Upload
others
View
17
Download
0
Embed Size (px)
Citation preview
MƏMMƏDOVA SEVDA MUXTAR QIZI
“İqtisadiyyata giriş” Fənnindən
Dərs vəsaiti
BAKI – 2018
2
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL
NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
Müəlliflər: i.f.d., dos. Məmmədova Sevda Muxtar qızı
Rəyçilər: Bakı Biznes Universitetinin “İqtisadi nəzəriyyə”
kafedrasanın dosenti A.M.Musatafayev
Bakı Biznes Universitetinin “İqtisadi nəzəriyyə”
kafedrasanın dosenti A.H.Qəribov
AƏSMA – nın dosenti F.F.Mehbalıyev
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
dosenti Ə.M.Əliyev
Redaktor: dos. Ə.İ.Əliyev
Bazar iqtisadiyyatının formalaşdığı və sərbəst biznes-sa-
hibkarlıq fəaliyyətinin genişləndiyi hazırki dövrdə iqtisad elmi-
nin nəzəri bazası olan iqtisadi nəzəriyyə kursunun müxtəlif
problemlərinin gənc nəsil, o cümlədən gələcək iqtisadçı kadrlar
tərəfindən dərindən öyrənilməsi zəruridir, günümüzün tələbi-
dir. İqtisadçı kadr kimi təhsil almağı qarşısına məqsəd qoyan
şəxslər üçün ali təhsil müəssisələrində əvvəlcə “İqtisadiyyata
giriş” fənninin tədris olunması məqsədəuyğundur. Dərs vəsaiti-
nin yazılması da belə zərurətdən irəli gəlmişdir. Dərs vəsaiti
iqtisadiyyata dərindən öyrənmək istəyən hər kəs üçün nəzərdə
tutulmuşdur.
3
MÜNDƏRİCAT
GİRİŞ..............................................................................6
I FƏSİL. “İqtisadiyyata giriş” fənninin ümumi xarakteris-
tikası...............................................................................10
1.1.İqtisad elminin tarixi təkamülü, onun meydana gəlmə-
si zəruriliyi, tarixi inkişaf qanunauyğunluqları................10
1.2. “İqtisadiyyat” anlayışı və onun tərkib hissələri........15
1.3. İqtisadi subyekt, iqtisadi hadisə və iqtisadi proseslər.
Təsərrüfat subyektləri......................................................19
1.4. İqtisadi kateqoriyalar və iqtisadi qanunlar................23
1.5.Azərbaycan mütəfəkkirlərinin əsərlərində iqtisadi mə-
sələlərin araşdırılması .....................................................26
II FƏSİL.İqtisad elminin predmeti və öyrənilməsi metod-
ları....................................................................................29
2.1.İqtisad elmini öyrənərkən hansı məsələlərə diqqət ve-
rilməlidir..........................................................................29
2.2.İqtisadi elmlər sistemi və sivilizasiyanın ayrı-ayrı inki-
şaf mərhələləri..................................................................31
2.3.İqtisadi münasibətlər, onun təsnifatı və strukturu......33
2.4.İqtisad elminin tədqiqat və şərh metodları, onların
qruplaşdırılası...................................................................36
2.5.İqtisadiyyata girişin funksiyaları................................40
III FƏSİL. İqtisadi resursların təsnifatı və xüsusiyyətləri
..........................................................................................42
3.1.İqtisadi resursların təsnifatı və tələbatla qarşılıqlı əla-
qəsi...................................................................................42
3.2.İstehsal prosesinin baş verməsi üçün zəruri olan re-
surslar..............................................................................45
3.3.Əmək resurslarının mahiyyəti. Əmək və onun növ-
ləri...................................................................................48
4
3.4.İş qüvvəsi, əmək, əmək məhsuldarlığı, əmək bölgüsü
və əmək haqqı anlayışlarının əlaqəli izahı.......................52
3.5.Maliyyə resursları......................................................57
IV FƏSİL. İqtisadi sistem və mülkiyyət. ........................59
4.1.İqtisadi sistemin mahiyyəti, ümumi əsasları, onun
ümumi və fərqli tərəfləri..................................................59 4.2. “İqtisadi sistem” haqqında baxışlar..................................61
4.3.İqtisadi sistemin tipləri. Ənənəvi sistem, bazar sistemi,
inzibati-amirlik iqtisadi sistemi........................................64
4.4.İqtisadi sistemlərdə mülkiyyət. Onun iqtisadi və hü-
quqi mahiyyəti..................................................................67
4.5.Mülkiyyətin obyektləri və subyektləri. Mülkiyyət mü-
nasibətləri və sosial-iqtisadi münasibətlər.......................69
4.6.Mülkiyyət formaları və onların reallaşması...............71
V FƏSİL. İstehsal və istehlak..........................................73
5.1.Maddi nemətlərin və xidmətlərin istehsalı prosesi,
onun fazaları.....................................................................73
5.2.İstehsal imkanları və istehsal amilləri........................76
5.3.İctimai istehsalın strukturu. Təkrar istehsal...............78
5.4.İstehsalla istehlakın qarşılıqlı əlaqəsi.........................80
5.5.Azərbaycanda istehsal imkanlarının səmərəli istifadə
olunması...........................................................................83
VI FƏSİL. Bazar iqtisadiyyatı iqtisadi sistemi. Bazar və
onun fəaliyyət mexanizmi, bazar infrastrukturu..............86
6.1.Bazar iqtisadiyyatının mahiyyəti...............................86
6.2.bazar anlayışı, bazarın özünəməxsus anlayışları, kate-
qoriyaları və qanunları.....................................................90
6.3.Bazar infrastrukturunun rolu, əhəmiyyəti..................95
6.4.Rəqabət, onun mahiyyəti, formaları və metodları....100
6.5.Azərbaycanda bazar iqtisadiyyatına keçidin zəruriliyi
və spesifik xüsusiyyətləri...............................................104
5
6.6.N.Gəncəvi mübadilə, ticarət və pul haqqında..........107
VII FƏSİL. Sahibkarlıq bazar münasibətlərinin xüsusi at-
ributudur.........................................................................109
7.1.Sahibkarlıq fəaliyyəti və sahibkarlıq qabiliyyəti.....109
7.2.Sahibkarlıq kateqoriyasının strukturu......................114
7.3.Sahibkarlıq mühiti və etikası...................................118
7.4.Azərbaycanda sahibkarlığa dövlət dəstəyi ..............129
7.5.Firma, onun gəliri və mənfəəti.................................137
VIII FƏSİL. Maliyyə, pul-kredit və vergi sistemi.........143
8.1.Maliyyə və maliyyə sisteminin strukturu................ 143
8.2.Dövlət büdcəsi, onun gəlirləri və xərcləri................151
8.3.Pul-kredit sistemi. Pul və kredit anlayışı. Banklar, on-
ların növləri....................................................................154
8.4.Verginin mahiyyəti, funksiyaları, növləri və məqsəd-
ləri..................................................................................164
8.5.Əmək haqqı və həyat keyfiyyəti göstəriciləri.........169
“İqtisadiyyata giriş” fənni üzrə referat mövzuları.........176
“İqtisadiyyata giriş” fənni üzrə imtahan sualları...........177
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI......181
6
GİRİŞ
Dərs vəsaiti tədris olunan fənnin adına uyğun olaraq “İq-
tisadiyyata giriş” adlanır.
İqtisadiyyat bəşər tarixinin yaranması ilə birgə meydana
gəlmişdir. O, tarixən müəyyən istehsal üsulunda iqtisadi müna-
sibətlərin məcmusudur, cəmiyyətin iqtisadi bazisidir.
Bütün iqtisad elmlərinin nəzəri bazasını təşkil edən “İqti-
sadi nəzəriyyə” iqtisad elmləri sistemi və təsnifatında mühüm
yer tutur və xüsusi əhəmiyyət kəsb edir. Hal hazırda bir sıra iq-
tisad yönümlü, təhsil müsəssisələrində “iqtisadi nəzəriyyə” fən-
ninə başlamazdan əvvəl “İqtisadiyyata giriş” fənni tədris olu-
nur. Orada iqtisad elminin ümumi anlayışları, kateqoriyaları,
qanunları ayrı-ayrı xüsusi əhəmiyyət kəsb edən problemləri və
mövzuları haqqında anlayışlar və ümumi nəzəri biliklər verilir.
O, bir iqtisadi elm sahəsinin başlanğıcı olmaqla iqtisadi profilli
ali məktəblərdə bir fənn kimi hansı tədris müsəssisəsi olursa ol-
sun orada keçilən fənlər üçün dərsliklərin və digər tədris-meto-
dik ədəbiyyatın olması çox vacibdir. Belə ki, müasir dövrdə
ixtisasından asılı olmayaraq hər bir təhsilli, elmli ölkə vətənda-
şı, onun ziyalısı iqtisad elminin müvafiq məsələləri barədə lazı-
mi biliyə, məlumata malik olmalıdır. Azərbaycan Respublika-
sının bazar iqtisadiyyatı sisteminə keçdiyi bir iqtisadi təfəkkürə
kifayət qədər malik olmaq aktual əhəmiyyət kəsb edir.
Bu baxımdan təqdim olunan dərs vəsaiti Azərbaycan Res-
publikasının Təhsil Nazirliyinin dövlət standartları tələblərinə
uyğun hazırlanmışdır.
Dərs vəsaiti “İqtisadiyyata giriş” fənn proqramı əsasında
tədris olunan 8 mövzunu tam əhatə etmişdir.
Dərs vəsaitində kursun məqsədi və vəzifələri, iqtisad elmi-
nin əsas anlayış, kateqoriya və qanunları iqtisadi sistem və mül-
kiyyət münasibətləri, əmtəə-pul nəzəriyyələri, ictimai istehsal və
onun amilləri bazarın mahiyyəti, bazar iqtisadiyyatı və onun
7
fəaliyyət mexanizmi, sahibkarlıq fəaliyyəti, maliyyə, pul-kredit və
vergi sistemi kimi bir sıra mövzulardan bəhs olunmuşdur.
Məlumdur ki, iqtisad elminin və fikrinin tarixini yazan bir
çox alimlər uzun dövr ərzində müsəlman şərqi ölkələrinin,
Türk xalqlarının ictimai-iqtisadi fikir tarixinin üstündən sükutla
keçmiş, ümumbəşəri elmi fikrin yaranmasında onların xidməti-
ni nəzərə almamışlar. Şübhəsiz belə baxış və düşüncələr tarixi
gerçəklikdən və elmi obyektivlikdən uzaqdır. Ona görə də bu
dərslikdə yeri gəldikdə XII və XIII əsrdən başlayaraq ayrı-ayrı
Azərbaycan mütəfəkkirlərinin iqtisadi problemlərə aid elmi ba-
xışları verilmişdir. Mustafa Kamal Atatürk deyirdi: “Tarixi
yazmaq tarixi yaratmaq qədər mühümdür. Əgər tarixi yazan ta-
rixi yaradana sadiq qalmasa, dəyişməz həqiqət insanlığı çaşdır-
maqdan ibarət olar”.
Məlumdur ki, iqtisadi hadisə və proseslər çox çevik və
dəyişkəndir. Hazırki dövrün iqtisadi reallıqları surətlə dəyişir,
yeniləşir, bazar münasibətləri iqtisadiyyatın hər bir sahəsində
üstünlük təşkil edir. Həmçinin Azərbaycan iqtisadiyyatı surətlə
və əsaslı şəkildə dəyişir, inkişaf edir. Məhz belə bir şəraitdə cə-
miyyətin iqtisadi həyatında baş verən iqtisadi hadisə və proses-
ləri dərk etməkdə gənc nəslə kömək etmək üçün yeni dərs və-
saitləri, dərsliklər və əyani vəsaitlərin işlənib hazırlanması gü-
nümüzün tələbidir.
Təqdim olunan dərs vəsaiti 8 bölmədən ibarətdir.
“İqtisadiyyata giriş fənninin ümumi xarakteristikası” ad-
lanan birinci bölmədə iqtisad elminin tarixi təkamülü, onun
meydana gəlməsi zəruriliyi, tarixi inkişaf qanunauyğunluqları;
“iqtisadiyyat” anlayışları və onun tərkib hissələri, təsərrüfat
subyektləri, iqtisadi kateqoriyalar və iqtisadi qanunlar, Azər-
baycan mütəfəkkirlərinin əsərlərində iqtisadi məsələlərin araş-
dırılması şərh olunmuşdur.
“İqtisad elminin predmeti və öyrənilməsi metodları” adla-
nan ikinci bölmədə: iqtisad elmini öyrənərkən hansı məsələlərə
8
diqqət verilməlidir; iqtisadi elmlər sistemi və sivilizasiyanın
ayrı-ayrı inkişaf mərhələləri; iqtisadi münasibətlər, onun təsni-
fatı və strukturu; iqtisad elminin tədqiqat və şərh metodları,
onların qruplaşdırılması, “İqtisadiyyata giriş”in funksiyaları
araşdırılaraq şərh olunmuşdur.
“İqtisadi resursların təsnifatı və xüsusiyyətləri” adlanan
üçüncü bölmədə: iqtisadi resursların təsnifatı və tələbatla qarşı-
lıqlı əlaqəsi, istehsal prosesinin baş verməsi üçün zəruri olan
resurslar əmək resurslarının mahiyyəti, əmək və onun növləri;
iş qüvvəsi, əmək, əmək məhsuldarlığı, əmək bölgüsü və əmək
haqqı anlayışlarının əlaqəli izahı; maliyyə resursları geniş şərh
edilmişdir.
“İqtisadi sistem və mülkiyyət” adlı dördüncü bölmədə iq-
tisadi sistemin mahiyyəti, ümumi əsasları, onun ümumi və
fərqli tərəfləri; iqtisadi sistem haqqında baxışlar, iqtisadi siste-
min tipləri: ənənəvi bazar, inzibati amirlik, qarışıq iqtisadi sis-
temlər; iqtisadi sistemlərdə mülkiyyət, onun iqtisadi və hüquqi
mahiyyəti, mülkiyyətin obyektləri və subyektləri, mülkiyyət
münasibətləri və sosial –iqtisadi münasibətlər; mülkiyyət for-
maları və onların reallaşması şərh olunur.
“İstehsal və istehlak” adlanan beşinci bölmədə maddi ne-
mətlərin və xidmətlərin istehsal prosesi, maddi fazaları; istehsal
imkanları və istehsal amilləri; ictimai istehsalın strukturu, tək-
rar istehsal; istehsalla istehlakın qarşılıqlı əlaqəsi; Azərbaycan-
da istehsal imkanlarının səmərəli istifadə olunması yolları ay-
dınlaşdırılmışdır.
Altıncı bölmə “Bazar iqtisadiyyatı iqtisadi sistemi, bazar
və onun fəaliyyət mexanizmi, bazar infrastrukturu” adlanır. Bu
bölmədə bazar iqtisadiyyatının mahiyyəti, bazar anlayışı, baza-
rın özünəməxsus anlayışları, kateqoriyaları və qanunları; bazar
infrastrukturunun mahiyyəti, rolu və əhəmiyyəti; rəqabət, onun
mahiyyəti, formaları və metodları; Azərbaycanda bazar iqtisa-
diyyatına keçidin zəruriliyi və spesifik xüsusiyyətləri; Nizami
9
Gəncəvinin mübadilə, ticarət və pul haqqında elmi nəzəri, iqti-
sadi görüşləri şərh olunur.
“Sahibkarlıq bazar münasibətlərinin xüsusi atributudur”
adlı yeddinci bölmədə sahibkarlıq fəaliyyəti və sahibkarlıq qa-
biliyyəti; sahibkarlıq kateqoriyasının strukturu; sahibkarlıq mü-
hiti və etikası; Azərbaycanda sahibkarlığa dövlət dəstəyi; döv-
lət əmlakının özəlləşdirilməsi yolları; firma, onun mahiyyəti,
məqsədi, gəliri və mənfəəti şərh olunur.
Səkkizinci bölmə “Maliyyə, pul-kredit və vergi sistemi”
adlanır. Bu bölmədə maliyyə və maliyyə sisteminin strukturu;
dövlət büdcəsi; onun strukturu, gəlirləri və xərcləri; pul-kredit
sistemi, pul və kredit anlayışı. Banklar, onların növləri və funk-
siyaları; vergi anlayışı, mahiyyəti, funksiyaları, növləri, məqsəd-
ləri; əmək haqqı və həyat keyfiyyəti göstəriciləri şərh olunur.
Dərs vəsaitinin yazılmasında çoxlu sayda elmi-nəzəri,
metodoloji və faktiki iqtisadi mənbələrdən istifadə olunmuşdur.
O cümlədən, rus dilində çap olunmuş xarici ölkə müəlliflərinin
əsərlərindən, türk dilində “iktisata giriş” və digər kitablardan,
“Ekonomiks”dən, Azərbaycan dilində çap olunmuş bir çox dərs
vəsaitlərindən və iqtisadi ədəbiyyatlardan müəyyən səviyyədə
istifadə olunmuşdur. Həmçinin prof. T.S.Vəliyev və Ağayar
Həsənovun “Azərbaycan iqtisadi fikir tarixi” (B. 1996) və prof.
M.Meybullayevin ümumi rəhbərliyi ilə yazılmış “İqtisadi tə-
limlər tarixi” (B. 2005), Z.A.Hüseynovanın “İqtisadi nəzəriy-
yə (struktur-məntiqi sxemlər)” (B. 2006) kitablarından böyük
minnətdarlıqla istifadə olunmuşdur.
Dərs vəsaiti iqtisad yönümlü ali və orta ixtisas məktəblə-
rinin tələbələri, magistrləri, həmçinin iqtisadiyyatı müstəqil öy-
rənənlər və iş adamları üçün faydalı ola bilər.
Dərs vəsatinin quruluşuna, mövzularına, qoyulan sualla-
rın təkmilləşdirilməsinə dair professor-müəllim heyəti və tələ-
bələrin tənqidi qeydləri, arzu və təklifləri minnətdarlıqla qəbul
edilərək gələcək nəşrlərdə nəzərə alınacaqdır.
10
I FƏSİL. “İqtisadiyyata giriş” fənninin ümumi
xarakteristikası.
1.1.İqtisad elminin tarixi təkamülü, onun meydana
gəlməsi zəruriliyi, tarixi inkişaf qanunauyğunluqları.
“İqtisad” elmi uzun inkişaf yolu keçmişdir. Onun elmi-
nəzəri bazası sayılan “İqtisadi nəzəriyyə” kapitalizmin təşəkkül
tapdığı dövrdə meydana gəlmişdir.
İqtisad elminin tarixi təkamülü çox qədim dövrdən başla-
mışdır. Onun insan cəmiyyətinin yaranması və inkişafı ilə sıx
əlaqəli olmasını sübut etməyə ehtiyac yoxdur. Belə ki, iqtisad
elmi müxtəlif adlarla bütün dünya xalqları tərəfindən öyrənilir.
Bunun səbəbi bütün insanların yaşadıqları cəmiyyətin iqtisadi
qanunauyğunluqlarını, iqtisadi resurslarını, inkişafını bu günü-
nü və gələcəyini dərk etməyə çalışmışdır.
Tarixi inkişafın ayrı-ayrı dövrlərində iqtisadiyyat elmi
müxtəlif elmi məktəblərin, cərəyanların nümayəndələri tərəfin-
dən müxtəlif formalarda və adlarla tədqiq olunmuşdur. “İqtisa-
di nəzəriyyə” bütün iqtisadi fənlərin elmi-nəzəri bazası kimi iq-
tisadi hadisə və proseslərin tarixi dövrlərdə və məntiqi ardıcıl-
lıqla öyrənilməsini nəzərdə tutur.
Tarixən e.ə. IV minillikdə Şərqdə, Qədim Yunanıstanda,
Qədim Romada, həmçinin Çində, Hindistanda və s. ilk iqtisadi
fikirləri əks etdirən cərəyanların əsərləri bu qəbildəndir. Bu
dövrdə Ksenofonun, Platonun və Aristotelin fikirləri çox ma-
raqlıdır. “İqtisadiyyat – oykonomiya” adını ilk dəfə qədim yu-
nan filosofu Ksenofont (e.ə. 450-355) tərəfindən onun “Ev
təsərrüfatı”, yaxud “Ev iqtisadiyyatı” adlı əsərində işlədilmiş-
dir. Daha sonra yunan filosofu Aristotel (e.ə. 384-322) bu anla-
yışı bir qədər geniş izah etməyə çalışmışdır.
Ksenofontun ifadə etdiyi “oykonomiya” “oykos” – ev tə-
sərrüfatı və “nomos” - qayda-qanun yaxud təlim mənasında
11
verilmişdir, yəni ev təsərrüfatının idarə edilməsi qaydaları anla-
mını verir.
Şərqdə iqtisadi fikrin formalaşmasında islamın, müqəd-
dəs “Qurani-Kərimin” (Həzrəti-Məhəmməd s.ə.s.) rolu danıl-
mazdır. İslamda iqtisadi azadlıq geniş izah edilmişdir, bir çox
iqtisadi anlayışlar, qanunauyğunluqlar öz əksini tapmışdır.
IV-XVIII əsrləri əhatə edən dövrün iqtisadi fikriləri əsa-
sən iki istiqamətdə öyrənilmiş, bərabərlik ədalətlilik, xüsusi
mülkiyyət, vergi, ticarət, maliyyə və kredit məsələləri, eyni za-
manda İbn Xəldunun iqtisadi görüşlərinin mahiyyəti şərh edil-
mişdir. Həmin dövrdə Ərəb mütəfəkkiri İbn Xəldun (1332-
1406) dünya iqtisadi fikir tarixində xüsusilə seçilmişdir. O,
elmi bilikləri iki: fəlsəfi və ənənəvi qismə bölərək onların təs-
nifatını vermişdir.
Cəmiyyətin tarixi inkişafı onun fikrinə görə maddi ne-
mətlərin istehsalından bölgüsündən və istehlakından asılıdır.
Həmçinin orta əsrlərdə Azərbaycanda iqtisadi fikrin for-
malaşmasında Nizami Gəncəvinin (1141-1209) və N.Tusinin
(1201-1274) iqtisadi fikirləri çox önəmlidir. Belə ki, bu dövrdə
bütün islam şərqində, o cümlədən Azərbaycanda elmin, mədə-
niyyətin iqtisadi və mədəni həyatında canlanma başlamışdır.
İqtisadi fikir və təlimlər də geniş təkamül və inkişaf yolu
keçmişdir. Amma onu qeyd etmək lazımdır ki, ali məktəblərdə
tədris olunan bütün “İqtisadi nəzəriyyə” və “İqtisadi təlimlər
tarixi” kitablarında Şərq iqtisadi fikirləri üzərindən yan keçil-
mişdir. “Keçmiş SSRİ dövründə mərkəzdə və digər yerlərdə
hazırlanan dərsliklərdə, çoxcildli kitablarda və proqramlarda
Şərqin və eləcə də Azərbaycanın zəngin iqtisadi fikir tarixinə
ya heç yer verilməmiş, ya da çox qısa səciyyəvi ifadələr, səthi
məlumatlar verilirdi.”
Bütün bu Şərq və Azərbaycan iqtisadi fikir tarixi və mü-
təfəkkirləri haqqında geniş məlumat almaq üçün prof. T.S. Və-
liyev və A.Həsənovun “Azərbaycan iqtisadi fikir tarixi “ B.
12
1996 və prof. M.X.Meybullayevin “İslam iqtisadiyyatı” B.2001
kitablarını oxumaq lazımdır.
“İqtisadiyyat” anlayışını elmə gətirmiş yunan mütəfək-
kirləri Aristotel və Ksenofontdan sonra iki min ildən artıq bir
dövr ərzində “iqtisadiyyat” sözü saxlanılmışdır.
İlk dəfə merkanitilistlər məktəbinin nümayəndəsi Antuan
Monkretyen leksikona “siyasi iqtisad” anlayışını 1615-ci ildə
nəşr olunan “siyasi iqtisadın traktatı” əsərində daxil etmişdir.
O, qədim yunan sözləri olan “siyasət” və “iqtisadiyyat” anla-
yışlarını birləşdirərək bu əsəri ilə milli iqtisadiyyatın dirçəlişinə
çağırış etmişdir.
Burada siyasi “politeya” sözünün mənası ictimai quruluş
deməkdir. XIX əsrin axırlarından başlayaraq “siyasi iqtisad”
anlayışı əvəzinə ingiliscə “Ekonomiks” (“İqtisadiyyat”) anlayı-
şı işlədilməyə başlanmışdır.
İndiki dövrdə isə “İqtisadi nəzəriyyə” adı ilə tədris olunur.
Merkantilizm iqtisadi məktəbinin Q.Skaruffi (İtaliya),
T.Man. (İngiltərə), A.Monkretyen (Fransa), V.Staffor (İngiltə-
rə), A.Serra (İtaliya) kimi müxtəlif ölkələrin nümayəndələri
ticarətin rolunun artdığı ilkin kapital yığımı dövrünün iqtisadi-
nəzəri baxışlarının təkamülündə mühüm rol oynamışlar. Mer-
kantilizm (merkante) tacir, pul, alverçi mənasını verir.
Daha sonra “fiziokratlar” iqtisadi məktəbi xüsusi yer tu-
tur. Fransızca “fizios-təbiət və kratos – hökmranlıq (hakimiy-
yət” sözlərinin birləşməsindən ibarət olub “təbiətin yaxud tor-
pağın hökmranlığı, ağalığı” mənasını verir. Bu iqtisadi məktəb
Fransada yaranmış və əsasən orada inkişaf edərək başqa ölkələ-
rə də yayılmışdır. Banisi Farnsua Kene (1694-1781), görkəmli
nümayəndələri isə J.Türqo, V.Mirabo, Q.Lefron olmuşdur.
Xüsusi qeyd etmək lazımdır ki, iqtisad elmi tarixində
təkrar istehsal nəzəriyyəsinin təhlilinə dair fikirlər F.Kenenin
“İqtisadi cədvəl” (1758) əsərində verilmişdir. Orada həmçinin
13
ictimai məhsulun natural-dəyər tərkibi arasında müəyyən ba-
lans nisbətlərini araşdırmağa cəhd göstərmişdir.
Fiziokratlar sərvətin mənbəyi kimi əkinçilikdəki əməyi
hesab edirdilər. Bu problemi klassik iqtisadi məktəbin nüma-
yəndələri uğurla həll etdilər.
Klassik siyasi iqtisad məktəbinin məşhur nümayəndələri
U.Petti (1623-1687), A.Smit (1723-1790) və D.Rikardo (1772-
1823) olmuşdur. Bu iqtisadi məktəb İngiltərədə yaranmış və
davamçıları tərəfindən inkişaf etdirilərək əvvəlcə Avropada,
sonra isə bir çox dünya ölkələrində yayılmışdır. Həmin dövrdə
İngiltərə sənaye ölkəsinə çevrilərək “dünya emalatxanası” rolu-
nu oynamağa başlamışdı. İstehsalın ayrı-ayrı sahələrində baş
verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, cəmiyyətdə və iqti-
sadiyyatda getdikcə güclənən inkişaf ölkənin təsərrüfat həyatını
bütöv sistem yaxud tam halında öyrənməyi tələb edirdi. Klas-
sik məktəbin nümayəndələri U.Pettinin “Sərvətin atası əmək,
anası isə torpaqdır” sözləri bu məktəbin ən mühüm xidməti
sayılan əmək-dəyər nəzəriyyəsinin yığcam ifadəsidir.
A.Smit klassik siyasi iqtisad məktəbinin yaradıcılarından
ən fəalı olmuşdur və onun ideyaları indi də iqtisadi təfəkkürün
əsasını təşkil edir. A.Smitin “Xalqlar sərvətinin təbiəti və
səbəbləri haqqında” (1776) əsərində özünün iqtisadi sistemini
yaratmışdır. Bu əsərdə insanların iqtisadi azadlığı və sərbəst-
liyi, bazarda rəqabətə geniş imkan verilməsi məsələləri xüsu-
silə vurğulanmışdır.
Onun məşhur “görünməz əl” (tələb təklif, rəqabət məna-
sında) bazar idarə edilməlidir fikri iqtisadiyyatın dövlət tən-
zimlənməsində inzibati yox iqtisadi metodların önəmli olması-
nı nəzərdə tuturdu. O, qeyd edirdi ki, dövlətin işi bazarın işinə
qarışmaq yox, onun normal fəaliyyəti üçün əlverişli şərait ya-
ratmaq, istehsalçıların və bütün ölkə vətəndaşlarının azad, sər-
bəst fəaliyyətini qorumaqdır. Bu əsərin əsas tədqiqat predmeti
ölkənin sərvətinin və milli gəlirinin artırılması, işləyənlərin
14
sayının və əmək məhsulfarlığının artırılması kimi məsələlər idi.
Təsadüfi deyildir ki, bu əsər “millətin zənginliyi”, “xalqların
sərvəti” adları ilə də istifadə olunur.
Daha sonra bu məktəbin nümayəndəsi D.Rikardonun
“siyasi iqtisadın və vergi qoyulmasının əsasları” (1817) əsərin-
də A.Smitin insanların şəxsi maraq, fayda əldə etmək, bazarda
sərbəst rəqabət haqqında fikirləri daha da genişləndirilib inki-
şaf etdirilmişdir. Amma onun iqtisadi sistemi A.Smittin iqtisadi
sistemindən fərqli olaraq daha tam, bütöv, məntiqi ardıcıl ol-
muşdur. D.Rikardo iqtisadi nəzəriyyənin pul, onun tədavülü,
kredit münasibətləri, vergi məsələlərinə dair elmi-nəzəri fikirl-
ər irəli sürmüşdür. A.Smitin “mütləq üstünlüklər” nəzəriy-
yəsinin davamı kimi özünün “müqayisəli üstünlüklər” konsep-
siyasını işləyib hazırlamışdır.
Daha sonra marksist məktəb K.Marks (1818-1883) və
F.Engelsin (1806-1873) adı ilə bağlıdır.
XIX əsrin 30-40-cı illərindən başlayaraq Qərbi Avropa
ölkələrində, ilk növbədə isə İngiltərədə iri maşınlı sənayenin
inkişafı, cəmiyyətin kapitalistlərə və proletarlara bölünməsi gə-
ləcəkdə daha ədalətli bir quruluşun (sosializm, kommunizm)
formalaşması zəruriliyinə əsaslanan məhz marksist nəzəriyyəsi
oldu.
K.Marks və F.Engels “Siyasi iqtisadın tənqidinə dair”,
“Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”, “İngiltə-
rədə fəhlə sinfinin vəziyyəti” kimi əsərlərdə kapitalizm cəmiy-
yətinin əsas iqtisadi qanunun “izafi dəyər” olduğu irəli sürül-
müşdü. Bu qanun isə marksist iqtisadi təlimin “təməl daşı” sa-
yılır. Kapitalistlərin bütün sərvətinin mənbəyi məhz fəhlələrin
haqqı ödənilməmiş izafi əməyi olduğu sübut olunmuşdur.
Ümumiyyətlə iqtisad elminin tarixi təkamülü onun mey-
dana gəlməsi zəruriliyi, tarixi inkişafı haqqında daha dərin mə-
lumat almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinin
15
2005-ci ildə nəşr etdirdiyi “İqtisadi təlimlər tarixi” dərsliyini
nəzərdən keçirmək məsləhətdir.
1.2. “İqtisadiyyat” anlayışı və onun tərkib
hissələri.
İqtisadiyyat nədir? Bu sualın cavabını tarixin müxtəlif
inkişaf mərhələlərində yaşamış alimlər, ədəbiyyatçılar, müxtə-
lif iqtisadi məktəblərin nümayəndələri müxtəlif formada ver-
mişlər. İlk tərifi elmi ədəbiyyata böyük yunan alimi Aristotel
gətirmişdir. Ksenofont “Oykonomiya” yunanca “oykos-ev təs-
ərrüfatı, nomos-qayda-qanun, təlim mənasında iqtisadiyyat sö-
zünü izah etmişdir.
İqtisadiyyat nədir?
1. İqtisadiyyat ev təsərrüfatını idarə etmək qabiliyyətidir,
qayda-qanunların məcmusudur.
2. İqtisadiyyat məhdud resurslar və artan (sonsuz) tələbat-
lar şəraitində istehsal etmək qabiliyyətidir.
3. İqtisadiyyat ictimai istehsalın –istehsal, bölgü, mübadilə
və istehlak kimi mərhələlərini əhatə edən fəaliyyət sferasıdır.
4. İqtisadiyyat-istehsal münasibətləridir. İqtisadi maraqlar-
ın reallaşdırılması üçün iqtisadi fəaliyyətdir.
5. İqtisadiyyat – axtarış və fəaliyyətin seçim üsuludur.
Beləliklə, iqtisadiyyat – cəmiyyətin, iqtisadi sistemini,
ictimai quruluşunu, ictimai təşkilini və onu idarə edən iqtisadi
qanunları öyrənir.
İqtisadi nəzəriyyə iqtisad elminin nəzəri və metodoloji
əsasını təşkil edir. Peşəsindən, ixtisasından, vəzifəsindən asılı
olmayaraq hər kəs iqtisadi biliklərə yiyələnməlidir. ABŞ iqti-
sadçısı Q.Mənkyunun qeyd etdiyi kimi sadə işçilərdən başlamış
ən yüksək məsuliyyətli vəzifələri yerinə yetirərkən “İqtisad el-
minin sərt qayda qanunlarına bələd almaq” həmişə yardımçı və
köməkçi rolunu oynayacaqdır.
16
Həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyiş-
dikcə, elmi-texniki yeniliklər çoxaldıqca daha mükəmməl ma-
teriallar və resurslar meydana çıxır, insanların və istehsalın tə-
ləbatları, zövqləri dəyişir. Nəticədə isə iqtisad elminin – (iqti-
sadi nəzəriyyənin qarşısında duran problemlər də dəyişir, yeni-
ləşir. İqtisadiyyatın əsas vəzifəsi – insanların müxtəlif təyinatlı,
tələbatlarını ödəmək üçün maddi (mənəvi) məhsullar istehsal
etmək və müxtəlif təyinatlı xidmətlər göstərməkdir.
Bunun üçün isə iqtisadiyyat elə təşkil və idarə olunma-
lıdır ki, təsərrüfat gəlirli, cəmiyyət və dövlət isə varlı olsun.
İnsan cəmiyyəti yarandıqdan bu günə qədər insanlar hə-
mişə bilavasitə iqtisadiyyatla üzvi surətdə bağlı olmuşdur. Din,
elm, incəsənət, siyasət, səyahət, turizm və s. fəaliyyət növləri
onun üzərində yaranmışdır. İqtisadiyyat keçmişdə də, indi də
hər bir şəxsin, ailənin, cəmiyyətin həyatına daxil olmuş və in-
sanlar onun mahiyyətini, onu idarə edən iqtisadi qanunları dərk
etməyə çalışmışlar.
İqtisadiyyat elmi məhz cəmiyyətin iqtisadi bazisini təşkil
edən iqtisadi münasibətləri öyrənir. İqtisadi bazis isə insan
cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində mühüm rol oyna-
yan maddi nemətlər və xidmətlər istehsalının, onların bölgüsü-
nün, mübadiləsinin və istehlakının məcmusu başa düşülür.
“İqtisadiyyat” çox mürəkkəb, çoxşaxəli, rəngarəng cəhət-
ləri və tərəfləri, iqtisadi proses və hadisələri əks etdirən elm sa-
həsidir. Azərbaycanın iqtisadçı alimi Z.A.Hüseynovanın “İqti-
sadi nəzəriyyə” adlı struktur-məntiqi sxemlər şəklində hazır-
ladığı dərs vəsaitində təqdim etdiyi sxem “iqtisadiyyat nədir?”
sualına əyani sübutdur.
17
İqtisad elminin ümumi xarakteristikası
İqtisadiyyatın tərkib hissələri
Sxem 1.1.
İqtisadiyyat insan fəaliyyətinin mühüm aparıcı sahəsidir
və əsas funksiyası məhdud resurslardan səmərəli istifadə et-
məklə cəmiyyətin artmaqda olan tələbatlarını ödəməkdir.
Insanların və
cəmiyyətin yaşayış
qabiliyyətinin və həyat
fəaliyyətinin təmin
edilməsi –
iqtisadiyyatdır.
Pul və qiymət -
iqtisadiyyatdır
İqtisadiyyat – təkrar
istehsal prosesidir
İqtisadiyyat – insanların
yaşayış vasitəsidir.
İqtisadiyyat –
intellektual dəyərdir.
İqtisadiyyat
– məhdudluq,
iqtisadi seçim
və istehsal
imkanları
haqqında
elmdir
İqtisadiyyat
nədir?
İnfrastruktura
– istehsalın və
istehlakın
normal
fəaliyyətini
təmin edən
iqtisadi
obyektdir
əmək və iş
qüvvəsi
iqtisadiyyatınin
san
resurslarıdır.
İstehsal
vasitələri –
iqtisadiyyatın
kapital
resursudur.
Torpaq, onun
təki, faydalı
qazıntılar,
meşə, flora,
fauna –
İqtisadiyyatın
təbii
resurslarıdır.
İqtisadiyyat –
axtarış və
fəaliyyətin
seçim üsuludur.
Insan
iqtisadiyyatın
ayrılmaz tərkib
hissəsidir.
18
İqtisadi hadisə dedikdə iqtisadi subyektlərin fəaliyyəti
başa düşülür. Çünki, məhz fəaliyyət sahəsində iş qüvvəsi əmə-
yə, əmək cisimləri isə məhsula çevrilir, istehsal prosesi baş
verir. Nəticədə əmtəə və xidmətlər yaradılır. Əmtəə və xidmət-
lərin satışı özü də iqtisadi hadisədir. İqtisadi hadisə istehsal-
bölgü mübadilə-istehlak mərhələlərini özündə əks etdirir.
Daim hərəkətdə (dinamikada), fasiləsiz baş verən iqtisadi
hadisələr məhz iqtisadi proseslərdir.
Cəmiyyətdə çoxlu sayda mürəkkəb və ziddiyyətli iqtisadi
hadisə və proseslər baş verməkdədir. Onları qlobal və milli sə-
viyyədə öyrənmək tələb olunur. İqtisadi hadisə və proses de-
dikdə yuxarıda qeyd etdiyimiz mərhələli fəaliyyət, yəni isteh-
sal-bölgü-istehlak əsas yer tutur.
Qeyd edək ki, insan həyatında əsas yeri hər şeydən (elm,
incəsənət, səyahət və s. mənəvi nemətlər) əvvəl zəruri yaşayış
vasitələri (yaşayış yeri, geyim və qida) ilə təmin olunması tu-
tur. Bu nöqteyi nəzərdən isə istehsal (hasil etmək, əldə etmək)
ən mühüm iqtisadi hadisədir, daim təkrar olunmalı olan iqtisadi
prosesdir. Məhz ondan sonra digər məsələlər – bölgü, mübadilə
və istehlak baş verir.
Bölgü – dedikdə istehsal olunmuş məhsulun ilk öncə is-
tehsalda iştirak edən amillər arasında birbaşa və cəmiyyət üzv-
ləri arasında bilavasitə (mübadilə prosesi vasitəsilə) bölgü-sü
başa düşülür. Bu məsələni “istehsal amilləri”, “kapitalın dövra-
nı və dövriyyəsi” mövzularında geniş öyrəncəksiniz. Qeyd
edək ki, bu məsələdə ziddiyyətli fikirlər mövcuddur.
Mübadilə - bölgünün reallaşdırılması prosesidir. Belə ki,
məhsul satıldıqdan sonra, hər şeydən əvvəl əsas fondların payı,
yəni amortizasiya (aşınma, köhnəlmə dəyəri) ayırmaları, sonra
isə istehsalda iştirak edib yeni məhsulun üzərinə öz dəyərini
bütövlükdə keçirən dövriyyə fondlarının (əmək cismi, enerji re-
sursları və iş qüvvəsi) payı ayrılır ki, təkrar istehsal prosesi baş
verməsi üçün onlar alınsın və bərpa olunsun. Axırda vergilər və
19
zəruri ödənişlərdən sonra mənfəətin qalan hissəsi sahibkar tərə-
findən yığım və istehlak formasında bölünür.
İstehlak – istehsal, bölgü və mübadilənin məntiqi nəticə-
si olaraq, əldə olunmuş payın təyinatı üzrə istifadəsi prosesidir.
İstehlak prosesi işlənmiş, istifadə olunmuş bir çox istehsal və
istehlak təyinatlı amillərin yerinin dolduruması, təkrar istehsal
olunmalı olduğunu göstərir. Həm də bu istehlak prosesi fasilə-
siz olduğuna görə istehsal da fasiləsiz olmalıdır.
İstehsal-bölgü-mübadilə-istehlak prosesləri həmişə sə-
bəb-nəticə əlaqəliliyində, bütöv və vahid proses kimi öyrənilir.
1.3. İqtisadi subyekt, iqtisadi hadisə və iqtisadi
proseslər. Təsərrüfat subyektləri.
İqtisadiyyat anlayışını, ümumilikdə iqtisad elmini düzgün
dərk etmək inkişaf etdirmək üçün bir çox elmi kateqoriyaları,
anlayışları izah etmək lazımdır.
İqtisadi subyekt dedikdə birbaşa iqtisadi fəaliyyətdə olan,
yəni istehsalın funksiyalarını yerinə yetirən istər hüquqi, istərsə
də fiziki şəxs başa düşülür. Onun tərkibinə - insanlar, dövlət,
müəssisələr (firma) assosasiyalar və s. aid edilir.
İqtisadi subyektlər iki səviyyədə-mikroiqtisadi və mak-
roqtisadi səviyyədə öyrənilir.
I. Mikro səviyyədə iqtisadi subyektlərə aiddir:
a) Fərd (insan);
b) Ev təsərrüfatı;
c) Firma
d) Qeyri-kommersiya;
II. Makro səviyyədə iqtisadi subyektlərə aiddir:
a) Dövlət və onun bölmələri;
b) İqtisadiyyat bölməsi;
c) İstehsalçılar qrupu;
d) İstehlakçıların birlikləri.
20
Ümumilikdə “iqtisadiyyat” insan amili ilə çox sıx əlaqə-
lidir. Əvvəlki sualların izahında qeyd etdiyimiz kimi iqtisadi
fəaliyyət, iqtisadiyyat bütövlükdə insan fəaliyyəti ilə yaranmış-
dır. Səbəb-nəticə əlaqəliliyinə malikdir. Ona görə də iqtisadiy-
yatı, ayrılıqda iqtisadi nəzəriyyəni öyrənərkən bir fərd kimi, is-
tehsalın başlıca amili kimi insanın rolu xüsusilə öyrənməli, də-
yərləndirilməlidir. Belə ki, insan həm istehsalçı, həm də isteh-
lakçı kimi tədqiq olunmalıdır, öyrənilməlidir. İstehsalın şəxsi
amili kimi, insan istehsal prosesində istehsalın digər amilləri ilə
birləşərək onları hərəkətə gətirir, məqsədyönlü fəaliyyətə
(əmək) başlayır. Bu zaman istehsalın, onun digər amillərinin,
eyni zamanda insan amilinin özünün daim təkmilləşdirilməsi
zərurəti yaranır. İnsan tarixən həmişə əmək alətlərini təkmilləş-
dirərkən insan heç də həmişə elmi cəmiyyəti inkişaf etdirmək
məqsədini qarşıya qoymamışdır. Birinci növbədə öz əməyini
necə yüngülləşdirməyi düşünmüşdür. Bu zaman insanın bir
fərd, subyekt kimi fərqli fiziki, psixoloji, intellektual qabiliy-
yətləri (keyfiyyətləri) üzə çıxır. Cəmiyyətdə maddi və mənəvi
məhsulların, xidmətlərin yaradılmasında satışında insanların
rolu da məhz bu xüsusiyyətləri ilə fərqlənir.
İstehsal resursları heç də həmişə, hər yerdə istədiyimiz
qədər deyil, məhduddur. Biz bu haqda növbəti mövzuda daha
geniş bəhs edəcəyik.
Burada isə onu da qeyd edək ki, məhz bu fakt insanları
məcbur edir ki, istehsal resurslarından istifadədə daha qənaətli
olsunlar, onlardan maksimum səmərəli istifadə etsinlər, tullan-
tıya yol verməsinlər, əmək məhsuldarlığını daim artırmağa ça-
lışsınlar. Əmək məhsuldarlığı istehsal vaxtının hər vahidinə dü-
şən məhsulun miqdarı deməkdir. Onu da yadda saxlamaq la-
zımdır ki, iqtisadi səmərəliliyin artırılması və əmək məhsul-
darlığının yüksəldilməsi birbaşa insan fəaliyyəti ilə əlaqədardır.
Çünki iş qüvvəsi və əmək anlayışları ancaq insana aiddir, başqa
heç bir canlının iş qüvvəsi, yaxud əməyi deyə bilmərik. Həm iş
21
qüvvəsi, həm də əmək bir subyekt kimi insanın şüuru ilə bağlı-
dır. İş qüvvəsi fiziki və zehni qabiliyyətin cəmidir. Əmək isə
insanın məqsədəuyğun şüurlu fəaliyyətidir. Növbəti mövzu-
larda bu haqda daha geniş danışılır.
Qeyd etdik ki, insanlar həm istehsalçı, həm də istehlak-
çıdır. Amma heç də bütün insanlar birbaşa istehsalçı deyildir.
İstehlakçılığa gəldikdə isə bütün insanlar istehlakçıdır deyə bi-
lərik. Aydın olur ki, insanlar iqtisadi subyektlərdir, iqtisadiy-
yatla bağlıdırlar. Təsadüfi deyildir ki, qərb iqtisadçıları insan-
ları iqtisadi subyekt kimi tədqiq edərək bir sıra iqtisadi model-
lər yaratmışlar. Onları “İqtisadi insan” adlandırmışlar. “İqtisadi
insan” modeli bazar iqtisadiyyatı sistemi ilə əlaqədar meydana
gəlmişdir. Bu zaman “iqtisadi insan” modelinə bütün kateqori-
yadan olan istehsalçılar və istehlakçılar daxil edilmişdir, yəni,
bütün növ mülkiyyətçilər və sahibkarlar, idarə edənlər (mene-
cerlər), bankirlər, fermerlər, xidmət sferası işçiləri, muzdlu iş-
çilər nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bir iqtisadi subyekt kimi insan-
ları daha yaxşı işləməyə, səmərəli fəaliyyətə vadar edən əsas
amil onların iqtisadi mənafeyi, maddi marağı olmuşdur. Dahi
Nizami Gəncəvi demişkən (XII əsr) “Mağara içində nə tapar
aslan, uçmayan qartala ovmu gələcək, kim evdə oturub ruzi
gözləsə, axırda dönüb olar hörümçək”. Deməli, insan öz mad-
di-mənəvi tələbatını ödəmək üçün əmək fəaliyyəti ilə məşğul
olmalıdır, daim öz iş qabiliyyətini təkmilləşdirməyə çalışmalı-
dır. Hələ XII əsrdə N.Gəncəvi (1141-1209) “iqtisadi insan”
haqqında, əmək, sərvət, mübadilə, bazar, pul, bölgü və istehlak
haqqında mükəmməl təlim yaratmışdır. Əmək və əməkçi surət-
ləri (obrazları) demək olar ki, onun bütün əsərlərinin başlıca
məqsədlərini ana xəttini təşkil edir. Əməyi “insana şərəf” sayan
Nizami Gəncəvi əməyin yüksək nəticələr verməsi üçün onun
azad əmək olması fikrini söyləmiş və hər kəsin öz işini mü-
kəmməl öyrənməsinin zəruriliyini söyləmişdir.
22
Çalış ki, hər şeyi kamil biləsən,
Kamil bir palançı olsa da insan..
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Göründüyü kimi Nizami Gəncəvi fiziki və zehni əməyi
fərqləndirmiş, həmçinin bütün sahələrdə məşğul olanların öz
əməyini təkmilləşdirməsinin peşə, ixtisas səviyyəsinin yüksəlt-
məyə çalışmasının zəruriliyini xüsusi qeyd etmişdir. Özünün
“Yeddi gözəl” əsərində oğluma nəsihət formasında yazırdı:
“Sənət öyrən, çünki, sənətkarlıqla qapılar açmaq olar”, “öyrən-
məkdən utanmayan hər kəs sudan dürr çıxarar, daşdan isə ləl”,
“təlim tərbiyə nəticəsində it belə nəciblik əldə edirsə, demək
olar, adam oğlu mələk səviyyəsinə yüksələ bilər”. Dahi mütə-
fəkkir bir iqtisadi və ictimai subyekt olaraq, insanın inkişafında
ən mühüm amil və cəmiyyətin, millətin başlıca sərvəti kimi el-
mi, biliyi və təhsili görürdü: “qüvvət elmdədir, başqa cür heç
kəs, heç kəsə üstünlük eyləyə bilməz” deyirdi. N.Gəncəvi həm-
çinin nəzərində alim əməyinin çox yüksəkdə durduğunu, bütün
rütbələrdən alim rütbəsinin uca olduğunu, onun fikrinin “yüz iti
qılıncdan daha kəsərli olduğunu söyləmişdir.
İnsandan (fərddən) başqa iqtisadi subyektlərə yuxarıda
qeyd etdiyimiz kimi digər mikro subyektlərdən: ev təsərrüfatı,
firma (müəssisə, şirkət və s.), qeyri-kommersiya təşkilatları
(cəmiyyət); həmdə makrosubyektlər: dövlət və onun bölmələri,
iqtisadiyyat bölməsi, istehsalçılar qrupu, istehlakçıların birlik-
ləri aiddir.
Təsərrüfat subyektləri həm fiziki, həm də hüquqi şəxs ki-
mi öyrənilməlidir. Belə ki, fərdi surətdə təsərrüfat fəaliyyəti ilə
məşğul olan şəxslər fiziki şəxslərdir. Fiziki şəxslərdən fərqli
olaraq hüquqi şəxslər dedikdə müstəqil təsərrüfat subyektləri
olan təşkilatlar, müəssisələr başa düşülür. Hüquqi şəxs yaradıl-
ması üçün bir sıra şərtlərə əməl olunmalıdır:
23
a) Hüquqi şəxs yaratmaq üçün təsisçi və ya təsisçilər
(qrup) müvafiq məbləğ vəsait müvəkkil bankda yerləşdirir;
b) Müəssisənin möhürü və nizamnaməsini hazırlayır, təsa-
düfi deyil ki, firma (müəssisə) sözü “imza” deməkdir. Hər bir
hüquqi şəxsin (firmanın) imzası isə onun möhürü deməkdir,
onunla təsdiqlənir.
c) Ədliyyə nazirliyində qeydiyyatdan keçməklə “lisenzi-
ya” (icazə vərəqi)almalıdır.
d) Vergi ödəyicisi kimi VÖEN alaraq, qeydiyyatdan keç-
məlidir.
1.4. İqtisadi kateqoriyalar və iqtisadi qanunlar.
İqtisadiyyat elmi də bütün digər elmlərdə olduğu kimi
özünəməxsus anlayışlar, kateqoriyalar və qanunları öyrənir.
Tədqiqatçılar iqtisadi hadisə və iqtisadi prosesləri onların kö-
məyi ilə öyrənir, tədqiq edir, öz mülahizələrini bildirilər.
İqtisadi hadisələrin və təsərrüfat həyatının müxtəlif pro-
seslərinin ən mühüm tərəflərini, onların təhlilində real iqtisadi
gerçəkliyi əks etdirə bilən məntiqi, nəzəri anlayışlar iqtisadi
kateqoriyalar adlanır. Cəmiyyətin iqtisadi münasibətlərinin nə-
zəri ifadəsi olmaqla iqtisadi kateqoriyalar və anlayışlar iqtisa-
diyyatın ayrı-ayrı cəhətlərini ümumiləşdirilmiş şəkildə ifadə
edən simvollar, rəmzlər kimi iqtisad elminin öyrənilməsində
çox mühüm rol oynayır. Belə ki, iqtisadi nəzəriyyə iqtisadi
kateqoriyalar və anlayışlar öyrənib dərk edərək, onların mahiy-
yətini və təzahür formalarını, dəyişmə xüsusiyyətlərini və
transformasiya gedişini nəzərə alaraq, obyektiv iqtisadi hadisə-
ləri və prosesləri, real gerçəklikləri və digər müvafiq qanu-
nauyğunluqları öyrənir. İqtisadi anlayış və kateqoriyaları öyrə-
nib dərk etmədən təsərrüfat həyatının bazar iqtisadiyyatının
mürəkkəb iqtisadi münasibətlərini dərk edib ona uyğun iqtisadi
fəaliyyət göstərmək mümkün deyildir. Bədii ədəbiyyatda bədii
24
obrazlar insanlardır, iqtisad elmində isə məhz kateqoriyalar
əsas “obrazlar və surətlərdir”. Məsələn, mülkiyyət, istehsal,
bölgü, əmtəə, faiz, kapital, torpaq, mənfəət, bazar, əmək, gəlir,
əmək haqqı, sahibkar, kredit, investisiya, büdcə, rəqabət, inhi-
sar, tələb, təklif və s. iqtisadi kateqoriyalardır.
Onu da qeyd etmək lazımdır ki, hər cür anlayış kateqo-
riya deyildir. İqtisadi kateqoriya isə real gerçəkliyi ifadə edən
ümumiləşdirilmiş məntiqi anlayışdır. İqtisadi münasibətlər nə-
zəri olaraq iqtisadi kateqoriyalarda ifadə olunur.
Beləliklə, iqtisadi kateqoriyalara belə tərif vermək olar.
İqtisadi hadisə və proseslərin bilavasitə mahiyyəti ilə bağlı
olan, onların əsas xassələrinin üzə çıxarılmasında əsas rol oy-
nayan ümumiləşdirilmiş iqtisadi anlayışlar kateqoriyalardır.
Elm tarixində kateqoriya məvhumuna ilk müraciət edən-
lərdən Aristotelin və Hegelin adlarını çəkə bilərik. Aristotelin
“mahiyyət”, “münasibət” kateqoriyalarını izah etmiş, onlardan
istifadə etmişdir. İqtisadi kateqoriyaların öyrənilməsi, tədqiqi
və elmə daxil edilməsində Hegel məntiqinin mühüm əhəmiy-
yəti olmuşdur. İnsanların Hegel məntiqi ilə obyektiv aləmi dərk
etməsi onların “beyninə” bərabər tutulur. Bu dərketmə forması
özünü elmi kateqoriyalarda elmi qanunlarda tapır.
İqtisadi kateqoriya və iqtisadi qanun anlayışlarını bir-biri
ilə üzvü surətdə əlaqədardır. Belə ki, onların hər ikisi iqtisadi
inkişaf prosesi və iqtisadiyyatın bütövlüyü, tamlığı ilə əlaqə-
dardır. Həmçinin həm iqtisadi kateqoriyalar, həm də iqtisadi
qanunlar obyektiv iqtisadi prosesləri və hadisələri ifadə etmək-
lə eyni zamanda fərqli xarakter daşıyırlar. Həmin fərq onların
həmin hadisə və prosesləri əks etdirmə dərəcəsi və dərinliyi ilə
ölçülür.
İqtisadi qanun daha mürəkkəb məzmunlu, əhatə dairəsi
geniş olan iqtisadi kateqoriyadır.
İqtisadi qanunlar – iqtisadi hadisə və proseslər arasında
sabit, daim təkrarlanan, ən mühüm və zəruri səbəb-nəticə əla-
25
qələrini ifadə edir. İstər təbiətdə, istərsə də cəmiyyətdə obyek-
tiv qanunlar hadisələrin və proseslərin məntiqi ardıcıllığını, on-
ların arasındakı zəruri daxili asılılığı ifadə edir.
İqtisadi qanunlar obyektiv və subyektiv-psixoloji qanun-
lara bölünür.
İqtisadi qanunların bəziləri təbiət qanunları kimi obyektiv
xarakter daşıyır, yəni insanların iradəsindən və şüurundan, is-
tək və arzularından asılı olmayaraq müəyyən tarixi şəraitdə ya-
ranır, fəaliyyət göstərir, dövrlə, şəraitlə əlaqədar da öz fəaliy-
yətini dayandırır. Hələ XIV əsrdə böyük Şərq mütəfəkkiri İbn
Xəldun dəyər, tələb-təkli, rəqabət qanunlarını iqtisadiyyatın
“təbii” (obyektiv) qanunları kimi səciyyələndirmişdir. Eyni za-
manda “təbii” (obyektiv) iqtisadi qanunları üç cildlik “Mü-
qəddimə” əsərində İbn Xəldun iqtisadi qanunlara əməl olun-
ması və iqtisadiyyatın (bazarın) tənzimlənməsinin zəruriliyini,
onun tənzimlənməsi qaydalarını şərh etmişdir. Dərsliklərdə bu
məsələni XVIII əsrdə (1776-cı il) klassik iqtisadi məktəbi
nümayəndəsi A.Smitin “Xalqlar sərvətinin mənbəyi” əsərində
və XX əsrin əvvəlində C.M.Keynisin (1936-cı il) elmə gətirdiyi
söylənilir. Əgər daha dərindən araşdırsaq bir çox iqtisadi prob-
lemlərin məhz Şərqdə, Azərbaycanda çox gözəl araşdırıldığını
görərik.
Təbiətin mütləq mənada insan şüurundan və iradəsindən
asılı olmayan qanunlarından fərqli fəaliyyət göstərən iqtisadi
qanunları tənzimləmək mümkündür. Bu tənzimləmə prosesi in-
sanların istehsal, bölgü, mübadilə, istehlak fəaliyyəti ilə əla-
qədar olduğuna görə onlar mürtəce və mühafizəkar qüvvələrin
müqavimətinə rast gəlir. Buna sosialist sisteminə daxil olan
ölkələrdə iqtisadi qanunların obyektiv xarakterinə laqeyd mü-
nasibəti misal göstərmək olar. Bu sahədə çoxlu sayda konkret
misallar söyləyə bilərik. Nəticədə, həmin ölkələrdə iqtisadi qa-
nunların obyektiv xarakterini dərk etməmək, iqtisadiyyatı inzi-
bati metodla idarə etmək onlara baha başa gəldi və sosialist sis-
26
temi iflasa uğradı. Bu qanunları düzgün dərk etmək lazımdır.
İqtisadi qanunları düzgün dərk etməyin başlıca şərti, onların
fəaliyyət göstərdiyi konkret şəraiti, mühiti nəzərə almaqdır.
Onların normal fəaliyyət göstərməsi üçün lazım olan ilkin zəru-
ri şərtlər olmalıdır. Əgər hər hansı bir ölkədə bazar qanunla-
rının normal fəaliyyət göstərməsini istəyirlərsə, sərbəst sahib-
karlığın, mülkiyyət və investisiya hüququnun qorunması təmin
edilməlidir. İnhisarçılığa və inzibatçılığa yol verilməməlidir.
Qanunlar üç növ olur:
a) Təbiət qanunları;
b) Iqtisadi qanunlar;
c) Hüquqi qanunlar.
İqtisadi qanunlar isə həmin sistemə daxil olmaqla belə
təsnifləşdirilir:
1) Ən ümumi, onlar bütün istehsal üsullarında fəaliyyət
göstərirlər. Məsələn, tələbin daim artması, ictimai əmək bölgü-
sü, əmək məhsuldarlığının artması və s.
2) Spesifik, onlar bir istehsal üsulunda fəaliyyət göstərir.
Məsələn, mənfəət qanunu, rəqabət qanunu və s. onlar bir neçə
istehsal üsulunda fəaliyyət göstərirlər.
3) Xüsusi, inkişafın müəyyən dövrlərinə mənsub olurlar.
Onlar üçün münasib obyektiv şərait yarandıqda meydana gəlib
və fəaliyyətə başlayırlar. Məsələn, dəyər qanunu, pul tədavülü
qanunu və s. belə ki, bu qanunlar əmtəə-pul münasibətləri ya-
randıqdan sonra meydana gəlib fəaliyyətə başlamışlar. Onlar
bir neçə istehsal üsulunda fəaliyyət göstərirlər.
1.5.Azərbaycan mütəfəkkirlərinin əsərlərində
iqtisadi məsələlərin araşdırılması.
Əslində bu sualın cavabı çox geniş, həm də ümumiləş-
dirmə baxımından çox çətindir. Bu sualın izahına Azərbay-
canın görkəmli iqtisadçı alimləri, prof. T.S.Vliyev və prof.
27
Ağayar Həsənovun 1998-ci ildə yazıqları “Azərbaycan iqtisadi
fikir tarixi” adlı kitabından bir cümlə ilə başlamaq istəyirəm.
“Xalqımızın iqtisadi fikir tarixinin ümumi tariximizin ayrılmaz
tərkib hissəsi kimi sistemli şəkildə araşdırılması, öyrənilməsi
milli şüurun, milli ruhun, vətənpərvərlik ruhunun inkişaf etmə-
si, iqtisadi təfəkkürümüz baxımından müstəsna əhəmiyyət kəsb
edir”.
Məlumdur ki, bütün elmlər, o cümlədən iqtisad elmi öy-
rənildikdə tarixilikdən qaçmaq olmaz. Amma, iqtisadi təlimlə-
ri, fikirləri tarixi hadisələr kimi öyrənmək olmaz.
Şərqdə iqtisadi fikrin formalaşması, ilkin Ərəb Xilafəti
dövrlərində İslam dininin meydana gəlməsi (610-632-ci illər)
ilə yeni iqtisadi münasibətlərin və davranış qaydalarının mey-
dana gəlməsi ilə əlaqədar olmuşdur. İslam mənəvi dəyərləri,
mədəniyyəti, ərəb, fars, türk dillərində sürətlə yayılmağa başla-
mışdır.
Məhz İslam dini-mənəvi dünyagörüşlü, ruhu ilə cilalan-
mış, elm və bədii söz xəzinəsinin dahi nümayəndələri İbn
Ruşd, Əl-Fərabi, İbn-Sina, Biruni, Firdovsi, Cami, Ömər Xəy-
yam, Nizami, Nəsirəddin Tusi, Əl-Qəzəli, Buxari, İbn Xəldun,
Füzuli və başqa bu kimi yüzlərlə dahi sənətkarların hər biri
ayrı-ayrılıqda islam mənəviyyatını zənginləşdirən parlaq əsər-
lər yaratdılar.
Qeyd edək ki, Qurani Kərimdə iqtisad elminə dair külli
miqdarda fikirlərin, məsələn, vergiyə dair (xüms, zəkat, həcc
və s.) əmək bölgüsünə, ədalətli bölgüyə və s. fikirlərin olma-
sına baxmayaraq, onların sistemli elmi tədqiqinə böyük ehtiyac
vardır. Bu sahədə Azərbaycanın iqtisadçı alimlərindən prof.
M.X. Meybullayevin “İslam iqtisadiyyatı” (Bakı 2001) kitabı
çox təqdirə layiqdir.
Azərbaycanda iqtisadi tədqiqatlara çox qədim dövrlər-
dən, xüsusilə də sistemli şəkildə IX-XIV əsrlərdə və sonra daha
çox diqqət yetirilmişdir. Buna səbəb həmin dövrdə Şərqdə, o
28
cümlədən Azərbaycanda iri şəhərlərin, elm və mədəniyyət mər-
kəzlərinin yaranması və inkişaf etməsi olmuşdur. Məsələn, Əl-
Fərabi (870-830), İbn Sina (980-1037), Abu Rehan Biruni
(973-1048), Bəhmənyar (993-1066), Nizami Gəncəvi (1141-
1209), Nəsirəddin Tusi (1201-1274), İbn Xəldun (1334-1406)
kimi görkəmli mütəfəkkirlər cəmiyyətin inkişaf qanunları,
onun quruluşu, ictimai-iqtisadi münasibətlər, iqtisadi anlayış və
kateqoriyalar və s. məsələlər haqqında fikirləri və ideyaları ilə
fərqlənmişlər. Təəssüf ki, orta əsrlərdə iqtisadi fikir tarixi bütün
Şərqdə, o cümlədən Azərbaycanda yüksək təkamül və inkişaf
yolu keçməsinə baxmayaraq Sovet dövründə hazırlanan və ali
məktəblərdə tədris olunan dərsliklərdə, çoxcildli kitablarda və
proqramlarda bu barədə ya heç danışılmır, ya da çox qısa sə-
ciyyəvi ifadələr, səthi məlumatlar verilirdi. Bu gün biz qətiy-
yətlə deyə bilərik ki, məhz ən qədim böyük dövlətlər və mədə-
niyyətlər Şərqdə, o cümlədən Azərbaycanda yaranmış və inki-
şaf etmişdir. Qədim Şumerlərdə, Misirdə, Mesopotamiyada, Tür-
küstanda, Azərbaycanda meydana gəlmiş dövlətlərin inkişafı da-
nılmaz tarixi faktdır. F.Engels qeyd edirdi ki, ilk ictimai əmək
bölgüsü, əmtəə mübadiləsi məhz Şərqdə, Misirdə və Babilistanda
bizim tarixdən 3-6 min il əvvəl meydana gəlmişdir. Pul rolunda
(ümumi ekvivalent) müxtəlif məhsulların rolu da buna əyani
misaldır (mal-dövlət, manat-vergi, xərac və s.).
Azərbaycanda qədim və orta əsrlərin iqtisadi nəzəriyyə-
ləri “Avesta”dan başlanır. Belə ki, Avesta (zoroastrizm) o döv-
rün qanunlar toplusu olmaqla yanaşı Azərbaycanın tarixi, so-
sial-iqtisadi, siyasi və mənəvi həyatının öyrənilməsi üçün mü-
hüm mənbədir.
Maniçilik (III əsr), Məzdəkilər (V-VI əsrlər), Xürrəmilər
(VII-X əsrlər) “Qurani-Kərim”, Nizami-əl-Mülk, Nizami Gən-
cəvi (1141-1209), N.Tusi (1201-1274), İmaməddin Nəsimi
(1369-1417), Şah İsmayıl Xətai (1486-1524), Məhəmməd
Füzuli (1498-1556), M.P.Vaqif (1712-1797), A.A.Bakıxanov
29
(1794-1848), M.Ş.Vazeh (1794-1852), Q.B.Zakir (1884-1897),
N.B.Vəzirov (1854-1926), M.F.Axundov və başqalarının iqti-
sadi fikirləri çox zəngindir və geniş tədqiqat mövzularıdır.
Bütün adlarını çəkdiyimiz və müasir dövrün böyük Azər-
baycan mütəfəkkirləri və alimlərinin iqtisadi fikirlərinə gələ-
cəkdə ayrı-ayrı iqtisad elmlərini öyrənərkən müraciət edəcəyik.
II FƏSİL. İqtisad elminin predmeti və
öyrənilməsi metodları.
2.1.İqtisad elmini öyrənərkən hansı məsələlərə diqqət
verilməlidir.
Məlumdur ki, müxtəlif elm sahələri öyrəndiyi obyektinə
və predmetinə görə bir-birindən fərqlənirlər. Fizika, kimya, ta-
rix, ədəbiyyat, astrologiya və s. hər birinin özünəməxsus pred-
meti vardır. O, cümlədən iqtisad elminin də.
İndiki sistemli şəkil alana kimi iqtisad elmi uzun tarixi
inkişaf yolu keçmişdir.
Bütün elmlər kimi iqtisad elmi də xüsusi inkişaf faza-
larını keçmişdir: elmi inkişafa qədər (XVIII əsrə qədər); iqtisad
elminin meydana gəlməsi (1750-1870); başlıca nəzəri prinsip-
lərin kəşfi və tədqiqi (1870-1930); tədqiqatların müasir dərin-
ləşdirilməsi və təkmilləşdirilməsi.
Bütün iqtisad elmlərinin təsnifatında iqtisadi nəzəriyyə
aparıcı rol oynayır. Onun cəmiyyətin həyatında rolunu və əhə-
miyyətini dərk etmək üçün bütün iqtisad elmlərinin elmi-nəzə-
ri-metodoloji bazası və əsası kimi elmi-tədqiqat obyektini və
predmetini aydınlaşdırmaq lazımdır. Bütün konkret iqtisad
elmləri də özlərinin konkret tədqiqat obyektinə və predmetinə
malikdir.
İqtisadi nəzəriyyənin bir elm kimi obyekti-iqtisadiyyat-
dır, təsərrüfat həyatıdır.
30
Birinci mövzuda qeyd etdiyimiz kimi iqtisadiyyat isə cə-
miyyətin yaşayıb inkişaf etməsi üçün mühüm bir sahədir, eyni
zamanda mürəkkəb, dəyişkən, geniş, əhatəlidir. hələ e.ə. 450-
355-ci illərdə yaşamış yunan filosofu Ksenefont iqtisadiyyat-
oykonomiya anlayışını ev təsərrüfatı, yaxud “Ev iqtisadiyyatı”
kitabında işlətmişdir. “Oykonomiya” yəni “oykos” (ev təsərrü-
fatı) və “nomos” (qanun, qayda) söz birləşmələrindən əmələ
gələrək “ev təsərrüfatı qaydaları”, yaxud “ev təsərrüfatının ida-
rə olunması qayda-qanunları” mənasını verir.
Sonralar yunan filosofu Aristotel (e.ə.384-322) bu sözü
daha geniş mənada cəmiyyətin siyasi quruluşu ilə əlaqəli öy-
rənməyi təklif edirdi. İqtisadiyyat elmi bir sistem kimi tətbiq
olunmasından başlayaraq hazırki dövrə qədər Aristotelin bir
sıra ideyalarını inkişaf etdirmiş, onun elmi təfəkkürün forma-
laşması üçün xüsusi əhəmiyyəti nəzərə alınmışdır.
Deyə bilərik ki, bu gün iqtisadiyyat sahəsində elmi-nəzəri
biliklər hər kəsə bütün peşə və ixtisas sahiblərinə lazımdır.
Çünki iqtisadiyyat qarşılıqlı əlaqəli vahid bir sistem kimi, insan
fəaliyyətinin istehsal, xidmət və mənəvi sahələri ilə birbaşa və
dolayı yollarla bağlıdır.
Beləliklə, iqtisadi nəzəriyyənin predmetini belə ifadə et-
mək olar: o məhdud resurslar şəraitində maddi nemətlərin is-
tehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların
iqtisadi davranışı, iqtisadi münasibətləri və onları idarə edən
qanunları öyrənən elmdir. Bu tərifi daha da dəqiqləşdirsək, tari-
xən elmi yanaşmaları nəzərə alsaq belə deyə bilərik – iqtisadi
nəzəriyyə müəyyən dövr ərzində, konkret tarixi şəraitdə, iqtisa-
di resursların məhdudluğu və cəmiyyətin tələbatlarının sonsuz-
luğu reallığında maddi nemətlərin və xidmətlərin istehsalı, böl-
güsü, mübadiləsi və istehlakını idarə edən qanunlar və qanu-
nauyğunluqları öyrənən elmdir.
31
İqtisadi nəzəriyyənin predmetini konkret şəraitdə və ardı-
cıllıqla öyrənmək lazımdır. Bu zaman aşağıdakı amillər nəzərə
alınmalıdır:
a) Tədqiqat sahəsi və mühiti;
b) İqtisadi hadisələr və proseslər;
c) İdarəetmə strukturları, fiziki və hüquqi subyektlər;
d) İqtisadi nəzəriyyənin tədqiqat predmeti və funksiyaları.
İqtisadi nəzəriyyənin predmetinə dair müxtəlif iqtisadi
fikirlər mövcuddur. Onların haqqında daha yeni məlumatı
növbəti mərhələlərdə öyrəcəksiniz.
2.2.İqtisadi elmlər sistemi və sivilizasiyanın ayrı-
ayrı inkişaf mərhələləri.
Əvvəlcə “sistem” anlayışını izah edək. “Sistem”, “sis-
temlilik” anlayışları istər təbiət, istərsə də cəmiyyətdə inkişafa,
fəaliyyətə aid olan, səbəb-nəticə əlaqəliliyi şərti ilə mövcud
olan prosesləri əks etdirir. Bu anlayış həmçinin dünyada, təbiət
və cəmiyyətdə, şüurda bir sistemin olduğunu əks etdirir. Belə-
liklə, deyə bilərik ki, “sistem bir-biri ilə qarşılıqlı əlaqə, asılılıq
və təsirdə olan, onun əsasında vəhdət təşkil edən nizamlanmış
çoxlu komponentlər məcmusudur. Belə ki,
a) Sistem çoxlu elementlərdən ibarətdir. Hər elementin
özü də konkret sistem daxilində ayrıca sistemdir.
b) Sistem həmçinin müəyyən struktura malikdir.
Bütün elm sahələrində olduğu kimi iqtisad elmində də
iqtisadi hadisə və proseslərə yanaşmada sistemlilik, sistemli ya-
naşma mühüm əhəmiyyət kəsb edir.
İqtisad elmlərinin hamısının öyrənilməsində, ümumiyyət-
lə iqtisadi tədqiqatlar aparılmasında iqtisadi nəzəriyyə ümumi
nəzəri əsasdır, bazadır.
İqtisad elmləri:
a) sahə iqtisad elmləri;
32
b)funksional iqtisad elmləri;
c)tarixi iqtisad elmləri kimi sistemləşdirilir.
I. Sahə iqtisad elmləri istehsal və xidmət sahələrində iqti-
sadi proseslərin tədqiqatı ilə məşğuldur. Onlara sənayenin iqti-
sadiyyatı, kənd təsərrüfatının iqtisadiyyatı, tikintinin, rabitənin,
ticarətin, səhiyyənin, təhsil sahələrinin, turizmin, məişət xidmə-
ti sahələrinin həmçinin bank işi, sahibkarlığı fəaliyyəti və s. aid
edilə bilər.
II. Konkret iqtisad elmlərinə isə funksional iqtisad elm-
ləri və tarixi iqtisad elmləri aid edilə bilər.
Funksional iqtisad elmləri dedikdə:
a) Mühasibat uçotu;
b) Menecment;
c) Statistika;
d) Maliyyə;
e) İqtisadi-riyazi modelləşdirmə;
f) Təsərrüfat fəaliyyətinin təhlili;
g) İqtisadi proqramlaşdırma və proqnozlaşdırma aid edilə
bilər.
III.Tarixi iqtisadi elmlərə:
a) İqtisadi təlimlər tarixi;
b) Iqtisadi tarix;
c) Xalq təsərrüfatı tarixi;
d) İqtisadi fikir tarixi;
e) İqtisadi psixologiya;
f) İqtisadi coğrafiya;
g) Demoqrafiya – aid edilə bilər.
Bu sistemləşdirmədən göründüyü kimi iqtisad elmi bir
çox elm sahələri ilə çox sıx, qarşılıqlı əlaqədə öyrənilməlidir.
İqtisadi elmlər sisteminin öyrənilməsi həm də siviliza-
siyanın ayrı-ayrı inkişaf mərhələlərinin tədqiqini tələb edir.
“Sivilizasiya” anlayışı latın sözüdür, cəmiyyət, vətəndaş
deməkdir, onu bəzi elmi ədəbiyyatlarda sivilizasiya anlayışı
33
mədəniyyətin xarakteri və səviyyəsinin qiymətləndirilməsi
məqsədilə işlədilir. Sivilizasiya həmçinin sosial-iqtisadi müna-
sibətlər sistemini, cəmiyyətin iqtisadi və mədəni inkişaf səviy-
yəsini xarakterizə edir.
Məhz iqtisadi nəzəriyyəyə görə bu anlayış cəmiyyətin
tsiklik inkişafı, iqtisadi sistemin səmərəli təşkili və sivilizasi-
yanın (arı-ayrı mədəniyyətlərin, tarixi dövrlərin) dəyişdirilmə-
sini antik dövr, erkən feodalizm dövrü, sənayedən əvvəlki, sə-
nayeləşmə, postsənaye və s.
Hazırda dünyada baş verən dərin miqyaslı dəyişiklikləri
isə belə xarakterizə edə bilərik: müasir elmi texniki tərəqqinin
yaratdığı köklü dəyişikliklər, informasiya-kommunikasiya sis-
teminin sürətli inkişafı, müharibələr və kütləvi inkişafı, müh-
aribələr və kütləvi qırğın vasitələri ümumiyyətlə dünya sivili-
zasiyasında baş verən köklü kəmiyyət və keyfiyyət dəyişik-
likləri və s.
2.3.İqtisadi münasibətlər, onun təsnifatı və
strukturu.
İqtisadi münasibətlər dedikdə maddi nemətlərin və xid-
mətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində
insanlar arasında baş verən münasibətlər başa düşülür.
İqtisadi münasibətlər və istehsal münasibətləri eyni mə-
nalı deyildir, hər ikisi sistem halında öyrənilməlidir. Belə ki,
iqtisadiyyat sistem halında, bütövlükdə öyrənilməli olduğu
üçün iqtisadi münasibətlər və istehsal münasibətləri də qarşılıq-
lı əlaqəli və sistemli öyrənilməlidir. Qeyd edək ki, özünün
məzmuna və əhatə dairəsinə görə iqtisadi münasibətlər istehsal
münasibətlərindən daha genişdir. Belə ki, iqtisadi münasibətlər
bütövlükdə, kompleks halında iqtisadiyyatla və bazarla əlaqə-
dar münasibətləri ifadə edir. İstehsal münasibətləri isə bilava-
sitə istehsalla əlaqədar yaranan münasibətləri, yəni sosial-iqti-
34
sadi həlqəni əhatə edir. Bu isə ilk öncə mülkiyyət münasi-
bətləridir, buraya istehsal vasitələrindən istifadə ilə əlaqədar
hüquqi tərəflər də aiddir. İqtisadiyyatda həlledici mövqe müəs-
sisə sahiblərinə, hazırlanan nemətlərin mülkiyyətçilərinə aiddir.
Ona görə də sosial-iqtisadi münasibətlərin mahiyyəti, məzmu-
nu və inkişaf istiqamətləri mülkiyyətlə sıx əlaqəlidir. Bu məsə-
lələri mülkiyyət mövzusunda daha dərin öyrənəcəksiniz.
İqtisadi münasibətlər mürəkkəb sistem olmaqla onun iki
tipini aşağıdakı kimi qruplaşdırmaq olar: mülkiyyət münasibət-
ləri (sosial-iqtisadi münasibətlər), təşkilati-iqtisadi münasibət-
ləri.
Mülkiyyət və təşkilati iqtisadi münasibətlər kimi qruplaş-
dırılan iqtisadi münasibətlər insanlar arasında ictimai sərvətin
təkrar istehsalını təmin edir.
Mülkiyyət və yaxud sosial-iqtisadi münasibətlər özlüyün-
də müəyyən mülkiyyət tipi ilə əlaqədardır və tarixi keçici xa-
rakter daşıyır, yəni mülkiyyət formalarının dəyişilməsi nəti-
cəsində sosial-iqtisadi münasibətlər də dəyişir. Burada sosial-
iqtisadi quruculuğun bəzi problemləri sosial-iqtisadi münasi-
bətlərə də təsir göstərir. Məsələn, təsərrüfat fəaliyyətinin həl-
ledici şərti olan istehsal vasitələrinin kimin əlində olması, on-
lardan səmərəli istifadə edilməsi və istehsalın nəticələrinin ki-
mə çatması kimi məsələlər.
Təşkilati-iqtisadi münasibətlər dedikdə ictimai istehsalın
təşkili ilə əlaqədar münasibətlər nəzərdə tutulur. Belə ki, icti-
mai istehsal, bölgü, mübadilə və istehlaksız mümkün deyildir.
Təşkilati iqtisadi münasibətlərin sistemli və fasiləsiz baş ver-
məsi bilavasitə əməyin və istehsalın bölgüsü və kooperasiyası,
təsərrüfatların (istehsal həlqələrinin) təşkili və iqtisadiyyatın
idarə edilməsindən asılıdır.
Bütün deyilənləri nəzərə alaraq iqtisadi münasibətləri
belə təsnifləşdirmək olar:
1. Təkrar istehsal formalarına görə:
35
a) Bilavasitə istehsal münasibətləri;
b) Bölgü, mübadilə və istehlak münasibətləri
2. Mülkiyyətin inkişafı səviyyəsinə görə:
a) İqtisadiyyatın dövlət bölməsinin iqtisadi münasibətləri;
b) Xüsusi iqtisadi münasibətləri;
c) Xırda biznes iqtisadi münasibətləri;
d) Ev təsərrüfatı iqtisadi münasibətləri;
e) Ailə təsərrüfat iqtisadi münasibətləri.
Beləliklə, sosial-iqtisadi münasibətlər tarixən keçicidir,
dəyişkəndir. Hər bir ictimai quruluşun özünəməxsus sosial-iqti-
sadi münasibətləri olmuşdur. Çünki, mülkiyyətin bir forması-
nın digərini əvəz etməsi ilə sosial-iqtisadi münasibətlər də də-
yişir. Təşkilati iqtisadi münasibətlərdən asılı olmayaraq da
mövcud olur, belə ki, müxtəlif ictimai sistemlərdə təsərrüfatın
eyni təşkili formasını tətbiq etmək olar (istehsal müəssisəsi,
xidmət müəssisəsi və s.).
Bütün deyilənləri nəzərə alaraq iqtisadi münasibətləri be-
lə təsnifləşdirmək olar:
1) Təkrar istehsal formalarına görə;
a) Bilavasitə istehsal münasibətləri;
b) Bölgü, mübadilə və istehlak münasibətləri;
2) Mülkiyyətin inkişafı səviyyəsinə görə;
a) İqtisadiyyatın dövlət bölməsinin iqtisadi münasibətləri;
b) Xüsusi iqtisadi münasibətlər;
c) Xırda biznes iqtisadi münasibətləri;
d) Ev təsərrüfatı iqtisadi münasibətləri;
e) Ailə təsərrüfat iqtisadi münasibətləri;
3) İnsan fəaliyyəti sferasına görə:
a) Sənayedə iqtisadi münasibətlər;
b) Kənd təsərrüfatında iqtisadi münasibətlər;
c) Tikintidə iqtisadi münasibətlər;
d) Xidmət sfeasında iqtisadi münasibətlər;
36
e) Təhsil, səhiyyə, mədəniyyət və s. iqtisadi münasibətləri
və s.
4) Məkana və zamana görə iqtisadi münasibətlə;
5) Dövlət daxili iqtisadi münasibətlər;
a) Dövlət və firma arasında;
b) Müəssisə və təşkilatlar arasında;
c) Müəssisələrin daxilində;
d) Dövlət və ev təsərrüfatı arasında;
e) Dövlətlərarası iqtisadi münasibətlər.
2.4.İqtisad elminin tədqiqat və şərh metodları,
onların qruplaşdırılması.
Hər bir elmin əhatə etdiyi problemlərin dərindən və hər-
tərəfli öyrənilməsi yalnız xüsusi, müəyyən tədqiqat və şərh me-
todlarının köməyi ilə mümkündür. İqtisadi nəzəriyyə elmi də
mürəkkəb iqtisadi hadisələr və proseslərlə, qarşılıqlı əlaqələrlə
fərqlənən cəmiyyət həyatında və insanların iqtisadi münasibət-
lərində baş verən dəyişiklikləri araşdırıb aydınlaşdırmaq, izah
vermək üçün bir sıra metodlardan istifadə edir.
“Metod” yunan mənşəli anlayışdır. O, “methodes” sözün-
dən götürülmüşdür, mənası axtarış, tədqiqat yolu, üsulu demək-
dir. Məşhur filosof Hegel elmi metoda klassik tərif vermişdir.
O, yazırdı “metod hər bir obyektin müqavimət göstərə bilmə-
diyi mütləq, yeganə, ali, sonsuz qüvvədir, bu zəkanın hər bir
şeydə özünü tapmaq və dərk etmək səyidir”. Bu barədə çoxlu
sayda fikirlər söylənilmişdir. Sonrakı bölmələri öyrənərkən bir
daha bu haqda danışılacaqdır.
Qeyd etmək lazımdır ki, hər bir elmin o, cümlədən iqtisa-
diyyatın predmeti ilə metodu arasında üzvü bir əlaqə, qarşılıqlı
təsir və daxili vəhdət vardır. Əgər elmin predmeti onun məz-
munu, əhatə etdiyi məsələlər haqqında bizə məlumat verirsə,
elmin metodu həmin araşdırmaların dərk olunması yollarını,
37
vasitələrini, üsullarını göstərir. Təsadüfi deyildir ki, məşhur in-
gilis alimi F.Bekon metodu-tədqiqat yolunu işıqlandıran fanar
adlandırmışdır.
Bir sıra konkret, dəqiq elmlərdən fərqli olaraq iqtisadi
nəzəriyyədə heç bir elmi laboratoriya, kimyəvi, texniki vəsait-
lər iqtisadi hadisə və prosesləri araşdırmaqda kömək etmir. On-
ların yerini necə deyərlər “beyin laboratoriyası” tutmalıdır. İq-
tisadi nəzəriyyənin araşdırdığı, təhlil etdiyi problemləri ilk növ-
bədə elmi-nəzəri təfəkkür tərzi və onun əsaslandığı müəyyən
metodlar vasitəsilə səmərəli surətdə həll etmək olar.
İqtisadi nəzəriyyənin metodlarını üç qrupda birləşdirmək
olar:
1. Ümumi dünyagörüşü metodlu-dialektik yanaşma meto-
du iqtisadi prosesləri daimi hərəkət və dəyişmə halında götürə-
rək onların gələcək inkişaf meyllərini öyrənir.
2. Tədqiqatın xüsusi metodu:
a) Coğrafi;
b) Statistik
c) Riyazi modelləşdirmə;
d) İqtisadi təhlil;
e) İqtisadi eksperiment və s.
3. Ümumi elmi metodlar:
a) Elmi abstraksiya metodu. O öyrənilən hadisələrin daha
əhəmiyyətli tərəfidir. Abstraksiya prosesində, elmi kateqoriya-
lar formalaşır.
b) Analiz və sintez metodu. Analizlə prosesin mahiyyəti açı-
lır, sintezlə başa çatır. Analiz nəticəsində iqtisadi hadisələrin
mahiyyətini ifadə edən abstrakt müəyyənləşir. Sintez prosesin-
də isə səpələnmiş və analiz edilmiş elementlər vahid tam kimi
birləşir, elementlərin daxili əlaqəsi və onların qarşılıqlı fəaliy-
yətini, onlar arasında ziddiyyət səbəbləri aydınlaşdırılır və on-
ların aradan qaldırılması yolları müəyyənləşdirilir. Məsələn
təhlil (analiz) zamanı vahid bir kompleks kimi fəaliyyət göstə-
38
rən xalq təsərrüfatı sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə,
xidmət sahələrinə bölünərək öyrənilir. Öz növbəsində sənaye
müxtəlif sahələrə, kənd təsərrüfatı müxtəlif istehsal bölmələ-
rinə ayrılaraq öyrənilə bilər.
Sintez metodu isə ayrı-ayrı hissələrin və müxtəlif cəhətlərin
birləşərək tam vahid halında, yaxud ümumi şəkildə analizinə xid-
mət edir. Məsələn kənd təsərrüfatının əkinçilik, heyvandarlıq,
meyvə tərəvəzçilik kimi sahələrinin təhlili əsasında ölkənin aqrar
bölməsi haqqında ümumi təsəvvür əldə etmək mümkündür.
c) İnduksiya və deduksiya metodu. Bu metodun tətbiqi
vasitəsilə müxtəlif səpgili iqtisadi problemlərə və hadisələrə
dair fikirlər toplanır, seçilir, ümumiləşdirilir. Xüsusidən ümu-
miyə, hərəkəti də öyrənilir. Xüsusi məntiqi əsasda ümumi müd-
dəa və prinsiplər çoxalır. Həmin materiallar əsasında meydana
çıxan elmi-nəzəri müddəalar bazasında əməli fəaliyyət üçün
konkret tövsiyələr hazırlanır. Beləliklə, induksiya metodu ayrı-
ayrı faktiki iqtisadi faktların toplanaraq ümumiləşdirilməsini
nəzərdə tutur.
Deduksiya metodu isə fikrin ümumidən xüsusiyə hərək-
ətidir, yəni, ümumi nəzəri müddəaların konkret əməli tətbiqi
şərtləndirilir. Ümumi vəziyyət əsasında bu yaxud digər iqtisadi
proseslər əsaslandırılır. Ümumi nəzəri baxışlardan, konkret
əməli fəaliyyətə gedən yol göstərilir. Real həyatda induksiya və
deduksiya metodlarının birlikdə tətbiqi və qarşılıqlı əlaqədə tə-
siri daha səmərəli nəticələr verir.
d) Təsviri qrafik metodu vasitəsilə iqtisadi hadisə və pro-
sesləri daha yaxşı qavrayıb təsəvvür etmək üçün müxtəlif cəd-
vəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur. Məsə-
lən, əmək haqqı ilə əhalinin sosial-iqtisadi vəziyyətinin asılılı-
ğını, inflyasiya prosesləri ilə əhalinin məşğulluğu arasındakı
əlaqəni, ümumi daxili məhsulun artım dinamikasını qrafik
üsullarla uyğunlaşdırmaq mümkündür.
39
e) Tarixi və məntiqi metod. İqtisadi nəzəriyyə hadisələri
inkişafda, hərəkətdə göstərməli, yəni tarixi faktorları əks etdir-
məlidir. bununla yanaşı o, iqtisadi prosesləri tarixi inkişafın tə-
sadüflərindən azad edir, yəni məntiqi yanaşır. Tarixi müqayi-
səlilik metodunun köməyilə bir sıra mənfi meyllərin qarşısını
almaq mümkündür. Çünki, tarixi müqayisələr təkcə xatırlamaq
üçün deyil, həm də bu proseslərdən lazımi nəticələr çıxarmaq
üçündür.
f) Riyazi modelləşdirmə metodunun tətbiqi iqtisadi pro-
sesləri riyazi düsturlar, tənliklər, qeyri-bərabər kəmiyyətlər va-
sitəsilə ifadə etməyə imkan verir. Bu metod vasitəsilə iqtisadi
modellər yaradılır. Həmin modellər isə cəmiyyətdə baş verən
mürəkkəb və çoxcəhətli iqtisadi prosesləri aydınlaşdıraraq təh-
lil etməkdə, habelə perspektiv təsərrüfat həyatı məsələlərini
həll etməkdə mühüm vasitədir.
Ümumiyyətlə iqtisadiyyat (milli və ya dünya) çərçivə-
sində baş verən ziddiyyətli proseslərin müxtəlif metodlar vasi-
təsilə öyrənilməsi iqtisadi nəzəriyyənin metodologiyası adlanır.
Beləliklə, iqtisadi nəzəriyyənin metodologiyası-təsərrüfat həya-
tındakı hadisələrin öyrənilib dərk edilməsinə ümumi mövqe,
yaxud vahid fəlsəfi yanaşma zəmini ilə səciyyələnir.
İqtisadi nəzəriyyənin ümumi metodologiyasında bir neçə
əsas yanaşmanı fərqləndirmək olar: subyektiv (idealist), pozi-
tiv-empirik, dialektik, rasional baxışları göstərmək olar.
Subyektiv yanaşma – iqtisadi proseslərin təhlilinin çıxış
nöqtəsi kimi subyekti götürür və onun fəaliyyətinin ətraf
mühitə münasibətini nəzərdə tutur.
Pozitiv-empirik yanaşma – iqtisadi hadisələrin konkret
nəticələrinin öyrənilməsinə gələcəkdə elmi-texniki nailiyyətlər
əsasında yeni iqtisadi modellərin tətbiqinə üstünlük verir.
Rasional yanaşma – bütövlükdə cəmiyyətin iqtisadi siste-
minin inkişafının hərtərəfli qiymətləndirilməsini irəli sürür.
40
Dialektik yanaşma – iqtisadi prosesləri daimi hərəkət və
dəyişmə halında götürərək, onların gələcək inkişaf meyllərini
araşdırır.
2.5.İqtisadiyyata girişin funksiyaları.
İqtisadiyyata girişin funksiyalarının izahına keçməzdən
əvvəl iqtisadi nəzəriyyənin strukturunu aydınlaşdıraq.
1) İqtisadi nəzəriyyənin ümumi əsasları – iqtisad elminin
predmeti və metodu, istehsal elementləri və cəmiyyətin iqtisadi
sistemi, resurslar və tələbat, istehsalın nəticələri, bazar və onun
funksiyaları və s. öyrənilir.
2) Mikroiqtisadiyyat – ayrı-ayrı iqtisadi subyektlərin
fəaliyyətini tədqiq edir. Onun mərkəzində təsərrüfat subyekt-
lərinin, işçilərin mənafeyi, onların tələbatı, bazar tələbi, isteh-
lakçıların davranışı, tələb və təklifin qarşılıqlı fəaliyyəti, onun
elastikliyi və s. durur.
3) Makroiqtisadiyyat – milli iqtisadiyyat səviyyəsində təs-
ərrüfatçılıq sistemi tədqiq olunur, məcmu tələb və məcmu
təklif, milli gəlir, pul sistemi, inflyasiya, dövlət büdcəsi, inves-
tisiya və milli sərvətin səmərəliliyi, xalq təsərrüfatının mak-
roiqtisadi proporsiyaları və onların tənzimi.
4) Dünya iqtisadiyyatı – beynəlxalq iqtisadi münasibət-
lərin mühüm formaları onların fəaliyyətinin və tənziminin prin-
sipləri tədqiq olunur: dünya ticarəti və beynəlxalq valyuta-kre-
dit sistemi, kapital və iş qüvvəsinin miqrasiyası, beynəlxalq və
regional iqtisadi inteqrasiya və s.
5) Məhz yuxarıda sadalanan strukturda iqtisadi tədqiqat
(təhlil) aparılması üçün iqtisadi nəzəriyyə elmi aşağıdakı funk-
siyaları yerinə yetirir:
1. Dərketmə
2. Praktiki
3. Metodoloji
41
4. İdeoloji
5. Proqnozlaşdırma
1. Cəmiyyətin iqtisadi həyatı, yəni ictimai inkişaf prosesi-
nin mahiyyəti dərketmə funksiyası vasitəsilə dərk olunub öyrə-
nilir. Bu zaman iqtisadi kateqoriyalar, prinsiplər, qanun və qa-
nunauyğunluqlar iqtisadi aləmi dərk etməyi təmin edir, iqtisadi
hadisə və proseslərin mahiyyəti açıqlanır.
2. Praktiki funksiya – dövlətin iqtisadi siyasətinin əsaslan-
dırılması, səmərəli təsərrüfatçılıq etməyin prinsip və metodl-
arını müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu
funksiya praktiki biliklərin təsərrüfat təcrübəsində, iqtisadi təh-
lilin nəticələrində bilavasitə istifadəsini təmin edir. Biliklərin
iqtisadi subyektlərin fəaliyyətində və bütünlükdə milli iqtisa-
diyyatın idarə edilməsində istifadə olunmasıdır. Təsadüfi deyil-
dir ki, Qərb ədəbiyyatında bu funksiyanın fəaliyyətini normativ
iqtisadi nəzəriyyə adlandırırlar.
3. Metodoloji funksiya – hadisə və proseslərin mahiy-
yətini, iqtisadi subyektlərin davranışının ümumi prinsiplərini
aydınlaşdırır. Məhz bu funksiya vasitəsilə iqtisadi nəzəriyyə
bütün iqtisadi elm sahələrinin nəzəri metodoloji bazasını təşkil
edir.
4. İdeoloji funksiya – bilavasitə dünyagörüşünü formalaş-
dırır. Onun köməyi ilə cəmiyyətin əsas inkişaf məqsədləri və
qlobal siyasi ideyaların əsaslandırılması baş verir. Beləliklə,
iqtisadi nəzəriyyə istənilən iqtisadi sistemin şərhini, təhlilini
verməklə onun inkişaf perspektivlərini müəyyənləşdirməlidir.
5. Proqnozlaşdırıcı funksiya – gələcək illər üçün olacaq
hadisələri əvvəlcədən görə bilməyin elmi əsasının işlənib hazır-
lanmasıdır. İqtisadi inkişaf planları və proqnozları məhz iqti-
sadi nəzəriyyəyə əsaslanmalıdır. Yalnız belə düzgün planlaşd-
ırılması və proqnozlaşdırılmasına nail olmaq mümkündür.
42
Sxem 2.5.1. İqtisadi nəzəriyyənin funksiyaları (Z.Hü-
seynova “İqtisadi nəzəriyyə dərs vəsaiti B.2006)
III FƏSİL. İqtisadi resursların təsnifatı və
xüsusiyyətləri.
3.1.İqtisadi resursların təsnifatı və tələbatla qarşılıqlı
əlaqəsi.
Resurs nədir? Resurs dedikdə ilk öncə iqtisadi, maddi,
əmək maliyyə və təbii amillər (ehtiyat, imkan) başa düşülür.
İqtisadi və yaxud maddi nemətlərin istehsalında istifadə olunan
resurslar istehsalın əsas amilləri adlanır. İnsan ta qədimdən, hər
şeydən əvvəl təbiət cisimlərinə təsir göstərərək, onların forma-
sını dəyişmiş, öz tələbatını ödəmək üçün yararlı hala salınmış-
dır. Ona görə də resursları öyrənməzdən əvvəl tələbat anlayışı-
nı izah edək.
Tələbat hər şeydən əvvəl, həyat fəaliyyətini saxlamaq,
bütünlükdə şəxsiyyətin və cəmiyyətin inkişafı üçün zəruri şey-
lərə ehtiyacdır. İkincisi həyatın obyektiv zəruri şərtidir. Üçün-
cü insanların ətrafa, maddi aləmə münasibətidir. Dördüncü
sərvətin müxtəlif elementlərinin sərfinə arzu, ehtiyac yaxud zə-
rurətdir.
İnsan tələbatlarını bir çox meyarlar müəyyənləşdirir:
İqtisadi nəzəriyyənin
funksiyaları
Praktiki Metodoloji
İdeoloji Dərketmə
Proqnozlaşdırma
43
1. İstehsalın miqyası və strukturu;
2. İş qüvvəsinin istehsalda rolundan asılı olan tətbiqinin
növləri;
3. Cəmiyyətin inkişaf səviyyəsi;
4. Cəmiyyətin tələbləri; 5. Siniflərin, sosial qrupların tələbləri, ümumi mənafelər
prinsipi üzrə birləşən insanların tələbatıdır.
6. Şəxsi tələbat hər bir insanın zəruri həyat səviyyəsini
təmin edən tələbatdır;
7. Tələbatların ödənilməsinin növbəliliyi;
8. Tələbatların dəyişkənliyi;
9. Resursların təkrar istehsalda iştirakı səviyyəsi;
10. İqtisadi və qeyri-iqtisadi resurslar;
11. Tələbatların meydana gəlməsindən asılı olaraq: cari (qı-
sa müddətli) tələbat və perspektiv (uzunmüddətli) tələbat.
Bəllidir ki, hər cür iqtisadi sistemin fəaliyyətinin son
məqsədi cəmiyyət üzvlərinin tələbatlarının ödənilməsidir. Tari-
xin bütün növ inkişaf pillələrində insanlar öz tələbatlarının da-
ha yaxşı və dolğun ödənilməsi üçün istehsalı artırmaq, onun
daha da təkmilləşdirilməsi yollarının axtarılıb tapılması, nəticə-
sində elmin inkişaf etdirilməsi məsələlərinin həllinə çalışmış-
lar. Tələbat, ehtiyac insan arzuları qədər sonsuz kəmiyyətdir,
lakin onun təmin olunması üçün lazımi əmtəə və xidmətlərin
istehsalı üçün zəruri olan resursların isə məhdud kəmiyyətdir.
Bu ziddiyyət seçim yolu ilə həll olunur. Seçim dedikdə, tələ-
batların maksimum ödənilməsi üçün məhdud resursların seçil-
məsi nəzərdə tutulur. Yeri gəlmişkən onu da qeyd edək ki, in-
san bazara tələbatla yox, tələblə çıxır. Tələb maddi imkanla
möhkəmləndirilmiş tələbatdır, yəni alıcının cibinin imkan ver-
diyi tələbata tələb deyilir. Buradan isə belə nəticəyə gəlmək
olar ki, tələb də müəyyən mənada məhdudlaşır. (fərdin gəlir-
ləri, alıcılıq qabiliyyəti səviyyəsində)
44
İnsanların tələbatlarının ödənilməsi üçün nemətlər və
xidmətlər lazımdır.
Nemət dedikdə insanların tələbatlarının ödənilməsi üçün
zəruri olan, təbiətin hazır verdiyi nemətlər və istehsal olunmuş
məhsullar nəzərdə tutulur.
Tələbatlar sonsuz olmaqla yanaşı, həm də elastikdir,
daima dəyişilir. Tələbatlar həmişə insanların imkanlarını üstə-
ləyir. Ona görə də heç vaxt tələbatlar tam ödənilmir, çünki in-
sanların əmtəə və xidmətlərə tələbatı həm kəmiyyət, həm də
keyfiyyətcə daim dəyişir (artır). Bu məhz “tələbatların artması”
qanunu adlanır.
XIX əsrdə alman statistiki E.Engels insanların gəlirləri və
tələbatları arasındakı nisbəti və uyğunluğu müəyyən etmişdir.
Onun qanununa görə insanların həyat səviyyəsi yüksək olduq-
ca, onların ərzaq məhsullarına çəkdikləri xərc nisbətən azalır,
geniş istehlak olunan sənaye məhsullarına, o cümlədən, texniki
vasitələrə, texniki yeniliklərə, xidmətlərə tələbat isə artır.
Beləliklə, istehsalla tələbat arasında münasibət reqressiv,
durğun və proqressiv variantlarda qurula, inkişaf etdirilə bilər.
Reqressiv – latın sözüdür, geriyə hərəkət mənasını verir.
O, təsərrüfatın uzun müddət tənəzzülü istehlakın ixtisa-
rına, nəticədə tələbatın kəmiyyət və keyfiyyətcə azalmasına sə-
bəb olmasını ifadə edir.
Durğun – nisbətən məhdud məhsulların buraxılışı son də-
rəcədə zəif və az miqdarda artır, tələbat ənənəvidir.
Proqressiv – bu halda istehsal kəmiyyətcə artır və
keyfiyyətcə təkmilləşir. Nəticədə istehlak və tələbatın səviyyəsi
yüksəkdir.
Tələbat iqtisadiyyatın resurslar, texnologiya, məhsul və
istehsal kimi faktorlar ilə qarşılıqlı səbəb-nəticə əlaqəliliyi,
təsir göstərilməsi şəraitində inkişaf edir, dəyişir.
Tələbat həmçinin mənafe və davranışla da qarşılıqlı əla-
qəlidir: Tələbat – mənafe – davranış.
45
Tələbatların ödənilməsində iqtisadi resursların rolu danıl-
mazdır. Onlar istehsal prosesində istifadə oluna bilər. İqtisadi
resursları aşağıdakı kimi təsnifləşdirmək olar:
1. Təbii resurslar, yəni torpaq, yeraltı və yerüstü sərvətlər,
iqlim amilləri və s. təbii resurslar tükənən və tükənməyən re-
surslara ayrılır.
2. Maddi resurslar – insan əməyi ilə yaradılan istehsal
vasitələri.
3. Əmək resursları – iqtisadi aktiv, əmək qabiliyyətli, əha-
li. Bu növ resurslar 3 parametrinə görə qiymətləndirirlər: so-
sial-demoqrafik, peşə-ixtisas, mədəni-təhsil.
4. Maliyyə resursları – cəmiyyətin malik olduğu və isteh-
salın təşkilinə yönəldilən bütün növ pul vəsaitlərinin maliyyə
aktivlərinin məcmusudur.
Resursları qruplaşdırdıqdan sonra onların əldə olunması
üçün mövcud olan resurs bazarlarını aydınlaşdıraq: resurs
bazarı-öz təsərrüfatlarının iqtisadi resurslarını satdığı, firmala-
rın isə onlara xidmət göstərdiklərinə görə resurs aldığı bazar-
lardır.
Resursların səmərəli bölgüsü – istehlakçıların tələbatını
maksimum ödəməyə doğru aparan və müxtəlif məhsulları
istehsal etməyi təmin edən resurslar bölgüsünü nəzərdə tutur.
3.2.İstehsal prosesinin baş verməsi üçün zəruri
olan resurslar.
Tarixin bütün inkişaf mərhələlərində ictimai quruluşdan
asılı olmayaraq son məqsəd bütövlükdə cəmiyyətin, onun ayrı-
ayrı üzvlərinin tələbatlarının daha yaxşı ödənilməsindən ibarət
olmuşdur. Bu işdə əsas yeri istehsal prosesi, onun səmərəli təş-
kili tutmuşdur.
46
İstehsal prosesi dedikdə cəmiyyətin sərəncamındakı re-
surslardan səmərəli istifadə etməklə əmtəə və xidmətlərin yara-
dılması nəzərdə tutulur.
Lakin insan tələbatları nə qədər son-suzdursa, mövcud
resurslar o qədər məhduddur, yaxud nisbətən azdır. Bu ziddiy-
yət resurslardan istifadədə seçmə yolunu zəruri etmişdir. İqtisa-
diyyat elminin predmetindən danışarkən bəzən onu tələbatları
maksimum ödəmək üçün məhdud miqdarda resurslardan seç-
məni təhlil edən elm kimi müəyyən edirlər.
İstehsal hər şeydən əvvəl insanla təbiət arasında baş ve-
rən bir prosesdir. Belə ki, insan cəmiyyəti yarandığı zamandan
insanlar həmişə təbiət cisimlərinə təsir göstərərək onların for-
malarını dəyişdirmiş öz tələbatlarını ödəmək üçün yararlı hala
salmışlar. Bu cür yanaşma yəni istehsalın fərdi və ictimai
formalarda öyrənilməsini zəruri etmişdir.
Hər hansı iqtisadi təsərrüfat vahidi, yəni firma, müəssisə
səviyyəsində baş verən istehsal münasibətləri fərdi istehsalı, iq-
tisadi vahidlər arasındakı münasibətlər sistemi isə ictimai isteh-
salı nəzərdə tutur.
Beləliklə, istehsal obyektiv zərurətdir, insan və təbiətin,
insanların özlərinin qarşılıqlı fəaliyyəti gedişində yaranır, o
cəmiyyətdə inkişaf üçün zəruri maddi nemətlərin və xidmət-
lərin yaradılması məqsədilə insanların təbiət maddələrinə təsiri
prosesidir. Qısa formada istehsal müəyyən dövrdə nemət və
xidmətlərin bilavasitə yaradılması prosesidir.Geniş anlamda isə
istehsal yaradılan məhsul və xidmətlərin istehsalı, bölgüsü,
mübadiləsi və istehlakının fasiləsiz bərpası (təkrarı) prosesidir.
İstehsalın tarixdən məlum olan inkişaf mərhələlərini belə
qruplaşdırmaq olar:
a) Sənayedən əvvəl;
b) Sənaye;
c) Postsənaye.
47
Sənayedən əvvəlki dövr hər şeydən əvvəl iqtisadiyyatın
ilk sferasının, yəni kənd təsərrüfatının üstünlüyününü, əmək
qabiliyyətli əhalinin əksəriyyətinin əkinçiliklə və maldarlıqla
məşğul olması, əl əməyinin üstünlük təşkil etməsi, əmək böl-
güsünün çox zəif inkişaf etməsi, əhali kütləsinin aşağı və ele-
mentar istehlaka malik olması ilə xarakterizə olunur.
Sənaye dövrünün istehsalında isə iqtisadiyyatın maşınlı
sənaye istehsalı əsas yer tutur. Həmçinin bu mərhələdə isteh-
salın digər mühüm sahələrinin yenidən qurulması zəhmətkeş-
lərin əsas kütləsinin sənaye sahələrində çalışması, sənayedə
əmək bölgüsünün sürətlə inkişaf etməsi, əhalinin urbanizasi-
yasının baş verməsi, istehsal imkanlarının güclü artımı, istehsa-
lın çoxsahəli strukturunun təşəkkülü baş vermişdir.
Postsənaye – dövründə iqtisadiyyatın üçüncü sferasının,
yəni xidmətin daha çox inkişaf etməsi; elmin inkişafı və başlıca
məhsuldar qüvvəyə çevrilməsi, bütün sahələrdə müasir infor-
matika sisteminin geniş tətbiqi və ixtisaslı mütəxəssislərin rolu-
nun artması, yüksək texnologiyaya keçidin baş verməsi, tələ-
batların daha dolğun və tam ödənilməsinin mümkün olması baş
vermişdir. Deməli, dövrlər həm də istehsal imkanları ilə xarak-
terizə olunur. İstehsal imkanları – resurslardan tam istifadə
şəraitində məhsul buraxılışının ən yüksək həcmi hesab olunur.
İstehsal imkanları və istehsal resursları arasındakı zəruri
əlaqəliliyi istehsal amilləri kimi belə ifadə etmək olar:
1. Torpaq-istehsal prosesində istifadə olunan bütün təbii
resurslar;
2. Kapital-gəlir gətirən dəyər, qabiliyyət, yaxud əmtəə və
xidmətlər istehsalı üçün insanların yaratdığı resurslardır, yəni
istehsal vasitələridir.
3. Əmək-insanın məqsədyönlü, şüurlu ictimai fəaliyyəti-
dir, insanın fiziki və əqli enerjisinin (qabiliyyətinin) sərfidir.
Əmək iş qüvvəsinin istehlakı prosesidir.
48
4. İş qüvvəsi insanın fiziki və əqli qabiliyyətlərinin məc-
musudur.
5. Sahibkarlıq fəaliyyəti-maddi nemətlərin və xidmətlərin
istehsalı, ictimai tələbatın və sahibkarın xüsusi mənafeyinin
ödənilməsi məqsədilə istehsal amillərinin birləşdirilməsi və
təşkilidir.
6. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır.
7. Elm istehsalın bir amili kimi təbiətdə və cəmiyyətdə
meydana gələn qanunauyğunluqların müəyyən edilməsi ilə əla-
qədar mövcud və yeni biliklərin genişləndirilməsi məqsədilə
eksperimentlərin, tədqiqatların aparılması.
8. İnformasiya istehsalın amili kimi idaəetmədə iqtisadi
qərarların müəyyən edilməsi və tarixi təcrübə.
3.3.Əmək resurslarının mahiyyəti.
Əmək və onun növləri.
Əmək – insanın fiziki, əqli, bioloji enerji sərfini tələb
edən şüurlu məqsədyönlü, səmərəli fəaliyyətidir.Əmək resurs-
ları – iqtisadi aktiv, əmək qabiliyyətli əhalidir, üç parametrə -
sosial demoqrafik, peşə-ixtisas, mədəni-təhsil-qiymətləndirmə.
İnsan cəmiyyət həyatının əsasını əmək təşkil edir. hər şeydən
əvvəl əmək təbiətlə insan arasında baş verən bir eqonomik
prosesdir. Bu prosesdə təbiətin var olan cisimləri insan və cə-
miyyətin tələbinə, fəaliyyət istiqamətinə uyğunlaşdırılır. İn-
sanın fəaliyyəti digər canlıların fəaliyyətindən fərqli olaraq bir
neçə səciyyəvi xarakter daşıyır. Bunlar aşağıdakılardır:
1. İnsan əməyi məqsədəuyğun fəaliyyətdir. Hər bir icraçı
işə başlamazadan əvvəl öz fəaliyyət planınını tərtib edir ki, bu
da əmək fəaliyyətinin bir məqsədli olduğundan xəbər verir.
2. İnsan əməyinin yaradıcı yönümdə olub, maddi nemət-
lərin yaradılmasına istiqamətlənir.
3. İnsan əməyi ictimai xarakter daşıyır.
49
4. Əmək fəaliyyət forması alaraq əmək alətlərini yaradır.
İqtisadi münasibətlərin öyrənilməsi, bir qayda olaraq
Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin
öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Çünki bəşəriyyətin
tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq qə-
dim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaş-
mış təbiət və insan haqqındakı düşüncələr, baxışlar, görüşlər,
fikirlər zamanın səhifələrindən keçərək bu günə gəlib çıxmış-
dır. Qədim Misirdə iqtisadi fikirlərdə dövlət təsərrüfatının təş-
kili və idarə olunması sahəsində bir çox məsələlər öz əksini
tapmışdır. Əhalinin yaşına, işinə görə siyahıya alınması, məh-
suldar torpaq sahələrinin hesabatının aparılması, torpaqların
kadastrının müəyyən edilməsi, mərkəzi dövlət təsərrüfatçılığı-
nın inkişafında mühüm rol oynayırdı. Bundan əlavə irriqasiya
işlərinin aparılması, müxtəlif mədəni abidələrin tikilməsi,
mürəkkəb suvarma sisteminin yaradılması, bəşəriyyətə möcüzə
kimi görünən müxtəlif təyinatlı qurğuların hazırlanması, pira-
midaların, ehramların tikilməsi əmək resurslarının məqsədyön-
lü istifadəsini əks etdirir. Əmək canlılardan yalnız insana məx-
susdur. İnsan, əmək vasitəsilə təbiət predmetlərinin şəklini öz
tələbatına uyğun dəyişdirir. Belə ki, təbiət insana hazır şəkildə
parça, paltar və s. vermir. Bunları əldə etmək üçün insan
mərhələli şəkildə fəaliyyət göstərmişdir.
Hələ XII əsrdə dahi N.Gəncəvi (Xəmsə) və XIII əsrdə
N.Tusi isə “Əxlaqi Nasiri” əsərində yazmışdır. İnsan yaşamaq
üçün yeməyə möhtacdır, insanın yeməyi isə heyvanlardan fərq-
li olaraq təbiət tərəfindən hazır verilmir ki, aclıq və susuz-
luqlarını dəf etdikdən sonra arxayınlaşıb dincəlməyə başlasın-
lar. “İnsanın qidası sənət və peşə olmadan məsələn, əkmək,
becərmək, təmizləmək, üyütmək, yoğurmaq və bişirmək olma-
dan mümkün deyildir”. Nizami Gəncəvi “Sirlər Xəzinəsi” əsə-
rində “İnsanın başqa heyvanlardan üstünlüyü haqqında” VII
məqaləsində insanın heyvanlardan başqa varlıqlardan yalnız
50
şüurlu əmək fəaliyyəti ilə fərqləndiyini göstərir. O, həmçinin
əməyin ictimai xarakterini də geniş şərh etmişdir. O, insanların
təklikdə, bir-birindən ayrılıqda istehsal edə bilməsini mümkün
hesab etmir. “Hamıdan uzaqlaşıb bir guşədə təkcə olsan, bu işə
çox davam gətirə bilməyəcəksən” və yaxud “sən təklikdə heç
bir iş görə bilməzsən”, “Bir olsa yoldaşın, dostun əməli, daşdan
su çıxardar onların əli”. O, əməyi insan üçün şərəf sayırdı.
Əmək anlayışına, əməyin xarakteri və məzmununa İslamda,
onun müqəddəs kitabı sayılan “Qurani-Kərim”də də rast gəli-
nir. Belə ki, islam insanların hamısının fərdi və ictimai əməkdə
iştirakını, özünün hesabına yaşamasını, başqalarının hesabına
yüksək həyat sürən siniflərin, təbəqələrin olmamasını təbliğ
edir. Qeyd etmək lazımdır ki, əmək prosesi təkcə insanların
təbiətə təsiri ilə məhdudlaşmır. İnsanlar tələbatlarını ödəmək
naminə öz aralarında qarşılıqlı işgüzar münasibətlərə, ümumiy-
yətlə iqtisadi münasibətlərə daxil olurlar. Bunun əsasında həm
ölkədaxili, həm də beynəlxalq işgüzar münasibətlər, maddi və
mənəvi nemətlərin reallaşdırılması prosesləri baş verir.
İslam dininə görə əmək zəruri şərt olmaqla yanaşı, onun
sərfi prosesi dinc və sərbəst, hər cür istismar və zorakılıqdan
uzaq olmalıdır. İslam dini istismarı dözülmə hal kimi qəbul
edir. İstismar sosial hadisə olmaqla məcburi əmək sistemi kimi
təzahür edir. Qısaca olaraq istismar əməyin həqiqi dəyərinin
bilərəkdən bir hissəsinin mənimsənilməsidir. İstismar son nəti-
cədə sosial bərabərsizliyin və əmək münasibətləri zamanı
mübahisə-münaqişə xarakterli halların artması ilə müşayiət
olunur.
İslam əməyi və əmək sərfini yüksək qiymətləndirir. On-
dan bütövlükdə işçi qüvvəsindən sosial ədalətlilik prinsipləri
əsasında istifadə olunmasını təbliğ edir. Bu şərtlər hər bir kəsin
şəxsi keyfiyyətlərinin, intellektual səviyyəsinin və bütövlükdə
onun bir şəxsiyyət kimi formalaşmasının ilkin şərtləridir. Şəx-
siyyətin formalaşmasında önəmli olan amil asudə vaxtın artırıl-
51
ması probleminin həlli də bu şərtlərin reallaşdırılmasına söy-
kənir. İslam əməyin bir çox xüsusiyyətlərini öyrənir və onların
mahiyyətini ədalətlilik prizmasından sezərək dəyərləndirir. Bu
xüsusiyyətlərdən ən başlıcası əmək münasibətlərinin sosial-
iqtisadi təbiətidir. Bu hər şeydən öncə muzdlu əməyin istismar-
dan azad olaraq və iş qüvvəsinin ədalətsiz alqı-satqısını aradan
qaldırmaqla hər kəsin özü üçün, bəşəri cəmiyyət üçün sərf edilir.
İqtisadi fikir tarixində əmək münasibətlərinin yeni mərhə-
ləyə qədəm qoyması əməyə müxtəlif yanaşmalar əsasında
mövcud oldu. Belə ki, klassik nəzəriyyənin davamçıları olan
neoklassik məktəbin nümayəndəsi A.Marşall göstərirdi ki,
əməyin əsas motivi hər şeydən əvvəl hər hansı maddi qazancı
əldə etmək istəyir. Məlumdur ki, insanların sərf etdiyi əməyin
nəticəsində cəmiyyətin iqtisadi əsasını təşkil edən maddi dəyər-
lər yaranır.
Öz funksional təyinatına görə əməklər: sənaye əməyi, aq-
rar əmək, elm əməyi, idarəetmə əməyi və fəhlə əməyi və s. ki-
mi də fərqlənirlər.
Öz xarakterinə görə də əməklər fərqlənirlər: azad əmək,
asılı əmək, muzdlu əmək, təhkimli kəndli əməyi və s. Sxemdə
əməyin növləri təsvir olunmuşdur.
Qrafik 3.3.1
Əməyin növləri Zəruri Məhsuldar
İzafi Qeyri-
məhsuldar Fiziki
Sadə
İxtisaslı
əmək
Əqli
Mürəkkə
b
Az ixtisaslı
əmək
52
Əmək müəyyən vaxt ərzində sərf olunur ki, bu vaxt iş
vaxtı və yaxud iş günü adlanır. Əməyin təbii ölçüsü vaxtdır (1
saatlıq əmək və s.)
Məhsulun istehsalı əmək sərfilə mümkün olur. Əməyin
məhsuldarlığının yüksəlməsi ilə istehsal olunan məhsulun miq-
darı artır. Əməyin məhsuldarlığı onun sərfinin səmərəliliyi də-
rəcəsini ifadə edir. əməyin intensivliyi isə onun sərfinin tezliyi
dərəcisini ifadə edir və nəticədə istehsal olunan məhsulun
miqdarı artır. Hər bir sahibkar çalışır ki, onun müəssisəsində
əmək məhsuldarlığı yüksək olsun.
İş günü iki hissədən – zəruri iş vaxtı və izafi iş vaxtından
ibarət olduğu kimi, əmək də zəruri və izafi əmək kimi fərq-
ləndirilir. Növbəti suallarda bu haqda geniş danışılacaqdır.
Əməyin keyfiyyəti dedikdə işçinin təhsil səviyyəsi, biliyi-
nin həcmi və məzmunu nəzərdə tutulur. Keyfiyyətin bu amil-
ləri ciddi səbəb-nəticə əlaqəliliyində öyrənilir. Təhsil – bilik –
bacarıq – peşəkarlıq – yüksək keyfiyyətli əmək formasında sə-
bəb-nəticə əlaqəsi var.
3.4. İş qüvvəsi, əmək, əmək məhsuldarlığı,
əmək bölgüsü və əmək haqqı anlayışlarının əlaqəli
izahı.
İş qüvvəsi və əmək anlayışları canlılardan yalnız insana
aiddir. Çünki iş qüvvəsi insanın fiziki və əqli (zehni) qüvvə-
sinin cəmidir. İş görmək, işləmək qabiliyyətidir. Əmək isə
fəaliyyətdir, iş qüvvəsinin məhsuldar sərfi prosesidir. Əmək
yalnız iş qüvvəsinin digər istehsal vasitələri - əmək aləti və
əmək cismi ilə birləşməsi və sərfi zamanı meydana çıxır. Belə-
liklə, iş qüvvəsi, yəni iş görmək qabiliyyəti (imkan) hər bir in-
sanda vardır. İş qüvvəsi potensial imkandır. Əmək isə fəaliy-
yətdir, reallıqda baş verən prosesdir. Deməli, istehsal prose-
sinin canlı amili kimi insanın iş qüvvəsi götürülür. Əmək pro-
53
sesinin keyfiyyətli olması məhz iş qüvvəsinin keyfiyyətindən
(ixtisas, təhsil, mədəniyyət və s.) çox asılıdır. İnsan əli dəymə-
dən heç nə istehsal etmək, yaratmaq mümkün deyildir. Əmək
insanın məqsədəuyğun, şüurlu fəaliyyətidir. F.Engels “Təbiətin
dialektikası” əsərinin “Meymunun insana çevrilməsində əmə-
yin rolu” bölməsində yazırdı “Əmək insan həyatının birinci
əsas şərtidir, həm də o dərəcədə əsasdır ki, biz müəyyən məna-
da deməliyik ki, insanın özünü əmək yaratmışdır”.
Bazar münasibətləri şəraitində bütün əmək məhsulları ilə
yanaşı, iş qüvvəsi də alınıb satılır, yəni əmtəə çevrilir. Əmək
yox iş qüvvəsi əmtəəyə çevrilir.
İş qüvvəsinin əmtəəyə çevrilməsi üçün aşağıdakı şərtlərin
olması vacibdir:
1. İş qüvvəsi sahibi hüququ cəhətdən azad olmalıdır. Bu ba-
xımdan nə qul, nə də təhkimli kəndli iş qüvvəsini sata bilməz.
2. İş qüvvəsi sahibi istehsal vasitələrindən məhrum olma-
malıdır, yəni iş qüvvəsini əməyə çevirmək üçün istehsal vasi-
tələri tələb olunur.
İş qüvvəsi xüsusi bazarlarda, yəni əmək bazarında alınıb
satılır. Həmin bazarın spesifikliyi ondadır ki, burada satılan
əmtəə öz sahibindən ayrılmazdır, ona sahiblik hüququ alıcıya
keçmir, yalnız müqavilə əsasında günün müəyyən hissəsini işə
götürənin verdiyi işi yerinə yetirir. Bu bazarda alıcı-işə götü-
rən, satıcı isə iş axtarandır. Burada alqı-satqda nağd pul iştirak
etmir. Alınan əmtəəni birbaşa evə aparmaq ona sahib olmaq
mümkün deyildir və s. iş qüvvəsi əmtəəsinin də ikili xassəsi
vardır:
1. İş qüvvəsi əmtəəsinin dəyəri zəruri iş vaxtında yaradı-
lan məhsulun dəyərilə, yəni zəruri yaşayış vasitələrinin dəyə-
rilə ölçülür.
2. İş qüvvəsi əmtəəsinin istehlak dəyəri isə onun işəgö-
türən üçün faydalılığı, izafi dəyər yaratmaq qabiliyyətidir. İzafi
dəyər izafi iş vaxtında yaradılır.
54
Ümumiyyətlə, istehsalın nəticəsi əmək məhsuldarlığından
birbaşa asılıdır. Əmək məhsuldarlığı vahid iş vaxtında istehsal
olunan məhsulla ölçülür. Məsələn, 8 saatlıq iş günündə istehsal
olunan məhsulu 8-ə bölməklə əmək məhsuldarlığını tapmaq
olar. Əmək məhsuldarlığı həm natural, həm də dəyər ifadəsində
hesablanılır.
Hər bir istehsal və xidmət sahəsində əmək məhsuldarlı-
ğının artırılması daim diqqət mərkəzindədir, çünki istehsalın
səmərəliliyi əmək məhsuldarlığı ilə birbaşa əlaqəlidir. Əmək
məhsuldarlığının artırılması elmi texniki tərəqqinin nailiyyətlə-
rinin tətbiqi ilə sıx əlaqədardır. İstehsal amillərinin, o cümlədən
iş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi əmək məhsuldarlığı-
nın artırılmasında çox mühüm əhəmiyyətə malikdir. İqtisadi
artımın intensiv tipi birbaşa əmək məhsuldarlığının yüksəldil-
məsindən asılıdır.
Bazar münasibətlərinin inkişafı əmək bölgüsündən də çox
asılıdır. Bazarın yaranmasında tarixən bildiyimiz iri ictimai
əmək bölgüsü formaları mühüm rol oynamışdır: 1) əkinçiliyin
maldarlıqdan ayrılması; 2) sənətkarlığın ayrılması; 3) tacirlərin
ayrılması.
Müəyyən iqtisadi inkişaf səviyyəsində bu qeyd etdiyimiz
əmək bölgüsü formaları beynəlxalq əmək bölgüsünə çevrilmiş-
dir. Bu məsələlər mikroiqtisadiyyat bölməsində daha dərindən
öyrəniləcəkdir.
İş verənlə işə qəbul edilən, yəni sahibkarlarla muzdlu işçi
arasındakı münasibətlər yalnız bazar sferası ilə məhdudlaşmır.
İş qüvvəsinin dəyəri və yaxud bəzi iqtisadçıların ifadəsi ilə de-
sək əmək xidmətinin qiyməti həm əmək bazarı, həm də müəs-
sisə daxilində müəyyən edilir, reallaşdırılır. Burada işçinin
əmək fəaliyyəti, konkret əmək töhfələri əmək haqqı, əməyin
ödənilməsi qaydasında qarşılıqlı şəkildə ölçülür, həm əmək
ölçüsü, həm də əməyin ödənilməsi ölçüsü bir-birinə uyğunlaş-
dırılır.
55
Hansı iqtisadi sistem olursa olsun, istər işçi və istərsə də
sahibkar, iş verən əmək sərfi və onun səmərəli nəticələri ilə
maraqlı olmalıdır. Həmin maraq özünü, ilk növbədə, əməyin
ödənilməsi qaydasında, sistemində göstərir. Bazar sistemi
şəraitində ayrı-ayrı ölkələrdə əməyə görə əmək haqqının veril-
məsi işçinin hər bir iş yerindəki əmək məhsuldarlığını, işin nə-
ticələrini və əmək sərfini nəzərə almaq qaydasında verilir. Bir
sıra hallarda əməyə görə bölgü qaydaları mülkiyyətə görə böl-
gü ilə əlaqələndirilir. Əmək haqqının təşkilinin konkret modeli
ayrı-ayrı ölkələr üzrə onların milli xüsusiyyətlərindən, iqtisadi
inkişaf səviyyəsindən də asılı olaraq müxtəlif olur. Bir ölkədə
əmək haqqı işçilərin, əhalinin tələbatının ödənilməsində başlıca
rola malik olur, digərində isə onun rolu məhdud həddə qalır.
Əmək haqqı işçinin əməyinin səmərəliliyi ilə düz mütənasibdir.
Əmək haqqı işçinin sərf etdiyi əməyinin kəmiyyət və
keyfiyyətinə görə milli gəlirdən pul formasında aldığı və onun
şəxsi istehlakına gedən hissəsidir. Əmək haqqı müəyyən məna-
da əməyə görə mükafatdır. İşçilərin əməyinin ödənilməsi isə is-
tehsal prosesinə cəlb olunmuş əmək resurslarının qiymətidir.
Belə də olar ki, əmək haqqı məhsulun istehsalı və satışı üçün
xərclərin bir hissəsi olub, müəssisə işçilərinin əməyinin ödənil-
məsinə sərf olunur.
Sosial-iqtisadi kateqoriya kimi əmək haqqına işçi və işə-
götürən üçün onun rolu və əhəmiyyəti baxımından yanaşıl-
malıdır. İşçi üçün əmək haqqı onun şəxsi gəlirinin başlıca və
əsas maddəsi, özünün və ailə üzvlərinin rifah halının yaxşı-
laşdırılması vasitəsidir. Əməyin nəticələrinin yaxşılaşdırl-ması
hesabına alacağı mükafatın ölçüsünün artırılması üçün əmək
haqqının stimullaşdırıcı rolu məhz bununla əlaqədardır. İşəgö-
türən üçün isə işçinin əmək haqqı istehsal xərclərini əks etdirir
və o, həmin xərclərin məhsul vahidinə düşən hissəsinin mini-
mallaşdırılması üçün çalışır.
56
Əmək haqqı təkrar istehsal və motivasiya funksiyalarını
yerinə yetirir, çünki o, əməyin ödənilməsi formasıdır və müəs-
sisənin işçiləri üçün mühüm stimuldur.
Müəssisədə əmək haqqının təşkili mexanizmi bilavasitə iş
qüvvəsi qiymətinin əmək haqqına çevrilməsi prosesini əks et-
dirir. Əmək haqqının əsas funksiyalarının yerinə yetirilməsi
məhz bunun müasir bazar həqiqətlərinə nə dərəcədə uyğun gəl-
məsindən asılıdır. İşçinin və işəgötürənin maraqları arasında
kompromis əmək haqqının təşkili ilə əldə edilir ki, bu da bazar
iqtisadiyyatının iki hərəkətverici qüvvəsi arasında sosial əmək-
daşlıq münasibətlərinin inkişafına şərait yaradır.
Əmək haqqının kəmiyyəti təkcə işçinin ala biləcəyi ilə
müəyyən olunur. Daha doğrusu, pulun alıcılıq qabiliyyəti no-
minal və real əmək haqqının nisbəti ilə müəyyən olunur.
Nominal əmək haqqı müəyyən dövrdə işçilərə onların
əməyinə görə hesablanmış və verilmiş əmək haqqıdır. Real
əmək haqqı isə nominal əmək haqqı hesabına işçinin əldə edə
biləcəyi malların və xidmətlərin kəmiyyətini əks etdirir. Real
əmək haqqı nominal əmək haqqının “alıcılıq qabiliyyəti”dir.
Deməli, real əmək haqqı nominal əmək haqqının kəmiyyətin-
dən, eləcə də alınacaq malların və xidmətlərin qiymətindən
asılıdır.
Əməyin ödənilməsi sahəsində müəssisənin siyasəti aşağı-
dakı amillərlə müəyyən olunmalıdır:
- Müəssisənin maliyyə vəziyyəti;
- Regionda işsizliyin səviyyəsi;
- Əmək haqqı sahəsində dövlət tənzimlənməsinin səviy-
yəsi;
- həmkarlar ittifaqlarının və işəgötürənlərin birliklərinin
təsiri.
Müəssisədə əmək haqqının təşkili aşağıdakıları əhatə edir:
57
1. Əsaslandırılmış əmək normalarını (vaxt norması, hasilat
norması, xidmət norması, işçilərin sayı norması, idarəolunanlıq
norması) müəyyən edilməsi.
2. Tarif sisteminin hazırlanması;
3. Əməyin ödənilməsi formalarının və sistemlərinin müəy-
yən edilməsi.
4. Əmək haqqı fondunun əmələ gəlməsi.
Əmək normaları ayrı-ayrı əmək növləri arasında optimal
nisbətlərin müəyyən edilməsi üçün əsasdır. Onlar konkret işlə-
rin yerinə yetirilməsi üçün əmək məsrəflərinin kəmiyyətcə ob-
yektiv qiymətləndirilməsi üçün lazımdır.
Əməyin ödənilməsinin tarif sistemi müxtəlif işçi qrup-
larını və kateqoriyalarının əmək haqını onların əməyinin key-
fiyyət xaraketristikalarından asılı olaraq differensiallaşdırılma-
sını və tənzimlənməsini həyata keçirməyə imkan verən norma-
tivlərin məcmusudur. Tarif sisteminə aşağıdakı element-lər da-
xildir: tarif cədvəli, tarif maaş dərəcəsi(stavkası) və tarif-ixtisas
sorğu kitabçası.
3.5.Maliyyə resursları.
Maliyyə (investisiya) resursları – cəmiyyətin malik oldu-
ğu və istehsalın təşkilinə yönəldilən bütün növ pul vəsaitlə-
rinin, maliyyə aktivlərinin məcmusudur.
Maliyyə - əmtəə - pul münasibətləri şəraitində dövlətin
funksiyalarının və tələbatlarının inkişafının təsiri ilə meydana
gəlmişdir. “Maliyyə” latın sözüdür, gəlir, tədiyyə deməkdir.
Bu mövzudan sonrakı mövzularda ətraflı bəhs oluncaqdır.
Maliyyə resursları dövlərin maliyyə sistemi ilı sıx əlaqə-
dardır. Dövlətin maliyyə sistemi onun elementləri ilə sıx əlaqə-
dardır. Sistemin elemnetləri:
58
1) Büdcənin və fondların məcmusu, yəni büdcələr, büdcə-
dənkənar fondlar, dövlətin valyuta ehtiyatı, müəssisələrin və
təşkilatların maliyyə fondları.
2) Tənzimləyən orqanların məcmusu, yəni Maliyyə Nazir-
liyi və digər maliyyə orqanları.
3) Normativ aktlaın məcmusu, yəni ölkə konstitusiyası,
maliyyə haqqında məsələlər üzrə qanun və normativlər aktı.
Maliyyə resursları dövlətin maliyyə siyasəti ilə tənzimlə-
nir. Dövlətin maliyyə siyasətində:
a) Maliyyə resurslarının yaradılması üçün şəraitin təmin
edilməsini;
b) Maliyyə resurslarının bölgü və istifadəsinin dövlət baxı-
mından səmərəli müəyyən edilməsi;
c) Maliyyə metodları ilə iqtisadi və sosial proseslərin tən-
zimi və stimullaşdırılmasının təşklili;
d) Maliyyənin dəyişən məqsəd və strategiya vəzifələrinə
uyğun mexanizmlərinin müəyyən edilməsi və inkişafı;
e) Maliyyə resurslarını idarə edilməsinin səmərəli və mak-
simum işgüzar sisteminin yaradılması nəzərdə tutulur.
Maliyyə resursları maliyyə bazarları vasitəsilə reallaşdırılır.
Maliyyə bazarına daxildir:
a) Kapital bazarı;
b) Kredit bazarı;
c) Qiymətli kağızlar bazarı;
d) Valyuta-pul bazarı.
Bütövlükdə bu məsələlər haqqında səkkizinci mövzuda
da geniş şərh verilmişdir.
59
IV FƏSİL. İqtisadi sistem və mülkiyyət.
4.1.İqtisadi sistemin mahiyyəti, ümumi əsasları,
onun ümumi və fərqli tərəfləri.
Tarixi inkişaf mərhələlərində insan cəmiyyətinin iqtisadi
fəaliyyəti üçün heç də həmişə eyni dərəcədə əlverişli şərait ol-
mamışdır. Belə ki, ayrı-ayrı dövrlərdə müxtəlif iqtisadi sistem-
lər mövcud olmuş və fəaliyyət göstərmişdir, bu gün də davam
edir.
Sistem nədir? Sistem yunanca sustem sözündəndir, tərcü-
məsi müxtəlif hissələrdən ibarət tam, bütöv mənasını verir.
Ümumiyyətlə sistem həm təbiətin, həm də cəmiyyətin
inkişafında mövcuddur.
İqtisadi sistem nədir? İnsan cəmiyyətində mövcud hakim
iqtisadi münasibətlər və təşkilat formaları əsasında yaranmış
iqtisadi proseslərin məcmusuna iqtisadi sistem deyilir.
İqtisadi sistem dedikdə təbiətin, cəmiyyətin və insan
fəaliyyətinin qarşılıqlı əlaqəsi, kompleks şəkildə inkişafı başa
düşülür. İqtisadi hadisələrin və prinsiplərin inkişafını təhlil et-
məklə iqtisadi sistem haqqında təsəvvür əldə etmək olar. İqti-
sadi sistemi istehsalın məhsuldar qüvvələri və istehsal münasi-
bətlərinin məcmusu (vəhdəti) kimi də izah etmək olar.
Beləliklə, iqtisadi sistem konkret hər hansı bir cəmiy-
yətdə olan istehsal imkanlarına, ölkənin və əhalinin maddi və
mənəvi ehtiyaclarının ödənilməsi səviyyəsinə uyğun olmalıdır.
Çünki istər təbiətdə istərsə də, cəmiyyətdə baş verən bütün ha-
disə və proseslər qarşılıqlı əlaqədə və asılılıqda olur. Buradakı
bütün komponentlərin özləri də daxili quruluşa, sistemə malik-
dir. Hər bir sistem özü də yarımsistemlərə malikdir. Bütün
komponentlər bir-biri ilə bağlıdır, onların mövcudluğu qarşılıq-
lı əlaqə, vəhdət və asılılıq prinsiplərinə əsaslanır.
İqtisadi sistemin xarakterik cəhətləri (xüsusiyyətləri):
(Z.Hüseynova “İqtisadi nəzəriyyə” metodik vəsait. B.2007)
60
1. İqtisadi sistemin bütün tərkib hissələrinin vəhdətliliyi və
bütövlüyüdür, yəni , istehsal, bölgü, mübadilə, istehlak.
2. Təsərrüfatçılığın maddi və ictimai tərəflərinin qarşılıqlı
əlaqəliliyi. (subyekt-əşya; əşya-subyekt)
3. Strukturunun mürəkkəbliyi, iqtisadiyyatın hər elementi
ayrılıqda iqtisadi sistemin bir hissəsidir, yaxud yarımsistemdir.
Məsələn, əməyin ödənilməsində tarif sistemi yarımsistemdir.
İqtisadi sistemin formalaşmasına bir sıra amillər, o cümlədən,
təbii-iqlim, istehsal-iqtisadi, mənəvi, hüquqi, sosial-mədəni,
dini, əxlaqi və s. təsir göstərir. Onların əksəriyyəti iqtisadi inki-
şaf səviyyəsindən asılı olaraq formalaşır, dəyişir.
İqtisadi sistemin formalaşmasında maddi-texniki baza
mühüm rol oynayır. Belə ki, həmin maddi-texniki baza özünün
inkişaf səviyyəsinə görə eyni və müxtəlif olur. Bu isə iqtisadi
sistemlərin məzmununa inkişaf səviyyəsinə və s. ciddi təsir
göstərir.
Bir sıra iqtisadi məsələlər, o cümlədən iqtisadiyyatın təş-
kili, nə istehsal etməli, nə qədər istehsal etməli kimi məsələlər
bütün sistemlərdə eyni olmuşdur. Necə istehsal etmək (hansı
əmək alətləri və s.) məsələsində dövrlər bir-birindən əsaslı
şəkildə fərqlənmişdir. İqtisadi sistemlər “nə istehsal etməklə
yox, necə istehsal etməklə” fərqləndirilmişdir.
Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və isteh-
lakı formasına görə fərqlənir, yəni iqtisadi sistem təsərrüfat sis-
temi kimi xarakterizə olunur. Təsərrüfat sistemi maddi və qey-
ri-maddi nemətlərin istehsalçısı və istehlakçısı arasındakı əla-
qələrin qaydaya salınmış sistemidir. Məsələn, ibtidai-icma tə-
sərrüfati, quldar latifafundasiyası, feodal malikanəsi, kapita-
lizmdə (bazar iqtisadiyyatında) sahibkar müəssisəsi, sosialist
müəssisəsi və s. bunların hamısı məhdud resurslar şəraitində
fəaliyyət göstərmişlər, müəyyən maddi-texniki bazaya, iqtisadi
münasibətlər sisteminə, təşkilati-təsərrüfatçılıq metodlarına və
61
idarəetmə formalarına malik olmuşlar. Bu sualın daha geniş
şərhini “Mikroiqtisadiyyat” da öyrənəcəyik.
4.2. “İqtisadi sistem” haqqında baxışlar.
İqtisadi sistemin mahiyyəti və formalaşması məsələlərinə
müxtəlif elmi yanaşmalar mövcud olmuşdur. İqtisadi sistemin
formalaşmasında iki mühüm amillər qrupu nəzərdən keçirilir.
Bunlardan birincisi mövcud mühiti, ikincisi isə iqtisadi sistemi
təşkil edən elementlərin struktur əlaqələrinin xüsusiyyətlərini
əks etdirir. Məhz ikinci qrup elementlərin təsnifatını əvvəlki
sualda ətraflı vermişik. Onlardan biri olan sosial-mədəni amil-
lər qrupunun fəaliyyətindən asılı olaraq sivilizasiyalı inkişafın
iki mühüm və bir birindən fərqli Qərb və Şərq istiqamətləri
meydana gəlmişdir. Onların hər ikisinin spesifik inkişaf qanu-
nauyğunluqları vardır. Qərb inkişaf yolu sərbəstliyə, demokra-
tiya prinsiplərinə, Şərq inkişaf yolu ciddi nəzarətə, milli məna-
fe üstünlüyünə, dini əqidələrin möhkəmliyinə əsaslanır.
Məhz fəaliyyətdə olan sosial-mədəni amillərdən asılı ola-
raq müəyyən iqtisadi sistem inkişaf edir. Məsələn, bazar iqtisa-
diyyatının İsveç, Amerikan, Yunan, Alman və s. modelləri.
Burada əsas səbəblərdən biri də müxtəlif tarixi dövrlərdə
cəmiyyətin ehtiyacları və insanların tələbatlarını hərtərəfli tə-
min etmək üçün real imkanların və konkret şəraitin müxtəlif-
liyidir. Hər hansı bir iqtisadi sistemin ümumi momentlərini
akademik Q.P.Juravlyova göstərmişdir:
1. İstehsal (məhsuldar) qüvvələri:
a) Təbii resurslar, insanların imkanları və s.
b) İctimai qüvvələri (istehsal vasitələri, əmək bölgüsü) və
s. ümumi qüvvələr (elm, təhsil, mədəniyyət) və s.
2. İqtisadi münasibətlər:
a) Sosial-iqtisadi münasibətlər (mülkiyyət münasibətləri);
62
b) Təşkilati-iqtisadi münasibətlər (təcrübə mübadiləsi,
marketinq, menecment)
c) Texniki-iqtisadi münasibətlər
Bundan başqa iqtisadi sistemə formasiyalı, sivilizasiyalı
və s. baxışlar da mövcuddur. İnsan cəmiyyəti və onun inkişafı
üçün lazım olan bütün amillər, həmçinin iqtisadi sistemlər
daim hərəkətdə və inkişafdadır, daim bir iqtisadi sistem digəri
ilə əvəz olunur, təbii tarixi inkişaf baş verir.
Bəşər cəmiyyətinin inkişaf tarixində həmişə bir iqtisadi
sistemi digəri əvəz etmişdir. Yəni, iqtisadi sistemlər daim hərə-
kətdə və inkişafdadır. Cəmiyyətin təbii tarixi inkişafının sivili-
zasiyalı tərəqqisi baxımından müxtəlif alimlər fərqli bölgü
prinsiplərindən istifadə etmişlər. məsələn, ilk dəfə Şotland fi-
losofu Adam Ferqyusson (1723-1816), Jyuns Henri Morqan
(1818-1881), amerikalı U.Rostou və s. göstərmək olar.
Qeyd edək ki, Qərb mütəfəkkirlərindən xeyli əvvəl Şərq-
də tanınmış ərəb alimi İbn Xəldun (1332-1406) cəmiyyətin böl-
güsünə xüsusi yanaşmışdır. O, cəmiyyətin üç inkişaf mərhə-
ləsini göstərmişdir:
1. Vəhşilik
2. Kənd yerlərində yaşayış
3. Şəhərlərin meydana gəlməsi
Bu haqda və digər Şərq mütəfəkkirlərinin fikirləri haqqında da
dərin bilik almaq üçün “İqtisadi təlimlər tarixi (2005), T.Vəli-
yev və A.Həsənovun yazdıqları “Azərbaycan iqtisadi fikir tari-
xi” (1996) kimi çox dəyərli kitablara müraciət etmək tövsiyyə
olunur.
Amerika alimi U.Rostou cəmiyyətin iqtisadi inkişafını sənaye-
ləşdirməyə görə fərqləndirmişdir. O, iqtisadi sistemin beş mər-
hələsini fərqləndirmişdir:
1. ənənəvi cəmiyyət;
2. keçid mərhələsinə şərait yaradan dövr ;
3. sənayeləşmiş inkişafla irəliləyən və keçən mərhələ;
63
4. sənayeləşmədən sonrakı yetkin cəmiyyət;
5. kütləvi istehlak cəmiyyəti.
Göründüyü kimi tarixi inkişafın dövrləşdirilməsində elm
adamlarının müxtəlif mövqeləri olmuşdur. Müasir iqtisadi nə-
zəriyyədə iqtisadi sistemlər belə təsnifləşdirilir: formasiyalı,
mərhələli, sivilizasiyalı və informasiyalı baxışlar.
İctimai-iqtisadi formasiya istehsal üsulunun müəyyən
forması əsasında inkişaf edən cəmiyyətin tarixi tipi deməkdir.
İqtisad elminə bu anlayışı K.Marks gətirmişdir. Cəmiyyətin in-
kişaf tarixi, beş ictimai-iqtisadi formasiyadan ibarət öyrənil-
mişdir: ibtidai-icma, quldarlıq, feodalizm, kapitalizm və kom-
munizm. Kommunizm isə iki pillədən ibarət-sosializm və kom-
munizm bir formasiya kimi öyrənilmişdir.
“Mərhələli” yanaşma (baxış) nəzəriyyəsinin banisi ameri-
kalı alim Uolter Rostoudur. O, ictimai inkişafı beş mərhələyə
bölmüşdür. (yuxarıda adları çəkilmişdir)
Sivilizasiyalı (vətəndaşlıq) yanaşma. Burada əsas mahiy-
yət ondan ibarətdir ki, cəmiyyətin tarixi hərəkəti sivilizasiyanın
müxtəlif mərhələləri kimi səciyyələndirilir.
U.Rostou məhz yeddi sivilizasiya dövrünü göstərmişdir:
1) neolit – 30,35 əsr; 2) Şərqi quldarlıq sivilizasiyası – 20-30
əsr 3) antik sivilizasiya – 12-13 əsr; 4) ilkin feodal sivili-
zasiyası – 7 əsr; 5) sənayeləşmədən sonrakı – 1,3 əsr.
Hazırda elmin, texnikanın ən yüksək səviyyəsi, məlumat
texnologiyasının tətbiqi imkan verir ki, iqtisadi artım, qiymət-
lərin sabitliyi, əhalinin müdafiəsinin səmərəliliyi, ekoloji təhlü-
kəsizlik və s. təmin olunmuş olsun.
İqtisadi sistemin əsasını istehsal münasibətləri və məh-
suldar qüvvələr təşkil edir. Hər bir iqtisadi sistemdə məhsuldar
qüvvələr dedikdə oradakı istehsal vasitələri və onları idarə edə
bilən, yəni, həmin sahə üzrə ixtisasa və əmək vərdişlərinə ma-
lik olan insanlar başa düşülür. İstehsal vasitələri-əmək aləti və
əmək cisimlərinin vəhdətidir. İstehsal münasibətlərinin məc-
64
musu cəmiyyətin iqtisadi bazisini təşkil edir, cəmiyyətdə maddi
nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı proseslə-
rini əhatə edir. İqtisadi bazis isə siyasi, hüquqi üst qurumu,
ictimai təfəkkürün formasını və cəmiyyətin ictimai quruluşunu
təşkil edir.
Müasir iqtisadçılardan Q.R.Juravlyova iqtisadi sistemi
aşağıdakı kimi ümumiləşdirmişdir:
1. İstehsal qüvvələri – məhsuldar qüvvələr.
I. Təbii resurslar, insanların imkanları və s.
II. İctimai qüvvələr (istehsal vasitələri, əmək bölgüsü və
s.), ümumi qüvvələr (elm, təhsil, mədəniyyət) və s.
2. İqtisadi münasibətlər: 1) sosial iqtisadi münasibətlər
(mülkiyyət münasibətləri), 2) təşkilati iqtisadi münasibətlər
(təcrübə mübadiləsi, menecment, marketinq və s.), 3) texniki
iqtisadi münasibətlər.
Q.P.Juravlyovaya görə iqtisadi sistemin-istehsalçılarla is-
tehlakçılar arasında maddi nemətlərin istehsalı sahələri və xid-
mət sferası arasında əlaqələrin qaydaya düşmüş müvazinətli
sistemidir.
C.Helbreytə görə “Ən yaxşı iqtisadi sistem, insanların
çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödə-
məyə qadir olan sistemdir”.
4.3.İqtisadi sistemin tipləri. Ənənəvi sistem,
bazar sistemi, inzibati-amirlik iqtisadi sistemi.
Dünyanın ayrı-ayrı ölkələrində, dövlətlərində həmişə
müxtəlif iqtisadi sistemlər formalaşmış, inkişaf etmiş, yüksəl-
miş, nəhayət, bütün daxili imkanlarını itirərək arada çıxıb get-
mişdir. İqtisadi sistemin tipləri:
1. İnzibati mərkəzləşdirilmiş təsərrüfat sistemi. Burada iq-
tisadi problemlər üzrə bütün qərarları dövlət qəbul edir, isteh-
sal vasitələri, torpaq dövlət mülkiyyətindədir. Resurslar dövlət
65
planı əsasında bölünür. Bu sistemdə ölkənin yuxarı orqanları-
nın zəruri hesab etdiyi əmtəə və xidmətlər istehsal olunur. Belə
sistemdə əmtəə və xidmətlərin necə istehsal edilməsini dövlət
plan orqanları müəyyən edir. Burada əmtəə və xidmətlərin kim
tərəfindən istifadə olunmasını dövlət plan orqanları müəyyən
edir. Yəni, bu sistemdə nə istehsal olunursa o da alınır. İnzibati
mərkəzləşdirilmiş təsərrüfat sistemi aşağıdakı xüsusiyyətləri ilə
seçilir:
a) İstehsal vasitələri (resurslar) üzərində ictimai mülkiyyət
mövcuddur;
b) Müəssisələrin resurslarının dövlət planlarını yerinə
yetirilməsi üçün mərkəzləşdirilməsi;
c) İstehlak məhsullarının bölgüsü mərkəzləşdirilimişdir;
d) İstehsalçının istehlakçı üzərində hökmranlığı;
e) Maddi nemətlərin və xidmətlərin ictimai tələbatdan geri
qalması.
2. İqtisadi sistemin ikinci tipi bazar iqtisadiyyatıdır. Bu
sistemdə əsas iqtisadi sualları (Nə? Necə? Kim üçün?) bazar
həll edir: qiymət, mənfəət və zərər də həmçinin. Burada isteh-
sal vasitələri xüsusi mülkiyyətdədir. Resurslar tələb və təklifə
uyğun istifadə olunur. Bu sistemdə nə? Sualını pulla ifadə olu-
nan tədiyyə qabiliyyətli tələb həll edir. Xüsusi mülkiyyət, yük-
sək mənfəət əldə etmək məqsədi istehsalçıları sistemin tələbi
olan məhsullar istehsalına məcbur edir. Məhsulun necə istehsal
olunması sualını yüksək mənfəət əldə etməyə çalışan istehsalçı
həll edir, yəni rəqabət şəraitində öz məqsədlərinə çatmaq üçün
istehsalçı rəqibinə nisbətən az xərclə daha çox və keyfiyyətli
məhsul istehsal etməyə məcburdur. Burada həmçinin “kimin
üçün?” sualı da müxtəlif maddi imkanlara malik alıcı qrupları
nəzərə alınmaqla həll olunur. Bu sistemi aşağıdakı kimi xarak-
terizə etmək olar:
a) İstehsal vasitələri üzərində xüsusi mülkiyyətdir.
66
b) İnsanların təsərrüfat fəaliyyətinin idarə edilməsinin
koordinasiyasının bazar sistemi mövcuddur;
c) Azad sahibkarlıq və seçim prinsipinə əməl olunmalıdır.
d) Hər bir təsərrüfat subyekti maksimum mənfəət götür-
məyə çalışır;
e) Resurslardan səmərəli qənaətli istifadəyə və nəticədə
daha çox mənfəət götürməyə çalışırlar;
f) Burada istehlakçılar hökmrandır, suverendir. Nə alınırsa
onu da istehsal etmək tələb olunur.
3. Ənənəvi iqtisadi sistem – zəif inkişaf etmiş ölkələrə
xarakterikdir. Belə ki, müəyyən dövrün adətlərinə uyğun olaraq
resursların bölgüsü, istehsal texnologiyası, maddi nemətlərin
siyahısı müəyyənləşdirilir. Texniki tərəqqi bu sistemə çətin da-
xil ola bilir. Bu sistemdə istehsal, bölgü, mübadilə adət-ənə-
nələrə, iqtisadiyyat isə vərəsəlik prinsipinə əsaslanır.
Bu sistemdə insanlar özlərinin yaşaması üçün nə əldə
edirlərsə onu da istifadə edirlər.
Bu sistemin aşağıdakı xarakterik xüsusiyyətləri vardır:
a) Sosial-qtisadi inkişaf səviyyəsinin aşağı olması və onun
asılılıq xarakteri;
b) İqtisadiyyatın çoxukladlılığı;
c) Bazis münasibətlərinə nisbətən üstqurum münasibətlə-
rinin sürətli inkişafı.
4. Qarışıq iqtisadi sistem. Onun səciyyəvi cəhəti ondan
ibarətdir ki, burada iqtisadiyyatın dövlət bölməsi mövcuddur.
Dövlət burada iqtisadi fəaliyyətin tənzim edilməsində fəal rol
oynayır. Qarışıq iqtisadi sistem ideyasını A.Vagner irəli sür-
müş, XX əsrin 30-cu illərində Amerika iqtisadçısı C.Ceyz təd-
qiq edərək inkişaf etdirmişdir. Bu sistem iqtisadi resursların se-
çilməsi və istifadə olunmasında, insanların təsərrüfat fəaliyyə-
tinin əlaqələndirilməsində bazar və inzibati sistemlərinin vəh-
dətidir. Burada təsərrüfat fəaliyyətini menecerlər əlaqələndirir.
Bu sistemin aşağıdakı xarakterik xüsusiyyətləri vardır:
67
a) Xüsusi mülkiyyət;
b) İctimai təsərrüfat sistemi;
c) Rəqabət mühitinin yaradılması;
d) Qarışıq müəssisələr və onların fəaliyyətinin genişlən-
dirilməsi üçün şəraitin yaradılması;
e) Onun əsasını azad sahibkarlıq sistemi təşkil edir;
f) Maksimum mənfəət və s.
5. Keçid iqtisadiyyatı – bir iqtisadi sistemdən digər iqtisa-
di sistemə keçid prosesində olan iqtisadiyyatdır. Bu sistemin
xarakterik (səciyyəvi) cəhəti onda eyni zamanda həm keçmiş
sistemin iqtisadi münasibətləri və həm də yeni meydana gələn
iqtisadi münasibətlər mövcud olur. Burada həmçinin xarakterik
cəhət eyni zamanda ondan ibarətdir ki, buraya sosial-iqtisadi
münasibətlərin kəskinləşməsi xasdır.
4.4.İqtisadi sistemlərdə mülkiyyət. Onun iqtisadi və
hüquqi mahiyyəti.
Mülkiyyət kateqoriyası çoxcəhətli və mürəkkəb məzmu-
na malikdir. Onu hər şeydən əvvəl hər hansı bir cəmiyyətdə
mövcud olan iqtisadi münasibətlərin və oradakı bütün ictimai
münasibətlər sisteminin əsası və bünövrəsi kimi səciyyələn-
dirmək olar. Belə ki, digər münasibətlər mülkiyyət bazasında
müəyyənləşib tənzimlənirlər. Məhz mülkiyyət münasibətləri
təməlində cəmiyyətdə istehsal, bölgü, mübadilə, istehlak tipləri
formalaşır.
Mülkiyyət münasibətləri istehsal vasitələri və istehsalın
nəticələrinə sahiblik, sərəncam vermədə, yaranan və müntəzəm
təkrar olunan iqtisadi münasibətlər sistemidir. Bu münasibətlər
sistemi aşağıdakıları xarakterizə edir:
1) İş qüvvəsinin istehsal vasitələri ilə ictimai birləşməsi
üsulunu;
68
2) İstehsal resurslarına sərəncam vermə və istifadə şərtlə-
rini;
3) İstehsalın məqsədini və həmin cəmiyyətin tiplərini
müəyyən edir;
4) İstehsal vasitələri üzərində mülkiyyət münasibətləri so-
sial-iqtisadi münasibətlərin əsasını təşkil edir.
Tarixi inkişaf prosesinin təbii qanunauyğun nəticəsi olan
mülkiyyətin müxtəlif formaları, tipləri zaman keçdikcə dövrün
tələblərinə uyğun dəyişir.
Mülkiyyət həm iqtisadi, həm də hüquqi kateqoriyadır. İq-
tisadi kateqoriya kimi o real olan şeylərin insanlar tərəfindən
mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifa-
də edir və hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir.
Beləliklə, mülkiyyət münasibətləri istehsal vasitələri və isteh-
salın nəticələrinin mənimsənilməsinə görə insanlar arasında
yaranan və müntəzəm təkrar olunan iqtisadi münasibətlər siste-
midir.
Mülkiyyət həm də hüquqi kateqoriyadır. Mülkiyyət hü-
quqi mənimsəmə, istifadəetmə və sərəncam vermə kimi hüquqi
anlayışlarda ifadə olunur.
Mənimsəmə dedikdə mülkiyyət obyektinin digər sub-
yektlərdən ayrılaraq (kənarlaşdırılaraq) hüquqi sənədlər əsasın-
da xüsusi mülkiyyətə kiminsə (fiziki şəxsin, dövlətin, bələdiy-
yənin və s.) sahibliyinə keçməsidir.
Sahibolma – tam və natamam ola bilər. Tam sahiblikdə
mülkiyyətçi mütləq mənimsəmə hüququna malik olur. Nata-
mam sahiblikdə isə torpaq, müəssisə, xidmət obyekti mülkiy-
yətçisi öz obyektinin yalnız bir hissəsinə sahiblik edərək, digər
hissəsini başqasına verə bilər.
İstifadə - əmlak və əşyalardan öz təyinatına görə faktiki
istifadə edilməsidir, həmçinin mülkiyyətin, sahibolmanın həya-
ta keçirilməsi reallaşdırılması formasıdır. Deməli, sahibolma
69
mülkiyyətin funksiyasıdır, istifadəetmə isə sahibolmanın funk-
siyasıdır.
Sərəncam – mülkiyyət obyektinin fəaliyyətinə göstəriş
vermək barədə sahibkarın yaxud onun tapşırığı ilə digər şəxsin
qərar qəbul etməsidir. Bu zaman sərəncam verən, mülkiyyət
formasından asılı olaraq dövlət məmuru, xüsusi şəxslər, fiziki
və hüquqi şəxslər ola bilər.
4.5.Mülkiyyətin obyektləri və subyektləri.
Mülkiyyət münasibətləri və sosial-iqtisadi
münasibətlər.
Mülkiyyət anlayışının yaranmasının və təkmilləşdirilmə-
sinin tədqiqi göstərdi ki, insan cəmiyyətinin inkişafının bütün
mərhələlərində istehsal vasitələri üzərində mülkiyyət iqtisadi
sistemin əsasını təşkil edir. Hər bir iqtisadi sistemdə, cəmiy-
yətdə insanların həyat tərzi mülkiyyətlə sıx bağlıdır. Məhz bu
baxımdan mülkiyyət məsələlərinin daha geniş şərhə ehtiyacı
vardır. Belə ki, adi danışıqda mülkiyyətə əmlak, ev, əşya, ma-
terial və s. kimi yanaşılır. Lakin bunlar düzgün deyildir. Böyük
alman filosofu G.Hegel yazırdı ki, “Mülkiyyətə adi bir əşya
kimi yox, insanlar arasında ictimai (sosial) münasibətlərin ifa-
dəçisi kimi baxmaq lazımdır. Bu baxımdan mülkiyyət kate-
qoriyasının obyektləri və subyektlərini aydınlaşdırmaq lazım-
dır: Mülkiyyətin obyekti dedikdə, onun maddi zəmini, yaxud
varlığı nəzərdə tutulur. Onlar təbii resurslar, əmlak, istehsal
vasitələri, o cümlədən torpaq, müəssisə, firma, şirkət, material,
xammal, mal-qara, avadanlıq, iş qüvvəsi, qiymətli kağızlar və
s. kimi konkret şeylərdir.
Mülkiyyət münasibətləri (hüquqi və ya iqtisadi) məhz be-
lə konkret maddi əşyalar, obyektlər üzərində olur. Qeyd edək
ki, qeyri-maddi şeylər üzərində də mülkiyyət olur. Məsələn, iş
qüvvəsi üzərində mülkiyyət, intellektual mülkiyyət buna misal
70
ola bilər. Alimin kəşfi, mühəndisin ixtirası, rəssamın tablosu,
bəstəkarın əsəri və s. intellektual mülkiyyətə nümunə ola bilər.
Beləliklə, mülkiyyətin obyekti kəmiyyət və keyfiyyətcə fərqli
halda, yəni əşyalaşmış və canlı halda mövcuddur.
Mülkiyyətin subyekti isə ayrı-ayrı fiziki şəxslər, əmək
kollektivləri, sosial qruplar, vətəndaşlar, ailə, dövlət, müxtəlif
cəmiyyətlər, QHT-lər, təşkilatlar, birliklər, şərikli iş adamları,
qarışıq mülkiyyət sahibləri və s. sayılır.
İstehsal vasitələri üzərində mülkiyyət və onunla bağlı
münasibətlər tədricən sadədən mürəkkəbə, azdan çoxa doğru
uzun inkişaf yolu keçmişdir.
Tarixi mənbələr göstərir ki, insanın ən böyük kəşfi odun
tapılması olmuşdur. Bu kəşf insanların əqli və fiziki qabiliy-
yətinin inkişafına, təbiətə təsir göstərməsində mühüm rol oyna-
mışdır.
Daha sonra kənd təsərrüfat sahələrinin, mübadilənin, il-
kin bazar münasibətlərinin inkişafına səbəb olan ictimai əmək
bölgüsünün yaranması və inkişafı, metalların (mis, dəmir) kəşf
edilməsi, onların xassələrinin öyrənilməsi istehsal sahələrinin
inkişafında və məhsulların artırılmasında böyük çevriliş yarat-
mışdır. Bütün bunlar əmək alətlərinin təkmilləşdirilməsinə in-
sanın özünün də intellektinin və qabiliyyətinin yüksəldilməsinə
səbəb olmuşdur.
Beləliklə, tarixi təsərrüfatçılıq təcrübəsi göstərmişdir ki,
insanlar mülkiyyət obyektlərinə real sahib olduqda, onda əsl
mülkiyyətçi xarakteri formalaşır. İnsanlar mülkiyyət subyekti
kimi müxtəlif problemlərlə üzləşdikdə bunları sərbəst surətdə
və peşəkarlıqla həll etməyə çalışaraq buraxdığı səhvlərdən düz-
gün nəticələr çıxarır.
71
4.6.Mülkiyyət formaları və onların reallaşması.
Bəşər cəmiyyətinin bütün inkişaf pillələlərində (ictimai-iqti-
sadi formasiyalarda) mülkiyyətin müəyyən tipi və ona uyğun
gələn formaları olmuşdur.
Mülkiyyətin iki tipi – ictimai və xüsusi mülkiyyət tipləri
mövcuddur.
1. İctimai mülkiyyətin isə iki əsas forması vardır: a) icma
mülkiyyəti və b) sosialist ictimai mülkiyyəti. Sosialist ictimai
mülkiyyət forması dövlətə məxsus mülkiyyət formasıdır.
2. Xüsusi mülkiyyət tipinə aid olan mülkiyyət formaları:
quldarlıq, feodal və kapitalist xüsusi mülkiyyət formaları fərq-
ləndirilir.
Qədim və mürəkkəb bir təkamül tarixinə malik olan xü-
susi mülkiyyət ibtidai-icma quruluşunun son mərhələrində, icti-
mai mülkiyyətin dağılması meylləri ilə bağlı meydana çıx-
mışdır. Bütün sonrakı cəmiyyətlərin tarixi, xüsusi mülkiyyət
münasibətlərinin müxtəlif məzmun və mahiyyət etibarı ilə inki-
şaf dövrləri olmuşdur. Xüsusi mülkiyyətə iki cəhətdən yanaş-
maq olar: a) şəxsi əmək, yaxud ailə üzvlərinin əməyi ilə fəaliy-
yət göstərən istehsal və xidmət obyektləri; b) başqalarının əmə-
yinin haqqı ödənilməklə (muzdlu əməyə əsaslanmaqla) fəaliy-
yət göstərən müəssisələr.
Xüsusi mülkiyyətin muzdlu əməyə əsaslanan formasında
əsas cəhət ondan ibarətdir ki, fərdi sahibkar əsaslı məsrəf sərf
etməklə, kiçik, orta, iri tipli müəssisə təşkil edir, yaxud özəlləş-
dirmə yolu ilə alır. Muzdlu əməklə səciyyələnən iş qüvvəsinə,
seriya ilə məhsul buraxmaq gücünə malik olur.
Yüksək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə
təsərrüfat həyatında xüsusi mülkiyyət həlledici rol oynayır.
Postsovet və postsosiaslist ölkələrində xüsusi mülkiyyət forma-
laşmaqda, habelə fəaliyyət dairəsini genişləndirməkdədir.
72
3. Dövlət mülkiyyət forması. Bu mülkiyyətin subyekti, ya-
xud sahibi hər hansı bir ölkədə dövlətin özüdür. Dövlət mülkiy-
yətinin obyektləri spesifik sahələr və ya onlara aid müəssisə-
lərlə səciyyələnir. Belə ki, dövlət mülkiyyətinə hərbi müdafiə
və strateji obyektlər, dəmir yolları, mühüm mədənlər, rabitə
sistemləri, inzibati binalar, mədəni abidələr, habelə digər mü-
hüm tikintilər daxildir. Məsələn, yüksək inkişaf etmiş ölkələrdə
dövlət mülkiyyətinin ümumi daxili məhsulda (ÜDM) payı 10-
30%; inkişaf etməkdə olan ölkələrdə 35-70%, keçid mərhələ-
sində olan ölkələrdə 40-80% arasındadır.
Azərbaycan müstəqillik qazandıqdan sonra mülkiyyət
haqqında qanun qəbul edilmiş və orada dövlət mülkiyyəti və
onun obyektləri haqqında məlumat verilmişdir. Bu obyektlərə
yerin təki, daxili və ərazi suları, qitə şelfi, hava hövzəsi və hər-
bi bazalar və s. daxildir. Bunlar Azərbaycan Respublikası döv-
lətinin mülkiyyəti hesab olunur.bütün dövlət mülkiyyət obyekt-
ləri bilavasitə Azərbaycan xalqına məxsusdur.
4. Bələdiyyə mülkiyyəti forması yerli dövlət təsərrüfat-
çılığının əsasını təşkil edir. Burada mülkiyyət obyektləri şəhə-
rin, rayonun, kəndin bələdiyyə idarəçiliyi tabeliyində olur.
Bir sıra dünya ölkələrində bələdiyyə mülkiyyəti forması
xeyli müddətdir tətbiq olunur. “Azərbaycan Respublikasında
mülkiyyət haqqında” qanunun 15-ci maddəsinə əsasən, yerli
dövlət hakimiyyəti və özünüidarə orqanlarının əmlakı, yerli
büdcənin və büdcədənkənar fondların vəsaiti, özəlləşdirilmə-
miş mənzil fondu, qeyri-yaşayış binaları, mühəndis infrastruk-
turu obyektləri (su kəməri, kanalizasiya təsərrüfatı, istilik, elek-
trik və qaz təchizatı), habelə bir sıra təhsil, səhiyyə, istehsal,
xidmət, ticarət idman təşkilatları, yaxud onların əmlakı bələ-
diyyə mülkiyyətində ola bilər.
5. Şəxsi mülkiyyət formasına şəxsi yaşayış evləri, ev əşya
və əmlakları, ayrı-ayrı şəxslərin pul vəsaitləri və qiymətli ka-
73
ğızları, şəxsi həyətyanı təsərrüfatdan gələn və şəxsi istehlaka
sərf olunan məhsullar daxildir.
6. İntellektual mülkiyyət insana xas olan intellekt, ağıl,
dərrakə, bilik, yaradıcı və zehni qabiliyyət elmi mühakimə və
sairdir. Intellektual mülkiyyət həm iqtisadi və həm də sosial
mədəni inkişafda və ümumiyyətlə cəmiyyətin ümumi tərəqqi-
sində xüsusi rola və əhəmiyyətə malikdir.
Qeyd etdiklərimizdən başqa mülkiyyətin kooperativ-kol-
lektiv, qarışıq, səhmdar və s. formaları və bir sıra törəmə for-
maları, mövcuddur. Mikroiqtisadiyyat bölməsində onların haq-
qında daha ətraflı bəhs olunacaqdır.
V FƏSİL. İstehsal və istehlak.
5.1.Maddi nemətlərin və xidmətlərin istehsalı
prosesi, onun fazaları.
Cəmiyyətin bütün tarixi inkişaf mərhələrində müxtəlif tə-
yinatlı istehsal prosesləri gedişində nemət, məhsul, xidmət və
əmtəə kimi iqtisadi kateqoriyalarla tez-tez rastlaşırıq.
İnsan əməyi sərf olunmadan təbiətdə mövcud olan və in-
sanların istifadə etdiyi hava, bulaq suyu, meşələr, təbii sərvətlər
– nemətdir.
Satış üçün deyil, şəxsi yaxud ailəvi ehtiyacı üçün olan,
insan əməyi ilə yaradılmış, hazırlanmış, becərilmiş, yetişdiril-
miş hər şey məhsuldur.
Əmtəə alqı-satqı obyekti olub, bazar və satış, yaxud mü-
badilə, yolu ilə hansısa başqa bir məhsulla, xidmətlə dəyişdir-
mək üçündür. Bu mənada çay və dənizdəki balıq nemətdir, onu
öz ehtiyacımız üçün tutub istifadə etsək məhsuldar, lakin baza-
ra çıxarıb satmaq məqsədilə ovlasaq, o zaman əmtəədir. Demə-
li, nemətlər və xidmətlər öz təyinatı və istifadəsi baxımından
nemət, məhsul, əmtəə kimi səciyyələndirilə bilər.
74
Nemətləri iki qrupa ayırmaq olar: maddi və qeyri-maddi.
Maddi nemətlərə torpaq, təbii sərvətlər, binalar, texniki ava-
danlıqlar və müxtəlif təyinatlı materiallar daxildir. Qeyri-maddi
nemətlərə-insanın fiziki və intellektual qabiliyyəti, elm, təhsil,
səhiyyə, mədəniyyət, incəsənət sahəsindəki fəaliyyət növləri
aid edilə bilər. İnsan həyatında maddi nemətlərin və xidmətlə-
rin istehlakı (istifadəsi, tükədilməsi) fasiləsiz olduğu üçün, on-
ların yaradılması, istehsalı, əldə edilməsi də fasiləsiz olmalıdır.
İstehsalın fasiləsiz davamı və inkişafı hazırki məhsullarla
yanaşı, bunların gələcək model və variantlarının da olacağını
şərtləndirir. Belə ki, müxtəlif təyinatlı məhsul və əmtəələr qısa-
müddətli (çörək, ət, süd) həm də uzumüddətli (soyuducu, avto-
mobil, paltaryuyan maşın) ola bilər.
Əmtəə insanın müəyyən bir maddi yaxud mənəvi tələba-
tını ödəyən, bazar üçün, satış üçün istehsal olunan məhsuldur.
Əmtəənin iki səciyyəvi xüsusiyyəti var: dəyərə və isteh-
lak dəyərinə malikdir. Bütün əmtəələrin ikili xassəsi, dəyəri və
istehlak dəyəri vardır. Əmtəənin insanın müəyyən bir tələbatını
ödəməsi onun istehlak dəyəri adlanır. Buna əmtəənin faydalılı-
ğı da deyilir.
Əmtəənin başqa əmtəələrə (xidmətlər) dəyişilməsi, onun
mübadilə dəyəri adlanır. Mübadilə ekvivalentlik əsasında baş
verir.
Mübadilənin əsasında əmək amili durur. Abstrakt və kon-
kret əməyi fərqləndirmək lazımdır. Abstrakt (mücərrəd) əmək
mübadilə dəyərini, konkret əmək isə istehlak dəyərini yaradır.
Beləliklə, cəmiyyətin iqtisadi əsasını, onun yaşayıb inki-
şaf etməsinin təməlini –maddi nemətlərin (xidmətlərin) isteh-
salı, habelə fasiləsiz surətdə təkrar istehsalı prosesi təşkil edir.
İnsanların gündəlik tələbatı maddi nemətlərin və xidmət-
lərin fasiləsiz təkrar istehsalını zəruri edir. Çünki, insan öz is-
tehlakını dayandıra bilmədiyi kimi, istehsalı da dayandıra bil-
məz. İstehsal məhz istehlak məqsədilə həyata keçirilir. Ən qısa
75
müddətdə belə insanlar nə istehlakı nə də istehsalı dayandıra
bilməzlər.
Maddi istehsalın fasiləsiz olması üçün ictimai məhsulun
müəyyən hissəsini istehsal vasitələrinə çevirmək lazımdır, yəni
ictimai məhsulun istehlakı iki qrupa ayrılır: şəxsi istehlak (ya-
şayış vasitələri) və istehsal istehlakı (istehsal vasitələrinin is-
tehlakı). “Əmək bölgüsü” anlayışını öyrənərkən qeyd etdiyimiz
kimi hər bir şəxs, firma, təşkilat və s. öz tələbatlarını (həm
şəxsi, həm də istehsal istehlakı baxımından) ödəyə biləcək
məhsulların hamısını özləri istehsal edə bilməzlər, ayrı-ayrı
məhsul və xidmətlər üzrə ixtisaslaşma bu məsələni həll edir.
Bu obyektiv proses insan cəmiyyətinin inkişafının bütün mər-
hələlərində mövcud olmuş, var və olacaqdır. Deməli, istehsal
həmişə təkrar olmalıdır, bu prosesin hətta qısa müddətdə da-
yanması insan cəmiyyətinin məhvi deməkdir.
Deməli, daimi əlaqələrdə olan fasiləsiz axın yolu ilə bər-
pa olunan ictimai istehsal prosesinə təkrar istehsal deyilir.
Təkrar istehsalın iki tipi – sadə və geniş təkrar istehsal
fərqləndirilir. İstehsalın əvvəlki həcmdə təkrar olunmasına sadə
təkrar istehsal deyilir. Sadə təkrar istehsal əsasən azad sahib-
karlıqdan əvvəlki cəmiyyətlər üçün səciyyəvi olmuşdur, yəni
kəndli öz tarlasında və ya sənətkar öz emalatxanasında primitiv
istehsal vasitələrindən istifadə edərək ildən ilə təqribən eyni
miqdarda kənd təsərrüfatı və ya sənət məhsulu yaradırlar.
Cəmiyyət daim inkişafda olduğuna görə istehsal da daim
artırılmalıdır. Təkrar istehsal təkcə maddi nemətlərin və xid-
mətlərin təkrar istehsalı deyil, eyni zamanda iş qüvvəsinin də
təkrar istehsalıdır.
Beləliklə, artan miqyasda təşkil olunan istehsal prosesinə
geniş təkrar istehsal deyilir. Azad sahibkarlıq üçün sadə təkrar
istehsal deyil, geniş təkrar istehsal səciyyəvidir. Burada sadə
təkrar istehsaldan fərqli olaraq, istehsal prosesində yaranan ar-
tıq dəyərin bir hissəsi şəxsi istehlaka, digər hissəsi isə yığıma
76
gedir. Burada yığım dedikdə istehsal amillərinin – iş qüvvəsi
və istehsal vasitələrinin artırılmasına sərf olunan pul (maliyyə)
vəsaiti nəzərdə tutulur. Belə ki, geniş təkrar istehsalı təmin et-
mək üçün bazarda zəruri istehsal vasitələri, yaşayış vasitələri,
azad işçilər olmalıdır. Təkrar istehsalda əsas zəruri faktordan
biri də istehsal fazalarının vəhdətidir. Fazalar dedikdə istehsal,
bölgü, mübadilə, istehlak nəzərdə tutulur. Belə ki, istehsal
olunmuş məhsul fasiləsiz surətdə ardıcıl olaraq bölgü, müba-
dilə və istehlak fazalarından nisbətən normal keçir. İstehlak
olunmuş məhsulun yerini doldurmaq üçün yeni məhsulun tək-
rar istehsalına zərurət yaranır.
5.2.İstehsal imkanları və istehsal amilləri.
Cəmiyyətin quruluşundan, iqtisadi sistemindən, onun for-
masından asılı olmayaraq müxtəlif təyinatlı maddi nemətlərin
və xidmətlərin varlığı üçün insan əməyi (iş qüvvəsi) əmək ci-
simləri, əmək vasitələrinin olması zəruri şərtdir. Bunlar hər cür
istehsal üçün zəruridir və istehsal imkanları, istehsal amilləri
adlanır. Onları belə təsnifləşdirmək olar:
1) Torpaq dedikdə – istehsal prosesində istifadə olunan
bütün təbii resurslar başa düşülür.
2) Kapital (geniş mənada) – bu gəlir gətirən puldur, yaxud
əmtəə və xidmətlər istehsalı üçün insanların yaratdığı resurs-
lardır, istehsal vasitələridir.
3) Əmək, insanın məqsədəuyğun şüurlu fəaliyyətidir. İnsa-
nın fiziki və əqli enerjisinin sərfidir. Əmək iş qüvvəsinin isteh-
lakı prosesidir. İş qüvvəsi isə insanın fiziki və əqli qabiliyyə-
tinin məcmusudur. Başqa sözlə insanın əmək qabiliyyətidir.
4) Sahibkarlıq qabiliyyəti və fəaliyyəti. Burada sahibkarlıq
qabiliyyəti dedikdə xüsusi növ insan kapitalı nəzərdə tutulur.
Sahibkarlıq fəaliyyəti maddi nemətlərin və xidmətlərin isteh-
77
salı, ictimai tələbatın ödənilməsi məqsədilə istehsal amillərinin
birləşdirilməsi və işin təşkilidir.
5) Elm - istehsalın başlıca imkanı və amillərindən biri kimi
dəyərləndirilməlidir. Elm təbiətdə və cəmiyyətdə meydana gə-
lən qanunauyğunluqların müəyyən edilməsi ilə əlaqədar möv-
cud və yeni biliklərin genişləndirilməsi məqsədilə araşdırma-
ların aparılması, həmçinin sınaqların keçirilməsi prosesində,
nəticəsində öz təsdiqini tapır.
6) İnformasiya – istehsal imkanı və amili kimi mühüm
əhəmiyyətə malikdir. O, idarəetmədə iqtisadi təhlillərin aparıl-
masında, mühüm qərarların qəbulunda zəruri olan məlumatlar-
dır.
7) Texnologiya dedikdə istehsal proseslərinin yerinə ye-
tirilməsinin üsul və metodları haqqında biliklər toplusu nəzərdə
tutulur. O mühüm istehsal imkanı və amilidir. İstehsalın bütün
amilləri texnologiyalar vasitəsilə bir yerdə cəmləşdirilir.
8) İnsanın həyatında bütün fəaliyyət sferasında o cümlə-
dən, istehsalda ən mühüm faktor vaxt amili və ya imkanıdır. O
məhdud, həm də təkrar olunmayan resursdur. Ona görə də
vaxtdan qənaətlə, səmərəli istifadə sonda çox böyük səmərə de-
məkdir.
9) İstehsalın bilavasitə daxili imkanları, amilləri kimi
əmək və istehsal vasitələri xüsusi qeyd olunmalıdır. Belə ki,
əmək – insanın çüurlu surətdə fəaliyyətidir, insanla təbiət ara-
sında birbaşa vasitəçidir, müxtəlif maddələrin və cisimlərin öz
tələbatına uyğunlaşdırılması prosesidir. Əmək fəaliyyətidir,
prosesidir, iş qüvvəsi isə iş görmək qabiliyyətidir, potensial
əmək fəaliyyəti imkanıdır.
İstehsal vasitələri isə əmək vasitələri və əmək predmetləri
kimi qruplaşdırılır. 1. Əmək vasitələrinə aiddir: a) istehsal üçün
şərait yaradan vasitələr – torpaq sahələri, müxtəlif istehsal bi-
naları, yollar, körpülər, kanatlar, anbarlar və s.b) əmək alətləri,
yəni maşın, alətlər, avadanlıqlar və s.
78
2. Əmək predmetləri – xammal, material, elektrik enerjisi və
s. Buraya istehsal prosesi gedişində əməyin təsir etdiyi bütün
maddi ünsürlər daxildir. İnsanlar əmək vasitələri ilə əmək pred-
metlərinə təsir edərək, onları öz konkret tələblərinə uyğunlaşdırır.
Təbii sərvətlər, materiallar da əmək predmeti sayıla bilər.
5.3.İctimai istehsalın strukturu. Təkrar istehsal.
Klassik siyasi iqtisad məktəbinin baniləri ictimai istehsa-
lın quruluşunu tədqiq edərək onu sxematik şəkildə belə təsvir
etmişlər.
Şəkil 5.3.1. İctimai istehsalın quruluşu.
İctimai istehsal
Maddi istehsal Qeyri-maddi
istehsal
Məh
suld
ar ə
mək
Maddi
nemətlər
istehsalı
Maddi
xidmətlə
-rin
istehsalı
Qey
ri-m
əhsu
ldar
əmək
Qeyri-
maddi
nemətlə-
rin
istehsalı
Qeyri-
maddi
xidmətlə-
rin
istehsalı
Xidmət
sahələri
79
Maddi istehsala maddi nemətlər istehsal olunan sahələr –
müəssisələr, sənaye, kənd və meşə təsərrüfatı, tikinti, ticarət,
həmçinin maddi xidmətlər göstərən sahələr; nəqliyyat, rabitə,
kommunal təsərrüfatı və şəxsi yardımçı təsərrüfat daxildir.
Burada maddi istehsal sahələrindən qeyri-istehsal sahə-
sini və ya qeyri-maddi istehsal sahəsini fərqləndirmək lazımdır.
Ona səhiyyə, maarif, elm, mədəniyyət, incəsənət, mənzil, kom-
munal təsərrüfatı, məişət xidməti, idarəetmə, maliyyələşdirmə
və kreditləşdirmə, sərnişin nəqliyyatı, qeyri-istehsal sahələrinə
və əhaliyə xidmət göstərən rabitə və s. aiddir.
Burada məhsuldar və qeyri-məhsuldar əmək anlayışlarını
da qeyd etmək, fərqləndirmək lazımdır. Belə ki, maddi istehsal
sahəsində sərf olunan, maddi nemətlər yaradan əmək məhsul-
dar əməkdir. Maddi nemətlər yaradılmasında birbaşa iştirak
etməyən əmək isə qeyri-məhsuldar əməkdir. Hər iki əmək növü
cəmiyyətin inkişafı üçün zəruridir, ictimai faydalıdır, əməyin
məcmu ictimai məhslunun səmərəliliyinin yüksəldilməsinə xid-
mət edir.
Əvvəlki sualda istehsalın mütləq fasiləsiz, təkrar istehsal
olmasının zəruriliyindən danışmışdıq.
İctimai təkrar istehsal üçün istehsalda iki bölmənin
olması zəruridir:
I – istehsal vasitələrinin istehsalı;
II – istehlak şeylərinin istehsalı.
Belə bölgünün əsas səbəblərindən biri də istehsal vasi-
tələri və istehlak şeylərinin təkrar istehsal prosesində xeyli
fərqli funksiyalar yerinə yetirməsidir. Belə ki, istehsal vasitə-
ləri əsasən məhsuldar qüvvələrin maddi (əşya) elementlərinin
təkrar istehsalına xidmət edirsə, istehlak şeyləri insan kapita-
lının təkrar istehsalına xidmət edirlər.
Bu sualın izahında həmçinin təkrar istehsalın I və II böl-
mələri arasında nisbət probleminin öyrənilməsi də xüsusi əhə-
miyyət kəsb edir. Tarixi inkişafın müəyyən mərhələlərində bu
80
məsələyə (I bölmənin üstün inkişafına) spesifik yanaşmalar
olmuşdur.
Müasir ictimai istehsal yalnız maddi istehsalı deyil, həm
də qeyri-maddi sahəni – bütün sahələrin məcmusunu III böl-
məni əmələ gətirən qeyri-maddi xidmət və nemətlər istehsalını
və IV bölmə kimi nəzərdən keçirilməsi daha məqsədəuyğun
olan hərbi iqtisadiyyat sahəsini əhatə edir.
Müasir mərhələdə ictimai istehsalın bu cür qruplaşdırıl-
ması cəmiyyətdə baş verən hazırki keyfiyyət dəyişikliklərini
nəzərə alır.
Qeyd etmək lazımdır ki, ictimai istehsalın tarazlaşdırıl-
ması üçün nəzərə almaq lazımdır ki, onun bütün yuxarıda sada-
lanan bölmələri qarşılıqlı əlaqəli fəaliyyət göstərməlidir. belə
ki, iqtisadiyyatın qeyri-maddi səciyyəli sahəsi və hərbi sahə-
sinin inkişafı I və II bölmələrin həcmini və quruluşunu xeyli
dəyişdirir, yəni II və IV bölmələrin doldurulmasının maddi
mənbəyi və bu bölmələrin istehlak tələbinin təmin edilməsi
üçün maddi ictimai istehsalın I və II bölmələri tərəfindən yara-
dılan ictimai məhsuldur.
“Ekonomiks”də milli iqtisadiyyatın quruluşu müxtəlif
bölmələrin məcmusu kimi nəzərdən keçirilir:
- sahibkarlıq bölməsi;
- dövlət bölməsi;
- xarici bölmə;
Bu məsələlər “İqtisadi nəzəriyyə”nin sonrakı bölmə-
lərində daha geniş öyrəniləcəkdir.
5.4.İstehsalla istehlakın qarşılıqlı əlaqəsi.
Bu mövzunun əvvəlki suallarında biz ictimai istehsalın
quruluşu, fazaları haqqında bəhs etmişdik. Maddi istehsal pro-
sesi dörd fazadan – istehsal, bölgü, mübadilə və istehlak mər-
hələlərindən keçir, onlar bir-biri ilə əlaqədardır və bir-birindən
81
asılıdırlar. İstehsal təkrar istehsal prosesində aparıcı rol oyna-
yır, çünki bütün maddi nemətlər orada istehsal olunur. Təkrar
istehsalın digər fazaları da istehsalın inkişafına həm mənfi,
həm də müsbət təsir göstərə bilərlər.
İstehsal və istehlak fazaları qarşılıqlı səbəb-nəticə əlaqə-
liliyindədir, bir-birini şərtləndirən fazalardır. İstehlak tələbat-
ların ödənilməsi prosesində məhsulların istifadəsi deməkdir.
İqtisadi ədəbiyyatda həmişə iki növ istehlakı fərqləndirmişlər:
şəxsi istehlak və istehsal istehlakı. İnsanların bilavasitə öz tələ-
batlarını ödəməsi üçün lazım olan məhsullar şəxsi istehlak
məhsullarıdır. Məhsullar bilavasitə istehsal prosesində istifadə
edilirsə, buna istehsal istehlakı deyilir. Məsələn, maşın, dəzgah
istehsal prosesində məhsuldar istehlak olunur, köhnəlir, sıradan
çıxır və yenisi ilə əvəz olunur. Beləliklə, əgər istehsal olunmuş
məhsul istehlak olunmasa təkrar istehsal baş verə bilməz.
İstehsal həm fərdi, həm də ictimai formalarda baş verir.
Hər bir fərdi istehsal özü də tamın hissəsi kimi çıxış edir. İcti-
mai xarakter daşıyır. Belə ki, tarixin müxtəlif mərhələlərində
istehsalın miqyası və formaları müxtəlif olmuşdur, lakin bütün
dövrlər üçün istehsalın ümumi əlamətləri mövcud olmuşdur.
Ayrı-ayrı dövrlər istehsal vasitələrinin inkişaf xüsusiyyətinə
(texniki tərəqqinin inkişaf səviyyəsinə) görə fərqli olsa da
təyinatına görə ümumi xarakter daşımışdır. Ümumiyyətlə, is-
tehsal üçün eyni olan şərt təbiət və cəmiyyətin vəhdətdə ol-
masıdır. Bütün dövrlərdə istehsal üçün ümumi amil kimi əməyi
qeyd etmək lazımdır. Əmək olmadan heç bir istehsal mümkün
deyildir. Bu istehsal amili haqqında əvvəlki mövzularda geniş
danışılmışdır. İstehlak ictimai təkrar istehsalın son fazasıdır,
həm də digər fazalarla qarşılıqlı səbəb-nəticə əlaqəliliyindədir.
İstehlak nəzərdən keçirilən dövrdə (ay, il və s.) ev təsər-
rüfatının əmtəə və xidmətlərin alınmasına məcmu xərclərdir.
Cəmiyyət üzvləri istehsal prosesində təbiət məhsullarını
tələbata uyğunlaşdırırlar, yenisini yaradırlar, dəyişdirirlər. İs-
82
tehsal olunmuş məhsullar bölgü və mübadilə fazasından keçə-
rək istehlak fazasına daxil olur. Məhsul istehlak fazasına daxil
olarkən dövriyyədən çıxır, yəni istifadə prosesində tələ-batı
ödəyir.
İstehsal başlanğıc, istehlak isə son həlqə olmaqla bir bi-
rini tamamlayır və şərtləndirir. İstehlak istehsala çox ciddi əks
təsir göstərir.
Məhsuldar istehlak istehsal prosesində baş verir. Burada
əsasən istehsal vasitələri və iş qüvvəsinin istehlakı nəzərdə tu-
tulur. İstehsal prosesində istifadə olunan istehsal vasitələri aşı-
nır, xarab olur, öz dəyərini yeni istehsal olunan məhsulun üzə-
rinə hissə-hissə keçirir, digərləri (xammal, material, enerji re-
sursları, insanın iş qüvvəsi və s.) isə bir istehsal prosesində öz
dəyərini yeni yaranmış məhsulun üzərinə birdən birə keçirir.
İstehsalda iş qüvvəsi də daim istehlak olunan faktordur. İş qüv-
vəsinin istehlakı o deməkdir ki, istehsal prosesində işçi əmək
fəaliyyəti göstərir. İnsan sərf etdiyi enerjinin (fiziki və zehni
qüvvəni) bərpa etməlidir – mənzili, yeməyi, geyim əşyaları ol-
malıdır, istirahət etməlidir və s. beləliklə, sərf olunmuş iş qüv-
vəsi (enerji) bərpa olunur.
Bütün deyilənləri nəzərə alaraq deyə bilərik ki, nəticə eti-
barilə istehsal bilavasitə istehlakdır, istehlak isə bilavasitə is-
tehsaldır, bir birinin əksidir. Eyni zamanda onların hər ikisinin
arasında onları əlaqələndirən bir dövran vardır. İstehsal istehla-
kın mövcud olmasına imkan verir, yalnız istehlak məhsullar
üçün subyekt yaradır. Həmin məhsullar isə məhz bu subyekt
üçündür. Yalnız istehlakda məhsul son nöqtəsinə çatır. İstifadə-
siz istehlak yoxdur, çünki bu halda istehsal məqsədsiz qalardı.
İstehlaka aşağıdakı cəhətlərdən də baxmaq olar:
1) Məhsul yalnız istehlak edildikdə həqiqətən məhsul olur.
Məsələn, paltar yalnız geyinildikdə paltar olur, içərisində yaşa-
nılmayan ev, mənzil əslində, mənzil deyildir. Məhsul məhz tə-
biət predmetindən fərqli olaraq yalnız istehlak edildikdə yararlı
83
olur. Bir sözlə, istehlak məhsulu “tükətməklə” onu yox edir.
Çünki, məhsul təkcə maddiləşmiş fəaliyyət kimi deyil, yalnız
fəaliyyətdə olan istehsalın nəticəsidir.
2) İstehlak yeni istehsala tələbat doğurur. İstehlak istehsal
üçün hərəkətverici amil olur. Tələbat fasiləsiz olaraq artır. Həm
də o istehsalı qabaqlayır. Məlumdur ki, tələb və təklif elastik-
dir, daim dəyişir. İstehsal daim artan tələbatı ödəməyə çalışır.
Nəticədə, istehsal ilə istehlakın qarşılıqlı təsir istehsalın inkişa-
fına təkan verir. Tələbatsız və tələbsiz istehsal yoxdur, məhz
istehlak təkrar istehsal etməyə sövq edir.
5.5.Azərbaycanda istehsal imkanlarının
səmərəli istifadə olunması.
Azərbaycan Respublikasının iqtisadi imkanları coğrafi
mövqeyi, zəngin milli sərvəti, yeraltı və yerüstü zənginlikləri,
gözəl təbiəti onun xoşbəxt gələcəyindən xəbər verir. Məlumdur
ki, keçmiş SSRİ-nin siyasi və iqtisadi sistemi Azərbaycanın bu
imkanlarından səmərəli istifadə etməsinə imkan verməmişdir.
Belə ki, Azərbaycanın Sovet sistemi zamanı milli iqtisadiyyatı
müstəmləkələrə xas olan xüsusiyyətləri özündə cəmləşdirmiş-
dir. Məhz bu dövrdə istehsalın strukturu Azərbaycanın milli
mənafeyinə deyil, Sovet imperiyasının mənafeyinə uyğun qu-
rulmuşdur. Bəzi Sovet respublikaları kimi Azərbaycanın da
həm sənaye, həm də kənd təsərrüfatı istehsalının strukturu elə
təşkil edilmişdir ki, o müstəqil olaraq son-hazır məhsul istehsal
edən mərkəzi dövlətin sənaye müəssisələri üçün hissə detal;
kənd təsərrüfatı isə xammal istehsalı üzrə ixtisaslaşdırılmışdı.
Məhz bu yolla Azərbaycanın milli iqtisadiyyatının inkişaf
etməsinə, əhalisinin rifahının yaxşılaşdırılmasına imkan vermə-
mişdilər. Müstəqillik qazanıldıqdan sonra isə xalq təsərrüfa-
tının bütün sahələrində əsaslı struktur dəyişiklikləri edilməsi,
bütün istehsal imkanlarının aşkara çıxarılması, zəngin və tü-
84
kənməz potensialı milli mənafeyə uyğunlaşdırmaq tələb olu-
nurdu. Bu məqsədlə müasir şəraitdə dünya iqtisadiyyatında baş
verən dəyişiklikləri nəzərə alaraq təkmilləşdirmə və yenidən-
qurma işləri həyata keçirilməlidir. dövlətin bazar münasibət-
lərinin təbiətinə uyğun yeritdiyi iqtisadi siyasət iqtisadiyyatın
kompleks inkişafına yönəldilməli və mövcud (potensiladan)
imkandan səmərəli istifadəni təmin etməlidir. İqtisadi inkişaf
kompleks xarakter daşımalıdır dedikdə xalq təsərrüfatının bü-
tün sahələrinin bərabər inkişafı kimi başa düşmək olmaz.
Komplekslilik iqtisadiyyatın bütün struktur halqalarının dina-
mikliyi və mütənasibliyi ilə fərqlənir. Onun köməyilə mövcud
iqtisadi imkanlar istehsalın səmərəliliyini daha yaxşı təmin et-
mək və xalq təsərrüfatında texniki tərəqqinin ən qabaqcıl
nailiyyətlərini həyata keçirmək olar.
Beləliklə, Azərbaycan dinamik iqtisadi inkişafı, hər şey-
dən əvvəl, onun iqtisadi imkanları (potensialı) ilə bağlıdır.
Məhz kompleks inkişaf nəticə etibarı ilə mövcud iqtisadi im-
kanlardan səmərəli istifadə edilməsi deməkdir. İqtisadi imkan-
lar anlayışına hələ məhsuldar qüvvələr kimi fəaliyyət göstər-
məyən, lakin gələcəkdə belə bir qüvvə kimi çıxış edə biləcək
ünsürlər də daxildir. Onları belə təsnifləşdirmək olar:
1) Hər cür əmək vasitələri;
2) Hər cür əmək cisimləri;
3) əmək ehtiyatları;
4) istehsala cəlb edilə biləcək təbii ehtiyatlar;
5) mövcud məcmu ictimai məhsul və onun əvvəlki illərdən
toplanmış ehtiyatları;
6) valyuta ehtiyatları;
7) cəmiyyətin istehlak qabiliyyəti;
8) elmi potensial.
Həmçinin qeyri-maddi istehsal dairəsinin istehsal prose-
sinə xidmət edən sahələrini də cəmiyyətin iqtisadi imkanlarına
85
daxil etmək olar. Bu cəhətdən iqtisadi imkanları iki qrupa böl-
mək olar:
a) İstehsal təyinatlı iqtisadi imkanlar;
b)Qeyri-istehsal təyinatlı iqtisadi imkanlar.
Azərbaycan Respublikasının iqtisadi potensialının səviy-
yəsini əsas fondlar, əmək ehtiyatları və s. kimi göstəricilərlə
müəyyən etmək olar.
Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda is-
tehsal fondlarının kəmiyyət və keyfiyyətcə artmasında əhəmiy-
yətli dərəcədə irəliləyiş olmuşdur, iqtisadiyyatın inkişaf tempi
artmış və keçmiş sovet respublikaları arasında lider dövlətə
çevrilmişdir. Qeyd etmək lazımdır ki, bizim iqtisadi imkanları-
mız (potensialımız) ölkəmizdəki inkişaf səviyyəsindən yüksək-
dir.
İqtisadiyyatın ümumi inkişafında mühüm amillərdən biri
də keyfiyyətli infrastrukturun olmasıdır. Belə ki, xalq təsər-
rüfatı inkişaf etdikcə onun sahələrinin infrastrukturları da inki-
şaf etdirilməlidir.
İnfrastruktur anlayışı – köməkçi, alt sistem kimi başa dü-
şülür. o, maddi və qeyri-maddi istehsalın fəaliyyət göstərməsi-
nə xidmət edən sahə və qurumlardır. Məsələn, nəqliyyat bir
çox xalq təsərrüfatı sahələri üçün ən mühüm infrastrukturdur.
Son illərdə Azərbaycan Respublikasının reallaşdırdığı bir
çox o cümlədən, neft, qaz və digər sahələr üzrə beynəlxalq
layihələr bu imkanları daha da artırmışdır.
İnformasiya təminatı, rabitə və s. infrastrukturlar da mü-
hüm rola malikdir və xalq təsərrüfatının səmərəli inkişafına
təsir edir.
86
VI FƏSİL. Bazar iqtisadiyyatı iqtisadi sistemi.
Bazar və onun fəaliyyət mexanizmi, bazar
infrastrukturu.
6.1.Bazar iqtisadiyyatının mahiyyəti.
Bazar iqtisadiyyatı – azad seçim əsasında müstəqil iqtisa-
di subyektlərin qeyri-mərkəzləşdirilmiş qərarlar qəbul etdiyi
iqtisadi sistemdir. O, ictimai istehsalın təşkilinin elə bir forma-
sıdır, orada istehsalçı və istehlakçılar ictimai əmək bölgüsü sis-
temində fəaliyyət göstərir, bir-biri üçün işləyir. Öz iqtisadi mə-
nafelərini reallaşdırmaq üçün alqı-satqı əlaqəsinə girirlər. Bu
iqtisadi sistemin başlıca məqsədi mənfəətdir, gəlirdir.
Cəmiyyətdə bazar münasibətlərinin formalaşması yalnız
sırf iqtisadi məsələ olmayıb, həm də ictimai, siyasi, sosial, əx-
laqi dəyərlərlə bağlı mürəkkəb bir prosesidir. Şübhəsiz, bu çox-
cəhətli və ziddiyyətli formalaşma gedişində prosesin müsbət
(pozitiv) cəhətləri inkişaf etdirməli, mənfi (neqativ) cəhətləri
isə ağıllı üsullarla tənzimlənərək, hökmən yumşaldılmalı, im-
kan və şərait yarandıqca aradan qaldırılmalıdır.
Bazar iqtisadiyyatı hər şeydən əvvəl, mülkiyyət plüra-
lizmi (müxtəlifliyi) ilə, sahibkarlıq və biznes fəaliyyəti ilə sə-
ciyyəvidir. Burada iqtisadiyyat azad demokratik prinsiplər əsa-
sında idarə olunur. Onun nəzəri əsasları klassik siyasi iqtisadın
baniləri U.Petti, A.Smitt, D.Rikardo tərəfindən yaradılmış,
Marksistlər və müasir iqtisadçılar tərəfindən daha da inkişaf et-
dirilmişdir.
Bazar iqtisadiyyatı bazar mexanizmi vasitəsilə tənzim
olunur. Belə ki, bazar əmtəə tədavülü dairəsini, əmtəələrin
alqısı və satqısı üzrə bütün iqtisadi münasibətləri özündə birləş-
dirir, bir sıra iqtisadi qanunlarda fəaliyyət göstərir. Məsələn,
dəyər qanunu, tələb-təklif qanunu, pul tədavülü qanunu, rəqa-
bət qanunu.
87
Bazar iqtisadiyyatının aşağıdakı cəhətlərini qeyd edək:
bu sistemdə: 1. Xüsusi mülkiyyətin üstünlüyü şəraitində müxt-
əlif mülkiyyət formaları mövcud olub reallaşır; 2. İqtisadi əla-
hiddələşmə və xüsusi sahibkarlıq fəaliyyəti; 3. İqtisadi azadlıq,
sərbəst təsərrüfat fəaliyyəti, iqtisadiyyatın demokratikləşməsi;
4. Qiymətlərin sərbəst müəyyən edilməsi və bazar qiymət-
lərinin əsas informasiya vasitəsi olması; 5. İqtisadi mənafelərin
və rəqabətin təkanverici “mühərrik” rolunu oynaması; 6. Ba-
zar münasibətləri, istehsalçı və istehlakçı əlaqələrinin sabit
xarakterdə olması; 7. Bazarda əmtəə və xidmət bolluğunun
olması və keyfiyyətə tələbatın artması; 8. Tələb və təklif mexa-
nizminin daim fəaliyyətdə olması; 9.pul münasibətlərinin həlle-
dici rola malik olması; 10. İqtisadiyyatın “açıq” xarakterdə ol-
ması və iqtisadi əlaqələrin geniş beynəlmiləl miqyas alması;
11. İstehsalın əsas məqsədinin yüksək mənfəət əldə etmək
olmasıdır. Bazar iqtisadiyyatının əsas əlamətlərini, müsbət və
mənfi tərəflərini aşağıdakı sxemin köməyilə başa düşmək olar.
Əsas
əlamətləri
İqtisadiyyatın əsası-resursları üzərində xü-
susi mülkiyyət.
Sahibkarlığın azadlığı və maddi məsuliyyəti.
İqtisadi tərəfdaşların azad seçilməsi.
İqtisadi əlaqə iştirakçıların şəxsi mənafeləri.
Bazar mexanizmləri ilə iqtisadiyyatın özünü
tənzimi.
Dövlətin iqtisadiyyata minimum müdaxiləsi
Əsas müsbət
cəhətləri Yüksək təşəbbüskarlığı və səmərəliliyi
stimullaşdırmaq.
Qeyri səmərəli istehsalı aradan çıxarmaq.
Əməyin nəticələrinə görə gəlirlərin bölgüsü.
İstehlakçılara daha çox hüquq və imkanlar
verilməsi.
88
Çoxlu idarəetmə aparatı tələb etmir.
Əsas mənfi
cəhətləri Cəmiyyətdə qeyri-bərabərliyi sürətləndirir.
İqtisadiyyatda çoxlu qeyri-sabitlik yaradır.
Cəmiyyətə zəruri olan, lakin qeyri-rentabel-
li nemətlərə biganədir.
Biznesin insanlara və təbiətə verəcəyi zərə-
rə biganədir.
Sxem 2. Bazar iqtisadiyyatının əsas əlamətləri:
müsbət və mənfi cəhətləri
Bazar iqtisadiyyatı inzibati amirlik sistemindən köklü su-
rətdə fərqlənir. Belə ki, bazar iqtisadiyyatı şəraitində insanların
fəaliyyət azadlığını təmin edir. Burada əhalinin bütün istehsalçı
təbəqələrinin bazara sərbəst şəkildə daxil olması və sərbəst şə-
kildə çıxmaq hüququ vardır. Bazara daxil olanların sayı nə qə-
dər çox olarsa, bazar qanunları, hər şeydən əvvəl, azad rəqabət
qanunu daha geniş fəaliyyət göstərər. Beləliklə, bazar iqti-
sadiyyatı mürəkkəb, çoxcəhətli münasibətlər sistemini özündə
əks etdirir, birləşdirir. Həmçinin bazar iqtisadiyyatının obyekt-
ləri və subyektləri də öyrənilməlidir. Bazar iqtisadiyyatının
obyektləri şirkətlər, firmalar, birliklər, konsernlər, korporasiya-
lar, fermer təsərrüfatları və s., subyektləri isə sahibkarlar, biz-
nesmenlər, kommersantlar, muzdlu işçilər, istehlakçılardır. Ba-
zar iqtisadi sistemi də özünün üstün cəhətləri və nöqsanları ilə
fərqlənir.
Bazar iqtisadiyyatının üstün cəhətləri kimi onun xüsusi
mülkiyyətə, azad sahibkarlıq fəaliyyətinə, insanın təşəbbüs-
karlıq və yaradıcılıq imkanlarına geniş meydan açdığını, rəqa-
bət yaratdığını, alıcıların tələbinə uyğunlaşdığını, məhsul və
xidmətlərin keyfiyyətini yüksəltdiyini, iqtisadi artımı təmin et-
diyini göstərmək olar.
Bazar iqtisadiyyatının nöqsan cəhətləri kimi aşağıdakıları
qeyd etmək mümkündür:
89
Bazar iqtisadiyyatı ölkə əhalisinin müxtəlif dairələri və
ictimai təbəqələrinin həyat səviyyəsində kəskin fərqlər yaradır,
işsizliyi artırır, sosial ədalətsizliyi gücləndirir, hər şeyi pula,
alqı-satqıya yönəldir;
Bazar münasibətləri şəraitində, xüsusilə keçid mərhə-
ləsində olan ölkələrdə, istehsalı və iqtisadiyyatın müxtəlif sahə-
lərini vaxtında, habelə çevik surətdə lazım olan nağd pul kütlə-
si ilə təmin etmək olmur;
Bazar iqtisadiyyatı çox vaxt arzuolunmaz nəticələrə -
ətraf mühitin çirklənməsinə, ərzaq məhsullarının tərkibində zə-
rərli maddələrin (pestisidlərin) artmasına, narkomaniyanın, sər-
xoşluğun, zərərli oyunların, əxlaq və milli mentalitetə uyğun
olmayan hadisələrin, yoluxucu xəstəliklərin, uşaq baxımsızlı-
ğının, cinayətkarlığın artmasına gətirib çıxarır;
Bazar iqtisadiyyatı elmin nəticələrindən faydalansa da,
lakin özü bilavasitə onun inkişafına, maliyyələşdirilməsinə cid-
di maraq göstərmir;
Bazar iqtisadiyyatı sistemi ümummilli ictimai əhəmiy-
yət kəsb edən sahələrin (müdafiə, ictimai nəqliyyat, mədəniy-
yət ocaqları, muzeylər, kitabxanalar) inkişafına lazımi qayğı
göstərmir, çünki həmin sahələrdən qısa müddətdə sanballı
mənfəət götürmək çətindir;
Bazar iqtisadiyyatı sabit olmur, vaxtaşırı enib-qalxma-
lara, maliyyə sarsıntılarına, işsizliyə və dünya bazarının təsirlə-
rinə məruz qalır.
Lakin bütün bu çatışmayan cəhətlərə baxmayaraq, bazar
iqtisadiyyatı hələlik bəşəriyyətin kəşf etdiyi və təcrübədə sı-
naqdan keçirdiyi ən optimal iqtisadi sistemdir.
6.2.bazar anlayışı, bazarın özünəməxsus
anlayışları, kateqoriyaları və qanunları.
90
Bazarı bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərin-
dən biri hesab edirlər. belə ki, o cəmiyyətin od, çörək, təqvim
kimi kəşflərindən biri olub, iqtisadi görüş və rəqabət mey-
danıdır. Məhz bazar bir iqtisadi göstərici kimi cəmiyyətin nə
istehsal etməli, nə qədər istehsal etməli və kim üçün istehsal
etməli suallarına dəqiq cavab verir. Bazar həmçinin min illər
boyu inkişaf yolu keçmiş, bəsit formadan müasir yüksək səviy-
yəsinə qədər yüksəlmişdir. İnsan cəmiyyətinin keçdiyi çoxəsrli
sosial-iqtisadi inkişaf yolunda bazarın 8-10 min illik bir tarixi
vardır.
İnsan cəmiyyəti tarixində bazar böyük ictimai əmək böl-
gülərinin, əmtəə təsərrüfatı və əmtəə mübadiləsinin meydana
gəlməsi ilə sıx bağlıdır. Bundan başqa bazarın mövcudluğunu
zəruri edən bir çox şərtlər vardır: əmtəə (xidmətlərin) istehsalı;
istehsalçıların sərbəstliyi (bir-birindən asılı olmaması); istehsal
etdikləri məhsulların-xidmətlərin sahibi olmaları; xüsusi mül-
kiyyətçilər kimi cəmiyyət həyatında və bazarda fəaliyyət gös-
tərmələri təşkil edir.
Bazar münasibətlərinin maddi əsasını əmtəələrin və pul-
ların hərəkəti təşkil edir. Əmtəə təsərrüfatı olmayan yerdə ba-
zar və əksinə bazar olmayan yerdə isə əmtəədən danışmaq ol-
maz. Bunlar bir-biri ilə qırılmaz surətdə, tam qarşılıqlı əlaqədə
fəaliyyətdə olurlar.
Bazarın iqtisadiyyatda, cəmiyyətin sosial-iqtisadi həya-
tında rolu çox böyükdür və daim yüksələn xətt ilə davam edir.
Bu nöqteyi nəzərdən bazarın bir sıra funksiyalarını qeyd etmək
olar. Qısa ifadə etsək, bazar vasitəçi, nizamlayıcı, tənzimləyici,
qiymətartırma və informasiya (məlumat) yayımı funksiyalarını
yerinə yetirir. Onu sxem şəklində aşağıdakı kimi göstərmək
olar
mə
Bazarın
vəzifələri
(funksiyaları)
Təmizləyici
Məlumat
Qiymətartırma
Vasitəçi
Nizamlayıcı
91
Sxem 6.2.1
Bazarın vəzifələrinə aşağıdakılar daxildir:
1. Bazar istehsalla istehlak arasında əlaqələndirici körpü,
vasitəçi və bağlayıcı həlqə rolunu oynayır.
2. Bazar mübadilə olunan əmtəə və xidmətlər üçün sərbəst
ekvivalentlik şəraiti yaradır.
3. Bazar, istehsalçıları ən az xərclərlə istehlakçılar (alıcı-
lar) üçün lazım olan məhsulları hazırlamağa və bu fəaliyyətdən
kifayət qədər gəlir (mənfəət) əldə etməyə həvəsləndirir.
4. Bazar əmək bölgüsünün dərinləşməsi, təsərrüfat həya-
tının getdikcə beynəlmilləşdirilməsi və iqtisadi inteqrasiya pro-
seslərinin gücləndirilməsi əsasında, ölkənin və dünyanın müx-
təlif bölgələrinin tarazlı inkişafına təsir göstərir.
Müasir bazar, sivilizasiyasının yüksək inkişaf etmiş məh-
sulu kimi tarixən özünün əvvəlki formasından onunla fərqlənir
ki, indi əmtəələrin əksər hissəsinin zəmanətli satışını, dövlətin
fəal maliyyə-kredit və pul siyasətini, əhalinin az imkanlı hissə-
sinin sosial mühafizəsinin müəyyən sistemi olmasını irəli sürür.
Bu nöqteyi nəzərdən bazarın quruluşu (strukturu), onun obyekt
və subyektlərinin haqqında bilmək zəruridir.
Bazarın
quruluşu
əmtəə-x
idm
ətlər
bazarı
İş qüvv
əsi bazarı
Maliy
yə-k
apital
bazarı
İstehsal v
asitələri
bazarı
İnfo
rmasiy
a və
intellek
tual
məh
sullar b
azarı
Valy
uta q
iym
ətli
kağ
ızlar bazarı
Tex
no
logiy
a
bazarı
92
Sxem 6.2.2
Sxemdə göstərilənlər həm də bazarın obyektlərini əks
etdirir.
Beləliklə, bazarın obyektləri:
1. Əmtəə və xidmətlər bazarı. Buraya əsasən müxtəlif
ərzaq məhsulları, şəxsi istehlak malları, məişət, kommunal,
nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu
xidmət bazarları daxildir.
2. İstehsal vasitələri bazarı. Buraya istehsal proseslərini
həyata keçirtmək üçün lazım olan əmək cisimləri və əmək va-
sitələri, habelə onların tərkibindəki bütün kompleks şeylər da-
xildir. Daşınmaz əmlak, əmək alətləri xammal və materiallar,
energetika resursları, faydalı qazıntılar da buraya aiddir. Bu ba-
zara bəzən istehsal amilləri bazarı da deyil.
3. İş qüvvəsi bazarı. Buraya sərbəst surətdə sövdələş-
mələr nəticəsində (müqavilələr üzrə) iş qüvvəsinin alqı-satqısı
(muzdla tutulması) daxildir.
4. Elmi-texniki tədqiqatlar bazarına hazır iş variantları,
innovasiya, kəşflər, patentlər, texnoloji üsulların təkmilləşdiril-
məsinə, əmək məhsuldarlığının yüksəldilməsinə təsir göstərə
bilən elmi-texniki ixtiralar, yeni ideyalar, bunları hüquqi cəhət-
dən təsdiqləyən rəsmi sənədlərin, lisenziyaların alqı-satqısı da-
xildir.
93
5. Valyuta, qiymətli kağızlar (maliyyə) buraya müxtəlif
ölkə valyutalarının, səhmlərinin, istiqrazlarının, çeklərin akkre-
ditivlərin, veksellərin və digər pul öhdəlikərini yerinə yetirə
bilən qiymətli kağızların sərbəst alqı-satqısı daxildir.
6. Mənzil bazarı mülklərin, bağ evlərinin, özəlləşdirilmiş
mənzillərin sərbəst surətdə alınıb-satılmasını əhatə edir.
7. Torpaq bazarı müxtəlif torpaq sahələrinin icarəsi və
alqı-satqısını əhatə edir.
8. İnformasiya məhsulları bazarı, intellektual xarakterli
məhsulları (kitab, qəzet, şəkil, kasetlər, reklam, informasiya
materialları) əhatə edir.
9. Coğrafi (məkan) vəziyyətinə görə bazarlar. Buraya
yerli, lokal, regional, milli, iri regionlararası və dünya bazarları
daxildir. Bunların bir-birindən olan fərqləri adlarındakı müxtə-
liflikdə aydın ifadə olunur.
Bazarlar başqa əlamətlərə görə də bir-birindən fərqlənir:
məsələn, əmtəələrin çeşidliyinə görə, əmtəələrin satış xarakte-
rinə görə və s.
Bazar subyektlərini aşağıdakı kimi təsnifləşdirmək olar:
1. Sahibkarlar, işgüzar biznes adamları;
2. Bazarda işləyənlər (satıcılar, fəhlələr, xidmətçilər);
3. İstehlakçılar və son alıcılar;
4. Borc kapitalı sahibləri (sələmçilər, faizə pul verənlər);
5. Qiymətli kağız sahibləri;
6. Xırda ticarətlə məşğul olanlar, dəllallıq edənlər;
7. Digərləri (tüfeylilər, cinayətkar ünsürləri və s.)
Qeyd edək ki, ümumiləşdirilmiş şəkildə bazar subyektlə-
rini 4 qrupa ayırmaq mümkündür:
I. Ev təsərrüfatı subyektləri qrupu. Buraya təkbaşına,
yaxud ailəvi istehsal-xidmət dairəsində fəaliyyət göstərənlər
daxil edilirlər.
94
II. Müəssisə və şirkətlərdən ibarət subyektlər qrupu. Bu-
raya gəlir əldə etmək məqsədilə başqalarını da işə cəlb etməklə
istehsal və biznes fəaliyyəti ilə məşğul olanlar daxil edilir.
III. Banklar və bank işinin normal fəaliyyətini tənzim
edən maliyyə-kredit orqanları ayrıca bir subyektlər qrupunu
təşkil edir.
IV. Dövlət idarəetmə orqanları və təşkilatları bazar sub-
yektlərinin xüsusi bir qrupunu təşkil edir. Onlar cəmiyyətin
ümumi təsərrüfat həyatında ictimai istehsalın gedişini tənzim-
ləyir, habelə onların fəaliyyəti üzərində nəzarəti həyata keçirir.
Müxtəlif subyekt qrupları arasında bazar iqtisadiyyatı
şəraitində müəyyən əlaqə vardır və onların fəaliyyəti bir-birini
tamamlayır.
Bazar iqtisad elmində geniş yayılmış iqtisadi kateqori-
yalardan biridir, ona bəsit bir anlar kimi baxmaq olmaz. O, ge-
niş əhatəli məzmuna malikdir. “Bazar iqtisadiyyatı” kateqori-
yası isə adından göründüyü kimi “bazar” və “İqtisadiyyat” kimi
iki ifadənin birləşməsidir. Onu daha yaxşı mənimsəmək üçün
hər iki anlayışı izah etmək, başa düşmək lazımdır. Əvvəlki
mövzularda həm bu anlayışları, həm də bazara aid olan iqtisadi
kateqoriyalardan tələb, təklif, dəyər, dəyərlilik, faydalılıq, əm-
təə, istehlak dəyəri, mübadilə, qiymət, pul və s. izah etmişik.
Bazarların həmçinin özünəməxsus iqtisadi qanunları da
mövcuddur. Belə ki, bazar iqtisadiyyatı sistemi hakim olan öl-
kələrdə bütöv bir iqtisadi qanunlar sistemi mövcuddur. Onların
hər biri xüsusi fəaliyyət dairəsinə malikdir. Onları makrosə-
viyyədə və mikrosəviyyədə fəaliyyət göstərən qanun-lara ayı-
rırlar.
Bu cür bölgü heç də mütləq kimi qəbul edilməməlidir.
meqaiqtisadiyyat və mezoiqtisadiyyat səviyyəsində də fəaliyyət
göstərən bazar iqtisadi qanunları vardır.
Onlara aşağıdakı obyektiv iqtisadi qanunları aid etmək
olar:
95
1. Tələb qanunu
2. Təklif qanunu
3. Rəqabət qanunu
4. Pul tədavülü qanunu
5. Dəyər qanunu
6. Mənfəət qanunu
7. Ümumi yığım qanunu
8. İqtisadi inkişafın mütənasibliyi qanunu
9. İctimai əmək bölgüsü
10. Tələbatın artması qanunu
11. İctimai əmək məhsuldarlığının artması qanunu
Bu qanunlar heç də yalnız bazar iqtisadiyyatına aid olan
qanunlar deyil. Onların bəziləri insan cəmiyyətinin mövcud
olduğu bütün dövrlərə aiddir. Məsələn, tələbatların artması qa-
nunu, əmək məhsuldarlığının artması qanunu, sırf bazar iqtisa-
diyyat qanunlarına mənfəət, rəqabət, tələb-təklif, dəyər qanun-
larını aid edə bilərik. Bazar iqtisadiyyatında ən fəal iqtisadi qa-
nun mənfəət və rəqabət qanunudur. Bu haqda sonrakı möv-
zularda daha geniş bəhs edəcəyik.
6.3.Bazar infrastrukturunun rolu, əhəmiyyəti.
“İnfrastruktura” – iqtisadi sistemin əsası fundamenti, da-
xili quruluşudur. Bu anlayış XX əsrin əvvəllərindən iqtisad el-
mi və nəzəriyyənin dövriyyəsinə daxil olmuşdur. İlkin mənada
bu ifadə, indikindən fərqli şəkildə-silahlı qüvvələrin həyat
fəaliyyətini təmin edən obyekt və tikililəri əhatə edən söz kimi
işlədilmişdir.
İnfrastruktura – cəmiyyətin həyat fəaliyyətinə şərait ya-
radan sahələrin məcmusudur.
Müasir iqtisadi ədəbiyyatda bu anlayışın mənası xeyli ge-
niş olub, istehsal infrastrukturu (yollar, körpülər, elektrik xətlə-
ri, nəqliyyat); sosial infrastrukturu (xəstəxanalar, idman sağ-
96
lamlıq ocaqları, məktəblər, stadionlar) kimi istiqamətlərə ayrı-
lır, infrastruktura bütövlükdə həm iqtisadiyyatın, həm də onun
ayrı-ayrı sahələrinin normal fəaliyyəti üçün əlverişli şərait
yaradan və bu məqsədlə xidmət edən sahələrin toplusudur.
İnfrastruktura – xidmət sahələri təsərrüfatlarının məcmu-
sudur. Belə ki, iqtisadiyyatın infrastrukturu təkrar istehsal pro-
sesinin – istehsal, bölgü, mübadilə, istehlak kimi bütün mərhə-
lələrində əhəmiyyətli rol oynayır.
Konkret olaraq bazar infrastruktur dedikdə, iqtisadiyyatın
müstəqil quruluşu kimi fəaliyyət göstərən bir anlayış başa dü-
şülməlidir. belə ki, bazar infrastrukturu, iqtisadiyyatın ümumi
quruluşunun bazar sisteminə xidmət edən və onun normal
fəaliyyəti üçün zəruri şərait yaradan bir tərkib hissəsidir.
Ümumiyyətlə infrastrukturanın aşağıdakı spesifik xüsu-
siyyətlərini fərqləndirmək olar:
1) İqtisadiyyatın ümumi təyinatlı bölməsidir.
2) İstehsal texnologiyasından kənar olmasına baxmayaraq
istehsal prosesinə bilavasitə təsir göstərir.
3) Fərdi deyil, ictimai, yaxud kollektiv istehlak xarakter-
lidir.
Bazar infrastrukturunun aşağıdakı funksiyalarını göstər-
mək olar:
1) Bazar subyektlərinin iqtisadi mənafelərinin reallaşma-
sının asanlaşdırılması;
2) Bazar subyektlərinin işinin operativliyinin və səmərəli-
liyinin yüksəldilməsi;
3) Hüquqi və iqtisadi nəzarətin, işgüzar praktikanın dövlət
və qeyri-dövlət tənzimləmə formalarını asanlaşdırmaq
4) Bazar münasibətlərinin təşkilinin rəsmiləşdirilməsi.
Beləliklə, bazar infrastrukturu dedikdə, iqtisadiyyatın
müstəqil quruluşu kimi fəaliyyət göstərən bir anlayış başa dü-
şülməlidir. Bazar infrastrukturu iqtisadiyyatın ümumi qurulu-
97
şunun bazar sisteminə xidmət edən və onun normal fəaliyyəti
üçün zəruri şərait yaradan bir tərkib hissəsidir.
İnfrastrukturunun aşağıdakı növlərini fərqləndirmək olar:
1) İstehsal infrastrukturuna – maddi istehsala bilavasitə
xidmət edən sahələr aiddir. Məsələn, bütün növ nəqliyyat,
enerji ötürən xətlər, informasiya xidmətləri, su təchizatı və s.
bu növ infrastruktura iqtisadi tərəqqini sürətləndirir, iqtisadi
artımı, əhalinin həyat səviyyəsini və onun keyfiyyətini yüksəlt-
məyə imkan verir.
2) Sosial infrastruktura. Bu növ infrastruktura istehsalın
şəxsi amilinin təkrar istehsalına xidmət edən sahələri daxildir.
Məsələn, mənzil-kommunal təsərrüfatı, ticarət, səhiyyə, təhsil,
iaşə xidməti sahələri, müəssisləri və s.
Ümumiyyətlə infrastruktura üç səviyyədə, üç istiqamətdə
öyrənilir:
1) Mikrosəviyyədə, mezosəviyyədə və makrosəviyyədə.
Belə ki, mikrosəviyyədə infrastruktur dedikdə ayrıca müəssisə
və sahənin fəaliyyəti üçün zəruri elementlərin məcmusu başa
düşülür. Buraya mühəndis texniki qurğular. Elm və maarif və s.
daxildir.
2) Müəyyən rayon və regiona aid olan infrastruktura mezo-
səviyyədə öyrənilir. Belə ki, ərazi daxilində əsas istehsal
müəssisələrinin səmərəli əlaqələrini, əhalinin normal yaşayış
şəraitini təmin edən elementlər, qurğular və s. mezosəviyyədə
infrastruktura kimi qəbul olunur. Məhz regional infrastruktura
ərazi istehsal komplekslərinin yaranması və inkişafına səbəb
olur.
3) Bütövlükdə ölkənin maddi istehsalının səmərəli inkişafı
və cəmiyyətin üzvlərinin tələbatının ödənilməsini təmin edən
ümumi iqtisadi və sosial şəraitin məcmusu makrosəviyyədə
infrastruktura ümumi şərait yaratmaqla, ümumi təyinatlı sahə-
lərin fəaliyyəti hesabına yaranır və növündən asılı olmayaraq
bütünlükdə istehsala və insanlara xidmət edir.
98
Mühüm müstəqil iqtisadi qurum kimi bazar infrastrukturu
– bütün bazarların normal fəaliyyətini təmin edən müəssisə və
təşkilatların məcmusudur. Əmtəə bazarının infrastrukturu –
topdan və pərakəndə ticarəti əhatə edir. Buraya daxildir: a) əm-
təə birjası, dövlət kontrakt sistemi, antiinhisar komitəsi, qiy-
mət üzərində nəzarətə görə sənaye palatası, ticarət evləri, xarici
ticarət firmaları və birlikləri və s.)
b) Maliyyə bazarı infrastrukturu-pul vəsaitlərinin axınını
istiqamətləndirən bazar institutlarının məcmusudur və sığorta
kompaniyalarını, konsaltinq və auditor kompaniyalarını və s.
əhatə edir.
c) İş qüvvəsi bazar infrastrukturu – iş qüvvəsinin alqı-sat-
qısını həyata keçirən təşkilatların məcmusudur: əmək birjası,
məşğulluq xidməti, iş qüvvəsinin yenidən hazırlanması, ictimai
işlərin təşkili, əhalinin miqrasiyasının tənzimlənməsi və s.
Bazar infrastrukturunun klassik elementi və müxtəlif növ
müqavilələrin bağlanması üçün müntəzəm fəaliyyətdə olan
bazarın ən inkişaf etmiş forması məhz birjadır.
Birja dedikdə müntəzəm fəaliyyət göstərən topdan satış
bazarının, həmçinin əmtəələrin, qiymətli kağızların, valyuta ya-
xud muzdlu işçilərin alqı-satqı əməliyyatlarının təşkilat for-
masıdır.
Bazarın klassik infrastrukturuna əmtəə birjaları, fond bir-
jaları və əmək birjaları daxildir. Əmtəə birjaları, topdan və pə-
rakəndə ticarət münasibətləri, hərraclar, yarmarkalar, vasitəçi
firmaları özündə birləşdirən əmtəə və xidmətlər bazarıdır.
Qeyd olunanlardan əlavə bazar infrastrukturuna həm də
informasiya mərkəzləri, hüquq məsləhətxanalrı, reklam agent-
likləri, audit və konsaltinq firmalar da daxildir.
Birja sözü latın mənşəli olub, hərfi mənası dəri (pul) kisə
deməkdir. Birjalar tacirlərin ticarət əməliyyatları aparmaq üçün
toplaşdığı xüsusi yer kimi XVI əsrdə yaranıb. İlk birja 1531 –ci
ildə Antverpendə, ikinci – 1566-cı ildə Londonda, üçüncü -
99
1792-ci ildə Nyu-Yorkda Uolt-Stridə, 1703-cu ildə Rusiyada
yaradılıb.
Birjanın aşağıdakı əsas əlamətlərini fərqləndirmək olar:
1) Birja tənzimlənən və təşkil olunan bazardır.
2) Ticarət əməliyyatları müəyyən olunan yerdə, yəni birja
binasında, müəyyən vaxtda (800
-2000
) baş verir.
3) Ticarət standartlar və nümunələr əsasında keçirilir. Bir-
ja müqaviləsi əmtəənin çeşidi, markası və keyfiyyətli əlamət-
lərini əks etdirir.
4) Birja yalnız alqı-satqı bazarı deyil, eyni zamanda elmi-
tədqiqat institutudur.
5) Birjalarda mövcud əmtəəyə tələb və təklif üzrə infor-
masiya aydın olmalıdır.
6) Birjada alqı-satqı əməliyyatları bilavasitə istehsalçı və
istehlakçı arasında deyil, tələb və təklif əsasında mərkəzləş-
dirilmiş vasitəçilərlə həyata keçirilir.
Birjalar aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
a) Brokerlər və müştərilər arasında münasibət şəxsi etibara
(inama) əsaslanır;
b) Bağlanan bütün sazişlərdə aşkarlıq;
c) Broker frimalarının işinin müntəzəmliyini birja idarəsi
və maliyyə, inzibati, əmtəə və mühasibat qaydalarından istifadə
edən müstəqil auditorlar təmin edir.
Birjalar 2 tipli olur:
Açıq tipli – birjalarda həm birjanın üzvləri, həm də
birjanın üzvü olmayan sahibkarlar saziş bağlaya bilərlər
Qapalı tipli – birjalarda yalnız birja vasitəçiləri (həmin
birjanın üzvləri) ticarət sazişi bağlamaq hüququna malikdir.
Bazar infrastrukturunun tərkibinə həmçinin auksionlar,
yarmarkalar, kommersiya bankları və kredit sistemi, əhalinin
məşğulluğu ilə əlaqədar müvafiq mərkəzlər və onların yerli
idarərəli – vergi orqanları, sığorta təşkilatları, rabitə və məlu-
mat təşkilatları, lizinq xidməti, reklam agentlikləri, gömrük
100
xidməti orqanları, keyfiyyətə nəzarət edən orqanlar, istehlak-
çıların mənafeyini qoruyan təşkilatlar və qurumlar, auditor pa-
latası və xidməti, məsləhət və hüquq xidməti qurumları, sa-
hibkarlığa kömək göstərən dövlət və ictimai fondlar, antiinhisar
qurumları və təşkilatları, kadr hazırlığı ilə məşğul olan ali və
orta təhsil məktəbləri sərbəst (azad) iqtisadi zonalar.
Bütün bu infrastruktur qurumların aşağıdakı vəzifələri hə-
yata keçirilir:
a)Bazar qitisadiyyatı subyektləri və iştirakçılarının ma-
raqlarına xidmət göstərmək;
b)bazar iştirakçılarının apardıqları müxtəlif əməliyyat-
ların hüquqi və iqtisadi rəsmiləşdirilməsini asanlaşdırmaq;
c) ölkədə real bazar münasibətlərinin formalaşdırılmasına
hərtərəfli yardım göstərmək.
6.4.Rəqabət, onun mahiyyəti, formaları və
metodları.
Təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlər arasında
əmtəələrin və xidmətlərin daha əlverişli istehsal və satış şəraiti
uğrunda mübarizəsi rəqabətdir. Həmçinin rəqabət dedikdə ic-
timai təkrar istehsal proporsiyalarının tənzimləmə mexanizmi,
bazar subyektlərinin qarşılıqlı fəaliyyət forması başa düşülür.
Ümumiyyətlə, rəqabətsiz bazar yoxdur.
Latın dilindən götürülmüş “Konkurent” sözü “toqquşma”,
“yarış”, “qarşıdurma” mənasını verən rəqabət analayışında ba-
zar iştirakçıları arasında daha yaxşı istehsal şəraiti, əmtəə xid-
mətlərin satışı, yüksək mənfəət əldə etmək uğrunda müxtəlif
(qanuni və qanunsuz) üsullarla aparılan iqtisadi mübarizə
formalarıdır.
Rəqabətin yaranmasının əsas səbəbləri tarixən xüsusi
mülkiyyətin formalaşması və cəmiyyətdə əmək bölgüsünün ge-
101
nişlənib-dərinləşməsi nəticəsində əmtəə-pul münasibətlərinin
inkişafıdır.
Rəqabətin baş verməsinin obyektiv şərtləri kimi aşağıda-
kıları qeyd etmək olar:
1) Xüsusi mülkiyyət. Konkret əmtəə və xidmətlərin alıcı
və satıcılarının bir-birindən asılı olmayan fəaliyyəti, iqtisadi
cəhətdən sərbəstliyi.
2) Sonsuz tələbat və cəmiyyətin malik olduğu resurslar.
3) Azad sahibkarlıq fəaliyyəti. Bu zaman istehsalın artımı
və yaxud ixtisarı üçün heç bir təşkilati və hüquqi xarakterli
məhdudiyyət olmur.
Rəqabət bazarın təbiətinə və ruhuna xas keyfiyyət kimi al-
qı-satqı sövdələşmələrinin reallaşdırılmasında çox ciddi rol
oynayır.
Rəqabətin bir sıra prinsiplərini göstərmək olar: onlar a) ba-
zarda qiymətləri, tələb təklifi, istehsalın həcmini tənzimləyir;
b) məhsul və xidmətlərin bolluğunu yaradır; c) alıcılıq qabiliy-
yətinə, alıcıların zövqünə uyğun dəyişiklikləri çevikliklə nəzərə
alır. Bazarda daim rəqabət mühiti olur. Bu isə həm istehsalçılar
arasında, həm də alıcıların (istehlakçıların) öz aralarında gedən
aşkar-gizli mübarizəni əks etdiri. Rəqabət mühitində həmçinin
bazar iştirakçılarının müəyyən uğurları qazanmaq imkanları
olduğu kimi, eyni zamanda qazandıqlarını itirmək, hətta tamam
müflis olmaq təhlükəsi, riski də vardır. Bunları nəzərə alaraq,
şirkətlər və sahibkarlar daim müxtəlif istehsal xidmət məsə-
lələrində bir-birini qabaqlamağa, texniki-iqtisadi göstəricilərini
yaxşılaşdırmağa, reklam təbliğatından daha dolğun surətdə fay-
dalanmağa çalışırlar.
Rəqabət əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
1. Tənzimləmə funksiyası adətən dəyər qanununun
fəaliyyəti ilə tənzimlənir.
102
2. Allokasiya funksiyası məhsuldar qüvvələrin milli iqti-
sadiyyat miqyasında tədricən bərabər və səmərəli yerləşmə-
sində təzahür edir.
3. Nəzarət funksiyası bazrda ayrı-ayrı iri müsəsisələrin
inhisarı hökmranlığına imkan verməkdə təzahür edir, qeyri-tək-
mil rəqabət modelini və onun formalarını məhdudlaşdırı.
4. Bölgü funksiyası fərdi və məhsuldar istehlakçılar ara-
sında reallaşır.
5. Uyğunlaşma funksiyası bazar subyektlərinin daima də-
yişən bazar konyukturasına, onun müxtəlif aspektlərinə uyğun-
laşmasını nəzərdə tutur.
6. İnnovasiya funksiyası elmi-texniki tərəqqinin maliyyə-
ləşdirilməsində və stimullaşdırılmasında təzahür edir.
Bazar münasibətlərinin son sosial-iqtisadi nəticələrini əv-
vəlcədən müəyyənləşdirmək çox çətindir, mürəkkəb və ziddiy-
yətlidir. Məhz belə bir şəraitdə aparılan qeyri-bəraəb rəqabət
mübarizəsi gah zəifləyib, gah da güclənsə də, heç vaxt tam da-
yanmamış, həmişə olmuş, indi də var, gələcəkdə də olacaqdır.
Rəqabət problemi üzrə məşhur mütəxəssis Maykl Por-
terin (ABŞ) işləyib hazırladığı, rəqabət mübarizəsinin 5 gücü-
nü (istiqamətini) əks etdirən sxemində a) əmtəə xidmətlərin sa-
tıcıları arasında b) əvəzləyici əmtəə və xidmətlərin satıcıları
arasında; c) bazarı xammal və hazır məhsullarla təchiz edənlər
arasında; d) alıcılar arasında rəqabət mübarizəsini şərtləndirən
amillər öz əksini tapmışdır.
Rəqabət münasibətləri mikro, mezo və makro səviyyə-
də öyrənilməlidir:
a) Mikrosəviyyədə - rəqabətin obyekti məhsulun növləri,
istehsal, əmtəə və xidmətlərin keyfiyyəti və qiymətidir. Sub-
yekti ayrı-ayrı müəssisə və firmalardır.
b) Mezosəviyyədə rəqabətin obyekti - əlverişli sahələrə
kapital qoyuluşu, subyekti isə sahələr, konqlomerat tipli firma-
lar və s.
103
c) Makrosəviyyədə rəqabətin obyektinə təsərrüfat sistemi-
nin ümumi vəziyyəti, onun balanslaşdırılması, investisiya mü-
hiti, vergi rejimi, tarif gömrük siyasəti və s. aiddir. Subyektinə
isə bütövlükdə xalq təsərrüfatı kompleksi aiddir.
Rəqabətin ümumilikdə ictimai istehsalda rolu müsbətdir,
yəni inkişafa səbəb olur. Belə ki, a) rəqabət mübarizəsində is-
tehsal və tədavüldə normal ictimai şərait yaranır; b) rəqabət
yeniliyə, innovativ tədbirlərə geniş yol açır; c) geridə qalan, sə-
mərəsiz, rentabelli olmayan təsərrüfatları aradan çıxarır. Yeni,
təşkilati texniki və iqtisadi göstəriciləri yüksək təsərrüfatlat-
ların yaranmasına və cəmiyyətdə təbəqələşməyə səbəb olur.
Rəqabət mübarizəsində əsasən 2 qrup metodlardan istifa-
də olunur:
Qiymət rəqabəti;
Qeyri-qiymət rəqabəti.
Qiymət rəqabəti dedikdə əmtəələrin qiymətlərinin aşağı
salınması uğrunda rəqabət nəzərdə tutulur. Qeyri-qiymət rəqa-
bəti isə məhsulların keyfiyyətinin differensiallaşdırılmasını,
möhlətlə satışın təşkilini, təminatlı rəqabəti, lizinq xidmətini,
reklamın təşkilini və məhsulun keyfiyyətini, tərtibatını, yüksək
texniki xidmətini və s. nəzərdə tutur. Rəqabətin təkmil (azad,
kamil), qeyri-təkmil, haqsız kimi formaları, növləri fərqlən-
dirilməlidir.
Təkmil (azad, mükəmməl, sərbəst, sağlam, haqlı, vicdan-
lı) rəqabət bazarında, eyni adlı məhsul istehsalçıları-satıcıları
ilə istehlakçıları arasında, hamı tərəfindən qəbul olunmuş
Adam Smitin söylədiyi “görünməyən əl” prinsipi əsasında nor-
mal, halal rəqabət mübarizəsi gedir. Təkmil rəqabət bazarında
eyni adlı məhsul və ya xidməti satışa çıxaran çoxlu sayda satı-
cılar və saysız hesabsız alıcılar iştirak edirlər. Bu tip rəqabət
bazarının fərqləndirici xüsusiyyətləri:
104
1) Bazarda özünün məhsul və ya xidmətləri ilə iştirak edən
istehsalçıların (satıcıların). Eyni zamanda alıcıların (istehlak-
çıların) sayı çoxdur.
2) Azad rəqabət eyni adlı, çeşidli standart əmtəə və xid-
mətləri əhatə edir və onlara məxsusdur.
3) Bazarda qiymətlər üzərində nəzarət yoxdur, o tələb-tək-
lif qanunun əsasında formalaşır.
4) Azad rəqabət bazarına daxil olmaq, orada istər isteh-
salçı-satıcı, istərsə də istehlakçı-alıcı kimi iştirak etmək, yaxud
bu bazarı tərk etmək üçün heç bir maneə yoxdur.
5) Bu bazar növü haqqında məlumat toplamaq və orda
gedən prosesləri izləmək hamı üçün açıqdır.
Təkmil rəqabət bazarının əksi, qeyri-təkmil rəqabət bazar
tipidir. Buraya inhisarçı bazar, oliqapoliya bazarı və xalis (müt-
ləq, xalis) inhisarçı rəqabət bazarı daxildir.
İnhisar və inhisarçılıq dedikdə, bazarda kiçik bir qrupun
istehsal, yaxud satış dairəsində ağalığı nəzərdə tutulur. Bu qrup
əmtəə xidmətlərin istehsal həcminə, onların təklifinə və bazar
qiymətlərinin formalaşmasına güclü təsir göstərmək imkanla-
rına malikdir. İnhisarların olması, onların inkişafa mane olması
məsələsi hələ eramızdan əvvəl məşhur yunan filosofu, mütə-
fəkkiri Aristotel (e.ə. 384-322) tərəfindən göstərilmişdir. o, Yu-
nanıstanda zeytun istehsalı və dəmir məmulatları satışında in-
hisarların olduğunu qeyd etmişdi.
Bu məsələlərin geniş şərhi “Mikroiqtisadiyyat” fənninin
tədrisi zamanı veriləcəkdir.
6.5.Azərbaycanda bazar iqtisadiyyatına keçidin
zəruriliyi və spesifik xüsusiyyətləri.
Müstəqilliyə nail olduqdan sonra Azərbaycanın bazar iq-
tisadiyyatına keçməsi obyektiv zərurətə çevrilir. Postsosialist
ölkələrində, o cümlədən Azərbaycan Respublikasında bazar iq-
105
tisadiyyatının meydana gəlib formalaşması xüsusi keçid dövrü
ilə bilavasitə əlaqədardır.
Bazar iqtisadiyyatı azad seçim əsasında müstəqil iqtisadi
subyektlərin qeyri-mərkəzləşdirilmiş qərarlar qəbul etdiyi iqti-
sadi sistemdir., hakim təsərrüfat forması kimi bir neçə yüz il
ərzində fəaliyyət göstərmiş və dünyanın ən inkişaf etmiş ölkə-
ləri bu iqtisadi sistem sayəsində belə bir yüksəkliyə qalxmışlar.
Məhz bazar müstəqil qərarlar qəbul edən iqtisadi subyektlər
arasında qarşılıqlı münasibətlər formasıdır, bazar iqtisadi sis-
terminin fəaliyyət mexanizmidir. Bazar iqtisadiyyatının tarixi
genetik əsasını əmtəə təsərrüfatı təşkil edir. Bazar əmtəə-pul
formasında ictimai məhsulun tədavülünün həyata keçirilməsi
prosesində yaranan iqtisadi münasibətlərin məcmusu olaraq,
tələb və təklifin dinamikasından asılıdır və alıcılarla satıcılar
arasında yaranan iqtisadi münasibətlər sistemidir.
Azərbaycan suverenlik və iqtisadi-siyasi müstəqillik qa-
zandıqdan sonra dağılmış iqtisadi sistemi bərpa etmək qeyri
mümkün olduğuna və məqsədəuyğun olmadığına görə onu yal-
nız bazar iqtisadiyyatına keçidlə əvəz etmək ən doğru yol idi.
Məhz SSRİ dağıldıqdan sonra bütün onun tərkibindən ayrılan
gənc milli dövlətlər bazar münasibətləri yolu ilə gedən ölkə-
lərin əhatəsində idi. Həmin ölkələrlə iqtisadi əlaqələr yarat-
maq, onların dövlətçilik və təsərrüfatçılıq təcrübələrindən siya-
si və maddi-mənəvi imkanlarından yararlanmaq üçün bazar iq-
tisadiyyatı yolunu seçmək tarixi zərurət idi. Ona görə də Azər-
baycan Respublikası ilk növbədə bazar iqtisadiyyatına keçidin
hüquqi-normativ bazasını yaratmalı idi ki, bu yolda lazımi ad-
dımlar atmağa icazə versin, görülən işlərin hüquqi təminatı ol-
sun. Çünki Azərbaycan yeni sistemə, bazar iqtisadiyyatına keç-
mək üçün ictimai mülkiyyəti özəl mülkiyyətlə, mövcud inzi-
bati-amirlik sistemini yeni mahiyyətli təsərrüfat sistemi ilə
əvəz etməli idi. Buna isə xeyli uzun dövr tələb olunur ki, bu da
respublikamızın bazar iqtisadi sisteminə keçməsini çətinləşdi-
106
rən əsas məsələlərdən biri idi. Çox mühüm və lazımi islahatla-
rın həyata keçirilməsi tələb olunurdu. Dövlət mülkiyyətinin
özəlləşdirilməsi yolu ilə bazar iqtisadiyyatına keçidin mülkiy-
yət bazasını yaratmaq təmin edilməli idi. Özəlləşdirmə yolu ilə
müxtəlif mülkiyyət formaları və onların da əsasında müxtəlif
təsərrüfat formalarının yaradılması mümkün olur.
Bazar iqtisadiyyatını ayrılmaz tərkib hissəsi olan sahib-
karlıq, onun müxtəlif formaları qeyd etdiyimiz mülkiyyət isla-
hatları ilə sıx əlaqədardır. Belə ki, özəlləşdirmə nəticəsində
mülkiyyət üzərində dövlət inhisarı ləğv edilir, azad sahibkarlı-
ğın maddi zəmini yaranır. azad rəqabət üçün şərait, imkan ya-
ranır çünki, çoxsaylı sahibkarlıq mühiti yaranır. xüsusi keçid
dövründə bazar iqtisadiyyatının formlaşması, qərarlaşması
üçün iqtisadi, siyasi, psixoploji, hüquqi, təşkilati və sosial zə-
minlər əsas tutulur.
Azərbaycanda real və sağlam bazar iqtisadiyyatına keçi-
din yuxarıda qeyd olunan ənənəvi əlamətləri, növləri forma-
laşmalı və qərarlaşmalı olan bazar iqtisadiyyatı üçün də bu və
ya digər dərəcədə tipik özünəməxsus bir vəziyyət almalıdır,
şablon xarakter daşımamalıdır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bazar iqti-
sadiyyatı sisteminin qərarlaşmasına əngəl törədə biləcək bəzi
amillər mütləq nəzərə alınmalıdır. Onlardan inhisarçılıq, kor-
rupsiya və rüşvətxorluq, erməni təcavüzü və torpaqlarımızın iş-
ğalı məsələsi, qaçqın və məcburi köçkünlər problemi, əhalinin
tədiyyə qabiliyyətli tələbinin aşağı olması və s. göstərmək olar.
Bütün bu əngəl törədən amillərlə yanaşı real bazar iqtisadiy-
yatının Azərbaycanda bərqərar olmasına kömək edən xüsusi
hallar da vardır. Onlardan Azərbaycanda inkişaf etmiş əmək
bölgüsünün olmasını, təbii sərvətlərin bolluğunu, əhalidə biz-
neslə məşğul olmaq meyllərinin çox olmasını, dövlətin sahib-
karlığa dəstək olmasını, respublikanın intellektual kapitalla
zəngin olmasını, respublikanın bol təbii sərvətlərinə o cümlə-
107
dən, bir sıra strateji əhəmiyyətli sərvət mənbələrinə xarici kapi-
talın xüsusi maraq göstərməsini və s. göstərmək olar.
Beləliklə, müstəqil respublikamızın Qərbin, Şərqin inki-
şaf etmiş ölkələrində hakim olan və böyük nailiyyətlər törədən
bazar iqtisadiyyatı yaratmaq kimi vəzifənin öhdəsindən layi-
qincə gəlməkdədir. Dünyanın bütün qabaqcıl, inkişaf etmiş
dövlətləri bu yolla böyük nailiyyətlər qazanmışlar. Azərbaycan
da bu yolla inamla irəliləyir.
6.6.N.Gəncəvi mübadilə, ticarət və pul haqqında.
Məlumdur ki, Nizami yaradıcılığı heç vaxt öz aktuallığını
itirməmiş, bəşər mədəniyyətinə 900 ildən çoxdur ki, xidmət
etmiş və etməkdədir. Məhz Nizami irsində elə ideya və prob-
lemlər qoyulmuşdur ki, onları bir və ya bir neçə elm mövqey-
dindən araşdırmaq və şərh etmək mümkün deyil. Onun irsi bir
çox elmlərin tədqiqat mövzusu olmalı və yeni baxımdan hərtə-
rəfli və dərindən öyrənilməlidir. Nizaminin yaradıcılığında
astronomiya, həndəsə və təbiətşünaslığın başqa sahələrinə dair
fikirləri də tədqiqat obyektinə çevrilməkdədir.
Nizaminin iqtisadi ideyaları, onun Azərbaycan iqtisadi
fikrinin inkişafında tutduğu yer xüsusi və geniş tədqiqat obyek-
ti olmamışdır. Bu mövzuda mərhum prof. Ə.Q.Fərəcovun 50-ci
illərdə yazdığı “Nizaminin iqtisadi görüşləri haqında” 50 səhi-
fəlik kitabçası məlumdur. Bu kitabçada Nizaminin iqtisadi gör-
üşlərinin yalnız bir hissəsi işıqlandırılmış, onun iqtisadi proses-
lər və hadisələr haqqındakı elmi-nəzəri ideyaları tam əhatə
edilməmişdir.
Nizaminin “Xəmsə”sində səpələnən, xüsusi forma və
üslubla ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem
halına salındıqda onun cəmiyyətin ictimai-iqtisadi münasibət-
ləri haqqındakı təsəvvürləri daha aydın nəzərə çarpır. Bu
baxımdan onun irsinin tədqiqi göstərir ki, Nizaminin huma-
108
nizm və demokratizmi dahi mütəfəkkiri iqtisadi ideyalarının da
əsasını təşkil edir. Nizami çox hallarda əməyə, sərvətə, müba-
diləyə, pula, bölgü və istehlaka xüsusi mövqedən yanaşmışdır.
Əmək və əməkçi surətləri demək olar ki, onun bütün əsər-
lərinin başlıca qayəsini təşkil edir. İqtisad elmi mövqeyindən
yanaşdıqda onun iqtisadi həyat hadisələri və prosesləri haqqın-
da irəli sürdüyü ideyalar çox mütərəqqi və öz aktuallğını itir-
məyən bir sistem şəklində ifadə edilmişdir. M.Ə.Rəsulzadə
“Azərbaycan şairi Nizami” əsərində “Şairin yaşadığımız günlər
üçün son dərəcə aktual və maraqlı olub siyasi iqtisadla bağlı
mülahizələrin” olduğunu qeyd edir. Bu fikirlər Nizaminin
“İsgəndərnamə”də ruslarda quru xəz dərinin pul rolu oynaması,
onun “gümüşdən daha mötəbər” sayılması fikri ilə əlaqədar
verilmişdir. Bildiyimiz kimi Nizami Gəncəvinin yaşadığı əsr
Azərbaycanda, eləcə də Yaxın və Orta Şərq ölkələrində intibah
(renesans) dövrü adlandırılmışdır. Bu dövr Şərqdə ondan xeyli
əvvəl başlamış və Nizmainin yaşadığı XII əsrdə özünün yüksək
mərhələsinə çatmışdır. Bu dövrün əsas xarakterik xüsusiyyəti
elmin, sənətin və mədəniyyətin geniş vüsət alması və çiçək-
lənməsi idi. F.Engels “təbiətin dialektikası” əsərinin girişində
renesans deyilən dövrün ümumi cəhətlərini göstərməklə bu
dövrü “dahilərə ehtiyacı olan, təfəkkür, ehtiras və xarakter
cəhətdən kamillik və alimlik dahilər yetirən bir dövr” adlan-
dırmışdır.
Bu dövr Şərqdən fərqli olaraq avropada XV əsrdə baş
vermişdir.
Nizami özünün “Xəmsə”sində daxili və xarici ticarət
məsələlərinə, onların inkişafına və aparılması qayda qanun-
larına dair çoxlu dəyərli fikirlər söyləmişdir. Burada Nizami bir
çox sosial-iqtisadi problemlərlə yanaşı, qanun pozuntuları,
rüşvətxorluq, cinayətkarlıq və s. haqqında da çox kəsərli fikir-
lər irəli sürmüşdür. O yazırdı “əgər oğru aparandan səs-səmir
çıxmadısa, demək oğru tutan darğanın əli mala çatıb”.
109
Nizami həmçinin xarici ticarətin inkişaf etdirilməsini tək-
lif edirdi. Bu zaman xarici tacirlərin bütün hüquqlarının, yəni,
həm iqtisadi, sosial və inzibati hüquqlarının qorunmasının zə-
ruriliyini qeyd edirdi. “Dünya alver sayəsində çiçəklənməyə
başlamışdır” – deyirdi.
Məhz Nizaminin yaşadığı Gəncə şəhəri o dövrdə təkcə
Qafqazda deyil, həmçinin Yaxın və Orta Şərqdə ən böyük və
sənətkarlığın, ticarətin və mədəniyyətin yüksək inkişaf etdiyi
mərkəzlərdən biri olmuşdur.
Tarixdən məlum olan 1139-cu ildə baş verən ən təhlükəli
zəlzələ nəticəsində bu şəhər ən çox dağıntıya və insan tələfa-
tına məruz qaalmışdır. Nəticədə 230000 insan o cümlədən,
Gəncə hakiminin 2 oğlu tələf olmuşdur və külli saraylar, evlər
dağılıb, xəzinələr batmışdır. Nizami insanların məqsədyönlü və
birgə fəaliyyətinin hər çətinliyə qalib gələcəyini, hər şeyə qadir
olduğunu əsas götürürək Gəncənin də tezliklə bərpa olunaraq
əvvəlkindən də gözəl, abad şəhərə çevrildiyini söyləmişdir:
“Bu ətrafdan müsibət uzaqlaşdı, az bir müddətdə o viranə ol-
muş yer, onun hümməti ilə Rumdan da abad oldu”.
Ümumiyyətlə bu sual ətrafında çox yazmaq, çox oxumaq
və işləmək tələb olunur. Tələbə gənclərimizin üzərinə bu sahə-
də çox məsuliyyət düşür.
VII FƏSİL. Sahibkarlıq bazar münasibətlərinin
xüsusi atributudur.
7.1.Sahibkarlıq fəaliyyəti və sahibkarlıq
qabiliyyəti.
Sahibkarlıq fəaliyyəti istehsal amilləri arasında özünə-
məxsus rola malikdir. Sahibkarlıq bazar münasibətlərinin xüs-
usi atributudur. Hər şeydən əvvəl iki məvhumu – sahibkarlıq
qabiliyyəti və sahibkarlıq fəaliyyəti analyışlarını izah edək.
110
Sahibkarlıq fəaliyyəti və sahibkarlıq qabiliyyəti bir-biri
ilə üzvü vəhdətdə, səbəb-nəticə əlaqəliliyində mövcud olan
iqtisadi anlayışlardır. Belə ki, sahibkarlıq qabiliyyəti olmadan
sahibkarlıq fəaliyyəti mümkün deyildir.
Sahibkarlıq qabiliyyəti – dedikdə maddi və mənəvi ne-
mətlər, xidmətlər yaradılması üçün istehsalın digər bütün amil-
lərinin birləşdirilməsinə yönəldilmiş xüsusi növ insan kapita-
lıdır, bacarıqdır, istedaddır. Burada insan kapitalının spesifik
xüsusiyyəti riskin qeyri-müəyyən şəraitdə yeni növ məhsul
istehsalını, texnologiyanı, işin təşkili formalarını, arzulamaq və
tətbiq etmək qabiliyyətidir. Sahibkarlıq qabiliyyəti yüksək ixti-
saslı – mürəkkəb əməyə aiddir.
Sahibkarlıq fəaliyyəti – isə maddi nemətlərin və xidmət-
lərin istehsalı, ictimai tələbatın və sahibkarın xüsusi maddi mə-
nafeyinin ödənilməsi məqsədilə istehsal amillərinin birləşdiril-
məsi və təşkilidir. Sahibkarlıq fəaliyyətinin mövcudluğu və in-
kişafının əsas şərtləri:
a) İqtisadi azadlıq, nisbi ayrılma;
b) Bazar sahəsinin və bazar münasibətlərinin mövcudluğu;
c) Əmtəə-pul münasibətlərinin inkişafı.
Onu da qeyd edək ki, xüsusi istedadı, bacarığı, yəni, qa-
biliyyəti olmayan şəxslərdə sahibkar olmaq cəhdi lazımi nəticə
verə bilməz. Belə cəhd tələbat olmayan məhsul istehsal etmək
kimidir.
Sahibkar dedikdə, yaradıcılıq təşəbbüskarlıq, problemləri
həll edə bilmək, güzəştə getmək və adamlarla dil tapmaq qabi-
liyyətinə malik şəxslər başa düşülür.
Sahibkarın mühüm keyfiyyət xüsusiyyətlərindən biri də
yeni ehtiyat mənbələrinin istifadəsində yeni üsullar axtarıb tap-
maqdır.
Sahibkarları möhtəkirlər və menecerlərlə qarışdırmaq ol-
maz. Onların arasında müəyyən ümumi cəhətlər olsa da, kəskin
111
fərqlər də mövcuddur. Sahibkarlıq onlara nisbətən daha geniş
anlayışdır, onun fəaliyyət dairəsi daha genişdir.
Sahibkar bu gün ilə gələcək arasında əlaqələndirici rola
malikdir. Çünki sahibkar müasir dövrdə mövcud olan elm və
texnikanın yeniliklərini istehsala tətbiq edir, idarəetmənin ən
mütərəqqi metodunu mənimsəyir və gələcək nəslə ötürür, öy-
rədir.
Bu gün sahibkar və biznes adamı dedikdə - iqtisadi, təş-
kilati, təşəbbüskar yaradıcı qabiliyyətlərə malik olan, mürəkkəb
və çətin bazar münasibətləri şəraitində düzgün qərarlar qəbul
etməyi bacaran, ağıllı riskə gedib yüksək mənfəət əldə etməyə
qabiliyyəti olan istedadlı adamlar başa düşülür.
Qərbi Avropa iqtisadi həyatında sahibkar anlayışı ilk dəfə
ingilis iqtisadçısı Riçard Kantilyon (1680-1734) tərəfindən iş-
lənmişdir. Onun fikrincə, sahibkarlar elə bir xüsusi qrup insan-
lardır ki, onlar müxtəlif növ əmtəələr bazarında fasiləsiz fəaliy-
yət göstərərək, burada formalaşan tələblə-təklif arasında uyğu-
nluq yaradılmasına xidmət göstrərirlər.
A.Smit, J.B.Sey, V.Zombart, Y.Şumpeter, A.Marşall kimi
iqtisadçılar sahibkar və sahibkarlıq fəaliyyəti haqqında qiymətli
fikirlər söyləyərək, onu mülkiyyətçi, idarə edən, mənfəətə can
atan bir şəxs kimi səciyyələndirmişlər.
Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının fərqləndirici
xüsusiyyətlərindən biridir. Buna uyğun olaraq kapitalizm cə-
miyyətinin tarixi təkamülü boyu sahibkarlıq fəaliyyəti haqqın-
da olan təlim də tədriclə formalaşmış, keyfiyyətcə zənginləş-
miş, sistemli xarakter almış, mürəkkəb məzmun kəsb etmişdir.
İqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyətinin məzmunu-
nun öyrənilməsi ilk əvvəl onu həyata keçirən sahibkar anlayışı
ilə başlayır. Buna uyğun olaraq bu gün sahibkar dedikdə, iqti-
sadi, yaradıcı, təşkilati qabiliyyətlərə, mürəkkəb bazar konyuk-
turası şəraitində düzgün qərar qəbul etməyə, ağıllı risk etməyə
112
qadir olub iqtisadi fəaliyyəti həyata keçirən təşəbbüskar insan-
lar başa düşülür.
Qərb iqtisadiyyatında sahibkar anlayışının məzmununu
əks etdirən ifadə ilk dəfə ingilis iqtisadçısı R.Kantilyon (1680-
1734) tərəfindən işlənmişdir. Onun fikrincə, feodalizm cəmiy-
yətindəki torpaq mülkiyyətçilərinə və müxtəlif növlü muzdur-
lara, yeni iqtisadi sistemdə mənfəət götürmək məqsədilə, digər-
lərindən məhsulu müəyyən qiymətə alaraq, bazarda özünə hələ
də məlum olmayan qiymətə satmağa çalışan yeni insanlar
qrupu əlavə olunmuşdur. Bu insanları, R.Kantilyon sahibkarlar
adlandırılmışdır. Onun fikrincə, sahibkarlıq xüsusi növ bazarın-
da tələblə təklif arasında uyğunluq yaratmağa xidmət edir.
Sxem 7.1.1.
Sahibkar kateqoriyasının strukturu:
Sahibkar zəruri olan bütün resursları
bir yerə toplayır.
Sahibkar iqtisadi fəaliyyətin ən əsas
məsələləri üzrə qərarlar qəbul edir.
Sahibkar yenilikçidir
Sahibkar öz vəsaiti, iş vaxtilə risk edir.
Sahibkar hər şeydən əvvəl iqtisadi
fəaliyyətdədir.
113
Sxem 7.1.2.
Sahibkarlıq nəzəriyyəsini dərindən işləyib hazırlamaq
üçün iki mənbə vardır:
1. Sahibkarlığa dair iqtisadi nəzəriyyələrin inkişaf tarixini
dərindən öyrənmək (xüsusilə, o iqtisadçı alimlərin əsərlərini ki,
onlar sahibkarlıq nəzəriyyəsinə öz töhvələrini veriblər).
2. Xarici ölkələrin təcrübəsini, xüsusilə də Azərbaycanda
Sovet hakimiyyəti qurulana qədərki dövrdə sahibkarlığın inki-
şafını elmi ümumiləşdirmə. Bu sahədə R.Kantilyon, İ.Tyunen,
F.Nayt, J.B.Seyi, A.Marşall, İ.Şumpeter, M.Porrter və b. alim-
lərin əsərlərini öyrənmək lazımdır.
Sahibkarlıq bazar
münasibətlərinin xüsusi atributu
kimi
Sahibkarlıq
fəaliyyəti
Sahibkarlıq
qabiliyyəti
Sahibkarlıq fəlaiyyəti
– maddi nemətlərin və
xidmətlərin istehsalı,
ictimai tələbatın və
sahibkarlığın xüsusi
maddi mənafeyinin
ödənilməsi məqsədilə
istehsal amillərinin
birləşdirilməsi və
təşkilidir.
Sahibkarlıq
qabiliyyəti –
nemətlər və
xidmətlər
yaradılması üçün
istehsalın digər bütün
amillərinin
birləşdirilməsinə
yönəldilmiş xüsusi
növ insan kapitalıdır.
114
7.2.Sahibkarlıq kateqoriyasının strukturu.
“Sahibkarlıq” xüsusi iqtisadi kateqoriya kimi özündə bir-
ləşdiri:
Risk
Qeyri-müəyyənlik
Səfərbərlik
Dinamiklik
Etiraz
Hökmranlıq
Pul
Yenilik, bazar, texnologiya, resurs, əmtəə axtarışı.
Bütün bunlar isə “sahibkarlıq” kateqoriyasının aşağıdakı
struktur cəhətlərini müəyyənləşdirir:
Daima irəliyə çıxmaq cəhdi;
Azadlıq və təşkilat yeniliyi;
İnsana yönümlülük;
İnsanlara (alıcılara) sədaqətlə xidmət;
Firmanın mədəni mühitdə yaradılması və mühafizəsi;
Yaradıcı aktivlik, proqratizm, etiklik.
Sahibkarlıq fəaliyyət növüdür və onu iki əsasa görə fərq-
ləndirmək olar: miqyasına və fəaliyyətin xarakterinə görə.
1. Miqyasına görə iki əsas növə ayrılır:
a) Fərdi sahibkarlıq – bu bir şəxsin və onun ailəsinin yara-
dıcı fəaliyyətidir (ticarət köşkü, böyük olmayan aptek, kimyəvi
təmizləmə və s. yaratmaq). Bu halda asanlıqla müəyyən etmək
olar ki, riskə gedən, məsuliyyəti öz üzərinə götürən, idarə edən
kimdir. Azərbaycan Respublikasında Sahibkarlıq haqqında qa-
nunla Azərbaycan vətəndaşları və xarici vətəndaşlar sahibkar-
lıq fəaliyyəti ilə məşğul ola bilərlər.
b) Kollektiv sahibkarlıq – hər hansı bir kollektiv birgə sa-
hibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu cür sahibkarlıq payı
əsasında yaradılmış firmalarda həyata keçirilir. Burada riski,
115
məsuliyyəti, qərarların qəbulunu bir qrup şəxs öz üzərinə götü-
rür (yoldaşlığın, səhmdar cəmiyyət üzvləri).
Sahibkarlıqla bağlı vəzifələri müxtəlif qruplar yerinə ye-
tirir. Məsələn, idarəedici qərarları direktorlar, menecerlər qəbul
edir.
Öz xarakterinə görə sahibkarlıq fəaliyyəti bir neçə
formada olur.
1. Qeyri-kommersiya sahibkarlığı – bu varlanmaq naminə
məhsul satışı ilə bağlı deyildir. Bu cür fəaliyyətlə müxtəlif xey-
riyyəçi və mədəni-maarifçilik təşkilatları məşğul olurlar məsə-
lən, ABŞ-da ailələrin ¾-ü bu məqsəd üçün vəsait ayırır (1980-
ci illərdə hər ailə ildə orta hesabla 790 dollar ayırmışdır). Bü-
tün xeyriyyəçilik fondunun 90%-i ailələrin payına düşür, cəmi
5%-i korporasiyalardan ayrılır.
2. Kommersiya fəaliyyəti, yaxud biznes – bu gəlir gətirən
fəaliyyətdir. Bura daxildir:
Qeyri-istehsal biznesi – peşəkar idman, konsert fəaliy-
yəti və s.;
Ticarət biznesi – ticarət müəssisələrində;
Xidmət sferasında biznes, məsələn, hüquq kontoru,
turist xidməti;
İstehsal biznesi – sənaye, kənd təsərrüfatı, tikinti və s.
gəlirli fəaliyyət.
Dövlət sahibkarlığı – dövlət müəssisələrində həyata ke-
çirilir. Ancaq burada təsərrüfat rəhbərinin təşəbbüsü yuxarı or-
qanların əmr və göstərişi ilə məhdudlaşdırılır.
Bazar iqtisadiyyatı şəraitində xüsusi sahibkarlıqla məşğul
olmaq makroiqtisadiyyatın əsasını təşkil edir. bazar şəraitində
sahibkarlıq fəaliyyəti azaddır. O, təsərrüfat fəaliyyətində azad
olmalıdır:
Bu iqtisadi subyektin özünün malik olduğu əmlakından,
icarəyə götürdüyü sahədən istifadə etmək azadlığıdır.
116
Bu nəyi və necə istehlak etmək, istehlakçını və tədarük-
çünü seçmək sahəsində azadlıqdır;
Bu qiymətləri qoymaq, mənfəəti bölüşdürmək (vergini
ödədikdən sonra) və digər istehsal məsələlərini həll etmək sa-
həsində azadlıqdır.
Azərbaycan qanunvericiliyinə görə sahibkarlıq fəaliy-
yəti vətəndaşların müstəqil təşəbbüskarlıq fəaliyyəti olub
mənfəət götürməyə istiqamətləndirilmişdir. Bu fəaliyyət
müəyyən təşkilati-hüquqi formada, yəni müəssisə forma-
sında həyata keçirilir. Azərbaycan qanunvericiliyində sa-
hibkarların hüquq və vəzifələri geniş əks etdirilmişdir.
Sahibkarlıq fərdi əmək fəaliyyəti ilə məşğul olmaq for-
masında, muzdlu əmək tətbiq etməklə həyata keçirilmək üçün
müəssisə kimi qeydiyyata alınır.
Bəzən belə fikirlər səslənir ki, kiçik sahibkarlar daha
azaddırlar. Ancaq müasir iqtisadiyyatda aparıcı mövqe iri
müəssisələrə məxsusdur. Güclü rəqabət şəraitində kiçik müəs-
sisələr daha azad olmalarından danışmaq düz olmaz. Onlar ya-
şayış uğrunda daim mübarizə aparmalı olurlar.
Müasir dövrdə Qərbdə sahibkarlıq fəaliyyəti əhəmiyyətli
dərəcədə genişlənmişdir. Bu dövlət mülkiyyətinin özəlləşdiril-
məsi nəticəsində mümkün olmuşdur.
Son iyirmi ildə Yaponiyada sahibkarların ümumi sayı 2
dəfə, ABŞ-da 2,5 dəfə artmışdır.
Azərbaycanda da sahibkarların sayı getdikcə artır.
Sahibkarların funksiyaları. Dünya iqtisad ədəbiyyatın-
da sahibkarların üç funksiyası göstərilir:
Birinci funksiya – resurslar əldə etməkdir. İstənilən təsər-
rüfat fəaliyyəti üçün istehsalın obyektiv amilləri (istehsal vasi-
tələri) və subyektiv, şəxsi amili (iş görməyi bacaran işçilər) ol-
malıdır.
117
İkinci funksiya – təşkilatçılıq funksiyasıdır. Bu istehsal
amillərinin elə birləşdirilməsi və kombinasiyasını təşkil etmə-
lidir ki, məqsədə çatmağı təmin etsin.
Üçüncü funksiya – yaradıcılıq funksiyasıdır. Bu təşkilati-
təsərrüfatçılıq novatorluğu ilə bağlıdır. Sahibkarın bu funksi-
yası müasir elmi-texniki tərəqqi və qeyri-qiymət rəqabətinin
gücləndiyi bir zamanda daha da artmışdır.
İnnovasiya ilə bağlı sahibkarın funksiyasının güclənməsi
sahibkarlıq fəaliyyəti üçün yeni iqtisadi mühit yaradır. Elmi-
texniki işləmələrin bazarı sürətlə inkişaf edir. yeni texnika və
texnologiyanın tətbiqi ilə bağlı vençur biznesi genişlənir.
Sahibkarlığın informasiya bazası, informasiya infrastruk-
turu təkmilləşir. Dövlət orqanlarından məlumat almaq imkan-
ları artır, patent-lisenziya xidməti möhkəmlənir. Elektron he-
sablayıcı maşınlarda toplanmış məlumat bankı şəbəkəsi yarad-
ılır və inkişaf edir.
118
7.3.Sahibkarlıq mühiti və etikası.
Sahibkarlığın inkişafı üçün müəyyən şərait, mühit lazımdır.
Sahibkarlıq mühiti
Sxem 7.3.1
Cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə sahibkar-
lıq fəaliyyətinin strukturunda dəyişikliklər baş verir, sahibkar-
lığın yeni formaları meydana gəlir.
Sahibkarlığın mikroiqtisadiyyatda əsas iqtisadi agentdir.
O, bilavasitə istehsalla məşğul olur, maddi nemətlər və xid-
mətlər məhsulları istehsal edir. Lakin onun bilavasitə məqsədi
məhsul istehsal etmək deyildir. Əsas məqsəd mənfəət əldə et-
İqtisadi
mühit
Siyasi
mühit Sosial
mühit
Hüquqi
mühit
Texnoloji
mühit Fiziki-
coğrafi,
yaxud təbii
iqlim mühiti
Mədəni
mühit
Demoqrafik
mühit
Sahibkarlıq
mühiti
119
məkdir. O, bazar iqtisadiyyatı şəraitində yaşayır və buna görə
də əmtəə itehsalçısı kimi çıxış edir.
Mikroiqtisadi səviyyədə bütün sahibkarlar qarşılıqlı əla-
qədə fəaliyyət göstəririlər, biri biri üçün əmtəə istehsalçısı olur,
biri digəri üçün alıcı, digəri isə satıcı rolunda çıxış edir. onlar
istehsal olunmuş məhsulun əsas istehlakçılarıdır. Məhsulların
mübadiləsi əsasən onların arasında baş verir.
Mikroiqtisadi səviyyədə isə bölgü özünəməxsus, spesifik
bir formada aparılır. Belə ki, istehsalın baş verməsi üçün isteh-
salın maddi və şəxsi amilləri mikroiqtisadiyyat sahələri arasın-
da bazar mexanizmi vasitəsilə bölüşdürülür. Bazarın bütün əsas
növləri mikroiqtisadiyyatın strukturuna daxildir və onun fəaliy-
yət, mexanizmi bütün sahibkarların fəaliyyətini tənzimləyir.
Buna görə də mikroiqtisadi səviyyədə istehsal, bölgü, mübadilə
və istehlak bazar rəqabəti, tələb, təklif və bazar qiymətlərinin
təsiri altında baş verir.
Sahibkarlar istehsalı, bölgünü, mübadiləni və istehlakı
əsas məqsədə, yəni mənfəətin əldə olunmasına cavab verən is-
tiqamətdə həyata keçirilir. Bu zaman məhdud resurslar elə
nisbətdə bölünməlidir ki, bazarın tələbinə cavab verən ucuz və
keyfiyyətli əmtəələr istehsal etmək mümkün olsun.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıqla əlaqədar olan
anlayışlar mövcuddur ki, onlardan ən əsası “biznes” anlayışı-
dır. Qeyd etməliyik ki, sahibkarlıq və biznes anlayışlarını bir-
ləşdirən bir sıra aşağıdakı ümumi cəhətlər vardır:
Hər ikisinin reallaşdırılmasının bazar vasitəsilə baş ver-
məsi; onların hər ikisinin bilavasitə məqsədinin mənfəət əldə
etmək olmasıdır; şəxsi maddi marağı ödəmək məqsədi ilə
əmtəə istehsalı üçün zəruri iqtisadi mühitin, hər şeydən əvvəl
isə iqtisadi azadlıq şəraitinin tələb olunması və s.
Bununla belə biznes fəaliyyəti ilə sahibkarlıq fəaliyyəti
arasında bəzi fərqli cəhətlər vardır: 1) Biznes fəaliyyəti tarix-
çilik baxımından daha tez, əmtəə istehsalının meydana çıxması
120
ilə yaranmışdır. Sahibkarlıq fəaliyyətinə gəldikdə isə o, bazar
iqtisadiyyatı şəraitində biznes fəaliyyətinin varlıq forması kimi
çıxış edir. 2) Kapitalizm cəmiyyətində sahibkarlığın məzmunu
biznesə nisbətən daha genişdir, çünki o özünə hər şeydən əvvəl
yenilikçilik axtarışı kimi bir fərqləndirici cəhəti daxil edir.
Gündəlik həyatda bizneslə məşğul olan hər bir kəs sahibkar ad-
landırılırsa, sözün əsl mənasında sahibkarlar iqtisadi davranışı
axtarış xarakteri daşıyan işgüzar insanlardır. 3) Biznes fəaliy-
yəti əsasən birdəfəlik bir akt kimi sövdələşmənin reallaşdırıl-
ması ilə əlaqədardır. Lakin, ondan fərqli olaraq, sahibkarlıq
fəaliyyəti bazar iqtisadiyyatının daimi bir prosesi, həmin cə-
miyyətin müəyyənedici şərti, onun mövcudluğunun və inkişa-
fının başlıca hərəkətverici qüvvəsidir. Ümumiyyətlə, demək la-
zımdır ki, bu iqtisadiyyatın inkişaf səviyyəsi, sahibkarlıq
fəaliyyətinin səviyyəsi, onun üçün yaradılmış iqtisadi mühitin
xarakteri ilə müəyyən olunur. Qərb ölkələrinin müasir təcrübəsi
sübut edir ki, sosial yönümlü bazar iqtisadiyyatını yaradılması
istiqamətində həmin ölkələrin yüksək nailiyyətləri burada geniş
inkişafının nəticəsidir. Buna görə də bir sıra hallarda kapitalist
iqtisadiyyatını sahibkarlıq iqtisadiyyatı deyə adlandırılar.
İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin təcrübəsindən
çıxış edən müasir iqtisadi nəzəriyyə, sahibkar tərəfindən yerinə
yetirilən və bir-birilə qarşılıqlı əlaqədə olan müxtəlif funksi-
yaları əsasən aşağıdakı kimi qruplaşdırılır:
1. Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün re-
sursları bir yerə toplayır. Ən ümumi mənada bu funksiyanın
məzmununu iqtisadi resurslar kimi çıxış edən torpaqdan (təbii
resurslardan), kapitaldan (investisiya resurslarından) və insan
amilindən (əmək resurslardan) sahibkar tərəfindən iqtisadi
fəaliyyəti həyata keçirmək məqsədilə vəhdət halında, həm də
bu və ya digər nisbətdə (kombinasiyada) istifadə olunması təş-
kil edir. sahibkar tərəfindən öz sərəncamında olan istehsal re-
surslarının birləşdirilməsinin konkret kombinasiyasının seçil-
121
məsi bacarığı, son nəticədə onun iqtisadi fəaliyyətinin nəticə-
sini də müəyyən edir.
İstehsal amillərinin səmərəli kombinasiyasına nail olmaq
zərurəti, hər şeydən əvvəl, istehsal resurslarının məhdudluğu
ilə əlaqədardır. Belə bir şəraitdə sahibkar öz iqtisadi fəaliyyəti
qarşısında dayanan məqsədlərə nail olmaq üçün sərəncamında
olan və yaxud əldə edə biləcəyi resursların həcmindən çıxış
edərək onlardan ən səmərəli şəkildə istifadə etmək məcburiy-
yəti qarşısında qalır.
İqtisadi resursların kombinasiyası sabit olmayıb, dəyişkən
xarakterdədir. Təklif amillərinin qiymətindən, istehsalın texniki
səviyyəsindən, müəssisənin həcmindən və buraxılan məhsulun
kəmiyyətində baş verən dəyişikliklərdən asılı olaraq iqtisadi re-
sursların kombinasiyası da dəyişikliklərə məruz qalır. Məsə-lən,
müəssisə tərəfindən istehsal edilən məhsulun birinci yüz ədədi
üçün ən əlverişli hesab edilən kombinasiya, onun sonrakı hər
bir yüz ədədi üçün öz əvvəlki əhəmiyyətini saxlamaya da bilər.
Bundan başqa, istehsal resurslarının kombinasiyasına müəs-
sisənin yerləşdiyi ərazidə əmək, xammal, material, enerji ehti-
yatlarının mövcudluğu, onların ümumi həcmi, keyfiyyəti və s.
təsir göstərir.
2. Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri üzrə qə-
rarlar qəbul edir. bu qərarlar sahibkar tərəfindən yerinə yetiri-
lən vəzifələrin həcmi və xüsusiyyətləri ilə bilavasitə əlaqədar-
dır və hər şeydən əvvəl onlarla müəyyən olunur. Bu funksi-
yanın məzmunu həmçinin ondadır ki, sahibkar iqtisadi fəaliy-
yətin çoxsaylı mürəkkəb məsələlərinin hamısı üzrə deyil, yal-
nız ən əsasları, biznesin taleyüklü məsələləri barədə qərar qə-
bul edir. Əsasən ikinci dərəcəli məsələlər üzrə qərar qəbul et-
mək işi isə sahibkarlıq fəaliyyətinin digər iştirakçılarına, onla-
rın hər birinin bu işdə tutduğu mövqeyə və oynadığı rola uyğun
olaraq həvalə edilir. Sahibkarlıq fəaliyyətinin subyekti kimi
şəxs deyil, bir neçə sahibkar eynihüquqlu tərəfdaşlar (şəriklər)
122
kimi çıxış etdikdə, onların hər biri və yaxud bir neçəsi biznesin
konkret sahələri üzrə ixtisaslaşır və məhz bu sahənin fəaliyyəti
ilə bağlı əsas qərarları qəbul edirlər.
Biznes fəaliyyətinin əsas məsələləri üzrə səmərəli qərar-
ların qəbul edilməsi sahibkarın özünün də bir sıra şəxsi keyfiy-
yətlərə malik olmasını tələb edir ki, bunlara aiddir: sahibkarlıq
fəaliyyəti üçün tələb edilən ümumi biliyə, habelə iqtisadi təfək-
kürə, işgüzar mədəniyyətə, biznes təcrübəsinə malik olmaq, iq-
tisadi vəziyyəti operativ təhlil etmək, əvvəlcədən görmək, öz
imkanlarını düzgün qiymətləndirə bilmək və s.
Müasir dövrdə sahibkar tərəfindən biznes fəaliyyətinin
əsas məsələləri üzrə qərar qəbuletmə prosesinin iki forması bir-
birindən fərqləndirilir. Birinci halda, qərarlar əvvəlcə sahibkar
tərəfindən təkbaşına və yaxud onun tərəfdaşları (həmkarları)
tərəfindən birgə qəbul edilir. Bundan sonra, inzibati şəkildə qə-
bul edilmiş bu qərarlar yuxarıdan aşağıya doğru tabelik prin-
sipinə uyğun olaraq iqtisadi fəaliyyətin bütün struktur ünsür-
lərinə yönəldilir və onlar tərəfindən icra edilir.
Əsasən 80-ci illərdən başlayaraq son dövrlərdə bir sıra öl-
kələrdə (məsələn, Yaponiyada, Cənubi Koreyada və s.) biz-nes
fəaliyyətinin əsas məsələləri üzrə qərar qəbul etmək prosesinin
yeni forması geniş vüsət almağa başlamışdır. Bu formanın
məzmunu aşağıdan yuxarıya doğru müəssisə işçilərinin qərar
qəbuletmə prosesinə fəal surətdə cəlb edilməsindən və nəticədə,
razılaşdırılmış qərarların qəbul edilməsindən ibarətdir.
3. Sahibkar yenilikçidir, yəni o, yeni məhsulları, istehsal
texnologiyasını, biznesin təşkilinin yeni formalarını yaradan,
yeni ideyaları, layihələri həyata keçirəndir.
Bu funksiyanın məzmunu ondan ibarətdir ki, sahibkar
onu əhatə edən iqtisadi mühitdə biznes fəaliyyəti üçün əlverişli
şəraitin yaranacağı vaxtı gözləməyərək, özü belə bir şəraiti
yaradır və beləliklə də işgüzar fəaliyyətinə yenilik gətirir. Bu-
nun sayəsində innovasiya (yenilikçilik) fəaliyyətinin son nəti-
123
cəsi kimi istehsal, kommersiya və s. ilə bağlı yeni ideyaların
yaranması, yeni məhsulların (xidmətlərin) və məhsulun yeni
istehsal metodlarının kəşf edilməsi; yeni texnologiyanın və sə-
mərələşdirici təkliflərin tətbiqi; işgüzar müəssisələrin yeni təş-
kilati formalarının yaradılması, kapital qoyuluşlarının yeni ma-
liyyələşdirmə mənbələrinin axtarılıb tapılması; əmtəələrin (xid-
mətlərin) reallaşdırılmasının yeni forma və metodlarından isti-
fadə edilməsi və s. çıxış edir.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın ümumi dinamiz-
minin və tərəqqisinin təmin edilməsində sahibkarın innovasiya
fəaliyyəti əvəzedilməz əhəmiyyətə malikdir. İş burasındadır ki,
sahibkarlıq fəaliyyəti bir tərəfdən məhsul bolluğunu təmin edə-
rək bazarda tələblə təklif arasında zəruri tarazlığın yaranmasına
səbəb olur. Digər tərəfdən sahibkar işgüzar fəaliyyəti ilə bağlı
yeni ideyalarını reallaşdıraraq istehsalın texnika və texnologi-
yasında, istehsal amillərinin kombinasiyasında mütərəqqi dəyi-
şikliklərə gətirib çıxarır. Nəticədə yeni növ məhsulların və xid-
mətlərin meydana çıxması ilə bazarda mövcud tarazlıq pozulur,
həmin dövrdə öz yenilikləri ilə bazarda tələb və təklif arasında
tarazlığın pozulmasına səbəb olan sahibkarlar, innovasiya
fəaliyyəti nəticəsində əlavə mənfəət qazanmaq imkanı əldə
edirlər. Lakin həm pozulmuş tarazlıq prosesi, həm də əlavə
mənfəət qazanmaq imkanı əldə edirlər. Lakin həm pozulmuş
tarazlıq prosesi, həm də əlavə mənfəət qazanmaq imkanı özü
müvəqqəti xarakter daşıyır, çünki rəqabətli bazar mexanizmi
avtomotik olaraq həmin innovasiyaların digər sahibkarlar tərə-
findən tətbiqinə gətirib çıxarır. Nəticədə bütün təsərrüfat döv-
riyyəsi, yeni, lakin əvvəlkindən daha yüksək səviyyəyə qalxır,
beləliklə də bazarda pozulmuş tarazlıq yenidən təmin edilir.
Göründüyü kimi, sahibkarın innovasiya fəaliyyəti cəmiy-
yətin ümumi iqtisadi inkişafında çox mühüm rola malikdir.
Məhz buna görə də sahibkarın bu rolundan çıxış edərək
124
Y.Şumpeter onu “İqtisadiyyatın inqilabçısı, sosial və siyasi
inqilabların qeyri-iradi törədicisi” adlandırıdı.
4. Sahibkarlıq fəaliyyətinin ayrılmaz funksiyalarından bi-
ri sahibkarlıq riski ilə əlaqədardır. Başqa sözlə desək, sahib-kar
yuxarıda göstərilən üç funksiyanı yerinə yetirilməsi ilə bağ-lı
olaraq öz vəsaiti, əməyi, vaxtı, hətta işgüzar aləmdəki nüfuzu
ilə risk edir.
Bazar iqtisadiyyatı ölkələrində belə hesab edilir ki, heç
vaxt risk etməyən sahibkar son nəticədə müvəffəqiyyətsizliyə
uğrayır. Lakin bu heç də o demək deyildir ki, öz işgüzar fəaliy-
yətində bilərəkdən, istədiyi vaxt risk etmək və ya etməmək
sahibkarın arzu və istəyindən asılıdır. Başqa sözlə desək, sahib-
karlıq fəaliyyəti hər bir zaman qeyri-müəyyənlik və risk şə-
raitində baş verir, çünki bazar mühitində daimi heç bir şey yox-
dur. Belə bir vəziyyət bir sıra səbəblər üzündən baş verir ki,
buna da bazara çıxarılan əmtəələrə və xidmətlərə olan tələbin
dəyişməsi, istehsal resurslarının və hazır məhsulun qiymətinin
qalxıb enməsi, elmi-texniki tərəqqi nəticəsində məhsulun sə-
viyyəsində, məsrəflərin quruluşunda dəyişikliklərin baş ver-
məsi, yeni investisiyaların həyata keçirilməsi üçün zəruri ma-
liyyə imkanlarının artıb-azalması, eyniadlı məhsullar (xidmət-
lər) bazarında yeni rəqiblərin meydana çıxması, siyasi şəraitin
dəyişilməsi və s. aiddir. Belə bir şəraitdə sahibkarın risk etmək ba-
carığı ona ən yaxşı halda kəskin rəqabət mühitində müvəffəqiyyət
qazanıb mənfəət əldə etmək, ən pis halda isə vəziyyətdən itkisiz
və ya az itkilərə çıxmaq üçün imkan yaradır.
Riskli əməliyyatlar nəticəsində sahibkara dəyən zərərin
üç səviyyəsini fərqləndirmək lazımdır. Birinci halda aparılan
işgüzar fəaliyyət heç bir mənfəət gətirmir. İkinci halda nəinki
mənfəət əldə edilmir, hətta satışdan gələn gəlirin səviyyəsi
xərcləri belə ödəmir və dəyən zərəri sahibkarın öz hesabına
ödəmək zərurəti yaranır. Üçüncü halda aparılan əməliyyat sa-
hibkarlıq fəaliyyətinin tamamilə dayanması, sahibkarın öz əm-
125
lakının büsbütün əlindən çıxması, onun müflisləşməsi ilə nəti-
cələnir. Belə bir vəziyyət, sahibkardan həyata keçirmək istədiyi
layihəni elmi-texniki, iqtisadi kommersiya, sosial və s. cəhət-
dən ətraflı təhlil etməyi tələb edir. Bu işin öhdəsindən gələ bil-
mək üçün sahibkar həyata keçirməli olan layihəni mövcud və
gələcək dövr baxımından texniki-iqtisadi cəhətdən əsaslandır-
malı, onun ümumiləşdirici maliyyə-iqtisadi göstəricilərini ət-
raflı öyrənməli, digər mümkün alternativ layihələri qiymətlən-
dirə bilmək bacarığına və imkanına malik olmalı, potensial rə-
qiblərin tərəf müqabillərin, investorların və istehlakçıların im-
kanları ilə hesablaşmalıdır. Yalnız bu halda sahibkarın həyata
keçirmək istədiyi işin risk dərəcəsi də aşağı olur.
Sahibkarlıq mühiti dedikdə, işgüzar fəaliyyətin həyata
keçirilməsinə təsir göstərən şəraitin və amillərin məcmusu başa
düşülür. Sahibkarlıq mühitinin ünsürlərinə iqtisadi mühit, tex-
noloji mühit, siyasi şərait, sosial-mədəni mühit, fiziki və coğ-
rafi mühit, institusional təşkilati-texniki mühit aid edilir. Bu
axırıncıya əsasən bazar iqtisadiyyatının infrastruktur-element-
ləri banklar, birjalar, reklam, lizinq, sığorta kompaniyaları və s.
daxildir.
Hər hansı bir ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli
və ya qeyri-əlverişli iqtisadi mühitin formalaşması öz-özünə
deyil, bir sıra amillərin təsiri altında baş verir. Bazar iqtisa-
diyyatı ölkələrinin təcrübəsi göstərir ki, sahibkarlıq üçün əlve-
rişli iqtisadi mühitin formalaşması amilləri kimi aşağıdakılar
çıxış edir: sahibkarlığın zəruri qanunvericilik bazasının yaradıl-
ması; sahibkarlığa dövlət tərəfindən himayə edilməsi (yəni
rəqabət mühitinin qorunması saxlanılması, sahibkar statusunun,
azad yaradıcılığın, fərdi və kollektiv, intellektual mülkiyyətin
mühafizə edilməsi dövlət tərəfindən müəssisələrin qeydiyyatı
ilə bağlı proseslərin son dərəcə sadələşdirilməsi və s.); yeni
müəssisələrin işə düşməsinə, fəaliyyətdə olanların isə genişlən-
məsinə imkan verən vergi, gömrük, kredit dərəcələrinin müəy-
126
yən edilməsi; dövlət və xüsusi bölmə tərəfindən sahibkarlığın
inkişafına yönəldilən maliyyə vəasitlərinin durmadan artması;
firmaların geniş surətdə xarici iqtisadi əlaqələrə cəlb edə bilən
tədbirlərin həyata keçirilməsini; sahibkarlıq infras-trukturunun
(innovasiya mərkəzlərinin, müxtəlif növlü birjaların, sahibkar-
ların hazırlanması və ixtisasartırma məktəblərinin və s.) forma-
laşması və onların səmərəli fəaliyyəti üçün zəruri şəraitin təmin
edilməsi və s.
Müasir bazar iqtisadiyyatının təcrübəsi sahibkarlıq fəaliy-
yəti qarşısında bir neçə məqsəd dayandığını göstərir. İqtisadiy-
yatın inkişaf mərhələsindən, səviyyəsindən və həcmindən asılı
olmayaraq bu fəaliyyət qarşısında duran başlıca iqtisadi vəzifə,
strateji məqsəd, həmçinin onun əsas hərəkətverici amili mən-
fəət əldə edilməsidir. İqtisadi fəaliyyət nəticəsində mənfəət əl-
də edilməsinə göstərilən cəhd, hər şeydən əvvəl, sahibkarın
özünə müəyyən rifah halının təmin edilməsi zərurətindən doğur,
lakin iş bununla bitmir. Sahibkarlıq fəaliyyəti nəticəsində əldə
edilmiş mənfəət və az ya çox ola bilər. Bununla belə onun həm
aşağı, həm də yuxarı səviyyəsinin öz təyinatı, öz rolu və əhə-
miyyəti vardır. İqtisadi fəaliyyətin formasından və ya həcmin-
dən asılı olmayaraq mənfəətin aşağı səviyyəsi biznes üçün
qoruyucu amil rolunu oynayır, yəni sahibkara öz əldə edilmiş
mövqeyini qoruyub saxlamağa, öz fəaliyyətinin mövcud səviy-
yəsini təmin etməyə, kapitalın təkrar istehsalını həyata keçir-
məyə şərait yaradır. Mənfəətin yüksək səviyyəsi isə sahibkarlıq
fəaliyyəti dairəsini daha da genişləndirməyə, kapitalını itirmə-
dən və müflisləşmədən qorxmayaraq risk etməyə, mürəkkəb
bazar konyukturası şəraitində rəqiblər ilə müvəffəqiyyətlə rəqa-
bət aparmağa, biznes sahəsində daha da möhkəmlənməyə,
məhsulun istehsalı və satışı üzrə malik olduğu payını daha da
artırmağa, son nəticədə isə əvvəlkindən daha artıq səviyyədə
mənfəət götürməyə xidmət edir. Bununla belə hər bir dövrdə
iqtisadi fəaliyyət qarşısında duran problemlərdən asılı olaraq
127
ümumiyyətlə, mənfəət əldə edib-edilməməsi və yaxud onun
aşağı, yoxsa yuxarı səviyyəsinin əldə edilməsi vəzifəsi arxa və
ya ön plana çəkilə bilər. Dediklərimizi izah edək:
1. Məlumdur ki, sahibkarlıq fəaliyyəti qarşısında duran
əsas problemlərdən biri satışın və ya göstərilən xidmətin həc-
minin artırılmasıdır. Lakin bir sıra hallarda bu vəzifənin yerinə
yetirilməsi mənfəətin artırılması vəzifəsi ilə ziddiyyət təşkil
edə bilər. İş burasındadır ki, satışı artırmaq probleminin ənənə-
vi həlli yollarından biri məhsulun qiymətinin aşağı salınmasıdır
ki, bu da son nəticədə mənfəətin həcmini azaldır.
2. Məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdışdırıl-
ması, xarici görünüşünün yaxşılaşdırılması, reklam edilməsi və
s. məhsulla bağlı xərcləri və deməli, onun qiymətini də yük-
səldir. Bununla belə sahibkar həmin məhsula olan tələbi forma-
laşdırmaq üçün müəyyən müddət ərzində onu lazım olandan
ucuz qiymətə sata və beləliklə də bilərəkdən öz mənfəətinin bir
hissəsindən müvəqqəti də olsa imtina edilməsi sahibkarlıq
fəaliyyətinin rəqabət qabiliyyətinin yüksəldilməsi, xarici bazar-
larda möhkəmlənmək üçün dempinq siyasətinin həyata keçiril-
məsi və s. zərurətindən də doğa bilər. Digər halda, müəssisə
üçün yüksək mənfəət gətirən, lakin eyni zamanda məhdud satış
bazarına malik olan məhsulla, yüksək tələblə xarakterizə edilib
müəssisə üçün az mənfəətli olan məhsuldan hansının istehsa-
lına üstünlük verilməsi zərurəti də sahibkarlıq qarşısında daya-
nan cari və ya perspektiv məqsədlərlə müəyyən edilir. Görün-
düyü kimi, mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvə-
tini artırmaq istəyi heç də bütün hallarda sahibkarlıq fəaliy-
yətinin yeganə məqsədi kimi qəbul edilmir.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin bir
sıra formaları vardır. Bu formalar müxtəlif meyarlar baxımın-
dan fərqlənirlər ki, onlardan da ən əsasları mülkiyyət və iqti-
sadi fəaliyyətin həcmi meyarlarıdır. Belə ki, mülkiyyət meya-
rına əsasən sahibkarlıq fəaliyyəti (xüsusi), kollektiv və dövlət
128
sahibkarlığı, iqtisadi fəaliyyətin həcminə görə isə - kiçik, orta
və iri sahibkarlıq formalarında mövcud olur. Fərqləndirmə
meyarından asılı olmayaraq sahibkarlığın bütün formalarının
təşkilati – iqtisadi forması kimi müəssisələr çıxış edir. Bu ba-
xımdan, məsələn, fərdi (xüsusi) sahibkarlığın təşkilati – iqtisadi
forması xüsusi müəssisələr, iri sahibkarlığınkı isə iri müəs-
sisələrdir (bu barədə başqa bir fəsildə ətraflı məlumat verilir).
Yeni iqtisadi sistemə, sosial yönümlü bazar iqtisadiyyatına
keçidlə əlaqədar olaraq Azərbaycanda həyata keçirilən iqtisadi
islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliy-
yətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə həyata
keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir
sıra müsbət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ilə
ÜDM-nin 55%-i özəl bölmənin payına düşmüşdür. 1998-ci ilin
əvvəlində respublikamızda dövlət qeydiyyatından keçmiş 12
mindən çox kiçik müəssisə, 11,6 mindən çox kəndli-fermer tə-
sərrüfatı, mindən çox kooperativ, 2 minə yaxın müştərək və
xarici müəssisə yaranmış və fəaliyyət gödtərmiş, 85,7 min
adam hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olmuşdur.
Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliy-
yəti qarşısında heç bir problem olmadığını, sahibkarlıq mühi-
tinin isə tamamilə qənaətbəxş olduğunu iddia etmək olmaz.
Hal-hazırda həm respublika əhalisinin sayı ilə münasibətdə
fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti (təqribən hər
150 min nəfərə 1 müəssisə), həm də burada çalışan əmək qabi-
liyyətli əhalinin payı (təqribən 600 min nəfər) digər ölkələrə
nisbətən xeyli azdır; mövcud özəl müəssisələrin əksəriyyəti
ticarət, vasitəçilik və xidmətlə, çox az hissəsi isə (təqribən 10-
15%-i) istehsal sahibkarlığı ilə məşğul olurlar; özəl müəssi-
sələrin əksər hissəsi Bakı şəhərində toplanmışdır.
Bütün deyilənlərlə yanaşı sahibkarlığın etik kodeksində bir
çox məqamlar öz izahını tapmışdır:
129
Sahibkarlığın etik kodeksi:
Yalnız özü üçün deyil eyni zamanda cəmiyyət üçün,
dövlət üçün öz işinin faydalığına inam;
Sahibkarlıq fəaliyyətində düzgünlük və qəbul edilmiş
qərara görə məsuliyyət;
Sahibkarın onu əhatə edən insanların işləmək, özlərini
reallaşdırmaq istəyi və bacarığını başa düşməsi;
Biznesə dərin inam;
Rəqabəti sahibkarlığın əsas şərti kimi qəbul etmək eyni
zamanda əməkdaşlığın zəruriliyini başa düşmək;
Şəxsiyyət kimi özünə və digərlərinə hörmət;
Hər cür mülkiyyətə hörmət;
Dövlət hakimiyyətinə ictimai hərəkətə sosial qaydalara,
qanunlara hörmət;
Peşəkarlığa və biliyə hörmət;
Təhsilin, elmin, texnikanın, mədəniyyətin yüksək qiy-
mətləndirilməsi;
Ekologiyaya hörmət;
Daima yeniliyə cəhd;
Humanizmə hörmət, xeyriyyəçilik və himayəçiliyə meyl.
7.4.Azərbaycanda sahibkarlığa dövlət dəstəyi.
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər
Əliyev sahibkarlıq haqqında qeyd etmişdir – “Sahibkarlığın
inkişafı iş yerləri yaradır, istehlak bazarına yeni məhsul növü
çıxarır, vergi ödəyicilərinin sayını artırır, iqtisadi islahatların
sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır”.
130
Sxem 7.4.1.
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf
strategiyası.
Sahibkar kateqoriyasının strukturu aşağıdakı kimidir:
Sahibkar zəruri olan bütün resursları bir yerə toplayır.
Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri üzrə
qərarlar qəbul edir.
Sahibkar yenilikçidir.
Sahibkar öz vəsaiti, iş vaxt və nüfuzu ilə risk edir.
Sahibkar hər şeydən əvvəl iqtisadi fəaliyyətdir.
Makroiqtisadi göstəricilər.
2014-cü ildə ÜDM-in həcmi 59 milyard manat olmuşdur.
Sahibkarlıq bazar münasibətlərinin xüsusi
atributu kimi
Sahibkarlıq
fəaliyyəti
Sahibkarlıq
qabiliyyəi
Sahibkarlıq
qabiliyyəti-maddi
nemətləri və
xidmətlərin istehsalı
ictimai tələbatın və
sahibkarlığın xüsusi
maddi mənafeyinin
ödənilməsi məqsədilə
istehsal amillərinin
birləşdirilməsi və
təşkilidir.
Sahibkarlıq
qabiliyyəti-nemətlər və
xidmətlər yaradılması
üçün istehsalın digər
bütün amillərinin
birləşdirilməsinə
yönəldilmiş xüsusi növ
insan kapitaılıdır
131
Qrafik 7.4.1
Sahibkarlığın etik kodeksi:
Yalnız özü üçün deyil eyni zamanda cəmiyyət üçün,
dövlət üçün öz işinin faydalığına inam;
Sahibkarlıq fəaliyyətində düzgünlük və qəbul edilmiş
qərara görə məsuliyyət;
Sahibkarın onu əhatə edən insanların işləmək, özlərini
rallaşdırmaq istəyi və bacarığını başa düşməsi;
Biznesə dərin inam;
Rəqabəti sahibkarlığın əsas şərti kimi qəbul etmək eyni
zamanda əməkdaşlığın zəruriliyini başa düşmək;
Şəxsiyyət kimi özünə və digərlərinə hörmət;
Hər cür mülkiyyətə hörmət;
Dövlət hakimiyyətinə ictimai hərəkətə sosial qaydalara,
qanunlara hörmət;
Peşəkarlığa və biliyə hörmət;
18%
82%
Makroiqtisadi göstəricilər
dövlət sektoru özəl sektor
132
Təhsilin, elmin, texnikanın, mədəniyyətin yüksək qiy-
mətləndirilməsi;
Ekologiyaya hörmət;
Daima yeniliyə cəhd;
Humanizmə hörmət, xeyriyyəçilik və himayəçiliyə meyl.
Sxem 7.4.2
Ölkədə sahibkarlıq subyektlərinin sayı 614423 vahid ol-
maqla, onların 37,2 faizi Bakı şəhərində, 62,8 faizi regionlarda
qeydiyyatdan keçmişdir. Sahibkarların ümumi bölgüsünə görə
onların 15,4 faizini hüquqi şəxslər, 84,6 faizini fiziki şəxslər
təşkil edir.
Dövlət-sahibkar münasibətləri:
sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata
keçirməsi;
sahibkarların hüquqlarının müdafiəsi;
Siyasi
sosial
Mədəni
Hüquqi
İqtisadi
Demoqrafik
Sahibkarlıq mühiti
133
sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin
yüksəldilməsi;
sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmil-
ləşdirilməsi.
Kiçik sahibkarlığa dövlət dəstəyi. 2014-cü ildə sahibkar-
lıq subyektlərinin bölgüsü hüquqi şəxslərdə 15,9, fiziki şəxs-
lərdə 84,1% olmuşdur.
İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq
subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri
Sahibkarlıq
kateqoriyası
İşçilərin orta
siyahı sayı
İllik dövriyyə
(ƏDV, aksiz daxil
olmadan)
Sənaye və tikinti < 50 < 500 min manat
Kənd təsərrüfatı < 25 < 250 min manat
Topdansatış
ticarət < 15 < 1 milyon manat
Pərakəndə satış
ticarət,
nəqliyyat,
xidmət və digər
iqtisadi fəaliyyət
növləri
< 10 < 250 min manat
Cədvəl 7.4.1
Sahibkarlığın inkişafı və stimullaşdırılması üçün sənaye
parkları yaradılır: Sumqayıt Texnologiyalar parkı, Pirallahı
Yüksək Texnologiyalar parkı, Balaxanı Sənaye parkı.
134
2014-cü il ərzində müəssisə və təşkilatların sayı 9 faiz
artaraq, ilin sonunda 94563 vahid olmuşdur. 2014-cü il ərzində
9130yeni hüquqi şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa Kömək Milli Fondu 12 oktyabr 1992-ci ildə
yaradılıb. Sahibkarlığın subyektləri aşağıdakılardır:
1. sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatlarına
müraciət edirlər.
2. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec
olmayaraq investisiya layuhələrini təhlil edir və mübət qiymət-
ləndirdiyi layihələrə dair məlumatları və sənədləri Fonda təq-
dim edir.
3. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq
subyektlərinə isə 3 bank günü müddətində imtina məktubu ve-
rilir.
4. Fond on bank günü müddətində təqdim olunmuş layihə-
ləri ekspertizadan keçirir və investisiya layihələrinin bilvasitə
yeridən ilkin monitorinqini həyata keçirir.
5. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciət-
lərin təmin olunması və ya onlardan imtina edilməsi barədə
müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.
6. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri ilə
kredit müqviləsi bağlayır.
7. Müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin
ayrılması barədə Fonda sifariş göndərilir.
8. Fon üç bank günü ərzində vəsaitlərin müvəkkil kredit
təşkilatlarına ayrılmasını təmin edir.
9. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir he-
sabına daxil olduqdan sonra kredit təşkilatı iki bank günü
ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu
barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
SKMF 2014-cü ildə sahibkarlığa 275 milyon manat gü-
zəştli kredit ayıraraq 4468 sahibkara təqdim edib. Fondun ayır-
135
dığı investisiyaların böyük hissəsi kiçik və orta sahibkarlıqla
məşğul olanlar üçündür.
Strateji təsərrüfat zonalarından asılılıqla biznes vahidlə-
rinin inkişafı variantları:
Sxem 7.4.3
Sahibkarları yaxından maraqlandıran dövlət dəstəkləri:
Sahibkarlara güzəştli və uzunmüddətli kreditlərin veril-
məsi;
Yeni tələblər
mövcuddur? Hə
SVB-nin
inkişaf
variantları
Konvertlik
diversifikasiya
Əmtəənin
differensiyasiyası
Yeni coğrafi
bazarlar
mövcuddur?
Bazar
ekspansiyası
Rəqabət
strategiyası
Hə
STV
cəlbedicidir?
H
ə
Y
o
x
SBV
kompetensiyalıdır?
Hə
Yox
Bazar
ekspansiyası
SBV-lərin ləğv
olunması
136
Vergilərin dövlət tərəfindən müəyyən olunmuş qaydada
azaldılması;
Sahibkarların respublikada zəif inkişaf etmiş olan hər
hansı bir sahəyə investisiya qoyması və onun dirçəldilməsi
üçün dövlətlə birgə işləməsi;
İctimai tələbatla bağlı olaraq sahibkarların inkişaf etdir-
mək istədikləri müəyyən təsərrüfat obyektlərində dövlətin verə
biləcəyi yeni-yeni imkanların təyin olunması.
Sahibkarlığın dövlət tənzimlənməsi sisteminin formalaş-
ması çox istiqamətlidir, onlardan ən mühümləri:
Sahibkarlığın fəaliyyəti və inkişafının hüquqi təminatı
sisteminin formalaşması;
Müasir sahibkarlığın maliyyə təminatı və müdafiəsi
prosesinin dövlət tənzimlənməsi sisteminin formalaşması;
Bütövlükdə sahibkarlığın infrastruktur təminatı sistemi-
nin formalaşmasını təmin etmək.
Sahibkarlığın dövlət tənzimlənməsinin başlıca prinsiplə-
rinə daxildir:
Ölkənin iqtisadi inkişafında sahibkarlığın iqtisadi məz-
mununun, mahiyyətinin və rolunun elmi anlaşılması;
Müasir sahibkarlığın səmərəli himayədarlığı;
İqtisadi və sosial məqsədlərin üzvü əlaqəsinin təmin
edilməsi;
Dövlət yardımının təminatlığı;
Elastik fərqli yanaşma;
Dövlət yardımının dəlilli istiqamətləndirilməsi;
Sahibkarlıq fəaliyyətinin formalarının müxtəlifliyi;
Dövlət, regional və yerli idarələr arasında əmək və
kooperasiya bölgüsü.
137
7.5.Firma, onun gəliri və mənfəəti.
Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcə-
sinə görə bir neçə səviyyəyə ayrılır ki, onun da aşağı və ilk
səviyyəsi mikroiqtisadiyyatdır. (Mikroiqtisadiyyat – yunan sö-
züdür, mikros – kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi
nemətlərin və xidmətlərin yaradılmasında mühüm rol oynayır.
O, istehsal amillər üzərində əsasən xüsusi mülkiyyət bazasında
fəaliyyət göstərən təsərrüfat subyektləri kimi çıxış edir.
Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tərəfdən sahə,
firma və ev təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliy-
yətini, digər tərəfdən ayrı-ayrı bazarların, əmtəə və xidmətlərin
konkret qiymətlərini özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif
inkişaf pillələrində müəssisələrin rolu və səviyyəsi eyni ol-
mamışdır. Hər bir inkişaf mərhələsində istehsal vasitələri üzə-
rində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə uy-
ğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişlər.
Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə
firma təsərrüfat strukturu kimi əhəmiyyətli dərəcə almış və tək-
milləşmişdir. Firma (italyanca – “firma” sözündən götürülüb,
hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə kommer-
santın “ticarət adı” mənasını verirdi. İndi bu termin resurs-
lardan məhsul istehsal edən makroiqtisadi özəyi ifadə edir.
İqtisadi ədəbiyyatda firmaya istehsal fəaliyyətilə məşğul
olan nə, necə, kim üçün istehsal etmək və harada, kimə və
hansı qiymətə satmaq məsələlərinin həllində təsərrüfat müstə-
qilliyinə malik olan iqtisadi və hüquqi subyekt, müəyyən təş-
kilat kimi baxılır.
Tarixən firmanın (müəssisənin) yaranmasının ilk əsasını
sadə əmək kooperasiyası və əmək bölgüsü təşkil edir. Məh-
suldar qüvvələrin və istehsalın ictimai xarakterinin tədricən art-
ması nəticəsində onların yeni formaları meydana gəlmiş, rolu
138
və miqyası genişlənmişdir. Firmaların (müəssisələrin) rolunun
daha da genişlənməsi özünü birinci növbədə maddi nemətlərin
həcminin çoxalmasında göstərir. Bazar iqtisadiyyatı şəraitində
firma (müəssisə) sahibkarlıq və biznes fəaliyyətinin subyekti,
əsas struktur vahididir.
Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində təsərrüfat
fəaliyyəti “sahibkarlıq” və “biznes” kimi anlayışlarla xarak-
terizə olunur. Bu haqda əvvəlki suallarda geniş bəhs edilmişdir.
Firmanın (müəssisənin) iqtisadi məzmununun təhlilində
sahibkarlıq və biznes fəaliyyətilə yanaşı kommersiya fəaliy-
yətinə də nəzər yetirmək lazımdır. Kommersiya fəaliyyəti biz-
nes fəaliyyəti ilə əlaqədardır. O, bilavasitə istehsal edilmiş
məhsulların reallaşdırılması ilə məşğul olan ticarət sahəsini, yə-
ni alqı-satqı münasibətlərini əks etdirir.
Müasir bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliy-
yətini təkcə bir ticarət sferası kimi əlaqələndirmək iqtisadi
fəaliyyətin bu formasının rolunu və əhəmiyyətini tam əks et-
dirmir onun və xeyli məhdudlaşdırır. Məhz buna görə də kom-
mersiya fəaliyyətinin əhəmiyyətinə qiymət verən iqtisadçılar
problemə daha düzgün yanaşmış olurlar. Hazırda kommersiya
fəaliyyətinə aşağıdakılar daxil edilir: sənaye, kənd təsərrüfatı,
tikinti və s. müəssisələrin istehsal fəaliyyətindən törəyən ticarət
əməliyyatları; ticarət, bank və digər müəssisələrin əmtəə və
pulların dövriyyəsinə aid edilən ticarət əməliyyatları; əmtəələ-
rin alıcıya doğru hərəkəti ilə bağlı onların daşınması, sığortası,
qorunub saxlanmsı ilə əlaqədar olan nəqliyyat, sığorta və s.
müəssisələrin ticarət əməliyyatları; ticarət fəaliyyətinin müx-
təlif növ icarə, informasiya, injinirinq və s. xarakterli xidmət-
lərlə təmin edilməsi üzrə əməliyyatlar və s.
Bazar iqtisadiyyatı şəraitində firmalar kommersiya təşki-
latları və ya sahibkarlıq bölməsi kimi nəzərdən keçirilir.
Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma
(müəssisə), ictimai tələbatın ödənilməsi və mənfəət alması
139
məqsədilə, istehsal amillərini birləşdirməklə məhsul istehsal
edib satan, işlər görüb xidmətlər göstərən hüquqi şəxs olan tə-
sərrüfat subyekti kimi qəbul edilməlidir.
Bəs firma ilə müəssisə arasında fərq varmı? İqtisadi
ədəbiyyatda firma termini ümumiləşdirici anlayış kimi istifadə
olunur: firma bir və ya bir neçə müəssisədən ibarət ola bilər.
Müəssisə dedikdə isə, adətən, birprofilli, birməhsullu istehsal
başa düşülür. Firma – işgüzar müəssisənin təsərrüfat hüquqi
vahididir. Sənaye və ya ticarət müəssisənin şərti adıdır, onun
hüquqi cəhətdən ixtiyarı var ki, təsərrüfat fəaliyyətini öz mül-
kiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə,
təşkilat, idarə və ya ayrı-ayrı şəxslər çıxış edə bilər. təsərrüfat
vahidinin ölçülərinin bu zaman heç bir əhəmiyyəti yoxdur.
Firma hər şeydən əvvəl ədliyyə orqanları tərəfindən qeydə alı-
nır, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Firma fəaliy-
yətindən asılı olaraq adlı ola bilər.
Müasir firmalar əsasən çoxprofilli istehsal özəkləridir.
Belə istehsal yönümlü firmalar iqtisadi durğunluq dövründə
daha dözümlü olurlar. Belə ki, istehsal olunan məhsulun biri ilə
əlaqədar əlverişsiz konyunktura həmin məhsuldan alınan gəli-
rin azalmasına səbəb olduğu halda, digər məhsullardan gələn
və xidmətlərdən gələn gəlir hesabına ödəyə bilər.
Firmanın əsas funksiyası istehlakçıların tələbatını ödə-
mək üçün istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər
istehsalını təşkil etməkdən ibarətdir. Firmanın fəaliyyətində
son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum mən-
fəət əldə olunması məqsədi firma tərəfindən bir sıra taktiki və
strateji məqsədlərin müəyyən edilməsi və reallaşdırılması ilə
sıx bağlıdır. Bunlara əsasən aşağıdakılar aid edilir:
Satışın həcminin artırılması;
Daha yüksək artım sürətinə nail olmaq;
Bazarda payın artırılması;
Qoyulmuş kapitala nisbətən mənfəətin artırılması;
140
Kompaniyanın səhmlərinə görə gəlirlərin artırılması;
Kapitalın quruluşunun dəyişdirilməsi.
Firmanın məqsədlərinin xarakteri bütövlükdə iqtisadiy-
yatın vəziyyətilə, həmin müəssisənin fəaliyyət göstərdiyi sahə-
nin inkişaf meylilə, eləcə də onun həyat tsiklinin mərhələsilə
müəyyən olunur.
Həyat tsiklləri nəzəriyyəsinə görə firmaların həyatı üç
mərhələdən ibarətdir. Birinci mərhələ aktiv fəaliyyət və artım
sürətinin genişləndirilməsilə xarakterizə olunur. Yığılmış vəsait
istehsal güclərinin yaradılmasına, yeni bazarların tutulmasına
yönəldilir. İkinci mərhələ üçün səhm və mənfəətin artımı, kapi-
tal sahiblərinin gəlirlərinin çoxalması səciyyəvidir. Firma ba-
zardakı mövqeyini qoruyub saxlamaq uğrunda mübarizə aparır,
istehsal güclərinin genişləndirilməsinə nisbətən xərclərin azal-
dılması ön plana keçir. Üçüncü mərhələdə satış həcminin və
bununla birlikdə mənfəətin azalması baş verir, bu isə kapitalın
müəyyən hissəsinin həmin sahədən götürülməsinə səbəb olur.
Bu mərhələdə yeganə məqsəd-həyat qabiliyyətinin-möv-
cudluğunu qoruyub saxlamaqdır. Həmin dövrdə firmanın
fəaliyyətinin əsas istiqaməti mənfəəti artırmağa deyil, ziyanı
minimuma endirməyə yönəldilir. Belə ki, perspektivdə yüksək
nəticələr əldə etməyə yönəldilmiş fəaliyyət müəyyən dövrdə,
qısa müddətdə uğursuzluğa da apara bilər.
Firma qarşısında duran məqsədlər onun cari (qısa) və
perspektiv (uzun) fəaliyyət dövrü üçün müəyyən edilmiş strate-
giyasından doğur. Bu strategiya firmanın fəaliyyət dövrünü
(qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini nəzərə al-
maqla müəyyən edilir.
Nəticədə firmanın (müəssisənin) gəliri və mənfəəti müəy-
yənləşdirilir.
Gəlir müəyyən dövr ərzində firmanın təsərrüfat fəaliy-
yətinin nəticəsidir, özündə aşağıdakıları birləşdirir:
141
1. Firmanın ümumi gəliri-müəyyən miqdar əmtəənin satı-
şından daxil olan ümumi məbləğdir.
2. Firmanın orta gəliri-satılan hər məhsul vahidinə düşən
gəlirin miqdarıdır.
3. Firmanın əlavə gəliri – məhsulun əlavə artımı hesa-bına
yaranan gəlirin artımıdır.
Ayrılıqda gəlirin və mənfəətin strukturunu belə izah etmək
olar:
Gəlirin növləri:
a) Əmək gəlirləri – yeni dəyər istehsalının iştirakçılarının
bilavasitə əldə etdiyi gəlirdir: əməkhaqqı
b) Mülkiyyətdən gəlir – istehsalın maddi amillərinin mül-
kiyyətçilərinin gəliri: faiz və renta
Mənfəət:
a) Nemətlərin satışından alınan ümumi gəlir və ümumi
xərclər arasındakı fərqdir;
b) Ayrı-ayrı müəssisələri, sahələrin, bütünlükdə iqtisadiy-
yatın fəaliyyətinin son nəticəsini ifadə edən iqtisadi kateqo-
riyadır;
c) Xalis gəlirin formalarından biridir;
d) İzafi məhsulun əsas formalarından biridir;
e) İzafi dəyərin çevrilmiş formasıdır (marksist traktovka).
Mənfəətin növləri:
a) Balans mənfəəti - məhsulların reallaşmasından gəlir və
xərclər arasındakı fərqdir. Başqa sözlə, balans mənfəətini ümu-
mi mənfəət adlandırmaq olar. Balans mənfəəti müəssisələrin
vəsaitlərinin bölgüsü və istifadəsinin əsas mənbəyidir.
b) İqtisadi mənfəət – ümumi gəlirdən bütün xərclərin
çıxılması nəticəsidir. Buraya daxili və xarici, daxili xərclərə
normal sahibkar mənfəətini də aid etməklə hesablayırlar.
c) Xalis mənfəət vergi və müxtəlif büdcə ödənişlərindən
sonra firmanın sərəncamında qalan balans mənfəətinin bir his-
səsidir.
142
d) Normal mənfəəti 3 formada öyrənmək olar:
1) Sahibkarlıq funksiyasını yerinə yetirməyə görə mükafat
2) Daxili renta və daxili əmək haqqı ilə yanaşı daxili xərc-
lərin elementidir.
3) Normal mənfəət-fəaliyyətin müəyyən sahəsində sahib-
kar resurslarının mühafizəsinə imkan verir.
e) Təsisçi mənfəəti – səhmlərin satışından alınan məbləğlə
müəssisənin real kapitalı arasında fərqdir. Həmin səhmdar
cəmiyyətinin təsisçisi tərəfindən mənimsənilir.
f) Mənfəətin maksimumlaşdırılması dedikdə, əvvəla,
ümumi gəlirin maksimum miqdarda ümumi xərclərdən artımı,
ikincisi, son hədd gəlirinin son hədd xərclərinə bərabər olması
nəzərdə tutulur.
Firmanın və ya hər hansı müəssisənin iqtisadi fəaliyyətini
nəzərdən keçirərkən mütləq mənfəət norması, yaxud renta-
bellik göstəricisindən də istifadə edirlər.
ə əə
Formulu ilə hesablanır, yəni istehsalın rentabelliyi bütün
avans olunmuş kapitalın verim dərəcəsini göstərir.
Rentabellik həmçinin konkret məhsul növünün rentabel-
liyi-firmanın cari xərclərinin səmərəliliyini xarakterizə edir.
Yəni,
ə əə
ə ə
Müəssisənin (firmanın) rentabelliyinə və ya mənfəət
normasına bir sıra amillər təsir edir.
a) İstehsal vasitələrinə qənaət;
b) Mənfəətin kütləsi (miqdarı)
c) Kapital məsrəflərinin strukturu;
143
d) Kapitalın dövriyyə surəti;
e) İstehsalın miqyası.
Rentabellik göstəricisi istehsalın səmərəliliyi ilə birbaşa
əlaqədardır. İstehsalın səmərəliliyinə təsir edən amillər:
a) Əmək bölgüsü, firmadaxili ixtisaslaşma və kooperasiya-
laşma;
b) İdarə heyətinin ixtisaslaşması;
c) Kapitaldan daha səmərəli istifadə;
d) Köməkçi məhsulların istehsalı imkanları;
e) Nəqliyyat xərclərinə qənaət və s.
VIII FƏSİL. Maliyyə, pul-kredit və
vergi sistemi.
8.1.Maliyyə və maliyyə sisteminin strukturu.
Cəmiyyətin formalaşmasında və fəaliyyətində iqtisadi
alət kimi maliyyənin xüsusi rolu vardır. Lakin maliyyə münasi-
bətləri birdən birə meydana gəlməmişdir. Belə ki, ictimai əmək
bölgüsünün inkişafı nəticəsində fərdi istehsalın meydana gəl-
məsi, xüsusi mülkiyyətin qərarlaşması ilə dövlət yaranmışdır.
Dövlət xüsusi növ hakimiyyət forması olaraq digər struktur-
larla yanaşı ölkənin yaşaması və fəaliyyəti üçün pul fondlarının
yaranması, bölgüsü və yenidən bölgüsü mexanizmini öz əlində
saxlayır və tənzimləyir. Dövlət maliyyəsi cəmiyyətin inkişa-
fının müəyyən mərhələsində əmtəə-pul münasibətlərinin mey-
dana gəlməsi ilə bağlıdır və dövlətin zəruri ehtiyaclarının ödə-
nilməsi üçün pul resurslarının səfərbər olunması üzrə pul mü-
nasibətlərini ifadə edir. “Maliyyə” anlayışı latınca “Finansiya”
– sözündən əmələ gəlib tədiyyə, gəlir mənasını ifadə edir.
“Maliyyə” dövlətin gəlir və xərclərini ifadə edən iqtisadi
münasibət kimi XIII-XV əsrlərdə İtaliyada, XVI əsrdə Fran-
sada bir anlayış kimi işlədilmişdir. Getdikcə əmtəə-pul müna-
144
sibətlərinin inkişafı nəticəsində “maliyyə” anlayışı dünyanın
bir sıra ölkələrində daha geniş status almışdır.
Maliyyə- təsərrüfat mexanizminin mühüm elementidir və
tarixi kateqoriyadır.
Maliyyə-təkrar istehsalın ehtiyacları üçün pul vəsaitləri
fondlarının yaranması, bölgüsü və istifadəsi prosesində əmələ
gələn iqtisadi münasibətlər sistemidir.
Sxem 8.1.1
Maliyyə - əmtəə-pul münasibətləri şəraitində dövlətin
funksiyalarının və tələbatlarının inkişafının təsiri ilə meydana
gəlmişdir. “Maliyyə” latın sözüdür, gəlir, tədiyyə deməkdir.
Maliyyə münasibətlərinin mahiyyəti:
Maliyyə anlayışı pul münasibətlərini ifadə etsə də o, bü-
tövlükdə pul münasibətlərini tam əhatə etmir, pul münasibətləri
maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır.
Pul münasibətləri dövlətlə müəssisələr, dövlətlə əhali,
müəssisələr arası, dövlətlə digər subyektlər arasında geniş pul
münasibətlərini ifadə edir.
Maliyyə münasibətləri pul fondlarının yaradılması, böl-
güsü, yenidən bölgüsü və istifadəsi üzrə münasibətlər sistemini
əhatə edir.
Maliyyə münasibətlərinin əhatə
etdiyi sferalar
Dövlətin mərkəzləşmiş
pul fondlarının yaranması
və istifadəsi ilə əlaqədar
iqtisadi pul münasibətləri
Müəssisələrin
mərkəzləşməmiş pul
fondlarının dövranı ilə
əlaqədar iqtisadi pul
münasibətləri
145
Maliyyə münasibətləri iqtisadi münasibətlərin ayrılmaz
hissəsi kimi iqtisadi bazisin tərkibinə daxildir, iqtisadi müna-
sibətlər sisteminin reallaşmasına mühüm təsir göstərir.
Maliyyənin mövculuğunu zəruri edən səbəblər bunlardır:
1. Əmtəə-pul münasibətlərinin meydana gəlib inkişaf etməsi;
2. Dövlətin iqtisadi vəzifələri yerinə yetirməsi;
3. Təkrar istehsal prosesinin fasiləsiz olaraq baş verməsi,
müəssisələrdə istehsal fondlarının dövranının ardıcıllığının
təmin edilməsi;
4. Ölkədə yaradılan ümumi milli məhsulun və milli gəlirin
bölgüsü və yenidən bölgüsünün həyata keçirilməsi;
5. Mülkiyyətçilər arasında əmtəə-pul münasibətlərinin ya-
ranması zəruriliyi;
6. İqtisadiyyatın dövlət tənzimlənməsi aləti kimi istifadə
olunması;
7. Bazar iqtisadiyyatı şəraitində daxili və beynəlxalq bazar
əlaqələrinə girmək, beynəlxalq kredit əməliyyatlarına qoşul-
maq məqsədi və s.
Maliyyə münasibətlərini zəruri edən bu səbəblər komp-
leks xarakter daşıyır və bir-biri ilə qarşılıqlı surətdə əlaqədar-
dır.
Beləliklə, maliyyənin meydana gəlməsi, cəmiyyətdə rolu,
inkişaf qanunauyğunluqları, ictimai təkrar istehsal prosesinə
təsiri hər bir dövlətin öz funksiyalarını yerinə yetirmə xüsusiy-
yətləri ilə müəyyən olunur. Ölkədə maliyyə münasibətləri
əsasən aşağıdakı iki sahəni əhatə edir:
1. Dövlət büdcəsində, büdcədənkənar fondlarda toplanan
və dövlətə məxsus olan mərkəzləşmiş pul fondlarının yaradıl-
ması və istifadəsi ilə bağlı olan pul münasibətlərini.
2. Mikroözəklərdə qalan mərkəzləşmiş pul fondlarını.
Bunları nəzərə alaraq maliyyəyə daha geniş formada tə-
rif vermək olar: maliyyə - dövlətin öz sosial-iqtisadi funksiya-
larını və vəzifələrini yerinə yetirməsi, geniş təkrar istehsalın
146
təmin olunması məqsədilə mərkəzləşdirilmiş və qeyri mərkəz-
ləşmiş pul vəsaiti fondlarının əmələ gəlməsi, bölüşdürülməsi və
istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir.
Maliyyənin məzmunu və fəaliyyət mexanizmi onun yeri-
nə yetirdiyi aşağıdakı funksiyalarda ifadə olunur:
1. Təkrar istehsal funksiyası, yəni ölkədə geniş təkrar is-
tehsalın fasiləsiz olaraq baş verməsi, stabilliyin təmin olun-
ması, istehsal və tədavül fondlarının hərəkəti maliyyə təmina-
tından daha çox asılıdır.
2. Bölüşdürücü funksiya vasitəsilə ümumi milli məhsulun
və milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir.
3. Nəzarət funksiyası vasitəsilə cəmiyyətdə pul fondlarının
yaranması, bölgüsü və istifadəsi üzərində iqtisadi nəzarət həya-
ta keçirilir. Maliyyə nəzarəti istehsal dairəsində başlayaraq
bölgü, mübadilə və istehlak sferasını da əhatə edir. Maliyyə
vasitəsilə dövlət tərəfindən cəmiyyətin maddi və pul resursları
üzərində ciddi nəzarət həyata keçirilir.
4. Maliyyənin stimullaşdırıcı funksiyası vasitəsilə mərkəz-
ləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının yaradıl-
ması, bölgüsü və istifadə olunmasında həvəsləndirici motiv-
lərin rolu daha da güclənir və nəzərə alınır.
5. Maliyyənin tənzimləmə funksiyası vasitəsilə dövlət iqti-
sadiyyatın sabitliyini, inflyasiyanın səviyyəsini tənzimləyir və
əhalinin sosial problemlərinə bilavasitə təsir göstərən iqtisadi
metodları hərəkətə gətirir.
147
Sxem 8.1.2. Müsir maliyyənin xarakterik əlamətləri.
Maliyyənin mövcud funksiyaları maliyyə sistemi vasitə-
silə reallaşır.
Maliyyə sistemi – genişmənada ölkədə mövcud olan
maliyyə münasibətlərinin məcmusudur. Dar mənada dövlət
təşkilatlarının maliyyə sistemidir.
Maliyyə sistemi – maliyyə münasibətlərinin sahələri və
həlqələrinin qarşılıqlı əlaqəsinin məcmusudur.
Müasir maliyyənin xarakterik
əlamətləri
Natural münasibətlərdən fərqli olaraq
pul formasında
Münasibətlərin bölgü xarakteri,
başqa sözlə, burada ekvivalent
mübadilə yoxdur.
Ümumi milli məhsulun və milli gəlirin
qiymət bölgüsündən fərqli olaraq real
pul fondları vasitəsilə bölgüsü
148
Sxem 8.1.3
Dövlətin maliyyə sisteminin elementləri
Dövlət maliyyə sistemi Sistemin
elementləri
1.Büdcənin və
fondların məcmuu
*Büdcələr
*Büdcədən kənar fondlar
*Dövlətin valyuta ehtiyatı
*Müəssisələrin və təşkilatların
maliyyə fondları
2.Tənzimləyən
orqanların məcmuu
*Maliyyə Nazirliyi
*Digər maliyyə orqanları
3.Normativ aktların
məcmuu
*Ölkə konstitusiyası
*Maliyyə haqqında məsələlər
üzrə qanun və normativ aktlar
Cədvəl 8.1.4
Maliyyə sisteminin strukturu
Təsərrüfat subyektləri Dövlət əhali
Dövlətin xüsusi fondları Dövlət
büdcəsi
Yerli
büdcələr
Kredit
Sosial
sığorta
Məşğulluq
fondu Elmi
tədqiqat
ehtiyat
149
Maliyyə sistemi maliyyə anlayışına nisbətən daha geniş
və əhatəlidir. Belə ki, maliyyə sistemi təkcə pul fondlarının
əmələ gəlməsini deyil, eyni zamanda ondan istifadə olunma
mexanizmi və metodlarının bölgü üsullarını əhatə edir.
Beləliklə, maliyyə sistemi ölkədə pul vəsaitləri fondla-
rının yaranması, bölgüsü, yenidən bölgüsü və istifadə olun-
masının forma və metodlarını özündə birləşdirir. Azərbaycan
Respublikasının mövcud maliyyə sisteminə aşağıdakı maliyyə
strukturları daxildir.
Dövlət maliyyəsinə dövlət büdcəsi, büdcədənkənar fond-
lar və dövlət krediti daxildir.
Müəssisə, idarə və təşkilatların maliyyəsinə kommersiya
və biznes fəaliyyəti əsasında fəaliyyət göstərən müəssisələrin,
dövlət müəssisələrinin, təşkilat və idarələrin, ictimai birliklərin
maliyyəsi daxildir.
Sığorta maliyyəsinə dövlət, beynəlxalq və kommersiya
bankları vasitəsilə kredit əməliyyatları daxildir.
Beynəlxalq maliyyə sisteminə ölkələrarası xarici investi-
siya qoyuluşu, idxal, ixrac, kredit, yardım və digər maliyyə-
ləşmə əməliyyatları daxildir.
Maliyyə sisteminin həm obyektləri, həm də subyektləri
mövcuddur. Maliyyə sisteminin obyektləri bütün növ pul
resursları və qiymətli kağızlardır.
Maliyyə sisteminin obyektlərinə maliyyə sisteminə daxil
olan qrup və həlqələrin bütün növ pul resursları və qiymətli
kağızları daxildir. Həmin pul fondları vasitəsilə maliyyə siste-
Maliyyə sistemi
Dövlət
maliyyə-
si
Müəssisə,
idarə və
təşkilatlar-
ın maliyyəsi
Sığorta
maliy-
yəsi
Kredit
sisteminin
maliyyəsi
Beynəl-
xalq
maliyyə
150
minin subyektləri məqsədəuyğun surətdə öz funksiyalarını ye-
rinə yetirir.
Maliyyə sisteminin subyektləri arasında maliyyə münasi-
bətləri aşağıdakı istiqamətlərdə baş verir:
1.Dövlətlə müəssisələr arasında maliyyə münasibətləri.
Burada həm dövlət, həm də müəssisələr maliyyə subyektləri
kimi öz aralarında müxtəlif maliyyə əməliyyatlarını həyata
keçirirlər (büdcəyə ödəmələr, xərclərin maliyyələşməsi, müxtə-
lif növ ayırmalar və s.).
2.Müəssisələr, təşkilatlar, firmalar arasında maliyyə mü-
nasibətləri. Bunlara təsərrüfat müqavilələri, qarşılıqlı ödənişlər,
cərimə ödəmələri, alqı-satqı münasibətləri və s. üzrə müna-
sibətlər daxildir.
3.Müəssisələrlə (firmalarla) banklar və qeyri-bank təşki-
latları arasında maliyyə münasibətlərinə, kredit əməliyyatları,
bank ödənişləri, kassa hesablaşmaları, köçürmələr və s. üzrə
münasibətlər daxildir.
4.Müəssisə (firma) daxilində təsərrüfat əlaqələrinə xid-
mət edən maliyyə münasibətləri. Buraya əməyin ödənilməsi,
maddi həvəsləndirmə və s. bağlı olan pul münasibətləri aiddir.
5.Dövlətlə dövləsizəşdirilmiş və özəlləşdirilmiş müəssisə
(firma) və təşkilatlar arasında maliyyə münasibətləri. Bu əmək
haqqının, faiz və rüsumların ödənilməsi, vergi verilməsi və s.
ilə bağlı olan münasibətləri əhatə edir.
6.Dövlətlə büdcə və büdcədən maliyyələşən təşkilatlar
arasında maliyyə münasibətləri. Buraya elm, təhsil, səhiyyə, id-
man, xidmət və digər sosial problemlərlə bağlı olan pul müna-
sibətləri daxildir.
7.Dövlətlə əhali arasında maliyyə münasibətləri, yəni
ödəmələr, rüsumlar, vergilər üzrə münasibətlər.
8.Dövlətlə xarici ölkələr, beynəlxalq təşkilatlar arasında
maliyyə münasibətlərinə kreditlərin alınması, idxal və ixrac
151
əməliyyatları, xarici investisiya qoyuluşları, xeyriyyə fondları
və s. üzrə münasibətlər daxildir.
Bazar münasibətlərinə keçid şəraitində Azərbaycan yeni
məzmunlu maliyyə sistemi formalaşdırmış və onların fəaliy-
yətindən ölkənin sosial-iqtisadi problemlərin həllində geniş is-
tifadə olunur.
8.2.Dövlət büdcəsi, onun gəlirləri və xərcləri.
Maliyyə sistemində ölkə iqtisadiyyatını tənzimləyən və
maliyyə təminatı yaradan başlıca alətlərdən biri dövlət büd-
cəsidir.
Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə,
yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına for-
malaşır.
Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşki-
latın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balan-
sıdır (planıdır).
Dövlət büdcəsi dövlətin öz sosial-iqtisadi funksiyalarını
həyata keçirməsində xüsusi rol oynayır.
Sxem 8.2.1.
Dövlət büdcəsi
Dövlət büdcəsinin
maddi məzmunu
mərkəzləşdirilmiş
pul vəsaitidir.
Dövlətin əsas
maliyyə planıdır və
qanun qüvvəsinə
malikdir.
Bazar
iqtisadiyyatının
tənzimlənməsinin
əsas alətidir.
Dövlətin
mədaxil və
məxaric
balansıdır
Ölkənin mərkəzləşdirilmiş pul fondlarının yaradılması və onun
yenidən bölgüsünə görə dövlətlər, fiziki və hüquqi şəxslər arasında
maliyyə münasibətlərinin məcmusudur.
152
Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin baş-
lıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi
müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş
təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi
tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan
mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi
dövlətin əsas maliyyə planıdır.
Sxem 8.2.2
Büdcənin tərtibinin əsas prinsipləri:
- Büdcənin vəhdətliyi prinsipi – onda sərf olunmuş bütün
xərclər və toplanmış gəlirlərin mərkəzləşməsi deməkdir. Büd-
cənin vəhdəti dövlətdə vahid büdcə sisteminin mövcud olma-
sında, maliyyə sənədlərinin, büdcə təsnifatının eyniliyində ifa-
də olunur;
- Büdcənin bütövlüyü – maddələr üzrə bütün xərc və
daxil olmaların uçotu deməkdir. O, dövlət maliyyəsinə nəzarəti
yüngülləşdiri;
- Reallıq prinsipi – büdcədə hökumətin maliyyə əməliy-
yatlarının, gəlir və xərclərin xarakterinin düzgün əks olun-
masıdır;
Təkrar
istehsal
prosesinə
müdaxilə
Dövlət büdcəsinin funksiyaları Daxili və xarici
təhlükəsizliyin
təmin edilməsi
İdarə
aparatının
saxlanması
A ÜMM-un, milli
gəlirin yenidən
bölgüsü
Sosial siyasətin
maliyyə
təminatı
İqtisadiyyatın
dövlət tənzimi və
stimullaşdırılması
Mərkəzləşdirilmiş pul
vəsaitləri fondlarının
yaradılması və istifadəsi
üzərində nəzarət
153
- Aşkarlıq prinsipi – hökuməti büdcəni nəşr etməyə məc-
bur edir, başqa sözlə, büdcənin əsas maddələrinin aşkarlığını
təmin edir.
Büdcənin gəlir və xərclərinin hesablanması metodları:
Avtomatik metod - bu metod zamanı əvvəlki dövrün
gəlir və xərcləri üzrə büdcənin yekunu yeni dövrün büdcəsinə
köçürülür. Bu metod büdcənin ayrı-ayrı bölmələri və maddə-
lərinə tətbiq edilir.
Majorasiya və minorasiya metodu – bu metodla büdcənin
gəlir və xərclərinin ayrı-ayrı maddələri korrektə edilir. Artım
meyli-majorasiya, azalma-minorasiya adlanır.
Bilavasitə qiymətləndirmə metodu – real konyunkturanın
öyrənilməsinə əsaslanır. Bu metodun köməyilə büdcəni tərtib
edənlər dövlət büdcəsinə gözlənilən daxil olmaları və büdcə
xərclərinin dəyişilməsini müəyyən etməyə çalışırlar.
Sxem 8.2.3
Gəliri
Xərcləri
Dövlət büdcəsi
Vergilər
Xarici iqtisadi
fəaliyyətdən
Dövlət istiqraz-
larının yerləşdiril-
məsindən
Sair daxil
olmalar
İctimai təsərrüfatın
maliyyələşdirilməsi
nə
Sosial-mədəni
təşkilatların və tədbirlərin
maliyyələşməsinə
Dövlət hakimiyyəti və
dövlət orqanlarının
saxlanmasına
Müdafiəyə
Sair xərclər
154
Maliyyə sistemində dövlət büdcəsi ilə yanaşı büdcədən-
kənar xüsusi məqsədli fondlar fəaliyyət göstərir. Bu fondlar
sosial-iqtisadi xarakter daşıyır və ciddi məqsədli təyinata ma-
likdir. Büdcədənkənar fondların başlıca məqsədi əhaliyə sosial
xidmətin göstərilməsi, infrastruktur sahələrinin inkişafına təkan
verilməsi və həvəsləndirilməsi, iqtisadiyyatın aparıcı sahələri-
nin intensiv fəaliyyətinə əlavə yardım göstərilməsi, yardımçı
ehtiyat fondunun yaradılması və s. ibarətdir.
Azərbaycan Respublikasında mövcud qanunvericiliyə
uyğun olaraq aşağıdakı büdcədənkənar xüsusi dövlət fondları
fəaliyyət göstərir: Dövlət Yol Fondu, Sahibkarlığa Kömək
Milli Fondu, Neft Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondu, Me-
şələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondu.
Azərbaycan Respublikasının 6 mart 1996-cı il tarixli qa-
nununa əsasən büdcədənkənar dövlət fondlarının vəsaitlə-rinin
xərclənməsinə nəzarət baş dövlət Xəzinədarlıq idarəsində cəm-
ləşdirilmişdir. Büdcədənkənar dövlət fondlarının gəlirləri
müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri (ödəniş-
lərin) hesabına formalaşır.
Bununla yanaşı, respublikada əhalinin sosial müdafiəsi,,
sosial təminat, pensiya, məşğulluq, əlillərin sosial müdafiəsi
üzrə büdcədənkənar fondlar da fəaliyyət göstərir ki, onlar döv-
lət büdcəsinin xərclərinin bir hissəsi hesabına formalaşır. Hə-
min fondlardan dövrü olaraq əhalinin müxtəlif kateqoriyalı
təbəqələrinin sosial ehtiyaclarının ödənilməsi məqsədilə istifa-
də olunur.
8.3.Pul-kredit sistemi. Pul və kredit anlayışı.
Banklar, onların növləri.
Pul maddi və mənəvi nemətlərin, həmçinin xidmətlərin
mübadiləsində ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi
əmtəədir.
155
Əvvəlki mövzularda pulun meydana gəlməsi, tarixi təka-
mülü haqqında müəyyən qədər bəhs edilmişdir. Burada sadəcə
olaraq pulun meydana gəlməsi nəzəriyyələri haqqında aşağıda-
kıları qeyd edək:pulun meydana gəlməsi nəzəriyyələri:
İxtiraçı nəzəriyyə - pul-qədim qanunvericilərin yaradıcı
ideyalarınının nəticəsində meydana gəlmişdir (alman arxeolo-
qu Avqust Bek.1838).
Razılaşma nəzəriyyəsi – pul konkret pul funksiyalarını
yerinə yetirən insanlar arasında razılığın nəzticəsində meydana
gəlmişdir. (ingilis filosofu və iqtisadçısı Con Lokk 1690-1691).
Təkamül nəzəriyyəsi – pul-təbii-tarixi və mədəni təkamü-
lünün məhsuludur. Pul-ictimai əmək bölgüsünün, mübadilənin
və əmtəə istehsalının kortəbii inkişafının nəticəsidir.
Pul və pul sisteminin elementlərini aşağıdakı sxemdən
daha aydın görmək olar:
Sxem 8.3.1
İqtisadi nəzəriyyə pulu, istehsal olunmuş əmtəələrin və
göstərilmiş xidmətlərin dəyərinin ifadə forması kimi səciy-
Pul-nemətlərin mübadiləsində ümumi ekvivalent rolunu
yerinə yetirən xüsusi əmtəədir.
Naqd pul
dövriyyəsinə
xidmət edir.
Metal
Kağız
Külçə, zinət əşyaları
Veksel
Banknot
Çek
Kredit
kartoçkaları
Nağ
d
Nağ
dsiz
Nağ
dsiz d
öv
riyy
əyə
xid
mət ed
ir.
156
yələndirir. Belə ki, insanın əməyinin, həmçinin zəkasının yarat-
dığı texnika və texnologiyanın məhsulu olan bütün növ əm-
təələr, xidmətlər pul vasitəsilə qiymətləndirilib hesablanır,
mübadilə olunur, dəyişdirilir, başqasının əlinə keçərək öz
əvvəlki sahibini dəyişir, nəhayət insanlar tərəfindən istehlak
olunur, onların tələbatını ödəyirlər. Hələ e.ə. Aristotel yazmış-
dır ki, “pul insanlar arasında müəyyən razılaşma nəticəsidir”.
Məlumatdır ki, pul cəmiyyətin inkişafının müəyyən pilləsində,
ibtidai icma cəmiyyəti dağıldıqdan, natural (qapalı) təsərrüfat
aradan qalxdıqda, əmtəə istehsalı genişləndirdikdən, əmək böl-
güsü dərinləşdikdən sonra zəruri ümumi ekvivalent kimi mey-
dana çıxmışdır. Pulu müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə
mal-qara, duz, xəz, parıldayan daş-qaş, sonralar isə dəmir, gü-
müş, taxta, mis, qızıl, nəhayət kağız pullar, müasir dövrdə isə
xüsusi plastik kartlar əvəz etmişdir.
Marksist nəzəriyyəyə görə pul bəşəriyyətin tarixi inkişa-
fının müəyyən mərhələsində yəni əmtəə-pul, mübadilə müna-
sibətləri şəraitində qanunauyğun bir hadisə kimi meydana çıxıb
öz rolunu oynadıqdan sonra, artıq cəmiyyətə lazım olmayan bir
şey kimi sıradan çıxacaqdır. Belə ki, onların fikrincə, gələcək
kommunizm cəmiyyətində pula xüsusi bir ehtiyac qalmaya-
caqdır.
Dahi Azərbaycan mütəfəkkiri N.Gəncəvinin “İsgəndərna-
mə” əsərində utopik bir şəhər, “nə qapısı, nə qıfılı olan” mə-
kanda qızıl-gümüşün lazımsız, adi bir şey olduğunu belə göstə-
rilmişdir:
Qızıla gümüşə aldanmaz heç kəs,
Bunlar bizim yerdə bir şeyə dəyməz.
Amma bazar iqtisadiyyatının hakim olduğu, əmtəə-pul
münasibətlərinin mövcud olduğu hazırki şəraitdə pul və onu
əvəz edən qızıl-gümüş, qiymətli daş-qaşlar cəmiyyətin ictimi-
157
siyasi, iqtisadi-sosial, mənəvi-əxlaqi həyatının çox mühüm
amili kimi qalmaqdadır.
Tarixən pulun meydana çıxması və fəaliyyəti ilə bağlı ra-
sional və təkamül nəzəriyyələri formalaşmışdır.
1. Rasional nəzəriyyəyə görə pul insanlar arasında əmtəə
mübadiləsi prosesində müxtəlif təyinatlı dəyərlərin bir-birinə
dəyişdirilməsi üçün ən əlverişli vasitədir.
Təkamül nəzəriyyəyə görə isə pul insanlar arasında
müəyyən razılaşmanın deyil, ictimai əmək bölgüsünün, müba-
dilə proseslərinin və əmtəə istehsalının tədricən inkişafının nə-
ticəsidir. Belə ki, bu konsepsiyaya görə əmtəələr içərisindən
tədricən bir əmtəə seçilərək ayrılmış və ümumi ekvivalent kimi
pul rolunu oynamış, pulun vəzifələrini yerinə yetirməyə baş-
lamışdır.
Tarixdə iki cür pul sistemi, yəni tədavüldə 2 metal pulun
(qızıl və gümüş) mübadilə vasitəsi kimi işlədilməsi bimetal-
lizm, 1 metal pulun (qızıl, yaxud gümüş) işlədilməsi isə mono-
metallizm adlandırılmışdır.
Pul sistemi-hər bir ölkədə mövcud olan və dövlətin
qanunla müəyyən etdiyi pul tədavülünün təşkili formasıdır.
Pul sisteminin tərkib elementləri aşağıdakılardır:
Milli pul vahidi – ölkədə əmtəələrin və xidmətlərin
qiymətinin ifadəsi kimi qəbul edilmiş pul ölçüsü (dollar, frank,
manat və s.);
Qiymət miqyası – ölkədə pul vahidi və onun tərkib hissəsi
kimi qəbul edilmiş pul metalının çəki miqdarı;
Pulun emisiya sistemi –pul və qiymətli kağızlar buraxan
təşkilat; pulun tədavülə buraxılmasının qanunvericiliklə təsdiq
olunmuş qaydası;
Valyuta pariteti – digər valyutalara nisbət;
Pul sisteminin institutları – pul tədavülünü tənzimləyən
dövlət və qeyri-dövlət təşkilatları.
158
Dövriyyədə həm real pullar, yəni kağız və metal pullar,
pul çekləri, həm də simvolik pullar, yəni elektron, kredit və
“poçt pulları” iştirak edir.
Tədavüldə olan pul kütləsini nizamlayan qanuna pul
tədavülü qanunu deyilir.
Pul tədavülü qanunu – tədavül üçün lazım olan pulun
miqdarının müəyyən edilməsini tələb edir. Tədavül üçün lazım
olan pulun miqdarına təsir edən amillər:
- əmtəələrin qiymətinin səviyyəsi;
- verilmiş kreditlərin miqdarı;
- satılan əmtəələrin miqdarı;
- pulun dövriyyə miqdarı
Pul tədavülü qanunun Marksist formulası:
ə ə ə əə ə ə ə ə
ə ə
Pul tədavülü qanunun müasir forması:
Pul kütləsi, pulun dövriyyə sürəti = əmtəələrin qiymətlərinin səviyyəsi x
dövriyyədə olan əmtəələrin miqdarı
Pul tədavülünün sabitliyi pula tələb və pulun təklifi ilə
bilavasitə əlaqədardır, pul bazarında onların tarazlığından ası-
lıdır.
Pulun alıcılıq qabiliyyəti-pul vahidinə alına bilən əmtəə
xidmətlərinin miqdarıdır.
Pula olan tələb:
- pulun tədavül vasitəsi funksiyasından;
- pulun tədiyyə vasitəsi funksiyasından;
- nominal ümumi milli məhsulun həcmindən;
- nominal-faiz normasından
Pul dövriyyəsinin prinsipləri:
- Pul tədavülü obyektiv iqtisadi qanunlar nəzərə alınmaq-
la təşkil edilir;
159
- Nağd pulun idarə edilməsi mərkəzləşdirilmiş qaydada
həyata keçirilir;
- Nağd pulların tədavülü dövlətin mərkəzi emisiya ban-
kında təmərküzləşir;
- Ölkədə pul siyasətinin sabitliyini təmin edən şəraitin
yaradılması;
- Naqd pul tədavülünün təşkili tədavül xərclərinin daima
azaldılması və qənaətçiliyi əsasında qurulur.
Pul aşağıdakı funksiyaları yerinə yetirir:
1.Dəyər ölçüsü – Əmtəələrin dəyərini ölçür, qiymətin
müəyyən edilməsində vasitəçi xidməti görür. Burada ideal
pullar iştirak edir.
2.Tədavül vasitəsi – Əmtəələrin mübadiləsində vasitəçi
rolu oynayır. Burada real, naqd pullar yerinə yetirir.
3. Yığım vasitəsi – Yığım və dəfinənin yaradılmasına
xidmət edir. Burada yığım funksiyasını kağız pullar, dəfinəni
dəyəri olan pullar yerinə yetirir.
4.Tədiyyə vasitəsi – Borcun ödənilməsi vasitəsidir.
Burada pullar iştirak edir.
5.Dünya pulu – Beynəlxalq iqtisadi hesablaşma vasitə-
sidir. Burada dəyəri olan pullar (qızıl), konvertləşmiş valyuta
beynəlxalq hesablaşma vahidləridir.
Kredit-pulun hərəkətinin xüsusi forması kimi meydana
gəlmişdir.
Kredit latınca creditium – borc (credo, yəni inanmaq,
etibar etmək) mənasını verib, müəyyən faiz ödəmək şərtilə pul,
yaxud əmtəə formasında verilən borca deyilir. Kreditin natural
(əmtəə) və kapital (pul) şəklində hərəkəti zamanı, borc verənlə
(kreditor) borc alan (kreditləşdirilən, debitor) arasında müəy-
yən şərtlər razılaşmalar zəminində iqtisadi münasibətlər forma-
sıdır. Beləliklə, kredit münasibətləri-müvəqqəti sərbəst pul
vəsaitlərinin səfərbərliyə alınması və dövriyyəyə buraxılmasına
görə yaranan iqtisadi münasibətlərin məcmusudur.
160
Kreditin zəruriliyi kapitalın dövranı və dövriyyəsi qanu-
nauyğunluqları ilə şərtlənir
Kreditdən aşağıdakı məqsədlər üçün istifadə olunur:
1) Müəssisələrin (firmaların) əsaslı təmiri, yenidən qurul-
ması və amortizasiyası üçün bir dəfəlik iri həcmli inves-
tisiyaların həyata keçirilməsi;
2) Xüsusi dövriyyə vəsaitləri mənbələri hesabına ödənil-
məyən dövriyyə kapitalının tamamlanması;
3) Hazır məhsulların reallaşmasında pul gəlirləri daxil
olana qədər əmək haqqının ödənilməsi;
4) Maddi istehsal sahələrində xammal ehtiyatlarının yara-
dılması: yüngül sənaye, yeyinti sənayesi, kənd təsərrüfatı və s.
Kreditin mənbələri-əhalinin, firmaların (müəssisələrin)
və dövlətin müvəqqəti sərbəst pul vəsaitləridir.
Müvəqqəti sərbəst pul vəsaitlərinə daxildir:
a) Əsas kapitalın təzələnməsi üçün nəzərdə tutulmuş vəsait
və amortizasiya fondu:
b) Əmək haqqı fondu: Əmtəələrin reallaşmasından pul və-
saitlərinin daxil olması və əmək haqqının ödənilməsi arasında
olan vaxt ərzində yaranan müvəqqəti sərbəst pul vəsaiti;
c) Xammal, material, yanacaq və s. alınması üçün pul və-
saitləri;
d) Yığım fondu, başqa sözlə, izafi dəyərin kapitallaşması
üçün ayrılan hissə;
e) Xüsusi təyinatlı fondlar;
f) Əhalinin pul yığımları;
g) Büdcə sistemi vəsaitləri və məqsədli fondlar və s.;
Kredit aşağıdakı vəzifələri yerinə yetirir:
a) Sərbəst pul vəsaitlərini cəmləşdirir, toplayır;
b) Həmin sərbəst vəsaitin ehtiyacı olan sahələrə yönəl-
dilərək müəyyən vaxta, faizlə və qaytarılmaq şərtilə verilir.
c) Kredit iqtisadiyyatın tənzimlənməsi işinə səmərəli şərt-
lər əsasında müsbət təsir göstərir.
161
Kredit qısa müddətli (1 ilə qədər) və uzunmüddətli (1 il-
dən yuxarı) ola bilər. kreditin verilməsində müəyyən prinsiplər
əsas götürülür. Onlar aşağıdakılardır:
1. Bankın ayrı-ayrı firmaların kreditləşməsinə diferensial
yanaşması
2. Kreditin maddi dəyərlərlə təminatı
3. Borcun haqla ödənişidir – yəni borcdan istiifadə etmək
hüququ üçün borc faizi ödəməkdir.
4. Kreditin qaytarılması – iqtisadi nöqteyi nəzərdən dəyə-
rin qaytarılması kreditin istehlak dəyərinin reallaşmasını, on-
dan təkrar istehsal prosesinin fasiləsizliyi üçün istifadə olundu-
ğunu göstərir.
5. Kredit məqsədlidir – kredit əmtəələrin istehsalı və satışı
prosesində konkret tələbata görə verilir.
Faiz norması dinamik kəmiyyətdir və hər şeydən borc
kapitalına təklifin nisbətindən asılıdır.
Faiz normasına təsir edən amillər:
1) Dövlətin verdiyi kreditin həcmi və onun borcları ara-
sındakı nisbət;
2) İnflyasiyanın sürəti;
3) Beynəlxalq amillər: tədiyyə balansının müvazinətsiz-
liyi, valyuta kursunun qalxıb-enməsi, dünya borc bazarına nə-
zarətsizlik və s.;
4) Cəmiyyətin bütün üzvlərinin pul yığımının həcmi;
5) Faiz normasının dövlət tənzimi;
6) İstehsalın mövsümü şəraiti;
7) İstehsalın miqdarı.
Borc faizi - faiz məbləğinin borc kapitalının həcminə
nisbətidir.
Kreditin müxtəlif forması vardır:
1. Kommersiya krediti – fəaliyyətli sahibkarların bir-biri-
nə əmtəələri möhlətlə verməsidir.
162
2. Bank krediti orta, qısa və uzun müddətli olur. Fəaliyyət-
li sahibkara və digər borc alanlara pul formasında verilir.
3. Dövlət krediti – bu kreditin ənənəvi forması dövlət
istiqrazı, məqsədli faizsiz istiqrazlardır. Burada kreditor dövlət-
dir.
4. İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və
məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir.
5. İpoteka krediti – Tərpənməz (daşınmaz) əmlaka uzun
müddətli sudadır.
6. Lizinq krediti – maşın, avadanlıqla və digər maddi
vəsaitlərin icarəyə verilməsidir.
7. Faktorinq krediti – başqasının borcunu yaxud kom-
mersiya əməliyyatlarını vəkalətnamə ilə satmaq üçün almaq,
yaxud alıb-satmaqdır. Qısa müddətli kredit vermək forması ki-
mi geniş yayılmışdır.
8. Banklararası kredit – dövlətin xarici iqtisadi dövriyyədə
olan kreditidir. Kommersiya, bank, dövlətlərarası kredit forma-
sında təzahür edir.
Kredit formasından asılı olmayaraq, özünəməxsus aşağıd-
akı funksiyaları yerinə yetiri:
1)Müvəqqəti sərbəst pul vəsaitlərinin yenidən bölgüsü: a) o,
təkrar istehsal prosesinin fasiləsizliyini təmin edir; b) ictimai
istehsalın səmərəliliyinin yüksəldilməsinə təsir edir;
2)Xüsusi və borc dövriyyə vəsaitlərinin səmərəli istifadə-
sini stimullaşdırı;
3)Kapitalın təmərküzləşməsini və mərkəzləşməsini sürətlən-
dirir;
4)Manatla nəzarət.
Kredit sistemi – kredit münasibətlərinin məcmuundan,
kreditləşmənin forma və prinsiplərindən və müəyyən tarixi
dövrdə maliyyə - kredit təşkilatlarının məcmuundan ibarətdir.
Kredit sisteminin əsas elementləri banklar və qeyri-bank kredit
– maliyyə təşkilatlarıdır.
163
Kredit-bank sistemi-əhalinin müxtəlif təbəqələrinin sər-
bəst pul kapitalını, gəlirlərini və yığımlarını səfərbərliyə alan
və onları firmalara, hökumətə və xüsusi şəxslərə borc verən
kredit-maliyyə institutlarının məcmuudur.
Kredit-bank sisteminə aiddir:
1. Kommersiya bankı – sənaye, ticarət və digər müəssisə-
lərin kreditləşdirilməsi üzrə universal əməliyyatları həyata
keçirən xüsusi və dövlət banklarıdır.
2. Mərkəzi Bank – Hökumət və bankirlər üçün dövlət təş-
kilatlarıdır. İqtisadiyyatın tənzimlənməsinin başlıca alətidir.
3. İxtisaslaşmış kredit-maliyyə insititutları. Müəyyən növ
kreditləşmə ilə ixtisaslaşan bank və qeyri-bank təşkilatlarıdır:
İnvestisiya bankı; sığorta kompaniyaları; investisiya kompani-
yaları və s. aiddir.
Bankların funksiyaları:
Mərkəzi Bank
1. Pul kütləsini təmin etmək və iqtisadiyyatda kreditə nə-
zarət;
2. Emissiya;
3. Kommersiya bankları üçün kassa ehtiyatlarının səfər-
bərliyə alınması və saxlanması;
4. Kommersiya banklarının kreditləşdirilməsi;
5. Hökümət orqanları üçün kredit verilməsi və hesablaşma
əməliyyatlarının yerinə yetirilməsi;
6. Klirinq yaxud naqdsız hesablamaların aparılması və s.
Bankın əsas əməliyyatları – passiv, aktiv, komissiyon-
vasitəçilik (vəkalət).
Kommersiya Bankları
1. Müddətsiz depozitlərin səfərbərliyə alınması, yaxud cari
hesabların aparılması, bu bankların yazdığı çeklərin ödənil-
məsi;
2. Sahibkarlara kreditlərin verilməsi;
164
3. Bütünlükdə milli təsərrüfat miqyasında hesablaşmaların
aparılması. Onların əməliyyatları bazasında kredit pullar mey-
dana gəlir (çek, bank vekselləri).
Kommersiya banklarının pul vəsaitləri – ehtiyat və kre-
ditə verilən pul.
8.4.Verginin mahiyyəti, funksiyaları, növləri və
məqsədləri.
Vergilər dövlətin daxili və xarici vəzifələrini həyata keçi-
rərkən müəssisələrdən, şirkətlərdən, təsərrüfatlardan, təşkilat-
lardan və vətəndaşlardan məcburi qaydada alınan (tutulan) və-
saitdir.
Beləliklə, vergi – hüquqi və fiziki şəxslərin məcburi
tədiyyəsidir. Vergi - dövlət büdcəsini formalaşdırmaq üçün
dövlətin başlıca gəlir mənbəyidir. Əmtəə - pul münasibətlərinin
inkişafı ilə vergi pul forması aldı.
Vergilər ikili xarakterdə olur:
1) İstehsal münasibətlərinin spesifik formasıdır, yəni icti-
mai məzmun təşkil edir.
2) Vergi pul formasında milli gılirin hissəsidir, yəni mad-
di məzmuna malikdir.
Vergi qoyma haqqında iqtisadi prinsiplər ilk dəfə A.Smit
tərəfindən müəyyən edilmişdir. Hazırda vergiqoymanın aşağı-
dakı prinsipləri fəqləndirilir:
1) Ədalətlilik prinsipi- hər kəs öz gəlir və imkanlarına
müvafiq dövlət xərclərinin maliyyələşməsində iştirak etməlidir.
Metodoloji əsası proqressiv vergi qoymaqdır.
2) Tarazlıq prinsipi- vergi ödəyicilərinin mənafeyi və
dövlət büdcə balansı əsas götürülür. Bu prinsip Laffer əyrisi ilə
xarakterizə olunur, vergi bazasının, vergi stavkalarının dəyişil-
məsindən aslılığını, eləcə də büdcə gəlirlərinin vergidən aslılı-
ğını göstərir.
165
3) Vergi ödəyicilərinin mənafelərinin uçotu prinsipi, -
sadə hesablama və verginin ödənilməsində təzahür edir:
a) müəyyənlik prinsipi (vergi ödəyicisinə məbləğ, ödəni-
şin üsulu və vaxtı dəqiq aydın olmalıdır);
b) münasiblik prinsipi (vergi ödəyicisi üçün daha müna-
sib olan vaxtda və üsulda yığılmalıdır);
4) Qənaətcilik (səmərəlilik) prinsipi –vergi yığılması ilə
əlaqədar dövlət xərclərinin ixtisarı zəruriliyi. Ayrı – ayrı
vergilərin yığılması məbləği ona xidmət xərclərindən çox ol-
malıdır.
Vergi tutma əsassən dövlətin vergi siyasətinin həyata ke-
çirilməsinə xidmət edir.
Vergi siyasəti dedikdə ölkənin vergi sisteminin forma-
laşdırılması üzrə dövlətin iqtisadi maliyyə və hüquqi tədbir-
lərinin məcmusu başa düşülür, o, dövlətin daxili siyasətinin tər-
kib hissəsidir.
Ümumiyyətlə vergi ictimai istehsalın bütün amillərinə,
inkişaf tempinə , nəticəsinə və s, çox ciddi təsir göstərir.
I. Verginin iş qüvvəsinə təsirinin əsas istiqamətləri :
1) Vergilər məcmu tələbin strukturuna və səviyyəsinə
təsir edir.Zəhmətkeşlərin gəliri əsas istehlakına sərf olunur.
Buna görə də insanların tələbinə və bütünlükdə ölkənin tədiyyə
qabiliyyətinə təsir edir.
2)İstehsal xərclərinin, əmtəə və xidmətlərin qiyməti ara-
sındakı nisbət vergidən aslıdır.
3)Verginin həcmi müəyyən dərəcədə əmək haqqına təsir
edir.
II. Vergilər əmək vasitələri və əmək cisminə amorti-
zasiya vasitəsi ilə təsir edir.
Əsas kapitalın təzələnməsinin mənbəyi kimi amortizasiya
fondunun həcmi verginin kəmiyyəti ilə müəyyən olunur. Döv-
lət amortizasiya normasını dəyişməklə ölkədə investisiya siya-
166
sətinə təsir edir, bu prosesi tənzimləyir. Yığım kapitalı, bütün-
lüklə iqtisadi inkişaf sürəti vergi nəzarətindədir.
Vergilər aşağıdakı funksiyaları yerinə yetirir:
I. Nəzarət funksiyası
II. Sosial funksiya-ədalətli vergi qoyma problemlərini
əhatə edir.
III. Verginin tənzimləmə funksiyasının təzahürü:
1) Ümumi bazar tarazlığını, xususın antitsikillik proqra-
mın reallaşmasına nail olmaq;
2) İqtisadi artıma istiqamətlənmək;
3) Ayrı-ayrı istehsalçıları stimullaşdırmaq;
4) Gəlirlərin yenidən bölgüsü vasitəsilə sosial harmoni-
yanın təmin edilməsi.
IV. Fiskal funksiya-bütün dövlətlər üçün xarakterikdir.
Onun köməyi ilə dövlətin fəaliyyəti üçün maddi şərait və
dövlətin pul fondları yaranır.
Vergi sistemmi ölkədə məcburi qaydada toplanan və isti-
fadə olunan bütün vergi növlərinin məcmusunu əhatə edir.
Dünya təcrübəsində əsas 4 vergi sistemindən istifadə olunur:
a) Mütərəqqi (proqresiv);
b) Qeyri-mütərəqqi (reqresiv);
c) Qarışıq
d) Mütəmadi (proposional)
Vergi sistemi-sivilizasiyanın uzun müddətli inkişafın nə-
ticəsidir. Vergi sistemi dövlətin müvafiq hüquqi aktlarına əsas-
lanır. Onlar verginin yığılmasının və təşkilinin konkret metod-
larını, prinsiplərini, vergi elementlərini müəyyən edir.
Müasir bazar münasibətləri iqtisadi sistemi şəraitində vergilər
birbaşa və dolayı formaları ilə dövlət büdcəsinin gəlirlər his-
əsinin əsas mənbəyinə çevrilmişdir.
Birbaşa vergilərə-mənfəət vergisi,əmlak vergisi,əhalinin
gəlir vergisi, torpaq vergisi, birdəfəlik rüsum, təbii sərvətlərdən
istifadəyə görə haqq (renta) və s. daxildir.
167
Dolayı vergilərə isə əlavə dəyər vergisi, gömrük rüsum-
ları, patentləşdirmədən daxil olan vəsaitlər daxildir. Bundan
başqa dövlət (mərkəzi) və yerli vergiləri də fərqləndirmək
lazımdır.
Vergi qoyulması sahəsində dövlət siyasəti hazırlanarkən
nəzərə alınır ki, həddindən artıq vergilər ölkədə təkcə sahib-
karlıq fəaliyyətini, investisiya qoyuluşlarını, yeni texnika və
texnologiyaların istehsal xidmət dairələrində tətbiqini məhdud-
laşdırmaqla qalmayaraq eyni zamanda son nəticə etibarilə büd-
cə gəlilərinə də mənfi təsir göstərir. Ona görə də vergi dərəcə-
sinin düzgün müəyyənləşdirilməsi tələb olunur.
Amerikalı iqtisadçı A.Laffer vergi dərəcələrinin kəmiy-
yəti ilə dövlət büdcısinə daxil olan vergi vəsaitləri arasında
xətti deyil, daha mürəkkəb bir aslılıq olduğunu müəyyən-
ləşdirərək, bunu Laffer əyrisi kimi aşağıdakı qrafik təsvirdə
vermişdir:
Qrafik x
x- vergi dərəcələrinin səviyyəsi;
y
Vergi dərəcəsi
x 0
y0
y2 y1
1
Büdcə
yə
dax
ilolm
alar
x x0 x1
168
y- büdcəyə daxilolmaların orta illik həcmi;
x0- optimal vergi dərəcəsi, yaxud büdcəyə daxil olmaların
maksimum səviyyəsi.
Qrafikdən aydın olur ki, vergilərin faiz dərəcəsi artdıqca,
istehsalçıların istehsalın genişləndirilməsinə stimulu zəiflədi-
yindən, təbiidir ki, büdcəyə daxilolmaların həcmi tədricən aza-
lacaqdır. Ekonometrik hesablamalar göstərmişdir ki, ölkədə
vergi dərəcələrinin 35-45% arasında olması, həm əhalinin yığı-
mı, həm də istehsalçıların marağı üçün ən əlverişli variantdır.
Mütəxəssislərin fikrincə, ölkənin vergi siyasəti müəyyənləş-
dirilərkən üstünlük vergi dərəcəsinin artırılmasına deyil, onları
aşağı salınması əsasında, vergiyə cəlb olunanların əhatəsinin
genişləndirilməsinə və bu işin təşkili, habelə nəzarətinə yönəl-
dilməlidir.
Fiskal siyasət – dövlət xərclərinin vergilər vasitəsilə tən-
zimlənməsi əsasında, ölkədə məşğulluq və inflyasiya proses-
lərinin nizamlanması məqsədilə hökumətin həyata keçirdiyi
müəyyən tədbirlər sistemidir. Bu siyasət dövlət büdcəsinin
gəlir hissəsinin yerinə yetirilməsi üçün vergi dərəcələrində
konkret şəraitin tələblərinə uyğun dəyişikliklər edilməsini nə-
zərdə tutur. Fiskal siyasət üsulları ilə dövlət iqtisadi pro-seslərə
müdaxilə edir və büdcə gəlirlərinin toplanmasına təsir göstərir.
Bu siyasət bütövlükdə dövlətin gəlir və xəcrlərini əhatə edən
tədbirlər sistemi kimi səciyyələndirilir.
Fiskal siyasətin nəzəri əsasları C.M.Keyns tərəfindən iş-
lənib hazırlanmış və onun məktəbinin nümayəndələri tərəfin-
dən sonralar daha da təkmilləşdirilmişdir.
Fiskal siyasətin əsas alətləri vergi və dövlət xərcləridir.
Fiskal siyasət –dövlət xərcləri və vergilər vasitəsilə iqtisadiy-
yatın tənzimləmə sistemidir.
İqtisadi nəzəriyyədə fiskal siyasətin tətbiq edilməsi me-
toduna dair müxtəlif nöqteyi nəzərlər vardır:
169
1) Keyns nəzəriyyəsinin başlıca ideyası verginin iqtisadiy-
yatın tənzimlənməsinin və onun inkişafının əsas aləti olma-
sından ibarətdir. Buna görə də C.M.Keyns verginin ixtisarını
məcmu tələbin, artımının müvafiq olaraq real ümumi milli
məhsulun artımının əsas amili hesab edilir.
2) Monetarizm nəzəriyyəsinə əsasən (M.Fridmen, F.Key-
qan, F.Xayek – 1970-1980-ci illər) digər kompoentlərlə yanaşı
pul tədavülünə təsir edir, onların vasitəsilə artıq miqdar pul
çıxarılır. Bununla iqtisadiyyatın inkişafnın əlverişli olma-yan
amilləri azalır.
3) İqtisadi təklif nəzəriyyəsi (A.Laffer, M.Feldstayn, M.
Evens – 1970-1980-ci illər) əvvəlki iki nəzəriyyə kimi vergi
iqtisadi inkişafın və iqtisadi tənzimləmənin ən mühüm amili
hesab olunur. Bu nəzəriyyəyə əsasən vergilərin azaldılması
sahibkarlıq və investisiya fəaliyyətinin sürətli artımına səbəb
olur. Bu nəzəriyyə ilə əlaqədar A.Laffer büdcə gəlirinin vergi
stafkasının vəziyyətindən riyazi aslılığını müəyyən etmişdir.
A.Lafferə görə vergilərin ixtisarı milli istehsalın və gəlirin art-
masına səbəb olur, öz növbəsində büdcəyə vergi toplanmasını
azaltmır və büdcə kəsrinə səbəb olmur, daha az vergi stavkası
vergi bazarını genişlındirmək hesabına bedcəyə daxil olmaların
artmasını təmin edir.
Fiskal siyasətin məqsədləri:
1) İqtisadiyyatın antitsikillik tənzimi
2) Xarici ticarətin balanslaşdırılmasına nail olmaq
3) İqtisadi artımın sürətini sabitləşdirmək
4) Məşğulluğun yüksək səviyyəsinə və inflyasiyanın möhtədil
sürətinə nail olmaq.
8.5.Əmək haqqı və həyat keyfiyyəti göstəriciləri.
Əmək haqqı fəaliyyət göstərən, işləyən hər bir adamın öz
fiziki, əqli, intellektual səviyyəsinə görə aldığı müəyyən məb-
170
ləğdə puldur. Amma bəzi hallarda əmək haqqı pulla yox, natu-
ral formada, yəni məhsul yaxud xidmətlərlə də ödənilə bilər.
Əməyin ödənilməsində, mükafat, qonorar, peşkeş, hədiy-
yə və s. formalardan istifadə olunur. Lakin bunlar daha çox
gəlir, qazanc kimi qəbul edilir, bu elmi cəhətdən daha doğ-
rudur. Çünki Əmək haqqı və onun fərqli cəhətləri rəsmi qayda
– qanunlar, hüquqi aktlar əsasında müəyyənləşdirilir.
Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə əmək
haqqı “səviyyəsi” və “dərəcəsinə” görə fərqlənir.
Əmək haqqı hər şeydən əvvəl ölkədaxili və ya beynəl-
xalq əmək bazarında, işəgötürənlə iş axtaran arasında müqa-
vilənin bağlanması zamanı müəyyənləşir. Bu zaman bir çox
faktorlar, ilk növbədə əmək bazarında tələblə-təklifin qarşılıqlı
əlaqəsi asasında formalaşan əmək haqqının səviyyəsinə işçinin
yüksək peşəkarlığı, təhsili, əmək təcrübəsi böyük rol oynayır.
Məsələn, neyrocərrahın əməy ilə taksi sürücüsünün, bank qul-
luqçusu ilə dülgərin, zərgərlə daşyonanın əmək haqqı dərəcəli
səviyyələri arasında müəyyən fərq olmalıdır.
İqtisadi nəzəriyyə kursunda bu mövzuda işə götürən (prin-
sipial); işə qəbul olunan və ya işə götürülən (agent); əmək haq-
qı dərəcəsi; minimum əmək haqqı; nominal əmək haqqı; real
əmək haqqı anlayışları çox işlədilir. Onların qısa izahını verək:
Prinsipial - iş verən sahibkar və hər hansı bir istehsal
xidmət sahəsində fəaliyyət şirkətdir, müəssisədir, təşkilatdır.
Agent – işə qəbul olunan və yaxud götürülən işçidir,
qulluqçudur.
Prinsipial-agent münasibətləri şifahi razılaşma və rəsmi
əmək müqaviləsi əsasında formalaşıb, müəyyənləşdirilə bilər.
Əmək haqqı dərəcəsi – vaxt vahidi (saat, gün, həftə, ay,
il) ərzində işçinin əməyindən (iş qüvvəsindən) istifadənin qiy-
mətidir.
Dövlət, xüsusi (özəl), bələdiyyə, qarışıq, şirkət, korpora-
tiv kimi əsas və törəmə mülkiyyət əsasında fəaliyyət göstərən
171
müxtəlif istehsal-xidmət dairəsi obyektlərində əmək haqqının
bütün dünyada tarixən geniş yayılmış 2 forması olmuşdur. Bu
formalardan biri vaxta görə (vaxtamuzd), digəri isə işə görə
(işəmuzd) adlanır.
Vaxta görə (vaxtamuzd) və işə görə ( işəmuzd) əmək haqqı
formalarının real həyat, habelə təsərrüfatçılıq fəaliyyətində bir
sıra sistemləri tətbiq olunur. Ötən əsrin əvvəllərində əməyin
intensivliyinin sürətləndirilməsi və onun məhsuldarlığının yük-
səldilməsinə əsaslanan teylorizm, fordizm sistemləri ABŞ-da
geniş yayılmışdır. Müəyyən müsbət cəhətlərinə baxmayaraq,
sonralar dünyanın müxtəlif sənaye ölkələrində yayılmış əmək
haqqının bu sistemləri, yaxud onun müəyyən ünsürləri, əslində
işçilərin sağlamlığının pozulması, fiziki mənəvi imkanlarının
tükənməsi, nəhayət işçinin texniki proseslərinin “mexaniki əla-
vəsinə” çevrilməsi prinsipi üzərində qurulmuşdu. Təsadüfi de-
yildir ki, əmək haqqının yüksəldilməsinə yönəldilmiş sistemlər,
onun həvəsləndirici vasitələri, “tərtökdürücü” sistem adını al-
mışdı.
XX əsrin ikinci yarısından etibarən, az səmərəli və işçini
(insan amilini) istehsal vasitələrinin adi əlavəsinə çevirməyə
yönəlmiş əmək haqqının bu sistemləri, yeniləri ilə əvəz olun-
mağa başlamışdı. Müasir mərhələdə, işçinin xidmət sahələrin-
dəki şəxsi marağını artırmaq və onu həvəsləndirmək üçün yeni
vasitələrdən istifadə olunur. Həmin vasitələr arasında işçilərin
şirkətin səhmlərinə sahib olmaqla onun “mülkiyyətçisinə” çev-
rilməsi (“iqtisadi demokratiya”); onların şirkətin maliyyə təsər-
rüfat fəaliyyətinə cəlb olunması (“mənfəətdə və nəzarətdə işti-
rak”); şirkətin vəziyyəti haqqında işçilərə ətraflı məlumat veril-
məsi (“analtik təhlil”) işçilərin peşə sənət hazırlıq səviyyəsinin
yüksəldilməsi və təkmilləşdirilməsi (“əməyin humanistləşdiril-
məsi”) sistemləri mühüm yer tutur.
Həm işəmuzd, həm də vaxtamuzd əmək haqqı formala-
rının bir çox sistemləri mövcuddur. Bütün bu məsələlər haq-
172
qında mikroiqtisadiyyat bölməsində daha geniş bəhs oluna-
caqdır.
Minimum əmək haqqı - əmək haqqı səviyyəsinin ən aşa-
ğı dərəcəsidir ki, ölkə qanunvericiliyinə əsasən iş gününün hər
saatı həmin həddən aşağı ödənilə bilməz. Bu məbləğ isə ölkə-
dəki orta aylıq əmək haqqının 35-50%-i həcmində müəyyən-
ləşdirilə bilər.
Nominal əmək haqqı – işçinin müəyyən vaxt (saat, gün,
ay,il) vahidi ərzində öz zəhmətinə görə aldığı pulun konkret
məbləğidir. Nominal əmək haqqı hər bir işçinin, onun ailəsinin
və yaşadığı cəmiyyətin ümumi inkişaf səviyyəsini müəyyən-
ləşdirmək üçün mühim bir amildir. Lakin o, istər işçinin,istərsə
də ailəsinin sosial iqtisadi vəziyyəti haqqında dolğun təsəvvür
yaratmır. İstehsal-xidmət dairəsinin müxtəlif sahələrində çalı-
şan hər bir işçi, nominal əmək haqqından vergi ödəməli,
müxtəlif təyinatlı ödənişlər etməli ərzaq paltar almalı, sağlam-
lığı, istirahəti, rahatlığı üçün müəyyən xərclər çəkməlidir. İşçi
və qulluqçuların, onların ailə üzvlərinin yaşayış səviyyəsi, peşə
təhsil hazırlığı, gündəlik həyat-məişət qayğıları real əmək
haqqı ilə bağlıdır.
Real əmək haqqı-nominal əmək haqqının alıcılıq qabi-
liyyəti olub, işçinin nominal əmək haqqına ala biləcəyi müx-
təlif istehlak şeyləri və xidmətlərin, yaxud yaşayış vasitələrinin
cəmidir. Bu mühim göstərici ilk növbədə nominal əmək haq-
qının kəmiyyəti (məbləği) və ölkədə qiymətlərin enib qalxması
dəyişikliyi (indeksi) ilə bağlıdır. Deməli, real əmək haqqı no-
minal əmək haqqı göstəricisi ilə düz, qiymətlərin dəyişməsi ilə
tərs mütənasibdir.
Əmək haqqının xüsusilə də real əmək haqqının səviyyəsi
dövlətin sosial siyasətinə, əhalinin həyat səviyyəsinin yüksəl-
dilməsinə ciddi təsir göstərir. Belə ki, sosial anlayış - cəmiy-
yətdə insanların rifahınıvə qarşılıqlı münasibətini, onların həyat
keyfiyyəti, əhalinin maddi, sosial, fiziki və mədəni rifahının
173
ümumi göstəricisidir. Bu göstərici yalnız maddi nemətlər və
xidmətlərə mövcud təlabatın səviyyəsini deyil, həm də insan-
ların mənəvi təlabatlarının ödənilməsi dərəcəsini, onların ömür
müddətini, cəmiyyətdə əxlaqi-psixoloji, siyasi mühit və s. əks
edir.
Dövlətin sosial siyasətinin əsas məqsədləri aşağıdakıları
özündə əks etdirir:
Sahibkarlara və bütün əmək qabiliyyəti olan insanlara
hərətrəfli şəraitin yaradılması;
Biznesin liberallaşdırılması
Kiçik biznesı maraq
Yüksək məşğulluğu təmin etmək
Əmək münasibətlərinin tənzimlənməsi
Cəmiyyətin bütün üzvlərinin müəyyən olunmuş stan-
dartlar üzrə yaşayış səviyyəsinin təmin edilməsi;
Cəmiyyətdə gəlirlərin yenidən bölgüsü
Əmək qabiliyyəti olmayanlara, aztəminatlı ailələrə və
işsizlərə pensiya və müavinətlərin verilməsi
Hamı üçün ümumi təhsil və zəruri səhiyyə köməyi və s.
Bu məqsədlərə çatmaq üçün sosial siyasətin aşağıdakı
istiqamətləri nəzərdə tutulur:
1) Sosial sığorta
2) Məşğulluğun sosial müdafiəsi (müqavilə sistemi)
3) Əmək haqqı sahəsində siyasət (minimum)
4) Əmək bazarında Sosial tədbirlər (əməyə tələb)
5) Mənzil siyasəti
Sosial təminatı xarakterizə edən göstəricilər arasında
həyat səviyyəsi göstəricisi əsas yer tutur. Həyat səviyyəsi
anlayışımı həm dar, həm də geniş mənada izah edək.
Dar mənada həyat səviyyəsi dedikdə maddi nemətlərin
istehlakı başa düşülür: ərzaq məhsulları, sənaye əmtəələri,
mənzil və s. nəzərdə tutulur.
174
Geniş mənada isə “həyat keyfiyyəti” anlayışı ilə əlaqə-
dardır. Bu göstərici ümumi xarakter daşıyır.
Həyat keyfiyyətinin aşağıdakı xarakterik əlamətləri vardır:
1) Maddi nemətlərin istehlakı səviyyəsi;
2) Sosial nemətlərin istehlakı səviyyəsi, buraya daxildir:
a) Təhsil sahəsində
b) Mədəniyyət sahəsində
c) Səhiyyə sahəsində
d) İstirahət və əyləncə sahəsində
e) Şəxsiyyətin azadlıq dərəcəsivə onun özünü reallaş-
dırması
BMT beynəlxalq statistikasında həyat səviyyəsi göstərici-
lər sistemi 12 əsas qrup göstəricilərindən ibarətdir.
Əhalinin doğum, ölüm və digər demoqrafik xarak-
teristikası.
Sanitar- gigiyenik həyat səviyyəsi.
Mənzil şəraiti.
Təhsili və mədəniyyəti.
Əmək və məşğulluq şəraiti.
Əhalinin gəlir və xərcləri.
Həyat dəyəri və istehlak qiymətləri.
İstirahətin təşkili.
Nəqliyyat vasitələri.
Sosial təminat.
Şəxsiyyətin azadlığı.
Sosial siyasətin əsas göstəriciləri aşağıdakılardır:
1) Firavan yaşamaq (varlılıq) – insanın hərtərəfli inkişa-
fını təmin edən nemətlərdən istifadə.
2) Yoxsulluq – iş qüvvəsinin təkrar istehsalının aşağı həd-
di kimi əmək qabiliyyətinin saxlanması səiyyəsində nemətlərin
istehlakı.
175
3) Son dərəcə yoxsul – yalnız insanın həyat fəaliyyətini
saxlamağa imkan verən maddi nemətlərin və xidmətlərin isteh-
lakını göstərir.
4) Normal Səviyyə - insanların fiziki və intellektual
qüvvəsinin bərpasını təmin edən elmi əsaslandırılmış normalar
üzrə səmərəli istehlak.
176
“İqtisadiyyata giriş” fənni üzrə referat mövzuları
1. Ölkənin maliyyə sistemi və dövlət büdcəsi.
2. İqtisad elinin müasir elmlər sistemində mövqeyi və
rolu.
3. Azərbaycanda iqtisadi fikrin formalaşması və inkişaf
mərhələləri.
4. “Kitabi Dədə Qorqud” dastanlarında iqtisadi və sosial
məsələlər.
5. N.Gəncəvinin əsərlərində sosial iqtisadi ideyalar.
6. Nizami Gəncəvinin əmək, əmək bölgüsü və sərvət haq-
qında.
7. Nəsirəddin Tusinin iqtisadi-nəzəri fikirləri.
8. N.Tusi maliyyə, əmək bölgüsü, mübadilə və pul haq-
qında.
9. Əhalinin həyat keyfiyyəti göstəriciləri.
10. İqtisadi fikrin meydana çıxması və formalaşması xüsu-
siyyətləri.
11. Rəqabətin iqtisadiyyatın inkişafında rolu.
12. Dövlət əmlakının özəlləşdirilməsi və dövlətsizləşdiril-
məsi məsələlərinin fərqli və oxşar cəhətlərinin araşdırılması.
13. Azərbaycanda sahibkarlara yardım (dəstək) tədbirləri.
14. Azərbaycanda bazar iqtisadiyyatına keçidin zəruriliyi
və fərqli xüsusiyyətləri.
15. Azərbaycanda istehsal imkanlarından səmərəli istifadə
olunması.
16. Bazar infrastrukturunun yaxşılaşdırılmasının iqtisadiy-
yatın inkişafında rolu və əhəmiyyəti.
17. Bazar və onun fəaliyyət mexanizmi.
18. İctimai istehsalın strukturu.
19. Müxtəlif iqtisadi sistemlərdə mülkiyyətin iqtisadi və
hüquqi mahiyyəti.
20. İqtisadi resursların təsnifatı v xüsusiyyətləri.
177
“İqtisadiyyata giriş” fənni üzrə imtahan sualları
1. İqtisad elminin tarixi təkamülü.
2. İqtisad elminin meydana gəlməsi zəruriliyi.
3. İqtisad elminin tarixi inkişaf qanunauyğunluqları.
4. “İqtisadiyyat” anlayışı və onun tərkib hissələri.
5. İqtisadi subyekt anlayışı, onun mahiyyəti və rolu.
6. İqtisadi hadisə və iqtisadi proseslər.
7. Təsərrüfat subyektləri.
8. İqtisadi anlayışlar və iqtisadi kateqoriyalar.
9. İqtisadi qanunlar.
10. Azərbaycan mütəfəkkirlərinin əsərlərində iqtisadi mə-
sələlərin araşdırılması.
11. İqtisad elmini öyrənərkən diqqət yetirilməli məsələlər.
12. İqtisadi elmlər sistemi və sivilizasiyanın ayrı-ayrı inki-
şaf mərhələlərində təkamülü.
13. İqtisadi münasibətlərin mahiyyəti.
14. İqtisadi münasibətlərin təsnifatı və strukturu.
15. İqtisad elminin tədqiqat və şərh metodları, onların qrup-
laşdırılması.
16. “İqtisadiyyata giriş” fənninin funksiyaları.
17. Resurs anlayışı, mahiyyəti və növləri.
18. İqtisadi resurslar, onların təsnifatı.
19. İqtisadi resurslar və iqtisadi tələbat anlayışlarının qar-
şılıqlı əlaqəsi.
20. Ehtiyac, tələbat və tələb anlayışları, onların əlaqəli izahı.
21. İstehsal prosesinin baş verməsi üçün zəruri olan resurslar.
22. Əmək resurslarının mahiyyəti.
23. Əmək və onun növləri.
24. İş qüvvəsi və əmək anlayışlarının fərqli izahı.
25. Əmək məhsuldarlığı, onun mahiyyəti artırılması yolları.
26. Səmərəlilik və rentabellik anlayışları, onların əmək
məhsuldarlığı ilə əlaqəsi.
178
27. Əmək bölgüsü, onun mahiyyəti və tarixi təkamülü.
28. Əmək haqqı anlayışı, mahiyyəti, növləri sistemləri.
29. Maliyyə resursları, mahiyyəti, strukturu.
30. İqtisadi sistemin mahiyyəti, ümumi əsasları.
31. Təbiətdə və cəmiyyətdə sistemlilik. Onların fərqli və
oxşar cəhətləri.
32. İqtisadi sistemlərin oxşar və fərqli cəhətləri.
33. Tələbatın elastikliyi və sonsuzluğu.
34. Engel qanunu.
35. İqtisadi sistem haqqında baxışlar.
36. İqtisadi sistemin tipləri.
37. İqtisadi sistemin xarakterik xüsusiyyətləri.
38. İqtisadi sistemin məqsədləri.
39. İnzibati-mərkəzləşdirilmiş təsərrüfat sistemi.
40. Bazar iqtisadiyyatı sistemi.
41. Ənənəvi iqtisadi sistem.
42. Qarışıq iqtisadi sistem.
43. İqtisadi sistemlərdə mülkiyyət.
44. Mülkiyyətin iqtisadi və hüquqi mahiyyəti.
45. Mülkiyyətin iqtisadi münasibətlər sistemi.
46. Xüsusi mənimsəmənin forma və tipləri.
47. Mülkiyyətin obyekti və subyekti.
48. Mülkiyyət münasibətləri və sosial-iqtisadi münasibətlər.
49. Müasir mülkiyyətin formaları və meylləri.
50. Mülkiyyət formaları və onların reallaşması.
51. Maddi nemətlərin və xidmətlərin istehsalı prosesi və
onun fazaları.
52. İstehsal imkanları və istehsal amilləri.
53. İctimai istehsalın strukturu. Təkrar istehsal.
54. İstehsalla istehlakın qarşılıqlı əlaqəsi.
55. Azərbaycanda istehsal imkanlarının səmərəli istifadə
olunması.
56. Bazar iqtisadiyyatının mahiyyəti.
179
57. Bazar və onun fəaliyyət mexanizmi.
58. Bazar anlayışı. Bazarın özünəməxsus anlayışları, kate-
qoriyaları və qanunları.
59. Bazar infrastrukturu, onun mahiyyəti, rolu və əhəmiy-
yəti.
60. Rəqabət, onun mahiyyəti, formaları və metodları.
61. Azərbaycanda bazar iqtisadiyyatına keçidin zəruriliyi
və spesifik xüsusiyyətləri.
62. N.Gəncəvi mübadilə, ticarət və pul haqqında.
63. Sahibkarlıq fəaliyyəti və sahibkarlıq qabiliyyəti.
64. Sahibkarlıq kateqoriyasının strukturu.
65. Sahibkarlıq mühiti və etikası.
66. Azərbaycanda sahibkarlığa dövlət dəstəyi.
67. Dövlət əmlakının özəlləşdirilməsi yolları.
68. Firma, onun mahiyyəti, məqsədi.
69. Sahibkarlığın etik kodeksi.
70. Maliyyə və maliyyə sistemi.
71. Maliyyə sisteminin strukturu.
72. Pul-kredit sistemi.
73. Pul və kredit anlayışları.
74. Banklar, onların növləri və funksiyaları.
75. Dövlət büdcəsi, onun təşkili xüsusiyyətləri.
76. Dövlət büdcəsinin gəlirləri və xərcləri.
77. Dövlət büdcəsinin funksiyaları.
78. Vergi anlayışı, onun mahiyyəti və növləri.
79. Vergilərin funksiyaları.
80. Vergitutma anlayışı. Vergitutmanın məqsədi.
81. Vergiqoyma prinsipləri.
82. Vergi sistemi və onun növləri.
83. Vergi subyekti.
84. Vergi elementləri.
85. Fiskal siyasət, onun mahiyyəti və rolu.
86. Fiskal siyasətin məqsədi və tipləri.
180
87. Əmək haqqı və onun növləri.
88. Dövlətin sosial siyasəti.
89. Həyat səviyyəsi anlayışı (dar və geniş mənada).
90. Əmək haqqı və həyat keyfiyyəti göstəriciləri.
91. Həyat keyfiyyətinin anlayışının mahiyyəti və xarakterik
əlamətləri.
92. BMT-nin beynəlxalq statistikasında həyat səviyyəsi
göstəricilərinin əsas qrupları.
93. Əhalinin dörd həyat səviyyəsi göstəricilərinin xarakte-
ristikası.
94. Həyat səviyyəsinin fərqləndirilməsinin növləri.
95. Rəqabətin baş verməsinin, obyektiv şərtləri.
96. Tələbə təsir edən amillər.
97. Bazarın tarixi tipləri.
98. Azad rəqabət bazarının əlamətləri.
99. Bazar iqtisadiyyatının xarakteristikası.
100. Əmək məhsuldarlığına təsir edən amillər.
101. Bazarın normal fəaliyyətinin şərtləri.
102. İstehsal vasitələri anlayışı, mahiyyəti və tərkib hissələri.
103. Məhsuldar qüvvələr, mahiyyəti, strukturu.
104. İstehsal münasibətləri və mülkiyyət münasibətləri
anlayışları. Onları əlaqələndirən nədir?
105. İstehsalın səmərəliliyi və rentabelliyi.
181
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı,
1997.
2. Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin
əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya qa-
nunu. 25 may 1991.
3. “Mülkiyyət haqqında” Azərbaycan Respublikasının qa-
nunu. Bakı, 9 noyabr 1991.
4. “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azər-
baycan Respublikasının qanunu. 7 yanvar 1993 və 10 avqust
2000.
5. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Res-
publikasının qanunu (dəyişiklik və əlavələrlə), 15 dekabr 1992.
6. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respub-
likasının qanunu (dəyişiklik və əlavələrlə), 13 yanvar 1995.
7. “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respub-
likasının qanunu (dəyişiklik və əlavələrlə), 12 iyul 1994.
8. “İnvestisiya fondları haqqında” Azərbaycan Respub-
likasının qanunu (dəyişiklik və əlavələrlə), 30 noyabr 1999.
9. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
qanunu (dəyişiklik və əlavələrlə), 20iyun 1995.
10. Q.Mənkyu “Ekonomiksin əsasları” Bakı 2009.
11. Q.Əbdülsəlimzadə “Mikroiqtisadiyyat və Makroiqtisa-
diyyat” Bakı 2014.
12. İqtisadi nəzəriyyə: Makroiqtisadiyyat -1-2. Bakı 2009.
13. Juravleva “İqtisadi nəzəriyyə - Mikroiqtisadiyyat” 1-2.
Bakı 2009.
14. T.Vəliyev və A.Həsənov “Azərbaycanın iqtisadi fikir
tarixi” Bakı 1996.
182
15. Meybullayev M. “İqtisadi təlimlər tarixi” dərslik. Bakı
2005.
16. Böyük iqtisadi ensiklopediya I-V cildlər.
17. S.İbadov “İqtisadiyyat” (İqtisadi nəzəriyyə)” dərslik,
Bakı-2012.
18. Z.A.Hüseynova “İqtisadi nəzəriyyə” (dərs vəsaiti),
(struktur-məntiqi sxemlər) Bakı 2006.
19. K.Marks “Kapital” I cild, Bakı 1969.
20. K.Makrs “Siyasi iqtisadın tənqidinə dair”. Bakı 1967.
21. F.Engels “Anti Dürind – Təbiətin dialektikası” bakı
1993.
22. A.Smit “Xalqlar sərvətinin təbiəti və mənbəyinin təd-
qiqi”.
Rus dilində
23. Грщюк Г.В. «Государственное регулирование
экономики». Теория и практика. М. 2005.
24. Кемпбелл Р Макконнелл, Стенли Л. Брю Эконо-
микс. Принципы, проблемы и политика. В двух томах,
Баку изд-во «Азербайджан». 1992.
25. Национальное богатство в условиях формирования
рыночных отношений. М., Наука, 1994.
26. Портер М. Международная конкуренция, конкурен-
тные преумущества стран. М., 1993.
27. Самедзаде З.А. Этапы большого пути. Экономика
Азербайджана за полвека, ее реалии и перспективы. Баку,
2004.
28. Экономика. По курсу экономическая теория. Под
ред. К.э.н. доцента А.С.Булатова, М., 1997.
29. Экономическая теория. Под ред. проф. В.Д.
Камаева. Учебник для вузов. М., ВЛАДОС, ИМПЕ, 1999.
183
MƏMMƏDOVA SEVDA MUXTAR QIZI
İQTİSADİYYATA GİRİŞ
Dərs vəsaiti. Bakı, 2018, səh. 183
Elmi redaktor: i.e.d., prof. A.T.Əhmədov
Texniki redaktor: Ə.N.Bağırov
Kompüter tərtibatçısı: İ.F.Həsənova
Kompüter operatoru: G.M.Məmmədova
Çapa imzalanıb: 25.01.2018
Kağız formatı: 60x84
Həcmi: 11,4 ç/v
Tiraj: 300
“Bakı Biznes Universiteti nəşriyyatı”
Bakı, H.Zərdabi küç. 88a