32

Film Fiction #15

Embed Size (px)

DESCRIPTION

Film Fiction

Citation preview

Page 1: Film Fiction #15
Page 2: Film Fiction #15

04 OLEQ YANKOVSKİvə ya Baron MünhauzenNuranə Axundova07 GAEL GARCİA BERNALDünyanı fəth edən gənc aktyorMəlahət Qurbanəliyeva

09 SOFİ LORENAyşə Eleanor

ROBBY MULLER 16Fuad Alqayev

İMDB 14dünyanın ən nəhəng film bazası

Nicat Əhmədli

HİTCHCOCK 18və ya “Hitchcock”Nurlan Həsənli

21 KVENTİN TARANİNOCanqo filmini anladırAyşə Eleanor25 ROSETTA“Sənin adın Rosettadır”Kənan İsaxanlı28 TO THE WONDER“Nə anlaşılmazdırsa, o möcüzədir”Şahin Xəlil32 UN COEUR EN HIVER Buzdan qəlbNuranə Axundova

Page 3: Film Fiction #15

filmfiction 15

3

OLEQ YANKOSVKİ VƏ YA BARON MÜNHAUZEN

u məşhur ifadəni tez-tez müxtəlif mövzulu söhbətlərdə hamıdan eşidə bilərik. Amma çoxu heç bu filmi izləməmiş, sözün sahib-

ini də tanımamışdır. Bəlkə də aktyorun ölməzliyi elə bundadır. Oleq Yankovskiy əslində məzəli, pozitiv məna daşıyan bu sözləri elə bir dərin, təzadlı obraz ampulasında ifa etmişdir ki, aktyor sanki özünü oynamışdır. Obrazı xarakterizə edən dərin baxışlar, mənalı üz cizgiləri, ifadəli jestlər Yankovskinin özünəməxsusluğunun nişanələri idi.Təsadüfi deyil ki, kinoda ilk debütü olan “Qa-lxan və qılınc” («Щит и меч») filminə (1968) də rejissor Vladimir Basov onu məhz ifadəli üz cizgilərinə, ağıllı simasına görə seçmişdi. Hətta onu fizik və ya filoloq zənn edən rejissor, Yankovs-kinin teatr aktyoru olduğundan belə xəbərsiz idi. İlk filmində aktyor, Henrix Şvartskopf obrazı ilə çox ciddi, qayğılı bir zabit obrazı yaratmışdı. Bu filmin ardınca eyni ildə daha bir filmə

(«Служили два товарища») çəkilən Yankovskiy burada baş rolda Andrey Nekrasov – tələbə və fo-toqraf olan, əlinə kamera alıb hadisələrin mərkəz-ində duran, yaranmış təzadlı situasiyalarda fiziki güc, görünüşün əhəmiyyəti olmadığını dərk edən bir obraz yaratmışdı. Bu iki filmdən sonra Yan-kovski məşhurlaşdı, o, SSRİ kinosunun ulduzuna çevrildi. Teatrda o ciddi, ağır rollara dəvət aldı. Və günlərin bir günündə “İdiot” tamaşasında Mışkin rolunun ifaçısı olan Oleq Yankovskini rejissor Mark Zaxarov özü izləməyə gəldi.

Gənc bir aktyorun dahi rejissor Andrey Tar-kovskidən rol alması isə yəqin ki, həmin aktyorun da dahiliyinə öncədən bir işarədir. Bəli, 1974-cü ildə Tarkovski özünün “Güzgü” («Зеркало») film-ində Aleksandr – Ata rolunu O.Yankovskiyə təklif etdi. Film bir çox hallarda avtobioqrafik kimi qiymətləndirilir. Kifayət qədər çətin və ağır süjet

“gülümsəyin cənablar, gülümsəyin”

B

Page 4: Film Fiction #15

4

filmfiction 15xətti olan bu filmdə hadisələr üç zamanda – müharibədən əv-vəl, müharibə zamanı və sonrakı dövrdə cərəyan edir. Film qəhrəmanın yuxugörmələri və xatirələri əsasında quru-lub. Səslənən Henry Purcell, Bach musiqisi, kadrarxası eşidilən Arseniy Tarkovskinin şeirləri filmə xüsusi təsir qatır, insanı zaman, məkan fəzasında azdırır. Aktyorla iş birliyini Tarkovski o qədər bəyənmişdi ki, bu filmdən dərhal sonra o, Şekspirin “Hamlet” əsərini ekranlaşdır-mağı və Hamlet rolunda da Yankovskini çəkməyi istəy-irdi. Lakin bu filmi çəkməyə ona icazə vermədilər.Nəhayət ki, 1978-ci ildə Mark Zaxarov “Adi möcüzə” («Обыкновенное чудо») filmində əsas rola – Sehrbaz obrazına Oleq Yankovskini dəvət etdi. Daha əvvəllər də ekranlaşdırılmış bu film yüngül komediya xarak-teri daşıyırdı, lakin Zaxarov bu filmi fərqli bir baxış bucağından çəkdi. Yankovski bu obrazı xüsusi bir tərzdə, psixoloji çalarları, fəlsəfi yükü qabardaraq ifa etdi. Zaxarov filmdə Sehrbazı bütün hadisələrin mərkəzində qoymuşdu, onu öz dünyasına əks mövqedə yerləşdirmişdi. O, fəlsəfi xarakterli yeganə personaj idi, qalanları ya lirik, ya da satirik obrazlar idi. O, əsas sima idi və bu əhvalatda da əsas mənanı məhz o ifadə edirdi.Sonradan Zaxarov etiraf edirdi ki, əgər Sehrbaz olmasaydı, Münhauzen, Svift və Əjdaha da olmay-acaqdı.1979-cu ildə Mark Zaxarov Yankovskiyə “Həmin o Münhauzen” («Тот самый Мюнхгаузен») film-ində baş rol verdi. Məhz bu film Yankovskinin vizit kartı hesab olunur. Aktyorun bu filmə çəkilməsinə naraz-ılıq edənlər vardı. Lakin hər cür çətinliyə baxmayaraq, film çəkildi. Film həm Zaxarovun kinoda dəsti-xəttini təsdiqlədi, həm də Yankovskinin ən yaxşı, unudulmaz rolu kimi tarixə düşdü.Filmin qəhrəmanı Hannover şəhərində yaşayan baron, bəşəriyyət üçün böyük bir kəşf etmişdi ¬– təqvi-mə bir gün əlavə et- mişdi, gözəl bir bahar günü 32 may. O, Şek- spirlə yazışırdı, Nyutonla danışırdı, Sofokl ona öz imzası ilə papirus göndərmişdi və Amerikada aparılan müharibənin bitəcəyi tarixi bilirdi. Üstəlik də gözəl bir qadını – Martanı sevirdi. Lakin dövlət, kilsə, cəmiyyət – hər kəs onun əleyhinə idi. Çünki o, hamı kimi deyildi...Rol haqqında müsahibəsində aktyor deyirdi: “Biz Markla Münhauzen rolunu necə oynamaq barədə müzakirə aparanda, o, belə bir pritçanı xatırladı; bir insanı çarmıxa çəkəndə soruşublar: “Hə, necəsən orada?” – “Heç nə... sadəcə gülmək ağrıdır.” Biz də bu yoldan çıxaraq bu obrazı yaratdıq.”“Mən bilirəm, bədbəxtlik nədədir – siz çox ciddisiniz. Ağıllı sima – hələ ağıl əlaməti demək dey-ildir, cənablar! Dünyada bütün axmaqlıqlar məhz bu üz ifadəsi ilə edilir. Gülümsəyin, cənablar, gülümsəyin!”1980-ci illərdə Oleq Yankovskiy Zaxarovun daha iki filmində çəkildi – 1982-ci ildə çəkilmiş “Sviftin tikdiyi ev” («Дом, который построил Свифт») və 1988-ci ildə ekranlaşdırılmış “Əjdahanı öldürmək” («Убить дракона»). Hər iki filmdə mürəkkəb obraz vardı. “Sviftin tikdiyi ev” “ezop dilinə” görə senzu-ra tərəfindən qadağan olundu. Film ərzində Svift əsasən susur, hər şeyə sükutla cavab verirdi. Sonra-dan tənqidçilər deyirdi: “bu dünyaya susub baxmağı Yankovskidən başqa heç kim bacarmazdı.”

Page 5: Film Fiction #15

filmfiction 15

5

“Əjdahanı öldürmək” filmi isə azadlıq, müstəqil-lik anlayışları, qadağa, senzura kimi səbəbləri nağılvari təsvir edirdi. Film suyun qarşısını kəsən bir əjdaha haqda olan məşhur nağılın ideyası əsasında qurulub. Lakin istər çəkildiyi dövr olsun, istərsə də bu gün, film bütün zamanların prob-lemini əhatə edir. Əjdahanın alimlə olan dialoqun-da “Azad olmaq istəyirsən?” sualına, “Yox, nəyimə lazımdır o, mənim?” deməsi imkan verir ki, məhv olmuş cəmiyyət boşluğunda boğulasan. Bu film SSRİ kimi qapalı bir mühitdə, totalitar rejimdə çox böyük əks-səda doğurdu və uzun müddət müza-kirə mövzusuna çevrildi.Bu uğurundan sonra aktyor bir daha dahi Tar-kovski ilə çəkiliş meydançasında görüşdü. Çəkilişlər İtaliya və SSRİ-də çəkilməli idi. “Nos-talgiya” («Ностальгия») filmi üçün Tarkovskiy aktyoru rola hazırlamaq qərarına gəlmişdi. Bu məqsədlə Yankovskini mehmanxanaya yerləşdir-dilər və pulsuz, üstəlik də dili bilmədən onu öz ixtiyarına buraxdılar. Bir həftə keçdi, heç kim ortalığa çıxmadı. Aktyor artıq ümidsizliyə qa-pılanda, nəhayət, Tarkovskiy peyda olur. Aktyorun qorxmuş, sönmüş baxışlarını görəndə Tarkovskiy dedi: “İndi səni çəkmək olar.” Film üç aya çəkildi. 1983-cü ildə İtaliya, filmi Kann festivalına göndər-di. Lakin film mükafat almadı. Tarkovskiy bunda jüridə oturmuş S.Bondarçuku günahlandırdı, bun-dan sonra QosKino Tarkovskinin dərhal ölkəyə qayıtmasını tələb etdi. Amma rejissor İtaliyada qalmağa qərar verdi. “Nostalgiya”nın isə SSRİ-də göstərilməsi qadağan edildi.

Haqqında yazdığım filmlər baxdıqlarımın bir hissəsidir. Yankovskiy haqda kiçik bir təsəv-

vürə malik olmaq üçün heç olmasa, bu film-lərə baxmaq lazımdır. 90-a yaxın filmə çəkilən, onlarla tamaşada oynayan O.Yankovskiy, SSRİ incəsənət tarixində unudulmaz obrazlardan biridir. Bütün yaradıcılığı ərzində Yankovskiy ən müxtəlif, ən təzadlı obrazlar yaratdı. Lenin («Революционный этюд»), Hamlet («Гамлет»), Turgenev («Метафизика любви») və s. kimi şəxsiyyətləri canlandırdı, A.Tarkovski, M.Zaxarov, A.Abdulov haqda olan sənədli filmlər çəkdi. Bütün dövlət və incəsənət mükafatlarını aldı. Bir ömrə sığmayan bir ömür yaşadı.

Yankovskinin uğurlarında onun istedadı, böyüklüyü nə qədər rol oynayırdısa, həyat yoldaşı Lyudmila Zorina da bir o qədər rol oynayırdı. Hər halda aktyorun özü belə deyirdi. Tələbəlik illərindən aşiq olduğu bu qadın, hər zaman yanın-da oldu. Hələ Yankovskiy teatrda epizodik rollar oynayan zamanlarda məşhurlaşan Zorina, illər sonra Yankovskinin bütün SSRİ-yə səs-səda salan şöhrət illərində hətta ona kömək etmək, yanında olmaq üçün özünün bütün uğurlarının üstündən xətt çəkməyə belə hazır idi. O, elə Münhauzenin Martası kimi bir qadın idi.

Nuranə Axundova

Page 6: Film Fiction #15

6

filmfiction 15

GAEL GARCIA BERNAL

ael Qarsiya Bernal - öz istedadı və xarizması ilə yalnız doğma Meksikanı deyil, həmçinin Amer-ika və hətta kifayət qədər tələbkar olan Avropanı da fəth edən gənc aktyor, 30 noyabr 1978-ci ildə Qvadalahar şəhərində anadan olmuşdur.

Onun atası – Xose Anxel Qarsiya, aktyor və rejissor, anası – Patrisiya Bernal isə model və aktrisadır. Təəccüblü deyil ki, teatr aktyorları olan valideynləri Qaeli lap uşaqlıqdan tamaşalarda iştirak etməyə həvəsləndirirdilər. Deyilənə görə, Qaelin ilk rolu, körpə İsa rolu olmuşdur. Bununla belə, Qael taleyini məhz aktyorluqla bağlamalı olduğunu düşünmürdü və yalnız böyüdükdən sonra qəti olaraq aktyor olmaq qərarına gəlmişdir. Məktəbli olarkən o, müxtəlif televiziya seriallarında rol almışdır. Məktəbi 14 yaşında bitirmiş, bir müddət yerli əhalinin savadlanmasında yardımçı olmuşdur.Orta məktəbi bitirdikdən sonra Qael Londona yollanmış və orada “Mərkəzi drammatik sənət mək-təbi”ndə təhsil almışdır (1995-1997). Qael bu nüfuzlu Avropa məktəbinə daxil ola bilmiş ilk meksi-kalıdır.1996-cı ildə Bernal uruqvaylı rejissor Antonio Urrutionun “Daxildən, ürək” qısametrajlı filmində Martin rolunu ifa etmişdir. Qeyd etmək lazımdır ki, həmin film ən yaxşı qısametrajlı film kimi “Oskar” mükafatına namizəd olmuşdur. Bernala məşhurluq və ilk sanballı mükafat (“Gümüş Ariel”) qazandıran film meksikalı rejissor Alex-andro Qonsalez İnnaritunun “Qancıq sevgi” (2000-ci il) filmi olmuşdur. Bu filmdən sonra meksikalı gənc aktyora yalnız bütün dünya ictimaiyyəti deyil, həmçinin bir çox məşhur rejissorlar da diqqət etməyə başladılar. 2001- ci ildə Qael ispan rejissor Alfonso Kuarononun “Sənin ananı da” filmində çəkilmişdir. Həmin film Marçello Mastroyani adına mükafat (2001-ci il, “Venesi- ya” kino festivalı), “Chopard Trophy” (2003-cü il, “Kann” kino festivalı) və s. mükafatlar qazan-mışdır.Bernal ingilis, portuqal, fransız və italyan dillərində sərbəst danışır və məhz bu səbəbdən həm Latın Amerikasında, həm Şimali Amerika, həm də Avropa iste-hsallı layihələrdə iştirak etməkdən çəkinmir. Qeyri-adi və son dərəcədə cazibədar xarici görünüşü, sənətə olan həvəsi və geniş yaradıcılıq diapa- zonu gənc aktyora qısa zamanda Latın Amerika kinosunun ən aparıcı aktyorların- dan biri olmağa imkan vermişdir. Rejissorlar Bernala mürəkkəb rolları etibar etməkdən çəkinmirlər. Beləcə, 2004-cü ildə Bernal “Motosikletçinin gündəlikləri” adlı filmdə (rej., Valter Salleş) gənc Çe Quevaranın rolunu canlandırmışdır. Aktyor özü, bu rolun onun üçün son dərəcədə əziz olduğunu bildirir. Belə ki, Bernal hələ uşaqlıqdan məktəbdə və öz valideynlərindən Çe Quevara haqqında çox eşitmiş, özü də onun fikirləri ilə razı olduğunu bildirmişdir. Filmdə iştirak isə ona böyük si-yasətçini daha yaxşı anlamağa kömək etmişdir. Qael Çe Quevaranı bundan əvvəl daha bir filmdə, “Kuba Libre/Fidel” (2002) filmində də canlandırmışdır. 2004-cü ildə Pyedro Almodovranın rejissor-

Q

Page 7: Film Fiction #15

filmfiction 15

7

luq etdiyi “Pis tərbiyə” drammatik trilleri işıq üzü gördü. Bernal bu filmdə üç rol ifa etmişdir. Obra-zlardan biri Sahara adlı transvestit idi. Aktyorun sözlərinə görə, qadın paltarı geyinmək, qadın roluna girmək ona qadınlara yeni gözlə baxmaq

imkanı vermişdir.2006-cı ildə isə Bernal fransalı rejissor Mişel Qon-drinin daha bir özünəməxsus filmi, “Yuxu elmi” filmində Stefan obrazını canlandırmışdır.

Qael Qarsiya Bernalın Hollivudun növbəti Antonio Banderası olacağını deyirlər. Dəfələrlə Amerika istehsalı olan filmlərə çəkilsə də, Bernal doğma Meksika filmlərinə çəkilməkdən daha böyük zövq aldığını söyləyir. Birləşmiş Ştatlara köçmək barədə sual aldıqda isə Qael, Hollivudun səs-küyü və saxta bər-bəzəyindən uzaq gəzməyi üstün tutduğunu deyir. Hal-hazırda Qael özünü rejissorluqda sınayır. 2005-ci ildə o, dostu kino-aktyor Dieqo Luna və prodüsser Pablo Kruso ilə “Kanano Films” prodüsserlik şirkətinin əsasını qoymuşdur. 2007-ci ildə Bernal ilk rejissorluq işi olan “Çatışmazlıq” filmini təqdim etmişdir. Həmin filmdə Bernal özü əsas qəhrəman Kristobalın rolunu can-landırmışdır.Bir çoxları Bernalın bəxtəvər aktyor olduğunu söyləyirlər, lakin aktyor özü bütün uğurlarının arxasında çalışqanlıq və əzm dayandığını müxtəlif mənbələrdə dəfələrlə qeyd etmişdir.

Məlahət Qurbanəliyeva

Page 8: Film Fiction #15

8

filmfiction 15

SOFİ LORENollywood’un ən məşhur aktrisalarından biri olan Sofi Loren (Sophia Loren), 20 Sentyabr 1934-cü ildə İtaliyada dünyaya gəlmişdir. Gerçək adı Anna Sofia Scicolone’dir. Anası Romlilda Villani’nin həyatda bəxti çox gətirməmişdir. Aktrisalığında da uğur qazana bilməyən bu qadın,

bununla yanaşı uşaqlarını da təkbaşına böyütmək məcburiyyətində qalır. Sofi’nin atası da teatr ak-tyoru idi. Anası Villani bu aktyora vurulub Romaya yollanır. Sofi dünyaya gəldikdən sonra isə yenidən Pissuoli qəsəbəsinə qayıdır.Sofinin uşaqlıq illəri dəniz kənarında yerləşən bu qəsəbədə yoxsulluq içində keçmişdir. Bəzən qonşu qadınlar balaca Sofi’yə baxıb belə deyərdi: “Bu körpə yaşamasaydı, daha yaxşı olardı. Belə kasıb ol-maqdansa, ölmək yaxşıdır. Niyə o bu qədər əzab çəkməlidir?”Yoxsul mühitdə böyüyən həmin qızcığaz artıq 15 yaşına çatanda çox qəşəng və ucaboy gənc qıza çevrilir. Bir “təcrübəli aktrisa” gözü ilə qızındakı bu dəyişiklikləri müşahidə edən Romilda, özünün həyata keçməyən arzularını qızının vasitəsilə reallaşdır-maq qərarına gəlir. Beləliklə, gənc Sofi anasından dəstək alaraq hündür ayaqqabı və cəlbedici çimərlik geyimində, 1949-cu ildə keçirilən “Dəniz şahzadəsi” müsabiqəsinə qatılır. Bu müsabiqədə sinyoritta Scicolone “Dəniz şahzadəsi” adına layiq görülür. Bununla Sofi’nin yolu açılır. Bir il sonra Sofi Romada keçirilən milli gözəllik müsabiqəsində “Miss Zəriflik” titulunu qazanır.Artıq xəyallar gerçəkləşməyə başlamışdı. Pul mükaf-atları, hədiyyələr, geyimlər, ən məşhur jurnalların üz qabığında fotoşəkillər... Amma yeni uğurlar qazanmaq daha çox səy göstərmək gərəkdirirdi. Sofi hələ o zaman-dan aktrisa olmağa qərar vermişdi.Anası Romilda ilə birlikdə o vaxtlar prodüsserlərin qa-pısında cərgələrə qatılan Sofi əldə edə bildiyi ilk kiçik rollarına böyük məsuliyyətlə yanaşırdı. O, kinoya çəkilmək arzusunda idi. Sofinin baş rolu oynadığı ilk film “Dənizlər arxasındakı Afrika” (“Africa Sotto i Mari”) filmi olur. O, “Loren” təxəllüsünü elə bu filmin çəkilişləri zamanı götürüb. Belə ki, prodüsser Sofi’yə deyir: “Bu rol sizindir, amma bir məsələ də var... Nəsə, sizin soyadınız mənim xoşuma gəlmir. Scicolone yox bir... Bu, çox vulqar səslənir...”O bunu deyəndən sonra gözlərini divardakı, baş rolunu aktrisa Martha Toren’in oynadığı filmin plakatına zilləyir. Prodüsser, “Bax, Toren əla səslənir, amma bu artıq mövcud-dur” – deyir. Buna çarə olaraq bu soyaddakı birinci hərfin yerinə bütün samitləri sadalamağa başlayır və nəhayət “L” hərfinin üzərində dayanır. Məşhur Sofi Loren belə “yaranır”. Buna baxmayaraq o, hələ ki nə aktrisa, nə də ki, ulduz idi. O, sadəcə italyan-larda belə az-az rast gəlinən gözəlliyə, bacarığa sahib bir qız idi.Sonralar Sofi, Vittorio de Sica kimi sənətkarla qarşılaşır. Rejissor və aktyor Vittoriyo De Sika Loreni kəşf etməklə yanaşı, həm də onun müəllimi olur. Sofi onun filmlərində ən yaxşı rollarını oynayır. Vittoriyo Sofi’yə məsləhət görür ki, o, kinoda sadə italyan qadını obrazını canlandırsın. Beləcə onların birgə ilk işi olan “Neapol qızılı (“Oro di Nap-oli”) filmində pizzasatan qız rolunu oynayır. Bu filmdə o, tamaşaçıların diqqətini cəlb edir və onların sevgisini qazanır.1955-ci il Sofi Loren ili elan olunur. O, Alfredo Rizzie, Alessandro Blasetti, Giovani Soldati kimi rejissorların filmlərində çəkilir. Sofi o zamanlar onun əsas rəqibləri sayılan Silvana Mangano və

H

Page 9: Film Fiction #15
Page 10: Film Fiction #15

10

filmfiction 15Gina Lollobrigida’nı geridə qoyurdu. O, Blazetti-nin “Heyf ki, sən belə hiyləgərsən...” (“Peccato che sia una Canaglia”) filmində o zamanlar hələ az tanınan Marcello Mastroiani ilə birlikdə işləyir.Sofi Loren 1956-cı ildə Amerikaya gedir və ora-da Stanley Kramer’in “Qürur və ehtiras” (“The Pride and the Passion”) filminə çəkilir. Daha sonra o, Amerikada 4 illik müqavilə imzalayır. Bunun nəticəsində aktrisa 12 film və 2 milyon dollar pul qazanır. Amerikada çəkildiyi filmlərə “Delfinin üstündəki oğlan” (“Boy on a Dolphin”), “Timbuk-tu” (“Timbuktu”), “Qara səhləbçiçəyi” (“The Balck Dahlia”), “Qarağac altında məhəbbət” (“Desire un-der yhe Elms”), “Açar” (“The Key”) və başqalarını demək olar. O, bu filmləri ilə Amerikada kifayət qədər şöhrət və uğur qazanmışdır.Amerikadan qayıdandan sonra Sofi prodüsser Carlo Ponti ilə ailə qurur. Eyni zamanda rejissoru De Sika ilə yenidən çalışmağa başlayır. De Sika həmin vaxt Alberto Moravia’nın “Çoçara” (“La

Ciociara”) adlı antifaşist romanı əsasında film çək-məyə hazırlaşırdı. Bu filmdə Çezira rolunu aktrisa Anna Manyani, onun qızının qolunu isə Sofi Loren oynamalı idi. Amma Manyani bununla razılaşmır və Sofini nəzərdə tutaraq deyir: “Mən bu uzun-drazın anasını oynayacağam?” Rejissor De Sika’ya isə: “Qulaq as, Vittoriyo, əgər bu Loren sənin belə xoşuna gəlirsə, ana rolunu elə ona ver.”Əsəbi halda deyilən bu sözlər bir az sonra həqiqətə çevrilir. Sofi Loren bu roluna görə saysız-hesabsız mükafatlar alır.Bu mükafatlar arasında İtaliyada ən yaxşı qadın roluna görə aldığı “Gümüş lent” və Amerikada ən yaxşı xarici aktrisa kimi qazandığı “Oscar” mükafatları da var. “Çoçara” filmi ilə kinoda “Loren dövrü” başlayır. Aktrisa bu vaxtlarda “Bokaçço-70” (“Bocca-cio-70”), “Altonun yalançıları” (“Sequestradi di Altona”), “Dünən, bu gün, sabah” (“İeri, oggi, domani”), “İtalyansayağı nikah” (“Matrimonio all’italiana”) və başqa filmlərə çəkilmişdir. Məhz

Page 11: Film Fiction #15

filmfiction 15

11

bu filmlər Sofi Lorenin yaradıcılığında mühüm yer tutur.Sofi bu dövrdə Amerika və Avropanın bir sıra ölkələrində də filmlərə çəkilirdi. Ancaq bu filmlər ona bir o qədər də uğur gətirməmişdir.1967-ci ildə dahi Çarli Çaplinin “A Countess from Hong Kong” filmində rus fahişəsi rolunda oynamışdır. Bu həm də Çaplinin sonuncu filmidir.1969-cu ildə, o, Marçello Mastroyanni ilə bir-likdə Vittoriyo De Sika’nın SSRİ-də lentə aldığı “Günəbaxanlar” (“Sunflower”) filminə çəkilir. Həmin il 38 ölkədə keçirilən sorğu nəticəsində Sofi Loren dünyanın ən məhşur aktrisası kimi “Qızıl kürə” mükafatına layiq görülür.Aktrisa bundan sonrakı illərdə “Aurora” (1984), “Courage” (“Qoçaqlıq”, 1986), “Prêt-à-Porter” (1994), “Soleil” (“Günəş”, 1997), “Between Strang-

ers” (“Yadlar arasında”, 2002), “Nine” (“Doqquz, 2009) filmlərinə çəkilmişdir.Aktrisa 1966-cı ildə prodüsser Carlo Ponti ilə ailə həyatı qurur. 1969-cu ildə ilk övladı Karlo dünyaya gəlir. Artıq ailəsi olduğu üçün kinodan uzaqlaşa bilərdi, amma Ponti buna razılıq ver-mir. 70-ci illərdə Loren yavaş-yavaş öz şöhrətini itirməyə başlamışdı. Bu zaman Ponti’nin dəstəyi ilə Loren avtobioqrafik “Yaşayaraq və sevərək” kitabını yazır. Kitab böyük rəğbətlə qarşılanır. 1980-ci ildə isə Loren “Sofi Lorenin hekayəsi” filminə çəkilir və həm anası Villani’nin, həm də öz obrazını canlandırır.

Ayşə Eleanor

Page 12: Film Fiction #15

Maraqlı faktlar...•Sofi Loren öz zarafatları ilə məşhurdur. Onun kitablarından bəzi ifadələr çox populyardır. Məsələn: “Qazandığım hər şey üçün spaqettiyə borcluyam.”•Genuya arxiyepiskopu bir dəfə zarafatla deyib ki, Vatikan klonlaşdırmaya qa-rşı çıxsa da, Sofi Loren üçün istisna edə bilər...•Audrey Hepburn ilə çox yaxın rəfiqə olmuşdur.•Sofi Lore’nin gözləri “Peugeot 504” avtomobilinin fənərləri ilə müqayisə edilib.•İtalyan dilindən başqa ingilis və fransız dillərində sərbəst danışır.

Page 13: Film Fiction #15

filmfiction 15

13

VƏ YA YATAQ OTAĞINDAN BAŞLAYAN DÜNYANIN ƏN NƏHƏNG FİLM BAZASININ TARİXÇƏSİ

ünya kinosu haqqında ən geniş informa-siya külliyatını haradan əldə eləmək olar? Los-Ancelesdəki Hollywood muzeyindən?

Bəlkə Londonun mərkəzində yerləşən Britaniya Film İnstitutunun kitabxanasından? Xeyr, bu variantların heç biri doğru deyil. Ən nəhəng külliyatın mənbəyi Böyük Britaniyada M32 şossesindəki Birstol Parkway stansiyası yaxınlığında yerləşir. Ümumiyyətlə, bu bina digər “dotcom” (biznes-modeli tamamilə internet şəbəkəsi çərçivəsində reallaşdırılan şirkətlərə verilən ad) müəssisələrin qərargah mən-zillərindən fərqli olaraq, heç də öz möhtəşəmliyi ilə seçilmir. Şəhər kənarında yerləşən bu anonim, müasir və əlahiddə binada, dünyanın dörd bir tərəfindən 1.2 milyondan artıq kino və kino məlumatlarının toplandığı ucsuz-bucaqsız rəqəmsal şəbəkənin tam mərkəzində 41 yaşlı Colin ‘Col’ Needham gününün böyük bir hissəsini keçirir. O, İnternet Film Məlumat Bazasının (The Internet Movie Da-tabase – IMDb) yaradıcısıdır və heç bir mübaliğə-siz, filmlə nəfəs alan bir insandır. Özünü Mr. IMDb adlandıran Needham, bir zamanlar hobbi kimi yanaşdığı məşğuliyyətini artıq film sənayesinin ayrılmaz hissəsi olan nəhəng məlumat bazasına çevirib. IMDb hələ internet yenicə yarandığı anda, Nor-dham demişkən, “İnternetin daş dövründə” formalaşmağa başlamışdır. Hewlett-Packard’s UK tədqiqat laboratoriyasında çalışan Needham internet cəmiyyətinin ilkin vətəndaşlarından olub və həmişə fəxrlə vurğulayır ki, digərləri hələ ZX Spectrum`lara oyun yükləmək üçün baş sındırdıqları uzaq 1985-ci ildə onun artıq email ünvanı belə var idi. Onun kompüterə olan sevgis-inə yalnız kino sevgisi güc gələ bildi – hətta “Ya-delli” (Alien) filminin kirayə götürdüyü videokas-setini 14 gün içində düz 14 dəfə izləməyini bu gün də tez-tez xatırlayır. 80-ci illərin ortalarında bu iki həvəs bir nöqtədə birləşdi – Nordham baxdığı filmlərin və orada rol alan aktyorların siyahısını, eləcə də film haqqında fikirlərini qeyd elədiyi proqram işləyib hazırladı.1989-cu ildən etibarən isə o, rec.arts.movies (yazı.incəsənət.filmlər) elanlar lövhəsini idarə etməyə başladı. “İstifadəçilərin əksəriyyəti Amer-

ika kolleclərinin oğlan tələbələri idi. Deməli, ən çox müzakirə edilən mövzu nə ola bilərdi? Əlbəttə ki, ən cazibədar aktrisalar kimlərdi və onların oynadıqları kinolar?”Mütamadi olaraq, qrup üzvləri baxdıqları film-lərin siyahısını hazırlayıb Nordhama təqdim etdikcə məlumat bazası genişlənir və bir müd-dət sonra yeni proqramın yaradılmasına ehtiyac yaranır. Beləliklə, Nordham hazırladığı proqrama yalnız ən cazibədar aktrisalar deyil, həmçinin aktyorlar, rejissorlar, prodüsserlər, bəstəkarlar, hətta dekoratorlar barəsində də informasiyalar əlavə edir. “Bir neçə həftə sonra, mənə deyirdilər ki, hər şey əladır, amma bəlkə filmlərin ssenariləri haqqında fikirləri də bölüşəsən? Mən də deyird-im ki, gözəl fikirdir. Elə özün də idarə edərsən bu işi?”Könüllü ordusunun coğrafiyası çox geniş idi – Amerikadan Avstraliyaya, Almaniya, hətta İslandi-yadan belə yardım etmək istəyənlər tapıldı. Bu idarəetmə modeli indi də davam edir. Onlar həm daxil edilən informasiyaların həqiqiliyini yoxlayır, həm də ən son filmlər haqqında məlumatları say-ta yerləşdirirlər. Beləliklə, 1990-cı il oktyabrın 17-də İnternet Film Məlumat Bazası və ya sadəcə IMDb dünya kino tarixinə rəsmən qədəm qoydu. 1990-cı ilin yayın-da film başlıqlarının sayı artıq 10000 civarını aşmışdı. Bu gün bu fövqəladə marağın səbəbini anlamaq çətindi, amma o vaxta qədər bu həcm-də kino məlumatları bir yerə toplanmamışdı və bu da böyük ajiotajla nəticələnmişdir. Həmişə köhnəlmiş xəbərlərin yer aldığı Halliwell, ya da Leonard Maltin`in film və video bələdçilərindən fərqli olaraq, IMDb film fanatlarının xəyallarını gerçəkləşdirdi – o, mütəmadi olaraq yenilənir, dərhal axtarış etməyə imkan verir və artan infor-masiya ilə təmin olunur. İlkin olaraq Kardif Universitetinin boş server məkanlarından birini kirayə götürən Needham IMDb şirkətinin yaradıcısı olmaqla yanaşı, həm də idarəedici rəhbəri təyin olundu. Könüllülərdən ibarət heyət məlumat bazasının hər növbəti həftə ərzində iki dəfə artmasına nail oldu.1998-ci ildə Amazon.com şirkətinin sahibi Jeff Bezos`dan əməkdaşlıq təklifi gəldi. Təklifdə qeyd olunurdu ki, bundan sonra da IMDb müstəqil

D

Page 14: Film Fiction #15

14

filmfiction 15IMDb film sənayesində inqilab elədi. Bu heç də şişirdilmiş fikir deyil. Əv-vəllər xüsusi informasiya mərkəzləri Hollywoodda film çəkilişləri üçün tələb olunan lazımi məlumatları toplayıb təqdim edirdilər. “Əgər kimsə film çək-mək istəyirdisə, onda zəng edib “Ste-ven Spielberg haqqında nə var, mənə göndərin” deyə sifariş verməli və buna görə azı 80$ pul xərcləməli idi. Bu çox vacib biznes informasiyasıdır.”Ən maraqlı və eyni zamanda qəribəsi budur ki, Böyük Britaniya mediyası bu uğura heç də gözlənilən marağı göstərmir. Yalnız London News nəşrinin redaktoru Leo Barraclough qeyd edib ki, IMDb “cəmiyyət və film sənayesi arasında körpü rolu kimi çıxış edir” və sıravi film fanatlarına heç zaman əldə etmək imkanına malik olmadıqları informasiyalara yol açdı. Bu həm də çox faydalı marketinq alətidir – hazırda çəkilişi gedən və yaxud yaxın zaman-larda lentə alınmış filmlərin treylerinə baxan əsl Bond fanatları daha sonra filmin özünü izləmək üçün mütləq şəkildə kinoteatra can atacaqlar. Film fanatları ilə yanaşı, jurnalistlər də IMDb`nin yaratdığı inqilabın təsirindən

qaça bilmədilər. “Mən IMDb olmadan necə iş görmək olar, təsəvvür etmirəm” – The Guardian’s film tənqidçisi Peter Bradshaw bildirmişdir – “Bu, əsl internet möcüzəsidir”.Baxdığı filmlərin sadəcə adlarını qeyd etməklə başlayan kiçik həvəs, dünya miqyaslı beynəlxalq “film, televiziya, məşhur ulduzlar” məlumat bazasına çevrildi. 19-cu ilinə (məqalə 2008-ci ilin dekabrın-da yazılıb, hazırda 24-cü ilinə) qədəm qoyan saytın gələcəyi də parlaq görünür – IMDb Amazon ilə birlikdə tam ölçülü filmləri yükləmək imkanı da yaradacaq. Amma filmlərin kataloqa salınması kimi problem də mövcuddur. Hər dəqiqə siyahıdakı filmlərin sayı artır və Nordham da əlindən gələni edir ki, bu siyahını daim nəzarətdə saxlaya bilsin, amma onun üçün daha əziz və vacib olanı isə öz baxdığı film cədvəlidir. “Mənim ilkin baxdığım filmləri IMDb`nin ‘My Movies’ siyahısına əlavə etmişəm. Təxmin edirəm ki, film siyahım artıq tam bir dövrə vurub...”

Andy Lowe / totalfilm.com . 11 dekabr 2008

Nicat Əhmədli

Page 15: Film Fiction #15

filmfiction 15

15

ROBBYMULLER

əyəndiyimiz filmlərdən daha çox yadd-aşlarda qalan, filmin rejissoru və obrazları canlandıran aktyorlar olur. Amma bir filmin

ərsəyə gəlməsində rejissor və aktyorlardan əlavə bir çox insanların da payı var. Bu insanlara kamer-aları daşıyan insanlardan tutmuş, qrim ustaları, stilistlər, ssenaristlər, bəstəkarlar, assistentlər, kran qaldıranlar və s. aiddir. Onlardan biri də operatordur. Filmin başlanğıcında “Director of photography” kimi adı çəkilən insanlar operator-lardır. Operator işi çox məsuliyyətli işdir. Çox vaxt rejissorlar filmlərinin operatorluğunu heç kimə həvalə etmirlər, özləri bu işi yerinə yetirirlər. Bir operatorun filmdə rolu nədən ibarətdir? Filmdə gördüyünüz bütün kadrlar operator tərəfindən qeydə alınır. Loru dildə desək, o, “kameranı tutan adam”dır. Yalnış tutulmuş kamera hər şeyin bər-

bad olmasına gətirib çıxarır.Jurnalda tez-tez çox bilinməyən, amma filmlərdə önəmi olan insanlar haqqında məqalələr yazırıq. Bu dəfəki qəhrəmanımız bir operator olacaq. O operator ki, mənim üçün bir nömrəli operatordur. Bu insan Robby Müller`dir. Robby Müller 4 aprel 1940-cı ildə Niderland Krallığına aid olan ada ölkəsi Curaçao`nun paytaxtı Willemstad`da dünyaya göz açmışdır. 1953-cü ildə ailəsi ilə Amsterdama köçmüşdür. Amsterdamda 2 il (1962-64) Niderland Film Akademiyasında təhsil almışdır. Onun tanın-masına, film aləmində öz yerini tutmasına Wim Wenders`lə birgə əməkdaşlığı şərait yaratdı. Wim Wenders`dən əvvəl o, bir çox qısa filmlərin opera-torluğunu etmişdi.

B

Page 16: Film Fiction #15

16

filmfiction 15Wenders ilə ilk birgə uzunmetrajlı film işi “Şəhərdə Yay” (Summer in the City) filmində oldu. Bundan sonra o Wenders`in “Alisya şəhərlərdə” (Alice in the Cities), “Al-qırmızı məktub”(The Scarlet Letter), “Səhv Kino” (The Wrong Move), “Amerikalı Dost” (The American Friend), “Yollar Kralı” (Kings of the Road), “Buludların Arxasında” (Beyond the Clouds), “Dünyanın Sonuna Kimi” (Until the End of the World) və s. filmlərində birgə əməkdaşlıq etdilər. Robby Müller`in əməkdaşlığı təkcə Wenders`lə deyil. O, həmçinin bir çox məşhur rejissorlarla işləyib. Bu rejissorlardan biri də öz üslubuna görə fərqlənən amerikalı rejissor Jim Jarmusch`dur. Jarmusch sevimli operatoru ilə “Qanundan Kənar” (Down by Law), “Sirli Qatar” (Mystery Train), “Ölü Adam” (Dead Man) və “Ruh İt: Samuray Olmağın Yolu” (Ghost Dog: The Way of the Samurai), “Kofe və Siqaretlər” (Coffee and Cigarettes) filmlərində birgə işləyir. Doqma cərəyanının yaradıcısı Lars Von Trier`in ən yaxşı filmlərindən sayılan, sevgi haqqında çəkilmiş ən yaxşı filmlərdən olan “Dalğaları

Yararkən” (Breaking the Waves) və baş rolunda məşhur müğənni Björk`ün oynadığı “Qaranlıqda Rəqs Edən” (Dancer in the Dark) kimi filmlərin operatorluğunda da Robby Müller üstlənib. Yuxarıda qeyd olunanlarla operatorun filmoqrafi-yasını bitirmirik. Bu ustad insan, Tarkovskinin davamçısı kimi tanınan Bela Tarr`ın “Proloq”,

“Eqzorsist” (The Exorcist) filmi ilə məşhur olan, Oskar laureatlı rejissor William Friedkin`in “Los Ancelesdə Yaşam-aq və Ölmək” (To

Live and Die in L.A), Michael Winterbottom`un “24 Saat Parti İnsanları” (24 Hour Party People), Barbet Schroeder`in Bukovskinin həyatından bəhs edən “Barfly”, Andrzej Wajda “Korczak” və s. filmlərində də rejissorlarla birgə işləyib.

Fuad Alqayev

“Nə vaxt ki, mən hər hansı bir filmdə işləməyi seçirəm, o zaman mənimçün əsas şey insanların hissləri olur. Çalışıram elə rejissorlarla işləyim ki, onlar tamaşaçıya təsir etmək və insanları film bitdikdən sonra belə uzun müddət onun haqqında danışmağa vadar etmək istəyir.”

Page 17: Film Fiction #15

filmfiction 15

17

HITCHCOCK VƏ “HITCHCOCK”

u dəfə sizə Alfred Hitchcock və Hitchcock filmi barədə söhbət açacağam. Həmidə Ömərova`nın Retro verilişi tərzində gi-

rişdən sonra qeyd edim ki, onu qısaca “Hitch” çağıra bilərsiniz, “cock” deməsəniz də olar.Rear Window, Vertigo, North by Northwest, The Birds kimi filmlərə imza atmış, 5 dəfə ən yaxşı rejissor nominasiyasında Oskara ancaq namizəd ola bilən Alfred Hitchcock`un “Psycho” filminin çəkiliş hekayəsini anladan Hitchcock filmi də

“ən yaxşı makiyaj və ən yaxşı saç stili” nominasi-yalarında namizəd olması ilə Akademiya Mükafat-ları yenə bizi güldürdü. Hitch 70-ə yaxın filminin 37-də, ‘cameo’ rollarda (çok qısa) göründü. Məsələn, “Psycho” filmində 7-ci dəqiqədə Marion Crane’nin ofisə girdiyi səhnədə pəncərə kənarındakı kovboy papaqlı adam olaraq görünür.Kino ilə bağlı “öz həyatımdan daha sıxıcı film izləmək istəmirəm” şəklində düşünən Hitch, Francois Truffaut ilə reportajında deyir: “ Deyək, bir qadınla kişi restoranda romantik bir axşam yeməyi yeyir və şirin söhbət edirlər. Masanın altında saatlı bomba var və bundan xəbərdar deyillər. Gərginlik, bax, budur. İzləyicinin, hər şeyi bilməyi lazımdır ki, duyğu tam ortaya çıxsın. Qeyri-müəyyənlikdən doğan gərginlik məqbul deyildir.” Slavoj Zizek də Hitchcock’u tərəddüdsüz ucaldır. Ona görə Hitchcock, pisliyi tanımağımıza yardım etmişdir. Axmaqlıq və cəhalətdən doğan zəifliyin cinayətə köməklik etdiyini göstərmişdir. Sacha Gervasi`nin sənədli film dadındakı filmi Stephen Rebello’nun “Alfred Hitchcock and the Making of Psycho” adlı kitabına əsaslanır. İlham

sıxıntısı çəkdiyi bir dövrdə Hitchcock, Rob-ert Bloch`un, öz anasını məzarından çıxartmış adamın hekayəsini ehtiva edən kitabı əsasında film çəkmək qərarına gəlir. Baş obrazı filmin ortasında öldürməklə izləyiciyə fərqli bir şey təqdim etmək arzusundadır. Amma tək istəyi daha çox pul qazanmaq olan Paramount şirkəti riskə getmək istəmir. “Həmişə eyni şeylər istəyirlər, Barney. Məni tabutun içinə qoydular, indi də qapağını mismarlayırlar” deyən Hitch, filmini özü maliyyələşdirmək qərarına gəlir. İsrarını isə həyat yoldaşı Alma`ya belə açıqlayır: “İllər əvvəl ilk başladığımızda necə əyləndiy-imizi xatırlayırsanmı? Pulumuz heç yox idi, elə deyilmi? Vaxtımız da yox idi, amma riskə gedər-dik, yadındadırmı? Yoxlayardıq, kino çəkməyin fərqli yollarını tapardıq. Çünki buna məcbur idik. Yenə o cür azadlıq istəyirəm.”Ssenarist Joseph Stefano`nun psixoloquyla danışdığı mövzulardan birinin də anası olduğunu öyrəndikdən sonra gözləri işıldayır Hitc`in. Çünki yeni filminin baş qəhrəmanı Ed Gein kimi, Hitch də hədsiz repressiv anasının əlindən çox çək-mişdir. Anthony Perkins`in filmlə bağlı verdiyi suallara, “Məndən soruşma. Mən küncdə kamerasıyla gizlənib izləyən bir adamam sadəcə. Kameram sənə gərçəyi göstərəcək, mütləq həqiqəti” deyərək nöqtəni qoyur.“Stomatoloqa getməkdən daha pis şey varsa bu dünyada, o da senzura qurumunun qarşısna çıxmaqdır” deyən Hitch, zəki inandırma qabili-yyəti ilə filmini qəbul etdirməyi bacarır.Bernard Herrmann`ın içürpədən musiqisi ilə qışqırıqlara və qəhqəhələrə dirijorluq edən Antony Hopkins`ə, əvvəlcədən bildiyimiz duş səhnəsi ilə bizi yenə qorxutmağı bacaran, aktyorlarına zülm verən rejissor göstərmək əvəzinə, zarafat zəki insanlara məxsus olduğu üçün onun zarafatcıl yönünü göstərən Sacha Gervasi`yə alqışlar...

Mary qışqırmağa başladı və duş pərdəsi sökülərkən qəssab bıçağı tutan bir əl göründü. Bu bıçaq bir dəqiqə sonra həm qadının qışqırığını, həm də başını kəsəcəkdi.

B

Page 18: Film Fiction #15
Page 19: Film Fiction #15

filmfiction 15

19

Çox sevdiyim yazar Murat Menteş ilk romanı hələ 10-15 səhifə ikən bir dostuna oxudur, dostu isə deyir: “Mənim belə şeylərdən başım çıxmaz,

amma sonu mənim üçün çox maraqlıdır.” Bu söz həyatımda eşitdiyim ən həvəsləndirici, şövq verən, rahatladan, təbəssüm etdirən söz idi. Yaradıcı bir işlə məşğul olarkən ən çox buna ehti-yac duyur insan, bilirəm. Bunun bənzərini Hitchcock filmində Hitch`in ömür boyu bir yastığa baş qoyduğu Alma`sı səsləndirir. -Bu film müvəffəq olmazsa, şərəfqırıcı və alçaldıcı bir zaman bizi gözləyir, Alma,-Möhtəşəm olacaq. -Əminsənmi? -Film barədə zərrə qədər deyil, amma səndən

zərrə qədər şübhəm yoxdur. “Yaşamağa uyğun bir insan deyilsən, amma heç kəs bir filmə sənin qədər qurğu verə

bilməz”, deyən Alma`ya, Hitch “səndən başqa” cavabı verir. Üstə-lik Alma çəkdiyi bütün filmlərə fikrini bildirir, “Psycho”nun satış bələdçisi-ni səsləndirən Hitch`in aktyor-luğunu yönləndirir, setə girib filmin çəkilişini bitirir, ilham verir, ideya inkişaf etdirməsinə, cast qurmağına kömək edir, ssenari düzəlişlərini edir,

tənqid yaxşıdırsa onunla qey edir, pisdirsə onunla ağlayır. Və ən əsası ona inanır... -Bilirsənmi, Alma, heç vaxt sənin qədər gözəl Hitchcock sarışını tapa bilməyəcəyəm. -Bunu söyləməni otuz ildir gözləyirəm. -Bax, buna görə də mənə triller filmlərin ustası deyirlər. Qissədən hissə: Bir film çəkəcəksinizsə, kameraya və ən azı bir Alma`ya ehtiyacınız olacaq.

Nurlan Həsənli

Page 20: Film Fiction #15

20

filmfiction 15

KVENTIN TARANTINO “CANQO” FILMINI ANLADIR Tarantino ilə müsahibəUzun zamandır Western filmi çəkməyi düşünürdünüz və sonunda çəkdiniz. Xəyallar gərçək olur ? Həmişə Western filmi çəkmək istəmişəm. Mənim üçün film çəkmək xəyalların reallaşması deməkdir. Onsuz da janrı əhəmiyyətli deyil. “Rezervuar İtləri” (Reservoir Dogs) filmini çəkərkən ‘qanqster filmi’ çəkmək də xəyalların reallaşması idi. Dəyişik janrlarda film çəkməyi sevirəm; döyüş filmi, qanqsterlər, döyüş sənətləri və indi də Western. Western filmlərini hər vaxt sevmişəm və bir çox filmimdə buna nümunə görə bilərsiniz. “Kill Bill: Vol. 2” və “Şərəfsiz alçaqlar” filmlərində bu təsiri saxladıqdan sonra tam mənasıyla bir kovboy filmi çəkmək çox gözəldir. Əslində tam bir Western filmi deyil, Cənub da keçir. Bir az dəyişdirdim.Və Alman bir kovboy var..?Bəli, amma maraqlı olan ilk Djangonu italyan Franco Nero canlandırdı. Sonra Terence Hillin “Django, Prepare a Coffin” adlı filmi vardı. Digər 29 Django filminin isə “Django” ilə heç bir əlaqəsi yox idi. Bəzilərində Django adında bir xarakter belə yox idi. Məncə, bizimkisi rəsmi olmayan Django’lar yanında çox uyğun qalır. Eyni zamanda Azad bir kölə olması çox havalı, dişli və mükafat ovçusu; Alman isə ayrı bir hadisə! (Gülür)

Jamie Foxxu necə seçdiniz? Onunla görüşdük və mükəmməl idi. Hekayəni, ssenarini

və tarixi əhəmiyyətini dərhal anladı. Mənim üçün oynadı, özü üçün oynadı, kino üçün oynadı, amma əsl əhəmi-yyətlisi ataları üçün oynadı. Atalarının edə bilmədiyi şeyləri etmə fürsəti tapdı. Bu onun üçün əhəmiyyətli bir film idi. Eyni zamanda bütün insanlar və ameri-kalılar üçün. O bunu anladı. Mükəmməl bir oyunçu və xarakteri çox yaxşı canlandırdı. Eyni zamanda bir

kovboy. Onunla ilk tanış olduğumda 60l’arda Western filmlərində baş rol oyunçusu olaraq zənciləri seçdikləri-

ni xəyal etdim. Jamies’i öz tv şousunda xəyal edə bilirəm. Atın üzərində gözəl dayanır və kovboy paltarları da ona yaraşır. Leonardo DiCaprio kölə taciri olaraq dəyişik bir seçim oldu. Niyə onu seçdiniz?Açıqcası, o, ssenariylə maraqlandığını söylədi. Bu xarakter üçün çox spesifik olmamağa qərar vermişdim, çox da detal vermək istəmədim ki, şərhlərə açıq olsun. Amma başımda daha yaşlı bir aktyor vardı. Leo ssenarini oxuyub, bəyəndi. Bir yerə gəlib danışmağa başladıq. Bu sırada bu xarakteri Caligu-la, gənc imperator olaraq

Page 21: Film Fiction #15

filmfiction 15

21

şəkilləndirmənin nə qədər asan olacağı ağılıma gəldi. Babasının atası pam-bıq işinə girmiş; babası zamanında işi götürüb qazanclı hala gətirmiş, atası daha da böyütmüşdür. 4-cü nəsil Candie olaraq pambıq işini götürmə sırası gəlmiş və bundan sıxılmışdır. Pambıq vecinə deyil. Buna görə Mandingo döyüşləri ilə maraqlanır. Xasiyyətsiz bir şahzadə. Ver-saillesin XIV Luisi. Mükəmməl bir nizam qurulmuşdur. Bu qədər böyük bir planta-siya sahəsində ağ işçiləri işlədib, zənciləri kölə olaraq istifadə etsən, öz bölgənin kralı olarsan. Böyük ev sənin sarayın, insanlar da kölələrin olarlar. Həqiqətən bir kralın gücünə sahib olarsan. Kral XIV Luisin Cənubdakı versiyasını yaratmağa çalışdıq. Candie Land 65 mil uzunluğunda bağlı bir krallıq kimi. İnsanları mühakimə edə bilər, ya da istədiyini edə bilər.Jackie Browndan sonra bu “Zəncirsiz” filmi də irqçi məsələlərə toxunur. Bu tərz məsələlərə toxunarkən tərəddüd etdinizmi? Heç tərəddüd etmədim. Hər vaxt bir neçə adamın söz edəcəyini bilirdim, amma sonra unudulacaq və film danışılacaq. Mən kimsənin söyləyə biləcəyi bir şeyə görə bir işi buraxmıram. Yəni xeyr, məni narahat etmir. Nə vaxt biri bu mövzu haqqında danışsa, “Bəli, haqlısan, amma eyni zamanda çox gözəl bir Western fil-mi” deyə cavab verirəm. “Zəncirsiz” əvvəlki digər filmlərin-izə görə bir neçə xarakterə daha çox fokuslanılır. Dahamı fərqli bir təmələ oturur? Xeyr, bu tamamilə “epik” bir hadisə. Spaghetti Westerni filmləri istismar edilməsi olaraq görmürəm. Məncə, ən az Amerika westerni qədər həqiqidir. Hətta bu tərzi bir az daha çox sevdiyimi söyləyə bilərəm. Kimsəni istismar etməməyə çalışıram. Onsuz da əlimdəki bütün me-tariallar istismar edilib. Kimsənin filmdə-ki qadını, ya da köləni istismar etdiyimi düşünməsini istəmirəm; əksinə onların istismar edilməsini göstərirəm. Mən onları istismar etmirəm, yalnız istismar edilmələrinə şahid oluram.

Page 22: Film Fiction #15
Page 23: Film Fiction #15

filmfiction 15

23

Foxx ilə müsahibəQuentin Tarantinonun kovboyu olmaq necə bir hissdir?Möhtəşəm, bu, həyatımda oxuduğum ən cəsur ssenarilərdən biri və bir qul rolunu ala bilmək, “Gladiator” kimi, qulun intiqamını alıb qadınını geri almağa çalışdığı.. Daha əvvəl quldarlığı qəbul edən bir Qərb filmi görmədiniz. Bu, quldarlığın olduğu bir qərb filmi, bir eşq filmi, bu çox fərqli bir şeydir. Bunu sadəcə Quentin edə bilərdi. Bu ikonikdir. Və bizim gerçək Django (Franco Nero) ilə tanış olmaq və onunla birlikdə bir səhnə çəkmək şansımız oldu. Bəlkə də bunu deməməli-ydim!Quentin Tarantinonun cəsarəti haradan gəlir?Cəsarətli olmaq, sənətçi olmaq və müvəffəqiyyətli olmaq, bunların hamısına sahib olmaq lazımdır. Əminəm ki, bir çox, sənət işi görmək bacarığına sahib olmayan insan vardır. Quentin’in özü on-suz da sənətdir. İnternetdəki film reytinqlərinə baxsanız və kimin ən çox axtarıldığına, Quentin Tarantino bir çox böyük aktyordan öndə gəlir. O, bir mənada qapıları açıb, bu mövzunu əhəmiyyət-li etmək haqqını aldı.Onun bu filmi çəkmək tərzi təsirlidir. Elə buna görə də o Quentin Tarantino’dur. Mən şanslı idim, Oliver Stone, Michael Mann, Taylor Hackford, Sam Mendes, Bill Condon, Antoine Fuqua ilə işlədim. Ən yaxşılarından bəziləri ilə birlikdə işlədim və Quentin də onlardan biridir.Bütün kişilər bir kovboy olmaq istəməzmi?Bəli, hər kəs bunu etmək istəyir. (Silahını çəkir) Nə dediyimi anlayırsan deyilmi? Uşaqlığım Tex-as’da keçdi və oyuncaq silahlarım vardı. 4 ya da 5 il əvvəl ad günümdə bir at aldım, filmdə öz atımı çapırdım. Adı Cheetah. Texas’da Bonan-za’nı izləyərək böyüdüm və bütün bu mükəmməl şoular, oyuncaq silahlarla oynamaq ... İndi sırası gəldiyində bu özbaşına olur. Kimsənin mənə öyrətməsinə ehtiyac yoxdur.Bir kovboy olmaq üçün öyrənəcəyin bir şey varmı?Təbii ki, bəzi şeylər var idi. Məsələn, bir atla işləməyi öyrənmək kimi. Səhv edə bilməzsən. Bu köhnə yəhərlərə oturmağa alışmaq lazım-dır. Mənim yeni yəhərimdə məxmər və xəz var, oturanda olduqca rahatdır, amma buradakı şey qətiliklə qorxuncdur. Onsuz da bir də kovboy yerişini öyrənməyim lazımdır.Çəkilişdən sonra geyimlərini özünlə götürürsən?Təbii ki, bir də başqa kimin bilirsənmi, Chris-toph’unkiləri. Gördünmü, bilmirəm, amma o

paltarlar həqiqətən mükəmməldir.Onunla işləmək necə idi?Butch və Sundance kimi, fərqli obrazlarda. O da çox cəsurdur. Əslində hər kəs elədir... Aktyorlara baxırsan Samuel L. Jackson, Leonardo DiCaprio, Don Johnson, Kerry Vaşinqton var ... Bu da işin fərqli bir istiqaməti; həqiqətən möhtəşəmdir.Belə güclü bir obraz oynamaq sənə də güc ver-irmi?Bu, həqiqətən möhtəşəm idi! Bu adam etdikləri-nin başqa insanlar üçün nə mənanı verdiyinin həqiqətən fərqində deyil. Xüsusilə 9-dan 5-ə qədər işləyən, yaşlı qara adam gəlib də “Zəncirsiz” filmini görmək şansı olsa mesaj yerinə gedəcək. Çünki o adamlar köləliyi bilirlər. Bir köləni “köləliyi həll edəcəyəm” deyərkən deyil, “Gedib istədiyim qadını geri alacağam” deyərkən görmək tam fərqli bir şeydir. Köləliyi nə qədər bilirsiniz bilmirəm, amma Afrika mənşəli bütün ameri-kalılar zəruri evliliklərdən gəlirlər. Bir qadının ən böyük məsuliyyəti daha güclü kölələr dünyaya gətirməkdir. Bir kölə sevdiyi biriylə evlənməyə qərar versə, sürünmək və gizlənmək məcburi-yyətindədir, əgər tutulsa həyatını itirə bilər və uşaqları da öldürülər. Django üçün qadınına açıq olmaq çox böyük bir hadisə idi. Qadınlar bunu gördüklərində belə deyəcəklər “Vay, bir adamın yaşıl pencəyi və silahıyla cəhənnəmdən gələrək, məni qurtarmasını istəyirəm!”« Zəncirsiz » filmi insanlar üçün işıqlandırıcı olacaqmı?Bu işıqlandırıcı və eyni zamanda əyləndirici olacaq. Hər ikisinə də sahibdir. Quentinin yazdığı bəzi şeylər var – frenoloji və kəllə işləri haqqında, dini komponentlərin necə işığa çıxdığı; məsələn, Tanrı kölələr olduğunu və bunların qara olacağını söyləyərkən və s. Həqiqətən bəzi maraqlı şeylər var. Sən bu anda etməyin lazım olan bir çox repor-taj olduğunu düşünürsən, film nümayişə çıxdığın-da və insanlar seyr etdiyində eyni hisslə dolu olan bir çox insan olacaq.

Müsahibəni götürdü: Joe Utichi

Ayşə Eleanor

Page 24: Film Fiction #15

24

filmfiction 15

ROSETTA“Sənin adın Rosettadır. Mənim adım Rosettadır. Sənin bir işin var. Mənim bir işim var. Sənin bir dostun var. Mənim bir dostum var. Sənin normal həyatın var. Mənim normal həyatım var. Sən boşluğa düşməyəcəksən. Mən boşluğa düşməyəcəyəm. Gecən xeyrə qalsın. Gecən xeyrə qalsın”

ir insanı öz-özü ilə yuxarıdakı dialoqu qurmağa nə vadar edə bilərdi? Bir mühər-rik təsəvvür edin. Bütün hissələrinin eyni

anda işləməsi vacib olan bir mühərrik. Rosetta da o hissələrdən biridir, lakin ən kənarda olan-

lardan. Ən primitiv bir hissə. Çıxarılması və dəyişdirilməsi çox asan olanlardan. Məhz buna görə də Rosetta’nın yaşaya bilməsi və həyatda öz ayaqları üzərində qalaraq mübarizə aparması üçün istəyi çox sadədir. Yalnızca davamlı bir işə sahib olmaq. Çox böyük bir şey istəmirdi. İşinin, dostlarının olmasını istəyirdi Rosetta. Normal olmaq istəyirdi Rosetta. Bu istək isə bu gənc qız üçün Belçikda belə əlçatmaz bir şeyə çevrilmək-dədir. Məhz bu vəziyyət Rosetta’nı öz-özü ilə qeyd etdiyimiz dialoqu qurmağa vadar etmişdi. Filmin ilk səhnəsində bir məcburiyyət əsasında iş sahib-inin Rosetta’ya işdən azad olunması barəsində məlumat verməsini görürük. Dediyimiz kimi, Ro-setta kənara yerləşdirilmiş primitiv bir mühərrik parçasıdır. İndi dayanıb, işləmir. Bu həm də onun ətrafdan təcrid olunmasına gətirib çıxarır. Film həm də cəmiyyətdən təcrid olunmuş bir qızın hekayəsindən danışır. Şəhərdən kənarda bir kara-van kampında yaşayır Rosetta. Alkaqolik anası ilə birlikdə. Bir az içki müqabilində başqaları ilə yata biləcək anası ilə. O, həm işləməli, həm də anasına baxmalıdır. Amma o indi işləmir. Bu kənar prim-itiv mühərrik hissəsini asanlıqla dəyişə bilərlər. Bu, an məsələsidir. Bir az tələsməlidir Rosetta. Bir oğlanla (Riquet) tanış olur. Daha doğrusu, Riquet tanış olmaq üçün cəhdlər edir.

Kommersiya filmlərindən biri olsa idi, burada olduqca səmimi təsir bağışlayan Riquet’lə çətin vəziyyətdə qalan Rosetta arasında sevgi yarana bilərdi. Lakin Dardanne qardaşları həyatın çox aydın olan, amma görmək istəmədiyimiz üzünü

bizə göstərmək üçün olduqca qərarlıdır-lar. Riquet’in bu cəhdləri heç bir nəticə vemir. Ro-setta bunu ciddiyə almır. Ala da bilməz. Film bizə inadla – ac olan insan aşiq ola bilməz – deyə bağırır. Maslow’un ehtiyaclar iyerarxi-

yası nəzəriyyəsindən bildiyimiz kimi, insan ehti-yaclarının ilk pilləsində məhz qida, su kimi fiziki ehtiyaclar dayanır. Bu ehtiyaclar ödəniləmədən ehtiyacların digər pilləsinə keçmək qeyri-müm-kündür. Rosetta hələ sevə bilməz. Bir səhnədə isə Rosetta’ya göldə balıq tutmağa kömək etmək istəyərkən Riquetin gölə düşməsini görürük. Göldən təkbaşına çıxmaq çox çətindir, çünki bataqlıqdır. Bu bataqlıq həm də Rosetta’nın mövcud vəziyyətini simvolizə edir. Rosetta’nın yaşadığı həyat gün keçdikcə onu öz içinə daha çox çəkir. Bundan qurtulması çox çətindir. Rosetta dilemma yaşayır. “Dostuna” kömək etsin ya yox? ? Çünki mühərrikin bu primitiv kənar hissəsi uzun müddətdir ki, işləmir. Bu hissənin dəyişdir-ilməsi an məsələsidir. Rosetta tələsməlidir. Oğlan boğulsa Rosetta işdə onun yerinə keçə bilər. Nəticədə uzun müddətdir ki xəyalını qurduğu, əldə etmək üçün mübarizə apardığı şeyə - bir işə sahib ola bilər. Buna baxmayaraq, Rosetta “dost”unun sudan çıxmasına yardım edir. Lakin təəssüf ki, məşhur “Velosiped Oğruları” filmində gördüyümüz kimi, burada da yoxsul insanlar həyatda qalmaq üçün bir-birindən hər zaman bir şeylər oğurlamaq məcburiyyətindədirlər. Ro-setta fərqli bir yolla olsa da “dostunun” işini ələ keçirməyi bacarır. Bir həqiqət də var ki, ac olan

B

Page 25: Film Fiction #15
Page 26: Film Fiction #15

26

filmfiction 15bir insanla dinlərin, kapitalist ideologiyasının bizə sırımağa çalışdığı saxta yaxşılıq, başqalarını düşünmək kimi əxlaq hekayələrini müqayisə etmək absurddur. Rosetta hələ yaxşı insan ola bilməz. Mühərrikin bu primitiv kənar parçası indi işləyir. Həyatda qalmağı bir müddətlik də olsa təmin etməyi bacardı. Lakin bir müddət sonra digərləri ilə arasında daha böyük uçurum yaranır. Hər gün daha da genişlənir. İşlədiyi və işləmədiyi bu zaman aralığında baş verənlər onu tükətdi. Rosetta çox məyusdur. Artıq digərləri ilə ayaqlaşa bilmir. Yorğundur. Həm də ruhsal olaraq bitkindir. Mühərrikin kənara yerləşdirilmiş bu primi-tiv parçasının bu dəfə məhz özünün tamamilə sıradan çıxması an məsələsidir. Rosetta təslim olmağa, gələcəyə dair heç nə vəd etməyən bu yarışdan çəkilməyə tam hazırdır. Son səhnələrin birində “evə” gələn Rosetta qaz balonunu açaraq intihara cəhd edir. Lakin həyat özünün son zara-

fatını Rosetta’dan əsirgəmir, balonda qaz qısa müddət sonra bitir. Mühərrikin kənara yerləşdi-rilmiş bu parçası oradan təmənnasız belə ayrıla bilməzmiş. Təəssüf ki, normallığı pul ilə aldığımız bir dünyada ölmək üçün belə pul verməli insan. Rosetta yeni bir qaz balonu almaq üçün yaxınlıq-dakı anbara yollanır... Minimalist kinonun əsas nümayəndələrindən olan Dardanne qardaşlarının bu filmi bir çox nailiyyətlər əldə etdi. Bunlara Kann film festi-valında “Qızıl Palma” və Émilie Dequenne’nın bu filmdəki roluna görə ən yaxşı aktrisa mükafatı da daxildir. Lakin fikrimcə, filmin ən böyük nailiyyə-ti Belçika hökumətinin gənclər üçün sosial yardım barəsində qəbul etdiyi “Rosetta qanunu” oldu.

Kənan İsaxanlı

Page 27: Film Fiction #15

TO THE WONDER

Baxmayaraq ki, 40 ildən çoxdur rejis-sorluq edir, amma

cəmi 5 film çəkib. Özünəqapalı insandır... Müsahibələrdən, festivallardan və sadə dillə desək, insanlardan qaçır. Adı Tarkovs-ki və Kubriklə birgə çəkilir. Onun kino dili mürəkkəbdir. Fəlsəfəsi dərindir. Gec həzm olunur, gec anlaşılır (bəzən heç anlaşılmır da), amma insanların düşüncəsində iz bu-raxa bilir. Bu da təsafüfi deyil. Çünki o, öz filmlərinə böyük həssaslıqla yanaşır. Re-jissorun ilk iki filmi dünya kinematoqrafi-yasının qızıl fonduna daxil edilib. “Nazik qırmızı xətt” filmi bütün zamanların ən yaxşı müharibə filmləri arasında ən yüksək pillələrin birindədir. “Həyat ağacı” filminin layihəsi 70-ci illərin sonunda meydana gəlsə də, rəsmən 2006-cı ildə təsdiq olundu. Və 5 il sonra nəhayət ki, film təqdim olun-du. Həmin ilki Kann Film Festivalında rejis-sorun bu əsəri ən yüksək mükafata – “Qızıl Palma Budağı”na layiq görüldü. Bu filmdə mümkün olan reallıqların hər biri var. Böyük partlayışdan tutmuş, cənnət cəhən-nəmə qədər. Doğuluşdan ölümə qədər. Ölüm Maliki baxışında bir sonsuzluqdur. Onun “Həyat ağacı” ölümsüz bir əsərdir. Hüqonun “Səfillər”i qədər dəyərlidir. Onun obrazları, verdiyi tərbiyə, formalaşma cəhdləri, inanclarla doğrular arasında apardığı zərif paralellər sadəcə mükəm-məldir. Onun filmlərini təhlil edən kinotən-qidçilər iki yerə bölünür. Birincilər – Roger Ebert, Riçard Korpiss Maliki filmlərinə hey-

ranlıqlarını gizlətmir, onun kino anlayışını, dilini yüksək qiymətləndirirlər. Digərləri,

yəni ikincilər – Cim Hoperman, Andrey Plaxov, Conatan Rosenbaum isə rejissorun aşırı pafosundan şikayətlənir, onun film-lərinin (xüsusən son 2 film) “discovery” televiziyasının sənədli filmlərindən fərqlən-mədiyini düşünürlər.

Möcüzəyə...Bəlkə də bu film üçün düşünülmüş ən ideal addır. Film doğrudan çox darıxdırıcıdır, çox uzundur, insan bəzən bu sonsuzluqdan qurtulmaq istəyir, pauza verib düşün-mək istəyir. Amma nə düşünmək? Film anlamsızdır. Rejissor bir kişi və bir qadın-dan, kəsik montaj, mükəmməl və dinamik kadrlardan, səssizlik və fondan hərdən-bir eşidilən poetik cümlələrdən başqa tamaşaçıya heç nə təqdim etmir. İki seçim qoyur. Çox sadə iki seçim: ya sona qədər izlə, ya da izləmə. Və sən izləyirsən. Bəlkə də rejissorun adından xoflandığın, bəlkə də bu seçimə gəlməzdən öncə sərf etdiyin vaxta heyfin gəldiyi üçün. Filmdəki sükut pozulmur. Filmin pik nöqtəsi yoxdur. Film-də gözlədiyin, axtardığın heç nə yoxdur. Film bitir. Sən peşmansan. Söyürsən Malik-ini bu axmaq filmə, ona sərf etdiyin 2 saata görə. Sən bu düşüncədə bəlkə də ömrünün sonuna qədər qalacaqsan. Daha onun filmlərinə baxmayacaqsan, adı gələndə izlədiyin sonuncu filmini “zibil” adlandıra-caqsan. Amma heç düşünmüsən?

“Nə anlaşılmazdırsa, o, möcüzədir”... (A.P. Çexov)B

Page 28: Film Fiction #15

40 illik rejissorluğa 5 film sığdıran, hər filminin üzərində zərgər dəqiqliyi ilə işləyən, mükəmməllik anlayışına ən çox yaxınlaşanlardan biri olan bir rejissor necə bu qədər “zibil” film çəkə bilər? Düşünmüsən ki, istəklərindən aşağı gördüyün film, bəlkə də istəkləri üstələyir? Rejissor bizi “Möcüzəyə” yax-ınlaşdırır bu filmi ilə. Sadəcə bəzilərimiz bunu görməyə hazır deyil. Malikinin film fəlsəfəsinin başında duran an-layışlardan biri – “Tanrının siması, bizdən üz çevirəndə və əlimizdən nəsə alanda görünür”. Möcüzəyə yanaşmaq da bundan doğur. İnsan darıxır... Seçim qarşısında qalır. Bir qadın (Olqa Kuri-lenko) və onun kiçik qızı var. Bir kişi var (Ben Afflek). Qadını sevir, qızını sevir. Hər şey əladır. Film bitə bilər. Amma darıxmaq da var filmdə. İnsanın Tanrı ilə mübarizəsi var. Və bu heç də təkcə müqəddəs ata obrazında təsvir olun-mur. Qəhrəmanların hər biri çox tən-hadır. Çox qərarsızdır. Çox yorğundur. Və onların hər biri möcüzə gözləyir. Hətta tələb edir. Onlar ilk baxışdan ax-maq kimi görünə bilərlər. Və tamaşaçı da bu axmaq obrazların nə istədiyini tapmaq istəyir film boyu. Bu isə rejis-sorun ideyasına aid ola bilməz. Onun qəhrəmanları həqiqəti, sevgini dərk etmiş insanlardır. Və indi bu həqiqətdə, sevgidə darıxırlar. Çünki xoşbəxt dey-illər. Volfqanq Göteyə görə, “Xoşbəxt insan möcüzəyə inanmır”. “Möcüzəyə” filminin traktovkası da bu fikir üzərində qurulub. “Bir çox filmlər bizi kiçildir. Onlar bizə ilham verir, hisslərimizi döyəcləyir, kəskin hisslərlə bizi sınağa çəkir, həyatın dəyərini azaldır. Bəzi filmlər insanda həyat təcrübəsinə təəc-cüb hissi oyadırlar və mən hesab edirəm ki, belə filmlər bir növ duadır. Kiməsə və ya nəyəsə ünvanlanmış dua yox, hər şey və hər kəs haqqında olan dua. Mən inanıram ki, nə isə diləyən duanın heç bir mənası yoxdur. Nə olacaqsa, ola-caq. Mən dənizin sahilində və ya ağacın

altında dayanarkən, gül iyləyərkən, kimisə sevərkən, ya da nə isə yaxşı bir şey edərkən edilən duaya dəyər verirəm. Bu dualar mövcudluğa dəyər verir və onu mənasız təkrarçılıqdan azad edir.” (“Ölməzdən Öncə İzləməli Olduğunuz 111 film” kitabı, Roger Ebertin “Həyat Ağacı” filminə aid yazdığı resenzi-yadan). “Möcüzəyə” də bu baxımdan “Həyat Ağacı”nın davamı kimi görünə bilər. Bu dəfə rejissor bizi hissləri daha dərin anlamağa dəvət edir. Filmdə qəhrəmanlar darıxır, film darıxdırır və biz də darıxırıq. Bəlkə də Maliki bizə güzgü tutur. Həyatımızı göstərir. Nələrə sahib olaraq xoşbəxt olmadığımızı, nələri itirdiyimizi, nələr hiss etdiyimizi, nələr düşündüyümüzü görürük. Amma həyatda olduğu kimi izlədiyimiz bu film də bizi dəyişmir. Uzaqbaşı yaxamızdan tutub silkələyə bilir. Bir müddət təsiri alltında saxlaya bilir. Amma Nil Ceyn və Marina arasındakı, müqəddəs ata Kuin-tana Tanrı ilə şübhə arasındakı seçim qarşısında vicdanının səsini dinlədiyi kimi, bizlər də çox zaman vicdanımızın səsinə qulaq asıb tənhalaşmağa üstünlük veririk. İnsan vicdanı onu möcüzədən qoparır. Əvəzinə isə rahat-lıq bəxş edir. Filmin fonunda kimlərsə danışır. Onların müraciəti də naməlum-dur. Bütün bu sözlər, şikayətlər, eti-raflar kimə ünvanlanır? Digər obra-zlara, tamaşaçıya, ya Tanrıya? Və musiqi ilə gözəl kompozisiya yaradan kamera... Kamera rəqs edir. Və çox zaman günəşin şəfəqləri ilə toqquşur, bədəndə, hərəkətlərdə gəzir. Kameranın hərəkətləri kinomatoqrafiyada müxtə-lif cür qəbul olunur. Rejissor hadisələri öz gözündən çatdırır, ya obrazlarının. Malikinin filmlərində kamera nə rejisso-run gözüdür, nə də obrazlarının... Bəlkə Tanrının gözüdür?

Şahin Xəlil

Page 29: Film Fiction #15

filmfiction 15

29

UN COEUR EN HIVER (BUZDAN QƏLB)

lə filmlər vardır ki, anlatdığı çox sadədir, həm də bir o qədər mürəkkəb. Sadədir, ona görə ki, filmdə toxunulan mövzu

bəziləri üçün çox yaddır. Adidir. Mənasızdır. Maraqsızdır. Anlaşılmayandır. Yaşanmamışdır. Yaşanmayacaqdır. Digər tərəfdən çox mürək-kəbdir. Çünki insan yaşamadığı bir şeyi təsvir edə bilməz. Ona görə də yaşanmışdır. Bilinəndir. Anlaşılandır. Claude Sautet’in “Buzdan qəlb” filmi də belələrindəndir. Film müxtəlif ədəbiyyat və kino nümunələrində dəfələrlə qarşılaşdığımız məhəbbət üçbucağı haqqındadır. Amma bir çox filmdən fərqli olaraq, bu film sevgini həll vasitəsi kimi yox, daha çox problem olaraq görür. Filmdə sevgi heç də xoşbəxt sonluq vəd etmir. Həm də bu filmdə hadisədən daha çox hisslərin təsviri öz əksini tapmışdır. Açılış səhnəsində arxa fonda Maurice Ravel’in musiqisi ilə əsas qəhrəmanımız, skripka ustası Stephan’ı görürük. O, skripkanın üzərindəki taxta parçasını qaldırarkən biz skrip-kanın içinin nə dərəcədə boş olduğunu görürük. İlk baxışdan Stephan’ın özü kimi. Stephan’ın özü və dostu Maxime haqqında məlumat veməsi ilə başlayır film. Onun sonradan dediklərinə inansaq, əslində onlar dostdan daha çox bir yerdə old-uqları bir neçə ilin hesabına aralarında ünsiyyət qurmaq üçün sözə ehtiyac duymayan, yalnızca iş ortağı, işçi və sahibkar və yaxud da bir-birini yal-nızca mənfəət birləşdirən iki müstəqil insandırlar. Stephan antik və yeni skripka təmiri ilə məşğul olarkən, Maxime daha çox işin müştəri tapmaq, skripkaları satmaq kimi tərəfləri ilə maraqlanır. Stephan nə qədər özünə qapalı, soyuqqanlı isə, Maxime də bir o qədər onun əksidir. Stephan və Maxime kənardan bir-birini tamamlayan iki insan kimi də başa düşülə bilərdi. Sonradan Maxime’in Camille ilə münasibət qurması və onu Stephan ilə tanış etməsi bu iki “dost” arasındakı vəziyyəti dəyişdirəcəkdir. Camille istedadlı və perspektiv vəd edən bir skripkaçıdır. Gənc Camille Stephana vurulur və gün keçdikcə ona daha da bağlanır. Ona görə Maxime’dən ayrılmağa hazırdır. Amma işlər onun planladığı kimi getmir və ya gedə bilməz. Çünki Stephan, demək olar ki, qapalı

bir qutudur. Stephan’ı anlamaq Camille üçün o qədər də asan olmayacaq... Qadın və musiqi. Bu iki məfhum Stephan’ın dünyasında eyni rolu oynayır. Stephan’ın bu iki məfhuma qarşı münasi-bəti eynidir. Musiqi. Belə ki, filmdə onun dilindən konservatoriyaya yazıldığını, sonra oradan ayrıldığını eşidirik. Buna səbəb kimi bacarığının olmamasını, içində musiqiyə qarşı istədiyi alovu görməməsini, özünü yarımçıq hiss etməsini göstərir. Lakin Stephan özü ilə musiqi arasında olan bağı tamamilə qoparmamışdır. Stephan musiqiyə olan bu qəribə sevgisini yalnızca kənar-dan dinləmək və musiqi alətləri, skripka təmir etməklə yaşadırdı. Buna baxmayaraq kənardan o, mövcud vəziyyətindən, işindən məmnun və xoşbəxt görünürdü. Bunu dəqiq bilmirik... Qadın. Az öncə qeyd etdiyimiz kimi, Stephan’ın musiqiyə qarşı bəslədiyi bu qəribə sevgi gördüyümüz qədər qadınlar üçün də keçərlidir. Stephan’ın da filmdə Camille’ye qarşı müəyyən hisslər bəslədiyi son səhnələrdə aydın bilinir. O da Camille’ni sevirdi. Lakin o, Camille’ye sahib olmaqdan daha çox, ona platonik sevgi tərzində bağlanmağı üstün sayırdı. Bəs buna səbəb nə idi? Cəsarətsizlikdənmi, qorxaqlıqdanmı, ya da əvvəl yaşanmış olan uğur-suz təcrübənin təkrarlanacağındanmı çəkinirdi Stephan, onu tam olaraq deyə bilmərik. Amma bir səhnədə Stephan Camille ilə kafedə olarkən onların arxasında əyləşən cütlüyün mübahisəsini görürük. Qadın qarşısındakı kişiyə qarşı heç də etik olmayan ifadələr deyir. Stephan da Camille’ye onların gələcəyindən narahat olduğunu bildi-rir. Lakin az bir müddət sonra tərəflər asanlıqla münasibətlərini düzəldə bilirlər. Stephan elə bunu anlaya bilmirdi və ya qəbul edə bilmirdi. İki insanın bir birinə qarşı adi bir şey kimi belə ifadələr işlətməsi və sonra asanlıqla qısa bir zaman kəsimində barışa bilməsini. Stephan üçün bu zaman kəsiminin müddəti və ya o zaman kəsimində nələrin baş verməsi heç də önəmli deyildi. On dəqiqə və ya on il, heç bir fərqi yox idi. Stephan özünü bu cütlükdəki tərəflərin heç birinin yerinə qoya bilməzdi.

E

Page 30: Film Fiction #15
Page 31: Film Fiction #15

filmfiction 15

31

Əsas olan, onun anlaya bilmədiyi insanların bu qədər şeydən sonra asanlıqla hər şeyi unutması idi. Geri addım atması idi. İnsan bu sözlərdən və ya belə münasibətdən sonra necə eyni qala bilərdi axı? Stephan qala bilməzdi. Onun üçün belə vəziyyətin geri dönüşü imkansız idi. Stephan bəlkə də məhz buna görə Camille’yə sahib olmaq istəmirdi. Bir qadına bəslədiyi duyğular onun özü üçün pak idi, müqəddəs idi. Bu elə hisslərdəndir ki, ona həyat versən, o asanlıqla kirlənə, öz paklığını itirə bilərdi. Stephan özlüyündə əmin idi ki, əgər Camille ilə münasibətləri böyüyərsə, indi fikirləşdiyi kimi qal-mayacaq. Stephan saf hisslərinin nə vaxtsa yox olması ehtimalını qəbul edə bilmirdi. Cəsarətsizliy-inin səbəbi bəlkə də bu idi. Bu ehtimal Stephan’ı qorxurdu. Qorxurdu ki, Camille də nə vaxtsa dəyişə

bilər. O məyus ola bilərdi. Bəlkə indi də məyusdur. Bunu dəqiq bilmirik. Bildiyimiz isə son səhnədə gördüyümüz ilə məhdudlaşır. Maxime, Camille və Stephan kafedə bir yerdədirlər. Stephan Camille’dən onun haralarda çıxış edəcəyini soruşur. Sonra Maxime və Camille Stephan ilə sağollaşıb oranı tərk edirlər. Stephan isə orada yalnız oturub, qəhvəsini yavaş-yavaş içərək sakitcə onların gedişini izləyir. O, həyatda tamaşaçı qismində iştirak edirdi. Bu yaşamamağa bərabər idi. Bəlkə də onun üçün “yaşamaq” ilə ”yaşam-

amaq” arasında bir uçurum yox idi. O bunu normal qəbul edirdi. Nəticədə hər ikisinin sonluğu eyni idi. Hər iki sonluqda Stephan məy-us olacaqdı. O yaşamış olduğu, qismən əmin olduğu sonluğu seçdi. Bu “yaşamamaq” idi. Heç kimə bir zərəri yox idi. Etdiyi yalnızca özünə idi. Özünü məhv edirdi bəlkə də. Amma başqaları üçün problem olmamalıdır bu. Bəzi insanlar məhz bunun üçün gəliblər dünyaya. Hər zaman nəyisə

gözləyirlər. Doğru zamanımı, doğru məkanımı, doğru insanımı? Bunun cavabını heç kim bilmir. Özləri də. Çox güman gələcəkdə Camille’nin konsertlərinə gedəcək Stephan, ən azı bir müddət də belə yaşay-acaq...

Kənan İsaxanlı

Page 32: Film Fiction #15

Jurnalın 15-ci sayı məşhur aktrisa Sofi Lorenə həsr olunub. Bu sayda jurnal üçün Nuranə Axundova, Məlahət Qurbanəliyeva, Ayşə Eleanor, Nicat Əhmədli, Fuad Alqayev, Nurlan Həsənli, Kənan İsaxanlı yazdı. Jurnalın informasiya dəstəkçilərinə - kitabxana.net, cineline.az, kinomansan?, tagmag-a təşəkkürümüzü bildiririk. Jurnal haqda təklif və iradlarınızı elektron ünvanımıza və facebook səhifəmizə yaza bilərsiniz.

[email protected]/fiction.magazine

email:facebook: