55

Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri
Page 2: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Kitabın içindəkilər

Ailə market.................4 Torpaq sürüşməsi............42

Balaca aslan...............6 Atletika yarışı...................44

Leyla və Natəvan.......8 Ad günü...........................46

Analar günü.............10 Bala qaranquş.................48

Oyuncaqlar..............12 Fermada tətil...................50

Sürüşmək növbəsi....14 Zəlzələdən qorunmaq......52

Sarı saçlar................16 İşə getmək istəyi................54

Səyyah.....................18 Lənkəran............................56

Ən gözəl bağ..........20 Həyacanlı Nuru..................58

Yasəmənin evciyi...22 Aylin niyə öskürür..............60

Fəsillər..................................62

Parçalar................24 Əjdərin lupası.....................64

Dovşanın ailəsi.....26 Aygülün boyu.....................66

Həndəsə planeti.....28 Uçmaq həvəsi.....................68

Qırıq güldan..........30 Tez ol,tamamla..................70

Badi ördək.............32 Qağayılar..........................72

Gözəl dilimiz........34 Babamın nağılları.............74

Çörək dükanı........36 Əlüstü yeməklər................76

İstixana bitkiləri.....38 Kəmalənin marağı..............78

Dolmabağça muzeyi....40

“Qələm Nəşrlər Evi” Azərbaycanda nəşriyyat kimi fəaliyyətə göstərir. Yarandığı ilk

gündən zəngin, yüksək poliqrafik keyfiyyətli nəşrləri ilə öz balaca oxucularının görüşünə

Gəlməyi hədəfə almışdır.

“Bağçadan Məktəbə”,”Mən Düzgün Yazıram”, “Mən Düzgün Hesablayıram,” “Əyləncəli

Riyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri əsasında

hazırlanmışdır.

İlk dəfə olaraq Azərbaycanda “Danışan Sehrli Əlifba”interaktiv elektron vəsait “Qələm

Nəşrlər Evi” tərəfindənbalaca dostlarımıza hədiyyə edilmişdir.

Page 3: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

“Qələm Nəşrlər Evi” Türkiyənin “Timaş,” “Damla Yayln Evi” kimi zəngin tarixə malik

Nəşriyyaatları ilə əməkdaşlıq edir və bu sahədə olan yenilikləri daima balaca dostlarımıza

Çatdırır.

Ümid edirik ki, bu nəşrimiz də öz gözəlliyi ilə digər nəşrlərimizə rəng qatacaqlar.

Qələm Nəşrlər Evi

Hafiz Çingizoğlu

Damla Yayın Evi 1974-den beri Türkiyədə çocuklara yönelik kitaplar yayınlamaktayız.

Her bir kitabımızı çok ciddi tetkiklerden geçirererek, uzman yazar,rəssam və editörlerin

Çalışmaları sonucunda çocuklarımıza en faydalı olacak şekilde hazırlamaktayız. “Şeker

Hikayeler” kitabımız da yeni bir öğretme metodu le içerikleri dolu olarak hazırlandı ve

Türkiyede yayınladı. Kısa sürede tekrar baskılar yapan kitabımız çok beğenildi ve

öğretmenlerden ve ebeveynlerden övgüler aldi. Şimdi bu değerli çalışma Qelem Yayın

Evi sayəsində Azerbaycanlı kardeşlerimize de ulaşiyor.

Faydalı olacağına ümid ediyor, tum çocklara diliyoruz.

Damla Yayın Evi

Mustafa Doğru

Ailə market

Gülay ailənin ən balacası idi. Onun ailəsinin “Ailə market” adlı bir dükanı var idi.

Orada hər şey satılırdı. Dükanda işləyənlər onların ailə üzvləri idilər. Gülay

həftənin bazar günlərini çox sevirdi.Çünki həmin gün atası onu özü ilə aparırdı.

Bu bazar yenə də atası Gülayı özü ilə dükana apardı.Dükanın qapısını açıb içəri

girdilər. Bir az keçmişdi ki, dükanda işləyən bacı və qardaşları da gəldilər. Bacısı

Adilə kassaya nəzarət edirdi. Gülay çiyələk yeşiyini qaldırmaq istədi, amma ağır

Olduğunu görüb, onu atasına tərəf itələdi.Sonra qardaşı Muradın yanına getdi.

Murad süd qutularını vitrinə düzürdü. Gülay qutuları yerləşdirməkdə qardaşına

kömək etdi. Qolları yorulanda isə qaçıb bacısı Mələyin yanına getdi.O rəfdəki

qarışıq malları qaydaya salırdı. Gülay astaca Mələyə yaxınlaşdı.Mələyin başı işə

elə qarışmışdı ki, Gülayın gəlişindən xəbəri olmadı. Ona görə də qəflətən diksinib

Page 4: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

qışqırdı.-Ayyy! Gülay qarnını tutarq qəhqəhə çəkib güldü.Özünə gələn kimi Mələk

də gülməyə başladı .Onlar birlikdə rəfləri qaydaya saldılar. Müştərilər gələnə qədər

dükan təmizləndi və bütün mallardan vitrinə düzüldü. Sonra Gülay kassada

bacısının yanında dayandı. Aldıqları malları çantaya yerləşdirməkdə müştərilərə

kömək etdi. Hətta gücü çatan çantaları müştərilərin maşınına daşıdı. Gülay həm

işləyir, həm də əylənirdi. Yorğunluqdan şikayət etmirdi. Axşam dükan

bağlanandan sonra o, atası ilə evə qayıtdı. Çox yorulmuşdu. Yeməyini yeyib yerinə

uzandı və tezliklə yuxuya getdi.

1.Oxudum.Ailənin kllektiv işlərində ailə üzvlərinə kömək etmək lazımdır.

2.Anladım. Ailə üzvlərimlə mehriban olmalıyam . kiçik olduğumu bəhanə

Gətirib bir bəhanə gətirib bir kənarda oturmalıyam. Bacardığım qədər ev işlərində

Ata-anama və bacı-qardaşlarıma kömək etməliyəm.

3.Qiymətləndirdim.”Gülayın babası bostanda meyvə ağacları əkir” cümləsindəki

vəziyyətə uyğun olaraq Gülay hansı hərəkəti etməlidir?

a.Oturub televizora baxmalıdır.

b.Kənardan babasını seyr etməlidir.

c.Vedrəsini əlinə alıb ağacları sulamaqda babasına kömək etməlidir.

Sizin də öz dükanınız olsaydı. Nə edərdiniz?

a.Gedib hər gün oradan pulsuz şokalad və saqqız götürərdim.

b.Tətil günlərində dükana gedib atama kömək edərdim.

c.Məktəbdə, sinif yoldaşlarımın yanında dükanımız olduğu üçün lovğalanardım.

Bazar günlərində nə işlə məşğul olursunuz.

Balaca Aslan

Meşənin dərinliklərində bir aslan ailəsi yaşayırdı. Ailədə körpə bir aslan da vardı

Balaca aslan nərildəməyi şox sevirdi. Başqa heyvanlar isə onun nəriltisindən çox

Qorxurdular. Bir gün o, anasından heyvanların nə üçün ondan uzaq dolaşdıqlarının

Səbəbini soruşdu.

Page 5: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Anası dedi.

-Sən onların yanına gedəndə nərildəmə. Heyvanlar qorxur. Ertəsi gün balaca aslan

meşəni səssiz-səmirsiz gızib dolaşdı. Başqa heyvanların bir-birindən maraqlı

oyunlar oynadıqlarını gördü. Əvvəlcə sincabların yanına gəldi. Sincablar bir-birinə

fındıq ataraq oynayırdılar. Onlar aslan balasının gəldiyini görüb qaçmağa

başladılar. Balaca aslan oradan dovşanların yanına gəldi. Dovşanlar gizlənpaç

oynayırdılar. Onlar aslan balasını görən kimi dağılışdılar. Balaca aslan oynamağa

bir dost tapa bilmədiyi üçün çox kədərləndi. Bidən meşənin müdrik heyvanlarından

olan ayının oradan keçdiyini gördü. Ayı ondan nə üçün qəmgin olduğunu soruşdu.

Balaca aslan başına gələnləri danışdı. Müdrik ayı ona məsləhət gördü ki, dost

tapmaq üçün əvvəlcə özünü tanıtsın, sonra isə heyvanların etibarını qazansın.

Balaca aslan tez yuvasına qayıtdı. Yuvadan mağarasını götürüb meşədə oynayan

heyvanlatın yanına getdi .bütün heyvanlar yenə də onu görüb qaçdılar. Aslan balası

nağara çalaraq ,mahnı oxuyub rəqs etdi.

Mən bir körpə aslanam,

Dostum olsa, oynaram.

Amma yoxdur bir dostum

Gəlib mənlə oynasın.

Heybanlar balaca aslanın mahnısını çox bəyəndilər. Yaxına gəlib aslan balasına

qoşularaq rəqs etdilər.O gündən sonra balaca aslan nərildəyib heyvanları

qorxutmadı və onlarla əyləncəli oyunlar oynadı.

1.Oxudum.Ətrafdakıları narahat edəcək hərəkətlərdən uzaq olmaq.

2.Anladım. Güclü olmaq başqalarından üstün olmaq deyil.

Ətrafımızdakılarla xoş rəftar etməliyik. Yoldaşlarımızla oynayarkən onları

incidəcək hərəkətlər etməməli, xətirlərinə dəyəcək söz söyləməməliyik.

3.Qiymətləndirdim.Həyətdə heç kəs mənimlə oynamırsa ,nə etməliyəm?

a.Onlara güclü olduğumu sübut etməliyəm.

b.Mən də gedib bütün günü kompyuter oyunları oynamalıyam.

c.Səbəblərini araşdırmalıyam, lazım gələrsə .böyüklərlə məsləhətləşməiyəm.

Page 6: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

d.Mənimlə oynamadıqları üçün onlardan küsməliyəm.

Hekayədəki ayı ilə balaca aslanın söhbətindən hansı nəticəni çıxarmalıyıq?

a.Özumuzdən böyüklərə oturub-durmalıyıq.

b.Yaşca bizdən böyük olanlar heç nə bilmirlər.

c.Böyüklərin məsləhətinə əməl etməliyik.

d.”Mən hamıdan çox bilirəm”,-deyib lovğa gəzməliyik.

Leyla və Natəvan

Natəvan və leyla bir həyətdə yaşayan çox yaxın rəfiqədirlər.onlar havalar yaxşı

olan kimi ,həyətə düşüb bağçada oynayırlar.Günlərin bir günü rəfiqələr bağçada

evcik-evcik oynayırdılar. Leylanın anası ona yeni bir oyuncaq almışdı. Bu oyuncaq

pilətə və sobadan ibarət bbalaca bir mətbəx əşyası idi.Düymələrinrbasanda sanki

içində qaz yanır və yemək bişəndə çıxan səslər kimi səs çıxırdı. Onlar növbə ilə

“ana” olur və pilətədə yemək bişirirdilər. Nahar vaxtı çatanda rəfiqələr

Oyuncağı bağçada qoyub evə getdilər.Qızlar geri qayıdanda oyuncağın bir hissəsi

olan qazanı yerində tapmadılar. Leyla ağlamağa başladı.Anası onun səsini eşidib

bağçaya gəldi. Natəvan oyuncağın itdiyini dedi. O, rəfiqəsinin narahatlığını görüb

bağçada oyuncağı axtarırdı. Bunu görən Leyla da ona qoşuldu. Anası da oyuncağı

axtarmaqda onlara kömək edirdi. Güllərin ,kolların arasını .bir sözlə,hər yeri

axtardılar, amma oyuncağı tapa bilmədilər. Artəq axşam düşürdü.onlar bağçadakı

oyuncaqları topladılar. Rəfiqələr çox qəmgin idilər.evə qayıdarkən Natəvanın gözü

pişiklərə sataşdı. Onlar nə isə oynadırdılar.Natəvan sakitcə pişiklərə yaxınlaşdı.

Onların oynatdıqları əşya Leylanın oyuncaq qazanı idi. Pişiklər onu top kim

oynadırdılar. Natəvan sevinclə Leylanı və anasını çağırdı.Leyla oyuncaq qazanını

Görüb çox sevindi.Balaca pişiklər qazanla oynayarkən çox şən və gülməli

görünürdülər.

Leyla oyuncaq qazanını pişiklərə verdi. O, bir daha əşyalarını sahibsiz qoyub

getməyəcəyinə də söz verdi.

1.Oxudum. Hər kəs özünə aid olan əşyalardan səliqəli istifadə etməli, işini

qurtarandan sonra da onları yerinə qoymalıdır.

2.Anladım. Oyuncaqlar valideynlərin zəhməti nəticəsində alınır.

Page 7: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Əşyalarımızın qədrini bilməliyik. Yoldaşımızın başına pis hadisə gələndə onun

dərdinə şərik olmalı, üzünün gülməsi üçün əlimizdən gələni etməliyik.

3.Nə üçün Leylanın başına belə bir iş gəldi?

Bəs biz oyuncaqlarımızla necə rəftar etməliyik?

a.Onu yoldaşlarımıza verməliyik.

b.Oynayıb qurtarandan sona oyuncaqlarımızı yerinə qoymalıyıq.

c.Anamız arxamızca gəzib yerə tökdüyümüz oyuncaqları yığışdırmalıdır.

Dostumuz və ya rəfiqələrimiz çox sevdiyi bir əşyanın itirib.

Onun bu vəziyyətində.

Nöqtələrin yerinə aşağıdakılardan münasib olanı yazın:

a.əl çalıb gülməliyik.

b.itən əşyanın tapmağa çalışmalı və yoldaşımıza təsəlli verməliyik.

c.öz oyunumuza davam etməliyik.

Analar günü

Bazar günü Analar günü olacaqdı. Müəllimə uşqlara dedi ki,həmin gün analar ən

çox övladlarının onları öpməsinə və uşaqlarının öz əlləri ilə hazərladıqları

hədiyyələrə sevinirlər.Məryəm anasının gülləri çox sevdiyini xatırladı.Çiçək rəsmi

çəkməyi düşündü.Sonra fikrini dəyişib çiçək fiquru hazırlamaq istədi.Qərar

verməkdə çətinlik çəkirdi. Müəllimə soruşdu.

-Məryəm ,nə hazırlayacaqsan?

Məryəm:”Anam çiçəkləri çox sevir. Düşünürəm ki, çiçək hazərlayım. Amma necə

alınacaq bilmirəm,”-deyə cavab verdi.

Müəllimə Məryəmə rəngli kağızlar ,karton,muncuq,qayçı.yapışqan verdi və

dedi:”Bunlardan istifadəedib anan üçün güldan,içində də bir gül düzəldə bilərsən.”

Məryəm kartondan güldan düzəltdi və üstünü muncuqlarla bəzəsi.

Dərs sona çatdı.

Məryəm evə çatan kimi öz otağına keçdi. Rəngli kağızların üstündə çəkdiyi çiçək

Page 8: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Rəsmlərini kəsdi və çubuqlara yapışdırdı. Yaşıl kağızları yarpaq şəklində kəsdi və

onları çubuqlara bərkitdi.Ertəsi günü hazırladığı çiçəkləri məktəbə apardı. Onları

kartondan dqzəltdiyi güldanın içərisinə qoydu. Müəlliməsindən xahiş etdi ki,

çiçəklərin üstünə “Anacan, səni çox sevirəm” sözlərini yazsın. O,anası üçün gözəl

bir hədiyyə hazırlaya bildiyi üçün çox sevindi. Bazar günü səhər tezdən

hədiyyəsini yemək masasının üstünə qoydu. Anası hədiyyəni görəndə sevinsindən

gözləri yaşardı. Məryəm anasından nə üçün ağladığını soruşanda anası:”Qızım, bu

yaşlar sevinc yaşlarıdır, bəzən insanlar sevincdən də ağlayırlar”,-deyib

qızınıbağrına basdı. Məryəm də anasını öpdü və onu təbrik etdi.

1.Oxudum. Anaların qədrini bilmək, hər fürsətdə onları sevindirmək lazımdır.

2.Anladım. Bizi dünyaya gətirən, körpəykən üstümüzdə tir-tir əsən, gecələri

yuxusuz qalan anamız dünyanın ən əziz varlığıdır.

Gördüyümüz bütün işlərlə onu sevindirməyə çalışmalıyıq.

Qoy analarımız həmişə bizimlə fəxr etsinlər.

3.Qiymətləndirdim. Nə üçün anası Məryəmin hədiyyəsinə çox sevindi?

a.Məryəm bu hərəkəti ilə anasına olan sevgisini büruzə vermişdi.

b.Anasınin həmin vazaya güldana vardı.

c.Güldan onun istədiyi rəngdə idi. Sonuncu dəfə ananızı nə zaman sevindirmisiniz

və bu, necə olub.

Oyuncaqlar

Gülnarə müəllimə şagirdlərə filmə baxacaqlarını söylədi. Uşaqlar cizgi filminə

Baxacaqlarını düşünüb çox sevindilər.Amma ekanda canlı uşaqları göstərirdilər.

Onların əyinlərindəki paltarlar tamam köhnəlmiş,cırıq-cırıq olmuşdu.Uşaqlar

Samandan hazırladıqları oyuncaqlarla ,daşlarla,toz –torpaqla oynayırdılar. Dəniz

dözməyib soruşdu:

-Müəllimə,oradakı uşaqlar kimdir?

Müəllimə bütün suallara film qurtarandan sonra cavab verəcəyini bildirdi. Uşaqlar

sakitcə filmi izləməyə davam etdilər. Filmdəki uşaqların evləri uçmuş ,oyuncaqları

Page 9: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Isə tamam köhnəlmişdi. Film sona çatdı.Müəllimə onlara:Bütün uşaqlar təminatlı

olmur,hətta bəzilərinin geyinməyə paltarı,oynatmağa oyuncağı belə ,yoxdur,”-

söylədi.

Sonra Gülnarə müəllimə şagirdlərə bir sual verdi:

-Sizcə bu balaca dostlarımıza biz necə kömək edə bilərik?

Bahadır əlini qaldırdı.

-Öz paltarımızdan və oyuncaqlarımızdan onlara göndərə bilərik.

O biri şagirdlər də Bahadırın fikri ilə razılaşdılar,oyuncaq və paltar toplamağa

qərar verdilər.Öz aralarında vəzifə bölgüsü də etdilər.Bahadır və bir neçə dostu

oyuncaq, Elnarə və rəfiqələrı isə paltar toplayacaqdılar. Uşaqlar film haqqında

valideynlərinə də danışdılar. Onları da işə cəlb etdilər.valideynləri ilə bərabər

topladıqları paltar və oyuncaqları məktəbə gətirdilər. Bütün əşyaları səliqə ilə

qutulara yığdılar. Gülnarə müəllimə toplanmış yardımı Qızıl Aypara

Cəmiyyətindən gəlmiş nümayəndələrə çatdırdı. Onlar bu yardıma görə uşaqlara

təşəkkür etdilər. Şagirdlər Gülnarə müəllimənin bu fikrini həyatları boyunca

unutmayacaqlar. “Bəzən birinin gözündə köhnə olan bir şey başqasının gözündə

təzə olur”.

1.Oxudum. Dünyada ehtiyac işində yaşayan uşaqlara bacardığımız qədər kömək

etməliyik.

2.Anladım.allahın bizə bəxş etdiyi sağlamlığa görə şükür etməli,oynatrığımız

oyuncaqların ,geyindiyimiz paltarların qədrini bilməliyik.Yoxsulluq işində əziyyət

şəkən həmyaşıdlarımıza yardım əlimizi uzatmalıyıq.

3.Qiymətləndirdim. Ramizin iki gödəkçəsi var.Onlardan biri artıq əyninə olmur.

Ramiz əyninə olmayan gödəkçəni nə etməlidir?

a.Zibil qabına atmalıdır.

b.Onu kasıb qonşusu Familə verməlidir.

c.Novruz bayramında tonqala atmalıdır.

Aşağıdakı şəkil,sizcə, nəyi ifadə edir.

Page 10: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Sürüşmək növbəsi

Balaca Rəşid çox ağıllı uşaq idi.O parkdakı sürüşkəndə sürüşməyi çox sevirdi.

Burada oynamağın qaydalarını da yaxşı bilirdi.Nərdivana yaxınlaşır, növbə tutur,

növbəsi çatanda isə pillələrlə yuxarı qalxırdı. Özündən əvvəl və sonra dayananlara

Maneçilik törətmirdi. Bir gün yenə Rəşid anası ilə evlərinin yaxınlığından parka

getdi. Çatan kimi tez sürüşkənin yanına qaçdı.Özünə növbə tutdu.

Əli adında başqa bir uşaq da özünü ora çatdırdı. O,Rəşidi itələyib qabağına keçdi.

Sürətlə pillələri qalxdı və aşağı sürüşdü. Sonra yenə də qayıdıb Rəşidin arxasında

dayandı. Yenə də onu itələyib qabağa keçmək istəyəndə Fateh xəbərdarlıq etdi.

-Dayan !Hörmətsizlik eləmə.Öz növbəni gözlə !

O biri uşaqlar da Fatehin tərəfini saxladılar. Hər kəs Əliyə növbə gözləməli

olduğunu xatırlatdı. O, bunu eşidəndə çox utandı,növbədəki uşaqlardan üzr istədi.

Uşaqlar daha sonra Fatehin başçılığı ilə sürüşkəndə oyun oynadılar. Əvvəlcə onlar

dağa çıxan adamlar kimi yuxarı dırmaşır, sonra isə çayda üzürmüş kimi, aşağı

sürüşürdülər. Parkda gəzərkən özlərini meşədə təsəvvür edir, ətrafdakı oyuncaq

heyvanları meşə heyvanları hesab edirdilər. Fateh başçıları olduğuna görə uşaqlar

onun hərəkətlərini təkrar edirdilər.

Sonra növbə ilə uşaqların hər biri başçı oldu.

Artıq növbəni pozan Əli də oyunun qaydalarını əməl etməyi öyrənmişdi.

Evə getmək vaxtı çatanda uşaqlar bir-birinə təşəkkür edib ,dostcasına ayrıldılar.

1.Oxudum. oyun oynayarkən qaydalara riayət etmək lazımdır.

2.Anladım. Dostlarımızın oyununa qatılmazdan öncə salamlaşmalıyıq.

Oyuna qatılmaq ücün dostlarımızdan icazə istəməli,oyun oynayarkən cığallıq

etməməliyik. Hər kəs öz növbəsini gözləməli, oyunun şərtlərinə əməl etməlidir.

3.Qiymətləndirdim. Əli oyuna qoşulmazdan öncə nə etməlidir?

a.Uşaqları itələyib qabağa keçməlidir.

b.İncik halda bir küncə çəkilib oyunun sona çatmasını gözləməlidir.

Page 11: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

c.salam verib,oyuna qatılmağa icazə istəməli ,öz sırasını gözləməlidir.

d.Qaçıb qardaşını köməyə çağırmalıdır.

Kollektiv halda oynadığımız bir neçə oyun adı yazın.

Oyun zamanı dostlarımızdan biri qaydanı pozarsa , nə etməliyik?

a.Ona yanlış hərəkətini izah etməliyik.

b.Yaxşıca əzışdirməliyik.

c.Bütün uşaqlarla sözü bir yerə qoyaraq ondan küsməliyik.

Sarı saçlar

Ayselin altı yaşı vardı.O, birinci sinifdə oxuyurdu. Məktəbi və məktəbli dostlarını

Çox sevirdi. Ən çox da Nazlı ilə oynamaqdan xoşu gəlirdi.

Nazlının sarı və uzun saçları var idi. Aysel də saçlarının sarı olmasını istəyirdi.

Onun saçları şabalıdı rəngdə və qısa idi. Aysel saçlarıının belə tezliklə

uzanmayacağını başa düşürdü. Amma rəngin dəyişə biləcəyinə inanırdı

Bir gün Aysel məktəbdən evə qayıdanda anasına dedi.

-Mən istəyirəm ki ,.saclarım rəfiqəm Nazlənın saçı kimi sarı olsun.Anası ona hələ

Balaca olduğunu xatırlatdı. Saçlarını boyamağa ehtiyac olmadığını dedi. Amma

Aysel qərarlı idi. Saçlarını sarı rəngə boyayacaqdı.

Anası mətbəxdə yemək hazırlayarkən Aysel hamama keçdi. Anasının saç boyasını

tapdı və boyanı saçlarına çəkməyə başladı.Amma əllərini və üzünü də bulaşdırdı.

Bu zaman boyadan bir damcı gözünə düşdü və gözü bərk acışdı. Ağlaya-ağlaya

Anasının yanına qacdı. Anası ayseli bu halda görəndə donub qaldı.

-Aaa Aysel ,qızım sən neyləmisən?

Anası tez onu hamama aparıb saçını ,əllərini və üzünü tərtəmiz yudu. Sonra da

hamının ,hətta doğma bacı və qardaşların belə ,bir- birindən fərqli olduğunu ona

başa saldı: “Sağlamlıq özü bir xoşbəxtlikdir”,-dedi.

Anası Ayselin saçlarını iki yerə ayırdı. Rəngli bantlarla bağladı. O,ala-bula saçlarla

Çox gözəl göründü. Aysel öz-özünə :”Yaxşı ki, saçlarım bant bağlayacaq qədər

uzundur.Qısa olacaydı,nə edərdim?”-dedi.

Page 12: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

1.Oxudum.Allah insanları bir-birindən fərqli yaradıb.

2.Anladım. Hər bir insanın özünə məxsus görünüşü var. İnsanlar bir-birindən saç

Və gözünün rənginə, bədən quruluşuna görə fərqlənirlər.Biz heç vaxt özümüzdən

Utanmamalıyıq. İlk növbədə çalışmalıyıq ki,daxilən gözəl olaq,yaxşı işlərimizlə

Bir-birimizdın fərqlənək.

3.Qiymətləndirdim.Saçlarımızın rəngi xoşumuza gəlmirsə ,nə etməliyik?

a.Evdə heç kim olmayanda anamızın saç boyası ilə saçlarımızı boyamalıyıq.

b.Sağlam olduğumuza şükür edib,saçımızın rənginə əhəmiyyət verməməliyik.

c.Saçlarımızı kəsməliyik.

d.Dükandan saç alıb taxmalıyıq.

Sizə boyunuza və ya arıq olduğunuza görə lağ etsələr,nə edərdiniz?

a.Küsüb evə qaçardım.

b.Sağlam olduğumagörə şükür edib, deyilənlərə fikir verməzdim.

c.Qardaşımı cağırıb dava edərdim.

d.Onda olan pis cəhətləri söyləyərdim.

Səyyah

Samirənin atası da,anası da arxeoloq idi.Onlar keçmiş də yaşamış insanları, qədim

şəhərləri, köhnə əşyaları araşdıraraq keçmiş haqqında məlumat toplayırdılar.

Samirənin valideynləri ilə birlikdə qazıntı aparmaqdan, məlumat toplamaqdan xoşu

gəlirdi. Onlar araşdırmalar aparmaq üçün müxtəlif ölkələrə və şəhərlərə səyahət

edirdilər.Samirə səyahət zamanı çoxlu dost qazanırdı. Növbəti dəfə o, ata-anası ilə

birlikdə Çinə səyahətə yollandı. Valideynləri Çin səddi haqqında tədqiqat

aparırdılar.

Çinin insanları çox fərqli idilər. Yemək zamanı çəngəl yerinə çubuqlardan

Istifadə edirdilər. Onların yeməkləri də çox fərqli idi. Samirə bir neçə gün düyüdən

başqa heç nə yeyə bilmədi.

O, tezliklə evə qayıtmaq və anasının bişirdiyi yeməklərdən dadmaq istəyirdi.

Page 13: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Amma təəssüf ki,tədqiqat işləri hələ başa çatmamışdı. Bir gun axşam samirə

Mehmanxanaya qayıdarkən valideynlərinin başqa yolla getdiklərini gördü.

Onlar mehmanxanaya getmirdilər.

Samirə təəccüb və maraqla hara getdiklərini soruşdu. Atası ona sürpriz etdiklərini

dedi.

Çox keçmədən Samirənin tanımadığı bir küçəyə çatdılar. Burada azərbaycanlılar

Yaşayırdılar. Onlar bir restoranın qabağında dayandılar. Samirə restoranın sahibi

Və onun qızı Lalə ilə tanış oldu. Lalənin atası çox gözəl aşpaz, anası isə müəlimə

idi. Anası Çində yaşayan həmvətənlərimizə dərs deyirdi. Samirə öz həmyerlilərini

görüb çox sevindi.O,milli yeməklər üçün çox darıxmışdı. Burada doyunca yemək

yedi.Samirədən gəzdiyi ölkələtdən hansını çox sevdiyi barədə soruşanda deyirdi:

“Mən daha çox Vətənim Azərbaycanı sevirəm.”

1.Oxudum. Dünyada müxtəlif mədəniyyətə malik xalqlar və onların bir-birindən

fərqlənənhəyat tərzi var.

2.Anladım.Bu gün dünyada 7 milyard insan yaşayır. Hər kəs bir xalqın

nümayəndəsidir və mənsub olduğu xalqın adət-ənənəsinə davam etdirir.

Bizd də öz xalqımıza məxsus olan mədəni dəyərlərimizi,dilimizi, əqidəmizi,

mətbəximizi qorumalı və layiqincə tmsil etməliyik.

3.Qiymətləndirdim.

Hansı yemək Azərbaycan mətbəxinə aid deyil?

a.Plov b.Dolma c.Suşi d.Dovğa

Milli bayatımızda buraxılmış boşluğu doldurun:

Əzizim,vətən yaxşı.

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə...........yaxşı.

Page 14: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Ən gözəl bağ.

Zəhra anasıyla evə qayıdırdı.Yaşadıqları binanın divarında bir elan gördülər:

“Ən gözəl bağça” yarışı keçiriləcək.

Zəhra dedi: “Anacan ,nə olar , biz də yarışda iştirak edək.”

Anası: “Yaxşı ,qızım! Amma bu yarışa qoşulmazdan əvvəl bağımızaı yaxşıca

təmizləməliyik2,-dedi.

Zəhra anasıyla birlikdə bağçalarında müxtəlif güllər əkdi. Tez böyümələri üçün

dibinə gübrə səpdilər. Ətrafı zibil tillantılarından təmizlədilər.

Müəllimləri ətraf mühitin təmiz olmasının vacibliyini dərs zamanı onlara demişdi:

Zeynəb o gündən bəri zibili həmişə zibil vedrəsinə atır,atmayan dostlarına da

xəbərdarlıq edirdi. Bur gün o, parkda oynayarkın Əhmədin böyük bir şam ağacının

budaqlarını qırmq istədiyini gördü. Yaxınlaşıb ,dostunu bu əməlinə görə tənbeh

etdi:”Havanın təmiz olmasında bu ağacların rolu böyükdür. Ağaclar parkımızı

və küçəmizigözəlləşdirir.Qızmar ,bürkülü havalarda insanlar bu ağacların

kölgəsində günəşdən qorunarlar.” Əhməd bir daha ağacların budaqların ı

qırmamağa söz verdi.Zəhra hər gün səhər tezdən oyanar, gülləri sulayır,

səbrsizliklə yarış olacağı günü gözləyirdi.Bir gün o,tezdən oyandı və gülləri

sulamağa hazırlaşdı. Amma pəncərədən baxanda gördükləri onu dəhşətə gətirdi:

kimsə otları əzmiş,gülləri qopartmışdı. Hönkür –hönkür ağlamağa başladı.

Zəhranın naləsinə qonşular yığışdılar. Onlar bu balac qızın könlünü almaq üçün

bağı etməyə başladılar. Zəhra yeni əkilən gülləri gördükdə çox sevinir ,amma

əzilən güllər üçün hələ də kədərlənirdi. Yarış günü gəlib çatdı . Münsiflər heyəti

məhəllədə olan bütün bağları gəzdi. Zəhra çox həyacan idi. Nəhayət ,zərf açıldı və

qalib elan olundu: Zəhranın bağı birinci yerı tutmuşdu.O,eşitdiklərinə inanmadı.

Sevinci yerə-göyə sığmırdı. Zıhra ona kömək edən qonşuların hər birinə ayrı-

ayrılıqda təşəkkür etdi.

1.Oxudum. Təbiəti qorumaq hər kəsin borcudur.

2.Anladım. Ətrafımızda olan bütün ağacları ,gülləri qorumalıyıq.

Page 15: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Çünki təbiət insanların yaşaması üçün lazım olan zəngin oksigen mənbəyidir. Yaş

ağacları kəsmək, budaqlarını qırmaq,əkin sahələrinə zərər vermək olmaz.

3.Qiymətləndirdim.Ağacların zəhərli karbon qazını udub ,insznlar üçün faydalı

oksigen qazı buraxdığı proses necə adlanır?

a.Karroziya b.Fotosintez c.Erroziya d.Aşınma

Hansı fikir səhvdir?

a.Bıçaqla ağacların gövdəsını qazılayaq adımızı yazmalıyıq.

b.İstifadə etdiyimiz dəftər-kitabların xam maddəsi ağacdır.

c.Bitkilər olmasa ,iinsanlar üçün həyat əhəmiyyətli oksigen qazı da olmazdı.

Hansı ağacdan hazırlanmır?

Yasəmənin evciyi

Bu gün Yasəmənin 7 yaşı tamam olurdu.Valideynləri ad günündə ona evcik

alacaqlarına söz vermişdilər.O, evciyinin olacağına çox sevinirdi.

Yasəmən anasıylabirlikdə ticarət mərkəzinə getdi. Yol boyu anasına evcikə necə

oynayacağını danışdı.Ticarət mərkəzi çox böyük və oyuncaq dükanları ilə doiu idi.

Anası yasəmənə ondan uzaqlaşmamağı tapşırdı. Yasəmən sanki nağıllar aləminə

düşmüşdü. O,vitrindəki oyuncaqlara baxa-baxa anasından ayrıldı. Anasının başı

Bazarlığa qarışdığı üçün Yasəmənin uzaqlaşdığını hiss etmədi. Yasəmənin böyük

oyuncaqların arasında görünməz oldu. O, anasını itirdiyini başa düşəndə çox

qorxdu və ağladı. Anası da həyəcanlanaraq vəziyyəti ticarət mərkəzindəki

polislərə danışdı.Yasəmən isə anasının evə getdiyini fikirləşdi.

Polislər Yasəmənin ağladığını görüb, soruşdular: “Nə üçün ağlayırsan?”. Yasəmən

“Anamı itirmişəm”,-deyə cavab verdi.

Polislərdən biri ondan evlərinin yerini soruşdu.

Yasəmən yaşadıqları ünvanı bilmirdi. Amma evlərinin ətrafında olan mağazaların,

çörək dükanının və məktəbin adını bilirdi.

O,atasının əczaçı işlədiyini və aptekin evə yaxın olduğunu söylədi. Polislər

Yasəmənin söylədiklərinə əsasən apteki tapdılar. Yasəmən atasını görüb çox

Page 16: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

sevindi. Atası da çox sevinərək anasına zəng etdi. Yasəmənin valideynləri

polislərə rəşəkkür etdilər.

Polislər Yasəməni ad günü münasibətilə təbrik edib ,bir daha valideynlərindən

Ayrılmamağı tapşırdılar.

Yasəmən ailəsinə qovuşduğu üçün çox sevinirdi.

O, evlərinin ünvanını və telefonlarının nömrəsini öyrəndi.

1.Oxudum.Gəzintiyə və ya başqa yerlərə getdikdə ata-anamızın və ya böyüklərin

Yanından uzaqlaşmamalıyıq.

2.Anladım. Valideynlərimizlə, özümüzdən böyüklərlə bir yerə getdikdə onların

Sözünü dinləməli,əllərindən tutmalıyıq. Əgər bazar kimi çoxlu adamların olduğu

Yerdə onları itirəriksə,yaxınlıqdakı polislərə bu barədə xəbər verməliyik.

Yaşadığımız ünvanı ,telefon nömrəsini də əzbər bilməliyik ki, mənzilimizi

Asanlıqla tapaq.

3.Qiymətləndirdim. Anamızla bazara getdikdə nə etməliyik?

a.Onun əlindən tutmalı və yanından ayrılmamalıyıq

b.Gördüyümüz hər şeyi istəməli və şıltaqlıq etməliyik.

c.Özümüzü sərbəst aparıb anamıza əhəmiyyət verməməliyik.

Aylaya evini tapmaqda kömək edin!

Parçalar

Qəhrəman hər şeylə maraqlanır,diqqətini çəkən əşyalarıöyrənməyə can atırdı.

Onun atasının böyük parça dükanı var idi. Dükan məktəbin lap yaxınlığında

Yerləşirdi.

Qəhrəman tez-tez atasının dükanına gedir,parçaların növünü və harada istifadə

Olunduğunu öyrənirdi.

Bir gün sinifdə müəllimə uşaqlara aralarının peşəsi haqqında suallar verdi. Növbə

Qəhrəmana çatanda o,atası haqqında geniş məlumat verdi. Dostları onu diqqətlə

Page 17: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Dinlədilər. Sonra müəllimə onlara böyüyəndə hansı peşənin sahibi olacaqları

Haqda yazmalarını tapşırdı.

Qəhrəman böyüyəndə hansı peşəni seçəcəyinə artıq bilirdi. O,dərsdən sonra

Anasıyla birlikdə atasının dükanına getdi. Müəllimənin tapşırığı haqqında atasına

Danışıb ondan kömək istədi.

Atası dükanda olan növbənöv parçalardan kəsib nümunə hazırladı. Onları

yumşaqlığına, möhkəmliyinə, parlaqlığına görə seçib ayırdı. Köynək, kostyum,

xalat, palto, manto tikmək üçün uyğun olan parçaları da ayırıb çeşidlədi. O, artıq

bütün parçaları tanıyırdl.

Qəhrəman hazırladığı parçaları ertəsi gün məktəbə apardı. Bütün dostlarının

diqqəti onun gətirdiyi parçalarda idi. Bu,daha çox qızların xoşuna gəldi.

Qəhrəman parçaların növləri haqqında sinif yoldaşlarına dolğun məlumat verdi.

Dostları bir-bir parçaları gözdən keçirdilər. Şagirdlər də özlərinin seçəcəkləri peşə

Haqqında danışdılar. Dərsin sonunda Qəhrəman gətirdiyi parçaları hədiyyə olaraq

yoldaşları arasında bölüşdürdü. Hər kəs ona təşəkkür etdi.

1.Oxudum. Hələ kiçik yaşlarımızda peşə seçimi etməli, həmin peşə haqqında

biliklərimizi zənginləşdirməliyik.

2.Anladım.Gələcək həyacanımızın daha parlaq olması üçün özümüzə bir peşə

seçməliyik. Buna görədə dərslərimizi yaxşı oxumalı,xəyalını qurduğumuz

gələcəyimiz üçün çalışmalıyıq. Sevdiyimiz peşə bizdən nəyi tələb edirsə,

özümüzü o sahədə inkişaf etdirməliyik.

3.Qiymətləndirdim. Cümlədə buraxılmış boşluqları doldurun!

Mən böyüyəndə.............................olmaq istəyirəm.Çünki

.......................................................................................................

Hansı alətdən dərzilik sənətində istifadə olunmur?

a.qayçı b.metrə c.çəkic d.ütü

Hansı ardıcıllıq doğrudur?

Page 18: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

a.1,2.3

b.2,3,1

c.3,1.2

d.3.2,1

Dovşanın nağılı

Yaşıllıqlarla örtülü bir meşədə böyük bir şam ağacı var idi. Ağacın altındakı

oyuqda xoşbəxt atavəana dovşan yaşayırdı. Bir gün onların 12 balası dünyaya

gəldi. Ata dovşan yaxınlıqdakı tarladan onlar üçün kök ggətirir. Anaları isə

onu xırda-xırda doğrayıb bala dovşanlara yedizdirirdi. Dovşan balaları hərdən

bir-birləri ilə:”Sən çox yedin.mən az yedim”,-deyə mübahisə edirdilər.

Bala dovşanlar yuvalarından çıxıb meşəni gəzmək istəyirdilər. Ata dovşan hər

zaman tapşırırdı ki,yuvadan çox da uzağa getməsinlər,meşədə azarlar.

Bir dəfə bala dovşanlar oynaya-oynaya meşənin dərinliyinə getdilər.Bir də

gördülər ki, yuvadan uzaqlaşıblar,geri qayıtmaq üçün yolu tapa bilməyəcəklər.

Qərara gəldilər ki, kim hansı yolu düşünürsə.o yolla da geri qayıtsın.

On iki bala dovşan on iki fərqli yolla yuvalarını axtarmağa başladılar. Dovşanlar

acmışdılar. Onlar meşədəki otlardan, yabanı meyvələrdən yeyərək qarınlarını

doydururdular.Gombul Şişi acgözlük edib o qədər yedi ki.yeriyə bilmədi. Bir

ağacın altında uzanıb bərk yuxuya getdi.Ana dovşanla ata dovşan balalarını

yuvanın yaxınlığında görmədikdə çox harahat oldular. Birdən dovşanlardan

birinin yuvaya yaxınlaşdığını gördülər. Balaca dovşan o biri qardaşlarının

da başqa yolla gəldiyini dedi. Bala dovşanlar bir-bir yuvaya qayıtdılar. Ana dovşan

balalarını saydı:1,2.3.4.5.6.7,8.9,10,11. Balalardan biri yox idi.

Hava qaralırdı.Ana dovşanla ata dovşançox həyəcan keçirirdilər.Ata dovşan

dostlarıyla bərabər meşəyə balaca Şişinin axtarışına yollandı.Onu ağacın altında

yatan yerdə tapdılar. Hamı çox sevindi.Balaca Şişi bir daha çox yeməyəcəyinə,

O biri balalar da yuvadan uzaqlaşmayacaqlarına söz verdilər.

Page 19: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

1.Oxudum Hər zaman valideynlərin sözünü dinləyib.əməl etməliyik.

2.Anladım.Ailədə qarşılıqlı sevgi və qayğı olmalıdır.

Böyüklərin sözündən çıxmamalı, bir yerə gedərkən valideynlərimizin

Tapşırdıqlarına riayət etməliyik. Unutmamalıyıq ki, onlar çox sevirlər,

Başımıza pis bir hadisə gəlsə, buna hədsiz dərəcədə kədərlənərlər.

Öyrəndim ki,tamahkarlıq başa bədır.

3.Qiymətləndirdim.

Atalar sözünü tamamla!

Artıq tamah......................

a.göz çıxardar b.xeyir gətirər

c.baş yarar, d.yuxu gətirər.

Dovşanın xoşlamadıqlarını işarə edin.

Həndəsə planeti

Yer kürəsindən çox uzaqda,kosmosda Həndəsə adlı bir planet vardı. Burada

Dairə,üçbucaq,kvadrat,düzbucaqı kimi fiqurlar günlərini oyun oynamaqla,

əylənməklə keçirirdilər. Bir gün dairə göyü seyr edərkən planetlərin və Ayın dairə

şəklində olduğunu gördü. Öz-özünə düşündü:

-Görəsən ,bütün kosmosda hər şey dairə şəklindədir?

Dairə dostları Üçbucaq,

Kvadrat və Düzbucaqlıya planetləri göstərib,kosmosda hər şeyin dairə şəklində

olduğunu bildirdi. Lovğalanaraq dedi:

-Sizə bənzəyən heç bir planet yoxdur.

Üçbucaq ,Kvadrat və Düzbucaqlı Dairənin bu hərəkətinə çox hirsləndilər.Evə

Qayıdan zaman yolda Həndəsənin məlumat bürosu ilə qarşılaşdılar. Oraya

Şikayət etdilər.

-Doğrudanmı,bizə bənzəyən heç nə yoxdur?

Page 20: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Məlumat bürosu çox düşündükdən sonra ağlına bir fikir gəldi:

-Siz Yer kürəsi adlanan planetə gedin.

Dairə və dostları kosmik gəmiyə minib,yer kürəsinə yollandılar.

Dairə narahat idi, amma ətrafında çoxlu dairələr gördükdə kədərini unutdu.Uşaq-

ların oynadığı top,şar,təbil,təkər dairə şəklində idi. Üçbucaq da öz oxşarlarını

tapdı. O.evlərin damını,yol işarələrini üçbucaq şəklində görüb sevindi.

Kvadrat da özünə oxşayan obyektlərlə qarşılaşdı. Qutular,evlər,masa, çanta və

Adını bilmədiyi bir çox şeylər.

Düzbucaqlı özünə bənzəyən o qədər çox obyekt gördü ki, hamısını yazıb çatdıra

bilmədi.Yadında soyuducu ,qapı, cib telefonu və s. qaldı.

Onlar yaxşı başa düşdülər ki, hər şeyin öz forması var.

Fiqurlar dərk etdilər ki.insanlar üçün çox lazımlıdırlar.

1.Oxudum. Başqalarından fərqlənmək əsla lovğalığa səbəb olmamalıdır.

2.Anladım. Gündəlik həyatda qarşılaşdığımız hər bir əşya müxtəlif həndəsi

fiqurların formasındadır.Bütün həndəsi elementlər faydalıdır .

Hər kəs müəyyən bacarığa və istedada malikdir. Hansısa bir qabiliyyət

və istsdadımıza güvənərək özümüzü başqalarından üstün görməməliyik.

Əsas məsələ başqalarına faydalı olmaqdır.

3.Qiymətləndirdim. Həndəsi fiqur formasında gündəlik həyatda qarşılaşdığınız

Beş əşyanın adını yazın.

Hansı həndəsi elementə oxşar şəkildən 2 ədəddir?

a.Dairə

b.Üçbucaq

c.Düzbucaqlı

d.Kvadrat

Qırıq güldan

Page 21: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Əsgərin yaşadığı məhəllədən olan dostları bu gün onlara qonaq gəldilər. Anası

onlara şirniyyat süfrəsi hazırlamış,dadlı qutablar bişirmişdi.Əsgər qutabları iki

hissəyə ayırdı və boşqablara düzüb,süfrəyə apardı.

Qapının zəngi çalındı. O,dostlarına: “Xoş gəlmisiniz”, deyib dəvət etdi.

Onlar əvvəlcə “Özün düzəlt” oyunu oynadılar. Çatıçmayan hissələri tapmaqda

çətinlik çəksələr də,aöırda şəkil tamamladılar.Əli və Bilal Əsgər kimi dəcəl uşaqlar

idilər.Əli mavi rəngli topu götürüb Bilala atdı. Bilal da Əsgərə. Tezliklə oyun

qızışdı. Top oynamaq üçün Əsgərin otağı çox balaca idi. Oyunlarına dəhlizdə

davam etdilər. Əsgərin anası onlara yaxınlaşıb: “Evdə topla oynamazlar”,=dedi.

Topu görüb həvəslənmiş uşaqlar bu sözə əhəmiyyət vermədən oyunlarına

davam etdilər. Əsgər topu Əliyə atmaq istədi. Top dəhlizdə qoyulmuş güldana

dəydi.Güldan qırıldı. Anası onlara dedi:

-Uşaqlar, mən sizə demişdim, axı. Evdə topla oynamaq olmaz. Uşaqlar tutduqları

Işə görə xəcalət çəkdilər. Əsgərin otağına gedib oyuncaq maşınlarla oyunlarına

Davam etdilər.Əsgərin anası dostları süfrəyə dəvət etdi. Birlikdə yemək yedilər.

Bilal tort payının yarısını yedi. Əli isə meyvə suyunu yarımçıq içdi. Əsgər

dostlarıyla gözəl bir gün keçirdi. O,dostlarının getmək zamanı gələndə çox

kədərləndi. Yaxşı yol arzulayaraq onları ötürdü. Qonaqlar getdikdən sonra

Əsgər anası ilə güldanın qırılmış hissələrini topladı. Anası, zorla da olsa,

Qırılmış hissələri yerinə yapışdırdı. Əsgər güldanın qırılmasına çox kədərləndi.

Anasından üzr istədi. Anası onu bağışladığını dedi və könlünü almaq üçün ona

Dadlı bir alma verdi.Əsgər almanı yedi və yavaş-yavaş otağını səliqəyə salmağa

başladı.

1.Oxudum.Oyun oynayarkən ətrafda olan insanlara və əşyalara zərər vermək

olmaz.

2.Anladım.Dostlarımızla oynayanda nəzarətli olmalıyıq.Başqalarını

incitməməlihəddən artıq səs-küy salmamalıyıq. Həyətdə və bağçada oynayırıqsa,

Page 22: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

gülləri,ağacları qırmamaıyıq. Evdə və qapalı ərazidə oynayanda da əşyaları

qırmamaq üçün diqqətli olmalıyıq.

3.Qiymətləndirdim. Qədim oyun növü olub, at üstündə oynanan bu oyunda

əvvəllər top əvəzinə şişirdilmiş qoyun dərisindən istifadə edirdilər.

a.Basketboi b.Həndbol

c.Çövkan d.Ortadaqaldı

Ehtiyatsızlıq edib məktəbdə pəncərə şüşəsini sındırsaq,nə etməliyik?

a.Dostumuz ilə birlikdə yaxınlıqda tikintisi başa çatmamış binanın

şüşəsini çıxardıb gətirməliyik.

b.Hadisəni sinif müəlliminədanışıb,atamızdan şüşəni dəyişməsini xahiş

etməliyik.

c.Şüşəni bir neçə gün əvvəl dalaşdığımız sinif yoldaşımızın sındırdığını deməliyik.

Badi ördək

Balaca ördək balası Badi dostlarıyla gölün kənarında oynayırdı. Onlar növbəylə

gölə atılır, sonra yenidən sahilə çıxır, çırpınaraq qanadlarını qurudurdular. Bir gün

Badi sürüşüb palçıq çuxuruna düıdü. Qanadları tamamilə palçığa bulaşdı. O.gölə

Atılıb nə qədər yuyunsa da, tüklərinin palçığı təmizlənmədi.Dostları ona kömək

Etsələr də, palçığı təmizləyə bilmədilər.

Badi qaçaraq hindəki anac toyuğun yanına gəldi.

Anac toyuq dedi:”Badi bu nə haldır,sənə nə olub?”

Badi dedi:”Xahiş edirəm , mənə kömək edin. Palçığa bulaşmışam.

Göldə çox yaralandım, amma tüklərim təmizlənmədi.Nə edim ki, tüklərim əvvəlki

kimi parlaq olsun?”

Anac toyuq dedi: “Səni sabunla yumaq lazımdır.”

Badi soruşdu: “Sabun nədir? Dərmandır?”

Anac toyuq :”Xeyr. Sabun –təmizlənmək üçündür. İndi səni sabunla yuyasan,

tərtəmiz olacaqsan,”-deyə cabab verdi.

Page 23: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Anac toyuq, Badi və dostları birlikdə gölə tərəf getdilər.Anac toyuq özü ilə sabun

və qurulanmaq üçün dəsmal götürmüşdü.

Badi əvvəlcə sabundan qorxdu. Sonra sabun köpüyü ilə oynamaq xoşuna

gəldi Anac toyuq Badini sabunlayaraq çimizdirdi. Sonra dəsmalla yaxşıca

quruladı. Badi tamamilə palçıqdan təmizləndi. İndi tükləri qızıl kimi parıldayırdı.

Başqa ördəklər ona heyranlıqla baxırdılar. Anac toyuq ördəklərə sabunun

faydasını və ondan istifadə qaydalarını öyrətdi. Ağızlarının təmiz olması ücün

Diş fırçasından və diş pastasından istifadə etməli olduqlarını da onlara xatırlatdı.

Ördəklər anac toyuğun söylədiklərini diqqətlə dinlədilər və təmizlik üçün nələrdən

Istifadə etmək lazım olduğunu öyrəndilər.

Artıq ördəklər tüklərini və dimdiklərini necə təmizləyəcəklərini bilirdilər.

a.Oxudum.Təmizliyə riayət etmək lazımdır.

2.Anladım. Nəyətdə oynayıb evə gələndə üst-başımızı təmizləməli,

əl-ayağımızı yumalı, paltarlarımız həddən artıq kirlənmişsə,dəyişməliyik. Hər

səhər əl-üzümüzü yumalı, dişlərimizi fırçalamalıyıq.

Bədənimizin təmiz olması üçün tez-tez çimməliyik.

3.Qiymətləndirdim. Oyun yoldaşlarımızdan biri yıxılıb üst-başını palçığa

Bulaşdırdı. Biz nə eyməliyik?

a.Üstünü təmizləməkdə ona kömək etməliyik.

b.Ona əhəmiyyət vermədən oyunumuza davam etməliyik.

c.onun könlünü xoş etmək üçün biz də üstümüzü palçığa bulaşdırmalıyıq.

Səhər tezdən yuxudan oyananda edəcəyimiz işlərin ardıcıllığını göstər.

Yemək masasının arxasına keçməliyik.

Hamama keçib əl-üzümüzü yumalı, dişlərimizi fırçalamalıyıq.

Valideynlərimizlə sağollaşıb məktəbə getməliyik.

Əynimizi geyinməli,yatağımızı düzəltməliyik.

Gözəl dilimiz

Page 24: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Bəşirin yeddi.Billurənin isə on yaşı var idi. Onlar Almaniyada doğulmuşdular.

Azərbaycana isə bu yay köşüb gəlmişdilər. Artıq onlar öz doğma yurdlarında

təhsillərini davam etdirəcəkdilər.

Uşaqlar ana dilində danışmaqda əziyyət çəkirdilər.

Bir gün Billurə dərsdən evə ağlaya-ağlaya qayıtdı. Qapıda onu anası qarşılayıb

Soruşdu.

-Qızım nə olub?

Billurə hirslə:”Mən məktəbə getmək istəmirəm”,-dedi.

Anası Billurəni sakitləşdirərkən babası gəldi. Billurə özünü babasınım qucağına

Atdı. Sinifdə baş verənləri danışmağa başladı.

-müəllim “Kim nağıl danışa bilər?”-deyə soruşdu. Mən də ən çox sevdiyim

Rapunzel nağılını danışmağa

Başladım. Amma Azərbaycan dilini yaxşı bilmədiyim üçün sözləri yerində

demirdim.

Sonra Billurə :”Mən yaxşı danışa bilmirəm.Məktəbə getmək istəmirəm,”

deyərək ağlamağa başladı. Bu vaxt Bəşir də məktəbdən gəldi. O da dost-

larıyla danışarkən çox əziyyət çəkirmiş.

Babası onlara :”Sizə bir hədiyyəm var”,-dedi. İkisi də çaşıb qaldı. O,əlindəki

hədiyyəni ehtiyatla açdı. Bağlamada “Dut-dut”,”Cuf-cuf” və “Puf-puf”

Adlı rəngarəng şəkilli nağıl kitabları vardı.

Baba dedi: “Mənim əziz nəvələrim ,bu kitablarda dostluq ,xeyirxahlıq.

əməksevərlik. Sevgi haqqında çoxlu nağıllar var. Mən bu kitabları sizə

hər gün oxuyacağam, siz də qulaq asacaqsınız. Sonra da mənə danışacaqsınız. Belə

olsa, öz dilimizdə düzgün danışmağı . sözləri düzgün tələffüz etməyi

öyrənəcəksiniz. Bu kitablar vasitəsilə siz davranış qaydaları ilə yaxından tanış

olcaqsınız”.

Page 25: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Bəşir və Billurə buna çox sevindilər.babalarını qucaqlayıb öpdülər.

Bir neçə gündən sonra Bəşir və Billurə öz ana dillərində çox gözəl danışmağa

başladılar. Müəllimləri və dostları bu nailiyyətlərinə görə onları təbrik etdilər.

1.Oxudum. Hər kəs öz doğma dilini yaxşı bilməlidie.

2.Anladım. Ana dilimizi mükəmməl öyrənmək hər birimizin borcumuzdur.

Doğma vətənimizdən uzaqlarda ,əcnəbi ölkələrdə yaşasaq da, dilimizi əsla

unutmamalıyıq . Xarici dilləri də öyrənməliyik,amma bu zaman ana dilimizi xor

görməməliyik. Nitqimizin inkişafı üçün çoxlu nağıl, hekayə oxumalıyıq.

3.Qiymətləndirdim.

Hansı nağıl deyil?

a.Azərbaycan (Səməd Vurğun) b.Məlikməmməd

c.Göyçək Fatma d.Şəngülüm,Şüngülüm,Məngülüm

Bildiyiniz beş nağılın adınıyazın.

2Salam2 sözünü üç dildə yazın.

Çörək dükanı

Çiçək səhər tezdən yuxudan oyandı, yerini yığdı. Böyük bacısı mərvinin yanına

gedib . onu oyatmaq istədi.

-Mərvin. Saat səkkizdir. Qalx!

Mərvinin qalxmaq fikri yox idi. Bacısı onu səslədikcə yorğanı başına çəkirdi.

Çiçək düşündü ki, bacısına nəsə hədiyyə edib, sonra oyatsın. Əvvəlcə səhər yeməyi

hazırladı. Soyucudan pendir,zeytun, bal və qaymaq çıxartdı.Bir də baxıb gördü ki,

evdə çörək yoxdur. Əynini geyinib,çörək almaq üçün dükana yollandı.O,ilk dəfə

idi ki, çörək almaq üçün dükana gedirdi.

Qarşısına meyvə dükanı çıxdı.İçəri girdi və dedi.

-Sabahınız xeyir.Zəhmət olmasa, mənə iki isti çörək verin.

Meyvə dükanında işləyən Rasim əmi çox təəccübləndi və güldü.

-Balaca ,deyəsən,hələ yuxulusan. Meyvə dükanında çörək satılır?

Page 26: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Çiçək çaşıb qaldı.O,deyinə-deyinə dərzi atelyesinə girdi.yaşlı dərzi eynəyinin

altından Çiçəyi süzərək soruşdu.

-Eşidirəm, balaca. Nə istəyirsən?

Çiçək səhv gəldiyini artıq başa düşmüşdü,amma yenə də:”Mən çörək almaq

istəyirəm”-deyə müraciət etdi.

Dərzi:”Bura bax,balaca, mən dərziyəm. Paltar tikirəm. Bura heç çörək dükanına

0xşayırmı?”-deyə cavab verdi.

Çiçək :”Bağışlayın ,səhv salmısan”, -deyə çölə çıxırdı ki, qapıda Mərvinlə

qarşılaşdı. Mərvin dedi:

-Ay dəcəl, yarım saatdır ki, səni axtarıram. Harda qalmısan?

Çiçək :”Mən çörək almaq üçün çıxmışdım. Amma tapa bilmədim.Çörək harda

Satılır?”-deyə bacısından soruşdu.

Mərvin gülərək dedi:”Gəl gedək”.

Onlar Əhməd əminin qarşıdakı dükanına girdilər. İki çörək alıb evə qayıtdılar.

Çiçək meyvə dükanını və dərzi atelyesini də tanıdı. O, balaca olduğu üçün hələ çox

şey öyrənməli idi.

1.Oxudum. Çörək,ət, paltar,oyuncaq satan dükanlar mövcuddur.

2.Anladım. Böyüklərin icazəsi olmadan bazar və dükana getməməli,kiçik

Yaşlarımızda nəyin harada satıldığını öyrənməliyik.

Böyüklər olmadan dükan və marketə çıxmamalıyıq.

3.Qiymətləndirdim.

Evdə tək qalan 10 yaşlı Gülər səhər yeməyinə çörək olmasa,nə etməlidir?

a.Ac-acına oturub anasının işdən gəlməsini gözləməlidir.

b.Yaxınlıqdakı dükana zəng edib ,Fazil əmidən evə çörək sifariş etməlidir.

c.Anasına zəng edib ondan tələb etməlidir ki,çörək alıb evə gəlsin.

d.Özündən kiçik bacısını zorla dükana göndərməlidir.

Hansı tikinti malları mağazasında satılır?

Page 27: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

a.dəftər b.divar kağızı

c.mişar d.çəkic

İstixana bitkiləri

Əhməd müəllim şagirdlərə bitkiləri yaxından tanıtmaq, onların harada, hansı

Şəraitdə və necə yetişdirdiyini göstərmək istəyirdi.O.şagirdləri rayonda

yerləşən istixanaya apardı.

Şagirdlər avtobusa minib yola düşdülət. Onlar yol boyu mahnılar oxuyur,

şənlənirdilər.

İstixana-içində yaşıllıq olan böyük bir şüşə evə bənzəyirdi. Bu “Şüşə evdə”

şagirdlərə bələdçilik edəcək şəxs sıra ilə hərəkət etməyi və heç nəyə toxunmamağı

tapşırdı. Onlar bələdçinin müşayiəti ilə əvvəlcə pomidor yetişdirilən yerə gəldilər.

Pomidorlar sırayla əkilmişdi. Sıranın başına nömrə qoyilmuşdu. Sonra bibər, xiyar

və göyərti əkilən cərgələri gəzdilər. Gəzinti zamanı şagirdlər bitkilərin necə

əkildiyini və becərildiyini öyrəndilər.

İstixana ilə tanışlıq bitdi və sonra şagirdlər məktəbə qayıtdılar. Əhməd müəllim

onlara gəzintiləri ilə bağlı şəkil çəkməyi tapşırdı. Səlim ən çox pomidor ləklərini

bəyənmişdi. O, pomidorların böyümə mərhələlərini əks etdirən bir neçə çəkil çəkdi

və bu cür sıraladı:

Birinci-toxumun əkilməsi;

İkinci-toxumun cücərməsi

Üçüncü-yarpağın böyüməsi;

Dördüncü-çiçək açması

Beşinci-kal pomidor.

Altıncı-yetişmiş pomidor.

Müəllim və şagird dostları Səlimin çəkdiyi şəklləri çox bəyəndilər.Səlim

tərəvəzlərdən hazırlanmış yeməkləri xoşlamırdı. İndi isə o,istixanada tərəvəzlərin

yetişdirilməsi üçün nə qədər zəhmət tələb olunduğunu özü müşahidə etdi.

Page 28: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Səlim anasının bişirdiyi tərəvəzli yeməkləri yeməyə qərar verdi.

1.Oxudum. Yediyimiz meyvə-tərəvəzin necə yetişdiyini öyrənməliyik.

2.Anladım.Torpağın şumlanması,əkilməsi, suvarılması, lazım gəldikdə

dərmanlanması,məhsulun becərilməsi üçün böyük əmək sərf edilir. Böyük

Zəhmətlə yetişdirilib,süfələtimizin bəzəyinə çevrilən nemətlərin qədrini bilmək

Lazımdır.

3.Qiymətləndirdim.Hansı bitki istixanada yetişdirdim?

a.göbələk b.pomidor c.albalı d.xiyar e.gül

Meyvə tərəvəzlərin yetişdirilməsində istixananın rolu nədir?

Hansı bənd səhvdir?

a.İçərisində soyuq temperatur mövcuddur.

b.Xüsusi qızdırıcılarla meyvə-tərəvəzlərin yetişdirilməsi üçün lazım olan

temperatur əldə olunur.

c.Meyvə -tərəvəzləri qar, yağış,külək və başqa təbiət hadisələrindən qoruyur.

Ardıcıllığı tap.

a.3,2,1 b.2,3,1 d.1,3,2

Dolmabağça muzeyi

Mətləb Naxçıvanda yaşayırdı.O,doqquzuncu sinifdə oxuyurdu.Tarix fənnini daha

çox sevir,bütün fənlərdən də əla və yaxşı qiymətlər alırdı.Sevimli məşğuliyyəti isə

Doğma Vətəninin tarixi ilə bağlı məlumatlar toplamaq idi.

Müəllim uşaqlara İstanbula gedəcəkləri.oadakı muzeyləri gəzəcəkləri haqda

məlumat verdi. Mətləb üçün dostlarıyla birlikdə başqa bir şəhəri gəzmək çox

Maraqlı idi.

Gözlənilən avtobus gəldi. Uşaqlar yerlərində oturdular. Avtobus Naxçıvandan

İstanbula yoa düşdü. Uşaqların İstanbulda ilk getdikləri yer Bəylərbəyi muzeyi

oldu. Sarayın içərisi çox geniş, tavanları hündür idi. Burada keçmişdə yaşamış

Padşahların əşyaları saxlanılırdı. Muzeydə Atatürkə aid olan xüsusi bir otaq da

vardı. Atatürkün əşyaları muzeydə olan başqa əşyaları nisbətən çox sadə idi.

Page 29: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Müəllim Bəylərbəyi muzeyini gəzdirdikdən sonra uşaqları Dolmabağça muzeyinə

apardı.

Dolmabağça muzeyinin binası çox yaraşıqlı, eksponatları zəngin idi.

Müəllim :”Atatürk Selanikdə anadan olmuş, İstanbuldakı Dolmabağça sarayında

Vəfat etmişdi. Qərbi isə Ankaradadır”,-deyə uşaqları məlumatlandırdı.

Muzeyin ekskursiya bələdçisi Atatürkün oxumağı çox sevdiyini uşaqlara bir daha

xatırlatdı. Onun riyaziyyat fənninə xüsusi maraq göstərdiyini,hərbçi olarkən dəqiq

hesablamalar apardığını uşaqların nəzərinə çatdırdı. Onu da dedi ki, Atatürk

oxumağı və araşdırmağı sevdiyi üçün bütün dünyadakı yenilikləri.

Atatürk uşaqları da çox sevirdi. O.Türkiyə Böyük Millət Məclisinin qurulduğu

günü uşaqlara hədiyyə edib. O vaxtdan bəri aprelin 23-ü Türkiyədə Uşaqlar günü

kimi qeyd edilir.İstanbuldakı muzeylər Mətləbin çox xoşuna gəldi. O.bu gözəl

şəhərdən xoş təəssüratlarla ayrıldı.

1.Oxudum. Ölkəmizdə və dünyada olan muzeyləri gəzmək lazımdır.

2.Anladım. Muzeyləri gəzmək biliklərimizi artırmaq üçün çox faydalıdır.

Ölkəmizdə yerləşən muzeyləri gəzməli, oradakı eksponatlarla tanış olmalıyıq.

Xarici ölkələrdə səyahətdə olarkən muzey və terixi yerlərlə tanışlıq dünya

görüşümüzü artırır.

3.Qiymətləndirdim. İndi muzey kimi fəaliyyət göstərən məşhur Topqapı sarayı

harada yerləşir?

a.Türkiyədə b.Özbəkistanda c.Qırğızıstanda d.Tacikistanda

Hansı fikir muzeyə aid deyil?

a.Qədim əşyalar sərgilənir.

b.Burada hər hansı bir xalqın mədəni mirası ilə tanış oluruq.

c.Böyük sahəli oyun meydançasıdır.

Ölkəmizdə və xaricdə tanıdığınız muzey və teatrların adlarını yazın.

Torpaq sürüşməsi

Page 30: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Müəllim uşaqlara təbii fəlakətlər haqqında yazı hazırlamağı tapşırdı.

Fariz axşam televizora baxarkən bir xəbər diqqətini cəlb etdi. Lənkəranda

güclü yağış yağmış, torpaq sürüşməsi baş vermiş, evlərə ziyan dəymişdi.

Fariz çox kədərləndi. Xəbərləri diqqətlə izlədi.Torpaq sürüşməsinin necə

Baş verdiyi haqda düşündü.

Birdən :” Tapdım!” ,-deyərək yerindən sıçradı. Atası ilə anası təəccüblə ona

baxdılar.

Atası soruşdu: “-Nəyi tapdın oğlum?”

Fariz:”Ev tapşırığımı necə hazırlayacağımı tapdım, atacan. Torpaq sürüşməsi

haqqında məlumat toplayıb bunu sinif yoldaşlarıma izah edəcəyəm”.Fariz

kitablardan və internetdən əlavə məlumatlar axtarmağa başladı. Ağacların ,

bitkilərin torpaq üçün nə qədər əhəmiyyətli olduğunu öyrəndi. Azərbaycanın

ildə nə qədər torpaq sürüşməsinə məruz qaldığını öyrəndikdə çox təəccübləndi.

Artıq o, öyrəndiklərini dostlarına çatdırmaq üçün tələsirdi.

Fariz dostlarına torpaq sürüşməsini təcrübə yolu ilə başa salacaqdı. Məktəbə bir

qab su, ağac budaqları və bir qədər də torpaq apardı.

O.qabdakı suyu torpağın üstünə tökərək yerin sürüşməyə necə məruz qaldığını

göstərdi. Sonra torpağın üzərinə çör-çöp əlavə etdi. Yenidən su tökdü və çör-çöpün

torpaq sürüşməsinin qarşısını aldığını izah etdi. Ağacların təkcə insanlar və

heyvanlar üçün deyil, torpaq üçün də xeyirli olduğunu göstərdi və dedi ki. Ağacları

qorumaq hamının borcudur. Şagirdlər müəllimlərininköməyi ilə ağacəkmə

kampaniyası keçirdilər. Onlar Lənkəranda torpaq sürüşməsi baş verən bölgədə

körpə gidanlar əkdilər.

Fariz və dostları təbiətə qarşı həssas olmağı,ətrafda baş verənlərə diqqətlə

yanaşmağı öyrəndilər.

1.Oxudum. Hər an baş verəcək təbiət hadisələrinə hazır olmalıyıq.

2.Anladım. Dünyada hər il müxtəlif təbii fəlakət baş verir.

Bu fəlakətlərdən biri də torpaq sürüşməsidir. Torpaq sürüşməsinin qarşısını

Page 31: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Almaq üçün ağac əkmək çox faydalıdır.Xüsusilə çox yağış yağan bölgələrdə

gərəksiz yerə ağacları kəsmək torpaq sürüşməsinə səbəb ola bilər.

3.Qiymətləndirdim. Hansı təbii fəlakət deyil?

a.zəlzələ b.sunami

c.vulkan d.kurkan

Ağaclarla hansı rəftar düzgün deyil?

a.Qurumuş budaqları kəsmək.

b.Bıçaqla gövdəsinə adımızın baş hərfini yazmaq.

c.İsti yay günlərində sulamaq.

d.Kölgəsində oturmaq.

Atletika yağışı

Doğşan balası Kuku bütün günü dostlarıyla oynayır, bir yerdə oturmağı heç

xoşlamırdı. Axşamlar isə oturub televizora baxırdı. Atası ilə anası Kukunun

sağlamlığına görə çox narahat idilər. Yaxın günlərdə meşədə atletika yarışı

keçiriləcəkdi.Qalibə isə mükafat olaraq kompyuter hədiyyə edəcəkdilər. Kuku

bu mükafatı qazanacağına söz verdi. Hər gün daha çox qaçmağa başladı.

Valideynləri və dostları qorxurdular ki, Kuku gücdən düşüb xəstələnər. Nə qədər

desələr də, Kuku onlara qulaq asmır, aqçmağa davam edir, yorulanda dincəlmir,

yalnız acanda dayanırdı. Günlər keçdi, yarış günü gəlib çatdı. Kuku səbirsizliklə

Yarışı gözləyirdi. Hakimin əmriylə bütün yarış iştirakçıları finiş xəttinə yaxınlaşıb

start vəziyyətini aldılar. Hakim “3,2,1”-dedi və yarış iştirakçıları qaçmağa

başladılar. Kuku çox sürətlə qaçmağa başladı. O, qalib gələcəyinə əmin idi.

Yarış təzə başlamışdı. Birdən Kuku ayaqlarının gücsüz olduğunu hiss etdi.

Qəflətən yerə yıxıldı. Qalxmaq üçün nə qədər çabalasa da heysizlikdən qalxa

bilmədi. Valideynləri onu həkimə apardılar. Həkim Kukunun yorgunluqdan

bu hala düşdüyünü və ona dincəlmək lazım olduğunu bildirdi.Yarəşda yuxusuna

Page 32: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

diqqət edən, sağlam bəslənən Zipzip qələbə çaldı.Kuku qalib olmadığı üçün çox

kədərləndi.O, öz səhvini başa düşürdü. Həkim ona başa saldı ki, sağlamlığını

qorumasa, həmişə xəstə ola bilər. Kuku həkimə və valideynlərinə söz vrdi ki,

bir daha özünü yormayacaq . Həkim ona bir neçə gün evdə qalıb dincəlməyi

tapşırdı. Zipzip dostuna baş çəkməyə gəldi. Kuku dostunu təbrik etdi. Zipzip

Kukuya dedi ki, istədiyi zaman kompyuterdən istifadə edə bilər.Kuku artıq

yuxusuna diqqət edirdi.Yorulanda isə kitab oxuyurdu.

1.Oxudum.Hər hansı bir işi görəndə mütləq dincəlməli, sağlamlığımızın

qeydinə qalmalıyıq.

2.Anladım.Məktəbdə keçiriləcək imtahanlara, müsabiqələrə hazırlaşarkən

fasiləsiz çalışmamalıyıq.

3.Qiymətləndirdim.Kərim “Olimpiada” daqalib olub.İndi o, nə etməlidir?

a.Qabiliyyəti ilə lovğalanmalıdır.

b.Qalib olduğu üçün artıq dərslərini oxumamalıdır.

c.Biliyini artırmaq üçün oxumağa davam etməli, özündən razı olmamalıdır.

Məktəbdə keçirilən imtahana necə hazırlaşmalıyıq.

a.İmtahana bir necə gün qalmış,gecə-gündüz istirahətsiz hazırlaşmalıyıq.

b.İl ərzində dərslərimizi yaxşı oxumalı, imtahandan bir ay əvvəl öyrəndiklərimizi

təkrar etməliyik.

c.İmtahanda sinif yoldaşlarımızdan köçürmək planları qurmalıyıq.

Ad günü

Ayselin iki gündən sonra 6 yaşı tamam olacaqdı.

O,otağında oturub ad gününə aid çiyələkli bir tort şəkli çəkdi. Ətrafını da

Rəngbərəng şarlarla bəzədi.Çəkdiyi rəsmi anasına gösrərdi.Həyacanlı səslə

soruşdu:

-Anacan! Ad günümdə çoxlu şar olacaq? Çiyələkli tort da olacaq?Dostları

gələcək? Nənəmlə, babam da gələcək? O, istəyirdi ki, ad günündə əzizləri

Page 33: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

yanında olsun. Həyacanla suallar yağdırırdı. Anası gülümsədi:

-Gəl, ad gününə kimi dəvət etmək istəyirsənsə, onların siyahısını tutaq.

Sonra isə siyahıdakı adamlara bir-bir zəng edib ad gününə dəvət et. Aysel bu fikri

çox bəyəndi. Anası qələm-kağız götürüb onun arzuladığı siyahısını tutdu. Aysel

rəqəmləri tanıyırdı. Anasının köməyi ilə siyahıda olan adamların adlarını telefon

kitabçasından tapdı. Sonra zəng edib istədiyi adamları ad gününə dəvət etdi.

Aysel ad günündə səhər tezdən oyandı. Hava çox gözəl idi. Onun ad günü bağda

Qeyd olunacaqdı. Aysel bağı bəzəməkdə atasına və anasına kömək etdi. Bağı

şarlarla bəzədilər.Bu vaxt Ayselin ağlına bir fikir gəldi. Tez otağına qacdı. Rəngli

kartonlar və qələmlər gətirdi. Kartonlara 6 rəqəmi yazdı.Ətrafını ürək və çiçək

şəkilləriylə bəzədi. Aysel üçün həmin gün çox maraqlı oldu. Dəvət etdiyi

qonaqların hamısı gəldi. Ona cürbəcür hədiyyələr gətirmişdilər. Valideynləri

Ayselə hədiyyə olaraq üçmərtəbəli, çiyələkli tort sifariş etmişdilər.

Tortun üstünə 6 rəqəmi şəklində şamlar qoyulmuşdu. Məclisin sonunda Aysel

Hamıya, xüsusilə də ata-anasına öz minnətdarlığını bildirdi. O,dişlərini fırçalayıb

nənəsinin hədiyyə etdiyi gecə paltarını geyindi. Böyük sevinclə yatağına uzandı

Və yuxuya getdi.

1.Oxudum. Sevimli günlərimizi yaxınlarımızla qeyd etməliyik.

2.Anladım. Ad günümüzdə, bayramlarda və bu kimi əlamətdar günlərdə

çalışmalıyıq ki, yaxınlarımız da yanımızda olsunlar. Xoş anları birlikdə

keçirmək bizi daha da xoşbəxt edəcək.

3.Qiymətləndirdim.”Nazlı atasına nə hədiyyə edəcəyini düşündü.

Bir qutu götürdü. Onu hədiyyə olaraq bağladı. Axşam atasına təqdim etdi.

“......................” Nazlı atasına nə dedi?

a.Bağışla, sənə heç nə ala bilmədim.

b.Atacan, pul verərsən, sənə hədiyyə alaram.

c.Atacan,sənə olan sevgimi bu qutuya yerləşdirə bilmədim.

Page 34: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Ad günümüzdə yaxınlarınızdan xoşlamadığınız bir hədiyyəni alsanız,nə edərdiniz?

a.Qışqırıb ağlayardım.

b.Yanağından öpüb,göstərilən diqqət və qayğıya görə təşəkkür edərdim.

c.Ağlayıb hədiyyəni geri qaytarar, istədiyim hədiyyəni aldırardım.

Bala qaranquş

Meşənin kənarındakı şam ağacında bir qaranquş ailəsi yaşayırdı. Ana qaranquş

yumurtaların üstündə kürt yatırdı. Artıq bala vermək vaxtı gəlib çatmışdı.

Bala qaranquş yumurtanı deşib, başını çölə çıxartdı. Ürkək-ürkək ətrafa baxdı.

Ana qaranquş balasını böyüyüb uçmağı öyrənənə qədər soxulcanla yemlədi.

Qonşu yuvalardakı bütün balaca quşlar artıq uçurdu. Amma bala qaranquş

Uçmağa qorxurdu. Yay fəsli sona çatdı.Bütün köçəri quşlar uçub isti ölkəkərə

getdilər. Bala qaranquş isə yuvasında tək qaldı. Qonşu yuvaların hamısı boş

qalmışdı. Ana qaranquş balasını heç cür uçmağa razı sala bilmədi. Bala qaranquş

çox acmışdı, qanadlarını yavaşca tərpətdi. Uçmağa cəsarət etmədi. Ağacdakı

böcəkləri yeyib qarnını doydurdu. Günlər keçir, havalar soyuyurdu. Artıq yem

tapmaq da çətinləşirdi. Bir gün səhər yuxudan ayılanda ağaca yeni sincab ailəsinin

köçdüyünü gördü. Buna çox sevindi. Sincablar onu görüb təəccübləndilər. Bala

qaranquş başına gələnlərin hamısını bir-bir təzə qonşularına danışdı. Qar yağmağa

başladı. Ata sincab qaranquş balasını öz yuvalarına dəvət etdi və dedi ki, qışı

onlarla bir yerdə qalsın. Ata sincab saat həvəskarı idi. Tapdığı bütün saatları

yuvaya daşıyırdı. Qaranquş qış fəsli boyunca ata sincabdan fəsilləri,

saatı,təqvimdən istifadəni öyrəndi. Ata sincab bala qaranquş üçün bir təqvim tapıb

gətirdi. Balaca qaranquş təqvimdəki günləri bir-bir işarə edir, yay fəslinin

gəlməsini gözləyirdi. O, ata sincabın köməyi ilə yavaş-yavaş uçmağı da öyrəndi.

Günlərin birində günəş şüaları gözünə düşüb onu yuxudan oyatdı. Artıq qar

əriyirdi. Bahar fəsli gəlmişdi. Bala qaranquş yuvanım ətrafında yem axtararkən

Göyün üzündə qaraltı gördü. Birdən sevindiyindən qanad çalmağa başladı. Bu,

Page 35: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Geri dönən qaranquş dəstəsi idi. O, artıq uçurdu və dostlarıyla bir yerdə olduğu

üçün çox xoşbəxt idi.

1.Oxudum. Darda olanlara kömək etmək, çıxılmaz vəziyyətdə qalanlara əl uzatmaq

lazımdır.

2.Anladım. Ətrafımızda kiminsə çətin vəziyyətdə olduğunu görsək,əlimizdən

Gələn yardımı əsirgəməməliyik. Bunun üçün lazım gələrsə, ata-anamızla da

Məsləhətləşməli, onlardan kömək almalıyıq.

3.Qiymətləndirdim. Aşağıdakı quşlardan hansı köçəri deyil?

a.Sərçə b.Qaranquş c.Durna d.Leylək

Ölkəmizdə rast gəlinən, tanıdığınız köçəri quşların adlarını yazın.

Dostunuzun yaşadığı ev təbii fəlakət nəticəsində dağılıb. Nə edərdiniz?

a.Ailəmlə məsləhətləşib,onu evimizə dəvət edərdim.

b.Heç bir tədbir görməzdim.

c.Gedib təbiət hadisəsinin qarşısını alardım.

Fermada tətil

Məktəbdə yay tətili başlayırdı. Yysiflə Yasəmən otaqda o yan –bu yana qaçır, nə

isə axtarır, tapdıqlarını çantalarına yığırdılar. Onlar istəyirdilər ki, yatmamışdan

Qabaq çantalarını yığıb hazır qoysunlar. Səhər tezdən babalarının yanına

gedəcəkdilər. Uşaqlar çantalarını yığdılar, dişlərini fırçalayıb yatmağa getdilər.

Ertəsi gün tezdən yola çıxdılar. Babalarının ferması şəhərdən xeyli uzaqda idi.

Yusif öz-özünə fikirləşdi. “Görəsən, evimizdən babamgilin fermasına qədər

neçə addım olar?” Sonra bunun saymaqla qurtarmayacağını anladı.

Onlar fermaya bir saatdan sonra çatdılar.Baba və nəvələri ilə görüşdülər.

Sonra inəklərin otladığı sahəyə getdilər.Havanın qaralmasına az qalırdı.İnəklərin

sağın vaxtı çatmışdı. Kərəm dayı inəkləri örüşdən fermaya qaytarırdı. O, sağmal

inəklərin boynuna xalta keçirdi, sonra aparatla onları sağmağa başladı.Babaları

Yusiflə Yasəməndən soruşdu.

Page 36: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

-Sizcə bu inəklər cəmi neçə litr süd verər?

Yusif “100 litr”, Yasəmən isə “20litr” deyə cavab verdi. İnəklər sağılıb

qurtardıqdan sonra Kərəm dayı bidonlardakı südün həcmini ölçdü. On

Inəkdən cəmi 37 litr süd sağılmışdı.

Nəticəyə daha yaxın rəqəm dediyi üçün dayısı Yasəməni alqışladı.Fermada

Hər gün görüləcək işlər tapılır, yeni oyunlar oynayırdılar.Bir gün səhər tezdən

babaları tövlənin hasarının çürümüş taxtalarını yeniləri ilə dəyişirdi. Yusif də

Babasına kömək edirdi. Babasına taxta və mismar aparırdı. O, mismarları bir-bir

aparmaqdan bezdi və mismar yeşiyini birdəfəlik yaxına aparmaq istədi. Yeşik

əvvəlcə ona yüngül göründü. Qaldırmaq istəyəndə beli ağrıdı.Babası Yusifi

başa saldı ki, mismarlar tək-tək yüngül, bir qabda olduqda isə ağır olur. Yusiflə

Yasəmən babalarının fermasında yay tətillərini maraqla və gözəl keçirdilər.

1. Oxudum.Tətili səmərəli keçirməliyik. Başqa yerlərə səyahət etmək çox

faydalıdır.

2.Anladım. Tətil zamanı uzaqda yaşayan babamızı, əmimizi ,xalamızı və digər

qohumlarımızı ziyarət etməliyik. Tətili səmərəli keçirmək üçün tanıdağımız

Yerlərə səyahət etmək daha maraqlıdır. Daha maraqlı tətil günləri yaşamaq üçün

isə qonşu ölkələrə səyahət etmək olar.

3.Qiymətləndirdim. Hansı ev heyvanı sayılmır?

a.İnək b.Toyuq c.At d.Bəbir

Yay tətilini keçirməklə bağlı hansı fikir səhvdir?

a.Yaxında və uzaqda yaşayan qohumlarımıza qonaq getməliyik.

b.Şəhərimizdəki muzeylərlə tanış olmalıyıq.

c.Həyətə düşüb uşaqlarla oynamalıyıq.

d.Atamızla çimərliyə getməliyik.

e.Günortaya qədər yatmalıyıq.

Zəlzələdən qorunuram

Page 37: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Fatmagil ailəliklə televizora baxırdılar. Onlar qəflətən oturduqlaı divanın

tərpəndiyini hiss etdilər.Gah atasına,gah da anasına baxdı. Atası:”Qorxmayın,

Sakit olun, zəlzələdir”,-dedi. Onlar atasının göstərişi ilə cəld divanın yanında

Uzandılar və zəlzələnin qurtarmasını gözlədilər. Zəlzələ dayandı.Anası Fatman

qucağına aldı. Atası işığı, qazı söndürdü. Tez evdən çıxdılar.

Fatma: “Görəsən.şzəlzələ nədir?” –deyə düşündü. Fatmagilin ailəsi və bütün

Qonşular həmin gecəni həyətdə keçirdilər. Hava işıqlaşanda hamı evinə qayıtdı.

Fatma dərsə getmək istəmirdi, çox qorxurdu. Məktəbdə sinif yoldaşlarıyla

Gecə olan hadisə haqqında danışdılar. Müəllimə gəldikdən sonra da söhbəti davam

etdirdilər. Müəllimə gəldikdən sonra da söhbəti davam etdirdilər. Müəllimə onlara

zəlzələnin hansı səbəbdən baş verdiyini və zəlzələ zamanı qorunmaq qaydaların

anlatdı. Fatma və bütün uşaqlar zəlzələ baş verdikdə nə etmək lazım olduğunu

öyrəndilər. Fatma müəlliməsinə gecə zəlzələ zamanı divanın yanında yerə

uzandıqlarını söylədi. O,evə gedən kimi anasına və atasına deyəcəkdi ki, bir

çanta hazırlasınlar.Fatma müəllimədən çantanın içinə nə qoyacaqlarını da

öyrəndi.Amma yadından çıxmasın deyə ,bəzi şeylərin şəklini də çəkdi. Evə

gələn kimi atasına və anasına çəkdiyi şəkilləri göstğrdi. Birlikdə zəlzələ zamanı

vacub lazım olan şeyləri çantaya yığdılar. Fatma artıq zəlzələdən qorxmur,

zəlzələ zamanı nə etməli olduğunu çox gözəl bilirdi.Məsələn ,zəlzələ baş verdikdə

həyəcanlanmadan yastığını götürüb başının altına qoymalı və çarpayının yanında

yerdə uzanmalı,zəlzələnin dayanmağını gözləməli və dayandığına əmin olmalıdır.

Sonra zəlzələ çantasını da götürüb həyətə çıxmalıdır.Çantaya ilk yardım üçün

Lazım olan su, quru yemək,batareya,fənər və s,öncədən qoyulmalıdır.

1.Oxudum.Təbii fəlakət baş verdikdə təlaşa düşməmək, soyuqqanlı olmaq

lazımdır.

2.Anladım.Biz gözləmədiyimiz istənilən anda təbii fəlakət baş verə bilər.

Təbiət hadisələrinə qarşı hər zaman təmkinli olmaq lazımdır.

Page 38: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Özümüzü qorxutmadan,səs-küy salmadan lazım olan hərəkəti etməliyik.

yoxsa həm özümüzü ,həm də valideynlərimizi təhlükəyə atmış olarıq.

3.Qiymətləndirdim.Zəlzələ hansı səbəblərdən baş verir?

a.Güclü külək nəticəsində.

b.Aramsız yağışların yağması nəticəsində.

c.Baş verən yeraltı proses nəticəsində.

d.Havaların həddən artıq isti keçməsi nəticəsində.

Zəlzələ baş verdikdə nə etməliyik?

a.Bizə ən yaxın stolun altına ,yaxud divan kimi əşyaların dibinə uzanmalıyıq.

b.Qapıya qaçmalıyıq. C.Qışqırıb ata-anamızı çağırmalıyıq.

d.Eyvana çıxmalıyıq. e.Qaçıb pəncərədən tullanmalıyıq.

İşə getmək istəyi

Anası Fəridi səhər tezdən yuxudan oyatdı və dedi.

-Mənim balam! Məktəbə getmək vaxtıdır.Tez ol ,qalx!Mən də işə getməliyəm.

Fərid yatağından qalxmaq istəmədi.”Anacan ,səninlə qalmaq istəyirəm.Səndən

Ayrı çox darıxıram. Olar, bu gün evdə qalıb mənimlə oynayasan?”,deyə anasından

soruşdu.

Anası cavab verdi.

-Mən işə getməliyəm.Amma istəsən, səni də özümlə apararam. Fərid bu sözləri

eşidib tez yatağından sıçradı.sürətlə geyinib hazırlaşdı.Anası ilə birlikdə vaxt

keçirəcəyini düşünüb, çox sevindi. Fəridin anası bank müdiri vəzifəsində

işləyirdi.Onlar anasının iş yerinə çatanda çoxlu insanlarla qarşılaşdılar.Anası

işçilərlə salamlaşıb, öz otağına keçdi. Bu gün işi çox idi.O,gah otağına daxil olan

işçilərin gətirdiyi sənədlərə imza atır, gah da telefon zənglərinə cavab verirdi.

Fərid darıxmamaq üçün vaxtını şəkil çəkməklə keçirirdi. Anası otaqdan bayıra

Page 39: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Çıxmalı oldu.Fərid darıxmağa başladı.Öz-özünə düşündü.”Məktəbdə olsaydım,

indi sinif yoldaşlarımla oynayırdım.” Fərid anasının yanında olsa da,vaxtını

Mənalı keçirə bilmirdi. Anası işləyir,onunla məşğul olmağa vaxt ayıra bilmirdi.

Fasilə zamanı birlikdə nahar etdilər. Bu,onun çox xoşuna gəldi.Fərid səbirlə işdən

çıxana qədər anasını gözləməli idi. O.darıxdığını anasına demək istədi. Amma tez

də bu fikirdən daşındı.Axı,onunla iş yerinə gəlməyi özü istəmişdi.Nəhayət,bankda

iş vaxtı başa çatdı. Fərid çox sevindi. Onlar birlikdə evə qayıtdılar. Fərid bankda

çəkdiyi şəkilləri otağının divarından asdı. O.anasından ayrı çox darıxsa da,

sabahdan məktəbə getməyə qərar verdi. Axı,məktəbdən sonra o,yenə də anası ilə

birlikdə olacaqdı.

1.Oxudum. Hər kəs öz həmyaşıdları arasında olmalıdır.

2. Anladım. Biz öz həmyaşıdlarınız arasında və öz yaşımıza uyğun yerdə özümüzü

rahat hiss edirik. Özümüzdən böyüklərə vaxt keçirsək də bundan heç də məmnun

qalmırıq. Bilməliyik ki,hər yaşın öz gözəlliyi var.

3.Qiymətləndirdim. Məktəbə getmək istəmədikdə nə etməliyik?

a.Bu fikri başımızdan çıxarmalıyıq.

b.Məktəb adı ilə evdən çıxıb küçələri gəzməliyik.

c.Anamızı məcbur etməliyik ki, bizi özü ilə işə aparsın.

d.Özümüzü xəstəliyə vurmalıyıq.

Ardıcıllığı yazın.

Lənkəran

Lənkəran Azərbaycanın təmiz havası,münbit meyvə bağları olan gözəl

şəhərlərindəndir. Günay doğma şəhərini çox sevir, xüsusilə həftə sonu

babasının bağına getməyə can atırdı.Bir gün Günayı yuxudan atası oyatdı.

“Qızım oyan,oyan! Baban bizi gözləyir”.Günay atasının səsini eşidən kimi

cəld hazırlaşdı. Onun babasının bağında portağal, mandarin və naringi

kimi meyvələr yetişirdi.Onlar meyvə bağına çatanda babası artıq iş başında

Page 40: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

idi.Günay: “Babacan!”,-deyib tez babasının yanına qaçdı. Onu qucaqlayıb öpdü.

Bağda çoxlu adamlar var idi. Onlar portağal, mandarin yığırdılar.

Günay dedi:

-Babacan, mən də meyvəyığmaq istəyirəm.

Babası dedi:

-Bizə kömək etsən çox sevinərəm. İstəyirsən yığılan meyvələri yeşiklərə daşı.

Onlar əvvəlcə meyvələri səbətlərə yığır,sonra isə böyüklüyünə və rənginə görə

Seçib ayırırdılar.Orada yan-yana düzülmüş yeşiklərin üstündə meyvə şəkilləri var

idi.Bu,hansı meyvənn hansı yeşiyə yığılacağını ayırd etmək üçün idi.Günay şəkil-

lərə uyğun olaraq, meyvələri yeşiklərə yəğmağa başladı.O, bu işi çox sevdi.

Babasına kömək etdiyi üçün də özünü çox xoşbəxt hiss edirdi. Fasilə zamanı

Nənəsi onlara bir sürpriz etdi. O, portağallı keks və naringi şirəsi hazırlamışdı.

Günay meyvə bağında çalışan digər işçilərlə birlikdə dadlı keksdən yeyib, ləzzətli

Naringi şirəsi içdi. Fasilədən sonra onlar yenə də işlərinə davam etdilər. Günayın

Sevincinin həddi-hüdudu yox idi.

1. Oxudum.Boş vaxtlarımızda böyüklərə kömək etməliyik.

2.Anladım.Azərbaycan münbit torpaqlarında çoxlu meyvə sortları yetişdirilir.

Meyvə yığımı zamanı biz də yaxınlarımıza kömək etməliyik. Biz bu hərəkətimizlə

müəyyən işləri böyüklərdən öyrənir və özümüzü onlara sevdirmiş oluruq. Ailəliklə

görülən işdə xeyir-bərəkət olar.

3.Qiymətləndirdim. Aşağıdakı hansı meyvə Lənkaranda yetişmir?

a.limon b.mandarin c.alma d.ananas

Yaxınlarımız yaşadığı şəhər, rayon və kənddə hansı meyvələr yetişdirilir?

Rayonlar haqqında deyilən hansı ifadə səhvdir?

a.Göyçayın narı, Sabirabadın qarpızı

b.Gədəbəyin kartofu,Qubanın alması

c.Lənkəranın çayı,limonu,portağalı,Bakının ağ şanısı

Page 41: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

d.Şəkinin bananı, Qarabağın üzümü

Həyəcanlı Nuru

Nuru sarı saçlı, yaşıl gözlü və qırmızı yanaqlı qəşəng oğlandır. O,həyəcanlı olanda

Bir yerdə dura bilmir,həddən çox narahat olurdu.Tez-tez və uca səslə danışırdı.

Bu səbəbdən də muəllimi və dostları onun nə demək istədiyini güclə başa

düşürdülər.

Bir gün Nuru tənəffüs zamanı məktəbin bağında dostlarıyla birlikdə topla

oynayırdı. Qəfil dostu Fuad yıxıldı. Ağzı-burnu yaralandı. Nuru qaçaraq

müəllimlər otağına qalxdı. Çox həyacanlı idi. Qışqıra-qışqıra dostu Fuadın

yıxıldığını başa salmağa çalışdı. Amma onu heç kim başa düşmürdü. Müəllimi

onu sakitləşdirməyə salışdı. Müəllim yalnız “Fuad” və yıxıldı.sözlərini ayırd edə

bildi. Tez bağa qaçdı.Dostları və müəllimi Fuadın qanamış üzünü dəsmalla

sildilər. Müəllim Fuadın anasına zəng etdi. Nuru, müəllimin danışığına diqqətlə

qulaq asırdı.Müəllim həyəcanlanmadan, sakit-sakit vəziyyəti başa salırdı. Nuru

isə bu xəbəri müəllimə çatdırmaq üçün sözləri bir neçə dəfə söyləmişdi. Çünki

Nurudan bir şey soruşanda cavabı tələsik və ucadan qışqıraraq verirdi, heç kəs də

onu başa düşmürdü. O da cavabı təkrarlamağa məcbur olurdu. Müəllimi hiss etdi

ki, Nuru fikirlidir.Onu yanına çağırdı və soruşdu.De görüm ,nə fikirləşirsən?

Amma qışqırmadan, sakit-sakit danış. Nuru dərindən nəfəs alıb, səsinin tonuna

Diqqət edərək dilləndi.Müəllim, mən də sizin kimi sakit və səlis danışmaq

istəyirəm. İstəyirəm ki, danışanda hamı məni başa düşsün. Müəllim cavab verdi.

Həyəcanlanmadan, səsinə diqqət edib danışsan, hamı səni başa düşəcək. Ona görə

Də evdə ucadan kitab oxumalısan. Nuru, müəllimin dediyi kimi etdi: və ucadan

kitab oxudu.Sonda səsinə diqqət etməyi,sözləri düzgün tələffüz etməyi öyrəndi.

O, artıq həyəcanlanmırdı istədiyini sakit səslə başa sala bilirdi.

1. Oxudum. Hər an təmkinli olmalıyıq.

2.Anladım. Yersiz səbəblərə görə həyəcanlanmamalıyıq. Kiçik bir təhlükə ilə

qarşılaşanda özümüzü itirməməli,fikirlərimizi söyləməyi bacarmalıyıq.

Page 42: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Hadisələrə nəzarət etmək üçün təlaşlanmamalı, həyacanımıza qalıb gəlməliyik.

Nitqimizdəki qüsurları düzəltmək üçün çoxlu kitab oxumalıyıq.

3.Qiymətləndirdim.Xoşagəlməz bir hadisə baş verdikdə nə etməliyik?

a.Təlaşlanmamalı,düşünməli,hadisəyə müdaxilə edə biliriksə,əlimizdən gələni

əsirgəməməliyik.

b.Hadisənin təsirindən qorxaraq evə qaçmalıyıq.

c.Heç bir şey olmamış kimi, öz işimizlə məşğul olmalıyıq.

Hansı fikir doğrudur? Evdə hansı səslə çoxlu kitab oxumaq.

a.nitqimizdəki qüsurları düzəldir.

b.əsla faydalı deyil.

c.böyüklərin gözünə yaxşı görsənmək üçün faydalıdır.

Aylin niyə öskürür

Aylin ata və anasının tək övladı idi. Çox ərköyün böyümüşdü. Növbəti dərs

günlərindən biri idi. Dərsdən sonra məktəbdə rəfiqəsinin ad günü keçiriləcəkdi.

Aylin yuxudan oyananda ətraf ağappaq idi. Quşbaşı qar yağırdı. O, ad gününə

Nazik çəhrayı paltarını geyinmək istəyirdi. Bu paltar ona çox yaraşırdı. Aylin

sakitcə oturub səhər yeməyini yedi. Sonra otağına keçib çəhrayı paltarını

geyindi. Anası onun paltarını görüb təəccübləndi. Qızım, qar yağır. Çöl çox

soyuqdur. Bu paltarın qolu qısadır, yay üçündür, üşüyərsən. Aylin inadkarlıqla :

“Xeyr, mən bu paltarı geyinəcəyəm” ,-dedi.

Anası qızını razı sala bilməyəcəyini anlayıb ona icazə verdi. Məktəbin xidməti

Avtobusu gəldi. Aylinin əynində plaş var idi.Anası ona üşüyəndə geyinmək üçün

Isti jilet də verdi. Aylin məktəbə çatanda əynndəkiləri çıxartdı. Plaşını və jiletini

asılqandan asdı. Dostları onun paltarını çox bəyəndilər. Aylin buna çox sevindi

dostlarının hamısı qış fəslinə uyğun, uzunqol paltar geyinmişdilər. Bir qədər vaxt

keçdikdən sonra Aylin üşüməyə başladı, amma paltarının gözəlliyini gizlətməmək

üçün jiletini geyinmədi. Müəlliməsi jileti geyindirmək üçün çox çalışdı, amma

Page 43: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Aylini razı sala bilmədi. Ərkösöyün qız bərk üşüdü, lakin heç kimə heç nə demədi.

Aylin axşam evə qayıdanda özünü yaxşı hiss etmirdi. Hərarəti yüksəlmişdi.

Çəhrayı çiçəkli paltarını çıxardıb qarderobdan asdı. Sakitcə gedib çarpayısına

Uzandı. Lakin bir müddət sonra öskürəkdən yata bilmədi. Anası çox narahat

oldu. Ertəsi gün Aylin məktəbə gedə bilmədi. Anası onu həkimə apardı. Həkim

Aylinə iynə-dərman yazdı və fəslə uyğun geyinməyi tapşırdı.

Aylin: Kaş ki, üşüyəndə jiletimi geyinəydim,”-deyə düşündü. O,bir neçə gün

məktəbə gedə bilmədi. Bu ,Aylinə bir dərs oldu. O gündən sonra havaya uyğun

paltar geyindi.

1.Oxudum. Fəsillərə uyğun geyinmək lazımdır.

2.Anladım. Ata-anamız bizim sağlamlığımızı istəyir. Ona görə də onların

məsləhəti ilə durub-otursaq, zərər çəkmərik. Əynimizə geydiyimiz paltarların

Hava şəraitinə və fəsillərə uyğun olmasına çalışmalıyıq ki, xəstələnməyək.

Ətrafdakılara yaxşı görünmək xətrinə qışda nazik paltarlar geyinsək,günlərlə

xəstə yataraq.

3.Qiymətləndirdim. Hərarəti yüksələn Aylinə təcili yardım çağırmaq üçün

Anası telefonla hansı nömrəyə zəng etməlidir?

a.114 b.103 c.555 d.022

Aşağıdakı paltarlardan hansını qarlı havada geyinmək olmaz?

a.palto b.yun əlcək c.papaq d. səndəl

Oynayıb tərlədikdə nə etməliyik?

a.Soyuq su içməliyik. c.Tərli paltarımızı dəyişməliyik.

b.Tərli halda çölə çıxmalıyıq. d.Sərinkeşin qarşısında əyləşməliyik.

Fəsillər

Rəna evdən bir portağal götürüb məktəbə yollandı. Sinfə daxil olanda gördü ki,

Hərənin əlində bir portağal var.

Page 44: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Müəllimə içəri daxil oldu. Onun əlində bir neçə şam və yumru bir şey vardı.

Müəllimə əlindəkinin Yer kürəsinin forması olduğunu dedi. Sonra da Yer

kürəsinin üzərində yaşadığımız bir planet olduğunu uşaqlara başa saldı.

Gecə-gündüzün meydana gəlməsində,fəsillərin bir-birini əvəz etməsindən,

hər fəslin öz xüsusiyyətlərindən danışdı.Qışda hava soyuq olur, yayda isə isti.

Yazda hər yan yaşıllaşır, payızda isə bitkilərin yarpaqları saralıb solur. Gəlin,

təctübədə baxaq. Müəllimə şamları bir boşqabın içərisinə bərkiib yandırdı.

Bir portağal götürüb şamın ətrafında fırlatmağa başladı. Sonra dedi:”bu şamların

Günəş, portağaın isə Yer kürəsi olduğunu zənn edin. Yer kürəsi həm öz oxu

ətrafında,həm də Günəş ətrafında fırlanır. Ona görədə fəsillər bir-biriniəvəz edir”.

Rəna evə çatan kimi valideynlərinə apardıqları təcrübə haqqında danışdı. Sonra

Otağına keçib müəllimənin verdiyi tapşırıqları həll etməyə başladı. Müəllimə

Onlara hər fəslə uyğun şəkillər çəkməyi və rəng əvəzinə rəngli kağızlardan

Istifadə etməyi tapşırmışdı. Atası əvvəlcə bir kağız götürdü, onu qayçı ilə kəsib

dörd yerə ayırdı.Onlar əvvəlcə qış fəslini hazırladılar:”Qışda qar yağır,havalar

soyuq keçir,sobalar işə düşür.” Rəna atasının köməyi ilə pambıqan istifadə edərək

qar və Şaxta baba ,dərman qutusundan da soba düzəltdi.

Rəna:”Sonra yaz fəsli gəlir.Yazda hər yer yaşıllaşır.ağaclar çiçək açır”,dedi.O,

rəngli kağızlardan ağac və gül-çiçək fiqurları kəsdi.

Yayda dənizə getdiklərini fikirləşdi. Ona görə də yayı təsvir etmək üçün mavi

rəngli tüldən istifadə edərək dəniz mənzərəsi hazırladı. Payızda isə yağış yağır,

Ağaclar yarpağını tökür.Rəna payız fəslini təsvir etmək üçün sarı rəngli kağız

Parçalarından yerə tökülmüş yarpaqlar kəsdi.Rəna hazırladıqlarını məktəbə apardı.

Müəlliməsi onun hazırladığı “Fəsillər” adlı əl işini sərqiyə qoydu.Rəna vədostları

Yer kürəsi və fəsillər haqqında maraqlı məlumatlar əldə etdilər.

1.Oxudum. Yer kürəsi həm öz oxu, həm də Günəş ətrafında fırlandığı üçün fəsillər

yaranır, gecə ilə gündüz bir-birini əvəz edir.

2.Anladım. Fəsillərin bir-birini əvəz etməsi həyatımıza müxtəliflik qatır.

Page 45: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Həmişə eyni fəsil olsaydı ,bundan darıxar və bezərdik.Müxtəlif növ meyvələr

fəsillərdə yetişir. Qışda qarın, yayda isə Günəş şüalarının həzzini yaşamalıyıq.

Hər fəsildə vaxtımızı səmərəli keçirməliyik.

3.Qiymətləndirdim. Mətni tamamla: isti, qartopu,şaxtababa, qar,Qış fəsli idi.

Çöldə.......yağırdı.Elnur əyninə .........paltarlarını geyinib həyətə düşdü.O, dostları

Iləqardan.........düzəltdi,birlikdə.......oynadılar.

Ardıcıllığı tap.

a.3,2,1

b.2,3,1

d.2,1,3

Əjdərin lupası

Əjdərin yazıb –oxumağı bacarmırdı.Kitablardakı şəkillər əsasında öz-özünə

hekayələr quraşdırırdı. Atası Əjdərə hədiyyə olaraq bir lupa aldı. O,hədiyyəni

çox bəyəndi.Əjdər lupa ilə ətrafında olanları araşdırmağa çalışırdı.Böyüyəndə

elm adamı olmağı düşünürdü. O,heyvanlar haqqında məlumat toplamağı daha çox

xoşlayırdı. Lupası ilə qarışqaları böyüdür,onların yuvalarına necə yem

topladıqlarını müşahidə edirdi.Bir gün o, atasının köməyilə internetdən qarışqalar

haqda maraqlı məlumatlar topladı. Sonra akvariumun içərisinə bir qarışqa yuvası

yerləşdirdi. Akvariumdakı yuvanı bağçadakı müəlliməsinə və dostlarına göstərmək

üçün onları evlərinə qonaq dəvət etdi. Müəlliməsi və dostları akvariumu görüb

əhsən dedilər.Əjdər qarışqalar haqqında bildiklərini onlara danışdı. Dostları onu

diqqətlə dinlədilər. Yalnız Famil adlı dostu qarışqalarla heç maraqlanmırdı. O,

oyun oynamaq istəyirdi. Famil icazə almadan Əjdərin lupasını götürdü. Ətrafdakı

əşyaları böyüdüb onlara tamaşa etməyə başladı. Dostları Əjdərin anasının

hazırladığı keksdən dadıb, şirədən içdilər. Famil şirə içə-içə ətrafda dolaşırdı.

Qəflətən lupanı əlindən saldı. Bu zaman Əjdərin anası mətbəxdən otağa daxil

oldu. Yerdəki lupanı görməyib ayağını onun üzərinə qoydu. Lupa həmin andaca

sındı. Bunu gğrən Əjdər çox kədərləndi. Famil isə tutduğu əməldən utandı. Famil

Page 46: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

evlərinə çatan kimi baş verənləri atasına və anasına danışdı. Öz otağına qaçdı.

Oyuncaq kassasına topladığı pulları gətirib atasına verdi və Əjdərə lupa almağı

xahiş etdi. Ertəsi gün Famil əlində bir hədiyyə bağlaması ilə Əjdərgilə yollandı. O,

Əydərdən üzr istədi və əlindəki bağlamanı ona uzatdı. Əjdər bağlamanın içindən

çıxan lupanı görüb çox sevindi. Dostunu qucaqlayıb öpdü. Əjdər və Famil

birlikdə araşdırmalar aparmağa başladılar.

1. Oxudum.Boş vaxtlarımızda darıxmamaq üçün özümüzə maraqlı məşğuliyyət

tapmalıyıq.

2.Anladım.İstirahət zamanı maraqlı bir işlə məşğul olmaq lazımdır.

Məsələn, hekayədəki Əjdər kimi,biz də hansısa heyvan və ya həşəratla

Maraqlana bilərik. Atamızdan xahiş edib akvariumda balıq saxlayar, onların

Necə yaşadığı ilə tanış ola bilərik. Arıların necə həyat sürdüyünü müşahidə edə

bilərik. Bu kimi işlərlə məşğul olmaq bizim biliyimizi artırar. Yoldaşımıza

ziyan vurduqda isə üzr istəməli,sındırdığımızı əşyanı yenisi ilə əvəz etməliyik.

3.Qiymətlənditdim.Hansının böyütmə qabiliyyəti yoxdur?

a.Lupa b.Mikroskop c.Teleskop d.Fenondeskop

Dostumuzun hər hansı bir əşyasını sındırdıqda nə etməliyik?

a.Özümüzü bilməməzliyə vurmalıyıq.

b.Üzr istəməli, həmin əşyanın yenisini almalıyıq.

c.Bunu başqasının etdiyini deməliyik.

Aygülün boyu

Aygül məktəbdən evə çox əsəbi qayıtdı. Hamama keçdi,kətilin üstünə çıxıb əl-

üzünü yumağa başladı. Anası Aygülü hirsli görüb soruşdu.”Mənim balam,

Niyə belə hirslisən?”

Aygül qışqırdı. Mən məktəbə getməyəcəyəm. Hamı boyumun qısa olduğunu

söyləyir. Anası: Mənim qəşəng qızım, hamı ucaboy olmur. Allah insanları fərqli

Page 47: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

yaradıb. Məsələn, sən sarı saçlısan. Sinfinizdə sənin kimi sarı saçlı uşaqlar

varmı?-dedi.

Aygül “Amma nə olsun, uşaqlar evcik-evcik oynayanda mənim ana olmağıma

razılıq vermirlər. Mən sarı saçlı,mavi gözlü olmaqistəmirəm. Boyumun uzanmasını

Istəyirəm”,-söyləyib ağladı.

Anası:Boyunun uzanması üçün nə etmək lazım olduğunu özün yaxşı bilirsən,

elə deyilmi?-dedi.

Aygül təsdiq əlaməti olaraq başını tərpətdi. O.ertəsi gün məktəbə getdi vəsakitcə

bir kənarda oturdu. Onun bu hərəkəti müəlliməsinin diqqətindən yayınmadı və

Yaxınlaşıb soruşdu. Aygül ,sənə nə olub, niyə yoldaşlarınla oyun oynamırsan?

Aygül sinif yoldaşları ilə aralarında yaranmış problemi müəlliməsinə danışdı.

Müəllimə şagirdlərə hər kəsin fərdi keyfiyyətlərə və xüsusiyyətlərə malik olduğunu

izah etdi. Onlara fiziki cəhətdən öz fərqlilikləri haqqında sual verdi. Hamıdan

əvvəl Fatma əl qaldırdı.

-Mənim qara saçlarım var. Gözlərim də qaradır. Ondan sonra Əhməd dilləndi.

-Mənim saçlarım qısa və qaradır, gözlərim isə qonur rəngə çalır. Müəllimə

onlardan ən çox hansı halda pis olduqlarını soruşdu. Kəmalə: Dostlarım məni

oyuna buraxmayanda çox pərt oluram.

Aygül: “Dostlarımla evcik oynayarkən məni ana olmağa qoymayanda çox

inciyirəm”.O,ürəyindən keçənləri dilə gətirdiyi üçün yüngülləşdi. Uşaqlar

Onlara pis təsir edən digər hərəkətlərdən də danışdılar. O, həmçinin, dostlarının

hisslərindən də xəbərdar oldu. Aygül o gündən süd içməyə davam etdi. Artıq

o, boyunun belə tezliklə uzanmayacağını bilirdi.

1.Oxudum. Hər kəsin özünə məxsus bədən quruluşu var.

2. Anladım.İnsanlar gözlərinin rənginə,saçlarının formasına,boylarının ölçüsünə

görə bir-birindən fərqlənirlər. Bədən quruluşumuzda nöqsan bildiyimiz hər

hansı cəhət başqaları üçün mükəmməllik sayıla bilər.

Bunun üçün nə lovğalanmalı, nə də kədərlənməliyik.

Page 48: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

3.Qiymətləndirdim.Bacımızın saçları bizimkindən gözəldir. Nə etməliyik?

a.Evdə heç kim olmayanda hamama gedib saçımıza rəng qoymamıyıq.

b.Bacımızın saçı gözəl olduğu üçün fəxr etməliyik.

c.O yatanda qayçı ilə saçlarını kəsməliyik.

d.Paxıllıq edərək tez-tez onu incitməliyik.

Hansı xüsusiyyətlər şəklə aid deyil?

a.Hündürboy b.Sarısaç c.Arıq d.Çirkin

Tez ol tamamla

Kərim çox nadinc uşaq idi. Heç vaxt şıltaqlığından qalmırdı. Yanlış hərəkətləri

Ilə valideynlərini və dostlarını təngə gətirmişdi. Bir gün o, yenə evdə dəcəllik

Edirdi. Anası Kərimi səslədi.

-Oğlum ora-bura qaçma, indi yıxılıb bir yerini əzəcəksən.Kərim maşın-maşın

Oynayır və sürətlə ora-bura qaçırdı. Telefon zəng çaldı. Zeynəb xala zəng edib

bu həftə onlara gələcəyini söylədi. Kərim sevincindən divanın üstündə atılıb-

düşməyə başladı. Anası “Oğlum, elə etmə,yıxılarsan”, -demək istəyirdi ki.

Kərim divandan yıxıldı və ağlamağa başladı. O, ayağını tərpədə bilmirdi.

Anası onu xəstəxanaya apardı. Həkimlər Kərimi müayinə etdilər. Ayağı bərk

əzilmişdi. Zədələnən yerə dərman sürtüb tənziflə bağladılar. Ayağının tez

Sağalması üçün də on gün yeriməməyi tapşırdılar. Ertəsi gün Zeynəb xala

Onlara qonaq gəldi. Kərim xalasını çox istəyirdi. Həmişə onunla maraqlı oyunlar

oynayırdı. İndi isə yerindən qalxa bilmirdi. O,oyun oynaya bilməyəcəyi üçün çox

kədərlənirdi . Xalası Kərimi sevindirmək üçün gözəl bir oyun fikirləşdi. Oyunun

adını “Tez ol ,tamamla!” qoydular. Zeynəb xala bir mahnı oxumağa başlayır,

ardını isə Kərim tamamlayırdı. Ya da Kərim bir nağıl danışmağa başlayır.

Xalası isə davamını söyləyirdi. Bunu bacarmayan bir xal itirirdi. Oyun Kərimin

çox xoşuna gəldi. Hərdən atası və anası da onlara qoşulurdular. Artıq xalası

getməli idi. Kərim buna çox təəssüfləndi. Xalası gedərkən ona tapşərdı.Söz

Page 49: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

ver ki, bu gününü unutmayacaqsan. Evin içində qaçmayacaq, ora-bura tullanıb

dəcəllik etməyəcəksn.”

Kərim Söz verirəm, xalacan!,-dedi. Sonra əlavə etdi.

-Xalacan, tez ol, tamamla: “Divanda tullanıb –düşsən.”

“Yıxılarsan vəayağın əzilər”,-deyə xalası cavab verdi.

Hamı gülüşdü. Xalası Kərimi öpüb sağollaşdı.

1.Oxudum. Dəcəllik etmək yaxşı hal deyil.

2.Anladım. Dəcəllik və şıltaqlıq etdikdə uşaqlar həm valideynlərini, həm də

Başqalarını incitmiş olurlar. Böyüklərin sözünə qulaq asmaq, yalnız oyun üçün

əlverişli olan yerlərdə oynamaq lazımdır.

3.Qiymətləndirdim. Tez ol, aşağıdakı atalar sözlərini tamamla:

a.Ehtiyat igidin................

b.Yalan ayaq tutar...................

c.Halva-halva deməklə............

d.Dostunu göstər,......................

Evə qonaq gələndə nə etməliyik?

a.Şıltaqlıq edib, səs-küy salmalıyıq.

b.Heç kimə mane olmamalı, böyüklər danışanda sözlərini kəsməməliyik.

c.Tez-tez anamızdan qonaqların nə vaxt gedəcəyini soruşmalıyıq.

d.Qonaqların arasında yaşıdlarımız varsa, oyuncaqlarımızı gizlətməliyik.

Qağayılar

Həsənin atası qəsəbədə baytar işləyirdi. Həsən boş vaxtlarında atasının yanına

gedir, heyvanlara necə qulluq etməyi öyrənirdi. O da ,atası kimi, heyvanları çox

sevirdi. Ən çox da quşlara heyranlıqla tamaşa edirdi. Bazar günü idi.Həsən sevinc

içərisində yuxudan oyand;/ Anasının hazırladığı səhər yeməyini yedi. Atası ilə

birlikdə heyvanların müayinə olunduğu məntəqəyə yollandı.O, məntəqədə müalicə

olunan xəstə quşa dən verdi. Atası da o biri heyvanları yemlədi.

Page 50: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Bu vaxt çöldən həyacanlı səs eşitdilər. Əhməd əmi qucağında qapqara bir quş

tutmuşdu.Onun ardınca gələn adamların da qucaqlarında bu cür quşlar vardı.

Həsən nə baş verdiyini anlaya bilmədi. Atası quşları götürüb təmizləməyə

başladı. Əhməd əmi balıqçı idi. O,həmin gün qayıqla balıq tutmağa çıxıb.

Görüb ki, neft daşıyan tanker sahildəki qayaya çırpılıb və neft dənizə axıb. Yem

üçün dənizə enən qağayılar da neftə bulaşıblar. Ona görə uça bilmirdilər. Qəsəbədə

Yaşayanlar dəniz kənarına yığışdılar. Onlar neftə bulaşmış quşları təmizləməyə

Başladılar.Amma balıqları xilas edə bilmədilər.Dənizi təmizləmək üçün çox

Vaxt lazım idi.Birdən Əli baba kədərli halda deyindi. Bu dünyanın axırı

Necə olacaq? Ağaclar insafcasına kəsilir, yandırılır. Dənizlər, çaylar,göllər

çirkləndirilir. Axı bu dünyada təkcə biz yaşamırıq. Bitkilərin , heyvanların da

yaşamaq haqqı var. Əli baba Həsəni yanına çağırıb,başını sığallayaraq

soruşdu.Sən heç vaxt suyu boşuna axıtmırsan, elə deyilmi?

Həsən ciddi bir sifət alaraq cavab verdi. Əlbəttə, Əli baba.Elektrikdən də

qənaətlə istifadə edirəm. Dərslərimi hazırlayıb qurtaran kimi işığı

söndürürəm. Əli baba gülərək: Afərin!,-dedi. İndi onun gələcəyə ümidi daha da

artdı.Öz-özünə düşündü. Kaş, bütün uşaqlar Həsən kimi qənaətcil olaydılar.

1.Oxudum.Təbiətin daim qayğısına qalmalıyıq.

2.Anladım. Dünyadakı bütün canlılara şəfqət və hörmətlə yanaşılmalıdır.

Heyvanlar və quşlar da bizim kimi canlı məxluqlardır.Canlılara zərər verəcək

Hərəkətlərdən uzaq olmalıyıq. Su hövzələrini çirkləndirmək, ağacları kəsmək, əkin

sahələrini yandırmaq,ətrafı zibilləmək kimi hətəkətlər qətiyyən yolverilməzdir.

Hər an təbiətin qayğısına qalmalıyıq.

3.Qiymətləndirdim.Verilmiş sözlərdən istifadə et və mətni tamamla.çirkləndirmək,

Zibillər,meşəyə,qida tullantılarını, kabab,zibil yeşiyi.

Kərimgil ailəliklə.................gəzməyə getdilər. Onlar hündür ağacların kölgəsində

nahar etdilər. Nahar qurtardıqdan sonra........ vədigər.............maşının yük

bölməsinə qoydulr. Onlar zibilləri şəhərə qayıdanda................atacaqdılar.

Page 51: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Təbiəti..................onu məhv etmək deməkdir.

Babamn nağılı

Mərdan könülsüz halda süfrə arxasına əyləşdi. Anası gözəl bir süfrə açmışdı.

Birdən qapının zəngi çalındı. Gələn babası idi. Mərdan babasını çox istəyirdi.

Babası ona həmişə maraqlı nağıllar danışırdı. Onlar birikdə süfrəyə əyləşdilər.

Babası çörəyə bal sürtüb soruşdu: “Ballı çörək istəyirsən?”.

Mərdan dedi: Balı xoşlamıram”.

Babası dedi: “Balın necə hazırlandığını bilirsənmi?”

Mərdan “Xeyr”,-deyə cavab verdi.

Babası: Elə isə qulaq as”,-deyib sözə başladı:

-Arılar bir şah arının ətrafına toplaşıb eyni şanda yaşayırlar. Şah arı yumurtlayır,

Işçi arılar isə öz işlərini yerinə yetirirlər. Bəziləri yumurtaları qoruyur və bəsləyir,

bəziləri pətək düzəldir, bəziləri də çiçəklərdən şirə çəkir. Yığılmış şirələr bal

halına gətirilir və şanın içinə qoyulur. Sonra adamlar bal şanlarını yığırlar.

Amma bir neçəsini saxlayırlar. Çünki arıların da buna ehtiyacı olur. Arılar

baharda və yayda çox işləyirlər. Mərdan babasını dinləyərkən birdən keçən

yay barmağını arının sancdığını xatırladı və dei: “Babacan, arıların neştəri

var. Gəzməyə getdiyimiz zaman məni sancmışdı. Yeri çox ağrımışdı.”

Babası ona:”Arılar özlərini qorumaq üçün belə edirlər”,-dedi.

Söhbət zamanı Mərdan iki dilim çörək yedi. Yeməkdən sonra o,öz otağına getdi.

Cızıqlı şərfini boynuna doladı.

“Vız... vız... vız” edərək babasının yanına gəldi.”Arıyam. Çiçəklərə qonub şirə

çəkirm”,-deyib otaqda dövrə vurdu. Babasına dönüb: “Baba,sən bağda oynayan

uşaq ola bilərsənmi?”, deyə soruşdu. Mərdan vızıldaya-vızıldaya otaqda dövrə

vurarkən, babası da uşaq olub onu tutmağa çalışırdı. Babası onu tutduğu zaman

Məran da onun barmağına sanki iynə batırırdı. Babası”of,barmağım”,-deyirdi.

Babasının “ağrı” dan üzünün dəyişməsi Mərdanın çox xoşuna gəlirdi və o, gülə-

gülə ora-bura qaçırdı.

Page 52: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Mərdan həmin gününü babasıyla oynayaraq keçirdi.

1.Oxudum. Yaxınlarımızla birlikdə keçirdiyimiz vaxtlar çox səmərəlidir.

2.Anladım. Ətrafımızda bizi sevən çox insan var.Babamız ,nənəmiz,atamız,

Anamız və b. Onların dedikləri sözlərə,etdikləri tövsiyələrə, danışdıqları

Nağıllara diqqətlə qulaq asmaıyıq. Özümüzdən böyük ailə üzvlərimizi incitməməli,

Yanımızda olduqları zaman vaxtın xoş keçməsinə çalışmalıyıq.

3.Qiymətləndirdim. Nə üçün Mərdanın babası məhz arılar haqda danışırdı?

Cavabı tap.

Onlar da arılar kimi kollektiv halda yaşayırlar.Yazda və yayda çalışaraq

Yerin altındakı yuvalarına qış üçün qida ehtiyatı yığırlar. Çox kiçik olan

Bu zəhmətkeş canlılar özlərindən dəfələrlə böyük yükü qaldıra bilirlər.

Əlüstü yeməklər

Yusif tənbəl uşaq idi. Səhərlər yuxudan gec durur, axşamlar isə hamıdan tez

yatırdı. Axşam Yusifin xalası və xalası oğlu Əli onlara gələcəkdi. Anası və Yusif

Dükana yollandılar. Yusif əlüstü hazırlanan yeməkləri xoşlayırdı. Onlar əvvəlcə

tərəvəz və ət, sonra isə bir az meyvə, səhər yeməyi üçünpendir, zeytun, süd və

yumurta aldılar. Amma Yusif bu bazarlıqdan razı deyildi. O çıpsi, biskvit,

Şokolod və limonad almaq istəyirdi. Anası: “Bir şərtlə alıram, onları ancaq

Yemək yeyəndən sonra yeyəcəksən”,-dedi.

Dükanla evəlri yaxın olsa da, yusif yamanca yorulmuşdu. Yorulduğuna

Baxmayaraq, bacardığı qədər anasına kömək edirdi. Yusif evə gələn kimi divana

uzandı. Az sonra acdığını hiss etdi:”Ana, mən acdım. Dözə bilmirəm,biskvit

ver!”-deyə mətbəxə qaçdı. Anası dedi: “Oğlum, bir az səbirli ol. Yemək hazır

deyil. Yeməkdən sonra yeyəcəyinə söz vermişdin. Xalangil də gəlsin, bir yerdə

süfrəyə oturaq. Biskvit yesən, yemək yeməyə iştahın olmayacaq”.

Yusif heç nə demədi. Amma anası mətbəxdən çıxan kimi, gizlicə biskvitlərdən

götürüb otağına keçdi. Təzəcə yeyirdi ki. Qapının zəngi çalındı. Xalası və xalası

Page 53: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Oğlu Əli gəldi. Bu vaxt atası da işdən qayıtdı. Süfrə hazır idi. Hər kəs əllərini

yuyub stolun arxasına keçdi. Anası şorda hazırlamışdı. Yusif yeməyə oturmaq

istəmirdi. O, biskvitdən yeyib doymuşdu. Şorbadan da xoşu gəlmirdi. Yusif

Anasının və atasının təkidi ilə əsəbi halda süfrə arxasına əyləşdi. Əli xalasının

bişirdiyi şorbadan yeyib:”Çox sağ ol, xalacan!”,-dedi. O,heç bir yeməyə fərq

qoymurdu. Yeməkdən sonra Əli ilə Yusif oynamağa getdilər. Bir az keçmişdi ki,

Yusif acdı. Mətbəxə gedib, tələm-tələsik əlinə keçənlərdən yedi. Sonra ürəyi

bulanmağa başladı.

Valideynləri Yusifi həkimə apardılar. Həkim Yusifə dərman yazdı və başa saldı

ki.tələsik yemək olmaz. Yusif bir daha sağlamlığına pis təsir edən yeməkləri

yeməcəyinə söz verdi.

1.Oxudum. Sağlam olmaq üçün düzgün qidalanmaq lazımdır.

2.Anladım. Təbii qidalarla qidalanmaq, meyvə-tərəvəzdən bol istifadə etmək

Orqanizm üçün çox faydalıdır. Tərkibində kimyəvi maddələr olan , ayaqüstü

yeyilən qidaları mümkün qədər az yeməliyik. Əslində, anamızın bişirdiyi yeməklər

Həm çox ləziz.həm də sağlamlığımız üçün çox faydalıdır.

3. Qiymətləndirdim. Səhər yeməyində hansını yemək sağlamlığa ziyandır?

a. cipsi b.yumurta c.pendir d.qaymaq

Əlüstü hazırlanan yeməklər orqanizmimizdə hansı fəsadlar törədir?

a.Boyumuzun artmasına kömək edir. B. Ağlımızı artırır.

d. Bədənimizdə mikrobların inkişafını sürətləndirir.

Məktəbdən evə ac qayıtdıqda yemək hazır olmasa ,nə etməliyik?

a.Əlüstü hazırlanan yeməklərdən alıb yeməliyik.

b.Anamızı yemək bişirməkdə tələsdirməliyik.

d.Çörəklə pendir yeyib, səbirlə yeməyin bişməsini gözləməliyik.

Kəmalənin nağılı

Kəmalənin 3yaşı,böyük bacısı Səbinənin isə 8 yaşı var idi. Bu il Səbinə ikinci

Sinfə gedəcəkdi. Kəmalə çox nadinc uşaq idi. O bəzən evdə hər şeyi bir-birinə

qarışdırırdı. Bir gün Kəmalə gizlincə mətbəxə keçdi.Sobanın üstündəki çaydanı

Page 54: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Götürmək istəyəndə Səbinə tez qaçıb bacısını yanmaqdan xilas etdi. Anası

qızına “sağ ol” dedi və Kəmaləyə başa saldı ki, bacısı olmasaydı, yana bilərdi.

Səbinə anasına kömək etmək məqsədilə həmişə bacısına göz qoyur, diqqətini

ondan yayındırmırdı. O, Kəmaləni gah iti alətlə, gah da elektrik düyməsiylə

oynayan görürdü. İstirahət günü idi. Ailəliklə xalasıgilə getmişdilər. Xalasıgilin

Böyük ferması vardı. Kəmalə ilə Səbinə doyunca heyvanlarla oynadılar. Günorta

yeməyindən sonra ikisi də dincəlmək üçün uzanıb yatdı. Bu zaman Kəmalənin

anası, atası və xalası bağda çay içirdilər. Kəmalə Səbinədən qabaq yuxudan

oyandı. Ətrafına göz gəzdirdi. Evin içində odunla yanan sobanın yanına gedib

maşa ilə ocağı qarışdırdı. Ocaqdan kilimə qığılcım düşdü. Kilimin yandığını

görən Kəmalə bərk qorxdu. Yanıq iyinə Səbinə yuxudan oyandı. Kəmalənin

əlindən tutaraq çölə qaçdı .Hər ikisi tüstünün təsirindən çox halsızlaşmışdı.

Atası tez 101-i yığaraq yanğınsöndürənləri çağırdı. Sonra da 103-ü yığıb təcili

yardımı çağırdı. Anası və atası Qızlarını xəstəxanaya apardılar. Qonşular da

yanğınsöndürənlərə kömək etdilər. Qonşuların köməyi ilə tezliklə söndürüldü.

Heç kəs yanğının səbəbini bilmirdi. Sonra başa düşdülər ki, Kəmalə ocaqla

Oynayıb və yanğın baş verub. Həmin gün Kəmaləni bacısı xilas etmişdi.

Yanğından əməlli-başlı qorxmuş Kəmalə artıq təhlükəli şeylərə əl vurmur,

nəsə etmək istəyəndə bacısını və ya böyükləri köməyə çağırırdı.

Səbinə də yanğınsöndürənə zəng etmək üçün 101, təcili yardım çağırmaq üçün isə

103 nömrəsini yığmaq lazım olduğunu öyrəndi.

1. Oxudum. Elektriklə işləyən əşyalarla və odla oynamaq olmaz.

2.Anladım. Bizə aid olmayan və böyüklərin icazə vermədiyi əşyalarla oynamamalı,

təhlükə mənbəyi olan yerlərdən kənar durmalıyıq.

Yaşca bizdən balaca bacı və qardaşlarımıza da başa salmalıyıq ki, kəsici alətlərlə,

od və su ilə oynamasınlar, elektrikə yaxın getməsinlər.

3.Qiymətləndirdim. Yanğınsöndürən maşınlar hansı rəngdə olur?

a.qırmızı b. Yaşıl c.ağ d.çəhrayı

Page 55: Kitabın içində - goygol.cls.azgoygol.cls.az/front/files/libraries/1046/books/570131450253652.pdfRiyaziyyat” kimi vəsaitlər nəşriyyatımızın məktəbəqədər layihələri

Atalar sözlərində buraxılmış boşluqları doldurun.

a.Yalançının evi yandı,.................

b.Yanğına....................getməzlər

c.Od olmayan yerdən.........çıxmaz

d.Qurunun oduna.........yanar.