyd olunduğu kimi uçota almaq olar:

Dt Materiallar ($1000 x 0,91) 910 Kt Kreditor borc ($1000 x 0,91) 910

Hesabat dövrünün sonunda isə 1 ABŞ dolları artıq 0,95 manata bərabər idi, yəni “Çinar” şirkətinin kreditor borcunun məbləği artıq 950 manat olmuşdur.

Dt Məzənnə xərci ($1000 x 0,04) 40 Kt Kreditor borc ($1000 x 0,04) 40

(“0.04” rəqəmi əməliyyat baş verdiyi tarix və hesabat dövrünün sonunda olan valyuta məzənnələri arasında olan fərqi əks etdirir).

40 manat məbləğində xərc birbaşa pul vəsaitləri ilə ifadə olunmuş xərc olmasa da, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul vəsaitlərinin xaricolması kimi göstəriləcək.

21

Page 22: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Xarici törəmə müəssisələrinin də pul vəsaitlərinin hərəkəti müvafiq əməliyyatların baş verdiyi tarixlərdə mübadilə edilməlidir. 22 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq, həqiqi məzənnəyə (məsələn, “orta mübadilə məzənnəsi”) yaxın olan məzənnə istifadə oluna bilər.

Xarici valyutada olan pul vəsaitlərinin hərəkətinin mübadilə edilməsi üçün hesabat dövrünün sonuna olan məzənnə istifadə oluna bilməz. Lakin, xarici valyutada baş vermiş əməliyyatların nəticəsi kimi yaranan qalıqlar Mühasibat balansında hesabat dövrünün sonuna olan məzənnələri ilə qeyd edilməlidirlər. Beləliklə, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim olunan pul vəsaitləri və onların ekvivalentlərinin Mühasibat balansından əldə edilmiş məbləğlərlə uyğunlaşdırılması zamanı bu məbləğlər fərqlənə bilərlər. Bu uyğunlaşdırma fərqi pul vəsaitlərinin hərəkəti olmasa da, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda ayrıca göstərilməlidir.

Faizlər və dividendlər

Adətən, əgər müəssisə faiz və ya dividend şəklində pul vəsaitləri əldə edirsə, bunun səbəbi ilk növbədə müəssisənin investisiya qoyuluşlarıdır. Məsələn, əgər bir müəssisə digər müəssisədən dividendlər əldə edirsə, bunun səbəbi müəssisənin həmin müəssisəyə investisiya qoymasıdır. Eyniliklə, müəssisənin faiz əldə etməsinin səbəbi onun üçüncü tərəfə qarşılığında faiz ödənilən borc verməsidir.

Buna görə də, standartın 28-ci maddəsində qeyd edilir ki, faizlər, dividendlər və kapitalda iştirak payı ilə bağlı digər daxilolmalardan yaranan pul vəsaitlərinin hərəkəti investisiya fəaliyyətindən əmələ gələn pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir.

Başqa bəndlərdə belə pul vəsaitlərinin daxilolmalarına nadir hallarda rast gəlmək olar, lakin müəssisənin məqsədi (və ya onun adi fəaliyyətinin böyük hissəsi) başqa müəssisələrə investisiyalar qoymaqdan ibarətdirsə, əldə edilən dividendlər müəssisənin qazandığı normal gəlir hesab edilir. Bu halda, dividendlər şəklində daxil olan gəlirin müəssisənin əməliyyat fəaliyyətindən yaranan gəlir kimi açıqlanması daha məqsədə uyğun hesab edilir və

Məsələn, müəssisə 3 ay ərzində aşağıda qeyd edildiyi şəkildə ABŞ dolları ilə satışlar həyata keçirib (hər ay üzrə orta mübadilə məzənnəsi qeyd edilir):

Satış mübadilə məzənnəsi 1-ci ay 1000 0,912-ci ay 1500 0,953-cü ay 2000 0,92

4500

Orta mübadilə məzənnəsi:

1000 x 0,91 + 1500 x 0,95 + 2000 x 0,92 4500 4500 4500 = 0,9277

bu satışların cəmi manatla: 4500 x 0,977 = 4,175 manat (cəmi)

22

Page 23: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

“əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti” bölümünün bir hissəsi kimi hesabat dövrü üzrə xalis mənfəət maddəsində açıqlanacaqdır.

Eyni şəkildə, müəssisə faiz ödəyirsə, bu faizlər müəssisənin maliyyələşdirilməsi məqsədilə alınmış borc vəsaitlərin əvəzinə ödənilir. Dividendlərin ödənilməsi isə yalnız səhmlərin alınması ilə müəssisənin maliyyələşdirilməsində iştirak edən səhmdarlar üçün nəzərdə tutulur.

Adətən, faizlərin ödənilməsi hər zaman mənfəət və zərər haqqında hesabatda xərc kimi qeyd olunur. Gələcəkdə, çox spesifik şəraitlərdə, faizlərin kapitallaşdırılmasına və mühasibat balansında aktiv kimi göstərilməsinə Milli Mühasibat Uçotu Standartıyla yol verilə bilər. Bu baş verərsə, standartın 30-cu maddəsinə uyğun olaraq, hesabat dövrü ərzində ödənilmiş ümumi faiz məbləği müvafiq Milli Mühasibat Uçotu Standartına uyğun olaraq, mənfəət və zərər haqqında hesabatda xərc kimi tanınmasından və ya mühasibat balansında aktiv kimi kapitallaşdırılmasından asılı olmayaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda açıqlanır.

Fyuçers , forvard, opsion və svop müqavilələri

Bu müqavilələr çox mürəkkəb müqavilələr hesab edilirlər və çox zaman bu sahə üzrə xüsusi mütəxəssisləri olan çoxlu sayda müəssisələr tərəfindən sərmayə və ya hecinq məqsədilə (başqa müqavilələrdə qiymət artımına etiraz əlaməti kimi) istifadə olunurlar. Bu müqavilələrdən istifadə edən müəssisələr əksər hallarda Milli Mühasibat Uçotu Standartlarını tətbiq etmədiyi ictimai əhəmiyyətli qurumlara aid edilən müəssisələrdirlər. Milli Mühasibat Uçotu Standartlarını tətbiq edən və bu müqavilələrdən istifadə edən müəssisələrə 31 – 33-cü bəndlər uyğun olacaqdır:

Standartın 31-ci maddəsində qeyd olunur ki, fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul vəsaitlərinin hərəkəti, bu müqavilələrin kommersiya məqsədləri ilə saxlanılması və istifadə olunması halları, eləcə də, onların maliyyələşdirmə üzrə fəaliyyətinə aid edilməsi halları istisna olmaqla, investisiya fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir.

Standartın 32-ci maddəsində qeyd olunur ki, müəssisələrin fyuçers, forvard, opsion və svop müqavilələri müəyyən əsas müqavilənin hecinqi kimi uçota alınarsa, bu müqavilələr üzrə pul vəsaitlərinin hərəkəti hecinq edilən əsas müqavilənin pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilir.

Müəssisə bu müqavilələrdən birindən hecinq məqsədilə istifadə etdikdə, bu müqavilələrdən yaranan pul vəsaitlərinin hərəkəti pul vəsaitlərinin hərəkəti haqqında hesabatda ilkin müqavilənin sığorta edildiyi bölmədə açıqlanmalıdır.

Məsələn, müəssisə yanvarın 1-də xammalın alınması, iyulun 1-də bu xammalın çatdırılması və qiymətin iyulun 1-ə olan bazar qiyməti olması sərti ilə müqavilə imzalayır. Qiymətlər müqavilənin bağlandığı tarix ilə çatdırılma tarixi arasında olan müddət arasında arta bilər və müəssisə belə hallardan özünü sığortalamaq məqsədilə bu müqavilələrdən birinə müraciət edə bilər.

23

Page 24: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Hedcinq üzrə maliyyə alətlərindən yaranan pul vəsaitlərinin hərəkəti hecinq edilən müvafiq əməliyyatın pul vəsaitlərinin hərəkətinə uyğun olaraq təsnifləşdirilməlidir.

Mənfəət vergisi

Standartın 34-cü maddəsində ödənilmiş və ya geri qaytarılmış mənfəət vergisi ayrıca açıqlanmalı və əməliyyat fəaliyyətindən əmələ gələn pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməli olduğu qeyd edilir.

Mənfəət qazanan müəssisələr mənfəət vergisi ödəməlidirlər, lakin Mənfəət və zərər haqqında hesabatda qeyd olunan mənfəət vergisi ödənilmiş vergi deyil, həmin hesabat dövrünün mənfəətindən ödənilməli olan verginin qiymətləndirilmiş məbləğidir. Bu məbləğ həm təxirə salınmış, həm də cari mənfəət vergisini daxil edir. Cari hesabat dövründə ödənilməli olan real məbləğ həm hesabat dövrünün cari mənfəət vergisini, həm də əvvəlki illərin ödənilməmiş mənfəət vergisi üzrə öhdəlikləri daxil edir. Belə təxirə salınmış mənfəət vergisi üzrə ödənişlər Mənfəət və zərər haqqında hesabatda əks olunmurlar.

Təxirə salınmış mənfəət vergisinin ödənilməsinin uçota alınması prosesi iki mərhələdən ibarətdir. Əvvəlcə, təxirə salınmış və cari hissələrin cəmi kimi hesablanmış hesabat dövrünün mənfəət vergisi üzrə məsrəflər yenidən xalis mənfəətə əlavə edilir. Sonra isə,

Məsələn, müəssisə gələcəkdə uzunmüddətli müqavilə əsasında xammal almaq üçün müqavilə imzalayır və özünü hər hansı qiymət artımından sığortalamaq məqsədilə bu müqavilələrdən birindən istifadə edə bilər. İlkin müqavilə xammalın alınması ilə əlaqədar olduğu üçün və xammalın alınmasının müəssisənin normal fəaliyyət növü olduğunu nəzərə alaraq, pul vəsaitlərinin hərəkəti Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində göstəriləcəkdir.

Xammalın gələcəkdə alınmasını hedcinq edən valyuta forvard müqaviləsindən yaranan pul vəsaitlərinin hərəkətinin necə təsnifləşdirilməli olduğunu göstərən misal:

Braziliyada yerləşən “Kombo” şirkəti “Şrek” adlı Fransa şirkəti ilə xammalın alınması üzrə müqavilə imzalayır. Xammalın qiyməti 1000000 avrodur, lakin “Kombo” şirkəti xammalı ABŞ dolları ilə qiymətləndirir. Braziliya şirkəti xammalı ödənişin edilməli olduğu tarixə olan məzənnə ilə alınması üzrə valyuta forvard müqaviləsini imzalayır. Xammalın göndərildiyi tarixdə isə onun qiymətinin dəyişdiyinə görə “Kombo” şirkətinin forvard müqaviləsi üzrə 70000 ABŞ dolları məbləğində gəliri yaranır.

Forvard müqavilələri üzrə yaranan gəlirlər və xərclər investisiya fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətinə aid edilirlər. Lakin, “Kombo” şirkətinin müqaviləsi ehtiyatların alışını hedcinq edən müqavilə olduğu üçün, təsnifat da hedcinq edilən maddəyə uyğun olmalıdır. Valyuta forvard müqaviləsindən yaranan pul vəsaitlərinin hərəkəti (70000 ABŞ dolları məbləğində gəlir) ehtiyatların hərəkəti kimi, əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinə aid edilməlidir.

24

Page 25: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

hesabat dövrünün mənfəət vergisi üzrə ödənilmiş pul vəsaitləri hesablanaraq hesabat dövrü üzrə xalis mənfəətdən çıxılır. Ödənilmiş məbləği əldə etmək üçün mənfəət və zərər haqqında hesabatdakı mənfəət vergisi üzrə məsrəflərə aşağıda göstərildiyi kimi düzəlişlər edilməlidir:

Müəssisənin mənfəəti hesabat dövrünün sonunda hesablandığı üçün, mənfəət vergisi növbəti hesabat dövründə ödənilir, çünki hesabat dövrü üzrə mənfəətin və tutulacaq müvafiq mənfəət vergisinin məbləğinin müəyyən edilməsi üçün vaxt tələb olunur. Standartın 33-cü maddəsinə uyğun olaraq, ödənilmiş və ya geri qaytarılmış mənfəət vergisi ayrıca açıqlanmalı və əməliyyat fəaliyyətindən əmələ gələn pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir. Lakin, investisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid edilən xüsusi pul vəsaitlərinin hərəkəti müvafiq olaraq, investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyət nəticəsində ödənilən vergilər kimi təsnifləşdirilməlidirlər.

Məsələn, Müəssisənin 31 dekabr 2006-cı il tarixinə olan qalıqları aşağıdakı kimidir:

HesabAçıqlanmasıQalıq№01.01.200631.12.2006421Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri12001100521Vergi öhdəlikləri950011200901Cari mənfəət vergisi üzrə xərclər-12000422Digər təxirə salınmış vergi öhdəlikləri5050Əgər müəssisə hesabat dövrü ərzində vergi üzrə heç bir məbləğ ödəməmişdirsə, hesabat dövrünün sonunda ümumi öhdəliklərin məbləği hesabat dövrünün əvvəlinə olan öhdəliklərinin və hesabat dövrü ərzində mənfəət vergisinin məbləğinin cəminə bərabər olacaqdır. Beləliklə,

Hesabat dövrünün əvvəlinə olan öhdəliklər (421+422+521) 10750+ Cari mənfəət vergisi üzrə xərclər 12000

22750

Mənfəət vergisi üzrə ümumi öhdəliklərin məbləği 22750 manat olsa da, faktiki ümumi öhdəliklərin məbləği 12350 (1100+11200+50) manat təşkil edir. Yəni, 10400 manat (22750-12350) vergi kimi ödənilməlidir.

25

Page 26: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Əlavə dəyər vergisi və digər vergilər

Standartın 36-cı maddəsinə uyğun olaraq, ƏDV və ya satışdan digər vergilərin əvəzləşdirilməsinə məhdudiyyətlər tətbiq edildikdə, əvəzləşdirilməyən məbləğ bu məhdudiyyətlərlə bağlı fəaliyyətin müvafiq növündən yaranan pul vəsaitlərinin hərəkətinə aid edilir. Vergi məbləğləri investisiya fəaliyyətinə və ya maliyyələşdirmə üzrə fəaliyyətə xüsusi olaraq aid edildiyi halda, bu məbləğlər fəaliyyətin müvafiq növü üzrə pul vəsaitlərinin hərəkəti kimi açıqlanmalıdır.

Əvəzləşdirilməyən ƏDV Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda bu ƏDV-ni yaradan maddə ilə eyni təsnifləşdirilmədə qeyd edilməlidir.

Məsələn:“Qızıl Tac” şirkəti 18 may 2006-cı il tarixdə “Royal” adlı törəmə müəssisəsini satır. “Qızıl Tac” şirkətinin satışdan əldə etdiyi gəlirlərin məbləği 45000000 manat təşkil edir. Satış tarixində “Royal” şirkətinin 1000000 manat məbləğində pul vəsaitlərinin qalığı mövcud idi. Bu misalın məqsədləri üçün fərz edək ki, “Qızıl Tac” şirkətinə tətbiq edilən vergi dərəcəsi 35% təşkil edir. Satışdan əldə olunan gəlirə tətbiq edilən verginin məbləği 5000000 manat təşkil edir və bu məbləğ 30 gün ərzində ödənilməlidir.

Bu əməliyyat nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti aşağıdakı kimi təqdim edilməlidir (çıxarış):

31/12/2006-cı il tarixdə bitən il üzrə(1000 manat)

Əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətiƏməliyyatlardan əldə olunan pul vəsaitləri 95457Ödənilmiş faizlər (4560)Ödənilmiş vergi (22350)Əməliyyat fəaliyyəti nəticəsində əldə olunmuş xalis pul vəsaitləri 68547

İnvestisiya fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətiTörəmə müəssisənin satışından əldə olunan xalis pul vəsaitləri 44000Satışdan əldə olunmuş gəlir üzrə ödənilən vergi (5000)Əldə edilmiş faizlər 1340İnvestisiya fəaliyyəti nəticəsində əldə olunmuş xalis pul vəsaitləri 40340

Maliyyələşdirmə üzrə fəaliyyət nəticəsində yaranan pul vəsaitlərinin hərəkətiÖdənilmiş dividendlər (11,500)Maliyyələşdirmə üzrə fəaliyyət nəticəsində əldə olunmuş xalis pul vəsaitləri (11500)

Pul vəsaitləri və onların ekvivalentlərinin artımı 97387

Hesabat dövrünün xalis vergi xərcləri 27350

26

Page 27: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Törəmə, asılı və birgə müəssisələrə investisiyalar

Birgə müəssisələrin və ya müəssisələr qrupunun konsolidə edilmiş maliyyə hesabatları hazırlanarkən bir neçə yanaşma istifadə oluna bilər. Bu yanaşmalar sonrakı Milli Mühasibat Uçotu Standartlarının mövzusu olacaqdır. Müvafiq Milli Mühasibat Uçotu Standartları qüvvəyə minməyənə qədər standartın 39-41-cı maddələri tətbiq edilə bilməzlər.

Qeyd edilən iki geniş metod aşağıdakılardır:

a) İştirak payı (faktiki məsrəflər) metodu – asılı müəssisələrə edilən sərmayə digər investisiyalar ilə eyni qiymətləndirilir. Buna görə də, iki müəssisə arasında olan yalnız faktiki pul vəsaitlərinin hərəkəti “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda ” qeyd edilir. Faktiki pul vəsaitlərinin hərəkətinə alış qiyməti (pul vəsaitlərinin xaricolması) və alınmış dividendlər (pul vəsaitlərinin daxilolması) daxil ediləcəkdir.

b) Mütənasib konsolidasiya metodu – alınmış müəssisənin alan müəssisəyə alınmış səhmlərin birbaşa mütənasibliyi əsasında məxsus olmasıdır. Buna görə də, əgər müəssisə digər müəssisənin 75% səhmlərinə sahibdirsə, mahiyyətcə həmin müəssisəni alan müəssisə də səhmlərinin 75%-ni digər başqa müəssisəyə borclu olacaqdır. Pul vəsaitlərinin hərəkəti şərtlərində uyğun olaraq, alan müəssisə öz pul vəsaitlərinin hərəkəti haqqında hesabatında alınan müəssisənin bütün pul vəsaitlərinin hərəkətlərinin mütənasib paylarını daxil etməlidir. Buna görə də, səhmlərin 75%-i digər müəssisənindirsə, bu informasiya müəssisənin pul vəsaitlərinin hərəkəti haqqında hesabatına daxil edilməlidir.

Törəmə müəssisələrin və təsərrüfat vahidlərinin əldə edilməsi və satılması

Standartın 40-44-cü bəndləri törəmə və digər təsərrüfat vahidlərinin alınmasına və satılmasını açıqlayır. Burada “sair təsərrüfat vahidləri” deyildikdə, başqa hüquqi şəxslər (törəmə müəssisələr kimi) yox, fabrik, dükan, filial və ya bu kimi müəssisənin struktur hissələri nəzərdə tutulur.

Standartın 41-ci maddəsində müəssisədə, təsərrüfat vahidinin alınmasından və satılmasından yaranan pul vəsaitlərinin ümumiləşdirilmiş hərəkəti müəssisənin Pul vəsaitlərinin hərəkəti haqqında hesabatında ayrıca təqdim edilməli və investisiya fəaliyyəti kimi təsnifləşdirilməli olduğu qeyd edilir.

Məsələn, əgər pərakəndə satışla məşğul olan müəssisə Bakıda, Gəncədə və Qubada filiallara malikdirsə (pərakəndə satış dükanları), hər filial təsərrüfat vahidi kimi nəzərə alınacaqdır. Müəssisə özünün Qubada olan dükanını satdıqda, bu əməliyyat standartın 41-45-ci bəndlərinə uyğun olaraq nəzərə alınmalıdır.

27

Page 28: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Müəssisə törəmə müəssisə və ya sair təsərrüfat vahidini aldığı zaman bu törəmə müəssisənin və ya təsərrüfat vahidinin bütün aktivlərini almış olur. Bəzən bu aktivlərə alış tarixinə mövcud olan pul vəsaitləri və onların ekvivalentləri aid edilir. Bu halda, alışın faktiki qiyməti alınan məbləğə görə azaldılır və standartın 44-cü maddəsinə əsasən, xalis pul vəsaitlərinin dəyəri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda açıqlanmalıdır.

Müəssisənin törəmə və ya digər təsərrüfat vahidlərinin satışı halı bunun tam əksini göstərir.

Standartın 42-ci maddəsində müəssisə hesabat dövrü ərzində törəmə müəssisələrinin və təsərrüfat vahidlərinin əldə edilməsi və satılmasına dair aşağıda göstərilən məlumatları ümumiləşdirilmiş şəkildə açıqlamalı olduğu qeyd edilir:

Məsələn, əgər müəssisə Bakıda 350000 manat və Gəncədə 175000 manat dəyərində ikinci dükanlar açıb Qubadakı dükanı 100000 manat məbləğinə satırsa, “İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətində” açıqlama aşağıdakı qaydada olacaqdır:

Törəmə müəssisələrin və sair təsərrüfat vahidlərininalınması üçün ödənilən məbləğ (525000)

Törəmə müəssisələrin və sair təsərrüfat vahidlərinin satışından əldə edilən məbləğ 100000

Məsələn, “Turan” müəssisəsi “Oğuz” müəssisəsini 31 İyul 2006-cı il tarixdə 500000 manat qiymətinə almışdır. Bu məbləğə 10000 manat məbləğində pul vəsaitləri və 25000 manat məbləğində bank depoziti daxildir. Bu əməliyyat “İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətində” aşağıdakı kimi qeyd ediləcəkdir:

Törəmə və ya digər biznes vahidlərinin alınması üçün ödənilmiş pul vəsaitləri (500000 – 10000 – 25000) 465000

Məsələn, “Çinar” müəssisəsi “Xəzər” törəmə müəssisəni 31 iyul 2006-cı il tarixində satır və bu satışdan 500000 manat əldə edir. “Çinar” müəssisəsi “Xəzər” müəssisənin satışından 5000 manat məbləğində pul vəsaitlərini və 40000 manat məbləğində bank depositini aktivlərinə daxil edilir. Bu əməliyyat “İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətində” aşağıdakı kimi qeyd ediləcəkdir:

Törəmə və ya digər biznes vahidlərinin satışından yaranan pul vəsaitləri (500000 – 5000 – 40000) 455000

28

Page 29: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

(a) ödənilmiş və ya alınmış vəsaitlərin ümumi dəyəri;(b) ödənilmiş və ya alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin

məbləği;

(c) əldə edilmiş və ya satılmış törəmə müəssisənin və ya təsərrüfat vahidinin aktivlərinə daxil olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği;

(ç) əldə edilmiş və ya satılmış törəmə müəssisənin və ya təsərrüfat vahidinin öhdəliklərinin, habelə, pul vəsaitləri və ya onların ekvivalentləri istisna olmaqla, aktivlərinin hər bir əsas kateqoriyası üzrə ümumi dəyəri.

Qeyri-pul əməliyyatları

Standartın 46-cı maddəsinə uyğun olaraq, pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsi tələb olunmayan əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyət pul vəsaitlərinin hərəkəti haqqında hesabata daxil edilməməlidir. Bu cür əməliyyət fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyət haqqında bütün müvafiq informasiya maliyyə hesabatlarında açıqlanmalıdır.

Məsələn, “Çinar” müəssisəsi 250000 manat dəyərində olan törəmə müəssisəni mövcud səhmdarlardan 10000 manat dəyərində səhmləri almaqla əldə etmişdir. Hər bir səhm üçün 2,50 manat ödənilmişdir. Bu qiymətə hər bir səhmdara ödənilən 1,50 manat və ”Çinar” müəssisəsində olan 1,00 manat dəyərində səhmlər daxildir. Buna görə də, müəssisənin əldə edilməsi üçün 150000 manat məbləğində pul vəsaitləri ödənilir və 100000 manat məbləğində səhmlər alınır.

Məsələn, 31 yanvar 2006-cı il tarixində “Çinar” müəssisəsi “Xəzər” müəssisəsinin bütün 200000 səhmini 300000 manat qiymətinə almışdır. Bu məbləğin 100000 manat pul vəsaitləri, qalan hissə isə ”Çinar” müəssisəsinin səhmləri təşkil etmişdir. Alış zamanı ”Xəzər” müəssisəsi 20000 manat məbləğində pul vəsaitlərinə, 125000 manat məbləğində uzunmüddətli aktivlərə, 85000 manat məbləğində (pul vəsaitləri daxil olmaqla) qısamüddətli aktivlərə, 35000 manat məbləğində uzunmüddətli öhdəliklərə və 50000 manat məbləğində qısamüddətli aktivlərə malik idi. Beləliklə, qeyddəki informasiya aşağıdakı kimi olacaq:

“31 Yanvar 2006-cı il tarixdə, “Xəzər” müəssisəsinin bütün səhmləri 200000 manat məbləğinə alınmışdır. Alış zamanı ”Çinar” müəssisəsi 100000 manat pul vəsaitləri ödənilmişdir və aşağıdakıları əldə etmişdir:

Uzunmüddətli aktivlər 125000Pul vəsaitləri və onların ekvivalentləri 20000Sair qısamüddətli aktivlər 65000Uzunmüddətli öhdəliklər 35000

Qısamüddətli öhdəliklər 50000

29

Page 30: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Eyni yanaşma kompensasiyanın qeyri-pul elementinə də tətbiq edilməlidir. Misal kimi, məsələn, barter əməliyyatını göstərmək olar. Lakin, qeyri-pul əməliyyatlarına aid əhəmiyyətli informasiya Qeydlərdə açıqlanmalıdır. Bu informasiya, müvafiq olaraq, əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyət kimi təsnifləşdirilməlidir.

Qeyri-pul vəsaitləri hesabına alınmış hər-hansı aktivlər öhdəliklərə və kapitala təsir göstərən hər-hansı qeyri-pul əməliyyatlarına qeyd kimi açıqlanmalıdır. Belə əməliyyatlar aşağıdakıları daxil etməlidirlər:

a) aktivlərin barter və ya mübadilə yolu ilə alinmasıb) aktivlərin maliyyə lizinqi vasitəsilə alınmasıc) borcun kapitala konversiyası

Pul vasitələri və onların ekvivalentlərinin komponentləri

Standartın 47-ci maddəsinə uyğun olaraq, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması məqsədilə bank overdraftı pul vəsaitləri və onların ekvivalentləri kimi

Məsələn, müəssisə bir neçə avadanlığın mübadiləsi yolu ilə yeni yük maşını almışdır. Yeni aktivin əldə edilməsinə baxmayaraq, alış zamanı puldan istifadə edilməmişdir və bu əməliyyat haqqında pul vəsaitlərinin hərəkəti haqqında hesabatda məlumat verilməmişdir. Əgər 50000 manat dəyərində olan yeni yük maşını 40000 manat dəyərində avadanlıqla mübadilə və 10000 manat məbləğində pul vəsaitlərinin ödənilməsi hesabına əldə edilirsə, yalnız 10000 manat pul vəsaitlərinin hərəkəti haqqında hesabatda açıqlanacaqdır.

Məsələn:“Çinar” şirkəti “Turan” şirkətinin yeyinti məhsulları şöbəsini 1000 manat məbləğinə alır. Bu məbləğin 250 manatı pul vəsaitləri, 400 manatı borc öhdəliyi və 350 manatı səhmlərin buraxılması vasitəsilə ödənilmişdir.

250 manat məbləği “Çinar” şirkətinin Pul vəsaitlərinin hərəkəti haqqında hesabatında investisiya fəaliyyəti nəticəsində yaranmış pul vəsaitlərinin hərəkəti kimi təsnifləşdirilməlidir. Əməliyyatın qeyri-pul elementləri olan borc öhdəliyi və buraxılmış səhmlər maliyyə hesabatlarının qeydlərində açıqlanmalıdır. Aşağıda belə Qeydin nümunəsi təqdim edilmişdir:

Qeyd N 20 Qeyri-pul əməliyyatları“Çinar” şirkəti “Turan” şirkətinin yeyinti məhsulları şöbəsini 1000 manat məbləğinə alır. 250 manat məbləğində ödənilmiş pul vəsaitlərinə əlavə olaraq, ödəniş üçün aşağıda qeyd olunmuş qeyri-pul əməliyyatları da aparılmışdır:

Adi səhmlərin buraxılması 350Öhdəliklərin qəbul edilməsi 400

30

Page 31: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

təsnifləşdirilməklə mühasibat balansında göstərilən pul vəsaitlərinin və onların ekvivalentlərinin məbləğindən çıxılmalıdır.

Standartın 48-ci maddəsinə uyğun olaraq, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması məqsədilə bank overdraftı pul vəsaitləri və onların ekvivalentləri kimi təsnifləşdirilməklə mühasibat balansında göstərilən pul vəsaitlərinin və onların ekvivalentlərinin məbləğindən çıxılmalıdır.

Standartın 49-cu maddəsinə uyğun olaraq, müəssisə mühasibat balansında təqdim edilmiş pul vəsaitləri və onların ekvivalentlərinin məbləğlərinin pul vəsaitlərinin hərəkəti haqqında hesabatdakı məbləğlərlə uyğunlaşdırılmasını hazırlayarkən bu standartın 2 №-li əlavəsində göstərilmiş “pul vəsaitlərinin hərəkəti haqqında hesabat forması”nda ən azı aşağıdakı maddələri açıqlamalıdır:

Məsələn, hər-hansı müəssisənin hesabat dövrünün əvvəlində 10000 manat məbləğində pul vəsaitləri və onların ekvivalentləri və hesabat dövrünün sonunda 2000 manat məbləğində pul vəsaitləri, 17000 manat məbləğində bank depoziti hesabının qalığı və 4000 manat məbləğində bank overdraftı vardır. Beləliklə, xalis ümumi pul vəsaitləri və onların ekvivalentlərinin məbləği 15000 manat olduğundan, əlavə olaraq 5000 manat məbləğində pul vəsaitlərinin hərəkətinin xalis artımı olmuşdur. Beləliklə, əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyət nəticəsində yaranan xalis ümumi pul vəsaitlərinin hərəkəti 5000 manat məbləğinə bərabər olmalı və hesabat dövrünün əvvəlinə mühasibat balansının qalığı hesabat dövrünün sonuna olan mühasibat balansının qalığı ilə uyğunlaşdırılmalıdır.

Beləliklə, xalis ümumi pul vəsaitlərinin hərəkəti 5000 manat, hesabat dövrünün əvvəlinə mühasibat balansında pul vəsaitləri və onların ekvivalentlərinin qalığı 10000 manat olan müəssisə bitmiş hesabat dövrü üzrə aşağıdakıları qeyd edəcək:

Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artımı 5000Hesabat dövrünün əvvəlinə pul vəsaitləri və onların ekvivalentlərinin qalığı 10000Hesabat dövrünün sonuna pul vəsaitləri və onların ekvivalentlərinin qalığı 15000

Pul vəsaitləri və onların ekvivalentlərinin komponentləri:

Pul vəsaitləri 2000Bank depozitləri 17000Bank overdraftı (4000)

15000

Məsələn, hesabat dövrünün sonunda müəssisənin 6000 manat məbləğində pul vəsaitlərinin qalığı və 2500 manat məbləğində bank overdraftı vardır. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda “pul vəsaitləri və onların ekvivalentlərinin” məbləği 3500 manat olacaq.

31

Page 32: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

(a) bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği;

(b) il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin məbləğinin artması (azalması);

(c) xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri;

(ç) bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan məbləği.

Bunu aşağıdakı kimi göstərmək olar:

Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artımı A (+) Hesabat dövrünün əvvəlinə pul vəsaitləri və onların ekvivalentlərinin qalığı B(+/-) Mübadilə məzənnələrinin dəyişməsinin təsiri C Hesabat dövrünün sonuna pul vəsaitləri və onların ekvivalentlərinin qalığı D

Digər açıqlamalar

Standartın 51 və 52-ci maddələrində pul vəsaitlərinin hərəkəti haqqında hesabata qeyd kimi açıqlanmalı olan əlavə məlumatlar təyin edilmişdir. Bu tələblərin bəziləri yalnız faktların açıqlanmasını, digərləri isə həm də müəssisənin rəhbərliyi tərəfindən müvafiq məbləğlər haqqında rəylərin təqdim edilməsini tələb edirlər. Bu məlumatlar aşağıdakılardır:

a) Müəssisəyə məxsus olan, lakin istifadə ediləsi mümkün olmayan hər-hansı pul vəsaitləri və ya onların ekvivalentlərinin məbləği. Burada pul vəsaitlərinin istifadəsinin nə üçün mümkün olmadığı haqqında izahedici rəylər olmalıdır. (Məsələn, hər-hansı verilən kreditə zamin kimi təchizatçılar tərəfindən depozitlər istifadə edilə bilər)

Məsələn, 1 yanvar 2006-cı il tarixdə 1 ABŞ doll. 0,91 manat olarkən müəssisənin bank hesabında 1000 ABŞ doll. məbləğində pul vəsaitləri vardır. Bu məbləğ manta ekvivalentində 910 manat məbləğini təşkil edir. Hesabat dövrünün sonunda 1000 ABŞ doll. məbləğində pul vəsaitləri hələ də bank hesabında durur, lakin indi 1 ABŞ dolları 0,95 manata bərabərdir. Beləliklə, indi bu məbləğ manat ekvivalentində 950 manat məbləğini təşkil edir, yəni 40 manat məbləğində artım yalnız mübadilə məzənnəsinin dəyişməsi nəticəsində yaranır.

32

Page 33: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

b) gələcəkdə istifadə edilməsi üçün yararlı ola biləcək istifadə edilməmiş öhdəliklərin məbləği və bu vəsaitin istifadəsi üzrə mövcud olan hər hansı məhdudiyyətlər (məsələn, müəssisə maksimum 25000 manat məbləğində overdraft imkanlarına malik ola bilər, lakin faktiki olaraq overdraftın məbləği 5000 manat təşkil edir. Beləliklə, kredit xəttinin istifadə edilməmiş məbləği 20000 manat hesab edilir).

c) mütənasib konsolidasiyanın nəticəsi kimi pul vəsaitlərinin hərəkəti haqqında hesabata daxil edilən üç bölmənin ümumiləşdirilmiş məbləği (bu bənd konsolidə edilmiş maliyyə hesabatları üzrə müvafiq Milli Mühasibat Uçotu Standartı tərtib edildikdən sonra qüvvəyə minəcək)

d) müəssisənin əməliyyat məhsuldarlığının saxlanması üçün tələb olunmayan əməliyyat fəaliyyətindən yaranan ümumi əlavə pul vəsaitlərinin hərəkətinin məbləği. Yəni əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinin iki element üzrə göstərilməlidir – əməliyyat məhsuldarlığının saxlanılması üçün tələb olunanlar çıxılmaqla, ümumi pul vəsaitlərinin hərəkətinin məbləğinin və əməliyyat məhsuldarlığının saxlanılması üçün zəruri olan pul vəsaitlərinin hərəkətinin məbləği. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın “əməliyyat fəaliyyətindən yaranan xalis pul vəsaitlərinin hərəkəti” bölümündən başqa əməliyyat məhsuldarlığının saxlanılmasına aid olan maddələr aşağıdakılardır:

ehtiyatların artımı/azalması debitor borclarında və ödənişlərdə artım/azalma

“Qafqaz” şirkəti əsas təchizatçısı olan “RUBİN” şirkəti ilə kredit şərtlərini müəyyənləşdirmişdir. “RUBİN” şirkəti 50000 manat məbləğində kreditin ödənilməsini təxirə salmağa razıdır, lakin bunun əvəzində “Qafqaz” şirkətindən zamin kimi “RUBİN” şirkətinin bank hesabına 10000 manat məbləğində depozitin qoyulması tələb olunur.

Bu əməliyyat üzrə “Qafqaz” şirkətinin maliyyə hesabatlarında təqdim ediləcək müvafiq Qeyd aşağıdakı kimi ola bilər:

“Qafqaz” şirkəti zamin kimi “RUBİN” şirkətinin bank hesabına 10000 manat məbləğində depozitin qoymuşdur. Bu zamin məbləğiinin əvəzində “RUBİN” şirkəti kredit müddətini artırmağa razılıq vermişdir.

Məsələn, müəssisənin maksimum 25000 manat məbləğində overdraftı mövcud ola bilsə də, hal-hazırda bu məbləğ 5000 manat məbləğinə bərabərdir. Beləliklə, müəssisənin 20000 manat məbləğində istifadə edilməmiş borc vəsaitləri mövcuddur.

Müəssisə maliyyə hesabatlarına Qeyddə aşağıdakı informasiyanı açıqlaya bilər:

“Müəssisənin bank tərəfindən təqdim edilmiş 25000 manat məbləğində overdraft limitinin 20000 manat məbləği istifadə edilmir. Bank ilə əldə edilmiş razılığa əsasən, bu overdraft yalnız əməliyyat xərclərinin ödənilməsi üçün istifadə oluna bilər və bu vəsaitə müəssisə uzunmüddətli aktivlər əldə edə bilməz.

33

Page 34: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

kreditor borclarında və hesablaşmalarda artım/azalma

e) əgər müəssisə müxtəlif sənaye sahələrində ticarətlə məşğuldursa, (məsələn, eyni zamanda, avadanlığın pərakəndə satışı və neft sənayesi üçün avadanlıq hissələrinin istehsalı ilə məşğuldursa) və ya müxtəlif coğrafi seqmentlərdə ticarətlə məşğul olursa (məsələn, Azərbaycanda və İordaniyada ticarət edirsə), bu halda hər sənaye sahəsində və coğrafi rayonlarda əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinin təhlili aparılmalıdır.

Məsələn, şirkətin Pul vəsaitlərinin hərəkəti haqqında hesabatından çıxarışa nəzər salaq:

Əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti

Hesabat dövrünün xalis mənfəəti 100,000Aşağıdakı maddələr üzrə düzəlişlər:

Fövqəladə maddələr 1000 Mənfəət vergisi (15000)Qeyri-pul xərc maddələri 25000 Ehtiyatların artması (30000)Debitor borclar və gələcək dövrlərin xərclərinin azalması 7000 Kreditor borclar və hesablamaların artması 3000

Əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş xalis pul vəsaitləri 91000

Müəssisə maliyyə hesabatlarına Qeyddə aşağıdakı informasiyanı açıqlaya bilər:

“İş imkanlarının qorunub saxlanması üçün tələb olunan əlavə pul vəsaitlərinin məbləği 20000 manat təşkil edir (30000-7000-3000). 71000 manat məbləğində əlavə vəsaitlər isə bu məqsəd üçün tələb olunan pul vəsaitləri kimi nəzərə alınmır.

34

Page 35: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Bölmə B

Tövsiyələr

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat formasının nümunəsi

Standartın 17-ci maddəsində “müəssisələrin Mühasibat Uçotu qaydalarına müvafiq olan formatı saxlamalı olduğu” bildirilir. Tövsiyə edilən format aşağıdakı kimi olmalıdır:

“________” müəssisəsi

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr 2007-ci il tarixinə 2007 2006

Dövr üzrə xalis mənfəət x y

Aşağıdakı maddələr üzrə düzəlişlər:Azlıq təşkil edən mülkiyyətçilərin payı x yMənfəət vergisi üzrə xərclər x yQeyr-pul maddələri üzrə gəlirlər və xərclər (x)x (y)yİnvestisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr (x)x (y)y

Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:

Ehtiyatların artımı (azalması) (x)x (y)yƏməliyyat debitor borcları və gələcək dövrlərin xərclərinin

Artımı (azalması) (x)x (y)yƏməliyyat kreditor borcları və hesablamaların

Artımı (azalması) x(x) y(y)Ödənilmiş (qaytarılmış) mənfəət vergisi (x)x (y)y

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti (X)X Y)Y

Uzunmüddətli qeyri-maliyyə aktivlərinin alınması üçün pul vəsaitlərinin ödənişləri (x) (y)

Uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışındanpul vəsaitlərinin daxilolmaları x yTörəmə, asılı və birgə müəssisələrdə investisiyaların əldə olunması ilə bağlı pul vəsaitlərinin xaricolmaları (x) (y)Törəmə, asılı və birgə müəssisələrdə investisiyaların satışından yaranan pul vəsaitlərinin daxilolmaları x yDigər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaricolmaları (x) (y)Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli

35

Page 36: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

borcların geri qaytarılmasından yaranan pul vəsaitlərinin daxilolmaları x yTörəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların əldəedilməsi üçün pul vəsaitlərinin xaricolmaları (x) (y)Törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcudolan pul vəsaitləri çıxılmaqla həmin qurumların satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları x yFyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin xaricolmaları (x) (y)Fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul vəsaitlərinin daxilolmaları x yDividendlərin və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərinin daxilolmaları x yAlınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları x y

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti (x) x (y)y

Səhmlərin və digər oxşar alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları x yMüəssisənin öz səhmlərinin və digər oxşar alətlərinin geri alınması məqsədilə pul vəsaitlərinin xaricolmaları (x) (y)Borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxilolmaları x yBorc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları (x) (y)Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin Daxilolmaları x yMəqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları (x) (y)Maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları (x) (y)Dividentlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları (x) (y)Faizlər şəklində pul vəsaitlərinin xaricolmaları (x) (y)

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xaricolmaları və daxilolmaları (x) x (y) y

Pul vəsaitləri və onların ekvivalentlərinin xalis azalması (artımı ) (x)x (y)yPul vəsaitləri və onların ekvivalentlərinin hesabat dövrünün əvvəlinə olan qalığı x y Pul vəsaitləri və onların ekvivalentlərinin hesabat dövrünün sonuna olan qalığı x y

Pul vəsaitləri və onların ekvivalentlərinin komponentləri:

36

Page 37: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Pul vəsaitləri x yBank depoziti x yDigər pul vəsaitlərinin ekvivalentləri (açıqlanmalı olan) x yBank overdraftı (x) (y)

X y

(Qeyd: ”Pul vəsaitləri və onların ekvivalentlərinin” yekun məbləği pul vəsaitləri və onların ekvivalentlərinin hesabat dövrünün sonuna olan qalığına bərabər olmalıdır.

37

Page 38: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatının tərtib olunması ilə bağlı misal müvafiq qeydlərlə birlikdə

Bu misal aşağıda qeyd edilmiş mühasibat balansı və mənfəət və zərər haqqında hesabata əsaslanır (maliyyə hesabatlarına qeydlər ilə birlikdə). Bu misal adi əməliyyatlar həyata keçirən orta müəssisələrə aiddir.

“Turan” müəssisəsi Azərbaycanda fəaliyyət göstərir. Bu müəssisə neft sənayesi üçün bir sıra neft istehsalı avadanlıqlarının tərkib hissələrini istehsal edir və onun fəaliyyətinin əsas sahəsi avadanlığının tərkib hissələrinin istehsalı və onların satışından ibarətdir. “Turan” müəssisəsi ölkə xaricində ticarətlə məşğul olmur.

“Turan” müəssisəsiMühasibat balansı

31 dekabr 2006-cı il tarixinə

2006 2005 AktivlərUzunmüddətli aktivlərTorpaq, tikinti və avadanlıq 492500 541000Sair uzunmüddətli maliyyə aktivləri 30000 30000

Cəmi uzunmüddətli aktivlər 522500 571000

Qısamüddətli aktivlərEhtiyatlar 70000 30000Qısamüddətli debitor borcları 110000 40000Pul vəsaitləri və onların ekvivalentləri 36000 5000Sair qısamüddətli maliyyə aktivləri 2500 0

Cəmi qısamüddətli aktivlər 218500 75000Cəmi Aktivlər 741000 646000

Kapital və ÖhdəliklərKapitalÖdənilmiş nominal (nizamnamə) kapitalı 75000 70000Emissiya gəliri 15000 5000Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 321000 80000 Cəmi Kapital 411000 155000

Uzunmüddətli öhdəliklərUzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 110000 200000Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər 25000 25000

Cəmi uzun-müddətli öhdəliklər 135000 225000

38

Page 39: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Qısamüddətli öhdəliklərQısamüddətli faiz xərcləri yaradan öhdəliklər 35000 130000Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 90000 40000Qısamüddətli kreditor borcları 70000 96000

Cəmi qısamüddətli öhdəliklər 195000 266000Cəmi öhdəliklər 330000 491000Cəmi kapital və öhdəliklər 741000 646000

39

Page 40: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

“Turan” müəssisəsiMənfəət və zərər haqqında hesabat (xərclərin funksiyalarına görə)

31 dekabr 2006-cı il tarixinə

2006 2005 Əsas əməliyyat gəliri 1180000 945000Satışın maya dəyəri (550000) 450000Ümumi Mənfəət 630000 341000 Sair əməliyyat gəlirləri 10000 0Kommersiya xərcləri (120000) (100000 İnzibati xərclər (155000) ( 95000)Əməliyyat mənfəəti (zərəri) 365000 146000Maliyyə gəliri 3000 1000 Maliyyə xərcləri (17000) (32000)Vergiqoymadan əvvəl mənfəət (zərər) 351000 115000Mənfəət vergisi (90000) (35000)Hesabat dövrü üçün xalis mənfəət 311000 80000

Hər səhm üzrə mənfəət 4,15 1,14

Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında MƏLUMAT

İstifadə edilmiş material ehtiyatları 296500 250000İşçi heyəti üzrə xərclər 375000 339000Amortizasiya xərcləri 78500 34000 Sair əməliyyat xərcləri 25000 22000Cəmi əməliyyat xərcləri 775000 645000

Maliyyə hesabatlarına Qeydlər və digər informasiya

1. Torpaq, tikili və avadanlıq Bina Avadanlıq Nəqliyyat vasitəsi

01.01.2006-cı il tarixə olan İlkin dəyər 350000 120000 10500001.01.2006-cı il tarixə yığılmış amortizasiya (5500) (11000) (17500)01.01.2006-cı il tarixə mövcud olan dəyər 344500 109000 87500Dövr ərzində alış 30000 Dövr ərzində satışDövr ərzində amortizasiya (7000) (49000) (22500)31.12.2006-cı il tarixə olan İlkin dəyər 350000 150000 105000

40

Page 41: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

31.12.2006-cı il tarixə yığılmış amortizasiya (12500) (60000) (40000)31.12.2006-cı il tarixə mövcud olan dəyər 337500 90000 65000

2. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərBank overdraftı 15000 (2005-ci ildə10000)Dövr ərzinə ödənilməli olan bank borcları 20000 (2005-ci ildə 120000)

3. Qısamüddətli kreditor borclarıMalsatanlara qısamüddətli kreditor borcları 60000Əmək haqqı üzrə öhdəliklər 10000

41

Page 42: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

“Turan” müəssisəsiPul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr 2006-cı il tarixinə Hesabat dövründə xalis mənfəət və ya zərər 261000

Aşağıdakı maddələr üzrə düzəlişlər:Mənfəət vergisi üzrə xərclər 90000 Qeyr-pul maddələri üzrə gəlirlər və xərclər 78500İnvestisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr 14000 Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:Ehtiyatlar (40000) Əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri (72500) Əməliyyat kreditor borcları və hesablamalar (26000) Ödənilmiş (qaytarılmış) mənfəət vergisi (40000)

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti 265000

Komisyon yığımları və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, eləcə də, uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən kapitallaşdırılmayan məsrəfləri ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları (30000)Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları 3000

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti (27000)

Səhmlərin və digər oxşar alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları 15000Müəssisənin öz səhmlərinin və digər oxşar alətlərinin geri alınması məqsədilə pul vəsaitlərinin xaricolmaları (190000)Dividentlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları (20000) Faizlər şəklində pul vəsaitlərinin xaricolmaları (17000)

Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti (212000) Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması) 26000Pul vəsaitləri və onların ekvivalentlərinin hesabat dövrünün əvvəlinə olan qalığı (5000) Pul vəsaitləri və onların ekvivalentlərinin hesabat dövrünün sonuna olan qalığı 21000

42

Page 43: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Pul vəsaitləri və onların ekvivalentlərinin komponentləri: 2006 2005

Pul vəsaitləri 36000 5000 Bank overdraftı (15000) (10000)

21000 (5000)

Qeydlər və rəhbərliyin şərhləriMüəssisənin bütün pul vəsaitləri və onların ekvivalentlərindən istifadə etməsi mümkündür. Müəssisə maksimum overdraft hüdudunun 50000 manat olması haqqında bank ilə razılığa gəlmişdir. Cari overdraft qalığı isə 15000 manat məbləğindədir və buna görə də, istifadə edilməmiş 35000 manat məbləğində borc gələcəkdə həyata keçirilə biləcək əməliyyat fəaliyyətləri və kapital üzrə öhdəliklərin ödənilməsində istifadə edilə bilər. Müəssisə tərəfindən rüblük maliyyə hesabatlarının banka təqdim edilməsi və bu hesabatlarda hər hansı iki ardıcıl rüb üzrə itkilərin olmaması, müəssisənin 50000 manat overdraft hüduduna malik olmasına şərtdir.

Dövr ərzində müəssisənin əməliyyat potensialının nəticəsi kimi xalis pul vəsaitlərinin daxilolmasında 479500 manat xalis artım olmuşdur. Bu daxilolmadan müəssisənin əməliyyat potensialının saxlanılması məqsədilə 138500 manat məbləğində pul vəsaitlərinin xalis xaricolmasi baş vermişdir. Müəssisənin rəhbərliyi əməliyyat potensialının saxlanılması məqsədilə sərf edilmişdən artıq qalan pul vəsaitlərini müəssisənin borclarının əhəmiyyətli dərəcədə azaldılması məqsədilə istifadə etmişdir.

3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanmasında istifadə olunan məlumatın mənbələri haqqında informasiya

Bu nümunə yuxarıdakı 2-ci hissədə göstərilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabata əsaslanmışdır. Bu nümunədə mühasibat balansına, mənfəət və zərər haqqında hesabata və bu hesablarla əlaqəli qeydlərə istinad edilərək, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hər sətrində göstərilən məbləğlərin necə əmələ gəldiyi açıqlanmışdır.

Hesabat dövründə xalis mənfəət və ya zərər 261000

Bu sətir mənfəət və zərər haqqında hesabatın sonuncu sətirdir. Bu sətirdə hesabat dövründə qazanılmış mənfəət və pul vəsaitlərinin xalis daxilolmaları/xaricolmaları göstərilir.

Mənfəət Vergisi 90000

Burada hesabatda göstərilən mənfəət üzrə ödəniləcək verginin məbləği göstərilir. Bu vergi hələ ödənilmədiyi üçün, “dövr ərzində xalis mənfəət” üzrə düzəlişlər bu məbləğə əsaslanmalıdır.

Qeyr-pul maddələri üzrə xərclər 78500

43

Page 44: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Xərclərin yeganə qeyri-pul maddəsi amortizasiyadır. Bu haqda məlumat «xərclərin xüsusiyyətlərinə görə təsnifləşdirilməsi vasitəsilə mənfəət və zərər haqqında hesabatda və ya maliyyə hesabatlarına “Torpaq, tikinti və avadanlıq” adlı 1 N-li Qeydin “hesabat dövrü üzrə amortizasiya” bölümündə açıqlanır.

İnvestisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətlə bağlı maddələr 14000

Bu mərhələdə investisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyət ilə bağlı hər hansı bir məlumat açıqlanmalı deyil. Bu məlumat müvafiq olaraq “İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti” və ya “Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti” bölümündə göstərilməlidir. Burada göstərilən 14000 manat Mənfəət və zərər haqqında hesabatın “Maliyyə gəliri” və “Maliyyə xərcləri” sətirlərində qeyd olunan xalis dəyərdir.

Ehtiyatların artması (40000)

Bu yalnız 2005 və 2006-cı illər üzrə üzrə Mühasibat Balanslarında qeyd edilmiş ehtiyatların fərqidir.

2006 - 2005 70000 - 30000 = 40000

Debitor borcları və gələcək dövrlərin xərclərinin artması 72500

Bu məbləğ Mühasibat Balansında qeyd edilmiş “Qısamüddətli debitor borcları” və “Sair qısamüddətli aktivlər”in hesabat dövrünün əvvəlinə və sonuna olan qalıqlarının fərqidir.

2006 - 2005 Qısa müddətli debitor borcları 110000 40000 Sair qısamüddətli aktivlər 2500 0

112500 - 40000 = 72500

Kreditor borcları və hesablamaların azalması (26000)

Bu məbləğ “Qısamüddətli kreditor borclarının” hesabat dövrünün əvvəlinə və sonuna olan qalıqlarının fərqidir.

2006 - 2005 Qısamüddətli kreditor borcları 70000 - 96000 = 26000

Ödənilmiş mənfəət vergisi (40000)

Bu məbləğ vergi orqanlarına hesabat dövrü ərzində ödənilmiş olan məbləği göstərilir və aşağıdakılarla təyin edilir:

Dövrün əvvəlinə olan vergi öhdəlikləri 40000 (2005-ci il üzrə mühasibat balansından)

+ Dövr üzrə vergi öhdəliyi 90000 (Mənfəət və zərər haqqın- da hesabatdan)

44

Page 45: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

130000 - Dövrün sonuna olan vergi öhdəlikləri 90000 (2006 Mühasibat balan-

sından) 40000

Uzunmüddətli qeyri – pul aktivlərinin alınması (30000)

Bu məbləğ “Torpaq, tikinti və avadanlıq” adlı Qeyd 1-də açıqlanır. Qeyddə hesabat dövrü ərzində alınan aktivlər haqqında məlumat verilir.

Faizlər üzrə alınan pul vəsaitləri 3000

Bu məbləğ mənfəət və zərər haqqında hesabatın “Maliyyə gəliri” sətrində açıqlanır.

Səhmləri buraxılmasından əldə olunan gəlir 15000

Bu məbləğ Mühasibat Balansında qeyd edilmiş “Ödənilmiş nominal (nizamnamə) kapitalı”nın hesabat dövrünün əvvəlinə və sonuna olan qalıqlarının fərqidir.

2006 - 2005Ödənilmiş nominal (nizamnamə) kapitalı 75000 - 70000 = 5000.

Yuxarıda qeyd edilmiş məbləğ il ərzində nominal dəyəri 5000 manat olan səhmlərin satılmalı olduğunu bildirir.

Mühasibat balansındakı emissiya gəliri hesabı, həmçinin yeni səhmlərin aşağıdakı emissiya gəliri ilə satıldığını bildirir:

2006 - 2005Emissiya gəliri 15000 - 5000 = 10000

Səhmlərin satılmasından yaranan ümumi daxilolmalar nominal dəyərə emissiya gəliri əlavə edilərək yaranır; 5000 + 10000 = 15000;

Borc alınmış məbləğlərin ödənilməsi (190000)

Borclar uzunmüddətli və qısamüddətli ola bilərlər.

Mühasibat balansındakı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” aşağıdakıları göstərir:

2006 - 2005Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 110000 - 200000 = 90000

Qeyd 2-də “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər”in bank overdraftlarından və bank borclarından təşkil edildiyi göstərilir. Bank overdraftı pul vəsaitlərinin ekivalenti olduğu üçün çıxılmalıdır. Bank borcu isə aşağıdakı kimi hesablanır:

2006 - 2005Dövr ərzində ödənilməli olan bank borcları 20000 - 120000 =100000

45

Page 46: Explanations and recommendations on the … · Web viewAzərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-08 nömrəli əmri ilə təsdiq edilmişdir

Yəni dövr ərzində 100000 manat məbləğində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər yerinə yetirilməlidir.

Cəmi ödənilməlidir 190000 (90000 + 100000)

Dividendlərin ödənilməsi (20000)

Bu məbləğ adətən kapitalda dəyişikliklər haqqında hesabatda açıqlanır, lakin bu hesabatda qeyd edilməmişdirsə, mühasibat balansının ”Bölüşdürülməmiş mənfəət” hesabının qalıqlarına istinad edilərək hesablana bilər:

Dövrün əvvəlinə olan qalıq 80000Dövr üzrə mənfəət 261000

341000Dövrün sonuna olan qalıq (321000) Kapital sahiblərinə bölüşdürülmələr(dividendlər) 20000

Faizlərin ödənilməsi (17000)

Bu məbləğ mənfəət və zərər haqqında hesabatın “Maliyyə xərcləri” sətrindən götürülmüşdür

Hesabat dövrünün əvvəlinə olan pul vəsaitləri və onların ekvivalentləri (5000)

Bu rəqəm 2005-ci ilin mühasibat balansından götürülmüşdür və Qeyd 2-dəki “Pul vəsaitləri və onların ekvivalentləri” və “Bank overdrafti”nın fərqinə bərabərdir.

Pul vəsaitləri və onların ekvivalentləri 5000 Bank overdraftı (10000)

(5000)

Hesabat dövrünün sonuna olan pul vəsaitləri və onların ekvivalentləri 21000

Bu məbləğ aşağıdakıların hər birinə bərabər olmalıdır:

a) pul vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilən bütün məbləğlərin yekun cəmi; və

b) 2006-cı ilin mühasibat balansında əks edilmiş, maliyyə hesabatlarına “Qısamüddətli faiz xərcləri haradan öhdəliklər” adlı Qeyd 2-də açıqlanmış “pul vəsaitləri və onların ekvivalentlərinin” və “bank overdraftının” ümumi cəmi.

Pul vəsaitləri və onların ekvivalentləri 36000 Bank overdraftı (15000)

21000

46