16
Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası Fənn: Zoogigiyena Mövzü: Quşçuluqda sanitar- gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009

Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M

  • Upload
    tybalt

  • View
    103

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi İ stehlak m allar ın ekspertizası, marketinq və gigiyena kafedrası. Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər Mühazirəçi: Dos. Məmmədova O.M. Gəncə - 2009. Plan - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsi

İstehlak malların ekspertizası, marketinq və gigiyena kafedrası

Fənn: Zoogigiyena

Mövzü: Quşçuluqda sanitar-gigiyenik tələblər

Mühazirəçi: Dos. Məmmədova O.M.

Gəncə - 2009

Page 2: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Plan1.K/t quşlarının saxlanma sistemləri və onların zoogigiyeniki cəhətdən

qiymətləndirilməsi

2.Quşların qəfəsli sistemdə saxlanma gigiyenası

3. Quş binalarında mikroiqlim nizamlanması

4. Quşlar üçün gəzintiyə, su təchizatına qoyulan gigiyeniki tələblər

5. Quş damlarında bakterisid təsirili UF şualarımdan istifadə

6. Inkubasiya gigiyenası, inkubasiya üçün yumurtaların seçilməsinə qoyulan sanitar-gigiyeniki tələblər

7. Döşəmə üzərində və qəfəslərdə bəslənən cavan quşların gigiyenası

8. Quşlara qulluq gigiyenası

Page 3: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Ədəbiyyat siyahısı1. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının ümumi

gigiyenası, Gəncə - 2009.

2. Ə.A.Əsgərov, O.M.Məmmədova. K/t heyvanlarının xüsusi gigiyenası, Gəncə - 2007.

3. Н.В.Пигарев. Выращивание птиц при клеточном содержании, Москва, «Колос», 1980

4.А.Ф. Кузнецов. Гигиена содержания животных. Санкт-Петербург-Москва-Краснодар, 2003.

5. М.Н.Богданов. Учебная книга птичницы.

6. М.В.Орлов. Инкубация, Москва – 1970

7. Повышение качества пищевых яиц, Н/Т. ВАСХНИЛ. Москва, «Колос», 1976

Page 4: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

K/t quşlarının saxlanma sistemləri və onların zoogigiyeniki cəhətdən qiymətləndirilməsi

Quşlar heyvandarlığın ən tez yetişən sahəsi olub, qiymətli ət. Yumurta, tük və lələk verir. Quşlar əsas sərbəst gəzinti( ekstensiv) və gəzintisiz (intensiv) sistemlərdə saxlanır.

Quşçuluq müəssisələri üçün Ümumittifaq texnoloji lahiyyələşdirmə normaları hazırlanır. Hazırda ÜTLN-4-79 norma əsas götürülür.Quşlar damazlıq və sənaye istiqamətində bəslənir.

Quşların sanitar-gigiyeniki məsələlərinə aşağıdakılar aiddir: yumurtaların inkubasiya gigiyenası, cücələrin bəslənmə gigiyenası, cavan və yaşlı ətlik və yumurtalıq quşların gigiyenası, kökəldilən quşların gigiyenası.

Quşların qəfəsli sistemdə saxlanma gigiyenası Quşların qəfəsli və ya gəzintisiz sistemində quşlara xıdmət işi asan

(yemləmə, suvarma, təmizlənmə və s.) və vahid sahədə daha çox quş yetişdirməm mümkündür. Lakin xəstəliklərin baş vermə təhlükəsi çox, ətin və yumurtanın keyfiyyəti isə aşağı olur. Qəfəsli sistemdə quşlar qida maddələri ilə zəngin bütün yemlərlə təmin edilməlidir.

Page 5: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Quşların qəfəsli sistemdə saxlanılması geniş tətbiq edilir. Qəfəsli sistemin üstün cəhətləri ondan ibarətdir ki, vahid sahədə çox quş yetişdirmək olur, işlər mexanikləşdirilir. Quşlar qəfəsli sistemdə saxlandıqda qəfəsdə havanın temperaturu 16ºC, nisbi nəmlik isə 60-70 % olmalıdır. Belə ki, hava mübadiləsi 1 kq diri çəkiyə 1 m³-dan az olmamalıdır. Binanın qızdırılması mərkəzləşdirilmiş qızdırıcı ilə yerinə yetirilir. Binada havanın temperaturu və nəmliyi yüksək olduqda quşların yem yemələri azalır. Ona görə də qəfəslər yayda talvar altında bir-birinin yanında qoyulmalıdır.

Quş binalarında mikroiqlim nizamlanması

Quş binalarənda ventilyasiya məcburi sistemlə və sorucu boruların qoyulması ilə həyata keçirilir. Bundan başqa pəncərələrdən də istifadə edilir.

Quşlar üçün gəzintiyə, su təchizatına qoyulan gigiyeniki tələblər

Gəzinti sahəsi quşlar saxlanan binanın qarçısında olmalı və sahəsi binanın sahəsinin 50 %-ni təşkil etməlidir. Gəzinti sahəsinin döşəməsi taxta və ya gil-çınqıl qarışığından düzəldilməlidir. Binanın hündürlüyü 1,80 m olmalıdır. Quşların gəzintiyə çıxması üçün xarici divarlarda döşəmələrdən bir qədər hündür (3-5 sm) gözcüklər qoyulmalıdır. Cavan quşlar üçün gözcüklərin ölçüsü 30x30 sm, hind toyuqları və qazlardan ötrü 40x50 sm olmalıdır.

Page 6: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Bina T, ºC Nisbi nəmlik, %

Hava mübadiləsi, m3/s,1 kq diri kütləyə

Hava cərəyanın sürəti, m/s

Zəhərli qazların yol verilə biləcək konsentrasiyası, m3/s

1 m havadakı

mikrobların miqdarı

Qışda Yazda Yayda Qışda

Yazda Yayda CO2,% NH3

mq/lH2S,

mq/l

Yaşlı quşlar 16-18 70 2,0 2,7 3,5 0,3 0,5 1 0,2 0,02 0,01 22

Təmir sexi 18 70 2,0 2,7 3,5 0,3 0,5 1 0,18 0,02 0,01 25

Broyler 17-20 70 1,7 2,5 3,0 0,3 0,5 1 0,15 0,01 0,01 27

Cücələr günlük Döşəmədən 20-25 sm yuxarıda

1-10 30-35 70 9,8 8,2 16 0,2 0,5 1 0,05 0,02 0,01 0,15

11-40 26-22 70 3,5 4,0 5,3 0,3 0,5 1 0,15 0,12 0,01 13

41-70 20-16 70 1,7 2,5 3,0 0,3 0,5 1 0,2 0,015 0,01 22

T.İ.Ə. 1:8 1:10

Quş binasında mikroiqlim parametrləri

Page 7: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Enli qabaritli binalarda hər şöbənin iki tərəfində də gözcük qoyulur. Açıq gəzinti sahəsində quşlar sərbəst gəzir.

Quş damlarında bakterisid təsirili UF şualarımdan istifadə

Quşlara ƏUB-15, ƏUB-30(uviol) və ya PRK-2 (civə-kvars) lampalarının köməyi ilə ultrabənövşəyi işıq şualarının verilməsi onların sağlamlığına şox yaxşı təsir göstərir. Hər 10 m² sahədə döşəmədən 2 m hündürlükdə bir lampa asılır. Lampa hər gün və ya günaşırı 6-8 saat yandırılır. Cıvə-kvars lampaları isə döşəmədən 1,8 m hündürlükdə asılır və hər gün quşların yemlənməsi zamanı 10-15 dəqiqə yandırılır. Qışda və payızda quşlara hər gün gəzinti verilməlidir.

Inkubasiya gigiyenası, inkubasiya üçün yumurtaların seçilməsinə qoyulan sanitar-gigiyeniki tələblər

İnkubator adlanan maşınların yumurtadan süni yolla cücə çıxarılmasına yumurtaların inkubasiyası deyilir. Hazırda “Universal-45”, “Universal-50”, “Universal-55” inkubatorlar buraxılır. Inkubator şkaf tipində qurulur, 45-55 min yumurta tutur. Inkubatorun içində metaldan ibarət yumurta süyürmələri olur ki, burada yumurtalar qoyulur. Hər süyürmə 142 toyuq, 106 ördək yumurtası tutur. Süyürmələr hər 2 saatdan bir avtomatik olaraq 90º çevrilir.

Page 8: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Çıxarıcı lotoklar

a) I kateqoriya – yaxşı inkişaf etmiş rüşeyim

b) II kateqoriya – bir qədər lənq inkişaf

c) III kateqoriya – inkişafdan çox qeri qalmış

Page 9: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Yumurtanın sortlaşdırılma sexi Toyuqların kəsim sexi

Page 10: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Yumurtaları inkubatora qoymazdan əvvəl, onların cücə çıxarmaq üçün yararlı olub-olmamasını yoxlamaq lazımdır. Inkubasiya üçün ancaq təzə, mayalanmış və təmiz yumurtalar seçilməlidir. Bəzən inkubatora qoyulan yumurtaların içərisində xeyli miqdarda inkubasiya üçün yaramayan yumurtalar olur ki, bunlar inkubatorun səmərəli istifadə olunmasına, yumurtanın xarab olmasına və alınan cücənin baha başa gəlməsinə səbəb olur. Belə yumurtalar yeyinti üçündə yararsız sayılır, çünki inkubasiya dövründə yumurta yararsız hala düşür. Yumurtaları inkubasiya üçün seçdikdə, onların bir sıra xarici və daxili nişanələri, habelə cücə çıxarma faizi nəzərə alınmalıdır. Yumurtaları xarici nişanələrinə görə seçdikdə onların qırıq, çat olub-olmamasına, formasının düzgün, böyüklüyünün və çəkisinin normal olmasına, habelə ikisarılı, qanlı və çox nazik qabıqlı olmasına fikir vermək lazımdır. Yumurtanın inkubasiya keyfiyyətinə onların yığılması, saxlanması və göndərilməsi təsir göstərir. Yumurtalar qışda hər 2-3 saatdan gec olmayaraq, yaz və yay fəsilərində daha tez yığılmalıdır. Yumurtalar təmiz, quru və iysiz samanla standart yeşiklərin içərisinə yığılıb qəbul məntəqələrinə göndərilməlidir. Belə standart yeşiklərə 10 cərgə yumurta yığılır. Hər cərgədə 36 yeşik yerləşir və bir yeşik beləliklə 360 yumurta tutur. Yeşiyin uzunluğu 60 sm, eni 30,5 sm, hündürlüyü isə 33,5 sm olur.

Page 11: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Döşəmə üzərində və qəfəslərdə bəslənən cavan quşların gigiyenası

Cavan quşlar qalın döşənək üzərində, qəfəsli batareyalarda və qarışıq üsul ilə bəslənir. Hazırda böyük qruplarda (10-20 min baş) dəyişdirilməyən qalın döşəmə üzərində bəsləmə daha geniş yayılmışdır. 1 m² sahədə 56-63 günlüyə qədər cücələrdə 14-15 baş yerləşdirilir. Ətlik cücələr xüsusi eni qabaritli binalarda (Bruder-20) bəslənir. Hər Bruderin altında 500 baş cücə bəslənir. Enli qabaritli quş binalarında havanın mikroiqlimi KD-kondensioneri və KFS-8 koloriferi ilə nizamlanır. Ətlik cücələr üçün KBB-3, SKB-36, KBM-2, BQO-140 və s. tipli qəfəsli batareyalar var.

Qəfəslərdə cavan quşlar və toyuqlar üçün m² sahədə aşağıdaki sayda yerləşdirmək olar: 1-30 günlükdə - 22 baş, 31-50 günlükdə - 11 baş, 61-140 günlükdə - 8 baş daha yaşlılarda isə - 6 baş. Qəfsdə elektrik istiləşdirici qurğu, su təchizatı, yem qabları, nəcisi təmizləmək üçün siyirtmələr və s. vardır. Qəfəslərin döşəməsinin məsaməsinin ölçüsü 30 günlüyə qədər cücələr üçün 12x12 mm, 31-60 günlükdə isə 20x20 mm, 61 günlükdən yuxarı 25x25 mm olur. Cücələr bəslənilən sex inkubatoriya ilə yanaşı olmalıdır. Yumurtlayan toyuqları fərdi və qrup ilə saxlamaq üçün dörd mərtəbəli KBN-1, bir mərtəbəli KBN kimi qəfəsli batareyalardan geniş istifadə edilir.

Page 12: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Bruderin quruluşu Qalın döşənək üzərində cücələrin bəslənməsi

Page 13: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Yumurta yığımı Anaş toyuqlar üçün qəfəslər

Page 14: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Quşlara qulluq gigiyenası

Quşların saxlanması və onlara qulluq işi quş fabriklərinin və fermaların həcmi ilə əlaqədardır. Quşların saxlanılmasında sahə, həcm və mikroiqlim normaları gözlənilməlidir. Quşlarda saxlanma sistemlərindən asılı olmaraq yumurta ilə yayılan yoluxucu xəstəliklərin (vərəm, pullaroz, paratif) qarşısını almaq, habelə onları parazitar xəstəliklərdən, bəzi parazitlərdən qoruma üçün ciddi baytarlıq nəzarəti olmalıdır. Quş sürüsü təşkil edilərkən bütün yaşlı quşlar üzərində baytarlıq-sanitariya tədbirləri aparılmalıdır. Sürü sağlam və yaxşı inkişaf etmiş quşlardan təşkil edilməlidir.

Maddələr mübadiləsini nizamlamaq, xəstəliklərə qarşı ümumi profilaktika, yemə qənayət, binaları təmir etmək və s. məqsədlər üçün quşların səyyar gəzintili sistemindən də istifadə etmək mümkündür.

Page 15: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Quşlar üçün sahə normaları

Quşların növü, yaşı və cinsi Hər 1 m2 sahəyə düşən quşların miqdarı

Yaşlı quşlar (toyuqlar)

Ana sürüsü

Təmirdə olan anaclar

4,5

4,0

Hind quşları (yaşlı quşlar)

Yüngül kroslar 2,5

Ördəklər (ana sürüsü)

Yüngül kroslar 3,0

Qazlar (ana və təmirdə olan sürü)

Erkək qazlar

Dişi qazlar

1,5

1,0

Firəng toyuğu, ana sürüsü5,0

Page 16: Fənn: Zoogigiyena M övzü: Quşçuluqda sanitar-gigiyenik tələblər  Mühazirəçi:  Dos. Məmmədova O.M

Quşçuluqda sanitar-gigiyeniki tələblər

Quşçuluq fermalarının və fabriklərin həcmi

Təsərrüfatın istiqaməti və quşun növü

Saxlama sistemi və təsərrüfatı Min baş hesabı ilə

1 2 3

Toyuqlar - yumurtalıq Ferma-qəfəsli, döşəmə üzərində və təmir üçün cavanlar

50-100

300-400-500

600-1000

Ətlik Broyler fermaları 150-1000-1500

Damazlıq – yumurta Damazlıq zavodları

Yumurtalıq 50-100-200

Damazlıq – reproduktor Ətlik 120-200-300

Hinduşkalar – kökəldilmə fermalar 25-50-100

Ördəklər fermalar 125-250-500

Qazlar

Damazlıq 20