230
Barış 1 Qəşəm Nəcəfzadə Kitabın redaktoru: Murad Qoçuoğlu Ön sözün müəllifi: Barış Böyükçöl BARIŞ Şeirlər

Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

1

Qəşəm Nəcəfzadə

Kitabın redaktoru: Murad Qoçuoğlu

Ön sözün müəllifi: Barış Böyükçöl

BARIŞ Şeirlər

Page 2: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

2

Kitaba toplanan şeirlərdən doğan əsas nəticə budur: Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl olduğu kimi, milyon il sonra da bütün dillər səs olacaq. Qaliblər məğlubların qarşısında diz çökəcək. Dillər səsə çevriləndə biz bir –birimizi gözəl başa düşəcəyik. Əgər belə olmasa, onda məni güllələyin, qoy qanım yerə calansın. Milyon il sonra diz çökənlər qanımı görüb deyəcəklər: “Burdan bir insan keçib, qanı qalıb ləpir kimi.” O zaman qanımı tərcüməsiz oxuya biləcəklər.

Page 3: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

3

Bu kitabı xeyli ayriliqlar dadmış 3 yaşlı nəvəm Barışın xöşbəxt gələcəyinə bağışlayıram. Qoy həmişə barış olsun!

Ön söz Baba, qorxma, mən burdayam! Barış Böyükçöl

Page 4: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

4

Mən səni sevirəm ölməzsən heç vaxt

Get, ağ balıncına saçlarını tök, Heç qorxub eləmə, gözlərini yum. Sən Allah, sinəndən qolunu aç, tök, Bu ölmək fikrini bir tərəfə at. Gözünü yummağa qorxursan, quzum, Mən səni sevirəm, ölməzsən heç vaxt. Gördün, mən deyəndi dünyanın işi, Könlün istəyəni milyon əlli tut. Qara gözlərinə ölüm ilişsə, Qorxma, Mən səni sevirəm, ölməzsən heç vaxt. Qorxma, üstündədi gözüm həmişə, Ölüm bir tükünə toxuna bilməz. Qorxursan, gəl düşək torpağın üstə. Düşək ayaqyalın yeriyək, quzum. Düşək qatarlardan, təyyarələrdən, Düşək tuflilərdən, mərtəbələrdən, Düşək torpaq dadsın ayaqlarımız, Enək çiçəklərə, güllərə nolar. Əgər ayaqyalın yeriyə bilsək, Düşüb dalımızca gələr adamlar.

Page 5: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

5

Hələ qatardayıq, təyyarədəyik, Hələ güllə üstə, bomba üstəyik. Nə olsun, Mən səni sevirəm, get arxayın yat. Ürəyin ağrısa, qatar yıxılsa, Təyyarə sürüşsə göyün üzündən Qorxma, Mən səni sevirəm, ölməzsən heç vaxt, Ölməzsən heç vaxt.

Page 6: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

6

Sənin dərsin

Niyə şagirdlərin duymurlar səni, Gül kimi dərsində səs eləyirlər. Mən sevən əllərə, mən sevən gözə, Mən sevən ürəyə qəsd eləyirlər. Ağzı yanmışların yoxdu xəbəri, Mən sənin önündə lal dayanıram. Dəftərə qırmızı düzəliş kimi, Varaq yanağımda al, dayanıram. Adıntək dərsimi əzbərləyirəm, Sevgi baxışına boyanmaq üçün. Ömrümü, günümü qurban verərəm, Şagird tək önündə dayanmaq üçün. Vaxt axır... şagirdlər duymurlar səni, Gör necə qıyırlar kövrək səsinə. Hardan bilsinlər ki, həsrət qalmışam Qırx beş dəqiqənin bir dəqiqəsinə. Səhvdi misalları, məsələləri, Dərdini artırıb yüz eləyərlər. Ölürəm mən sənin “üç”ündən ötrü, Verdiyin “beş”lərə naz eləyərlər. Təbaşir ləçəkli çiçək əllərin, Lövhənin üzündə kəpənək olar. Dəsmala bənzəyər göyçək əllərin, Bir oğlan balanı bələmək olar.

Page 7: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

7

Misra dodaqların yorular hərdən, Saçların pırtdaşar, əllərin əsər. Bir gözəl, bir göyçək oğlumuz olar, Bu dəcəl qızların səsini kəsər. Niyə şagirdlərin duymurlar səni, Gül kimi dərsində səs eləyirlər. Mən sevən əllərə, mən sevən gözə, Mən sevən ürəyə qəsd eləyirlər.

Page 8: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

8

Sənə qış paltarı alıram indi

Heç fikir eləmə qurvanın olum Adam başqasını gedib sevər də... Adam sevdiyini ata bilər də... Təzə iş deyil ki, başıma gələn, Başına dönüm. Adam sevilər də, unudular da, Gedib başqasına uymaq da olar, Bir gün yada düşər atıb getdiyin Sonra peşman olub qayıtmaq olar, Adam bağışlar da, bağışlamaz da... Heç yüz il keçməmiş atıb getdiyin, Yerindən durunca uçub gələrsən. Üstünü çırpınca baxıb gülərsən, Gözünü açınca çıxıb gedərsən. Heç fikir eləmə qurvannın olum, Adam aldanar da, peşman olar da... Sənə yalvarıram özünü üzmə Ürək yerə düşüb qəfil sınar da, Nə olsun, Ürək sınmayanda bəs nə sınacaq? Yerimdən durunca, Üstümü çırpınca, Gözümü açınca Sən çıxıb getdin, Nə olsun, Adam sevdiyini atıb gedər də...

Page 9: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

9

Məni o yandırır, o yandırır ki, Sənə qış paltarı alıram indi. Nə olsun, Adam soyuyar da, adam yanar da...

Page 10: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

10

Ay vətən

Təndir çörəyini kökə elədik, Torpağını seçdik bölgə elədik. Böldük səni tikə – tikə elədik, Bacın ölsün, anan ölsün, ay Vətən! Səni vurduq, sonra sözlə bələdik, Körpəlikdən babamıza bələdik. Göyçə gölün Sevan gölü elədik, Durnan ölsün, sonan ölsün, ay Vətən! Şeir yazdıq, bəlkə təzə ev alaq, Tərif dedik, bircə pillə ucalaq. Innən belə başımıza əl çalaq, Əli – ələ çalan ölsün, ay Vətən! Mən bilmirəm axşam nədi, gün nədi? Qız- gəlinin əsir- yesir gündədi. Şuşam getdi, bir balam var, dinmədim, Mənim kimi balan ölsün, ay Vətən! Al qılıncı, vur düşməni böl iki, Bu düşmənlər səni elə bölüb ki ... Innən belə şeir vaxtı deyil ki, Bu şeiri yazan ölsün, ay Vətən!

Page 11: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

11

Bu gecə itləri güllələdilər

Başçı küçədəki itlərə baxıb, Yanında durana nə isə dedi. Hər şeyi birinci duyan alabaş, Bu gizli qorxunu hiss eləmədi. Üç qorxaq balaydı, biri anaydı, Üçü dümağ idi, biri qaraydı. Götürdü küçəni hay- harayları, Qaldı küçələrdə çörək payları, Suları ağlaya – ağlaya qaldı. Küçəni süpürən qoca qadın da Balaca üzünü ovcuna aldı- Bu gecə itləri güllələdilər. Səsləri pəncərə şüşəsi kimi, Asfalt döşəməyə səpələnirdi. Uşaqlar yuxudan oyanırdılar, Elə bil adamlar güllələnirdi. Itin boğazından kəsilən çörək, Asfaltın üstündə can verən ürək, Allahı çağırdı, Allah baxırdı... Allah eşidirdi, Allah bilirdi... Çöldə taxılımız göyərməyirdi... Itlərin səsləri göyə çıxırdı, Ruzumuz, suyumuz yoxa çıxırdı.

Page 12: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

12

Balaca ayaqlar, dümağ ayaqlar, Sevdiyi torpaqdan qopa bilmirdi. O yana – bu yana qaçırdı itlər, Bir insan oğlunu tapa bilmirdi. Bu gecə itləri güllələdilər, Torpaq innən belə qan bitirəcək. Ayağımız altda qalan çörəyi, Görəsən küçədən kim götürəcək?!

Page 13: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

13

Bu saat gəlirəm

Oktyabrın əvvəlində gələcəkdim Bağışla, bir az gecikirəm. Bir az əlimdə ömür var, Bir az da qəm… Mən gələnəcən mənimlə olduğun yerlərə get, Xüsusən dəniz qırağına. Balıqçıdan soruş, Sən məni Qəşəmlə görməmisən ki? Desə hə, Onda mən sabaha gəlirəm. Məni bizə çay verən qadının yadına sal, De ki, Bir kök kişi, Saçı dağınıq Yorğun, parıltısız dişi. Düymə gözlü, Adı Qəşəm. Orda, bir vaxtlar, Pəncərənin qabağında Mənimlə əyləşən görməmisən ki? Desə görmüşəm, Onda bu gün gəlirəm.

Page 14: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

14

Ayağın altında nazlanan toza, Quşların ağzından tökülən səsə, Və yaxud, gizləndiyimiz adamlara Sual versən, Mən Qəşəmlə bu küçədə addımlayırdım, Gördünüzmü? Əgər xatırlasalar, Elə bu saat gəlirəm.

Page 15: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

15

Mikayıl Müşfiqin türmədəki şəklinə

Hər şairin gözəl bir şəkli olsun gərək, Şeir yazmağa, Divardan asmağa, Üstünə gül qoymağa. Nə qədər elədik, bizim bir gözəl şəklimiz çıxmadı. Nə qədər, nə qədər elədik, elədik. Ay kimi alnımıza güllə doğmadı, Fotoqraf şəklimizi gözəl çəkmədi, Dostlarımız üzümüzə durmadı, Arvadımız dəli olmadı, olmadı Şəklimiz gözəl çıxmadı. Adam nə qədər şəkil çəkdirər, Şəkil adama nə qədər oxşamaz, Adamın üzündə vaxt əylənməz, Adamın üzündə zaman dayanmaz...

Page 16: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

16

Bildinmi?

Dolub yağış damlasına pəncərənizi sevdim, Bildinmi- bilmədim? Gözündən sərxoş kimi yıxıldım ürəyinə Güldünmü – bilmədim? Özümüzdən öncə, qapıda ayaqqabımızın qoşa dayanmağını sevdim, Sən də sevdinmi – bilmədim? Sən yatan ürəyimə başımın sual Əllərimin nida qoyulduğunu Bilirsənmi – bilmirəm? Əllərin bulud kimi kölgə salır Saçlarımın işığına, Deyəsən yağış yağacaq axşama, Xəbərin varmı, bilmirəm?

Page 17: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

17

Ölçü

Hər şeyi səninlə ölçdüm, Yağışı eşidirsənmi dedim, Televizora baxırsanmı dedim. Hecanı dodağınla olçdüm, Çiçəyi nəfəsinlə ölçdüm, Küləyi saçınla ölçdüm, Həsrəti küsməyinlə ölçdüm. Ayaqlarından öyrəndim yolların uzunluğunu, Gözlərin çölün düzünü nişan verdi. Qolarınla havanı arşınladım, Sukutunla sözün böyüklüyünü ölçdüm. Canımın şirinliyini bildirdin mənə, Canımı səninlə ölçdüm. Ağ-ağ vərəqləri əlinlə ölçdüm Sözün dadlısını dilinlə ölçdüm. Dovğa içəndə sən bunu, necə dadarsan dedim, Şeir yazanda sən buna nə deyərsən dedim. Gözəl paltar görəndə Sən bunu geyərsən dedim. Bir dəfə üzümə baxmaqla getməyimi, gəlməyimi bilərsən dedim.

Page 18: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

18

Yaxşısı - Səni hara aparım? - Məni göyə apar, – deyirsən. - Axı , dərilib göylərin küləkləri. Yerdəki insanların təntiyən nəfəsləri həmin küləklərin yoluq-yoluq olmuş qanadlarıdı. Elə bilirsən, göy mənzilimizin qonşusu yoxdu? hay-hay Coxdandı axtarır bizi bir qoşun- ozan qonşu, bənövşəyi ölüm. Orda Səssizliyin səsindən Necə dayanmaq olar? Hələ cəkilən ahların, Zavodların, Siqarların tüstüsü göyə qalxır, Bizə qonşu olmağa. Məni göyə apar – deyirsən- Bizi hec kəs görməsin. Gülüm, yer kürəsində Hec kəsin Gözü ayağının altını seçmir. Hamı göyə baxır axı. Ən yaxşısı - Gözlərin ayağı altda Gizlənməkdi.

Page 19: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

19

Eşit, əzizim

Eşit, nə deyirəm, eşit, əzizim, Ürəyim yıxılıb qollarım üstə. Bir gözəl sevimli həsrətin vardı, Ha sevdim, oxşadım o, məndən küsdü. Düşünə-düşünə qocaldı qəlbim, Əllərim saralan payız yarpağı. Eşit, nə deyirəm, eşit, əzizim, Bu yola başdaşı oldu ayağım. Xəzan istəyirdin, bu da ki, xəzan Səni unudunca canım cıxacaq. Yanında bir həsrət qoyub gedirəm, Bu sadiq «gözəldən» ömrün qorxacaq. «Vağzalı» calınır, eşidirsənmi? Işığı ağlayan bu toy kimindi? Eşit, əzizim, Köhnə qəbiristandan baş alıb qaçan O tənha, o yalqız qəbir mənimdi. Eşit, əzizim, Gəl apar ömrümü çiyinlərində Tabut ürəklərə qoyma ki, düşəm. Torpağın altında eşidəcəyəm, Bir qız yaylığını alıb əlinə, Məni cağırırdı: – “ Qəşəm, ay Qəşəm!..”

Page 20: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

20

Həyat Düşünüb-daşınıb, Daşınıb-düşündüm bir az, Həyat bir daş kimi alnıma dəydi. Adam ağladanmış sevgi deyilən, Qızların göyçəyi atıb gedənmiş. Sevilib-sevilib atılan oğlan, ayılan gözəl, Ayıldım, bunların hamısı nədənmiş? Sevməyin qaydası olurmuş demə, Getməyin, gəlməyin yolu varıymış. Alovdu, dənizdi sevgi deyilən, Alova, dənizə qız gəlmir axı, Alovdan adama ev olmur axı. Sevməyin qaydası olurmuş, demə, Bu yolu bilənə qızlar vurulur. Guya ki, məhəbbət dərs kimi şeymiş, Onu əzbərləmək, öyrənmək olur. Düşünüb-daşınıb, Daşınıb-düşündüm bir az, Həyat bir daş kimi alnıma dəydi.

Page 21: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

21

Oğlum Kəramət Böyükçölə Kəramət, səni çağırsam Səsimin titrəyişi tanış gəlsə Tanış bir adama oxşasam Səni güldürmək üçün Durub it kimi ulasam Pişik kimi miyoldasam Kəramət. Ayaqqabımı sənə versəm geyməyə Köynəklərimi sənin üçün daraltsam Kompüterimi sənə bağışlasam Bir gün çarpayımda yatsan Xəstə ürəyimin döyüntülərini Bir – bir çarpayıdan yığsan Kəramət. Səninlə gizlənpaç oynasam Qaçıb bir qara daşın altına girsəm Sən məni gəzsən, çağırsan, Qaçıb, qaçıb göz yaşlarından öpsəm Üzr istəsəm Kəramət. Əllərimi sənə açsam Səndən bir xatirə dilənsəm Atanın bir şəklini səndən istəsəm Sən də o şəkli tapa bilməsən Kəramət. Uşaqlıq şəkillərini yığıb sənə versəm Uşaq kimi iməkləsəm

Page 22: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

22

Körpə kimi qığıldasam Kəramət. indi bütün qığıltılarını səsləndirsəm Əmziyini, süd şüşəni sənə versəm Dizlərimi çopur daşlar sıyırsa Əllərimi isti çayla yandırsam Mən sənin oğlun olsam Sən mənim atam olsan Kəramət.

Page 23: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

23

Bir də görürsən...

Elə inciyirsən, elə küsürsən, Yumub gözlərini elə qaçırsan... Yaya təpik vuran iti ox kimi- Yerə təpik vurub hər gün, hər saat, Sancılıb havaya şırım açırsan. Uçursan , uçursan, bir də görürsən, Allah da qalıbdı səndən geridə. Saatından qopan dəqiqə kimi, Başından yıxılan dəbilqə kimi, Belə millət kimi, qəbilə kimi, Ayağın tutduqçan elə qaçırsan, Əlini soxursan göyün gözünə, Gözün özündən də bir göz açırsan, Dönürsən arxaya, dönüb görürsən, Vətən də qalıbdı səndən geridə. Bilmirsən, görmürsən səni qovanı, Başı sığallayıb içi ovanı. Aşırsan dağıları elə gedirsən, Soldurub bağları belə gedirsən, Qəfil oyanırsan, qəfil bilirsən, Sevgi də qalıbdı səndən geridə. Atanı, qağanı qoyub gedirsən, Bəyini, ağanı qoyub gedirsən. Qolundan əlini atıb gedirsən, Ayaqdan yolunu atıb gedirsən, Birdən ayılırsan ömrün birində Baş – ayaq durmursan göyün üzündə Allah yerdə qalıb sən isə göydə, Allah göydə qalıb sən isə yerdə...

Page 24: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

24

Page 25: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

25

Zəng eləyirsən Tabəs xəstəxanadan hər gün zəng eləyirdi... Qurban olum sənin televezoruna, Hər gün izlədiyin xəbərlərinə. Kəklik təşvişinə, qorxularına, Gəlməyən göyərçin yuxularına, Bitib tükənməyən həsrətlərinə, Təbəssüm geyimli həkimlərinə, Təzə bir xəbəri eşidən kimi, Tələsik – tələsik zəng etməyinə. Sən ki televizora baxan deyildin, Nədən televizora yoldaş olmusan? Evimin içində gəzirəm səni, Düymə gözlərimdə qan - yaş olmusan. Evdə salladığın qaş- qabağından, Uzaqdan zənglərin nə gözəl imiş. Haqqın, ədalətin toranlığında Sənin televizorun düz işləyirmiş. Baxıb televizora zəng eləyirsən, Qəşəm, qar yağacaq bu gün Bakıya, Qalın paltarını geyin çıx evdən, Bir az iti tərpən, yeyin çıx evdən, Yollarda ləngimə üşüyərsən bax, Əyninə palto gey, başına papaq. Istəsən, heç işə getmə nə olar, Evimizdə zoğal mürəbbəsi var, Qırxbuğum, kəkotu, dağ nanəsi var,

Page 26: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

26

Bir az da gözünə daş yarpızı qat, Dəmlə iç, sonra da şirin -şirin yat. Şəkərbura yemə şəkərin artar, Ipək əsəbini çəkər tarıma. Qalın corabının yerin bilirsən, Çıxart indi geyin ayaqlarına. Qəşəm, kövrəlmişəm bilirsən nəyə? Səndən paxlavanı gizlətməyimə. Köynəyində çayın ləkələrinə, Cibindəki kağız parçalarına, Kağızda yarımçıq misralarına Ya bütöv, ya para dərmanlarına, Əzilmiş sapsarı reseptlərinə, Qorxub yazmadığın şeirlərinə Sevgi şeirlərinin üstündə səni, Aylarla, illərlə incitməyimə. Indicə dedilər televizorda, Prezident Gəncəyə gedib deyesən, Xəzərdə bir neftçi batıb deyəsən, Yenə də Bayılda torpaq sürüşüb Yenə də manatın dəyəri düşüb, Deyir bir şairi tutublar dünən, Deyəsən bizdə də kitabları var. Sənə qurban olum özünü gözlə, Yenə soyuqlayıb bizdə havalar. Gələn zənglərinlə düşürəm yenə, Yayın istisinə, qışın qarına,

Page 27: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

27

Nə deyim, nə deyim, nə deyim sənə, Qurvan olum sənin televizoruna.

Page 28: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

28

Səhərlərin bir səhəri Səhərlərin bir səhəri Allah göydən uzadıb əlini, Bir sığal çəkəcək yerin başına. Sərhədlər uçacaq, Quşlar enəcək, Uzun, dopdolu raketlər Bir an torpağa dönəcək. Allah çəkdikcə əlini Bayraqlar yarpaq olacaq. Allahın yerdən tapdığı, Bir körpə uşaq olacaq. Ulu Tanrım çəkdikcə əlini Bizi torpaqla bir eləyəcək. Kasıbı varlıyla tən, Cəlladı dustaqla bir eləyəcək. Ulu Tanrının əlinə Raket dolacaq, dolacaq. Göyə qalxan imarətlər Körpə boyunca olacaq. Tanrım körpəni alıb əlinə, Hər şeyi onun səsində quracaq.

Page 29: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

29

Saatımız körpə ilə işləyəcək. Qəlbimiz onunla vuracaq. Səhərlərin bir səhəri Bizə yaman dərs olacaq. Millət insana dönəcək, Bütün dillər səs olacaq. Bu sirri bilincə... Bu sirr açılanda axşam üstüydü, Novruz bayramıydı, hər yan tüstüydü. Dağın ayağıydı, yalın üstüydü, Hönkürdüm gizlicə, salamat qalın. Allah nə veribsə, odur var olan, Nə padşaha inan, nə ada allan, İmkanla arzunu, hər cürə yolnan Oynadım heç- heçə, salamat qalın. Ayın işığına soruldum getdim, Göyün yağışına buruldum getdim. Namazın vaxtına quruldum getdim, Hər səhər, hər gecə, salamat qalın. Bir ayə oxundu, mən cana gəldim Vüsalla ayrıldım, hicranla gəldim. Qəbrimin içində qalxdım, dikəldim, Bu sirri bilincə, salamat qalın.

Page 30: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

30

Gülləni atın göyə Alma oğurluğuna gələn uşaqlar kimi, Qovun düşmənləri çıxardın ölkəmizdən. Gülləni göyə atın, elə - belə qorxuzun, Əgər yatanı varsa, səsinizlə durğuzun, Fit çalın, durub getsinlər evlərinə, Ağzınızla “gumm” eləyin, “Bomm” eləyin “Danq eləyin, Bəlkə qaçarlar. Dayanıb təəccüblə baxanı olsa, Başının üstündən gülləni göyə atın, Amma öldürməyin. Yaman ağır olur başın üstən atılan güllənın ağrısı O adam, Heç vaxt unutmayacaq yaşamağın dadını. Təpinin , torpağımızdan uşaq kimi çıxardın, Əllərindən yapışıb qoca kimi çıxardın, Söhbət edin, başa salın çıxardın, Əlinizi kəsin, qan çıxardın, Çıxardın! Ölümü yamsılayın, Amma öldürməyin, Hər ölüm yenidən başlar müharibəni. Şikəstinə kömək edin, çıxardın, Ac olana çörək verin, çıxardın, Sevəninə çiçək verin, çıxardın, Amma öldürməyin. Ölümdən betərdi yaxşılığın ağrısı. Siz böyüksünüz, onlar axmaq uşaqdı, Nə qədər gülləniz var, boşaldın getsin göyə.

Page 31: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

31

Bir gülləniz qalıbsa, demək, biri qaçmayıb, Onu da tez boşaldın, ləngiyən qaçsın deyə. Hər qaçan başı üstə güllə aparsın evə, Baxıb desin anası, Qurban olum, ay oğul, başın üstə gülləyə, Mənim duam idi o, Sən bunu bilməmisən Nə yaxşı ki, o güllə alnında gəlməmisən.

Page 32: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

32

Ipdən asılmış kimi Insan kəmliyi var, Məndə, səndə, hamıda. Vətən sağdı, sərhəd sağdı şeirdə, Insan ölür həm əruzda, hecada... “Ə” hərfi ağızdan qopan qardaş səsidi, Amma elə bilirlər, əl çalırlar içlasda... Açılmış bir ələ 20 qəpik yazdım, Azərbaycan ağlayırdı bir balaca ovucda. Su dolmuşdu dəlik- deşik potusuna, Səs sınmışdı ağzında, Yumruq yeri qıvrılmışdı alnında Can yoxuydu sözündə. Anasının səsi donub Səksəkəli adında. ...Sevmək yeri zəbt olunub Məndə, səndə, qadında. Ha əyildim, o uşağın tikan öpən ayağına, Əsla boyum çatmadı elə qaldı yarıda. Başım göydə yellənirdi ipdən asılmış kimi, Bir udum havam qaldı öpmədiyim ayaqda.

Page 33: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

33

Alışqan Aramıza bir siqaret girdi, siqaretin ucunda bir kişi, Bir kişinin ucunda bu axşam. Nətərsən? Qovdum siqaretin ucundakı tüstüləri, Amma yenə yaddan çıxdı səndə qaldı alışqan. Siqaret çəkməyimi istəyirdin, Nəyisə sənə xatırladırdı bu. Qızlar sevdiklərindən alışqan yadıgar saxlayır, Siqaretdən öyrəndim bunu. Nətərsən? Ağac bitdi aramızda, Aramızdan yol çəkildi. Məni yandıran budu ki, Göz yığıldı göz çəkildi, saatlardan Nə vecimə saat necədi? Nətərsən? Bu şeir də girdi aramıza, Qaldın o üzdə, yüyür. Yağış yağdı, siqaret nəmdi Fikir eləmə, adını çəkərəm, Qurudar adındakı hənir.

Page 34: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

34

Yadındadı ? Yadındadı, Sənin bir balaca stolun vardı, Üstündə kitablar, Kitabın üstə vərəqlər, Vərəqlərin üstə şeir, Şeirin içində vətən. Yadındadı, Sənin bir balaca stolun vardı, Üstündə çiçək kimi Əsəbi, titrək əllərin. Əlinin yanında Bir stəkan soyumuş çayın. Çayı soyudan fikirlər Gözünün ucundan Sallanmışdı Stəkana... Turş limon kimi Misralanan alnın kimi Yadındadı, Sənin bir azca maaşın vardı, Maaşında qızına don, Evə ət, Dava –dərman Yol pulun Bir az şəkər, Bir az qənd Vardı, yadındadı?

Page 35: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

35

Yadındadı, Sənin bir balaca addımın vardı Içində ləyaqət, Cəsarət, Ikincini atanda Divara dəydi alnın Dedilər bəsdi Bura qədər... Yadındadı, Stolunun üstə açarlar vardı Açarların ağzında qapılar, Qapıların ağzında Səni unutmağa gələn Adamlar.

Page 36: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

36

Keçmişi xatırla Axşam nə tez düşüb, alatorandı Əllərim cibimdə açarı gəzir. Nə açar var, nə ümid, Keçmişi xatırla. Axşam yaman düşüb Hər tərəf qardı, Əllərim üşüyür eşitdiyim xəbərdən, Ayaqlarım donur Aramızdakı məsafədən Keçmişi xatırla. Açarı tapmaqda mənə kömək elə Bəlkə də düşüb içimdəki qaranlığa, Keçmişi xatırla deyirəm, Bir damcı genişlik düşsün Fikrimdəki darlığa. Tufanın fikrindədi gəmi Unutdura bilməzsən, neyləsən. Sənə yalvarıram keçmişi xatırla Xatırlaya bilmirsən, and içirsən.

Page 37: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

37

Gəl Görürsən arada boşluğu Yüyür, yüyür üstümə gəl. Dayanmaqdan yorulanda, Yüyürməyində dincəl. Sən dünyaya gələnəcən, Dırnağımla daş cızmışam. Bir şeirlərimi oxuginən, Gör nə zülümlə yazmışam Hecalarım qopuq- qopuq Vergüllərim dırnaq yeri. Neçə fikri qaçırtmışam, Qafiyələr qarmaq yeri.

Page 38: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

38

Məhkəmələr soyuda bilmir ayrılıqları Sevgilər azalır yaman, Ayrılıqlar çoxalır ölkədə. Sevgilərin çoxu gedir Avropaya Azı qalır ölkədə. Məhkəmələr soyuda bilmir ayrılıqları, Uşaqları bölə bilmir valideynlər, Köçür Avropaya Laylalar və nəğmələr. Qızlar oğlanların qara telindən ayrılıb gedir, Oğlanlar qızların çiçək əllərindən. Əl daşınır, Tel daşınır ölkədən. Neft kimi Azalır sevgilər. Baxın pəncərələrdən tökülən qaranlıqlara, Nə qədər evlər sükutla dolu. Tək –tük pəncərədən çırpınan işıqlar, evdəki adamları sayır, Yenə biri yoxdur deyə, Pəncərədən atılır küçəyə.

Page 39: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

39

Nə yaxşı…

Doldum tellərinə, Doldum əllərinə, Doldum yollarına, Hər şeyə bağladın məni. Küləklərə söz yazdım, Tez ayıldım, ayazdım. Bir çay kimi dayazdım, Keçib ayaqladın məni. Yandım, oduma düşdün. Sevdim, adıma düşdün. Yenə yadıma düşdün, Nə yaxşı, yoxladın məni.

Page 40: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

40

Səhra güldü bir damcının huşunda Mən yağışdan üçcə bulud kiçiyəm, Yağış məni kürəyinə şəllədi. Başım qəfil daşa dəydi söz düşdü, Damcılar da daşa dəydi güllədi. Bu tapmaca sərçə məndən böyükdü, Tutub dimdiyində bulud çörəyi, Sərçələrə daş atmayın, nə olar, Düşər dimdiyindən bulud ürəyi. Sərçə dimdiyidi sarı buğdalar, Yağar yerə bir damcının eşqinə. Buğda, damcı, bir də sərçə dimdiyi, Birləşərlər bircə acın eşqinə. Səhra güldü bir damcının huşunda, Dəniz boyda zəmi bitdi səhrada. Biz üç qardaş: sərçə, yağış bir də mən, Bir yurd saldıq, bu boş olan dünyada.

Page 41: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

41

Uşaqlar Gəlin düşək səngərdən çəkilək bir az geri, Qaldıraq səngərlərə balaca uşaqları. Nə qədər uşaq var qoy onlar da gətirsin Dayansınlar üz –üzə açılsın dodaqları. Düşmən kəlməsi yoxdur uşaqların dilində, Olsa – olsa əllərini bir –birinə vurarlar. Səngərlərin içində, səngərlərin çölündə, Lay –lay deyib kuklaya, qəşəng evcik qurarlar O əsgər çəkməsinin izinə bax torpaqda, Beş uşağın ayağı sığar onun içinə Dünən həmin ləpiri gilizlər doldururdu, Bu gün uşaq səsləri yağır onun içinə. Insan bayraqlarıdı göydə oynayan əllər, Öpürlər gülə -gülə bir – birinin əlini. Biz öyrənə bilmədik dostluq dilini heç vaxt, Gəlin gedək öyrənək körpələrin dilini Uşağa bax, əyilib boş patronu götürür, Bələyir körpə kimi laylay deyir gör necə? O güllənin dəydiyi o əsgərin anası Necə ki bələyirdi öz oğlunu beləcə. Ehey sən kimsən, qaranlıqda gizlənən, “Düşmən” sözünü atma uşaqların içinə. Silahını yığışdır rədd ol bizim dünyadan, Qarışma, sən qarışma, uşaqların işinə.

Page 42: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

42

Uşaqların ayağı torpağı bölə bilmir, Necə ki, eyni yağır yer üzünə yağışlar. Sülh haqqında yazılmış iki gözəl misradı: Bir göy üzündə quşlar, Bir də yerdə uşaqlar.

Page 43: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

43

Pis valideyn Məktəb direktoru məni çağırdı yanına, Sən ən pis valideyinsən- 11-də oxuyan oğlun qız sevir. Sinif rəhbəri də bir yandan, Məktubunu tutmuşuq Özü də şeirlə yazıb. Yaman pis oldum Oğlumun məktubunun tutulmağına. Uşaqlıqdan bilirdim ehtiyatsızdı oğlum. Gözündən ovçu oğlum ikili-üçlü oğlum. Neçə-neçə dostu var, Deyirlər hər küçənin tinində bir postu var. Qolları orağa oxşayan oğlum, Telefonun yanında yaşayan oğlum. Dərdini bacısına deyir, Bacısı da xəbərçidi Anasıyla əlbirdir. Əvvəl dinləyir qəşəng – qəşəng Sonra anasına deyir göyçək – göyçək.

Page 44: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

44

Dostları xain oğlum , Pırpız saçlarımı götürüb özüynən Odlu ürəyimi götürüb özüynən Təkcə ehtiyatlı olmağımı götürməyib. Dilin- ağzın qurusun, a xəbər verən, Əlin – qolun qurusun, a məktub tutan! Dostları xain oğlum! Utandım direktordan Soruşmağa, Görəsən, qız nə fikirdədir?

Page 45: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

45

Adam az qalır… Birdən adam dolur hirsnən, yumruqnan, yaynan, oxnan. Az qala daşa adam, Daşmır. Birdən o qədər sevgin, O qədər şeirin... Az qala adam Kərəm olsun, Olmur. Birdən qolumda qılıncın, canımda gücün, Altında qıratın, qəzəbin, Sevgin elə artır, artır, Adam az qala, Az qala Koroğlu olsun, Olmur. Birdən dolursan səsnən, Dartırsan özünü, Ha cəkirsən, Az qalır Aşıq Qəribə... Adam Aşıq Qərib ola bilmir.

Page 46: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

46

Toz

Bir az ağac oxuyun, bir az suya baxın Tozun da yanından keçməyin elə-belə. Ondan da biraz götürün, Kiminsə cismidi həsrətdi sizə. Bu mahnını elə-belə oxumuram, Bunu deyiblər mənə. Bir dəfə oxumuşdum Yadınızdan çıxıb yenə. Bir az ayaq saxlayın Bu çiçəyin önündə. Görün kimi görürsüz Bu çiçəyin donunda. Suyun qapısını döyün Bağlanıbdı haçandan. Qocayla söhbət edin, Bir az olub keçəndən. Nə uzun yaşadınız Komediyanı bitirin. Əllərinizi yuyun Sonra tozu götürün.

Page 47: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

47

Yıxılmış evlər kimi Yarpaqları qaldırın. Yanan şamlar kimi Tozları söndürməyin. Sizdən soruşacaqlar Necə keçdiniz tozun qapısından? Sizləri biz asmışıq, Bu tozun yaxasından. Mənə dedilər ki, Gəlib sizə oxuyum bu nəğməni. Bir dəfə oxumuşdum Yenə unutdunuz məni.

Page 48: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

48

Gülümsə, Qəşəm

Qəşəm, xöşbəxtsən ki, səndə bir sirr var, Ələnir başına, yarpaqlar, quşlar, yağışlar... Topu sənin ayağına vurur uşaqlar, Gülümsə, Qəşəm... Gülümsəmək sirrin üstünü örtməkdi, məncə. Qəşəm, deputatlar, nazirlər, başçılar zamanında Adamlar, nərdivanla qalxanda və düşəndə Qeybdən gələn səs sənə demişdi: – gülümsə, Gülümsə, Qəşəm. Bunu səndən gözləyən var, Istəyən var, özü də lap yaxında. Həbsxanada nəfəsliyin geniş olmasına sevinən

bir yazıq var. Ya da bir misra içində "ə" hərifini, Çək üstünə gizlən, yat. Ötüb keçsin vaxt... Bir səsə ilişib qalxarsan, nə vaxtsa - Kimsə səni oxuyanda. Tanrı bəxtəvəri, çək “Ə”ləri üstünə... Daha nə istəyirsən?

Page 49: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

49

Sonsuz olduğumdan, Qəşəm Səni oğlum kimi sevirəm Balam kimi, arxanca yüyürürəm, Qəşəm, Gülümsə, Qəşəm.

Page 50: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

50

Qocalıram

Qocalmağa tələsirəm, Qalsın arxada Beynimə sızan həqiqətsiz gözləntilərim. Bilim ki, o şey ki, mənə qismət olmalıydı, Olmadı, hamısı qaldı o tərəfdə, Bir az dincəlim. Atları uşaqlar minib getsinlər daha, Gücüm ona çatar ki, baxışlarım Atları qamçılasın. Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir, Uçurlar çəliyin başında yuva qurmağa. Çəlik ağac olduğu vaxtlar, Başına quşlar qonardı, Indi də yorğun quş qanadlarına bənzəyən əllər. Əllərin siniri ölsə də, Ağaclar Xorasima qışında çəliyə dönsə də, Yaddaşları həmişə keçmişi xatırlayır, Yaşamaq üçün bəs edər Ala – toran xatirələr... Bütün günü qocalmağa tələsirəm, Işləyən əllərimi qocalıq puluna təhvil verilənə

kimi – Qocalmaq. Gözlərim eynək gətirsin,

Page 51: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

51

Saqqalım qar, Əllərim çəlik... Yaşım qocaıq pulu... Deyirlər qocalıq pulu da nəvə kimidir, Əlindən tutmağa, Səni ora –bura dartmağa, Aldatmağa. Günlərin bir günü, Qəşəm Qocalıq pulun gecikəndə Sən də beş – on manatlıq kartının əlindən asılanda Qoyasan kartını ayağının altına Çıxasan üstünə ... Başlayasan ötən illərini ayaqlamağa, Başlayasan gəncliyinə söyməyə. Başlayasan ürəyindən Olan – qalan sevgini çıxartmağa Baxmayasan, ayağının altında ağlayan uşağa...

Page 52: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

52

Çoxu az elədim

Gözəl – gözəl sözlər tozuymuş tamam, Gəlin, çiçək qoyaq tozun üstünə. Bəlkə də, çiçəkmiş tozun özü də, Qoyulub hər gözəl sözün üstünə. Çoxu az elədim mən aza endim, Yüz sözdən qeyb olub, bir sözə endim. İlahi, bu səhər namaza endim, Çəkdim yer kürəsin dizim üstünə. Can qoydum, hər sözü mən ələ aldım, Yerə qoymadım ki, könlümə aldım. Sənin ayağının tozuymuş sandım, Öpdüm, tozu qoydum gözüm üstünə.

Page 53: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

53

Son

Mövlanə Cəlaləddin Rumiyə

Heç bahar gəlməzmiş mən girən bağa, Yolu sağa-sola getdim, qurtardım. Yaşıl yarpaq qoydum sevda yarama, Yaram dedi: Sərinlədim, qurtardım. Əli yalın qaldım əlimə bax, bax, Yazı qabarını əlimə qoş, qoş. Sevda əkdim oğul-uşaq görmədim, Elə qaldım, bax evi boş, əli boş. Girdim ruhum içinə, Misraları qapı kimi çəkib, Örtdüm üstümə. Baş çıxartdım hərflərin içindən, Dedim, deyin Qəşəm bitdi, qurtardı. Baş söykədim “a” lara, “ə” lərə, Haqqa vardım, məna dərdim, qurtardım. Gizlinlərdən nişan aldım yerimi, Gizli sözdüm, mən soruldum, qurtardım.

Page 54: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

54

Kəndin baxtı

Eyy camaat, Qalxın ayağa Yoncanın çiçək vaxtı, Ağacın alma dəmi, Qoyunun quzu vaxtı... Bu kənd yeməlidi, yeməli. Ey, on ildi qoyub gəldiyim kəndim, Gözəlin haqqı Bax , and içirəm Səndən bir incikliyim yox. Deputat da seçirsən Başqasını seç, Heç məni seçmə. Qoy gəlsin o deputatın Mersedeslə, Jeeplə Tək mənə bircə yorğa atın bəs. Ağsaqqalın haqqı, Heç nə istəmirəm Mənə bircə kiprik tozun bəs. Bəlkə, Bəlkə ağacında sonuncu yarpaq, Qalır mənim xətrimə. Kölgəsinə adam dolur, Dolur mənim xətrimə. O uşaq taxta tarın Çalır mənim xətrimə. Oynayır bu havaya Ayaqyalın qızcığaz,

Page 55: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

55

Oynar mənim xətrimə. Ancaq bir sualım var Atlarınız nədən öldü? Niyə öldü atlarınız? Bax, budur deyirəm, At haqqı, Bu qanı yerdə qoymayacam!

Page 56: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

56

Təkrar

Sən şirin yuxusan Mən səni yatdım, qadın! Off... necə təkrarsan, Yada düşmürsən, yadda qalmırsan. Dodaqların təkrar, Əllərin təkrar, Yastıqda Başının çuxuru təkrar. Əvvəlcə üşüyürsən, Sonra titrəyirsən, Sonra ağlayırsan. Əvvəl gəlmək istəmirsən, Sonra özün gəlirsən. Əvvəl haqqlı olursan, Sonra peşman olursan. Ayaqların, bütün günlərdəki kimi təkrar... Mənə sevgi dəydi səndən oyandım, qadın! Nə qədər qadın var, Bir o qədər yatan kişi. Nə qədər ayılan var, Bir o qədər göz yaşı.

Page 57: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

57

Evə qayıdanda... Həyat yoldaşım Tabəs üçün Evə qayıdıram uşaqlar yatıb, Sənin də gözündən yuxu sürüşüb. Adımı əlinin içinə yazmaq, Görəsən hayandan yadına düşüb? Mən sənin ən pinti, dəcəl balanam, Hər gün üst- başımı təmizləyirsən. Məni dəli kimi sevdiyin üçün, Mənimlə bir qabda yemək yeyirsən. Yaşın otuz üçü keçibdi çoxdan, Qız xasiyyətini dəyişməmisən. Başında on səkkiz yaşın sevdası, Hələ zəmanəyə uyuşmamısan. Qadın ol, ana ol, qız olma daha, Sevginlə başıma oyun açırsan. On səkkiz yaşında qaldığın üçün, Məni qayğılarda qoyub qaçırsan. Sevirəm mən səni bu həyat kimi, Sənə sevgilərim yüz cürə donda. Harda şeirlərim qafiyəsizdi, Uşaqların üstün örtmüşəm onda. Çörək - su dalınca çıxmışam evdən, Məni pis adamlar yüz yerdən sıxıb. Evə qayıtmışam axşamlar, bəzən

Page 58: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

58

Sevirəm söyləmək yadımdan çıxıb. Görürsən qəlbimdə ucadı yerin, Sən ki aşağıda dayanmamısan. Sənin haqqındadır hər sevgi şeirim, Sən bu xöşbəxtliyə inanmamısan.

Page 59: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

59

Qəriblik

İtlər səslərini tullayır göyə. Biri ayda ilişir, Sonra itlər hürüşür O səsi düşürməyə. Təzə küçüklər doğulur 0 səsi çağırmağa. Ağac səslərini su kimi tökür, Bir yarpaq səs qalıb əlimdə Ağac ölüb-dirilir, O səsi əlimdən qaldırmağa. Küləklər suları sovurdu göyə, Bulud ələyində darıxan sular, Damcı şəklində Deşib küləyi Qayıtdı yerə. Ancaq bir damcı qayıtmadı. Düşüb bir quşun dimdiyinə Getdi qürbətə... O vaxtdan yer kürəsi Quşların dimdiyindən öpür.

Page 60: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

60

Ya Allah

Adam öləndə, İlk dəfə üstündən adı düşür, Adamların dilləri uzanar O adı götürməyə, Amma gecikərlər. Günlər külək kimi əsər, Əlində yarpaq kimi ürəyimiz yellənər. Neçə sinə yüyürər bir ürəyi tutmağa, Amma gecikərlər. Məncə, yıxılan adam göyün əlindən düşür. Əlindən düşəni götürməyə, amma göylər gecikməz.

Page 61: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

61

Çiçəklərin ətri yandırır düzü

Millət vəkilləri, Kəndə gəlmədiniz, Gəlmədiniz sizə səs verənlərin yasına. Təkcə itlər baxıb gülümsəyirdi, Mən sizə deyirdim axı... Ölsün bu ağacda bir quş gözləri, Bu kəndin ördəyi, qazı qırılsın. Kəndə gəlmədiniz, Kənd indən belə Daha ölünü yox, Sizi ağlasın. Dükan qapısında şəkilləriniz Boğazdan asılan adamdı çoxdan. Atası rəhmətə gedən bir uşaq Dırnağıyla şəkli qopardır ordan. Maşınınızın tozu hələ ağacda, Hələ adamların kipriyindədi. Dünyanın Ay adlı diktafonuna Hər axşam itlərin səsi yazılır. Kəndə gəlmədiniz, Itlər haqlıdı Çiçəklərin ətri yandırır düzü. Kəndə gəlmədiniz, Sizdən nə qaldı Qaldı kəndimizdə təkcə toz izi.

Page 62: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

62

Qapıda Oğlanlarımın ayaqqabıları toyuq balaları tək mənim ayaqqabımdan həmişə bir qarış arxada dururlar. Mənim ayaqqabım kimi Böyümək , bir az da irəli çıxmaq Həsrətindədilər. Bunu qorxmuş adam kimi Bənizlərinin qaçmağından bildim . Ona görə də ayaqqabılar Hər axşam burunlarını Içəri soxub, Oğlanlarımın ayaqlarından Xəbər tutmaq fikrindədilər .

Page 63: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

63

Xocalı mövsümü fevral

Yanvar ayından başlayır Azərbaycanın Matəm mövsümləri... Qan fışqırır televizorlar... Məhkəmələr təzədən işə düşür... Xocalını göstərirlər... Oğlum mənə deyir ki, keçən ilki lentdi... Həmin uşaqdı yanında potu... Mən ondan kiçik idim, Böyüyüb keçdim onu – deyir oğlum. Xocalı mövsümüdür bu ay, Lentin tozu alınır... Bir də göstərilməyi qaldı gələn ilə . Xocalını göstərirlər... Həmin kişidir yenə, Heç qocalmayıb, Saqqalı ağarmayıb. Xocalını göstərirlər , Balaca uşaqlar Dirsəklənib təpələrə. Böyüklər uzanmışdı deyə, Aldanıblar böyüklərə .

Page 64: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

64

Uşaqlar böyür – böyürə , Yan – yana uzansalar da, Gəlib çatmadılar insafımıza. Xocalını göstərirlər yenə qadın keçdi mətbəxə, Keçən ilki lentdi Təkrardı-təkrar. Müxbir küçədə Kəlbəcərin getdiyi günü soruşur nazlı bir oğlandan, Güya bilsə nə olacaq, Ya bilməsə? Bəlkə Kəlbəcərin mövsümü başlayır Onun da ayrıdı lentləri Ölümləri ayrıdı Ayrıdı dərdləri. Sonra Zəngilanın ildönümü Sonra Qubadlının, Ağdamın... Xocalı mövsümüdü bu ay... Kişiliyin qısır ayı... Fırlat qardaş, Onsuz da işin bu lenti fırlatmaqdı, Allah gələn iləcən sənə ömür versin Çünki sən bilirsən bu lentin yerini.

Page 65: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

65

Gəraylı Könül, bu bulağın başında əylən, Gör sular nədən oynar. Sular qırmızı köynəkdi, içində bədən oynar. Könül dedi qoy bulaqdan soruşum, - Bulaq, icində oynayan nədi? - Nəfəsimdi. - Bəs niyə dartınır? - Əsirimdi. - Bulaq, bəs səhəngin hanı? - Sındırdılar. - Kim sındırdı? - Kauçuk qablar. - Orda nə işiniz vardı? - Bizi qablara doldurdular, yaşıl köynəyimiz cırıldı. qulplu-qulplu sənəyimiz sındı, atların dodaqları yandı. bənd-bənd ovuclar dağıldı, nə yaxşı, qızların şəklini gizlətdik. Gedən bədənimiz oldu, qalan ruhumuz. Ruhumuzu torpağın altda gizlətdik. -Nəyə görə? - Əmanətdi. - Kimin əmanəti? -El əmanəti. - Hanı el? - Coxdandı el gəlmir?

Page 66: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

66

- Danışma bulaq, mən Qəşəməm eeeyyy, başıma oba gəldi, bulaq eeeyyy…

Page 67: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

67

Cöl müxəmməsi

Qoyunlar otların üstə bitər hər səhər, Çoban yığar otların üstündən qoyunları. Qoyunların dalınca otlar arxaca gələr, Hər otun ağzında bir qoyun qalxar yuxarı, Hər çiçəyin başında bir quzu mələr, mələr. Biçinçilər ot biçər Ot biçməzlər bəlkə də. Otların üstündən qoyunları dərərlər, Otların üstündən qoyunları yıxarlar, Otların üstündən qoyunları yığarlar, Qoyunların üstündə cobanları ölərlər. Qoyunlar göy otları dişləriylə cağırar, Çöllər kəmənd atar Göy otları Qoyunların dişinə. Qoyunlar da dartar çölü, Dişinin altına salar. Saldımı, içinə bir yaşıl cölü cəkər, Çöllər axşamacan qoyun oxuyar. Çiçəklər nəfəs alar atların dodağından, Çölün eyni açılar atların ayağından. Göbələklər tökülər atların dırnağından, Qarışqa yorğan salar qırxbuğum yarpağından, Səhərəcən Muğanı, atlar Muğam oxuyar.

Page 68: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

68

Qoşma

Zəminin başındakı arx, zəmiyə başlıqdı. Çiçəklər quzuların mövsümüdür, quzular çiçəklərin mövzusudur. Çölün ortasında arxac, bərəkəti təsdiqləyir. Qoyun çobanın əl ağacının ən qalın kölgəsidir. Ağac qoyunların ögey atasıdır, çoban qoyunların evidir. Yoncanın başında bağlanan at, yoncanın zindanıdır. Atın da zindanı, onu minib çapmayandır. Atın da evi çobandır. Arxın başındakı söyüd, yerdən qalxan buluddu. Buludun da evi arxdakı mürgüləyən sulardı.

Page 69: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

69

Obanın yaraşığı itdi, İtin yaraşığı pişikdi. Qızın yaraşığı oğlandı, Gəlinin yaraşığı doğmaqdı. Çobanın dövləti itdi, itin gülməyi çobandı. Otların evi, qoyunların ağzıdı. Atın təri çöllərin dincəlməyidi, Qəşəmin ayaqları atın belində bir topa buluddu.

Page 70: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

70

Bayatı

Əzizinəm, qayanın oyuğuna dolmuş tozun üstündə bitən çiçək. Ləçəklərini arı yelləsin. Əzizinəm, itkin düşmüş çiçəyi üçün zarıyan arı. İynəni çiçəklər öpsün. Əzizinəm, ağacın koğuşunda balalayan quş. Balan sarı dimdiyini bir dən bilib dimdiklər. Əzizinəm, ağaclarda bulud-bulud yuvalar. Barmaqlarım dən-dən yuvalara tökülər. Əzizinəm, o qızın gözünün ucunda kədər, Oğrun sevgi yeridi. Əzizinəm, o qədər ağladı o qız axırda üzündə üzü çürüdü. Əzizinəm, çiçəklərin üstündə qan, xonça kimi. Əzizinəm, qan da durub, yarası ücün ağlar. Əzizinəm, bu dərdi qanan yox, ay aman! Əzizinəm, generalın döşündə

Page 71: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

71

bir medal yeri. Əzizinəm, ananın köksündə bir bala yeri. Əzizinəm ot basmıs, bir Şuşa yeri. Əzizinəm, Xocalıda bir körpə yeri. Əzizinəm, Qəşəmi güllə ağlasın, ay aman!

Page 72: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

72

Kənd tablosu

Itimiz kəndə oxşar, qaçışı ata bənzər. Bir üzündə ular bir uzundə ləhlər. Burnunun ucunda arxac oturar, dişində qonşumuzun oğlunun qanı dadar. Burnunun ustündə atımızın nalı var. Ağzında nənəmin bişirdiyi yal daşar. Başında, belində qardaşımın əli var. Qaçsa qalxar ayağında, yol ayaq- ayaq. Açılar ayağında çöl pərdə-pərdə. Hav- hav hürər, şap- şap yal icər. Gözünün üstünə gecə düşər, burnunun ucunda Ay doğar. Kefi kök olanda, çöllərin çöpünü sular.

Page 73: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

73

Bir gün itimiz qonşu kənddən qancıq sevdi. Görüm o qancığı ölsün itimizin başına zəncir keçirtdi. Zəncir onun sevgisiydi, başının bəlasıydı. Sevəndən burnunun üstündə ağac yeri var. Hər axşam burnunun qanını yalar. Gələrəm üstümdə şəhərə hürər, Hürər boynumdakı qırmızı qalustuka. Hürər qapımızdakı dikdaban ayaqqabıya. Əlimin içində ətiri yalar, elə bil əlimdən fətiri alar. Deyirəm nolaydı, Barı, hec olmasa o qancıq Itimizin boynundakı Zənciri bir görəydi. Itimiz də o günü, bircə görüb öləydi.

Page 74: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

74

Qanı qalıb ləpir kimi Düşmənlərə deyin, Quş yumurtalarına topların səsi qan çiləməsin,

Yüz tankın kölgəsi dərin deyil , Bir quş qanadı qədər. Gedin deyin, qayıtsınlar evlərinə körpələri ağlar

qalıb, Qadınları hamilədir, vaxtı çatıb bu gün- sabah doğa

bilər. Gedin deyin, mən onların xatirinə məğlub oldum. Əllərimi qaldırıram körpələrin önündə mən, Əyilirəm onların qorxu öpən gözlərinə. Müharibəni, qələbəni endirirəm, İməkləyən bir körpənin dizlərinə. Gedin deyin, məğlub oldum, silahımı

tulladım mən, Səngərimdən düşürəm, Mumlayıram nitqimi … Mən igid deyiləm, qorxağam, Mən kişi deyiləm, insanam. Mən güclü deyiləm, zəifəm, Mən həqiqət deyiləm, səhvəm… Ya da, ya da vurun məni Qoy qanım calansın yerə… Min il sonra söyləsinlər:

Page 75: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

75

“Bir vaxt burdan insan keçib” Qanı qalıb ləpir kimi.

Unutduğum Gəncə unutduğum vaxtdı, yolu avtobusdu-qırmızı. Institutu –dörrdillik, fontanı – bir axşamlıq davası – bir küçəlik... Həmişə vağzalında payız olar, Bakı qatarı külək gedər. Adamlar vaqona yarpaq dolar, adamlar tələsər, qaçar. Vaxt vağzalı payız kimi qovurar. Univermağı bir köynəklik, Qaranlıqda lələləri bir bıçaq. Göy gölündə vaxt donub, Gəlin gedək vaxt oyadaq. Hər bıçağın ağzında bir qız var, Hər qızın adında bir tələbə. Hər qorxunun dalında bir kənd var, Kənd titrəyir döngələrdə hələ də.

Page 76: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

76

Bir kölgəlik ağacı yadımdadı, Kölgənin yarısını quşlar özləriylə götürdülər. Yarısını da yarpaqlar aşağı endirdilər. Onda biz , ağacın altında iki nəfər idik Ağac bizə baxıb sevinirdi. Gəncə unutduğum vaxtdı, məni ora nə avtobus aparar, nə qatar.

Page 77: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

77

Gərək

...Ancaq könlünün icindən nəğmə ucalsa, Yandıra-yandıra gəlsə o nəğmə. Səni tanıyanlar, sənə yaxınlar Çırpıb əllərini qaçar bir ucdan, Kimdi, əziz dostum, inanan sənə? Gərək, nəğmə bizə uzaqdan çata, Gərək, həqiqət də uzaqdan gələ. Uzaqdan gələn kəs yalan da desə, Qatığa, Günəşə qara söyləsə, Adamlar inanır, inanır hələ. Gərək, ölüm xəbəri uzaqdan gələ, Bir atlı dayana, Bir atlı düşə. Heç kəs səsinin qəribliyinə, Heç kəs sənin burda üşüməyinə, İnanmaz. Gərək, qərib səs uzaqdan gələ, Gərək, üşüyən kəs o dağdan gələ, Gəlib deyə: bəlkə odununuz ola? Gərək, şair səsi uzaqdan gələ, Ay keçə, il keçə, unudula o. Bir əsrdən sonra geriyə dönə, Doğulduğu kəndə, öldüyü kəndə.

Şairlər doğulur

Page 78: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

78

Şairlər doğulur bir gözəl dərddən, Ağlrılar hamilə qadınlar kimi. Gecənin qoynunda şairlər doğur, Doğur Lermantovu, Əli Kərimi. Bir gözəl bir şair ağrısındadı, Araz yer üzünə şairlər əkir. Gecə səhərləri doğmaq istəyir, Gecə səhərlərin ağrısın cəkir. Ürəyim məni də doğmaq istəyir, Bir dərdin cavabı yüz şeir gəlir. Dünyanm dərdləri coxalıb nədi? Dünyaya bir belə şairlər gəlir. Şairlər doğulur işıqlar kimi, Gecə işıqları yeyə bilməyir. Şairlər yaşayıb dərdi qurtarır, Dərdlər şairləri yeyə bilməyir.

Page 79: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

79

Maaşım

Həmişə cibimdə ağlar maaşım, Ağlar manat-manat, evimiz dolar. Ağlayıb qurtarar, sonra adından Bizim evimizdə quru söz qalar. Yamanca qorxaqdı mənim maaşım, Gözünün yaşından balalar doyar. Dizimə yapışar cibimin qarnı, Yenə ciblərimi əlim doldurar. Gəzərəm şəhəri ürəksiz kimi, Göy satan arvadlar hirslənər mənə. Balaca oğlumun ayaqları da, Top ücün havada yellənər yenə. Bakının bazarı Hələb şəhəri, Girərəm ürəyim soyular, Allah! Mənim gözlərimdən yağan yağışla, Balamın gözləri yuyular, Allah!

Page 80: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

80

Kənd şairi

Şeiri cap olunmaz kənd şairinin, Fikrini kağıza hey bükər, bələr. Bakıdan qəzetlər uçub gələrlər, Onun şeirinin yeri ağ gələr. Sədr də qarnını verib irəli, “Mənə poema yaz” deyir şairə. Şair də hirslənir, sədr də deyir: "Bunun özü nədi, bunun şeiri nə". Nimdaş paltar geyər gündə əyninə, Bu şeiri at getsin, yüz yol deyiblər. Baxmayın onun düz yeriməyinə, Bəlkə də, yüz yerdən onu əyiblər. Arvadı hirslənər kənd şairinə, Söylənər, ay Allah, taleyim nəsdi. Ərinin bir sevgi şeri yerinə, Bir kilo ət olsa, qənd olsa bəsdi. Bu kənd şairləri arıq, çəlimsiz, Bakıya gedəndə naşı olarlar. Onları yad yerdə görməzsiniz siz, Axırda bu kəndin daşı olarlar.

Page 81: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

81

Neyləyim heç kəsdə insaf görünmür, Tuta bu şairi çəkə irəli. Il keçir, şairin boyu görünmür, Sədr də qarnını verib irəli.

Page 82: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

82

Şəkil

Adam yaxınlarda yox, Uzaqlarda şəkil çəkdirər. Məsələn, əsgərlikdə. Ya da 1-ci ildə... Ya yıxılan halda, Ya qaçan vaxtı, Ya da gülən vəziyyətdə şəkil... Elə bir şəkil ki, min il oxunub qurtara bilməsin. Partiya biletlərinin şəkilləri sahiblərinə bənzəmirlər Çünki onlar həyatlarında yalnız bircə dəfə

o cür dayanırlar Heç uşaqlar da tanımaz atalarını. Partiya sədrlərinə bir təklifim var... Atalar övladları ilə, Oğlanlar sevdikləri ilə, Babalar nəvələri ilə Şəkil çəkdirib Vursunlar biletin birinci səhifəsinə.

Page 83: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

83

Çıxıb getmək istəyirəm Şəkil çəkdirdiyim yerə, Şəkil çəkdirdiyim aya, Şəkil çəkdirdiyim ilə. Onsuz da çəkdirdiyimiz bütün şəkillər

bir azdan uzaq olacaq Elə bir uzaq ki, ora hələ gedib çata bilməmişik!

Page 84: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

84

Oktyabr şeiri

Getdi payızlar, qışlar, Fikrimizin ucunda soyuyan çaylar getdi. Öldü bizi tanıyan dostlar, tanışlar Bir az keçmişi xatırlamaq gecikdi… Getdi pişiyi qovan yarpaq, Yarpağı qovan külək, Küləyi qovan payız, Payızı qovan vaxt, Vaxtın dalınca bir qız… Qızın dalınca bir göz... Getdi. Getdi aftobusda oturacaqlarımız Getdi dayanacaqlar, Getdi qarşısında dayandığımız , Dükanlar , şüşələr, güzgülər, Şüşələrdə şəkillərimiz getdi… Kafelər küncündə yerlərimizi tutdular , Yerlərimizi, yerlərimizi... Saçlarımın ağ işığında əllərin uçdu, Üstümüzdən əllərimiz töküldü, Əl izləri üstümüzdın söküldü, əl izləri, əl izləri… Xəbərçilər də bizi daha unutdular, Bizi axırıncı dəfə harda görmüşdülər, Xatırlamırlar… Atanın, ananın,

Page 85: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

85

bacılarının adlarını unutdum, Unutdum, unutdum… Daha xəbərin yoxdu ağrılarımın yerindən, Ağrılarımın yerindən… Daha gəlmək istəmirik nə sən bizə, nə mən sizə, Istəmirik, istəmirik… Getdi saatlar, “iki”lər, “üç”lər, ”on”lar Bizi bir nəfər tanıyan olsaydı, Gələrdik özümüzə… Heç olmasa bir xəbərçi… Getdi tramvaylar, maşınlar, taksilər, qatarlar, Buludlar, durnalar, adamlar… Biri ləngiyə bilsəydi bir kəlmə qədər, heç mən də yazmazdım bu şeiri…

Page 86: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

86

Simayi-şəms

Dağların, Gözəl dağların Başı qarlı əzəl dağların, Ələsgərdən nişan qalan dağların, Başında bir oda qurdum, odum yox. Vaxt dayanıb dəvə ayağınının çuxuruna baxır, Elə bilir ki, Qum dənəcəklərinin, Bir-birinin əlindən tutub diyirləməsi Uşaqlardı, bir azdan böyüyəcək. Dodağım, Mimdi dodağım... Sözlə söndü dodağım, Ay kimi bulağa endi dodağım, Gördüm ki, içməyə bircə udum yox... Sənin xəbərin varmı ki, Mən hər axşam ağaca gedirəm, Və hər səhər ağacdan düşüb gəlirəm. Yaratdın, Sən yaratdın, Sən hamını tən yaratdın. Ürəkdə eşq, çöhrədə qəm yaratdın, Bu dünyada özgəm yoxdu, yadım yox... Yenə unutmaq sevməklə başladı,

Page 87: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

87

Günəş çörəyə bənzədi, Ölüm yuxuya. Nə yaxşı ki, belə oldu, Insan gəldi dünyaya. Sənindi, Dözüm sənindi... Görən gözüm sənindi, Varım-yoxum, sazım-sözüm sənindi, Mən sənnənəm, sənnən ayrı adım yox...

Page 88: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

88

Uşaqlara salam

Əlinə bir düşmən bayrağı keçsə onu ayaqlamaqla

iş bitmir, Yatmış bir düşməni öldürməklə məsələ həll

olunmur, Açılan bütün topların əvəzinə salam! Quşun xəbəri varmı, düşmən tərəfdə uçur ya biz

tərəfdə, Allahın quşu da ola bilmədik, quşlara salam ! Biz torpaqlar böləndə səhv elədik, bizə salam

olmasın Daşlar hər yanda daşdı, daşlara salam! Gəlin, gəlin uşaqlara biz heç nəyi öyrətməyək, Qoy özləri öyrənsinlər. Düşmən haqda biz onlara bir kəlmə də

söyləməyək, Bilsinlər ki, yer üzündə düşmən yoxdur, Hamı dostdur. Ah, yenə də kimsə uşaqların qulağına pıçıldayır, Qara düşmən sözünü. Ona görə, Böyüklərin şairi ola bilmirəm, Uşaqların şairiyəm, uşaqlara salam!

Page 89: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

89

Qırış fikirləri səslə ütülə

Boş saatlarında, dəqiqələrində, Çəkil pəncərəyə, aç pəncərəni. Üç ay bundan qabaq sənə yazdığım, Məktubun sonuncu sətrində dayan: Görsən ki, dayanıb fikirli uşaq, Çağır , Qırış fikirləri Səslə ütülə. Saçını qarışdır, Adını soruş... Bağla köynəyinin Kimsəsizlik yeganəsi, Açıq qalan düyməsini... Köynəyin nəmini, tərini hürküt, Orda donub qalan soyuğu kirit. Aç gündəliyini, Özünə oxşayan ikisinə bax, Atası məktəbə gələn deyil, Keçirt o uşağı , küçədən keçirt...

Page 90: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

90

Şəkil çəkdirin

Şeir yazmayın, gedin şəkil çəkdirin. Tel yana əyiləndə, Gün əyiləndə. Lazım deyil ki, gedib Londanda, Moskvada ,

muzeydə çəkdirəsiniz, Dəli kimi sevdiyiniz vaxt çəkdirin... bəsdi. Amma fotoqraflar o anı tuta bilmirlər Onlar yemək yeyəndə, Maşına minəndə və düşəndə, Çıxış eləyəndə, ya da şeir söyləyəndə alırlar adamın başının

üstünü... Yemək yeyəndə əlini ağzına gizli yolla aparırsan

Vallah... Pulunuz qurtaranda şəkil çəkdirin, nə olar Məncə əla alınar... Şəkillər şeir yazmağın ən yeni bir formasıdır

desəm, mənə gülməyin. Şəkil, Hə, şəkil. Şəkil eyyyy, Şəkil deyirəm eyyyy, Şəkil ha... Bax ha... !

Page 91: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

91

Bulud

Qoyun, bu küçədə dayanım, fikirləşim, Başım bulud kimi yatıb qalsın havada. Üstümdən maşın keçsin kefi istəyən kimi Su calansın maşının təkərinin altına Asfaltın ortasına bir bulud düşüb ölsün… Bir parça buluddu damarımda qan Məni qaldırır göyə, uçuram. Həvəsim yox, təzə paltar geyməyə Mən bu yerdən baş götürüb qaçıram. Canım yaman ağrıyır fikirli ağac kimi, Mənə payız gəlmədi, mənə adamlar gəldi. Məni yağış vurmadı, məni göz yaşı vurdu. Üst başım yara oldu, Əynim-başım köhnəldi. Təzə köynək almıram, köhnəyə söz yazmışam, Ölən günün izidi köynəyimdə ləkələr. Başım-beynim yuxulu, ürəyim fikirlidi, Damarımdan su çıxsa, Bəlkə ruhum dincələr. Özümü atıram bu maşının altına. Qoy desinlər, bu axşam maşın bir bulud vurub. Sürücü düşüb desin nə gözəldi bu ölü Bir adamla maşının təkərləri yuyulub.

Ay üzünə

Page 92: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

92

İçimdəki bir yaradan keçib gəlirəm, Ay üzünə. Aləmdən qaçıb gəlirəm, Ay üzünə. Ürəyimin ağrısını yuyur Ay üzün... Məni yaman vurdular, Qürurum sınan yerdən. Qürurumu Ay üzün sarıyır, Gündə min dəfə yıxılıram, Məni Ay üzün qaldırır. Mən qorxağam, igid deyiləm, Mən güclü deyiləm, zəifəm. Mən kişi deyiləm, insanam Mən həqiqət deyiləm, səhvəm. Deyirlər ölümdən sonra Həyat var. Ölümdən çox qorxuram, Məni aldadırlar. Durub gəlirəm Ay doğana- Durub gəlirəm Ay üzünə...

Page 93: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

93

Səni uzaqlarda qoyub gəlsəydim

Səni uzaqlarda qoyub gəlsəydim, Doyunca ağlardım. Aramıza qış girsəydi, Aramıza qar yağsaydı… Qar deyirəm sənə, lopası quş-quş. Desəydilər uzaqlara təyyarələr uçmur, Qar yağsaydı məni yandırmaq üçün, Mən hazır olardım bu yerlərdən getməyə... Deyirlər ucuzdu təyyarə biletləri, Göylər nə yaman ucuz olubdu. Minib təyyarəyə getsəydim, Sən məni necə qarşılardın? Səni qoyub gəlsəydim Görüm necə ağlardın? Səni uzaqlarda qoyub gəlsəydim, Burda hər şeyi atıb gedərdim. Çıxıb gedərdim yanına, İndi gedə bilmirəm amma…

Page 94: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

94

Qocalıq pulu

Maliyyə naziri, xahiş eləyirəm, nə olar, Qocalıq pullarını bayramlardan sonra verməyin. Məsələn, Fevral ayının pulunu 8 martdan sonraya

saxlamayın. Dekabrı yanvarın 20-nə qədər yubatmayın... Onlar da sevə bilirlər, Yeni ili hələ unutmayıblar, 8 martda gül almaq istəyirlər, gül haqqı ! Hələ ki, həyat yaşayır onların vərdişlərində, Heç olmasa həyata hörmətiniz olsun. Cənab nazir, sən görsən ki, Bankomat kartlarının əlində qocalar necə əsirlər, Bankomat kartlarının əllərindən necə düşürlər

qocalar? Və görsən ki, onlar sənin beş-on manatlıq

kartlarını, Əvvəl əl dəsmalına, Sonra qəzetlərə, Sonra salafanlara Qırışmış əllərinə, Sonra göz yaşlarına necə bükürlər?... Həyatda Ağlamaq adlı bir şeyin olduğunu xatırlarsan.

Page 95: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

95

Səməninin belinə qırmızı lent bağla dedim

Səməninin belinə qırmızı lent bağla dedim, Gedib kənddə bir dəniz taxıl əkərəm dedim, Zəmini ayaqyalın sularam dedim, Sünbüllərə təzə şeirimi söylərəm dedim. Sümbülün kölgəsində yataram dedim, Yağış yağsa, sümbülün altına girərəm dedim, Səni necə sevdiyimi bir sümbülə deyərəm dedim, Sümbül də sümbüllərə söyləyər dedim, Səni görmək üçün yanına gəlmək istərlər dedim. Kənddə bir dəyirman, bir təndir tikərəm dedim, Taxılı dəyirmanda üyüdərəm dedim, Təndirdə sənə çörək bişirərəm dedim, Sənə bir təndir çörəyi gətirərəm dedim, O çörəyi necə şirin yeyərsən dedim, O sünbül çörəyin içindədir dedim. Səməninin belinə qırmızı lent bağla dedim...

Page 96: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

96

“Düşmən” sözünü düşünmək kimi anlayın...

Bayraqları şeirlərdən çıxardın, Türkçülüyü şeirlərə doldurmayın... Vətənimizi şeirlərdə basdırmayın, Qoyun ürəyimiz bir azca nəfəs alsın. Vətəni vətən şeirlərindən xilas eləyin, Şairsizsə qələminizi sındırın. Ölmüş körpələr haqqında mızıldamayın, Hər axşam əllərinizi soyuducuda dondurun. Ayağınızla yox, Gözlərinizlə yeriyin. Uşaqlara “düşmən” sözünü yazdırmayın, “Düşmən” sözünü düşünmək kimi anladın.

Page 97: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

97

Ay Ağam

Ağam, lütf göstərib əmr eləyəndə, Əynimə geydiyim ay ağa şükür. Iman gətirəndən, namaz qılandan, Ağam tutsa məni ayağa, şükür. Sirr olub gedirəm, salamat qalın, Sonu söz olmaqdı bu qeyli-qalın. Üstümə qar yağa yorğandan qalın, Hərdən yağış yağa, ay yağa şükür. Ya mən qocalmışam, ya da düşmüşəm, Qəmdən aralanıb yada düşmüşəm. Əcəl göndəribsən, yada düşmüşəm, Şükür kərəminə, ay Ağa, şükür.

Page 98: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

98

Qafiyə

Sahil bağının sağ tərəfində yeriyən oğlan, Sol tərəfində eyni istiqamətə yeriyən qızla –

qafiyə. Doğan Ayla

Üzünə yuxu tək qonan və dua istəyən təbəssümün – qafiyə.

Yerinin içində bir çimdik istilik axtaran ayaqların , Sərbəst şeir olsa da , Mənim gecə saatlarında tez-tez maşının əyləcini

basan Ayaqlarımla qafiyələnir, istilənir. Payız sonları yağan soyuq yağışlar, Mənim “oktyabr” şeirimin qafiyəsidir deyə gözəl

yağır. Mən özüm bu saat sənin tənhalığının qafiyəsi kimi

şeirlər yazıram. Harda bir boşluq görsən qaça-qaça gəl, gözəlim. Bu balaca dünyada görsən ki, hər yan açıqdı, və sən də üşüyürsən, Adamlar səni narahat edirlər, İncidirlər, Küsdürürlər, Onda məni qafiyə tək yaz həyatına.

Page 99: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

99

Mənim qabarlı əllərim sənə aldığım paltarların qafiyəsidir deyə

Gözəl yaraşır. Əgər insan ölürsə, qafiyə ucundan ölür...

Page 100: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

100

Şeirimi yazdığım vərəq

Vərəqlər qar kimi yağıb stoluma, hər dəfə bir misra başlayanda , Əllərimin altından, Xəfif bir külək əsir, Meşənin xatirəsi... Pəncərədən dolan külək, Vərəqləri qaldırır başına. Meşə göndərmişdi küləyi, Xatirəsinin dalınca. Istəyirəm şeir yazıb vərəqə, Yapışdırım ağaca. Pəncərədən dolan küləklə, Vərəqdən qopan külək tutuşanda Sümürür nə yazıramsa... Vərəqdən bir səs sızıldayır: Bizi siz öldürdünüz, Hələ durub bizə Şeir də yazırsınız...

Page 101: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

101

Ayağı göbələkli atlar

Ayağı göbələkli atlar Gəlib kəndimizin yanından keçdilər. Çapdılar çapdılar Göydə buludlar, Yerdə göy atlar. Atların nəfəsi ilə darandı Ağ yovşanlar, Göy otlar. Uşaq vaxtı atamdan soruşmuşdum Atların alnındakı ağ nədi? Atam demişdi, “Atlar otlayanda Alnını qara batırıb Mart qabağı.” Ayağı göbələkli atlar Alnını vurdu buludlara, Yağış yağdı səhralara. Ayağı göbələkli atlar Getdilər, Getdilər, Gözdən itdilər. Biz də onların yəhərini, Yüyənini Köhnə daxmaların bir kuncünə atdıq, Unutduq.

Page 102: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

102

Bir səhər ayağı göbələkli atlar, Qayıtdılar. Bizdən yəhərlərini istədilər, Tapmadıq.

Page 103: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

103

Əllərimi yuxarı qaldırdığım şəkillər

Qoy min il sonraya qalsın Şəkillərdə yuxarı qalxan əllərimin hirsı. Zəngulədi göyə atılan, Eşidilməsə də səsi. Hava boşluğunda əllərimin açdığı şırım, Tunel kimi kimi getdi, Getdi, getdi düz, Qədim bir insan əliylə Durdu üzbə-üz. O da əllərini qaldırıbmış Söz istəyəndə... Quldarlıq ilində. Əllərimi yuxarı qaldırdığım şəkillərimin birini Demişəm, başdaşıma vursunlar. Üstümə düşən axşamın kölgəsini Əllərim qaldırsınlar, Adamlar məni axtarmağa gələndə... Bir uşaq polisə bənzətmişdi məni , Qaçmışdı . O zaman əllərimi qaldırdım yuxarı, Bax, polis deyiləm, Qaçma. Oyuncaqlarını satırdı metronun qabağında. Oyuncaqların yanında, Mənim də əllərim yuxarı... O uşağın mavi gözləri çəkdi şəklimi.

Page 104: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

104

Əlləri yuxarı olan şəkillərimə baxıb xoşbəxt oluram.

Bu o zaman idi ki, Silahımı atıb yerə var səsimlə bağırdım: Hamınız əllərinizi qaldırın, Atın silahlarınızı yerə. Qalxdı yuxarı, Əllərim hönkürə-hönkürə. Onda bir ərik ağacının sarı çiçəyi Çəkdi şəklimi, Əllər yuxarı...

Page 105: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

105

Məni bir az gözlə

Sevdiyim şair Xəqani Həbiboğluna

Məni bir az gözlə, Xəqani müəllim, Bənövşəyə salam verib, gəlirəm. Bir gül də var, səndən salam gətirib, O salamı güldən dərib, gəlirəm. Hara getdim, qabağıma sirr çıxdı, Bir sirr açdım, milyon dənə hürr çıxdı. Bir sevdam var yatır, üstü açıqdı, Ürəyimi üstə sərib, gəlirəm. Vəfasızı vəfalıdan çox sevdim, Gəlsin mənə, dəysin mənə ox, sevdim. Mən yox oldum, dəli oldum, “yox” sevdim, Tanımazsan, qərib – qərib gəlirəm. Mən səni bu qədər uzaq bilməzdim, Uzaq yolu yaxın bilib gülməzdim. Bu gecə yarısı durub gəlməzdim, Ürəyimə şeir gəlib, gəlirəm.

Page 106: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

106

Bu sirr uçurmuşam kəpənəklərə

Bir sirr uçurmuşam kəpənəklərə, Yaz ağzı uçanda soruşarsınız. Nə olsun, keçən il bar verməyiblər, Bu il arılarla barışarsınız. O dağın dikində iri qaya var, Baxın koğuşunda neçə yuva var. Qayanın dalında qərib oba var, Gedib obalarla danışarsınız. Ayrı düşə-düşə yaralandınız, Ələ gəlmədiniz, uralandınız. Atadan, anadan aralandınız, Torpaqda qaynayıb-qarışarsınız. Məni öldürdülər, siz dinmədiniz. Gözüm sizi gəzdi, görünmədiniz. Bir dəfə şeirimi bəyənmədiniz, Bu şeiri də oxuyub ağlaşarsınız.

Page 107: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

107

Bu göyün altında, yerin üstündə

Bu göyün altında, yerin üstündə, Allah, yeriməyi əlimdən alma. Bir çörək dalınca, bir su dalınca, Allah, yüyürməyi əlimdən alma. Gözüm yox dünyanın dövlət-malında, Davada-şavada, qeylü-qalında. Bircə oğul-uşaq, arvad yanında, Allah, öyünməyi əlimdən alma. Yağışın üstümə yağsın, dincəlim. Günəşin başıma çaxsın, dincəlim. Bənövşə kolluqdan baxsın, dincəlim, Allah, söyünməyi əlimdən alma. Ay Ağam, haqqında dayanmışam düz, Açılsın önümdə dərə, təpə, düz. Ömrümün sonunda əl-ayağı düz, Kəfən geyinməyi əlimdən alma.

Page 108: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

108

Çay simfoniyası

Balıqdan-balığa böyüyər sular, Daşlardan-daşlara səs eylər, eylər. Dərələr çayları tutar ovcunda, Gəzdirər dünyanı su söylər, söylər. Elə bil meşələr çay qırağında, Şəkil çəkdiribdi asıbdı dağdan. Bilmədik küləklər gəldilər hardan? Şəkli dağ döşündə ha yellər, yellər. Çayda balıq oynar, su bulandırar, Qoşa əllərimi dörd dolandırar. Ayə, əllərimi şeir yandırar, Balıqla öpüşüb bu əllər, əllər. Çaylar yerə qonan buluddu bax, bax, Küləklər yorulmuş göy atdı, çil, ağ. Çaylar at görəndə qalxdı bir dodaq Dodaqlar çayları ha əylər, əylər.

Page 109: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

109

Ortasında

Mənim ürəyimə, qəlbimə hayıf, Qaldım bu şəhərin tən ortasında. Çıxsam bir tərəfə adam olardım, Qaldım dərd içində, qəm ortasında. Bu təzə, bu cavan yaşıma hayıf, Göz yaşıma sahil, qaşıma hayıf. Başım dərya idi, başıma hayıf, Sevinc kənarında, dən ortasında. Ayın üz-gözündə baxtıma baxtım, Gün gələr mənim də açılar baxtım. Yeyilən, içilən, danılan haqqın, Sən kənarındasan, mən ortasında.

Page 110: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

110

Həyatımın 55-ci anı

Əlvida, çayxanalar, əlvida Əlvida piyada getdiyim yollar, əlvida. Köhnə pencəyimin cırıq ciblərindən Ətəyinə düşən 20 qəpik rədd olsun cəhənnəmə. Günəş şüasının qabağında mügüləyən ala-bula

pişiklər getsin işinə, Nazlana-nazlana dalımca yüyürən sarı yarpaqlar

daha mənim üçün ölsün. Tozlu ayaqqabılarıma görə arvadım məni çox

danlayıb, Indi dolabda yuxulayan ayaqqabılarım solsun. Bu zalım qızına yüz dəfə deyirdim ki, Ayaqqabılarımın tozu mənim fikirlərimdi. Saçlarımın pırtdaşıqlığı mənim düşüncələrimdi. O da dədəsinin goruna and içirdi ki, heç vaxt

səndən xalq şairi olmayacaq…

Page 111: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

111

Bir şeir azaldım

Dilimin ucunda şeir, Ağaca yazıldım, yola yazıldım. Şairim, Bu gün eşitmədim səsini, Bu gün bir şeir azaldım.

Page 112: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

112

Əzbər bildiyimiz oğlan

Bu gün, Sahil metrosunun qabağından keçdim. İki qız xeyli dayanıb baxdı mənə: “Deyəsən bu oğlanda təzə bir şeir, Ya da əzbər bildiyimiz bir şeirdə bu oğlan var” –

dedilər.

Page 113: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

113

Lətifə qırğını

Ə. Qarayevin unudulan xatirəsinə…

Arxamızca yüyürdü bu balaca uşaqlar... Bizdən qayğı uma-uma, Süd istəyə-istəyə, Dırmaşdılar başımıza. Dedilər bizi başınıza götürün, Bizi başınızda gəzdirin… Biz uşağıq axı, istəmirsiniz gələcəyiniz olaq? Biz də aldandıq onların uşaq olmağına…. Hara getdik başımızda getdillər, Başımızı qırxdılar, başımızı ütdülər. Tellərin qırğını başladı, Tellərimizi güllə daraqladı. Dəstə-dəstə partiyaya keçdilər, Üzlərindən uşaqlığı çıxartılar. Sən demə uşaq deyillərmiş, bu balaca uşaqlar. Içimizdən bayatını, qoşmanı Lətifəni, nağılı darta-darta qopartdılar. Aparıb qoydular On altıncı əsrin ucqar bir kəndinə. Dedilər partiya üzvləri daha ciddi olmalı….

Page 114: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

114

Hamısı bu boyda-boyda, Hamısı ayaqqabı-ayaqqabı, Hamısı kostyum-kostyum, Qalstuk-qalstuk Köynək-koynək, Dayı-dayı, Əmi-əmi, Arvad-arvad dikəldilər…. Başladılar bu nağıllı başımızı döyməyə. Başladılar başımızdan aşağı , Qollarımızı kəsməyə. Partiya fabrikində qoşun düzəltdilər Başladılar lətifəni qırmağa…. Biz qarnımızı qucaqlayıb öldük.

Page 115: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

115

Avqust ayı kimi

Dostum saat kimi gəzir şəhərdə, Yanımıza çatmamış, gedirəm deyir. Bircə anda uçub gedir saniyələr. Evləri axşamdı, İş yeri səhər. Dostum ay kimi gəzir şəhərdə... Sentyabr ayı kimi gəlir şəhərə, Avqust ayı kimi gedir kəndə. İndi, indi payız kimi gəlib cərgəmizə, Gözləri yarpaq, əlləri külək . Salam versən, Salamı dilindən düşür yellənə-yellənə. Deyirəm, hara gedirsən? Deyir: - Belə. - Bəs sən? - Mən də belə. Giririk Yazıçılar Birliyinə. Piləkənləri elə sürətlə çıxıb düşür ki, elə bil şeirlərini deyil, Addımlarını yazır pilləkənlərə. Deyirəm nə olar, Bəlkə bir gün qayıdıb, Pilləkənləri oxuyaq. Kitab oxumuruq çəhənnəmə, Başımız üstündə buludları oxuyaq. Durub-durub o günü deyir,

Page 116: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

116

Gedəjəm kəndə. “J” səsindən tanıyıram, Kimsə dəyib xətrinə. Üzündə bir şeir qalıb, Gülümsəyə-gülümsəyə... Bir hecasını dartıb salıb zaman, Təbəssümə əsəb dəyib. Qaçıb təbəssümün Bir ilməsi. Çıxışçılar, Vətəni biz yaxşı tanıyırıq Keçməyin bizə vətən dərsi.

Page 117: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

117

Kənddən gəlmişəm

Mən kənddən gəlmişəm, kənddən gəlmişəm. Əllini aşırıb, əldən düşmüşəm. Şəhərə mən atnan, itnən gəlmişəm, Yovşannan, iydəynən, kolnan, Araznan, Kürnən gəlmişəm. Bir az ləpələnib dalğalananda, Içimdən kükrəyib yırğalananda, Sizə toxunuram, sizə dəyirəm, Bir az yerinizi dar eləyirəm. Bilirəm inciyib Qoralanırsız, Məni qınayırsınız, Niyə qınayırsız? Pəncərə oluram külək açıram, Ağaca dönürəm, çiçək açıram. Kimi görürəmsə ürək açıram, “Sirr saxlayan deyil” mızıldanırsız. Mənim də gümanım səsimə çatır, Kəndən gətirdiyim hirsimə çatır. Arzum dilə düşür, söz eləyirsiz, Məni nişan verib göz eləyirsiz. Az qala ayağım torpağı yarsın Az qala neftimiz göylərə yağsın.

Page 118: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

118

Ayaqlarım quyu, Əllərim göyə açılan neft fəvvarəsi. Neft çıxara –çıxara, Şeir yaza – yaza, Qaralır nəfəsim, təntiyir səsim, Məni qınayırsınız, Niyə qınayırsınız? Bəzən söz deyəndə hirsli deyirəm, Ürəkdən keçəni səsli deyirəm. Uzun danışana “bəsdi” deyirəm, Hələ üstümə də havalanırsız. Məni tək bilirsiz, davalanırsız? Atı çağıraram bu saat bura, Iti çağıraram bu saat bura, Görərsiz atımın qanadlarını, Batırıb özünü Ay işığına. Görərsiz atımın ayaqlarını, Səkildi, batırıb qışın qarına. Itimin burnunda Aya baxın siz, Atın ayağında yaya baxın siz. Açılır, açılır çöl vərəqlənir, Düzlər axşamlanır, çöl səhərlənir. Məni qınayırsınız, Niyə qınayırsınız?

Page 119: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

119

Amma Yaxşı eləyirsiz, düz eləyirsiz... Mən günü sabahdan dönürəm kəndə. Ayaqlarım quyu, əllərim neft şəlaləsi. Qoy məni bulaqlar tanımasın, Neft iyi gəlir ağzımdan.

Page 120: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

120

Dəyirman

Istəyirəm gedib kənddə dəyirman tikəm, Söyüd saçlı arxların üstündə tikəm. Örkəni doğanaqdan uzaqda tikəm, Suların içindəki dəli sevdanı oxusun Dəyirmanın çarxı. Sonra götürüb dəli sevdanı qatsın Üyütdüyü buğdaya. Istəyirəm gedəm kənddə bir taxıl əkəm, Sünbüllər boylu olur zəmini ayaqyalın sulayanda. Sünbüllər yelinləyir Ayaqlarım balıqlarla burun – buruna dəyəndə. Istəyirəm eşşək arabası ilə taxıl daşıyım

dəyirmana, Un tayları sığal çəksin kürəyimin ağrısına. Arıq bir dəyirmançı olum Arılar sevən… Dul arvadlar, Qarılar sevən… Gecə səhərəcən buğdanın içindəki sevdalara

əyilən.

Page 121: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

121

Sonra, sonra Üzümü bulayıb una, Sevgilisinə unun ətrindən bir nəfəs tutan. Göynən gedən uca quşlar, Bulud kimi düşsünlər dəyirmanın başına Uzaqdan keçən atlılar Əlini qoyub qaşına, soruşsunlar: Ay bala, o uzaqda xal kimi qaralan nədi? Dəyirmandı, bir şair tikibmiş – desinlər. Şair sevdası Eşq xarabası kimi qalıb dünyanın huşunda. Qapısında qədim bir yazı varmış Bu könnə dəyirmanın: “Can bəslədim, Eşqim bir də cana gələ. Neçə şeir yazdım, Sevgilim yola gəlmədi, Bəlkə, dəyirmana gələ”.

Page 122: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

122

Bizimki ayrılıqdan keçdi

Nağıl öyrənirəm ki, sənə danışım, Lətifə əzbərləyirəm, səni güldürüm, Ayrılıq öyrənirəm, səni öldürüm, Bizimki ayrılıqdan keçdi, qorxma. Ayaqqabılarımı küçənin ortasında soyunuram ki,

güləsən. Dişləri sınmış darağımı göstərirəm ki, qəh-qəh

çəkəsən. Sənə uşaq ayaqqıblarını göstərirəm, sevəsən, Gəlinlik paltarına baxıb gülümsəyirəm,

kədərlənəsən. Süd kimi gəlin olasan. Bu nədi, Anan səni Ayda çimizdirib, nədi? Araq içirəm ki, sevinəsən, Siqaret çəkirəm ki, güləsən. Görürsən ki, böyümüşəm, Görürsən ki, qocalmışam. Bir gün də çəliyimlə güldürəcəm səni, Çəliyimdə bir ağ çiçək var, Yemək yeyəndə əllərimi yağa batırıram ki, anam

olasan, Çayı süfrəyə calayıram ki, məni danlayasan, Küçəni tərs keçirəm ki, qolumdan tutasan. Hələ çox güldürəcəm səni.

Page 123: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

123

Belim əyiləndə, Gəl düzəlt məni. Gör qarnımı qucaqlayıb hansı lətifəyə gülürəm?

Page 124: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

124

Şəhid anası

Kəndimizə şəhid gətirdilər bu səhər Anası göyə çıxmaq istədi, qoymadılar. Ayağından çəkdilər. Əllərini havadan Tabut kimi endirdilər, Ayaqların altına. Atası özünü qaldırıb çırpdı yerə Elə bil ki, tabutuydu Çiyinlərdən sürüşüb Düşdü torpağa. Bacıları saç-saça bağlandılar, Havalandılar . Bir az da oynadılar, Qəşəng-qəşəng. Gəldi nişanlısı, Gecənin ətəyi kimi yellənə-yellənə, Xəbəri qova-qova, Gözünü ova-ova. Arvadlar qızı oturtdular tabutun başında Tabut cümlə, qiz nida! Dedilər, ay qız, əlinə qoyulan bu xına nədi? Ay qız, gəlinlik paltarın hanı? Bu toyundusa, bəs aşığın hanı, ay gəlin? –Dedilər. Qıza çoxlu sual verdilər, Qız nə desin? Ancaq çiyinləri damcılar kimi atılıb düşür… Gəldi molla: “Səsinizi kəsin..ay camaat

Page 125: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

125

Asi olmayın.” Söndü səslər Lalələr kimi. Başlandı Quran Bir hıçqırıq asta-asta atılıb düşdü yenə Qızın çiyinlərində. Sonra səslər yerbəyerdən dikəldilər Göylərə yüksəldilər. Kənd icra numayəndəsi: Kəsin səsinizi – dedi… Təzə deyil ki, xəbər. Hərbi komissarın başsağlığı var. Səslər çiçəklər kimi yenə soldular. Saralmış köhnə bir kağızdan sözlər oxudu komissar. Sevinin dedi, Vətən uğrunda gedən şəhidə. O saat adamlar komissarı tanıdılar, Keçən ilki komissar. Yənə əlində saralmış kağız, Özü də sarıyanız. Sonra , Icra başçısı gəlib – dedilər. Bir kisə düyü, Bir kisə yağ , Bir kisə qənd Gətirib – dedilər. Tez ananı tabutdan ayırdılar, Gözünün yaşını sil – dedilər. Televiziyadan gəliblər, Şəklini çəkəcəklər. Müsahibə alacaqlar, Ancaq bu görkəmdə olmaz Saçlarını dara bir az.

Page 126: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

126

Üzünün cırmaq yerinə yod basıb bir anda sağaltdılar. Adını tələsik ev növbəsinə yazdılar, Kənddə torpaq sahəsi verdilər. Işıq pulundan, Qaz pulundan, Su pulundan, Azad elədilər. Bir az gülümsə – dedilər, Arvada bir-iki söz öyrətdilər… Axı, səni televiziyaya çəkirlər. Arvad yenə ağlayırdı, Ağsaqqallar yerbəyerdən dedilər: Ayıbdı, kəndimizin adına, Belə yaraşmaz şəhid anasına. Ermənilər nə deyər buna? Arvad dedi, qoyun gedim oğlumu ağlayım. Yox- dedilər. Bir az gülümsə. Biri dedi, bax belə danış, O biri dedi yox, belə danış. O, elə dedi, Bu belə dedi, O qədər dedilər, Axırda arvadı güldürdülər.

Page 127: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

127

Poeziya klubu axşam üstü

Axşamüstü Poeziya klubuna baxın siz, Sınmış aparıcının yellənən naqil səsi. Bir az öncə burada alovlanan alqışlar Yanıb qurtarıb indi gərəksiz kağiz kimi… Divarları soyudub adamların nəfəsi, Dolurdu ciyərimə yavaş-yavaş nəmişlik. Dolanırdı dost kimi əllər, səslər havada Aşağı endilərmi, düşməndi həmişəlik. Mərhumu tərifləyib çıxmışdılar aradan, Girmişdi içəriyə qaranlıq bulud kimi. Çiyin-ciyinə durub qədim qoca divarlar Qaldırıblar klubu səsin tabutu kimi. Əlli nəfər danışıb… siyahıya bax indi, Düşüb qalıb siyahı döşəmənin üstündə. Bir az sonra klubu süpürən qoca qadın Dərin xəyala dalıb siyahının önundə Bir əli süpürgədə, bir əli də üzündə.

Page 128: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

128

Göz yaşlarına qulaq asaq

Ey, şəhidlərin dəfnində nitq söyləyənlər, Video çəkənlər, Susun. Ey, şəhidin anasını danışdıranlar Xatirə söylədənlər, Dayanın. Ey, şəhidlərin hüzürünə Bir kisə qənd, Bir kisə düyü Verənlər, Əlinizi saxlayın. Ey, şəhidlərə şeir qoşanlar, Kitab yazanlar, Hazır dayananlar, Gedin qələminizi sındırın. Allah sizə heç bazar verməsin. İmkan verin, Göz yaşlarına qulaq asaq!

Page 129: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

129

Tanış adam

Oğlum, ölüm xəbərimi uzaqdan eşidəcəksən, Sağ olsaydım titrəyən dizinə qurban olardım, Sənə dost olardım, həyan olardım. Gəlsən özünü maşından gözlə, Tələsmə. Onsuz da anan hər şeyi düz danışacaq Mən necə öldüm? Əvvəl nə dedim, sonra nə? Əvvəl nə istədim, sonra hansı dərmanı içdim, Anan bilir. Içməyə macal tapmadığım dərman hələ stolun üstündə durur. Təcili yardım maşını hələ qapımızdan getməyib. Qonşular qapıda stol qoyub oturub, Biri artıq xatirə danışır haqqımda. Gəlib görəcəksən üzümdə qara yaylıq, Sinəmdə güzgü. Bilirəm çəkəcəksən qara yaylığı, Görünəcək gözünə bir tanış adam üzü. Oğullar uzağa gedəndə atalar belə ölür, oğlum, Eynən belə.

Page 130: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

130

Şeirimə bax, şəklimi əzbərlə…

Getdim uzaqlardan səni çağırmağa Yaxında olanda səsim ancaq bir santimetr uça bilir, Eşitmirsən... Görən uzaqlarda necə görünür şəklin, Necə səslənir adın? Getdim uzaqlardan səni çağırmağa Görüm aramızda , Neçə hecadır kilometrlər. Necə qafiyələnir buludlar, yollar... Ağaclar və küləklər… Getdim uzaqlardan səni çağırmağa Tökülsün səsimdən soyuqdəymələr, Incimələr küsüşmələr… Getdim uzaqları sənə sevdirməyə. Eşitdiyimə görə, çoxdandı şəklimi oxumursan. Indi şeirimə bax, Şəklimi əzbərlə. Hələ yaxından gələn görməmişəm, Gələn uzaqdan gəlir… Getdim uzaqdan gəlməyə.

Page 131: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

131

Yadındadı, Ürəyinə keşikçi dayanmışdın. Sən bu tərəfdən gözləyəndə, Mən o tərəfdən gəldim!

Page 132: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

132

Uşaq şeiri

Vətəni bizə sevdirməyin, qoyun vətəni özümüz

sevək. Ondan heç nə deməyin, özümüz tanıyacağıq. Şəkilləri, kitabları aparıb öz rəfinizə qoyun. Bizi meşəyə aparın, amma çiçək haqqında heç nə

deməyin. Tülkünü alçatmayın, ayını şişirtəməyin, Siz yalançısız!

Page 133: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

133

Gülün, bir lətifənin üzünə

İstəyirsiniz ürəyiniz ağrımasın, Sevinin. Məsələn, mənim bu təzə şeirimə sevinin. Günəş şüasıyla oynayan pişiyə sevinin, Ayağı ilə göyə ağac şəkli çəkən Quşa sevinin. Allah haqqı düz deyirəm, Qonşunun evinə sevinin. Evinin hündürlüyünə sevinin. Qəlbinizdə bir xatirə yoxdumu? Gülümsəyin o xatirənin üzünə. Çırtma çalın oynayın, Gülün bir lətifənin üzünə.

Page 134: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

134

Məni müharibəyə aparmayın

Məni müharibəyə aparmayın, düşmən öldürən

deyiləm. Mənə silah verməyin, satıb kitab alacam. Mənə düşmən göstərməyin, dost olacam. Şeir oxuyacam əsgərlərə səhərdən- axşamacan, Məni müharibəyə aparmayın. Qəflətən səngərdən çıxıb qışqıracam düşmənlərə, Eeyy, içinizdə şair varsa, gəlsin bura. Kim gəlsə üz- gözündən, saqqalından öpəcəm, Yeməyini , içməyini söruşacam. Siz tərəfdən körpələr öldülərmi? – deyəcəm. Üzr istəyib əlillərdən, ərsizlərdən, ağlayacam. Müharibəni oyuncağa çevirəcəm, Məni müharibəyə aparmayın. Alın nə qədər istəyirsiniz silah verim deyəcəm, Isti paltarınız yoxdursa, alın, Yeməyiniz azdısa, götürün. Bizdə saat 3-dür, siz də saat neçədir? Deyin, saatımı düzəldim. Bəlkə , sizdə Viqtor Hüqonun “Səfillər”i ola ? Sizi toyuma çağıracam gəlin. Xəbərdar eləyirəm qaçın, Bu gecə sizi qıracağıq. Gəlin son dəfə öpüşək, Siz yaşamalısınız deyəcəm!

Page 135: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

135

Məni müharibəyə aparmayın, Müharibəni güldürəcəm. Müharibəni kibrit qutularından qurulmuş Ev kimi uçurdacam. Müharibəni nigah kimi pozacam. Istəmirsiniz? Onda, Yaxşısı budur, gedin rahat müharibənizi eləyin. Məni müharibəyə aparmayın.

Page 136: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

136

Həyatım haqqında bir neçə kəlmə

Cibimdəki sənədləri metro qatarlarının altına

tullayıb, Gedib bir çiçəyin ləçəklərinin altında ağlamaq

istəyirəm. Qoymurlar, Deyirlər, çiçəyi biz əkmişik. Başımı götürüb Bakının ən ucqar kəndlərinin

birində, Balaca bir koma tikmək istəyirəm. Qovurlar, Deyirlər, torpağı biz yaratmışıq. Dənizdən balıq tutmaq istəyirəm, Hasar çəkirlər. Çimmək istəyirəm , Pul istəyirlər. Deyirlər, dəniz bizimdi. Meşədə kölgəni də satırlar, Deyirlər, bizim ağacın kölgəsidir. Imkanları olsa havanı da balonlara doldurub

satarlar. Bir dəfə nəfəs almaq – 10 qəpik. Körpələr – 5 qəpik, Qocalar – 3 qəpik, Şəhid uşaqları – 18 yaşına qədər pulsuz... Allahım,

Page 137: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

137

Mənə çiçək ver, Mənə meşə ver, Mənə dəniz ver, Mənə ev ver, Mənə hava ver...

Page 138: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

138

Qadının ölümü

Aşiqi məşuqə mahir eylər M.Füzuli

Qadınlar kişiləri qəhrəmana cevirə bilmirlər Kicik qadınların kişisi böyüməz deyirlər. Bu gün bizim kişi kimi qadınlarımız Kişilərdə kişiliyi öldürən qəhrəmanlardı. Ilahi, nə eləyirsən elə, Amma qadını kişiyə cevirmə Qoy elə qadın kimi qalsın. Böyük qadınlığın böyük kişilik doğduğunun fərqində deyilik. Səngəri qoyub qacan kişinin ən böyük günahkarı öz qadınıdır. Yoldaş prokuror, o zaman ki, Qadını hirslənmişdi onun üstünə Uşaqların gözü qabağında, itin sözünü demişdi üzünə. Kişi hec nə deməmişdi ona, Sadəcə sözünü bu günə saxlamışdı. Qadın kişinin altını üstünə çevirən realist üslubdu. Bu üslubla küçə kişisini də, bir anın içində qəhrəmana çevirmək olar.

Page 139: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

139

Bilirsənmi, Məcnunun böyüklüyündə Qadın gizlənib. Onu da bil ki, hər fərari döyüşçünün Arxasında balaca bir qadın var. Səngərdə hər kişinin yanına, Öz qadınını qoyun.

Page 140: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

140

Yad qızı

Bu qadının keçmişi Hər zaman durar üzə. Boşalmış əllərinə. Təzə qan kimi dolar. Üzü təzə üz gətirər, Elə bil ki. əynində Evdar qadınlıq solar. Silər qadın pəncərə şüşəsini altından yazı çıxar. Üzündə göz izləri. qırış altından baxar. Hara getdi, keçmişini gətirdi öz evinə, Ata evindən cehizi də bu idi. Əri hərdən tanımırdı heç onu, Qucaqlayırdı özgə qadını kimi. Bəlkə yad olduğu üçün Hər gün ona vurulurdu əri. Üzünü çevirib yatardı divara sarı, Əri hey yalvarır, üzünü çevir bəri. Qadınsa keçmişini qucaqlayıb uyuyur. Onu razı salınca, lap əldən düşür əri.

Page 141: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

141

Bu keçmişin qadını Qız kimi təzə-tərdi, Çıxarardı analığı əynindən. Əri işdən tez gələrdi, Öpərdi yad qızının ətirli əllərindən.

Page 142: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

142

Müharibə, ayaqqabı, ölüm...

Müharibə hisslərin təzahürüdür, Güllələrin nəğməsi bədii üslubdur. Əsgərlər surətlə ötən fikirlərdir, Qan – bir dəqiqəlik ən qorxunc sükut. Bir dəfə ölmüş əsgərin ayaqqabısına baxdım, içi hələ soyumamışdı. Düz dayanmışdı ayaqların xatirəsi önündə. İnsanın öldüyünü ən çox bildirən ayaqqabılarıdır. Bəlkə də, ona görə tətik çəkən barmaqdakı nişan üzüyü hər dəfə barmağa yalvarır ki, nə olar, məni dəmirə sıxma. Əsgərin səngərdə nə çəkdiyini ən birinci ayaqdan soruş. Bəzən ayaqqabıların çirkli olması , içdəki gərginliklərin cırmaq yerləridi. Bir sözlə, ayaqqabı insan yoxluğunun, Ən qəmli fotosudur.

Page 143: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

143

Qızım, qələmim hanı?

Atan şair olmadı... Qızım, sən tapıb gətirən qələmim hanı? Sən də sevirdin qələmi, mən də. Sən oyuncaq kimi, mən şair kimi, Ikimiz bir qələm işlədirdik... Atan şair olmadı... Mən qələm axtaranda, Tez evciyini uçurdub qələmi gətirərdin, O qələm sənin yıxılmağına dəyməzmiş. Mən sənin evciyini nahaq uçurtdum, qızım Qələmin oyuncaq olmağı daha gözəlmiş... Bir əlində eynək, birində qələm. Yüyürüb üstünə gələndə, ata, al deyərək, Sonra məni izləyərək, Görən mən necə oynadıram eynəyi, qələmi

baxardın. Mən də küçədən gətirdiyim Bir yöndəmsiz misranın hayındaydım. Baxıb görərdin ki, üzümdəki qırışları yonuram... Bir dəfə demişdim, yəhudi şairi olacam Eynəkli şair... Sən də deyirdin bizim şair ol, ata!

Page 144: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

144

Atan şair olmadı... Indi mən, Sənin evciyini uçurmağıma it kimi peşimanam,

qızım.

Page 145: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

145

Ata

Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı

çox sevərdim, Adına şeir yazardım hətta. Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana. Yadıma salardım O, mənim beşiyimin kəndirini tavana

necə mismarlamışdı, Mən də onun baxışlarını könlümə elə yazardım. Sizə iki şeir yazdım, oğlanlarım. Birini uşaqlığınıza, Bunu da böyüklüyünüzə... Birini qucağıma alanda Birini qucağımdan düşürəndə... Mən dəqiq bilirəm, Bütün ataları övladları öldürür. Bunu bilirsinizmi, siznənəm, eyy... Hə, siznən... Onnan... Sənnən... Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur. Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqabılarını Qapıda görməyəcəksiniz? Ən birinci qapıdan ayaqqabılar yığışdırılır. Adamı yaman yandırır ayaqqabı yeri...

Page 146: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

146

Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur... Sizin yerinizə olsaydım bunu həmişə

yadımda saxlardım. Yuxudan tez durardım ki, atamı çox görüm Başdaşı üçün şəkillərinə baxmazdım, Öləndən sonra şeirlərini oxumazdım. Mən sizin yerinizə olsaydım atam haqqında

xatirə danışmazdım...

Page 147: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

147

Hayıf

Əlimin qırışında Yeriyən vaxta hayıf. Saçımın yatışında Taxta hayıf. Köynəyimin rəngi ilə Solur vaxt. Ayaqqabım tozlandıqca, Ölür vaxt. Hayıf, “hayıf “ deyən Dilinə hayıf. Dodağın tərpənəndə Təbəssüm qaymaqlı, Vaxta hayıf. Bir dəfə mənim olmağın Yadıma düşdü. Ömrümün içində O vaxta hayıf. Bu havadan bir Şırım aç. Bu küçədən yol salginən. Ürəyimdə xalın yoxdu, Ürəyimə xal salginən. Ürəyimə düşməyən Xalına hayıf.

Page 148: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

148

Bu bağ evimizdən yaxşıdı...

Bu bağ evimizdən yaxşıdı, Arvaddan irəlidi bu ağac. Min oğula dəyər quşlar, Min gəlindən yaxşıdır çiçəklərin ağır-ağır tərpənməyi. Sular televizordu, damcılar rəqqasələr . Bu bağ evimizən yaxşıdı. Yarpaqlar nəlbəki, güllər stəkan. Gecə göy üzünə çəkilmiş pərdə, Aysa pəncərədən gileylənən şam. Bu bağ evimizdən yaxşıdı, Ayağını yerə vur yadında qalsın yerin. Əllərini yaylıq kimi sal çiynimə, Bəlkə, hardasa çəkilir şəklin. Bu bağ evimizdən yaxşıdı, Yuxu tül yastıqdı başımız altda. Quşlar yuvasında yuxuya batıb, Biz də islanırıq yuvanın altda. Bu bağ evimizdən yaxşıdı, Bu bağda oğlumuz, qızımız olsun. Kirpiyin toxunsun üzümə mənim, Bu düyğu ən gözəl yazımız olsun.

Page 149: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

149

Skamya

Bax, üstü qara qələmlə cızılmış, döşünə Günay +Aydın yazılmış, Skamya hər səhər insan oxuyur. Oxuyur, özü də yaman oxuyur. Bəlkə də Günayı çoxdan unudub Aydın. Hələ də skamya özündə saxlayır Günayın ağırlığını. Bəlkə də, skamya elə bilir, Günay hələ də onun üstündə əyləşir.

Page 150: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

150

Məktub yazmaq

Məktub yazmaq zəmini suvarmaqdı. Hərflər sümbüldü, Sümbül torpağın barmaqlarıdı. “Mən burdayam!”- işarəsi. Məktub yazmaq corab toxumaqdı. İp hərflər, tezliklə ayağa dolar. Ayağa dolmaq, uzun bir yolu başlamaqdı. Yerimək, Ayağı yollara yazmaqdı. Məktub yazmaq, kənddə yaşayan sonbeşik qızdı. Həm də, məktub yazmaq vaxt tutmaqdı. Qız vaxt göndərər şəhərə, Vaxtı olmayan sevgilisinə. Məktub yazmaq, yazının üzünü köçürmək kimi, ürəyin üzünü köçürməkdi. Məktubu Əldən-ələ yavaş ötürün. Qanı tökülər.

Page 151: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

151

Park

Sanki bu park Bir şəkil lövhəsidir, Asılıb şəhərin yaxasından. Skamyalar yaşıl, Üstündəki adamlar, Xüsusən qızlar, oğlanlar Onun meşə yuxularıdır. Skamyalar vaxt küləyində adamlardan bərk – bərk yapışıb. Qadın əllərindən tutduğu uşaqla müvazinətini saxlayıb. Bax, o tələbəyə oxşayan qız da ürəyindəki fikirdən ikiəlli tutub, dayanıb dümdüz. Ağaclar baxışlarıyla durub. Bir az da dərindən düşünsən, İnsan baxışları ilə Əkilib bu ağaclar. Hərdən tamaşaçı külək yelləyir bu lövhəni. Ancaq qadın körpəsindən elə bərk – bərk yapışıb ki, heç hara getmək istəmir. Heyif, zaman Sərgi salonunun müdiri kimi, Bu lövhəni bir vaxt yığışdıracaq.

Page 152: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

152

Əslində… Müharibədə məğlub olmaq, Qalib gəlmək deməkdi. Əsgərlər ağlaya bilirsə əgər, göz yaşlarını yanaqlarına sərib, zəfər nəğməsini oxuyurlarsa… Əslində qalib gəlməyin özü bir aldanışdı. Bir il, beş il adlayar Bir də görərsən, Düz çökərlər öldürdüyünün Qarşısında qaliblər. İstehsal edilən silahlar, Silahsızın önündə ağlamaqdı. Bunu bir dəfə də olsun Anlamadı ölkələr…

Page 153: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

153

Ay kişi

Ay kişi, döymə arvadını, Ay əllərin qurusun. Heç bilirsən, onu kim sevirdi?

Page 154: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

154

Nə olar

Ayaqların qaçan saniyyələrdi, Işə tələsirsən dayan, nə olar. Elə bu küçədə aç gözlərini, Otuz il yatmısan, oyan, nə olar. Bu şeiri də yazdım əlvida kimi, Bax, elə bu sətrim son vida kimi. Mən ölsəm misra tək, sən nida kimi, Başımın üstündə dayan, nə olar. Canım, bundan sonra “yaşa”, “öl” kimi, Qanatdın qəlbimi sarıtel kimi. Qoşa əllərini qoşa gül kimi, Sinəmin üstünə qoyam, nə olar. Ah çəkim, ahımdan dağ-dağ olum mən, Səni gəzə – gəzə çıraq olum mən. Çürüyüm bir ovuc torpaq olum mən, Sən də çıx üstümdə dayan, nə olar. Bəlkə onda səndən doyam, nə olar!

Page 155: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

155

Nəsiminin heykəlinə

Göydən vurdular quş kimi, Yerdən çəkdilər diş kimi. Nəsiminin heykəlini götürdülər. Dar ağacının ipi qırıldı, nədi? Göyə düşdü Nəsimi. Cəllad kəndirlə Gözünün yaşını sildi, Mən Nəsimini belə öldürməmişdim- dedi. Ona dar ağacını özüm qurdum. Dərisini diri-diri özüm soydum, Amma urvatsız eləmədim. Ayağının altından kətili özüm çəkdim, Amma torpağı çəkmədim- dedi. Kəsib- kirimədi cəllad Mən onu sevə-sevə öldürdüm- dedi Mən onu sevməsəydim Heykəl qoymazdınız-dedi. Mən onu sevdiyim qədər Siz onu sevmədiniz –dedi. Canım cəllad, Gözüm cəllad, O nə sözlərdi deyirsən bizə...

Page 156: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

156

Çöl haqqı...

Daha bundan sonra ayaqlar ölsün, Atlar öldü, çöl. Üzəngi çürüsün, yəhər çürüsün, Biz öldürdük atları Bilirsənmi, çöl? Öldü qoşma atlar, gəraylı atlar, Dolan bulud kimi endirdi gözün. Atın başınacan qalxdı göy otlar, Yandırdı çölləri, yandırdı düzü. Sən ağlama belə, Qoy atları Otlar ağlasın. Atdan öyrənmişdim sevməyi, Itdən öyrənmişdim. Qoy atları İtlər ağlasın. Sən pis ağlayırsan, Belə ağlama. Odur eey, aşıq Ələsgər gəlir at belində Amandı, aşıq Ələsgər bilməsin!

Page 157: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

157

Köhnə evimiz

Biz gözəl yaşadıq köhnə evimizdə... Oğlumun yüyrüyü üçün tavana vurduğum mismar ən gözəl yazıdı. Artıq gərəksiz olduğunu bilir, Bizimlə getmək istəyir yazı. Divara dərs cədvəlimi vurmuşam. Dərs dediyim günlər, Sinif uşaqları kimi Atılıb düşürlər. Divardan asdığım saat Həmişə düz işləyir. Divar qədər etibarlı kağız yoxdu. Yaddan çıxmasın deyə, Balaca oğlumun peyvəndinin Tarixini yazmışam divara... Bir də ağ divarlar, Balaca oğlanlarımın Ilk əlifbası: A B V Q D S hərifləri Sonra it, Eşşək, At şəkli... Burun, göz, ayaq şəkli... Oğlanlarımın danlaq yeri, Qulaqlarının burulmaq vaxtı. Arvadımın –

Page 158: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

158

“Xaraba qalsın, bu nə evdi, biz yaşayırıq” – kəlməsi,

Yol işarəsi, Həyat nişanəsi. Köçdük köhnə evimizdən Qaldı tavanda mismar. Divarda yazı, Şəklim çıxmış köhnə qəzetlər, Dərs çədvəlim, Bir də kiçik qızımın arabasının bir təkəri...

Page 159: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

159

Gözəl anam

Sənə şeir yazmadım, gözəl anam. Gözləri yol anam, Əli yol anam, Qəbri də özünə oxşayan anam, Qəbrinin üstünə şeiri də dostum yazdı. Səndən sonra atamı evləndirdim, Gözəl anam... Sən saxlayan atamı bəs kim saxlasın? Bir səhər evimizə bir gəlin gəldi, Qazanlar, qaşıqlar durdular üzə. Bacılarım daha çox ağladılar, O qadın evimizi dəyişdirdi. Atam aldansın deyə, Mən ona ana dedim. Dilimdəki “Ana” sözünə Aldandı atam. Mən ona ana deməsəm, Bu saat o qadını boşayar atam. Bir gün səhər o qadın, Sən sağan inəyimizi sağdı, Inək qoymadı. Sən sağan inəyimizi atam ağacla vurdu... Bir vurdu, iki vurdu, Yəqin ki, deyərdin: Əlin qurusun !

Page 160: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

160

Inəyin ayaqları əsdi, Onda mən ağladım, gözəl anam. Bu şeiri də yazdım, gözəl anam, Innən belə gedib qələmimi sındıracam.

Page 161: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

161

Sirrimin üstündə bu canım qapı

Sirrimin üstündə bu canım qapı, Məni görmək üçün göy, oynar? -Oynar. Gələrəm evimə ürəyimdə sirr, Sirri bilmək üçün öy, oynar? -Oynar. Nədi məni belə yandıran yaxan, Çöl üçün bir belə içdə darıxan. Yüz yerdən dartınan, yüz yerdən sıxan Canımda damarım göy, oynar? -Oynar. Xəttin düz olarsa yolda azarsan, Şeir yox, özünə qəbir qazarsan. Istəsən bir gözəl şeir yazasan, Qələmin burnunu əy, oynar? - Oynar. Samit ağız bağlar, sait dil açar, Anlayar halımı könlü alçaqlar. Sevincim ağlayar, qəmim əl çalar, Dərdim ortalıqda bəy, oynar? -Oynar.

Page 162: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

162

Tünlükdü aranı tutub neçə baş, Ay kimi tutulub alnındakı qaş. Bir azca başını yana əy yavaş, Gözünün birini qıy, oynar? -Oynar. Burda nə danışım burda nə dinim? Segah havasıdı bu halım, dəmim. Gündüzlər qulağım kar olar mənim, Gecələr başımda küy, oynar? -Oynar.

Page 163: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

163

Öləndə, öləsən...

Öləndə öləsən O dənizin tən ortasında, Ağ dalğaların Belinə uzanıb öləsən, dostum. Bir gəlin dalğa ilə Yana-yana, üz-üzə, Qəbrin qazıla. Yoxsa tük yastıqda, yorğan-döşəkdə Ölmək doğrudan da, gerçəkdi, dostum. Balana baxsan, Görərsən öləcəyini. Amma dənizdə ölsən, Dənizdən doğan ümid, Udur balanın ağlamağını. Və gəlin dalğalar səni boğmur, doğur. Səni kim basdırıb ki, Kim görüb sənin ağlamağını, Və gəlib deyə ki, ölübsən, dostum? Öləndə öləsən, O dənizin tən otasında, Hamı gözləyə hər gün, Dirilib gələrsən bir gün.

Page 164: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

164

Divar yazısı Divara dərin bir cız cəkdim, cız… O anı tutub saxlayım deyə. Bilirsən, niyə cız cəkdim divara? Sözlər həmişə məni aldadıb. Divarın sevindiyindən heç sənin xəbərin oldumu? Adətən divara belə şey etibar etmirlər. Mismar vururlar polto asmağa, Nə bilim, saxta sözlər yazılmış qəzet yapışdırırlar. Amma biz tarix yazdıq ora, Vaxt yazdıq. Bu cızdan sonra divar başladı, Divar olmağa. Gülüm, o cızın xatirinə divar özünü tarixi abidə

hiss eləyəcək. Biz də bir şeyi sevindirə bilirikmiş, ay qız… Biz də bir şeyi xoşbəxt eləməyə lazım olduq, qadınım. Bilmirəm divara nə yazdım, bilmirəm, Ütülü xəttim qışqırdı bildim. Ağıla tabe olmuş ürəyə əlvida dedim, Mən səni sevdim, Divara qısılmış uşaq kimi.

Page 165: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

165

Səhər süpürgəçi qadın oxuya bilməyəcək bu

yazını, Süpürgə ilə tozunu süpürüb daha da

dərinləşdirəcək. Gülüm, inan Dünyanın bütün palçıqları doldura bilməyəcək

bu cızı. Lap bu binanı söksələr, Daşını, torpağını daşısalar da Yenə harasa sığınacaq bu yazı. Oğluma Elə -belə də deyərsən; -Atan bir şeirini də belə yazdı. Bax, sənin bu nişanda, Bir şair atan vardı.

Page 166: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

166

Pəncərə şüşəsi

Burnumu pəncərə şüşəsinə dayayıb, Düz iyirmi il getdim qabağa. Səni qoyub gəldiyim yerə, Ömrümün əvvəlinə. Yadındadı ütü əlini Yandırmışdı ha... Mən də dərman almışdım ha... Hətta əllərini mənə göstərməyə Utanırdın. Deyirdin əllərim yoxdu, Pişik yeyib. Bax onda, mən sənin əllərini Tapanda sevdim. Nə gözəl əllərin varmış... Pəncərə şüşəsi olmasaydı İrəli gedə bilməzdim, Bir saat da olsun... Heyranam Şüşəylə burnun möcüzəsinə...

Page 167: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

167

Deyirəm...

Anam yoxdu... Atam tək qalıb nəvələrinin içində, Domino oynayırlar. Uşaqlar yan-yörəsinə Zamanın parçaları kimi səpilib, əl çalırlar babalarının uduzduğuna. Deyirəm, anam sağ olsaydı, Atam domino oynamazdı. Oynasaydı, uduzmazdı. Gəlinləri nahara çağırır, Atam yubanmır. Anam sağ olsaydı...

Page 168: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

168

Divan

Gecələr yatdığım divanın Cırıldayan ayağı, Həmişə mənə Yaşamağımı xatırladır. Hərdən əllərimi divanın Altına salıb, O ayaqdan yapışıram. Yadıma düşür ki, Onu kirayə mənzilimizdən Çıxardanda sındırmışam. O biri ayaqlar Sağ-salamat deyə, Mənə yaddı. Əgər dayansa cırıltı, demək həyat bitdi.

Page 169: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

169

Dəyişmək

Həyatımda nə dəyişıb, nə? -Heç nə… Bir onu bilirəm, Bu il otağımda tək kitab rəfinin yerini dəyişdirmişəm.

Page 170: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

170

Müasirlik

Köhnə “Sovet küçəsi”ndə Bakı ölür. Əvvəl Böyük Vətən müharibəsi qırmışdı buranı. Şəkil asılmış mismar, Mismar vurulmuş divar, Divar vurulmuş keçmiş yıxılır. Müasirlik keçmişə dağ çəkir. Heç vaxt görünməyən evlərin içi, İndi çöl kimi görünür. Evlər sökülür, Elə bil adamlar sökülür. Sahibi, məhləyə atılmış köhnə yataq dəstindən utanır. Gecə xatirələrinin üstü açıqdı. Bu xatirələri cavan uşaqlar da oxuya bilir. Ona görə də kişi götürüb baltanı əzir divanı. Tikə-tikə doğrayır ki, Nəyə oxşayır oxşasın, Təki yataq dəstinə oxşamasın. Yıxılmış divarın birini qaldırsan, Bakıdı. Götürüb bir taxtanı aşırsan, Kişidi. Ekskvatorun qaşıq çalovu ilə qarışdırdığı mətbəx,

Page 171: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

171

Qadındı. Qalın divarları toza çevirib, söz-söz yığırlar maşına. Qədim qapıları, pəncərələri, Pilləkənləri Addım-addım, Tay-tay, Göz-göz yığırlar maşına. İndi maşında Göyçək qadın ayaqları ağarır. Zir-zibilin içindən Ay parçası tək Qadın əlləri yellənir. Yel kimi tərpəndi maşın, “Sovetski”ini boşaltdılar. Bayıldakı neft gölməçələrinə Üstündə bic doğulan evlər tikdilər. Gərək müasirlik belə etməsin, Özünə bəraət kimi Keçmişi bir az qorusun. Amma müasirlik, Arı kimi vızıldayır.

Page 172: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

172

Qanımda şəkərim saatdı indi

Sənli xatirələr çıxır aradan, Şəhərin üzünə üz çəkilib, üz... Şəhər qımıldanır bir anın altdan, Bir xəyal altında çırpınır dəniz. Qanımda şəkərim saatdı indi, Bir bax, qan təzyiqim yüz saat eylər. Gözümün işığı azalıb bir az, Deməli, saatım axşama işlər. Ayrıldı toyuna getdiklərimiz, Silindi xatirən oğul-uşaqnan. Köhnə şəhərini dəfn elədilər, Üzünə çəkilən yar-yaraşıqnan. Tərif elədiyin o Məcnun oğlan, Bir çölün düzündə atdı yarını. Ölmüş sevgisini daşıyır insan, Quşlar da qırılmış qanadlarını. Əllərim havanı yaralayır bax, Hava parça-parça qalır havada. Hardadı əllərin dəymir əlimə? Səndən bir tikə də qalmayıb burda.

Page 173: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

173

Ciçəyim

Cicəyim, Ləcəklərin tozludu, Qoy öpüm, yuyulsun. Gülüm, Baxışların qəmlidi, Bax mənə, durulsun. Mən qəmi dada bilirəm, Mən qəmi uda bilirəm, Hec olmasa aldada bilirəm, Sən aldanan deyilsən Hec nəyə. Sən inanan deyilsən Bir şeyə. Sən öləcəksən, Mənim gülüm. Qoy mən səndən Qabaq ölüm!

Page 174: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

174

Sirr

Bədənimiz gizli bir sirrin üstünü örtən qapıdı. Qolumuz o sirrin altına qoyulmuş tirdi. Ayağımız dərinlikdi, Gözlərimiz quyudu, O sirri gizlətmək üçün. Yaşamaq enerjisi Hər an o sirrin Açılmasına hazırlaşmaqdı. O sirr əyninə insan geyinib, İnsanın özü də bilmir ki, Gizlətdiyi nədir. Yarpaq bilmir ki, Onu açan vaxt , özü yıxdı. O sirrin açılmaq məqamı, Darıxmaqdı.

Page 175: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

175

Namaz

Səhər-səhər əl-üzümü Ağacla yudum. Səhər-səhər dilimi Adamla açdım. Özümü balaca divarla mehlədim, Alnımın tərini buludla qurutdum, Gözümün yuxusunu quşlarla yudum. Ayağımı yolla rahatladım, Payız havasıyla dəstəmaz aldım. Sonra tamaşa qıldım, Heç vaxt görmədiyim bir səhərə.

Page 176: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

176

Ev əşyaları…

Otuz illik soyuducunun əsas arzusu, Otağın o biri başına adlamaqdı. Tırıldayır bax, Tırıldamaq darıxmaqdı. Evin içində bir addım atmaq, Pəncərədən çölü görmək, Şümal bədənini hamıya göstərmək arzusu, Ayağı kimi çürümüş artıq. Bir dəfə evin xanımı da demişdi belə, Soyuducu orda yox, Burda yaxşıdı. Sonra yaddan çıxdı hər şey... Televizor on ildi köhnə yerində, Bütün verilişləri təkrar… Paltar yuyan maşının Ən çox yuduğu corablardı. Ən boyük arzusu Bir corab qədər yerimək… Şifonerin əyilmiş ayaqları altına, Təzə kağız parçası qoyulmuş. Bir az şifonerə təzəlik dəymiş… Evi dəyişməsəniz də, Hərdən evdə əşyaların yerini dəyişin. Ev gözünüzə təzə dəysin...

Page 177: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

177

Pişik

Pişik üçün yemək stolundan yuxarı, Göy üzü yoxdu. Stolun altına düşən İnsan ayaqlarını Pişik hər şeydən əvvəl, Nəyinsə quyruğuna oxşadar. Pişiklərin qara ayaqqabıların Altında yemək tapmaq ümidi, Nə gözəl… Yaxında kürləşən sərçələr Sanki, bir zarafatdı. Pişiklərin gözü önündə Ölümnən nəticələnən… Ona bax, Ayaq izləri qarın üstə elə qalır, Hərdən qayıdıb öz ayaq izlərini Yad kimi iyləyir pişik. Pişikdən soruşsan: İnsanın adı nədir? Deyər- Sümük.

Page 178: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

178

Eynək

Evdə tez-tez itirdiyim şey Eynəyimdi. Eynəyi də tez tapıb, gətirən Qızımdı. İndi qızım nişanlanıb, Həyat yoldaşım indi ən çox Eynəyimin fikrini eləyir.

Page 179: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

179

Axtarış

Balaca oğlum Hər axşam yatanda, Corablarını hara tullayırsa, Səhər oyananda tapa bilmir. Səs-küyünə qalxıb, Hamımız evdə corab axtarırıq. Məncə yaxşıdı, Səhərimiz hər gün, “Axtarış”la başlayır.

Page 180: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

180

Təqvim

İyul günlərinin üstündən Qara xətt çəkilib. Elə bil, şallaqla bir sürü Milçəyi qırıblar. Tək öldürülməmiş iki gün qalıb, İki ağ kəpənək… Eh… uça bilsəydi, O iki gün, Dayansaydı vaxt…

Page 181: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

181

Sükut

Bir sukut yağış, Məni islatdı tamam. Üstümdən, başımdan selləndi sükut, Əlimdən, gözümdən yelləndi sükut. Uşaq oddan qorxan kimi, Sükuta əl vurmağa qorxurdum. Əlimdə çənəm Durmuşam sükutun qırağında. Birdən nə gördüm... Yatmışdı sükutun altında Səslər, küylər, Şəhərlər, kəndlər... Qızlar saçlarını sərib yatmışdı, Oğlanlar bağlara girib yatmışdı, Körpələr laylaya girib yatmışdı. Yanımdan çay kimi axırdı sükut, Mən də sakit – sakit, Qulaqlarımı tor kimi Atmışdım sukuta. Səs tuturdum sükutdan.

Page 182: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

182

Qayıt

Adına yazmışam isti bir şeir, Bir az kəndimizdən qatmışam ona. Gülüm, insanlardan işıq gətirdim, Şeirimin qaranlıq misralarına. Mənim ürəyimdə sevgi yolları, Enişdi, yoxuşdu, dərədi, düzdü. Misralar sən üçün darıxdığından, İpə -sapa yatmır, qafiyəsizdi. Dünya sevgimizdən asılı imiş, Dağlar da, göylər də, durna səsi də. Getmisən, gör Dünya necə dəyişmiş, Artıb müharibə təhlükəsi də. Adına yazmışam isti bir şeir, Şeir dibçəyində bitibdi Dünya. Ayrıldıq, görürsən Dünya dəyişdi, Qayıt, sevgimizdə bütövdü Dünya.

Page 183: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

183

Ay baxçaya süd daşıyan sürücü

Ay baxçaya süd daşıyan sürücü, Əlinə bax, əllərində gül açıb. Bu baxçaya sən gələndən, gedəndən Barmaqların körpə kimi dil açıb. A bəxtəvər, kaş yerinə mən olam, Bu baxçanın qapısını açam mən. Birdən – birə böyüyələr uşaqlar, Uşaq kimi qabağına qaçam mən. Hərdən sənə şaxta baba deyirlər, Bu uşaqlar görən nəyə aldanıb? Elə bil ki, daşıdığın o süddən, Külək vurub, saqqalına calanıb. Uşaq kimi yüyürürsən, qaçırsan, Yazanda da hərfləri yeyirsən. Yerə düşsə uşaqların kökəsi, Ondan qabaq özün yerə dəyirsən. Nahar vaxtı söykənirsən divara, Dincəlirsən, cingildəyir qaşıqlar. Uşaqlığın hər düşəndə yadına, Ağlayırsan, kiridənmir uşaqlar.

Page 184: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

184

Çiçək qırğını

Çiçək qırğını gəldi, Arı ballığından çıxdı. Su dolduran bir gözəlin, Qolu qolbağından çıxdı. Kəlbəcərdə, “Gəlin qaya”, Deyir bizə, gəlin haya. Bizim yerdə gəlin həya, Gəlin yaylığından çıxdı. Qoyun yemir, bu küləşdi, Yüklənməyən bu fərməşdi. Dərələr dağa dırmaşdı, Dərə darlığından çıxdı. Gör kimlərin oyununda, Sarı kürə qoyunun da, Dəri kimi soyulub da, Cığır ayağından çıxdı. Bax, gəlmədi bizim atlı, Gəlmədi bizi yubatdı. Qaya özün dağdan atdı, Qaya karlığından çıxdı. Yurdun gözü dolmuşdu, Nə vardısa, olmuşdu. Hirsim yumruq olmuşdu, Hirsim yumruğundan çıxdı.

Page 185: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

185

Payız Bürünüb buluda, bürünüb suya, Bu gecə, bu gecə bir ağlayan var. Payız adamları verib yuxuya, Əlini dizinə vurub ağlayar. Anası hardadı “Sarı gözəl”in, Ala qucağına, kiridə onu. Payız yarpaq-yarpaq donunu cırır, Havada yellənir saçaqlı donu. Damcılar gül açdı dibçək əlimdə, Hamının gözündən gələr yuxusu. Kimsə gözlərini yumub açanda, Dünyaya yaş töküb bir göz dolusu. Bu gecə, bu gecə bir ağlayan var, Həsrətin əvvəli, vüsalın sonu. Aldanan qız kimi ağlayır payız, Bəlkə də, durnalar aldadıb onu.

Page 186: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

186

Eşitdim adımı

Səhəngi çiynindən düşürdü Lalə, Oxları sinəmə tuş vurdu Lalə. Əlindən yapışdım, qışqırdı Lalə, Tez qaçdım, zalımın qardaşı beşdi. Həsrəti bu yerdə döndü qılınca, Bir nida sancıldı yollar boyunca, Ürəyi boylandı mənim dalımca, Gözlərin bir mavi yarpağı düşdü. Dilqəmi, Kərəmi dindi bu sazdan, Yarama düz səpmə, aşıq o duzdan. Eşitdim adımı qəfil o qızdan, Gördüm ki, yazığın dodağı bişdi.

Page 187: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

187

Ötüb getdin vaxt kimi

Ötüb getdin vaxt kimi, Mənə çata bilməzsən. Daha axşamlar düşmür, Daha yata bilməzsən. Mənə məktub yaz. Hər sözün sonunda gül şəkli çək, Sonunda bir söz yaz, Üstündən xətt çək. Mənə bir nida göndər. Hərflər səsinin kökləri kimi, Su içsin barmaqlarından. Gözlərin cavan oğlan tək sərxoş, Adım yıxılsın dodaqlarından, Mənə məktub yaz. Ötüb getdin vaxt kimi, Bir də gəlməyəcəksən. Bir də doğulmayacaq, Bir də ölməyəcəksən.

Page 188: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

188

Çiçək

Məncə, Min ildi, milyon ildi ki, Bu tozlu çiçək, Yolun kənarında belə durmaqla, Kimisə, Kimisə gözləsin gərək. Məncə, Həmin çiçəyin bir ləçəyi toz, Bir ləçəyi nəm olmaqla belə, Ən uzaq əsrdən, uzaq illərdən, Yol gəlib, yol gəlib bizi görməyə.

Page 189: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

189

Sən demə

Bir gözəl şeri, Dünyanın adı bildim. Bir sevimli gözəli, Dünyanın dadı bildim. Demə, gözəl şeiri yazan şair də, Hirsindən deyibmiş belə. Ya da qələmin ucunu, Bir azca əyibmiş belə. Demə , sevimli gözəli dünya, Hirsdən, acıqdan, Dərddən, əzabdan xəlq eləyibmiş. Demək, dərdin güclüsü, Hirsin, əzabın Ən qəddarıdır bir gözəl şeir, Ən qəddarıdır sevimli gözəl. Mən də dinməz açıb, düm ağ könlümü, Sevimli gözələ, bir gözəl şeirə. Başa düşənəcən, anlayanacan, Nə çəkdim, çatmadı əlim bir yerə.

Page 190: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

190

Qardaşım top vurur

Qardaşım top vurur həyətimizdə, Öz səsim yeriyir qulaqlarıma. Qardaşım top vurur ağ buludlara, Qardaşım top vurur ayrılıqlara. Qardaşım top vurur lap uzaqlara, Əlil bir adamın ayağı gəlir. Qoca bir kişinin marağı gəlir, Ağlaya-ağlaya topun dalınca. Qardaşı top vurar pəncərəmizə, Şüşələrin sağlığında Ağlayan ürəyimizə. Nənəm yaylığını alıb əlinə, Qovar qardaşımı kəndin içində. Qardaşı top vurar, Toplar adamların düşər içinə Hərənin qəlbində nəsə oyanar. Adamlar qayıdar uşaqlığına, Kəndin ortasında futbol oynayar.

Page 191: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

191

Etiraf

Babalar bu saçla, bu əllə məni, Düzü, qoymayacaq kəndin içinə. Məni tanımayıb kəndin itləri. Şəhərli oğlandan çətin əl çəkə. Qızlar üzlərini bürüyəcəklər, Ilıq əllər üçün saçlar yanacaq. Yollarda izlərim çürüyəcəklər, Bu kənd başdan-başa məni danacaq. Uşaqlıq günlərim göyərib yerdən, Gözünə ayrılıq torpağı dolub. Bəlkə də, qoynuna gec gəldiyimdən, Ağaclar qarıyıb balaca olub. Cığırlar, gədiklər məndən qaçaqdı, Qorxuram dizimi yoxuş qatlasın. Bu yerin otları məndən ucadı, Qorxuram dəryaza gücüm çatmasın. Xəcalət qızardar yanaqlarımı, Burda qabağıma gör kim çıxacaq? Anam bu dəfə də sınıxmağımı, Yenə kirayənin üstə yıxacaq. Sərhəd dirəkləri qorxudub məni, Gəlirəm, ay ana, gözlə gəlirəm. Dirək adamlar var beş addımımda, Sərhəd dirəyidir elə bilirəm.

Page 192: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

192

Təzə qanadlarım Hər gün boylanıram çiyinlərimə, Hər gün əyilirəm ayaqlarıma. Bir cüt təzə qanad gətirəsiyəm, Bir cüt təzə ayaq gətirəsiyəm. Kəsikdi, bölükdü çiyinlərim də, Içimdə qıvrılıb Babək qolları. Bakının çiynindən Babək qolu tək, Bir vaxt sındırılıb Təbriz yolları. Hara gedəsiyəm köhnə ayaqla, Işdən evə gedib, gələn ayağım, Təkçə yeriməyi bilən ayağım, Bir tikə cəsarət yox imiş səndə. Hara gedəcəyik ölçü-biçiylə, Bu gündən səndən də, üz döndərirəm, Düşüb ürəyimlə yeriyəcəyəm. Şeir yazan əlim, nərd vuran əlim, Tabut ciblərimə yıxıl , öl kü, öl. Hər gün boylanıram çiyinlərimə, Hər gün əyilirəm ayaqlarıma. Bir cüt təzə qanad gətirəsiyəm, Bir cüt təzə ayaq gətirəsiyəm.

Page 193: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

193

Sevgili yağış

Sevgili bir yağış yağa üstümə, Könlümə yamyaşıl çəmənlər düşə. Min ildi qar altda qalıbmış deyə, Buzu çiçək-çiçək sökülə qışın. Gəlib danlayalar məni nənələr, Utana-utana evdən dünyaya, Çəkib apardığım, çox istədiyim, Qəşəmi doyunca döydüyüm üçün, Böyüyə-böyüyə ötərgilərin, Dalınca yıxılıb öldüyüm üçün. Sevgili bir yağış yağa üstümə, Qaçan ürəyimə, lap yüz yaşıma. Qovlaya-qovlaya çatdıra məni, Hardasa atasız uşaqlarıma. Yağışdan qız düşə, düşüb çağıra. Gözümü silməyə bir dəsmal verə. Dəsmalı götürüb elə qaçam ki, Anam da qışqıra oğlumu tutun. Yorulub, dəsmalı açıb baxam ki, Bəxtimə yazılmış sevgi məktubu. Sevgili bir yağış yağa üstümə, Könlümə yamyaşıl çəmənlər düşə. Min ildi qar altda qalıbmış deyə, Buzu çiçək-çiçək sökülə qışın.

Page 194: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

194

Vaxt Sən mənə vaxtsan, mənə vaxt, Sən yatan kimi günəşim sönür. Gözlərim hərifləri seçmir, Bilmirəm harda qalır eynəyim. Demək sən yatan vaxtdı Mənim eynəyimin itdiyi vaxt. Yuxudan durduğun vaxt Mənim işə getdiyim vaxtdı Çimdiyin vaxt Mənim yağışa döndüyüm vaxtdı.

Page 195: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

195

Problem

Hər bir insanın çəkdiyi əzab özünün yaratdığı problemə görədir. Bu gün yaşamaq, adicə adam kimi görünmək belə sabahkı işinə düyün vurmağa oxşayır. Hər gün özüm-özümlə qabaqlaşıram Özümü yaxşı tanıyıram: əclaf ! Səhər unversitetdə yenə özümlə görüşəcəyəm. Səhərki adam qırx ildir həmin pəncərənin önünə yol gəlir ki, qabağıma çıxsın. Bu adam ən gözəl problemdi Başın işləsin gərək. Mən bu problemi qırx ildir təmiz insan qanından hazırlamışam.

Page 196: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

196

Yeni quruluş

Mənə deyirlər ki, etibarsızsan Düzdü mən su kimi dəyişkənəm Adamam axı. Və heç kəslə əbədi dost olmağa məhkum da

deyiləm Canım çıxır bir şeyə əbədi bağlanmaqdan. Birinə etibarımı subut eləməkdən Birinin hörmətini qazanmaqdan Canım çıxır Sevgi çan çıxarmaqdı- Allah kəssin bu vərdişi. Mən həyatımın rejissoruyam- Yoxsa ölərəm- Həyatımda adamların, əşyaların yerini tez-tez

dəyişirəm Onları ürəyim istəyən kimi düzürəm Bəzən birini qabağa Birisini isə lap arxaya atıram Qoy həyatımdakı şeylər mənə xidmət etsin. Mənə lazımdı qalsın Lazım deyil getsin. Hər gün Həyatıma yeni quruluş verirəm Ağlatmaq Aldatmaq Unutmaq Hətta adam öldürmək belə Əsas işimdi. Tamaşadan-tamaşaya dəyişirəm Mən necə dəyişməyim?

Page 197: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

197

Həyatam axı. Niyə məni başa düşmürsünüz Ay adam uşağı?

Page 198: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

198

Vaxt, saat...

Vaxtın yoxdu, nədi Sənə “vaxt “ göndərirəm. Içi 11 radəli, içi 3- lə dolu 8 – lə dolu vaxt, Bu da sənə aldığım saat... Həmişə bu rəqəmləri görəndə, məni xatırla. Bu vaxtları- 11 – dən keçmiş 3 – dən adlamış, 8 – dən o yana adlamış vaxtları- ürəyimin üstə qaldığım anları qoyma üşüsün. Mən olmasam da, bu vaxtları mənim yerimə, mənim kimi sev. Heç vaxt yadımdan çıxmaz, 8 –in yanına yıxılıb qaldığım vaxt... 11 – də işdən qaçdığım vaxt, 3 – də müdirlə əyişdiyim vaxt.

Page 199: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

199

11 – in 3 – ün 8 – in yanında sən vardın deyə ölmədim, Bəlkə indi işləməyən saatın kimi öldüm. Ey, sən hansı vaxtda qalmısan? Saatın hansı vaxtda dayanıb? Bəlkə sənin saatının 11 – i 3 – ü 8 – i yoxdu, Bəlkə düşüb itib? Sənə vaxt verirəm Ömrümdən o yana da keçəsi vaxt! Məni səndən ayıran vaxt, Bəlkə elə vaxt yox, baxt? Sənə vaxt verirəm Saat dolu. Bəlkə də bu “vaxt”ların içində mən olmayacağam heç. Bəlkə saatdakı vaxtlar çiydi hələ, Bəlkə 11 - i ayaqlarım tək titrəməyib, 3 - ü qəddim kimi əyilməyib, 8 - i gözlərim kimi böyüməyib.

Page 200: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

200

Yaxşı saxla, bu saatın içində məndən ötrü ağladığın bir “vaxt” da var, mənim bu dünyada olmadığım vaxt.

Page 201: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

201

Əllərim

Neçə illərdir əllərim Sənin əllərinə tərəf uçmağında. Əllərimin uçmaq səsi şerlərimdi dinlə. Əllərimin tüstüsü Sənə yazmadığım məktublarımdı, Oxu. Hər səhər - axşam düymələrini Necə açıb bağlamağından duydum sənin də əllərinin uçmağını. Bədbəxtlik onda doğulur ki , heç kəs əllərinin uçduğunu görmür. Görüşəndə belə Sənə dırmaşan əllər Əslində uçmayan əllərdi. Əllərimin uçduğunu və üstündə küləyin çiçək kimi cığır açdığını görəndə ağladım, Mənim uçan əllərim var.

Külqabı

Page 202: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

202

Icazə verin bu siqareti yandırım Unutmağın eşqinə. Böyük oğlan olsun unutmaq, Yüz yaşını qeyd edək. Sevgidən birinci olduğu üçün Onun sağlığına siqaret çəkək. Təklif eləyirəm “Malbura” çəkək, Unutmağın şərəfinə. Özü də ayaq üstə çəkək. Icazə verin mən siqareti otaqda gəzinə-gəzinə çəkim. Külünü külqabıya yox, nəlbəkiyə töküm. Çünki külqabıda cırılmış qadın şəkilləri var. Sevmək qadının, Unutmaq kişinin yaraşığıdı. Siqaret qutuları kişilərin ən çox sevdiyi çiçəklərdi. Qutuları külqabıya qoyaq, indən belə külqabıya kül tökməyək.

Page 203: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

203

Tələbəlik illərində Tələbəlik illərində, Bir gözəl sevdi məni. Rəfıqələri o qədəriydi Hamısı salam verirdi mənə. Məniydim Institutun şan-şöhrətli oğlanı. Kəndçim Sərvaz, Birini sevmək istədi, qoymadım. Elə bilirdim o qızdan, Nəsə qopub qalır o qızlarda. Dostlarım dedi ki, siqaret cəkim, Bu, oğlana bir yaraşıqdı. Məsləhət gördülər lap araq içim, Onda qızlar daha cox sevir adamı. Mən yandım, o soyudu. Istədim deyəm: - Evimiz ikimərtəbəlidi, Ancaq kəndçim Sərvaz xəbərçidi. O, soyudu, elə bil, Rəfıqələri də küsdü məndən. Kitabım da cıxmadı ki, Ona həsr etdiyim şeri oxuya. Rəfiqələri durna dəstəsitək dağıldı. İstədim ölüm, onu peşiman eləyim, Ölə bilmədim.

Page 204: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

204

Istədim başqasını sevim, Onun bağrı catlasn, Sevə bilmədim. Mənə verdiyi rəngli şəkli Ağlaya-ağlaya aparıb qaytardım Elə bilirdim almayacaq, banşacaq. Məndən də qəşəng, Məndən də gozəl Yaşlı, kök, bığlı, Norka papaqlı, Zırpı bir oğlan gözləyirdi onu, Mənim körpə, incə, nərmənazik ağ kəpənəyimi. Ağladım... Məndən də cox ağladı Sərvaz.

Page 205: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

205

Axşam tək sinər atlar, açılar səhər atlar Televiziyada at saxlayan (mehtər)dedi ki, atları saxlamaq çətindi, böyük xərc tələb edir, kəsib ətini xarici ölkələrə ixrac edəcəyik. Buraxın atı getsin atın yanında ölsün, Biraxın atı getsin otun yanında ölsün, Buraxın atı getsin itin yanında ölsün Amma kəsməyin qanadlı atları, Oxşama, bayatı atları. Buraxın meşəyə, çölə, Yoxa çıxsın, gəlməsin, Elə azdırın onu amma özü bilməsin, Qoy atı şir yesin, şir parçalasın, Göydə qartal qıy çəksin, Yerdə çaqqal ulasın, Amma qəssab əlində ölməsin kəhər atlar. Axşam tək sinər atlar, açılar səhər atlar. Atları kəsdinizmi qanadı yerə enməz, Otlar at qanı görsə, bir də örüş göyərməz. Dəryalardan at çıxmaz, bir də at bizə gəlməz, Kəsməyin, nə olar kəsməyin atları, Qaşqa atları, səkil atları, Qır atları, dur atları, Göy otları, göy atları, Qanadları, buludları, Kəsməyin, nə olar, kəsməyin.

Page 206: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

206

Atları vurun çaya, çayda boğulub ölsün Ucu şiş qayalardan uçub yıxılıb ölsün. Üzəngisi qırılsın, Yəhər dağılıb ölsün, Yüyürüb qaranəfəs suyu içəndə ölsün, Ilxı içində ölsün, oba köçəndə ölsün. Qəssab əlində ölməsin göy, kəhər atlar, Ağ, kürən, atlar, qırmızı, çil, boz təhər atlar. Əzizim, tər içində atlar çırpınar, ölləm Bədənimdən ağ qaçar, qara çırpınar, ölləm, Gözlərimin qarası at kimi çapar, ölləm. Huşum kimi torpağa düşəndə yəhər, ölləm Yapışar boğazımdan yüyən tək qəhər, ölləm Kəsməyin, atları, kəsməyin, Kəsməyin, muradları, kəsməyin. Atlar kəsiləndə hey daylar, dayçalar ağlar, Içində su saxlayan kasa çalalar ağlar, Qarnında, sinəsində duman alalar ağlar, Kənd atlar, qoşma atlar, nağıl, gəraylı atlar, Tapqırlı, quşqunlu, ağ, qırmızı yallı atlar. Ay əzizim, gözlərimə qan çilənib Bu çəkdiyim naladan. Qoy gözlərim görməsin Kəhər atlar yıxılanda havadan.

Page 207: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

207

Əllərin haqda

Əllərin mənə oxşayırmış Içindəymiş səsi. Körpə kimi qımıldanır əllərinin istisi. Şana- şana barmaqların dolmuşdu səsnən. Söz damırdı, Ürək damırdı tap-tup barmaqlarından. Əllərin sərbəst şeirmiş Misra dodaqların Qafiyəsiz olsa da, Gözəl bir şeir kimi Oxunur bu dünyada.

Page 208: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

208

Ölmək istəyirdim

Düşüb carpayıma üzüqoyulu, Ağlaya-ağlaya örtüb üzümü, Yenə, yenə də Bügünün dalınca gedə bilmədim. Yumulu gözümdə darıxdı işıq, Yıxılı canımda darıxdın sən də, Ölmək istəyirdim, ölə bilmədim. Sinəmi yastığa yıxa bilmədim, Aldada bilmədim səni, yatasan. Yatıra bilmədim ayaqqabımı – Özümü öldürəm, torpağa atam, Dostu ürəyimdə yıxa bilmədim. Tökülüb dalımca gəlmişdi hamı, Hamının üzünə baxa bilmədim. Alnımdan tər kimi axırdı şeir, Yenə də özümü yıxa bilmədim. Bugünün dalınca gedə bilmədim, Əl cəkib özümdən, yenə, yenə də Utana-utana dalınca gəldim.

Page 209: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

209

Oğlum, qapını aç, qapıda bir külək ölür Bəlkə dünən sındırdığın budaqdı Oğlum, qapını aç, qapıda bir külək ölür

Bəlkə dünən əkmədiyin ağacdı Bəs niyə qapımızda ölsün bu gözəl külək? Bəlkə bir ağacın kəm gəlibdi yarpağı Qəfil ayağı sürüşüb küləyin. Küləyin sürətidi qadınların saçları Saçlar hanı? Uçub küləyin dirəyi. Külək gərək ata dəyə, at hanı? Külək gərək telə dəyə, tel hanı? Külək gərək sevənlərin arasından keçməyə Deyəsən keçib oğlum, qapıda bir külək ölür. Külək adama dəyər, qalxar Körpə bir tumurcuq kimi Şümal budaqdan çıxar Külək gərək əldən göyərə, Otdan yüksələ Dünyaya bir yaşıl yarpaqdan əsə Gərək pəncərə şüşəsinə külək Zivədə asılmış bir uşaq corabından dəyə Hanı, hanı, külək ölür.

Page 210: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

210

Əsdi, əsdi dəyməyə əl tapmadı Bir az görünməyə bir tel tapmadı Ətrin daşımağa bir gül tapmadı Bir corab görmədi zivədə yelləməyə Hanı, hanı uşaqlar? Bir yol tapmadı tozunu qaldırmağa Yolu basıbdı otlar. Otların üstüncə sürüşdü külək Qalxa bilmədi ayağa. Oğlum, qapını aç, qapıda bir külək ölür O küləyi ağlayan ən çox sənin Külək kimi qalxan telin olacaq.

Page 211: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

211

Allah köməyin olsun...

Məni gözəl unutdun - Allah köməyin olsun Məni gözəl ağlatdın - Allah köməyin olsun Yenə də ağladırsan - Allah köməyin olsun Yenə də aldadırsan - Allah köməyin olsun Məni pula dəyişdin - Allah köməyin olsun Məni qula dəyişdin - Allah köməyin olsun Məndə yaran yaxşıdı - Allah köməyin olsun Mənə belə yaxşıdı - Allah köməyin olsun.

Page 212: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

212

Yenə sən haqqında elə- belə... Telefonda “Alo” səsini eşitmək, Sənə yalvarmaqdı indi. Səsinə cavab verməmək, Səni çağırmaqdı indi. Tək "Alo" səsindən bilirəm, Məndən inciməyin necədir? Soyuducun acdımı, Yeyib –içməyin necədir?

Sizin küçənizə çıxmaq, Yalandan Kirayə ev soruşmaq Səndən ötrü darıxmaqdı indi. Sən girən dükana girmək, Qonşunuz Tükəz arvada Çaşıb salam vermək Zülüm-zülüm ağlamaqdı indi. Sizin küçəniz nə daşlıdı, Qoy yıxılım, dərs olsun. Qoy dizlərim ağrısın, Qoy ürəyim soyusun. Nə qədər adam öldü Nə qədər qız ərə getdi, ay aman! Yerinə bir qızı sevmək Nə qədər çətinmiş, ay aman!

Page 213: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

213

Sənin ağırlığın yoxdu

bu şəhərdə Hər şey səndən sonra oldu Hər şey... Həmin ünvanda deyiləm Işdən çıxmışam artıq. Əvvəl atam öldü, Sonra da anam, Nə deyim, Mən də yır - yığışdayam. Deyirlər sizin binanı sökürlər Ayaq üstə durub dayanacaqlar. Şəhərə təzə avtobuslar gəlib Başqa cürdü oturacaqlar. Sənin ağırlığın yoxdu Bu şəhərdə- Şəhər uçur eyy... Gəl.

Bəlkə yellənçəkdəsən? Bəlkə başıma ələnən yağış Ayaqqabına dolan sudu Bəlkə ayaqların başıma Düşür. Daha doğrusu, addımlarının Səsi. Səndən sonra maşın aldım Səni piyada getdiyimiz yolda Qoyub gəldim.

Page 214: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

214

Indi küçələrdə parça-parçasan. Adam ol, xatirə olma

Mən səni maşına götürə bilim. Ayaqlarım tez-tez əyləci basır, bütün günü maşında ayaqlarım rəqs eləyir. Deyirlər çox kökəlmişəm Bax gör səni Necə unutmuşam.

Page 215: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

215

Müharibənin sonu Yoldaş komandir, sinəndəki ordenlər nəyə görədir deynən, Vətən qorumağa görədirsə, gərək min adam ölmüş olsun. Gərək min uşaq ağlamış olsun, ordenlərinin cingiltisi tək. Məncə ordenlər qabaq uşaq oyuncaqları olub, Sonra böyüklərin tərəfinə keçib Qulaq as, Yoldaş komandir, sinəndə uşaq səslərini eşidirsənmi? Fikir ver sinəndəki medallar bir-birlərini itələyirlər, Nəyə görəsə birgə yaşamaq istəmirlər sinəndə Bunun səbəbi var, yoldaş komandir, Apar, apar o ordenləri nəvələrin qopardanda bilərsən. Bayraq haqqı, mən prezident olsaydım, bütün genaralları işdən azad edərdim Əslində müharibə general dilində danışır O vaxt ki, insanlar laldı O vaxt ki, insanlar əkinçi və müəllimdi Generallara deyərdim, atın rütbələrinizi uşaqlar oynasın Atın silahları ağac götürün, Sonra ağacları atın, daş götürün, Sonra torpaq, Sonra yarpaq, Sonra alma götürün bir-birinizi atın... Gördünüz atmağa bir şey yoxdur, ordenlərinizi çıxardıb əllərinizdə silkələyin Qarşıdakı uşaqlar oyuncaq səslərini eşidən kimi yüyürəcəklər. Onda paltarlarınızı soyunun

Page 216: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

216

Biz geyən paltarlardan geyinin Ordenlərinizi uşaqlara paylayın.... Cavab Müstəntiqlə üz-üz oturmaq vaxtım gəlib çatsaydı Çox yaxşı cavablar verərdim onun suallarına Əgər o yaxşı suallar verə bilsəydi.... Indiki müstəntiqlər yaxşı suallar verə bilmirlər, məncə, Köhhə sualların üzünü köçürüb ötürürlər bir-birlərinə. Əsə-əsə verirlər o sualları da Çünki o suallar özlərinin deyil deyə, çaşırlar. Ömründə bir dəfə mənim cavabıma layiqli sual verən müstəntiqi Hüquq elminin banisi elan edərdim, dostlar. Əslində hüquq institutlarında məni kimi cavab verə bilən adamlar işləmələdir... Yoxsa 37-ci ildən bəri sual üzü köçürənlər yox. Tək balamın canı üçün, mən qəddar dustaq deyiləm Heç vaxt incitməzdim sevimli müstəntiqimi Onu çox istəyərdim Hec həyacanlanıb eləmə, qadan alım, deyərdim Cavabları arxayın al, başına dönüm, deyərdim Arada siqaret çək, qurbanın olum, deyərdim Rahat otur,

Page 217: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

217

Özgə deyilsən ki, Sən mənim cavablarımın ən gözəl dustağısan... Deyərdim... Hüquq institutlarının Mənim cavablarıma layiq bir dənə sualı olsaydı, Biz çox rahat yaşayardıq, ölkədə.

Page 218: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

218

Qarabağ şikəstəsi Şair dostum Elçin İsgəndərzadəyə Bakı şəhərində Yazıçılar Birliyində Vətənimin yanında Vətənimin önündə Ayə, ölürəm mən. Özü də yaman ölürəm Sevgili canan ölürəm. Əzizinəm restoran Şuşa Qayası smentle qayrılan Şuşa Smentin köhnəymiş nəymiş, Daşından bir parça qırılan Şuşa Adın yazılan yerə Şuşa deməzlər, Havan olan yerə Şuşa deyərlər. Ayə, ölürəm mən, Dağda duman ölürəm Qardaş, yaman ölürəm Səni yeyib içmək yeri bildik, Şuşa, ay Şuşa Kabab yedik, sümükləri çəməninə tulladıq. Çiçəklərin başını yardıq, qan-qan Qışı gəlib Bakıda qaldıq, can, can Yayda səni tapladadıq, dan, dan Ayə ölürəm mən Bağda bağban ölürəm Qardaş, yaman ölürəm.

Page 219: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

219

Əzizinəm məktəb Şuşa, aptek Şuşa, salon Şuşa Kitab ,Şuşa, şeir Şuşa roman Şuşa Ayə,mənim Şuşamı hər şeyə bənzətməyin Mənim Şuşamı bu qədər kiçiltməyin, ayə. Qoyun Şuşam qalsın Şuşalığında Qoyun Şuşam qalsın şüşəliyində Ayə, ölürəm mən Sənə qurban ölürəm, Dəli ceyran ölürəm. Əzizinəm tar çalan pulu gözlər Pul pulu gətirər, pul pulu gözlər Gözlərin şahı diz çökdürərdi, Gözlərin bu axşam borc pulu gözlər. Ayə ölürəm Sonam ölürəm Anam ölürəm Sənə qurban ölürəm. Heç demirsiniz, niyə ölürəm? Tüfəngim pas atıb ona gorə ölürəm. Buna görə ölürəm, Ona görə ölürəm, Sənə görə ölürəm, Cəhənnəmə ölürəm, Qara yola ölürəm, Kimin nə vecinə ölürəm.

Page 220: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

220

Çahargah Bu küçədən asta geçib getdim aman, aman ay aman Adamları dəymədi gözümə yar, yar, yar aman. Qapılar döyür dizinə laylay, bala, laylay Əsgər gedib tabut gəlib ey dad, ey dadi bedad, Bir qız könülsüz ərə gedib ay dadey, Aman, dadey, ay dadey! Bu səhər bu küçədən bir işıq apardılar Bir uşaq ay aman. Apardılar eyy Apardılar uyy Apardılar heyy, Hey, hey, hey, hey, hey, Apardılar oy aman Yaralı balam, ay balam ,bəlalı balam, ay balam. Uyyy, eyyy, ay canım, eyyy, ay canım eey, canım, canım Yarpaqlar uşaq kimi düşdülər dalımca elə bildilər mən “o”yam. Elə bildilər mən Qəşəməm eyyy, Amma bilmədilər Qəşəm deyiləm. Valah Qəşəm deyiləm, Elə-belə gəlib keçirəm buralardan, Yadam, gəlməyəm, Ey dad, ey dadibedad, ay zalım, ay bidad. Kürəyimə dəyən daşlar Məni yolumdan saxlamayın. Ey daş, daş eey, ay daş, daş eyy Qar, qar, qar Qardaş, qardaş eeyy... Qabağıma çıxan qızlar,

Page 221: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

221

Məni buralara bağlamayın. Bax, bax eyy, sən mənə bir yaxşı bax eyy Gör mən heç Qəşəmə oxşayırammı? Ay zalım, qadanı mən alım, Sən allah, məni tanıma, Qoyma buralarda qalım. Daley, daley, daley, ay daley Yar daley, yar aman, Aman, aman, ay aman.

Page 222: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

222

Xalq mahnısı can, can Ən gözəl qadını seçdiyi kişidən tanı, başına dönüm Hər alçaq kişidə bir gözəl qadın ölür. Ay gülüm eyy, can gülüm eey Əlində fincan, Can, can. Bu qızın qabaqdan qızıldı dişi Dişinin üstündən baxır gülüşü Daha bundan sonra ölməkdi işim, Ay gülüm ey, can gülüm ey, Əlində xurma Önümdə durma Camaat baxır Ayıbdı mana. Məni acıqlandırmayın çıxıb gedərəm İstanbula Bakıda bir oda qəhətdi mənə. Sevgi Allah əmridi başına dönüm, Bakıda bu sevgim qələtdi mənə. Bütün sevdiklərim getdilər ərə Dükançıya, su satana Əlli ildi söyürəm Həm alana, satana. Ay gülüm ey, can gülüm ey Mən sarı gəlmə Dərdimi bilmə, Yeri, yeri sinən üstə yeriyən kişiyə Qoyma ayaqları ağrısın. Demə ki, qarğışım tutmadı səni Tutdu ki, dövlətə, mala aldandın.

Page 223: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

223

Allahımın dərgahına yetişdim, Söylə görüm, sən harada yubandın? Səni belə-belə olmuş yar, Özgəyə alışmış yar, Başı qarışmış yar, Kəsəsindən başı yox yar Başın hanı? Başını tap gəl. Mənə dedilər ki, yarın atıbdı səni Getdim görüm məni kimə dəyişib? Ay gülüm eyy Gedib nə görsəm yaxşıdı Nə, nə, nə, nə, nə, nə? Deməli də deyil deyəm Məni, məni, məni, məni yar Sevgisi çolağa, şilə dəyişib, Həm də beş-on manat pula dəyişib. Səni aşıq Ələsgər ağlasın a yar Yar, yar, yar, yar, a yar Çınqıdı, çınqıdı, çınqıdı Görüm sənin saçın yar Ağarmasın, Tökülməsin, çürüsün... Ölməli yar Sirrini açıb hamıya deməli yar, Peşman olub qayıtsa Yolun ortasında qoyub getməli yar, Acığa düşüb başqasını sevməli yar. A gülüm can-can Nə çıxar soruşmaqdan Daha çıxıb gedib buralardan Qəşəmin.

Page 224: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

224

Çay təsnifi Sular gedər heca- heca, ləpə-ləpə,dəvə-dəvə, Sinə-sinə, yata-yata, qalxa-qalxa Ağır-ağır, qorxa-qorxa Gülüşə-gülüşə, Qucaqlaşa-qucaqlaşa Çiçəkləyə-çiçəkləyə ləngərlənə-ləngərlənə Yanlarını basa-basa O sahili, Bu sahili Pusa-pusa... Daşa dəyib çiliklənər əəəəə-lər Daşa dəyib diyirlənər şşşş-lar Aş Əş Laş, Ləş Mış Miş Muş Müş Şəkilçilər Şa, şa şəlalələr Aş, aş aşırımlar Uç, uç uçurumlar Qal, qal qaldırımlar En-en endirimlər Sıl,sıl sıldırımlar Daş dibləri mır, mır Sahilləri qur, qur

Page 225: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

225

Daşın altı lıq-lik Luk Lük Balıq Xalıq Daş arası fış-fış Daşın yanı xış-xış Daşın başı şa, şa Daşın beli şı şı Ləpələr quş-quş Ləpələr duş, duş Ləpələr düş, düş Yağışlar diş-diş Sular dişlənər diş-diş Sular əyilər qıj-qıj Sular yıxılar daş-daş Ə hərfidi üzə qalxan ləpələr Quzu mələr “əəə”-yə Ləpə baxar “məəə”-yə “Mə” birləşər “əəə” -ilə “Ə” öpüşər “məə” ilə.

Page 226: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

226

Payız təsnifi Sızım-sızım Bozum- bozum bozdaram Payız, gör səni necə şad eylərəm. Elə tərif söylərəm Yolunu şümşad eylərəm. -Ay qız, Ay doğanda gözlərəm səni Ağacın altda dur sözlərəm səni -Ağacın altında durmuşam oğlan Əgər aşiqsənsə başıma dolan. -Aşiqlərdən başına dolanmağa yer yoxdu, özzüm ölüm Sənə dedim axı, tək gəl aşiqləri gətirmə -Çiçək gəlirsə başında arı necə gəlməsin, ay oğlan, oğlan -Ay qız ,doğulanda aşiqlərə niyə xəbər verdin ay filan, filan. -Mən xəbər vermədim ki, Aşiqlərlə anamızın qarnında vədələşmişdik, ay törə oğlan Kəkilli oğlan, Kilkəli oğlan, Tez ol başıma dolan. Ayə indi mən neyniyim Bıçaq alım bu payızı teyliyim. Payız, saman çuvalı Qarnını yırtaram sənin Yarpağını tökərəm çölə. Fəsillər içində gör səni necə ad eylərəm Yarpağını yerdən götürüb bir qıza bağışlaram Könlünü şad eylərəm.

Page 227: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

227

Payız dedi: məni bir gözəl qız süpürür Əllərində süpürgə Oy payız, Lalsan, Korsan Şilsən Nəsən? Süpürkəçi ilə fərqimi hələ bilmirsən Yarpağını əldə çiçək eylərəm Urvata mindirib göyçək eylərəm Süpürgə ağzına vermərəm səni Belə, belə, lap belə, belə... Yarpaq mənim başıma. Payız, ay köhnə kilim İpləri didim, didim Naxışı dilim-dilim Hər düyünü ölüm itim Sökərəm didərəm səni, Tüklərini hər yana tökərəm sənin Sarı kilimin xatirəsi, ay payız, payız... Dünyanın sarı sarmaşığı Nənəmin su altında qaşığı Gədəbəyin dağlarına çıxan Səlyan aşığı-payız Yağış yağar yarpaqları şamlar kimi söndürər Söndürsə də hər yarpaqda Bir xatirə dindirər Tıp-tıp

Page 228: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

228

Tıq-tık Pəncərə şüşəsinin qırağı iə küləyin vızılızı Payiz... Teleqraf tellerinə minən küləyin dızıltısı Payız... Zamanin iti bıçaqla təbiətin üzünə çəkdiyi cızığı Payız... Ağrıdan oynayan ürəyimin dızzağı payız. Küləyi, bağdan qırılmış it kimi dalanlarda, azdığı payız. Arıların duzağı payız. Təbiətin mazağı payız, Nə var, nə yox. Nətərsən, necəsən? Payızzzz,zzzzz Payız sssss Arılar getdilər çiçəklərin görüşünə Hər birinin ayağında “z” səsi.

Page 229: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Barış

229

İlyas Tapdıq təsnifi Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq Ayaqlarına bax, Birin götürür, birin qoyur Elə bil ki, sözlərinə Vergül qoyur Nöqtə qoyur. Baxın: iri həriflə yazılmış “gözləmək” sözüdü ayaqlar -tap -dıq -yaz -dıq -çat -dıq. Bir ayağını götürəndə “yox” Bir ayağını qoyanda “hə”. Əlinə bax iri ağızlı kəlbətin kimi Demək istəmədiyi sözün ağzını yumur. Mənimsə meylim deyilməyən sözədir. Üstündən xətt çəkilmiş sözləri mən yaxşı oxuyuram Zaman üstündən xətt çəkilmiş çümlələrdə gizlənir. Fikir verin, danışanda bir çiyni əyilir Əyilir ki, xatirəni qaldırsın. Bir çiyni də yuxarı qalxır Qalxır ki: Lazım deyil, qoy qalsın. Bir gözünü yumur... Odeyy, getdi xatirənin dalınca. Bir gözünü açır

Page 230: Kitaba toplanan irlərdən doğan əsas nəticə budur: şe Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl ol

Qəşəm Nəcəfzadə

230

Demək xatirə yoxdu artıq Cəmiyyət var salonda. O günü “Sahil” bağında yarpaqlarla bir gedirdi İlyas Tapdıq Əllinci illərin əvvəlliydi İlyas Tapdıq, Gədəbəyin gülləriydi İlyas Tapdıq, Əli Kərimin əlləriydi İlyas Tapdıq, Uşaqların dilləriydi İlyas Tapdıq, Buna bax eeee... Özü də deyirlər şair oxunmur.