Upload
others
View
13
Download
0
Embed Size (px)
Citation preview
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
1
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Baza modulu
üzrə Təlim Materialı
“Peşə etikası əldə edərək sosial həyat bacarıqlarına yiyələnmə”
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
2
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Mündəricat
1. Təlim nəticəsi 1: Səciyyəvi təşkilati strukturları təhlil etməyi bacarır. 6
1.1.1.Təşkilati strukturların mənasını izah edir. 6
1.1.2.Tələbələr üçün fəaliyyətlər 9
1.1.3. Qiymətləndirmə 10
1.2.1. Sektordakı səciyyəvi təşkilati strukturları xarakterizə edir. 11
1.2.2. Tələbələr üçün fəaliyyətlər 13
1.2.3. Qiymətləndirmə 14
1.3.1 Sektorun ən ümumi təşkilati strukturunun üstünlüklərini təhlil edir. 15
1.3.2. Tələbələr üçün fəaliyyətlər 17
1.3.3. Qiymətləndirmə 18
1.4.1. Sektordakı ən ümumi təşkilati strukturun çatışmayan cəhətlərini təhlil edir. 19
1.4.2. Tələbələr üçün fəaliyyətlər 21
1.4.3. Qiymətləndirmə 22
2. Təlim nəticəsi 2: Səciyyəvi təşkilati strukturlarda ünsiyyət qurmağı bacarır. 23
2.1.1. Sektordakı səciyyəvi təşkilatlarda göstərişlərin sırasını təsvir edir. 23
2.1.2. Tələbələr üçün fəaliyyətlər. 24
2.1.3. Qiymətləndirmə 25
2.2.1. Sektordakı ən ümumi təşkilati strukturda səciyyəvi ünsiyyət problemlərini təhlil edir. 26
2.2.2. Tələbələr üçün fəaliyyətlər 28
2.2.3. Qiymətləndirmə 29
2.3.1. 2-ci qiymətləndirmə meyarında müəyyən edilən ünsiyyət problemlərinin aradan
qaldırılmasını izah edir. 30
2.3.2. Tələbələr üçün fəaliyyətlər 33
2.3.3. Qiymətləndirmə 34
3. Təlim nəticəsi 3: Qrup daxilində səmərəli işləməyi bacarır. 35
3.1.1. Öz peşəsi ilə bağlı qruplarla necə işlədiyinizi izah edir. 35
3.1.2. Tələbələr üçün fəaliyyətlər 36
3.1.3. Qiymətləndirmə 37
3.2.1. Səciyyəvi qrup işlərində qrupdakıların rollarını təsvir edir. Error! Bookmark not defined.
3.2.2. Tələbələr üçün fəaliyyətlər 40
3.2.3. Qiymətləndirmə 41
3.3.1. Qrup işində öz rolunu təhlil edir. 42
3.3.2. Tələbələr üçün fəaliyyətlər 43
3.3.3. Qiymətləndirmə 46
3.4.1. Öz peşəsi ilə bağlı qrup işində problemlərin dair nümunələrini nəzərdən keçirir. 47
3.4.2. Tələbələr üçün fəaliyyətlər 49
3.4.3. Qiymətləndirmə 50
3.5.1. 4-cü qiymətləndirmə meyarında müəyyən edilən problemlərin həllinə necə kömək edə
biləcəyinizi təsvir edir. 51
3.5.2. Tələbələr üçün fəaliyyətlər 53
3.5.3. Qiymətləndirmə 54
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
3
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4. Təlim nəticəsi 4:
Azərbaycan
cəmiyyətində səmərəli işləməyi
bacarır Error! Bookmark not defined.
4.1.1. Azərbaycan vətəndaşı kimi özünə müvafiq olan qanunları müəyyən edir.Error! Bookmark not
defined.
4.1.2.Tələbələr üçün fəaliyyətlər Error! Bookmark not defined.
4.1.3.Qiymətləndirmə Error! Bookmark not defined.
4.2.1. Azərbaycan vətəndaşı kimi öz hüquqlarını izah edir Error! Bookmark not defined.
4.2.2. Tələbələr üçün fəaliyyətlər Error! Bookmark not defined.
4.2.3. Qiymətləndirmə Error! Bookmark not defined.
4.3.1. Azərbaycanda bir işçi kimi öz peşəsi üçün müvafiq olan qanunları nəzərdən keçirir Error!
Bookmark not defined.
4.3.2. Tələbələr üçün fəaliyyətlər Error! Bookmark not defined.
4.3.3. Qiymətləndirmə Error! Bookmark not defined.
4.4.1. Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir. Error! Bookmark not defined.
4.4.2. Tələbələr üçün fəaliyyətlər Error! Bookmark not defined.
4.4.3. Qiymətləndirmə Error! Bookmark not defined.
5. Təlim nəticəsi 5: Azərbaycan cəmiyyəti və dünya haqqında hesabat verməyi bacarır. Error!
Bookmark not defined.
5.1.1. Azərbaycanın hansı beynəlxalq təşkilatların üzvü olduğunu izah edir Error! Bookmark not
defined.
5.1.2. Tələbələr üçün fəaliyyətlər Error! Bookmark not defined.
5.1.3. Qiymətləndirmə Error! Bookmark not defined.
5.2.1. Dünyanın Azərbaycan mədəniyyətindən nə öyrənə biləcəyinə dair nümunələr təqdim edir.
Error! Bookmark not defined.
5.2.2. Tələbələr üçün fəaliyyətlər Error! Bookmark not defined.
5.2.3. Qiymətləndirmə Error! Bookmark not defined.
5.3.1. Qlobal perspektivdə Azərbaycanın gələcəyini necə gördüyü barədə məruzə edir Error!
Bookmark not defined.
5.3.2. Tələbələr üçün fəaliyyətlər Error! Bookmark not defined.
5.3.3. Qiymətləndirmə Error! Bookmark not defined.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
4
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
“Peşə etikası əldə edərək sosial həyat bacarıqlarına yiyələnmə” modul spesifikasiyası
Modulun adı: Peşə etikası əldə edərək sosial həyat bacarıqlarına yiyələnmə
Modulun kodu: 8
Modul üzrə saatlar və kreditlər: 60 saat
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə səciyyəvi təşkilati strukturda təhlil
aparmağı və ünsiyyət qurmağı, qrup şəklində və Azərbaycan cəmiyyətində effektiv işləməyi və ətraf mühitin
mühafizəsinə töhfə verməyi, eləcə də Azərbaycan cəmiyyəti və dünya haqqında məruzə etməyi bacarır.
Təlim nəticəsi 1: Səciyyəvi təşkilati strukturları təhlil etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Təşkilati strukturların mənasını izah edir.
2. Sektordakı səciyyəvi təşkilati strukturları xarakterizə edir.
3. Sektorun ən ümumi təşkilati strukturunun üstünlüklərini təhlil edir.
4. Sektordakı ən ümumi təşkilati strukturun çatışmayan cəhətlərini təhlil edir.
Təlim nəticəsi 2: Səciyyəvi təşkilati strukturlarda ünsiyyət qurmağı bacarır.
Qiymətləndirmə meyarları
1. Sektordakı səciyyəvi təşkilatlarda göstərişlərin sırasını təsvir edir.
2. Sektordakı ən ümumi təşkilati strukturda səciyyəvi ünsiyyət problemlərini təhlil edir.
3. 2-ci qiymətləndirmə meyarında müəyyən edilən ünsiyyət problemlərinin aradan qaldırılmasını izah edir.
Təlim nəticəsi 3: Qrup daxilində səmərəli işləməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Öz peşəsi ilə bağlı qruplarda necə işlədiyini izah edir.
2. Səciyyəvi qrup işlərində qrupdakıların rollarını təsvir edir.
3. Qrup işində öz şəxsi rolunu təhlil edir.
4. Öz peşəsi ilə bağlı qrup işində problemlərin nümunələrini nəzərdən keçirir.
5. 4-cü qiymətləndirmə meyarında müəyyən edilən problemlərin həllinə necə kömək edə biləcəyini təsvir
edir.
Təlim nəticəsi 4: Azərbaycan cəmiyyətində səmərəli işləməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Azərbaycan vətəndaşı kimi özünə müvafiq olan qanunları müəyyən edir.
2. Azərbaycan vətəndaşı kimi öz hüquqlarını izah edir.
3. Azərbaycanda bir işçi kimi öz peşəsi üçün müvafiq olan qanunları nəzərdən keçirir.
4. Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir.
Təlim nəticəsi 5: Azərbaycan cəmiyyəti və dünya haqqında hesabat verməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Azərbaycanın hansı beynəlxalq təşkilatların üzvü olduğunu izah edir.
2. Dünyanın Azərbaycan mədəniyyətindən nə öyrənə biləcəyinə dair nümunələr təqdim edir.
3. Qlobal perspektivdə Azərbaycanın gələcəyini necə gördüyü barədə məruzə edir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
5
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ Giriş
“Peşə etikası əldə edərək sosial həyat bacarıqlarına yiyələnmə modulu” Peşə təhsili və
təlimində vacib yerlərdən birini tutur. Modul tamamladıqdan sonra tələbələrdən səciyyəvi
təşkilati strukturda təhlil aparmağı və ünsiyyət qurmağı, qrup şəklində və Azərbaycan
cəmiyyətində effektiv işləməyi və ətraf mühitin mühafizəsinə töhfə verməyi, eləcə də
Azərbaycan cəmiyyəti və dünya haqqında məruzə etməyi bacarıqları tələb olunur.
“Peşə etikası əldə edərək sosial həyat bacarıqlarına yiyələnmə” baza modulunu tam olaraq
əldə edən, mənimsəyən şəxs harada və hansı şəraitdə işləməsindən asılı olmayaraq, hansı
peşədə çalışmasından, hansı vəzifədə olmasından asılı olmayaraq təşkilati strukturlar
haqqında məlumata sahib olacaq və sektordakı səviyyəvi təşkilati strukturların mənasını izah
edəcək, öz peşəsi ilə bağlı qruplarda sərbəst şəkildə problemlərin həlli yollarını tapacaq,
Azərbaycan cəmiyyətində səmərəli işləməyi bacaracaq, eləcə də öz ölkəsi və dünya haqqında
biliklərini nümayiş etdirəcəkdir.
Sözügedən modul beş təlim nəticəsindən və tər təlim nəticəsinə uyğun qiymətləndirmə
meyarlarından ibarətdir.
Belə ki, 1-ci təlim nəticəsində Səciyyəvi təşkilati strukturlar öz əksini tapır.
2-ci təlim nəticəsi Səciyyəvi təşkilati strukturlarda qurulan ünsiyyət məsələlərindən bəhs
edir.
3-cü təlim nəticəsində öz peşəsi ilə bağlı qruplar daxilində ünsiyyət qurmaq və səmərəli
işləmək öz əksini tapır.
4-cü təlim nəticəsi isə Azərbaycan cəmiyyətində səmərəli işləmək məsələlərini
özündə birləşdirir.
Nəhayət, sonuncu, 5-ci təlim nəticəsində Azərbaycan cəmiyyəti və dünya haqqında hesabat
vermək bacarıqları verilmişdir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
6
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1. Təlim nəticəsi 1: Səciyyəvi təşkilati strukturları təhlil etməyi bacarır.
1.1.1. Təşkilati strukturların mənasını izah edir.
Nə üçün təşkilati strukturlar haqqında danışmalıyıq?
Siz təhsilinizi başa vurduqdan sonra əmək fəaliyyətinə başladıqda təklikdə
işləməyəcəksiniz! Siz şirkətdə işləyəcəksiniz və şirkət özü-özlüyündə bir təşkilatdır. Siz artıq
məktəb, sinif və s. kimi müxtəlif təşkilatların tərkib hissəsisiniz.
Müxtəlif növ təşkilatların müxtəlif müsbət və mənfi xüsusiyyətləri var. Siz bu
xüsusiyyətlərə nə qədər çox bələd olsanız, iş yerinizdəki problemləri bir o qədər yaxşı həll
edə bilərsiniz.
Bu modulda rast gələcəyiniz sözlərin çoxu mənşəcə İngilis dilinə aiddir. Beləliklə, siz
həmçinin İngilis dilindəki sözləri də öyrənəcəksiniz. Siz xarici ölkələrə səfər etdikdə və xarici
ölkələrdə fəaliyyət göstərdikdə bu sözləri bilməyiniz sizin üçün faydalı olacaqdır. Ona görə də
həm Azərbaycan, həm də İngilis dillərində çox söz öyrənin!
Təşkilat nədir?
Təşkilat sözünün verilmiş mənasını oxuyun: “Ehtiyacları qarşılamaq və ya kollektiv
məqsədlərə nail olmaq üçün birlikdə çalışan insanların strukturlaşdırılmış və idarə olunan
sosial birliyi. Bütün təşkilatlar müxtəlif fəaliyyətlər və üzvlər arasındakı əlaqələri
müəyyənləşdirən idarəetmə strukturuna malikdir, həmçinin müxtəlif vəzifələri yerinə
yetirmək üçün rolları, öhdəlik və səlahiyyətləri bölür və təyin edir. Təşkilatlar açıq
sistemlərdir – onlar ətraf mühitə təsir edir və ətraf mühitin təsirinə məruz qalırlar”.
Təşkilati struktur nədir?
Aşağıdakılardan ibarət tipik mərhələli (iyerarxial)1
struktur:
1 İyerarxiya - vəziəfələrin bir-birinə tabe olunmuş halında düzülməsidir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
7
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Təşkilatın tabe etmə zənciri
əlaqələri,
hüquq və vəzifələri.
Təşkilati struktur rolların, səlahiyyət və öhdəliklərin necə təyin edildiyini, onlara nəzarət
edildiyini və əlaqələndirildiyini, müxtəlif idarəetmə səviyyələri arasında informasiya axınını
müəyyən edir.
Struktur təşkilatın məqsədlərindən və strategiyasından asılıdır. Mərkəzləşdirilmiş
strukturda, ən yüksək rəhbərlik təbəqəsi daha çox qərar qəbul etmək səlahiyyətinə malik
olmaqla şöbə və bölmələrə ciddi nəzarəti vardır. Mərkəzləşdirilməmiş strukturda qərar
qəbul etmək səlahiyyəti paylanır və müxtəlif şöbə və bölmələr arasında müəyyən müstəqillik
dərəcəsi olur. Çoxsaylı məhsulların satışı ilə məşğul olan şirkət öz strukturunu hər bir
məhsula uyğun olaraq bölünmüş qruplar şəklində və həmçinin coğrafi ərazidən asılı olaraq
təşkil edə bilər. Təşkilati struktur sxemi təşkilatın strukturunu əks etdirir.
Təşkilati struktur sxemləri.
Böyük Kiçiyə qarşı
Əksər insanlar formal strukturu iri təşkilatlar və korporasiyalarla əlaqələndirirlər.
Kiçik təşkilatlar daha az resurslara (maliyyə və insan resursları) malik olduğu üçün təşkilatı
tabeçilik (iyerarxiya) məsələləri onları narahat etmir, onlar sadəcə öz işlərini yerinə yetirirlər.
Kiçik təşkilatda çalışan bir çox insan bir neçə vəzifənin yerinə yetirilməsinə cəlb olunur və
beləliklə, bu qeyri-formal struktur təbii görünür.
Şöbə bölgüsü strukturu
Bir neçə fərqli şöbəsi olan kiçik müəssisə üçün onun gələcək inkişafı baxımından hər
bir şöbəni müəyyən edən təşkilati struktur münasib ola bilər. Bu, ən sadə təşkilati
strukturlardan biri hesab edilir və əksər hallarda, hər şöbədə həmin şöbənin fəaliyyətinə
nəzarət edən rəhbər olur. Şöbələrdən biri və ya bir neçəsi genişləndirildikdə bu, təşkilata
onun bütöv strukturunu yenidən təşkil etmədən və ya genişləndirmədən şöbə daxilində
əlavə iş yerlərinin daxil edilməsinə, yaxud işçilərin yeni rəhbər vəzifələrə irəli çəkilməsinə
imkan verir.
Funksional struktur
Əgər təşkilat daha az şöbəyə ayrılmışdırsa, bu zaman funksional təşkilati struktur
forması uyğun ola bilər. Belə struktur tipi təşkilatı müxtəlif funksiyalar, məsələn, tədqiqat və
inkişaf, istehsal, marketinq, idarəetmə və s. əsasında təşkil edir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
8
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Coğrafi struktur
Hətta ən kiçik müəssisələrin belə milli və beynəlxalq səviyyədə həmin coğrafi
ərazilərin hər birində xüsusi məqsədlər üçün yaradılmış əlavə ofisləri ola bilər. Coğrafi
təşkilati struktur bu tip müəssisələr üçün müvafiq ola bilər. Bu struktur təşkilata vəzifələrin
adlarını, öhdəlikləri və tabeçiliyi hər bir ərazinin ehtiyacları əsasında təyin etməyə imkan
verir. Belə struktur, həmçinin təşkilatın rəhbərinin yerli bazar tendensiyaları və gəlirlilik
səviyyəsi əsasında hər regional ərazidə nəzarəti həyata keçirməsinə, eyni zamanda, təşkilata
konkret ərazidə (bütövlükdə təşkilata təsir göstərmədən) xidmətləri tez bir zamanda
genişləndirməyə və ya dayandırmağa imkan verir.
Biznes vahidi
Müxtəlif sənaye sahələri və bazarlar üzrə fəaliyyət
göstərən xırda müəssisələr üçün təşkilati struktur hər bir
biznes vahidi tərəfindən alt-üst edilə bilər. Bu tip
strukturlar adətən hər bir biznes vahidinin gəlirlilik
səviyyəsinə əsaslanır. Şöbə strukturunda olduğu kimi, hər
bir biznes vahidinə bütün əməliyyatları idarə edən rəhbər
tərəfindən nəzarət edilir. Bütün biznes vahidlərinin uğurlu
ola bilməsinə baxmayaraq, bəziləri sənaye və bazar tendensiyalarına görə digərlərinə
nisbətən daha sürətlə inkişaf edirlər. Bu struktur, təşkilatdakı digər biznes vahidlərinə təsir
göstərmədən sürətlə inkişaf edən və ya zəifləməkdə olan biznes vahidində yenidənqurma
işlərinin aparılmasına imkan verir.
Layihələrin təşkili
Layihə başdan sona qədər planlaşdırılan işlərin (vəzifələrin) ardıcıllığıdır. Layihə müəyyən
vaxta konkret resurslarla həyata keçirilməli və tələb olunan nəticələri əldə etməlidir.
Layihənin əvvəlcədən müəyyən edilmiş nəticələri, icra müddəti və büdcəsi olur. Bu
yanaşmanın vacib xüsusiyyəti ondan ibarətdir ki, layihələr tabe olduğu təşkilatdan ayrı
şəkildə həyata keçirilir. Layihə xüsusi texniki işçi heyətə malik, özünün rəhbərliyi olan, tabe
olduğu təşkilatla layihənin icrasına dair dövri hesabatlar və əlavə məsələlər üzrə bağlı olan
müstəqil seqmentdir. İşin yerinə yetirilməsi yollarından danışdıqda, işgüzar təcrübədə
bununla bağlı müxtəlif həll yolları mövcuddur. Bəzi təşkilatlar ətraflı şəkildə inzibati, maliyyə,
kadrlar üzrə və nəzarət prosedurları qəbul edirlər.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
9
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.1.2. Tələbələr üçün fəaliyyətlər
Əvvəlcə, təşkilat haqqında öz tərifinizi yazın. Təşkilata verdiyiniz tərifi
qrupda təqdim edin. Qrup üzvlərinin verdiyi təriflərə diqqətlə qulaq asın və onlara 3
yaradıcı sual verin. Təşkilat haqqında qrup tərəfindən verilən bir tərif üzərində razılaşın
və onu sinfə təqdim edin. Təqdimat zamanı hər qrup digər qrupa 3 konstruktiv sual
ünvanlasın.
Siz hazırda hansı təşkilatların üzvüsünüz? Hansı təşkilatların üzvü olduğunuzu qrupla
müzakirə edin.
Məktəbinizin təşkilati struktur sxemini çəkin və məktəbinizin hansı təşkilati struktura
malik olduğunu cütlərlə müzakirə edin.
Valideynlərinizdən və digər şəxslərdən hansı təşkilatların üzvü olduqlarını soruşun.
Həmin təşkilatların təşkilati struktur sxemlərini çəkin və sinfə təqdim edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
10
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.1.3.Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Təşkilati strukturların mənasını izah edir”.
Öz sözlərinizlə təşkilatın nə olduğunu izah edə bilərsinizmi?
Təşkilati struktur sxemi nədir?
Ən geniş yayılmış təşkilati struktur sxemlərini çəkin.
Sizin və sinif yoldaşlarınızın hansı təşkilatların üzvü olduğunu şərh edin və təşkilati
struktur sxemlərini çəkin.
Valideynlərinizdən və ya digər şəxslərdən eşitdiyiniz təşkilatlara dair nümunələr
göstərin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
11
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.2.1. Sektordakı səciyyəvi təşkilati strukturları xarakterizə edir.
Nə üçün təşkilati strukturlar haqqında bilməlisiniz?
Bütün şirkətlər müxtəlifdir və çox güman ki, öz iş həyatınız
müddətində müxtəlif növ şirkətlərdə işləyəcəksiniz. Ola bilər ki, siz kiçik
şirkətdə işə başlayar və sonra daha böyük şirkətə keçərsiniz – yaxud əksinə. Həmçinin, ola
bilər ki, bir sektorda işə başlayar və daha sonra karyeranızı dəyişib digər sektorda işləyəsiniz.
Buna görə də müxtəlif təşkilati strukturlar haqqında məlumatınızın olması sizin üçün
faydalıdır.
Tipik təşkilati strukturlar
Təşkilati strukturlar iki kateqoriyaya bölünür: ənənəvi və müasir. Ənənəvi strukturlara
sadə struktur, funksional struktur və bölgü əsaslı struktur daxildir. Müasir strukturlara
komanda strukturu, matris strukturu, layihə strukturu, sərhədsiz təşkilat (idarəetmədə
ənənəvi sərhədlərin aradan qaldırıldığı təşkilati struktur) və təlim təşkilatı (işçilərinin daim
yeni biliklər əldə edərək və öz bacarıqlarını inkişaf etdirərək təşkilatın uğurlarına töhfə
verdiyi təşkilati struktur) daxil edilə bilər.
Sadə struktur
Sadə struktur daha az şöbə bölgüsünün aparıldığı, geniş diapazonda nəzarət,
mərkəzləşdirilmiş hakimiyyət və daha az rəsmiləşdirilmə ilə xarakterizə olunan bir
strukturdur. Bu tip struktur daha çox kiçik ‘start-up’lar üçün xarakterikdir. Məsələn, bir neçə
işçisi olan müəssisəyə adətən müəssisə sahibi özü rəhbərlik edir və müəssisənin bütün
funksiyalarına nəzarət edir. İşçilər, adətən müəssisənin bütün bölmələrində çalışır və kiçik
şöbə bölgüsü apararaq diqqəti yalnız bir işə yönəltmirlər. Bu tip strukturlarda
standartlaşdırılmış siyasət və prosedurlar mövcud olmur. Şirkət genişlənməyə başladıqda,
struktur da mürəkkəbləşir və sadə strukturdan kənarlaşır.
Funksional struktur
Funksional struktur oxşar və ya əlaqəli peşəkar mütəxəssislərin birgə qruplaşdığı struktur
kimi müəyyən olunur. Bu, bütövlükdə təşkilata tətbiq edilən şöbə bölgüsünə funksional
yanaşmadır.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
12
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Diviszional (bölmə) əsaslı struktur
Divizional struktur ayrı-ayrı yarı-müstəqil vahidlərdən və bölmələrdən ibarətdir. Bir
korporasiyanın daxilində çoxlu sayda müxtəlif bölmələr və hər bir bölmənin yerinə yetirməli
olduğu məqsədlər ola bilər. Menecer bölmələrin bölgüsünə nəzarət edir və tam şəkildə
bölmənin nailiyyətlərinə və ya müvəffəqiyyətsizliyinə görə məsuliyyət daşıyır. Bu,
menecerlərin əsas diqqəti daha çox nəticəyə yönəltməsinə imkan verir, çünki əldə olunan
nəticələrə görə onlar cavabdehdir.
Komanda strukturu
Komanda strukturunda təşkilat komandalardan ibarət olub hər bir komanda ümumi məqsəd
istiqamətində fəaliyyət göstərir. Şirkətin funksiyalarını yerinə yetirmək üçün təşkilat
qruplardan ibarət olduğu üçün komandalar yaxşı fəaliyyət göstərməlidirlər, çünki onlar öz
fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar. Komanda strukturlu təşkilatda iyerarxiya və ya
instansiyalar zənciri mövcud deyil. Buna görə də, qruplar istədikləri qaydada işləyə və öz
vəzifələrini yerinə yetirmək üçün ən effektiv və səmərəli metodu müəyyən edə bilərlər.
Komandalara istədikləri kimi innovativ olmaq səlahiyyəti verilir. Bəzi komandalarda
komandanın işinə görə cavabdeh olan qrup rəhbəri ola bilər.
Matris strukturu
Matris strukturu elə bir strukturdur ki, burada müxtəlif funksional şöbələrdən olan
mütəxəssislər bir və ya daha artıq layihə üzrə işə təyin olunur. Təşkilatda paralel şəkildə bir
neçə layihə həyata keçirilə bilər. Hər bir konkret layihəyə layihə meneceri təyin edilir və
onun vəzifəsi layihəni həyata keçirmək üçün tələb olunan bütün resursları paylaşdırmaqdır.
Matris strukturunda həmin resurslar şirkətin müxtəlif funksiyalarını əhatə edir, məsələn,
əməliyyatlar, mühasibat uçotu, satış, marketinq, mühəndis-texniki işlər və insan resursları.
Layihə meneceri, layihə üzərində işləməsi üçün hər bir funksiya üzrə mütəxəssisləri bir araya
gətirməli və layihənin icrasını uğurla başa çatdırmalıdır. Bu strukturda iki menecer fəaliyyət
göstərir: layihə meneceri, şöbə meneceri yaxud funksional menecer.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
13
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Layihə əsaslı struktur
Layihə əsaslı struktur işçilərin davamlı olaraq layihələr üzərində işlədiyi bir təşkilati
strukturdur. Bu struktur matris strukturuna bənzəyir; lakin, layihələr başa çatdıqda işçilər öz
şöbələrinə geri dönmürlər. Komanda strukturunda olduğu kimi onlar davamlı olaraq
layihələr üzərində işləyirlər. Hər komandada layihəni uğurla başa çatdırmaq üçün lazımi
işçilər fəaliyyət göstərir. Hər bir işçi qrupa öz ixtisaslaşmış bacarıqları ilə töhfə verir. Layihə
başa çatdıqda, komanda növbəti layihəyə keçid alır.
1.2.2. Tələbələr üçün fəaliyyətlər
Yuxarıdakı mətndə çoxlu sayda yeni sözlər var. Yeni sözləri qeyd vərəqində
yazın. Vərəqləri qrupun ortasına qoyun və növbə ilə vərəqləri çəkərək yeni sözlərin
mənasını izah edin.
Məktəbinizin, ailənizin, idman klubunuzun və ya üzvü olduğunuz digər təşkilatların hansı
struktura malik olmasını qruplarla müzakirə edin.
Qruplarla işləyin və hər bir tipik təşkilati struktur üzrə sektorunuzda fəaliyyət göstərən
şirkətlərə dair nümunələr tapın və şirkəti sinfinizə təqdim edin.
Valideynlərinizdən və ya digər şəxslərdən cari və ya əvvəlki iş yerlərində hansı təşkilati
struktur tipinin mövcud olduğunu soruşun.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
14
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Sektordakı səciyyəvi təşkilati strukturları xarakterizə edir.”
Strukturlardan hər birinin xüsusiyyətlərini izah edin.
İşlədiyiniz təşkilati strukturlara dair nümunələr təqdim edin və müzakirə aparın.
Valideynlərinizin və digər şəxslərin haqqında sizə danışdığı strukturları təqdim edin
və müzakirə aparın.
Təşkilati strukturlar haqqında məlumatlılığınızın sizin üçün nəyə görə faydalı
olduğunu izah edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
15
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.3.1. Sektorun ən ümumi təşkilati strukturunun üstünlüklərini təhlil edir.
Ən geniş yayılmış təşkilati strukturların müsbət xüsusiyyətləri
barədə nə üçün danışmalıyıq?
Yuxarıda müzakirə etdiyimiz kimi, çox güman ki, iş həyatınız boyunca
müxtəlif təşkilati strukturlarda işləyəcəksiniz. Buna görə də hər bir strukturun müsbət və
mənfi cəhətlərini bilmək faydalıdır. Bir çoxunuz sahibkar kimi öz şəxsi şirkətinizi yaratmağa
hazırlaşırsınız. Məhz o zaman müxtəlif strukturların müsbət cəhətlərini bilməniz yaxşı
olacaq!
Müxtəlif təşkilati strukturların müsbət cəhətləri
Sadə struktur
Sadə təşkilati strukturun güclü cəhəti ondan ibarətdir ki, müəssisə sahibinin şirkətin
fəaliyyətinə ciddi nəzarət etməsinə imkan verir. Onun təsdiqi olmadan heç bir qərar qəbul
edilmir və qəbul edilmiş hər bir mühüm qərardan xəbərdardır. İşçilərin sadə strukturla bağlı
heç bir tərəddüdü yoxdur, çünki onlar təlimatlarını şöbə müdiri və ya orta səviyyəli
menecerdən deyil, bilavasitə yuxarı rəhbərlikdən alırlar. Şirkətlər sadə strukturla daha cəld
qərar qəbul edirlər, çünki ideya və müraciətlərin təsdiq edilməzdən əvvəl keçməli olduğu
heç bir idarəetmə təbəqəsi yoxdur.
Funksional struktur
Funksional təşkilatın ən bariz üstünlüyü ondan ibarətdir ki, işçilərin ixtisaslarına görə
qruplaşdırılması şöbələrin etibarlı səviyyədə səriştəliliyini təmin edir. Bu, xüsusilə bir şöbə
daxilində bir neçə funksional səviyyənin mövcud olduğu iri təşkilatlarda belədir.
Bu növ təşkilati ixtisaslaşmanın oxşar bir üstünlüyü fəaliyyətin operativliyidir.
Ümumilikdə götürdükdə, baş texniki mütəxəssis daha az təcrübəsi olan bir işçidən problemin
həllinə daha tez dəstək göstərəcəkdir.
İşçi qüvvəsinin funksiyalara uyğun bölünməsi təşkilati cavabdehliyi və vəzifələrin
bölgüsünü aydınlaşdırır. Bu, vaxt itkisinə və səylərin lüzumsuz sərfinə səbəb olan
tapşırıqların təkrarlanması hallarını aradan qaldırır və rəhbərlik tərəfindən işlərin müvafiq
işçilərə yönləndirilməsini asanlaşdırır.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
16
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Divizional (bölmə əsaslı) struktur
Bölmələr effektiv fəaliyyət göstərir, belə ki, onlar qrupun əsas diqqətini konkret məhsula
və ya xidmətə yönəltməsinə kömək edir və qrupun mühüm strateji məqsədlərini
dəstəkləyən rəhbərlik strukturuna malikdir. Özünün prezidentinin və ya vitse-prezidentinin
olması bölmə üçün lazım olan resursların şirkət tərəfindən verilməsi ehtimalını artırır.
Həmçinin, bölmənin fəaliyyət istiqaməti ona ümumi mədəniyyət və xüsusi sadiqlik hissini,
mənəvi ruh yüksəkliyi ilə nəticələnən iftixar hissini və bölmənin portfeli haqqında daha yaxşı
bilikləri formalaşdırmağa imkan verir. Bu struktur məhsul və xidmətlərin təşkilatdakı çoxsaylı
şöbələr arasında dağınıq şəkildə səpələnməsinə nisbətən daha üstün hesab edilir.
Layihə əsaslı struktur
Layihə əsaslı təşkilati strukturlar iyerarxiyalara (tabeçilik), funksiyalara və fəaliyyətlərə
əsaslanan strukturlardan götürülmüşdür. Belə strukturlarda şirkətin əsas funksiyaları
idarəetmə strukturunda saxlandıqda matris təşkilati strukturundan istifadə olunduğu halda,
işlər iyerarxiya strukturuna malik layihə əsaslı qruplarda həyata keçirilir. İşçinin layihə ilə
bağlı işlər üçün bir rəhbəri, vəzifədə irəli çəkilmə və kompensasiyalar üçün isə başqa bir
rəhbəri ola bilər.
Tərifə görə layihələr vaxt məhdudiyyətli olduğu üçün layihələrə əsaslanan təşkilati
strukturlar layihələr dəyişdikcə mütəmadi olaraq dəyişir. Bu daimi dəyişmə işçilərə
tapşırıqlara uyğun işlərin həvalə edilməsində çevikliyin artırılmasına gətirib çıxarır.
Layihələrdə əsas diqqət həll yollarına və icraya yönəldilir, məsələn, layihə yerinə
yetirməli olduğu işləri yerinə yetirirmi, layihə xərcləri büdcə çərçivəsindədirmi və siz layihəni
icra cədvəlinə əsasən başa çatdıracaqsınızmı. Aydın məqsədləri olan tapşırıqlar layihələr
qismində təşkil olunmaq üçün münasibdir. Siz layihə menecerini təyin etməklə və işə ən
münasib olan insanları qrup şəklində bir araya gətirməklə işlərin daha tez və səmərəli şəkildə
yerinə yetirilməsini təmin edə bilərsiniz.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
17
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.3.2. Tələbələr üçün fəaliyyətlər
Mətni oxumazdan əvvəl siz ayrı-ayrılıqda hər bir strukturun müsbət
cəhətləri barədə ətraflı düşünün. Qrupunuza təqdim edin və müzakirə aparın.
Mətni oxuyun və yeni sözləri müəyyən edin. Növbə ilə bir-birinizdən yeni sözləri izah
etməyi xahiş edin.
Hər struktur üzrə bir qrup olmaqla qruplar yaradın. Mətni oxuyun və mətndə verilmiş
müsbət cəhətlərlə sizin söylədiyiniz müsbət cəhətləri müqayisə edin. Nəticəni flipçart
üzərində sinfə təqdim edin.
Valideynlərinizdən və digər şəxslərdən öz iş həyatları boyunca rastlaşdıqları təşkilati
strukturların müsbət cəhətləri barədə soruşun. Qruplarınıza təqdim edin və göstərdiyiniz
nümunələri flipçartlara əlavə edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
18
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Sektorun ən ümumi təşkilati strukturunun üstünlüklərini təhlil edir.”
Bu qiymətləndirmə meyarında öyrəndiyinizi yeni sözləri izah edin.
Qrup işinizin nəticələrini təqdim edin.
Hər bir təşkilati strukturun müsbət cəhətlərini öz sözlərinizlə bildirin, sinfinizə və/və
ya valideynlərinizə yaxud digər şəxslərə aid nümunələr göstərin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
19
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.4.1. Sektordakı ən ümumi təşkilati strukturun çatışmayan cəhətlərini təhlil edir.
Nə üçün biz təşkilati strukturların mənfi cəhətləri barədə bilməliyik?
Bütün strukturların mənfi cəhətləri var. Mükəmməl təşkilati struktur yoxdur.
Əgər belə bir struktur olsaydı, bu zaman bütün şirkətlər həmin strukturu seçərdi .
Şirkətlər də müxtəlifdir. Buna görə də məsələn funksional strukturun müsbət və mənfi
cəhətləri bütün şirkətlərdə eyni deyildir. Buna baxmayaraq, sizin mənfi cəhətlər barədə nə
qədər çox məlumatınız olarsa, problemləri daha yaxşı proqnozlaşdıra və qarşısını ala
bilərsiniz.
Geniş yayılmış təşkilati strukturların səciyyəvi mənfi cəhətləri
Sadə struktur
Sadə təşkilati strukturdan istifadə ilə bağlı problemlərin çoxu şirkət sahibinin və ya ən
yuxarı vəzifəli şəxsin iş yükü ilə əlaqədardır. Şirkət sahibi şirkətlə bağlı hər bir qərarı
təsdiqləməli olsa, həddən artıq işlə yüklənmiş ola bilər. Sadə təşkilati strukturdan istifadə
edən şirkətlər hətta işçi heyətə ixtisaslaşmış işlər üçün çoxlu sayda işçi əlavə etdikdən sonra
belə adətən bu strukturdan istifadə edirlər, çünki şirkət sahibi iş yükünün digər işçilərə
ötürülməsinə qərar verə bilmir və beləliklə, işçi heyəti özlərinin yerinə yetirə biləcəyi işlərə
görə gözləməyə vadar edir. Əgər şirkət sahibi xəstədirsə, görüşdə və ya işgüzar səfərdədirsə,
şirkət bütövlükdə iflic vəziyyətinə düşə bilər, çünki şirkət sahibi yenidən işə qayıdanadək heç
kim fürsətdən istifadə etmək və ya problemləri həll etmək üçün irəli çıxa bilməz.
Funksional struktur
Funksional təşkilatın bəzi faydaları mənfi cəhətlərə çevrilə bilər. Konkret işlər sahəsində
ixtisaslaşmış işçilərlə şöbələrin olması müxtəlif perspektivli işçilər arasında qarşılıqlı əlaqənin
azalması və ya aradan qaldırılması anlamına gəlir.
Təşkilatın ümumi məqsədinin olması işçilərin əhval-ruhiyyəsini yüksəldir və bu təşkilatın
uğur qazanması üçün vacib göstəricidir. Funksional təşkilatda hər bir mütəxəssis qrupu
nisbətən ayrılmış olduqda, təşkilatın vahid məqsədini daha aydın müəyyənləşdirən ümumi
əlaqə müxtəlif işçilərinin mütəmadi qarşılıqlı fəaliyyət göstərdiyi təşkilatla
müqayisədə demək olar ki, qaçılmaz dərəcədə zəifdir.
Mükəmməl funksional təşkilatda hər bir qrupun öz vəzifələrini yerinə
yetirməsi üçün digər funksional qrupların dəstəyi tələb olunmur, lakin çox
vaxt bu belə deyildir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
20
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Ünsiyyət get-gedə təşkilatlarda daha üstün xarakter aldığından ayrılmış qruplar
vəzifələrini effektiv şəkildə yerinə yetirə bilməyə və hətta müvəffəqiyyətsizliyə uğraya
bilərlər, çünki onlara yardımçı ola biləcək digər funksional qruplara ehtiyaclar və problemlər
barədə məlumat vermək üçün institusional çərçivədə qəbul edilmiş hər hansı metod mövcud
deyil. Bəzi hallarda isə digər funksional qrupların rəhbərləri “bu bizim problemimiz deyil”
deyə yardımsevər tərzdə və ya vaxtında reaksiya vermir. Əməkdaşlıq etmək üçün ehtiyac
yarandıqda əməkdaşlığın ən effektiv ola biləcəyi an artıq ötüb keçmiş olur.
Funksional təşkilatın daha bir mənfi cəhəti funksional qrupların bir-biriləri ilə əməkdaşlıq
edə bilməməsi ilə sıx əlaqəlidir ki, bu da ərazi münaqişələrinin olması ehtimalından irəli gəlir.
Bu münaqişələr məqsədlərə dair fikir ayrılığı, büdcə rəqabəti ilə və ya hər bir departament
ayrı funksional struktura malik olduqda yaxud ümumi məqsəd hissi olmadıqda eqoların
toqquşmasından irəli gələn çoxsaylı problemlərlə bağlı ola bilər.
Divizional (bölmə əsaslı) struktur
Divizional strukturun da zəif cəhətləri mövcuddur. Rəqabət aparan bölmələrdən ibarət
şirkət sağlam strateji düşüncə əvəzinə şirkətin resurslarının bölüşdürülməsi kimi məsələlərə
dair onun fikrinə təsir göstərəcək ofisdaxili mübarizəyə yol verə bilər. Beləliklə, bir bölmə
bəzən digərini sarsıtmaq üçün fəaliyyət göstərəcəkdir.
Layihə əsaslı struktur
Layihələr təşkilatdan ayrı şəkildə fəaliyyət göstərir. Layihə qrupu kifayət qədər
müstəqildir və əsas diqqəti digər qruplarla yaxud şirkətin qalan hissəsi ilə əlaqələndirməyə
deyil, işlərin yerinə yetirilməsinə yönəldir. Əgər siz təşkilati struktur daxilində əlavə
əlaqələndirici funksiyanı təmin etməsəniz, bir-birinə uyğun olmadan işləyən və effektiv
şəkildə həyata keçirilən çoxlu sayda biznes komponentlərinə malik olmaq riskinə məruz
qalacaqsınız. Davamlılıq da bir problemdir. İşçilər daim hərəkətdədirlər, müxtəlif layihə
menecerlərinə hesabat verir və müxtəlif işləri yerinə yetirirlər. Bəziləri bu mühitdə
irəliləyirlər, lakin siz əmin olmalısınız ki, daim dəyişən layihə qruplarına məhz həmin növ
işçiləri təyin edirsiniz və statik (hərəkətsiz) mühitə daha çox uyğun gələnləri isə yardımçı
funksiyalar üçün saxlayın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
21
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.4.2. Tələbələr üçün fəaliyyətlər
Yeni sözləri siyahıda yazın və qrupla müzakirə edin.
Qruplarla işləyin: Funksional strukturun bütün mənfi cəhətlərini seçin və onların
digər strukturlarda tətbiq edilib-edilmədiyini müzakirə edin.
Rol oyunu keçirin: Siz şirkətin menecerisiniz və iki yeni işçini şirkətinizə təqdim
edirsiniz. Şirkətinizin strukturunu, müsbət və mənfi cəhətlərini işçilərə izah edin və
onlardan sual vermələrini xahiş edin. Hər struktura aid bir rol oyunu keçirin.
Valideynlərinizdən təşkilati strukturların mənfi cəhətləri ilə rastlaşıb-
rastlaşmadıqlarını və onların qarşısını almaq üçün hansı tədbirlər gördüklərini
soruşun və nəticəni sinifdə müzakirə edin.
Qruplarla müzakirə edin: İşəgötürənlər və işçilər hər strukturun mənfi cəhətlərini
azaltmaq üçün nə edə bilərlər. Hər struktura aid 3 nümunə hazırlayın və sinifdə
müzakirə edin.
Sektorunuzda fəaliyyət göstərən tipik şirkətlərə bir və ya bir neçə dəfə səfər edin və
şirkət haqqında təqdimat hazırlayın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
22
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
1.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Sektordakı ən ümumi təşkilati strukturun çatışmayan cəhətlərini təhlil
edir.”
Müxtəlif strukturların mənfi cəhətlərini müəyyən edin.
Onların nə üçün mənfi cəhət kimi səciyyələndirildiyini müzakirə edin (kimin üçün
onlar mənfi cəhət hesab olunur, nə üçün onlar mənfi cəhətdirlər).
Mənfi cəhətlərin azaldılmasına necə kömək edə biləcəyinizi izah edin.
Qrup işinizin və şirkətlərə səfərlərin nəticələrini təqdim edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
23
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2. Təlim nəticəsi 2: Səciyyəvi təşkilati strukturlarda ünsiyyət qurmağı bacarır.
2.1.1. Sektordakı səciyyəvi təşkilatlarda göstərişlərin sırasını təsvir edir.
Göstərişlər (tabeçilik sistemi) zənciri barədə nə üçün
danışmalıyıq?
Təlim nəticəsi 1-də müzakirə etdiyimiz kimi, müsbət və mənfi cəhətləri
olan müxtəlif təşkilati strukturlar mövcuddur. Bu təlim nəticəsində biz
müxtəlif strukturlarda necə ünsiyyət qurmaq məsələlərini müzakirə
edəcəyik. Siz yeni iş yerinə qədəm qoyanda ilk diqqət yetirəcəyiniz məsələlərdən biri
budur: “Kim kiminlə danışır?”
Göstərişlər zənciri (tabeçilik sistemi) nədir?
İnstansiyalar zənciri təşkilatların, o cümlədən, hərbi, dini qurumların, korporasiyaların,
dövlət idarələrinin, universitetlərin öz tabelilik (hesabatlılıq) əlaqələrini adətən necə
qurduqlarını əks etdirir. Hər bir işçi digəri qarşısında hesabat verdikdə, təşkilat boyunca
qərarlara və əlaqəyə ciddi nəzarət edilir və instansiyalar zənciri vasitəsilə ötürülür.
Əgər təşkilati struktur sxeminə baxsanız, ənənəvi instansiyalar
zəncirində prezident yaxud ən yüksək rütbəli menecer instansiyalar
zəncirində ən yüksək dərəcəli işçidir. Onlara birbaşa hesabat verən işçi
heyət sxemin ikinci sırasında, növbəti hesabat verən heyət üçüncü sırada
yer alır və beləcə, təşkilatda tabeçilik münasibətləri boyunca sona qədər
davam edir. Təşkilatın hər bir səviyyəsində mühüm qərarlar qəbul etmək
səlahiyyəti getdikcə azalır.
İnformasiya axınının, qərarların qəbul edilməsinin, hakimiyyət və səlahiyyətin təşkili üzrə
bu iyerarxiya (tabeçilik) metoduna görə təşkilatın hər bir səviyyəsi hesabat verdiyi səviyyəyə
tabedir.
Rəhbərlik və nəzarət təşkilatların iyerarxiyalar zənciri üçün xarakterikdir. Sizin işiniz
instansiyalar zəncirində nə qədər yüksəkdə yerləşərsə, sizin bir o qədər çox hakimiyyətiniz,
səlahiyyətiniz və adətən cavabdehliyiniz olar. Ənənəvi iyerarxiya (tabeçilik) strukturlarının
təşkilatlar üçün müsbət və mənfi cəhətləri vardır.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
24
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.1.2. Tələbələr üçün fəaliyyətlər.
Məktəbinizin və üzvü olduğunuz digər təşkilatların göstərişlər zənciri
necədir? Göstərişlər zənciri ilə necə tanış olduğunuzu qruplarla təqdim edin və
müzakirə aparın.
Təlim nəticəsi 1-də müxtəlif strukturlarda işləmiş olduğunuz iyerarxiyalar (tabeçilik)
zəncirini təhlil edin.
Valideynlərinizdən və digər şəxslərdən təşkilatlarındakı instansiyalar zənciri barədə
soruşun.
Siz göstərişlər zəncirinə daxilsinizmi.
Nə üçün göstərişlər zəncirinizin olduğunu və instansiyalar zənciri olmadıqda nələrin
baş verəcəyini qruplarla müzakirə edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
25
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Sektordakı səciyyəvi təşkilatlarda göstərişlərin sırasını təsvir edir.”
Göstərişlər zəncirini öz sözlərinizlə izah edin.
Təşkilatınızda nə üçün göstərişlər zənciri mövcuddur?
Sektorunuzda hansı tipik göstərişlər zənciri mövcuddur? Siz həmçinin Təlim nəticəsi
1-də işlədiyiniz şirkətlərə dair nümunələrdən istifadə edə bilərsiniz.
Bu göstərişlər zəncirlərinə dair nümunələr göstərin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
26
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.2.1. Sektordakı ən ümumi təşkilati strukturda səciyyəvi ünsiyyət problemlərini təhlil edir.
Nə üçün ünsiyyət problemlərindən danışmalıyıq?
Bundan əvvəl də müzakirə etdiyimiz kimi, mükəmməl təşkilat mövcud
deyil. Belə ki, istənilən təşkilatda hər zaman ünsiyyət problemləri baş
verəcəkdir . İnsanlar müxtəlifdir və heç də bütün insanlar hamı ilə
mükəmməl ünsiyyət qura bilmirlər. Lakin, mümkün problemləri nə qədər yaxşı bilsəniz və
düşünmüş olsanız, ünsiyyət problemləri ilə rastlaşdıqda bir o qədər yaxşı hazırlıqlı olarsınız.
Göstərişlər zəncirinin müsbət cəhətləri
İnformasiyanın ötürülməsi, təlimatların verilməsi üzrə təyin edilmiş cavabdeh işçilərlə,
həmçinin səlahiyyətlərin və öhdəliklərin ötürülməsi ilə əlaqədar aydın tabeçilik
münasibətləri mövcuddur.
Hər işçinin bir rəhbəri olur ki, bu da göstərişlər zəncirində çoxsaylı nəzarətçilərin olması
problemini azaldır.
Öhdəlik və cavabdehlik aydın şəkildə təyin olunur və hər bir menecer funksiyaları yerinə
yetirən işçilər qrupuna nəzarət üzrə cavabdehdir.
İşçilərin resurslar, köməklik və ya cavab reaksiyası ilə əlaqədar müraciət edəcəkləri
şəxslərlə bağlı anlaşılmazlığı olmur.
İnsanların və münasibətlərin strukturlu, dayanıqlı və nəzarət olunan iyerarxiya (tabeçilik)
şəbəkəsində təşkili müəyyən dərəcədə sadə və təhlükəsizdir.
Göstərişlər zənciri müştərilərə və təchizatçılara qarşılıqlı münasibətdə olduqları şəxslərin
hansı qərarlar üzrə cavabdeh olması barədə məlumat verir. Təşkilatda hər bir səviyyəni
müəyyən edən vəzifələrin adları təşkilatın maraqlı tərəflərinə həmçinin səlahiyyətlər və
öhdəliklər barədə xəbər verir.
Göstərişlər zəncirinə malik təşkilatda problemlər
Göstərişlər zənciri təfəkkürü işlərin daha çox əzbərlənmiş fəaliyyətləri əhatə etdiyi,
informasiya və kommunikasiya variantlarının məhdud olduğu, qərarların qəbul edilməsi
və səlahiyyətlərin isə təşkilati struktur sxeminin ən zirvəsində və ya ona yaxın məsafədə
yerləşən bir neçə ayrı-ayrı şəxslərin əlində toplaşdığı sənaye əsrində yaranmışdır. Müasir
dövrdə təşkilatlar geniş həcmdə kommunikasiya variantlarını, intellektual cəhətdən
mürəkkəb və informasiya- əsaslı işləri sınaqdan keçirir və qərarların daha sürətlə qəbul
edilməsinə ehtiyac duyurlar. Göstərişlər zənciri, bir çox mənada bu yeni təşkilati
variantları və tələbləri ləngidir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
27
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Əgər informasiyanı hər yerdə əldə etmək mümkündürsə, müxtəlif səviyyələrdə işçilər
tərəfindən qərarların və informasiyanın ötürülməsini təmin edən iyerarxiya (tabeçilik)
qaydası informasiyanın yayılması baxımından lüzumsuzdur.
Dinamik iş mühitində çevikliyə və qərarların daha sürətli qəbul edilməsinə olan tələbat
işçilərin təşkilatın bütün səviyyələri ilə birbaşa ünsiyyət qurmasını tələb edir. Əgər
müştərilərin ehtiyacları qarşılanmazsa və ya işçilərin işi zəifləyərsə, menecerin bir neçə
gün əlçatan olmasını gözləmək yolverilməzdir. İşçi öz menecerinin rəhbəri və ya təşkilatın
prezidenti ilə danışmaq imkanlarına malik olmalıdır.
Əgər bu yeni və dinamik dünyada müştərilərin çeviklik tələb etməsinə görə onların
ehtiyaclarını dərhal qarşılaya biləcək işçilərin inkişaf etdirilməsi tələb olunursa, işçilər
dərhal informasiya əldə etmək iqtidarında olmalı və nəzarət olmadan müştərilərin
ehtiyaclarının vaxtında qarşılanması üçün qərar qəbul etməlidirlər.
Vəzifələr ciddi müəyyən olunmur və mövcud gözləntilər işçilərə tələbat olan sahələrdə
səlahiyyətlərin, müstəqilliyin və qərar qəbul etmək səlahiyyətinin verilməsini təşviq edir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
28
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.2.2. Tələbələr üçün fəaliyyətlər
Cütlərlə: Yuxarıdakı mətni oxuyun və hər bir ox üzrə sektorunuzda baş verə
biləcək mümkün ünsiyyət problemlərini müəyyən edin. Hər bir problemi sinfə təqdim
edin və müzakirə aparın.
Məktəbinizdə hansı ünsiyyət problemləri ilə rastlaşmısınız? Bütöv sinif üzrə qrafik
əlaqələr sxemi tərtib edin.
Valideynlərinizdən indiki və keçmiş iş yerlərindəki ünsiyyət problemləri barədə soruşun.
Sinifdə təqdim edin və müzakirə aparın.
Sektorunuzdakı işəgötürənlərdən tipik ünsiyyət problemləri barədə soruşun.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
29
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Sektordakı ən ümumi təşkilati strukturda səciyyəvi ünsiyyət problemlərini
təhlil edir.”
Ünsiyyət problemini öz sözlərinizlə izah edin.
Qrup işinizin nəticələrini təqdim edin.
Özünüzün rast gəldiyiniz ünsiyyət problemlərinə dair nümunələr göstərin və
onları necə həll etdiyinizi izah edin.
Valideynlərinizin və digər şəxslərin iş yerindəki ünsiyyət problemlərinə dair
nümunələri təqdim edin və müzakirə aparın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
30
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.3.1. 2-ci qiymətləndirmə meyarında müəyyən edilən ünsiyyət
problemlərinin aradan qaldırılmasını izah edir.
Ünsiyyət problemlərini həll etməyi nə üçün öyrənməlisiniz?
Bütün iş yerlərində həmişə ünsiyyət problemləri yaşanacaqdır. Ünsiyyət
problemlərini nə qədər yaxşı bilsəniz, onlardan bir o qədər yaxşı yayına bilərsiniz. Həmçinin,
ünsiyyət problemləri yarandıqda siz onları həll etməyə kömək edə bilərsiniz. Ünsiyyət
problemlərini həll etmək səriştəsi istənilən iş yerində həmişə yüksək qiymətləndirilir!
“İş yerində 10 ən əsas ünsiyyət problemi”
Aşağıdakı mətn “İş yerində 10 ən əsas ünsiyyət problemi” adlanır. Buradakı ünsiyyət
problemləri nümunədirlər. Bu problemlərin “10 ən əsas problem” adlandırılması onların heç
də bütün şirkətlər üçün ən xarakterik problemlər olması demək deyildir.
İş yerində ünsiyyət qrup işi baxımından mühüm əhəmiyyət kəsb edir. İş yerində ünsiyyət
təkcə əlaqələr yaratmağa və saxlamağa deyil, həmçinin innovasiyalara kömək edir. Ünsiyyət
qurmaqla özünü rahat hiss edən işçilər müstəsna dərəcədə yeni fikirlərə malik olacaqdır.
Ünsiyyət olmadan iş yerində bəzi problemlər meydana gələcəkdir.
Standartların olmaması
İş yerində ünsiyyət problemləri standartları aşağı sala bilər, işçilərin necə və nə zaman
ünsiyyət qurmasında ardıcıllıq mövcud deyildir. Həm həmkarlar, həm də müştərilərlə
ünsiyyətdə istifadə olunan metodların standartlaşdırılması məqsədilə ünsiyyət üzrə siyasət
işləyib hazırlayın. Yalnız bir ünsiyyət növünə həddən artıq güvənməkdən çəkinin. Məsələn,
yalnız şifahi ünsiyyətdən istifadə söhbətlərin və informasiyanın izlənilməsini çətinləşdirir.
Ünsiyyət əngəlləri
Təhsil və ya təcrübədə fərqlərin olması bəzi işçilər arasında ünsiyyət
əngəllərinə səbəb olur. Müəyyən ümumi zəmin olmadan işçilər digər işçi heyət
üzvlərinin nə haqqında danışdıqlarını əlaqələndirməkdə və ya başa düşməkdə
çətinlik çəkə bilərlər. Mədəni fərqliliklər zidd məlumatlara səbəb olmaqla
qeyri-şifahi ünsiyyətdə çətinliklər törədə bilər.
İşlə bağlı və şəxsi ünsiyyətin qarışdırılması
Bəzi işçilər şəxsi həyatlarını iş yerindəki ünsiyyətlə qarışdırırlar. Şəxsi ünsiyyət ofisdə
peşəkarlıq səviyyəsini azaldır, bu da bəzən iş yerində boş söhbətlərə, əhval-ruhiyyənin aşağı
düşməsinə və hətta zəhlətökən davranışla bağlı ittihamlara gətirib çıxarır.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
31
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Yanlış şərhlər və fərziyyələr
Ünsiyyət şərh edilməyə açıqdır və bəzən düzgün olmayan bir şəkildə şərh edilir. İnsanlar
adətən eşitdikləri və ya oxuduqları məlumatlar əsasında düzgün eşitmiş və ya oxumuş olub-
olmadıqlarından asılı olmayaraq fərziyyələr yürüdürlər. Qeyri-verbal eyhamlar da ünsiyyətə
mane ola biləcək fərziyyələr yürütməyə səbəb olur.
Zəif dinləmə bacarıqları
İnformasiya mübadiləsi ünsiyyət prosesinin yalnız bir hissəsini təşkil
edir. Güclü dinləmə bacarıqları paylaşılan məlumatın effektiv şəkildə
ötürülməsi və başa düşülməsi baxımından vacib əhəmiyyət kəsb edir.
Həmkarlarını dinləməyi bacarmayan və ya fəal dinləyici olmağı bilməyən
işçilər informasiyanı ötürmüş olur və ya nə baş verdiyindən xəbərsiz olurlar.
Faktlara əsaslanan ünsiyyətin olmaması
İş yerində ünsiyyətin effektiv olması üçün faktlara əsaslanan ünsiyyət mühüm əhəmiyyət
kəsb edir. Əgər işçilər yanlış məlumatları ötürür və ya haqqında əmin olmadıqları
informasiyanı paylaşırlarsa, onlar ehtimal ki, işlərin yerinə yetirilməsində gecikmələrə səbəb
olacaqdır. Yanlış məlumatlar və ya məlumatların düzgünlüyünü yoxlamadan paylaşan
menecerlər yəqin ki, işçiləri məyus edəcəkdir.
Ünsiyyətin genişlənməsində uğursuzluqlar
İş yerində ünsiyyətin genişlənməsi adətən digərləri ilə informasiya mübadiləsi aparan
işçilər zəncirindən asılı olur. Bəzi hallarda, informasiyanın ötürülməsi dayandırılır və
müəyyən işçilər məlumatsız qalırlar. Ünsiyyətin kəsilməsi vaxt itkisinə, iclasların
ötürülməsinə, işlərin təkrarlanması, və ya iş prosesinin digər pozulması hallarına səbəb ola
bilər.
Məxfilik
Xüsusilə iş mühitində olduqca az məlumat faktiki olaraq məxfi hesab olunur. Şifahi
ünsiyyət ofis şəraitində asanlıqla dinlənilir. E-poçt məlumatları və kompyuterdə ani
yazışmalar sındırıla bilər. Digər işçilər arxanızdan boylanaraq məxfi məlumatları oxuya
bilərlər. Sızdırılmış məxfi məlumatlar cavabdehlik probleminə səbəb olur və müəssisəyə
ziyan vura bilər.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
32
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Yanaşma
Mənfi münasibət iş yerində ünsiyyət prosesinə mane olur. Bəzi
hallarda, iki işçi bir-birini xoşlamaya və ya bir-birilərinə etibar etməyə
bilərlər ki, onlar ünsiyyət qurmağa cəhd göstərəndə bu, onların arasında
maneə ola bilər. Digər işçilər, bütövlükdə işə qarşı sadəcə laqeyd
davranırlar və iş yerində normal ünsiyyət zamanı söylənənlər barədə narahat olmurlar.
Ardıcıllığın olmaması
Ofis mühitində informasiya yayıldıqda, məlumatlara əsasən müxtəlif tədbirlər baş verir.
Məsələn, layihənin idarə edilməsini müzakirə etmək məqsədilə keçirilən iclasdan sonra iclas
iştirakçıları öz işlərini iclasda müzakirə olunanlara əsasən tamamlamalıdırlar. Əgər ünsiyyət
işçilərə tədbirlərin necə yerinə yetirilməsi barədə aydın təsəvvür vermirsə, siz ehtimal ki, işin
dayanmasını və ya tamamlanmamasını müşahidə edəcəksiniz.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
33
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.3.2. Tələbələr üçün fəaliyyətlər
Dinləmə bacarıqları nədir və onların necə təkmilləşdirilməsi haqqında
müzakirə aparın.
“10 ən əsas ünsiyyət problemi” ilə razısınızmı? Qrupda və sinifdə müzakirə edin.
Rastlaşdığınız on ünsiyyət problemindən hər biri üzrə bir nümunə tapın. Qruplarla
müzakirə edin və problemlərin həll yollarını təqdim edin.
Qiymətləndirmə meyarı 2-də həll etdiyiniz problemlərə nəzər salın və 10 problemin
necə şərh edildiyini qruplarla müzakirə edin.
Hər situasiya üzrə rollu oyunu hazırlayın. Situasiyalar tapın və rollu oyun keçirin.
Digərləri sizin problemdən necə yayına biləcəyinizi qeyd edir və sinif problemdən
yayınmağınız üçün sizə necə kömək edəcəyini müzakirə edir.
Valideynlərinizdən 10 ən əsas ünsiyyət probleminə dair nümunələr göstərmələrini
xahiş edin və onlarla problemdən yayınmaq yollarını müzakirə edin.
Sektorda fəaliyyət göstərən işçilərdən hansı ünsiyyət problemləri ilə rastlaşdıqlarını
soruşun.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
34
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
2.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“2-ci qiymətləndirmə meyarında müəyyən edilən ünsiyyət problemlərinin
aradan qaldırılmasını izah edir.”
10 ən əsas ünsiyyət probleminə dair nümunələrdən necə istifadə edəcəyiniz
haqqında nümunələr göstərin.
10 ən əsas ünsiyyət problemi ilə razı olub-olmadığınızı müzakirə edin.
Qrup işinizin nəticələrini təqdim edin.
Ünsiyyət problemləri haqqında öyrəndiklərinizdən gələcəkdə necə istifadə edə
biləcəyinizə dair nümunələr göstərin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
35
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3. Təlim nəticəsi 3: Qruplarla səmərəli işləməyi bacarır.
3.1.1. Öz peşəsi ilə bağlı qruplarla necə işlədiyinizi izah edir.
Nə üçün qrup işində yaxşı iştirak etmək vacibdir?
Siz heç vaxt təklikdə işləməyəcəksiniz. İş yerinizdə həmişə müəyyən
növ qrupların tərkib hissəsi olacaqsınız, istər qrupda, istər şöbədə,
istərsə də digər qrup növündə.
Siz böyük ehtimalla, həmkarlarınızı seçə bilməyəcəksiniz, buna görə də hamı ilə işləməyi
bacarmanız mühüm əhəmiyyət kəsb edir. Məktəbdə də siz sinif yoldaşlarınızla işləməli
olduğunuz üçün artıq qrup şəklində işləmək səriştənizi özlüyündə inkişaf etdirmiş olursunuz.
Komanda işinin əhəmiyyəti
Əvvəlki dövrlərdə insanların çoxu qrup şəklində daha az olmaqla, fərdi qaydada
işləyirdilər. Əgər siz valideynlərinizdən və ya nənə-babalarınızdan soruşsanız, onlar sizə
əvvəllər mövcud olmuş iş rejimi barədə məlumat verə bilərlər.
İndiki dövrdə, getdikcə daha çox insan komanda və ya qruplar şəklində işləyir. Bu, onunla
əlaqədardır ki, qrup işinin bir çox müsbət cəhətləri var. Qrup işinin əsas səbəblərindən biri –
sinerji, yəni birgə fəaliyyətdir. Bu, əsasən 1 + 1 = 3 mənasını verir. Beləliklə, ideya ondan
ibarətdir ki, qrup yekun iş kimi daha yaxşı nəticə verə bilər. Əgər siz cütlərlə işləyirsinizsə, iki
nəticəni üst-üstə gəldikdə daha yaxşı nəticə alacaqsınız.
Siz, xüsusilə effektiv həll yolları tapmağa çalışdıqda qrup işi özünü doğruldur. Bir nəfər
problemin həlli yolunu tapmaqda çətinlik çəkir. Lakin, qrupa problemi həll etmək həvalə
edildikdə, qrup problemlə bağlı müzakirə aparır və qrupun müxtəlif üzvləri fərqli həll yolları
təklif edirlər.
Lakin, qrup işi yalnız müsbət cəhətlərdən ibarət deyil! Qrup şəklində işləməyin eyni
zamanda bəzi mənfi cəhətləri də vardır. Bəzi insanlar qrup şəklində deyil, təklikdə işləməyi
üstün tuturlar. Buna görə də, qrup işinin müsbət və mənfi cəhətlərini bilmək, qrupda işləmək
səriştənizi necə inkişaf etdirməyi bilməniz mühüm əhəmiyyət kəsb edir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
36
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.1.2. Tələbələr üçün fəaliyyətlər
“Sinerji” terminini qruplarla müzakirə edin. Birgə fəaliyyəti əks etdirən
rastlaşdığınız qrup işinə dair nümunələr göstərin.
Öz peşəniz sahəsində qruplarla necə işləyəcəyinizi müəyyən edin.
Qrup işinin müsbət cəhətlərini qruplarla kollektiv şəkildə müzakirə edin. Sinifdə
təqdim edin və müzakirə aparın.
Qrup işinin mənfi cəhətlərini qruplarla kollektiv şəkildə müzakirə edin. Mənfi
cəhətlərdən yayınmaq yollarını təqdim edin, nümunələr göstərin və müzakirə aparın.
Valideynlərinizdən qrup şəklində necə işlədikləri barədə soruşun. Onlarla sorğu
aparın və əsas diqqəti mənfi cəhətlərdən yayınmaq yollarına yönəltməklə, aldığınız
nəticələri sinifdə təqdim edin.
Öz peşəniz sahəsində qrup işi üçün qrafik əlaqələr sxemi tərtib edin və təhsiliniz
müddətində buna necə hazırlaşacağınıza dair müzakirə aparın.
Ünsiyyət problemlərinin qrup işi ilə əlaqələri barədə müzakirə aparın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
37
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Öz peşəsi ilə bağlı qruplarla necə işlədiyinizi izah edir”.
Peşəniz sahənizdə qrup işini necə tətbiq edəcəksiniz?
Özünüzün və digərlərinin təcrübələrindən nümunələr gətirməklə qrup işinin müsbət
və mənfi cəhətlərini izah edin.
Sinfinizdə və gələcək işinizdə qrup işinə necə kömək edə biləcəyinizi göstərin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
38
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.2.1. Səciyyəvi qrup işlərində qrupdakıların rollarını təsvir edir.
Qrupdaxili rollar haqqında nə üçün danışmalıyıq?
Qrup bir təşkilatdır. Əvvəldə də gördüyünüz kimi, təşkilatın müxtəlif
strukturları var və təşkilatda müxtəlif rollar mövcuddur. Eyni proseslər birlikdə işləyən kiçik
qruplar üçün də xarakterikdir. Beləliklə, əgər sizin qrupdaxili rollar barədə daha çox
məlumatınız varsa, siz qrupun işinə müsbət mənada töhfə verə biləcəksiniz.
Qrupdaxili rol nədir?
'Rol' sözü şəxslərin bütövlükdə qrup daxilində davranışına və hansı funksiyanı yerinə
yetirmələrinə istinad olunur. İnsanlar qrupun fəaliyyət müddəti ərzində müxtəlif vaxtlarda
müxtəlif rollar ala bilərlər.
Özünüzü və qrupunuzu təşkil edən şəxsləri tanıyın
Aşağıdakı diaqrama baxın – ümumiyyətlə, necə insan olduğunuzu düşünürsünüz?
Göstərilən boş yerlərə qeyd edin:
1 – dəqiq mənəm
2 – bəzən mənəm
3 – nadir hallarda mənəm
Fəal insan Nə ilə isə məşğul olmalıyam.
Ünsiyyətcil insanam və
müəyyən qədər “lider” təsiri
bağışlaya bilərəm
Ünsiyyətcil insan İnsanların komandada
necə işlədiyini bilirəm.
İnsanlarla vaxt
keçirməkdən zövq
duyuram və düşünürəm
ki, yaxşı ünsiyyət
qurmağı bacarıram
Düşünən insan Əvvəlcə hər şeyi yoluna
qoymalıyam. Mən
özünəqapanıq insanam və
bir iş görməzdən əvvəl tək
qalmağı üstün tuturam.
Yaxşı ünsiyyət qurmağı
bacaran şəxs deyiləm
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
39
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Rollara dair nümunələr:
Əlaqələndirici/Rəhbər
Ümumi məqsədi müəyyən edir, əlaqəni və inkişaf konsepsiyasını təmin edir,
məqsədləri dəqiqləşdirir, hamının cəlb olunduğunu, öhdəlik götürdüyünü və
həvəsləndirildiyini təmin edir, qrupun səylərini əlaqələndirir, qərarların qəbul edilməsini və
qrupun nailiyyətlər əldə etməsini təmin edir.
Düşünən
Məlumatları toplayır və təhlil edir, deyilənlərə qulaq asır, baş verənləri izləyir.
İdeyaları dəstəkləməzdən əvvəl bəzən sakit olur, problemi yaxşıca təhlil edir, həll yollarını
axtarır və problemləri qabaqlayır.
Uğur qazanan
Müvəffəqiyyət qazanmaq istəyir və nəticələrə doğru can atır, məqsədə doğru tez
irəliləmək istəyir, gecikmələrə qarşı səbirsizdir, ehtimallara qarşı çıxır və təkmilləşdirmə ilə
bağlı təkliflər verir, yüksək həvəs nümayiş etdirir.
Qayğı göstərən
Hamının roluna uyğun olmasına görə narahat olur, ruh yüksəkliyinə şərait yaradır və
komanda ətrafında əlaqələr yaradır, komanda əhval-ruhiyyəsini formalaşdırmağa səy
göstərir, hamını razı salmağa çalışır, hisslərə və münasibətlərə diqqət yetirir, gərginliyi
azaldır və müsbət əhval-ruhiyyəyə şərait yaradır.
İcraçı
Həmişə fəal olmaq istəyir, başqalarına kömək etmək üçün hazırdır, nailiyyətlərin əldə
edilməsini və planlara riayət edilməsini görməyə çalışır, çoxlu müzakirələrdən bezir, vaxt
itkisinə nifrət edir, tapşırığı başa çatdırmaq üçün ciddi işləyir.
Qrupun şəxsi profilini yaratdıqda, fərdlərin güclü cəhətlərini aşkara çıxaran tapşırıqlar
verin. Fəal şəxslərə xırda detalları yoxlatdırmaq və ya daha çox ‘düşünən’ qrup üzvündən
qrupun bütövlüyünü təmin etməsini gözləmək heç də yaxşı fikir olmaya bilər. Bu rollardan öz
qrupunuzda ən səmərəli şəkildə necə istifadə edəcəyinizə dair qərar verin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
40
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.2.2. Tələbələr üçün fəaliyyətlər
Mətndə sizin üçün yeni olan söz və ifadələri tapın və onları bir-birinizə
izah edin.
Müxtəlif rolların müsbət cəhətlərini müəyyən edin.
Müxtəlif rolların mənfi cəhətlərini müəyyən edin.
Valideynlərinizdən və ya digər şəxslərdən qrup işində oynadıqları tipik rollar
barəsində soruşun. Qrupa təqdim edin və müzakirə aparın.
Müxtəlif rolları əks etdirən rol oyunları hazırlayın. Öz peşənizə uyğun vəziyyətdən
istifadə edin.
Əlavə mənbələrdən (internet, kitab, jurnal və s.) istifadə etməklə qrup işi üçün digər
rollar axtarıb sinifdə təqdim edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
41
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Səciyyəvi qrup işlərində qrupdakıların rollarını təsvir edir”.
Bu qiymətləndirmə meyarında öyrəndiyiniz yeni söz və ifadələri izah edin.
Qrupdakı müxtəlif rolları öz sözlərinizlə təsvir edin.
Hər rolun müsbət və mənfi cəhətlərini müzakirə edin, öz rastlaşdığınız və ya
başqalarından eşitdiyiniz cəhətlərə dair nümunələr göstərin.
Tapdığınız və ya haqqında eşitdiyiniz digər qrup rollarına dair nümunələr göstərin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
42
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.3.1. Qrup işində öz rolunu təhlil edir.
Öz rolunuzu nə üçün təhlil etməlisiniz?
Əvvəldə də müzakirə etdiyimiz kimi, siz təhsil aldığınız müddətdə və ya işləməyə
başladıqda müxtəlif növ qruplarda fəaliyyət göstərəcəksiniz. Buna görə də özünüzü
tanımağınız çox faydalıdır. Bu, həmçinin sizə qruplarla işləmək səriştənizi necə
təkmilləşdirə biləcəyinizi müəyyən etməkdə kömək edəcəkdir.
Özünütəhlil üzrə müxtəlif metodlar
Qrup işində sizin rolunuzun özünütəhlili üçün ən faydalı metod qrup işində güclü və zəif
cəhətlərinizin təhlilinə başlamaqdır.
Güclü cəhətlər: Qrup işində nəyi yaxşı bacarırsınız?
Zəif cəhətlər: Qrup işində nəyi yaxşı bacarmırsınız?
Əgər nəyi yaxşı bacardığınızı bilirsinizsə, siz həmin sahədə daha yaxşı olmalısınız. Və nəyi
yaxşı bacarmadığınızı bilirsinizsə, təkmilləşdirməli olduğunuz sahəni də bilirsiniz! Siz,
həmçinin müxtəlif situasiyalarda müxtəlif rollar oynaya bilərsiniz.
Bütün özünütəhlil proseslərində olduğu kimi, başqalarının fikirlərini öyrənmək də
həmçinin vacibdir. Siz öz güclü və zəif cəhətləriniz haqqında bir fikirdə, başqaları isə digər
fikirdə ola bilərsiniz.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
43
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.3.2. Tələbələr üçün fəaliyyətlər
Qrup işində güclü və zəif cəhətlərinizdən ibarət siyahı hazırlayın. Siyahını
qrupunuza təqdim edin və bir-birinizin fikrini öyrənin. Qrupunuzun üzvləri sizin
güclü və zəif cəhətləriniz haqqında sizdən fərqli fikirdə ola bilər.
Qiymətləndirmə meyarı 2-də qrupda müxtəlif rollarla işlədiniz. İndi isə gəlin sizin
qrup daxilində adətən hansı rolları oynadığınızı öyrənək.
Əlaqələndirici/Rəhbər
Siz yuxarıdakı diaqramdan ‘fəal’ yaxud ‘ünsiyyətcil’ insan roluna üstünlük vermiş ola
bilərsiniz. Bəs bu tip sizə uyğundurmu? Digər qrup üzvləri ilə qrupda öz rolunuzu və onların
rollarını necə qiymətləndirdiyinizi müzakirə edin. ‘Fəal insanın’ və ya ‘ünsiyyətcil insanın’ bu
rolu necə inkişaf etdirəcəyi barədə düşünün. Öz fikirlərinizi digər qrup üzvlərinin fikirləri ilə
necə müqayisə edirsiniz?
Mənim üçün Qrup yoldaşım
üçün 1
Qrup yoldaşım
üçün 2
Qrup yoldaşım
üçün 3
Düşünən insan
Siz yəqin ki, yuxarıdakı diaqramdan ‘düşünən insan’ roluna üstünlük verəcəksiniz. Bu tip
sizə uyğundurmu? Digər qrup üzvləri ilə qrupda öz rolunuzu və onların rollarını necə
qiymətləndirdiyinizi müzakirə edin. ‘Fəal insanın’ və ya ‘ünsiyyətcil insanın’ bu tip insanla
necə yola gedə biləcəyi haqqında düşünün – qrup üçün yarana biləcək problemləri görə
bilirsinizmi? Öz fikirlərinizi digər qrup üzvlərinin fikirləri ilə necə müqayisə edirsiniz?
Mənim üçün Qrup yoldaşım
üçün 1
Qrup yoldaşım
üçün 2
Qrup yoldaşım
üçün 3
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
44
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Uğur qazanan
Siz yuxarıdakı diaqramdan ‘fəal’ yaxud ‘düşünən’ insan roluna üstünlük vermiş ola bilərsiniz.
Bu tip sizə uyğundurmu? Digər qrup üzvləri ilə qrupda öz rolunuzu və onların rollarını necə
qiymətləndirdiyinizi müzakirə edin. Bu rolun ‘fəal’ yaxud ‘düşünən’ insan rolundan necə
fərqli ola biləcəyi barədə düşünün – baş verə biləcək problemləri görə bilirsinizmi? Öz
fikirlərinizi digər qrup üzvlərinin fikirləri ilə necə müqayisə edirsiniz?
Mənim üçün Qrup yoldaşım
üçün 1
Qrup yoldaşım
üçün 2
Qrup yoldaşım
üçün 3
Qayğı göstərən
Siz yuxarıdakı diaqramdan ‘ünsiyyətcil insan’ roluna üstünlük vermiş ola bilərsiniz. Bu tip
sizə uyğundurmu? Digər qrup üzvləri ilə qrupda öz rolunuzu və onların rollarını necə
qiymətləndirdiyinizi müzakirə edin. Bu rolun ‘fəal’ yaxud ‘düşünən’ insan rolundan necə
fərqli ola biləcəyi barədə düşünün – baş verə biləcək problemləri görə bilirsinizmi? Öz
fikirlərinizi digər qrup üzvlərinin fikirləri ilə necə müqayisə edirsiniz?
Mənim üçün Qrup yoldaşım
üçün 1
Qrup yoldaşım
üçün 2
Qrup yoldaşım
üçün 3
İcraçı
Siz yuxarıdakı diaqramdan ‘fəal’, ‘düşünən’ yaxud ‘ünsiyyətcil’ insan roluna üstünlük
vermiş ola bilərsiniz. Bu tip sizə uyğundurmu? Digər qrup üzvləri ilə qrupda öz rolunuzu və
onların rollarını necə qiymətləndirdiyinizi müzakirə edin. Bu rolun onu oynayan müxtəlif
insan tiplərindən necə fərqli ola biləcəyi barədə düşünün – baş verə biləcək problemləri
görə bilirsinizmi?
Mənim üçün Qrup yoldaşım
üçün 1
Qrup yoldaşım
üçün 2
Qrup yoldaşım
üçün 3
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
45
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Sinfinizi eyni rolları oynayan qruplara bölün. Hansı problemlərlə qarşılaşdığınızı, öz
performansınızı təkmilləşdirmək üçün nə edə biləcəyinizi müzakirə edin və sinifidə
təqdim edin.
Valideynlərinizdən və digər şəxslərdən adətən hansı rol oyunları oynadıqlarını
soruşun, müsbət və mənfi cəhətləri necə müəyyən etdiklərini müzakirə edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
46
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Qrup işində öz rolunu təhlil edir” .
Özünüzə hansı rolları verdiniz?
Qrup yoldaşlarınız sizə hansı rolları verdilər?
Müxtəlif rolların hansı xüsusiyyətləri var?
Güclü və zəif cəhətlərinizin təhlilinə dair nəticələri təqdim edin və bu nəticələrdən
gələcəkdə necə istifadə edəcəyinizi izah edin.
Müzakirələrdən nə öyrəndiniz, həmçinin tipik rolunuzun mənfi cəhətlərini azaltmaq
üçün nə edə bilərsiniz?
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
47
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.4.1. Öz peşəsi ilə bağlı qrup işində problemlərəin dair nümunələrini nəzərdən keçirir.
Qrup işinin tələb olunan səviyyədə işləməməsinin hansı
nəticələri ola bilər?
Müzakirə etdiyimiz kimi, getdikcə daha çoxlu sayda işçi qruplarla
fəaliyyət göstərir. Biz, həmçinin qrup işinə aid müxtəlif rollar barədə də müzakirə apardıq.
İndi də gəlin qrup işindəki problemlərə nəzər salaq. İlk olaraq, qrup işi uğurlu alınmadığı
təqdirdə birgə fəaliyyət zamanı baş verənlər barədə düşünmək lazımdır.
Siz öz təcrübələriniz barədə düşünməklə başlaya bilərsiniz. Siz işlək olmayan qrupda nə
vaxt işləmisiniz? Problem nədən ibarət idi? Kimin üçün və niyə bu, problem xarakteri
daşıyırdı?
Formal və qeyri-formal qruplar
Demək olar ki, hər bir təşkilatda şərti riayət edilməsinə
baxmayaraq, rəsmi struktur mövcuddur. Bir çox
təşkilatlarda, həmçinin qeyri-formal struktur da fəaliyyət
göstərir. Elə məqamlar olur ki, formal və qeyri-formal
struktur bir-biri ilə ziddiyyət təşkil edir. Buna görə də, hər iki
struktur növünün təfərrüatlarını başa düşmək vacibdir.
Formal struktur, ilk növbədə, rəhbərlik və tabelilərin qarşılıqlı əlaqələrini əks etdirir.
Tipik təşkilati struktur sxemi təşkilatda və ya onun müəyyən hissəsində iş yerinə aid
formal strukturu göstərir. İyerarxik strukturlu təşkilatda ən yuxarı pillədə ən yüksək
rütbəli rəhbər, daha sonra tabe menecerlər və onlara tabe olan işçilər dayanır. Təşkilati
struktur sxeminin hər bir həlqəsi ayrılıqda vəzifə adlarını, maliyyə öhdəliklərini və
səlahiyyətləri özündə birləşdirir.
Qeyri-formal strukturlar adətən sosial və layihə qrupları ətrafında formalaşır. Çünki
bu strukturlar yoldaşlıq münasibətlərinə əsaslanır. Burada adətən ayrı-ayrı şəxslərdən
daha tez cavab əldə etmək mümkündür. Bu, insanların vaxtına və səylərinə qənaət
etməsinə kömək edir və beləliklə, qeyri-formal strukturda işləməyi daha da asanlaşdırır.
Formal struktur artıq effektiv olmadıqda, insanlar qeyri-formal struktura etibar edirlər,
belə ki, bu, adətən təşkilat böyüdükdə və ya dəyişdikdə baş verir, lakin iyerarxiya və ya iş
qrupları yenidən qiymətləndirilmir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
48
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Formal və qeyri-formal qrupların müsbət və mənfi cəhətləri
Formal təşkilati strukturun başlıca üstünlüyü ondan ibarətdir ki, burada kimin kimə görə
cavabdeh olması ilə bağlı sual yaranmır. Formal strukturlar asanlıqla başa düşülür və
konkret norma və qaydalarla qorunub saxlanır. Formal təşkilati struktur yanlış
anlaşılmaya səbəb olan proseslərə və prosedurlara az yer ayırır. Buna baxmayaraq,
formal təşkilati strukturun ən böyük mənfi cəhətlərindən biri ondan ibarətdir ki,
bürokratiya təbəqələri qərarların qəbul edilməsi prosesinə mane ola bilər.
Qeyri-formal təşkilati strukturun ən əsas müsbət cəhəti onun daim inkişafda olması
və tez dəyişən situasiyalara asanlıqla reaksiya verə bilməsindən ibarətdir. Qeyri-formal
qruplar üzrə aAmerikalı ekspert Jon Katzenbax deyir: "Təşkilati struktur sxemlərini və
birbaşa hesabatları unudun, öz şəbəkənizdə lazımi adamları (mütəxəssisləri) müəyyən
edin". Qeyri-formal təşkilati strukturların da öz mənfi cəhətləri var. Məsələn, bu
strukturlarda qurulan ünsiyyət adətən düzgün şərh edilmir. Qeyri-formal qrup
mentaliteti təşkilat daxilində boş söhbətlərə (dedi-qoduya) və yanlış anlaşılmanın
yayılmasına şərait yaradır. Nəhayət, neqativ korporativ mədəniyyət daxilində mövcud
olan qeyri-formal təşkilati struktur işçilərin zəruri dəyişikliklərə müqavimət göstərərək
özlərini rahat hiss etdikləri bir mühit yarada bilər.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
49
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.4.2. Tələbələr üçün fəaliyyətlər
Siz hansı problemlərlə rastlaşmısınız? Qrupa təqdim edin, sinifdə müzakirə
aparın.
Problemlərdən biri üzrə rol oyunu hazırlayın. Rol oyununu keçirin və onun nə üçün
problem olması, kimin üçün problem olması və problemin nəticəsi barədə müzakirə
aparın.
Məktəbinizdə və ya sinfinizdə hansı formal və qeyri-formal qrupların olduğunu və
bunun qrup işinə təsir edib-etməməsini müəyyən edin.
Valideynlərinizdən və digər şəxslərdən formal və qeyri-formal qruplarla necə
rastlaşdıqlarını və bunun qrup işində problemlərə səbəb olub-olmadığını soruşun.
Sinifdə təqdim edin.
Bu sektordakı şirkətdə fəaliyyət göstərən şəxslə sorğu aparın: Onlar qrup işində hansı
problemlərlə rastlaşır? Sinfə təqdim edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
50
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Öz peşəsi ilə bağlı qrup işində problemlərin dair nümunələrini nəzərdən
keçirir”.
Qrup işində hansı növ problemlərlə rastlaşdığınızı və bu problemlərin hansı nəticələr
verdiyini söyləyin.
Formal və qeyri-formal qrupların mənasını öz sözlərinizlə izah edin və nümunələr
göstərin.
Qrup işindəki problemlər, formal və qeyri-formal qruplar haqqında başqaları ilə
apardığınız sorğudan öyrəndiklərinizi təqdim edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
51
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.5.1. 4-cü qiymətləndirmə meyarında müəyyən edilən problemlərin həllinə necə kömək edə
biləcəyinizi təsvir edir.
Qrup işindəki problemlərin həllinə nə üçün kömək etməlisiniz?
Siz böyük ehtimalla, bu və ya digər şəkildə qrup işinə cəlb olunacaq və
eyni zamanda, problemlərlə rastlaşacaqsınız. Bu modul müddətində, siz
təşkilati strukturlar, ünsiyyət və qruplarla necə işləmək haqqında öyrəndiniz. Beləliklə, bu
qiymətləndirmə meyarında, siz qrup işi problemlərini daha yaxşı həll edə bilmək üçün əsas
diqqəti bütün bu vasitələrdən necə istifadə edəcəyinizə yönəltməlisiniz.
Komanda normaları nədir?
Komanda normalarını müəyyən etməyin yollarından biri qrupda
fərdi davranışları tənzimləyən söylənməmiş və adətən yazılmamış
qeyri-formal qaydalar toplusudur. Komanda normaları qrupdan və
qrup üçün vacib olan məsələlərdən asılı olaraq dəyişir. Komanda
normaları olmadan ayrı-ayrı şəxslərin sosial situasiyalarda necə
hərəkət edəcəklərindən anlayışları olmaz.
Komanda normaları komanda tərəfindən komanda üzvlərinin bir-birilərilə və komandaya
daxil olmayan kənar işçilərlə qarşılıqlı əlaqəsini formalaşdırmaq üçün müəyyən edilmiş
qaydalar və ya təlimatlar toplusudur. Komanda normaları komandanın iclasında işlənib
hazırlana bilər. Komanda əlavə təlimatlara ehtiyac olduğunu gördükdə, bu normalara
yenilərini əlavə edə bilər. Komanda normaları işlənib hazırlandıqdan sonra komanda
üzvlərinin davranışını idarə etmək, onların bir-biri ilə qarşılıqlı əlaqəsini qiymətləndirmək
məqsədilə istifadə olunur. Bu normalar komanda üzvlərinə bir-birilərini hər hansı uğursuz və
ya komandanın uğurlarına mənfi təsir göstərəcək davranışa görə tənqid etməyə imkan verir.
Beləliklə, münasibətləri tənzimləyən normalar olmadan, komandada insanlararası mümkün
problemlər baş verə bilər. Komanda üzvlərinin çoxu layihəyə və ya komandanın uğuruna
qəsdən ziyan vurmaq niyyətində deyil. Lakin, qarşılıqlı əlaqə üzrə razılaşdırılmış çərçivənin
olmaması yanlış anlaşılmalara və neqativ münaqişələrə imkan yaradır.
Komandalarda, adətən insanlararası ünsiyyət və qarşılıqlı əlaqələr üzrə konkret
komponentlərlə bağlı problem yaşanır. Komandanın uğur qazanması üçün siz bu sahələr
üzrə normalar işləyib hazırlamaq istəyəcəksiniz. Bunlar komanda normalarını tərtib edərkən
yerinə yetirməli olduğunuz tədbirlərdir. Bundan əlavə, aşağıda insanlararası və
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
52
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
komandadaxili qarşılıqlı əlaqələrin daha vacib aspektləri üzrə bir sıra sahələrdə nümunəvi
komanda normaları verilmişdir.
Komandanın üzvləri həmkardırlar: bütün komanda üzvləri bərabərdir; hər bir komanda
üzvünün fikri diqqətlə nəzərdən keçiriləcəkdir; hər bir komanda üzvü bütün öhdəlikləri
razılaşdırılmış lazımi vaxtda yerinə yetirəcəkdir; hər bir komanda üzvü müntəzəm olaraq
komanda üzvlərinin komanda normalarına riayət edib-etməməsini qiymətləndirəcəkdir.
Komanda üzvləri arasında ünsiyyət: komanda üzvləri bir-birilərilə hörmətlə danışacaq,
bir-birilərilə yüksək səslə danışmayacaq, komandanın dəstəyini müsbət şəkildə etiraf
edəcək və minnətdarlığını bildirəcəkdir.
Komanda üzvlərinin iclaslar zamanı qarşılıqlı əlaqəsi: komandanı üzvləri bir-birilərinin
sözünü kəsmədən dinləyəcək, tərəfkeşlik və ya zidd söhbətlər etməyəcək; iclasların
səmərəli keçməsi üçün qaydalara əməl edəcək, iclaslara vaxtında gələcək; proqram
(gündəlik) əsasında fəaliyyət göstərəcək; hər iclasda protokol tərtib edəcək; iclasları
vaxtında başa çatdıracaqdır.
Komandanın təşkili və funksiyası: rəhbərlik növbəli şəkildə həyata keçiriləcəkdir.
Komandanın menecerlər daxil olmaqla digər işçilərlə ünsiyyəti: komanda üzvləri nə
haqqında və nə vaxt ünsiyyət quracaqlarının razılaşdırılmasından əmin olmalıdırlar;
komanda üzvləri haqqında şikayətlərə ilk növbədə komandada baxılacaqdır.
Komanda probleminin həll edilməsi, münaqişələrin həlli və qərarların qəbul
edilməsi: komanda üzvləri konsensus əsasında qərar qəbul edəcəklər, lakin konsensus
vaxtında əldə edilmədikdə qərarlar səs çoxluğu ilə qəbul ediləcəkdir; münaqişələr
bilavasitə münaqişəyə səbəb olan şəxslərin iştirakı ilə həll ediləcəkdir.
Komanda normaları komandanın uğurlu fəaliyyəti üçün komandanın zəruri hesab etdiyi
mövzuları əhatə edəcəkdir. Bir neçə norma ilə başlayın və zəruri olduqda, yenilərini əlavə
edin. Komanda normalarının komanda üzvlərinə öz öhdəliklərini xatırladan ünvana
yazılmasını və ya göndərilməsini təmin edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
53
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.5.2. Tələbələr üçün fəaliyyətlər
Fərdi:
Ailənizdən, dostlarınızdan, məktəbdən, asudə vaxt
fəaliyyətlərindən və işinizdən sizə məlum olan qrup normaları haqqında düşünün.
Onlar haqqında qısaca danışmağa çalışın. Məsələn, Ailəmizdə biz……
Komanda normaları mövcud olmadığı vaxtlarda hansı problemlərlə üzləşdiyiniz
barədə düşünün və onlar haqqında qısaca danışın.
Valideynlərinizdən öz iş yerlərindəki komanda normaları barədə müsahibə götürün.
Öz peşəniz sahəsində ən tipik komanda normalarını təsvir edin.
Qruplarla:
Yuxarıdakı sahələrdən hər biri üzrə sinfinizin istifadə edə biləcəyi qrup normalarına
dair nümunələr hazırlayın.
Bu normaları bir-birinizə təqdim edin və hər sahəyə dair 3 normanı qəbul edin.
Rol oyunu keçirin: Qrupda bir nəfər liderdir və o, qrupla birlikdə komanda
normalarını hazırlamalıdır. Qrup rollarının hər biri oynanılır və onlar hamısı qəbul
etmək istədikləri komanda normalarına dair 3 nümunə hazırlamalıdırlar.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
54
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3.5.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“4-cü qiymətləndirmə meyarında müəyyən edilən problemlərin həllinə necə
kömək edə biləcəyinizi təsvir edir”.
Komanda normalarının mənasını izah edin.
Gündəlik və məktəb həyatınızda sizə məlum olan formal və qeyri-formal komanda
normalarına dair nümunələr göstərin.
Bu qiymətləndirmə meyarında işlədiyiniz komanda normalarına dair nümunələri
söyləyin və onların qiymətləndirmə meyarı 4-də göstərilən problemlərin həllinə necə
kömək edəcəyi barədə düşündüyünüzü şərh edin.
İşinizdən təşkilati strukturlar, ünsiyyətlə əlaqədar necə istifadə edə biləcəyiniz və
qrup işi sahəsində problemlərin həll məqsədilə qruplarla necə işləyəcəyiniz barədə
danışın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
55
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4. Təlim nəticəsi 4: Azərbaycan cəmiyyətində səmərəli işləməyi bacarır
4.1.1. Azərbaycan vətəndaşı kimi özünə müvafiq olan qanunları
müəyyən edir.
Vətəndaşlıq anlayışı
Biz hamımız fərd kimi doğulub, şəxsiyyət kimi fəaliyyət göstərərək təhsil-tərbiyə və əmək proseslərində vətəndaş hazırlığı keçirik. Vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə malik olan insan başa düşülür (şəkil 4.1.).
Vətəndaşlıq anlayışı çoxşaxəlidir. İnsan ailə üzvü, dost və yoldaş, müəyyən sosial qrupun, siyasi partiyanın və ya cəmiyyətin nümayəndəsi rollarında eyni zamanda çıxış edə bilər və ya etməyə bilər. Amma elə rol da vardır ki, bu bizim hər birimiz üçün ümumidir. Bu vətəndaş roludur. Biz bəzən tanımadığımız adamlara ”vətəndaş” deyə müraciət edirik. Yaxud təyyarə limanında diktor elan verərkən ilk növbədə “vətəndaş sərnişinlər” ifadəsini işlədir. Dövlət Yol Polisi yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsini saxladıqda “vətəndaş, sənədlərinizi təqdim edin" deyə müraciət edir. Beləliklə, vətəndaş - qanunla müəyyənləşdirilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında öhdəliyi olan şəxsə deyilir. Eyni zamanda, vətəndaşlıq -dövlət və vətəndaş arasındakı münasibətləri hüquqi cəhətdən rəsmiləşdirir və onların qarşılıqlı hüquq və vəzifələrini nəzərdə tutur.
Şəkil 4.1. Vətəndaşlar
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
56
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Azərbaycan Respublikasının Vətəndaşlığı
Kim Azərbaycan Respublikasının vətəndaşı sayılır?
Azərbaycan Respublikası vətəndaşlığının əsasları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuşdur. Vətəndaşlıq hüququ Azərbaycan
Respublikası Konstitusiyasının 52-ci maddəsində təsbit olunmuşdur. Burada göstərilir
ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bu şəxslər
kimdir?
Azərbaycan Respublikası ərazisində doğulanlar;
Valideynləri və ya onlardan biri Azərbaycan Respublikasının vətəndaşı olanlar;
Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edənlər;
Sizin hər birinizin Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqlarınız,
azadlıqlarınız və vəzifələriniz bərabərdir. Məsələn, istər Azərbaycan Respublikasında
doğulmuş azərbaycanlı, istərsə də qaradərili irqdən olub Azərbaycan Respublikası
vətəndaşlığını qəbul edən şəxs hüquqca bərabərdir. Azərbaycan Respublikasının
Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda
Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz (maddə 53).
Bundan əlavə, o heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici
dövlətə verilə bilməz. Konstitusiyamızda göstərilir ki, Azərbaycan Respublikası onun
ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası
vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Azərbaycan
dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası
vətəndaşları qarşısında onların hüququnun təminatı üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq
təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları ölkəmizdən kənarda
müvəqqəti və ya daimi yaşayan vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası
üçün tədbirlər görməyə borcludurlar.
Valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşlığından çıxarsa, digəri isə
Azərbaycan Respublikası vətəndaşlığında qalarsa, uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını saxlayır.
Azərbaycan Respublikasının qanunlarına görə, bizdə ikili vətəndaşlığa, yəni
Azərbaycan Respublikası vətəndaşının ikinci bir dövlətin vətəndaşı olmasına icazə
verilmir.
Azərbaycan Respublikasının vətəndaşlığı aşağıdakı sənədlərlə təsdiq olunur:
1) Doğum haqqında şəhadətnamə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; (ölkə daxilində
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir) şəkil 4.2.
3) Azərbaycan Respublikası vətəndaşının pasportu; (Azərbaycan Respublikası
vətəndaşının pasportu ölkədən kənarda şəxsiyyəti təsdiq edən sənəddir) şəkil 4.3.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
57
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 4.2. Şəxsiyyət vəsiqəsi
Şəkil 4.3. Ümumvətəndaş pasportu
Qanun nədir?
Qanun ən mühüm hüquq normalarını təsbit edən dövlət sənədidir. Qanun
cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq
pozuntusudan qoruyur. Eyni zamanda qoyulan qadağalara əməl etməyən şəxslərin
cəzalandırılmasını müəyyən edir. Qanunun ən yüksək (ali) hüquqi qüvvəsi, ilk
növbədə, onun qətiliyində təzahür edir. Belə ki, qanunu qanunverici orqandan başqa
heç bir başqa dövlət orqanı və ya ictimai təşkilat ləğv edə və ya dəyişə bilməz.
Qanunlar vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə
konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
58
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 4.4. Azərbaycan Respublikasının Konstitusiyası
Şəkil 4.5. Əmək Məcəlləsi
Konstitusiya qanunları - konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi
qüvvəsinə görə adi qanunlardan üstündür (şəkil 4.4.). Məcəllə- ictimai
münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik
aktıdır (məsələn, əmək məcəlləsi şəkil 4.5). Adi qanunlar isə konstitusiya əsasında
qəbul olunur. Vvə konstitusiyanın icra qaydasını tənzimləyir. Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli
Məclisi həyata keçirir. Ali qanunverici orqanın - Milli Məclisin qəbul etdiyi qanun
ölkənin prezidentindən tutmuş sıravi şəxslərə qədər hamımız üçün məcburidir.
Qanunun ən yüksək (ali) hüquqi qüvvəsi, ilk növbədə, onun qətiliyində təzahür edir.
Siz, bir Azərbaycan vətəndaşı kimi ilk öncə aşağıdakı anlayışları (qanunları) bilməli və
ondan irəli gələn öhdəlikləri yerinə yetirməlisiniz:
Dövlət rəmzləri - hər bir dövlətin müstəqilliyini ifadə edən atributları mövcuddur.
Konstitusiyamızın 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan
Respublikasının dövlət rəmzlərinə bayrağına (şəkil 4.6.), gerbinə (şəkil 4.7.) və
himninə hörmət etməlidir. Bizim hər birimiz dövlət rəmzlərinə hörmətlə
yanaşmalı və onların adını uca tutmalıyıq.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
59
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 4.6. Azərbaycan Respublikasının Dövlət bayrağı
Şəkil 4.7. Azərbaycan Respublikasının Dövlət gerbi
Vətəni müdafiə - Konstitusiyamızın 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir
vətəndaşın borcudur. Vətənin müdafiəsi də iştirak etmək və hərbi xidmət hər bir
vətəndaşın hüquqi vəzifəsi olmaqla yanaşı, həm də onun müqəddəs borcudur.
Dövlətin əsasları. Bura daxildir: - Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısı,
ərazi, dövlət dili, din, mülkiyyət, silahlı qüvvələr, ailə, uşaqlar və dövlət, sosial,
iqtisadi inkişaf və dövlət, pul vahidi, təhsil və s. haqqında qanunlar.
Hakimiyyətin bölünməsi prinsipi aşağıdakı formada həyata keçirilir:
-qanunverici hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
-icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
-məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
4.1.2.Tələbələr üçün fəaliyyətlər
“Vətəndaşlıq” anlayışını necə başa düşdüyünüzü rollu oyun üsulundan istifadə
edərək nümayiş etdirin.
Nümunə: Bir xarici turistin azərbaycanlı vətəndaşdan “Azərbaycanda vətəndaşlığı
təsdiq edən sənədlər” haqqında məlumat alması fonunda rollu oyunu səhnələşdirin.
“Azərbaycan Respublikasının Vətəndaşlığı” mövzusu haqqında esse hazırlayın.
Yazdığınız esseləri digər yoldaşlarınıza ötürərək onların mövzu haqqında fikirlərini
öyrənin.
Aşağıdakı cədvələ əsasən doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və
pasport haqqında məlumatlarınızı qeyd edin.
Mövzunun adı
Bilik Tətbiq Nəticə
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Pasport
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
60
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Venn diaqramından istifadə edərək icra hakimiyyəti ilə qanunverici hakimiyyətin
oxşar və fərqli cəhətlərini qeyd edin.
Valideynlərinizdən “əsl vətəndaş olmaq üçün hansı keyfiyyətlərə malik olmaq
lazımdır?” mövzusu haqqında müsahibə götürün. Sonra müsahibənizdə
ümumiləşdirmələr apararaq, nəticəni tələbə yoldaşlarınızla müzakirə edin.
Sinfi 2 qrupa bölün. Hər iki qrupa iri ağ kağızda “Dövlət rəmzləri haqqında bildiklərinizi qeyd edin”, digər qrupa isə “Dövlətin əsaslarına daxil olan qanunları yazın” tapşırıqları verilir. Verilmiş 20 dəqiqə ərzində qruplar tədqiqat aparmalı, verilmiş tapşırıqları yerinə yetirməlidirlər. Vaxt bitdikdən sonra hər iki qrup tərəfindən seçilmiş liderlər öz təqdimatların nümayiş etdirərək, müzakirələr təşkil etməlidirlər.
Azərbaycan Respublikası dövlətinin öz vətəndaşlarının vətəndaşlıq hüququnu qorumaq üçün həyata keçirdiyi siyasəti təhlil edin.
Klaster üsulundan istifadə edərək “vətəndaşlıq” haqqında biliklərinizi qeyd edin.
Əlavə resurslardan istifadə edərək “Konstitusiya” haqqında təqdimat hazırlayın. Nümunə: siz burada xarici ölkələrin Konstitusiyası ilə Azərbaycan Konstitusiyasını müqayisə edə bilərsiniz.
“Hakimiyyətin bölünməsi prinsipləri” mövzusu ilə bağlı müzakirə təşkil edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
61
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.1.3.Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Azərbaycan vətəndaşı kimi özünə müvafiq olan qanunları müəyyən edir”
Vətəndaş dedikdə nə başa düşürsünüz?
Əsl vətəndaş olmaq üçün nələri bilməliyik?
Kimlər Azərbaycan Respublikasının vətəndaşı sayılır?
Vətəndaşlığı müəyyən edən sənədləri göstərin.
Şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu almağın əhəmiyyətini izah edin.
Qanunun başqa dövlət sənədlərindən fərqini izah edin.
Qanunu bilməyin əhəmiyyətini sübut edin.
Qanun və dövlət bu anlayışları fərqləndirin.
Bildiyiniz qanunlara dair 3 nümunə göstərin.
Hakimiyyətin bölünməsi prinsipi haqqında nə deyə bilərsiniz?
Azərbaycan Respublikasında icra hakimiyyəti kimə məxsusdur?
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini hansı orqan həyata
keçirir?
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini hansı orqan həyata keçirir?
Konstitusiya nədir və nə deməkdir?
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
62
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.2.1. Azərbaycan vətəndaşı kimi öz hüquqlarını izah edir
Hüquq nədir? Biz tez-tez əhali içərisində
yayılan “mənim hüququm var”, ”hüququmu tələb edirəm”, “sənin bunu etməyə hüququn yoxdur” və sair kimi işlədilən ifadələrin şahidi oluruq. Bəs nədir hüquq? Biz onun necə başa düşürük?
Hüquq dövlət yarandığı zamanlarda onunla eyni vaxtlarda mövcud olmuşdur.
Hüquq ərəbcə haqq deməkdir. Haqq isə doğru, gerçək deməkdir. Hüquq-pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq, ədaləti özündə əks etdirən norma və qaydaların məcmusudur.
Cəmiyyət insan hüquqlarını dövlətə qarşı irəli sürür. Dövlət isə bu hüquqları qanunla
ifadə edir. Hüquq qanun şəklində insanlara görünəndə hüquqlarını tanıyırlar. Qanun
həm vətəndaşların hüquqlarını ifadə edir, həm də onu (bu hüquqları) qoruyur. Məsələn,
təhsil almaq, oxumaq bizim əsas hüquqlarımızdan biridir. Konstitusiyamızın 42-ci
maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu qanuna əsasən heç
bir kəs sizin təhsil almaq hüququnuzu məhdudlaşdıra bilməz. Çünki dövlət sizin təhsil
hüququnuzu təmin edir. Eyni zamanda, misal çəkə bilərik ki, azadlıq hüququ hər bir
vətəndaşa şamil edilir. Bizim bu hüququmuz qanunla nəzərdə tutulmuş qaydada
tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Burdan belə nəticəyə gələ bilərik ki, siz öz hüquqlarınızı bilməlisiniz və bu hüquqlardan
irəli gələn qanunları öyrənərək özünüzü müdafiə etməyi bacarmalısınız.
İnsanın hüquq mədəniyyəti Cəmiyyətdə qüvvədə olan qanunlar hər bir şəxsin hüquqlarını müdafiə edir. Siz
ümumi maraqlardan çıxış edərək problemin həllinə konstruktiv yanaşmağı öyrənməlisiniz. Siz, yalnız o zaman başqalarının hüquqlarına hörmət bəsləyəcəksiniz ki, özünüzə hörmət etməyi bacarsanız. Həm də insanın hüquqlarını öyrənməklə siz özünüz də müstəqillik hisslərinin və öz gücünüzə olan inamın möhkəmləndirilməsinə nail olacaqsınız. Ona görə də hüquqi dövlət quruculuğu şəraitində əhalinin hüquqi və siyasi mədəniyyətə yiyələnməsi çox mühüm əhəmiyyət kəsb edir. Heç kim özünün qanundan güclü, üstün olduğunu sübut etməyə çalışmamalıdır. Əslində bütün münaqişələr qanunların pozulması ilə başlayır. Məhz buna görə də bütün vətəndaşlar qanunun aliliyini və insan hüquqlarını müqəddəs bilməli, yalnız həqiqətə xidmət ruhunda tərbiyə olunmalıdırlar.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
63
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Azərbaycanda insan və vətəndaşın hüquqları və azadlıqları
“Iİnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərini görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər. Ona görə də bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar. Iİnsan ləyaqətinin müdafiəsini təmin edən, habelə insanın ləyaqətlə yaşaması üçün zəruri tələbatların həyata keçirilməsinə kömək edən əsas norma və prinsiplər - insan hüquqlarına aid edilir.
Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən, hər kəsin doğulduğu andan pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaşın hüquq və azadlıqlarına aşağıdakılar (sxem 4.1.) aid edilir:
Sxem 4.1. Iİnsan və vətəndaş hüquqları və azadlıqları heç bir şəkildə ləğv edilə və ya məhdudlaşdırıla bilməz. Bu hüquq və azadlıqlar hər şeydən yüksəkdə durur.
Azərbaycanda insan və vətəndaşın hüquqları və azadlıqları
Azadlıq
hüququ
Nigah hüququ
Vətəndaşlıq hüququ
Sağlam ətraf mühitdə yaşamaq
hüququ
Mülkiyyət hüququ
Əmək hüququ
Təhsil hüququ
Fikir, söz, vicdan azadlığı
Təhlükəsiz yaşamaq hüququ
Tətil hüququ
Mənzil hüququ
Şəxsi toxunulmazlıq
hüququ
Iİstirahət
hüququ
Şərəf və ləyaqətin qorunması
hüququ
Ana dilindən istifadə hüququ
Mənzil toxunulmazlığı
hüququ
Sosial təminat hüququ
Milli mənsubiyyət hüququ
Bərabərlik hüququ
Yaşamaq
hüququ
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
64
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.2.2. Tələbələr üçün fəaliyyətlər
Sinfi 3-5 nəfərdən ibarət qruplara bölün. Iİri ağ kağızda “Azərbaycanda insan və vətəndaşın hüquqları”-na dair bildiklərinizi qeyd edin tapşırığı verilir. Kağızı saat əqrəbi istiqamətində digər qruplara ötürün. “Karusel” üsulundan istifadə edərək tapşırıq verilmiş kağızı bütün qruplara ötürərək axırda öz qrupuna qaytarın. Sonda təqdimatı yazı lövhəsinə yapışdırın. Müzakirələr edib, ümumiləşdirmələr aparın.
Rollu oyun üsulundan istifadə edərək, hər hansı bir hüququnuzu məsələn, təhsil hüququnuzu nümayiş etdirin.
Klaster (şaxələndirmə) üsulundan istifadə edərək öz hüquqlarınızı qeyd edin.
“Öz hüquqlarınızdan istifadə edə bilirsinizmi?“ mövzusu ətrafında debat təşkil edin.
“Şəxsi toxunulmazlıq hüququ” anlayışını müzakirə və təhlil edin.
Azərbaycan Respublikasının vətəndaşlarının hüquq və azadlıqlarını təsnif edin: a) siyasi hüquqlar, b) sosial-iqtisadi hüquqlar.
Hüquq haqqında geniş məlumat almaq üçün məktəbə hüquqşünas dəvət edin. Ondan müsahibə götürəcəyiniz sualları əvvəldən tərtib edin.
?
təhsil hüququ
yaşamaq hüququ
?
?
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
65
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
- Sizin peşəniz üçün əsas bilik
mənbəyi nədir? - Hüququmuzu tətbiq etmək üçün hansı bacarıqlara malik olmalıyıq? - Iİnsan hüquqlarına dair hansı yanaşmalar mövcuddur?
Müsahibə bitdikdən sonra ümumiləşdirmələr apararaq, hesabat hazırlayın.
“Iİnsan hüquqları”-na dair esse hazırlayın.
“Cəmiyyətlə şəxsiyyət arasındakı münasibətlər” mövzusu ətrafında diskussiya təşkil edin.
Azərbaycanın insan hüquqları ilə başqa dövlətlərin insan və vətəndaş hüquqlarını müqayisə edərək cədvəl qurun.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
66
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: “Azərbaycan vətəndaşı kimi öz hüquqlarını izah edir”.
Hüquq anlayışını necə başa düşdüyünüzü izah edin.
Hüquq və azadlıqlar sahəsində dövlət hansı məsuliyyəti daşıyır?
Azadlıq və şəxsi toxunulmazlıq hüququnun mahiyyətini izah edin.
Hüquqi və təbii hüquqların bir- birindən fərqi nədir?
Hüquq mədəniyyətinin mahiyyətini aydınlaşdırın.
Konstitusiya ilə vətəndaşlara hansı azadlıqlar verilib?
Iİnsan hüquqlarına aid olan hüquqları sadalayın.
Öz hüquqlarınıza dair 3 nümunə göstərin.
Təhsil sahəsində hansı hüquqlarınızdan istifadə edirsiniz?
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının pozulmamasına nail olmaq üçün hansı işlər görülmüşdür?
Bəşəriyyətin insan hüquqlarına çox diqqət yetirməsinin səbəbini izah edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
67
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.3.1. Azərbaycanda bir işçi kimi öz peşəsi üçün müvafiq olan qanunları nəzərdən keçirir
Əmək nədir?
Iİnsan dünyanın ən ali varlığıdır. İnsanı aliləşdirən amillərdən ən əsası əməkdir. Ən qədim zamanlardan müasir dövrlərə qədər nəzər
salsaq görərik ki, insanlar öz zəhmətləri ilə nələrə qadir olublar. Müasir dövrdə tibbin, texnikanın, təhsilin bu səviyyəyə gəlib çatması insan əməyinin bəhrəsidir. Iİnsanın bacarmadığı iş demək olar ki, yoxdur. Fiziki və ya zehni, hər hansı bir işə başlamamışdan əvvəl o adama çox çətin gəlir. Lakin işə başlayandan sonra insan işə necə qalib gəldiyini görür. Əmək insanı həm ucaldır, həm də inkişaf etdirir. Iİşlə məşğul olan insan heç kimə möhtac olmur. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır.
Əmək - insanın məqsədyönlü, şüurlu fəaliyyətidir. Hər bir istehsalın müəyyən bir məqsədi vardır. Hətta lap savadsız icraçı da işə başlamazdan əvvəl fikrin öz fəaliyyətinin planını və ardıcıllığını tərtib edir.
Iİnsan əməyi ictimai xarakter daşıyır. Bu o deməkdir ki, hətta insan yaşamayan adada tək çalışan Robinzon belə nəinki cəmiyyətin digər üzvləri tərəfindən hazırlanmış bəzi alət və qurğulardan, ən başlıcası, o, cəmiyyətin istehsal təcrübəsindən, texnologiyalarından yığılmış biliklərdən istifadə etmişdir.
Əmək yaradıcı xarakter daşıyır. Çünki onun son məqsədi maddi nemətlər yaratmaqdır. (şəkil 4.8.)
Şəkil 4.8. Əmək prosesi
Əmək hüququ və Əmək Məcəlləsinin mahiyyəti
Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək hüququ işçilərlə
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
68
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində
mühüm rol oynayır.
Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, başqa işə qəbul və işdən çıxarılması qaydalarını, əməyin ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərə görə həvəsləndirməni, əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir.
Əmək Məcəlləsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır. Əmək Məcəlləsinin ümumi normalar adlanan birinci bölməsi əmək hüququnun ümumi hissəsinə aiddir. Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquqi münasibətləri tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublikamızın bazar iqtisadiyyatına keçdiyi dövrdə əmək məhsuldarlığının artmasına, işin keyfiyyətinin yaxşılaşmasına, ictimai məhsuldarlığın effektli dərəcədə yüksəlməsinə və bunun əsasında işçilərin maddi və mənəvi həyat səviyyəsinin yüksəlməsinə, əmək intizamının möhkəmləndirilməsinə və əməyin hər bir əmək qabiliyyətli insanın həyati ehtiyacına çevrilməsinə təkan verir. Siz hər hansı bir iş yerində fəaliyyət göstərməyə hazırlaşırsınızsa, işçi vətəndaş kimi aşağıdakı qanunları bilsəniz (sxem 4.2.), o zaman gələcəkdə öz hüquqlarınızı tələb etməkdə haqlı olduğunuzu sübut etmiş olarsınız:
Sxem 4.2.
Qan
un
lar
Əmək haqqında qanun Vergi
Tətil İstirahət
Məzuniyyət Əməyin mühafizəsi
Sığorta Əmək məcəlləsi
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
69
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.3.2. Tələbələr üçün fəaliyyətlər
“ Əmək hüququ” haqqında esse hazırlayın.
Əgər siz hər hansı bir iş yerində fəaliyyət göstərmək istəyirsinizsə, o zaman işçi kimi hansı qanunları bilməli olduğunuzu qeyd edin.
Rollu oyundan istifadə edərək “əmək hüququ”-nu necə başa düşdüyünüzü nümayiş etdirin.
Əmək hüququ və Əmək məcəlləsi ilə bağlı müzakirələr təşkil edin.
Aşağıdakı şəklə münasibət bildirin. Siz burada “Qaynaqçı” ixtisası üzrə 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsini göstərin.
“Əmək Məcəlləsi” ilə bağlı təqdimat hazırlayın.
Azərbaycan dövlətinin “əmək qanunu” ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında diskussiya təşkil edin.
Valideynlərinizdən iş yerində hansı qanunları tətbiq etdiyini soruşun. Qeydlər apararaq sinifdə müzakirələr təşkil edin.
“Əmək hüququ”na dair məktəbdə anket sorğusu təşkil edin. Bu anketi tələbələrə hazırlamağı tapşırın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
70
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: “Azərbaycanda bir işçi vətəndaş kimi özünə müvafiq olan qanunları müəyyən edir”.
Əmək dedikdə nə başa düşürsünüz?
Vergi anlayışının mahiyyətini izah edin.
Sığorta haqqında qanunun əhəmiyyətini şərh edin.
Əmək Məcəlləsindən irəli gələn öhdəlikləri sadalayın.
Əmək qanunvericiliyinə aid 3 nümunə göstərin.
Əmək Məcəlləsi ilə bağlı 3 nümunə göstərin.
Əməyin mühafizəsinə aid 3 nümunə göstərin.
Bir işçi vətəndaş kimi bilməli olduğu qanunları sadalayın.
Əmək Məcəlləsinin Mülki Məcəllədən fərqini izah edin.
İşlə bağlı hansı qanunları daha vacib hesab edirsiniz?
Əmək Məcəlləsinin mahiyyətini şərh edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
71
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.4.1. Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir.
Əmək müqaviləsi
Əmək müqaviləsi nədir? Siz bunun əhəmiyyətini necə başa düşürsünüz? Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan
qabiliyyətini həyata keçirərkən fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin ləğv olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının
Konstitusiyasının 35-ci maddəsində təsbit olunub. Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək
münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Burda verilən anlayışdan göründüyü kimi, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanır və onlar arasında mövcud olacaq əmək münasibətlərinin əsas səriştələrini, hər iki tərəfin əsas hüquq və vəzifələrini özündə əks etdirir. Əmək müqaviləsi bütün iş yerlərində tətbiq olunmalıdır. Əmək münasibətləri olan yerdə əmək müqaviləsinin bağlanması zəruridir.
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər.
1. Əmək müqaviləsi bağlamaqla; 2. Seçkili vəzifələrə seçilməklə; 3. Gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat
üzrə işə göndərməklə; 4. Şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə. Əmək müqaviləsini digər müqavilələrdən fərqləndirən aşağıdakı xüsusiyyətlərini
göstərmək olar:
1. Birincisi: əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə
çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur;
2. İkincisi: işçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili
nizam-intizam qaydalarına tabe olmasını müəyyən edir;
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
72
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3. Üçüncüsü: işəgötürən işçinin işini təşkil etməli, təhlükəsizlik və gigiyenik
normalara cavab verən normal iş şəraiti yaratmalıdır.
Sadalanan əlamətlərin məcmusu bizə hər bir konkret halda əmək müqaviləsini əsasən daha çox oxşar olan mülki hüquqi müqavilələrdən fərqləndirməyi imkan verir.
Əmək müqaviləsinin tərəfləri: işçi və ya işəgötürənin hüquq və vəzifələri
Əmək müqaviləsinin tərəfləri kimlərdir, yəni kimlər arasında imzalanır? Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir. 15 yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanan zaman onların valideynlərindən birinin hökmən razılıq verməsi tələb olunur. Razılıq yazılı formada olmalıdır. Əmək müqaviləsi imzalandığı gündən qüvvəyə minir.
Iİşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
Əmək müqavilələri tərəflərin iradəsi ilə sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi şifahi şəkildə həyata keçirilə bilməz. Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
Gəlin, indi birlikdə işçinin Əmək Məcəlləsinə əsasən hüquqlarını nəzərdən keçirək: -sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; -əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; -iş vaxtından sonra qazanc əldə etmək məqsədilə əlavə fəaliyyət göstərmək;
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
73
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
-həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq; -qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; -mənzil şəraitinin, ailə üzvlərinin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq; -həftələrarası istirahət günlərindən istifadə etmək; -peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq; -əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək; -işə götürülən tərəfindən məcburi sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; -qanunvericilikdə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq; -əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; -qanunvericiliklə müəyyən edilmiş hallarda və şərtlərlə (güzəştlərə) pensiya təminatından, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək; -işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq; -iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; Bəs işçinin əmək müqaviləsi üzrə hansı vəzifələri var? -əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; -əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; -əməyin təhlükəsizliyi normalarına əməl etmək; -işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; -dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; -iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; -fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək; -əmək qanunvericiliyinin tələblərinə əməl etmək;
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
74
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.4.2. Tələbələr üçün fəaliyyətlər
“Iİşçi vətəndaş əmək müqaviləsiz fəaliyyət göstərdiyi halda, hansı hüquqlardan məhrum olur?” sualı əsasında dairəvi müzakirə təşkil edin.
“Əmək müqaviləsi” əldə etdiyi halda işçinin əsas hüquqlarını qeyd edin.
Əmək müqaviləsini rəsmiləşdirməyin üstünlüklərini müzakirə edin.
“Əgər siz santexnik işləyirsinizsə, iş yerində hər hansı bir hadisə baş veribsə, o zaman siz hansı hüququnuzu işəgötürəndən tələb edərdiniz?” fikirlərinizi əsaslandırın.
Klaster üsulundan istifadə edərək işçi vətəndaşın hüquqlarını qeyd edin.
Rollu oyun üsulundan istifadə edərək işçi və işəgötürənin səciyyəvi xüsusiyyətlərini nümayiş etdirin.
Təhsilinizi başa vurduqdan sonra yiyələnəcəyiniz peşəni nəzərdən keçirin. Bu sahədə hansı hüquqları bilməli olduğunuzu qeyd edin.
Iİşçi və işəgötürən onların arasındakı əlaqə və qarşılıqlı asılılıq olduğunu faktlarla əsaslandırın.
Əmək müqaviləsinə əsasən işçi vətəndaşın hüquqları haqqında təqdimat hazırlayın.
İşəgötürən şirkət nümayəndələrini məktəbə dəvət edərək onlardan müsahibə götürün.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
75
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
İşçi hüquqlarının adları ilə bağlı yazılmış ağ kağızları stolun üstünə qoyun. Hər bir tələbə irəli gələrək kağızlardan birini götürüb həmin hüququn adını jest və mimika ilə təsvir etsin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
76
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
4.4.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: “Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir”
Əmək müqaviləsi dedikdə nə başa düşürsünüz?
Əmək müqaviləsinin tərəfləri kimlərdir?
Əmək müqaviləsinin üstünlüklərini sadalayın.
Iİşçinin hansı hüquqları var?
Iİşəgötürən anlayışının mahiyyətini aydınlaşdırın.
İşəgötürənin işçidən fərqini izah edin.
Iİşçi hüquqlarına dair 3 nümunə göstərin.
Əmək müqaviləsinə aid 3 nümunə göstərin.
Iİşçinin hansı vəzifələri var?
Müqaviləsiz işləməyin mənfi xüsusiyyətlərini sadalayın.
Əmək müqaviləsi hansı müddətə bağlanır?
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan hansıdır?
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
77
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
5. Təlim nəticəsi 5 : Azərbaycan cəmiyyəti və dünya haqqında hesabat verməyi bacarır
5.1.1. Azərbaycanın hansı beynəlxalq təşkilatların üzvü
olduğunu izah edir.
Azərbaycan beynəlxalq
münasibətlər sistemində
1991-ci ildə dövlət müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycan Respublikası xarici müstəqil
siyasət həyata keçirir. Bu siyasət Azərbaycan
dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib
inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici
siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi
və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında
qurmuşdur.
Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək,
Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə, ona qarşı
Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati
əhəmiyyətli başlıca məqsədə xidmət edir. Regional səviyyədə bölgədə əmin-amanlıq
və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin
gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən biridir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının
maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün
müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici
siyasətində müstəsna əhəmiyyət kəsb edir. Demokratik tərəqqi yolunu seçmiş
Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə
həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin
qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata
keçirmək əzmindədir.
Azərbaycan Respublikasının milli mənafelərin qorunmasına xidmət edən xarici
siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan
Respublikasının beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
78
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.1. Ümummilli lider Heydər Əlirza oğlu Əliyev
Kompleks və çoxşaxəli xarakter daşıyan Azərbaycan xarici siyasətinin başlıca
prioritetlərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa
olunmasıdır.
Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan
Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi
təcavüzlə nəticələnən Ermənistan - Azərbaycan münaqişəsidir. Azərbaycan
Respublikasının xarici siyasətində ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və
erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması xüsusi yer tutur. Danışıqlar
nəticəsində Azərbaycan Respublikasının tutduğu prinsipial mövqe ölkənin ərazi
bütövlüyünün bərpa edilməsindən və bu yolda heç bir güzəştə gedilməməsindən
ibarətdir. Ermənistan-Azərbyacan münaqişəsinin belə ədalətli və beynəlxalq
hüququn norma və prinsiplərinə söykənən əsasda həlli Cənubi Qafqazın gələcəyi
baxımından müstəsna əhəmiyyət kəsb edir, çünki yalnız bu başlıca şərtin yerinə
yetiriləcəyi təqdirdə regional əməkdaşlıq və bölgənin perspektiv inkişafı mümkündür.
Azərbaycanın “Budapeşt (1994-cü il dekabr), Lissabon (1996-cı il dekabr), İstanbul
(1999-cu il noyabr) sammit”-lərində iştirakı və yüksək mövqe nümayiş etdirməsi
mühüm əhəmiyyətə malikdir. Bu sammitlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi
hər zaman dəstəklənmişdir. Gəlin, indi bir yerdə Azərbaycanın üzv olduğu aşağıdakı
beynəlxalq təşkilatlarla (sxem 6.1.) tanış olaq:
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
79
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Azərbaycanın üzv olduğu "Beynəlxalq təşkilatlar"
1991-ci il dekabr İslam Konfransı Təşkilatı (İKT)
1992-ci il 2 mart Birləşmiş Millətlər Təşkilatı(BMT)
1994-cü il may Nato-nun "Sülh Naminə Tərəfdaşlıq proqramı" ilə
Avropa-Atlantika Əməkdaşlıq Şurasına qəbul edilməsi
2001-ci il 25 yanvar Avropa Şurası (AŞ)
2002-ci il noyabr ayı Azərbaycanın NATO Parlament Assambleyasının
assosiativ üzvü
1992-ci il 3 iyul YUNESKO
1997- ci il GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) 1999-cu ildə Özbəkistanın qoşulması ilə ÖGÜAM
olmuşdur
2001-ci il Dünya Turizm Təşkilatı
2004-cü il Azərbaycanın Avropa Birliyinin "Yeni Qonşuluq" siyasətinə daxil edilməsi
1992-cil yanvar Avropa Təhlükəsizlik və
Əməkdaşlıq Müqaviləsi (ATƏM-indi ATƏT
adlanır)
1992-ci il fevral İqtisadi Əməkdaşlıq Təşkliatı (İƏT)
1993-cü il 24 sentyabr Müstəqil Dövlətlər Birliyi
(MDB)
1997-ci ilin yazı Avropa Mədəniyyət Konvensiyası
2002-ci il Abidələrin Bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq
Mərkəzi
2011- ci il oktyabr BMT-nin TŞ-nın qeyri daimi üzvü seçilməsi
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
80
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Sxem 6.1
Hazırda Azərbaycanın xaricdə 64 diplomatik nümayəndəliyi -
səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar
fəaliyyət göstərir. Bunların 51 səfirlik, 6-sı baş konsulluq, 7-si isə daimi
nümayəndəlikdir. Xaricdə çalışan Azərbaycan diplomatlarının ümumi sayı 600-ə
yaxındır.
Azərbaycan Respublikasının Beynəlxalq İqtisadi əlaqaləri
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici
iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və
iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Makroiqtisadi sabitliyin qorunması,
biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə
inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla
əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil
Azərbaycanın daha da qüvvətlənməsinə xidmət edəcək, ölkəmizin dünyada nüfuzunu
daha da artıracaqdır (şəkil 5.2.).
Şəkil 5.2. Azərbaycan Respublikasının Xarici Ölkələrlə İqtisadi-Ticarət Əlaqələrinin xəritəsi
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
81
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Müstəqil Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Bu gün beynəlxalq
aləmdə Azərbaycan bərabər tərəfdaş kimi qəbul edilir və onunla uzunmüddətli
əməkdaşlıq sistemi qurulur. Belə şəraitdə ölkəyə etimadın möhkəmləndirilməsi
xüsusi əhəmiyyət kəsb edir və bu etimad bir sıra prinsiplər üzərində qurula bilər. Belə
prinsiplərdən biri Ümumdünya Ticarət Təşkilatına üzvlükdür. Azərbaycan beynəlxalq
ticarət məkanına inteqrasiya etmək və ölkədə xarici ticarətə təsir edən qanunvericilik
bazasının beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə Ümumdünya Ticarət
Təşkilatına üzv olması istiqamətində iş aparır.
Azərbaycan Respublikasının iqtisadi siyasətinin qabaqcıl istiqamətlərindən ən əsası
dövlətin neft strategiyasıdır. Bu uğurlu və Azərbaycanı qabağa apara biləcək
strategiyanı xalqımızın ümummilli lideri Heydər Əliyev hazırlamışdır. Dövlət
müstəqilliyinin bərpasından sonra qısa vaxt ərzində Azərbaycan xalqının ümummilli
şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə
inteqrasiyası sahəsində çox böyük irəliləyişlər əldə olunmuşdur. Ölkəmiz neft və
qeyri-neft sektorunda böyük irəliləyişlər əldə etmişdir. Azərbaycan, demək olar ki,
bütün beynəlxalq qurumlara, o cümlədən 20 sentyabr 1994-cü il ölkəmizin müstəqil
daxili və xarici siyasət yolunu seçməsində dönüş nöqtəsi olan həmin gün də dünyanın
iqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Türkiyə, Norveç, Yaponiya, Böyük Britaniya,
Rusiya və Səudiyyə Ərəbistanı kimi dövlətləri ilə Azərbaycan arasında1 “Əsrin
müqaviləsi” kimi tarixə düşmüş neft kontraktı imzalanmışdır (şəkil 5.3.).
Şəkil 5.3. Əsrin müqaviləsinin bağlanması
Bu ölkələrin Amoko, BP, MakDermont, Yunokal, LUKoyL, Statoyl, Eksson,
Penzoyl, İtoçu, Remko, Delta, Türkiyə Petrolları kimi iri neft şirkətləri ilə ARDNŞ
arasında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin
işlənməsi və neft hasilatının pay bölgüsünə dair saziş bağlanmışdır. Məhz bu
müqavilə Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə
qoşularaq, beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratmışdır.
Müqavilənin imzalanması ilə iştirak edən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
82
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
inkişafı üçün əsas təməl qoyulmuşdur. Bununla da Azərbaycanın beynəlxalq aləmdə
geosiyasi mövqeyinin daha da möhkəmlənməsi və dünya iqtisadiyyatına sürətli
inteqrasiyası üçün münbit şərait yaranmışdır. Onu da qeyd edək ki, bu uğurlu sazişin
reallaşması ümummilli lider Heydər Əliyevin bir siyasətçi və dövlət xadimi kimi
müdrikliyinin və gərgin zəhmətinin sayəsində mümkün olmuşdur. Azərbaycan
Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin
mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla
əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür.
Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci
ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf
Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul
olunmuşdu. Azərbaycan hazırda dünyanın 84 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət
əlaqələrinə malikdir. Ölkənin iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla
zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi coğrafi mövqeyi əməkdaşlıq imkanlarını
artırır. Azərbaycanın üzv olduğu əsas regional iqtisadi qurumlara İƏT, MDB, Qara
Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı, NATO, Avropa birliyi (əməkdaşlıq və partnyorluq
səviyyəsində) və s. misal gətirmək olar.
Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşaxəli
inkişafını təmin etmək üçün böyük üstünlüklər verir. Azərbaycan Respublikasının
xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli
xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün
sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır. Azərbaycanın sosial-iqtisadi
inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2018-ci illərdə imzaladığı çoxsaylı
fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.
Şəkil 5.4. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
83
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi. Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və proqramlar qəbul edilmişdir. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki, dövlət başçısı ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabət qabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”-nı təsdiq etmiş, 2014-cü ili “Sənaye İli” elan etmişdir.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) (şəkil 6.5.) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir.
Şəkil 5.5. Bakı- Tibilisi-Ceyhan Neft kəmərinin xəritəsi
Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan “Cənub Qaz Dəhlizi”-nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması xüsusi olaraq qeyd edilməlidir (şəkil 5.6.).
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
84
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.6. Şahdəniz II, Tanap ve Tap layihələrinin xəritəsi
Bu layihələr üzrə işlərin çox hissəsi artıq icra olunmuşdur. Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilmiş, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olmuş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir. Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya çərçivəsində qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, institusional potensialın güclədirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ətraf mühitin qorunması və s. məsələləri əhatə edən 53 sənəd təsdiq edilərək icrası təmin olunmaqdadır. Eyni zamanda, Azərbaycanın ilk kosmik süni peyki olan “Azərspeys-1”-in orbitə buraxılması əlamətdar hadisə kimi ölkəmizin tarixinə düşmüşdür. Onu da qeyd edək ki, yaxın 2015-ci və 2016-cı illərdə Azərbaycan ikinci və üçüncü peykini kosmosa buraxmağa hazırlaşır. Bu prosesdə beynəlxalq şirkətlər yaxından iştirak edirlər. Ölkəmizə qarşı göstərilən bu isti münasibətin əsas səbəbi isə, təbii ki, yenə də dövlətimizin beynəlxalq aləmdə qazandığı uğurlardır.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
85
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
5.1.2. Tələbələr üçün fəaliyyətlər
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatları klaster üsulundan istifadə edərək qeyd edin.
“Xarici siyasət sahəsində qazanılan uğurlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində nə kimi rol oynayır?” sualı əsasında debat təşkil edin.
“Xarici ölkələrlə Azərbaycan Respublikası arasında bağlanan ikitərəfli və çoxtərəfli müqavilələr hansı beynəlxalq normalara əsaslanır?” fikirlərinizi müzakirə edin.
“Bakı-Tibilisi-Ceyhan neft kəməri”-nin Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyətini müəyyən edərək təqdimat hazırlayın.
BİBÖ üsulundan istifadə edərək “Azərbaycanın beynəlxalq əlaqələri”-nə dair bilikləri qeyd edin.
Bilirəm Iİstəyirəm Bilim Öyrəndim
“Azərbaycan beynəlxalq əlaqələr müstəvisində” mövzusu haqqında esse hazırlayın.
“Azərbaycanın iqtisadi əlaqələri“”-nə dair layihə hazırlayın.
Valideynlərinizdən hansı beynəlxalq təşkilatları tanıdığını soruşun. Ümumiləşdirmə apararaq bu təşkilatların Azərbaycanla əlaqələrini müəyyənləşdirin.
Rollu oyun vasitəsilə “Azərbaycanın hər hansı bir beynəlxalq təşkilatla əlaqəsini (məsələn. BMT, İKT və s.)” nümayiş etdirin.
“Azərbaycan Gələcəyə baxış: 2020” İnkişaf konsepsiyasının üstünlüklərini qeyd edin.
“Əsrin müqaviləsi” layihəsi haqqında təqdimat hazırlayın.
“Beynəlxalq təşkilatların Azərbaycan üçün əhəmiyyəti” mövzusu haqqında debat təşkil edin.
Tələbələrə “Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar”-ı xəritə üzərində işləməklə təsvir etməyi tapşırın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
86
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
“Problemli vəziyyət” üsulundan istifadə edərək tələbələri 4-5 nəfərlik qruplara bölün. Problemli vəziyyətin əks olunduğu iş vərəqləri məsələn, “Qarabağ məsələsi” ilə bağlı mövzular tələbələrə paylanılır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edərək, həlli yollarını göstərsin. Qruplar işini bitirdikdən sonra müzakirə aparın.
Akvarium üsulundan istifadə edərək tələbələri 2 qrupa bölün. Bir qrup stullarda əyləşərək daxili dairə təşkil edir: bu iştirakçılar müəllimin təklif etdiyi problemi (məsələn, Beynəlxalq təşkilatların Azərbaycanla bağlı fəaliyyətləri) müzakirə edir. Digər qrup isə xarici dairədə stullarda oturur: onlar diskussiyanın müəyyən qaydalar üzrə keçib-keçmədiyini müşahidə edirlər. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairə”-nin iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
87
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
5.1.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: “Azərbaycanın hansı beynəlxalq təşkilatların üzvü olduğunu izah edir”.
Azərbaycanın ilk üzv olduğu beynəlxalq təşkilat hansıdır?
Azərbaycanın daxil olduğu beynəlxalq təşkilatları sadalayın.
Azərbaycan Respublikası MDB-yə nə vaxt daxil olmuşdur?
Tanıdığınız beynəlxalq təşkilatların fəaliyyətinə dair 3 nümunə göstərin.
Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifələrini izah edin.
Azərbaycan Respublikasının beynəlxalq iqtisadi əlaqələrinin əsas prioritet prinsiplərini şərh edin.
“Əsrin müqaviləsi”-nin Azərbaycan üçün əhəmiyyətini izah edin.
Budapeşt sammiti, Lissabon sammiti, İstanbul sammitinin Azərbaycan üçün əhəmiyyətini izah edin.
Azərbaycanın üzv olduğu beynəlxalq iqtisadi təşkilatları sadalayın.
TANAP, TAP, TRASECA layihələrinin Azərbaycan üçün əhəmiyyətini izah edin.
Azərbaycanın müasir dövrdə xarici iqtisadi və siyasi əlaqələrini izah edin.
Respublikamız beynəlxalq münasibətlərin düzgün qurulması üçün hansı orqanı və onun strukturlarını yaradıb?
Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur?
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
88
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
5.2.1. Dünyanın Azərbaycan mədəniyyətindən nə öyrənə biləcəyinə dair nümunələr təqdim
edir.
Mədəniyyət və cəmiyyət
Mədəniyyət nə deməkdir? Siz bunun mahiyyətini necə başa
düşürsünüz? Biz öz aramızda, qəzet səhifələrində, televiziya və radio verilişlərində tez-tez
“sivilizasiya” və “mədəniyyət” sözlərini işlədirik. Bu məfhumların hər ikisi insanın mahiyyəti, onun tarixi və fəaliyyəti ilə sıx bağlı olsa da, ayrı-ayrılıqda bunlar müxtəlif məzmun daşıyır. “Mədəniyyət” anlayışı müxtəlif dövrlərdə müxtəlif mənalar, çalarlar kəsb etmişdi. Məsələn, mədəniyyət termini özünün ilk, ənənəvi anlamında (latın dilində “julture”) “torpağı şumlamaq, belləmək, əkib-becərmək” mənalarını ifadə etmişdir. Lakin sonralar romalılar ona yeni bir məna verməklə insanların intellektual səviyyəsinə, onların təhsil və tərbiyəsinə şamil etmişlər.
Şəkil 5.7. Dünya xalqlarının mədəniyyət ətrafında birləşməsi
İslam intibahının yaranması və inkişafı “mədəniyyət” anlayışının daha geniş məna
kəsb etməsinə səbəb oldu. “Mədəniyyət” ərəb sözüdür, öz əhatə dairəsinə görə çox geniş olub, insanların və xalqların fiziki və əqli fəaliyyətlərinin, demək olar ki, bütün sahələrini özündə əks etdirirdi.
Şərq dünyasının böyük mütəfəkkirləri Nizamülmülkün “Siyasətnmə”, Nəsirəddin Tusinin “Əxlaqi-nasiri”, İbn-Həldunun “Müqəddimə” əsərlərində yüksək mədəniyyətli insan deyərkən, hər şeyi bilən, hazırcavab olan, dövrün siyasi-iqtisadi problemlərindən baş çıxara bilən adamlar nəzərdə tutulurdu.
Sonrakı dövrlərdə “mədəniyyət” anlayışı daha geniş məna kəsb etdi. Mədəniyyət insanın yaradıcı fəaliyyətinin məhsulu olmaqla yanaşı, ayrı-ayrı insanların səviyyəsini müəyyən edən meyara da çevrildi. Tez-tez bu sözləri eşidirik: “Filankəs nə mədəni adamdır”. Əlbəttə, mədəni olmaq təkcə təhsilli olmaqla ölçülmür. Elə adamlar var ki, son dərəcə bilikli olsalar da, kobud və mədəniyyətsizdirlər. Elələri də vardır ki, heç bir
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
89
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
ali məktəb bitirməmiş, ömürlərində iri şəhərlərdə olmamışdır, lakin davranışlarında ədəbli və nəzakətlidirlər, insanlara, təbiətə qayğıkeş münasibət bəsləyirlər, mərhəmətlidirlər. Belələrinə “mədəni insan” demək olar.
Göründüyü kimi, mədəniyyət çox mürəkkəb ictimai hadisədir. Odur ki, “mədəniyyət” deyərkən insan fəaliyyətinin üsulları, nəticələri və yaratdığı sərvətlərin toplusu nəzərdə tutulur. Mədəniyyət- cəmiyyətin üzvü olan fərdin əldə etdiyi təcrübə, məslək, mənəviyyat, ədalət hissi, adət-ənənə, digər bacarıq və təcrübələrin də daxil olduğu mürəkkəb bir tamdır(şəkil 5.7.). Sivilizasiya - adətən mədəniyyət sözünün sinonimi kimi də işlədilir. “Sivilizasiya” anlayışı XVIII əsrdə Fransada meydana gəlib, ilk əvvəl “mədəniyyət” terminini ifadə edir. XIX əsrdə isə “sivilizasiya” deyərkən kapitalizmi başa düşürdülər. Belə ki, ictimai-iqtisadi formasiyalar sivilizasiya anlayışı ilə bir tutulurdu. Gəlin indi birlikdə sivilizasiya ilə mədəniyyəti bir-birindən fərqləndirən xüsusiyyətlərə nəzər salaq: Birincisi, “mədəniyyət” daha geniş anlayış olub “sivilzasiya”-nı da özündə birləşdirir; İkincisi, ”“sivilizasiya” termini çox zaman cəmiyyətin müəyyən bir tarixi inkişaf pillələrinə aid edilir; Üçüncüsü, “milli sivilizasiya” anlayışı millilikdən daha çox regional sahələri, bir neçə dövlətin sərhədləri daxilində olan ərazilərdəki mədəniyyətin səviyyəsini göstərdiyi halda, maddi mədəniyyət bir millətə xas olan xüsusiyyətləri əks etdirir; Dördüncüsü, müəyyən bir sivilizasiya daha tez parlayıb sönə bildiyi halda, mədəniyyət nisbətən sabit və uzunömürlü olur, çox yaşayır və sonrakı nəsillər tərəfindən daha tez qavranılır; Beşincisi, mədəniyyətin bir neçə qolu olduğu halda, sivilizasiyada bunu müşahidə etmək mümkün deyildir. Məsələn, siyasi mədəniyyət, məişət mədəniyyəti, nitq mədəniyyəti, davranış mədəniyyəti və s. Halbuki, “siyasi sivilizasiya”, “davranış sivilizasiyası”, “məişət sivilizasiyası”, “nitq sivilizasiyası” və s. ifadələri işlətmək qeyri-mümkündür.
Beləliklə, mədəniyyət və sivilizasiya fərqli xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də bir-biri ilə əlaqə, vəhdət təşkil edir. Gəlin fikirləşək, mədəniyyətsiz sivilizasiya ola bilərmi və ya əksinə? Mədəniyyət sivilizasiya üçün əsas, mənəvi dəyərlərdən ibarət özül rolunu oynayır. Mədəniyyətin aşağıdakı formaları vardır: 1. Elitar mədəniyyət 2. Xalq mədəniyyəti 3. Kütləvi mədəniyyət 4. İqtisadi mədəniyyət 5. Siyasi mədəniyyət
Beləliklə, ümumi nəticəyə gələrək deyə bilərik ki, mədəniyyət insanların həyat fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır. Eyni zamanda mədəniyyət – insan və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərdir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
90
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Azərbaycan mədəniyyətinin inkişaf tarixi
Gəlin birlikdə ecazkar bir diyardan Azərbaycandan, onun təkrarsız təbiətindən,
çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən-onun
həyatından, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və
ənənələrindən söhbət açaq.
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində
yerləşir. Paytaxtı Bakı şəhəridir. Ölkə gözəl və zəngin təbiəti ilə seçilir. Naxçıvan, Şəki,
Zaqatala, Qusar, Lerik, Şamaxı, Şuşa, Ağdam kimi bölgələrin bir-birindən fərqli
əsrarəngiz flora və faunası var.
Azərbaycan coğrafi addır. Azərbaycan adı bir tərəfdən bu ərazidə eradan çox-çox
əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. "Azər"-od, atəş
deməkdir. Əbədi yanar od qədim zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron
yarımadasının simvolu hesab olunub. Çünki bu ərazidə təbii olaraq yanan məşəllər
var. Təbiətdəki bu möcüzələrdən biri də Abşeron yarımadasında Məhəmmədi
kəndindəki "Yanar dağ"dır. Suraxanıda isə heç vaxt sönməyən odun üzərində
"Atəşgah" adlı qədim abidə var. Bu fenomen Azərbaycanı dünyada "Odlar Yurdu"
kimi tanıtdı.
Digər tərəfdən isə Azərbaycan ərazisində qədim zamanlardan yaşayan türksoylu
"Azər" tayfalarının adından götürülmüşdür. "Azər" "az" və "ər" tərkibindən ibarətdir.
Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər"-yəni "ər kişi",
"ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim
türkdilli qəbilənin adından əmələ gəlib. Bəs Qədim dövr mədəniyyətlər haqqında
nələri bilirik? Gəlin birlikdə bu haqda olan bilikləri nəzərdən keçirək.
Daş dövrünə aid Azıx mağarasında Quruçay mədəniyyəti, Aşel
mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən
tapılmış ibtidai insana məxsus olan çənə fiziki tipinə görə sinantrop tipli insanla
neandertal adamı arasında keçid mərhələsindədir. Azıx mağara düşərgəsinin Aşel
mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti
olaraq Azıxantrop, yəni Azıx adamı adı verilmişdir (şəkil 5.8).
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
91
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.8. Azıx mağarası və ibtidai insanın (Azıxantropun) çənə sümüyü
Qobustan dövlət tarixi-bədii qoruğunda Mezolit dövründən orta əsrlərə qədər dövrü əhatə edən 6000 qayaüstü rəsm vardır. Təsvirlər əsasən insanların həyat tərzi, məişəti ilə əlaqədardır. Kollektiv əmək, ov prosesi, məhsul yığımı, yallı oynamaq, heyvan rəsmləri, ocaq başında ovun yeyilməsi, bişirilməsi, qadın və kişi rəsmləri və sair. Qayıq və günəş rəsmləri isə İsveç, Ural və Misirdə tapılan qayaüstü rəsmlərlə müqayisə edilir. Norveçli məşhur səyyah və alim Tur Heyerdal bir neçə dəfə Qobustanda olub və araşdırma aparıb. Ərazidə Daş dövründən orta əsrlərədək çoxlu ibtidai insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar var. Buradakı tapıntılar Mezolit, Neolit, Tunc dövrlərində Qobustan ərazisində insan həyatı üçün yararlı təbii şəraitin olduğunu və burada Mezolit - Neolit dövrlərində ovçu və balıqçı, Tunc dövründə isə əkinçi və maldar qəbilələrinin yaşadığını göstərir (şəkil 5.9.).
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
92
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.9.Qobustan petroqlifi
Təxminən eramızdan əvvəl VI-IV minilliklərdə Zaqafqaziyada Şulaveri-Şomutəpə
mədəniyyəti inkişaf etmişdir. Bu mədəniyyət adını Gürcüstanda yerləşən Şulaveridən
və Azərbaycan yerləşən Şomutəpədən alır. Şulaveri-Şomutəpə mədəniyyətinin
mənsubları yerli obsidianı alətlər düzəltmək üçün istifadə edir, üzüm kimi mədəni
bitkiləri yetişdirir, maldarlıqla məşğul olurdu(şəkil 5.10.).
Şəkil 5.10. Təpəbaşından aşkarlanmış e.ə. III-II minilliklərə aid saxsı qadın bütü.
Azərbaycan Milli İncəsənət Muzeyi
E.ə. IV minilliyin ortalarında Azərbaycanda (Ağdamda) Leylatəpə mədəniyyəti mövcud olmuşdur. Keramik qablarda dəfn bu mədəniyyət üçün xarakterikdir. Tipik Ön Asiya yaşayış məntəqəsi kimi Leylatəpə evlərin sıx yerləşdiyi məntəqədir. Bəzi rus alimlərinin fikrincə Leylatəpə mədəniyyətinin üzvləri Maykop mədəniyyətinin yaradıcısı olub.
E.ə. IV-III minilliklərdə Azərbaycanın da daxil olduğu geniş bir ərazidə Kür-Araz mədəniyyəti mövcud olmuşdur. Bu mədəniyyət yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Bu dövrdə həmçinin dulusçuluq, bağçılıq, Mesopotamiya və Kiçik Asiya ilə ticarət inkişaf etmişdir.
Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Muğan düzündə və Talış dağlarında Muğan mədəniyyəti mövcud
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
93
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
olmuşdur. Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi. Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir.
Naxçıvan MR ərazisində son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Boyalı Qablar mədəniyyəti mövcud olmuşdur. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır (şəkil 5.11.).
Şəkil 5.11. Boyalı qab
Eramızdan əvvəl XIII-VII-ci əsrlərdə Şərqi və Mərkəzi Zaqafqaziyada Xocalı-Gədəbəy mədəniyyəti mövcud olmuşdur. Bu dövr əsasən qəbirlərdən öyrənilib. Xocalı kurqanında 1895-ci ildə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı Assuriya şahı II Adadnirarinin adı yazılmış muncuq tapılıb. Ona görə bu tapıntı Zaqafqaziyanın İkiçayarası və Mesopotomiya ilə münasibətlərini aydınlaşdırmaq üçün geniş imkanlar açır.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
94
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Qafqaz Albaniyası dövrü
Şəkil 5.12. Alban memarlığı. Kəlbəcər rayonundakı Xudavəng məbədi.
Azərbaycan ərazisində eramızdan əvvəl təqribən IV-III əsrlərdən eramızın VIII
əsrinə qədər Qafqaz Albaniyası adlandırılan dövlət mövcud olmuşdur (şəkil 5.10). Bu
dövlətin paytaxtı əvvəlcə Kabalaka (Qəbələ), sonra isə Partav (Bərdə) şəhəri idi. E.ə.
IV əsr - eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz
Albaniyası ərazisində Küp qəbirləri mədəniyyəti yayılmışdır. Bu mədəniyyətdə ölülər
bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfüqi şəkildə dəfn olunurdu.
Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş
və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarət idi. E.ə. III-I əsrlərdə
Qafqaz Albaniyası ərazisində Yaloylutəpə mədəniyyəti də mövcud olmuşdur.
Albaniyada Nax-Dağıstan dillərinin ləzgi dilləri qrupuna aid alban dili danışılırdı.
Həmçinin Alban tarixçisi Moisey Kalankatuklu yazısı olan xalqlar içərisində albanları
qeyd edir. 1947-1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar
zamanı alban yazısı həkk edilmiş nümunələr tapıldı (şəkil 5.13.). Mehranilər
sülaləsindən Cavanşirin əmri ilə Moisey Kalankatlı alban tarixşünaslığı abidələrindən
biri olan "Alban ölkəsinin tarixi" (VII əsr) əsərini yazmışdır. Qafqaz Albaniyası
incəsənətinə zərgərlik, daşişləmə, ağacişləmə, sümükişləmə, bədii şüşə, bədii
metal, duluşçuluq və monumental heykəltəraşlığı misal çəkmək olar.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
95
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.13. Üzərində alban dilində yazı olan daş kapitel. Azərbaycan Tarix Muzeyi
İslam dövrü
Şəkil 5.14. Xudafərin Körpüsü
VIII əsrdə Qafqaz Albaniyasının Ərəb Xilafətinin tərkibinə daxil olması
ilə Azərbaycanda İslam dini yayılmağa başlamışdır. İslamın yayılması İslam
mədəniyyətinin inkişafına səbəb olmuşdur.
Ərəb xilafətini zəifləməsi ilə Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər kimi feodal dövlətləri yaranır. Şəddadi hökmdarı Fəzl bin Məhəmməd Araz çayı üzərində körpü Xudafərin körpüsü (şəkil 5.14.) tikdirmiş, Əbüləsvar Şavur isə paytaxt şəhəri Gəncənin ətrafında sədd və xəndək quraraq, Gəncə qala qapılarını düzəltdirmişdir (şəkil 5.15.). Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
96
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.15. Üzərində ərəb dilində yazılar olan Gəncə qapıları. 1062-ci ildə Əbüləsvar
Şavurun əmri ilə tikilib, hal-hazırda Gürcüstandakı Gelati monastırındadır.
XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdafiə sistemi gücləndirilmişdir.
XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən
sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü
başlamışdır. XI əsrdə Şirvanşahların sarayında əl-Qəzzi kimi ərəb dilində yazan şairlər
var idi. XII əsrdə Əbülüla Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani və Mücirəddin
Beyləqani kimi bir çox şairlər III Mənuçöhr və onun oğlu I Axsitanın sarayında
toplaşmışdı.
Azərbaycan tarixi boyu dünyaya bir çox filosof, şair və alim vermişdir. Orta əsrlər alim və filosofları arasında riyaziyyat və fəlsəfə üzrə bir çox əsərlərin müəllifi Bəhmənyar Azərbaycani və "Astronomiya" əsərinin müəllifi Əbülhəsən Şirvani qeyd edilməlidir. Digər bir önəmli şəxsiyyət isə humanist, dünyəvi poeziya üslubunda yazan Nizami Gəncəvidir. Nizaminin yazdığı əsərlərə Ərzincan hakimi Bəhram şah ibn-Davuda həsr etdiyi “Sirlər xəzinəsi”, Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə həsr etdiyi “Xosrov və Şirin”, I Axsitana həsr etdiyi “Leyli və Məcnun”, Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etdiyi “Yeddi gözəl” və Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə və Mosul hakimi Məlik İzzəddinə həsr etdiyi “İsgəndərnamə” daxildir.
ХI-ХIII əsrlərdə Şərqi Zaqafqaziyaya türk oğuz tayfasının gəlişi yerli əhalinin böyük hissəsinin türkləşməsinə səbəb oldu və bu da Azərbaycan xalqının formalaşmasının başlanğıcı idi. Səlcuqlar dövləti dövründə başlayan türk tayfalarının gəlişi monqolların dövründə də davam etmişdir. Beşinci monqol ulusu Elxanilərin ordusunun böyük bir hissəsini türklər təşkil edirdi. XV əsrin sonlarında Azərbaycan əhalisinin türkləşməsi başa çatdı və müstəqil Azərbaycan türk xalqı ortaya çıxdı. Anadolu türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd isə XVI əsrdə yarandı.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
97
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
XVIII əsrdə Azərbaycanda türk mənşəli sülalələrin idarə etdiyi xanlıqlar əmələ gəlmişdir. 1813-cü il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi ilə müasir Azərbaycan Respublikasının ərazisi Rusiya hakimiyyətinə keçmiş, Cənubi Azərbaycan isə İranın tərkibində qalmışdır. Beləliklə, Araz çayı sərhəd olmaqla azərbaycanlılar iki ayrı imperiyanın tərkibində qalmağa məcbur olmuş, İran və Rusiya mədəniyyətinin təsirində qalan azərbaycanlılar iki əsrlik sosial təkamül nəticəsində bir-birindən fərqlənməyə başlamışlar.
1822-ci ildə süqut etmiş Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir (şəkil 5.16).
Şəkil 5.16. Şuşa qalası
Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur naqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
98
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Xalq Cümhuriyyəti dövrü
Şəkil 5.17. Azərbaycan Bayrağı
XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olmuşlar. Bu dövrdə Tiflis şəhəri Azərbaycan mədəniyyətinin inkişafı üçün önəmli mərkəzlərdən birinə çevrilir. Tiflisdə yaşamış Azərbaycan mədəniyyətinin görkəmli nüməyəndələrinə Molla Vəli Vidadi, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Bülbülcan, Rəşid Behbudov, Qeysər Kaşıyeva, Xədicə Qayıbova misal göstərilə bilər. 1918-ci il 28 mayda Tiflisdə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edərək rəsmən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etmişdir. Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə olmuşdur. Sovet işğalına qədər 23 ay mövcud olan bu dövlət tarixə müsəlman Şərqindəki ilk demokratik və dünyəvi respublika olaraq keçmiş və Azərbaycan qadınlara səs vermə hüququ verən ilk müsəlman xalqı olmuşdur. AXC dövründə mədəniyyət sahəsində görülən tədbirlərə aşağıdakıları daxil etmək olar:
1) “Türk ocağı”, “Müsəlman Şərqini öyrənən cəmiyyət”, “Qurtuluş”, “Yaşıl qələm” cəmiyyətləri yaradıldı;
2) “İstiqlal” muzeyinin açılması (1919-cu il 7 dekabr);
3) Bakıda Azərbaycan dilində ilk böyük kitabxananın açılması (1919-cu il mart ayı);
4) Dövlətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin nəşr olunması;
5) Bakıda teatr truppasının yaradılması;
6) Hüseyn Ərəblinski tərəfindən Azərbaycan Dövlət teatrının fəaliyyətə başlaması;
7) Rəssamlıq studiyasının yaradılması;
8) 100 nəfər azərbaycanlı gəncin təhsil almaq üçün xaricə göndərilməsi (1919-cu il sentyabr);
9) Bakı Universitetinin açılması (1919-cu il noyabr);
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
99
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
10) Azərbaycan dilinin dövlət dili elan edilməsi (1918-ci il 27 iyun), Dövlət bayrağının qəbul edilməsi (9 noyabr)(şəkil 5.17.) və s.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”-inə həsr olunmuş silsilə tədbirlərin (2018-ci il, may) keçirilməsi haqqında fərman imzalamışdır.
Müasir Azərbaycanın mədəni həyatı
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatlar keçirildi. Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabiliyyətli insanların bu prosesdə yaxından iştirakı, əhalinin mədəni həyat səviyyəsinin daha da gücləndirilməsi yolunda böyük addımlar atılmışdır. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri var.
Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Azərbaycan dövləti iqtisadi cəhətdən gücləndikcə mədəniyyətin inkişafı sahəsində də uğurlu addımlar atılmağa başladı. 1991-ci ilin dekabrında latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edildi. 1996-cı ilin payızında YUNESKO ilə əməkdaşlıq
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
100
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
haqqında memorandum imzalandı. 1997-ci ilin yazında isə Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu. 1992-ci ilin ortalarında “Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyni”, 1993-cü ildə isə onun icra qurumu –TÜRKSOY yarandı.
Prezident H.Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmillləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ölkədə ali təhsilin təşkili və inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Respublika Prezidenti tərəfindən Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramının təsdiq edilməsi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından çox əhəmiyyətlidir.
1993-cü ildən başlayaraq Respublikada mədəni-maarif inkişafı üçün bir sıra tədbirlər həyata keçirildi. M.F.Axundzadə adına Respublika kitabxanası 1998-ci ilin aprelindən Milli Kitabxana statusu aldı. Ali təhsil müəssisələrinin həyatında yeniliklər baş verdi. 1993-cü ildən ali məktəblərdə iki bakalavr və magistr pilləli təhsilə keçildi. Özəl təhsil müəssisələri meydana gəldi. Minlərlə gənc xarici ölkələrdə təhsil almaq imkanı qazandı. Bakıda Cəlil Məmmədquluzadənin, Niyazinin, Hüseyn Cavidin ev-muzeyləri yaradıldı. N.Nərimanovun ev muzeyi yenidən quruldu. 1996-cı ilin payızında Naxçıvanda H.Cavidin ev muzeyi açıldı. 1998-ci ildə Ordubadda M.S.Ordubadinin ev muzeyi təmirdən sonra yenidən açıldı. Naxçıvanda C.Məmmmədquluzadənin ev muzeyi yaradıldı.
Dahi Azərbaycan şairi M.Füzulinin 500, böyük oğuz-Azərbaycan eposu “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin (2000-ci ilin apreli) təkcə Azərbaycanda deyil, mədəni dünyanın, demək olar ki, hər yerində qeyd edilməsi bütün dünyanın müstəqil Azərbaycanın böyük mədəniyyəti, zəngin mənəviyyatı ilə daha geniş miqyasda tanış olmasına imkan yaratdı.
Azərbaycan Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə aəzrbaycanlıların Ermənistan ərazisindən tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 17 dekabr, “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart fərmanlarında son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım siyasəti ifşa olunmuşdur.
Azərbaycan Mədəniyyət Fondu yanında azsaylı xalqların mədəniyyətinin qorunması və inkişafı üzrə şura yaradıldı. Ləzgi, talış, kürd, udin, saxur, slavyan, yəhudi və başqa xalqların mədəniyyət mərkəzləri fəaliyyətini xeyli genişləndirdi.
1996-cı ildə “Üzeyir Hacıbəyov ensiklopediyası”-nın, türk dünyası filoloqları ilə birlikdə dünya türkologiyası tarixində ilk dəfə ikicildlik “Kitabi-Dədə Qorqud ensiklopediyası”-nın nəşri o vaxtlar çətin iqtisadi vəziyyətdə olan Azərbaycan dövlətinin mədəniyyətimizə göstərdiyi böyük diqqət və qayğının real nümunəsidir. Bu dövrdə yeddi cildlik “Azərbaycan tarixi” yazılıb nəşr olundu.
1997-ci ilin noyabrında Azərbaycan yazıçılarının X qurultayı keçirildi. O, Azərbaycan Ədəbiyyatının yeni perspektivlərini müəyyən etdi. Bu illərdə Azərbaycan kinosu bütün çətinliklərə baxmayaraq inkişaf edirdi. “Yarasa” bədii filmi 1996-cı ildə Fransada “Birinci plan Beynəlxalq kinofestivalında” “Avropanın ən yaxşı tam metrajlı bədii filmi” adına layiq görüldü.
Dağüstü parkda “Şəhidlər Xiyabanı” salındı. Şəhər və kəndlərdə xalqın azadlığı uğrunda döyüşlərdə canından keçmiş igidlərin xatirəsini əbədiləşdirən abidə və komplekslər yaradıldı. 1998-ci ilin oktyabrında Şəhidlər Xiyabanında azadlıq uğrunda
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
101
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirən abidə və əbədi məşəlin açılışı oldu (şəkil 5.18.). 2000-ci ildə Bakıda Olimpiya İdman Kompleksi istifadəyə verildi.
Şəkil 5.18. Şəhidlər Xiyabanı abidə və əbədi məşəl
XXI əsr Azərbaycan üçün yeni səhifə açdı. Yeni əsrdə ölkəmizdə böyük ictimai-siyasi dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan xalqının həyatında çox əlamətdar hadisə olan bir tədbir Dünya azərbaycanlılarının I qurultayı (9-10 noyabr 2001-ci il, Bakı) keçirildi. Bundan dörd il sonra, yəni 2006-cı il martın 16-da keçirilən II qurultay isə üçrəngli, ay-ulduzlu bayrağımız altında birləşən milyonlarla soydaşımızın həmrəyliyinin və birliyinin doğma Azərbaycanımız qarşısında aça biləcəyi geniş üfüqlərin hüdudsuz olduğunu sübut etdi.
Prezident 2001-ci il avqustu 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalamışdır. Həmin fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Azərbaycan Respublikasının Milli Ensiklopediyasının nəşri haqqında” və
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamları Azərbaycan Respublikasının
mədəni, mənəvi həyatında son dərəcə əlamətdar hadisə oldu. 2002-ci ildə
Respublikamız Abidələrin Bərpası və Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə
üzv olmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və
Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq kompleksi YUNESKO-
nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil olmuşdur.
Müasir Azərbaycan memarlığına isə Alov qüllələri, SOFAZ Tower, SOCAR Tower, Baku Tower, Trump Tower Baku, Bakı Kristal Zalı (şəkil 5.19.), Bakı Olimpiya Stadionu (şəkil 5.20), Gəncə Dövlət Filarmoniyasının binası, Heydər Əliyev Mərkəzi və Konqres Mərkəzinin binaları(şəkil 5.21), Port Baku və Azure
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
102
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
kompleksləri (şəkil 5.22), The Cresent Development Project, Heydər məscidi (şəkil 5.23.) və başqa memarlıq layihələrini göstərmək olar.
Şəkil 5.19. Bakı Kristal Zalı
Şəkil 5.20. Bakı Olimpiya Stadionu
Şəkil 5.21. Heydər Əliyev Mərkəzi
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
103
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.22. Port Baku və Azure kompleksləri
Şəkil 5.23. Heydər Məscidi
XXI əsrdə Azərbaycan bir çox beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu siyasət sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Ümumiyyətlə, Azərbaycanın son on ildəki inkişafına nəzər yetirsək deyilənlərin şahidi olarıq. Deyə bilərik ki, Beynəlxalq Enerji Sammiti, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Avroviziya mahnı müsabiqəsi, “Tour d’Azerbaidjan” Beynəlxalq Velosiped yarışı, Bakı Beynəlxalq Humanitar Forumu, “Formula 1” (şəkil 5.24.) kimi yarışların, mötəbər tədbirlərin Bakıda keçirilməsi, ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və eyni zamanda, TŞ-yə iki dəfə sədrlik etməsi Azərbaycanın dünya arenasındakı nüfuzundan və mühüm rolundan xəbər verir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
104
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Şəkil 5.24. “Formula 1” yarışı
Dünyanın aparıcı ölkələri Azərbaycana etibar edir. Məhz elə bu inamın nəticəsidir ki, 2015-ci il Avropa Oyunlarının keçirilməsi də Bakıya həvalə olunmuşdur. İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar 8 dekabr 2012-ci ildə Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdir. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin qərargahında, “Foro İtaliko” stadionunda keçirilmişdir. Baş Assambleya iştirakçıları arasında gizli səsvermə nəticəsində Azərbaycanın 48 səsdən 38-ni toplaması ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz və etimada malik olduğunu göstərir. 2009-cu il üçün Bakı şəhəri və 2018-ci il üçün Naxçıvan şəhəri "İslam mədəniyyətinin paytaxtı" seçilib. Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", Gəncə şəhəri isə "Avropa gənclər paytaxtı" seçilib.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
105
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
5.2.2. Tələbələr üçün fəaliyyətlər
“Mədəniyyət” anlayışını necə başa düşdüyünüzü rollu oyun vasitəsiylə nümayiş etdirin.
Nümunə: iştirakçılardan biri xarici vətəndaş, digəri isə azərbaycanlı vətəndaş rollarında iştirak etsin.
“Mədəniyyət” və “sivilizasiya” anlayışlarının fərqli və oxşar cəhətlərini Venn diaqramında qeyd edin.
“Azərbaycanın qədim dövr mədəniyyəti” ilə bağlı sinifdə diskussiya təşkil edin.
Ziqzaq üsulundan istifadə edərək “Azərbaycan mədəniyyəti” haqqında bildiklərinizi qeyd edin. 3-4 nəfərlik qruplar təşkil edin. Verilmiş mövzuyla bağlı biliklərinizi qeyd etdikdən sonra təqdimat hazırlayaraq, müzakirə təşkil edin.
“Müasir Azərbaycan mədəniyyəti” mövzusu ilə bağlı debat təşkil edin.
Əgər sizə xarici ölkədə sərgidə Azərbaycan mədəniyyətini təmsil etmək işi tapşırılsaydı, siz orda ilk öncə nələri nümayiş etdirərdiz. Qrup şəklində fikirlərinizi qeyd edərək təqdimat hazırlayın.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
106
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Yuxarıdakı şəkillə bağlı fikirlərinizi yazaraq, saat əqrəbi istiqamətində digər yoldaşlarınıza ötürün. Hər kəs bir sözlə şəklə münasibət bildirsin. Sonda kağızı lövhədən asaraq müzakirə aparın.
“Azıx mağarası Azərbaycan mədəniyyəti üçün hansı əhəmiyyəti daşıyır?” sualı əsasında dairəvi müzakirə təşkil edin.
“Azərbaycan mədəniyyəti” haqqında esse hazırlayın.
Klaster üsulundan istifadə edərək “Müasir Azərbaycan Mədəniyyəti” haqqında bildiklərinizi qeyd edin.
İstədiyiniz hər hansı bir mədəniyyətlə bağlı şəkilli təsvirlər hazırlayın və bu mədəniyyətlər haqqında məlumat verin.
Valideynlərinizdən “Mədəni olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?” sualı əsasında müsahibə götürün. Sonra bu fikirləri qeyd edərək, sinifdə tələbələrlə müzakirə edin.
Müəllim lövhədə dairəvi kart asır, onun arxasında tələbələrdən tələb olunan “mədəniyyət” anlayışını yazır. Kartın yazı olmayan tərəfini tələbələrə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Tələblərə həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapmaq tapşırığı verilir.
“Azərbaycan mədəniyyəti” haqqında ətraflı məlumat almaq və daha geniş təsəvvürə malik olmaq üçün İncəsənət muzeyinə, Tarix muzeyinə, Müasir İncəsənət muzeyinə, Xalça muzeyinə və s. ekskursiyalar təşkil edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
107
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
“Müasir Azərbaycan memarlığı”-na aid təqdimat hazırlayın.
Sinfi 4-5 nəfərdən ibarət qruplara bölün və hər qrupa “Azərbaycanın memarlıq abidələri (məsələn, bir qrupa Qız qalası, digərinə Şirvanşahlar sarayı və s.)” haqqında məlumat yazmağı tapşırın. Sonda təqdimatlar lövhəyə yapışdıraraq, müzakirəyə başlayın.
Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar apararaq, nəticəni təqdim edin.
Dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu müzakirə edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
108
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
5.2.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı: “Dünyanın Azərbaycan mədəniyyətindən nə öyrənəcəyinə dair nümunələr təqdim edir”.
Mədəniyyət anlayışını necə başa düşdüyünüzü izah edin.
Mədəniyyət və sivilizasiya anlayışlarını fərqləndirin.
Niyə mədəni olmaq təkcə təhsillə ölçülmür?
Mədəniyyətin hansı növləri var?
Sivilizasiya anlayışına nələr daxildir?
Azərbaycan Respublikasında mədəniyyətin hansı səciyyəvi xüsusiyyətləri vardır?
Qədim dövr Azərbaycan mədəniyyəti haqqında nə deyə bilərsiniz?
İslam mədəniyyətinin səciyyəvi xüsusiyyətlərini sadalayın.
Tanıdığınız mədəniyyətlərə aid 3 nümunə göstərin.
Müasir Azərbaycan memarlığına aid nümunələr göstərin.
YUNESKO-nun “Dünya mədəniyyət irsinə” daxil olan memarlıq abidələrini sadalayın.
2018-ci ildə Azərbaycanın hansı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan olunub?
XXI əsrdə Azərbaycan hansı beynəlxalq tədbirlərə ev sahibliyi edib?
TÜRKSOY-un yaradılmasında məqsəd nə idi?
Azərbaycanın milli-mənəvi dəyərlərini Azərbaycan xalqının dünya mədəniyyətinə
töhfəsi kimi dəyərləndirin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
109
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
5.3.1. Qlobal perspektivdə Azərbaycanın gələcəyini necə gördüyü barədə məruzə edir.
Bəşəriyyətin Qlobal Problemləri
Qlobal problem nədir? Buna şərait yaradan amillər hansılardır?
Hər bir ölkənin, hər bir xalqın, hər bir ailənin, ayrılıqda hər bir insanın da problemləri vardır. Bunlarla yanaşı, dilindən, dinindən, dərisinin rəngindən, harada yaşamasından asılı olmayaraq, Yer üzünün bütün insanlarını düşündürən, təşvişə salan qlobal problemlər də vardır. Onlar müasir dünyanın problemləridir. ETT-nin, elmin və sivilizasiyanın nəzarətsiz inkişafı və insanın təbiətlə qəddar münasibəti elə bir vəziyyətə gətirib çıxarmışdır ki, yer kürəsində sivilizasiyanın toxunmadığı nə kiçik bir bitki, heyvan, nə bir damcı su, yemək heç bir şey öz təbii təmizliyində
qalmamışdır. Ona görə də XXI əsrdə vəziyyət bir sıra mühüm problemlərin həlli məsələsi ilə rastlaşmışdır ki, bunlara qlobal problemlər deyilir. Qlobal ingilis sözü olub, mənası “bütün dünya” deməkdir (Globe all) Qloballaşma keçən əsrin 90-cı illərindən diqqət mərkəzində olmağa başlamışdır və hal-hazırda da öndə gedən məsələlərdən biridir. İnsan yaşadığı dünyanın müharibə, sülh, terrorizm, aclıq, dəhşətli xəstəliklərin geniş yayılması faktlarına laqeyd ola
bilməz. Bunlar üçün insanlar “Bəşəriyyətin sabahı necə olacaq?”, “İnsan nəslinin məhv olacağı və özü ilə yaşıl planeti də məhv edəcəyi gözlənilmir ki?” kimi suallar qarşısındadır. Məhz bunlar qlobal problemlərdir (şəkil 5.25.).
Şəkil 5. 25. Bəşəriyyətin qlobal problemləri
Dünyanın taleyi bütün insanları narahat edir. İndiki insan artıq dərk etmişdir ki, Yer kürəsi o qədər də böyük deyil, onu qorumaq gərəkdir. Dünya da, insan həyatı kimi çox kövrəkdir. Onun hər an çatlamaq, sınmaq təhlükəsi var. Davamlı gələcəyi təmin etməkdən ötrü bütövlükdə dünyanı qorumaq, bütün insanlar tərəfindən gələcək qarşısında öz məsuliyyətini dərk etmək, Yerin hər bir sakinini tarixdə öz iştirakını təmin etmək işinə istiqamətləndirmək zəruridir. Qlobal problemlər aşağıdaki istiqamətlərdə qruplaşdırılır:
1. siyasi və sosial-iqtisadi xarakterli həlli vacib olan problemlər 2. təbii-iqtisadi problemlər; 3. sosial xarakterli problemlər;
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
110
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Əksər qlobal problemlər bir-biri ilə əlaqədardır. Ona görə problemlərin eyni
vaxtda bütün ölkələr və regionlarda həll edilməsi zəruridir. Bura, ilk növbədə, sülh və tərksilah, nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması aiddir. Bu problemlər XX əsrin ikinci yarısında nüvə silahının yaradılması və onların ballistik (qitələrarası) raketlərlə daşınmasının mümkün olması nəticəsində yaranmışdır. Bir neçə onilliklər ərzində “soyuq müharibə” bəşəriyyətin ən birinci, həlli vacib olan problemi olmuşdur. İki dünya müharibəsinin baş verməsinə baxmayaraq, XX əsrin ikinci yarısında hegemon dövlətlər arasında ziddiyyətlər daha da dərinləşmiş, siyasi münasibətlər gərginləşmişdir. Bu dövrdə SSRİ və ABŞ arasında “soyuq müharibə” şəraiti nüvə silahlarından istifadə etməklə “ulduz müharibələri”-nin baş verməsi təhlükəsini daha da artırırdı. SSRİ-nin dağılmasına, “soyuq müharibə”-nin başa çatmasına baxmayaraq dünyanın ayrı-ayrı regionlarında müharibələr baş verir, milli-etnik və ərazi münaqişəsi ocaqları hələ də qalmaqdadır. Hələ ki, dünyada beynəlxalq təhlükəsizliyin tam bərpa edildiyini demək olmaz. Silah alveri böyük həcmdə davam edir, nüvə silahı olan ölkələrin sayı getdikcə artır. Ayrı-ayrı regionlarda hələdə insanların ölümünə, doğma yurd-yuvalarından qovulmasına, didərgin düşməsinə səbəb olan qaynar nöqtələr-silahlı münaqişə ocaqları vardır. Hazırda milli-etnik, dini, hərbi-siyasi münaqişələr nəticəsində dünyada 75 milyon nəfərdən çox insan öz doğma torpağından qaçqın düşmüşdür. -İkinci, beynəlxalq terrorizm son vaxtlar dünyada mövcud olan və ciddi narahatlıq doğuran problemlərdən biridir. Tarix göstərir ki, beynəlxalq terrorizmin yayılmasının səbəblərindən biri də ölkələr arasında inkişafın qeyri-bərabər getməsi, əhalinin həyat səviyyəsində olan kəskin fərqlər, dini ekstremizm, terror təşkilatları ilə ölkələr arasında olan münaqişələrdir. Bir çox hallarda terror hadisələri çoxsaylı insanların tələfatına və onların qorxu, vahimə içərisində yaşamasına, dağıntılara səbəb olur. 2001-ci il 11 sentyabr Nyu-Yorkda törədilən terror hadisəsi 4000 nəfərdən çox insan ölümünə səbəb olmuşdur. Silahlı münaqişə rayonları sayılan İraq, Əfqanıstan, Suriya, Yaxın Şərq və Pakistanda demək olar ki, hər gün baş verən terror aktları yüzlərlə insan həyatına son qoyur. Bu qrupa daxil olan üçüncü problem inkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qaldırılması və ya qismən inkişafa nail olmaqdır. Hazırda da bu ölkələrdə olan əhalinin xeyli hissəsi həddindən aşağı səviyyədə yoxsulluq içində yaşayırlar. Kəmiyyət etibarı ilə Cənubi Asiyada, Afrikada, Böyük Səhradan cənubda, Şərqi Asiyada və Sakit okean regionunda kasıbların sayı daha çoxdur. Geridə qalmış ölkələrdə aclıqdan, xəstəlikdən, su çatışmazlığından hər il 30-40 milyon adam ölür. Onların 20 milyon nəfərə qədərin uşaqlar təşkil edir.
Qlobal problemlərə öz növbəsində aşağıdakı məsələlər aiddir:
1) Dünya nüvə yarışının dayandırılması, nüvəsiz zora əsaslanmayan dünya yaratmaq və qarşılıqlı inam və həmrəyliyə, həyati maraqlar çərçivəsində qarşılıqlı konsensusa (eyni fikrə) əsaslanan sosial inkişafı təmin edən dünyəvi şəraitin yaradılması;
2) Qərbin inkişaf etmiş ölkələri ilə Asiya, Afrika, Latın Amerikası, inkişaf etmiş ölkələr arasında iqtisadi və mədəni sahədə artan fərqin aradan qaldırılması, bütün dünyada iqtisadi geriliyin aradan qaldırılması, həmçinin yoxsulluq və savadsızlığın ləğvi;
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
111
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
3) Yeniləşdirilmiş və yeniləşdirilməmiş bütün təbii resurslarla (həmçinin ərzaq, xammal və enerji mənbələri) bəşəriyyətin gələcək iqtisadi inkişafını təmin etmək;
4) Ekoloji böhranını aradan qaldırılması, hansı ki insanın biosferə hücumu nəticəsində fəlakətli vəziyyət yaradır və bunun nəticəsi olaraq, ətraf təbii mühitin çirklənməsinə gətirir (atmosfer, torpaq, su hövzələri sənaye və kənd təsərrüfatı tullantıları ilə çirklənir);
5) Əhalinin yüksək artımının qarşısının alınması (demoqrafik partlayışın), hansı ki bu vəziyyət inkişaf etmiş ölkələrdə sosial iqtisadi inkişafı ləngidir;
6) Elmi texniki inqilabın müxtəlif təsirlərinin əvvəlcədən nəzərə alınması və onların qarşısının alınması və ETT-ni ancaq cəmiyyət və şəxsiyyətin rifahı naminə istifadə edilməsi;
7) Beynəlxalq terrorizm; 8) Alkoqol və narkomaniyanın yayılması; 9) SPİD-in yayılması və səhiyyənin başqa problemləri; 10) Həmçinin təhsil və sosial təminat problemləri, mədəni, irsi və mənəvi dəyərlər və
s.; İnsan həmişə xoşbəxt gələcək arzusu ilə yaşamışdır. Müasir dövrün qlobal
problemlərini həll etmək mümkündür. Gəlin birlikdə bu problemlərin həlli yolları ilə tanış olaq:
nüvə təhlükəsindən azad dinc dünya uğrunda mübarizə aparan qüvvələrin çoxalması; xalq kütlələrinin getdikcə daha geniş təbəqələrinin rolunun artması; həyatın müxtəlif sahələrində demokratikləşmənin dərinləşməsi; beynəlxalq münasibətlərin bütün tərəflərinin beynəlmiləlləşməsi; insan amilinin rolunun artması; şəxsiyyət azadlığının və humanist dəyərlərin miqyasının genişlənməsi; sosial ədalətə inkişaf; bəşəriyyətin elmi-texniki imkanlarının sürətlə genişlənməsi və onlardan humanist məqsədlər üçün istifadə edilməsinin artması; insan və təbiətin qarşılıqlı münasibətlərində ahəngdarlığın çoxalması.
Burdan belə bir nəticəyə gəlmək olar ki, bu problemlərin həll edilməsi bütün millət və dövlətlərin eyni dərəcədə dərk edərək onların aradan qaldırılması uğrunda birgə səy göstərməsindən, beynəlxalq qlobal idarəçilik təşkil edilməsindən, “hərtərəfli beynəlxalq təhlükəsizlik sistemi yaradılmasından” ibarətdir.
Müasir Azərbaycanın inkişafında gənclərin rolu
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
112
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Ümummilli Lider Heydər Əliyev: "Hər bir
Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillərə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir.
Belə bir aksioma var ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Məsələn, qədim Spartada gənclər nizam-intizam, qəhrəmanlıq və cəsarət ruhunda tərbiyə edilirdi. Amerikalılar öz övladlarını sahibkarlıq bacarığı və rəqabət ruhunda böyüdürlər. Çinlilər loyallıq, yaponlar isə əməkdaşlıq təlqin edirlər. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Min illər öncə bu torpaqlarda yaranmış zərdüştlük Xeyirlə Şərin əbədi mübarizəsi və Xeyirin Şər üzərində qələbəsi ideyası bütün dünya xalqlarının fəlsəfi fikrinə dərin təsir edib. Bəli, Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idiki,
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
113
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas
tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlayıb.
O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülüb. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. Yeri gəlmişkən, indiyədək gənclərin 5 forumu keçirilib.
Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan edib. II Forumda gənclərə müraciət edən Ümummilli Liderimiz deyib: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi: - Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək; - Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək; - Gənclərin təşkilatlanmasını təmin etməklə onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək; - Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq; - Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
114
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Gənclər siyasətində idmanın
inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırıb (şəkil 5.24.). Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.
Şəkil 5.26. İlham Əliyev və gənclər
Elmimiz, təhsilimiz və səhiyyəmiz ölkə başçısı tərəfindən diqqət mərkəzindədir.
Xarici siyasətdə də davamlı işlər görülür, lakin Azərbaycanımızın Qarabağ kimi böyük bir dərdi, yarası vardır. Torpaqlarımızın 20%-dən çoxu işğal altındadır, milyondan çox insanlarımız doğma elindən, obasından didərgin salınmışdır. Bu gün Azərbaycan vətəndaşının üzərində böyük yük vardır. İşğal altında olan torpaqlarımızın, əsirlikdə olan ana-bacılarımızın qurtuluşu Azərbaycan gənclərinin əlindədir. Bu mərd, qeyrətli gənclərimiz Ali Baş Komandanımızın səyi ilə darda olan torpaqlarımızı, əsirlərimizi xilas edəcəklər. Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq! Bu nida hər bir Azərbaycanlının qəlbinin sədasıdır. Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
115
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
Bu günün gəncliyi sabahkı inkişafımızın
təminatçısıdır. Taleyimizi məhz bu gün formalaşan normal, savadlı gənclərə etibar etməliyik. Gənclərimizin də borcu öz ölkəsini sevən, onun qədim tarixinə, zəngin mədəniyyətinə hörmət bəsləyən və öz Vətəninə faydalı olmağı arzu edən Azərbaycan gəncləri kimi formalaşaraq öz vətənini layiqincə təmsil etməkdir. Hər bir Azərbaycan vətəndaşı tutduğu vəzifədən və sosial statusdan asılı olmayaraq əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsinə çalışmalıdır. Respublikamızın ictimai-siyasi həyatında layiqli yer tutan gənclərimiz isə dövlət başçısının ətrafında sıx birləşərək bu sarsılmaz birliyin əbədi olmasına xidmət etməlidir.
5.3.2. Tələbələr üçün fəaliyyətlər
Qlobal problem nədir? sualı əsasında diskussiya təşkil edin.
“Bəşəriyyətin qlobal problemlərdən çıxış yolları” mövzusu ilə bağlı anket sorğusu tərtib edin. Sonra bu sorğunu məktəb daxilində təşkil edin və tələbələrdən bu
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
116
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
mövzuyla bağlı anketi doldurmağı xahiş
edin. Nəticəni sonda siniflə birlikdə müzakirə edin.
“Nə üçün qlobal problemlər insanların sağlam həyat yaşamasına, təhlükəsizliyinə mane olur? ” sualı əsasında sinifdə debat təşkil edin.
“Bəşəriyyətin qlobal problemləri” haqqında təqdimat hazırlayın.
Şəklə münasibət bildirin: siz burada 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsi göstərin.
Söz assosiasiyaları
Üsuldan istifadə edərək lövhəyə qlobal problemlə bağlı söz yazın. Tələbələr həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləsin və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılsın. Mövzuyla bağlı olan sözlər deyilən fikirlərin arasından seçilərək, tələbələrlə birlikdə əlaqələndirin. Onlardan anlayış və yaxud ideya çıxarın. Bu anlayış əsasında yeni materialın öyrənilməsi prosesini təşkil edin.
“Bəşəriyyətin qlobal problemlərini” rollu oyun vasitəsiylə nümayiş etdirin.
“Qərarlar ağacı” üsulundan istifadə edərək “qlobal problemlərin həlli”-nə dair alternativ yolları araşdırmaq və təhlil etmək üçün 4-6 nəfərdən ibarət qruplar təşkil edin. Sonra aşağıdakı cədvəldə problemin həlli yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edin, onları “+” və ya “-” işarəsinin qarşısında müvafiq qaydada qeyd edin. Son
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
117
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
nəticəni cədvəlin qərar hissəsində yazın.
Sonda təqdimat aparın, siniflə müəllimlin rəhbərliyi altında nəticələri ümumiləşdirin.
“Azərbaycan “Ümumdünya Ticarət Təşkilatına” üzv olarsa, bunun dövlətimiz üçün hansı üstünlükləri ola bilər? ” sualı əsasında dairəvi müzakirə təşkil edin.
“Azərbaycanlı gənc kimi öz dövlətinin çiçəklənməsi və inkişaf etməsi üçün nələri etməlisən?” sualı əsasında esse hazırlayın.
Azərbaycanın “Gənclər siyasəti” ilə bağlı layihə hazırlayın.
Azərbaycanın keçmişi və bu gününü müqayisə edərək cədvəl qurun.
“Sülhə nail olmaq və onu möhkəmləndirmək üçün siz nələr təklif edərdiniz?” fikirlərinizi qeyd edin.
“Təbii ehtiyatların tükənməsi təhlükəsi vardırmı? Sizcə, onun qarşısını necə almaq mümkündür?” sualı əsasında dəyirmi masa təşkil edin.
6.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Qlobal perspektivdə Azərbaycanın gələcəyini necə gördüyü
barədə məruzə edir”.
Qlobal problem dedikdə nə başa düşürsünüz?
Bəşəriyyətin qlobal problemlərini sadalayın.
Qlobal problemlərə aid 3 nümunə göstərin.
Qlobal problemlərin həlli yolları haqqında nə düşünürsünüz?
Qlobal problemlərə şərait yaradan amillər hansıdır?
Ekoloji problemin yaranma səbəblərini izah edin.
Nüvə silahının yayılmasına qarşı mübarizənin əhəmiyyətini izah edin.
H.Əliyevin gənclərlə bağlı siyasətinin əhəmiyyətini izah edin.
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi 4, Peşə Təhsili üzrə Dövlət Agentliyi | Tel.: +994 (012) 567 28 10
118
Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT)
inkişafına Avropa İttifaqının dəstəyi
EuropeAid/137866/DH/SER/AZ
İ.Əliyevin
gənclərlə bağlı həyata
keçirdiyi tədbirlərə dair
nümunələr göstərin.
“Gənclər siyasəti”-nin banisi kim olmuşdur?
“Gənclər siyasəti”-nin mahiyyətini aydınlaşdırın.
“Gənclər forumu”-nun keçirilməsinin əhəmiyyətini izah edin.
Neçənci ildə ölkəmizdə “Gənclər ili” elan olunub?
Bir gənc kimi ölkəmizin çiçəklənməsi üçün üzərinizə düşən öhdəlikləri sadalayın.