48
QAFQAZ UNİVERSİTETİ MİKROİQTİSADİYYAT İqtisadiyyat və idarəetmə fakültəsi tələbələri üçün metodik vəsait Mayis Əzizov iqtisad üzrə fəlsəfə doktoru Bu metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 yanvar 2015-ci il tarixli 94 saylı əmri ilə təsdiq edilmişdir. Bakı – 2015

Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

  • Upload
    others

  • View
    6

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

QAFQAZ UNİVERSİTETİ

MİKROİQTİSADİYYAT İqtisadiyyat və idarəetmə fakültəsi

tələbələri üçün metodik vəsait

Mayis Əzizov iqtisad üzrə fəlsəfə doktoru

Bu metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 yanvar 2015-ci il

tarixli 94 saylı əmri ilə təsdiq edilmişdir.

Bakı – 2015

Page 2: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

MİKROİQTİSADİYYAT İqtisadiyyat və idarəetmə fakültəsi

tələbələri üçün metodik vəsait

Tərtib edən: Mayis Əzizov iqtisad üzrə fəlsəfə doktoru, dosent,

Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı

Redaktor: Sərvər Qurbanov

iqtisad üzrə fəlsəfə doktoru, dosent, Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsi

Dünya İqtisadiyyatı kafedrasının dosenti

Rəyçilər: Həzi Eynalov iqtisad üzrə fəlsəfə doktoru, dosent,

Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Dünya İqtisadiyyatı kafedrasının müdiri

Ruslan Atakişiyev iqtisad üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət İqtisad Universiteti, Elm şöbəsi, baş inspektor

Dizayn: Sahib Kazımov, İlham Əliyev

Qafqaz Universiteti Elmi Şurasının 25.02.2015 tarix, 2015/02 sayılı qərarıyla (Protokol №: QU-15000-000/145) Universitet nəşri olaraq çap olunmasına qərar verilmişdir.

Bu nəşrin Azərbaycanda nəşr hüquqları Qafqaz Universitetinə aiddir.

Müəllifin icazəsi olmadan qismən və ya tamamən yenidən nəşr oluna bilməz.

© Mayis Əzizov, 2015. © Qafqaz Universiteti, 2015.

Qafqaz Universiteti Ünvan: AZ0101, Xırdalan şəhəri, Həsən Əliyev küç., 120, Abşeron, Bakı, Azərbaycan

Tel: (+994 12) 448 28 62/66, Faks: (+994 12) 448 28 61/67 e-mail: [email protected]; www.qu.edu.az

Page 3: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

3

MÜNDƏRİCAT

Dərsin tədris-tematik planı 4

İzahat vərəqəsi 5

Mikroiqtisadiyyat dərsinin proqramı 6

Mikroiqtisadiyyatın tədrisi üçün metodik göstəriş 37

Seminar planı 39

Mikroiqtisadiyyat biliyinin yoxlanması üçün suallar 43

Məsləhət görülən ədəbiyyat 48

Page 4: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

4

DƏRSİN TƏDRİS TEMATİK PLANI

No Mövzuların adı

haz

irə

Sem

inar

Cəm

i

01 Təməl iqtisadi anlayışlar 2 1 3

02 Təməl iqtisadi problemlər və mülkiyyət 2 1 3

03 İqtisadi sistemlər və bazar mexanizmi 2 1 3

04 Tələb funksiyası və onun elementləri. Tələb qanunu 2 1 3

05 Təklif funksiyası və onun elementləri. Təklif qanunu 2 1 3

06 Bazar tarazlığı və qiymətin formalaşması 2 1 3

07 Tələb və təklif elastikliyi 2 1 3

08 Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi, Verginin qiymətlərə təsiri

2 1 3

09 Dəyər, faydalılıq və son hədd faydalılıq nəzəriyyəsi 2 1 3

10 İstehsal funksiyası, qısa və uzunmüddətli xərclər. Gəlir anlayışı 2 1 3

11 Bazar quruluşunun tipləri, rəqabət və inhisar 2 1 3

12 Tam rəqabət bazarlarında qısa və uzunmüddətli tarazlıq 2 1 3

13 Xalis inhisar bazarlarında qısa və uzunmüddətli tarazlıq 2 1 3

14 Oliqapoliya bazarlarında tarazlıq 2 1 3

15 İnhisar rəqabətli bazarlarda tarazlıq 2 1 3

Cəmi 30 15 45

Page 5: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

5

İZAHAT VƏRƏQƏSİ

Azərbaycan Respublikasının ali məktəblərində həyata keçirilən təhsil islahatları Boloniya sisteminin tələblərinə uyğun olaraq dünya-nın inkişaf etmiş ölkələrinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında önəmli rol oynayan universitetlərin iş prinsiplərindən fay-dalanaraq təkmilləşdirilməkdədir. Mövcud olan nəzəri biliklər poten-sialından səmərəli istifadə etmək üçün ali təhsildə Boloniya sisteminin əsas atributlarından sayılan davamlı “dəyişən” və ya “təkmilləşdirilən” dərs sistemi tətbiq edilməlidir. Bu isə kreditli təhsil sisteminin tətbi-qində informasiya-kommunikasiya sistemlərinin imkanlarından geniş və səmərəli istifadə etməklə mümkündür.

Bu dərsin məqsədi tələbələrin mikroiqtisadiyyat elminin əsas anlayışlarını öyrənmələrini, mövzuları analiz etmə qabiliyyəti ilə bir-likdə mənimsəmələrini təmin etmək, müasir dünyada iqtisadi proses-ləri dəyərləndirmə və analiz etmə qabiliyyəti aşılamaq, iqtisadi müla-hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası, təklif və təklif funksiyala-rının analizi, elastiklik, tam rəqabət bazarı , xalis inhisar bazar, oliqapol bazar və inhisarlı rəqabət bazarları haqqında daha ətraflı məlumatların tədrisi dərsin əsas məqsədlərindən biridir.

Təqdim etdiyimiz “Mikroiqtisadiyyat” fənninin metodik vəsaiti “İqtisadiyyat və idarəetmə” fakültəsinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Bu metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.06.2014 tarixli 677 saylı əmri ilə təsdiq edilmiş Mikroiqtisadiyyat fənninin proqramı əsasında hazırla-mışdır.

Page 6: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

6

Mikroiqtisadiyyat dərsinin proqramı Mövzu 1. Təməl iqtisadi anlayışlar

Təməl iqtisadi anlayışlar mövzusunun əsas elementlərini ehtiyac-lar, mal, xidmət, istehlak, istehlakçı, istehsal və istehsalçı kimi ifadə-lər təşkil edir.

İnsanların ehtiyaclarını iki şəkildə ifadə edə bilərik. Bunlardan birincisi zəruri ehtiyaclar və ya bioloji ehtiyaclardır. Bu ehtiyacları insanlar qarşılamadıqları zaman həyati təhlükə ilə qarşılaşa bilərlər. Digər ehtiyac növü isə zəruri olmayan və ya mədəni ehtiyaclardır ki, insanlar bu ehtiyaclarını qarşıladıqları zaman təmin səviyyələrini daha da artırırlar. Bu ehtiyaclar qarşılanmadığı zaman hər hansı bir həyati təhlükəylə qarşılaşmırlar. İnsanlar ehtiyaclarını qarşılamaq üçün əm-təələri satın almaları lazımdır. Əmtəələri də iki yerə bölə bilərik. Satın alma prosesi bitdikdən sonra da fiziki mövcudiyyətini qoruyan əmtə-ələr və satın alma prosesi bitdikdən sonra fiziki mövcudiyyəti yox olan əmtəələr. Satın alarkən məhsulu gözlə görür və toxuna biliriksə belə əmtəələri mal olaraq ifadə edirik. Satın alma prosesi bitdikdən sonra fiziki olaraq mövcud olmayan, satın alma prosesi zamanı toxuna bil-mədiyimiz məhsulları isə xidmət olar ifadə edə bilərik.

Ehtiyaclarımızı qarşılamaq üçün mal və xidmətlərin satın alın-ma prosesi istehlak adlanır. Bu fəaliyyətləri icra edən fərdi və ya təş-kilatları istehlakçı adlandırırıq. İstehlakçıların ehtiyaclarını qarşılamaq üçün mal və xidmətlərin hazırlanma prosesi istehsal adlanır. Bu fəaliy-yətləri yerinə yetirən fərd və ya təşkilatları istehsalçı adlandırırıq.

İqtisadiyyatda əsas sahələrdən olan qıtlıq ölkələrin sahib olduğu istehsal amillərini baxımında çox aktual bir yerə sahibdir. Dünyada var olan sərvətlərin bütün insanların ehtiyaclarını qarşılamaq üçün yetəcək miqdarda olduğuna inanırıq. Sadəcə sahib olduğumuz bu sər-vətlərin necə istifadə olunma mövzusu iqtisadiyyatda böyük əhəmiy-yət kəsb edir.

İstehsal amillərini əmək, təbii resurslar, kapital və sahibkar ola-raq sinifləndirə bilərik. Əmək fiziki və zehni əmək olaraq iki yerə ay-

Page 7: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

7

rılır. İstehsalat prosesini əmək amilini düşünmədən fikirləşmək im-kansızdır. Təbii resurslar çevrəmizdə və ya ətrafımızda istehlaka hazır şəkildə olan maddi varlıqlardır. Kapitalı isə istehsalat prosesinə yar-dımçı olan maddi varlıqlar olaraq ifadə etmək mümkündür. Yuxarıda saydığımız bu üç amili bir araya gətirib mal və xidmət istehsal edən fərd və ya təşkilatlar sahibkar adlanır.

İstehsalat imkanları əyrisi firmaların və ya ölkələrin sahib olduq-ları istehsal amilləriylə istehsal edə biləcəkləri maksimum mal və xidmət miqdarını göstərən bir əyridir.

Mövzu 2. Təməl iqtisadi problemlər və mülkiyyət Ölkələr idarə olunduqları iqtisadi sistemlərdən asılı olmayaraq

ortaq iqtisadi problemlərə sahibdirlər. Bunlardan birincisi nə istehsal olunacaq və nə qədər istehsal olunacaq. Cəmiyyətin ehtiyacları nələr olduğunu müəyyənləşdirilməsi lazımdır. Müəyyənləşən ehtiyaclardan nə qədər istehsal olunması əhəmiyyətli bir məsələ olaraq mövcudiy-yətini hər zaman qoruyur. Nəyin və nə qədər istehsal olunması müəy-yənləşdikdən sonra ikinci əsas problem bunların necə istehsal olun-masıdır. Hansı istehsalat metodundan istifadə edərək mal və xidmətlər istehsal olunacaq. Daha çox əmək və az miqdarda kapital metodundan-mı, yoxsa daha çox kapital və az miqdarda əməkdən istifadə olunan istehsalat metodundanmı istifadə olunacaqdır.

Ölkələrin sahib olduqları resurslardan tam səmərəli istifadə et-mə imkanları istehsalat imkanları vasitəsilə analiz edilir. İstehsalat imkanları əyrisindəki dəyişikliklər analiz edilərək iqtisadi böyümənin və ya iqtisadi geriləmənin hansı şəkildə olduğu müzakirə oluna bilər.

Mülkiyyət formalarının hansı şəkildə olması da iqtisadiyyatda xüsusi yer tutur. Dövlət və özəl mülkiyyət formaları bunun təməlini formalaşdırır. Özəl mülkiyyət formalarının dövlət mülkiyyət forma-larından fərqliliyi və iqtisadi səmərəliliyin daha çox olması bu möv-zuda müzakirə olunan əsas məsələlərdən biridir.

Mövzu 3. İqtisadi sistemlər və bazar mexanizmi Ölkələrin siyasi sistemlərindən asılı olaraq ölkələrin idarə olun-

duqları iqtisadi sistemlər bir-birindən fərqlidir. Iqtisadı sistemlərin

Page 8: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

8

fərqli olması iqtisadi hadisələrin də formalaşmasına təsir etməkdədir. Günümüzdə ölkələr daha çox bazar iqtisadiyyatı sistemiylə idarə olun-maqdadırlar. Bununla yanaşı, inzibati amirlik sistemiylə idarə olunan ölkələrə də rast gəlmək mümkündür. Bazar iqtisadiyyatı sistemində qiymət mexanizmi bazarı idarə edən əsas amil olaraq qəbul olunur. Bazarda nəyin nə qədər, necə və kimlər üçün istehsal olunmasına bu mexanizm tərəfindən müəyyənləşir. Burada qiymətlərin formalaşması bazardakı tələb və təklifdən asılıdır. Bazar iqtisadiyyatında bazara müdaxilələr yaxşı hal sayılmır və ya müdaxilələrin minimum səviyyədə olması arzu olunandır. İnzibati amirlik sistemində isə hər şeyi müəy-yənləşdirən mərkəzi təşkilatlardır. Bazardakı qiymətlərin formalaşma-sında da tələb və təklif əsas amil kimi rol oynamır. İnzibati amirlik sistemində mülkiyyət haqları dövlətə aid olur. Bazar iqtisadiyyatın sistemində isə mülkiyyət haqları mülk sahibinə məxsusdur. Bu sistem-lərlə yanaşı qarışıq iqtisadi sistem dediyimiz həm bazar iqtisadiyyatı, həm də inzibati amirlik sisteminin xüsusiyyətlərini özündə əks etdirən sistemlər də mövcuddur.

Bazar istehlakçı və istehsalçıların qarşı-qarşıya gəldikləri hər yerə deyilir. Bazarda formalaşan qiymətlər isə məhsulların mübadilə dəyərləridir. Qiymət məhsulun maya dəyərindən az, çox və ona bəra-bər ola bilər.

Mövzu 4. Tələb funksiyası və onun elementləri. Tələb qanunu Mikroiqtisadiyyatın əsas mövzularından biridə tələbdir. İsteh-

lakçıların ehtiyaclarını qarşılamaq üçün mal və xidmət satın alma is-təkləri o istehlakçıların tələbini formalaşdırır. İstehlakçıların satın al-ma arzusuna bir çox amil təsir edir. Tələbin formalaşması da bu amil-lərlə bağlıdır. Tələb istehlakçıların satın almaq istədikləri əmtəələrə təsir göstərən bir çox amillər bu analiz dönəmində dəyişməz qəbul edib sadəcə əmtəənin qiymətindəki dəyişikliklərə görə o əmtəədən satın alın-maq istənən fərqli miqdardakı əmtəələrin miqdarını göstərən bir tablo və ya əyridir. Tələbə təsir göstərən amillərdən sadəcə qiymət miqdar əlaqəsini açıqlayan analizə eyni zamanda, "cetirus paribus" analizi deyilir. Normal əmtəələr üçün əmtəənin qiyməti düşdükcə əmtəənin satın alınan miqdarı artar. Əmtəənin qiyməti yüksəldiyi zaman isə o əmtəənin satın alınan miqdar azalacaqdır. Buradan da görürük ki, nor-

Page 9: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

mal mədarı aranunu≫ zar qiyqədərdialınmaq

Təsiyadırqiymətzövq vədir. A m

FərBazar talma arsadəcə başqa bsir edənəyrisini

Miistehlakması v

əhsullarda əmtəəasında tərs mütənda deyilir. Aşağ

yməti Q1 olduqdair. Əmtəənin qiq istənən miqdar

ləb funksiyası tə. Ta=f(Q,G,Qb,Qi, G-istehlakçınıə ya seçimimizi,məhsulunun tələ

rdi tələb əyrisi btələb əyrisi isə brzusunu göstərmmalın qiymətini

bir yerə keçidi bn qiymətdən başin sağa və ya sol

övzu 5. Təklif fu

ikroiqtisadiyyatınkçıların ehtiyaclə onun istehlakç

9

ənin qiymətiylə onasiblik vardır. Bğıda şəkil 1-də ba o əmtəədən saiyməti Q2-yə dür artaraq M2-yə y

Şəkil 1. Tələb ə

ələbə təsir göstəQc,Z,N) şəklindəın gəliri, Qb, Qc -, N-nüfusu (istehəbi burda saydığı

bir istehlakçınınir məhsula bazar

məkdədir. Tələbiin dəyişməsilə t

bildirməkdədir. Tşqa digər amillərla doğru meyletm

unksiyası və onun

n əsas mövzularıarını qarşılamaqçılarına çatdırılm

onun satın alınmaBuna eyni zama

bunu görə bilərikatın alınmaq istənüşdükdə isə o əyüksəlir.

əyrisi

ərən amilləri gösifadə oluna bilə- digər məhsullahlakçıların sayı) ımız amillərdən

n satın alma istərdakı bütün istehin edilən miqdartələb əyrisi üzəriTələbin dəyişmərin dəyişməsi nəməsini ifadə edir

n elementləri. Tə

ından digəri dəq üçün mal və ximasıdır. İstehsal

aq istənən miq-anda ≪Tələb qa-k. Əmtəənin ba-nən miqdar M1 əmtəədən satın

stərən bir funk-ər. Q -məhsulun arın qiyməti, Z-ifadə etməkdə-asılıdır.

əyini ifadə edir. hlakçıların satın rının dəyişməsi ində bir yerdən si isə tələbə tə-əticəsində tələb r.

əklif qanunu

təklifdir. Təklif idmət hazırlan-lçıların istehsal

Page 10: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

prosesimək istmində dlərə gödarları dən sad"cetiruso əmtəəənin qiyolunan ki, əmtədüz müAşağıdQ1 olduqiymətitaraq M

Təsiyadır.sulun qgilər, Dməşğulsaydığı

nə də bir çox amtədikləri əmtəələdəyişməz qəbul rə o əmtəədən isgöstərən bir tab

dəcə qiymət-miqs paribus" analizədən istehsal ediyməti düşdüyü zamiqdarların azaəənin qiymətiyləütənasiblik var.akı şəkildə (şəki

uqda o əmtəədən i Q2-yə yüksəldi

M2-yə yüksəlir.

klif funksiyası t. Ta= f (Q,X,Qb,Qqiyməti, X-xərclD-dövlət yardıml olan firma sayınımız amillərdən

10

millər təsir edir. Tərə təsir göstərənedib sadəcə əmt

stehsal edib bazablo və ya əyridir.qdar əlaqəsini açzi deyilir. Əmtəəilib bazara təklifaman isə o əmtəəalmasına səbəb oə onun istehsal olBuna eyni zama

il 2.) bunu görə bn satılmaq istənənikdə isə o əmtəəd

Şəkil 2. Təklif ə

əklifə təsir göstəQc,V, D,H,F) şəkəri , Qb,Qc - dig

mları, H-hava şərnı ifadə etməkdəasılıdır.

Təklif istehsalçıln bir çox amili btəənin qiymətindara təklif etmək . Təklifə təsir göçıqlayan analizəənin qiyməti yükf olunan miqdar ədən istehsal ediolacaqdır. Buradlunmaq istənən manda, təklif qanbilərik. Əmtəəninn miqdar M1 qədədən satılmaq istə

əyrisi

ərən amilləri gösklində ifadə olunər məhsulların qrtləri, F-məhsuluədir. A məhsulun

ların istehsal et-bu analiz dönə-dəki dəyişiklik-istədikləri miq-

östərən amillər-ə eyni zamanda ksəldiyi zaman artacaq. Əmtə-lib bazara təklif dan da görürük miqdarı arasında nunu da deyilir. n bazar qiyməti ərdir. Əmtəənin ənən miqdar ar-

stərən bir funk-na bilər. Q-məh-qiyməti, V-ver-un istehsalı ilə

nun təklifi burda

Page 11: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

FirBazar tistehsalməsi sayerdən lifə təsitəklif ə

Möİqt

bazardaüzərindvə satıctarazlıqBazar qtələbin amma ovə ya bləb olunəmtəələBu da əbirinə brazlıq myəti aşa

rma təklif əyrisitəklif əyrisi isəl etmə arzusunu adəcə malın qiybaşqa bir yerə kir edən qiymətdəyrisinin sağa vəövzu 6. Bazar ttisadi hadisələrina tarazlığın meyddə durulması lazıcıların qarşı-qarq olduqda orada hqiymətin formalolması şərtdir.

o əmtəələrin bazbazarda qiymətinnan əmtəələrlə sərlə bazarda satıləmtəənin tələb obərabər olması dmeydana gələcəkağıdakı şəkildə (

Şəki

11

i bir firmanın istbir məhsuldan bgöstərməkdədir

ymətinin dəyişmkeçidi bildirməkdən başqa digər aya sola doğru marazlığı və qiymn baş verdiyi əsdana gəlməsi vəım olan önəmli mşıya gəldikləri yhəmçinin əmtəənlaşması üçün baƏksi halda baza

zar qiyməti forman formalaşması osatın alınmaq istlan əmtəələrin molunan miqdarıyldeməkdir. Bununk və bazar qiym(şəkil 3.) açıqlam

il 3. Bazarda qiymətin

tehsal etmə istəbazardakı bütünr. Təklif edilən m

məsilə təklif əyridədir. Təklifin dəamillərin dəyişmmeyletməsini ifadmətin formalaşmsas yer bazardırbazarda qiyməti

mövzulardan biriyer olaraq ifadənin bazar qiymətazarda təklif oluarda əmtəələr möalaşmaz. Bazar to halda baş verirtənən miqdarın v

miqdarı bir-birinəla təklif olunan mn sonucu olaraq

məti formalaşacaqmağa çalışaq.

n formalaşması

yini ifadə edir. n istehsalçıların miqdarın dəyiş-isi üzərində bir yişməsi isə tək-

məsi nəticəsində də etməkdədir. ması . Bu baxımdan in formalaşması idir. Bazar alıcı edilir. Bazarda

ti də formalaşır. unan əmtəələrə övcud ola bilər tarazlıq qiyməti r ki, bazarda tə-və təklif olunan ə bərabər olsun. miqdarının bir-

q da bazarda ta-qdır. Bu vəziy-

Page 12: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

12

Yuxarıdakı şəkil 3-də də görürük ki, bazarda əmtəənin qiyməti Q olduqda o əmtəədən satın alınmaq istənən miqdar 0M qədərdir. Bu qiymət səviyyəsindən bazarda satılmaq istənən əmtəənin miqdarı 0M və əmtəənin satılan miqdarı da 0M qədərdir. Q qiymət səviyyəsi əmtəənin bazar qiymətidir ki, bu qiymət səviyyəsində təkliflə tələb bir-birinə bərabərdir.

Bazarda tarazlıq olmadığı zaman nə baş verir. Fərz edək ki, ba-zarda əmtəənin satılmaq istənən miqdarı o əmtəənin tələb olunan miq-darından daha çoxdur. Bu halda bazarda təklif artığı (çoxluğu) mey-dana gələcəkdir. Bazarda əmtəələrin bir hissəsinin alıcısı olmadığına görə əmtəələrin bir hissəsi satılmayacaqdır. Bu əmtəələri bazarda sat-maq istəyən istehsalçılar əmtəənin qiymətini aşağı endirərək əmtəələ-rinə yeni alıcı tapa bilərlər. Dolayısıyla bazarda təklif olunan məhsul tələb olunan məhsuldan çox olduqda bu o məhsulun qiymətinin aşağı düşməsinə təsir göstərir. Qiyməti aşağı düşən məhsulun tələbi artacaq, təklif miqdarı da azalacaqdır. Nəhayətində bazarda təklif olunan miq-darla tələb olunan miqdarda bu bərabərlik təmin olunduqda bazarda tarazlıq olacaq və bazar qiyməti də formalaşacaqdır. Bu dəfə fərz edək ki, bazarda tələb olunan əmtəənin miqdarı təklif olunan əmtəənin miq-darından daha çoxdur. Bu halda bazarda tələb çoxluğu yaranacaqdır. Yəni bazarda bu əmtəəni satın almaq istəyən istehlakçılar var amma bazarda bu qiymətdən əmtəə eldə edə bilmirlər. Bu vəziyyəti əmtəə qıtlığı olaraq adlandırırıq. Əmtəə qıtlığı olduqda əmtəənin qiyməti yük-sələcəkdir. Yüksələn qiymətlərlə birlikdə əmtəənin tələbi azalmağa doğru gedəcək, amma bu əmtəənin təklif olunan miqdarını artacaqdır. Tələb olunan miqdarla təklif olunan miqdar bir-birinə bərabər olduqda bazar da tarazlıq meydana gələcək və bazar qiyməti formalaşacaqdır.

Bazarda tarazlıq olduqdan sonra tələbə və ya təklifə təsir edən amillərdən biri və ya bir neçəsi dəyişərsə bazarda tarazlıq pozulacaq və bazar qiyməti də dəyişəcəkdir. Yeni şərtlərə görə bazarda tarazlıq yenidən formalaşacaq və bu şərtlərə görə də yeni bazar qiyməti ola-caqdır. Fərz edək ki, bazarda tələbə təsir edən amillərdən gəlirdə bir artım olsun, amma təklifdə hər-hansı bir dəyişmə baş verməsin. Bu halda tələb əyrisi sağa doğru meyl edəcək təklifdə dəyişmə olmadığı-

Page 13: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

13

na görə bazarda yeni tarazlıq nöqtəsində bazar qiyməti yüksələcək və bu qiymətdən bazarda alınıb- satılan məhsulları miqdarı artacaqdır. Təklifdə bir dəyişmə olmadığında istehlakçıların gəliri azalarsa tələb əyrisi sola doğru meyl edəcəkdir. Bu vəziyyətdə bazarda yeni tarazlıq nöqtəsi formalaşacaq və yeni bazar qiyməti daha əvvəlki qiymətə görə aşağı düşəcək. Bu qiymətdən bazarda alınıb- satılan əmtəənin miqdarı azalacaqdır. Tələbə təsir edən amillərdə bir dəyişmə olmadığında, sa-dəcə təklifə təsir edən amillərdən xərclərdə bir artım olarsa, təklif əy-risi sola doğru meyl edəcək. Yeni tarazlıq nöqtəsində bazar qiyməti yüksələcək və bazarda bu qiymətdən alınıb- satılan əmtəələrin miqdarı azalacaqdır. Eyni şərtlərdə təklifə təsir göstərən amillərdən xərclərin azaldığını düşündüyümüzdə tələbdə bir dəyişmə olmazsa, bu dəfə təklif əyrisi sağa doğru meyl edəcək. Bunun nəticəsində bazarda yeni formalaşan tarazlıq nöqtəsində əmtəənin bazar qiyməti aşağı düşəcək və bu qiymətdən alınıb-satılan əmtəənin miqdarı artacaqdır. Həm tə-ləbə, həm də təklifə təsir göstərən amillərdən bir dəyişmə olarsa bu dəfə tələb və təklif əyrilərinin hər ikisi yerini dərişdirəcəkdir. Yeni qiymətlərin formalaşmasında və alınıb-satılan məhsulun miqdarının müəyyənləşməsində dəyişən amillərin təsirinə görə bazarda yeni qiy-mətlər formalaşacaq və bu qiymətdən alınıb- satılan əmtəələrin miq-darları müəyyənləşəcək.

Mövzu 7. Tələb və təklif elastikliyi

Elastiklik iqtisadiyyatda tələb və təklifə təsir edən amillərdəki dəyişikliklərin tələb və təklif miqdarındakı nisbi dəyişmələrin nə qə-dər olacağını müəyyənləşdirilməsi üçün istifadə olunan bir ifadədir. Elastikliyi bir amilin digərinin dəyişməsinə olan reaksiyası və ya həssaslıq dərəcəsi olaraq da ifadə edə bilərik.

Tələb üçün elastikliyi tələbin qiymət elastikliyi, tələbin gəlir elastikliyi və tələbin çarpaz elastikliyi şəklində sinifləndirə bilərik. Tələbin qiymət elastikliyi tələbə təsir edən digər amillər dəyişmədiyi zaman əmtəənin qiymətindəki 1% dəyişmənin tələb olunan miqdar-dakı neçə faizlik bir dəyişməyə səbəb olduğunu göstərir. Tələbin qiymət elastikliyi aşağıdakı kimi hesablanır.

Page 14: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

14

Tələbin qiymətə görə elastikliyi = = Tələb həcminin faizlə dəyişməsi / Qiymətin faizlə dəyişməsi

və ya QQ

MMEt /

/

burada ∆M / M -tələb həcminin faizlə dəyişməsini , ∆ Q/ Q-qiymətin faizlə dəyişməsini ifadə edir.

Tələb elastikliyi əmsalı sıfırla sonsuzluq arasında dəyər ala bilər. Elastiklik əmsalının dəyəri sıfırla bir arasında olduqda elastik olma-yan tələb, elastiklik əmsalı birlə sonsuzluq arasında dəyər aldığı za-man isə elastik tələbdən bəhs olunur. Bunlardan başqa tələb elastik-liyi əmsalı sıfır, bir və sonsuz dəyəri ala bilər. Tələb elastikliyi əm-salı birə bərabər olduqda qiymətdəki dəyişmə nisbəti ilə tələb olunan miqdardakı dəyişmə nisbəti bir-birinə bərabər sayılır. Tələb elastik-liyi əmsalı sıfır olduqda qiymətdəki dəyişmələr qarşısında tələb olu-nan miqdarlarda dəyişmə olmur. Çünki bu əmtəələrin bazarda əvəz-ediciləri yoxdur. Tələb elastikliyi əmsalı sonsuz olduqda qiymət ar-tımları qarşısında o əmtəənin tələbinin sıfır olacağı hesab olunur. Elastiklik əmsalı sonsuz olduqda bu əmtəələrin əvəzedicilərinin həd-dən çox olduğu nəzərə alınır.

Təklifin qiymət elastikliyi təklifə təsir edən digər amillər dəyiş-mədiyi zaman əmtəənin qiymətindəki 1% dəyişmənin təklif olunan miqdardakı neçə faizlik bir dəyişməyə səbəb olduğunu göstərir. Tək-lifin qiymət elastikliyini aşağıdakı kimi hesablanır.

Təklifin qiymətə görə elastikliyi = = Təklif həcminin faizlə dəyişməsi / Qiymətin faizlə dəyişməsi

və ya QQ

MMEt /

/

burada ∆M / M-təklif həcminin faizlə dəyişməsini , ∆ Q/ Q-qiymətin faizlə dəyişməsini ifadə edir.

Təklif elastikliyi əmsalı sıfırla sonsuzluq arasında dəyər ala bilər. Elastiklik əmsalının dəyəri sıfırla bir arasında olduqda elastik

Page 15: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

15

olmayan təklif, elastiklik əmsalı birlə sonsuzluq arasında dəyər aldığı zaman isə elastik təklif əyrilərindən bəhs olunur. Bunlardan başqa təklif elastikliyi əmsalı sıfır, bir və sonsuz dəyəri ala bilər. Təklif elastikliyi əmsalı birə bərabər olduqda qiymətdəki dəyişmə nisbəti ilə təklif olunan miqdardakı dəyişmə nisbəti bir-birinə bərabər sayılır. Təklif elastikliyi əmsalı sıfır olduqda qiymətdəki dəyişmələr qarşı-sında təklif olunan miqdarlarda dəyişmə olmur. Çünki bu əmtəələrin bazar zamanı çox qısadır. Artan tələb qarşısında təklifin bu zaman zərfində artırılması imkansızdır. Təklif elastikliyi əmsalı sonsuz ol-duqda müəyyən olunan qiymətdən tələb artımları qarşılana bilər. Əmtəənin istehsal zamanı üzün zamandır. İstehsal imkanlarımızı artırmaq imkanlarımız mövcuddur.

Mövzu 8. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi, Verginin qiymətlərə təsiri

İqtisadi sistemlərin bir-birlərindən fərqli olmasına baxmayaraq dövlət zaman-zaman bazara müdaxilə etmə zəruriyyətini hiss etmə-dədir. Sərbəst bazar iqtisadiyyatı sistemlərində dövlətin bazara mü-daxilələri yaxşı hal olaraq qəbul olunmasa da, bəzən zərurətdən və ya gəlir səviyyəsi aşağı olan insanların həyat standartlarını tənzimləmək üçün dövlət tərəfindən bazara müxtəlif şəkildə müdaxilələr olmaq-dadır.

Təməl qida maddələrinin qiymətlərinin çox yüksəlməməsi, insanların gəlir səviyələrinin aşağı düşməməsi və ya strateji əhəmiy-yətli məhsulların qiymətlərinin tənzimlənməsində dövlət qiymətiləri kontrol sistemlərindən istifadə etmədədir. Bu qiymət siyasətləri mak-simum və minimum qiymət siyasəti şəklində tətbiq olunmaqdadır. Maksimum qiymət siyasətində dövləti təmsil edən təşkilatlardan biri (bizim ölkəmizdə Tarif şurası) bəzi məhsulların bazarda satıla bilə-cəyi maksimum qiyməti müəyyənləşdirir. Müəyyənləşən qiymətin üstündə bu məhsulların satılması qanunən qadağandır. Buna nümunə olaraq çörəyin, benzinin qiymətlərini göstərə bilərik. Bu qiymət və ya bunun altında hər hansı bir qiymətdən əmtəənin satılması sərbəst-dir. Minimum qiymət siyasətində isə müəyyənləşən qiymətin altında

Page 16: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

16

əmtəələrin və ya istehsal amillərin satılması qadağandır. Bu qiymətin üstündə əmtəələrin və ya istehsal amillərinin satılması sərbəstdir. Buna nümunə olaraq isə hökumətlər tərəfindən müəyyənləşən mini-mum əmək haqlarının müəyyənləşməsini vermək olar. Müəyyənləşən minimum əmək haqqından aşağı bir maaşla işçilərin işə alınması qanunən qadağan olmuşdur.

Yuxarıda saydığımız səbəblərindən başqa bir də kənd təsərrüfatı məhsullarının tələbinin gəlir elastikliyi zəif olduğundan bu sektorda qiymətlərdə ortaya çıxan dəyişmələr bu sektorda sahibkarlıq fəaliy-yətliyə məşğul olanların gəlirlərinə ciddi təsir göstərir. Kənd təsər-rüfatı məhsullarının qiymətlərindəki qeyri-stabillik problemi gəlir qeyri-stabillliyinə yol açır. Bu problemləri ortadan qaldırmaq üçün kənd təsərrüfatı məhsulları üçün minimum qiymət siyasəti müəyyən-ləşdirilir. Bu siyasəti dəstəkləmək üçün məhsullar bazarda müəyyən olunan qiymətə satılır. Bazarda satılmayan məhsul varsa, dövlət və ya dövləti təmsil edən bir təşkilat bunu satın alır. Bu siyasətə bazarda birbaşa alımlar siyasəti deyilir. Bunu dəstəkləyən bir başqa siyasət də məhsulun bazarda bazar qiymətindən satılması şəklində olmasıdır. Bazarda bu qiymət əyər müəyyən olunan minimum qiymətin altında isə dövlət sahibkarlara əmtəənin satış qiymətiylə minimum qiymət arasındakı fərq qədər maliyyə yardımı edir. Bu siyasətdə qiymət fər-qinin ödənməsi və ya maliyyə yardımı siyasəti deyilir.

Bazara müdaxilələr bəzən də vergi dərəcələri artırılması və ya azaldılması şəklində olur. Hər-hansı bir əmtəəyə vergi tətbiq olun-duqda o məhsulun xərclərində artım olacağında bu da o əmtəələrin qiymətlərində əks olunur. Tətbiq olunan vergilərin qiymətlərə yansı-masında o əmtəələrin tələb və təklif elastiklikləri baxımından əhə-miyyət kəsb edir. Fərz edək ki, bir məhsul vergisiz bazarda "x" qiy-mətindən satılır. Bu əmtəəyə müəyyən nisbətdə vergi tətbiq olunsa, bu məhsulun qiyməti necə dəyişəcək və vergi yükü o əmtəəni bazar-da satanlarınmı, yoxsa alanların üzərinəmi düşəcək? Əgər əmtəənin tələb əyrisinin elastikliyi sıfırdırsa, tətbiq olunan yeni vergi yükünü alıcıların üzərinə yansıtmaq mümkündür. Çünki bu məhsulun bazar-da alternativi yoxdur. Tələb əyrisinin elastikliyi sonsuzdusa, bu məh-

Page 17: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

17

sula tətbiq olunan yeni vergi yükünü istehsalçılar öz üzərlərinə alma-lıdırlar. Elastikliyi sonsuz olan əmtəələrin bazarda alternativ əmtə-ələri çox olduğuna görə qiyməti alıcılara yansıtmaq imkanı yoxdur. Tələb əyrisi elastik və ya elastikliyi zəif olduqda (in elastik) yeni vergi yükləri hər ikisi arasında paylaşılır. Tələb əyrisinin elastikliyi zəif olduqda vergi yükünün çox hissəsi alıcıların az hissəsi satıcıların üzərinə yansıyır. Tələb əyrisi elastik olduqda vergi yükünün az his-səsi alıcıların çox hissəsi satıcıların üzərinə düşür. Burada təklif əyrilərinin elastikliyinin də təsiri unutulmamalıdır.

Mövzu 9. Dəyər, faydalılıq və son hədd faydalılıq nəzəriyyəsi

İqtisadiyyatda həm istehlakçılar, həm də istehsalçılar hər zaman ən yüksək fayda və mənfəət əldə etməyə çalışırlar. İstehlakçılar mal və xidmətləri satın aldıqları zaman faydalarını maksimumlaşdırmaq istəyirlər. Buna faydanın maksimumlaşdırılması deyilir. İstehsalçılar isə iqtisadi fəaliyyətləri nəticəsində mənfəətlərini maksimumlaşdır-mağa çalışırlar ki, buna da mənfəətin maksimumlaşdırılması deyilir. İstehsalçılar mənfəətlərini maksimumlaşdırmaq üçün minimum xərc-lərlə fəaliyyət göstərməlidirlər ki, mənfəətləri maksimum olsun. Bəzi hallarda istehsalçılar mənfəət əldə edə bilmədikləri zaman belə isteh-sal fəaliyyətliyə məşğul olurlar. Şirkətlər istehsal fəaliyyəti ilə məş-ğul olduqlarında zərərlə çalışacaqlarsa, bu zaman minimum zərərlə çalışmalıdırlar. İstehsalçıların maksimum mənfəət və ya minimum zərərlə çalışa bilmələri üçün hər zaman minimum xərclərlə çalışma-ları lazımdır. Şirkətlər minimum xərclərlə istehsalat prosesini idarə edə bilməsələr, maksimum mənfəət və ya minimum zərərlə işləyə bilməzlər.

İstehlakçılar ehtiyaclarını qarşılamaq üçün mal və xidmətləri satın alırlar. Satın aldıqları bu mal və xidmətlərdən özlərini təmin edirlər ki, bununla bir növ təmin və ya məmnuniyyət əldə edirlər. Bu məmnuniyyət və ya təmin duyğusuna da fayda deyirik. Bir digər ifadəylə istehlakçılar əmtəələri istehlak etdikləri zaman bunlardan fayda əldə edirlər. Faydanın ölçülə biləcəyi və ya ölçüləmiyəci haq-qında iqtisadçılar arasında fikir birliyi yoxdur. Faydanın ölçülə bilə-

Page 18: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

18

cəyi düşüncəsini müdafiəyə edən iqtisadçılar kardinal iqtisadçılardır. Bunun qeyri-mümkünlüyün müdafiəyə edən iqtisadçılar isə ordinal iqtisadçılardır. Bu iqtisadçılara görə istehlakçılar sadəcə əmtəələri biri birinə tərcih edə biləcəkdir.

İstehlakçıların istehlak etdikləri bütün əmtəələrdən əldə etdikləri faydaların cəminə toplam fayda deyilir. İstehlakçılar istehlak vahi-dini bir vahid artırdığı zaman faydası dəyişəcəkdir. İstehlak olunan son vahid əmtəənin toplam faydada meydana gətirdiyi dəyişməyə marjinal fayda və ya son həddin faydalılığı deyilir. Başqa bir ifadəylə son həddin faydalılığı istehlak olunan sonuncu əmtəənin faydasıdır.

İstehlakçılar istehlak etdikləri əmtəənin miqdarını artırdıqları za-man toplam fayda müəyyən həddə qədər artır, müəyyən bir nöqtədən sonra isə toplam fayda azalmağa başlayır. İstehlak miqdarı artırıldığı zaman sonuncu istehlak olunan əmtəənin bir əvvəlki əmtəəyə görə saxladığı fayda hər zaman aşağı olacaqdır. İqtisadiyyatda buna aza-lan marjinal fayda qanunu və ya azalan son həddin faydalılığı nəzə-riyyəsi deyilir. İstehlak olunan əmtəələrin faydası maksimum olduğu zaman marjinal fayda sıfıra bərabər olur. İstehlakçılar o əmtəənin satın almağa davam etsələr o zaman toplam fayda azalmağa başlaya-caqdır. Bu da marjinal faydanın mənfi dəyər almasına səbəb olur.

Faydanın ölçülə bilir nəzəriyyəsinə görə istehlakçı faydasını maksimum etmək üçün satın aldığı əmtəələrin son vahidlərinin fay-daları bir-birinə bərabər olduğu zaman faydasını maksimumlaşdıra bilər. Bu analiz çərçivəsində istehlakçının gəliri, satın aldığı əmtəə-lərin qiymətləri sabit qəbul edilir və azalan marjinal fayda qanunu əsas götürülür.

İstehlakçının faydasını ölçə bilməyəcəyi sadəcə birini digərinə tərcih edəcəyi düşüncəsinə görə isə təfavütsüzlük əyriləri və isteh-lakçının gəlir səviyyəsi əsas alınır. Təfavütsüzlük əyrilərinin isteh-lakçının büdçə doğrusuna toxunduğu nöqtə istehlakçının faydasını maksimumlaşdırdığı istehlak səviyyəsidir. Bu analizdə də əmtəələrin qiymətləri və istehlakçının gəlir səviyyəsi dəyişdiyi yeni optimal və-ziyyətlər formalaşacaqdır.

Page 19: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

19

Mövzu 10. İstehsal funksiyası, qısa və uzunmüddətli xərclər. Gəlir anlayışı

İstehsal istehlakçıların ehtiyaclarının qarşılanması üçün mal və xidmətlərin hazırlanması prosesidir. Eyni zamanda sahibkarlar tərə-findən istehsal amilləri olan əmək, təbii resurslar və kapitalın bir ara-ya gətirilərək əmtəələrin meydana gətirilməsidir. İstehsal amilləriylə yanaşı istehsal üçün ara məhsullar və xam maddələrdən də istifadə olunur. İstehsal funksiyası da əmtəənin istehsalının hansı amillərə bağlı olduğunu açıqlayır. İa = f ( Ə,TR,K,T,X) burada Ə - əmək amilini, TR- təbii resursları amilini, K- kapital amilini, T- texnoloji amilini və X- xam maddəi ifadə edir. Bu halda deyə bilərik ki, A məhsulunun istehsalı əmək amili, təbii resurslar amili, kapital amili, texnologiya və xam maddədən asılıdır. İstehsal funksiyası istehsal olunan əmtəəylə o əmtəənin istehsal olunması üçün lazım olan digər amilləri açıqlayır.

Əmtəələrin istehsal olunma prosesini qısa və uzunmüddətli dövrlər kimi ifadə edə bilərik. İstehsalın qısamüddətli dövrü elə bir zamana deyilir ki, bu zaman ərzində istehsal amillərinin ən azından birini dəyişdirə bilmədiyimiz müddətdir. Bunun tam tərsi olaraq istehsalın uzunmüddətli dövrü isə istehsal ilə bağlı istehsal həcmi də daxil olmaqla bütün istehsal amillərini dəyişdirə bildiyimiz zaman dönəminə isə istehsalın uzunmüddətli dövrü deyilir.

İqtisadiyyatda azalan verim (məhsuldarlıq) qanunu qısamüddətli dövridə istehsal amillərinin sabit qəbul edib yalnız onlardan birini artırdığımız zaman istehsalın müəyyən bir həddə qədər toplam isteh-salın artacağını daha sonra isə toplam istehsalın azalacağını ifadə edir. Toplam istehsal ifadəsiylə birlikdə ortalama və marjinal istehsal ifadələri də istehsal hissəsində üzərində durulması vacib ifadələr-dəndir. Ortalama istehsal istehsalda istehsal amilinin ortalama məh-suldarlığını göstərir. Marjinal istehsal isə son istehsal amilinin top-lam istehsalda meydana gətirdiyi dəyişməni göstərir. Ortalama isteh-salın artdığı müddətdə marjinal istehsal da artır, ortalama istehsalın azalmağa başladığı müddətdə marjinal istehsal da azalmaya başlayır.

Page 20: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

20

İstehsal xərcləri sahibkarların mənfəət dərəcələrini müəyyənləş-dirən əsas amillərdən biridir. Buna görə də istehsalda sahibkarlar mi-nimum xərclərlə istehsallarını həyata keçirmək istəyirlər. Xərclər minimum olduğu zaman istehsalatçının mənfəətləri də maksimum səviyyəyə çatacaqdır. İstehsal xərclərini toplam istehsal xərcləri, sa-bit istehsal xərcləri, dəyişkən istehsal xərcləri, ortalama istehsal xərcləri, ortalama sabit istehsal xərcləri, ortalama dəyişkən istehsal xərcləri və marjinal xərclər olaraq ifadə edə bilərik. Bu xərclərin qısa və uzunmüddətli dönəmlərə görə fərqliliyi olur. Toplam istehsal xərcləri istehsalla bağlı bütün xərcləri ifadə edir. Başqa bir şəkildə sabit xərclərlə dəyişkən xərclərin toplamı vasitəsi ilə də toplam istehsal xərclərini əldə edə bilərik. Sabit xərclər istehsalla birbaşa əlaqəsi olmayan və istehsal miqdarı sıfır miqdarında olsa belə isteh-salçının ödəmək məcburiyyətində olduğu xərclərdir. Buna kirayə xərclərini, təhlükəsizlik xərclərini və s. misal göstərmək olar. Dəyiş-kən istehsal xərcləri istehsalla birbaşa əlaqəsi olan xərclərdir. İstehsal miqdarı artdığı zaman artan xərclərə də dəyişkən xərclər deyə bilərik. Ortalama istehsal xərcləri bir əmtəənin istehsal olunması üçün çəki-lən xərcləri və ya məsrəfləri göstərir. Eyni zaman bu bir əmtəənin maya dəyərinin də ifadəsidir. Ortalama istehsal xərcləri toplam isteh-sal xərclərinin istehsal miqdarına bölünməsiylə ifadə olunur. Ortala-ma sabit xərclərdə istehsal olunan bir əmtəənin ortalama sabit xərc-lərini göstərir. Sabit xərcləri istehsal miqdarına bölərək ortalama sa-bit xərcləri tapa bilərik. İstehsal miqdarı dəyişdiyi zaman sabit xərc-lər dəyişmir amma ortalama sabit xərclər azalır. Ortalama dəyişkən xərclər isə istehsal olunan bir əmtəənin ortalama dəyişkən xərclərini göstərir. Dəyişkən xərclər istehsal miqdarına bölünərək bir əmtəənin ortalama dəyişkən xərcləri hesablanır. Ortalama sabit xərclərlə orta-lama dəyişkən xərcləri topladığımız zaman toplam ortalama xərcləri əldə edə bilərik. Bütün bunlarla birlikdə istehsal olunan əmtəənin miqdarını ortalama xərclərə vurduğumuz zaman toplam xərcləri hesablaya bilərik. Marjinal xərclər isə istehsal miqdarı artdığı zaman istehsal olunan son əmtəəyə çəkilən xərcləri ifadə edir.

İstehsalçılar istehsal etdikləri əmtəələri bazar qiymətindən bazar-da satdıqları zaman gəlir əldə edirlər. Toplam gəlir TG = Q x M

Page 21: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

21

şəklində hesablanır. Burada TG-toplam gəlir, Q-məhsulun bazar qiyməti, M-istehsal olunub bazarda satılan miqdarları ifadə edirlər. Ortalama gəlir bazarda satılan bir əmtəədən əldə olunan gəliri ifadə edir. Ortalama gəlir toplam gəlirin bazarda satılan əmtəənin miqda-rına bölünməsiylə hesablanır. Marjinal gəlir bazarda ən son satılan əmtəədən əldə olunan gəliri ifadə edir. Ortalama gəlir hər zaman qiymətə bərabər olur. Tam rəqabət (təkmil) bazarlarında marjinal gə-lir eyni zamanda ortalama gəlirə bərabər olur. Əksik rəqabət bazar-larından isə marjinal gəlir ortalama gəlirdən hər zaman kiçik olur.

İstehsalçılar iqtisadi fəaliyyətlərində hər zaman maksimum mən-fəət və ya zərərlə işləyəcəklərsə də, minimum zərərlə istehsal pro-sesini davam etdirmək istəyirlər. Bunun üçün istehsalatı minimum xərclərlə həyata keçirmələri lazımdır.

Mövzu 11. Bazar quruluşunun tipləri, rəqabət və inhisar

Sərbəst bazar iqtisadiyyatı sistemində bazarda fəaliyyət göstər-mək nə qədər sərbəst olduğu ifadə edilsə də, bəzən bazarın təbii şərtlərindən, bəzən də fərqli səbəblərə görə bazarda fəaliyyət gös-tərmək sərbəst olmur. Bu baxımdan bazar növləri tam (təkmil) rəqabət bazarları və əskik rəqabət bazar şəklində sinifləndirilmişdir.

Tam rəqabət bazarlarının əsas xüsusiyyətlərindən birincisi bazar-da istehlakçı və istehsalçı sayının həddindən çox olmasından otrü formalaşan əmtəənin qiymətinin dəyişməməsidir. Bazara yeni isteh-lakçılar da daxil olsa və ya ayrılsalar da, tələbdəki bu dəyişmələr qar-şısında bazar qiyməti dəyişmir. İstehsalçılardan bəziləri bazara yeni daxil olsa və ya əmtəələri istehsal edən istehsalçılardan bəziləri ba-zardan ayrılsalar da bazardakı təklifdə olan bu dəyişmələrə görə ba-zar qiyməti yenə dəyişmir. Çünki hər iki halda bazara daxil olan və ya bazardan ayrılan həm istehlakçıların, həm də istehsalçıların bazar-dakı nisbi payı çox kiçik olduğundan, bazarda formalaşan qiymətin dəyişməsinə təsiri olmur. Bir digər xüsusiyyət bazara giriş-çıxışların sərbəst olması. Üçüncü əsas xüsusiyyət bazarda istehsal olunan əm-təələrin homejen, bir-birinə bənzəməsidir. Sonuncu xüsusiyyət olaraq da bazarın şəffaf olmasını göstərə bilərik. Tam rəqabət bazarının

Page 22: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

22

bazar tələb əyrisi sol yuxarıdan başlayıb sağ aşağıya enən əyri şəklin-dədir. Bir firmanın tələb əyrisi isə miqdar oxuna paraleldir.

Əskik rəqabət bazarları da bir neçə növə ayrılır. Bunlar İnhisar (monopol) bazarlar, Oliqapol bazarlar və İnhisar rəqabətli bazarlar-dır. İnhisar bazarlarının əsas xüsusiyyəti bu bazarda əmtəələri isteh-sal edən bir firmanın olmasıdır. Bu bazarda əmtəələri istehsal edən bir firma olduğuna görə bu firma bazardakı qiyməti müəyyənləşdirə bilir və fərqli qiymət siyasətini tətbiq etmə imkanı vardır. İnhisar ba-zarda bir firma olduğuna görə bazar tələb əyrisi eyni zamanda firma tələb əyrisidir.

Oliqapol bazarlar isə birdən çox rəqib firmanın istehsalat fəaliy-yətinin olduğu bazarlardır. Oliqapol bazarda sadəcə iki rəqib firma varsa, bu bazar tipinə duopol bazar tipi də deyilir. Bazarda üç rəqib firma varsa bu bazar tipinə triopol bazarlar deyilir. Duopol və triopol oliqapol bazar növünün spesifik adlarıdır. Oliqapol bazar tiplərini açıqlayan sadəcə bir nəzəriyyə yoxdur. Bu bazar tipini açıqlayan nəzəriyyələrdən ən geniş yayılanı Swizzy modelidir. Bu nəzəriyyənin başqa bir adı da dirsəkli (sınıq) tələb modelidir.

İnhisar rəqabətli bazarlar isə həm tam rəqabət bazarının, həm də inhisar bazarının bəzi xüsusiyyətlərini özündə əks etdirir.

Mövzu 12. Tam rəqabət bazarlarında qısa və uzunmüddətli tarazlıq

Tam rəqabət bazarında əmtəələrin istehsalıyla məşğul olan firmalar bazarda formalaşan qiyməti qəbul etmək məcburiyyətində olurlar. Bu bazarda istehsalçıların sayının dəyişməsi və ya istehlak-çıların sayının dəyişməsi bazarda formalaşan əmtəənin qiymətinə tə-sir göstərmir. Bu səbəbdən firmanın tələb əyrisi miqdar oxuna paralel olur. Firmanın mənfəətini artırması üçün qiymətləri yüksəltmək im-kanı yoxdur. Xərclərini aşağı salaraq ancaq mənfəət dərəcəsini artır-maq imkanına sahibdir. Bazar növündən asılı olmayaraq firmalar mənfəətlə, sıfır (normal) mənfəətlə və ya ən az zərərlə istehsalatlarını davam etdirmək məcburiyyətində qala bilərlər. İndi isə bunları ardı-cıllıqla aşağıda açıqlamağa çalışaq.

Page 23: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

23

Qısamüddətli tam rəqabət bazarında mənfəətlə işləyən firma: Firmaların mənfəətlə, yoxsa zərərlə işlədiyini müəyyənləşdir-mək üçün firmanın toplam gəlirini və toplam xərclərini hesablamaq lazımdır. Firmanın toplam gəlirindən toplam xərclərini çıxdıqdan sonra əldə etdiyimiz dəyər bizə firmanın mənfəət və ya zərərlə işlə-diyini göstərir. Firmanın toplam gəlirləri toplam xərclərindən böyük olarsa firma mənfəətlə işləyəcəkdir. Firmanın mənfəətini maksimum səviyyəyə çatdırması üçün ən mükəmməl və ya uyğun istehsal miq-darını müəyyənləşdirməsi lazımdır. Ən uyqun istehsal miqdarını müəyyənləşdirən amil marjinal xərclərin (MX) marjinal gəlirə (MG) bərabər olduğu istehsal səviyyəsinin olduğu istehsal miqdarıdır. Marjinal xərclərin marjinal gəlirlərə bərabər olduğu iki fərqli istehsal miqdarı ola bilər. Bu istehsal miqdarının birindən sonra marjinal xərclər azalan, dəyərində isə artandır. O zaman ikinci əsas xüsusiyyət marjinal xərclərin marjinal gəlirlə kəsişdiyi nöqtədə artan olması vacibdir. Yuxarıda yazdıqlarımızı aşağıdakı şəkildə (şəkil 4.) daha aydın görə bilərik.

Şəkil 4-də göstərilən firma tam rəqabət bazarında mənfəətlə işlə-yən bir firmadır. Yuxarıdakı şəkildə Q-qiymət, M-İstehsal miqdarı, OG-ortalama gəlir, OX-ortalama xərcləri, MX- marjinal xərcləri, MG-marjinal gəliri ifadə edirlər. TG-toplam gəliri göstərir. Bu fir-manın toplam gəlirləri hesablamaq üçün firmanın bazarda satdığı əmtəənin miqdarını əmtəənin satış qiymətinə vurmaq lazımdır:

TG = Q x M = OQ1 x OM = 0Q1AM

Növbəti mərhələdə firmanın xərclərini hesablamamız lazımdır. Firmanın xərclərini onun istehsal etdiyi əmtəənin miqdarını əmtəənin ortalama xərclərinə vurmaqla hesablaya bilərik. Bu firmanın istehsal miqdarı OM, ortalama xərcləri isə MB qədərdir. Burada TX-toplam xərcləri ifadə edir:

TX = OX x M = MB x OM = 0Q2BM

Page 24: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

24

Firmanın toplam gəlirlərindən toplam xərclərini çıxsaq, firmanın

mənfəət vəziyyətini hesablaya bilərik. Burada TM-toplam mənfəəti ifadə edir. Əmtəənin bazarda satış qiyməti Q1 olduqda və firmanın xərcləri də yuxarıdakı şəkildədirsə firmanın mənfəət vəziyyəti aşağıdakı kimi olacaqdır:

TM = TG - TX = 0Q1AM - 0Q2BM = Q2Q1AB

Bu firma tam rəqabət bazarında Q2Q1AB həndəsi sahəsinin də-yəri qədər mənfəətlə işləməktədir. Tam rəqabət bazarında firma fəaliyyəti zamanı firmanın ortalama gəliri (OG) firmanın ortalama xərclərindən (OX) böyük olduğu müddətcə firma mənfəətlə işləməyə davam edəcəkdir.

Qısamüddətli tam rəqabət bazarında normal (sıfır) mənfəət-lə işləyən firma: Firmanın normal mənfəətlə işləməsi o firmanın fəaliyyət göstərdiyi sektorda bütün xərclərini qarşılaya bilməsidir, başqa bir ifadəylə firmaya fəaliyyəti üçün yetəcək qədər mənfəət səviyyəsidir. Firmanın bu vəziyyətini aşağıdakı şəkildə (şəkil 5.) daha aydın görmək olar.

Gəlir, Xərc

Miqdar

T,OG,

M

M

QOX

Şəkil 4. Mənfəətlə işləyən firma

0

A

QB

Page 25: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

25

Bu firmanın toplam gəlirləri hesablamaq üçün firmanın bazarda satdığı əmtəənin miqdarını əmtəənin satış qiymətinə vurmaq la-zımdır.

TG = Q x M = OQ x OM = 0QAM

Növbəti mərhələdə yenədə firmanın xərclərini hesablamamız lazımdır. Firmanın xərclərini hesablamaq üçün firmanın istehsal etdi-yi əmtəənin miqdarını əmtəənin ortalama xərclərinə vurmaqla hesab-laya bilərik. Bu firmanın istehsalat miqdarı OM, ortalama xərcləri isə bu dəfə MA qədərdir.

TX = OX x M = MA x OM = 0QAM

Firmanın toplam gəlirlərindən toplam xərclərini çıxsaq firmanın mənfəət vəziyyətini hesablaya bilərik. Əmtəənin bazarda satış qiy-məti Q olduqda və firmanın xərcləridə yuxarıdakı şəkildədirsə firma-nın mənfəət vəziyyəti aşağıdakı kimi olacaqdır.

Gəlir, Xərc

Miqdar

T,OG,

M

M

Q

OX

Şəkil 5. Normal mənfəətlə işləyən firma

0

A

Page 26: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

26

TM = TG - TX = 0QAM - 0QAM = 0

Burdan da görürük ki, firmanın gəlirləi ancaq xərcləri qədərdir. Firma bazarda fəaliyyət göstərdiyi zaman istehsal bağlı xərclərini və istehsalla birbaşa bağlı olmayan sabit xərclərinin hammısını qarşılaya bilir. Firmanın xərclərindən başqa əlavə bir mənfəəti olmur. Firma-nın gəlirləri və xərcləri yuxarıda göstərildiyi çəkildə olduqda firma normal (sıfır) mənfəətlə fəaliyyət göstərdiyi başa düşülür. Bu vəziy-yəti eyni zamanda bu şəkildə də ifadə edə bilərik. Firmanın ortalama gəlirləri ortalama xərclərinə də bərabər olarsa firma normal mən-fəətlə işləyəcək. Bu bazar tam rəqabət bazarı olduğuna görə bazar-dakı satış qiymətini firma dəyişdirə bilmir. Firmanın mənfəətə keçə bilməsi üçün ancaq xərclərini azaltması lazımdır.

Qısamüddətli tam rəqabət bazarında ən az zərərlə işləyən firma: Bazarda istehsalla məşğul olan firmaların heçbiri zərərlə fəa-liyyət göstərmək istəməz. Bəzən bu vəziyyətlə qarşılaşdıqlarında en az zərərlə çalışmaq istəyəcəklədir. Firmanın ən az zərərlə işləyə bil-məsi üçün mövzunun başında dediyimiz hüsuslar çok önəmlidir. Fir-ma MX-in MG-ə bərabər olduğu istehsalat səviyyəsində əmtəə isteh-sal edərsə və bu nöqtədə MX artan olarsa firma ən az zərərlə istehsal fəaliyyətiylə məşğul olacaqdır. Əksi halda firmanın zərəri daha çox olabilər. Firmanın ən az zərərinin nə qədər olduğunu bil-mək üçün yenə firmanın toplam gəlirlərini hesablaq lazımdır. Daha sonrakı mərhələdə firmanın toplam xəclərini hesblayıb, toplam gəlir-lərindən toplam xərclərini çıxdıqda əldə etdiyimiz dəyər firmanın ən az zərəri olan dəyəri verəcəkdir. Bu durumu aşağıdakı şəkil (şəkil 6.) vasitə-silə izah etməyə çalışaq:

Page 27: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

27

Yuxarıdakı şəkil 6-də firmanın gəlir və xərcləri verilmişdir. Bu firmanın toplam gəlirləri hesablamaq üçün firmanın bazarda satdığı əmtəənin miqdarını əmtəənin satış qiymətinə vurmaq lazımdır:

TG = Q x M = OQ1 x OM = 0Q1AM

Növbəti mərhələdə yenə də firmanın xərclərini hesablamamız lazımdır. Firmanın xərclərini hesablamaq üçün onun istehsal etdiyi əmtəənin miqdarını əmtəənin ortalama xərclərinə vurmaq lazimdır. Bu firmanın istehsal miqdarı OM, ortalama xərcləri isə MB qədərdir:

TX = OX x M = MB x OM = 0Q2BM

Firmanın toplam gəlirlərindən toplam xərclərini çıxsaq, firmanın mənfəət və ya zərər vəziyyətini hesablaya bilərik. Əmtəənin bazarda satış qiyməti Q1 olduqda və firmanın xərcləri də yuxarıdakı şəkildə-dirsə, firmanın mənfəət və ya zərəri aşağıdakı kimi olacaqdır:

TM = TG - TX = 0Q1AM - 0Q2BM = Q1Q2BA

Gəlir, Xərc

Miqdar

T,OG,

M

M

Q

OX

Şəkil 6. Ən az zərərlə işləyən firma

0

A

BQ

Page 28: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

28

Burdan da görürük ki, firmanın toplam gəlirləri firmanın toplam xərclərinin bir hissəsini qarşılaya bilir. Yuxarıdakı şəkildə gördüyü-müz kimi firmanın toplam gəlirləri firmanın dəyişkən xərcləri ancaq qarşılaya bilir. Sabit xərclərini isə qarşılaya bilmir. Firma, bazarda qiyməti yüksəltmə imkanı olmadığına görə, ortalama xərclərini azal-da bilərsə, mənfəət əldə edəcək vəziyyətə gələ bilər. Digər bir ifadə ilə, ortalama xərcləri ortalama gəlirlərin böyük olduğu müddətcə firma zərərlə işləyəcəkdir.

Uzunmüddətli tam rəqabət bazarında firmanın fəaliyyəti zamanı sabit xərclər olmur. Bu durumda firmanın uzunmüddətli marjinal xərcləri və firmanın marjinal gəlirə bərabər olduğu istehsalat səviy-yəsində firma istehsalını təşkil etdiyi zaman firma mənfəətlə işlədi-yində maksimum mənfəət, zərərlə işlədiyi zamanda minimum zərərlə işləyəcəkdir.

Mövzu 13. Xalis inhisar bazarlarında qısa və uzunmüddətli tarazlıq

Xalis inhisar və ya inhisar bazarlarda istehsal fəaliyyətliyə sadə-cə bir firma məşğul olur. Əmtəənin istehsalıyla bir firma məşğul olduğuna görə bu bazarda firma tələb əyrisi eyni zamanda bazar tələb əyrisinə bərabər olur. İnhisar bazarda firma tələb əyrisi tam rəqabət bazarların firmaların tələb əyrisindən fərqli olaraq qiymət sütunun-dan başlayaraq miqdar sütununa doğru azalan bir əyridir. Firmanın tələb əyrisi eyni zamanda firmanın ortalama gəlir əyrisinə bərabərdir. Marjinal gəlir əyrisi isə bütün əskik rəqabətli bazarlarda olduğu kimi bu bazarda da ortalama gəlir və ya firma tələb əyrisinin altında olur.

İnhisarçı firma bazarda tək istehsalçı olmasına baxmayaraq bu firmalarda bəzən zərərlə fəaliyyət göstərə bilərlər. Tam rəqabət baza-rında olduğu kimi burda da mənfəətə, normal (sıfır) mənfəətlə və ən az zərərlə istehsal fəaliyyətində olan inhisarçının vəziyyətin aşağıda bir-bir açıqlamağa çalışaq.

İnhisarçı bazarda da firma maksimum və ya minimum zərərlə iş-ləmək istəyirsə birinci mərhələdə ən uyğun istehsal miqdarını müəy-

Page 29: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

yənləşdrimizdəgəliri mfirmanımiqdar

QıYuxarıdiyini mhələdə xərclərdığımıznımız oşəkil (ş

Şəkbir firmortalammarjinatoplam miqdar

dirməsi lazımdırən istifadə edə bmarjinal xərcləriın ən uyğun və yrdır.

ısamüddətli inhdakı bilgilərdənmüəyyənləşdirm

hesablamamız ini daha, sonra izda inhisarçı firmolacaqdır. İnhisaşəkil 7.) vasitəsil

kil 7-də göstərimadır. Yuxarıdakma gəlir, OX-oral gəliri ifadə ed

gəlirləri hesablrını əmtəənin sat

29

r. Bunun üçün tabilərik. Bu bazarinə bərabər olduya optimal isteh

hisar bazarındn sonra firmanınmək üçün firman

lazımdır. İkincisə toplam gəlirmanın mənfəət varçı firmanın gələ açıqlamağa ça

lən firma inhisakı şəkildə Q-qiyrtalama xərcləri

dirlər. TG-toplamlamaq üçün firmtış qiymətinə vur

am rəqabət bazar növündə də firmuğu istehsal nösal miqdarını m

da mənfəətlə in mənfəətlə, yoxın toplam gəlirlə

ci mərhələdə firlərindən toplamvə ya zərərini heəlir və ya xərclalışaq.

ar bazarında məymət, M-İstehsali, MX-marjinalm gəlirləri göstərmanın bazarda sarmaq lazımdır:

arındakı bilgilə-manın marjinal qtəsi istehsalçı

müəyyənləşdirən

işləyən firma: xsa zərərlə işlə-ərini ilkin mər-rmanın toplam

m xərclərini çıx-esablama imka-lərini aşağıdakı

ənfəətlə işləyən l miqdarı, OG-xərcləri, MG-

rir. Bu firmanın atdığı əmtəənin

Page 30: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

30

TG = Q x M = OQ1 x OM = 0Q1AM

Növbəti mərhələdə firmanın xərclərini hesablamamız lazımdır. Firmanın xərclərini hesablamaq üçün firmanın istehsal etdiyi əmtəə-nin miqdarını əmtəənin ortalama xərclərinə vurmaq lazımdır. Bu fir-manın istehsal miqdarı OM, ortalama xərcləri isə MB qədərdir. Burada TX-toplam xərcləri ifadə edir:

TX = OX x M = MB x OM = 0Q2BM

Firmanın toplam gəlirlərindən toplam xərclərini çıxsaq, firmanın mənfəət vəziyyətini hesablaya bilərik. Burada TM-toplam mənfəəti ifadə edir. Əmtəənin bazarda satış qiyməti Q1 olduqda və firmanın xərcləri də yuxarıdakı şəkildədirsə, firmanın mənfəət vəziyyəti aşağıdakı kimi olacaqdır:

TM = TG - TX = 0Q1AM - 0Q2BM = Q2Q1AB

Bu firma inhisar bazarında Q2Q1AB həndəsi sahəsinin dəyəri qədər mənfəətlə işləməkdədir. İnhisar bazarında firma fəaliyyəti za-manı firmanın ortalama gəliri (OG) firmanın ortalama xərclərindən (OX) böyük olduğu müddətcə firma mənfəətlə işləməyə davam edəcəkdir.

İnhisarçı firmanın normal (sıfır) mənfəət və ya ən az zərər vəziyyətini də tam rəqabət bazarında apardığımız analizlərə bənzər şəkildə da analiz etmək imkanlarımız vardır. İnhisarçı firmanın top-lam gəliri toplam xərclərinə bərabər olduqda bu firma normal mənfə-ətlə işləyəcəkdir. Başqa bir ifadəylə, bu firmanın ortalama xərcləri ortalama gəlirlərinə bərabər olarsa, bu inhisarçı firma normal mən-fəətlə işləyəcəkdir. Əgər inhisarçı firmanın toplam xərcləri toplam gəlirlərindən çox olarsa, o zaman inhisarçı firma ən az zərərlə işləyə-cəkdir. Firmanın ortalama xərcləri ortalama gəlirlərindən böyük olarsa, inhisarçı firma ən az zərərlə işləyəcəkdir.

İnhisar bazarlarının formalaşmasının bir çox səbəbi olar bilər. Bunlardan ən əsasları aşağıdakılardır:

Page 31: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

31

Əmtəə istehsal edən sektorun dövlət tərəfindən inhisarlaşdırıl-ması. İkincisi əmtəənin patent haqqının bir firmanın əlində olması. Bir digəri əmtəənin istehsal olunması üçün xammadələrin bir firma-nın əlində olması. Sonuncusu isə bazar şərtlərinə görə inhisarçının formalaşmasıdır.

İnhisar bazarlarında uzunmüddətli tarazlığı analiz etdiyimizdə də inhisarçının mənfəətlə və ya zərərlə işləyə biləcəyini görə bilərik. Uzun dönəmdə heç bir inhisarçı zərərlə işləmək istəməz. Amma kon-jektur bəzən nadir hallarda bu şəkildəki durumları da bizə göstərir. Uzun dönəmdə zərərlə işləyən firmanın sonu iflasla nəticələnə bilər və ya bazara yeni firmalar daxil ola bilər. O zaman bu bazar artıq inhisar bazar olmayacaqdır.

İnhisar bazarının tam rəqabət bazarıyla müqayisə etməyə çalış-saq uzun dönəmdə tam rəqabət bazarında tarazlıq olduqda inhisar bazarına nisbətən istehsal olunan əmtəələr istehsal oluna biləcək minimum maliyyətlərlə istehsal olunacaq. Bir digər önəmli xüsus isə istehlakçılar da əmtəələri satın ala biləcəkləri minimum qiymətdən satın ala biləcəklər. Bir digər müqayisəmiz istehsalat miqdarı baxı-mından ola bilər. Tam rəqabət bazarında əmtəələr inhisar bazarına nisbətən daha çox miqdarda istehsal olunma imkanı vardır.

Mövzu 14. Oliqapoliya bazarlarında tarazlıq

Oliqapoliya bazarları əksik rəqabət bazarında yer alan bir bazar çeşididir. Oliqapoliya bazarlarını tam rəqabət və inhisar bazarların-dan fərqləndirən bir çox xüsusiyyətlər var. Oliqapoliya bazarlarının əsas xüsusiyyəti əmtəələri istehsal edən satıcı firmaların az, alıcıların isə çox olmasıdır. Bu bazarda həm bir-birinə bənzər əmtəələr, həm də fərqləndirilmiş əmtəələr satılır. Oliqapoliya bazarlarında firmalar bənzər əmtəələri satdıqlarında fərqli qiymət siyasətilə bir-birlər ilə rəqabət aparırlar. Eyni ehtiyacı qarşılayan fərqləndirilmiş əmtəələri satdıqlarında isə əmtəənin keyfiyyətli olması, reklam və s. şəkillərdə bazarda rəqabət edirlər. Oliqapoliya bazarının digər ən əsas xüsusiy-yəti isə bu bazarda fəaliyyət göstərən firmalar bir qərar aldıqlarında bazardakı rəqib firmaların bu qərara qarşı göstərdikləri reaksiyanı

Page 32: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

mütləq yənləşdyalarınhər zamOliqapomasınınhəcmli lar bazabu bazaBuna nrın fərqbunlar fərqli oçox moolan Swcağıq.

Dirqərarlarqiymət liya ba

diqqətə almalardirməkdə çətinlikın necə olacağın

man bir-birlərinioliya bazarlarındn səbəblərindənfirmalar tərəfin

ara daxil olduqdarda uzun dönəm

nümunə olaraq mqli şərtlərdə alacqarşısında alaca

olacaqdır. Bu baodellər olmuşduweezy və ya dir

rsəkli tələb (Swrdan biri qiyməsərtliyi olaraq

azarlarında bir fi

32

rıdır. Bu bazardk çəkdikləri hadnın təxmin edilmin qərarlarını izlda fəaliyyət gösbiri bazarda ist

ndən istehsal oluda bu firmaların xmdə fəaliyyət gömaşın istehsalını cağı qərarları fəağı qərarlar və

axımdan bu oliqaur. Biz burda ənsəkli (sınıq) tələ

weezy) modeli: Ot siyasətinin müda oliqapol baz

firma əmtəənin q

da az saydakı firdisə rəqib firmalaməsidir. Bu baxəmək məcburiyystərən firmalarıntehsal olunan munmasıdır. Kiçikxərcləri böyük oöstərmələri imkagöstərə bilərik. ərqli olduğundanmüəyyənləşdirəapol bazarları açn çox bilinən məb modelini açıq

Oliqapoliya bazaüəyyənləşdirilməzarlarda ifadə olqiymətini aşağı

rmaların müəy-arın əks reaksi-ımdan firmalar yətində olurlar.

n sayının az ol-məhsulun böyük k həcmli firma-olacağına görə,, ansız olacaqdır. Rəqib firmala-

n firmaların da əcəyi strategiya çıqlayan birdən

modellərdən biri qlamağa çalışa-

arında ən çətin əsidir. Bu hətta lunur. Oliqapo-

saldıqda digər

Page 33: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

33

firmalar da buna bənzər qiymət siyasəti tətbiq edirlər. Bir firma əm-təənin qiymətini yuxarı qaldırdıqda isə digər firmalar qiymət siyasə-tində dəyişikliyə getmə ehtiyacı hiss etmirlər. Bu qiymət siyasətini dirsəkli tələb modeli ən yaxşı açıqlayan modellərdən biridir. Bu modeli aşağıdakı şəkil (şəkil 8.) vasitəsilə açıqlamağa çalışaq.

Yuxarıdakı şəkildə TB oliqapol bazarda fəaliyyət göstərən bütün firmaların tələb əyrilərinin toplamı olan oliqapol bazar tələb əyrisidir. TF tələb əyrisi isə bir firmanın əmtəənin satış qiymətlərini dəyişdir-diyi zaman bazardakı digər firmaların dəyişən qiymət qarşısındakı reaksiyalarını göstərən bir əyridir. Oliqapoliya bazarında fəaliyyət göstərən bir firmanın istehsal etdiyi əmtəənin istehsal miqdarı 0M və əmtəənin satış qiyməti Q olsun. Firma bazar satış qiymətini Q-dən yuxarı qaldırsa və ya aşağı düşürsə, rəqib firmaların qiymət siyasəti necə dəyişəcəyini yuxarıdakı şəkil vasitəsilə açıqlamağa çalışaq. Fir-ma əmtəənin satış qiymətini Q qiymətindən yuxarı qaldırsa, bazar-dakı rəqib firmalar satdıqları əmtəənin qiymətlərini dəyişdirmək istəməzlər. Çünki, onlar bu qiymətdən bazarda məhsullarını müəyyən bir mənfəət qarşılığında satmaqdadırlar. Firma əmtəənin satış qiymə-tini Q qiymətindən aşağı düşürsə, bu zaman bazardakı satış miqdarla-rının azalmaması üçün rəqib firmalar da qiymətlərini aşağı düşürə-cəklər. Buradan belə bir nəticə çıxara bilərik ki, oliqapol bazarda firma satdığı əmtəənin qiymətini yuxarı qaldıranda tələb əyrisini TFK, əmtəənin qiymətini aşağı saldıqda isə tələb əyrisini KTB olaraq diqqətə alması lazımdır. Oliqapol bazarda satılan əmtəənin həm qiymətini yuxarı qaldırılması, həm də qiymətinin aşağı düşürülmə-sini nəzərə aldıqda firmanın tələb əyrisi TFKTB əyrisi kimi olacaqdır. Bu TFKTB tələb əyrisi dirsəyə bənzədiyinə görə Sweezy tələb mo-delinə, eyni zamanda dirsəkli tələb modeli deyilir. Bu tələb əyrisinin marjinal gəlir əyrisi TF və TB tələb əyrilərinə görə çəkildiyinə görə dirsəkli MG əyrisi şəklindədir. Marjinal xərclər (MX) əyrisi a və b aralığından keçdiyi hallarda firmanın satış qiyməti Q olacaqdır. Fir-manın marjinal xərcləri istər MX1 istərsə də MX2 şəklində olsun, satış miqdarı M və əmtəənin satış qiyməti Q olacaqdır. Oliqapol bazarda fərqli xərclərə rəğmən qiymətlərin dəyişməməsi qiymət sərtliyini açıqlamaqdadır.

Page 34: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

İnhBu bazbazarlabazarlada oldutehsal eəmtəələsiyyətləgücü əlqabət bəyrilərimənfəə

Şəkişləyəndarı, O

övzu 15. İnhisa

hisar rəqabət bazzar həm rəqabət barının bəzi xüsuara inhisar rəqabuğu kimi, bu bazedən çox sayda ərdə tam rəqabəərini fərqləndirəldə etməkdədirləbazarına nisbətəinə görə isə elasət analizi aşağıda

kil 9-da göstəriln bir firmadır. YG-ortalama gəlir

34

r rəqabətli baza

zarları əksik rəqbazarının bəzi xusiyyətlərini öz

bət bazarları deyzarda da eyni ehfirma var. Ammt bazarından fərə bildikləri üçünər. Bu bazarda fən inelastik, amstikdir. Bu bazarakı şəkildə (şəkil

lən firma inhisarYuxarıdakı şəkild

r, OX-ortalama

arlarda tarazlıq

qabət bazar növlxüsusiyyətlərini, zündə əks etdiryilmişdir. Tam rəhtiyacı qarşılaya

ma bu firmalar isrqli olaraq əmtəən bununla bazafirmaların tələb ə

mma inhisar bazrda fəaliyyət gösl 9.) verilmişdir:

r rəqabətli bazardə Q-qiyməti, Mxərcləri, MX-ma

q

ərindən biridir. həm də inhisar rdiyi üçün bu əqabət bazarın-an əmtəələri is-stehsal etdikləri ənin bəzi xüsu-arda bir inhisar əyriləri tam rə-

zarındakı firma stərən firmanın :

rında mənfəətlə M-İstehsal miq-arjinal xərcləri,

Page 35: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

35

MG-marjinal gəliri ifadə edirlər. TG-toplam gəlirləri göstərir. Bu firmanın toplam gəlirləri hesablamaq üçün firmanın bazarda satdığı əmtəənin miqdarını əmtəənin satış qiymətinə vurmaq lazımdır:

TG = Q x M = OQ1 x OM = 0Q1AM

Növbəti mərhələdə firmanın xərclərini hesablamamız lazımdır. Firmanın xərclərini hesablamaq üçün onun istehsal etdiyi əmtəənin miqdarını əmtəənin ortalama xərclərinə vurmaq lazımdır. Bu firma-nın istehsal miqdarı OM, ortalama xərcləri isə MB qədərdir. Burada TX-toplam xərcləri ifadə edir:

TX = OX x M = MB x OM = 0Q2BM

Firmanın toplam gəlirlərindən toplam xərclərini çıxsaq, firmanın mənfəət vəziyyətini hesablaya bilərik. Burada TM-toplam mənfəəti ifadə edir. Əmtəənin bazarda satış qiyməti Q1 olduqda və firmanın xərcləri də yuxarıdakı şəkildədirsə, firmanın mənfəət vəziyyəti aşağıdakı kimi olacaqdır:

TM = TG - TX = 0Q1AM - 0Q2BM = Q2Q1AB

Bu firma inhisar rəqabətli bazarında Q2Q1AB həndəsi sahəsinin dəyəri qədər mənfəətlə işləməkdədir. İnhisar rəqabətli bazarında firma fəaliyyəti zamanı firmanın ortalama gəliri (OG) firmanın orta-lama xərclərindən (OX) böyük olduğu müddətcə firma mənfəətlə işləməyə davam edəcəkdir.

İnhisarçı rəqabət bazarında firmanın normal (sıfır) mənfəət və ya ən az zərər vəziyyətini də digər bazar növlərində apardığımız analiz-lərə bənzər şəkildə analiz etmə imkanlarımız vardır. İnhisarçı firma-nın toplam gəliri toplam xərclərinə bərabər olduqda bu firma normal mənfəətlə işləyəcəkdir. Başqa bir ifadəylə bu firmanın ortalama xərcləri ortalama gəlirlərinə bərabər olarsa, firma inhisar rəqabətli bazarda normal mənfəətlə işləyəcəkdir. Əgər inhisarçı firmanın top-lam xərcləri toplam gəlirlərindən çox olarsa, o zaman firma ən az zə-rərlə işləyəcəkdir. Firmanın ortalama xərcləri ortalama gəlirlərindən böyük olarsa, firma ən az zərərlə işləyəcəkdir.

Page 36: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

36

İnhisar rəqabətli bazarda uzunmüddətli bazar tarazlığı qurulduq-da bu bazarı tam rəqabət bazarı və əksik rəqabət bazarlarının digər növləriylə müqayisə edə bilərik. İnhisar rəqabətli bazarında əmtəə-lərin maya dəyəri tam rəqabət bazarına görə daha yüksək, amma in-hisar bazarına görə isə daha az olur. Bu bazarda əmtəələrin satış qiyməti tam rəqabət bazarına görə daha bahalı, amma inhisar baza-rına görə daha ucuz olur. İnhisar rəqabətli bazarında istehsal olunan əmtəələrin miqdarı tam rəqabət bazarına nisbətən daha az, amma inhisar bazarına nisbətən daha çox olur.

Page 37: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

37

MİKROİQTİSADİYYATIN TƏDRİSİ ÜÇÜN METODİK GÖSTƏRİŞ

Mikroiqtisadiyyat dərsi iqtisadi hadisələri analiz etmək üçün təməl iqtisadi ifadələr, tələb və təklifin formalaşmasında əsas amillər, bazar növləri və bazarda qiymətin formalaşması, fərqli növ bazarlar-da firmaların istehsal vəziyyəti və mənfəət dərəcələrinin necə forma-laşması ilə bağlı iqtisadi mexanizmlərin həyata keçirilməsi qaydala-rını öyrətməklə yanası, bununla bağlı vərdişlərin mənimsədilməsi məqsədini də güdür.

Azərbaycan inzibati amirlik iqtisadi rejimindən, bazar iqtisadiy-yatı rejiminə keçən bir ölkə olduğu üçün burada iqtisadi fəaliyyət-lərin tam anlaşılmasının zəruriliyi baxımından mikroiqtisadiyyat təd-risinin üzərinə böyük vəzifə düşür ki, bu da tədrisin məsuliyyətini daha da artırır.

İqtisadiyyat fənləri tədris olunarkən mikroiqtisadiyyat və mak-roiqtisadiyyat fənləri əsas mövzuları əhatə edir. Mikroiqtisadiyyat iqtisadiyyatda fərqli amilləri diqqətə alaraq istehlakçıların və isteh-salçıların davranışlarıyla əlaqəlidir. Bununla yanaşı, iqtisadi münasi-bətlərin necə olduğunu, maksimum faydanın və maksimum mənfəə-tin (minimum zərərin) necə formalaşdığını öyrədir. Bu baxımdan real həyatda qarşılanılan və qurulan iqtisadi münasibətlərin çox böyük bir hissəsi, əksəriyyəti mikroiqtisadiyyat mövzusu ilə bu və ya digər səkildə əlaqəlidir. Bu da mikroiqtisadiyyat tədrisinin metodologiya-sını əhəmiyyətini artırır.

Mikroiqtisadiyyat dərsinin keçirilmə metodu mühazirə, seminar məşğələ və interaktiv metodlarda istifadə mərhələləri ilə müəyyən-ləsdirilir. Tədris prosesinin mühüm mərhələsi olan mühazirə zamanı əvvəlcədən tələbələrə tədrisin əsas dərs vəsaitləri və tövsiyə edilən ədəbiyyatlar barədə məlumat verilməklə yanaşı, eyni zamanda tətbiq imkanı olan nümunələr barədə də məlumat verilir. Mühazirələr za-manı konkret mövzunun bütün suallarını əhatə edəcək səkildə mü-hazirə edilməli və tək tərəfli deyil, tələbələrin iştirakını təmin etmək üçün də müxtəlif üsullardan istifadə edilməlidir.

Page 38: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

38

Seminar-məşğələ mərhələsi tələblərin daha çox aktiv rol oyna-malı olduqları və müəllimə dərsin necə mənimsənildiyi haqqında məlumat almaq imkanı verən mərhələdir. Hər mövzuya uyğun tərtib edilən seminar planı əsasında mövzunun suallarını əhatə edən ayrı-ayrı mövzuları fərqli tələbələrə və ya tələbə qruplarına tapşıraq, dərs zamanı mövzunun tamamının müzakirə edilməsini təmin etmək olar. Seminar məşğələlər zamanı bu mövzuların qarşılıqlı müzakirəsi və praktik çalışmaların həll edilməsi ilə mövzunun daha dərindən mə-nimsənilməsinə nail olmaq mümkündür. Seminar mövzularını hazır-layarkən tələbələr, mühazirələr zamanı aldıqları qeydlərdən, oxuduq-ları ədəbiyyatdan tutduqları konspekt və qeydlərdən istifadə etməklə yanası, fərdi olaraq araşdırma apararaq müxtəlif internet materialları, real praktikum hadisələri ilə öz mövzularını zənginləşdirə bilər, digər yoldaşlarına da faydalı olmuş olarlar.

Tədris müddətində interaktiv metodlardan istifadə etmək hər iki, həm mühazirə, həm də seminar-məşğələ mərhələlərində zəruri və faydalıdır. Mühazirələr zamanı müxtəlif elektron texnologiyalardan, qrafiklərdən istifadə etməklə proses daha da zənginləşdirilə bilər. Seminar-məşğələ zamanı öz sərbəst mövzularını təqdim edərkən tə-ləblərin bu vasitələrdən istifadə etməsi onların öyrənməsinin və dərsin effektivliyini artırar.

Mikroiqtisadiyyat fənni tədris ilinin birinci semestrində İqtisa-diyyata giriş fənni tədris olunan fakültələrdə 30 saat mühazirə, 15 saat seminar məşğələ şəklində, İqtisadiyyata giriş fənni tədris olun-mayan fakültələrdə isə 45 saat mühazirə və 15 saat seminar-məşğələ şəklində tədris olunması tövsiyə olunur.

Biliyin qiymətləndirilməsi beynəlxalq sistemə uyğun olaraq, Təhsil nazirliyi tərəfindən təsdiq edilmiş, hər bir universitetin öz daxili təlimatnaməsinə uyğun olaraq aparıla bilər. Qiymətləndirmə nəticəsində tədrisin yuxarıda sayılan məqsədlərinə çatıb-çatmadığını müəyyənləsdirmək imkanı olacaqdır.

Page 39: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

39

SEMİNAR PLANI

Mövzu 1. Təməl iqtisadi anlayışlar (1 saat)

1. Təməl İqtisadi anlayışlarla bağlı görüşlər 2. İstehsal amillərinin iqtisadiyyatda rolu və bunların bir-birindən

fərqi 3. İstehsalat İmkanları əyrisinin mahiyyəti 4. Iqtisadiyyatda qıtlıq probleminə fərqli yanaşma metodları

Mövzu 2. Təməl iqtisadi problemlər və mülkiyyət (1 saat) 1. Təməl iqtisadi problemlərin müəyyənləşdirilməsi 2. Təməl iqtisadi problemlər və mülkiyyət formaları 3. Dövlət və özəl mülkiyyət formalarının fərqi 4. İstehsal amillərinin səmərəli istifadəsi və iqtisadi inkişaf

Mövzu 3. İqtisadi sistemlər və bazar mexanizmi (1 saat) 1. Bazar iqtisadiyyatında qiymət mexanizminin rolu 2. İnzibati amirlik və bazar iqtisadiyyatı sistemlərini iqtisadi

inkişafda rolu 3. Keçid iqtisadi sistemlərinin analizi 4. Adam Simithin görünməz əl nəzəriyyəsi

Mövzu 4. Tələb funksiyası və onun elementləri. Tələb qanunu (1 saat)

1. Tələbin formalaşması analizi 2. Tələb funksiyasında tələbə təsir edən amillərin dəyişməsinin tələb

edilən miqdara təsirlərinin analizi 3. Tələbin dəyişməsi ilə tələb edilən miqdarının dəyişməsində tələb

elementlərinin rolu 4. Cetirus Paribus və tələb analizi

Page 40: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

40

Mövzu 5. Təklif funksiyası və onun elementləri. Təklif qanunu (1 saat)

1. Təklifin formalaşması analizi 2. Təklif funksiyasında təklifə təsir edən amillərin dəyişməsinin

təklif edilən miqdara təsirlərinin analizi 3. Təklifin dəyişməsi ilə təklif edilən miqdarın dəyişməsində təklif

elementlərinin rolu 4. Cetirus Paribus və təklif analizi

Mövzu 6. Bazar tarazlığı və qiymətin formalaşması (1 saat)

1. Bazar tarazlığının və qiymətin formalaşmasının analizi 2. Tələb artıqlığının analizi 3. Təklif artıqlığının analizi 4. Tələbdəki və təklifdəki dəyişmələrin bazara təsirinin analizi

Mövzu 7. Tələb və təklif elastikliyi (1 saat)

1. Tələb elastikliyi və firmanın gəliri arasında əlaqənin analizi 2. Təklif elastikliyi və firmanın istehsalat imkanları arasında

əlaqənin analizi 3. Tələb elastikliyi əmsalları və bunların iqtisadi nəticələri 4. Təklif elastikliyi əmsalları və bunların iqtisadi nəticələri

Mövzu 8. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi, Verginin qiymətlərə təsiri (1 saat)

1. Maksimum qiymət siyasətinin tətbiqinin bazarda ortaya çıxaracağı nəticələrin analizi

2. Minimum qiymət siyasətinin tətbiqinin bazarda ortaya çıxaracağı nəticələrin analizi

3. Vergi artımlarının bazar qiymətlərinə və bazarda satılan əmtəələrin miqdarına təsirinin analizi

4. Kənd təsərrüfatı məhsullarının qiymət qeyri-stabiliyi və gəlir qeyri-stabilliyinin analizi

Page 41: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

41

Mövzu 9. Dəyər, faydalılıq və son hədd faydalılıq nəzəriyyəsi (1 saat)

1. Marjinal nəzəriyyəyə görə istehlakçının fayda maksimumlaşdırılması analizi

2. Azalan marjinal fayda nəzəriyyəsinin analizi 3. Təfavütsüzlük və büdcə xətti analizinə görə istehlakçının

faydasının maksimumlaşdırılması

Mövzu 10. İstehsal funksiyası, qısa və uzun müddətli xərclər. Gəlir anlayışı (1 saat)

1. İstehsalat prosesinin maksimum mənfəət və minimum zərər analizi 2. Qısa və uzunmüddətli xərclərin sinifləndirilməsi və bunun

istehsala təsirləri 3. Azalan verim (məhsuldarlıq) qanunu və qısa müddətdə istehsalın

analizi 4. İstehsal funksiyası və istehsalın verimliliyi analizi

Mövzu 11. Bazar quruluşunun tipləri, rəqabət və inhisar (1 saat)

1. Tam rəqabət və əksik rəqabət bazarının xüsusiyyətlərinin analizi 2. Əksik rəqabət bazarı çeşidlərinin analizi

Mövzu 12. Tam rəqabət bazarlarında qısa və uzunmüddətli tarazlıq (1 saat)

1. Qısamüddətli rəqabət bazarındakı firmanın mənfəət və zərər vəziyyətlərinin analizi

2. Uzunmüddətli rəqabət bazarında firmanın mənfəət və ya zərər vəziyyətinin analizi

3. Firmanın marjinal xərclər əyrisilə firmanın təklif əyrisi arasındakı əlaqənin incələnməsi

Page 42: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

42

Mövzu 13. Xalis inhisar bazarlarında qısa və uzun müddətli tarazlıq (1 saat)

1. Qısamüddətli inhisar bazarındakı firmanın mənfəət və zərər vəziyyətlərinin analizi

2. Uzunmüddətli inhisar bazarındakı firmanın mənfəət və zərər vəziyyətlərinin analizi

3. İnhisar bazarının ortaya çıxma səbəblərinin analizi 4. İnhisar bazarıyla tam rəqabət bazarının müqayisəli analizi

Mövzu 14. Oliqapoliya bazarlarında tarazlıq (1 saat) 1. Dirsəkli (Sweezy) tələb modelinin analizi 2. Oliqapol bazarda bazar payının artırılması yollarının analizi 3. Oliqapol bazarın digər bazar növləriylə müqayisəsi

Mövzu 15. İnhisar rəqabətli bazarlarda tarazlıq (1 saat) 1. Qısamüddətli inhisar rəqabətli bazarında firmanın mənfəət və zərər

vəziyyətlərinin analizi 2. Uzunmüddətli inhisar rəqabətli bazarında firmanın mənfəət və zərər

vəziyyətlərinin analizi 3. İnhisar rəqabətli bazarın digər bazarlarla müqayisəli analizi

Page 43: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

43

MİKROİQTİSADİYYAT BİLİYİNİN YOXLANMASI ÜÇÜN SUALLAR

Mövzu 1. Təməl iqtisadi anlayışlar

1. İstehlak prosesi və İstehlakçı ifadəsini açıqlayın. 2. İstehsal prosesi və İstehsalçı ifadəsini açıqlayın. 3. İstehsal amilləri hansılardır və bunlar arasında fərqlilik nədir? 4. İstehsalat imkanlar əyrisinin mahiyyəti nədir?

Mövzu 2. Təməl iqtisadi problemlər və mülkiyyət 1. Təməl iqtisadi problemləri açıqlayın.. 2. Dövlət və özəl mülkiyyət formalarının fərqini açıqlayın. 3. İstehsal amillərinin tam səmərəli istifadəsini açıqlayın. 4. İqtisadi böyümə və iqtisadi inkişaf arasında fərq nədir?

Mövzu 3. İqtisadi sistemlər və bazar mexanizmi 1. İqtisadi sistemləri açıqlayın. 2. İnzibati amirlik və bazar iqtisadiyyatı sistemlərini fərqliliyi

nədir? 3. Qiymət mexanizminin iqtisadi sistemlərdə rolu nədir? 4. Qiymətin məhsulun maya dəyərindən az, çox və ona bərabər

olmasını açıqlayın.

Mövzu 4. Tələb funksiyası və onun elementləri. Tələb qanunu 1. Fərdi tələb əyrisini qrafik çəkərək açıqlayın. 2. Fərdi tələb əyrisindən yola çıxaraq bazar tələb əyrisinin necə

formalaşdığını qrafik köməyilə açıqlayın. 3. Tələbin dəyişməsiylə tələb edilən miqdarın dəyişməsi arasın-

dakı fərqliliyi açıqlayın. 4. Tələb əyrisinə təsir göstərən amillərdən gəlirin artması və

azalmasının tələb əyrisinə təsirini qrafik çəkərək açıqlayın.

Page 44: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

44

Mövzu 5. Təklif funksiyası və onun elementləri. Təklif qanunu 1. Firma təklif əyrisini qrafik çəkərək açıqlayın. 2. Firma təklif əyrisindən yola çıxaraq bazar təklif əyrisinin necə

formalaşdığını qrafik köməyilə açıqlayın. 3. Təklifin dəyişməsiylə təklif edilən miqdarın dəyişməsi arasın-

dakı fərqliliyi açıqlayın. 4. Təklif əyrisinə təsir göstərən amillərdən xərclərin artması və

azalmasının təklif əyrisinə təsirini qrafik çəkərək açıqlayın.

Mövzu 6. Bazar tarazlığı və qiymətin formalaşması 1. Tələb artıqlığından hərəkət edərək bazar tarazlığının formalaş-

masını açıqlayın. 2. Təklif artıqlığından hərəkət edərək bazar tarazlığının formalaş-

masını açıqlayın. 3. Tələbdə hər-hansı bir dəyişmə olmadıqda sadəcə təklifə təsir

edən amillərdən xərclərin dəyişməsi bazar qiymətinə necə təsir edəcək qrafik köməyilə açıqlayın.

4. Təklifdə hər-hansı bir dəyişmə olmadıqda sadəcə tələbə təsir edən amillərdən gəlirlərin dəyişməsi bazar qiymətinə necə təsir edəcək qrafik köməyilə açıqlayın.

Mövzu 7. Tələb və təklif elastikliyi 1. Tələb elastikliyini açıqlayın. 2. Təklif elastikliyini açıqlayın. 3. Tələbin qiymət elastiklik əmsalı 1-dən böyük olduqda qiymət-

lərin yüksəlməsi və azalması firma gəlirlərinə necə təsir edə-cəkdir. Nümunələr verərək açıqlayın.

4. Tələbin qiymət elastiklik əmsalı 1-dən kiçik olduqda qiymət-lərin yüksəlməsi və azalması firma gəlirlərinə necə təsir edə-cəkdir. Nümunələr verərək açıqlayın.

Page 45: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

45

Mövzu 8. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi, Verginin qiymətlərə təsiri

1. Maksimum qiymət siyasətini qrafik köməyilə açıqlayın. 2. Minimum qiymət siyasətini qrafik köməyilə açıqlayın. 3. Tələb əyrisi qeyri elastik (0<et<1) olduğu zaman vergi artım-

larının əmtəənin qiymətinə və alınıb- satılan miqdarına təsirini açıqlayın.

4. Tələb əyrisi elastik (1<et<sonsuz) olduğu zaman vergi artım-larının əmtəənin qiymətinə və alınıb- satılan miqdarına təsirini açıqlayın.

Mövzu 9. Dəyər, faydalılıq və son hədd faydalılıq nəzəriyyəsi 1. Azalan marjinal fayda qanununu açıqlayın. 2. Marjinal faydanın sıfır olmasıyla toplam fayda arasındakı

əlaqəni açıqlayın. 3. Marjinal faydanın davamlı azalmasının mahiyyətini izah edin. 4. Büdcə xətti və təfavütsüzlük əyrilərindən istifadə edərək isteh-

lakçının faydasının maksimumlaşdırılmasını açıqlayın.

Mövzu 10. İstehsal funksiyası, qısa və uzun müddətli xərclər. Gəlir anlayışı

1. İstehsal funksiyasını və istehsalın verimliliyini açıqlayın. 2. Ortalama sabit xərclər, ortalama dəyişkən xərclər və marjinal

xərclərin qrafikini çəkərək açıqlayın. 3. Toplam gəlir, ortalama gəlir və marjinal gəlirin hesablanma

qaydasını və marjinal gəlirlə ortalama gəlirin fərqli olduğu dönəmləri açıqlayın.

4. Qısamüddətli dövürdə azalan verim (məhsuldarlıq) qanununu açıqlayın.

Page 46: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

46

Mövzu 11. Bazar quruluşunun tipləri, rəqabət və inhisar 1. Tam rəqabət bazarının xüsusiyyətlərini açıqlayın. 2. Firma tələb əyrisinin tam və əksik rəqabət bazarlarındakı fərq-

liliyinin səbəblərini açıqlayın. 3. Əksik rəqabət bazarının bir-birindən fərqləndirən xüsusiyyətlə-

rini açıqlayın.

Mövzu 12. Tam rəqabət bazarlarında qısa və uzunmüddətli tarazlıq

1. Qısamüddətli tam rəqabət bazarında mənfəətlə fəaliyyət göstə-rən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

2. Qısamüddətli tam rəqabət bazarında normal (sıfır) mənfəətlə fəaliyyət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıq-layın.

3. Qısamüddətli tam rəqabət bazarında ən az zərərlə fəaliyyət gös-tərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

4. Uzunmüddətli tam rəqabət bazarında mənfəətlə fəaliyyət göstə-rən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

5. Uzunmüddətli tam rəqabət bazarında bazar tarazlıq vəziyyətini qrafik vasitəsilə açıqlayın.

6. Qısamüddətli tam rəqabət bazarında firmanın başabaş və firma-nın iflas vəziyyətini qrafik vasitəsilə açıqlayın.

7. Qısamüddətli tam rəqabət bazarında firmanın marjinal xərclər əyrisindən hərəkət edərək firmanın təklif əyrisinin necə əldə ediləcəyini qrafik vasitəsilə açıqlayın.

Mövzu 13. Xalis inhisar bazarlarında qısa və uzun müddətli tarazlıq

1. Qısamüddətli inhisar bazarında mənfəətlə fəaliyyət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

2. Qısamüddətli inhisar bazarında normal (sıfır) mənfəətlə fəaliy-yət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

Page 47: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

47

3. Qısamüddətli inhisar bazarında ən az zərərlə fəaliyyət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

4. Uzunmüddətli inhisar bazarında mənfəətlə fəaliyyət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

5. İnhisar bazarının ortaya çıxma səbəblərini açıqlayın. 6. Uzunmüddətli tarazlıqda tam rəqabət bazarıyla inhisar bazarını

əmtəələrin istehsal miqdarı, istehsal olunan əmtəələrin xərcləri və istehlakçıların əmtəələri ala biləcəkləri qiymətləri baxımın-dan şərh edin.

Mövzu 14. Oliqapoliya bazarlarında tarazlıq 1. Dirsəkli (Sweezy) tələb modelini açıqlayın. 2. Oliqapol bazarda qiymət sərtliyinin səbəblərini açıqlayın. 3. Oliqapol bazarda reklam xərclərinin mahiyyətini açıqlayın. 4. Oliqapol bazarları digər bazar növlərindən fərqləndirən xüsu-

siyyətləri açıqlayın.

Mövzu 15. İnhisar rəqabətli bazarlarda tarazlıq 1. Qısamüddətli inhisar rəqabət bazarında mənfəətlə fəaliyyət

göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın. 2. Qısamüddətli inhisar rəqabətli bazarda normal (sıfır) mənfəətlə

fəaliyyət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıq-layın.

3. Qısamüddətli inhisar rəqabətli bazarda ən az zərərlə fəaliyyət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

4. Uzunmüddətli inhisar rəqabətli bazarında mənfəətlə fəaliyyət göstərən firmanın vəziyyətini qrafik vasitəsilə açıqlayın.

5. İnhisar rəqabətli bazarla digər bazarlar arasındakı fərqi əmtəə-lərin istehsal miqdarı, istehsal olunan əmtəələrin xərcləri və istehlakçıların əmtəələri ala biləcəkləri qiymətləri baxımından şərh edin.

Page 48: Mikro Iqtisadiyyat Mais Ezizov - WordPress.com...hizələr və proqnozlar irəli sürə bilmə vərdişləri aşılamaqdır. Bununla yanaşı, tələbələrə tələb və tələb funksiyası,

48

MƏSLƏHƏT GÖRÜLƏN ƏDƏBİYYAT

1. Türkay O., Mikroiktisat Teorisi , İmaj yayınevi, Ankara, 2010

2. N. Qreqori Mənkkyu, çev: İbadov E., İsayev R., Qurbanov A., Ekonomiksin Əsasları, R.R. Donnelley Willard, 2007

3. M.C. Atakişiyev, H.M. Abbasov, N.H. Abbasova, Mikro və Makro İqtisadiyyat , Bakı, 2010

4. Manafov Qabil N., İqtisadi Nəzəriyyə və Mikroiqtisadiyyat, Bakı,2008

5. Karl E. C., Ray C. F., Principles of Microeconomics, by Prentice - Hall, Inc., New Jersey, 2002

6. Türkay O., İktisat Teorisine Giriş , İmaj yayınevi, Ankara, 2010

7. Dinlər Z., Mikro Ekonomi, Ekin Kitabevi , Bursa , 2000

8. Orhan Z.O., Erdoğan S., İktisada Giriş, Avcı yayın, 2006

9. Özgüven A., İktisat Bilimene Giriş, Filiz Kitabevi, İstanbul,1991

10. Jonn Sloman, çev: Çakmak A., Mikro İktisat , Bilim teknik Yayınevi, Eskişehir, 2003

11. Harrison B., İntroductory Economics Course Companion, Macmillan press, Hong Kong, 1993