51
Qender tədqiqatları «Qender və İnsan Hüququ» Araşdırma Birliyi «Qender və İnsan Hüququ» Araşdırma Birliyi Azərbaycan filosof, hüquqşünas, politoloq, sosioloq, iqtisadçı, tarixçi, psixoloq, filoloq, jurnalist, habelə texniki elm nümayəndələrini özündə birləşdirən mərkəzi qərərgahı Bakı şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Birliyin əsas məqsədi demokratiyanın genişləndiyi bir şəraitdə qender münasibətləri və insan hüququ probleminin Respublikamızda qarşılıqlı elmi-tədqiqinə nail olmaqdan ibarətdir. Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: -insan hüququnun qender balansı baxımından tədqiqi; -insan hüququ və qender istiqaməti ilə əlaqədar sosial-fəlsəfi və hüquqi konsepsiya, nəzəriyyə və cərəyanların tədqiqi; -ictimai-siyasi-hüquqi institutların insan hüququ və qenderin inkişafına təsirinin öyrənilməsi; -insan hüququ və qenderin seçki sistemində realizə edilməsi vəziyyətinin təhlili; -qender münasibətləri və insan hüququna həsr edilmiş elmi-praktik seminar, dəyirmi masa, treninq və konfransların keçirilməsi; -demokratik proseslərin inkişafı üçün insan hüququ və qender münasibətləri informasiya şəbəkəsi yaratmaq; -qender və insan hüququ sahəsini öyrənmək məqsədilə sosioloji sorğular keçirmək, proqnozlaşdırma işini aparmaq, elmi analizlər etmək; -ictimai-siyasi tərbiyə və siyasi mədəniyyətin formalaşmasında insan hüququ və qender araşdırmalarından istifadə etmək, maarifləndirmə işini genişləndirmək; -qender və insan hüququ probleminin obyekti kimi cəmiyyətdə sağlam ailənin formalaşdırılması naminə elmi təbliğat işinin həyata keçirilməsi; Birlik bu vəzilərərin həyata keçirilməsi üçün çoxsahəli fəaliyyət formalarına malikdir. Birlik 2000-ci ilin yanvarın 22-də təsis yığıncağında yarandığını elan etsə də, təşəbbüs qrupu 1998-ci ilin fevralından fəaliyyət göstərir. 2000-ci il martın 18-də dövlət qeydiyyatına alınmışdır. Birlik müxtəlif təşkilatlarla birgə treninqlər, dəyirmi masalar və seminarlar təşkil edir. Moskva, Xarkov, Sumı, Minsk, Saratov, İvanovo şəhərlərindəki Qender Tədqiqatları Mərkəzləri ilə sıx əlaqədər yaranmışdır. ÖN SÖZ XX əsrin son qərinəsində idrakda yeni istiqamətlərin yaranmasını şahidə etmək olar. Bu istiqamətlər ayrı-ayrı fənlərin çərçivəsinə yerləşmir və istər təbiət, istərsə də humanitar xarakterli elmlərin geniş sahələrinin ümumiləşməsini iddia edirlər. Təbii ki, paralel olaraq metodoloji dünyagörüşü və ümumi fəlsəfi problemlərə də toxunulur. Eyni zamanda həmin istiqamətlər bizim yaşadığımız dünya, bəşəriyyətin yaratdığı sivilizasiya və əyyən sistemə salınmış idrak üsulları haqqında qərarlaşmış təsəvvürlərimizə də öz dəyişmələrini gətirir. Bu baxımdan qlobal və sosial ekologiyanı, sistemli tədqiqatları, müasir informasiya nəzəriyyəsini, sinergetikanı və bir sıra digər sahələri də buraya daxil etmək olar. Bu gün bu istiqamətlərə son otuz ildə getdikcə daha çox aktuallıq kəsb edən, özünün nəzəri və praktiki tətbiqini genişləndirən qender tədqiqatlarını tam hüquqla daxil etmək olar.

Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Qender tədqiqatları «Qender və İnsan Hüququ» Araşdırma Birliyi «Qender və İnsan Hüququ» Araşdırma Birliyi Azərbaycan filosof, hüquqşünas, politoloq, sosioloq, iqtisadçı, tarixçi, psixoloq, filoloq, jurnalist, habelə texniki elm nümayəndələrini özündə birləşdirən mərkəzi

qərərgahı Bakı şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Birliyin əsas məqsədi demokratiyanın genişləndiyi bir şəraitdə qender münasibətləri və insan hüququ probleminin Respublikamızda qarşılıqlı elmi-tədqiqinə nail olmaqdan ibarətdir. Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

-insan hüququnun qender balansı baxımından tədqiqi; -insan hüququ və qender istiqaməti ilə əlaqədar sosial-fəlsəfi və hüquqi

konsepsiya, nəzəriyyə və cərəyanların tədqiqi; -ictimai-siyasi-hüquqi institutların insan hüququ və qenderin inkişafına təsirinin

öyrənilməsi; -insan hüququ və qenderin seçki sistemində realizə edilməsi vəziyyətinin təhlili; -qender münasibətləri və insan hüququna həsr edilmiş elmi-praktik seminar,

dəyirmi masa, treninq və konfransların keçirilməsi; -demokratik proseslərin inkişafı üçün insan hüququ və qender münasibətləri

informasiya şəbəkəsi yaratmaq; -qender və insan hüququ sahəsini öyrənmək məqsədilə sosioloji sorğular

keçirmək, proqnozlaşdırma işini aparmaq, elmi analizlər etmək; -ictimai-siyasi tərbiyə və siyasi mədəniyyətin formalaşmasında insan hüququ və

qender araşdırmalarından istifadə etmək, maarifləndirmə işini genişləndirmək; -qender və insan hüququ probleminin obyekti kimi cəmiyyətdə sağlam ailənin

formalaşdırılması naminə elmi təbliğat işinin həyata keçirilməsi; Birlik bu vəzilərərin həyata keçirilməsi üçün çoxsahəli fəaliyyət formalarına malikdir. Birlik 2000-ci ilin yanvarın 22-də təsis yığıncağında yarandığını elan etsə də,

təşəbbüs qrupu 1998-ci ilin fevralından fəaliyyət göstərir. 2000-ci il martın 18-də dövlət qeydiyyatına alınmışdır. Birlik müxtəlif təşkilatlarla birgə treninqlər, dəyirmi masalar və seminarlar təşkil edir. Moskva, Xarkov, Sumı, Minsk, Saratov, İvanovo şəhərlərindəki Qender Tədqiqatları Mərkəzləri ilə sıx əlaqədər yaranmışdır.

ÖN SÖZ

XX əsrin son qərinəsində idrakda yeni istiqamətlərin yaranmasını müşahidə

etmək olar. Bu istiqamətlər ayrı-ayrı fənlərin çərçivəsinə yerləşmir və istər təbiət, istərsə də humanitar xarakterli elmlərin geniş sahələrinin ümumiləşməsini iddia edirlər. Təbii ki, paralel olaraq metodoloji dünyagörüşü və ümumi fəlsəfi problemlərə də toxunulur. Eyni zamanda həmin istiqamətlər bizim yaşadığımız dünya, bəşəriyyətin yaratdığı sivilizasiya və müəyyən sistemə salınmış idrak üsulları haqqında qərarlaşmış təsəvvürlərimizə də öz dəyişmələrini gətirir. Bu baxımdan qlobal və sosial ekologiyanı, sistemli tədqiqatları, müasir informasiya nəzəriyyəsini, sinergetikanı və bir sıra digər sahələri də buraya daxil etmək olar. Bu gün bu istiqamətlərə son otuz ildə getdikcə daha çox aktuallıq kəsb edən, özünün nəzəri və praktiki tətbiqini genişləndirən qender tədqiqatlarını tam hüquqla daxil etmək olar.

Page 2: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Təqdim olunan məcmuə respublikamızda qender tədqiqatlarına -«cinslərin qarşılıqlı münasibətinin fəlsəfəsi»nə, mədəni ənənələrin təsiri altında cəmiyyətdə qadın və kişinin sosial vəziyyətləri, onların rollarını tədqiq edən istiqamətə həsr olunan ilkin tədqiqat yönümlü nəşrlərdən biridir.

Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur. Qeyd edək ki, MDB ölkələrində bu problem ancaq 5-7 il əvvəl dəbə düşüb, dünya praktikasında isə tədqiqatların yaranmasının yaşı 25-dən artıq deyil. Qender tədqiqatlarının ilk araşdırıcıları əsasən qadınlar olduğu üçün bəziləri səhvən, bəziləri isə bilərəkdən qender tematikasını qadın problemi ilə eyni paralel müstəviyə gətirirlər.

Bəs bu anlayışın tarixi haqqında nə bilirik? Nə üçün Qərbdə bu problemlə belə məşğul olurlar? «Qender nədir?» Bu kimi suallarını cavabını axtararkən çox vaxt feminizmin də «qender»i əvəz etməsinə gəlib çıxırıq.

Məcmuədə mövzunun bir sıra əsas probleminin qoyuluşunu, tarixi fəlsəfi yönümdə izahını, təsnifatını müəyyən araşdırmalarla verməyə çalışmışıq.

Burada əks olunan ümumi və xüsusən də respublikamıza aid problemlər kompleksi qeyd olunan sahənin bir qədər yeni və tədqiqata ehtiyacı olan məqamları ilə bağlıdır. Artıq bu gün «qender» məfhumu ilə bərabər «qenderşünaslıq», «qender elmi», «qender tədqiqatları» adlanan xüsusi bir tədqiqat anlayışları da formalaşmaqdadır. Bir önəmli cəhəti nəzərinizə çatdıraq ki, artıq Qərbdə qender problemləri üzrə ixtisaslaşmış elmi mütəxəssislər hazırlanır, dərsliklər nəşr edilir. Dünya şöhrətli Oksford universitetində qender problemləri üzrə dissertasiya işləri yazılır, geniş həcmdə tədqiqatlar aparılır. Sizə təqdim edəcəyimiz məcmuə populyar xarakter daşıyır və oxucuları qender tədqiqatlarının əsasən inkişaf mərhələləri ilə tanış etmək məqsədini güdür.

QADIN VƏ KİŞİ BƏRABƏRLİYİ. QENDER AXINI (QENDER

MAINSTREAMING) Rəna İbrahimbəyova psx. e. n., dosent, Nazirlər Kabinetinin elm, təhsil, səhiyyə şöbəsinin müdir müavini BMT İP-nin Qender layihəsi üzrə əlaqələndirici Qender axını (qender mainstreaming) anlayışı Qadınların III Ümumdünya

Konfransından sonrakı dövrdə (Nayrobi, 1985) formalaşmış və əsasən inkişafla bağlı bütün məsələlərdə qadın faktorunun (qadın meyarlarının və s.) nəzərə alınmasını ehtiva edir.

Nayrobi strategiyalarına uyğun olaraq BMT-nin üzvü olan ölkələrin hökumətləri, eləcə də BMT-nin əlaqədar təşkilatları öz fəaliyyətlərini bu strategiyalar əsasında qurmalı idi.

Pekin VI Ümumdünya Konfransında (Pekin, 1995) Qender axını konsepsiyası dəstəklənmiş və Pekin Fəaliyyət Platformasının bir sıra maddələrində (79, 105, 123, 141, 164, 189, 202, 229, 238, 252, 273) öz əksini tapmışdır. Buna uyğun olaraq, hökumətlər, dövlətlər və ictimai həyatın digər iştirakçıları qender bərabərliyinin bərqərar olması siyasətini dəstəkləməlidirlər. Bu siyasətin məqsədi qender bərabərliyi ilə bağlı məsələləri bütün siyasi strategiyalara və proqramlara daxil etməkdir. Bununla əlaqədar bir çox ölkələrdə Milli Proqramlar tərtib edilmiş, o cümlədən Azərbaycan Respublikasında da ciddi müzakirələrdən sonra qəbul olunmuşdur.

Son illərdə Qender axını konsepsiyası Avropa hökumətlərarası təşkilatların işində inkişaf etdirilir. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirirlər.

Page 3: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Qender axınının əsaslarının səmərəli tətbiq olunması aşağıdakı şərtlərdən asılıdır.

-siyasi iradənin olması (qender bərabərliyi ölkənin prioritetlərindən biri olmalıdır) qender bərabərliyi sahəsində xüsusi proqramların olması: rəsmi statistikanın qender əsasında aparılması: cinslər arasında münasibətlərin elmi şəkildə araşdırılması: siyasi və ictimai həyatda qadınların fəallaşdırılması. Qadın və kişi bərabərliyi probleminin fərdi və sosial aspektləri mövcuddur. İctimai

həyatda qadın və kişilərin cinsi fərqləri sosial funksiyaların bölüşdürülməsində əks olunmuşdur və onların möhkəmlənməsində mədəniyyət faktorunun rolu çox böyükdür. Ənənəvi olaraq, kişi cinsinə məxsus olmaq, eyni zamanda, sosial strukturun zirvəsində olmaq deməkdir. Eyni zamanda, sosial baxımdan qadın davranışına xeyli məhdudiyyətlər qoyulmuş və onlara ciddi riayət etmək tələbləri formalaşmışdır. Bütün bunlar cəmiyyətin hər bir üzvünün əməllərində, hərəkətlərində təzahür olunur və insan davranışının sosial normalarından danışarkən «kişi» davranışı nəzərdə tutulur. Məhz bu normalar əsasında siyasət aparılır və qərarlar qəbul olunur.

Kişi və qadın bərabərliyi (de-fakto), ilk növbədə de-yure (hüquqi) bərabərlikdən başlanır və çox vaxt da elə söz olaraq qalır. Hüquq bərabərliyinin real bərabərliyə çevrilməsi böyük çətinliklərlə qarşılaşır. Bir çox ölkələrin, o cümlədən, inkişaf etmiş ölkələrin təcrübəsi belə buna sübut ola bilər.

Qender bərabərliyi prinsipi, ilk növbədə, qadın və kişilər arasında olan fərqlərin və sosial həyatda müxtəlif rolların qiymətləndirilməsi üzərində qurulur.

Ümumiyyətlə, bərabərlik prinsipi fərqlənmək hüququnu nəzərdə tutur. Bu isə, öz növbəsində, hər bir subyektin, cəmiyyətin hər bir üzvünün öz fərqləndirici keyfiyyətlərini inkişaf etdirmək hüququ deməkdir. Digər tərəfdən, bərabərlik prinsipi hər bir cinsin üstün keyfiyyətlərini təşkil edən xüsusäyyətlərin və meyarların tarazlaşdırılması, ahəngdarlaşdırılmasıdır.

Min illər tarixi olan müasir insan cəmiyyəti XX əsrin sonunda, qender baxımından, qadın problemi ilə yox, cinslərin üstünlüyü problemi ilə qarşılaşıb. Bərabərlik prinsipi isə, qadın və kişilərin əməkdaşlıq münasibətlərinin bərqərar olmasını və məsuliyyətin bərabər bölüşdürülməsini tələb edir. Həqiqətən, cəmiyyətin tərəqqisi onun hər bir üzvünün cinsi əlamətlərindən asılı olmayaraq, fəallıqından asılıdır. Qadın və kişilərin bir şəxsiyyət kimi formalaşması cinsi mənsubiyyətlərindən asılı olmayaraq, fərdi xüsusiyyətlərinin inkişaf etdirilməsi və ictimai proseslərdə geniş iştirakı həm hüquqi, həm də real imkanlar baxımından cəmiyyət tərəfindən təmin olunmalıdır.

Qadın və kişilərin bərabər hüquqluluğu, demokratik təzahür olunma, iqtisadi müstəqillik, məsuliyyətin bölüşdürülməsi və təhsilin (savadlılığın) inkişafı qender disbalansının aradan qaldırılmasının əsas amillərindəndir.

Demək olar ki, Azərbaycan Respublikasında bu baxımdan mühüm addımlar atılmışdır. BMT-nin İnkişaf Proqramının köməyi ilə 1997-ci ildən etibarən ölkədə qender layihəsi fəaliyyət göstərir və bu Qender axınının formalaşmasına və tətbiq edilməsinə kömək edir.

1998-ci ildə Qadın Probremləri üzrə Dövlət Komitəsi yaradılmış və «Azərbaycan Respublikasında Qadınların rolunun artırılması ilə bağlı tədbirlər barədə» və 2000-ci ilin mart ayında «Azərbaycan Dövlət Qadın Siyasəti haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamları dərc olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 mart tarixli Fərmanı və onun əsasında Nazirlər Kabinetinin №l76 26.09.2000 əmri dərc olunmuşdur.

Buna əsaslanaraq, hazırda, Respublikanın bütün dövlət təşkilatlarında Nazirlər Kabinetinin qərarına uyğun qender siyasəti çərçivəsində işləri aparmaq üçün mütəxəssislər təyin olunmaqdadır.

Page 4: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

AZƏRBAYCANDA KEÇİD DÖVRÜNDƏ QENDER PROBLEMLƏRİ «Mənim biliyim bədbindir, lakin mənim iradəm və ümidim nikbindir» - müasir

dövrümüzün görkəmli humanisti Albert Şveytserin bu sözləri XX əsrin sonunda gərgin ictimai dəyişikliklər və kataklizmlər burulğanına düşən və hazırda postsovet (sovet dövründən sonrakı) regionu adlanan nəhəng məkanda yerləşən dövlətlərin vəziyyətini dolğun əks etdirir.

Regionun dövlətlərindən biri Azərbaycan Respublikasıdır. O, totalitarizmin onilliklərindən sonra demokratik cəmiyyət qurmağa can atan müstəqil dünyəvi dövlətdir. Regionda olduğu kimi burada da qısa zaman ərzində baş vermiş çoxsəviyyəli siyasi, iqtisadi, sosial dezinteqrasiya prosesləri dəyərlər sisteminin qlobal şəkildə dağılmasının səbəbi olmuş, yenilərinin formalaşmasını zəruri etmiş və insanları şəxsiyyətin mövcudluq psinsiplərinin dağılması ilə əlaqədar yeni, sürəkli, ciddi və məsul seçim qarşısında qoymuşdur. Tarixdən məlum olduğu kimi, oxşar vəziyyətlər şəxsiyyətlərarası münasibətlərdən tutmuş, dövləti sarsıdan və insanların mövcudiyyəti üçün təhlükə törədən qlobal və gərgin sosial toqquşmalar və lokal müharibələrədək törədir. Lakin elə həmin proses sosial sabitlik və yeni münasibətlərin formalaşması vəziyyətinə keçidin ilkin şərtidir və bunsuz cəmiyyətin sabit inkişafı və şəxsiyyətin mütərəqqi təşəkkülü mümkün deyildir.

Köklü demokratik dəyişikliklər zəminində yeni sosial qaydaların bərqərar olması ilk növbədə sosial funksiyların fərqi ilə şərtləndirilən və

müxtəlif cür qiymətləndirilərək elə o cür də mükafatlandırılan bərabərsizliyin aradan qaldırılmasını nəzərdə tutur. Bu zaman öncə hüquqi problemlər - insan haqlarının təhrif olunmuş şəkildə anlaşılması meydana çıxır. Qender bərabərliyi bu problemlərin əsasını təşkil edir.

Azərbaycanda postsovet dövrünün iqtisadi, hərbi, sosial böhranları bir tərəfdən qarşıdurma və sosial qütbləşməni gücləndirir, mənəvi qüsurları və mədəni özgələşməni aşkara çıxarır, ailənin əsasları üçün təhlükə törədir, digər tərəfdən şəxsiyyətin daxili qüvvələrini səfərbər edir, cəmiyyətdə müvazinət təmayüllərinin inkişafına, baş verən hadisələrə obyektiv qiymət verilməsinə və inteqrasiya proseslərinin yüksəlişinə kömək göstərir. Bütün bunlar öz növbəsində sosial strukturu bir qaydaya salır və etik məqamları dəqiqləşdirir. Lakin, inkişaf perspektivini təmin edən belə proseslər bir qayda olaraq uzun sürür və bütün cəmiyyətdən, eləcə də onun hər bir üzvündən böyük fiziki və mənəvi qüvvələrinin tam səfərbərliyini tələb edir.

Azərbaycan Respublikasının geosiyasi vəziyyəti və bununla əlaqədar ölkənin tarixi azərbaycanlıların son dərəcə səciyyəvi məişət dəyərlərini, ənənələrini, cəmiyyət tərəfindən dəstəklənən və məqbul hesab edilən davranış və ictimai həyat normaları sistemini formalaşdırır. Belə varlığın tərkib hissəsini qadına münasibət, bu münasibətlərin qurulmasında kişinin rolu və yeri təşkil edir. Qenderin təbəqə bölgüsü «kişi-qadın», «qadın-qadın», «ailə-qız», «kişi-kişi» sosial çarpazlarında münasibətlərin xüsusiyyətlərini ayırd etməyə kömək edir, bu çarpazlar isə öz qarşılıqlı çəkilişində «cəmiyyət-qadın» diadalarını yaradır. Qeyd etmək lazımdır ki, bu zaman qadının sosial rolları yüksək səviyyədə differensasiya olunmuşsa (analıq rolunun dominantı ilə), belə halda kişilər öz rol davranışlarında daha yeknəsəq olurlar. Bununla belə öz ümumi səciyyəsinə görə patriarxal olan Azərbaycan cəmiyyəti qadın müstəqilliyinin müəyyən formalarına meyllidir və təəccüblü görünsə də ər-arvad münasibətlərinin uyğunluğuna malikdir.

Azərbaycan ailəsində qadın üstünlüyü əsrlərin dərinliyindən qaynaqlanaraq islamın güclü qayda-qanunlarının təsiri altında dəyişikliyə uğramış, lakin sovet ictimai quruluşu ideologiyası onu möhkəmləndirmişdir. Nəticədə "kişi-qadın" çarpazında qadının fəal, lakin pərdələnən mövqeyi formalaşmış, sosial rəy qazanmış və geniş

Page 5: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

yayılmışdır; kişilərin mövqeyi isə kompensator - aqressiv xarakter daşıyır və mahiyyətcə passivdir.

XX əsrin əvvəlində artıq neft Klondaykına çevrilmiş Azərbaycanda Şərq və Qərb mədəniyyəti qovşağında formalaşmış ictimai şüurda mühüm dəyişikliklər baş verdi. Asan hasil olunan neft qısa müddət ərzində xarici və yerli vətəndaşlara varlanmaq imkanı yaratdı. Neft hasilatından yığılan kapitalın yerli neft maqnatları tərəfindən maarifə sərf olunma prosesi geniş yayıldı və bunun səbəbi bir tərəfdən maarifin və biliklərin azərbaycanlıların etnik şüurunda yüksək qiymətləndirilməsi idi. Qadınların təhsilinə verilən xüsusi diqqət isə yeni hadisə idi. Məhz bu dövrdə qadınlar Azərbaycan üçün səciyyəvi olmayan kartezian təhsili sistemində tədris almaq imkanını alır. Qızlar üçün məktəblər və gimnaziyalar, qadın kursları, universitetdə fakültə açılır. Bununla yanaşı hüquqi şüurda inqilabi dəyişiklik müşahidə olunur. 1907-ci ildə Rusiya Dumasının müsəlman fraksiyasında (Azərbaycan o vaxt Rusiya imperiyasının bir hissəsi idi) Azərbaycandan olan deputat N.Xasməmmədov müsəlman qadınlara seçki hüququ vermək məsələsini qaldırır və gərgin mübahisələrdən sonra bu hüququn onlara verilməsinə razılıq verilir.

Fərdi şüurda dəyişikliklərin parlaq təzahürü olan bu fakt Azərbaycan mentalitetində əsaslı dəyişikliklərdən xəbər verməkdədir; musiqidə kontrapunkt hadisə olduğu kimi ictimai şüura Avropa variantında hüquq bərabərliyi ideyalarının, o cümlədən qadınların hüquq bərabərliyinin daxil olması da hadisə oldu. Azərbaycanda bu andan başlayaraq həmin ideyalar Şərq demokratiyası və müsəlman həyat tərzi kontekstində həyata keçirilmişdir.

Sovet dövrünü hüquqi baxımından qender balansı, habelə qadınların pozitiv diskriminasiyası dövrü adlandırmaq olar. Qadınlar bütün sahələrə hətta, bəzən məcburi cəlb edilir, onların hüquq bərabərliyi qanunvericilikdə öz əksini tapır, onlar dövlət və partiya orqanları tərəfindən dəstək alırlar. Lakin bu işə ənənəvi kişi-qadın münasibətlərini tənzimləyən patriarxal cəmiyyət müqavimət göstərmiş və buna görə qadına güzəştlər və kvota sistemini - Parlamentdən (Ali Sovetdən) kommunal kantorlarınadək tətbiq etmək qərara alınmışdı. Cinslərin hüquq bərabərliyi problemi "qadın məsələsi" kimi təsbit edilmiş və onun həllinə sovet sisteminin ideoloji sxemlərində böyük yer verilmişdir. O dövrün ən böyük nailiyyətlərindən biri olaraq savadsızlığın ölkədə ləğvini və qadınların 100% savadlanmasını qeyd etmək olar.

Totalitarizmin və volyuntarizmin güclənməsi əsas qadın probleminin özəyini - hüquq bərabərliyi ideyasını, yəni qərar qəbul etməkdə və sərbəst özünüifadədə qadınların kişilərlə bərabər iştirakı ideyasını saxtalaşdırmışdır. Qadınlar üçün kvota və güzəştlər qender bərabərliyini əks etdirən qanunlar tam qender uyğunluğu və rifahı illüziyasını yaradırdı. Əslində isə bütün məsələlərdə hakim rol kişilərə məxsus idi. Kvotaya görə ali hakimiyyət orqanlarında 40% təşkil edən sovet qadını qərarların qəbul edildiyi yüksək səviyyədə təmsil olunmurdu. Məsələn, Sov. İKP MK Siyasi Bürosunda bir qayda olaraq bir nəfərdən artıq qadın heç vaxt olmayıb. Bu ən yüksək partiya strukturuna və həqiqi qərar qəbul etmə səviyyəsində sovet cəmiyyətində qadın emansipasiyasını realizə etməkdən daha çox rəmzi baxımdan seçilirdi. Qadınlara partiya və sovet inzibati sistemində müəyyən qədər yüksək, lakin həlledici vəzifələri verməməklə onların ölkənin siyasi həyatında iştirakı, bərabər hüquqluluğu haqqında təsəvvür yaradılırdı. Hüquqi və real vəziyyət, tam hüquqi statusla ya qismən, ya da verilmiş hüquqların təhrif olunmuş realizəsi arasında uyğunsuzluq yaranmışdı. İkili standart və qadınların istehsalatda və ailədə ikili istismarı ictimai şüurda nəinki yayılmış, həmçinin "normal" bir hadisəyə çevrilmişdir. Qadının təkidlə vurğulanan ana rolu ona gətirib çıxardır ki, qadınlar üçün təhsil və fəaliyyət sahəsinin seçilməsində hər hansı hüquqi məhdudiyyətin olmamasına baxmayaraq ailə və ödənilməyən əmək sferası təmamilə qadınların öhdəsinə verildi; kişilər isə bu zaman ailə proseslərinin müşahidəçisinə çevrilərək ailədən getdikcə uzaqlaşdı. İctimai təkrar istehsal və haqqı

Page 6: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

ödənilən əmək sahələrini kişilərin daha qətiyyətlə ixtiyarına keçdi. Qadınların saxta hüquq bərabərliyi məhz ailədə faş olur. Bundan başqa vaxtının çoxunu ləyaqəti alçaldan və avtoritarizmin şəxsiyyəti təhrif etdiyi bir mühitdə keçirən kişi məhz ailədə özünü şəxsiyyət kimi təsdiqləyir və dolğunlaşdırır.

Ailə ənənələrinə malik Azərbaycanda saxta hüquq bərabərliyi qərarların qəbul edilməsində qadın mövqeyinin pərdələnməsinə, eyni zamanda onun hədsiz məşğulluğuna və ikiqat məsuliyyətinə gətirib çıxardır. Nəticədə qadınların kişilərə qızıl təzyiq üsulları formalaşdı.

Müşahidələr və qısa sosioloji sorğu kişi və qadınların müdafiə reaksiyalarının qender tiplərini və onların hər cins üçün faizlə nisbətini ilkin şəkildə müəyyənləşdirməyə imkan vermişdir. Hər bir tip davranışda möhkəmlənmiş qender rolundan asılı olaraq təzahür edir və özünün müəyyən dəlil-sübutuna malikdir.

Bunlardan biri olan passiv tip qadınlar üçün kütləviliyi tələb edən fəaliyyətdən uzaqlaşmaq meylləri kimi səciyyələnir və qadınları ailəyə qapayır (astenik qadın tipi); bundan fərqli olaraq ictimai təkrar istehsal sahəsi sosial normalarla müəyyənləşdirilmiş kişilərdə isə bir məqamda lider keyfiyyətlərinin məhvində, acizlikdə (astenik kiş tipi), lider məqamında isə ümumiləşdirilmiş müdafiə aqressivliyində ifadə olunur.

Fəal tip həm kişilərdə, həm qadınlarda bir məqamda pozitiv törəmələrin, ictimai faydalı fəaliyyətdə və ailədə konstruktiv davranışın (stenik tip) formalaşmasına kömək göstərir, digər məqamda qadınlarda, analıq dominantı ilə gücləndirilmiş, təbii (spontan) aqressivlikdə təzahür edir. (Sxemə bax):

Şəxsiyyətin müdafiə reaksiyalarına məxsus qender tiplərinin SXEMİ

Postsovet dövründə qadınların sosial hüquq bərabərliyi haqqında illuziyalar

dağıldı və həqiqi qender uyğunsuzluqları aşkara çıxdı. Bu dövr də qender təhlili baxımından iki yarım dövrə bölünür: I dövr -Keçid dövrünün ilk illərində qadınların istehsal sahəsindən getməsi və müqavimət göstərmədən ev və ailə ilə məşğul olduqları dövr; II dövr -Ailənin maddi vəziyyətinin durmadan ağırlaşması və həllini tapmayan məişət məsələləri onları haqqı ödənilən əmək sahəsinə qayıtmağa məcbur etdi. Öz imkanlarının adekvat müvafiq qiyməti və bununla yanaşı sosial normaların tələb etdiyi kimi kişiyə tabelik zərurəti ona gətirib çıxardır ki, ailə problemləri yeni xarakter aldı. Qadının xidmət işində ictimai aləmdə kişilərlə rəqabəti sərtləşdi.

Keçid dövründə qadınlar arasında işsizliyin artmasına baxmayaraq hazırda işsizliyin kişilər üçün daha faciəli nəticələri vardır. İşsiz qalaraq ailəyə tapınan kişilər inersiya üzrə özlərini ictimai təkrar istehsalın əsas subyektləri, ailənin pənahı, beləliklə onun başçısı kimi dərk etməkdə davam edirlər. İkiqat özgələşmək, miflərin və uyğun

Page 7: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

xülyaların boşa çıxması onlar üçün yerli ictimai gaydalar şəraitində öz müqəddəratını təyin etmə cəhdlərini çətinləşdirir. Şəxsiyyətin daxili aşılması və əxlaqi pozuntuların da baş verməsi mümkündür. Bütün bunlar insanların qəlbində və şəxsiyyətlərarası münasibətlərdə xaos yaradır. Ermənistanın təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı torpaqların işğalı ilə bağlı ölkə daxilində 1 milyon qaçqın və məcburi köçkünlərin əmələ gəlməsinə səbəb olmuş onillik hərbi münaqişə şəraiti sosial vəziyyəti və psixoloji problemləri kəskin surətdə gərginləşdirmişdir. Qorxu, həyəcan artmışdır. Yaranmış vəziyyətdə, daha zəif uyğunlaşma imkanlarında öz mövcudiyyəti üçün "atılmışlıq", "artıqlıq" və "gərəksizlik" duyğusu kişilərdə daha artıq dərəcədədir və onların stressə düşmək imkanı kəskin surətdə artır. Rəsmi göstəricilərə görə psixi pozuntuların sayı 1,5-2 dəfə artmış, narkomaniya problemləri kəskinləşmişdir. Azyaşlı yeniyetmələr arasında psixi pozuntuların sayı 2,5 dəfə çoxalmışdır.

1994-cü ildən etibarən ölkədə siyasi və sosial vəziyyətdə sabitlik müşahidə olunur, hərbi münaqişədə atəşkəs rejimi bərqərar olmuş, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınmış, iqtisadiyyatın sabit xətlə inkişafına doğrü xətt götürülmüşdür. Bu yaxın gələcəkdə bir çox məsələlərin həllolunmasına ümid yaradır.

İQTİSADİYYATIN QENDER ASPEKTLƏRİ 1997-ci ildən ölkə iqtisadiyyatında başlayan canlanma 1998-ci ildə də davam

etdi. By, iqtisadi inkişafın bir sıra göstəricilərinin yaxşılaşdırılmasına, ilk növbədə, inflyasiya səviyyəsinin enməsinə və s. təsir göstərdi. Bununla belə, iqtisadiyyatın inkişafı ilə bağlı müxtəlif sahələrdə qender bərabərsizliyindən törəyən ciddi problemlər mövcuddur.

İnsan amilinin nəzərə alınmadığı iqtisadi yüksəliş sosial bərabərsizliyin dərinləşməsinə və bununla da demokratik cəmiyyət quruculuğuna yönəlmiş səylərin boşa çıxmasına gətirə bilər. Əsrin dörddə üç hissəsini şəxsiyyətin və ictimai münasibətlərin formalaşmasına sədd çəkən totalitarizmin zülmü altında keçirən və demokratiya yoluna yenicə qədəm qoyan bir ölkə üçün bunun dərk edilməsi xüsusilə vacibdir.

Ölkə iqtisadiyyatı ilə bağlı vəziyyətin təhlili yoxsulluq, məşğulluq, təhsil sahəsindəki meyllərin qender balansı baxımından qiymətləndirilməsini tələb edir. İqtisadiyyat sahələri üzrə qender bölgüsünün ümumi mənzərəsi müxtəlif fəaliyyət növlərində qadın və kişilərin qeyri-müntəzəm təmsil olunduqlarını göstərir. Qadınların ən az iştirak etdikləri tikinti (13,5%) və nəqliyyat (14,6%), ən çox çalışdığı sahələr isə səhiyyə (70,2%), təhsil və mədəniyyətdir (67,9%). Beləliklə, kişilər humanitar sahələrdən uzaqlaşaraq səhiyyədə 29,8%, təhsildə 32,1% təmsil olunurlar. Həmçinin nəzərə alsaq ki, göstərilən sahələrdə onlar, əsasən, rəhbərlik səviyyəsində qadınlara nisbətən çox təmsil olunurlar, bunun mənfi nəticələr verəcəyi heç də şübhə doğurmur. Digər sahələrdə bölgü bir qədər mütənasib olsa da, hər yerdə yenə kişilər üstünlük təşkil edir.

İqtisadiyyatın əksər sahələrində qender bölgüsünün piramidavari strukturu saxlanılır, yəni qadınlar, bir qayda olaraq, idarəetmə piramidasının aşağı hissələrində cəmləşirlər.

Qender bölgüsündə belə uyğunsuzluğun səbəbi kimi məsələn, tikinti sahəsində əməyin mühafizə sisteminin pis inkişafı, nəqliyyat sahəsində yol hərəkətindəki yüksək təhlükliliyi, eləcə də bir sıra sosial stereotipləri göstərmək olar. Belə ki, ekspertlərin verdikləri məlumata görə, taksi sürücüləri arasında qadınlar bir faizdən də azdır.

Təhsil və səhiyyədə kişilərə nisbətən qadınların daha çox iştirakının səbəbi isə bu sahələrdə iş qrafikinin daha dinamik və iş gününün daha qısa olmasıdır. Şübhəsiz ki, buna cəmiyyətdə rəğbətlə qarşılanan, uşaqların və gənc nəslin qayğısı və tərbiyəsi sahəsindəki məsuliyyəti qadına həvalə edən stereotip də kömək edir. İnamla qeyd

Page 8: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

etmək olar ki, bazar münasibətləri qender bölgüsünün elə bir vəziyyətinə səbəb olur ki, qadınlar əmək haqqının daha aşağı olduğu sahələrdə cəmləşirlər. İqtisadiyyatın dövlət bölməsində çalışan qadınların sayının kişilərlə nisbətdə artması da bu qəbildən olan prosesdir.

İqtisadiyyatın dövlət bölməsində qender bölgusü

Dövlət bölməsində çalışanlar (min nəfər hesabı ilə)

1990 1992 1994 1996 1997

Cəmi 2100,1 1898,2 1741,6 1445,4 1214,1 Qadınlar(%) 41,8 42,8 45,0 45,4 46,9 Kişilər (%) 58,2 57,2 55,0 54,6 53,1

(Mənbə: TASIS bülleteni) Hazırda iqtisadiyyatın dövlət bölməsinin özəl bölmə ilə müqayisədə daha sabit

olmasına baxmayaraq əmək haqqının az olması faktı reallıqdır. Bura özəl bölmənin yetərli olmayan hüquqi müdafiəsini, aparılan kommersiya və digər əməliyyatların yüksək risq daşımasını da əlavə etmək lazımdır: ola bilsin ki, bölgüdə dəyişiklik elə bununla bağlı baş verir. Vətəndaşların xaricə "fərdi" ticarət səfərləri və qadınların az və ya çox bu işlə məşğul olub-olmadıqlarını müəyyənləşdirmək isə tədqiqat aparılmasını tələb edir.

Vətəndaşların özəl fəaliyyətinin əsası olan mülkiyyət məsələsində qadın və kişilərin hüquqlarının bərabər olmasına baxmayaraq, təsnifləşmiş özəlləşdirmə göstəricisi rəsmi statistika sistemində qender cəhətindən nəzərə alınmır. İdarədaxili məlumatlara görə, özəlləşdirmə "kişi" siması adı qazanıb, belə ki, özəlləşdirmə hallarının 90%-də kişilərin sahibkar olduğunu aparılan xüsusi tədqiqatın nəticələri də təsdiq edir. Həmin nəticələrə görə qeydiyyatdan keçmiş özəl kiçik müəssisələrin cəmi 7%-nin rəhbərləri qadınlardır. Elə bu araşdırmalar nəticəsində məlum olmuşdur ki, sorğuda iştirak edən qadınların 86%-i şəxsi biznes yaratmaq istəmir. Bunun da səbəbləri aşağıdakılardır: başlanğıc kapitalın olmaması, münasib fəaliyyət sferasının tapılmaması, qeydiyyatla bağlı çətinliklər, qorxu və özünə inamsızlıq, öz biznesini qurmaq üçün lazım olan biliklərin olmaması və s. Məlumdur ki, əhalinin iqtisadi vəziyyətinin yaxşılaşmasının təməl şərti özəl mülkiyyət fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsidir. Məhz bu, yoxsulluq və dilənçiliyə qarşı mübarizənin təsirli vasitələrindən biridir. Ancaq bu, dövlət mülkiyyətinin özəl mülkiyyətə çevrilməsinin sosial ədalət prinsiplərinə ciddi əməl edilməsi əsasında aparılması şərtilə mümkündür. Sosial ədalətin əsas amillərindən biri isə qender baxımından tarazlaşdırılmış münasibətlərin yaradılmasıdır.

Özəlləşdirmə prosesində qadın və kişilərin bərabər iştirakı olduqca vacibdir, çünki bu, bərabərhüquqlu demokratik cəmiyyətin qurulmasının ilkin şərtidir.

Milli qanunvericiliyə görə, qadın və kişilərin mülkiyyət hüquqları bərabərdir. Onlar həmçinin mülkiyyətin bölüşdürülməsində, varislik məsələlərində, intellektual mülkiyyətdə də bərabərhüquqludurlar. Ölkədə aparılan özəlləşdirmə cinsi əlamətlərə görə heç bir qanunvericilik məhdudiyyətləri qoymur. Ancaq aparılan xüsusi sosioloji araşdırma göstərmişdir ki, qadınların 83%-i işlədikləri müəssisələrin özəlləşdirilməsindən razı qalmayıblar. Sorğuda iştirak edənlərin 74%-i (sorğuda 1000 nəfər iştirak edib) özəlləşdirmə nəticəsində iş yerlərini itirmişlər. Bunu onunla izah etmək olar ki, dövlət özəlləşdirmə proqramına görə özəlləşdirmənin birinci mərhələsində məişət xidməti, yeyinti, ticarət müəssisələri özəlləşdirilir. Bu müəssisələrdə də məşğulluq strukturuna

Page 9: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

müvafıq olaraq əvvəllər 40%-ə yaxın qadın çalışırdı. Özəlləşdirmə qender uyğunsuzluğunu kəskin şəkildə gücləndirib. Müstəqil ekspertlərin verdikləri məlumata görə özəlləşdirilən müəssisələrin sahibləri, bir qayda olaraq, kişilər olurlar. Elə bu araşdırmada müəyyən olunub ki, sorğuda iştirak edən qadınlar hüquqi savadsızlıqdan əziyyət çəkirlər.

Evlərin özəlləşdirilməsi məsələsində isə vəziyyət tamam başqa cürdür. Bu prosesi müsbət qiymətləndirən qadınlar əksər hallarda (97%) özəlləşdirmədə bilavasitə iştirak edirlər və bu sahədəki qaydalarla tanışdırlar.

Təəssüf ki, ölkədə yoxsulların çoxu qadınlardır. "Yeni yoxsullar"a gənclər, uzun müddət müavinət almayan şəxslər, işsizlər, qaçqınlar və məcburi köçkünlər, haqqı ödənilməyən məzuniyyətdə olan şəxslər aiddirlər. Onların içərisində qadınlar çoxluq təşkil edirlər. Əhalinin yoxsulluq faktoruna görə ən əzabkeş qrupuna, həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində, ya da hansısa başqa səbəbdən başçısını itirmiş ailəni saxlamaq məcburiyyətində qalan qadınlar da daxildir. Heç bir zaman nikahda olmayan tək-tanha qadınlar da nəzərə alınmalıdır.

Məşğulluq xidmətlərinin verdikləri məlumata görə, əmək qabiliyyətli əhalinin 22,1%-ni işsiz qadınlar, 16,2%-ni isə işsiz kişilər təşkil edirlər. Ümumiyyətlə, işsizlik əmək qabiliyyəti olan əhali arasında 38,3%-dir. Sosial-iqtisadi keçid dövrü bir çox müəssisələrdə fasiləsiz dayanmalara gətirib çıxarır və bunun nəticəsində maaşı ödənilməyən uzunmüddətli məzuniyyət hallarına və s. yol verilir. Təəssüf ki, belə hallar məşğulluq xidmətləri tərəfindən nəzərə alınmır.

Azərbaycan Respublikasının "Əmək haqqında" Qanunu bərabər əməyə bərabər ödəniş nəzərdə tutur və cinsi əlamətə görə əmək haqqının azaldılmasını qadağan edir. Bununla belə, heç bir fəaliyyət sahəsində qadınların əmək haqqı real ödənişlər baxımından kişilərin əmək haqqına bərabər deyil. Hətta qadınların çoxluqda olduqları səhiyyə və təhsil kimi iqtisadi sahələrdə onların əmək haqları səhiyyədə kişilərin əmək haqqının 64,8%-ni, təhsildə isə 70,1%-ni təşkil edir.

1997-ci ildə ölkədə aztəminatlı ailələrə müavinətlərin ödənilməsi haqqında yeni göstəriş verilmişdir. Həmin göstəriş bu qəbildən olan ailə üzvlərinin məşğulluq idarələrində məcburi qeydiyyatını nəzərdə tutur. Güman edilir ki, bu üsulla cinsindən asılı olmayaraq hər bir insan üçün işsizliyin ağır nəticələrini azaltmaq mümkündür.

Respublika səviyyəsində hazırlanan müxtəlif proqramlarla yanaşı, BƏT və BMT İP kimi beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Bu iş bütün əhalinin, xüsusən də qadınların məşğulluq problemlərinin həllində, qadınların məşğulluğa təşviq edilməsində və onlar üçün gəlirli fəaliyyət sahələrinin inkişafında əməkdaşlığa yönəldilmişdir.

Vətəndaşların təqaüdə təmin edilməsi haqqında qanuna görə, qadınlar, xüsusən çoxuşaqlı analar və əlil doğulan uşaqların anaları bir sıra güzəştlərə malikdirlər. Güzəştlərin həcmi uşaqların sayına, qadının yaşına və iş stajına görə müəyyən olunur. Bununla belə, müəyyən qender uyğunsuzluğunu da qeyd etmək lazımdır. Bu uyğunsuzluqda qadın üçün müsbət məqamlara baxmayaraq, qadın və kişinin sosial

rolları arasındakı uçurum dərinləşir - qadın ailəyə daha çox təhkim olunur; kişi ailədən uzaqlaşır, eyni zamanda, o, ictimai təkrar istehsal sahəsinə daha sıx bağlanır və ailəni dolandıran, ailə başçısı kimi kişinin rol stereotipi möhkəmlənir. Beləliklə, muzdsuz əməklə (ailə, ev, ev təsərrüfatı) muzdlu əməklə məşğul olan əhalinin qütbləşməsi yaranır.

Zümrüd Quluzadə fəls.e.d., GİHAB-ın elmi məsləhətçisi

Page 10: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

AZƏRBAYCAN RESPUBLİKASI TİMSALINDA POSTSOSİALİST CƏMİYYƏTLƏRDƏ QENDER PROBLEMLƏRİNİN TƏDQİQİ VƏ HƏLLİNƏ DAİR BƏZİ

MÜLAHİZƏLƏR Sosial-mədəni həyatda cinslərarası bərabərsizlik ayrı-ayrı dövr və bölgələrdə

iqtisadi, siyasi, mədəni inkişaf və etnik mentalitetlərdən asılı olaraq müxtəlif formalarda təzahür edib tarixən bu bərabərsizliyə qarşı etirazlar müxtəlif şəkillərdə tarixi abidələrdə və xüsusilə ədəbiyyatda öz əksini tapıb.

Zaman keçdikcə, qadınların cəmiyyətin sosial-iqtisadi həyatında fəal qurucu kimi iştirakı onların etirazlarının mütəşəkkil və mübariz forma alması ilə tamamlandı. Bu isə, kapitalizmin inkişaf etdiyi Avropa ölkələrində feminizm hərəkatının və konsepsiyasının yaranmasında özünü göstərdi.

XX əsrdə, xüsusilə onun 2-ci yarısında qender problematikasının qlobal sosial problemlər sırasına daxil olması cəmiyyətdə cinslərarası münasibətlərdə nisbi də olsa mütənasibliyə, ziddiyyətdən ahəngə, konfrontasiyadan konsensus axtarışına sövq edən bir hadisə kimi qiymətləndirilməlidir.

İdeoloji-siyasi həyatda feminizm konsepsiyalarının «qender» konsepsiyaları ilə əvəz edilməsi demokratiya və humanizm baxımından, sözsüz ki, əlverişli və pozitiv bir haldır.

Qərbdə və hazırda dünya miqyasında qender problematikası qadın hüquqları uğrunda mübarizə ilə birgə qaldırılır və bu, humanizm, demokratiya baxımından təbii, qanunauyğun və müsbət hal kimi qiymətləndirilir (Baxın: Pekin və başqa bu qəbildən olan konfransların qətnamə və materiallarına).

Qərb bölgəsində qender tədqiqatları müəyyən tarixə malikdirsə, postsosialist bölgəsində son illərə qədər bu problem nə sosial, nə elmi aspektdə diqqət mərkəzində olmayıb. Həmin münasibətin özünəməxsus səbəbləri bu bölgədə sosial ziddiyyətlərin əsasən sinfi və dini aspektlərdə araşdırılması, cəmiyyət problemlərinin «kim bizimlə deyil, əleyhdarımızdır» prinsipinə görə tədqiq və «həll» edilməsi idi.

Məhz buna görə qender problematikasının tədqiqi postsosialist cəmiyyətdə, o cümlədən Azərbaycanda, «keçid dövrü»ndə başlandı.

Qərbdən fərqli olaraq bu sahədə tədqiqat ənənəsindən məhrum postsosialist məkanı, təbii olaraq Qərb tədqiqatlarına böyük diqqət və maraqla yanaşır, bəzi hallarda bu tədqiqatları örnək kimi qəbul edir. Lakin bu bölgələr arasındakı fərq, onların model və təzadlarında olan mahiyyət müxtəliflikləri bu təzadların təfsir və həlli yollarının müxtəlifliyini diktə edir.

Postsosialist məkanda qender münasibətlərinin özünəməxsusluğu burada qadınların vəziyyəti ilə müəyyən edilir. Məlumdur ki, sosializm dövründə qadınlar qanun əsasında kişilərlə bərabər hüquqlara malik olmaqdan əlavə, həm də bəzi xüsusi və mühüm imtiyazlara da malik idilər. Bu qanunların bir hissəsi fəal işləyir, qadın hüquqları müxtəlif-dövlət, partiya, ictimai qurumlar tərəfindən müdafiə edilirdi. Bir sıra mühüm məsələlərdə qadınların kişilərdən daha yüksək hüquq və imtiyazları var idi (xüsusilə, ailə dağıldıqda, uşaqlara münasibətdə, qadın şəxsiyyəti alçaldıqda, əmək prosesində onun ləyaqət, şərəf və səhhətinin qorunmasında və s.). Qadının hüquq və azadlığına zidd olan bütün feodal-patriarxal və dini mövqelərdə ciddi və hərtərəfli mübarizə aparılırdı.

Müasir «keçid dövrü»ndə qender problematikasının postsosialist cəmiyyətdə tədqiqi Qərbə nisbətən, bəlkə, daha vacibdir, çünki:

l.«Keçid dövrü»nün müxtəlif kəskin ziddiyyətləri bölgə dövlətlərində qender sahəsindəki ziddiyyətlərin də kəskinliyini kiçik bir zaman ərzində qat-qat artırır, onları Qərbdən fərqli çalarlarla zənginləşdirir.

2.Əgər Qərb müəyyən baxımdan tədricən qadın hüquqlarını müdafiə yolu ilə sosial ahəngə doğru gedirsə, postsosialist bölgəsindəki qadınların qarşısında duran

Page 11: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

problemlərdən biri də müxtəlif yollarla keçmiş hüquq və imtiyazlarını saxlamaq üçün imkan aramaqdır.

Müasir Azərbaycan cəmiyyətinin yeni təzadları beləliklə qender problematikasında da öz əksini tapır. Respublikada həmin ziddiyyətlərin yumşalması və həlli yolu, zənnimizcə, aşağıdakıları tələb edir:

l.Qender problematikasının Azərbaycanın tarixi və müasir reallıqlarından çıxış edərək elmi tədqiqini;

2.Elmi-nəzəri tədqiqin mütləq konkret əməli təklif, plan və fəaliyyətlə tamamlanmasını;

3.Qadın probleminin qender kontekstində, qender problemlərinin isə - dövlət inkişaf konsepsiyası kontekstində baxılmasını və həlli yollarının müəyyən edilməsini;

4.Qender problemlərinin həlli yollarında dövlət, qeyri-dövlət, dini və KİV strukturlarının uzlaşdırılmış konsepsiya və planlar əsasında birgə fəaliyyətini;

Ölkə və bölgədə problemlərin həlli, zənnimizcə, bu sahəyə aid yeni siyasət konsepsiyasını və ixtisaslaşmış yeni qurumları tələb edir.

Respublikada hazırda tədqiqata və həllə ehtiyacı olan mühüm problemlər kimi aşağıdakıları saymaq olar:

l.«Keçid dövrü»ndə iqtisadi problemlər (xüsusən işsizlik, mülkiyyətə münasibət əsasında təbəqələşmə) və qender münasibətləri;

2.Azərbaycan xalqının «keçid dövrü»ndə yeni mentalitetin formalaşması kontekstində qender münasibətləri;

3.Keçid dövründə ailə və nəsil artımı problemləri və qender münasibətləri; 4.Azərbaycanda qender münasibətlərinin hüquqi aspektləri; 5.Qarabağ müharibəsi, qaçqınlıq, köçkünlük və qender problemləri; 6.Respublikada təhsil və qender problemləri; 7.Respublikada din və qender problemləri; 8.Respublikada qadın problemlərinin qender problemləri kontekstində tədqiqi və

həlli yolları; 9.Respublikada «keçid dövrü»ndə qender kontekstində qızların problemləri

(onların imkan və hüquqları); 10.Qender problemləri çərçivəsində uşaq hüquqlarının müdafiəsi; 11.Qender problematikası çərçivəsində yaşlı və qoca nəslin vəziyyətinin

respublikadakı özünəməxsusluğu; 12.Respublikanın daxili, xarici siyasəti və qender münasibətlərinin gələcək

inkişafının proqnozlaşdırılması. Qender münasibətləri Şərq-Qərb təsirləri çərçivəsində. Göstərilən və problemlə bağlı başqa mövzuların nəzəri tədqiqi ilə əməli həllinin

vəhdəti hazırki şəraitdə günün tələbidir. KEÇİD DÖVRÜNDƏ RESPUBLİKADA QENDER VƏ QADIN PROBLEMLƏRİ Qender konsepsiyasının kateqorial məfhumları, qadın probleminin keçid

dövründə səciyyəsi, XX əsrin sonu XXI əsrin astanasında qender və qadın problemlərinə dünya siyasət və elmində marağın səbəbi, qadın probleminin qender çərçivəsində tədqiqinin məqsədəuyğunluğu, həmin problemlərin müasir Azərbaycanda özünəməxsusluğu, əməli həlli yolları seçdiyimiz mövzunun gələcək tədqiq və təbliği problemləridir.

Qender haqqında XX əsrin 70-ci illərindən qərb, əsasən ingilisdilli ədəbiyyatda, sonralar isə müxtəlif ölkələrdə, hazırda Azərbaycanda da müəyyən tədqiqat cəhdləri və mülahizələrilə rastlaşırıq.

"Qender" ingiliscə cins məfhumunun çoxçalarlığını (bioloji-növ qrammatik və sosial cins və s.) ifadə edən sözdür. "Qender münasibətləri" cinslər arasındakı bioloji və sosial-mədəni həyatda münasibətlərin bütövlüyünü, dəfələrlə ədəbiyyatda rast gəldiyiniz

Page 12: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

"qender problematikası" isə - qenderlə bağlı problemlərin məcmusunu ehtiva edir. Ədəbiyyatda hər üç anlayış zaman-zaman şərti olaraq adekvat terminlər kimi də işlənir. Lakin onların elmi təyini və məzmun həcmi haqqında fikir müxtəlifliyi ilə də rastlaşırıq.

Müasir dövrdə "Qender münasibətləri" dedikdə bir sıra hallarda şərti olaraq cinslərin ancaq sosial-mədəni sahədə olan münasibətləri nəzərdə tutulur. Hərçənd bu baxış yekdilliklə qəbul edilməyib (Bax. 1989-cu il Pekin Konfransının materiallarına).

Zənnimizcə, məfhumun hər iki həcmdə (geniş və dar həcmlərdə) işlədilməsini məqbul hesab etmək olar.

Qender tədqiqatları çox vaxt məxsusi ədəbiyyatda XX əsrin son rübü Qərb elminin tapıntısı, icadı kimi təqdim edilir. Bu iddianın arayışa ehtiyacı var. Problem qədim və daimidir. Sosial-mədəni sahədə cinslərarası münasibətlər və onların tənzimi haqqında müxtəlif mülahizələr tarixin ilk çağlarından başlayaraq mifologiya, din, qanunlar, ədəbi, fəlsəfı və s. abidələrdə öz əksini tapıb.

Qender və qadın problemlərinə XX əsrin sonu XXI əsrin astanasında bu cür marağın səbəbi nədədir?

Məlum olduğu kimi, sosialist dövlətlər sisteminin dağılması və qlobal ictimai inkişafın vahid iqtisadi, siyasi, hüquqi məkanının yaranmasına doğru təmayülü, bu məkanın demokratiya və humanizm siyasi-mənəvi ideallar kimi qəbül etməsi və həmin məkanda sosial təbəqələşmədən gələn müxtəlif çalarlı sosial ziddiyyət və konfliktlərin sülh yolu ilə həllinin axtarması qender və qadın problemlərinin yeni mərhələdə dirçəlişini və aktuallığını şərtləndirən səbəblərdəndir. Yaranmış və inkişafda olan məkanın stabilliyinin müdafiəsi funksiyasını üzərinə götürmüş ideoloji cəmiyyətdəki ziddiyyətlərin səbəbini, əsasən etnik, dini və cinsi fərqlərdə görür və onların həlli yolunu axtarır və təklif edir.

Digər tərəfdən, qeyd etməliyik ki, cinslər arasında ziddiyyətlər həqiqətən də real mövcuddur. Kapitalist məkanında, xüsusən hazırda ideoloji və elmdə geniş vüsət tapmış qender tədqiqatları, həmin real ziddiyyətlərin aradan qaldırılması yollarını, cəmiyyətdə cinslərarası ziddiyyətləri sosial münasibətlərdə ahənglə əvəz etməyi qarşılarına məqsəd qoyub bu məqsədə çatmaq üçün real əməli yollar axtarması pozitiv bir haldır.

Həqiqətən qadın problemlərinin hazırki dövrdə təcrid olunmuş şəkildə yox, qender tədqiqatları çərçivəsində öyrənilməsi və həlli cəmiyyətdə sosial ahəng baxımından daha məqsədəuyğundur.

Qender və xüsusən qadın hüquqları müdafiəsi problemlərinin əsas məğzi Azərbaycanda müasir mürəkkəb, ziddiyyətlərlə dolu sosial-iqtisadi quruluşa keçid dövründə məlumdur.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda bu sahədə dünya miqyasında qəbul edilmiş əksər sənədlərdə qender problematikasının sosial-işsizlik, dilənçilik, kriminal, əxlaqsızlıq və s. problemlərdə üzvü bağlılığı göstərilir.

Odur ki, cəmiyyətin, o cümlədən Respublikamızın da problemlərinin kompleks şəkildə tədqiq və həlli yolları axtarılmalıdır. Müxtəlif sahələrə aid konkret konsepsiya və fəaliyyət planları tərtib edilməli sosial konflikt və stresslərə aparan məqamlar əvvəldən nəzərə alınmalı və onların tənzimi: aradan götürülməsi və yaxud yumşalması proqnozlaşdırılmalı və planlaşdırılmalıdır. Əks təqdirdə kor təbiilikdən gələn bəlaların qurbanı olacağıq.

Ağrılı problemlərimizi sadalamazdan əvvəl bu problemləri həll edə biləcək və həll etməli qüvvələri göstərmək məqsədəuyğundur. Məlumdur ki, keçid dövründə dövlətin qanunverici və icraedici strukturları yaranan sosial ziddiyyətlərin həllində çox mühüm rol oynaya bilər və oynamalıdır. Dövlət strukturları ümumxalq problemlərini həll etmədə qeyri dövlət qurumlarla, o cümlədən partiyalar, dini strukturlar, ictimai-mədəni təşkilatlar, xüsusən KİV-lə birgə iş planları əsasında fəaliyyət göstərərsə, bu fəaliyyətlərin səmərəsi qat-qat artar.

Page 13: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Hazırda həm qlobal, həm Respublika sosial-mədəni həyatında baş verən ziddiyyətlərin həllinin aşağıdakı yolu var: qanun-onun işləməsi və maarif-ictimai şüurun televiziya, radio, kino, teatr, ədəbiyyat, elm, din, incəsənətin müxtəlif növləri vasitəsilə demokratiya və humanizm məcrasında inkişaf etdirilməsi.

Problemlər çox vaxt isə az olduğuna görə ən mühümlərindən bir neçəsini sayacağam.

Əsas problem qadın və kişilərin münasibətlərində sosial-mədəni həyatın bütün sahələrində ahəng yaratmaqdır. Bu da bütün iqtisadi, siyasi, əxlaq, ailə-məişət, təhsil şəxsi sərbəstlik və s. sahələrdə hər iki cinsin real hüquq və imkan bərabərliyinə əsaslana bilər?

Dövrün bütün sosial problemləri kimi qender və qadın problemləri də sosial təbəqələşmənin mövcudluq və artmasını nəzərə alaraq izlənilməlidir. Dövlətlilərin, ortababların və imkansızların problemləri və bu problemlərin həm təzahürü, həm həlli yolları müxtəlifdir.

Araşdırdığımız problemlərin dəyərini, nəzəri və praktiki əhəmiyyətini və sonsuz mürəkkəbliyini dərk edərək, onların nəzəri hissəsini respublikadaxili və respublikadan xaric tədqiqatçılarla, xüsusən postsosialist islam dövlətləri mütəxəssisləri ilə elmi koordinasiya yaradaraq, praktiki hissəsini isə - Milli Məclis, Prezident aparatı, Azərbaycan Respublikasının Qadın problemi üzrə dövlət komitəsi, qadın cəmiyyətləri, KİV və mədəniyyət və din qurumları ilə birlikdə aparılmasını güman edirik. Və güman etmək istəyirik ki, birgə işə başladığımız BMT İP-lə çətin yolu gələcəkdə də birgə gedəcəyik.

Qaldırdığımız problemlərlə əlaqədar, onların həllinə yönəldilmiş bir neçə konkret əməli təklifimiz var:

l.Yeni dövrün bəlası işsizliyin mövcudluğu və artmasını nəzərə alaraq, xarici investorlarla kontrakt bağladıqda qulluqçu və işçi qüvvəsinin təxminən 85%-nin yerli əhalidən olması şərti qoyulmalıdır. Dil və yaş senzləri qadağan edilməli və yerli kadrlar işə götürülərək, lazım gəldikdə, onların professional səviyyəsini yüksəltmək üçün xüsusi tədris kurslarının yaradılması planlaşdırılmalıdır. Azərbaycanda işsizlik artdığı zaman ölkəyə xarici işçi qüvvəsinin axırına sədd qoyulmalıdır. Sosial-iqtisadi sahədə qender problemlərinin həlli üçün bu əsas şərtlərdəndir.

2.Qadın işsizliyi ilə mübarizə üçün qeyri-dövlət (xüsusi) müəssisələrə qadınların işə götürülməsi dövlət tərəfindən tövsiyə edilməli və işə götürülmüş qadınların faizinə müvafiq olaraq həmin müəssisə sahiblərinə vergi sahəsində güzəştlər edilməlidir.

3.Dövlət tərəfindən tənha vətəndaşların, tək ailə başçılarının və eyni zamanda ailənin hər iki başçısının (ər və ya arvadın) işsizliynə mane olan tədbirlər düşünülməlidir.

4.Real gəliri istehlak zənbilindən xeyli aşağı olan vətəndaşlara mənzil və kommunal xidmət qiymətlərində güzəşt, ekstremal hallarda vətəndaşlar, xüsusən qadın, uşaq və qocalar səfilliyə düçar olmamaq üçün dövlət və cəmiyyət tərəfindən xüsusi çıxış yolları düşünülməlidir.

5.Ailə dağılarkən qadın və uşaqların real təminatı müəyyən qanunlarla tənzim edilməlidir (xüsusən qadın işləmədikdə).

6.Qız və qadınlara məktəb şəraitində ciddi özünümüdafiə və hərbi təlim keçirilməlidir.

7.Uşaq evlərini 18 yaşında tərk edən oğlan və qızlar dövlət tərəfindən mütləq yaşayış yeri və işlə təmin edilməlidir və bir neçə il ərzində onların həyat və dolanışığı cəmiyyət tərəfindən himayə və nəzarət altında olmalıdır.

8. Gənc ailələrin artması və millət artımını nəzərdə tutan xüsusi imtiyazlar proqramları qəbul edilməlidir.

Büdcə, humanitar yardım və xeyriyyəçilikdən istifadə edərək göstərilən problemləri maliyyələşdirmək olar, digər tərəfdən, yuxarı sinif şagirdlərini, tələbələri, veteranları və başqa istək və imkanı olanları cəlb edərək həmin problemlərin real həlli

Page 14: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

üçün volonterlər hərəkatı təşkil etmək məqsədəuyğundur. Bu eyni zamanda vətənpərvərlik, vətən hissi, milli hissin təşəkkülü üçün gözəl zəmin olardı.

9.Azərbaycan xalqının milli mentalitetini nəzərə alaraq, Respublikada ailə və iş şəraitində qadının ləyaqət, şərəf və ismətini qoruyan qanuni aktlar və onların realizə mexanizmi düşünülməlidir.

Ötəsi Qafqaz, Qafqaz və İslam Şərqi xalqlarının mentalitetini nəzərə alaraq, bu bölgələrdə müharibələr zamanı həmin mentalitetə əsaslanan qadın ismət və şərəfini qoruyan qanunlar qəbul edilməli və həmin qanunların həyata keçməsi dövlət qurumları ilə bərabər qadın təşkilatlarının nəzarəti altında olmalıdır. Qadın hüquqlarının müharibə vaxtı pozulmasına və qadın şərəf və ismətinə təcavüz məsələlərinə beynəlxalq məhkəmələrdə baxılmalı və bu sahələrdə cinayət törədənlər çox sərt cəzalanmalıdır.

Respublika dövlət, qeyri dövlət və xüsusən elmi qurumları problemlərin həlli üçün müştərək planlar və onların reallaşmasını təmin edən müştərək nəzarət mexanizmləri yaratmalıdırlar.

Əli Abasov fəls.e.d. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, «Fəlsəfənin yeni istiqamətləri və qender tədqiqatları» şöbəsinin müdiri ÜMUMİ TƏSƏVVÜRLƏR: TARİX, İDEYA VƏ NƏZƏRİYYƏLƏR Cəmiyyətin iki, bir-birindən fərqli cinsdən ibarət olması bir sıra sualları ortaya

qoyur ki, bunlardan da bəzilərinin cavabı indiyə qədər mübahisə doğurur. Əgər cinslərin bioloji fərqləri və funksiyaları şübhə doğurmursa, psixi (ruhi), emosional, intuitiv fərqlər məsələsi, qadın va kişinin təfəkkür, idrak, məntiqi fərqləri kimi hallar öz müzakirəsini tələb edir.

Bəs cinslərin sosial fərqləri bioloji müxtəlifliyin nəticəsidir, yoxsa bu tarixin təsadüfi seçimidir? Cinslərin qeyri-bərabərliyi müxtəlif cəmiyyətlərdə özünü müxtəlif cür büruzə verir. Ona görə də kişi və qadının vəziyyətini tədqiq etməklə bu cəmiyyət, onun mədəniyyət və ənənələrinin səciyyəsi, xalqın dini və ruhi-əxlaqi dəyərlərinin xüsusiyyətləri, dünyagörüşü və özünüdərki haqqında çoxlu miqdarda maraqlı material verir.

Cəmiyyətdə cinslərin qeyri-bərabərliyi orada yaşayan insanlar üçün heç də həmişə problem olmamışdır. Bir qisim insanlar, istər kişi olsun, istərsə də qadın, ümumiyyətlə, bu haqda düşünməyiblər. Digər qisim heç bir haqların pozulmasını görmürlər, zira cəmiyyətdə cinslərin davranış və rollarının qərarlaşmış qaydası onlara ədalətli görünür onlar hesab edirlər ki, bu qaydalar tarix, ənənə, din və ya əcdadlarımızdan gələn əxlaqi normalarla müqəddəsləşdirilib. Ənənəvi cəmiyyətdə (yəni möhkəm və dəyişməz norma və dəyərlər əsasında hərəkət edən cəmiyyətdə) ümumiyyətlə kişi və qadının rolları ciddi bölünüb, ən kiçik hallara qədər elə yazılıb ki, kişinin cəmiyyətdə qadının taleyindən fərqli «xüsusi taleyə» malik olmasının həyat zəruriliyinə şübhə qalmasın. Məhz bu baxımdan da feminizm qadınların bərabərhüquqlu olması ideologiyası, ictimai-siyasi hərəkat kimi çox gec, təbii ki, feodalizmin buxovlarından azad olmaq yolun qədəm qoymuş ölkələrdə yaranır. Qeyd edək ki, bəzi tədqiqatçılar

feminizmə marağı artıq qədim yunan fəlsəfəsində (məsələn, Platonu tez-tez ilk feminist adlandırırlar) görürlər.

Cins kateqoriyasının mədəniyyətin analiz edilməsində bir alət kimi istifadə olunduğu feminizm fəlsəfəsini araşdıraq. Feminizm (femin-qadın) sosioloji inkişafa

Page 15: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

alternativ olan fəlsəfi konsepsiya kimi heç də birdən-birə formalaşmamışdır. Uzun müddət ərzində o həm qadınların bərabərhüquqluluq ideologiyası, həm də sosial-siyasi hərəkat kimi mövcud idi. Feminizmin bu aspekti onun nəzəriyyəsinin yaranması üçün çox vacibdir: məhz qadının cəmiyyətdə statusu ilə bağlı suallara real cavablar axtarışında feminizm nəzəriyyəçiləri, ənənəvi sosial elmlərlə qane olmayaraq, həm özlərinin ənənəvi qərb biliklərinə qarşı nəzəri cəhətdən iddialarını, həm də mədəniyyətin analizinə elmi cəhətdən yanaşmağın yeni nəzəri metodoloji yollarını formalaşdırmağa başladılar. Feminizm insanın şəxsiyyətinə marağın artdığı humanizm deyilən istiqamətin müəyyənləşdiyi İntibah dövrü ilə bağlayırlar. Aydındır ki, cinslərin bərabərliyi problemi düşünülmüş tam şəkildə ancaq o zaman meydana çıxdı ki, ümumiyyətlə, bütün insanların hüquqlarının bərabərliyi məsələsi müzakirə olunmağa başladı. Məhz İntibah dövründə, qadın şəxsiyyətinin alçaldılması və ona ictimaiyyət tərəfindən ədalətsiz münasibətdən bəhs edən K.Lizan və K.Aqrippin ilk traktatları peyda olmuşdur. Feminizmin inkişafının sonrakı mərhələsi Böyük Fransa inqilabından əvvəlki və sonrakı dövrə təsadüf edir. Lakin, hətta o zaman insanların bərabərliyini elan edən «İnsan və vətəndaşın hüquqlarının bəyannaməsi» əslində bu hüquqları ancaq kişilərə verirdi. Qadınlara vətəndaş və seçki hüquqlarının, dövlət vəzifələrini tutmaq imkanının verilməsi tələbləri irəli sürülən «Qadın və qadın vətəndaşın hüquq deklorasiyası»nı (1792-ci il) yazmış O.Quj edam olunmuş, fransız qadınlarının inqilabda oynadıqları görkəmli rola baxmayaraq qadın cəmiyyətləri Konvent tərəfindən qapanmışdı.

1792-ci il feminizmin görkəmli liderləri: M.Uolstounkraft (İngiltərə) «Qadının tabeçiliyi haqqında», T.F.Gilpel (Almaniya) «Qadının vətəndaş vəziyyətinin yaxşılaşdırılması haqqında» adlı kitabını nəşr etdirirlər. Belə səpgili ayrı-ayrı əsərlər, əlbəttə ki, o zamankı dünyagörüşünün əsas inkişaf təmayüllərini dəyişə bilməzdi. Lakin onlar göstərir ki, artıq hələ o zaman cinslərin qarşılıqlı münasibəti məsələsi özünün ilkin kəskinliyini almağa başlamışdı.

Öz əsərlərində cinslərin qarşılıqlı münasibəti məsələsinə liberalizmin nümayəndələri (C.Lokk, J.J.Russo, C.S.Mill) müəyyən yer ayırırlar.

Onlar bu məsələyə insan azadlığının ümumi kontekstində baxırlar. Utopik sosializmin klassikləri «feminizm» termininin ixtiraçısı, «Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır» deyiminin müəllifləri Ş.Furye, A.Sen-Simon, R.Ouen) bu problemə sosial-siyasi, iqtisadi və ümumfəlsəfi səciyyə vermişlər ki, bu da marksizm tərəfindən, istənilən bərabərsizliyin məhv edilməsinin yeganə üsulu olan sinfi mübarizənin ümumi prinsipinə çevrildi. XX əsrdə meydana çıxmış seksuallığın nəzəriyyəsi və onun kişi və qadınların sosial və siyasi davranışında rolu kimi məsələlər (Z.Freyd, V.Rayx, M.Mid, H.Markuze, Frankfurt məktəbi, fransız strukturalistləri və s.) psixologiya, antropologiya, sosiologiya və digər humanitar istiqamətlərin materiallarından istifadə etməklə cinslərin qarşılıqlı münasibəti problematikasını genişləndirirlər.

60-cı illərdə solçu radikal etiraz hərəkatlarının yaranması və əks-mədəniyyət nəzəriyyələrinin təşəkkül tapması ilə yanaşı feminizmin yeni yüksəlişi müşahidə olunur. Qərbi Avropa və Şimali Amerikada feminizmin bir neçə istiqamətləri formalaşır:

- liberal-reformist: «cinslərin qeyri-bərabərliyi qadınların müəyyən vətəndaş və hüquqi haqların olmamasının nəticəsidir. Hüquqi reformaların keçirilməsinə üstünlük verən bu istiqamətin nümayəndələri B.Fredan və onun «Qadınların Milli Təşkilatdan» olan həmkarlarıdır.

- sosialist-marksizmin feminizm sintezi «Xüsusi mülkiyyət və cəmiyyətin sinfi quruluşu qadınların diskriminasiyasının səbəbidir». Bununla belə, bu isdqamətin bir qolu belə hesab edirdi ki, bu məsələ məxsusi bir problemdir və ümumproletar problemindən fərqlidir. Nümayəndələri L.Qordan, M.Obrayen, Z.Ayzenstayn idi. Onlar qadın probleminin ayrılmasının labüdlüyünü təkid edirdilər.

Page 16: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

- radikal – «əsas maneə qərarlaşmış patriarxat kişilərin qadınlar üzərində total hakimiyyətidir ki, ondan qəti surətdə yaxa qurtarmaq lazımdır» (K.Millet, S.Fayerstoun, K.Delfi, M.Doili)

Hal-hazırda qeyd olunan cərəyanlardan əlavə son dövrlərdə çoxlu yeni təmayüllər meydana gəlmişdir:

- mədəni feminizm - kişi (maskulin) mədəniyyətindən fərqli qadın (femin) mədəniyyətinin inkişaf etdirilməsi;

- humanist feminizm - həm qadın, həm də kişilərin maraqlarının nəzərə alınması, cinslər arasında tarazlaşdırılmış münasibətlər;

- irqi - «qara», «zənci» amerikan feminizmi və dərinin rəngində qeyri-bərabərlik görən başqa istiqamətlər;

- milli-latın Amerikası, Afrika və i.a. Feminizmi başqa şeylərlə yanaşı etnik və mədəni fərqlərdə də qeyri-bərabərlik axtarır.

- dini-müsəlman, xristian, iudaist və i.a. - onlar ön plana konvessional fərqləri çəkir.

Beləliklə, cəmiyyətdə qeyri-bərabər münasibətlər yaranması üçün kifayət qədər səbəb yığılıbdır. Bütün bunlarsa ona şəhadət edir ki, kişi və qadınların qeyri-bərabərliyi heç də bioloji yox, cəmiyyəti «güclü» ilə «zəif»lərə bölən sosial məsələdir, məhz belə halda «hakim» və «tabelik» münasibətləri meydana çıxır.

CƏMİYYƏTİN FEMİNİST TƏNQİDİ Cəmiyyət və onun sosiomədəni institutları feminist qadınların tənqidinin əsas

hədəfi oldu. Feminizmin əsas iradları aşağıdakı müddəalarla ifadə olunmuşdur: -qadınları həmişə siyasətdən "kənarlaşdırıblar" və hal-hazırda onların hakimiyyəti

kişilərin hakimiyyətindən azdır; -qadınlar bir çox cəmiyyətlərdə həmişə daha az maariflənmiş olmuşlar; -onlara sosial rol oynamaq imkanı daha az verilib və kənarda yaradıcı işlə məşğul

olmaq üçün daha az variantlar təklif olunur; -cəmiyyətlərin əksəriyyətində qadınlar kişilərə nisbətən daha ağır iş, daha az pula

və ya müftə, pulsuz yerinə yetirirlər; -qadınların bir cins kimi özlərinə aşağı qiymət verməsi şirnikləndirilir. Problemin iki mümkün həlli var: a) "androgen ideal" - cinsi rolların (analıq) ləğv

olunması hesabına cəmiyyətdə "bircinsliliyi" əldə etmək. Bu halda kişi ilə qadın arasında münasibətlər hakimiyyətdən, zordan və ədalətsizlikdən azad olardı. "Laboratoriya" uşaqları androgen idealın həyata keçirilməsinə kömək edə bilər. Məhz onda "birinci növ" feminist qadınların fikrincə, bütün fərqlər aradan qalxacaq: qadınlar daha rasionalist, daha məntiqli, güclü və cəsur olacaqlar; b) ikinci tip feminist qadınlar məktəbi üçün kişilərlə qadınlar arasında fərq realdır, qadınların təbiəti başqadır, lakin qiymətcə kişi təbiətindən heç də geri qalmır. Qadınlar xüsusi keyfiyyət və qabiliyyətə malikdirlər: səciyyəvi qadın düşüncə tərzi kişi təfəkkürünə nisbətən daha intuitivdir, emosional cəhətdən daha səmimidir, daha qurucu və genişdir. O, kişilərin elmi; rasional, məntiqi, analitik düşüncə tərzinə tam qiymətin

alternatividir. Feminizmin məqsədi bu kimi qadın xüsusiyyətlərinin əsl qiymətinin cəmiyyət tərəfindən tanınmasına nail olmaqdır.

Cinslərin fərqləri öz-özlüyündə bu fərqlərlə əsaslandırılan çoxsaylı və müxtəlif sosial və siyasi normaları zəruriliklə şərtləndirə bilməz. Buna görə də feminist qadınlar cinslə (sex) nəsli (qender) fərqləndirirlər. Cinslərin fərqləri təbiidir, lakin çox məhduddur, nəsil isə təbiət faktı olmayıb, ən əvvəl tərbiyə və mədəniyyətdən asılıdır. Misal kimi feminist qadınlar müxtəlif dillərdə müxtəlif sözlərin (isimlərin) kişi, qadın və orta cinsinin təyin olunmasındakı fərqləri gətirirlər. Qrammatikadakı cins də eynilə sünidir və təbiətə yox, mədəniyyətə məxsusdur.

Page 17: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

S.Bovuar göstərmişdir ki, cəmiyyət kişi başlanğıcını müsbət, mədəni norma kimi qəbul etdiyi halda qadın başlanğıcını əksinə, mənfi, normadan kənara sapma hesab edir. Buna görə də qadınlar "yad" qrup kimi təyin olunur və bərabərlikdən, hətta öz həyat tərzini sürməyin "qanuniliyindən" məhrum edilirlər.

"Seksual siyasət" kitabının müəllifi K.Miller "patriarxat" anlayışı və onunla bağlı hakimiyyət və dissidentliyin (fərqli fikirliliyin) əzilmə, boğulma atributlarını dövriyyəyə gətirir. Patriarxat-ataların hakimiyyətidir. Orada qadına aid olan hər şey kişiyə tabe olunub. Qadınların əzilməsi kişidən bioloji fərqlərə görə yox, qadın başlanğıcının cəmiyyət tərəfindən törəmə kimi qəbul olunmasından irəli gəlir. Seksual siyasət-sosial hakimiyyətin qanunudur, seksual hakimiyyət isə insanları həm birbaşa zorakılıq, həm də mədəniyyət vasitələri ilə idarə edir.

Ənənəvi mühitdə qəbul olunmuşdu ki, kişi və insanın mentallığı eynidir, qadın mentallığı isə onlardan fərqlidir (psixiatr-həkimlərin apardığı və nəticələri əvvəlcədən məlum olan sosioloji tədqiqatlar bu

fikri təsdiqləyirdilər). S.Fayerstoun qeyd edirdi: "Əgər təbiət qadını kişidən fərqli etmişsə, cəmiyyət onu insandan fərqli edibdir".

Ona diqqəti cəlb etmək lazımdır ki, kişi ilə qadını qarşı-qarşıya qoyan mədəni-simvolik sıralarda cinslərin real bioloji fərqini göstərən birinci cütlükdən (kişi-qadın) sonra yerdə qalan qarşıqoymalar sosial mədəni-simvolik səciyyə daşıyır, açıq və gizli dəyər qiymətləndirilməsindən ibarətdir. Seksual (cinsi) qiymətləndirmə hiss edilmədən qender qiymətləndirməsinə keçərək "femin" və "maskulin" qarışdırılması problemini yaradır.

Fikrimizcə, "qender" termini bir çox səbəbdən çox da uğurlu deyil, amma o artıq elmi terminalogiyada "özünə yer etdiyindən", tədqiqatçıların onu necə başa düşdüklərinə araşdırmaq lazımdır.

Q.Rabiy "Qadın alveri" məqaləsində ilk dəfə olaraq "cins" və "qender" terminlərini dəqiq fərqləndirir.

"Cins" (seks)-bioloji reproduktiv fərqlər kimi müəyyən edilir, qender bioloji cinsin mədəniyyətinin maskulinlik və feminliyin müstəqilliyinə keçilməsi kimi.

Psixoloq R.Unger "Cinsin və qenderin yeni təyini" (1979-cu il) məqaləsində təklif etmişdir ki, cins (sex) sözü yalnız bu xüsusi bioloji mexanizmlərə (xromosom və ya bioloji fərqlər) aid olanda, qender isə cəmiyyətin qadın və kişi kimi müəyyən etdiyi və onlar üçün tipik və arzu olunan hesab edilən və cizgilərə, normalara, stereotiplərə, vəzifələrə aid olan sosioloji, mədəni və psixoloji aspektlərin tədqiqatı üçün istifadə edilsin.

Cəmiyyətin feminizm tərəfindən tənqidindən və onun əsas dəyərlərindən təmamilə aydın olur ki, qender problemlərinin uçotu bizim dünyagörüşümüzün əsaslarını dəyişir və insan sivilizasiyasının tarixinin yenidən dərk edilməsi məsələsini irəli çəkir. Qender probleminə əhəmiyyət verilməzsə, insanlığın yaxın və uzaq gələcəyini qabaqcadan bilmək mümkün deyil.

Rəna Mirzəzadə fəls.e.n, GİHAB-ın həmsədri QENDER VƏ QADIN TƏDQİQATLARI HAQQINDA XX əsrin 60-cı illərindən etibarən Qərb ölkələrinin sosial elmlərində

(antropologiya, tarix, psixologiya, fəlsəfə və s.) işlədilən "qender" anlayışı qadın problemi və xüsusən cəmiyyətdə qadın və kişi münasibətlərinin təhlili ilə əlaqələndirilir.

Page 18: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Qender anlayışı haqqında XX əsrin 70-ci illərində Qərbdə, əsasən ingilisdilli ədəbiyyatda, sonralar isə müxtəlif ölkələrdə, hazırda Azərbaycanda da müəyyən tədqiqat cəhdləri və mülahizələri ilə rastlaşırıq. "Qender" ingiliscə cins məfhumunun çox çalarlığını (bioloji-növ, qrammatik və sosial cins və s.) ifadə edən sözdür.

Müasir dövrdə "qender münasibətləri" dedikdə, şərti olaraq cinslərin ancaq sosial-mədəni sahədə olan qarşılıqlı münasibətləri nəzərdə tutulur. Hərçənd bu baxış yekdilliklə qəbul edilməyib.

Uzun illər ərzində keçmiş SSRİ-də qadın probleminə dair hər-hansı elmi torlantıların keçirilməsinə imkan verilmirdi. Qərb isə belə hesab edirdi ki, bu mövzu ilə bağlı keçmiş SSRİ məkanında heç bir ciddi tədqiqat işi aparılmamış və bu işə istiqamət verə biləcək xüsusiləşdirilmiş tədqiqat mərkəzləri olmamışdır. Qeyd etmək lazımdır ki, hal-hazırda belə mərkəzlər demək olar ki, istisna dərəcəsindədir. Bu təsadüfi deyildir. Uzun illər keçmiş Sovetlər İttifaqının təbliğat aparatı bütün dünyaya sübut etməyə çalışmışdır ki, "bizim ölkədə" qadın məsələsi birdəfəlik həll edilmiş və qadınlarla kişilərin bərabərhüquqluluğuna tam nail olunmuşdur. Yalnız dünya ictimaiyyətinin təzyiqi nəticəsində o dövrdə Sovet Hökuməti (1981-ci ildə) "Qadınlara qarşı bütün formalarda hüquq pozuntularının tam ləğv olunması haqda Konvensiya"ya imza atmışdır. İlk dəfə isə 1991-ci ildə Moskva şəhərində "Qender tədqiqatları: vəziyyəti və perspektivləri" problemlərinə dair dünyanın qabaqcıl alimlərinin iştirakı ilə Beynəlxalq görüş keçirilmişdir.

Əksər Qərb ölkələrində "feminist tədqiqatlar", "qender tədqiqatları" və "qadın problemləri tədqiqatı" məfhumları çox vaxt sinonim kimi işlədilmişdir. Lakin, elmi praktikada ənənəvi anlayış kimi bu deyim "qadın problemlərinin tədqiqatı" məzmununda qəbul edilir. Bu istiqamət "qadın hərəkatının elmi qolunun" həm nəzəri tədqiqetmə, həm də təcrübi-öyrədən hissəsi kimi analiz edilir. Tədqiqat bu baxımdan qadınların formalaşmasının tarixi prosesini əks etdirir, onun tərkib hissəsini, cinslərin mühüm xüsusiyyətlərini araşdırır.

Qender-qadınların fəaliyyət proqramı olan Pekin platformasında "cinsi xüsusiyyətləri nəzərə alan elm" kimi xarakterizə olunur. Belə ki, Pekin Bəyannaməsinin 3-cü Platformasında deyilir: "Bütün dünyada Qender bərabərliyinə nail olmaqla bağlı qadınların qarşısında qoyulan məsələlər ancaq kişilərlə bərabərhüquqluluq əsasında həll oluna bilər". Qender tədqiqatları birinci növbədə cinsin sosial, psixoloji və sosial-mədəni xüsusiyyətləri prizmasından öyrənilməsidir. Əlbəttə, iqtisadiyyat, siyasət və sosial mühit də burada nəzərə alınır. Hərçənd "qender tədqiqatları" anlayışı bizdə nə elmdə, nə də ictimai həyatda özünə yer tapmamışdırsa da, o öz predmetinə görə fəlsəfi və sosioloji tədqiqatlara daha yaxındır. Bu baxımdan qadın hərəkatlarının inkişafının və qadınların vəziyyətinin sosial-fəlsəfi aspektinin öyrənilməsini qeyd etmək olar. Lakin bu tədqiqatların nəzərə çarpacaq fərqləri də vardır. Belə ki, qadınların sosial həyatında, davranışında və digər hallarda psixoloji faktorların rolu bir vaxtlar qiymətləndirilməmiş, ən nəhayət, qadınların vəziyyətinin tərbiyəvi-tədrisi funksiyalarının öyrənilməsi ilə tamamilə məşğul olunmamışdır. Bununla əlaqədar bir neçə məqamları qeyd edək.

Birincisi: yalnız yenidənqurma dövründən başlayaraq sosioloqlarımız bu məsələlərin öyrənilməsinə diqqəti artırdılar. Onlar «qadın hakimiyyət və siyasətdə», «qadın və bazar», «qadın davranışının psixologiyası» və s. tədqiqatlar aparmağa başladılar. Əgər əvvəllər qadınlar bir əməkçi, ən yaxşı halda bir ana, uşaqların tərbiyəçisi kimi tədqiq olunurdusa, son zamanlar tədricən qadınların vəziyyətinin, onun cəmiyyətdə sosioloji rolunun və psixoloji xüsusiyyətlərinin bütün müxtəlifliyi ilə sosioloji analizinə keçilir.

İkincisi: həm ölkəmizdə, həm də xaricdə "qadın məsələsinin" məzmunu nəzərə çarpacaq dərəcədə dəyişmişdir. Bir çox inkişaf etmiş ölkələrdə qadınlar böyük nailiyyətlər qazanmış, onlar ictimaiyyət

Page 19: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

tərəfindən sosial-iqtisadi və siyasi hüquqlarının tanınmasına, analığın və uşaqların müdafiəsinə nail olmuşlar. Eyni zamanda qadınların dövlət idarəetmə sistemində, istehsalatda maraqlarını, namusunu, mənliyini qoruyan qanunların və inzibati qaydaların da qəbul edilməsinə nail olmuşlar. İndi "qadın məsələsinin" qoyuluşunun və həlli yollarının ağırlıq mərkəzi, cəmiyyətin sosial-iqtisadi və siyasi inkişafının vəzifə və imkanları ilə təyin olunan qadın statusunun artması tərəfə daha çox meyl edir. Belə ki, qender tədqiqatları cinsin birinci-bioloji aspektindən fərqlənərək, onun digər aspektlərinin də araşdırılmasını məqsəd sayır. Son nəticə belədir ki, qender psixoloji keyfiyyətləri davranış modelini, fəaliyyət növlərini, qadın və kişinin peşəsini sosial mədəni, psixoloji aspektdə öyrənir.

İdeoloji baxımdan da "qadın məsələsi" özünün birölçülülüyünü itirib, müxtəlif yönlü olmuşdur. Əsas problem-ölkənin inkişaf yolları - cəmiyyəti bütünlükdə təbəqələndirdiyi kimi, qadınlar arasında da ayrı seçkiliyə səbəb olmuşdur. Qadınları yalnız ümumi maraqlar: təhsilə, səhiyyəyə və qadın əməyinə dövlət himayəsi, işləyən qadınlara sosial zəmanətlər və nəhayət, uşaqların saxlanması, tərbiyə olunması üçün lazımi şəraitin yaradılması kimi problemlər birləşdirir. Digər tərəfdən qadınlar bazar iqtisadiyyatına keçid dövründə işsizlikdən, cəmiyyətdə sosial və maddi cəhətdən təbəqələşmədən, istehsal sahələrindən kənarlaşdırılmaqdan ilk növbədə əziyyət çəkir. Bu səbəbdən qadınlar iş yerini itirmək qorxusu altında, yüksək və zəmanətli əmək haqqı verilən, lakin fiziki cəhətdən ağır işlərdə çalışmaq məcburiyyətində qalırlar. Oz növbəsində bu dəyişikliklər qadınların siyasiləşməsinin, sosial etirazını həyata keçirilməsində iştirakının, partiyaların və ictimai hərəkatların müxtəlif kütləvi birliklərin tərkibində fəaliyyət göstərməsinin labüdlüyünə şərait yaradırdı ki, bu da cəmiyyətin inkişafının keçid və dönüş dövrləri üçün xarakterik xüsusiyyətlərdir.

Üçüncüsü: qadının cəmiyyətin inkişafındakı sosial rolunun fəlsəfi-sosioloji analizinə iki müxtəlif baxış mövcuddur. Onlardan biri qadınlara sosial-demokrafik qrup kimi, o birisi isə müəyyən olunmuş sosial statusa malik, öz spesifik demoqrafik xüsusiyətləri ilə fərqlənən iri birlik, nadir sosial qrup kimi baxırlar. İkinci variant daha çox qəbul oluna biləndir, çünki qadınlar real mövcud olan, empirik qeydə alınan nisbətən tam və sabit sosial qrupdur. Onlar sosial və siyasi proseslərdə istehsal sahələrində, mədəniyyətdə və insan həyatına xas olan digər sahələrdə fəaliyyət göstərirlər. XX əsrin tarixi, xüsusən ölkəmizin tarixi (əsasən son dövrlərə aid) "qadın-siyasətin obyektidir" tezisinin dardüşüncəliliyini, hətta sosial və mənəvi cəhətdən tam dəyərsiz olduğunu sübut edir. Əksinə, qadınlar praktiki olaraq tam azadlığa çıxmamış sosial qüvvə, onun subyekti kimi son dövrlərdə fəaliyyətlərini artırmışlar. Bu qüvvə tarixin gedişinə təsir edə bilər, müxtəlif vasitələrlə müdaxilə edir, cəmiyyətin tərəqqisini sürətləndirir və ya ləngidir, münaqişələrin yaranmasına və ya onların həllinə şərait yaradır və qarşısını alır.

Dördüncüsü: dünya tarixindən məlumdur ki, bir sıra iri siyasi və sosial-iqtisadi böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının təşəbbüskarları, bəzən də liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki "güclü cinsi" təkrar etməmiş, hətta kişilərə, onların əxlaqına, dünyagörüşünə və s. təsir etmişlər.

Siyaşətin subyekti kimi, qadınlar özlərinin sərt olmayan strukturlu özünütəşkil formalarını (formal və qeyri-formal) yaradırlar. Bu təşkilatlarda ümumi maraq dairəsi olan qadınlar ya az müddətə və ya uzun müddətə birləşirlər. Bununla əlaqədar hətta elmi ədəbiyyatda eyniləşdirilən "qadın məsələsi" və "qadın hərəkatı" kateqoriyalarının biri-birindən fərqləndirilməsi zərurəti meydana çıxır. "Qadın məsələsi" qadınların cəmiyyətdəki vəziyyəti, onların asılılıqdan azad olmaları proqramının əsaslandırılması və ictimai həyatın bütün sahələrində kişilərlə eyni hüquqa nail olmaları yollarının dərk edilməsini nəzərdə tutur. «Qadın hərəkatı» sözün geniş mənasında qadınların öz hüquqları və maraqları uğrunda mübarizəsinin formalarının müxtəlifliyini bildirir. Sosioloqlar qadın hərəkatını sosial hərəkatın bir forması kimi öyrənirlər. Qadın hərəkatı özlüyündə bir məqsəd ətrafında birləşmiş, ümumi mənəvi dəyərlərə, normalar sisteminə

Page 20: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

və qadın dəyərlərinin rəmzinə malik olan müxtəlif sosial, demoqrafik, etnik, milli qadın qruplarının birgə fəaliyyəti deməkdir.

Əsl qadın hərəkatının əvəzinə, vahid formal lideri olmayan, məqsədlərinin geniş ifadə vasitələrinə malik, özünün mənəvi dəyərləri və davranış prinsipləri olan müxtəlif yönümlü onlarla qadın ittifaqları, assosiasiyalar, birliklər və klublar meydana gəldi. Hələlik bu qadın hərəkatları öz məqsədləri uğrunda mübarizədə səylərini birləşdirmək əvəzinə, ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Onların hər biri sosioloqlarımız tərəfindən xüsusi olaraq tədqiq olunmağa layiqdir. Bu siyasi münasibətlərin sosiologiyasının istiqamətlərindən biri olmalıdır.

Beşincisi: gəlin feminizmin nəzəri və praktiki cəhətdən analiz edək. Bizdə feminizmi ya nəzəriyyə kimi, ya da qadınların ictimai həyatda kişilərlə bərabərhüquqluluq uğrunda və hüquq pozuntularına qarşı qadın hərəkatı kimi şərh etməyə cəhd etmişlər. Lakin həmişə olduğu kimi həqiqət müxtəlif fikirlərin birləşdiyi nöqtədə meydana çıxır.

Beləliklə, feminizm-həm qadın hərəkatının nəzəriyyəsi, həm də istər beynəlxalq miqyasda, istərsə də onların milli və tarixi xüsusiyyətlərindən asılı olaraq ayrı-ayrı ölkələrdə olan və ya inkişaf edən qadın hərəkatının özüdür. Açığını demək lazımdır ki, lap son dövrlərə qədər feminizm bizim ölkədə nə sosioloji, nə də sosial-psixoloji mövqedən ciddi araşdırılmamışdır.

Bir çox illər bu problemin öyrənilməsinə qadağalar qoyulmuşdu. Bu qadağa fərq qoyulmadan onun bütün istiqamətlərinə şamil edilmişdi: mülayim liberal-islahatçılara və ən nəhayət cinslərin patriarxal münasibətləri ilə çətinləşdirilmiş seksual sahəni (nikah, ailə, doğum, ər-arvad münasibətləri və s.) "siyasət" adlandıran radikal qanada qədər. Hərçənd, bir çox alimlər hesab edirlər ki, feminizm hərəkatı son dərəcə elitardır, zəhmətkeş qadınlardan aralanmışdır və bu təbəqənin sinfi mübarizədə iştirakının qarşısını alır. Bu baxımdan, yaxın dövrlərə kimi ölkəmizdə də feminizmin əleyhdarları bütün vasitələrlə sübut etməyə çalışırdılar ki, onun bizdə tətbiq olunmasına ehtiyac yoxdur, çünki dövlətin yürütdüyü siyasətin nəticəsində, bu hərəkatın ali məqsədi olan, qadınların siyasi və sosial-iqtisadi bərabərliyinə tam nail olunmuşdur. Göstərilən məqsədlər üçün mübarizə aparmağa heç bir əsas yoxdur. Lakin beynəlxalq təcrübə onu göstərir ki, feminist konsepsiyaların sosioloqlar və politoloqlar tərəfindən tədqiq olunmasına, alınmış nəticələrin real həyatda tətbiqinə ehtiyac duyulur. Tədqiq olunması vacib olan məsələlər aşağıdakılardır:

- siyasi baxışların inkişafı yolu və qadınların cəmiyyətin sosial-siyasi plüralizm şəraitində davranışı; qadınların iqtisadiyyat haqda düşüncələri və bazar münasibətləri;

- qadın menecmenti; qadınların siyasi liderliyi; -qadınların ictimai rəyi və hakimiyyət institutları: qadınların elektoral davranışı və

secki kampaniyaları; qadın elitası; bazar münasibətlərinə keçid zamanı qadınların sosial müdafiəsi və sosial zəmanətlər: sosial gərginlik və qadın kütləsi. Bu kimi belə qəbildən olan və sosioloqlar tərəfindən hələ öyrənilməmiş tədqiqat mövzuları.

Ümumiyyətlə, belə bir sual meydana çıxır ki, "qadınların ictimai fikri" öyrənilməlidirmi? Fikrimizcə, qadın bir fərd kimi müstəqil subyektdir və ictimai fikrin əsas daşıyıcılarından biridir. Bu fikri Qərb alimləri də öz tədqiqatları ilə dəfələrlə sübuta yetirmişlər. Misal üçün göstərmək olar ki, bir çox inkişaf etmiş Qərb ölkələrində - ABŞ, Kanada və s. cəmiyyətin müxtəlif problemlərinə qadınların ictimai fikrini öyrənən onlarla xüsusi elmi mərkəzlər mövcuddur.

Qadınlar öz ictimai fikirlərində siyasətin subyekti kimi çıxış edirlər. Bir ictimai qrup kimi onlar cəmiyyətin həyatına təsir göstərir, həm də spesifik qadın maraqlarını qoruyur, nəticə etibarilə öz sosial statuslarının artmasına nail olurlar. Aparılmış tədqiqatlar onu göstərir ki, qadınlar öz mövqelərini ailə, məişət, istehsalat, mədəni və sosial məsələlərdə və yaxud ictimai fikrin digər sahələrində daha dəqiq və birmənalı şəkildə təyin edirlər. Siyasi proseslərin və onların gündəlik həyatımıza təsirinin

Page 21: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

qiymətləndirilməsində qadınlar kişilərdən fərqli olaraq daha mülayim mövqe tuturlar. Nahaq deyilməmişdir ki, "qadın sivilizasiyanın tənzimləyicisi, kişi isə - qüvvət verənidir". Qadınların ictimai rəyi kişilərinkindən fərqli olaraq daha konstruktiv və pozitivdir. Görünür qadına xas olan dözümlülük və rəhmlilik kimi xarakterik xüsusiyyətlər özünü göstərir. Qadın ictimai rəyi siyasi və iqtisadi proseslərin inqilabi yolla deyil, evolyusiyalı inkişafına üstünlük verir. Onun tənzimləyicisi sosial tələblər və uzunmüddətli xarakterli maraqlardır: ailənin qorunması, uşaqlar və yaxınlar haqqında qayğı, yaşamaq hüququna real təminat, sabahkı həyata ümid, sosial sabitlik və ictimai sakitlik marağı.

FEMİNİZM BEYNƏLXALQ QADIN HƏRƏKATINDA İDEOLOJİ

İSTİQAMƏTLƏRDƏN BİRİ KİMİ Dünya Qadın Hərəkatının inkişaf mərhələlərini nəzərdən keçirərkən son

onilliklərin nəticələri kimi qeyd olunmalıdır ki, bu illər beynəlxalq qadın hərəkatının da çox ciddi bir siyasi qüvvəyə çevrilməsi ilə əlamətdardır. Yer kürəsində canlı həyatın qorunması və mühafizəsi, qadının cəmiyyətdə rolu və vəzifəsi kimi məsələlərin həlli yollarına yanaşmaqda fikir ayrılığına malik olan müxtəlif beynəlxalq və milli qadın cəmiyyətlərinin, qurum, birlik və hərəkatların mövqelərinin aydınlaşdırılması, fikirlərin yaxınlaşması illəri kimi səciyyəvidir.

Son dövrlər ideoloji fərqli baxış tərzlərinə baxmayaraq, bütün səylərin birləşdirilməsi üçün qarşılıqlı addımların atılması istəyi aydın nəzərə çarpır. Beynəlxalq Forumlar, Konfranslar miqyasında görüşlər təşkil olunaraq, ümumi qərarlar qəbul edilməsi üçün platformalar müəyyən edilir. Qadınlar "soyuq müharibə" nəticəsində uzunmüddətli fasilələrə səbəb olmuş və arası kəsilmiş qarşılıqlı əlaqələri ya bərpa etmiş, ya daha da möhkəmləndirmişlər. Onlar xalq diplomatiyasının təşəbbüskar və fədakar nümayəndələrinə çevrilmiş, mübarizləşmişlər.

Bu illərdə ənənəvi beynəlxalq və milli qadın cəmiyyətləri ilə yanaşı, Qadınların Azadlığı Uğrunda Hərəkatın (QAUH) iştirakçıları -neofeminist qadınlar da aktiv surətdə fəallıq göstərirlər. Hərəkat əsarətə, iqtisadi və siyasi həyatda, ailədə hüquqların tapdanmasına, qadın mənliyinin alçaldılmasına, mənəvi zorakılığa qarşı əsrimizin 60-cı illərində ABŞ-da meydana gəlmişdir. Feminist qadınların ideyaları kütlə arasında canlı əks-sədaya səbəb olmuşdur. Bir çox tədqiqatçıların fikrincə, bu illər ABŞ-ın qadın hərəkatını məhz feminist qadınlar idarə edirdilər. Bu hərəkat tezliklə Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Skandinaviya ölkələrində geniş vüsət tapdı.

Qadınların Azadlığı Uğrunda Hərəkat (QAUH) öz-özünə yaranmamış, əksinə, qadınların ictimai cəmiyyət tərəfindən alçaldılmasına qarşı etirazının təşkilatlanma ilə təsdiqi idi. Belə ki, bu nöqteyi-nəzərdən İngiltərədə buna bənzər prosesin kökləri hələ XVII əsrə aparıb çıxarır. O dövrdə feminizmi qadınların bərabərliyinin əsas məqsədləri kimi bəyan etmiş inqilabi ruhlu burjuaziya sinfinin mütərəqqi fikirlərindən bəhrələnən əks cins üçün ideologiyaya çevrilmişdir. XVII əsrin feminist qadınları öz siniflərinin -zəmanələrinin nümayəndələri idilər. Lakin, onlar feodalizmin kapitalizmə keçməsi nəticəsində cəmiyyəti əhatə etmiş dəyişikliklərin qadınların vəziyyətinə təsiri ilə heç cür barışa bilmirdilər.

XVIII əsrin axırlarında feminist qadın hərəkatı özlərinin ideoloqu kimi Böyük Fransa inqilabının tərəfdarı, ingilis jurnalisti, xanım M.Uolstonkraftı irəli çəkirlər. Onun kəskin məzmunda ifşaedici çıxışları və məqalələri, qadını alçaldan ictimai quruluşun dəyişdirilməsinə yönələn çağırışları, sanki barıt partlayışına bənzəyirdi. Bu ideyalar uzun müddət yaşadı və sonradan qadınların bərabərhüquqluluğu uğrunda mübarizəsinin tərəfdarları olan sufrajist qadınlar tərəfindən daha da inkişaf etdirildi. İlk etiraz aktı kimi, amerikalı sufrajist qadınların Seneke-Folze şəhərində keçirdikləri I qurultayında o dövrün real vəziyyətinə qarşı qəti çıxışlarını göstərmək olar. Qurultay iştirakçıları tərəfindən hazırlanmış Deklorasiya, burjuaziya mühitindəki bərkiməkdə olan

Page 22: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

orta təbəqə qadınlarının siyasi və sosial cəhətdən, ailədə və din tərəfindən əzilməsinə qarşı sufrajist qadınların uzun illər ərzindəki kövrək, bəzənsə səssiz çağırışlarının kulminasiya nöqtəsi sayıla bilərdi".

Sonrakı illərdə sufrajist qadınların əsas tələbi işlənib hazırlandı ki, bu da qadınlara seçmək hüququnun verilməsi idi. Sufrajist qadınlar səmimiyyətlə inanırlar ki, seçmək hüququ qadınların kişilərlə bərabər hüquqluluğunu təmin edəcək, əmək sahəsində bərabər ödənişin aparılmasına imkan yaradacaq, məktəblərə, kolleclərə və müxtəlif ixtisaslı peşələrə yiyələnməyə yol açacaqdır. Eyni zamanda bu vasitə ilə cəmiyyətdə qadınlara qarşı cinayətlər dalğasının qarşısı almıncaqdır.

XX əsrin başlanğıc mərhələsində həmçinin "qadınların azad olmasının humanist yolları" ideyası da ortaya çıxdı. Bu fikrin müəllifi, feminist utopiyanın banisi, Ş.P.Kilman belə hesab edirdi ki, mübarizənin əsasında qadınların ictimai prosesləri dərk etməsinin inkişafı durmalı idi. Qadınların azad olunmasının bütün əvvəlki ideyalarına qarşı müəllif təmamilə yeni, humanist nəzəriyyəni "sosializm uğrunda qadınların dinc kollektiv çıxışlarını" qoyurdu. Onun utopik "Herlənd" ölkəsində sosializma, müstəsna olaraq, qadınların başçılıq etdiyi siyasi rəhbərlik nəticəsində nail olmaq mümkün idi. Cəmiyyətin mərkəzləyicisi qüvvəsi kimi nə alim, nə hərbçi, nə din xadimi, nə də sənətkar yox - bu rola keçmişlə gələcək arasında birləşdirici ola biləcək Ana irəli çəkilirdi.

XX əsrin əvvəllərində bir çox ölkələrdə qadınlar arzu etdikləri siyasi hüquqlara nail ola bildilər, lakin bu, onların həyatında heç bir əhəmiyyətli, nəzərə çarpacaq dəyişikliklərə gətirib çıxarmadı və bunu da qadınlar çox sonralar dərk edə bildilər. İkinci Dünya müharibəsindən sonra, sufrajist qadın hərəkatının başında dayanmış, əhalinin orta təbəqəsindən olan amerikalı və ingilis qadınları, uzun müddət demokratik hüquqlar uğrunda gedən mübarizədən kənarda qalmışdılar. Onların mübarizəyə qoşulmasına və aktivləşməsinə 1963-cü ildə işıq üzü görmüş "Qadınlığın mistikası" kitabı (müəllifi xanım B.Fridandır) qüvvətli təkan verdi. Bu kitabın əsasını-sosioloji tədqiqatlar (ölkənin qadınları arasında aparılmış sorğular, qadın mətbuatının analizi və s.) təşkil edirdi. Kitab təbliğat maşını tərəfindən yaradılmış ideal burjua ailəsini, amerikansayağı qadın xoşbəxtliyini və istehlakçı-qadın stereotipini təmamilə ifşa edirdi. Müəllim fikrincə, kollec qadınların özlərinə ər tapa biləcəyi yer kimi səciyyələndirilirdi. Qadın cinsindən olan tələbələr həddindən artıq "düşünən"

görünməmək üçün öz biliklərini nümayiş etdirməməliydilər. Çünki, bu ərə getmək şansını alt-üst edə bilərdi. Ev işlərindən yorulmağı və qadınların yaşadıqları həyatın boş, mənasız olmasını hiss etmələrini xanım B.Fridan belə müəyyənləşdirmişdi - "Adsız problem" o etiraz etməyə çağırır və belə nəticəyə gəlmişdi ki, "Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır". Tənqidçilərin və mətbuatın etiraf etdiyinə görə, xanım B.Fridanın kitabı əhalinin orta təbəqəsinə mənsub qadınlar üçün ensiklopediyaya çevrilmişdi. Elə bu dövrlərdə xanım B.Fridanın həmfikirləri Qadınlar Milli Təşkilatını (QMT) təsis etdilər. Təşkilatın əsas tələblərindən, əməyin ödənilməsində qadınların hüquq pozuntularının ləğv edilməsi və qadınların imkanlarına biganə qalan qanunvericiliyə yenidən baxılmasını göstərmək olar. Bu təşkilat liberal feminizmin əhval-ruhiyyəsini bildirərək, bir çox ölkələri bürümüş qadın azadlığı uğrunda hərəkatın tərkib hissəsi idi. Qadınların Azadlığı Uğrunda Hərəkatının digər qanadını neofeminizmin radikal istiqamətinin nümayəndələri təşkil edirdi. Tez bir zamanda bu istiqamət qadınlar arasında kütləvi xarakter aldı. Radikal istiqamətin nümayəndələri QMT-nin fəaliyətini dəstəkləsələr də, onu yarımçıq xarakterinə görə tənqid edirdilər. Radikal istiqamətin ideoloqu sayılan, jurnalist, xanım R.Morqan yazırdı: "Mən qorxuram ki, müasir qadın hərəkatı da, bir zamanlar bizim sələflərimiz olmuş sufrajist qadınların burjua feminist hərəkatını yaradarkən düşdükləri tora düşə bilər. Burjua feministləri həlledici addımlar atmağa cürət etməmiş, həlledici məsələlərə əhəmiyyət verməmiş və nəhayət, öz

Page 23: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

siniflərindən və irqlərindən kənara çıxa bilməmişlər. Yalnız bir ümid var ki, yeni feminist hərəkatı-inqilabi feminizm siyasətinin məhsulu olacaqdır".

1970-ci ildə Nyu-York şəhərində radikal istiqamət iştirakçılarının "Qadınların birliyi hər şeyə qadirdir" adlı antologiyası işıq üzü gördü. Toplunun 50 nəfər müəllifinin hamısı (yazıçılar, jurnalistlər, müəllimlər, həkimlər, hüquqşünaslar, rəssamlar və s.) - müxtəlif millətlərin və siniflərin nümayəndələri-radikal feminizm ideyalarının tərəfdarları idilər. Onların əksəriyyəti tələbələrin kütləvi etiraz çıxışlarının iştirakçısı olmuş və solçu hərəkatın sıralarında idilər. Bir hissəsi isə ənənəvi qadın təşkilatlarının işində aktivlik göstərirdilər. "Radikal qadınlar" cəmiyyət tərəfindən qadın ləyaqəti və mənliyinin alçaldılmasına qarşı kəskin çıxış edirdilər. Ənənəvi qadın təşkilatlarının irəli sürdüyü məsələlərdən fərqli olaraq, neofeminist qadınlar qadın şəxsiyyətinə hörmət edilməsini qəti şəkildə tələb edirdilər. Hətta QMT-nin bəzi iştirakçıları belə hesab edirdilər ki, qadınların bu vəziyyətinin kökünü dövlətin siyasi sistemində axtarmaq lazımdır və onların fikrincə belə sistemi yaradan kişilərdir. Nəticədə, kişilərə qarşı mübarizə aparmaq lazımdır. Seksizm feminizmin ideologiyası elan edildi.

Əlbəttə, feminizmin ideoloqları bu nəticəyə birdən-birə gəlməmişdilər. Əvvəllər QMT sol qüvvələrin gənclər hərəkatının bir qanadı kimi fəaliyyət göstərdi. Onun üzərinə düşən vəzifə qadınları siyasi cəhətdən hazırlanması və təşkilatların işinə cəlb edilməsi idi. Lakin hərəkatın başında duran kişilərin qadınların tələblərinə biganə qalmaları QMT-nin bu hərəkatdan ayrılaraq, yalnız qadınlardan ibarət müstəqil hərəkat yaratmalarına səbəb oldu.

Qeyd etdiyimiz kimi, Qadınların Azadlığı Uğrunda Hərəkat əsrimizin 60-cı illərinin ortalarında ABŞ-da yaranmış və ilk vaxtlar ölkənin bir neçə iri şəhərlərində fəaliyyət göstərdiyi halda, artıq 70-ci illərdə bu hərəkat dalğası ABŞ-ın bütün şəhərlərini bürümüşdür. Hərəkatın nümayəndələri ölkənin Siyasi Elmlər Asossiasiyası, Müasir Dillər Asossiasiyası, Antropoloqlar Asossiasiyası və Tarix Elmləri Asossiasiyası kimi mötəbər təşkilatlarda təmsil olunurdular. Bundan əlavə tibb bacıları və silahlı qüvvələrdə xidmət göstərən qadınlar qruplar şəklində hərəkata qoşulurdular. Eyni zamanda yaşlı qadınların da hərəkat qrupu yarandı. Feminist qadınlar tərəfindən ciddi tənqidə məruz qalmış roma-katolik kilsəsi də QAUH-un təsir qüvvəsini öz üzərində hiss etməyə başladı. Katolik kilsələrdə xidmət göstərən rahibə qadınlar bütünlükdə kişilərdən ibarət olan klerikal ierarxiyadan özləri üçün daha çox müstəqillik tələb etməyə başladılar. Qadın əməyinin qiymətləndirilməsindəki haqsızlığa və abortun qadağanı ilə bağlı qanuna etiraz əlaməti olaraq çox sayda nümayişlər və marşlar keçirilirdi. Feminist qadınlar (hərəkatın əvvəlində iştirakçılar təmamilə ağ irqə mənsub qadınlardan ibarət idi) ABŞ-ın qara dərili qadınlarına da müəyyən təsir göstərirdilər. Əvvəllər bu qadınlar vətəndaşlıq hüquqları uğrunda öz irqlərinə mənsub kişilərlə bərabər mübariza apardıqları halda, sonralar ayrılaraq qaradərili qadınların azad olunması uğrunda müstəqil hərəkat yaratdılar. Amerikalı neofeminist qadınların hərəkatı digər ölkələrdə də geniş vüsət aldı. Tezliklə Qadınların Milli Təşkilatının ardıcılları Kanadada, Fransada, Avstraliyada, İsveçdə, Yaponiyada, Almaniyada, Hollandiyada, Finlandiyada və Böyük Britaniyada meydana çıxdı. Belə ki, Böyük Britaniyada bu hərəkatin güc yığmasına səbəb yorulmaq bilməyən, mübariz xanım M.Uolstonkraftın əsərlərinin çap olunması idi. QMT-də iki xətt özünü aydın büruzə verirdi: liberal və sosialist feminizm.

Liberal feminizm 1975-ci ildə Beynəlxalq Qadın ili münasibəti ilə yaradılmış Bərabər İmkanlar Uğrunda Komissiyanın fəaliyyətində həyata keçirilirdi. Komissiya XIX əsrin feminist qadınlarının təhsil almaq, məşğulluq, vərəsəlik hüququ və öz uşaqlarına hüququ olmaq uğrunda mübarizəsini davam etdirirdi.

Sosialist feminizm utopik sosializmin ənənələrinə söykənərək qadınların sosial azadlığının yolunu yalnız sinfi mübarizənin marksist nəzəriyyəsində görürdülər.

Əgər liberal feministlər qadınların hüquqlarının genişləndirilməsi uğrunda çıxış edir və parlament lobbilərində təzyiq qüvvələri yaradırdılarsa, sosialist feminist qadınlar

Page 24: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

sol siyasi partiyalarda iş aparır, qadın kooperativ qildiyasının, müharibə əleyhinə yaradılmış təşkilat və birləşmələrin işində yaxından iştirak edirdilər.

Qadınların Azadlığı Uğrunda Hərəkatın Böyük Britaniyadakı əsas vəzifələri Londonda (70-ci illərdə) keçirilmiş Milli Konfrans iştirakçıları tərəfindən qəbul olunmuş 7 tələbdə açıq-aydın görünürdü.

- əməyə görə bərabər ödənişlər; - bərabər təhsil və imkanlar haqqı; - sutka ərzində ödənişsiz körpələr evi; -abort etmək haqqı və hamiləliyin qarşısını almaq üçün ödənişsiz vasitələr; -ailə vəziyyətindən asılı olmayaraq bütün qadınların təcavüzə məruz qalma

qorxusundan azad olmaları; -kişilərin üstünlüyünü və qadınlara qarşı güc tətbiq olunmasını müdafiə edən

bütün institutların ləğv edilməsi və s. Feminist qadınlar, "qadınların qarşılıqlı kömək federasiyalarını" yaratmağa

başladılar. 80-ci illərin əvvələrində İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın müxtəlif guşələrində kişilərin təcavüzündən qorunan qadınlar üçün 100-dən artıq sığınacaqlar yaradılmışdı. Burada onların özləri və övladları üçün kişilərdən iqtisadi cəhətdən asılı olmamaq uğrunda mübarizə yolları öyrədilirdi. Bundan əlavə bütün ölkə üzrə "kritik vəziyyətlər mərkəzləri" fəaliyyət göstərirdi ki, orada zorlanmaya məruz qalmış qadınlar hüquqi məsləhətlər alır və onların bu işlə əlaqədar məhkəmə orqanlarına müraciət etmələrinə köməklik göstərilirdi.

Feminist qadınlar etiraz yürüşləri təşkil edir, qadınların özlərini küçələrdə təhlükəsiz hiss etmələri uğrundakı mübarizəsinə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırdılar. Zor işləməyə qarşı keçirilən etiraz həftələri zamanı feminist qadınlar müvafiq ədəbiyyat və vərəqələr yayır, teatrlaşdırılmış tamaşalar göstərirdilər. Bu qadınlar seksual filmlərin və parnoqrafik nəşrlərin yayılmasına qarşı çox həssaslıqla reaksiya verir və onların ləğvini tələb edirdilər.

"Kritik vəziyyət mərkəzləri" Skandinaviya ölkələrində, məsələn Norveçin paytaxtı Oslo şəhərində də yaradılmışdı. Belə mərkəzlərin yaradılması ideyasına bələdiyyə orqanlarının qərəzli yanaşdıqlarına baxmayaraq, QAUH-un nümayəndələri öz tələblərinin Norveç parlamentinin qadın deputatları tərəfindən dəstəklənməsinə nail oldular və bu ölkədə fəaliyyət göstərən 60 mərkəz Sosial məsələlər üzrə Dövlət departamenti tərəfindən maliyyələşdirdi. Bundan əlavə QAUH-un iştirakçıları öz qrupları nəzdində uşaq bağçaları və körpələr evləri təşkil etmiş, boşanan qadınlar üçün qadın evləri və məsləhətxanaları açmışlar. Eyni zamanda onlar həbsdə olan qadınların azad edilməsi məqsədi ilə xüsusi fondlar yaratmışlar.

Qarşıya qoyulmuş tələblərin hamılıqla qəbul olunması, konkret fəaliyyət istiqamətləri, aktiv iş metodları, qarşılıqlı anlaşma və yardım mühitinin yaradılması üçün edilən səylər, neofeminist qadın hərəkatını güclü və sayılan qüvvəyə çevirmişdi. "Sırf qadın problemləri"nin dar çərçivəsindən tədricən çıxaraq, daha geniş spektrə malik qlobal problemlərə müdaxilə etdikcə, QAUH-un nümayəndələri demokratik və mütərəqqi qüvvələrin ümumi mübarizəsinə qoşulmağa başladılar. Lakin bu proses tədricən baş verirdi. Belə ki, hərəkatın lap başlanğıcında QAUH-un nümayəndələri ənənəvi qadın təşkilatlarına qoşulmayaraq öz fəaliyyətini dar çərçivədə həyata keçirirdilər. Düzdür, ayrı-ayrı hallarda beynəlxalq əlaqələr yaratmaq təşəbbüsləri olmuşdu. Ancaq, bu təşəbbüslər xaotik şəkil alaraq tənzimlənmədiyindən inkişaf tapa bilməmişdi.

Qeyd etmək lazımdır ki, sol qüvvələrin qadın hərəkatında baş verən prosesləri dərk etmələri üçün də uzun müddət lazım gəlmişdir. Hətta onlar bir müddət neofeminist qadın hərəkatına şübhə ilə yanaşmışlar. Lakin tədricən vəziyyət dəyişmiş və feminist-solçu qadınlar prokommunist orqanlarda çıxışlar edərək, kişilərin qadınlara qarşı davranışlarında dəyişikliklər baş verməsinə nail olmağa başlamışlar.

Page 25: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Nüvə qarşıdurmasının gətirə biləcəyi ölümcül təhlükə və yer kürəsinin müxtəlif hissələrində olan irtica ocaqları qadınların müharibələr əleyhinə kütləvi surətdə çıxışlarının aktivləşməsinə gətirib çıxardı.

Feminist qadınların da müharibə əleyhinə aparılan hərəkatda öz yerləri olmuşdur. Bu qadınların daha mübariziləri 1981-ci ildə ABŞ-dan, Danimarkadan, Qərbi Berlindən, Norveçdən Praqaya gələrək BDQF-nin (Beynəlxalq Demokratik Federasiyası) təşəbbüsü ilə keçirilən Qadınların Ümumdünya Konqresinin işində iştirak etmişlər. Onların məruzələrinin mövzusu və məzmunu 1975-ci il Berlin konqresindəki çıxışlarından köklü dərəcədə fərqlənirdi. Əgər I975-ci ildə onların arasında üstünlüyü radikal feminist qadınların çıxışları təşkil edirdisə və bu, Beynəlxalq qadın ilinə həsr olunmuş Berlin Konqresinin ümumi müddəalarından kənarda qalırdısa, artıq Praqada neofeminist qadınlar diqqəti kapitalist və sosialist ölkələrindəki qadınlar arasında qarşılıqlı inam yaranmasının əldə edilməsinin vacibliyinə yönəldirdilər. Onlar Şərqlə Qərb nümayəndələri arasında bu məsələnin həll olunması məqsədi ilə müzakirələr başlanması fikrini irəli sürürdülər.

Birinci addım kimi təklif olunurdu ki, beynəlxalq münasibətlərin müzakirəsi birgə keçiriləcək tədbirlərlə əvəz olunsun. Konkret olaraq sükut növbələrinin təşkili, sülh yürüşlərinin keçirilməsi və sülh düşərgələrinin yaradılması ideyaları meydana çıxdı. Feminist qadınlar həmçinin antikişi əqidəsindən çağırışlarla bərabər həmçinin patriarxatı tənqid edən çıxışlar səslənir, hətta uşaq doğuşundan imtina etmək aktı kimi qəti tədbirlərə əl atmağa çağırılırdı. Bundan əlavə Müdafiə Nazirliklərinin qarşısında piketlər və hərbi bazaların ətrafında sülh düşərgələrini yaradılmasına tələblər səslənirdi.

Feminist qadınların və sosialist ölkələri qadınlarının Praqa Konqresi çərçivəsində keçirdikləri görüşlərin və danışıqların məntiqi olaraq onların tərkisilahlanmayla əlaqədar BMT-in Baş Assambleyasının II xüsusi sessiyasına ünvanlanmış və birgə hazırladıqları petisiyanı misal gətirmək olar. Bu sənəd kütləvi nüvə qırğın silahlarının təmamilə ləğv olunmasına çağırış tələbi idi.

Nəhayət, 1982-ci ildə Qərb və Şərq ölkələrindən keçməklə birgə sülh yürüşünün keçirilməsi ideyası həyata keçirildi. Danimarkanın Kopenhagen şəhərindən başlanğıcını götürmüş bu yürüş Finlandiya, sovet şahərləri olan Leninqrad (indiki Sankt-Peterburq) və Minskdən keçərək Xatında (Belarusda memorial-xatirə kompleksi) sona yetdi. Bu yürüşün İsveçdən, Danimarkadan, Norveçdən, Finlandiyadan, keçmiş Sovetlər İttifaqından olan iştirakçılarını eyni şüarlar və tələblər birləşdirirdi. Elə həmin 1982-ci ildə feminist qadınlar özlərinin tərksilahlanmaya çağıran Ümumdünya Konqresinə toplaşdılar. Bu konqresdə iştirakçılar yekdillik nümunəsi göstərərək hamılıqla amerikalı qadınların Pentaqonun planlarına qarşı "Qadınlar, sülh uğrunda mübarizə aparın" hərəkatının Qrinem Kommondan olan və sufrajist qadın hərəkatının yarandığı tarixdə məşhur olan Seneka-Follze şəhərindən olan qadınlarla həmrəylik əlaməti kimi sülh şəhərciklərinin yaranması ideyasını dəstəklədilər. Feministlər bildirirdilər ki, qadınlar mübarizə yolunu ona görə seçiblər ki, Yer kürəsində baş verən bütün irtica hallarına, perşinqlərə, qanadlı raketlərə və ümumiyyətlə nüvə silahı məvhumuna birdəfəlik son qoysunlar.

Feminist qadınlar Moskva şəhərində (23-27 iyun 1987-ci il) keçirilmiş, proqram üzrə "Feminizm və qlobal problemlər" mövzusunda diskussiyalar aparılması nəzərdə tutulan və qadın ictimaiyyətinin çox önəmli forumu sayılan - Ümumdünya Qadın Konqresinin işindən də kənarda qalmadılar. Bu konqresin işində ABŞ-dan, Belçikadan, Çilidən, Avstriyadan, AFR-dən, İrlandiyadan, Puerto-Rikadan, Uqandadan, Fransadan və Qərbi Berlindən olan feminist qadınlar yaxından iştirak edirdilər. Aparılmış qarşılıqlı fikir mibadiləsi feminist qadınların ideoloji platformasında olan kövrəkliyi üzə çıxardı, müəyyən qadın məsələlərində onların səhv mövqedə olduqları aydın oldu. Lakin bununla belə feminist qadınların irəli sürdükləri bir çox problem və tələblər qadınlar tərəfindən geniş dəstək aldı. Feminist qadınların Ümumdünya Qadın Konqresindəki

Page 26: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

çıxışları onların sülh işi uğrunda yorulmaz mübariz otduqlarını bir daha sübut etdi. Təsadüfi deyildir ki, nüvə silahlarının qarşılıqlı ləğv olunması haqda sovet-amerika Müqaviləsinin imzalanmasını Qrinem-Kommondan olan qadınlar şadyanalıqla, mahnı və rəqslə, məşəl yürüşləri ilə qarşıladılar. Bu qadınların lideri, xanım K.Hauzen deyirdi: "Vaşinqtonda imzalanan bu Müqaviləni biz altı illik mübarizəmizin nəticəsi və parlaq qələbəmiz hesab edirik".

QENDER STATİSTİKADA Məlum postsosialist dövlətlər sisteminin dağılması, vaxtı bilinməyən aralıq

mərhələsi adını almış keçid dövrü, qlobal sosial-ictimai tərəqqinin vahid siyasi, hüquqi, iqtisadi məkanın yaradılışını zəruriləşdirir ki, bu məkanın demokratiya və plüralizmi müxtəlif ziddiyyətlərin çərçivəsində insanların öz problemlərinin həllini qender kontekstində dirçəlişini şərtləndirir. Belə məkanda gedən sosial təbəqələşmədə cinslər arasındakı ziddiyyətlərin səbəbini öncə cəmiyyətin inkişaf prosesindəki kişi ilə qadının eyni olan məqamları ilə yanaşı, çoxsaylə təzadları ilə də xarakterizə etmək olar. İlk əvvəl qadının reproduktiv - analıq funksiyası əksər məqamlarda onun övlada qarşı məsuliyyət hissinin daha çox qadının üzərinə düşməsi, daha vacib edirsə, bir növ kişilərin azadlığına da imkan verir.

Qadınların və kişilərin hüquq bərabərliyinin cəmiyyətdə bərqərar olmasını əks etdirən qender problemləri sosial həyatın bütün sahələrini əhatə edir. Azərbaycanda qadın və kişilərin bərabərhüquq və imkan azadlıqları məsələsi Respublikanın Konstitusiyasında belə ifadə olunur: «Kişi ilə qadının hüquqları və azadlıqları vardır».

1995-ci ilin sentyabrında Pekində keçirilən Qadınların IV Ümumdünya Konfransında statistika məsələlərinə xüsusi diqqət verilmişdir. Belə ki, konfransın materiallarında deyilir: «Milli statistik xidmətləri cəmiyyətdə qadın və kişilərin vəziyyəti ilə bağlı problem və məsələlərin cins və yaş üzrə bölgüsünü özündə əks etdirən statistik məlumatların toplanması, işlənməsi, təhlili və nəşr olunmasını yerinə yetirirlər». Müstəqil inkişaf yoluna çıxmış respublikamızda insanların cəmiyyətdə öz mədəni, milli və cinsi özünəməxsusluğunu yenidən dərk etmək və yenidən müəyyən etmək üçün müəyyən yollar axtarılır. Bütün dünyanın demokratik ölkələrində olduğu kimi əhalinin qender məntiqində ilkin demoqrafik biliklərin formalaşdırılması aktuallıq kəsb etməlidir.

Qender statistikası - cəmiyyətin bütün sahələrində qadın və kişilərin vəziyyətini səciyyələndirir. O qadın və kişilərin bərabərhüquq və imkanları prinsipinin yerinə yetirilməsi, onların hər bir xüsusiyyətləri üzrə müasir tələblərə cavab verən optimal sosial-demoqrafik siyasətin işlənib hazırlanması üçün əsas verir.

1998-ci il göstəricilərinə görə, respublika əhalisinin 3869002 nəfəri qadın, 3762004 nəfəri kişi, 2000-ci ilin göstəricilərinə görə, 2027000 qadın, 2012000 kişidir. Aparılan hesablamalar göstərir ki,

respublikada əhalinin sayının artması meyli davam edəcəkdir, lakin qadınların kişilərdən sayca çox olması azalacaqdır.

Azərbaycan əhalisi haqqında ümumi təsəvvür yaratmaq üçün yenə də statistikaya müraciət edək. Hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1028 nəfərdir.

Əgər şəhər və kənd əhalisinin də qender statistikliyi baxımından xarakterizə etsək belə mənzərə alınar. Şəhərdə əhalinin 14,7 faizini qadınlar, 10,9 faizini isə kişilər, kənddə isə paralel olaraq 15 faizə nisbətən 12 faizdir. Orta ömür uzunluğu qadınlarda 74, kişilərdə 67 hesab olunmuşdur.

Azərbaycanda əhalinin təhsil, sosial və professional istiqamətlərdə tərəqqisi məlum sosializm quruluşundan əvvəlki dövrdə inkişaf etsə də, keçmiş SSRİ Konstitusiyası cinsi ayrı-seçkiliyə fərq qoymamış, qadınlar üçün icbari orta təhsil, qadınların kişilərlə bir yerdə təhsil almasını qanunla təsbit etmişdir.

Page 27: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Böyük Oktyabr inqilabınadək mövcud olan ayrı-ayrı qız gimnaziyaları, kollecləri və mədrəsələri ümumi orta məktəblə əvəz edilmişdir. Təhsil sahəsində hüquq bərabərliyi haqqında qanun hal-hazırda da öz qüvvəsindədir. Respublikanın 5662 orta məktəbində 277919 nəfər qız, 751470 nəfər oğlan; 195 peşə məktəbində 9605 nəfər qız, 15689 nəfər oğlan oxuyur. Ali məktəblərdə dövlətdə 45412 oğlan, 34392 qız; özəl təhsildə 34392 oğlan, 6692 qız təhsil alır.

Cinsi mənsubiyyətdən yanaşdıqda elm sahəsindəki fərqlər belədir: akademik kişilərin sayı (1997-ci ilin məlumatı) 36 nəfər, qadın 1 nəfər, akademiyanın müxbir üzvünün 57 nəfəri kişi olduğu halda, 3 nəfəri qadın, elmlər doktoru 1531 nəfər kişi, 155 nəfər qadın, elmlər namizədi 8372 nəfəri kişi, 2507 nəfəri qadındır. Ali təhsil və tədqiqat işlərində qadınlar əsasən texniki və elmi sahələrdən çox humanitar və ədəbi sahələrdə məşğuldurlar. Qadınlar əhalinin əksəriyyətini təşkil etdiyi kimi, qadın müəllimlərin də sayı kişilərdən çoxdur. Kənd yerlərində cinsi bərabərsizliyin bütün əlamətləri getdikcə daha da artır. Kənddə qadın və qızlar daha çox ev təsərrüfatı ilə məşğul olur, təhsil almağa isə imkanı yoxdur, beləliklə onun təhsil hüququ diskriminasiyaya uğrayır. Bu kimi hallar getdikcə adət halını almağa başlayan, azyaşlı qızların erkən ərə verilməsi və təhsildən yayınmasına rəvac verən amillərdəndir. Azərbaycanın əmək ehtiyatlarının 45%-ni qadınlar təşkil edir, rəhbərlikdə isə yalnız 1,5%, kənd təsərrüfatında - peşəkar işçi qadınlar - 10%, vəzifədəkilər 1,3%-dir. Kənd təsərrüfatında ağır işlərin 70-75%-i qadınların üzərinə düşür. 1994-cü ildə şəhərdə sənayedə 44,6% qadınlar idisə, onun-rəhbərlər üzrə sayı isə 3,1% idi. Ümumilikdə götürəndə əmək haqqı qadınlarda kişilərdən 30% aşağıdır. Ən pis vəziyyətdən biri də pensiyaçılar və əlillər arasındadır; tənha analar 142645, dullar 318000, çoxuşaqlılar 120000. İşsizlərin 60-70%-i qadınlardır. Seçkilərə hədd (kvota) ləğv olunduqdan sonra qadın deputatların faizi SSRİ üzrə 50%-dən 27%-ə düşdü. Azərbaycan Ali Sovetində 1991-ci ildə 349 deputatın 17-si, yənı ümumi sayın 4,8%-i qadın idi. Milli Məclis 1992-ci ildə 50 nəfərdən ibarət idisə, onun 3 nəfəri yəni cəmi 6%-i qadın idi. 2000-ci il noyabr ayının 5-də Milli Məclisə seçkilərdə 12 nəfər qadın deputat seçilmişdir. Müqayisə üçün qeyd edək ki, Rusiyada-16, Özbəkistanda-9,6, Tacikistan-3, Ermənistan-3, ABŞ-6, Türkiyə-1.8, İran-3.8, Danimarka, İsveç, Norveçdə 35%-ə yaxın qadın parlament üzvü idi. Respublika üzrə 77 İcra hakimiyyəti başçısından 2-si qadın (2,6%) idi. Lakin, onu da nəzərə çatdıraq ki, bir nəfər qadın - humanitar və ya sosial məsələlər üzrə müavin olurdu.

Hazırda respublikada fəaliyyət göstərən siyasi partiyaların tərkibinin yarısını qadınlar təşkil etdiyi halda, rəhbər orqanlarda cüzi sayda təmsil olunurlar. Bir sıra partiyaların hətta qadın təşkilatları da

mövcuddur. Azərbaycanda ali təhsili olan qadınların faizi beynəlxalq standartlara görə çox yüksəkdir və kişilər üçün olan göstərici ilə təxmini eynidir. Səhiyyə və təhsil sistemində işləyənlərin təxminən 60 faizi, elm sahəsində işləyənlərin ən azı 43 faizi qadındır. Bununla belə öikənin ən yüksək inzibati və siyasi vəzifələrində qadınlar zəif təmsil olunub. Ümumiyyətlə, ölkədə yüksək vəzifələrin 30 faizdən də az hissəsini qadınlar tutur. Nazir səviyyəsindəki vəzifələrdə işləyənlərin 9, icra başçılarınında 9 faizi qadınlardır. Qadınlar Milli Məclisdə qanunvericiliyin qəbul edilməsində məsul vəzifələrin 20 faizini tutur. Bu Milli Məclisdə Komissiya sədri və ya sədr müavini Qrup və ya Şöbə rəhbəri vəzifəsi sistemindəki vəzifələrin 15,4 faizini qadınlar tutur. Xarici ölkələrdəki səfirliklərdəkilərin ancaq 11 faizi qadınlardır. Nazirlər Kabinetində qadınlar hələ də nisbətən aşağı vəzifələrdə və texniki işlərdə çalışır. Belə ki, rəhbərlik səviyyəsində qadınlar ümumiyyətlə yoxdur, ekspert və ya məsul vəzifələrin yalnız 17 faizini qadınlar tutur: hökumət strukturlarında işləyən texniki işçilərin isə əksər faizi qadınlardır. Naxçıvan MR müstasna hal təşkil edir; burada Baş Nazirin müavinindən biri qadındır. Azərbaycanda insan inkişafının səviyyəsi ölkənin qadın əhalisi üçün kişilərə nisbətən daha aşağıdır. Bu mənada 1997-ci ilin hesabatlarına görə ölkənin qadın əhalisi üçün 0,616 kişi əhalisi üçün isə 0,631 təşkil edir. Ömrün ehtimal edilən müddət göstəricisi

Page 28: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

qadınlarda daha yüksəkdir, lakin onların nisbətən aşağı təhsil səviyyəsi və ÜDM göstəricisi (ümumi insan inkişafı) indeksinin qadınlar üçün daha aşağı səviyyəsini şərtləndirir. Bu kimi nəticələr göstərir ki, insan inkişafı prosesində kişilərin və qadınların bərabərliyinə nail olmaq üçün qadınların iqtisadi və yüksək keyfiyyətli təhsil almaq imkanlarını genişləndirmək istiqamətində işlər görülməlidir. Məhkəmə sistemi hələ də kişilərin ixtiyarındadır. 1993-cü il məlumatına əsasən 100 kişi hakimə 18 nəfər qadın, 100 kişi vəkil müqabilində 21 qadın, 100 kişi prokurordan 2 qadın prokuror (o da mərkəzi idarəetmə aparatında) nisbətini vermək olar. Polisdə işləyənlərin sayının cəmi 2 faizi qadın olub.

XXX Kişilər...Qadınlar... Bəşəriyyətin yaradılışının əsası olan insanlığın bu ayrı-ayrı

şəxsləri cəmiyyətdəki bütün hadisə və proseslərin inkişafını tənzimləyən hərəkətverici qüvvələridir. BMT-nin İnkişaf Proqramında qender münasibətləri xüsusi bir yer tutur. Qender problemləri getdikcə respublikamızda da aktual mövzuya, xüsusi maraq dairəsinə çevrilməkdədir. Məsələnin əsas məğzi cinsindən asılı olmayaraq insanlaın bütün sahələrdə hüquqlarının eyni dərəcədə sosial bərabərlik prinsipindən real, həyati bərabərliyə həyata keçirilməsindən ibarətdir.

Sosial-mədəni proseslərin meyarları baxımından qender mədəniyyəti ümumbəşəri dəyərlərdəndir. Müasir dünyanın inkişaf etmiş tədris ocaqlarında qender elminin ümumi siyasətin, ictimai təfəkkürün şüur formalarının ayrılmaz bir tərkib hissəsi kimi tədris olunur. Bu elm respublikamız üçün nə dərəcədə zəruridir? Bu suala cavab vermək üçün nəinki tarixi-fəlsəfi istiqamətli araşdırmalar, konkret sosioloji sorğulardan tutmuş sosial elmlərin ehtiva etdiyi bütün sahələrin milli xarakterə uyğun tərzdə tədqiqi və tədrisinin qender yönümü və əsası müasir dünyagörüşü baxımından öz vacibliyi ilə aktuallaşmalı, qender problematikası xüsusi və ümumiləşdirilmiş analiz nəticəsində aşılanmalıdır. Qender münasibətləri haqda biliklər maarifləndirmə tərzi daşımalı, uşaq və gənclərə öyrədilməli, ümumtəhsil tədris müəssisələrində xüsusi proqramlar üzrə tədris edilməlidir. Bunun üçünsə dünya qender ədəbiyyatının zəruri nümunələri tərcümə edilməli, yerli mütəxəssis kadrlar hazırlanmalıdır. Eyni zamanda kütləvi informasiya vasitələri əhaliyə qender biliyini çatdırmaqda müstəsna rol oynamalıdır. Sivil dünya çərçivəsi baxımından İnsan Hüquqları, qadın və uşaq hüquqları qender bərabərliyi müstəvisində ali məktəblərdə humanitar fakultələrlə yanaşı texniki sahələrdə də təlimi cəmiyyətdə sosial ahəng baxımından zəruridir. Bu özlüyündə sosial amillərin insan faktorunun psixoloji yönümdə formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. Çoxsaylı ziddiyyətlər içrə yaşayan respublikamız üçün obyektiv problemləri həlli sosial stabilliyə istiqamətlənmiş qender tarazlığınada nail olunmasıdır.

Qender problemləri qlobal problemlər sistemində sülh və müharibə məsələlərindən sonra mühüm sırada durur. Müasir qlobalistikada qender problemlərinin yeri və rolu müəyyənləşdirilərkən qarşıya aşağıdakı konkret vəzifələr çıxır:

l) Müasir dövrün qlobal problemlərinin xüsusiyyətlərinin meydana gəlməsi səbəblərini araşdıraraq bu problemlər sistemində qender problemlərinin yerini aşkar etmək;

2) Cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərinin optimallaşdırılması, qender problemlərinin hüquqi və ideoloji aspektini açmaq;

3) Sosial istiqamətdə qenderin mühüm konsepsiyalarının nəzəri-metodoloji, sosial-siyasi və aksioloji dünyagörüşü əsaslarını açmaq;

4) Qender problemlərinin təhlilinə ümumbəşəri yanaşmanın üstünlüyünü göstərmək.

Müasir dövr qender problemləri situasiyasının və qlobal problemlərin xarakterini düzgün anlamaq üçün, hər şeydən əvvəl bəşəriyyət tarixində cəmiyyətdə cinslərin

Page 29: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

qarşılıqlı təsirinin əsas meyllərini izləmək, ikincisi, ictimai fikir tarixində bu problemlərə münasibət baxımından nəzəri şüurun əsas inkişaf mərhələlərini nəzərdən keçirək.

Qender problemlərinin yaranmasının, onların həllinin üç yolunu göstərmək olar: 1) tarixi, 2) sosial, 3) mənəvi-psixoloji siyasət yollarıdır. Birinci yol, konkret qender problemlərinin tarixi araşdırılmasını irəli sürür. İkinci, cəmiyyətdə cinslərin harmonik inkişafının kompleks, qender proqramlarının yaradılmasını nəzərdə tutan sosial-ictimai siyasətin həyata keçirilməsini tələb edir. Üçüncü yol, şəxsiyyətin qender mədəniyyətinin, qender şüurunun və davranışının formalaşmasını nəzərdə tutur. Deməli, məhz üçüncü yol qender məsələlərinə fikir verməyi tələb edir.

Qlobal qender problemləri sistemində mərkəzi yerlərdən birini qadın məsələsi tutur. Qadın məsələlərinə qlobal yanaşma zamanı mənəvi-psixoloji, sosial-məişət prinsipləri, əxlaq normaları və s. mütləq nəzərə alınmalıdır.

Yəni qadına təkcə bioloji populyasiya kimi deyil, sosial cəhətdən fəal, məqsədyönlü qüvvə kimi baxmaq lazımdır. Cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərinin yeni bir formasını elmi cəhətdən əsaslandırmaq üçün uzun müddətli strategiyasının hazırlanmasıdır. Çünki insani keyfiyyələrin əsas komponentlərinin təkmilləşməsi üçün tədbirlər proqramının hazırlanması zəruridir. Bu baxımdan qender təbliğatı aşağıdakı problemlərin həllinə kömək etmiş olar:

-Cəmiyyətdə qender haqqında konkret biliklərin yayılmasına, cinslərarası münasibətlərdə baş verən müxtəlif proses və hadisələrin sosial əhəmiyyətini öyrənməyə;

-Dövlətin elmi cəhətdən əsaslandırılmış qender siyasətindən çıxış edərək, konkret qender problemlərinin həllinə;

-Cəmiyyətin müxtəlif qruplarının səviyyələrinin təkmilləşməsinə; -Kütləvi ədəbiyyatın dərcinə, nəşrinə; -Seminar, konfransların təşkilinə, mühazirələrin hazırlanıb müxtəlif yerlərdə

oxunmasına; -Maarifləndirmə, informasiyaların toplanıb işıqlandırılmasına. Zəhra Müller-Tarıverdiyeva GİHAB-ın həmsədri

QENDER PROBLEMİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ Hazırda həm elmi ədəbiyyatda, həm də, kütləvi informasiya vasitələrində

"qender" anlayışı ilə müntəzəm olaraq qarşılaşırıq. Hətta demək olar ki, "qender elmi" adlanan xüsusi tədqiqat sahəsi müəyyənləşməkdə və formalaşmaqdadır. Artıq Qərb ölkələrində qender məsələləri üzrə baxımından peşəkar elmi mütəxəssislərin hazırlanması da adi hal almışdır.

60-cı illərdə Qərbdə antropologiya, tarix, psixologiya, fəlsəfə və bəzi başqa sosial elmlərdə qender anlayışı qadın problemini, xüsusən də qadın-kişi münasibətlərini araşdırmaq üçün istifadə edilirdi. Artıq bu dövrün tədqiqatlarında qadın-kişi münasibətlərinin öyrənilməsində bioloji amillərlə kifayətlənmirlər.

Mütərəqqi cəmiyyətdə sosial fəaliyyətin səmərəli olması şərtlərindən biri də sosial proseslərdə şəxsiyyətin cinsi mənsubiyyəti (xüsusiyyətləri) ilə bağlı olmayan fəallığının ön plana çəkilməsidir. İnsanların cinsi fərqlərinin formalaşmasında sosial mühitin böyük rolu və təsiri var.

Minillərdir ki, dünyada qender assimetriyası var. Hazırda ümumi işin 2/3 hissəsini yerinə yetirən qadınlar gəlirin yalnız 1/10-ni alırlar. Sahibkarlıq məsələsində isə onların payı daha azdır - 1/100.

Bəzi ölkələrdə qadınlara müəyyən hüquqlar verilsə də, onların real vəziyyətləri əvvəlki kimi qalır. Odur ki, kişi və qadın münasibətində sosial ədaləti, hüquq

Page 30: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

bərabərliyini güdən qender anlayışı, əslində qadın probleminin həllinə yönəlib. Məhz bu baxımdan qender məsələlərinin inkişafına nəzər salmaq zəruridir.

Mövcud təsnifata uyğun olaraq qender probleminin inkişafını 3 mərhələyə bölmək olar:

1-ci mərhələ. Qender probleminin sosial elmlər tərəfindən dərk olunmaması (qender korluğu).

Bu mərhələdə sosial və dini sistemlərdə nəzəriyyələr, konsepsiyalar kişilərin düşüncə tərzi, davranışı, marağı, perspektivləri əsasında yaradılırdı. Bu istiqamətdə inkişaf edən sosial təfəkkür qadının ictimai dəyərini müəyyənləşdirərək onun şəxsi keyfiyyətlərini kişi keyfiyyətlərinin səviyyəsində olması halını təqdir edirdi.

2-ci mərhələ. Bu mərhələyə tənqidi mərhələ demək olar. Bu mərhələdə cəmiyyətdə qadınların asılı vəziyyətini aşkar edən əsas məqamlar müəyyənləşdirilir və qender assimetriyasının dərəcəsi çərçivəsində öz əksini tapır. Onlardan üçünü xüsusi qeyd etmək lazım gəlir: radikal, liberal feminizm və marksist düşüncə.

Radikal feminizmə görə, cəmiyyətdə əbədi patriarxallıq hökm sürür və kişilərin üstünlüyü labüddür. Qadınların məzlum hala düşməsi sosial bölgü nəticəsində yaranır. Belə ki, qadınların ev, ailə, uşaq işlərinə bağlanması onların sosial həyat sahələrindən uzaqlaşmasına və bu sahələrdə kişilərin fəallaşmasına səbəb olmuşdur.

Liberal feminizm cərəyanına görə, qadınların sosial baxımdan sıxışdırılması qeyri-mükəmməl qanunvericiliyin nəticəsidir. Qadının maraqlarını nəzərə almayan və ya bu maraqları kişilərin mənafelərinə tabe edən qanunvericilik hər şeydən əvvəl, qadın şəxsiyyətinin adekvat sosial təzahürünə mane olur və kütləvi informasiya vasitələrilə onların neqativ sosial imicinin (neqativ sosial stereotiplər) formalaşmasına səbəb olur.

Marksizm qadın probleminin qadınların emansipasiyası məsələləri baxımdan qadın problemini ideoloji sferanın daxilindəki proseslərlə bağlayır. İqtisadiyyat-kapitalist, ideologiya isə patriarxal münasibətlərlə tənzimlənir. Bu mənada sovet təcrübəsi böyük əhəmiyyət kəsb edir.

Adı çəkilən bu nəzəriyyələr, konsepsiyalar, cərəyanlar vahid düşüncəyə xidmət edir. Əsas məqsəd qadınları sosial baxımdan cəmiyyətin zirvəsində dayanan kişilərin səviyyəsinə qaldırmaqdır.

Nəhayət, 80-ci illərin axırlarında qadınların vəziyyətinin yaxşılaşdırılması, onlara qarşı diqqətin artırılması dünyada əsas sosial problemlərdən birinə çevrildi. Yeni qender yanaşma üsulu və yeni qender tədqiqatları sferası müəyyənləşdi, qadın və kişilərə sosial həyatın bərabərhüquqlu fəal iştirakçıları kimi baxıldı. Bu eyni zamanda sosial faktorların insanın psixoloji formalaşmasında nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi.

90-cı illər artıq cəmiyyətin tarixi, mədəni, sosial xüsusiyyətlərini nəzərə almaqla qender disbalansının, assimetriyasının aşkar edilməsi və formalaşması mərhələsidir.

Mayis Əliyev h.e.n., GİHAB-ın sədr müavini

Qadın və kişilərin pensiya yaşının bəzi məsələlə Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə görə pensiyanın əsas və

başlıca növlərindən biri kimi yaşa görə pensiyalar çıxış edir. Yaşa görə pensiyaların müasir pensiya qanunvericiliyi baxımından aşağıdakı

spesifik əlamətlərini qeyd etmək olar. Birincisi, bu pensiyalar ömürlük təyin olunur. İkincisi, pensiya almaq hüququ müvafiq əmək stajı ilə şərtləndirilir. Üçüncüsü, pensiya yalnız qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə təyin olunur. Beləliklə, yaşa görə əmək pensiyasına dövlət sosial müdafiə fondunun vəsaitləri hesabına keçmiş əmək haqqına proporsional məbləğdə verilən, qanunla müəyyən edilmiş yaş həddinə

Page 31: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

çatan və zəruri əmək stajına malik olan şəxslərə ömürlük təyin edilən və aylıq olaraq pul formasında verilməli olan ödəniş kimi anlayış vermək olar.

«Vətəndaşların pensiya təminatı haqqında» 23 sentyabr 1992-ci il tarixli qanunda təsbit olunmuş yaşa görə pensiyaların təyin olunması şərtlərini əsas gotürərək onun növlərinin aşağıdakı kimi təsnifatını aparmaq olar: 1) ümumi əsaslarla yaşa görə pensiyalar; 2) güzəştli əsaslarla yaşa görə pensiyalar.

Ümumi əsaslarla yaşa görə pensiya aşağıdakı şəxslərə təyin olunur: 62 yaşına çatan, ümumi əmək stajı 25 il olan kişilərə və 57 yaşına çatan, ümumi əmək stajı 20 il olan qadınlara (pensiya yaşı 2000-ci il avqust ayının 1-dən etibarən kişilər üçün 62, qadınlar üçün 57 yaş müəyyən edilmişdir).

Respublikamızın pensiya qanunvericiliyi ilə yaşa görə pensiyaya çıxmaq üçün müəyyən olunmuş pensiya yaşı aşağıdırmı? Axı digər ölkələrdə pensiya yaşı yuxarıdır: Almaniyada, ABŞ-da, İsveçrədə, Böyük Britaniyada, Fransada və digər ölkələrdə pensiya yaşı 65 yaş müəyyən edilmişdir (vaxtından əvvəl pensiyaya çıxmaq imkanını nəzərə alsaq 62 yaş). Qərbi Avropada yalnız İtaliyada pensiya yaşı müvafiq olaraq 60 və 55 yaş müəyyən olunub. Lakin bu ölkədə onun artırılacağı güman edilir. Respublikamızda yaşa görə pensiya almaq üçün müəyyən edilən yaş həddini artırmaq üçün əsas vardırmı? Belə bir sualın qoyulması heç də təsadüfi deyil. Belə ki, pensiyaya çıxmaq üçün müəyyən olunmuş yaşı artırmaqla pensiya sistemində olan «iqtisadi ağırlığı» aradan qaldırmaq olmaz. Bundan əlavə pensiya yaşının artırılmasını həm də son illərdə pensiya ağırlığının artması, doğumun

azalması, pensiya yaşınadək olan vətəndaşların (gənclərin) sayının azalması (çünki pensiyanın verilməsi üçün vəsaitlər onların ödədikləri sığorta haqları hesabına həyata keçirilir), o cümlədən əmək qabiliyyətli əhali arasında işləyənlərin sayının aşağı düşməsi ilə əlaqələndirirlər.

Lakin bunu pensiya yaşlı əhalinin çox yaşaması ilə bağlamaq lazım deyil. Beleliklə, pensiya ağırlığını pensiya yaşının artırılması hesabına zəiflədilməsi ilə problemi həll etmək olmaz. Bu yaranmış vəziyyətdən çıxış yolu deyil. Belə bir sosial cəhətdən gərgin vəziyyətdə yaş həddinin artırılması yalnız müvəqqəti olaraq pensiya ağırlığını yüngülləşdirəbilər. Çıxış yolu isə pensiya ağırlığının artmasını obyektiv olaraq doğuran yuxarıda göstərdiyimiz sosial iqtisadi səbəblərin tezliklə aradan qaldırılmasıdır. Pensiya yaşının artırılmasını nəzərdə tutan imperativ norma elə bir şərait yarada bilər ki, vətəndaşların çoxu ölkədə orta yaş həddinin azalması ilə əlaqədar olaraq pensiya

hüququnu realizə edə bilməz. Pensiya yaşının artırılması ideyasının isə həyata keçirilməsi, fıkrimizcə, uzaq gələcəyə aiddir. Onun həyata keçirilməsi iki-üç nəslin həyat səviyyəsinin yaxşılaşdırılması şəraitində və həm də digər ölkələrin praktikasında olduğu kimi hər gələn il üçün

bir neçə ay qaldırmaqla aparılmalıdır. Respublikamızın pensiya qanunvericilinə görə qadınlar üçün ümumi pensiya yaşı

kişilər üçün müəyyən edilmiş yaşdan beş il aşağıdır. Ümumi pensiya yaşının cinslərə görə fərqli müəyyən edilməsi keçmiş SSRİ dövlətinin xapakterik xüsusiyyəti ilə bağlı idi. Sanki bu bir adət halını almış və indiyədək respublikamızda yaşa görə pensiya təminatının tətbiqində də həmin qaydaya riayət olunur. Qeyd edək ki, pensiya yaşının cinslərə görə differensiyasıyası demək olar ki, inkişaf etmiş ölkələrin heç birində tətbiq olunmur. Yəni xarici ölkələrdə pensiya yaşı kişilər və qadınlar üçün eynidir. Başqa sözlə, qadınlar yaşa görə pensiyaya çıxmaq üçün yaş senzi ilə bağlı heç bir üstünlüyə malik deyillər. Əgər məcburi pensiya sığortasından sığorta olunanların hüquq bərabərliyi prisipindən çıxış etsək onda yaşda fərq olmamalıdır: Hamı bərabər əsaslarla özünə pensiya «qazanır». Həm də qadınlar kişilərə nisbətən çox yaşayırlar və onların pensiyada olma müddəti də daha uzundur. Lakin qadınlar üçün aşağı pensiya yaşının tətbiqinin və onun belə də saxlanmasının məqsədəuyğunluğunu izah etmək üçün çoxlu ümumbəşəri əsaslar da göstərilir (ilk növbədə qadının analıq funksiyasını yerinə

Page 32: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

yetirməsi, uşaqların tərbiyə olunmasında və ev təsərrüfatının aparılmasında onların üzərinə böyük ağırlığın düşməsi və s.). Fikrimizcə, bu günkü gərgin sosial-iqtisadi şəraitdə qadınlar və kişilər üçün pensiya yaşının bərabərləşdirilməsi çətin geniş əhali təbəqəsi tərəfindən dəstəklənir. Lakin bu proses tədricən həyata keçirilməlidir.

Yaşa görə pensiyalar pensiya yaşına çatan və eyni zamanda müəyyən ümumi əmək stajı olan vətədaşlara təyin olunur. Pensiya qanunu əvvəlki ənənəni özündə saxlamışdır: qadınlär üçün nəinki pensiya yaşında, eyni zamanda yaşa görə pensiyanın verilməsi üçün zəruri olan ərnək stajında da beş il aşağı hədd müəyyən edilmişdir.

Respublikamızda yaş strukturu əhalinin nisbətən qocalmasını sübut edir. Belə ki, «demoqrafik yükü», yəni əmək qabiliyyətli əhalinin öhdəsində olanlara nisbətini dəyişən qocalma prosesinin iqtisadi nəticələri əmək ehtiyatlarının formalaşması və istifadəsinə mənfi təsiri, əhalinin əmək qabiliyyəti olmayan hissəsinin saxlanması üçün lazım olan xərclərin real məbləğinin artması ilə bağlıdır. Ümumilikdə, qocalma prosesi tək Azərbaycanda yox, bütün ölkələrdə gedir. BMT-nin təhlilərində göstərilir ki, 150 ildən sonra hər iki nəfərdən biri qoca olacaqdır. Əhalinin qocalması əlavə dövlət vəsaitlərinin xərclənməsi, sosial infrastrukturda mühüm dəyişikliklərin olması ilə yanaşı əmək ehtiyatlarının hərəkətini aşağı salır, işçilərin peşə yönümünü dəyişdirməyə mane olur; əmək qabiliyyətli yaşda olan əhalinin (xüsusən qaçqın və məcburi köçkünlər arasında) öhdəsində uşaqların və qocaların olması ailə daxilində xərclərin səviyyəsinə xeyli təsir göstərir. Hər bir ailə üzvünə və beləliklə də əhalinin orta hesabla hər nəfərinə düşən xərcləri aşağı salır; demoqrafik yükün artması eyni zamanda dövlətin demoqrafik investisiyasının, yəni məşğul olanların (əsasən əmək qabiliyyətli şəxslər) öhdədə olanlar arasında əlverişsiz nisbət olduğundan gənc və qoca nəslin saxlanmasına çəkilən xərclərin artmasına səbəb olur. Əhalinin yaş strukturunun inkişafına, ahıl yaşında. olan şəxslərin sayının azalmasına sosial-iqtisadi amillərlə yanaşı, həm ayrı-ayrı tarixi vəziyyətlər (müharibə, siyasi və iqtisadi transformasiyalar), həm də demoqrafik inkişafda ümumbəşəri meyllər (doğumun, əhalinin artım tempinin aşağı düşməsi, miqrasiya proseslərinin artması) mühüm təsir göstərimişdir, bu meyllər Azərbaycan Respublikasında da baş vermişdir. Azərbaycan Respublikasında əhalinin demoqrafik qocalması məsələsinin geniş tədqiqinə bu sahədə mütəxəssis olan tarixçi alim L.Həsənovanın elmi-tədqiqat əsərlərində də rast gəlinir.

Demoqrafik prosesin belə ağır olması ilə yanaşı hələ də respublikamızın qüvvədə olan pensiya qanunvericiliyində kişi və qadının pensiya yaşı arasında beş illik fərqin olması da öz əksini tapır.

Bu da pensiya ödənilməsi zamanı maliyyə xərclərinin artmasına səbəb olmaqla yanaşı. kişi və qadının hüquq bərabərliyi haqqında konstitusion prinsipin pozulmasına gətirib çıxarır, (qeyd etmək lazımdır ki, artıq İsraildə qadınlar da kişilərlə bərabər hərbi xidmətə çağırılırlar). Belə bir problemlə Böyük Britaniya da 70-80-ci illərdə rastlaşmışdır. Kişilər üçün pensiya yaşının aşağı salınmasının baha başa gəlməsi və 60-dan 70 yaşadək olan müddət çevik pensiya yaşı olduğunu nəzərə alınaraq 1993-cü ildə Böyük Britaniyada hökumət kişilər və qadınlar üçün vahid yaş həddinin - 65 yaşın müəyyən edilməsini elan etdi. Yəni qadınların pensiya yaşı qaldırılmışdır. Məhz belə qərarın əsaslandırılmasının əsas arqumenti kimi demoqrafik vəziyyət və əhalinin ümumi sayında qocaların sayının artması tendensiyası çıxış etmişdir. Eyni zamanda radikal və ədalətli pensiya islahatı keçirilmiş İsveçrədə kişi və qadının pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Ona görə gələcəkdə kişi və qadınların pensiya yaşının eyniləşdirilməsi Respublika Konstitusiyasında nəzərdə tutulmuş kişi və qadının bərabərhüquqluğu prinsipi baxımından həll edilməsi həyata keçiriləcək pensiya islahatının vacib vəzifələrindən biri olmalıdır.

Lalə Mövsümova

Page 33: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

fals.e.n. GİHAB-ın İdarə heyətinin üzvü

QURANDA QADIN Quran Allahın 20 il ərzində öz elçisi vasitəsi ilə insanlara göndərdiyi bütün

vəhyləri özündə əks etdirir. İslam ilahiyyatçılarının iddiasına görə, Allah insana Özünü 4 mərhələdə çatdırıb.

Əvvəlcə İbrahim vasitəsi ilə Allah öz birliyini, sonra Musanın diliylə doqquz ehamını çatdırıb. İsa vasitəsi ilə insanlara Qızıl qaydanı - biz öz yaxınlarımızı özümüz kimi sevməliyik - verdi. Məhəmməd peyğəmbərin simasında isə bütün bunları praktikada, şəxsi və ictimai həyatda necə gerçəkləşdirmək mümkün olduğunu göstərdi.

Quran mömin müsəlmana həm dünyada, həm də axirətdə sevinc və səadətə çatmağın birbaşa yolunu göstərir. Bu münasibətlə Quranda deyilir: "Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün islamı bəyənib seçdim" (Quran. Azərnəşr, 1992. Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində. 5-ci surə, 3-cü ayə); "Həqiqətən, bu Quran sizi doğru yola aparır. Yaxşı işlər görən mömin bəndələri böyük mükafatlar gözləməsiylə müjdələyir" (9:9); "Biz Quranı sənin üçün hər şeyi izah etmək və doğru yolu göstərmək, müsəlmanlar üçün bir nemət və sevinc olaraq göydən endirdik" (89: 66/64)

Əbdürrəhman ibn Həmid Ömərin qələmə aldığı peyğəmbər hədislərindən birində deyilir ki, Məhəmməd peyğəmbər müsəlmanlara heç vaxt müqəddəs yazıya şübhə etməməyi, həmişə ona əməl etməyi buyurub.

Yuxarıda misal gətirilən ayələrdə Allah bildirir ki, İslamı din kimi başa çatdırıb, "Quran isə hər şeyi izah edir".

Məhəmməd peyğəmbərin savadı olmadığı üçün ilahi vəhyləri kağız üzərinə köçürməyib. Hər dəfə vəhy gələndə onları şifahi olaraq adamlara çatdırıb. Bəzən o, vəhyləri birbaşa çatdırır, bəzi hallarda isə əvvəllər eşitdiyini danışardı. Bu mətnləri yadda saxlamaq asan idi. Məhəmməd peyğəmbər və əshabələri onları əzbərdən bilər və lazım gələndə onlardan sitat gətirərdilər.

Birinci xəlifə Əbu Bəkrin (632-634) dövründə Quran vəhylərini kağız üzərinə köçürməyə cəhd edildi. Ümumiyyətlə, Quran mətnləri üzərində dəfələrlə düzəliş aparıldı. Amma üçüncü xəlifə Ömər (644-656) Quran bilicilərini toplayaraq bu mətnləri ətraflı araşdırdı və vahid düzgün variantı elan etdi.

İndiki şəkildə Quran 114 hissədən ibarətdir. Onlar Surə adlanır. Bu surələrin hər biri müsəlmanın Allaha duasıyla başlayır: "Biz yalnız Sənə ibadat edirik və Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və haqdan azanların yoluna yox" (1: 4-7)!

Surələr ayələrdən - ritmik bitmiş frazalardan təşkil olunub. Ayə Quranın mətn vahidi hesab olunur.

İslam təliminə görə, Quran Allahın özü kimi əbədi mövcuddur. O sonradan yaradılmayıb və "Allahın sözüdür" (2:70;9:6;48:15). Quran sözü mənşəcə ərəb feli "koran"dan qaynaqlanır və mənası bərkdən oxumaq, deklamasiya etmək deməkdir. İslama görə, Quranın orijinalı ərəb dilində vərəqlərə ~ süxufa yazılıb və bükülmüş halda yeddinci göydə saxlanır (74:52;80:13;98:2). Quran - "Kitabların Anası" - Ümm-əl-Kitab Allahın taxtının altında yerləşir. Çətin ki, başqa kanonik kitablardan hansısa öz ardıcıllarının həyatında Quranın müsəlmanların həyatında olduğu qədər önəmli rol oynamış olsun. Bu münasibətlə İ.P.Petruşevski yazır: "Müsəlmanlar bu kitabı uşaqlıqdan mənimsəməyə başlayırlar. Məktəbdə onu dönə-dönə oxuyurlar və müəllim Quranı onlar üçün şərh edir. Möminlər bu kitabı məktəbi bitirəndən sonra, yetkin yaşda da oxumağa (yaxud dinləməyə) adət ediblər. Quran onlar üçün "kitablar kitabı, dualar

Page 34: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

toplusu, dini praktika və sosial həyatın, məişət və gündəlik davranış kodeksidir. Müsəlmanlar Qurana bir möcüzə kimi yanaşmağa alışıblar"

Quran islamın ideya əsasıdır. Müsəlman inamının önəmli momentləri onda kanonlaşdırılıb və ilkin islamın doqmatik, sosial və mənəvi-hüquqi ideyaları məhz onda öz əksini tapıb.

Beləliklə, islamın sosial doktrinasını açıqlayan ideya-nəzəri sənədlər arasında birincilik Allahın diktə etdiyi mənbə kimi Qurana məxsusdur. Yuxarıda qeyd edildiyi kimi, yeni ideoloji sistemin əsas prinsipləri onda ifadə olunub. İlkin islamın prinsipləri Quranda öz əksini tapıb. Belə ki, Quranda bütün iman gətirənlərə və möminlərə cinsindən asılı olmayaraq axirətdə cənnət vəd edilir. Məhəmməd peyğəmbərin hədislərində qadınlar da xatırladılır. Onların məziyyətlərindən, qabiliyyətlərindən söz açılır. Qadın-ana bu hədislərdə ayrıca anılır. Peyğəmbərin kəlamlarından birində deyilir: "Cənnət anaların ayaqları altındadır". "Mən kimə borcluyam? - Anana! - Sonra? - Anana! -Sonra? - Anana!" - peyğəmbərin ərəblə dialoqu belə olub. Yalnız müsahibi sualı dördüncü dəfə təkrarlayanda Məhəmməd peyğəmbər "Yalnız atana!" - deyə cavab verib.

Quranda köçəri ərəblərin ilkin icma quruluşundan daha yüksək mədəni səviyyəyə keçidi-ilkin sinfi münasibətlərin formalaşdığı dövrdə ərəblərin Məhəmməd peyğəmbərə qədər ibadət etdikləri 8 ilahəni adı saxlanır. Bunlar: əl Yəta, əl Üzza, Manat, Vədd, Suva, Yəqus, Nəsr və Xubaldır.

Qeyd etmək lazımdır ki, islamda, xüsusən də onun ilk mərhələsində müqəddəs qadınlara xüsusi ehtiram göstərilib. İ.Qoldsier müsəlman müəlliflərə əsaslanaraq islamın agioqrafisiyasında qəbul olunmuş müqəddəs qadınların adını sadalayır. Quran 2 qadını kamil hesab edir. Bunlar Fironun qadını Asiyə və İsanın anası Məryəmdir. Məhəmməd peyğəmbər onların siyahısına öz xanımı Xədicə və qızı Fatimənin də adını əlavə " edir. Məhəmməd peyğəmbər birinci arvadı Xədicədən bəhs edən hədisdə belə deyir: "Ömər (ikinci xəlifə), insan üçün ən böyük səadət Allahın iradəsinə uyğun hərəkət edən ərinə müti və xoş olan arvaddır... Kişi ona bir iş görməyi tapşıranda o, tabe olur və əri yanında olmasa belə onun haqqını və şərəfini təmiz, uca tutur".

Ailədə hər şeydən əvvəl ədalət və sevinc hökm sürməlidir. Ərəblərin ailə idealı ciddi patriarxal ailədir. Ailə başçısı kişidir, o qadınını (və ya arvadlarını) sevməli, onun maddi və mənəvi rifahı üçün çalışmalıdır. Qadın isə mömin və ərinə sadiq olmalıdır.

İ. Qoldsierin fikrincə, "...sırf nəzəri məhdudiyyətlərə baxmayaraq, nə qadının ilkin islam hərəkatı dövründə mövqeyi, nə də yeni din yaradıcısının təlimi qadının həm dini praktikada, həm də dini şüurda kişinin əldə etdiyi dərəcəyə yüksəlməsinə mane olmayıb" və onun bu fikrilə razılaşmamaq çətindir. Bu fikri təstiq üçün bir çox müqəddəs qadının həyatından misal gətirmək olar. Belə ki, ərəb tarixçilərinin verdiyi məlumata görə, orta əsrlərdə bir sıra müsəlman ölkələrində əgər belə demək mümkündürsə, qadın birlikləri, ittifaqları yaranmışdı və onların üzvləri müxtəlif dini ayinlər həyata keçirir və Qurani öyrənirdilər. Qadınlar həm də müxtəlif elmləri öyrənməklə məşğuldurlar. Bəziləri hətta sonralar yazıçı və alim kimi şöhrətlənmişdi. Bu birliklərdə ərlərinin qovduğu qadınlar da sığınacaq tapmışdılar. Onlar yeni nikaha girənədək burda qalırdılar. Vahabovun fikrincə, "qadınlar dini xadim ola bilməzdi. Çünki onlar ikinci dərəcəli adam kimi axund, molla ola bilməzdilər". Bu vəzifələri

müəllifə görə, ancaq kişilər tuta bilərdi. Bu mülahizələrlə razılaşmaq olmaz. Qeyd etmək lazımdır ki, nə Quranda, nə də şəriətdə bu barədə xüsusi birbaşa göstəriş yoxdur. Fikrimizcə, Q.Kərimov bu xüsusda həqiqətə daha çox yaxındır: "İmam qadın da ola bilər. Ancaq bu vaxt şəriət şərt qoyur: əgər imam qadındırsa və onun təqlidçiləri kişidirsə, yaxud da əksinə, imam kişi və təqlidçilər qadındırsa, onlar arasında pərdə salınmalıdır". İmam Fatimə (bütün imamların böyük anası), imam Xanım (onun nəşi Nardaran Pirindədir) və imam Hökümə (Bibi Heybət) də belə imamlardandır.

Quran bəzi valideynlərin qız doğulmasından narazılığına haqq vermir (16,60). O həm də bütpərəstlərin qız uşaqlarını diri-diri torpağa gömməsini tənqid edir (81,8-9). Bu

Page 35: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

adət sosial səbəblərlə izah olunur. Bədəvi ailəsində döyüşçü ola bilməyəcək qızın doğuluşu bədbəxtlik sayılırdı. Onu yedizdirmək lazım idi. Ərəbistanda ağır həyat isə kasıb köçəri ərəb ailəsi üçün bunu böyük bir problemə çevirmişdi. Münasibətlər inkişaf edib qərarlaşdıqca uşaqları öldürmək zərurəti də yavaş-yavaş yox oldu. Cəmiyyətin gələcək anaların dünyaya gətirəcəyi döyüşçülərə ehtiyacı vardı. Bu ehtiyacı müxtəlif tayfaların ardı-arası kəsilməyən basqınları yaratmışdı. «…İmkansızlıqdan öz uşaqlarınızı öldürməyin» (6,152). Amma bununla belə Quranın nüfuzuna baxmayaraq, qızın doğulması bədbəxtlik olunurdu. XII əsrin böyük Azərbaycan şairi Xaqani bunu öz şerində çox gözəl ifadə edib.

O yazır: Qızım doğulanda, başımı yerə saldım, Gedəndə, başımı yuxan qaldırdım. Mən onu bədbəxtlik adlandırmaq istəyirdim, Gedəndə xoşbəxtlik adlandırdım. Yeni doğulmuş qızın ölümü həm onun özü, həm də yaxınları üçün ən yaxşı

qurtuluş idi. Qız doğulmasını pisləyən çoxlu ata sözü və deyim var. Hamilə qadının qohumları və yaxınları müqəddəs yerləri ziyarət edərək qız doğulmasın deyə dua etməyi özlərinə borc bilərdi. Onlar bununçun hətta sehrə-caduya əl atardılar.

Qız doğulmasına mənfi münasibət təsadüfi deyildi. Bunun əsasında sosial əhəmiyyətli səbəblər dayanırdı. Patriarxal ailədə oğul ailə mülkiyyətinin artmasına, başqa ailələr qarşısında onun maraqlarını qorumaq üçün daha önəmli rol oynayırdı. Qız isə ailənin təsərrüfat-iqtisadi həyatında ən əhəmiyyətsiz rol oynayırdı. Qeyd edək ki, xüsusi mülkiyyətin meydana çıxdığı dövrdə demək olar ki, dünyanın bütün xalqları bənzər olayları yaşayıblar. Bütün bunlar müsəlman dininin çoxarvadlılığa icazə verməsiylə nəticələnir. Bəzi alimlərin iddiasına görə, müsəlmanların dini qadın ləyaqətini alçaldan ən kobud formaları -çoxarvadlılıq və hərəmxananı qanunlaşdırdı. Bu doğrudanmı belədir?

Quranda və islamın başqa mənbələrində Allahın qanuna çevrilmiş çoxarvadlılıq öz başlanğıcını əsrlərin dərinliyindən götürür. Dünyanın bir çox yerində bizim dövrədək qorunub saxlanmış abidələr sübutdur ki, çoxarvadlılıq müxtəlif şəkillərdə əslində dünyanın hər yerində mövcud olub. Quran çoxarvadlılığı qaydaya saldı. Arvadların sayını dördədək azaltdı. Bundan başqa bu 4 qadının hər birini həyat üçün vacib hər şeylə təmin etmək lazım idi. Rəsmi arvadların sayının azalması sosial səbəblərlə izah olunur. Yeni ictimai münasibətlər bütün əmlakın irsən keçəcəyi varisin, ata nəslinin davamçısının dəqiq müəyyən edilməsini tələb edirdi(4, 27).

Çoxarvadlılığın bu cür məhdudlaşdırılması zəngin kişilərin xeyrinə idi. Çünki onlar var-dövlətlərini bölüşdürməkdə yox, qorumaq və artırmaqda maraqlı idilər. L.İ.Şaydullina çoxarvadlılığın məhdudlaşdırılmasında başqa bir sosial səbəbin də rolundan söz açır. Belə ki, məlumdur ki, islam elan olunan vaxt ərəb tayfalarının birləşməsi prosesi gedirdi. Bir tərəfdən daha güclü tayfalar zəifləri özlərində əridir, bəzən də tayfalar arasında dostluq ittifaqları yaranırdı. Orta əsrlərin əvvəllərində tayfalar arasında siyasi birlik tez-tez nigah telləriylə də möhkəmləndirilirdi. Çox güman ki, hakim Qüreyşilər sülaləsi Quranın bənzər qanunlarıyla çoxarvadlılığı məhdudlaşdırmağa və bununla da bir ittifaqda birləşmiş ailələrin sayını minimuma endirməyə çalışmışdı

"Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan 2, 3 və 4 nəfərlə nigah bağlayın! Əgər (onunla) ədalətli dolanmağa əmin deyilsəniz, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin! Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır (4, 3).

Çoxarvadlılıq, bir qayda olaraq, imkanlı kişilər arasında yayılmışdı. Eyni zamanda bir neçə qadınla nigah zəngin olmağın göstəricisi idi. Bu mənada F. Engelsin mülahizəsini misal gətirmək yerinə düşərdi: "... Əslində çoxarvadlılıq köləliyin nəticəsi idi

Page 36: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

və yalnız ayrı-ayrı şəxslərə aid idi. Bu şəxslər isə cəmiyyətdə xüsusi mövqe sahibi idilər. Semit patriarxal ailədə ancaq patriarxın özü və onun böyük və bir-iki başqa oğulları çoxarvadlı ola bilər. Patriarxın başqa oğulları tək bir arvadla kifayətlənirdi. Hal-hazırda da bütün Şərqdə vəziyyət elə belədir; çoxarvadlılıq zəngin və məşhurların imtiyazıdır, onlar əsasən kəniz satın almaqla çoxarvadlı olurlar. Əhalinin çoxu monoqamiyada yaşayır".

İndi də nikah məsələlərinə nəzər salaq. Qız nikaha girmək üçün hansı yaşa çatmalıdır?

Deyilənə görə, peyğəmbər məscidin minbərindən bu xüsusda belə, deyib: "Ey müsəlmanlar! Sizin qızlarınız ağacda dəymiş meyvəyə bənzərlər. Məhsulu onun ən yaxşı dövründə toplamaq lazımdır. Əks halda günəş və ya başqa qüvvələr onu çürüdər və ya xarab edər. Siz də öz qızlarınızı onların yetişdiyi vaxt - nə gec, nə də tez - ərə verməlisiniz. Əgər onlar vaxtında ərə getməsə, uzun müddət evdə qalarlarsa, onlar mütləq yolunu azacaq və bunda günahkar siz olacaqsınız. Onlar insandır və onların insani tələbatları ödənməlidir. Quranda bu xüsusda deyilir: "Vaxtı çatmamış nikaha girməyə qərar verməyin" (2,23). Qız 9, oğlan isə 15 yaşına çatmışsa, bu, onların nikaha girməsi üçün kifayət

hesab edilirdi. Qurana görə, nikah ittifaq haqqında müqavilədir və o, qadının razılığını tələb edir.

İslam əsası düzgün qoyulmayan nikahların doğura biləcəyi bütün pis nəticələrə diqqət yetirib. O, ailəni var-dövlət, ehtiras, yaxud da xarici gözəllik və ya başqa maddi şeylər üzərində deyil, inam və yaxşılıq, ismət və təmizlik, kişi və qadının möminliyi üzərində qurur. Peyğəmbər bu xüsusda belə deyib: "Kim ki qadınla yalnız onun gözəlliyi səbəbinə evlənir, onda axtardığını tapa bilməyəcək. Kim ki qadınla onun var-dövləti səbəbinə ailə qurursa, Allah onu tərk edəcək. Ona görə də elə arvad axtarın ki, onun gözəlliyi inam gözəlliyi, zənginliyi isə həyatın təmizliyidir". Peyğəmbərdən soruşurlar: "Ya peyğəmbər! Durğun gölməçə yanında bitmiş çiçək nə deməkdir?" O isə belə cavab verir: Qüsurlu ailədə tərbiyə alıb, tərbiyənin ciddiyyətini ınlamamış gözəl qadın".

Çox vaxt həyatda qızın razılığı əvəzinə valideynlərə, böyüklərə tabe olması tələb edilirdi. Onlar da bu prosesi alqı-satqıya çevirirdilər. Bu zaman kişi alıcı, qadın isə əmtəə kimi çıxış edirdi. Kişi arvad almaq (4,3) üçün, istər gəlin müsəlman, istər xristian, istərsə yəhudi (5,7) olsun, pul (məxr, başlıq, süd pulu, kalım) sərf edirsə, qadınla da buna uyğun davranır. Ya onu həddindən artıq qoruyur, ya da ona etina etmirlər.

Yuxarıda qeyd olunduğu kimi kişi nikaha girmək üçün kalım ödəməliydi. Sonradan Quranda qanunlaşdırılmış bu adətin yaranması haqda bir neçə kəlmə.

Kalım patriarxal cəmiyyətin irsidir. Burda işlək əllər əldə etmək üçün maddi kompensasiya tələb edilirdi. Başqa bir fikrə görə, bu ödəniş həm də ona görə qanunlaşdırılıb ki, qız uşaqlarının doğulub tərbiyə almasına yardım etsin. Yuxarıda qeyd etdiyimiz kimi, islama qədər qız uşaqları tam yararsız hesab olunurdu.

Bəy nikah müqaviləsi bağlanan kimi başlıq-məxri ödəməliydi. Şəriətə görə, nikah müqaviləsindən sonra qadın məxri geri ərinə qaytara bilərdi. Yəni qadın məxrlə ürəyi istəyən kimi davrana bilərdi. Şiələr iddia edir ki, mülkiyyət predmeti olan istənilən şey ölçüsündən asılı olmayaraq məxr ola bilər. Şiələrin təliminə görə bir iş, misal üçün qadına müəyyən peşə öyrədilməsi də məxr ola bilər. Ancaq Quran və şəriətin qanunlaşdırdığı və əslində qarşılıqlı yardım və şəfqət ifadəsi olan bu qayda zamanla qadınları istismar alətinə, nikah isə alqı-satqı prosesinə çevrildi. Bəyin yaxınları gəlinin yaxınlarına onların müəyyən etdiyi məbləği ödəməliydi. Bu, pul, sürü, ərzaq ola bilərdi. Bəzən bəy gəlinin atasının sahəsində illərlə işləməli olurdu. Böyük Azərbaycan maarifçisi və tarixçisi V.Xuluflu ilkin mənbələri ətraflı araşdıraraq belə nəticəyə gəlir ki, bu proses daha çox əmtəə alqı-satqısına bənzəyir.

İslamın Quranda öz əksini tapmış ilkin ideyaları bəzən bir-biri inkar edəcək dərəcədə aydın deyil. Hətta islam ilahiyyatçıları özləri Quranda 200-dən çox ziddiyyət

Page 37: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

görürlər. Bu da ona gətirdi ki, bir çox müsəlman ilahiyyatçıları Quran müddəalarının hərfi, zahiri yox, batini mənası olmasını iddia etməyə başladılar. Bununla bağlı öz dövrü üçün mütərəqqi qanunlar toplusu olan və heç bir şəkildə qadın haqlarını tapdamayan Quranla yanaşı, şəriət, müxtəlif cür təfsirlər, sünnə, qiyas, icma da meydana çıxır. Onlar isə qadının mövqeyi islamın daha sonrakı hüquqi sənədlərində olduğu kimi feodal cəmiyyəti şəraitində tam başqa forma aldı.

Svetlana Adıgözəlova fəls.e.n.

QENDER VƏ MƏDƏNİYYƏT Feministlərin fikrincə, sentrizm həyatın başqa sahələrində olduğu kimi

mədəniyyətin əsasını təşkil edən sosial institutlar, normalar və qaydalara da nüfuz edib. BMT-nin məlumatlarına görə (onlar feminist təşkilatlar tərəfindən tez-tez gətirilir və görünür ki, artıq köhnəlib), qadınlar ümumi dünya əmtəəsinin 2/3-ni yaratdıqları halda, ümumdünya gəlirinin 10%-ni alır və dünya mülkiyyətinin yalnız 1%-nə sahibdirlər. Kişilərin "güclülüyü" yalnız qadının "zəifliyi" vasitəsilə təsbit olunur, yəni "sahib-qul" münasibətləri. Buna görə də cəmiyyət, özünün bütün sosial institutlarının vasitəsilə kişi və qadın üçün fərqli mənəvi normalar, sərvət idealı yaradır.

Kişi üçün qəbul olunan normalar müstəqillik, fərdilik, fəallıq, qətiyyət və i.a. olduğu halda qadınlar üçün fədakarlıq, özünü fəda etmək, emosionallıq, yumşaqlıq, qayğıkeşlik, ailəyə bağlılıq, sədaqət hesab olunur. Cəmiyyətdə belə sosiomədəni təsisat həyatının bütün sahələrində öz əksini tapır və onlara "hakimiyyət-tabeçilik" münasibətlərinin üstünlüyünü diktə edir. Məsələn, tarix kişilərin gözü ilə, kişilər üçün yazılır və buna görə də inqilablar, digər sarsıntılar onun əsas özəyini elə təşkil edir ki, sanki bəşəriyyət tarixində zorakılıq inkişafın əsas hərəkətverici qüvvəsidir. Təbabətdə də, ümumiyyətlə, elmdə tədqiqatlar əməli hərəkətlərdə güc, zorakılıq metodlarına üstünlük verib, onları daha faydalı hesab edirlər. Hər yerdə biliyə " təbiət üzərində hakimiyyət", güc və ağlın təbiət üzərində qələbəsi kimi baxılır. Bəs "patriarxal mədəniyyətin" yaranması, inkişafı və bərkiməsi necə

baş vermişdir? Ana-Torpağın məhsuldarlığı, hər bir canlının yaranmasının matriarxal mədəniyyət

məcrasında yaradılmış mərasimi prosesi hələ antik dövrdə şübhə altına alınmağa başlanmışdı. Yunan mifologiyası torpaq və təbiətlə bağlılığı simvolizə edən qadın allahların, qanunların hakimiyyətini, rasional təfəkkürü, təbiətə tabe olmaq yox, onu ələ almaq, özünə tabe etməyə can atan kimi allahlarla əvəz edilməsinin əyani bir misalı ola bilər. Hər yerdə qarşılıqlar, əksliklər ortaya çıxarılır: ruh və bədən, ağıl və materiya, işıq və qaranlıq və i.a. Oxşar proseslər Uzaq Şərqdə də təsirini göstərsə də (Çin, Hindistan), lakin onlar Qərb rasionalistlərinin etiqad etdikləri ifrata varmadılar.

Orta əsrlərdə bu bölünmə artıq Müqəddəs Kitabların nüfuzuna arxalanmağa başlayır. Kilsənin "atalarından" biri İsgəndəriyyəli Filon belə deyirdi: "Tərəqqi-qadına aidlikdən kişiyə aidliyə doğru hərəkətdir, zira qadın cinsi, felən material, passiv, tünd və şəhvani olduğu halda, kişi-fəal, rasionaldır və daha çox mənəvilik və fikirlə yaxındır. Kişi-qadına nisbətən daha dominantdır, səbəbin fəaliyyəti daha yaxındır: qadın-natamam, tabe, passivdir. Rassional ağıllı, mənəviyyatlı kişiyə, irrasional-qadına aiddir. "Makedon yığıncağında" (585-ci il) "qadını insan hesab etmək olarmı" sualına cəmi bir səs çoxluğu ilə müsbət cavab alınmışdı. Orta əsrdə Avropada geniş yayılmış "İfritlərin çəkici" kitabının müəllifləri Y.Şprenqer və Q.İnstitoris (1487-ci il) qadının kişiyə tabe vəziyyətini (fe-fides-inam, minus-az) terminin özü ilə izah edirdilər: yəni qadın kişiyə nisbətən Allaha daha az inama və deməli həm də tabeçiliyə məhkumdur.

Page 38: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

İnsanların bərabərliyi uğrunda mübarizəsi ilə səciyyələnən Yeni Dövrdə cinslərin qeyri-bərabərliyi fəlsəfı bir prinsip kimi formalaşır. Məhz bu dövrdə təbii, cismani və deməli femin olan şeyin əzilməsi mədəniyyət ilə təfəkkürün sistem yaradan bir prinsipinə çevrilir. Təbiət haqqında düşüncələrin yerinə ona fəal təsir etmə vaxtı gəlir. Bu baxımdan F.Bekonun Aristotel təbiəti «toxunulmaz və zorlanma» hesab etməsiylə bağlı iradı heç də təsadüfi deyil. Əksinə, Yeni Dövr mütəfəkkiri üçün dərk edən özünün təbiət üzərində hakimiyyət və üstünlüyünü təsbit edən kişidir. Həmişə insan tərəfindən canlı məxluq kimi dərk edilən təbiət ilk dəfə olaraq «ölür»: onun quruluşundan baş açmalı olan insanın əlində cansız mexaniki oyuncağa çevrilir. Digər bir mütəfəkkirin-Dekartın fikrincə, dərk etmə Loqosun (rasional «kişi» şüurunun) Sofiyadan (intuitiv «qadın» şüurundan), kişinin və onun şüurunun Təbiətdən ayrılmasıdır. Faktlar göstərir ki, XVI-XVII əsrlərdə - «şüurun təntənəsi» dövründə əslində türkəçarə, «təbii» təbiblər olan qadınlara qarşı «əcinnə ovu» görünməmiş vüsət alır. Məhz bu vaxt qadın seksuallığı sərti kişi nəzarəti altına alınır və onun bütün təzahürlərinin qarşısı alınır, zira onlar «patriarxal» cəmiyyət tərəfindən eyib sayılır.

Maarifçilik dövrü də cinslərin qarşılıqlı təsiri probleminə öz töhfəsini verdi. Bununla əlaqədar olaraq, J.J.Russonun fikirləri daha çox diqqəti cəlb edir. Baxmayaraq ki, təbiət əsl sərvətdir, lakin onunla eyniləşdirilən qadın ən alçaq əxlaqi məxluqdur, zira onun ehtirasları vətəndaş cəmiyyəti quruculuğunun şüurlu, ağlabatan prinsiplərinə təhlükə törədir. Buna görə də qadını vətəndaş cəmiyyətindən kənarlaşdırmaq, təmamilə xüsusi və ailəvi sahələrə yerləşdirmək lazımdır. Bu isə kişilər üçün səciyyəvi olan ictimai əxlaq, etika, vətəndaş fəallığından azaddır. Dahi alman filosofları Kant və Hegel bu xətti davam etdirdilər. Hegel deyirdi ki, «qadın kişidən, bitki heyvan fərqləndiyi kimi fərqlənir». Qeyd etmək yerinə düşərdi ki, o dövrün cəmiyyəti hesab edirdi ki, bu doğru fikirdir.

Yaranan sosialist və marksist ideyalar maskulin və femin olanların yenidən birləşdirilməsi, kişi və qadınların bərabərliyi məsələsini qaldırdı. Lakin Marksın əsərlərində qadının diskriminasiyasına ümumiyyətlə antoqonist cəmiyyətdə insanın diskriminasiyası kimi baxılırdı. Engels yazırdı: «xüsusi mülkiyyətin təşəkkülü və cəmiyyətin sinfi quruluşunun inkişafı qadın cinsinin ümumdünya tarixi məğlubiyyətinə gətirdi». Bununla o, ədaləti sinfi mübarizənin barrikadalarında bərpa etməyə çağırırdı. Lakin, müasir tədqiqatların göstərdiyi kimi, ancaq «sinfi» bərabəsiziiyin aradan qaldırılması kifayət deyil, maskulin ideologiya və patriarxal mədəniyyətə qalib gəlmək, onları aradan qaldırmaq lazımdır.

Ən Yeni Dövrdə vaxtı ötməkdə olan mexaniki rasionalizmin, onun sərt determinist çərçivələrinə qarşı etiraz edən yeni tip irrasionalizmə qarşı mübarizəsi qender tədqiqatlarının əsasını təşkil etdi.

Qadın hərəkatının, - «femin etirazı»nın üç mərhələsi aşağıdakıları əhatə edir: 1.70-ci illərdə feminizm problemlərinin, xüsusilə sosiologiya və humanitar

elmlərdə əsl partlayış və canlanması. 2.Bu partlayışın nəticəsində Qərb universitetləri və kolleclərinin tədris

proqramlarını qadın tədqiqatları üzrə tədris kursları daxil edildi. «Qadın amili» cəmiyyətin sosial və siyasi həyatında getdikcə daha çox əhəmiyyət kəsb etməyə başladı.

3.Nəhayət, «femin» problematikalı əsl elmi istiqamət və tədqiqatların yaranması sırf qadın tədqiqatlarından, ümumiyyətlə, qender tədqiqatlarına keçid yaratdı: insan cəmiyyətinin, mədəniyyətinin və qarşılıqlı münasibətlərinin bütün aspektləri qenderlə bağlıdır, buna görə də bu istiqamətin çərçivəsində ancaq qadın problemləri ilə məhdudlaşmaq olmaz. Qender diffirensiasiyası və assimetriyası bütün cəmiyyət və mədəniyyətlərdə mövcuddur, baxmayaraq ki, konkret maskulin və femin təsəvvürləri bütün mədəniyyətlərdə eyni deyil.

Page 39: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Mahrux İsmayılova GİHAB-ın tərcüməçisi

FEMİNİZM VƏ POSTMODERNİZM Feminizm yarananandan da indiyədək bütün əsas siyasi və sosial nəzəriyyələrlə

diskussiya aparıb. Tarixi baxımdan liberalizm və marksizmə feminizmin ideya partnyorları kimi baxmaq olar. Müasir feminist nəzəriyyə bir çox münasibətlərdə postmodernizmlə bağlıdır. Bu, yeni fenomen deyil. Feministlər və postmodernistlər arasında diskussiyalar praktik olaraq heç vaxt ara verməyib və onların münasibəti mövzüsu feministlərin əsərlərində yenə də əsas yerlərdən birini tutur.

Həm feminizm, həm də postmodernizm posthegel subyektiv-tənqidi təfəkkürə malikdirlər və universal subyekti tənqiddə üst-üstə düşürlər. Amma bir çox məsələlərə münasibətdə onların mövqeyi ayrılır və əslində feministlərin postmodernistlərlə bu cür uzun sürən polemikası feminizmin müstəqil nəzəriyyəsinin təsdiqi cəhdidir.

Ümumiyyətlə, feminizm bir nəzəriyyə olaraq başqa nəzəriyyələrə münasibətdə simvolik olaraq, kişi başlanğıca münasibətdə qadın başlanğıc kimi çıxış edir. Buna görə də Lakanın sözləriylə desək, simvolik və real olan səviyyəsində «qadın yoxdursa, onda feminizm anlayışı da mövcud sosio-mədəni paradiqma çərçivəsində ifadə edilə bilməz. Bu, qadın hərəkatı və feminizmin bütün tarixi boyu onun ideya mənbələrinin və hüquqlarının inkarıyla bağlıdır. Cinslərin münasibətlərinə sosial problem statusu verən məsələlər təkzib olunur və bu münasibətlər sadəcə təbii, yəni siyasi olmayan münasibətlər kimi nəzərdən keçirilir

Feminizm və postmodernizmin qarşılıqlı münasibətlərinə gəlincə, bu münasibətləri postmodernistlər adətən postmodernizmin feminist məsələlərə «yaxşılışdırılmış liberalizm», «yaxşılaşdırılmış sosializm», «yaxşılaşdırılmış postmodernizm» kimi təsirindən danışırlar. Amma feminizm nəzəriyyəsinin kişilərin dominant olduğu nəzəriyyələrə əks təsirindən söz açılmır.

Korneliya Klinqer «Liberalizm-Marksizm-Postmodernizm» də postmodernizm və feminizm arasında 3 əsas uyğunluğa diqqət yetirir:

l) Həm postmodernizm, həm də feminizm postmetafizika ənənələrinə, məhz posthegel subyektiv-tənqidi təfəkkürə aiddirlər. Buna görə də onlar universal subyekti tənqiddə üst-üstə düşür. Hər iki yanaşmaya görə, bu subyektin partikulyar əlamətləri, vətəndaş, avropalı, ağ irq adamıdır. Bunlar da cins, sinif, irq, mədəniyyət və tarix kimi parametrlərlə konkretləşdirilir. Postmodernizm və feminizm baxımından bu, subyektiv varlığın və təbiətin hansısa universal quruluşunda meydana çıxıb və ilkin essensial deyil, spesifik sosial münasibətlərin məhsulu və konstruktudur. Postmodernist və feminist nəzəriyyələrin antiuniversalizmi və antiessensializmi sıx bağlıdır.

2) Subyektin essensiallığı və universallığı sadəcə həqiqətin nəzəri, epistemoloji təhrifi deyil, həm də onların bunda maraqlı olmalarının ifadəsidir. Həm postmodernizm, həm də feminizmin hakimiyyət və hakimiyyətsizliyin mexanizmlərinin anlaşılmasında rolu olub.

3) Nəhayət, postmodernizm və feminizm essensial, universal anlayışlara əsaslanan nəzəriyyələrdə maarifçilik irsinə əsaslanaraq tənqid edir.

Feminizm və postmodernizm hakimiyyəti onda günahlandırır ki, maarifçilik proyekti qərarlaşmış hakimiyyət münasibətlərinə qarşı yönəlib və fərdi azad etməyə çalışır. Onlar mövqe və müxalifətin sadə yerdəyişməsinə binar və dixotomik strukturlar kimi baxırlar.

Feminizm epistemologiyadan nə tələb edir? Bu sualla feminist fəlsəfədə aşkar yenilik dərk özünü bəlli edir. Bu sual onu ifadə edir ki, epistemalogiyada feminist dəyərlər nəzəri olaraq ciddi fəlsəfi tələbləri qabaqlayır. Yetərincə arqument var ki, qeyri-elmi normalar sosial-siyasi maraqlara olduğu qədər fəlsəfi maraqlara da nüfuz edir. Biz

Page 40: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

postmodernizmsiz də bilirik ki, fəlsəfə sosial vakuumda ola bilməz və ənənəvi metafizik məsələlərdə şübhəli dəyərləri araşdırmaq üçün feminist tədqiqata ehtıyac var.

Mətləb Mahmudov fəls.c.n. CİHAB-ın İdarə heyətinin üzvü İNZİBATÇILIQDA QENDER MÜNASİBƏTLƏRİNİN FEMİNİST TƏHLİLİ Qərb ölkələrində, xüsusilə ABŞ-da qadınların sosial-siyasi rollarının inkişafı ilə

əlaqədar 70-ci illərin əvvəllərindən S.Fayerstoun, C.Mitçell, T.Q.Etkinson, C.Qrir və başqaları tərəfindən geniş tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar, mahiyyət etibarı ilə fəlsəfi-ideoloji (azad insan, azad vətəndaş və s.), siyasi (demokratiyanın təntənəsi, aktiv seçici və s.) və provakasiya (antikommunizm, antisovetizm və s.) xarakterli idilər. Qeyd etmək lazımdır ki, bu tədqiqatların bu cür geniş spektrdə aparılmasına səbəb ABŞ-da feminist hərəkatının güclənməsi də böyük təsir göstərmişdir. Fərdi alim və mütəxəssislər tərəfindən başlanan bu tədqiqatlar, sonradan peşəkar tədqiqat sahəsinə transformasiya olunaraq sabit elmi status zirvəsinə kimi yüksəlir. Böyük sürətlə həm sosial-etik, həm də epistemoloji-metafizik problemləri əhatə edən fəlsəfi feminizm inkişaf etməyə başlayır ki, bunların da mənbəyində əsasən kişi tədqiqatçılarından ibarət bir qrup dayanırdı. Bunlar S.Fayerstounla yanaşı N.Hartson, E.Caqqar, V.Held, H.Hortman, D.Qriminad, S.Oukin, K.Killigen, S.Xordinq və b. olmuşlar. Bu dövrlərdə kişilərin feminist tədqiqatlara qoşulması, neqativ obraz yaratmış olun radikal feminizmin bu imicinin dəyişməsinə səbəb oldu.

Qadınlar isə cavablarında bunu qadınların öz hüquqları uğrunda mübarizəyə qalxmaq üçün təşkilatlanmaları kimi qiymətləndirirlər.

Müasir dövrün ən böyük tendensiyası, insanların öz həyatlarına qiymətli bir hadisə, bir sərvət kimi yanaşmaları, özü üçün yaşamaq, mənalı ömür sürmək üçün təminatlı bir şərait uğrunda mübarizə aparmalarıdır. Sovet dövründə bu halı eqoistləşmə kimi dəyərləndirirdilər. Yəni insanlar fərdiləşir, öz problemlərinə qərq olaraq cəmiyyətin ümumi problemlərindən özlərini təcrid edirdilər. Lakin müasir dövrdə bir çox mütəxəssislərin fikrinə əsasən, insanların özünü realizəsi üçün fərdiləşməsi çox nadir hallarda eqoizmə səbəb olur. Əksər hallarda, bu humanist xarakter alır və ümumbəşəri bir dəyərə çevrilir. Cəmiyyətdən özünü dərk edərək təcrid edə bilməyən şəxs hökmən ümumtoplum psixologiyasına çox asanlıqla cəlb olunur və çox asanlıqla müəyyən ümumtoplum ideoloji dəyərlərini qəbul edərək psixiki manipulyasiyaya məruz qala bilərlər. Bu da hamin adamın çox asanlıqla istənilən provakasiyalara uyaraq ekstremizmə yuvarlanmasına səbəb ola bilər. Ancaq, özünü dərk edərək, cəmiyyətdən təcrid edən şəxs öz əməllərinin nəticəsinə məsuliyyətli olur, adətən ekstremizmə qurşanmır.

Yuxarıda qeyd olunan halları nəzərə alaraq müasir dövrün bir neçə xüsusiyyətini təsvir edə bilərik. Bu da qender meyarlarının çox ölçülü olmasını bir daha sübut edir.

İlkin olaraq, nəzərə çatdırmaq lazımdır ki, müasir dövrün iqtisadi və mədəni spektri çoxlu sayda iş yerlərinin yaradılmasına səbəb olur. Bu iş yerlərinin böyük bir qismi qadınların fəaliyyət göstərməsinə yararlı olduğu üçün, mütəxəssislərin dili ilə desək, feministləşir.

Növbəti xüsusiyyət hüquqi normativ və qanunlardan asılı olaraq, hamının imkan, qabiliyyət müsabiqəsində iştirak etmək hüququna malik olmasıdır. Burada qadınlar məhdudiyyətsiz olaraq bu proseslərdə iştirak edərək öz qabiliyyət və bacarıqlarına adekvat bir sənətə və ya vəzifəyə sahib ola bilərlər.

Page 41: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Aynur Veysəlova aspirant «Qabusnamə»də ailə və qender münasibətləri Şərqin Dünya ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələrdən biri də

«Qabusnamə»dir. «Qabusnamə» dünyanın acı-şirinini dadmış, saray və hakimiyyət çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllallığının şahidi və iştirakçısı olmuş qoca bir atanın öz oğluna vəsiyyət və nəsihət kitabıdır. X-XI əsrlərə məxsus olan bu əsər qırx dörd fəsildən ibarətdir. Kitabın müəllifi Əmir Ünsürülməali Keykavus ibn İsgəndər ibn Vəsimgir ibn Ziyardır.

«Qabusnamə»də müxtəlif həyati məsələlər öz əksini tapmışdır. Sözsüz ki, bizi daha çox ailə və qender münasibətləri maraqlandırdığı üçün diqqətimizi ona uyğun fəsillərə yönəldəcəyik.

«Qabusnamə»nin 26-cı «Evlənmək haqqında» və 27-ci «Övlad tərbiyə etmək və onların qaydaları haqqında» fəsillərində kişi və qadınların (qız və oğlanların) yalnız ailədə ər, arvad, övlad kimi deyil, həmçinin bir insan kimi cəmiyyətdə mövqeyini və fəaliyyətini müəyyənləşdirir.

Bir çox qərb mənbələri, Şərqdə qadın hüquqlarının aşağı səviyyədə olmasını qeyd edirlər. Müəllif yazırdı: «Övladın qız olsa, onu həyalı bir dayəyə tapşır, böyüyəndə ona bir müəllimə tut...» Bu onu göstərir ki, valideyn (xüsusilə ata) qızını sərbəst və özünəinamlı böyütməyə borcludur. İstər qız, istərsə də oğlan ailə qurduqda öz tərəf müqabilini dərindən öyrənməli, ona hər bir məsələdə etibar etməlidir. «Arvad ismətli, namuslu, dindar, evdar, ərini sevən, həyalı, ləmizkar, başıaşağı, üzüyola, əlidüz, malyığan olmalıdır. Beləsi gözəl olar». Ər haqqında isə belə deyirdi: «Adaxlı (ər) gözəlüz, əlidüz, təmizdin, təsərrüfatdan başı çıxan olmalıdır. Bilməlisən ki, o, qızının xərcini haradan və hansı yolla gətirir».

Müəllif bütün dövrlər üçün maraqlı bir cəhətə də öz münasibətini bildirmişdir. Cəmiyyətdə istər qadınların (əsasən), istərsə də kişilərin sosial-mədəni münasibətlərində onlara və ailələrinə maneə olan cəhət qısqanclıqdır. O, əzəldən insanın mahiyyətində mövcuddur. Müəllif oğlunun timsalında kişilərə bu barədə öz fikrini belə çatdırmışdır: «Birdə çalış qısqanma, qısqanacaqsansa, heç evlənmə, çünki sənin qısqanclığın çox zaman zorla onu əyri yola getməyə məcbur edər. Lakin arvaddan şübhələnib onu qısqanmadan, pulunu ondan gizlətməsən və yaxşı saxlasan, allahın verdiyindən onu yaxşı dolandırsan, o sənə atandan, anandan və uşaqlarından daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi bir dost tapa bilməzsən».

Burada müəllif eyni zamanda məsələyə insan psixikasında şüuraltı baş verəcək proseslərdən xəbər verir. Qısqanclıqla əlaqədar olaraq kişi və qadın keçirdikləri psixiki sartıntılar nəticəsində ailə həyatı üçün təhlükə yaradan düşüncəsiz hərəkətlər edirlər.

Müəllifin fikirləri orta əsrlərdə qələmə alındığına baxmayaraq istər qender, istərsə də digər elm sahələri baxımından tədqiq edilməyə dəyər. «Qabusnamə» əsəri öz tədqiqatçılarının yolunu gözləyir.

Rauf Məmmədov, fəls.e.n. GİHAB-ın tərcümə mərkəzinin sədri.

ZƏRDÜŞTİLİKDƏ QENDER PROBLEMLƏRİ Zərdüştilik təlimi bəşəriyyət tarixində ilk monoteist təlimlərdən biri kimi meydana

gəlmişdir. E.ə.I minillikdə dəmirin meydana gəlməsi ilə əlaqədar cəmiyyətdə yeni

Page 42: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

ictimai-siyasi hadisələr formalaşdı. Quldarlığın meydana gəlməsi ilə Zərdüşt peyğəmbərin yaşadığı cəmiyyət qullara və quldarlara bölündü. Bu cəmiyyətdə yaşayan insanların hüquqları tapdanaraq, onların taleyi təhlükə altında qaldı. Heç bir mülkiyyət və hərbi qüvvəyə malik olmayan bu hüquqsuz insan kütləsinin hüquqlarını müdafiə edən məhz Zərdüşt peyğəmbər oldu. Lakin bu yolda o çox böyük məhrumiyyətlərə və əzablara məruz qalmasına baxmayaraq, tutduğu haqq yolundan dönmədi. Bəşəriyyət tarixində ilk insan hüquqlarının carçılarından biri kimi tanınan Zərdüşt bir şəxsiyyət və Yaradanın iradəsini təmsil edən bir peyğəmbər kimi qadın və kişilərin bərabərhüquqluğunu təsdiq etdi. Buna görə o, Qatalar da onlaı bir-birindən ayırmayaraq, onları əsasən «ey insanlar» ifadəsi ilə səsləyir. Qadınlar da kişilər kimi azad iradə və azad seçki hüququna malik olduqları üçün öz əməllərinə görə məsuliyyət daşıyırlar. Onlar da kişilərlə bərabər Ahuranın Zərdüşt peyğəmbər vasitəsilə göndərdiyi «müqəddəs elmi» (spanta sasnaya) öyrənib etiqad etməyə və cəmiyyətdə öz xeyirxah fikir, söz və əməlləri ilə xeyir verməyə borcludurlar. Zərdüştilik ənənələrinə görə ilk qadın və kişi vahid bir candan ayrıldıqları üçün onların vəhdəti ailənin, cəmiyyətin, dövlətin yaranmasına səbəb olur.

Bu strukturların qorunub saxlanması da məhz düzgün qadın-kişi münasibətlərindən asılıdır. Cəmiyyətdə istehsal əsasən kişilərin əlində olduğu kimi, dövlətin əsasını təşkil edən ailə isə qadınların əlindədir. Bunun üçün ailə və istehsal arasında tarazlığı mühafizə etmək üçün cəmiyyətdə buna müvafiq qanunlar olmalıdır. Zərdüşt peyğəmbər cəmiyyətdə sabitliyi, ədaləti bərpa edən bu qanunları məhz Qatalarda izhar etmişdir. Onun cəmiyyəti mütləq bir əqidəyə malik olan saf bir cəmiyyətdir. Orada qadınlar və kişilər arasında heç bir ayrıseçkilik yoxdur. Bu cəmiyyətdə insanlar yanlız öz imanlarına görə bir-birindən ayrılırlar. Zərdüşt peyğəmbər bununla belə onların vicdan azadlıqlarını müdafiə edir.

« Mən evlənən qız və oğlanlara bu sözləri xatırlamaq üçün deyirəm: Vicdan və səylə Ali Fikrin həyatını anlayın! Qoy sizdən hər biriniz digərinizlə bu həqiqət yolunda yarışsın. Onu izləyənlər ali mükafata yetişəcəklər.» (Yasna 53.5)

Zərdüşt peyğəmbər öz qızı Pouruçistanı Camaspaya ərə verəndə, ona öz ata məsləhətini bildirir:

«Ey Haecataspa və Spitama nəslindən olan! Ey Zaratuştranın ən gənc qızı Pouruçista! Mən onunla sənin xeyir-duanı verib, səni xeyirxah fikir, həqiqət və müdrikliyə qovuşmağa, öz əql və qəlbinin ilahi düşüncəsiylə həmsöhbət olmağa çağırıram» (Yasna 53.3) Zərdüştün kürəkəni Camaspa isə belə deyir:

«Atasının, ərinin və insanların yerini bilən, mömün qadın və kişilərdən olan, öz pak vicdanı ilə Müdrik Ahuranın Xeyirxah Fikrinin daima parlaq mükafatına layiq görülən və mənimlə əhd bağlayan o Pouruçistanı qəlbən sevəcəyəm» (Yasna 53.4)

Zərdüşt peyğəmbər cəmiyyətdə və onun inşafında əxlaq və əqidəni ön plana çəkir. O, öz həyat yoldaşı Fraşaoştra Hvoqva haqqında belə deyir:

« Əziz Fraşaoştra Hvoqva mənə Ahuranın istəyindən doğan öz pak vicdanının timsalı kimi aşkar oldu. Qüdrətli və Müdrik Ahura, ona həqiqətə qovuşub, həqiqətlə ucalmaq imkanı yaratdı» (Yasna 51.17)

« Ey Fraşaoştra Hvoqva, sən də mənim kimi Ahuranın iradəsinə müvafiq olaraq, həqiqətin ilahi vəhdətlə müşayiət olunduğu, Xeyirxah Fikrin hakimlik etdiyi və Müdrik Ahuranın zənginlikdə yaşadığı yerə səadətlə addımlayırsan» (Yasna 4616)

Ümumiyyətlə, söylənənlərdən belə bir nəticəyə gəlmək olar ki, Zərdüştiliyin qender problemlərində insan amili əsas götürülmüşdür.

Zeynəddin Şabanov GİHAB-ın elmi katibi

Page 43: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

QENDER VƏ ƏDALƏT Cəmiyyət öz inkişafının müxtəlif mərhələlərində qadınlar və kişilər üçün hüquq

normaları, əxlaqi qaydalar, tabular diktə etmiş, onların normal fəaliyyəti üçün geniş meydan yaratmışdır. Cəmiyyətimizin bu günkü inkişaf səviyyəsinə gəlib çatmasında qadınların və kişilərin birgə fəaliyyətinin rolu müstəsna əhəmiyyətlidir.

Bəşəriyyət formalaşdıqdan bir qədər sonra cəmiyyətdəki tarazlıq tədricən pozulmağa başlamiş, «qol qüvvəsi» hesabına kişilər qadınlar üzərində «hökmranlığı» ələ almış, nəticədə, bəşəriyyətin tamlığı pozulmuş, onu təşkil edən bir hissə tərəfindən digər hissənin hüquqları tapdalanmış, ayrı-seçkilik meydana gəlmiş, ədalətsizlik və anomaliyalar üzə çıxmışdır. Uzun illər ərzində bərqərar olmuş madərşahlıq yerini padərşahlığa verərək, «ikinci plana» keçmişdir. Bəs bu yerdəyişmənin səbəbi nədə idi? Axı əvvəl qadınların hökmranlığı mövcud idi. Nə üçün onlar öz yerlərini kişilərə güzəştə getdilər? Və o vaxtdan indiyədək bu səhvin «əzabını» çəkirlər. Güclü tərəf müdafiə olunmaq və hücum etmək üçün xüsusi qabiliyyətə malik idisə də, intellekt zəmində bunu demək mümkün deyildir. Lakin öz qüvvəsindən istifadə edən kişilər qadınların bütün sosial hüquqlarını və ədalət qaydalarını pozaraq cəmiyyətdə həmişəlik «ağalığa» başladılar. Bəs cəmiyyətdə belə neqativ halın, assimetriyanın baş verməsinə səbəb təkcə kişilər idimi?

Son dövrlər bu prosesin dərki daha da dərinləşmiş, cəmiyyətdəki bərabərsizliyin aradan qaldırılması üçün yeni-yeni ideyalar, nəzəriyyələr meydana gəlmiş hərəkatlar, təşkilatlar, mərkəzlər, cərəyanlar fəaliyyətə başlamış, xüsusi qanunlar, konvensiyalar qəbul olunmuş, əksər ölkələrin konstitusiyalarına əlavələr edilmişdir.

BMT-nin Baş Assambleyası XXX sessiyasında 1976-1985-ci illəri qadın onilliyi elan etdi və bu onilliyin əsas devizi belə idi: «Bərabərlik, inkişaf, sülh». Qadınlar öz problemlərini və cəmiyyətdəki mövqelərini möhkəmlətmək üçün məhz həmin onillikdən başlayaraq öz fəaliyyətlərini artırdılar və BMT-də Qadın İnkişaf Fondunu təsis etdilər. Sonralar Qadınların Beynəlxalq Demokratiya Fondu yaradıldı ki, bu da ehtiyacı olan qadın təşkilatlarına kömək üçün təşkil olunmuşdu. BMT-nin Nizamnaməsində və əksər dövlətlərin Konstitusiyasında qadınlara kişilərlə bərabər hüquqların verildiyi bildirilsə də, qadınlara bu bərabərlik «de-yure» verilib, ancaq «de-fakto» əməl olunmayıb. Bəzən isə bərabərlik həddən artıq şişirdilərək kişilərin işlədiyi ağır fiziki işlərə qadınlar da cəlb olunub. Əslində isə istehsalatda deyil, ictimai həyatın digər sahələrində qadınlara kişilərlə bərabər hüquqların verilməsi qəbul ediləndir.

Qadınlar və kişilər ayrı-ayrı cinslərin nümayəndələridir. Eyni zamanda bu cinsləri də iki növə ayırmaq mümkündür: birincisi, bioloji cins və ikincisi sosial cins. Əgər bioloji cins dedikdə qadın və kişinin fərdi anatomiya quruluşu «seks» ehtiva olunursa, sosial cins dedikdə isə cəmiyyətdə qadın və kişilər arasında qarşılıqlı münasibətlər (ingiliscə-"qender"), cəmiyyətdə onların daşıdıqları sosial rollar, funksiyalar nəzərdə tutulur. Bizim məram və məqsədimiz də cəmiyyətdəki qender assimetriyasının həlli istiqamətində tədqiqatlar aparmaq, qadın və kişilərin eyni hüquqlu, bərabər vətəndaşlar kimi cəmiyətin inkişafında fəaliyyətini təsbit etmək, ayrı-seçkiliyin qarşısını almaq, cəmiyyətin tamlığını qorumaq, tarazlığı və ədaləti bərqərar etmək yolunda öz xidmətimizi təklif etməkdir. Bəli, qender sahəsində respublikamızda müəyyən işlər aparılır, ancaq bu hələ azdır, fundamental tədqiqatlara ehtiyac duyulur. Doğrudur ki, respublikamızın statistik göstəricilərinə görə azlıq təşkil edən kişilər (49%) çoxluq təşkil edən qadınlardan (51%) istər dövlət idarəetmə sahəsində, istərsə də biznes, iqtisadiyyat, elm sahəsində üstünlük təşkil edirlər. Təhsil (qadınlar 70%, kişilər 30%) yə səhiyyə (qadınlar 73%, kişilər 27%) sahəsində isə bunu demək mümkün deyildir. Ancaq bir fakt da məlumdur ki, pedaqoqların 70%-i qadındırsa da, məktəb direktorlarının 80%-ni kişilər təşkil edir. Qadınlar məktəbəqədər təhsil sahəsində işləyənlərin 100%-ni, ibtidai təhsildə 90-95%-ni, orta sinif pedaqoqlarının 80%-ni, yuxarı sinif pedaqoqlarının 70%-ni təşkil edirlər.

Page 44: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Eyni zamanda ali təhsillilərin 30-40-%-i, elmlər doktorlarının 10%-i, akademiklarin 5%-i qadınlardır. Qadınlar texniki peşə məktəb müəllimlərinin 52%-ni, texnikum müəllimlərinin 65%-ni və ali məktəb müəllimlərinin - 40%-ni təşkil edirlər. Əksəriyyəti qadınlardan ibarət olan müəllim heyətinə də kişilər rəhbərlik edir. Bu isə qadın hüquqlarının pozulması deməkdir. Məgər qadınlarda rəhbərlik etmək qabiliyyəti yoxdur. Tarix bunun əksini sübut edir. Məlumdur ki, Azərbaycan Respublikası BMT-nin qəbul etdiyi «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi» Konvensiyasını imzalamışdır. Deməli buna adekvat olaraq Azərbaycanda qadınlara qarşı heç bir ayrı-seçkilik olmamalıdır. Əsas qanunumuzda bu öz əksini tapmışdır, cinsindən, irqindən, dinindən, millətindən, mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bütün Azərbaycan vətəndaşlarının bərabərliyi elan olunmuşdur ki, bu da qadın və kişinin eyni hüquqlara malik olduğunu ehtiva edir (maddə 25). Lakin bu qanunun işləmə mexanizmi olmadığından qadınlar tez-tez hüquq pozuntuları ilə qarşılaşırlar. Bu hüquq pozuntuları ona görə baş verir ki, qadınlar öz hüquqlarını lazımınca bilmirlər. Əgər qadınlar öz hüquqlarını hərtərəfli bilsəydilər belə pozuntular da baş verməzdi.

Sosiumda qadın və kişinin hüquq bərabərliyi cəmiyyətin inkişafına təkan verir, onu irəli aparır. Bəzən səhv nəzəriyyələr irəli sürənlər də olur ki, onlar bu və ya digər cinsin üstünlüyünü təmin etmək üçün müxtəlif fikirlər söyləyirlər. Feminizm («qadınlıq») tərəfdarları qadın hüqüqlarını müdafiə etməklə bərabər, eyni zamanda onların kişilər üzərində üstünlüyünü təmin etməyə çalışırlar. Maskulinizmə («kişilik») qarşı feminizmlə çıxış edənlər bəzi təbii, bioloji fərq və proseslərin aradan qaldırılmasına çalışırlar.

Qadın və kişinin hüquqları bərabər elan edilsə də, milli mentaliteti nəzərə almaq, uzun illər boyu formalaşmış adət və ənənəni pozmamaq, yeniliyi təbliğ edərkən əvvəlkini bütövlükdə silib atmamaq gərəkdir. Qadın və kişinin hüquq bərabərliyi ancaq sosial mühitdə ola bilər, bu bərabərliyi heç vaxt bioloji zəminə müncər etmək mümkün deyildir. Cəmiyyətin anası kimi şərəfli bir funksiyanı qadın heç vaxt kişilərlə paylaşa bilməz. Elə buna görə də, bəzi feministlərin bioloji bərabərlik («uniseks») nəzəriyyəsi heç bir reallığa əsaslanmayan boş fikir kimi məhvə məhkumdur. Digər tərəfdən sosial mühitdə qadın-kişi bərabərliyi elan olunsa da, qadın orqanizminin zərifliyi və spesifikliyi nəzərə alınmalı, kişilərin cəlb olunduğu çətin və ağır işlərə qadınlar cəlb edilməməlidirlər.

Qender assimetriyasını aradan qaldırmaq üçün dərin elmi araşdırmalar, geniş təbliğat, təşviqat işi aparmaq gərəkdir. Masallı, Göyçay, Zaqatala, Ağsu rayonlarında keçirilən sorğunun nəticələrinə görə respublikanın regionlarında qadınların problemi eyni deyil, əksinə müxtəlifdir. Belə ki, əgər Masallıda qadınların hüquqları ailədə və kollektivdə pozulursa da Zaqatalada ancaq ictimai-siyasi sahədə, Ağsu və Göyçayda təhsildə, peşə seçimində pozulur. Deməli qender assimetriyasının həlli istiqamətində rayonlarda müxtəlif yönümlərdə iş aparılmalıdır.

Ümumiyyətlə, respublikamızın dünya birliyinə qovuşmasının zəruri tərəflərindən biri də bu ölkədə insan hüquqlarının qorunması, qadın və kişilərin hüquq bərabərliyi, sosial ədalətin bərqərar olması, zorakılıq və assimetriyanın aradan qaldırılması, demokratik dəyərlərə və bəşəri sərvətlərə əsaslanan cəmiyyətin qurulmasıdır.

Nəzakət Babayeva GİHAB-ın sosioloqu

AİLƏ MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASINA TƏSİR EDƏN AMİLLƏR XX əsrin sonunda insan üçün ailə və ailə həyatı nə deməkdir? Bu günlərdə

uşağın olması - çətin məsələdir. Yəni bu gün pulun məsrəfi və sərbəst həyata atılması kimi mürəkkəb məsələ ilə üzləşirik. Nikah və uşağın doğulması varlılar üçün məgər

Page 45: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

qanundur? Həyatın keyfiyyət və səviyyə baxımından aşağı düşdüyü bir vaxtda uşaqların tərbiyəsi və onların saxlanılması bir çox valideynlər üçün çox çətindir. Baskakovanın tədqiqatlarına görə qeyd etmək olar ki, bir çox Rusiya ailələrinin maddi vəziyyəti (kiçik uşaqları olan ailələr nəzərdə tutulur) çox pisdir. Belə ki, hər iki valideyn işləyən ailələdə gəlir ailənin üzvlərinin fiziki yaşamasını təmin edir. Belə ailələr bizdə minlərlədir. Çünki ölkədə ictimai-iqtisadi böhran yəqin ki, uzun çəkəcək. Bu isə insanların durumunun daha da pisləşməsi deməkdir. Belə vəziyyətdə hansı ailədən, uşaq tərbiyəsindən danışmaq olar? Çünki ailənin formalaşmasında bir neçə amillər var ki, bunlardan ən önəmlisi valideyn olmaq amildir. Bu amil ailə həyatına qədəm qoyan gənclərin ata-analıq heysiyyat və məsuliyyətini təmin edərək, hər bir gəncin belə bir həqiqəti dərk etməsinə şərait yaradır ki, ata və ana olmaq nə qədər asandırsa, atalı və analıq etmək bir o qədər çətindir. Ailə-nikah hüququnun «Valideynlik hüquqlarının həyata keçirilməsi» adlı maddəsində əbəs yerə qeyd edilməmişdir ki, valideynlərin hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirib bilməz. Valideyn olmaq amili hər bir gəncdən yalnız məhəbbət deyil, uşaqların qayğısına qalmağı, onlan düzgün tərbiyə etməyi, məsuliyyət daşımağı, tibbi, gigiyenik qaydaları bilməyi, vəzifə borcunu yerinə yetirməyi tələb edir. Ona görə ki, ata və ana övladını yalnız özü üçün, öz səadəti naminə tərbiyə etmir, o eyni zamanda cəmiyyətdə yaşayıb yaradacaq bir insanı yetişdirir. Şərqin böyük ədəbi abidəsi «Min bir gecə»də deyilir ki, pis övlad məhbəsdir. Qız övladın acı dilliliyi yuyulası mümkün olmayan rüsvayçılıqdır. Deməli, ailə quran hər bir gənc gələcəkdə necə övlad tərbiyə edəcəyi barədə əvvəlcədən düşünməlidir.

2-ci amil əmək amilidir. Əmək amili hər bir gəncin əmək həyatına hazırlığını tələb edir. Əmək həyatına hazır olmadan ailə qurmaq böyük qəbahətdir. Ata və ananın əmək haqqına və gəlirinə arxayın olub, ailə qurmaq yaramaz. «Sənətsiz insan qanıdsız quşa bənzəyir». Nizami isə gözəl deyirdi: «Elə ki, böyüdün, belədir qayda, atanın adından sənə nə fayda».

Deməli, ailənin gələcək xoşbəxtliyi əmək hazırlığı ilə bağlıdır. Bəzi ailələrdə uşaqların əmək həyatına hazırlanması da pis təşkil olunur. Bu isə

gələcək vətəndaşı sadəcə tənbəl, xudpəsənd və bacarıqsız böyütmək deməkdir. Uşaqları əməkdən qorumaq, onlara qayğısız həyat yaratmaq ən bağışlanılmaz səhvdir. Əksinə, valideynin tərbiyəvi təsiri ilə uşaq dərk etməlidir ki, bizim cəmiyyətimizdə əmək heç vaxt insana əskiklik gətirməmiş, həmişə onun başını uca etmişdir.

Cinayət xarakterli əməllər çox vaxt əməyi sevməyən, onunla yaxından ülfət bağlamayan şəxslər tərəfindən törədilir. Həddi-büluğa çatmamışların xırda hüquq və qanun pozuntuların qarşısı məqamında alınmalıdır, əks təqdirdə onlar daha böyük cinayətlərə qoşula bilərlər.

Ailənin yaranmasına təsir edən amillərdən biri də iqtisadi amildir. Bu amil yeni həyata qədəm qoyan iki gəncin ailə büdcəsini planlaşdırmağı, evdarlıq məsələlərindən baş çıxarmağı, ailənin mənzillə təmin olunmasını tələb edir. Ailə qurmağa qədəm qoyan hər bir gənc qız bilməlidir ki, onun həkim, müəllim, toxucu, sağıcı və ya alim olması heç də onun evdə qadın və ana olmasını əlindən almır. Əksinə, o bilməlidir ki, sevgilisinin, uşaqlarının xoşbəxtliyi, firavan həyatı onun əlindədir. Qadın həyalı davranır, özünü ləyaqətlə aparırsa, kişini tərbiyə edir, onu intizama çağırır.

4-cü amil hüquq amilidir. Bu amil hər bir gəncin ailə hüququ və nikah qanunlarının əsasları ilə tanış olmasını tələb edir. Elə isə bəziləri ilə tanış olaq:

Qadınların ailə-nikah hüquqları Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş müddəalara əsaslanan, nikah məsələlərini tənzimləyən Ailə və Nikah haqqında qanunlar məcəlləsində şərh edilmişdir. Ailə cəmiyyətin əsas hücrəsi kimi dövlət tərəfindən qorunur və mühafizə edilir. Beynəlxalq hüquq normalarına müvafiq olaraq Azərbaycan Qanunvericiliyində ailədə bərabərlik:

- nikaha daxilolma;

Page 46: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

- həyat yoldaşını seçmə və nikaha yalnız özünün şəxsi və tam razılığı ilə daxilolma;

- uşaqlarla əlaqəli məsələlərdə ailə vəziyyətindən asılı olmayaraq bir valideyn kimi qadının və kişinin eyni hüquq və vəzifələrə malik olması (bütün hallarda üstünlük uşaqlara verilir);

- ailənin planlaşdırılmasında, (uşaqların sayı, onların doğum tarixləri arasındakı fasilə) bunun üçün zəruri məlumatdan, təhsildən və dıgər vasitələrdən istifadə etmək imkanlarına malik olma;

- uşaqlara qəyyumluq, hamilik etmə, vəkillik etmə, övladlığa götürmə və ya qanunçuluqda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmə;

- o cümlədən, ər və arvad tərəfindən soyadın, şəxsi peşə və məşğuliyyətin seçimində;

-həyat yoldaşının əmlaka sahiblik, ondan istifadə edilməsi və onun idarə edilməsi məsələlərində tam bərabər hüquqlara malik olma anlayışları ilə təmin edilməlidir. Lakin ənənəvi olaraq soyadı, yaşayış yerinin seçilməsi və s. patrimonial əsaslarla həll edilir.

Azərbaycan Respublikası Konstitusiyasına görə, nikah könüllü razılıq əsasında bağlanır, ailə isə cəmiyyətin əsas özəyi hesab edilərək dövlət tərəfindən himayə edilir. (Maddə 34,17) Nikah və ailə ilə əlaqədar qadın və kişilərin hüquqları eyni qaydada və eyni səviyyədə qorunur. Kişilər nikaha ən tez 18 yaşında, qadınlar isə 17 yaşında daxil ola bilərlər. Müstəsna hallarda tərəflərin qarşılıqlı xahişi ilə müvafiq icazə olarsa, bü müddət hər bir tərəf üçün 1 ilə qədər azaldıla bilər.

5-ci amil intim amildir ki, bu amil hər bir gəncin bioloji ehtiyacını təmin etsə də burada da həya və məsuliyyət hissi gözlənməlidir. Çünki ailə yalnız kişi-qadın münasibəti olmayıb, ana-uşaq, ata-ana, ata-uşaq münasibətlərinin qovşağıdır.

Bütün bu münasibətlərə son olaraq deyə bilərik ki, ailənin bütün vacib məsələləri ər-arvadın birgə razılığı ilə həll edilir. Lakin gündəlik işlərlə əlaqədar məsələləri qadınlar müstəqil olaraq (80%) həll edirlər. İşləməyən qadınların payına ev işlərinin təqribən 80 faizi, ata və uşaqların payına isə 20 faizi düşür. İşləyən qadınlar isə ev işlərinin icrasında 10-15 faiz iştirak edirlər.

Müasir ailəni keçmiş ailədən fərqləndirən cəhətlərdən biri də hər iki cinsdən olan uşaqlara eyni münasibətin olmamasıdır. Bir çoxları belə hesab edirlər ki, qız oğlana nisbətən valideynlərinə daha çox yaxındır. Etnoqrafiq müşahidələr də bunu sübut edir ki, oğlanların bir hissəsi öz təhsilini başa vurduqdan və ya əsgərlik vaxtı bitdikdən sonra çox zaman şəhərdə qalırlar. Bu hal bəzi qızlara da şamil edilə bilər (H.A.Quliyev. «Azərbaycanda ailə məişətinin bəzi məsələləri» B, 1986, səh 58).

Qeyd etmək lazımdır ki, ailədə uşaqların tərbiyəsinə ata-ananın təhsil dərəcəsi böyük təsir göstərir. Təhsilləri yüksək olan valideynlər uşaqların tərbiyəsi ilə ikilikdə məşğul olur. Əksinə aşağı təhsilli

valideynlərin ailələrdə uşağın tərbiyəsində onlardan birinin (adətən ananın) rolu yüksəkdir.

Keçmişə nisbətən, müasir şəraitdə ailədə uşaqlara, xüsusilə həddi-büluğa çatmış gənclərə münasibət təmamilə dəyişmişdir. Ailə üzvləri bilavasitə ictimai təsərrüfatda çalışır və oradan da lazımi maaş alırlar. Belə bir şəraitdə gənclər iqtisadi və maddi cəhətdən valideynlərindən asılı olmadıqları üçün, onlar öz hərəkətlərində (xüsusilə sevgi, məhəbbət, təhsil almaq və s.) azaddırlar. Buna baxmayaraq, bir çox məsələlərdə də (evlənmək, şəhərə köçmək, boşanmaq və s.) valideynlərin fikri vacib sayılır. Ümumiyyətlə, uşaqlarla valideynlər arasında qarşılıqlı anlaşma və razılıq hökm sürür. Onların arasında münaqişə və anlaşılmazlıqlara çox az hallarda təsadüf edilir.

Page 47: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

TƏRCÜMƏLƏR

QADINLAR BİZNESDƏ («Jenhina v biznese». M., 1993 kitabından tərcümələr) Başa çatmaqda olan XX əsrin son onillikləri, ictimai tərəqqiyə fəal təsiri artıq qeyd

olunan və özünün gələcəyinin keyfiyyətcə yeni sivilizasiyasına doğru hərəkatının tam inkişafını gözləyən qlobal xarakterli təzahürlərlə zəngindir.

Onların sırasında, bəlkə də birincilər arasında qadınların kütləvi şəkildə əmək bazarına çıxmasını amerikalı tədqiqatçılar R.Peterson və K.Veymeyer «Dünya miqyasında sakit inqilab» adlandırmışlar. Həqiqətən, tarixi baxımdan kiçik müddət ərzində qadın evdən kənarda işləməyə başlayaraq, təhsil alaraq, peşəkarcasına ixtisaslaşaraq, yalnız muzdlu olmayan işçilərin sıralarını artıraraq, həmçinin şəxsi müəssisələrin (əsas etibarən də xidmət sahəsində) yaradaraq özünün ənənəvi rolu-ailədaxili funksiyası çərçivəsindən cəsarətlə kənara çıxmışdır.

Birinci dəfə idi ki, qadınlar qarşısında geniş seçimli imkanlar açılmış, əsrlərlə təşəkkül tapmış həyat stereotiplərini dəyişməyə imkan vermiş, «ödənişsiz» ev əməyinə alternativ meydana çıxmışdı.

Müasir müəssisədə qadının rolunun dəyişmə mexanizmini analiz etmiş amerikalı tədqiqatçı D.Nesbitt bu hadisəni «Açılmış imkanlar partlayışı» adlandırmışdır. Son vaxtlara qədər iqtisadi sahədə olan ədəbiyyatda inkişaf prosesində qadının rolu yalnız onun reproduktiv funksiyası, ya da əmək ehtiyatlarının artması ilə əlaqədar nəzərdən keçirilir, onun iqtisadi imkanları isə ümumiyyətlə hesaba alınmırdı.

Qadın əməyinə marginal və təsadüfi baxış nöqteyi geniş yayılmışdır. Belə yanaşmanın səbəblərinin köklərini əsasən əsrlərlə təşəkkül tapmış kişilərdən asılı vəziyyətində, mülkiyyətə münasibətdə zəif mövqeyində: sərvətə, hakimiyyətə və yaradıcılığa olan yolların onların üzvlərinə bağlanmasında və müxtəlif növ hüquq pozuntularında axtarmaq daha münasibdir. Qeyd edək ki, «sakit inqilabın» iki mərhələsini fərqləndirmək olar: birincisi: 50-70-ci illər. Bu qadınların kütləvi şəkildə muzdlu əmək sahələrinə axını ilə fərqlənir, ikincisi: 70-ci illərin ortalarından başlamış və azad sahibkarlığa doğru dönüşü göstərir.

Birincini, əvvəlcədən müəyyən etmiş ən mühüm amillərdən, bir tərəfdən - qadın təhsilinin inkişafını və vətəndaş azadlıqları uğrunda mübarizəni, digər tərəfdən - sənayeləşdirilmiş cəmiyyətin iri istehsal sahələrinin, əmək bazarına axınını, istehlak mühitinin dəyərlər sistemi ilə təkan verilən, fəhlə qadın qüvvəsinə tələbatını qeyd etmək olar. İkinci mərhələyə keçid, yeni dövr üçün obyektiv zəmin yaranmasında rol oynamış, yeni kompleks problemlərin meydana çıxmasına səbəb olmuşdu. Onların arasında isə inkişaf etmiş ölkələrin xidmət sahələrində birinciliyi təmin edəcək post-sənayeləşdirilmiş cəmiyyətə daxil olması ilə geniş sahədə kiçik və orta müəssisələrin yaranmasını göstərmək olar.

İnsana xas olan bütün resurslardan maksimum istifadə olunmasını və ictimai dünyagörüşündə özünə yol açan mədəniyyətə doğru meylləri də göstərmək olar. Bərabər imkanlar uğrunda qadın hərəkatının yüksəlməsinə istinad etmək olar. Lakin, qadın sahibkarlığının inkişafı üçün həlledici kimi birinci iki amili qəbul etmək vacibdir. Məhz kiçik biznes ilk addımlarını atan qadın sahibkarların əsas hissəsi üçün daha uyğundur, çünki ən yüngül fəaliyyət sahəsi xidmət sahəsidir: yəni insanın müxtəlif tələbatına xidmət etməkdir və qadınlar əsrlər boyu həmin işlərlə məşğul olurdular.

Bu gün futuroloqların «qadın əsri» kimi müəyənləşdirdiyi, XXI əsrin astanasında bir sual meydana çıxır: uzun müddət uzaqlaşdırıldığı əmək və yaradıcılıq dünyasına o, yəni qadın, özü ilə nə gətirəcəkdir? Aparılmış tədqiqatlar, artıq qadın sahibkarlığının makroiqtisadiyyata olan töhfələri haqda ümumi təsəvvür yaradır: 1. Qadın milli

Page 48: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

iqtisadiyyatın strukturunun yenidən təşkil edilməsində əhəmiyyətli və artan rol oynayır; 2. İnkişafın yeni dinamik gücünü təmsil edir və yüksəlişin artım sürətinə təkan verir; 3. Milli təsərrüfat istehsalının artmasına zəmin yaradır; 4. Tam olmayan məşğulluğu və işsizliyi ixtisar edərək, axıra qədər istifadə edilməmiş insan potensialının reallaşdırıb ümumi rifahı artınr; 5. Onun gətirdiyi sosial-iqtisadi dəyişmələr uzun müddətli siyasi sabitliyə zəmin yaradır.

Tədqiqatçılar qeyd edirlər ki, «Amerikanın iqtisadi cəhətdən tərəqqisində qadınların xüsusi töhfəsini təsdiq etməmək olmaz. İnformasiya cəmiyyəti erasına daha dərindən daxil olduqca, aşkar olur ki, sənayeləşmənin yaranması kişilərin işi idi, lakin yeni cəmiyyət qadınlar tərəfindən yaranacaqdır».

Qadınların menecment sahəsinə sürətli axınının genişlənməsi onların bərabər imkanlar uğrundakı mübarizəsi baxımından, heç də təbliğat əhəmiyyət kəsb etmir. Mahiyyət etibarı ilə məzmun ondan ibarətdir ki, idarəetməyə qoşulan qadın bu sahəyə özünün nadir bacarığını, məharətini, vərdışlərini, işgüzar davranış üslubunu, qərar qəbul etməkdə öz dəst-xəttini göstərir. Bu kimi halların daxil edilməsi hesabına isə menecmentin zənginləşdirilməsinin iki həlli yolu mövcuddur.

- menecmentin mövcud olan kooperativ üslubuna təsir etmək yolu və qadınların korporasiyaların idarəetmə strukturlarında iştirakını genişləndirmək vasitəsilə;

- şəxsi müəssisələrini yaradan və daim artan qadın kütlələri arasından menecerlər sırasına axın vasitəsilə;

Bu münasibətlə onu nəzərinizə yetirək ki, 80-ci illərdən başlayaraq korperasiyaların idarə edilməsində qadınların rolunun kooperativ mədəniyyətin dəyişməsinə gətirib çıxarmışdır. Bu əsasən daim dəyişən şəraitə istiqamətlənən, daha tez uyğunlaşan idarəetmə üsullarının inkişafında: daha intuitiv, daha az düzxətli təfəkkür tipinin təsdiqində: hərc-mərcliyə, effektsizliyə qarşı böyük dözümlülük göstərməkdə: iyerarxiyalı piramida şəkilli strukturun birsəviyyəli, müxtəlif vasitələrlə qarşılıqlı əlaqəli strukturlara çevrilməsində: şəxsi formalı əlaqələrin həvəsləndirilməsində: insanların haqqında, həm müştərilər, həm də əməkdaşlara qayğının artırılmasında görünür. İş mədəniyyətinin və idarəetmə üsullarının bu transformasiyası, şübhəsiz, yapon rəqabəti ilə də stimullaşdırılırdı və amerikatipli korporasiyaların maraq sahələrində olduqca kəskin meydana çıxırdı. Lakin mahiyyət etibarı ilə ona, sayları vəzifələrdə nəzərə çarpacaq dərəcədə artmış, törəyən və Yaponiya tərzinə yaxın olan qadın rəhbərlər üslubu göstərmiş oldu. Nəticədə işgüzar münasibətlərdə dəyişmələr baş verdi, qərarların qəbulunda isə intuitivlik daha çox nəzərə alınırdı.

İkinci halda məsələnin məğzi ondan ibarətdir ki, bu gün qadın menecerlərin kütləvi meydana-gəlmə mənbəyi kiçik şəxsi biznesdir, maliyyə imkanları olmadığından muzdlu işlər müdiri saxlaya bilməyən müəssisə sahibləri özləri menecerlik edirdilər. Onların əksəriyyəti əvvəlcədən hazırlığa malik deyildir və öz-özlüyündə idarəetmənin qadın üslubunu qidalandırma mənbəyi olan, qadın intuisiyası və «sağlam düşüncə əsasında» hərəkət edirlər.

Müasir psixoloqların tədqiqatları göstərir ki, qadınlar kişilərə nisbətən daha tez ünsiyyətə girəndir: onlar insanlara qarşı böyük maraq göstərirlər, öz tərəfdarlarının dəlillərinə və qarşılıqlı münasibətlərin emosional formalarına daha həssasdırlar. Tədqiqatlarda göstərilir ki, işgüzar qadınlar əlaqə yaratmağı çox yaxşı bacarır və servis xidməti sahalərində daha müvəffəqiyyətlə çalışırlar belə ki, onlar müştəlirlərlə etibarlılıq münasibətləri qurmağa daha çox meyllidirlər. Mübahisəli hallarda onların davranış tərzində də müştərilərini itirmək istəyi bir növ hiss olunur. Kişilərdən fərqli olaraq işgüzar qadınlar nəyin bahasına olursa olsun qələbəyə can atmır, qələbənin qiymətini onun emosional və şəxslərarası məsrəflərinə düşüncə ilə əlaqələndirirlər. Bütün bu kimi keyfiyyətlər, müştərilərə münasibətdə etibarlılıq göstərməsi isə xidmət sahələrində ona müəyyən qədər üstünlük verir.

Page 49: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Burada isə artıq qadının köməyinə həm də müasir cəmiyyətin dəyər sisteminin tədrici təkamülü də gəlir. Sonuncusu, insana və onun müxtəlif tələbatlarının təmin olunmasına istiqamətlənərək, postsənayeləşdirmə mədəniyyətinə də yiyələnir. Bu şəraitdə, müəssisəyə öz evi kimi, heyətə isə böyük ailə kimi baxan müəssisə rəhbərinin və menecerin rolları, tərbiyəçinin, eləcə də ailə başçısının rollarına yaxınlaşır. Burada bir önəmli məqamı da qeyd edək ki, şəxsi işlərin aparılması üçün «qadın» üslubunun qəbul edilməsinə baxmayaraq, qadın-sahibkar bazarın tələblərinə və istehsalın yeni şərtlərinə uyğunlaşmaqda kifayət qədər yüksək effektlilik göstərirlər. Onlar şəraitin dəyişkənliyinə uyğun olaraq diribaşlılıq, realistlik, uyğunlaşmaq bacarığı, manevlə etmək qabiliyyəti nümayiş edir, əməyin təşkilində və mənsəbə yüksəlməkdə peşəkar vərdişlərə yiyələnməyə can atırlar.

QADIN SAHİBKARLIĞI TƏCRÜBƏSİNDƏN: İBRƏT DƏRSİ VƏ

MƏSLƏHƏTLƏR («Çastnoe predprinimatelğstvo: osnovnoe ponətie, teoriə, praktika» , kitabının

tərcümələr)

Fransız jurnalist qadını və menecment sahəsində mütəxəssis özünün «Qadın – iş

adamı – gələcəyin nümunəsi» kitabında, milli mənsubiyyətindən asılı olmayaraq, qadının özü üçün nəticə çıxara biləcəyi 10 ibrət dərsini sadlayır:

Birinci dərs. Həyat yolunun başlanğıcında şəxsi həyatındakı uğursuzluqlar, müvəffəqiyyət üçün yaxşı təkan ola bilər. Uğursuz nikah erkən analıq və tələsik boşanma, işğüzar dairədə özünü reallışdırmaq üçün də təkan ola bilər. Belə ki, onun kitabının qadın qəhrəmanlarının ailələrinin dağılması, onlar üçün həddindən artıq dar olan ailə çərçivəsinə sığmayan, qeyri-adi yaradıcılıq imkanları olan həyata çağırırdı. Təbii enerjiləri çıxış yolu taparaq, onları öz işlərini yaratmağa, sonra isə yeni ailə qurmağa sövq edirdi. Onların təcrübələri tövsiyyə edir: yayınmamaq, fəaliyyət istiqamətini diqqətlə seçmək və öz qarşısında konkret peşəkar məsələlər qoymaq. Keçmiş haqqında səmərəsiz təəssüflə, həmçinin perspektivi olmayın vəziyyətlərin saxlanması istisna olunur. Ümidi saxlamaq və dəyişmələrə həvəsi tətbiq etmək vacibdir, onda yaradıcı enerji özünə çıxıh və istiqamət tapacaqdır.

İkinci dərs. Bütün «uğurlu qadınlarda» seçdiyi yolun düzgünlüyünə tam əminlik və ideyadan öz layihəsinin həyata keçirilməsinə qətiyyətlilik hökm sürür. Xüsusi işgüzarlıq təhsilinə malik olmalarına baxmayaraq, kişilərin onları ciddi qəbul etməyəcələkrindən qorxmayaraq, onlar keyfiyyətsizlik kompleksini hiss etmir və intuisiyalarına etibar edirdilər. Onların hamısı öz işlərindən ləzzət alırlar, bu da onların işgüzarlıq fəaliyyətini məhdudlaşdırır.

Üçüncü dərs. Bütün işgüzar qadınlar müstəqilliyi yüksək qiymətləndirir və qadına ətrafı tərəfindən (ailə, qohumlar və cəmiyyət) göstərilən təzyiqlərdən yaxa qurtarmağa çalışırlar. Onların muzdlu əməyə qayıtmaq istəmirlər. Sabitlik, məşğulluğa zəmanət və məsuliyyətin olmaması onları şirnikləndirmir. Onlar qərarların qəbulunda müstəqilliyi yüksək qiymətləndirirlər.

Dördüncü dərs. İrəli çıxmaq üçün medalın o biri üzü-təklikdir. Əlbəttə, bu hal həmişə deyil, həm də hər bir şeydə deyil, lakin öz işini yaratmış qadın, qorxaraq və ya məsuliyyətini digərləri ilə bölüşdürmək arzusunda olmayaraq, çox vaxt «səhnədə yeganə aktyora» çevrilir.

Beşinci dərs. Bütün işgüzar qadınlar öz «komandası»nı yığmağın çətinliyini etiraf edirlər. Qadın müəssisələrində kadrların formalaşması təcrübəsi olmaması səbəbindən işgüzar qadınlar öz əməkdaşlarını qohumları və tanışları arasında axtarmalı olur. Bu isə heç də həmişə lazımi effekti təmin etmir və demək olar ki, əksər hallarda isə ehtiyacı ödəməyən xidmətlərdən «komandaya» olan etirazı çətinləşdirir.

Page 50: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

Altıncı dərs. İşbazlıq - bu həmişə müəyyən risklə bağlıdır. İncə məqam ondan ibarətdir ki, qadınlar həmişə daha çox və ya daha az riskli variantlar seçmək imkanına malikdirlər. Risk, ənənəvi qadın fəaliyyəti dairəsindən kişi biznesinin (pul əməliyyatları, sənaye, restoran işi, konsaltinq) toxunulmaz sahələrinə keçid zamanı, həmçinin texniki yeniliklər istifadə olunan və gələcəyə malik olan təzə sahələrə keçən zaman artır. Belə hallarda isə çox vaxt yeni dirçələn qadın biznesinin tələbatını nəzərə almayan, qanunvericilikdəki boşluqlar maneə rolunu oynayır.

Yeddinci dərs. Hər halda ənənələri yerindən oynatmalı və qadınların hələ gözlənilmədiyi sahələrə də daxil olmaq lazımdır: fransalı işgüzar qadınların təcrübəsi bunu bir daha sübut edir.

Onlar təsdiq edirlər ki, hər bir ənənələrin saxlanmasının da xeyri var. Bizneslə məşğul olan qadınlar hələ mühafizəkar strukturlar yaratmayıb və mübarizə aparılması lazım olan vərdişlər qazanmayıblar. Əksinə, onlar ictimai həyatı və iqtisadiyyatı yeniləşdirə biləcək güclü qüvvə kimi çıxış edə bilərlər. Çünki onlar kişi biznesinin istehkamına çevrilməmiş, yüksək mədəniyyət, ümumi bilik səviyyəsi tələb edilən texnologiyaya, yəni informatikaya və digər sahələrə daxil olurlar.

Səkkizinci dərs. Qadın işbazlığının tətbiq oluna biləcəyi ən yaxşı sahələrdən biri də xidmət sahəsi sayılır. Dinləmək bacarığı ilə altruistlik azadlığı, insanların xoşbəxtliyinə könülvermə qabiliyyəti qadınlara müştərilərin vəziyyətinə tez daxil olmağa və onların köməyinə gəlməyə imkan yaradır ki, bu da ailənin müxtəlif tələblərinə xidmət etməkdə əsrlərlə qazandıqları vərdişlərin nəticəsidir.

Doqquzuncu dərs. Analıq biznesə mane olmur, bunu təcrübə də təsdiq edir. İşgüzar qadınların əksəriyyəti təmamilə əmindirlər ki, sabit ailə təməlinin onlara verdiyi gücü hiss etmədən öz işlərini davam etdirə bilməzdilər, çünki işlərini yaradarkən yalnız öz maraqlarının deyil, həmçinin ailələrinin gələcəyi haqda flkri rəhbər tuturlar. Analıq işgüzar qadında günahkarlıq kompleksi törətməməlidir. Kitabın çoxuşaqlı ailələri olan qəhrəman anaların rəyinə görə uşaqların analarının iş dünyasına münasibəti və qoşulması keyfiyyətcə qarşılıqlı uzlaşmaya imkan yaradan, ananın daima evdə olmasından daha yaxşıdır.

Onuncu dərs. Əgər ailədə tərəfdaşlıq konsepsiyası və təcrübəsi qəbul olunubsa, ər-arvad «bir komandada» olurlarsa, onda keyfiyyətcə yeni ailə münasibətlərinə keçid göz qabağındadır: yəni ailəçilik münasibətlərindən ər-arvad tərəfdaşlığına doğru. Birincisi, vəzifələrin tam burjua sayağı bölünməsi üzərində qurulmuşdur: kişi işləyir, qadınsa evlə və uşaqlarla məşğuldur. Vəzifələrin bu qaydada bölünməsi əksər hallarda birliyin olmaması ilə və özünü peşəkar qayılarının tək əsirinə çevrilmiş kişinin təkliyi ilə nəticələnir. İşgüzar qadın isə ailədə özünü başqa cür aparır. Hətta, əgər ər-arvad bir yerdə işləməsələr belə, ailə üzvləri işgüzar problemlərin müzakirəsinə cəlb olunur və çox zaman işgüzar layihələrin həyata keçirilməsində iştirak edirlər. İşgüzar qadının yaradıcı xarakteri bütün sahələrdə özünü büruzə verir: mümkün olan yerdə özünün aktivlik çərçivəsini genişləndirməyə və məhdudiyyətlərin aradan götürməyə can ataraq, o peşəkar və şəxsi həyatına yeniliklər gətirib. İşgüzar qadının gündəlik həyatında ailə vəzifələri ilə peşəkar fəaliyyəti arasındakı münasibətləri daha həmahəng etməyə və yüngülləşdirməyə istiqamətlənmiş bir neçə məsləhət diqqətə layiqdir:

- Birinci məsləhət. Öz işini yaratmağın, əsas etibarilə, başlanğıc mərhələsində valideynlərin yaxşı münasibətləri qorumaq və onların köməyini axtarmaqı vacibdir. Onlar müvəqqəti olaraq uşaqlara qayğını öz üzərlərinə götürə bilər, maliyyə və mənəvi cəhətdən köməklik edə bilərlər.

- İkinci məsləhət. Sizinlə əməkdaşlıq etmək istəyən, kömək etməyə hazır olan və ideyalarımıza həmfikirlilik göstərən insanların sizi nəinki iş yerində, həmçinin məişətdə əhatə etməsi vacibdir. İşgüzar qadın həmfikirlərin və lazımi adamların vaxtaşırı qəbul olunmasının nə qədər xeyirli olması haqda özünə hesabat verməlidir.

Page 51: Kitab BMT Inkisaf Proqra?mn?n Gender Layih?sinin ...education.gender-az.org/Files/2.3.2.2az.pdf · Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur

- Üçüncü məsləhət. Özünüzü və öz işinizi xeyirxah kişi iştirakı ilə təmin edin. Məsələn, dəyərli məsləhətləri və vaxtlı vaxtında köməyi ilə qadın çiyinləri üçün həddən artıq ağır yükü yüngülləşdirə biləcək, sizə xeyirxah olan sponsor tapmaqla.

- Dördüncü məsləhət. Ev təsərrüfatında müasir məişət texnikasının yeniliklərinin geniş istifadə olunması, nəinki ev ilə əlaqədar vəzifələrin yerinə yetirilməsini yüngüləşdirər, hətta bu işgüzar qadının imicinə «işləyər».

Beşinci məsləhət. Arzu olunur ki, nəqliyyat stresslərini minimuma endirmək, işgüzar iş gününün gərginliyini çıxarmaq və ailə ilə vaxtın çox hissəsinin keçirilməsi üçün idarə binasını evinizin yaxınlığında axtarasınız. Sorğu olunan qadınlar üçün hər yerə can atmağa etiraz xarakterikdir. Onların sabitliyini iş və ailə təmsil edir. Heç də təsadüfi deyil ki, onların hamısının dediyinə görə, yalnız idarələrin yaxınlıqda yerləşməsi, belə məhsuldar şəraitə öz uşaqlarının tərbiyəsi ilə məşğul olmağa imkan yaratmışdır çox hissəsinin keçirilməsi üçün idarə binasını evinizin yaxınlığında axtarasınız. Sorğu olunan qadınlar üçün hər yerə can atmağa etiraz xarakterikdir. Onların sabitliyi iş və ailə təmsil edir. Heç də təsadüfi deyil ki, onların hamısının dediyinə görə, yalnız idarələrin yaxınlıqda yerləşməsi, belə məhsüldar şəraitə öz uşaqlarının tərbiyəsi ilə məşğul olmağa imkan yaratmışdır.