834
BƏXTİYAR TUNCAY NADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) 1

NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

  • Upload
    others

  • View
    4

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

BƏXTİYAR TUNCAY

NADİR ŞAH(Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında)

Bakı 2011

1

Page 2: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

l seriya BÖYÜK YOLUN BAŞLANĞICIUcu-bucağı görünməyən alma bağları. Kamernın obyektivi bağı geniş pano-

ramda seyr edir. Ekranda bir-birinin ardınca nərdivanların üzərində durub alma dərən və aşağıda durmuş yoldaşının başı üstündə tutduğu səbətlərə atan gənc oğlan və qızlar, dolmuş səbətləri yaxındakı at arabalarına tərəf aparıb kisələrə boşaldan və kisələri arabalara yükləyən yeniyetmələr, eləcə də arabalarının tam yüklən-məsini gözləyən arabaçılar görüntülənir.

Hər kəs XVlll əsrdə Azərbaycanda dəbdə olmuş paltarlardadır. ***Geniş planda ard-arda düzülüb öz növbəsini gözləyən arabalar və arabaçılar

görünür. İçi alma dolu kisələrlə yüklənmiş birinci arabanın yanında duran və çubuq çəkən Hacı Məhəmmədəli (təqribən 36-37 yaşlarında) yeniyetmələrin gətirdikləri içi alma ilə dolu səbətləri onların boşaltması üçün sonuncu kisənin ağzını gen tutan 17-18 yaşlı oğlu Toğrulu süzür.

***Ekranda Hacı Məhəmmədəli və Toğrul iri planda canlanır. Ata çubuğunu

tüstülətməkdə davam edir, oğlu isə dolmuş sonuncu kisənin ağzını bağlamaqdadır. O, kisəni arabadakı digər kisələrin üstünə atır. Araba tam dolur və bu an ekrana yaşlı bir kişi daxil olaraq ağır-ağır, bir söz demədən Hacı Məhəmmədəliyə yaxınlaşır. Hacı Məhəhəmmədəli də eynən onun kimi bir söz demir və sağ əlini yaxasına salıb pul kisəsini çıxarıır, ağzını açır, oradan çıxardığı kağız pullardan birini ayırıb yaşlı kişiyə verir. Yaşlı kişi "Allah səndən razı olsun" -deyib dönür və ekranı tərk edir. Pullarını kisəyə qoyaraq yaxasına soxan Hacı Məhəmmədəli onun ardınca deyir:

-Allah səndən də razı olsun, ruzi-bərəkətini üstündən əskik etməsin!Ata "Ya Allah!"- deyir, hər ikisi arabaya qalxırlar. Atın yüyənini əlinə alan

Toğrul yüyəni tərpədərək ata hərəkət etməsi üçün "Biyə!"-deyə işarə verir. Araba hərəkətə gəlir və ekranı tərk edir. Onun yerini boş olan başqa araba tutur.

*** Seyrək meşəlik bir sahədə uznanıb gedən araba yolunun quş uçuşundan

ümumi planda görüntüsü. Yol ilə kisələrlə yüklü at arabası irəliləyir. ***İrəliləməkdə olan at arabasının öndən görünüşü. Hacı Məhəmmədəli və

Toğrul arabada yanaşı oturmuşlar. Yüyən yeniyetmənin əlindədir. Ata qəlyanını çəkib qurtarmışdır. O danışır, oğlu isə dinləyir:

-Nadirlə uşağlımız bir yerdə keçib. Hər gün bir yerdə olardıq. Dost-tanış bizi zarafatla "qoşa bülbüllər" adlandırardılar. Aramızdan su da keçməzdi. Mədrəsəyə də bir yredə gedər, yanaşı oturardıq...

*** Ekranda mədrəsəyə gedən balaca Nadirlə balaca Məhəmmədəli (hər ikisi 7-8

yaşlarında) görünür. Onlar kəndin çay daşlarından düzülmüş dar küçəsi ilə irəliləyirlər. Çiyinlərindən içində dəftər-kitab olan xurcunları asılıb. Döngəyə

2

Page 3: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

çatanda digər küçədən gələn və çiyinlərində xurcun olan mədrəsə yoldaşları ilə üzləşirlər, əl verib görüşürlər və yollarına birlikdə davam edirlər.

Bütün bu səhnəni kadr arxasından Hacı Məhəmmədəlinin səsi müşayiət edir. O, sözünə davam edərək deyir:

-...Çox zehinli və çalışqan uşaq idi. Aramızda ən fərasitlisi o idi. Xocalarımız onu tərifləməkdən doymurdular...

***Mədrəsənin içi. Uşaqlar iki sıra halında bardaş qurub oturmuşlar. Xurcunları

yanlarındadır. Dizləri üstə qoyduqları kitabları oxuyurlar. Nadirlə Məhəmmədəli yanaşıdırlar. Kadr arxasından Hacı Məhəmmədəlinin səsi sözünə davam edir:

-...Oxuduğu hər şey yadında qalardı. Ən uzun şerləri bir dəfə oxumaqla zehninə həkk edər, dərhal əzbərdən söyləyər və bir də heç vaxt unutmazdı. Güclü məntiqə sahib idi. Xocaların verdiyi bütün suallara cavab verər, bir dəfə olsun, ya-nılmazdı.

***Kadrda qoca yaşlı, saç-saqqalı hənalı cəbr xocası görünür. O da bardaş qurub

oturub. O deyir: -Biz artıq tam rəqəmləri və ədədləri, onları toplayıb-çıxmağı, vurub-bölməyi

öyrəndik. Allaha şükürlər olsun ki, hamınız bütün bu əməliyyatları öyrənib başa çıxmısınız...

***Ekranda xocanı diqqətlə izləyən uşaqlar görünür. Xoca sözünə kadr

arxasından davam edir:-...Bugündən etibarən isə sizə tam olmayan ədədləri və kəsirləri öyrədəcə-

yəm... ***Ekranda yenidən xoca görünür. O, sözünə davam edir:-...Amma yeni mövzumuza keçməmişdən öncə sizə bir sualım var. Öncə

yaxşı-yaxşı düşünün sonra cavab verməyə çalışın. Cavabı tapa bilməsiniz də ürəyinizi sıxmayın, çünki verəcəyim sualın indiyə qədər sizə öyrətdiklərim ilə heç bir əlaqəsi yoxdur...

***Ekranda yenidən şagirdlər görünür. Onlar xocanı əvvəlkindən daha diqqətlə

və ciddiyyətlə dinləyirlər. Xocanın səsi yenə də kadr arxasından eşidilir:-...Sual yeni mövzumuzla bağlıdır və bir növ yeni mövzuya hazırlıq

mahiyyətindədir... ***Ekranda yenidən xoca görünür:-...Təsəvvür edin ki, sizin qarşınızda yeddi dənə şəkərbura var. Siz bu

şəkərbu-raları dostunuzla necə bölməlisiniz ki, hər birinizə eyni miqdarda şəkərbura düşsün?

***Kameranın obyektivi növbə ilə uşaqların üzlərini gəzir. Obyektiv kimə

tuşlanırsa, dərhal gözünü yerə dikir. Yalnız balaca Nadir gülümsəyir. Kadr arxasından xocanın səsi eşidilir:

3

Page 4: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Deyəsən, çətin oldu hə? Nadir bala, sənin baxışlarından hiss edirəm ki, sualın cavabını, deyəsən, bilirsən, amma sən hələlik sus. Qoy Məhəmmədəli fikrini söyləsin.

Obyektiv Məhəmmədəliyə tuşlanır. O deyir:-Xocam, yeddi dənə şəkərburanı iki dost arasında bərabər bölmək mümkün

deyil, bir dənəsi artıq qalır. Ona görə də onu özüm yeyərəm.Bu sözlər uşaqların gülüşməsinə səbəb olur. Ekranda onları xoca əvəz edir. O

da hər kəs kimi gülür və özünə gəldikdən sonra deyir:-Məhəmmədəli, bala, mən həmişə demişəm və bu gün bir daha təkrar edirəm,

sən böyüyəndə ya tacir olacaqsan, ya da molla. ***Yenə də gülüşən uşaqlar görünür. Kadr arxasından xocanın səsi:-Abbas, oğlum, sən nə deyirsən? Kamera Abbasa tuşlanır. Abbas deyir:-Xocam, Məhəmmədəli doğru söyləyir. Bir dənəsi artıq qalır.Xoca (kadr arxasından):-Nadir, bala, sən söylə. ***Ekranda balaca Nadir görünür:-Mən üçünü dostuma verər, üçünü də özümə götürərəm. Yerdə qalan bir

şəkərburanı isə iki yerə bölüb yarısını özümə götürərəm, yarısını da...Xocanın kadr arxasından eşidilən səsi onun sözünü yarımçıq kəsir:-Afərin sənə. Həmişə demişəm və bir də təkrar edirəm... ***Ekranda ayağa qalxmaqda olan və sözünə davam edən xoca görünür:-...Sən çox böyük adam olacaqsan.O, Nadirə yaxınlaşır. Nadir dərhal ayağa qalxır. Hər kəs də xocaya hörmət

əlaməti olaraq eyni şeyi edir. Xoca balaca Nadirin alnından öpür. Nadir də xocasının əlini öpüb, alın basır.

***Qədim bazar. Adam əlindən tərpənməyə yer yoxdur. Ağız deyəni qulaq

eşitmir. Hər tərəfdə müxrəlif meyvə və tərəvəz satılır. Satıcılar əllərindəki kiçik səbətləri meyvə ilə doldurub əl tərəzisi ilə ölçüb, alıcıların zəmbillərinə boşaldırlar.

Bütün bunların fonunda yazılır: "FƏTHABAD. 1735-Cİ İL, SENTYABR." *** Bazarın ət satılan hissəsi. Eyni qalabalıq burada da mövcuddur. Qarmaqlardan

asılmış qoyun və mal cəmdəkləri. Kötük üstündə balta ilə ət doğrayan qəssablar. Alış-veriş şıdırğı gedir. Burada da ağız deyəni qulaq eşitmir.

***Bazarın kənardan görünüşü. Burada bazara mal gətirmiş çox sayda araba gözə

dəyir. Hamballar kisələri arabalardan boşaldıb daşıyırlar. Burada da səs-küy aləmi başına götürüb.

Kadra Toğrulun sürdüyü araba daxil olaraq dayanır. Hacı Məhəmmədəli oğlu-nun yanında oturub çubuq çəkir. Araba dayanan kimi həm ata, həm də oğul yerə

4

Page 5: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

enirlər. Hamballar arabanı həmin an dövriyyəyə alıb kisələri daşımağa başlayırlar. Toğrul hambalların yükləri daşıdığı istiqamətdə gedir və kadrdan çıxır. Araba bir necə saniyəyə tamam boşaldılır. Toğrulun qayıdaraq yenidən kadra daxil olması da elə o qədər çəkir. Onun əlində bir topa kağız pul var. O, pulları atasına verir. hər ikisi arabaya oturur. Hacı Məhəmmədəli çubuğunu tüstülədə-tüstülədə pulları say-mağa başlayır. Toğrul atın yüyənini tərpətməklə ona hərəkət etmək əmri verir. Araba hərəkətə gəlir.

***Toğrulun idarə etdiyi araba Fəthabadın dar küçələri ilə irəliləyir. Kadr

arxasından Hacı Məhəmmədəlinin səsi eşidilir:-Hə, oğlum, harada qalmışdım?Kadr arxasından Toğrulun səsi:-Mədrəsədə...Cəbr xocasının ayağa qalxıb Nadirin alnından öpməsi yerində. ***Nadirlə Məhəmmədəlinin oxuduqları mədrəsə. Şagirdlər, o cümlədən iki dost

artıq 12-13 yaşlarındadırlar. Ortada böyük bir masa qoyulub. Masanın üstündə böyük və köhnə bir xəritə var. Coğrafiya xocası və şagirdlər masanın ətrafında ayaq üstə durublar. Yeniyetmə Nadir barmağı ilə xəritənin müxtəlif yerlərinə işarə edərək nə isə danışır. Hamı diqqətlə ona qulaq asır. Xocanın üzündən şagirdindən duyduğu qürur hissi açıq-aydın oxunur. Kadr arxasından Hacı Məhəmmədəlinin səsi eşidilir:

...Dünyada elə bir dəniz, çay, dağ, ölkə, şəhər yox idi ki, Nadir onun yerini xəritədə gözübağlı göstərə bilməsin, onlar haqqında məlumata sahib olmasın. O, hətta xocamızın bizə haqqında danışmadağı şəhərlər barədə də bilirdi. Çox kitab oxuduğundan çox şey bilirdi...Yerdə olanlardan başqa göydəki bürclərin də adını və yerini bilirdi. Bir sözlə, nücum və hikmət elmlərindən də xəbərdar idi.

Kadrarxası mətn bitər-bitməz, coğrafiya xocası əli ilə Nadirin kürəklərini yüngülcə döyəcləyir və deyir:

-Afərin, oğlum! Mən səninlə fəxr edirəm. Sonra xoca üzünü Məhəmmədəliyə tutur:-Hə Məhəmmədəli bala, Azərbaycan səltənətinin qonşularının adını söyləyib,

onlar ilə sərhədlərimizi göstərə bilərsənmi?Məhəmmədəli bir addım irəli çıxıb barmağını xəritəyə yaxınlaşdırır və onun

üzərində hərəkət etdirə-etdirə deyir:-Bəli, xocam. Bu, səltənətimizin qərb sərhədləridir. Burada qonşumuz

Osmanlı dövlətidir. Cənub qərbdən bizi Dəclə çayı,Şimal qərbdən Araz çayı ayırır, Bura şərq-Böyük Moğollarla olan sərhəddimizdir. Şimaldan isə uruslarla qonşuyuq. Cənub sərhədlərimiz isə Hind ümmanıdır.

Xoca bir söz deməyib kədərli-kədərli gözlərini yerə dikir. şagirdlər diqqətlə ona baxırlar. Ortaya dərin bir sükut çökür. Xoca bir müddət sonra sanki özünə gəlir, dərindən bir ah çəkir və soruşur:

-Övladlarım, Məhəmmədəli harada səhv etdi?Hər kəs təəccüblə ona baxır. Gözlərdən Məhəmmədəlinin səhv etmədiyi

cavabı oxunur.Xoca üzünü Nadirə tutur:

5

Page 6: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Nadir, sən söylə.Nadir şəhadət barmağını xəritənin üzərində gəzdirərək, kədər və qəzəb qarışıq

bir tonla cavab verir:-Səltənətimizin bu hissəsi Osmanlıların, bu hissəsi isə artıq urusların əlindədir.

Buralarda isə əfqanlar və özbəklər at oynadırlar.Xoca diqqət və təəccüb hissi ilə şagirdinə baxır, onun başını sığallayır və

şagirdlər göz yaşlarını görməsinlər deyə cəld üzünü kameranın obyektivinə tərəf çevirir. Onun gözləri dolmuşdur.

*** Kənd məscidinin içi. Məscid ağzına qədər doludur. Kənd sakinləri axundun

arxasında səf tutub namaz qılırlar. ***Namaz sonrasında salamlaşma mərasimi. Böyük bir qrup bir cərgə şəklində

durmuşlar. Digər qrup isə onlarla bir-bir əl tutur. İkincilərin içində Nadirin coğrafiya xocası da vardır. O, əl tuta-tuta Nadirin atası İmamquluya yaxınlaşdıqda ona "məni eşikdə gözlə, səninlə işim var"- deyir və növbəti həmkəndlisi ilə əl tutur.

***Coğrafiya xocası və Nadirin atası kəndin yonulmuş çay daşlarından döşənmiş

kücələrindən biri ilə yanaşı gedirlər. Xoca deyir:-Allah səndən razı olsun, ay məşhədi İmamqulu. Çox gözəl övlad

böyütmüsən. Çox qanacaqalı, mərifətli oğlandır. Zehni də çox itidir, möhkəm yaddaşı var. Əminəm ki, o çox böyük adam olacaq. Amma bu kənd mühitində bir şeyə nail olmaq çətin məsələdir. Deyirəm, etiraz etməsəydin, bəyimizlə də, axundumuzla da danışardım, beytül-maldan bir miqdar pul ayırsınlar, Nadiri şəhərə, Fəthabada oxumağa göndərək. Burada qalıb hayıf olmasın.

Nadirin atası bir qədər fikrə gedir və deyir:-Allah səndən razı olsun, xocam. Bilirsən ki, ata-babalarım bəy nəsli olsa da,

mən kasıb adamam, bir sürü də külfətim var. Əfqanlar,-Allah onlara lənət etsin,- bəylik mirasımızı əlimizdən alıb, nəslimizi müflis etdikdən sonra Nadir mənim yeganə arxa-dayağımdır. Onsuz təsərrüfatla başa çıxa bilmərəm. Sənə onun qayğısına qaldığına görə çox təşəkkür edirəm. Allah bəyimizdən də, axundumuzdan da razı olsun. Onsuz da beytül-maldan kənd uşaqlarının oxuması üçün yetərincə pul ayırırlar. Kəndin dərdlərinə yetişirlər, yol, körpü salırlar. Kasıb-kusuba əl tuturlar. Mənə də beytül-maldan inək almaq üçün bir miqdar veriblər. İndi Allaha şükür, balalarım ac qalmır. Əyinlərinə paltar-pultar da ala bilirəm.

Doğrudur, kəndimiz Fəthabadın tam burnunun ucundadır, amma, vallah- billah, Nadir olmasa, mən Şamaxı batan kimi bataram.

Allah səndən razı olsun, amma mən oğlumu şəhərə buraxa bilmərəm. Çox-çox üzr istəyirəm.

Xoca:-Əstəğfrüllah. Üzr istəməyə ehtiyac yoxdur, mən hər şeyi başa düşürəm. ***

6

Page 7: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kəndin dar küçələrindən biri ilə qoyun sürüsü hərəkət edir. Küçə dar olduğundan qoyunlar az qalır bir-birinin başına çıxsınlar. Mələşmə sədları aləmi bürüyüb.

Kadr arxasından Hacı Məhəmmədəlinin səsi eşidilir:-Cümə günləri mədrəsə tətil olduğundan kəndin qoyunlarını güdmək növbəsi

Nadirlə mənim olardı... ***Sürünün ən arxa tərəfi. Sonuncu qoyunlar və onların arxasınca gedən

yeniyetmə Nadirlə yeniyetmə Məhəmmədəli görünürlər. Hər ikisinin əlində çomaq və çiyinlərində xurcun var.

Hacı Məhəmmədəli kadr arxasından sözünə davam edir:-...Əslində həmin gün bizim üçün, sanki, bayram olurdu. Çünki tək qalır və

özümüzü müstəqil hiss edirdik... ***Kəndin kənarı və dar küçənin qurtaracağı. Dar küçədən canlarını qurtarıb

genişliyə çıxan qoyunlar hər gün otlağa gedib - gəldikləri cığıra tərəf üz tuturlar. Öndə ağ təkə gedir. İki böyük çoban iti hürə-hürə cığırdan kənara çıxmağa meyilli qoyunları öz yollarına qaytarırlar.

Hacı Məhəmmədəli kadr arxasından aralıqsız davam edir:-Fikrin şəhər uşaqlarına getməsin. Sizin boş vaxtınız çox olur. Kənd uşaqları

isə səhərdən axşama kimi işləyər, ata-analarına kömək edirliər. Bir sözlə, həyatımız çox ağır keçirdi. Qoyun güdməyə gedəndə isə sanki istirahət etmiş olurduq...

***Ekranda yaşıl otlaqlı dağ yamacı, yamacda otlayan 200-dən atıq qoyun, onları

güdən iki çoban iti görünür. Kadr arxasından tütək səsi eşidilir. Kameranın obyektivi yavaş-yavaş qoyunlardan qaya üzərində oturub tütək çalan Məhəmmədəlinin üzərinə, daha sonra isə kənarda oturub kitab oxuyan Nadirə yönəlir.

Hacı Məhəmmədəlinin səsi kadr arxasında aralıqsız eşidilir:-...Nadir orada da vaxtını boş keçirmir, kitabdan bir dəqiqə də olsa, ayrılmırdı.

Bir gün gözlənilmədin canavarlar peyda oldular və həmin gün böyük bir möcüzə baş verdi...

***Qoyunlar ot otlayır, itlər ora-bura gəzişirlər. Kadr arxasında tütək səsi

eşidilməkdə davam edir. Birdən itlərin hər ikisi başlarını yuxarı qaldırıb diqqətlə üfüqü süzməyə başlayırlar. Onların bu hərəkətinə paralel şəkildə qoyunlarda hürküşmə və talaş əlamətləri sezilməyə başlayır. Onlar vurnuxmağa başlayırlar. İtlər isə hürə-hürə onları bir yerə toplamağa səy edirlər.

*** Ekranda qaya üzərində oturub tütək çalan Məhəmmədəli canlanır. O birdən

çalmağa ara verib cəld ayağa qalxır və üzünü kadrdan kənarda olan Nadirə tərəf tutub qışqırır:

-Nadir, canavarlar!!! ***

7

Page 8: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda kamera istiqamətində irəliləyən altı canavar və hürə-hürə onlara tərəf qaçan itlər görünür. İtlərlə canavarlar arasında döyüş başlayır.

***Yoldaşının çığırtısından dik atılan Nadir. O, əlindəki kitabı yerə atıb, cəld

çomağını götürür və Məhəmmədəliyə səslənir: -Sən qoyunları qayaların arxasına topla!O bu sözləri deyib hadisə yerinə doğru götürülür. ***Ekranda qoyunları qayaların arxasına qovan Məhəmmədəli görünür. Bu

kadrları canavarlarla qapışan itləri əks etdirən kadrlar əvəz edir. Onlardan biri iki canavarla süpürləşir. Digərinin üstünə isə dörd canavar hücuma keçmişdir. Onun vəziyyəti ağırdır. canavarlar onu yerə yıxıb didişdirirlər. O, qan içindədir. Boynundakı dəmir dişli qayış halqa canavarlara onun işini bitirməyə imkan vermir. Bu dəm özünü yetirən Nadir comağının canavarlardan birinə ilişdirir. Canavarlardan ikisi itdən əl çəkib ona sarı hücuma keçirlər.

Nadir çomağını yelləyə-yelləyə, yavaş-yavaş geri çəkilir, canavarlar isə yavaş yavaş irəliləyir və qəzəblə dişlərini qıcıyırlar. Nadir geri çəkilə-çəkilə kürəyi ilə bir qayaya dirənir. O, çomağını yelləməkdə davam edir, amma gücünün tükənmək üzrə olduğu hiss olunur.

Bu dəm gözlənilmədən qurd ulamasının səsi eşidilir. Bu, canavarların hücumlarına son qoyub, durmalarına, qulaqlarını şəkləyərək səs gələn tərəfə baxmalarına səbəb olur.

***Ekranda hündür bir qaya üzərində durub, üzünü göyə tutaraq ulayan böyük bir

qurd görüntülənir. ***Yenidən əvvəlki görüntülər. Nadir qayaya qısılmışdır. Əlindəki çomağı zərbə

endirmək üçün hazır vəziyyətdə tutub. Canavarlar artıq ona əhəmiyyət vermirlər. Əksinə, yavaş-yavaş geri çəkilirlər. Bu dəm özünü yetirən Məhəmmədəli kadra daxil olur və çomağını işə salır. Nadir də ona qoşulur. Canavarlar ildırım sürəti ilə geri dönüb qaçırlar.

***Ekranda yenidən qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda

davam edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

8

Page 9: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.

Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur.Titrlərin sonuncu sözləri yazılır. "Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir.

***Qurd ulamasının eşidilməsi ilə kadr dəyişir və ekranda yenidən qaya üzərində

durub ulayan qurd görüntülənir. ***Yeniyetmə Nadirlə Məhəmmədəli bir qədər öncə itlərlə canavarların

döyüşdükləri yerə tərəf qaçırlar. ***İtlərdən biri özünün qanlı yaralarını yalamaqla məşğuldur. Onun yanında iki

ölü canavar var. Kadr arxasından qurdun ulaması eşidilir. ***Ekranda o biri it görünür. O, ölüb, yanında ölü bir canavar var. Nadirlə

Məhəmmədəli qaça-qaça kadra daxil olurlar. Nadir ölmüş itin boynunu qucaqlayıb başını öz sinəsinə sıxır və onu sığallayır. O, hönkür-hönkür ağlamağa başlayır. Məhəmmədəli də ağlayır. Qurd kadr arxasından ulamaqda davam edir.

***Hacı Məhəmmədəlinin evinin bağ-bağatlı həyəti. Həyətin qapısı açılır və Hacı

Məhəmmədəli ilə Toğrul içəri girirlər. Onların hər ikisinin hər iki əlihdə içləri ərazaqla dolu zənbillər var. Evin qapısından çölə çıxan Hacı Məhəmmədəlinin xanımı Fatmanisə ilə böyük qızı onlara yaxınlaşıb "xoş gəldiniz" deyirlər və zən-billəri onların əlindən alıb içəri aparırlar. Ata və oğul da "Xoş gününüz olsun"- deyib həyətin ortasında dururlar və ləyən-aftafanın gəlməsini gözləyirlər. Hacı deyir:

-Möcüzəli şəkildə, gözlənilmədən peyda olub bizi xilas edən boz qurd gözlənilmədən də yoxa çıxdı. Kənddə bu hadisəni eşidən hər kəs buna heyrət etdi. Hətta bizim sözlərimizə inanmayanlar da tapıldı, xilaskar boz qurdu özümüzdən uydurduğumuzu söyləyənlər də, bizi ələ salanlar da oldu...

Evin qapısından çıxan və aftafa-ləyən gətirən kiçik qızın peyda olması Hacı Məhəmmədəlinin sözünə ara verməsinə səbəb olur. Qızın çiynindən böyük ağ, güllü dəsmal asılmışdır. O, "xoş gəldiniz"-deyib, ləyəni yerə qoyur və əllərini ləyənin üzərinə uzadan atasının əlinə aftafadan su tökməyə başlayır. Hacı Məhəmmədəli əl - üzünü yuyur, qızından dəsmalı alıb silinməyə başlayır. Qız bu dəfə qardaşının əllərinə su tökür. Toğrul da yuyunub qurtarır və dəsmalı atasından alır. Qız ləyənin suyunu ağac dibinə boşaldıb, aftafa-ləyəni alır və içəri keçir. Atası da onun ardınca içəri girir. Toğrulsa silinməkdə davam edir.

9

Page 10: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Evin içi ata və oğul süfrə arxasında otuub üz-üzə yemək yeyirlər. Süfrədə

meyvə-tərəvəz, qızardılmış toyuq və içləri ayranla dolu iki bardaq və bir dolça var. Hacı Məhəmmədəli söhbətinə davam edir:

-Günlərin birində kəndimizə hindli zəvvarlar gəlmişdilər. Kəndimizin kənarında köhnə bir karvansaray vardı. Hindistandan Şirvana, Bakı yaxınlığındakı hansısa bir məbədi ziyarət etmək üçün yola çıxan zəvvarlar yolüstü bu karvansarayda gecələyərdilər. Yerli camaatla təmasa çox da meyl etməzdilər. Bunlar isə kəndimizə gələr-gəlməz, kənd camaatını boz qurd möcüzəsi barədə sorğu-suala tutmuş və bizimlə görüşmək istədiklərini bildirmişdilər, səbəbini isə bildirməkdən çəkinmişdilər.

Nə isə...Nadirlə karvansaraya, onların yanına getdik. İçlərində biri türk dilin-də danışmağı bacarırdı. Biz karvansaraya girər-girməz, zəvvarlar bir nəfər kimi Nadirin qarşısında yerə düşüb səcdəyə qapıldılar...

***Ekranda kənd karvansarayının içi görünür. Yeniyetmə Nadir və Məhəmmədəli

ayaq üstə durmuşlar. Qarşılarında dörd hindli zəvvarı alınlarını yerə qoyub səcdəyə qapılmışlar. Yeniyetmələr təəccüb və çaşqınlıqla gah onlara, gah da bir-birilərinə baxırlar.

Hacı Məhəmmədəli kadr arxasından sözünə davam edir:-...Onların bu hərəkətindən bir şey başa düşmədik. Təəccüb və çaşqınlıq

içindəydik. Nə edəcəyimizi bilmirdik.Zəvvarlardan biri başını qaldırıb diz üstə durur və Nadirə müraciətlə təmiz bir

Azərbaycan ləhcəsi ilə deyir:-Sən Tanrı tərəfindən seçilmişlərdənsən. Öncə xan, sonra şah olacaqsan,

məmləkətini düşmənlərdən təmizləyəcəksən. Bizim də şahımız olacaqsan. (üzünü Məhəmmədəliyə tərəf çevirir) Sənin isə övladın onun yanında yüksək məqam sahibi olacaq.

O bu sözləri deyib yenidən səcdəyə qapanır. ***Ekranda yenidən süfrə arxasında oturub yemək yeyən Hacı Məhəmmədəli və

Toğrul görünür. Ata danışır, oğul dinləyir:-Bu sözlər bizi çox təəccübləndirdi. Özümüz də səbəbini bilmədən, nəyə

görəsə oradan qaçdıq. Bir-birimizə söz verdik ki, bu barədə heç vaxt heç kəsə bir söz danışmayaq. Oğlum, bax, sən birinci adamsan ki, bu barədə danışıram. Ona görə danışıram ki, Nadirlə görüşəndə bu əhvalatı ona danışasan və o da sənin doğrudan da mənim oğlum olduğuna inansın. Əminəm ki, o da bu barədə bir kimsəyə danışmayıb.

***Ekrandakı kadrları şəhərin pal-paltar satılan bazarının ümumi görüntüsü əvəz

edir. Hər tərəfdə şıdırğı alver gedir. Səs-küydən ağız deyəni qulaq eşitmir. ***

Bazrın dükan sıralarından birinin qarşısı. Bütün dükanların qapı və divarların-dan çox sayda geyim əşyaları, buxara papaqlar, yapıncılar, çuxalar, əbalar və s.

10

Page 11: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

asılıb. Qapı ağızlarındakı rəflərdə bir-birindən gözəl başmaq və uzunboğaz çəkmələr düzülüb. Səs-küy qulaq batırır. Hacı Məhəmmədəli və Toğrul dükanların önü ilə gəzə-gəzə mallara baxırlar. Gəncin əlində iki boş zənbil var. Onlar buxara papaqlar satılan bir dükanın qarşısında durub papaqlara baxırlar. Dükan sahibi dərhal onlara yaxınlaşır:

-Xoş gəldiniz hacı, nə qulluğunuz var?Hacı Məhəmmədəli:-Xoş gördük, kəbleyi. Oğluma bəylərə layiq bir papaq axtarıram. ***Ekranda dükan sahibinin gülümsəyən dodaqlarının arasından görünən iki tək-

bir cüt çürük dişi görünür. O deyir:-Bəylərə layiq papaq da, libas da, başmaq da məndə. Özü də çox ucuz... Kamera arxaya çəkilir və tacirin bu dəfə təkcə büstü deyil, bədəninin beldən

bütün yuxarı hissəsi görünür. O, əlini dükanının qapısına tərəf uzadır:-...Buyurun içəri, bir fincan qəhvəmizi için. ***Dükanın qapısının önü. Hacı Məhəmmədəli və Toğrul dükan sahibi ilə üz-üzə

durmuşlar. Ata "gəl, oğlum"-deyib, qapıdan içəri girir. Oğlu da ardınca daxil olur. Ən sonda dükana girən tacir olur.

***Dükanın içi. Hər tərəfdən müxtəlif libaslar asılıb. Rəflərdən birinə səliqə ilə

papaqlar, digərinə isə ayaqqabılar düzülüb. Hacı və oğlu ətrafı gözdən keçirirlər. Kadr arxasından dükan sahibinin səsi eşidilir:

-Əhməd, bala, bizə üç fincan qəhvə və Təbriz noğulu gətir.Tacir kadra daxil olaraq müştərilərə yer göstərir:-Buyurun, əyləşin... *** Ata və oğul küncdə duran səkkizguşəli alçaq masaya yaxınlaşırlar. Masanın

yanında iki səkkizguşəli oturacaqlı alçaq səndəl var. Hacı səndəllərdən birinə oturur və oğluna da oturmasını söyləyir:

-Toğrul, bala, ayaq üstə durma, sən də otur.Toğrul da o biri səndələ oturur. Kdra əlində üçüncü səndəl olan dükan sahibi

daxil olur. O, səndəli yerə qoyub, oturur və üzünü Toğrula tutur:-Hə, deməli, adın Toğruldur. Bəh-bəh-bəh. Gözəl adın var. Bilirsən də, Toğrul

Səlcuqlu sultanlarından birinin adı olub.Toğrul:-Bilirəm, bəli.Tacir:-Maşallah,maşallah. Toğrul Hacı Məhəmmədəli oğlu Əfşar. Görürsən də necə

gözəl səslənir...Hacı Məhəmmədəli tacirin sözünü yarıda kəsir:-Kəbleyi, bax, münasib qiymət desən, sənə böyük xeyir verəcəyəm. Tacir:-Hacı, özün bilirsən ki, biz ata-babadan ticarətlə məşğul oluruq və indiyə kimi

bir nəfər də Müseyiboğullarından kiminsə haram yediyini görməyib.

11

Page 12: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hacı Məhəmmədəli:-Bilirəm. Ona görə də sənin yanına...Dükanın qapısına bərkidilmiş zınqırovların səslənməsi hacının sözünü yarıda

kəsməsinə səbəb olur. Müsahiblərin üçü də üzlərini səs gələn tərəfə çevirir. Dükan sahibi:

-Bəh-bəh-bəh! Qəhvəmiz də gəlib çıxdı.O, sözünü bitirər-bitirməz kadra əlində asma məcməyidə üç fincan qəhvə və

içi Təbriz noğulu ilə dolu qab olan qəhvəçi Əhməd daxil olur:-Hacı Məhəmmədəli əmi xoş gəlib, səfa gətirib.O, fincanları və qabı masanın üstünə düzür. Hacı Məhəmmədəli:-Xoş günün olsun, ay bala. Necəsən, dədən necədir?Qəhvəçi Əhməd "Allaha şükür, hamımız yaxşıyıq, nuş olsun"-deyib geri

dönür və kadrı tərk edir. Hacı sözünə davam edir:-Hə, Kəbleyi, sözüm yarımçıq qaldı. Sənin də ata-babanın da düz adam

olduğunuzu bilirəm, ona görə də buradayam.Tacir:-Allah səndən razı olsun. Buyur, səni dinləyirəm.Hacı:-İstəyirəm, oğlumu başdan ayağa yeni libasa bürüyəm. Corabından, canlığın-

dan tutmuş çuxasına,arxalığına və papağına qədər.Tacir ayağa qalxır:-Mənim bu qara gözlərim üstə. ***Hacı Məhəmmədəlinin evinin içi. Toğrul və atası evin düz ortasında

durmuşlar. Gəncin əynində təptəzə çuxa və papaq var, belindəki gümüş kəmərdən gümüş xəncər asılıb. Anası Fatmanisə və bacıları bir qədər kənarda durub ona tamaşa edirlər. Hacı Məhəmmədəli üzünü arvadına və qızlarına tutur:

-Hə, necədir, xoşunuza gəlirmi?Fatmanisə deyir:-Çox mübarəkdir. Çox yaraşır.Böyük bacı:-Dadaşım lap təzəbəyə oxşayır. Xeyirli-uğurlu olsun!Kiçik bacı:-Dədə, bəs, bazardan bizə bir şey almadınmı?Hacı gülümsəyir:-Ay şeytan, ola biləmi ki, sizləri unudum. Sizin də ananızın da sovqatı o biri

otaqdadır.Bu sözləri eşidən qızlar sevinc içində o biri otağa qaçırlar. Qadın isə ərinə

doğru bir addım atıb, qızlar eşitməsin deyə, yavaşdan soruşur:-Xeyirdirmi?Hacı Məhəmmədəli:-Xeyirdir, inşallah. Oğlumuz bundan sonra xan qulluğunda olacaq. Onu

xanımızın yanına göndərirəm.Qadının, sanki, başına qaynar su tökürlər:-Necə yəni xanımızın yanına göndərirəm? Yox, qoymaram balamı...

12

Page 13: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hacı hirslə onun sözünü yarıda kəsir:-Səndən soruşan yoxdur, get qızların yanına! ***Çay qırağı. Qadınlar cayın sahili boyu düzülüb pal-paltar yumaqla məşğuldur-

lar. Fatmanisə və böyük qızı artıq yuyulmuş yorğan-döşək üzlərini, hərəsi bir tərəfindən tutaraq, sıxıb səbətlərə yığmaqla məşğuldurlar. Hacı Məhəmmədəlinin kiçik qızı isə artıq yuyulmuş üzləri sonuncu dəfə suya çəkib, sıxmaları üçün anasına və bacasına ötürür. Əlində içi yuyulmuş paltarlarla dolu olan iki səbət tutmuş qonşu qadınlardan biri onlara yaxınlaşır:

-Yorulmayasız.Fatmanisə:-Sağ ol, ay Gülpəri. Tələsmirsənsə, bir qədər dur, biz də gəlirik, birlikdə

gedək.Qonşu qadın səbətləri yerə qoyub kiçik qıza yaxınlaşır, onun əlindəki sonuncu

yorğan üzünün bir tərəfindən tutub onu qızla birlikdə sıxmağa başlayır. ***Şəhərin qıraq küçələrindən biri ilə irəliləyən Gülpəri, Fatmanisə və onun

qızları. Hamısının əlində içində yuyulmuş əski-üskü, pal-paltar, yorğan-döşək üzü olan səbətlər var. Səbətlərdən su damcılayır.

Gülpəri üzünü Fatmanisəyə tutaraq:-Ay Fatmanisə bacı, doğrudur ki, hacı, Toğrulu Nadirqulu xanın yanına qullu-

ğa göndərmək istəyir?Fatmanisə:-Sən allah, dərdim təzələmə.Gülpəri:-Bıy, başıma xeyir! Sevinmək əvəzinə dərd edir. Xan qulluğunda durmaqdan

da böyük şərəfmi olar? Deyirlər, Nadirqulu xanın özü də xan olmamışdan qabaq uzun müddət Babaəli xanın qulluğunda durub. Allah ondan razı olsun,öncə Qırxlar oymağının, sonra isə ətraf bölgələrin şəhər və kəndlərini azğın əfqan və özbəklərdən təmizlədi...Allah qoysa, nə zaman yola düşür.

Fatmanisə:-Hacı sabah qonum-qonşuya, qohum-əqrabaya, dost-tanışa ziyafət verir, birisi

gün uşağı yola salmaq fikri var. Nə bilim, vallah, xeyirlisi nə isə, o da olsun.Gülpəri və qızlar bir ağızdan "Amin, ay Allah"-deyirlər. ***Hacı Məhəmmədəlinin evinin bağçası. Evin axasında qadınlar biş-düşlə

məşğuldurlar. Qadınlardan biri təndirə çörək yapışdırmaqla məşğuldur. Təndirin yanında yerə sərilmiş süfrənin üstündə çox sayda bişmiş çörək var. Bir qədər aralıda başqa iki qadın yerə sərilmiş palazın üstündə oturub, xəmir kündələmək və yaymaqla məşğuldurlar. Onların qarşısında yuxaya və oxlovlar var. Bir qədər kənarda qadınlardan biri ocaq üstündəki iki böyük qazandan birini qarışdırmaqla məşğuldur.

Bütün bunların fonunda kadr arxasından saz çalıb oxuyan aşıq səsi eşidilir: -Carçılar çığrışır,gəranay bozlar, Ərəb atlar macal tapmaz qaşına,

13

Page 14: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bunda baş götürmək hesaba keçməz, Qoç igidlə yara gərək nişana. İgid gərək tüpə varə arxanı, Ağası onunla sala qovğanı. Sıyıra qılıncı,çəkə qalxanı...

***Bağçanın başqa bir guşəsi. Ağacdan bütöv bir soyulmuş qoyun cəmdəyi ası-

lıb. Yaxında qəssab böyük bir kötüyün üstündə başqa bir cəmdəyi balta ilə doğra-maqla məşğuldur. Bir qədər aralıda iki gənc manqallarda kabab bişirirlər. Bütün bunların fonunda kadr arxasından aşığın avazı davam edir: -...Səksən oxu salığından boşala. Dörd yandan meydanı tüstü bürüyə, Ərəb atlar adam leşi sürüyə. Kəllələr kəsilə,qanlar yeriyə, Göy üzündə məlayiklər uçana. ***

Bağçanın ortasındakı böyük çardaqda verilən ziyafət. Böyük bir süfrənin ətrafında düzülmüş döşəkçələrdə 35-40 adam əyləşib. Başda Hacı Məhəmmədəli və Toğrul əyləşmişlər. Süfrənin üstünə minbir nemət düzülmüşdür. Süfrəyə qulluq edən 4 gənc hər kəsin qabağına şiş kabablar düzməklə məşğuldurlar. Çıxışını tamamlayan aşıq kənarda durmuşdur. Ziyafət iştirakçıları yer-yerdən "afərin", "bə-rəkəllah" deyə aşığa tərif yağdırırlar. Aşıq sazı bir kənara qoyub süfrə arxasına keçir.

Qonaqlardan biri:-Ay hacı... ***Ekranda sualı verən qonaq iri planda görüntələnir və sözünə davam edir: -...Nadir xanla birlikdə Abbasqulu bəyin himayəsi altına girməyinizdən və

sonra isə ayrı düşməyinizdən də bir -iki kəlmə danışsana. ***Ekranda iri planda Hacı Məhəmmədəli görünür və sualı cavablandırır:-Qırxlar oymağının başçısı Abbasqulu bəyin bizi görüb tanıması ədəbiyyat

xocamızın sayəsində oldu. Onda 13-14 yaşımız olardı. Hər ikimiz atamızı itirmişdik və çox çətinlik çəkirdik. Ailələrimizin təsərrüfatlarının bütün ağırlığı bizim çiyinlərimizə düşmüşdü. Gecə-gündüz qan-tər içində çalışırdıq, amma bununla belə dərsimizdən də qalmırdıq.

Hər ikimiz Məhəmməd Füzulinin qəzəllərinin vurğunuyduq. Sən demə, Qırxlar oymağının rəisi Abbasqulu bəy də Füzuli qəzəllərinin həvəskarıymış. Ayda bir ətraf kəndlərin bəyləri ilə birlikdə müxtəlif məkanlarda şairlər məclisi qurarmış, orada şer, muğam dinləyərlərmişlər...

***Kameranın obyektivi bir-bir hacını diqqətlə dinləyən qonaqların üzərinə

yönəlir. Hər kəsin qulağı ev sahibindədir. Sadəcə bir-iki nəfər isti kababların tamına baxmağı onu dinləməkdən üstün tutaraq yeməyə girişmişlər. Hacı sözünə kadr arxasından davam edir:

14

Page 15: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Ədəbiyyat xocamız da həmin məclislərdə iştirak edərmiş. O, məclislərin birində bizdən söhbət salır, bəylərin yanında şagirdləri ilə öyünmək istəyir. Bizim bəyimiz də ona tapşırır ki, növbəti məclisə bizi də gətirsin, bəylərə həm qulluq edək, həm də şer söyləyək...

***Ekranda Abbasqulu bəyin daha 6 bəylə və digər iştirakçılarla, o cümlədən

ədəbiyyat xocası ilə birlikdə təşkil etdiyi şer-muğam məclisi. Bəylərin qabağında sulu qəlyan, içi müxtəlif meyvələrlə dolu məcməyilər və şərbət içmək üçün bardaqlar var. Bir qədər aralıda əlində dəf tutmuş xanənədə tar və kamançanın müşayiəti ilə muğamat oxuyur, fəqət onun səsi eşidilmir. Yeniyetmə Nadir və yeniyetmə Məhəmmədəli (hər ikisi 13-14 yaşlarında) bəylərin boşalmış bardaqları-na şərbət süzürlər.

Musiqi və muğamat əvəzinə kadr arxasında sözünə davam edən Hacı Məhəmmədəlinin səsi eşidilir:

-...Bir gün xocamız bizi də özü ilə həmin məclislərdən birinə apardı. İşimiz bəylərin bardaqlarına şərbət süzmək idi...

Yeniyetmələr şərbətləri süzdükdən sonra əllərindəki lüləli dolçaları bir kənra qoyub bir bucaqda diz üstə otururlar.

Kadrarxası səs davam edir:-...Həmin gün biz də şer söyləməliydik. Bir kənarda oturub öz növbəmizi

gözləməyə başladıq.Kadrarxası səsi muğamat oxuyan xanəndənin səsi əvəz edir:-Ahım edəndə cilvə olur dar fəzayi-çərx,Axır keçər gedər səni ahım, səmayi-çərx...Kameranın obyektivi iri planda xanəndəyə tuşlanır. O, oxumaqda davam edir:-...Min daş yağarsa üstümə göydən, əbəs deyil,Uçmuş bu qanlı göz yaşım ilə binayi-çərx.Ahım dumananlananda qaralmazmı bu fələk,Yandırdı qəlbimi necə gör bu çəfayi-çərx... Ekranda iri planda öncə tarzən, sonra isə kamançaçalan canlanır. Xanəndə

kadr arxasından oxumaqda davam edir:-...Qəlb atəşilə doldu bütün çərx, şübhəsiz,Mənzil olar mələklər üçün mavərayi-çərx.Kuyində gördü məskən edən çoxdu yarımın,Matəmsərayə döndü həsəddən sərayi-çərx...Muğam üçlüyü birlikdə ümumi planda görüntülənir. Xanənəd hələ də oxuyur:-...Sanma ki, təkcə mən çəkirəm çərxdən bəla,Kimdir ki, dəyməsin ona əsla bəlayi-çərx.Çərxin vəfası yoxdu desəm, heyrət etməyin,Yoxdur, Füzuli, heç kəsə çünki vəfayi-çərx.Üçlük ifasını bitirər-bitirməz, yer-yerdən "afərin", "bərəkallah", "halaldır"

sədaları eşidilir və həmin sədalar altında öncəki kadrları həmin sözləri söyləyən bəylər və digər qonaqları əks etdirən kadrlar əvəz edir.

Abbasqulu bəy üzünü digər bəylərə tutub deyir:-Hə, bəylər, deyirəm, indi də gəncləri dinləyək.

15

Page 16: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bəylər yer-yerdən "dinləyək", "yaxşı fikirdir", "yaxşı olar"-deyə Abbasqulu bəyin fikrinə şərik çıxırlar.

***Ekranda yeniyetmə Nadir və Məhəmmədəli görünürlər. Onlar cəld ayağa

qalxırlar. Məhəmmədəli bir qədər həyacan keçirir. Nadirdə isə həyacandan əsər-əlamət yoxdur. Bu anda kadra onların ədəbiyyat xocası daxil olur:

-Deyirəm, öncə Məhəmmədəlinin dinləyək. (Üzünü Məhəmmədəliyə tutur) Özünü rahat və sərbəst tut. Başla, görək.

Məhəmmədəli qıpqırmızı kəsilir, fəqət özünü ələ alıb başlayır:-O məhrudən mənə nə lütf vardır, nə kərəm vardır,Odur ki, xəstə könlümdə mənim min dərdü-qəm vardır.Baxır bir dəm mənə mehr ilə, bir dəm qeyz ilə ol məh,Səhər tək tiği-lütfündə onun qəhrü-sitəm vardır.Güllü səsinlə bir xoş bağçadır dünya, vəli əfsus,Gülün rəngi solur, susəndəsə buyi-ədəm vardır...Yeniyetmə şeri deməkdə davam edir, fəqət onun səsi eşidilməz olur. Əvəzində

isə kadr arxasından Hacı Məhəmmədəlinin səsi eşidilir:-Qəzəli söyləməyə necə başladım, necə qurtardım yadımda deyil... ***Ekranda Hacı Məhəmmədəli görünür və sözünə davam edir:-...Bir də özümə gəlib gördüm ki, şeri başa çıxmışam və hər kəs ünvanıma

təriflər söyləyir. Sonra sıra Nadirə gəldi. ***Ekranda şer söyləyən yeniyetmə Nadir görünür:-Şəbi-hicran xəyalın etdi xəlvətxanəmi rövşən,Xəyalın şəmi dildə yüz çırağa oldu pərtövzən.Tən ilə can arasında savaşma saldı peykanım,Ki, tən rəncidə candan oldu, can rəncidə həm təndən... ***Kameranın obyektivi növbə ilə Nadiri dinləyən məclis iştirakçılarının

üzərində gəzir. Hər kəs yeniyetməni heyranlıqla dinləyir və hər kəsin gözündən heyrət hissi oxunur. Nadirin səsi kadr arxasından gəlməkdə davam edir:

-...Bəlayi-Vamiqü Fərhadü Məcnun məndə cəm oldu,Pərişan danələr vardı fələkdə, oldu bir xirmən.Niqabın saldı üzdən, gəldi gül gülşənə doğru,Onun tələt baharından haman dəm soldu gül-gülşən.Qədəm qoyduqda sənsiz gülşənə, gül eylə od vurdu,Yanıb döndüm külə, küldən dəxi gülzar olub külxən... ***Ekranda yenə Nadir görünür:-...Sənin peykanın ilə tərh qıldım dildə aşiqlik,Əsasca bu binayi-mötəbər möhkəmdi ahəndən.Füzulinin bu şəb sən şəmdən qəlbində var atəş,Rahatlıq xatiriçün razıdır gər çaxsa can təndən.

16

Page 17: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadir şeri söyləyib bitirər-bitirməz hər kəs yer-yerdən "afərin", "bərəkallah", "halaldır", maşallah" kimi sözlər söyləyirlər.

***Ekranda iri planda Abbasqulu bəy görünür və kadr arxasına, ədəbiyyat

xocasına səslənir:-Xocam, çox zəki və zehinli şagirdləriniz var... ***İri planda bəyi xoca əvəz edir. O, sağ əlini ürəyinin üstünə qoyub, bir söz

demədən yüngülcə təzim edir. ***Bəy (orta plan) davam edir:

-...Deyirəm, bəlkə, beytül maldan bu uşaqların hər birinə xüsusi təqaüd təyin edək, həm ailələri korluq çəkməsinlər, onlar da bütün vaxtlarını elmə, mərifətə sərf edə bilsinlər. Sonra isə Fəthabada göndərərik, təhsillərini şəhərdə davam edərlər.

***Xoca (orta plan):-Böyük lütf etmiş olarsınız. Allah sizdən razı olsun. ***Şer-muğam məclisi iştirakçılarının ümumi panoram görüntüsü. Abbasqulu

bəy üzünü arxa planda diz üstə oturmuş və gözlərini yerə dikmiş yeniyetmələrə tu-tur:

-Övladlarım, təhsilinizi şəhərdə davam etdirmək istərsinizmi?Daha diribaş olan Nadir hər ikisinin əvəzinə cavab verir:-Allah sizdən razı olsun. Bu bizim ən böyük arzumuzdur. ***Abbasqulu bəy (iri plan):-Belə isə elə günü sabah valideynlərilizlə gərək söhbət edim. Bu ili kənd

mədrəsəsində tamamlayın, gələn ildən isə sizi Fəthabadın ən yaxşı mədrəsəsinə göndərəcəyəm.

Bəy bu sözü deyər-deməz, tar və kamança sədaları eşidilir. ***Ekranda iri planda muğam triosu görünür. Xanəndə hələ oxumur. Tarzən və

kamançaçalan isə çalırlar. Musiqinin fonunda Hacı Məhəmmədəlinin səsi eşidilir:-Beləcə, Nadirlə mənə təqaüd kəsildi. Bu, bizim ailələrimizin dolanışığına

yaxşı-pis yetirdi. Biz də bütün diqqət və səyimizi dərslərimizə yönəltmişdik... ***Ekranda ümumi planda Hacı Məhəmmədəlinin verdiyi ziyafət görüntülənir.

Hər kəs həm kabab yeyir, həm də hacını dinləyir. O isə sözünə davam edir:-...Bir gün Dərəgözün kişilərinin və əksər ailələrin yaylaqda olmasından

istifadə edən Alp Manas bəyin özbəkləri kəndimizə girib yağmaya başladılar. Alp Manas bəylə Abbasqulu bəyin qədimdən ədavətləri vardı. Kənddə sadəcə 5-6 dul qadın və onların uşaqları, 4-5 nəfər də qoca qalmışdı. Nadirgilin ailəsi də Dərəgözdə idi. Mənim anam isə o vaxt artıq əmimə ərə getmişdi, o üzdən biz də ha-mı kimi yaylaqda idik.

17

Page 18: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Dərəgöz kəndinin yonulmuş çay daşları döşənmiş küçələrindən biri ilə 10-15

özbək atlısı irəliləyir. Onlar evlərin həyət qapılarının yanından keçdikcə, qapılardakı böyük qıfıllar diqqəti çəkir.

***Nadirgilin evinin həyəti. Nadirin anası həyətdə təndirə çörək yapmaqla

məşğuldur. Təndirin yanında sərilmiş süfrənin üstünsə bir neçə bişmiş təndir çörəyi var. Kadr arxasından at ayaqlarının səsləri eşidilir. Qadın səsi eşidər-eşitməz işinə ara verir. Yavaş-yavaş dikəlir və həyət qapısına tərəf yönəlir.

***Həyət qapısına tərəf yönələn qadının arxadan görüntüsü. At ayaqlarının səsləri

əvvəlkinə nisbətən daha aydın və yaxından gəlir. Qadın qapıya çathaçatda qapılar arxadan vurulan təpik zərbəsi ilə taybatay açılır və qadının səksənməsinə səbəb olur. Qapıların açılması ilə iki özbək atlısının içəri girməsi bir olur.

***Ekranda iri planda qorxmuş və həyacanlanmış qadının sfəti görünür:-Kimsiniz, nə istəyirsiniz? ***Qadının və onun tam qarşısında durmuş iki özbək atlısının ümumi planda

görünüşü. Özbəklərdən biri soruşur:-Evdə səndən başqa bir kimsə varmı?Nadirin anası:-Sənə nə var? Kimsiz, nə istəyirsiniz?İkinci öbək:-Özbək olduğumuzu görmürsənmi?Nadirin anası:-Demək ki, köpək oğlu köpək Alp Manasın küçüklərindənsiniz, eləmi?Bu sözlərdən əsəbiləşən birinci özbək əlndəki qırmancla qadını vurur:-Kəs səsini, qızılbaş qancığı. ***Kəndin başqa bir səmti. İki başqa özbək atlısı başqa evin qıfılsız qapısına

yaxınlışırlar. Onlardan biri atdan enmədən qapıya bərk bir təpik vurur. Qapılar taybatay açılır və atlılar həyətə girirlər. Həyətdən qız uşağının "ay ana"- deyən və qorxu ifadə edən çığırtısı eşidilir.

***Dərəgöz kəndinin Nadirgilin evinin yerləşdiyi küçəsi. Baş verənlərdən xəbəri

olmayan yeniyetmə Nadir və onun kiçik qardaşı evləri tərəfə irəliləyirlər. Nadir onların dalınca gələn beli çır-çırpı yüklü ulağın ipindən tutub. Birdən kiçik qardaş həyacanla deyir:

-Dadaş, ora bax, həyətimizin qapıları açıqdır. ***Ekranda Nadirgilin evinin həyətinin açıq qapısı görüntülənir. *** Nadir ulağın ipini qardaşına verib "sən burada qal" deyir və evə tərəf qaçmağa

başlayır. Kameranın obyektivi onu həyət qapısına qədər izləyir.

18

Page 19: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Nadirgilin kasıb evinin içi. Nadirin anası ağzı-burnu qan içində yerdə uzanıb.

Özbəklərdən bir onu var gücü ilə təpikləyir:-Axırıncı dəfə soruşuram, qızılların hardadır?Ya deyəcəksən, ya da səni ərinin

yanına göndərəcəyəm. Ondan öncə isə, özün bilirsən də, səni o məsələ...Elə bu dəm kadr arxasından yeniyetmə Nadirin qəzəbli səsi eşidilir:-Alçaq oğlu alçaq!Özbəklər səsə geri dönürlər. Bu dəm kadra daxil olan yeniyetmə Nadir

əlindəki odun parçasını onlardan birinin kəlləsinə ilişdirir. Özbəyin başından qan fışqırır və o, sadəcə "aman" deyə bilir və hərəkətsiz halda yerə sərilir. O biri özbək özünə gəlib belindəki xəncəri çıxarana qədər Nadir cəld yerə sərilmiş özbəyin xəncərini çəkir və onu ikinci özbəyin qarnına soxur.

***Ekranda Nadirin anasının qana bulaşmış dəhşət ifadə edən üzü görünür. O,

taqətsiz bir səslə deyir:-Sən nə etdin, bala. Özünün də qardaşının da bqşını bəlaya soxdun...İbrahim

haradadır? ***Ümumi plan. Əyilib anasına qalxmağa kömək etmək istəyən Nadir:-Narahat olma, burdadır. Qalx, tez qaçaq...Anası:-Mənim içalatım əzilib, qabırğalarım da sınıb. Qardaşını da götür, qaçın

buradan. Məni düşünməyin.Nadir:-Özüm ölərəm səni düşmən əlində qoymaram. Bizim sağ qalmağımızı

istəyirsənsə, cəld qalx ayağa.Qadın son qüvvəsini toplayıb Nadirin köməyi ilə zarıya-zarıya bir təhər ayağa

qalxır. ***Nadirgilin evlərinin həyəti. Təndir tüstüləməkdə davam edir. Nadir anasına

özbəklərin atlarından birinə minməyə kömək edir. *** Küçə. balaca İbrahim çır-çırpı yüklənmiş ulağın yanında durub. Kadr

arxasından at ayaqlarının səsi eşidilir. O, səs gələn tərəfə baxır. ***İbrahimin baxdığı tərəf. Nadir və anası özbəklərin atlarının belində balacaya

yaxınlaşırlar. Atlılar ona çatan kimi Nadir səslənir:-Tez ol min!Balaca İbrahum:-Bəs, eşşək?Nadir "tez ol"-deyib ona atın belinə qalxmağa kömək edir və deyir:-Belimdən bərk-bərk yapış.Uşaq əmrə tabe olur. ***

19

Page 20: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yaşıl dağ yamacı. Nadir və anasının mindiyi atlar bir ağaca bağlanıb. Kadr arxasından balaca İbrahimin ağlayan səsi:

-Ana, anacan, bizi qoyub hara getdin? ***Ekranda anasını yenicə basdırmış və onun qəbrinin üstünə daşlardan təpəcik

yığan Nadir və yanında durub hönkür-hönkür ağlayan kiçik qardaşı görünür.Nadir sonuncu daşları qoyub dikəlir və üzünü göyə tutur:-Uca Tanrım, and olsun Sənə, Alp Manasdan anamım intiqamımı mütləq

alacağam. Almasam, bu gen dünya mənə haram olsun! ***Gecədir. Çay qırağında çadır düşərgəsi. Düşərgənin iki yerində ocaq yanır.

Hər ocağın yanında iki-üç özbək oturmuşlar. Bir qədər kənarda özbəklərin atları bağlanmışdır. Onların sayı 25-ə yaxındır.

***Atlardan ikisinin yaxından görüntüsü. Onların arasında yeniyetmə Nadir

peyda olur və onların yəhərlərinin ipini kəsir. Sonra o biri atlara tərəf keçir. Kameranın obyektivi onu izləyir. O eyni işi təkrar edir.

***Alp Manasın xalça-palaz döşənmiş çadırının içi. Zəif işıqda ipək yorğan

döşəkdə yatan və xoroldayan Alp Manas görünür. Kadra əlində xəncər tutmuş yeniyetmə Nadir daxil olur. O, düşməninə yaxınlaşıb, xəncəri onun ürəyinə sancır. Alp Manasdan xırıltılı səs çıxır və bu səs kifayət edir ki, kadr arxasından "bəyə nə isə oldu" sözləri, ardınca isə ayaq səsləri eşidilir. Nadir kadrı tərk edir. O, kadrı tərk edər-etməz içəri bir özbək daxil olur və onun əlindəki məşəl içərini tam işıqlandırır.

***Alp Manasın çadırının çöl tərəfi. qapının ağzında əllərində məşəl tutmuş

özbəklər durmuşlar. İçəridən çıxan özbək ilan vurmuş kimi çığırır:-Bəyi öldürmüşlər!Bu dəm kadr arxasından çapmağa başlayan at ayaqlarının səsi gəlir. Özbəklər

cəld atlar olan tərəf yüyürürlər. Digər çadırlardan çıxan özbəklər də onlara qoşulurlar.

***Özbəklər atlara minib qaçağın dalınca çapmağa başlar-başlamaz hamısı növbə

ilə yəhərləri ilə birlikdə yerə düşürlər. ***Ekranda kiçik təpə arxasından görünın ay və çapan at ayaqlarının səsi. Ayın

fonunda at çaparaq təpəyə dırmanan və onu aşıb yoxa çıxan yeniyetmə Nadirin silueti görünüb itir. Kadr arxasından Hacı Məhəmmədəlinin səsi eşidilir:

-Nadir Alp Manası öldürməklə yetinmədi... ***Ekranda Hacı Məhəmmədəlinin verdiyi ziyafət görüntülənir. Qonaqların bir

qisminin başı yeməyə qarışıb, digərləri isə ev sahibini dinləməklə məşğuldurlar. Hacı Məhəmmədəli sözünə aralıqsız davam edir:

20

Page 21: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Bir ilin içində onun quldur dəstəsindən olan özbəklərin hamısının bir-bir axırına çıxdı. Bütün bu müddət ərzində onun və hələ uşaq olan kiçik qardaşı İbrahimin harada yaşadıqları, nə ilə dolandıqları bu günə qədər müəmma olaraq qalır. Ondan sonra qardaşlardan bir neçə il heç bir xəbər çıxmadı...

***Çöllük bir düzənlikdə 4-5 yüklü dəvə,5-6 yüklü ulaq və 5-6 yüklü atdan ibarət

bir karvan irəliləyir və karvanı müşayiət edən, çiyinlərindən tüfəng, bellərindən xəncər asılmış 10-a yaxın atlı əfqan görünür. Onların uzun yolçuluqdan yorğun olduqları sezilir.

Hacı Məhəmmədəlinin səsi kadr arxasından eşidilməkdə davam edir:-Bir neçə ildən sonra eşitdik ki, Nadirin başına ətraf şəhər və kəndlərdən otuza

yaxın gənc toplaşıb və onlar əfqan və özbək əsgərlərinə hücumlar təşkil edib öldürməklə, əfqan və özbək xan və bəylərinin karvanlarını qarət etməklə məşğuldurlar. Bəziləri onları "qaçaq", bəziləri" quldur", bəziləri isə "intiqamçı dəstə" adlandırırdı. Əfqan və özbəklərin özbaşnalığından zinhara gəlmiş sadə camaatın gözündə isə Nadir və onun dəstəsi xalqın xilaskarı idi.

Kadr arxasındakı səs susduqdan bir neçə saniyə sonra karvanı mühafizə edən silahlı əfqan atlılarından biri həyacanla qışqırır:

-Quldurlar! ***Ekranda təpənin arxasından çıxan gənc Nadir (20-21 yaşlarında), yeniyetmə

İbrahim (14-15 yaşlarında) və 30-a yaxın atlı görünür. Onlar tüfəng və xəncərlərlə silahlanmışlar. Nadirin əlini yuxarı qaldırması ilə bütün dəstənin əfqanların başına güllələr yağdıra-yağdıra hücuma keçməsi bir olur.

***Bu kadrları növbə ilə Nadirin dəstəsinin yağdırdığı güllə səslərindən

hürküşən, bir-birinə iplə bağlı olduğu üçün qaça bilməyən, fəqət buxovdan azad olmaq üçün çərpınan dəvələr, buxovlardan azad olmağı bacaran və ora-bura qaçışan ulaq və atlar, güllə yarası alıb atdan yıxılan, atdan düşüb sığınacağa qaçarkən gülləyə tuş gələn və qayaların arxasında mövqe tutmağa fürsət tapıb atəşə atəşlə cavab verən əfaqnları əks etdirən kadrlar əvəz edir.

***Ekranda at çapa-çapa güllə atan hücumçular və müdafiə olunan və sayları 3-4

nəfər qalan əfqanlar bir neçə dəfə bir-birini əvəz edir. ***Alnına güllə dəyən və yerə yıxılan əfqan. Ürəyindən güllə yarası alıb can

verən başqa bir əfqan. Sağ qalan və gülləsi qurtaran iki əfqan qaya arxasından tüfənglərini kənara atırlar. Kadr arxasından eşidilən güllə səsləri səngiyir.Onlardan biri Nadirgilə səslənir:

-Təslim oluruq, atmayın!Güllə səsləri tamam kəsilir. Kadr arxasından Nadirin səsi eşidilir:-Xəncərlərinizi də atın, əllərinizi boyunlarınızın ardına qoyun və çıxın.Sağ qalan iki əfqanın hər ikisi bellərindəki xəncərlərini də açıb kənara tulla-

yırlar, əllərini boyunlarının arxasına qoyub ayağa qalxırlar. ***

21

Page 22: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda iri planda at belində oturmuş və əlində tüfəng tutan gənc Nadir onlara əmr edir:

-Yaxın gəlin! ***Ümumi plan. Əfqanlar əlləri boyunlarının arxasında ortalarında Nadirin və

İbrahimin durduqları atlılara yaxınlaşırlar. Nadir soruşur:-Kimlərdənsiz?Əfqanlardan biri:-Əfqanıq. ***Yenidən iri planda görüntüyə gələn Nadir:-Əfqan olduğunuzu görürəm, kor deyiləm. Kimin adamlarındansız? ***Ümumi plan.Birinci əfqan:-Hacı Zaman xan Əfqanın adamlarıyıq. Heratdan gəlib İsfahana gedirdik.Nadir:-Yükünüzdə ki, xaşxaşdır, eləmi?İkinci əfqan:-Hə... Sən də yəqin ki, qırxlar oymağından quldur Nadirqulu Əfşarsan.Bu sözlərdən əsəbiləşən yeniyetmə İbrahim atdan yerə atılıb "quldur sənin

atandır"-deyərək, əfqanlara hücuma keçmək istəyir. Fəqət Nadirin "dur!"-deyə əmr etməsi, İbrahimi ayaq saxlamağa məcbur edir.

***Birinci əfqan (iri plan):-Yoldaşlarına güvənib xoruzlanma. Siz türklərdə yaxşı bir atalar sözü var,

deyərlər, keçinin buynuzu qaşınanda çobanın çomağına sürtər. Uşaqsan, otur uşaq yerində.

Bu sözlərdən daha da özündən çıxan İbrahim üzünü qardaşına tutur:-Dadaş, icazə ver, bu köpək oğluna zorumu göstərim.Nadir gülümsəyir və birinci əfqana deyir:-Uşaq dediyin bu dəliqanlı ilə qurşaq tuta bilərsənmi?Birinci əfqan:-Canını da alaram.Nadir:-Onun kürəyini yerə vura bilsən, ikinizi də sərbəst buraxacağam. Atlarınızı,

xəncərlərinizi də özünüzə qaytaracağam. Razısanmı?Birinci əfqan:-Hə. ***Ekranda Nadirin bir çevrə üzrə mövqe tutaraq, ortada geniş meydan yaradan

atlı yoldaşları görünür. İkinci əfqan əlləri boynunun arxasında onların arsında durub. Birinci əfqanla yeniyetmə İbrahim bir-birilərinə yaxınlaşıb öncə sağ, sonrasa sol çiyinləri ilə itələşirlər. Daha sonra bir qədər aralanıb dövrə vurmağa və rəqibi yaxalaya bilmək üçün fürsət axtarmağa başlayırlar. Gözlənilmədən irəli şığıyan İbrahim rəqibinin ayaqlarına girir. Əfqan müvazinətini saxlaya bilməyib

22

Page 23: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

arxası üstə yıxılır. İbrahim ağlasığmaz bir cəldliklə onun üzərinə atılıb kürəyini bərk-bərk yerə sıxır.

Atlılar gülməyə başlayırlar. İbrahim rəqibini buraxıb ayağa qalxır. Əfqan da suyu süzülmüş və pərt halda ayağa qalxır.

***Nadir (iri plan) yoldaşlarına səslənir:-Bunların atlarını və xəncərlərini verin. ***Ümumi plan. Nadirin adamlarından biri əfqanların atlarını, digəri isə

xəncərlərini gətirir. Əfqanlar xəncərlərini bellərinə bağlayaraq atlarına minirlər. Nadir üzünü onlara tutur və ölü əfqanları göstərir.

-Gedin Hacı Zaman xana da, o biri əfqan xanlarına da çatdırın ki, Xorasan əzəli türk yurdu və Azərbaycan qızılbaş səltənətinin ərazisidir. Öz xoşunuzla bu torpaqları tərk edin. Yoxsa hamınızın sonu bunlar kimi olacaq.

İkinci əfqan:-Bizə xətər verməyəcəyinə söz versəydin, sənə bir söz deyərdim.Nadir:-De. Kimsənin sənə də, yoldaşına da xətəri toxunmaz.İkinci əfqan:-Təbriz, Şirvan, Aran, İrəvan, Tiflis, hər iki İraq Osmanlıların, Fars,

Bəlucistan və Xorasan isə bizim əlimizdə ikən, Qəndaharlı Mahmud xan Əfqan İsfahanı mühasirəyə almışkən, şahınız və gələcəkdə şah görmək istədiyiniz vəliəhd Təhmasib Mirzə İsfahanda əsir durumundaykən, qızılbaş əmirlərinin əlində Qəzvin və ətrafından başqa bir qarış torpaq qalmamışkən, sən hansı Azəbaycan səltənətindən, hansı qızılbaş hökumətindən danışırsan?! Mən hələ urusları demirəm...Kafir qızılbaşların sonu yaxınlaşır, İslamın pak bayrağını payidar edəcəyimiz gün uzaqda deyil.

Nadir qəzəblə:-Daşıdığınız xaşxaşdırmı İslamın pak bayrağı?! Allaha şükür et ki,

amandasan. Yoxsa dilini qoparmaqdan böyük zövq alardım. Hər şeyin öz vaxtı var. İndi isə, nə qədər ki, qərarımdan dönməmişəm, rədd olun buradan, gözüm sizi görməsin.

***Bir mağaranın önü. Nadir və İbrahim mağaranın önündə gəzişirlər. Nadir

dərin fikrə dalmışdır. İbrahim soruşur:-Dadaş, nədən əfqanlar da, özbəklər də, türkmənlər də "qızılbaş" kəməsini

söyüş və həqarət kimi işlədirlər, nə üçün bizi kafir hesab edirlər? Məgər biz də onlar kimi müsəlman deyilikmi?

Nadir:-Kaş, səni mədrəsədə oxutmaq imkanım olaydı...Heç olmazsa, bir Quran xo-

cası tutaydım, sənə Quranı öyrədəydi, Quranı oxuyub hər şeyi özün başa düşər-din...

İbrahim:-Dadaş, əfqanlara dedin ki, Xorasan Azərbaycan səltənətinin ərazisidir. Bu

necə olur, məgər Azərbaycan buradan çox uzaqlarda deyilmi?

23

Page 24: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadir:-Azərbaycan Qəzvin və Həmədandan Dərbənd və Tiflisə qədər, Bakıdan

İrəvana qədər və ondan da o yana uzanan bir ölkənin adıdır və Xorasandan uzaqdadır. Amma çox qədim zamanlardan Azərbaycan böyük türk səltənəntlərinin mərkəzi olub və bir çox ölkələr, o cümlədən Xorasan həmişə Azərbaycandan idarə olununb. Bu Səlcuqlu hökuməti dövründə də, Elxanlılar hökuməti dövründə də, Çobanlı, Qaraqoyunlu, Ağqoyunlu şahları dövründə də belə olub. Səfəvilərin iqtidara gəlməsindən sonra da belədir.

Biz əfşarlaın ata-babaları da Azərbaycandan bu yerlərə köçüblər.Əfşarlar Səfəvilərə iqtidara gəlməkdə kömək etmiş 6 türk boyundan biri olduğu üçün Xorasanın idarəçiliyi bizə verilmişdir.

İbrahim:-İndi biz əfqan və özbəklərə qarşı səltənət naminəmi savaşırıq? Nadir:-Mən bu işə başlayanda sadəcə anamızın intiqamını almağı düşünürdüm. İndi

isə bütün xalqın, təkcə əfşarların deyil, Xorasan türklərinin də bizə ümid çırağı kimi baxdıqlarını görürəm və düşünürəm. Düşünürəm ki, Vətən də ana kimi bir şeydir.

***Ekranda Hacı Məhəmmədəlinin ziyafət məclisi canlanır. Hacı üzünü

qonaqlara tutub deyir:-Çox çəkmədi ki, Nadir Fəthabad, Quçan və ətraf bölgələri əfqan və

özbəklərdən təmizlədi. Bundan sonrasını isə özünüz bilirsiniz. Yəni mənim bildiklərim də elə sizin bildikləriniz qədərdir.

Qonaqlardan biri:-Hacı, dediklərindən elə çıxır ki, özbəklərin Dərəgözə hücumundan və Nadirin

qaçaq düşməsindən sonra onunla heç vaxt görüşməmisiniz, eləmi?Hacı Məhəmmədəli:-Elədir. ***Hacı Məhəmmədəlinin evinin həyət qapısının xaricdən görüntüsü. Dan yeri

yenicə ağarmağa başlayır. Xoruz banları eşidilir. Qapı açılır. Hacı Məhəmmədəli və Toğrul, hər ikisi at belində, çıxırlar. Ardınca Toğrulun anası və bacıları görünürlər. Ana onların arxasınca su atır:

-Uğurunuza xeyir.Böyük bacı:-Yolun açıq olsun, dadaş.Kiçik bacı:-Allah işini avand etsin.Ata və oğul bir söz demədən evdən uzaqlaşırlar. ***Yaşıllığı olmayan düzənliyin quş uçuşundan görüntüsü. Düzənliyin ortası ilə

iki atlı çapır. Onlaın ardınca toz duman izi görünür. ***

24

Page 25: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Atla çapan Hacı Məhəmmədəli və Toğrulun arxadan görünüşü. kameranın obyektivi onları atların sürətinə bərabər sürətlə müşayiət edir. Öndə, arxa planda çılpaq düzənliyin tam ortasında bitən qollu-budaqlı qocaman bir ağac görünür.

***Ümumi plan. Atlılar ağaca yaxınlaşıb atlarını əyləyirlər. Atlarından enib

onların iplərini ağacın budaqlarından birinə bağlayırlar. Toğrul atının yəhərindən asılmış xurcundan süfrə çıxarıb onu yerə sərir. Xurcundan çörək, pendir çıxarıb süfrəyə qoyur. Atası o biri atın xurcunundan çıxartdığı su tuluğunu gətirir. Ata və bala süfrə arxasında əyləşirlər. Hacı Məhəmmədəli tuluğun ağzını açıb bir qurtum su içir və onu oğluna ötürür. Toğrul da bir qurtum içib, tuluğun ağzını bağlayır.

***Orta plan. Hacı Məhəmmədəli çörəkdən və pendirdən bir tikə qoparır və

deyir:-Buradan özün tək gedəcəksən. Yolu başa salmışam, xəritəsini cızmışam, su

quyularının, karvansarayların yerini də dəqiq qeyd etmişəm. Məncə, bu sarıdan bir çətinliyin olmayacaq. Çətin olan Nadirqulu xanla görüşüb məktubumu ona çatdıra bilməndir. Bunun da yolunu başa salmışam. Yadından bir şey çıxmayıb ki?

***Ümumi plan. Ata və oğul üz-üzə oturmuşlar. Hacı Məhəmmədəli sözünü

bitirib əlindəki tikələri ağzına qoyur. Toğrulsa ağzındakı tikəni udub atasına cavab verir:

-Yox, hər şey yaxşı yadımdadır. Amma bir şeyi danışmağı sən unutdun.Hacı Məhəmmədəli:-Nəyi?Toğrul:-Nadirqulunun qaçaqlıqdan xanlıq məqamına necə yüksəldiyini danışmadın.Hacı Məhəmmədəli:-Bunun bir o qədər də əhəmiyyəti yoxdur. Amma lazımlı hesab edirsənsə,

danışım. Mənim fikrimi bilmək istəsən, onun xanlıq məqamına yüksəlməsi təqdiri-ilahidir. Bunun baş verəcəyi barədə hər ikimiz hələ uşaq ikən hindli zəvvarlardan eşitmişdik və onların dediklərinin birinci hissəsi baş verdi. Necə baş verdiyinə gəlincə, indi sənə danışacaqlarım başqalarından eşitdiklərimdir.

Nadir kəndlərimizi əfqan və özbəklərdən təmizlədikcə, xalq arasında şöhrəti durmadan artırdı. Dəstəsinə qoşulanlar da çoxalırdı. Elə bir vəziyyətə gəlib çıxmışdı ki, ondan artıq təkcə özbək və əfqanlar deyil, Əfşar elinin rəisi Babaəli xan da çəkinməyə başlamışdı...

***Babaəli xanın imarətinin bağçası. Arxa planda İmarətin tağlı sütunları

görünür. Babəli xan və Hacı Zaman xan (əfqan milli geyimində) bağçadakı köşkdə yanaşı oturub sulu qəlyan çəkə-çəkə söhbət edirlər (ümumi plan).

Hacı Zaman xan:-Bir həftə öncə quldurbaşı Nadir Heratdan İsfahana gedən karvanımı qarət

edib, adamlarımı da qırıb. Dünən isə xəbər gəldi ki, Kəlat-Fəthabad yolu üzərindəki əfqan kəndlərini qarət edib. Müqavimət göstərmək istəyənləri də qırmanclatdırıb.

25

Page 26: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bax, biz səninlə neçə illərdir, dostluq edirik, bu günə qədər aramızda ən kiçik inciklik belə olmayıb. Onu da bilirəm ki, Nadirqulunun quldurları ilə heç bir əlaqən yoxdur. Amma bunu əfqanlara anlatmaq çox çətindir. Onların gözündə hər ikiniz türk və qızılbaşsınız. Və insanları bu cinayətlərin kim tərəfindən törədildiyi maraqlandırmır, onlar üçün bunun heç bir fərqi yoxdur. Deyirlər ki, qızılbaşlar malımızı qarət edir, adamlarımızı öldürür. Sən isə bizə onlardan intiqam almağa qoymursan. Artıq onları saxlamaqda çətinlik çəkirəm. Əgər intiqama qalxsalar, təbii ki, Nadiri tapa bilmədikləri üçün, hirslərini sənin kənd və oymaqlarının üstünə tökəcəklər. Odur ki, Nadirin carəsini qılmaq sənin üzərinə düşür.

Babaəli xan qəlyandan bir qullab vurub tüstüsünü göyə buraxır və dərin fikrə gedir. Ondan səs çıxmadığını görən Hacı Zaman xan soruşur:

-Haqlı deyiləmsə, de ki, haqlı deyilsən.Babaəli xan üzünü həmsöhbətinə tutur:-Haqlı olmağına haqlısan. Amma özünü mənim yerimə qoy...Babaəli xanın bu tutumundan əsəbiləşən Hacı Zaman xan ayağa qalxır və

həmsöhbətinin sözünü yarıda kəsməsinə səbəb olur:-Görürəm ki, heç nə başa düşmək istəmirsən? Yaxşı-yaxşı fikirləş. Mən

sözümü dedim. Mənə müsaidə...Babaəli xan da ayağa qalxır:-Fikirləşib bir carəsini taparam. Müsaidə sahibisən. ***Babaəli xanın evinin içi. Xan bir guşədə namaz qılır. Sonuncu dəfə səcdəyə

gedib diz üstə oturmuş vəziyyətə qayıdır və başını növbə ilə sağa və sola çevirməklə iki dəfə "əssəlamu əleyküm və rəhmətullahi bərəkətu" deyir, sonra üzünü göyə tutub Allaha yalvarmağa başlayır:

-Ya Allahım, çətin vəziyyətə düşmüşəm, iki od arasında qalmışam. Sənin köməyinə ehtiyacım var. Köməyini məndən əsirgəmə...

Kadr arxasından eşidilən qapı açılması səsi Babaəli xanı duasını yarımçıq kəsməyə və üzünü səs gələn tərəfə döndərməyə sövq edir.

***Otağın açıq qapısından boylanan nökər xanın namaz üstdə olduğunu görüb

getmək istəyir. Fəqət xanın kadr arxasından eşidilən "dur!" əmri onu ayaq saxlamağa məcbur edir.

***Babaəli xan iri planda görünür:-Nə olub? ***Ekranda yenidən nökər peyda olur. O, xana yaxınlaşaraq qarşısında diz üstə

oturub yavaşcadan deyir:-Xan, bir nəfər 15-16 yaşlarında oğlan uşağı gəlib. Deyir ki, Nadirin qarda-

şıdır və ondan sənə xəbər gətirib.Xan:-Aparın onu dib otağa, qəhvədən-zaddan verin içsin, bir azdan gəlirəm.Nökər "baş üstə" deyib ayağa qalxır və geriyə-geriyə bir neçə addım atıb

dönür, qapıdan çıxıb onu bağlayır. Xan əllərini və üzünü göyə tutur:

26

Page 27: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Şükür sənə, uca Tanrım, duamı qəbul etdin... ***Ekranda ağac dibində, süfrə arxasında oturub pendir-çörək yeyən Hacı

Məhəmmədəli və oğlu Toğrul peyda olurlar. Arxa planda onların ağaca bağlanmış atları görünür. Ata deyir:

-Deyilənə görə, bu xəbər Babaəli xan üçün göydəndüşmə oldu. O, Hacı Za-man xanla sözü çəp gəldikdən sonra Nadirlə görüş barədə düşünməyə başlamışdı. İbrahim də qardaşından görüş barədə təklif gətirmişdi. Yəni istədiyi yar idi, yetir-di pərvərdigar. Deyilənə görə, Nadirlə xan xəlvəti bir vaxtda və xəlvəti bir yerdə görüşdülər.

***Nadirlə Babaəli xan təpələrlə əhatələnmiş qayalıq bir yerdə gəzişərək söhbət

edirlər. Nadir deyir:-Əminəm ki, güclərimizi birləşdirsək, bütün Xorasanı əfqan və özbəklərdən

təmizləyə bilərik. Hətta ən qısa bir vaxtda Məşhəd və Heratı da ələ keçirmək imkanına sahib olarıq.

Babaəli xan:-Bax, oğlum, sən deyənlər tam doğrudur və mən səninlə tam razıyam. Amma

ortada iki əmma var. İlk növbədə onları həll etməliyik. Birincisi, bu, sənin qeyri-məşru vəziyyətindir. İlk öncə sənin vəziyyətini məşrulaşdırmaq lazımdır. Bunun yolunu bilirəm, söyləyərəm, fikirləşərsən. İkincisi, mənim vəziyyətimdir. Mən xalqımızı yağma və təhqirlərdən qoruya bilmək üçün Hacı Zaman xanla əbədi sülh barədə Qurana əl basıb anlaşmışıq. Odur ki, heç bir vəchlə əfqanların və özbəklərin üstünə müharibə ilə gedib andımı poza bilmərəm. Amma bunun da yolu var.

İndi mənə diqqətlə qulaq as. Tədbirim belədir. Öncə sən məscidə gedib axundun və 5-10 ağsaqqalın qarşısında Qurani-Kərimə əl basıb tövbə edəcək, həramilikdən, quldurluqdan əl çəkdiyini bəyan edəcəksən, mənsə səni də, yoldaş-larını da bağışladığımı və himayəm altına aldığımı elan edərəm. Beləcə, həm sizqeyri-məşru vəziyyətdən çıxmış olarsınız, həm də mənim himayəmə keçdiyiniz üçün kimsə sizə xətər yetirməyə cəsarət etməz. Sonra səni özümə kürəkən və bütün varidatımın və mülklərimin sahibi edərəm. Onsuz da mənim oğlum yoxdur. gözümün ağı-qarası bircə qızım var.

Daha sonra əfşar bəylərini bir yerə toplayar, taqətdən düşdüyümü və könüllü olaraq xanlıqdan əl çəkdiyimi bildirərəm. Sənin namizədliyini irəli sürərəm və sən xan olarsan. Xan olduqdan sonra isə düşündüklərini asanlıqla yerinə yetirərsən, mən isə Qurana içdiyim anda xilaf çıxmış olmaram. Fikirləş və qərarını bildir.

Əlbəttə, bütün bunları mərhələ-mərhələ həyata keçirmək üçün xeyli vaxt lazım olacaq. Amma razılaş ki, sənin də Xorasanı əfqanlardan təmizləmək məqsədi ilə başlamaq istədiyin böyük savaşa hazırlaşmaq üçün vaxta ehtiyacın var.

*** Ekranda yenidən ağac dibində, süfrə arxasında oturub pendir-çörək yeyən

Hacı Məhəmmədəli və oğlu Toğrul peyda olurlar. Arxa planda onların ağaca bağlanmış atları görünür. Ata deyir:

-Deyilənə görə, bir həftə sonra Nadir yaxın kəndlərdən birindəki məsciddə, kənd axundunun və ağsaqqalların qarşısında Qurana əl basıb, tövbə etdiyini bəyan

27

Page 28: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

etdi. Babaəli xan da razılaşdıqları kimi, onu və yoldaşlarını bağışladığını və himayəsi altına aldığını elan etdi...

***Ekrandakı kadrları çövqan oynayan gənclər əvəz edir. Arxa planda onlara

tamaşa edən alabəzək geyimli qız-gəlin görünür. Top Nadirə tərəf gəlir. O topla bir qədər irəliləyir.

***İri planda görüntülənən gənc Nadir çövqanı ilə topa zərbə endirib onu

qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir.

***Topun rəqib qapısından keçdiyinə sevinən qadın azarkeşlər. Hamıdan çox

Sonabəyim sevinir. O, sevincini yerində hoppanıb düşməklə ifadə edir. ***Kişi azarkeşlər. Onlar da sevinrlər. Babaəli xan da onların içindədir. O,

qadınlar olan tərəfə, qızı Sonabəyimə baxır. ***Ekranda iri planda sevincindən hoppanıb düşməkdə olan Sonabəyim görünür. *** Bu kadrları at çaparaq ox atan gəncləri əks etdirən kadrlar əvəz edir. Sıra gənc

Nadirə gəlir. Ox atan Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır.

***Ekranda bütün bunları at belində oturan və bir-neçə atlının əhatəsində olan

Babaəli xan seyr edir. ***Ekranda yenidən ağac dibində, süfrə arxasında oturub pendir-çörək yeyən

Hacı Məhəmmədəli və oğlu Toğrul peyda olurlar. Arxa planda onların ağaca bağlanmış atları görünür. Ata deyir:

- Sonra toy oldu. Beləcə, Nadir Babaəli xanın kürəkəninə və bütün mal-mülkünün varisinə çevrildi...

***Kəlat şəhərinin bazarı. Müxtəlif ədviyyatların satıldığı çarşı. Şıdırğı alver

gedir. Satıcıların hamısı qızılbaş geyimində olsalar da, alıcılar içində müxtəlif millətlərə mənsub geyimlərdə-qızılbaş,türkmən, özbək, əfqan, multanı (müsəlman hindli), hind geyimlərində olan qadın və kişilər gözə dəyir. Səs-küydən ağız deyəni qulaq eşitmir. Bütün bunlaın fonunda ekranda yazılır:

"KƏLAT, 1722-Cİ İL" ***Babaəli xanın imarətinin bağçasındakı köşk. Nadirlə (34-35 yaşlarında)

İbrahim (28-29 yaşlarında) köşkdə oturub söhbət edirlər. Qarşılarında içi müxtəlif meyvələrlə dolu məcmeyi və meyvələrin tumunu atmaq üçün nimçə var. Nimçənin içində bir-neçə şaftalı, bir neçə ərik tumu, eləcə də gilələrsiz üzüm salxımları gözə dəyir. Nadir üzümdən bir gilə qoparıb ağzına atır və deyir:

28

Page 29: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Yaxşı oldu ki, gəldin, ürəyim çoxdan idi, səni istəyirdi. Lap burnumun ucu göynəyirdi. Uşaqlara de, bir qədər də səbr etsinlər. Xorasanı əfqanlardan təmizləyəcəyimiz gün uzaqda deyil.

İbrahim sağ tərəfə işarə edərək:-Dadaş, gəlinbacım gəlir, deyəsən, səninlə işi var.Nadir üzünü qardaşı işarə edən tərəfə çevirir. ***Ekranda köşkə yaxınlaşmaqda olan Sonabəyim görünür. O, bir neçə addım

atıb dayanır və deyir:-Nadir, dədəm səni çağırır. ***Nadir (iri plan):-Yaxşı, indi gəlirəm...Rzaqulu hələ mədrəsədən qayıtmayıb? *** Ümumi plan. Sonabəyim "yox, hələ gəlməyib"-deyib gedir.İbrahim "yaxşı, mən gedim"-deyib, ayağa qalxmaq istəyir, Nadir onun əlindən

tutub qalxmağa qoymur:-Getmə, gözlə, indi gəlirəm.İbrahim:-Yox, dadaş, artıq gecdir, evə bir az bazarlıq da etməliyəm. Axşam Dərəgöz-

dən qonaqlarım olacaq. İzn ver gedim.Nadir:-Yaxşı, sən deyən olsun. Amma dadaşını unutma. Söylədiklərimi də uşaqlara

mütləq çatdır. Bu sözlərdən sonra hər iki qardaş ayağa qalxır. ***Babaəli xanın otağı. Saç-saqqalı ağarmış Babaəli xan otağa döşənmiş böyük

Şirvan xalçasının düz ortasında, ipək yorğan-döşəkli yataq taxtında uzanmışdır. Üz-gözündən bərk xəstə olduğu görünür, tez-tez öskürür. Sağ tərəfində səkkizguşəli balaca bir masa qoyulub. Nadir onun yanında diz üstə oturmuşdur. Xan öskürəyinə ara verib deyir:

-Nadir, mənə diqqətlə qulaq as. Hiss edirəm ki, artıq son həftələrimi, bəlkə də son günlərimi yaşayıram. Deyəsən, Sonabəyimin anası mənim üçün darıxıb. Elə mən də onun üçün darıxmışam...

Xan yenə də təkrartəkrar öskürür. O. sakit olan kimi Nadir deyir:-Allah eləməsin, o nə sözdür danışırsınız. Siz hələ nəvəniz Rzaqulunun

toyunu da görəcəksiniz, inşallah...Xan:-Təsəlli etdiyinə görə sağ ol, amma mənimki artıq təsəllidən keçib. İndisə

məni diqqətlə dinlə. Əlbəttə, deyəcəklərimin çoxunu bilirsən, amma olsun, sən yenə də dinlə (öskürür)... Bilirsən ki, bizim Əfşar eli Səfəvi xanadənanına həmişə sədaqətlə qulluq etmişik, səltənətin Xorasandakı dayağı olmuşuq. Şeyx Səfi oğullarının hökumət başına gəlməsində Şamlu, Rumlu, Təkəlu, Ustaclu, Zülqədər və Qacar elləri ilə bilikdə Əfşarlar da böyük xidmət göstərmişlər (öskürür)...

29

Page 30: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Səltənətin başının üstünü qara buludlar alıb. Soltan Hüseyn şah isə, deyilənə görə, gecə-gündüz hərəmxanadan çıxmır. Şahzadələrin də başı eyş-işrətdən ayrıl-mır. Sarayda bütün siyasi məsələləri şahın hərəmləri və xacələri həll edir. Xarici ölkə səfirləri də məsələlərini xacə və hərəmlərin əli ilə həll edirlər. Bir sözlə, səltənət göz görə-görə əldən gedir...

Xan yenə də uzun-uzadı öskürməyə başlayır. Bu dəm qapı döyülür. *** Otağın qapısı. Qapı açılır. Sonabəyim və nökər içəri girirlər. Qadının əlində

dərman şüşəsi və balaca qaşıq, Nökərin əlində isə üstündə qəhvədan və fincanlar olan məcməyi var.

***Öncəki səhnə. Ümumi plan.Nökər məcməyini masanın üstünə qoyur və geri

bir neçə addım atıb, kadrdan çıxır. Sona bəyim atasına deyir:-Dədə, dərmanını gətirmişəm. Öncə dərmanı, üstündən də isti bir qəhvə iç ki,

xeyri çox olsun.Babaəli xan:-Dərman acı, qəhvə acı...Sonabəyim:-Yox dədə, bu dəfə acı deillər. Əzvayı balla qarışdırmışam, qəhvənin də şəkə-

rini bol etmişəm.Qadın bu sözləri deyib, xana üç qaşıq dərman içizdirir. Nadir də həmin an fin-

canlara qəhvə süzməyə başlayır. Babaəli xan dərmanları içib üz-gözünü turşudur:-Əcəb də acı deyil. Lap zəhər kimi acıdır.Xan masanın üstündəki fincanlardan birini götürüb bir-iki qurtum içir və

yerinə qoyur:-Hə, qəhvəyə isə söz ola bilməz. Rzaqulu mədrəsədən gəldimi?Sonabəyim:-Hə, gəlib. Bu gün nücum xocası onu bol-bol tərifləyib, deyib ki, sən

böyüyən-də böyük alim olacaqsan.Xanın üzü gülür:-Maşallah, bərəkallah, mənim aslan nəvəm. Yaxşı oxumaqda (gözləri ilə

Nadirə tərəf işarə edir) , yəqin ki, atasına oxşayıb. Çünki mənim də, qızımın da mədrəsədə nücum, cəbr, həndəsə, hikmət kimi elmlərdən zəhləmiz gedərdi. Amma üzdən bizə oxşayır, biz tərəfə çəkib. Yaxşı, qızım, sən get, mənim kürəkənlə bir az işim var.

Sonabəyim "baş üstə"-deyib kadrdan çıxır. Xan fincanı əlinə alıb daha bir iki qurtum içir və yerinə qoyur. Üzünü Nadirə utur:

-İç, qəhvəni soyutma.Nadir fincanını götürüb içnəyə başlayır: ***Babaəli xan (iri plan):-Harda qalmışdım? Hə, yadıma düşdü (uzun-uzadı öskürür)... Bu gün

səltənətin nə halda olduğunu özün məndən də yaxşı bilirsən. Əfqanlar artıq İsfahanı da alıblar. Soltan Hüseyn şah artıq Qəndaharlı Mahmudun xeyrinə

30

Page 31: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

şahlıqdan əl çəkib. Uzun sözün qısası, bilmirəm eşitmisən, ya yox, ərəfədə isə Fəthəli xan Qaçar vəliəhd Təhmasib Mirzəni İsfahandan qaçırmağa nail olub...

***Ekranda İsfahandakı "40 sütun" sarayının ümumi görünüşü görüntülənir.

Sarayın fonunda yazılır: "İSFAHAN. 1722-Cİ İL, İYUN" ***"40 sütun" sarayının eyvanlarından biri. Səfəvi vəliəhdi Təhmasib Mirzə

güzgü qabağında bir səndəldə oturub güzgüyə baxır. Yanında ayaq üstdə durmuş dəllək əlindəki içi sabunlu qabı fırça ilə qarışdırır. O, qarışdırdıqca, sabun köpüklənir. Vəliəhd soruşur:

-Hə, Məşhədi Yusif, söylə görək, təzə nə var-nə yox.Dəllək sabunqabı və fırçanı güzgünün qabağına qoyub dərindən bir ah çəkir

və götürdüyü ağ mələfəni Təhmasib Mirzənin boynuna dolaya-dolaya deyir:-Vallah, bilmirəm nə deyim, yaxşı bir şey yoxdur. Deyirlər, əfqanların quldur

başçıları Qəndəharlı Mahmud özünü şah elan etmək fikrinə düşüb. Qızılbaş camaatı bu söz-söhbətdən yaman narahatdır...

Dəllək sabunqabını götürüb. fırça ilə vəliəhdin başını sabunlamağa başlayır və sözünə davam edir:

-...Məndə olan məlumata görə, Fəthəli xan Qacar da deyib ki, buna imkan vermək olmaz, gərək nəyin bahasına olursa-olsun, vəliəhdi əsirlikdən azad edib, şah elan edək, hətta tədbir də almağa başlayıb...

Təhmasib:-Bu barədə çoxmu adamın məlumatı var?Dəllək cibindən çıxartdığı ülgüclə vəliəhdin saçını qırxa-qırxa cavab verir:-Təbii ki, yox. Sizə demişdim axı, artıq səltənətin bütün şəhərlərində gizli

qızılbaş təşkilatları qurulub. Bu müzakirələr də yalnız həmin təşkilatlarda, özü də tam məxfi şəkildə aparılır.

Təhmasib Mirzə:-Yaxşı, sizin bu təşkilat bir düz-əməlli adam tapmadımı ki, vasitəçi kimi səni,

bir dəlləyi seçdi?Dəllək işinə davam edə-edə:-Qərar belə oldu ki, dəlləkdən kimsə şübhələnməz. Bir də ki, axı, sizinlə

məndən başqa kim görüşə bilir ki&Təhmasib Mirzə:-Hə, doğrudur. Doğru sözə nə deyəsən?Dəllək:-Bu gecə şəhərə gizli yolla 200 qacar bəyi daxil olub. İlk fürsətdəcə Fəthəli

xan Qacar sizi İsfahandan qaçıracaqdır.Təhmasib Mirzə:-Nə, 200? Bu qədər adamı yedirdib-içirtmək lazımdır. Mən bunun öhdəsindən

necə gələrəm?Dəllək vəliəhdin qırxılmış başını dəsmalla silələ-silə deyir:-Bu barədə narahat olmayın, qibleyi-aləm, bunun da tədbiri alınmışdır. Bir də,

axı, şahı qorumaq üçün 200 nəfər də azdır.

31

Page 32: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Təhmasib Mirzə gülür:-Qibleyi-aləm!!! Şah!!! İndidən yaltaqlanmağa başlayırsan? ***Ekranda bağcada, hovuz qırağında səndəldə oturmuş Fəthəli xan Qacar görü-

nür. Onun boynuna mələfə dolanmışdır. Dəllək Məşhədi Yusif daraq və qayçı ilə onun bığ saqqalını düzəldir və işini görə-görə pıçıltı ilə deyir:

-Vəliəhd tam hazırdır və sizin işarənizi gözləyir. Amma...Fəthəli xan pıçıltı ilə onun sözünü yarıda kəsir:-Sakit, gələn var. (səsini ucaldır) Deyirəm, ay məşhədi, bəlkə səni evləndirək.Dəllək normal səslə:-Başına dönüm, ay xan, mənim bir ayağım burda, bir ayağım gorda. Evlənmək

mənim harama yaraşır.Kadra nökər daxil olur və xana deyir:-Qurbanın olum, xan, padşah deyir ki, taraş olub qurtardıqdan sonra yanıma

gəlsin.Fəthəli xan:-Yaxşı.Nökər kadrdan çıxır. Xan sözünə normal səslə davam edir:-Yəni deyirsən ki, könlündən heç arvad-zad keçmir? (pıçıltıya keçir) Sözümüz

yarımçıq qaldı.Dəllək (pıçıltı ilə):-Amma sözün açığı, mənə elə gəldi ki, Təhmasib Mirzə, deyəsən, bir az qor-

xan kimidi. Qorxuram işi bada versin. ***Pəncərəsiz bir hücrə. Vəliəhd Təhmasib Mirzə əynində uzun, qara qadın

tumanı (yubkası) hücrənin ortasında durub. Yanında dəllək Məşhədi Yusif var . O, əlində tutduğu qara niqablı çarşafı gəncin başına keçirir və deyir:

-Gedək, qibleyi-aləm, yolçu yolda gərək. Dəllək və qara çarşaflı vəliəhd otaqdan çıxırlar. ***Çox da geniş olmayan yarıqaranlıq bir dalan. Yerdə üstü kəcavəli bir dəvə

oturub. Kəcavənin içi boşdur. Daha bir dəvə ayaq üstədir. Onun da belində içində qara çarşaflı qadın oturmuş bəzəkli kəcavə var. Dəvələrin yanında dörd atlı durub. Kadr arxasından ayaq səsləri eşidilir. Məşhədi Yusif və qara çarşaflı Təhmasib Mirzə kadra daxil olurlar. Vəliəhd yerdə oturmuş kəcavəyə qalxır. Dəllək dəvənin ipindən çəkir, dəvə ayağa qalxır. Məşhədi Yusif deyir:

-Sizə yaxşı yol, Allah yolunuzu açıq etsin!Atlılar və dəvələr hərəkətə gəlirlər. ***İsfahan şəhərinin qala darvazasının və bürclərinin çöldən görüntüsü.

Bürclərdə əli nizəli və qalxanlı gözətçilər gözə dəyir. Darvazanın qapları açılır. Açılan qapıların cırıltı səslərindən hürkən çox sayda quş havaya qalxır və uçuşmağa başlayır.

***Darvazanın yaxından görüntüsü. Qapıdan iki kəcavəli dəvə və 4 atlı çıxır.

32

Page 33: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda yenidən xəstə Babaəli xanla Nadir görünür.-Təhmasib Mirzə artıq özünə sədaqətli 200 tərəfdarı ilə Qəzvindədir. Qəzvin-

də Fəthəli xan Qacar və adamları onu şah elan ediblər və artıq əfqanlara qarşı döyüşə hazırlaşırlar. Biz də gərək burada savaşa başlayaq. Bir sözlə, səninlə sözləşməmizin artıq ikinci hissəsini də həyata keçirməyin vaxtı yetişib. Əfşar bəylərinə xəbər göndərmişəm, sabah günorta burada olacaqlar. İndi get, hazırlaş, sabahdan artıq xanımız sən olacaqsan.

***Ümumi plan.Nadir Babaəli xanın əlindən öpüb ayağa qalxır. Getmək istərkən,

xan deyir:-Alim nəvəmə də de yanıma gəlsin, görüm, nücum xocası ona nə deyib. ***Ekranda yenidən ağac dibində, süfrə arxasında oturub pendir-çörək yeyən

Hacı Məhəmmədəli və oğlu Toğrul peyda olurlar. Arxa planda onların ağaca bağlanmış atları görünür. Ata deyir:

-Babaəli xan söz verdiyi kimi, əfşar bəylərini qurultaya çağırıb, xanlıqdan Nadirin xeyrinə əl çəkdi. Bəylər həm Babaəli xanın zəhmindən, həm də Nadirin xalq içərisində olan ölçüyəgəlməz nüfuzundan çəkinərək etiraz etmədilər, bir nəfər kimi ona biət etdilər...

Ata və oğul yeməklərini yeyib bitirilər. Toğrul süfrəni yığmağa başlayır. Hacı Məhəmmədəli sözünə davam edir:

-...Nə isə, oğlum, yolçu yolda gərək.Toğrul ayağa qalxır. ***Ekranda süfrəni xurcuna qoyan və xurcunu da atın yəhərinə bərkidən Toğrul

görünür. Kadra daxil olan atası öz atına yaxınlaşır və deyir:-Az qala yadımdan çıxmışdı...O, atının xurcunundan ağ əskiyə bükülmüş bir şey çıxarır, əskini açır, əskinin

içindən çıxan tapançanı oğluna göstərir, onu oğluna verir və sözünə davam edir:-...Al, oğlum, yolda lazımın olar.Oğul tapançanı alıb, qurşağına keçirir, atasının əlindən öpür. Hacı Məhəm-

mədəli də onu alnından öpür, atının ipini açıb, minir və deyir:-Yallah.Toğrul da ipi açır və atlanır. Atlılar bir söz demədən fərqli istiqamətlərə

çapırlar. ***Ekranda Qəzvin şəhərinin zülmət gecəni yaran ay işığının işıqlandırdığı qala

divarları və bürcləri görünür. Qala və bürclərin fonunda yazılır: "QƏZVİN. 1722-Cİ İL, 24 NOYABR" Fəthəli xan Qacar Qəzvin valisinin sarayının məşəllərlə işıqlandırılan uzun

dəhlizi ilə irəliləyərək Təhmasib Mirzənin yataq otağının qapısına yaxınlaşır. Qapının ağzında durmuş əli qalxan və nizəli keşikçilərdən soruşur:

-Vəliəhd yatıbmı?Keşikçilərdən biri cavab verir:

33

Page 34: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bəli.Fəthəli xan Qacar divardakı məşəllədən birini götürüb içəri gimək istəyir.

Keşikçi deyir:-Xan, başına dönüm, içəri girməyiniz məsləhət deyil.Xan qəzəblə:-Nəyin məsləhət olub-olmadığına sənmi qərar verəcəksən?!Keşikçi:-Mən nə karəyəm ki, nəyəsə qərar verim. Sadəcə, vəliəhd indi müsaid deyil.Fəthəli xan:-Niyə, nə olub ki? Yoxsa yanında cariyələrmi var?Keşikçi gözlərini yerə dikərək:-Bəli.Xan :-Azərbaycan səltənətinin topdağıtmaz sütunlarını Səfəvi şahlarının, şahzadə-

lərinin, vəliəhdlərinin əyyaşlığı, arvadbazlığı, hərisliyi laxlatmadımı? Allah lənət etsin!

Fəthəli xan bu sözləri deyib qapını açır və içəri girir. ***Təhmasib Mirzənin yataq otağı. İçəri girən Fəthəli xan Qacarın əlində tutduğu

məşəl otağ işıqlandırır və vəliəhdin yataq taxtı görünür. Xan taxta yaxınlaşır. ***Təhmasib Mirzə iki çılpaq cariyənin ortasında şirin yuxudadaır. Onların bə-

dənləri sinəyə qədər yorğanın altında ols da, görünən hissələdən hər üçünün lüt ol-duqları anlaşılır. Xan əli ilə vəliəhdin ayağını silkələyir. Təhmasib gözünü açır və məşəlin işığı gözlərini qamaşdırdığı üçün dərhal da bağlayır və gözü yumulu halda, yuxulu-yuxulu soruşur:

-Kimsən, gecənin bu vaxtı nə istəyirsən?Xan:-Mənəm,qibleyi-aləm, Fəthəli xan Qacaram.Vəliəhd zorla da olsa, gözlərini açır:-Nə olub, niyə qoymayırsan yataq?Fəthəli xan:-Təcili durub geyinməyiniz lazımdır. Çox vacib bir məsələ var.Vəliəhd:-Olmaz ki, sənin o vacib məsələn səhərə qalsın, ya da elə burada söyləyəsən?Fəthəli xan:-Yox, olmaz. Durmanız icab edir.Xanla vəliəhdin səs-küyündən oyanan cariyələr gözlərini ovuşdurmağa

başlayırlar. Təhmasib Mirzə:-Yaxşı sən get. İndi geyinib gəlirəm. *** Qəzvin valisinin sarayının hücrələrindən biri. Divarlarda yanan məşəllər

hücrəni tam işıqlandırır. Yerə döşənmiş Təbriz xalçalarını hesaba almasaq, bütün-lüklə bomboş olan otaqda Fəthəli xan Qacar əsəbi halda, tək o tərəf-bu tərəfə var-gəl edir. Kadr arxasından ayaq səsləri eşidilir. Səslər get-gedə daha yaxından hiss

34

Page 35: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

edilir və nəhayət, geyinib-keçinmiş, fəqət hələ də yuxulu olan vəliəhd içəri girir. O, içəri girər-girməz deyir:

-Hə, de görək, nədir sənin vacib məsələn.Fəthəli xan Qacar:-İsfahan artıq əfqanların əlinə keçib. Atanız Soltan Hüseyn şahlıqdan Qənda-

harlı Mahmud xan Əfqanın xeyrinə əl çəkib.Gözlənilməz bəd xəbərdən şoka düşən vəliəhd öncə nə deyəcəyini bilmir, son-

ra isə özünü zorla ələ alıb, dili topuq çala-çala soruşur:-Ne...necə, yəni şahlıqdan Ma...Mahmud xan Əfqanın xeyrinə əl çəkib? Bu,

ola bilməz. Mən buna inanmıram.Fəthəli xan:-İnanmırsınız, yoxsa inanmaq istəmirsiniz? İnansanız da, inanmasınız da, bu,

təəssüf ki, belədir. Atanız öz əlləri ilə tacı başından çıxarıb, Mahmud xanın başına qoyub, möhürü də o bişərəfə təhvil verib.

***Təhmasib Mirzə (iri plan):-İndi biz nə edək? Bu nə iş idi, başımza gəldi? Bu o deməkdir ki, artıq nə

Azərbaycan səltənəti var, nə də Səfəvi hökuməti. Hər şey məhv oldu. ***Fəthəli xan Qacar (iri plan):-Hər şey o zaman bitmiş olardı ki, siz də indi digər şahzadələr kimi İsfahanda

olaydınız və qardaşlarınız kimi siz də indi Mahmud xan Əfqanın əsiri durumuna düşəydiniz. Allaha şükürlər olsun ki,Azərbaycanın bir parçası olan Qəzvin hələ ki, əlimizdədir və günü bu gün sizi şah elan etmək lazım olacaq.

***Ümumi plan.Təhmasib Mirzə:-Bu necə ola bilər? Axı, atam özü Mahmud xanı şah elan edib. Belə olan

halda, mənim şahlığımın məşruluğunu kim tanıyar?Fəthəli xan:-Necə yəni kim tanıyar? Bütün Azərbaycan türkləri və bütün qızılbaşlar!

Xalqın əfqanlara necə nifrət etdiyindən xəbəriniz yoxdur. Artıq siz millətin tək və yeganə ümid yerisiniz. Üstəlik də hə kəs bilir ki, qanuni vəliəhd sizsiniz. Madam ki, Atanız şahlıqdan əl çəkib, demək qanuni şah sizsiniz. Elə günü bu gün sizi şah elan etmək lazımdır.

Təhmasib Mirzə:-Allah səndən razı olsun, ay Fəthəli xan, əgər sən olmasaydın, məni İsfahan-

dan qaçırmasaydın, indi kim bilir, kəsilmiş başım hansı nizəyə taxılmşdı. Mahmud xan öz şahlığını məşrulaşdırmaq üçün məni mütləq öldürəcəkdi. Yazıq qardaş-larım, görəsən, onların başlarına bir iş gəlməyib ki?

*** Ekranda nizələrə taxılmış ondan artıq uşaq və yeniyetmənin kəsilmiş qanlı

başları görünür. Bu dəhşətli mənzərənin fonunda yazılır: "İSFAHAN. 1722-Cİ İL, 2 NOYABR" ***

35

Page 36: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İsfahan zindanının işkəncələr otağı. Əllərində uzun qırmanclar olan iki əfqan beldən yuxarı soyundurulmuş,əlləri kəndirlərlə sütunlara bağlanmış, qan içində olan dəllək Məşhədi Yusifi qrmanclamaqla məşğuldurlar. Onun bədənində, qollarında və baş-gözündə salamat bir yer yxdur. Əfqanlar dəlləyi vurduqca ondan ağrının dəhşətini ifadə edən boğuq səslər çıxır. Mahmud xan Əfqan bir qədər kənarda durub bütün bunları seyr edir. Nəhayət, Mahmud xan əlini yuxarı qaldırır və əfqanlar dəlləyi döyməyə ara verirlər. Xan Məşhədi Yusifə yaxınlaşır:

-Hər kəs vəliəhdin son günlər səndən başqa heç kimlə görüşmədiyini söyləyir. Sonuncu dəfə soruşuram, Təhmasib Mirzə haradadır?

***Ekranda iri planda görünən dəllək ağır-ağır gözlərini qaldırır və deyir:-Vəliəhd mənim ürəyimdədir. O, Azərbaycan türklərinin ürəyində yanan ümid

çırağıdır. Sən onun yerini heç vaxt bilməyəcəksən? ***Mahmud xan (iri planda):-Bədbəxt! O əyyaş, arvadbaz Təhmasibdirmi kafir qızılbaşdırın ürəyində par-

layan ümid çırağı? ***Ümumi plan. Mahmud xan Əfqan üzünü əfqanlara tutr:-Bu qızılbaş köpəyini ölənə qədər döyün, gəbərdikdən sonra isə bədənini tikə-

tikə edib itlərə atın.Mahmud xan bu sözləri deyib kadrı tərk edir. Əfqanlar dəlləyi döyməyə

davam edirlər. ***İsfahan valisinin sarayında geniş bir salon. Salonun divarları böyu bəylər,

mərkəzdə isə Fəthəli xan Qacar, Təhmasib Mirzə və Qəzvinin baş axundu durmuş-lar. Kənarda bər-bəzəkli taxt gözə dəyir. Bütün bunların fonunda yazılır:

"QƏZVİN. 1722-Cİ İL, 24 NOYABR" Yazı itir və Fəthəli xan danışmağa başlayır:-Bəylər, vəziyyəti sizə izah etdim. Bu gün Azərbaycan səltənətini xilas edə

bil-mək üçün tək bir yol var: səltənət taxt-tacının qanuni varisi Təhmasib Mirzəni adaşı və ulu babası birinci Təhmasib şahdan yadigar qalmış (əli ilə taxta işarə edir) bu taxtda oturdaraq şah elan etmək. Zatən, vəliəhdi İsfahandan qaçırarkən də məqsədimiz elə bu idi və bu işdə bura toplaşmış Qacar bəylərinin hamısı yaxından iştirak etmişdir. Bu üzdən də kiminsə etiraz edəcəyini sanmıram. Fəqət elimizin adətincə, soruşmaq borcumdur və soruşuram: etiraz edən varmı?

Ortaya sükut çökür. Bir neçə saniyə çəkən sükutu axund pozur:-Etiraz edən yoxdur. Məncə mərasimə başlamaq olar.Fəthəli xan Qacar:-Başlayaq. Tac gətirilsin! Kameranın obyektivi xanın üzərindən salonun qapısına tərəf hərəkət edir və

hərəkət zamanı ekranda başlarını qapıya sarı çevirən və çevirməkdə olan bəylərin bəziləri növbə ilə görüntülənir. Obyektiv qapıya tuşlanar-tuşlanmaz, qapı açılır və bir nəfər əlində tutduğu sininin üzərindəki tacla bərabər içəri girir.

***

36

Page 37: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda iri planda növbə ilə tacın qapıdan salonun mərkəzinə doğru hərəkəti-ni gözləri ilə müşayiət edən bəylərin sevinc və qürur dolu üzləri görüntülənir. Onların bəzilərinin gözlərində yaş sezilir.

***Bu kadrları əlində tacı tutmuş xanı iri planda əks etdirən kadrlar əvəz edir.

Kamera geri hərəkət edir və tədricən iri planın yerini ümumi plan tutur və obyekti-və xanla yanaşı vəliəhd və axund da düşürlər. Fəthəli xan Qacar:

-Məmləkətimiz və millətimiz üçün xeyirli-uğurlu olsun, inşallah!Yer-yerdən "İlahi, amin" sədaları eşidilir. Xan tacı Təhmasib Mirzənin başına

qoyur və buna paralel olaraq deyir:-Bismillahir-rəhmanir-rəhim.Axund əllərini göyə tutub ərəb dilində dua oxumağa başlayır:-Sübhanakə ya Əllahu təaləytə ya Rəhmanu əcirnə minənnari ya mücir.Sübhanəkə ya Rəhimu təaləytə ya Kərimu əcirnə minənnari ya mücir... ***Ekranda (iri plan) növbə ilə əllərini göyə qaldırıb ürəyində duanı təkrarlayan

Təhmasib Mirzə, Fəthəli xan Qacar və bəylər görünür. Kadr arxasından axundun səsi eşidilməkdə davam edir:

-...Sübhanəkə ya Məliku təaləytə ya Məliku əcirnə mininnarə ya mücir.Sübhanəkə ya Qüddusu təaləytə ya Səlamu əcirnə minənnari ya mücir.Sübhanəkə ya Muminu təaləytə ya Muhəyminu əcirnə minənnari ya mücir.Sübhanəkə ya Əzizu təaləytə ya Cabbaru əcirnə minənnari ya mücir... ***Qəzvin sarayındakı üstüörtülü hovuz. Təhmasib Mirzə 6-7 çılpaq cariyə ilə

birlikdə hovuzda üzür, qızlarla oynaşır və zarafat edir. Kadr arxasından dua oxumaqda olan axundun səsi aralqsız davam edir:

-...Sübhanəkə ya Mütəkəbbiru təalətlə ya Mütəccəbbiru əcirnə mininnarə ya mücir.

Sübhanəkə ya Musavviru təaləytə ya Muqaddiru əcirnə minənnari ya mücir.Sübhanəkə ya Hadi təaləytə ya Baqi əcirnə minənnari ya mücir.Sübhanəkə ya Vəhhabu təaləytə ya Təvvabu əcirnə minənnari ya mücir... ***

Güllü-çiçəkli saray bağçası. Təhmasib Mirzə cariyələrlə birlikdə çiçək toplamaqda və buket qurmaqdadırlar. Kadrarxası səs hələ də davam edir:

-...Sübhanəkə ya Fəttahu təaləytə ya Mürtabu əcirnə mininnarə ya mücir.Sübhanəkə ya Səyyidi təaləytə ya Mauləyə əcirnə minənnari ya mücir.Sübhanəkə ya Qaribu təaləytə ya Raqibu əcirnə minənnari ya mücir.Sübhanəkə ya Mubdiu təaləytə ya Mubidu əcirnə minənnari ya mücir... ***Saray bağçasındakı süni gölün qırağı. Fəthəli xan Qacar və Qəzvinin baş

axundu gölün qırağında durub, əllərindəki çörəklərdən tikələr qopararaq göldə üzü-şən qu quşu, qaz və ördəkləri yemləmək və söhbət etməklə məşğuldurlar. Xan danışıır, axund qulaq asır:

-Təhmasib Mirzə də atası Soltan Hüseynin tayıdır. Fikri-zikri ancaq cariyə-lərdir. Əslində belə olması daha yaxşıdır. Önəmli olan onu saraydan çölə

37

Page 38: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

buraxmamaq, adam içinə isə ancaq zərurət olduqda çıxarmaqdır. Qoy, o, kefində olsun. Dövləti bizim özümüz idarə edərik. Artıq yeni şah möhürünü sifariş etmişəm, inşallah sabaha hazır olar. Hazır olan kimi, bütün xanlara onun adından məktublar və fərmanlar göndərib, milləti düşmənlərə qarşı səfərbər etmək lazım olacaqdır. Vaxt itirmək olmaz. Çünki, Mahmud xan Əfqan yatmayıb. İsfahandakı işlərini qaydaya qoyar-qoymaz, şübhəsiz ki, Qəzvinə hücuma keçmək barədə düşünəcəkdir.

Axund:-Doğrudur. Qəzvin bizim son qalamzdır. Onu əldən vermək olmaz. Xorasanda

Babaəli xanın da mövqeləri pis deyil. Deyilənə görə, Nadirqulunu özünə kürəkən edəndən sonra nüfuzu və gücü birə beş artıb. Gücümüzə mütləq onun gücünü də qatmaq lazımdır.

Fəthəli xan Qacar:-Təbii. Bu gün güclərimizi birləşdirməsək, sabah gec ola bilər. Azərbaycan

səltənətinin qalıb-qala bilməyəcəyi məsələsi çəkici eyni zindana vura bilib-bilməyəcəyimizdən asılıdır...Hə, bir də Osmanlı və rus padşahlarına səfirliklər göndərib, Təhmasibin şah kimi tannmasına nail olmaq lazım gələcək. Səni də inşallah, səltənətin baş axundu edərik.

***Nadirin riyaziyyat müəlliminin kasıb daxması. Gənc Nadir və saç-saqqalı

tamam ağarmış və qocalmış xoca palaz üzərinə qoyulmuş döşəkçələrin üstündə üz-üzə oturmuşlar. Xocası keçmiş şagirdini fərəh hissi ilə süzə-süzə deyir:

-Nadir bala, sağ ol ki, bu qoca vaxtında xocanı unutmayıb ona baş çəkmisən. Bilsən, bu ziyarətinlə məni nə qədər sevindirdin. Yadına gəlirmi sənə həmişə nə deyərdim...

Qoca müəllim xəyallara dalır. ***Nadirin mədrəsə illəri ilə bağlı bir epizodun təkrarı. Ekranda balaca Nadir

görünür:-Mən üçünü dostuma verər, üçünü də özümə götürərəm. Yerdə qalan bir

şəkərburanı isə iki yerə bölüb yarısını özümə götürərəm, yarısını da...Xocanın kadr arxasından eşidilən səsi onun sözünü yarımçıq kəsir:-Afərin sənə. Həmişə demişəm və bir də təkrar edirəm... ***Ekranda ayağa qalxmaqda olan və sözünə davam edən xoca görünür:-...Sən çox böyük adam olacaqsan. ********EPİZODUN SONU*********Bu kadrları öncəki kadrların davamı əvəz edir. Qoca müəllimlə Nadir üz-üzə

əyləşmişlər. Xoca gülümsəyir və deyir:-Mən həmişə deyərdim ki, sən çox böyük adam olacaqsan və bu sözləri

deyərkən, sənin İbn Sina, Fərabi, Nəsirəddin Tusi kimi böyük alim olacağını qəsd edirdim. Amma ağlıma belə gəlməzdi ki, səni bir gün qarşımda Əfşar elinin xanı kimi görəcəyəm. Özü də elə bir xan kimi ki, bütün məmləkət ona elin xilaskarı kimi baxır, ona böyük ümidlər bəsləyir...

***

38

Page 39: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Xoca ekranda iri planda əks olunur və sözünə davam edir:-...Deməli, deyirsən ki, yanıma məsləhətə gəlmisən? Sənə öncə bir sual

verəcəyəm. De görüm, İsmayıl şah Səfəvinin Çaldıran döyüşündə sultan Səlimə məğlub olmasının səbəbi nə idi?

***Bu dəfə Nadir iri planda görüntüyə gəlir:-Xocam, siz məndən Səfəvi tarixçilərinin yazdıqları uydurma səbəbləri

soruşursunuz, yoxsa həqiqi səbəbi? ***Ekranda yenidən iri planda xoca görünür. O gülümsəyir:-Təbii ki, əsl səbəbi. ***Ümumi plan. Nadir deyir:-Osmanllar döyüşə "ya Allah", bizimkilər isə "ya Əli, ya Hüseyn"-deyə atıl-

mışdılar... ***Ekranda yenidən xoca iri planda görünür və onun üzündəki təbəssümü

ciddilik əvəz edir. Kadr arxasından Nadirin səsi davam edir:-... Onlar Allahdan, bizimkilər isə Allahın artıq həyatda olmayan qullarından

mədəd diləyirdilər. Allah-Təala isə özünün uca kitabında buyurur ki, ancaq məndən kömək diləyin...

***Bu kadrları Nadirin iri planda əks olunduğu kadrlar əvəz edir:-...Bu üzdən də Allah qələbəni onlara bəxş etdi. Halbuki, qızılbaş döyüşçüləri

qarşı tərəfdən daha cəsur idilər. İsmayıl şah da sultan Səlimdən daha istedadlı sərkərdə idi...

***Ekranda yenidən iri planda xoca görünür. Onun gözləri fərəh və qürurdan

dolmuşdur:-Oğlum, sən bu cavabınla sübut etdin ki, fəhm və məntiqdə xocanı çox-çox

geridə qoymusan. Sən xan yox, şah olmağa layiqsən... ***Ümumi plan. Xoca sözünə davam edir:-...Mən səninlə fəxr edirəm. Toxunduğun məsələ ən yaralı yerimizdir. Bax,

Şeyx Səfi oğullarından öncəki Ağqoyunlu hökuməti dövründə də Azərbaycan səltənəti ilə Osmanlı səltənəti arasında münasibətlər heç də yaxşı olmayıb. Amma Ağqoyunlu şahları ilə Rum sultanlarının savaşı ticari mənafelər uğrunda idi. Həmin dövrdə Osmanlı dövləti dünyanın ən qüdrətli dövləti idi. Qüdrətinə görə ikinci yerdə Azərbaycan səltənəti, ardınca Misir Məmlükləri dövləti gəlirdi ki, o da bir türk dövləti idi və ərəblər onu "Dövlətül-ət-Türkiyə", yəni "Türkiyə dövləti" ad-landırırdılar. Dördüncü qüdrətli dövlət isə Hindistandakı türk sultanlığı idi. Ona Dehli Sultanlığı da deyirlər. Çin də türklərin hakimiyyəti altında idi. Çindən, Hindistandan başlayan bütün karvan yolları bizim səltənətdən keçərək Məmlük-lərin səltənətinə qədər uzanırdı...

***

39

Page 40: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Xoca yenidən iri planda görüntülənir və sözünə davam edir:-... Oradaan da xaçpərəst ölkələrə gedirdi. Osmanlı dövləti bu yollardan və

gəlirlərdən kənarda qalmışdı. Bu üzdən də əlindən gələni edirdi ki, ərəb İraqını bizdən alaraq həm Misirlə əlaqəmizi kəssin, həm də özü Hind ümmanına çıxıb dəniz yolu ilə Hindistan və Çinlə birbaşa ticarət edə bilsin. Eyni zamanda, müharibələr apardığı xaçpərəstlərin ticarət yollarını qıssın.

Nə qədər ki, hakimiyyətdə Ağqoyunlular idi. Onlar buna nail ola bilmirdilər... ***İri planda xocanı Nadir əvəz edir. O, xocasını diqqətlə dinləyir. Xoca isə

sözünə kadr arxasından davam edir:-...Gücləri sadəcə Azərbaycandan müstəqilliyə can atan Şirvan şahlarını dəs-

təkləməyə və bizim şimalla, yəni tatar elləri ilə ticarətimizə mane olmağa çatırdı. Səfəvilərin hakimiyyətə gəlməsindən və imamət məfkurəsini səltənətin rəsmi məfkurəsinə çevirmələrindən, ələviliyi hakim qılandan və sünnilərə divan tutmağa başlayandan sonra bütün əski dünya nizamı kökündən dəyişdi. Bütün İslam aləmi düşmənimizə çevrildi. Keçmiş müttəfiqlərimiz bizdən üz döndərdilər...

***Ümumi plan. Xoca sözünə davam edir:-... Səfəvilər Şirvanı Azərbaycana qatmağı bacarsalar da, ərəb İraqı itirildi.

Osmanlılar Hind ümmanına çıxdılar. Misir Məmlük dövləti süqut etdi və Osmanlıların hakimiyyəti altına keçdi. Sultan Səlimin xəlifəliyi ələ keçirməsindən və Osmanlı səltənətinin xilafətə çevrilməsindən sonra Osmanlılar bütün İslam dünyasının dəstəyini qazandılar...

***Nadir at belində 5-6 atlının müşayiəti ilə şəhərin dar küçələri ilə gedir. O,

dərin fikirlərə qərq olmuşdur. Kadr arxasından xocann səsi eşidilməkdə davam edir:

-...Səfəvilər məzhəbçi siyasətləri üzündən müsəlmanı müsəlmana, türkü türkə düşmən etdilr. Və bu gün biz təklənmiş vəziyyətdəyik. Torpaqlarımız da işğal altındadır. Torpaqlarımızı azad et, qardaş qırğınına, düşmənçiliyə son qoy! Bunu ancaq sən edə bilərsən.

***Ucu-bucağı görünməyən cöllük. Arabir yovşan və yulğun kollarının gözə

dəydiyi cöllüklə bir atlı çapır. Onun ardınca toz dumanı uzanır. Ekranda yazılır: "TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Çöllüklə çapan atlının arxadan görünüşü. Onun qarşısında, yəni ekrann arxa

planında təpəlik bir sahə görünür. ***Təpələrin üst tərəfi. Çapan at ayaqlarının səsi gəlir. Səs yaxınlaşır. Nəhayət,

təpənin arxasından Toğrulun başı, ardınca çiyinləri və atının başı göünür. Təpəyəqalxan atlı Toğrul atını əyləyir. Onun üz-gözündən yorğunluq və halsızlıq hiss olunur, sanki, taqətsizlikdən indi yıxılacaqdır. Atı da qan-tər içindədir, tənginəfəsdir. Gənc əlini alnında gözünün üstünə tutub üfiqi seyr etməyə başlayır və üzünün mimikasından nə isə gördüyü anlaşılır.

40

Page 41: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ucu-bucağı görünməyən və göz işlədikcə uzanaraq üfiqə dirənən çöllük.

Uzaqda 4-5 dəvədən ibarət karvan və iki nəfər atlı görünür. ***Yenidən ekrana gələn və gördüklərindən gözlərində ümid işığı parlayan

Toğrul ayağı ilə atı vurur və at hərəkətə gəlir. ***4-5 dəvədən ibarət karvan və onu müşayiət edən iki türkmən geyimli atlının

yaxından görünüşü. Türkmənlərdən biri qoca, digəri gəncdir. Hər ikisinin də çiynindən tüfəng və belindən xəncər asılıb. Gənc əli ilə kənara işarə edərək qocaya deyir:

-Ata, ora bax, gələn var. Qoca türkmən üzünü oğlunun göstərdiyi tərəfə çevirir. ***Üfiqdəki təpələrin fonunda, cox uzaqda yaxınlaşmaqda olan atlı Toğrul görü-

nür. Məsafə uzaq olduğu üçün onun üzünü seçmək olmur. ***Atlı Toğrul türkmənlərə yaxınlaşır. O, yaxınlaşar-yaxınlaşmaz, başı gicəllənir

və yıxılmamaq üçün atının boynundan bərk-bərk yapışır. Fəqət əlləri boşalır və tam yerə yıxılmaq anında özünü yetirən gənc türkmən ondan yapışaraq yerə yıxılmasına mane olur.

***Çöllüyün ortasında üç türkmən çadırı. Cadırların yanında 3 at mıxa bağlan-

mışdır. Balaca bir türkmən qızı böyük bir ot tayasını gətirib atların qarşısına atır. ***Heyvanları suvarmaq üçün düzəldilmiş böyük, içi ovulmuş daşın içindəki

sudan içən dəvələr. Kadra daxil olan və əində iki vedrə tutan gənc türkmən vedrədəki suları ovulmuş daşn içinə tökür. Arxa planda quyudan su çəkməkdə olan yaşlı türkmən qadın görünür.

***Çadırlardan birinin içi. Hər tərəfə kilim, palaz və xalça döşənmişdir. Küncdə

ipək yorğan-döşəkdə yatan Toğrul görünür. Onun alnına isladılmış əski qoyulmuşdur. Kənarda onun papağı, xəncəri, çuxası və digər əşyaları səliqə ilə qoyulmuşdur. Bunların yanında ayaq üstə duran qoca türkmən bir əlində Toğrulun tapançasını, o biri əlində Hacı Məhəmmədəlinin Nadirqulu xana yazdığı məktub var. O, tapançanı Toğrulun şeylərinin yanına qoyur, sonra isə məktubu açıb oxumağa başlayır.

***Məktubu oxuyan qoca türkmənin üzü iri planda görüntülənir. O, məktubu

oxuduqca, sanki xəzinə tapmış kimi, sifət cizgiləri dəyişir, gözləri parlamağa başlayır. Bu kadrların fonunda yazılır:

" l SERİYANIN SONU "***

41

Page 42: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

l l seriyaBƏDBƏXT ŞAH

Ekranda Zəncan bazarından görüntülər canlanr. Satıcı və alıcıların səs-küyündən ağız deyəni qulaq eşitmir. Arxa tərəfdə Cümə məscidi görünür. Bütün bunların fonunda yazılır:

"ZƏNCAN. 1723-Cİ İL, APREL" Əttar Hacı Cəfərin evinin küçəyə açılan darvazasının çöldən görüntüsü.

Ümumi panoram. Hacı Cəfər (40-45 yaşlarında) darvazadan çıxır və sol tərəfə üz tutur. Onun ardınca darvazadan qızı Qələmnaz boylanır, onun əlində bir qab su var. O, suyu atasının ardınca atmağa hazırlaşır. Fəqət atasının gözlənilmədən geri dönməsi onu əl saxlamağa məcbur edir. Hacı Cəfər qızına deyir:

-Hə, az qala yadımdan çıxmışdı, günorta yeməyini evdə yeyəcəyik.Qələmnaz:-Yaxşı, ata.Bu dəm kadra əttar Hacı Cəfərin şagirdi və köməkçisi balaca Səməd (8-9

yaşlarında) daxil olur və deyir:-Sabahınız xeyir!Hacı cavab verir:-Hə, sən də gəldin? Aqibətin xeyir, oğlum.Oğlan hacınn əlindən öpür və onlar birlikdə yola düşürlər. Qələmnaz onların

ardınca su töküb içəri girir və qapın örtür. ***Hacı Cəfərin evinin həyəti. Çox səliqəli olan həyətdə müxtəlif meyvə ağac-

ları, qızıl gül kolları, balaca bir hovuz gözə dəyir. Qələmnaz evin qapısının yanında divara söykədilmiş süpürgə və xəkandaza yaxınlaşıb süpürgəni götürür və həyəti süpürməyə başlayır. Bu an kadr arxasından Süsənin səsi eşidilir:

-Sabahın xeyir, ay Qələmnaz... Qələmnaz əl saxlayıb başını səs gələn tərəfə çevirir. ***Ekranda çəpərin arxa tərəfindən boylanan Süsənin gülümsəyən çöhrəsi

görünür. Orta plan. Arxa tərəfdə Süsəngilin evinin həyətindəki meyvə ağaclarının budaqları görünür. Süsən sözünə davam edir:

-...Xəbərin var xəbərdən? ***Ekranda yenidən Qələmnaz görünür. O, əlində süpürgə çəpərə tərəf yaxın-

laşa-yaxınlaşa:-Aqibətin xeyir. Xeyir ola, səhər tezdən kəsdirmisən başımızın üstünü.Qələmnaz kameranın obyektivinin müşayiəti ilə çəpərə yaxınlaşır və çəpərin o

biri tərəfindən boylanan rəfiqəsi ilə üz-üzə durur. Süsən deyir:-İstəyirdim sənə şad xəbər deyim. Amma görürəm ki, deyəsən, deməyinə

dəyməz. ***

42

Page 43: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kamera Süsəngilin həyətindən, Süsənin arxa tərəfindən Qələmnaza tuşlanıb. Süsənin üst-üstə qoyumuş kərpiclərin üstündə durduğu görünür. Onun arxası ob-yektivə tərəfdir. Çəpərin o biri tərəfində görünən Qələmnazın mimikaları dəyişir və onun üzündə həyacan hiss olunmağa başlayır. O, marağını gizlədə bilməyərək deyir:

-Yaxşı, ürəyimizi üzmə, de görək, nə olub? ***Ekranda iri planda gülümsəyən Süsən görünür:-Muştuluğumu ver, deyim. ***Ekranda Süsəni iri planda Qələmnaz əvəz edir. Onun gözlərindən dərin ma-raq hissi oxunur:-Yoxsa, Murad müharibədən qayıdır? ***Ümumi plan. Süsən çəpərin o biri, Qələmnaz isə bu biri tərəfindədir. Süsən

gülümsəyə-gülümsəyə:-Hə, hə, hə! Bu gün Təbriz üsyançılarına köməyə getmiş zəncanlıların

sonuncu dəstəsi də geri qayıdır və deyilənə görə, sənin Muradın da onların içlərindədir. Deyirlər ki, bir – iki saatdan sonra şəhərə varid olacaqlar.

Qələmnaz sevinərək:-Allah səni sevindirsin, ay Süsən, sevindirdin məni, Allah köməyin olsun.Süsən qəh-qəhə çəkib gülməyə başlayır. Qələmnaz da ona qoşulur. ***Ekranda Zəncan şəhərinin qala darvazalarının iç tərəfdən görüntüsü və darva-

zadan içəri daxil olmaqda olan atlı-silahlı (qılınc, qalxan, tüfəng və s.) döyüşçülər, hər iki tərəfdə düzülüb onların başlarına gül-çiçək yağışı yağdıran şəhər sakinləri, təbil vurub, zurna-balaban çalan müsiqiçilər canlanır.

***Əttar Hacı Cəfərin karxanası. Hacı Cəfər üstündə iki böyük mis qazan, eləcə

də ağ və qırmızı qızılgül ləçəklərindən ibarət iki təpəcik olan böyük masanın arxasında ayaq üstə durub əlindəki tərəzi ilə ağ ləçəklərdən ölçüb qazanlardan birinə boşaldır. Onun əynində qara önlük var. Arxa tərəfdə çox sayda rəflər bu rəflərdə çox sayda içi rəngbərəng ətirlərlə dolu şüşə qablar, boş kolba və menzur-kalar görünür.

Hacı Cəfər tərəfinin boş gözünə bu dəfə qırmızı ləçəklər doldurmağa baş-layır. Kadr arxasından təbil, zurna-balaban səsləri gəlməkdə davam edir. Əttar üzünü kadrdan kənarda olan şagirdinə tərəf çevirir:

-Səməd, bala, soldakı qazanın altına bir – iki odun da at. ***Ekranda karxananın o biri başında iki ocaq üzərində qaynamaqda olan, birinin

ağzı bağlı, digərininki açıq iki, eyni ölçülü mis qazan və onların yanında bir yerə qalaqlanmış çox sayda odun və çır-çırpı görüntülənir. Qazanların yanında durmuş Səməd açıq qazanı taxta ilə qarışdırmaqdadır. O, işinə ara verib bir odun götürür və ağzı bağlı qazanın qaynadığı ocağa atır. Sonra isə yenidən qazanı qarışdırmağa başlayır və üzünü Hacı Cəfərə tərəf tutur:

43

Page 44: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Cəfər əmi, bu nə zurna-balaban səsidir belə, gəlir? ***Ekranda yenidən Hacı Cəfər görünür. Kadr arxasından musiqi sədaları eşidil-

məkdə davam edir. O bu dəfə qırmızı ləçəkləri də qarşısındakı qazana boşaldır, qapağı onun ağzına qoyur və deyir:

-Eşitməmisən, Osmanlılarla döyüşməyə getmiş zəncanlıların sonuncu dəstəsi də bu gün geri dönüb. Camaat da sevinclə onları qarşılayır.

Əttar o biri qazanın ağzını açır və tərəzinin gözünə ağ ləçəklər doldurmağa başlayır. Kadr arxasından Səmədin səsi gəlir:

-Usta, məgər Osmanlılar da bizim kimi türk və müsəlman deyillər, bəs, niyə bizimlə müharibə edirlər?

Hacı Cəfəri gülmək tutur. O, ləçəkləri qazana boşaldır, tərəzini stolun üstünə qoyur və şagirdinə səslənir:

-Yaxın gəl.Əttar masadan aralanıb bir qədər kənarda duran iki səndəldən birində oturur.

O, hələ də gülür. Musiqi səsi də davam edir. Kadra Səməd daxil olur. Hacı əlinin işarəsi ilə ona oturmasını buyurur, uşağa baxıb daha da bərkdən gülməyə başlayır. Balaca Səməd nə baş verdiyini başa düşməsə də, o da gülümsəyir. Usta özünə gəlib soruşur:

-Deməli, Osmanlılar da türk və müsəlmandırlar, hə?Səməd:-Hə. Məgər, doğru söyləmədim.Hacı Cəgər şagirdinin başına sığal çəkərək:-Doğru söylədin. Amma bilirsən də, məscidimizin axundu sənin kimi düşün-

mür? ***Ekranda iri planda canlanan balaca Səməd:-Bilirəm. O deyir ki, Osmanlılar kafirdirlər, onların qanı halaldır. Amma o düz

demir. ***Ekranda iri planda Səmədi əttar əvəz edir. O artıq gülmür. Üzü ciddiləşir,

sifətində kədər cizgiləri də görünməyə başlayır:-Osmanlıların mollaları isə deyir ki, biz kafirik və qızılbaşların qanı halal-

dır... ***Ümumi plan. Usta və şagird üz-üzə oturmuşlar. Hacı Cəfər sözünə davam

edir:-...Bax, Səməd, nə qədər ki, bütün bu fitnəkar mollaları bir yerə toplayıb,

dənizə atmamışıq, türk türkün, müsəlman müsəlmanın qanını axıtmaqda davam edəcək. Düşmənlərimiz də kənardan baxıb sevinəcəklər...

Bu dəm kadr arxasından qapı döyülməsinin səsi eşidilir və Hacı Cəfər sözünü yarıda kəsməyə məcbur olur. O da, şagirdi də üzlərini səs gələn tərəfə çevirirlər. Usta deyir:

-Gəl, qapı açıqdır. ***

44

Page 45: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Karxananın qapısı açılır və qapdan iki fəhlə iki böyük taxta çəlləyi diyirləyə-diyirləyə içəri daxil olurlar və içəridəkilərlə salamlaşırlar:

-Əssəlamu əleyküm.Kadr arxasından əttarın “və əleykəssəlam”-deyən səsi eşidilir və o, kadra daxil

olur. Fəhlələr çəlləkləri dikəldirlər. Onlardan biri deyir:-Usta, bu çəlləkləri sabunbişirən Hacı Ramazan göndərib. Deyir ki, sənə iki

çəllək gülabı sifariş veribmiş.Hacı Cəfər çəlləkləri gözdən keçirə-keçirə:-Onun sifarişi axşam hazır olacaq. Axşam gəlib apararsınız. Bəs, mənə olan

borcunu göndərmədimi?Fəhlələr təəccüblə bir-birlərinə baxırlar. Kadr arxasından Səmədin səsi gəlir:-Usta, göndərib. Yadımdan çıxdı sizə deyim...Balaca Səməd kadra daxil olur və sözünə davam edir:-Səhər siz namaz qılanda şagirdi gəlmişdi, 20 tümən pul gətirmişdi. Qoydum

daxıldakı pulların üstünə.Hacı Cəfər-Yaxşı, yaxşı.Bu an fəhlələrdən ikincisi Hacı Cəfərə müraciətlə deyir:-Usta, eşitmisiniz də, deyirlər, Osmanlılar bircə güllə də atmadan Təbrizdən

geri çəkiliblər. Hər yerdən üsyançılaın qələbə qazandıqları xəbərləri gəlir. ***Ekranda iri planda görünən usta:-Hə, eşitmişəm. Əslində Osmanlılar Azərbaycandan çoxdan çəkilmişdilər.

Bunlar isə onların son qalıqları idi. Onlar da onsuz da gedəcəkdilər. Qalmışdılar ki, urusların daha da irəliləməsinə imkan verməsinlər.Deyirlər, Təhmasib şah da Qəzvindən Təbrizə yola çıxıb və yolüstü Zəncanda da duracaq. Fəthəli xan Qacar burada onun şərəfinə cıdır təşkil etməyi düşünür. Bəs, Xorasandan nə xəbər var?

***Ekranda iri planda əttarı birinci fəhlə əvəz edir və deyir:-Xorasandan da şad xəbərlər var. Deyilənə görə, türkmən və özbəklər

əfqanlardan ayrılıb, Nadirqulu xan Əfşarın tərəfinə keçiblər. Birlikdə Xorasanın şəhər və kəndlərini əfqanlardan təmizləməyə başlayıblar.

***Ümumi plan. Hacı Cəfər təəccüblə:-Yox əşşi, bu ola bilməz. Yəni doğrudanmı türkmən və özbəklər qızılbaşlarla

birləşib?Birinci fəhlə:-Vallah, biz də əvvəlcə inanmadıq, amma Məşhəddən gələn zəvvarlar and

içirlər, deyirlər ki, nə sirdirsə, Nadir türkmən və özbəkləri öz tərəfinə çəkə bilib. Hər nə qədər olsa, onlar da bizim kimi türkdürlər də.

Hacı Cəfər:-Türk olmalarına türkdürlər, amma hər kəs kimi onlar da ələviləri və şiələri

sevməzlər. Əfqanların tərəfini tutmaları da bu səbəbdən idi. Özbəklər isə üstəlik birinci İsmayıl şahın onların böyük xanları Şeybani xanın kəlləsindən badə düzəltdirib ondan şərab içməsini bu günə qədər unuda bilmirlər. Vallah, inanılası

45

Page 46: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

şey deyil, yəni bu mümkündürmü? Allah Nadir xandan razı olsun! Demək ki, doğrudan da, deyildiyi kimi, böyük adamdır.

*** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.

Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“ll seriya Bədbəxt şah”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Hacı Cəfərin evinin həyəti. Qələmnaz hovuzun yanında yerdə oturub yun

çıırpmaqla məşğuldur. ***Süsəngilin evinin həyəti. Süsən, Gülpəri və Xanpəri gülümsəyə-gülümsəyə,

fəqət heç kəs eşitməsin deyə səslərini qısa-qısa ağac və kolların arasından keçib Süsəngilin hasarına yaxınlaşırlar. Süsən kərpic qalaının üstünə qalxıb çəpərin o biri tərəfinə boylanır. Digər qızlar isə çəpər divarının yanında dururlar. Çəpər onlardan daha hündürdür.

***Çəpərin Qələmnazgil tərəfdən görüntüsü. Çəpərin o biri tayından boylanan

Süsən və Süsəngilin ağaclarının budaqları görünür. Süsən gülümsəyir: ***Ekranda Süsəni yun çırpmaqla məşğul olan Qələmnaz əvəz edir. Kadr

arxasından Süsənin səsi eşidilir və Qələmnazı işinə ara verib səs gələn tərəfə baxmağa məcbur edir:

-Şirin yuxusuna qurban olduğum,Sərasim et, mehribanım, ay oğlan!...

46

Page 47: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***

9Çəpərin Qələmnazgil tərəfdən görüntüsü. Çəpərin o biri tayından boylanan

Süsən və Süsəngilin ağaclarının budaqları görünür. Süsən söylədiyi şerə davam edir:

-...Bu həsrət gözlərim baxsın gözünə... ***Ekranda Süsəni yenidən Qələmnaz əvəz edir. O artıq ayaq üstədir. Onun üz-

gözündən narazılıq oxunur. Kadr arxasından Süsənin səsi eşidilir:-...Təzələnsin din, imanım, ay oğlan. ***Ekranda yenidən çəpərdən boylanan Süsən görünür. Bu dəfə o, artıq tək

deyildir. Çəpərin arxasından boylanan Gülpəri və Xanpəri də onun yanındadırlar. Şeri Gülpəri davam etdirir:

-Kənardan baxmaqla doya bilmirəm,Üzüm üzün üstə qoya bilmirəm... ***Ekrandakı kadrları əsəbi halda evlərinin qapsına tərəf yönələn, içəri girərək

qapın hirslə ardınca çırpan Qələmnazı əks etdirən kadrlar əvəz edir. Kadr arxasından Gülpərinin səsi eşidilməkdə davam edir:

-...Xuban yanımdadı, deyə bilmirəm,Aç gözünü, çıxdı canım, ay oğlan! ***Yenidən çəpər arxasından boylanan qızlar. Şeri Xanpəri davam etdirir:-Artırma könlümün dərdi-sərini,Yaxşı var, yaman var, bunda görünür,Başına dolandır məzlum Pərini,Aç gözünü, yox təvanım, ay oğlan!Xanpərinin son sözləri deməsi ilə açılan qapı səsinin eşidilməsi bir olur və

qızların gülümsəyən mimikasını öncə təəccüb, daha sonra isə təhlükə hissi ifadə edən mimika əvəz edir və onlar cəld, sanki hansısa təhlükədən qorunurlar kimi,

10çəpərin arxasında itirlər. Onların itməyi ilə əlində içi su ilə dolu vedrə tutmuş Qə-ləmnazın kadra daxil olması bir olur və o, vedrənin suyunu çəpərin o biri tərəfinə, rəfiqələrinin üstünə atır. Sonra vedrəni yerə qoyur və yunların yanına qayıdır. Kameranın obyektivi onu müşayiət edir.

Qələmnaz yerinə oturub yendən çubuğunu götürür və işinə davam edir. Bu dəfə kadr arxasından açılan həyət darvazasının səsi onu əl saxlamağa və səs gələn tərəfə baxmağa məcbur edir.

***Ekranda həyət darvazasından içəri girən Süsən, Gülpəri və Xanpəri görünür-

lər. Onlardan biri islanmış saçını, digəri ətəyini, üçüncüsü isə yaxasını sıxıb qurut-maqla məşğuldurlar. Hər üçü gülümsəyir. Süsən ağzını əyə-əyə deyir:

-Bilmirdik, bu qədər dəymə-düşərsən.

47

Page 48: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda yenidən Qələmnaz görünür. O, cəld ayağa qalxır və üzünü kadr

arxasına, rəfiqələrinə tərəf tutur:-Bəs deyimi məni bu qədər incitdiniz, bu qədər əzab verdiniz ?Bu dəm o biri qızlar kadra daxil olub onu əhatəyə alırlar. Gülpəri gülə-gülə

deyir:-Ay dəli, sənə elə bir şad xəbər gətirmişik ki, sevincindən uçacaqsan.Qələmnaz incik halda:-Məndə seviniləsi halmı qoydunuz? Məgər sevib-sevilmək günahdır?Xanpəri:-Əlbəttə ki, günah deyil. Biz sadəcə sənə həsəd aparırıq.Süsən:-Sağ əlin başımıza, ay Qələmnaz.Qələmnaz oturur. Qızlar da onun yanında əyləşirlər. Qələmnaz:-Ürəyimi üzməyin, deyin görüm, nə demək istəyirsiniz. Əgər Muradın

qayıtdı-ğını söyləyəcəksinizsə, bunu artıq bilirəm. Süsən, nə olar, ürəyimi üzmə.Süsən:-Sabah Murad səni bulaq başında gözləyəcək, bunu demək istəyirdik.Qızlar gülüşərək Qələmnazı dostcasına qucaqlayırlar. ***Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa

bağlanmış üç at və üç dəvə, arxa planda quyudan su çəkən yaşlı və gənc iki türkmən qadın görünür. Bu mənzərənin fonunda yazılır:

"TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Çadırın içi. Ümumi plan. Toğrul yorğan-döşəkdə uzanıb. Qoca türkmən onun

yanında oturub deyir:-Allaha şükürlər olsun ki, özünə gəldin.Toğrul halsız halda:-Allah sizdən razı olsun. Sizə rast gəlməsəydim səhrada ölüb qurd-quşa yem

olacaqdım.Kadra gənc türkmən daxil olur və əlindəki masquranı atasına verir. Qoca

türkmən də öz növbəsində onu Toğrula ötürür:-İc, oğlum, dəvə südüdür. İç, canına qüvvət olsun.Toğrul masquranı götürüb südü içir və masquran qoca türkmənə, o isə oğluna

ötürür. Gənc türkmən kadrdan çıxır. Toğrul deyir:-Sizin bu yaxşılığınızın əvəzini necə çıxacağımı bilmirəm. Allah əvəzini

versin.Qoca türkmən gülümsəyir:-Sənin düşdüyün vəziyyətə mən düşmüş olsaydım, məgər, sən mənə kömək

əli-ni uzatmazdınmı? Əlbbəttə ki, uzadardın. Xeyir işlər görmək, qəriblərə əl tutmaq Allahın hər bir mömin bəndəyə etdiyi əmirlərdəndir. Mən də sadəcə, Allah qarşı-sındakı borcumu yerinə yetirdim və sənin sayəndə savab qazanmış oldum.

Sən savab yiyəsi olmaq istəməzdinmi? ***

48

Page 49: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda iri planda görüntülənən Toğrul da gülümsəyir:-Təbii ki, istərdim. ***Ümumi plan. Qoca türkmən nəvazişlə Toğrulun başını sığallayır:-AllahTəala Qurani-Kərimdə buyurur: Kulli muslimun ixvatun, yəni bütün

müsəlmanlar qardaşdır. Üstəlik də siz də, biz də türkük, deməli ikiqat qardaşıq.Bax, görürsənmi, ailəmlə birlikdə səhranın tam ortasında, insanlardan uzaq bir

yerdə yaşayırıq. Səbəb də odur ki, ətrafda bizim quyudan başqa bircə dənə də su quyusu yoxdur. Odur ki, onu qorumaq, ona qulluq etmək lazımdır. Qulluq etməsən qumla dolar, itib-batar. O zaman karvanların halı necə olar? Bax, bu yolla savab qazanrıq. Gəlib-gedən karvanlar da bizi un, duz, şəkər, meyvə qurusu, geyim əşyaları və digər lazımı şeylərlə təmin edirlər.

Qoca türkmən ayağa qalxır. Toğrulsa öz növbəsində deyir:-Allah sizdən min kərə razı olsun. Bəxtim gətirib ki, sizin kimi gözəl insanlara

rast gəlmişəm.Türkmən:-Yaxşı, sən istirahət et, mənsə gedim, iş-gücümlə məşğul olum.Qoca bu sözləri deyib çadırın qapısına tərəf yönəlir, fəqət bir-iki addım atıb

durur və geri çevrilir:-Az qalmışdı yadımdan çıxsın, sənin şeylərini bir kənara qoyanda xurcunun-

dan tapança və məktub düşdü. Ehtiyat naminə məktubunu oxumaq məcburiy-yətində qaldım.

***İri planda görüntülənən Toğrul gülümsəyir:-Əcəb eləmisiniz. Deməli, kim olduğumu, haradan gəlib, hara getdiyimi

bilirsiniz? ***İri planda görüntülənən qoca türkmən də gülümsəyir və başının işarəsi ilə

“hə”- deyir. ***Ekranda Zəncan bazarından görüntülər canlanr. Satıcı və alıcıların səs-

küyündən ağız deyəni qulaq eşitmir. Arxa tərəfdə Cümə məscidi görünür. Bütün bunların fonunda yazılır:

"ZƏNCAN. 1723-Cİ İL, APREL" ***Qalın meşəlik bir yer. Murad əlində saz hündür kolların arasından harasa

baxır. Quş səsləri eşidilir. ***Muradın baxdığı tərəf. Meşə içi ilə uzanan geniş bir cığır. Cığırın hər iki tərəfi

sıx ağac və kollarla örtülü yoxuşdur. Kameranın obyektivi cığır boyu seyr edib, uzaqdakı döngəyə tərəf yönəlir və ekranda döngədə peyda olub obyektivə tərəf irəliləməkdə olan Qələmnaz, Süsən, Gülpəri və Xanpəri görünürlər. Onlaın əllərində boş kuzələr var.

***

49

Page 50: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qızlar qarşı tərəfdən, orta planda görüntülənir. Onlar kameraya tərəf irəliləməkdə, kamera isə ortada bərabər məsafə saxlamaq etibari ilə eyni sürətlə geri getməkdədir. Quş səsləri eşidilməkdə davam edir. Gülpəri Qələmnaza sataşır:

-Ay Qələmnaz, sən allah doğru söylə, sevgilinlə görüşəndə nə edirsiniz?Qələmnaz nə isə demək istəyir, fəqət söhbətə müdaxilə edən Xanpəri ona im-

kan vermir:-Sən də qəribə adamsan e, ay Gülpəri, adam sevgilisi ilə görüşəndə nə edər?Gülpəri:-Nə edər?Xanpəri:-Qucaqlaşar, öpüşər.Qızlar gülüşməyə başlayırlar. Qələmnaz qızarır və pərt halda deyir:-Ətiniz tökülsün, sizdə zərrə qədər də abır-həya yoxdur.Süsən gülə-gülə:-Yaxşı-yaxşı, naz eləmə, guya bizim heç nədən xəbərimiz yoxdur. Gülpəri də,

Xanpəri də doğru söyləyirlər. Sən bilmirsən, onlar sənə paxıllıq edirlər. *** Qalın meşəlik bir yer. Murad əlində saz hündür kolların arasından baxmaq-

da davam edir. O, qızları görür və cəld sazının aşıqlarını buraraq kökləməyə başla-yır. Quş səsləri davam edir.

***Orta plan. Profildən görüntü. Qızlar cığırla irəliləməkdə davam edirlər. Quş

səsləri eşidilir və bu səsləri kadr arxasından süzülən saz səsi əvəz edir. Qızlar ani olaraq ayaq saxlayır və səs gələn tərəfə baxırlar. Kadr arxasından Muradın səsi eşidilir:

-Çiçəklər də yatdı yerə,Yar bulağa gəldi, gəldi... Süsən, Gülpəri və Xanpəri gülümsəyə-gülümsəyə cəld hadisə yerindən uzaq-

laşıb kadrdan çıxırlar. Qələmnazsa yerində donub qalır və səs gələn tərəfə baxır. Kadr arxasından Muradın səsi gəlməkdə davam edir:

-...Getdi həsrət qaranlığı,Yar bulağa gəldi-gəldi. ***Ekranda Qələmnazın baxdığı tərəf görüntülənir.Ağac və kollarla örtülü yoxuş. Yoxuşun başındakı kollar tərpəşir və onların

arasından əlində saz tutub, çalıb-oxuyan Murad çıxır və oxumaqda davam edir:-...Qara qaşlı, yanağı al,Sarı saçda qəşəngdi şal... ***Ekranda iri planda görünən Qələmnaz utana-utana gözlərini yerə dikir. Kadr

arxasından Murad aralıqsız oxuyur:-...Naz eyləyir üzündə xal,Yar bulağa gəldi-gəldi... ***Yenidən Murad görünür. Orta plan. O, yoxuşdan enə-enə oxuyur:

50

Page 51: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Yaz keçəcək, gəlcək yay,Sən günləri, ayları say...Murad kameranın obyektivin müşayiəti ilə qıza yaxınlaşır və qarşısında durur:-...Murad da eyləyir haray,Yar bulağa gəldi-gəldi.Murad oxumağını bitirib qızın üzünə baxır və deyir:-Salam-kalam, xoşgəldin-filan yoxmu?Qələmnaz gözünü qaldırmadan:-Sən müharibəyə gedəndə gəlib mənimlə vidalaşıb görüşdünmü ki, indi

məndən salam-kalam, xoşgəldin-filan gözləyirsən? Savaşa gedəndə heç düşündünmü ki, sənə bir şey olsa, halım necə olar?

***Süsən, Gülpəri və Xanpəri kolların arxasında gizlənib sevgililərə baxırlar.

Kolların arxasından uzaqda üz-üzə durub söhbət edən Muradla Qələmnaz görünür. Məsafə uzaq olduğundan onların səsi eşidilmir. əvəzində isə kadr arxasından quş səsləri eşidilir.

Gülpəri rəfiqələrinə müraciətlə deyir:-Bunlar nə heykəl kimi donub bir yerdə qalıblar?Xanpəri:-Yoxsa istəyirsən, bizim gözlərimiz önündə qucaqlaşıb-öpüşsünlər?Süsən:-Vallah-bilah, sizə təəccüb edirəm, fikriniz-zikriniz elə öpüşməkdədir. Siz, de-

yəsən, sevgi ilə ehtirasın fərqini bilmirsiniz.Gülpəri:-Nə boş-boş danışırsan, ehtirassız da sevgimi olur? (üzünü Xanpəriyə) Sən

söylə, ay Xanpəri, doğru söyləmirəmmi?Xanpəri:-Doğru söyləyirsən. Süsən belə şeyləri bilməz. Onun sevgi-məhəbbət barədəki

təsəvvürləri Füzulinin “Leyli və Məcnun”undan oxuduqlarıdır. O nə bilir, ehtiras-lı sevgi nədir.

Qızlar səslərini qısmaq üçün əlləri ilə ağızlarını tutub astadan gülüşürlər. ***Ekranda yenidən qarşı-qarşıya durub söhbət edən Murad və Qələmnaz görü-

nür. Qələmnaz deyir:-Onsuz da atam heç vaxt məni sənə verməyə razı olmayacaq. Odur ki, bizim

ancaq bir yolumuz var.Murad:-Nədir o yol? ***Ekranda iri planda görünən Qələmnaz:-Qaçırt məni. ***İri planda bu dəfə Murad görünür və deyir:-Heç vaxt. Mən səni nişan taxıb, toy edib alacağam. ***

51

Page 52: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Orta plan. Yandan görünüş. Sevgililər üz-üzə durmuşlar. Qələmnaz:-Bunu necə etməyi düşünürsən, axı, şəhərdə bir dənə də hörmətli ağsaqqal

qalmadı ki, sənə görə atama ağız açmasın. Özün də görürsən ki, heç bir xeyri yox-dur. Daşı ətəyindən tökmək istəmir.

Murad:-Yolunu fikirləşib tapmışam. Sabah, ya biri gün Təhmasib şah Zəncana gəlir.

Fəthəli xan onun şəninə cıdır təşkil edəcək. Cıdırda qalib gəlib şahdan mənim üçün elçilik etməsini xahiş edəcəyəm.

Qələmnaz:-Birdən cıdırda qələbə qazana bilmədin, onda necə olsun?Murad:-Onda sən deyəni edərəm. Amma mən mütləq qalib gələcəyəm. Elə deyirsən,

sanki, məni tanımırsan. İndiyə qədər mənim Xallımı hansısa atın keçdiyini gördünmü?

***Zəncan yaxınlığnda təpəlik bir yer. Quş uçuşundan mənzərə. Minlərlə Zəncan

sakini təpələrin üstündə durub Təhmasib şahın yolunu gözləyirlər. Kameranın obyektivi təpəliklərin arasındakı ovalıqda uzanan yolun üstündə durub gözləyən 7 atlıya tuşlanır.

***7 atlının yaxından, ümumi planda görüntüsü. Bunlar Zəncan valisi, şəhərin

axundu və 5 nəfər şəhər ağsaqqalıdır. Onlar yolun üfüqə qovuşan tərəfinə boylanırlar. Birdən vali deyir:

-Gəlirlər. ***Ekrandakı kadrları yolun üfüqə qovuşan yerində görünən çox sayda atlını əks

etdirən kadrlar, ardınca isə təpə üstündə durmuş qalabalığın görüntüləri əvəz edir və insanlardan sevinc və alqış səsləri ucalır.

***Ekranda yenidən 7 atlı görünür. Onlar artıq hərəkətə gəlmişlər və şahın

pişvazına tələsirlər. ***At belində irəliləyən Təhmasib şah, Fəthəli xan Qacar, baş axund və onları

müşayiət edən 50-60 süvari görünür. Yaxın görüntü, orta plan. ***Quş uçuşundan görüntü. Bir yandan 7, digər yandan 50-60 atlı bir-birilərinə

yaxınlaşıb dururlar. Bu kadrları atlarından enib, bir dizi üstə çökərək şaha təzim edən 7 atlını, eləcə də, şah başda olmaqla digər süvariləri ümüumi planda əks etdirən kadrlar əvəz edir. Kadr arxasından kütləvi alqış və sevinc sədaları eşidilir. Vali deyir:

-Azərbaycan taxt-tacının sahibi, böyük Səfəvilər sülaləsinin şərəfli nümayən-dəsi, böyük hökmdarımız və qibləgahimiz Zəncan şəhərinə xoş gəlib, səfa gətirib...

***Ekranda orta planda şah, Fəthəli xan, baş axund, eləcə də arxa planda digər

süvarilər görünür. Gülümsəməkdə olan Fəthəli xan Qacar və baş axunddan fərqli

52

Page 53: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

olaraq, Təhmasib şahın sifəti donuqdur və heç bir şey ifadə etmir. Kadr arxasından alqış və sevinc sədaları fonunda valinin səsi eşidilməkdə davam edir:

-...Zəncana gəlişinizlə bütün zəncanlılara sonsuz sevinc və şərəf bəxş etdiniz. ***Ekranda təpə başlarında durub sevinclərini alqışlarla ifadə etməkdə olan xalq

kütləsi görünür. Səs-küydən qulaq batır. Bu səhnə bir neçə saniyə davam edir və bu müddət ərzində kameranın obyektivi kütləni müxtəlif nöqtələrdən əks edirir. Və bu görüntülər kadr arxasından eşidilməyə başlayan təbil və zurna-balaban sədaların eşidilməsi ilə son bulur.

***Ekranda şux musiqi çalmaqda olan və kütlənin tədricən susmasına səbəb olan

təbilçi, zurnaçı və balabançılar dəstəsinin önündən keçən Təhmasib şah, onu müşayiət edən Fəthəli xan Qacar, Zəncan valisi, axundalar və süvarilər görünür. Şah onun yoluna çıxıb bir cərgə halında düzülən və saz çalmağa başlayan 10-a yaxın aşığa çatıb durur. Digər atlılar da eyni şeyi edir. Aşıqlardan biri oxumağa başlayır:

-Haqqdan inayət olarsa,Şah Uruma gələ bir gün... ***Ekranda iri planda Təhmasib şahın heç nə ifadə etməyən yorğun və donuq si-

fəti görünür. Kadr arxasından aşığın səsi gəlməkdə davam edir:-...Qəzada bu zülfüqarıKafirlərə çala bir gün...Aşıq oxuduqca Təhmasibin donuq üz cizgilərini nə isə tanış bir söz eşidən,

onun kimə aid olduğunu müəyyən etməyə çalışan insana xas mimika əvəz edir. ***Ekranda yenidən aşıqlar görünür. İkinci aşıq oxumağa başlayır:-Çəkə, sancağı götürə,Şah İstanbula otura... ***Orta planda şah Təhmasib, Fəthəli xan Qacar və baş axund görünür. Şahın üz-

gözündən şerin kimə aid olduğunu anlaması hiss olunur. Xan və baş axund isə məmnun şəkildə gülümsəyirlər. Kadr arxasından ikinci aşığın səsi eşidilməkdə davam edir:

-...Firəngdən yesir gətirə,Xorasana sala bir gün... ***Ekranda yenidən aşıqlar canlanır və üçüncü aşıq oxumağa başlayır və o oxu-

duqca kameranın obyektivi ona yaxınlaşır və orta plan iri planla əvəz olunur:-Mehdi dədəm gəlsə gərək, Əli divan qursa gərək... ***Ekranda iri planda aşığı şah əvəz edir. Onun aşıqların oxuduqlarından məm-

nun olmadığı açq-aydın sezilir. Kamera tədricən geri çəkilir, iri planı orta plan əvəz edir və bunun nəticəsində göz altından şaha baxan Fəthəli xan Qacar və baş

53

Page 54: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

axund da kadra daxil olurlar. Onların üzlərindəki məmnuniyyəti şahın halındakı dəyişiklikdən doğan təəccüb və heyrət hissləri əvəz edib. Kadr arxasından üçüncü aşıq oxumaqda davam edir:

-...Haqsıları qırsa gərək... ***Ekranda iri planda qəzəbləndiyi açıq aydın sezilən Təhmasib şah, onun bu

halından təəccüblənən xan və baş axund, eləcə də təlaş keçirən Zəncan valisi və axundu növbə ilə canlanırlar. Aşıq kadr arxasından aralıqsız oxuyur:

-...İntiqamın ala bir gün... Təhmasib şah qəzəblə əlini yuxarı qaldırıb çığırır:-Bəsdir! Susun!Ortaya dərin bir sükut çökür. ***Ekranda ümumi planda üz-üzə durmuş aşıqlarla şah və ətrafı görünür. Şah

atını aşıqlara tərəf sürüb onlara yaxınlaşır və qəzəbli halda deyir:-Bəs, deyilmi Pir Sultan Abdal kimi araqaraşdıranların şerlərini oxuyub tür-kü

türkə, müsəlmanı müsəlmana düşmən etdiniz?! Məzhəb üzündən tökülən məna-sız qardaş qanı kifayət deyilmi?!

Aşıqlar qorxu ifadə edən gözlərini yerə dikirlər. Şah üzünü valiyə tərəf tutur. ***Ekranda iri planda görünən və qorxudan əsən və gözlərini yerə dikən Zəncan

valisi görünür. Onu növbə ilə iri planda eyni hissləri keçirən baş axund və Zəncanın axundu əvəz edirlər. Kadr arxasından Təhmasibin qəzəbli səsi eşidilir:

-Kim sizə deyib ki, mən İstanbul taxt-tacına sahib olmaq istəyirəm?! Kim sizə deyib ki, sünnilər kafirdir?!

***Zəncan şəhərinin hamamı. İçəridəki buxardan göz-gözü görmür. Fitəyə

bürünmüş Təhmasib şah, Fəhəli xan Qacar və baş axunda sinə daşları üzərində uzanıblar. Şah ortada, xan və axund isə müqabil olaraq, sağ və sol tərəfdə uzanmışlar. Fitədə olan kisəçilər onların kürəklərini kisələyirlər. Fəthəli xan Qacar şaha müraciətlə deyir:

-Qibleyi–aləm, Xorasandan gələn məktublar barədə nə düşünürsünüz?Şah:-Bir qədər də düşünməyə ehtiyacım var. Babaəli xanın məktubuna yəqin ki,

müsbət cavab vermək lazım gələcək. Madam ki, Babaəli xan Nadirqulunun nəfinə xanlıqdan əl çəkib və onun haqqında bu qədər yüksək fikirdədir və madam ki, əfşar bəyləri də bir araya gəlib, onu özlərinə xan seçib, mənim heç bir etirazım yoxdur. Nadirqulunu xan və özümün Xorasandakı valim kimi təsdiq etməyi düşünürəm.

Bu sözlərin baş axundu məmnun etmədiyi açıq-aydın sezilir və o nə isə demək istəyir, fəqət bu dəm işlərini bitirən və onlara yaxınlaşaraq qulaqlarına nə isə pıçıldayan kisəçilər buna imkan vermirlər.

Kisəçilər yerlərinə qayıdıb yanlarındakı içi su ilə dolu olan və buğlanan mis vedrələrdəki suları çimənlərin üzərinə atırlar. Çimənlər yerlərindən qalxıb oturan vəziyyət alırlar. Kisəçilər bu dəfə də onların başlarından su axıdırlar və vedrələrini götürüb kadrdan çxırlar. Baş axund üzünü Təhmasibə tutur:

54

Page 55: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Şahım, bəs, Xorasan üləmasının məktubu necə olsun, axı, onlar Nadirqulu-nun namizədliyinin tam əleyhinədirlər və Babaəli xanın fikrinə müxalifdirlər.

Bu dəm yenidən kadra kisəçilər daxil olurlar. Onların əllərində sabun köpüklərindən böyük topalar var. Şah qəzəblə deyir:

-Üləma! Üləma! Üləma! Bütün İslam dünyasının düşmənimizə çevrilməsinə və təklənməmizə sənin üləmanın rəvayətlərə əsaslanan fikirləri səbəb olmamış-dırmı?! Mənə sənin üləmanın Qədiri-Xum və Kərbala barədə rəvayələri yox, Fəthəli xan kimi Vətən oğullarının vuran əlləri və iti qılıncları lazımdır.Günü sabah səni yenidən Qəzvinə göndərəcəyəm, gedərsən, öz üləmanla birlikdə Qəzvi-ni Mahmuddan qoruyarsan, görüm, necə qoruyacaqsan?

O yanındakı kisəçiyə işini davam etdirməsi barədə işarə ilə əmr verir və kisəçilər sabun köpüklərini çimənlərin başına qoyurlar.

***Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa

bağlanmış üç at və üç dəvə görünür. Bu mənzərənin fonunda yazılır: "TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Çadırlardan birinin içi. Qoca türkmən və Toğrul bardaş qurub, çadırın

ortasında qoyulmuş yuxayanın yanında oturmuşlar. Yuxayanın üstündə yayma çörəklər, içərisində yağ, pendir və süzmə olan qablar var. Qoca türkmən Toğrula müraciətlə:

-Deməli, adın Toğruldur.Toğrul:-Bəli.Qoca türkmən:-Maşallah, maşallah. Bilirsən də Toğrul Səlcuqlu sultanlarından birinin adı

olub. Səlcuqlular isə türkmən idilər. Bu yerlərdən Əcəm və Ərəbə köçmüşdülər. Azərbaycanı səltənətə çevirənlər də onlar olmuşlar. Onlardan öncə Azəbaycan kiçik və zəif bir dövlət idi...

Söhbətin bu yerində kadra üstündə üç masqura qatıq olan məcmeyi tutmuş gənc türkmən daxil olur. O, masquraları yuxayanın üstünə düzür, məcmeyini bir kənara qoyur və bardaş qurub yuxayanın arxasında oturur.

Qoca türkmən sözünə davam edir:-Mənim oğlumun da adı Səncərdir. Səncər isə başqa bir Səlcuqlu sultanın adı

idi. Bəh-bəh-bəh! Bir tərəfimdə Sultan Toğrul, o biri tərəfimdə Sultan Səncər...Bu sözlər hər kəsin gülümsəməsinə səbəb olur. Qoca türkmən sözünə davam

edir:-İndi mənim iki oğlum var, ikisi də sultan. ***Ekranda iri planda gülümsəyən Toğrul görünür:-Allah sizdən razı olsun. ***Bu kadrları yenidən öncəki plan əvəz edir. Qoca türkmən əlini yaymalardan

birinə uzadıb deyir: -Bismillah!

55

Page 56: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Toğrul və Səncər də “bismillah”-deib, yaymalardan götürülər və hər üçü yaymaların üstünə yağ və süzmə çəkib dürmələyirlər. Yeməyə başlayırlar. Kamera asta-asta onların ətrafında dönərək hər kəsi ayrı-ayrılıqda nümayiş etdirir və qoca türkmənə tuşlanır. Qoca türkmən bir dişləm qoparıb çeynəyir və onu udduqdan sonra əlindəkini yerə qoyur və Toğrula müraciətlə deyir:

-Deməli, atan səni Nadirqulu xanın yanına qulluğa göndərib. Çox pakizə. Nadirqulu xan çox zəki və çox tədbirli adamdır. Böyük siyasətmədardır. O, xan olana qədər türkmən və özbəklərlə qızılbaşların arası məzhəb fərqi üzündən çox pis idi. Nadirqulu xanın gördüyü ilk iş bizim din alimləri ilə qızılbaş din alimlərini bir araya toplayıb buna çözüm aramaq oldu. Ondan öncə bunu heç kəs etməmişdi. Doğrudur, bizim üləma dəfələrlə sizin üləmaya müraciət etmişdi ki, gəlin bir yerə yığılaq, armızdakı müşkülləri həll edək, amma sizin din adamları həmişə bildirirdi ki, siz imaməti və 12 imamı qəbul etmirsiniz, odur ki, sizinlə bizim söhbətimiz baş tutmaz.

Nadir xan öncə türkmən və özbəklərin üləması ilə görüşdü... ***Ekranda Kəlat şəhərinin Cümə məscidi görünür. Bu mənzərənin fonunda

yazılır: "KƏLAT, 1722-Cİ İL" ***Məscidin içi. Nadrqulu xan və qarşısında 10-a yaxın türkmən və özbək din

xadimi əyləşmişlər. Ümumi plan. Din adamları yarımdairə şəklində oturmuşlar. Nadirqulu xan onlara müraciətlə deyir:

-Mənə elə gəlir, biz bir-birimizi tam başa düşdük. İndi sizin son sözünüzü eşitmək istəyirəm.

Din adamlarından özbək xalatında olan ən yaşlısı deyir:-Vallah, qızılbaşlar əliaçıq namaz qılır, möhürə alın basır, dəstəmaz alarkən

əlinə biləkdən dirsəyə qədər deyil, dirsəkdən biləyə qədər yuyur, ayağını yumayıb məhs çəkir,-bütün bunlar onların öz işləridir və bizi maraqlandırmaz.

24 Məhərrəm ayında yas saxlayırlar, aşura günü zəncir vururlar, baş yarırlar,

Kəlmeyi- Şəhadətə həzrət Əlinin adını əlavə edirlər, - bu da öz işləridir və bizi zərrə qədər də narahat etmir. Onsuz da Qiyamət günü hər kəs Allahın hüzuruna toplanacaq və Allah da kimin ibadətində, niyyətində və əməlində nə qədər haqlı olub-olmadığını ona söyləyəcəkdir. Bu məsələlərdə hökm vermək bizim yox, Allahın işidir. Təbii ki, doğrusunu da o bilir....

***Yaşlı özbək din adamı iri planda görünür və sözünə aralqsız davam edir:-...Bizi qızılbaşların 12 imama sitayiş etməsi və imamətə inanması da az

maraqlandırır. Bu da onların biləcəyi işdir. Fəqət elə məsələlər var ki, bizi narahat və rəncidə edir. Bunların da başında sizin din adamlarınızın Həzrət Əbubəkr, Həzrət Omər və Həzrət Osmana lənət söyləmələri, möminlərin anası Həzrət Aişə validəmizə təhqir və həqarətlər yağdırması gəlir...

***

56

Page 57: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda mühasibini böyük hörmət və diqqətlə dinləyən Nadir xan görünür. Özbəyin səsi kadr arxasndan eşidilr:

-...Mühacirlərin və ənsarın ünvanına söylənən sözlər də bizi çox incidir. Əgər bütün bunlara son qoyularsa, aramızdakı bütün müşküllər də həll olar.

Nadir dərin fikrə gedir və bir qədər sonra deyir:-Mən sizi başa düşdüm, əgər əlavə etməyə başqa sözünüz yoxdursa, xahiş

edirəm mənim sonsuz minnətdarlıq və təşəkkürlərimi qəbul edəsiniz. ***Ümumi plan. Yaşlı özbək : -Əstəğfrüllah. Bu nə sözdür, deyirsiniz? Biz sizə minnətdarıq və təşəkkür edi-

rik.Bu sözlərdən sonra hər kəs ayağa qalxır və Nadir din adamlarının hər biri ilə

bir-bir iki əllə görüşüb öpüşür. *** Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa

bağlanmış üç at və üç dəvə görünür. Bu mənzərənin fonunda yazılır: "TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***

Çadırlardan birinin içi. Qoca türkmən, Səncər və Toğrul bardaş qurub, çadırın ortasında qoyulmuş yuxayanın yanında oturmuşlar. Onlar yemək yeyib qurtarmış-lar və qatıq içirlər. Qoca türkmən masqurasını boşaldıb yuxayanın üstünə qoyur və deyir:

-Nadir xan sonra qızılbaş din adamları ilə görüşüb onları da dinlədi və daha sonra hər iki tərəfin din adamlarını bir yerə topladı...

***Ekranda Kəlat şəhərinin Cümə məscidi görünür. Bu mənzərənin fonunda

yazılır: "KƏLAT, 1722-Cİ İL" ***Məscidin içi. Nadrqulu xan və qarşısında 10-a yaxın türkmən, özbək və bir o

qədər qızılbaş din xadimi əyləşmişlər. Ümumi plan. Din adamları yarımdairə şəklində oturmuşlar. Onların hər birinin qarşısında bir QuraniKərim var. Nadirqu-lu xan qızılbaş din xadimlərinə müraciətlə deyir:

-Buyurun, hamımız diqqətlə sizi dinləyirik.Qızılbaş din xadimlərindən ən yaşlısı deyir:-Bizim fikrimiz hər kəsə məlumdur. Biz hesab edirik ki, Həzrət Peyğəmbəri-

mizin vəfatından sonra xəlifəlik imam Əli əleyhissəlamın haqqı idi və dəlilimiz Qədiri-Xumda Həzrət Məhəmmədin söylədikləridir ki, bunu sünnilərin etibar et-dikləri hədislər də təsdiqləməkdədir...

***Yaşlı qızılbaş din adamı iri planda görünür və sözünə ara vermədən davam

edir:-...Ümid edirəm ki, qarşı tərəf o böyük zatın “mən kimlərin mövlasıyamsa, Əli

də onların mövlasıdır”-söylədiyini inkar etməz. Biz inanırıq ki, imamımız və mövlamız Əli əleyhissəlam Peyğəmbərin dəfni ilə məşğulkən, mühacirlər və ənsar

57

Page 58: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

fürsətdən istifadə edərək, Rəsulullahın sözünə xəyanət edib, bir araya gəldilər və Əbubəkri xəlifə seçdilər. Yəni Əbubəkr xilafəti, haqqı olmaya-olmaya, zəbt etdi.

***Ümumi plan. Nadir xan üzünü türkmən və özbək din adamlarına tutur:Sizin bu barədə fikriniz nədir?Yaşlı özbək din adamı deyir:-Bəli, Rəsulullah gerçəkdən də Qədiri-Xumdakı vida nitqində “mən kimin

mövlasıyamsa, Əli də onların mövlasıdır” demişdir. Bu barədə “Səhih Buxari”də bildirilir. Bu üzdən də əhli-sünnədən olan hər bir mömin müsəlman Həzrət Əli rizvanullahı özünün mövlası hesab etməkdədir. Bu danılmaz bir həqiqətdir ki, mövlamız Həzrət Əli böyük alim və qəhrəman idi və xəlifəliyə ən layiqlərdən biri idi. Layiq olduğu üçün də Allah-Təalanın buyurduğu gün və saatda xəlifə seçildi...

***Yaşlı özbək iri planda görüntülənir və sözünə davam edir:-...Hörmətli qızılbaş alimi mühacirləri və ənsarı Peyğəmbərə xəyanətdə

günahlandırdı və Həzrət Əbubəkr rizvanullahın da xəlifəliyi haqqı olmaya-olmaya zəbt etdiyini iddia etdi. Fəqət bu iddia həm mövlamız Həzrət Əli rizvanullahın sözlərinə və həm də Allahın Qurani-Kərimdə buyurduqlarına ziddir...

***Kameranın obyektivi bir-bir istehza ilə qarşı tərəfi dinləməkdə olan qızılbaş

din adamlarının üzərində gəzir. Özbəyin səsi kadr arxasından eşidilir:-...Mövlamız Həzrət Əli rizvanullah Müaviyəyə yazdığı məktubunda xilafət,

mühacirlər, ənsar və seçki barədə fikirlərini açıq və aydın şəkildə söyləmişdir və onu özlərinin ilk və ən böyük imamı hesab edən hörmətli din adamlarının bundan xəbərsiz olduqları bizi çox təəccübləndirməkdədir.

Kameranın obyektivi qızılbaş din xadimlərinin üzərində gəzməkdə davam edir və onların istehza dolu baxışlarını təəccüb dolu baxışlar əvəz edir. Obyektiv yaşlı qızılbaş din xadiminə tuşlanı və o təəccüblə soruşur:

-Siz hansı məktubdan danışırsınız? Əgər söhbət sizin səhih hesab etdiyiniz hədislərdən gedirsə, biz onları uydurma hesab edirik və bunu sübut etməyə dəlilimiz də var.

***Ekranda iri planda özbək din xadimi görünür və deyir:-Xeyr. Söhbət sizin Qurani-Kərimdən sonra ən dəyərli mənbə hesab etdiyiniz

“Nəchül-Bəlağa”dan və orada yer alan məktubdan gedir. ***Ümumi plan. Yaşlı qızılbaş soruşur:-O məktubda nə yazılıb ki...Nadir xan üzünü kadrdan kənara tərəf tutub səslənir:-Ay uşaq, mənə oradan bir dənə “Nəchül-Bəlağa” gətirin! (üzünü qızılbaş din

xadiminə çevirir) Həmin məktubda Həzrət Əli yazıb: “Məni o adamlar xəlifə seçiblər ki, məndən öncə Əbubəkri, Öməri və Osmanı seçmişdilər. Əgər onlar seçmişsə, demək Allah seçmişdir.”

Bu sözlər qızılbaş din xadimlərinin yerlərində qurcalanmalarına və təəccüblə bir-birlərinə baxmalarına səbəb olur. Bu dəm kadra daxil olan 10-12 yaşlarında bir

58

Page 59: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

uşaq xanın yanında dizləri üstə oturub ona iki əli üzərində bir kitab verir və dərhal da qalxıb kadrdan çıxır. Nadir kitabı vərəqləyib lazım olan yeri tapır və açıq halda yaşlı qızılbaşa uzadır. Qızılbaş kitabı ürəyində oxumağa başlayır.

***Kameranın obyektivi bu dəfə özlərindən razı halda gülümsəyən türkmən və

özbək din xadimlərinin üzərində gəzişir və ən sonda yaşlı özbəyə tuşlanır. Özbək deyir:

-Gördüyümüz kimi, mövlamız mühacir və ənsarın seçimini Allahln seçimi ad-landırmaqda, Həzrət Əbubəkrin, Həzrət Ömərin, Həzrət Osmanın və özünün Allah tərəfindən xəlifə seçildiklərini təsdiq etməkdədir...

***Kameranın obyektivi bu dəfə pərt olmuş və çıxılmaz vəziyyətə düşmüş

qızılbaş din adamlarının üzlərini əks etdirir. Kadr arxasından özbək davam edir:-Siz deyirsiniz ki, mühacirlər və ənsar Peyğəmbərə xəyanət etmişdilər. Əgər

bu belədirsə, nə üçün uca Tanrı öz uca Kitabının “Ət-Tövbə” surəsinin 100-cü ayəsində mühacir və ənsardan, eləcə də onların yolu ilə gedən müsəlmanlardan razı olduğunu söyləyir və onları cənnətlə müjdələyir?

***Ekranda iri planda görünən qoca özbək Qurani-Kərimi vərəqləyir və dediyi

ayəni tapıb oxuyur: -İlk mühacirlərdən , ənsarlardan və xeyir işlər görməkdə onları izləyənlər-dən

Allah razıdır, onlar da Ondan razıdırlar. O, onlar üçün əbədi qalacaqları , altından çaylar axan cənnətləri hazırlamışdır. Bax, budur böyük qurtuluş!

***Ümumi plan. Qızılbaş din xadimlərindən ən gənci çılğın bir şəkildə yaşlı

özbəyə etiraz edir:-Siz 100-cü ayəni misal gətirirsiniz, bəs nədən sonrakı, 101-ci ayədən söz

açmırsınız. Axı orada deyilir ki, onların içində münafiqlər də var.Yaşlı özbək:-Görürəm ki, dostumuz ya Quranı yaxşı bilmir, ya da qəsdən onun mənasını

təhrif edir. Məgər orada mühacir və ənsarların içindəmi münafiqlərin olduğu bildirilir. 101-ci ayədə bədəvilərin və bəzi mədinəlilər içindəki münafiqlərdən söhbət açılır. (Qurandan oxuyur) “Ətrafınızdakı bədəvilərdən münafiqlər vardır. Mədnə xalqından da münafiqliyə alışmış vardır...”

***Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa

bağlanmış üç at və üç dəvə görünür. Bu mənzərənin fonunda yazılır: "TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Çadırlardan birinin içi. Qoca türkmən və Toğrul bardaş qurub, çadırın

ortasında qoyulmuş yuxayanın yanında oturmuşlar. Onlar yemək yeyib qurtarmış-lar. Səncər yuxayanın üstündəki boş qabları məcməyiyə toplayır. Qoca türkmən deyir:

-Nadirqulu xan özündən öncəki xanların ruhanilərin qorxusundan edə bilmədiklərini etdi və qızılbaşlara Həzrət Əbubəkr, Həzrət Ömər, Həzrət Osman,

59

Page 60: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Həzrət Aişə, mühacirlər və ənsar barədə təhqiredici sözlər söyləməyi, onları lənətləməyi qadağan etdi və bunu edənləri cəzalandıracağını söylədi. Beləcə, türkmən və özbəklərin, eləcə də sadə əfqanların rəğbət və məhəbbətini qazandı. Beləcə, Səfəvilərin hakimiyyət başına gəlməsi anından başlayan ədavət və düşmənçiliyə son qoydu...

***Qoca türkmən iri planda görüntülənir və sözünə davam edir: -... Türkmən və özbəkləri öz tərəfinə çəkdi. Doğrudur, bizim bəzi din adamları

və bəylər Osmanlı sultanlarını, onların həm də xəlifə olması səbəbin-dən daha üstün tuturdular və o üzdən də onlara tabe olduqlarını bəyan etdilər və Azərbaycan səltənətinə tabe olmamağa qərar verdilər. Amma Nadirqulu xan yenə də bizim din adamlarımızla görüşdü və onları bunun əksinə inandıra bildi. Üləma da öz növbəsin də bəyləri inandırdı...

***Ekranda Kəlat şəhərinin Cümə məscidi görünür. Bu mənzərənin fonunda

yazılır: "KƏLAT, 1722-Cİ İL" ***Məscidin içi. Nadrqulu xan və qarşısında 10-a yaxın türkmən və özbək din

xadimi əyləşmişlər. Ümumi plan. Din adamları yarımdairə şəklində oturmuşlar. Nadirqulu xan onlara müraciətlə deyir:

-Xəlifə Həzrət Peyğəmbərimizin xələfi deməkdir. Belə olduğundan da hər bir mömin müsəlmanın borcu ona biət etməkdir. Bu doğrudur. Bu üzdən sizin xəlifə-liyi öz üzərlərinə götürmüş Osmanlı sultanlarına sədaqətinizi anlayıram. Amma, belə etməklə siz, əslində, bir hədisi-qüdsidə söylənilənlərin əksinə getmiş olursu-nuz.

Yaşlı özbək din xadimi təəccüblə soruşur:-Xan sağ olsun, nə demək istədiyinizi anlamadım. Siz hansı hədisi-qüdsini

nəzərdə tutursunuz? ***İri planda görüntülənən Nadir xan:- Məgər Rəsulullah buyurmamışdımı ki, xilafət məndən sonra 30 il davam

edəcək, sonra isə səltənət başlayacaqdır? ***Ümumi plan. Özbək:-Doğrudur.Nadir xan:-Həzrət Əbubəkr, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əlinin xilafəti üst-

üstə 30 il davam etmişdir və yalnız bu dörd cənnətməkan seçki yolu ilə xəlifəliyə yüksəlmişdilər. Əməvilərin dövründən isə səltənət başladı. Odur ki, nə Əməvilərin, nə Abbasilərin, nə də Osmanlıların xəlifəliyi gerçək xəlifəlik deyil, səltənətdir. Bu üzdən də Osmanlılara biət etmək dini borc deyildir. Xilafət Həzrət Əli ilə bit-mişdir.

Özbək gözlərini yerə dikir:-Doğrudur.

60

Page 61: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa

bağlanmış üç at və üç dəvə görünür. Bu mənzərənin fonunda yazılır: "TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Çadırlardan birinin içi. Qoca türkmən və Toğrul bardaş qurub, çadırın

ortasnda üz-üzə oturublar. Ortadakı yuxaya götürülüb. Onun əvəzinə sulu qəlyan var. Qoca türkmən qəlyan çəkə-çəkə deyir:

-Təkcə türkmən və özbəklərin deyil, hətta əfqanların da bəzi bəyləri Nadirqu-lu xanın yanına gəlib Azərbaycan şahına biət etdiklərini bildirdilər. Bunun bir ne-çə səbəbi var idi. Birincisi, dediyim kimi, Nadirin sünni din adamlarının rəğbətini qazanması idi. İkinci səbəb isə ticari ehtiyaclardan doğurdu...

***Ekranda iri planda görüntülənən qoca türkmən davam edir: -...Xorasandan Qərbə uzanan bütün karvan yolları Səfəvilərin səltənətinin

ərazisindən keçirdi. Nadirqulu xan Xorasandan İsfahana uzanan bütün yolları öz nəzarətinə almışdı. Başqa bir səbəb də İsfahanda özünü şah elan edən Qəndaharlı Mahmud xan Əfqanın əməlləri idi. Əvvələr o özünü İslam mücahidi və Osmanlı xəlifəsinin əmrində olan bir şəxs kimi qələmə verirdi. Bu üzdən də həm əfqanlar, həm də türkmən və özbəklər onu dəstəkləyirdilər...

***Bu dəfə ekranda iri planda türkməni diqqətlə dinləyən Toğrul görünür.

Qocanın səsi kadr arxasından davam edir:-... Fəqət onun özünü şah elan etməsi ilə əsil məqsədi üzə çıxdı və tərəfdarları

xəyal qırıqlığına uğradılar. Mahmudun məsum Səfəvi şahzadələrinin başlarını qəddarcasına kəsdirib nizəyə taxdırması xəbəri hər kəsi dərindən sarsıtdı...

***Ümumi plan . Türkmən danışır, Toğrul qulaq asır:-...Yalnız vəliəhd, yəni bugünkü şahımız xilas ola bilmişdi. Onu rəhmətlik

Fəthəli xan Qacar qaçırmış və Qəzvində şah elan etmişdi. Təhmasib şah elan olunan kimi Nadirqulunun xanlğını təsdiq etdi və onu öncə özünün Xorasan valisi, sonralar isə ordu əmiri təyin etdi.

***Ekranda Zəncan yaxınlğındakı Cıdır düzünün quş uçuşundan mənzərəsi can-

lanr. Bura bir tərəfdən çay, digər tərəfdən meşəli dağlarla əhatələnmiş geniş düzənlikdir. Meşə yaxınlığında silahlı əsgərlər tərəfindən qorunan, önü və yanları açıq böyük bir şah çadırı görünür. Çadırın hər iki tərəfində meşə boyu cıdıra tama-şa etmək üçün gəlmiş minlərlə insan düzülmüşdür. 30-a qədər atlı start xəttinə doğru hərəkət edirlər. Zurna-balaban və təbil səsləri eşidilir. Bu musiqini çalanlar çadıra yaxın bir yerdə durmuşlar.

Bütün bunların fonunda yazılır: "ZƏNCAN. 1723-Cİ İL, APREL" ***Çadırın orta planda görüntüsü. Təhmasib şah, Fəthəli xan Qacar və Zəncan

valisi ağsaqqalların və əsgərlərin arasından keçib camaatın alqış sədaları altnda

61

Page 62: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

çadıra daxil olurlar və oradakı qoltuqlu üç səndəldə əyləşirlər. Şah ortada, xan onun sağında, vali isə solunda otururlar.

***Cıdırda iştirak edəcək atlılar artıq bir xətt üzrə düzülmüşlər. Kamerann

obyektivi onları növbə ilə əks etdirib Murada tuşlanır və tədricən ona yaxınlaşır. Beləcə, ümumi planı öncə orta, daha sonra iri planlar əvəz edir. Murad həyacanla hara isə baxır və sanki, kimisə axtarır. Kadr arxasından zurna-balaban və təbil səsləri eşidilir.

***Ekranda qadın tamaşaçıların toplandığı tərəf görüntülənir. Qələmnaz, Süsən,

Gülpəri və Xanpəri peyda olaraq özlərinə yer edirlər, Qələmnaz üzündən həyacan və narahatlıq oxunur. Zurna-balaban və təbil səsləri davam edir.

***Şah çadırında oturmuş Təhmasib şah, Fəthəli xan Qacar və Zəncan valisi.

Xan Şaha müraciətlə:-Qibleyi-aləm, öz aramızdır, baş axundun yeri yaman görünür.Şah cavab verir:-Doğru söyləyirsən, amma ,qoy, cəhənnəm olsun! Artıq yola düşübmü?Fəthəli xan Qacar:-Bəli, səhər tezdən yola düşdü, özü də sizin əmr etdiyiniz kimi mühafizəsiz-

filansız.Şah: -Heç nə olmaz, ölməz.Bu an güllə səsi eşidilir. ***Güllə səsinin eşidilməsi ilə atlarını çapmağa başlayan gənclər görüntüyə gə-

lir. ***Bu kadrları yarışı ehtirasla izləyən kütləni əks etdirən kadrlar əvəz edir.

Ardınca isə rəfiqələrinin ortasında həyacan dolu nəzərlərini atlılara, daha doğrusu Murada zilləmiş Qəlmnaz görünür.

***Ekranda digər yarış iştirakçılarını xeyli geridə qoymuş beş atlı görüntülənir.

Murad hələlik üçüncüdür, fəqət o, tədricən ikinci mövqeyə gəlir. ***Görüntüyə iri planda həyacanlı baxışlarını ümid dolu nəzərləri əvəz edən

Qələmnaz görünür. Onun üzündə sezilməyə başlayan sevinc hisslərindən vəziyyə-tin bir qədər də yaxşılaşmaqda olduğu hiss edilir.

***Ekranda yenidən cıdır səhnəsi peyda olur. Murad artıq əsas rəqibini bir at başı

qədər geridə qoyub. Digər üç atlı isə tədricən geri qalırlar və onlara ümumi kütlədən daha iki atlının yaxınlaşdığı görünür.

***Yarışın quş uçuşundan görüntüsü. İki atlı digərləri üçün artıq əlçatmaz

olmuşlar. Onları 5 atlı izləyir. Digər yarışmaçılar isə çox geridə qalmışlar.

62

Page 63: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Şah çadırı. Təhmasib şah, Fəthəli xan və vali yarışı diqqətlə izləyirlər. Cıdırın

şahın çox xoşuna gəldiyi onun mimikasından açıq-aydın oxunmaqdadır. Bu halın xanı da məmnun etdiyi hiss olunur. Vali də razı görünür. ***

Ekranda orta planda əsas rəqibini artıq önəmli dərəcədə geridə qoyan Murad canlanır. O, başını atının boynuna yaxınlaşdırmışdır. Muradla izləyicisi arasındakı məsafə get-gedə daha da böyüyür. Səs-küydən qulaq tutulur.

***Bu kadrları rəfiqələri ilə birlikdə sevinən Qələmnazı əks etdirən kadrlar əvəz

edir. Qələmnazın narahatçılığından əsər-əlamət qalmayıb. O, sevincindən uçmağa hazırdır.

***Finiş xəttini hər kəsdən öndə keçən Murad. ***Sevincindən yerində tullanıb-düşən Qələmnaz. Rəfiqələri onu qucaqlayıb

öpürlər. Səs-küydən ağız deyəni qulaq eşitmir. ***Quş uçuşundan panoram. Qalib gəlmiş Murad atının üzünü şah çadırına tərəf

döndərmişdir. Digər iştirakçılar finiş xəttinin yaxınlığında atlarından enməkdə və onları ardlarınca kənara çəkməkdədirlər.

***Murad at belində çadıra yaxınlaşır. Atdan enib atın ipini qarşısına çıxan

əsgərə verir və bir qədər piyada gedib, şahın önündə bir dizini yerə qoyub, əlini ürəyinin üstünə qoyur və baş əyir. Ətrafa tam bir sükut çökür.

Təhmasib şah:-Qalx ayağa, yaxın gəl.Murad ayağa qalxıb şaha yaxınlaşır və onun qarşısında durur.Şah: -İstə məndən nə istəyəcəksənsə. *** Ekranda iri planda görünən Murad :-Şahım, sizdən dərdimə dərman istəyirəm. ***İri planda Muradı gülümsəyən şah əvəz edir:-Dərdin nədir, dərmanı nədir? Söylə, əlac edək. ***Ümumi plan. Murad deyir:-Qibleyi-aləm, deməyə abır edirəm. İcazə verin, dərdimi ağsaqqallar anlat-sın.Təhmasib gülməyə başlayır və üzünü valiyə çevirir və gözlərinin işarəsi ilə

ağsaqqalları dəvət etməsi barədə ona göstəriş verir. Vali ayağa qalxır və əli ilə kadr arxasına, kiməsə işarə edir və yenidən yerində oturur.

***

63

Page 64: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda əsgərlərin arasından keçib çadıra tərəf yön alan dörd ağsaqqal görünür. Onlar kamerann obyektivinin müşayiəti ilə çadıra daxil olub şaha təzim edirlər.

Təhmasib gülümsəyə-gülümsəyə onlara müraciətlə deyir:-Anladın görək, bu dəliqanlının dərdi nə imiş.Ağsaqqallardan biri:-Şah sağ olsun, bunun dərdi könül məsələsidir. Murad şəhərimizin gözəllərin-

dən birinə aşiq olub. Qızın könlü də bundadır. Amma qızın atası qızı ona verməyə heç cür razı olmur. Nə qədər dil-ağız etdiksə, daşı ətəyindən tökmədi ki, tökmədi. Heç cür razılıq vermir.

Təhmasib üzünü Murada tutur:-Sənin elçiliyini də, toyunu da özüm edəcəyəm. Üstəlik səni öz yanımda

qulluğa da götürürəm.Murad:-Allah sizdən razı olsun. And olsun uca Tanrıya ki, ömrümün sonuna qədər

sizə sədaqətlə qulluq edəcəyəm, canımı istədiyiniz andaca onu sizə sevinə-sevinə verməyə hazır olacağam.

Gənc bu sözləri deyib şaha yaxınlaşır və onun əlindən öpür. ***Əttar Hacı Cəfərin karxanası. Hacı Cəfər üstündə iki böyük mis qazan, eləcə

də ağ və qırmızı qızılgül ləçəklərindən ibarət iki təpəcik olan böyük masanın arxasında ayaq üstə durub əlindəki tərəzi ilə ağ ləçəklərdən ölçüb qazanlardan birinə boşaldır. Onun əynində qara önlük var. Arxa tərəfdə çox sayda rəflər bu rəflərdə çox sayda içi rəngbərəng ətirlərlə dolu şüşə qablar, boş kolba və menzurkalar görünür.

Hacı Cəfər tərəzinin boş gözünə bu dəfə qırmızı ləçəklər doldurmağa başla-yır. Kadr arxasından açılan qapı səsi gəlir və əttar nəzərlərini qapıya tərəf çevirir.

***Karxananın açılmış qapısı. İçəri girən balaca Səməd gülümsəyə-gülümsəyə

deyir:-Usta sizə şad bir xəbər gətirmişəm. ***Ekranda yenidən Hacı Cəfər görünür. O da gülümsəyir:-Xeyir ola, nə şad xəbərdi elə? Yoxsa yeni sərfəli sifarişlərimiz var?Bu an Səməd kadra daxil olur və deyir:-Yox, heç bir yeni sifariş-filan yoxdur. Elə bir şad xəbərdir ki, sevincinizdən

uçacaqsınız. Muştuluğumu verməsəniz deməyəcəyəm.Əttar ləçəkləri qazana boşaldıb deyir:-Yaxşı, Səmədcan, muştuluğun məndə. Söylə görüm, nə deyəcəksən.Səməd:-Qələmnaz bacı dedi ki, atam, qoy, bütün işini atıb, tez evə gəlsin. Axşam

Təhmasib şah sizə elçi gələcəkmiş.Bu sözlərdən çaşan usta əlindəki tərəzini əlindən buraxır. Tərəzi öncə masann

qırağına, oradan da yerə düşür. Tərəzinin ayağına düşməsindən ehtiyat edən əttar

64

Page 65: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

geri sıçramağa məcbur olur və yerində donub qalr. Səməd isə gülməyə başlayır. Əttar bir-iki saniyə sonra özünə gəlir və üzünü Səmədə tutur:

-Heç nə başa düşmədim. Yoxsa, mənimlə zarafat edirsən?Səməd:-Allah eləməsin, usta, mənim həddim nədir ki, sizlə zarafat edəm.Kadr arxasından qapı döyülməsi səsi gəlir. Hacı Cəfər:-Gəl, qapı açıqdır. *** Karxananın qapısı. Qapı açılır və içəri iki dövlət məmuru girir:-Əssəlamu əleyküm. ***İri planda görünən Hacı Cəfərin heyrət və təəccübdən gözləri bərəlmişdir. O,

güclə özünü ələ alır:-Və əleykəssəlam. ***Ekranda yenidən məmurlar görünür. Onlardan biri deyir:-Əttar Hacı Cəfər sizsinizmi?Bu dəm əttar kadra daxil olur və cavab verir:-Bəli, başına dönüm, mənəm.Məmur:-Bizi vali göndərib sizə çatdıraq ki, bu gün axşam namazına bir saat qala şah

sizə elçiliyə gələcək. Tapşırdılar deyək ki, heç bir tədarükə-filana ehtiyac yoxdur.Məmurlar bu sözün ardınca eşiyə çıxıb qapını bağlayırlar. Əttar isə yerində

donub qalır və bir neçə saniyə sonra ürəyi gedir və tir-tap yerə sərilir. Kadra daxil olan və “Usta!”-deyə çığıran balaca Səməd onun başı üzərinə əyilir.

***Hacı Cəfərin evinin həyətinin Süsəngilin həyəti tərəfdən, bir qədər yuxarıdan

ümumi görüntüsü. Hacı Cəfər və dörd şəhər ağsaqqalı həyətin ortasında durub şahın gəlməsini gözləyirlər. Həyət qapısından içəri iki əli qalxan və nizəli əsgər daxil olub darvazanın hər iki tərəfində dururlar. Onların ardınca vali, onun ardınca isə iki ağır sandıq gətirən dörd nökər daxil olub Hacı Cəfərin müşayiəti ilə evə keçirlər və dərhal da çıxırlar. Vali və nökərlər həyəti tərk edirlər, əttar isə ağsaqqlların yanına qayıdır. Həyətə daha səkkiz əli nizə və qalxanlı əsgər daxil olub dördü darvazanın bir tərəfində, digər dördü isə digər tərəfində yer alırlar. Bir neçə saniyə sonra həyətə şah, ardınca isə Fəthəli xan Qacar və vali daxil olurlar. Onlar içəri daxil olar-olmaz ağsaqqallar və əttar baş əyirlər. Şah:

-Əssəlamu əleyküm.Əttar və ağsaqqallar başlarını qaldırıb bir ağızdan cavab verirlər:-Və əleykəssəlam.Ardınca Hacı Cəfər deyir:-Qibleyi-aləm, mənim bu kasıb komama xoş gəlib səfa gətirmisiniz. Nökərini-

zə böyük şərəf verdiniz. Allah sizdən razı olsun, hökmranlığınızı əbədi qılıb dünyanın dörd bir yanına yaysın.

Kameranın obyektivi Hacı Cəfərin həyətindən Süsəngilin həyətinə çevrilir və Süsəngilin evinə tərəf tuşlanır. Obyektiv tədricən evin pəncərəsinə yaxınlaşır.

65

Page 66: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Süsəngilin evinin içi. Qələmnaz, Süsən, Gülpəri və Xanpəri evin ortasına

sərilmiş xalçanın üstünə düzülmüş döşəkçələrin üstündə dairəvi şəkildə oturmuş-lar. Xanpəri deyir:

-İnanılası şey deyil. Elə bil nağıllar aləminə düşmüşük. Harada görülüb ki, şah öz rəiyyəti üçün başqa bir rəiyyətinin evinə özü elçiliyə gəlsin. Vallah, deməyə söz tapmıram, sağ əlin bizim başımıza.

Gülpəri:-Vallah-bilah, sənin başına şahlıq quşu qonub. Allah xoşbəxt etsin.Qələmnaz:-Atam elə bilir ki, şah özünə elçiliyə gəlir. İndi eşidəndə ki, elçiliyi Murad

üçün edirlər, qorxuram, halı xarab olsun. Dünən evə gələn kimi mənə belə dedi: “Qızım, sənə demirdimmi ki, o gədə bizim tayımız deyil. Sən şahlara layiqsən. Gördün, şah sənə elçi gəlir. Yəqin səni cıdırda görüb bəyənib.

Qızlar gülüşürlər. Süsən Qələmnazdan soruşur:-Sabah Muradla görüşəcəksinizmi? ***İri planda görüntülənən Qələmnaz:-Hə. siz allah, məni tək buraxmazsınız a. Bulaq başına birlikdə gedərik. ***Ümumi plan. Gülpəri:-Əlbəttə ki, birlikdə gedəcəyik. Elə deyirsən ki, guya indiyə qədər bizsiz

ayağını harasa qoymusan.Xanpəri:-Sən haradan bilirsən? Ola bilməz ki, sevgilisi ilə xəlvətdə görüşüb öpüşmə-

sin.Qızlar gülüşürlər. Qələmnaz:-Ətin tökülsün, utanmaz.Süsən əli ilə öncə Xanpəriyə, sonrasa Gülpəriyə işarə edərək:-Bizim bu Xanpəriylə Gülpərinin ağlında öpüşməkdən başqa bir şey yoxdur.

Gərək sizi tez ərə verək, doyunca öpüşəsiz, başqa şey də edəsiz.Qızlar yenə gülüşürlər. ***Qələmnaz, Süsən, Gülpəri və Xanpəri, əllərində boş su kuzələri, meşə cığırı

ilə bulaq başına gedirlər. Qələmnaz qırmızı don geyinib və başına da qırmzı şal örtüb. Süsən deyir:

-Bax, elə bu dəqiqə Muradın sazının səsi eşidiləcək.Qız bu sözləri deyib bitirər-bitirməz saz səsi gəlir. Qələmnaz yerində durub

səs gələn tərəfə baxır. O biri qızlar isə cəld həmin yerdən uzaqlaşırlar. ***Qələmnazın baxdığı tərəf. Ağaclı-kollu yoxuşun başında kollar arasından saz

çala-çala çıxan Murad görünür. O, yerində durub oxumağa başlayır:-Sevdiyim başdan ayağaAl qırmızı geyinibdi, Yaraşır qəddi-dalına,

66

Page 67: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Şal qırmızı geyinibdi... Murad oxuya-oxuya aşağı enməyə başlayır:-...Badə doldu içməyə,Gül, fidan, ağac əkməyə.Vaxtı gəlibdi açmağa,Gül qırmızı geyinibdi.. ***Ekranda utancaq halda gözlərini yerə dikniş Qələmnaz görünür. Kadra daxil

olan Murad onunla üzbəüz durub oxumağa davam edir:-...Yaşa, sevdiciyim, yaşa,Nə yazılsa gələr başa... ***Ekranda kol arxasından sevgililəri güdən Süsən, Gülpəri və Xanpəri görünür-

lər. Onlar səslərini qısıb xısın-xısın gülüşürlər. Kadr arxasından Muradın səsi gəlir:-...Al yanaqda qoşa-qoşa,Xal qırmızı geyinibdi. ***Üz-üzə durmuş Murad və Qələmnaz. Orta plan. Gənc sazını aşağı endirib de-

yir:-Xoş gördük.Qız:-Xoş günün olsun.Murad özündən razı halda:-Gördünmü, dediyimi etdim. İndi bizi dünyada heç bir kəs ayıra bilməz... ***Ekranda iri planda görünən Murad sözünə davam edir:-Şah dedi ki, məni öz yanında qulluğa götürəcək. Toyumuzu da özü edəcək,

sonrasa bizi də özü ilə Təbrizə aparacaq. Bundan sonra sarayda yaşayacaqsan. Vallah, indiyə qədər Təhmasib kimi şah heç yerdə görünməyib. Valinin adamları gəlib dedi ki, şah sabah məni gölə balıq ovuna dəvət edir. Heç inanılası şey deyil.

***Böyük bir gölün seyrək qamışlı sahili boyu düzülmüş əli nizə və qalxanlı

əsgərlər. Onların arasında 5-6 metr məsafə var. Hər bir nəfərdən birinin üzü gölə, digərlərinki isə əks tərəfədir. Kameranın obyektivi onları növbə ilə əks etdirir. Arxa planda, gölün ortasında bir qayıq və qayıqda oturmuş iki nəfər görünür. Bu an əsgərlərlə kameranın ortasına atlı Fəthəli xan Qacar və Zəncan valisi girirlər. Onların üzü gölə tərəfdir.

***Atlı xan və valinin öndən görünüşü. Hər ikisinin üzündən heyrət və təəccüb

hissi sezilir. ***Gölün ortasındakı qayığın yaxından görüntüsü. Təhmasib şah və Murad suya

tilov atıb balığın düşməsini gözləyə-gözləyə söhbət edirlər. Şah:-Deməli, ömründə ilk dəfədir ki, balıq ovunda iştiak edirsən?Murad:

67

Page 68: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bəli. Ceyran, cüyür, hətta canavar və tülkü ovunda çox olmuşam, quş da vurmuşam, amma heç vaxt balıq tutmağı sınaqdan çıxarmamışam.

***Ekranda iri planda görüntülənən şah:-Siyasət də balıq ovu kimi cansıxıcı və səbr tələb edən bir peşədir. Səbr edib

gözləyirsən və ilk fürsətdəcə rəqiblərini qarmağa keçirib məhv edirsən. Xoşbəxt o adamdır ki, balıq yox, balıqçıdır. Mən bütün ömrüm boyu balıq olmuşam...

***Ekranda iri planda bir anlığa Muradın bu sözlərdən təəccüb və heyrətini

gizlədə bilməyən siması görünür və dərhal da onu iri planda gözlərindən kədər yağan Təhmasib şahın çöhrəsi əvəz edir. O, sözünə davam edir:

-...Bəli, bəli, məhz balıq kimi, özü də hə an qarmağa keçirilib məhv ediləcəyi anı gözləyən balıq kimi. Hər kəs elə düşünür ki, sarayda yaşamaq, qayğısız həyat sürmək böyük xoşbəxtlikdir. Amma bu kənardan baxanda belədir...

***Ümumi plan. Təhmasib aralıqsız davam edir:-...İçəridən baxanda isə hər şey başqa cürdür. Fitnə, fəsad, saxta gülüşlər,

yaltaq baxışlar. Üzünə gülürlər, yaltaqlıq edirlər, arxanda isə sənin üçün qarmaq-lar düzürlər, torlar hörürlər...Bax, sənin qarmağına balıq düşüb... ***

Ekranda su üstündə üzən iki tilov üzgəci görünür, onlardan biri suya batıb qalxır. Kadr arxasından şahın səsi eşidilir:

-...Tez ol dart. ***Ümumi plan. Murad cəld tilovu çəkir və qarmağa keçmiş böyük bir balq

sudan çıxır. ***At belində yanaşı gəzişən Fəthəli xan Qacar və Zəncan valisi. Onlar göldən

aralanmışlar. Göl qırağında durmuş əsgərlər arxa planda, çox uzaqda görünürlər. Xan deyir:

-Şahımızın bu cür qəribə xasiyyətinə artıq vərdiş etmişəm. Hər gün ağlına yeni bir fikir gəlir. Hər biri də digərindən daha qəribə. Özü də çox şıltaqdır. Baş axund da onun şıltaqlığının qurbanı oldu. Ehtiyatsız söylədiyi bir söz üzündən şah onu yenidən Qəzvinə göndərdi.

Vali:-Şıltaqlıqmı? Amma mən belə düşünmürəm. Məncə, baş axundun yenidən

Qəzvinə göndərilməsi ağıllıcasına düşünülmüş siyasi gediş idi.Xan atını saxlayır və soruşur: -Nə demək istəyirsən?Vali də atını əyləyir:-Məncə, o sizin birlikdə hərəkət etdiyinizdən duyuq düşüb sizi ayırmaq

qərarına gəlmişdir. ***Ekranda iri planda görünən Fəthəli xan Qacar:

68

Page 69: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sən onun əqli keyfiyyətlərini çox yüksək qiymətləndirirsən. Mən bu neçə gündə onda ağıldan bir əsər-əlamət görmədim. İndiyə qədər onun kimi yelbeyin və eyş-işrət düşkününə rast gəlməmişəm.

***Xanı iri planda əvəz edən vali:-Təki sən deyən olsun. Amma hər ehtimala qarşı ehtiyatı əldən vermə. ***Ümumi plan. Fəthəli xan Qacar atını yenidən hərəkətə gətirir. Vali də eyni

şeyi edir. Xan:-İndi bunları müzakirə etməyin sırası deyil. Önəmli olan odur ki, Azərbaycan

başsız qalmadı. İndi səltənətin, pis-yaxşı, bir şahı var. Uruslar da, Osmanlılar da, əfqanlar da görür və bilir ki, Azərbaycan hələ ayaq üstədir. Vəziyyətsə çox gərgindir. Uruslar Dərbənddən Rəştə qədər bütün Xəzəryanı ərazilərimizi əllərində saxlamaqda davam edirlər. Davam etməklə yanaşı, əsgərlərinin sayları-nı da durmadan daha da artırırlar. Rumdakı xəfiyyələrimiz bildirirlər ki, Osmanlılar yeni həmləyə hazırlaşırlar. İsfahandan gələn xəbərlərə görə, əfqanlar Qəzvini almaq üçün son hazırlıq işlərini aparırlar. Yalnız Xorasandan xoş xəbərlər gəlməkdədir.

Vali:-Hə, eşitmişəm. Deyilənə görə, Nadirqulu xan qızılbaş, türkmən və

özbəklərdən ibarət güclü bir ordu yarada bilib. Türkmənsəhradan Məşhədə qədər bütün əraziləri əfqanlardan təmizləyib. İndi də üzünü Məşhədə tərəf tutub.

Fəthəli xan:-Bizim də Təbrizə gedib təcili ordu toplamamız lazımdır. Təhmasib isə heç

tələsmir. Başı bu gədənin toy məsələsinə qarışıb. ***Göl ortasındakı qayıq. Orta plan. Şah və Murad tlovlarını suda tutub

söhbətlərinə davam edirlər. Təhmasib deyir:-Mənə verdiyin sözü unutmamısan ki?Murad:-Heç unudarammı? Mən sizə ömrümün sonuna qədər sədaqətlə xidmət

edəcəyəm və lazım olan andaca həyatımı sevə-sevə fəda etməyə hazır olacağam.Şah:-Mənim sənin kimi mərd, cəsarətli və sədaqətli bir dosta və arxaya ehtiyacım

var. Bu günə qədər bir dostum, ürəyimi aça biləcəyim, etibar edə biləcəyim bir sirdaşım olmayıb. Sənə isə nə üçünsə etibar edirəm və ürəyimi açmaq istəyirəm.

Bilirsənmi şahzadə, xüsusən də vəliəhd olmaq nə qədər qorxuludur. Hər an kiminsə arxadan kürəyinə bıçaq saplayacağından, yeməyinə zəhər qatacağından qorxa-qorxa yaşayırsan. Bilmirsən, dostun kimdir, düşmənin kimdir. Üzdə hər kəs dost görünməyə çalışır, arxada isə nələr düşündüyünü yalnız Allah bilir...

***Ekranda iri planda şahın kədərli sifəti görünür. Onun gözləri dolmuşdur:-... Gecənin bir vaxtında otağıma girib boğazımın kəsilməsindən qorxduğum

üçün hər gecə iki cariyəmin ortasında yatardım. Özümü bivec, yelbeyin və eyş-işrət düşkünü kimi göstərməyə çalışırdım.

69

Page 70: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Fəthəli xan məni saraydan qaçırıb şah elan edəndən sonra bütün bunların sona çatacağını düşünürdüm. Amma gördüm ki, baş axundla birləşiblər və məq-sədləri hakimiyyətə yiyələnməkdir...

***Ekranda iri planda şahı, təəccüb və heyrətlə onu dinləyən Murad əvəz edir.

Təhmasib kadr arxasından sözünə davam edir:-Bir bəhanə ilə axundu Qəzvinə göndərib onları bir-birindən ayırdım. Amma

yenə də özümü təhlükəsiz hiss etmirəm. Mühafizəçilərimin hamısı Fəthəli xanın adamlarıdır. Nə qədər ki, onlardan qurtulmamışam, özümü təhlükəsiz hiss etmə-yəcəyəm...

***Ümumi plan. Şah sözünə davam edir:-...Söylə. mənim gerçək dostum və arxam olarsanmı?Murad:-And olsun uca Tanrıya ki, sizə gerçək dost və əsil arxa olacağam. Amma

mənim əlimdən nə gələr ki?Təhmasib şah:-Çox şey. İndi məni diqqətlə dinlə, istəyirəm səni özümün mühafizə dəstəmin

başçısı edim. Mühafizə dəstəsinə ancaq bəy başçılıq edə bilər. Odur ki, sənə toy hədiyyəsi kimi dörd kənd bağışlayacaq və bəylik rütbəsi verəcəyəm. Ondan sonrası isə asandır. Sənsə səninlə Təbriz yürüşündə iştirak etmiş dostlarından cəsarətinə və sədaqətinə əmin olduğun 25-30 nəfər topla, onları da özümüzlə Təbrizə aparaq, məni onlar mühafizə etsin. Ondan sonra nə etmək lazım olduğunu bilirəm.

Bu günə qədər şah möhürü xanın əlindədir və mən möhürü ondan istəyə bilmirəm, qorxuram, cəsarət etmirəm. Siz yanımda, arxamda olduqdan sonra isə hər şey dəyişəcək. Razısanm?

Murad ayağa qalxıb şaha baş əyir və deyir:-Şahıma qulluq etmək mənim üçün böyük şərəfdir. Məndən tam əmin ola

bilərsiniz. Siz mənə elə bir yaxşılıq etmizsiniz ki, yolunuzda yüz dəfə canımı ver-səm əvəzini ödəyə bilmərəm.

***Ekranda Qəzvin şəhərinin qala divarları və bürcləri görünür. Qala və bürclərin

fonunda yazılır: "QƏZVİN. 1723-Cü İL, MAY" *** Saray bağçasındakı süni gölün qırağı. Baş axund və molla Sədrəddin gölün

qırağında durub, əllərindəki çörəklərdən tikələr qopararaq göldə üzüşən qu quşu, qaz və ördəkləri yemləmək və söhbət etməklə məşğuldurlar. Axund danışıır, molla qulaq asır:

-Təhmasib Mirzə, sən demə, heç də biz düşündüyümüz kimi, bivec və yelbe-yin deyilmiş, özünü belə göstərirmiş. Təəssüf ki, bunu çox gec başa düşdüm, o isə bizim Fəthəli xan Qacarla dilbir və əlbir olduğumuzu, deyəsən, anladı və elə bu üzdən də məni yenidən Qəzvinə göndərdi...

***Ekranda iri planda görüntülənən baş axund sözünə davam edir:

70

Page 71: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Hə, molla Sədrəddin, əgər belə demək mümkünsə, sürgün etdi. Xanla məni ayrı saldı. İsfahandan nə xəbər?

***Ekranda baş axundu molla Sədrəddin əvəz edir.İri plan. Molla cavab verir:-Xəbərlər pisdir. Mahmud xan şahzadələri qətl etdirdikdən və köhnə şahı

zindana saldıqdan sonra bütün ələvi pir və dədələrini də, cəfəri üləmasını da zindanlıq etdi. Yəni cəfərilərlə ələvilər arasında heç bir fərq qoymadı. Əfqanların gözündə biz hamımız ələviyik. qızılbaşıq. İndi isə Qəzvinə hücuma keçməyə hazırlaşırlar...

***Ümumi plan. Quşları yemləməyə son verən həmsöhbətlər göldən aralanırlar

və asta-asta bağın içlərinə doğru hərəkət edirlər. Molla davam edir:-...Qəzvini ələ keçirsələr, bizi də eyni aqibət gözləyir. Sənin isə vəziyyətin da-

ha pis ola bilər.Baş axund:-Bilirəm, molla Sədrəddin, bilirəm. Mənim, yəqin ki, başımı bədənimdən

ayıracaqlar. Elə Təhmasib də məni elə bunun üçün bura göndərib. Xorasandan nə xəbər var?

Molla Sədrəddin:-Orada Nadir əfqanların anasını ağladır. Artıq Məşhədə yaxınlaşır, bəlkə də

çatmış olar. Hətta ola bilər ki, artıq Məşhəd bizimkilərin əlinə keçib, bizəsə hələ xəbər çatmayıb.

Baş axund:-Bu da ola bilər. ***Ekranda Məşhəd şəhərinin taybatay açılmış darvazalarından təntənə ilə, atlı

qızılbaş əsgərlərinin arasında içəri girən, ağ at üstündə oturmuş Nadirqulu xan və qalib qızılbaş ordusunu qarşılayan və onları gül-çiçək yağışına tutan şəhər əhalisi görünür. Kənarda durmuş təbilçilərdən və zurna-balabançılardan ibarət musiqiçilər dəstəsi şux bir musiqi ifa edirlər. Bu kadrların fonunda yazılır:

“MƏŞHƏD. 1723-CÜ İL, MAY.” ***Məşhədin bazr meydanı. Kütlənin və əli silahlı qızılbaş əsgərlərinin əhatəyə

aldığı müydanda yüzlərlə əl-qolu bağlı, diz üstə oturmuş əsir əfqan əsgərləri gözə dəyir.

***Nadirqulu xan atlı qızılbaş əsgərləri ilə birlikdə hadisə yerinə yaxınlaşır. O,

əsirlərin qarşısında durur. Onu görən xalqdan alqış sədaları ucalır. Nadir əlini yuxarı qaldırır və ortaya tam bir sükut çökür. Xan onun qarşısına çıxan və təzim edən qızılbaş komandanndan soruşur:

-Hə, nə deyirlər?Komandan:-Xan sağ olsun, aman diləyirlər.Nadir:

71

Page 72: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Hamsını yedirdin-içirdin. Ev-eşiyinə getmək istəyənləri buraxın getsinlər, bizə qulluq etmək istəyənləri isə Qurani-Kərimə əl basıb biət etdikdən və sədaqət andı içdikdən sonra orduya alın. Herat səfərimizdə onların bizə xeyri olar.

***Qəzvin sarayının bağçasında gəzişən və söhbət edən molla Sədrəddin və baş

axund görünür. Ümumi plan. Bu mənzərənin fonunda yazılır: "QƏZVİN. 1723-Cü İL, MAY" Yazı itir və baş axund deyir:-Xorasan üləması Nadirin əlindən zəncir çeynəyir. Şaha bir məktub göndər-

mişdilər. Şikayət edirdilər ki, Nadir onları sünni üləmasının ayağına verib.Molla:-Belə etməsə idi, türkmən və özbəkləri öz tərəfinə çəkə və əfqanları təkləyə

bilməzdi.Baş axund:-Doğrudur. Amma razılaş ki, onun bu hərəkəti sonda bizim başımızda

çatlayacaq. Birinci İsmayıl şah öz siyasətində bütünlüklə ələvi dədələrinə və pirlə-rinə arxalanırdı və bu yolla Ərzurum və Diyarbəkrdən İstabula qədər bütün ələvi türkmən bəylərini Osmanlılara qarşı ayaqlandırmış və öz tərəfinə çəkə bilmişdi. Böyük şah Abbas səltənətin bütünlüyünü və daxili sabitliyi qoruya bilmək üçün, fars, lor, mazandaranlı, bəxtiyari, gilək və sair tayfaları üsyan fikrindən daşındır-maq üçün cəfəri üləmasına da ələvi dədələrinə tanınan səlahiyyət və imtiyazları tanıdı...

***Ekranda iri planda görüntülənən baş axund sözünə davam edir:-...Zəncanda şahidi olduğum bir hadisə məndə belə bir fikir yaradıb ki,

Təhmasib Mirzənin bu məsələlərdə fikri hər iki sələfindən fərqlənir və Nadirqulu xan Əfşarın mövqeyinə çox yaxındır.

O bu sözləri deyib susur və dərin fikrə gedir. Kameranın obyektivi hərəkətə gəlir və ekranda axundu iri planda molla Sədrəddin əvəz edir. Onun üz cizgilərin-dən Zəncanda baş vermiş hadisəni eşitmək üçün həsrət və maraq içində gözlədiyi oxunur.

*** EPİZODUN TƏKRARI:Ekranda aşıqlar canlanır və üçüncü aşıq oxumağa başlayır. O, oxuduqca ka-

meranın obyektivi ona yaxınlaşır və orta plan iri planla əvəz olunur:-Mehdi dədəm gəlsə gərək, Əli divan qursa gərək... ***Ekranda iri planda aşığı şah əvəz edir. Onun aşıqların oxuduqlarından məm-

nun olmadığı açq-aydın sezilir. Kamera tədricən geri çəkilir, iri planı orta plan əvəz edir və bunun nəticəsində göz altından şaha baxan Fəthəli xan Qacar və baş axund da kadra daxil olurlar. Onların üzlərindəki məmnuniyyəti şahın halındakı dəyişiklikdən doğan təəccüb və heyrət hissləri əvəz edib. Kadr arxasından üçüncü aşıq oxumaqda davam edir:

-...Haqsızları qırsa gərək...

72

Page 73: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda iri planda qəzəbləndiyi açıq aydın sezilən Təhmasib şah, onun bu

halından təəccüblənən xan və baş axund, eləcə də təlaş keçirən Zəncan valisi və axundu növbə ilə canlanırlar. Aşıq kadr arxasından aralıqsız oxuyur:

-...İntiqamın ala bir gün... Təhmasib şah qəzəblə əlini yuxarı qaldırıb çığırır:-Bəsdir! Susun!Ortaya dərin bir sükut çökür. ***Ekranda ümumi planda üz-üzə durmuş aşıqlarla şah və ətrafı görünür. Şah

atını aşıqlara tərəf sürüb onlara yaxınlaşır və qəzəbli halda deyir:-Bəs, deyilmi Pir Sultan Abdal kimi araqaraşdıranların şerlərini oxuyub tür-kü

türkə, müsəlmanı müsəlmana düşmən etdiniz?! Məzhəb üztündən tökülən məna-sız qardaş qanı kifayət deyilmi?!

Aşıqlar qorxu ifadə edən gözlərini yerə dikirlər. Şah üzünü valiyə tərəf tutur. ***Ekranda iri planda görünən və qorxudan əsən və gözlərini yerə dikən Zəncan

valisi görünür. Onu növbə ilə iri planda eyni hissləri keçirən baş axund və Zəncanın axundu əvəz edirlər. Kadr arxasından Təhmasibin qəzəbli səsi eşidilir:

-Kim sizə deyib ki, mən İstanbul taxt-tacına sahib olmaq istəyirəm?! Kim sizə deyib ki, sünnilər kafirdir?!

(TƏKRAR EDİLƏN EPİZODUN SONU) ********************************************************** ***Ekranda yenidən baş axund və molla Sədrəddin görünürlər. Ümumi plan.

Molla deyir:-Çox maraqlıdır. Deməli, öz əlimizlə qoynumuzda ilan yetişdirmişik.Baş axund:-Bəli. Fəthəli xan deyirdi ki, Təbrizə çatar-çatmaz, urus və Osmanlı padşah-

larına elçilər gödərəcək. Görəsən, göndərdilərmi? Necə düşünürsən, onlar kimi padşah kimi tanyacaqlar, Təhmasibi, yxsa Mahmud xanı?

Molla Sədrəddin:-Məncə, Osmanlıların seçimi Mahmuddan yana olacaq. Çünki o, Osmanlı

padşahını xəlifə kimi tanıyır və xütbələri onun adından oxutdurur. Ruslar isə hiyləgərdirlər. Kim onlara daha çox güzəşt boyun olacaqsa onu da tanıyacaqlar. Əgər Təhmasib Dərbənddən Rəştə qədər olan əraziləri onlara verməyə razı olsa, şübhəsiz ki, onu şah kimi tanyacaqlar. Bəlkə, daha çox ərazi istədilər.

Baş axund: -Doğru söyləyirsən. ***Dəniz kənarı. Çox sayda rus ustası böyük bir gəminin skeletinin quraşdırıl-

ması ilə məşğuldurlar. Gövdə-skeletin içində və dışında mıx çalan və başqa işlər görən rus mujikləri növbə ilə görüntülənir. Onlardan ikisi iki tutacaqlı mişarla böyük bir şalbanı doğramaqla məşğuldurlar. Dörd nəfər artıq kəsilmiş şalbanları rəndələyirlər. Çox sayda işci ağır bir şalbanı gəmi skeletinin içinə daşımaqla

73

Page 74: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

məşğuldur. Bir qədər kənarda qoyulmuş masann üstündəki çertyojlara baxan rus zadəganı geyimində olan zənci (subneqroid) İbrahim Hannibal yanındakı üç holland geyimli mühəndisə nə isə izah edir. Bu mənzərələri rus balalaykasının ifasında rus çeştuşka təranələri müşayiət edir. Bütün bunların fonunda yazılır:

“SANKT PETERBURQ, RUSİYA, 1723–CÜ İL, MAY”Yazı itir və musiqi sədaları tədricən səngiyir və İbrahim Hannibalın səsi

eşidilir. O, yanındakı mühəndislərə deyir:-Корабли Оттоманов превосходят ваших в скорости по той простой

причине, что они строят мачты как можно выще. А прочности им турки обеспечивают с помощью стальных балок. Блогодаря этому площадь их парусов увеличивается, что сопутствует использованию полезной силы ветра более рационально.

Diktor paralel olaraq, kadr arxasından bu sözləri tərcümə edir: -Dor ağacını mümkün qədər uzun etdiklərinə görə Osmanlı gəmiləri

sizinkilərdən daha sürətlə hərəkət edir. Türklər uzun dorların davamlılığını polad dirəklərdən istifadə etməklə təmin edirlər. Bunun sayəsində də yelkənlərin sahəsi daha geniş olur və daha çox külək kütləsinin gücündən faydalanrlar.

Holland mühəndislərdən biri ona etiraz edir:-Железные залежи на земле Оттоманов видимо-невидимо. Да и опыта у

них в кузнечном ремесле больше. Российского железа добываемого допо-топным способом еле-еле хватает на литье пушек.

Diktor kadr arxasından tərcümə edir:-Osmanlıların ölkəsində çoxlu dəmir yataqları və türklərin çox böyük dəmir

işlətməçilik təcrübələri var. Rusiyadakı yataqlardan ibtidai üsullarla çıxarılan dəmir isə top tökümünə güclə yetir.

Bu an digər bir mühəndis kənara işarə edərək söhbətə müdaxilə edir: 52-Его превосходительство император едет.Diktor kadr arxasından tərcümə edir:-Əlahəzrət imperator gəlir.Hər kəs nəzərlərini onun baxdığı tərəfə çevirir. *** Mühəndislərin və zəncinin baxdıqları tərəf. Dəniz qırağı ilə hadisə yerinə

yaxınlaşmaqda olan kareta və onu müşayiət edən 7-8 rus süvürisi görünür. *** Kareta Ibrahimgilin durduğu yerə yaxınlaşıb dayanır. Kuçer cəld yerə düşüb

karetanın qapısını açır və Rusiya çarı l Pyotr , ardınca da qraf Neplyuyev kareta-dan çıxırlar. İbrahim və holland mühəndislər papaqlarını çıxarıb riverans edərək, imperatoru salamlayırlar. Pyоtr İbrahimə yaxınlaşıb əlini onun çiyninə qoyur və qrafa müraciətlə deyir:

-Вот это и есть мой милый араб-Ибрагим Ганнибалович. Блогадоря ему наши мужики научились Оттоманским ремеслам, которые намного перевосходят европейские. Но мы обязательно их догоним и обгоним.

Kadr arxasından eşidilən diktor mətni:

74

Page 75: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu da mənim əziz ərəbim İbrahim Hannibal. Onun sayəsində bizim mujiklər avropalılarınkından daha üstün olan Osmanlı sənətlərinə yiyələnmişlər. Amma biz mütləq onlara çatacaq və onları keçəcəyik.

Qraf zənciyə əl uzadır:-Граф Неплюев. Честь имею.Diktor mətni:-Qraf Neplyuyev. Şərəf duydum.Çar əlini İbrahimin çiynindən götürür, o biri əlini qrafın çiyninə qoyur:-Иди сюда.Diktor mətni:-Bura gəl.Pyotr iri addımlarla tikilməkdə olan gəmiyə tərəf yönəlir. Neplyuyev onu

təqib edir. ***Çar və qraf gəmi skeletinin önündə durmuşlar. Onların arxaları kameraya

tərəfdir. Ümumi plan. Çar üzünü qrafa tərəf çevirir:-Он будет самым большим на Балтике.Diktor mətni:-O, Baltik dənizində ən böyük gəmi olacaq.

***Karetanın içi. O, hərəkətdə olduğu üçün yüngülcə yırğalanır. Qraf kameraya

yaxın, çar isə arxa plandadır. Pyotrun arxasındakı pəncərədən dəniz görünür. Pyotr deyir:

-Хоть и мы уступаем по количеству шведам, а в Черном море туркам, на Каспии нам нет равных.

Diktor mətni:-Gəmilərimizin sayına görə Baltik dənizdə isveçlilərdən, Qara dənizdə isə

türklərdən geri qalsaq da, Xəzər dənizində bizdən güclüsü yoxdur. ***Ekranda karetanın içində yanaşı ourmuş çar və qrafın öndən görüntüsü

canlanır. Orta plan. Pyotr deyir:-Наша главная цель-это выход в Средеземное море и в Индийский океан.Diktor:-Əsas məqsədimiz Aralıq dənizinə və Hind okeanına çıxış əldə etməkdir. ***l Pyotrun sarayı. Ortadakı masanın üstündə böyük bir xəritə var. Çar və qraf

xəritəyə baxırlar. Qraf danışır Pyotr dinləyir:-Передовые отряды Оттоманов находятся здесь...здесь...и здесь. Наши

тут…тут…и тут.Diktor mətni:-Osmanlıların ön dəstələri burada, burada və buradadır. Bizimkilər isə burada,

burada və burada mövqe tutmuşlar.Pyotr:-Войну со щведами хоть и мы победили, но убытки понесли большие.

Чтобы возместить все наши потери нужно определенное время. Из за этого я

75

Page 76: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

возлогаю большие надежды на наше посольство в Царьграде, то есть на тебя, дорогой Александр Васильевич. Надо во чтобы не стало, отвлечь внимание Оттоманов от Эривани и Тифлиса. Эти города имеют для нас огромное стратегическое значение. Надо направить взор турков на Тавриз и Хамадан. Пусть басурманы грызутся друг с другом, а мы тем временем восстановим силы. Нельзя допустить ьира между ними.

Diktor mətni:-İsveçlilərə qələbə çalsaq da böyük itkilər vermişik. İndi gücümüzü bərpa edə

bilmək üçün bizim vaxta ehtiyacımız var. dur ki, İstanbuldakı səfirliyimizə, yəni sizə, əziz Aleksandr Vasilyeviç çox böyük ümidlər bəsləyirəm. Nəyin bahasına olursa-olsun, Osmanlıların diqqətini İrəvan və Tiflisdən yayındırmaq və onları Təbriz və Həmədana hücuma təhrik etmək lazımdır. Qoy, müsəlmanlar bir-biri ilə çəkişsinlər, biz isə vaxtdan istifadə edib gücümüzü bərpa edək. Tiflis və İrəvanın bizim üçün böyük strateji önəmi var. Onlar arasında sülhə imkan vermək olmaz.

***Ekranda iri planda görüntülənən qraf Neplyuyev deyir:-Отвлечь взор турков от Эривани будет крайне сложно. Я поучил пись-

мо от моего армянского лазутчика в стане Паши Эрзурумского. Он доносит, что Эриванские турки написали письмо Паше, где пригласили его взять Эривань, дабы город не попал в руки неверных, то есть русских.

Qraf danışdıqca, diktor kadr arxasından sinxron təcümə edir:-Türklərin diqqətini İrəvandan yayındırmaq son dərəcə çətin məsələdir.

Ərzurum Paşasının qərargahındakı erməni cəsusumdan məktub almışam. Onun

55 yazdığına görə, İrəvan türkləri Paşaya məktub göndərərək, şəhərin kafirlərin, yəni rusların əlinə keçməməsi üçün onu şəhəri işğal etməyə dəvət etmişlər.

***Ekranda yenidən iri planda Pyotr görünür. Onun üz cizgiləri heyrət ifadə edir:-А разьве в Эривань не персидский город, как там оказались турки?Diktor mətni:-Məgər, İrəvan Persiyanın şəhəri deyil, bu türklər haradan peyda oldular? ***Ümumi plan. Qraf deyir:-Страна, которую мы называем по древнему обычаю Персией, на самом

деле не является таковым. Страна у которой мы захватили прикаспийские земли вплоеть до Решта – эта Адербидижанская империя. Хотя сегодня уже трудно называть ее империей. А Персия всего лишь одна из его многочисленных провинций. И исконные персы живут там. Население исконного Адербидижана тоже турки, которых мы ошибычно называем татарами. Они отличаются от своих сородичй-Оттоманов местным говором и религией. В отличии от суннитов Оттоманов они шииты. Англичане в свое время смогли засеять сeмена вражды между суннитами и шиитами. И они уже больще двух столетий как враждуют.

Kadr arxasından diktor tərcümə edir:

76

Page 77: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bizim əski adətimizcə “Persiya”adlandırdığımız ölkə əslində Persiya deyil. Rəştə qədər Xəzəryanı torpaqlarını zəbt etdiyimiz ölkə Azərbycan imperiyasıdır, hərçənd ki, onu bu gün imperiya adlandırmaq çətindir. Persiya isə bu imperiya-nın çoxsaylı əyalətlərindən sadəcə biridir. Gerçək perslər orada yaşayırlar. Azərbaycanın əsas torpaqlarının əhalisi də türklərdir və biz onları səhvən “tatar” adlandırırıq. Onlar soydaşları olan Osmanlılardan yerli şivələrinə və məzhəbləri-nə görə fərqlənirlər. Sünni Osmanlılardan fərqli olaraq, onlar şiədirlər.

İngilislər vaxtilə sünni və şiələr arasında elə düşmənçilik toxumları səpiblər ki, onlar 200 ildən artıqdır ki, düşmənçilik edirlər.

Pyotr:-Интересно. Но одно без всякого сомнения, надо всячески способство-

вать углублению раздора между ними. Это сыграет нам на руку. Diktor mətni:-Maraqlıdır. Amma bir şey tam aydındır ki, bu düşmənçiliyi daha da dərin-

ləşdirmək lazımdır. Bu bizə sərf edər. ***Ekranda iri planda görünən qraf:-Что касается собственно Персии, она уже не подчиняется Адербиди-

жану, у него свой царь, родом афганец. Но по моему это временно. Персы воспользовались тем, что Адербидижанская армия разорена.

Diktor:-Persiyaya gəlincə, oranın artıq mənşəcə əfqan olan öz şahı var və faktiki

olaraq daha Azərbaycana tabe deyildir. Amma məncə, bu, müvəqqətidir. Oranın xalqı Azərbaycan ordusunun pərən-pərən düşməsindən yararlanmışdır.

Ekranda iri planda qrafı çar əvəz edir:-А есть ли у них кто нибудь, кто смог бы восстонавить армию?Diktor:-Ordunu bərpa etmək qüdrətində olan bir kimsələri varmı? ***Ümumi plan. Qraf dərin fikrə gedir və deyir:-Говорят есть один такой в Хорасане…Diktor:-Belə birisi, deyilənə görə, Xorasanda peyda olub… ***Herat şəhərinin qala divarları və bürclərindən biri. İki qızılbaş əsgəri bürcə

Səfəvi hökumətinin bayrağını bərkidirlər. Kadr arxasından minlərlə insanın ritmik şəkildə və eyni zamanda qılıncını qalxanına döyməsinin səsi eşidilir. Bu mənzərə-nin fonunda yazılır:

“HERAT, 1723-CÜ İl, İYUN” *** Herat sarayının eyvanından baxan və gülümsəyən Sonabəyim və Razaqulu

(12-13 yaşlarında) görünürlər. Kadr arxasından ritmik şəkildə qalxanlara vurulan qılınc səsləri eşidilməkdə davam edir.

***

77

Page 78: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Sonabəyim və Rzaqulunun baxdığı saray meydanı. Yüzlərlə qızılbaş əsgəri nizamlı şəkildə düzülərək qılınclarını eyni zamanda ritmik şəkildə qalxanlarına vurur və bununla da Nadirqulu xanı görmək və eşitmək arzularını ifadə edirlər.

***Herat sarayının eyvanlı otağı. Nadirqulu xan və qardaşı İbrahim üz-üzə

durmuşlar. Arxa planda eyvanın açıq qapılarından aşağı baxan Sonabəyim və Rzaqulu görünürlər. Onların arxaları kameraya tərəfdir. Kadr arxasından qalxanları döyəcləyən qılınc səsləri eşidilməkdə davam edir. İbrahin deyir:

-Dadaş, ordu səni istəyir. Məncə, sədaqətli əsgərlərini həsrətdə qoymasan yaxşıdır.

Nadir gülümsəyərək əlini qardaşının çiyninə toxundurur və eyvana tərəf yönəlir.

***Qılıncları ilə qalxanlarını döyməkdə olan qızılbaş əsgərlərinin durduğu

meydanın yuxarıdan, əsgərlərin arxa tərəfindən görüntüsü. Arxa planda saray və saray eyvanından baxan Sonabəyim və Rzaqul görünür. Eyvanda Nadir və İbrahim peyda olurlar. Onların peyda olması ilə əsgərlərin qılınc və qalxanlarını yuxarı qaldırıb xanı alqışlaması bir olur.

***Eyvandan meydanın görüntüsü. Nadir, Sonabəyim, İbrahim və Rzaqulunun

arxaları kameraya tərəfdir. Arxa planda xanı alqışlayan əsgərlər görünür. Nadir əlini yuxarı qaldırır. Əsgərlər qılınc və qalxanlarını aşağ salırlar.Ortaya sükut çökür.

***Nadir, İbrahim, Sonabəim və Rzaqulunun duruqları eyvan. Onların üzü

kameraya tərəfdir. Orta plan. Nadir danışmağa başlayır:-Mənim cəsurluqda və igidlikdə tayı-bərabəri olmayan sevimli əsgərlərim,

mən sizinlə qürür duyuram, fəxr edirəm. ***Eyvandan əsgərlərin görüntüsü. Əsgərlər bu sözlərdən cuşa gələrək, yenidən

qılnc və qalxanlarını yuxarı qaldırıb Nadiri alqışlayırlar. ***Nadir, İbrahim, Sonabəim və Rzaqulunun duruqları eyvan. Onların üzü

kameraya tərəfdir. Orta plan. Nadir yenidən əlini yuxarı qaldırır və yenidən ortaya sükut çökür. O, sözünə davam edir:

-Sizin şücaət və qəhrəmanlığınız sayəsində Xorasanın sonuncu və alınmaz qalası hesab edilən Herat da Məşhədin ardınca asilərdən təmizlənmiş, yağılar səl-tənətin sınırlarından geri püskürdülmüşdür.

Kadr arxasından yenidən alqış səsləri ucalır.Əlini yuxarı qaldıran və sükutu bərpa edən Nadir əli ilə kadr arxasında qalan

qala bürcünə tərəf işarə edərək sözünə davam edir:-Məhz sizin fədakarlığınız sayəsində Səfəvi hökumətinin şanlı bayrağı bu gün

yenidən Herat üzərində dalğalanır. ***

78

Page 79: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda qala bürcü üzərində dalğalanan Səfəvi bayrağı görünür. Kadr arxasından yenidən alqış səsləri eşidilir.

***Nadir, İbrahim, Sonabəyim və Rzaqulunun duruqları eyvan. Onların üzü

kameraya tərəfdir. Orta plan. Nadir yenidən əlini yuxarı qaldırır və yenidən ortaya sükut çökür. O, sözünə davam edir:

-Mən bu gün Azərbaycan səltənətinin dirəyi, şahlar şahı Təhmasib şahdan məktub almışam. O, sizi, Azərbaycan səltənətinin cəsur əsgərlərini salamlayır və sizinlə fəxr etdiyini və bizi Azərbaycanda gözlədiyini bildirir.

***Ekranda yenidən qılınc və qalxanlarını göyə qaldıran və hayqıran qızılbaş

əsgərləri görünür. ***Heratın bazar meydanı. Meydanın ortasında taxtadan qurulmuş və estradanı

xatırladan hündür yer. Bu qurğunun üzərində duran və təbil döyən təbilçi və onun yanında dayanmış carçı. Onlar hər tərəfdən şəhər əhalisi ilə əhatələnmişdir. Təbilçi təbilini döyməyə ara verir. Carçı əlindəki burma kağızdan oxuyur:

-Eşitdik-eşitmədik deməyin, Nadirqulu xanın fərmanıdır!Təbilçi yenidən üç dəfə təbil döyür. Onu carçının səsi əvəz edir:-Bu gündən etibarən dinindən və məzhəbindən asılı olmayaraq hər kəs

ibadətini sərbəst şəkildə yerinə yetirə biləcək və hər kəs bir-birinə hörmətlə yanaşacaqdır.

Təbilçi yenə üç dəfə təbilini vurur və ardınca carçı oxuyur:-Bu gündən etibarən qapadılmış bütün ibadət yerləri və din ocaqları açılacaq,

dağıdılmış ibadət ocaqları bərpa ediləcəkdir... ***Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa

bağlanmış üç at və üç dəvə görünür. Bu mənzərənin fonunda yazılır: "TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Çadırlardan birinin içi. Qoca türkmən və Toğrul bardaş qurub, çadırın

ortasnda üz-üzə oturublar. Ortada sulu qəlyan var. Qoca türkmən qəlyan çəkə-çəkə deyir:

-Nadirqulu xan qısa zaman içində Heratı da ələ keçirərək Səfəvi şahının hakimiyyətni bərpa etdi. Bütün Xorasanda dostluq və qardaşlıq mühiti yaratdı.

60Məzhəblərarası çəkişmə və düşmənçiliyə son qoydu. Hər yerdə hüzur hökm sürməyə başladı. Həyata keçirdiyi islahatlarla bütün xorasanlıların sevgisini qazandı. Hətta əfqanların da böyük hissəsi könüllü surətdə onun tərəfinə keçdi.

***Qoca türkmən iri planda görüntülənir və sözünə davam edir:-Əfqanlarla farsların kökü bir olsa da və onlar eyni dilin fərqli ləhcələrində

danışsalar da, əfqanlar farslardan fərqli olaraq mərd və cəngavər xalqdırlar. Onlar da türklər kimi qorxmaz, cəsur və düzgün xalqdırlar. Farslara xas olan hiyləgərlik,

79

Page 80: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

məkr və kin onlara yaddır. Fəqət onlar dağlıq ölkədə yaşadıqlarından düzənlik yerdə yaxşı savaşa bilmirlər. Amma dağlıq yerdə onların tayı-bərabəri yoxdur...

***Ekranda iri planda türkməni diqqətlə dinləyən Toğrul görünür. Kadr

arxasından qocann səsi aralıqsız davam edir:-...Dağlıq ərazidə bir əfqan əsgəri iki türk əsgərinə bərabərdir. Düzənlik yerdə

isə bir türk əsgəri beş əfqandan daha üstündür. Odur ki, Nadirə onlar üzə-rində qələbə çalmaq heç də çətin olmadı...

***Ümumi plan. Üz-üzə oturmuş qoca türkmən və Toğrul. Qoca qəlyandan daha

bir dərin qüllab alıb sözünə davam edir:-...Mahmud xanın İsfahanda özünü şah elan etməsi və Səfəvi şahzadələri ilə

qəddar davranması əfqanların çoxunu sarsıtmış və onlarda xəyal qırıqlığı yaratmışdı. Çünki onlar Mahmud xan Əfqanı İslam mücahidi və xəlifənin əsgəri hesab edirdilər və buna görə onu dəstəkləyirdilər. Bu da onların müqavimət güclərinin azalmasına səbəb oldu...

Söhbətin bu yerində Səncər kadra girir və o da bardaş qurub oturur. Qoca isə sözünə ara vermir:

-...Əfqanlar çox dindardırlar, fəqət elmsiz və cahil olduqlarından çox vaxt onun-bunun əlində alətə çevrilirlər. Mahmud xan da onlardan öz çirkin məqsədlə-ri üçün istifadə etmişdi. İndi isə artıq onlara ehtiyacı yox idi. İndi o, daha çox farslara arxalanırdı...

***İri planda görüntülənən qoca türkmən davam edir:-Farsların məqsədi isə İran dövlətini bərpa etmək idi... ***Ekranda iri planda türkməni əvəz edən Toğrul təəccüblə soruşur:-O nə dövlətdir elə? ***Ümumi plan. Qoca türkmən gəncin təəccüb dolu sualına təəccüb dolu başqa

sualla cavab verir:-Məgər sən Firdövsinin “Şahnamə”sini oxumamısan?Toğrul:-Yox, Firdövsi kimdir?Gəncin bu sözləri qocanın və Səncərin gülüşünə səbəb olur. Toğrul isə heç nə

anlamayaraq gah ataya, gah da oğula baxır. Səncər gülməyə son verib deyir:-Firdövsi əfqanların və farsların qədim şairidir. Təqribən 700 il öncə yaşa-yıb.

Farslarla türklərin savaşından və qədim İran şahlarından bəhs edən “Şahna-mə” adında böyük bir əsər yaradıb. İran isə çox-çox qədim zamanlarda əfqnlar ölkəsinin şimalında, Bəlx və Soğd tərəflərdə kiçik bir dövlətin adı olub...

Söhbətin bu yerində qoca türkmən deyir:-Farslar Mahmud xanı əlindəki bütün torpaqları İran adlandırmağa təhrik

edirdilər. Amma Mahmudun fikri başqa idi. O, şahlığını genişləndirmək və Qəzvi-ni, ardınca Təbizi tutmaq və bütün Azərbaycan səltənətinə sahib olmaq barədə dü-şünürdü. O öz ordusunu Qəzvinə göndərdi və onu ələ keçirdi. Həmin dövrdə

80

Page 81: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Fəthəli xan Qacar artıq Azərbaycanda böyük bir ordu qura bilmişdi. Ordu əsasən qacarlardan ibarət idi...

***Ekranda iri planda görünən qoca sözünə davam edir:-...Təhmasib şah və Fəthəli xan Təbrizdən Qəzvinə tərəf yürüşə çıxdılar. Na-

dir də eyni zamanda, qardaşı İbrahimi öz yerinə Heratda hakim təyin edib İsfahan üzərinə yürüməkdə idi. Onun ordusunun əsasını isə əfşar, türkmən və qismən də özbək və əfqanlar təşkil edirdi. Yolda ona xəbər çatdı ki, Mahmudun ordusu Qəzvini tutub. Nadir də üzünü Qəzvinə tərəf çevirdi.

***Düzənlik bir yer. Nadirqulu xanın ucu-bucağı görünməyən piyada və atlılar-

dan ibarət qoşunu düzənlik boyu irəliləyir. Süvarilər əsasən qılınc, qalxan və nizələrlə silahlanmışlar. Piyadaların əksəriyyəti isə tüfənglidir. Bellərində zəmburək olan dəvələr də gözə dəyir. Bu mənzərənin fonunda yazılır:

“QUÇAN-QƏZVİN YOLU. 1723-CÜ İL, AVQUST” ***Ekranda qoşunun önündə at belində irəliləyən Nadir və yeniyetmə oğlu Rza-

qulu görünür. Nadir danışır, oğlu qulaq asır:-Azərbaycan dünyanın ən gözəl məmləkətidir və orada dünyanın ən səmimi,

qonaqpərvər və mehriban adamları yaşayır. Qoçaqlıq və igidlikdə də tayları-bərabərləri yoxdur. Oğlum, biz həmişə fəxr etməliyik ki, soy kökümüz Azərbaycan-dadır. Damarlarımızda Azərbaycan qanı axır.

Rzaqulu:-Azərbaycana nə vaxt çatacağıq.Nadir:-İnşallah, 2-3 günə çatarıq.Rzaqulu:-Bilsən, o günü necə səbirsizliklə gözləyirəm. Həyacandan ürəyim az qalır,

ağzıma gəlsin.Nadir:-Məni demirsən, mən də eyni hissləri keçirirəm. Uşaq olanda anam mənə hey

Azərbaycandakı həyatlarından, oradakı qohum-əqrəbamızdan danışardı. Ata-ba-ba yurdumuzu görmək üçün burnumun ucu göynəyir. Axı, mən də sənin kimi məm-ləkətimizi heç vaxt görməmişəm. Bircə tez çatsaydıq, oranın havası ilə doyunca nəfəs ala bilsəydik, əyilib torpağını öpə bilsəydik...

Bu sözlərdən sonra ortaya dərin bir sükut çökür. ***Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa

bağlanmış üç at və üç dəvə görünür. Bu mənzərənin fonunda yazılır: "TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Çadırlardan birinin içi. Qoca türkmən və Toğrul bardaş qurub, çadırın

ortasnda üz-üzə oturublar. Ortada sulu qəlyan var. Qoca türkmən qəlyan çəkə-çə-kə deyir:

81

Page 82: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Deyilənə görə, Qəzvinin düşmən əlinə keçməsinə Təhmasib şahdan incik düşən baş axundun xəyanəti səbəb olmuşdu. Görünür, elə bu səbəbdən də o, digər din adamlarından fərqli olaraq, şəhəri sağ-salamat tərk edə bilmişdi...

***Ümumi plan. Qoca türkmən sözünə davam edir:-...Əfqanlar Qəzvin hakimini şəhər darvazasının yaxınlğında dar ağacından

asdılar. Bütün qızılbaş din adamlarını zindana atdılar. Sonra isə xəbər gəldi ki, Nadirin və Fəthəli xanın qoşunları iki müxtəlif istiqamətdən şəhərə yaxınlaşır. Bu xəbər əfqanları təlaşa saldı. Qəzvinlilər isə ruhlandılar. Əfqanların şəhərin hakimini öldürməsi şəhər sakinlərinin üsyan etməsinə səbəb oldu. Qoşunlar Qəzvinə yetişmədən yerlicamaatın özü əfqanları qırıb tökdü.

***Qəzvin şəhərinin qala divarlarının və əsas darvazasının iç tərəfdən görüntüsü.

Darvazanın yanında dar ağacı qurulub və şəhərin hakiminin göyərmiş meyiti kən-dirdən sallanır. Onu əli silahlı 10-a yaxın əfqan əsgəri qoruyur. Ətrafda 30-40 nə-fər silahsız qəzvinli durub. Bu mənzərənin fonunda yazılır:

“QƏZVİN. 1723-CÜ İL, AVQUST” ***Ekranda hakimin meyitini qoruyan əfqan əsgərləri və onlarla üz-üzə durmuş

qəzvinlilər görünür. Orta plan. Şəhər sakinlərindən biri deyir:-Vicdanınız olsun, məgər siz müsəlman deyilsiniz, niyə qoymursunuz aparıb

onu torpağa tapşıraq? Əfqan əsgərlərindən biri:-Qardaş, niyə başa düşmürsünüz, biz əmr quluyuq. Buyurun, gedin bizim

əmirlə söhbət edin, o, icazə versin, biz də onu sizə verək.İkinci əfqan əsgəri:-Elə bilirsiz, bizim burada durmaqdan xoşumuz gəlir. Biz də istəyirik ki, siz

onu aparasız, biz də gedək, istirahət edək.Şəhərlilər yer-yerdən:-Allah cəzanızı versin! Axirətdə hamnız cəhənnəmdə yanacaqsınız.Əsgərlər susurlar. Şəhər əhalisi isə dönüb gedir. ***Qəzvin şəhərinin küçələri ilə yürüyən 35-40 nəfərlik qrup. Onlar irəlilədikcə

qapılar açılr və hər qapıdan 2-3 kişi çıxıb qrupa qoşulur. Qapılardan birinin önündə arvad və kiçik yaşlı uşaqların evin kişisini buraxmaq istəmədiyi gözə də-yir, fəqət o, sözə baxmayıb qrupa qoşulur. Bütün bu hadisələr xalq qəzəbini ifadə edən musiqi sədaları altında cərəyan edir.

***Böyük və yaraşıqlı bir imarət. İmarətin qapısı yanında 10-a qədər əli silahlı

əfqan əsgəri durub. 100-150 nəfərlik qəzvinli qrup imarətin qapısında duran əsgərlərə yaxınlaşırlar. Musiqi davam edir və kütlə əsgərlərə yaxınlaşan anda sona çatır. Əfqanlar nizələrini qabağa verirlər. Onlardan biri soruşur:

-Nə istəyirsiniz?Şəhər sakinlərindən biri:-Biz sizin əmirinizlə görüşmək istəyirik.

82

Page 83: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Əsgər:-Sözünüzü əmirə çatdırarıq. Məsələniz nədir?Sakinlərdən biri:-İstəyirik ki, şəhərimizin mərhum hakiminin cənazəsini aparıb basdıraq,

amma sizin əsgərlər buna imkan vermir.Əsgər “gözləyin”-deyib qapıdan içəri girir və gözdən itir. Kamera tədricən

geri çəkilir və plan imarətin eyvanınn görüntüyə gəlməsinə imkan verən miqyasda böyüyür. Eyvanın qapıları açılır və içəridən çxan əmir əsgərlərə səslənir:

-Rədd edin bu qızılbaş küçüklərini buradan! ***Kütlə ilə əsgərlərin üz-üzə durduğu yer. Orta plan. Əmirin bu sözü

qəzvinlilərdən birini qəzəbləndirir və o, başını yuxarı qaldırıb hirslə cavab qayta-rır:

-Küçük sənsən və sənin atandır, it oğlu it.O, sözünü bitirər-bitirməz, əfqan əsgərlərdən biri nizəsini onun qarnına soxur.

Kütlədən kimsə qışqırır:-İmam Hüseyn yolunda qırın bu kafir köpəkləri. Kütlə əfqanlara hücum edib

onları silahsızlaşdırır. Buna qədər isə əfqanlar imkan tapıb daha bir neçə nəfəri nizələyirlər. Fəqət silahları əllərindən alınır və öz bədənlərinə batırılır. Kütlə imarətin qapılarını sındırıb içəri girir.

***İmarətin birinci mərtəbəsindən ikinci mərtəbəsinə qalxan pilləkənin önünüdə

kütləni yuxarıdan enən 10-a yaxın əfqan əsgəri qarşılayır. Qəzvinlilərdən 3-4 nəfəri nizəyə tuş gəlsə də, eyni aqibət bütün əsgərləri qarşılayır. Kütlə “Ya Hüseyn! Ya Hüseyn!”-bağıra-bağıra yuxarı qalxır.

***İmarətin qarşı tərəfi. Kütlənin içəri girməyə macal tapmamış silahsız hissəsi

çöldə yumruqlaını yuxarı qaldırıb içəridəkilərin səsinə səs verirlər:-Ya Hüseyn! Ya Hüseyn!...Bu an içəriyə girmiş qəzvinlilər əmiri eyvana çıxarırlar. Onu nizələrə

keçirilmiş vəziyyətdə yuxarı qaldırırlar. Aşağıda duranlar aralanırlar. Yuxarıdakılar əmirin cansız, qanlı bədənini yerə atırlar.

***Ekranda at belində və ya piyada şəkildə, təlaş və qorxu içində dar küçələrlə

canlarını qurtarmaq üçün qaçan əfqan əsgərləri görünür. Damlara toplaşmış qadın və uşaqlar onların başına daş, qazan və s, əşyalar yağdırırlar.

***Qəzvin zindanının içi. Zindana daxil olan silahlı qrup buradakı əfqan

əsgərlərini məhv edərək qəfəslərin qapılarını açır və mollalar başda molla Sədrəd-din olmaqla azadlığa çıxırlar. Bu mənzərənin fonunda ekranda yazılır:

ll SERİYANIN SONU***

83

Page 84: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

lll seriyaSIYASƏTIN BURULĞANINDA

Qəzvin şəhərinin qala divarları və bürclərindən biri. İki qızılbaş əsgəri bürcə Səfəvi hökumətinin bayrağını bərkidirlər. Kadr arxasından təbil, zurna və balaban səsləri gəlir. “QƏZVİN, 1723-CÜ İl, AVQUST”

*** Ekranda Qəzvin şəhərinin taybatay açılmış darvazalarından təntənə ilə, atlı

qızılbaş əsgərlərinin arasında içəri girən, at üstündə oturmuş Təhmasib şah, Fəthə-li xan Qacar, Nadirqulu xan Əfşar və qalib qızılbaş ordusunu qarşılayan və onları gül-çiçək yağışına tutan şəhər əhalisi görünür. Kənarda durmuş təbilçilərdən və zurna-balabançılardan ibarət musiqiçilər dəstəsi şux bir musiqi ifa edirlər.

***Ekranda şahı və xanları mühafizə edən dəsənin başında gedən gənc Murad və

yeniyetmə Rzaqulu görünürlər. Hər kəs kimi onların da başlarına gül-çiçək yağışı yağır. Kadr arxasından musiqi səsi və “qədəmləriniz mübarək”, “şahımız xoş gəlib, səfa gətirib”, “Allah şahımızı qorusun” kimi sədalar eşidilir.

Bu dəm Murad və Rzaqulunun diqqətini qarşıda, yəni kameranın arxasında nə isə cəlb edir.

***Murad və Rzaqulunun baxdıqları tərəf. Qarşıda bəylərbəyi Hüsam bəy, əlində

Quran tutmuş molla Sədrəddin və digər din xadimləri durmuşlar. ***Ekranda yenidən Murad və Rzaqulu görünürlər. Onlardan biri atını bir qədər

sağa, digəri bir qədər sola verirlər. Murad başını geri döndərib onları müşayiət edən atlı mühafizəçilərə səslənir:

-Kənara çəkilin və şaha yol açın. Atlılar kənarlara çəkilib şaha yol açırlar. Təhmasib Mirzə və ardınca da Fəthə-

li xanla Nadirqulu xan irəli gəlirlər və dururlar. ***Üz-üzə durmuş piyada mollalar və Təhmasib şah. Ümumi plan. Bəylərbəyi və

mollalar şaha təzim edirlər. Hüsam bəy şaha müraciətlə deyir:-Qibleyi-aləm, xoş gəlib, səfa gətirmisiniz.Şah:-Bəs, baş axund hanı. Mən ki onu bura göndərmişdim. O, niyə qarşılayanlar

içərisində yoxdur.Mollalar günahkarcasına başlarını aşağı əyirlər. Hüsam bəy cavab verir:-O, şahımıza xəyanət etdi. Əfqanların əmiri ilə gizli danışıqlar aparıb gecəy-

kən öz adamlarının vasitəsilə şəhər darvazalarından birini düşmənin üzünə açdı. Bir də gördük ki, iş-işdən keçib, yağı başımızın üstünü alıb. Camaatı güdaza verməmək üçün silahlı müqavimət göstərmədik, başqa bir tədbir görüb əl birliyi ilə onları bir gecədə qırıb tökdük. 150 nəfərini də əsir almışıq.

***

84

Page 85: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda İsfahanın Qırx sütün sarayı görünür. Onun fonunda yazılır: “İSFAHAN, 1723-CÜ İl, AVQUST”

*** İsfahan zindanı. əski şah Soltan Hüseynin və İsfahan üləmasının saxlandığı

geniş qəfəsin önündə durmuş Mahmud xan Qəndəharlı qəfəsdəkilərə baxır. Onun yanında iki əli nizəli və qalxanlı keşikçi var. Kamera Mahmudun ərxa tərəfindən qəfəsin içinə tuşlanıb. Arxa planda, barmaqlıqların arasından samanlığın üzərində kədərli-kədərli oturan və nəzərini dikdiyi divardan ayırmayan Soltan Hüseyn və ayaq üstə durub müti və yalbarışlı baxışlarla Mahmuda baxan mollalar görünür.

Mahmud:-Demək, mənimlə söhbət belə etmək istəmirsən... ***Kənardan içəri baxan Mahmudun öndən görüntüsü. Onunla kameranın obyek-

tivi arasında barmaqlıqlar görünür. İri plan. Mahmud sözünə davam edir:-Mən isə sənə yeni-yeni xəbərlər gətirmişəm. İçində yaxşısı da var, pisi də... ***Ekranda samanlığın üstündə oturan və kədərli gözlərini qarşıdakı divara zillə-

yən Soltan Hüseyn görünür. Orta plan. Kadr arxasından Mahmudun səsi eşidilir:-...Sənin üçün yaxşı, mənim üçünsə pis xəbər odur ki, küçüklərindən biri

sağdır. Təhmasibi deyirəm...Bu sözlər keçmiş Səfəvi şahını, sanki, ildırım kimi vurur və dərhal ümid dolu

nəzərlərini kameraya, daha doğrusu, Mahmuda tərəf çevirir. ***Ekranda barmaqlıqlarn arxasından qəfəsin içinə baxan Mahmud və yanındakı

iki silahlı keşikçi görünür. Ümumi plan. Mahmud sözünə davam edir:-...Pedəri-süxtə Fəthəli xan Qacar onu gizlincə İsfahandan qaçırıb, Qəzvində

şah elan edib... ***Ekranda samanlıqda oturan Soltan Hüseyn və üzlərini ona tərəf çevirmiş

dustaq mollalar göünür. Ümumi plan. Keçmiş şahın üzündəkə kədəri ümid hissləri əvəz edib. Mahmud kadr arxasından davam edir:

-...Mənim üçün yaxşı, sənin üçünsə pis xəbər odur ki, Qəzvini almışam. Amma sənin küçüyün orda deyil, Təbrizə qaçıb...

Bu sözlər Soltan Hüseynin yerindən sıçrayaraq ayağa qalxmasına səbəb olur. ***Barmaqlq arxasından baxan Mahmud. Iri plan. O özündən razı halda deyir:-...Amma səni əmin edirəm ki, inşallah, Təbrizi də alacağam. Təhmasibi də

qrdaşlarının yanna göndərəcəyəm. Buna zərrə qədər də şübhə etmə...Kadr arxasından dəmir qapıların açılması səsi eşidilir və bu səs Mahmudun

sözünə ara verməsinə səbəb olur. O. Üzünü arxaya çevirir. ***Zindanın açılan qapısından içəri girən və sürətlə daş pilləkanlarla aşağ düşən

əfqan əmiri Şərif Müseyib kameranın obyektivinin müşayiəti altında qəfəs önündə duran Mahmuda yaxınlaşır, təzim edir və həyacanla dryir:

-Şahım, Qəzvindən çox pis xəbər gəlib.

85

Page 86: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Onun həyacanı Mahmuda da sirayət edir və o, eyni həyacanla soruşur:-Nə olub?!Şərif Müseyib:-Qəzvin yenidən qızılbaşların əlinə keçib. Şəhər əhalisi üsyan edib əsgərləri-

mizin çoxunu qırıblar. 150-yə yaxınını da əsir alblar. Təhmasib Mirzə də Fəthəli xan və Nadirqulu xanƏfşarla birlikdə hazırda Qəzvindədirlər.

Mahmud qəzəblə qışqırır:-Kaş, dilin quruyaydı, bu xəbəri mənə söyləməyəydin, ay Şərif Müseyib.O, sözünü bitirər-bitirməz, kadr arxasından Soltan Hüseynin qəh-qəhəsi

eşidilir. Mahmud qəzəblə qəfəsə tərəf çevrilir. *** Mahmud barmaqlığın bir, Soltan hüseyn isə digər tərəfində üz-üzə durmuşlar.

Mahmud iki silahlı keşikçinin arasındadır.Orta plan.Keçmiş Səfəvi şahı gülməkdə davam edir. O, birdən gülüşünə ara verərək tam ciddi bir şəkil alır və Qəndaharl Mahmud xan Əfqanın düz gözlərinin içinə baxaraq qəzəblə deyir:

-Tacımı öz əllərimlə çıxarıb sənin başına taxdım. Sənsə övladlarıma qıydın. Gərək Təhmasib Mirzəni də öldürəydin. İndi o, səni öldürəcək və qardaşlarının intiqamını alacaq. O günə az qalıb, çox az, köpək!

Soltan Hüseyn bu sözləri deyib Mahmudun düz üzünə tüpürür. Bunu gözləməyən əfqan qeyri-ixtiyari bir-iki addım geri çəkilir.

***Üzü tüpürcəkli Mahmud iri planda görünür. Onun gözlərində heyrət, qorxu və

qəzəb ifadə edən hislər bir-birini əvəz edir. ***Ümumi plan. Hər kəs yerində donub qalmışdır. Mahmud yanındakı keşikçinin

belindən asılmış qından onun qılıncını çəkir və barmaqlıqların arasından onu Sol-tan Hüseynin qarnna soxur. Soltan Hüseyn qarnında qılınc, qəhqəhə çəkir və cansız halda yerə sərilir. Mahmud isə başını iki əlinin içinə alıb dəli kimi qışqırır. Şərif Müseyib arxa tərəfdən cəld ona yaxınlaşır:

-Şahım!Səsə dönən Mahmud dəlicəsinə əmirin üstünə bağırır:-Yaxın gəlmə, rədd ol! (üzünü keşikçilərə tutur) Siz də rədd olun! Hər kəs

rədd olsun, tək qalmaq istəyirəm!Əmir və keşikçilər cəld kadrdan çıxırlar. Mahmud isə növbəti dəfə dəli kimi

çığırmağa başlayır. ***Qəfəsin arxasından heyrət və qorxu içində bir-birinə qısılaraq Mahmuda

baxan mollalar görünür. Orta plan. ***Ekranda yenidən Mahmud canlanır. İri plan O, iki əli ilə barmaqlıqlardan

tutmuşdur və başını barmaqlıqlara çırpır. Alnında qan peyda olur və o, halsız halda yerə sərilir.

***Qəndaharlı Mahmud xan Əfqan geniş, işıqlı və xalça-palazla bəzənmiş bir

otaqda çarpayıda uzanmışdır. Onun başında sarğı var. Şərif Müseyib və Əşrəf bəy

86

Page 87: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

başının üstündə durmuşlar. Yanında həkim oturmuşdur. Mahmud yenə də dəlicə-sinə çığırır. Əşrəf bəy ona müraciətlə:

-Əmi, nə olub sənə? Bir istəyin-diləyin varmı?Mahmud yenə də çığırır. Şərif Müsyib üzünü həkimə tutur:-Həkim, şahımıza nə olub? ***Ekranda iri planda günahkarcasına gözlərini yerə dikən və susan həkim görü-

nür. ***İri planda bu dəfə Şərif Müseyib görünür və bu dəfə qəzəblə soruşur:-Anlamadınmı? Səndən söz soruşdum. Şaha nə olub?Ümumi plan. Həkim ayağa qalxırvə kədərli bir səslə deyir:-Deməyə dilim gəlmir.Qəzəbindən titrəməyə başlayan Şərif Müseyib onun yaxasından tutaraq onu

silkələyir:-Səndən söz soruşdum?Özünü irəli verən Əşrəf bəy həkimi onun əlindən alır:-Sakit ol, Şərif Müseyib!Əşrəf üzünü ağlamağa başlayan həkimə tutur:-Həkim əmimə nə olub...Mahmudun növbəti bağırtısı onun sözünü yarıda kəsir. Həkim hönkürə-

hönküə deyir:-Əşrəf bəy, məgər özün görmürsənmi ki, şahımızın başına hava gəlib.Əşrəf bəy:-Yaxşı, sən get, amma bu barədə bir kimsəyə bir söz demə, anladımmı?Şərif Müseyib:-Soruşanlara de ki, şah can üstədir.Həkim “baş üstə”-deyib kadrdan çıxır. ***Mahmudun uzandığı otağın çöldən qapısı. Qapının arxasında Mahmaudun

arvad və kənizləri yığışmışlar. Qapı açılır və gözü yaşlı həkim görünür və deyir:-Şahımız can verir.Bu sözlər qadınların şivən qoparmasına səbəb olur. ***Otağın içi. Mahmud uzanıb. Əmir və bəy başınn üstündə durublar. Kadr

arxasından şivən qoparan qadınların səsi eşidilir. Şərif Müseyib bəyə deyir:-Görünür, Qəzvinin yenidən qızılbaşların əlinə keçməsinə təhəmmül edə bil-

mədi, ona görə də bu hala düşdü. Təhmasib Mirzə, şübhəsiz ki, İsfahanı da qaytar-maq fikrindədir. Belə bir vəziyyətdə şahsız qala bilmərik. Sənin taxt-taca sahib olmaq vaxtın yetişdi. Əşəf bəy nə etmək lazım olduğunu özün bilirsən.

Əmir bu sözləri deyib qapıya tərəf yönəlir və kadrdan çıxır. Əşrəf bəy növbəti dəfə çığıran Mahmudun başı üzərinə əyilib onu alnından öpür:

-Bağışla məni, əmi, sən mənə ata əvəzi olmusan, amma məcburam. Bağışla.Əşrəf bəy bu sözləri deyib iki əli ilə Mahmudun boğazından yapışır və onu

boğmağa başlayır.

87

Page 88: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Qəzvin şəhərinin qala divarı boyunca qurulmuş onlarca dar ağacından asılmış

əfqan əsgərləri görünür. Təhmasib şah, Fəthəli xan Qacar və Nadirqulu xan Əfşar at belində Muradın başçılıq etdiyi atlı mühafizə dəstəsinin əhatəsində qala divarı boyu hərəkət edərək asılmış əfqan əsgərlərinə tamaşa edirlər. Bu mənzərənin fo-nunda yazılır: “QƏZVİN, 1723-CÜ İl, SENTYABR”

*** Təhmasib, Fəthəli xan və Nadirqulu xan Qəzvindəki şah sarayının bağçasında

gəzişirlər. Şah danışır, xanlar qulaq asırlar: -Şimaldan bəd xəbər bəd xəbərin dalınca gəlir. Uruslar Gilanın ardınca

Mazandarana da qoşun çxara bilərlər. Belə getsə, Gürgan və Türkmənsəhranı da ələ keçirəcəklər. Onlara qarşı qoymağa gücümüz yoxdur. Osmanlılar da yenidən İrəvan və Tiflisi ələ keçiriblər. İndi Gəncə ətrafında qızğın döyüşlər gedir. Şəhəri mühasirəyə alıblar, fəqət şəhər əhalisi onlara qızğın müqavimət göstərir. Gəncəyə bir miqdar kömək göndərə bilmişik və düşünürəm ki, hələ bir - iki ay da Ərzurumlu Əhməd paşanın qoşunlarına müqavimət göstərə biləcəklər.

Bu müddət ərzində nəyin bahasına olursa-olsun, İsfahanı əfqanlardan təmizlə-məliyik. Amma yetərincə silahımız yoxdur. Dəqiq desək, vur-tut iki topumuz, 11 dənə də zəmburəkimiz var. Urus padşahına elçi göndərmişəm. İstənilən güzəşt qar-şılığında onlarla sülhə nail olmağımız lazımdır. Çünki üç cəbhədə birdən savaşmaq gücündə deyilik. Elçiyə maddi və hərbi yardım qarşılığında urusların istənilən şərtinə imza atmaq göstərişi vermişəm. Bu yolla vaxt udarıq. Bir miqdar da silah əldə edərik. İnşallah, sabah səhər tezdən İsfahana tərəf hərəkətə başlayırıq. Sizin son hazırlıqlarınızı tamamlamanız lazımdır...

Kadr arxasından Muradın həyacanlı səsi eşidilir və şahı sözünü yarımçıq kəsməyə məcbur edir:

-Qibleyi-aləm!Şah və xanlar arxaya dönürlər. Murad kadra daxil olaraq baş əyir və deyir:-Şahım, Məşhəddən qasid gəlib, pis xəbər gətirib. ***Orta planda şah və xanların heyrə dolu üzləri görüntülənir. Şah:-Söylə, görüm nə olub. ***Ümumi plan. Təhmasibin və xanların qarşısında durmuş Murad deyir:-Məşhəddə mollalar baş axundun başçılığı ilə xalqı üsyana təhrik edib şəhəri

ələ keçiriblər. Məlik Mahmud Sistanini dəvət ediblər və indi şəhər onun əlindədir.Təhmasib şah:-Allah lənət etsin! Yaxşı, sən get.Şah üzünü Hadirə tutur:-Vəziyyət dəyişdi. Sənin elə günü bu gün təcili Məşhədə dönmən gərəkli oldu.Nadir:-İtaət borcumdur.Şah:-Oğlun yanımda qalacaq.

88

Page 89: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadir:-Mən onu elə buna görə özümlə gətirmişdim.Nadir baş əyib gedir. ***Qəzvin şəhərinin darvazalarından biri. Nadir şahın piyada və atlı əsgərləri

şəhəri tərk edir. Bunun fonunda üz-üzə ayaq üstə durmuş Nadiqulu xanla Rzaqulu görünür. Yaxındakı atlı əsgər Nadirin atının ipindən tutub, onu gözləyir. Nadir oğlunun alnından öpür:

-Mənim əziz balam, heç narahat olma, tezliklə dalınca gələcəyəm, söz veri-rəm.

Rzaqulu:-Əslində sən narahat olma. Burada özümü sənə layiq şəkildə aparacağam.

Başını həmişə uca edəcəyəm.Nadirin gözü dolur. O, oğlunu bağrına basır. Onlar görüşdükdən sonra kadra

Fəthəli xan Qacar daxil olur və Nadirlə qucaqlaşıb vidalaşır. Nadir atına minib darvazaya tərəf yönəlir. Fəthəli xan Rzaquluya deyir:

-Gedək oğlum, gəl.Razaqulu bir söz demədən dönür. *** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.

Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“lll seriya Siyasətin burulğanında”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Səhralıq bir yerdə üç çadır. Ön planda çadırların birinin yanında mıxa bağlan-

mış üç at və üç dəvə, Bir qədər arxada ayaq üstündə durmuş qoca türkmən , Toğrul

89

Page 90: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

və daha bir nəfər gözə dəyir. Naməlum şəxsin əlində bir vərəq var. Onların yanında 6 dolu kisə diqqəti çəkir.ən arxa planda quyudan su çəkən Səncər və əllərindəki tuluğları su ilə doldurmaq üçün növbəyə durmuş çox sayda adam görünür. Bu mənzərənin fonunda yazılır:

"TÜRKMƏNSƏHRA. 1735-Cİ İL, SENTYABR." ***Qoca türkmənin, Toğrulun və naməlum şəxsin durduğu çadırın önü. Orta plan.

Naməlum şəxs bir-bir yerdəki kisələri göstərərək deyir:-Bax hacı, bu iki kisədəki şəkərdir. Bu iki kisə isə undur. Buradakı kişmiş,

qoz, fındıq və püstə ləpəsidir. Yəni hərəsindən bir az qaışdırılıb. Bu kisədə duz, istiot və başqa ədviyyat var.

Qoca Toğrula deyir:-Daşı içəri.Toğrul bir-bir kisələri çadıra daşıyır. Naməlum şəxs əlindəki vərəqi və qələmi

türkmənə uzadır:-Bura imza at, zəhmət olmasa.Qoca türkmən vərəqi alıb qələmi naməlum şəxsin əlindəki mürəkkəb qabına

batırıb vərəqə imza atır. Vərəq və qələmi geri qaytarır. ***Artıq hərəkətə gələn karvan. Toğrul atının ipindən çəkə-çəkə karvana

yaxınlaşır. Qoca türkmən və Səncər nların yanındadırlar. Arxalarınca türkmən qadın və əlində su qab tutmuş qızı gəlirlər. Toğrul növbə ilə qocq və Səncər ilə görüşüb öpüşür, sonra qadına yaxınlaşıb onun əlindən öpür. Qadın da onun alnndan öpür:

-Yazşı yol, uğuruna xeyir.Toğrul:-Sağ olun. Allah hamınzdan razı olsun.Türkmən qız:-Yolun açıq olsun.Toğrul “Salamat qalın, mən sizi heç vaxt unutmayacağam” – deyib atına minir

və karvana qoşulur. Qız onun ardınca su atır. ***Qumlu səhrada qum təpəliyi üzərində yürüyən karvanın batmaqda olan

günəşin fonunda görünən silueti.Toğrul və Kazım (40-45 yaşlarında bığıburma bir kişi) at belində yanaşı

gedirlər. Yanlarında hərəkət edən yüklü dəvələr gözə dəyir. Hava alatoranlıqdır. Kazım deyir:

-İnşallah, sabah günrtaya Gürgana çatarıq. Gürganda omusanmı?Toğrul:-Yox, mən ümumiyyətlə Fəthabaddan başqa heç yerdə olmamışam. Kazım gülür:-Deməli ilk dəfədir ki, uzaq səfərə çıxırsan. Belə isə sənin bir bələdciyə və

köməkçiyə ehtiyacın var. Çalışaram sənə əlimdən gələn qədər yardımçı olum.Toğrul:-Allah razı olsun.

90

Page 91: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kazım:-Tanış olaq mənim adım Kazımdır. Bəs, səninki?Toğrul:-Adım Toğruldur. ***Gürgan şəhərinin qala darvazalarından içəri girməkdə olan karvan. Bu

mənzərənin fonunda yazılır: "GÜRGAN. 1735-Cİ İL, OKTYABR." ***Kazım və Toğrul at belində Gürgan şəhərinin küçələrindən biri ilə hərəkət

edirlər. Yol boyu qarşılarına türkmən geyimində olan qadın və kişilər çıxır. Kazım deyir:

-Bura türkmənlərin sonuncu şəhəridir. Şəhərdən cənubda gördüyümüz dağların arxasında Xorasandır. Dağın qərb hissəsindən isə Mazandaran torpaq-ları başlayır. Deməli deyirsən ki, ömründə dəniz görməmisən, eləmi?

Toğrul:-Bəli.Kazım: -Bu küçə düz dənizə çıxır. Xəzər dənizi Türkmən trpaqları ilə Azərbay-canı

bir-birindən ayırır. ***Ekranda dəniz sahili və sahili döyən ləpələr görünür. Kameranın obyektivi

sahildən dənizin bir qədər içinə yönəlir və kadrlara dənizdə çimən Kazım və Toğrul görünür. Toğrul:

-Deməli, Nadirqulu xanın yanına gedirsənmiş. Bunu mənə öncədən söyləsəy-din, sənə bir-iki maraqlı hadisə danışardım. Axı, mən bir vaxt onun əsgərlərindən olmuşam. Onun ikinci Məşhəd səfərində iştirak etmişəm.

Toğrul:-İkinci Məşhəd səfəri dedikdə, şəhəri ələ keçirən Sistanlı Məlik Mahmudla

döyüşümü nəzərdə tutursan?Kazım:-Hə. Sən bunu haradan bilirsən.Toğrul: -Səhradakı quyunun yanında yaşayan qoca türkmən danışıb. Amma elə-belə,

üzdən... ***Gürgan şəhərinin yeməkxanalrından biri. Ətrafda alçaq taxtlar qoyulmuş,

onların üstünə xalçalarsalınmış, müştərilərin oturması üçün yumşaq döşənmişdir. Taxtların birində dörd nəfər qoca oturub sulu qəlyan çəkirlər. Digər taxtda bardaş quraraq üz-üzə oturan və masquralardan çay içən iki gənc gözə dəyir. Onların önlərindəki süfrədə çaydan və qənd qabı diqqəti cəlb edir. Üçüncü taxtda bir yaşlı, iki gənc oturub, piti qablarının suyunu qarşılarındakı kasalara boşaltmaqla məşğuldurlar. Kənarda oturmuş kamançaçalan müxtəlif havalar ifa edir.

Dördüncü taxtda Kazım və Toğrul bardaş qurmuşlar. Onların qarşısındakı süfrə boşdur. Yanlarında ayaq üstə duran xidmətçi soruşur:

91

Page 92: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Çay içəcəksiz, yoxsa...Kazım suala sualla cavab verir:-Yeməyə nəyiniz var?Xidmətçi:-Beşbarmaq, Özbək plovu, Azərbatcan plovu, Təbriz pitisi, Şəki pitisi, lənkə-

ran ləvəngisi. Yaxşı Bəxtiyari kababımız var.Kazım üzünü Toğrula tutur:-Nə yeyəcəksən?Toğrul:-Azərbaycan plovu.Kazım üzünü xidmətçiyə tutur: -Bizə iki dənə Azərbaycan plovu ver. Yağını və şabalıdını çox elə.Xidmətçi:-Əti nədən olsun, quzumu, danamı, toyuqmu?Toğrul:-Quzu olsun.Xidmətçi çıxıb gedir. Kazım kadr arxasındakı kamançaçalana işarə edərək:-Gözəl çalır. Adamın ürəyinə işləyir. ***Ekranda iri planda kamançaçalan görünür. O, gözlərini yumub çalmaqda

davam edir. Onu iri planda Toğrul əvəz edir:-Hə, çox gözəl çalır. ***Ümumi plan. Xidmətçi Toğrul və Kazımın oturduqları taxta yaxınlaşıb

əlindəki böyük məcmeyidəki yaymaları, göy-göyərtini, su dolçasını və boş masqu-raları süfrənin üstünə qoyur. Kazım dolçanın içinə baxaraq soruşur:

-Bu nədir, sudur?Xidmətçi “bəli”-deyə cavab verir. Kazım dolçanı götürüb xidmətçiyə uzadır:-Bunu apar, ayran gətir.Xidmətçi dolçanı alıb “baş üstə”-deyir və kadrdan çıxır. Kazım üzünü Toğrula

tutur:-Əslində mən Nadir xanın qoşununa Qəzvində qoşulmuşdum. Bilmirəm,

demişəm, ya yox, axı, mən Qəzvindənəm.Toğrul:-Tanış olduğumuz ilk gün söyləmişdiniz.Kazım:-Lap yaxşı. Qəzvindən qoşunla Xorasana gəldik. Mərvdə yerləşdik. Burada

bildik ki, Məlik Mahmud Məşhəddən başqa Xabuşanı da ələ keçirib...Bu dəm xidmətçi kadra daxil olur və əlindəki plvlaı süfrənin üstünə qoyur. O

soruşur:-Başqa əmriniz varmı?Kazım:-Yox, sağ ol.Xidmətçi gedir. Kazım üzünü Toğrula tutur:-Yaxşı, gəl “bismillah” edək, söhbətimizi sonra davam etdirərik. Bismillah!

92

Page 93: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Mahmud əli ilə düyüdən götürüb ağzına dürtür. Toğrul da “bismillah”-deyib, eyni şeyi təkrar edir.

***Gürganın küçələrindən biri. Kazım və Toğrul at belində yanaşı gedirlər.

Kazım deyir:-İndi səni elə bir yerə aparacağam ki, dadı heç vaxt damağından getməsin.Toğrul:-Nə olar, mən razı. Amma söhbətinizi davam etdirməyi də unutmayın.Kazım:-Unutmamışam. Məlik Mahmudun qoşununun əsas hissəsi kürdlərdən ibarət

idi.Toğrul:-Məgər Xorasanda kürd var?Kazım gülür:-Sən necə xorasanlısan ki, bu cür adi şeyləri bilmirsən. Xorasanda çox sayda

kürd də yaşayır. Onları vaxtilə rəhmətlik birinci Şah Abbas Xabuşanla Məşhəd arasındakı kəndlərə köçürmüşdür. Kürdüstan kürdlərindən fərqli olaraq, bunlar şiə-cəfəridirlər. Nə isə...Həmin bu şiə kürdlərin rəislərindən Nəsir ağa adlı birisi Mərvə gizli bir qasid göndərib, Nadir xanla görüşmək istədiyini bildirdi. Xan da razılıq vedi. Nəsir ağa fürsət tapıb gizlincə Mərvə gəldi və şəhədən kənar bir yer-də,yaylaqların birində, bir tərəkəmə çadırında görüşdülər.

***Ekranda 5-6 tərəkəmə çadırı və çadırların yaxınlığında otlayan çox sayda

qoyun-quzu görünür. *** Tərəkəmə çadırlarndan biri. Nadirqulu xan və kürd milli geyimində olan Nəsir

ağa üz-üzə oturmuşlar (1723-cü il). Nəsir ağa danışır, Nadir dinləyir:-Xorasan kürdlərinin Səfəvi xənadanına sadiq olduqlarını Xorasanda bilmə-

yən yoxdur. Bizi baş axundla Məlik Mahmud aldatdılar, dedilər ki, guya sənin əsil məqsədin şahı öldürüb səltənətə sahib olmaqdır. Ona görə də sünnilərlə xoş münasibət qurursan. Sonra isə bütün Azərbaycan səltənətini Osmanlı xəlifəsinə hədiyyə etmək istəyirsən. Biz də Məlik Mahmuda Məşhəd və Xabuşanı ələ keçirmə-yə kömək etdik. Həqiqəti öyrənəndə isə artıq iş işdən keçmişdi. Məlik Mahmud o qədər güclənmişdi ki, ona qarşı çıxsaydıq, kökümüzü kəsərdi. Odur ki, tabe olmağa qərar verdik. İndi isə sən gəlib çxmsan və bütün kürd əşirət rəisləri sənin tərəfinə keçməyə hazırdırlar.

Nadir bir qədər düşünür və soruşur:-Nəsir ağa, sənin düz adam olduğunu bilirəm və səmimiyyətinə də inanıram.

İndi mənə söylə görüm, sənin bu fikrinlə əşirət rəislərdən neçəsi şərikdirlər.Nəsir ağa:-Dörd rəisdən üçü. Hüsaməddin ağa ilə isə söhbət etməyə imkan tapa

bilmədik. O burada yoxdur. Əşirəti ilə birlikdə vaxtından əvvəl Məşdəd yaxınlığın-dakı qışlaqlarına qayıdıblar. Biz isə sənə söz veririk ki, əgər Xabuşana hücuma keçərsənsə, biz sənin tərəfinə keçərik.

***

93

Page 94: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Gürganın küçələrindən biri. Kazım və Toğrul at belində yanaşı gedirlər. Kazım deyir:

-Bu görüşdən üç gün sonra biz Xabuşan üzərinə yürüdük və ordumuz Sistanlı Məlik Mahmudun ordusu ilə üz-üzə gəldi. Kürdlər döyüş başlar-başlamaz, söz ver-dikləri kimi, Məlik Mahmuddan ayrlıb bizim tərəfə keçdilər. Bunu gözləməyən qar-şı tərəf pərən-pərən düşdü. Məlik Mahmud 5-10 adamı ilə birlikdə güclə qaçıb canını qurtara bildi. Döyüşdə şaha xəyanət etmiş baş axund əsir düşdü. Nadiqulu xan onu Təhmasib şaha göndədi. O da onun başını boynundan ayırdı. Qəzvinin axundu molla Sədrəddini səltənətin baş axundu təyin etdi... ***

Ekranda Qəzvin şəhərinin saray meydanında qurumuş estradaya bənzər pilləkanlı taxta qurğu və bu qurğunu hər tərəfdən əhatəyə almış şəhər sakinləri görünr (1724-cü il). Qurğunun üstündə baş kəsmək üçün nəzərdə tutulan cəllad kötüyü var. Kötüyün yanında əlində byük balta tutmuş cəllad gözə dəyir. Arxa planda sarayın eyvanından baş verənləri seyr edən Təhmasib Mirzə, Fəthəli xan Qacar, Murad və Rzaqulu diqqəti cəlb edir.

İki silahlı əsgər əl-qolu bağlı baş axundu plləkanla qaldırıb cəllad kötüyünə tərəf gətirirlər. Onların ardınca molla Sədrəddin gəlir. Əsgərlər bir qədər kənara çə-kilirlər.

***Ekranda cəllad kötüyünün yanında durmuş əl-qolu bağlı baş axund, molla

Sədrəddin və cəllad görünürlər. Orta plan. Molla Sədrəddin üzünü baş axunda tu-tur:

-Son olaraq söyləmək istədiyin bir şey varmı?Baş axund gözlərinin işarəsi ilə “yox”-deyir. Sədrəddin yenə deyir:-Kəlməyi-şəhadətini oxu!Baş axund:-Əşhədü ənna lailahə illəllah,Əşhədü ənna Mühəmmədən rəsulillah,Əşhədü ənna əmirül əl mömininəƏliyən vəliyullah. ***Ümumi plan. Əsgərlər baş axundu diz çöküb başını kötüyün üstünə qoymağa

məcbur edirlər. *** Ekranda eyvanda durmuş şah, xan, Murad və Rzaqulu görünürlər. Orta plan.

Təhmasib Mirzə barmağının işarəsi ilə edam əmri verir. ***Ekranda iri planda başı kötük üstə olan baş axund görünür. Kamerann

obyektivi onun üzərindən baltasını yuxarı qaldıran cəlladın üzərinə keçir. İri plan. Cəllad baltasını yerə endirir. Kadr arxasından kötüyə dəyən balta səsi, ardnca isə kütlədən çıxan həyacan dolu nida sədaları eşidilir. Buna paralel olaraq cəlladın üz-gözünə sıçrayan qan damcıları diqqəti çəkir. ***

94

Page 95: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kazım və Toğrul at belində küçə ilə irəliləyirlər (1735-ci il). Kazım deyir:-Dediyim yer o biri küçənin axırındadır. Atlılar döngəyə çatıb başqa bir küçəyə dönürlər. Kamerann obyektivi onları

müşayiət edir. Toğrul bu sözlərə heç bir əhəmiyyət vermədən soruşur:-Sonra nə oldu?Kazım:-Məlik Mahmud qaçıb Məşhəddə gizləndi. Biz də şəhəri mühasirəyə aldıq.

Bir-iki həftə sonra Heratdan xann qardaşı İbrahim bəy də iki min atlı ilə köməyimizə gəldi. Kürd əşirət rəislərindən Hüsaməddin bəy də digər kürd rəisləri kimi bizə qoşuldu. Onun da 200 atlısı vardı. Kürdlərin ümumi sayı 1000 nəfərə çatdı. Bizm sayımzsa 6000 min nəfər idi. Beləcə, 9000-lik qoşunla Məşhədi bir ildən çox mühasirədə saxladıq. Şəhəri ala bilmək üçün topumuz yox idi. Nadirin məqsədi Məlik Mahmudu aclğa düçar edib təslim olmağa məcbur etmək idi. O isə təslim olmur-du...

***Kazım iri planda görüntülənir və sözünə davam edir:-İsfahada da işlər pis gedirdi. Bu şəhəri Təhmasib şahla Fəthəli xann başçılıq

etdikləri 12000-lik ordu mühasirədə saxlayırdı, amma onların cəmi iki topları, bir neçə də zəmburəki var idi. Bunlarla nə qədər atdılarsa, qala divarlarını dağıda bilmədilər, axırda mərmiləri qurtardı. Əşrəf xan Əfqan şəhərin müdafiəsini yaxşı təşkil edə bilmişdi. Amma deyilənə görə, bərk qorxurdu. Bu üzdən də atasının öldürmək istədiyi, fəqət öldürə bilməyərək ölümcül yaraladığı keçmiş Səfəvi şahı Soltan Hüseynin başını kəsib Ərzurumlu Əhməd Paşaya göndərib ondan kömək istədi...

***Ekranda iri planda Kazımı dinləyən Toğrul görünür. Kazım kadr arxasından

sözünə davam edir:-...Osmanlılar Gəncəni aldıqdan sonra, Xoy və Həmədanı da tutdular və Təb-

rizə tərəf irəliləməyə başladılar. Belə olan halda, şah İsfahandan əl çəkibTəbrizə gəldi, fəqət Təbrizi qoruya bilmədi. Osmanlılar Təbrizi də ələ keçirdilər. Şah və Fəthəli xan Ərdəbilə çəkilməyə məcbur oldular...

***Ümumi plan. Atlı Kazım və Toğrul yanaşı irəliləyirlər. Kazım sözünə davam

edir:-...Hər şey şahın Urusiyyətə göndərdiyi elçinin uruslarla böyük güzəştlər

hesabına imzaladığı sülh müqaviləsindən və urus padşahının Təhmasib Mirzəyə çox miqdarda top-tüfəng göndərməsindən sonra kökündən dəyişdi...

***Rusiya çarı birinci Pyotrun sarayının dəhlizi. Dəhliz boyu bir rus zadəganı ge-

yimində olan tərcüməçi və Təhmasib Mirzənin qızılbaş geyimində olan elçisi İs-mayıl bəy, onların ardınca isə böyük və ağır sandıq daşıyan iki rus lakeyi irəliləyirlər. Ümumi plan. Bu mənzərəmim fonunda yazılır:

“SANKT PETERBURQ, RUSİYA. 1724-CÜ İL, APREL” ***

95

Page 96: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yazı itir və onun itməsi ilə birlikdə ekrandakı kadrları dəhliz boyu irəliləyən tərcüməçi və İsmayıl bəyi orta planda, öndən əks etdirən kadrlar əvəz edir. İsmayıl bəy soruşur:

-Bizim dilimizi harada öyrənmisiniz?Tərcüməçi:-Rusların içərisində türk dilini, daha doğrusu, tatar dilini bilməyən çox azdır,

demək olar ki, yoxdur. Əslində isə bizim babalarımz məsihiliyi qəbul etməmişdən və xaç suyuna salınmamışdan öncə tatar idilər. Məsihi olandan sonra isə rus oldular.

İsmayıl bəy:-Bunları bilirəm. Amma tatar dili bizimkindən bir az fərqlənir. Siz isə eynən

bizim kimi danışırsınız.Tərcüməçi:-Mən dörd il Osnmanlıların əsiri olmuşam. Dilinizi də onda örənmişəm.İsmayıl bəy:-Ancaq Osmanlıların dili də bizimkindən azacıq fərqlənir.Tərcüməçi:-Bu hesabdan deyil. Amma etiraf etməliyəm ki, Azərbaycan şivəsi daha

məlahətlidir.İsmayıl bəy gülümsəyir:-Ola bilər, amma mənə Osmanlıların ləhcəsi daha şirin gəlir. ***Tərcüməçi və İsmayıl bəy, ardlarınca da sandıq daşıyan rus lakeylər önündə

uzun baltalarla silahlanmış iki rus əsgərinin və bir lakeyin durduğu qızıl işləməli qapıya yaxınlaşırlar. Ümumi plan. Lakey cəld qapını açır, hörmətlə tərcüməçi və İsmaıl bəyə yol göstərir. Onlar qapıdan içəri girirlər. Lakey qapını bağlayır. Sandığı daşıyan lakeylərsə sandığ bir kənara qoyurlar. Onlardan biri deyir:

-Сундучок та, черт бы его побрал, тяжелый!Kadr arxasından diktor onun sözlərini tərcümə edir:-Allah lənət eləsin, nə ağır sandıqdır.Qapıda duran lakey soruşur:-Небойсь, золото и серебро?Kadr arxasından diktorun səsi eşidilir:-Yəqin ki, qızıl və gümüşdür? Birinci lakey:-Да черт его его знает, может быть. Diktor:-Allah bilir, bəlkə də... ***Pyotrun qəbul otağı. Çar taxtında ələşmişdir. İsmayıl bəy onunla üzbəüz qo-

yulmuş səndəldə oturmuşdur. Tərcüməçi isə ayaq üstədir. Arxa planda rus zadəgan və nazirləri görünür. Pyotr Azərbaycan elçisindən soruşur:

-A уполномоченныли вы поставить свою подпись под межгосударьевы-ми соглащениями?

96

Page 97: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Tərcüməçi çarın sözlərini Azərbaycan türkcəsinə çevirir:-Sizə hökmdarlar arası razılaşmaya şahınızın adından imza atmaq səlahiyyəti

verilmişdirmi?İsmayəl bəy cavab verir:-Əlbəttə. Siz aləhəzrətin xariciyyə vəzirinizə təqdim etdiyim vəkalətnamədə

bu barədə ayrıca bir qeyd də var.Tərcüməçi bu dəfə onun sözlərini Pyotr üçün tərcümə edir:-Да. В грамоте врученной мною министру вашего высочества по делам

иноземных стран имеется особый пункт об этом. ***Ərdəbil şəhərinin darvazasından bir-birinin ardınca daxil olan kiçik toplar

yüklənmiş at arabaları görünür. Arxa planda bu mənzərəni müşahidə edən şəhər əhalisi və çox sayda əli qalxan və nizəli piyada qızılbaş əsgərləri diqqəti çəkir. Onlar xalqın qarşısında bir cərgədə durmuşlar ki, kimsə önə keçə bilməsin. Bütün bunların fonunda yazılır:

“ƏRDƏBİL. 1725-Cİ İL, İYUN”Ekranda Murad və Rzaqulunun başçılıq etdikləri atlı mühafizə dəstəsinin

ortasında, at belində durub toplara tamaşa edən şah, Fəthəli xan və İsmayıl bəy görünür. Arxa planda öküzlərə qoşulmuş böyük toplar bir-birini əvəz edir. İsmayıl bəy danışır, şah dinləyir:

-Urus padşahı bizdən Mazandaranı da istəyirdi. On gün davam edən danışıq-lardan sonra çətinliklə də olsa, onu bu fikirdən daşındıra bildim. Topa gəlincə, cə-mi yüz kiçik top verməyə razı idi. Oradakı tatar dostlarımızn yardımı ilə onların sayını iki yüzə çatdırdıq və üstəlik yüz ədəd də böyük top əldə etdik...

***İri planda görüntülənən İsmayıl bəy sözünə davam edir:-...Beş min də tüfəng gətirmişəm. On min də qızıl urus pulu. Mərmi və güllə

bizə ən azı beş il bəsdir. Bəzi tatar silah ustaları da gizlincə mənimlə gəliblər. Deyirlər kafirlərə silah düzəltmək istəmirlər.

***İri planda görünən şah:-Afərin sənə. Sən mən gözlədiyimdən də çox şeyə nail oldun. Müqaviləni ver

baxım. ***Orta plan. İsmayıl bəy müqaviləni şaha verir. Şah deyir:-Yaxşı, uzun yol gəlmisən, yorğunsan, get dincəl. Səhər söhbət edərik. *** İsmayıl bəy şaha təzim edir və atını hərəkətə gətirib kadrdan çıxır. Şah üzünü

Murada tutur:-Muradcan, bütün bunları yerbəyer edin.Murad:-Baş üstə!Təhmasib xana tərəf dönür:-Gedək. Şah, xan, Rzaqulu və keşikçilər atlarını hərəkətə gətirirlər.

97

Page 98: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Təhmasib Mirzə, Fəthəli xan Qacar və Rzaqulu at belndə yanaşı gedirlər.

Arxa planda onlar müşayiət edən Murad və atlı keşikçilər görünür. Xan soruşur:-Qibleyi-aləm, ilk səfərimizi hara etməyi düşünürsünüz, Təbrizə, yoxasa İsfa-

hana?Şah gülümsəyir:-Səncə, üzümüzü daha öncə hara tutsaq daha yaxşı olar?Xan:-Əlbəttə ki, Təbrizə.Şah:-Öncə Məşhədi azad etməli, gücümüzü Nadirqulu xanın qoşunları ilə birləş-

dirməli, yalnız bundan sonra üzümüzü Təbrizə çevirməliyik. ***İri planda görüntülənən Fəthəli xanın üzündə bir anlıq heyrət və qəzəb hissləri

peyda olur. Fəqət o özünü tez bir zamanda ələ alır:-Axı, urusların padşahı ilə imzalanmış razılaşmaya əsasən, bu silahlar yalnız

və yalnız Osmanlılara qarşı istifadə edilməlidir. ***Fəthəli xanı iri planda şah əvəz edir. O gülümsəyir:-Mənim üçün əsas məsələ bu silahları əldə etmək idi. İsmayıl bəyin imzaladığı

sənədin isə mənim üçün bir qara mis sikkə qədər də dəyəri yoxdur. Onu cırıb atacağam. Yəni sən doğrudanmı Dərbəndi, Bakını, Lənkəranı və Gilanı uruslara bağışladığımı sandın? Günü sabah Mərvə yola düşürük, oradan da Məşhəd üzərinə yürüyəcəyik.

***Fəthəli xan bir ağacın kölgəsində, xalça üstündəki döşəkcədə oturub, yumşaq

mütəkkəyə dirsəklənmişdir. O, sulu qəlyan çəkə-çəkə dərin düşüncələrə qərq olmuşdur. Onun gözləri önündə keçmiş baş axundun edam səhnəsi canlanır.

EPİZODUN TƏKRARI:Ekranda cəllad kötüyünün yanında durmuş əl-qolu bağlı baş axund, molla

Sədrəddin və cəllad görünürlər. Orta plan. Molla Sədrəddin üzünü baş axunda tu-tur:

-Son olaraq söyləmək istədiyin bir şey varmı?Baş axund gözlərinin işarəsi ilə “yox”-deyir. Sədrəddin yenə deyir:-Kəlməyi-şəhadətini oxu!Baş axund:-Əşhədü ənna lailahə illəllah,Əşhədü ənna Mühəmmədən rəsulillah,Əşhədü ənna əmirül əl mömininəƏliyən vəliyullah. ***Ümumi plan. Əsgərlər baş axundu diz çöküb başını kötüyün üstünə qoymağa

məcbur edirlər. ***

98

Page 99: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda eyvanda durmuş şah, xan, Murad və Rzaqulu görünürlər. Orta plan. Təhmasib Mirzə barmağının işarəsi ilə edam əmri verir.

***Ekranda iri planda başı kötük üstə olan baş axund görünür. Kamerann

obyektivi onun üzərindən baltasını yuxarı qaldıran cəlladın üzərinə keçir. İri plan. Cəllad baltasını yerə endirir. Kadr arxasından kötüyə dəyən balta səsi, ardnca isə kütlədən çıxan həyacan dolu nida sədaları eşidilir. Buna paralel olaraq cəlladın üz-gözünə sıçrayan qan damcıları diqqəti çəkir. ****************** EPİZODUN SONU***************

Ağac kölgəsində mütəkkəyə dirsəklənmiş Fəthəli xan düşüncələrdən ayrılır, qəlyndan bir udum tüstü udub havaya buraxır. O, dirsəyini mütəkkədən çəkərək dikəlir və əlləri ilə üzünü tutur. Xəyalında yenidən keçmişin xatirələri canlanr.

EPİZDUN TƏKRARI: At belində yanaşı gəzişən Fəthəli xan Qacar və Zəncan valisi. Onlar göldən

aralanmışlar. Göl qırağında durmuş əsgərlər arxa planda, çox uzaqda görünürlər. Xan deyir:

-Şahımızın bu cür qəribə xasiyyətinə artıq vərdiş etmişəm. Hər gün ağlına yeni bir fikir gəlir. Hər biri də digərindən daha qəribə. Özü də çox şıltaqdır. Baş axund da onun şıltaqlığının qurbanı oldu. Ehtiyatsız söylədiyi bir söz üzündən şah onu yenidən Qəzvinə göndərdi.

Vali:-Şıltaqlıqmı? Amma mən belə düşünmürəm. Məncə, baş axundun yenidən

Qəzvinə göndərilməsi ağıllıcasına düşünülmüş siyasi gediş idi.Xan atını saxlayır və soruşur: -Nə demək istəyirsən?Vali də atını əyləyir:-Məncə, o sizin birlikdə hərəkət etdiyinizdən duyuq düşüb sizi ayırmaq

qərarına gəlmişdir. ***Ekranda iri planda görünən Fəthəli xan Qacar:-Sən onun əqli keyfiyyətlərini çox yüksək qiymətləndirirsən. Mən bu neçə

gündə onda ağıldan bir əsər-əlamət görmədim. İndiyə qədər onun kimi yelbeyin və eyş-işrət düşkününə rast gəlməmişəm.

***Xanı iri planda əvəz edən vali:-Təki sən deyən olsun. Amma hər ehtimala qarşı ehtiyatı əldən vermə.

***************EPİZODUN SONU**************Ağac kölgəsində oturan və əlləri ilə üzünü tutmuş Fəthəli xan Qacar. Yanında

sulu qəlyan tüstülənir. Kadr arxasından aşıq Əhmədin eşidilən səsi xanı özünə gəlməyə və əllərini üzündən çəkməyə məcbur edir:

-Xan, dedilər məni çağırmısınız.Fəthəli xan üzünü səs gələn tərəfə çevirir. ***Ekranda iri planda aşıq Əhməd görünür. Onun əlində saz var. O, əmrə hazır

vəziyyətdə durmuşdur.

99

Page 100: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ümumi plan. Xan ayaq üstə duran aşığa yer göstərir:-Otur. Aşıq Əhməd, otur.Aşıq Əhməd xanın yanında, bir qədər aralı əyləşir. Fəthəli xan dərindən ah

çəkir və deyir:-Bir şey çal,oxu, könlüm açılsın.Əhməd sazını kökləyib çalmağa və oxumağa başlayır:-Gəldim dst bağına, eylədim nəzər,Gördüm yarın bağçasında gül yeri.Ağ buxağa dönə-dönə düzülmüş,Ağlımı başımdan aldı xal yeri... ***Ekranda iri planda gözlərini yumub aşığı dinləyən xan görünür. Aşığın səsi

kadr arxasından eşidilməkdə davam edir:-Gecə-gündüz çığırıram mən zəlil,Üstümüzdə qadir mövlam həm dəlil... ***Ekranda at belində irəliləyən Təhmasib şah, Fəthəli xan Qacar və Rzaqulu,

eləcə də onların ardınca gələn ucu-bucağı görünməyən süvari qoşun görünür. Bu mənzərənin fonunda yazılır:

“MƏRV, XORASAN. 1725-Cİ İL, AVQUST.” ***Yazı itir və onun itməsilə ekranda piyada irəliləyən qalxanlı, nizəli əsgərlər və

bellərində zəmburək olan dəvələr peyda olur. Bu kadrları böyük toplar qoşulmuş öküzləri və onların yanında gedən tüfəngli atlları əks etdirən kadrlar əvəz edir.

*** Ala-toranlıq, saysız-hesabsız çadırları və tonqalları əks etdirən kameranın

obyektivi Təhmasib şahın hərbi düşərgəsini görüntüləyə-görüntüləyə bir-birinin yannda sıra ilə duran atsız arabalardakı kiçik topların və ön planda öküzlərdən ayrılaraq səliqəli sıra ilə düzülmüş böyük topların, eləcə də onların keşiyini çəkən əli nizə və qalxanlı əsgərlərin üzərinə yönılir, daha sonra ekrana çx sayda ocaq üstə qoyulmuş böyük qazanlarda əsgərlər üçün yemək bişirməklə məşğul olan aşbazlar və qoyun cəmdəklərini böyük kötüklərdə baltalamaqla məşğul olan qəssablar gəlir. Kadr arxasından, uzaqdan dastan söyləən aşıq Əhmədin səsi eşidilir:

-Cəllad Qasım Əhməd vəzirin meyitini dənizə atdı, özünü Tahir Mirzənin qulluğuna yetiedi.Əl atıb onun yaxasından yapışdı, istədi nun boynunu vursun. Ta-hir Mirzə dedi:

“Ey Qasım, cəllad olanda nə olar ki, cəlladda da bir rəhm olar. Sən atamın çörəyini unudursan, barı mənim cavan nakamlğıma qıyma.”

Aldı göək Tahir Mirzə nə dedi:“Aman cəllad, gəl rəhm elə,Dərd məni alacaq oldu!Malım, mülküm, külli varım, Kimlərə qalacaq oldu?...” ***

100

Page 101: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda aşıq Əhmədi əhatəyə alıb yerdə oturaraq və uzanaraq dastan dinləyən 200-ə qədər qızılbaş əsgəri görünür. Arxa planda çadırlar diqqəti çəkir. Aşıq sözünə davam edir:

-...Qardaşım yox, deyə sözüm,Bacım yoxdu çəkə nazım.Bu üstü sədəfli sazım,Bə, kimlər çalacaq oldu?!Mən Tahirəm budu sözüm,Belə dərdə necə dözüm?Zöhrə xanım iki gözüm,Bə, kimlər alacaq oldu... ***Ekranda əsgərlərin arasında oturub aşığı dinləyən Fəthəli xan Qacar görünür.

Orta plan. Üz-gözündən sevinc və maraq yağan əsgərlərdən fərqli olaraq o, kədərlidir. Kadr arxasından aşığın səsi eşidilir:

-Cəllad Qasımın Tahir Mirzəyə rəhmi gəlib onu öldürmədi. Üstəlik ona dedi ki, qaç canını qurtar. Bundan sonra gəlib Hatəm Sultana dedi:

“Padşah sağ olsun, Tahir Mirzə atasının ölüm xəbərini eşidən kimi qaçıb gizlənibdi”...

***Ekrana daxil olan Murad arxadan Fəthəli xana yaxınlaşıb onun qulağına nə isə

pıçıldayır. Xan cəld ayağa qalxır və onlar birlikdə kadrdan çıxırlar. Aşıq isə kadr arxasından aralıqsız davam edir:

-...Hətəm Sultan o saat car çəkdirdi ki, hər kəs Tahir Mirzənin başını mənə gətirsə, onu dünya malından qəni eləyəcəyəm...

***Ekranda yenidən aşıq Əhməd görünür və sözünə davam edir:Şahın adamları Tahir Mirzəni axtarmaqda olsun, görək tahir Mirzə başına nə

çarə qıldı... ***Nadirqulu xanın çadırı. Xan və oğlu məşəlin işıqlandırmaqda olan çadırın

içində üz-üzə oturmuşlar. Rzaqulu deyir:-Ata, mənə elə gəlir ki, şah Fəthəli xana etibar etmir. Fəthəli xan da bunu hiss

edir və həmişə kədərli və narahat gəzir...Nadir onun sözünü kəsir:-Oğlum, siyasəti boş ver. Gör nə vaxrdır görüşmürük, özündən danış, necəsən,

şahın yanında günlərin necə keçirdi?Rzaqulu:-Vallah, sənin üçün, anam üçün, bacı-qardaşlarım üçün darıxmağımı hesaba

almasaq, günlərim çox gözəl keçirdi. Şah mənə münasibətdə özünü şah kimi deyil, böyük qardaş kimi aparırdı. Hətta deyə bilərəm ki, onunla dostlaşmışıq da. Özü deyir ki, mənim iki dostum var-Murad və Rzaqulu. Sənin haqqında da çox yüksək fikirdədir və hətta mənə elə gəlir ki, bu yaxınlarda sənin məqamını yüksəltməyi düşünür...

101

Page 102: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kadr arxasından eşidilən öskürək səsi Rzaqulunu sözünü yarıda kəsməyə məcbur edir. Ata və oğul üzlərini səs gələn tərəfə çüvirirlər.

***Çadırın qapısı. Qapıdan içər boylana əsgər deyir:-Xan sağ olsun, Murad bəy gəlib. ***Ekranda iri planda görünən Nadirqulu xan:-Gəlsin. ***Çadırın qapısı. Əsgər gedir və həmin an Murad içəri girir və yüngülcə təzim

edir:-Xan, şah səni çağırır. ***Ümumi plan. Nadr ayağa qalxır və kadrdan çıxır. Əvəzinə isə Murad kadra

daxil olur:-Rzaqulu, qardaş, gəl gedək mənim çadırımda birlikdə yemək yeyək. Aşbazlar

gözəl dolma bişiriblər. Ətri adamı lap məst edir.Hörmət mənasında atası ilə birlikdə ayağa qalxmış Rzaqulu gülümsəyir:-Gedək. ***Nadirqulu xan öndə və arxada iki, ümumilikdə dörd silahlı əsgərin müşayiəi

ilə şadırların arası ilə gedir. Kadra arxasından dastan söyləyən aşıq Əhmədin səsi eşidilir:

-...Əlləri hənalı, bayram günündə,Dstum bir bayramlıq verdi, həzarat!Yardan ayrılmağı vəsiyyət etdi,Bizə də bayramlıq verdi, həzarat!... ***Ekranda çadırlarn arası ilə gedən Murad və Rzaqulu görünür. Onlar bir qədər

irəliləyib bir çadıra girirlər. Aşığın səsi kadr arxasından eşidilməkdə davam edir:-...Məni şalda kimi belə dolasan,Ayrılmaram tikə-tikə doğransam.Yarıma qurbanam, əgər sorasan,Ağ günü toranlıq verdi, həzarat. ***Şahın çadırının içi. Ortaya üstündə min bir nemət olan süfrə var. Təhmasib

Mirzə, Fəthəli xan Qacar və molla Sədrəddin yumşaq döşəklərin üstündə, süfrə arxasında oturmuşlar. Bir döşəkçə boşdur. İçərini məşəllər və süfrənin ortasındakı şamlar işıqlandırır. Şah xandan soruşur:

-Necə düşünürsən, bu qədər tp-tüfənglə Məşhədi neçə günə alarıq?Fəthəli xan bir qədər düşünür və cavab verir:-Məncə, ən çoxu iki-üç həftəyə.Kadr arxasından Nadirqulu xanın səsi eşidilir:-Əssəlamu əleyküm.Şah, xan və molla Sədrəddin səs gələn tərəfə boylamırlar.

102

Page 103: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Çadırın qapısı. İçəri girmiş Nadir təzim edir. Kadr arxasından şahın səsi gəlir:-Və əleykəssəlam. Gəl. ***Üz-üzə oturmuş şah, Fəthəli xan və molla Sədrəddin. Ümumi plan. Kadra

daxil olan Nadir içəri girir və boş yerdə oturur. Şah dərhal soruşur:-Fəthəli xan deyir ki, bu qədər top-tüfənglə Məşhədi almaq üçün 2-3 həftə

vaxt lazımdır. Sən necə düşünürsən?Nadir:-Məncə, bu qədər silahı görən Məlik Mahmudun qaçmaqdan və ya təslim

olmaqdan başqa çarəsi olmadığından məsələni ikicə günə həll edərik. Amma o, hərb sənətinə yaxşı bələd olduğundan bizi şəhərdən kənarda, düzənlik bir yerdə qarşılamağa üstünlük verəcək. Çünki bu toplar qala dağıtmaq üçün yaxşıdır. Mey-dan savaşlarında isə onların bir o qədər də xeyri yoxdur. Əksinə, əlavə yük olmaq-dan başqa bir şeyə yaramazlar.

Şah üzünü Fəthəli xana çevirib gülümsəyir və əvvəlki vəzyyətinə qayıdır:-Nə isə, bunları sonra müzakirə edərik. Yeməyimizi soyutmayaq. Bismillah! *** Ekranda böyük bir qazanın yanında sıraya düzülən əsgərlərin bir-bir qazana

yaxınlaşdıqları yaxınlaşaraq əllərindəki mis kasaları irəli uzatdıqları və aşbazın onların qazanına çömçə ilə dolma qoyduğu görünür. Aşbazdan bir qədər kənarda duran başqa birisinin isə yanndakı böyük qutudan yaymalar çıxararaq əsgərlərə paylamaqda olduğu diqqəti çəkir. Kadr arxasından aşıq Əhmədin səsi eşidilir:

-...Paşanın ona qəzəbi tutub bərkdən dedi:“Sən kimsən, mənim qızımın yannda nə işin var? Düzünü de. Əgər düzünü

desən, canın qurtarar. Deməsən, boynunu vurduracağam.”Aldı Tahir Mirzə, cavabında görək paşadan nə iltimas elədi:“Qanlı dərya ilə dada gəlmişəm,Hər yerdən üzülüb əlacım mənim...” ***Ekranda dastan söyləyən aşıq Əhməd və onu dinləyən əsgərlər gözə dəyir.

Əhməd sözünə davam edir:-...Səni mən özümə qəmxar etmişəm,Şahlar şahı bilir, o, bacım mənim...Ekrana daxil olub arxa planda oturmuş əsgərlərin arxasında ayaq üstə duran

bir əsgər əlindəki mis çömçə ilə mis qazanı döyəcləməyə başlayır və bu hal aşığı sözünü kəsməyə məcbur edir. Hər kəs üzünü qazan döyənə tərəf çevirir. O isə deyir:

-Hər kəs yeməyə! Dastann ardını sonra dinıəyərsiniz.Hər kəs ayağa qalxır. Əsgərlərdən biri soruşur:-Bu gün yeməyə nə bişirirlib?Qazan döyən:-Yarpaq dolması.Əsgərlərdən bəzisi məmnuniyyətini ifadə edərək “Bəh-bəh”-edir. ***

103

Page 104: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Muradın çadırının içi. Çadırı məşəl və şamlar işıqlandırır. Murad və Rzaqulu qarşı-qarşıya oturub çörək yeyə-yeyə söhbət edirlər. Murad deyir:

-Sənə şad bir xəbər deyimmi?Rzaqulu:-Əlbəttə, de. Ölmürəm şad xəbərlərdən ötrü.Murad:-Şah qərara gəlib ki, sənin atanı özünün bütün qoşunlarının əmiri elan etsin və

bütün top-tüfəngi də onun sərəncamına versin.Rzaqulu:-Yaxşı xəbərdir. Amma bunun belə olacağını özüm də təxmin etmişdim. Bilir-

dim ki, topların Fəthəli xanın əlinə düşməməsi üçün gec-tez belə addım atacaqdır.Murad:-Hə, şah Fəthəli xana etibar etmir. Bilmirəm demişəm, ya yox, yəqin ki,

bilirsən, Təhmasib şah məni özünün qorcubaşısı ona görə təyin etmişdi ki, xandan çəkinirdi. Yəni ona inanmırdı.

Rzaquin:-Deməmisən, amma özüm başa düşmüşdüm. Şah səni çox sevir və etibar edir.

Ona görə də verəcəyi qərarları hamıdan öncə sən bilirsən.Murad: -Mən də onu çox sevirəm. Amma o, səni də çox sevir və sənə də etibar edir.Rzaqulu:-Bilirəm. Allah ondan da, səndən də razı olsun. Sizin kimi dostlar qazandığı-

ma görə çox xoşbəxtəm.Murad:-Deməyi unutdum, şah əmin İbrahimi də Xorasan bəylərbəyi təyin edəcək.

Bunu özü mənə söyləyib. ***Təhmasib Mirzənin çadırının içi. Şah, molla Sədrəddin və xanlar üz-üzə otur-

muşlar. Süfrədəki yeməklər artıq yığışdırılmışdır. Ortada sadəcə meyvə var. Şah üzünü Nadirə tutur:

-Məncə, vaxt itirməsən yaxşıdır. İndi gecdir, səhər tezdən Muradla bütün si-lahları təhvil-təslim edin. Fərmanları da elə bu gün möhürləyəcəyəm. (Üzünü Sədrəddinə tərəf çevirir) Get mirzəni başa sal, fərmanları dediyim qaydada yazıb gətirsin, özün isə axşam namazına hazırlaş.

Molla ayağa qalxıb “baş üstə”-deyir, təzim edir və arxasını dönmədən çadır-dan çxır.

***Ekranda iri planda Fəthəli xanın pərt və narazı sifəti görünür. O, hisslərini

gizlətməyə çalışır. ***Ümumi plan. Şah Nadirə müraciət edir:-Sən də get. Bizsə Fəthəli xanlaürəkdən bir dərdləşək.Nadir ayağa qalxıb təzim edir və arxasını dönmədən çadırdan çıxır. Təhmasib

üzünü Fəthəli xana tərəf çevirir. ***

104

Page 105: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda iri planda Fəthəli xanın pərt və narazı sifəti görünür. O, hisslərini gizlətmək üçün gözlərini yerə dikir. Bu kadrları iri planda gülümsəyən şahın çöhrəsi əvəv edir.

***Ümumi plan. Süfrə arxasında şah və Fəthəli xan oturmuşlar. Fəthəli xan yerə

baxmaqda, şah isə gülümsəməkdə davam edir. Sükutu Təhmasib Mirzə pozur:-Deyəsən, qərarlarımdan narazı qaldın.Xan:-Mən nə karəyəm ki, şahın qərarlarından razı və ya narazı qalım. Nadirqulu

xan şücaətlidir, qorxmazdır və hərb elminə də vaqifdir. Odur ki, bütün qoşunların əmiri olmağa layiqdir. Onun qardaşını Xorasan bəylərbəyisi təyin etmək də çox doğru bir qərardır. Amma bütün topları Nadirqulunun ixtiyarına verməklə onu gücyetməz hala gətirirsiniz və sabah bu gücün sizə qarşı yönəlməyəcəyinə əminsinizmi?

Bu sözlər şahın qəhqəhə çəkib gülməsinə səbəb olur. ***Ekranda milli geyimdə rəqs edən iki qız görünür. Arxa planda cəng, ud,

kamanca, gəranay, çanaq və s. alətlərdə ifa edən qadınlardan ibarət ansambl diq-qəti çəkir.Bu mənzərənin fonunda yazılır:

"GÜRGAN. 1735-Cİ İL, OKTYABR." ***Yazı itir.Rəqs edən qızların əks tərəfdən görüntüsü. Arxa planda döşəkçələrin

üstündə turub mütəkkələrə dirsəklənən və sulu qəlyan çəkərək qızlara tamaşa edən Kazımla Toğrul görünür.

***Gürganın küçələrindən biri ilə at belində gedərək söhbət edən Kazım və

Toğrul. Kazım deyir:-Hə, necə idi, xoşuna gəldimi?Toğrul gülümsəyir:-Hər şey çox gözəl idi. Çox sağ ol.Kazım: -Sabah isə sənə başqa bir zövq yaşadacağam. Qərara gəlmişəm ki, Gürgan-

dan Rəştə qədər olan yolu at belində deyil, gəmi ilə gedək. Necə fikirdir?Toğrul:-Əla fikirdir. Amma sənə yük olmaq istəmirəm.Kazım gülür:-Nə yükbazlıqdır, canım? Sən də Nadirqulu xanın tərəfdarısan, mən də.

Demək ki, məsləkdaşıq. Madam ki, məsləkdaşıq, bir-birimizə arxa-dayaq durmaq borcumuzdur. Deyilmi?

Toğrul gülümsəyir:-Elədir. Amma Məşhədə yürüşünüz barədə söhbət yarımçıq qaldı.Atlılar bir döngəyə çatıb atlarının üzünü digər bir küçəyə döndərirlər. ***Başqa bir küçə ilə at belində gedərək söhbət edən Kazım və Toğrul. Kazım

deyir:

105

Page 106: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Nadirqulu xan doğru söyləmişdi, Məlik Mahmud qoşunlarımızın Məşhədə yetişib onu mühasirəyə almamıza imkan verməmək üçün özü bizə hücuma keçdi. Qanlı bir döyüş oldu.

***Ekranda iki qoşunun bir-biri ilə savşını əks etdirən kadrlar bir-birini əvəz edir.

Kadr arxasından Kazımın səsi eşidilir:-Amma nədənsə Fəthəli xan öz süvariləri ilə döyüşə qatılmadı. Nəticədə biz

çox itki verdik, amma düşməni məğlub edə bildik. Məlik Mahmudun sərkərdə-lərindən birini əsir də aldıq...

***Gürganın küçələrindən biri ilə at belində gedərək söhbət edən Kazım və

Toğrul. Kazım sözünə davam edir:-...Əsirin dediklərindən belə məlum oldu ki, sən demə, şahın bütün səlahiyyət-

ləri Nadirə verməsindən əsəbiləşən Fəthəli xan Məlik Mahmuda gizli bir məktub göndərərək ona hücuma keçiləcək vaxt və yollar barədə məlumat ötürübmüş. Öz süvarilərini döyüşə qatmayacağına söz veribmiş və bu yolla Nadiri aradan götürə biləcəyini düşünübmüş. Məlik Mahmuda yazıbmış ki, sən Nadiri aradan götür, sonra birləşib Təhmasib Mirzənin işinə də baxarıq. Səltənəti özümüz idarə edərik. Bəsdir, ona-buna xidmət göstərdik.

Bu xəbər Təhmasib şaha çatan kimi Fəthəli xanı Məşhədin bazar meydanın-da, hamnın gözü önündə asdırdı. Nadirin təkidinə baxmayaraq şah xanı bağışlamadı, çünki ona inanmrdı və hətta ondan qorxurdu.

***Ekranda sarayda şahın hüzüründa durmuş, əl-qolu bağlı Fəthəli xan və onun

yanında durmuş Murad və iki silahlı əsgər görünür. Onlardan biri Kazımdr. Nadirqulu xan Təhmasibin sağ tərəfində dayanıb. Şah Murada deyir:

-Açın onun əl-qolunu.Əsgərlər Fəthəli xanın əllərini açırlar. Şah:-Siz gedin!Murad və əsgərlər gedirlər. Təhmasib Mirzə üzünü Fəthəli xana tutur: -Bu xəyanətinə görə hansı cəzanı istəyirsənsə, özün seç. İstəsən başını kəsdirə

və ya dar ağacından asdıra, ya da başqa bir cəza verə bilərəm. Hə, nə deyirsən?Fəthəli xan düz şahın gözlərinin içinə baxır:-Sizi Qəndaharlı Mahmud xan Əfqandan mən xilas etdim, İsfahan sarayından

mən qaçırtdım, mən şah elan etdim, hər cür xəta-bəladan mən qorudum. Qibleyi -aləm, qul xətərsiz olmaz, ağa mərhəmətsiz. Bağışlanmağımı diləyirəm, mərhəmət göstərin, bağışlayın!

Təhmasib Mirzə əsəbi halda qışqrır:-Bağışlayım?! Məgər sən bağışlanmağa layiqsənmi?! Sən asılmağa layiqsən!Fəthəli xan günahkarcasına başını aşağı dikir. Ortaya dərin bir sükut çökür.

Şah ora-bura var-gəl etməyə və düşünməyə başlayır. Bu mənzərənin fonunda yazılır:

“MƏŞHƏD. 1725-CÜ İL, DEKABR” ***Yazı itir, şah Nadirqulu xanın qarşısında durur:

106

Page 107: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sənin fikrin nədir, bunun bağışlamaq olarm?Nadirqulu xan:-Bağışla, şahım. Heç kəsə sirr deyil ki, bu gün Qacar və Əfşar elləri səltənətin

iki əsas dayağıdır. Onlardan biri olmasa, Azərbaycan səltənəti qanadının birini itirmiş yaralı quşa bənzər. Qoy, Qurana əl basıb tövbə etsin, bir daha belə etməyəcəyinə and içsin.

Şah qəzəblə:-İstəyir Qurana əl bassın və ya basmasın, tövbə etsin və ya etməsin. Onu ba-

ğışlaya bilmərəm, çünki ona inanmram və heç vaxt da inanmamşam. ***Təhmasib Mirzənin hərəmxanası. Hər tərəfinə xalça-palaz döşənmiş böyük

salonun ortasında mərmər hovuz və kiçik fəvvarə diqqəti cəlb edir. Hovuzun yanındakı döşəkçələrdə oturmuş qaval çalan xacə, ud və cəng çalann iki kəniz və şahın rəqs edən arvadları və digər kənizləri görünür. Rəqs bitər-bitməz hər kəs gülüşməyə başlayır və kadr arxasından eşidilən açılan qapı səsi hər kəsin susmasına və nəzərlərini bir nöqtəyə dikməsinə səbəb olur.

***Hərəmxananın açılmış qapısından içəri girən Təhmasib Mirzə Orta plan. Şah

gülümsəyir. Ovqatının xoş olduğu hiss olunur. ***Ümumi plan. Qadınlar sevinc içərisində şahı əhatəyə alırlar. Şah üzünü

xacəyə tutur:-Sən çıx, qapını da arxadan bərk-bərk bağla.Xacə şaha təzim edib kadrdan çxır və kadr arxasndan bağlanan qapının səsi

eşidilir. Təhmasib Mirzə yanındakı qadınlardan ikisinin bellərini qucqalayır:-Ceyranlarım mənim, çiçəklərim mənim, bilsəniz sizin üçün nə qədər darıxmı-

şam. Bu gün mənim həyatımın ən xoşbəxt günüdür. Gözəl mələklərim mənim. Hamınız bir nəfər kimi soyunun! Sizi çılpaq görmək istəyirəm. Sizsiz bircə günüm də olmasın.

***Üfüqə qədər uzanan dənizdə ağ yelkənli gəmi. Bu mənzərənin fonunda

yazılır: “XƏZƏR DƏNİZİ. 1735-Cİ İL, OKTYABR” *** Gəminin bortuna söykənib üz-üzə söhbət edən Kazım və Toğrul. Arxa planda

dəniz və göy görünür. Kazım deyir:-Deyilənə görə, Fəthəli xanın edamından sonra şah ömründə ilk dəfə özünü

təhlükəsiz və rahat hiss etməyə başladı. İsfahana, ardınca isə Mərv və Məşhədə təşkil etdikləri səfər müddətində hərəmlərini də özü ilə aparsa da, onlarla bircə dəfə də görüşməyən Təhmasib Mirzə həmin gün ilk dəfə hərəmxanasına getdi və üç gün, üç gecə oradan çıxmadı. Çıxanda isə xəbər gəldi ki, Osmanllar artq Ərdəbili də ələ keçiriblər.

Toğrul gülməyə başlayır:-Siz bunları haradan bilirsiz?Kazm:

107

Page 108: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Mən sən düşündüyündən də çox bilirəm. Axı, deməyi unutdum. Məlik Mahmudun qoşunu ilə döyüşdə Rzaqulunu ölümdən xilas etmişdim. O da minnətdarlıq əlaməti olaraq şahın qorçubaşısı Muraddan xahiş etdi və məni şahın mühafizə dəstəsinə aldılar. Dörd il əvvələ qədər mən şahın mühafizə dəstəsində xidmət edirdim. Döyüşlərin birində sol qoluma ox batdı. (Kazım sol qolunun ətəyini yuxarı qaldırıb ox yarasını Toğrula göstərir) Qolum iflic oldu. Odur ki, məni xidmətdən azad etdilər. Yaxşı təqaüd kəsdilər. Sonra isə, Allahın köməyi ilə qolum yavaş-yavaş sağaldı. İndi, maşallah, əvvəlkindən də yaxşı işləyir.

Kazım sol qolunu dirsəkdən büküb açır, sonra isə sol əlinin barbaqlarını yumub açr. Sanki, hər şeyin qaydasında olduğunu Toğrula nümayiş etdirməyə çalışır.

Toğrul:-Allaha çox şükür!Kazım:-Çox sağ ol, şükürlər içində olasan. Allah razı olsun!Toğrul:-Belə de, demək, on ilə yaxın Təhmasib şahın yannda qulluq etmisiniz.Kazım özündən razı halda:-Bəli. Sənin bu qağan Nadirqulu xanı da, Fəthəli xanı da, İbrahim xanı da və

təbii ki, şahı da yaxından görüb, şahın qorçubaşısı Murad bəylə, Nadirqulu xanın oğlu Rzaqulu bəylə, İbrahim xanın oğlu Şahrux bəylə bir süfrə arxasında oturub.

Toğrul heyrətlə soruşur:-Siz Nadirqulu xanın qardaşı İbrahim xanı və onun oğlu Şahruxumu nəzərdə

tutursunuz?Kazım qürur hissi ilə cavab verir:-Bəli, bəli, keçmiş Xorasan bəylərbəyisi İbrahim xanı və onun oğlu Şahrux

xanı nəzərdə tuturam. Onda o, hələ bəy idi. Balaca uşaq idi. 9-10 yaşlarında olardı. Rzaqulu bəyin də çox olsa, 13-14 yaşı vardı. Aralarında ən böyükləri Murad bəy idi. O da məndən 10-15 yaş kiçik olardı. Mənə dadaş deyə müraciət edərdi. Rzaqulu bəylə Şahrux bəy isə dayı deyirdilər.

***Ekranda qamışlı göl qırağnda süfrə arxasında oturmuş Murad (19-20 yaşların-

da), Razaqulu bəy (13-14 yaşlarında) və Şahrux bəy (9-10 yaşlarında) görünür. Yaxındakı ağaca üç tüfəng söykədilib. Ağacın budağından çox sayda vurulmuş ov quşu (qaşqaldaq və ördək) asılıb. Onlar bir-birilərinə iplə bağlanmışlar. Süfrədə qızarmış quş əti və yayma var. Bir qədər kənarda Kazım (30-35 yaşlarında) oçarda şişə keçirilmiş qoşları qızartmaqla məşğuldur. Ümumi plan.

***Ekranda ət yeyə-yeyə söhbət edən Murad, Rzaqulu və Şahrux yaxından, orta

planda görüntülənirlər. Rzaqulu deyir:-Murad dadaş, əmim oğlu ilə iki ilə yaxın idi ki, görüşmürdük. Onu axırıncı

dəfə görəndə uşaq idi, indi isə, maşallah, yekə kişi olub.Murad gülümsəyərək üzünü Şahruxa tutur:-Maşallah, maşallah! Deməli, adın Şahruxdur. Çox gözəl addır. (Üzünü

Rzaquluya tutur) Görürsən də, səndən də, məndən də çox quş vurdu. Mahir ovçu-

108

Page 109: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

dur. Görünür, İbrahim xan onu özü ilə tez-tez ova aparır.Şahrux utana-utana:-Bəli, atamla birlikdə hər həftə ova gedirik. Bir dəfə hətta maral da vurmu-

şam. Amma ən çox keçi, ceyran, dovşan, tülkü ovlamağı sevirəm.Rzaqulu:-Əmim mahir ovçudur. Şir, bəbir və ayı ovlamaqda bütün Xorasanda tayı-

bərabəri yoxdur.Kadra daxil olan Kazım şişə keçirilmiş quşları süfrəyə boşaldır. Murad ona

müraciətlə:-Kazım dadaş, gəl, sən də əyləş.Kazım:-Mən nə karəyəm ki, bəylərlə bir süfrəyə oturum.Rzaqulu:-Kazım dayı, o nə sözdür, söyləyirsən? Sən mənim həyatımı xilas etmisən,

sənə həyatımı borcluyam. Əyləş. Kazım da süfrə arxasına keçir. ***Ekranda yenidən gəminin bortuna soykənib söhbət edən Kazım və Toğrul gö-

rünürlər. Kazım danışır, Toğrul dinləyir:-Kaş, sən də onları tanıya biləydin. Bilsən, necə gözəl, mərifətli, tərbiyəli və

elmli insandırlar.Bu dəm Toğrulun diqqətini dənizdə nə isə cəlb edir:-Ora baxın! O nədir elə? ***Ekranda dənizin üfüqə qovuşduğu yürdə ağ rəngli gəmi yülkəninin təpəsi

görünür. Kadr arxasından Kazımın səsi eşidilir:-Gəmi yelkənidir də görmürsən? ***Ekranda iri planda görüntülənən Toğrul təəccüblə:-Yelkən?! Bəs, niyə yarımçıqdır, bəs, gəmi hanı? Yoxsa, suyamı batıb? ***Ümumi plan. Kazım gülmək tutur. Və o gülə-gülə deyir:-Məgər, sən heç vaxt təpədə durub, yamacla üzü yuxarı qalxan bir süvarinin

öncə başının, sonra bədəninin, daha sonra isə atının göründüyünü müşahidə etməmisənmi?

Toğrul hələ də təəccüb işindədir:-Sən dediyin təpədir, bura isə dənizdir. Ora yamac, bura isə düz bir yerdir.

Onun buna nə dəxli var?Kazım daha bərkdən gülür:-Sən mədrəsəyə getməmisənmi?Toğrul:-İki il oxumuşam, nə olsun ki?Kazım:-Elə iki il oxuduğun üçün də yerin top kimi yumru olduğunu bilmirsən. İndi

bax.

109

Page 110: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kazım əli ilə dənizə tərəf işarə edir. Toğrul yenidən dənizə baxır. ***Ekranda üfüqdə görünən yelkənli bir gəmi canlanr. Bu dəfə onun yelkəni də

gövdəsi də tam görünür. Kadr arxasından Kazımın səsi eşidilir:-Gördünmü? Bayaq ancaq yelkənin yuxarı hissəsi görünürdü, indi isə gəmini

tam görürsən. Eynən yamac boyu yuxarı qalxan atlını ən sonda atı ilə birlikdə gördüyün kimi.

***Ekranda yenidən üz-üzə durmuş Toğrul və Kazım görünürlər. Ümumi plan.

Onlardan birincisi hələ də təəccüb içindədir. İkincisi isə gülməkdə davam edir. Toğrul heyrətlə soruşur:

-Axı, yer necə top kimi yumru ola bilər. Bəs, o, nəyin üstündə durur?Kazım gülə-gülə:-Günəş, ay necə yumrudursa, yer də eləcə yumrudur. Onlar necə göydə

dirəksiz süzürlərsə, bizim yer də eləcə süzür.Toğrul:-Bəs, dəniz niyə tökülmür, yumru topun üstündə necə durur, axmır?Kazım ciddiləşir:-Ayı, günəşi, ulduzları dirəksiz öz qüdrəti ilə göydə tutub saxlayan Allah suyu

da eləcə öz qüdrəti ilə tutub saxlayır.Toğrul:-Doğrudan da Allahın qüdrəti qarşısında hər şey acizdir. Ömrümdə ilk dəfədir

ki, mədrəsəni yarıda buraxdığıma görə peşimanam. Kaş, sənə daha əvvəl rast gələydim. Vallah, cahilliyimdən utanıram. Elmli olmaq böyük səadətdir.

Kadra öncə iki, sonra isə daha üç nəfər daxil olaraq, borta yaxınlaşır və də-nizdə görünən gəmiyə tərəf baxmağa başlayırlar. Kazım və Toğrul da eyni tərəfə dönürlər.

***Dənizdəki gəmi. O artıq xeyli yaxınlaşmışdır. Orada da adamlar borta

yaxınlaşıb kameraya tərəf baxır və əl edirlər. ***Kazım və Toğrulun olduğu gəmi. Ümumi plan. Borta yaxınlaşıb dənizə ba-

xanların ümumi sayı artıq 15-ə yaxındır. Onlar da qarşı tərəfə əl edirlər. ***Gəminin kayutlarından biri. Kayutda iki çarpayı və bir masa görünür. Kazım

və Toğrul öz çarpayılarında oturub şam işığında söhbət edirlər. Kazım deyir:-Bayaq doğru söylədin, elmli olmaq çox böyük səadətdir. Bir vaxt var idi,

elmdə, mərifətdə bizim səltənətə çatan nə bir dövlət, nə də başqa bir səltənət yox idi. Azərbaycan isə elm və mərifətin ən böyük mərkəzi idi. Hülakülərin hakimiyyəti dövründə Marağada dünyanın ən böyük rəsədxanası, Təbrizdə ən böyük Darülfü-nunu, Tibbiyyə Mərkəzi tikilmişdi. Çindən, Hindistandan, Rumdan, Firəngdən böyük-böyük alimlər elmlərini artırmaq üçün Azərbaycana axışırdılar.

Bilirsənmi, Nadirqulu xan da eynən sənin kimi mədrəsini başa vura, darülfü-nünda təhsil ala bilmədiyi üçün həmişə təəssüf edirdi. Amma çox kitab oxuduğun-dan alim kimi bir şey idi. Boş vaxtlarını kitab oxumaqla keçirərdi. Arzusu səltə-

110

Page 111: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

nətin hər yerində mədrəsə, darülfünun və kitabxanalar qurmaq, bütün müsəlman uşaqlarını mədrəsələrdə oxutmaq idi. Amma başı heç vaxt müharibələr-dən ayılmırdı. Buna baxmayaraq, Məşhəddə Təbriz, İstanbul, Ərdəbil, Dehli və İs-kəndəriyyə kitabxanalarından sonra ən böyük kitabxananı Təhmasib Mirzəyə qurdurmağa nail oldu. Əslində şahın özünün də buna marağı var idi. Çünki o, sarayda səltənətin ən böyük alimlərindən çox gözəl təhsil görmüşdü.

*** Hər tərəfində qalın-qalın kitablaın düzüldüyü rəflərin olduğu böyük və geniş

bir salon. Şah və Nadirqulu xan rəflərə tamaşa edirlər. Bu mənzərənin fonunda yazılır:

“MƏŞHƏD, 1724-CÜ İL, SENTYABR” Yazı itir və Nadirqulu xan Təhmasib Mirzəyə kitablar barədə məlumat vermə-

yə başlayır:-Bunların hamsını İstanbuldan və başqa Rum şəhərlərindən gətirtdirmişəm.

Osmanlıların böyük alimlərinin, demək olar ki, hamısının kitablarını əldə edə bilmişəm. Hətta Hezarfən Əhməd Çələbinin də kitablarını tapmışam.

Təhmasibin, sanki böyük bir xəzinə tapmış kimi, gözləri parlayır və xanın göstərdiyi kitablardan birini rəfdən götürürür:

-Bu, dünyada ilk dəfə uçmağı bacarmış Hezarfəndirmi?Nadir böyük qürur hissilə təsdiq edir:-Bəli, bəli, odur. İndiyə qədər dünyaya ondan daha böyük bir alim gəlməmiş-

dir.Təhmasib kitabı vərəqləməyə başlayır:-Hə, elədir. Hezarfən Əhməd Çələbi! Bəh,bəh,bəh! Deyilənə görə, onun kitab-

ları İsfahan kitabxanasında da varmış, fəqət ələvilər sünni alimlərinin kitablarnı oda verəndə, həmin kitablar da yanıb kül olmuşdu.

Təhmasib kitabı yerinə qoyur. Nadirsə deyir:-Bilirəm, böyük şah Abbas da buna bərk qəzəblənmiş, bütün ələvi pir və

dədələrini yüksək vəzifələrdən uzaqlaşdırmışdi. Özü də onların acığına cəfəri məz-həbini qəbul etmişdi.

Bu sözlər şahı ayaq saxlayaraq üzünü Nadirə tutur: -Məhz bu hadisədən sonra babalarım ələviliyi buraxıb cəfəri oldular. Rəhmət-

lik atam isə bir qədər də uzağa gedib sarayda baş axund vəzifəsi təsis etdi... ***Ekranda iri planda görüntülənən Təhmasib Mirzə sözünə davam edir:-...Əlbəttə, sünnilərlə dil tapa bilmək baxımından bu doğru addım idi. Amma

cəfəri din adamları içərisində bircə nəfər də türkün olmaması bəzi müşküllərin ortaya çıxmasına səbəb oldu. Bu yolla farslar, lorlar, bəxtiyarilər və giləklər saraylara yol tapıb fitnə-fəsad törətməyə, əfqanlarla gizli ittifaqlar qurmağa başla-dılar və xəyanət yolunu tutdular.

***Ümumi plan. Nadirqulu xan:-Məşhəddə və digər böyük şəhərlərdə dini mədrəsələr açıb türklər içərisindən

din xadimləri yetişdirmək lazımdır. Ələvi dədələrini və fars mollalarını dövlət işlərindən uzaqlaşdırmağın tək yolu budur. Əslində sünnilər cəfəriləri də qəbul

111

Page 112: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

etmirlər, amma ələvilərdən fərqli olaraq, heç olmasa, onları pis-yaxşı müsəlman hesab edirlər. Belə olmasa idi, türkmən və özbəklərlə heç vaxt dil tapa bilməzdim. İnşallah, bu yolla gələcəkdə Osmanlılarla da dil taparıq. Türkün türkə düşmən olması ürəyimi parçalayır.

Şah:-Doğru söyləyirsən. Əgər babalarım ələvilərə bel bağlamasa idilər bu başı-

mıza gələnlər də olmazdı...Nə isə, göstər görək, daha nə kimi yeni kitablar əldə etmisən.

Müsahiblərin hər ikisi yenidən rəflərə tərəf dönürlər. Nadir bəzi kitablara işarə edərək deyir:

-Bunları isə İsmayıl bəy Urusiyət səfəri zamanı tatarlardan alıb. İçlərində tatarların böyük ədiblərindən Məhəmmədyar, Mövla Quli, Utız İmeni və Hibatulla-nın da kitabları var.

Təhmasib Mirzə:-İsmayıl bəyin sözlərinə görə, tatarlar bizi də, Osmanlıları da çox sevirlərmiş.

Aramızdakı müharibələr onları da çox üzürmüş. Onların ədəbiyatı ilə heç bir tanışlığım yoxdur, gərək boş vaxtımda oxuyum. Sən tatarlardan bir şey oxumusan-mı?

Nadir:-Mövla Qulini oxumuşam. Dili cığatay türkcəsidir. Gözəl yazır. Bu dəm kadr arxasından Muradın “Şahim”-deyən səsi eşidilir və o kadra da-

xil olur. Şah və xan ona tərəf dönürlər. Murad təzim edir və sözünü söyləyir:-Xəfiyyələr iki urus cəsusu tutmuşlar.Şah təəccüblə:-Urus cəsusu? Burada? Məşhəddə?Təhmasib və nadir heyrətlə bir-birilərinə baxırlar. Murad isə deyir:-Uruslara göyərçinlə məktub göndərərkən yaxalanıblar. ***Təhmasib Mirzənin Məşhəddəki qərargahı. Şah taxtda oturub. Sağında

Nadirqulu xan Əfşar, solunda Nadirin qardaşı İbrahim xan əyləşmişlər. Qarşıların-da iki nəfər qızılbaş geyimli əl-qolu bağlı cəsus, Murad və 4 silahlı əsgər durub. Onlardan biri Kazımdır.

***Ekranda şah iri planda görüntülənir. Onun əlində kiçik bir kağız parçası var. O

soruşur:-Deməli, bu məktubu Rəştdəki urus əmirinə yazmısınız? Bəs, niyə türk dilin-

də? ***Ekranda cəsuslar görünür. Orta plan. Cəsuslardan birincisi:-Urus dilini bilmirik, başına dönüm. Erməni və türk dillərindən başqa bir dilə

vaqif deyilik? ***

İri plan.Şah təəccüblə soruşur:-Siz ermənisinizmi? ***

112

Page 113: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ümumi plan. Birinci cəsus:-Bəli, qibleyi-aləm, mən vanlıyam, bu isə Ağrı tərəfdəndir. Əvvəllər Azərbay-

can şahının təəbəsiydik. Ağrı və Van bölgəsi Osmanlıların əlinə keçəndən sonra Rum təəbəsi olduq.

Şah:-Bəs, cəsusluğu nəyə görə Osmanlılar üçün deyil, uruslar üçün edirsiniz.İkinci cəsus:-Şah sağ olsun, biz xaçpərəst olduğumuz üçün Osmanlılar bizə etibar etmir-

lər. Ona görə də uruslarla çalışırıq.Şahı və yanındakıları gülmək tutur. Gülməyə ara verən Nadir qəzəblə deyir:-Ayə, heyvan oğlu, heyvan, deməli, Osmanlılar etibar etsəydi, onlar üçün cə-

susluq edərdiniz, eləmi?!İkinci cəsus:-Bəli ,ağa, bizim üçün fərqi yoxdur, çörəyimiz bundan çıxır.Bu sözlər hər kəsin qəhqəhə çəkib gülməsinə səbəb olur. ***Ekranda qaranlq dənizdə üzən və ay işğında silueti görünən gəmi canlanır. Bu

mənzərənin fonunda yazılır: “XƏZƏR DƏNİZİ. 1735-Cİ İL, OKTYABR” *** Gəminin kayutlarından biri. Kayutda iki çarpayı və bir masa görünür. Kazım

və Toğrul öz çarpayılarında oturub şam işığında söhbət edirlər. Kazım deyir:-Onların verdiyi məlumatlar əsasında urusların, səltənəti başdan-başa bürü-

müş böyük bir cəsus şəbəkəsi ifşa olundu. 120-yə yaxın cəsus tutularaq edam edildi. Cəsuslardan yalnız 6-sı fars çıxdı. Qalanı isə hamısı erməni idi. Uruslar onları pulla təmin edir, onlar da ayrı-ayrı şəhərlərdə məskunlaşaraq uruslara qo-şunun vəziyyəti, hərəkəti, şəhər və kəndlərdəki vəziyyət və s. barədə məlumat ötürürdülər. Bəzilərinin isə eyni zamanda həm uruslara, həm əfqanlara, həm də Osmanlılara işlədikləri məlum oldu.

Toğrul:-Çox qəribədir. Bəs, bu erməni dediyiniz nə tayfadır belə? Adını birinci dəfə-

dir ki, eşidirəm.Kazım:-Vallah, desəm inanmayacaqsan, amma dünyada nə pis xislət desən, bunlarda

var. Qorxaqlıq, yaltaqlıq, şərəfsizlik, xəyanət, yalan, məkr, hiylə...Xarici görkəmlərinə görə də başqa millətlərdən fərqlənirlər. Başları yastı, burunları uzun, bədənləri də meymun kimi tüklü.

***Ekranda iri planda Toğrulun gülümsəyən çıhrəsi görünür:-Deyin ki, bizim gəmidəki hər gün göyərtəni yuyan o Həsənə oxşayırlar da.

Onun da burnu uzun, başı yastı, bədəni tüklüdür. Hətta kürəklərində də tük çıxır. *** Ümumi plan. Kazım:-Hə, doğru söyləyirsən, lap Həsənə oxşayırlar. Kim bilir, bəlkə elə Həsən də

ermənidir? Nə isə, gəl yataq, səhər tezdən Rəştə çatırıq. Tez durmaq lazım olacaq.

113

Page 114: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kazım bunu deyib masann üstündəki şamı üfürərək söndürür. Ortaya zil qaranlıq çökür. Qaranlqda onun səsi eşidilir:

-Gecən xeyirə qalsın.Kazımın səsini Toğrulun səsi əvəz edir:-Sizin də... ***Sahildə gəmilərin yanaşması üçün nəzərdə tutulmuş körpü. Körpünün yanında

lövbər salmış və yelkənləri yığışdırılmış gəmi durub. Çox sayda hambal gəmidən körpüyə, oradan da sahilə ağır yükləri daşıyırlar. Sahildə iki araba diqqəti çəkir.

Onlardan birinin üstündə böyük bir yeşik var. Hamballar bənzər bir yeşiyi ikinci arabaya yükləyirlər. Hər iki arabaya eyni zamanda çox sayda kisə də yüklənir. Birinci arabanın yanında durub söhbət edən iki arabaç görünür. İkinci arabadan bir qədər aralıda duran və atlarının iplərindən tutub söhbət edən Kazım və Toğrul diqqəti cəlb edir. Kazım deyir:

-Bir vaxtlar bütün bu ərazilər urusların əlində idi. Allah Nadirqulu xandan razı olsun. Bütün Xəzər sahilini kafirlərdən təmizlədi. Urusların öz silahı ilə onları məğlub etdi. Artıq Rəştdən Dərbəndə qədər bütün ərazilər yenidən Azərbaycan səltənətinə qaytarılıb. Bundan öncə isə səltənəti əfqanlardan və Osmanlılardan azad etdi.

***Düzənlik bir yerin quş uçuşundan görüntüsü. Düzənliyin iki ayrı ucunda bir-

birindən 1-2 kilometr aralıda iki böyük qoşun üz-üzə durub. Bu mənzərənin fonunda yazılır:

“DAMĞAN YAXINLARI. 1729-CU il, 29 SENTYABR” ***Cərgə-cərgə düzülmüş piyada qızılbaş qoşunu. Əsgərlər nizə və qalxanlarla

silahlanmışlar. Cərgənin önündən keçən atlı Murad və Rzaqulu irəliləyərək ortada at belində oturmuş Təhmasib Mirzə, Nadirqulu xan Əfşar və Nadirin qardaşı İbrahim xana yaxınlaşırlar. Nadirqulu xan onlara deyir:

-Baxın, yalnız toplar atmağa başlayandan sonra hücuma keçin. Murad və Rzaqulu atlarını əks istiqamətlərə çevirib, çapıb gedirlər.Nadir

üzünü İbrahimə tutur:-Diqqətli ol, əgər süvarilərlə hücuma keçsələr, həmin an tüfəngçiləri irəli

verərsən. Döyüşə piyada ilə başlasalar topları işə salarsan. Fikrin məndə olsun, əmrimi gözlə.

İbrahim xan “baş üstə”-deyib, atını sürüb gedir. Gözünü düşmən ordusundan çəkə bilməyən Təhmasib Mirzə Nadirdən soruşur:

-Özünü şah elan etmiş məlun Əşrəf o öndə durandırmı?Nadir üzünü şah baxan tərəfə çevirir. ***Ekranda düşmən qoşunu görünür. Nizə və qalxanlı piyada qoşunun önündə at-

lı Əşrəf şah və onun sərkərdəsi Məhəmməd Səid xan durmuşlar. ***Ekranda yenidən Təhmasib və Nadir canlanır. Orta plan. Nadir:-Vallah, tanımıram, yəqin ki. Yanındakı da, yəqin ki, Məhəmməd Səid xandır.

114

Page 115: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Təhmasib Mirzə:-Deyəsən, bizim hücuma keçməyimizi gözləyirlər.Nadir:-Yox, indi başlayacaqlar. Budur, başlayırlar. ***Ekranda əfqan qoşunu görünür. Əşrəf şah əlini yuxarı qaldırır. Öndəki piyada

əsgərlər ortadan iki yerə ayrılıb sağa və sola qaçmağa başlayırlar. Onların arxasından çxan yüzlərlə atl Əşrəf şah və Məgəmməd Səid xanın başçılığı ilə hücuma keçirlər.

***Qızılbaş qoşunu. Nadir əlini yuxar qaldırır. Piyada əsgərlər diz çökürlər.

Onlarn başı üzərindən tüfəngçilər görünür. Şah və Nadir atlarını çapıb kadrdan çıxırlar. Tüfəngçilər atırlar və tüfənglərini yenidən doldurmaq və arxadakılara atmağa imkan yaratmaq üçün aşağı əyilirlər. İkinci tüfəngçi cərgəsi görünür.

***Əşrəf şah və Məhəmməd Səid xanın başçılıq etdiyi süvari qoşunu irəli şığıyır.

Kadr arxasından atılan güllə səsləri gəlir. Atlıların hər 4-5 nəfərindən biri yerə sərilir. Əşrəf şah əlini qaldırır və sağ qalan atllar dururlar və üzlərini geri döndərirlər. Bu dəfə növbəti güllə səsləri eşidilir və yenə də onlarla atlı yerə sərilir. Süvarilər geri qaçmağa başlayırlar. Növbəti dəfə güllə səsləri eşidilir və yenə də onlarla atlı yerə sərilir.

***

Üstündə qollu-budaqlı bir ağac olan təpəlik bir yer. Təhmasib şah və Nadirqulu xan ağacın yanında, at belində döyüşü izləyirlər. Yaxınlqda şahın mühafizə dəstəsindən 10-15 diqqəti çəkir. Təhmasibib üzündə sevinc hissi sezilir. Nadirqulu xan da döyüşün gedişindən razı kimi görünür. O deyir:

-Gör necə qaçırlar. Məncə artıq məsələ həll olundu. İndi yəqin ki, piyadanı irəli verəcəklər. Belə etsələr, bu onların sonu olacaq.

Təhmasib Mirzə razı halda:-İnşallah! İnşallah! ***Düşmənin qaçan sonuncu atlıları piyadaların arxasında gizlənirlər. Və birdən

düşmən piyadası, ağır silah və zirehlərinə baxmayaraq, qaçaraq hücuma keçməyə başlayır. Ekranda onları yerlərində sakit durub düşmənin hücumunu müşahidə edən qızılbaş piyadaları əvəz edir.

***Ekranda Nadirqulu xan və Təhmasib şah görünür. Orta plan. Nadir deyir:-Gördünüzmü, qibleyi-aləm, dediyim kimi oldu. Qoy, bir az da yaxınlaşsınlar.Sevincdən üzü gülən Təhmasib Mirzə:-İndi toplarımı işə salacaqsan?Nadir:-Hə. Məncə, artıq vaxtdır.Nadir əli ilə işarə edir. ***

115

Page 116: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda yerlərində durub əmr gözləyən qızılbaş piyadası görünür və dərhal da onlar düz ortadan iki yerə parçalanıb sağa və sola qaçmağa, arxadakı toplara yol açmağa başlayırlar. Bir sıra halında düzülmüş 50-yə yaxın topdan eyni anda atəş açılır. Ətrafı tüstü bürüyür.

***Qaça-qaça hücuma keçməkdə olan düşmən piyadasının aralarında eyni anda

əlli yerdə partlayış baş verir. Hər tərəfi toz-duman bürüyür. Toz-dumana baxma-yaraq, yerə yıxılan düşmən əsgərləri də açıq-aydın görünür.

***Ekranda at belində oturub baş verənləri izləyən Əşrəf şah və Məhəmməd Səid

xan görünür. Orta plan. Arxa planda küləyin qovduğu qara tüstü diqqəti cəlb edir. Əşrəf xan əsəbi halda:

-Allah lənət eləsin, hər şey məhv oldu. Bu idimi sənin məharətin? İndi yalnız özümüzü və sağ qalan süvariləri xilas etmək barədə düşünməliyik.

O, sözünü bitirər-bitirməz, yer-göy növbəti dəfə top səsləri ilə silkələnir. Ətra-fı qara tüstü bürüyür.

***Ekranda Təhmasib şah, Nadirqulu xan və atlı mühafizəçilər görünür. Hər tərəf

tüstüdür. Nadir üzünü şaha tutur:-Vaxtdır.Şah əlini qaldırıb işarə verir. O, Nadir və atlı mühafizəçilər atlarını döyüş

meydanına sürürlər. ***Ekranda Rzaqulunun başçılığı ilə hücuma keçən yüzlərlə qızılbaş süvarisi

görünür. Bu kadrları növbə ilə Muradın başında getdiyi digər qızılbaş süvarilərini və onların ardınca qaçaraq hücuma atılan qızılbaş piyadalarını əks etdirən kadrlar əvəz edir.

***Pərən-pərən düşüb qaçmaqda olan əfqan piyadasına arxadan çataraq onları

dənləməklə məşğul olan qızılbaş süvariləri. Ümumi plan. ***Orta plan. Təhmasib şah, Nadirqulu xan və Rzaqulu at belində bir-birilərinə

çox yaxın bir məsafədə qaçmaqda olan düşmən piyadaların qılınclamaqla məşğuldurlar. Nadir üzünü Rzaquluya tərəf çevirir:

-Oğlum, Əşrəf qaçr, onu təqib edin.Ekranda başda Əşrəf şah və Məhəmməd Səid xan olan və döyüş meydanından

qaçan 50-yə yaxın süvari görünür. ***Enli bir çayın və hər iki sahilinin quş uçuşundan görüntüsü. Öndə qaçan 50-yə

qədər əfqan süvarisi və arxada onları təqib edən 100-ə qədər qızılbaş süvarisi görünür. Hər iki dəstənin ardınca toz duman uzanr.

***Bu kadrları başında Rzaqulunun durduğu və sürətlə çapmaqda olan qızılbaş

süvariləri əvəz edir. Ümumi plan. ***

116

Page 117: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yenidən enli bir çayın və hər iki sahilinin quş uçuşundan görüntüsü. Öndə qaçan 50-yə qədər əfqan süvarisi və arxada onları təqib edən 100-ə qədər qızılbaş süvarisi görünür. Hər iki dəstənin ardınca toz duman uzanr. Öndəki dəstədən 10 süvari istisna olmaqla, digərləri gözlənilmədən atlarının başlarını geri döndərirlər və təqibçilərə tərəf sürməyə başlayırlar. İçlərində Əşrəf şahın da olduğu 10 süvari isə sürətini azaltmadan yoluna davam edirlər. Nəhayət 40 civarında əfqan atlısı və 100 civarında qızılbaş atlısı üz-üzə gəlib bir-birilərinə girirlər.

***Ümumi plan. Döyüşən atlı əfqan və qızılbaş əsgərləri. Arabir əfqanlardan

qılınc yarası alıb atından yıxılanların olduğu diqqəti çəkir. Kamera döyüşənlərin arası ilə hərəkət edərək, üz-üzə döyüşən Rzaqulu və Məhəmməd Səid xanın yaxınlığında qərar tapır. Tərəflər bir-birinin zərbəsindən bir neçə dəfə qalxanlar ilə qorunurlar. Arada qılınclar arpazlaşır və nəhayət, Rzaqulu imkan tapıb növbəti zərbəni endirir və onun qılıncı Məhəmməd Səid xanı sol çiynindən tutur. Fışqıran qan və atdan yıxılan xan.

***Döyüş meydanında yerə sərilmiş və qan içində olan yüzlərlə əfqan əsgərinin

arasında at belində oturub ətrafı seyr edən Təhmasib Mirzə, Nadirqulu xan və Murad bəy görünürlər. Kadra at belində olan və əlində Məhəmməd Səid xanın kə-

53sik başını tutan Rzaqulu daxil olur.O, onlara yaxınlaşı və Məhəmməd Səid xanın əlindəki kəsik başını şahın atının ayaqları altına atır və deyir:

-Qibleyi-aləm, Əşrəf arvad kimi qaçaraq cann qurtara bildi. Məhəmməd Səid xan isə son damla qanına qədər kişi kimi vuruşub, kişi kimi də öldü. Onun başını sizə ərməğan gətirdim.

Şah üzünü Murada tərəf çevirir:-Madam ki, düşmən olsa da, kişi kimi vuruşub, kişi kimi ölüb, onu kişilərə

layiq şəkildə də dəfn etmək lazımdır. Onun bədənini də başı ilə birlikdə hörmət və izzətlə dəfn edin.

Murad:-Baş üstə.Nadir tədricən ümumi plandan orta plana keçən obyektivin müşayiəti altında

oğluna yaxınlaşıb atdan enmədən onun boynunu qucaqlayır və alnından öpür:-Aslanım mənim, canım oğlum, səninlə fəxr edirəm. ***Dulusçu Tanarıqulunun evinin həyəti. Həyətdə qurumağa qoyulmuş onlarla

gil küp səliqə ilə düzülmüşsür. Adi şəhər qadını geyimində olan 14-15 yaşlarında şahzadə Rizə Bəyim əlində kağız qələm, küplərin arası ilə gəzə-gəzə, onları sayır və kağızda qeydlər edir. Bu mənzərənin fonunda yazılır:

“İSFAHAN. 1729-CU İL, 12 NOYABR” ***Ekranda dulus çarxında işləyən və fırlanmaqda olan gil kütləsinə əli ilə forma

verməyə çalışan usta Tanrıqulu (55-60) görünür. O, işləyə-işləyə zümzümə edir:-Kipriklərin oxdur, qaşın kamandır, qaşın kamandır.Ay qız məndən üz döndərmə, amandır...

117

Page 118: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kadr arxasından Fatimə Soltan Bəyimin səsi gəlir:-Dədə, saydım qurtardım...Səsin ardınca kadra daxil olan və ustanı gözlərini gildən çəkməyə məcbur

edən qız sözünə aralıqsız davam edir:-...Düz 99 dənədir. Əlinizdəki işi də bitirsəz, düz 100 dənə olacaq.Tanrıqulu:-Maşallah, maşallah, Allah bərəkət versin! Vallah, qızım sən və bibin bu evə

pənah gətirdiyiniz gündən Allah-Təala ruzini başımdan tökür. Yaxşı, qızım, keç evə, bir az da bibinə və nənəyə kömək elə.

Şahzadə:-Baş üstə, dədə. ***Evin içi. Burada iki tərəfdə düzülmüş naxışlanmış və naxışlanmamış kasalar,

onların ortasında xalça üstündə yanaşı oturub frça ilə yanlarındakı rənglərdən istifadə edərək, naxışsız kasalara naxış vuran, əynində sadə paltar olan şahzadə Fatimə Soltan Bəyim (14-15 yaşlarında) və Solmaz nənə (50-55 yaşlarında) görünürlər. Yaşlı qadın gənc qıza deyir:

-Qızım, yorulmamısan ki, istəyirsən dur bir az istirahət elə. Fatimə Soltan Bəyim gülümsəyir:-Yox, nənəcan, nə iş gördüm ki, yorulum da.Solmaz:-Kimin ağlna gələ bilərdi ki, bir gün gələcək və şahzadə Fatimə Soltan Bəyi-

min özü mənə kömək eləyəcək? Allahın qədər-qəzasında da baş açmaq olmur. Allah Mahmudun gorunu çatlatsın, Əşrəfin də evini başına uçursun. Görüm bu əfqanları bir xoş görməsinlər. Allah onları rəzil etsin. İnşallah, qardaşın oğlu İsfahana dönər, hamınızn intiqamını alar.

Fatimə Soltan Bəyim:-İnşallah! Allah...Kadr arxasından eşidilən açılan qapı cırıltısı onu sözünü yarıda kəsməyə,

qadınların hər ikisini səs gələn tərəfə baxmağa məcbur edir. ***Evin açıq qapısından içəri girən və gülümsəyən Rizə Bəyim görünür. Orta

plan. Qız deyir:-Dədəm artıq işini bitirmək üzrədir. Bu gün də dünənki və əvvəlki günlər kimi

25 küp qayırıb. Artıq yüz dənə hazır küpümüz var...Qız danışa-danışa, kameranın obyektivinin müşayiəti ilə kasların arxasından

keçərək qadınlara yaxınlaşır:-...Gəldim, bir az da sizə kömək edim.Solmaz:-Bizim köməyə ehtiyacımız yoxdur. Sən, yaxşısı budur, aftafa-ləyəni, dəsmalı

hazırla, dədən əllərini yusun. Mən də durum yeməyi qızdırım.Qadın ayağa qalxır, qız isə “baş üstə”-deyib, yenidən qapıya tərəf yönəlir və

kadrdan çıxır. ***

118

Page 119: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Evin həyəti. Sonuncu küpü də qayırıb qurtaran Tanrıqulu onu qurumaq üçün digər küplərin yanna qoyur. Arxa planda həyətin darvazası görünür. Darvazanın qapısı açılır və içəri girən və əlində içi dolu iki zənbillə içəri girən xacə Gülməmməd (45-50 yaşınad) deyir:

-Əssəlamun əleyküm!Qoca cavab verir:-Və əleykəssəlam. Bu gün, deyəsən, kefin kökdür. Xeyirdirmi, ay

Gülməmməd?Xacə Tanrıquluya yaxınlaşır. Əks tərəfdən də kadra əlində aftafa-ləyən və

dəsmal tutmuş Rizə Bəyim daxil olur və zarafat edən bir tonda:-Sən bizə xoş gəlmisən, səfa gətirmisən, ay xacə əmi.Xacə gülməmməd gülə-gülə:-Xoş günün olsun, xanım! Sən gəl, əlindəkiləri ver mənə, özünsə bu zənbilləri

apar evə.Qız eyni əda ilə “baş üstə, ”-deyib, əlindəkiləri xacəyə verir, özüsə zənbilləri

götürüb kadrdan çıxır. Gülməmməd deyir:-Görürəm, yeni xəbərdən xəbərin yoxdur...Xacə və usta küplərin yanndan bir qədər aralanırlar. Gülməmməd aftafanı

götürüb su tökməyə hazır vəziyyətdə tutur. Tanrıqulu əlini ləyənin üstünə uzadaraq deyir:

-Sözlü adama oxşayırsan, uzatma, de görüm, nə olub?Xacə həmsöhbətinin əlinə su tökə-tökə deyir:-Təhmasib Mirzə Damğan yaxınlarında Əşrəf köpəyoğlunun qoşununu

darmadağın edib. Əşrəf özü 15-20 atlıyla canını güclə qurtarıb. Bu gecə şəhərə qayıdıb. Deyilənə görə, qızılbaş ordusu onu təqib edə-edə İsfahana doğru hərəkət edir...

Bu xəbərdən həm sevinən, həm də çaşan usta Tanrıqulu dikəlir və yerində donub qalır. Gülməmməd də su tökməyə ara verib sözünə davam edir:

-...Təsəvvür edirsən, 8 minlik ordudan sadəcə, 15-20 atlı xilas ola bilib. Deyilənə görə, xilas olanlar içərisində Məhəmməd Səid xan yoxdur. Yəni o it oğlu da, deyəsən, döyüş meydanında gəbərib, ya da ki, bizimkilərə əsir düşüb.

Tanrıqulu əllərini göyə qaldırır:-İlahi, şükr sənə! Səni şad xəbər olasan, ay Gülməmməd! Qızlar bunu eşidən-

də sevinclərindən uçacaqlar.O, yenidən əllərini ləyənin üstünə tutur və xacə Gülməmməd də yenidən su

tökməyə başlayır. Xacə:-İnşallah, şah bu gün-sabah gəlib çıxar. Eşidəndə ki, bibisi və bacısı sağdırlar

və bütün bu dövrdə sənin evində gizləniblər, təsəvvür edirsənmi nə olacaq?Əlini yuyub qurtaran və xacənin çiynindən dəsmalı götürüb qurulanan Tanrı-

qulu:-Allah şahiddir ki, sən şahzadələri hərəmdən qaçırıb mənim qapıma gətirən-

də, yalnız və yalnız savab qazanmaq barədə düşündüm. Ona görə də qızları qəbul etdim və fikrimdə heç vaxt bundan başqa bir şey olmayıb. Onları öz qızlarım kimi sevdim. Amma şahzadələrə layiq həyat təmin edə bilmədim.

Xacə kədərli-kədərli:

119

Page 120: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Amma, çox təəssüflər olsun ki, Soltan Hüseyn şahın hərəmlərini xilas edə bilmədim. O biçarələr də məcbur qalıb zəhər içdilər.

***İsfahan saryı. Əşrəf şah boş taxtın qarşısında əsəbi halda ora-bura var-gəl edir.

Qarşısında üç nəfər əyan durub. Onlar qorxudan başlarını aşağa əymişlər. Kamera əyanların arxa tərəfindədir. Odur ki, onların, sadəcə, kürəkləri və ənsələri görünür.

Şah ayaq saxlayıb üzünü əyanlara tərəf çevirir. Kameranın obyektivi iki əyanın arsından şaha doğru yönəlir. Kamera tədricən ona yaxınlaşır. Ümumi planı yalnız Əşrəfin göründüyü orta plan əvəz edir. Şah deyir:

-Qızılbaş ordusu sabahda-birigündə burada olacaq. Ona qarşı durmağa heç bir gücümüz yoxdur. Elə günü sabah İsfahanı tərk edib Şiraza yola çıxırıq. Hazırlaşın. Bütün xəzinəni dəvələrə yükləyin, mənim hərəmlərimə də, özünüzün hərəmlərinizə də deyin hazırlaşsnlar. Əfqanlardan və farslardan əli silah tuta bilən kim varsa, səfərbər edin. Gecə ilə zindandakı bütün ələvi dədələrini və cəfəri mollalarnı da öldürün. Fars məhəllələrinə silah paylayın. Sübh tezdən şəhəri tərk etməliyik. Türk məhəllələrinin sakinləri duyuq düşməmiş bizim izimiz-tozumuz da qalmamalıdır.

***Gecədir. İsfahan qalasının ay işığı ilə işıqlanan darvazasının qapıları cırıltı ilə

açılır. Qapıdan yüklü-kəcavəli 20-25 dəvə və 50-yə yaxın atlı çıxır. ***Ekranda Isfahan şəhərinin taybatay açılmış darvazalarından təntənə ilə, atlı

qızılbaş əsgərlərinin arasında içəri girən, ağ at üstündə oturmuş Nadirqulu xan və qalib qızılbaş ordusunu qarşılayan və onları gül-çiçək yağışına tutan şəhər əhalisi görünür. Kənarda durmuş təbilçilərdən və zurna-balabançılardan ibarət musiqiçilər dəstəsi şux bir musiqi ifa edirlər. Bu kadrların fonunda yazılır:

“ISFAHAN. 1729-CU İL, 16 NOYABR.” ***Ekrandakı kadrları qala divarının bürclərindən birinə Səfəvilərin bayrağını

asmaqda olan iki qızılbaş əsgərini əks etdirən kadrlar. əvəz edir. Kadr arxasından zurna-balaban və təbil səsi gəlməkdə davam edir.

***Tanrıqulunun evinin içi. Burada iki tərəfdə düzülmüş naxışlanmış və

naxışlanmamış kasalar, onların ortasında xalça üstündə yanaşı oturub frça ilə yanlarındakı rənglərdən istifadə edərək, naxışsız kasalara naxış vuran, əynində sadə paltar olan şahzadə Fatimə Soltan Bəyim və Solmaz nənə görünürlər. Kadr arxasından eyni musiqi sədaları, fəqət çox uzaqdan eşidilir.

***Ekranda evin açıq qapısından içəri girən və gülümsəyən Rizə Bəyim görünür.

Orta plan. Qız obyektivin müşayiəti altında bibisi və Solmaz oturan tərəfə yaxınlaşır və sevinclə deyir:

-Muştuluğumu verin, qızlbaş ordusu artıq şəhərə daxil olur. Başlarında da Azərbaycan səltənətinin dayağı, Xorasan pələngi Nadirqulu xan Əfşar.

Solmaz:-Ay səni şad xəbər olasan. Axır ki, sizin də çilələrinizin sonu gəldi.Fatimə Soltan Bəyim yaşlı qadına:

120

Page 121: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-O nə sözdür deyirsən, ay nənə? Sizin evdə keçirdiyimiz hər gün həyatımızın ən gözəl günləri idi. Allah sizdən min kərə raz olsun. (üzünü qardaşı qızına tutur) Bəs, şah dadaşın gəlməyibimi?

Rizə bəyim:-Şah dadaşım yoldadır. O da, inşallah, bir neçə gün sonra burada olacaq.

Görəsən, bizim sağ-salamat olduğumuzu biləndə çoxmu sevinəcək?Solmaz:-Əlbəttə ki, çox sevinəcək. Qardaş bacısına sevinməzmi? Sənə görə də,

bibisinə görə də sevinəcək.Rizə bəyim bic-bic gülür:-Və bizi xilas etdiyinizə görə sizə də, yəqin ki, bir sandıq qızıl verəcək, eləmi?Qız sözünü bitirər-bitirməz, kadr arxasndan Tanrıqulunun səsi eşidilir:-Oğlanlarımızı evləndirmişik, qızlarmzı köçürmüşük...Hər kəs səs gələn tərəfə boylanır. ***Qapı qarşısında duran Tanrıqulu görünür və sözünə davam edir:-...Yaşımızın bu vaxtında qızılı nə edirik. Bizə Allahın savabı yetər. Sənsə

boş-boş danışmaqdansa, aftafa-ləyəni gətir. Hər gün şahzadə balam dədəsinin əlinə su töküb onu sevindirir, bundan böyük mükafatmı olar?

***Ekranda qadınlar görünürlər. Ustann sözləri onların gülüşməsinə səbəb olur.

Rizə Bəyim “baş üstə”-deyib kadrdan çıxır. Solmaz Fatimə Soltan Bəyimə müraci-ətlə:

-Allah Rizə Bəyimi həmişə belə şad və xürrəm etsin, sənə də, ona da Nadirqu-lu xan kimi mərd, halal süd əmmiş birisini yetirsin.

Gənc qız utanaraq gözlərini yerə dikir. ***Isfahan sarayının kitabxanası. Nadirqulu xan kitabxanann rəisi Səlimlə birlik-

də kitabxananı gəzərək, kitablarla tanış olur. Səlim deyir:-Bu kitabxanann əsasını böyük şah Abbas qoyub. Kitabların böyük əksəriyyəti

də ondan yadigar qalıb. Sonrakı Səfəvi şahları da kitabxanann zənginləşdirilməsi üçün çox işlər görmüşlər. Əfqanların dövründə isə bircə dənə də olsun, kitab əlavə olunmayıb, əksinə, yüzə qədər kitab yandırılıb.

Nadir üzünü kitabxana rəisinə tutub təəccüblə soruşur:-Yandırılıb?!Səlim:-Bəli, xan, bütün ələvi şairlərinin və cəfəri alimlərinin əsərləri Heratlı

Mahmud xan Əfqanın əmri ilə yandırılmşdır. Ümumi sayları yüzdən bir qədər az idi.

Nadir:-Sadəcə, ələvi şairlərinin və cəfəri alimlərinin kitablarınım?Səlim:-Bəli, yalnız onları.Nadir:-Bunlara isə toxunmamışlar?

121

Page 122: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Səlim:-Yox, bunlarla işləri olmadı. Əşrəf əmisini öldürüb onun yerinə özünü şah

elan edəndən sonra bir dəfə bura gəldi, gəldiyi kimi də getdi. Bircə dənə də kitaba əl sürtmədi. Sadəcə baxdı və getdi.

Nadir yaxındakı rəfdən bir kitab götürüb “bəh,bəh” edir və onu vərəqləməyə başlayır:

-Kaşğarlı Mahmudun “Divan”ı. Bu damı şah Abbasdan qalb?Səlim:-Bəli, xan, deyilənə görə, bu divanı, Yusif Balasaqunlunun “Qutaduqu-Bilik”

kitabını və Fəzlullah Rəşidəddinin “Cəmi ət-Təvarix”ini bütün kitablardan daha çox sevərmiş.

Nadir əlindəki kitabı rəfə qoyur:-Onlar mənim də çox sevdiyim kitablardır. Amma Əbubəkr Tehraninin Ağqo-

yunlu hökmdarlarının şəcərə tarixinə həsr etdiyi kitab Fəzlullahın tarixindən daha çox xoşuma gəlir.

Müsahiblər gəzişirlər. Səlim:-Mənim də. Fəzlullah Rəşidəddin, Qazan xana xoş gəlsin deyə, tarixi bir qə-

dər təhrif edib. Əbubəkrdə isə təhrif yoxdur. Hər şeyi doğru-dürüst qələmə alıb.Nadir:-Doğru söyləyirsən. Allah səndən razı olsun, sən ki bu kitabları bu cür qoruya

bilmisən, ən böyük mükafata layiqsən.Səlim:-Mən mükafatımı yalnız və yalnız Allahdan istəyirəm. Amma icazə

versəydiniz, cəsarət edib sizdən bir şey xahiş edərdim.Nadirqulu xan:-Buyur.Səlim:-Çox-çox üzr istəyirm. Rəhmətlik Soltan Hüseyn şahın hərəmxanasında xacə

olmuş bir nəfər sizinlə görüşmək istəyir. Xahiş edirəm, onu qəbul edin və dinləyin.Nadir ayaq saxlayıb diqqətlə Səlimin üzünə baxır:-Xacənin mənimlə nə işi ola bilər?Səlim gözlərini yerə dikir:-Xan sağ olsun, çox önəmli məsələdir.Xan:-Haradadır?Səlim gözlərini yuxarı qaldırır:-Burada, çöldə gözləyir.Nadir:-De, gəlsin.Kitabxana müdürü “baş üstə”-deyib dönür və kadrdan çıxır. Nadirsə kitablara

baxmağa davam edir. Bir neçə saniyə sonra kadr arxasından ayaq səsləri və öskü-rək səsi eşidilir. Nadir səsə tərəf dönür. Kadr arxasından xacə Gülmmmədin səsi gəlir:

-Əssəlamu əleyküm!Xan:

122

Page 123: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Və əleykəssəlam, gəl.Kadra daxil olan xacə deyir:-Xan sağ olsun, mən rəhmətlik şahın hərəmxanasında xacə idim. Adım

Gülməmməddir. Gülməmməd Gülməhəmməd oğlu Gülhüseyni...Nadiri gülmək tutur, Gülməmməd isə bir şey olmamışcasına sözünə davam

edir:-...Rəhmətlik Soltan Hüseyn şah Qəndəharlı Mahmudu öz əli ilə öz taxtına

oturtduqdan sonra bu məlun rəhmətlik şahımızı zindana saldırdı. Hərəmləri bunu eşidən kimi, namuslarına təcavüz oluna biləcəyindən qorxub zəhər içdilər. Mənsə rəhmətlik şahın bacısını və qızını gizli yolla qaçırtdım və əmim oğlu, dulusçu Tanrıqulu ustanın evində gizlətdim. Onlar indi də həmin evdə yaşayırlar. İndi gəl-mişəm xahiş edim ki, Təhmasib şah İsfahana gələnə qədər onları himayəniz altına alasınız və xətərsiz saraya qayıtmasını təmin edəsiniz. ***

Tanrıqulunun evinin içi. Burada iki tərəfdə düzülmüş naxışlanmış və naxışlanmamış kasalar, onların ortasında xalça üstündə yanaşı oturub fırça ilə yanlarındakı rənglərdən istifadə edərək, naxışsız kasalara naxış vuran, Fatimə Sol-tan Bəyim, Rizə bəyim və Solmaz nənə görünürlər. Açlan qapı səsi qadınların üzünü qapıya tərəf döndərməsinə səbəb olur.

***Qapının önünüdə durmuş və iki tərəfindən tutduqları böyük bir sandığı yerə

qoyan usta Tanrıqulu və xacə Gülməmməd görünürlər. Hər ikisi gülümsəyir. Tanrıqulu deyir:

-Mənim gözəl göyərçin balalarımın doğma yuvalarına uçmalı olduqları gün gəld çatdi.

***Ekranda bu sözlərdən təəccüblənən və eyni anda əllərindəki işi yerə qoyub

ayağa qalxan qadınlar canlanır. Onlardan heç biri çaşqınlıqdan deməyə söz tapmırlar.

***Yenidən qapı önündə durmuş Tanrıqulu və Gülməmməd görünürlər. Tanrıqu-

lu:-Nadirqulu xan saraya dönməniz üçün kəcavəli dəvələr və atlı mühafizəçilər

göndərib. Bu sandıqda da şahzadələrə layiq pal-paltar, bəzək əşyaları və digər lazımlı şeylər var.

Kişilər sandığı yenidən qaldırıb evin içinə doğru hərəkət edirlər və kadrdan çıxırlar.

***Ekranda sevinclərindən göyə-yerə sığmayan və növbə ilə Solmaz nənəylə qu-

caqlaşıb öpüşən şahzadələr görünür. Kadr arxasından Tanrıqulunun səsi eşidilir:-Təhmasib şah, sən demə, yolüstü Tehrana baş çəkibmiş, artıq Tehrandan

çıxıb və sabah İsfahana varid olacağı gözlənilir. *** Isfahan yaxınlığnda təpəlik bir yer. Quş uçuşundan mənzərə. Minlərlə Iafahan

sakini təpələrin üstündə durub Təhmasib şahın yolunu gözləyirlər. Kameranın

123

Page 124: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

obyektivi təpəliklərin arasındakı ovalıqda uzanan yolun üstündə durub gözləyən 15 atlıya və bir qoşakəcavəli dəvəyə tuşlanır.

***15 atlının və qoşakəcavəli dəvənin yaxından, ümumi planda görüntüsü. Atlı-

lardan biri Nadirqulu xan Əfşardır. Onlar yolun üfüqə qovuşan tərəfinə boylanırlar. Birdən kimsə deyir:

-Gəlirlər. ***Ekrandakı kadrları yolun üfüqə qovuşan yerində görünən çox sayda atlını əks

etdirən kadrlar, ardınca isə təpə üstündə durmuş qalabalığın görüntüləri əvəz edir və insanlardan sevinc və alqış səsləri ucalır.

***Ekranda yenidən 15 atlı və bir qoşakəcavəli dəvə görünür. Onlar artıq hərəkə-

tə gəlmişlər və şahın pişvazına tələsirlər. ***At belində irəliləyən Təhmasib şah, Rzaqulu bəy, baş axund Molla Sədrəddin,

Murad bəy və onları müşayiət edən 50-60 süvari görünür. Yaxın görüntü, orta plan. ***Quş uçuşundan görüntü. Bir yandan 15 atlı və bir dəvə, digər yandan 50-60

atlı bir-birilərinə yaxınlaşıb dururlar. Bu kadrları atlarından enib, bir dizi üstə çökərək şaha təzim edən 14 atlını, ayaq üstə durub təzim edən Nadiri, eləcə də, şah başda olmaqla digər süvariləri ümüumi planda əks etdirən kadrlar əvəz edir. Kadr arxasından kütləvi alqış və sevinc sədaları eşidilir. Nadirqulu xan deyir:

-Azərbaycan taxt-tacının sahibi, böyük Səfəvilər sülaləsinin şərəfli nümayən-dəsi, böyük hökmdarımız və qibləgahimiz İsfahan şəhərinə xoş gəlib, səfa gətirib...

***Ekranda Təhmasib şah tək, iri planda görünür. O həyacanlıdır. Kadr arxasın-

dan eşidilən kütləvi hayqırtı və alqış səsləri qulaq batırır. ***Ekranda dəvənin belindəki kəcavələrdən boylanan və hönkür-hönkür ağlayan

Fatimə Soltan Bəyim və Rizə Bəyim canlanır. Orta plan. Hayqırtı və alqış səsləri aralıqsız davam edir.

***Yenidən iri planda şah görünür. O kövrəlib və gözlərindən yaş axır. Bu

mənzərənin fonunda ekranda yazılır:lll SERİYANIN SONU

***

lV seriyaZƏFƏR YÜRÜŞÜ

124

Page 125: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İsfahan sarayının bağçası. Hər tərəf dekorativ ağaclıq və gül-çiçəkdir. Təhma-sib şah bibisi Fatimə Soltan Bəyim və bacısı Rizə Bəyimlə söhbət edə-edə gəzişirlər. Qızların biri şahın sağnda, digəri isə solundadır. Arxa planda fəvvarə görünür. Fatimə Soltan Bəyim deyir:

-Dadaşımın başqa əlacı qalmamışdı. Odur ki, öz əli ilə tacını çıxarıb Mahmud xan Əfqanın başına qoydu, onu öz yerinə şah elan etdi. Bu yolla övladlarını və qo-hum-qardaşını xilas etməyi düşünürdü. Fəqət Mahmud onu zindana saldırdı, bütün şahzadələri isə edam etdirdi. Şahın hərəmləri namuslarına təcavüz ola biləcəyindən qorxaraq zəhər içdilər. Xacə Gülməmməd məni və Rizə bəyimi gecə ilə gizli yolla hərəmxanadan qaçırdı. Sonrasını bilirsən...

***Şahın və qızların öndən görüntüsü. Ümumi plan. Arxa planda saray görünür.

Ön planda müsahiblərin qarşısından iki tovuz quşunun keçdiyi müşahidə edirlir. Fatimə Soltan Bəyim sözünə davam edir.

-...Mahmud eşidəndə ki, vəliəhd, yəni sən yoxa çıxmısan, yerini bilmək üçün zindanda atana və dəllək Məşhədi Yusifə çox işkəncə verdi. Deyilənə görə, Məşhədi Yusif can verərkən “Təhmasib Mirzə mənim ürəyimdədir”-deyib və gözlərini yumub.

Bu dəm söhbətə Rizə bəyim müdaxilə edir:-Dadaş, doğrudur ki, sənin İsfahandan qaçmanı dəllək təşkil etmişdi?Təhmasib Mirzə:-Qismən. Əslində hər şeyi Fəthəli xan Qacar təşkil etmişdi. Məşəhədi Yusif də

ona bu işdə kömək edirdi. İsfahanda görüşdüyüm ən sonuncu adam o idi. *** EPİZODUN TƏKRARIPəncərəsiz bir hücrə. Vəliəhd Təhmasib Mirzə əynində uzun, qara qadın

tumanı (yubkası) hücrənin ortasında durub. Yanında dəllək Məşhədi Yusif var . O, əlində tutduğu qara niqablı çarşafı gəncin başına keçirir və deyir:

-Gedək, qibleyi-aləm, yolçu yolda gərək. Dəllək və qara çarşaflı vəliəhd otaqdan çıxırlar. ***Çox da geniş olmayan yarıqaranlıq bir dalan. Yerdə üstü kəcavəli bir dəvə

oturub. Kəcavənin içi boşdur. Daha bir dəvə ayaq üstədir. Onun da belində içində qara çarşaflı qadın oturmuş bəzəkli kəcavə var. Dəvələrin yanında dörd atlı durub. Kadr arxasından ayaq səsləri eşidilir. Məşhədi Yusif və qara çarşaflı Təhmasib Mirzə kadra daxil olurlar. Vəliəhd yerdə oturmuş kəcavəyə qalxır. Dəllək dəvənin ipindən çəkir, dəvə ayağa qalxır. Məşhədi Yusif deyir:

-Sizə yaxşı yol, Allah yolunuzu açıq etsin!Atlılar və dəvələr hərəkətə gəlirlər. ********* EPIZODUN SONU********* ***İsfahan sarayının bağçası. Hər tərəf dekorativ ağaclıq və gül-çiçəkdir.

Təhmasib şah bibisi Fatimə Soltan Bəyim və bacısı Rizə Bəyimlə söhbət edə-edə gəzişirlər. Bu dəfə əks istiqamətdə hərəkət edirlər. Qızların biri şahın sağnda, digəri isə solundadır. Arxa planda fəvvarə görünür. Fatimə Soltan Bəyim deyir:

125

Page 126: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bəs, Fəthəli xan Qacar niyə səninlə gəlməyib? ***Şahn və qızların öndən görüntüsü. Ümumi plan. Arxa planda Hündür çinar,

küknar və palma ağacları görünür. Ön planda müsahiblərin qarşısından bir ceyranın keçdiyi müşahidə edirlir. Təhmasib Mirzə deyir:

-Onun məqsədi məni şah elan edəndən sonra adımdan səltənəti özünün idarə etməsi idi. Sonra isə məni aradan götürəcəkdi. Odur ki, cəld tərpənib onu zərər-sizləşdirə bildim. O, edam olunub.

Rizə Bəyim:-Çox pis zamanədə yaşayırıq. Bilmirsən kimə etibar etmək olar, kimə yox.Təhmasib Mirzə:-Hə, bacım, düz deyirsən.Fatimə Soltan Bəyim:-Bəs, Nadirqulu xan Əfşar necə, ona etibar edirsənmi?Şah:-Ona özümə inandığım qədər inanıram. Hətta onu özümə qohumluq telləri ilə

bağlamağı düşünürəm... ***Ekranda çəmənlikdə gəzişən bir cüt tovuz quşu görünür. Şah kadr arxasından

sözünə aralıqsız davam edir:-İstəyirəm Rizə Bəyimi ona verim. Səni isə, bibi, onun oğlu Rzaqulu bəyə ni-

şanlayacağam. ***Dəniz sahilində geniş çəltik sahələri ilə meşəli dağın arasından uzanan yolun

quş uçuşundan görüntüsü. Yolda iki atlının irəlilədiyi gözə dəyir. Bu mənzərənin fonunda yazılr:

“RƏŞT-ƏNZƏLİ YOLU. 1735-CI IL, OKTYABR” ***Yazı itir. Yolla at belində yanaşı çapan Kazım və Toğrul görünürlər. Hava

tutqundur. Ümumi plan. Arxa planda dəniz diqqəti çəkir. Kazımın işarəsi ilə atlılar atlarınn sürətini azaldırlar.

***Atlılarn öndən görüntüsü. Orta plan. Kazım Toğrula müraciətlə:-Bir azdan yağış başlayacaq. Buralarda çox güclü yağışlar olur. Bizə

daldalanmağa yer lazımdır. Yaxında bir gilək kəndi var, gəl ora gedək.Toğrul:-Necə məsləhətdir... ***Ümumi plan. Kazım və Toğrul atlarının başların əsas yoldan meşənin içinə

doğru burulan yola tərəf döndərirlər. ***Meşə içində bir kənd. Kazım və Toğrul kəndin ortasından keçən yolla

irəliləyirlər. Arxa planda həyətlərin bir-birinin üstünə qalanmış daşlardan qurulmuş çəpərləri görünür. Kadr arxasından qadın səsi oxuyur:

-Dutum, dutum,

126

Page 127: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nənəm, dutum,Səni sağanDutum, dutum...Atlılar irəliləyib qamış çəpərli bir həyətin yanından keçirlər və çəpərin

üstündən həyətə baxırlar. Səs gəlməkdə davam edir:-...Mənəm dutumDutum, dutum... ***Ekranda həyətdə inək sağmaqda olan, gilək milli geyimində olan qadın görü-

nür. O, inəyi sağa-sağa oxuyur:-Bacım, dutum. Dutum, dutum,Nənəm dutum...Kazımın kadr arxasından eşidilən səsi onu oxumağa və işini yarıda buraxıb

ayağa qalxmağa məcbur edir:-Əssəlamu əleyküm. ***Ekranda ön planda axası kameraya tərəf olan qadın, yanında durmuş inək və

arxa planda, həyətin çəpərinin arxasından Kazım və Toğrulun başları görünür. Qa-dın:

-Və əleykəssəlam. Xoş amədi!Kadr arxasından diktor qadının sözlərini tərcümə edir:-Salam, xoş gəlmisiniz! ***Çəpər arxasından baxan Kazım (iri plan):-Xanım, biz qəribik, qonağıq, evin kişisi haradadır? ***Həyətin içi. İnəyin yanında durmuş qadının öndən görüntüsü. Orta plan. Qa-

dın deyir:-Bebəxşi, ağa, mən tırki ne zənəm. ***Çəpərin yanında durmuş Kazım və Toğrul. Orta plan. Kazım Toğrula:-Deyəsən türk dilini bilmir. Giləkcə danışır. Toğrul:-Türk dilini bilmədiyini mən də başa düşdüm.Kazım üzünü həyətə tərəf döndərir, əli ilə başındakı papağına işarə edərək

deyir:-Kişi,kişi, eeeee, mərd,mərd...Kadr arxasından qadının kimisə səsləyən səsi eşidilir:-Əmu, əmu, əmu!Kazım Toğrula:-Bunlar da farslar kimi əmiyə “əmu” deyirlər, deyəsən, əmisini çağırır. Bun-

larn qadınlarının çoxu türk dilini bilmir, kişilərnini isə hamısı bilirlər.Toğrul:

127

Page 128: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Amma, məncə, bu da bilir, özünü elə göstərir ki, bilmir. Əgər bilmirsə, inəyi sağanda nə üçün türkcə oxuyurdu?

Kazım:-Yox, gerçəkdən də bilmir. Bu nəğmələri isə farslar da oxuyur, özü də türkcə.

Görünür, qədimdə bunlarda maldarlıq olmayıb. Mal-heyvan saxlamağı bizdən öy-rəniblər, öyrənəndə bu nəğməni də götürüblər...

Kadr arxasından yenə də qadının səsi, bu dəfə bir qədər uzaqdan eşidilir:-Əmu, əmu, əmu!Kazım sözünə davam edir:-...Şirazda olanda çox maraqlı bir şeyin şahidi olmuşdum. Gördüm ki, farslar

əkin zamanı eynən bizim əkinçilərin oxuduqları nəğmələri oxuyurlar. Yəni bizim dildə oxuyurlar...

Toğrul:-Sözünüzdən elə çıxır ki, əkin-biçini də bizdən öyrəniblər?Kazım:-Bunu başqa cür necə izah etmək olar?Toğrul:-Mən bilmirəm.Söhbətin bu yerində çəpərin arxasından bir kişi başı görünür:-Xoş gəlmisiniz, ağa, nə qulluğunuz var?Kazım üzünü kişiyə tərəf döndərir:-Xoş gününüz olsun, biz qəribik, Allah qonağıyıq.Kişi:-Allaha da qurban olum, qonağına da.O bu sözü deyib itir. Kazım və Toğrul atlarını bir qədər irəli sürüb açıq qapıya

yaxınlaşırlar. Kişi artıq ordadır. O onlara yol göstərir:-Xoş gəlmisiniz, səfa gətirmisiniz.Atlılar qapıdan həyətə keçirlər. Onlar içəri keçər-keçməz leysan tökməyə baş-

layır. *** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində

128

Page 129: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“lll seriya Zəfər yürüşü”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Hər tərəf zülmət qaranlıqdır. Xoruz banlaması səsləri eşidilir. Ətraf işıqlanır

və Kazımla Toğrul girdikləri qapıdan çıxırlar. Onlar piyadadırlar. Atlarının iplərindən tutublar. Onların ardınca ev yiyəsi çıxır. Kazım ona deyir:

-Hər şeyə görə çox sağ olun. Allah sizdən razı olsun.Kişi:-Allah sizdən də razı olsun. Sizə yaxşı yol.Kazım və Toğrul ev yiyəsi ilə qucaqlaşıb vidalaşırlar və atlarına minirlər.Kazım:-Salamat qalın!Kişi:-Uğurunuza xeyir.Atlılar kadrdan çıxırlar. Qapıda görünən gilək qadın onların arxasınca su atır. ***Meşəiçi yolla at belındə gedən və söhbət edən Kazım və Toğrul görünür.

Kazım:Təhmasim şah bacısı Rizə bəyimi Nadirqulu xana, bibisi fatimə Soltan Bəyimi

Rzaqulu bəyə verib onunla qohum aldı. Bununla da ortadakı güvəni daha da artırmış oldu. Qışın ilk ayında birlikdə Şiraza yürüş etdilər. Mən də yürüşdə iştirak edirdim. Şirazı çətinlik çəkmədən tutduq. Burada gördüklərimiz içimizi dağladı.

Əfqanlar şəhəri alandan sonra dövlət işində olan qızılbaşları və qaşqayları tutduqları vəzifələrdən uzaqlaşdırdırmışdılar və bütün vəzifələri əfqan və qismən də farslar arasında bölmüşdülər...

***Kazım iri planda görünür və sözünə aralıqsız davam edir:-...Bunların isə heç birinin dövlətçilik təcrübəsi yox idi. Şəhər viran qalmışdı.

Küçələrdə zibil əlindən tərpənmək olmurdu. Aclıq və səfalət baş götürüb gedirdi. Cümə məscidi tam uçulub dağılmışdı. Ələvilərin cəm evləri isə yerlə bir edilmişdi.

***Ümumi plan. Toğrul soruşur:-Nə üçün əfqanlar cəfərilərə qarşı ələvilərə qarşı olduqları qədər qəddar

deyillər? Məgər həm ələvilər, həm də cəfərilərin hər ikisi də şiə deyil? Onlar arasında fərq nədir?

***Ekranda yenidən Kazım tək iri planda görünür və cavab verir:

129

Page 130: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Ələvilər namaz qılmırlar. Onlar məscidə getmir, əvəzində qadın-kişi bir yerdə cəm evlərinə yığılıb saz çalır və rəqs edirlər, 12 imam haqqında ilahilər oxuyurlar. Bu onların ibadətidir. Ramazanda da oruc tutmazlar. Yalnız məhərrəm ayında 12 imam şərəfinə 12 gün oruc tuturlar. Onlara görə, şərab haram deyil. Həzrət Əliyə isə Allahdan daha çox hörmət edirlər...

***Ekranda Kazımı Toğrul əvəz edir. İri plan. O, diqqətlə müsahibini izləyir.

Kazım sözünə kadr arxasından davam edir.-...Yəqin bilirsən, namaz və oruc islamın 5 əsas şərtindən hesab edilirlər və

sünnilər bu şərtlərdən birinə belə əməl etməyənləri müsəlman hesab etmirlər. Bu üzdən də əfqanlar ələviləri kafir sayırlar...

*** Ümumi plan. Kazım danışır, Toğrul dinləyir.-...Cəfərilər isə islamın 5 şərtinə əməl etdikləri üçün onları müsəlman kimi

qəbul edirlər, amma sapıq sayırlar. Bunun da onlara görə, bir çox səbəbləri var. Cəfərilər Həzrət Əliyə və 12 imama olan sevgilərinə görə ələviləri sünnilərdən daha yaxın sayırlar və onlar arasında heç bir müşkülat yoxdur. Ələvilərin içərisində cəfəriliyi qəbul edənlər olduqca çoxdur.

Toğrul yenə soruşur:-Sünni ilə şiənin mənasını mənə başa sala bilərsənmi? Kazım:-Bu barədə, Allah qoysa, Ənzəliyə çatanda danışaram. İndi isə çapmaq

lazımdr ki, axşama Ənzəliyə yetişə bilək. ***Ənzəli şəhərinin karvansaraylarından birinin önü. Hava qaralıb. Kazım və

Toğrul karvansarayın qapısı önündə duran kişinin qarşısında at belində oturmuşlar. Bu mənzərənin fonunda yazılır:

“ƏNZƏLİ. 1735-Cİ İL, OKTYABR”Yazı itir və kişi deyir:-Vallah, çox təəssüf edirəm. Boş yerimiz yoxdur. Üzr istəyirəm.Kazım:-Bu, artıq 7-ci karvansaraydır ki, bizə bütün yerlərin tutulduğunu deyirlər. ***Ekranda iri planda görüntülənən kişi əli ilə sol tərəfə işarə edir:-Bu küçənin sonunda moltanıların karvansarayı var. Olsa, ancaq orada yer

tapa bilərsiniz. Yer olmasa da narahat olmayın, həmin karvansarayın qarşısında ev kirayə verən şəhər sakinləri toplaşır. Yəni küçədə qalmazsınız.

***Ümumi plan. Kazım:-Sağ ol, Allah razı olsun.Kişi:-Allah köməyiniz olsun.Kazım və Toğrul atlarının başını kişinin göstərdiyi istiqamətə çüvirirlər. ***

130

Page 131: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kazım və Toğrul at belində küçə ilə hərəkət edirlər. Hər tərəfdən onları əhatə edən dilənçilər yer-yerdən deyirlər:

-Ağa, mən şikəst həstəm, kömək...Ağa, fərzənde mən bimar şod...Ağa, bəxşeş...

Kazım və Toğrul onlara əhəmiyyət vermədən irəliləyir və dilənçiləri geridə qoyurlar. Toğrul:

-Heç yerdə bu qədər dilənçi görmədim.Kazım:Farsda, Mazndaranda da belədir. Çox tənbəl millətdirlər, işləməklə heç araları

yoxdur. Ona görə də bu gündədirlər. İsfahanda, Şirazda türk məhəllələrinə baxırsan, adamın ürəyi açılır. Hər tərəf abad, hər kəs tox. Fars məhəllələrinə baxırsan, səfalət və üfunətdən başqa bir şey görmürsən. Allah şahiddir ki, biz olmasaq, bunlar acından ölər, bir-birinin ətini yeyərlər.

Toğrul:-Moltanı nədir?Kazım:-Hind ölkəsinin müsəlman əhalisinə “moltanı” deyilir. Niyə belə deyildiyini bilmirəm, amma çox gözəl, mehriban və istiqanlı insanlardır. Hamısı da

kömür kimi qapqara. Gecə-gündüz işləri-gücləri oxuyub-oynamaqdır. ***

Moltanı karvansarayı. Kazım və Toğrul at belində karvansaraya yaxınlaşırlar. İçəridən hind sitarasında və hind qarmonunda ifa edilən həzin musiqi sədaları eşidilir. Onlar karvansaraya çatar-çatmaz karvansaraydan çıxan müsəlman hindli geyimli bir şəxs onların atının ipindən tutur:

-Ağa, xoş amədi!Kazım:-İki nəfərlik yeriniz varmı?Müsəlman hindli:-Deməli, türksünüz, xoş gəlmisiniz. İki nəfərlik yerimiz də var, üç nəfərlik də,

dörd nəfərlik də, üstəlik tək nəfərlikdə...Kazım və Toğrul atdan enirlər, müsəlman hindli isə sözünə aralıqsız davam

edir:-...İlin bu vaxtı Hinddən gələn çox az olur. Ona görə də yerimiz çoxdur.

Buyurun içəri, xoş gəldiniz, səfa gətirdiniz. ***Karvansarayın içi. Burada iki nəfər müsəlman hindli yerə döşənmiş həsir

üstünə döşənmiş döşəkçələrdə oturub sitara və hind qarmonu çalmaqdadırlar. 10-12 nəfər də ayaq üstə onları dinləyir. Kameranın obyektivi musiqiçilərdən yavaş-yavaş karvansarayın girəcəyinə tərəf yönəlir. Orada içəri daxil olan Kazım və Toğrul görünürlər. Kadra daxil olan bir müsəlman hindli onları qarşılayır:

-Xoş amədi.Kadr arxasından səs:-Ağalar türkdürlər. İki nəfərlik yer istəyirlər.Qarşılayan bu dəfə türkcə deyir:

131

Page 132: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Ay siz xoş gəlmisiniz, səfa gətirmisiniz. Buyurun, sizə çox rahat bir hücrə verim.

Kazım və Toğrul musuqi dinləyənlərin yanından keçərək kişinin dalınca qapılardan birinə daxil olurlar. Qalabalığın yanndan ötərkən “əssəlamu əleyküm”-deyib, hər kəsdən “və əleykəssəlam” cavabın alırlar.

***Qaranlıq bir məkan. Tədricən işıqlanma gedir və diqqəti içində iki çarpayı, bir

masa, iki səndəl və bir paltar dolabı olan otaq çəkir. Kadra daxil olan müsəlman hindli divardakı çıraqları əlindəki şam ilə yandırır. Kadra Kazım və Toğrul daxil olurlar. Hindli deyir:

-Bura karvansarayımızın ən yaxşı otaqlarındandır. Buyurun istirahət edin. Bir şey yemək və ya içmək istəyirsinizmi?

Səndəllərdən birinə oturan Kazım:-Hələlik iki qəhvə gətir, sonrasına baxarıq.Hindli “baş üstə”-deyib kadrdan çxır. Toğrul da səndəldə oturur. Kazım

soruşur:-Necədir, hücrə xoşuna gəlirmi?Toğrul:-Allaha şükr, pis deyil. İndi isə, zəhmət olmasa, sizdən etdiyim xahişə keçək. ***Ekranda iri planda görünən Kazım:-Sünni və şiənin mənasını soruşmuşdun, onumu deyirsən? ***Ekranda iri planda Kazımı Toğrul əvəz edir:-Bəli. ***Ümumi plan. Kazım:-Sünni “sünnə” sözündəndir. “Sünnə” isə qayda-qanun deməkdir. Qurani-

Kərimdə bu kəlmə “Allahın qoyduğu qayda-qanun”, “Peyğəmbərin qoyduğu qayda-qanun” mənalarında işlənir. Sünni də sünnələrə, yəni Allahın, Peyğəmbərin qayda-qanununa uyan, əməl edən adam anlamında işlənir.

“Şiə” kəlməsi isə Allahın Kitabında üç dəfə işlənir. Bir dəfə “tərəfdar” mənasında, iki dəfə də “hizb”, “məzhəb”, dəstə” mənasında. Məsələn, bir ayədə deyilir ki, İbrahim Nuhun şiələrindən idi, yəni Həzrət İbrahim əleyhissəlam Həzrət Nuh əleyhissəlamın tərəfdarı idi. Burada kəlmə “tərəfdar” mənasında işlənir. Əl-Ənam surəsinin 159-cu ayəsində isə eyni kəlmə firqə, məzhəb mənasında işlənir. Həmin ayədə Allah-Təala rəsuluna müraciətlə deyir: “Həqiqətən də sənin öz dinini parça-parça edib şiə olanlar, yəni firqə-firqə olanlarla heç bir əlaqən yoxdur, Onların işi Allaha qalıb, Allah onlara nə etdiyini göstərəcəkdir.”...

***Kazım iri planda görüntülənir və sözünə ara vermədən davam edir:-...Bəzi ifrata varan sünnilər bu ayəni əldə əsas tutaraq şiələrin müsəlman

olmadıqlarını iddia edirlər. Amma əksəriyyət belə düşünmür və şiə məzhəblərin-dən cəfəriləri və zeydiləri müsəlman kimi qəbul edir, digərlərini etmirlər...Nə isə... başını bu cür şeylərlə yorma. Bu cür şeylər din və məzhəbdən öz siyasi məqsədləri

132

Page 133: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

üçün istifadə edənləri maraqlandırır. Nəticədə də türkü türkə, müsəlmanı müsəlmana düşmən edirlər. Allah onların hamsına lənət eləsin.

***Ümumi plan. Kadra daxil olan hindli masann üstünə iki fincan qəhvə qoyub

“nuş olsun” deyir və kadrdan çıxır. Kazım qəhvədən bir qurtum içir:-Bu moltanılar düz-əməlli qəhvə bişirə bilmirlər... Nadirqulu xan istəyirdi ki,

Osmanlılarla və digər sünnilərlə aradakı ədavəti aradan aparmaq üçün ələviliyi qadağan edib cəfiriliyi səltənətin əsas məzhəbi elan etsin, amma Təhmasib şah camaatın üsyan qaldıra biləcəyindən qorxub, buna imkan vermədi.

Ekranda iri planda görüntülənən Toğrul:-Nadirqulu xan Şirazı tutandan sonra nə oldu, siz bunu mənə danışın. ***İri planda Toğrulu Kazım əvəz edir:-Öncə oğlu Rzaqulunu ailəsi və qoşunun bir hissəsi ilə birlikdə Məşhədə

qardaşı İbrahim xanın yanına göndərdi ki, həm ona kömək etsin, həm də Təhma-sib şahdan uzaq olsun. Ondan sonra Nadirqulu xanın zəfər yürüşü başladı. Şəhərləri bir-birinin ardınca azad etməyə başladı...

***Ekranda qapıları taybatay açılmış qala darvazasından çıxan Nadir başda ol-

maqla silahlı süvüari qoşun, belinə zəmburəklər yüklənmiş dəvələr, piyada döyüşçülər görünür. Bu mənzərənin fonunda yazılır:

“ŞİRAZ. 1730-CU İL, 8 MART” ***Ekranda vir sıra üzrə düzülmüş toplardan arxa planda görünən qala divarına

atəş açan topçular görünür. Onların və topların arxası ekrana tərəfdir. Atəş səsindən qulaq tutulur, ətraf qara tüstü və toz-dumandan görünməz olur. Kadr arxasından hücuma keçən qoşun səsi gəlir. Tüstü keçdikdən sonra arxa plandakı qala divarında böyük bir deşiyin yarandığı gözə dəyir və qızılbaş əsgərlərinin uçmuş divarın daşları üzərindən deşiyə doğru hücuma keçmələri və şəhərə girmələri əks olunur.

***Bu kadrları şəhər küçələrində qılınclaşan əfqan və qızılbaş əsgərləri görünür.

Qızılbaşlar əfqanları qıra-qıra irəliləyirlər. ***Qala bürcünə Səfəvi bayrağını asan iki qızılbaş əsgəri görünür. Kamera

irəliləyərək artıq asılmış bayrağı iri planda görüntüləyir. Bayrağın fonunda yazılır: “NƏHAVƏND. 1930-CU İL, MART” ***Ekranda qala divarları önündə qızılbaş döyüşçüləri Osmanlı əsgərləri ilə

döyüşə-döyüşə şəhərin darvazasına yaxınlaşrlar. Onlardan ikisi imkan tapıb qapıları açır və içəri qızılbaş atlıları şığıyaraq Osmanlı əsgərlərini qılıncdan keçirməyə başlayırlar. Bu mənzərənin fonunda yazılır:

“HƏMƏDAN. 1730-CU İL, APREL” ***

133

Page 134: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda Osmanlı əsgərləri ilə qızılbaş əsgərlərinin meydan savaşını əks etdirən kadrlar görünür.

***Bu kadrları bir-birinə girişmiş Osmanlı və qızılbaş əsgərlərinin arasında at

belində oturub sağa-sola qılınc çalan Nadirqullu xan Əfşarı əks etdirən kadrlar əvəz edir.

***Qala bürcünə Səfəvi bayrağı asan iki qızılbaş əsgəri. Bu mənzərənin fonunda

yazılır: “XÜRRƏMABAD. 1730-CU İL, MAY” ***Başqa bir bürcə Səfəvi bayrağı asan üç qızılbaş əsgəri görünür. Bu

mənzərənin fonunda yazılır: “KİRMANŞAH. 1730-CU İL, İYUN” ***Qala qapılarından içəri girən qızılbaş əsgərləri. Öndə gedən əsgərlərin əlində

Səfəvi bayraqları var. Şəhər əhalisi əsgərlərin başına dörd bir yandan gül-çiçək yağdrır. Bu mənzərənin fonunda yazılır:

“ƏRDAHAL. 1730-CU İL, İYUN”Yazı itir. Ekranda şəhərə at belində daxil olan Nadir görünür. ***Ekranda Moltanı karvansarayından at belində çıxan və atlarının başını sağ

tərəf döndərən Kazım və Toğrul görünürlər. ***Kazım və Toğrul at belində Ənzəlinin küçələrindən biri ilə gedirlər. Kazım

danışır, Toğrul dinləyir:“Nadirqulu xan qısa bir müddət ərzində Nahəvənd, Həmədan, Xürrəmabad,

Kirmanşah və Ərdəhalı azad etdi. Marağa yaxınında onu böyük bir Osmanlı qoşunu qarşıladı. Fəqət bizimkilər irəliləməyə başlar-başlamaz, Osmanlılar döyü-şə girmədən geri çəkildilər. Bizim çətinlik çəkmədən ard-arda qələbə qazanmağı-mızın əsas səbəbi, səncə, nə imiş?

Toğrul təəccüblə Kazıma baxır:-Nə imiş?Kazım:-Deyəcəyəm, inanmayacaqsan. Osmanlılar Səvəvilərin bir daha nə zamansa

dirçələ biləcəklərini zənn etmirdilər. Ağıllarına belə gəlmirdi ki, bir gün Na-dirqulu xan Əfşar kimi bir aslan peyda olacaq və tarixin gedişi dəyişəcəkdir. Eyni şey urusların da, əfqanların da ağlına gəlməzdi. Amma Allahın qədər və qəzasını kim öncədən bilə bilər ki? Səfəvi səltənətinin bir daha özündə güc tapa bilməyəcəyinə əmin olan Osmanlılar əsas güclərini, yəni türk əsgərlərindən ibarət qoşunlarını qərb cəbhəsinə və uruslarla döyüşə atmışdılar. Şərq cəbhəsindəki qoşunları isə bütünlüklə kürd, ərəb və lazlardan ibarət idi. Bizim əsgərlərin isə böyük əksəriyyəti türk idi...

***Ekranda iri planda görünən Kazım aralıqsız davam edir:

134

Page 135: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...İndi anladınmı, məsələ nə yerdədir? Nə kürd, nə ərəb, nə də laz türkün qar-şısında heç vaxt duruş gətirə bilməz. Ona görə də şəhərləri bir-birinin ardınca heç bir çətinlik çəkmədən geri ala bilirdik...

*** Atlılar şəhər darvazasına yaxınlaşırlar. Arxadan görüntü. Kazım aralıqsız

davam edir:-...Əlbəttə, uruslardan aldığımız top-tüfəngin də çox böyük köməyi var idi.

Azərbaycan şəhərlərini geri almağa başlayanda isə bilirsənmi nə məlum oldu?İki əsgər darvazanın qapıların açır və Kazım və Toğrul qapıdan keçərək

şəhərdən çölə çıxırlar. Buna paralel olaraq Toğrul deyir:-Nə məlum oldu? ***Şəhər qpsaından çölə çıxan atlı Kazım və Toğrulun öndən görünüşü. Orta

plan. Arxa planda bağlanan qapılar görünür. Kazım deyir:-Məlum oldu ki, sən demə, bu şəhərlərin əhalisi də Səfəvilərin dirçələ

biləcəyinə və onları uruslardan qoruya biləcəklərinə inanmırmışlar. Bu üzdən də Osmanlılara bir-birinin ardınca elçi göndərərək onları kafir uruslardan qorumağı xahiş etmişlər. Osmanlılar da bu şəhərlərin urusların əlinə keçməməsi üçün həmin şəhərlərə qoşun yerləşdirmişlərmiş.

***Ekranda iri planda görünən Toğrul soruşur:-Deməli, elə çıxır ki, sünni və şiələr xaçpərəst rus təhlükəsi qarşısında ədavəti

bir kənara qoyub birləşməyə qərar veriblərmiş, eləmi?İri planda Toğrulu əvəz edən Kazım: -Hə də, elə çıxır. Əslində, Nadirqulu xanın Marağa yaxınlığında danışıq

apardığı Osmanlı Paşası da eyni şeyi söyləmişdi. Onun sözlərinə görə, İstanbuldan onlara Azərbaycan şəhərlərini tutmaq barədə heç bir göstəriş gəlməyibmiş. Onlar bunu yerlı sakinlərin xahişi ilə müstəqil şəkildə həyata keçiriblərmiş.

***Girişinin bir tərəfində dörd Osmanlı və digər tərəfində dörd qızılbaş əsgərinin

durduğu çox zəngin bir çadır. Əsgərlərin hamısınn əlində nizə və qalxan var. Bellərindən qılınc asılıb. Bu mənzərənin fonunda yazılır:

“MARAĞA YAXNLARI. 1930-CU İL, İYUN” ***Hər tərəfi xalça palazla bəzədilmiş çadırın içi. Nadirqulu xan Əfşar və

Osmanlı paşası İbrahim Paşa ipək döşəkçələrin üstündə üz-üzə oturmuşlar. Ortada böyük bir qızıl nimçənin içində meyvə, qızıl şərbət qabı və iki qızıl fincan var. İbrahim Paşa danışır, Nadirqulu xan dinləyir:

-Osmanlı dövləti Azərbaycan dövləti ilə imzaladığı müqaviləyə heç vaxt xəyanət etmədi. Həmədan, Kirmanşah, Xürrəmabad kimi qərb şəhərlərinizi də zorla işğal etmədik. Həmin şəhərlərin türk hakimlərinin, yəni Səfəvi şahının təyin

etdiyi qızılbaş valilərinin xahişi ilə həmin şəhərlərə qoşun yeritdik ki, əfqan-ların işğalından qoruyaq. Çünki sizin valilər dedilər ki, əfqanlar tutduqları bütün şəhərlərdə farslarn təhriki ilə türkləri vəzifələrindən uzaqlaşdırırlar, onların yerini özləri ilə farslar və ya da onlara qohum olan lorlarla bölüşdürülər. Ələvi və

135

Page 136: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

cəfərilərə də zülm edirlər. Yəni mən bu addımı İstanbuldan bir əmr almadan özbaşına atmışam və məqsədim də yalnız və yalnız bu şəhərlərdə yaşayan qan qardaşlarımızı əfqanlardan qorumaq olub. İndi də çəkilmək barədə qərarı özüm verirəm. Çünki mənim padşahımın mənim üzərimə qoyduğu əsas vəzifə ərəb İraqına hökm etmək və oranı qorumaqdır...

*** Ekranda iri planda görünən paşa sözünə davam edir:-... Özünüz də gördünüz ki, sizin gəldiyiniz hər yerdən döyüşə girmədən

çəkildik. O yerlərdə ki, sizə müqavimət göstərilib, onlara geri çəkilmək əmri verməyə fürsət tapmamışdıq. Siz qəfildən hücuma keçdiyinizdən biz buna fürsət tapmamış, oradıkılar da həm belə əmr almadıqları, həm də özlərini qorumaq üçün müqavimət göstərməyə məcbur olmuşlar.

Ekranda iri planda paşanı Nadirqulu xan əvəz edir və deyir:-Deməli, sözünüzdən elə çıxır ki, Təbriz, Ərdəbil, Gəncə, Tiflis, İrəvan və

Naxçıvandan da döyüşsüz çəkiləcəksiniz. Axı, haqqında söz açdığınız müqaviləyə əsasən, bu şəhərlər Azərbaycanın tərkibində qalmışdı və Osmanlı dövləti onların üzərindəki Səfəvi hakimiyyətini qəbul etmişdi.

***Ümumi plan. Paşa deyir:-Söylədikləriniz doğrudur, amma görünür, sizin üç il öncə imzalanmış yeni

müqavilədən xəbəriniz yoxdur. Təhmasib şah artıq çoxdan saydığınız ərazilər üzərində Osmanlı hakimiyətini öz səlahiyyətli elçisinin imzası ilə tanımışdır...

Ekranda bu xəbərdən şoka düşən Nadirqulu xan iri planda görünür. Raşa sö-zünə kadr arxasından aralqsız davam edir:

-...Mən o şəhərlər barədə bir şey söyləyə bilmərəm. Çünki onlar indi Ərzu-rumlu Əhməd Paşanın əmrindədir. Onları Əhməd Paşa tutub. Amma o da bunu həmin şəhərlərin valilərinin xahişi ilə, soydaşlarımızı və dindaşlarımızı kafir urusların işğalndan qorumaq üçün etmişdir. Mənim əmrimdə təkcə Marağa qalıb ki, onu da sabah sizə təhvil verəcəyəm.

Nadirqulu xan:-Deməli, siz atan addımın eynisini Əhməd Paşadan gözləməyə dəyməz. ***Ekranda yenidən iri planda görünən paşa:-Məncə də elədir. Çünki Əhməd Paşa ələ keçirdiyi şəhərlərə urusların hücuma

keçməməsini zəmanət altına ala bilmək və oraların müsəlman türk əhalisini qoruya bilmək üçün dərhal İstanbulla təmasa keçmiş və durumu sultan həzrətlərinə anlatmışdır. Sultan həzrətləri də zəmanəti təmin etmək üçün uruslarla təmasa keçmiş və məsələ dövlətlərarası müqavilə ilə təsdiqlənmişdir. Sonra isə eyni müqavilə sizin şahınızla da imzalanmışdır...

***Ekranda iri planda paşanı onu diqqətlə dinləyən Nadirqulu xan əvəvz edir.

Paşann səsi kadr arxasından davam edir:-...Odur ki, Ərzurumlu Əhməd Paşanın özbaşına qərar verməsi və həmin

şəhərləri müqavimətsiz sizə təhvil verməsi mümkün deyildir. Bu məsələ yalnız şah həzrətləri ilə sultan həzrətlərinin danışaraq həll edə biləcəkləri məsələdir.

136

Page 137: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Amma o da var ki, Həmədan da bu şəhərlərin srasında idi, amma artıq siz o şəhəri də ələ keçirmisiniz. Bu isə o deməkdir ki, artq müqavilənin şərtləri pozulub.

Nadir:-Deməli, hörmətli İbrahim Paşa, bizim torpaqlarımızı uruslarla anlaşaraq öz

aranızda bölmüsünüz və bunu beynəlxalq hüquqla möhkəmləndirmisiniz, Təhmasib şah da bütün bunlarla razılaşıb.

***Ümumi plan. İbrahim Paşa:-Hörmətli xan, mən sizə sadəcə vəziyyəti anlatdım. Sonrasına, təbii ki, siz qə-

rar verəcəksiniz. Amma bir anlığa təsəvvür edin ki, Əhməd Paşa İrəvan, Tiflis, Gəncə və digər Azərbaycan şəhərlərinə girməsə idi, nə olardı. O zaman həmin şəhərlərin taleyi də Dərbənd, Bakı, Lənkəran və Rəştin taleyi kimi olardı. İndi o şəhərlərdə də kafir bayrağı dalğalanırdı. Bizi uruslarla işbirliyində suçlayırsınız. Amma hazırda Osmanlı ordusu ilə urus ordusu savaş halındadır. Dərbəndi artıq azad etmişik. Siz isə onlardan top-tüfəng alıb onları bizə qarşı çevirmisiniz. Məncə, biz bir-birimizi suçlamamalı, kafirlərə qarşı öz aramızda ittifaq bağlamağın yollarını axtarmalıyıq.

Nadir:-Sizin sözlərinizi mütləq şahıma çatdıracağam. Ümid edirəm ki, şah həzrətləri

və sultan həzrətləri aradakı müşkülləri daha asan çözərlər. ***Paşa:-İnşaallah. İndi isə mənə müsaidə.Nadir:-Müsaidə sahibisiniz, İbrahim Paşa buyurun.Xan və paşa ayağa qalxırlar. Paşa:-Bilirsinizmi, sizin məmləkətdə məni ən çox nə heyran etdi?Nadir maraqla Raşaya baxır, o isə deyir:-Hansı şəhərə və kəndə ayaq qoydumsa, hər yerdə oğlanlarla yanaşı, qızlar

üçün də mədrəsələrin olduğunu, bircə nəfər də yazıb-oxumağı bacarmayann olma-dığını gördüm. Bizdə isə yalnız böyük şəhərlərdə qızlar təhsil ala bilirlər.

Nadir gülümsəyir:-Azərbaycanda bu ənənənin əsasını Qazan xan Hülakü qoymuşdur. Allah ona

min rəhmət etsin.Paşa:-İlahi, amin! ***Çadırın önü. Girəcəyin bir tərəfində dörd Osmanlı, digər tərəfində dörd qızı-

baş əsgəri durub. Xan və paşa çadırdan çxrlar. Əsgərlər bir qədər kənara çəkilib onlara təzim edirlər. Paşa üzünü nadirqulu xana tərəf çevirir:

-Di, salamat qalın, Allah amannda.Nadir:-Allah köməyiniz olsun, yaxşı yol.Xan və paşa qucaqlaşıb öpüşürlər. Əlində paşanın atın tutmuş bir Osmanlı

əsgəri kadra daxil olur. Paşa üzünü əsgərlərinə tutur:

137

Page 138: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Haydı, aslanlarım, atlann.Paşa bu sözü deyib atına minir. *** Osmanlı sultannn sarayı. Sultan lll Əhməd taxtında oturub əlindəki məktubu

oxuyur. Sağ tərəfində vəziri sədrəzəm Damad Nevşəhərli İbrahim Paşa sol tərəfin-də şeyxülislam oturublar. Onun qarşısında bir neçə əyan durub. Bu mənzərənin fonunda yazılır:

“İSTANBUL, TOPQAPI SARAYI. 1730-CU İL, 24 İYUL” ***Yazı itir və ekranda iri planda məktub oxuyan sultan görünür. Onun qəzəbdən

dodaqları titrəyir. O, əsəbi halda məktubu cırıq-cırıq edib yerə çırpır və ayağa qalxır:

-Lənət olsun!... ***Ümumi plan. Sultanın ardınca İbrahim Paşa da, şeyxülislam da ayağa

qalxırlar. Sultan var-gəl etməyə başlayır:-...Yenə də Nadirqulu xan Əfşar! Allah ona min kərə lənət etsin! Mən başa

düşmürəm, ya Təhmasib Mirzə hiylə işlədir, ya da bu Nadirqulu xan onu saymır, hər şeyi özü bildiyi kimi edir. (üzünü əyanlardan birinə tutur) Azərbaycan elçisi İsmayıl bəyi tapın, yanıma gətirin, görüm qızılbaş şahı bizimlə nə oyun oynayır.

Əyan gedir. İbrahim Paşa:-Artıq iş işdən keçmişdir. Qısa bir müddət içində Həmədanın ardınca Təbr-

izin də itirilməsini heç kimə heç cür başa sala bilməyəcəyik. Bu, artıq sizin də, sultanım, mənim də sonumuz deməkdir.

***Ekranda iri planda görünən şeyxülislam:-Mən min dəfə dedim, amma məni heç kəs dinləmədi, demədimmi ki, şiə-

qzılbaşların sözünə inanmaq olmaz. Onlar yalançıdırlar... ***Ekranda onu iri planda əvəz edən sultan qəzəblə onun sözünü yarıda kəsir:-Yetər artıq! Xaçpərəstlər İslam məmləkətlərini üzük qaşı kimi əhatəyə alıb

didib-parçalamağa hazırkən, son verin bu mənasız sünni-şiə söz-söbətinə, dedi-qodusuna. Başımza bunca işlər gəlir, hələ dəmi ağıllanmadınız.

Ümumi plan İbrahim Paşa üzünü şeyxə tutur:-Şeyx, indi bu sözlərin heç bir əhəmiyyəti yoxdur. Xəbər İstanbulda yayılar-

yayılmaz, rəqiblərimiz camaatı üsyana qaldırmağa çalışacaqlar. İndi bunun qarşısın necə almalı olduğumuz barədə düşünməliyik.

***Sultan geri dönüb taxtına oturur və əlləri ilə üzünü örtür. Sonra isə üzünü

əyanlara tərəf çevirir və əsəbi halda:-Harada qaldı İsmayıl bəy?! Əyanlar bir nəfəf kimi kadrdan çıxırlar. Sultan isə davam edir:-Oh, Təhmasib Mirzə, Oh Nadirqulu! Mənə dağ çəkdiniz, dağ! ***

138

Page 139: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rəştin rus general qubernatorunun iqamətgahı. Qubernator və onun adyutantı ayaq üstə, üz-üzə durublar. Bu mənzərənin fonunda yazılır:

“RƏŞT, RUS GENERAL QUBERNATORUNUN İQAMƏTGAHI. 1730-CU İL, İYUL” Yazı itir. Qubernator:-Значит вы утверждаете, что Тавриз уже тоже захвачен кызылбаша-ми,

так?Diktor kadr arxasından onun sözlərini tərcümə edir:-Deməli siz Təbrizin də artıq qızılbaşlar tərəfindən tutulduğunu iddia edirsi-

niz, eləmi? Adyutant:-Так точно, ваше перевосходительство.Diktor:-Elədir ki, var, əlahəzrət.Qubernator:-Неужели вы верете тому, что этот порщивый татарин…Как его там? Diktor:-Yəni siz doğrudanmı inanırsınız ki, bu rəzil tatar...Adı nə idi onun?Adyutant:-Надиркули хан, ваше перевосходительство.Diktor:-Nadirqulu xan, əlahəzrət. ***Qubernator iri planda görüntülənir və istehza ilə deyir:-Да, Надиркули хан…Что он за умунепосдижимый короткий срок смог

отвоевать у афгфнцев и оттоманов земли от Шираза до Тавриза? Он что по вашему, Александр Македоновский или Гай Юлий Цезарь?

Diktor:-Hə, Nadirqulu xan. Inanrsınz ki, ağlasığmayacaq qısa bir meddət içərisində

əfqanlardan və Osmanlılarda Şirazdan təbrizə qədər olan torpaqları geri ala bilmişdir? O, nə, Makedoniyalı İskəndərdir və ya Qay Yuli Sezardır, bəyəm?

***Ekranda qubernatoru iri planda adyutant əvəz edir:-Ваше перевосходительство, осмелюсь выразить мнение, что он намного

умнее, отважнее и хитрее чем Александр и Цезарь. Он с того же рода, что и Чингис хан, и хан Батый и Тамерлан.

Diktor:-Əlahəzrət, cəsarət edib bildirmək istəyirəm ki, o, İskəndər və Sezardan daha

ağıllı, daha cəsarətli və daha hiyləgərdir. O, Çingiz xan, Batı xan və Əmir Teymurla eyni soydandır.

***Ümumi plan.Bu sözlərdən sonra qubernatr bir söz demir və dərin fikrə gedir. ***

139

Page 140: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Təhmasib şahın Isfahandakı sarayının baxçasındakı süni gölün yanı. Təhma-sib şah və Molla Sədrəddin gölün qırağında durub qu, qaz və ördəkləri yemləməklə məşğuldurlar. Bu mənzərənin fonunda yazılır:

“ISFAHAN.1730-CU İL, İYUL” Yazı itir. Təhmasib Mirzə:-Nadirqulu xanın Marağanın ardınca Həmədan və Təbrizi də alması, əslində

məni çox sevindirir, yalan deyə bilmərəm. Amma xüsusi elçim İsmayıl bəyin İstan-bulda danışıqlar apardığı bir vaxtda və danışıqların sonu hələ məlum deyilkən, onun mənimlə məsləhətləşmədən belə bir addım atması, əlbəttə ki, doğru deyil. İndi sultan Əhməd mənim barəmdə nə düşünəcək? Bu cür addımlar nüfuzuma çox böyük xələl gətirə bilər və əlbəttə ki, gətirmişdir.

Molla Sədrəddin:-Doğrudur, qibleyi-aləm. Əgərİstanbulda bu barədə sizin Nadirqulu xana əmr

verdiyinizi düşünəcəklərsə, sizi yalançı və etibar edilməsi mümkün olmayan adam zənn edə bilərlər. Yox, Nadirqulu xanın bunu özbaşına etdiyini bilərlərsə, bu halda da sizin sözünüzə heç bir əhəmiyyət verilmədiyini, səltənətin gerçək sahibinin Nadir olduğunu düşünəcəklər.

Şah baş axundu şübhəli-şübhəli süzür:-Nə təklif edirsən? ***Ekranda iri planda görüntülənən Molla Sədrəddin:-Şahım, məncə onu mütləq cəzalandırmaq lazımdır. Belə etməsəniz sabah sizi

heç saymayacaq. Baxın, bütün ordunun, bütün top-tüfəngin səlahiyyəti onun əlindədir...

***Ümumi plan. Molla Sədrəddin sözünə aralıqsız davam edir:-...Qısa müddət ərzində bu qədər şəhər və kəndi geri alması onun şöhrətini birə

on artırıb. Kim zəmanət verə bilər ki, sabah sizi aradan göyürüb özü şah olmaq istəməyəcək.

Şah qəzəblə:-Kimi cəzalandırıb-cəzalandırmayacağmı səndən soruşmayacağam. Axundsan,

otur axund yerində, burnunu da dövlət işlərinə və mənim işlərimə soxma. Nadirin bir dıqnağnı min sənin kimisinə dəyişmərəm.

Təhmasib Mirzə bu sözləri deyib hadisə yerindən uzaqlaşır və kadrdan çıxır. Sədrəddin isə başını aşağı əyib dərin fikrə gedir.

***Baş axundun hücəsi. Hücrədə baş axund, 4 cəfəri mollası və 6 ələvi piri dairəvi

şəkildə xalça üstündə oturublar. Molla Sədrəddin:-Şah başını tam itirib, bütünlüklə bu kafir oğlu kafir Nadirqulu xan Əfşarın sözü

ilə oturub-durur. Onun isə şan-şöhrəti günü-gündən durmadan artır. Təkərinə paz soxmasaq, bir gün bizim də axırımıza çıxacaq. Üzdə özünü şiə kimi göstərir, amma qəlbinin dərinliklərində sünnidir. Ona görə də əsir aldığı bütün əfqan və Osmanlıları azad buraxır. İmkan vernir ki, saçlarının telinə də toxunulsun.

Mollalardan biri:

140

Page 141: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Doğrudur. Baxın görün, əfqanlar nə qədər cəfəri mollasını, ələvi pir və dədəsini qətlə yetirdilər. Bizə isə onlardan intiqamımızı almağa imkan verilmir. Bizləri dövlət işlərinə yaxın belə buraxmrlar.

Başqa bir molla:-Mütləq bir çarə etməliyik. Bir-iki şəhər də alsa, artıq sözünün qarşısında söz

deyən olmayacaq. Qılıncının sağı da, solu da kəsəcək.Molla Sədrəddin:-Bunun qarşısını almağın yalnz və yalnız bir yolu var. Hazrlaşın, elə günü sa-

bah imamın məzarını ziyarət adı ilə hamınız bir nəfər kimi Məşhədə yola düşürsünüz. Oradakı din xadimləri ilə görüşərsiniz, vəziyyəti anladarsınız və onlarla birlikdə camaatı üsyana təhrik edərsiz. Bunu etdiksə etdik, edə bilməsək bu kafir oğlu kafir hamımızın sonuna çxacaq. Mənsə burada bir bəylərin ağzını yoxlayıb görüb, daha nə kimi tədbirlər görə bilərik.

*** Kazım və Toğrul at belində meşəiçi bir cığırla irəliləyirlər.Bu mənzərənin

fonunda yazılır: “ƏNZƏLİ-ASTARA YOLU. 1735-Cİ İL, OKTYABR”Yazı itir. Kazım deyir:-Təbrizin alınmasından sonra Osmanllar toplana bildilər və qızılbaş

ordusunun Irəvan istiqamətindəki iki həmləsinin qarşısın ala bildilər. Nadirqulu geri çəkilib qüvvələrini yeniləməyə məcbur oldu. Yenicə güc toplayıb həmləyə keçməyə hazırlaşmışdıq ki, Məşhəddən pis xəbər gəldi. Məlum oldu ki, şəhər əhalisi üləmann təhriki ilə üsyan qaldırıb. Üsyançılar Ibrahim xanın və Rzaqulu bəyin həmin dövrdə Heratda olmasından istifadə etmişdilər. Nadirqulu üsyanı yatrmaq üçün üzünü Xorasana döndərdi.

Bu sözlərdən sonra Kazım atını əyləyərək deyir:-Burada artıq səndən ayrılırıq. Toğrul da atını əyləyir. Hər ikisi atndan enir. Kazım iki yol ayrıcına işarə

edərək sözünə davam edir:-Sağdakı yol səni Astaraya aparan ən yaxın yola çıxaracaq. Astarada isə

kimdən soruşsan, sənə Ərdəbil yolunu göstərəcək. Di, sənə yaxşı yol.Dostlar qucaqlaşırlar. Toğrul:-Hər şeyə görə çox sağ olun. Allah sizdən razı olsun.Kazım:-Allah yolunu açıq etsin.Toğrul atına minib “salamat qalın”-deyib atını çapr. Kazım durub bir xeyli

onun dalınca baxır və sonra o da atına minir. ***Astarann küçələrindən biri. Küçəyə çox sayda gül-çiçək səpilmişdir. Onlardan

bəziləri at ayaqları altında tapdanmışdır. 20-yə yaxn balaca uşaq sağlam gülləri yerdən qaldıraraq əlində dəstələməklə məşğuldur. Onlardan kənarda iki süpürgəçi küçəni süpürməkdə və gül-çiçək qalıqlarını böyük zibil kisələrinə yığmaqdadırlar. Bu mənzərənin fonunda yazılır:

“ASTARA. 1730-CU İL, OKTYABR”

141

Page 142: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yazı itir və küçədə at belində irəliləyən Toğrul görünür. O, təəccüblə ətrafa səpələnmiş gül-çiçəyə və gül dəstələməklə məşğul olan uşaqlara baxır. Toğrul uşaqların yanndan keçib kameranın obyektivinin müşayiəti ilə süpürgəçilərə yaxınlaşır, atını əyləyib salamlaşır:

-Əssəlamu əleyküm, yorulmayasınız.Süpürgəçilər cavab verirlər:-Və əleykəssəlam. Sağ ol, Allah razı olsun. ***Iri planda görüntülənən Toğrul:-Xeyir ola, bu nə gül-çiçəkdir belə, bayram-zaddır məyər? ***Ümumi plan. Süpürgəçilərdən biri: -O dəqiqə bilinir ki, Astaraya yenicə gəlmisən və olan bitəndən xəbərin

yoxdur. İki saat öncə Nadirqulu xan Əfşarın böyük oğlu Rzaqulu bəy buradan öz qoşunu ilə keçib. Camaat da ona olan sevgi və rəğbətini nümayiş etdirmək üçün qoşununun başına gül-çiçək yağdırıb.

***Ekranda yenidən iri planda görünən və üzündən çaşdığı açq-aydın bəlli olan

Toğrul:-Nə?! Nadirqulu xan Əfşarn böyük oğlu?! Rzaqulu bəy?! O, hansı istiqamətdə

getdi? ***Ümumi plan. İkinci süpürgəçi:-Lənkəran istiqamətinə...Toğrul:-Lənkəran hansı istiqamətdədir?İkinci süpürgəçi əli ilə istiqamət göstərir:-Bax, bu yolla sapmadan şimala doğru hərəkət etsən, Lənkərana yetişərsən.

Amma atına yazığın gəlsin, qan-tər içindədir. Onunla sən onlara yetişə bilməzsən. Özün də hiss-pas içindəsən, görünür ki, yorğunsan. Özünün də, atının da dincəl-məyə ehtiyacın var. Bax o tərəfədə (əli ilə qarşı tərəf işarə edir) gözəl bir karvan-saray var. Bir gün dincəl, səhər yola çıxsan, günortaya Lənkərana yetişərsən. Orada da hara getdiklərini öyrənərsən.

Toğrul “doğru söyləyirsiniz”-deyib atının başını süpürgəçi göstərən tərəfə çe-virir.

*** Ekranda at belində bir karvansaraya yaxınlaşan Toğrul görünür. O, atdan

enir. Karvansaraydan çıxan xidmətçi onun atının ipindən tutur:-Xoş gəldiniz.Toğrul “xoş gününüz olsun”- deyib onun və atının ardınca içəri daxil olur. ***Toğrul karvansarayın həyətinə daxil olur. Burada onu ikinci xidmətçi qarşı-

layır:-Xoş gəlmisiniz, ağa.Toğrul:

142

Page 143: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Xoş gününüz olsun. Birnəfərlik hücrəniz varmı?Xidmətçi:-Bəli ağa, buyurun.Xidmətçinin göstərdiyi istiqamətdə hərəkət etməyə başlayan Toğrul:-Karvansarayın hamamı varmı?Xidmətçi:-Hamamımız da var, bərbərxanamız da. Üstəlik camaşırxanamız da var.Toğrul:-Qəribədir. Kəndə oxşayan bir kiçik şəhərin karvansarayında bütün bunların

olması çox ürəkaçandır.Xidmətçi qürurla:-Bura Gilan və ya Mazandaran deyil. Bura Azərbaycandır. ***Karvansarayın birnəfərlik hücrələrindən biri. İçəridə bir çarpayı, bir masa, bir

səndəl və bir də dolab var. Toğrul və xidmətçi içəri girirlər. Xidmətçi:-Hə, necədir, ağa, xoşunuza gəldimi?Toğrul ətrafa göz gəzdirir:-Maşallah, hər tərəf təmiz və səliqə-sahmanlıdır.Xidmətçi:-Ağa, Azərbaycanın hər yeri belədir. Toğrul:-Əvvəllər Xorasanda da belə idi. Allah əfqanlara lənət eləsin. Hər yeri xaraba

qoydular. Bilirsənmi, bizdə gördükləri ilk iş nə olmuşdu? Qızlar üçün mədrəsələri bağlamaq.

Xidmətçi:-Vallah, əfqanlar hələ yaxşıdır. Onlar da müsəlmandır. Siz urusları bir görəy-

diniz. İki ayda ancaq bir dəfə çimirdilər... ***Ekranda iri planda görünən xidmətçi aralıqsız davam edir: -...Yay, yaz, payızda dənizdə və ya çayda, özü də sabunsuz-filansız. Qışda isə

çəlləkdə yaxalanırdılar. Eyni su ilə 30-40 nəfər çimirdi, əgər bunu çimmək adlandırmaq mümkünsə. İçlərində bir-iki müsəlman tatar da var idi. Onlar isə bi-zim hamamlarda çimirdilər. Bir-iki də xaçpərəst tatar var idi. Onlar da özlərinə öz hamamlarından qurmuşdular. Taxtadan idi. Buxarda bir-birini ağac budağı ilə döyürdülər. Bu da onlarn hamamı. Urusların böyükləri də həmin hamama gedirdilər... ***

Ümumi plan. Xidmətçi hələ də danışır:-Bağışlayın, ağa, çox çərənlədim. Sizə qəhvə gətirimmi?Toğrul:-Yox, öncə hamama gedəcəyəm. Paltarlarımı da gərək yudurtduram.Xidmətçi:-Elə isə ardımca gəlin. Xidmətçi, ardınca da Toğrul hücrədən çıxırlar. ***

143

Page 144: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hamam. Buxarın çoxluğundan göz-gözü çətnliklə görür. Toğrul fitədə sinə daşınn üstündə oturub. Bərbər daraq və qayçı ilə bığlarını düzəldə-düəldə deyir:

-İndicə vaxtilə rəhmətlik şahımız Təhmasib Mirzənin qorçubaşısı olmuş Murad bəyin saç-saqqalını düzəldirdim. Bilirsənmi...

Toğrul çaşqınlıqla və təəccüblə həyacanlı bir şəkildə onun sözünü kəsir:-Nə dedin, nə dedin? Rəhmətlik şahımz Təhmasib Mirzə?! Məgər o, rəhmətə

gedib?Bərbər eyni dərəcədə təəccüblə:-Yəni sənin bundan xəbərin yoxdur? Sən göydən enmisən, nədir? Təhmasib

Mirzə artıq üç ildir ki, dünyasını dəyişib.Yerinə də 8 aylıq oğlu Abbas şah elan olundu. İndi təqribən 3-4 yaşı olar. Nadirqulu xan da onun qəyyumudur. Yəni əslində onun adından səltənəti indi o, idarə edir.

***Ekranda iri planda görünən və gözlərindən qəhər və heyrət oxunan Murad:-Sən mənimlə zarafat edirsən, yoxsa ələ salırsan? ***Ümumi plan. Bərbər:-Vallah, mənə isə elə gəldi ki, sən mənimlə zarafat edirsən. Amma indi görü-

rəm ki, doğrudan da sənin dünyadan xəbərin yoxdur. Mənə inanmırsansa, get Murad bəydən soruş.

Toğrul:-O damı bu karvansaraydadır.Bərbər:-İndicə hamamda idi. Odur ki, getmiş ola biləcəyini zənn etmirəm. ***Muradın hücrəsi. Murad (bir qədər yaşlanıb) xəncərli toqqasını bağlayıb

yapıncısını çiyninə atır, buxarı papağını başına qoyur və qapıya tərəf dönür və elə buz zaman qapı döyülür. Murad qapını açır. Qapıda xidmətçi görünür:

-Bəy, gedirsinizmi?Murad:-Hə, nə olub ki?Xidmətçi:-Xorasanlı bir gənc sizinlə görüşmək istəyir və deyir ki, rəhmətlik şahın

cangüdənlərindən olmuş Kazım lələdən sizə salam gətirib.Murad:-Haradadır? *** Hər tərəfinə xalça palaz döşənmiş böyük bir yeməkxanadakı taxtların birində

bardaş quraraq üz-üzə oturan və şiş kabab yeyən Murad və Toğrul. Qarşılarındak süfədə daha bir neçə şiş, meyvə-tərəvəz, ayran qabı və iki masqura var. Murad yeyəyeyə danışır, Toğrul dinləyir:

-Rəhmətlik şah baş axund Molla Sədrəddinin,-Allah onun gorunu çatlatsın,- güdazına getdi, onun fitnəsinin qurbanı oldu. Nadirqulu xan üsyanı yatırtmaq məqsədi ilə Məşhədə gedəndən sonra onun qılığına girib saqqızını oğurladı və şahı

144

Page 145: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadirqulu xanın iştirakı olmadan Osmanlılara qarşı hücuma keçməyin va-cibliyinə inandırdı.

***Isfahan sarayının bağçasında gəzişən Təhmasib Mirzə və Molla Sədrəddin

görünürlər. Ətraf gül-çiçək və ağaclıqdır. Yaxında bir cüt tovuz quşu görünür. Bu mənzərənin fonunda yazılır:

“ISFAHAN. 1731-Cİ İL, MART” *** Yazı itir. Baş axund danışır, şah dinləyir:-Şahım, vallah-billah, belə getsə, sizin nüfuzunuz bütünlüklə Nadirqulu xann

nüfuzunun kölgəsində qalacaq. Ona görə mütləq bir tədbir görməlisiniz.Şah:-Nə məsləhət görürsən?Molla Sədrəddin:-Bu gün səltənət, əsasən iki tayfanın-Əfşarların və Qacarların sayəsində ayaq

üstədir və güc sahibidir. Siz bu iki iki tayfadan hər hansı birinin hədsiz güclənmə-sinə imkan verməməlisiniz. Elə etmək lazımdır ki, onların hər ikisi eyni gücdə olsun ki, həm bir-biri ilə daim rəqabət aparsınlar və birləşib sizə qarşı çıxa bilməsinlər, həm də biri yolunu azmaq istəsə, o birisinə arxalana və bu yolla hər ikisini əlinizdə tuta biləsiniz...

***Ekranda iri planda görüntülənən baş axund sözünə ara vermədən davam edir:-...Odur ki, məsləhətim budur ki, Təbrizə gedək və Qacar bəylərinin

qurultayda xan seçdikləri Məhəmməd xanı dəstəklədiyimizi və Qacarları da Əfşarlarla eyni tutduğumuzu nümayiş etdirək. Çünki səltənətə xəyanət etmiş Fəthəli xanın edam edilməsindən sonra Qacar bəylərində belə fikir yaranıb ki, guya sizin onlara münasibətiniz soyuyub.

***Ekranda iri planda baş axundu Təhmasib şah əvəz edir:-Ağıllı məsləhətdir. Amma şahın dəstək vermək üçün hansısa xanın ayağına

getməsi doğru olmaz, onu İsfahana dəvət etsək daha yaxşı olmazmı? ***Orta plan. Baş axund:-Biz getməyimizlə Qacarlara nə qədər çox dəyər verdiyimizi göstərmiş olarıq

və ürəklərindəki bütün şübhələrə son qoyarıq. Gəlişimizin səbəbini isə belə izah edərik ki, şah ilbaşı, yəni novruz bayramını əziz Təbriz xalqı ilə birlikdə qeyd etmək istəyir. Belə olarsa, heç kəs şahın xanın ayağına gəldiyini düşünməz.

Təhmasib Mirzə:-Ağıllı fikirdir.Molla Sədrəddin:-Qibleyi-aləm, Təbrizə Novruz adı ilə getməyimiz Osmanlıları da şübhələn-

dirməz. Biz isə Qacarların köməyi ilə Naxçvan və İrəvan istiqamətində hücuma keçib bu şəhərləri Osmanlılardan azad edərik. İndi əsil fürsətdir. İstanbulda Sultan Əhməd taxtdan salınıb, təzə sultan isə çox təcrübəsizdir...

***

145

Page 146: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Molla Sədrəddin iri planda görünür və aralıqsız davam edir:-...Deyilənə görə, hazırda oralarda işlər bərk qarışıb və biz bu fürsətdən

istifadə edərək, Nadirqulu xanın bacarmadığını bacarsaq, sizin nüfuzunuz birə min artar. Amma bütün bunları Məhəmməd xan Qacarın iştirak olmadan etməliyik, qələbələrin şöhrəti ona çatmasın...

***Ekranda çəməndə gəzişən bir cüt tovuz quşu görünür. Kadr arxasından baş

axundun səsi davam edir:-...Ümumiyyətlə onu Təbrizdən uzaqlaşdırmaq lazımdır. Çünki nə qədər o,

Təbrizdədir. Qılıncınn sağı da, solu da kəsəcək. Onu Reyə hakim təyin etməklə Təbrizdən uzaqlaşdırsaq, həm onu zəiflədərik, həm də onun qüvvələrindən istifadə edib, Osmanlıları məğlub edərik. Qələbənin bütün şan-şöhrəti də sizə qismət olar. Nüfuzunuz da birə min artar.

Ekranda iri planda görüntülənən şah. O, dərin fikrə getmişdir. Şah bir qədər fikirləşdikdən sonra deyir:

-Fars olsan da başın yaxşı işləyir. Amma , de görüm, Məhəmməd xanı Reyə göndərsək, qoşuna kim başçılıq edər?

***İri planda şahı Molla Sədrəddin əvəz edir:-Bilirsiniz ki, Hişam xan mənim xalam oğludur. Uzun müddət Nadirqulu

xanın qoşununda minbaşı olub, fars və əfqanlardan ibarət alaylara başçılıq edib. Döyüşün bütün sirlərinə bələddir. Məsləhətim budur ki, onu vəzir təyin edəsiniz.

***Ümumi plan. Arxa planda bir cüt ceyran görünür. Şah: -Yaxşı fikirdir. Gəl elə Təbrizə öncə səni göndərim, mən gələnə qədər hər şeyi

hazır edəsən. ***Ümumi plan. Molla Sədrəddin:-Şahım, vallah, siz elə bil, fikir oxuyursunuz. Mən də elə bunu deyəcəkdim.

İcazə versəniz elə günü sabah yola düşərəm.Şah:-Hişam xan indi haradadr?Milla Sədrəddin:-İsfahandadır.Şah:-De, yanıma gəlsin. ***İsfahan sarayı. Təhmasib Mirzə taxtda əyləşib. Murad onun qaşısında durub

saz çalır. O, çalmağa ara verir. Üz-gözündən saz çalmağa bir o qədər də həvəsli olmadığı oxunur. Şah:

-Nə oldu, niyə durdun?Murad:-Çala bilmirəm. Halım o hal deyil. Bağrım çatlayır. Vallah-billah, bu Molla

146

Page 147: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Sədrəddinə nahaq bu qədər etibar edirsiniz. Ondan gözüm su içmir. Bütün bu işlərin axırının yaxşı olacağına inanmıram. Hişam xan barədəki qərarınz da məni narahat edir.

Şah:-Niyə axı, nə olub? Murad:-Şərəfli babalarınızın heç biri Azərbaycan səltənətinin vəzirlik məqamını heç

vaxt farsa etibar etməyiblər. Təkcə şərəfli Şeyx Səfi soyunun hökuməti dövründə deyil, Ağqoyunlu, Qaraqoyunlu hökumətləri dövründə də belə bir şey olmayıb. Siz isə Hişam xanı vəzir təyin etmək istəyirsiniz. Belə etsəniz türk xan və bəyləri özlərini təhqiredilmiş hesab edəcəklər.

***Ekranda iri planda görünən Təhmasib Mirzə qəhqəhə çəkir. Bir neçə saniyə

sonra əvvəlki vəziyyətinə qayıdır və gülümsəyərək deyir:-Murad, dostum, qardaşım mənim, səni nə qədər çox sevdiyimi bilirsən. Onu

da yaxşı bilirsən ki, bu dünyada sənin qədər sevdiyim ikinci bir adam yoxdur. Bu dünyada yeganə dostum sənsən. Mənə sədaqətli olduğunu və məni çox sevdiyini də bilirəm...

***Ekranda iri planda şahı Murad əvəz edir. O, diqqətlə Təhmasibi dinləyir.

Təhmasib Mirzə isə kadr arxasından davam edir:-Amma siyasət başqa şeydir. Sənin bundan başın çıxmaz. Bu üzdən də nara-

hatsan. İnan mənə, narahatçılıq üçün bir əsas yoxdur. Mən nə etdiyimi yaxşı bilirəm.

***Ümumi plan. Murad:-Təki siz deyən kimi olsun. ***Sarayın qapısı. İçəri girən əyanlardan biri şaha ba. əyərək:-Qibleyi-aləm, Molla Sədrəddin və Hişam xan təşrif gətirmişlər. ***Ekranda ümumi olanda şah və Murad görünürlər. Şah:-De, gəlsinlər.Murad şaha:-Mənə müsaidə.Təhmasib Mirzə:-Yox, sənin qalmağını istəyirəm. İstəyirəm, qorxulu bir şeyin olmadığını özün

görəsən. ***Saryın qapısı. İçəri daxil olan Molla Sədrəddin və Hişam xan təzim edirlər və

Təhmasibin kadr arxasından eşidilən “ yaxın gəlin” sözlərindən sonra kameranın obyektivinin müşayiəti altında şaha yaxınlaşrlar. Onlar Muradın yanında dururlar.

***İri planda görünən Təhmasib Mirzə:

147

Page 148: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Hə, Hişam xan, deməli, sən Nadirqulu xanın səfərlərində minbaşı kimi fəaliyyət göstərmisən və farslardan və əfqanlardan ibarət alaya başçılıq etmisən, elədirmi?

***Ekranda şahı Hişam xan əvəz edir. İri plan. O deyir:-Bəli, qibleyi-aləm elədir. ***Şah (iri plan):-Bəs, nədən o səni özü ilə Məşhədə götürmədi? ***Ümumi plan:-Belə məsləhət oldu ki, mənim başçılıq etdiyim farslardan və əfqanlardan

ibarət iki piyada alayı və daha iki süvri türk alayı Sizin xidmətinizdə qalaq.Təhmasib Mirzə:-Yaxşı. Səni nədən ötrü çağırdığımı, yəqin ki, baş axund söyləyib. ***Hişam xan:-Bəli, şahım söyləyib.Şah:-Sabah onun Təbrizə gedəcəyini və üç gün sonra da mənim də yola çıxacağı-

mı, Novruz bayramını Təbriz xalqı ilə bərabər keçirmək istədiyimi də, yəqin ki, bilirsən? Yəqin ki, onu da bilirsən ki, Naxçıvan və İrəvanı Osmanlılardan geri almağı düşünürəm və istəyirəm ki, bu səfərlərdə mənə rəfaqət edəsən?

***Hişam xan iri planda görüntülənir və deyir:-Bəli, qibleyi-aləm, bilirəm. ***Ekranda iri planda Hişam xanı üz-gözündən məmnun olmadığı açıq-aydın

sezilən Murad bəy əvəz edir. Kadr arxasından şahın səsi eşidilir:-Bacararsanmı?Kadr arxasından Hişam bəyin “bəli, şahm” dediyi eşidilir və Muradın üzündə

acı istehza yaranr. *** Hər tərəfinə xalça palaz döşənmiş böyük bir yeməkxanadakı taxtların birində

bardaş quraraq üz-üzə oturan və şiş kabab yeyən Murad və Toğrul (1935-ci il). Qarşılarındak süfədə daha bir neçə boş şiş, meyvə-tərəvəz, ayran qabı və iki masqura var. Murad yeyə-yeyə danışır, Toğrul dinləyir:

-Sbahı gün Molla Sədrəddin Təbrizə yola düşdü. Üç gün sonra isə biz yola çıxdıq və Təbrizə Novruz ərəfəsində çatdıq. Bayramı orada keçirdik.

***

Təbriz yaxınlığında bir dağ yamacının və ona bitişik düzənliyin quş uçuşundan mənzərəsi. Diqqəti çox sayda alabəzək çadırlar və qarışqa toplusunu

148

Page 149: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

xatırladan saysız-hasabsız insan çəkir. Onlar düzənliyin ayrı-ayrı tərəflərində dövrə vuraraq, müxtəlif tədbirləri seyr edirlər. Uzaqdan cəngi sədaları eşidilir. Bu mən-zərənin fonunda yazılır:

“TƏBRİZ. 1731-Cİ İL, 21 MART” ***Yazı itir və onun itməsi ilə öncəki kadrları. Çox sayda insanın əhatəsində

qurşaq tutub güləşən iki gənc və kənarda zurna, balaban və təbillə cəngi ifa edən üç nəfərlik musiqiçi qrupu görünür. Gənclərdən biri digərini başı üzərinə qaldırıb yerə çırpmaq istəsə də digərinin ondan möhkəm yapışması üzündən bunu etməkdə çətinlik çəkdiyi müşahidə edilir.

***Ekranda çövqan oynayan və arxa planda onlar izləyən çox sayda adam

görünür. Oyundan ayrı-ayrı fraqmentlər müxtəlif planlarda bir-birini əvəz edir və ən son fraqmentdə oyunçulardan birinin topu rəqib qapıdan keçirdiyi görünür. Bu kadrları sevinclə hayqıran tamaşaçıları əks etdirən kadrlar əvəz edir.

***Ön planda əl-ələ tutub yallı gedən gənc qız və oğlanlar, arxa planda isə onlara

əl çalan tamaşaçılar görünür. Bu görüntünü yallı ifa edən musiqiçilər dəstəsinin görüntüləri, sonra yenidən rəqs görüntüləri və daha sonra əl çalan tamaşaçıların orta planda görüntüləri əvəz edir.

***Ekranda kəndirdə rəqs edən kəndirbaz canlanr. Kadr arxasından musiqi səsi

eşidilir. ***Bir çadırın qarşısında xalça-palaz üstündə oturub muğam ifa edən üçlük və

öçlüyün ifasın dinləyən insanlar görünür. Ümumi plan. Xanəndə oxuyur: -Qaşında kiprigin, zülfün, yüzündə bənlərin dəxi...Xanəndə iri planda görünür və oxumaqda davam edir:-...Biri əyyar, biri təyyar, biri məkkar, biri cadu...Kamerann obyektivi tədricən görüntü sahəsini genişləndirə-genişləndirə, mu-

siqiçilərin üzərinə keçir və dayanmadan tamaşaçılara tərəf yönəlir, onlarn arasın-dan keçib yumurta döyüşdürən uşaqlara tuşlanır və eyni zamanda, arxa planda keçib gedən, əllərində səməni və xonçalar tutmuş qız-gəlini əks etdirir. Xanəndə-nin səsi kadr arxasından eşidilməkdə davam edir:

-...Cahanda qulların çoxdur vəleykin çün Nəsimi kim,Bəsa türkü, bəsa qıpçaq, bəsa zəngi, bəsa hindu! ***Ekranda şah çadırını önündə ayaq üstə saz çalıb-oxuyan aşıq Xəstə Qasım

görünür. Arxa planda Təhmasib Mirzənin taxtda, Hişam xan, Məhəmməd xan Qa-car, Molla Sədrəddin və Muradın isə xalça palaz üzərinə döşənmiş döşəkçələrdə oturub aşığı dinlədikləri görünür. Onları əli silahli keşikçilər (15-20 nəfər) əhatəyə almışlar.

Xəstə Qasım deyir:

149

Page 150: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Şükürlər olsun xudama ki, nəhayət, Tanrı Şəhriyarla Sənubəri görüşdürdü. Amma şəhriyar gördü ki, sözü elə belə desə, dili od tutub yanar. Odur ki, sazı sinəsinə basıb aldı, görək nə dedi...

***Ekranda şah və ətrafındakılarn yaxından görüntüsü canlanır. Orta plan. Hər

kəsin aşığı ləzzətlə dinlədiyi sezilir. Muradsa dərin fikirlərə qərq olmuşdur. Xəstə Qasımn səsi kadr arxasından aralıqsız davam edir:

-Şükür olsun Allaha, yetdim murada,Məni dərdə salan yarım budur, bu!Mövlam təfiq verib tutdum damənin,Kəssələr dəstimi qoymam, budur, bu!... ***Kameranın obyektivi növbə ilə, dövrə vuraraq aşığı dinləyən camaatın

üzlərini gəzir. Xəstə Qasımın kadrarxası səsi aralıqsız davam edir:-...Sənubər də sözdə heç kimdən geri qalan deyildi. Elə ki, Şəhriyar bu sözləri

demişdi, qız saçından üç tel ayırıb basdı sinəsinə: “Kəmağılsan ağlın gedib sənin də,Kimə dersən mənim yarım budur, bu?Buyurram cəllada tökülər qanın,Dəxi demə, mənim butam budu, bu!”... ***Ekranda növbə ilə ocaq üstündən tullanan gənc oğlan və qızlar görünür.

Onların səsi aləmi götürsə də, kadr arxasından əvvəlkindən bir qədər yavaş olsa da, Xəstə Qasımn səsi də aydın eşidilir:

-...Aldı görək Şəhriyar nə dedi:“Vallah, mən bilirəm, içibsən badə, Sənin eşqin dəxi məndən ziyadə.Şəhriyaram, billah, fani dünyada,Nə cəfa versələr, yarım budur, bu!”... ***Ekrandakı kadrları xoruz döyüşdürən uşaqları əks etdirən kadrlar əvəz edir.

Kadr arxasından Xəstə Qasım davam edir:-...Sənubər də sözsüz qalmadı:“Yaxşı tanıyıbsan, tapıbsan məni,Möhkəm tut dəstindən, qoyma daməni.Sənubər təcrübə edirdi səni,Sözün doğru, doğru yarın budur, bu!”... ***Ekranda şah çadırını önündə ayaq üstə saz çalıb-oxuyan aşıq Xəstə Qasım

görünür. Arxa planda Təhmasib Mirzə, Hişam xan, Məhəmməd xan Qacar, Molla Sədrəddin və Muradın xalça palaz üzərinə döşənmiş döşəkçələrdə oturub aşığı dinlədikləri görünür. Onları əli silahli keşikçilər (15-20 nəfər) əhatəyə almışlar.

Xəstə Qasım deyir: -...Sonra Sənubər onu bir az da ürəkləndirdi: “Başına dolanm, qurbanın olum,

150

Page 151: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ala gözlüm, Şəhriyarım, incimə.Kəsilibdir səbrim, vallah, qərarım,Həddən aşıb intizarım, incimə. ***Hər tərəfinə xalça palaz döşənmiş böyük bir yeməkxanadakı taxtların birində

bardaş quraraq üz-üzə oturan və ayran içən Murad və Toğrul (1935-ci il). Qarşıla-rındakı süfrədə bir neçə boş şiş, boş meyvə-tərəvəz qabı və ayran qabı var. Murad ayrandan bir qurtum içir və deyir:

-Təhmasib şah Məhəmməd xanı öncədən düşündüyü kimi Reyə göndərdi. Bir Qacar süvari alayını isə öz əmrində saxladı. Elə həmin arada Naxçıvandan gələn elçilər məlumat verdilər ki, Naxçıvanda sadəcə 100 nəfərdən ibarət Osmanlı süva-ri dəstəsi var və əgər şah Naxçvana gələrsə, onlar şəhəri döyüşsüz tərk edərlər...

***Murad iri planda görünür və sözünə aralıqsız davam edir:-...Elə də oldu. Şah Naxçıvana yaxınlaşar-yaxınlaşmaz, Osmanlılar şəhəri

döyüşsüz tərk etdilər. Beləcə, biz Naxçvanı döyüşsüz ələ keçirdik. Sonra isə xəbər gəldi ki, Üçmüəzzində də cəmi yüz Osmanlı süvarisi varmış. Üz tutduq Üçmüəz-zinə və orarnı da döyüşsüz ələ keçirdik...

***Ekranda iri planda Murad Toğrul əvəz edir. O, müsahibini diqqətlə dinləyir.

Kadr arxasından Murad sözünə davam edir:-...Bu hal şahı şirinikləndirdi və Molla Sədrəddinlə Hişam xann təhriki ilə

İrəvan da geri qaytarmaq həvəsinə düşdü. Onu bu fikirdən nə qədər daşındırmağa çalışsam da heç bir xeyri olmadı.

***Təhmasib Mirzənin Üçmüəzzindəki iqamətgahı. Şah və Murad geniş mərmər

pilləkanlarla ikinci mərtəbədən birinci mərtəbədəki salona enirlər. Onlar pillələri enərkən ekranda yazılır:

“ÜÇMÜƏZZİN. 1731-Cİ İL, APRELİN SONLARI”Şah və Murad pilləkandan endikdən sonra yazı itir və onlar pilləkanın yannda

ayaq saxlayırlar. Şah deyir:-Yəni sən, doğrudanmı, Allahın bizim tərəfimizdə olduğunu, yolumuzun

üstündəki qapıları taybatay açdığını görmürsən? Bəli, doğru söyləyirsən, Osmanlıların əsas qüvvəsi İrəvandadır. Çoxlu top-tüfəngləri var. Amma bizim də Allahımız var.

Murad:-Şahım, bizim Allahımız həm də onların Allahıdır. Allah onların da, bizim də

Rəbbimizdir. Onun qədər və qəzasından isə baş çıxarmaq olmur. Məncə, səbr etsəniz, dərindən düşünsəniz, min ölçüb, bir biçsəniz daha yaxşı olar.

***Ekranda iri görünən şahın gözlərindən özündən razılıq hiss olunur, O gülüm-

səyərək deyir:-Dostum, əgər səni dinləsəydim, hələ də İsfahanda oturmuşduq. Naxçıvan və

Üçmüəzzin də indi Osmanlılarn əlində idi. Hələ İsfahanda sənə demişdim və bu gün yenə də söyləyirəm, narahat olma və şahına inan və ona bel bağla.

151

Page 152: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ümumi plan. Murad:-Mən həmişə sizə inanmışam və bel bağlamışam. Allah özü köməyiniz olsun. Təhmasib Mirzə hər iki əlini göyə qaldırır:-Amin, ya Allah! ***Şah və Murad kamerann obyektivinin müşayiəti ilə durduqları yerdən çöl

qapısına tərəf yönəlirlər və qapıda duran iki silahlı əsgərin yanından keçib qapıdan məkanı tərk edirlər.

***Təhmasib Mirzənin Üçmüədzindəki iqamətgahınn bağçaya asılan qapısı.

Qapının hər iki tərəfində iki silahlı əsgər durub. Şah və Murad söhbət edə-edə qa-pıdan çıxırlar və onlara yönəlmiş kameraya tərəf hərəkət edirlər. Onlar irəlilədik-cə, kamera geri çəkilir və onun görmə bucağ genişlənən obyektivində bağçann bəzi ağacları da əks lunur. Hərəkət sırasında Təhmasib müsahibinə deyir:

-Mısmırığını sallama. Başa düş, mənə Nadirqulu xann iştirak olmadan bir-iki qələbə lazımdır. Əks təqdirdə onun nüfuzu həmişə mənimkindən üstün olacaq. Bu isə, taxt-tacın qüdrəti baxımından caiz deyil.

***Hər tərəfinə xalça palaz döşənmiş böyük bir yeməkxanadakı taxtların birində

bardaş quraraq üz-üzə oturan və ayran içən Murad və Toğrul (1935-ci il). Qarşıla-rındakı süfrədə bir neçə boş şiş, boş meyvə-tərəvəz qabı və ayran qabı var. Xidmətçi onların masasınn üstündəkiləri yığışdıra-yığışdıra Muraddan soruşur:

-Bəy, başqa bir qulluğunuz olacaqmı?Murad:-Yox, söylə hesabımzı gətirsinlər.Xidmətçi “baş üstə”-deyib, gedir. Murad isə üzünü Toğrula tutur:-Rəhmətlik şah sözümə baxmadı və biz İrəvana tərəf hərəkət etdik. Osmanlı

qoşunu bizi şəhərdən kənardakı düzənlikdə gözləyirdi. Başlarında İbrahim Paşa durmuşdu. Qoşunun ucu-bucağı görünmürdü. Təhmasib Mirzə yalnz Osmanlı qoşununu öz gözləri ilə gördükdən sonra səhv etdiyini anladı. Amma artıq gec idi, iş işdən keçmişdi. Geri çəkilmək olmazdı. Bu, misli görünməmiş bir biabırçılıq olardı. Döyüşə girmək də intihara bərabər idi...

***Ekranda iri planda görüntülənən Murad bəy sözünə aralıqsız davam edir: -...Bu azmış kimi, bizim, onsuz da sayca az olan ordumuzun dörddən birini

təşkil edən əfqanlar döyüş başlar-başlamaz, Osmanlıların tərəfinə keçdilər və bununla da həm məzhəb qardaşlarına qarşı döyüşmək istəmədiklərini, həm də İslam xəlifəsinə sədaqətlərini nümayiş etdirdilər. Bu hal fars piyadaların nizamının pozulmasına və onların təlaş içində döyüş meydanından qaçmasına səbəb oldu...

***Ekranda iri planda həmsöhbətini diqqətlə dinləyən Toğrul görünür. Murad

sözünə kadr arxasından davam etdirir:-...Belə olan şəraitdə şahı xilas etmək və onu meydandan sağ-salamat

çıxatrmaq lazım idi. Qacar süvariləri aslan kimi döyüşə-döyüşə və canlarını

152

Page 153: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

qəhrəmancasına fəda edə-edə, şahı qorumağı və qaçırmağı bacardılar. İki minlik ordudan sadəcə 400-ə yaxın adam adam qurtula bildi. Təhmasib ilə birlikdə qurtulanların hamısı türk süvarilər idi. Osmanlılar piyada olan farsları bir-bir dənlədilər və bircəciyini də sağ buraxmadılar...

***Ümumi plan. Murad danışır, Toğrul dinləyir:-...Onlar bizi İsfahana qədər təqib etdilər və nəinki Üçmüəzzin və Naxçıvanı,

hətta vaxtilə Nadirqulu xann aldığı bütün şəhərləri geri aldılar. Bizə isə İsfahan qalasına sığınıb şəhəri müdafiəyə hazırlamaq qaldı...

Masya yaxınlaşan xidmətçi Muradı sözünə ara verməyə məcbur edir. Xid-mətçi deyir:

-Ağa, sizin borcunuz iki abbası edir.Murad əlini cibinə salır. ***Yeməkxanann küçəyə açılan qapısı. Qapı açlır, Murad bəy, ardınca Toğrul

çölə çıxırlar. Onlar çölə çıxar-çxmaz, kadra daxil olanl nökərlər onlarn atlarının iplərindən çəkə-çəkə gətirirlər. Murad və Toğrul atlarına minirlər. Nökərlər kadrdan çıxırlar. Murad üzünü kadr arxasına tutur:

-Gedirik. ***Ekranda bir tərəfdə duran 10-a qədər atlı qızılbaş əsgəri görünür və onlar əm-

rə tabe olaraq kameraya doğru hərəkətə keçirlər. ***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. ***

Ekranda yanaşı gedən atlı Murad və Toğrul görünür. Onlar söhbət edirlər. Arxa planda onlar izləyən qızılbaş atlıları görünür. Murad deyir:

-İrəvana yürüşün iflasla sonuclanması və məğlubiyyət ardınca məğlubiyyət şaha çox pis təsir etmişdi. Bütün günlərini şərab içməklə keçirirdi. Dövlət işlərini bir kənara atmışdı. İdarəçilik bütünlüklə Hişam xan və Molla Sədrəddinin əlinə keçmişdi. Hər kəs Osmanlların İsfahanı ələ keçirmək üçün hücuma keçəcəyi günü gözləyirdi. Onlardan isə bir xəbər çxmırdı. İki ay sonra isə gözlənilmədən qəribə işlər baş verməyə başladı. Öncə İbrahim Paşadan görüş tələbi gəldi...

***Atlılar meşəli dağın fonunda irəliləyirlər. Ümumi plan. Muradın səsi kadr

arxasından davam edir:-...Görüşə bir heyət göndərildi və şah məni heyətə başçı təyin etdi. *** Xalça-palazla bəzədilmiş geniş və çox yaraşıqlı bir otaq. Otağın ortasında

kiçik fəvvarəli hovuz və gözəl pərdəli, şəbəkəli pəncərələr diqqəti cəlb edir. Hovuza yaxın bir yerdə hər biri 10 nəfərdən ibarət olan Osmanl və Qızılbaş nümayəndə heyətləri ipək döşəkçələr üzərində yarımdairələr şəklində qarşı-qarşı-ya oturmuşlar. Osmanlı nümayəndə heyətinin mərkəzində İbrahim Paşann, Qızıl-

153

Page 154: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

baş heyətinin mərkəzində isə Murad bəyin yer aldıqları görünür. Ümumi gəzən panoram. Bu mənzərənin fonunda yazılır:

“İSFAHAN YAXINLIQLARI. 1732-Cİ İL, 10 YANVAR” Yazı itir. Kadr arxasından İbrahim Paşanın səsi eşidilir:-Aramızda olan razılaşmanı və bu razılaşma ilə tənzimlənən sərhədi siz ixlal

etdiniz. Siz bizə hücuma keçdiniz və siz bizi təhlükəsizliyimizi qorumaq məqsədi ilə sizə aid olan şəhərləri ələ keçirməyə zorladınız...

***Kamerann obyektivi bir-bir Osmanlı nümayəndələrini əks etdirə-etdirə İbra-

him Paşanın üzərinə gəlir və ona tuşlanır. Bu müddətdə Paşanın səsi öncə yenə də kadr arxasından daha sonra öz dilindən eşidilməkdə davam edir:

-...Etiraf edək ki, bu sizin tərəfdən ilk ixlal deyildi. Bundan öncə Nadirqulu xan da eyni işi görmüş və gözlənilmədən Təbrizə hücuma keçərək onu tutmuşdu. Buna baxmayaraq, biz həm bizim, həm də sizin türk və müslüman olduğunumuzu, xaçpərəstlərin İslam torpaqlarını bir-bir işğal edərək Həzrət Mühəmməd ümməti-nə zülm etməkdə olduqlarını göz önündə bulunduraraq, baş verənlərə göz yum-duq...

***Bu dəfə kameranın obyektivi Səfəvi nümayəndələrini biribir süzərək Murad

bəyin üzərinə gəlir və ona tuşlanır. Qızılbaş nümayəndələrinin, o cümlədən Murad bəyin gözlərini yerə dikdikləri diqqəti çəkir. Kadr arxasından İbrahim Paşa sözünə davam edir:

-...Biz gözləyirdik ki, hörmətli şah həzrətləri qüvvələrini bizim üstümüzə deyil, kafir urusların üzərinə yönəldəcəkdir, amma çox-çox təəssüflər olsun ki, bu, belə olmadı. Bizim Qziqumuqlu Surxay xan uruslara qarşı savaşdığı, Dərbənd və Bakını kafirlərdən azad etmək üçün uğraşdığı bir zamanda siz bizə saldırdınız...

***Ekranda iri planda göünən Paşa sözünə aralqsız davam edir:-...Halbuki, eyni anda siz də urusları Muğan və Gilandan vurub çxarmaq üçün

hərəkətə keçsəydiniz, indi çoxdan onların burunlarını oymuşduq. Dağıstanın böyük hissəsi indi Suraxay xann əlindədir və uruslar paytaxtları ilə ancaq dəniz vasitəsilə əlaqə saxlaya bilirlər. Bu üzdən də top-tüfəng və yeni qüvvə sarıdan çox böyük korluq çəkirlər. Hə, Murad bəy haqlı deyiləmmi?

***Ekranda iri planda İbrahim Paşanı Murad bəy əvəz edir. O, gözlərini yerdən

yavaş-yavaş qaldıraraq cavab verir:-Şübhəsiz ki, İbrahim Paşa, haqlısınız və mənim səhv etdiyimizi və indi çox

peşiman olduğumuzu etiraf etməkdən başqa bir çarəm yoxdur. Lakin sizin də dedi-yiniz kimi, hər ikimiz müsəlman və türkük. Yəni qardaşıq. Qardaşlar isə bir-birinin xətalarını bağışlamağı bacarmalıdırlar. Odur ki, bizə xətamızı düzəltmək üçün imkan versəydiniz, biz də xətamızı düzəldər, bundan sonra kafir uruslara qarşı birlikdə mübarizə aparar və onları İslam torpaqlarından qovmaq üçün birlikdə səy və cəhd edərdik.

***Ekranda yenidən İbrahim Paşa görünür:

154

Page 155: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-“İmkan vermək”-deyərkən, nəyi nəzərdə tutursunuz? ***Ekranda paşanı bəy əvəz edir:-Qoşunların öncəki mövqelərə çəkilməsini, iki qardaş səltənət arasında

arasında kafirlərə qarşı əbədi sülh və ittifaq müqaviləsinin imzalanmasını. ***Ümumi panoram. Paşa deyir:-Tutaq ki, biz sizin şərtlərinizi qəbul etdik, qoşunlarımızı Arazdan şimala

çəkdik, cənubda tutduğumuz bütün şəhərləri sizə təhvil verdik və siz deyən müqaviləni imzaladıq. Amma kim zəmanət verə bilər ki, bu müqaviləni bu dəfə də Nadirqulu xan Əfşar pozmayacaq...

***Paşa iri planda görünür və sözünə davam edir:-...Bizdə olan məlumata görə, bu gün o, dünyada çox az şah və sultanın sahib

olduğu səviyyədə böyük, çevik və hər cəhətdən çox yaxşı təchiz edilmiş bir orduya sahibdir. Əminsinizmi ki, bütün şərtlərin onun xeyrinə olduğu bir dövrdə o, hörmətli şah həzrətlərinin iradəsinə tabe olacaqdır, axı, Təbrizi alanda o, hörmət-li Təhmasib şahla məsləhətləşməmişdi?

***Paşanı bəy əvəz edir:-Bəli, əminəm və buna zərrə qədər də şübhə etmirəm. *** Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. ***

Ekranda yanaşı gedən atlı Murad və Toğrul görünür. Onlar söhbət edirlər. Arxa planda onlar izləyən qızılbaş atlıları görünür. Murad deyir:

-Nə qədər inanılması zor olsa da, İbrahim Paşa gözlənilmədən şərtlərimizi qəbul etdi və müqviləni imzalayıb İsfahana qayıtdım. Osmanllar gerçəkdən də qoşunlarını Arazdan şimala çəkdilər və bütün güclərini uruslara qarşı çevirdilər.

İsfahana qayıdanda öyrəndim ki, mən İbrahim Paşayla görüşə yollandıqdan bir gün sonra bənzər görüş təklifi uruslardan da gəlmiş və şah uruslarla müzakirələr aparmaq üçün Hişam xanı Rəştə göndərmişdir.

***Rusiya imperatriçası Anna Ivanovnann xüsusi elçisi baron Şafirovun iqamət-

gahı. Baron Şafirov və general Levaşov masa arxasında oturub Azərbaycan elçisi ilə imzalanacaq sənədləri oxumaqla məşğuldurlar. Masann arxasnda daha bir kreslonun olduğu diqqəti çəkir. Bu mənzərənin fonunda yazılır:

“RƏŞT, RUSİYA İMERATRİÇASININ XÜSUSİ NÜMAYƏNDƏSİNİN İQAMƏTGAHI, 1732-Cİ İL, 1 FEVRAL”Yazı itir. General Levaşv başını kağızlardan qaldırıb üzünü baron Şafirova

tərəf çevirir:- Думаю, все о чем мы вчера договорились полностью учтены.

Посмотрим что на этот раз скажет Хишам хан.Diktor kadr arxasndan generalın sözlərini tərcümə edir:

155

Page 156: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Məncə, dünən razılaşdırdığımız bütün məsələlər burada öz əksini tapıb. Gö-rək Hişam xan bu gün nə söyləyəcək.

Baron gülümsünərək deyir:-Легче решить самый труднорешаемый ребус, чем понять этих персов.Diktor kadr arxasından tərcümə edir:-Ən mürəkkəb rebusu həll etmək bu farsları başa düşməkdən daha asandr.Bu sözlər generalın da gülümsəməsinə səbəb olur və o öz növbəsində deyir:-Междупрочим, Хишам хан на самом деле перс, а не Адербидижанский

татарин. Diktor tərcümə edir:-Yeri gəlmişkən, Hişam xan gerçəkdən də farsdır. Azərbaycan türkü deyil.Baron Şafirov ciddi görkəm alır:-Что же вы мне об этом раньше то ничего не сказали? Это же в корне все

меняет...Diktor kadr arxasından deyilənləri tərcümə edir:-Bu barədə mənə əvvəl niyə bir söz demədiniz? Axı, bu, məsələni kökündən

dəyişir...General da ciddi görkəm alır və təəccüblə Şafirova baxır. Baron isə ayağa

qalxır və var-gəl edə-edə deyir:-Удевительно. Ведь, насколько мне известно, татары персам не довер-

яют. А тут, на тебе… Перс и премьер министр татарской империи...Diktor:-Qəribədir. Axı, mən bilən, türklər farslara etibar etmirlər. Çox qəribədir, fars

olasan və bir türk imperatorluğunun baş vəziri olasan...Açılan qapı səsi və lakeyin səsi onu səs gələn tərəfə baxmağa sövq edir.

Lakeyin səsi kadr arxasından deyir:-Его превосходительство премьер министр Адирбидижанской империи

господин Хишам хан!Diktor:-Azərbaycan imperatorluğunun alihəzrət baş vəziri Hişam xan həzrətləri!Ekranda otağın taybatay açılmış qapıları, qapıdan içəri girən Hişam xan və

papağını çıxarıb riverans edərək ona yol göstərən iki lakey görünürlər. Hişam xan içəri doğru irəliləyir, lakeylər isə çölə çıxıb qapını bağlayırlar.

***Ümumi plan. Baron və general xana tərəf gedərək onunla üz-üzə dururlar.

Öncə baron, ardınca general onunla əl tutub görüşürlər. Baron görüşərkən “Рады вас снова видеть, многоуважаемый премьер министр”-deyir, general isə eyni sözləri türkcə təkrar və əlavə edir:

-Sizi yenidən görməyimizə çox şadıq, cənab baş vəzir. Xoş gəlmisiniz, səfa gətirmisiniz!

Hişam xan gülümsəyərək cavab verir: -Xoş gününüz olsun, Allah razı olsun!General əli ilə vəzirə yol və yer göstərir:-Buyurun, xahiş edirəm.

156

Page 157: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hişam xan göstərilən istiqamətə yönəlib göstərilən kresloda oturur. Baron və general da o oturandan sonra yerlərini tuturlar. Baron Şafirov gülümsəyərək deyir:

-Эти края отличаются сыростью воздуха, но надеюсь, это не помеша-ет нам плодотворно работать и завершить работу над текстом.

General Levaşov onun sözlərini tərcümə edir:-Bu yerlərin havası bir qədər nəmdir, amma ümid edirəm ki, bu bizim

məhsuldar işləməyimizə və nəhayət ki, mətn üzərində işi yekunlaşdırmağa mane olmayacaq.

***Ekranda iri planda gülümsəyən Hişam xan görüntülənir:-Mən də buna ümid edirəm və bəri başdan deyim ki, mətnin son şəkli məni

tam qane edir və əminəm ki, sizin beş ay içərisində Gilan, Mazandaran və Muğan tərk edərək Kürdən şimala çəkilmək barədəki öhdəliyiniz Əlahəzrət şahımız tərəfindən də təqdirlə qarşılanacaqdr. Biz isə mətndə deyildiyi kimi, Osmanlları həmin ərazilərə buraxmamağa boyun oluruq.

***Ekranda yanaşı oturmuş Şafirov və Levaşov görünürlər. Orta plan. General

xanın sözlərini barona tərcümə edir: -И я надеюсь. Должен вам сказать, что нынешная форма текста меня

полностью устраивает и уверен, что его переосвещенство шах останется довольным принятым вами обязательством в течении пяти месяцев поки-нуть Гилян, Мазандаран и Мугань и отступить за Куру. И мы в свою оче-редь объязуемся защитиь эти земли от вторжения Оттоманов.

Bu sözləri dinlədikcə məmnunluğu açıq şəkildə özünü göstərən baron gülümsəyərək deyir:

-Очень хорошо. Значит мы сегодня вечером сможем торжественно подписать соглощение.

***Ekranda iri planda görüntülənən general tərcümə edir:-Deməli bu axşam sənədləri təntənəli surətdə imzalaya bilərik. ***Ekranda iri planda generalı gülümsəyən Hişam xan əvəz edir:-Təbii. ***General Levaşov və Hişam xan iki rus əsgərinin avar çəkərək sürdükləri geniş

bir qayıqda üz-üzə ourmuşlar. Qayıq dənizdə üzür. Arxa planda sahil və sahildə yanaşı durmuş rus və qızılbaş əsgərləri görünür. General deyir:

-Xəzəri çox sevirəm.Hişam xan:-Hə, buralar çox gözəldir.General:-Bilirsinizmi, baron Şafirov sizin milliyyətcə fars olduğunu eşidəndə çox

sevindi və məni məzəmmət də etdi ki, nə üçün bunu ona öncədən xəbər verməmişəm. Dedi ki, əgər bunu öncədən bilsəydi, fars dilini bilən bir tərcüməçi dəvət edərdi.

157

Page 158: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hişam xan:-Buna ehtiyac yoxdur. Mən türk dilini əla bilirəm. Bir də axı, bu dil bizim

dövlətimizin dilidir. Rəsmi danışıqların türk dilində aparılması icab edir. ***Ekranda iri planda görünən general Levaşov:-Siz məni düz başa düşmədiniz. Türkcənin Azərbaycan səltənətinin rəsmi

dövlət dili olduğunu bilirəm. Söhbət sadəcə, cənab baronun sizə və fars xalqına olan hörmətini ifadə etmək istəməsindən və bu imkanı itirdiyi üçün təəssüflənmə-sindən gedir.

***Ekranda iri planda generalı Hişam xan əvəz edir:-Cənab baronun təmsilçisi olduğum xalqa marağı nədən qaynaqlanır? ***Ekranda yenidən iri planda general Levaşov görünür:-Marağı yox, sevgi və hörməti. Bilirsinizmi urus dili ilə sizin fars dili qardaş

və qohum dillərdir. Məsələn siz “sən” anlamında “to” deyirsiniz, biz isə “tı” deyirik. Siz “an” deyirsiniz, bizsə “on” deyirik. Sizdə “ma”dır, bizdə “mı”. Siz “mən” deyirsiniz, biz “ya” deyirik, amma “ya”nı hallandıranda olur “mne”, “menya”…

***Ekranda iri planda Hişam xann təəccüb ifadə edən siması görünür:-Çox qəribədir. ***Ekranda orta planda avar çəkən rus əsgərləri görünür. Generalın səsi kadr

arxasından deyir:-Sizdə “do”, bizdə “dva”, sizdə “çəhar”, bizdə “çetıri”, sizdə “pənc”, bizdə

“pyat”, sizdə “şeş”, bisdə “şest”, sizdə “dibisti”, bizdə “dvesti”… ***İri planda görünən general aralıqsız davam edir:-Farslar qadına “zənən” deyir, ruslar “jenşina… 53Kadr Hişam xanın kadr arxasından eşidilən səsi onu sözünü yarıda kəsir:-Necə, necə?General:-Jenşina. ***İri planda generalı xan əvəz edir: -Çox maraqlıdır. Kürdlər də “jen” deyirlər. Sonrasını de. ***Ümumi plan.General Levaşov və Hişam xan iki rus əsgərinin avar çəkərək

sürdükləri geniş bir qayıqda üz-üzə ourmuşlar. Qayıq dənizdə üzür. Arxa planda sahil və sahildə yanaşı durmuş rus və qızılbaş əsgərləri görünür. General deyir:

- Məsələn, koca-kuda, çe-çto, zənəm-znayu. Farsca ancaq bu sözləri bilirəm, onlar da urus sözləri ilə eynidir və ya çox yaxındr. Bu onu göstərir ki, farslar və

158

Page 159: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

urursların kökü birdir. Onlar qardaşdırlar. Baron Şafirovun sizin millətə olan sevgi və hörməti də buradan qaynaqlanır.

Hişam xan:-Amma məndə olan məlumata görə, urusların yüzdə səksəninin kökü tatardır.

Tatarlar isə türkdür. General Levaşov:-Belə olmağına belədir. Hətta bugünkü urus səltənəti də tatar səltənətinin

özülü üzərində qurulub. Amma indi o bir urus dövlətidir. Və biz Azərbaycan-türk səltənətinin də bir fars səltənətinə çevrilməsini, Firdovsinin əsərində öydüyü qədim və əzəmətli İran dövlətinin yaranmasını arzu edirik.

***İri planda görünən Hişam xan:-Bu, hər bir farsın qəlbinin dərinliklərində yaşatdığı ən böyük arzudur. ***Ekranda iri planda xan general əvəz edir:-Biz bu məsələni sonra baron Şafirovla birlikdə müzakirə edərik. İndi isə

mənə söyləyin görüm, gecə yanınza göndərdiyim rus xanımı xoşunuza getdimi? ***Ekranda yenidən iri planda Hişam xan görünür. O, bic-bic gülərək deyir:-Çox. Vallah, ömrümdə belə kef görməmişdim. ***Ümumi plan. General gülərək deyir:-Bu gecə sizə bir erməni qızı göndərəcəyəm. Türk dilini də, fars dilini də

mükəmməl bilir. Sizə elə bir kef versin ki, cənnəti görüb, qayıdasınız. Xoşunuza gəlsə, onu sizə kəniz olaraq bağışlaya da bilərəm.

***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. ***

Ekranda yanaşı gedən atlı Murad və Toğrul görünür. Onlar söhbət edirlər. Arxa planda onları izləyən qızılbaş atlıları görünür. Murad deyir:

-Maraqlıdır ki, Hişam xan da eynən mənim kimi xoş xəbərlərlə geri döndü. Uruslar beş ay ərzində Gilan, Mazandaran və Muğandan çəkilməyə, Kürdən cənuba olan bölgələri tamamilə boşaltmağa boyun olmuşdular. Bizim şahdan istədikləri tək şey həmin əraziləri Osmanlılara tərk etməmək idi. Bir sözlə, Kürdən və Arazdan cənuba bütün torpaqlarımızı heç bir çətinlik çəkmədən qaytara bildik. Amma bunun niyə belə asanlıqla başa gəldiyini heç cür başa düşə bilmədik. Yalnız çox-çox sonra bizə məlum oldu ki, Təhmasib şahın Məhəmməd xan Qacarı uzaqlaşdırmasından və Osmanlılara ağlasığmaz məğlubiyyətindən sonra Məhəmməd xan Qacar Nadirqulu xana məktub göndərərək vəziyyəti ona anlatmış, o da əsəbiləşərək İbrahim Paşaya və urus paşasına çox sərt məktub yazaraq onlardan Kür və Arazdan cənubdakı bütün torpaqları azad etməsini tələb etmişdir. Onun bu tələbi qarşısında Osmanllar da, uruslar da geriyə çəkilməyə qərar vermişlərmiş.

Toğrul:

159

Page 160: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bəs, görəsən, onların Nadirqulu xandan bu qədər ehtiyat etmələrinə səbəb nə imiş&

***Ekranda iri planda görünən Murad bəy: -Həmin dövrdə İstanbulda da, Fitilbörkdə də işlər çox qarışıq idi. Həm

Osmanlı, həm də urus ordusu çətin vəziyyətdə idilər. Ərzaq çatışmır, pulları da tükənmək üzrə idi. Nadir isə çox güclənmişdi. Məşhəd üsyanını yatırandan sonra Herat üsyanını yatırtmaq üçün Heratı mühasirədə saxlayırdı. Bu dövrdə Hind padşahı ona çox miqdarda pul və silah-sursat göndərmişdi.

***Ekranda iri planda Muradı Toğrul əvəz edir:-Bəs, Hind padşahının Nadirqulu xana yardım etməsinin səbəbi nə idi? ***Ümumi plan. Murad:-Hind ölkəsinin padşahı da bizim kimi türkdür, Əmir Teymurun, Babur şahn

nəslindəndir. Üstəlik də Hind bizim ən böyük ticari tərəfdaşımzdır. Biz də onlarn ən böyük ticari tərəfdaşıyıq. Əfqanlar isə bu ticarətə tez-tez mane olurlar. Bir də həm Məşhəd, həm də Herat ticarət yolumuzun üzərindəki əsas şəhərlərdir. Bu şəhərlərdə baş verən hər bir üsyan Hindlə Azərbaycan arsında ticarətə böyük zərbə vurur. Odur ki, bu şəhərləri nəzarətdə saxlamaq çox vacibdir.

Çox çəkmədi ki, Nadirqulu xan Heratı yenidən ələ keçirdi və üzünü bu tərəfə tutdu.

***Ekranda Herat küçələrindən biri ilə irəliləyə irəliləyə qılınc çalan atlı qızılbaş

əsgərləri və onlara müqavimət göstərən piyada əfqanların döyüşü canlanır. Qızılbaşlar müqavimət göstərənləri qırıb tökürlər. Bu mənzərənin fonunda yazılır:

“HERAT. 1732-Cİ İL, 27 FEVRAL”Yazının itməsi ilə səhnə də dəyişir. Ekranda geniş meydanda diz üstə oturub

əllərini boyunlarının ardında çarpazlayan yüzlərlə əfqan görünür. Ümumi pano-ram. Onların bir çoxunun pal-paltarı, üz-gözü qan içindədir. Arxa planda dörd qızılbaş atlının qabağna qatdığı daha iyirmiyə qədər əsir gələrək digər əsirlərə qarşaraq onlar kimi diz çöküb əllərini boyunlarının ardına qoyurlar.

***Ekranda Heratın qala bürclərindən birinə Səfəvi bayrağı asan iki qızılbaş

əsgəri görünür. ***Başqa bir meydana daxil olan Nadirqulu xan, qardaşı İbrahim, oğlu Rzaqulu

və daha 50-yə qədər atlı. Piyada qızılbaş əsgərləri 10-a yaxın əl-qolu bağlı əfqan əsgərini şahın qabağnda diz çökdürürlər. Nadirqulu xan atını əyləyib qızılbaş əs-gərlərinin birindən soruşur:

-Bunlar kimdir?Əsgər:-Üsyana başçılıq edənlərdir.Nadir qəzəblə:

160

Page 161: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Əlinə qılınc alıb bizə qarşı nə qədər vuruşan və müqavimət göstərən olubsa, hamısı son nəfərinə kimi asılsın. (Üzünü İbrahimə tərəf tutur) Bundan sonra üs-yançılara aman olmayacaq. Bunları bir neçə dəfə bağışladıq, qanmadılar.

İbrahim “baş üstə” deyir: ***Heratın qala divarı boyu düzülmüş saysız-hesabsız dar ağaclarından asılmış

üsyançılar və onların tamaşasına yığılmış şəhər sakinləri. Ümumi, seyr edən pano-ram.

***Bir baxçada, söyüd ağacı altında qurulmuş taxtda üz-üzə oturub sulu qəlyan

çəkən Molla Sədrəddin və Hişam xan. Söyüd ağacının ətrafında qaçdı-tutdu oynayan kiçik uşaqlar. Bu mənzərənin fonunda yazılır:

“İSFAHAN. 1732-Cİ İL, 27 FEVRAL”Yazı itir. Kameranın obyektivi tədricən həmsöhbətlərə yaxınlaşır, ümumi

planı orta plan əvəz edir. Hişam xan deyir:-Doğrusu, urusların halını çox pərişan gördüm. Amma bizə yardım etmək

istəklərində səmimi olduqlarına əminəm. Çünki onlar da türklərə ən azı biz farslar qədər nifrət edirlər. Amma indiki halları ilə bizə yardım etmək imkanna sahib de-yillər...

Vəzir qəlyandan bir qullab alıb sözünə davam edir:-...Hətta deyə bilərəm ki, özləri can hayındadırlar. Hiss etdirməsələr də

Nadirqulu xandan ehtiyat etdiklərini hiss etdim. Əminəm ki, imzaladığımız müqa-viləni də ona görə imzaladılar ki, Nadirə qarşı bizim mövqelərimizi gücləndir-sinlər.

***Ekranda iri planda görünən Molla Sədrəddin:-Deyilənə görə, Hind padşahı Nadirə çox sayda silah-sursat və çoxlu pul

göndərib. Onsuz da səltənətdə onun gücü qarşısında güc yox idi. Indisə gücünə güc qatılıb. Bu gün-sabah Heratı alıb üzünü bu tərəfə tutacaq. Ondan təkcə uruslar deyil, Osmanlılar da ehtiyat edirlər. Bəlkə də artıq Heratı alıb, bizim xəbərimiz yox.

***Ekranda iri planda Molla Sədrəddini əvəz edən Hişam xan ağzındakı tüstünü

buraxıb deyir:-Dönəndən sonra başımıza əməlli-başlı bəla olacaq. Təhmasibin onun barədə

fikri nədir? ***Ümumi plan. Molla Sədrəddin:-Bu əyyaşın başı şərabdan və arvadlardan ayılır ki, bir fikri-zadı olsun.

Əslində belə olması daha yaxşıdır. Dövləti sən vəzir kimi idarə edərsən. Gərək vaxtdan və fürsətdən istifadə edib hər yana öz adamlarımızı yerləşdirək. Əslində,yaxşı-yaxşı düşünsək, başqa bir yaxşı şey də edə bilərik.

Hişam xan:-Nədir o yaxşı şey dediyin? Molla Sədrəddin qəlyandan bir qullab alıb tüstüsünü buraxır və deyir:

161

Page 162: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Deyirəm, bəlkə, şaha sui-qəsd, təşkil edək, körpə oğlunu şah, səni isə onun qəyyumu elan edək.

***Ekranda iri planda görünən Hişam xan:-Sənin, deyəsən, başına at təpib, ya da türk məsəlində deyildiyi kimi, qurd

ürəyi yemisən. Yəni sən doğrudanmı düşünürsən ki, biz bu işi görsək, Nadirqulu xanla Məhəmməd xan Qacar heç bir şey etməyəcək, gəlib könüllü surətdə bizə tabe olacaqlar. Əlbəttə, güc Nadirin yox, bizim əlimizdə olsaydı, sən deyəndir. Biz isə nəinki Nadirə, heç Məhəmməd xana qarşı duruş gətirmək iqtidarnda deyilik.

***Iri planda Hişam xanı Molla Sədrəddin əvəz edir:-Elə və ya belə, Nadir onsuz da sonumuza çxacaq. ***Ekranda yenidən iri planda Hişam xan peyda olur və deyir:-Axırımza çıxmaması üçün onu inandırmalıyıq ki, onun tərəfindəyik. Bunun

üçünsə ona məktub yazıb şahın əyyaşlığından, dövlət işlərini başlı-başına burax-masından, uğursuz hərbi yürüşlərindən şikayət etməli, onun tez gəlməsinə ehtiyac olmasından bəhs etməliyik.

***Ümumi plan. Molla Sədrəddin:-Bu iş üçün çox gec qalmışıq. Kim zəmanət verə bilər ki, belə bir məktubu

ona Məhəmməd xan Qacar artıq göndərməyib və bizim əleyhimizə də heç nə yaz-mayıb. Əgər Osmanlılar geri çəkilməmişdən öncə yazsaydıq, bunun bizə, şübhəsiz ki, faydası olardı. İndi isə artıq gecdir. Türklər demişkən, arxadan atılan daş topuğa dəyər.

Hişam xan gülümsəyir:-Məktubu geri tarixlə də imzalamaq olar. Yəni guya biz vaxtında yazmışıq,

məktub yolda hansısa səbəbdən gecikib. Hər halda mənə inanar. Axı, mən onun sərkərdələrindən olmuşam.

Molla Sədrəddin:-Sən məndən də hiyləgərmişsən. Məktubu elə günü bu gün tərtib edək, amma

kimlə göndərək?Hişam xan:-Mən belə birini tanıyıram. Molla Sədrəddin:-Əla. İndi isə bir söz soruşmaq istəyirəm. Söz-söhbət gəzir ki, urus paşası sənə

bir kəniz bağışlayıb. Doğrudurmu?Hişam xan:-Hə, doğrudur. Bir ərməni qızıdır. ***Ekranda iri planda görünən Molla Sədrəddin üz-gözünə ciddi görkəm verə-

rək:-Onu sənə cəsus kimi qoşmuş olmasınlar? ***İri planda baş axundu vəzir əvəz edir. Onun da üz cizgiləri ciddiləşir:

162

Page 163: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu barədə heç fikirləşməmişəm də. Amma ola bilər. ***Bu sözlərdən sonra kameranın obyektivi müsahiblərdən tədricən orta planı

ümumi plan əvəz edəcək bir şəkildə uzaqlaşır. Müsahiblər ikinci planda qalır. Birinci planda isə qaçdı-tutdu oynayan bir qız və bir oğlan uşağı görünür. Qız qa-çır oğlan tutur. Onlar kadra girdikləri andan kameranın obyektivi müsahiblərdən ayrılıb onları təqib etməyə başlayır. Söyüd ağacınn arxa tərəfinə çathaçatda oğlan qızı haqlayır, əlini arxadan onun kürəyinə toxundurur və onlar rollarını dəyişdi-rirlər. Bu dəfə oğlan qaçır, qız qovur.

***Herat şəhərinin qala bürüclərindən biri. Bürcün üzərində Səfəvi bayrağ

dalğalanır. Bu mənzərənin fonunda yazılır: “HERAT. 1732-Cİ İL, 7 MART” ***Ekranda Heratın qala darvazasınn taybatay açılmış qapılarından çıxan və

əlində səfəvi bayrağı tutmuş iki qızılbaş atlısı görünür. Onların ardınca darvazadan at belində Nadirqulu xan Əfşar, Rzaqulu, İbrahim və Həsənqulu bəy Əfşar (40 yaşlarında), onların da ardınca süvari qızılbaş əsgərləri çıxırlar. Süvarilərin ardı-arası kəsilmir.

***Geniş bir düzənlikdə irəliləyən saysız-hesabsız qoşunun başında gedən

Nadirqulu xan, Rzaqulu, İbrhim və Həsənəli bəy. Həsənəli bəy üzünü Nadirə tu-tur:

-Xan, Məşhədə il başna qədər çatarıqmı?Nadir:-Bilmirəm. Necə bəyəm? Yoxsa, ailən, qohum-əqraban üçün darıxmısan,

Novruzu onlarla birlikdə keçirmək istəyirsən?Həsənəli bəy:-Hə, çox darıxmşam. İstəyirəm, gəlişimlə yaxınlarıma Novruz sevinci bəxş

edim.Nadir:-İnşallah. Allah böyükdür. ***Axşamın qaranlğında quş uçuşundan geniş bir düzənliyə səpələnmiş minlərlə

yanan ocağın görüntüsü. ***Axşamın qaranlğını öz işığı ilə yaran böyük bir ocağın ətrafında dövrə vuraraq

oturmuş yüzə yaxın qızılbaş əsgəri və onların arasında yer alan muğam üçlüyü (tar, kamança və əlində qaval tutmuş xanəndə). Arxa planda əsgər çadırları görünür.

Xanəndə oxuyur:-Gəl axı, mənim cismizərifim içrə sən, canım,Vücudum, zərrəye-sərkəştə sən xurşidi-tabanım.Muradım, məqsədim, sidqim, şəfiqim, müşfiqim, dostum,Təriqim, mürşidim, pirim, yolum, ədabü ərkanım...

163

Page 164: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Kameranın obyektivi üzləri od işığından qımızı-sarıya bürünmüş əsgərlərin

xanəndəni diqqət və ləzzətlə dinləyən çöhrələrində gəzir. Xanındənin səsi kadr arxasından eşidilir:

-...Xəlili-səhfü İncilim, Kəlimim, Turü Tövratım,Zəburum, nəğməvü sövt ilə Davudi-xoş əlhanım.Səlahım, təqviyü zöhdim, iki qaşınla mehrabım,Ləbii kövsər, cəmalın rövzeyi-firdövsi-rizvanım. ***Ekranda kameranın obyektivinin müşayiəti ilə çadırların arsı ilə irəliləyən

Rzaqulu bəy və onu iki nizəli əsgərin müşayiəti ilə izləyən bir mülki geyimli qızılbaş görünür. Kadr arxasından xanəndənin səsi əvvəlkindən bir qədər yavaş, yəni uzaqdan eşidilməkdə davam edir:

-...Səlatım, qibləvi-sovmim, safavü mərvü həccəcim,Həzarım, bülbülüm, kəklik yerişli vəhşi ceyranım... ***Ekranda Nadirqulu xanın çadırının nöyüt lampaları ilə işıqlandırılan içi

canlanır. Hər tərəf xalça palazla bəzədilmiş çadırın ortasında süfrə arxasında, dö-şəkçələr üzərində oturub, qəhvə içərək söhbət edən Nadir, İbrahim və Həsənəli bəy görünür. Nadirqulu xan deyir:

-Əgər Məhəmməd xan Qacarın yazdıqları doğrudursa,-mən şəxsən buna şüb-hə etmirəm,-şah o fitnəkar baş axunda inanıb Təbrizə bir farsı hakim təyin edən- dən sonra təbrizlilər üsyan edib farsı qovmuş və Osmanlıları şəhərə dəvət etmiş-lər. Demişlər ki, bir fars küçüyünə tabe olmaqdansa qanı qanımızdan, canı canı-mızdan olan sünni türk qardaşlarımıza tabe olmaq daha şərəflidir. Gör Təhmasib şah məmləkəti nə hala salıb. Harda görünüb ki, bir fars bir türk səltənətinin baş vəziri olsun.

İbrahim:-Dadaş, bu Hişam xan necə biridir? Doğrusu, uzun müddət bizimlə birlikdə

hərbi səfərlərdə iştirak etmiş olsa da onu yaxından tanıya bilmədim. Nadir:-Əgər bir yolunu tapıb, şahın saqqızını oğurlaya və vəzir məqamına yüksələ

bilibsə, demək ki, çox hiyləgər və tədbirli adamdır. Amma bir sərkərdə kimi heç nə ilə fərqlənə bilməmişdi. Bu üzdən də onu bu dəfə özümlə götürmədim. İsfahanda qalmasını tapşırdım. İndisə dünənə qədər əmrimdə durmuş bir farsa tabe olmalı-yammış.

Həsənəli bəy:-Səhv etmirəmsə, Hişam xan baş axundun ya əmisi, ya dayısı, ya da xalası

oğludur. Yəni çox yaxın qohumdurlar.Nadirqulu xan:-Əgər gerçəkdən də belədirsə, demək ki, bu işdə mütləq və mütləq Molla Səd-

rəddinin barmağı var. Mən hətta Məşhəd üsyanını çıxaranların onun adamları olduğunu düşünürəm.

***

164

Page 165: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rzaqulu onu iki nizəli əsgərin müşayiəti ilə izləyən mülki geyimli qızılbaşla birlikdə Nadirin çadırına yaxınlaşırlar. Çadırın önündə 10-a yaxın silahlı qızılbaş əsgəri keşik çəkir. Rzaqulu onunla gələnə “burada gözlə”-deyib çadıra girir.

***Çadırın içi. Rzaqulu qapıdan daxil olur. ***Ekranda üzlərini Rzaquluya tərəf çevirmiş Nadir, İbrahim və Həsənəli bəy görünür. Kadr arxasından Rzaqulunun səsi eşidilir:-Ata... ***Ekranda qapı önündə duran Rzaqulu görünür. O, sözünə davam edir:-...Bir nəfər qasid gəlib, Hişam xandan məktub gətirdiyini söyləyir. ***Ekranda yenidən Nadirqulu xan, İbrahim bəy və Həsənəli bəy görünürlər.

Onlar mənalı-mənalı bir-birilərinə baxırlar. Ortaya sükut çökür və bu mənzərənin fonunda yazılır:

“lV SERİYANIN SONU”***

V seriya

YALANÇI ŞAHZADƏ

Ekranda Nadirqulu xanın çadırının nöyüt lampaları ilə işıqlandırılan içi canlanır. Hər tərəfi xalça-palazla bəzədilmiş çadırın ortasında süfrə arxasında, dö-şəkçələr üzərində oturub, qəhvə içərək söhbət edən Nadir, İbrahim, Həsənəli bəy və Rzaqulu görünürlər. Ümumi plan. Rzaqulu bəy əlindəki məktubu oxuyur və hər kəs onu dinləyir:

“Azərbaycan Qızılbaş hökumətinin və aləmlərin qibləsi, əlahəzrət Şah Təhmasib Mirzənin baş vəziri Hişam xan Farsi əl-İsfahani tərəfindən Azərbaycan Qızılbaş səltənətinin Birləşmiş Qoşunlarının baş əmiri, aslanlar aslanı, qardaşım Nadirqulu xan Əfşarın hüzuruna ərz edilir.”

Bu sözlərdən sonra araya dərin bir sükut çökür. Hər kəs bir-birinin üzünə baxır. Nadir:

“Dalını oxu!” ***Ekranda iri planda görünən Rzaqulu məktubun ardını oxumağa başlayır:“Əssəlamu əleyküm və rəhmətullahi bərəkətu! Əziz qardaşım,...” ***

165

Page 166: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda orta planda Nadir və İbrahim görünürlər. Onlar təəccüb və heyrətlə baxışırlar. Kadr arxasından Rzaqulunun səsi aralıqsız davam edir:

“...Çox böyük təəssüf və ürək ağrsı ilə bildirmək istəyirəm ki, məmləkətimizin və səltənətin halı çox pərişandır. Aləmlərin qibləsi, alihəzrət şahımızın Osmanlıla-rın üzərinə müvəffəqiyyətsizliklə nəticələnən səfərindən sonra rumlular əks həmlə ilə torpaqlarımızn daha bir bölümünü işğal etmişlər...”

***Ekranda iri planda bu xəbəri, sanki, birinci dəfədir eşidirmiş kimi sarsılan,

köks ötürən və gözlərini yerə dikən Həsənəli bəy görünür. Rzaqulunun səsi eşidil-məkdə davam edir:

“...Və sizin böyük şücaət və rəşadətlə, böyük zəhmətlər bahasına azad etdiyi-niz şəhərlər yenidən rumluların əlinə keçmişdir...”

***Rzaqulu bəy iri planda görünür. O məktubu oxumaqda davam edir:“...İndi onların İsfahana həmlə edə biləcəkləri əndişəsi var...” *** Ümumi plan. Nadirqulu xan oğlunun sözünü yarıda kəsir:-Məktubu mənə ver. Bu nə vaxtın məktubudur?Rzaqulu təəccüblə atasına baxır və məktubu ona uzadır. Hər kəs heyrətlə

üzünü xana tərəf çevirir. Nadir məktuba baxa-baxa deyir:-Maraqlıdır! Məktub çoxdan yazılıb. Bəs, niyə indi gəlib?Rzaqulu:-Qasidin dediyinə görə, yolda ona quldurlar hücum çəkib. Quldurlarla döyüş-

də yaralanıb və huşunu itirib. Kəndlilər onu tapıb evlərinə aparıb qulluq ediblər. Bir neçə ay huşsuz yatıb. Ayılan kimi özünü bizə yetirib.

Nadirqulu xan bir söz deməyib məktubu ürəyində oxumağa başlayır. Sonra gözlərini məktubdan ayırıb üzünü oğluna tutur:

-Yoxla gör, qasidin bədənində doğrudan da yaxınlarda yaralanmış olduğunu sübut edən izlər var, ya yox.

***Ekranda gözlərində təəccüb və heyrət hissləri oxunan Rzaqulu iri planda

canlanr. Onu iri planda əvəz edən xan sözünə davam edir:-Bu məktub məni yaman şübhələndirdi. ***Yenicə tumurcuqlanmış qollu-budaqlı bir ağacın gövdəsinə kəndirlə bağlan-

mış qasidi qırmancla döyməkdə olan Rzaqulu bəy görünür. Qasid beldən yuxarı çılpaqdır. Onun bədəni və üzü çoxsaylı qırmanc zərbələrinin qanlı izini daşıyır. Arxa planda səndəldə əyləşib baş verənləri seyr edən Nadirqulu xan, onun yannda durmuş İbrahim və Həsənəli bəy, eləcə də 5-6 keşikçi əsgər və onlardan da arxada 2-3 çadır gözə dəyir. Rzaqulu qasidi döyə-döyə deyir:

-Danış, köpək oğlu köpək!İşkəncələrə artıq dözə bilməyən qasid:-Dur, yetər.

166

Page 167: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rzaqulu döyməyə ara verir və kadrdan kənara baxaraq, başının işarəsi ilə kiməsə nə isə göstəriş verir. Kadra dərhal bir nəfər qızılbaş əsgəri daxil olub əlindəki vedrənin suyunu qasidin üstünə atır və kadrdan çıxır.

***Ekranda iri planda görünən Rzaqulu bəy:-Hə, söylə görək! ***Ekranda iri planda Rzaqulunu qasid əvəz edir və deyir:-Doğrusunu söyləsəm mənə xətər verməyib azad buraxacağına dair and iç. ***Ümumi plan. Rzaqulu üzünü atasına tərəf çevirir. Nadirqulu xan başının

hərəkəti ilə ona müsbət cavab verir. Rzaqulu:-Söylə. Allaha and olsun, doğrusunu desən, sənə xətər yetirməyib azad edəcə-

yəm. ***Ekranda iri planda görünən qasid:-Bu yalanı söyləməyimi mənə Hişam xan tapşırmışdır. Məktub 15 gün öncə

yazılıb, fəqət dal tarixlə imzalanıb. Sizi tarixə inandırmaq üçün yalan danışdım.Ümumi plan. Rzaqulu qasidə yaxınlaşır, belindəki xəncəri çıxarıb onun

kəndirlərini kəsməyə başlayır. Arxa planda gözə dəyən Nadirqulu xan ayağa qalxır. Kamerann obyektivi ona tərəf yönəlir və tədricən ümumi planı orta plan əvəz edir. Nəticədə Rzaqulu və qasid kadrdan kənarda qalırlar. Nadir üzünü İbrahi-mə tutur:

-Gördünmü, sizə nə dedim?İbrahim:-Vallah, bu farsların hiyləsindən Allahdan başqa kimsə baş çıxarmaz.Həsənəli bəy:-Heç nə başa düşmədim, xan, bu yalanı uydurmaq Hişam xanın nəyinə lazım

idi ki? ***Ekranda iri planda görüntülənən Nadirqulu bic-bic gülür, fəqət cavab əvəzinə

deyir:-Gəlin. ***Ümumi plan. Nadirqulu xan, ardınca da İbrahim və Həsənəli əsgərlərin arasın-

dan keçib çadrlara tərəf yönəlirlər. ***

Məşhəd şəhəinin qala divarlarının görüntüsü. Kadr arxasından yallı rəqs havası eşidilir və göyə fişənglər atılır. Bu mənzərənin fonunda yazılır:

“MƏŞHƏD. 1732-Cİ İl, 21 MART” ***Nadirqulu xanın Məşhəddəki evi. Sona Bəyim və hamilə Rizə Bəyim ən

kiçiyinin üç, ən böyüyünün təqribən 12 yaşı olan 2 oğlan və 2 qız uşağının arasında süfrə arxasında oturmuşlar. Süfrədə səməni, paxlava, şəkərbura, qoğal,

167

Page 168: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

boyalı yumurtalar və s. qoyulub. 12 yaşlı oğlan uşağı ayağa qalxıb üzünü Sona bəyimə utur:

-Ana, mən gedirəm qapılara papaq atmağa.O bu sözü deyər-deməz 8 yaşl oğlan da onun ardınca ayağa qalxır:-Mən də.Qardaşlar cəld kadrdan çıxırlar. Sona bəyim gülümsəyərək:-Uşaqlar çox tez böyüyürlər. Gözünü yumub-açmağa imkan tapmırsan, bir də

görürsən vaxt gəldi keçdi. İnşallah bu gün-sabah sən də ana olacaqsan. Dedik-lərimin doğruluğuna özün də bir gün şahid olarsan.

Sözün bu yerində 5 yaşlı qız əlində tutduğu qoğalı anasına göstərərək deyir:-Ana, bu nədir?Sona bəyim:-Qoğaldır qızım, bunu Şirvanda bişirirlər. Şirvanlıların ən sevdikləri bayram

yeməklərindəndir.Qız:-Şirvan haradr?Qızın bu sualı qadınların gülüşməsinə səbəb olur. Suala Rizə bəyim cavab

verir:-Şirvan Azərbaycann əyalətlərindən biridir. Şamaxı, Qəbələ və Bakı Şirvanda

yerləşir.Elə bu dəm kadra yenidən daxil olan 8 yaşlı oğlan deyir:-Ana Fatimə xala gəlir.Bu xəbəri eşidən qadınlar və ardınca da kiçik qızlar cəld ayağa qalxırlar.

Oğlan yenidən kadrı tərk edir. Qadınların üzlərinin mimikasının dəyişməsindən onların kadr arxasında olan Fatimə Soltan Bəyimi gördükləri anlaşılır.

***Ekranda gülümsəyərək qapıdan içəri girən və əlində böyük xonça tutan Fati-

mə Soltan Bəyim görünür. O hamilədir. Fatimə Soltan Bəyim deyir:-Bayramınız mübarək! Neçə belə bayrama çıxasınız!O, irəliləyir və qarşı tərəfdən onu qarşılamaq üçün kadra daxil olan Sona

Bəyim, Rizə Bəyim və kiçik qızlarla üz-üzə gəlir. Rizə Bəyibm:-Xoş gəldin, bibi.İki hamilə qadın qucaqlaşıb öpüşürlər. Sona Bəyim gələn qadının əlindən

xonçanı alır:

-Sənin də bayramın mübarək, ay Fatimə Soltan Bəyim! Xoş gəlmisən, səfa gətirmisən...

O da Fatimə Soltan Bəyimlə qucaqlaşıb öpüşür və sözünə davam edir:-...Həmişə sən gələsən.Fatimə Soltan Bəyim əyilib növbə ilə kiçik qızları da öpür:-Sizin də bayramınız mübarək, mənim şeytan balalarım!Qzlar bir ağızdan:-Bayramınız mübarək.Rizə Bəyim: -Gəl, bibi, gəl.

168

Page 169: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hamı birlikdə süfrə arxasına keçirlər. Sona Bəyim xoncanı bir kənara qoyur. Fatimə Soltan xanım deyir:

-Sizə bir şad xəbərim də var. Xan Heratdan Məşhədə qayıdır. Bu gün axşam şəhərə çatmaları gözlənir.

Bu sözü eşidən kiçik qızların hər ikisi sevinə-sevinə:-Atam gəlir, atam gəlir, atam gəlir...Qızların hər ikisi sevinc içində ayağa qalxıb kadrdan çıxırlar. Sona Bəyim de-

yir:-Ay səni şad xəbər olasan! Rzaqulu damı onunladır?Fatimə Soltan Bəyim sevincək halda:-Hə.Rizə Bəyim:-Hər ikinizin gözünüz aydın.Sona Bəyim:-Sənin də gözün aydın. ***Ekranda çox sayda uşağın əhatəsində Kosa və Keçi Nadiqulu xanın həyətinin

qapısından nəğmə oxuya-oxuya həyətə daxil olurlar. Geniş həyətin səliqəliliyi, gül-çiçəklər və qollu-budaqlı meyvə ağaclar diqqəti cəlb edir:

-A kos-kosa, gəlsənə,Gəlib salam versənə...Ekrana Nadirin evinin qapısının çöl tərəfdən görüntüsü gəlir. Qapıdan Nadrin

kiçik qzları boylanırlar. Kadr arxasından nəğmə eşidilməkdə davam edir:-...Kosa bir az neylər,Ördəyi, qazı neylər...Qapıda Sona Bəyim də görünür. O gülümsəyir. Nəğməsə eşidilməkdə davam

edir:-Ay xala-xala, dursana... ***Ekranda evin qapısına tərəf yaxınlaşmaqda olan Kosa, Keçi və onların ardınca

gələn çox sayda uşaq canlanr. Kosanın əlində böyük bir boş kisə var. Keçi aralıq-sız oxuyur:

-...Torban doldursana.Elə bu məqamda onlar qapıya çatırlar və Sona Bəyim torbanı Kosadan alır və

içəri girir. Keçini Kosa əvəz edər:-Ay uyruğu-uyruğu,Saqqalı it quyruğu, Kosam bir oyun eylər,Quzunu qoyun eylər.Yığar bayram xonçasın,Hər yerdə düyün eylər.Bu dəm qapıda yenidən Sona bəyim görünür və əlindəki dolu torbanı Kosaya

qaytarır:-Bayramınız mübarək olsun!

169

Page 170: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kosa torbanın ağzını açıb içindəkiləri uşaqlara paylamağa başlayır. Keçi isə qurşağından başqa bir boş torba çıxarıb Sona Bəyimə uzadır və qadına deyir:

-Sizn də bayramınız mübarək! Bəs, Rizə Bəyim xanım necə, bizə bayram sov-qatı verməyəcəkmi?

Sona Bəyim gülümsəyərək torbanı ondan alır, gülümsəyərək “ə, sən nə üzlü keçisən”-deyib içəri keçir. Keçi isə oxumağa başlayır:

-Xanım bacı dursana,Torbanı doldursana,Qonağı yola salsana,A salsana, salsana,Torbaya payı salsana.Kosa, Keçəl və uşaqlar xorla oxumağa başlayırlar:-Verənin oğlu olsun,Verməyənin kor qızı.Həccələr, hüccələr,Uzanr gündüzlər, Qısalır gecələrQapıda Rizə Bəyim görünür. O, gülümsəyərək əlindəki dolu torbanı keçiyə

verir və deyir:-Bayramınız mübarək!Kosa:-Sizin də, xanım. Allah ruzinizi həmişə bol etsin. ***Alaqaranlıqdır. Məşhədin darvazasının içdən görüntüsü. Nadirqulu xan Əfşar,

Rzaquu bəy, İbrahim xan və Həsənəli bəy əsgərlərin müşayiəti ilə şəhərə daxil olurlar. Xalq onları musiqi və rəqslərlə qarşılayırlar. Göyə fişənglər atılır.

*** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.

Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

170

Page 171: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“V seriya Yalançı şahzadə”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***

Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Hişam xan yazdğı məktubunda, sən demə, Nadirqulu xana şahdan şikayət et-miş, onun daim sərxoş olduğunu, hərəmxanadan günlərlə çıxmadığını, dövlət işlərini başlı-başına buraxdığını bildirmişdi və məsləhət görmüşdü ki, Təhmasib şahı taxtdan endirmək, onun körpə oğlunu şah elan etmək yaxşı olar. Qəyyumluğu isə Nadirqulu xana təklif edirdi. Bu o demək idi ki, dövlətin başına Nadirqulu xankeçməli, Hişam xan isə onun sağ əli olmalı idi. Mən bu barədə çox-çox sonra xəbər tutdum. Onda artıq iş-işdən keçmişdi...

***Ekranda Murad iri planda görünür və sözünə aralıqsız davam edir:-...Nadirqulu xan Məşhədə bayram günü, axşam yetişdi. Bayramı orada

keçirdi. Sonra xan Həsənəli bəyi İsfahana şahla danışığa göndərdi. Nadirqulu xan təklif edirdi ki, Tehranda görüşüb oradan birlikdə Bağdada hərəkət etsinlər.Bunda məqsəd Osmanlının Hind ümmanına çıxışının, deməli, həm də bu dövlətin Hindistanla dəniz ticarətinin önünü kəsmək idi. Buna nail olunacağı təqdirdə ticarət yolları üzərindəki nəzarət bütünlüklə bizim əlimizə keçəcəkdi. Belə olan halda isə Rum padşahının, yəni Osmanlı sultanının bizimlə hesablaşmaqdan və işğal etdiyi torpaqlarımzdan çəkilməkdən başqa yolu qalmayacaqdı...

***Ekranda Muradı iri planda Toğrul əvəz edir. Muradın səsi kadr arxasından

eşidilir:-...Könüllü şəkildə çəkilməyəcəyi halda aparmaq məcburiyyətində olduğumuz

savaşda böyük üstünlük əldə etmiş olacaqdıq. Nadirqulu xan eyni zamanda, məmləkətin bütün xanlarına da məktub göndərib onları Tehrana dəvət etdi...

***Ümumi plan. Murad ara vermədən danışır, Toğrul dinləyir:-...Bir müddət sonra isə özü də Məşhədi tərk edib Tehrana yola çıxdı. Amma

ağlına da belə gəlməzdi ki, Hişam xanla Molla Sədrəddinin yeni bir hiyləsi ilə üzləşəcək. Bu iki hiyləgər fars özlərini sığortalamaq üçün ortaya yalançı bir şahzadə də çxarmışdılar. Guya şahın qardaşlarından biri ölməyibmiş, möcüzə nəticəsində Mahmud xan Qəndəharlının əlindən qurtulubmuş. Şah da onların bu yalanına inanmışdı. ***

Təhmasib şahın İsfahandakı hərəmxanası. Şah hərəmxananın ortasındakı ho-

171

Page 172: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

vuzun qırağında, arvadlarının və kənizlərinin ortasında oturub. Üz-gözündən sərxoş olduğu görünür. Onun əlində çəng, qadınlardan bəzisinin əlində isə tar, kamança, qaval, rübab, çəqanə və s. musiqi alətləri var. Onlar birlikdə həzin bir musiqi ifa edirlər. Şahın kefinin yaxşı olduğu hiss edilir. Bu mənzərənin fonunda yazılır:

“İSFAHAN. 1732-Cİ İL, APRELİN ƏVVƏLLƏRİ” ***Yazı itir. Kadra daxil olan və duruşundan Təhmasib şaha nə isə önəmli bir

xəbər vermək istədiyi sezilən xacə musiqinin bitməsini gözləməyə başlayır.Ekranda növbə ilə şah, daha sonra isə musiqi çalan qadınlar iri planda görün-

tülənirlər. Onları iri planda xacə əvəz edir. Onun sir-sifətindən hövsələsizlik və narahatçılıq sezilir.

***Hərəmxanann çöl tərəfdən qapısı. Qapının önündə iki əli nizə-qalxanlı əsgər

durub. Bir qədər kənarda durmuş Hişam xan və Molla Sədrəddin musiqinin bitmə-sini və şahın çölə çıxmasını gözləyirlər. Musiqinin səsi burada da eşidilir. Hişam xan əsəbi halda, fəqət yavaşdan deyir:

-Allah şahiddir, imkanm olsaydı bu əyyaşın başını bir zərbə ilə boğazından üzərdim.

Molla Sədrəddin bu sözlərdən həyacanlanr:-Sən Allah, asta danış, eşidərlər. Hər şeyi korlayarsan. Hişam xan özündən çıxır, lakin səsini ucaltmadan:-Cəhənnəmə eşitsinlər, qara gora eşitsinlər. Canım boğaza yığılıb. Bir

həftədən çoxdur hərəmxanadan çölə çıxmır. Nadirqulu xanın adamı da iki gündür onu gözləyir. Belə də şah olar?!

Molla Sədrəddin:-Vallah, axırda başımıza iş açacaqsan! Düz deyiblər ki, cəhənnəmə gedən

özünə yoldaş axtarar. Bəsdir, özünü ələ al! Qoy, yalançı İsmayılı ona udduraq, on-dan sonra nə istəyirsən et. İndi isə sakitləş.

Hişam xan:-İnanmasa necə?Molla Sədrəddin:-İnanacaq, narahat olma.Bu an qapı arxasından eşidilən musiqi səsi kəsilir. Hişam xanla Molla Sədrəd-

din susub ümid dolu nəzərlərini qapıya tərəf çevirirlər. ***Hərəmxananın içi. Şah və qadınlar musiqini bitirmişlər. Hər kəs məmnun

şəkildə gülüşür.Xacə növbəti musiqiyə başlamasınlar deyə, fürsətdən istifadə edib bir-iki addım irəli gəlir və şahı qabaqlayır:

-Şahım, Hişam xanla baş axund sizinlə görüşmək istəyirlər. Deyirlər sizə çox şad bir xəbər gətiriblər.

***İri planda görünən və gözlərini döyən Təhmasib Mirzə:-Nə gətiriblər? ***

172

Page 173: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda iri planda şahı xacə əvəz edir:-Şad xəbər, qibleyi-aləm. ***Ümumi plan. Şah gözlərini döyməkdə davam edir:-Şad xəbər. O nə xəbərdir elə?Şah ayağa qalxır:-Gedək baxaq, nə şad xəbərdir o elə. ***Hərəmxanann çöl tərəfdən qapısı. Qapının önündə iki əli nizə-qalxanlı əsgər

durub. Bir qədər kənarda durmuş Hişam xan və Molla Sədrəddin şahın çölə çıxmasını gözləyirlər. Qapı açılr və Təhmasib Mirzə ləngər vura-vura qapıdan çı-xır və onu ardnca örtür. Hişam xan və Molla Sədrəddin cəld ona yaxınlaşıb təzim edirlər. Molla Sədrəddin:

-Şahım, muştuluq!Təhmasib Mirzə növbə ilə baş axundu və baş vəziri süzür, sonra üzünü Molla

Sədrəddinə tərəf tutur:-Nədir, yoxsa Nadirqulu xan Heratı alıb? ***Ekranda orta planda yanaşı durmuş baş axund və baş vəzir görünürlər. Onlar

bir-birilərinə baxırlar. Hişam xan udqunaraq deyir:-Hə, qibleyi-aləm, Nadirqulu xan Heratı yenidən geri alıb, hazırda

Məşhəddədir və Həsənəli bəyi göndərib ki, əmrinizi bilsin. ***Ekranda iri planda görünən şah üz-gözünü turşudur:-Elə bu? Buna görəmi məni narahat etdiniz? ***Ümumi plan. Molla Sədrəddin:-Yox, şahım, sizə elə bir şad xəbər gətirmişik ki, sevincinizdən uçacaqsınız.Təhmasib Mirzə növbəti dəfə həmsöhbətlərini başdan ayağa süzür, sonra

üzünü qapıda duran keşikçilərə tərəf çevirir, onları da başdan ayağa süzür. Sonra üzünü baş axunda tərəf çevirir:

-Deyirsən uçacağam, hə? Yaxşı, gedin məni divanda gözləyin, indi gəlirəm.Şah bu sözləri deyib yenidən hərəmxanann qapısını açır və içəri girir. Hişam

xan və Molla Sədrəddin isə geri dönüb kadrdan çıxırlar. Qapıda duran əsgərlər bir-birilərinə baxırlar. Onların baxışlarından təəssüf, təəccüb və narazılıq qarışıq bir hal hiss edilir.

***Divann qapısının çöl tərəfi. Qapının ağzında iki nizələ, qalxanlı əsgər durub.

Hişam xan və Molla Sədrəddin kadra daxil olub qapıdan içəri girirlər. Qapıdan tam keçhakeçdə Hişam xan ayaq saxlayıb əsgərlərdən birindən soruşur:

-Murad bəy haradadır, nə isə gözə dəymir?Əsgər:-Bəy meydanda təzə qorçulara təlim keçir.Hişam xan təəccüblə:-Məgər, xidmətə yeni qorçularmı alınıb?

173

Page 174: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Əsgər:-Bəli.Hişam xan “çox maraqlıdır!”-deyib qapıdan keçir. Molla Sədrəddin də onun

ardınca divana daxil olur. ***Divanın içi. Qapıdan içəri girən Hişam xan və baş axund. Bir-iki addım

atdıqdan sonra ayaq saxlayırlar. Hişam xan:-Görürsənmi, Təhmasib özünü bivec kimi göstərsə də vaxtaşırı qorcuları

yeniləri ilə əvəz etməyi də unutmur. Demək ki, bizlərə etibar etmir. Öz mühafizəsini bir an da olsun, unutmur. Eybi yox, qoy, onu mehtər oğlunun şahzadə İsmayıl Mirzə olduğuna inandıraq, ondan sonra onun böynunu öz əlimlə vuracağam.

Molla Sədrəddin narahat bir halda:-Bir az yavaş danış, eşidərlər. Hələ məlum deyil, bu yalanı udacaq, ya yox. O,

inansa belə, Nadirqulu xanla Məhəmməd xan Qacar damı inanacaqdır?Hişam xan:-Önəmli olan şahın inanması, onu qardaşı kimi qəbul etməsidir. Xanlar onun

sözünün qarşısında söz deməyə cürət etməzlər. Bir də, axı, bu köpək oğlu şaha elə oxşayır ki, inanmram kimsə şübhə etsin.

Molla Sədrəddin:-Görürəm sən Nadiri hələ də yaxşı tanıya bilməmisən.Elə bu dəm Təhmasib Mirzə qapıdan içəri girib baş vəzirlə baş axunda heç bir

əhəmiyyət verməyərək onların yanından keçib boş taxta tərəf hərəkət edir. Kamer-anın obyektivi baş axundla baş vəzirdən ayrılaraq onu təqib edir. Təhmasib şah taxta oturur:

-Yaxın gəlin, görək.

Hişam xanla Molla Sədrəddin şaha yaxınlaşıb qarşısında dururlar. Şah onların hər ikisini başdan ayağa süzür:

-Öncə nadirqulu xandan başlayaq. Deyirsiniz, Həsənəli bəyi göndərib, hə?Hişam xan:-Bəli, şah sağ olsun. Həsənəli bəy iki gündür ki, İsfahandadır. Hazırda qonaq

evindədir. Onu qəbul etmənizi gözləyir. *** İri planda görüntülənən şah:-Deməli, iki gündür buradadır. Bəs, niyə mənə bunu indi xəbər verirsiniz? ***Ümumi plan. Hişam xan ağzını açb nə isə söyləmək istəyir, fəqət şah ona

imkan vermir:-Hər şey aydındır. Günah mənimdir. Haradadır deyirsiniz?Hişam xan:-Sarayın qonaq evindədir.Şah üzünü baş axunda tutur:-Axund, get, dəvət et, gəlsin.

174

Page 175: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Molla Sədrəddin “baş üstə”-deyib kadrdan çıxır. Təhmasib Mirzə bu dəfə üzünü Hişam xana tərəf çevirir:

-Söyləmək istədiyiniz şad xəbər nədir? ***İri planda görüntülənən Hişam xan udqunur və həyacanlı halda deyir:-Qibleyi-aləm, vallah inanmayacaqsınz, amma qardaşınız İsmayıl Mirzə

sağdır? ***Hişam xanı iri planda Təhmasib şah əvəz edir və heyrət içində yerində

qurcalanır. O, ayağa qalxaraq diqqətlə baş vəzirin gözlərinin içinə baxır. Cibindən yaylığını çxarıb üzünün tərini silir, dərindən nəfəs alır:

-Nə dedin, qardaşım sağdır. *** Ümumi plan. Hişam xan yalanınn üstünün açılacağı əndişəsi ilə həyacan

keçirərək:-Bəli, şahım, qardaşınız İsmayıl Mirzə sağdır.Şah yenə də tərini silir:-Necə yəni sağdır? Nə boş-boş danışırsan? Qardaşlarımın hamısının, o cüm-

lədən İsmayıl Mizənin qəbirləri Qırx Sütun saray qəbristanlığında yanaşıdır və mən onlar hər cümə axşamı ziyarət edirəm. Demək istəyirsən ki, o qəbirdəki başqa adamın sümükləridir. Axı, mən özüm qardaşlarımın sümüklərinin yerdən çxarılaraq saray qəbristanlığında yenidən basdırılmasında iştirak etmişəm. İsma-yılın 5 yaşı var idi, sümüklərdən biri də o yaşda uşağın sümükləri idi. Bunu mən özüm öz gözlərimlə görmüşəm.

***İri planda görünən Hişam xan dili topuq vura-vura:-Amma o sizə bir almann parlarından biri kimi bənzəyir. Dediyindən belə

məlum olur ki, rəhmətlik Fəthəli xan Qacar sizi, xacə də bacınız və bibinizi saraydan qaçırdığı kimi, onu da rəhnətlik atanızın mehtərlərindən kürd Əhməd qa-çıra və zalım Mahmud xandan xilas edə bilib.

***Ekranda iri planda Hişam xanı əvəz edən Təhmasib Mirzə:-Deyirsən, mənə bənzəyir, hə? ***Hişam xan:-Bəli, şahım, alma almaya bənzədiyi kimi o da sizə bənzəyir.Təhmasib Mirzə başını əllərinin arasına alıb taxta çökür:-Yox, yox, yox, bu mümkün deyil. Qardaşlarımın qətlinin şahidi bütün şəhər

olub. Ya sən yalan söyləyirsən, ya da qardaşım olduğunu söylədiyin şəxs fırıldaqçıdır.

Hişam xan:-Amma o deyir ki, sizinlə görüşəndə elə bir şey danışacaq ki, bunu sizdən və

ondan başqa kimsə bilə bilməz. Əmindir ki, bundan sonra inanacaqdır.Təhmasib Mirzə yenidən ayağa qalxır:-Haradadır o?

175

Page 176: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hişam xan:-Mənim Bəxtiyarkənddəki evimdə qonağımdr.Şah:-Bəxtiyarkənddə? Tez ol, məni onun yanına apar.Baş vəzir:-Qibleyi-aləm, sizin onu ayağına getməniz yaxşı olmaz, izin verin, gedim, onu

bura gətirim.Təhmasib Mirzə:-Yox, birlikdə gedək. Gəl!Şah bu sözü deyib, qapıya tərəf yönəlir. Baş vəzir də qeyri-ixtiyari onun ar-

dınca gedir. *** Şah cəld addımlarla sarayın uzun dəhlizlərindən biri ilə irəliləyir. Üz-gözün-

dən sevinc qarışıq həyacan hiss olunur. Onun ardınca gedən və narazı olduğu sezilən Hişam xan Yəhmasibə ayaq uydurmaqda çətinlik çəkir. Onlar bir-bir dəhlizin şəbəkəli və rəngli şüşəli pəncərələrinin qarşısından keçib gedirlər.

***Şahla baş vəzir artıq dəhlizi geridə qoyub qapısında iki nizə qalxanlı əsgərin

durduğu geniş bir salona daxil olurlar və burada baş axund və Həsənəli bəylə üz-üzə gəlirlər. Molla Sədrəddin və Həsənəli xan öncə bir anlğa özlərini itirirlərlər, fəqət tez də özlərini ələ alıb şaha baş əyirlər. Təhmasib Mirzə ayaq saxlamağa məcbur olur. Həsənəli bəyə yaxınlaşıb əlini onun çiyninə qoyur və deyir:

-Xoş gəlmisən, Həsənəli bəy.Həsənəli bəy şahın bu qeyri-adi hərəkətindən duruxur və güclə deyir:

-Xoş gününüz olsun, qibleyi-aləm, Allah kölgənizi başımızın üzərindən əskik etməsin.

Təhmasib Mirzə üzünü baş axunda tutur:-Axund, mənim təcili işim çıxdı, sən bəyi darıxmağa qoyma. Onu inşallah

sabah qəbul edərəm.Şah bu sözü deyib cəld onlardan aralanr və kadrdan çıxır, baş vəzir də onun

ardınca gedir. Həsənəli bəy təəccüblə Molla Sədrəddinə baxır. Molla Sədrəddin ba-şını yelləyib deyir:

-Sənə nə dedim, indi hər şeyi öz gözlərinlə gördün. ***Ekranda iri planda görüntülənən Həsənəli xan narazı halda:-Gördüm. Üstəlik də ağzindan gələn şərab iyini də hiss etdim. Bədbəxt Vətən,

bədbəxt Azərbaycan! ***Ümumi plan. Molla Sədrəddin:-Gəl.Molla Sədrəddin və Həsənəli bəy gəldikləri istiqamətə dönüb gedirlər. ***Saray meydanı. Burada Murad yeni qorçulara təlim keçir. 6 gənc qorçu Murad

bəyin işarəsi ilə əllərindəki nizələri yanaşı qoyulmuş 6 müqəvvaya soxub çxarırlar.

176

Page 177: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Murad komanda verir:-Sox! Çıxart! Sox! Çxart! Sox! Çıxart!...Qorçular onun komandalarına eynən uyurlar. Kadr arxasında səs gəlir:-Murad bəy! Ay Murad bəy!Murad bəy başını qaldırıb səs gələn tərəfə baxır. ***Sarayın ikinci mərtəbədəki eyvanında duran bir əyan görünür:-bəy, şah sizi görmək istəyir.Ekranda yenidən Murad görünür:-Gəldim.O, üzünü qorçulara tərəf çevirir:-Bu günlük bəsdir. Gedin istirahət edin.Murad bu sözləri dəyib kadrdan çıxır. Qorçular isə əks tərəfə gərəkət edirlər. ***İsfahanın qala darvazasının çöldən görüntüs. Təhmasib Mirzə, Hişam xan, və

Murad bəy at belində 30-40 atlının müşayiəti ilə şəhərdən çxırlar və sürətlə çapmağa başlayırlar.

***Molla Sədrəddin və Həsənəli bəy sarayın baxçasındakı süni gölün durub qu

quşlarını, qaz və ördəkləri yemləməklə məşğuldurlar. Həsənəli bəy deyir:-Əgər sizin İrəvan istiqamətində uğursuz yürüşünüz olmasaydı və vəziyyət

gərginləşməsəydi, biz Heratın ardınca Qəndahar üzərinə yürüyüb oran da ələ keçirəcəydik. Nə qədər ki, Qəndəhar bizdə deyil, əfqanların ayağını bir yerə yığmaq və onları nəzarət altında saxlamaq mümkün olmayacaq. Deməli, Herat və Mə.həd üçün həmişə təhlükə mövcud olacaqdır.

Molla Sədrəddin:-Doğrudur. Amma nə edək. Şahı mənasız məcaralardan vaz keçirə bilmədik.

O, Nadirqulu xanın nüfuz və hörmətinin durmadan artmasından, günü-gündən güclənməsindən çox narahat idi və düşünürdü ki, onun iştirakı olmadan hər hansı bir qələbəyə imza atmazsa, xanın kölgəsində qalacaq. Bu üzdən də öncə Naxçıvanı, daha sonra isə irəvanı Osmanlılardan geri almağa girişdi. Nəticə isə məlumdur. Amma Allaha şükürlər olsun ki, hər şey yaxşı qurtardı, rumlular nəinki İsfahan üzərinə yürümədilər, üstəlik yenidən əvvəlki mövqelərinə döndülər.

Gözlənilmədən uruslar da 5 ay içərisində Gilan, Mazandaran və Lənkəranı tərk etməyə boyun oldular.

Həsənəli bəy:-Axund ağa, bilirsinizmi nədən rumlular da, uruslar da geri addım atmaq

qərarına gəldilər? ***Ekranda iri planda görüntülənən Molla Sədrəddin diqqətlə həmsöhbətini süzür

və deyir:-Bu mənim üçün bu günə qədər müəmma olaraq qalır. ***Ekranda iri planda baş axundu əvəz edən Həsənəli bəy gülümsəyir:

177

Page 178: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Nadirqulu xan baş verənləri eşidər-eşitməz, həm rumluların, həm də urusla-rın paşalarına qəzəb püskürən, içi təhdidlərlə dolu məktublar göndərdi. Osmanlılardan öncəki mövqelərinə qayıtmasını, uruslardan isə səltənətin ərazisindən rədd olub getmələrini tələb etdi. Şübhəsiz ki, Osmanlılar da, uruslarda hazırda nadirin hansı güc və qüdrət sahibi olduğunu yaxşı bilirlər.

Ümumi plan. Baş axund:-Bax, bu heç ağlıma belə gəlməmişdi. Deməli, baş verənlərə görə Nadirqulu

xan minnətdar olmalıyıq. Allah ondan razı olsun. Bu gün səltənətin taleyi bütünlüklə ondan asılıdır.

***Ekranda Təhmasib Mirzə, Hişam xan və Murad bəy başda olmaqla sürətlə

çapmaqda olan 35-40 atlı canlanır. Çaparlar seyrək ağaclı bir düzənliklə irəliləyir-lər. Arxa planda bir kənd görünür.

***Ekranda yenidən süni gölün kənarında durub quşları yemləyən yemləməkdə

olan baş axund və Həsənəli bəy görünürlər. Həsənəli bəy soruşur:-Əgər sirr deyilsə, şah nədən mənimlə görüşü təxirə saldı? Sanki harasa

tələsirdi. ***Ekranda suda üzən və atılan çörək qırıntılarını udan su quşları görünür. Kadr

arxasından Molla Sədrəddinin səsi eşidilir:-Vallah, bəy, deyəcəyəm, inanmayacaqsınz. Şahın qardaşlarından biri, sən de-

mə, sağ imiş. İndi peyda olub. Şah bu xəbəri eşidər-eşitməz, onunla görüşə getdi. ***Ekranda iri planda görünən və üz cizgilərindən heyrətləndiyi açıq-aydın

oxunan Həsənəli bəy udqunur və deyir:-Necə yəni sağ qalıb, necə yəni peyda olub? Siz kimi nəzərdə tutursunuz? ***Ekranda iri planda Həsənəli bəyi əvəz edən Molla Sədrəddin:-Şahzadə İsmayl Mirzəni. ***Ümumi plan. Həsənəli bəy təəccüblə Molla Sədrəddinə tərəf dönür:-Nə,nə?! Şahzadə İsmayıl Mirzə?! Allah bilir haranın fırıldaqçısıdır. Mən

özüm öz gözlərimlə rəhmətsiz şahımızın övladlarının, o cümlədən onda 4-5 yaşı olan İsmayıl Mirzənin necə vəhşicəsinə qətlə yetirildiyinin şahidi olmuşam. Bu yalandır.

Bu halın Hişam xanla birlikdə qurduqları planın üstünün açılmasına səbəb ola biləcəyindən narahat olan və narahatlığı dərhal özünü göstərən Molla Sədrəddin dili topuq vura-vura deyir:

-Amma o iddia edir ki, yalnız İsmayıl Mirzə ilə Təhmasib şahın bildiyi və baş-qa heç kəsə məlum olmayan bəzi şeylər barədə şaha məlumat verəcək. Əgər dedikləri doğru çıxarsa, onda necə?

Həsənəli bəy qəzəblə:

178

Page 179: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sizə dedim ki, İsmayıl Mirzənin qətlə yetirilməsini öz gözlərimlə görmüşəm. onun nizəyə keçirilmiş başını da İsfahanda hər kəs öz gözləri ilə görüb. Sizə deyirəm ki, o fırıldaqçıdır. İndi haradadır?

Baş axund:-Hişam xanın Bəxtiyarabaddakı evindədir. Şah da elə Bəxtiyarabada yola

düşüb.Həsənəli bəy:-Hər şey aydın oldu. Bu, Hişam xanla sizin birgə qurduğunuz növbəti fitnədir.

Deməli, Hişam xan bir yandan Nadirqulu xana məktub göndərib ona şahı taxtdan salmağı, körpə Əhməd Mirzəni şah elan etməyi, onun qəyyumu olmağı təklif edir. Özü isə burada tamam başqa oyun qurur.

Molla Sədrəddinin narahatçılığ daha da artır:-Baş vəzirin Nadirqulu xana belə bir məktub yazdığını sən haradan bilirsən?

Yəni belə bir şey mümkündürmü?Həsənəli bəy qəzəblə:-Özünü tülkülüyə qoyma, guya sənin xəbərin yoxdur. Guya onun dal tarixlə

məktub yazmasından da xəbərin yoxdur, eləmi?!Bəy bu sözü deyib dönür və getmək istəyir, fəqət Molla Sədrəddin onun

paltarının ətəyindən tutub getməsinə mane olmaq istəyir:-Həsənəli bəy...Dur bir dəqiqə.Həsənəli bəy hirslə geri dönüb paltarının ətəyini geri çəkir və getmək

istəyərkən baş axund cəld onun qabağına keçib getməsinə mane olmaq istəyir:-Bəy, siz düz başa düşmədiniz.Bəy axundu itələyib yola düzəlirkən, Molla Sədrəddin qışqrır:-Qorçular, bura gəlin!Baş axund yenidən bəyə mane olmağa çalışır, fəqət sifətinə deyən güclü bir

yumruqla yerə sərilir. *** Sarayın bağçaya açılan qapısı. Qapıdan bağçaya çıxan dörd əli qılınclı qorçu

qaça-qaça hadisə yerinə gəlirlər. Kameranın obyektivi onları artq qılıncını sıyırıb hazır vəziyyətdə duran Həsənəli bəyə çatana qədər təqib edir. Qorçular bəyə çathaçatda onlar arsında döyüş başlayır. Və bir neçə qılınc çalmadan sonra qorçu-lardan ikisi yaralanıb yerə sərilir. Həsənəli bəy döyüşə-döyüşə sarayın qapısına tərəf irəliləməyə çalışır və elə bu dəm daha bir qorçunu yaralayır. Yaralı qorçu yerə yıxılır.

***Ekranda yenidən sarayın bağçaya açılan qapısı görünür və oradan daha dörd

qorçu çıxır. *** Yenidən döyüşün cərəyan etdiyi yer. Həsənəli bəy sonuncu qorçunu da

yaralayıb yerə sərir və bu an növbəti dörd qorçu kadra daxil olur və bəyə hücuma keçir. Onlardan birinin qılıncı bəyin sol qolunu yüngülcə sıyırır və onun paltarının sol qolunda kəsik yaranır, fəqət qan gözə dəymir. Daha iki qorçu yerə sərilir. Həsənəli bəy döyüşə-döyüşə qorçularla yerini dəyişir və birdən geri dönüb qapıya

179

Page 180: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

tərəf qaçmağa başlayır, qorçular onu təqib edir. Öncə bəy, ardınca təqibçilər qapıdan içəri girirlər.

***Sarayın pilləkanları ilə yuxarı qaçan Həsənəli bəy gözlənilmədən ayaq

saxlayır, geri dönür və təqibçilərdən birini vurub yerə sərir. İkinci təqibçi qorxaraq geri qaçır. Həsənəli bəy cəld yoluna davam edir və pilləkanın tam başında onun yolunu daha bir qorçu kəsir. Qorçu qılıncını onun başına endirmək istəyir. Bəy əyilir, qılınc boşa çıxır. Əvəzində isə o, cəld bir hərəkətlə qorçunu itələyib pilləkandan yerə salır. Qorçu kamerann obyektivinin müşayiəti ilə zərblə yerə düşüb hərəkətsiz qalır.

***Sarayın önündə durmuş və əlləri ilə atlarının iplərindən tutmuş 6 qızılbaş

əsgəri (Həsənəli bəyin adamları) sarayın ikinci mərtəbəsindəki eyvanda Həsənəli bəyin iki qorçu ilə döyüşünü seyr edirlər. Bəy onlardan birini yaralayıb yerə sərir və eyvandan yerə hoppanr. Cəld yoldaşlarına yaxınlaşıb atlanır. Əsgərlər də atlanırlar və çapırlar. Onlar hadisə yerindən ayrılar ayrılmaz hər tərəfdən ekrana 8-9 əli qılınclı piyada qorçu daxil olurlar, fəqət atlılara heç bir ziyan toxundura bilmirlər. Onlar canlarını qurtara bilirlər.

***İsfahan qalasının darvazasınn iç tərəfdən görüntüsü. Darvazann qapısı bağlı-

dır. Onun önündə iki əli nizəli və qalxanlı əsgər durub. Kadr arxasından çapan atların ayaq səsləri eşidilir və əsgərlər təəccüblə səs gələn tərəfə baxırlar.

***Tinin arxasından 7 atlı çıxıb sürətlə kamera istiqamətində çapırlar. Bunlar

Həsənəli bəy və yoldaşlarıdır. Onlar kameraya çatıb onun yanından ötüb keçirlər və kamera onların arxasınca çevrilir və onları arxadan görüntüləyir. Arxa planda darvazanın bağlı qapısı və iki əsgər görünür. Çaparlar əsgərlərə çatar-çatmaz, əsgərlər onlardan birini nizə ilə vurub yerə sərirlər. Digər atlılar isə nizəli əsgərləri qılıncla vurub yıxırlar. Onlardan dördü atdan enir, ikisi qapını açır, digər ikisi isə yaralı dostlarını atdakı əsgərin tərkinə mindirirlər. Qapı açılır. Dörd əsgər yenidən atlanır və atlılar qapıdan çxırlar. Onlar çıxar-çxmaz kadra ona yaxın piyada nizəli əsgər daxil olur və qapıya tərəf qaçırlar, fəqət qaçaqlara çata bilmirlər.

***Isfahan qala darvazasının çöldən görüntüsü. Atlı Həsənəli bəy və onun 6

yoladaşı 5 atda (bir atda biri yaralı olmaqla iki nəfər də daxil olmaqla) çapa-çapa qapıdan çıxıb uzaqlaşırlar. Yaralı əsgərin boş atı da onların dalınca qaçır. Kameranın obyektivi onlardan ayrılıb yuxarı-qalanın üst tərəfində duran və qaçanların dalınca ox atan əsgərlərə yönəlir.

***Ekranda qaçan və ardlarınca ox yağışı yağan atlılarn arxadan görüntüsü

canlanr. Atlan oxlardan biri atlı əsgərlərdən birinə sancılır və o, atdan yıxılır. Onun tərki boş qalan atı qaçmaqda davam edir.

***

180

Page 181: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Uca təpə başından uzaqda-üfiqdə görünən Bəxtiyarabad kəndi. Kadra təpəyə qalxan atlı Təhmasib Mirzə, Hişam xan və Murad bəy görünürlər. Onlar dururlar və Hişam xan əlini kəndə tərəf uzadaraq deyir:

-Bu da bizim Bəxtiyarabad kəndi.Atlılar kəndə tərəf üz tuturlar, fəqət çapmrlar. Onların ardınca kadra digər

atlılarda daxil olub kameranın önündən keçirlər. ***Bəxtiyarabad kəndində Hişam xanın evinin içi. Otağın ortasında şahın keçmiş

dayəsi Südabə Banu və İsmayıl (yalançı şahzadə İsmayıl Mirzə) üz-üzə oturublar. Təqribən 15 yaşında olan İsmayılın üzünün bir tərəfi yanqlala örtülüdür.

Üzünün sağ olan digər hissəsi isə Eynən Təhmasib Mirzəni xatırladır. Qadın danışır, gənc dinləyir:

-Vallah artq sən şahın qarşısına çıxmağa tam hazırsan. Yaddan çxartma şah-zadə İsmayıl qətlə yetiriləndə 5 yaşı vardı. Odur ki, çox şey yadında qalmış ola bilməzdi. Sənə danışdıqlarımı şaha danışsan sənə tam inanacaq. Odur ki, narahat olma. Yəqin ki, sabah səni gəlib saraya aparacaqlar. Özünü sərbəst, amma çox kövrək apararsan, hər şey yaxşı olar.

***Ekranda iri planda görünən İsmayıl:-Birdən şah məndən dayənin döşündəki xalın hansı tərəfdə olduğunu, nə

boyda, hansı şəkildə, nə rəngdə olduğunu soruşsa, onda nə deyərəm? ***Ekranda iri planda İsmayılı Südabə Banu əvəz edir:-Bax, sən o vaxt uşaq olmusan, bu dəqiqliklə yadında qalmaya da bilər. Çünki

artıq 10 il küçib. Amma madam ki, soruşursan, bax, öz gölərinlə gör.Qadın bu sözləri deyib yaxasını açmağa başlayır, açır və onun iri, hamar, ağ

döşlərindən birinin üzərində böyük qara xal görünür. ***Ümumi plan. Qadının döşlərindən gözünü ayıra bilməyən gənc qadın yaxasını

bağladıqdan sonra gözlərini qaldırıb onun gözlərinə dikir və heyrət və təəccüblə soruşur:

-Deməli, şahımızın dayəsi olmuş Südabə Banu sənsən?Südabə Banu gülümsəyir:-Axır ki, başa düşdün. Amma gərək çoxdan başa düşəydin. Bu qədər şey sənə

danışdım, dayə mən olmasaydım, bunları haradan bilə bilərdim?İsmayıl:-Kül mənim başıma. Doğrudan da mən çox key və kütbeyin adamam. Buna

gərək çoxdan başa düşəydim. Amma, axı, sən farssan, bəs, necə olub ki, səni şah-zadələrə dayə təyin etmişdilər?

Südabə Banu:-Mən Təhmasib Mirzə ilə İsmayıl Mirzənin rəhmətlik anası ilə birlikdə

Təbruz Darülfünunda birlikdə oxumuşduq və o vaxtdan rəfiqəlik edirdik. Sonra tale elə gətirdi ki, o, rəhmətlik şaha ərə gedəsi oldu. Rəhmətlik şah o zaman hələ şahzadə idi. Sonra vəliəhd oldu. Təhmasib şah doğulanda anası məndən onun

181

Page 182: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

dayəsi olmağımı xahiş etdi və mən də razı oldum. Sonra onun əri şah oldu və mən də şahzadələrin dayəsi kimi saraya köçdüm.

İsmayıl:-Bəs, Hişam xanla nə zaman tanış oldunuz?Südabə Banu:-İsfahana köçdükdən sonra Hişam xanın sarayda eşikağası olan böyük qardaşı

Məhəmməd Rza bəy Farsi ilə tanış oldum. Bir-birimizi sevdik və evləndik. Qəndəharlı Mahmud xan Əfqan İsfahanı alan kimi ərimi qətlə yetirdi. Mən dul qaldım. Sonra isə ərimin və Hişam xanın kiçik qardaşları Əli Rza bəyə ərə getdim. Fəqət o da bir ildən sonra rəhmətə getdi. Belə olan halda, başsız qalmayım deyə, Hişam xan məni aldı və o vaxtdan onun arvadıyam. Fəqət sarayda bunu bilən yoxdur. Bir də ki, hər kəs məni artıq çoxdan unudub.

İsmayıl:-Ürəyim tam rahat oldu. Çünki sizin danışdıqlarınıza həmişə şübhə edirdim və

qorxurdum ki, şahla görüşüm zamanı söylədiklərimlə onu da şübhələndirim və yalanımızın üstü açılsın. Amma indi hər şeyin doğru olduğuna tam əmin oldum. Yəni doğrudanmı mən şaha çox bənzəyirəm.

Südabə Banu:-Elə bil, bir almanı iki yerə bölüblər.Söhbətin bu yerində Hişam xanın oğlu içəri girir və deyir:-Atamla şah gəlir. Ana, tez ol gizlən!Belə bir şeyi gözləməyən qadın və gənc dik ayağa atılırlar. Südabə Banu cəld

kaddan çıxır. Hişamın oğlu İsmayıla:-Sənsə tez bura gəl.İsmayıl əmrə tabe olub oğlanın dalnca otaqdan çıxır. ***Seyrək meşəlik bir yer. Həsənəli bəy və dörd yoldaşı təzə qəbirin baş daşının

yannda durub qnut tutmuşlar və ürəklərində dua oxuyurlar. Arxa planda ağaclara bağlanmış atlar görünür. Bəy və yoldaşları salavat çevirib bir ağızdan deyirlər:

-Allah rəhmət eləsin!Həsənəli bəy üzünü yoldaşlarına tutur: -Yolçu yolda gərək. Hər kəs atına minir və dostlar yola çıxırlar. Atlardan ikisinin ardınca ipi

öndəki atların yəhərinə bağlanmış iki boş atın getdiyi diqqəti cəlb edir. ***Hişam xanın Bəxtiyarabaddakı evinin qonaq otağı. Hər tərəf xalça-palazla

bəzədilmişdir. Təhmasib şah və yalançı İsmayıl Mirzə üzərində min bir nemət olan zəngin süfrənin arxasında ipək döşəkçələrin üstündə üz-üzə oturmuşlar. İsmayıl danışır, şah diqqətlə onu dinləyir:

-Uşaq olduğum və üzərindən 10 ilə yaxın bir vaxt keçdiyi üün çox şeyi unutmuşam. Fəqət siz mənim yadımdasınız. Məndən böyük idiniz və birlikdə oynamağı sevərdik. Tez-tez də gizlənpaç oynardıq. Yadınızdadırmı, dadaş?...

***Ekranda iri planda görünən şahın üzündən şübhə, maraq və ümid qarışıq bir

hiss keçirdiyi sezilməkdədir. İsmayılın səsi kadr arxasından eşidilir:

182

Page 183: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Bir dəfə məni nə qədər axtardınızsa, tapa bilmədiniz. Mənsə dayənin,-səhv etmirəmsə, adı Südabə Banu idi, -tumanının altında gizlənmişdim. (Bu sözləri eşidən şahın şübhələrinin azaldığı, ümidlərinin artmaqda olduğu hiss edilir) Axırda özüm çıxdım. Yadındadırmı?...

Şahın gözlərində ümid qarışıq bir sevinc hiss edilməyə başlayır:-...Yadımdadır. Sonra yadında nə qalıb? ***Ekranda iri planda şahı İsmayıl əvəz edir:-Yadımdadır ki, başımı dayənin döşləri üzərinə qoymağı sevərdim. İri, ağ

döşləri vardı. Səhv etmirəmsə, sol döşündə böyük bir qara xal da var idi... ***Ekranda yenidən iri planda Təhmasib Mirzə görünür. Onun gözləri dolmuş-

dur. Yalanı udduğu sezilir. İsmayılın səsi kadr arxasından eşidilir?-Bir dəfə siz də başınızı qoydunuz. Dayə acıqlandı və dedi ki, o,- yəni mən,-

uşaqdır, bəs, sənə nə olub, sən dəmi uşaqsan?Bu sözlər Təhmasib şahın dodaqlarınn əsməsinə səbəb olub. O, sevinclə

“Qardaşım!”-deyə çığırır və cəld ayağa qalxır. ***Ümumi plan. İsmayıl da şahın ardınca ayağa qalxmışdır. Təhmasib Mirzə

əllərini yana açır. İsmayıl ona yaxınlaşır və onlar qucaqlaşırlar. Şah kövrək halda:-Balaca İsmayılım mənim, canım mənim, əziz qardaşım! Bilirsənmi, bacımız

Rizə Bəyim də, bibimiz Soltan Bəyim də sağdırlar. Onları xatırlayırsanmı?İsmayıl şahın ağuşundan çıxıb onun gölərinin içinə baxır və soruşur:-Hansı bacımız, məni qucuna götürüb gücü çatmadığından yıxan və qorxduğu

üçün anama yalandan şikayət edərək, “Ana İsmayıla de də, o məni yıxdı”-deyən bacımmı?

Təhmasib dözməyib onu yenidən qucaqlayır və hönkür-hönkür ağlaya-ağlaya deyir:

-Hə, əziz qardaşım, o bacın. Rizə Bəyim. ***Təhmasib Mirzə, Hişam xan, Murad bəy və İsmayıl at belində 35-40 atlınn

müşayiəti ilə Bəxtiyarabaddan uzaqlaşırlar. Kənd artıq arxada qalmışdır və kənd camaatı kəndin qırağında durub gözləri ilə şahı yola salırlar. Təhmasib Mirzə qardaşı sandığı İsmayıla:

-Rizə Bəyim indi Nadirqulu xanın övrətidir. Bibimizi isə Nadirqulunun oğlu Rzaquluya vermişəm. İndi hər ikisi Məşhəddə yaşayırlar. Eşitdiyimə görə, bu gün-sabah ana olacaqlar. İkimizdə day olacağıq.

İsmayıl üzünü göyə tutur:-İlahi, şükr sənə, ölmədim, bu günü də gördüm! ***Isfahan şəhərinin qala darvazasının çöldən görüntüsü. Axşam olduğu üçün

hava bir az qaralmışdır. Təhmasib şah, İsmayıl, Hişam xan və Murad bəy 35-40 atlının müşayiəti ilə şəhərə daxil olurlar.

***

183

Page 184: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Sarayın qarşısı. Atlılar saraya çatırlar. Qorçular tez yaxınlaşıb şahın və yoldaşlarının atınn ipindən tuturlar. Şah, İsmayıl, Hişam xan və Murad bəy atdan enib, kamerann obyektivinin təqibi ilə içəri girirlər. Murad qapının ağzında durmuş iki nizə-qalxanlı qorçuya çatanda ayaq saxlayır və onlardan birindən soruşur:

-Siz burada nə edirsiniz. İndi sizin növbənizdir, məgər?Qorçu:-Bəy, siz burada olmayanda Həsənəli bəy yoldaşlarımzdan 12-sini qətlə

yetirib.Murad:-Başa düşmədim, bir düz əməlli anlat, görüm nə baş verib.Qorçu:-Həsənəli bəy baş axundu nəyə görəsə yumruqla vurdu. O da Həsənəli bəyi

tutuqlamaq barədə əmr verdi və yoldaşlarımız da əmrə tabe olub bəyi tutmaq istərkən, o da yoldaşlarımızı qırıb tökdü və qaçdı.

Murad:-Necə yəni qaçdı, hara qaçdı?! Qorçu:-Şəhərdən çıxıb adamları ilə birlikdə qaça bildi.Murad əsəbi halda:-Aman Allah! Molla Sədrəddin kimdir ki, burada ağalq edir?! O kimdir ki,

Nadirqulu xanın elçisinin tutuqlanması barədə əmr verir?!Murad bu sözləri deyib cəld içəri girir. ***Sarayın dəhlizi ilə dəhliz boyu düzülmüş qorçubaşıların arasından keçərək bir

qapının önünə gələn Təhmasib şah və İsmayıl. Onların ardınca gələn bəy kənarda durub gözləyir. Şah qapını açır, fəqət hələ içəri keçmir. Qapınn ağzında durub İsmayıla deyir:

-Bura sarayın ən gözəl otaqlarından biridir. Burada yaşayacaqsan.Şah kənarda durub gözləyən Murad bəyə tərəf dönür:-Muradcığım, söylərsən, bu otağı qardaşım üçün döşəsinlər. İndi şahzadə

İsmayıl Mirzəni hamama aparın,ən yaxşı libaslarla təmin edin. Xəzinədara söylə bütün məsrəfləri qarşılasın.

Murad şaha təzim edir:-Baş üstə, qibleyi-aləm. Amma sizə çox vacib bir söz söyləməliyəm.Şah:-Vacib sözünü sonra söylərsən, indisə dediklərimi et.Murad “baş üstə”-deyir, əli ilə İsmayıla hörmətlə yol göstərir və yalançı

şahzadə ilə birlikdə gəldikləri istiqamətdə kadrdan çıxırlar. Şahsa dəhliz boyu yoluna davam edir. Fəqət bir-iki addım atmamış baş vəzirin həyacanlı səsi onu ayaq saxlamağa və geriyə baxmağa məcbur edir:

-Şahım!Kadra daxil olan Hişam xan Təhmasib Mirzəyə baş əyir və dərhal da mətləbə

keçir:-Qibleyi-aləm, biz Bəxtiyarabadda ikən burada xoşagəlməz işlər baş verib.Təhmasib Mirzə vəziri başdan ayağa süzür və deyir:

184

Page 185: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Ardımca gəl!Şah və vəziri dəhlz boyu getməyə başlayırlar. ***Təhmasib Mirzə və Hişam xan divana daxil olurlar. Şah taxtına tərəf gedə-

gedə soruşur:-Axı, bu necə olub? Həsənəli bəy dəli deyil ki, durduğu yerdə baş axunda

yumruq vursun. Molla Sədrəddin indi haradadır?Şah taxtına çatır, oyurur və oturmaq üçün baş vəzirə işarə edir. Vəzir bir dö-

şəkçə götürüb dizlərinin altına qoyur, diz üstə şahla üzbəüz oturur və deyir:-Baş axundun burnu sınıb. Evdə yatır. Çağırtdırımmı?Şah: -Ooy istirahət etsin. Sonra araşdırarıq. Bir şeyi də hec cür başa düşə bilmi-

rəm, necə olub ki, bu qədər adam bir bəylə bacara bilməyiblər. Üstəlik də o, təkbaşına bu qədər adam öldürüb və ya yaralayıb, özü isə sağ-salamat qaça bilib.

***Ekranda iri planda görüntülənən baş vəzir:-Bunu Murad bəydən soruşmaq lazımdır. Soruşmaq lazımdır ki, niyə qorçuluq

xidmətinə uşaqmuşağı yığıb. Onlara necə təlim keçib ki, bu qədər adam bir nəfərlə bacara bilməyib. Təsəvvür edirsinizmi, sizə hücuma keçmək istəsəydilər, nə olardı. Çətin ki, bu fərsizlər şahımızı layiqincə qoruya bilərdilər. Şübhəsiz ki, Murad bəy mərddir, qoçaqdır, şahımıza sədaqətlidir, ammma mühafizə işini ona tapşırmaqda səhvə yol vermisiniz. Bu işə təcrübəli adamları cəlb etmək lazımdır.

*** İri planda vəziri şah əvəz edir. O, dərin fikrə gedir və sonra deyir:-Doğru söyləyirsən. Ona gərək başqa bir iş tapşırım. Bu işin öhdəsindən gələ

bilmədi. Fikirləş, gör bu işi kimə həvalə etsək yaxşı olar. ***Ümumi plan. Hişam xan deyir:-Belə birisi var. Xəbər göndərərəm, gələr, özünüz baxarsınız, xoşunuza gələr-

sə xidmətə alarıq.Şah:-Sonra bir Molla Sədrəddinə də baş çək, mənim adımdan “keçmiş olsun” de,

dəqiq öyrən, gör nə baş verib. İndisə söylə, görək, bu iki gün ki, Həsənəli xan bu-rada idi, ucdan-qulaqdan bir söz söyləmədimi, bilmədinizmi Nadirqulu xanın bizə söyləmək istədiyi nə imiş?

***Vəzir yenidən iri planda görüntülənir və deyir:-Öncə giley-güzar edirdi ki, bizim Naxçıvan və İrəvana uğursuz səfərimiz

olmasaydı, Nadirqulu xanın heratın ardınca Qəndəharı da alacaq və beləcə əfqan məsələsini birdəfəlik həll edəcəkmiş. Fəqət burada vəziyyətin gərginləşməsi onun geri dönməsinə səbəb olmuşdur. Əgər Həsənəli xanın söylədikləri doğru isə, Nadirqulu xan indi Reydə, yəni Tehranda olmalıdır...

***Ekanda iri planda Hişam xanı əvəz edən Təhmasib Mirzə onun sözünü kəsir:-Niyə, bəs, Tehranda?

185

Page 186: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ümumi plan. Hişam xan:-Fikri Bağdada həmlə edib onu almaq, beləcə rumlularn Hind Ümmanna çıxı-

şını önləmək və Osmanlı-hind ticarət yollarını tam nəzarət altına almaqdır. Bundan sonra Osmanlılara şərtlərimizi qəbul etdirməyin və bütün torpaqlarımızı boşaltmağa məcbur etməyin asan olacağını düşündürür. İstəyi bu idi ki, siz də öz qoşunlarınızla Tehrana gələsiniz və birlikdə Bağdad səfərinə çıxasınız.

Şah:-Ağıllı fikirdir. Amma bizim Osmanlılarla müqaviləmiz var, o, necə olsun?Hişam xan:-Doğru söyləyirsiniz, qibleyi-aləm. Məncə də müqavilələrə sədaqət nümayiş

etdirməliyik. Fikrimcə, xanın geri dönüb Qəndaharı almaqla uğraşması daha yaxşı olar.

Şah:-Qərar verməyə tələsməyək. Öncə öyrənək, görək, Molla Sədrəddinlə

Həsənəli bəy arasında nə baş verib, niyə baş verib. Sən vaxt itirmə, dur, get onunla söhbət et, qorçulara da söylə, Muradı yanıma göndərsinlər.

***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Beləcə, Hişam xan fürsədən istifadə edib məni Təhmasib Mirzənin gözündən sala və şahın mühafizəsindən uzaqlaşdıra bildi. Adamlarından birinin qorçubaşı olmasına nail oldu. İndi istədiyi vaxt şahı aradan götürə və onun yerinə öz adamı olan yalançı İsmayıl Mirzəni taxta oturda bilərdi. Tez bir zamanda qızını yalançı şahzadəylə evləndirdi. Şahı da inandrmağa çalışırdı ki, Nadirqulu xan Qəndəhar üzərinə göndərsin. Nadirqulu xan nə qədər uzaq olsaydı, o da öz məkrli düşüncə-lərini bir o qədər tez həyata keçirə bilərdi.

***Baş axundun evi. Molla Sədrəddin alnı sarılmış və burnunun üstünə dərmanlı

pambıq yapışdırılmış şəkildə arxası üstə yorğan-döşəkdə uzanmışdır. Yanında onu ziyarətə gəlmiş iki molla əyləşmişlər. Molla Sədrəddin zarıya-zarıya danışır, ziya-rətçiləri dinləyirlər:

-Qardaşlar, israr etməyin. Məsələ dövlət sirri olduğu üçün sizə bu barədə bir söz deyə bilmərəm. Ancaq bunu söyləyə bilərəm ki, taxt-tac üçün təhlükə var idi, Allaha şükürlər olsun ki, sovuşdu. Olan-bitənlər barədə isə ancağ şahımıza və ya baş vəzirə məlumat verməliyəm. Onlar müsaid bilərlərsə, hər kəs biləcək və təbii ki, ilk söyləyəcək olacağım adamlar siz olacaqsınız.

Birinci molla:-Madam ki, dövlət sirrdir, söyləmə. Biz israr etmirik ki, sadəcə maraq etdik,

bu qədər.İkinci molla:-Biz sənin üçün nə edə bilərik? Bir istəyin-filan olarsa, mütləq bizə söylə.Molla Sədrəddin:-Allah sizdən razı olsun...

186

Page 187: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kadr arxasından eşidilən səs baş axundun sözünü yarıda kəsir:-Baş vəzir gəlir.Bu sözü eşidən ziyarətçi mollalar cəld ayağa qalxırlar. Kadra Hişam xan daxil

olur:-Əssəlamu əleyküm. Mollalar:-Və əleykəssəlam.Birinci molla baş axunda:-Bizə müsaidə.İkinci molla:-Allah şəfa versin.Mollalar kadrdan çxırlar. Vəzir Molla Sədrəddinin yatağına yaxınlaşıb

yuxarıdan aşağı əmisi oğluna baxır:-Bəh-bəh, əmioğlu, Həsənəli bəy əməlli-başlı üz-gözünü bəzəyib. Belə daha

gözəlsən.Vəzir gülür. Molla Sədrəddin:-İndi zarafat vaxtı deyil. Məsələ çox ciddidir.Hişam xan “Bilirəm”-deyib əyləşir:-Hə, söylə görək nə baş verib. ***Ekranda iri planda görünən baş axund zarıya-zarıya: -Həsənəli bəyə şahzadə İsmayıl Mirzənin sağ olması və şahın qardaşının

dalınca getdiyi barədə məlumat verdim. O isə özündən çxaraq bildirdi ki, İsmayıl Mirzənin digər şahzadələrlə birlikdə necə qətlə yetirildiyini və basdırıldığını öz gözləri ilə görüb. Dərhal da sənlə məni fitnə-fəsad qurmaqda suçladı.

***İri planda baş axundu vəzir əvəz edir. Onun gülümsəyən çöhrəsi birdən-birə

ciddiləşir və o, dərin fikrə gedir, dərhal da fikirlərindən ayrılır:-Sonra? ***İri planda yenidən görünən Molla Sədrəddin:-Sonra isə onu tutuqlatdırmağa cəhd etdim, axırı nə oldu, özün bilirsən. Zalım

oğlu zalım, elə bir Rüstəmi-Zal idi, girmişdi meydana, bir neçə saniyənin içində şahın qorçularını ot kimi biçdi.

***Ümumi plan. Baş vəzir:-Həsənəli bəy canını qurtarıb qaça bilib. İndi şaha nə söyləyəcəyimizi

düşünməliyik.Molla Sədrəddin:-Mən artıq nə söyləmək lazım olduğunu düşünüb tapmışam... ***Molla Sədrəddin iri planda görünür və sözünə aralıqsız davam edir:-...Deyərik ki, Həsənəli bəy şahdan şikayət edərək onun dövləti idarə edə

bilmədiyini, bu üzdən də taxtdan oğlu Əhmədin xeyrinə əl çəkməsinin lazıım

187

Page 188: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

olduğunu, qəyyumluğun isə Nadirqulu xana verilməsinin düz olacağını söylədi və mən də əsəbiləşib onu tutuqlatdırmaq istədim. Sonrası isə məlumdur.

***Ümumi plan. Vəzir:-Yaxşı fikirləşmisən. Bu yolla şahla Nadirin arasını da əməlli-başlı vurmuş

olarıq. İndi əsas məsələ onun xanla görüşməsini önləməkdir. Deyəsən, şahı Muradı qorçubaşılıqdan uzaqlaşdırmağın vacibliyinə inandıra bilmişəm. Gərək o vəzifəyə öz adamımızı gətirək. Fikrim budur ki, qızımı İsmayılla evləndirim. Sonra isə Təhmasibi aradan götürüm və İsmayılı şah elan edim.

Molla Sədrəddin:-Amma öncə Nadirqulu xan zərərsizləşdirmək lazımdır. Vəzir:-Onu və Məhəmməd xan Qacarı İsmayılın toyuna dəvət edərik vəhər ikisinin

də işini elə həmin gün şahın əli ilə həll edərik. ***Saray hamamınn qapıs. Qapı açılır və İsmayl şahzadə paltarında əyan-əşrəfin

əhatəsində hamamdan çxır. Onu qapının ağznda Murad bəy qarşılayır:-Saatlar olsun, həmişə təmizlikdə! Yeni libasınız da, maşallah tam

əyninizədir. Otağınız da artıq hazırdır.Bu dəm kadra daxil olan bir qorçu yalançı şahzadəyə təzim edir və üzünü

Murad bəyə tutur:-Bəy, şahımz təcili sizi görmək istəyir.Murad bəy üzünü əyan-əşrəfə tutur:-Şahzadəni otağına ötürün.Murad qorçu ilə birlikdə kadrı tərk edir. Əyan-əşrəf hörmətlə İsmayıla yol

göstərirlər. ***Şah divanda taxtında tək oturub. Çənəsini yumruğuna dirəyib dərin fikrə

getmişdir. Muradın ayaq səsləri onu fikrindən ayırır və o gözlərini qaldırır. ***Ekranda ayaq üstə durub şaha təzim edən Murad görünür:-Məni çağırmısınız, şahım. ***Ümumi plan. Şah ayağa qalxıb Murada yaxınlaşır:-Muradcığım, baş verənlərdən sonra səni qorçubaşı vəzifəsində saxlamağım

doğru deyil, özün bilirsən. Odur ki, qərara gəlmişəm ki, səni özümün müşavirim təyin edim. Hər halda, müşavir vəzifəsi daha üstün və şərəfli vəzifədir. Belə etsəm, həm tədbir görmüş olaram, həm də səni cəzalandırmamış olaram. Bir də özün bilirsən, müşavirlikdən vəzirliyi bir addımdır.

Murad:-Necə məsləhətdir, qibleyi aləm.Şah:-Bu, məsələnin birinci tərəfi. İkincisi isə, hazırlaş, sabah Tehrana yola çıxır-

san. Nadirqulu xana mənim məktubumu aparacaq və sözlərimi çatdıracaqsan. Ba-şa düşdünmü?

188

Page 189: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Murad:-Baş üstə, başa düşdüm, amma...Şah:-Amması yoxdur. Get hazırlaş!Murad “baş üstə”-deyib, şaha təzim edir və qapıya tərəf yönəlir. ***Muradn evi. Qələmnaz hananın arxasında oturub xalça toxumaqla məşğuldur.

Ondan bir qədər kənarda nənni diqqəti çəkir. Kadr arxasından açılan qapı səsi eşidilir. Qələmnaz cəld ayağa qalxır.

***Qapıdan içəri keçən Murad kameranın obyektivinin müşayiəti ilə Qələmnaza

yaxınlaşır, onu alnndan öpür və soruşur:-Uşaqlar mədrəsədən hələ gəlməyiblər?Qələmnaz:-İndilərdə gələrlər. Acsanmı?Murad Qələmnazdan aralanıb nənniyə yaxınlaşır, əyilib yatmış körpəsinin

üzündən öpür və deyir:-Hə, nə bişirmisən?Qələmnaz:-Uşaqlar piti istəmişdilər. Gətirim yeyirsənmi?Murad:-Qoy, uşaqlar gəlsin, birlikdə yeyək. Axııncı dəfə ailəlikcə bir süfrə arxasında

nə zaman oturduğumuzu da unutmuşam. Sabah Tehrana gedirəm.Qələmnaz:-Bu, nə qismətdir Allah bizə yazıb? Yenə də bir ay üzünə həsrət qalacağıq?Murad:-Allahın yazısına şükr edərlər, üsyan yox!Qələmnaz ağlamağa başlayır. ***Şah və yalançı şahzadə sarayın bağçasındakı süni gölün yanında durub quşları

yemləyir və söhbət edirlər. Təhmasib Mirzə:-Eşitdiyimə görə, Hişam xanın qızına aşiq olmusan, doğrudurmu?İsmayıl utancaq halda gözünü yerə dikir. Şah:-Cavab vermirsən, demək ki, doğrudur.Təhmasib Mirzə qardaşı sandığı gəncin çəməsindən tutub, başını dikəldir və

gülümsəyərək onun gözlərinin içinə baxır və gülməyə başlayır:-Mənim balaca İsmayılım artıq böyüyüb, əməlli-başlı kişi olub. (Əlini onun

çənəsindən çəkir) Elə günü bu gün Hişam xandan qızını sənə isəyərəm. Sizə 40 gün, 40 gecə elə bir toy edəcəyəm ki, səsi Təbrizdə və Bağdadda da eşidilsin.

***Tehran qalasının bürclərindən birində durmuş iki əli nizə-qalxanlı əsgər

uzaqda görünən və şəhərə tərəf gəlməkdə olan 5 atlı istiqamətinə baxırlar. Bu mənzərənin fonunda yazılır:

“TEHRAN. 1732-Cİ İL, APREL” ***

189

Page 190: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda at belində uzaqda görünən Tehran qalasına tərəf hərəkət edən Həsənəli bəy və dörd yoldaşı görünürlər. Onların üz-gözlərindən bərk yorğun olduqları hiss edilir.

***Nadirqulu xanın Tehrandakı iqamətgahının içi. Nadirqulu xan və Məhəmməd

xan Qacar otaqda var-gəl edə-edə, söhbət edirlər. Məhəmməd xan Qacar deyir:-Urusların Mazandarandakı hərbi qərargahnda bir nəfər müsəlman tatar

tərcüməçilik edir. Bu günlərdə yerli sakinlərdən biri ilə mənə gizli məktub göndərib. Müsəlman və türk olduğunu, uruslara nifrət etdiyini yazır. Bildirir ki, Həştərxandan içi silah-sursatla, top-tüfənglə dolu iki gəmi çıxıb, Rəştə istiqamət götürüb. Yazdığına görə, urus padşahı bu silaharı Hişam xan üçün göndərir. Eyni zamanda urusların Mazndaran, Gilan və Lənkərandan çəkilməyə hazırlaşdıqlarınıtəsdiqləyir. Gəmilər çatdıqda mənə xəbər verəcəyini yazıb.

Vallah, mat-məəttəl qalmışam, bilmirəm inanım, ya yox.Nadir:-İnan. Tehrana çathaçatda əsgərlərimiz Gilandan İsfahana üz tutan bir qasid

tutdular. Məlum oldu ki, urus paşasının Hişam xana yazdığı məktubunu aparırmış. Məktubu tapdıq və oxuduq. Orada da sən deyənlər yazılmışdı.Urus paşasının yazdığına görə, Hişam xanla imzaladqları müqaviləyə sadiq qalaraq, vaxtında geri çəkiləcəklərmiş. Məktubda eyni zamanda, Həştərxandan çıxan gəmilərdən də söz açılır və işin ən dəhşətli tərəfi isə budur ki, urus paşası baş vəzirə fars hökumətinin və İran dövlətinin qurulması işində uğurlar arzulayır. İndi başa düşürsənmi, Hişam xanla Molla Sədrəddinin əsil məqsədləri nədir?

Məhəmməd xan əsəbi halda:-Alçaqlar! İndi biz nə edək?Nadirqulu xan:-Birinci növbədə, eyni vaxtda həm Mazandaran, həm də Rəşt-Lənkəran

istiqamətlərində hücuma keçib urusları qırıb-tökməli və iki gəmi silahı da ələ ke-çirməliyik. Onların Hişam xana çatmasına imkan vermək olmaz.

Məhəmməd xan Qacar:-Doğru söyləyirsən. ***Tehranın qala darvazasınn içdən görüntüsü. İki əsgər darvazanın qapılarını

açrlar. Qapıdan şəhərə dörd atlı yoldaşı ilə birlikdə daxil olan Həsənəli bəy yorğun-yorğun keşikçiləri salamlayır:

-Əssəlamu əleykum!Keşikçilər:-Bə əleykəssəlam! Xoş gəldiniz bəy.Həsənəli bəy:-Xoş gününüz olsun! ***Tehranın dar küçələrindən biri. Həsənəl bəy atlı yoldaşları ilə birlikdə küçə

boyu hərəkət edir. Həsənəli bə y yoldaşlarına:-Deyirəm, bəlkə, buradan birbaşa hamama gedək, yolun hiss-pasını

üstümüzdən ataq.

190

Page 191: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Atlılardan biri:-Əla olar.Digər bir atlı döngəyə işarə edərək:-Elə isə, gəlin buradan dönək. Ərdəbillilər məhəlləsinin hamamaı yolumuzun

üstündəki ən yaxın hamamdır.Həsənəli bəy:-Dönək deyirsən, dönək də.Atlılar döngədən dönüb gözdən itirlər. ***Nadirqulu xanın Tehrandakı iqamətgahının bağçasındakı geniş üzgüçülük

hovuzu. Nadirqulu xan hovuzda o baş-bu başa üzür. Məhəmməd xan Qacar ayaq üstə durub. Su onun sinəsindəndir:

-Ay Nadir, bu İran dövləti deyilən şey nə zamansa doğrudanmı olub, yoxsa Firdovsinin xəyalının məhsuludur?

Nadir üzməyə son verir, ayaq üstə durur və deyir:-Qədim kitablarda yazılana görə, çox-çox qədim zamanlarda əfqanlar

ölkəsinin şimalında bu adda bir dövlət olub. Amma həmin dövlət bir pəştu, yəni əfqan dövləti idi və farslara heç bir dəxli yox idi.

Məhəmməd xan:-Fars, pəştu, tacik-bunların hamısı bir şeydir. Bizlə Osmanlılar bir millət

olduğumuz kimi, onlar da əslində bir millətdirlər.Nadirqulu:-Amma əfqanlar və taciklər sünni, farslar isə cəfəri olduğundan bir-birini

sevməzlər. Eynən əksəriyyəti ələvi olan Azərbaycan türkləri ilə sünni olan Osmanlı türkləri kimi. Bilirsən, İsfahan və Fars əfqanların əlində olan farslar çox cəhd etdi-lər ki, həmin əraziləri İran elan etsinlər, amma əfqanlar buna getməmişdilər. Çünki onlar özlərini İslam mücahidi hesab edirdilər və Xilafət naminə vuruşurdular. Üstəlik də ələvilər kimi cəfəriləri də kafir hesab edirdilər. Bu üzdən də farsların arzusu ürəyində qaldı. İndi isə Hişam xan yenidən eyni arzunu həyata keçirmək istəyir.

Nadir bu sözləri deyib yenidən üzməyə başlayır. Məhəmməd xan da eyni şeyi edir. Elə bu dəm kadr arxasından Rzaqulu bəyin səsi eşidilir:

-Ata... ***Ekranda hovuzun qırağına yaxınlaşan Rzaqulu görünür və aralıqsız deyir:Həsənəli bəy qayıdıb. ***Hovuzda üzən xanlar yenə ayaq üstə dururlar. Rzaqulu arxa planda hovuzun

qırağında durub. Nadirqulu xan:-Buradadrm?Rzaqulu:-Yox, yoldaşları ilə birlikdə hamama gediblər. İndi Ərdəbillilər hamamnda-

dırlar. ***

191

Page 192: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadirqulu xan, Məhəmməd xan, İbrahim xan, Həsənəli bəy və Rzaqulu bəy bağçadakı geniş taxtda süfrə arxasında oturublar. Süfrədə min bir nemət düzülüb. Nökərlər süfrəyə qulluq edirlər. Nadir Həsənəli bəyə müraciətlə:

-Deməli, deyirsən ki, şahın eyş-işrət və şərabdan başı ayılmır. Yenə də əvvəlki kimi günlər, bəzənsə həftələrlə hərəmxanadan çölə çıxmır.

Həsənəli bəy:-Bəli, xan. Bu üzdən də Hişam xanla Molla Sədrəddin istədiklərini edirlər.

Səltənəti əslində bu iki əmioğlu fars idarə edir.Məhəmməd xan Qacar:-Yalançı şahzadənin, barı, şaha bir oxşarlığı filan varmı?Həsənəli bəy:-Bilmirəm, vallah, üünü görməmişəm ki, şah onun dalnca Bəxtiyarabada

gedəndə mənim də başıma söylədiklərim gəldi. ***Ekranda iri planda görüntülənən Məhəmməd xan Qacar heyrətlə:-Nə dedin, nə dedin, şah özü onun dalınca Bəxtiyarabada gedibmiş? ***Ekranda iri planda Məhəmməd xanı Həsənəli bəy əvəz edir:-Bəli, özü Hişam xanla birlikdə getmişdi? ***İri planda bu dəfə Nadirqulu xan görüntülənir:-Vallah-billah, Təhmasib Mirzə başın əməlli-başl itirib. Bir sözlə, Hişam

xanla Molla Sədrəddinin tələsinə düşüb. Maraqlıdır, görəsən, Murad bəyin gözləri haradadır?

***Ümumi plan. Məhəmməd xan Nadirə müraciətlə:-Deməli Hişam xan sənə məktub yazıb şahı taxtdan salmağı, oğlu Əhmədi şah

elan etməyi və ona qəyyum olmağı təklif edir, özü isə ortaya yalançı bir şahzadə çxarır. Bərəkallah! Əslində, elə onun dediyi kimi də etmək, fəqət onun, Molla Sədrəddinin və yalançı İsmayıl Mirzənin başlarını bədənlərindən ayırmaq heç də pis olmazdı. Nə deyirsən ?

Nadirqulu xan:-Öncə Həştərxandan gələn silahları ələ keçirmək barədə düşünmək lazımdır.

Sonra xanlar bir yerə toplaşıb bir qərar verərik. Zatən, onlar sabahdan etibarən Tehrana gəlməyə başlayacaqlar. Belə bir işi digər tayfalarla məsləhətləşmədən etmək doğru olmaz. Yəni bu, əfşarlarla qacarların təkbaşına qərar verəcəyi məsələ deyil.

İbrahim xan:-Digər xanların nə deyəcəkləri əvvəlcədən məlumdur. Heç kəs Hişam xan və

Molla Sədrəddindən razı deyil. Təhmasibə ürəkdən tərəfdar olan bir xanın varlığına şəxsən mən inanmıram.

Nadirqulu xan:-Kabablar soyuyur, bismillah edin.Süfrə arxasında oturanlar “bismillah”-deyib yeməyə başlayırlar. Nadirqulu

xan kadr arxasına boylanaraq:

192

Page 193: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

“Aşığa deyin, gəlsin. ***Ekranda ağacların yanından keçib taxta qalxan və kənarda durub dastan

söyləməyə başlayan aşıq görünür:-Əzəl dövrlərdə İsfahan şəhərində bir Xoca Məhəmməd var idi. Bir oğlu var

idi, adı Mahmud. Onun da bir qardaşı var idi, adı Qəmbər. Onlar bir-birindən ayrılmaz idilər, gözə görünməyən təhər.

Misir şəhərində bir Cəfər Paşa var idi. Onun bir qızı var idi, adı Nigar xanım. Onu Mahmuda buta vermişdilər...

***Ekranda bir dağ döşündə qoyun sürüsünü güdən iki çoban görünür və kadr

arxasından çapan at ayaqlarının səsi eşidilir. Çobanlar səs gələn tərəfə çevrilirlər. ***Çapa-çapa gələn və çobanların tuşuna çatanda atını əyləyən Murad və daha

10 atlı peyda olurlar:-Əssəlamu əleyküm!Çobanlar:-Və əleykəssəlam!Murad:-Qardaş, Tehrana gedirik, düzmü gedirik?Yaşlı çoban:-Düz gedirsiz, bu yoldan sapmadan getsəz axşama çatarsız. Amma yolunuza

davam etməmişdən qonağımız olsaydınız, südümüzdən, ayranmızdan içsəydiniz bizi çox sevindirərdiniz.

Murad:-Allah razı olsun, vaxtımız yoxdur. İnşallah başqa bir zaman. Salamat qalın.Murad bu sözləri deyib atını çapmağa başlayır. Çobanlar:-Yaxşı yol, uğurunuza xeyir! ***Nadirqulu xan, Məhəmməd xan, İbrahim xan, Həsənəli bəy və Rzaqulu bəy

bağçadakı geniş taxtda süfrə arxasında oturub, yeyib-içirlər. Süfrədə min bir nemət düzülüb. Nökərlər süfrəyə qulluq edirlər. Aşıq kənarda ayaq üstə durub oxuyur:

-Yatmışdım üstümə gəldi ərənlər,Qardaş, mən Misirə getməli oldum.Mətləbim bilsinlər doğru deyənlər,Qardaş mən Misirə Getməli oldum... ***Ekranda ağaclarn altına qoyulmuş böyük manqalın yanında durub şişləri

çevirməklə məşğul olan kababçı görünür. Aşığın səsi kadr arxasından gəlir:-...Dedilər: əlində badəni doldur,Getməli olursam, xərcliyim boldur.Çox da uzaq deyil, beş aylıq yoldur,Qardaş, mən Misirə getməli oldum.... ***

193

Page 194: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda iri planda növbə ilə yeyib-içən Nadirqulu xan, Məhəmməd xan, İbra-him xan, Həsənəli bəy və Rzaqulu bəy görüntülənirlər. Aşıq kadr arxasından oxumaqda davam edir:

-Çıxdım dərələrdən, gəzdim düzünü,Sinəmə basıbdır hicran gözünü.Sağlığınan görək Nigar üzünü,Qardaş, mən Misirə getməli oldum...Ekranda iri planda görünən aşq davam edir:-...Bu sözləri söylər becara Mahmud,Yarəb, Haqdan olur bizə bir umud.Ya Nigarı yetir, ya da bir tabut,Qardaş, mən Misirə getməli oldum. ***Tehrann qala darvazasınn və bürclərin xaricdən görüntüsü.Axşamdır. Hava

qaralıb. Bürclərin hər birində iki əli nizə-qalxanlı əsgər diqqəti cəlb edir. Murad və onu müşayiət edən on yoldaşı at belində darvazaya yaxınlaşırlar. Əsgərlərdən biri bürcdən qışqıraraq soruşur:

-Kimsiniz?Murad:-Zəncanlı Murad bəy Qacaram. İsfahandan gəlirəm. Şahımızdan Nadirqulu

xana məktub gətirmişəm.Əsgər yoldaşlarına səslənir:-Qapıları açın. Şahın qorçubaşısı Murad bəydir.Açılan qapı kilidlərinin səsi və cırıltı eşidilir. Qapılar açılır. Murad və yoldaş-

ları atı hərəkətə gətirirlər. ***Darvazanın içdən görüntüsü. Qapının yannda dörd əsgər durub. Murad və

yoldaşları at belində şəhərə daxil olurlar. Murad əsgərləri salamlyır:-Əssəlamu əleykum!Əsgərlər:-Və əleykəssəlam, xoş gəlmisiniz, Murad bəy! Murad:-Xoş gününüz olsun. (Əli ilə yuxarı, bürcə işarə edir) Yoldaşınza deyin ki,

mən artıq qorçubaşı deyiləm, şahın müşavriyəm.Əsgərlər:-Baş üstə. Murad və yoldaşları oradan uzaqlaşırlar. ***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Elə həmin gün Nadirqulu xan və Məhəmməd xanla görüşdüm. Şahn məktubunu çatdırdım. Məktubda şah Nadirqulu xandan Dərhal Xorasana dönməsini və Qəndəharı almasını tələb edirdi. Açıq-aşkar məlum olurdu ki, bu tələbin arxasında da Hişam xanla Molla Sədrəddin durur. Məqsəd xanın şahla

194

Page 195: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

görüşünə imkan vermədən onu uzaqlaşdırmaq idi. Nadir uzaqda olardısa, Hişam xanla Molla Sədrəddin istədiklərinə asanlıqla nail olardılar. Mənim qorçubaşılıq-dan uzaqlaşdırılmam da elə buna xidmət edirdi.

İki gün sonra Nadirqulu xanla yenidən görüşdüm. Məhəmməd xan Qacar da ora da idi.

***Nadirqulu xann tehrandak iqamətgahı. Nadirqulu xan, Məhəmməd xan və

Murad bəy ayaq üstə durub söhbətləşirlər. Nadirqulu xan Murada müraciətlə:-Muradcan, sənin bilmədiyin daha bir məsələ var. Bizə dəqiq məlumdur ki,

bugünlərdə Həştərxandan Rəştə iki silah dolu gəmi gəlməlidir. Bu silahlar hişam xan üçün nəzərdə tutulur. Uruslar silahı ona təslim etməli, sonra isə razılaşdıqları kimi Mazandaran, Gilan və Lənkərandan çəkilməlidirlər. Artıq Lənkəran və mazandarandak urus qoşnları Rəştə tərəf hərəkət edirlər. Çox güman ki, elə həmin gəmilərə minib gedəcəkləər...

***Ekranda iri planda görünən Nadirqulu xan sözünə davam edir:-...Artıq ticarət karvanları adı ilə Rəştə kifayət qədər adam və silah yerləşdirə

bilmişik. Adamlarımız dərviş qiyafəsində beş-beş, on-on şəhərə toplaşırlar. Dünən İbrahim xan və Rzaqulu bəyin başçılığında iki silahlı dəstə Rəşt istiqamətində hə-rəkətə keçiblər. Onlar ətraf meşələrdə düşərgə salacaq və gəmilərin gəlməsini gözləyəcəklər. Yerli əhalini də silahlandırırıq...

***Ümumi plan. Xan aralqsız davam edir:-...Gəmilər gələr-gəlməz, həm içdən, həm dışdan hücuma keçib həm silahları,

həm gəmiləri ələ keçirəcəyik, həm də urusları qırıb-tökəcəyik. Belə edəcəyik ki, torpaqlarımıza göz dikmiş hər kəs onları nə gözlədiyini öz gözləri ilə görsün.

Sözün bu yerində Məhəmməd xan söhbətə müdaxilə edir:-Silahlar əlinə gəlmədikcə, Hişam xanın öz arzusunu gerçəkləşdirməyə girişə

biləcəyi az inandırıcıdır. Sənin qorçubaşlıqdan uzaqlaşdırılman onu göstərir ki, o, bu işdə qərarlıdır.

Murad bəy:-Qərarlı olmasaydı, İsmayıl Mirzəni xortlatmağa girişməzdi. Mənim təcili

İsfahana qayıtmam lazımdır. Odur ki, sizin şaha nə isə yazmanz lazımdır. ***Məmhəmməd xan Qacar iri planda görüntülənir:-Doğru söyləyir. Elə bir şey yazmalısan ki, həm əmrə tabe olmamağını

əsaslandıra biləsən, həm də Hişam xan qorxsun və fitnəsini gerçəkləşdirməyə tələsməsin. Məsələn yazmaq olar ki, şahla üz-üzə, göz-gözə müzakirə edilməli məsələlər var. Bu yolla həm Qəndəhara getməməyinin səbəbini aydınlaşdırmış olarsan, həm də Hişam xan eşidəndə ki, sən şahla görüşə can atrsan, yəni istənilən vaxt İsfahana gələ bilərsən, qorxar və tələsməz.

***Ümumi plan. Nadirqulu xan:-Ağıllı fikirdir. ***

195

Page 196: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Dəniz kənarında böyük bir körpüyə yan almış iki böyük yelkənli rus gəmisi. Rus əsgərləri gəmilərin birindən müxtəlif ölçülü, ağzı bağlı yeşiklər boşaldırlar. Digər gəmidən isə toplar endirilir. Yüklər kənarda durmuş çox sayda at arabasına yüklənir. Bu mənzərənin fonunda yazılır: “RƏŞT. 1732-Cİ İL, 9 MAY” ***

Rəştin rus general qubernatorunun iqamətgahı. Qubernator və onun adyutantı ayaq üstə, üz-üzə durublar. General qubernator:

-Надеюсь, все идет по плану?Diktor kadr arxasından tərcümə edir:-Ümidvaram, işlər plana uyğun şəkildə gedir, deyilmi?Adyutant:-Так точно, ваше блогородие!Diktor:-Elədir ki, var, əlahəzrət!General qubernator:-Есть ли какая нибудь весть от Хишам хана?Diktor:-Hişam xandan bir xəbər varmı?Adyutant:-Пока к сожелению вестей нет, но надеемся.Diktor:-Təəssüf ki, yoxdur, amma ümid edirik.Elə bu dəm hər tərəfdən top-tüfəng atəşlərinin səsi gəlməyə başlayır. General

qubernator və adyutant cəld pəncərəyə tərəf götürülürlər və pəncərədən baxırlar. General qubernator dəhşət içində:

-Это что, восстание?!Diktor:-Bu nədir, üsyanm?!Atəş səslərindən ağız deyəni qulaq eşitmir. Adyutant güllə yarası alıb yerə

sərilir. General qubernator isə tapançasını çxarıb divarın arxasında mövqe tutur və çölə güllə atmağa başlayır.

Rəştin küçələrindən biri. Rus əsgərləri güllə ata-ata geri çəkilirlər. Və hər iki-üç addımdan bir onlardan biri güllə yarası alıb yerə yıxılır.

***Küçənin o biri başı. Qızılbaş əsgərləri atışa-atışa irəliləyirlər. İrəlilədikcə

onların yerə sərilmiş çox sayda rus cəsədi üzərindən atlamaq lazım gəlir. ***Ba.qa bir küçə. Çox sayda rus əsgəri onlar mühasirəyə almış qızılbaş əsgərləri

ilə qılınclaşırlar. Ruslar bir-birinin ardınca itki verirlər. ***Dəniz kənarında duran gəmilərə hər tərəfdən hücuma keçən qızılbaş əsgərləri

və gəmiləri müdafiə etməyə çalşan rus əsgərləri arasında həm tüfəngli, həm də qılınclı ölüm-dirim savaş gedir. Qzılbaş əsgərləri tədricən müqaviməti qraraq müxtəlif istiqamətlərdən gəmilərə daxil olurlar.

196

Page 197: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Gəmilərdən birinin göyərtisi. Göyərtədə qanlı döyüş gedir. Ruslar bir-birinin

ardnca yerə sərilirlər. ***Rəşt qalasının bürclərindən biri. Bürcdə rus bayrağı dalğalanır. Top-tüfəng

səsi qulaq batırır. Ətrafdan qara tüstülər ucalır. Bürcə dırmaşan və əlində Səfəvi bayrağı tutan bir qızılbaş əsgəri rus bayrağını çıxarıb yerə atır və yerinə Səfəvi bayrağını taxır.

***Bir binanı əhatəyə alıb onu hər tərəfdən güllıbaran edən atlı qızılbaş əsgərləri.

Binann pəncərəsindən ağ bayraq çıxarılır. ***Ekranda at belində oturmuş İbrahim xan görünür. O, əlindəki qılıncını yuxarı

qaldırmaqla, atəşkəs işarəsi verir. Atəş səsləri yavaş-yavaş seyrəlir və tamam dayanır.

***Binanın qapısı. Qapıdan yaralı general qubernator və ona yaxın yaralı rus

əsgəri çxır. Onların bəzisi əllərini qaldıraraq , müstəqil şəkildə, digərləri isə yoldaşlarının köməyi ilə çıxırlar. Yoldaşlarınn köməyi ilə çıxanlardan biri də general qubernatordur.

Kadra daxil olan İbrahim xan atını general qubernatorun önünə sürür və yuxarıdan aşağı onu süzür.

***Ekranda iri planda görünən general qubernator yuxarıdan aşağı baxır və

qürurlu görünməyə çalışır. ***Ekranda iri planda onu yaxarıdan aşağı istehzalı baxışlarla baxan İbrahim xan

əvəz edir. O deyir:-Bu da sizin sərgüzəştlərinizin sonu. Fars hökuməti və İran dövləti qurmaq

arzunuz gözünüzdə qaldı. Allah qismət edərsə, səni Hişam xanla eyni dar ağacından asacağam.

***Ümumi plan. İbrahim xan üzünü qızılbaş əsgərlərinə tutur: -Aparın bunları, həkim yardım etsin. *** Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Beləcə, urus padşahının Hişam xana göndərdiyi silahlar da, iki hərbi gəmi də Nadirin əlinə keçdi. Mazandaran, Gilan və Lənkəran uruslardan tamamilə təmizləndi. Urus paşası əsir düşdü. Təbrizdəki Osmanlı qoşununun rəisi də Nadir-qulu xana sifariş göndərib şəhəri könüllü surətdə təhvil vermək arzusunu bildirdi. Nadirqulu xan Məhəmməd xanı Təbrizə yolladı...

***Murad iri planda görünür və sözünə davam edir:

197

Page 198: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Özü isə həmin dövrdə Tehranda olan xanlarla böyük bir qurultay təşkil etdi və həmin qurultayda xanlar sözü bir yerə qoyub Hişam xan,Molla Sədrəddin və yalançı İsmayıl Mirzənin qətlini, Təhmasib şahın taxtdan salınmasını, onun körpə oğlu Əhmədin şah elan edilməsini, Nadirin də yeni şahın qəyyumu olmasını qərarlaşdırdılar. Amma bu qərarı gizli saxladılar və mənim bundan xəbərim olmadı. Xan, axır ki, məni buraxdı. Bu dəfə onun məktubunu şaha apardım.

***Ekranda İsfahan şəhərinin qala divarları görünür. Bu mənzərənin fonunda

yazılır: “İSFAHAN. 1732-Cİ İL, İYUN” *** İsfahan sarayınn divanı. Təhmasib şah və yalançı şahzadə yanaşı taxtda

oturmuşlar. Hişam xan, Molla Sədrəddin və Murad onun qarşısında ayaq üstə durmuşlar. Murad Nadirin məktubunu oxuyur, hər kəs diqqətlə onu dinləyir.

-Azərbaycan səltənətinin ordu rəisi Nadirqulu xan Əfşardan aləmlərin bəzəyi və qibləgahı, uca Səfəvi soyunun şərəfli və ləyaqətli nümaəndəsi, Azərbaycan şahı və şahar şahı...

***Ekranda Təhmasib Mirzə iri planda görüntülənir. Onun bu sözlədən çox

xoşlandığ və feyziyab olduğu hiss olunur. Muradın səsi kadr arxasından eşidilir:-...hamımzın başının tacı, alıhəzrət şahımız Təhmasib Soltan Hüseyn oğlu

Səfəvinin hüzuruna acizanə şəkildə ərz edilir. Əssəlamu əleyküm... ***Ümumi plan. Murad məktubu oxumaqda davam edir:-...Başımın tacı və qibləgahım!Uca məktubunuzu aldım, fəqət əlimə ulaşan bir xəbər səbəbindən Qəndəhara

getmək barədəki əmrinizi hələlik yerinə yetirə bilmədim. Çünki mənə məlum oldu ki, Həştərxandan Rəştə iki silah dolu gəmi gəlir. Anladım ki, urusların məqsədi əslində torpaqlarımzdan çəkilmək deyil, yeni-yeni torpaqlar ələ keçirməkdir...

Ekranda orta planda yanaşı durmuş Hişam xan və Molla Sədrəddin görüntülənirlər. Onlar narahat olmağa başlayır və bir-birinə baxıb yenidən gözlərini Murada zilləyirlər. Murad kadr arxasından aralıqsız davam edir:

-...Odur ki, bu məsələyə əncam çəkməyə qərar verdim. Ali hüzurunuza ərz edirəm ki, həmin silahları da, gəmiləri də ələ keçirmişəm...

Molla Sədrəddin və Hişam xann başına, sanki, qaynar su tökürlər, fəqət özlərini güclə də olsa, ələ alrlar. Murad kadr arxasından davam edir:

-...Böyük sevinc və fərəh hissi ilə məlimat verirəm ki, Mazandaran, Gilan və Lənkəran kafirlərdən bütünlüklə azad edilmişdir...

***Ümumi plan. Şah sevinc içində yerindən sıçrayır və Muradın sözünə ara

verməsinə səbəb olur:-Aslanım mənim! Qoçum mənim!Təhmasib üzünü Murada tutur:-Ardını oxu!Murad oxumağa davam edir:

198

Page 199: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Təbrizdəki Osmanlı ordusunun rəisi ilə apardığımız danışıqlar...Şah təəccüb və həyacanla onun sözünü kəsir:-Təbriz, məgər, Osmanlıların əlindədir?Şah üzünü Hişam xana tutur:-Təbriz, məgər, bizdə deyildi?!Hişam xanın rəngi ağarır:-Təbrizlilər üsyan edib sizin təyin etdiyiniz valini qovmuş, əvəzində Osmanlı-

ları şəhərə dəvət etmişdilər.Təhmasib Mirzə əsəbiləşir:-Necə yəni mənim valimi qovmuş və Osmanlıları dəvət etmişdilər?! Niyə bu

barədə mənə heç bir məlumat verməmisən?!Nə isə...Bunu sonra aydınlaşdırarıq. (Üzünü Murad tutur) Oxu! ***Ekranda iri planda görünən Murad oxumağa davam edir:-Təbrizdəki Osmanlı ordusunun rəisi ilə apardığımız danışıqlar nəticəsində

Osmanlılar şəhəri tərk etmişlər və Məhəmməd şah Qacar şəhəri təhvil qlmaq üçün ora yollanmışdır. Qardaşım İbrahim xan hazırda Mazandaran, Rəşt və Lənkəran-da nizam-intizam yaratmaqla məşğuldur.

Əmrinizi yerinə yetirmək və Qəndəharı ələ keçirmək üçün oğlum Rzaqulu bəyin başçılığı ilə 10 minlik qoşun artıq yola çıxmışdr. Mən isə uruslardan ələ keçirdiyimiz silahları hüzurunuza təqdim etmək üçün Tehranda qalmağı münasib bildim.

***Ümumi plan. Şah əlini Murada tərəf uzadır və Murad məktubu oxumağa son

verib onu şaha uzadır. Şah məktubu ürəyində oxumağa başlayır. Oxuyub qurtardıq-dan sonra deyir:

-Məni tək buraxın.Hər kəs əmrə tabe olub otaqdan çıxır. ***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Təhmasib Mirzə torpaqlarımızın uruslardan təmizlənməsi xəbərinə gerçəkdən də sevinmişdi və Təbrizin Osmanlılarda olması, onunsa bundan xəbəri olmaması onu bərk qəzəbləndirmişdi. Hər kəs düşünürdü ki, bu, Hişam xanın sonudur. Fəqət elə olmadı. Əksinə, şah məni özündən təcrid etdi və Hişam xan ilə, Molla Sədrəddin ilə daha da yaxınlaşdı. Çünki Nadirqulu xanın güclənməsi onu hər şeydən çox narahat edirdi. O, qardaşı hesab etdiyi yalançı şahzadəni Hişam xanın qızı ilə evləndirdi və toya dəvət etmək üçün məni Nadirqulu xanla Məhəm-məd xann yanına göndərdi. Digər xanlara da dəvətnamələr göndərilmişdi. Ürəyi-mə dammışdı ki, xanları İsfahana dəvət edib hamısını birdən aradan götürmək istəyirlər.

Tehran qalasının bürclərindən birində durmuş iki əli nizə-qalxanlı əsgər uzaqda görünən və şəhərə tərəf gəlməkdə olan 11 atlı istiqamətinə baxırlar. Bu mənzərənin fonunda yazılır:

199

Page 200: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

“TEHRAN. 1732-Cİ İL, AVQUST” ***Ekranda at belində uzaqda görünən Tehran qalasına tərəf hərəkət edən Murad

bəy və 10 atlı yoldaşı görünürlər. Onların üz-gözlərindən bərk yorğun olduqları hiss edilir. Atlılar kameranın obyektivinin müşayiəti ilə darvaza önünə çatar-çatmaz, qapılar onlarn önündə taybatay açılır və onlar şəhərə daxil olurlar.

***Məhəmməd xan Qacarın Tehrandakı imarətinin bağçasındakı uzunluğu və eni

təqribən 4-5 metr olan böyük şahmat meydançası. Meydançada və ondan kənarda böyük şahmat fiqurları diqqət çəkir. Məhəmməd xan meydançadan kənarda durub. Nadirqul xan isə meydanın ortasındakə ağ atlardan birinin yerini dəyişir və meydançadan çıxır.

***Ekranda Məhəmməd xan iri planda görünür. O dərin fikirlərə qərq olmuşdur.

Birdən, sanki, nə isə xoşagələn bir şey görür və onun ciddi sifətində yüngülcə təbəssüm yaranr:

-Nadircan, sənin bu qədər diqqətsiz ola biləcəyini heç sanmazdım. ***İri planda Məhəmməd xanı Nadirqulu xan Əfşar əvəz edir. O da gülümsəyir:-Diqqətsizliyimi nədə görürsən? ***Ümumi plan. Məhəmməd xan Qacar qara topa işarə edərək deyir:-Mənim bu böyüklükdə topumu görmədinmi ki, atını ora qodun. O atı mənə

hədiyyəmi edirsən?Nadirdən səs çıxmadığını görən Məhəmməd xan özündən razı halda:-İstəsən, atı geri qaytara bilərsən.Nadir gülümsəyir:-Mənə sədəqəmi təklif edirsən, dostum. Bilmirsənmi, kişi tüpürdüyünü yala-

maz. İstədiyini etməkdə tam azadsan. ***İri planda yenidən görünən Məhəmməd xan:-Atını vurummu?Kadr arxasından Nadirin səsi eşidilir:-Tam ixtiyar sahibisən. ***Ümumi plan. Məhəmməd xan meydançaya daxil olur. Bir əli ilə qara topdan,

digər əli ilə isə ağ atdan tutur və deyir:-Madam ki, əziz dostum mənə diqqətsizlik üzündən atını hədyyə edir, nədən

ondan imtina edim?Məhəmməd xan topu atın yerinə qoyur və atı götürüb meydandan çxır və onu

vurulmuş fiqurlarn yanına qoyur. Nadirqulu xan gülümsəyərək:-Demək ki, aıtn hədiyyə olduğunu zənn etdin. Bax, Məhəmmədcan, tilova

düşən balıqlar da ona görə düşürlər ki, qarmağa ilişdirilmiş qurdu görür, qarmağı görmürlər. Qurdun ona taleyin xoş hədiyyəsi olduğunu zənn edirlər.

Məhəmməd xan:

200

Page 201: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sözündən elə çıxır ki, vurduğum at qarmağa keçirilmiş yem idi və mən də balıq kimi onu vurub qarmağa keçdim, eləmi?

Nadir gülümsəyə-gülümsəyə:-Bəli, dostum, elədir ki, var. Bax mənim atım öncə bax o qara xanada

durmuşdu. Doğrudurmu?Məhəmməd xan:-Bəli.Nadir:-Həmin xanada olanda o, mənim vəzirimin sənin şahının önündəki piyadaya

uzanan yolunu kəsirdi. Doğrudurmu?Məhəmməd xan:-Bəli, elədir.Nadirqulu xan:-Onu oradan çəkməklə yolu açdım. Qurban verməklə isə sənin topunu

yerindən etdim. O topu yerindən etmək nəyimə lazım idi, bilirsənmi?Məhəmməd xan:-Nə bilim.Nadirqulu xan:-Əvvəlki mövqeyində sənin topun şahının önündəki piyadanı qoruyurdu. Sən

atımı vurmaqla topu çəkdin və həmin piyadanı qorumasız qoydun. İndi dalına bax. Nadir ağ vəziri götürüb qara şahın önündəki piydann yerinə, piydanı isə kəna-

ra qoyur və deyir:-Şah! ***Ekranda iri planda görünən Məhəmməd xan:-Və mat. Vallah, indi inandım ki, sən Hişam xandan da hiyləgər və

fəndgirsən. ***Ümumi plan. Nadir:-Mən sənin şahının önündəki piyadanı qorumasız qoyduğum kimi, Hişam xan

da Murad bəyi qorçubaşı vəzifəsindən uzaqlaşdırmaqla Təhmasib şahı qorumasız qoyub. İndi səni və məni at kimi qurban vermək və şahı mat etmək istəyəcək. Biz isə səninlə gərək onun özünü qurban verək, matı da özümüz edək.

Məhəmməd xan:-Mən sənə bütün varlığımla güvənirəm və sona qədər arxanda duracağam.Söhbətin bu yerində kadra Həsənəli bəy daxil olur:- Murad bəy gəlib, şahdan məktub gətirib.Məhəmməd xan:-Adını çək, qulağını bur.Nadirqulu xan:- Söylə gəlsin. *** Məhəmməd xanın evinin bağçaya açılan pilləkanlı eyvanının xaricdən

görüntüsü. Xalça-palaz, ipək döşək və mütəkkələr döşənmiş eyvanda Məhəmməd

201

Page 202: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

xan, Nadirqulu xan, Həsənəli bəy və Murad bəy üz-üzə oturub qəlyan çəkir və söh-bət edirlər. Nadirqulu xan Murad bəyə müraciətlə:

-Dostun Rzaqulu bəyi, bildiyin kimi, Qəndəhara göndərmişəm. İbrahim xan isə artıq Lənkərandan qayıdıb...

***Yaxın görüntü. Ümumi plan. Nadir sözünə aralıqsız davam edir:-... Amma burada yoxdur. Dostları ilə birlikdə tülkü ovuna çıxıb. O, qızılquşla

ov etməyi çox sevir. Murad bəy:-Vallah, qızılquşla ovu mən də çox sevirəm.Həsənəli bəy:-Mən də. Əgər istəsən, sabah birlikdə gedə bilərik. Buralarda çoxlu tülkü,

dovşan, qırqovul, kəklik, turac var. Quşlarımza da söz yoxdur.Murad bəy:-Çox məmnun olaram.Məhəmməd xan üzünü Nadirqulu xana tutur:-Bəlkə, sabah elə biz də bəylərə qoşulaq. Həmişə onlar bizə qoşulmayacaqlar

ki. Nə deyirsən?Nadirqulu xan:-Böyük məmnuniyyətlə. Deməli, danışdıq?Məhəmməd xan gülümsəyir:-Danışdıq. Sabah sizə təbiətin qoynunda elə br kəklik-qırqovul kababı

bişirtdirim ki, dadı qiyamətə qədər damağınızdan getməsin.Murad Nadirə müraciətlə:-Xan, şahın məktubu barədə fikriniz nədir? ***Ekranda iri planda görüntülənən Nadirqulu xan:-Fikrimiz nə olacaq. Madam ki, Təhmasib şah mənlə Məhəmməd xanı qardaşı

olduğunu sandığ zatla Hişam xanın toyuna dəvət edir, biz nə karəyik ki, dəvəti qəbul etməyək, təbii ki, İsfahana gedəcəyik və toyda da iştirak edəcəyik. Deyirsən, bütün xanlara dəvətnamələr göndərilib, eləmi?

Kadr arxasndan Muradın səsi eşidilir:-Bəli.Nadir gülümsəyir:-Elə çıxır ki, Hişam xan hamımızın işini birdən həll etməkdə qərarlıdır... ***Ümumi plan. Nadirqulu xan sözünə aralqsız davam edir:-...O özünü böyük siyasətmədar hesab edir və düşünür ki, onun və Molla Səd-

rəddinin fikrinin nə olduğunu anlamayacağıq. Bilirsinizmi, qədim yunan tarixçilərindən biri nə yazıb?

***Kameranın obyektivi növbə ilə maraqla xanın nə söyləyəcəyini gözləyən

Məhəmməd xan, Həsənəli bəy və Murad bəyə yönəlir və ən sonda Nadirə tuşlanır. Nadir gülümsəyir:

202

Page 203: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Yazıb ki, qədim fars şahlarından biri ona tabe olmaq istəməyən türk xanlarını ziyafət adı ilə bir yerə toplayır və sonra da onların hamsının yeməyinə zəhər qatıb məhv edir. Bizim üçün də eyni tələni hazırlayıblar.

***Kameranın obyektivi yenidən növbə ilə maraqla xanın nə söyləyəcəyini

gözləyən Məhəmməd xan, Həsənəli bəy və Murad bəyə yönəlir və ən sonda yenə də Nadirə tuşlanır. Nadir gülümsəyir:

-Amma biz ağıllı tərpənəcək və İsfahana qoşunla birlikdə gedəcək və qoşunu İsfahan qalasınn ətrafında yerləşdirəcəyik. Şaha da deyəcəyik ki, səbəb toydan sonra Qəndəhara getməyi, bu şəhəri mühasirədə saxlayan Rzaqulu bəyə kömək et-məyi düşünməyimizdir. Yəni istəyirik ki, Şahın əmrini tez bir zamanda yerinə yetirək. İsfahana da hər kəsdən tez getməliyik ki, digər xanları da tələ barədə xəbərdar edək.

***Ekranda iri planda görünən Məhəmməd xan Qacar gülümsəyərək:-Mən həmişə demişəm və yenə də təkrar edirəm, ağılda və siyasətdə Hişam

xan sənin əlinə su tökməyə belə layiq deyildir. ***Ümumi plan. Nadir Murada müraciətlə: -İnşaallah, İsfahana dönərkən, ordu ilə gələcəyimizi, məqsədin guya

Qəndəhara getmək olduğunu şaha öncədən elə sən söylərsən. Qoy, buna hazır olsun, qoşunu İsfahanın qapısında görəndə qorxmasın. Təsəvvür edirəm Hişam xanla baş axund bu xəbəri eşidəndə nə hala düşəcəklər. ***

Geniş bir düzənlikdə ağaclıq bir sahə. İki qızılbaş əsgəri ocağın közləri üstündə şişə keçirilmiş quşları qızartmaqla məşğuldurlar. Arxa planda kadra at belində oturmuş Məhəmməd xan və Nadirqulu xan daxil olurlar. Hər ikisinin atının yəhərindən bir neçə tülkü cəsədi asılmışdır. Məhəmməd xan ocaqda bişməkdə olan quşlara işarə edərək:

-Bu da söz verdiyim kəklik və turaclar. Əlbəttə, buranın quşları Qaradağ, Muğan quşlarna çata bilməz, amma onların da öz ləzzəti var.

Bu sözlərdən sonra xanlar kadrdan çıxırlar. Bu dəfə kadra Həsənəli bəy və Murad bəy daxil olurlar. Onların hər ikisinin sol qolunun üstündə başlarına kiçik torbalar keçirilmiş qızılquşlar oturmuşlar. Onlarn da atlarınn yəhərlərindən bir neçə tülkü cəsədi açılmışdır. Onlarn kadra girməsi ilə çıxması bir olur.

***Ekranda bir ağaca yaxınlaşmaqda olan Məhəmməd xan və Nadirqulu xan

daxil olurlar. Onları qarşılayan iki əsgər atların iplərindən tuturlar, xanlar enirlər. Əsgərlər atları aparıb kadrdan çıxırlar. Başqa iki əsgər kadra daxil olur. Onlarn əl-lərində aftafa-ləyən var. Çiyinlərindən isə dəsmallar asılıb.Əsgərlər ləyənləri yerə qoyub xanlaın əllərinə su tökürlər. Arxa planda kadra atlı Həsənəli bəy və Murad bəy daxil olurlar. Onlara yaxınlaşan dörd əsgərdən ikisi atlar tutur, digər ikisi isə quşları alırlar. Bəylər quşları verib atdan enirlər. Kadr arxasından ov itlərinin hürüşməsi eşidilir.

***

203

Page 204: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qollu budaqlı ağacların kölgəsində yerə döşənmiş xalça-palaz üzərindəki süfrə, süfrənin üstünə düzülmüş meyvə-və tərəvəz, boş qab və bardaqlar, süfrənin ətrafında düzülmüş dörd döşəkçə. Kadra daxil olan xanlar süfrə arxasında əyləşilər. Bir neçə saniyə sonra kadra bəylər daxil olur və onlar da yerlərini tuturlar. Kadr arxasından it hürüşmələri eşidilməkdə davam edir, fəqət onların səsi get-gedə uzaqlaşır və tədricən tamam itir. Məhəmməd xan Murada müraciətlə:

-Hə, Muradcan, ovdan razı qaldınmı?Murad gülümsəyir:-Allah hamnızdan razı olsun, çox böyük zövq və keyf aldım.Məhəmməd xan:-Ümid edirəm ki, kabablardan da eyni dərəcədə zövq və keyf alacaqsan.Xanın bu sözləri hamının ürəkdən gülüşməsinə səbəb olur. Kadra daxil olan

nökərlər süfrəyə qızarmış quşları qoyurlar və badaqlara ayran süzürlər.Nadirqulu xan dərhal quşlardan birini əlinə götürür:-Bəh, bəh, bəh! Gör neçə vaxtdır Tehranda Məhəmməd xanın qonağıyam,

indiyə qədər məni qırqovul-turac kababna qonaq etməyib. (Murada müraciətlə) Gör, səni nə qədər çox sevir ki, mənə göstərmədiyi iltifatı sənə göstərir. Nə isə...bismillah.

Hər kəs yenidən gülüşür. ***Ekranda iri planda görünən Məhəmməd xan:-Şahımızın müşavirinə iltifat göstərmək borcumuzdur. Bismillah edin.Bu sözlərdən sonra hər kəs əlini süfrəyə uzadır və “Bismillah” deyir. ***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Daha bir neçə gün Tehranda qaldıqdan sonra İsfahana geri döndüm. Nadirqulu xanın sözlərini və niyyətini şaha xəbər verdim. Təhmasib şah bu xəbəri heç bir önəmli şey baş verməyibmiş kimi, biveccəsinə qarşıladı. Hişam xanla Molla Sədrəddin isə Nadirin onların niyyətlərini başa düşərək tədbir gördüyünü anladılar və böyük bir əndişə içinə girdilər. Nəhayət, gözlənilən an yetişdi. Bir gün ayılıb gördük ki, Nadirqulu xan, Məhəmməd xan və İbrahim xan sayı-hesabı görünməyən bir ordu ilə şəhərə yaxınlaşırlar.

***Nadirqulu xan, Məhəmməd xan, İbrahim xan və Həsənəli bəy başda olmaqla

qızılbaş ordusu uzaqda görünməkdə olan İsfahanın qala divarlarına yaxınlaşır. Nadir üzünü Həsənəli bəyə tutur:

-Şəhəri üzük qaşı kimi əhatə edin və çadırları qurun. Topları da hər tərəfə bərabər paylayın, fəqət elə edin gözə dəyməsinlər.

Həsənəli bəy “baş üstə”-deyib onlardan ayrılır. ***Bürclərdə çox sayda əli nizə və qalxanlı əsgər uzaqdan yaxınlaşmaqda olan

ordunu müşahidə etməklə məşğuldur. Bu mənzərənin fonunda yazılır: “İSFAHAN. 1732-Cİ İL, 25 AVQUST”

204

Page 205: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Isfahan qalasının darvazası. Qapılar açılır və qapıdan Hişam xan, Molla Səd-

rəddin, Murad bəy və digər əyan-əşrəf çıxıb xanların yaxınlaşmasını gözləməyə başlayırlar. Onlar piyadadırlar.

***Nadirqulu xan, Məhəmməd xan və İbrahim xan at belində davazaya

yaxınlaşırlar. İki əsgər onların ardınca iki ata qoşulmuş araba gətirirlər. Arabanın üstündə çadırı xatırladan bir şey var. Bu, hər tərəfdən pərdələrlə örtülü böyük bir qəfəsdir. Xanlar onları qarşılayanlara çathaçatda atlarından enirlər. Qarşılayanlar sırasından çxan əsgərlər onların atlarının iplərindən tuturlar. Gələnlərlə qarşılayanlar görüşüb öpüşürlər. Hişam xan və digər qarşılayanlar:

-Xoş gəlib, səfa gətirmisiniz!Nadirqulu xan və yoldaşları:-Xoş gününüz olsun!Hişam xan arabaya işarə edərək:-Şahımza sovqatmı gətirmisiniz?Nadirqulu xan “bəli”-deyib üzünü arabanı gətirən əsgərlərə tərəf çevrir və

onlara işarə verir. ***Ekranda yalnız araba görünür. Əsgərlər qəfəsi bürüyən pərdələrin iplərindən

çəkirlər və pərdələr düşür. Pərdələrin düşməsi ilə içində rus general qubernato-runun oturduğu qəfəs görünür.

***Ekranda iri planda gözlərindən dəhşət oxunan Hişam xan görüntülənir. ***İri planda Hişam xanı qəfəsdən çölə baxan rus general qubernatoru əvəz edir.

Bu mənzərənin fonunda yzılır:V SERİYANIN SONU

***

Vl seriyaKÖRPƏ ŞAH VƏ QƏYYUMU

Isfahanın bazar meydanı. Meydanın düz ortasında içində rus general quber-natoru olan qəfəs qoyulub. Qəfəs atları açılmış arabanın üstündədir. İsfahan əhli qəfəsi əhatəyə alıb tamaşa edir. Kütlənin içindən bir kişi səsi:

-Saçlarına bax, sapsarıdır.Başqa bir kişi səsi:-Gözləri də göydür. İnsan da bu qədər eybəcər olar.Hər tərəfdən gülüş səsləri ucalır, kadr arxasından eşidilən at ayaqlarının səsi

gülüşlərin kəsilməsinə, sükut çökməsinə səsbəb olur. Hər kəs üzünü səs gələn tərəfə çevirir və dərhal da aralanaraq atlılar üçün yol açır. Kadr arxasından səs eşidilir:

205

Page 206: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Çəkilin, yol verin, şah gəlir. ***Meydanın yuxarıdan görüntüsü. Mərkəzdə qəfəs durub. Qəfəsi əhatəyə almış

kütlənin arsına dalan çox sayda piyada əsgər iki cərgə halında durub yol yaratmaq və iki paralel canlı divar hörməklə məşğuldur. Yaradılan yolla qəfəsə doğru 10-15 atlı irəliəyir. Onların içərisində şah və baş vəzir diqqəti çəkir. Atlılarn görünməsi ilə kütlənin baş əyməsi bir olur.

***Şah və Hişam xan 10-15 atlının əhatəsində baş əymiş kütlənin arasndan keçir

və kameranın obyektivinin təqibi ilə qəfəsə yaxınlaşırlar. Atlılar qəfəsə çatıb dururlar və rus general qubernatoruna tamaşa edirlər.

***Ekranda qəfəsdə durub yorğun və kədərli nəzərlərlə ona tamaşa edənlərə ba-

xan rus əsir görünür. O da qəfəsin içində şaha baş əyir. ***Orta plan. Şah və Hişam xan at belində yanaşı durmuşlar. Üz cizgiləri heç nə

ifadə etməyən Təhmasib şah tonundan tam bir etinasızlıq hiss edilən bir səslə baş vəzirə:

-Mən Nadirdən Həsənəli bəyi əsir edib hüzuruma göndərməyi tələb etmişdim. O isə bu biçarəni gətirib. Onu azad edərsiniz, qoy hamama gedib çimsin, qarnını da doyurarsınız.Yeni libas və bir miqdar da pul verərsiniz, qoy, hara istəyir get-sin.

Vəzir:-Baş üstə qibleyi-aləm! *** Qaranlıq göy üzündə görünən ay və ulduzlar. ***Hişam xan və Molla Sədrəddin İsfahanın qala bürcündə durmuşlar və çöl

tərəfə baxırlar. Ay işığında onların üzləri güclə sezilir. ***Qala bürcündən çöl tərəfin qaranlqda görüntüsü. Hər tərəfdə saysız-hesabsız

yanan ocaq və yaxındakı ocaqların hər birinin yanında iki-üç əsgər görünür. Ocaqların işığında eyni sayda çadır diqqəti çəkir.

***Hişam xan və Molla Sədrəddin İsfahanın qala bürcündə durmuşlar və çöl

tərəfə baxırlar. Ay işığında onların güclə sezilən üzlərində dəhşət və qorxu hiss olunur. Hişam xan Molla Sədrəddinə müraciətlə:

-Göydə ulduzun sayı var, qoşunun sayı yoxdur. Bu, deyəsən, artıq bizim axırımızdır.

Molla Sədrəddin səsi titrəyə-titrəyə:-Nadirqulu xanla söhbət edə bilmədinmi?Hişam xan:-Yox, imkan olmadı. Bütün gün şahla olmuşam. Təhmasib şah özünü elə itirib

ki, nə edəcəyini bilmir. Hətta Nadiri qəbul etməyə belə çəkinir. Çünki nə deyəcə-yini, nə söyləyəcəyini hələ müəyyən etməyib. Çox qeyri-müəyyən bir hal yaranıb. Nadirin nə düşündüyü, sonrakı addımı nə olacaq, məlum deyil.

206

Page 207: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda iri planda görünən və sir-sifətindən bərk narahat olduğu sezilən Mol-

la Sədrəddin həyacanla:-Bəs, indi nə edək. Qaçmaq mümkün deyil, şahın nə düşündüyü məlum deyil,

Nadirin nə istədiyi məlum deyil. Özümüzü qədərin hökmünəmi buraxaq?! ***İri planda baş axundu əvəz edən baş vəzir:-Başqa bir yolumuzmu var? Allah alnımıza nə yazmışsa, oda olacaq. Özümü-

zü qədərin hökmünə təslim etməkdən başqa bir çarəmiz yoxdur. ***Ekranda uzaqda, dağ döşündə yerləşən Bəxtiyarabad kəndi görünür. Kadr

arxasından zurna-balaban, təbil və göyə atılan güllə səsləri eşidilir. Bu mənzərənin fonunda yazılır: “BƏXTİYARABAD. 1732-Cİ İL, 26 AVQUST”

***Yazı qalır, kadrlar isə dəyişir. Hişam xann Bəxtiyarabaddakı evinin önü. Evin

qarşısında əllərində xonça tutub gəlinin çıxmasını gözləyən çox sayda qadının və hənarda durub göyə güllə və fişəng atan kişilərin əhatəsində durub zurna-balaban və təbil çalan musiqiçilər gözə dəyirlər. Yaxın planda musiqinin sədaları altında rəqs edən gənc oğlan və qızlar diqqəti çəkirlər.

***Yazı itir və kadrlar yenidən dəyişir. Bu dəfə kameranın obyektivi rəqs edənlə-

rə tamaşa edən əli xonçalı bir qrup qadını yaxından görüntüləyir. Qadınların içərisində əlində xonça tutmuş Qələmnaz görünür. Elə bu dəm kadr arxasından qa-dın səsi eşidilir:

-Gəlinimiz çıxır.Qadınlar dərhal üzlərini evin qapısına tərəf çevirirlər. *** Evin açıq qapısından öncə əllərində yanan şamlar tutmuş qızlar, ardınca güzgü

daşıyan bir qız, onun da ardınca analğı Südabə Banunun müşayiəti ilə gəlin və onun sağdış-soldışı çıxırlar. Ana ilə gəlin görüşüb öpüşürlər.

***Kameranın obyektivi gəlin və anasına tamaşa edən əli xonçalı bir qrup qadını

yaxından görüntüləyir. Qadınların içərisində əlində xonça tutmuş Qələmnaz görünür. Elə bu dəm Qələmnazın yanında durmuş qadınlardan biri digərinə deyir:

-Aaz, Fərizə, gəlini öpən qadını tanıdınmı?O biri qadın:-Yox. Qızın anasıdır da. Kimə oxşadırsan ki?Birinci qadın:-Görmürsən, bu ki Südabə Banudur. İkinci qadın:-Şahımızın dayəsi Südabə Banumu? Hə. hə, özüdür ki, var. Vay, başıma

xeyir! O burada nə edir?Qələmnaz öncə qadınları, sonra isə Südabə Banunu diqqətlə süzür. ***

207

Page 208: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Gəlin onu əhatəyə almış əli xonçalı qadınların əhatəsində güzgü və şamların ardınca, musiqi və güllə səslərnin sədası altında qpıdan uzaqlaşır.

***Ekranda qapının ağzında duru göz yaşı axıdan Südabə Banu yaxından

görüntülənir. O, hönkür-hönkür ağlayaraq içəri keçir. ***Hişam xann İsfahandakı evinin tay-batay açılmş qapısından Nadirqulu xan

Əfşar, Məhəmməd xan Qacar və İbrahim xan başda olmaqla qonaq xanlar bir-bir daxil olurlar, onları qapı ağzında qarşılayan Hişam xan və Molla Sədrəddinlə əl tu-turlar. Hər gələn xan “Allah mabarək etsin”, Hişam xan isə onlara bir-bir “xoş gəlmisiniz” – deyir. Kadr arxasından musiqi səsi eşidilir. ***

Qalın gövdəli ağaclardan asılmış iri qoyun cəmdəkləri, böyük kötüklər üzərində baltalarla ət doğrayan qəssablar, ocaq üstündə böyük qazanları qarışdıran aşbazlar və böyük manqallaqda kabab bişirən kababçıları əks etdirən kadrlar bir-birini əvəz edir. Kadr arxasından musiqi səsi aramsız davam edir.

***Atının ipindən çəkə-çəkə mıxa bağlanmış atlara yaxınlaşan Murad bəy

görünür. Nökərlərdən biri cəld ona yaxınlaşıb atın ipini ondan alır. Kadr arxasından eyni musiqi səslənməkdə davam edir. Murad dönüb getmək istərkən kadr arxasından səs eşidilir:

-Murad bəy!Murad ayaq saxlayıb geri dönür və elə həmin an da kadra bir gənc daxil olur,

bəyə yaxınlaşıb yavaşcadan deyir:-Bəy, xanım deyir ki, vaxt itirmədən cəld evə gəlsin, çox vacib bir məsələ var.

Yubansa gec ola bilər.Murad:-Yaxşı, gəlirəm. Gənc kadrdan çıxır, Murad isə üzünü nökərə tutur:-Atımı qaytar, mən gedəsi oldum.Nökər Muradın atını gətirir. Bəy cəld bir hərəkətlə atlanır. ***Muradın evinin bağçası. Qələmnaz zivədən asılmış xalçan çırpıb tozunu

almaqla məşğuldur. Kadr arxasından at ayaqlarının səsi eşidilir. Qələmnaz əlindəki çubuğu bir kənara atıb həyət qapısına tərəf yönəlir. Kamera onun arxasınca dönür və onu bu dəfə arxadan görüntüləyir. İkinci planda qapıdan içəri girən Murad görünür.

Orta plan. Ər və arvad bir-birinə yaxınlaşıb üz-üzə dururlar. Murad soruşur:-Nə olub?Qələmnaz:-Söyləyəcəyəm, inanmayacaqsan. Gəlin dalınca gedəndə yanımdakı qadınlar

qızın analığını, yəni Hişam xanın arvadını tanıdılar. Bilirsənmi, o kimdr?Murad:-Kimdir? ***

208

Page 209: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qələmnaz iri planda görünür:-Şahımızın uşaqlıqda dayəsi olmuş Südabə Banu. ***Ekranda iri planda Qələmnazı Murad əvəz edir:-Südabə Banu? Şahın dayəsi? Hə, nə olsun ki? ***Ümumi plan. Qələmnaz:-Necə yəni nə olsun?! Məgər sən demirdinmi ki, şahın qardaş sandığı şəxs

əslində fırıldaqçıdır. Ona kimsə nə demək və şahı necə inandırmaq lazım olduğunu öyrədib...

Murad Qələmnazın nə demək istədiyini anlayır, arvadına sözünün arxasını söyləməyə imkan vermir, cəld əyilib onun ayaqlarını qucaqlayıb başı üzərinə qaldı-rır və sevincindən rəqs edərcəsinə yerində fırlanmağa başlayır :

-Ceyranım mənim, arvad deyilsən e, qızılsan qızıl! Doşab almışam, bal çıxıb.Qələmnaz onun əlindən qurtulmağa çalışır:-Qoy məni yerə. Uşaq deyilsən ki. Gəlib görən olar, rəzil olarq. Bəsdir! ***Başda Hişam xan, Nadirqulu xan və Məhəmməd xan olmaqla xanlar (50-60

nəfər) bağçadakı böyük çardaqda sərilmiş süfrə arxasında oturub yemək-içmək və muğam dinləməklə məşğuldurlar. Çox sayda nökər onlara qulluq edir. Bir qədər kənarda əyləşmiş muğam üçlüyü muğam ifa edir:

-Könlüm açlır zülfi-pərişanını görgəc,Nitqim tutulur qönçeyi-xəndanını görgəc... ***Ekranda iri planda Nadirqulu xan Əfşar görünür. O, xanəndəni diqqətlə

dinləyir, eyni zamanda dərin fikrə getdiyi hiss edilir. Kadr arxasından xanəndənin səsi eşidilir:

-Baxdıqca sənə qan saçılır didələrimdən,Bağrm dəlinir nəvəki-müjkanını görgəc... *** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində

209

Page 210: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“Vl seriya Körpə şah və qəyyumu”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Ekranda başı duvaqlı gəlini əhatə edərək geniş bir dairə şəklində əyləşmiş

qadınlar görünür. Qadınların içərisində musiqiçilər diqqəti çəkir. Onlar rəqs havası çalırlar. Qadınlar bir-bir, iki-iki ortaya girib rəqs edirlər.

***Başda Hişam xan, Nadirqulu xan və Məhəmməd xan olmaqla xanlar (50-60

nəfər) bağçadakı böyük çardaqda sərilmiş süfrə arxasında oturub yemək-içmək və muğam dinləməklə məşğuldurlar. Çox sayda nökər onlara qulluq edir. Bir qədər kənarda əyləşmiş muğam üçlüyü muğam ifa edir:

-Çox eşqə həvəs edəni gördüm ki, həvasınTərk etdi, sənin aşiqi- nalanını görgəc... ***Kameranın seyr edən obyektivi iri planda növbə ilə Hişam xan, Məhəmməd

xan, Nadir xan və daha 5-6 xan əks etdirərək İbrahim xanın üzərinə gəlir. Bu müddət ərzində xanəndənin səsi kadr arxasından eşidilir:

-...Kafər ki, degil mötərifi-nari-cəhənnəm,İymanə gələr gələr atəşi-hicranın görgəc...İbrahim xan ekrana gələr-gəlməz, Murad bəy arxadan ona yanaşıb qulağına nə

isə pıçıldayır. İbrahm cəld ayağa qalxıb sağ əlini sinəsinə qoymaqla xanlardan üzr istəyir və kadrdan çıxır. Bu müddət ərzində xanəndənin səsi kadr arxasından səslənməkdə davam edir:

-...Naziklik ilə qönçeyi-xxəndanı edən yad,Etməzmi həya ləli-dürəfşanını görgəc... ***Ekranda orta planda muğam üçlüyü görüntülənir. Xanəndə oxumaqda davam

edir:-...Sən hali-diln söyləməsən nola, Füzuli,El fəhm qılar çaki giribanını görgəc. ***Murad və İbrahim bağçada bir qollu-budaqlı ağacın altında durub söhbətlə-

şirlər. Murad deyir:-Bunu eşitcək xanımımı Südabə Banunun dalınca Bəxtiyarabada göndərdim.

Şəhərə gəlməyə razı oldu. Gözlənilmədn İsmayılın gerçək şahzadə olmadığını da, bütün bu oyunu Hişam xanla Molla Sədrəddinin qurduğnu da etiraf etdi. Üstəlikdə şahın yanında şəhadət verməyə də razı oldu.

İbrahim xan:

210

Page 211: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Qəribədir. Ömrümdə ilk dəfədir görürəm ki, arvad ərinə qarşı şəhadət vermək istəsin.

Murad:-Bizim xanımın dediyinə görə, Hişam xanın onun rizası olmadan urus

paşasının bağışladığı kənizlə evlənməsi Südabə Banunu çox pərişan edib. Odur ki, xəyanətkar ərindən intiqam almaq istəyirmiş.

İbrahim:-Vallah, doğru söyləyiblər ki, farslarda sədaqət, vəfa deyilən şey olmaz.

Amma fərq etməz. Önəmli olan budur ki, bu bizim işimizə yarasın və biz də bundan yaralanb həqiqəti gün işığına çıxaraq. Təsəvvür edirəm dadaşım bu xəbərə necə sevinəcək. Hələ Məhəmməd xanı demirəm.

***Ekranda başı duvaqlı gəlini əhatə edərək geniş bir dairə şəklində əyləşmiş

qadınlar görünür. Qadınların içərisində musiqiçilər diqqəti çəkir. Onlar rəqs havası çalırlar. Qadınlar bir-bir, iki-iki ortaya girib rəqs edirlər.

***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Toy düz bir həftə davam etdi. Yalnız bundan sonra şah xanları, axır ki, bir arada topladı və onlarla görüşdü. Məni içəri almadılar. Fəqət Təhmasib şah tapşırdı ki, qapıdan uzaqlaşmayıb silahlı əsgərlərlə birlikdə onun əmrini gözləyim. Şahın keçmiş dayəsini də saraya gətirmişdim və o, otaqların birində gözləyirdi. Bundan yalnız Nadirqulu xan, İbrahim xan və Məhəmməd xan xəbərdar idilər.

***Təhmasib şahın İsfahandakı sarayının divanı. Şah taxtda oturmuşdur. Sağ

tərəfində Hişam xan, sol tərəfində Molla Sədrəddin əyləşmişlər. Divanın divarları boyu xanlar (50-60 nəfər) bardaş qurmuşlar. Bu mənzərənin fonunda yazılır:

“İSFAHAN. 1732-Cİ İL, 4 SENTYABR”Yazı itir və şah üzünü Nadirə tutaraq deyir:-Hə, Nadirqulu xan, isəyirəm bütün xanların gözləri önündə mənim bir-iki

sualımı cavablandırasan. ***Ekranda iri planda görüntülənən Nadir cəld ayağa qalxır, şaha təzim edir və

deyir:-Buyurun, qibleyi-aləm, sədaqətli qulunuz sizin qiymətli suallarınızın hər

birini cavablandırmaqdan böyük fəxr və qürur duyacaqdır. ***Ekranda iri planda Nadiri Təhmasib Mirzə əvəz edir:-Birinci sualım budur ki, sənə Murad bəylə məktub göndərərək Qəndəhara

getməyini əmr etmişdim, niyə bu əmrimə əməl edilməyib? Nə üçün Qəndəhar üzərinə yürüməli olan ordu bu gün buradadır və İsfahanı mühasirəyə almışdır. İkinci sualım: Sənə xəyanətkar Həsənəli bəyi əsir edib hüzuruma göndərməyi buyurmuşdum...

***

211

Page 212: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kameranın obyektivi şahdan Molla Sədrəddinə tərəf yönəlir. Onun narahat olduğu və yerində qurcalandığı hiss edilir. Şah kadr arxasından aralıqsız davam edir:

-... Nədən buna əməl etmədin? İndi isə belə məlum olur ki, onu İsfahanı mühasirədə saxlayan qoşunun başına qoymusan. Onu bura əli-qolu bağlı halda gətirməli olduğun halda, urus paşasını gətirdin, özü də qəfəsdə...

***Ekranda iri planda Hişam xan görünür. O da narahatdır və yerində qurcalanır.

Şah kadr arxasından aralıqsız davam edir:-... Məgər bilmirdinmi ki, uruslarla müqavilə imzalamışıq və onlar məmləkəti

tərk etməyə boyun olmuşdular? Nədən onlara hücum edib, qırdın-çapdın, paşala-rını da əsir aldın, qəfəsə salaraq təhqir etdin? Ağır və çətin günümüzdə urus padşahının bizə müharibə etməsinəmi çalışırsan?...

***Ekranda iri planda Hişam xanı Təhmasib Mirzə əvəz edir və davam edir: -...İndi izah et görüm, bütün bunlarda məqsədin nədir? ***Ekranda iri planda Nadirqulu xan görünür. O özünü qürurlu və şax tutaraq

deyir:-Şahım, siz məndən nə üçün Qəndəhara getmədiyimi soruşursunuz? Məşhəd

və İsfahanı üsyançılardan azad etdikdən sonra Qəndəhara yürüş etməyə və əfqan məsələsini birdəfəlik həll etməyə hazırlaşırdım ki, Hişam xanın başçılığı ilə İrəvan üzərinə təşkil etdiyiniz səfərin uğursuzluğa uğradığını və Osmanlıların vaxtilə min bir əziyyətlə azad etdiyim şəhərləri yenidən ələ keçirdiklərini və İsfahana qədər irəlilədiklərini eşidib geri dönməyə məcbur oldum. Bu barədə mənə Hişam xanın özü öz məktubunda yazmışdı ...

***Ekanda orta planda şah, Hişam xan və Molla Sədrəddin görünürlər. Şah ilan

vurmuş kimi cəld baş vəzirə tərəf çevrilir və əsəbi halda soruşur:-Məndən xəbərsiz ona məktubmu yazmışdın, Sənmi onu bu tərəflərə dəvət

etmişdin?Hişam xan qorxu içində ayağa qalxır və günahkarcasına başını aşağı salır. Bir

söz demir. Kadr arxasından Nadirin səsi eşidilir:-Bəli, o, dəvət etmişdi... ***Ekranda yenidən iri planda Nadir xan görünür və aralıqsız davam edir:-...Yazmışdı ki, özünü tez yetirməsən, İsfahan da əldən gedə bilər. Mən

Heratdan çıxıb Məşhədə çathaçatda xəbər aldım ki, Osmanlılar könüllü şəkildə geri çəkilmişlər. Lakin geri dönə bilməzdim, çünki sizə bir təhlükə olduğunu başa düşdüm.

***Ekranda iri planda Nadiri şah əvəz edir:-Nə təhlükə? Sən hansı təhlükədən danışırsan? ***Yenidən Nadir iri planda görüntülənir:

212

Page 213: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Deyəcəyəm. Siz Həsənəli bəyin xəyanətkar olduğunu söyləyirsiniz. Mən isə onu sizin yanınza ona görə göndərmişdim ki, həmin təhlükə barədə sizi xəbərdar edim. Fəqət Milla Sədrəddin və Hşam xan onun sizinlə görüşməsinə mane oldular...

***Ekanda orta planda şah, Hişam xan və Molla Sədrəddin görünürlər. Şah ilan

vurmuş kimi cəld baş axunda tərəf çevrilir və onu əsəbi halda süzməyə başlayır. Molla Sədrddin də cəld ayağa qalxır, fəqət özünü heç nə başa düşmürmüş kimi göstərməyə başlayır. Kadr arxasndan nadirin səsi eşidilir:

-Əvəzində isə Həsənəli bəyi öldürmək istədilər. Bunu edə bilmədikdə şərlədilər.

Molla Sədrəddin etiraz edir:-Xeyr, onu heç kəs şərləməmişdir. O mənə dedi ki, şahı taxtdan salıb, oğlunu

şah elan etmək lazımdır. ***Ekranda bəzi xanlarn təəccüb və heyrət ifadə edən üzləri görüntülənir. Kadr

Arxasından Nadirin əsəb ifadə edən səsi eşidilir:-Yalan danışma!... ***Ekranda yenidən Nadir görünür və sözünü davam etdirir:-...Bunu Həsənəli bəy sənə yox, əmin oğlu Hişam xan mənə təklif etmişdir.

Bu da sübutu.Nadirqulu xan əlini əbasının qoynuna salıb mbir məktub çxarır. ***Ümumi plan. Nadir şaha yaxınlaşıb əlindəki məktubu ona uzadır. Həm Hişam

xann, həm də Molla Sədrəddinin rəngləri ağarır və onlar titrəməyə başlayırlar. Şah məktubu götürməyərək Nadirə deyir:

-Oxu!Nadir:-Özünüzün oxumağınız məsləhətdir. Orada sizin ünvanınza nalayiq sözlər

yazıldığından oxumağa cəsarət etmirəm. Özünüz oxuyun. Şah məktubu nadirdən alır və elə həmin an da Milla Sədrəddin və Hişam xan

şahın ayağına düşüb ayaqların öpməyə və yalvarmağa başlayırlar:-Şah başına dönüm, bağışla! Bir qələtdir eləmişik.Təhmasib Mirzə əmioğullarınn hər ikisini təpikləri yerə sərərək özündən

uzaqlaşdırır. Baş axundla baş vəzir elə həmin vəziyyətdə də qalırlar. ***İri planda ekrana gələn şah məktubu ürəyində oxumağa başlayır və oxuduqca

əsəbinin artdığı hiss olunur. O, məktubu oxuyub bitirir və gözlərini yuxarı qaldırır. ***Ümumi plan. Nadirqulu xan deyir:-Məndən nə üçün uruslara hücma keçdiyimi və paşalarını niyə əsir alıb bura

gətirdiyimi soruşursunuz. Halbuki bunu məndən onu azad etdirməmişdən öncə soruşmalıydınız.

Nadir yenidən əlini qoynuna salıb başqa bir məktub çıxarır və sözünə davam

213

Page 214: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

edir:-Məşhəddən Tehrana gələrkən, yolda Urus paşasınn Hişam xana ünvanladığı

gizli məktub əlimə keçdi. Buyurun, bunu da oxuyun. Onda biləcəksiniz ki... ***Ekanda digər xanların arasında oturub baş verənləri heyrətlə izləyən

Məhəmməd xan Qacar və İbrahim xan görünürlər. Nadir kadr arxasından sözünə davam edir:

-...Hişam xan kafirlərlə əlbir olub sizi taxtdan salmaq, fars hökuməti və İran dövləti qurmağı düşünürmüş. Buyurun oxuyun. Məktub türkcədir.

***Ümumi plan. Nadir məktubu şaha verir. Şah məktubu alıb oxumağa başlayır. ***Ekranda yerdə uzanb tir-tir tirəyən Hişam xan və Molla Sədrəddin görüntülə-

nir. ***Kamerann seyr edən obyektivi bir-bir xanların üzlərini gəzir. Bütün üzlər

heyrət və təəccüb ifadə edir. ***Ümumi plan. Şah məktubu oxuyub ayağa qalxır. Hişam xan və Molla

Sədrəddinə yaxınlaşıb onları təpikləməyə başlayır. Onlar isə yalvarırlar:-Əfv elə, qibleyi-aləm! Bağışla, şahım.Təhmasib Mirzə özünü ələ alıb taxtına oturur və deyir:-Alçaqlar!Nadir:-Siz bunların sözlərinə inanı sarayda sizə yeganə sədaqətli adam olan,

yolunuzda ölməyə hazır olan Murad bəyi qorçubaşılıqdan uzaqlaşdırdınız. Onlara da elə bu lazım idi.

Şah taxtına əyləşir və çığırır:-Murad! Murad!Saray divanın qapısı. Qapı açılır və Murad dörd əli qılınclı əsgərlə içəri daxil

olur və qapının yannda durub baş əyir. Kadr arxasından şahın səsi eşidilir:Yaxın gəlin!Murad və əsgərlər kamerann obyektivnin təqibi ilə şaha yaxınlaşırlar. Şah:-Bunları zindana göndər, elə oradaca dərhal başlarını bədənlərindən ayırsınlar!

Eşidirsənmi, dərhal!Əsgərlər Muradın işarəsi ilə Hişam xanla Molla Sədrəddini yerdən qaldırıb

qapıya tərəf aparırlar. Baş axundun ürəyi getdiyindən onu sürümək lazım olur. Hişam xan isə yalvarır:

-Bağışla, şahım! Keç günahımdan! Əfv et, qibleyi-aləm!Nadirqulu Muradın ardınca səslənir:-Murad bəy, xanım buradadırmı?Murad “bəli”-deyib, kadrdan çıxır. Nadir onun ardınca:-Onu bura göndər! *** Ekranda iri planda görünür:

214

Page 215: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Nə xanım? Xanım kimdir? ***Ümumi plan. Nadir:-Bu gün başı kəsilməli olan daha bir nəfər var.Təhmasib Mirzə:-Kimdir o? Sən kimdən bəhs edirsən?Nadir:-Şahım, cəsarətimə və sizə bu xoşagəlməz xəbəri verdiyim üçün ox-çox üzr

istəyirəm, amma axır-əvvə bilməlisiniz. Mən qardaşınız İsmayıl Mirzə olduğuna inandığınz və toyunu etdiyiniz fırıldaqçın nəzərdə tuturam.

Təhmasib Mirzənin başına, sanki, qaynar su tökürlər. O, yerindən sıçrayır və titrək bir səslə deyir:

-Nə boş-boş danışırsan?! O fırıldaqçı deyil, qardaşım İsmayıl Mirzədir.Nadirqulu xan:-Təəssüflər olsun ki, yanılırsınz. Qardaşınız İsmayıl Mirzə digər qardaşlarınz

kimi Qəndəharlı Mahmud xan Əfqan tərəfindən qətlə yetirilmişdir. Həsənəli xan bunu öz gözləri ilə görmüşdür. Molla Sədrəddinin Həsənəli bəyi şərləməsinin bir səbəbi də bu idi...

***Ekranda iri planda görünən şah əlləri ilə üzünü örtür. Nadir kadr arxasından

davam edir:-...O qorxurdu ki, bəy onların yalanlarınn üstünü açar. Sizin İsmayıl Mirzə

olduğuna inandığınız adamı Hişam xanla Molla Sədrəddin hazırlamışlar ki, sizi aradan götürəndən sonra öz hakimiyyətlərini məşrulaşdra bilsinlər. Çünki sizinlə birlikdə oğlunuzu da öldürmək istəyirdilər...

Şah əllərini üzündən götürüb həyacanla deyir:-Bu ola bilməz. Sən yalan söyləyirsən. Yox! Yox! Yox! O mənə elə şeylər

söylədi ki, bunu ondan və məndən başqa kimsə bilə bilməzdi. ***Ümumi plan. Nadir:-Daha bir nəfər bilə bilərdi.Şah:-Kimdir o?!Nadir:-Döşündə qara xalı olan adamın özü. Dayəniz və Hişam xann övrəti Südabə

Banu.Şahın ayaqları boşalır və o qeyri-ixtiyari taxta yıxılır (oturur). Onun rəngi

ağarır və şahı tər basır. Özünü ələ alır və deyir:-Ağalar, sizi sabah günorta burada gözləyəcəyəm. İndisə tək qalmaq istəyi-

rəm. ***Xanlar bir nəfər kimi ayağa qalxıb divanı tərk etməyə başlayırlar. Şah Nadirə

səslənir:-Nadirqulu xan, sən qal! ***

215

Page 216: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Digər xanlarla birlikdə qapıya yaxınlaşmaqda olan Nadir xan ayaq saxlaır və kameranın obyektivinin təqibi ilə Təhmasib Mirzəyə yaxınlaşır. Şah:

-İsmayl Mirzə barədə söylədiklərin doğrudur, ya yox?Nadir:-Təəssüf edirəm, tam doğrudur. Bir azdan dayəniz bura gələcək və həqiqəti

özünüz biləcəksiniz. ***Ekranda iri planda görünən Təhmasib Mirzə qəmli və kədərli baxışlarla baxır:-İsfahana bu qədər qoşunla gəlməyin, əlbəttə ki, əbəs deyil. Uşaq deyiləm və

hər şeyi yaxşı başa düşürəm. Xahiş edirəm, düzünü söylə, məni öldürməyimi düşünürsən?!

***Ekranda şahı iri planda Nadir əvəz edir:-Allah şahiddir ki, nə sizin, nə də oğlunuzun qılına belə ziyan vermək heç vaxt

ağlımın ucundan belə keçməyib və məndən nə sizə, nə də övladınıza heç vaxt xətər gəlməyib və gəlməz. Mənim sadəcə bir istəyim var: İtirilmiş bütün torpaqları qaytarmaq və Azərbaycanı yenidən dünyanın ən güclü və qüdrətli dövlətinə çevirmək.

*** Ümumi plan. Şah:-Və əlbəttə ki, bu arzunun gerçəkləşməsində əsas maneə mənəm.Nadir nə isə demək istəyir, fəqət şah ona imkan vermir:-Sözümü kəsmə, uşaq deyiləm, hər şeyi özüm çox gözəl başa düşürəm. Hişam

xanın sənə verdiyi məsləhət ən doğru məsləhətdir. Sabah oğlumun xeyrinə şahlıqdan əl çəkəcək, səni onun lələsi elan edəcəyəm. İndisə get, tək qalmaq istəyirəm.

Nadir şaha təzim edib gedir. Kamera onu təqib edir. O qapıdan çıxar-çıxmaz Murad girir, şaha təzim edir və soruşur:

-Şahm, dayənizlə görüşmək istərsinizmi? ***Ekranda taxtda oturmuş Təhmasib Mirzə ayağa qalxır:-De, gəlsin.O, qapıya tərəf gedir və qpıya çatar-çatmaz Südabə Banu içəri girir. Şah və

qadın bir-birinə sarılırlar. Südabə:-Əziz balam mənim, xətəkar Təhmasibim mənim. Canım oğlum.Hər ikisi hönkür-hönkür ağlayırlar. ***Hər tərəfinə xalça-palaz döşənmiş bər-bəzəkl otaq. Nadirqulu xan, İbrahim

xan və Məhəmməd xan oturub sulu qəlyan çəkirlər. Məhəmməd xan:-Vallah-billah, heç inanılası şet deyil. Yəni doğrudanmı, özü öz xoşu ilə

şahzadənin xeyrinə taxt-tacdan əl çəkəcək və səni lələ elan edəcək? Vallah, sən çox böyük siyasətmədarsan.

Nadir:-Məsələ məndə deyil. Bu, bütünlüklə qədərin hökmüdür. Məgər Allahın qədər

və qəzasına inanmırsan?

216

Page 217: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Məhəmməd xan:-İnanıram. Üstəlik də sənin Allahın sevib-seçdiyi bəndəsi olduğuna da inanı-

ram.Nadir:-Əstəfrüllah! Mən sadəcə Allahın rəzil və miskin quluyam. Həzrət Peyğəm-

bərimiz buyurub: Vətən sevgisi imandandır və mən də Vətənimi sevirəm. Bu qədər.

***Təhmasib Mirzənin divanı. Südabə Banu taxtda otururb, Təhmasibsə onun

belini qucaqlayıb başını qadının iri döşlərinin üstünə qoyub. Hər ikisi ağlayır. Şah ağlaya-ağlaya:

-Başımı həmişə beləcə sənin döşlərinin üstünə qoyardım. Sənsə mənə xətəkar deyərdin. Məni özündən uzaqlaşdıardın. Qardaşımı isə qovmazdın. Onu daha çox əzizləyərdin. Bədbəxt qardaşm mənim. Bir fırıldaqçını səninlə, axı, necə səhv sala bildim.

Şah ayağa qalxır:-Dayəciyim, mənə necə qıydın, Hişam xanın fitnəsinə necə ortaq oldun?!Təhmasib gözlərini silib qapıya tərəf yollanır və yolun ortasında qışqırır:-Murad! Murad!O, qapıya çatmamış Murad içəri girir. Şah barmağını qadına tərəf tutub “onun

da başını yalançı İsmayılla birlikdə kəsin”-deyir və qapıdan çıxır. ***Ekranda hələ də taxtda oturan Südabə Banu görünür. O, əlləri ilə üzünü örtür

və hönkür-hönkür ağlamağa başlayır. ***Ekranda Isfahanın bazar meydanı görünür. Meydann ortasında nizələrə

keçirilmiş üç kəsik baş diqqəti çəkir. Kütlə başlar əhatəyə alıb onlara tamaşa edir. Uzaqdan ümumi panoram.

***Nizəyə keçirilmiş başların yaxından görüntüsü. Bunlar Hişam xann, Molla

Sədrəddinin və yalançı İsmayılın başlarıdır. ***Təhmasib şahın İsfahandakı sarayının divanı. Şah taxtda oturmuşdur. Sağ

tərəfində Hişam xan, sol tərəfində Molla Sədrəddin əyləşmişlər. Divanın divarları boyu xanlar (50-60 nəfər) bardaş qurmuşlar. Bu mənzərənin fonunda yazılır:

“5 SENTYABR”Yazı itir. Şah deyir:-Bu gün sizi bura toplamaqda məqsədim, çox önəmli bir qərarımı sizlərə

çatdırmaqdır. Mən-Azərbaycan şahı Təhmasib Soltan Hüseyn oğlu Səfəvi bu gün şərəfli türk soylarını təmsil edən şərəfli xanların önündə oğlum və varisim vəliəhd Abbas Mirzənin nəfinə taxt-tacımdan imtina edirəm. Bu gündən şahınız Abbas Təhmasib oğlu Səfəvidir. (Üzünü Nadirə tutur) Nadirqulu xan, yaxın gəl.

Kameranın obyektivi Nadirə tərəf çevrilir. Nadir ayağa qalxır və obyektivin təqibi ilə xana yaxınlaşır. Şah sözünə davam edir:

217

Page 218: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Səltənət ordusunun əmiri Nadirqulu xan Əfşarı Abbas şahın lələsi və atabəyi elan edilir. Şah həddi-büluğa çatana qədər, səltənəti onun adından Nadirqulu xan Əfşar idarə edəcəkdir. Bu barədə möhürlü fərmanımı və şahlıq möhürünü Nadirqulu xana təqdim edirəm.

Kadra əlində qızıl sini tutmuş Murad bəy daxil olur. O, üstündə fərman və möhür olan sinini Təhmasib Mirzəyə, Təhmasib Mirzə isə Nadirə təqdim edir. Təhmasib davam edir:

-İndisə Xanın simasında hər kəsi yeni şahımıza biət etməyə dəvət edirəm. Təhmasib ayağa qalxır, başındakı tacı əlinə götürür və kadrdan çıxır. Xanlar

ayağa qalxırlar. Nadir sinini taxtın üstünə qoyur. Xanlar bir-bir Nadirə yaxnlaşb onun əlindən öpür və alın basırlar. Ona ilk yaxınlaşanlar qardaşı İbrahim xan və Məhəmməd xan Qacar olurlar. Əl öpüb alın basanlar otaqdan çıxırlar.

***Hər tərəfinə xalça-palaz döşənmiş bər-bəzəkl otaq. Nadirqulu xan, İbrahim

xan, Məhəmməd xan və Murad bəy oturub sulu qəlyan çəkirlər. Məhəmməd xan:-Təhmasib Mirzənin taleyi barədə nə düşünürsən?Nadir qəlyandan bir qullab alıb tüstüsünü yuxarı buraxır və deyir:-Quçanla Məşhəd arasında gözdən-qulaqdan uzaq bir qala var. Onu hərəmlə-

ri, kənizləri və nökərləri ilə birlikdə ora köçürməyi düşünürəm. Qoy, ömrünün sonuna qədər orada eyş-işrət, kef içində yaşasın. Əgər Murad bəy razı olarsa, onu da Təhmasibə xidmət etməsi üçün onunla birlikdə göndərərəm.

Murad:-Şərəf duyaram.Nadir:-Bax, mən bunda israr etmirəm. Seçimini etməkdə tam azadsan. İstəsən, səni

dostun Rzaqulu bəyin yanına da göndərə bilərəm. İstəsən yanımda qalarsan. Özün seç.

Murad:-Yox, mənim Təhmasib Mirzəyə sədaqət borcum var. Ailəmi də alıb onunla

getməyi daha uyğun sayıram.Nadir:-Sən bilərsən. Mən isə söz verirəm ki, maddi baxmdan heç bir müşkülatınız

olmayacaq. Sizi tam təmin edəcəyəm. Fəqət mənə söz verməlisən ki, Təhmasib ömrünün sonuna qədər qaladan kənara çıxmayacaq.

Murad:-Söz verirəm. Mənə müsaidə.Nadir:-İxtiyar sahibisən.Murad ayağa qalxır. Xanlara təzim edir və kadrdan çıxır. ***Ekranda iri planda görünən Məhəmməd xan:-Allahın hökmü ilə artıq külli-ixtiyar sahibi oldun. İndi qarşında heç bir əngəl

yoxdur. Nədən başlamağı düşünürsən? ***Ekranda iri planda Nadir peyda olur:

218

Page 219: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu gün axşamkı toplantıda xanların hüzurunda səni baş vəzir elan edəcəyəm. İbrahimi Azərbaycan hakimi təyin etdiyimi bildirəcəyəm. Sonra isə xanların hər birinə tapşırıqlarımı verib, ellərinə yola salacağam. Yeni yollar, körpülər, karvaansaraylar saldırmaq lazım olacaq. Mədrəsəsi olmayan bircə dənə də kənd qalmamalıdır. Gərək səltənətdə qanun-qaydanı bərpa edək, vergi-gömrük işlərini qaydaya salaq. Bir sözlə, görüləsi iş çoxdur...

***Ümumi plan. Nadir sözünə aralıqsız davam edir, digərləri qulaq asırlar:-...Qazi Qumuqlu Surxay xanla danışıqlara başlayıb Şirvanın yenidən Səfəvi

hakimiyyəti altına qayıtmasına çalışmaq lazım olacaq. (Üzünü İbrahmə tutur) Bu işlə sən məşğul olacaqsan. (Üzünü Məhəmməd xana tərəf çevirir) Osmanlıların Hind ümmünına yolunu kəsmək bir nömrəl məsələdir. Düşün gör, İraqi-Ərəbin şiə əhalisini Osmanlılara qarşı üsyana həvəsləndirmək üçün nə etməliyik. Bəsrə, Kərbala və Nəcəfdə üsyan çıxarmaq lazımdır. Bu şəhərləri almaq bizim üçün heç də çətin olmaz. Əsil məsələ Bağdadı ələ keçirməkdir. Bağdadı ələ keçirsək, İstanbulda üsyan üsyan ardınca çıxacaq. Belə olan halda isə Gəncə, Naxçıvan və İrəvanı geri almaq bir çətinlik törətməz. Bu şəhərləri mütləq geri almalıyıq. Oralardakı duz, mərmər, mis və dəmir mədənlərini işə salıb sənayeni canlandırma-lıyıq.

***Bir tərəfi meşələrlə örtülü dağlar, o biri tərəfi dəniz sahili olan yolla hərəkət

edən 12 atlı. (1735-ci il, oktyabr).Öndə Murad və Toğrul, arxada 10 qızılbaş əsgəri gedir. Murad danışır, Toğrul dinləyir:

-Bir neçə həftə sonra mən Təhmasib Mirzə ilə birlikdə Quçanla Məşhəd arasındakı qalaya daşındıq. Ailələrimizlə birlikdə hüzur və güvən içində yaşamağa başladıq. Nadirqulu xan isə məmləkətdə qayda-qanun yaratdı və qısa bir müddətdə bütün səltənətin ərazisində abadlıq-quruculuq işləri görülməyə başlandı. Ticarət və təsərrüfat dirçəlməyə başladı. Hişam xanla Molla Sədrəddinin edam edilməsi xəbəri bəxtiyarilərin üsyanına səbəb oldu, fəqət Nadir Həsənəli bəyi Bəndər Abbasa göndərib üsysnı yatızdırdı. Özü isə bir-birinin ardınca Bəsrə, Nəcəf və Kərbalanı tutdu. Osmanlıların Hind ümmanına çıxışı bağlandı. Bir müddət sonra isə Bağdad mühasirəyə alındı.

***Məşhəd və Quçan arasında yerləşən qalanın quş uçuşundan görüntüsü. Bu

görüntünü qalanın içindəki bağçada qurulmuş çardağın görüntüsü əvəz edir. Murad və Təhmasib Mirzə çardağa döşənmiş xalça-palazın üstündəki döşəkçələrin üstündə üz-üzə oturub nərd oynayırlar. Murad zərləri atır və deyir:

-Şeş-beş. Bu, şeş. Bu da beş... O, daşların yerini dəyişir və davam edir:-Ümid edirəm ki, bu oyunu da aparsam, şahımın mənə acığı tutmaz. Zərləri əlinə götürən Təhmasib diqqətlə Muradıngö zlərinin içinə baxır:-Bir də mənə şah demə. Azərbaycan səltənətinin sahibi indi oğlumdur...

***Təhmasib Mirzə iri planda görünür və davam edir:

219

Page 220: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Kaş, vaxtında səni dinləyəydim. Gorbagorlar Hişam xanla Molla Sədrəddin məni yoldan çıxardılar, uydum onların fitnəsinə, öz başıma müsibət açdım. Olanları xatırlayanda özümə nifrət edirəm, utanıram... ***

Ümumi plan. Keçmiş şah zərləri atır və aralıqsız davam edir:-...Amma əminəm ki, istəsəydin bütün bunların qarşısını ala bilərdin. Niyə belə etmədin? ***Murad iri planda görünür:-Mən hər şeydən öncə sizin və səltənətin təhlükəsizliyiniz barədə

düşünürdüm. Əlimdən nə gəldisə etdim. Siz sağ-salamatsız, səltənət farsların əlinə keçmədi. Taxtın sahibi doğmaca oğlunuzdur. O, Nadirqulu xan kimi güvənilən bir kişinin himayəsindədir. O, bütün itirilmiş torpaqlarımızı geri qaytaracaq, buna zərrə qədər də şübhə etmirəm.

***Ümumi plan. Təhmasib gözlərini həmsöhbətinin gözlərindən çəkib, taxtaya

baxır və iki daşın yerinni dəyişir:-Haqlısan.Bu dəfə Murad zərləri götürüb atır. Kadr arxasından həzin musiqi səsi eşidilir.

Oyun musiqi sədasının fonunda davam edir. Kamera tədricən oyunçulardan uzaqlaşır.olan əcgərlərin yanlarından keçirlər. Onlar hərəkət etdikcə nərdivanın basanaqlarını vıxlamaqla məşğul olan əli çəkicli əsgərlər bir-birini əvəz edir. Nərdivan düzəldənlərdən arxa planda onun üçün ağacdan mişarla basanaqlar kəsən, onları rəndələyənlər də gözə dəyir. Xanlar nərdivanın hazır hissəsini rəngləməklə məşğul olan əsgərlərin tuşuna çatanda Məhəmməd xan deyir:

-Heç nə başa düşmədim. Toplar dura-dura qalaları bu nərdivanlarlamı almağı düşünürsən?

Nadir diqqətlə həmsöhbətinə baxır. Gülümsəyir və deyir:-Əgər sənin kimi təcrübəli bir döyüşçü heç nə başa düşməyibsə və elə zənn

edirsə ki, qalaları bu nərdivanlarla almağı düşünürəm, deməli, hiyləm baş tutub. Bu o deməkdir ki, osmanlılar da belə düşünəcək. Əvvəla, rəqib tərəf də öz toplarını qalaların başına yığıb...

***Ekranda qala başına düzülmüş toplar və onların yanında növbə çəkən osmanlı

əsgərləri görünür. Kameranın obyektivi onları növbə ilə ekrana daşıyır. Bu mənzərənin fonunda Nadirin səsi kadr arxasından davam edir:

-...Onların topları yuxarıda olduğu üçün vurma uzaqlığı bizimkindən daha çoxdur. Bu isə o deməkdir ki, biz bir top məsafəsinə yaxınlaşana qədər onlar bizi darmadağın edərlər...

***Ekranda yenidən xanlar görünürlər. Onlar addımlamaqda davam edirlər. Arxa

planda eyni mənzərələr, yəni əcgərlərin uzun nərdivanlar düzəltməsi səhnələri görüntülənir.Nadirqulu xan sözünə aralıqsız davam edir:

220

Page 221: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Ağır toplarla isə təhlükəli sahəni sürətlə keçmək mümkün deyildir. Bunu onlar da bilirlər.

Məhəmməd xan Qacar:-Bu nərdivanları həmin sahədən sürətlə keçirmək olar. Amma təhlükə bununla

sona yetməz ki. Bəs, tüfəngçiləri nə edəcəyik... ***Ekrandakı kadrları böyük bir ağac gövdəsini yerə yıxıb baltayla onun qabığını

təmizləyən iki əsgəri əks etdirən iki əsgər görünür. Məhəmməd xan kadr arxasından ara vermədən sözünü davam etdirir.

-...Axı, osmanlı tüfəngçiləri də boş durmayacaqlar. Yuxarıdan biz onlar üçün gözəl hədəf olmarıqmı?

***Ekranda yenidən xanlar görünürlər. Onlar addımlamaqda davam edirlər. Arxa

planda eyni mənzərələr, yəni əcgərlərin uzun nərdivanlar düzəltməsi səhnələri görüntülənir.Nadirqulu xan deyir:

-Təbii ki, olarıq. Amma sənə kim dedi ki, mən qalalrı bu nərdivanlarla almağı düşünürəm. Əsla...

Nadir ayaq saxlayır. Məhəmməd xan da qeyri – ixtiyari durmalı olur. Nadir aralıqsız davam edir:

-...Şübhəsiz ki, indi osmanlılar öz bürclərindən bizi müşahidə edirlər və əsgərlərimizin nə etdiklərini də görürlər. Onlar da sənin kimi düşünürlər. Yəni Bacılı Əhməd Paşa da zənn edəcək ki, biz qalaları bu nərdivanların köməkliyi ilə almağa girişəcəyik.

***Ekranda qala bürcündə durub trubin vasitəsi ilə qızılbaşları müşahidə edən

osmanlı sərkərdəsi Bacılı Əhməd Paşa və onun sağ qolu Həsən bəy canlanırlar. ***Ekranda durbinin dairəvi görüntüsünən görüntülənən Nadirqulu xan və

Məhəmməd xan görünürlər. Dairəvi görüntü onların üzərindən uzun nərdivanın basamaqlarını mıxlamaqda olan əsgərlərin üzərinə, daha sonra isə sayı-hesabı bilinməyən əsgər çadırlarının üzərinə sürüşür və yenidən xanların üzərinə qayıdır.

***Ekranda yenidən Osmanlı sərkərdəsi Bacılı Əhməd Paşa və onun sağ qolu Həsən bəy canlanırlar. Əhməd Paşa durbini gözündən çəkib üzünü Həsən bəyə tərəf tutur:

-Vallah-billah, bir şey başa düşə bilmirəm, Həsən bəy. Deyirlər ki, Nadir xan çox böyük bir sərkərdədir. Amma, Allah şahiddir ki, onda ağıldan əsir-əlamət görmürəm. Yəni o, doğrudanmı, qalalarımızı nərdivanların köməkliyi ilə ala biləcəyini düşünür?

Həsən bəy:-Məncə, burada təəccüblü bir şey yoxdur, paşam. O, yaxşı başa düşür ki,

bizim toplar yuxarıda, onlarınki aşağıda olduğundan top savaşına girişərlərsə, yüzdə yüz məğlub olacaqlar. Odur ki, toplarımızın döyə biləcəyi sahəni ağır toplarsız, sadəcə bu nərdivanları daşımaqla, sürətlə keçə biləcəklərinə ümid edir.

Əhməd Paşa:

221

Page 222: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bəs, tüfəngçilərimizi nəzərə almır? Bilmirmi ki, buradan onları biçmək bizim üçün heç də çətin olmaz? Məncə, o, axmağın biridir. Deməli, Həsən bəy, o, nərdivanları divarlarımıza dirəyəcək, qızılbaşlar onlarla qalxacaq, biz isə heç nə etməyib gözləyəcəyik, eləmi?...

***Ekranda iri planda görünən Əhməd Paşa aralıqsız davam edir:-...Qızılbış əsgərlərinin sayı-hesabı yoxdur. Amma bizim mövqelərimiz o

qədər güclüdür ki, sayları bunun on qatı da olsa, bir şey edə bilməzlər. Yoxsa, Nadir əsgərlərinin sayına güvənir?

***Ümumi plan. Həsən bəy:-Paşam, bəlkə o, bizi aldatmaq istəyir, nə isə başqa bir tədbiri var. Bəlkə, bizə

arxadan, bu sıldırım qayalardan hücum etməyi düşünür?Paşa bəyin işarə etdiyi tərəfə dönür. ***Ekranda keçilməz sıldırım qayalar görünür. Kadr arxasından Əhməd Paşanın

səsi eşidilir:-Bu qayalardan aşa bilmək üçün onun və adamlarının gərək qanadları olsun. ***Yenidən paşa və Həsən bəy görüntüyə gəlirlər. Paşa durbini gözünə tutur. ***Ekranda durbinin dairəvi gözündən sıldırım qayalar görüntülənir. Əhməd Paşa

kadr arxasından deyir: -Bu qayaları dağ keçiləri belə keçə bilməz. ***Ekranda yenidən xanlar görünürlər. Onlar addımlamaqda davam edirlər. Arxa

planda eyni mənzərələr, yəni əcgərlərin uzun nərdivanlar düzəltməsi səhnələri görüntülənir.Nadirqulu xan deyir:

-Biz qalalara arxadan, sıldırımlı qayaları aşaraq keçəcəyik... ***Ekranda sıldırımlı qalaların döşündə tikilmiş qoşa qala görünür. Nadir kadr

arxasından davam edir.-...Osmanlıların bu ağlına da gəlməz. Çünki bu qayaları keçilməz sayırlar. ***İri planda görüntüyə gələn Məhəmməd xan təəccüblə deyir:-O qayaları keçməkmi olar? ***İri planda Məhəmməd xanı Nadirqulu xan əvəz edir:-Osmanlılar da elə hesab edir. Mən isə həmin dağda yaşayan yezidi kürdləri

ilə əlaqə yaradıb öyrənmişəm ki, qalalara arxa tərəfdən gizli bir cığır var. Onların başçısı çoxlu pul qarşığında həmin cığırı göstərməyə razı olub. İndi adamlarımdan ikisi həmin cığırı öyrənməklə məşğuldurlar.

*** Ümumi plan. Məhəmməd xan təəccüblə:

222

Page 223: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Nə?! Yezidi kürdləri?! Onlar burada nə gəzirlər?!Nadirqulu xan addımlamağa başlayır:-Özlərinin dediklərinə görə, yüz il öncə qan düşmənçiliyi üzündən iki ailə öz

yerlərindən qaçmalı olublar. Gəzə-gəzə gəlib bu dağı özlərinə yurd ediblər. Çoxalıb, artıblar. Mağaralarda yaşayırlar. Bilirsən də, yezidilərin sünni Osmanlıları görməyə gözü yoxdur. Ələvilərə isə münasibəti yaxşıdır.

Nadiri təqib edən Məhəmməd xan:-Sən ki ələvi deyilsən.Nadir yenə ayaq saxlayır və gülür:-Nə olsun ki? Onların nəzərində bütün qızılbaşlar ya ələvidir, ya da cəfəridir. Məhəmməd xan da ayaq saxlayır:-Yaxşı ki, sənin də Osmanlılar kimi sünni-Hənəfi olduğundan xəbərsizdilər.

Deməli, yezidilər bizə kömək etməyi qəbul ediblər. Nadir “bəli”-deyir və xanlar yenidən addımlamağa başlayırlar. ***Sıldırım qayaların arası ilə uzanan, bir atlının güclə keçə biləcəyi dar bir cığır.

Bu cığır ilə bir-birinin ardınca dörd atlı irəliləyir. Onlardan ilk ikisi kürd, digər ikisi isə qızılbaş geyimindədirlər. Dördünün də ciynindən heybələri sallanır. Öndəki qızılbaş geyimli şəxs Səid bəy, onun ardınca gedən isə Mirzə Əli bəydir.

***Böyük bir sal qaya. Atlılar qayanın arxasından bir-bir çıxırlar. Sonuncu atlı,

yəni Mirzə Əli bəy kameranın tuşuna çatanda kameranın obyektivi atlıların ardınca dönərək, onları təqibə alır. Atlılar nisbətən geniş bir yerə yetişirlər. Kürdlər atlarından enirlər. Qızılbaşlar da eyni şeyi edirlər.

Birinci kürd deyir:-Bundan sonra atla getmək mümkün deyil. Piyada getməliyik. Bu yerdə 20 at

saxlamaq mümkündür. Artığına yer yoxdur. Ona görə özünüzlə ən çox 20 at götürə bilərsiniz. Adam istənilən qədər ola bilər. At isə ancaq bu qədər. Ona görə əsgərlərinizin piyada gəlməsi məsləhətdir. Atlara isə silahlarınızı yükləyərsiniz.

Səid bəy:-Bunu sənsiz də başa düşürük. Sən yolun davamını göstər.Birinci kürd:-Buradan yalnız bir cığır var. Öncə birinci, sonra isə ikinci qalanın üst

tərəfindən keçir. Amma onların içinə enmir. Qalaların içinə ancaq kəndirlərlə enə bilərsiniz.

İkinci kürd:-İstəsəniz sizi kəndirləlrlə də təmin edə bilərik. Amma gərək əliniz cibinizdə

olsun.Mirzə Əli bəy:-Kəndiri özümüz də taparıq. Haydı, yolçu yolda gərək. Kürdlər digər qayaya tərəf üz tuturlar. Qızılbaş bəyləri də onların ardınca

gedirlər. Yolçular ikinci qayanın arxasına dönüb gözdən itirlər. ***Sıldırım qayada son dərəcə dar bir cığır. İki kürd və qızılbaş bəyi həmin cığıra

yaxınlaşır-lar. Birinci kürd qızılbaşlara dönür:

223

Page 224: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bura yolun ən çətin hissəsidir.O bu sözü deyb qayanın çıxıntılarından tuta-tuta ehtiyatla irəliləməyə başlayır.

İkinci kürd qızılbaşlara müraciətlə “Diqqətli olun, çox təhlükəli yerdir, amma çox da uzun deyil. Sonrası asandır.”-deyib yoldaşını təqib edir. Qızılbaşlar da eyni şeyi edirlər.

***Nadirin çadırının içi. Çadır xalça-palazla bəzədilmişdir. Nadirqulu xan və

Məhəmməd xan üz-üzə oturmuşlar, sulu qəlyan çəkə-çəkə söhbət edirlər. Məhəmməd xan deyir:

-Deməli, deyirsən, Həsənəli bəy Bəndər-Abbası tam nəzarət altına alıb. Bəxtiyariləri də yerlərində oturdub. Bu çox yaxşı xəbərdir. Bir başa sal görüm, bu bəxtiyarilər nə tayfadırlar və nə istəyirlər.

Nadir qəlyandan bir qullab alır və deyir:

-Fars tayfalarından biridir, amma tərəkəmələr kimi köçəri həyat tərzi sürürlər. Qaşqay türkləri ilə iç-içə yaşayırlar. Hişam xan və Molla Sədrəddin onlardan idilər. Bu ikisinin qətlə yetirilməsi xəbərinə etiraz olaraq üsyan çıxarmışdılar...

***Nadir iri planda görünür və aralıqsız davam edir:-...Bu gözlənilən idi. Əslində Həsənəli bəyi də Bəndər-Abbasa ona görə

göndərdim ki, dəmiri isti-isti döyək. Üsyan qalxmamışdan onu boğa bilək, böyüməsinə və digər fars tayfalarını da bürüməsinə yol verməyək.

***İri planda Nadiri Məhəmməd xan əvəz edir:-Bu farslar da yaman qudurublar. Hansı fars evinə gedirsən, Firdovsinin

“Şahnaməsini oxuduğunu görürsən. Ağzını açan da qədimdə İran adında dövlətlərinin olduğundan, Qəznəvilə-rin ona son verdiyindən danışır. Sanki, danışmağa başqa sözləri yoxdur. Bu siyasətlərini də cəfərilik pərdəsi altında həyata keçirməyə çalışırlar...

***Ümumi plan. Məhəmməd xan aralıqsız davam edir:-...Sən özün sünni-Hənəfi ola-ola, hər yerdə cəfəri mədrəsələri açdırırsan. Səni

heç cür başa düşmürəm. Nadir xan:-Burada başa düşməməli nə var ki? Özün bilirsən ki, sünnilər ələviləri

müsəlman hesab etmirlər. Bu üzdən də bir neçə əsirdir ki, türk türkə düşmən kəsilib, türk türkün qanını axıdır. Cəfiləri isə, pis-yaxşı, müsəlman sayırlar. Ələvilərin də, sünnilərin də münasibəti pis deyil. Mədrəsələri açdırmaqda məqsədim cəfəriliyi hakim etmək və bu məzhəbdən türk din xadimləri yetişdirməkdir...

***Nadirqulu xan iri planda görünür və sözünə aralıqsız davam edir:-...Onsuz da ələvilər səltənətin hər bir tərəfində tədricən cəfəriliyə keçirlər.

Elə biri sən özün. Məgər demirdinmi ki, ələvilikdən əl çəkməsək, bütün İslam

224

Page 225: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

dünyası bizə nifrət etməkdə davam edəcək. Məgər bütün Qacar soyunu sən cəfəriliyə dəvət etmədinmi? Əgər türk cəfəri din xadimləri yütişdirməsək, farslar bütün şəhərlərdə axund vəzifəsini ələ keçirəcəklər. Bir də gözümüzü açıb görəcəyik ki, artıq Azərbaycan səltənəti yoxdur. Azərbaycan səltənəti İran səltənətinə çevrilib...

***Ümumi plan. Nadir sözünə ara vermədən davam edir:-Cəfəriliyi məndən öncə rəhmətlik şah Abbas rəsmi məzhəb elan etmək istədi,

sonra gördü ki, bu yolla farslar söz sahibinə çevirilirlər, fikrindən vaz keçdi. Mən isə öncə türk din xadimləri yetişdirəcəyəm, sonra bunu edəcəyəm.

***Məhəmməd xan:-Xeyri yoxdur. Türklər öz övladlarını molla görmək istəmirlər. Sənin

təklifinlə Təbrizdə də mədrəsə açdıq. 20 yerdən ancaq üçünə türk uşağı cəlb edə bildik. O da çox böyük çətinliklə. Digər yerləri Həştpərdən gələn talış uşaqları tutdu. Türklərdən fərqli olaraq, talışlar bu işə daha çox maraq göstərirlər.

Nadir:-Nə olsun, qoy talış olsun. Onlar da bizdəndirlər. Sən indiyə qədər türkə

arxadan zərbə vuran bir talış gördünmü?Məhəmməd xan:-Yox, görmədim. Kürd gördüm, fars gördüm, əfqan gördüm, mazandaranlı

gördüm, gilək gördüm, amma talış görmədim. Adamın üstündə Allah var. Onlar düz tayfadırlar. Mərddirlər, sədaqətlidirlər və (gülümsəyir) bir az da məzəlidirlər.

Bu sözdən sonra hər iki xanı gülmək tutur. Nadir gülə-gülə:-Doğru söyləyirsən, çox məzəlidirlər. ***Sərt qayalıq bir yer. Sal daşların arxasından iki kürd, onların ardınca isə Səid

bəy və Mirzə Əli bəy peyda olurlar. Birinci kürd qızılbaş bəylərinə tərəf dönür:-Buyurun, bu da birinci qala...Bəylər bir qədər irəli gəlib qayalardan irəli, aşağı tərəf baxırlar. *** Bəylərin baxdığı tərəf. Sıldırım qayalardan aşağıdakı qalanın, qaladakı

evlərin, evlərin arası ilə ora-bura gedən osmanlı əsgərlərinin, qala divarına qoyulmuş ona yaxın topun və yanlarındakı top güllələrinin, eləcə də onların keşiyini çəkən və rəqib tərəfi müşahidə edən əsgərlərin görüntüsü. Qaladan kənarda, üfüqdə qızılbaş çadırları görünür.

***İki kürd və iki qızılbaş bəyinin durduqları yer. Səid bəy üzünü yoldaşlarına

tutur:-Siz gedin. Mən burada qalıram. Geri dönərkən görüşərik.Yoldaşları bir söz demədən kadrdan çıxırlar. Səid bəy bir daşın üzərinə oturub

heybəsindən kağız, qələm və mürəkkəb qabı çıxarır, kağızı dizlərinin üstünə qoyur, mürəkkəb qabının ağzını açır. O, başını qaldırıb önə, qalaya tərəf baxır.

***

225

Page 226: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Səid bəyin baxdığı tərəf. Sıldırım qayalardan aşağıdakı qalanın, qaladakı evlərin, evlərin arası ilə ora-bura gedən osmanlı əsgərlərinin, qala divarına qoyulmuş ona yaxın topun və yanlarındakı top güllələrinin, eləcə də onların keşiyini çəkən və rəqib tərəfi müşahidə edən əsgərlərin görüntüsü. Qaladan kənarda, üfüqdə qızılbaş çadırları görünür.

***Yenidən daş üzərində oturmuş Səid bəy ekrana gəlir. O, qələmini mürəkkəbə

batırıb kağızın üzərində nə isə cızmağa başlayır. ***Ekranda sıldırım qayaların yanı ilə çətinliklə hərəkət edən iki kürd və Mirzə

Əli bəy görünürlər. Onlar qaya çıxıntılarından tuta-tuta hərəkət edirlər. ***Yenidən daş üzərində oturmuş Səid bəy ekrana gəlir. O, kağızın üzərində nə

isə cızmaqda davam edir. ***Ekranda iri planda Səid bəyin kağızı, kağızda Səid bəyin qalanın planını

cızmaqda olan əli və əlin tutduğu qələm canlanır. ***Yenidən daş üzərində oturmuş Səid bəy ekrana gəlir. O, kağızın üzərində

qalanın planını cızmaqda davam edir. ***Nadirin çadırının içi. Çadır xalça-palazla bəzədilmişdir. Nadirqulu xan və

Məhəmməd xan üz-üzə oturmuşlar, sulu qəlyan çəkə-çəkə söhbət edirlər. Məhəmməd xan deyir:

-Ümid edirəm ki, cəm evlərini uçurub yerlərində məscidlər tikdirməyi düşünmürsən.

Nadir gülümsəyir:-Hələ ki yox. Deyirsən, yəni o qədər axmağam ki, bunun hələ vaxtı

gəlmədiyini, belə edərəmsə, bütün ələviləri özümə düşmən edə biləcəyimi anlamayım. Vaxtı gələndə, təbii ki, o da olacaq. Məmləkətdəki bütün meyxanaları da ləğv etdirəcəyəm.

***Məhəmməd xan Qacar iri planda görünür və deyir:-Meyxanaları birinci Təhmasib Mirzə də, şah Abbas da ləğv etdirməyə clb

etdilər, fəqət xalqın narazılığını görüb geri addım atdılar. Vallah, əgər bir gün bunlara nail olunarsa, İslam dünyası ilə aramız bir qədər yaxşılaşar.

***İri planda Məhəmməd xanı Nadirqulu xan əvəz edir:-Allah şahiddir ki, imkanım olsaydı, ümumiliklə səltənətdə şiəliyin kökünü

dibindən qazardım. Bax, bizdən başqa dünyadakı bütün müsəlman türklərin hamısı sünni-hənəfidirlər. Ən böyük arzum olan türk birliyinə nail olmaq yolunda şiəlik, ələxsus da ələvilik qarşıda duran ən böyük maneədir. Bu maneəni aradan aparmadan birliyə nail olmaq mümkün deyil. Amma təəssüf ki, bu da ələlik mümkün deyil. Amma ələviliyi cəfəriliklə əvəzləmək mümkündür.

***

226

Page 227: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ümumi plan. Məhəmməd xan:-Hə bu, mümkündür. Amma bir qədər zamana ehtiyac var. Fəqət sanmıram ki,

sünnilər cəfərilərə qucaq açsınlar. Bunun mümkün olmadığını özün bilirsən. Amma əgər xəlifə cəfəriliyi İslamın 4 əsas məzhəbi ilə yanaşı, 5-ci rəsmi məzhəb kimi qəbul etməyə razı olarsa və buna digər sünniləri də inandırarsa və razı salarsa, məsələ kökündən dəyişər. Bunun üçünsə biz də Osmanlı sultanını xəlifə kimi tanımalı olarıq. Məncə, bizim xalq buna hazır deyil...

***Məhəmməd xan iri planda görünür və sözünə aralıqsız davam edir:-Türk birliyindən danışırsan. Əmir Teymur da sən deyəni deyirdi. Onun

dövründə sünni-şiə məsələsi bugünkü qədər gərgin deyildi və bu məsələ heç kəsi maraqlandırmırdı da. Hətta ələvilərə də münasibət pis deyildi. Buna və bütün türk torpaqlarını öz bayrağı altında birləşdirməsinə baxmayaraq Əmir Teymur bu birliyi yarada bilmədi. O. Allahın rəhmətinə qovuşan kimi, övladları onun mirasını parça-tikə etdilər.

***İri palanda Məhəmməd xanı Nadirqulu xan əvəz edir.-Doğru söyləyirsən. Oğuz xan və Çingiz xan da bütün türk torpaqlarını bir

bayraq altında toplaya bilmişdilər. Sonu nə oldu? Övladları onların da mirasını tikə-tikə etdilər. Əslində türk birliyini İslam birliyi nəzdində də təsis etmək olar. Bax, bu gün Türküstan hökmdarları da, Hind ölkəsinin hakimi olan Teymurilər də Osmanlı sultanını xəlifə kimi, yəni dini rəhbər kimi qəbul edirlər. Hətta şirvanlılar da dağlılarla birlikdə Qazi Qumuqlu Surxay xanın başçılığı ilə ruslara qarşı Osmanlı bayrağa altında savaşırlar. Qalır yalnız Azərbaycan səltənəti.

***Ümumi plan. Məhəmməd xan:-Səfəvi xənədanı ələviliyi rəsmi din səviyyisinə qaldırmaqla Türk və İslam

ölkələri arasına elə bir paz soxmayıb və elə bir düşmənçilik toxumu əkməyib ki, bütün məsələləri bir gündə həll etmək mümkün olsun.

Birdən Məhəmməd xanın, sanki, yadına nə isə düşür və o gülməyə başlayır. Nadir onu təəccüblə süzür və soruşur:

-Nə oldu? Yadına nə düşdü, yenə?Məhəmməd xan gülə-gülə:-Deyirəm, çox qəribədir, Osmanlı sultanına və İslam xəlifəsinə qarşı müharibə

aparırıq, özümüzsə oturub, Türk və İslam birliyindən danışırıq. Başa düşmürəm, sən Azərbaycan səltənəti naminə vuruşursan, yoxsa Türk-İslam birliyi naminə.

Nadir:-Hələlik Azərbaycan səltənəti naminə. ***Ayaq üstə durmuş iki kürdün arasında daş üzərində oturmuş Mirzə Əli bəy

ekrana gəlir. O, qələmini mürəkkəbə batırıb kağızın üzərində nə isə cızır və hərdən irəli baxır.

*** Mirzə Əli bəyin baxdığı tərəf. Sıldırım qayalardan aşağıdakı ikinci qalanın,

qaladakı evlərin, evlərin arası ilə ora-bura gedən osmanlı əsgərlərinin, qala

227

Page 228: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

divarına qoyulmuş ona yaxın topun və yanlarındakı top güllələrinin, eləcə də onların keşiyini çəkən və rəqib tərəfi müşahidə edən əsgərlərin görüntüsü. Qaladan kənarda, üfüqdə qızılbaş çadırları görünür.

***Yenidən daş üzərində oturmuş Mirzə Əli bəy ekrana gəlir. O, kağızın üzərində

nə isə cızmaqda davam edir. ***Ekranda iri planda Mirzə Əli bəyin kağızı, kağızda Səid bəyin ikinci qalanın

planını cızmaqda olan əli və əlin tutduğu qələm canlanır. *** Yenidən daş üzərində oturmuş Mirzə Əli bəy ekrana gəlir. O, kağızın

üzərində plan cızmaqda davam edir. Birinci kürd ona müraciətlə deyir:-Başına dönüm, ay bəy, bir az tez ol. Bir azdan gün batmağa başlayacaq.

Sonra geri yolu tapmaq çətin olar.Mirzə Əli bəy: -Bircə dəqiqə də səbr edin. Qurtarıram. *** Məşhəd və Quçan arasında yerləşən qalanın quş uçuşundan görüntüsü. Bu

görüntünü qalanın içindəki bağçada qurulmuş çardağın görüntüsü əvəz edir. Murad və Təhmasib Mirzə çardağa döşənmiş xalça-palazın üstündəki döşəkçələrin üstündə üz-üzə oturub nərd oynayırlar. Murad zərləri atır və deyir:

-Beş qoşa.O, daşları çəkə-çəkə deyir:-Bu biri, bu ikisi, bu üçü, bu da dördü və artıq hər şey məlumdur.Təhmasib Mirzə nərd taxtasını bağlayır:-Bu gün baxtın gətirir. Mənim kitabım isə artıq həmişəlik bağlanıb. Muradım,

Nadirin səmimiyyətinə inanırsanmı?Murad:-Bəli özümə inandığım qədər inanıram. ***İri planda görüntülənən Təhmasib:-Madam ki, ona bu qədər inanırsan və o da sənə onunla qalmağı da təklif

etmişdi. Bəs, nədən qalmadın? ***İri planda Təhmasibi Murad əvəz edir:-Sizin mənə etdiyiniz yaxşılığın və sizə verdiyim sözün üzərindən xəttmi

çəkməliydim? Bəli, ürəyim onun başçılığı ilə savaşa qatılıb Vətən torpaqlarını azad etməyi çox istəyir. Fəqət sizə olan borcum daha böyükdür.

***Ümumi plan.Təhmasib “Vətən”–deyib dərin fikrə gedir və bir qədər sonra

əlavə edir:-Şah olanda Vətən heç yadıma da düşmürdü. İndi isə hər dəqiqə yalnız onun

barədə düşünürəm. Yəni Nadir bütün bunların öhdəsindən gələcəkmi?Murad:-Mən buna zərrə qədər də şübhə etmirəm.

228

Page 229: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Nadirin çadırının içi. Çadır xalça-palazla bəzədilmişdir. Nadirqulu xan və

Məhəmməd xan yanaşı oturmuşlar, sulu qəlyan çəkə-çəkə qarşılarında çıxış edən aşığı dinləyirlər. Qaranlıq olduğu üçün çadırın içi nöyüt lampaları ilə işıqlandırır. Aşıq deyir:

-Dedilər: “Oxu, aşıq, oxu. Könül şad olsun.” Aldı Aşıq Soltan:Boylanıb mən Telli Qəndabı gördüm,Dolanıb çəməndə yar səhər-səhər.Kəklik tək çəkibən gəldi qarşıma,Dedi səndə hiylə var səhər-səhər.... ***Aşıq ekranda iri planda görünür və oxumaqda davam edir:-Yar işarə etdi, himini qandım,Alışıb pərvanə tək oda yandım.Özümü cənnəti-Məvada sandım, Dərdim yar qoynundan nar səhər-səhər... *** Ekranda çadırların fonunda ocaq ətrafında dövrə vurub oturmuş və şişə

keçirilmiş quzu cəmdəyi qızardan çox sayda qızılbaş əsgəri görünür. Hava qaran-lıqdır. At ayaqlarının səsi gəlir. Əsgərlər səs gələn tərəfə baxırlar. Onlardan ikisi cəld ayağa qalxırlar və dəstədən ayrılırlar. Onlar ayrılar-ayrılmaz kadra at blində oturmuş Səid bəy və Mirzə Əli bəy daxil olurlar. Əsgərlər onların atlarını tuturlar. Bu səhnə davam edərkən aşığın səsi kadr arxasından, uzaqdan gəlir:

-...Qəndab canını etdi mənə peşkəş,Dedi xoş çağımdı, can sənə peşkəş. Busə bağışladı Soltana peşkəş,İndi yada düşür hər səhər-səhər.... ***Orta plan. Bəylər atlarından enirlər. Səid bəy soruşur:-Xan haradadır?Əsgərlərdən biri:-Öz çadırındadır. Məhəmməd xan da oradadır. Bəylər cəld oradan

uzaqlaşırlar. Əsgərlərdə atları çəkib kadrdan çıxırlar. Bu səhnə davam edərkən, aşığın səsi kadr arxasından eyni qaydada davam edir:

-...Söz tamam oldu, dedilər:“Sağ ol, aşıq, dalısını söylə.”Soltan sözünə davam etdi, dedi... ***Səid bəy və Mirzə Əli bəy çadırların önü ilə kameranın obyektivinin təqibi ilə

irəliləyirlər. Onlar irəlilədikcə daha üç ocaq və ocaq ətrafında oturub quzu cəmdəyi qızardan daha üç dəstə qızılbaş əsgəri görünür. Bu mənzərə davam etdikcə, aşığın da səsi kadr arxasından, artıq bir qədər yaxından eşidilməkdə davam edir:

-...Ərz olsun, Qəndab mənə yaxa vermədi, vədəyə xilaf çıxdı, görüşə gec gəlmisən deyə acıq edib geri qayıtdı. Əzizlərim, bu bəhanə idi. Nə qədər yalvardım, qanrılıb geri də baxmadı. Pərişan sazı döşümə basıb dedim...

229

Page 230: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Nadirqulu xanın çadırının önü. Çadırın qapısında dörd əli nizə-qalxanlı əsgər

durub. Kadr arxasından aşıq davam edir:-...O maral baxışlım, ceyran yerişlim,Sinəmə bir neştər çaldı da getdi...Bu dəm kadra daxil olan bəylər içəri girirlər. Əsgərlər onlara mane olmurlar.

Kadr arxasından aşıq davam edir:-...O nazlım, o tərlan baxışlı yarım,Məni dərd-qəmə saldı da getdi... ***Çadirin iç tərəfdən qapısı. Qapıdan daxil olan Səid bəy və Mirzə Əli bəy

yüngülcə təzim edirlər. ***Ekranda yanaşı oturub, saz çalmaqda olan aşığı dinləyən Nadirqulu xan və

Məhəmməd xan görünürlər. Orta plan. Nadir əlini qaldırır və aşıq çalmağa son verir. Xanlara təzim edib kadrdan çıxır.

***Ümumi plan. Nadirqulu xan bəylərə müraciətlə:-Gəlin.Bəylər xanlara yaxınlaşırlar. Məhəmməd xan onları əlinin işarəsi ilə oturmağa

dəvət edir. Bəylər xanların qarşısında diz üstə otururlar. Nadir soruşur:-Hə, aslanlarım, necə getdiniz, necə gəldiniz.? Söyləyin görək, nə xəbərlə

gəlmisiniz.Səid bəy:-Kəşfiyyatımız çox uğurlu keçdi. Osmanlıların mövqelərini, toplarının sayını,

yerini kağıza köçürmüşük.Səid bəy heybəsindən cızdığı kağızı çıxarır və Nadirqulu xanın qarşısına sərir.

Mirzə Əli bəy də eyni işi görür. Nadir yaxınlıqdakı çırıağı götürüb kağızlara yaxın bir yerə qoyur və onları nəzərdən keçirməyə başlayır. Məhəmməd xan da diqqətini eyni yerə yönəldir. Səid bəy davam edir:

-Qalaların üst tərəflərinə aparan cığır çox dardır. Yolun dörddə üçünü atla getmək olur. Fəqət iki atın yanaşı getməsi mümkün deyildir. Bu yolun sonunda nisbətən geniş bir yer var, orada isə cəmi atın durması mümkündür. Yəni biz hücumu oradan təşkil etsək özümüzlə bir dəfəyə yalnız 20 at yükü qədər yük apara bilərik.

***Ekranda iri planda müsahibini diqqətlə dinləyən Nadirqulu xan, ardınca isə

Məhəmməd xan görüntülənirlər. Bəyin səsi kadr arxasından aralıqsız davam edir: -Yolun qalan hissəsi çox dar və çətindir. Oranı bir-bir, özü də hər əsgərin bir

patrondaş və bir tüfəng aparması şərti ilə, keçmək olur. Qərb qalasına çatmamış bir yer olduqca təhlükəli və çətinkeçiləndir, amma keçilməz deyil...

***Bu dəfə iri planda Səid bəy görünür və sözünə ara vermədən davam edir:-...Qərb qalasının üst tərəfindəki kiçik tərəfində 5-6 adam yanaşı dura bilər,

amma daldalanmağa yer yoxdur. Oradan qalaya qədər olan məsafə güllə

230

Page 231: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

yetişməyəcək uzaqlıqdadır. Amma oradan qalanın içinə kəndirlə enmək olar. Şərq qalası ilə məsələ isə daha yaxşıdır...

***Ümumi plan. Səid bəy davam edir:-...Bu barədə Mirzə Əli bəy danışsa yaxşı olar.Nadirqulu xan üzünü Mirzə Əli bəyə tutur:-Buyur, eşidirəm.Mirzə Əli bəy deyir:-Qərb qalasını keçdikdən sonra yol nisbətən rahatdır. Şərq qalasının üstündə

geniş bi yer var və orada 25-30 adam mövqe tuta bilər. Daldalanmağa da yer var. Qala divarı yaxın olduğu üçün onun üstünə qalxan hər kəsi yuxarıdan dənləmək mümkündür.

Nadirqulu xan:-Deməli, yuxarıda 25-30 tüfəngçimiz mövqe tutsa, biz buradan həmin qalaya

təhlekəsiz şəkildə yaxınlaşıb, onu heç bir çətinlik çəkmədən tuta bilərik, deyilmi?Mirzə Əli bəy:-Bəli, xan.Nadir:-Əla. Qərb qalasına necəəsgər endirsək, oradakıları bir saat rəncidə etmək

olar?Səid bəy: -Məncə 50 nəfər yetər. Orada çox olsa, cəmi 200-250 əsgər olar. Əgər gizli

enə bilsək, sizin kənardan müdaxiləniz olmasa da, məsələni həll etmək olar. ***Ekranda iri planda görünən Məhəmməd xan:-Bu iki qala arasında yeraltı bağlantının olub-olmadığını öyrəndinizmi? ***Orta planda bəylər görüntülənirlər. Onlar öncə təəccüblə bir-birilərinə baxır,

sonra isə günahkarcasına gözlərini yerə dikirlər. Səid bəy gözünü qaldırmadan deyir:

-Vallah, bu heç ağlımıza da gəlmədi. ***Ümumi plan. Nadir üzünü Məhəmməd xana tutur:-Yuxarıdan bunu necə müəyyən edə bilərdilər ki? (üzünü bəylərə tərəf çevirir)

Üzülməyin, bunda sizin bir suçunuz yoxdur. Bunu və digər məsələləri öyrənmək üçün qalalardan birinə aşıq qiyafəsində cəsus göndərmişəm. Bir iki gün sonra hər şey ovcumuzun içində olacaq.

***Bacılı Əhməd Paşanın qaladakı iqamətgahının içi. Bacılı Əhməd Paşa və

Həsən bəy oturub, onların qarşısında saz çalıb oxuyan aşığı dinləyirlər. Aşıq oxuyur:

-Gah gedirəm, gah gəlirəm bacaya,Oyan, Əslim, üzdə xalın sevdiyim.Karvanqıran gəldi çıxdı ucaya,Oyan, Əslim, üzdə xalın sevdiyim.

231

Page 232: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Mən gəzmişəm alçaq ilə ucanı, Yar yolunda fəda qıldım bu canı.Necə dözüm nən bu uzun gecəni,Oyan, Əslim, üzdə xalın sevdiyim. ***Sıldırım qayaların arası ilə uzanan, bir atlının güclə keçə biləcəyi dar bir cığır.

Bu cığır ilə bir-birinin ardınca çox sayda qızılbaş əsgəri yüklə dolu atlarının iplərindən tutaraq irəliləyirlər. Onların hamısının ciynindən heybələri sallanır. Öndəki qızılbaş geyimli şəxs Səid bəydir.

***Böyük bir sal qaya. İyirmiyə yaxın qızılbaş əsgəri yüklü atlarının iplərindən

çəkə-çəkə, qayanın arxasından bir-bir çıxırlar. Sonuncu əsgər və at kameranın tuşuna çatanda kameranın obyektivi onların ardınca dönərək, onları təqibə alır. Əsgərlər və atlar nisbətən geniş bir yerə yetişirlər. Burada atların yükləri boşaldılmağa başlayır. Onlardan biri Səid bəydir.

***Sıldırım qayada son dərəcə dar bir cığır. Mirzə Əli bəy və onun ardınca

onlarla qızılbaş əsgəri həmin cığıra yaxınlaşırlar. Onlarının hamısının çiynindən patrondaş və tüfənglər asılmışdır. Bəy əsgərlərə tərəf dönür:

-Bura yolun ən çətin hissəsidir. Diqqətli olun, çox təhlükəli yerdir, amma çox da uzun deyil. Sonrası asandır.

O bu sözü deyib irəliləməyə başlayır. Əsgərlər də onu təqib edir. ***Hava qaranlıqdır. Sıldırımlı qayadan sallanan üç qalın kəndirlə növbə ilə çox

sayda qızılbaş əsgəri aşağı düşür. Onların hamısının çiyinlərindən patrondaş və tüfəng, bellərindən isə qılınc asılıb.

***Qaranlıqdır. Əli nizə qalxanlı iki osmanlı əsgəri qala divarında düzülmüş

topların yanında keşik çəkərək, ora-bura gəzişirlər. Gözlənilmədən haradansa iki qızılbaş əsgəri peyda olub arxadan onların üstünə atılırlar və əllərindəki xəncərlərlə boğazlarını kəsirlər. Qızılbaş əsgərlərindən biri heybəsindən çıxartdığı çırağı çaxmaqdaşı ilə yandırır və başı üstə ora-bura yelləyərək qaladan kənara işarə verir.

***Qaranlıqdır. Ay işığında geclə gözə dəyən qala divarının çöldən görüntüsü.

Divarın üstündə ora-bura yellənən zəif od görünür. ***Qaranlıqdır. Ay işığında zorla görünən çox sayda çadırın arxasından

gözlənilmədən yüzlərlə silahlı qızılbaş əsgəri çıxıb “Ya Əli!”, “Ya Hüseyn!”-çığıra-çığıra irəli şığıyırlar.

***Qaranlıqda sürətlə irəl qaçmaqda olan yüzlərcə silahlı qızılbaş əsgəri gözə

dəyir. Onların bir çoxu uzun-uzun nərdivanlar daşıyırlar. “Ya Əli” və “Ya Hüseyn” çığırtılarından ağız deyəni qulaq eşitmir.

232

Page 233: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Qollu-budaqlı ağacın yanında at belində durmuş Nadirqulu xan və

Məhəmməd xan ay işığında görünürlər. Kadr arxasından hücuma keçən əsgərlərin çığır-bağırtısı eşidilir. Məhəmməd xan:

-Nadir, nədən qalaları toplarla dağıtmağa imkan vermədin.Nadir:-Madam ki, onları toplarsız ala bilərik, nədən dağıdaq? Onlar bizə lazım

olmayacaqmı?Məhəmməd xan:-Bu qalalar nəyimizə lazım ola bilər ki?Nadir:-Lazımımız olmaz dağıdarıq. Amma unutma ki, onlar Hülakü xandan yadigar

qalıb. Hülakü xanın yadigarlarını dağıtmaq bizə yaraşarmı? *** Qaranlıqdır.Ekranda qala divarında bir topun yanında durub şeypur çalan bir

osmanlı əsgəri görünür. Kadr arxasından qızılbaşların hayqırtısı eşidilir. Osmanlı əsgəri gözlənilmədən yerə sərilir.

***Qaranlıqdır. Sıldırım qaya başında durmuş əli tüfəngli qızılbaş əsgərləri.

Mirzə Əli bəy onların içindədir. Onun tüfəngindən tüstü çıxır. ***Qala divarının və onun başına aparan daş pilləkanların içəri tərəfdən və

yuxarıdan görüntüsü. Çox sayda osmanlı əsgəri yuxarı qalxmaq üçün pilləkanlara tərəf qaçır və yuxarı qalxmağa başlayırlar. Onların bir çoxunun əlində məşəllər var.

***Ildırım qayalar üzərində mövqe tutmuş qızılbaş əsgərləri aşağı doğru

tüfənglərdən atəş açmağa başlayırlar. ***Qala divarının və onun başına aparan daş pilləkanların içəri tərəfdən və

yuxarıdan görüntüsü. Çox sayda osmanlı əsgəri yuxarı qalxmaq üçün pilləkanlara tərəf qaçır və yuxarı qalxmağa başlayırlar. Onların bir çoxu artıq qala divarının üstü ilə toplara tərəf qaçır. Fəqət açılan atəşlər onların iki-iki, üç-üç yerə sərilməsinə səbəb olur. Sağa qalanlar üzlərini kameraya tərəf çevirib əllərindəki tüfənglərlə cavab verirlər. Amma bu, onlara kömək etmir. Onlar qırılmaqda davam edirlər.

***Bacılı Əhməd Paşanın otağının qapısının önündə 10-15 qızılbaş əsgəri

divardan asılmış məşəllərin işığında 5-6 osmanlı əsgəri ilə qılınclaşırlar. Qızılbaşlardan biri Səid bəydir. Yerdə 2-3 osmanlı əsgəri can verir. Qızılbaşlar osmanlıları tam qırıb qapıdan içəri girirlər.

***Əhməd Paşanın yataq otağının qapısının içəridən görüntüsü. Qapı açılır və

qızılbaş əsgərləri Səid bəyin başçılığında içəri soxulurlar. ***

233

Page 234: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Otağın tam ortasındakı çarpayının yanında durmuş və əlində məşəl tutmuş Əhməd Paşa. O alt paltardadır:

-Siz imsiniz?! Ekranda iri planda gülümsəyən Səid bəy görünür:-Görmürsənmi ki, qızılbaşlarıq. ***Hava artıq bir qədər işıqlanmışdır. Dar küçələrin birində barrikadalar qurub

atışan osmanlı əsgərləri görünür. Onları küçənin digər başında ata-ata irəliləyən, fəqət osmanlı güllələrinə tuş gələrək yerə sərilən qızılbaş əsgərləri əvəz edir. Hər tərəfi tüstü bürüyüb.

***Ekranda yanan ev fonunda döyüşə girmək üçün qaçan osmanlı əsgərləri gözə

dəyir. ***Qızılbaş əsgərləri artıq barrikadaya çatıblar. Qılınclarla savaş gedir. Hər iki

tərəf itki verir. Osmanlıların itkisi daha çoxdur. ***Qapalı bir məkan. Divarlarda məşəllər yanır. Burada Həsən bəy və üç osmanlı

əsgəri 8-9 qızılbaş əsgəri ilə döyüşürlər. Yerdə 3-4 osmanlı əsgərinin meyidi var. Qızılbaşlar digər osmanlı əsgərlərini də qılıncdan keçirib Həsən bəyi dövrəyə alırlar. O isə vəziyyəti belə görüb “La ilahıilləllah, Mühəmmədən rəsulallah”-deyib qılıncını öz qarnına söxur.

***Hava artıq açılmağa başlayır. Qala divarnın çöl tərəfdən görüntüsü. Divara

onlarla nərdivan dirənib və qızılbaş əsgərləri qarışqa kimi yuxarı dırmanırlar. *** Dan yeri sökülüb. Qala divarına dırmaşmış qızılbaş əsgərləri qala pilləkanları

ilə kütləvi şəkildə aşağı enirlər. Hər tərəfdə ölmüş osmanlılar və qan gölməçələri diqqəti cəkir.

Hava artıq işıqlanıb. Nadirqulu xan və Məhəmməd xan at belində, 10-15 qızılbaş süvarisinin müşayiəti ilə qala divarının aşağısı ilə irəliləyirlər. Bu an Nadirin atının önünə yuxarıda bir osmanlı bayrağı düşür. Xanların hər ikisi atını əyləyib yuxarı baxırlar.

***Xanların baxdığı yer. Aşağıdan qala divarının üst tərəfinin görüntüsü. Orada

iki qızılbaş əsgəri Səfəvi bayrağını asmaqla məşğuldurlar. ***Ekranda at belində oturmuş Nadirqulu xan, Məhəmmə xan və Səid bəy

görünürlər. Nadir atını bir qədər irəli srür, atdan düşmədənəyilib osmanlı bayrağını yerdən qaldırır, öpüb gözünə basır, büküb sinəsinə qoyur və geri dönərək, yuxarını göstərir və Səid bəyə müraciətlə deyir:

-Yaxın gəl.Səid bəy ona yaxınlaşır və xana təzim edir.Nadir :-O əsgərlər hüzuruma gətir.

234

Page 235: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Səid bəy “baş üstə”- deyib geri dönür və kadrdan çıxır.Xanlar və onları müşayiət edənlər yollarına davam edirlər. ***Qala içində kiçik bir meydan. Meydanda onlarla osmanlı əsgəri diz üstə

oturub əllərini boyunlarının arxasına qoyublar. Əhməd Paşa da oradadır. O ayaq üstədir. Amma əl-qolu bağlıdır. Onları əli silahlı qızılbaş əsgərləri əhatə ediblər.

***Döngədən çıxan xanlar əsgərlərin müşayiəti ilə meydana yaxınlaşıb, Əhməd

Paşanın düz qarşısında atlarını əyləyirlər. Əsgərlərdən iki nəfər yaxınlaşıb onların atlarının iplərindən tuturlar. Xanlar atdan enirlər. Nadirqulu xan Əhməd Paşaya yaxınlaşır və soruşur:

-Bacılı Əhməd Paşa sənmisən?Paşa:-Mənəm.Nadir belindən çıxartdığı xəncəri ilə onun əlinin kəndirlərini kəsir və üzünü

əsir osmanlı əsgərlərinə tərəf çevirir:-Qalxın ayağa!Osmanlı əsgərləri ayağa qalxırlar. Nadir onlara qəzəblə:-Türk də dizmi çökər?! Bir can nə şirin şey oldu ki, kişiliyi ona qurban

verirsiniz?Xan üzünü paşaya tutur:-Onlara sənmi diz çökməyi öyrətdin?Əhməd Paşa:-Mənim əsgərlərim içində bir nəfər də türk yoxdur. Bunların hamısı

ərəbdir.Türk olsaydılar, yenilməzdik.Nadir:-Sən özün necə, türksənmi?Paşa:-Çərkəzəm. ***Ekranda Səid bəy və bayraq asan iki əsgəri silahın qabağına qatıb gətirən iki

bşqa qızılbaş əsgəri görünürlər. Onlar qalabalığın içindən çıxıb Nadirə yaxın bir yerdə dururlar. Nadir bəydən soruşur:

-Bayraq asan bunlar idimi?Nadir əsgərlərə:-Sizmi Osmanlı bayrağını yerə atdınız?Əsgərlər bir söz deməyib başlarını əyirlər. Nadir:-Türk-İslam bayrağı yerəmi atılar?!Əsgərlərdən səs çıxmır. Qorxduqları açıq-aydın hiss edilir. Nadir qoynundan

Osmanlı bayrağını çıxarıb açır, əlində tutub deyir:-Gəlin, öpün və Əhməd Paşadan üzr istəyin.Əsgərlər yaxınlaşıb növbə ilə bayrağı öpüb, gözlərinə basıb üzlərini Əhməd

Paşaya tutub ”üzr istəyirəmdeyirlər. Nadir xan Səid bəyə:-Paşaya at gətirin. ***

235

Page 236: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadirin çadırının içi. Nadirqulu xan, Məhəmməd xan və Əhməd Paşa süfrə arxasında oturublar. Süfrədə min bir nemət var. Əhməd Paşa danışır, xanlar deyir:

-Bizim savaşımız din savaşıdır. Qəzavatdır. Biz buna inanırıq. Ona görə də bizim üçün türk, çərkəz, kürd, laz, ərəb olmağın heç bir fərqi yoxdur. Hamımız müsəlmanıq və bizim üçün önəmli olan budur. Biz xəlifəyə biət etmişik və onun yolunda hər zaman sevə-sevə ölməyə, şəhid olmağa hazırıq.Məqsədimiz İslamı bütün dünyaya hakim qılmaqdır. Biz Qərbdə xaçpərəstlərlə qəzavat etdiyimiz vaxtda siz-ələvilər hər zaman xaçpərəstlərlə bir olub bizə arxadan zərbə vurmusunuz.

*** Ekranda orta planda Nadirqulu xan və Məhəmməd xan görünürlər. Onlar

mənalı baxışlarla bir-birilərinə baxırlar. Nadir üzünü həmsöhbətinə tutur:-Qəzavatdan, şəhadətdən danışırsan, amma şəhid olmaq əvəzinə əsir düşməyi

üstün tutdun. Fəqət türk Həsən bəy belə etmədi. Səndən fərqli olaraq son damla qanına qədər savaşdı və əsil kişi kimi öldü. Axirəti dünya həyatından üstün tutan əsir düşməz. Amma sənin qazi adlandırdığın ərəb əsgərlərin əsir düşdülər. Odur ki, incimə, danışdıqların nağıla bənzəyir.

***Ümumi plan. Əhməd Paşa:-Ürəyimizdəkiləri və niyyətlərimizi Allah bilir. Bu bizə yetər. ***Ayaq üstə durmuş osmanlı əsirləri. 7-8 qızılbaş əsgəri onlara yeni libaslar

paylayır. Kənarda at belində durmuş Səid bəy əsirlərə:-Libaslarınızı dəyişin. Köhnə paltarlarınızı səliqə ilə bükün və bir kənara

qoyun. ***Əsirlərin orta planda görüntüsü. Onlar yeni libasları yerə qoyub paltarlarını

çıxartmağa başlayırlar. ***At belində durmuş Səid bəin tək, orta planda görüntüsü. Kadra at belində

Mirzə Əli bəy daxil olub Səid bəyə yaxınlaşır:-Görəsən, xan bu osmanlı libaslarını nə edəcək?Səid bəy:-Allah bilir. Mən haradan bilim. Mirzə Əli bəy:-Görünür, yenə də nə isə bir hiyləsi var. Vallah, Allah şahiddir ki, tarix onun

kimi dahi sərkərdə və siyasətmədar görməyibdir. *** Nadirin çadırının içi. Nadirqulu xan, Məhəmməd xan və Əhməd Paşa süfrə

arxasında oturublar. Süfrədə min bir nemət var. Əhməd Paşa danışır, xanlar yeyə-yeyə deyir:

-Azərbaycan türklərindən fərqli olaraq, osmanlı türkləri “millət” söhbətini dillərinə belə gətirmirlər. Onlar üçün əsas məsələ ümmət məsələsidir. Sizlərdən isə kimi dindirirsən, “türk” kəlməsi dilindən düşmür. Sizlər milliyyətçisiniz. Ələviliyi

236

Page 237: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

də türk milli dini halına gətirmisiniz. Farslar da elədir. Cəfərilik onların milli məzhəbinə çevrilib...

Nadirqulu xan:-Çörəyini ye, sonra danışarsan. ***Ekranda iri planda görünən Əhməd Paşa:-Yemək qaçmır. Ömrümün sonuna nə qədər qaldığını bilmirəm. Odur ki,

imkan verin ürəyimi tam boşaldım. ***İri planda paşanı Məhəmməd xan əvəz edir:-Səni öldürmək fikrimiz yoxdur. Odur ki, vaxtın boldur. Ye, biz səni istədiyin

qədər dinləməyə hazırıq. ***Bu dəfə iri planda Nadir görünür:-Madam ki, ürəyini boşaltmaq istəyir, qoy boşaltsın. Mane olmayaq. Buyur,

paşa, qulağımız səndədir. ***Ümumi plan. Paşa:-Hə, farslar cəfəriliyi milli din səviyyəsinə gətiriblər. Milli hisslərini, İran

dövləti qurmaq arzularını cəfərilik altında gizlədirlər. Siz isə ələviliyi cəfəriliklə əvəzləmək istəyirsiniz. Bu yolla Türk-İslam birliyinə nail ola biləcəyinizimi sanırsınız? Bilmirsinizmi ki, bizim istər ələvilik olsun, istər cəfərilik və ya zeydilik olsun və ya da hər hansı başqa bir şiə məzhəb və təriqəti olsun, biət hesab etdiyimiz heç bir məzhəb və təriqəti qəbul etməyimiz mümkün deyil.

Nadir bir qədər sərt şəkildə: -Çörəyini ye!Əhməd Paşa naəlac qalıb əlini çörəyə uzadır və “bismillah”-deyir. ***Nadirqulu xan və Məhəmməd xan söhbət edə-edə çadırların arası ilə

gəzişirlər. Məhəmməd xan:-Gördünmü? Hətta xəlifə cəfəriliyi İslamın 5 rəsmi məzhəbindən biri kimi

qəbul etsə belə, sünni din xadimləri bunu heç vaxt qəbul etməzlər. Əgər gerçəkdən də Türk-İslam birliyinə nail olmaq istəyirsənsə, şiəliyi yox etməlisən. Bu isə, özün də bildiyin kimi, mümkün deyil.

Nadir:-Bəli, təəssüf ki, belədir. Amma nə isə etməliyik. Biz bir şey edərik, bizdən

sonrakılar da bir şey edər. Bir də görərsən ki, mümkün olmayan şey mümkünləşdi.Məhəmməd xan:-Amma qaş qayırdığımız yerdə gözü də vurub çıxarmayaq. Paşanın ən son

sözü ağlıma tam batdı və məni narahat etdi.Nadir:-Hansı sözü?Məhəmməd xan:-Dedi ki, cəfəriliyi rəsmi məzhəb etsəniz, bir də gözünüzü açıb görəcəksiniz

ki, Azərbaycan səltənəti İran səltənəti olub.

237

Page 238: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadir:-Bu ki yeni söz deyil. Unutdunmu, bu barədə biz də səninlə söhbət etmişdik.

Cəfəri məzhəbindən olan türk din xadimlərini ona görə yetişdirmək istəyirəm də.Məhəmməd xan:-Osmanlı əsirlərinin libaslarını toplatmaqda məqsədin nədir?Nadir ayaq saxlayıb gülümsəyir. Məhəmməd xan da durur. ***Nadir iri planda görünür və deyir:-Bağdada gedən yolumuzun üstündə osmanlıların daha bir qalası var. Onu

alınmaz qala adlandırırlar. Eşitmisənmi? ***İri planda Nadirqulu xanı Məhəmməd xan əvəz edir:-Eşitmişəm. Oranı bu libaslarlamı almağı düşünürsən? ***Ümumi plan. Nadir:-Bəli, indiyə qədər tarixdə heç əsin görmədiyi və ağlına gəlmədiyi bir iş

görəcəyəm. Məhəmməd xan:-Güman edirsən ki, osmanlı paltarı geydirəcəyin adamları yoxlamadan,

kimliklərini müəyyən etmədən asanlıqla qalayamı buraxacaqlar?Nadir:-Nə etməyi düşündüyümü, inşallah, ora çatanda görəcəksən.Məhəmməd xan:-İnşallah. Allah köməyimiz olsun. Bilirsən, sənə özümdən çox inanıram.

Amma hər ehtimala qarşı, Həsənəli bəyin yetişməsini gözləsək yaxşı olar. Mən bilən, o 3-4 günə özünü yetirər.

Nadir:-Məsələ də elə bundadır ki, onu gözləməyə vaxtımız yoxdur. Elə bu gecə

hərəkət etməliyik. Həsənəli bəy bizə, inşallah, Bağdad civarında yetişər.Bu sözlərdən sonra xanlar yenidən gəzişməyə başlayırlar. ***Gecə yarıdır. Ay işığında sıraya düzülmüş və səfərə çıxmaq üzrə olan qızılbaş

qoşunu. Çox sayda süvari və piyada əsgər, eləcə də arabalara toplar və belləərində zəmburək olan dəvələr diqqəti çəkir. Məhəmməd xan və Səid bəy at belində qoşunun yanından keçərək onun səfərə son hazırlıq səviyyəsini yoxlayır-lar. Ekrana Nadirqulu xanla Mirzə Əli bəy daxil olurlar. Hər ikisi at belindədir. Na-dir deyir:

-Mirzə Əli bəy, bu qalalar və əsirlər sənə əmanətdir. Hələlik 50 əsgərlə idarə edərsən. İnşallah, həsənəli bəy 3-4 günə yetişər. Ondan daha 150 əsgər alarsan. 200 nəfər sənə yetər. Həsənəli bəy gələr-gəlməz, əsirləri azad edin. Bəy özü isə vaxt itirmədən ardımızca gəlsin.

Mirzə Əli bəy:-Baş üstə, xan.Nadir:-Di, salamat qal.

238

Page 239: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bəy:-Yaxşı yol, uğurunuza xeyir.Xan və bəy atdan enmədən qucaqlaşıb ayrılırlar. Nadir atını Məhəmməd xan

və Səid xanın yanına sürür:-Hazırsınızmı?Məhəmməd xan:-Bəli. Əmrinizi gözləyirik.Nadir:-Ya Allah! Bismillah!Məhəmməd xan üzünü qoşuna tərəf tutur və ucadan komanda verir:-Ya Allah! Bismillah!Yer-yerdən alay və bölük əmirlərinin eyni komandanı təkrarlaması eşidilir.

Qoşun hərəkətə keçir. Nadir atını kəcavəli dəvələr olan yerə sürüb dəvələrdən birinə yaxınlaşır.

***İri planda kəcavə də oturmuş Südabə Xatun və yanındakı beşik görünür. ***Ümumi plan. Nadir kəcavənin içində oturmuş Südabə Xatundan soruşur:-Şahımız necədir?Südabə Xatun beşiyə tərəf baxaraq:-Mışıl-mışıl yatır. ***Ekranda iri planda yatan körpə şah görünür. O beşiyin içindədir. ***Dan yeri yenicə sökülməyə başlamışdır. Şəfəq qızarıb. Geniş yataqlı çay boyu

səhralıq bir yerlə irəliləyən qızılbaş qoşunu. Nadirqulu xan və Məhəmməd xan irəlidə at belində gedirlər.

***Xanlar ön tərəfdən iri planda görünürlər. Arxa planda ordunun ilk səfləri gö-

rünür. Nadirqulu xan:-Gün çıxmadan xurmalığa çatmamız lazımdır. Əks təqdirdə günün altında

qovurulacağıq.Məhəmməd xan:-Buralar əməlli-başlı cəhənnəmdir. Ərəblər burada necə yaşayırlar, heç cür

anlaya bilmirəm. ***Hava azacıq işıqlanmışdır. Xanlar və Səid bəy başda olmaqla, qızılbaş qoşunu

xurma (palma) meşəliyinə daxil olurlar. Nadir Səid bəyə:-Səid bəy, əmirlərə xəbər et, axşamadək burada istirahət edəcəyik. Əsgərlər

istədikləri qədər çayda çimə bilərlər. Heyvanları da mütləq çimdirsinlər. *** Hava tam işıqlanıb. Geniş yataqlı çayın və sahildəki xurma meşəsinin alçaq

quş uçuşundan görüntüsü. Minlərlə qızılbaş əsgəri çayda çimir. Yüzlərlə əsgər isə çayın nisbətən aşağı axarında at və dəvələri suvarmaq və çimdirməklə məşğuldur-lar.

239

Page 240: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Çayda çimən Nadirqulu xan və Məhəmməd xan iri planda görünürlər.

Məhəmməd xan:-Deyilənə görə, bu mayın aşağı axarında timsahlar yaşayır. Allah göstərməsin,

bir ikisi çaşıb bu tərəflərə gəlsə, təsəvvür edirsənmi nə baş verər?Nadirqulu xan:-Təsəvvür etmirəm, çünki ömrümdə timsah görməmişəm. Deyilənə görə,

əjdahaya bənzəyir. Amma mən əjdaha da görməmişəm. Əjdahalar ancaq nağıllarda olur. Kim bilir, bəlkə, elə timsah deyilən şey də ərəblərin uydurmasıdır, nağıldır.

Məhəmməd xan:-Yox nağıl deyil. Mən Misirdə olanda görmüşəm. Kərtənkələyə oxşayırlar.

Amma insandan daha böyükdürlər və öküzü parça-parça edirlər. Öküzdən daha güclüdürlər. Onlardan hətta aslan və qaplanlar da qorxur.

Nadir gülür:-Sən də mövzu tapdın da danışmağa. Başqa söhbətin yoxdur, məgər?Məhəmməd xan:-Nə bilim, çaya girdim, Nil çayı yadıma düşdü. Buralar Nil sahillərinə çox

bənzəyir.Nadir:-Bənzəyər də, orada da, burada da ərəb yaşayırsa, deməli təbiətləri də bənzə-

məlidir də.Məhəmməd xan:-Təkcə təbiətləri yox, şəhərləri də bir-birinə oxşayır. Amma Qahirə başq

aləmdir. Doğrudur, Təbrizə çata bilməz, amma çox gözəl şəhərdir. Bağdad da gözəldir.

***Gecədir. Səhralıq bir ərazidə ayın fonunda irəliləyən qızılbaş qoşununun

silueti görünür. ***Qaranlıqdır. İri planda ayın işığında at belində yanaşı irəliləyən xanlar və Səid

bəy görünürlər. Məhəmməd xan üzünü Səid bəyə tutur:-Deyirsən, səhər mənzil başına çatarıq, hə. Sid bəy:-Əgər ərəb Əhməd səhv etmirsə, elədir.Məhəmməd xan:-Səhv etməz, inşallah! O buraları ovcunun içi kimi tanıyır.Nadirqulu xan:-İşini bilirsən də Səid bəy?Səid bəy: -Bilirəm.Nadirqulu xan:-Təkrar et, Səidiciyim.Səid bəy:-Osmanl paltarı geyəvək, eyni libasda olan 25 qızılbaş əsgəri ilə qala qapısına

tərəf çapacaq, çapa-çapa bizi təqib edən Məhəmməd xanın 200 nəfərlik süvarisinə

240

Page 241: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

tərəf güllə atacağıq. Təbii ki, güllələr onların başlarının üstsndən keçəcək. Onların ardımızca atdığı güllələr də bizim başımızın üstündən keçəcək. Əgər qaladakılar bizim qızılbaş əsgərlərindən qorunmaq üçün qaçan osmanlı əsgərləri olduğumuza inansalar və və bizi təqibçilərdən xilas etmək üçün qapını açsalar içəri girəcək və keşikçilərə hücuma keçəcək, beləcə qapıların açıq qalmasına nail olacağıq ki, Məhəmməd xan da öz adamları ilə şəhərə daxil ola bilsin. Xanın adamları bizi osmanlılarla səhv salmasın deyə, içəridə başlarımıza qırmızı sarıq bağlayacağıq.

Qaladakılar qapını açmasalar, qalanın arxasına doğru qaçacaq, dvrə vurub geri dönəcəyik.

Nadirqulu xan:-Afərin. *** Səhranın ortasında böyük qum barxanları. Barxanların arxasından Səid bəyin

başçılığı ilə 25 atlı çıxır və kameraya tərəf çapırlar. Bunlar osmanlı libasları geymiş qızılbaşlardır. Onlardan bəziləri hərdən geri dönüb geriyə tərəf güllə atırlar. Onlar kamera çatır, onun yanından keçib yox olurlar. Bir neçə saniyə sonra isə eyni yerdən Məhəmməd xanın başçılıq etdiyi başqa bir atlı dəstə çıxır və eyni istiqamətdə çapır. Bunlar da qızılbaş əsgərləridir, fəqət qızılbaş geyimindədirlər. Sayları 200-ə qədərdir. Onlar atəş aça-aça çapırlar. Atlılar kameranın durduğu yerə yetişirlər.

***Səhranın quş uçuşundan görüntüsü. Üfüqdə qala görünür. Qalaya tərəf 25 atlı

çapır. Onların ardınca toz-duman və qum üzərində qoyduqları izləri uzanır. Onları 200-ə qədər başqa bir atlı dəstə izləyir. Onların da ardınca toz-duman və qumdakı izlər uzanır. Dəstələr bir-birinə güllə atırlar.

***Qalanın bürclərində durub baş verənləri izləyən 4 osmanlı əsgəri. Onlardan

biri:-Bunlar kimdir? ***Qaladan səhralığa uzanan görüntü. 25 osmanlı geyimli atlı 200-ə qədər

qızılbaş geyimli atlının təqibindən qaçaraq qalaya tərəf qaçırlar. ***Qalanın bürclərində durub baş verənləri izləyən 4 osmanlı əsgəri. Onlardan

biri:-Qızılbaşlar bizimkiləri təqib edirlər. Tez olun qapıda duranlara deyin, qapını

açsınlar, bizimkiləri içəri buraxıb qapını cəld bağlasınlar. Əsgərlərdən biri əmrə tabe olub kadrdan çıxır. Digər üç əsgər isə tüfənglərini

döyüşə hazır vəziyyətdə tuturlar. ***Qala qapısının iç tərəfdən görüntüsü. 4 osmanlı əsgəri tələsik bir şəkildə

qapıları açırlar. Onların qapıları açması ilə osmanlı geyimli atlı qızılbaşların içəri şığıması və qarşılarına çıxan əsgərləri qılıncdan keçirməsi bir oluar. Yeni gələnlər başlarına qırmızı sarıqlar bağlamağa başlayırlar. Onlardan 4-ü atdan enib bürclərə aparan pilləkanlarla yuxarı yüyürüməyə başlayırlar.

241

Page 242: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Qala divarı üstündə durub tüfənglərindən atəş açan osmanlı əsgərləri. ***Sürətlə açıq qala qapıları istiqamətində çapan qızılbaş əsgərləri. Onlardan bir

neçəsi osmanlı əsgərlərinin açdığı atəşlərlə yerə sərilir. ***

Yenidən qala divarı üstündə durub tüfənglərindən atəş açan osmanlı əsgərləri görünür. Arxadan peyda olan qırmızı sarıqlı, osmanlı geyimli 4 nəfər onların başlarına qılıncla zərbələr endirirlər.

*** Səhranın ortasında böyük qum barxanları. Barxanların arxasından Nadirqulu

xanın başçılığı ilə minlərlə atlı çıxır və kameraya tərəf çapırlar.Onlar kameraya çatırlar.

***Qalanın dar küçələrində qızılbaş əsgərləri ilə osmanlı əsgərlərinin qanlı

döyüşünü əks etdirən səhnələr. Dar küçələrin birində barrikadalar qurub atışan osmanlı əsgərləri görünür. Onları küçənin digər başında ata-ata irəliləyən, fəqət osmanlı güllələrinə tuş gələrək yerə sərilən qızılbaş əsgərləri əvəz edir. Hər tərəfi tüstü bürüyüb.

***Ekranda yanan ev fonunda döyüşə girmək üçün qaçan osmanlı əsgərləri gözə

dəyir. ***Qızılbaş əsgərləri artıq barrikadaya çatıblar. Qılınclarla savaş gedir. Hər iki

tərəf itki verir. Osmanlıların itkisi daha çoxdur. *** Qapalı bir məkan. Osmanlı paşası və üç osmanlı əsgəri 8-9 qızılbaş əsgəri ilə

döyüşürlər. Yerdə 3-4 osmanlı əsgərinin meyidi var. Qızılbaşlar digər osmanlı əsgərlərini də qılıncdan keçirib paşanı dövrəyə alırlar.

***Qala bürcü. İki qızılbaş əsgəri bürcdəki Osmanlı bayrağını çıxarıb yerinə

Səfəvi bayrağı bərkidirlər. ***Bağça. Təhmasib Mirzə Əlində bel ağacların diblərini yumuşaltmaqla

məşğuldur. Ekrana əlində saz tutmuş Murad daxil olur və sevincək halda deyir:-Şahım! (Təhmasibin ona tərs-tərs baxmasını görüb) Aman, aman, aman, üzr

istəyirəm. “Qardaşım” demək istədim. Hə, qardaşım, müjdə!Təhmasib beli ağacın gövdəsinə söykəyir:-Nə olub, yenə?Murad gülümsəyərək:-Nadirqulu xan ərəb İraqının bütün cənubunu geri alıb. İndi Bağdad

istiqamətində yürüyür. Bütün səfərlərə oğlunuzu da aparır, bütün qələbələrini ona həsr edir. Bütün məscidlərdə xütbələri onun adından oxutdurur.

***

242

Page 243: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda iri planda görünən Təhmasibin gözlərindən sevinc yaşları axmağa başlayır. Kadr arxasından saz səsi eşidilir.

***İri planda Təhmasibi Murad əvəz edir. O, sazını sinəsinə basıb çalır. ***Ümumi plan. Təhmasib və Murad üzbəüz drmuşlar. Onlardan biri çalır, digəri

dinləyir. Birdən Təhmasib li ilə ürəyindən tutub ikiqat olur. Yıxılmasın deyə, o biri əli ilə ağacdan yapışır və yüngülcə zarıyır. Çalmağa ara verən Murad sazı bir kənara qoyub cəld özünü həmsöhbətinə yetirir. Təhmasibi yerə uzandırıb başını dizləri üstündə tutur:

-Nə oldu sənə, qardaş?Təhmasib nə isə demək istəyir, fəqət burnundan və ağzından gələn qan

köpükləri ona söz deməyə imkan vermir. Murad “həkim!”-deyə bağırır. Təhmasib xırıltılı bir səslə:

-Artıq gecdir, dostum. Haqqını halal et.Muradın gözləri yaşarır:-Halal olsun, amma səni qoymaram məni tərk edəsən. Həkim!Kadra daxil olan xanımlar onları əhatəyə alırlar. Həkim də özünü yetirir.

Fəqət Təhmasib onu yaxın buraxmır:-İstəməz. (Murada) Yalnız bir şeyi özümə bağışlaya bilmirəm. Dayəmin

qətlini. O biri dünyada onun gözlərinə necə baxacağam, bilmirəm.Murad:-Narahat olma, sənin o əmrini yerinə yetirmədim. Südabə Xatun indi oğlunun

dayəsidir. ***Təhmasib iri planda görünür:-Şükr sənə, İlahi. (qadınlara) Haqqınızı halal edin. Əşhədü ənla lailahə

illəllah, əşhədü ənna Mühəmmədən əbduhu və rəsu...O, şəhadətini bitirə bilməyib keçinir. Qadınlar ağlamağa başlayırlar. ***Ekranda iri planda Təhmasibi Murad əvəz edir. Onun gözlərindən yaş sel kimi

axır. ***Meşə içi ilə uzanan cığır. Murad və Toğrul at belində irəliləyirlər. Onları 10-

15 atlı təqib edir. Murad danışır, Toğrul dinləyir:-Təhmasib şah onu Məşhəddə, imam Rzanın yanında basdırmağı vəsiyyət

etmişdi. Onun vəsiyyətini yerinə yetirdim. Özüm isə Nadirqulu xanın xidmətinə yollandım. Bağdad ətrafına çatanda, Bağdad artıq 3 ay idi ki, mühasirədə idi. Nadirqulu xan şəhəri aclığa məhkum edib, bu yolla təslim etməyi düşünürdü. Daha doğrusu, mən belə düşündüm, amma sonra məlum oldu ki, fikri tamam başqadır. O mənə dərhal bir vəzifə tapşırdı və Məhəmməd xan Qacarın əmrinə verdi.

***Geniş yataqlı çayda üzən yelkənli kiçik gəmi. Ön planda, çayın bu sahilində

çay istiqamətinə çevrilmiş iki top və topların yanındakı dörd tərəfi açıq çadırda

243

Page 244: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

oturub nərd oynayan iki qızılbaş əsgəri, arxa planda, çayın o biri sahilində seyrək xurmalıq görünür. Ekrana daxil olan iki kiçik qayıq gəminin yanından üzüb keçir.

***Ekranda gəminin bortundan sahilə baxaraq söhbət edən Nadirqulu xan və

Murad bəy görünürlər. Onların arxaları kameraya tərəf olsa da üzlərini bir-birilərinə çevirdiklərindən üzlərinin profili görünür və kimlikləri bəlli olur. Arxa planda, çay sahilindəki iki top və nərd oynayan iki əsgər və saysız-hesabsız çadır diqqəti çəkir. Murad:

-Son sözü dayəsi Südabə Xatunun öldürülməsi üçün verdiyi əmrdən duyduğu təəssüf kəlmələri idi və bildirdi ki, o biri dünyada onun üzünə baxa bilməyəcək. Mənsə əmri yerinə yetirmədiyimi, Südabə Xatunun indi də yeni şahımızın dayəsi olduğunu bildirdim. Bunu eşitcək rahatladı və kəlməyi-şəhadət gətirib keçindi.

Nadir:-Allah rəhmət etsin və günahlarını bağışlasın. Deməli kəlməyi-şəhadət gətirib

öldü, eləmi?Murad:-Bəli xan. Söhbətlərimizdə sizi də tez-tez xatırlardıq. Nadir:-Yəqin ki, mənim adımı söyüşlə birlikdə çəkirdi, deyilmi?Murad:-Əsla, xan, onun nəzərində siz Allah tərəfindən Azərbaycanı xilas etmək üçün

göndərilmiş bir qəhrəman idiniz. Onun beynini sizə qarşı Hişam xanla Molla Sədrəddin min cür yalanla doldurmuşdular. Həqiqət üzə çıxandan sonra isə özü hər şeyi anladı, səhv etdiyini başa düşdü. Mən də bütün bildiklərimi danışdım. Odur ki, son günlər sizin ünvanınıza tərifdən başqa bir şey söyləməzdi.

Nadir Murada tərəf dönür:-Çox qəribədir. Mənsə onun mənə nifrət etdiyini sanırdım.Murad da xana tərəf dönür:-Siz bilsəydiniz, bütün millət sizin haqqınızda necə yüksək fikirdədir, heç vaxt

belə düşünməzdiniz.Nadir diqqətlə Muradın gözlərinin içinə baxır. Bir söz deməyib gəzişməyə

başlayır. Murad da onu təqib edir. ***Gəminin göyərtəsində gəzişməkdə olan Nadir və Muradın öndən görüntüsü.

Nadir:-Yəqin ki, Məhəmməd xan sənə son qalanı alarkən işlətdiyimiz hiylə barədə

danışıb. Osmanlı libaslarından necə istifadə etdiyimizi bilməmiş deyilsən.Murad:-Bəli, xan, danışıb, bilirəm.Nadir:-Eyni şeyi yenidən, bir qədər başqa şəkildə təkrarlamağı düşünürəm və

istəyirəm ki, bu işə səni də cəlb edim.Murad:-Mən bundan ancaq şərəf və qürur duyaram. Öncələr Təhmasib şaha sədaqət

andı ilə bağlıydım, bu üzdən də sərbəst hərəkət edə bilmirdim. İndisə o, artıq

244

Page 245: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

yoxdur və mən də quş kimi azadam. Yeni şahımıza, onun qəyyumu kimi sizə və Vətənimizə xidmət etməyə hazıram.

***Ümumi plan. Nadir və Murad gəzə-gəzə gəlib göyərtənin digər tərəfində

durub sahili seyr edən. Məhəmməd xan və Həsənəli bəyin yanlarına yetişirlər. Məhəmməd xan və Həsənəli bəy dərhal gələnlərə tərəf dönürlər. Nadir Məhəmməd xan müraciətlə:

-Məhəmməd xan, Şəhrəbanu əməliyyatında Muradın da iştirak etməsini istəyirəm.

Məhəmməd xan:-Elə özüm bu barədə səninlə söhbət etmək istəyirdim.Həsənəli bəy Nadirqulu xana müraciətlə:-Bəs, mənim işim nədən ibarət olacaq?Nadir:-Görürəm işsiz darıxırsan. Tələsmə, daha iki gün gözlə. İşinin nədən ibarət

olacağını biləcəksən. ***Gecədir. Yüzlərlə qızılbaş əsgəri içi hava ilə dolu tuluğların köməyi ilə çayı

üzərək sahildəki qamışlığa yaxınlaşırlar. Ən öndə üzənlər Murad bəylə Həsənəli bəydir. Qızılbaşlar sahilə çıxırlar. Əsgərlər onlara əl işarəsi edən və kadrı tərk edən bəylərin ardınca bir-bir kadrdan çıxırlar.

***Ay işığında atlarının boynundan tutub üzərək çayı keçən yüzlərlə qızılbaş

əsgəri və qamış salların üstündə onların silahlarını bir sahildən digər sahilə keçirən qayıqçılar.

*** Qamışların fonunda yaş bədənlərinə osmanlı libasları geyən Murad bəy,

Həsənəli bəy və ona yaxın qızılbaş əsgəri. ***Yüksək bir yerdə bəylərin və 10-a yaxın mühafizəçinin əhatəsində at belində

durub döyüş meydanını seyr edən Bağdadlı Əhməd Paşa. *** Ekranda geniş bir düzənlik yerdə qarşı-qarşıya durub döyüşə hazır vəziyyətdə

olan osmanlı və qızılbaş piyada və süvari qoşunlarının yüksəkdən görüntüsü canla-nır. Arxa planda çox da hündür olmayan təpələr görünür. Bu mənzərənin fonunda yazılır:

“ŞƏHRƏBANU, BAĞDAD YAXINLARI. 1733-CÜ İl, 15 FEVRAL” ***Ekranda yenidən yüksək bir yerdə bəylərin və 10-a yaxın mühafizəçinin

əhatəsində at belində durub döyüş meydanını seyr edən Bağdadlı Əhməd Paşa peyda olur. O, öncə bir bəyə, sonra isə digər bəyə eşidilməyəcək bir şəkildə nə isə pıçıldayır və bəylərdən ikisi atlarını sürüb kadrdan çıxırlar.

*** Ekranda yenidən geniş bir düzənlik yerdə qarşı-qarşıya durub döyüşə hazır

vəziyyətdə olan osmanlı və qızılbaş piyada və süvari qoşunlarının yüksəkdən

245

Page 246: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

görüntüsü canlanır. Arxa planda çox da hündür olmayan təpələr görünür. Osmanlı tərəf hücuma keçir və “Allahu Əkbər”, “Ya Allah” kimi sədalar eşidilir.

***Qızılbaş süvarilərinin və onların qarşısında at belində oturmuş Məhəmməd

xan Qacarın orta planda görüntüsü. Xan qılıncını qaldıraraq işarə verir və qızılbaş atlıları onun ardınca irəli atılırlar. Ətrafa “Ya Əli” və “YA Hüseyn” sədaları yayı-lır.

***Ekranda döyüşə atılmaq üçün bir-birinə tərəf çapan və bir-birinə girən iki

süvari qoşununun yüksəkdən görüntüsü gəlir. Bu görüntünü növbə ilə əllərində Osmanlı bayraqları tutmuş və döyüşə atılmaq üçün şığıyan osmanlı piyadaları və eyni şeyi edən, fəqət əllərində Səfəvi bayraqları tutmuş qızılbaş piyada döyüşçü-lərini əks etdirən kadrlar əvəz edir.

***Bir-birilərinə çatan və bir-birilərinə girərərk qılınc calan osmanlı və qızılbaş

piyada əsgərlərini əks etdirən mənzərə. ***Ekranda yenidən yüksək bir yerdə bəylərin və 10-a yaxın mühafizəçinin

əhatəsində at belində durub döyüş meydanını seyr edən Bağdadlı Əhməd Paşa peyda olur. O döyüşün gedişindən razı görünür. Fəqət birdən onun da, yanındakıların da diqqətii nə isə cəlb edir və onlar üzlərini başqa tərəfə çevirirlər.

***Ekranda alçaq təpələrin arxasından çıxan saysız hesabsız osmanlı geyimli və

Osmanlı bayraqları daşıyan atlı və piyada əsgərlər peyda olurlar və döyüşə girmək üçün irəli şığıyırlar.

***Ekranda osmanlı libası geymiş atlı Murad bəy və onu təqib edən eyni libaslı

yüzlərlə əsgər canlanır. Onlar başlarına qırmızı sarıq bağlamışlar. ***Ekranda yenidən yüksək bir yerdə bəylərin və 10-a yaxın mühafizəçinin

əhatəsində at belində durub döyüş meydanını seyr edən Bağdadlı Əhməd Paşa peyda olur. O, yanındakılara heyrətlə deyir:

-Allah, Allah, bunlar kimdir, yahu?Yanındakı bəylərdən biri:-Bizimkilərdir. Amma haradan peyda oldular? ***Ekranda osmanlı libaslı Həsənəli bəyin ardınca döyüş meydanına şığıyan

yüzlərlə eyni libaslı piyada əsgər görünür. Onların da başlarında qırmızı sarğı var. ***Döyüş meydanının yüksəkdən görüntüsü. Yeni peyda olan atlılar, bir qədər

sonra isə piyadalar. Döyüşün qızğın yerinə girirlər. *** Yeni gələnlər də qızılbaş geyimində olan əsgərlər kimi osmanlı əsgərlərini

biçməyə başlayırlar. ***

246

Page 247: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda yenidən yüksək bir yerdə bəylərin və 10-a yaxın mühafizəçinin əhatəsində at belində durub döyüş meydanını seyr edən Bağdadlı Əhməd Paşa peyda olur. Onun rəngi-ruhu qaçmışdır. Heyrətdən gözləri bərəlmişdir. Yanındakı bəylərdən biri çaşmış vəziyyətdə deyir:

-Aman Allah, bunlar niyə özümüzkiləri vurur?! Yoxsa?!...Başqa bir osmanlı bəyi:-Qızılbaşlar bizi aldadıb tələyə saldı.Paşa bir söz deməyib əlləri ilə üzünü örtür. Bu mənzərənin fonunda ekranda

yazılır: Vl seriyanın sonu ***

Vll seriya SƏFƏFƏVİLƏRİN SONUSahildən dənizə açılan geniş panoram. Dənizdə irili-xırdalı çox sayda qayıq və

onlarn üzərində bir-bir, iki-iki durub tilovlarla balıq tutan osmanlı qiyafəli balıqçı-lar görünür. Ön planda alçaqdan uçuşan və dənizdən yemlənən qağayılar diqqəti çəkir. Onların səsi ətrafı bürüyüb.

***Dənizdən sahilin görüntüsü. Sahildə çoxsaylı osmanlı qoşunu peyda olur və

sahil boyu hərəkət etməyə başlayır. Ön planda alçaqdan uçuşan və dənizdən yemlənən qağayılar görünür.

***Yanaşı durmuş iki qayıq. Onlardan birində bir, digərində iki balıqçı var.

Hamısınn əlində suda olan tilov görünür. Onlar maraqla sahilə, hərəkət edən qoşunlara tərəf baxırlar.

***Qoşunun yaxından görüntüsü. Aylı və piyada əsgərlər iki cərgə halında yanaşı

gedirlər. Piyadalar ön, atlı cərgə isə arxa plandadır. Kadr arxasından eşidilən qağayıların qulaq batıran səsi atların və əsgərlərin ayaq səslərinə qarışıb. Ekrana top daşıyan at arabaları gəlir.

***Qayıqda durub sahilə baxan və əllərində tilov tutmuş iki balıqçınn yaxından

görüntüsü. Arxa plandan qağayıların səsi eşidilir. Balıqçılardan biri digərinə:-Trakiyadak qoşunlarımızdan seçilmiş əsgərlərimizdir. İstanbula gedirlər.

Oradan da Bağdada yola düşəcəklər.İkinci balıqçı birincidən soruşur:-Bağdad hələ bizdədir?Birinci balıqçı:-Deyəsən, hələ bizdədir. Amma doğrusunu Allah bilir. Bu Nadirqulu adlanan

qızılbaş küçüyü başımıza bir bəla olub, göydən düşüb.

247

Page 248: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İkinci balıqçı:-Allah lənət etsin! ***İstanbuldakı Sultan Əhməd camesinin görüntüsü. Bu görüntünü camenin

minarələrindən biri əvəz edir. Minarədə müəzzin azan verir. Bu mənzərənin fonunda yazılır:

“İSTANBUL, 1733-CÜ İL, MAY” ***İstanbulun küçələrindən biri. Küçə ilə at belində oturmuş Sədrəzəm Əli Paşa

Həkimoğlu 15-ə yaxın atlı mühafizəçinin müşayiəti ilə hərəkət edir. Kadr arxasından müəzzinin səsi eşidilir. Atlılar döngəyə çatıb döngədə gözdən itirlər.

***Sultan Əhməd camesinin önü. Sədrəzəm və onu müşayiət edən atlılar kadra

daxil olurlar. Atlılar atlarından enirlər. Mühafizəçilərdən biri sədrəzəmin atınn ipindən tutur. Atdan enən Əli Paşa məscidin pınarına tərəf yollanır. Camenin önünə yığışanları salamlayır:

-Əssəlamu əleyküm!Hər kəs yer-yerdən ona cavab verir və dərhal da yol verirlər:-Və əleykəssəlam.Mühafizəçilər qalabalığa səslənərək “Sədrəzəm Əli Paşa həkimoğlu həzrətlə-

rinə yol verin” – deyir və öndə gedərək yol açırlar. Camaat hörmətlə aralanır. Bütün bu səhnə davam edərkən müəzzinin səsi də eşidilməkdə davam edir. ***Boğaz içindən Topqapı sarayının görüntüsü. ***Sarayın içi. Sultan l Mahmud bir küncdə tək namaz qılır. Namazın sonudur.

O, başını öncə sağa və sola döndərir və hər dəfəsində də “Əssəlamu əleyküm və rəhmətullahu bərəkətu”-deyir, sonra iki əli salavat çevirir və “Allahüməsəlli əla Mühəmmədən və ali Mühəmməd” – deyib, ayağa qalxır.

Sultan aram addımlarla otağın qapısına tərəf yollanır. ***Sarayın pilləkanları. l Murad yavaş-yavaş aşağı düşür, pilləkanların aşağı

qurtaracağında durmuş əli nizə - qalxanlı iki osmanlı əsgərinin yanından keçir. O, keçərkən, əsgərlər fərəqət vəziyyəti alırlar.

***Sarayın bağçasına açılan qapı. Qapının önündə durmuş iki əyan qapıda

görünən sultanı görüb ona təzim edirlər. Sultan onlardan birinin əlində tutduğu kiçik kisəni ondan alır, əyanlara heç bir əhəmiyyət vermədən ötüb keçir, fəqət bir – iki addım atdıqdan sonra geri dönüb əyanlara səslənir:

-Sədrəzəm camedən gələn kimi yanıma gəlsin. ***Əyanların yaxından orta planda görüntüsü. Onlar hökmdara təzim edirlər.

Onlardan biri “baş üstə”- deyib kadrdan çıxır. ***

248

Page 249: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Sultan kisədən dən çıxararaq yerdə ora-bura gəzişən göyərçinləri yemləyir. Ümumi plan. Arxa planda hovuz, qollu-budaqlı ağaclar və gül kolları görünür.

***Ekranda dən dənləyən göyərçinlər canlanır. Orta plan. Bu səhnəni iri planda

dən atan l Mahmudu əks etdirən səhnə əvəz edir. Bu dəfə göyərçinlər görünmür. Hökmdar üzünü yana döndərib kadr arxasına səslənir:

-Lələ, bura gəl! ***Ekranda qapı önündə durmuş əyan görünür. O, əmri eşidib cəld addımlamağa

başlayır. *** Ekranda yenidən dən dənləyən göyərçinlər canlanır. Yenə orta plan. Bu

səhnəni yenidən iri planda dən atan l Mahmudu əks etdirən səhnə əvəz edir. Bu dəfə də göyərçinlər görünmür. Kamera tədricən geri çəkilir və iri planı orta plan əvəz edir. Kadra daxil olan lələ (əyan) sultana təzim edir. Sultan üzünü ona tutur:

-Səni and verirəm atanın goruna, doğrusunu söylə, bazar-meydanlarda, küncdə-bucaqda nə söz-söhbət gəzir?

Lələ:-Sultanım, hər kəs Bağdadın mühasirədə olmasından,Trakiyadakı

qoşunumuzun bir hissəsinin Bağdada göndərilmək üçün ayrıldığından və sabah səhərə yaxın İstanbula yetişəcəyindən danışır.

***l Mahmud iri planda görünür:-Sonra? ***Ekranda sultanı iri planda lələ əvəz edir:-Hər kəs qızılbaşlara da, onların başında duran Nadirquluya da lənətlər

yağdırır. ***Yenidən l Mahmud iri planda görünür və bu dəfə bir az əsəbi halda soruşur:-Sonra?! ***Ekranda sultanı iri planda yenidən lələ əvəz edir:-Deyirlər ki, Nadirqulunun Təbrizi alması atanızın taxt-tacını itirməsi ilə

nəticələndiyi kimi, Bağdadı da alması eyni şeyin sizin başına gəlməsi ilə nəticələnəcək.

Lələ bu sözü deyib, utanarcasına gözlərini yerə dikir. ***Orta plan. Sultan və lələ üz-üzə durmuşlar. Lələ gözlərini yerə dikib.

Hökmdar əsəbi halda:-Bu sədrəzəm Əli Paşa harada qaldı?! Tez ol, onu tap, yanma göndər! Lələ “baş üstə”-deyib dönür və cəld kadrdan çıxır. Sultan onun ardınca əsəbi

halda:-Tez! Tez! Tez! Tez!... ***

249

Page 250: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Sultanın sarayının içi. Sultan taxtda oturub. Sədrəzəm və lələ qarşısında durublar. l Mahmud deyir:

-Artıq beş-altı aydır, Bağdad mühasirədədir. Nəcəf, Kərbala, Bəsrə və İraqi – Ərəbin digər şəhərləri qızılbaşların əlindədir. Sən isə məni arxayın edirsən ki,narahatçılıq üçün bir əsas yoxdur.

***Sədrəzəm Əli Paşa həkimoğlu iri planda görünür:-Bəli, narahatçılıq üçün heç bir əsas yoxdur. Əhməd Paşa Bağdaddan xəbər

göndərib ki, şəhərin hələ 4-5 aylıq ərzaq ehtiyatı var. Çayın qızılbaşların nəzarətində olmayan hissəsi ilə, gecələr də olsa, az miqdar da olsa, şəhərə ərzaq gətirilə bilir. Artıq Topal Osman 30 minlik qoşunla Bağdad istiqamətində irəliləyir. Bağdad həndəvərində Trakiyadan gələnləri gözləyib onlarla birləşəcək. İnşallah, Trakiyadan gələn 30 minlik qoşun da sabah İstanbula yetişir, buradakı ehtiyat qoşunlarımızdan da 20 min nəfər say-seçmə əsgər onlara qoşulacaq və Əhməd Paşanın yardımına hərəkət edəcəklər.

***Ümumi plan. Sultan ayağa qalxır: -Bağdad əldən çıxsa, İstanbulda yenidən üsyan olmayacağına heç kəs zəmanət

verə bilməz. Mən taxt-tacımı itirsəm, sizin də halınız mənimkindən yaxşı olmayacaq. Ümid edirəm ki, bunu məndən pis başa düşmürsünüz. Xilafət üsyanlardan zara gəlib. Səltənətə sabitlik lazımdır. Nə qədər ki, Nadirqulu sağdır, bu mümkün olmayacaq. O, bir kal armud olub, keçib boğazımıza, nə uda bilirik, nə də tüpürə...

***Ekranda orta planda yanaşı duran sədrəzəm və lələ görünürlər. Onların hər

ikisi gözlərini yerə dikib, sultanı dinləyirlər. Kadr arxasından sultan davam edir:-Sizdən onun kəsilmiş başını istəyirəm, eşidirsiniz kəsilmiş başını! *** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

250

Page 251: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“Vll seriya Səfəvilərin sonu”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Ekranda Bağdadın quş uçuşundan görüntüsü canlanır. Bu mənzərənin fonunda

yazılır:

“BAĞDAD, 1733-CÜ İL, 1 İYUN”Bağdadın zibilliyi. Dörd-beş böyük, beş-on da uşaq zibillikdə eşələnərək

yeməyə nə isə tapmağa çalışır. Zibillik eyni işi görən qarğalarla doludur. Qarğaların çıxartdığı səsdən qulaq batır.

***Zibillikdə eşələnənlərdən iki uşaqın yaxından görüntüsü. Onlar cır-cındır

içindədirlər. Uşaqlardan biri nə isə tapıb cəld ağzına dürtür. O biri uşaq həsrətlə ona baxır.

***Qoca bir ərəb hasasına söykənə-söykənə halsız bir halda Bağdadın

kücələrindən biri ilə gedir. O yerdəki bir cəsədə yaxınlaşır və burnunu tutur, onun yanından keçib ətrafa göz gəzdirir. Kamera ona yaxınlaşır. Ümumi plan öncə orta, sonra isə iri planla əvəz olunur. Gördüklərindən dəhşətə gələn ərəbin gözləri yaşarır.

***Kamera onun baxdığı istiqamətə tuşlanır. Uzun bir küçə. Hər tərəfə acından

gəbərmiş insan cəsədləri səpələnmişdir. Küçənin sonunda böyük bir tonqal yanır. Osmanlı əsgərinin başçılğı ilə iki ərəb meyidləri bir-bir götürüb tonqala atırlar. Ərəblər ydən qorunmaq üçün üzlərini əski ilə örtmüşlər.

***Kameranın obyektivi yenidən bütün bu müdhiş mənzərəni seyr edən və

gözlərindən yaş axan ərəbin üzərinə dönür. İri plan. Kamera tədricən geri hərəkət edir və iri planı orta plan əvəz edir. Ərəb aclığa tab gətirə bilməyib yerə sərilir.

***Meyidlərin yandırıldığı tonqal. Yaxımndan görüntü. İki ərəb növbəti meyidi

tonqala atır. ***Bağdadın məscidlərindən biri. 7-8 molla dövrə vurub oturublar və söhbət

edirlər. Onlardan biri deyir:-Bu Əhməd Paşa, görəsən, nə düşünür?! Xalq bu zülmə nə vaxta qədər

dözməlidir? Ata-anaların gözləri önündə uşaqları acndan can verir... ***Danışan molla iri planda görüntülənir. O sözünə aralıqsız davam edir:

251

Page 252: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Onların isə əllərindən Allaha dua etməkdən başqa bir şey gəlmir. Bu qədər də zülm olar?! Artıq üsyan edib, şəhəri qızılbaşlara təslim etməkdən başqa bir çarə qalmayıb.

***Ekranda iri planda onu ikinci molla əvəz edir:-Neçə aydır dözürük, indi deyirsən, Topal Osman 80 minlik ordunun başında

Bağdada çathaçatda olduğu bir dövrdə şəhəri kafir qızılbaşlara əhvil verib, İslam xəlifəsinə xəyanət edək, axirətimizi zay edək?!

***Ümumi plan. Birinci molla:-Bəsdir! Artıq iki aydır ki, camaatın başını Topal Osmanın 80 minlik ordusu

ilə qatırıq. Nə ondan bir xəbər var, nə də ordusundan! Camaat bizdən bir qərar gözləyir. İstər bizimlə birlikdə, istərsə də bizsiz üsyan onsuz da olacaq. Özü də bu gün olacaq. İslam xəlfəsi bizi düşünsəydi, çoxdan bir tədbir görərdi. O da, ailəsi də kef içində yaşayır. Biz isə arvad-uşağa verməyə bir tikə çörək tapa bilmirik.

Üçüncü molla:-Doğru söyləyirsən. Mən də xalqın başında durub üsyan etməyin doğru

olduğunu düşünürəm. bəsdir, milləti aldatdıq. ***Məscidin həyəti. Həyətdə adam əlindən tərpənməyə yer yoxdur. Hər kəs

məscidin pilləkənləri üzərində durub nitq söyləyən bir gənci dinləyir:-Ay camaat, axı, nə vaxta qədər bu fırıldaqçı mollalardan mədəd umacağıq?!

Özümüz öz və ailələrimizin başına çarə qılmalıyıq...Hər tərəfdən nidalar yüksəlir:-Doğru söyləyir! Düzdür! Mollalar carə bilsələr özlərinə və öz ailələrinə əlac

edərlər.Gənc sözünə davam edir:-Yenə də gələcək, Qurandan ayələr, Peyğəmbərdən hədislər söyləyib, Həzrət

Əyyubu misal çəkəcəklər. Biz peyğəmbər deyilik, Allahın adi bəndələriyik və Həzrət Əyyub olmaq zorunda da deyilik. Gedib darvazaları qızılbaşların üzünə açmalıyıq, vəssalam...

***Gənc iri planda görüntülənir və sözünə davam edir:-Qoy osmanlı əsgərləri beşimizi, onumuzu, yüzümüzü öldürsünlər. Onsuz da

acından ölməyə məhkumuq. Özümüz ölərik, amma bilərik ki, ailələrimizi xilas etdik.

***Yer-yerdən səslər ucalır:-Döğrudur! Düzdür! Elə bu dəqiqə işə başlamaq lazımdır. Mollalar cəhənnəm

olsun!Birdən sükut çökür. Gəncin baxışlarından hiss edilir ki, nə isə baş verir. ***Ekranda gəncin baxdığı tərəf görüntülənir. Əli nizə-qalxanlı osmanlı əsgərləri

toplaşanları əhatəyə alırlar. Dörd əsgər camaatı yara-yara irəliləyir. ***

252

Page 253: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Əks tərəfdən görüntü. Ümumi plan. Camaatı yarıb irəliləyən əsgərlər çıxış edən gəncə yaxınlaşıb onu araya alıb həbs edirlər və gəldikləri istiqamətdə geri dönürlər. Ərəblərdən səs çıxmır.

***Cay qırğında sayz-heabsız qızılbaş çadırlarınn quş uçuşundan görüntüsü. ***Nadirirn çadırının içi. Nadir, Məhəmməd xan, Həsənəli bəy, Murad bəy,Səid

bəy və Mirzə Əli bəy dairəvi şəkildə qarşı-qarşıya oturublar. Nadir danışır, digərləri dinləyir:

-Topal Osmanın 3-5 günə bura yetişməsi gözlənilir. Görünür, o günə qədər üsyan-filan olmayacaq. Boşuna gözləmişik. Olsa da artıq gecdir. Bu işimizə yaramaz. (Üzünü Məhəmməd xana tərəf tutur) Doğru söyləyirmişsən, Məhəmməd xan, bu ərəblərdə cəsarət nə gəzirdi ki, üsyan etsinlər. İndi nə düşünürsən?

Məhəmməd xan:-Geriyə artıq yol yoxdur. Deyirəm, Səid bələ Mirzə Əli bəyi 10-15 min

əsgərlə burada saxlayaq, özümüz isə Topal Osmanın qarşısına çıxaq.Nadir üzünü Murad bəyə tutur:-Sən nə düşünürsən, Murad? ***Ekranda iri planda görüntüyə gələn Murad bəy:-Topalın əsgərləri indiyə qədər vuruşduğumuz osmanlı əsgərlərindən

fərqlənir. İndiyə qədər döyüşdüklərimiz ərəb, kürd, çərkəz, nə bilim laz və sairə idi. Ona görə çətinlik çəkmədən onları darmadağın edir, qaçmağa və ya təslim olmağa məcbur edirdik. İndikilər isə bizim kimi türkdür. Ölümdən-filandan da qorxmurlar. Odur ki, işimiz çox çətin olacaq.

***Ümumi plan. Nadir Həsənəli bəyə baxır:-Həsənəli bəy, sən? ***İri planda görünən Həsənəli bəy:-Murad bəy haqlıdır. Amma onlar uzun yol gəliblər və yorğundurlar.

Üstünlüyümüz bundadır. Bu üstünlükdən mütləq istifadə etməliyik. Başqa yolumuz yoxdur. Mütləq döyüşə girmək lazımdır.

***Ümumi plan. Nadir üzünü Səid bəyə tərəf çevirir:-Səid bəy. ***İri plan. Səid bəy:-Məncə, Bağdadı tutmaq sövdanız baş tutmadı. Fikrimcə, geri çəkilib müdafiə

mövqeyi tutmalıyıq. Topalla açıq savaşa girişsək, itkilərimiz çox böyük olar. ***İri planda Səid bəyi əvəz edən Nadir:-Mirzə Əli bəy, sən nə deyəcəksən? ***İri planda görünən Mirzə Əli bəy:

253

Page 254: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Mən də Səid bəylə razıyam. Məncə, mövqelərimizi tərk edib Həmədana çəkilsək daha doğru olar. Bizim ərzaq problemimiz yoxdur. Topal isə 80 minlik ordunu yedirib-içirtməkdə çətinlik çəkəcək. Üstəgəl acından köpük qusan Bağdad əhli. Osmanlların tam pəjmürdə olmasını gözləyib birdən hücuma keçər və Topalı darmadağın edərik. Ondan sonra isə Bağdadın təslim olmaqdan başqa yolu qalmaz. İndi ümid onları təslim olmağa qoymur.

***Ekranda 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən Murad və

Toğrul görünürlər. Murad deyir:-Nadirqulu xan Səid bəylə Mirzə Əli bəyin fikri ilə razılaşsa da, Məhəmməd

xanın israrı üzrə döyüşə girmək qərarına gəldi. ***Böyük və geniş düzənliyin quş uçuşundan görüntüsü. Düzənliyin bir tərəfində

osmanlı, digər tərəfində isə qızılbaş ordusu durmuşlar. Ekranda yazılr” “BAĞDAD YAXINLARI, 1733-CÜ İL, 23 İYUN” ***Ekranda qızılbaş piyadaları görünür. Onların önündə at belində oturub qarşı

tərəfə baxan Nadirqulu xan diqqəti çəkir. Kadr arxasından Muradın səsi eşidilir:-Nadirqulu xan Səid bəy və Mirzə Əli bəyə Bağdadın mühasirəsini davam

etdirməyi tapşırdı və bu iş üçün 12 min əsgər ayırdı. Özü isə qoşunun qalan hissəsi ilə Topal Osmanın qarşısına çxdı...

***Ekranda osmanlı piyadaları görünür. Onların önündə at belində oturub qarşı

tərəfə baxan Topal Osman gözə dəyir. Muradın səsi kadr arxasından davam edir:-...Orduya Nadirin özü birbaşa başçılıq edir. Topal Osman da döyüş

meydanında idi... ***Ekranda başlarında Məhəmməd xanın durduğu qızılbaş atlıları görünür. Kadr

arxasından Muradın səsi davam edir:-...Nadir süvariləri iki yerə ayııb piyada qoşunun sağ və sol cinahlarında

yerləşdirmişdi. Sağ cinahın başında Məhəmməd xan Qacar, sol cinahın başında isə Həsənəli bəy durmuşdular...

***Ekrandakı kadrları başlarında Həsənəli bəyin durduğu atlılar görünür. Kadr

arxasından səs davam edir:-Döyüş günortaya yaxın başladı. ***Ekranda piyada osmanlı əsgərlərinin önündə at belində oturmuş Topal Osman

canlanır. O, üzünü piyadalara tutub komanda verir:-Ya Allah! Bismillah! Allahu Əkbər!Piyadalar “Allahu Əkbər!” çığıra-çığıra irəli doğru qaçmağa başlayırlar. Topal

Osman yerində qalır. ***

254

Page 255: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar görünür. Nadir qılıncını yuxarı qaldırıb öncə sağ, sonra sol tərəfə hazırlıq işarəsi verir.

***Ekranda başlarında Məhəmməd xanın durduğu qızılbaş atlıları görünür.

Məhəmməd xan qılıncını qaldırıb atlıları hazır olmağa çağırır. Kadr arxasından yenidən Muradın səsi eşidir:

-Nadir qarşı tərəfin bir qədər də yaxınlaşmasını gözləyirdi... ***Ekranda başlarında Həsənəli bəyin durduğu qızılbaş atlıları görünür. O,

qılıncını qaldırıb atlıları hazır olmağa çağırır. Kadr arxasından Muradın səsi davam edir:

-...Əsəblər tarıma çəkilmişdi. Nəhayət ki, əmr gəldi. *** Ekranda qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar

görünür. Nadir qılıncını yuxarı qaldırıb sağ tərəfə hücum işarəsi verir. ***Ekranda başlarında Məhəmməd xanın durduğu qızılbaş atlıları görünür.

Məhəmməd xan qılıncını qaldırıb atlılara işarə ilə hücum əmri verir və irəli şığıyır, atlılar da “Ya Əli!”, “Ya hüseyn!” sədaları ilə hücuma keçirlər. ***

Ekranda yenidən qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar görünür. Nadir qılıncını yuxarı qaldırıb bu dəfə sol tərəfə hücum işarəsi verir.

***Ekranda başlarında Həsənəli bəyin durduğu qızılbaş atlıları görünür. O,

qılıncını qaldırıb atlılara işarə ilə hücum əmri verir və irəli şığıyır, atlılar da “Ya Əli!”, “Ya hüseyn!” sədaları ilə hücuma keçirlər. ***

Ekranda yenidən qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar görünür. Nadir qılıncını yuxarı qaldırıb bu dəfə piyadalara hücum işarəsi verir. Özü irəli şığıyır və ardınca da piyada qızılbaşlar hücuma keçirlər. Onlar da “Ya Əli!”, “Ya Hüseyn!”-deyə hayqırırlar.

***İrəli şığıyan və “Allahu Əkbər!” hayqıran osmanlı əsgərlərini görüntüləyən

kadrlar. Bu kadrları irəli şığıyan və “Ya Əli!”, “Ya Hüseyn!” hayqıran qızılbaş piyadalarını əks etdirən səhnə əvəz edir.

***Quş uçuşundan görüntü. Qızılbaş atlıları iki tərəfdən osmanlı piyadalarına

hücuma keçir. Qızılbaş piyadalarıda onlara yaxınlaşmaqdadır. ***Ekranda at belində süvari osmanlı ordusu önündə duran osmanlı komandanı

görünür. O, atlılara səslənir:-Ya Allah! Bismillah! Allahu Əkbər!Komandan, ardınca da süvarilər “Ya Allah!” sədaları ilə hücuma atılırlar.

255

Page 256: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Osmanlı-qızılbaş, atlı-atsız, hər kəs bir-birinə girmişlər. Qanlı döyüş gedir.

Kadr arxasından Muradın səsi eşidilir:-Bu döyüşdə osmanlılar 20 min, biz isə 30 min əsgər itirdik. Nadir geri

çəkilmək əmri verdi. ***Ekranda 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən Murad və

Toğrul görünürlər. Murad deyir:-Fürsətdən istifadə edən Əhməd Paşa gözlənilmədən şəhərdən çıxıb mühasirə-

ni yarmağı və qızılbaş ordusunu pərən-pərən salmağı bacardı. Döyüşdə Səid bəylə Mirzə Əli bəy şəhid düşdülər. Əhməd Paşa onların başlarını bədənlərindən ayırıb nizəylərə taxdırdı və bütün Bağdad küçələrini dolaşdırdı.

***Ekranda badadın küçələrinin biri ilə hərəkət edən iki osmanlı süvarisi

canlanır. Onlar əllərində nizə tutmuşlar. Nizələrin birinə Səid bəyin, digərinə isə Mirzə Əli bəyin başı txılmışdır. Camaat küçə boyu durub başlara tamaşa edir.

***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad deyir:-Səid bəylə Mirzə Əli bəyin başına gələnlər və 30 minlik itki Nadiri bərk

sarsıtmışdı. Yeganə təsəllisi o idi ki, Bağdad ala bilməsə də, Osmanlıların Hind ümmanına çıxışını önləmişdi...

***Murad bəy iri planda görünür və sözünə aralıqsız davam edir:-...Nadir qoşunun sağ qalan hissəsi ilə Həmədana çəkildi. Yenidən hücuma

keçmək üçün tədarük görməyə başladı. Bizim məğlubiyyətimiz, deyilənə görə, İstanbulda böyük coşqu ilə qarşılanmışdı. Hətta deyirdilər ki, guya bu xəbər Osmanlılarla savaşan xaçpərəst ölkələrinə də çatmış və orada məyusluq yaratmışdı.

***Ekranda iri planda Murad bəyi Toğrul əvəz edir:-Vallah, heç nə başa düşə bilmədim, xaçpərəstlərə bizim məğlubiyyətimizdən

nə? Onlar niyə məyus olmalı idilər ki? ***Murad və Toğrul birlikdə, öndən və orta planda ekrana gəlirlər. Muradı

gülmək tutur, fəqət bunu hiss etdirmədən deyir:-Qardaş, burada başa düşməməli nə var ki? Atalar sözü var, deyərlər,

düşmənimin düşməni dostumdur.Toğrul təəcüblə:-Allah kəssin belə dostluğu! Deməli, müsəlman türk Osmanlılar düşmənimiz,

kafir xaçpərəstlər isə dostumuzmuş, eləmi?Murad artıq özünü saxlaya bilməyib gülməyə başlayır:-Allah eləməsin, amma siyasət çox murdar bir şeydir. Dostunun, düşməninin

kim olduğu bəlli olmur. Bu gün biri ilə dost olursan, sabah başqas ilə, bir də görürsən ki, dünənki müttəfiqin rəqibinə və düşməninə, dünənki düşmənnsə müttəfiqnə çevrilib.

256

Page 257: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Toğrul dönüb diqqətlə Murada baxır, bir söz deməyib dərin fikrə gedir. ***Sankt-Peterburqun kilsələrindən biri görünür. Kilsə zəngləri çalınır. Bu

mənzərənin fonunda yazılır: “SANKT-PETERBURQ, 1733-CÜ İL, SENTYABR” ***Yazı itir və ekana Sankt-Peterburqdakı qış sarayının görüntüsü gəlir. Sarayın

önü ilə bir kareta hərəkət edir. Kareta iç həyətə dönüb tağın (arkanın) altından keçir və gözdən itir.

***Qış sarayının qəbul otağı. İmeratriça Anna İvanovna yazı masasının arxasında

oturub lələyi mürəkkəbə batırır və qarşısındakı sənədləri imzalayır. Yanında durmuş iki adyutantdan biri onun inzaladığж sənədlərə möhür vurur, digəri isə mürəkkəbqurudanla imza və möhürlərin mürəkkəbini qurudur. Bu minvalla dörd-beş sənəd imzalanır və möhürlənir. Adyutantlardan biri sənədləri qovluğun içinə qoyub imperatriçaya təzim edir və kadrdan çıxır.

Anna İvanovna ikinci adyutanta deyir:-У меня сегодня гость. Скажите, чтобы стол накрыли на двох.Diktor kadr arxasından tərcümə edir:-Bu gün qonağım var, söyləyin iki nəfərlik süfrə açsınlar.Adyutant təzim edib kadrdan çıxır. O, çıxar-çıxmaz, kadr arxasından ququ

saatının səsi eşidilir: Ququ-Ququ…(2 dəfə)İmperatriça başını səs gələn tərəfə döndərir. ***Anna İvanovnanın baxdığı tərəf. Ekranda ququ saatı görünür. Saatın əqrəbləri

10 tamamı göstərir. Saatın üst tərəfindəki qapılar açılır, ququ quşu çıxır, “ququ” deyib yerinə girir, qapı bağlanır və bu hal daha 5 dəfə, yəni üst-üstə 6 dəfə təkrarlanır.

***Ekranda qəbul otaqlarının böyük və bəzəkli qapıları görünür. Kadr arxasından

ququnun daha iki dəfə səsi eşidilir və həmin an qapı açılır. Lakey içəri girib məlumat verir:

-Knyaz Sergey Dmitriyeviч Qolitsın!İçəri knyaz Qolitsın daxil olur və elə qapınn önündəcə riverans edir. Lakey isə

otaqdan çıxıb qapını arxadan örtür. Knyaz imperatriça tərəfə hərəkət eməyə başlayır.

***Ekranda yenidən imperatriça Anna İvanovna görünür. O gülümsəyərək ayağa

qalxır və yazı masasının arxasından çıxıb bir-ik addım atır. Bu an kadra qarşı tərəfdən knyaz daxil olur. Anna İvanovna öpməsi üçün əlini ona uzadır. Qolitsın əyilib onun əlini öpür.

İmperatriça soruşur:-Как доехали, не переутомились ли по дороге?Diktor kadr arxasından tərcümə edir:-Necə gəldiniz, yol sizi yormadı ki?

257

Page 258: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Knyaz:-Покорнейше благодарю, ваше величество, все было превосходно. Diktor:-Hər şey çox gözəl idi, ülyahəzrət, təşəkkür edirəm.İmperatrica kənardakı qarşı-qarşıya qoyulmuş kreslolardan birinə işarə edərk:-Прошу.Diktor:-Buyurun!Knyaz «блогадарю»- deyib kreslolardan birinə yaxınlaşıb öncə imperatriçann

oturmasını gözləyir. Anna İvanovna oturduqdan sonra oturur. Diktor isə onun sözünü “təşəkkür edirəm” kimi tərcümə edir.

***Ekranda imperatriçanın yemək salonu görünür. Biri qadın, obiri kişi iki

xidmətçi masanın üstünə qab-qacaq düzməklə məşğuldurlar. Qadın xdmətçi kişi xidmətçidən soruşur:

-Каков из себя князь? Говорят, он очень симпатичен, так ли это?Diktor:-Knyaz yaraşıqlıdırmı? Deyirlər, çox yaraşıqlıdır, doğrudurmu? Kişi xidmətçi bic-bic qadına baxır və “Может быть, моя кошка, я что тебя

уже не удолетворяю?» - əlini onun arxasına, yumşaq yerinə sürtür. Diktor tərcümə edir:

-Ola bilər, pişiym mənim, yoxsa səni daha təmin edə bilmirəm?Qadın gülümsəyərək “дурачок» - deyib kadrdan çıxır. Diktor onun sözünü

“gicbəsər” kimi tərcümə edir. Kişi xidmətçi də onun ardınca gedir. ***Ekranda qarşı-qarşıya oturub söhbət edən knyaz və imperatriça görünürlər.

Knyaz deyir:-Союз Франции с оттоманами очень волнует наших союзников, и в

первую очередь Австрию, а также и Англию. Да и Испания чувствует себя некомфортно. Одним словом, всю Европу будоражит. Как будто все на мили сидят...

Diktor:-Fransa-Osmanlı ittifaqı bütün müttəfiqlərimizi, ilk növbədə də Avstriyanı

narahat edir. İngiltərə və İspaniya da narahatdır. Bu ittifaq bütün Avropanı silkələmişdir. Sanki, hər kəsin gəmisi torpağa oturmuşdur...

***Knyaz iri planda görünür və aralıqsız davam edir:-Все возлагали свои надежды на персов, или, как их там, на

Адирбидижанских татар. Все надеялись, что те возьмут Багдад, что посодействует государственному перевороту в Константинополе. Однако вопреки всем ожиданием Багдад не пал, и все надежды канули в воду.

Diktor kadr arxasından onun sözlərini fasiləsiz tərcümə edir:-Bütün ümidlər perslərə, daha dəqiq desək, Azərbaycan türklərinə idi. Hər kəs

onların Bağdadı alacağına, bunun da İstanbulda dövlət çevrilişinə səbəb olacağına ümid edirdi. Amma Bağdad alınmadı, ümidlər də puça çıxdı.

258

Page 259: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

*** Ekranda iri planda görünən və gülümsəyən imperatriça:-Но персы, или как вы выразились, Адирбидижанские татары все таки

смогли отрезать путь туркам к южному океану. Разве, это не на руку англичанам и испанцам?

Diktor:-Bununla belə, pеrslər və yaxud, - sizin kimi ifadə etsəm, - Azərbaycan

türkləri osmanlıların Hind okeanına aparan yolunu kəsə bilmişlər. Məgər bu, ingilis və ispanlara sərf etmirmi?

***Ekranda iri planda imperatriçanı knyaz əvəz edir:-Без всякого сомнения. А мы, конечно же, заинтересованы в

продолжительных войнах, как в европейской арене, так и на юге. Думаю, мне следует в самое ближайшее время отравиться к Надиркули хану и убедить его продолжить штурм Багдада.

Diktor:-Şübhəsiz. Biz isə, təbii ki, istər Avropada, istərsə də cənubda müharibələrin

davamnda maraqlıyıq. Fikrimcə, ən yaxın zamanda Nadirqulu xanın yanına gedib onu Bağdada hücumları davam etdirməyn vacibliyinə nandırmam lazım olacaq.

***İri planda yenidən Anna İvanovna görünür:-Именно для этого я и пригласил вас… Как вы думаете, в чем

заключается основная сила турков?Diktor:-Sizi dəvət etməyimin əsil səbəbi də elə budur. Sizcə, türklərin əsas gücü

nədədir? ***Ümumi plan. Qolitsın deyir:-Без всякого сомнения в их религии и в Коране.Diktor:-Şübhəsiz ki, onların dinində və Qurandadır.Anna İvanovna dərin fikrə gedir. Elə bu an ququ saatının səsi eşidilməyə

başlayır: Ququ-ququ... ***Ekranda saat görünür. Saat 12 tamamdır. Ququ quşu çıxıb yerinə girir və hər

dəfə səs çıxarır: Ququ-ququ... ***Ümumi plan. Anna İvanovna və Qolitsın üz-üzə oturmuşlar. İmperatriça

gülümsəyərək:-Думаю, вы не откажетесь разделить со мной трапезу.Diktor:-Ümid edirəm ki, mənimlə bir süfrə arxasında oturmağa etiraz etməzsiniz.Knyaz gülümsəyərək:-Это великая честь для меня.Diktor:

259

Page 260: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu mənim üçün böyük şərəfdir. ***Ekranda qəbul otaqlarının böyük və bəzəkli qapıları görünür. Kadr arxasından

ququnun daha iki dəfə səsi eşidilir və həmin an qapı açılır. Lakey içəri girib məlumat verir:

-Обед ее величества императрицы и ее гостя к подаянию готов. Diktor:-Ülyahəzrət imperatriça və onun qonağı üçün nahar yeməyi hazırdır. ***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad deyir:-Həmədanda ikən, Nadirin yanına Urusiyyətdən və Firəng ölkələrindən elçi

dalınca elçi gəlir, bizə silah-sursat, pul təklif edirdilər. İstəkləri isə bir şey idi, biz osmanlılarla sülh bağlamayaq. Bu hal Nadirqulu xanı çox narahat edirdi, çünki xaçpərəstlərin mənfur niyyətlərini çox gözəl başa düşürdü, amma osmanlılarla da dil tapa bilmirdi. Osmanlılar ona yuxarıdan aşağı, sadəcə körpə şahın qəyyumu kimi baxırdılar. Osmanlı üləması isə “kafir qızılbaşlarla” sülh bağlanmaması barədə fitva dalınca fitva verirdilər. Üstəlik də, çətin ki, onlar işğal altında olan torpaqlarımızı könüllü surətdə geri qaytarmağa razı olaydılar.

Bir-iki ay Həmədanda qalıb qüvvəmizi bərpa etdikdən sonra Həmədanı tərk edib yenidən osmanlıların üzərinə yürüdük...

***Ekranda Həmədan şəhərinin qala divarları və qapıları görünür. Xaricdən

görünüş. Nadirqulu xan və Məhəmməd xan Qacar at belində darvazadan çıxırlar. Onları nöbə ilə bayraqdar süvarilər, atlı qızılbaş əsgərləri, top daşıyan arabalar və piyada əsgərlər əvəz edirlər. Bu mənzərənin fonunda yazılır:

“HƏMƏDAN, 1733-CÜ İL, 2 OKTYABR”Yazı itir. Murad kadr arxasından sözünə davam edir:-...Yürüşdən öncə Nadir xan əsgərlərin önündə çox təsirli bir nitq söyləmiş,

qarşıda duran bir nömrəli məsələnin Vətən torpaqlarını azad etmək, daha sonra isə Osmanlıları sülhə məcbur etmək olduğunu bildirmiş və ilk dəfə hər kəsin önündə bütün türk və müsəlmanların birliyinin vacibliyindən söz açmışdı...

***Düzənlik bir ərazidə irəliləyən qızılaş qoşunu. Öndə Nadirqulu xan Əfşar və

Məhəmməəd xan Qacar at belində gedirlər. Kadr arxasından Muradın səsi aralıqsız davam edir:

-...Bununla belə, o, çıxışnda istər Azəbaycan səltənətinin, istərsə də türklərin və müsəlmanlarının ən əsas müşkülatının Səfəvilərin ələviliyi dövlət siyasətinin başına gətirməsi ortaya çıxdığını və məhz bundan sonra Azərbaycanın bütün Türk və İslam aləmindən təcrid olunduğunu, Türk və İslam aləminin bir-birinə düşmən kəsildiyini dilə gətirmədi. Əslində bunu dilə gətirməyə də heç bir ehtiyac yox idi. Çünki artıq bunu hər kəs anlayırdı. Ələvilər içərisində könüllü surətdə və kütləvi halda cəfəri məzhəbinə keçmə halları başlamışdı.Fəqət Azərbaycanın Səfəvilərdən öncəki məzhəbə, yəni sünni-hənəfi məzhəbinə dönməli olduğunu söyləənlər də

260

Page 261: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

tapılırdı. Çoxları Nadirin sünni-hənəfi olduğunu və buna can atdığını düşünürdü və bu gün də belə düşünənlər az deyil.

Bağdaddakı acınacaqlı vəziyyət və ərzaq çatışmazlığı üzündən Topal Osman qoşunu ilə birlikdə Kəkükə getmiş, orada yerləşmişdi.

***Ekranda Kərkük şəhərinin ümumi panoramı əks olunur. Bu mənzərənin

fonunda yazılır: “KƏRKÜK, 1733-CÜ İL, OKTYABR”Yazı yerində qalır, fəqət mənzərə dəyişir. Öncəki kadrları Kərkük qalasının

bürclərindən birini əks etdirən görüntülər əvəz edir. Onun üzərində Osmanlı bayrağı dalğalanır.

***Yazı itir və kadrlar da dəyişir. Kərkük qalasının darvazalarından biri. Dış

görünüş. Darvazadan içəri yüklü dəvə karvanı və onu müşayiərt edən atlı tacirlər daxil olurlar. Kadr arxasından Muradın səsi eşidilir:

-Burada ərzaq sarıdan heç bir çətinlik olmasa da iqlim şərtləri Trakiyanın iqliminə öyrəşmiş türk əsgərlərini usandırmışdı. Nəq ədər ki Topal Osman Kərkük-də idi. Bağdada hücum çəkmək mənasız idi. Odur ki, nadir öncə Kərkük istiqamətində hərəkət edib topalı zərərsizləşdirmək istətirdi...

***Çay qırağında saysız-hesabsız əsgər çadırı. Çadırların bəzilərinin üstündən

Osmanlı bayraqlar asılmışdır. Muradın səsi kadr arxasından davam edir:-...Bizim Kərkükə hücum çəkə bilmə ehtimalımızı düzgün dəyərləndirən

Topal Osman qoşununu bir hissəsinin Adanalı Fulad Paşanın başçılığı altında Diyala çayı sahilində yerləşdirmişdi ki, yolumuzu kəssin...

***Çadırların yaxından görüntüsü. Hava bürkü olduğundan keşik çəkən tüfəngli

əsgərlərdən başqa kimsə gözə dəymir. ***Çayın qarşı sahilindən çadırların yerləşdiyi digər sahilin və çayın görüntüsü.

Yüzlərlə Osmanl əsgəri çayda çimir, atını çimdirir və ya suvarırı. Qarşı tərəfdə çaparaq gələn və sürətini azaldaraq kadra daxil olan osmanlı bəylərindən Səlim bəy görünür. O, atını əyləyib enir, atının ipindən çəkə-çəkə çadırların arasında gözdən itir.

***Çadırların arsında geniş bir sahə. Burada bir kənarda xüsusi düzəldilmiş yerdə

onlarla at mıxa bağlanmışdır. Səlim bəy həmin yerə yaxınlaşıb atını mıxa bağlayır və yenidən çadırların arsaında yoxa çıxır.

***Öz yaraşığına görə digərlərindən fərqlənən böyük bir çadır. Üzərində Osmanlı

bayrağı asılıb. Önündə əli nizə-qalxanlı dörd əsgər durub. Bəy kadra daxil olub əsgərlərə yanaşır:

-Əssəlamu əleyküm.Əsgərlər:-Və əleykəssəlam.

261

Page 262: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bəy soruşur:-Paşa içəridədirmi?Əsgərlərdən biri:-Bəli. Bəy:-Gir, gəldiyimi söylə. Əsgər üzünü çadırın qapısına tərəf çevirib bir-iki dəfə

ösgürür.İçəridən paşanın səsi eşidilir:-Nə olub? Gəl!Əsgər içəri girir. İçəridən onun səsi gəlir:-Səlim bəy gəlib.İçəridən paşann “Gəlsin”-dediyi eşidilir. Əsgər geri dönüb bəyə deyir:-Buyurun, bəy! *** Çadırın içi. Fulad Paşa və dörd bəy alçaq bir masa arxasında durmuşlar.

Masanın üzərində xəritə var. İçəridəkilərin nəzərləri qapıya tərəf yönəlib. Həmin tərəfdən içəri girən bəy kadra daxil olur və “Əssələmu əleyküm”-deyir. Öncə paşa ilə olmaqla hər kəslə əl verib görüşür və hər kəsdən “Və əleykəssəlam” cavabını alır. Paşa deyir:

-Mühüm xəbər gətirmişə oxşayırsan, Səlim bəy.Səlim bəy:-Nadir Həmədandan çıxıb sayı-hesabı bilinməyən bir qoşunla bura gəlir.

Məqsədi Kərkükü almaqdır.İçəri dərin bir sükut çökür. ***İri plan. Fulad Paşa dərin fikrə gedir və nəhayət deyir:-Deməli, qoşunun sayı-hesabı bilinmir. Yəni bizim onunla başa çıxmağımız

çətin olar, eləmi? ***Iri planda paşanı Səlim bəy əvəz edir:-Bəli, paşam! ***Ümumi plan. Paşa:-Təcili Kərkükə, Osman Paşaya xəbər göndərmək lazımdır. *** Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad deyir:-Kirmanşaha çatanda kəşfiyyət məlumat gətirdi ki, Fulad paşa bizim

gəldiyimizdən duyuq düşüb və artıq döyüşə hazırlıq görür. Kömək üçün Kərkükə, topal Osmana müraciət edib. Onun nə qərara gəldiyi isə bizə məlum deyildi. Bununla belə Diyala çayına çatıb döyüşə girdik.

***Çay qırağında osmanlılarla qızılbaşlar arasında gedən dəhşətli döyüşdən

səhnələr bir-birini əvəz edir. Öncə piyadaların, ardınca atlıların döyüş səhnələri

262

Page 263: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

görüntülənir. Toplardan atəş açan osmanlı əsgərləri və eyni işi görən qızılbaş əgərləri. Güllə və top səslərindən qulaq tutulur

***Osmanl atlılarnı gülləbaran edən qızılbaş tüfəngçiləri. Bu səhnəni güllələrə tuş

gələrək itki verən, fəqət irəliləyən osmanlı süvarisini əks etdirən səhnə əvəz edir. Bir-iki partlayış baş verir. Çoxsayda atlı ölür. Osmanlı süvarisi geri dönüb qaçmağa üz tutur.

***İtki verə-verə geri çəkilən osmanlı əsgərləri və onları qılıncla döğraya-

doğraya irəliləyən qızılbaş əsgərləri. Top-tüfəng səsləri yavaş-yavaş azalır və onun fonunda kadr arxasından Muradın səsi eşidilir:

-Osmanlılar itki-verə-verə, Kərkükə tərəf geriçəkildilər. Biz çox az itki ilə tam qələbə çaldıq. Çox sayda top, tüfəng, barıt, güllə, mərmi, döyüş araabasını və ərzaq qənimət kimi əlimizə keçdi...

***Çay qırağının quş uçuşundan görüntüsü. Yer minlərlə əsgər cəsədi ilə örtülüb.

Orada-burada yanmaqda olan araba diqqəti çəkir. Qalib qızılbaş əsgərləri meyidlərin arası ilə gedirlər. Muradın səsi davam edir:

-...Döyüşdən sonra yerdə minlərlə cəsəd qalmışdı. İlk dəfə idi ki, belə müdhiş bir səhnə görürdüm. Cəsədlərin çoxu osmanlılara aid idi...

***Yaxından görüntü. Meyidlərin arası ilə gəzən qızılbaş əsgərləri tüfəng və

qılıncları toplayırlar. Muradın səsi eşidilməkdə davam edir:-...Bu mənzərədən hər kəs mütəəssir olmuşdu. Çünki öldürülənlərin hamısı

türk və müsəlman idi. Qədər bizimlə acı bir oyun oynayırdı... ***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad aralqsız davam edir:-...Qələbə sevinci ilə ölənlərin türk olmasından doğan kədər hissi bir-birinə

qarışmışdı. Elə bu an xəbər gəldi ki, Məhəmməd xan Bəluc üsyan qaldırıb və xalqa deyib ki, guya Təhmasib Mirzə sağdır, guya onun ölümü barədə xəbəri Nadirqulu xan qəsdən yayıb. O, tələb edirmiş ki, Təhmasib Mirzə taxta qaytarılmalı və dövləti o idarə etməlidir. Tərəfdaları da az deyildi. Çünki çoxları Təhmasib şahın öldüyünə inanmırdılar. Hər kəs nadirin qərarınn nə olacağını gözləyirdi. Düşünmək olardı ki, o Kərkük yürüşünə ara verib üsyanı yatırtmağa tələsəcək. Fəqət belə olmadı. O, bu xəbərə əhəmiyyət verməyib qoşunu Kərkükə tərəf aparmaqda dava edirdi.

Yolda gözlənilmədən Məmiş paşanın qoşunu ilə üz-üzə gəldik... ***Böyük və geniş düzənliyin quş uçuşundan görüntüsü. Düzənliyin bir tərəfində

osmanlı, digər tərəfində isə qızılbaş ordusu durmuşlar. Ekranda yazılr” “KƏRKÜK YAXINLARI, 1733-CÜ İL, OKTYABR” ***Ekranda qızılbaş piyadaları görünür. Onların önündə at belində oturub qarşı

tərəfə baxan Nadirqulu xan diqqəti çəkir. Kadr arxasından Muradın səsi eşidilir:

263

Page 264: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Demə, Topal Osman Məmiş paşanı Fulad paşann yardımına göndəribmiş. Onun fulad paşanı darmadağın etdiyimizdən xəbəri yoxmuş. Qəribə idi ki, Kərkükə doğru geri çəkilən Fulad paşa ilə yolda görüşməmişdilər...

*** Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad aralqsız davam edir:-...Döyüşə girər-girməz, say üstünlüyümüzdən istifadə edib qarşı tərəfi

mühasirəyə aldıq və artıq qan tökülməməsi üçün onlara təslim olmağı təklif etdik. Məmiş Paşa təklifimizi rədd etdi. Başqa çarə qalmadı.

Məmiş Paşanın mühasirəyə düşdüyünü eşidən Topal Osman bütün qoşunu ilə birlikdə Kərkükü tərk edib üstümüzə hücuma keçdi. Yenidən qanlı döyüş başladı...

***Geniş düzənlikdə osmanlılarla qızılbaşlar arasında gedən dəhşətli döyüşdən

səhnələr bir-birini əvəz edir. Öncə piyadaların, ardınca atlıların döyüş səhnələri görüntülənir. Toplardan atəş açan osmanlı əsgərləri və eyni işi görən qızılbaş əgərləri. Güllə və top səslərindən qulaq tutulur

***Osmanl atlılarnı gülləbaran edən qızılbaş tüfəngçiləri. Bu səhnəni güllələrə tuş

gələrək itki verən, fəqət irəliləyən osmanlı süvarisini əks etdirən səhnə əvəz edir. Bir-iki partlayış baş verir. Çoxsayda atlı ölür. Osmanlı süvarisi geri dönüb qaçmağa üz tutur.

***İtki verə-verə geri çəkilən osmanlı əsgərləri və onları qılıncla döğraya-

doğraya irəliləyən qızılbaş əsgərləri. Top-tüfəng səsləri yavaş-yavaş azalır və onun fonunda kadr arxasından Muradın səsi eşidilir:

-...Lakin döyüşə girər-girməz, Topal Osman yanında partlayan mərmidən öldü. Bir qədər sonra isə eyni şey məmiş paşanın da başına gəldi. Bu da Osmanlıların sıralarında həyacana yol açdı. Sıraları və müqavimət qüvvələri sarsıldı. Qaçmağa üz tutdular. Onları haqlayıb qıracağımızı görüb təslim oldular.

***Nadirin çadırının içi. Nadirqulu xan, məhəmməd xan, Murad bəy və Həsənəli

bəy. Çadırın içində süfrə arxasında oturmuşlar. Kadra daxil olan əsgər süfrədəki qaba çox sayda şiş-kabab qoyur. Dolçadan xanların və bəylərin qablarına ayran süzür. Nadir əsgərə:

-Özünə də qab-qacaq gətir, otur bizimlə.Əsgər bu sözlərdən çaşıb duruxur və nə isə demək istəyir. Fəqət Məhəmməd

xan ona bir söz deməyə imkan vermir:-Eşitmədinmi xan nə dedi? Tüz ol!Əsgər kadrdan çıxır və əllərində boşqab və su qabı qayıdır və yerində donub

qalır. Nadir:-Otur!Əsgər qabları süfrəyə qoysa da utana-utana deyir:-Mənim həddim deyil, ağa, əfv edin.Nadir:

264

Page 265: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sənə otur dedim.Əsgər məcbur qalıb oturur. Məhəmməd xan onun qabına bir şiş kabab qoyur.

Nadir isə qabına ayran süzür. Əsgərin pərt olduğunu görən nadir gülümsəyərək. əlini onun çiyninə toxundurur:

-Bunu hər kəsdən çox sən haqq edirsən, əsgər. Utanma. Bismillah.Hər kəs, o cümlədən əsgər yeməə başlayırlar.Məhəmməd xan Nadirdən soruşur:-Xan, Məhəmməd xan Bəluc nə olacaq? ***Ekranda iri planda göünən nadir:-Qoy, hələ bir qədər yaşasın. Özünü külli-ixtiyar hesab etsin. Kərkükü,

Bağdadı almaq ərəfəsindəykən, böyük işi qoyub xırda iş dalıncamı yürüyəkmi? O, əlbəttə ki, cəzasını alacaqdır.

***Çadırın qapısı. Qapıdan içəri girən Rza bəy:-Xan, Osman paşanın da, Məmiş Paşanın da cəsədləri tapıldı. ***Ekranda yenidən iri planda görünən Nadir:-Gəlirəm.Nadirqulu xan ayağa qalxr. O birilərinin ayağa qalxmasına çiyinlərindən

basaraq imkan vermir. O, kadrdan çıxır. ***Çadırın yaxınlığında Osman paşa ilə Məmiş Paşanın cəsədləri yerə uzadılıb.

Əsgərlər onları əhatəyə alıb tamaşa edirlər. Kimsə deyir:-Xan gəlir.Hər kəs aralanıb kadrda peyda olan Nadirqulu xana yol verirlər. O, ölmüş

paşaların baş tərəflərinə yaxınlaşıb çömbəlr. Birinin başını bir dizinə, digərininkini digər dizinə qoyur.

***Yaxından görüntü. Nadir onların saçlarını oxşayır və üzünü yana tutur:-Onları yuyun, kəfənə tutun, əsir osmanlı bəylərindən bir-ikisini qoşun,

göndərin Bağdada orada hörmətlə dəfn edilsinlər. Nadir paşaların başılarnı ehmalca yerə qoyub ayaa qalxır. Bu an kadra daxil

olan Məhəmməd xan ona yaxınlaşırlar. Nadir ona:-Daha iki böyük müsəlman türk övladı mənasız savaşın qubanı oldu. Fələk

bizimlə oyun oynayır. ***Kərkük şəhərinin qala bürclərindən biri. Qızılbaş əsgəri Osmanlı bayrağını

çıxarıb yerinə Səfəvi bayrağı asır. Kadr arxasından Muradın səsi eşidilir:-İki gün sonra müdafiəsiz qalmış Kərkükə daxil olduq. Artıq Bağdadı ala

bilmək üçün qarşımızda heç bir maneə qalmamışdı... ***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad aralıqsız davam edir:

265

Page 266: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Vəziyyəti belə görən Əhməd Paşa Nadirqulu xanla danışıqlara başlamağı qəbul etdi. Onlar bir-iki ay sonra Bağdad yaxınlarındakı Samirədə görüşüb müqavilə imzaladılar.

***Bağdadın ümumi panoramı. Bu mənzərənin fonunda yazılır: “SAMİRƏ (İRAK), 1733-CÜ İL, 19 DEKABR” *** Yaraşıql bir mülkün qarşı tərəfdən görüntüsü. Mülkün qapısınn bir tərəfində

beş nizə-qalxanlı qızılbaş, digər tərəfində isə beş qalxan-nizəli smanlı əsgərləri durmuşlar. Səfəvi və osmanlı bəyləri üç-üç, dörd-dörd mülkə daxil olurlar.

***Mülkün içindəki geniş və yaraşıqlı salon. Salonun perimetri böyu səndəllər

düzülmüşdür. Bir tərəfdə qızılbaş, digər tərəfdə osmanlı əyanları əyləşmişlər, fəqət səndəllərin yarısı hələ boşdur. Lakin hər iki tərəfi təmsil edən əyanlar salona daxil olub yerlərini tutduqca, bş yerlərin sayı yavaş-yavaş dolur və sonda boş yer qalmır. Daxil olanlar içərisində Məhəmməd xan, Həsənəli bəy və Muad bə də var.Arxa planda bir masa və masanın arxasında iki səndəl, üstündə isə iki qovluq və iki içində qələm olan mürəkkəbqabı və iki mürəkkəbqurudan diqqəti çəkir. Səndəllərin yanında bir qızılbaş və bir osmanlı əsgəri ayaq üstə durmuşlar. Onlar silahsızdırlar. Onların da arxasında Səfəvi və Osmanlı bayraqları görünür.

Birdən hər kəs ayağa qalxır. Nadirqulu xan və Əhməd Paşa kameranın arxasından çıxıb kadra daxil olur və masaya tərəf hərəkət edirlər. Yeni gələnlər masa arxasına yaxınlaşarkən, əsgərlər onlara təzim edib, oturmaları üçün masaları hazırlayırlar. Nadrqulu xan və Əhməd Paşa masanın arxasında yerlərini tuturlar. Hər kəs oturur.

***Xan və Paşanın yaxında görüntüsü. Orta plan. Əsgərlər masanın üstündəki

qovluqları açırlar, xan və paşa isə içindəki kağızı gözdən kçirir, qələmi götürüb onları imzalayırlar. Əsgərlər mürəkkəbqurudanlarla imzaları qurudurlar. Qovluqları bağlayıb, götürür, öz aralarında dəyiş-düyüş edir və yenidən açıb masa arxasıdakılarının önünə qoyurlar.

Nadirqulu xan və Əhməd Paşa yenidən sənədlərə göz atır və onları imzalayırlar. Əsgərlər mürəkkəbləri qurudurlar. Sonra xan və paşa ayağa qalxıb əl sıxışır, qovluqları dəyiş-düyüş edir və onları əsgərlərə, əsgərər də öz növbəsində masaya ən yaxında səndəldə oturmuş əyanlara ötürür və fərağat vəzyyəti alırlar. Qovluqlardan birinin ötürüldüyü adam Məhəmməd xan Qacardır.

***Ekranda Məhəmməd xan Qacar iri planda görünür. O, qovluğu aralayıb

sənədə göz atıb, yenidən bağlayır. ***Ekranda iri planda Məhəmməd xan Qacarı Əhməd Paşa əvəz edir. O,

salondakılara müraciətə deyir:-Həzarat, bu gün ali şərəf və ləyaqət sahibi Osmanlı Səltənəti ilə ali şərəf və

ləyaqət sahibi Səfəvi Səltənəti arasında, - Allah hər ikisini daimi və müzəffər etsin, - yeni bir sülh müqaviləsi imzalanmışdır. İmzalanan sülh müqaviləsinə ali şərəf və

266

Page 267: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

ləyaqət sahibi Osmanlı padşahı və İslam xəlifəsi, əmir əl-möminin Sultan Muradın adından mən Əhməd Paşa və ali şərəf və ləyaqət sahibi Səfəvi şahənşahı, əhli -şiənin böyük imamı Abbas şahın adından onun qəyyumu Nadirqulu xan imzaladıq.

İnşallah, bu sənədlə iki qadaş xalqın arasında yüzillərdir davam edən mənasız savaşlar və tökülən mənasız qanlar birdəfəlik son bulacaqdır. Hə birinizə məlum olduğu kimi, imzalanan sənədlə tərəflər Qəsri-Şirində illər öncə imzalanmış müqa-viləsinin bütün şərtlərinə hərfən və qeydsiz-şərtsiz əməl ediləcəyi təyid edilmişdir...

***Kameranın obyüktivi natiqi diqqətlə dinləməkdə olan qızılbaş əyanlarının bir-

bir üzərinə yönəlir. Paşanın səsi kadr arxasından eşidilməkdə davam edir: -...Qəsri-şirin müqaviləsinin şərtlərinə əməl etmək adına Osmanlı tərəfi

hazırda bizim qoşunların nəzarətində olan bütün Azərbaycan torpaqlarından, o cümlədən Aran, Şirvan, Tiflis və İrəvandan ən qısa zamanda geri çəkilməyə, qarşı tərəf isə eyni zaman müddətində hazırda Səfəvi ordusunun nəzarətində olan İraqi-Ərəbdən çəkilməyə boyun olur...

***Ekrandakı kadrları Əhməd Paşa və Nadirqulu xanı əks etdirən kadrlar əvəz

edir. Paşa sözünə aralıqsız davam edir:-...İki-üç ay ərzində bütün əsilərin bütünlüklə geri qaytarılması da nəzərdə

tutulur.Paşa üzünü nadirə tərəf çevrib gülümsəyir və soruşur:-Məncə, hər şey söylədim, eləmi? Bir şey unutmadım ki?Nadir də gülümsəyir:-Bir məsələni, deyəsən, unutdunuz. (Üzünü salona tutur) Müqaviəyə əsasən

son döyüşdə ələ keçirdiyimiz bütün topları qaytarmağı da biz xoş niyyət nümunəsi kimi əlavə olaraq üzərimizə öhdəlik götürmüşük. Bəyan edirəm ki, toplar günü sabah qaytarılacaqdır...

***Kameranın obyüktivi natiqi diqqətlə dinləməkdə olan osmanlı əyanlarının bir-

bir üzərinə yönəlir. Nadirqulu xanın səsi kadr arxasından eşidilməkdə davam edir: -...Qardaşlar! Bu gün mənim həyatımın ən xoşbəxt günüdür. Türkün türkə,

müsəlmanın müsəlmana bir daha heç zaman qılınc qaldırmayacağı, əksinə, dostluq və qardaşlığın qiyamətə qədər davam edəcəyi yeni bir tarixin başlanğıc günüdür bu gün...

***Ekranda Əhməd paşa və Nadirqulu xan görünürlər. Nadir kövrəlmişdir.

Kövrəldiyindən səsi titrəməyə başlayır. -...Bilsəydiniz bu günün gələcəyini necə səbirsizliklə gözləmişəm.Bu hal Əhməd paşanı da kövrəldir və o ayağa qlxır, Nadir də ayağa qalxır.

Onlar qucaqlaşırlar. ***Ümumi plan. Hər kəs ayağa qalxmışdır. Qızılbaşlar və osmanlılar bir-birlərinə

yaxınaşıblar növbə ilə bir-birinin əlini sıxır və qucaqlaşırlar. ***

267

Page 268: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:

-Nadirqulu xan həmişə türk və müsəlmanların birliyindən danışırdı, fəqət osmanlılarla döyüşə girərkən tam başqa adam olur. Qələbə qazanmaq üçün əlindən gələni edərdi. Döyüşdə amansız olardı. Odur ki, ona başa düşə bilmirdim. Bəzən isə, - nə gizlədim, - səmimiyyətinə şübhə edirdim. Amma zaman onun nə qədər uzaqgörən və gerçəkdən də səmimi bir insan olduğunu sübut etdi. Sən demə, sülhə nail olmaq üçün müharibə və qələbə qaçılmaz imiş.

Əhməd Paşa Nadirqulu xanın şərəfinə böyük bir ziyafət verdi. Həmin ziyafətdə Nadirin xahişi ilə saz çalıb söyləmək mənim üzərimə düşdü. “Tahir və Zöhrə” dastanını söylədim. Bu dastan Nadirqulu xanın ən çox sevdiyi dastan idi. Onu hər gün dinləsə idi, doymazdı.

***Ekranda mülkün digər bir salonunda ziyafət məclisini əks etdirən kadrlar

canlanır. Nadir və Əhməd Paşa ən başda oturmuşlar. Sənədlərin imzalanması məclisində iştirak etmiş hər kəs buradadır. Hər kəs yemək yeyə-yeyə saz çalıb – oxuyan Muradı dinləyir:

-Nə vaxtdn gəldik otağa,Yatıb, oyanmaz, oyanmaz!Canım yolunda sadağa,Yatıb oyanmaz, oyanmaz!... ***Ekranda iri planda Muradı dinləyən və həzz alan Əhməd Paşa və nadirqulu

xan görünürlər. Muradn səsi kadr arxasından eşidilir:-...Yığın otağın xalısın,Neylərəm dünya malısın,Ağ qolundan qolbağısınAçıb oyanmaz-oyanmaz!... ***Ekranda Murad görünür və oxumaqda davam edir:-...Tahirəm, neçə neçəsin,Seçmədim türkmən beçəsin... ***Ekranda Əhməd Paşa və Nadir görünürlər. Paşa çığırır:-Yaşa! Min yaşa!Bu halın Nadirə ləzzət verdiyi hiss edilir. Kadr arxasından Murad aralıqsz

davam edir:-...Ağ üzündən ənbərcəsinAçıb oyanmaz, oyanmaz!.. ***Ekranda yendən Murad bəy görünür. O, sazı sinəsində ayırıb və dastana adi

sözlə davam edir:-...Zöhrə qurcalanıb dedi: “Ay qız, buradan saz səsi gəlir, deyəsən, oxuyan

var. O kimdi?... ***

268

Page 269: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda ipək döşəklər üzərində baş-başa oturub mütəkkələrə dirsəklənən və göbək rəqsi ifa edən əəb rəqqasəni seyr edən Nadirqulu xan və Əhməd Paşa görü-nürlər. Onların qabağında içi meyvə dolu böyük bir sini və iki boş boşqab diqqəti çəkir. Musiqi aşağı tonda eşidilir. Kadr arxasından Muradın səsi eşidilir:

-Nadirqulu xan daha bir neçə gün ərəb İraqında qalıb, Əhməd Paşanın qonağı oldu.

Murad sözünü bitirər-bitirməz, musiqi normal tonda davam etməyə başlayır. ***Ekranda iri planda rəqqasə görünür. Kameranın obyektivi onu başdan ayağa

və sonra da ayaqdan başa qədər, bütün bədən əzalarını qabarıq əks etdirməklə, ekrana daşyır.

***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:-Əhməd Paşa ilə Nadirqulu xanın imzaladığ müqavilə İstanbulda uzun müddət

müzakirə edildi. Sultan onu təsdiq etməyə tələsmidi. Bu üzdən də gərginlik davam edirdi. Bununla belə, Əhməd Paşa İrəvan, Gəncə, Şirvan və Tiflisə məktublar göndərərək, həmin ərazilərin qismən boşaldılması, qızılbaş əsirlərin azad edilməsi barədə əmrlər verdi.

Biz də qoşunlarımızın müəyyən bir hissəsini İraqdan çəkdik, bütün osmanlı əsirlərini azad etdik. Fəqət sultanın nə qərar verəcəyi məlum olmadığından narahatçılıq sürməkdəydi. Nadir həmin vaxt ərzində Məhəmməd xan Bəlucun başçılıq etdiyi üsyanı yatıtdı. Üsyankar xan qaçmağa nail olsa da tez bir zamanda ələ keçdi və gözləri çıxarıldı.

Nadir İsfahana qaıtdı. Rzaqulu xan da onun əmrinə əsasən İsfahana gəlmişdi. ***Isfahandakı 40 sütün sarayının görüntüsü. Bu görüntünün fonunda yazılır: “İSFAHAN, 1734-CÜ İl, MART” Sarayın saray bağçasına açılan eyvanı. Nadir eyvanda səndəldə oturub. Dizləri

üstündə oturtduğu 2-3 yaşlarında olan oğlan nəvəsinin saçlarını oxşayır. Rzaqulu xan da yanında ayaq üstə durub, baba və nəvənin söhbətinə qulaq asır. Nadir uşaqdan soruşur:

-Mənim şirin nəvəm böyüdükdə kim olacaq?Uşaq:-Şah.Nadiri gülmək tutur:-Deməli, sən böyüəndə ata baban kimi, əmin və atan kimi xan olmaq

istəmirsən, ana baan və dayıların kimi şah olmaq istəyirsən, eləmi?Uşaq:-Hə.Nadir:-Yox, canım mənim, sən də atan kimi xan olacaqsan. Şah bir dənə olar. O da

Abbasdır.Uşaq uca səslə:-Yox, mən olacağam.

269

Page 270: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadir:-Aslan balam mənim. (Üzünü Rzaquluya tutur) Bu fikri onun başına sənmi

salmısan? ***Ekanda iri planda Rzaqulu xan görünür. O bu sualdan pərt olana bənzəyir.

Çaşdığından duruxur, özünü ələ alıb deyir:-Anası ona həmişə “şah oğlum mənim” – deyə müraciət edir. Görünür, bu

üzdən belə bir fikrə düşüb. ***Ekanda Rzaqulunu Nadir əvəz edir. O, nəvəsini yerə endirib deyir:-Get ananın yanına, mənim atanla işim var.Uşaq əmrə tabe olub qaça-qaça kadrdan çıxır. Nadirsə üzünü oğluna tutub

diqqətlə ona baxır. ***Ekranda yenidən Rzaqulu görünür. O, atasının gözlərinin içinə baxa bilməyib

nəzərlərini yerə dikir. ***Ümumi plan. Nadir:-Başqaları bunu eşidərlərsə, mənim, sənin haqqında nə düşünə biləcəklərini

təsəvvür edirsənmi?Rzaquludan səs çıxmır. Nadir özü öz sualına cavab verir:-Düşünərlər ki, bizim Abbas şahı, o məsum körpəni öldürüb öz soyumuzdan

birini şah etməyi düşünürük. Sənin də, mənim də Səfəvi soyundan xanımlarla məhz bu məqsədlə evləndiyimizi sanarlar.

Rzaqulu:-Bağışla, ata, bu barədə heç düşünməmişdim. Bizim xanıma deyərəm, bir də

belə etməsin. Nadir:-Yaxşı, boş ver. Muradla görüşdünüzmü?Rzaqulu:-Yox, hələ imkan olmayıb.Nadir:-Çox qoçaq və ağıllı dəliqanlıdır. Ona gələcəkdə xanlıq verməyi düşünürəm.

Amma özünə hələ bir söz söləmə. İndisə get, tək qalmaq, düşünmək istəyirəm. Murad “baş üstə” – deyib kadrdan çıxır. Nadir ayağa qalxb eyvanda var-gəl

etməyə və nə barədəsə düşünməə başlayır. Kadr arxasından bir qədər öncə baş vermiş dialoq təkrar eşidilir. Nadirin səsi:

-Mənim şirin nəvəm böyüdükdə kim olacaq?Uşaq səsi:-Şah.Nadirin səsi: -Deməli, sən böyüəndə ata baban kimi, əmin və atan kimi xan olmaq

istəmirsən, ana baan və dayıların kimi şah olmaq istəyirsən, eləmi?Uşaq səsi:-Hə.

270

Page 271: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadirin səsi:-Yox, canım mənim, sən də atan kimi xan olacaqsan. Şah bir dənə olar. O da

Abbasdır.Uşaq səsi:-Yox, mən olacağam.Rzaqulunun səsi:-Anası ona həmişə “şah oğlum mənim” – deyə müraciət edir. Görünür, bu

üzdən belə bir fikrə düşüb.Nadir yenidən səndələ oturur. Əyilib başını əllərinin içinə alır. ***Saraydakı başqa bir eyvan. Rzaqulu eyvana daxil olur. Onun ovqatı təlx

olmuşdur. O, eyvandan aşağı baxmağa başlayır. ***Eyvnandan saray bağçasının görüntüsü. Bağçada biri Rzaqulunun, digəri

Nadirin oğulları və biri də Abbas şah olmaqla 3 nəfər 2-3 yaşlarında oğlan uşağı tovuz quşlarının dalınca qaçırlar. Sanki onları tutmaq istəyrlər. Bir qədər kənada 7-8 yaşlarında iki qız uşağı ip fırladır və bir 4-5 yaşlarında qız uşağı ipüzərindən tullanır.

2 nəfər 3-5 yaşlarında oğlan uşağı qaçdı – tutdu oynayır. Hovuzun yanında Sona Bəym, Nadirin üçüncü arvadı Gövhər Şad və Südabə Banu, Fatimə Soltan Bəyim və Rizə Bəyim səndəllərdə oturub söhbət edirlər.

***Ekranda yenidən Rzaqulu görünür. O, kənardakı səndəli altına çəkib oturur və

dərin fikrə gedir. Əhvalı çox pərişan görünür. Kadr arxasından. Nadirin nəvəsi ilə və onunla arasında olmuş söhbət səslənir. Nadirin səsi:

-Mənim şirin nəvəm böyüdükdə kim olacaq?Uşaq səsi:-Şah.Nadirin səsi: -Deməli, sən böyüəndə ata baban kimi, əmin və atan kimi xan olmaq

istəmirsən, ana baan və dayıların kimi şah olmaq istəyirsən, eləmi?Uşaq səsi:-Hə.Nadirin səsi:-Yox, canım mənim, sən də atan kimi xan olacaqsan. Şah bir dənə olar. O da

Abbasdır.Uşaq səsi:-Yox, mən olacağam.Rzaqulunun səsi:-Anası ona həmişə “şah oğlum mənim” – deyə müraciət edir. Görünür, bu

üzdən belə bir fikrə düşüb.Rzaqulu ayağa qalxıb eyvanda var-gəl etməyə başlayır. ***Saray bağçasında, hovuzun yanında səndəllərdə oturub söhbət edən qadınların

yaxından, ümumi planda görüntüsü.

271

Page 272: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rizə bəyim:-Vallah – billah, adamın heç inanmağı gəlmir ki, Osmanlılarla sülh

imzalanmışdır. Yəni doğrudanmı qanlı müharibələrin sonu gəldi?Sona Bəyim:-İnşallah, bundan sonra sülh olar. Türk türkün bir daha qanını tökməz. ***Ekranda iri planda Fatimə Soltan Bəyim görünür:-İnşallah! (Əllərini göyə qaldırır). Allah, sən özün millətimizə yardım et. ***Ekranda Fatimə Soltan Bəyimi Sona Bəyim, Gövhər Şad, Rizə Bəyimi

birlikdə əks etdirən kadrlar əvəz edir. Onlar bir ağızdan “Amin!” – deyirlər. ***İri planda Südabə Banu peyda olur. Onun bu söhbətdən məmnun olmadığı

hiss edilir. O deyir:-Siz türklərdə bir gözəl atalar sözü var. Deyərlər, sən saydığını say, gör fələk

nə sayır. Məgər bilmirsiniz ki, osmanlılara və ümumiyyətlə sünnilərə etibar etmək olmaz. Deee, sultan bu günə qədər Nadirqulu xanla Əhməd Paşanın imzaladıqları sülh müqaviləsini təsdiq etməyib. Biz isə Əhməd Paşaya inanıb, ərəb İraqından çıxdıq.

***Ümumi plan. Sona Bəyim gülə-gülə Südabə Banuya deyir:-Bəsdir, sən Allah, farslığına salma, ay Südabə Banu. Guya başa düşmürük

niyə belə dyirsən, guya bilmirik siz farsların arzusu nədir?Südbə Banu da gülür:-Nəymiş arzumuz?Sona Bəyim:-Arzunuz odur ki, biz türklər bir-birimizi qırıb zəifləyək, siz də fürsətdən

istifadə edib xəyallarınızdakı İran dövlətini qurmağa imkan tapa biləsiniz.Qadınlar bu sözdən sonra bir-birlərinə qoşulub gülüşürlər. ***İri planda Südabə Banu görünür. bu sözlərdən narahat və pərt olsa da

gülümsəməklə hisslərini büruzə verməməyə çalışır. Fəqət buna tam nail ola bilmir:-Öz aramızdır, ay Sona Bəyim, axı, göydə Allah var, insaf da yaxşı şeydir axı,

guya özün bilmirsənmi ki, qədimdə bu torpaqlar İran adlanıb. ***İri planda Südabə Banunu Sona Bəyim əvəz edir. O artıq gülmür, lakin çox

sakit tonda deyir:-Yalanın da bir həddi – hüdudu olar. Bəli, farslar tarixdə iki dəfə - bir

Əhəmənilərin dövründə, bir də Sasanilərin dövründə bu torpaqlara hökm ediblər. Amma hər iki halda hakimiyyəti fitnə və xəyanət ilə türklərdən zəbt ediblər. Bunu özün məndən də yaxşı bilirsən. Onu da bilisən ki, bu torpaqlar heç vaxt İran adlanmayb. İran əfqanlar ölkəsinin adı olub. Görürəm, Hüsam xanla Molla Sədrəddinin başına gələnlərdən dərs çıxarmamısınız. Murad bəyin rəhmətlik Təhmasib şahı aldadaraq, səni cəlladın əlindən qurtardığını nə tez unutdun.

***

272

Page 273: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ümumi plan. Gövhər Şad:-Siz də mövzu tapdınız da söhbət etməyə. Başınıza mövzumu qəhətdir?...Elə bu an kadr arxasından udda çalınan həzin bir musiqi eşidilir və qadınlar

susurlar. ***Ekranda sarayın bağçaya açılan eyvanı görünür. Rzaqulu xan eyvanda oturub

ud çalır. ***Yenidən qadınlar görüntüyə gəlir. Ümumi plan. Ud səsi eşidilməkdə davam

edir. Qadınlar zövqlə musiqini dinləyirlər. Kadra oynamağı bitirən qızlar daxil olurlar. Onlardan ikisi Gəvhər Şadın, biri isə Sona Bəyimin boynuna sarılırlar.

*** Ekranda yenidən sarayın bağçaya açılan eyvanı görünür. Rzaqulu xan

eyvanda oturub ud çalmaqda davam edir. *** Eyvnandan saray bağçasının görüntüsü. Bağçada biri Rzaqulunun, digəri

Nadirin oğulları və biri də Abbas şah olmaqla 3 nəfər 2-3 yaşlarında oğlan uşağı tovuz quşları ilə oynamaqda davam edirlər. Bir qədər kənada 2 nəfər 3-5 yaşlarında oğlan uşağı qaçdı – tutdu oynayır. Hovuzun yanında Sona Bəym, Nadirin üçüncü arvadı Gövhər Şad və Südabə Banu, Fatimə Soltan Bəyim və Rizə Bəyim səndəllərdə oturub söhbət edirlər. Kadr arxasından ud səsi eşidilir.

Qaçdı-tutdu oynayan uşaqlar birdən nə isə görüb dururlar və kənara baxırlar. ***Ekranda uşaqların baxdığı tərəf görünür. Sarayın bağçaya açılan qapısı.

Qapıdan Qələmnaz çıxır. ***Ekranda ön planda yerlərində donub qalan uşaqlar, arxa planda isə səndəllərdə

oturmuş qadınlar və onların yanında ayaq üstə durmuş qızlar görünür. ud səsi eşidilməkdə davam edir. Uşaqlardan biri qadınlara tərəf dönüb qışqırır:

-Ana, Qələmnaz xala gəldi.Oğlanlar bu sözdən sonra Qələmnaza tərəf qaçırlar. Arxa plandakı qızlar da

eyni şeyi edirlər. ***Ekranda yenidən Qələmnaz görünür. Oğlanlar kadra daxil olub ona “xoş

gəldiniz”-deyirlər. Qələmnaz onları qucaqlayıb növbə ilə öpür. Elə bu an kadra qızlar da daxil olurlar və Qələmnaz onları da bağrına basıb öpür.

***Ekranda hovuzun yanındakı qadınlar görünür. Onlar ayağa qalxmışlar.

Qələmnaz qızlarla birlikdə kadra daxil olur. Qadınlar yer-yerdən ona “xoş gəldin” – deyirlər. Qələmnaz da “xoş gününüz olsun” – deyib onlarla görüşüb öpüşür. Qzlardan biri kadrdan çıxır. Onun əvəzinə kadra daxil olan xidmətçi gətirdiyi səndəli qoyub gedir.

Sona Bəyim Qələmnazdan soruşur:-Uşaqları nə əcəb gətirmədin?Qələmnaz:

273

Page 274: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Babaları onları özü ilə Zəncana aparıb.Rizə Bəyim:-Murad bəy dəmi gəlib?Qələmnaz:-Hə. dedi ki, Rzaqulu xan üçün bərk darıxmışam. Dur gedək, sən xanımlarla

görüş, mən də dostumla görüşüm.Fatimə Soltan Bəyim:-Çox yaxşı etmisiniz. ***Ekranda yenidən sarayın bağçaya açılan eyvanı görünür. Rzaqulu xan

eyvanda oturub ud çalmaqda davam edir. Bu dəm arxadan eyvana daxil olan Murad na yaxınlaşıb əlini dostunun çiyninə qoyur. Rzaqulu diksinən kimi olur. Çalmağa ara verib üzünü arxaya çevilir. Muradı görcək udu bir kənara qoyub cəld ayağa qalxır. Dostlar bir-birinə srılırlar.

Murad:-Hə, canım qardaşım, danış görək, Xorasanda nə var-nə yox?Rzaqulu:-Rəhmətlik şahın dəfni zamanı Xorasanı, Məşhədi necə görmüşdünsə, elə o

cür də qalır. Xorasanı boş ver, sən necəsən? İşlərn necə gedir7Murad:-Allaha şükürlə olsun, xanımızın sayəsində hər şey gözəldir, hər şey yaxşıdır.

Maşallah, səni də yaxşı görürəm.Rzaqulu;-Yaradana min şükür. Mən də yaxşıyam. *** Ekranda hovuzun yanındakı qadınlar görünür. Qadınlar Qələmnazı sorğu –

suala tutublar. O isə cavab verir. Gövhər Şad:-Deyirlər, Murad bəy İraqda böyük şücaət göstərib, hər kəsin secgi və

hörmətini qazanıb. Yəqin ki, sənə öz qəhrəmanlıqlarından danışmamış deyil. ***Qələmnaz iri planda görünür:-Vallah, o özü barədə danışmağı sevmir. Mən də bəzi şeylər eşitmişəm. Bir-

iki dəfə sual verdim, sualdan qaçdı. Yalnız xanımız barədə danışdı, onun çox böyük sərkərdə olduğunu bildirdi.

***İri planda Qələmnazı əvəz edən Gövhər Şad:-Elə xan da gecə - gündüz Murad bədən danışır, onu tərifləməkdən doymur. ***Ümumi plan. Sona Bəym:-Xanımız, deyəsən əhli - əyalı içində səni hər kəsdən çox sevir. Heç mənə bu

barədə bir söz deməyib.Qadınlar gülüşürlər. Sona Bəym Rizə bəyimə tərəf dönür:-Ay Rizə Bəyim, sənə necə, bir söz danışıbmı? ***

274

Page 275: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İri plan. Rizə bəyim gülə - gülə:-Yox, mənə də bir söz deməyib. Görünür, xan gerçəkdən də Gövhər Şadı

bizdən daha çox sevir. ***Ümumi plan. Qadınlar gülüşırlər. ***İri plan. Qələmnaz:-Vallah, burada təəccüblü nə var ki?! Gövhər Tac xanım da bizim kimi Qacar

elindəndir. Ona deyb ki, öz ellisi ilə qüur duysun. ***Ümumi plan. Gövhər Şad ayağa qalxıb Qələmnazın üzündən öpür:-Sağ ol, deyirəm, sən olmasaydın, dilə-dişə düşəcəkdim.Fatimə Soltan Bəyim:-Byurun da, yenə də tayfabazlığa başladılar. Bu qacarlar həmişə belədirlər, bir

– birini heç vaxt ayağa vermirlər.Elə bu an Rizə Bəyim cəld ayağa qalxır və deyir:-Şahımız gəlir!Qadınların hamısı bir nəfər kimi ayağa qalxırlar. Ekrana iki-üç yaşlı Abbas

şah daxil olub düz Südabə Banunun üstünə gedir. Xanımlar ona təzim edirlər. Balaca şah:

-Yuxum glir. Yatmaq istəyirəm.Südabə Banu:-Gəlin, mənim şahım, gedək. Südabə Banu balaca şahın əlindən tutub kadrdan

çıxır.Qadınlar yerlərinə otururlar. Fatimə Soltan Bəyim:-Şahımız nə isə son vaxtlar göümə soluq və yorğun kimi görünür.Rizə Bəyim:-Hə, bibi, doğru söyləyirsən. Həkimə demək lazımdır, onu bir gözdən

keçirsin...Kadr arxasından eşidilməyə başlayan ud səsi onun səsini yarıda kəsir. ***Eyvan. Rzaqulu xan və Murad üz-üzə oturmuşlar. Xan ud çalır Murad

dinləyir. Rzaqulu çala – çala deyir:-Bu parça Marağalı Əbdülqadirin bəstəsidir.Murad “bəh – bəh –bəh!” edir və diqqətlə dinləməyə başlayır. *** Sarayın digər eyvanı. Burada Nadirqulu xanla Məhəmməd xan Qacar üz-üzə

oturub nərd oynayırlar. Məhəmməd xan zərləri atır və soruşur:-İndi nə etməyi düşünürsən?O, verdiyi sualın cavabnı gözləmədən daşların yrini dəyişir. Nadir zərləri

ovcunda qarışdıraraq deyr:-Katibə tapşırmışam, Aran, Şirvan, Qarabağ, İrəvan, Naxçıvan, Tiflis, Şəki

hakimlərinə məktublar yazsın, göndərək, görək kim bizimlədir, kim yox.Nadir zərləri atır və gedişini edir. Məhmməd xan zərləri götürür:

275

Page 276: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Onlar uzun müddətdir ki, mərkəzi hakimiyyəti tanımayıblar. Qorxuram əski mövqelərində qalsılar.

Məhəmməd xan zəri atır və daşların yerini dəyişir. Zərləri götürən Nadir:-Mərkəzi hakimiyyət var idimi ki, tabe də olaydılar? İndi vəziyyət tamam

başqadır. Nadir zərləri atır. Məhəmməd xan Qacar:-Təki sən deyən kimi olun. İnşallah elə də olar.Növbəti gedişi edən Nadirqulu xan:-İnşallah. Bir də bayramdan sonra Şiraza, oradan da Bəndər Abbasa keçmək

istəyirəm. Oralardan xoş olmayan xəbərlər gəlir. Bəxtiyarilər bizim valilərə tabe olmaq istəmşmirlər. İlk növbədə onlarla haqq-hesab çəkməyi, əmin-amanlığı bərqərar etməyi düşünürəm. Artıq donanmanı bərpa etməyin vaxtı yetişib.

Məhəmməd xan zəri atır:-Düzdür. Vaxt çxdan yetişib. ***Saray bağçasına açılan eyvan. Rzaqulu xan ud çalır, Murad bəy dinləyir.

Murad:-Bu parça, səhv etmirəmsə, Urmiyalı Səfiəddinə aiddir.Rzaqulu çala-çala, başı ilə onun sözünü təsdir edir. Bir qədər sonra kiçik ara

verərək:-Bəs bu? Görək bunu da biləcəksənmi?O, bu sözü deyər-deməz, başqa bir hava çalmağa başlayır. ***Ekranda iri planda görünən Murad musiqini diqqətlə dinləyir və dərin fikrə

gedir, fəqət çox çəkmir ki, gülümsəyir və deyir:-Birinci Səfəvi şahı İsmayıl şah Xətaidəndir, deyilmi? ***Ekranda iri planda Muradı əvəz edən Rzaqulu gülümsəyir və başı ilə təsdiq

edir. O, ara vermədən başqa bir havaya keçir və Muraddan soruşur:-Bəs, bu? *** Ekranda hovuzun yanındakı qadınlar görünür. Qadınlar söhbətə ara verib

kadr arxasından eşidiən ud səsini dinləyirlər. Rizə Bəyim:

-Heç nə başa düşmədim. Məgər Rzaqulunun bayaqkı ifası Xətaidən deyildimi?

Fatimə Soltan Bəyim başı ilə təsdiq edir.Rizə Bəyim:-Bəs, bu nə parçadır? İlk dəfədir ki, eşidirəm. Fatimə Soltan Bəyim:-Məncə, Hüseyn Bayqaradandır.Gövhər Şad söhbətə müdaxilə edir:-Yox, Babur şahın əsəridir. ***

276

Page 277: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Saray bağçasına açılan eyvan. Rzaqulu xan ud çalır, Murad bəy dinləyir. Murad:

-Babur şah.Rzaqulu gülümsəyir və çalmağa ara verir:-Afərin, deməyə söz tapmıram. Eşq olsun ustadına. ***İri plan. Murad:-Udu ver mənə, indi də mən səni imtahan edim. ***Ümumi plan. Rzaqulu gülümcəyərək udu və mizrabı dostuna ötürür. Murad

çalmağa başlayır. Rzaqulu diqqətlə dinləyir. Üz cizgilərindən havanın kimə aid olduğunu bilmədiyi hiss edilir.

*** Ekranda yenidən hovuzun yanındakı qadınlar görünür. Qadınlar kadr

arxasından eşidiən ud səsini dinləyirlər. Rizə Bəyim üzünü Kövhər Şada tutur:-Bax, hünərini indi göstər görək. Kimin musiqisidir.Fatimə Soltan Bəyin Rizə Bəyimə müraciətlə:-Özün heç olmasa bilirsənmi?Rizə Bəyim:-Bilməsəm soruşmaram. ***İri plan. Gövhər Şad:-Mən də bilirəm. *** Ümumi plan. Rizə Bəyim:-Bilirsənsə söylə.Gövhər Şad:-Qazi Gəray xan.Rizə Bəyim:-Doğrudur. Onun kim olduğunu bilirsənmi?Gövhər Şad:-Vallah, qorxuram səhv edəm, amma yanılmıramsa, Krım xanlarından olub.Rizə Bəyim:-Düzdür. Afərin. Bunları haradan bilirsən? ***Saray bağçasına açılan eyvan. Murad bəy ud çalır, Rzaqulu xan dinləyir.

Rzaqulu:-Dəqiq bilmirəm, amma zənnimcə Krimin əski xanlarından Qazi Gəray xanın

əsəri olmalıdır.Murad çalmağa ara verir:-Afərin. Bəs bu?Murad yenidən çalır. Rzaqulu gülümsəyir və dərhal cavab verir:Hüseyn xan Bayqara. ***

277

Page 278: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:

-Novruz bayramından sonra Nadirqulu xanla Məhəmməd xan Şiraz və Bəndər Abbas tərəfə hərəkət etdilər. Rzaqulu Məşhədə döndü. Mənsə xanın şahın adında yazdığı məktubları Azərbaycan xanlarına çatdırmaq üçün Arazın şimalındakı torpaqlarımıza yola düşdüm. Yolüstü üç gün Təbrizdə Nadirin qardaşı İbrahim xanın qonağı oldum.

***Təbriz Dar ül-Fünunun (universitetinin) ümumi görüntüsü. Bu görüntünün

fonunda yazılr: “TƏBRİZ. 1734-CÜ İL, APREL” ***Yazı itir. Öncəki görüntünü Dar ül-Fünunun önündən faytonda keçən İbrahim

xan və Murad bəy, eləcə də onları müşayiət edən 10-15 mühafizəçi atlı görünür. İbrahim Murada deyir:

-Bu Dar ül-Fünun Təbrizə Qazan xandan yadigar qalıb. Təhsilini burada davam etdirmək qardaşımın ən böyük arzusu idi. Amma bu nadirə qismət olmadı. Hazırda burda dünya 16 ölkəsindən 2000-dən çox tələbə 100-dən artıq xocadan elm öyrənir, dərs alır.

Murad:-Südabə Banu bu barədə mənə çox danışıb. O da rəhmətlik Təhmasib şahın

anası ilə burada oxuyubmuş. İndi dəmi burada oğlanlarla yanaşı qızlar da təhsil alır?

İbrahim:Hə, amma qızların sayı cəmi 24 nəfərdir. 18-i təbrizlidir, 2-si Bakıdan, 2-si

Gəncədən, 1-i Urmiyadan, 3-ü də İsfahandan gəlib.Murad: -İsfahandan gələnlər farsdırlarmı?İbrahim:-Biri farsdır, daha doğrusu lordur. Ikisi bizimkilərdəndir, türkdürlər. Farsların

elm oxumaqla o qədər də arası yoxdur. Cəmi üç fars oxuyur burada. Onun da biri, dediyim kimi o lor qızdır. Bir oğlan bəxtiyari, biri də, deyəsən, təmiz farsdır. Onlar

da musiqi şöbəsində oxuyurlar. Bizimkilərinsə, maşallah, bütün elmlərə böyük həvəsləri var...

İbrahim və Murad söhbət edə-edə Dar-ül-fünunu arxada qoyub gözəl bir məhəllənin geniş bir küçəsi ilə hərəkət edirlər. İbrahim sözünə aralıqsız davam edir:

-...Bura da məşhur Qazaniyyə məhəlləsidir. Bu məhəllə də cənnətməkan Qazan xandın yadigarlarındandır. (Əli ilə kənarda bir yerə işarə edir) Bu gördüyün bina da yenə ondan yadigar qalan Dar üş-Şəfadır. Bu günə qədər işləyir...

Murad xanın göstərdiyi tərəfə baxır. ***

278

Page 279: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Muradın baxdığı tərəf. Dar üş-Şəfanın (Tibb Akademiyası və xəstəxana kompleksinin) yaraşıqlı və geniş binası. Ibrahimın səsi kadr arxasından davam edir:

- ...Burada hər gün yüzdən çox xəstə şəfa tapır. Ümidsiz xəstələri belə sağaldırlar. Camaat müalcə üçün Xorasandan, İsfahandan, Şirazdan, hətta Bağdaddan ərinməyib bura gəlirlər. Dünyanın dörd bir yanından gəlmiş ən usta həkimlər burada işləyir, həm xəstələrə şəfa verir, həm də elmi tədqiqatlarla məşğul olurlar...

***Faytonun öndən, orta plandan görüntüsü. Rzaqulu xan aralıqsız davam edir:-...İçlərində Türküstandan, Rumdan, yəni Osmanlıdan, hətta Firəngistandan və

Çindən gələnlər də var. Gəlib burada təbrizli həkimlərin yanında elmlərini artırırlar.

***Faytonun içindən ön tərəfə açılan görüntü. Ön planda faytonçu və atlar

(arxadan) görünürlər. Arxa planda gözəl bağ-bağatlı evlər və öndən gəlib keçən faytonlar görünür. Qarşıdan gələn faytonlarda oturanlar kameraya tərəf, yəni xana tərəf təzim edərək hörmətlərini bildirirlər.

***Faytonun yenidən öndən, orta plandan görüntüsü. Murad heyrətlə:-Demək ki, Təbrizdə artıq hər kəs arabalarda gəzir. İbrahim xan gülümsəyir:-Hər kəs yox, pulu olanlar. Şəhərdə 50-60 belə araba sahibi olan var. Amma

onlara əsasən xanımlar minirlər. Yəni bundan daha çox xanımlar xoşlanırlar. İnşallah, dönərkən yolunu yenidən Təbrizdən salarsan, birini də sənə bağışlaram. Birini də səninlə dadaşıma göndərərəm.

-Vallah, Nadirqulu xanın at belindən enib arabaya minəcəyini sanmıram.İbrahim:-Şahımızı, necə, gördünmü, böyüyübmü, necədir?Murad:-Hə, gördüm, maşallah böyüyüb, Nadirqulu xanın və Rzaqulu xanın oğlanları

ilə birlikdə oynayıb böyüyürlər. Amma çox zəifdir. Bir az oyan-buyana qaçan kimi tez heydən düşür, yatmaq istəyir. Həkimlərə göstərblər. Kimsə dərdinin nə olduğun bilməyib. Deyilənə görə, iştahası da yaxşı deyil. Doğrusu, gözümə heç də yaxşı dəymədi.

***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:-Üzərimə qoyulan tapşırığı yerinə yetirdm. Məktublar bir-bir sahblərinə

çatdırıb yenidən Təbrizə döndüm. Yenə də üç gün İbrahim xanın qonağı oldum. İsfahana döndüyümdə Nadirqulu xan da Şiraz və Bəndər-Abbas səfərlərindən dönmüşdü. Bəxtiyarilərin tabe olmaq istəməyən başçılarını cəzalandıraraq asayişi bərpa etmişdi. Məhəmməd xan Qacara donanma yaradılmasını təşkil etmək tapşırığını verib geri dönmüşdü.

279

Page 280: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İsfahanda öyrəndim ki, balaca şah sağalması mümkün olmayan bir xəstəliyə düçar olmuşdur. Həkimlərin dediyinə görə, çox olsa, bir və ya iki il ömrü qalmışdır. Bu xəbər Nadirqulu xanı bərk narahat edirdi. Şahın öləcəyi halda, Səfəvilər nəslindən sağ qalan bircə nəfər də qalmayacaqdı...

***Ekranda İsfahandakı Qırx sütun saraynın bağçasında uca bir ağacdan asılmış

bir yelləncəkdə yellənən 2-3 yaşlı oğlan uşağı görünür. Bu, nadirin Rizə Bəyimdən olan oğludur. Rizə bəyim yelləncəyin yanında durub onu o tərəf – bu tərəfə itələməklə məşğuldur. Muradın səsi kadr arxasından aralıqsız davam edir:

-...Yalnız Nadirqulu xanın Rizə Bəyimdən və Rzaqulu xanın Fatimə Soltan Bəyimdən olan oğulları ana tərəfdən Səfəvi nəslindən idilər...

***Ekrandakı kadrları bir göldə 2-3 yaşlı oğlu ilə birlikdə qayıq səyahətində

olan Fatimə Soltan Bəyim və avar çəkən qayıqçını əks etdirən kadrlar əvəz edir. Murad kadr arxasından aralıqsız davam edir:

-...Xanı ən çox narahat edən də elə bu idi. Qorxurdu ki, bu hal Rizə Bəyimlə bibisi Fatimə Soltan Bəyimi rəqabətə sürükləyə bilər. Bu isə sonda onunla oğlunun arasının açılmasına gətirib çıxara bilərdi.

***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:-Bu arada İstanbuldan İsfahana Rum sultanının elçisi Qazi Əbdülkərim Əfəndi

gəldi. O xana Osmanlı padşahının məktubunu gətirmişdi. Nadirqulu xan onu təmtəraqla qarşıladı.

***Qırx sütun sarayının qəbul otağı, Nadirqulu xan və Osmanlı elçisi Qazi

Əbdülkərim Əfəndi qoltuqlı səndəllərdə üz-üzə oturub söhbət edirlər. Nadir:-Əlahəzrət sultanın yazdığı məktubdan onun mənim Əhməd Paşa ilə

imzaladığm müqaviləni qəbul edib – etmədəyi anlaşılmır. Yeni müqavilənin imzalanması zərurətindən söhbət açır və onu imzalamaq üçün Köprülü Abdullah Paşanı vəzifələndirdiyini bildirir...

***Nadir iri planda görünür və sözünə aralıqsız davam edir:-...Doğrusu, məktubda sülhdən, dostluqdan və qardaşlıqdan söz açılması məni

ürəkdən sevindirdi. Amma anlamadığım bir şey var. Anlaya bilmirəm ki, imzaladığımız müqavlədə sultan qane etməyən nədir. Sizə bu barədə bir şey məlumdurmu?

***İri planda Nadiri Qazi Əbdülkərim Əfəndi əvəz edir:-Təssüf ki, yox. Mənə yalnız məktubu sizə çatdırmaq tapşırılıb. Odur ki, bir

şey söyləməkdə çətinlik çəkirəm. ***Ümumi Plan. Nadir:-Çox təəssüf və bir daha təssüf. Xaçpərəst ölkələrin padşahlarının ölkəmizə

elçi ardınca elçi göndərdiyi və bizi sizinlə sülh imzalalamamağa təşviq etdikləri bir

280

Page 281: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

dövrdə hörmətli sultanın sərgilədiyi mövqe ancaq və ancaq təəssüf doğurur və iki qardaş türk və müsəlman ölkəsi arasında əbədi sülh, dostluq və qardaşlıq barədəki səmimi arzularımızın üzərindən xətt çəkir. Belə getsə, günlərin bir günündə gözümüzü açıb bütün İslam torpaqlarının kafirlərin tapdağına çevrildiyini görəcəyik. O zaman gec olacaq və peşimançılıq heç bir fayda verməyəcək.

Elçi:-Sizin nədən bu qədər narahat olduğunuzu anlamaqda çətinlik çəkirəm. Məgər

müqavilənin daha səlahiyyətli bir şəxs tərəfindən imzalanması daha yaxşı olmazmı? Burada hansısa başqa bir məna axtarmağın doğru olmayacağı fikrində-yəm.

***İri planda görünən Nadirqulu bir qədər sərt şəkildə deyir:-Əlahəzrət sultana duyduğum böyük hörmət və xoş hisslərə baxmayaraq, bu

məktubu imzaladığımız müqavilənin pozulması və sadəcə vaxt udmaq cəhdi kimi qəbul edirəm. Madam ki, İstanbulda müharibənin davam etməsini istəyirlər, etiraz etmirəm. Amma çox təəssüf.

***Ümumi plan. Elçi:-Hörmətli xan, ümid edirəm ki, Körpülü Abdulla bəylə görüşdükdən sonra

yanıldığınıza əmin olacaqsınız.Nadir:-Məktuba görə çox təşəkkür edirəm.Elçi bu sözlərin görüşün bitdiyi anlamına gəldiyini başa düşüb ayağa qalxır.

Nadir də qalxır. Onlar əl verib görüşürlər. Nadirin soyuq görüşdüyü gözdən qaçmır.

***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:-Elə həmin gün Nadiqulu xan orduya tam hazrlıq əmri verdi. Hər gün təlimlər

keçilməyə başlandı. Bu, əslində müharibəyə hazırlaşmaqdan daha çox Osmanlılara təzyiq üsulu idi. Eyni zamanda xan çox yaxşı başa düşürdü ki, sultan xarici siyasəti daxili siyasətə alət etdiyindən ona etibar etmək mümkün deyil.

İki gün sonra isə İsfahana urus elçisi gəldi. Uruslar Osmanlılarla Səfəvilərin arasında sülhün bərqərar ola biləcəyindən narahat idilər və məqsədləri bunun qarşısını almaq idi. Nadir uruslara böyük önəm vermədiyini diqqətə çatdırmaq üçün elçini özü qəbul etmədi, onu bir həftə gözlədikdən sonra danışıq aparmağı Həsənəli bəyə tapşırdı. Urus elçi də öz məlaikələrindən xana məktub gətirmişdi. Bu məktubda məlaikə Nadirə “şahənşah” – deyə müraciət edirdi. Bununla da ona nə qədər böyük önəm verdiyini göstərməyə çalışırdı.

***Ekranda Qırx sütun saraının qəbul otağı canlannır. Həsənəli bəy və knyaz

Qolitsın üz-üzə oturmuşlar. Yanlarında ayaq üstə rus adyutantı qiyafəsində olan tərcüməçi ayayq üstə durur.

Həsənəli bəy knyaza müraciətlə:

281

Page 282: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Məgər ülyahəzrət urus məlaikəsi Azərbaycan səltənətində rəsmi saray və dəftərxana dilinin türk dili olduğunu bilmirmi ki, öz məktubunu farsca yazıb? Bir də, məgər ona məlum deyilmi ki, səltənətimizin başçısı aləhəzrət lll şah Abbasdır, Nadirqulu xan Əfşar isə sadəcə onun qəyyumudur? Ülyahəzrət məlaikənin xanımıza ünvanladığı məktubunda onu “şahənşah” adlandırması nə mənaya gəlir?

Tərcüməçi tərcümə etməyə başlayır:-Письмо написано на персидском языке. Разве ее величеству

императрице Российской не известно, что официальным языком канцелярии при дворе шаха Адербидижанской Империи является татарским?..

***Ekranda iri planda tərcüməçini diqqətlə dinləyən knyaz görünür.

Tərcüməçinin səsi kadr arxasından eşidilməkdə davam edir:-...И еще, неужели ей не известно, что нашим правителем является его

величество шах Аббас lll, а Надиркули хан Афшар всего лишь его опекун? Ее величество называет нашего хана шахиншахом, как это изволите понять.

Knyaz Qolitsın:-Не знаю, известно ли господину Гасанали беку, что как в Европе, так и

в России вашу империю по незнанию называют Персией, хотя Персия является одним из ваших провинций и колоний. Думаю, ошибка исходит от неосведомленности, в связи, с чем приношу вам извинения от имени моего правительства. Что касается того его величества шаха Аббаса lll, насколько мне известно, он так мал, что не в состоянии править государством и фактическим правителем является его опекун, кого и мы считаем шахиншахом.

***Ümumi plan. Tərcüməçi:-Bilmirəm, hörməli cənab Həsənəli bəy, Farsın sizin səltənətin sadəcə bir

əyaləti və müstəmləkəsi olmasına baxmayaraq, bütün Firəngistanda, eləcə də Urusiyətdə sizin ölkəni, yanlış olaraq, Fars kimi tanıdıqları sizə məlumdur, ya yox? Fikrimcə, məktubun dilindəki səhv də məlumatsızlıqdan qaynaqlanır. Buna görə öz hökumətim adımdan sizdən üzr istəyirəm....

***Ekranda iri planda görünən Həsənəli bəy tərcüməçinin sözünü yarıda kəsir:-Yanlışlıq? Məlumatsızlq? Bəs, necə olurdu ki, Hüsam xana Fitilbörkdən

göndərilən məktublar türkcə yazılırdı, onda məlumatsız olmurdunuz, indi birdən-birə məlumatsız oldunuz?

*** İri planda bəyi tərcüməçi əvəz edir. O tutulur. *** Ümumi plan. Tərcüməçi Həsənəli bəyə müraciətlə:-Mən sizin sözlərinizi mütləq hörmətli knyaz Qolitsına tərcümə edəcəyəm,

amma icazənizlə öncə onun sözlərinin tərcüməsini davam etdirim.Həsənəli bəy istehza ilə:-Buyurun, rica edirəm. ***

282

Page 283: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İri planda baş verənləri bir qədər təəccüb, bir qədər də heyrətlə izləyən Qolitsın görünür.

***Ümumi plan. Tərcüməçi:-Alihəzrət lll şah Abbasa gəlincə, bizə onun dövləti idarə edə bilməyəcəyi

qədər kiçik olduğu və hökumətə bilavasitə nadirqulu xanın başçlıq etdiyi məlumdur. Bu üzdən də biz məhz onu “şahənşah” hesab edirik.

Həsənəli bəy:-Bizim sizin nəyi nə və ya kimi kim hesab etməyinizin heç bir önəmi yoxdur.

İstədiyimiz şahımıza lazım olan hörməti göstərmənizdir.Tərcüməçi üzünü knyaza tutur:-Он не верит тому, что письмо было написано на персидском языке в

следствии неосведомленности, так как ему известно, что письма из Петербурга направленные Хусам хану были написаны по-татарски.

Что касается «шахиншаха», он потребовал уважения шаху Аббасу, так как он является формальным правителем.

***Ekranda knyazla bəyin tərcüməçi vasitəsi ilə söhbətini müxtəlif mövqelərdən

əks etdirən səssiz kadrlar bir-birini əvəz edir. Kadr arxasından Muradın səsi eşidilir:

-Danışqlardan belə məlum oldu ki, urusların məqsədi osmanlılarla Səfəvilər arasında hər hansı sülhün imzalanma ehtimalını aradan qaldırmağa çalışmaq imiş. Buna nail olmaq üçün dünənə qədər Nadirin düşmənlərinə silah-sursat və maliyyə yardımı edən uruslar indi eyni yardımı ona etməyə hazır olduqlarını bildirirdilər. Təki o, osmanlılarla müharibədən əl çəkməsin. Hətta onu şahənşah kimi tanıdıqlarını dilə gətirməkdən də çəkinmirdilər.

Nadirqulu xan bu danışıqlardan da osmanlılara təzyiq etmək üçün istifadə etməyi qərara almışdı. Bu üzdən də Həsənəli bəyə göstəriş verdi ki, danışıqları mümkün qədər uzatsın. Bu arada isə məlum oldu ki, Osmanlılar qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını dayandırmışlar...

***Ekranda knyaz Qolitsınla Nadirqulu xanın tərcüməçi vasitəsi ilə söhbətini

müxtəlif mövqelərdən əks etdirən səssiz kadrlar bir-birini əvəz edir. Kadr arxasından Muradın səsi aralıqsız davam edir:

-...Artıq tam aydın idi ki, sultan, Əhməd Paşanın ilə imzaladığı müqaviləni qəbul etməyə qorxur. Bu üzdən də xan urus məlaikəsinin elçisiylə danışıqlar masasına özü oturdu. Bu o anlama gəlirdi ki, sultanın sərgilədiyi mövqe Nadirin sülh barədlki arzularına son qoymuşdur. Sultanı başa düşmək olardı, Onun hakimiyyti təhlükə altında idi və Azərbaycanla imzalancaq yeni müqavilə qoşunların Qəsri-Şirin müqaviləsində göstərilən sərhədlərə çəkilməsi anlamına gələrdi ki, bu da torpaq itkisi demək idi. Belə olan halda isə müxaliflər xalqı üsyana sürükləyə və İstanbul nıvbəti saray çevrilişinə səhnə ola bilərdi

Muradın səsi kəsilir.Ümumi plan. Nadirqulu xan knyaza deyir:

283

Page 284: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sizin səmimiyyətinizə inanmaq çox çətindir. Çünki siz aramızdakı Rəşt müqaviləsinin şərtlərinə tam əməl etməmisiniz.

Tərcüməçi xanın sözlərini rus dilinə tərcümə edir:-Очень трудно поверить искренности ваших слов, так как вы не

полностью выполнили условия Рештской договоренности ***Ekranda iri planda knyaz görünür. O özünü təəccüblənən kimi göstərir:-Извольте, о каких не выполненных условиях идет речь? ***Ümumi plan. Tərcüməci:-Cənab knyaz söhbətin hansı yerinə yetirilməmiş şərtlədən getdiyini anlamadı. ***Nadir iri planda görünür, gülümsəyir və deyir:-Məgər şərtlərə görə urus qoşunlarının Azərbaycan torpaqlarından bütünlüklə

çəkilməli olduqları cənab elçiyə məlum deyilmidir? Məndə olan məlumatlara görə sizin qoşunlar hələ də Şirvandan, daha dəqiq desək, Bakı və Dərbənddən çıxmayıb.

***Ümumi plan. Tərcüməçi:- Он имеет в виду тот факт, что наши войска до сих пор не покинули

Ваку и Дербент. По его мнению, среди условий договора было условие, предусматривающий вывод наших войск из Ширвана.

Knyaz üzünü Nadirqulu xana tutur: -Видимо, многоуважаемый хан забыл, что мы обязались покинуть

Дербент после отвода оттоманами своих войск с Ширвана. Однако, этого не случилось.

Tərcüməçi:

-Görünür, çox hörmətli xan unudub ki, biz qoşunlarımızı Dərbənddən yalnız osmanlılar şirvanı tərk etdikdən sonra tərk etməyə boyun olmuşduq. Amma bu, hələ baş verməyib.

***İri plan. Nadir:-Rəştdə imzalanan müqavlənin həm türk dilindəki əsli, həm də urus dilindəki

surəti saray dəftərxanasında qorunur və mən məsləhət görürəm ki, cənab elçi onunla bir daha tanış olsun.

***Ümumi plan. Nadir tərcüməçinin tərcümə etməsini gözləmədən ayağa qalxır.

Qolitsın da eyni şeyi etmək məcburiyyətində qalır. Nadir üzzünü tərcüməçiyə tutur:

-Ağana söylə, sabah Həmədana yollanıram, istərsə mənə rəfaqət edə bilər. *** Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:

284

Page 285: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Səhəri gün Nadirqulu xan qoşunun başında Həmədana hərəkət etmək üzrə İsfahanı tərk etdi. Artıq Məhmməd xan Qacar da Bəndər-Abbasdan dönmüşdü. O da səfərdə Nadirqulu xanın yanında idi...

***Ekranda Nadirqulu xan və Məhəmməd xan Qacarın başçılığı ilə qızılbaş

ordusunun İsfahanın qala qapısından çxması səhnəsi əks olunur. Knyaz Qolitsın və tərcüməçisi də Murad və Həsənəli bələrlə birlikdə səfərdə iştirak edir. Bu mənzərənin fonunda yazılır:

“İSFAHAN, 1734-CÜ İl, 14 İYUN”Yazı itir və Muradın səsi kadr arxasından davam edir:-Urus elçisi də xanımızın təklifini qəbul edib ona rəfaqət edirdi. Hər kəs kimi

o da elə zənn edirdi ki, Nadirqulu xan Həmədana çatar-çatmaz üzünü Bağdada tərəf döndərəcək. Fəqət xann gerçək məqsədini özündən, Məhəmməd xandan, məndən və Həsənəli bəydən başqa kimsə bilmirdi. Gerçək məqsəd Arazı keçib ölkənin işğal altında olan hissəsini həm ruslardan, həm də rumlulardan təmizləmək idi.

Toğrul soruşur:-Bəy, nədən biz osmanlıları rumlu adlandırırıq.Murad:-Vallah, səbəbini bilmirəm, ata-babalarımız belə deyib, biz də belə deyirik.Toğrul:-Bağışlayın, sizi fikrinizdən yayındırdım.Murad:-Önəmli deyil. Həmədana çatar-çatmaz, Nadirqulu xan ordunun üzünü

Marağaya döndərdi, Marağadan Ərdəbilə gəldik. Urus elçi aldandığını başa düşüb orada bizdən ayrılmaq istədi, fəqət xanın israrından sonra səfərdə ona rəfaqət etməkdə davam etdi. Burada Şeyx Səfini və Şah İsmayıl Səfəvinin məzarlarını ziyarət etdik.

*** Ərdəbildəki Şeyx Səfi türbəsinin görüntüsü. Bu görüntünün fonunda yazılır: “ƏRDƏBİL, 1734-CÜ İL, 10 AVQUST” Yazı itir. Görüntü böyüyür və kameranın obyektivi türbənin qapısına tuşlanır.

Qapıdan Məhəmməd xan, Murad bəy və Həsənəli bəy çıxırlar. ***Türbənin içi. Nadirqulu xan Əfşar Şah İsmayıl Səfəvinin (Xətainin) məzarı

önündə durub deyir:-Allah şahiddir ki, züriyyətinin sonuncu nümayəndəsi Abbas şahın həyatda

qalması və sağlam böyüməsi üçün əlimdən gələn hər şeyi etdim. Onu səltənətin ən yaxşı həkimlərinə göstərdim. Amma hamısınn sözü eyni oldu. O, sağalması mümkün olmayan bir xəstəliyə tutulub və bir və ya iki ildən artıq yaşama imkanı yoxdur. Bununla belə, qız kötükcələrin Fatimə Soltan Bəyimlə Rizə bəyim dünyaya iki oğlan uşağı gətiriblər və onların damarlarında sənin də qanın axır. On-ların sağ-salamat böyüməsi və sənin adına layiq şəxsiyyətlər olması üçün nə lazımdırsa edəcəyəm. balaca Abbası qoruya bilmədiyim üçün bağışla məni.

***

285

Page 286: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Balaca şahın yataq otağı. O, yataqda halsız şəkildə uzanmışdır. Bənizi ağdır. Hərəkətsiz bir halda susur və bir nöqtəyə baxır. Başının üstündə Südabə Banu və Rizə Bəyim oturmuşlar. Rizə Bəyim:

-O mənim rəhmətlik qardaşımın tək yadigarı, nəslimizin son kişi nümayəndəsidir. (Üzünü və əllərini yuxarı qaldırır ) Ya Allah, sən özün qardaşım oğlunun yardımçısı ol.

Rizə Bəyim bu sözləri deyib hönkür-hönkür ağlamağa başlayır. Südabə Banu onu qcaqlayır və ağlaya-ağlaya deyir:

-Özünü ələ al, Allah nə yazıbsa, o da olacaq. *** Ərdəbildəki Şeyx Səfi türbəsinin görüntüsü. Görüntü böyüyür və kameranın

obyektivi türbənin qapısına tuşlanır. Qapınn önündə Məhəmməd xan, Murad bəy və Həsənəli bəy durmuşlar. Qapıdan Nadirqulu xan çıxır.

***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:-Həmin gün Rum sultanının danışıqlar aparmağı tapşırdığı Abdulla Paşadan

xana məktub gəldi. Məktubu Qazi Əbdülkərim Əfəndi gətirmişdi. Abdulla Paşa osmanlı qoşunlarının Azərbaycandan çıxarmağı qəbul etdiklərini, fəqət bunun üçün onlara 2 il vaxt lazım olduğunu yazırdı. Şübhəsiz ki, bu, vaxt udmağa yönəlik siyasi bir addım idi. Nadirqulu xan bunu özünə təhqir kimi qəbul etdi. Odur ki, Ərdəbildən ayrılıb Şirvana üz tutduq. Kürü keçib Şamaxıya istiqamət götürdük.

Qaziqumuqlu Surxay xan böyük bir ordu ilə gəldiyimizi eşidib dağlara qaçdı. Biz Şamaxıya müqavimətsiz daxil olduq.

***Ekranda Şamaxının qala bürclərindən biri görünür. İki qızılbaş əsgəri

bürcdəki Osmanlı bayrağını çıxarb, yerinə Səfəvi bayrağı asırlar. ***Nadirqulu xan, Məhəmməd xan, Həsənəli bəy, Murad bəy, knyaz Qolitsın və

onun tərcüməsi at belində mühafizəçi süvarilərin müşayiəti ilə qala qapısından içəri daxil olurlar. Qapı önündəki meydana toplaşan xalq gələnlərin başına gül dəstələri yağdırır, musiqi çalıb oynayırlar. Qolitsın və tərcüməçisi atlarını Nadirin atına yaxın sürürlər. Tərcüməçi Nadirə:

-Xan, cənab Qolitsın sizi Şamaxını osmanlılardan geri almağınız münasibəti ilə ürəkdən təbrik edir.

Nadir tərcümməçiyə;-Ona söylə ki, indi urusların Dərbənd və Bakdan çıxması vaxtıdır. Bu baş

verdikdən sonra onun təbriklərini qəbul etmək mənə daha böyük zövq verəcək. Təbii ki, çxmasanız zorla vurub çxaracağıq.

*** Ekranda çalıb oynayan şamaxılılar görünür. musiqini səsi bir qədər azalır və

onun fonunda Muradın kadr arxasından səsi eşidilir:-Bir müddət Şamaxıda qalan Nadirqulu xan Qumuqda qərar tutan

Qaziqumuqlu Surxay xanın üstünə Təhmasib xan Cəlairin başçılıq etdiyi 12 minlik qoşun göndərdi...

286

Page 287: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Qarlı sıldırım qayaların arası ilə çətin keçilən qarlı cığır. Kürklərə bürünmüş

qızılbaş əsgərləri yüklü atlarının iplərindən çəkə-çəkə bu cığırla irəliləyirlər. Muradın səsi aralıqsız davam edir:

-...Özü isə başqa yolla, qarlı aşırımlardan aşıb Qumuqa yllandı. Qumuq yaxınlğında Təhmasib xanla döyüşə girən Surxay xanın ağlına gəlmirdi ki, kürəyini dirədiyi və keçilməz qala saydığı qarlı dağlardan üstünə başqa bir qoşun da irəliləyir və onun başında haqqında rəvayət və əfsanələr danışılan Nadirqulu xanın özü durub...

*** Dağlar qoynunda br qala. Qalanın qapıları açılıb. Nadirqulu xan Əfşar,

Məhəmməd xan Qacar, Təhmasib xan Cəlair başda olmaqla yüzə yaxın qızılbaş əsgəri at belində qalaya daxil olur. Qalabəyi və qumuq əsgərləri (15-20 nəfər) bir kənarda durub xanlara baş əyirlər. Kadr arxasından Muradın səsi eşidilir.

-...Surxay xan döyüşdə adamlarının böyük əksəriyyətini itirdi, özü isə Qumuq qalasına sığındı. Oradan da gizli yolla Avar elinə qaçdı. Qalabəyi Şamtur bəy isə qalanı döyüşsüz təslim etdi...

***Surxay xanın qaladakı mülkünün içi. Nadir xan mehtər Seyid Cəmaləddinə

onun xanlığını və hakim olmasını təsdiq edən sənədi təqdim edir. Seyid xana baş əyib sənədi qəbul edir. Bu olayı bir qədər kənarda durmuş Məhəmməd xan, Təhmasib xan, qalabəyi şamtur bəy və dağlı xalqlarının bələri izləyirlər. Muradn səsi aralıqsız davam edir:

-...Nadirqulu xan dağlılarla döyüşdə onu ölümdən xilas edən mehtəri Seyid Camaləddinə xan rütbəsi verib, onu Dağıstanın hakimi təin etdi ...

***Qızılbaş qoşunu dolanbac dağ yolu ilə irəliləyir. Muradın səsi:-...Qumuqları və digər dağlı xalqları tabe etdikdən sonra Qəbələyə getdik.

Qəbələdən Gəncəyə istiqamət götürdük. Kürü növbəti dəfə keçib Gəncəyə yetişdik və şəhəri mühasirəyə aldıq. Elə həmin gün bəd xəbər aldıq. Məlum ldu ki, balaca şah uzun sürən xəstəlikdən sonra fəfat etmişdir. Bu xəbər Nadiri bərk sarsıtdı. O, əmr verdi ki, əsgərlərdə ruh düşkünlüyü yaranmasın deyə xəbər gizli tutulsun.

***Balaca şahın güllərə qərq edilimiş qəbri və baş daşıs. Südabə Banu, Rizə

Bəyim və Sona Bəyim şahn məzarı başında ağlayırlar. Bu mənzərənin fonunda yazılır:

Vll SERİYANIN SONU***

Vlll seriya BÖYÜK HÖKMDAR

287

Page 288: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən Murad və Toğrul görünürlər. Murad sözünə davam edir:

-Qazi Qomuq xanlığınn ərazisində möhkəmləndikdən və orada qoşunlarımızın bir hissəsini yerləşdirdikdən sonra uruslar çox pis vəziyyətə düşdülər. Dərbənd və Bakıdakı rus qoşunlarının quru ilə bütün yolları kəsilmiş oldu və üç tərəfədən bizim qoşunların əhatəsində qaldılar. İxtiyarlarında yalnız dəniz yolu qalmışdı. İstədiyimiz vaxt hücuma keçib işlərini bitirə bilərdik. Fəqət Nadirqulu xan qoşunun əsas hissəsinin üzünü, dediyim kimi, Gəncəyə sarı çevirdi. Bu, osmanlılar üçün gözlənilməz oldu. Çünki qızılbaş ordusunun Dərbənd və bakı ilə məşğul olacağını düşünürdülər.

***Ekranda Gəncə şəhərinin və onu əhatə edən qala divarlarından güllə

məsfəsindən bir qədər uzaqda yerləşmiş qızılbaş çadırlarının, toplarının, atlı – atsız əsgərlərinin quş uçuşindan görüntüsü. Bu görüntünün fonunda yazılır:

“GƏNCƏ, 1734-CÜ İL, 27 DEKABR” Yazı itir. Ekrandakı görüntünü Gəncənin qala bürclərindən biri üzərində

yüksələn Osmanlı bayrağın əks etdirən kadrlar əvəz edir. Kadr arxasından Muradın səsi eşidilir:

-Osmanlılar Gəncəni tərk etməməkdə və müqavimət göstərməkdə qərarlı idilər. Nadirqulu xan şəhəri mühasirədə saxlaya-saxlaya qoşunun bir hissəsini Şəfi xan Xorasanlının başçılığı altında Tiflisə göndərdi. Elə həmin gün də urus elçisi Nadirin yanına gəlib ona şad xəbər verdi.

***Ekranda Nadirqulu xanın çadırı görünür. Çadırın üzərində Səfəvi bayrağı

dalğalanır. Qapınn önündə qalxan-nizəli mühafizəçilər durub. Knyaz Qolitsın Məhəmməd xan Qacar və tərcüməçisi ilə birlikdə çadıra yaxınlaşırlar. Çadırın içində saz çalıb – oxumaq səsi gəlir. Səs Muradındır:

-Baharın gözəl çağında,Nə oxursan nazlı kəklik?!Yaxıb yandırma sən məni,Az oxu sən, nazlı kəklik!... ***Çadırın içi. Nadir döşəkçənin üstündə oturub mütəkkəyə dirsəklənib,

qarşısında durub çalb-oxuyan Muradı dinləyir:-...Qızıl gül yarpaq içində,Sinəm çarpaz dağ içində,Yaşıl dönlu bağ içində,Az oxu sən, nazlı kəklik... ***Ekranda çadırın qapsından daxil olan Məhəmməd xan görünür. O, Muradın

yanından keçərək Nadirə yaxınlaşır və onun qulağına nə isə pıçıldayır. Nadir başı ilə ona müsbət cavab verir. Məhəmməd xan qapıya tərəf gedib knyaz Qolitsnla birlikdə geri dönür. Knyaz xana təzim edir. O və Məhəmməd xan yerdə otururlar. Bütün bu zaman içində Murad oxumaqda davam edir:

-...Leyli deyir: öyün, öyün,

288

Page 289: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bağrım başı olub düyün,Halım yara yetir bu gün, Az oxu sən, nazlı kəklik!...Murad oxuyub qurtarır, sazı bir kənara qoyur və Nadir xana təzim edir:-Xan, mənə müsaidə.Nadir:-Müsaidə sahibisən. Tərcüməçiyə də söylə gəlsin.Murad bir də təzim edib kadrdan çıxır. Kadra tərcüməçi daxil olur. ***İri planda görünən Nadir:-Gör nə vaxtdır, yanımdasan, hələ də dilimizi öyrənə bilməmisən. ***İri planda Nadiri əvəz edən knyaz:-Yox, men az-maz bilir tatar... - pardon... – tyurk dili. ***Ümumi plan. Nadir:-Bəh, bəh, bəh, əməlli – başlı danışırsan ki.Nadir və Məhəmməd xan gülürlər. Qolitsın:-Amalli – başli yox, amma az – maz bilir.Nadir yarı istehzalı, yarı səmimi baxışlarla Qolitsını yuxarıdan aşağı süzür:-Bardaş quraraq oturmağı da, axır ki, öyrəndin. ***İri planda görünən knyaz gülümsəyir:-Ha, oyrandi. ***Ümumi plan. Nadirqulu xan və Məhəmməd xan da gülümsəyirlər. Nadir:-Yaxşı, dostum, söylə, nə xəbərlə gəlmisən. ***İri plan:-Ooo! Çok yaxşi xabar! Çox yaxşi! Şad xabar, sulx xabari. ***İri planda knyazı nadir əvəz edir:-Nə, nə, nə? Nə xəbəri? ***Ümumi plan. Qolitsın;-Sulx.Nadirlə Məhəmməd xan bir şey anlamayaraq bir – irilərinə baxırlar. Bu an

söhbətə tərcüməçi qarışır:-Sülh, hörmətli xan, sülh və barış.Qolitsın tərcüməçinin sözlərini təsdiq edərcəsinə:Ha, ha, sulx va barış.Xanlar yenə bir – birilərinə baxırlar. Nadir təəccüblə və bir qədər də istehza

ilə:-Qazi Qumuğu alanı bir neçə gün oldu. Sən nə vaxt məktub yazdın, nə vaxt

cavab gəldi, nə tez qorxuya düşdünüz?

289

Page 290: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Xanın nə dediyini anlamayan knyaz sual dolu nəzərlərlə tərcüməçiyə baxırş Tərcüməçi əyilib Nadirin dediyi sözləri Qolitsının qulağına tərcümə edir. O tərcümə etdikcə knyazın üzündəki anlamazlıq ifadəsini gülümsəmək əvəz edir və o, üzünü Nadirqulu xana çevirir:

-Как вам известно, весть о взятии Кази Кумука еще не дошла до ее величества, так как до Санкт - Петербурга слишком долго ехать. Следовательно, о каком либо страхе не может быть и речи...

Knyaz tərcümə edilməsi üçün sözünə ara verir və gözləri ilə tərcüməçiyə işini görməsi barədə ona işarə edir. Tərcüməçi:

-Sizin də bildiyiniz kimi, Qazi Qumuğun sizin qoşunların əlinə keçməsi barədə xəbərin belə tezliklə ülyahəzrətə çatması mümkün deyil...

***İri planda tərcüməçini diqqətlə dinləyən Nadir görünür. Tərcüməçi kadr

arxasından davam edir:-...Çünki Fitilbörk buradan çox uzaqdır. Odur ki, qorxmaqdan söhbət belə ola

bilmz.Nadir başı ilə deyilənləri təsdiq edir. ***Ekranda iri planda xanı Qolitsın əvəz edir və deyir:-Дело в том, моя страна и ее величество императрица, исходя из моих

еженедельных писем и докладов, видят в вас не врага, а истинного друга. Так как у нас с вами враг общий, нашим странам следует не враждовать, а сотрудничать…

*** Ümumi plan. Tərcüməçi:-Məsələ bundadır ki, mnim ölkəm və ülyahəzrət hər həftə yazmaqda olduğum

məktub və məruzləri düzgün dəyərləndirərək, sizin simanızda büi düşmən deyil, səmimi bir dost görürülər. Çünki bizim düşmənimiz birdir. Odur ki, bizə rəqabət aparmaq yox, əməkdaşlıq etmək lazımdır.

Nadir gülümsəyir və istehza ilə:-Belə de, bəs, şərtlər?!Qolitsın:-Biz Azərbaycandan qedir. Biz Derbent və Bakini terk edir...Nadir və Mhəmməd xan bir - birinə baxırlar. ***Knyaz iri planda görünür və aralıqsız davam edir:-Ve sizden bir şey istemir, yalnız dostluk isteyir. İsteyir ki, siz bu torpaqları

osmanlılara vermesin. ***Ümumi plan. Nadirqulu xan və Məhəmməd xan yenə bir –birlrin baxrlar.

Məhəmməd xan ilk dəfə söhbənə müdaxilə edir:-Bərərallah! Yəni siz doğrudanmı şərt irəli sürə biləcək vəziyyətdə olduğunu-

zu hesab edirsiniz? Məncə, siz zənnə qapılırsınız.

290

Page 291: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Knyaz özünü xanın nə dediyini anlamayan kimi göstərib üzünü tərcümçiyə tərəf çevirir. Tərcüməçi əyilib onun qulağna xanın sözlərini tərcümə etməyə başlayır.

***Ekranda yalnız yanaşı oturmuş xanlar görünür. Nadir gülümsəyərək

Məhəmməd xana baxır və mimikas ilə “boş ver” söyləyir. ***Ekranda eşidilməyəcək şəkildə sözünü tərcüməçiyə söyləyən Qolitsın

görünür. Tərcüməçi onu dinlədikdən sonra üzünü kadr arxasında olan Nadirqulu xana tərəf tutur:

-Cənab knyaz deyir ki, bu şərti şərt kimi yox, gələcək dostluq və əməkdaşlığımzın zəmanəti kimi qəbul etmək lazımdır.

***Ekranda yenidən xanlar görünür. Nadir gülümsəyir:-Qoy, şərt olsun. Siz mənim dostum Məhəmməd xana fikir verməyin, o

dövlətlrarası münasibətlər məsələsində bir qədər təcrübəsizdir. O yalnız döyüşdə aslan kimi vuruşmağı yaxşı bacarır...

Məhəmməd xan da gülümsəyir. Nadirsə sözünə aralıqsız davam edir: -Müqaviləni inşallah Novruz bayramında imzalayarıq ki, xeyirli – uğurlu

olsun. Mənim də şərtim var. Bizimlə sizin aranızda sərhəd Sulak çayı olacaq və ondan biq qarış artığını xəyal belə etməyin.

*** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“Vlll seriya Böyük hökmdar”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir.

291

Page 292: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

*** Ekranda Gəncə şəhərinin qala divarları və bürclərin birinin üzərində

dalğalanan Osmanlı bayrağı görünür. Bu mənzərənin fonunda yazılır: “CƏNCƏ, 1735-Cİ İL, 21 MART” ***Gəncə şəhərinin baş meydanı. Bura qadın – kişi, uşaq –qoca minlərlə adam

toplaşb. Şəhərin osmanlı hakimi osmanlı əsgərlrinin əhatəsində hündür bir yerdə dururb camaatın qarşısında çıxış edir:

-Sevimli Gəncə xalqı. Bu əziz bayram günüdə sizi aclğa məhkum etdiyimdən çox üzgünəm. Amma vəziyyəti bilirsiniz. Nadirin qızılbaş ordusu artıq bir neçə aydır ki, şəhəri mühasirədə saxlayır. Bizim bura işğalçı kimi gəlmədiyimizi, şəhəri ruslardan qorumaq üçün sizin dəvətinizlə gəldiyimizi hər biriniz çox gözəl bilirsiniz. İndi isə sizin şahın əmiri və təmsilçisi gəlib...

***Kameranın obyektivipaşanı dinləyən gəncəlilərin kədərli, fəqət kin və nifrət

ifadə etməyən üzlərini gəzir. Kadr arxasından şəhər hakiminin səsi eşidilməkdə davam edir:

-...Deməsəniz də, çox yaxşı bilirəm ki, buranı tərk edib getməyimizi istəyirsiniz. Allah şahiddir ki, bunu mən də istəyirəm, fəqət İstanbuldan əmr gəlməyincə bunu nəinki edə bilmərəm, hətta şəhəri Nadirqulu xandan qorumağa borclu və məcburam...

***Ekranda iri planda görünən hakim aralıqsız davam edir:-...Məni başa düşəcəyinizə ümid edirəm. Bildiyiniz kimi, Nadirqulu xanla

Əhməd Paşa sülh müqaviləsi imzalayıblar və bu müqaviləyə əsasən biz Gəncəni tərk etməliyik. Fəqət həmin müqaviləni sultanımız təsdiq etməlidir. Ümid edirəm ki, müqavilə tezliklə təsdiq edilər, iş dadlıya bağlanar və sizin də, bizim də çilələrimiz bitər...

Kadr arxasından zəif cəngi sədaları eşidilməyə başlayır və hakimin sözünü yarıda kəsməyə məcbur edir. Musiqinin onu pərt etdiyi hiss edilir.

***Gəncə ətrafındakı qızılbaş hərbi çadırları. Bir qrup qızılbaş əsgəri qaladıqları

böyük ocağın başında halay çəkib rəqs edirlər. Musiqi əvvəlkindən çox-çox ucadan səslənir.

***Öncəki səhnə. Kadrda iri planda pərt vəziyyətdə durmuş osmanlı hakimi

görünür. Cəngi səsi uzaqdan eşidilməkdə davam edir. O özünü toplayıb sözünü tamamlayır:

-Hamımızın Novruz bayramımız mübarək. Hamınızdan dönə-dönə üzr istəyirəm.

Hakim bu sözləri deyib kədərli bir şəkildə hündür yerdən əsgərlərinin arasına enir.

***

292

Page 293: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Gəncənin gözətçi bürcündə durmuş iki osmanlı əsgəri şəhəri mühasirə etmiş qızılbaşlara tərəf baxırlar. Arxa planda, uzaqda çadırlar və yanan ocaqlar görünür. buradan musiqi səsi daha yaxşı eşidilir.

***Gəncə ətrafındakı qızılbaş hərbi çadırları. Bir qrup qızılbaş əsgəri qaladıqları

böyük ocağın başında halay çəkib rəqs edirlər. Musiqi əvvəlkindən ucadan səslənir. Kameranın obyektivi bir qədər kənara dönür və ekranda çadırların fonunda ocaqlarda bütöv qoyun cəmdəkləri qızardan qızılbaş əsgərləri və onlardan da bir qədər kənarda ocaq üstünd buğlanan böyük qazanlar görünür.

***Öncəki səhnə. Gəncənin gözətçi bürcündə durmuş iki osmanlı əsgəri şəhəri

mühasirə etmiş qızılbaşlara tərəf baxırlar. Arxa planda, uzaqda çadırlar və yanan ocaqlar görünür. Musiqi səsi eşidilir. Əsgrlrdən biri digərinə:

-Bu məlun qızılbaşlar acından köpük qusduğumuzu bildikləri üçün bizi şişirtmək, bizə acq vermək istəyirlər.

***Ekranda iri planda görünın ikinci əsgər:-Artıq gör nə vaxtdır, Gəncə də, Tiflis də qızılbaşlar tərəfindən mühasirədədir.

Əsgərlərimiz acından qırılr, Abdullah Paşa isə ayağını Qarsdan kənara qoymaq istəmir.

***Orta plan. Bürcdəki osmanlı əsgərlərinin hər ikisi ekranda canlanır Birinci

əsgər: -Ona nə var ki, özünün də əsgərlərinin də qarnı tox, yerləri rahatdır. Sultandan

da bir xəbər çxmır. Müqaviləni təsdiq etmir ki, canımız bu Nadirqulu xanın əlindn qurtarsın.

İkinci əsgər:-Qızılbaş olanda nə olar, onlar da bizim kimi türkdürlr. Vallah imkanm olsa

idi özüm gedib darvazanı açar, onları içri buraxardım. Millətin də canı aclıqdan qurtarardı.

Birinci əsgər:-Türk olmaqlarına türkdürlər, amma qızılbaşdırlar, kafirdirlər. Allah onlara

lənət etsin, necə ki onlar Həzrət Ömər ridvanullaha və Həzrət Osman ridvanullaha lənət oxuyurlar. Deyilənə görə, bu gün urus kafirləri ilə sülh bağlayacaqlar. ***

Qızılbaş hərbi çadırlarının arasındakı geniş sahədə qurulmuş və üzərində Səfəvi bayrağı dalğalanan böyük və dəbdəbəli çadır. Çadırın önündə dörd qızılbaş və dörd rus əsgəri durmuşlar. Əsgərlərin hamsı parad formasındadır və əllərində süngülü tüfəng tutmuşlar. Cəngi musiqisinin sədası lap uzaqdan eşidilir.

***Çadırın içi. Çadırın perimetri boyu bir tərəfdə qızılbaş, digər tərəfdə rus

yüksək rütbəli zabit və məmurlar ayaq üstə durmuşlar. Arxa planda qoyulmuş masanın arxasında oturmuş Nadirqulu xan Əfşar və knyaz Qolitsın qarşılarındakı sənədləri imzalayırlar. Ümumi plan. Onlarn yanında dəftərxana müdirlri ayaq üstə

293

Page 294: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

durub imzalanan kağızları qurutmağı gözləyirlər. Kadr arxasından Muradın səsi eşidilir:

-Həmin gün xanla urus elçisi müqaviləni imzaladılar. Uruslar iki ay ərzində Bakı və Dərbəndi tərk etməyə boyun oldular və tərk də etdilər...

***Yaxın orta plan. Xan və knyaz sənədləri imzalayırlar. Dəftərxana müdirləri

əllrindəki mürəkkb qurudanları imzaların üzərinə basıb, onların içində olduqları qovluqları götürüb bağlayır və arxa tərəfdə dəyiş-düyüş edirlər. Qovluqlar yenidən imzalanmaq üçün açılaraq masaya qoyur və tərəflər yenidən imza qoyurlar. Müdirlər mürəkkbi qurudurlar. Xan v knyaz ayağa qalxıb, qarşılarındakı qovluqları örtüb onları bir – birlərinə təqdim edirlər. İştirakçılar onları əl çalmaqla alqışlayır.

Muradın səsi kadr arxasından davam edir:-Sulak çayı Azərbaycan və Urusiyət səltənətlri arasında sərhəd xətti kimi

qəbul edildi. Beləcə, Nadirqulu xan bircə güllə atmadan Azərbaycanı uruslardan tam təmizlədi...

***Başqa bir dəbdəbəli geniş çadırın içi. Çadırın içində uzun bir masa üzərində

dəbdəbəli bir süfrə açılıb. Masanın bir tərəfində rus, digər tərəfində Azərbaycan nümayəndə heyətləri, başında isə Nadirqulu xanla knyaz Qolitsın əyləşiblər. Hər kəs yeməyi çəngəl – bıçaqla yeyir. Onlara çox sayda ximətçi qulluq edir. Kənarda qoyulmuş üç səndəldə muğam üçlüyü oturub. Xanəndə öz növbəsini gözləyir, -tarzən və kamançaçı isə çalırlar. Musiqi səsi yavaş eşidilir. Kadr arxasından Muradın səsi eşidilməkdə davam edir:

-Sənələrin imzalanmasından sonra xan urus nümayəndələrinə böyük bir ziyafət verdi.

Muraadn səsi sözünü bitirr-bitirməz, musiqi səsi güclənir və xanındı oxumağa başlayır:

-Ey xoş ol məst ki, bilməz ğəmi – aləm nə imiş... ***Ekranda muğam üçlüyü orta planda görünür. Xanəndə oxumaqda davam edir:-...Nə çəkər aləm üçün ğəm, nə bilir ğəm nə imiş. ***Ekranda Nadirqulu xan və knyaz canlanrlar. Onlar musiqini dinləyirlər.

Xanəndənin səsi kadr arxasından eşidilir:-Bir pəri silsileyi – eşqinə düşdüm nagah,Şimsi bildim səbəbi – xilqti –Adəm nə imiş *** Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. (1935 –ci il, oktyabr) Murad sözünə davam edir:- Uruslarla müqavilə imzalansa da Istanbuldan bir səs – səmir yox idi.

Sultanın Əhməd Paşa ilə imzalanmış müqaviləni təsdiq etməyəcəyinə artıq heç bir şübhə yox idi. Bir neçə aydan bəri Gəncə və Tiflisin mühasirədə qalması da işə kömək etmirdi. Odur ki, bizə daha bir böyük qələbə lazım idi. Osmanlıların əsas qüvvəsi Karsda idi. Nadir bu şəhərləri mühasirdə saxlamaqla Abdulla Paşanı Kars qalasından çıxarmağı və onunla açıq meydanda üz-üzə gəlməyi düşünürdü.

294

Page 295: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Abdulla Paşanın isə, deyəsən Karsı tərk etmək fikri yox idi. Odur ki, xan qardaşı İbrahim xanı Təbrizdən çağırtdırıb Gəncənin mühasirəsini davam etdirməyi ona tapşırdı. Dinc oturmayan və osmanlılarla gizli – gizli danışıq aparan şamaxılıları Şamaxıdan Ağsuya sürgün etmək barədə göstəriş verdi. Özü isə qoşunun bir hissəsi il İrəvanın üzərinə yürüdü.

Bir müddət sonra İrəvan da mühasirəyə alndı. Fəqət bu da Abdullah Paşanı Qarsı tərk etməyə məcbur etmədi. Gözləmək olardı ki, Gəncə, Tiflis və İrəvan əhalisi üsyan edib qapıları bizim üzümüzə açacaq. Lakin bu şəhərlərin əhalisi və ümumiyyətlə Azərbaycanın Arazdan şimaldakı torpaqlarının əhalisi nədənsə osmanlılara daha çox rəğbət edirdi ki, bunun da səbəbi indiyə qədər məlum deyil. Hətta əhalisinin əksəriyyəti şiə olan şəhərlər də Osmanlı sultanına tərəfdar idi. Görünür xalq Səfəvi şahlarının apardığı mənasız məzhəbçilik siyasətinən və qardaş qırğınndan zinhara gəlmişdilər.

İrəvan mühasirədəkən Nadirin yanına Bəyazid qalasında xidmətçi işləyən iki erməni gəlib xəbər verdi ki, qalada cəmi yüz osmanlı əsgəri var və xidmətçilərin də hamısı ermənidir. Əsasən kürd və ermənilərdən ibarət olan osmanlı əsgərlərinin başı erməni qızları ilə kefə və şəraba qarışığından qalnın qapısını gizlicə açmaq çətin olmaz. Əgər Nadir ora hücum edərsə, çətinlik çəkmədən qalanı tutar və o zaman Abdullah Paşa da Qarsı tərk etməyə məcbur olar. Xan ermənilərin xəyanətindən istifadə edib elə də etdi və Byazid qalasını tutu. Bu xəbər Abdullah Paşaya çatar – çatmaz, Qarsı tərk edib üstümüzə hücum çəkdi. Nadirqulu xan da elə bunu istəyirdi...

***Böyük və geniş düzənliyin quş uçuşundan görüntüsü. Düzənliyin bir tərəfində

osmanlı, digər tərəfində isə qızılbaş ordusu durmuşlar. Ekranda yazılr: “BAĞVAR DÜZƏNLİYİ, 1735-Cİ İL, 18 İYUN” ***Ekranda qızılbaş piyadaları görünür. Onların önündə at belində oturub qarşı

tərəfə baxan Nadirqulu xan diqqəti çəkir. Kadr arxasından Muradın səsi eşidilir:-Osmanllar qarşımıza 60 minlik yaxşı təchiz edilmiş ordu çıxarmışdı. Bizim

qoşunun sayı isə 55 min nəfər idi. Xoşbəxtlikn osmanlı ordusunu yarısı kürd və ermənilərdən ibarət idi. Kürdlər dağlıq yerdə gözəl döyüşsəlr də, düzənlik yerdə döyüşməyi bacarmrlar. Ermənilər isə qorxaq və miskin şeydirlər. Odur ki, üstünlük bizim trəfimizdə idi...

***Ekranda osmanlı piyadaları görünür. Onların önündə at belində oturub qarşı

tərəfə baxan Abdullah Paşa gözə dəyir. Muradın səsi kadr arxasından davam edir:-...Orduya Nadirin özü birbaşa başçılıq edirdi. Abdullah Paşa da döyüş

meydanında idi... ***Ekranda başlarında Məhəmməd xanın durduğu qızılbaş atlıları görünür. Kadr

arxasından Muradın səsi davam edir:

295

Page 296: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Nadir süvariləri iki yerə ayııb piyada qoşunun sağ və sol cinahlarında yerləşdirmişdi. Sağ cinahın başında Məhəmməd xan Qacar, sol cinahın başında isə mən durmuşduq...

***Ekrandakı kadrları başlarında Murad bəyin durduğu atlılar görünür. Kadr

arxasından səs davam edir:-Döyüş günortaya yaxın başladı. ***Ekranda piyada osmanlı əsgərlərinin önündə at belində oturmuş Abdullah

Paşa canlanır. O, üzünü piyadalara tutub komanda verir:-Ya Allah! Bismillah! Allahu Əkbər!Piyadalar “Allahu Əkbər!” çığıra-çığıra irəli doğru qaçmağa başlayırlar.

Abdullah Paşa yerində qalır. ***Ekranda qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar

görünür. Nadir qılıncını yuxarı qaldırıb öncə sağ, sonra sol tərəfə hazırlıq işarəsi verir.

***Ekranda başlarında Məhəmməd xanın durduğu qızılbaş atlıları görünür.

Məhəmməd xan qılıncını qaldırıb atlıları hazır olmağa çağırır. Kadr arxasından yenidən Muradın səsi eşidir:

-Nadir qarşı tərəfin bir qədər də yaxınlaşmasını gözləyirdi... ***Ekranda başlarında Murad bəyin durduğu qızılbaş atlıları görünür. O, qılıncını

qaldırıb atlıları hazır olmağa çağırır. Kadr arxasından Muradın səsi eşidilməkdə davam edir:

-...Əsəblər tarıma çəkilmişdi. Nəhayət ki, əmr gəldi. *** Ekranda qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar

görünür. Nadir qılıncını yuxarı qaldırıb sağ tərəfə hücum işarəsi verir. ***Ekranda başlarında Məhəmməd xanın durduğu qızılbaş atlıları görünür.

Məhəmməd xan qılıncını qaldırıb atlılara işarə ilə hücum əmri verir və irəli şığıyır, atlılar da “Ya Əli!”, “Ya Hüseyn!” sədaları ilə hücuma keçirlər. ***

Ekranda yenidən qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar görünür. Nadir qılıncını yuxarı qaldırıb bu dəfə sol tərəfə hücum işarəsi verir.

***Ekranda başlarında Murad bəyin durduğu qızılbaş atlıları görünür. O, qılıncını

qaldırıb atlılara işarə ilə hücum əmri verir və irəli şığıyır, atlılar da “Ya Əli!”, “Ya Hüseyn!” sədaları ilə hücuma keçirlər. ***

Ekranda yenidən qızılbaş piyadaları və at belində oturmuş Nadirqulu xan Əfşar görünür. Nadir qılıncını yuxarı qaldırıb bu dəfə piyadalara hücum işarəsi

296

Page 297: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

verir. Özü irəli şığıyır və ardınca da piyada qızılbaşlar hücuma keçirlər. Onlar da “Ya Əli!”, “Ya Hüseyn!”-deyə hayqırırlar.

***İrəli şığıyan və “Allahu Əkbər!” hayqıran osmanlı əsgərlərini görüntüləyən

kadrlar. Bu kadrları irəli şığıyan və “Ya Əli!”, “Ya Hüseyn!” hayqıran qızılbaş piyadalarını əks etdirən səhnə əvəz edir.

***Quş uçuşundan görüntü. Qızılbaş atlıları iki tərəfdən osmanlı piyadalarına

hücuma keçir. Qızılbaş piyadaları da onlara yaxınlaşmaqdadır. ***Ekranda at belində süvari osmanlı ordusu önündə duran Abdullah Paşa

görünür. O, atlılara səslənir:-Ya Allah! Bismillah! Allahu Əkbər!Abdullah Paşa, ardınca da süvarilər “Ya Allah!” sədaları ilə hücuma atılırlar. ***Osmanlı-qızılbaş, atlı-atsız, hər kəs bir-birinə girmişlər. Qanlı döyüş gedir.

Kadr arxasından Muradın səsi eşidilir:-Bu döyüşdə ermənilərin kütlvi surətdə qaçmağa üz tutması osmanlı

ordusunda çaşqınlıq yaratdı. Üstəlik də kürd atlıları gözlənilmədn ağ bayraq qaldırıb təslim oldular və silah buraxdılar.

***Ekranda yenidən 10-15 atlının müşayiəti ilə meşə içi ilə at belində gedən

Murad və Toğrul görünürlər. (1935 –ci il, oktyabr) Murad sözünə davam edir:-Topların işə düşməsi osmanlı ordusunu tam pərən – pərən saldı. Döyüşdə

Abdullah Paşa həlak oldu. Vəziyyəti belə görən osmanlı əsgərlərinin mühasirəyə düşmüş bir qismi təslim olmaq, digr hissəsi isə qaçmaq məcburiyyətində qaldılar. Döyüşdən sonra məlum oldu ki, bizim itkimiz 500 nəfərdən də azdır. Osmanlılar isə iki minə yaxın adam itiriblər. Qaçanlar Qarsa sığındılar biz Qarsı da mühasirəyə aldıq. Bu qələbədən sonra osmanlıların Azərbaycan şəhərlrini təslim etməkdən başqa çarəsi qalmadı. Öncə Gəncə, daha sonra isə İrəvan və Tiflis təslim edildi.

***Gəncə qalasının qapıları osmanlı əsgərlri tərəfindən açılır və qapının önündə

gözləyən atlı qızılbaş əsgərləri çöldən şhərə daxil olurlar. ***Gəncənin qala bürcü. Bir osmanlı əsgəri Osmanlı bayrağını bürcdən çıxarır,

bir qızılbaş əsgəri isə onun əvəzinə Səfəvi bayrağını asır. Bu mənzərənin fonunda yazılır:

“GƏNCƏ, 1936-CI İL, 9 İYUL” *** İrəvan qalasının qapıları osmanlı əsgərləri tərəfindən açılır və qapının önündə

gözləyən atlı qızılbaş əsgərləri çöldən şhərə daxil olurlar. ***

297

Page 298: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İrəvanın qala bürcü. Bir osmanlı əsgəri Osmanlı bayrağını bürcdən çıxarır, bir qızılbaş əsgəri isə onun əvəzinə Səfəvi bayrağını asır. Bu mənzərənin fonunda yazılır:

“İRƏVAN, 1936-CI İL, 3 OKTYABR” ***Tiflis qalasının qapıları osmanlı əsgərləri tərəfindən açılır və qapının önündə

gözləyən atlı qızılbaş əsgərləri çöldən şhərə daxil olurlar. ***Tiflisin qala bürcü. Bir osmanlı əsgəri Osmanlı bayrağını bürcdən çıxarır, bir

qızılbaş əsgəri isə onun əvəzinə Səfəvi bayrağını asır. Bu mənzərənin fonunda yazılır:

“TIFLIS, 1936-CI İL, 10 OKTYABR” ***Lənkəran şəhərinin girəcəyi. Ekranda 10-15 atlının müşayiəti ilə at belinə

Lənkəran qalasına yaxınlaşan Murad və Toğrul arxa tərəfdən görünürlər. Murad sözünə davam edir:

-Tiflisi osmanlılardan təhvil alar – almaz Nadirqulu xan qoca Teymuraz xanın qardaşı oğlu Mirzə Əli bəyi xan təyin etdi və Tiflis bəylərbəyliyininn idarəsini ona tapşırdı. Elə həmin gün xəbər gəldi ki, Osmanlı sultanı sülh müqavilsini təsdiq edib. Bu, osmanlılarla əsrlərlə aparılan qanlı müharibələrin və qardaş qırğınının sonu demək idi. Ondan sonra nə olduğunu bilmirəm, çünki xan mni Rzaqulu xanı qarşılamağa gönərdi.

***Lənkəran qalasının gözətçi bürcü. Bürcdə durmuş iki əli tüfəngli qızılbaş

əsgəri aşağı, qalaya yaxınlaşmaqda olan Murad bəy və yanndakılara baxırlar. Əsgərlər arxadan görünürlr. Arxa planda, aşağıa qalaya yaxınlaşan atlılar diqqəti çəkir. Əsgərlərdən biri digərinə:

-Murad bəyir. Aşağıdakılara söylə qapıları açsınlar.İkinci əsgər geri, kameranın obyektivinə tərəf dönür, addımlayaraq kadrdan

çıxır və kadr arxasından onun səsi eşidilir:-Qapını açın, Murad bəy gəlir! ***Lənkəranın qala qapısının önü. Qapı açılır, Murad bəy, Toğrul və digər atlılar

qapıdan içəri girirlər. ***Lənkəranın küçələrindən biri. Murad bəy, Toğrul və Lənkəranın qala bəyi at

belində küçə ilə irəliləyirlər. Bu mənzərənin fonunda yazılır: “LƏNKRAN, 1935-Cİ İL, 29 OKTYABR”Yazı itir və qalabəyi deyir:-Bəy, Rzaqulu xan sizi səhərdən gözləyir, hətta deyəsən bir qədər darıxan

kimidir.Murad:-Darıxan kimiir? Məgər üç gündür bir yerə deyilikmi? Astara da ayrıldq. Özü

mənə bir məsələ var, onu həll etməyi tapşırdı.Qalabəyi Toğrula işarə edərək:

298

Page 299: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Qardaşımız bu yerlərin adamına oxşamır. Haradan gəldiyini bilmirəm, amma xoş gəlib, səfa gətirib.

Murad: -Xorasanlıdır. Nadirqulu xann uşaqlıq dostunun oğludur. ***Böyük, yaraşıqlı, iki mərtəbəli bir mülk. Mülkün qarşısında tüfəngli keşikçilər

urmuşlar. Atlılar mülkün qapısına yaxınlaşırlar. Qalabəyi:-Rzaqulu xan burada qalır.Üç əsgər atlılara yaxınlaşıb onlarn atlarının iplərindən tuturlar. Murad, Toğrul

və qalabəyi atdan enirlər. Əsgərlər atları dartıb aparırlar və kadrdan çıxırlar. Qalabəyi:

-Gedim xana xəbər verim.O bu sözləri deyib mülkün qapısından içri girir. Murad və Toğrul çöldə

gözləyirlər. Bir qədər sonra qalabəyi çölə çıxır və Murada:-Buyurun bəy, xan sizi gözləyir.Murad qapıdan içəri girir. Qalabəyi Toğrula işarə edərək əsgərlərdən birinə

deyir:-Qonağımızı qonaq otağına ötür. Əsgər “Baş üstə” – deyib, Toğrula yol göstərir və onlar, ardlarınca isə

qalabəyi içəri girirlər. ***Rzaqulu xanın qaldığı geniş, bər-bəzəkli otaq. Otaq xalça palazla

bəzədilmişdir. Bir küncdə divan və iki kreslo var. Rzaqulu xan otaqda o yan – bu yana gəzir. Qapı açılır, Murad içəri girir. Rzaqulu xan ona tərəf gedə - gedə:

-Gəl çıx da, qardaş, gözümün kökü saraldı ki.Dostlar əl verib, qucaqlaşırlar v üç dəfə yanaq – yanağa öpüşürlər. Xan:-Muştuluğumu ver, sənə çox şad bir xəbər verəcəyəm.Toğrul çaşıb yerində qalır. Sanki, dili tutulur. Rzaqulu davam edir:-Əgər mənə axşam “Əsli və Kərəm”i başdan ayağa söyləməyə söz versən,

sənə elə bir xəbər verəcəyəm ki, sevincindən uçacaqsan.-Niyə söyləmirəm ki? Söylrəm.Rzaqulu:-Atam sənə xanlıq verib, özünü də mühafizə dəstəsinin başçısı və özünün

qləm müdiri təyin edib.

*** İri planda görüntülənən Murad nə deyəcəyini bilmir. ***Onu iri planda əvəz edən Rzaqulu gülümsəyərək dostunun nə söyləyəcəyini

gözləyir. ***Ümumi plan. Murad:-Xan indi haradadır, Tiflisdədirmi?Rzaqulu:-Hə. Heç sevinənə oxşamırsan.

299

Page 300: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Murad:-Yox, çox sevinirəm, amma xəbr o qədər gözlənilməz oldu ki, nə deyəcəyimi

bilmirəm. Bu o andır ki, insan hisslərini ifadə etmyə söz tapmır.-Sabah sənin şərəfinə böyük bir ziyafət verəcəyəm. İndi de görüm, qonağın

kimdir.Dostlar divan kreslolar olan tərəfə yönəlirlər və Murad deyir:-O əslində mənim yox, sənin və atanın qonağıdır.Dostlar kreslolarda üz-üzə otururlar. Rzaqulu təccüblə:-Mənim və atamn?Murad “hə” – deyib cibində bir məktub çıxarıb Rzaquluya verir. Rzaqulu

kağızı açıb oxumağa başlayır. Oxuyub qurtardıqdan sonra:-Dərəgözlü Hacı Məhəmmədəli. Vallah, atam uşaq ikən mənə özünün uşaqlıq

dövründə başına gələn bir hadisə danışmışdı və bildirmişdi ki, onun Məhəmmədəli adlı bir dostu varmış, birlikdə mədrəsədə oxuyarmışlar və birlikdə qoyun güdmyə gedərmişlər. Bir dəfə canavarlar onların qoyunlarına hücuma keçir və bir boz qur peyda olub onları möcüzəli şkildə qurtarır. Bu Hacı Mhəmmədəli həmin Məhəmmədəli olmalıdır.

Rzaqulu xan kreslonun yanında divardan asılmış ipi çəkir və yüngül zınqırov səsi eşidilir.

***Qapı açılır və xidmətçi görünür. ***İri planda görünn Rzaqulu:-Murad bəyin qonağı haradadır? ***Qapının ağzı. Xidmətçi:-Hamama girib, xan. ***Orta planda rzaqulu və Murad görüntüyə gəlir. Rzaqulu:-Çıxan kimi yedirdin – içirdin və yanıma göndərin. Ya da dur. (Üzünü

Murada tutur) Deyəsən, sən də bir şey yeməmisən.Murad:-Yox, Lənkərana gələr – gəlməz, bura gəldim.Rzaqulu:-Get, o zaman sən də bir yaxalan, yol gəlmisən. Sonra birlikdə şam edərik. *** Rzaqulu xann qaldığı mülkün yemək otağı. Rzaqulu, Murad və toğrul masa

arxasında, süfrə başında əyləşiblr. Kabab yeyirlər. Onlar son tikələrini yeyib əllərini dəsmallara silirlər. Ayağa qalxırlar.Rzaqulu Murada:

-İndisə, buyur mənə verdiyin sözü tut. (Üzünü Toğrula tərəf çevirir) Mənə “Əsli və Kərəm”i söyləməyi söz verib. Deyirəm birlikdə dinləyək. Çox gözəl səsi, dastan söylməsi var.

Onlar otaqdan çıxırlar. Xidmətçilər masanı yığmağa və yığa – yığa da süfrədə qalan kabab və meyvələri ağızlarına dürtməyə başlayırlar.

***

300

Page 301: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rzaqulunun otağı. Rzaqulu xan və Toğrul divanda yanaşı oturmuşlar. Murad onların qarşısında ayaq üstə durub, çalıb – oxuyur:

-Adam oğlu, yol - ərkan tanı, bil,Yol - ərkan tanıyann yeri dar olmaz... ***Ekranda Muradı dinləyən Rzaqulu xan iri planda görünür. Muradın səsi kadr

arxasından davam edir:-...Sirrini söyləmə qamu aləmə,Bivəfa dilbərdən sənə yar olmaz... ***Kamera tədricən geri çəkilir və xanla yanaşı gənc Toğrul da o byektivə düşür.

Onun xanla yanaşı oturmaqdan sıxıntı keçirdiyi hiss edilir. Rzaqulu ona tərəf baxır, gülümsəyir və alçaqdan deyir:

-Bax, bəy özü sənə dastan söyləyir. Əslində isə o, artıq bəy yox, xandır. Bir xan səni yanında əyləşdirib, o biri xan isə hüzurunda saz çalıb – oxuyur. Toğrul bu sözlrdən daha da sıxılır və qızarır. Onu utandığından tər basır. Bu hal Rzaqulunun gülümsəməyə ara verib üzünü murada tərəf çevirməyə məcbur edir. Bu arada is Muradın səsi eşidilməkdə davam edir:

- İgid odu tənə oxun atmaya,Halal mayasına haram qatmaya...Kamera tədricən irəliləyir və toğrul kadrdan çıxır və xan yenidn iri planda

görüntülənir. Muradın səsi davam edir:-...Bir oğul ki, ata sözün tutmaya,O oğulda qeyrət, namus, ar olmaz...Muradn sonuncu sözləri sanki ildırım olub, Rzaqulunu vurur. O fikrə gedir və

əlləri ilə üzünü örtür. Muradın səsi artıq eşidilmir. Rzaqulunun n isə xatırlayıb xəyala daldığ hiss edilir. Onun gözləri önündə atası ilə baş vermiş bir hadisə canlanır.

EPİZODUN TƏKRARI Nadir eyvanda səndəldə oturub. Dizləri üstündə oturtduğu 2-3 yaşlarında olan

oğlan nəvəsinin saçlarını oxşayır. Rzaqulu xan da yanında ayaq üstə durub, baba və nəvənin söhbətinə qulaq asır. Nadir uşaqdan soruşur:

-Mənim şirin nəvəm böyüdükdə kim olacaq?Uşaq:-Şah.Nadiri gülmək tutur:-Deməli, sən böyüəndə ata baban kimi, əmin və atan kimi xan olmaq

istəmirsən, ana baan və dayıların kimi şah olmaq istəyirsən, eləmi?Uşaq:-Hə.Nadir:-Yox, canım mənim, sən də atan kimi xan olacaqsan. Şah bir dənə olar. O da

Abbasdır.Uşaq uca səslə:

301

Page 302: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Yox, mən olacağam.Nadir:-Aslan balam mənim. (Üzünü Rzaquluya tutur) Bu fikri onun başına sənmi

salmısan? ***Ekanda iri planda Rzaqulu xan görünür. O bu sualdan pərt olana bənzəyir.

Çaşdığından duruxur, özünü ələ alıb deyir:-Anası ona həmişə “şah oğlum mənim” – deyə müraciət edir. Görünür, bu

üzdən belə bir fikrə düşüb. ***Ekanda Rzaqulunu Nadir əvəz edir. O, nəvəsini yerə endirib deyir:-Get ananın yanına, mənim atanla işim var.Uşaq əmrə tabe olub qaça-qaça kadrdan çıxır. Nadirsə üzünü oğluna tutub

diqqətlə ona baxır. ***Ekranda yenidən Rzaqulu görünür. O, atasının gözlərinin içinə baxa bilməyib

nəzərlərini yerə dikir. *** EPİZODUN SONUEkranda Muradı dinləyən kədərli Rzaqulu xan iri planda görünür. O,

xəyallardan ayrılır. Muradın səsi kadr arxasından davam edir:-...Dərdin, qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz... ***Ekranda iri planda Rzaqulu xanı çalıb – oxuyan Murad əvəz edir:-Gündə yüz min xəyal eylər,Mənim könlüm bir şad olmaz. ***Lənkəranın qala qapısı. Qapıdan at belində rzaqulu xan, Murad və çox sayda

(yüzə yaxın) qızılbaş süvarisi çıxırlar. ***At belində qızılbaş süvarilərinin önündə yanaşı gedən Murad və rzaqulu xan.

Arxa planda atlılar, o cümlədən Toğrul görünürlər. Rzaqulu Murada:-Deməli, Abbas şah çoxdan ölüb, atamsa bunu gizli saxlayıb.Murad:-Burada təəccüblü nə var ki? Uruslar və osmanlılarla müharibə vziyyəti

davam edən bir şəraitdə bu xəbər əsgərlrə və xanlara necə təsir edərdi? O zaman atanın sözünü kim dinlərdi? İndisə vəziyyət dəyişib. Xan urusları da, rumluları da Azərbaycandan çıxarıb.

***Tiflis mscidinin minarəsi. Minrədə duran müəzzin azan verir. Bu mənzərənin

fonunda yazılır: “TİFLİS, 1936-CI İL, 1 YANVAR” ***

302

Page 303: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadirin Tiflisdəki iqamətgahı. O, taxtda əylşib məktub oxuyur. Rzaqulu xan, Murad və Toğrul ayaq üstə durublar. Nadir bir anlığa gözünü məktubdan çəkib Toğrulu süzür və yenidən gözlərini məktuba dikir. Kamera ona yaxınlaşır və digərləri bir – bir kadrdan kənarda qalırlar. Tədricən ümumi plan orta plana, orta plan isə öz növbəsində iri plana çevrilir və bu plan Nadiri əks etdirir. Nadir məktubu oxuya – oxuya gözlərinin önündə keçmişin xatirələri canlanr.

EPİZODUN TƏKRARIEkranda mədrəsəyə gedən balaca Nadirlə balaca Məhəmmədəli (hər ikisi 7-8

yaşlarında) görünür. Onlar kəndin çay daşlarından düzülmüş dar küçəsi ilə irəliləyirlər. Çiyinlərindən içində dəftər-kitab olan xurcunları asılıb. Döngəyə çatanda digər küçədən gələn və çiyinlərində xurcun olan mədrəsə yoldaşları ilə üzləşirlər, əl verib görüşürlər və yollarına birlikdə davam edirlər.

*** EPİZODUN TƏKRARIMədrəsənin içi. Uşaqlar iki sıra halında bardaş qurub oturmuşlar. Xurcunları

yanlarındadır. Dizləri üstə qoyduqları kitabları oxuyurlar. Nadirlə Məhəmmədəli yanaşıdırlar. ***

EPİZODUN TƏKRARI Ekranda yaşıl otlaqlı dağ yamacı, yamacda otlayan 200-dən atıq qoyun,

onları güdən iki çoban iti görünür. Kadr arxasından tütək səsi eşidilir. Kameranın obyektivi yavaş-yavaş qoyunlardan qaya üzərində oturub tütək çalan Məhəmmədəlinin üzərinə, daha sonra isə kənarda oturub kitab oxuyan Nadirə yönəlir.

***Qoyunlar ot otlayır, itlər ora-bura gəzişirlər. Kadr arxasında tütək səsi

eşidilməkdə davam edir. Birdən itlərin hər ikisi başlarını yuxarı qaldırıb diqqətlə üfüqü süzməyə başlayırlar. Onların bu hərəkətinə paralel şəkildə qoyunlarda hürküşmə və talaş əlamətləri sezilməyə başlayır. Onlar vurnuxmağa başlayırlar. İtlər isə hürə-hürə onları bir yerə toplamağa səy edirlər.

*** Ekranda qaya üzərində oturub tütək çalan Məhəmmədəli canlanır. O birdən

çalmağa ara verib cəld ayağa qalxır və üzünü kadrdan kənarda olan Nadirə tərəf tutub qışqırır:

-Nadir, canavarlar!!! ***Ekranda kamera istiqamətində irəliləyən altı canavar və hürə-hürə onlara tərəf

qaçan itlər görünür. İtlərlə canavarlar arasında döyüş başlayır. ***Yoldaşının çığırtısından dik atılan Nadir. O, əlindəki kitabı yerə atıb, cəld

çomağını götürür və Məhəmmədəliyə səslənir: -Sən qoyunları qayaların arxasına topla!O bu sözləri deyib hadisə yerinə doğru götürülür. ***

303

Page 304: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda qoyunları qayaların arxasına qovan Məhəmmədəli görünür. Bu kadrları canavarlarla qapışan itləri əks etdirən kadrlar əvəz edir. Onlardan biri iki canavarla süpürləşir. Digərinin üstünə isə dörd canavar hücuma keçmişdir. Onun vəziyyəti ağırdır. canavarlar onu yerə yıxıb didişdirirlər. O, qan içindədir. Boynundakı dəmir dişli qayış halqa canavarlara onun işini bitirməyə imkan vermir. Bu dəm özünü yetirən Nadir comağının canavarlardan birinə ilişdirir. Canavarlardan ikisi itdən əl çəkib ona sarı hücuma keçirlər.

Nadir çomağını yelləyə-yelləyə, yavaş-yavaş geri çəkilir, canavarlar isə yavaş yavaş irəliləyir və qəzəblə dişlərini qıcıyırlar. Nadir geri çəkilə-çəkilə kürəyi ilə bir qayaya dirənir. O, çomağını yelləməkdə davam edir, amma gücünün tükənmək üzrə olduğu hiss olunur.

Bu dəm gözlənilmədən qurd ulamasının səsi eşidilir. Bu, canavarların hücumlarına son qoyub, durmalarına, qulaqlarını şəkləyərək səs gələn tərəfə baxmalarına səbəb olur.

***Ekranda hündür bir qaya üzərində durub, üzünü göyə tutaraq ulayan böyük bir

qurd görüntülənir. ***Yenidən əvvəlki görüntülər. Nadir qayaya qısılmışdır. Əlindəki çomağı zərbə

endirmək üçün hazır vəziyyətdə tutub. Canavarlar artıq ona əhəmiyyət vermirlər. Əksinə, yavaş-yavaş geri çəkilirlər. Bu dəm özünü yetirən Məhəmmədəli kadra daxil olur və çomağını işə salır. Nadir də ona qoşulur. Canavarlar ildırım sürəti ilə geri dönüb qaçırlar.

EPİZODUN SONU ***Ekranda yenidən iri planda məktub oxuyan Nadirqulu xan görünür. Kamera

tədricən arxaya çəkilir və iri plan öncə orta, daha sonra ümumi planla əvəz olur. Nəticədə ayaq üstə durmuş Rzaqulu xan, Murad və Toğrul kadra daxil olurlar. Nadir gözünü məktubdan çəkib üzünü Toğrula tutur:

-Oğlum, atan sənə elə bir şey danışmayıbmı ki, onu mənə xatırladan kimi sənə tam inanmış olum.

Toğrul:-O mənə hindli zəvvarlarla görüşünüz, onların sizə söylədikləri barədə də

danışıb və tapşırıb ki, mənə inanmanz üçün bu hadisni yadınza salım.Bu sözləri eşeidər – eşitməz Nadiri sanki ildırım vurur. O, yerində donub fikrə

gedir, gözlri önündə keçmişin xəyalları canlanır EPİZODUN TƏKRARIEkranda kənd karvansarayının içi görünür. Yeniyetmə Nadir və Məhəmmədəli

ayaq üstə durmuşlar. Qarşılarında dörd hindli zəvvarı alınlarını yerə qoyub səcdəyə qapılmışlar. Yeniyetmələr təəccüb və çaşqınlıqla gah onlara, gah da bir-birilərinə baxırlar.

Zəvvarlardan biri başını qaldırıb diz üstə durur və Nadirə müraciətlə təmiz bir Azərbaycan ləhcəsi ilə deyir:

-Sən Tanrı tərəfindən seçilmişlərdənsən. Öncə xan, sonra şah olacaqsan, məmləkətini düşmənlərdən təmizləyəcəksən. Bizim də şahımız olacaqsan. (üzünü

304

Page 305: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Məhəmmədəliyə tərəf çevirir) Sənin isə övladın onun yanında yüksək məqam sahibi olacaq.

O bu sözləri deyib yenidən səcdəyə qapanır. EPİZODUN SONU ***Ekranda iri planda Nadirqulu xan görünür. O soruur:-Atan necədir, nə ilə məşğuldur? ***İri planda Nadiri Toğrul əvəz edir:-Allah Sizdən razı olsun, atam Allaha şükr, yaxşıdır, çoxlu salam-duası var. İş

gücünə gəlincə, meyvə - tərəvəz ticarəti ilə məşğul olur. ***Ekranda yenidən iri planda Nadirqulu xan görünür. O gülümsəyir:-Demək, ticarətlə məşğuldur, hə?Kadr arxasından Toğrulun səsi eşidilir:-Bəli.Nadir gülümsəyə - gülümsəyə:-Bizim mədrəsədə bir cəbr xocamız var idi. Atana həmişə deyərdi ki, sən

böyüyəndə ya tacir olacaqsan, ya da molla. İndi görürəm ki, sözü düz çıxıb. *** EPİZODUN TƏKRARIKadrda qoca yaşlı, saç-saqqalı hənalı cəbr xocası görünür. O da bardaş qurub

oturub. O deyir: -Biz artıq tam rəqəmləri və ədədləri, onları toplayıb-çıxmağı, vurub-bölməyi

öyrəndik. Allaha şükürlər olsun ki, hamınız bütün bu əməliyyatları öyrənib başa çıxmısınız...

***Ekranda xocanı diqqətlə izləyən uşaqlar görünür. Xoca sözünə kadr

arxasından davam edir:-...Bugündən etibarən isə sizə tam olmayan ədədləri və kəsirləri öyrədəcə-

yəm... ***Ekranda yenidən xoca görünür. O, sözünə davam edir:-...Amma yeni mövzumuza keçməmişdən öncə sizə bir sualım var. Öncə

yaxşı-yaxşı düşünün sonra cavab verməyə çalışın. Cavabı tapa bilməsiniz də ürəyinizi sıxmayın, çünki verəcəyim sualın indiyə qədər sizə öyrətdiklərim ilə heç bir əlaqəsi yoxdur...

***Ekranda yenidən şagirdlər görünür. Onlar xocanı əvvəlkindən daha diqqətlə

və ciddiyyətlə dinləyirlər. Xocanın səsi yenə də kadr arxasından eşidilir:-...Sual yeni mövzumuzla bağlıdır və bir növ yeni mövzuya hazırlıq

mahiyyətindədir... ***Ekranda yenidən xoca görünür:

305

Page 306: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Təsəvvür edin ki, sizin qarşınızda yeddi dənə şəkərbura var. Siz bu şəkərbu-raları dostunuzla necə bölməlisiniz ki, hər birinizə eyni miqdarda şəkərbura düşsün?

***Kameranın obyektivi növbə ilə uşaqların üzlərini gəzir. Obyektiv kimə

tuşlanırsa, dərhal gözünü yerə dikir. Yalnız balaca Nadir gülümsəyir. Kadr arxasından xocanın səsi eşidilir:

-Deyəsən, çətin oldu hə? Nadir bala, sənin baxışlarından hiss edirəm ki, sualın cavabını, deyəsən, bilirsən, amma sən hələlik sus. Qoy Məhəmmədəli fikrini söyləsin.

Obyektiv Məhəmmədəliyə tuşlanır. O deyir:-Xocam, yeddi dənə şəkərburanı iki dost arasında bərabər bölmək mümkün

deyil, bir dənəsi artıq qalır. Ona görə də onu özüm yeyərəm.Bu sözlər uşaqların gülüşməsinə səbəb olur. Ekranda onları xoca əvəz edir. O

da hər kəs kimi gülür və özünə gəldikdən sonra deyir:-Məhəmmədəli, bala, mən həmişə demişəm və bu gün bir daha təkrar edirəm,

sən böyüyəndə ya tacir olacaqsan, ya da molla. EPİZODUN SONU ***Ümumi plan. Toğrul:-Bilirəm, atam mənə bu barədə çox danışıb. Siz yəqin ki, yeddi şəkərburanın

iki nəfər arasında bölüşdürülməsi məsələsini nəzərdə tutursunuz. Bu suala mədrəsədə yalnız Sizin doğru cavab verə bildiyinizi də söyləyib.

***İri plan. Nadir xəyala dalır. *** TƏKRAR EPİZODUN DAVAMIYenə də gülüşən uşaqlar görünür. Kadr arxasından xocanın səsi:-Abbas, oğlum, sən nə deyirsən? Kamera Abbasa tuşlanır. Abbas deyir:-Xocam, Məhəmmədəli doğru söyləyir. Bir dənəsi artıq qalır.Xoca (kadr arxasından):-Nadir, bala, sən söylə. ***Ekranda balaca Nadir görünür:-Mən üçünü dostuma verər, üçünü də özümə götürərəm. Yerdə qalan bir

şəkərburanı isə iki yerə bölüb yarısını özümə götürərəm, yarısını da...Xocanın kadr arxasından eşidilən səsi onun sözünü yarımçıq kəsir:-Afərin sənə. Həmişə demişəm və bir də təkrar edirəm... ***Ekranda ayağa qalxmaqda olan və sözünə davam edən xoca görünür:-...Sən çox böyük adam olacaqsan.O, Nadirə yaxınlaşır. Nadir dərhal ayağa qalxır. Hər kəs də xocaya hörmət

əlaməti olaraq eyni şeyi edir. Xoca balaca Nadirin alnından öpür. Nadir də xocasının əlini öpüb, alın basır.

306

Page 307: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

EPİZODUN SONU ***İri plan. Nadir: -Allah özbək və əfqan həramilərinə lənət etsin. Arzum mədrəsəni bitirib

Təbriz Dar ül – Fünununda oxumaq idi. Arzumu gözümdə qoydular, təhsilimi davam etməyə imkan vermədilər...

***Ümumi plan. Nadirqulu xan üzünü Murada tutur:-Muradım, Toğrulu mühafizə dəstəsin götür. Sonrasına baxarıq. Səni də yeni

vəzifən münasibətilə təbrik edirəm. Xanlığın xeyirli – bətəktli olsun. İndi, haydı, iş başına!

Murad:-Təşəkkür edirəm. Allah razı olsun!Murad və Toğrul Nadirqulu xana təzim edib kadrdan çıxırlar.Nadir üzünü Rzaquluya tutur:-Yaxın gəl, oğlum.Rzaqulu atasınn yaxınlaşır.Nadir davam edir:-Nəvəlrim necədirlər?Rzaqulu:-Allaha şükr, çox yaxşıdırlar. Duaçıdırlar.Nadir oğlunu bic – bic süzərək:-Mənim şah olmaq istəyən nəvəm necədir?Rzaqulu özünü itirən kimi olur:-Ona da, anasına da bu barədə danışmağı da, düşünməyi də yasaq etmişəm. ***İri planda görünən Nadirqulu xan:-Murad dedimi sənə şahın rəhmətə getdiyini. ***İri planda Nadiri Rzaqulu əvəz edir. O gözünü yerə dikərək və bu yolla

hisslərini gizlətməyə çalşaraq:-Bəli, ata, dedi. ***Nadir yenidən iri planda görünür. O, oğlunu diqqətlə süzərək onun ürəyini

oxumağa çalışır:-Sənin bu barədə fikrin nədir? ***Ekrana iri planda Rzaqulu gəlir. O, gözlərini qaldırmadan:-Azərbaycandakı və səltənətin digər yerlərindəki xanların böyük əksəriyyəti

sənə tabedirdirlər və səni özlərinə böyük sayırlar. Bu ona görədir ki, onlar Abbas şahın dünyasını dəyişdiyindən xəbərsizdirlər. Sənə də şahın qəyyumu və təmsilçisi olduğuna, həm də böyük güc sahibi olduğuna görə tabedirlər. Şahın həyatda olmadığını bilən kimi vəziyyət dəyişəcək və çoxları sənə tabe olmaq istəməyəcək...

***

307

Page 308: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yenidən Nadir görünür. O, ayağa qalxır, oğlunu diqqətlə dinləyir və müşahidə edir. Rzaqulu kadr arxasından aralıqsız davam edir:

-...Səltənətin hər yerində üsyan qalxacaq. Əlbəttə, söhbət buna cəsarəti çatanlardan gedir. Səfəvi soyundan heç ks sağ qalmayıb. Amma kiçik qardaşımla oğlum, yəni sənin nəvən ana tərəfdən Səfəvi soyundanrlar...

***Ümumi pıan. Ata və oğul üz – üzə durmuşlar. Rzaqulu davan edir:-Onlardan birini şah elan etmək lazımdır. Belə etsək, heç kəs üsyan etməyə

cəsarət etməz. Şahlıq da sənin soyuna keçmiş olar. Əfşar eli səltənətin hakiminə çevrilər.

Nadir oğlunu diqqətlə süzür və bir müddət susduqdan sonra deyir:-Yaxşı, yol gəlmisən, get dincəl. Lazım olanda çağıracağam. Eşikağasına da

söylə, əmini tapıb yanıma dəvət etsinl.Rzaqulu “baş üstə” – deyib gedir və kadrdan çıxır. Nadirsə dərin fikrə gedir.

Kadr arxasından uşaq ikən hindli zəvvarın söylədikləri təkrar eşidilir:-Sən Tanrı tərəfindən seçilmişlərdənsən. Öncə xan, sonra şah olacaqsan,

məmləkətini düşmənlərdən təmizləyəcəksən. Bizim də şahımız olacaqsan... Sənin isə övladın onun yanında yüksək məqam sahibi olacaq.

Nadir taxta oturur və dərin fikrə gedir. Kadr arxasından eyni sözlərin sadəcə bir hissəsi eşidilir:

-Sən Tanrı tərəfindən seçilmişlərdənsən...Nadirin gözləri önündə yenidən uşaqlıq xəyalları canlanır. EPİZODUN TƏKRARINadir çomağını yelləyə-yelləyə, yavaş-yavaş geri çəkilir, canavarlar isə yavaş

yavaş irəliləyir və qəzəblə dişlərini qıcıyırlar. Nadir geri çəkilə-çəkilə kürəyi ilə bir qayaya dirənir. O, çomağını yelləməkdə davam edir, amma gücünün tükənmək üzrə olduğu hiss olunur.

Bu dəm gözlənilmədən qurd ulamasının səsi eşidilir. Bu, canavarların hücumlarına son qoyub, durmalarına, qulaqlarını şəkləyərək səs gələn tərəfə baxmalarına səbəb olur.

***Ekranda hündür bir qaya üzərində durub, üzünü göyə tutaraq ulayan böyük bir

qurd görüntülənir. ***Yenidən əvvəlki görüntülər. Nadir qayaya qısılmışdır. Əlindəki çomağı zərbə

endirmək üçün hazır vəziyyətdə tutub. Canavarlar artıq ona əhəmiyyət vermirlər. Əksinə, yavaş-yavaş geri çəkilirlər. Bu dəm özünü yetirən Məhəmmədəli kadra daxil olur və çomağını işə salır. Nadir də ona qoşulur. Canavarlar ildırım sürəti ilə geri dönüb qaçırlar.

EPİZODUN SONU ***Ekranda yenidən taxtda oturmuş Nadir peyda olur. Onu tər basmşdr. Kadr

arxasından yenə hindli zəvvarın sözləri eşidilir:-Öncə xan...olacaqsan.Nadirin gözləri önündə xanlıq qazandığı səhnə canlanır.

308

Page 309: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

EPİZODUN TƏKRARINadirlə Babaəli xan təpələrlə əhatələnmiş qayalıq bir yerdə gəzişərək söhbət

edirlər. Nadir deyir:-Əminəm ki, güclərimizi birləşdirsək, bütün Xorasanı əfqan və özbəklərdən

təmizləyə bilərik. Hətta ən qısa bir vaxtda Məşhəd və Heratı da ələ keçirmək imkanına sahib olarıq.

Babaəli xan:-Bax, oğlum, sən deyənlər tam doğrudur və mən səninlə tam razıyam. Amma

ortada iki əmma var. İlk növbədə onları həll etməliyik. Birincisi, bu, sənin qeyri-məşru vəziyyətindir. İlk öncə sənin vəziyyətini məşrulaşdırmaq lazımdır. Bunun yolunu bilirəm, söyləyərəm, fikirləşərsən. İkincisi, mənim vəziyyətimdir. Mən xalqımızı yağma və təhqirlərdən qoruya bilmək üçün Hacı Zaman xanla əbədi sülh barədə Qurana əl basıb anlaşmışıq. Odur ki, heç bir vəchlə əfqanların və özbəklərin üstünə müharibə ilə gedib andımı poza bilmərəm. Amma bunun da yolu var.

İndi mənə diqqətlə qulaq as. Tədbirim belədir. Öncə sən məscidə gedib axundun və 5-10 ağsaqqalın qarşısında Qurani-Kərimə əl basıb tövbə edəcək, həramilikdən, quldurluqdan əl çəkdiyini bəyan edəcəksən, mənsə səni də, yoldaş-larını da bağışladığımı və himayəm altına aldığımı elan edərəm. Beləcə, həm sizqeyri-məşru vəziyyətdən çıxmış olarsınız, həm də mənim himayəmə keçdiyiniz üçün kimsə sizə xətər yetirməyə cəsarət etməz. Sonra səni özümə kürəkən və bütün varidatımın və mülklərimin sahibi edərəm. Onsuz da mənim oğlum yoxdur. gözümün ağı-qarası bircə qızım var.

Daha sonra əfşar bəylərini bir yerə toplayar, taqətdən düşdüyümü və könüllü olaraq xanlıqdan əl çəkdiyimi bildirərəm. Sənin namizədliyini irəli sürərəm və sən xan olarsan. Xan olduqdan sonra isə düşündüklərini asanlıqla yerinə yetirərsən, mən isə Qurana içdiyim anda xilaf çıxmış olmaram. Fikirləş və qərarını bildir.

Əlbəttə, bütün bunları mərhələ-mərhələ həyata keçirmək üçün xeyli vaxt lazım olacaq. Amma razılaş ki, sənin də Xorasanı əfqanlardan təmizləmək məqsədi ilə başlamaq istədiyin böyük savaşa hazırlaşmaq üçün vaxta ehtiyacın var.

EPİZODUN SONU ***Ekranda yenidən taxtda oturmuş Nadir görünür. Əvvəlki kimi tər içindədir. O

ayağa qalxr və gəzişmyə başlayır. Gözləri önündə keçmişin xatirələri canlanmaqda davam edir.

EPİZODUN TƏKRARIBabaəli xanın otağı. Saç-saqqalı ağarmış Babaəli xan otağa döşənmiş böyük

Şirvan xalçasının düz ortasında, ipək yorğan-döşəkli yataq taxtında uzanmışdır. Üz-gözündən bərk xəstə olduğu görünür, tez-tez öskürür. Sağ tərəfində səkkizguşəli balaca bir masa qoyulub. Nadir onun yanında diz üstə oturmuşdur. Xan öskürəyinə ara verib deyir:

-Təhmasib Mirzə artıq özünə sədaqətli 200 tərəfdarı ilə Qəzvindədir. Qəzvin-də Fəthəli xan Qacar və adamları onu şah elan ediblər və artıq əfqanlara qarşı döyüşə hazırlaşırlar. Biz də gərək burada savaşa başlayaq. Bir sözlə, səninlə sözləşməmizin artıq ikinci hissəsini də həyata keçirməyin vaxtı yetişib. Əfşar

309

Page 310: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

bəylərinə xəbər göndərmişəm, sabah günorta burada olacaqlar. İndi get, hazırlaş, sabahdan artıq xanımız sən olacaqsan.

EPİZODUN SONU ***Ekranda yenidən Nadirqulu xan görünür. O, fikirli – fikirli otaqda var – gəl

edir. Kadr arxasından hindli zəvvarın səsi eşidilmkdə davam edir:-...Məmləkətini düşmənlərdən təmizləyəcəksən.Nadir fikirlidir. Gözləri önündə yenidən keçmişin xəyalları canlanır. EPİZODUN TƏKRARIMülkün içindəki geniş və yaraşıqlı salon. Salonun perimetri böyu səndəllər

düzülmüşdür. Bir tərəfdə qızılbaş, digər tərəfdə osmanlı əyanları əyləşmişlər, fəqət səndəllərin yarısı hələ boşdur. Lakin hər iki tərəfi təmsil edən əyanlar salona daxil olub yerlərini tutduqca, bş yerlərin sayı yavaş-yavaş dolur və sonda boş yer qalmır. Daxil olanlar içərisində Məhəmməd xan, Həsənəli bəy və Muad bəy də var.Arxa planda bir masa və masanın arxasında iki səndəl, üstündə isə iki qovluq və iki içində qələm olan mürəkkəbqabı və iki mürəkkəbqurudan diqqəti çəkir. Səndəllərin yanında bir qızılbaş və bir osmanlı əsgəri ayaq üstə durmuşlar. Onlar silahsızdırlar. Onların da arxasında Səfəvi və Osmanlı bayraqları görünür.

Birdən hər kəs ayağa qalxır. Nadirqulu xan və Əhməd Paşa kameranın arxasından çıxıb kadra daxil olur və masaya tərəf hərəkət edirlər. Yeni gələnlər masa arxasına yaxınlaşarkən, əsgərlər onlara təzim edib, oturmaları üçün masaları hazırlayırlar. Nadrqulu xan və Əhməd Paşa masanın arxasında yerlərini tuturlar. Hər kəs oturur.

***Xan və Paşanın yaxında görüntüsü. Orta plan. Əsgərlər masanın üstündəki

qovluqları açırlar, xan və paşa isə içindəki kağızı gözdən kçirir, qələmi götürüb onları imzalayırlar. Əsgərlər mürəkkəbqurudanlarla imzaları qurudurlar. Qovluqları bağlayıb, götürür, öz aralarında dəyiş-düyüş edir və yenidən açıb masa arxasıdakılarının önünə qoyurlar.

Nadirqulu xan və Əhməd Paşa yenidən sənədlərə göz atır və onları imzalayırlar. Əsgərlər mürəkkəbləri qurudurlar. Sonra xan və paşa ayağa qalxıb əl sıxışır, qovluqları dəyiş-düyüş edir və onları əsgərlərə, əsgərər də öz növbəsində masaya ən yaxında səndəldə oturmuş əyanlara ötürür və fərağat vəzyyəti alırlar. Qovluqlardan birinin ötürüldüyü adam Məhəmməd xan Qacardır.

EPİZODUN SONU *** BAŞQA BİR EPİZODUN TƏKRARIQızılbaş hərbi çadırlarının arasındakı geniş sahədə qurulmuş və üzərində

Səfəvi bayrağı dalğalanan böyük və dəbdəbəli çadır. Çadırın önündə dörd qızılbaş və dörd rus əsgəri durmuşlar. Əsgərlərin hamsı parad formasındadır və əllərində süngülü tüfəng tutmuşlar. Cəngi musiqisinin sədası lap uzaqdan eşidilir.

***Çadırın içi. Çadırın perimetri boyu bir tərəfdə qızılbaş, digər tərəfdə rus

yüksək rütbəli zabit və məmurlar ayaq üstə durmuşlar. Arxa planda qoyulmuş masanın arxasında oturmuş Nadirqulu xan Əfşar və knyaz Qolitsın qarşılarındakı

310

Page 311: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

sənədləri imzalayırlar. Ümumi plan. Onlarn yanında dəftərxana müdirlri ayaq üstə durub imzalanan kağızları qurutmağı gözləyirlər. Kadr arxasından Muradın səsi eşidilir:

-Həmin gün xanla urus elçisi müqaviləni imzaladılar. Uruslar iki ay ərzində Bakı və Dərbəndi tərk etməyə boyun oldular və tərk də etdilər...

***Yaxın orta plan. Xan və knyaz sənədləri imzalayırlar. Dəftərxana müdirləri

əllrindəki mürəkkb qurudanları imzaların üzərinə basıb, onların içində olduqları qovluqları götürüb bağlayır və arxa tərəfdə dəyiş-düyüş edirlər. Qovluqlar yenidən imzalanmaq üçün açılaraq masaya qoyur və tərəflər yenidən imza qoyurlar. Müdirlər mürəkkbi qurudurlar. Xan v knyaz ayağa qalxıb, qarşılarındakı qovluqları örtüb onları bir – birlərinə təqdim edirlər. İştirakçılar onları əl çalmaqla alqışlayır.

EPİZODUN SONU ***Ekranda yenidən Nadirqulu xan görünür. O, fikirli – fikirli otaqda var – gəl

edir. Açlan qapı səsi onu xəyallardan ayırır. ***Otağın qapsı. Qapıdan icəri İbrahim xan daxil olur:-Dadaş, məni çağırmısan. ***Ümumi plan. Nadir:-Gəl qardaş, gəl. İbrahim qardaşına yaxınlaşır. Nadir əli ilə eyvana tərəf işarə edərək:-Eyvana çıxaq. Buradan Kürə gözəl bir mənzərə açılır. Adam seyr etməkdən

doymur. ***Qardaşlar eyvana tərəf yönəlirlər. Eyvanın çöldən görüntüsü. Nadir və

İbrahim qapıdan eyvana çıxırlar. Nadir:-Bax, gör nə gözəl mənzərədir. ***Ekranda Kürün və Tiflisin bir hissəsinin görüntüsü. Kadr arxasından nadirin

səsi eşidilir:-İndi qışdır. Buralar qışda bu qədər gözəldirsə, gör baharda, yayda nə olur. *** Eyvan. Nadirqulu xan və İbrahim xan eyvanın məhəccərinə dirsəklənmişlər.

İbrahim gülümsəyərək:-Bəli, çox gözəldir. Azərbaycanımızın hər bir yeri gözəldir. Amma məni,

yəqin ki, gözəllikləri seyr etməyə çağırmamısan, deyilmi? Nadir də gülümsəyir:-Niyə? Hər dəfə siyasətdən, dövlət işlərindənmi danışmalıyıq, iki qardaş baş –

başa, mehriban – mehriban söhbətləşə, keçmişimizi xatırlaya bilmərikmi?İbrahim dikəlir və qardaşına tərəf dönür:-Dadaş, nə yaxşı ki, sən varsan. Səni nə qədər çox sevdiyimi bilsəydin.Nadir də dikəlir və İbrahimə tərəf dönür. Əlini onun çiyninə qoyur:-Canım qardaşım.

311

Page 312: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Iri planda görünən Nadirin bir qədər kövrəldiyi hiss edilir. Nadir qardaşın

diqqətlə süzür və xəyala dalır. EPİZODUN TƏKRARIDərəgöz kəndinin Nadirgilin evinin yerləşdiyi küçəsi. Baş verənlərdən xəbəri

olmayan yeniyetmə Nadir və onun kiçik qardaşı evləri tərəfə irəliləyirlər. Nadir onların dalınca gələn beli çır-çırpı yüklü ulağın ipindən tutub. Birdən kiçik qardaş həyacanla deyir:

-Dadaş, ora bax, həyətimizin qapıları açıqdır. ***Ekranda Nadirgilin evinin həyətinin açıq qapısı görüntülənir. *** Nadir ulağın ipini qardaşına verib "sən burada qal" deyir və evə tərəf qaçmağa

başlayır. Kameranın obyektivi onu həyət qapısına qədər izləyir. *** Küçə. balaca İbrahim çır-çırpı yüklənmiş ulağın yanında durub. Kadr

arxasından at ayaqlarının səsi eşidilir. O, səs gələn tərəfə baxır. ***İbrahimin baxdığı tərəf. Nadir və anası özbəklərin atlarının belində balacaya

yaxınlaşırlar. Atlılar ona çatan kimi Nadir səslənir:-Tez ol min!Balaca İbrahum:-Bəs, eşşək?Nadir "tez ol"-deyib ona atın belinə qalxmağa kömək edir və deyir:-Belimdən bərk-bərk yapış.Uşaq əmrə tabe olur. ***Yaşıl dağ yamacı. Nadir və anasının mindiyi atlar bir ağaca bağlanıb. Kadr

arxasından balaca İbrahimin ağlayan səsi:-Ana, anacan, bizi qoyub hara getdin? ***Ekranda anasını yenicə basdırmış və onun qəbrinin üstünə daşlardan təpəcik

yığan Nadir və yanında durub hönkür-hönkür ağlayan kiçik qardaşı görünür. EPİZODUN SONU *** BAŞQA BİR EPİZODUN TƏKRARI Çöllük bir düzənlikdə 4-5 yüklü dəvə,5-6 yüklü ulaq və 5-6 yüklü atdan

ibarət bir karvan irəliləyir və karvanı müşayiət edən, çiyinlərindən tüfəng, bellərindən xəncər asılmış 10-a yaxın atlı əfqan görünür. Onların uzun yolçuluqdan yorğun olduqları sezilir.

karvanı mühafizə edən silahlı əfqan atlılarından biri həyacanla qışqırır:-Quldurlar! ***Ekranda təpənin arxasından çıxan gənc Nadir (20-21 yaşlarında), yeniyetmə

İbrahim (14-15 yaşlarında) və 30-a yaxın atlı görünür. Onlar tüfəng və xəncərlərlə

312

Page 313: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

silahlanmışlar. Nadirin əlini yuxarı qaldırması ilə bütün dəstənin əfqanların başına güllələr yağdıra-yağdıra hücuma keçməsi bir olur.

***Bu kadrları növbə ilə Nadirin dəstəsinin yağdırdığı güllə səslərindən

hürküşən, bir-birinə iplə bağlı olduğu üçün qaça bilməyən, fəqət buxovdan azad olmaq üçün çərpınan dəvələr, buxovlardan azad olmağı bacaran və ora-bura qaçışan ulaq və atlar, güllə yarası alıb atdan yıxılan, atdan düşüb sığınacağa qaçarkən gülləyə tuş gələn və qayaların arxasında mövqe tutmağa fürsət tapıb atəşə atəşlə cavab verən əfaqnları əks etdirən kadrlar əvəz edir.

***Ümumi plan. Əfqanlar əlləri boyunlarının arxasında ortalarında Nadirin və

İbrahimin durduqları atlılara yaxınlaşırlar. Nadir soruşur:-Kimlərdənsiz?Əfqanlardan biri:-Əfqanıq. ***İri planda görüntüyə gələn Nadir:-Əfqan olduğunuzu görürəm, kor deyiləm. Kimin adamlarındansız? ***Ümumi plan.Birinci əfqan:-Hacı Zaman xan Əfqanın adamlarıyıq. Heratdan gəlib İsfahana gedirdik.Nadir:-Yükünüzdə ki, xaşxaşdır, eləmi?İkinci əfqan:-Hə... Sən də yəqin ki, qırxlar oymağından quldur Nadirqulu Əfşarsan.Bu sözlərdən əsəbiləşən yeniyetmə İbrahim atdan yerə atılıb "quldur sənin

atandır"-deyərək, əfqanlara hücuma keçmək istəyir. Fəqət Nadirin "dur!"-deyə əmr etməsi, İbrahimi ayaq saxlamağa məcbur edir.

***Birinci əfqan (iri plan):-Yoldaşlarına güvənib xoruzlanma. Siz türklərdə yaxşı bir atalar sözü var,

deyərlər, keçinin buynuzu qaşınanda çobanın çomağına sürtər. Uşaqsan, otur uşaq yerində.

Bu sözlərdən daha da özündən çıxan İbrahim üzünü qardaşına tutur:-Dadaş, icazə ver, bu köpək oğluna zorumu göstərim.Nadir gülümsəyir və birinci əfqana deyir:-Uşaq dediyin bu dəliqanlı ilə qurşaq tuta bilərsənmi?Birinci əfqan:-Canını da alaram.Nadir:-Onun kürəyini yerə vura bilsən, ikinizi də sərbəst buraxacağam. Atlarınızı,

xəncərlərinizi də özünüzə qaytaracağam. Razısanmı?Birinci əfqan:-Hə. ***

313

Page 314: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda Nadirin bir çevrə üzrə mövqe tutaraq, ortada geniş meydan yaradan atlı yoldaşları görünür. İkinci əfqan əlləri boynunun arxasında onların arsında durub. Birinci əfqanla yeniyetmə İbrahim bir-birilərinə yaxınlaşıb öncə sağ, sonrasa sol çiyinləri ilə itələşirlər. Daha sonra bir qədər aralanıb dövrə vurmağa və rəqibi yaxalaya bilmək üçün fürsət axtarmağa başlayırlar. Gözlənilmədən irəli şığıyan İbrahim rəqibinin ayaqlarına girir. Əfqan müvazinətini saxlaya bilməyib arxası üstə yıxılır. İbrahim ağlasığmaz bir cəldliklə onun üzərinə atılıb kürəyini bərk-bərk yerə sıxır.

Atlılar gülməyə başlayırlar. İbrahim rəqibini buraxıb ayağa qalxır. Əfqan da suyu süzülmüş və pərt halda ayağa qalxır.

EPİZODUN SONU ***Ümumi plan. Nadir və İbrahim eyvanda üz – üzə durmuşlar. Nadirin əli

qardaşının çiynindədir. Birdən o qardaşın özünə tərəf çəkib bərk – bərk qucaqlayır: İbrahim də eyni şeyi edir. Nadir:

-Aslanım mənim, qoçum mənim. ***Kür çayında üzən yaraşıqlı yelkənli qayıq. Arxa planda Tiflisin müslman

məhəllələri və məscid görünür. ***Yelkənli qayığn içi. Nadir və İbrahim qayığın içində üz-üzə oturmuşlar. Arxa

planda məscid görünür. İbrahim xan:-Şahin öldüyünü sən, mən, Rzaqulu, Məhəmməd xan və Murad bilir. Bunu

uzun müddət gizli saxlamaq mümkün olmayacaq. Xəbər yayılsa, səltənətin ağzını bir araya yığmaq çətin olacaq. Odur ki, bir tədbir görməliyik. Bu barədə Rzaqulu və Məhəmməd xanla söhbət edib ağızlarını yoxlamışam. Rzaqulu açıq deməsə də, hiss etdim ki, oğlunu şah kimi görmək istəyir...

***Ekranda iri planda görünən Nadirin halının dəyişdiyi, fəqət bunu hiss

etdirməməyə çalışdığı sezilir. İbrahim xan kadr arxasından aralıqsız davam edir:-...Məhəmməd xan fərqli fikirləşir... ***Ümumi plan. Nadirqulu xan qardaşını daha diqqətlə dinləməyə başlayır.

İbrahim davam edir:-...O deyir ki, Səfəvilərin birbaşa nəslindən kimsə qalmadığ üçün qədim el

adəti ilə qurultay çağrıb səni şah seçməliyik.Nadir:-O, gerçəkdənmi belə söylədi?İbrahim:-Bəli və məncə, tam səmimi idi.Qardaşlar susur. ***İri plan. Nadir dərin fikrə getmişdir. Kadr arxasından hindli zəvvarın səsi

eşidilir:

314

Page 315: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sən Tanrı tərəfindən seçilmişlərdənsən. Öncə xan, sonra şah olacaqsan, məmləkətini düşmənlərdən təmizləyəcəksən. Bizim də şahımız olacaqsan...

Kadr arxasından İbrahimin eşidilən səsi Nadiri fikrindən ayırır:-Mən də bu fikirdəyəm. Düşünürəm ki, Rzaqulu xan və Murad da bizimlədir... ***Yelkənli qayığn içi. Nadir və İbrahim qayığın içində üz-üzə oturmuşlar. Arxa

planda məscid görünür. İbrahim xan davam edir:-...Hə, dadaş, nə deyirsən?Nadir ayağa qalxır və var gəl etməyə başlayır. İbrahim də ayağa qalxır, fəqət

yerində durur.Nadir ona yaxınlaşır:-Bizim Əfşar elimiz son illər çox güclnib və sözümüzün qarşısında kiminsə

söz deməyə cəsarət edəcəyini sanmıram. Bizimlə yalnız Qacarlar rəqabət apara bilər. Amma madam ki, Mhəmməd xan Qacar bizimlədir, deməli msəsəl bitmişdir.

***Nadirin mülükünün içi. Nadirqulu xan, İbrahim xan, Məhəmməd xan Qacar,

Rzaqulu xan və Murad xan xalça üzərinə döşənmiş döşəklərin üzərində dairəvi şəkildə oturmuşlar. Ortada sulu qəlyan var. Məhəmməd xan qəlyan çəkə - çəkə danışır digərləri dinləyir:

-Məncə vaxt itirmək olmaz. Elə günü sabah bütün xanlara məktub göndərib qurultaya dəvət etməliyik. Qurultayı Novruz bayramına qədər keçirmək lazımdır. İndi əsas məsələ yerini müəyyənləşdirməkdir.

Nadir:-Yerini düşünmüşəm. Qurultayı Muğanda, Kürlə Arazın qovuşduğu yerdə

keçirərik. Orada böyük bir çadır şəhəri qurarıq. Novruz günü də qurultay olar.Məhəmməd xan:-Olar.İbrahim xan:-Deməli, danışdıq.Xanların hamısı bir ağzdan “danışdıq” – deyirlər.Məhəmməd xan üzünü Murada tutur:-Muradım, bəlkə bu münasibətlə sazı götürüb bizi feyziyab edəsən.Murad bir söz deməyib ayağa qalxır və kadrdan çıxır. Nadir onun ardınca

zarafatla:-İndi Murad deyəcək ki, xan da oldum, məndən əl çəkmədilər.Kadr arxasından saz sədaları yüksəlir. ***Ekranda orta planda tək görünən Murad xan sazı sinəsinə basıb çalır və

oxuyur:-Ay ariflər, bu dünyanın üzündə Təzəcə açılan güllər sevinsin!Başı ağ lələkli, gülgəz yanaqlı, Telləri dağıdan yellər sevinsin!... ***

315

Page 316: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kür və Arazın qovuşduğu məkamın quş uçuşundan görüntüsü. Kürün şimal sahilində onlarla irili – xırdalı çadırlar diqqəti çəkir. Kadr arxasından Muradın səsi eşidilməkdə davam edir:

-Gəlsin bahar fəsli, açılsın yazlar, Göllərə tökülsün ağ quba qazlar, Bəynişan oğlanlar, şahzadə qızlar,Onlarla danışan dillər sevinsin! ***Hər iki tərəfində çox sayda qızılbaş əsgərinin qurmaqda olduğu onlarla çadırla

əhatələnmiş torpaq yolo. Yolla Murad xan və Toğrul at belində irəliləyirlr. Murad Toğrula:

-Deməli, deyirsən ki, bütün bunlar barədə hindli zəvvalar nadirqulu xana və sənin atana çox – çox illər əvvəl öncədən xəbər veriblərmiş. Doğrudan da Allahın qüdrəti qarşısında hər şey acizdir və Onun “ol!” dediyi şey mütləq olur. Qədər və qəzaya inanmaya lənət.

Toğrul:-Bəli.İnanmayana lənət. Atam tam əmin idi ki, mən Nadirqulu xanın yanında

qulluq sahibi olacağam və oldum da. O, əvvəllr buna inamamışdı, amma Nadirqulu xanın xan olmasından sonra inanmağa başlayıb. Bax, zəvvarlar demişdilər ki, xan olacaq, oldu. Məmləkəti azad edəcək, etdi. Mni qulluğa alacaq, aldı. Qalıb bircə şah olmağı, inşallah, bu gün – sabah şah da olacaq.

Murad:-Nə isə, mən dincəlmək istəyirəm, sənsə xan çadırlarının qurulduğu yerə get,

onların qurulmasına şəxsən özün nəzarət et, bir əyər - əskik olarsa, dərhal söylə.Toğrul “baş üstə” deyir. Atlılar bir birindən ayrılırlar. ***Muradın çadırının önü. Murad xan atla çadıra yaxınlaşır. Bir əsgər kadra daxil

olaraq onun atının ipini tutur. Murad cəld atdan enib çadıra daxil olur. *** Çadırın içi. Qələmnaz bir küncdə oturub kitab oxuyur. Muradn içəri girdiyini

görüb kitabı bir knara qoyur və ayağa qalxır. Murad ona yaxınlaşır:-Nə oxuyurdun?Qələmnaz: -Nizaminin “İskəndərnamə”sini. Acsanmı?Murad:-Hə, acam. Amma bu sevgi aclığı deyil, məhəbbət aclığdır.Gənc xan bu sözü deyib arvadının belindən tutub özünə tərəf dartır və

ehtirasla onun boynundan, çənəsinin altından, yanağından və dodaqlarından öpür. Sağ əli ilə onun yaxasını açmağa və sinəsini öpüşə tutmağa başlayır.

Qələmnaz gülümsəyərək və onu özündən yüngülcə itələyərək:-Dur bir az, yaxamı cırarsan.Murad bir qədər kənara çəkilir. Qələmnaz küncdə qalaqlanmış yorğan –

döşəyin içindən bir döşək götürüb yerə sərir. Üstünə ağ çəkib yastıq qoyur. Murad isə bu arada papağını və əbasını çıxarıb bir kənara atır. Xəncərini açır və qurşağını

316

Page 317: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

açmağa başlayır. Qələmnaz işini bitirib yaxasının düymələrini bir - bir açır. Murad ona yaxınlaşır:

-Əl saxla, səni öz əllərimlə soyundurmaq istəyirəm. ***Çadr quran qızılbaş sgərləri. Toğrul başlarının üstündə durub deyir:-Dirəkləri yerə dərin basdırın, ipləri də möhkəm bağlayın. Deyilənə görə,

buralarda bərk küləklər olur.Əsgərlrdən biri:-Vallah, bir həftədir buradayıq, külək – zad görmədik. Bakı olsaydı, bu başqa

məsələ, oradakı küləkləri Allah heç kəsə göstərməsin. ***Əsgərlər orta planda görüntülənir. Başqa bir əsgər deyir:-Bu bakılıları heç cür başa düşə bilmirəm, yaşamağa yer tapıblar da. Bakıdan

bir qədər aralı Güzdək və Qobu kəndləri var, qonşu kəndlərdir. Susaz, ilan mələyən bir yerdir. Oraları görsəydin, Bakının özünə şükür deyərdin.

Birinci əsgər şadırın ipini dirəyə bağlaya –bağlaya:-Deməli, Bakıda olmusan? Yerə çəkiçlə dəmir dirək vurmaqda olan ikinci əsgər:-Olmuşam.Birinci əsgər:-Qız alasına qalxmısanmı7İkinci əsgər: -Bakıda olasan, qız qalasına qalxmayasan? ***Ekranda atların bağlanması üçün taxtadan xüsusi yer düzəldən iki dülgər

görünür. Onlar taxtalara mıx vururlar və söhbət edirlər. Birinci dülgər:-Bu, nə isə, çox zırıltı bir qurultay olacaq. Nəyi müzakirə edəcəklər, görəsən.

Nə Murad xan bir söz deyir, nə Toğrul. Hər ikisi sirr saxlayır.Ikinci dülgər:-Qədimdə bəylər qurultaylarda elin xanını, xanlar isə xaqanı seçərdilər. Sabah

burada xanlar toplaşır. Bunlar nə seçəcəklər, başa düşə bilmirəm ki, bilmirəm.Birinci dülgər: -Bəlkə Abbas şahın yerinə başq bir yeni şah seçmək istəyirlər.İkinci dülgər:-Yavaş danış, eşidərlər. Başımıza iş açarsan. Bizim nəyimizə lazım? ağalar nə

düşünür, nə edir. Bizə lazım olan - işimizi görək, pulumuzu alaq, sağ – salamat qayıdaq arvad – uşağımızın yanına.

***Hazır çadırların qaşısında durmuş iki at arabası. Onlardan biri ağzınacan

yorğan, döşək və balışla, digəri isə xalça – palazla dopdoludur. Arabaçılar yerlərində oturublar. Əsgərlər arabalara yaxınlaşıb, yorğan, döşək, balı, xalça və palaz götürüb çadıra girirlər. Arabaçılar digər çadırları da təmin etmək üçün atlarını hərəkətə gətirib irəliləyirlər. Yolda qarşı tərəfdədən gələn iki boş arabanın yanından ötüb növbəti çadırın yanında dururlar. Çadırn yannda onları gözləyən

317

Page 318: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

digər iki əsgər balış, döşək, yorğan, xalça, palaz götürüb içəri girirlər. Arabaçılar yenə atları hərəkətə gətirirlər və kadrdan çıxırlar.

***Çadırın içi. əsgərlər cadrın içinə xalça və palazı döşəyirlər. Sonra yorğan

döşəyi səliqə ilə büküb bir küncə qoyurlar. Kadr arxasından araba və at səsləri gəlir. Əsgərlər cəld çölə çıxırlar.

***Çadırın çölü. Çadırn önündə içi üst –üstə qalanmış səndəllərlə dolu bir araba

durub. Əsgərlərdən biri biri iki səndəl götürüb o birisinə ötürür. O biri əsgər onları götürüb çadıra girir. Çöldə qalan əsgər arabaçıdan soruşur:

-Hələ çox şey var?Arabaçı:-Xırda – mırda şeylər qalıb, şam, kibrit, qab – qacaq və deyəsən, bir də

masalar.Əsgər vəssəlanm?Arabaçı “vəssəlam” – deyib arabanı hərəkətə gətirir və kadrı tərk edir. İkinci

əsgər çadırdan çıxır:-Görəsən, daha nə var?Birinci əsgər:-masa və xırda – mırda şeylər. Odur eee...Masalar gəlir.Əsgərlər yan tərəfə baxırlar. ***Əsgərlərin baxdıqları tərəf. Çoxsaylı çadırların arxasndan çıxan içi masalar

yüklənmiş iki araba iki müxtəlif çadırın yanında dururlar. Çadırların qarşısında onları gözləyən əsgərlər masaları boşaldırlar.

***Başq bir çadırın önü. Əlində kağız, qələm və mürəkkəbqabı tutmuş bir bəy

çadırın içinə boylanır:-Sizdə bir əyər – əksik yoxdur ki?İçəridən səs gəlir:-Yox, bəy, hər şey tamamdır. O zaman gəlin, imza atın.Bəy başını çadırdan çıxarır. Çadırdan çıxan bir əsgər bəyə yaxınlaşıb qələmi

ondan alıb mürəkkəbə batırır. Bəy ona kağızı uzadır və əsgər kağıza imza atır. Bəy:-Adını və atanın adını da yaz.Əsgər yazr. ***Muradın çadırının içi. Qələmnaz yorğan - döşəyi səliqə ilə büküb bir kənara

qoyur. Murad isə qurşağın belinə bağlamaqla məşğuldur. O deyir:-Axşam, inşallah, Rzaqulu xanla tiflisli Mirzə Əli xan əhli - əyalları ilə

gəlirlər. Odur ki, bundan sonra darıxmazsan. Sabahdan isə digər xanlar da xanımları ilə birlikdə gələcəklər. Biri gün isə hər ks burada olacaq. Bayramı xan arvadları ilə birlikdə keçirəcəksən. Axı, sən də artıq xan arvadısan.

Murad qurşağını bağlayıb xəncərini bağlayır və əbasını çiyninə atır. Qələmnaz onun papağını gətirir:

318

Page 319: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Ölmədik, sənin xan olan gününü də gördük. (Gülür) Xana bax, ağlın getsin. Bəs, yemk yeməyəcəksən?

Murad papağı arvadından alıb başına taxır və deyir:-Yox, sən acsansa, mənsiz ye.O dönüb getmək istərkən Qələmnaz onu saxlayır:-Murad.Murad xan ayaq saxlayır. Qələmnaz:-Nə olar, söylə görüm, bu, nə qurultaydır. Vallah – billah kimsəyə

söyləmərəm.-İki gün də döz. Sabah yox, biri gün hər şeyi biləcəksən.Qələmnaz onun əbasından tutur:-Qurbanın olum, Murad, əgər məni yenə də əvvəlki kimi sevirsənsə, söylə.

İndi bilmək istəyirəm. And olsun Allaha heç kəsə demərəm.Murad diqqətlə qadını süzür, bir qədər susduqdan sonra deyir:-Səni əvvəlkindən də çox sevirəm. Qulaq as. Amma inanmıram ki, eşidəcəyin

acı xəbərə tab gətirə biləsən.Qələmnaz həyacanlanır:-Nə acı xəbər? Ürəyimi üzmə, tez ol, söylə. ***İri planda görünən Murad xan gözlərini yerə dikir və kədərli səslə deyir:-Abbas şah rəhmətə gedib. ***Ümumi plan. Qələmnaz ildırım vurmuş kimi Muraddan aralanır, iki addım

geri atır:-Nə?! Necə yəni rəhmətə gedib?! Nə zaman?! Bu, necə olub?!Murad:-Özün bilirsən ki, xəstə idi və sağalmağa ümidi yox idi. Artıq bir neçə aydır

ki, rəhmətə gedib. ***İri planda görüntüyə gələn və gözləri dolan Qələmnaz:-Bir neçə ay?! Bəs, niyə bu vaxta qədər bu barədə mənə heç kim bir söz

deməyib?! Sən isə bilirdin və susurdun. ***İri planda qadını əri əvəz edir:-Belə məsləhət idi: Kadr arxasından hıçqırıq və ağlama səsi gəlir.

Ümumi plan. Qələmnaz üzünü əlləri ilə örtüb ağlayır. Murad davam edir: -...Bu barədə barmaqla sayılacaq qədər az adam bilir. Artıq bütün xanlara

məlumat göndərilib. Biri gün hamı bura toplaşıb yeni şah seçəcəklər.Murad bu sözləri deyib çadırdan çıxır. ***Muradın çadırının önü. Gənc xan çadırdan çıxır. Kadra daxil olan əsgər onun

atını gətirir. Murad “lazım deyil, piyada gedəcəyəm” – deyib dönür və kadrdan çıxır.

319

Page 320: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

*** Kür qırağı ilə irəliləyən yüzə yaxın silahlı atlı. Atlıların içində, ön sralarda iki

üstü kəcavələ dəvənin yanaşı getdiyi diqqəti çəkir. Atlıların önündə at belində oturmuş Rzaqulu xan və tiflisli Mirzə Əli xan gəlirlər. Kadra əks tərəfdən ona qədər başqa atlı daxil olur. Onların önündə Murad xan görünür. Toğrul da onların içindədir. Atlılar bir – birinə yaxınlaşıb dururlar.

***At belində üz – üzə durmuş Murad xan və Rzaqulu xanla Mirzə Əli xanın

yaxından görüntüsü. Murad:-Əssəlamu əleykum. Xoş gəlmisiniz.Rzaqulu və Mirzə Əli xanlar təqribən eyni vaxtda cavab verirlər:-Və əlrykssəlam. Xoş gününüz olsun. Murad “buyurun” – deyib atının başını çevirir, digər xanlarla yanaşı yer alır.

Atlılar hərəkətə gəlirlər.Muradla gələn atlılar da dönüb ümumi axara qoşulurlar. ***At belində yanaşı gedən Murad xan, Rzaqulu xan və Mirzə Əli xan öndən

görünürlər. Arxa planda digər atlılar və kəcavəli dəvələr də kadra düşüb. Rzaqulu soruşur:

-Hər şeyi hazırlaya bilmisinizmi?Murad:Hər şey qaydasındadır. Səfər qazanlarımızda bir qədər əskiyimiz var, onları da

səhər Lənkəran xanı özü ilə gətirəcək.Rzaqulu:-Başqa?Murad:-Başqa sağlığınız, Allaha şükür, hər şey yerli – yerindədir. Bir azdan özünüz

də görəcəksiniz. Siz nə etdiniz?Rzaqulu xan:-Bizdə də, şükr, işlər qaydasındadır. Demək olar ki, bütün xanlardan müsbət

cavab almışıq, sabah hamısı bir nəfər kimi burada olacaqlar. Ziyadoğulları və Cavanşir ellərinin xanlarından başqa. Onlar etiraz etdilər və qurultayda iştirak etməyəcəklərini bildirdilər. Şəki və Car – Balakəndən ümumiyyətlə cavab gəlmədi. Amma hamısı bir yolla eşitdirdilər ki, onlar Səfəvi soyundan olmayan bir kimsənin şah olmasına razı deyillər.

Murad:-Sanki, Səfəvilərə tabe olurdular. Məgər bilmirlərmi ki, bu soydan, bir nəfər

də olsun, başı papaqlı qalmayıb? Bunlar bəhanədən başqa bir şey deyil. Nadirqulu xan nə deyir? Ziyadoğullarından nə əcəb, məgər onlar Qacarlardan deyillər?

Rzaqulu xan:-Atam hesab edir ki, onlar Osmanlıya güvənirlər. Anlamırlar ki,

Azərbaycanda Osmanlı məsələsi artq bitmişdir. İnşallah, sabah səhər o da Məhəmməd xanla Salyandan bura gələcəklər. Özün soruşarsan, deyər. Ziyadoğullarına gəlincə, onlar Məhəmməd xanı xəyanətdə və Əfşarlarla işbirliyində günahlandırır-lar. Sanki, Əfşarlar başqa millətdir, Qacarlar başqa.

320

Page 321: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Sözün bu yerində söhbətə Mirzə Əli bəy qoşulur:-Deyilənə görə, Qazi – Qumuqlu Surxay bir nəfər fırıldaqçının Səfəvi

şahzadələrindən Sam Mirzə olduğunu iddia edir və ondan istifadə edərək Şirvanda altdan - altdan üsyan hazırlayır.

Murad:-O alçaq əlimizə keçmədi ki, hər tikəsini qulağı boyda edək. ***Muradın çadırının içi. Qələmnaz dizlərini büküb oturub, başını da kədərli –

kədərli dizlərinin üstünə qoyub. Axşam olduğu üçün çadırın içində çıraqlar yanır. Kadr arxasından Rizə Bəyimin eşidilən səsi onu özünə gəlməyə məcbur edir:

-Bıy, başıma xeyir, sən niyə burada tək, kədərli – kədərli oturmusan?Qələmnaz cəld ayağa qalxır. ***Çadırın qapısından içəri girən və gülümsəyən Rizə bəyimlə Tiflis xanının

zövcəsi Aliyə Xatun görüntülənirlər. Aliyə Xatun:-Əssəlamu əleykum. ***Ümumi plan. Qləmnaz tələsik qadınlara trəf yaxınlaşır:-Və əleykssəlam. Xoş gəlmisiniz, həmişə siz gələsiniz.Qəlmnaz növbə ilə qadınlarla qucaqlaşıb öpüşür və deyir:-Buyurun, buyurun, bir daha xoş gəlmisiniz. Qadınlar Qələmnazın göstərdiyi yerdə əyləşirlər. Rizə Bəyim:-Üzümüzə gələn bayramında mübark!Aliyə xatun da Rizə Bəyimə qoşulur:-Bayramınız mübarək! Qələmnaz:-Sizin də bayramınız mübarək. ***Iri planda görüntüyə gələn Rizə Bəyim:-De, görüm, biz gələrkən, niyə səni bu qədər kədərli gördük. Ərin xan olub,

sənsə sevinmək əvəzinə kədərlənirsən. (Gülümsəyərək, zarafatla) Xeyirdir, yoxsa Murad xanla savaşmsınız, hə?

***Ümumi plan. Qələmnaz:-Bu gün Murad mənə Abbas şahın vəfat etdiyini söyldi. Allah rəhmət etsin.

İndiyə qədər xəbərim yox idi. Siz də bir söz deməmisiniz. Ona görə pərişan olmuşduum.

Bu sözlərdən eyni dərəcədə pərişan olan Rizə Bəyim:-Allahn yazısına pozu yoxdur. Necə deyərlər, biz Ondan gəlmişik, Ona da

dönəcəyik. Olacağa çarə yoxdur. Onun vəfatını nadirqulu xanın tələbi üzrə gizli saxlamağa məcbur olduq. Yoxsa, mütləq sənə xəbər edəcəkdik.

Qələmnaz gözlərini yaylığına silərək üzünü Aliyə Xatuna tərəf tutur:-Bağışlayın siz Allah, hisslərə qapılıb sizi narahat etdik. ***İri planda görünn Aliyə Xatun:

321

Page 322: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Əstəfrullah, o nə sözdür deyirsiniz. Allah min rəhmət etsin. Mən də indi bildim. Deməli, bu qurultay məsələsi də bununla bağlıymış. Mən isə içimi yeyirdim, heç cür anlaya bilmirdim ki, bu qurultay məsələsi nə məsələdir. Neçə dəfə Mirzə Əli xandan soruşdumsa da bir söz demədi ki. Demdi.

***Aliyə Xatunu iri planda Qələmnaz əvəz edir:-Mənə də Murad xan hər şeyi bu gün açıb dedi. Bundan əvvəlki günlər ağzına,

sanki, qıfıl vurmuşdular. ***Kür qırağı.Gecədir. Ayın əksi çayn suyuna düşüb. Nmurad xan, Rzaqulu xan

və Mirzə Əli xan ovaq başnda səndəllərdə qarş – qarşıya oturub söhbət edirləe. Arxa planda Kür çayı və qarşı sahildəki müşəlik görünür. Rzaqulu xan:

-Oğuz xann və Çimgiz xanın qurultayından bu yana dünyada bu böyüklükdə qurultay olmayıb. Deyilənə görə Çingizin qurultaynda on mindən artıq adam iştirak edibmiş.

Murad xan:-Bizdə də əsgərlərlə birlikdə təqribən elə bir o qədər adam olacaq. Yəni

saldığımız çadır şəhərciyi 10 min adam üçün nəzərdə tutulub. Lazım gəlsə, 12 min nəfər də yerləşdirə bilərik.

Mirzə Əli xan:Deyilənə görə, islamı qəbul etməmişdən sonra türklər xanlarını və xaqanların

bu yolla seçərmişlər. Yəni onlarda irsi hakimiyyət məsələsi qüvvədə olmayıb. Rzaqulu xan:- Əslində İslama görə də xəlifəni şura seçməlidir. Bu barədə “Əş – Şura”

surəsində ayə də var. Ilk dörd xəlifə də seçki yolu ilə hakimiyyət başına gəlmişdilər.

Murad xan:-Məncə, düz olan da budur. Xalq özü öz başçısını seçməlidir.Birdən Mirzə Əi xan çayın o biri sahilinə işarə edərək deyir:-Ora baxın. Onlar kimdir?Murad və Rzaqulu Tiflis xanının işarə etdiyi tərəfə baxırlar. ***Çayın o biri sahili. Sahil boyu irəliləyən yüzə yaxın atlının və içi yüklü at

arabasının ay işığında silueti diqqəti çəkir. Kadr arxasından Muradın səsi eşidilir:-Məncə, bu Lənkəran xanıdır. ***Ekranda ayaq üstə durub çayın o biri tərəfinə baxan xanlar canlanır. Rzaqulu

xan soruşur:-Nədən bildin?Murad:-O, özü ilə səfər qazanları gətirməli idi. Arabalara diqqətlə baxın, onlardakı

qazanlara oxşayır. Amma o, səhər gəlməli idi.Mirzə Əli xan:-Hə, hə, qazandır. ***

322

Page 323: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Çayın o biri sahili ilə irəliləyən atlılar dururlar. Uzaqdan, yəni atllar olan tərəfdən səs gəlir:

-Ehehey, çayı o biri tərəfə necə keçək? *** Ekranda ayaq üstə durub çayın o biri tərəfinə baxan xanlar canlanır. Murad

qışqıraraq soruşur:-Siz kimsiniz?Qarşı tərəfdən səs gəlir:-Lənkərandan qurultayda iştirak etmək üçün gəlirirk.Xanları gülmək tutur. Murad özünü bir təhər ələ alıb qışqırır:-Bəs, xanınz haradadır?Qarşı tərəfdən səs:-Buradadır.Xanlar özlərini qəşş etməkdən güclə saxlayırlar. Murad qışqrır:-Xoş gəlmisiniz, səfa gətirmisiniz. İrəli gedin İki ağaclıqda bir kənd

görəcəksiniz. Kəndin qurtaracağınada körpü var.Qarşı tərəfdən səs:-Çox sağ olun, Allah razı olsun.Xanlar bərkdən gülməmək üçün əlləri ilə ağızlarına basırlar. Murad:-Bunlar indi niyə gəlirlər? Nə isə, gedək xanı qarşılayaq, qarşılamasaq ayıb

olar. Bu sözdən sonra xanlar özlərini saxlaya bilməyib şaqqanaq çəkirlər. Rzaqulu özünü saxlaya bilməyib səndələ oturur.

***Səhərdir. Kür çayında yelkənlı bir qayıq üzür. ***Yelkənli qayığın içi. Qələmnaz, Rizə Bəyim, Aliyə Xatun və Lənkəran

xanının zövcəsi. Masa arxasında səndəllərdə oturublar. Onlarn qarşısında içi şəkərbura, paxlaba, qoğal və digər şiriniyyatla dolu böyük bir məcməyi var. Rizə Bəyim danışır digərləri qulaq asıır:

-Aləmşah bəyimdən də öncə bu yerlərdə qadınlar siyasətlə məşğul olublar. Nizaminin Bərdə, daha doğrusu Aran hökmdarı Nüşabə haqqında yazdıqlarını ki, oxumamış deyilsiniz. Ondan da öncə, - yunanların qədim tarix kitablarından oxumuşam, - Arazın bu tayında daha bir şah qadın olub, farsların şahının başın kəsib içi qanla dolu tuluğa salıb.

Aliyə Xatun:-Hə, mən də oxumuşam. Adı da, səhv etmirəmsə, Dəmir Xatun olub. Bəs,

Turunc məlaikəsi barədə bir şey eşitmisinizmi? O da türk, oğuz qızı olub. Lənkəran xann zövcəsi:-Onun barədə bütün qədim kitablarda qeydlər var.Rizə Bəyim:-Düzdür.Qələmnaz:-İndi sözünüz nədir, deyirsiniz, qurultayda biz də öz namizədliyimizi irəli

sürək.

323

Page 324: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bu söz qadınların hamısının birlikdə gülüşməsinə səbəb olur. Gülüşə Rizə Bəyim son verir. O, sahilə baxaraq deyir:

-Budur, daha bir dəstə gəlir.Qadınlar üzlərini o, baxan tərəfə çevirirlər. ***Qadınların baxdığı tərəf. Sahil boyu yüzə yaxın atlı və dörd kəcavıli dəvə

gəlir. İyirmiyə yaxın atlı onları qaşılayır. Kadr arxasından Qələmnazın səsi eşidilir. -Bir saatın içində artıq, səhv etmirəmdə 12 ci dəstədir gəlir. ***Qayığın kənardan görüntüsü. Xan arvadlar qayıqdam kamera tərəfə baxırlar.

Rizə Bəyim:-Ora baxın, kəcavələrin sayı dörddür. Bu xan kimdirsə, övrətlərinin dördünü

də birdən gətirib.Qadınlar gülüşürlər. Aliyə Xatun:-Bax, buna deyərəm əsil kişi, övrətləri arasında heç bir fərq qoymadan

hamısını özü ilə götürüb. Biz isə son günə qədər xanın hansımız özü ilə götürəcəyini bilmirdik. Bir – birimizlə mübahisə edirdik xan axırda məni seçdi.

Lənkəran xanınn övrəti:-Başa düşmədim, o yatanda dördü ilə də birdən yatır?Qadınlar yenidən gülüşürlər.Qələmnaz:-Baxın, daha bir xan gəlir.Qadınlar üzlərini o baxan tərəf çevirirlər: *** Qadınlar baxan tərəf. Sahildə daha bir atlı dəstə görünür. bu dəstədə dəvə

gözə dəymir. Əvəzində isə dəstənin ön sıralarında fayton gedir. Kadr arxasından Rizə Bəyimin səsi eşidilir:

-Bu, yüzdə yüz İbrahim xandır. ***Qayığın kənardan görüntüsü. Xan arvadlar qayıqdam kamera tərəfə baxırlar.

Qələmnaz:-Nədən bilirsiniz?Rizə Bəyim:-Bunu bilməyə nə var ki, xanlar içində yalnız İbrahim xan Təbriz tacirləri

kimi arabada gəzməyi sevir.Aliyə xatun:-Kəcavəli dəvə yoxdur. Deyəsən övrətini özü ilə gətirməyib.Rizə Bəyim:-Ola bilməz. Yəqin xanımı da onunla birlikdə arabanın içindədir. ***İbrahim xanın arvadı ilə birlikdə içində olduğu faytonun öndən və yaxından

görüntüsü. Arabanın hərəkəti ilə əlaqədar gah xan, gah da arvad faytoncunun arxasında qaldığından görünməz olur.

***

324

Page 325: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qayığın kənardan görüntüsü. Xan arvadlar qayıqdam kamera tərəfə baxırlar. Qələmnaz:

-Bəs, Nadirqulu xan harda qaldı, gəlib çıxmadı.Rizə Bəyim:-Harada olsa, gələr. O, Məhəmməd xanla birlikdə yaxından, salyandan

gələcək.Lənkəran xanınn zövcəsi:-Onu elə görmək istəyirəm. Lənkəranda onu hamı urusları ölkədən qovduğu

üçün çox sevirlər.Aliyə Xatun:-Bax ha, ərin eşidər, qısqanar. Qadınlar gülüşürlər.Qləmnaz:-Gecə gördünüzmü, çaya nə qər çox balıqçı qayığ çıxmışdı. Sayları göydəki

ulduzlar qədərdir.Rizə Bəyim:-Hə, çox idilər. Nadirqulu xan bu gün hər kəsə balıq qonaqlığı verəcək.Aliyə Xatun:-Balıq qonaqlığı? Bəs, bu qədər quyun – quzunu nə edirdilər? Hər tərəfdə

çobanlar bura qoyun sürüləri qururlar. ***Çadırların yanında ocaq başında dövrə vurub oturmuş yüzə yaxın əsgər saz

çalıb oxuyan aşığı dinləyirlər. Aşıq oxuyur:-Qaşı qəmər, gümüş kəmər,Qurşayıb belə yaraşır.Üzündə xal, dodağ bal,Xam şəkər dilə yaraşır... ***Ekranda aşığı dinləyən əsgərlər öndən və yaxından ekrana gəlirlər. Kadr

arxasından aşığın səsi gəlməkdə davam edir:-...Bir bəri bax, bəyaz bulaq,Darçına, hilə yaraşır...Elə bu an əsgərlərin diqqətini nə isə çəkir və onların üzündə təəccüb və maraq

hissi yaranır və onlar başqa bir tərəfə baxmağa başlayırlar. ***Əsgərlərin baxdığı tərəf. Qarşı tərəfdə oturub aşığı dinləyən əsgərlərin arxa

tərəfindən boynunda xaç açılmış keşiş və fərqli geyimli dörd nəfər keçir. Əsgərlər də digər əsgərlərin təəccübünü hiss edib geri dönür və keşişə baxırlar. Aşıq isə kadr arxasında oxumaqda davam edir:

-...Dərin kamal, güllü dəsmal,Al gözəl ələ yaraşır...Əsgərlər gözlərini keşişdən çəkib yenidən önə baxırlar. Aşığın səsi davam

edir:-...Ay qabağa, gül yanağa,Yanağı gülə yaraşır... ***

325

Page 326: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda ön planda aşıq, arxa planda isə onu dinləyən əsgərlər görünür. Aşıq davam edir:

-...Gözəl ala, başa bəla,Çəkilib qara qaşları...Bu an kadr arxasından kim isə qışqırır:-Nadirqulu xan Əfşar gəldi!Bu hal aşığın oxumağa ara verməsinə, əsgərlərin isə cəld ayağa qalxmasına

səbəb olur. Və hər tərəfdən “Nadir! Nadir! Nadir!...” sədaları ucalır. ***Ekranda çox sayda əsgərin əhatəsində piyada irəliləyən Nadirqulu xan,

Məhəmməd xan, İbrahim xan, Rzaqulu xan, Murad xan və başqa xanlar görünürlər. Hər tərəfdən Nadirin üzərinə gül – çiçək yağdırılır və qulaq batıran səslər eşidilir:

-Nadir! Nadir! Nadir!... ***Dörd tərəfdən əsgərlərlə əhatə edilmiş, üzərində Səfəvi bayraq dalğalanan çox

böyük və çox yaraşıqlı bir çadır. Bu mənzərənin fonunda yazılır: “MUĞAN, KÜR – ARAZ SUQOVUŞANI. 1736 – CI İL, 21 MART”

***Çadırın içi. Hər tərəfi xalça palazla bəzədilmiş çadırın ortasında hər tərəfində

səndəllərdə oturmuş 35-40 (üst – üstə 70 – 80 ) xanın oturduğu uzub bir masa qurulub. Xanların arxa tərəfində düzülmüş səndəllərdə bir qədər bəy oturub. Arxada oturanlar içərisində boynundan xaç asılmış keşişin olması da diqqəti çəkir. Nadirqulu xan və Məhəmməd xan arxa planda, masanın tam başnda əyləşmişlr. Masanın üstündə içərisi müxtəlif bayram şiriniyyatı ilə dolu böyük sinilər qoyulub. Sinilərin aralarında ətrafında bardaqlar olan içi şərbət doli dolçalar düzülüb. Məhəmməd xan danışır, digərləri diqqətlə onu dinlyir:

-Həzarat, haqlı olaraq soruşa bilərsiniz ki, nədən bu qədər vaxt ərzində Abbas şahın vəfatı hər kəsdən gizli saxlanmışdır. Əminəm ki, çoxunuz bu sualın cavabını çox yaxşı bilirsiniz. Bilməyənlər üçün deyirəm...

***Nadir və Məhəmməd xan yaxından görüntülənirlər. Məhəmməd xan davam

edir: -...Uruslar və rumlularla gərgin döyüş və danışıqlarn davam etdiyi bir dövrdə

bu xəbərin yayılması mövqelərimizi zəiflədə və qələbəmizi çətinləşdirə bilərdi. Hadisələrin gedişi haqlı olduğumuzu göstərdi. Həm urusları, həm də rumluları bizə sərf edən şərtlərlə qalıcı sülhə məcbur edə bildik...

***Kameranın obyektivi növbə ilə Məhəmməd xanı diqqətlə dinləyən xanların

bəzilərinin simalarını əks etdirir. Məhəmməd xann səsi kadr arxasından eşidilir: -...Təbii ki, düşmənlər şahın həyatda olmadığını və Nadirqulu xanın bir

qəyyum kimi müqavilələrə imza atnaq səlahiyyətini itirdiyini bilmiş olsaydılar, bunu bəhanə edər və müqavilə imzalamaqdan çəkinərdilər...

Szün bu yerind görüntüyə gələn xanlar söylənilənlərlə razılaşdıqlarını başları ilə təsdiq edirlər. Kadr arxasındakı səs davam edir:

326

Page 327: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu gün bura yığışmağımızın səbəbi hər birinizə göndərdiyimiz məktublarda bildirildiyindən və səbəbin hər kəsə məlum olduğunu bildiyimizdən onu təkrar etməyə ehtiyac duymuram. Göndərdiyimiz məktublarda hansı məntiqdən çıxış etməyimizi də ətraflı yazmışdıq və bu məntiq sizə inandırıcı görünməsəydi, şübhəiz ki, zəhmət çəkib bura gəlməzdiniz, necə ki, Ziyadoğulları və Cavanşir ellərinin nümayəndələri gəlməyi lazım bilməmişlər....

***Məhəmməd xan iri planda görünür və aralıqsız davam edir:-...Səsimizə hay verdiyinizə və çəkdiyiniz zəhmətə görə hər birinizə həm öz

adımdan, həm də Nadirqulu xanın adından təşkkür edirəm...Ekranda iri planda Məhəmməd xanı Nadirqulu xan əvəz edir. Məhəmməd xan

kadr arxasından davam edir:-...Allah hər birinizdən razı olsun.... ***Ekranda Kür çayında üzən böyük yelkənli gəmi görünür. Kadr arxasındakı səs

kəsilmir:-... Yəqin ki, bura gəlməmişdən öncə msələ ətrafında dərindən düşünmüsünüz

və dəqiq bir qərarla gəlmisiniz. Biz də, beş xan olaraq, birlikdə düşünüb – daşınmışıq və ortaq qərara gəlmişik...

***Ekranda gəminin içi canlanır. Gəmi ilə gəzintiyə çıxan xan arvadları iki – iki,

üç – üç, dörd – dörd, beş – beş, qruplar halında gəminin hər tərəfinə səpələnmişlər və bir – biri ilə söhbətləşirlər. Kamera onları ümumi planda növbə ilə əks etdirir və bir küncə çəkilib bir – birinə çox yaxın msafədə durub gizli – gizli nəyi isə müzakirə edən Rizə Bəyimlə Fatimə Soltan Bəyimin üzərində durur. Kadr arxası səs:

-...Beş xan dedikdə kimi nəzərdə tutduğumu bilmək istəyirsinizsə, söyləyim. Mən – Məhəmməd xan Qacar, Nadirqulu xan Əfşar, İbrahim xan Əfşar, Rzaqulu xan Əfşar və Murad xan Qacar.

Kadr arxası səs kəsilir v kamera yavaş – yavaş Rizə Bəyimlə Fatimə Soltan Bəyimə yaxınlaşır. Rizə Bəyim başqaları eşitmsin deyə alçaqdan deyir:

-Qurultaydan hansı qərarın çxacağı hər kəsə öncədən məlumdur. Amma öz aramızdır, bu ədalətsizlikdir. Şah olmaq sənin və mənim övladlarımızın haqqıdr. Çünki məhz onların damarlarında Səfəvi sülaləsinin qanı axır.

Fatimə Soltan Bəyim də eyni alçaq tonda cavab verir: -Bibi, biz yəhudi yox, türkük. Yəhudilərdə nəsil ana xətti ilə davam edir.

Bizdə isə ata xətti ilə. Sənin də, mənim də övladlarımız Səfəvi yox, Əfşardırlar. Bu söhbəti qurtarmaq məsləhətdir.

Rizə Bəyim inadkarcasına, amma astadan:-Əgər elədirsə, bəs, niyə imam Həsəni, imam Hüseyni və sonrakı imamları

peyğəmbərin zürriyəti hesab edirik? Axı, onlar peyğəmbərin oğlunun belindən yox, qızı Fatimənin bətnindən gəlmişlər. O zaman onlar da Peyğəmbərin yox, imam Əlinin nəslidirlər və onları peyğəmbərin nəsli hesab etmək doğru deyil. Peyğəmbər ki, yəhudi deyildi. Söylə niyə?

Fatimə Soltan Bəyim:

327

Page 328: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bilmirəm. Bu, səni çox maraqlandırırsa, get mollalardan soruş.Rizə Bəyim:-Görürəm, sənin heç nə vecinə də deyil. Olmaz da, axı, şah sənin ərin olacaq.

Sonrada şahlıq sənin oğluna keçəcək.Fatimə Soltan Bəyim:-Haradan bilirsən? Nadirin böyük oğlu mənim oğlum yox, sənin ərindir.

Şahlıq da keçsə -keçsə ona, ondan da sonra sənin oğluna keçəcək. Məni bu, zərrə qədər də maraqlandırmır. Yəni axırda onsuz da sən deyən olacaq. Yəni sonda şah ya mənim, ya da sənin oğlumuz olacaqsa, sən deyən olmayacaqmı? Niyə bu qədər narahat olduğunu anlamaqda çətinlik çəkirəm.

***Qurultayın keçirildiyi çadırın içi. Ümumi planş İbrahim xan danışır, hamı

diqqətlə onu dinləyir:-Niyə bu qərara gəldiyimizi sizə anladım. Əvvəla ona görə ki, məmləkətin

xarici qüvvəlr tərəfindən işğal edilərək parça – tikə hala gətirildiyi, Səfəvi şahlarının nə edəcəyini bilmədiyi, fəaliyyətsiz durduğu, Azərbaycan səltənətinin Ərdəbil və ətrafından ibarət kiçik bir ölkəyə çevrildiyi və millətin pərişan olduğu bir dövrdə o, meydana atılaraq hər kəsi öz ətrafında bir yumruq kimi birləşdirməyi və milləti işğalçılara qarşı mübarizəyə qaldırmağı bacardı. Məmləkəti öncə əfqan və özbəklərdən, daha sonra isə uruslardan və rumlulardan təmizlədi, səltənətin əski qüdrətini özünə qaytardı. Əlbəttə bütün bunlarda sizlərin hər birinizin böyük xidmti olmuşdur. Lakin kim deyə bilər ki, onun xidməti Nadirqulu xann xidmətindən daha çoxdur, daha böyükdür.

Ortaya sükut çökür. ***Kameranın obyektivi növbə ilə bəzi xanlara yönəlir. Onların heç birindən səs

çıxmır. ***Ekrandakı kadrları İbrahim xanı ks etdirən görüntü gəlir. İri plan. İbrahim

davam edir:-Bəli, heç kim. Uruslarla və rumlularla imzalanmış sülh müqavilələrində də

onun imzası durur. Bu müqavilələr bizə sülh şəraitində yaşayıb xarabazara çevrilmiş Vətəni gülzara çevirməyə imkan verəcəkdir. Lakin qarşı tərəfin hər hansı bir bəhanə ilə müqavilələrin şərtlərini pozmasına imkan verməmək üçün məhz Nadirin şah olması vacibdir.

***Ekranda çay sahilində sıra ilə düzülmüş və ocaq üstündə buğlanan qazanlar,

onların bəzilərini qarışdıran aşbazlar görünür. Ön plandan keçən əsgərlər aşbazlara:

-Bayramınız mübarək!Aşbazlar yer –yerdən:-Sizinlə birlikdə. ***

328

Page 329: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda növbə ilə ocaq üzərindən hoppanan , yumurta döyüşdürən və qoc döyüşünə tamaşa edən əsgərlər bir – birini əvəz edir. Bütün bu zaman içində kadr arxasından yallı sədaları eşidilir və nəhayət, yallı oynayanlar da ekrana gəlir.

***Çadırın içi. Ümumi plan. Murad xan danışır:-Bizə güclü ordu lazımdır və Nadirqulu xan belə bir ordunu yaratmışdır. Belə

bir güclü orduya hansısa başqa bir dövlət və ya səltənətin sahib olduğunu sanmıram. Əsgərlərin Nadirqulu xan necə sevdiklərini, onu necə coşqu ilə qarşıladqlarını hər biriniz gördünüz. İndiyə qədər içinizdən hər hansı biriniz əsgərlərin öz başçlarını bu qədər sevgi ilə qarşıladığını görmüşmü idi? Bütün xalq onu sevir.

***Ekranda Murad xan çıxış edən Kənkəran xanı görünür. Orta plan. O deyir:-...Lənkəran camaatı ururs işğalını çox yaxşı xatırlayır. Ona görə də onları

yadellilərdən azad etmiş Nadirquluya ümumxalq məhbbəti var. Əminəm ki, eyni sözləri kafirlərin işğalı altında yaşamaq məcburiyyətində qalmış, Rəşt, Bakı və Dərbənd əhalisi barədə də söyləmək olar. Eyni məhəbbətin Aranda da, Şirvanda da, Muğanda da, Qaradağda da, Xorasanda da olduğunu bilirəm və əminəm ki, siz də bilirsiniz.

***Qurultayın keçirildiyi çadırın çöldən görüntüsü. Hava artıq qaralmağa

başlayır. Çadır silahlı keşikçilərlə əhatələnmişdir. Xidmətçilər çöldən içəri yanar vəziyyətdə olan çıraqlar aparırlar.

***Ekranda Kürün qarşı sahilindəki meşliyin arxasından boylanan və cayı öz

işığına bürüyən ay görünür. Hava artıq qaralmışdır. ***Qurultayın keçirildiyi çadırın çöldən görüntüsü. Hava artıq qaralb. Çadır

silahlı keşikçilərlə əhatələnmişdir. Onlarının bəzilərinin əllərində məşəllər var. Elə bu dəm çadırdan öncə Nadiqulu xan Əfşarla Məhəmməd xan Qacar, onların ardınca İbrahim xan və Murad xan çıxırlar. Onların üzlərində sevinc hiss olunur. Daha sonra Rzaqulu xan və digər xanlar çıxırlar. Rzaqulu xanın üzündə sevinc cizgiləri olmadığı nəzərdən qaçmır. Əllərində məşəllər olan əsgərlər xanların yolunu işıqlandırırlar.

***Kürün qarşı tərəfindən çadırlar olan sahilinin görüntüsü. Saysız – hesabsız

ocaqlar və ora – bura hərəkət edən məşəllər görünür və bu an kütlənin qışqırmağa başladığı eşidilir:

-Nadir şah, çox yaşa! Nadir şah, çox yaşa! Nadir şah, çox yaşa!... *** Ekranda zurnaçı və təbilçilərin çaldığı musiqi sədaları altında böyük sevinc

içində rəqs edən və aralıqsız olaraq “Nadir şah, çox yaşa!”-deyə çığıran əsgərlər canlanır. Bu mənzərənin fonunda yazılır:

Vlll seriyanın sonu ***

329

Page 330: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

l X seriya Qəndaharın fəthiKürün qarşı tərəfindən çadırlar olan sahilinin görüntüsü. Saysız – hesabsız

ocaqlar və ora – bura hərəkət edən məşəllər görünür və bu an kütlənin qışqırmağa başladığı eşidilir:

-Nadir şah, çox yaşa! Nadir şah, çox yaşa! Nadir şah, çox yaşa!... *** Ekranda zurnaçı və təbilçilərin çaldığı musiqi sədaları altında böyük sevinc

içində rəqs edən və aralıqsız olaraq “Nadir şah, çox yaşa!”-deyə çığıran əsgərlər canlanır. Musiqi tədricən səngiyir və kadr donur. Donmuş kadrın fonunda yazılır:

“Nadirqulu xan Əfşar uzun mübarizə nəticəsində Azərbaycanı əfqan, osmanlı və rus qoşunlarından təmizlədikdən sonra Azərbaycan səltənətini öncəki sərhədləri içərisində bərpa etdi, mərkəzi hakimiyyəti gücləndirdi və dünyanın ən qüdrətli ordularndan birini qurdu, güclü donanma yaratdı.

Səfəvi sülaləsinin sonuncu nümayəndsi lll Şah Abbasın qəfil ölümündən sonra Azərbaycan xanları 1736 – cı ilin mart ayınn 21 – də ümumxalq qurultayına toplaşıb Nadiri Azərbaycan şahı elan etdilər. Nadir şah onun hökmdar seçilməsinə qarşı çıxış edən Gəncə Ziyadoğulları, eləcə də Otuzikilər, Kəbirli və Cavanşir ellərinin başçılarını Xorasana sürgün etdirdi. Gəncə xanını cəzalandrmaq üçün Qazax və Borcalı Gəncədən alınıb Tiflis bəylərbəyliyinə (xanlığına) birləşdirildi. 5 xristian qarqar – alban məlikliyi isə Qarabağdan alınıb Gəncəyə verildi. Nadir şah Şirvan, Qarabağ, İrəvan və Təbriz bəylərbəyliklərini ləğv edərək Azərbaycanı vahid inzibati ərazi halına gətirdi və vəliəhd elan etdiyi qardaşı İbrahimi ona hakim təyin etməklə səltənətin mərkəzinin məhz Azərbaycan olduğunu təsdiqləmiş oldu. Özü isə ata yurdu Fəthabada dönməyə qərar verdi.

Nadir şah əsrlərdən bəri davam edən qardaş qırğınlarına son vermək üçün ələvi dədə və pirlərini hakimiyyət strukturlarından uzaqlaşdırdı və cəfəri məzhəbini Azərbaycanın rəsmi məzhəbi elan etdi və İslam xəlifəsi kimi qəbul edilən Osmanlı sultanna məktub göndərərək cəfəri məzhəbini İslamım 5 – ci rəsmi məzhəbi kimi tanımağı təklif etdi və bel olarsa, onun da xəlfəni tanıyacağın və ona tabe olacağını bildirdi.”

Diktor kadr arxasından yazılanları oxuyur. ***İstanbuldakı Topqapı sarayının kənardan görüntüsü. Bu mənzərənin fonunda

yazılır: “İSTANBUL, TOPQAPI SARAYI, 1736 – CI İL, MAY” ***Topqapı sarayının içi. Sultan l Mahmud İstanbulun aparıcı din xadimlrinin

əhatəsində taxtında oturub. Ümumi plan. O danışır digərləri onu dinləyirlər:-Azərbaycanın yeni şahının məktubu və məktubdakı təkliflərlə sizi tanış

etdim. Şübhəsiz ki, heç birinizdən dərhal fikir bildirmənizi tələb etmirəm. Əssinə, yaxşı – yaxşı düşünmənizi və yalnız bundan sonra qərar vermənizi istəyirəm. Siz

330

Page 331: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

nə qərar versəniz, o, mənim də qərarm olacaq. Fəqət qərarınızı verməmişdən öncə indi söyləyəcəklərimi diqqətə almanızı istəyirəm...

***Sultan iri planda görünür və aralqsız davam edir:-...Bəli, şiəliyin bidət və xürafat olduğu məlumdur. Bunu siz də bilirsiniz, mən

də bilirəm. Bu məsələdə ikinci fikir yoxdur və ola da bilməz. Allahın Kəlamı ortadadır və şahidimizdir. Lakin siz də bilirsiniz və mən də bilirəm ki, zeydilik və cəfərilik digər şiə məzhəblərindən əsaslı surətdə fərqlənir və onlar da bizim kimi tək olan Allaha, onun mələklrinə, 4 kitabına, 124 min peyğəmbərinə, qədər və qəzaya, axirtə iman edir və islamın 5 şərtinə, doğru – yanlış, əməl edirlər. Yəni dinimizin əsaslarını qəbul edirlər. Ortadakı fərqlər əsasda yox, təfərrüatdadır....

***Kameranın obyektivi bir – bir sultanı diqqətlə dinləyən din xadimlərinin

üzlərini gəzir. l Mahmudun səsi kadr arxasından davam edir: -...Bu baxımdan, xilafəti tanıyacaqları və xəlifəyə sidqi – ürəkdən tabe

olacaqları halda, zeydiliyin də, cəfəriliyindən İslamın rəsmi məzhəbləri kimi qəbul edilməsində heç bir müşkül yoxdur. Yeganə müşkül odur ki, şiələrdə, o cümlədən cəfərilərdə təkiyə qəbul edilmişdir, yəni bizdən fərqli olaraq onlar yalanı günah hesab etmir, məqsədə çatmaq üçün bir vasitə hesab edirlər. Məqsədə çatmaq üçün Allaha da, Qurani – Kərimə də yalandan and içə bilirlər. Bunu bilirsiniz. Elə bu səbəbdən də Nadir şahın təkiyə etdiyini, yoxsa səmimi olduğunu bilmirik, bilməmiz də mümkün deyildir...

***Ümumi plan. Sultan fasiləsiz davam edir:-Ürəklərdə olanları yalnız Allah bilir. Əlbəttə, əgər səmimidirsə, əgər

gerçəkdən də qardaş qanının axıdılmasını istəmirsə və xilafəti tanıyacaq və bizə tabe olacaqsa, bu, dinimizin və İslam ümmətinin kafirlər üzrində qələbəsini tezləşdirə bilər ki, bu da çox vacibdir...

***Sultan l Mahmud yenidən iri planda görünür və davam edir:-Əgər xilafət ordusu ilə Azərbaycan ordusu birləşərsə, dünyada heç bir kafir

ordusu qarşımızda duruş gətirə bilməz. Əgər Azərbaycan şahı təkiyə etmirsə, məqsədinin Urus səltənətinə son qoyaraq, Fitilbörkə İslam bayrağını sancmaq olduğu barədə söylədikləri doğrudursa, dünyada heç bir qüvvə bizə həmin bayrağı bütün səltənət və dövlətlərin paytaxtlarına asmamıza mane ola bilməz.

Sultan bu sözlərini tamamlayıb susur. ***Kameranın obyektivi yenidən bir – bir din xadimlərinin üzlərini gəzir. Onların

bu sözlərdən heyrətləndiyi və verilən məlumatın, bir neçə nəfər istisna olmaqla, hər kəsdə xoş ovqat yaratdığı hiss edilir.

***Ucu-bucağı görünməyən alma bağları. Kamernın obyektivi bağı geniş pano-

ramda seyr edir. Ekranda bir-birinin ardınca nərdivanların üzərində durub alma dərən və aşağıda durmuş yoldaşının başı üstündə tutduğu səbətlərə atan gənc oğlan və qızlar, dolmuş səbətləri yaxındakı at arabalarına tərəf aparıb kisələrə boşaldan

331

Page 332: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

və kisələri arabalara yükləyən yeniyetmələr, eləcə də arabalarının tam yüklən-məsini gözləyən arabaçılar görüntülənir.

***Geniş planda ard-arda düzülüb öz növbəsini gözləyən arabalar və arabaçılar

görünür. İçi alma dolu kisələrlə yüklənmiş birinci arabanın yanında duran və çubuq çəkən Hacı Məhəmmədəli yeniyetmələrin gətirdikləri içi alma ilə dolu səbətləri arabaya yükləməsinə tamaşa edir.

***Ekranda Hacı Məhəmmədəli iri planda canlanır. O, çubuğunu tüstülətməkdə

davam edir. Bu an ekrana yaşlı bir kişi daxil olaraq ağır-ağır, bir söz demədən Hacı Məhəmmədəliyə yaxınlaşır. Hacı Məhəhəmmədəli də eynən onun kimi bir söz demir və sağ əlini yaxasına salıb pul kisəsini çıxarıır, ağzını açır, oradan çıxardığı kağız pullardan birini ayırıb yaşlı kişiyə verir. Yaşlı kişi "Allah səndən razı olsun" -deyib dönür və ekranı tərk edir. Pullarını kisəyə qoyaraq yaxasına soxan Hacı Məhəmmədəli onun ardınca deyir:

-Allah səndən də razı olsun, ruzi-bərəkətini üstünüzdən əskik etməsin!Hacı Məhəmmədəli "Ya Allah!"- deyir, arabaya qalxır. Atın yüyənini əlinə

alan hacı yüyəni tərpədərək ata hərəkət etməsi üçün "Biyə!"-deyə işarə verir. Araba hərəkətə gəlir və ekranı tərk edir. Onun yerini boş olan başqa araba tutur.

*** Seyrək meşəlik bir sahədə uznanıb gedən araba yolunun quş uçuşundan

ümumi planda görüntüsü. Yol ilə kisələrlə yüklü at arabası irəliləyir. ***İrəliləməkdə olan at arabasının öndən görünüşü. Hacı Məhəmmədəli qəlyanını

çəkib qurtarmışdır. O, dərin fikrə getmişdir. Xəyalları onu oğlu ilə birlikdə işlədiyi günlərə aparır. Kadr arxasndan oğul həsrəti ilə yanıb – yaxılan atanın haln ifadə edən həzin musiqi sədas eşidilməyə başlayr.

*** EPİZODUN TƏKRARIGeniş planda ard-arda düzülüb öz növbəsini gözləyən arabalar və arabaçılar

görünür. İçi alma dolu kisələrlə yüklənmiş birinci arabanın yanında duran və çubuq çəkən Hacı Məhəmmədəli (təqribən 36-37 yaşlarında) yeniyetmələrin gətirdikləri içi alma ilə dolu səbətləri onların boşaltması üçün sonuncu kisənin ağzını gen tutan 17-18 yaşlı oğlu Toğrulu süzür. Musiqi davam edir.

***Ekranda Hacı Məhəmmədəli və Toğrul iri planda canlanır. Ata çubuğunu

tüstülətməkdə davam edir, oğlu isə dolmuş sonuncu kisənin ağzını bağlamaqdadır. O, kisəni arabadakı digər kisələrin üstünə atır. Araba tam dolur. Musiqi fasiləsiz davam edir.

TƏKRAR EPİZODUN SONU ***İrəliləməkdə olan at arabasının öndən görünüşü. Hacı Məhəmmədəli dərin

fikrə getmişdir. Onun gözləri dolmuşdur. Xəyalları onu oğlu ilə birlikdə olduğu günlərə aparır. Epizodlar bir – birini əvz edir. Musiqi davam edir.

***

332

Page 333: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

EPİZODUN TƏKRARIHacı Məhəmmədəlinin evinin bağ-bağatlı həyəti. Həyətin qapısı açılır və Hacı

Məhəmmədəli ilə Toğrul içəri girirlər. Onların hər ikisinin hər iki əlihdə içləri ərazaqla dolu zənbillər var. Evin qapısından çölə çıxan Hacı Məhəmmədəlinin xanımı Fatmanisə ilə böyük qızı onlara yaxınlaşırlar. Aralarındak dialoq eşidilmir, əvəzində musiqi davan edir.

*** BAŞQA EPİZODUN TƏKRARIEvin qapısından çıxan və aftafa-ləyən gətirən kiçik qızın peyda olması Hacı

Məhəmmədəlinin sözünə ara verməsinə səbəb olur. Qızın çiynindən böyük ağ, güllü dəsmal asılmışdır. O, ləyəni yerə qoyur və əllərini ləyənin üzərinə uzadan atasının əlinə aftafadan su tökməyə başlayır. Hacı Məhəmmədəli əl - üzünü yuyur, qızından dəsmalı alıb silinməyə başlayır. Qız bu dəfə qardaşının əllərinə su tökür. Toğrul da yuyunub qurtarır və dəsmalı atasından alır. Qız ləyənin suyunu ağac dibinə boşaldıb, aftafa-ləyəni alır və içəri keçir. Atası da onun ardınca içəri girir. Toğrulsa silinməkdə davam edir. Kadr arxasından musiqi hələ də eşidilir.

***Evin içi ata və oğul süfrə arxasında otuub üz-üzə yemək yeyirlər. Süfrədə

meyvə-tərəvəz, qızardılmış toyuq və içləri ayranla dolu iki bardaq və bir dolça var. Ata danışır, oğul dinləyir. Səssiz. Musiqi.

TƏKRAR EPİZODUN SONU ***Bazarın kənardan görünüşü. Burada bazara mal gətirmiş çox sayda araba gözə

dəyir. Hamballar kisələri arabalardan boşaldıb daşıyırlar. Burada da səs-küy aləmi başına götürüb. Bu mənzərənin fonunda yazılır:

“FƏTHABAD, 1736 – CI İL, MAY” Yazı itir. Kadra Hacı Məhəmmədəlinin sürdüyü araba daxil olaraq dayanır.

Hacı Məhəmmədəli yerə enir. Hamballar arabanı həmin an dövriyyəyə alıb kisələri daşımağa başlayırlar. Hacı hambalların yükləri daşıdığı istiqamətdə gedir və kadrdan çıxır. Araba bir necə saniyəyə tamam boşaldılır. Məhəmmədəlinin qayıdaraq yenidən kadra daxil olması da elə o qədər çəkir. Onun əlində bir topa kağız pul var. O, pulları saymağa başlayır, pulu sayb yaxasına qoyur, arabaya qalxır, atın yüyənini tərpətməklə ona hərəkət etmək əmri verir. Araba hərəkətə gəlir. Elə bu an kadr arxasından camaatı bazar meydanına toplamaq üçün döyülən təbil səsləri eşidilməyə başlayır. Bu, Hacı Məhəmmədəlini arabanı bir kənara sürməsinə, atı əyləməsinə və arabadan enmsinə səbəb olur.

***Bazar meydanının ümumi görüntüsü. Meydanın ortasında taxtadan

düzəldilmiş estradaya bənzər hündür yerdə carçı və təbilçi durmuşlar. Onlardan birincisi susur, digəri isə təbil döyür. Hər tərəfdən yüzlərlə insan meydana axışır və carçı ilə təbilçini əhatəyə alır.

***Meydana daxil olan 10 – 15 insan. Orta plan. Gələnlərin içərisində Hacı

Məhəmmədəli diqqəti çəkir. ***

333

Page 334: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Təbilçi il carçının yaxından görüntüsü. Təblçi təbili döyməyə ara verir. Carçı əlindəki kağızı yuxarı qaldırıb çığırır:

-Eşitdim – eşitmədim deməyin, Fəthabad hakimi Mustafa bəyin imzaladığ elandır!

Bu sözlərdən sonra təbilçi yenə təbili üç dəfə vurur. Daha sonra carcı eyni sözlri təkrar edir:

-Eşitdim – eşitmədim deməyin, Fəthabad hakimi Mustafa bəyin imzaladığ elandır!

***Ümumi plan. Meydan artıq tam dolmuşdur. Fəqət hələ də gələnlər var. Təbilçi

təbili üç dəfə vurur. *** Ekranda meydanın mərkəzinə tərəf baxan qələbəliyin bir hissəsi görünür. Ön

planda duranlar içərisində Hacı Məmmdəli diqqəti çəkir. Kadr arxasından carçının səsi eşidilir:

-Eşitdim – eşitmədim deməyin, Fəthabad hakimi Mustafa bəyin imzaladığ elandır!

***Ekrnda yenidn təbilçi və carçı yaxından görünür. Təbilçi təbili üç dəfə vurur,

ardınca kağızı açıb oxuyan carçı deyir:-Bismillahir – rəhmənir – rəhim! Fəthabadt şəhərinin hakimi Mustafa bəy

Əfşar tərəfindən Fəthabad şəhərinin əhalisinə ərz edilir!... *** Ekranda yenidən meydanın mərkəzinə tərəf baxan qələbəliyin bir hissəsi

görünür. Ön planda duranlar içərisində Hacı Məmmdəli diqqəti çəkir. Kadr arxasından carçının səsi aralıqsız davam edir:

-...İnna lillahi və inna əleyhi raciun!...Adətən bir kəsin rəhmətə getdiyini xəbər verməmişdən öncə söylənilən bu

Quran ayəsi hər kəsin bir – birinə baxmasına və baxışları ilə sanki “Rəhmətə gedən kimdir?” – deyə sual etməsinə səbəb olur. Kadr arxasından carçının eşidilən sonrakı sözləri insanları yenidən önə baxmağa məcbur edir: ***

-Böyük hüzn və kədər hissi ilə bildirirəm ki, Şərəf və ləyaqəti göylərə sömayan Səfəvi sülalsinin sonuncu nümayndəsi,Azərbaycan səltənətinin böyük hömdarı, şahlar şahı lll Şah Abbas Allahın rəhmətinə qovuşmuşdur...

Bu xəbər hər kəsin heyrət və təəssüfünə səbəb olur və meydandan təəsüf bildirən nida ucalır. Çarcının səsi davam edir:

-...Allah rəhmət etsin, qəbri nurla dolsun! Ekrnda yenidn təbilçi və carçı yaxından görünür. Kütlə təkrar edir:-Allah rəhmət etsin, qəbri nurla dolsun!Təbilçi təbili üç dəfə vurur, ardınca carçı deyir:-Eşitdim – eşitmədim deməyin, Fəthabad hakimi Mustafa bəyin imzaladığı

elandır!Təbilçi yenidən təbili üç dəfə vurur, ardınca carçı deyir:

334

Page 335: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Azərbaycan səltənətinin günəşi, şahlar şahı lll Şah Abbas şərəf və ləyaqəti göyə - yerə sığmayan Səfəvi sülaləsinin sonuncu nümayəndəsi olduğundan və bu sülalədən bir nəfər də başıpapaqlı qalmadığından və səltənətin başsız qalmaması üçün Azərbaycan xanları Muğanda böyük bir qurultay çağıraraq Nadirqulu xan Əfşarı Azərbaycan şahı seçmişlər.

Kütlədən sevinc nidası eşidilir.Ekranda yenidən meydanın mərkəzinə tərəf baxan qələbəliyin bir hissəsi

görünür. Ön planda duranlar içərisində Hacı Məmmdəli diqqəti çəkir. O əllərini və gözlərini yuxar qaldırmaqla Allaha səssiz şükr edir.

*** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“lX seriya Qəndəharın fəthi”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***İrəliləməkdə olan at arabasının öndən görünüşü. Hacı Məhəmmədəli dərin

fikrə getmişdir. Onun gözləri dolmuşdur. Kadr arxasndan üç dəfə döyülən təbil səsi, ardınca carçnın səsi eşidilir:

-Azərbaycan səltənətinin yeni hökmdarı, şahlar şahı Nadir şah indi yoldadır və bir həftə sonra Fəthabadda olacaqdır.

Kadr arxasından yenə də üç dəfə təbilin döyülməsi və ardınca carçnın səsi eşidilir:

-Sabah şəhərin bütün məscid və camelərində Fəthabad hakimi Mustafa bəy Əfşar Nadir şahın adından rəhmətlik lll Şah Abbas üçün ehsan veriləcəkdir.

Hacı Məhəmmədəli əli ilə gözlərinin yaşın silir. Xəyalları onu uşaqlıq dövrünə aparır.

335

Page 336: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

*** EPİZODUN TƏKRARIEkranda kənd karvansarayının içi görünür. Yeniyetmə Nadir və Məhəmmədəli

ayaq üstə durmuşlar. Qarşılarında dörd hindli zəvvarı alınlarını yerə qoyub səcdəyə qapılmışlar. Yeniyetmələr təəccüb və çaşqınlıqla gah onlara, gah da bir-birilərinə baxırlar.

Zəvvarlardan biri başını qaldırıb diz üstə durur və Nadirə müraciətlə təmiz bir Azərbaycan ləhcəsi ilə deyir:

-Sən Tanrı tərəfindən seçilmişlərdənsən. Öncə xan, sonra şah olacaqsan, məmləkətini düşmənlərdən təmizləyəcəksən. Bizim də şahımız olacaqsan. (üzünü Məhəmmədəliyə tərəf çevirir) Sənin isə övladın onun yanında yüksək məqam sahibi olacaq.

O bu sözləri deyib yenidən səcdəyə qapanır. EPİZODUN SONU ***Hacı Məhəmmədəlinin evinin bağ-bağatlı həyəti. Həyətin qapısı açılır və Hacı

Məhəmmədəli içəri girir. Onun hər iki əlihdə içləri ərazaqla dolu zənbillər var. O bir – iki addm atıb dayanır, evdən qarşısına heç kəsin çıxmamasına çaşaraq özü – özünə astadan:

-Heç nə başa düşmədim. Bunlar haradadır? ***Ekranda Hacı Məhəmmədəlinin evinin örtülü qapısı görüntülənir. ***Yenidən Hacı Məhəmmədəli görünür. Onun üzündən təəccüb, heyrət və

narahatlıq qarışıq hisslər oxunmağa başlayır və o evə tərəf səslənir:-Ay arvad, ay qızlar, hardasınız?! ***Ekranda yenidən Hacı Məhəmmədəlinin evinin örtülü qapısı görüntülənir. ***Yenidən Hacı Məhəmmədəli görünür. Onun üzündən bu dəfə təşviş oxunur.

O, zənbilləri yerə qoyub cəld addımlarla qapıya tərəf gedir. ***Evin içi. Evin ilk otağ bomboşdur. Həyət qapısı açılır və hacı Məhəmmədəli

cəld içəri girir, gözləri ilə ətrafa nəzər salır, heç kəsi görməyib daha da həyacanlanır. O, cəld iç otağın qapısına tərəf yönəli və onu açır. Açar – açmazda gördüyü onu yerində donmağa məcbur edir.

***İç otağın açlmış qapısı və qapının önündə heykələ dönmüş Hacı

Məhəmmədəlinin arxadan görüntüsü. Qapının o biri tərəfində onunla üzbəüz oğlu Toğrul durmuşdur. O gülümsəyir. Əynində təzə qızılbaş geyimi var.

***Hacı Məhəmmədəlinin iri planda görüntüsü. O çaşıb qalıb. Həyacandan

dodaqlar titrəyir. ***

336

Page 337: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qapı ağzında durmuş Toğrul. O yenə də gülümsəyir. Orta plan. Bu dəm qapınn arxasından, gizləndikləri yerdən hacının arvadı və qızları çıxıb gülüşməyə başlayırlar.

***Ümumi plan. Məhəmmədəli oğluna sarılır. Toğrul da onu bərk – bərk

qucaqlayır. Hacı:-Aslan oğlum mənim, canım balam, ciyərparam! ***İstanbuldak Sultan Əhməd camesinin görüntüsü və azan səsi. Bu mənzərənin

fonunda yazılır: “İSTANBUL, TOPQAPI SARAYI, 1736 – CI İL, MAY” ***Topqapı sarayının içi. Sultan l Mahmud İstanbulun aparıcı din xadimlrinin

əhatəsində taxtında oturub. Ümumi plan. O danışır digərləri onu dinləyirlər:-Məncə düşünmək üçün yetərincə vaxtınız olmuşdur. Mən keçən dəfə fikrimi

söylədim. İndi sizi dinləmək istəyirəm. Şeyx-ül-islamdan başlayaq. Buyur şeyx!Şeyx üzünü sultana tutur:-Bismilləhir – rəhmənir – rəhim!... ***İri plan. Şeyx davam edir:-Şübhəsiz ki, cəfərilərlə müxətab olmaq əlvilrl müxtab olmaqdan daha

yaxşıdır. Nadirqulu Əfşarın söyldikləri də, sultanım, siz üç gün öncə buyurduğunuz kimi, təkiyyə deyilsə, çox faydalı fikirlərdir. Amma, məlumunuz olduğu kimi, hər bir şiə təriqəti kimi cəfəriliyində iman əsasları içərisində ilk yeri imamət tutur. Heç br şiənin və cəfərinin bundan dönməsi və xilafəti qəbul etməsi mümkün deyildir. Zatən imamətdən imtina edilərsə, onlarla bizim aramızda heç bir fərq qalmaz və onlar şiəlikdən çıxmış olarlar...

***İri planda şeyxi onun sözlərini diqqətlə dinləməkdə olan sultan əvəz edir.

Şeyxin səsi kadr arxasından eşidilir.-... Qızılbaşların şahı sizi xəlifə kimi tanımağa hazır olduğunu söylərkən,

bəlkə də səmimidir. Fəqət bir güllə bahar olmaz. Bütünmü cəfərilər xilafəti tanımağa hazırdırlar? Nadirqulu cəfəriliyi Azərbaycan səltənətinin rəsmi məzhəbi elan etməsi də o demək deyi ki, bütün ələvilər dərhal dönüb cəfəri olacaqlar. Olmuş olsalar belə, bu heç nəyi dəyişməz. Şiələrə inanmaq olmaz. Onlar yalançıdırlar, Xilafətin düşmənidirlər və yarandıqları gündən də İslam ümməti içrisində fitnə - fəsad törətməklə məşğul olmuşlar, bu gün də eyni yolu davam edirlər...

***Ekranda şeyxi dinləyən din xadimləri canlanr və onlar yer – yerdən şeyxə

dəstək verirlr:-Doğrudur! Doğru söyləyir! Şiələrə inanmaq olmaz! ***

337

Page 338: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda yenidən görünn sultan alnını yumruğuna dirəyib gözlərini yerə dikir. Onun bu halından tarixi fürsətin əldən çıxmaq üzrə olmasından təəssüfləndiyi hiss olunur. Kadr arxasından şeyxin səsi:

-İmam Cəfər Sadiqin elm və mərifət yolunu özünü cəfəri adlanan fırıldaqçılar yox, onun şagirdlri və davamçıları olmuş imam Əbu Hənifə, imam Şafei, imam Maliki və imam İbn Hənbəli davam etdirmişlər və bu gün onların qoyduqları haqq yolla əhli – sünnə getməkdədir... Şilərin olu isə nifaq yolu, fitnə yolu, fırıldaq yolu, hiylə yolu, məkr yoludur.

***Ekranda yenidən şeyx iri planda görünür və davam edir:-...Cəfərilərin isə nə imam Cəfər Sadiqə, nə də mövlamız Həzrət Əli

rizvanullaha heç bir aidiyyatları yoxdur. Onlar münafiqdirlər və münafiqlərin beşinci rəsmi məzhəb kimi qəbul edilməsi mümkün deyildir. Münafiqlər möminlərlə bir cərgədə dura bilməz. Durarlarsa, bu, möminlər üçün böyük həqarət olar. Mənim sözüm bu qədər.

***Ümumi plan. Bu sözlərdən açıq – aydın sarsıldığı hiss olunan sultan üzünü

Qazi Əhməd Əfəndiyə tutur:-Qazi Əhməd Əfəndi. ***Qazi Əhməd Əfəndi iri planda görüntülənir və deyir:-Bismilləhir – rəhmənir – rəhim!İslam ümmətinin hər tərəfdə kafirlərə qarşı qəzavat apardığı bir dövrdə

Mühəmməd ümmətinin bir bayraq altında bir yumruq kimi birlşərək çəkici bir zindana döyməsi son dərəcə vacibdir. Fəqət şiələrə inanmaq olmaz. İnanmaq münafiqləri içimizə almaq və içəridən və arxadan möminlərə zərbə vurmalarına inkan vermək deməkdir. Nadirqulu Əfşara gəlincə, onun məktubunu diqqətlə oxudum. O da Səfəvi şahları kimi “türk-türk” deyir, türk qardaşlığından söhbət açır, yəni əslində ümmətin deyil, türklərin birləşməsinin zərurətindən danışır...

***Ekranda iri planda natiyi sultan əvəz edir. Bu sözlərin ona başq tökülən

qaynar su effekti yaratdığı hiss edilir. -...Sizi xəlifə kimi tanımağa hazır olduğunu bildirərkən, qəsdi İslam

ümmətinin birliyinə deyil, türklərin birliyinə nail olmaqdır... ***İri planda yenidən qazi görünür:-...Mən türk yox, çərkəzəm. Bura yığışmış 24 din xadimi və ülmanın yalnız 8

nəfəri türkdür. Qalanları ərəb, kürd, çərkəz və sair millətlərin nümayəndəsidir. Bizi birləşdirən İslamdır. Sizə olan sədaqətimiz və məhəbbətimiz də, hörmətli sultanım, sizin bir türk olmanıza görə deyil, bir müsəlman olmanıza, möminlərin əmiri, yəni İslam xəlifəsi olmanıza görədir. Hinddən tutmuş Arnavutluğa və Saray Bosnaya qədər, Yəməndən və Məğribdən tutmuş Türküstana qədər cəmi müsəlmanlar sizi xəlifə olduğunuza görə sevir, İslamın bayrağnı uca tutduğunuza görə bir əmrinizlə sevə - sevə şəhid olurlar.

Qzılbaşların şahınn məqsədi başqadır. Mənim sözüm bu qədər.

338

Page 339: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Yenidən iri planda sultan görünür. O, əllərini başının içinə alb yerə baxır və

susur. Bir qədər susduqdan sonra başın qaldırır. Üz – gözündən tam bir ümidsizlik duyulur:

-Leyli Əbdül Əfəndi. ***İri planda görünən Leyli Əbdül Əfəndi:-Bismilləhir – rəhmənir – rəhim!Məncə hörmətli şüyx – ül – islam və hörmətli İstanbul qazisi buraya yığışmış

bütün din xadimlri və üləmanın fikrini ifadə etdilər və artıq bir sözə ehtiyac yoxdur. Şiələr yalançıdırlar və onların sözünə inanılmaz. Mən yalnız bir şeyi əlavə etmək istəyirəm. Tutaq ki, qızılbaşların şahı səmimidir və biz də İslam birliyi naminə cəfəri məzhəbini beşinci rəsmi məzhəb kimi qəbul etdik. Belə olan halda kim zəmanət verə bilər ki, sabah da başqa bir qoluzorlu peyda olub özündən bir məzhəb uydurmayacaq və bu məzhəbi bizdən rəsmi məzhəb kimi tanmağı tələb etməyəcək. Dinimiz oyuncaq deyil.

***Hacı Məhəmmədəlinin evi. Hacı Məhəmmədəli, arvadı və Toğrul süfrə

arxasında oturmuşlar. Süfrədə ürək istəyən hər şey var. Toğrulun bacıları süfrənin əyər - əskiyini tamamlayırlar. Ümumi plan.Toğrul danışr, digərləri onu dinləyirlər:

-Yolda, xüsusən də Türkmənsəhrada çox yubansam da, sonda Allahın köməyi ilə Murad xana rast gəldim. Onda o, hələ xan deyildi, bəy idi. Ayağım ona düşərli oldu...

Bu arada Toğrulun bacıları süfrəyə son zəruri şeyləri qoyub süfrə başına otururlar. Toğrulsa sözünə aralıqsız davam edir:

-Nadir şah da onda hələ şah yox, şahın qəyyumu idi. O, Murada xanlıq verdi, özünün mühafizə dəstəsinin başçsı etdi....

***Murad iri planda görünür və sözünə davam edir:-Nə isə, uzun sözün qısası, Murad bəy, yəni Murad xan məni Nadirqulu xanla

görüşdürdü. O da məktubu oxuyub, kimin oğlu olduğumu bildi... ***Ekranda orta planda arvadnın və kiçik qızının əhatəsində oturmuş Hacı

Məhəmmədəli peyda olur. Onun bu sözlərdən böyük qürur hissi keçirdiyi hiss edilir. Arvad və qızı da eyni qürur hissi ilə ona tərəf dönüb, baxırlar. Toğrul kadr arxasından sözünə davam edir:

-Ata, şahımız səni yaxşı xatırlayır. Sənin danışdıqlarn o danışdı... ***Ümumi plan. Murad danışır, digərləri dinləyir:-...Sənə çoxlu – çoxlu salamları var. Bir həftə sonra Kəlatda olacaq, səninlə

mütləq görüşəcəyini, sənin üçün çox darıxdığını dedi. ***Ekranda yenidən orta planda arvadnın və kiçik qızının əhatəsində oturmuş

Hacı Məhəmmədəli peyda olur. Onun bu sözlərdən daha böyük qürur hissi

339

Page 340: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

keçirdiyi hiss edilir. Arvad və qızı da öncəkindən daha çox qürur hissi ilə ona baxırlar. Hacı arvadına:

-Sənə demədimmi ki, nə etdiyimi, oğlumuzu kimin yanna göndərdiyimi yaxşı bilirəm. Sənsə narahat idin, mən inanmırdın. Deyirdin ki, xan hara, sən hara. Buyur indi şahın özü ərinə salam göndərir. Əsil kişi dostluğu şahlığa, xanlığa baxmr.

***Ümumi plan. Hacnn bu sözləri arvadının, qzlarnn və oğullarının bir – birinə

qoşulub gülüşməsinə səbəb olur. Ailə başçısı pərt olmamaq üçün əlini yeməyə uzadaraq:

-Söhbəti sonra davam etdirərik, indisə bismillah edin. Bismillah!Hər kəs susur, “bismillah” deyib əlini süfrəyə uzadır. ***Fəthabadın xan karvansarayının önü. Karvansarayın önündə çoxlu qızılbaş

əsgərləri durub. Toğrul və atası əsgərlərə yaxınlaşırlar. Toğrul əsgərlərə “O, mnimlədir” – deyir və atası ilə birlikdə karvansarayın qapısından içəri girir. Karvansarayın içindəki otaqlardan birinin qapısı. Qapının yannda iki əsgər durub. Kadra daxil olan Toğrul və atas görünür. Toğrul əsgərlərə:

-Xana deyin Toğrul və atas gəliblr.Əsgr “xan sizi gözləyir, buyurun” – deyir və qapın öncə yüngülcə döyür və

sonra itələyib açır. Toğrul və Hacı Məhəmmədəli içəri girirlər. ***Otağın içi. Murad xan Toğrulu və atasını qapının tam önündə qarşılayır. Ata

və oğul eyni anda “əssəlamu əleyküm” –deyirlər. Murad:-Və Əleykəssəlam. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Buyurun içəri.Hər üçü otağın bir köşəsində döşənmiş döşəkçələrdə əyləşirlr. Murad:-Hacı, necsiz, kefiniz, halınz necədir?Hacı Mhəmmədəli:-Əlhəmdullah! Allah sizdən razı olsun xan. Vallah, mənim evim xanlara layiq

deyil, amma karvansaraydan daha yaxşdır. Odur ki, qoymaram karvansarayda qalasınız.

Bu an içəri girən xidmətçlr sulu qəlyan və qəhvə gətirib onlarn qarşısına qoyub gedirlər. Murad:

-Mən doğulanda xan kimi doğulmamışam. Mən kasıb bir kişinin oğluyam. Toğrul təklif etdi ki, siz də qalım. Şəhərin hakimi də öz evinə dəvət etdi. Özüm karvansarayı seçdim. Burada daha rahatam. Xahiş edirəm israr etməyəsiniz.

Hacı:-Yaxşı, israr etmirəm, amma ümid edirəm, bizə qonaq gəlib bir tikə

çörəyimizi yeməyə etiraz etmsiniz.Murad:-Əlbəttə ki, etmərəm, əksinə, dost evində çörək kəsməkdən sevinərəm. Şahmz

deyib ki, Kəlata gələn gün özü sizinlə görüşmək üçün evinizə gələcək. Mən də onunla birlikdə gələrəm.

Hacı:-Allah şahımzdan da, sizdən də razı olsun.Murad:

340

Page 341: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu gün isə hər üçümüz şəhər hakimi Mustafa bəyin qonağıyıq. İndilrdə özü gəlib bizi aparacaq.

***Rzaqulu xanın evi. Rzaqulu və Fatimə Soltan Bəyim üz – üzə durmuşlar.

Qadın deyinir:-Deyirsən, bəxtiyarilər yenə də Əli Muradın başçılığı ilə üsyn qaldırıblar və

atan da səni üsyanı yatırmaqla məmur edib. Odur ki, sabah yola düşürsən. Xub. Mən də yen də oturub həftələrlə, bəlkə də aylarla yolunu gözləməliyəm, eləmi? Yox! Məni də özünlə apar.

Rzaqulu:-Çiçəyim mənim, özün bilirsən ki, bu mümkün deyil. Çox olsa bi ay sonra

yenə bir yerdə olacağıq.Fatimə Soltan Bəyim:-Bir ay, bir ay, bir ay! Bu bir aylar yığılb il olur. Beləcə, ömür keçir. Niyə atan

özü bəxtiyarilərin üstünə getmir və ya bunu İbrahim xana tapşırmır, səni göndərir.Rzaqulu:-Atam Fəthabada yola düşüb. Oradan Kəlata, Kəlatdan da Qəndəhara

gedəcək. Orada da əfqanlar üsyan qaldırıb. Əmim isə Qazi Qumuğa gedəcək. Orada Surxay xan yenidən başına qumuq, ləzgi və avarları toplayıb. Dövlətə qarşı çıxmağa hazırlaşır. Bir nəfər fırıldaqçının da guya Səfəvi şahzadələrindən Sam Mirzə olduğunu elan edib. Özünü guya olmayan Səfəvi səltənətinin müdafiəçisi kimi göstərir.

***İri planda görüntülənən Fatimə Soltan Bəyim bir qədər təəccüb və bir qdər

qəzəblə:-Nə?! Olmayan?! Olmayan Səfəvi səltənəti?! Bəs, bizim oğlumuz, məgər

onun damarlarında Səfəvi şahlarının qanı axmırmı? Şahlıq oğlumuzun haqqı idi. Atan bu haqqı zorla zəbt etdi. Qondarma bir qurultay çağırıb özünü şah elan etdirdi...

***Ümumi plan. Bu sölərdən qəzəblənən Rzaqulu xan onu sözünü yarıda kəsir:-Bəsdir, yetər, bezdim sənin bu sözlərindən! Eyni şeyi nə qədər təkrar etmək

olar?!Fatimə Soltan Bəyim ağlamağa başlayır:-Sən heç nə başa düşmək istəmirsən. Yəni başa düşmürmüsən ki, atan səni

deyil, qardaşını vəliəhd elan etməklə, oğlumuzun yolunu kəsmək, Səfəvi soyunu tarixdən silmək istəyir?!

Rzaqulu bir söz demədən əsəbi halda dönüb gedir. ***Ucu – bucağı görünməyən bir çöl. Çöllə qızılbaş qoşunu irəliləyir. ***Ekranda at belində qoşunun başında gedən Rzaqulu xan görünür. O kdərlidir.

Kadr arxasından Fatimə Soltan Bəyimin sözləri eşidilir: -Nə?! Olmayan?! Olmayan Səfəvi səltənəti?! Bəs, bizim oğlumuz, məgər

onun damarlarında Səfəvi şahlarının qanı axmırmı? Şahlıq oğlumuzun haqqı idi.

341

Page 342: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Atan bu haqqı zorla zəbt etdi. Qondarma bir qurultay çağırıb özünü şah elan etdirdi...

...Sən heç nə başa düşmək istəmirsən. Yəni başa düşmürmüsən ki, atan səni deyil, qardaşını vəliəhd elan etməklə, oğlumuzun yolunu kəsmək, Səfəvi soyunu tarixdən silmək istəyir?!

***Ucu – bucağı görünməyən başqa bir çöllük. Çöllüklə əvvəlkindən on dəfə

böyük və daha yaxşı təchiz edlmiş bir ordu irəliləyir. Ordunun başında at belində Nadir şah və Təhmasib xan Cəlair yanaşı gedirlər. Nadir danışır, xan qulaq asır:

-Osmanlı sultanının təklifimi qəbul etməyəcəyini bilirəm. Özünə qalsa, qəbul edər. Amma əminəm ki, ətrafı buna imkan verməyəcək və türkləri bir bayraq altında, xilafət bayrağı altında birləşdirmək arzum hələlik baş tutmayacaq. Necə düşünürsən, Təhmasib xan?

Təhmasib xan Cəlair:-Haqlsınız.Nadir şah:-Yox, istər o bunu qəbul etsin, istər yox. Türklər mütləq bir bayraq altında

birləşəcəkdir. Bunu mən edəcəyəm. Qəbul etməsə, Oğuz xanın, Çingiz xanın, Əmir Teymurun yolunu tutacağam. Turanı qılıncımla bərpa edəcəyəm, türk ellərini qılıncımla birləşdirəcəyəm. Bundan ötrü isə öncə Türküstanı, sonra Hindi Azərbaycan səltənətinə birləşdirəcəyəm. Ondan sonra da urusların türklərdən zəbt etdikləri səltənətlərini başlarına çevirəcəyəm. Fitilbörkü alıb Turana qatacağam. Bu mənim ən böyük arzumdur. Qoy, Fəthabada və Kəlata yetişək, oradan Qəndəhara gedək və bu başıpozuq əfqanların məsələsini bir dəfəlik həll edək, ondan sonra nə etmk lazım olduğunu yaxşı bilirəm.

***Fəthabad hakimi Mustafa bəyin evində ziyaft məclisi. Qonaqlığa 30 – a yaxın

adam yığılıb. Başda Murad xan, Mustafa bəy, Hascı Məhəmmədəli və Toğrul oturublar. Xidmətçilər qonaqlara xidmət edirlər. Kənarda oturub çalb – oxuyan muğam üçlüyü görünür. Xanəndə oxuyur:

-Qönçeyi – gül ta gülüstanın çrağın yandrır... ***Muğam üçlüyünün yaxından görüntüsü. Xanəndə davam edir:-...Əndəlibin pərdeyi – çeşməsində yağın yandırır... ***Məclisin başında oturmuş Murad xan, Mustafa bəy, Hac Məhəmmədəli və

Toğrulun görüntüsü. Onlar hər ks kimi yemək yeyirlr. Bəyin ara – bir hacıya qulluq etdiyi, onun nimçəsinə kabab qoyduğu gözdən qaçmır. Xanəndənin səsi kadr arxasından davam edir:

- ...Yanaram ah etmsəm, gər ah çəksəm, ah kim...Kameranın obyektivi digər qonaqların üzərində gəzir. Hər kəsin başı yeməyə

qarışıb. Onların içərisində Salman bəy bığlarının burma olması ilə hər ksdən fərqlənir. Kadr arxasından xanəndə:

-Bülbüli – biçarənin bağü – budağın yandırır. ***

342

Page 343: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kəlat hakiminin mülkünün bağçası. Mustafa bəy və Murad xan bağçada gəzişə - gəzişə söhbət edirlər. Bəy deyir:

-Fəthabadda mənim evimdən daha böyük və daha yaraşıqlı ev yoxdur. Şahı bu evdə qonaqlayarq. Siz isə elə bu gün qardaşımın evunə köçün. Artq hər şey hazırdır. İnşallah gərək şahımızın yüksək səviyyədə qarşılayaq. Necə olsa, şah olmaqdan başqa, həm də yerlimizdir. Bu yerlərdən heç vaxt böyük hökmdar çıxmayb. Nadir şah birincidir.

Murad soruşur:-Ordu burada təqribən 10 – 15 gün qalacaq. Pul – para məsələsində heç bir

müşkülat yoxdur. Elə etmək lazımdır ki, ərzaq təminatında fasilə yaranmasın. Nadir şah özü ac qalar, amma bircə əsgərinin bircə saat ac qalmasına dözməz.

Mustafa bəy:-Zərrə qədər də narahat olmayın. Artq hər şeyi həll etmişm. Bu iş üçün xüsusi

adamlar ayrmşam, nəyi haradan alacağımızı da müəyyənləşdirmişəm. Deməli, şah buradan Kəlata, sonra Qəndəhara gedəcək. Vallah bu əfqanlar heç dinc oturmurlar. Hər fürsətdə üsyan edirlər. Onları yerlərində oturtmağn iki yolu var: ya başlarının üstündə daim qılnc asılmalıdır, ya da onların xaş – xaş ticarətinə mane olunmamalıdır.

***İri planda görünən Murad xan:-Şah birinci yolu üstün tutur. Biz imkan verə bilmərik ki, əfqan bəyləri öz

ciblərini doldurmaq üçün övladlarımzın qanını tiryəklə zəhərləsinlər. Eyni zamanda, onların ticarət yollarna təhlükə törrməsinə də imkan verməyəcəyik. Onlar da ya türklər kimi əkin – biçin, maldarlıq, sənətkarlıqla məşğul olacaqlar, ya orduda qulluq edəcəklər və ruzilərini halal yollarla qazanacaqlar, ya da başlarını itirəcəklər. Şahn qərarı budur.

***Fəthabad yaxınlığnda təpəlik bir yer. Quş uçuşundan mənzərə. Minlərlə

Fəthabad sakini təpələrin üstündə durub Nadir şahın yolunu gözləyirlər. Kameranın obyektivi təpəliklərin arasındakı ovalıqda uzanan yolun üstündə durub gözləyən 9 atlıya tuşlanır. Bu mnzərənin fonunda yazılır:

“FƏTHABAD, 1736 – CI İL, İYUN” ***Yazı itir. 9 atlının yaxından, ümumi planda görüntüsü. Bunlar Fəthabad valisi

Mustafa bəy, Murad xan, şəhərin axundu, Hacı Məhəmmədəli və 5 nəfər şəhər ağsaqqalıdır. Onlar yolun üfüqə qovuşan tərəfinə boylanırlar. Birdən vali deyir:

-Gəlirlər. ***Ekrandakı kadrları yolun üfüqə qovuşan yerində görünən çox sayda atlını əks

etdirən kadrlar, ardınca isə təpə üstündə durmuş qalabalığın görüntüləri əvəz edir və insanlardan sevinc və alqış səsləri ucalır.

***Ekranda yenidən 9 atlı görünür. Onlar artıq hərəkətə gəlmişlər və şahın

pişvazına tələsirlər. ***

343

Page 344: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

At belində irəliləyən Nadir şah, Təhmasib xan Cəlair, onları müşayiət edən 50-60 mühafizzəçi süvari görünür. Arxa planda isə ucu – bucu görünməyən qızılbaş ordusu diqqəti çəkir. Yaxın görüntü, orta plan.

***Quş uçuşundan görüntü. Bir yandan 9, digər yandan 50-60 atlı bir-birilərinə

yaxınlaşıb dururlar. Sonuncularnın ardınca ordu gəlir və onlar da ayaq saxlayırlar. Bu kadrları atlarından enib, bir dizi üstə çökərək şaha təzim edən 9 atlını, eləcə də, şah başda olmaqla digər süvariləri ümüumi planda əks etdirən kadrlar əvəz edir. Kadr arxasından kütləvi alqış və sevinc sədaları eşidilir. Vali deyir:

-Azərbaycan taxt-tacının sahibi, böyük hökmdarımız və qibləgahimiz, şahlar şah Nadir şah ata yurdu Fəthabad şəhərinə xoş gəlib, səfa gətirib...

***Ekranda orta planda Nadir şah, Təhmasib xan Cəlair, eləcə də arxa planda

digər süvarilər görünür. Gülümsəməkdə olan Nadir şahın diqqətini birdən birə nə isə cəlb edir. Kadr arxasından alqış və sevinc sədaları fonunda valinin səsi eşidilməkdə davam edir:

-...Fəthabada gəlişinizlə bütün fəthabadlılara sonsuz sevinc və şərəf bəxş etdiniz.

***Ekranda Nadir şahın diqqətini cəlb edən obyekt, yəni Hacı Məhəmmədəli

görünür. Onun üzündə sevinclə yanaşı, özünü necə aparmalı olduğunu bilməməsindən doğan çaşqınlq sezilir. Kadr arxasından kütlnin sevinc sədalar eşidilməkdə davam edir.

***Ekranda iri planda Nadir şah görünür. Onun ikiqat sevinc hissi keçirdiyi

görünür. Kütlənin sevinc sədası kəsilir və ortaya sükut çökür. EPIZODUN TƏKRARI Nadir və Məhəmmədəlinin xuduqları mədrəsə. Kameranın obyektivi növbə

ilə uşaqların üzlərini gəzir. Obyektiv kimə tuşlanırsa, dərhal gözünü yerə dikir. Yalnız balaca Nadir gülümsəyir. Kadr arxasından xocanın səsi eşidilir:

-Deyəsən, çətin oldu hə? Nadir bala, sənin baxışlarından hiss edirəm ki, sualın cavabını, deyəsən, bilirsən, amma sən hələlik sus. Qoy Məhəmmədəli fikrini söyləsin.

Obyektiv Məhəmmədəliyə tuşlanır. O deyir:-Xocam, yeddi dənə şəkərburanı iki dost arasında bərabər bölmək mümkün

deyil, bir dənəsi artıq qalır. Ona görə də onu özüm yeyərəm.Bu sözlər uşaqların gülüşməsinə səbəb olur. Ekranda onları xoca əvəz edir. O

da hər kəs kimi gülür və özünə gəldikdən sonra deyir:-Məhəmmədəli, bala, mən həmişə demişəm və bu gün bir daha təkrar edirəm,

sən böyüyəndə ya tacir olacaqsan, ya da molla. TƏKRAR EPİZODUN SONU *** BAŞQA EPİZODUN TƏKRARIBalaca Nadir çomağını yelləyə-yelləyə, yavaş-yavaş geri çəkilir, canavarlar

isə yavaş yavaş irəliləyir və qəzəblə dişlərini qıcıyırlar. Nadir geri çəkilə-çəkilə

344

Page 345: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

kürəyi ilə bir qayaya dirənir. O, çomağını yelləməkdə davam edir, amma gücünün tükənmək üzrə olduğu hiss olunur.

Bu dəm gözlənilmədən qurd ulamasının səsi eşidilir. Bu, canavarların hücumlarına son qoyub, durmalarına, qulaqlarını şəkləyərək səs gələn tərəfə baxmalarına səbəb olur.

***Ekranda hündür bir qaya üzərində durub, üzünü göyə tutaraq ulayan böyük bir

qurd görüntülənir. ***Yenidən əvvəlki görüntülər. Nadir qayaya qısılmışdır. Əlindəki çomağı zərbə

endirmək üçün hazır vəziyyətdə tutub. Canavarlar artıq ona əhəmiyyət vermirlər. Əksinə, yavaş-yavaş geri çəkilirlər. Bu dəm özünü yetirən Məhəmmədəli kadra daxil olur və çomağını işə salır. Nadir də ona qoşulur. Canavarlar ildırım sürəti ilə geri dönüb qaçırlar.

TƏKRAR EPİZODUN SONU ***

Ekranda yenidən iri planda Nadir şah görünür. Onun ikiqat sevinc hissi keçirdiyi görünür. Kütlənin sevinc sədası yenidən eşidilir.

*** Ümumi plan. Nadir şah, ardınca da onu müşayiət edənlər atlarını irəli sürüb

qarşılayanlara çatırlar. Şah atnn Hacı Məhəmmədəlinin atının yanına sürür və atlar at belində qucaqlaşırlar. Kütlənin sevinc nidaları davam edir.

*** Ekranda təpə başlarında durub sevinclərini alqışlarla ifadə etməkdə olan xalq

kütləsi görünür. Səs-küydən qulaq batır. Bu səhnə bir neçə saniyə davam edir və bu müddət ərzində kameranın obyektivi kütləni müxtəlif nöqtələrdən əks edirir. Və bu görüntülər kadr arxasından eşidilməyə başlayan təbil və zurna-balaban sədaların eşidilməsi ilə son bulur.

***Ekranda şux musiqi çalmaqda olan və kütlənin tədricən susmasına səbəb olan

təbilçi, zurnaçı və balabançılar dəstəsinin önündən keçən nadir şah, onu müşayiət edən Təhmasib xan Cəlair, Murad xan, Fəthabad valisi, Hacı Məhəmmədəli, ağsaqqallar və süvarilər görünür. Hac Məhəmmədəli atını şahn atı ilə yanaşı sürür. Şah onun yoluna çıxıb bir cərgə halında düzülən və saz çalmağa başlayan 10-a yaxın aşığa çatıb durur. Digər atlılar da eyni şeyi edir. Aşıqlardan biri oxumağa başlayır:

-Şahım gün tək doğub Türküstan elə,Şirsən, aslansan sən, şahım, çox yaşa!Namın çatıb artıq Hində, Çinə də, Xansan, xaqansan sən, şahım, çox yaşa! ***Bazrın dükan sıralarından birinin qarşısı. Bütün dükanların qapı və divarların-

dan çox sayda geyim əşyaları, buxara papaqlar, yapıncılar, çuxalar, əbalar və s. asılıb. Qapı ağızlarındakı rəflərdə bir-birindən gözəl başmaq və uzunboğaz

345

Page 346: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

çəkmələr düzülüb. Səs-küy qulaq batırır. Gözəl geyim – keçimindən zəngin olduğu hiss edilən Salman bəy dükanların önü ilə gəzə-gəzə mallara baxır. O, buxara papaqlar satılan bir dükanın qarşısında durub papaqlara tamaşa etməyə başlayır. Dükan sahibi dərhal onlara yaxınlaşır:

-Xoş gəldiniz Salman bəy, nə qulluğunuz var?Hacı Məhəmmədəli:-Xoş gördük, kəbleyi. Özümə yaxşı bir buxara papaq axtarıram. ***Ekranda dükan sahibinin gülümsəyən dodaqlarının arasından görünən iki tək-

bir cüt çürük dişi görünür. O deyir:-Buxara papaq da, ipək libas da, təmiz dəridən başmaq da məndə. Özü də ən

yaxşısından.Kamera arxaya çəkilir və tacirin bu dəfə təkcə büstü deyil, bədəninin beldən

bütün yuxarı hissəsi görünür. O, əlini dükanının qapısına tərəf uzadır:-...Buyurun içəri, bir fincan qəhvəmizi için. ***Dükanın qapısının önü. Salman bəy dükan sahibi ilə üz-üzə durub. O, qapıdan

içəri girir. Tacir də ardınca daxil olur. ***Dükanın içi. Hər tərəfdən müxtəlif libaslar asılıb. Rəflərdən birinə səliqə ilə

papaqlar, digərinə isə ayaqqabılar düzülüb. Salman bəy ətrafı gözdən keçirir. Kadr arxasından dükan sahibinin səsi eşidilir:

-Əhməd, bala, bizə iki fincan qəhvə və Təbriz noğulu gətir.Tacir kadra daxil olaraq müştəriyə yer göstərir:-Buyurun, əyləşin... *** Bəy küncdə duran səkkizguşəli alçaq masaya yaxınlaşır. Masanın yanında iki

səkkizguşəli oturacaqlı alçaq səndəl var. O, səndəllərdən birinə oturur. Kadra dükan sahibi daxil olur. O oturur və üzünü bəyə tutur:

-Salman bəy, siz bizim bu dükana xoş gəlib, səfa gətirmisiniz. Həmişə siz gələsiniz. Şəhərdə nə var, nə yox?

Salman bəy bic – bic gülümsəyərək:-Kəbleyi, elə soruşursan, guya heç nədən xəbərin yoxdur. Müseyiboğulların-

dan olasan, olub – bitənlərdən xəbərin olmasın, vallah mən buna heç vaxt inanmaram.

Dükan sahibi:-Yox, hamının bildiyini mən də bilirəm, bilirəm ki, Nadir şah şəhərimizə təşrif

gətirib. Özü də şəhər hakiminin evində qonaqlamaqdan imtina edib. Uşaqlıq dostu və yerlisi tacir Hacı Məhəmmədəlinin evində qalmağa üstünlük verib. Bunları mən də bilirəm. Başqa nə var, nə yox, Şahın bu tövrü...

Dükanın qapısına bərkidilmiş zınqırovların səslənməsi onun sözünü yarıda kəsməsinə səbəb olur. Müsahiblərin hər ikisi üzlərini səs gələn tərəfə çevirir. Dükan sahibi:

-Bəh-bəh-bəh! Qəhvəmiz də gəlib çıxdı.

346

Page 347: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

O, sözünü bitirər-bitirməz kadra əlində asma məcməyidə üç fincan qəhvə və içi Təbriz noğulu ilə dolu qab olan qəhvəçi Əhməd daxil olur:

-Bəyimizi xoş gəlib, səfa gətirib.O, fincanları və qabı masanın üstünə düzür. Salman bəy:-Xoş günün olsun, ay bala. Necəsən, dədən necədir?Qəhvəçi Əhməd "Allaha şükür, duaçıyıq, nuş olsun"-deyib geri dönür və kadrı

tərk edir. Tacir ağzına noğul atır, qəhvədən bir qurtum içib sözünə davam edir:-Hə, sözüm yarımçq qaldı. Deyirəm, ay bəy, şahın hakimin evində deyil, bir

tacirin evində qonaqlaması, axı, indiyədək görülməyib. Şahın bu tövrü barədə nə düşünürsüz? Yəqin ki, hakimimiz Mustafa bəy indi pərt olub, eləmi?

***İri planda görüntülənən Salman bəy qəhvə içə - içə:-Pərt niyə olur? Əvəzində Murad xan onun evində qalası oldu. Murad xan,

deyilənə görə şahın sağ əlidir. Oğlu Rzaqulu xanla da möhkəm dostdurlar. Mustafa bəy sabah, inşallah, öz evində Nadir şaha böyük ziyafət verəcək. Mən də ziyafətə dəvətliyəm. Təzə papaq da ona görə lazımımdır.

***Ümumi plan. Tacir ayağa qalxır:-Mənim bu qara gözlərim üstə.O bu sözləri deyib kadrdan çıxır. Bəy qəhvədən daha bir qurtum içib tacirin

ardınca:-Bu Hacı Məhəmmədəli ilə tanışlığın yoxdur ki?Kadr arxasından dükan sahibinin səsi eşidilir:-Çox yaxşı tanıyıram. Meyvə, əsasən də alma ticarəti ilə məşğuldur. Yaxşı ev

– eşiyi var. Oğlu da şah qulluğundadır... ***Ekranda papaqlar düzülmüş rəfin önündə durmuş dükan sahibi görünür. O,

əlində bir buxara papaq tutmuşdur:-...Nadir şahın mühafizəçilərindəndir. Atası onu şahın, - onada Nadirqulu

Əfşar hələ şah deyildi, xan idi, - yanına qulluğa göndərərkən bütün libasını, papaqdan başmağadək mənim dükanımdan almışdı.

Dükan sahibi daha bir neçə söz deyir, fəqət artıq onun sözləri eşidilmir və dedikləri əyani olaraq nümayiş etdirilməyə başlayır.

*** EPİZODUN TƏKRARIBazrın dükan sıralarından birinin qarşısı. Bütün dükanların qapı və divarların-

dan çox sayda geyim əşyaları, buxara papaqlar, yapıncılar, çuxalar, əbalar və s. asılıb. Qapı ağızlarındakı rəflərdə bir-birindən gözəl başmaq və uzunboğaz çəkmələr düzülüb. Səs-küy qulaq batırır. Hacı Məhəmmədəli və Toğrul dükanların önü ilə gəzə-gəzə mallara baxırlar. Gəncin əlində iki boş zənbil var. Onlar buxara papaqlar satılan bir dükanın qarşısında durub papaqlara baxırlar. Dükan sahibi dərhal onlara yaxınlaşır:

-Xoş gəldiniz hacı, nə qulluğunuz var?Hacı Məhəmmədəli:-Xoş gördük, kəbleyi. Oğluma bəylərə layiq bir papaq axtarıram.

347

Page 348: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda dükan sahibinin gülümsəyən dodaqlarının arasından görünən iki tək-

bir cüt çürük dişi görünür. O deyir:-Bəylərə layiq papaq da, libas da, başmaq da məndə. Özü də çox ucuz... Kamera arxaya çəkilir və tacirin bu dəfə təkcə büstü deyil, bədəninin beldən

bütün yuxarı hissəsi görünür. O, əlini dükanının qapısına tərəf uzadır:-...Buyurun içəri, bir fincan qəhvəmizi için. ***Dükanın qapısının önü. Hacı Məhəmmədəli və Toğrul dükan sahibi ilə üz-üzə

durmuşlar. Ata "gəl, oğlum"-deyib, qapıdan içəri girir. Oğlu da ardınca daxil olur. Ən sonda dükana girən tacir olur.

***Dükanın içi. Hər tərəfdən müxtəlif libaslar asılıb. Rəflərdən birinə səliqə ilə

papaqlar, digərinə isə ayaqqabılar düzülüb. Hacı və oğlu ətrafı gözdən keçirirlər. Kadr arxasından dükan sahibinin səsi eşidilir:

-Əhməd, bala, bizə üç fincan qəhvə və Təbriz noğulu gətir.Tacir kadra daxil olaraq müştərilərə yer göstərir:-Buyurun, əyləşin... *** Ata və oğul küncdə duran səkkizguşəli alçaq masaya yaxınlaşırlar. Masanın

yanında iki səkkizguşəli oturacaqlı alçaq səndəl var. Hacı səndəllərdən birinə oturur və oğluna da oturmasını söyləyir:

-Toğrul, bala, ayaq üstə durma, sən də otur.Toğrul da o biri səndələ oturur. Kdra əlində üçüncü səndəl olan dükan sahibi

daxil olur. O, səndəli yerə qoyub, oturur və üzünü Toğrula tutur:-Hə, deməli, adın Toğruldur. Bəh-bəh-bəh. Gözəl adın var. Bilirsən də, Toğrul

Səlcuqlu sultanlarından birinin adı olub.Toğrul:-Bilirəm, bəli.Tacir:-Maşallah,maşallah. Toğrul Hacı Məhəmmədəli oğlu Əfşar. Görürsən də necə

gözəl səslənir...Hacı Məhəmmədəli tacirin sözünü yarıda kəsir:-Kəbleyi, bax, münasib qiymət desən, sənə böyük xeyir verəcəyəm. Tacir:-Hacı, özün bilirsən ki, biz ata-babadan ticarətlə məşğul oluruq və indiyə kimi

bir nəfər də Müseyiboğullarından kiminsə haram yediyini görməyib.Hacı Məhəmmədəli:-Bilirəm. Ona görə də sənin yanına...Dükanın qapısına bərkidilmiş zınqırovların səslənməsi hacının sözünü yarıda

kəsməsinə səbəb olur. Müsahiblərin üçü də üzlərini səs gələn tərəfə çevirir. Dükan sahibi:

-Bəh-bəh-bəh! Qəhvəmiz də gəlib çıxdı.O, sözünü bitirər-bitirməz kadra əlində asma məcməyidə üç fincan qəhvə və

içi Təbriz noğulu ilə dolu qab olan qəhvəçi Əhməd daxil olur:

348

Page 349: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Hacı Məhəmmədəli əmi xoş gəlib, səfa gətirib.O, fincanları və qabı masanın üstünə düzür. Hacı Məhəmmədəli:-Xoş günün olsun, ay bala. Necəsən, dədən necədir?Qəhvəçi Əhməd "Allaha şükür, hamımız yaxşıyıq, nuş olsun"-deyib geri

dönür və kadrı tərk edir. Hacı sözünə davam edir:-Hə, Kəbleyi, sözüm yarımçıq qaldı. Sənin də ata-babanın da düz adam

olduğunuzu bilirəm, ona görə də buradayam.Tacir:-Allah səndən razı olsun. Buyur, səni dinləyirəm.Hacı:-İstəyirəm, oğlumu başdan ayağa yeni libasa bürüyəm. Corabından, canlığın-

dan tutmuş çuxasına,arxalığına və papağına qədər.Tacir ayağa qalxır:-Mənim bu qara gözlərim üstə. TƏKRAR EPİZODUN SONU ***Hacı Məhəmmədəlinin evinin bağçasındak köşkdə döşənmiş xalça – palaz və

döşəklər üsərində oturub şahmat oynayan Nadir şah və Hacı Məhəmmədəli görünür.

Nadir bir gediş edib uşaqlıq dostuna gülümsəyə - gülümsəyə:-Hə, dostum, deyəsən, görüşmədiyimiz bu illər ərzində şətrənc oynamağı

əməlli – başlı öyrənmisən. Əvvəllər səni çətinlik çəkmədən, çox asanlıqla udardım. İndi isə etiraf edim ki, mənə çox çətin anlar yaşadırsan.

Hacı Mhəmmədəli gülümsəyərək:-Onda uşaq idik. Sən hamımızdan daha zehinli idin. Həm şətrəncdə hamıya

qalib gələrdin, həm də dərslərdində hammızdan üstün idin. Qoyun güdə -güdə qaya üzərində şətrənc oynamağımızı xatırlayırsanmı?

***İri planda görünən Nadir şah:-Əlbəttə ki, xatırlayıram.Şah bu sözləri söyləyib bir anlığa xəyala dalır və gözləri önündə uşaqlığın

şirin xatirələri canlanır. ***Düzənlikdə otlayan qoyun sürüsü. İki çoban iti onların yanında uzanıb ətrafı

seyr edirlər. ***Kiçik bir qaya üzərində oturub şahmat oynayan balaca Nadir və Mhəmmədəli

görünür. Arxa planda ot otlayan qoyunlar diqqəti çəkir. Balaca Nadir bir gediş edib gülə - gülə “mat” deyir.

Balaca Məhəmmədəli təəccüb və diqqətlə lövhəyə baxır:-Necə yəni mat?! Hanı mat?!Balaca Nadir in gülüşü qəh – qəhəyə çevrilir.Lövhəyə baxmaqda və hələ də nəyin baş verdiyini anlamamaqda olan balaca

Məhəmmədəli öncə dostuna, daha sonra isə təkrar lövhəyə baxır və deyəsən, gerçəkdən də mat olduğunu anlayır və təəccüblə:

349

Page 350: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Heç nə başa düşə bilmirəm, axı, bu necə oldu? Yenə də baxtın gətirdi.Məhəmmədəlinin bu sözləri balaca Nadiri daha ucadan gülməyə məcbur edir. ***İri planda görünən Nadir şah xəyallarından ayrılaraq:-Oğlun Toğrulu da çox sevdim. Onu evləndirməyi düşünmürsənmi? ***İri planda Nadiri Hacı Məhəmmədəli əvəz edir:-Bizim xanıma tapşırmışdım bir ağzın yoxlasın, ürəyində bir kimsənin olub –

olmadığını öyrənsin. O da öyrənib ki, sənin yanna yolda ikən, Toğrul Türkmənsəh-rada bir qoca türkmənin qonağ olubmuş və gözü də onun qızını tutubmuş.

***Ümumi plan. Nadir şah:-Əla! Təcili elçi göndərmək lazımdır.Məhəmmədəli:-Elçi göndərmək asandır. Amma özün bilirsən ki, bu türkmənlər çox tərs

tayfadırlar. İnanmıram qızlarını şiəyə verməyə razı olsunlar. Nadir şah gülür:-Elçilərin mənim adımdan gəldiyimi bilsələr verərlər. Elçilik məsələsini özüm

təşkil edərəm. Şaha etirazmı edəcəklər?Hacı Məhəmmədəli:-Allah səndən razı olsun. ***Nadir iri planda görünür:-Bəs, dost dosta hansı gündə lazımdır? Amma doğru deyirsən, türkmənlər bu

məzhəb məsələsində çox həssasdırlar. İşdir, ayaqlarını bir başmağa dirəsələr, qızı qaçırtdrarıq. Vallah bu sünni – şiə məsələsi bir kal armud olub keçib millətin boğazına, nə tüpürmək olur, nə udmaq. Məndən olsa idi, şiəliyi kökündən ləğv etdirərdim, amma təəssüf ki, bu mümkün deyil...

***Ümumi plan. Şah sözünə davam edir: -...Elə bu üzdən də gücüm yalnız ələviliyi cəfəriliklə əvəz etməyə yetdi. İşdir,

xəlifə cəfəriliyi İslamın beşinci rəsmi məzhəbi kimi qəbul edərsə, məsələ özü – özünə çözülər. Qəbul etməzsə, vay millətin və ümmətin halına! Səfəvilər millətin başına elə bir oyun gətiriblər ki, axırının necə olacağın bir Allah bilir.

Hacı Məhəmmədəli bir söz deməyib növbəti gedişini edir və gözlərinə inanmayan bir şkildə:

-Vallah, qardaş, gözlərimə inana bilmirəm, amma, deyəsən, ömrümdə ilk dəfə səni mat etdim.

Nadir şah diqqətlə lövhəyə baxır, “vallah, mən də gözlərimə inana bilmirəm, amma doğrudan da matdır” – deyib ucadan gülməyə başlayır. Hacı Məhəmmədəli də ona qoşulur.

***Hacı Məhəmmədəlinin bağçası. Murad xan v Toğrul bağçada gəzişirlər. Kadr

arxasndan, uzaqdan Nadir şahla Hacı Məhəmmədəlinin gülüş səsləri eşidilir. Bu, gənclərin diqqətini cəlb edir. Murad zarafatla:

350

Page 351: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Vallah, deyəsən, şahımızla atanın dostluğu Qəznəli Sultan Mahmudla Ayazın dostluğundan daha qüvvətlidir.

Toğrul təəccüblə:Sultan mahmud? Ayaz? Onlar kimdir?Murad gülümsəyir:-Sənə çx təəccüb edirəm. Onları tanımayan və onların məsələsini bilməyən

yoxdur. Sənsə elə soruşursan, elə bil başqa mmləkətdən gəlmisən. Qəznəli Sultan mahmud təqribən 700 il bundan qabaq yaşayıb. Böyük türk hökmdarlarından olub. Ona Ayaz adında bir qul bağılamışdılar. O da qulun dərrakə, mrifət və əxlaqını görüb ona heyran olmuş və azad etmişdi. Bundan snra aralarında tarixdə misli görünməmiş bir dostluq qurulmuşdur. Bir – birilərini o qədər çox sevərlərmiş ki, bir gün də ayrı qalmazdılar.

Toğrul üzündəki təəccüb hissi daha da artır:-Heç adamın inanmağ gəlmir.Murad xan:-Niyə bel şeylər tez – tez olur. Biz də rəhmətlik Təhmasib şahla çox möhkəm

dost idik. Bunu sənə danışmışam.Toğrul:-Hə, danışmsan. Allah rəhmət etsin. ***İri planda görünən Murad bir anlığa xəyala dalır və gözləri önündə keçmişin

xoş xatirələri canlanr. EPIZODUN TƏKRARI ***Quş uçuşundan panoram. Qalib gəlmiş Murad atının üzünü şah çadırına tərəf

döndərmişdir. Digər iştirakçılar finiş xəttinin yaxınlığında atlarından enməkdə və onları ardlarınca kənara çəkməkdədirlər.

***Murad at belində çadıra yaxınlaşır. Atdan enib atın ipini qarşısına çıxan

əsgərə verir və bir qədər piyada gedib, şahın önündə bir dizini yerə qoyub, əlini ürəyinin üstünə qoyur və baş əyir. Ətrafa tam bir sükut çökür.

Təhmasib şah:-Qalx ayağa, yaxın gəl.Murad ayağa qalxıb şaha yaxınlaşır və onun qarşısında durur.Şah: -İstə məndən nə istəyəcəksənsə. *** Ekranda iri planda görünən Murad :-Şahım, sizdən dərdimə dərman istəyirəm. ***İri planda Muradı gülümsəyən şah əvəz edir:-Dərdin nədir, dərmanı nədir? Söylə, əlac edək. ***Ümumi plan. Murad deyir:-Qibleyi-aləm, deməyə abır edirəm. İcazə verin, dərdimi ağsaqqallar anlat-sın.

351

Page 352: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Təhmasib gülməyə başlayır və üzünü valiyə çevirir və gözlərinin işarəsi ilə ağsaqqalları dəvət etməsi barədə ona göstəriş verir. Vali ayağa qalxır və əli ilə kadr arxasına, kiməsə işarə edir və yenidən yerində oturur.

***Ekranda əsgərlərin arasından keçib çadıra tərəf yön alan dörd ağsaqqal

görünür. Onlar kamerann obyektivinin müşayiəti ilə çadıra daxil olub şaha təzim edirlər.

Təhmasib gülümsəyə-gülümsəyə onlara müraciətlə deyir:-Anladın görək, bu dəliqanlının dərdi nə imiş.Ağsaqqallardan biri:-Şah sağ olsun, bunun dərdi könül məsələsidir. Murad şəhərimizin gözəllərin-

dən birinə aşiq olub. Qızın könlü də bundadır. Amma qızın atası qızı ona verməyə heç cür razı olmur. Nə qədər dil-ağız etdiksə, daşı ətəyindən tökmədi ki, tökmədi. Heç cür razılıq vermir.

Təhmasib üzünü Murada tutur:-Sənin elçiliyini də, toyunu da özüm edəcəyəm. Üstəlik səni öz yanımda

qulluğa da götürürəm.Murad:-Allah sizdən razı olsun. And olsun uca Tanrıya ki, ömrümün sonuna qədər

sizə sədaqətlə qulluq edəcəyəm, canımı istədiyiniz andaca onu sizə sevinə-sevinə verməyə hazır olacağam.

Gənc bu sözləri deyib şaha yaxınlaşır və onun əlindən öpür. EPİZODUN SONU ***Yenidən iri planda görünən Murad yen də xəyala dalıb və gözləri önündə

keçmişin digər xoş xatirələri canlanr. EPIZODUN TƏKRARI ***Gölün ortasındakı qayığın yaxından görüntüsü. Təhmasib şah və Murad suya

tilov atıb balığın düşməsini gözləyə-gözləyə söhbət edirlər. Şah:-Deməli, ömründə ilk dəfədir ki, balıq ovunda iştiak edirsən?Murad:-Bəli. Ceyran, cüyür, hətta canavar və tülkü ovunda çox olmuşam, quş da

vurmuşam, amma heç vaxt balıq tutmağı sınaqdan çıxarmamışam. ***Ekranda iri planda görüntülənən şah:-Siyasət də balıq ovu kimi cansıxıcı və səbr tələb edən bir peşədir. Səbr edib

gözləyirsən və ilk fürsətdəcə rəqiblərini qarmağa keçirib məhv edirsən. Xoşbəxt oadamdır ki, balıq yox, balıqçıdır. Mən bütün ömrüm boyu balıq olmuşam...

***Ekranda iri planda bir anlığa Muradın bu sözlərdən təəccüb və heyrətini

gizlədə bilməyən siması görünür və dərhal da onu iri planda gözlərindən kədər yağan Təhmasib şahın çöhrəsi əvəz edir. O, sözünə davam edir:

352

Page 353: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Bəli, bəli, məhz balıq kimi, özü də hə an qarmağa keçirilib məhv ediləcəyi anı gözləyən balıq kimi. Hər kəs elə düşünür ki, sarayda yaşamaq, qayğısız həyat sürmək böyük xoşbəxtlikdir. Amma bu kənardan baxanda belədir...

***Ümumi plan. Təhmasib aralıqsız davam edir:-...İçəridən baxanda isə hər şey başqa cürdür. Fitnə, fəsad, saxta gülüşlər,

yaltaq baxışlar. Üzünə gülürlər, yaltaqlıq edirlər, arxanda isə sənin üçün qarmaq-lar düzürlər, torlar hörürlər...Bax, sənin qarmağına balıq düşüb... ***

Ekranda su üstündə üzən iki tilov üzgəci görünür, onlardan biri suya batıb qalxır. Kadr arxasından şahın səsi eşidilir:

-...Tez ol dart. ***Ümumi plan. Murad cəld tilovu çəkir və qarmağa keçmiş böyük bir balq

sudan çıxır. ***Göl ortasındakı qayıq. Orta plan. Şah və Murad tlovlarını suda tutub

söhbətlərinə davam edirlər. Təhmasib deyir:-Mənə verdiyin sözü unutmamısan ki?Murad:-Heç unudarammı? Mən sizə ömrümün sonuna qədər sədaqətlə xidmət

edəcəyəm və lazım olan andaca həyatımı sevə-sevə fəda etməyə hazır olacağam.Şah:-Mənim sənin kimi mərd, cəsarətli və sədaqətli bir dosta və arxaya ehtiyacım

var. Bu günə qədər bir dostum, ürəyimi aça biləcəyim, etibar edə biləcəyim bir sirdaşım olmayıb. Sənə isə nə üçünsə etibar edirəm və ürəyimi açmaq istəyirəm.

Bilirsənmi şahzadə, xüsusən də vəliəhd olmaq nə qədər qorxuludur. Hər an kiminsə arxadan kürəyinə bıçaq saplayacağından, yeməyinə zəhər qatacağından qorxa-qorxa yaşayırsan. Bilmirsən, dostun kimdir, düşmənin kimdir. Üzdə hər kəs dost görünməyə çalışır, arxada isə nələr düşündüyünü yalnız Allah bilir...

***Ekranda iri planda şahın kədərli sifəti görünür. Onun gözləri dolmuşdur:-... Gecənin bir vaxtında otağıma girib boğazımın kəsilməsindən qorxduğum

üçün hər gecə iki cariyəmin ortasında yatardım. Özümü bivec, yelbeyin və eyş-işrət düşkünü kimi göstərməyə çalışırdım.

Fəthəli xan məni saraydan qaçırıb şah elan edəndən sonra bütün bunların sona çatacağını düşünürdüm. Amma gördüm ki, baş axundla birləşiblər və məq-sədləri hakimiyyətə yiyələnməkdir...

***Ekranda iri planda şahı, təəccüb və heyrətlə onu dinləyən Murad əvəz edir.

Təhmasib kadr arxasından sözünə davam edir:-Bir bəhanə ilə axundu Qəzvinə göndərib onları bir-birindən ayırdım. Amma

yenə də özümü təhlükəsiz hiss etmirəm. Mühafizəçilərimin hamısı Fəthəli xanın adamlarıdır. Nə qədər ki, onlardan qurtulmamışam, özümü təhlükəsiz hiss etmə-yəcəyəm...

353

Page 354: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ümumi plan. Şah sözünə davam edir:-...Söylə. mənim gerçək dostum və arxam olarsanmı?Murad:-And olsun uca Tanrıya ki, sizə gerçək dost və əsil arxa olacağam. Amma

mənim əlimdən nə gələr ki?Təhmasib şah:-Çox şey. İndi məni diqqətlə dinlə, istəyirəm səni özümün mühafizə dəstəmin

başçısı edim. Mühafizə dəstəsinə ancaq bəy başçılıq edə bilər. Odur ki, sənə toy hədiyyəsi kimi dörd kənd bağışlayacaq və bəylik rütbəsi verəcəyəm. Ondan sonrası isə asandır. Sənsə səninlə Təbriz yürüşündə iştirak etmiş dostlarından cəsarətinə və sədaqətinə əmin olduğun 25-30 nəfər topla, onları da özümüzlə Təbrizə aparaq, məni onlar mühafizə etsin. Ondan sonra nə etmək lazım olduğunu bilirəm.

Bu günə qədər şah möhürü xanın əlindədir və mən möhürü ondan istəyə bilmirəm, qorxuram, cəsarət etmirəm. Siz yanımda, arxamda olduqdan sonra isə hər şey dəyişəcək. Razısanm?

Murad ayağa qalxıb şaha baş əyir və deyir:-Şahıma qulluq etmək mənim üçün böyük şərəfdir. Məndən tam əmin ola

bilərsiniz. Siz mənə elə bir yaxşılıq etmizsiniz ki, yolunuzda yüz dəfə canımı ver-səm əvəzini ödəyə bilmərəm.

EPİZODUN SONU ***İri planda görünən Murad xəyaldan ayrılır:-Mən rəhmətlik Təhmasib şahın mənim üçün etdiyini, hətta mənim üçün

şəxsən elçilik etdiyini heç vaxt unutmayacağam. Allah ona min rəhmət etsin. ***Ümumi plan. Toğrul:-Amin!Murad:-Dünyada türkün dostluğu kimi dostluq yoxdur. Yalnız türklrdə hökmdarlarla

rəiyyətin dostluğu mümkündür.Toğrul:-Doğrudur. ***Kəlar şəhərinin qala qapısından at belində şəhərə daxil olan Nadir şah, Hacı

Məhəmmədəli, Təhmasib xan Cəlair, Murad xan və mühafizə dəstəsi. Sonuncuların içində Toğrul da diqqəti çəkir. Qala qapısı önünə yığışmış əhali şahın başına gül – çiçək yağdırır. Əl tutub yallı gedənlər görünür. Kadr arxasından təbil, zurna səsi eşidilir. Bu mənzərənin fonunda yazılır:

“KƏLAT, 1736 – CI İL, İYUN” *** Nadirin ona qaynatası Babaəli xandan miras qalmış evinin həyəti. Arxa planda

ev görünür. Nadir şah dostu Məhəmmədəliyə evi və həyəti göstərərək deyir:-Bax bu mülk mənə rəhmtlik qaynatam Babəli xandan miras qalıb. Kəlatda

bundan daha gözəl və geniş mülk yoxdur.

354

Page 355: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hacı Məhəmmədəli:-Allah rəhmət etsin.Nadir:-Onunla görüşdən sonra həyatım büsbütün dəyişdi.Şah bu sözləri dedikdən sonra bir anlığa xəyala dalır və gözləri önündə

keçmişin xatirələri canlanır. EPİZODUN TƏKRARINadirlə Babaəli xan təpələrlə əhatələnmiş qayalıq bir yerdə gəzişərək söhbət

edirlər. Nadir deyir:-Əminəm ki, güclərimizi birləşdirsək, bütün Xorasanı əfqan və özbəklərdən

təmizləyə bilərik. Hətta ən qısa bir vaxtda Məşhəd və Heratı da ələ keçirmək imkanına sahib olarıq.

Babaəli xan:-Bax, oğlum, sən deyənlər tam doğrudur və mən səninlə tam razıyam. Amma

ortada iki əmma var. İlk növbədə onları həll etməliyik. Birincisi, bu, sənin qeyri-məşru vəziyyətindir. İlk öncə sənin vəziyyətini məşrulaşdırmaq lazımdır. Bunun yolunu bilirəm, söyləyərəm, fikirləşərsən. İkincisi, mənim vəziyyətimdir. Mən xalqımızı yağma və təhqirlərdən qoruya bilmək üçün Hacı Zaman xanla əbədi sülh barədə Qurana əl basıb anlaşmışıq. Odur ki, heç bir vəchlə əfqanların və özbəklərin üstünə müharibə ilə gedib andımı poza bilmərəm. Amma bunun da yolu var.

İndi mənə diqqətlə qulaq as. Tədbirim belədir. Öncə sən məscidə gedib axundun və 5-10 ağsaqqalın qarşısında Qurani-Kərimə əl basıb tövbə edəcək, həramilikdən, quldurluqdan əl çəkdiyini bəyan edəcəksən, mənsə səni də, yoldaş-larını da bağışladığımı və himayəm altına aldığımı elan edərəm. Beləcə, həm sizqeyri-məşru vəziyyətdən çıxmış olarsınız, həm də mənim himayəmə keçdiyiniz üçün kimsə sizə xətər yetirməyə cəsarət etməz. Sonra səni özümə kürəkən və bütün varidatımın və mülklərimin sahibi edərəm. Onsuz da mənim oğlum yoxdur. gözümün ağı-qarası bircə qızım var.

Daha sonra əfşar bəylərini bir yerə toplayar, taqətdən düşdüyümü və könüllü olaraq xanlıqdan əl çəkdiyimi bildirərəm. Sənin namizədliyini irəli sürərəm və sən xan olarsan. Xan olduqdan sonra isə düşündüklərini asanlıqla yerinə yetirərsən, mən isə Qurana içdiyim anda xilaf çıxmış olmaram. Fikirləş və qərarını bildir.

Əlbəttə, bütün bunları mərhələ-mərhələ həyata keçirmək üçün xeyli vaxt lazım olacaq. Amma razılaş ki, sənin də Xorasanı əfqanlardan təmizləmək məqsədi ilə başlamaq istədiyin böyük savaşa hazırlaşmaq üçün vaxta ehtiyacın var.

EPİZODUN SONU ***Nadirin ona qaynatası Babaəli xandan miras qalmış evinin həyəti. Arxa planda

ev görünür. Nadir şah dostu Məhəmmədəliyə deyir:-Burada bir – iki il qalıb dincəlməyi, ordunu yenidən qurmağ və gənc

əsgərlərə təlim keçməyi düşünürəm. Sən də bir müddət ailənlə birlikdə qonağım olarsan. Fəthabadın hakiminə də, dediyim kimi, həm bu müddət ərzində sənin işəlrini yürütməsini, həm də mənim adımdan Türkmənsəhraya Toğrul balamız üçün elçi göndərilməsini təşkil etməsini tapşırmışam. Odur ki, narahat olmaya bilrsən. Səninlə bir ova da çıxarıq. Ovla aran necədir?

355

Page 356: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hacı Məhəmmədəli:-Pis deyil, amma etiraf edim ki, yaxşı ovçu deyiləm. Atdığım üç güllədən

yalnız biri hədəfə dəyir, o da həmişə yox.Bu sözlər dostların bir – birinə qoşulub gülüşməsinə səbəb olur.

***Çılpaq dağlarla əhatə olunmuş düzənlik sahə. Nadir şahın tüfəngçi və topçu

alayları təlim - məşq keçirirlər. Yanyana, bir xətt üzərində, bir-birindən 4 metr aralı səkkiz top düzülmüşdür. Topçular, hər topun yanında iki nəfər olmaqla, öz toplarını silib yağlamaqla məşğuldurlar. Hər topun yanında bir yığın girdə mərmi və topu odlamaq üçün məşəl çubuğu var. Kadr arxasından eyni vaxtda atılan onlarla güllə səsi və ardınca da komanda eşidilir: -Birinci sıra çök! İkinci sıra qalx!Hədəfi nişan al! Atəş! Yenə eyni vaxtda atılan onlarla güllə səsi və ardınca komanda : -İkinci sıra çök! Birinci sıra qalx! Hədəfi nişan al! Atəş! Yenə eyni vaxta atılan tüfəng güllələrinin səsi qulaq batırır. *** Ekranda biri öndə, digəri isə arxada iki paralel düz xətt boyunca düzül-müş iki cərgə tüfəngçi canlanır. Cərgələr arasında məsafə 2 metr, eyni xətlər üzrə düzülmüş əsgərlər arasında isə 1 metrdir. İkinci cərgənin əsgərləri sol dizləri üstdə çökmüş vəziyyətdədirlər. Onlar sol əllərində tüfənglərini qundağı yerdə, lüləsi isə yerə nisbətən perpendikulyar olaraq, göyə istiqamətlənmiş vəziyyətdə tutmuşlar. Birinci cərgə isə ayaq üstə duraraq, tüfənglərini irəli doğru tutmuşlar. Birinci cər-gənin əsgərlərinin tüfənglərindən tüstü çıxır. Hər cərgədə əlli tüfəngçi var.At üstündə olan yüzbaşı komanda verir: -Birinci sıra çök!...

Komandaya uyğun olaraq sol dizləri üstə çökən birinci sıranın əsgərləridərhal tüfənglərini barıt və güllə ilə doldumağa başlayırlar. Yüzbaşı davam edir: -…İkinci sıra qalx!... İkinci sıranın əsgərləri ayağa qalxırlar.Tüfənglərini sol əlləri ilə sağ əllərinə ötürüb, lüləsi yuxarı vəziyyətdə döşlərinə sıxırlar. Yüzbaşı: -…Nişan al!... *** Yan tərəfdən görüntü. Əsgərlər tüfənglərini qarşı tərəfdə quraşdırılmış 50 saman müqəvvaya tərəf tuşlayırlar. Yüzbaşı artıq görünmür. Onun səsi kadr arxasından eşidilir. “Atəş!” komandası səslənən kimi tüfəngçilər tətiyə basırlar və yenə göy-yer lərzəyə gəlir. Tüfənglərdən və müqəvvalardan tüstü çıxır. *** Ekranda tək və iri planda təsvir edilən yüzbaşı əmr verir: -Tüfəngçilər azaddır! Topçular hazırlaşsın! *** Ekranda yenə də toplar və topçular canlanır. Topların hər birinin yanında olan iki topçudan biri topdan solda, mərmilərin və barıt kisələrinin yanında, digəri isə sağda durmuşdur. Sağ tərəfdə duranların əllərində məşəllər var. Kadr

356

Page 357: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

arxasından eşidilən “ Barıtı doldur!” komandasından sonra sol tərəf topçuları lüləyə barıt yeridirlər. Eyni topçular “Mərmini qoy !” əmrinə uyğun olaraq, lüləyə mərmi qoyurlar. Daha sonra “Atəş!”əmri eşidilir.Bu dəfə sağ tərəf topçuları işə girişir və əllərindəki məşəllərlə topu odlayırlar. Eyni vaxtda atılan səkkiz top göy gurultusuna bənzər səs çıxarır. Səslə bərabər lülələrdən çıxan tüstü aləmi dumana bürüyür. Bir – iki saniyə sonra isə topların tuşlandığı dağ yamacından səkkiz toz-torpaq buludu qalxır. *** Nadir şah və Hacı Məhəmmədəli bir təpənin üstündən təlim - məşq prosesini izləyirlər. Onlardan bir qədər aralıda və aşağıda Təhmasib xan Cəlair, Murad xan və mühafizə dəstəsinin əsgərləri durmuşlar. Toğrul onların içindədir. Şah da, digərləri də at belindədirlər. Kadr arxasından yüzbaşının səsi gəlir: -Barıtı doldur!Mərmini qoy!Atəş! Göy gurultusunu xatırladan atəş səsi aləmi bürüyür.Səsdən atlar hürkü-şürlər, fəqət atlılar onları vaxtında cilovlaya bilirlər. Səsdən Hacı Məhəmmədəli səksənir. Bu Nadirin gözündən qaçmır və o gülümsəyir. *** Quş uşuşu hündürlüyündən açilan geniş panoram.Mərkəzdə göy sulu göl, ətrafda meşələrlə örtülmüş dağlar diqqət çəkir. Gölün sağ sahilindəki nisbi düzənlik sahədə çox sayda çadır gözə dəyir. Mərkəzdəki çadır daha böyük və təm-taraqldır. Bu, Nadir şahın çadırıdır.Kamera onun üzərində fokuslanır. Məsafə get-gedə azalır. *** Şah çadırının içi.Xalca-palazla bəzədilmiş,döşəkçə və mütəkkələr dö-şənmiş çadırda Nadir şah, Hacı Məhəmmədəli, Murad xan və Thmasib xan əyləşərək, ayaq üstə dayanıb dastan söyləyən aşığı dinləyirlər. Aşıq: -...Həmin məqamda Batman Qılınc da adam göndərmişdi ki, qonağım var, bir kamil aşıq gəlsin, məclis keçirsin. Batman Qılıncın göndərdiyi adam da kə-narda durub bu həngaməyə tamaşa edirdi. Aşıq Hüseyn sıçrayıb çuxadan çıxdı. Sa-zını düzəldib dedi: ”Hanı şagirdin? De,meydanıma gəlsin.!” Çoban Abbası göstərib dedi: ”Bax,budu.” Abbas sazını köynəyindən çıxartdı. Aşıq Hüseynin müqabilinə gəldi. Əv-vəl meydan suladılar. Sonra Abbas dedi: ”Aşıq Hüseyn, söz sənindir.” Aşıq Hüseyn dedi: ”İlk söz uşağındı.” Abbas dedi: ” Uşaq olmağıma baxma, sözü sənə verirəm...” ***

İri planda görüntülənən aşıq davam edir: -...Aşıq Hüseyn dedi:” nə özünə güvənirsən? Əvvəlki kəlmədə belini qırıb sazını əlindən alacağam.” Abbas dedi:” Arxı tullan, sonra bərəkallah de! Bir o qədər laf eləmə! Sö-zünü de gəlsin.” Aldı Aşıq Hüseyn: “Mənnən salam olsun arif olana, Peyğəmbər nə günü taci - sər oldu?...

357

Page 358: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Orta plan. Nadirlə Mhəmmədəli yanaşı oturub aşığı dinləyirlər. Dastanın

hacıya ləzzət etdiyi hiss edilir. Nadir altdan – altdan dostuna baxıb gülümsəyir. Kadr arxasından aşığın səsi gəlməkdə davam edir: -...Kim qırxdı başını, muyin neylədi, Nə sual eylədi, nə iqrar oldu?...” ***

Meşəyə yaxın yerdə 20-yə yaxın manqal közərir.Arxa planda çadırlar, Dərin planda gölün göy suyu görünür. Kababçılar manqallara şişləri düzürlər. Kadr arxasından aşığın səsi gəlir. Səs əvvəlkinə nisbətən yavaş eşidilir: -...Abbas başını bulayıb güldü.Sazı sinəsinə sıxıb,təzənəyi simə bərk - bərk çəkdi,dedi: “Ol cümə günündə,sübh namazında, Peyğəmbər o günü taci - sər oldu. Ahu qırxdı başın,muyin götürdü, Həqiqət, mərifət o iqrar oldu...” *** Şah çadırının qarşı tərəfi. Çadırın girəcəyində səkkiz əli nizəli keşikçi durub. Bir qədər aralıda keşikçibaşı itlə oynayır. Çadırın içindən aşığın səsi gəlir: -... Aşıq Hüseyn dedi: “Gerisinə qulaq as,gör sənin başına nə oyun gəti-rəcəyəm.” Aldı Aşıq Hüseyn: “Nə günü qırxıldı Rəsulun başı? Ona kim gətirdi ülgücü, daşı? Neçə tarixində oxunur yaşı? Neçə ay, neçə il ömrü xar oldu?” Aldı Aşıq Abbas: “Cümədə qırxıldı Rəsulun başı, Cəbrayıl gətirdi ülgücü, daşı, Altımış iki tarix oxunur yaşı, Altımış üç tarixdə ömrü xar oldu.”... *** Kiçik təpələrlə əhatələnmiş düzənlik sahə. Nadir şah Hacı Məhəmmədəli ilə birlikdə təpələrin birinin üzərində durub düzənlikdə məşq edən əsgərlərin məharətini izləyir. Təpədən aşağıda şahın mühafizəçiləri durmuşlar. Murad xan və Toğrul da onlarladırlar. *** Bir qrup atlı əsgər iki dəstəyə bölünərək, kənarda at belində onları müşa-hidə edən yüzbaşının nəzarətində bir- biri ilə qılınclaşırlar. *** Digər tərəfdə ağac dirəyə bərkidilmiş nişangaha çapa-çapa ox atan atlı əs-gərlər gözə dəyirlər.Başqa bir yüzbaşının nəzarəti altında məşq edən bu əsgərlədən birinin də oxu hədəfdən yayınmır. ***

358

Page 359: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Seyrək meşəlik bir yer. Yüzə yaxın təbilçi bir xətt üzrə təbillərini döyə- döyə irəliləyirlər. Onlar arasında məsafə təqribən iki metrdir. Səs - küydən qulaq tutulur. *** Döyülən təbil səsləri bir qədər uzaqdan eşidilir. Səs - küydən hürkən cey-ran sürüsü ora - bura vurnuxur. Ara-bir hürkmüş dovşan, tülkü və quşlar da gözə dəyir. Ekranda atlarının üstündə tüfənglə ov edən Nadir şah və Hacı Məhəmmədəli ov edirlər.Onların hər ikisinin atının yəhərindən bir vurulmuş ceyran asılıb. Öncə şah atəş açır. Bir ceyran qıvrılaraq yerə sərilir. Sonra Məhəmmədəli atır və başqa bir ceyran eyni aqibətə nəruz qalır. Ov itləri yaralı heyvanlara tərəf qaçır. ***

Təbilçilər ovu şaha tərəf qovmaq məqsədi ilə təbillərini döyə-döyə irəliləyirlər. *** Ov davam edir. Artıq şahın və dostunun atlarının hər birinin yəhərindən iki ceyran asılıb. Uzaqdan təbil səsləri eşidilir. Şah yenə nişan alıb atır və bir ceyran yerə sərilir. Ovçular ceyrana tərəf hərəkət edirlər. Şah atdan enmədən, əyilərək ovunu yerdən qaldırır və onu əlində ora - bura çevirərək deyir:

-Necədir, xoşuna gəlirmi?Hacı Məhəmmədəli:-Allah səndən razı olsun, bu necə gündə mənə ömrümdə görmdiyim kefi

yaşatdın. ***

Nadir şah Əfşarın ordusu çayı keçir. Əsgərlər içi silah-sursat, yürüş çadırları və qazanları ilə dolu qoşqu arabalarının qarşı tərəfə xətərsiz keçə bilməsi və atların xəsarət almaması üçün zəruri tədbirlər görürlər. Dəvəçilər bellərində zəmburək (kiçik top) və döyüş təbilləri olan dəvələri sudan keçirirlər. Şahın və əsgərlrin geyimindn qış olduğu anlaşılır. *** Şah bütün bunları yüksək təpədən seyr edır.O,qollu-budaqlı ağacın köl-gəsində durub.Yanında Murad xan var. Hər ikisi at belindədir.Şahin üz cizgiləri sərt və donuqdur, gözlərində qələbə həvəsi əks olunub.

*** Yaşıl örtüyü olmayan çılpaq dağ aşırımı. Nadir şah Əfşarın ordusu aşırım boyu üzü yoxuşa qalxır. Sulu qar yağır. Öncə ox - yay, qılınnc və qalxanla silahlanmış atlılar gözə dəyir. Ardınca bellərində zəmburəklər olan dəvələr görünür. Dəvələri piyada tüfəngçilər,onları isə arxalarına top qoşulmuş yük araba-arı əvəz edir. *** Ekranda mühafizə dəstəsinin əhatəsində ordunun hərəkətini müşhidə edənNadir şah Qacar və Murad canlanırlar. Hər ikisi at belindədirlər. Murad soruşur:

-Şahım, Qəndəhara hələ nə qədər var?Nadir:-İnşallah, sabah axşam və ya biri gün səhər yetişərik.

***

359

Page 360: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda ucu - bucağı görnməyən bir axar çayı xatırladan ordu canlanır. Ətraf artıq qara bürünmüşdür.

*** Uzaqda Qəndəhar şəhərinin qala divarları görünür. Yer qarla örtülüdür. Yaxın perspektivdə üzü qalaya tərəf tuşlanmış topun sağ və sol tərəflərində durmuş iki topçu diqqəti çəkir. Onların arxaları kameraya tərəfdir. Qalanın bürclərində sadəcə bir-neçə keşikçi gözə dəyir. Qar yağır. Bu mənzərənin fonunda yazılır: “QƏNDƏHAR, 1738 – Cİ İL, 30 YANVAR” Yazı itir. Kamera sağa hərəkət edir. Topdan sağda üzü şəhərə, arxası kamraya tərəf olan, bir xətt üzrə, bir - birindən iki metr ara ilə düzülən on tüfəngli əsgər növbə ilə obyektivə düşür. Sonra ekranda başqa bir top və iki topçu, ardınca yenə eyni qayda ilə düzülmüş on tüfəngli əsgər canlanır. Bu ardıcıllıq bir-neçə dəfə təkrarlanır və nəhayət, kameraya sağdan sola hərəkət edən çox sayda atlı girir və əvvəlki görüntüləri tam örtür. *** Nadir şah Əfşarın çadırının qarşı tərəfdən görünüşü. Çadırın dörd - bir tərəfində əli nizə - qalxanlı keşikçilər durmuşlar. Çadırın önündən bellərində zəmburək (kiçik top) olan dörd dəvə və onları ardlarıyca çəkən əsgərlər keçir. Qar yağır. *** Çadırın içi. Nadir şah Əfşar taxtda oturb. Qarşısında Təhmasib xan Cəlair və Murad xan durmuşlar. Şahın əlində açılmamış bir məktub var. O, üzünü Təhmasib xana tutaraq deyir: -Təhnasib xan, Tehranın hakimi Hüseyn Sultan xana xəbər göndr ki, Nadir şah Əfşar şəhərə və əhalisinə xətər yetirmək istəmir. Təslim olmağı təklif edir. Təslim olacağınız təqdirdə hər kəsin can və mal güvənliyi təmin ediləcək. Əhali bir il müddətinə hər cür vergidən azad olacaq. Əks təqdirə Qndəharda bircə nəfər də başıpapaqlı qalmayacaq, malınız-mülkünüz talan və müsadirə ediləcəkdir.Get! Təhmasib xan Cəlair baş əyərək çadırdan çıxır. Murad xanla tək qalanşah məktubu aça – aça:

-Hə Muradım, ürəyimə damıb ki, bu məktubda mən istəyənlər yazılmayıb. Nə isə, baxaq görək, Osmanlı sultanı təklifimizə nə cavab yazıb.

***İri planda ekrana gələn Nadir məktubu açıb “Ya Allah” – deyir və

oxumağa başlayır. Oxuduqca halının dəyişdiyi və qəzəbləndiyi hiss edilməyə başlayır. ***

Ekranda iri planda şahı Murad əvəz edir. Şahın dəyişən halı ona da təsir edir. Onun üzündə təəssüf hissi sezilməyə başlayır.

***İri planda yenidən görünür. Onun əsəbdən dodaqları titrəyir. Üz – gözü

qızarıb. O, məktubu oxuyub qəzəblə onu əzik – üzük edir və bir kənara tullayır. Nadir ayağa qalxır və bir söz demədən kameranın obyektivinin müşayiəti altında çadırda var – gəl etməyə başlayır. O, var – gəl edərkən, bir neçə dəfə Murad xanın

360

Page 361: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

önündən keçir və bu halda Muradın çaşqın vəziyyətdə onu izlədiyi gözə dəyir. Nəhayət, Nadir Muradın düz qarşısında durur:

-Belə olacağına əsla şübhə etmirdim, amma yenə də ürəyimin ən dərin guşəsində, şam işığ boyda da olsa, ümid parlamaqdaydı...

***İri planda öndən görünən şah qəzəbli halda sözünə aralıqsız davam edir:-... İndi o ümid odu da söndü. Osmanlı sultanı şiələrin də xəlifəsi olmaq

və bütün Türk – İslam aləmini öz hökmü altına almaq və onu bir bayraq altında birləşdirmək istəmədi. Belə bir addım atmaqla müxaliflərinin əlinə özünə qarş üsyan qaldırmaq üçün bəhanə verə biləcəyindən qorxdu...

İri planda Nadiri Murad əvəz edir. O, şahı diqqətl dinləyir. Şahın səsi isə kadr arxasından davam edir.

-... Xəlifə və sultana layiq bir fədakarlıq göstərmək əvəzinə, iradəsizlik və qorxaqlıq sərgilədi. Bədbəxt millət, bədbəxt ümmət! Gör, kimlərin ümidinə qalmısan. Səfəvilər mill birliyimizə paz soxdular, Osmanlılar isə o pazı çıxarmaq fürsətini boşa verdilər.

Ümumi plan. Nadir Murada müraciətlə:-Muradcığım, bağışla, tək qalmaq istəyirəm.Murad şaha təzim edib çadırı tərk edir. Nadir üzünü göyə tutaraq:-Ya Allah, özün şahidsən ki, Müəhəmməd ümmətinin və türk millətinin

birliyi naminə əlimdən gələni etməyə çalışdım, amma cəhdim boşa çıxdı. Kafirlərin hər gün irəliləyərək müsəlmanların əlindəki torpaqları zəbt etməkdə olduğu bir dövrdə müsəlmanların parça – parça olub bir – birilərinə düşmən kəsildiklərini görürsən, küncdə - bucaqda iki kitab oxuyan hər kəsin özünü alim, şeyx elan edib yeni təriqət yaratdığını, özündən yeni qayda – qanunlar çıxartdığnı da bilirsən. Özün uca Kitabnda buyurursn ki, Sənin iznin olmadan bir yarpaq belə yerə düşməz. Əcaba, bütün bunlar sənin izninləmi baş verir? Sənin izninləmi, şiənin sünnini, sünninin isə şiəni görməyə gözü yoxdur? Müsəlmanların saysız –hesabsız məzhəb və təriqətlərə parçalanmasna, kafirlərin isə güclənməsinə nədən izn verirsən?

Allahım, imkan ver bu hala son qoyum (qılıncın qınından çxarır), qılıncımla bütün islam ümmətini, mənsubu olduğum türk millətini bir bayraq altında toplaym, kafirləri müsəlmanlardan işğal etdikləri torpaqlardan çıxarım.

***Qndəhar şəhərinin bazar meydanı. Qar yağır. Şəhər əhalisi meydana

toplanmışdır. Qəndəhar hakimi Hüseyn Soltan xan nitq söyləyir. Onun ətrafında durmuş silahlı mühafizəçilər diqqəti cəlb edir. O deyir:

-Əziz Qndəhar xalqı, bilirsiniz ki, özünü qızılbaşların şahı elan etmiş Nadirqulu xan Əfşar 80 minlik ordu ilə şəhərimizi mühasirəyə alıb. Bizim isə əli silah tuta biləcək adamlarımızın sayı 20 min nəfərdir. Şəhərdə ən az üç aylıq ərzaq, odun ehtiyatı var. Bunu nəzərə alaraq mən qızılbaşların qarşısına çıxmamaq, onları burada qarşılamaq qərarına gəldim. Görürsünüz ki, qar yağır və hava çox soyuqdur....

***

361

Page 362: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Kameranın obyektivi Hüseyn Soltan xanı dinləyən kütlni görüntüləyir. Xanın səsi kadr arxasından davam edir:

-Ərzaq və odunları da çox deyil. Odur ki, qızılbaşların şəhəri bir həftədən artıq mühasirədə saxlamaq gücləri yoxdur və şübhəsiz ki, həmləylə şəhəri almağa çalışacaqlar. Bizə sadəcə bir həftə dözmək və müqavimət göstərmək lazımdır. Bundan sonra özləri buraları tərk etməyə məcbur olacaqlar. Əminəm ki, biz bir həftə yox, üç ay da, bir il də müqavimət göstərmək iqtidarındayıq...

***İri planda görünən xan davam edir:-...İndi isə hər kəs öz iş – gücünə getsin. Narahatçılığa heç bir əsas

yoxdur. ***Ümumi plan. Hüseyn Soltan xan durduğu yerdən aşağı düşür. Camaat isə

dağılışmağa başlayır. Dörd əsgərin əhatəsində kadra daxil olan Ziyad xan Hüseyn Soltan xana yaxınlaşır.

***Orta plan. Hüseyn Soltan xana yaxınlaşan Ziyad xan ona deyir:-Nadirqulu xanın elçisi gəlib. Kim olsa yaxşıdır?Hüseyn Soltan xan diqqətlə Ziyad xana baxır:-Kim?Ziyad xan:-Təhmasib xan Cəlair.Hüseyn Soltan xanı sanki ildırım vurur. O, dərin fikrə qərq olur. *** Qəndəharın küçəlrindn biri. Hüseyn Soltan xan və Ziyad xan at belində

küçə ilə irəliləyirlər. Onlardan 5-6 metr öndə və 5-6 metr arxada mühafizəçi süvarilər gedir. Ümumi plan.

***At belində hərəkət edən xanların yaxından görüntüsü. Hüseyn Soltan xan:-Səncə, Nadirin elçi kimi Təhmasib xanı göndərməsində məqsədi nədir?Ziyad xan:-Burada başa düşməməli nə var ki, elçi qismində xanı göndərməklə

özünün şah olduğunu, xanların onun qulluğunda durduğunu diqqətə çatdırır. Bu o deməkdir ki, biz də ona tabe olaq. Məncə də tabe olmağımız, şəhəri dağıntıya məruz qoymamamz lazımdır. Görmədinmi nə qədər topu var? Sənsə öz bildiyini edirsn. Nəyə güvənirsən?

Hüseyn Soltan xan:-Mən həmişə yalnız və yalnz uca Allaha güvənmişəm və indi də

Rəbbimizə güvənirəm.Ziyad xan:-Yaxşı – yaxşı düşün, qurtulmaq ümidimiz yoxdur. Milləti qırğına

verməyək. Hüseyn Soltan xan istehza ilə:-Deyirsən kafir qızılbaşlaramı tabe olaq? Ziyad xan:

362

Page 363: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Onlar kafir deyil.Hüseyn Soltan xan:-Kafir olmasın, olsun münafiq, fərqi nədir ki? ***Hüseyn Soltan xanın sarayı. Ayaq üstə duran xan qapıdan içəri girən və

“Əssəlamu əleyküm” deyən Təhmasib xan Cəlair və onunla birlikdə daxil olan Ziyad xana tərəf gedir:

-Və əleykəssəlam. Bəh, bəh, bəh, Təhmasib xan, sən xoş gəlmisən.Təhmasib xan:-Xoş günün olsun, ay Hüseyn Soltan xan, necəsən, nə var – nə yox?Xanlar əl tutub görüşür və mehribancasına qucaqlaşırlar. Hüseyn Soltan

xan: -Necə olacağam, şəhəri mühasirəyə almısınız, toplarınızı çevirmisiniz

bizə tərəg və soruşursan “nə var – nə yox”Hüseyn Soltan xan kənarda durmuş kreslolara işarə edərək:-Buyur, bir daha xoş gəlmisən.Xanların hər üçü kreslolara əyləşirlər. Hüsey Soltan xan bir söz demdən

diqqətlə Thmasib xana baxır. ***İri planda görünən Təhmasib xan:-Allaha şükür, bir – birimizi illərdir ki, tanıyırıq, dəfələrlə görüşmüşük və

çörək kəsmişik. Odur ki, hər ikinizlə tam səmimi olacağam. Şahımız Qəndəarı ram edərək yenidən Azərbaycan səltənəti sınırlarına daxil etməkdə qərarlıdır. O sənə, əzizim Hüseyn Soltan xan, təslim olmağı, şaha biət etməyi və səltənətə sədaqətlə qulluq edəcəyin barədə and içməyi təklif edir. Düşünmək üçün isə cəmi bircə gün vaxtın var. Təklifin qbul edilməyəcəyi təqdirdə şəhər topa tutulacaq və hücuma məruz qalacaqdır. Təslim olacağın təqdirdə hər kəs şah tərəfindn əfv edləcək, əhali bir il vergidən azad olacaqdır. İndisə müsaidənizi istəyəcəyəm.

Bu sözlərdən sonra Təhmasib xan ayağa qalxır və digər xanlar da qalxırlar.

*** Uzaqda Qəndəhar şəhərinin qala divarları görünür. Yer qarla örtülüdür. Yaxın perspektivdə üzü qalaya tərəf tuşlanmış topun sağ və sol tərəflərində durmuş iki topçu diqqəti çəkir. Onların arxaları kameraya tərəfdir. Qalanın bürclərində sadəcə bir-neçə keşikçi gözə dəyir. Qar yağır. Kamera sağa hərəkət edir. Topdan sağda üzü şəhərə, arxası kamraya tərəf olan, bir xətt üzrə, bir - birindən iki metr ara ilə düzülən on tüfəngli əsgər növbə ilə obyektivə düşür. Sonra ekranda başqa bir top və iki topçu, ardınca yenə eyni qayda ilə düzülmüş on tüfəngli əsgər canlanır. Bu ardıcıllıq bir-neçə dəfə təkrarlanır və nəhayət, kameraya sağdan sola hərəkət edən çox sayda atlı girir və əvvəlki görüntüləri tam örtür. *** Nadir şah Əfşarın çadırının qarşı tərəfdən görünüşü. Çadırın dörd - bir tərəfində əli nizə - qalxanlı keşikçilər durmuşlar. Çadırın önündən bellərində zəmburək (kiçik top) olan dörd dəvə və onları ardlarıyca çəkən əsgərlər keçir. Qar yağır.

363

Page 364: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

*** Çadırın içi. Nadir şah Əfşar taxtda oturb. Qarşısında Təhmasib xan Cəlair və Murad xan durmuşlar. Şahın əlində açılmamış bir məktub var. O, üzünü Təhmasib xana tutaraq deyir:

-Deməli, Ziyad xan təklifimizi qəbul edərək şəhəri tərk edib və biət etməyə hazırdır. Bu çox yaxşı oldu. Hüseyn Soltan xansa hələ də dirənir. Hələ üç saat vaxtı var. Gözləyək. Ziyad xan indi haradadır?

Təhmasib xan:-Ona və onunla gələn bəylərə ayrıca çadırlar təsis etmişik, sizin onu

qəbul etməyinizi gözləyir. ***İri planda görünən Nadir şah:-Qoy hələ gözləsin. Get maraqlan, gör bir əyər - əksikləri yoxdur ki.

Məhəmməd xan Türkmənə də söylə topları tam hazır vəziyyətə gətirsin, əmrimi gözləsin.

***Ümumi plan. Təhmasib xan “Baş üstə” – deyib, təzim edir və çadırdan

çıxır. Nadirsə əlindəki məktubu açaraq:-Görək, oğlum nə yazır.

İri plan. Məktubu oxuyan Nadirin halı pis olur. ***Ümumi plan. Murad:-Nə nə olub, şahım? Halınız niyə birdən – birə bu qədər pərişan oldu?Nadir səsi titrəyə - titrəyə:-İbrahim... Qardaşım....Şah qəhərdən boğulduğu üçün bir neçə saniyə susur və sonra davam edir:-İbrahim Car – Balakndə şəhid olub.Bu xəbər Muradı da sarsıdır:-Of, of, of! Can, can, can! Allah rəhmət etsin. ***İri planda görünən Nadirin gözləri dolmuşdur. Onun gözləri qarşısında

qardaşı ilə bağlı xatirələr canlanır. EPİZODUN TƏKRARI

Küçə. balaca İbrahim çır-çırpı yüklənmiş ulağın yanında durub. Kadr arxasından at ayaqlarının səsi eşidilir. O, səs gələn tərəfə baxır.

***İbrahimin baxdığı tərəf. Nadir və anası özbəklərin atlarının belində balacaya

yaxınlaşırlar. Atlılar ona çatan kimi Nadir səslənir:-Tez ol min!Balaca İbrahum:-Bəs, eşşək?Nadir "tez ol"-deyib ona atın belinə qalxmağa kömək edir və deyir:-Belimdən bərk-bərk yapış.Uşaq əmrə tabe olur. ***

364

Page 365: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yaşıl dağ yamacı. Nadir və anasının mindiyi atlar bir ağaca bağlanıb. Kadr arxasından balaca İbrahimin ağlayan səsi:

-Ana, anacan, bizi qoyub hara getdin? ***Ekranda anasını yenicə basdırmış və onun qəbrinin üstünə daşlardan təpəcik

yığan Nadir və yanında durub hönkür-hönkür ağlayan kiçik qardaşı görünür. EPİZODUN SONU *** BAŞQA BİR EPİZODUN TƏKRARI Çöllük bir düzənlikdə 4-5 yüklü dəvə,5-6 yüklü ulaq və 5-6 yüklü atdan

ibarət bir karvan irəliləyir və karvanı müşayiət edən, çiyinlərindən tüfəng, bellərindən xəncər asılmış 10-a yaxın atlı əfqan görünür. Onların uzun yolçuluqdan yorğun olduqları sezilir.

Karvanı mühafizə edən silahlı əfqan atlılarından biri həyacanla qışqırır:-Quldurlar! ***Ekranda təpənin arxasından çıxan gənc Nadir (20-21 yaşlarında), yeniyetmə

İbrahim (14-15 yaşlarında) və 30-a yaxın atlı görünür. Onlar tüfəng və xəncərlərlə silahlanmışlar. Nadirin əlini yuxarı qaldırması ilə bütün dəstənin əfqanların başına güllələr yağdıra-yağdıra hücuma keçməsi bir olur.

***Bu kadrları növbə ilə Nadirin dəstəsinin yağdırdığı güllə səslərindən

hürküşən, bir-birinə iplə bağlı olduğu üçün qaça bilməyən, fəqət buxovdan azad olmaq üçün çərpınan dəvələr, buxovlardan azad olmağı bacaran və ora-bura qaçışan ulaq və atlar, güllə yarası alıb atdan yıxılan, atdan düşüb sığınacağa qaçarkən gülləyə tuş gələn və qayaların arxasında mövqe tutmağa fürsət tapıb atəşə atəşlə cavab verən əfaqnları əks etdirən kadrlar əvəz edir.

***Ümumi plan. Əfqanlar əlləri boyunlarının arxasında ortalarında Nadirin və

İbrahimin durduqları atlılara yaxınlaşırlar. Nadir soruşur:-Kimlərdənsiz?Əfqanlardan biri:-Əfqanıq. ***İri planda görüntüyə gələn Nadir:-Əfqan olduğunuzu görürəm, kor deyiləm. Kimin adamlarındansız? ***Ümumi plan.Birinci əfqan:-Hacı Zaman xan Əfqanın adamlarıyıq. Heratdan gəlib İsfahana gedirdik.Nadir:-Yükünüzdə ki, xaşxaşdır, eləmi?İkinci əfqan:-Hə... Sən də yəqin ki, qırxlar oymağından quldur Nadirqulu Əfşarsan.

365

Page 366: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bu sözlərdən əsəbiləşən yeniyetmə İbrahim atdan yerə atılıb "quldur sənin atandır"-deyərək, əfqanlara hücuma keçmək istəyir. Fəqət Nadirin "dur!"-deyə əmr etməsi, İbrahimi ayaq saxlamağa məcbur edir.

***Birinci əfqan (iri plan):-Yoldaşlarına güvənib xoruzlanma. Siz türklərdə yaxşı bir atalar sözü var,

deyərlər, keçinin buynuzu qaşınanda çobanın çomağına sürtər. Uşaqsan, otur uşaq yerində.

Bu sözlərdən daha da özündən çıxan İbrahim üzünü qardaşına tutur:-Dadaş, icazə ver, bu köpək oğluna zorumu göstərim.Nadir gülümsəyir və birinci əfqana deyir:-Uşaq dediyin bu dəliqanlı ilə qurşaq tuta bilərsənmi?Birinci əfqan:-Canını da alaram.Nadir:-Onun kürəyini yerə vura bilsən, ikinizi də sərbəst buraxacağam. Atlarınızı,

xəncərlərinizi də özünüzə qaytaracağam. Razısanmı?Birinci əfqan:-Hə. ***Ekranda Nadirin bir çevrə üzrə mövqe tutaraq, ortada geniş meydan yaradan

atlı yoldaşları görünür. İkinci əfqan əlləri boynunun arxasında onların arsında durub. Birinci əfqanla yeniyetmə İbrahim bir-birilərinə yaxınlaşıb öncə sağ, sonrasa sol çiyinləri ilə itələşirlər. Daha sonra bir qədər aralanıb dövrə vurmağa və rəqibi yaxalaya bilmək üçün fürsət axtarmağa başlayırlar. Gözlənilmədən irəli şığıyan İbrahim rəqibinin ayaqlarına girir. Əfqan müvazinətini saxlaya bilməyib arxası üstə yıxılır. İbrahim ağlasığmaz bir cəldliklə onun üzərinə atılıb kürəyini bərk-bərk yerə sıxır.

Atlılar gülməyə başlayırlar. İbrahim rəqibini buraxıb ayağa qalxır. Əfqan da suyu süzülmüş və pərt halda ayağa qalxır.

EPİZODUN SONU *** BAŞQA BİR EPİZODUN TƏKRARIOtağın qapsı. Qapıdan icəri İbrahim xan daxil olur:-Dadaş, məni çağırmısan. ***Ümumi plan. Nadir:-Gəl qardaş, gəl. İbrahim qardaşına yaxınlaşır. Nadir əli ilə eyvana tərəf işarə edərək:-Eyvana çıxaq. Buradan Kürə gözəl bir mənzərə açılır. Adam seyr etməkdən

doymur. ***Qardaşlar eyvana tərəf yönəlirlər. Eyvanın çöldən görüntüsü. Nadir və

İbrahim qapıdan eyvana çıxırlar. Nadir:-Bax, gör nə gözəl mənzərədir.

366

Page 367: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda Kürün və Tiflisin bir hissəsinin görüntüsü. Kadr arxasından nadirin

səsi eşidilir:-İndi qışdır. Buralar qışda bu qədər gözəldirsə, gör baharda, yayda nə olur. *** Eyvan. Nadirqulu xan və İbrahim xan eyvanın məhəccərinə dirsəklənmişlər.

İbrahim gülümsəyərək:-Bəli, çox gözəldir. Azərbaycanımızın hər bir yeri gözəldir. Amma məni,

yəqin ki, gözəllikləri seyr etməyə çağırmamısan, deyilmi? Nadir də gülümsəyir:-Niyə? Hər dəfə siyasətdən, dövlət işlərindənmi danışmalıyıq, iki qardaş baş –

başa, mehriban – mehriban söhbətləşə, keçmişimizi xatırlaya bilmərikmi?İbrahim dikəlir və qardaşına tərəf dönür:-Dadaş, nə yaxşı ki, sən varsan. Səni nə qədər çox sevdiyimi bilsəydin.Nadir də dikəlir və İbrahimə tərəf dönür. Əlini onun çiyninə qoyur:-Canım qardaşım.

EPIZODUN SONU ***Nadir şahın çadırının içi. Nadir şah, və Murad xan ayaq üstə durublar.

Nadir:-Of, Surxay xan, sinəmə dağ çəkdin, qardaşımı şəhid etdin! Deməli, bu

alçaq bir nəfər fırıldaqçını Səfəvi şahzadəsi Sam Mirzə kimi təqdim edir, eləmi? Of, alçaq! Nə isə... (Üzünü Murada tutur) Muradım, mirzəyə de, fərman hazırlasın, Rzaqulu xanı vəliəhdim elan edirəm. Ona tapşırıram ki, Qazi Qumuq və Car – Balakəndəki üsyanları yatırsın. Surxay xanı və yalançı Sam Mirzəni tutub edam etdirsin. Sonra da dərhal bura gəlsin.

Murad xan “baş üstə” –deyib gedir. Nadir:-Of, of, of, aslan qardaşım, canım – ciyərim mənim!

*** Uzaqda Qəndəhar şəhərinin qala divarları görünür. Yer qarla örtülüdür.

Yaxın perspektivdə üzü qalaya tərəf tuşlanmış topun sağ və sol tərəflərində durmuş iki topçu diqqəti çəkir. Onların arxaları kameraya tərəfdir. Qalanın bürclərində sadəcə bir-neçə keşikçi gözə dəyir. Qar yağır.

*** Ümumi plan. Ekranda bir cərgə üzrə düzülmüş toplar və topçular canlanır. Topların hər birinin yanında olan iki topçudan biri topdan solda, mərmilərin və barıt kisələrinin yanında, digəri isə sağda durmuşdur. Sağ tərəfdə duranların əllərində məşəllər var. Kadr arxasından eşidilən “ Barıtı doldur!” komandasından sonra sol tərəf topçuları lüləyə barıt yeridirlər. Eyni topçular “Mərmini qoy !” əmrinə uyğun olaraq, lüləyə mərmi qoyurlar. Daha sonra “Atəş!”əmri eşidilir.Bu dəfə sağ tərəf topçuları işə girişir və əllərindəki məşəllərlə topu odlayırlar. Eyni vaxtda atılan toplar göy gurultusuna bənzər səs çıxarır. Səslə bərabər lülələrdən çıxan tüstü aləmi dumana bürüyür. ***

367

Page 368: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qəndəharın qala divarlarnın top mərmilərindən uçduğu və mərmilrin dəydiyi yerlərdən toz dumanınn qalxması görünür.

*** Nadir şah və Murad xan bir təpənin üstündən şəhər divarlarının topa tutulması prosesini izləyirlər. Onlar at belindədirlər. Arxa planda toz dumanı görünür. Şahın və xann üzləri hmin tərəfədir. Kadr arxasından yüzbaşının səsi gəlir: -Barıtı doldur! Mərmini qoy!Atəş! Göy gurultusunu xatırladan atəş səsi aləmi bürüyür.Səsdən atlar hürkü-şürlər, fəqət atlılar onları vaxtında cilovlaya bilirlər. Arxa planda hələ çökməmiş toz dumanınn daha da qatılaşmas görünür.

*** Ümumi plan. Ekranda yenidən bir cərgə üzrə düzülmüş toplar və topçular canlanır. Topların hər birinin yanında olan iki topçudan biri topdan solda, mərmilərin və barıt kisələrinin yanında, digəri isə sağda durmuşdur. Sağ tərəfdə duranların əllərində məşəllər var. Kadr arxasından eşidilən “ Barıtı doldur!” komandasından sonra sol tərəf topçuları lüləyə barıt yeridirlər. Eyni topçular “Mərmini qoy !” əmrinə uyğun olaraq, lüləyə mərmi qoyurlar. Daha sonra “Atəş!” əmri eşidilir.Bu dəfə sağ tərəf topçuları işə girişir və əllərindəki məşəllərlə topu odlayırlar. Eyni vaxtda atılan toplar göy gurultusuna bənzər səs çıxarır. Səslə bərabər lülələrdən çıxan tüstü aləmi dumana bürüyür. ***

Qəndəharın qala divarlarnın top mərmilərindən uçduğu və mərmilrin dəydiyi yerlərdən toz dumanınn qalxması görünür. Duman çəkilər – çəkilməz, qala divarında iki yerdən böyük uçuq və deşiyin yarandığı məlum olur.

*** Yenidən bir təpənin üstündən şəhər divarlarının topa tutulması prosesini

izləyən Nadir şah və Murad xan görünürlər. Onlar at belindədirlər. Arxa planda toz dumanı görünür. Şahın və xanın üzləri hmin tərəfədir. Şah üzünü kamera tərəfə çevirir və əlini yuxarı qaldıraraq hücum əmri verir.

***Ekranda bir cərgə üzrə düzülmüş təbilçilər görünür. Onlar hücum əmrini ifadə

edən ritmlər döyməyə başlayırlar. ***Qala divarlarının uçmuş hissələrinə doğru çapmaqda olan qızılbaş süvariləri,

ardnca isə hücuma keçən qızılbaş piyadaları canlanır. ***Qəndəhar qalasınn uçmuş divar tərəfdən içi. Uçuqlardan içəri şığıyan atlı və

piyada qızılbaş əsgərləri onlara müqavimət göstərməyə çalışan az sayda əfqan əsgərlərini qıra –qıra irəliləyirlər.

***Qala darvazasının iç tərəfdən görüntüsü. Qızılbaş atlları onların yolunu

ksməyə çalışan piyada əfqan əsgərlərinin müqavimətini qıra – qıra qapıya tərəf yaxınlaşmağa çalışırlar və nəhayət, bu, onlara müyəssər olur. Iki qızılbaş atlısı

368

Page 369: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

atdan enib darvazan açırlar. Ətrafda isə döyüş davam edir. Darvazanın açılması ilə çox sayda atlı və piyada qızılbaş əsgəri içəri doluşur və dərhal da döyüşə girişirlər.

***Qəndəhar küçələrindən biri. Əfqanlar qızılbaşlara müqavimət göstərməyə

çalışsalar da itkilər verərək tədricən geri çəkilirlər və sonda qaçmağa üz tuturlar. Qaçarkən də dinc əhaliyə qarışaraq izlərini itirmək üçün silahlarını atırlar. Onlardan bəzilərini qızılbaş əsgərləri haqlayaraq qılıncdan keçirirlər.

***Qəndəharın bazar meydanı. Ümumi plan. Hər tərəfdən müydana sıxışdırılmış

əfqan əsgərləri başlarını itirmiş halda ora – bura qaçşırlar. Hər tərəfdən qızılbaş tüfəngçiləri onların üzərin güllə yağdırır.

***Qala bürcü. İki qızılbaş əsgəri bürcə Səfəvilərdən qalma üzərində qoyun şəkli

olan Azərbaycan bayrağını bürcə bərkidirlər. ***Qəndəharın bazar meydanı. Ümumi plan. Hər tərəfdən müydana sıxışdırılmış

əfqan əsgərləri silahların atıb diz çökür, əllərini boyunlarınn ardına qoyur və “aman! aman!...” deyə bağırırlar. Ətraf çox sayda əfqan əsgərlərinin meyidləri ilə doludur. Təslim olanları qızılbaş əsgərləri mühasirəyə alırlar. Kadr donur. Bu mənzərənin fonunda yazılır:

“1738 – Cİ İL YANVAR AYININ 30 – DA QƏNDƏHAR FƏTH EDİLDİ. NADİR ŞAH ÜSYANÇILARIN BAŞÇISI HÜSEYN SOLTAN XANI AİLƏSİ İLƏ BİRLİKDƏ MAZANDARANA SÜRGÜN ETDİRDİ. ÜSYANKAR ŞƏHƏRİN BÜTÜN ƏHALİSİNİ İSƏ ÖZÜNÜN YENUCƏ SALDIRDIĞI NADİRABADA KÖÇÜRDÜ. “

Diktor yazın kadr arxasından oxuyur.Yazı itir və yerində başqa bir yazı peyda olur: “lX SERİYANIN SONU” ***

X seriya Hindistanın fəthiEkranda Azərbaycan Əfşarlar və Hindistan Moğollar imperatorluqlarının və

onlar arasındakı sərhəddin 1738 – ci il yanvar ayının sonundakı vəziyyətini əks etdirən xəritə əks olunur. Xəritədə yazılmış şəhər adları (Təbriz, Məşhəd, Qəndə-har, Lahor, Dehli, Pişəvər, Kabil və s.) içərisində “Qəndahar” adı diqqəti xüsusi çəkən fərqli şrift və rənglə qeyd edilmişdir. Bu mənzərənin fonunda yazılır:

“QƏNDAHARIN FƏTHİNDƏN SONRA AZƏRBAYCAN SƏLTƏNƏTİ-NİN ŞƏRQDƏKİ SƏRHƏDLƏRİ HİNDİSTAN TÜRK – MOĞOL İMPERA-TORLUĞUNUN SINRLARINA QƏDƏR GENİŞLƏNDİ”

Diktor ekranda yazılanları olduğu kimi oxuyur. O, mtni oxuyub başa çatdıran kimi ekrandakı xəritə itir və onu ekranda Lahorun kasıb bir hind kəndini xatırladan

369

Page 370: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

qəsəbələrindən birinin fonunda hindli oğlan və qızlardan ibarət iki dəstə əvəz edir. Onlar bir – birilərinin üzərinə rəngli toz və su ataraq rəqs edir və holi bayramlarında ifa edilən ənənəvi mahnılardan birini oxuyurlar. Bu mənzərənin fonunda yazılır:

“LAHOR (HİNDİSTAN). MART, 1738 – Cİ İL”Yazı itir. ***Ekranda bir kənarda at belində oturub bu mənzərəni seyr edən Məhəmməd

xan Türkmən, Əbdülməlik bəy və onlardan bir qədər kənarda durmuş 20 – dən artıq atlı qızılbaş və moğol əsgərləri görünür. Hindli gənclərin oxuduqları mahnı kadr arxasından eşidilir. Xan qızılbaş, bəy isə moğol geyimindədir. Mahnının tembri bir qədər aşağ düşür. Əbdülməlik bəy Məhəmməd xan Türkmənə məlumat verərək deyir:

-Hindistanın bütün böyük müsəlman şəhərlərində az sayda hindu da yaşayır. Onlar bu cür məhəllələrdə ayrıca icmalar şəklində yaşayırlar. Qəznəli Mahmuda qədər, -Allah ona min rəhmt etsin, - Lahorda müsəlmanlara tək – tük rast gəlmək olardı. İndisə, əlhəmdüllah, Lahor da Hindistanın bütün böyük şəhərləri kimi müsəlman şəhəridir.

Məhəmməd xan Türkmən:-Allah Sultan Mahmuda rəhmət etsin. Dinimizin yayılmasında onun

xidmətləri gerçəkdən də misilsizdir.Xan bu sözləri deyərkən gözlərini nəyəsə zillədiyi hiss edilir. ***Ekranda xanın gözlərini zillədiyi tərəf canlanır. Rəqs edərək oxuyan və

müxtəlif rənglərə boyanmış açıq göbəkli qadınlar görünür. Kameranın obyektivi qadınlardan birinin açıq göbəyinə yaxınlaşır və göbəkdən – göbəyə bir neçə qadının qarın nayihəsini gəzərək əks etdirir. Sonra isə obyektiv qadnlardan birinin göbək nayihəsindən döş nayihəsin qalxır və bu dəfə də döşdən – döşə bir neçə qadının sinəsini ekrana gətirir.

***Ekranda yenidən bir kənarda at belində oturub bu mənzərəni seyr edən

Məhəmməd xan Türkmən, Əbdülməlik bəy və onlardan bir qədər kənarda durmuş 20 – dən artıq atlı qızılbaş və moğol əsgərləri görünür. Hindli gənclərin oxuduqları mahnı kadr arxasından eşidilir. Xan Əbdilməlik bəyə:

-Əuzü billahi min əş – şeytanir – rəcim. Gedək bəy, Allah şeytana lənət etsin.Bu sözlər başda xan və bəy olmaqla bütün atlıların hərəkətə keçmələrinə

səbəb olur. ***Lahorun hindu məhəlləsinin tozlu – torpaqlı yolu ilə irəliyən qızılbaş və

moğol atlıları. Başda Məhəmmd xan Türkmən və Əbdülməlik bəy gedirlər. Yolun qırağındakı çirkli – palçıqlı kiçik bir gölməçədə oturub əlindəki qabla başına və bədəninə su tökərək bədənini və saçlarını rəng bulaşığından təmizləməyə çalışan qoca hindli görünür. Atlılar, xüsusən də qızılbaşlar onun yanından keçərkən qocanı təəccüb və heyrətlə süzürlər. Hərəkətlərindən iyrəndikləri hiss edilir.

***

370

Page 371: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Çirkabda çimən hindli yaxından görüntülənir. Gölməçəyə balaca bir meymun yaxınlaşır və su içmyə başlayır. Hndli meymuna heç bir fikir vermir. Kadra ikinci meymun da daxil olur və o da su içir.

***Ekranda yenidn atlılar görünür. Bu dəfə onların diqqətini sınıq – salxaq

evlərin damlarında oturmuş meymunlar çəkir. Əbdülməlik bəy xana deyir:-Çox çirkin və pinti millətdirlər. Özləri də cürbəcür bütlərə sitayiş edirlər... ***Evlərdən birinin damlarından birinin damındakı meymunların yaxından

görüntüsü. Meymunlardan biri balasınn bitlərini tüklərinin arasından çxararaq ağzına soxur. Kadr arxasından bəy davam edir:

-...Meymunları və inəkləri müqəddəs hesab edirlər. Sitayiş etdikləri bütlər içərisində “Qaneş” adlandırdıqları fil və “Xanuman” adlandırdıqları meymun bütləri də var.

***Məhəmməd xan Türkmən və Əbdülməlik bəy yaxından, iri planda

görüntülənirlər. Xan:-Onlara baxmaq çox maraqlı olardı.Bəy:-Xan, inşallah, Dehliyə gedən yolda onlardan yüzlərlə görəcəksiniz. Burada

isə biz bütün bütxanaları qadağan etmişik. Odur ki, hər kəs öz evində kiçik bütlərə ibadət edirlər. Burada parslar da yaşayırlar. Onlar farsların İslamı qəbul etməyən, əski dinlərində qalan hissəsidir. Bu günə qədər oda sitayiş edirlər. onlarda kişinin öz anası, bacısı və ya doğma qızı ilə izdivac etməsi adi haldır və hətta savab hesab edilir.

Bu sözlərin Məhəmməd xanda ikrah hissi oyatdığ üz – gzündən və səsinin tonundan hiss edilir:

-Allah lənət etsin. Vallah belələrinin qanı halaldr. Allaha min şükürlər olsun ki, bizləri müsəlman yaradıb.

Sözün bu yerində qarşıda müsahiblərin diqqətini nə isə cəlb edir. Bu onların gözlərindən və üzlərinin mimikalarından hiss edilir.

***Atlıların yandan görüntüsü. Ümumi plan. Onların yolunda böyük bir öküz

oturmuşdur. Atlılar ehmalca onun yanndan keçib yolarına davam edirlər. ***Lahorun müsəlman əksəriyyətin yaşadağı hissəsi. Atlılar daş döşənmiş geniş

və səliqəli küçə ilə irəliləyirlər. Arxa planda şəhərin səliqəli evləri və baxçaları görünür. Ümumi plan. Kadr arxasından Əbdülməlik bəyin səsi eşidilir:

-Bu da şəhəin müsəlmanlar yaşayan hissəsi. Fərqi görürsünüz də... ***Məhəmməd xan Türkmən və Əbdülməlik bəy yaxından, iri planda

görüntülənirlər. Xan:-Görürəm. Əbdülməlik bəy, mən Nadir şahın elçisi kimi çox məmləkətlərdə

olmuşam. Ərəblərin, farsların, kürdlərin, lorların, əfqanların ölkələrini qarış – qarış gəzmişəm, çox xalqların adət - ənənələri, məişəti ilə yaxından tanış lmuşam. Hər

371

Page 372: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

yeni ölkəyə gələndə, oranın xalqı ilə tanış olanda həmişə üzümü Allaha tutub “İlahi, Sənə min şükrlər olsun ki, məni ərəb, fars, kürd, əfqan və sairə yox, məhz türk yaratmısan” – deyər və Tanrıya dönə - dönə şükr edərdim. İndi gəlib hinduları da gördüm və yenə də üzümü uca Allaha tutub deyirəm: İlahi, Sənə min şükürlər olsun ki, məni hidayətinə qovuşdurub müsəlman etmisən.

Əbdülməlik bəy:-Amin! Kaş kafirlər də İslamın nə olduğunu biləydilər.Xan köksünü ötürür:-Kaş, kaş, kaş....Elə bu an kadr arxasından azan səsi eşidilir. ***Ekranda Lahorun məsçidlərindən birinin minarəsi və minarədə azan oxuyan

müəzzin görünür. ***Məscidin həyət qapısının önü. Müsəlmanlar qapıdan içəri girərək namaza

tələsirlər. Qapı önündə oturmuş iki dilənçi diqqəti çəkir. Kadra Məhəmməd xan Türkmən və Əbdülməlik bəy, ardınca da moğol və qızılaş əsgərləri daxil olurlar. Onların hamısı piyadadır. Onlar qapıdan həyətə girirlər. Dilənçilərdən biri xanla bəyi müşayiət edən moğol əsgərlərindən birindən soruşur:

-Əbdülməlik bəyin yanındakı kimdir belə?Əsgər ona cavab verir:-Azərbaycan şahının elçisi Məhəmməd bəy Türkməndir.Dilənçi təəccüb və heyrətlə:-Yənu Nadir şahın elçisidir?Əsgər “hə” –deyib yoldaşlarının ardınca həyət qapısından içəri girir. ***Dilənçilər yaxından, iri planda görünürlər. Birinci dilənçi ikincisinə deyir:-Eşitdin nə dedi? Nadir şahın elçisidir.İkinci dilənçi:-Nadir şah kimdir?Birinci dilənçi:-Azərbaycan şahənşahı. *** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

372

Page 373: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“X seriya Hindistanın fəthi”"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Dehli şəhərinin ümumi görüntüsü. Bu görüntünü Dehlinin küçələrindən biri

ilə fil belindəki kəcavədə oturmuş Moğol vəzirlərindən Nizamülmülkü və filin ətrafında onu müşayiət edən çox sayda atlı moğol atlısını əks etdirən kadrlar əvəz edir. Bu görüntünün fonunda yazılır:

“DEHLİ. MART, 1738 – Cİ İL”Yazı itir. ***Ekranda Moğol padşahının Sarayınn darvazası görünür. Darvazanın önündə

iki əli nizə - qalxanlı moğol əsgəri durub. Vəzir fil belində atlıların müşayiəti ilə darvazaya yaxınlaşıb içəri girir.

***Moğol padşahının sarayının hovuzlu həyəti. Hindistan – Moğol padşahı

Rövşən Aktar Məhəmməd şah və vəziri Səadət xan həyətdə gəzişə - gəzişə söhbət edirlər. Arxa planda bir sra üzrə durmuş əli nizə - qalxanlı moğol əsgərləri görünür. Şah:

-Heç nə başa düşə bilmirəm. Babam Bahadur şah iki dəfə Qəndəharı mühasirədə saxladı, ala bilmədi. Ondan öncə atası Ahurənzib şah da buna cəhd etmişdi, bir şeyə nail olmamşdı. Qəndəharlılar mənə də tabe olmadılar. İllərdir, Azərbaycan səltənəti ilə səltənətim arasında hərəkət edən ticarət karvanlarından rüsum ala – ala şəhəri alınmaz qalaya çevirmişdilər. Onu ikiqat uca daş hasara almışdılar. Yəni doğrudanmı, qızılbaşların yeni padşahı onu cəmi bir günə fəth edə bilib. Axı, buna kim inanar?

Səadət xan:-Şahım, inansalar da, inanmasalar da, bu belədir. Nadir şahın, deyilənə görə

top – tüfənginin, qaladağıdan uzun lüləli toplarının sayı – hesabı yoxdur. Əsgərlərinin sayı – hesabı da bilinmir. Görənlər onun əsgərlərini çəyirtgə sürüsü, qarışqa yuvası ilə müqayisə edirlər. Hətta deyirlər ki, göydə ulduzların say var. Amma onun əsgərlərinin sayı yoxdur.

Məhəmməd şah:-Bunu səndən başqa kim deyirsə, başından böyük qələt edir. Belə axmaq

sözləri ancaq kəmsavad adamlar söyləyə bilər. (İstehza ilə) Ulduzların sayı var, onun əsgərlərinin sayı yoxdur!

373

Page 374: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda sarayın çöl həyətinə daxil olan fil belində vəzir Nizamülmülk və onu

müşayiət edən əsgərlər görünür. Nökərlər filə yaxınlaşıb onu diz çökməyə məcbur edirlər. Nizamülmülk aşağı enib cəld addımlarla fildən uzaqlaşır. Əsgərlr də atlardan enirlər.

*** Yenidən Moğol padşahının sarayının hovuzlu həyəti ekrana gəlir. Hindistan

– Moğol padşahı Rövşən Aktar Məhəmməd şah və vəziri Səadət xan həyətdə gəzişə - gəzişə söhbətlərinə davam edirlər. Arxa planda bir sıra üzrə durmuş əli nizə - qalxanlı moğol əsgərləri görünür. Şah:

-İndi Azərbaycan səltənəti ilə sərhədlərimiz Hind ümmanından Türküstana qədər uzanan geniş bir ərazini əhatə edir və əgər qızılbaşlar ölkəmizə soxulmaq istəsələr, bu böyüklükdə sərhədd xəttini qorumaq çox çətin olacaq.

Səadət xan:-Məni də qorxudan elə budur.Şah ayaq saxlayıb diqqətlə həmsöhbətinin gözlərinin içinə baxır:-Amma deyilənə görə, onun məqsədi urusların üzərinə yürümək və onların

paytaxtını ələ keçirməkdir. ***İri planda görüntülənən Səadət xan “Elədir, şahım” – deyib gözlərini yerə

dikir və sanki, şahın gözlərinə baxmaqdan qorxurmuş kimi davam edir:-...Amma Fitilbörk buradan çox uzaqdır. Bu qədər əsgəri bütün yol böyü

yedirib – içirtmək lazımdır. Bunun üçünsə çoxlu pul, özüdə lap çox pul lazımdır. ***İri planda vəziri şah əvəz edir:-Və ... Açıq de, Səadət xan, çəkinmə. ***Ümumi plan. Səadət xan:-Cəsarətimə görə üzr istəyirəm, şahım, bütün dünya – aləm bilir ki, sizin

xəzinənizdə olan qədər var – dövlət dünyanın heç bir padşahında yoxdur. Hətta dünyann bütün xəzinələrini bir yerə yığsan, sizin xəzinənizin yarsı qədər eləməz. Təbii ki, bunu Nadir də bilir.

Bu sözlər şahı dərin fikrə qərq olmağa vadar edir. O bir müddət susduqdan sonra:

-Davam et.Səadət xan:-Onun arzusu təkcə Fitilbörkü alıb rus padşahını diz çökdürmk deyil. Deyilənə

görə, Oğuz xanın, Çingiz xanın, Əmir Teymurun yolunu getmək, bütün türk və İslam ellərini bir bayraq altında birləşdirmək xəyalına düşüb.

***Şah iri planda görünür:-Və bunu mənim xəzinəm hesabına həyata keçiəcək, eləmi? ***İri planda şahı vəzir əvəz edir. O susaraq gözlərini yerə dikir. Bu dəm kadr

arxasından ayaq səsləri eşidilir.

374

Page 375: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ümumi plan. Şah və Səadət xan səs gələn tərəfə baxırlar. Ayaq səsləri kadr

arxasından eşidilir. ***Müsahiblərin baxdıqları tərəf. Saray meydanının sütunları arsaından çıxan

vəzir Nizamülmülk becid addımlara yaxınlaır. ***Ümumi plan. Nizmülmülk, şah və digər vəzirə yaxınlaşır. Şaha təzim edir və

dərhal da deyir:-İndicə xəbər almışam ki, Qızlbaşların padşahı bizə öz elçisini göndərib. Elçi

Lahoru keçib Dehliyə tərəf gəlir. Bir həftə sonra burada olacaq. ***İri planda yanaşı görüntülənən şah və Səaədt xan bir – birilərinə baxırlar. ***Dehlidəki Krişna məbədinin içi. Çox sayda hindu qadın və kişi Krişnanın

heykəli önündə oturb ona həsr edilmiş mantralardan birini oxuyurlar. Heykəl öndən, ibadət edənlər isə arxa tərəfdən görünür.

***İbadət edərək xorla mantra oxuyan hindlilərin öndən görüntüsü. İlk sırada

oturanların içində Nadir hələ uşaq ikən onunla görüşən və ona “sən bizim şahımız olacaqsan” – deyən hindli zəvvar diqqəti çəkir. O qocalıb və saç – saqqalı ağarıb. Rahib geyimindədir. Kameranın obyektivi ona köklənir və yavaş – yavaş na yaxınlaşr və ən sonda onu iri planda əks etdirir. O da hər kəs kimi mantra oxuyur.

*** Moğol padşahının sarayının hovuzlu həyəti. Rövşən Aktar Məhəmməd şah

və vəzirləri Səadət xanla Nizamülmülk həyətdə gəzişə - gəzişə söhbət edirlər. Arxa planda bir sıra üzrə durmuş əli nizə - qalxanlı moğol əsgərləri görünür. Şah:

-Deyəsən, Azərbaycan şahının fikri ciddidir. Amma vaxtı qabaqlamayaq, elçini gözləyək, görək nə deyəcək. Nizamülmülk, onun kim olduğu məlumdurmu?

Nizamülmülk:-Bəli, şahım, qızılbaşların ən tanınmış əmirlərindən Məhəmməd xan

Türkməndir.Şah:-Məhəmməd xan ... Demək ki, addaşımdır. Gözləyək, görək nə ilə gəlir bu

Məhəmməd xan Türkmən.Nizamülmülk:-Məncə, təkcə gözləməməli və artıq indidən müharibəyə hazırlaşmalıyıq...Şah ayaq saxlayır və diqqətlə vəzirini süzür. Bu hal Nizamülmülkün sözünə

ara vermsinə səbəb olsa da, o, bir qədər susduqdan sonra sözünə davam edir:-...Əminəm ki, elçi bizimlə müharibəyə balamaq üçün hansısa bir bəhanə ilə

gəlir. ***Ekranda iri planda Rövşən Aktar Məhəmməd şahın heç nə ifadə etməyən

sifəti görünür:-Məsələn nə kimi bəhanə?

375

Page 376: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ümumi plan. Nizamülmülk:-Məsələn, deyə bilər ki, bizə müxalif olan əfqan tayfa başçıları sizin

məmləkətdə sığınacaq tapıblar. Bizim məmləktimiz çox böyükdür. Hər gün bura on min adam gəlir, on min

adam gedir. Hər kəsə nəzarət etmək mümkün deyil. Bir də ki, hər bir əfqanın Pişəvərdə, Kabildə, elə Lahorun özündə çox sayda qohum - əqrabası var. Kimin harada, kimin evində olduğunu, təbii ki, biz bilə bilmərik...

***Nizamülmülk iri planda görünür və aralıqsız davam edir:-... Əlbəttə ki, Nadir də bunu çox gözəl bilir. Amma savaşmaq üçün bəhanə

tapmaq lazım olarsa, bizi düşmənlərlə gizli ittifaqda suçlamaq və ardınca da müharibəyə başlamaq olar. Yəni bu siyasətdir. Siyasətdə isə belə şeylər çox tez – tez baş verir.

***Ümumi plan. Şah üzünü o biri vəzirinə çevirir:-Bəs, sən, Səadət xan, nə düşünürsən?Səadət xan:-Nizamülmülklə tam razıyam. O haqlıdır. ***Dehlidəki Krişna məbədinin qarşısı. Rahib (Nadirin şah olacağını söylmiş

hindli zəvvar) məbədin pilləkanları üzərində durub məbədin önünə toplaşmış hindli kütləsi önündə nitq söyləyir. Yandan ümumi görüntü. Rahib deyir:

-Qədim kitablarımızda yazıldığına görə, Böyük Ruh Mahatma göydən enib Hindistanı aydınlıqlara qovuşduracağı gündən düz yüz otuz il əvvəl, bahar gecə - gündüz bərabərliyi günü Midiyadan gələcək böyük hökmdar Hindistan taxt – tacının sahibi olacaqdır...

Rahib iri planda görünür və davam edir:-Amma onun bundan sonrakı ömrü çox da uzun sürməyəcəkdir. Ulduzlar

onun düz bir il sonra Dehliyə daxil olacağını söyləyir. Artıq o, məmləkətimizin sınırlarına yaxınlaşmışdır və sayı göydəki ulduzlar qədər saysız – hesabsız olan ordusu ilə sınırı keçməyə hazırlaşır...

***Ekranda rahibi dinləyən kütlə görünür. Bu sözlrin kütlənin dini hisslərini

coşdurmaq üzrə olduğu sezilir. Rahibin səsi kadr arxasıdan davam edir:-...Onun adı Nadir şahdır və o, Tanrımız Krişnanın yerdəki təcəssümüdür.Bu sözlərdən sonra vəcdə gələn hindli kütləsi öz tanrılarını özlərinə məxsus

şəkildə alqışlamağa, yəni ona şükr etməyə başlayır:-Hari Krişna! Hari Krişna! Hari Krişna!... *** Çılpaq dağlarla əhatə olunmuş düzənlik sahə. Nadir şahın orduya cəlb etdiyi

əfqanlardan ibarət tüfəngçi və topçu alayları təlim - məşq keçirirlər. Yanyana, bir xətt üzərində, bir-birindən 4 metr aralı səkkiz top düzülmüşdür. Topçular, hər topun yanında iki nəfər olmaqla, öz toplarını silib yağlamaqla məşğuldurlar. Onlar

376

Page 377: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

əfqan geyimindədirlər. Hər topun yanında bir yığın girdə mərmi və topu odlamaq üçün məşəl çubuğu var. Kadr arxasından eyni vaxtda atılan onlarla güllə səsi və ardınca da komanda eşidilir: -Birinci sıra çök! İkinci sıra qalx!Hədəfi nişan al! Atəş! Yenə eyni vaxtda atılan onlarla güllə səsi və ardınca komanda : -İkinci sıra çök! Birinci sıra qalx! Hədəfi nişan al! Atəş! Yenə eyni vaxta atılan tüfəng güllələrinin səsi qulaq batırır. *** Ekranda biri öndə, digəri isə arxada iki paralel düz xətt boyunca düzülmüş iki cərgə əfqan geyimli tüfəngçi canlanır. Cərgələr arasında məsafə 2 metr, eyni xətlər üzrə düzülmüş əsgərlər arasında isə 1 metrdir. İkinci cərgənin əsgərləri sol dizləri üstdə çökmüş vəziyyətdədirlər. Onlar sol əllərində tüfənglərini qundağı yerdə, lüləsi isə yerə nisbətən perpendikulyar olaraq, göyə istiqamətlənmiş vəziyyətdə tutmuşlar. Birinci cərgə isə ayaq üstə duraraq, tüfənglərini irəli doğru tutmuşlar. Birinci cər-gənin əsgərlərinin tüfənglərindən tüstü çıxır. Hər cərgədə əlli tüfəngçi var. At üstündə olan qzılbaş paltarlı yüzbaşı komanda verir: -Birinci sıra çök!...

Komandaya uyğun olaraq sol dizləri üstə çökən birinci sıranın əsgərləridərhal tüfənglərini barıt və güllə ilə doldumağa başlayırlar. Yüzbaşı davam edir: -…İkinci sıra qalx!... İkinci sıranın əsgərləri ayağa qalxırlar.Tüfənglərini sol əlləri ilə sağ əllərinə ötürüb, lüləsi yuxarı vəziyyətdə döşlərinə sıxırlar. Yüzbaşı: -…Nişan al!... ***

Ekranda bir təpənin üstündə at belində oturub məşqi seyr Nadir şah və Təhmasib xan Cəlair görünürlr. Yüzbaşınn səsi kadr arxasından eşidilir. “Atəş!” komandası səslənən kimi tüfənglərdən atılan atəş səsi eşidilir. Təhmasib xan üzünü şaha tutur: -Şahım, gözüm bu əfqanlardan heç su içmir. Qorxuram günlərin birində bu tüfəngləri bizə tərəf çevirsinlr. Nadir gülümsəyərək üzünü xana tərəf çevirir və onu süzür. Kadr arxasından yüzbaşının səsi eşidilir: -Tüfəngçilər azaddır! Topçular hazırlaşsın! Şah deyir: -Fikrin bizimkilərə getməsin, əfqanlarda təkiyə yoxdur. Onlar yalanı günah sayırlar və Qurana and içdilərsə, andlarını heç vaxt pozmazlar. Görürəm yorulmusan, get dincəl, şahzadə Nəsrullaha da de, yanıma gəlsin. *** Ekranda yenə də toplar və topçular canlanır. Topların hər birinin yanında olan iki topçudan biri topdan solda, mərmilərin və barıt kisələrinin yanında, digəri isə sağda durmuşdur. Sağ tərəfdə duranların əllərində məşəllər var. Kadr arxasından eşidilən “ Barıtı doldur!” komandasından sonra sol tərəf topçuları lüləyə barıt yeridirlər. Eyni topçular “Mərmini qoy !” əmrinə uyğun olaraq, lüləyə

377

Page 378: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

mərmi qoyurlar. Daha sonra “Atəş!”əmri eşidilir.Bu dəfə sağ tərəf topçuları işə girişir və əllərindəki məşəllərlə topu odlayırlar. Eyni vaxtda atılan səkkiz top göy gurultusuna bənzər səs çıxarır. Səslə bərabər lülələrdən çıxan tüstü aləmi dumana bürüyür. Bir – iki saniyə sonra isə topların tuşlandığı dağ yamacından səkkiz toz-torpaq buludu qalxır. *** Nadir şah tək təlim - məşq prosesini izləyir. Ondan bir qədər aralıda və aşağıda qızılbaş əsgərləri durmuşlar. Kadr arxasından yüzbaşının səsi gəlir: -Barıtı doldur!Mərmini qoy!Atəş! Göy gurultusunu xatırladan atəş səsi aləmi bürüyür. Elə bu an ekrana yan tərəfdən Nadirin ikinci oğlu Nəsrullah daxil olur. O piyadadır. Əlində çoxlu kağız – kuğuz var: -Ata, məni çağırmsan. ***

Kiçik olmasna baxmayaraq, səs – küylə və iti axan çay. Çayın o biri tərəfində Nadir şah və oğlu Nəsrullah yanaşı söhbət edə - edə gəzişirlər. Arxa planda mühafizəçi əsgərlr diqqəti çəkir.

***Şah və oğlunun yaxından, öndən görüntüsü. Nəsrullahın əlində bir qalaq kağız

– kuğuz var. O danışır, atası dinləyir: -Ata, bütün gecəni yatmayıb, şam işığında xəzinənin son iki ildəki bütün mədaxi – məxaric sənədlərini təftiş etdim, onları əyalətlərin mədaxil – məxaric sənədlri ilə tutuşdurdum. Cəsarətimə görə çox – çox üzr istəyirəm, amma baş xəzinadarın səni aldadıb, əyalət sənədlərindəki qeydlərlə, vergi sənədləri ilə mərkəzi xəzinənin sənədləri bir – birini tutmur. Nadir şahın üz cizgiləri dəyişir. O ayaq saxlayıb oğlunun gözlərinə diqqətlə baxır: -Başa düşmədim, necə yəni xəzinədar məni aldadıb?!Necə yəni sənədlər bir – birini tutmur?1 Sən bütün bunları bir gecədə necə hesablaya bildin, səhf etmirsən ki?

Nəsrullah: -Yox, səhv etmirəm. Dediklərimi də sübut etməyə də hazıram. İri planda görünən və qəzəbdən dodalarını gəmirən şah:-Dediklərin doğrusa, xəzinədarı elə ilk ağacdanca asdıracağam... ***

Yenidən şah və oğlunun yaxından, öndən görünürlər. Nadir əlini Nəsrullahın çiyninə qoyur və onlar yenidən addımlamağa başlayırlar. Nadir: -...Nə isə, evə dönər – dönməz, hər şeyi bir – bir anladarsan, özüm baxaram. Bax, oğlum, sənin bu qədər zəki və dərrakəli olmağın məni çox sevindirir. Səninlə ürəkdən qürur duyuram. Amma səni həm də böyük sərkərdə kimi görmək istəyirəm. Eynən rəhmətlik əmin İbrahim və dadaşın Rzaqulu kimi. Qardaşın öncə Surxay xanın qoşunlarını darmadağın etdi, onu dağlara qaçmağa məcbur etdi. İndi Murad xan onu təqib edir. Dünən isə xəbər gəlib ki, Rzaqulu xan Bəlx və Andxoydakı üsyanları da yatırıb və həmin şəhərlri yenidən Azərbaycan səltənətinə birləşdirib. Bilsən, bu məni nə qədər sevindirdi. Sənin də elə olmağını istəyirəm.

378

Page 379: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Doğrudur, qardaşın mənim iznim olmadan Öküz çayını keçərək şulaq qalasını da ələ keçirib və İlbars xanı bizə düşmən etmişdir, təbii ki, buna görə də cəzasını alacaq. Amma onun bu şücaət və cəsurluğu məni sevindirir.

***Qanq çayı üzərində üzən böyük bir sal. Salda 10-dan artıq at, 5-6 qızılbaş və

5-6 moğol əsgəri diqqəti çəkir. Məhəmməd xan Türkmən və Əbdülməlik bəy salın məhəccərinə söykənib ətrafı seyr edirlər. Əbdülməlik bəy:

-Hindlilər bu çayı müqəddəs sayırlar. Hər ölkənin hər tərəfindən axışıb onun sularına baş vururlar. Bu, onların ibadətlərinin bir hissəsidir. Onlar Qanq çayının təkcə vücudu deyil, həm də ruhu təmizlədiyinə inanrlar. Ölülərini də yandırıb külünü bu çaya tökürlər.

Məhəmməd xan:-Çox əcaib- qəraib adət –ə nənələri var. Doğrudan da Allahın qüdrətindən

başqa bir qüdrət yoxdur.Əbdülməlik bəy:-Bəli, elədir. ***Ekranda çay qırağında paltar yuyan hindli qadınlar görünür. Arxa planda

palmalar diqqət çəkir. Məhəmməd xanın səsi kadr arxasından eşidilir:-Əbdülməlik bəy, inşallah, Dehliyə nə zaman çatarıq?Əbdülməlik bəyin kadr arxasından eşidilən səsi:-Allahın köməyi ilə 4 – 5 günə çatarıq, inşallah! ***Ekranda fil belindəki kəcavədə oturub atlı mühafizçi moğol əsgərlərinin

müşayiəti ilə Dehlinin küçələrindən biri ilə irəliləyəm Rövşən Aktar Məhəmməd şah görünür. Arxa planda Dehlinin came və mscidləri və müsəlmanlara xas ev və mülklər görünür. Ətrafdakı müsəlmanlar şaha təzim edirlər. Filin sağ və solunda at belində vəzirlər Səadət xan və Nizamülmülk gedirlər. Bu mənzərənin fonunda yazılır:

“DEHLİ. APREL, 1738 – CI İL”Yazı itir. ***Küçə qırağaı. Camaat şahı yaxından görmək üçün topalaşır, fəqət küçə boyu

düzülmüş nizə - qalxanlı əsgərlər onlara irəli getməə imkan vermirlər. Hər kəs şaha baş əyir. Bu dəm kadr arxasından hindlilrin xorla təkrar – təkrar “Hari Krişna!” – deyən səsləri eşidilir. Səs yavaş – yavaş ucalır.

***Fil belində oturmuş şah. O, səs gələn tərəfə baxır. ***Ekranda şahın baxdığı tərəf canlanır. Uzaqda əsas yolu kəsən yolla çox sayda

hindu keçərək “Hari Krişna” sözlərini təkrarlayır. ***Ekranda yenidən fil belində oturmuş şah görünür. Fəqət bu dəfə o, yan tərəfdə

görüntülənir. Ön planda at belində gedən Səadət xan, arxa planda isə hind – moğol

379

Page 380: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

memarlığı üslubunda tikilmiş təmtəraqlı bina diqqəti çəkir. Kadr arxasından hinduların səsi eşidilməkdə davam edir.

*** Şah sarayının sütunlu dəhlizi. Şah və vəzirləri dəhliz boyu irəliləyirlər. Şah

ondan sağda gedən Səadət xana müaciətlə: -Başa düşə bilmirəm, bu hindular bir aydır, nəyi belə bayram edirlər.

Bilməmiş olmazsan.Şəadət xan:-Müsəlmanlar Mehdi Sahib əz – Zamanı, xaçpərəstlr İsa Məsihin ikinci

gəlişini gözlədikləri kimi, onlar da “Mahatma” adlandırdqları Böyük Ruhun gəlişini gözləyirlər. Baş kahinlri Quru Şankarın dediyinə görə, gələn il yaz gecə - gündüz bərabərliyi günü Böyük Ruhun ilk əlaməti yerə enəcəkmiş. Onlar da bunu bayram edirlər. Bayramları da həmin günə qədər davam edəcəkmiş.

Şah ayaq saxlayır:-Demək, bir il işləməyib bayram edəcəklər. Bəs, işləməsələr, vergini necə

ödəyəcəklər.Şəadət xan:-Məsələ burasındadır ki, əlamət dedikləri şeyin onların bir il vergidən azad

olmasına səbəbolacağına inanırlar.Şah təəccüblə:-O nə əlamətdir elə?Şəadət xan bir söz deməyib susur. Bu, şahın təəccübünü daha da artırır. O,

üzünü Nizamülmülkə tərəf tutur. Fəqət o da susmağa və yerə baxmağa başlayır. Şah bir söz deməyib irəliləməyə başlayır. Vəzirlər də onu təqib edirlər. Kamerann obyektivi durduğu yerdən çönərək, onları təqib edir. Şah və vəzirləri iki nizə - qalxanlı əsgərin arasından keçib gözdən itirlər.

***Şahın sarayı. Rövşən Aktar Məhəmməd şah taxtda əyləşib. Vəzirləri önündə

ayaq üstə durublar. Hər ikisi gözünü yerə dikib. Şah fikrə gedib. O gözlənilmədən deyir:

-Yoxsa, mənim taxt – tacıma sahib olması gözlənilən o “Midiya şahı” dedikləri Nadir şah Əfşardır, hə?

Nizamülmülk başın qaldıraraq:-Şahm, kafirlərin boş – boğazlıqlarına fikir verməyin. Bir də, axı, o Quru

Şankar peyğəmbər – zad deyil ki! Fırıldaqçının biridir. ***Ekranda iri planda görünən şah :-Nizamülmülk, o kahindi, rahibdi, hər nədir, onu təcili tapdır, yanıma gətirt. ***Ümumi plan. Nizamülmülk “baş üstə” – deyib, şaha təzim edir və məkanı tərk

edir. Şah Səadət xana:-Səadət xan, sən də get, tək qalmaq istəyirəm.Şəadət xan şaha təzim edib gedir. Şah ayağa qalxıb otaqda gəzişməyə

başlayır.

380

Page 381: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Krişna məbədinin içi. Əlində kağız parçası tutmuş Quru Şankar (bir vaxt

Nadirə şah olacağını söyləmiş hindli zəvvar) və cır – cındır içində olan, gözlərindən yaş axan və əlində körpə uşaq tutmuş bir hindli qadın üz – üzə durmuşlar. Arxa planda Krişnanın bütü görünür. Quru Şankar:

-Bax, qızım, bir vaxt Rama da bir anlığa xəyal qırıqlığına və ümidsizliyə qapılmışdı və gözəl Sitanı necə xilas edəcəyini bilmirdi. Elə bu an meymunlar padşahı Xanuman öz meymun ordusu ilə onun köməyinə gəldi və zülmkar cadugərlə döyüşdə ona kömək etdi. Tanrı heç kəsi köməksiz və ümidsiz qoymaz... (Quru Şankar əlindəki kağızı qadına uzadır) ... Dediyim müsəlman türk tacirin yanına get, mənim salamımı ona çatdır, bu məktubu ona ver, o sənə iş də, qalmağa yer də verər.

Qadın kağzı kahindən alır. Uşağını düşməsin deə qolu ilə özünə sıxıb, əllərinin ovuclarını cütləşdirərək ona təşəkkür edir. Elə bu vaxt kadr arxasından eşidilən at ayaqlarının səsi onların hər ikisini səs gələn tərəfə dönməyə məcbur edir.

***Məbədin içindən məbədin önünü görüntüsü. Məbədin həyətinə daxil olan iki

atlı moğol əsgəri özlərilə bir də süvarisiz at gətirərək dururlar. Onlardan biri atdan düşüb cəld pilləkanları qalxmağa başlayır.

***Məbədin içi. Ümumi plan. Əsgər Quru Şankara yaxınlaşır və sağ əlinin

barmaqlarını alnına yaxınlaşdıraraq deyir:-Əssəlamu aleykum!Quru Şankar ovucların cütləşdirib onun salamına hind dilində “namaste” –

deyərək cavab verir. Sonra üzünü qadına tutaraq “sən get, qızım” – deyir. Qadın dönüb kadrdan çıxır. Əsgər:

-Hazırlaş, bizimlə getməlisən. Şah səni görmək istəyir.Quru Şankar:-Gedək, mən hazıram.Kahin əsgərin ardınca məbədin qapısına tərəf yönəlir. *** Dehlinin müsəlmanların yaşadıqları təmtəraqlı küçələrindən biri. Məhəmməd

xan türkmən və Əbdülməlik bəy at belində atlı qızılbaş və moğol əsgərlərinin müşayiəti ilə küçə ilə irəliləyirlər. Küçədəki müsəlman hindlilər heyrətlə qızılbaşların geyimlərinə baxırlar.

***Xan və bəyin öndən görüntüsü. Məhəmməd xan ətrafdakı bina və məscidləri

seyr edir. ***Ekranda xanın diqqətini çəkən gözəl mümarlıq abidələri bir – birini əvəz edir. ***Yenidən xan və bəyin öndən görüntüsü. Məhəmməd xan ətrafdakı bina və

məscidləri seyr etməkdə davam edir. O, nəhayət, üzünü Əbdülməlik bəyə tərəf tutur:

381

Page 382: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sizin bu Dehliniz Təbriz və bağdaddan sonra gördüyüm ən gözəl şəhərdir. Hətta İsfahandan daha yaraşıqlıdır.

Əbdülməlik bəy:-Deyilənə görə, ən gözəl şəhər Səmərqənddir. Orada olmusunuzmu?Xan:-Təəssüf ki, yox. Allah nəsib edərsə, inşallah, mütləq orada da olacağam. ***Şahın sarayı. Rövşən Aktar Məhəmməd şah taxtda əyləşib. Vəzir

Nizamülmülk və Quru Şankar onun qarşısında durublar. Quru Şankar danışır, digərləri dinləyir:

-Dediyim günə bir ildən də az vaxt qalıb. Əgər sözüm doğru olmazsa, başımın vurduulması üçün özüm yanınıza gələrəm.

Şah:-Dostum, mən qəssab deyiləm. Başın da mənə lazım deyil. Dediklərinin

doğruluğunu isə, əlbəttə ki, görəcəyik. İndisə mənə “Böyük Ruh” dediyin “Mahatma” haqqında məlumat ver.

Quru Şankar:-Dediyim Mahatma Midiya şahından düz 130 il sonra gəlcək və ədaləti bərpa

edəcəkdir. İnsan simasında gələcəkdir və zülmün kökünü ksəcəkdir. ***Şah iri planda görünür:-“Mahatma” dediyin biz müsəlmanların da yolunu gözləməkdə olduğumuz

Mehdi Sahib əz – Zamandırmı? ***Şahı iri planda Quru Şankar əvəz edir:-Yox, sizn Mehdi, xaçpərəstlərin Məsih dediyiniz böyük qurtarıcıya biz

“Maritreya” deyirik. Onun nə zaman gələcəyini heç kəs bilmir. Yalnız onu bilirik ki, o, Mahatmadan sonra gələcək. O, Mahatmadan daha böyükdür. Onun yer üzü cənnətə çevriləcək və yer üzündə bir din olacaq.

***Ümumi plan. Şah:-Səncə, o tək din hansı olacaq?Quru Şankar:-Siz bunun İslam olacağına inanırsınız, xaçpərəstlr isə məsihilik olacağını

düşünürlər. Biz isə öz dinimizin olacağına inanrıq.Şahı bu sözləri eşitcək ayağa qalxır:-Yəni deyirsən, biz də sizin kimi bütərə, meymunlara, inəklərə sitayiş etməyə

başlayacağıq, eləmi?Şah bu sözləri deyib qəh – qəhə çəkir, Nizamülmülk də ona qoşulur. Quru

Şankar isə susaraq gözlrini yerə dikir. Şah özünə gəlib davam edir:-Niyə susursan?Quru Şankar:-Mən bunu söyləmədim. Mən bunu bilmirəm, amma bildiyim bir şey var.

Midiya şahının nəfəsi artıq Dehlidədir. ***

382

Page 383: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Şah iri planda görünür:-Necə yəni nəfəsi artıq Dehlidədir?Elə bu an kadr arxasından Səadət xanın səsi eşidilir:-Şahım! ***Ekranda qapıdan içəri girib irəliləyən Səadət xan görünür. ***Ümumi plan. Səadət xan şaha yaxınlaşıb ona təzim edir v deyir: -Şahım, Nadir şah Əfşarın elçisi gəlib. ***

Çılpaq dağlarla əhatə olunmuş düzənlik sahə. Ekranda toplar və qızılbaş geyimli topçular canlanır. Topların hər birinin yanında olan iki topçudan biri topdan solda, mərmilərin və barıt kisələrinin yanında, digəri isə sağda durmuşdur. Sağ tərəfdə duranların əllərində məşəllər var. Kadr arxasından şahzadə Nəsrullahın eşidilən “Barıtı doldur!” komandasından sonra sol tərəf topçuları lüləyə barıt yeridirlər. Eyni topçular “Mərmini qoy !” əmrinə uyğun olaraq, lüləyə mərmi qoyurlar. Daha sonra “Atəş!”əmri eşidilir. Bu dəfə sağ tərəf topçuları işə girişir və əllərindəki məşəllərlə topu odlayırlar. Eyni vaxtda atılan səkkiz top göy gurultusuna bənzər səs çıxarır. Səslə bərabər lülələrdən çıxan tüstü aləmi dumana bürüyür. Bir – iki saniyə sonra isə topların tuşlandığı dağ yamacından çox sayda toz-torpaq buludu qalxır. *** Ekranda at belində oturmuş şahzadə Nsrullah görünür. Ondan bir qədər aralıda yüzbaşı və Təhmasib xan Cəlair durmuşlar. Şahzadə komanda verir: -Barıtı doldur!Mərmini qoy!Atəş!

Göy gurultusunu xatırladan atəş səsi aləmi bürüyür. ***

Ekranda at belində oturmuş yüzmaşı və Cəlair xan yaxından görüntülənir. Yüzbaşı xana deyir: -Şahzadə çox istedadlıdır. İki həftənin içində hər şeyi öyrəndi.

Cəlair xan: -Şah bunu eşidəndə çox sevinəcək. *** Ekranda iri planda görünən Nəsrullah yenə də komanda verir: -Barıtı doldur!Mərmini qoy!Atəş!

Göy gurultusunu xatırladan atəş səsi yenə də aləmi bürüyür. ***

Çay qırağında geniş, yaşıl düzənlik. Nadir şah və şahzadə Nəsrullah at belində qılınclaşrlar. Nadir ara – bir “afərin, oğlum”, “ay maşallah”, “ bərəkallah” kimi sözlər işlədir. Nəhayət, ata və oğul qlınclaşmağa son verirlr. Nadir ardınca da şahzadə atdan enib qılınclarını qınlarna qoyurlar. Kadra daxil olan iki əsgər atların iplərini çəkə - çəkə dərhal kadrdan çıxırlar. Şah: gülümsəyərək:

-Bugünlük bəsdir. Yaxşısan. Bircə ay da məşq etsək, mən deyən səviyyəyə çatarsan. Zorxana məşqlərinə də davam edirsənmi?

383

Page 384: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Şahzadə: -Bəli.

Şah: -Əla.

Elə bu an kadra yüzbaşı daxil olur və şaha təzim edərək deyir: -Şahım, tapşırmızdınız ki, dostunuzun oğlu Toğrul Kəlatdan dönər – dönməz sizə xəbər edim, yannıza göndərim. O, artıq gəlib.

Yüzbaşı sözünü bitirər – bitirməz kadra Toğrul daxil olur və təzim edir. Nadir şah: -Xoş gəlmisən, oğlum. Yolunu gözləməkdən gözlərimin kökü saraldı.

Toğrul şahın əlindən öpüb, alın basır. Nadir də onun alnından öpür. Yüzbaşı və şahzadə isə kadrdan çıxırlar. Nadir soruşur: -Atan necədir?

Toğrul: -Allaha şükür, yaxşıdır. Çoxlu – çoxlu salam – duası var.

***İri planda görünən şah gülümsəyərək:

-Muradına necə, çata bildinmi? Toyun oldumu? ***Nadiri iri planda əvəz edən Toğrul qızarır və başınıa şağa salıb:

-Bəli, Allah sizdən raz olsun. ***Hindistan şahının sarayı. Vəzir Nazamülmülk və Məhəmməd xan

Türkmən sarayın bağçasındakı taxtda əyləşib şahmat oynayırlar. Bu mənzərənin fonunda yazılır:

“DEHLİ. İYUL, 1738 – CI İL”Yazı itir. Vəzir növbəti gediş edib deyir:

-Bizim məmləktimiz çox böyükdür. Hər gün bura on min adam gəlir, on min adam gedir. Hər kəsə nəzarət etmək mümkün deyil. Bir də ki, hər bir əfqanın Pişəvərdə, Kabildə, elə Lahorun özündə çox sayda qohum - əqrabası var. Kimin harada, kimin evində olduğunu, təbii ki, biz bilə bilmərik. Əlbəttə ki, Nadir şah da, elə siz də bunu çox gözəl bilirsiniz. Amma savaşmaq üçün bəhanə tapmaq lazım olarsa, bizi düşmənlərlə gizli ittifaqda suçlamaq və ardınca da müharibəyə başlamaq olar. Yəni bu siyasətdir. Siyasətdə isə belə şeylər çox tez – tez baş verir.

Məhəmməd xan da gediş edir. Ağ xanadakı filin yerini dəyişir və deyir:-Yox, hörmətli vəzir, qətiyyən elə deyildir. Bizim şah sizin şaha həmişə böyük

hörmət və sevgi ilə yanaşıb. Bizim istəyimiz müharibə yox, müşkülatlarımızı anlayışla qarşılamanıza və bizə yardımçı olmanıza nail olmaqdır...

***Məhəmməd xan türkmən iri planda görünür və aralıqsız davam edir:-...Inanmaq çətindir ki, müxaliflərimiz sizin məmurların dəstəyi olmadan bu

qədər sərbəst gəzib – dolana bilərlər. İstəyimiz buna son qoyulmasıdır. Təbii ki, son qoyulmazsa, özümüz tədbir görməyə məcbur olacağıq. Razılaşın ki, Nəsir xanın Pişəvərdə bizə qarşı əfqanlardan ibarət 20 minlik ordu yaratmaqda olduğu xəbərinə biganə yanaşmamz mümkün deyil. Bütün bunların sizin torpaqlarda baş

384

Page 385: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

verməsi bizi narahat etməyə bilməz. Amma bizim sizlə qətiyyən müharibə etmək fikrimiz yoxdur...

***Ümumi plan. Xan sözünə davam edir:-...Baxın, üç aydan artıqdır ki, buradayam, hələ də əlahəzrət Hindistan

padşahından dəqiq bir cavab ala bilməmişəm. Qorxuram ki, mənim hökumətim bu halı vaxt udmaq və müharibəyə hazırlaşmaq kimi dəyərləndirə bilər. Odur ki, ən qısa zamanda öz şahıma bir xəbər göndərməliyəm.

***İri planda görünən Hindistan şahının vəziri:-Siz dünyagörmüş bir insansız. Özünüz bilirsiniz ki, bu məsələləri həll etmək

üçün uzun vaxta ehtiyac var. Məmləkətimiz, maşallah, o qədər böyükdür ki, onun bir başından digər başına xəbər göndərmək və cavab almaq bəzən aylarla vaxt aparır. Bir də ki, siz bizim qonağımızsınız və burada başqa məqsəd axtarmaq yersizdir.

***Ümumi plan. Məhəmməd xan Türkmən:-Mən sizə, sadəcə, düşüncələrimi çatdırdım. Əgər bir gün qalxıb eşitsəniz ki,

Azərbaycan ordusu müxaliflərini məhv etmək üçün Kabilə və yaxud Pişəvərə, və ya da, Allah eləməsin, Lahora daxil olub təəccüblənməyin. Əgər bu belə olarsa, bunun günahı bizdə yox, sizdə olacaqdır. Hər halda, üç aydan artıq bir müddətdə Dehlidə olmağıma baxmayaraq, hörmətli şahın məni qəbul etməmiş olmaması da, razılaşın ki, səmimiyyətdən xəbər vermir və bəzi şübhələrə yol açır.

Nizamülmülk növbəti gediş edir və deyir:-Şah! Sizin sözlərinizi mütləq şahıma çatdıraram. Amma unutmayın ki, dövlət

işlrindən ayrılmaq hər zaman mümkün olmur. Həmişə, istər – istəmz, hansısa işləri sonraya saxlamaq lazım olur.

***Dehlidəki şah sarayı. Rövşən Aktar Məhəmməd şah taxtda əyləşib.

Nizamülmülk, Sadət xan və Dauran xan onun qarşısında durmuşlar. Nizamülmülk:-Şahım, elçiyə nə isə cavab vermək lazımdır. Əks təqdirdə Nadir şah bunu

özünə hörmətsizlik kimi dəyərləndirib, cavab gözləmədən sınırlarımızı keçə bilər. Biz isə buna hazır deyilik.

Şah üzünü Dauran xana tutur:-Vəzir Nizamülmülkü dinlədik. Dauran xan, sən nə düşünürsən? ***İri planda görünən Dauran xan:-Qızılbaş ordusuna qarşı dura bilcək ordunu yaratmaq üçün mənə daha bir il

vaxt lazımdır. Bunu etməsək Nadirin qarşısında duruş gətirməyimiz mümkün deyildir. O, çox qısa bir zamanda heç bir çətinlik çəkmədən Dehliyə qədər bütün şəhərlrimizi ala – ala irəliləmək və eyni asanlqla Dehlini belə ələ keçirmək iqtidarındadr. Məncə, biz tədricən əlimizdə olan qüvvələri, - guya Nəsir xan Əfqana qarşı mübarizə aparmaq üçün, - qərb sınırlarımıza sövq etməliyik...

385

Page 386: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İri planda Dauran xanı Məhəmməd şah əvəz edir. O, xanı diqqətlə izləyir. Üzündəki cizgilərdən deyilənlərin ağlına batdığı hiss edilir. Xann səsi kadr arxasından davam edir:

-...Bu bir yandan Nadiri sakitləşdirər, o biri yandan isə onun gözlənilməz hücumunu bir müddət gecikdirər. Eyni zamanda, Nəsir xanın qoşunu ilə birləşərək, qərb sərhədlərimizi də möhkəmləndirmiş olarq. O vaxta qədər isə biz bütün hazırlıqlarımızı tamamlayarq.

Şah:-Bəs, elçini nə edək, ona nə deyək? ***Yenidən iri planda görünən Dauran xan:-Bütün bunları, yəni guya Nəsir xan Əfqanı ram etmək üçün Pişəvər və Kabilə

ordu göndərmək qərarına gəldiyimizi ona söyləməli və Azərbaycan şahına da eyni şeyləri çatdırması üçün onu Qəndəhara göndərməliyik. Elə etmək lazımdır ki, o, yolun bir hissəsini qərbə gedəcək ordumuzla birlikdə getsin və sözlərimizdə səmimi olduğumuza inansın.

***Ümumi plan. Şah üzünü Səadət xana tutur:-Səadət xan. Səni də dinləyək. ***İri planda görünən Səadət xan:-Dauran xanla tam razıyam. Fəqət daha çox vaxt əldə etmək üçün elçiyə

demək lazımdır ki, indi hava dözülməz isti olduğu üçün bir şey etmək mümkün deyildir. Bu işi qışın ilk ayında edəcəyik. O da Qəndahara onda qayıda bilr. Qoy hələlik öz şahına məktub vasitəsilə qərarımız barədə məlumat göndərsin.

***Ümumi plan. Şah:-Ağllı fikirdir. Dauran xan, nə deyirsən? ***Iri planda şahı Dauran xan əvəz edir:-Razıyam. ***Ümumi plan. Şah üzünü Səadət xana tutur:-Nizamülmülk.Nizamülmülk:-Mən də razıyam. Amma düşünürəm ki, artıq elçini qəbul edib onu

rahatlasanız daha yaxşı olar. Yoxsa, bir yolunu tapıb öz şahına narahatlıqlarını çatdıra bilər. Bu isə Nadir şahın dərhal hərəkətə keçməsinə səbəb olar.

***İri planda görünən şah:-Bu barədə fikirləşərəm. Amma mənim iznim olmsa, bu saraya nə bir quş girə

bilər, nə də bir quş uça bilər. Elçinin xəbər göndrməsi mümkün deyil, amma, hər ehtimala qarşı, sarayın qarovulçularının sayını artırın. Mühafizəni güclndirin.

***

386

Page 387: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Gecədir. Hər tərəfə gecənin qaranlığı çöküb. Ayın işığında Dehlinin şah sarayını əhatə edən qala divarı gözə dəyir. Divar boyu asta – asta bir kölgə sürünməkdədir. Çox çkmir kölgənin sahibi də kameranın obyektivinin əhatə dairəsinə daxil olur. Çətinliklə də olsa, onun Əbdülməlik bəy olduğu sezilir. O, ucuna üçdişli qarmaq bərkidilmiş kəndiri başı üzərində fırladaraq divarın yuxarı tərəfinə doğru atır.

***Qala divarınn dişləri. Əbdülməlik bəyin atdığı qarmaq dişlərə ilişir. Qarmağın

ucuna bərkidilmiş kəndir boş vəziyyətdən tarım vəziyyətə keçir və qarmaq iki dişin arasına pərçimlənir.

*** Əbdülməlik bəy kəndir vasitəsil yuxarı qalxır. Onun belindən asılmış gümüş

xəncər ay işığında bərq vurur. *** Divarın iç tərəfdən görüntüsü. Ay divar dişlərinin arasından görünür. Divarın

arxasındanöncə Əbdülməlik bəyin əli, sonra başı, ardınca gövdəsi, ən sonda isə ayaqları peyda olur. İşıq mənbəyi arxada olduğu üçün bütün bu görüntülər siluet şəklindədir. Bəyin siluetinin hərəkətlərindən onun qarmağı qala dişlərinin bir tərəfindən ayırıb digər digər tərəfin pərçimlədiyi aydınlaşr. Bu hərəkətlərə paralel olaraq daşa sürtünən dəmir səsi gəlir. Həmin hərəkətlərdən Əbdülməlikin kəndiri divarın bir tərəfindən yığaraq, o biri tərəfə saladığı da anlaşlır. Sonra isə siluetin öncə ayaqları, sonra gövdəsi, daha sonra isə başı və əlləri gözdən itir. 2 – 3 saniyə sonra onun yerə dəyən ayaq səsləri gəlir. ***

Şah sarayının qonaq evinin ay işığında görüntüsü. Öncə Əbdülməlik bəyin görünür. O, divar boyu qonaq evinin ikinci mrtəbəsindəki eyvana uzanan üzüm ağacı ilə yuxarı qalxmağa başlayır. Eyvanın pəncrəsində işıq yanır. Kadr arxasından ayaq səsləri eşidilir.

***Eyvanın yaxından görüntüsü. Eyvana qalxıb cəld içinə girən Əbdülməlik bəy,

kadr arxasından eşidilən ayaq səslərinin sahiblərinin onu görməsinlər deyə, aşağı əyilir.

*** Qonaq evinin aşağı hisəsi. Evin qarşısından çiyinlərindən tüfəng , bellərindən

qılınc asılmış iki qarovulçu keçir. ***Qonaq otağının içi. Məhəmməd xan Türkmən masa arxasında oturub çıraq

işığında nə isə yazır. Kadr arxasından pəncərə şüşəsinin döyülən səsi eşidilir. Xan cəld ayağa qalxıb xəncərini qınından çıxararaq əlində hazır tutur və eyvanın qapısına yaxınlaşır:

-Kimsən?Kadra arxasından Əbdülməlik bəyin səsi eşidilir:-Mənəm, xan, Əbdülməlik bəyəm.Xan xəncərini qınına qoyub, qapnı açır. Bəy içəri girir. Məhəmməd xan və

Əbdülməlik bəy qucaqlaşıb görüşürlər. Xan:

387

Page 388: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Nə xəbərdir, bəy? Niyə qapıdan yox, eyvandan gəlmisən? ***İri planda görüntülənən bəy:-Xan, yəni indiyə qədər başa düşməmisinizmi ki, Məhəmməd şah sizi sarayda

dustaq edib, sizin ziyarətinizə heç ksi buraxmırlar? ***Ümumi plan. Məhəmməd xan fikrə gedir və əlinin işarəsilə bəyi içəri keçib

oturmağa dəvət edir. Bəy səndəllərdən birində oturur. Xan da oturur və deyir:-Bunu ehtimal etmişdim. Amma düşünürdüm ki, məni bu şəhərdə tanıyan

olmadığı üçün ziyarətimə gəlmək istəyən də yoxdur. Sənin isə çoxdan Dehlini tərk etdiyini düşünürdüm. Nə isə, xoş gəlb, səfa gətirmisən.

***İri planda görünən Əbdülməlik bəy:-Xoş gününüz olsun. Çox təəssüf edirəm ki, bərabər olduğumuz bu müddət

ərzində məni yaxşı tanıya bilməmisiniz. Siz saraya daxil olduğunuz günün sabahı sizinlə vidalaşmaq üçün yanınıza gəlmək istədim, fəqət buna imkan vermədilər. Üç gün sonra bir də cəhd etdim, alınmadı. Bir həftə sonra yenə yanınıza gəlmək istədim, bu dəfə də cəhdim baş tutmadı. Dehlidə qalıb nə baş verdiyini öyrənməyə çalışdım və nəhayət öyrəndim...

***İri planda bəyi əvəz edən xan heyrətlə həmsöhbətini dinləyir. Əbdülməlik bəy

kadr arxasından davam edir:-...Sizi burada əslində təcrid ediblər və cavab verməyi də qəsdən uzadırlar.

Məqsədləri vaxt udub müharibəyə hazırlaşmaqdır. Hazırlıq bitəndən sonra sizi ordu ilə Qəndəhara yola salacaq və yalandan deyəcəklər ki, guya bu ordunu Nəsir xan Əfqanın üstünə göndərirlər...

***Ümumi plan. Bəy davam edir:-...Əslində isə ordu Nəsir xanla birləşib Nadirə qarşı vuruşacaq. Artıq Xorəzm

əmiri İlbars xanla da sizə qarşı birlikdə çıxış etmək barədə razılıq əldə ediblər. Məhəmməd xan Türkmən təəccüblə soruşur:-İlbars xanın bizlə şəxsi – qərəzliyimi var?Əbdülməlik bəy:-Görünür, Nadir şahın oğlu, vəliəhd Rzaqulu xanın Türküstan torpaqlarına

keçərək Şulaq qalasını tutmasından xəbəriniz yoxdur?Xan:-Xeyr, yoxdur. Amma bu necə olur? Nadir şah böyük siyasətçidir və özünə

qarşı ikinci cəbhənin açılmasına heç vaxt yol verməzdi. Yoxsa, Rzaqulu xan bunu özbaşna etmişdir?

***İri planda görünən Əbdülməlik bəy:-Orasını bilmirəm, amma Bəlxin ələ keçirildiyi dəqiqdir. ***

388

Page 389: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ümumi plan. Məhəmməd xan Türkmən ayağa qalxıb otaqda fikirli – fikirli var – gəl etməyə başlayır. Sonra isə ayaq saxlayıb üzünü həmsöhbətinə tərəf döndərir:

-Sənin mənə bu yaxşılığının səbəbi nədir? ***Ekranda orta planda görünən və ayağa qalxan bəy:-Xan, axı, sizə demişdim. Mənim əslim Azərbaycandandır. Babalarım

Səfəvilər dövründə Lahora Dərbənddən köçüblər. Mən uşaqlıqdan Azərbaycan sevgisi və həsrəti ilə böyümüşəm. Sizə olan şəxsi hörmətim bir yana, Vətənimə, şahımıza xidmət etməyi özümə şərəf borcu sayram.

***Ümumi plan. Xan Əbdülməlik bəyə yaxınlaşıb onu qucaqlayır:-Allah səndən razı olsun. Qəndəhara gedib bütün baş verənləri Nadir şaha

çatdıra bilərsənmi?Əbdülməlik bəy:-Bundan sonsuz şərəf duyaram. ***Ekranda yürüş halında olan qızılbaş ordusu görünür. Bu mənzərənin fonunda

yazılır: “SENTYABR, 1738 –Cİ İL”Yazı itir. İrəliləyən ordunun fönunda Azərbaycan və Hind –Moğol

imperatorluqlarnın xəritələri görünür. Xəritədəki sərhədlər tədricən Azərbaycanın xeyrinə dəyişmyə başlayır. Ordunu əks etdirən fon yavaş –yavaş yox olur. Xəritədəki dəyişiklikər isə davam edir. Azərbaycan xəritəsi öncə Qəznə, ardınca Kabil və Pişəvər şəhərlərinin hesabına böyüyür, Hind – Moğol imperatorluğunun xəritəsi isə kiçilir. Bütün bunlara paralel olaraq kadr arxasından diktorun səsi eşidilir:

-Əbdülməlik bəy Nadir şaha Dehlidəki vəziyyət və Məhəmməd xan türkmənin düşdüyü durum barədə məlumat çatdırar – çatdırmaz, şah orduya hücum mri verdi və Azərbaycan ordusu 1738-ci ilin sentyabr ayında Azərbaycan və Hindistan imperatorluqları arasndakı sərhəddi keçdi. Qısa bir zamanda Qəznə, Kabil və Pişəvər fəth edildi...

Xəritədə növbəti dəyişiklik baş verir. Böyüyən Azərbaycan xəritəsi Lahoru da əhatə edir. Diktor kadr arxasından sözünə aralıqsız davam edir:

-...Daha sonra Vəziristan, Çanab, Eminabad, Pəncab qızılbaşların əlinə keçdi. 1739 – ci ilin yanvarında Nadir şah Lahora daxil oldu.

***Bu kadrları Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Lahorun

memarlıq abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir. Seyr edənlərin içində şahzadə Nəsrullah, Təhmasib xan Cəlair və Ziyad xan da var.

***Ekranda Lahorun memarlıq abidələri görünür. ***İçərisində çox sayda döyüş filinin də yer aldığı hind ordusu yürüş halında əks

olunur. Ordunun başında at belində oturmuş Rövşən Aktar Məhəmməd şah gedir.

389

Page 390: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Səadət xan və Dauran xan da at belində onun yanındadırlar. Arxa planda palma müşəliyi görünür.

*** Məhəmməd şah, Dauran xan və Səadət xanın öndən orta planda görüntüsü.

Şah üzünü Dauran xana tutur:-Demək, deyirsən, Nəsir xan Əfqan Karnalada müdafiə səddi qurub bizim

yetişməyimizi gözləyir, eləmi? Bu qədər cəsarətli idisə, nədən Nadirin qabağından tülkü kimi qaçıb Kabil və Pişəvəri döyüşsüz təhvil verdi? Nədən Lahorun müdafiəsini təşkil etməkdə Zəkəriyyə xana kömək etmədi?

Dauran xan:-Bunu Karnalaya çatanda öyrənərik. Məncə, Karnala keçidi müdafiə üçün ən

sərfəli yer olduğu üçün Nəsir xan oran seçib və bu yolla əsgərlərini qırğından qoruyub. İlbars xanın göndərdiyi bölüklər də artıq Karnalaya yaxınlaşmaqdadır. Nəsir xanın yazdığına görə öncə Nadirin irəliləməsinin qarşısını almalı, onu durdurmalı, yalnız bundan sonra əks hücuma keçməliyik.

Səadət xan:-Bizim iki min döyüş filimiz var. Onlarla qızılbaşları əzib – tökərik. Məncə,

ən yaxşı müdafiə hücumdur.Şah:-Qoy mənzil başına çataq, yerində vəziyyəti öyrənk, orada nə etmək lazım

olduğuna qərar verərik. Bu dəm kadra at belində oturmuş Nizamülmülk daxil olur:-Şahım, indicə xəbər aldım ki, Rzaqulu xan Nadir şahın əmri ilə Bəlxdən

ayrılıb Karnalaya istiqamət götürüb. Bu, qarşı tərəfin gücünü artıracaqdır. Ona görə tələsmək lazımdır.

***Lahordakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və

qızlar onun qarşısında rəqs edirlər. Ümumi plan. Rəqsin ən maraqlı yerində kadra Ziyad xan daxil olur və Nadirin qulağına nə isə pıçıldayır. Nadir dərhal əlini əlinə vurur. Musiqiçilər və rəqqaslar yerlərində dönurlar. Şah əli ilə işarə edir və hindlilər məkanı tərk edirlər.

***Nadir şah və Ziyad xanın yaxından, orta planda görüntüsü. Nadir şah:-Sayları bardə dəqiq məlumat varmı?Ziyad xan:-Nəsir xanı bilirsiniz, onun adamlarının sayı 20 min atlıdır. Rövşən Aktar

Məhəmməd şahın qoşunu 75 min nəfərdən ibarətdir. Bunlardan 25 mini atlıdır. 2 min də filləri var. İlbars xanın göndərdiyi bölüklərin sayı da 20 min atlıdır.

Nadir şah:-Dediyim hazırlıqları görmüsünüzmü? ***İri planda görüntülənən Ziyad xan: Ətrafda nə qədər dəvə varsa hamısını satın

almışıq. Sayları artıq 2 mini ötüb. ***İri planda Ziyad xanı Nadir şah əvəz edir:

390

Page 391: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Əla. Bəs, fişənglərlə vəziyyət necədir? ***İri planda yenə də Ziyad xan görünür:-200 fişəngçi gecə - gündüz dediyiniz fişəngləri hazırlamaqla məşğuldur. ***Ümumi plan. Nadir ayağa qalxır. Şahzadəyə və xanlara de, hazırlaşsınlar,

günü sabah yola çıxırıq. *** Lahor şəhərinin Dehli darvazasının dışdan görüntüsü. Darvazadan qızılbaş

ordusu çıxmadadr. Öndə bayraqdarlar, daha sonra at belində oturmuş Nadir şah gedir. Şahzadə Nəsrullah, Təhmasib xan Cəlair və Ziyad xan onun yanındadırlar. Diqqəti bellərinə çox sayda zənbil və hər zənbilin içində saxsı küp olan dəvələr cəlb edir. Bu mənzərənin fonunda yazılır:

“LAHOR. 1739 – CU İL, 6 FEVRAL” ***İki dağ arasında nisbətən dar keçidin quş uçuşundan görüntüsü. Azərbaycan

və Hindistan ordular qarşı – qarşıya dayanmışlar. Bu mənzərənin fonunda yazılır: “KARMALA. FEVRAL, 1739 – CU İL” ***Yazı itir. Ekranda təpə üzərində mühafizəçi əsgərlərin əhatəsində at belində

durmuş Məhəmməd şah və Dauran xan görünürlər. Məhəmməd şah başı ilə Dauran xana işarə edir. Dauran xan qılıncını qaldırmaqla kadr arxasına işarə edir. Onun qılıncını qaldırması ilə təbil səsləri və fil nərələri eşidilməyə başlayır.

***Ekranda piyada hind – moğol əsgərləri görünür. Onlar yana çəkilib çox sayda

filə yol verirlər. Digər əsgərlər fil belində yaranan yoldan keçib hücuma keçirlər. ***Ekranda başqa təpə üzərində, at belində, mühafizəçi əsgərlərin arasında

durmuş Nadir şah görünür. O, qılncını qaldırmaqla özünkülərinə işarə verir. Kadr arxasından təbil və fil səsləri eşidilməkdə davam edir.

***Ekranda bu dəfə piyada qızılbaş əsgərləri görünür. Qızılbaş əsgərləri də yana

çəkilməklə bellərindən içində saxsı küplər olan zənbillər asılmış dəvələrə yol verirlər. Hər dəvənin hər iki yanı ilə əllərində məşəllər tutmuş qızılbaş əsgərləri irəliləyirlər.

***Ekranda hücuma keçən saysız hesabsız fil və onların bellərində oturmuş

moğol əsgərləri canlanır. Təbil və fil nərəsi səsindən qulaq batr. ***Qarşı istiqamtdə irəliləyən saysız – hesabsz dəvə və əli məşəlli qızılbaş

əsgərləri. ***Təpə üzərində, at belində durub dəvələri seyr edən və Nadirin hiyləsini başa

düşdüyü üçün narahat olan Məhəmməd şah. ***

391

Page 392: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda yenə də nadir şah görünür. O, növbəti dəfə qılıncını yuxarı qaldırır və kadr arxasından gələn fil və təbil səslərinə zurna səsləri də qoşulur.

***Ekrandak kadrları təpə üzərində durub uzun zurnalar çalan qızılbaş əsgərləri

görünür. ***Dəvələr və əli məşəlli əsgərlər. Əsgərlər zurna səslərini eşidər - eşitməz,

məşəlləri eyni vaxtda dəvələrin bellərindəki küplərə yaxınlaşdırırlar. Küplərin bəzisindən gur benqal odlar yüksəlməyə, digərlərindn isə müxtəlif istiqamətlrə fişənglər uçuşmağa başlayırlar. Bundan hürkən dəvəlr sürətlə fillər istiqamətində qaçmağa başlayırlar. Əvvəlki səs – küyə fişənglərin də səs - küyü qarışır.

***Yaranmış vəziyyətdən qorxuya düşən və sahiblrinin sözünə baxmayaraq bir –

birini itələyərək geri dönən və əks istiqamətdə qaçmağa başlayan fillər. ***Yan tərəflərə çəkilərək atlılara yol verən piyada qızılbaş əsgərlərinin

arasından irəli şığıyan qızılbaş süvari ordusu. ***Qorxuya düşmüş fillər hind ordusunun əsgərlərini ayaqlar alında əzə - əzə

qaçrlar. Ekranda hürkmüş fillərin qarşısından qaçaraq canlarını qurtarmağa çalışan hind – moğol əsgərləri və arxa planda onların dalınca qaçan fillr görünür. Əsgərlərin bəzisi canlarını qurtarmağa müvəffəq olsa da, digəeləri ayaqlar altında qalır. Səs – küydən qulaq tutulur.

***Ekranda kürkmüş fillərdən qurtulmaq üçün atlarını geri döndərməyə və hadisə

yerindən uzaqlaşmağa çalışan 10 – dan artıq hindli süvari canlanır. Onlardan yalnız üçü buna nail ola bilir. Digərləri isə fillrlə toqquşab atları ilə birlikdə yerə yıxılır və tapdaq altında can verir. Ətrafdak səs – kyə ağrıdan qışqıran əsgərlərin və kişnəyən atların da səsi qarışır.

***Təpə üstündən baş verən fəlakəti izləyən və özünü itirdiyi sezilən Məhəmməd

şah. Nizamülmülk ona yaxınlaşaraq:-Şahım, aradan çxmaq vaxtıdır. Rica edirəm cəld olun. ***Sürətlə irəliləyən və pərən – pərən düşərək özünü itirmiş hind əsgərlərini

qılıncdan keçirən qızılbaş atlıları. Ön sıralarda şahzadə Nəsrullahın döyüşdüyü diqqəti cəlb edir. Hind əsgərlərinin bəzisi müqavimt göstərməyə cəhd etsə də, digərləri diz çöküb “Aman, aman, aman!” – deyərək aman diləyirlər.

***Bir – birinə qarışaraq qılınc çalan qızılbaş və moğol əsgərlri. Müqavimət

göstərənlərin içərisində Dauran xan diqqəti çəkir. O ona yaxınlaşan iki qızılbaş əsgəri ilə döyüşə - döyüşə onlardan birini vurub atdan salır. İkinci qızılbaş əsgəri qılıncını onun başına endirmək istərkən gözün düşmən oxu taxılır və o, yerə sərilir. Buna baxmayaraq müdafiəçilərin sırası get – gedə daralır və ətrafda daha çox moğol əsgəru öldürülür. Daha iki qızılbaş əsgəri Dauran xana yaxınlaşmağı

392

Page 393: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

bacarır. Onlardan biri qılıncını xanın çiyninə endirib onu yaralayır. Fqət özünü fədakarcasına xanın müdafiəsin atan üç moğol əsgəri növbəti zərbəyə imkan vermirlər. Onlardan biri Dauran xan mühasirədən çxarmağa nail olur. Digər iki əsgər isə qızılbaşlara müqavimət göstərə - göstərə qlınc yarası alıb, atlarndan yıxılırlar.

***Qızılbaşların önündən qaçan atlı və piyada hind – moğol əsgərlri. Qızılbaş

süvarilri onları təqib edir. Geri qalan piyadalar qılıncdan keçirir. ***Qızılbaşların önündən qaçan moğol süvariləri eyni zamanda yaralı Dauran

xanı da qaçırmaqla məşğuldurlar. Fəqət bu an onların başına top mərmiləri və güll yağmağa başlayır. Mərmilərdn birinin qaldırdığı toz – dumanla birlikdə iki süvarinin atı ilə birlikdə yerə yıxılması bir olur. Bir çx süvarilr is gülləyə tuş gəlib atlarından yıxılır.

***Ekranda təpə başında qoyulmuş qızılbaş topları, onlardan atəş açan əsgərlər və

eyni işi yapan qızılbaş tüfəngçiləri görünür. Səs – küy ərşə qalxıb. Tüstüdn göz – gözü görmür.

***Karnala keçidini quş uçuşundan görüntüsü. Keçid saysız – hesabsız insan, fil,

dəvə və at cəsədləri ilə doludur. ***Ekrandakı kadrları əl – qolları kəndirlə sarılmış və buyunlarındakı iplərlə

birbirlərinə bağlanmış hind – moğol əsirlərini və onları müşayiət edən atlı qızılbaş əsgərlərini əks etdirən kadrlar əvəz edir.

***Nadir şahın çadrı. O, Zyad xan və Təhmasib xan süfrə arxasında oturub sitara

çalan hindli musiqiçini dinləyə - dinləyə yemək yeyirlər. Nasir şah üzünü Ziyad xana tutur:

-Əsrlərin yemək – içmək məsələsini həll etdinizmi?Ziyad xan:-Bəli, şahım. Bunu etməsəydin heç boğazımdan çörək keçərdimi?Nadir:Sayları nə qədərdir? ***İri planda görünən Ziyad xan: -20 mindən çoxdur. ***İri planda Ziyad xanı əvəz edən Təhmasib xan:-Ömrümdə bu qədər çox əsir görməmişəm. ***Ümumi plan. Ziyad xan:-Əsirlərin çoxsu hindudur. Hindularda isə müsəlmanlarda olan cəsarət yoxdur.Nadir şah:-Demək, Məhəmməd şahın ordusunda hindular da xidmət edir.

393

Page 394: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ziyad xan:-Əslində onları orduya almırlar. Görünür, Məhəmməd şah tələsiyə düşüb. ***Çadırın girəcəyi. Şahzadə Nəsrullah içəri girir. ***Süfrə arxasında oturanların ümumi planda görüntüsü. Şah:-Gəldin çıxdın? Allaha şükürlər olsun!Nəsrullah kadra daxil olur və süfrə arxasına oturur. Nadir kadr arxasındakı

hindli musiqiçiyə:-Bəsdir, sən get.Kadr arxasından eşidilən musiqi dayanır. ***Ekranda hindli musiqiçi görünür. O, cəld ayağa qalxır, sitarasını götürür,

təzim edir və kadrdan çıxır. ***Ümumi plan. Nadir acgözlüklə yeməyə girişən oğluna:-Hə, oğlum, söylə görüm, nə etdin?Nəsrullah:-Gecikdik.Nadir:-Necə yəni gecikdik? Bir düz əməlli başa sal, görüm nə oldu. ***İri planda görünən şahzadə:-Biz Cumuna çatanda onun bütün əsas qüvvələri artıq oranı tərk etmişdi.Kadr arxasından Nadirin səsi eşidilir:-Sonra?!Nəsrullah davam edir:-Sonra heç nə. Ancaq onu edə bildik ki, Səadət xanın arxa cəbhəsini, toplarını,

digər cəbbəxanasını, hərəmxanasnı, üç nin xidmətçisini ələ keçirdik və min nəfər də döyüşçüsünü əsir aldıq. Vəssəlam.

***Iri planda oğlunu əvəz edən şah qəh – qəhə çəkməyə başlayır. Özünə

gəldikdən sonra deyir:-Bəs, deyirsən gecikdik. ***Yenidən iri planda şahzadə görünür:-Yəni o mənada gecikdik ki, Səadət xanı ələ keçirə bilmədik. ***Ümumi plan. Nadir:-Sən elə bir şey ələ keçirmisən ki, əgər o kişidirsə, - O isə, mndə olan

məlumata görə, mərd və cəsur adamdır, - onu geri almaq üçün mütləq yenə də gələcək, özü də elə günü sabah. (Üzünü Təhmasib xana tutur) Şahzadə təcrübəsizdir. Səadət xanı pusquya salmaq lazımdır. Bu işlə özün məşğul ol.

Təhmasib xan cəld ayağa qalxır, “baş üstə” –deyib, şaha təzim edir və eyni cəldliklə kadrdan çxır.

394

Page 395: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadir üzünü Zahid xana tutur:-Sənsə qoşunu təqibə hazırla. Məhəmmd şahı Dehliyə qədər qovacağıq. Ona

özünə gəlməyə imkan vermək olmaz.Zahid xan da ayaa qalxır, “baş üstə” – deyib təzim edir və məkanı tərk edir. ***İri planda görünən Nadir şah oğluna müraciətlə:-Dadaşından bir xəbər çxmadı. Çoxdan burada olması lazım idi. ***İri planda atanı oğul əvəz edir:-İlbars xanın bölüklri də Məhəmməd şaha kömək üçün özünü döyüş meydnına

yetirməliydi, fəqət onlardan da xəbər çıxmadı. Deyirəm, bəlkə, təsadüfən yolları dadaşımın yolu ilə kəsişmişdir və onlar da haradasa, bu yaxınlarda bir – birilə döyüşə girmişlər.

***Ümumi plan. Nadir şah:-Ola bilər. Hər şey ola bilər. Allahın işindən kimsə baş çıxarmaz. ***Dauran xanın çadırı. Dauran xan ölümcül yaralanmış vəziyyətdə, qanlar

içində yorğan – döşəkdə uzanmışdır. Başı və sinəsi qanlı sarıqlar içərisindədir. Halı özündə deyil. Məhəmməd şah və Nizamülmülk onun başı üstandə oturmuşlar. Məhəmməd şah:

-Bu Səadət xandan da bir xəbər çıxmadı. Sağdırmı, ölübmü, əsirmi düşüb? Qoşunu haradadır, o da məlum deyil. Hə, Nizamülmülk, məsləhətin nədir?

Nizamülmülk:-Əgər İlbars xanın bölükləri özlərini yetirməsələr, qızılbaşlarla yenidən kəllə -

kəlləyə gəlməyin heç bir mənası yoxdur. İndi onların sayı bizdən ən azı 7-8 dəfə çoxdur...

***Nizamülmülk iri planda görünür və sözünə aralıqsız davam edir:-...Fikrimcə, təcili Dehliyə dönüb, paytaxtın müdafiəsinin təşkili ilə məşğul

olmalıyıq. Açıq meydanda uğur qazanmaq imkanımız sıfra bərabərdir. Kadr arxasından eşidilən “Şahım” sözü Nizmülmülkü səs gələn tərəf baxmağa

məcbur edir. ***Çadırın girşi. Girişdə durmuş eşikağası:-Cabbar xan təcili sizinlə görüşmək istəyir. ***Şah və vəzirin orta planda görüntüsü. Məhəmməd şah deyir:-Söylə, gedib məni çadırımda gözləsin.Şah bu sözü deyir, əilib Dauran xann alnından öpür və asta – asta ayağa

qalxır. Nizamülmülk də cəld qalxır. Şah:-Sən onun yanında qal.O bu sözü deyib çadırın girişinə tərəf yönəlir. ***

395

Page 396: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Çadırın çöldən görüntüsü. Çadırın girişində tüfəngli mühafizəçi əsgərlər dayanıblar Onların önündə ağrıdan zarıyan yaralı əsgəri xərəkdə daşıyan iki sgər keçir. Məhəmməd şah çadırdan çıxır və cəld addımlarla öz çadırına tərəf yönəlir. Mühafizəçi əsgərlər də ardınca gedirlər.Kameranın obyektivi onları müşayiət edir.

***Şah çadırının önü. Burada da mühafizəçi sgərlər durub. Şah onlarn yannda

keçib içəri girir. ***Çadırın içi. Şah içəri girir. Onu içəridə gözlyən Cabbar xan ona təzim edir.

Məhəmməd şah:-Nə xəbərdir, Cabbar xan?Cabbar xan gözlərini yerə dikir:-Yaxşı xəbr deyil, şahım.Şah:-Ürəyimi üzmə, de görək nə olub.Cabbar xan:-İndicə xəbər aldım ki, İlbars xanın bölükəri yolda təsadüfən Rzaqulu xanın

qoşunu ilə üz – üzə gəliblər. Döyüş başlayıb və qızılbaşlar qələbə çalıb. Xorəzmlilər başlarını götürüb qaçmağa məcbur olublar.

Məhəmməd şah bunu eşidər – eşitməz, əlləri ilə üzünü örtür. Bir qədər sonra isə əllərini aşağı salıb deyir:

-Cabbar xan, vəzir Nizamülmülkə de, təcili Dehliyə qayıdırıq. *** Seyrək palmalıq bir yer. Yüzə yaxın qızılbaş əsgəri bir ağacın ətrafında

yarımdövr vurub nəyəsə tamaşa edirlər. ***Əsgərlərin tamaşa etdikləri obyekt. Bir palma ağacına eyni kəndirlə Nəsir xan

və Səadət xan bağlanıblar. Ikisi də halsızdır. Səadət xandan fərqli olaraq Nəsir xan yaralıdır və köynəyi qan içindədir. Ətrafda onlara tamaşa edən qızılbaşlar görünür. Elə bu an əsgərlərdən kimsə ucadan deyir:

-Yol verin, şah gəlir! ***Hadisə yerinin yuxarıdan görüntüsü. Əsgərlər sağ və sol tərəflrə sıxışmala yol

açrlar. Nadir şah və Təhmasib xan cəld addımlarla əsgərlərin yaratdıqlar yoldan keçib əsirlərə tərəf yaxınlaşırlar.

***Əsirlərin yaxından görüntüsü. Nadir şah və Təhmasib xan onlara yaxınlaşırlar.

Təhmasib xan Səadət xana işarə edərək:-Səadət xan budur.Nadir şah əsirlərin düz qarşısında durub onlara tamaşa edir və Təhmasib xana:-Onların əl – qollarını açdırın. Səadət xanı çadırıma gətirin, o birisini isə təcili

həkimə çatdırın. ***Nadir şahın çadırı. Nadir şah və Səadət xan üz – üzə əyləşmişlər. Qarşılarında

meyvə var. Sadət xan danışır, şah dinləyir:

396

Page 397: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Vallah, utandığımdan deməyə söz tapmıram. Kaş, mənim başımı vurdurardınız, bu xəcil vəziyyətə düşməzdim. Nə deyim, Dauran xan ölümcül yaranmışdı, sağ qalacağına ümid yox idi. Bəlkə də artıq dünyasını dəyişib, bilmirəm. Mən belə. Şahın yanında sadəcə ikinci vəziri Nizamülmülk qalıb...

***İri planda görünən Səadət xan aralıqsız davam edir:-Əgər Xorəzmli İlbars xanın köməyə gbölüklər yetişsə, Məhəmməd xan yəqin

ki, müqavimət göstərməyə cəhd edəcək. Yetişməsə, Dehliyi geri dönməkdən və yolunuzu gözləməkdən başqa çarəsi qalmayacaq.

***İri planda Səadət xanı Nadir şah əvəz edir:-İlbars xandan ümidinizi üzün. Oğlum Rzaqulu xan onun köməyinizə

göndərdiyi bölüklərini darmadağn edərək qaçmağa məcbur edib. Özü isə yoldadır, bura gəlir.

***Ümumi plan. Səadət xan:-Deməli, şahımın Dehliyə qayıtmaqdan və yolunuzu gözləməkdən başqa

çarəsi qalmayıb.Nadir şah:-Yolumu gözləməkdən deyərkən qəsdin nədir?Səadət xan:-Ya Dehliyə sığınıb müdafiə olunacaq, ya da təslim olub sizə tabe olacaq. Nadir şah:-Səncə, Məhəmməd şah hansı yolu seçər?Səadət xan:-Özündən olsa, kişi kimi döyüşüb, kişi kimi ölməyi üstün tutar. Onun

damarlarında Əmir Teymurun, Babur şahın qanı axır. Amma xalqını qırğına verməmək üçün təslim ola biləcəyini düşünürəm.

Nadir şah:-Elçimin başına nə gətirdiniz?Səadət xan:-Məhəmməd xan Türkmən sağ – salamatdır, Dehlidə, şah sarayında ev

dustağıdır. Ona şahlara layiq qulluq göstərilir. Hörmət – izzəti d öz yerində. Bizlərdə elçiyə zaval olmaz.

***Böyük bir çay boyu irəliləyən qızılbaş ordusu. Ordunun başında Nadir şah

Əfşar və oğulları Rzaqulu xanla şahzadə Nəsrullah gedirlər. Bu mənzərənin fonunda Azbaycan və Hindistanın xəritələri görünür. Fon tdricən itir. Xəritədə isə Azərbaycan xəritəsi Hindistan xəritəsi hesabına sürətlə genişlənir və onun rənginin Dehliyə yaxınlaşaraq onu əhatəə aldığı görünür. Bu görüntülərə paralel olaraq diktorun kadrarxası səsi eşidilir:

-Karnala döyüşündə qazandığı möhtəşəm qələbədən sonra Nadir şah Dehliyə istiqamət götürdü. Yol boyu yerləşən şəhərləri heç bir müqavimətə rast gəlmədən ələ keçirtdi və nəhayət, 1739-cu ilin mart ayınn 20 – də Dehlini mühasirəyə aldı. Fəqət qarşı tərəf şəhərin müdafiəsi üçün heç bir tədbir görmək fikrində deyildi.

397

Page 398: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Dehli şəhərinin tarixi hissəsinin görüntüsü. Bu mənzərənin fonunda yazılır: “DEHLİ. 1739 – CU İL, 20 MART”Yazı itir. ***Dehlinin qala divarının üst tərəfindəki bürc. Barcdə əlində nizə və qalxan

tutmuş iki moğol əsgəri durub. Şəhər ətrafında baş verənləri seyr edirlər. ***Bürcdən şəhər kənarınn görüntüsü. Bir qədər aralıda qızılbaş əsgərləri hər

tərəfdə çadırlar qurmaqla məşğuldurlar. Dəvə və atlılar, arabalar ora – bura gedir. Arabalardakı toplar, dəvələrin bellərindəki zəmburəklər diqqət çəkir.

***Bürcdəki əsgərlər. Birinci əsgər ikincisinə deyir:-Şahımız, deyəsən, şəhəri döyüşsüz təslim etməyə hazırlaşır. Belə olmasa idi,

müdafiə tədbirləri görərdi. İndi şahımız Nadirmi olacaq?İkinci əsgər:-Bizim üçün nə fərqi var ki? O da müsəlmandır, bu da müsəlmandır. O da

türkdür, bu da türkdür. Yetər ki, yeni şah bizi xidmətdən çxarmasın və donluğumuzu da vaxtı – vaxtında alaq.

Birinci əsgər:-Düzdür. Yaxşı, indi biz də dönüb azərbaycanlı olacaıq? *** Ekranda hər tərəfdə çadırlar qurmaqla məşğul olan qızılbaş əsgərləri görünür.

Dəvə və atlılar, arabalar ora – bura gedir. Arabalardakı toplar, dəvələrin bellərindəki zəmburəklər diqqət çəkir. Kadr arxasından ikinci əsgərin səsi gəlir:

-Necə dönüb azərbaycanlı olacağıq?Birinci əsgərin kadr arxasından eşidilən səsi:-Madam ki, Nadir şah Azərbaycan şahıdır və o bizim də şahımız olacaq,

deməli, Hindistan Azərbaycan səltənətinə birləşir və biz də Azərbaycan səltənətinin təəbələri olacağıq.

***Ekranda yenidən bürcdəki əsgərlər görünür. İkinci əsgər birincisinə deyir:-Azərbaycan haradadır?Birinci əsgər:-Allah bilir. Deyirlər Xorasandan o yandadır. Əsas şəhəri də Təbrizdir.İkinci əsgər:-Həəə, Təbriz! Mədrəsədə mənim cəbr müəllimim təbrizli idi.Birinci əsgər:-Mənim də müəllimlərimdən ikisi təbrizli olub.İkinci əsgər:-Eşitdiyimə görə təbrizlilər çox savadlı və mədəni insanlar olurlar.Birinci əsgər:-Hə elədir. ***

398

Page 399: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qzılbaş çadırlarının yanı. Nadir şah və Rzaqulu xan çadırların arası ilə gəzişə - gəzişə söhbət edirlər. Rzaqulu danışır, atası qulaq asır:

-Çayı keçən kimi kəşfiyyatçıları irəli göndərdim. Gəlib xəbər verdilər ki, xorəzmlilər kimi geyinmiş minlrlə atlı gəlir. İlbars xanın göndərdiyi bölüklər olduğunu başa düşdüm. Qamışlıqda və qayalıqlarda pusqu qurdurdum. Nə isə... onları pusquya salıb, qırdığımızı qırdıq, qırmadıqlarımız da başlarını götürüb qaçdılar.

Nadir şah:-Allah bu yolla işimizi yüngülləşdirmək istəyib, bu üzdən də yolda onlara rast

gəlib işlərini bitirmisiniz. Bilirsənmi, sənin mənə xəbər vermədən Öküz çayını keçib Şulaq qalasını tutduğunu eşitdikdə həm sevinmişdim, həm də bərk əsəbləşmişdim, hətta səni cəzalandrmağı düşünürdüm. Çünki sənin bu özbaşına hərəkətin Xorəzm əmiri İlbars xann Məhəmməd şahın yanında yer almasına səbəb ola bilərdi, necəki oldu da. Amma onun süvari bölüklərini darmadağın etməklə günahını yumuş oldun. Mənim də hirsim soyudu.

Rzaqulu xan:-Ata, deyəsən, Məhəmməd şahın şəhəri müdafiə etmək fikri yoxdur.Nadir:-Dirənməyin mənası yoxdur, ona görə. Yəqin ki indilərdə elçiləri gələr və

şəhəri təslim etməyə hazır olduqlarını bildirərlər. Məhəmməd şah ağıllı adamdır, camaatı boş yerə qırğına vermək, şhərin dağıdılmasına imkan yaratmaq istəməz.

Rzaqulu:-İnşallah!Elə bu dəm kadra şahzadə Nəsrullah daxil olur və sevinclə deyir:-Ata müjdə! Məhəmməd xan Türkmən gəlir.Şah kiçik oğlunun göstərdiyi tərəfə dönür. Onun eşitdiyi xəbərdən və gördüyü

şeydən əhvalının daha da yaxşılaşdığı hiss edilir. ***Nadir şahın baxdığ tərəf. Məhəmməd xan Türkmən cəld addımlarla, çadırların

arası ilə yaxınlaşmaqdadır. ***Ümumi plan. Nadir şah və oğulları görünür. Xan kadra daxil olar – olmaz, şah

zarafatla deyir:-Ay Məhəmməd xan, bu qədər də istirahətmi etmək olar?Məhəmməd xan Nadirə təzim edib onun əlini öpmək istəyir. Şah buna imkan

verməyib onu bağrına basır və deyir:-Aslanım mənim!Məhəmməd xan Türkmən də öz növbəsində;-Qurbanın olum!O, Nadirdən aralanıb bu dəfə də Rzaqulu xanla görüşür. Şah:-Gəl, gəl, gedək bir söhbət et, görək, bu vaxt ərzində başına nələr gəlib.Şah və Məhəmməd xan Türkmən kadrı tərk edirlər. Qardaşlar isə bir – birinə

baxıb gülümsəyirlər. Rzaqulu xan qardaşna müraciətlə:

399

Page 400: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu neçə gündə iki qardaş baş – başa oturub, düz - əməlli dərdləşə, söhbətləşə bilməmişik. Nə qədər ki, atamızın başı qarışıqdır, deyirəm, xəlvətə çəkilək. Nə deyirsən?

Şahzadə Nəsrullah:-Nə deyə bilərəm ki? Sənin üçün çox darıxmışam. Anam da çox darıxıb.

İnşallah sabahda – birigündə o da Dehliyə gələcək.Rzaqulu xan:-Anam üçün də, bacı - qərdaşlarım üçün də burnumun ucu göynəyir. Ən çox

da sənin üçün darıxmışdım. Maşallah, əməlli – başlı böyüyüb kişi olmusan. Səni sonuncu dəfə görəndə bığ yerlərin təzə tərləmişdi. Odur ki, indi görəndə öncə tanımadım.

***Nadir şahın çadırının içi. Nadir şah və Məhəmməd şah Türkmn üz – üzə

əyləşmişlər. Məhəmməd xan danışır, Nadir şah dinləyir:-Sizin gəldiyinizi eşidər –eşitməz, məni azad etmələrinin və yanınıza

göndərmklərinin səbəbi, əlbəttə ki, hirsinizi soyutmaq və xoş niyyət nümayiş etdirməkdir. İndi söyləyəcəklərim isə sizi təəccübləndirəcək. Rövşən Aktar Məhəmməd şah Dehliyə srağa gün yetişdi və dərhal da şəhərdəki sikkəxanalara üzərində sizin adınızın və “şahənşah” sözlərinin yazıldığı qızıl sikkələr zərb etdirməyi buyurdu...

***Xan iri planda görünür və fasiləsiz davam edir:-...Bugünsə şəhərin bütün müəzzinlrinə də tapşırıq verib ki, sabahdan bütün

xütbələr sizin adınızdan oxudulsun. Məndən rica etdi , sizə çatdırım ki, sabah səhər tezdən öz əlləri il öz tacını sizin başınıza qoyacaq və sizə daim tabe və sadiq olacağına dair Qurani – Kərimə əl basaraq and içəcəkdir...

***Ekranda iri planda Nadir görünür. O, xan diqqətlə dinləyir və gözlrindən

heyrət və razılıq oxunur. Məhəmməd xansa kadr arxasından davam edir:-İndilərdə isə vəzir Nizamülmülk və şəhərin ağsaqqalları Məhmməd şahı

bağışlamanız minnəti ilə yanınıza gəlməlidirlər. Gələnlərin içəriində bir nəfərdə hindu kahini olacaq və deyilənə görə, siz onu tanyırsınız və guya çox – çox illər öncə o sizinlə görüşərək sizin Hindistan şahı olacağını müjdələyibmiş...

***Nadir şah heyrətlə xanın sözünü yarıda kəsir:-Hə, doğrudur, mən hələ uşaq ikən bir nəfər hindu mənə belə bir şey söyləmiş-

di. ***Iri planda görünən Məhəmməd xan Türkmən:-Ona Quru Şankar deyirlər və hindular arasında çox böyük hörmət, nüfuz və

mövqe sahibidir. O, bu haqda təqribən bir il öncə Mhəmməd şahı da xəbərdar edibmiş, fəqət onda şah ona inanmayıbmış.

Nadir:-Bilirəm. Bir il öncə olanlardan da xəbərim var. Axı, Səadət xanı Karmalada

əsir almışq, o söləyib.

400

Page 401: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Xan:-Demək, Səadət xan əsir düşüb, Dehli sarayında isə onun döyüşdə öldüyünü

zənn edirlər. ***Çadrların arası ilə gəzişərək söhbət edən Rzaqulu xan və şahzadə Nsrullah.

Rzaqulu:-Atam məni vəliəhdi elan etsə də, Allah şahiddr ki, taxt – tacda gözüm

yoxdur. Amma ürəyimdə nə isə bir narahatlq, bir qorxu hissi var. Qorxuram ki, məni şərləyib atamın gözündən salanlar, aramazın vurulmasını istəyənlər olsun. Bilirsən də tarixdə belə şeylər çox olub.

Şahzadə Nəsrullah:-Səni yaxşı başa düşürəm. Dadaş, əmin ol, mən həmişə səni müdafiə etməyə,

əlimdən gələn köməyi etməyə hazıram. Mənə tam güvənə və ən çətin anlarında arxalana bilərsən.

Rzaqulu xan əlini qardaşının boynuna salıb onu mehribanlıqla özünə tərəf sıxıb buraxır:

-Çox sağ ol, qardaş, mən buna zərrə qədər şübhə etmirəm. Sənə də güvənmə-yib kimə güvənəcəyəm?

Elə bu an arxadan eşidilən “xan” müraciəti qardaşları geri dönməyə mcbur edir. Kadra daxil olan eşikağası deyir:

-Xan, başına dönüm, şah hər ikinizi təcili yanına çağırır. Qardaşlar bir söz demədən cəld addımlarla eşikağasının gəldiyi istiqamətə

getməyə başlayırlar, eşikağası da onların dalınca gedir. ***Nizamülmülk, Quru Şahkar və bir nüçə hind – moğol əyanı, yüzbaşı başda

olmaqla, qızılbaş əsgrlərinin müşayiəti ilə şah çadırına yaxınlaşırlar. Çadırın önündə durmuş əli qlxan – nizəli mühafizəçilər örünür. Gələnlər çadrın önündə ayaq saxlayırlar. Yüzbaşı mühafizəçilərin (qorçuların) başlarında durmuş qorçubaşıya müraciətlə:

-Qibleyi – aləmə xəbər ver ki, Hindistan şahınn vəziri və başqa elçilər gəliblər.

Qorçubaşı:-Qoy, gözləsinlər. Qibleyi – aləm Azərbaycan şahı, şahənşah Nadir şah

məşğuldur. ***Eçilərin öndən orta planda görüntüsü. Quru şankardan başqa hər kəs, o

cümlədən Nizamülmülk bu sözlərdən özlrini təhqiredilmiş hiss edərək, çarəsiz halda gözlərini yerə dikirlər. Kahin isə bığ – saqqalının altından bic – bic gülümsəyir.

***Çadırın içi. Təhmasib xan Cəlair, sanki, cadırın dışında danışanları pusurmuş

kimi qulaqlarını şəkləyərək çadırın gircəyində durmuşdur. Kadr arxasından qorçubaşının səsi eşidilir:

-Şahımızın bunlardan daha vacib işləri var.

401

Page 402: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Təhmasib xan istehza ilə gülərək üzünü kameraya tərəf (daha doğrusu kadr arxasında olan Nadir şaha tərəf çevirir.

***Ekranda taxtda oturmuş Nadir şah, onun sağ və sol tərəflərində əyləşmiş

vəliəhd Rzaqulu xan və şahzadə Nəsrullah, eləcə də ayaq üstə durmuş Məhəmməd xan Türkmən canlanır. Məhəmməd xan Türkmən:

-Təsəvvür edirəm Nizamülmülkün halını. Çox qürürlu adamdır. Vallah, tam əminəm ki, imkanı olsa, bu dəqiqə dönüb gedər.

Nadir şah:-İndi mən onun qürurunu sındırım, sən də bax.Şah başının hərəkəti ilə kadr arxasında qalmış Təhmasib xana işarə edir. ***Ekranda çadırın iç tərəfdən girəcəyində durmuş Təhmasib xan görünür. O

durduğu yerdən qorçubaşıya səslənir:-Qorçubaşı!Çadırın griş qapısı aralanır və qorçubaşı içəri girir. Təhmasib xan ona pıçıltı

ilə:-Kahini içəri dəvət et. ***Çadırın önü. Orada əsgərlərin əhatəsində durub qəbul edəcəkləri anı gözləyən

elçilr. Qorçubaşı eşiyə çıxır və deyir:-Kahin gəlsin! ***Elçilərin orta planda öndn görüntüsü. Bu sözlər onlarda başlarına tökülən

“qaynar su effekti” yaradır. Lakin çarəsiz halda susurlar. Kahin isə ona göstərilən bu etimaddan qürurlu bir şəkildə başını dik tutur və irəli çıxır.

***Ümumi plan. Kahin çadrın qapısına yaxınlaşır və içəri girir. *** Çadırın içi. Çadıra daxil olan Quru Şankar şaha baş əyir. ***Nadir şah taxtda oğullarnın arasında oturub. Oğullarından sağda və solda isə

xanlar əyləşiblər. Ümumi plan. Kamerann obyektivi tdricən Nadirə yaxınlaşır, nəticə də xanlar kadr dışında qalırlar, ümumi planı isə orta plan əvəz edir. Şah:

-Yaxın gəl. ***Ümumi plan. Yandan görünüş. Kahin şaha doğru bir neçə addım atıb dayanır. ***İri planda görünən şah gözləri ilə kahini tanımağa çalışr və sanki xəyala dalır.

Onun gözləri önündə keçmişin xatirələri canlanır. EPİZODUN TƏKRARI Ekranda kənd karvansarayının içi görünür. Yeniyetmə Nadir və Məhəmmədəli

ayaq üstə durmuşlar. Qarşılarında dörd hindli zəvvarı alınlarını yerə qoyub səcdəyə qapılmışlar. Yeniyetmələr təəccüb və çaşqınlıqla gah onlara, gah da bir-birilərinə baxırlar.

402

Page 403: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Zəvvarlardan biri başını qaldırıb diz üstə durur və Nadirə müraciətlə təmiz bir Azərbaycan ləhcəsi ilə deyir:

-Sən Tanrı tərəfindən seçilmişlərdənsən. Öncə xan, sonra şah olacaqsan, məmləkətini düşmənlərdən təmizləyəcəksən. Bizim də şahımız olacaqsan. (üzünü Məhəmmədəliyə tərəf çevirir) Sənin isə övladın onun yanında yüksək məqam sahibi olacaq.

O bu sözləri deyib yenidən səcdəyə qapanır. EPİZODUN SONU ***Ekranda yenidən Nadir şah görünür. O, xəyallardan ayrılır, fəqət bir söz

demir. ***İri planda Nadiri kahin əvəz edir. O, şahın nə deyəcəyini gözləyir. Şahdan bir

səs çıxmadğn görüb deyir:-Xoş gəlmisiniz, ey böyük hökmdar! ***Ümumi plan. Nadir ayağa qalxır. Şahzadə və xanlar da dərhal ayağa qalxırlar.

O, kahinə yaxınlaşır:-Xoş gördük. (Təhmasib xana tərəf dönür) Təhmasib xan, söylə, digər elçilər

də gəlsinlər. (Yenidən üzünü kahin tərəf tutur) Qocalmısan, çox dəyişmisən. Amma səni tanıdım.

Təhmasib xan onlarn yanından keçib kadrdan çıxır və kadr arxasından onun ssi eşidilir:

-Qoy, gəlsinlər. ***Məhəmməd şahın sarayı. Məhəmməd şah və Nadir şah boş taxtın qarşsında üz

– üzə durmuşlar. Hindistan şahı tacını əlində tutmuşdur. Ətrafda çox sayda qızılbaş və moğol əyan - əşrəfi, eləcə də müsəlman din xadimləri durublar. Rzaqulu xan, şahzadə Nəsrullah, Təhmasib xan Cəlair, Məhəmməd xan Türkmən, Nizamülmülk, Səadət xan və Quru Şankar da onların içindədir. Məhəmməd şah əlindəki tacı Nadirin başna qoyur və Nadirə taxtı göstərir. Nadir taxta əyləşir və o da öz növbəsində sağ tərəfində Məhəmməd şaha yer göstərir. Məhəmməd şah da taxtda onun yanında əyləşir.

***Nadir şah və Məhəmməd şahın yaxından, orta planda görüntüsü. Nadir tacı

başından çıxarıb təkrar Məhəmməd şahın başına qoyur və deyir:-Mənə sənin nə taxtın, nə də tacın lazım deyil. Onlar sənə qalsın. Mənə sənin

dostluğun, qardaşlığın və Azərbaycan səltənətinə sədaqətin yetər.O, kadr arxasına başı ilə nə isə işarə edir. Kadra daxil olan Təhmasib xan

Cəlair Nadirə qızıl kəmərə bərkidilmiş qızıl xncər verir. Nadir də onu Mhəmməd şaha təqdim edib əlavə edir:

-Bu isə mənim sənə olan hədiyyəmdir. ***Dehlinin qala bürclərindən biri. Bir qızılbaş və bir moğol əsgəri bürcə

Səfəvilərdən qalma, üzərində qoyun və günəş təsviri olan bayrağı bürcə taxırlar.

403

Page 404: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Qalanın çölündən bu mənzərəni seyr edən müsəlman hindlilər. Arxa planda

bürc və onun üzərində dalğalanan qızılbaş bayrağı dalğalanr. Elə bu dəm kadr arxasında xorla oxunan “Hari Krişna!” sədaları ucalır.

***Ekranda küçə boyu “Hari Krişna!” sədalarını təkrar edən və sevinclərini

gizlətməyən yüzə yaxın hindu görünür. Ətrafdakı moltanı geyimli müsəlman hindlilər təəccüblə onları seyr edirlər.

***Ekranda atlı qızılbaş və moğol əsgərlərinin əhatəsində ard – arda dörd filin

getdiyi görünür. Fillərin bellərindəki kəcavələrin hər birində iki gözəl geyimli qadının oturduğu diqqəti çəkir. Öndə gedən filin belində ələşənlər Sona Bəyim və Rizə Bəim əyləşmişlər.

***Kəcavdə oturmuş Sona Bəyim və Rizə Bəyimin yaxından görüntüsü. Onlar

söhbət edirlər. Rizə Bəyim:-Düz deyirlər ki, sən saydığın say, gör fələk nə sayır. Deyirdim, Nadir

Nəsrullahı Hindistan hakimi təyin edər, bu ölkənin idarəsini ona verər. O isə Məhəmməd şaha toxunmamaq qərarına gəldi. Soruşmadınmı nədən belə etdi?

Sona Bəyim:-Soruşdum. Bilirsənmi nə dedi?Rizə Bəyim:-Nə?Sona Bəyim:-Dedi ki, Mhəmməd şah da mənim kimi türk və müsəlmandır. Ölkəni də yaxşı

tanıyır və böyük idarəçilik təcrübəsi var. Qoy o da idarə etsin. Yetər ki, mənə və Azəbaycan səltənətinə sədaqətlə xidmət etsin və xəyanət yolunu tutmasın.

***Ekranda Məhəmməd şahın xəzinəsinin iç görüntüləri canlanır. Olduqca böyük

və geniş olan xəzinənin hər tərəfində qalaq – qalar qızıl külçələri dəyir. Nizamül-mülk və Rzaqulu xan xəzinənin içindədirlər. Rzaqulu xan qızıllara heyrələ baxır. Nizamülmülk deyir:

-Bu xəzinənin əsasını Babur şah qoyub, sonrakı şahlar isə onu durmadan artırıblar. Bu, dünyanın ən böyük və ən zəngin xəzinəsidir. Dünyanın bütün şahlarının sərvətini bir yerə yığsan bu qədər etməz. Burada və daha 12 otaqda sadəcə külçələr saxlanılır. Sikkələrin sayı isə bundan 20 dəfə çoxdur.

***Qızılbaş və moğol atlılarının müşayiət etdiyi dörd filin üzərində oturmuş

qadınlar Xanuman məbədinə yaxınlaşırlar. Birinci fildə Sona Bəyim və Rizə Bəyim oturmuşlar.

***Xanuman məbədinin çöldən görüntüsü. Onun qapısı açıqdr və içəridə

meymunlar şahı tanrı Xanumann bütü və ona sitayiş edən bir neçə hindu görünür. ***

404

Page 405: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Fil belində oturub çöldən içəridə baş verənləri seyr edən Sona Bəyim və Rizə Bəyim görünürlər. Rizə Bəyim özünü saxlaya bilmir:

-İlahi, sən özün bunlara ağl ver. Bunlar nə edir?! İnsan da bu qədər cahil və nadanm olar?! Adam da meymun bütünə sitayişmi edər.

Sona Byim bir söz deməyib onun bu sözlərinə gülümsəməklə cavab verir. ***Şahzdə Nəsrullah və Səadət xan at belində, qızılbaş və moğol süvarilərinin

müşayiəti ilə Qaneş məbədinə yaxınlaşırlar. ***Məbədin öndən görüntüsü. Qapı açıqdır və içəridə fil formalı tanrı Qaneşin

bütü və ona sitayiş edən bir neçə hindu diqqəti çəkir. ***Şahzadə Nəsrullah və Sadət xanın öndən və yaxından görüntüsü. Onlar

məbədə və hindularn ibadətinə baxılar. Nəsrullahın üz – gözündən heyrət, təəccüb və bir qədər də dəhşət hiss edilir. O, təəccüblə soruşur:

-Bəs, bu bütləri niyə dağıtmırsınız? Niyə küfrün yayılmasına imkan verirsiniz?

Səadət xan:-Məgər bilmirsənmi ki, Qurani – Kərimdə dində zor olmadığı yazılıb? Əgər

biz onlarn inanclarını təhqir etsək, onlar da qayıdıb bizim Rəbbimizi və peyğəmbərimizi təhqir edər...

***Ekranda yenidən Qaneşə sitayiş edən hindular görünür. Səadət xan kadr

arxasından davam edir:-...Babur şahdan və hətta ondan da çox – çox öncə, Qəznəli sultan Mahmud-

dan başlayaraq bizim şahların bütün siyasəti xoşgörüyə və qarşılqlı hörmətə əsaslanıb. Belə etməsəydik, bu qədər hindli İslamı könüllü surətdə qəbul etməzdi.

Səadət xanın səsini azan səsi əvəz edir. ***Ekranda Dehli camelərindən birinin minarəsi və minarədən azan verən

müəzzin canlanır. *** Ekranda namaz qılmaq üçün cameyə axışan yüzlərlə müsəlman hindli

görünür. Bu kadrları camenin həyətindəki çüşmələrdə dəstəmaz alan onlarla müsəlman və onların işini bitirməsini, yəni öz növbəsini gözləyən eyni qədər mömün görünür.

***Camenin içində namaz qılan mömünlər. İçəridə boş yer yoxdur. ***Namaz qılanlarn ön səddi. Şahzadə Nəsrullah və Səadət xan da namaz qılanlar

içərisindədir. ***

405

Page 406: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Camenin çöl tərəfi. İçəri sığmayan yüzlərlə müsəlman camenin çölündə namaq qılırlar.

***Dehlinin çəmənlik yerlərindən biri. Burada da yüzlərlə müsəlman səf bağlayıb

namaz qılır. ***Başqa bir camenin minarələri görünür. Kameranın obyektivi minarə boyu

aşağı sürüşür və Camenin həətində namaz qılan yüzlərlə müsəlmanı əks etdirir. Kameranın obyektivi onların üzərindən camenin giriş qapısına tərəf dönür.

***Camenin içi. Burada da yüzlərl adam namaz qılır və burada da iynə atmağa

yer yoxdur. ***Namaz qılanların ön səfi. Nadir şah, Məhəmməd şah, Rzaqulu xan,

Nizamülmülk və Məhəmməd xan Türkmən ön səfdə namaz qılırlar. Kameranın obyektivi namaz qılanlardan ayrılıb qadınların namaz qılması üçün nəzərdə tutulmuş və qara pərdə ilə örtülü yer tərəfə tuşlanır.

***Pərdənin arxası. Burada çox sayda qadın namaz qılır. Ön səfdə namaz qılanlar

içərisində Sona Bəyim, Rizə Bəyim və Fatimə Soltan Byim diqqəti çəkir. ***Ekranda Dehlinin Krişna məbədinə tərəf yaxınlaşan və xorla “Hari Krişna!”

sözlərini təkrarlayan yüzə yaxın hindu görünür. ***Bu mənzərəni bir birini əvəz edən çox sayda came və məscid minarələri əvəz

edir. ***At belində gedən şahzadə Nəsrullah və Səadət xan. Nəsrullah deyir:-Bu qədər hindlinin öz əski dinlərindən ayrılıb müsəlman olması gerçəkdən də

möcüzədir. Doğrudan da Allahın qüdrəti qarşısında bir qüdrət yoxdur.Səadət xan:-Bilirsənmi hinduların dini onları müxtəlif silklərə bölür. Onlarn bir qisminin

guya Tanr tərəfindn seçilmişlər olduğu, digərlərin isə onlara xidmt etməli olduğu deyilir. Ən aşağıların taleyinə isə guya əbədi qul olmaq yazılıb. Onlar guya murdardır və onların toxunduğu hər şey murdar olur. Ən yüksək silkin mənsubları-na “brəhmanlar”, ən aşağıların nümayəndələrinə isə “şudralar” deyilir. Guya brəhnan ailəsində doğulanın alnına brəhman, şudra ailsində doğulanın alnına isə şudra olmaq yazılıb...

***İri planda görünən Səadət xan davam edir:-...İlk müsəlmanlar Hindistana gələndə hindlilər müsəlmanlar arasında heç bir

fərq olmadığını görüb çox təəccübləmişdilər. Şahla rəiyyətin bir süfrə arxasında oturmasının mümkünlüyü isə onları son dərəcə heyrətləndirmişdi. Bu, yuxarı silklərin, ilk növbədə də brəhmanların zülm və təhqirlərindən cana doymuş aşağı

406

Page 407: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

silklərin, əsasən də şudraların İslama könül verib kütləvi surətdə İslam qəbul etməsinə və müsəlmanlara sğınmasına səbəb oldu.

***İri planda Səadət xan onun sözlərini böyük maraq və diqqətlə dinləyən

şahzadə Nəsrullah görünür. Xan sözünü bitirən kimi, o soruşur:-Bəs, necə oldu ki, bütün hindlilər İslamı qəbul etmədi? ***Ümumi plan. Səadət xan:-Allah kimi hidayət etdisə və bəsirət gözünü açdısa, onlar dönüb müsəlman

oldular. Kimi hidayət etmədisə və bəsirət gözünü açmadısa, əski batil inancında qaldı.

***Məhəmməd şahın xəzinənin qızıl sikkələr saxlanılan hissəsi. Bura böyük bir

zaldır. Hər tərəfdə içi qızıl sikkələrlə dolu böyük – böyük küplər qoyulub. Nadir şah və Məhəmməd şah küplərin yanından keçib bir küpün yanında dururlar. Məhəmməd şah küplərdən birinin qapağını qaldırır. Nadir sağ əlinin ovcuna bir qədər qızıl sikə götürüb onları yenidən yerinə tökür və güə - gülə deyir:

-Hər birimiz bu dünyadan özümüzlə bir parça bez aparacağıq. Madam ki, belədir, bu qədər var – dövlətİ, sərvəti nə edirsən? Bunları ümmətin ehtiyaclarına sərf edib savab yiyəsi olmaq daha yaxşı olmazm?

Məhəmməd şah:-Məmlkətimin hər yerində gördüyün abad yollar, körpülər, came və

mədrəsələr, saray və karvaransaraylar, xəstəxanna və kitabxanalar bu pullarla tikilib və tikilməkdə davam edir. Madam ki, sən onları işğal altında olan müsəlman torpaqların kafir uruslardan azad etməyə, bütün Türk – İslam torpaqlarını bir bayraq altında birləşdirmək və bu torpaqlarda savadsızlığın və səfalətin kökünün kəsilməsin sərf etmk kimi xoş niyyət güdürsən, bütün bu sərvət sənə halaldır.

Nadir şah diqqətlə Məhəmməd şahın gözlərinin içinə baxır:-Bunu səmimimi söyləyirsən, gerçəkdənmi bu sərvəti xoş niyyətimə halal

edirsən?Məhmməd şah:-Sən ki, mənim taxt – tacıma toxunmadın, məni cəzalandırmaq əvəzinə

bağışladn və mükafatlandırdın, and olsun Allaha ki, doğru söyləyirəm. ***Xəzinənin külçələr saxlanılan hissəsi. Qızılbaş əsgərləri əllərində dəftər və

qələm tutmuş və qeydlər aparan moğol xəzinadarlarının və qızılbaş hesabdarlarının nəzarəti altında külçələri qaln taxta sandqlara toplayaraq daşıyırlar. Nizamülmülk və Rzaqulu xan bütün bunları kənardan seyr edirlər.

*** Xəzinənin həyəti. Burada çox sayda at və öküz arabası durub. Qızılbaş

əsgərləri içi qızılla dolu sandıqları daşıyaraq arabalara yükləyirlər. Şahzadə Nəsrullah və Səadət xan onlara nəzarət edirlər. Burada da qızılbaş və moğol hesabdarlar qeydiyyat aparırlar.

***

407

Page 408: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Çox sayda dəvə. Əsgərlər dəvələrə içi qızıllarla dolu küpləri yükləyirlər. burada da hesabdarlar qeydiyyat aparır. Bu prosesə isə Məhəmməd xan Türkmən və hind şahzadələrindən biri nəzarət edir.

***Çox sayda eşşək. Əsgərlər onlara ağır zənbillər yükləyirlər. Hüsabdarlar

qeydiyyat aparırlar. Təhmasib xan Cəlair və hind əyanlarından biri kənardan nəzarət edirlər.

***Ekranda fillərə böyük – böyük sandqlar yükləyən moğol və qızılbaş əsgərlri

və bütün bunları qeydə alan hesabdarlar görünür. ***Nadir şah və Məhəmməd şah döşəkçələrin üzərində baş – başa mütəkkələrə

söykənərək qarşılarında rəqs edən hind rəqqasələrini seyr edirlər. ***Rəqqasələrin öndən görüntüsü. Arxa planda hindli musiqiçilər görünür. ***Məhəmməd şah və Nadir şahın yaxından görüntüsü. Məhəmməd şah Nadir

şaha deyir:-Demək ki, Oğuz xanın, Çingiz xanın və Əmir Teymurun etdiklərini təkrar

etmək fikrinə düşmüsən. İcazə versən, sənə bu barədə bir neçə söz demək istərdim.Nadir:-O nə sözdür. Buyur, ixtiyar sahibisən.Məhəmməd şah-Bax, qardaşım, bu böyük xaqanlar böyük – böyük əraziləri bir bayraq altında

birləşdirməyi bacarsalar da, onların ölümlərindən sonra övladları onların səltənətlə-rini nəinki qoruyub saxlaya bilmədilər, əksinə bir – biri ilə çəkişib atalarnın mirasını parça – tikə etdilər...

***Məhəmməd şah iri planda görünür və davam edir: -...Onların səltənəti bir neçə yerə parçalandı. İskəndər Zülqərneynin də

səltənəti ölümündən sonra dörd hissəyə parçalanmışdı. Elə et ki, səndən sonra da eyni şey baş verməsin...

***İri planda Məhəmməd şahı Nadir şah əvəz edir. O, həmsöhbətini diqqətlə

dinləyir. Məhəmməd şah kadr arxasından aralıqsız davam edir:-...Eyni zamanda ulu babam Əmir Teymurun da səhvini təkrar etmə. O,

Toxtamışı məğlub edərək tatarları zəiflətdi, bu gün bizim kimi müsəlman türk olan tatarlarn bütün torpaqları xaçpərəst uruslar tərəfindən işğal edilib...

***Orta plan. Şahlar birlikdə görüntülənirlər. Məhəmməd şah davam edir, Nadir

dinləyir:-...İldırım Bəyaziti məğlub edib Osmanlıları zəiflətdi, nəticə də İstanbulun

fəthi bir neçə il gecikdi. Sevinənlər yenə də xaçpərəstlər oldular. Əmir Teymurun ölümündn sonra övladları yola getməyib onun mirasını dağıtdılar. Yəni onun fütuhatının nə türklərə, nə də müsəlmanlara heç bir xeyri olmadı...

408

Page 409: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda rəqs edən hindli rəqqasələr görünür. Arxa planda musiqiçilər diqqəti

çəkir. Məhəmməd şah kadr arxasından davam edir:-...Sən də Əmir Teymurun yolu il gedib mənim məmləkətimi fəth etdin və

özündən asılı vəziyyətə saldın, ölkəmizi tarixdə heç bir fatehin əldə edə bilmədiyi böyük bir qənimətlə tərk edəcəksən. Elə et ki, bunun millətə və ümmətə ziyanı yox, faydası olsun. Kafir hinduların sənin gəlişini niyə bu qədər ürəkdən və sevinclə bayram etdikləri barədə dərindən düşün.

Bu ölkə İslamdan min il öncədən bu günə qədər həmişə türklər tərəfindən idarə edilib. Qəznəli Mahmuddan bu yana isə hakimiyyət müsəlmanlarn əlindədir. Elə et ki, bir gün Hindistanda kafirlərin hakimiyyəti bərqərar olmasın. Qurmaq istədiyin Türk – İslam birliyinə isə qılıncla, yəni zorla nail olmaq mümkün deyil, bunu yalnız yüksək elm və mədəniyyətlə etmk olar. Mən buna inanıram.

Kadrarxası səs susur. Rəqqasələr rəqs etmkdə davam edirlər. Bu mənzərənin fonunda yazlır:

X SERİYANN SONU***

Xl seriya SONUN BAŞLANĞICIDehli yaxınlığındakı hindu qəsəbələrindən birinin tozlu, palçıqlı, dar küçələ-

rindən biri. Hər iki tərəfdə bir – birinə bitişik taxta və ya palçıqdan düzəldilmiş sınıq – salxaq evlər və onlardan birinin önündə torpaqda oturub siçovullarla oynayan və onları yemləyən lüt hindu uşaqlar diqqəti çəkir. Məhəmməd xan Türkmən və Səadət xan at belində, ona yaxın süvari mühafizəçilərin müşayiəti ilə küçə boyu irəliləyirlər. Onlar uşaqların yanından keçərkn ayaq saxlayr və onları müşayiət etməyə başlayırlar.

***Ekrandakı kadrları uşaqların yaxından görüntüsü əvəz edir. Uşaqlar heç nə

olmayıbmış kimi, siçovullarla oynamaqda və onları yemləməkdə davam edirlər. ***Məhəmməd xan və Səadət xanın yaxından görüntüsü. Gördüklərindən əti

ürpəşən və iyrəndiyi açıq – aydın sezilən Məhəmməd xan yoldaşından soruşur:-Səadət xan, məni bura niyə gətirmisən?Səadət xan gülümsəyir:-Buranın əhalisi siçovullara sitayiş edir. Səni bura gətirmişəm ki, fəth

etdiyiniz ölkni yaxından tanıyasan. Gəl, sənə bundan behtərini göstərəcəyəm.Səadət xan bu sözləri deyib atını hərəkətə gətirir. Deməyə söz tapmayan və

həmsöhbətini təəccüblə süzən Məhəmməd xan Türkmən də eyni şeyi edir. ***Küçənin o biri başında sınıq – salxaq məbədi xatırladan bir şey görünür.

409

Page 410: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Məbədin kəndarı. Burada saysız – hesabsız siçovul ora – bura vurnuxur.

Siçovulların ortasında oturmuş iki gənc hindli siçovulları yedirtməklə məşğuldurlar. Siçovulların bəzisi onların üstünə qalxıb – düşür. Bunun gənclərə heç bir təsiri olmur.

***Məbədə yaxınlaşan atlılar. Məhmməd xan və Səadət xan ən öndədirlər. Onlar

atlarını saxlayırlar. Səadət xan Məhəmməd xana müraciətlə:-Bax, diqqətlə bax!... ***Ekranda yenidən siçovulların ortasında oturub onları yemləməklə məşğul olan

gənclər görünür. Onlar başlarını döndərib atlılara trəf baxırlar, sonra isə heç nə olmayıbmış kimi, yenidən işlərinə davam edirlər. Kadr arxasından Sadət xanın səsi aralıqsız davam edir:

-Sözlə desəydim, inanmazdın, Məhəmməd xan. Odur ki, istədim hər şeyi öz gözlərinlə görəsən. Görürsənmi, iki nəfər xan gəlib, amma onların heç veclərinə də deyil. Çünki onların nəzərində bizim bu iyrənc siçovullar qədər belə dəyərimiz yoxdur.

***Xanların yaxından görüntüsü. Məhəmməd xan:-Bununla demək istədiyin nədir?Səadət xan:-İstəyirəm, bu rəzil kafirlərin Nadir şahın gəlişinə nədən bu qədər sevindikləri

barədə dərindən düşünəsən. Və təkcə sən yox. Hamnız düşünəsiniz.Məhəmməd xan:-Bu sənin şəxsi təşəbbüsündür, yoxsa Məhəmməd şahın əmrini yerinə

yetirirsən?Səadət xan:-Nə fərqi var ki...Kadr arxasından eşidilməyə başlayan “Hari Krişna!” sədaları onun sözümü

yarıda kəsib səs gələn tərəfə baxmağa məcbur edir. Məhəmməd xan Türkmən də nəzərlərini o tərəfə çevirir.

***Ekranda Dehlinin küçələrini dolaşaraq sevinclə “Hari Krişna! Hari Krişna!” –

deyə təkrarlayan yüzə yaxn hindli görünür. ***Dehlinin qala darvazasının dışdan görüntüsü. Darvazanın qapılar açıqdır.

Oradan yüzə yaxın atl qızılbaş əsgəri, ardınca. Yüklə dolu fillər və dəvələr atlı müşayiətçiləri ilə birlikdə çxmağa başlayır. Fillərin yanında hindli filçilərin getdiyi diqqəti çəkir.

***Darvazann iç tərəfdən görüntüsü. Nadir şah və şahzadə Nəsrullah ayaq üstə

durub söhbət edirlr. Arxa planda şəhəri tərk etməkdə olan yüklü fillər və dəvələr, onları müşayiət edən atlı əsgərlər görünür. Nadir şah:

410

Page 411: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Oğlum dediyim kimi, xzin dediyim ünvanlara sağ – salamat çatdırılmalıdır. Ona görə başınla cavabdehlik daşıyırsan.

Nəsrullah gülümsəyərək-Narahat olma, ata, hər şeyi sən deyən kimi edəcəyəm. Dediyn kimi,

xəzinənin onda birini Nadirabadın xəzinədarına, onda birini Məşhəddə əmim oğlu Əliqulu xana təhvil verəcəyəm. Yerdə qalan hissənin yarısını Kəlatda təhvil verəcəyəm, digər yarısını isə Azərbaycanda dediyin yerlərdə gizlədəcəyəm.

Nadir şah:-İşin nə qədər məsuliyətli iş olduğunu xatırlatmağa yəqin ki, ehtiyac yoxdur.

Nə isə, yolçu yolda gərək, sənə yaxşı yol.Şah oğlunu bağrına basır. Nəsrullah atası “salamat qal, ata” – deyir və bu dəm

kadra daxil olan anası Sona Bəyimlə və böyük qardaşı Rzaqulu xanla da qucaqlaşıb vidalaşır və onlara da “salamat qalın” deyir. Anası:

-Uğuruna xeyir, bala.Rzaqulu xan:-Yaxşı yol.Kadra şahzadənin atını çəkərək gətirən nökər daxil olur. Nəsrullah atına minir

və darvazaya tərəf yön alır. Nökr kadr tərk edir. Anası kadra daxil olan qız uağının ona verdiyi bir qab suyu şahzadənin dalınca atır:

-Allah köməyin olsun.Kadr arxasından peyda olan onlarla atlı Nəsrullaha qoşulr. ***Şəhər darvazasının yaxından görüntüsü. Buradan çox sayda yüklü eşşək keçir.

Nökrlər tez eşşəklərin önünü ksib şahzadəyə və digər atlılara yol verirlər. şahzadə yüzə yaxın atlı ilə birlikdə darvazadan şəhəri tərk edir.

***Darvazanın çöldən görüntüsü. Başda Nəsrullah olmaqla yüzə qədər atlı

darvazanı tərk edir. ***Ekranda yenidən Nadir şah, Rzaqulu xan və Sona bəyim arxa tərəfdən

görünür. Onlar darvazaya tərəf baxırlar. Darvazadan yüzlərlə tüfəngli, piyada qızılbaş əsgəri cərgələr halında çıxır.

***Məhəmməd şahın saraynın sütunlu zalı. Məhəmməd şah kədərli – kədərli o

yan – bu yana gəzişir. Bu mənzərənin fonunda yazılır:“Nadir şahın Hindistanda ələ keçirdiyi qənimət min fil, min dəvə və beş

yüz ulaq yükü qədər qızıl, gümüş, almaz, mirvari, zümrüd, yaqut, firuzə və digər qiymətli daş – qaş oldu. Hindistan səfərinə qədər dünyanın ən böyük quru qoşunlarına sahib olan bu böyük hökmdar səfərdən sonra isə dünyanın ən böyük xəzinəsinə malik oldu. İndi donanmanı genişlətmək, gəmi, top – tüfəng və digər silah – sursat istehsalı sahəsində birincilik əldə etmək üçün hər cür şərait yaranmışdı. Nadir şahın istədiyi də bu idi. O, Azərbaycan səltənəti-ni dünyanın ən böyük və qüdrətli səltənəti halına gətirməyi, bütün Türk – İslan aləmini bir bayraq altında birləşdirməyi özünə hədəf seçmişdi. Ən

411

Page 412: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

böyük arzusu isə müsəlmanların “Fitilbörk” dedikləri Piterburqu fəth etmək idi.

Məhəmməd şahla imzalanan sazişə əsasən Qanq çayından qərbdəki bütün hind torpaqları Azərbaycan səltənətinə birləşdirildi. Məhəmməd şahn hakimiyyəti altında qalan şərq tərəf isə Azəbaycan dövlətinin vassallına çevrildi və illik xəraca bağlandı. Ordunu əsgərlə təmin etməyə boyun oldu.

Nadir fəthlərini davam etdirmək məqsədi ilə Rzaqulu xanla Təhmasib xanı Xorəzmə göndərmək qərarına gəldi.”

Yazı itir. *** Nadir şah Rzaqulu xanla Dehli sarayınn hovuzlu bağçasında gəzişə - gəzişə

söhbət edirlər. arxa planda gül – çiçək kolları və hovuz görünür. Kadr arxasından quş cəh – cəhləri eşidilir. Nadir oğluna:

-Əslində xəzinənin üstündə səni göndərsəydim daha yaxşı olardı. Həm işi bitirərdin, həm də Azərbaycana dönüb Muradı əvəz edərdin. O, indi mənə çox lazımdır. Fəqət sənə daha çətin bir iş tapşıracağam. Nəsrullah hələ çox gəncdir və bunun öhdəsindən hələ gələ bilməzdi. Təhmasib xanla ordunun başında Xorəzmə gedib özbəklərin üsyanını yatırarsınız. Sonra Məşhədə dönərsiniz. Mənsə bir iki ay burada qalıb dincəldikdn sonra Nadirabada dönəcəyəm. Oradan da Məşhədə gedəcəyəm, orada görüşərik.

***At belində palmalıq bir yerlə ona yaxın atlının önündə gedən Mhəmməd xan

Türkmən və Səadət xan ekrana gəlirlər. ***Xanların öndən və yaxından görüntüsü. Məhəhəmməd xan Türkmən Səadət

xandan soruşur:-O “Quru Şankar “ dediyiniz kahindən hindularn “Mahatma” adlandırdıqları

və “böyük ruh” hesab etdikləri şeyin nə olduğunu öyrənməyə cəhd etdinimi?Səadət xan:-Təbii ki, amma çox müəmmalı danışdığndan bir şey anlaya bilmədik. ***Məhəmməd şahın sarayı. Şah taxtda oturub. Səadət xan və Quru Şankar onun

hüzurunda ayaq üstə durmuşlar. Quru Şankar deyir:-Mənim bildiklərim kitablarımızda yazılan qədərdir, onları da sizə söylədim.

Amma mənim qurum, yəni müəllimim haqq dərgahına yüksəlməmişdən öncə bir yuxu görmüşdü...

***İri planda kahini diqqət və heyrətlə dinləyən Məhəmməd şah görünür. O sağ

əlininbaş və orta barmaqları ilə bığlarını hamarlaya – hamarlaya qulaq asır. Kahin kadr arxasından davam edir:

-...Daha doğrusu yuxuda onun önündə bəzi sirr pərdələri qaldırılmışdı. Və o bizə mənasını bu gün də anlamaqda çətinlik çəkdiyimiz bəzi sözlər dedi...

***Ekranda şahı iri planda Quru Şankar əvəz edir və aralıqsız davam edir:

412

Page 413: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Dedi ki, Qərbdən gəmilərlə sarı iblislər gələcək və Hindistanı ələ keçirəcək, öz hakimiyyətlərini quracaqlar. Müsəlman və hindulara çox zülmlr edəcəklər. bu zaman göydən Mahatma enəcək, onlarla döyüşüb onları ölkmizdən qovacaq. Bundan sonra yenidn sülh və əmin – amanlıq yaranacaq.

***Ekranda yenidən at belində irəliləyərək söhbət edən Məhəmməd xan Türkmən

və Səadət xan görüntülənir. Səadət xan:-Dedikəri bunlar oldu. Nə şah, nə də mən bir şey başa düşmədik. Sən, necə,

bir şey başa düşdünmü?Məhmməd xan Türkmən:-Onun qərbdən gəmilərlə gələcəklərini söylədiyi sarı iblislər, ola bilin ki,

xaçpərəstlərdir. Vallah, doğrusunu Allah bilr. Amma xaçpərəstlər “əhli – kitab”dırlar. Bu siçovula sitayiş edənlərdəsə xaçpərəstlər daha yaxşıdırlar. Nə isə...

***Dehlinin qala darvazasının çöldən görüntüsü. Darvazdan Təhmasib xann

başçılığı altında süvari qızılbaş əsgərləri çıxırlar. Öndəki süvarilərin əllərində qızılbaş bayraqları diqqəti çəkir.

***Darvazanın iç tərəfdən görüntüsü. Darvazadan yüzlərlə silahlı qızılbaş və

moğol əsgəri şəhəri tərk edirlər. Onların da bəzisinin əlində bayraqlar var. ***Məhəmməd şahın sarayında Nadir şah üçün ayrılmış geniş və yaraşıqlı otaq.

Nadir şah və Sona Bəyim yanaşı durmuşlar. Önlərində Rzaqulu xan durub. O, hərbi geyimdədir. Nadir:

-Bax, sonuncu dəfə deyirəm, hər şeyi mən deyən kimi et, əmrim olmadan bir addım da yana qoyma.

Rzaqulu xan:-Baş üstə.Nadir oğlunun alnından öpür və deyir:-Sənə yaxşı yol, uğruna xeyir. Ananla da görüş və get.Ana – bala bir – birinə sarılıb qucaqlaşırlar. Sona Bəyim kövrək səslə:-Allah köməyin olsun. Özündən müqayət ol. ***Nadirin iqamətgahınn qapısı və qapı önündəki pilləkanlar. Qapının sağ və sol

tərəfində əli nizə - qalxanlı iki əsgər durub. Qapı açılır və Rzaqulu xan cəld addımlarla dışa çıxıb sürətlə aşağı enməyə başlayır. Qapıda görünən Sona Bəyim onun ardınca su atır:

-Yolun açıq olsun!Kadra arxasından Rzaqulunun səsi eşidilir:-Sağ ol, salamat qal.Qapıda görünən Nadir şah Sona Bəyimin çiynini qucaqlayıb onu içəri çəkir.

Qapı örtülür. ***Qapının o biri tərəfi. Nadir Sona Bəyimin ciyinlərini qucaqlayb. Qadın başını

ərinin sinəsinə qoyur:

413

Page 414: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Rzaqulunu da Nəsrullahı yola saldığımız kimi darvazaya qədər ötürsəydik nə olardı ki?Niyə uşaqlar arasında bu qədər fərq qoyursan?

Nadra arvadının alnndan öpərək:-Rzqulu artıq əməlli – başlı kşidir. Nəsrullahın isə böyüdüyünə hələ də alşa

bilmirəm.Bu sözlərdn sonra Nadir əlinin arvadının çnsinin altına qoyub onun başını

dikəldir və gözlərinin içinə baxır, daha sonra isə onun boynunu ehtiraslı öpüşlərə qərq edir. Ehtiraslı öpüşlər qadını da vəcdə gətirir. O, hər iki əli ilə ərinin başını özünə tərəf sıxmağa başlayır. Bundan daha da vəcdə gələn şah Sona Bəyimi iki qolunun üstünə qaldırıb cəld addımlarla yataq otağına tərəf aparır. Sona Bəyim də onun boynunu qucaqlayır.

*** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“Xl seriya Sonun başlanğıcı”

"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Ekranda Smərqənd şəhərinn quş uçuşunda görüntüsü canlanır. Bu mənzərənin

fonunda yazılır: “SƏMƏRQƏND, TÜRKÜSTAN. 1739 – CU İL”Yazı itir. ***İlbars xanın sarayının bağçası. İlbars xan bağçadakı köşkdə oturub udda

kədərl bir musiqi çalır. Kefinin yerində olmadığı hiss olunur. Ön planda iki tovuz quşu görünür. Arxa planda sarayın bağçaya açılan eyvanı görünür. Eyvanda xanın

414

Page 415: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

hərəmlərindən üçü diqqəti cəlb edir. Onlar səndəllərdə oturub öz aralarında nə isə söhbət edirlər.

***Eyvanın yaxından görüntüsü. Kadr arxasından musiqi sədaları eşidilməkdə

davam edir. Qadınlardan biri digər ikisinə müraciətlə deyir:-Budur, xan indi də Hüseyn Bayqarann bəstələrinə keçdi. Görəsən, niyə kefi

yoxdur? Üç gündür hərəmxanaya da gəlmir. Nə haqqındasa dərin fikirlərə qərq olub.

İkinci qadın:-Mən səbəbini bilirəm. Heç kəsə deməyəcəyinizə söz versəz deyərəm. ***Ekranda iri planda görünən birinci qadın:-Söz verirəm. ***İri planda ikinci qadını üçüncü qadın əvəz edir:-Mən də. ***Ümumi plan. Musiqi aralıqsız davam edir. Birinci qadın:-Baxn, bunu mənə baş vəzir söyləyib, odur ki, ağzınızdan bir söz qaçırmayın.

Sən demə, Nadir şah Məhəmməd şahla söhbəti zaman deyib ki, başı açılandan sonra guya mütləq Türküstana gəlib İlbars xanın taxtını başına çevirəcək. Bu xəbər də xana çatıb. Odur ki, üç gündür bikefdir.

Üçüncü qadın:-Elə bu?! ***İri planda görüntüyə gələn ikinci qadın üçüncü qadına:-Başa düşmədim, məgər bu azdır? Nadirin indi qılıncının sağı da, solu da

kəsir. Bu gün dünyada onun qarşısına çıxacaq gücdə olan nə bir şah, nə bir xan, nə də bir sultan var.

***Ümumi plan. Üçüncü qadın:-Ərimizin başı dərddədir, biz isə oturub burada qiybət qılırıq. Bu anda onun

yanında olmaq, onun fikrini dağıtmaq lazımdır.Birinci qadın:-Bu halında şəxsən mən ona yaxın dura bilmərəm.İkinci qadın:-Vallah, mən də. İndi ona yaxın durmaq üçün adam gərək qurd ürəyi yemiş

olsun. Üçüncü qadın:-Indi mən gedib hər şeyi qaydasına qoyaram.Qadın bu sözləri deyib eyvann qapısına tərəf dönür və qapıda itir. ***Ekranda ora – bura gəzişən bir cüt tovuz quşu görünür. Kadr arxasından

musiqi səsi eşidilməkdə davam edir. ***

415

Page 416: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekrandakı görüntüləri köşkdə oturub ud çalan İlbars xanı əks etdirən kadrlar əvəz edir. Orta plan. Xanın gözlərini yuxarı qaldırıb kadrdan kənara baxmasından ona kiminsə yaxınlaşmaqda olduğu hiss edilir. Onun baxdığı tərəfdən kadra üçüncü qadın daxil olur və xanın yanında oturur. Xan çalmağa son verib, udu bir kənara qoyur və qadına:

-Hə, Gövhərim, nə xəbərdir?Gövhər adlı üçüncü qadın:-Vallah, nə xəbər varsa, sən də var. Üç gündür hərəmə də gəlmirsən, bəs,

fikirləşmirsən ki, biz də insanq, sənə ehtiyacımız var.Bu sözlərin xanın kefini bir qədər açdığı hiss edilir. O, çətinliklə də olsa,

gülümsəyir:-Vallah, xəyalım özümdə deyil. ***İri planda görünən qadın:-Xəyalının özündə olmadığını görürəm. Dərdin nədir? Nə vaxtdan məndən

sirr saxlamağa başlamısan? Məgər, həmişə ürəyini mənə açmazdınmı? Elə bir vaxt olubmu ki, məsləhətimlə sənə yardımçı olmayım?

***İri planda qadını əri əvəz edir. O bir anlığa fikrə gedir. Bir qədər susub deyir:-Doğru söyləyirsən, Gövhərciyim, amma bu dəfəki məsələ əvvəlkilərdən

deyil. ***Ümumi plan. Gövhər:-İlbars, sən dərdini söylə, əlacını məndən istə. İndiyə qədər olubmu ki, sən

dərdini söyləyəsən, mən əlacını tapmayım?Xan:Olmayıb, amma bu dəfəki xəmir əvvəlkilərindən deyil. Bu xəmir çox su

aparan xəmirlərdəndir. ***İri planda görünən Gövhər:-Uzatma. Aç ürəyini. Ən azı yüngülləşərsən. ***Ümumi plan. Xan bir söz deməyib fikrə gedir, fəqət üz – gözündən arvadının

sözlərinin ürəyində bir ümid qığılcımı oyatdığı açıq – aydın sezilməyə başlayır. ***Eyvan. Ümumi görüntü. Birinci qadın ikincisinə müraciətlə:-Bu Gövhər, deyəsən, yenə də xanın saqqızını oğurladı. Zalımın qızı İlbarsın

könlünü almaqda, onu mum kimi əritməkdə ustadır da.İkinci qadın:-Nədən istəyirsən mərc gələrəm ki, İlbars xan bu gecəni onunla keçirəcək. ***Köşkün eyvandan görüntüsü. Xan və Gövhər söhbət edirlər. Uzaq olduğu

üçün səsləri eşidilmir. Əvəzində isə kadra arxasından birinci qadının səsi eşidilir:-Bunu bilməyə nə var ki? ***

416

Page 417: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Köşkdə oturmuş ər və arvadın yaxından görüntüsü. Gövhər deyir:-Elə buna görə neçə gündür ki, məyussan?Xan ümid dolu nəzərlərini arvadına dikir. Gövhər davam edir:-Əvvəla, sənin də bildiyin kimi, Nadir Hindistandan saysız – hesabsız qənimət

əldə edib. Bu qədər var – dövlət iynə deyil ki, gizlədəsən, heç kəs də görməsin. Odur ki, indi onun başı, heç şübhəsiz” bu var dövləti yerbəyer etməə qarışıb. Ona görə də sən onun heç yadına da düşmürsən. Yəni bir – iki il qayğısız – filansız yaşaya bilərsən...

***Gövhər Xatun iri planda görünür və aralıqsız davam edir:-...Amma bu heç də o demək deyil ki, heç nə etməyib, əlini əlinin üstünə

qoyub gözləyəsən və ya da vaxtını sənin kimi ud çalmaqla keçirəsən. ***Ümumi plan. Xan ayağa qalxıb o yan – bu yana var gəl edir:-Səncə, nə etməliyəm, Səmrqəndin, Buxaranın bütün qızılını toplayıb ona

göndərməliyəm ki, məni bağışlasın? Başqa vaxt olsaydı, qızıl – gümüşlə, bac – xəracla onu yola gətirmək olardı. amma indi onun o qədər pulu var ki, bütün Türküstanı Buxara və Səmərqəndlə birlikdə satın alar. Onun məqsədi başqadır. Çingiz xanın, Əmir Teymurun yerişini yerimək sevdasına düşüb. Məni isə öz yolunda əsas maneələrdən biri kimi görür.

Bu sözlər Gövhər Xatunun da ayağa qalxmasına səbəb olur:-Bilirəm. Onun yerinə sən də olsa idin, eyni sevdaya düşərdin. Necə olsa,

Çingiz xan da, Əmir Teymur da onun yox, sənin babalarındır. Onların qanı sənin damarlarında axır.

Ər və arvad söhbəti bağçada gəzişə - gəzişə davam etdirirlər. Xan:-Məhəmməd şahın da damarlarında onların qanı axır, amma bu, Nadirə

Hindistanın yarısını Azərbaycan səltənətinə birləşdirməyə, qalan hissəsini isə özündən asılı vəziyyətə salmağa mane olmadı.

İlbars xan və Gövhər Xatun kameranın obyektivinin müşayiəti ilə irəliləyətkən, arxa planda, bir qdər uzaqda durub xanın əmrini gözləən əyan - əşrəf kadra düşür. Gövhər Xatun:

-Doğrudur. Əgər o, vaxtında tədbir görsəydi, başına bunca iş də gəlməzdi. Sən də bundan dərs almalı və vaxtı boş yerə itirməyib, tədbirlərini görməlisən.

Xan və övrəti bir qədər də irəlilədikləri üçün əyan - əşrəf kadrdan çıxırlar. Xan:

-Tədbir? Yəni nə etməliyəm? ***Eyvandakı xanımlar ekrana gəlirlər. İkinci qadın:-Xann saqqızını oğurladı. Başını qata – qata onu öz yatağına aparacaq. ***Eyvandan bağçada gəzişən Gövhər Xatun və İlbars xann görüntüsü. Birinci

qadının səsi kadr arxasından eşidilir:-Aparsın da. Aparsa, sabah – biri gün bizim də növbəmiz çatacaq. Belə isə

hərəmə gəlmir, üçümüz də əziyyət çəkirik. Yaxşı ki, Məhin Banu Səmərqənddə deyil. Yoxsa növbəmiz bir gün də gecikərdi.

417

Page 418: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda yenidən xan və arvadı yaxından görünürlr. Gövhər Xatun danışr, xan

qulaq asır:-Onun adamları içərisində ona müxalif ola biləcək bütün xanları təsbit edib

onlarla əlaqə yaratmaq və onları ittifaqa cəlb etmək lazımdır. Məsələn, mən dəqiq bilirəm ki, bir vaxtlar Məhəmməd xan Qacar onun sağ əli idi. Sonra onu İrəvana hakim göndərməklə özündən uzaqlaşdrdı. Indi qacarlar şahdan incik düşüblər. İlk növbədə Məhəmməd xanla əlaqə yaratmaq lazımdır. Bunun üçünsə qohumluq əlaqələrindən istifadə edə bilərsən. Xalan nəvəsi onun qardaşı oğlunun övrətlərindəndir. Bu yolla ağzını yoxlamağın olunu tapmaq olar...

***Gəzişməkdə olan ər və arvadın öndən görüntüsü. Gövhər Xatun sözünə ara

vermədən davam edir:-...Görməli olduğun ən əsas iş isə vəliəhd Rzaqulu xanla əlaqə qurub onu

atasına qarşı çıxmağa təhrik etməkdir. Eyni şeyi Nadirin qardaşı oğlu Əliqulu xanla da etmək lazımdır. Nə qədər ki, atas İbrahim xan sağ idi və Nadir şah onu vəliəhd elan etmişdi, o da bir gün şah ola biləcəyi ümidi ilə yaşayırdı...

***İri planda görünənə Gövhər Xatun davam edir: -...İbrahim xan öldükdən sonra şah oğlu Rzaqulunu vəliəhd eydi. Şahruxun da

bütün ümidləri yerlə yeksan oldu. Görürəm ki, nə demk istədiyimi artıq başa düşməyə başlayırsan. İcazə versən, bu işlə özüm məşğul olaram.

***Ümumi plan. İlbars xan:-Necə.Gövhər Xatun:-Çox asan. Məşhəddə yaşayan qardaşım Məhəmməd Hüseyn xanla vəliəhdin

arsı çox yaxşıdır. Göndər məni Məşhədə. Qardaşımla danşım, məsələni yoluna qoyum.

Xan ayaq saxlayır:-Bacarasanmı?Ayaq saxlayan Gövhər Xatun:-Canını da alaram. ***Məşhəd şəhərinin quş uçuşundan görüntüsü. Bu görüntünün fonunda yazılır: “MƏŞHƏD. 1740 –CI İL”Yazı itir. ***Ekranda geniş bir hovuzda iki çılpaq qızla çimməkdə və əylənməkdə olan

Rzaqulu xan görünür. Qızların gülüş səsləri aləmi başına götürüb. Bu mənzərənin fonunda yazılır:

“ NADİR ŞAH BİR MÜDDƏT HİNDİSTANDA QALDIQDAN SONRA NADİRABADA, ORADAN DA MƏŞHƏDƏ GƏLDİ. RZAQULU XANLA TƏHMASİB XAN DA ÖZBƏKLRİN ÜSYANINI YATIRIB MƏŞHƏDƏ DÖNDÜLƏR. FƏQƏT ŞAH ARTQ MƏŞHƏDİ TƏRK EDİB SƏBZİVARA

418

Page 419: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

GETMİŞDİ. TƏHMASİB XAN DA SƏBZİVARA YOLLANDI, RZAQULU XAN İSƏ MƏŞHƏDDƏ QALIB ATASININ ƏMRİNİ GÖZLƏMƏYƏ BAŞLADI. BU ARADA İLBARS XANIN ÖVRƏTİ GÖVHƏR XATUN DA ÖZÜNÜ MƏŞHƏDƏ YETİRDİ. O, İLBARS XANIN QAYNI, ÖZÜNÜNSƏ DOĞMA QARDAŞI, HİYLƏGƏRLİYİ VƏ FİTNƏKARLIĞI İLƏ MƏŞHUR OLAN MƏHƏMMƏD HÜSEYN XAN VƏ ONUN YAXIN DOSTU RƏHİM SULTANLA BİRLİKDƏ BİR PLAN QURDULAR. MƏHƏMMƏD HÜSEYN XAN VƏ RƏHİM SULTAN RZAQULU XAN IKI XAÇPƏRƏST KƏNİZ BAĞIŞLADILAR. KƏNİZLƏR VƏLİƏHDİN BAŞIN EYŞ – İŞRƏTƏ QARIŞDIRMAĞI VƏ ONU ŞƏRABA ALŞDIRMAĞI TAPŞIRDILAR.”

Yazı itir. Yazının itməsi ilə Rzaqulu xan və qızlar hovuzun kənarna yaxınlışrlar. Burada bir sinidə üç masqurada şərab var. Onlar masquralar götürürlər. Rzaqulu xan qızlara deyir:

-Məni də yoldan çıxartdınız. Atamım gözlərindən uzaq!Birinci qız:-Siz müsəlmanlar şərab içməməklə özünüzü dünyanın ən gözəl nemətlərindən

məhrum edirsiniz.Rzaqulu xan:-İç, tərsa qızı, iç. Özün də az danış.O bu sözü deyib şərabı başına çəkir. Qızlarda eyni şeyi edirlər. Sonra Rzaqulu

suyu qızların üstünə, qızlar da Rzaqulunun üstünə sıçratmağa başlayırlar. Gülüş sədaları əvvəlkindən daha bərk səslənməyə başlayır. Rzaqulu qızlardan birinin üstünə şığıyıb onu belindən tutur, özünə tərəf çəkib öpməyə başlayır.

***Məhəmməd Hüseyn xanın evinin içi. O, bacısı Gövhər Xatunla üz – üzə

oturub söhbət edirlər. Süfrədə müxtəlf meyvələr var. Xan əlnə götürdüyü bananı soya – soya deyir:

-Düzünü söylə, bacı, bütün bunları İlbars xan düşünüb, yoxsa sən ona belə etməsini məsləhət görmüsən?

Məhəmməd Hüseyn xan bananı bacısının nimçəsinə qoyub onu bıçaqla bir neçə yerə dorayır. Gövhər xatunsa gülümsəyərək suala sualla cavab verir:

-Bəs, sən necə düşünürsən?Məhəmməd Hüseyn xan növbəti bananı götürüb soymağa başlayır:-Qaynımı 5 – 6 il olar, görmürəm. Əgər bu 5 – 6 ildə dəyişməyibsə, həminki

İlbarsdırsa, inanmıram ki, o sənin məsləhətin olmadan özü nə isə həll edə bilsin...Xan soyduğu bananı öz nimçəsinə qoyub doğraya – doğraya davam edir:-Əgər o çətinə düşəndə nə edəcəyini bilməyən və bütün gücünü ud çalmağa

qoyan köhnə İlbarsdırsa, bütün bunların sənin başından çıxdığına heç bir şübhə etmərəm...

***Xan iri planda görünür və bic – bic gülümsəyərək davam edir:-...Daha doğrusu etmirəm. ***İri planda qardaşını əvəz edən bacı:-Madam ki, dadaş, bütün bunları bilirsən, niyə soruşursan?

419

Page 420: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ümumi plan. Gövhər Xatun doğranmış meyvədən bir dilmi ağzına atıb

qardaşının nə deyəcəyini gözlyir. Məhəmməd Hüseyn xan öz növbəsində deyir:-Elə - belə, soruşdum da. Nə isə keçək əsas məsələyə. Danışdığımız kimi,

Rəhim Sultan gedib Əliqulu xanın yanna. Məsələni ona açacaq. Əminəm ki, cavab müsbət olacaq. Mən də bu gün Rzaqulu xanla söhbət edəcəyəm. Ümid edirəm ki, bu da, inşallah, yaxşı olar.

Xan sözünü bitirib, meyvədən bir dilim götürüb ağzına qoyur. ***İri plan. Gövhər Xatun:-Amma Əliqulunun eyni söhbəti Rzaqulu xanla edildiyindən xəbəri

olmamalıdır. Eləcə də Rzaqulu xan Əliquluyla aparılan danışıqlardan bixəbər qalmalıdır. Vəliəhdlə söhbətə necə başlayacağını bilirsənmi?

***Ümumi plan. Xan:-Qzlara tapşırmışam ki, ağzın yoxlasınlar. Mən də ordan – burdan söhbət

salaram. Sonra da vəziyyətə uyğun olaraq, imkan tapıb özüm də bir daha ağzını yoxlayar, fikrini öyrənərəm. Görsəm ki, meyllidir, söhbəti açaram.

Gövhər Xatun:-Bəlkə, hələ tələsməyəsən? Deyirəm, gözləyək, Rəhim Sultan gəlsin, görək,

Əliqulu xanla söhbətin nəticəsi necə oldu. Qızların gətirəcəyi xəbəri də öyrənək və bir daha hər şeyi yaxşı – yaxşı götür – qoy edək. Ona görə də hərəkət edərsən.

Məhəmməd Hüsey xan bacısını diqqətlə süzür:-Vallah, bacı, səndəki bu baş məndə olsa idi, özüm çoxdan hər kəsi devirib

şah olmuşduum.Gövhər xatun gülümsəyərək zarafatla deyir:-Balə de, gör dadaşımın xəyalından nələr keçir.Xan da gülümsəyir:-Kimdən əskiyəm ki.Gövhər xatun:-Bütün kişilər belə düşünür və hər kəsin də ürəyindən şah olmaq keçir. Əmin

ol ki, Əliqulu xan da, Rzaqulu xan da istisna deyil. Odur ki, istəyimizə çatcağıq. Sənsə məni dinləsən, kim bilir, bəlkə sənin də bir vaxt bu arzun yerinə yetdi. Bir də...

Açılan qapı səsi qadını sözünü yarıda ksməyə məcbur edir. Bacı və qardaş üzlərini səs gələn tərəfə çevirilər.

***Açıq qapı. Qapının önündə durmuş nökər:-Xan, qurbanın olum, Rəhim Sultan ağa gəliblər. ***İri planda görünən Məhəmməd hüseyn xan:-Qoy, keçsin eyvanlı otağa, indi gəlirəm. ***Qapının önü. Nökər “baş üstə” – deyib qapıdan çıxır. ***

420

Page 421: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Süfrə arxasında oturmuş xan və bacısı. Ümumi plan. Xan:-Nə tez gəldi. Gedim görüm, nə xəbərlə gəlib. Sənd dəhlizdən keçb aynalı

otağa keç və oradan bizim söhbətimizi diqqətlə dinlə. Sonra söhbətimizi davam etdirərik.

Gövhər Xatun:-Yaxşı. Bu sözlərdən sonra bacı və qardaş ayağa qalxıb əks istiqamətlərə gedirlər. ***Eyvanlı otaq. Rəhim Sultan divardakı taxçaya düzülmüş onlarla qalın kitabı

gözdən keçirir. Əlini uzadıb rəfdən kitablardan birini götürüb vərəqləməyə başlayır. Səhifələrin biri üzərində diqqətini cəmləib oxumağa başlayır. Kadr arxasından Məhəmməd Hüseyn xanın eşidilən səsi onu geri dönməyə məcbur edir:

-Nə xəbərlə gəlmisən, bilmirəm, amma sən çox xoş gəlib, səfa gətirmisən.Rəhim Sultan kitabı bağlayaraq:-Xoş günün olsun, ay xan.O kitabı yerinə qoyur və kadra daxil olan xana müraciətlə sözünə davam edir:-Dünən bu kitab yox idi. Deyəsən, təzə əldə etmisən.Məhəmməd Hüseyn xan:-Təkcə o deyil. Diqqətlə baxsan, on iki yeni kitab görərsən. İlbars xann

hədiyyəsidir. Yeznəm kitab vurğunu olduğumu bildiyi üçün bacımla hədiyyə göndərib.

***Aynalı otaq. Gövhər Xatun əlində kasa divara yaxınlaşıb kasanın ağzını

divara, qulağını isə kasanın dibinə dirəyir. ***Ekranda yenidən Məhəmməd Hüseyn xan və Rəhim Sultan görünürlər. Xan

soruşur:-Eyvanda oturaq, yoxs evdə ?Rəhim Sultan:-Ev yiyəsi sənsən, sən harada desən, orada da otuarıq.Xan:-İçəridə otursaq yxşıdır. Eyvanda eşidən – zad olar.Rəhim Sultan:-Necə məsləhətdir.Dostlar otağın o biri başına keçib divarın yanındakı masanın arxasındakı

səndəllərdə otururlar. Məhəmməd Hüseyn xan soruşur:-Qəhvə? Çay? Ayran? Şərbət?Rəhim Sultan: -İstəməz. ***Aynalı otaq. Gövhər Xatun əlindəki kasanın ağzını divara, qulağını isə

kasanın dibinə qoyub qonşu otaqda danışınları dinləyir. Kadr axasından Rəhim Sultanın bir qədər boğuq səsi eşidilir:

421

Page 422: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Deyəcəyəm, inanmayacaqsan. Nəticə gözlədiyimizdən də yaxşı oldu. Mənim bir söz deməyimə bir ehtiyac olmadı. Gözlənilmədən Əliqulu xan özü məsələnin üstünə gəldi...

***Ekranda yenidən masa arxasında oturmuş Məhəmməd Hüseyn xan və Rəhim

Sultan görünürlər. Bunlardan ikincisi danşır, birincisi dinləyir:-...Şəhərdə yaydğımız şayiələr artıq ona da çatıb... ***Sütunlu, qapalı bir həyət. Əliqulu xan və Rəhim Sultan həyətdə gəzişə -

gəzişə söhbət edirlər. Ümum plan. Kadra arxasından Rəhim Sultanın səsi fasiləsiz davam edir:

-...Əliqulu xanla öncə məmləkətin işlərindən, şəhərdə görülən abadlıq – quruculuqdan söhbət açdıq. O, tikdirdiyi körpülər, karvansaraylar, hamamlar, məscid və mədrəsələrdən söz açdı. Mən də onu İmam Rzanın hərəmində apardığı abadlaşdırma işlərini, o ki var, təriflədim. Sözlərim ürəyinə yağ kimi yayldı. Və ürəyini mənə açdı.

Kadraarxas səs itir. ***Gəzişməkdə olan Əliqulu xan və Rəhim Sultan öndən orta planda görünürlər.

Əliqulu xan deyir:-Qulağıma son vaxtlar bəzi ürəkaçmayan xəbərlər gəlməkdədir. Düzdürmü ki,

əmim oğlunun iki tərsa kənizi var və bütün gününü onlarla keçirir? Hətta söz – söhbət gəzir ki, onlarla birlikdə şərab da içirmiş.

Əliqulu xan bu sözləri deyib ayaq saxlayır və üzünü həmsöhbətinə çevirib diqqətlə onun gözlərinin içinə baxmağa başlayır. Rəhim Sultan özünü utanan kimi göstərərək:

-Xan, başına dönüm, qoy, bu sualna cavab verməyim. ***Əliqulu xan (İri plan):-Düzünü söyləsəm, bunun belə olduğunu dəqiq bilirəm. Amma tam əminlik

üçün sənin dilindən də eşitmək istəyirəm. ***İri planda xanı həmsöhbəti əvəz edir. O, gözlərini yerə dikir və susur. ***Ümumi plan. Əliqulu xan:-Susursan. Demək ki, doğrudur.Rəhim Sultan:-Xan, başımı dərdə soxma. Mən bir söz demədim.Əliqulu xan:-Dedin və ya demədin, indi bunun heç bir önəmi yoxdur. Onsuz da hər şey

üzünə yazılıb. Bu cür işlər vəliəhdə, özü də Nadir şah kimi böyük hökmdarın vəliəhdinə yaraşmayan işəlrdir. Ən dəhşətlisi isə budur ki, bu, İmam Rzanın şəhərində baş verir....

***Əliqulu xan iri planda görünür və aralıqsız davam edir:

422

Page 423: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Bilmirəm, məktub yazıb, əmimə xəbər göndərim, yoxsa əmim oğlu ilə üz – üzə söhbət edim. Söhbət etsəm, nə faydası olacaqdır? Ox artıq yaydan çıxıb. Bütün şəhər bu barədə danışr. Gec – tez xəbər şaha da çatacaq və o da məndən onu nə üçün vaxtında xəbərdar etmədiyimi soruşacaq. Onda ona nə cavab verərəm? Məktub yazmaq daha yaxşıdır.

***Ekranda yenidən masa arxasında oturmuş Məhəmməd Hüseyn xan və Rəhim

Sultan görünürlər. Bunlardan ikincisi danşır, birincisi dinləyir:-Sonra sözü onun rəhmətlik atasının üstünə gətirdim. Onun vəliəhd kimi necə

böyük ad – san qazanmış olduğunu xatırlatdım və onun həyatı tərk etməsindən təəsüfümü bildirdim. Bununla da onun ürəyinin daha çox açılmasına nail oldum.

***Yenidən sütunlu, qapalı həyət görünür. Əliqulu xan və Rəhim Sultan həyətdə

gəzişə - gəzişə söhbət edirlər. Ümumi plan. Əliqulu xan danışır, Rəhim Sultan dinləyir:

-Rəhmətlik atam qardaşının hörmətini həmişə saxlayırdı. Nadir şahn qardaşı olduğunu bircə an belə unutmurdu. Hər bir hərəkəti ilə onun şöhrətini daha da artırmaq üçün əlindən gələni edirdi. Bir sözlə, özünü əsil vəliəhdə layiq bir şəkildə aparırdı. Amma əmim oğlu şahın etimadını doğrulda bilmədi. Təəssüf və min dəfə təəssüf!

***Ekranda yenidən masa arxasında oturmuş Məhəmməd Hüseyn xan və Rəhim

Sultan görünürlər. Bunlardan ikincisi danşır, birincisi dinləyir:-Əliqulu xanla bağlı nəyi hədəfləmişdiksə, ona da nail olduq. İndi oturub

sonrakı addımlarımızı müzakirə eləməliyik... ***

Aynalı otaq. Gövhər Xatun əlindəki kasanın ağzını divara, qulağını isə kasanın dibinə qoyub qonşu otaqda danışınları dinləyir. Kadr axasından Məhəmməd Hüsey xanın bir qədər boğuq səsi eşidilir:

-Qoy, bir bacımla da məsləhətləşim, sonra nə edəcəyimizə qərar verək.Kadrarxası səs dəyişir. Məhəmməd Hüseyn xann səsini Rəhim Sultanın səsi

əvəz edir:-Necə məsləhətdir. ***Ekranda yenidən masa arxasında oturmuş Məhəmməd Hüseyn xan və Rəhim

Sultan görünürlər. Xan:-Gövhər Xatun yan otaqdadr. İndi çağıraram gələr.Xan üzünü kadr arxasına tutub bir qədər ucadan səslənir:-Lələ, ay lələ! ***Otağn qapısı. Qapıdan içəri girən nökər:-Bəli, xan. ***İri planda görünən Məhəmməd Hüseyn xan:

423

Page 424: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Lələ, xanıma de, əgər zəhmət deyilsə, bura buyursun. ***Əliqulu xann iqamətgahının çöldən ümumi planda görüntüsü. İqamətgahın

qarşısındakı küçə ilə yük və sərnişin arabalarının o yan – bu yana keçməkdə olduğu diqqəti cəlb edir. Kadra bir nəfər səliqəli geyimli atlı daxil olur və iqamətgaın darvazasına yaxınlaşır. O yaxınlaşar – yaxınlaşmaz, nökərlər içəridən qapıları taybatay açırlar. Atlı içəri girir.

***Darvazanın o biri tərəfi. Nökərlərdən biri atlının atının ipindən tutub deyir:-Xoş gəldiniz, bəy.Bəy də öz növbəsində “Xoş gününüz olsun” – deyib atdan enir. ***İqamətgahın eyvanı. Əliqulu xan eyvanda durub aşağı baxır. ***Eyvandan aşağınn görüntüsü. Bəy binanın qapısına tərəf gəlir. Nökrsə atı

ipindən çəkərək axura tərəf aparır. ***Yenidən iqamətgahın eyvanı və orada durmuş Əliqulu xan ekrana gəlir. Xan

geri dönüb eyvandan otağa keçir və gözdən itir. ***İqamətgahın ikinci mərtəbəyə qalxan mərmər pillələri. Bəy pillələrlə yuxarı

qalxır. ***İqamətgahdakı otaqlardan biri. Əliqulu xan otağın açıq qapısına yaxınlaşıb

bəyi gözləməyə başlayır. Bir – iki saniyə sonra bəy içəri girir və xana yüngülcə təzim edərək deyir:

-Əssəlamu əleyküm.Xan “və əleykəssəlam” – deyib bəyə əl uzadır:-Xoş gəlmisən, Əhməd bəy.Bəy xann əlini sıxır:-Xoş gününüz əskik olmasın.Xan əli ilə bəyə yol göstərir:-Buyur.Bəy:-Əstəğfürullah. Yalnız sizdən sonra.Xan gülümsəyərək otağın mərkəzinə tərəf addımlamağa başlayır. Bət də onu

təqib edir. ***Ekranda yenidən masa arxasında oturmuş Məhəmməd Hüseyn xan və Rəhim

Sultan görünürlər. Artıq Gövhər Xatun da onlarla masa arxasında oturmuşlar. Rəhim Sultan danışır. Gövhər Xatun onu diqqətlə dinləyir. Məhəmməd Hüseyn xan isə bacısının reaksiyasnı öyrənmək üçün ona trəf baxır. Rəhim Sultan:

-Bir sözlə, xanım, bayaq xana da dedim. Əliqulu xanla bağlı nəyi hədəfləmişdiksə, ona artıq nail olduq. İndi oturub sonrakı addımlarımızı müzakirə eləməliyik...

424

Page 425: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekranda iri planda Gövhər Xatun görüntülənir. Onun gözlərindən həm

müsahibini diqqətlə dinlədiyi, həm də eyni zamanda, sonrakı addımlar barədə düşündüyü oxunur. Rəhim Sultanın səsi kadr arxasından eşidilir:

-Xan məsləhət gördü ki, ona danışdıqlarımı təkrar sizə də danışım. Mən də danışdım. Deyəcəklərim bu qədər.

Gövhər xatun:-Necə hiss etdiniz, o, şaha məktub yazmağamı, yoxsa əmisi oğlu ilə görüşüb

söhbət etməyəmi üstünlük verəcək? ***Ümumi plan. Rəhim Sultan:-Əminəm ki, məktub yazmağa üstünlük verəcək. Çünki o, Rzaqulu xanı

arzularnın həyata keçməsi önündə ən əsas maneə görür. Odur ki, bu maneəni aradan götürmək üçün əlindən gələni edəcək.

Gövhər Xatun:-Elə səhvi də bundadır da. Tutaq ki, Rzaqulu xanı zərərsizləşdirdi, bununla iş

bitəcəkmi? Nadir şah şahzadə Nsrullahı qoyub onumu vəliəhd elan edəcək? Nəsrullah olmasın, başqa şahzadə olsun. Nə isə, bu bizim işimiz deyil. Birdən Əliqulu xan vəliəhdin qəzəbinə gəlməkdən qorxub məktub yazmaqdan vaz keçsə və əmisi oğlu ilə söhbət etmək istəsə, onda necə olsun? Bu barədə fikriniz nədir, o zaman nə etməliyik?

***İri planda növbə ilə öncə Rəhim Sultan, daha sonra isə Məhəmməd Hüseyn

xan görüntülənirlər. Onların küt baxışlarından bu sualı cavablandırmağa hazır olmadıqları sezilir.

***Onları iri planda Gövhər Xatun əvəz edir:-Belə də ola bilər. Hətta məktub göndərdikdən sonra da özünü sığortalamaq

məqsədi ilə, istər – istəməz, onunla görüşməli və söhbət etməli olacaq. Bunu etməsə, özünü əmisi oğluna dost göstərməyə çalışmasa səhv etmiş olar. O, isə heç vaxt səhv etmir. Siz Əliqulu xan hələ yaxşı tanımrsınız. O, tülkü kimi hiyləgər və tədbirlidir. Hətta deyərdim, tülküdən də hiyləgərdir. Ona görə də biz Əliqulu xanı qabaqlamalıyıq.

*** Yenidən sütunlu, qapalı həyət görünür. Əliqulu xan və Əhməd bəy həyətdə

gəzişə - gəzişə söhbət edirlər. Ümumi plan. Əliqulu xan danışır, Əhməd bəy onu dinləyir:

-Hə, Əhməd bəy, belə - belə işlər. Əgər bütün bunlar hansısa başqa bir şəhərdə baş versəydi, göz yumardım. Amma bura İmam Rzanın şəhəridir. Buna görə də şaha məktub yazıb onu xəbərdar etməyi vacib sayıram və istəyirəm ki, məktubu səninlə göndərim.

Əhməd bəy:-Mənim bu qara gözlərim üstə. Amma bəlkə öncə əminiz oğlu ilə bir söhbət

edəsiniz.Əliqulu xan ayaq saxlayr. Bəy də durmağa məcbur olur.

425

Page 426: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***İri planda ekrana gələn xan:-Artıq gecdir. Mən bundan çox gec xəbər tutdum. Bütün şəhər bu barədə

danışır. ***İri planda xanı Əhməd bəy əvəz edir:Başa düşdüm. Mən hazıram. Nə zaman desəniz, o zaman da yola düşərəm. ***Ümumi plan. Xan:-İstəyirəm elə günü sabah yola düşəsən. Odur ki, get evə, hazırlaş.Bəy:-Baş üstə. ***Rzaqulu xann iqamətgahının bağçası. Xan böyük çinar ağacının altında oturub

kitab oxuyur. Orta plan. Növbəti vərəqi çevirir və elə həmin an da ayaq səsləri eşidib gözlərini kitabdan ayrıb səs gələn tərəfə çevirir.

***Rzaqulunun baxdığı tərəf. Orta plan.Yaxınlaşmaqda olan nökər ayaq saxlayıb

deyir:-Başına dönüm, xan, Məhəmməd Hüseyn xanla Rəhim Sultan ağa gəliblər,

sizinlə görüşmək istəirlər. ***Ümumi plan. Rzaqulu xan kitabı örtüb nökərdən soruşur:-Nə istədiklərini söyləmədilərmi?Nökər:-Dedilər ki, çox vacib bir xəbərləri var.Xan ayağa durub məkanı tərk edir. Nökər də kənara çəkilib ona yol verir və

dalınca gedir. Kamera onlar müşayiət edir. Gözlənilmədən Rzaqulu xan ayaq saxlayır və ona uyan nökərə deyir:

-Yox, lələ, de, onlar bura gəlsin.Nökər “baş üstə” – deyib kadrdan çıxır. Xan isə yerinə qayıdıb yenidən

səndəldə oturur və yenidən kitabı açır. ***İqamətgahın bağçaya açılan qapsı. Məhəmməd Hüseyn xan və Rəhim Sultan

qapıdan çıxıb bağçanın mərkəzinə doğru irəliləyirlər. Onları əllərində səndəllər tutmuş iki nökər təqib edir.

***Çinar altında oturub kitabı vərəqləyən Rzaqulu xan. O, qonaqlarının gəldiyini

görüb ayağa qalxır. Məhəmməd Hüseyn xan və rəhim Sultan, ardlarınca da əllərində səndəllər gətirən iki nökər kadra daxil olurlar. Nökərlər səndəlləri yerə qoyub cəld kadrdan çıxırlar.

Məhəmməd Hüseyn xan və Rəhim Sultan Rzaqulu xana yaxınlaşıb eyni anda “əssəlamu əleyküm” – deyirlər. Rzaqulu xan da onlara əl uzadıb “və əleykəssəlam” – deyə cavab verir və onara ourmağa yer göstərir. Hər üçü əyləşir. Rzaqulu xan əlindəki kitabı Məhəmməd hüseyn xana göstərərək:

426

Page 427: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sənin bağışladığın kitabdır. İndicə onu oxuyurdum. Cığatay türkcəsində olsa da, hər şey asan anlaşılır.

Məhəmməd Hüseyn xan:-Vallah, bu “Baburnamə”ni bizim türkcəyə çevirmək pis olmazdı. Çox

ibrətamiz kitabdr. İnşallah, bir gün vaxt tapsam, mütləq çevirəcəyəm. Amma vaxt... vaxt... vaxt...

***İri planda görünən Rzaqulu xan gülümsəyir:-Heç vaxt inanmaram ki, sənin vaxtın yoxdur. Axı, sən nə ilə belə məşğulsan

ki, vaxtın olmasın. ***Iri planda Rzaqulu xanı əvəz edən və gülümsəyən Məhəmməd Hüseyn xan:-Bu boyda böyük təsərrüfatı idarə etmək asan məsələdir, məgər? ***Ekranda mərkəzində fəvvarəli, səkkizguşəli hovuz olan, sütunlu və geniş bir

məkan canlanr. Hovuzun yannda Gövhər Xatun və Rzaqulu xann iki xaçpərəst kənizindən biri üz – üzə durub söhbət edirlər. Ümumi plan. Mariya adlı kəniz danışır, Gövhər Xatun dinləyir:

-Vəliəhdin ağzını yoxlamaq üçün, eynən sizin buyurduğunuz kimi, ondan əgər bir gün şah olarsa ilk öncə nə etmək istədiyini soruşdum. O, sualıma zarafatla cavab verdi.

***Ekranda hovuzda iki çılpaq xaçpərəst kənizlə çimən və əylənən Rzaqulu xan

görünür. Arxa planda hovuzun qırağına qoyulmuş, üzərində içlri şərabla dolu üç masqura olan sini diqqəti çəkir. Mariya Rzaquludan soruşur:

-Xan, sizə bir sualım var, olarmı soruşum?Rzaqulu:-Soruş.Mariya əzilib – büzülərək, yaltaqcasına:Siz dünyanın ən böyük və ən qüdrətli səltənətlərindən birinin vəliəhdisiniz.

Bir gün gələcək, şah olacaqsınız. Mənə çox maraqlıdır, görəcəyiniz ən ilk iş nə olacaq?

Rzaqulu gülümsəyərək və zarafatla:-İlk görəcəyib iş sənə, Mariya və (o biri kənizə işarə edərək) Martaya,

hərənizə ayrı – ayrılıqda büllurdan böyük mülklər tikdirmək olacaq.Əmr edəcəyəm onları zümrüd və almazlarla bəzəsinlər.

Mariya əzilib – büzülərək:-Eh, siz şah olanda biz qoca qarılar olacağıq. Sizin də yeni, gənc və sütül

kənizləriniz olacaq. Bizi çoxdan unutmuş olacaqsınız. Mülkləri də onlar üçün tikdirəcəksiniz.

***Ekranda yenidən mərkəzində fəvvarəli, səkkizguşəli hovuz olan, sütunlu və

geniş bir məkan canlanr. Hovuzun yannda Gövhər Xatun və Mariya üz –üzə durmuşlar. Kəniz danışır, Gövhər Xatun dinləyir:

427

Page 428: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Bu söz vəliəhdi, sanki, ilan kimi çaldı və o şərab götürüb başına çəkdi və sonra:

***Ekranda hovuzda iki çılpaq xaçpərəst kənizlə çimən və əylənən Rzaqulu xan

görünür. Arxa planda hovuzun qırağına qoyulmuş, üzərində içlri şərabla dolu üç masqura olan sini diqqəti çəkir. Rzaqulu xan şərablara yaxınlaşıb onlardan birini başına çəkir və Mariyaya tam ciddi bir şəkildə deyir:

-Yəni sən bunun o qədər gec baş verəcəyini düşünürsən. O qədər gec ki, siz artıq qaımış olacaqsınız. Yəni mən də qocamış olacağam, hə? Yox, Mariya, qocaldıqdan sonra şahlıq nəyimə lazımdır ki.

Qızlar bir söz deməyib hovuzun qırağına yaxınlaşırlar və onlar da şərablarını götürüb içməyə başlayırlar. Rzaqulu isə dərin fikrə gedir. Kadr arxasından Mariyann səsi eşidilir:

-Bu sözləri söylədikdən sonra o dərin fikrə getdi. Əhvalının pərişan olduğu açıq – aydın sezilirdi...

***Ekranda yenidən mərkəzində fəvvarəli, səkkizguşəli hovuz olan, sütunlu və

geniş bir məkan canlanr. Hovuzun yannda Gövhər Xatun və Mariya üz –üzə durmuşlar. Kəniz ara vermədən danışır, Gövhər Xatun dinləyir:

-...Ox hədəfə dəydi, xanım, siz necə təxmin etmişdinizsə, elə də oldu...

*** Mariya iri planda görünür və davam edir:-...Vəliəhdin əhvalı o qədər pozuldu ki, dərhal hovuzdan çıxıb qurulandı,

geyinib getdi. Gecə nə məni, nə də Martanı yatağna çağırmadı. ***Ümumi plan. Gövhər Xatun “cox yaxşı, Mariya” – deyib əlini döşünə atır və

yaxasından kiçik bir pul kisəsi çıxarır və onu Mariyaya uzadır:-Al bunu. Burada düz on qızıl pul var, beşini özünəgötür, beşini də Martaya

verərsən.Mariya pul kisəsini alıb yaxasına soxur:-Çox təşəkkür edirəm, xanım.Gövhər xatun:-İndisə get.Mariya xanıma təzim edib cəld kadrı tərk edir. ***Çinar altında oturub söhbət edən Rzaqulu xan, Məhəmməd Hüseyn xan və

Rəhim Sultan. Rzaqulu xan gülümsəyərək:-Nə isə, keçək əsas məsələyə. Hər halda, siz bura “Baburnamə”ni müzakirə

etməyə gəlməmisiniz.Məhəmməd Hüseyn xan:-Bu gün səhər Rəhim Sultan əminiz oğlunun yanına getmişdi ki, İlbars xanın

şaha göndərdiyi kitabların siyahsını ona göstərsin. Gözlənilmədən Əliqulu xan sizdən söhbət salıb.

***

428

Page 429: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

İri plan. Rzaqulu xan ciddiləşir və bi qədər təəccüblə soruşur:-Məndən söhbət salıb? Nə deyib ki? ***İri planda Rzaqulu xanı Məhəmməd Hüseyn xan əvəz edir:-İndi Rəhim Sultan ətrafl danışar. Kimlərsə ona sizin guya tərsa kənizlərlə eyş

– işrət içində olduğunuz və hətta şərab içdiyiniz barədə yalan məlumat çatdırıb. ***Ümumi plan. Rzaqulu ilan vurmuş kimi ayağa qalxır və o yan – bu yana

gəzişməyə başlayır. Digərlri də ayağa qalxmağa məcbur olurlar. Rəhim Sultan:-Vallah, dəqiq bilmirəm, amma mənə elə gəldi ki, deyəsən, məktub yazıb sizi

şaha şikayət etmək istəyir.Rzaqulu xan əsəbi halda:-Bu ola bilməz. Əmim oğlu yoxlamadan, öyrənmədən, mənimlə söhbət

etmədən niyə belə iş tutsun ki? Yaxşı bunu məndən və sizdən başqa kimsə bilməyir. O, necə xəbər tuta bilərdi, axı?

***İri planda ekrana gələn Məhəmməd Hüseyn xan:-Məgər bilmirsinizmi ki, Əliqulu xan Məşhədin hakimidir. Buradakı

vəzifələrə də çoxlarını o, təyin edib. Yəni hər tərəfiniz onun adamları ilə sarılıdır. Yəqin ki, onlardan biri vasitəsi ilə nə isə duyub.

***Ümumi plan. Rzaqulu xan əsəbdən titrəyə - titrəyə üzünü Rəhim Sultana tərəf

tutur:-Mənə doğrusunu söylə. Atama məktub yazacağını özümü dedi, sənmi belə

ehtimal edirsən?Rəhim Sultan:-Özü dedi. Dedi ki, bu, başqa bir yerdə olsa idi, göz yumardım, amma imam

Rzann şəhərində belə bir şeyin baş verməsinə göz yummaq mümkün deyil. Mütləq şaha xəbər çatdırmaq lazımdır.

Rzaqulu xan:-Buna yol vermək olmaz. Atama xəbər çatsa, evim yıxılar. Indi mən nə edim,

ay Məhəmməd hüseyn? Məhəmməd Hüseyn Rzaquluya yaxınlaşıb əlini onun çiyninə qoyur:-Sakit ol, hər vəziyyətdən bir çıxış yolu var. Otur, müzakirə edək, görək nə

çarə tapırıq.Rzaqulu səndələ yaxınlaşıb oturur və əlləri ilə başını tutur. Məhəmməd

Hüseyn xan və Rəhim Sultan da əyləşirlər. ***İri planda görünən Məhəmməd Hüseyn xan:-Məncə, görəcəyiniz ilk iş qalabəyini yanınıza çağırıb ona şəhərdəm çıxacaq

hər kəsin üst – başını yoxlanması və ələ keçəcək bütün məktubları sizə çatdırması barədə ona əmr verməkdir.

***İri planda Məhəmməd Hüseyn xanı əvəz edən Rzaqulu xan:

429

Page 430: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Sən nə danışırsan? Axı, özün dedin ki, bütün vəzifə sahiblərini Əliqulu xan təyin edib. Əminsənmi ki, qalabəyi də onun adamı deyil?

***Ümumi plan. Məhəmməd Hüseyn xan:-Yox, əmin deyiləm. Amma siz vəliəhdsiniz. Qalabəyini və ümumiyyətlə,

bütün vəzifə sahiblərini dəyişib öz adamlarınız yerləşdirə bilərsiniz. Məncə, iş işdən keçməmiş tələsmək lazımdır.

*** Məşhəd şəhərinin qala darvazasının çöldn görüntüsü. Darvaza önünüdə diz

üstə oturmuş dörd yüklü dəvə diqqəti çəkir. Keşikçilər dəvələrin yüklərini didik – didik axtarırlar. Bir qədər kənarda əsgərlər dəvə sahiblərinin üst – başlarını yoxlayırlar. Dəvəçilərdən biri əsgərlərə:

-Bu da təzə çıxdı? İndiyə qədər heç vaxt və heç kəs üst – başımızı yoxlamayıb.

Onun üst – başını yoxlayan əsgər:-Ay dayı, bizdə günah yoxdur. Vəliəhdin təyin etdiyi təzə qalabəyinin əmridir.

Deyirlər, şəhərdə cəsuslar var və buradan öz ölkələrinə gizli məlumatlar göndərirlər.

Dəvəçi:-Hə, bu başqa məsələ. ***Qala darvazasının iç tərəfdən görüntüsü. Burada da əsgər və keşikçilər şəhəri

tərk etməyə hazırlaşan dörd atlının üst – başlarını və atlarınn xurcunlarını yoxlayırlar. Yoxlanılanlar atdan düşüb atlarnn iplərindən yapışmış vəziyyətdə durmuşlar. Onlardan biri Əhməd bəydir. Onu yoxlayan əsgər bir şey tapmayıb ona deyir:

-Tamam, bəy, gedə bilərsiniz. Siz Allah, bağışlayın.Əhməd bəy “Allah bağışlasın” deyib atlanır və əlavə edir:-Madam ki, vəliəhdin əmridir, əmrə tabe olmaq lazımdır. Hər kəsi diqqətl

arayın!O bu sözləri deyib qapıya tərəf hərəkət etməyə başlayır. ***Yenidən qala darvazasınn çöl tərəfdən görüntüsü canlanır. Burada əsgər və

keşikçilər bir öküz arabasını və onun sahibinin üst – başını aramaqla məşğudurlar. Darvazadan çıxan Əhməd bəy atına bir qırmanc vurur və çapmağa başlayır. Arabaçı çapan Əhməd bəyin dalınca baxır və sonra onu arayan əsgərdən soruşur:

-Bəylərin də üst – başını arayırsınız, yoxsa işiniz bizlrldir.Əsgər:-Əmrə əsasən hətta xanların da üst – başı yoxlanmalıdır. Yalnız Vəliəhd

Rzaqulu xanın və şəhər hakimi Əliqulu xandan başqa.Arabaçı təəccüblə:-Çox qəribədir.Elə bu an arabaçının diqqətini darvazadan çıxan iki inəyi qovan kiçik bir

oğlan uşağı çəkir və o yenə soruşur:-İndi bu uşağdamı yoxlayacaqsınız.

430

Page 431: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Əsgər uşağa tərəf baxıb deyir:-Onun nəyini yoxlayaq? Ondan, məgər, cəsus olar? *** Ekranda inəkləri otarmağa aparan uşaq görünür. O, şəhərdən çox uzaqlaşıb.

Kadr arxasından at ayaqlarının səsi eşidilir. Uşaq səs gələn tərəfə dönür. ***At belində hərəkət edən Əhməd bəy görünür. O bir qədər irəliləyib uşağa

çatır:-Hə, qoçaq, vəziyyət necədir?Uşaq əlini yaxasına salıb oradan bir məktub çıxarır və deyir:-Yaxşıdır.Əhmd bəy məktubu almaq üçün əlini uzadır, fəqət uşaq verməyib deyir:-Əvvəl söz verdiyin pulu ver.Əhməd bəy “ay qoduq, səni...” – deyib yuxarı bir qızıl sikkə atır. Uşaq pulu

göydə tutub onun qəlp olub – olmadığını yoxlamaq üçün dişləri arasında sıxır. Onun bu hərəkəti bəi güldürür. Uşaq məktubu ona verir. Bəy soruşur:

-Yoxladın, qəlp deyi ki?Uşaq:-Yox, təmiz qızıldır.Bəy gülümsəyərək “qoduqsan ki qoduq” – deyib atını çapmağa başlayır. ***Rzaqulu xanın iqamtgahının baxçasındakı çinar ağacının altı. Rzaqulu xan və

Əliqulu xan çinarın altında səndəllər üzərində üzbəüz oturmuşlar. Rzaqulu xan:-Hə, əmi oğlu, sən bir daha xoş gəlib, səfa gətirmisən.Əliqulu xan:-Allah səndən razı olsun. Necədir, burada sənin üçün rahatdırm? ***Rzaqulu xan iri planda görünür və deyir:-Allaha şükürlər olsun, çox rahatdır. Bilmirəm, sənə bu mülkə görə necə

təşəkkür edim. ***Iri planda rzaqulunu Əliqulu xan əvəz edir:-Əstəfrüllah, əmi oğlu, on belə mülk sənə qurbandır. Mən bir şey etməmişəm,

sadəcə, borcumu yerinə yetirmşəm. Vallah, bir həftə olar görüşmürük, dedim, gedim, bir əmim oğlunu görüm, hal - əhval tutum. Sənin üçün burnumun ucu göynəmişdi.

***Ümumi plan. Rzaqulu xan:-Məni demirsən. Təsəvvür etmirsən ki, gəlişinlə məni nə qədər sevindirdin.

Başının şəhərə ikinci su xətti çəkdirməyə və imamım hərəmini təmir etdirməyə qarışdığını bildiyim üçün narahat etmək istəmirdim. Çox yaxşı etdin ki, gəldin.

Əliqulu xan:-Allah razı olsun. Gəlin - bacılarım, uşaqlar necədirlər?Rzaqulu:

431

Page 432: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Allaha şükürlər olsun. Burda deyillər. Hələ Hindstandan gəlməyiblər. Qalıb bir qədər istirahət etmək istədilər. Səninkilər necədir?

***Əliqulu xan iri planda görüntülənir:-Şükür Allaha. Duaçıdırlar. İnşallah gəlin gəlin – bacılarım qayıtdıqdan sonra,

deyirəm, gərək ailəlikcə bir yerə toplaşaq. ***Ümumi plan. Rzaqulu xan:-İnşallah. ***Üfüqdə çöllük bir yerlə irəliləyən karvan və onu müşayiət edən atlların

uzaqdan, geniş panoramda görüntüsü. ***Karvanın yüklü dəvələrindən birinin yaxından görüntüsü. Kameranın

obyektivi həmin dəvədən ayrılıb növbə ilə sonra gələn dəvələri əks etdirir. Arabir ön plandan atlıların keçdiyi görünür. Obyektiv 7-8 dəvəni növbə ilə əks etdirdikdən sonra üstü kacəvəli bir dəvəyə və onun yanı ilə yanaşı gedən iki atlıya tuşlanr. Kəcavədə Gövhər Xatun oturub. Atlılardan biri Məhəmməd Hüseyn xan, digəri isə bir türküstanldır.

***At üstündə yanaşı gedən Məhəmməd Hüseyn xan və türküstanlının öndən

görüntüsü. Arxa planda 2 türküstanlı, iki də qızılbaş əsgəri görünür. Xan türküstanlıya deyir:

-Bax, qardaş, mən artıq geri dönməliyəm. Bacım sənə əmanətdir, onu sağ – salamat Səmərqəndə çatdır.

Türküstanlı:-Arxayın olun, xan, sizin bacınz bizim bacımızdır. Bir də, Allah eləməsin,

xanımın başından bir türk əksik olsa, İlbars xan başımızı çiyinlərimizin üsündə qoymaz. Tam arxayın olun.

Məhəmməd Hüseyn xan:-Yaxşı, bizi tək qoy, bacımla vidalaşmaq istəyirəm. ***Atlıların və kəcavəli dəvənin yandan, ümumi planda görüntüsü. Türküstanlı

bir söz deməyib, atının sürətini azaldıb geri qalır və kadrdan çıxır. Mhəmməd Hüseyn xan üzünü Gövhər Xatuna tərəf çevirir:

-Bacı, mən artıq geri dönməliyəm, sənə yaxşı yol. Ilbars xana mənim salamım çatdır və de ki, qaynı həmişə onun xidmtindədir.

***Kəcavənin yaxından görüntüsü. Kcavədən çölə baxan Gövhər Xatun:-Mütləq çatdıraram. Salamat qal, dadaş. ***Ümumi plan. Xan “Allah amannda” – deyib atınn başını geri döndərir. ***

432

Page 433: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Bir qədər uzaqdan görüntü. Xanla birlikdə iki qızılbaş əsgəri də atlarnın başlarını geri döndərirlər və onlar karvanın hərəkət istiqamətinin əksinə çapmağa başlayırlar.

*** Rzaqulu xanın iqamətgahının baxçası. Rzaqulu xan və Əliqulu xan bağçada

gəzişə - gəzişə söhbət edirlər. Yandan görünüş. Ümumi plan. Əliqulu xan:-Əslində gəlişimim daha vacib, başqa bir səbəbi də var. ***Xanların öndən, orta planda görüntüsü. Rzaqulu xan:-Çox maraqlıdır. Əliqulu xan:-Kimsə və ya kimlərsə sənin barəndə çirkin və yalan şayiələr yaymaqla

məşğuldurlar. Deyirlər ki, guya sənin başın, tərsa kənizlərlə eyş – işrətə qarışb və guya onlarla birlikdə şərab da içirsənmiş.

Rzaqulu xan ayaq saxlayıb əmisi oğluna tərəf dönür:-Və sən də inanırsan?Ayaq saxlayan Əliqulu xan:-Allah eləməsin. Inansaydım, yanına gəlməzdim. Bir an belə düşünmədən

şaha məktub yazardım, onu xəbərdar edərdim... *** Əliqulu xan iri planda görünür və aralıqsız davam edir:-...Xəfiyyəbaşına göstəriş vermişəm, artıq şaiyəni yayanlar axtarlır. Hələlik,

düzdür, bir başmaqç və bir mirzədən başqa heç kəs tutulmayıb. Amma onları indi zindanda dindirirlər. Bu yolla digərlərini də tapıb, şayiənin mənbəyinə çıxacağam.

***Ümumi plan. Rzaqulu əmisi oğlunu qucaqlayır:-Çox, sağ ol, əmi oğlu, bimiəm sənə necə təşəkkür edim.Əliqulu xan:-Əstəfrüllah, biz bir – birimizə yad deyilik. Damarlarımızda eyni qan axır.

Amma başa düşmədiyim bir məsələ var. Nədən mənim təyin etdiyim adamları vəzifələrindən alıb, yeniləri ilə əvəz etmisən?

Rzaqulu xan əliqulu xandan aralanaraq-Bilirsən, dostum Məhəmməd hüsey xanın bacısı türküstan xan İlbarsın əhli -

əyalıdır. Bir həftə idi ki, Məşhəddə qonaq idi. İmamı ziyarətə gəlmişdi. O, qardaşına deyib ki, bizim adamlardan kimsə mütəmadi olaraq İlbars xana buradakı vəziyyət barədə xəbərlər göndərirmiş. Odur ki, belə etməyi lazım bildim.

***Iri planda görüntülnən Əliqulu xan:-Belə isə düz etmisən. Amma gərək mənimlə məsləhət edəydin. Çünki mən o

adamları özbaşıma təyin etməmişdim. Öncə əmimlə məsləhətləşib sonra təyin etmişdim. Deməli, şəhər darvazalarındakı yoxlanışlar da bununla bağlıdır, eləmi?

Ümumi plan. Rzaqulu:-Hə, elədir.Əliqulu xan:

433

Page 434: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Kaş, öncə mənimlə məsləhətləşəydin. Çünki tələskənliyə yol verməklə cəsus-ları, şübhəsiz ki, duyuq salmısan. Bizim xəfiyyə xidməimiz var və çox təcrübəli, dünyagörmüş xəfiyyəlrimiz var. Onlara göstəriş verərdim araşdırardılar. İndi bu işi görmək çox çətin olacaq.

Rzaqulu xan:-Təəssüf, deyəsən, doğrudan da səhfə yol vermişəm. ***Ekranda geniş bir çöllük ərazidə, uzaqda at çapan süvari görünür. ***Süvarnin yaxından görüntüsü. Bu, Əhməd bəydir. ***Rzaqulu xanın iqamətgahındakı mərmər pilləkan. Məhəmməd Hüseyn xan

sürətlə mərmər pilləkanlarla. Yuxarı qalxır. ***İqamətgahın ikinci mərtəbəsi. Rzaqulu xann qəbul otağınn qapısı. Qapı

önündə iki əli qalxan – nizəli əsgər durub. Onların yanında eşikağası dayanıb. Pilləkanlarla qalxan Məhəmməd Hüseyn xan kadra daxil olur. Eşikağası:

-Xoş gəldiniz, xan. Vəliəhd çoxdan sizi gözləyir. Eşikağası bu sözləri deyib öncə qapını döyür, sonra açıb içəri girir. Kadr

arxasından onun səsi eşidilir:-Xan, Məhəmməd Hüseyn xan gəlib.Eşikağası qapıdan çölə çıxıb xana deyir:-Buyurun, xan.Məhəmməd Hüseyn qapıya yaxınlaşır. ***Otağın içi. Rzaqulu xan qapıya yaxınlaşır. Mhəmməd Hüseyn xan qapıdan

içəri girir. Rzaqulu ona:-Haradasan? Səhərdən səni gözləyirəm.Məhəmməd Hüseyn xan:-Bağışlayın, xan, şəhərdə deyildim, bacım yola salırdım.Rzaqulu:Gəl, gəl, gəl...Xanlar birlikdə otağın bir guşəsində qoyulmuş kreslolara tərəf gedib otururlar. ***Iri planda görünən Rzaqulu xan davam edir:-Bu gün Əliqulu xan yanıma gəlmişdi. Deyəsən, əbəs yerə əndişələnmişik.

Onun atama məktub göndərmək fikri yoxmuş. Gəldi, iki əmi oğlu söhbət etdik, anlaşdıq.

***Ümumi plan. Məhəmməd Hüseyn xan: -Vallah, istənilən halda gəlməliydi. Gəlməsəydi, şübhə doğurardı. O ki qaldı

şaha məktub yazmaq istəyib – istəməməsinə, görünür, şəhər trk edənlərin üst – başlarının yoxlanılması onu qorxudub...

***Iri plan. Məhəmmd Hüseyn xan sözünə davam edir:

434

Page 435: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Amma fikrindən əl çəkib, ya çəkməyib, bunu ancaq Allah bilə bilər. Şəxsən mən buna inanaram. Rəhim sultan səhv edə blməzdi.

***Ekranda bir çay üsərində ucalan körpü görünür. kadr arxasında capar at

aaqlarının səsi eşidilir. At belində çapan Əhməd bəy kadra daxil olub çapa – çapa körpünü keçir.

***Yenidən otağın içi görüntülnir. Rzaqulu xan və Mhəmməd Hüseyn xan üz –

üzə durmuşlar. Rzaqulu xan:-Hissiyyata qapılıb tez – tələsik Əliqulu xanın adamlarnı vəzifədən almaqla da

səhvə yol vrdim. Sən demə, əmim oğlu onları təyin etməmşdən öncə atamla məsləhətləşibmiş. Şah bundan xəbər tutsa, məni bağışlamayacaq. Ah, Murad, Murad, haradasan? Kaş, sən burada olaydın. O burada olsa idi başıma bunlar da gəlməzdi.

***Səbzivar şəhərinin quş uçuşunda görüntüsü. Bu mənzərənin fonunda yazılır: “SƏBZİVAR. 1740 – CI İL” Yazı itir. ***Nadir şahın Səbzivardakı iqamətgah. Nadir taxtda oturub məktub oxuyur.

Məhəmməd xan Türkmən, Təhmasib xan Cəlair və məktubu gətirmiş Əhməd bəy şahın qaşısında ayaq üstə durmuşlar. Ümumi plan.

***İri planda görünənə şah. O, məktubu oxuduqca qəzəbləndiyi və halının

dəyişdiyi hiss olunur. ***Ümumi plan. Nadir əsəbi halda ayağa qalxıb qəzəbindən məktubu cırıq – cırıq

edir və otaqdakılara deyir:-Çölə çıxın, tək qalmaq istəyirəm. Hər kəs şaha baş əyir və ona arxa çevirməmək üçün geri addımlaya -

addımlaya kadrdan çıxır. Nadir əsəbi halda o yan – bu yana var gəl etməyə başlayır və əsəbi halda bağırır:

-Yaman məmə dağ çəkdin, Rzaqulu! O qayıdıb yenidən taxta əyləşir və əlləri ilə üzünü örtür:-Məhəmməd şah düz deyirdi, düz... *** EPİZODUN TƏKRARINadir şah və Məhəmməd şah döşəkçələrin üzərində baş – başa mütəkkələrə

söykənərək qarşılarında rəqs edən hind rəqqasələrini seyr edirlər. ***Rəqqasələrin öndən görüntüsü. Arxa planda hindli musiqiçilər görünür. ***Məhəmməd şah və Nadir şahın yaxından görüntüsü. Məhəmməd şah Nadir

şaha deyir:

435

Page 436: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Demək ki, Oğuz xanın, Çingiz xanın və Əmir Teymurun etdiklərini təkrar etmək fikrinə düşmüsən. İcazə versən, sənə bu barədə bir neçə söz demək istərdim.

Nadir:-O nə sözdür. Buyur, ixtiyar sahibisən.Məhəmməd şah-Bax, qardaşım, bu böyük xaqanlar böyük – böyük əraziləri bir bayraq altında

birləşdirməyi bacarsalar da, onların ölümlərindən sonra övladları onların səltənətlə-rini nəinki qoruyub saxlaya bilmədilər, əksinə bir – biri ilə çəkişib atalarnın mirasını parça – tikə etdilər...

***Məhəmməd şah iri planda görünür və davam edir: -...Onların səltənəti bir neçə yerə parçalandı. İskəndər Zülqərneynin də

səltənəti ölümündən sonra dörd hissəyə parçalanmışdı. Elə et ki, səndən sonra da eyni şey baş verməsin...

ERİZODUN SONU ***Ekranda yenidən əlləri ilə üzünü örtərək taxtda oturmuş Nadir şah canlanır. O,

əllərini üzündən çəki və ucadan Əhmd bəyi çağıır:-Əhməd bəy! ***Ekranda bir çay üsərində ucalan körpü görünür. kadr arxasında capar at

aaqlarının səsi eşidilir. At belində çapan Əhməd bəy kadra daxil olub çapa – çapa körpünü keçir.

***Ekranda geniş bir çöllük ərazidə, uzaqda at çapan süvari görünür. ***Süvarinin yaxından görüntüsü. Bu, Əhməd bəydir. ***Rzaqulu xanın iqamtgahı. Rzaqulu xan kresloda oturub iki ayrı arfada yunan

musiqisi ifa edən Mariya və Martanı dinləyir Ümumi plan. ***Ekranda iri planda Rzaqulu xan görünür. Onu üzünə bir istehza və yunan

musiqisinə aşağılaycı bir münasibət hissi hakimdir. Eyni zamanda, bu musiqinin onu artıq usandrmaq üzrə olduğu duyulur.

***İri planda vəliəhdi növbə ilə Marta və daha sonra Mariya əvəz edirlər. Onlarn

çaldıqları musiqidn sonsuz həzz aldıqları sezilir. Onların hr ikisi həzzdən gözlərini yummuşlar. Kadr arxasından rzaqulunun səsi eşidilir:

-Yetər, durun...Qızlar çalmağa ara verirlər. ***Ümumi plan. Rzaqulu xan davam edir:-...Bu nə musiqidir çalırsınız. Yuxum gəldi. Sizin bu rum musiqiləri çox

zövqsüzdür...Bu sözlər kənizləri təəccüblə bir – birinə baxmağa məcbur edir.

436

Page 437: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rzaqulu davam edir:-Gərək sizə xoca tutum, saz çalmağı öyrədim. Əlbəttə, bunların səsi

məlahətlidir, amma musiqiniz bir şey deyil. Saz çalmağı öyrənin, sonra bizim havaları öz alətlərinizdə çalın. Məncə bu daha yaxşı olar. İndisə yanıma gəlin.

Qızlar vəliəhdə yaxınlaşıb, hərəsi bir dizində oturur. Vəliəhd də onların döşlərini əlləşdirməyə başlayır. Lakin kadr arxasından eşidilən çoxsaylı at ayaqlarının və kşnərtilərinin səsi onu qızları özündən uzaqlaşdıraraq cəld ayağa qalxmağa, “bu nədir belə” – deyib eyvana tərəf üz tutmağa məcbur edir.

*** İqamətgahın eyvanı. Rzaqulu qapıdan eyvana daxil olur və əndişəli halda

aşağı baxır, at ayaq və kişnərti səsləri davam edir və kiminsə “nə baş verir. Nə istəyirsiniz?” – deyən səsi eşidilir.

***Eyvandan həyətin görüntüsü. Həyətə çox sayda atlı və piyada qızılbaş əsgəri

daxil olmuşdur. Onlardan bir qismi öz nizələrini irəli uzadaraq iqamətgah qoruyan keşikçiləri əhatəyə almışlar. Keşikçilər də öz növbəsində silahların yerə atmış və diz çöküb əllərini boyunlarının arxasına qoymuşlar. Həyətə at belində oturmuş Əliqulu xan daxil olur və o, başını qaldırıb eyvana (kameraya) tərəf baxır.

***Yenidən eyvanın görüntüsü ekrana gəlir. Zaqulu xan özünü itirmiş halda

yuxarıdan aşağı, əmisi oğluna (kameraya) tərəf baxır. O dikəlir və qapıya tərəf dönür.

***Rzaqulu xanın iqamətgahınn ikinci mərtəbəyə qalxan mərmər pilləkanları.

əliqulu xan tək pillələrlə yuxar qalxır. ***Otağın içi. Əliqulu xan qapıdan içəri girir və artıq qyaxınlaşmış əmisi oğlu ilə

üz –üzə gəlir. Rzaqulu xan əsəbi şəkildə soruşur:-Bu nə demkdir, Əliqulu?Əliqulu xan:-Bağışla, əmi oğlu, şahn əmridir. Səni ev dustağı etməm barədə məktub

göndərib. Bağışla, məndə heç bir günah yoxdur. Yazıb ki, o Məşhədə qaydana qədər səni evində dustaq edim, heç yerə buraxmayım.

***İri planda görünn və rəngi – ruhu qaçmış Rzaqulu xan dili dolaşa - dolaşa:-Ev dustağı? Məni? Axı, niyə? ***Ümumi plan. Əliqulu:-Ozünə gəl, gedək oturaq.İki əmioğlu kamerann müşayiəti ilə durduqları yedən kresloların yanına gedib

üz – üzə otururlar. Əliqulu:-Niyəsini mən də bilmirəm. Yəqin ki, vəzifə sahiblərini özbaşına

dəyişdirdiyinə görə. Çünki şah həm də hər kəsi vəzifəsinə qaytarmağı əmr edib. ***

437

Page 438: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rzaqulu xan iri planda görünür. Onu tər bürüyüb. O, üzünü yaylığı ilə silə - silə:

-Bu barədə ona sənmi xəbər göndərdin? ***Əliqulu xan ayağa qalxır, “İndi bunun nə əhəmiyyəti var ki?” – deyib qapıya

tərəf yönəlmk istəyir. Rzaqulu xan da ayağa qalxır:-Bir dəqiqə ayaq saxla. Atam Məşhədə nə zaman dönəcək?Əliqulu xan:-Bu, tezliklə olmayacaq. Çünki məndə olan məlumata görə Səbzivardan

Herata yola düşüb. Orada Türküstana yürüş etmək üçün hazırlıq işləri görməklə məşğul olmağı düşünür. Oradan da, gümün ki, İlbars xanın üzərinə gedəcək. Səmərqənddən öncə, yəqin ki, Xivə və Buxarını da ələ keçirmək istəyəcək. Bir sözlə, Məşhədə bir ildən tez dönməz.

Əliqulu xan bu sözləri deyib qapıya tərəf yönəlir. Rzaqulu xan isə atasınn tezliklə dönməyəcəyi xəbərindən bir qədər rahatlanaraq və dərindən köks ötürərək kresloya oturur.

***Səmərqəndin Gur Əmir kompleksinin görüntüsü. Yaxın planda hərəkətdə olan

karvan diqqəti çəkir. Bu mənzərənin fonunda yazılır: “SƏMƏRQƏND. 1740 – C İL”Yazı itir. ***İlbars xanın sarayınn bağçasındakı göl. Göldə üzən ördək və qu quşları. Suda

göl qırağına yaxınlaşan İlbars xanla arvadı Gövhər Xatunun əksi görünür. Əksdəki xan quşlara yem atır. Kadr arxasından uçaraq suya düşn yemlər quşları həmin tərəfə üzməyə sövq edir.

***Göl qırağında Gövhər Xatunla yanaşı dayanıb əlindəki yem qabından quşlara

yem dağıdan İlbars xan görünür. ümumi plan. Yandan görünüş. O, arvadına deyir:-Deməli, deyirsən ki, Məşhəddə əməli – başlı nifaq toxumu səpmisən. Yaxşı,

çox yaxşı. Məhəmməd xanla və qacar bəyləri ilə aparılan danışıqlar da davam edir...

***Xan və arvadının öndən orta planda görüntüsü. İlbars xan ara vermədən

davam edir:-...Məhəmməd xan Qacar təkliflərimizə yaxın durmasa da, Tehrandakı qacar

bəyləri, eləcə də Nadirin təyin etdiyi vergiləri verə bilmədikləri üçün qaçaraq türkmənlərə sığınmağa məcbur olmuş aşağıbaş qacarları ilə, deyəsən, dil tapa biləcəyik.

Xan əlindəki qabı üzü aşağı çevirib son dən dənələrinin də suya düşməsi üçün onun altın sol əli ilə döyəcləyir. İşini bitirdəkdən sonra geri dönür. Gövhər xatun da eyni şeyi edir.

***Göldən aralanmaqda olan ər və arvadın yandan görüntüsü. Ümumi plan. Xan

bir qədər susduqdan sonra deyir:

438

Page 439: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Amma bütün bu tədbirlər yetərli olacaqmı, bilmirəm. Nadir artıq Herata gəlib və Türküstana yürüşə keçmək üçün hazırlıq işlərinə başlayıb. Deyəsən, sonum yaxınlaşır.

Gövhər Xatun:-İnşallah, sən deyən kimi olmaz. Allah böyükdür, ondan ümid kəsilməz.

Ümidsizliyə qapanma. ***

Gecədir. Hər tərəfə gecənin qaranlığı çöküb. Ayın işığında rzaqulu xanın iqamətgahını əhatə edən uca daş çəpərin divarı gözə dəyir. Divar boyu asta – asta bir kölgə sürünməkdədir. Çox çəkmir kölgənin sahibi də kameranın obyektivinin əhatə dairəsinə daxil olur. Çətinliklə də olsa, onun rəhim Sultan olduğu sezilir. O, ucuna üçdişli qarmaq bərkidilmiş kəndiri başı üzərində fırladaraq divarın yuxarı tərəfinə doğru atır.

Son kadrların fonunda ekranda aşağıdakı yazı görünür və bir – iki saniyə sonra itir:

“MƏŞHƏD. 1740 – CI İL” ***Qala divarınn dişləri. Rəhim sultanın atdığı qarmaq dişlərə ilişir. Qarmağın

ucuna bərkidilmiş kəndir boş vəziyyətdən tarım vəziyyətə keçir və qarmaq iki dişin arasına pərçimlənir.

*** Rəhim Sultan kəndir vasitəsil yuxarı qalxır. Onun belindən asılmış gümüş

xəncər ay işığında bərq vurur. *** Divarın iç tərəfdən görüntüsü. Ay divar dişlərinin arasından görünür. Divarın

arxasından öncə rəhim Sultanın əli, sonra başı, ardınca gövdəsi, ən sonda isə ayaqları peyda olur. İşıq mənbəyi arxada olduğu üçün bütün bu görüntülər siluet şəklindədir. Siluetin hərəkətlərindən onun qarmağı qala dişlərinin bir tərəfindən ayırıb digər digər tərəfin pərçimlədiyi aydınlaşr. Bu hərəkətlərə paralel olaraq daşa sürtünən dəmir səsi gəlir. Həmin hərəkətlərdən Rəhim Sultanın kəndiri divarın bir tərəfindən yığaraq, o biri tərəfə saladığı da anlaşlır. Sonra isə siluetin öncə ayaqları, sonra gövdəsi, daha sonra isə başı və əlləri gözdən itir. 2 – 3 saniyə sonra onun yerə dəyən ayaq səsləri gəlir. ***

İqamətgahın ay işığında görüntüsü. Kadra daxil olan Rəhim Sultan divar boyu binanın ikinci mərtəbəsindəki eyvana uzanan üzüm ağacı ilə yuxarı qalxmağa başlayır. Eyvanın pəncrəsində işıq yanır.

***Eyvanın yaxından görüntüsü. Eyvana qalxıb cəld içinə hoppanan Rəim Sultan

görünür. O, hoppanarkən ehtiyatsızlıq edib yüngülcə səs salır. *** Eyvana açlan və işığı yanan otağın içi. Otaqda oturub çıraq işığında kitab

oxuyan Rzaqulu xan səsi eşidib cəld ayağa qalxır və divardan asılmış qılıncı və

439

Page 440: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

çrağı götürüb ehtiyatla eyvanın qapısına tərəf addımlamağa başlayır. Eyvandan pıçıltı eşidilir:

-Xan, narahat olmayın, mənəm, rəhim Sultandır.Rzaqulu:-Rəhim Sultan?Eyvandan gələn səs:-Hə, hə! Mənəm.Rzaqulu xan eyvanın qapısınn cəftəsini çəkir. Qapı açılır və Rəhim Sultan

içəri girir. O, qapın arxasınca örtür. ***Ekranda iri planda çırağın işığında üzü ətrafa nisbətən daha çox işıqlanan

Rzaqulu xan görünür və təəccüblə soruşur:-Məgər, sənə mənim yanıma sərbəst gəlib – getmək yasaqmı edilibmi ki, gecə,

xəbərsiz - ətərsiz, özü də eyvandan gəlmisən? ***İri planda Rzaqulunu əvəz edən Rəhim Sultan:-Təbii ki, qadağan edilməyib. Amma bu gecə, səhərə yaxın əmin oğlunun

kiraladığı iki qatil gizlincə otağna girib səni qətlə yetirməlidirlər. Sonra isə camaata sənin guya intihar etdiyin elan ediləcək...

***Ümumi plan. Rəhim Sultan davam edir.-...Gəlmişəm səni qaçıram. Məhəmməd Hüseyn xan müvəqqəti gizlənmən

üçün gizli bir otaq da hazırlayıb. Sonra fürsət tapıb sənin şəhərdən çıxmağına kömək edəcəyik..

Rzaqulu:-Bəs, sonra?Rəhim Sultan:-Nə sonra? İndi sonrasını düşünmək vaxtıdır? Sonrasını sonra düşünərik.

Indisə tələsmək lazımdır. ***Rzaqulu xan iri planda görünür. Üz – gözündən onun deyilənlərə şübhə ilə

yanaşdığı sezilir. O soruşur:-Kiralıq qatillərin iki nəfər olacağnı söylədin? ***İri planda vəliəhdi Rəhim Sultan əvəz edir. O, Rzaqulu xann onun sözlərinə

şübhə ilə yanaşdığını başa düşur və bu səbəbdən də səsi titrəməyə başlayır:-Bbbbəli... İki nəfər olacaqlar. ***Ümumi plan. Rzaqulu xan qılıncının ucunu Rəhim Sultanın boğazına dirəyir:-Əgər sən deyən kimidirsə, nədən Əliqulu xan qılıncımı və xəncərimi

müsadirə etdirməyib. Məgər əmim oğlu bilmirmi ki, mən təkbaşına iki nəfərin yox, on nəfərin cavabını verməyə qadirəm. Doğrusunu söylə, köpək, bura gizli gəlməkdə və məni buradan qaçırmağa çalışmaqda məqsədin nədir?

***

440

Page 441: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Rəhim Sultan yenidən iri planda görünür. Onun qorxudan rəngi ağarıb, o, tir – tir titrəyir. Nə isə demək istəsə də dili ağzı – quruduğundan anlaşılmaz səslər çıxarır.

***İri planda Rəhim Sultanı vəliəhd əvəz edir. O, əsəbdən əsir:-Elə bilirsən, başıma gələnlərin sənlə Məhəmməd Hüseyn xanın qurğusu

olduğunu anlamamışam. İndi sənin başını bədənindən ayırıb, hər kəsə desəm ki, məni qətlə yetirməyə gəlmişdin, mənə inanarlar, ya yox?

***Ümumi plan. Rzaqulu xan həmsöhbətindən bir qədər aralanıb sol əlindəki

çırağı divardan asır. Qılıncın boğazından çəkildiyini görən və rahat nəfəs alan Rəhim Sultan özünə gəlir və vəliəhdin ayağına düşüb yalvarmağa başlayır:

-Bağışlayın, xan, bir qələtdir eləmişəm. Məni uşaqlarıma bağışlayın, balalarımı yetim qoymayın.

Kadr arxasından ayaq səsləri və açılan qapı səsi eşidilir. Otağa əlavə işıqlar düşür. Rzaqulu xan başını səs və işıq gələn tərəfə baxır.

*** Rzaqulunun baxdığı tərəf. Açıq qapıdan içəri əllərində məşəl və qılınclar olan

dörd keşikçi girib. ***Yenidən Rzaqulu xan və ayaqlarına düşmüş Rəhim Sultan görünürlər. Vəliəhd

keşikçilərə:-Hamınız çölə çıxın!Kadr arxasından addım səsləri və örtülən qapı səsi gəlir. Xan:-Ayağa qalx, küçük!Rəhim Sultan cəld ayağa qalxır. Rzaqulu xan onun xəncərini çxarıb kənara

atır. Kadr arxasından mərmər döşəməyə düşən metal səsi eşidilir. Vəliəhd:-Balalarınnın yetim qalmasını istəmirsənsə, hər şeyi olduğu kimi danış! ***Ekranda qaranlıq göy üzü, ay və ulduzlar görünür. Bu mənzərəni üfüqdən

yenicə boylanmağa başlayan günəşi əks etdirn kadrlar əvəz edir. Kadr arxasından xoruz banları eşidilir.

***Rzaqulu xanın otağının qpısının arxadan görüntüsü. Astanada durmuş

keşikçilər əli qılınclı vəziyydə hər an içəri girməyə hazır vziyyətdə durmuşlar. Hava işıqlandığından divardakı məşəllər və çıraqlar söndürülmüşdür. Qapı açılır və qapıda Rəhim Sultanın yaxasından tutaraq onu qapının önünə gətirən Rzaqulu xan görünür. Vəliəhd Rəhim Sultanı çölə, keşikçilərin üstünə itələyib deyir:

-Bu köpəyi aparın Əliqulu xanın yanına və deyin ki, o, məni öldürmək istəyirdi.

Keşikçilər Rəhm Sultanı dərhal qamarlayırlar. O, isə yalvarmağa başlayır:-Qurbanın olum, xan, keç günahımdan. Allah şahiddir ki, məni Məhəmməd

Hüseyn xan yoldan çıxartdı.

441

Page 442: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Keşikçlərdən ikisi Rəhim Sultanın əllərini arxasına buraraq onu kadrdan çxarırlar. Rzaqulu xan da otağa keçib qapını örtür. Kadr arxasından Rəhim Sultanın çığırtısı eşidilir:

-Vəliəhd yalan söylyir, mn onu öldürmək yox, əsirlikdən xilas etmək istəyirdim.

***Ekranda şəhər bazarı görünür. Ümumi plan. Burada şıdırğı alver gedir. Adm

əlindən iynə atmağa yer yoxdur. Səs – küydən ağız deyəni qulaq eşidmir. Kadr arxasından kiminsə çığırtısı eşidilir:

-Ay camaat, mənə qulaq asın!!!Bir saniyənin içində ətrafa tam sükut çökür. Hər kəs səs gələn tərəfə dönür və

yerində donur. Kadr arxasındakı səs yenidən eşidilir:-Ey, Məşhəd əhli!... ***Ekranda camaatın əhatəsində böyük bir çəlləyin üstünə qalxıb ayaq üstə

durmuş bir gənc durub. O camaata ucadan səslənir:-Ay camaat, bu gecə vəliəhd Rzaqulu xana sui – qəsd cəhdi olub.Bu sözlər uğultuya səbəb olur. Kütlədən eşidilən bir səs:-Vəliəhd sağdırmı?Gənc:-Bilmirəm...Bu cavab daha böyük uğultuya səbəb olur. ***Gənci dinləyən kütlə ekrana gəlir. Kadra arxasından gəncin səsi eşidilir:-Birlikdə gedib şəhər hakimindən vəliəhdin halını soruşmaq lazımdır.Haradansa peyda olan əsgərlər camaatı yara – yara gəncə tərəf irəliləməyə

başlayırlar. ***Ekranda yenidən camaatın əhatəsində böyük bir çəlləyin üstünə qalxıb ayaq

üstə durmuş gənc canlanır. O camaata yenidən ucadan səslənir:-Əgər vəliəhdin başından bir tük əskik olsa...Camaatın arasından çıxaraq hər tərəfdən onun üstünə şığıyan və çəlləkdən

endirərək əl – qolunu burmağa başlayan əsgərlr ona sözünü deməyə imkan vermirlər. Kütlənin içindən kimsə çığırır:

-Buraxın onu, alçaqlar!Bu sözlər camaatın hərəkətə keçərək əsgərləri yumruqlaması üçün, sanki, bir

siqnal olur. Qarmaqarışıqlıq yaranr. ***Məşhədin geniş küçələrindən biri ilə irəliləyən hiddətləmiş kütlə. Kütlənin

önündə təhrikçi gənc gedir. Yuxarıdan görüntü. Kütlə dörd yola çatır. Burada ona sağdan və soldan gələn başqa qalabalıq dəstələr qrışır.

***Əliqulu xanın iqamətgahı. Burada Əliqulu xan, Məhəmməd Hüseyn xan və

Rəhim Sultan ayaq üstə durmuşlar. Sonuncu iki nəfər günahkarcasına başlarını yerə sallaçışlar. Şəhər hakimi əsəbi halda Məhəmməd Hüseyn xana deyir:

442

Page 443: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Kiçik bir işin öhdəsindən də gələ bilmədiniz, hər şeyi korladınız. Bu qədər də əbləhlikmi olar? İndi nə edim? Rəhim Sultanı zindana saldırmaqdan başqa əlac yoxdur. Gecələrin birində onun zindandan qaçmasına imkan yaradarıq. Pulla da təmin edərik, hara istəyir getsin.

Kadr arxasından qalabalığın səsi gəlməyə başlayır. Müsahiblərin hər üçü təəccüb və heyrətlə bir – birilərinə baxırlar. Əliqulu xan “bu nə səs – küydür?” – deyib eyvana tərəf addımlayır.

***Əliqulu xanın iqamətgahının çölə açılan eyvanı. Səs – küy qulaqbatıracaq

dərəcədə artmışdır. Eyvanda Əliqulu xan peyda olur və aşağı baxır. ***Eyvandan küçənin görüntüsü. Küçə iynənin düşməyinə yer olmayacaq bir

şəkildə başdan – başa adamla doludur. Əli nizəli keşikçilər nizələrini irəli uzadaraq ketlənin iqamətgaha yaxınlaşmasının önünü almağa çalışırlar.

***Ekranda ön planda kütlə (arxadan) və arxa planda eyvanda durmuş Əliqulu

xan görünür. Xan əlini yuxarı qaldırır və ətrafa sükut çökür. ***Eyvanda durmuş xanın yaxından görüntüsü. O, kütləyə müraciətlə:-Nə olub, nə istəyirsiniz? ***Eyvandan kütlənin ön sıralarının görüntüsü. Kütləni hərəkətə gətirmiş gənc

ucadan deyir:-Biz vəliəhdi görmək istəyirik. Onun başına nə gətirmisiniz. ***Ekrana yenidən eyvanda durmuş Əliqulu xan yaxından görüntülənir. O:-Vəliəhd sağ – salamatdır və öz iqamətgahındadır.Kadr arxasından kütlənin yenidən səsbatıran uğultusu eşidilir. ***Eyvandan coşmuş narazı kütlənin panoram görüntüsü. Uğultu davam edir.

“Yalan deyirsən”, “Sənə inanmırıq”, “Vəliəhdi görmək istəyirik” kimi ayrı –ayrı cümlələr eşidilir.

***Ekranda yenidən ön planda kütlə (arxadan) və arxa planda eyvanda durmuş

Əliqulu xan görünür. Xan yenidən əlini yuxarı qaldırır və yenə də ətrafa sükut çökür.Əliqulu xan deyir:

-İnanmırsınızsa, gəlin birlikdə gedək və vəliəhdi öz gözlərinizlə görün. Gözləyin, gəlirəm.

Xan bu sözləri deyib, gözdən itir. ***İqamətgahın giriş qapısı. Qapının önü əli tüfəngli əsgərlərlə doludur. Onların

hamısının əli tətikdədir. Başlarında Əhməd bəy durub. Qapı açılır və Əliqulu xan qapıdan çıxır və dərhal da əsgərlərin üstünə bağırır:

-Endirin silahları aşağı!Xan Əhməd bəyə yaxınlaşıb yavaşdan:

443

Page 444: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Onların hər ikisini həbs et, cəllada de, başlarını kəsib nizəə keçirsin və qala divarlarından assın!

Əhməd bəy etiraz etmək istəyir:-Xan, başna dönüm, axı...Xan onun sözünü kəsir:-Nə deyirəm, onu da et!Hakim bu sözləri deyib, irəli, kütləyə tərəf addımlamağa başlayır. ***İrəliləməkdə olan Əliqulu xann arxadan görüntüsü. Arxa planda kütlə və onun

qarşısını almış keşikçilər görünür. Xanın yaxınlaşmasını görən keşikçi və kütlə yana çəkilib hakimə yol verirlər. xan əli ilə keşikçilrə çıxıb getmələrini işarə edir. Keşikçilər hərəkətə gəlib kadrdan çıxırlar. Kütlədən tez –tez təkrarlanan “Əliqulu xana yol verin” sədaları eşidilir. Xan onun üçün açılan yolla kütlnin içinə girib gözdən itir.

***Məşhədin geniş küçələrindən biri ilə əks istiqamətdə irəliləyən və artıq

sakitləşmiş kütlə. Kütlənin önündə Əliqulu xan və təhrikçi gənc gedirlər. Yuxarıdan görüntü. Kütlə dörd yola çatır və oranı keçir. Bir qədər irəlilədikdən sonra kütlədən kimsə şüar verir:

-Vəliəhdimiz, çox yaşa!Bu hər kəsin müəyyən ritmə uyğun olaraq həmin şüarı dönə - dönə

təkrarlamasna səbəb olur. ***Irəliləməkdə olan kütlənin ilk sıralarının öndən görüntüsü. Hər ks yumruğunu

yuxarı qaldırıb, yorulmadan və fasiləsiz həmin şüarı təkrarlayır. ***Rzaqulu xanın iqamətgahı. Rzaqulu kresloda əyləşib kitab oxumaqla

məşğuldur. Kadr arxasından, uzaqdan yaxınlaşmaqda olan kütlənin səsi eşidilməyə başlayır. Vəlihd gözlrini kitabdan çəkib qulaqlarını şəkləyir və bunun nə səs olduğunu anlamağa çalışır. Səs yaxınlaşdıqca “Vələhdim, çox yaşa!” şüarlarını seçir. Bu, xanın cəld ayağa qalxmasına, kitabı rəfə qoymasına və heyrət içində eyvana doğru addımlamasına səbəb olur.

***Məşhədin geniş küçələrindən biri ilə irəliləməkdə davam edən və şüarlar

səslndirməyə ara verməyən kütlə. Kütlənin önündə əvvəlki kimi Əliqulu xan və təhrikçi gənc gedirlər. Kütlə döngəyə çatır və vəliəhdin iqamətgahının yerləşdiyi küçəyə dönür.

***Vəliəhdin iqamətgahınn çölə açılan eyvanı. Səs artıq çox yaxından gəlir.

Rzaqulu xan eyvanda durub təəccüb, heyrət və sevinc qarışıq bir hislə nə olacağını gözləyir.

***Eyvandan iqamətgahın həyətinin və həyətin çəpərinin arxasından küçənin

kadra düşən bir parcasının görüntüsü. Kütlə küçəni doldurur və insanlar Rzaqulunu

444

Page 445: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

görüb şüarı sevinc nidaları ilə əvəz edirlər. Həyətə Əliqulu xanla gənc daxil olurlar və bura yeləşə biləcək qədər insan həyətə dolur.

***Vəliəhdin iqamətgahınn çölə açılan eyvanı. Kadr arxasından qulaqbatıran

sevinc hayqırtıları eşidilir. Nəyin baş verdiyini artıq dərk etməyə başlayan Rzaqulu xan əlini ürəyinin başına döyəcləməklə xalqı salamlayır və ona öz minnətdarlğını bildirir. Eyvanda Əliqulu xan görünür. O, əmisi oğluna yaxınlaşır, onun əlindən tutub yuxarı qaldırır və kütləyə birlik və bərabərlik görüntüsü verməyə çalışır. Bu, kütləni daha da coşdurur. Bndan sonra hakim vəliəhdin əlini aşağı endirir. Öz əlini yuxarı qaldıraraq kütlənn susmasın gözləyir. Nəhayət, ortaya sükut çökür. O, kütləyə müraciətlə deyir:

-Gördüyünüz kimi, vəliəhd sağ və salamatdır. Ona qsd təşkil edənlərin isə başlarının bədənlərindən ayrılması və qala divarlarına taxılması barədə əmr vermişəm və bu gün hər kəs onların nizəyə taxılmış başlarını öz gözləri ilə görəcəkdir.

***İqaməgahın önünə toplaşmş qalabalq. Bu xəbər camaatda razılıq yaradr və

kütlə yenidən coşur. ***Yenidən eyvanda durmuş iki əmi oğlu görünür. Əliqulu xan yenidən əlni

yuxarı qaldırır. Bir neçə saniyə sonra yenidən ortaya sükut çökür. Hakim şəhərlilərə müraciətl deyir:

-İndisə hər kəs öz iş – gücünə qayıtsın.Kadr arxasından yenidən “Vəliəhdim çox yaşa!” şüarları eşidilməyə başlayr.

Xanla eyvanı tərk edirb otağa keçirlər. ***Ekranda şüar verə - verə dağılaşmaqda olan insanlar görünür. ***Rzaqulunun otağının içi. Xanlar kreslolara yaxınlaşıb üz – üzə otururlar.

Rzaqulu:-Camaata söylədiklərin doğrumudur? ***Əliqulu iri planda görünür və deyr:-Şübhəmi edirsən? Məhəmməd Hüseyn xan və Rəhim Sultanın başları əgər

hələ kəsilib nizəyə taxılmayıbsa, demək, bir neçə dəqiqə sonra kəsiləcək, nizəyə keçirilib qala divarında sərgiyə qoyulacaq. Bu barədə artıq əmr vermişəm. Əmin ola bilərsən.

***Iri planda hakimi vəliəhd əvəz edir. O, istehza ilə deyir:-Şahidləri təcili məhv edirsən ki, əleyhində şəhadət verməsinlər? ***Yenidən iri planda görünən Əliqulu xan bu sözlrdən özünü itirir, bir – iki dəfə

udqunduqdan sonra özünü ələ alır:-O nə sözdür, əmi oğlu, bu fikir başına necə gələ bilər? ***

445

Page 446: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ümumi plan. Rzaqulu xan:-Rəhim Sultan hər şeyi mənə danışdı. Birlikdə mənə necə qurğu qurduğunuzu,

ona inanıb qaçmağa qərar versəydim, Məhəmməd Hüseyn xanla məni qətlə yetirib arxa atmağı necə birlikdə qərara aldığınızı bircə - bircə anlatdı. Elə bilirsən ki, ondan sonra sənə sədaqətmi göstərəcəkdilər? Bədbəxt, məni sənin qətlə yetirdiyin barədə şaiyə yayıb camaatı və ordunu üstünə qaldıracaq və mənim ardımca da səni zərərsizləşdirəcəkdilər. Və hər şeyi də ikilikdə artıq hazırlamışdılar. Bunu da o söylədi.

Əliqulu xan nə edəcəyini bilmir:-Bağışla, əmi oğlu, amma səni aldadıblar, yalan söyləyiblər.Rzaqulu xan əsəblə:-Ayağıma qapanıb üzr diləmək əvəzinə məni sadəlövhlükdə suçlayır və

utanmadan yalan söyləyirsən... ***Vəliəhd iri planda görünür və davam edir:-...Amma xəbərin yoxdur ki, bütün bu toru quran əslində sən yox, İlbars

xandır. Bu tor da təkcə mənim üçün yox, hər ikimiz üçün toxunub. İlbars xanın zövcəsi və Məhəmməd Hüseyn xanın bacısı Gövhər Xatunun Məşhədə sadəcə ziyarətəmi gəldiyini düşünürsən?

***Ümumi plan. Əliqulu xan “Bağışla, amma sən artıq sayıqlayırsan, səninlə

danışmağın heç bir mənası yoxdur” – deyib qapıya tərəf yönəlir və kadrdan çıxır. Rzaqulu xan isə eyvana tərəf yönəlir. Kameranın obyektivi onu müşayiət edir. Vəliəhd eyvanın qapısında keçib otağı tərk edir.

***Məşhəd şəhərinin qala divarının bir hissəsi və ona bitişik ərazi. Çammat

həmin əraziyə yığışıb qala divarına bərkidilmiş iki nizəyə keçirilmiş başlara tamaşa edir.

***Rəhim Sultan və Məhəmməd Hüseyn xanın nizəyə taxılmış kəsik başları

yaxından görüntülənir. ***Vəliədin iqamətgahının həyət darvazasının çöldən görüntüsü. Əhməd bəy

darvazanın yannda durub Əliqulu xann çıxmasını gözləyir. Darvazanın sağında və solunda iki çiynindən tüfəng asılmış əsgər diqqəti çəkir. Hakim darvazadan çıxır və Əhməd bəyi görüb soruşur:

-Sən burada nə edirsən? Əmrimi yerinə yetirdinmi?Əhməd bəy:-Bəli. Burada olmağımın səbəbi isə sizə gətirdiyim xəbərdir.Bu an kadra iki əsgər daxil olur. Onlar xanın və bəyin atlarını iplərindən

çəkərək gətirirlər. Əliqulu xan və Əhməd bəy ata minirlər. Əsgərlər gedirlər. Xan soruşur:

-Xəbər? Yəni bu qədər təcili xəbərdir? Pisdir, yaxşı?Bəy:-Çox pisdir, xan.

446

Page 447: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Atlılar söhbətlərinin başqaları tərəfindən eşidilməməsi üçün darvazanın önündən aralanırlar.

***Küçə ilə at belində gedən xan və bəyin öndən görüntüsü. Əhməd bəy deyir:-Ordu üsyan edb, şəhəri mühasirəyə alb. Əmirlər sizə tabe olmayacaqlarını,

yalnız vəliəhdin əmrlərini yerinə yetirəcəklərini söyləyirlər. ***Yandan görüntü. Ümumi plan. Bu sözlər Əliqulu xanı qəzəbləndirir. O, atına

bir qırmanc vurub çapmağa başlayır. Əhməd bəy də eyni şeyi edir. *** Qala bürcünə qalxan daş pilləkanlar. Əliqulu xan və Əhməd bəy at belində

çapa – çapa kadra daxil olub, atlarını ələyirlər, atdan enib cəld pilləkana tərəf hərəkət edir və pillələri sürətlə qalxmağa başlaırlar.

***Qala bürcü. Orada durmuş iki əli qalxan və qılınclı əsgər ayaq səslərini

eşidib piləkana tərəf çevrlirlər və pillələrlə qalxan Əliqulu xan və Əhməd bəyi görüb kənara çəkilirlər. Xan və bəy bürc qalxıb onun çölə tərəf olan hissəsinə yaxınlaşırlar və çölə baxmağa başlayırlar.

***Qala ətrafının bürcdən görüntüsü. Topları atəş mövqelərinə çəkən əsgərlər

və çox sayda hərbi çadır diqqəti çəkir. ***Bürcün üstü. Əliqulu xan əsəbi halda deyir:-Lənət olsun! (üzünü keşikçilərə tərəf tutur) Qapların mühafizəsi təmin

edilibmi?Keşikçilərdən biri:-Xeyr. Qapılar açıqdır və əmirlərdən ikisi 2500-ə yaxın atlı ilə içəri daxil

olublar, dəqiq bilmirik, deyilənə görə, sizin iqamətgahı və digər dövlət idarələrini mühasirəyə alblar.

Əliqulu xan sərt baxışlarını Əhməd bəyə tərəf çevirir:-Bu doğrudurmu?Əhməd bəy:-Bilmirəm, xəbərim yoxdur.Xan cəld pilləkanlara yaxınlaşıb aşağı enməyə başlayır. Əhməd bəy də onu

təqib edir. ***Əliqulu xanın iqmətgahının kənardan görüntüsü. İqamətgahın ətrafı silahlı

süvari əsgərlərlə əhatə olunmuşdur. ***İqamətgahın həyəti. Həyətin bir küncündə şəhər hakiminin keşikçiləri

silahsızlandırılmış və əl –qolları bağlı halda, koma şəklində oturmuşlar. İki silahlı piyada tüfəngçi onların başlarında durub, qımıldanmalarına belə imkan vermirlər. Kameranın obyektivi tədricən digər küncə tərəf çevrilir. Orada ona yaxın əsgər qollu – budaqlı tut ağacından tut dərib yeməklə məşğuldurlar.

447

Page 448: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Məşhədin küçələrindən biri ilə iki ordu əmirinin başçılığı ilə irəliləyən çox

sayda atlı əsgər görünür. ***Atlılar vəlihdin iqamətgahının yerləşdiyi küçəyə tərəf dönərək iqamətgah

istiqamətində sürətlə rəliləyirlər və nəhayət iqamətgahın həyət qapısına çatırlar. Əmirlər atdan enib həyətə daxil olurlar.

***Həyətin içdən görüntüsü. Əmirlər içəri daxil olurlar və dərhal da diqqətlərini

eyvanda durmuş Rzaqulu xan çəkir. Onlar aşağıdan yuxarıya xana təzim edirlər. Eyni zamanda da 10 – a yaxın nizəli keşikçi onların qarşısını kəsirlər.

***Eyvanda durmuş vəliəhd keşikçilərə səslənir:-Buraxın, gəlsinlər. ***Əmirlərin qarşısnı kəsmiş keşikçilərdən biri üzünü yuxarı tutur:-Bağışlayın, xan, şəhər hakiminin icazəsi olmadan bunu edə bilmərik. Halı belə görən əmirlərdən birincisi üzünü yuxarı tutur:-Xan, icazə verin, bu küçüklərin dərsini verək. ***Eyvanda durmuş Rzaqulu xan:-Verin, amma qan tökməyin. ***Həyətin görüntüsü. Qapıdan içəri girən 20 – yə yaxın tüfəngli tüfənglərini

keşikçilərə tərəf tuşlayırlar. Onlardan biri əmr verir:-Atın silahları yerə!Keşikçilər əmrə tabe olub nizə, qalxan və bellərindəki qılınclarını yerə

atırlar. Birinci əmir bir qədər əvvəl Rzaqulu xana cavab qaytarmış keşikçiyə bir yumruq vurub onu yerə sərir:

“Qurban olasan vəliəhdimizə, yoxsa, sənin o yekə - yekə danışan dilini kökündən qoparardım, alçaq.

Əmirlər binaya daxil olurlar. ***Daşdan hörülmüş alcaq və dar yeraltı gizli yol. Əliqulu xan və Əhməd bəy

əllərində məşəllər gizli yolla şəhərdən qaçırlar. Əhməd bəy xana müraciətlə deyir:-Tələsin, xan, birazdan sizi axtarmağa başlayacaqlar. Cəld şəhərdən

uzaqlaşmalıyıq. ***Göl qırağında sıx ağaclıq və kolluq bir yer. Göl qırağında, ağacların

budaqları altında boş bir avarlı qayıq və kolların arxasında gizli yolun kərpicdən hörülmüş çıxışı dqqəti çəkir. Çıxışdan çölə çıxan Əhməd bəy və Əliqulu xan dərhal qayığı suya itələyir, ona minirlər. Bəy avar çəkməyə başlayır.

***

448

Page 449: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Məşhədin küçələrindən biri ilə irəliləyən süvarilər. Öndə Rzaqulu xan və əmirlər gedirlər. Küçə boyu düzülmüş insanlar təkrar – təkrar “Vəliəhdimiz çox yaşa!” şüarını səsləndirirlər.

***Gölün qarşı tərəfingəki sıx qamışlıq. Hava yenicə qaralmağa başlayır.

Qamışlığın arasından, zorla da olsa, qayığın ucu görünür. Kadr arxasından qurbağaların çıxartdığı səslər eşidilir.

***Qamışlığa bitişik quru sahəsi. Əliqulu xan burada qamşların arasında bir

daşın üstündə tək oturmuşdur. O, əli ilə bədəninin açıq hissələrinə qonub qanını soran ağcaqanadları öldürmklə məşğuldur. Üz – gözündən düşdüyü vəziyyətin üzüntüsü açıq – aydın sezilir. Kadr arxasından at ayaqlarının səsi eşidilir. Xan ayağa qalxıb qamışların arasından səs gələn tərəfə bolanır.

***Qamışların arasından xanın baxdğ tərəf. Əhməd bəy türkmən paltarında, at

belində qamışlığa tərəf yaxınlaşır. Onun atınn yəhərinə başqa bir atın ipi bağlanmışdır.

***Qamışlığın qarşı tərəfdən görüntüsü. Əliqulu xan qamışlıqdan çıxır. Kadra

daxil olan Əhməd bəy atdan düşmədən xurcunu götürüb xana uzadır və deyir:-Xan, libasınzı dəyişin.O bu sözləri deyib kadrı əks tərəf tərk edir. Onun dalınca ikinci at da kadrı

tərk edir. Əliqulu xan xurcundan türkmən papağı və paltar çıxarıb xurcunu yerə qoyur və paltarlarla birlikdə qamışların arasına girir.

***Məşhədin bazar meydanı. Hava alaqaranlıqdır. Camaat carçı və təbilçinin

ətrafına toplaşmışdır. Təbilçi təbili üç dəfə döyür. Carcı onun ardınca ucadan deyir:-Eşitdik, eşitmədik deməyin, vəliəhd Rzaqulu xan Əfşarın əmridir! ***Ekranda təbilçi və carçı yaxından görünürlər. Orta plan. Təbilçi yenə də

təbilini üç dəfə döyür. Ardınca carçı car çəkir:-Şəhər hakimi Əliqulu xan vəliəhdə uğursuz sui – qəsd təşkil edəndən sonra

qaçıb gizlənibdir. Bu sözlər kütlənin uğuldamasına səbəb olur. Təbilçi yenə üç dəfə təbil

döyür, araya sükut çökür və ardınca carçı deyir:-Əliqulu xanln yerini xəbər verənə vəliəhd tərəfindən 100 qızıl nadiri və bir

axaltəkə atı hədiyyə ediləcəkdir ***Hava artıq qaralıb. Ay işığında türkmən geyimli iki nəfər çaparın silueti

görünür. ***Öküz (Amu – Dərya) çayının sahili. Burad çox sayda çadır qurulub. Top

yüklü atsız və öküzsüz arabalar yan - yana düzülmüşdür. Iki tüfəngli əsgər o yan – bu yana var – gəl edərək topların keşiyini çəkirlər. Kadr axasından təbil və zurna səsləri gəlir.

449

Page 450: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Çadırların fonunda dövrə vurub rəqs edən dostlarına tamaşa edən və əl çalan

qızılbaş əsgərləri ekrana gəlir. ***Rəqs edənlərin yaxından görüntüsü. Bu mənzərənin fonunda yazılır:“1740 – CI İLDƏ NADİR ŞAH HERATI TƏRK EDİB,

AZƏRBAYCAN SƏLTƏNƏTİ İLƏ TÜRKÜSTAN ARASINDA SƏRHƏD OLAN, TÜRKLƏRİN “ÖKÜZ” ADLANDIRDIQLARI AMU – DƏRYA ÇAYININ QƏRB SAHİLİNƏ YETİŞDİ. O, ƏSGƏRLƏRİNƏ BURADA ÇADIRLAR QURUB İSTİRAHƏT ETMƏYİ TAPŞIRDI. MƏŞHƏDDƏ BAŞ VERƏN YENİ VƏ ÜRƏK AÇMAYAN HADİSƏLƏR BARƏDƏ DƏ BURADA XƏBƏR TUTDU.”

Diktor ekranda yazılanları oxuyur. Musiqi səsi diktorun səsinin aydın eşidilə biləcəyi həddə qədər azalır.

*** Nadir şahın çadırı. Şah bikef halda taxtında oturub. Məhəmməd xan

Türkmən və Təhmasib xan Cəlair onun qarşısında durub onun nə deyəcəyini gözləyirlər.

***İri planda ekrana gələn və qannın son dərəcə qara olduğu sezilən şah

gözlərini bir nöqtəyə dikmişdir. Qulaqlarnda Hindistan hökmdarı Mhəmməd şahın sözlri cingildəyir və həmin sözlər Məhəmməd şahın səsi ilə kadr arxasından eşidilir:

-Demək ki, Oğuz xanın, Çingiz xanın və Əmir Teymurun etdiklərini təkrar etmək fikrinə düşmüsən. Bax, qardaşım, bu böyük xaqanlar böyük – böyük əraziləri bir bayraq altında birləşdirməyi bacarsalar da, onların ölümlərindən sonra övladları onların səltənətlərini nəinki qoruyub saxlaya bilmədilər, əksinə bir – biri ilə çəkişib atalarnın mirasını parça – tikə etdilər.

Səs bitir. Şah, nəhayət, ağır – ağır deyir:-Artıq ikinci, hətta əgər Türküstandakı özbaşnalğını da əlavə etsək, üçüncü

dəfədir ki, oğlum mənə arxadan zərbə vurur. Nə edəcəyimi də bilmirəm. ***Ümumi plan. Məhəmməd xan Türkmən:-Şahım, bütün şüurlu həyatımı sizə sədaqətlə qulluq etmişəm, ən sevincli və

ən kədərli anlarınızda yanınızda olmuşam, sevincinizə - kədərinizə şərik çıxmışam. Hər dəfə də hər şeyi mənimlə məsləhət etmisiniz. Odur ki, indiki halda da söz haqqına sahib olduğumu düşünürəm. Əgər qəzəblənməyəcəksinizsə, sizə bir söz demək istəyirəm.

Nadir şah:-Burada olmağınızın səbəbi də elə budur da. Məsləhətə çox ehtiyacım var.

Söylə! ***İri plan. Məhəmməd xan:-Şahım, cəsarətimə görə çox – çox üzr istəyirəm, amma əgər Əhməd bəy

Əliqulu xandan sizə məktub gətirdiyi gün bizi özünüzdən kənar etməyib, sadiq

450

Page 451: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

qullarınızla məsləhət – məşvərət etmiş olsaydınız, tələm – tələsik qərar verməsəydiniz bunların heç biri baş verməzdi...

***Ümumi plan. Xan sözünə davam edir:-...Onda sizin vəliəhdi yanınıza çağırb onu da dinləməniz lazım idi. Nə baş

verdiyini araşdırmanız lazım idi. Sizsə araşdırmadan, oğlunuzu dinləmədən onun ev dustağı olmasına qərar verdiniz. İndi yenə də onu dinləmədən, nə baş verdiyini sona qədər araşdırmadan qərar verməyin. Xəbər göndərin, yannıza çağırın.

Bu sözlər Nadir şaha, sanki, bir ümid və güc verir. O, yerindən qalxır və çadırda var – gəl etməyə başlayır. Ayaq saxlayım Məhəmməd xana baxr və deyir:

-Doğru söyləyirsən. Belə isə Məşhədə get, Rzaqulu ilə görüş, onun, tabeliyindəki 12 min əsgərlə birlikdə Türküstan səfərində yanımda olmasını istədiyimi söylə.

Məhəmməd xan Türkmən:-Mənim bu qara gözlərim üstə!Kadr donur və onun fonunda yazılır:

" Xl SERİYANIN SONU "***

Xll seriya XƏYANƏT ***Məşhədin küçələrindən biri. Məhəmməd xan Türkmən at belində irəliləyr.

Onu 4-5 qızılbaş geyimli atlı müşayiə edir. Atlılar onlara yol vermək üçün divarlardan birinə qısılmış iki şəhər sakinini yanndan ötürlər. Ötərkən şəhərlilər xana təzim edirlər. Bu mənzərənin fonunda yazılır:

“MƏŞHƏD, 1740 – CI İL” ***Əliqulu xanın iqamətgahının qarşısı. Əliqulu xan əyan - əşrəfi və nökərləei ilə

birlikdə Məhəmməd xanı qarşılamaq üçün iqamətgahın qarşısında durmuşlar. ***İqamətgahın həyət darvazasının iç tərəfdən görüntüsü. Məhəmməd xan onu

müşayiət edənlərlə, at belində içəri daxil olurlar. Nökərlər cəld yaxınlaşıb atların iplərindən tuturlar, xan və adamları yerə enirlər. Nökərlər atları çəkib aparır. Xan irəliləməyə başlayır. Digərləri yerində qalırlar.

***Bir – birinə qarşı gələn Əliqulu xan və Məhəmməd xan Türkmən. Əliqulu

xan:-Xoş gəlib, səfa gətrmisən.Məhəmməd xan-Xoş günün olsun!Xanlar qucaqlaşırlar. ***

451

Page 452: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Əliqulu xanın iqamətgahının qonaq otağı. Xanlar kreslolarda qarşı – qarşıya oturublar. Məhəmməd xan əli ilə kreslonun dirsəkliyinin yumşaqlığın yoxlayır:

-Deyəsən, siz məşhədlilər də təbrizlilər kimi ata – baba qaydası ilə yerdə və ya səndəldə oturmağı yadırğamısınız. Mənsə döyüş adamıyam, belə şeylərə çox da alışmamışam...

***Məhəmməd xan iri planda görünür və aralıqsız davam edir:-...Deməli, Rzaqulu xan şahın guya Məşhədə gəlməkdə olduğunu eşidib,

qoşunu ilə birlikdə Tehran tərəfə qaçıb. Bəs, bu şaiyəni kim yaymışdı? ***İri planda Məhəmməd xanı əvəz edən Əliqulu xan:-Mənim adamlarım. Başqa yolumuz yox idi, başıma pul kəsmişdi, hər yerdə

axtarılırdım. Əlinə keçsəydim tikəmi qulağım boyda edəcəkdi. Şaiyəyə inandı və Məşhədi tərk etmək qərarına gəldi. Gedərkən şəhərin xəzinəsini də özü ilə aparıb. Amma gizli xəzinənin yerini öyrənə bilməyib. O, yerində durur.

***Ekranda yenidən Məhəmməd xan Türkmən iri planda görünür. O ayağa

qalxır:-Sən də rahatca qayıdıb, şəhəri yenidən təslim aldın?.. ***Ümumi plan. Xanlar ayaq üstə, üz – üzə durublar. Məhəmməd xan soruşur:-...Yeni vəziyyət barədə şaha məlumat göndərmisənmi?Əliqulu xan:-Təbii. -Mən dincəlməliyəm. Sübh tezdən Tehrana gedirəm. Doğrusunu desəm, bu,

heç könlümcə deyil. Sənəsə məsləhətim budur ki, vaxt itirmədən özün şahın yanına yollanasan və mənə anlatdıqlarını üz – üzə, göz – gözə ona da anladasan.

***Uzun və enli çayın sahilində salınmış çadır şəhərciyinin quş uçusundan

görüntüsü. Ekranda yazlr: “QARATƏPƏ, TÜRKÜSTAN. 1740 – CI İL” Nadir şahın çadırının çöldən görüntüsü. Çadırın önündə əli qalxan və nizəli

çox sayda keşikçi durub. Girişin tam yanında durmuş iki əsgərdən biri Toğruldur. ***Çadrın içi. Nadir şah və Murad xan çadırın ortasında, yerdə qarşı – qarşıya

oturmuşlar. Arxa planda şahın boş taxtı görünür. Nadir şah danışır, Murad dinləyir:-Hə, Muradım, dostun Rzaqulu xan da başımıza bu oyunu açdı. Dünən

Məhəmməd xan Türkməndən məktub almışam. Artıq Tehrana yetişib və rzaquluyla görüşüb. Yazdığına görə, bərk peşimandır. Amma, deyəsən, işin içində hələ bilmədiyimiz çox qaranlıq məqamlar var...

***Şah iri planda görünür və ara vermədən danışır:-...Yazır ki, üç gün sonra Rzaqulu ilə birlikdə Tehranı tərk edib yanıma

gəlirlərmiş. Qasid dünən səhər tezdən gəlib. Deməli, uzağı bir həftəyə özlərini

452

Page 453: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

yetirərlər. Bəlkə də on günə. Hər halda, ordu ilə birlikdə gələcəklər, bu isə çox vaxt aparacaq.

***İri planda şahı əvəz edən Murad:-Beş gün tez və ya gec. Önəmli olan odur ki, Rzaqulu xan səhvin anlayıb və

daşı ətəyindən töküb, qanadlarınız altına qayıdır. Ümid edirəm ki, onunla çox da sərt davranmayacaqsınız.

***Ümumi plan. Nadir şah:-Qərarımı hələ verməmişəm. İstəyirəm Türküstan səfərini oğlum Nəsrullaha

tapşırım. Öhdəsindən ləyaqətlə gəlsə, onu vəliəhd elan edəcəyəm. Rzaqulu etimadımı doğrultmadı...

***İri plan. Şah davam edir: -...Səni də ona görə çağırtdırmışam ki, Nəsrullahı Türküstan səfərində

müşayiət edəsən. Hindistan səfəri zamanı özünü çox yaxşı göstərdi, amma hələ çox gəncdir, təcrübəsizdir. Sənin Şirvanda baş verənlər haqqında söylədiklərin heç xoşuma gəlmədi. Şirvanla gərək özüm birbaşa məşğul olum...

***Ümumi plan. Şah davam edir:-..Deməli, yenə də hansısa fırıldaqçı peyda olub və özünün Səfəvi şahzadəsi

Səfi Mirzə olduğunu iddia edir. Camaatı üsyana təhrik edir və şirvanllar da hər fürsətdə üsyana qalxır. Əminəm ki, bu işin arxasnda osmanlıların əli var. O, mütləq osmanlı cəsusu çıxacaq.

Murad:-Bəlkə də, amma osmanlılar onlarla imzaladığınız sazişə sədaqət nümayiş

etdirirlər. ***İri plan. Nadir:-Çünki daxildə və cəbhələrdə vəziyyətləri yaxşı deyil. Amma inan mənə. Sən

hələ çox gəncsən və belə şeyləri bilmirsən. Amma mən siyasətdə saç – saqqalımı ağartmışam. Tükü tükdən seçməyi bacarıram. Elə bilirsən, Rzaqulunun kmin fitnəsinə qurban olduğunu bilmirəm? Onu da çox yaxşı bilirəm. Ərəfədə türküstanlı İlbars xanın zövcəsi Gövhər Xatun Məşhədə gəlibmiş. Bu arvad öz fəndgirliyi ilə ad qazanıb.

***İri planda şahı əvəz edən Murad:-Bu Səfi Mirzə məsələsində də çox qəribəliklər var. Məsələn, xəbər gəlir ki,

üç gün əvvəl onu Tabasaran dağlarında Surxay xanla birlikdə görüblər. Sonra məlumat gəlir ki, həmin anda onu İrəvanla Kars arasında da görüblər. Sanki rəf – rəfin belində səyahət edir. Bir saniyəyə ölkənin bir başından digərinə çatır...

***Ümumi plan. Murad ara vermədən davam edir.-...Bu bir dəfə, iki dəfə, hətta üç dəfə olsaydı, deyərdim ki, xəfiyyələrimiz

yaxşı işləmirlər. Amma dəfələrlə şahidi olmuşam ki, onun eyni anda bir – birindən

453

Page 454: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

çox uzaq olan məsafələdə olduğu barədə xəbərlər gəlib. Bəlkə də heç belə adam yoxdur. Sadəcə onun varlığı barədə şaiyələr yayaraq hər yerdə eyni anda üsyan yaratmaq istəyirlər.

*** Nadir şahın çadırının çöldən görüntüsü. Çadırın önündə əli qalxan və nizəli

çox sayda keşikçi durub. Girişin tam yanında durmuş iki əsgərdən biri Toğruldur. Nadir şahla Murad xan çadırdan çıxırlar. Əsgərlər dərhal fərağat vəziyyəti alırlar. Nadir şah yerində donub qalmış Toğrula tərəf dönür və diqqətlə onu süzməyə başlayır. Toğrul yerind donub qalıb.

***Toğrul iri planda görüntülənir. Gənc bərk həyacan keçirir və rəngi də qızarıb. ***Ümumi plan. Nadir Toğrula baxıb qəhqəhə cəkir. Murad da gülümsəyir və

Toğrula müraciətlə:-Azad, əsgər!Toğrul bir qədər boşalıb, utana – utana üzünü şaha tərəf çevirir, özünü tam

itirdiyi hiss edilir. Nadir əlini ona tərəf uzadır:-Öp əlimi, göüm!Murad cəld Toğrulun qalxan və nizəsini əlindən alıb kadrdan çıxır. Toğrul da

eyni cəldliklə şahın əlini öpüb, alın basır. Nadir onu qucaqlayır:-Xoş gəlmisən, aslanım mənim!Toğrul:-Allah sizdən razı olsun, şahım. Nadir onu çadırın içinə çəkərək soruşur:-Dostum necədir?Şahla gənc çadırın içində itirlər. İçəridən Toğrulun cavabı eşidilir:-Allaha şükür. Sayənizdə çox yaxşıdır. Salam – duasını acizanə surətdə

hüzurunuza ərz edir.Kadra arxasından şahın qəh – qəhəsi eşidilir. Bu qəh – qəhə çadırın önündə

durmuş keşikçilərin də gülümsəməsinə səbəb olur. ***Uzun bir sıra şəklində, iki cərgə halında düzülmüş qızılbaş tüfəngçiləri .

Arxalarında eyni qaydada düzülmüş silahlı süvarilər. Arxa planda, uzaqda çadır şəhərciyi görünür. Ön planda Nadir şah at belində ourub. Onun sağ və sol tərəfində, bir neçə addım arxada Nəsrullah xan, Murad xan, Təhmasib xan Cəlir və Əliqulu xan at belində durmuşlar. Hər kəs önə, üfiqə baxır.

***Nadir şah və ətrafındakıların baxdıqları tərəf. Üfüqdə görünən cöllük təpənin

arxasından ağ bayraq görünür. Bu görüntünü həmin bayrağı əlində tutmuş, at belində oturmuş və təpənin arxasından çıxan Məhəmməd xan Türkmənin və onu təqib edən atlı Rzaqulu xann irəliləyən simaları əvəz edir. Bir saniyə sonra isə onların ardınçca çoxsaylı süvari və piyada qoşun görünməyə başlayır.

***

454

Page 455: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Məhəmmd xan Türkmən və onu təqib edən və tədricən bərabərləşən Rzaqulu xanın yaxından görüntüsü. Arxa planda qoşunun ilk cərgələri görünür. Xanlar atlarını əyləyrlər. Məhəmməd xan geri boylanıb əlini qaldırır.

***Onların ardındakı qoşunun yaxından görüntüsü. Qoşun durur. Atlılar dərhal

atlarından enirlər və hər kəs eyni anda bütün silahlarını yerə atmağa başlayırlar. *** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“Xll seriya Xəyanət”

"Çitra" baletinin musiqisini yenidən qurd ulaması əvəz edir və yazılar itir. ***Uzun bir sıra şəklində, iki cərgə halında düzülmüş qızılbaş tüfəngçiləri .

Arxalarında eyni qaydada düzülmüş silahlı süvarilər. Arxa planda, uzaqda çadır şəhərciyi görünür. Ön planda Nadir şah at belində ourub. Onun sağ və sol tərəfində, bir neçə addım arxada Nəsrullah xan, Murad xan, Təhmasib xan Cəlir və Əliqulu xan at belində durmuşlar. Hər kəs önə, üfiqə baxır.

***Yenidən Məhəmmd xan Türkmən və Rzaqulu xan yaxından görüntüyə

gəlirlər. Arxa planda silahlarını yerə atıb, gözləməkdə olan qoşunun ilk cərgələri görünür. Xanlar yenidən atlarını sürməyə başlayırlar.

***Ümumi plan. Yandan geniş planda görüntü. Nadir şah və ondan bir necə

addım arxada durmuş xanlar və onlara yaxınlaşmaqda olan Məhəmməd xan Türkmən və Rzaqulu xan görünürlər. Aradakı məsafə 25 – 30 metrə çatanda Rzaqulu atdan enib yoluna piyada şəkildə davam edir. Məhəmməd xan atını

455

Page 456: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

durdurur. Nadir şah yanındakı xanlara işarə edir, onlar atlarının başını döndərib kadrdan çıxıırlar. Ata və oğul arasındakı məsafə 10 metrdən də azdır.

***Piyada şaha yaxınlaşan Rzaqulu xan və at belində oturmuş Nadir şahın

yaxından görüntüsü. Rzaqulu başını aşağı əymiş vəziyyətdə şaha yaxınlaşır və donub qalır. Nadir şah əlini oğluna tərəf uzadır:

-Xoş gəldin, oğul!Rzaqulu cəld atasının əlini öpür, alın basır və başın qaldırıb yalvarmağa

başlayır:-Bağışla, ata, bir qələtdir elədim. Məni şərlədilər...Nadir:-Sakit ol! Hər kəs bizə baxır, qürurlu ol, özünü Nadir şahın oğluna yaraşan

şəkildə apar. ***Nadir şahın çadırının içi. Şah taxtda oturub. Rzaqulu qarşısında ayaq üstə

durub. Nadir:-Deməli, deyirsən ki, əmin oğlu səni şərləyib və sən Məşhədin – İmam Rzanın

şəhərinin tam mərkəzində tərsa kənizlərin ilə eyş - işrətlə məşğul olmamış və şərab içməmisən, eləmi?

Rzaquludan səs çıxmır. Nadir ayağa yaxınlaşıb ona yaxınlaşır:-Deməli, səni nahaqdan ev dustağı etdirmişdim, eləmi?.. Susursan. Çünki

bütün bu qələtləri elədiyini dəqiq bildiyimi bilirsən? Bunu sənə keçdim! Bəs, qiyam qaldırmağını necə izah edəcəksən?

Rzaqulu başını qaldırıb atasının gözünə dik baxır:-And olsun Allaha ki, qiyamı mən çıxarmadım. Məni sui – qəsdlə öldürmək

istədilər, alınmadı. Məşhəd camaatı, ardınca da qoşun qiyam qaldırdı. Əliqulu da qorxusundan qaçdı. Nə etməli idim?..

***Rzaqulu xan iri planda görünür və davam edir:-...Sonra eşitdim ki, qoşunla Məşhədə gəlirsən, bunun Əliqulnun adamlarının

qəsdən yaydıqları şayiə olduğunu bilmirdim, qorxdum... ***İri planda Rzaqulunu əvəz edən Nadir:-Və Tehrana qaçdın. Bunu da başa düşdük. Bəs, qaçakən. xəzinəni nədən

yağmaladın? ***Ümumi plan. Rzaqulu xan:-Ordunu əlimdə saxlaya bilmk üçün pula ehtiyacım vardı. Çox peşimanam,

başımı kəsdirsən haqlısan. Amma bağışlaya bilirsənsə, bağışla, bir qələtdir etmişəm! İmkan ver günahmı döyüş meydanında yuyum, ya şəhid olum, ya qazi.

Şah bir söz demədən çadırın içində fikirli –fikirli var – gəl etməyə başlayır. Rzaqulu xan həyacanla onun nə qərar verəcəyini gözləyir. Nəhayət, şah ayaq saxlayıb, oğlunu süzməyə başlayır və bir – iki saniyə sonra deyir:

-Hər halda, özün öz ayağınla, könüllü surətdə gəldin. Get, qərarımı sonra verəcəyəm. Əliqulu mənə hər şeyi anladıb, ikiniz də türküstanlı İlbars xann

456

Page 457: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

qurduğu fitnənin qurbanı olmusunuz. Ona tapşrmışam, sənə də əmr edirəm, çək onu bir kənra, qucaqlaşın və barışın. Dərhal! Murada söylə, sazını götürüb, yanıma gəlsin. Başqa heç kimi istəmirəm, de, narahat etməsinlər.

Rzaqulu xan “baş üstə!” – deyib, arxaya addımlayır və çadırın qapsına çatanda, dönüb çıxr.

*** Nadir şahın çadırının çöldən görüntüsü. Çadırın önündə əli qalxan və nizəli

çox sayda keşikçi durub. Toğrul artıq onların içində yoxdur. Rzaqulu xan çölə çıxır. Əsgərlər dərhal fərağat vəziyyəti alırlar. Rzaqulu kameranın müşayiəti ilə keşikçilərin yanından ötüb bir kənarda cəm halında durmuş Murad xan, Təhmasib xan, şahzadə Nəsrullah xan və Əliqulu xana yaxınlaşır. Nəsrullah dərhal soruşur:

-Nə oldu, dadaş?Rzaqulu xan:-Hələ məlum deyil. (üzünü Murada tutur) Şah səni sazınla birlikdə istəyir.

Başqa heç kəsi istəmir. (Üzünü Əliqulu xana tutur) Sənsə mənimlə gəl.Murad dərhal digər xanlardan aralanıb kadrdan çıxır. Rzaquulu xan da

pəjmürdə halda əks istiqamətdə kadrı tərk edir. Əliqulu xan onu təqib edir.Nəsrullah yerdə qalan xanlara:-Muradı sazı ilə istədisə, inşallah, qəzəbi soyumuşdur.Digər xanlar bir ağızdan:-İnşallah! ***İri planda görünən Nəsrullah xan:-Deyəsən, ona əmim oğlu ilə barışmağı əmr edib, yoxsa heç vaxt Əliqulu

xanla bir kəlmə də kəsməzdi. Dadaşım yaxşı tanıyıram. ***İri planda Nəsrullahı Məhəmməd xan Türkmən əvəz edir:-Anlaşmazlıq baş verib. İki əmi oğlu təcrübəsizliklri üzündən İlbars xanın

fitnəsinin qurbanı olub, mənasız yerə küsüşüblər. ***Ümumi plan. Təhmasib xan:-Küsüşüblər? Görmədinmi bir – birilərinə necə qanlı – qanlı baxırdılar.

Düşmən olublar. İlbars xanı çox yaxşı tanıyıram. O bu ağlın sahibi deyil. Amma Gövhər Xatun... Əminəm ki, hər şey bu qadının başından çıxıb. Allah onun şər və fitnəsindən qorusun! Öz siyasətmədarlığı ilə bütün Türküstanda ad çxarıb. Özü də əslən Azərbaycan türklərindəndir, yəni qızılbaşdır.

***Ekranda Buxara şəhərinin panoram görüntüsü canlanr. Bu mənzərənin

fonunda yazılır: “BUXARA, TÜRKÜSTAN. AVQUST, 1740 – CI İL”Buxara əmirinin sarayının içi. Buxara əmiri Əbül Feyz geniş, sütunlu zalda

var – gəl edir. Arxa planda onun boş taxtı görünür. Ona yaxın özbək əmiri sütunlar boyu düzülərək, onun nə söyləyəcəyini gözləyirlər. Əbül Feyz ayaq saxlayıb, nəhayət, ağır –ağır deyir:

457

Page 458: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Nadir şahın elçisinə nə isə cavab verməliyik. İlbars xanı gözləməyin mənası yoxdur. Özümüz bir qərara gəlməliyik. Nə deyirsiniz?..

Əmirlərdən səs – səmir çıxmır. Əmir sözünə davam edir:-... İki yolumuz var, ya Buxaranı döyüşsüz qızılbaşlara təslim etməliyik, ya da

Nadir Buxarının, ardınca da bütün Türküstanın altını üstünə çvirəcək. Onun toplarının qarşısında kimsə duruş gətirə bilməz.

Əmirlərdən biri:-İlbars xan Nadirin Hindisan səfərində Məhəmməd şahın yanında yer almaqla

başımıza bəla açıb. İndi də qızılbaş elçilərinin başını kəsməklə, elə bir iş tutub ki, xəbəri Nadirə çatar – çatmaz, gözünü qan tutacaq. İlbars xanın müharibədən başqa yolu yoxdur, bütün Türküstanın əli silah tutan bütün əhalisini bir yerə yığsan, Nadirin qoşununun yarısının yarısı qədər etməz. Mən Buxaran fəlakətə soxmağın tərəfdarı deyiləm.

İkinci əmir:-Qızılbaşlar şiə olsalar da, bizim kimi türk və müsəlmandırlar. Kafir deyillər

ki, onlara qarşı cihad boynumuzun borcu olsun. Qarşı çıxmaq müsəlmanı müsəlmana, türkü türkə qırdırmaqdan başqa bir şeyə yaramayacaq. Qızılbaşlar artıq Öküz çayının bu tərəfindədirlər. Yürüşə başlasalar üç günə burada olacaqlar. Hətta bir ay hazırlaşmağa vaxtımız olsa da, bu bir şeyə yaramaz. Şəhəri təslim etmək ən doğru yoldur.

Digər əmirlər yer – yerdən:-Düzdür, doğrudur, İlbars xanın oyununa gəlməməliyik. O bizi fəlakətə

sürükləyir. ***Ekranda Nadir şahın başçlığı ilə ucu – bucağı görünməyən qızılbaş ordusunun

yürüşünü əks etdirən səhnələr bir – birni əvəz edir: at belində öndə gedən Nadir şah, onu maşayiət edən xanlar, mühafizəçilr və bayraqdarlar, piyada tüfəngçilər və onların yanı ilə gedən süvarilər, zəmburək daşıyan dəvələr və top qoşulmuş arabalar... Bu mənzərənin fonunda yazılır:

“NADİR ŞAH TÜRKÜSTAN SƏFƏRİNƏ ŞAHZADƏ NƏSRULLAH XANI GÖNDƏRMƏYİ, ÖZÜ İSƏ ŞİRVANA GEDİB, ORADA QAYDA – QANUNU BƏRQƏRAR ETMƏYİ DÜŞÜNSƏ DƏ, TÜRKÜSTAN HÖKMDARI İLBARS XANIN ELÇİLƏRİNİN BAŞINI KƏSDİRMƏSİ XƏBƏRİ QƏRARINI DƏYİŞMƏSİNƏ SƏBƏB OLDU. O, ÜZÜNÜ SƏMƏRQƏNDƏ TƏRƏF ÇEVİRDİ. TÜRKÜSTAN HÖKMDARI QIZILBAŞ ORDUSUNA MÜQAVİMƏT GÖSTƏRMƏYƏ ÇALIŞSA DA, İKİ – ÜÇ SAATDAN ARTQ TAB GƏTİRƏ BİLMƏDİ. ƏMİRLƏRİNİN ARD – ARDA TƏSLİM OLDUĞUNU GÖRÜB QAÇDI. ONU BİR DƏ GÖRƏN OLMADI. NADİR ŞAH TÜRKÜSTANIN PAYTAXTI SƏMƏRQƏNDƏ DAXİL OLDU. SƏMƏRQƏNDDƏ ÖZÜNƏ MƏNƏVİ ATA HESAB ETDİYİ ƏMİR TEYMURUN TÜRBƏSİNDƏKİ QƏBRİNİ ZİYARƏTƏ YOLLANDI”.

Diktor kadr arxasından yazılanları oxuyur. ***Səmərqənd şəhərinin görüntüsü. Bu mənzərənin fonunda yazılır: “SƏMƏRQƏND, TÜRKÜSTAN. 1740-CI İL”

458

Page 459: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yazı itir. Ekrandakı mənzərəni Əmir Teymurun türbəsinin çöldən görüntüsü əvəz edir. Rzaqulu xan, Nəsrullah xan və Əliqulu xan və mühafizəçilər türbənin önündə durub içəridə olan Nadir şahı gözləyirlər.

***Türbənin içi. Nadir şah Əmir Teymurun məzarı önündə ayaq üstə durub. O,

əlini qnut vəziyyətində tutub ürəyində dua oxuyur, bu onun dodaqlarının tərpənişindən də hiss edilir. Nəhayət o, duasını bitirib salavat çüvirir və bunu sünni qaydası ilə edir. Sonrasa diz çöküb, başını sinə daşının üstünə qoyur və gözlərini yumur.

Qəbrin yanında Əmir Teymurun işıqdan silueti peyda olur və deyir:-Ayağa qalx, oğlum, sənə diz üstə olmaq yaraşmır. Hər zaman dik ol!

Türklərin hökmdarı heç vaxt, heç kəsin önündə diz çökməz!Nadir cəld ayağa qalxır və silutu görmədiyi və səsin haradan gəldiyini

anlamadığı üçün təəccüb və həyacanla ətrafa göz salır, amma bir şey görə bilmir.Siluet davam edir:Sən Alp Ər Tonqanın, çingiz xanın və mənim etdiklərimizi təkrar etmək

istəyirsən. Mən də bütün Turan ellərini bir bayraq altında qılıncla birləşdirmək istədim, istəyimə nail də oldum, amma qılıncla bu birliyi axıra qədər saxlaya bilmədim. Toxtamışı əzdim, indi onun torpaqlarında kafir uruslar at oynadırlar. İldırım Bəyaziti məğlub etdim, İstanbulun fəthini gecikdirdim. Birliyimizi yalnız elm, təhsil və mədəniyyələ saxlamağın mümkün olduğunu çox gec başa düşdüm. Sən də indi mənim səhvimi təkrar edirsən. Bizə təkcə iti qılınc yox, qılıncın yanında məkəb, kitab, qələm lazımdır! Elm, mərifət, mədəniyyət lazımdır!

Siluet yavaş – yavaş əriyib yoxa çıxır. Nadir, sanki, yuxuda oyanır və türbənin çıxışına tərəf dönür.

***Bu kadrları Əmir Teymurun türbəsinin çöldən görüntüsü əvəz edir. Rzaqulu

xan, Nəsrullah xan və Əliqulu xan və mühafizəçilər türbənin önündə durub içəridə olan Nadir şahı gözləyirlər. Şah tümdən çıxır. Xanlar aralanıb hörmətlə ona yol verirlər. Kadra daxil olan əsgələr atların iplərindən çəkib gətirirlər. Şah və xanlar atlanırlar. Nadir üzünü Rzaquluya tutur:

-Sübh tezdən Buxaraya gedirik. Buxara əmiri şəhəri təslim etmək üçün yolumuzu gözləyir.

***Buxara şəhərinin ümumi görüntüsü. Bu kadrın fonunda yazılr: “BUXARA, TÜKÜSTAN” ***Yazı itir. Bu mənzərəni Buxara qalasının bürclərindən birinin görüntüsü əvəz

edir. İki özbək geyimli şəxs bürcə Azəbaycan səltənətinin bayrağını bərkitməklə məşğuldur.

***Qalanın giriş qapısının və bürclərinin ümumi görüntüsü. Bürclərdən

Azərbaycan (Səfəvi) bayraqları asılıb və gül çələngləri ilə bəzədilib. Orada keşikçilərin əvəzinə əllərində uzun gərənaylarında (özbək zurnaları) təntənəli marş çalan özbək musiqiçiləri görünür. Buxara əmiri əyan əşrəfi və şəhər ağsaqqallarıyla

459

Page 460: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

birlikdə Nadir şahın gəlişini gözləyirlər. Şah gələrkən onun üzərinə gül – çiçək yağdırmaq üçün özbək qız – gəlinləri xüsusi cərgələr halında düzülmüşlər.

***Nadir şah xanların və mühafizəçilərinin ətrafında, qızılbaş qoşununun başında

şəhərə yaxınlaşır. Kadr arxasından təntənəli marşın sədaları eşidilir. ***Nadir şah, Rzaqulu xan və Əliqulu xanın yaxından görüntüsü. Kadr

arxasından marşın səsi eşidilməkdə davam edir. Nadir şah Əliqulu xana:-Bax, Əmir Əbül Feyz artıq bayraqlarımızı bürclərdən asdırıb. Çox tədbirlidir.

(Üzünü Rzaquluya tutur) Onun böyük qızını sənə, kiçiyini isə Əliquluya alacağam. Görürəm, əmi oğlu olmaq sizin mehribançılığınz üçün yetmədi, bəlkə, bacanaq olandan sonra bacılar sizi bir – birinizə daha çox qaynadıb – qarışdırar. Gələcək qaynatanızı da Türküstanın hökmdarı etməyi düşünürəm ki, yolunuzu azanda sizə qulaqburması verməyə səlahiyyəti çatsın. Yoxsa məni bezdirmisiniz.

Nadir bu sözləri deyib, öz zarafatından həzz alaraq, gülməyə başlayır. Rzaqulu və Əliqulu da ona qoşulurlar.

***Nadir şah xanların və mühafizəçilərinin əhatəsində şəhər darvazasına

yaxınlaşır. Qızlar onun başına gül – çiçək yağdırırlar. Nökərlər atların iplərindən tuturlar, şah və xanlar, eləcə də mühafizəçilər atlarından enirlər. Əmir və ətrafındakılar şaha baş əyirlər. Şah və xanlar əmirlə əl verib görüşürlər. hamı birlikdə piyada şəkildə qalaya daxil olurlar.

***Darvazanın iç tərəfdən görüntüsü. Şah, əmir və digərləri şəhərə daxil olurlar.

Özbək qəssabları əvvəlcədən hazırladıqları çox sayda qoyunu şahın ayaqları altında ksməyə başlayırlar. Şah və digərləri bir qədər ayaq saxladıqdan sonra qurbanların yanından keçirlər. Burada onu gül – çiçək yağışına tuturlar.

***Ekrandakı kadrları Azəbaycan İmperatorluğunun 1740 –cı ildə, Türküstan

səfərindən öncəki sərhədlərini əks etdirən xəritə əvəz edir. Xəritədə imperatorluğun səhədləri tədricən dətişməyə və Türküstan istiqamətində genişlənməyə başlayır, tədricən Buxaranı, ardınca Səmərqəndi, onun ardınca isə bütün Türküstanı içnə alır. Bu mənzərənin fonunda yazılır:

“NADİR ŞAH SƏMƏRQƏND VƏ BUXARANIN ARDINCA XİVƏ BAŞDA OLMAQLA, TÜRKÜSTANIN DİGƏR ŞƏHƏRLƏRİNİ DƏ ƏLƏ KEÇİRDİ VƏ TÜRKÜSTANI AZƏRBAYCAN İMPERATORLUĞUNUN TƏRKİBİNƏ QATDI, ƏMİR ƏBÜL FEYZİ TÜRKÜSTANIN HÖKMDARI TƏYİN ETDİ, ONUN BÖYÜK QIZINI OĞLU RZAQULU XANA, KİÇİK QIZINI İSƏ QARDAŞI OĞLU ƏLİQULU XANA ALDI. BİR MÜDDƏT TÜRKÜSTANDA QALDIQDAN SONRA BABALARININ YURDUNA – AZƏRBAYCANA GƏLDİ. MƏQSƏDİ ŞİRVANDA OSMANLILARIN TƏHRİKİ İLƏ QİYAM ARDINCA QİYAM QALDIRAN YERLİ XANLARI RAM ETMƏK, SURXAY XAN VƏ YALANÇI SƏFİ MİRZƏNİN İŞİNİ BİTİRMƏK, OSMANLILARI AZƏBAYCANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAQDAN ÇƏKİNDİRMƏK İDİ. YALNIZ BUNDAN SONRA ƏN

460

Page 461: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

BÖYÜK ARZUSUNU – RUSİYA İLƏ MÜHARİBƏYƏ BAŞLAYIB ONUN ADI DİLLƏR ƏZBƏRİ OLAN PAYTAXTINI TUTMAQ PLANINI HƏYATA KEÇİRMƏK BARƏDƏ DÜŞÜNƏ BİLƏRDİ”.

Diktor kadr arxasından yazıları oxuyur. *** Həmədan şəhərinin meydanı. Burada əl - əlvan getinmiş gənc oğlan və qızlar

zurva – balaban sədaları altında yallı gedirlər. Arxa planda kəndir üzərində gəzən kəndirbazlar görünür. Adam əlindən iynə atmağa yer yoxdur. Bu mənzərənin fonunda yazılır:

“HƏMƏDAN, AZƏRBAYCAN. 21 MART 1744 – CÜ İL” ***Nadir şahın Həmədandakı iqamətgahı. İqamətgahın yemək otağında masa

üzərində üç nəfərlik bayram süfrəsi açılb. Şahzadə Nəsrullah xan və İrəvan hakimi Məhəmməd xan Qaraman açıq pəncərənin önündə durub söhbət edirlər. Çöldən şn rəqs havaları eşidilir.

Nəsrullah xan:-Novruz bayamını çox yerdə qeyd edirlər, amma Azərbaycandakı qədər heç

yerdə belə təmtəraqla, coşquyla qeyd edilmir. Burada millət bu bayramı çox sevir.Məhəmməd xan Qaraman:-İrəvanda da, Tiflisdə də, Şirvanda da beldir. *** İri planda görünən Nəsrullah xan:-Nəinki İrəvan, Tiflis, Şirvan... Azəbaycanın hər şəhərində, hər vilayətində,

hər kəndində belədir. Heç Ramazan və qurban bayramlarını belə qeyd etmirlər. Eşitdiyimə görə osmanlıların əlində olan Azərbaycan şəhərlərində də, Diyarbəkirdə də, Ərzurumda da, Ərzincanda da belədir.

***Iri planda Nəsrullah xanı əvəz edən Məhəmməd xan:-Hə, elədir. Bu yaxınlarda şahın əmriylə Qarsda idim. Orada da camaatın necə

həvəslə iki ay öncədən bayama hazırlaşdıığın gördüm. İnanırsan, iki ay öncədən...Kadr arxasından açılan qapı səsi eşidilir və onun sözünü kəsməsinə səbəb

olur. ***Ümumi plan. Xanların özlərini yığmalarından içəri gələnin şah olduğu məlum

olur. ***Nadir şah qapıdan içəri girib kameranın müşayiəti ilə cəld addımlarla otağın

məkəzinə doğru addımlayır və deyir:-Əssəlamun əleyküm!Kadra daxil olan xanlar bir ağızdan “Və əleykəssəlam” – deyib növbə ilə onun

lini öpüb, alın basırlar və “Bayramınız mübarək, neçə belə bayramlara çxasınız!” – deyirlər.

Nadir də hər ikisinin alnından öpərək:-Sizinlə birlikdə! Allah bütün xoş niyyətlərinizi həyata keçirsin!

461

Page 462: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Şah masa arxasına oturub əlləri ilə xanları da dəvət edir və dəvətini sözlə də təkrar edir:

-Buyurun!Xanlar şahın öncəki sözlərinə “Amin!”, dəvətinə görə isə “Çox sağ olun!”

deyib otururlar. ***İri planda görüntüyə gələn şah üzünü Məhəmməd xana tutur:-Hə, Məhəmməd xan Qaraman, söylə görək nə var, nə yox! ***İri planda Nadiri əvəz edən Məhəmməd xan:-Allaha şükürlər olsun, yaxşılıqdır. Bircə bu Surxay xanla fırıldaqçı Səfi

Mirzənin məsələsini tez həll edə bilsəydik, bütün işləimiz daha da yaxşı olardı. ***Ümumi plan. Xidmətçilər masaya buğlanan qəhvədanda qəhvə gətirib, öncə

şahın, daha sonra xanların fincanlarına süzürlər və kadrdan çıxırlar. Şah:-Eşitmişəm, bu Səfi Mirzə nağıllardakı cadugərlər kimi ağlasığmaz sürətlə

hərəkət edirmiş, doğrudur?O bu sözü deyib, “bismillah” edib, bir tikə paxlava götürüb dişləyir və

üstündən bir qurtum qəhvə içir. Nəsrullah xan da eyni şeyi edir.Məhəmməd xan Qaraman:-Səhər sorağı Dərbənd ətrafından, günorta irəvan yaxınlığından, axşam

Tabasarandan gəlir.Nadir şah:-Bismillah elə!Məhəmməd xan da bir tikə paxlava götürüb ağzına yaxınlaşdırır. ***Nadir şah Məhəmməd xan Qaramanla ağacları yenicə tumurcuqlamaqda və

çiçək açmaqda olan bağçada gəzişərək söhbət edirlər. Nadir şah:-Ordunun otuz büş min nəfərini Şirazda, iyirmi min nəfərini Xorasanda, on

minini Hindistanda, on minini də Türküstanda saxlamışam. Otuz min nəfər İrəvanda sənin ixtiyarındadır, otuz beş min nəfəri də Şirvanda Murad xanın əmrindədir. Öz ixtiyarımda da otuz min nəfər var. Bu mənə ururslarla müharibəyə başlamağa yetər. Amma öncə Şirvan və Aranda işləri qaydasına qoymalıyıq, Tabasaran, Car və Şəkidə vəziyyət heç ürəkaçan deyil. Deməli, deyirsən ki, Surxay xan və yalançı Səfi Mirzəni osmanlıların maliyyəşdirdiyini am yəqin edə bilmisən. Əslində buna əmin idim, yəni zərrə qədər də şübhə etmirdim. Indisə yəqinliyim artdı.

Söyləmək istədiyin əsas məsələ nə idi?Məhəmməd xan Qaraman:-Qarsda olarkən, belə hiss etdim ki, osmanlılar, deyəsən, bizimlə yenidən

müharibəyə hazırlaşırlar.Nadir dərhal ayaq saxlayır və Məhəmməd xana tərəf dönür. Xan da ayaq

saxlayır. ***İri planda ekrana gəln şah təəccüblə:

462

Page 463: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Necə yəni, müharibəyə hazırlaşırlar? ***İri planda şahı xan əvəz edir. O, gözlnilməz sualdan özünü itirmişə bənzəyir.

Udqunur və deyir:-Şahım, Qars qalasında olarkən, müharibəyə hazırlaşdıqlarını gördüm. Ərzaq

tədarükü görürlər və qalaya çox sayda yeni əsgər, silah – sursat gəlir. Sonra isə paşaları Hafiz bəylə söhbət etdik və şübhələrim daha da artdı. Dedim ki, dövlətlərimiz arasında sülh sazişi var, bu qədər silah sursatı nə edirsiniz? Dedi ki, şahınızı Azərbaycanda peyda olması İstanbulda əndişə il qarşılanıb, yenidən həmlə edəcəyindən narahatdırlar, bu sövqiyyət də bununla bağlıdır...

***Ümumi plan. Xan aralıqsız davam edir:-...Öyrəndim ki, eyni şeyi İraq şəhərlərində də edirlər. Yəni oralara da əlavə

qoşun birləşmələri və silah – sursat göndərirlər. bütün İraqda da ərzaq tədarükünə başlanb. Hafiz bəy çaşıb Surxay xan və Səfi Mirzəyə də maliyyət və silah cəhətdən kömək etdiklərini ağzndan qaçrdı.

Nadir şah “Belə de!” – deyib yenidn addımlamağa başlayır. Xan da eyni şeyi edir. Şah:

-Bayram bitər – bitməz, Arana, oradan da Şirvana gedirik. İnşallah, Səfi Mirzən adlanan o fırıldaqçının işini öz əllərimlə bitirəcəyəm.

***Ekranda Nadir şahın başçlığı ilə ucu – bucağı görünməyən qızılbaş ordusunun

yürüşünü əks etdirən səhnələr bir – birni əvəz edir: at belində öndə gedən Nadir şah, onu maşayiət edən xanlar, mühafizəçilr və bayraqdarlar, piyada tüfəngçilər və onların yanı ilə gedən süvarilər, zəmburək daşıyan dəvələr və top qoşulmuş arabalar... Bu mənzərənin fonunda yazılır:

“NADİR ŞAH 1744 – CÜ İLDƏ, NOVRUZ BAYRAMINDAN SONRA HƏMƏDANI TƏRK EDİB ARANA GƏLDİ. ORDA SƏFİ MİRZƏNİN İZİNƏ DÜŞÜDÜ, İRƏVANLA QARS ARSINDA ONU HAQLAYIB ORDUSUNU DARMADAĞI ETDİ. SƏFİ MİRZƏ GÜCLƏ CANINI QURTARIB, OSMANLI ƏRAZİSİNƏ KEÇƏ BİLDİ VƏ QARS QALASINA SIĞINDI. NADİR İRƏVANLA QARS ARSINDA DÜŞƏRGƏ SALDI. ELƏ HƏMİN GÜN TİFLİSDƏN XƏBƏR ALDI Kİ, TİFLİS HAKİMİ ƏLİ XANLA TEYMURAZ XAN SƏFİ MİRZƏNİ TUTUB, BURNUNU VƏ QULAQLARINI KƏSİB ŞAHA HƏDİYYƏ GÖNDƏRİB. BELƏ MƏLUM OLDU Kİ, AZƏRAYCANDA EYNİ ANDA İKİ QONDARMA SƏFİ MİRZƏ FƏALİYYƏT GÖSTƏRİRMİŞ”.

***Nadirin düşərgəsinin (ucu – bucağı görünməyən çadır şhərciyinin) quş

uçuşundan görüntüsü. ***Nadir şahın çadırının içi. Nadir əlində içində yalançı Səfi Mirzənin burnu və

qulaqları olan qızıl sinini əlində tutub. Məhəmməd xan Qaraman, Nəsrullah xan və Murad xan sinidəki burun və qulaqlara baxırlar. Arxa planda sinin və xəbəri gətirən əsgər görünür. Şah dqqələ burun və qulaqlara baxıb birdən qəhqəhə ilə gülməyə başlayır. Xanlar da gülümsəyirlər, amma şahın nəyə güldüyünü başa

463

Page 464: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

düşmədiklərindən gözlərindən təəccüb və heyrət oxunur. Şah sinini Nəsrullaha verir, o da bir kənara qoyur. Nadir özünə gəlir və deyir:

-Hələ də heç nə başa düşmədiniz?Xanlardan səs çıxmır. Şah yenidən gülməyə başlayır. Bu dəfə xanlar da

ürəkdən ona qoşulurlar. Nadir sakitləşdkdən sonra yen soruşur:-Başa düşdünüz, ya yox?Nəsrullah xan:-Mən, deyəsən, başa düşdüm. Elə çxır Səfi Mirzə bir, yox iki nəfərmiş.Məhəmməd xan Qaraman təəccüblə:-Necə yəni iki nəfərmiş?Bu dəfə şah və digər xanlar Məhəmməd xana gülməyə başlayırrlar. ***İri planda görünən Murad xan: -Burada başa düşməməli nə var ki, rumlular Azərbaycanda qarmaqarışıqlıq

salmaq üçün Səfi Mirzə adı altında Azərbaycana birdən – birə iki cəsus göndərib-lər. Bunlardan biri Muğan və Şirvanda fəaliyyət göstərib, ikincisi isə Aranda. Qarsa sığınan Aranda fəaliyyət göstərmiş Səfi Mirzə idi, ikincisi sə Əli xanla Teymuraz xanın həbs edib, burnunu və qulaqlarını kəsdikləri Səfi Mirzədir.

***İri planda Muradı şah əvəz edir:İki nəfər olduqları üçün də xəbərləri eyni zamanda iki müxtəlif yerdən

gəlirmiş. ***Ümumi plan. Məhəmməd xan:-Hə, indi başa düşdüm. Ə, bu osmanlılar nə hiyləgər şeymişlər! nahaq yerə

onlara “rumlu” demirlər ki!Nadir xəbəri gətirmiş əsgərə tərəf dönür:-Hə, buradasan? (Üzünü Nəsrullaha tutur) Oğlum, ona bu şad xəbərinə görə

on qızıl pul verərsən. ***İri planda ekrana gələn əsgərin sevincdən gözləri parıldayır:-Allah sizdən razı olsun, qibleyi – aləm! Amma başqa yaxşı xəbərim də var. ***İri planda əsgəri əvəz edən şah:-Başqa yaxşı xəbərin? Sən deyəsən məni müflis etmək istəyirsən. De, xoşuma

gəlsə, deyəcəyəm on yox, on beş qızıl versinlər. ***İri planda yendən ekrana gələn əsgər sevincini gizlədə bilmir, dili dolaşa –

dolaşa:-Osmanllar Səfi Mirzəyə kömək üçün qızılbaş paltarı geymiş on min əsgər

göndərmişdilər. Əli xanla Teymuraz xan Aqxal Sıxada onları pusquya salıb, hamısını son nəfərinə qədər əsir alıblar.

***Ümumi plan. Şah əsgərə:Çox hiyləgərsən. (Nəsrullaha) Ona on beş qızıl!

464

Page 465: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Əsgər, Allah sizə hər işinizdə kömk olsun, kölgənizi başımızdan əskik etməsin!

Nəsrullah əsgərə:-Ardımca gəl!Əsgər:-Şahım, bu hələ hamısı deyil. ***İri planda görünən Nadir şah:-Sən, deyəsən, türk deyilsən. Gürcüsən! ***Əsgər (iri plan):-Yox, qibleyi – aləm, abxazam. ***Ümumi plan. Şah:-Hiyləgərliyndən görünür. De, görüm.Əsgər:-Əli xanla Teymuraz xan osmanlıları Surxay xana göndərdikləri iki min qızıl

pulu ələ keçiriblər. (O bu sözü deyib yaxasından bir məktub çxarır). əli xan bütün dediklərimi bu məktubda yazıb.

Nadir şah məktubu ondan alır:-Vəssəlam?Əsgər:-Vəssəlam!Şah Nəsrullaha: İyirmi qızıl! (Əsgərə gülə - gülə) Sən isə gözümdən elə itil ki, bir də gözlərim

səni görməsin.Əsgər “Baş üstə!” – deyib Nəsrullahın ardınca çadırdan çıxır.Nadir üzünü Murada tutur:-Bu gün çox xoş gün oldu. Deyirəm, bəlkə, Məhəmməd xan Qaraman bu

münasibətlə bizə bir ziyafət versi, nə deyirsən?Murad:-Əla fikirdir!Məhəmməd xan Qaraman:-Mənim bu qara gözlərim üstə! ***İri planda görünən Nadir şah:-Allah şahiddir ki, osmanlılarla bağladığım sazişə daim sadiq oldum. Daim

xoş niyyət göstərdim. Onlarsa arxamızda iş görüb qiyamlar təşkil etməklə məşğul oldular. Əlmizdə yetərincə sübut var. Onlara zərbə vurmasaq, ağıllanmayacaqlar. Sübh tezdən Qarsın üzərinə yürüyəcəyik. Oğlum Nəsrullahı da Mosula göndərəcəyəm. Osmanlılara iki istiqamətdən zərbə vuracağıq.

***Ümumi plan. Murad-Şahım, Bəlucistan barədə nə düşünürsünüz? Oradan gələn xəbərlr heç ürək-

açan deyil.

465

Page 466: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nadir şah:-Bəlucistanla Əliqulu xan məşğul olacaq. Ona artıq məktub göndərmişəm.

Bacarmasa, Məşhəddən Rzaqulu xan onun köməyinə gedəcək. Ancaq bacarmalıdır. Sənsə, Muradım, Surxay xanla bərəbər Ömər xanla da məşğul ol, ürəyimə damıb ki. o da osmanlılarla gizli əlaqə saxlayır. Bunun belə olub – olmadığını dəqiqləşdirmək lazımdır. Elə günü sabah yola düş!

Murad:-Baş üstə!Məhəmməd xan Qaraman:-Şahım, bəs, şəkili Hacı Çələbi xan barədə fikriniz nədir?Nadr şah:-Onunla şəxsən özüm məşğul olacağam. Onun öyündüyü “Gəlrsn, görərsən”

qalasını öz gözlrimlə görmək istəyirəm. *** Ekranda Nadir şahın başçlığı ilə ucu – bucağı görünməyən qızılbaş

ordusunun yürüşünü əks etdirən səhnələr bir – birni əvəz edir: at belində öndə gedən Nadir şah, onu maşayiət edən Məhəmməd xan Qaramanlı, bayraqdarlar və mühafizəçilər, piyada tüfəngçilər və onların yanı ilə gedən süvarilər, zəmburək daşıyan dəvələr və top qoşulmuş arabalar...

***Qars qalasının quş uçuşundan görüntüsü. Bu görüntünü qala bürclərindən biri

üzərində asılmış Osmanlı bayrağını əks etdirən kadrlar əvəz edir. Bu mənzərənin fonunda yazılır:

“QARS. AVQUST, 1744 – CÜ İL” ***Qars hakimi Hafiz bəyin iqamətgahı. Hafiz bəy tatxtında oturub ərəb musiqisi

altında göbək rəqsi oynayan yarıçılpaq qızlara tamaşa edir. Rəqqasələr ön planda, bəy isə arxa plandadır.

***Başqa bucaqdan görüntü. Rəqqasələri müşayiət edən kişi musiqiçilr qrupu

(ud, kaman, əl – qanun çalanlar) canlanr. Orta uzaq plan. Ara – bir orta yaxın planda kadra rəqqasələr girib, dərhal da onu tərk edirlər.

***Sütunlu, yarı açıq, yarı örtülü geniş dəhlizlə Bəkir ağa (osmanlı məmuru

geyimində) tələsən addımlarla keçir və sütunların arasında gözdən itir. ***Ortasında hovuz olan geniş, qapalı məkan. Hovuzun yanında iki tovuz quşu

gəzişir. Kadr arxasından rəqqasələri müşayiət edən musiqiçilərin ifa etdikləri musiqinin sədaları eşidilir. Bəkir ağa kadra daxil olub, quşları hürküdərək, cəld addımlarla hovuzun yanından ötür və həmin andan kameranın obyektivi onu maşayiət etməyə başlayır. Məmur qarşı tərəfdəki qapıya yaxınlaşır. Qapıda iki əli nizə - qalxanlı əsgər durub. Bəkir ağa onların yanından ötüb qapını açır. Qapının açılması ilə musiqi səsi daha gur eşidilməyə başlayır. O qapıdan girib gözdən itir.

***

466

Page 467: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Taxtında əyləşib rəqqasələri izləyən Hafz bəyin və qarşısında rəqs edən rəqqasələrin yandan görüntüsü. Arxa planda musiqiçilr görünür. Kadra daxil olan Bəkir ağa bəyə yaxınlaşıb onun qulağına tərəf əyilir.

*** Bəyin və onun qulağına nə isə pıçıldayan Bəkir ağanın öndən, yaxın

perspektivdə görüntüsü. Hafiz paşa söylnilənləri dinlədikcə üz – gözündə həyacan ifadə edilməyə başlayır. O, cəld ayağa qalxır və əlini yuxarı qaldırır. Kadr arxasından eşidilən musiqi səsi dərhal kəsilir.

***Ekranda qaçışaraq məkanı tərk edən rəqqasə qızlar və ayağa qalxaraq öz

alətləri ilə birlikdə və cəld addımlarla onları təqib edən musiqiçilər canlanır. ***Taxtın yannda durmuş hafiz bəy və Bəkir ağa. Ümumi plan. Bəy həyacanla

soruşur:-Xəbəri nə vaxt almısınız?Bəkir ağa:-İki dəqiqə öncə. Xəbər mənə yetişər – yetişməz sizi məlumatlandırmağa

tələsdim. İki – üç saat sonra yetişməlidirlər. Sayları dəqiq məlum deyil, amma həddən artıq çoxdurlar, özləri ilə çox sayda ağır top da gətirirlər.

Hafiz bəy, ardınca da Bəkir ağa qapıya tərəf yönəlirlər. Kamera onları müşayiət edir. Hafiz bəy:

-Topları bir şeyə yaramaz. Bizim topların vurma məsafəsindən kənarda mövqe tutmağa məcbur olacaqlar. O məsafədən isə bir şey edə bilməzlər.

Bəy və mmur qapıdan çıxırlar. ***Ortasında hovuz olan geniş, qapalı məkan. Hovuzun yanında iki tovuz quşu

gəzişir. Hafiz bəy və Bəkir ağa kadra daxil olub, quşların yanında ayaq saxlayırlar. Hafiz bəy:

-Başlarındakının kim olduğu məlumdurmu?Bəkir ağa:-Dəqiq məlum deyil, amma geymindən şaha oxşadıblar.Hafiz bəy təəccüblə:-Yəni nadir şah özümü üstümüzə gəlir?Bəkr ağa:-Deyəsən.Hafiz bəy, ardınca da Bəkir ağa cəld addımlarla hovuzun yanından ötərək

keçirlər. ***Sütunlu, yarı açıq, yarı örtülü geniş dəhlizlə Hafiz bəy və Bəkir ağa (osmanlı

məmuru geyimində) tələsən addımlarla keçir və sütunların arasında gözdən itirlər. ***Qars qalasının Osmanlı bayrağı dalğalanan bürclərindən biri. Hafiz bəy əli

tüfəngli əsgərlərin arasında təkgözlü uzun binoklla üfüqə tərəf baxır. ***

467

Page 468: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Binoklun dairəvi pəncərəsindən görüntü. Qızılbaş əsgərləri çadırlar qurur, topları döyüş mövqelərinə çəkirlər. uzun nərdivan daşıyan əsgərlər görünür. dairəvi pncərədəki görüntülər o qədər sürətlə dəyişir ki, bir şey görünmür. Bu deməkdir ki, hafiz bəy binoklu başqa tərəfə yönəldir. Nəhayət pəncərədki təsvirdə çadırlarn birinin yanında durub söhbət edən Nadir şah və Məhəmməd xan Qaraman söhbət edirlər.

***Seyrək meşəli dağ yamacının dağın başından görüntüsü. Zirvəyə qalxan iki

cığırla qızılbaş əsgərləri üzü yuxarı qalxırlar. Onlar ucu - bucağa görünməyən ilanı xatırladırlar. Bu mənzərənin fonunda yazılır:

“TABASARAN. MAY, 1744 – CÜ İL” ***Dağın yuxarı hissəsində qaya arxasından aşağı baxan iki nəfər dağl geyimli,

saqqallı şəxs görünür. Onlardan birincisi ikincisinə deyir:-Təcili Surxay xana məlumat vermək lazımdır.Dağlılar cəld ayağa qalxıb daha böyük bir qayanın arxsında gözdən itirlər. ***Ekranda dağ cığırı il piyada yuxarı dırmanan Murad xan və onu təqib edən

tüfəngli qızılbaş əsgərləri görünür. ***Sıldırım qayalarla əhatələnmiş bir dağ kəndinin qayalardan birinin başından

görüntüsü. Arxa plandakı dağda çox sayda qoyun sürülərini otaran çobanlar görünür. Onlardan bir qədər kənada yol və yolla kənd tərəf çapan iki atlı diqqəti çəkir.

***Kənd evlərinin birinin həyəti. Bir dağlı qadın həyətdəki toyuq – cücəyə dən

verir. Kadr arxasından at ayaqlarının səsi və açılan taxta qapının ürək parçalayan cırıltısı eşidilir. Qadın səs gələn tərəfə baxır.

***Həyətin qapısı. Qapınn yanında çəpərə iki at bağlanıb. Içəri atlarının

iplərindən çəkən iki dağlı girib, atlarn ipini çəpərə bağlayırlar. Birinci dağlı qadından soruşr:

-Bacı, qonağınız evdədirmi?Kadr arxasından qadının “hə” – deyən səsi eşidilir. ***Həyədəki evin qapısı açılır və oradan üçüncü dağlı çıxır və soruşur:-Nə olub?Kadra daxil olan iki dağlı ona yaxınlaşırlar. Birinci dağlı:-Təcili Surxay xanla görüşməliyik. Qızılbaşlar gəlir.Ev yiyəsi içəri keçir, gələnlər də həmçinin. ***Ekranda toyuq – cücəsini yemləyən qadın görünür. Qadın öz –özünə:-Yazıq Surxay xan bütün adamlarını itirib, tək qalıb, yenə də ondan əl

çəkmirlər. ***

468

Page 469: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Həyədəki evin qapısı açılır və oradan Surxay xan, ev yiyəsi və yeni gələn iki dağlı çıxırlar. Onlar kameranın obyektivinin müşayiəti altında həyət qapısına yaxınlaşrlar. Surxay xan və iki dağlı atlarının ipini açıb atlanırlar. Ev yiyəsi:

-İndi hara gedəcəksən?Surxay xan:Buralarda daha qala bilmərəm, dinclik verməyəcəklər, Osmanlı torpağına

keçməkdən başqa əlacım qalmayıb. Hər şeyə görə təşəkkür edirəm.Surxay xan və iki dağlı qapdan çıxıb çapmağa başlayır. Kişi qapını örtüb geri

dönür. Yolda qadın ondan soruşur:-İndi yazığın halı necə olacaq?Kişi:-Bilmirəm. Şirvan və Dağıstanda Surxay xan dövrü bitdi artıq. Mən əlimdən

gələni etdim. *** Mosul qalasının top atəşlri ilə dağıdılmasını əks etdirən kadrlar. Aləmi oz

duman bürüyüb. Qalada böyük bir deşik açılıb. Bu mənzərənin fonunda yazılır: “MOSUL, İRAQ. İYUN, 1744 – CÜ İL” ***Ekranda at belində oturmuş Şahzadə Nsrullah xan görünür. O, əlində tutduğu

qılıncı yuxarı qaldırıb hücum işarəsi verir. ***Ekranda qalada yaranmış deşiyə tərəf tüfəngdən atəş aça – aça hücuma keçən

qızılbaş əsgərlri görünür. Onlardan bəzisi qarşı tərəfin açdığı atəşlə yerə sərilir. Tüfəngçilərin dalınca qılınc yelləyən qızılbaş əsgərləri də uçuq yerə tərəf şığıyır. Atəş səsləri qulaq batırır. Tüstüdən ətraf zorla seçilir.

***Uçmuş qalanın iç tərəfdən görüntüsü. Osmanlı əsgərləri çəri girən qızılbaş

əsgərlərinə müqavimət göstərməyə çalışırlar. Kimi tüfəngdən atəş açır, kimi qılınc çalır. Osmanlılar təzyiqlrə tab gətirə bilmir, itkilər verə - verə geri çəkilirlər.

***Qala qapısının iç tərəfdən görüntüsü. Az sayda osmanlı sayları durmadan

artan qızılbaşlara müqavimət göstərməyə çalışır. Həm qılınclardan, həm də tüfənglərdən istifadə edilir. Hər iki tərəfdən ölənlər var.

***Qapının yaxından görüntüsü. Onun önündə duran bir osmanlıya iki qızılbaş

hücuma keçir. Osmanlı əsgəri birini vurub yaralasa da, ikincisinin başına endirdiyi qılınc zərbəsindən üz – gözü qana bulaşır. Onu vuran qızılbaş əsgəri kadra daxil olan başqa bir qızılbaş əsgəri ilə birlikdə qapını açmaqla məşğul olurlar.

***Qala qapsının çöldən görüntüsü. O, açılır və yüzlərlə qızılbaş piyadası qaça -

qaça içəri irəliləyir. ***Ekranda görünən Nəsrullah xan qılıncını qaldırıb işarə verir. ***

469

Page 470: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yüzlərlə qızılbaş süvarisi qapıya tərəf çaparaq şəhərə daxi olur. Onlardan bəzisi qarşı tərəfin açdığ atəşlə atından yerə yıxılır. Atı ilə birlikdə aşanlar da olur.

*** Ekranda Nadir şahın başçlığı ilə ucu – bucağı görünməyən qızılbaş

ordusunun yürüşünü əks etdirən səhnələr bir – birni əvəz edir: at belində öndə gedən Nadir şah, onu maşayiət edən Məhəmməd xan Qaramanlı, Murad xan, bayraqdarlar və mühafizəçilər, piyada tüfəngçilər və onların yanı ilə gedən süvarilər, zəmburək daşıyan dəvələr və top qoşulmuş arabalar... Bu mənzərənin fonunda yazılır:

“1744 – CÜ İLDƏ NADİR ŞAH QARS QALASINI VƏ MOSULU ƏLƏ KEÇİRDİ, ŞİRVANIN ƏKSƏR HİSSƏSİNDƏ ASAYİŞ BƏRPA EDİLDİ. SUXAY XAN OSMANLI TRƏFƏ KEÇDİ VƏ BİR DAHA BU TƏRƏFLƏRDƏ GÖRÜNMƏDİ, CAR – BALAKƏNLİ ÖMƏR XAN, NADR ŞAHA BİƏT ETDİ. BƏLUCİSTANDAKI ÜSYAN DA YATIRILDI. QIŞI BƏRDƏDƏ KEÇİRƏN NADİR ŞAH 1745 – Cİ İLİN YAYINDA ŞƏKİYƏ GƏLDİ VƏ MÜQAVİMƏT GÖSTƏRMƏYİN MƏNASIZ OLDUĞUNU GÖRƏN HACI ÇƏLƏBİ XAN ŞƏHƏRİN QAPILARINI AÇDI VƏ AZƏRBAYCAN İMPERATORU TƏNTƏNƏLİ SURƏTDƏ ŞƏKİYƏ DAXİL OLDU. VƏZİYYƏTİ BELƏ GÖRƏN OSMANLILAR 1746 – CI İLİN PAYIZNDA NADİR ŞAHLA YENİ MÜQAVİLƏ İMZALAMAĞA MƏCBUR OLDULAR VƏ BUNDAN SONRA QONŞU ÖLKƏNİN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAYACAQLARINA BOYUN OLDULAR. NADİR ŞAH RUSİYAYA QARŞI MÜHARİBƏYƏ HAZIRLAŞMAQ İMKANI ƏLDƏ ETDİ. LAKİN 1747 – Cİ İLİN YAZINDA XORASANDAN GƏLƏN HƏYACANLI XƏBƏRLƏR ONU BU MƏSƏLƏNİ TƏXİRƏ SALMAĞA MƏCBUR ETDİ”.

Diktor kadr arxasından mətni oxuyur. *** Ekranda Məşhəd şəhərinin panoram görüntüsü əks olunur. Bu mənzərənin

fonunda yazılır: “MƏŞHƏD, XORASAN. MAY, 1747 – Cİ İL” ***Xalça – palaz və çox sayda kitab rəfləri ilə bəzədilmiş geniş və işıqlı otaq.

Rzaqulu xan və Nəsrullah xan yerə döşnmiş döşəkçlərdə, şahmat lövhəsi arxasında oturmuşlar. Hər ikisi böyük mütəkkəyə dirsəklənmişlər. Onlar şahmat oynaya – oynya söhbət edirlər. Rzaqulu ağ topun yerini dəyişərək deyir:

-Doğrusu, atamın səni Məşhədə göndərməsi məni çox təəccübləndirdi. Mosulun alınmasında göstərdiyin qəhrəmanlığa görə səni Təbrizə göndərəcəyini düşünürdüm.

Nəsrullah gülümsəyərək:-Dadaş, Təbrizdə oturmaq mənim yox, sənin haqqındır. Vəliəhd sənsən. Atam

bunu mənə təklif etmiş olsaydı belə, sən dura – dura, heç vaxt razılaşmazdım. Bir də, axı, o, Qəzvində böyük bir bir saray tikdirib...

***Nəsrullah iri planda görünür.

470

Page 471: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Səltənətin paytaxtını Qəzvinə köçürməyi düşünür. Deyir ki, Azərbaycan səltənətinin paytaxtı Məşhəddə yox, Azərbaycanda olmalıdır. Bəlkə də o, saryı sənin üçün saldırır. Mənə elə gəlir ki, səni öz yerinə qoyub, özü Urusiyyətlə müharibəyə yollanacaq. Yəqin ki, məni də özü ilə aparacaq.

***Ümumi plan. Nəsrullah qara atla ağ piyadanı vurur. Rzaqulu da ağ topla qara

piyadanı vurur və deyir:-Sən nə isə eşitmisən, yoxsa, ehtimal edirsən.Nəsrullah xan “Hiss edirəm,” – deyib diqqət və fikrini bütülüklə lövhəyə

yönəldir. Rzaqulu isə diqqətlə qadaşını süzməyə başlayır. Onun baxışlarından məhəbbət və mehribanlıq hiss edilir.

***Rzaqulu öndən, Nəsrullah arxadan görüntülənir:-Deyəsən, vəziyyət çətinləşib. Nəsrullahdan səs çıxmır. ***Kameranın görüntüləmə bucağı dəyişir. Bu dəfə Nəsrullah öndən, Rzaqulu isə

arxadan görüntülənir. Nəsrullah gözünü lövhəyə dikib, növbəti gedişini düşünür. ***Ümumi plan. Rzaqulu:-Əliqulu barədə, necə, bir şey hiss edirsən, ya yox?Nəsrullahdan səs çıxmır, sanki, eşitmir. Fikri – zikri oyunun yanındadr.

Gözlənilmədən sevinclə qara fili çəkib deyir:-Şah!Rzaqulu gülməyə başlayır. ***Ekranda Nəsrullahın təəccüb hiss edən üzü görünür. Qardaşının nəyə

güldüyünü anlamadığı sezilir, fəqət gülümsəyir və deyir:-Vallah, nəyə güldüyünü başa düşmədim. *** Rzaqulu öndən, Nəsrullah arxadan görüntülənir:-Oyuna o qədər çox aludə olmusan ki, verdiyim sualı belə eşitmədin. ***Kameranın görüntüləmə bucağı dəyişir. Bu dəfə Nəsrullah öndən, Rzaqulu isə

arxadan görüntülənir. Nəsrullah:-Bağışla, dadaş, deyəsən gerçəkdən də eşitmədim. ***Ümumi plan. Rzaqulu gülümsəyərək:-Soruşdum ki, Əliqulu barədə, necə, bir şey hiss edirsən, ya yox?Nəsrullah:-Bunu eşitdim. Cavab vermədim, məgər?Rzaqulu qəh – qəhə çəkməyə başlayır. Nəsrullah da ona qoşulur. Rzaqulu

dikəlib əlinin dalı ilə şahmat taxtasını yana itələyir. Taxtanın üstündəki əksər fiqurlar dağılır. Rzaqulu gülə - gülə:

-Bir də şətrənc oynama, sənə pis təsir edir.

471

Page 472: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Nəsrullah da dikəlir. Rzaqulu onu özünə tərəf çəkib qucaqlayır:-Aslan qardaşım mənim!Elə bu an kadr arxasından qılıncla döyüş səsləri və kiminsə “Xəyanət!”

bağırtısı eşidilir.Qardaşlar həyacanla dik atılırlar. ***Şahzadələrin olduqları otağın qapısının arxa tərəfi. Burada otağ mühafizə

edən nizə -qalxanlı mühafizəçilərə kənadan gəlmiş, nizə, qalxan və qılıncla silahlanmış çox sayda əsgər döyüşürlər. Keşikçilərdən biri qışqırır: “Xan, qaçın canınızı qurtarın!” O, sinəsinə girən nizənin zəbəsindən ləngər vurub yerə yıxılır. Keşikçilər hücuma keçənlrdən bir – ikisini zərərsizləşdirə bilsələr də gələnlər onların hamısın qırırlar. Kadra daxil olan əli qılınclı Əliqulu xan və saleh xan qapıya yaxınlaşırlar. Qapı açılır və qapıda Rzaqulu xan görünür. O, nifrətlə Əliqulu xana baxır. Əliqlu xan qılıncını onun sinəsinə dayayır. Elə bu an Nəsrullah qardaşını arxadan çəkib, onun yerini utur:

-Nə olub, nə istəyirsən?Əliqulu “kəs səsini, küçük!” - deyib ona möhkəm bir təpik vurur. Nəsrullah

arxaya yıxılır. Əliqulu xan və Saleh xan içəri girirlər. ***Otağın içi. Rzaqulu yerə yıxılmış qardaşını qaldırır. İçəri girən Əliqulu xan və

Saleh xan nifrətlə qardaşlara baxırlar. Rzaqulu:-Silahsız olduğumuzu görürsən. Öldürəcəksənsə, öldür! Nə gözləyirsən?

(Üzünü Saleh xana tutur) Saleh xan, bəs, sənin bizlə ədavətin nədir?Əliqulu xan çöldəki əsgərlərə:-Girin içəri! Əsgərlər içəri doluşurlar. Əliqulu xan əmr edir:-Əl – qollarını bağlayın! ***Rəngbərəng şüşəli pəncərələri və zərif naxışlarla bəzədilmiş divarları olan,

sütunlu, geniş və işqlı bir zal. Zalın hər tərəfində kitab rəfləri diqqəti cəlb edir.Zalın ortasında Rizə Bəyim, Fatimə Soltan Bəyim və Təhmasib xan Cəlair

durmuşlar. Hər üçü həyacanlıdır. Rizə Bəyim xana:-Təhmasib xan, bir düz əməlli başa sala bilərsənmi nə baş verib?Xan:-Xanım, başa salmağa vaxt yoxdur. Dedim ki, Əliqulu xan Saleh xanla

birləşərək qiyam edib, Rzaqulu xanla Nsrullah xan və bütün digər şahzadələr həbs olunub.Əliqulunun adamları bura gəlirlər...

***Ekranda gözlərindən təlaş yağan xanımlar yanaşı yaxın planda

görüntülənirlər. Xanın səsi kadr arxasından davam edir:-...Mənim adamlarım bütün küçələrdə onlarla vuruşurlar, amma sayları azdır.

Çox keçməz ki, qiyamçılar bura gələr. Bütün xanımları və uşaqları toplayın və gizli yolla şəhri tərk edin!..

***İri planda görünən Thmasib xan Cəlair davam edir:

472

Page 473: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-Mən onların qabağını almağa çalışacağam... ***Ümumi plan. Xan qadınları tələsdirməyə çalışır:-Tez olun! Vaxt itirmək olmaz. ***İri planda görüntülənən Fatimə Soltan bəyim həyacanla:-Doğru söylədiyini nədən bilək?! ***Ümumi plan. Təhmasib xan əsəblə əlləri ilə başını tutur:-Qurban olum, xanım, vaxt itirməyin, tez olun!Fatimə Soltan bəyim:-Sənə inanmıram!Elə bu an kadr arxasından qışqırıq və qılınclaşma səsləri gəlir. Qadınlar cəld

pəncəyəyə tərəf qaçırlar.Təhmasib xan onların ardınca:-Gördünüz! Pəncərədən baxmaq vaxtı deyil!Təhmasib xan cəld kitan rəflərindən birini qapıya tərəf itələməyə başlayır.

Kamerann obyektivi onu təqib edir. Xan rəfi qapıya dirəyib qışqırır:-Xanım, tez olun! Məhəmməd xan Türkmən sizi gizli yolun o biri başnda sizi

gözləyəcək! ***Ekranda pəncərədən aşağı baxan qadınlar görüntülənir. Arxadan görüntü. ***Pəncərədən geniş həyətin görüntüsü. Təhmasib xanın adamlar ilə ardı – arası

kəsilmdən həyətə doluşan qiyamçılar arasında qanlı vururş gedir. ***Pəncərədən ayrılan qadınlar qaçaraq kadrdan çıxırlar. Kadra başqa bir kitab

rəfini qapıya tərəf sürükləyən Təhmasib xan daxil olur və kameranın obyektivinin müşayiəti altında onu da gətirib qapıya dirəyir. O bu işi daha iki dəfə, otaqda rəflr qurtarana qədər davam edir və qılıncını sıyırıb pəncərəyə tərəf qaçır.

***Pəncərənin çöldən görüntüsü. Təhmasib xan əlində qılınc pəncərədən (ikinci

mərtəbədən) həyətə tullanır və dərhal da döyüşə atılır. Həyətin hər tərəfində qızğın döyüş gedir.

***Yarıqaranlıq, kərpicdən hörülmüş uzun bir tunel. Fatimə Soltan Bəim,

Rzabəyim, sona Bəyim, eləcə də Nadir şah və Rzaqulu xanın digər övrətləri və çox sayda uşaq tunellə irəliləyirlər. Qadınların əllərində məşəllər var.

*** Təhmasib xanın adamları və keşikçilər durmadan itki verərək, Təhmasib

xanın ətrafında cəmləşərək evin qapısını müdafiə eməyə çalışırlar. Hamısı birlikdə on yaxın adam qalıb. Qarşı tərəfin sayı yüzdən artıqdır. Təhmasib xan və müdafiəçilərin hamısı yaralıdır, qan içindədirlər. Qəhrəmancasına döyüşürlər. Bu an kadr arxasından Məhəmməd xan Qacarın səsi eşidilir:

-Durun!

473

Page 474: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hücuma keçənlr dururlar. Müdafiəçilər səs gələn tərəfə baxırlar. ***Ekranda qiyamçı əsgərlərin yol verdikləri və yaradılan yolla irəliləyən

Məhəmməd xan Qacar görünür. ***Ümumi plan. Məhəmməd xan Qacar hər tərəfdən mühasirə edilmiş, kürəkləri

evin qapısına tərəf olan Təhmasib xan və adamlarının qarşılarına gəlir və Təhmasib xana müraciət edir:

-Müqvimət göstərməyin heç bir mənası yoxdur, xan, təslim olun! Biz səninlə dostuq və ölməyini istəmirəm.

***İri planda görüntüyə gələn və üz – gözü, paltarı qan içndə olan Təhmasib xan

Cəlair:-Dost?! Mənim dostum olan şəxs qiyamçlarla bir yerdə ola bilməz! Sən o

Məhəmməd xan Qacar deyilsən ki, nərə çəkəndə müşıdı aslanlarn canna vəlvələ düşərdi. Sən o Məhəmməd xan deylsən ki, döyüşə atılanda qarşısına hər çxanı iki bölərdi. Səni tanıya bilmirəm. Sən hara, qiyamçılar hara?

***İri planda Təhmasib xanı Məhəmməd xan əvəz edir:-Bu uzun söhbətdir. Təslim ol, canını qurtar! ***Ümumi plan. Cəlair xan:-Sən mənə bişərəfcəsinə təslim olmağı necə təklif edə bilərsən? Yəni bu neçə

ildə məni tanıya bilmədinmi?Məhəmməd xan:-Səni çox yaxşı tanıyıram. Təslim olmayacağını da yaxşı bilirəm. Çingiz

xanın soyundan olan, damarlarında onun qanı axan Təhmasib xan Cəlairin Allahdan başqa kimsəyə heç vaxt təslim olmayacağına əminəm, amma bu əsgərlərə yazığın gəlsin! Onların övladları atalarının yolunu gözləyirlər.

Təhmasib xan əsgərlərinə:-Atın silahlarnızı yerə!Əsgərlər yer – yerdən:-Biz bişərəf deyilik. Özünüzə rəva görmədiyinizi bizə də rəva görməyin. Xan,

imkan verin Azəbaycan səltənənti və şahımızın yolunda şhid olaq.Təhmasib xan çğırır:-Əmr edirəm, atın silahlarınınzı!Əsgərlr silahlarını yerə atırlar. ***Öndən görünən Təhmasib xan:-Əşhədü ənnə lə ilahə illəllah, əşhədü ənnə Mühəmmədən əbduhu və

rəsuluhu!O bu sözləri deyib qılıncını ürəyinə soxur. Əsgərləri onu yıxılmağa

qoymurlar. Onu ehmalca yerə uzadırlar. ***

474

Page 475: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Yarıqaranlıq, kərpicdən hörülmüş uzun bir tunel. Fatimə Soltan Bəim, Rzabəyim, sona Bəyim, eləcə də Nadir şah və Rzaqulu xanın digər övrətləri və çox sayda uşaq tunellə irəliləyirlər. Qadınların əllərində məşəllər var.

*** Məhəmməd xan Qacar və qiyamçı əsgərlər evin pilləkanları ilə ikinci

mərtəbəyə qalxırlar. ***İkinci mərtəbə. Otağın qapısı. Məhəmməd xan qapnı açmaq istəyir, fəqət qapı

açılmır. Məhəmməd xan Qacar üzünü əsgrlrə tutur:-Sndırın!İki əsgər çiyinləri ilə qapıya çırpılırlar, qapı açılmır. ***Qapnın iç tərəfdən görüntüsü. Onun açlmasına içi kitabla dolu çox sayda rəf

maneçilik törədir. Kadr arxasında gələn boğuq səslər əsgərlərin özlərini qapıya vurmaqda olduğundan xəbər verir. Hər belə sələ eyni anda rəflər titrəyir və bir neçə kitab yerə düşür.

***Yarıqaranlıq, kərpicdən hörülmüş uzun bir tunel. Fatimə Soltan Bəim,

Rzabəyim, sona Bəyim, eləcə də Nadir şah və Rzaqulu xanın digər övrətləri və çox sayda uşaq tunellə irəliləyirlər. Qadınların əllərində məşəllər var.

*** Ekranda yenidən rəflərlə önü tutulmuş qapı görünür. Rəflərdən ikisi artıq

kitabları ilə birlikdə yerə düşmüşdür. Qapı adamım keçə bilməyəcəyi şəkildə azacıq aralanıb. Növbəti səs və digər rəflər də düşür. Qapı bir qədər də aralanır, amma bu da yetərli deyil.

***Qapının o biri tərəfi. Əsgərlər özünü qapıya çırpırlar. Məhəmməd xan və digər

əsgərlər gözləyirlər. Xan əsəbi halda çığırır:-Cəld olun!Növbəti cəhd uğurla nəticələnr və xan ardınca əsgərlər növbə ilə yarıya qədər

açılmış qapdan içəri daxil olurlar. ***Yarıqaranlıq, kərpicdən hörülmüş uzun bir tunel. Fatimə Soltan Bəim,

Rzabəyim, sona Bəyim, eləcə də Nadir şah və Rzaqulu xanın digər övrətləri və çox sayda uşaq tunellə irəliləyirlər. Qadınların əllərində məşəllər var.

*** Məhəmməd xan və əsgərlər otağın içindən keçib, kamerann obyektivinin

təqibi ilə növbəti qapıya yaxınlaşırlar. Bu qapı asanlqla açılır. Xan, ardınca əsgərlər o biri otağa keçirlər.

***Qayalq bir yer. Məhəmməd xan və dörd qızılbaş əsgəri qayaların yanında

durub qadınları və şaqları gözləyirlər. Yaxınlıqda bir neçə at və bir necə hər tərəfi örtülü at arabası görünür. Nəhayət, qayalardan birinin ardından Fatimə Soltan xanım, ardınca çox sayda uşaq, daha sonra Sona Bəyimlə Rizə Bəyim və digər qadınlar çıxırlar. Əsgərlər uşaqlara və qadınlara arabalara minməyə kömək edirlər.

475

Page 476: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Fatimə Soltan xanımla Məhəmməd xan Türkmən bir kənara çəkilirlər. Kamera onları təqib edir. Onlar bir qədər aralıda dururlar. Qadın soruşur:

-Bizi hara aparacaqsınız?Məhəmməd xan Türkmən:-Hələlik Kəlata gedəcəyik. Sonrası orada məlum olacaq. İndisə tələsmək

lazımdır! *** Ekranda Nadir şahın başçlığı ilə ucu – bucağı görünməyən qızılbaş ordusunun

yürüşünü əks etdirən səhnələr bir – birni əvəz edir: at belində öndə gedən Nadir şah, onu maşayiət edən Məhəmməd xan Qaramanlı, Murad xan, bayraqdarlar və mühafizəçilər, piyada tüfəngçilər və onların yanı ilə gedən süvarilər, zəmburək daşıyan dəvələr və top qoşulmuş arabalar...

*** Ekranda dairəvi pilləkanlarla cəld aşağı düşən Məhəmməd xan Qacar və

qiyamçı qızılbaş əsgərləri görünürlr. ***Məhəmməd xan Qacar və əsgərlər bir otağa daxil olurlar. Otağın düz

ortasındakı xalça knara çkilmişdir. Döşəmədə zirzəmiyə açılan yol görünür. Onun qapıs açıqdır. Xan və əsgərlər cəld onun yanına gəlirlər. Öncə xan və ardınca da əsgərlər aşağı enirlər.

***Daş divarlı dar bir zindan. Qəfəsin arxasında samanın üzərində üzbəüz

oturmuş Pzaqulu xan və Nəsrullah xan görünürlər. Onların hər biri qarşı divarlardan birinə söykənmişlər. Ön planda iki əli nizə və qalxanlı keşikçi görünür. Kamera keşikçilrin arasından keçib qəfəsə yaxınlaşır. Qardaşlar qəfəs arxasından, orta planda görünürlər. Rzaqulu:

-Atamı Əliqulunun xəyanətkarlığına inandıra bilmədim. Onu cəzalandırmaq əvəzinə məni barışmağa məcbur etdi. Bu da axırı...

Nəsrullah xan:-Allah böyükdür. Xəbər gec – tez şaha çatacaq. Görəcəyəm onda əmi

oğlumun halını!Rzaqulu:-Onun nə düşündüyünü, nədən belə ediyini heç başa düşə bilmədim. Bu ki

axmaqlıqdır! Belə bir addıma qərar vermək üçün adam gərək qurd ürəyi yemiş olsun!

Nəsrullah xan:-Saleh xan hansı ağılla ona qoşulub? Bütün bunlada onun marağının nə

olduğunu heç cür başa düşə bilmirəm. Görəsən Təhmasib xan Cəlair və Məhəmməd xan Türkmən haradadrlar?..

Kadr arxasından keşikçilərdən birinin səsi eşidilir:-Təhmasib xan artıq yoxdur, xan!Qardaşlar üzlərini səs gələn tərəfə çevirirlr. ***Ekranda keşikçilər görünür. Onlardan biri:-Şah ailəsini qoruyarkən öldürülüb!

476

Page 477: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Ekanda keşikçiləri şahzadə qardaşlar əvəz edir. Onlar dik ayağa atılıb, qəfəsə

yaxınlaşr və barmaqlqlardan tuturlar. Rzaqulu:-Şah ailəsi haradadır? ***Qəfəsin barmaqlıqlarından tutmuş qardaşların arxadan, qəfəsin içindən

görüntüsü. Arxa planda keşikçilər görünür. Birinci keşikçi barmaqlıqlara yaxınlaşıb, o biri tərəfdən onlarla üz – üzə durur:

-Deyilənə görə, başına dönüm, xan, onları Məhəmməd xan Türkmən aradan çıxarıb. Əliqulu xan, Saleh xan və Məhəmməd xan Qacar onları axtarırlar.

*** Görüntü bucağı dəyişir. Bu dəfə qardaşlar öndən, keşikçi arxadan

görüntülənir. Rzaqulu xan heyrət və qəzəblə:-Məhəmməd xan Qacar?!Nəsrullah xan:-Odamı qiyamçılarla birlikdədir. ***Görüntü bucağı yenidən dəyişir və yenidən keşikçi öndən, qardaşlar arxadan

görünürlər. ikinci keşikçi də birinciyə yaxınlaşır. Birinci keşikçi:-Bəli, başına dönüm! ***Ekranda yalnız barmaqlıqlardan tutmuş qardaşlar görünürlər. Rzaqulu

qardaşına:-Deyirəm, axı, Tehranda niyə mni bu cür xoş qaşılamış və köməyini təklif

edirdi. Elə bilirdi ki, atamın üzünə ağ olacağam. Deməli, o vaxtdan beynində bu fikir varmış!

***İri planda öndən, tək görünən birinci keşikçi:-Bütün bunları sizə söylədiyimi bilsələr, ikimizin də dərimizə saman təpərlər. ***Ekranda yalnız barmaqlıqlardan tutmuş qardaşlar görünürlər. Nəsrullah:-Qorxma! ***Məhəmməd xan Türkmən və iyirmiyə yaxın atlının müşayiəti ilə irəliləyən üç

üstüörtülü arabanın quş uçuşundan görüntüsü. ***At belində irəliləyən Məhəmməd xan Türkmənin öndən görüntüsü. Arxa

planda örtülü arabalar və onları müşayiət edən süvarilər görünürdü. Birdən Məhəmməd xan öndə nə isə görüb həyacanlanır. Atını saxlayır, əlini qaldırır və arabalar durur. Atlılar isə onun yanına yaxınlaşılar. Onlarda həyacanla irəli baxırlar.

***Onların baxdıqları tərəf. Yolu yüzə qədər əli tüfəngli atlı kəsib. Başlaında

Məhəmməd xan Qacar durub. ***

477

Page 478: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Ekranda Nadir şahın başçlığı ilə ucu – bucağı görünməyən qızılbaş ordusunun yürüşünü əks etdirən səhnələr bir – birni əvəz edir: at belində öndə gedən Nadir şah, onu maşayiət edən Murad xan, Məhəmməd xan Qaramanlı, bayraqdarlar və mühafizəçilər, piyada tüfəngçilər və onların yanı ilə gedən süvarilər, zəmburək daşıyan dəvələr və top qoşulmuş arabalar...

***Yüzə yaxın atlının müşayiəti ilə əks tərəfə hərəkət edən üç örtülü araba

görüntülənir. Atlılarn başında Məhəmməd xan Qacar gedir. Atlılardan birinin əlində ucuna kəsik baş taxılmış nizə tutub.

***Əlində ucuna kəsilmiş baş taxılmış nizə tutumuş əsgərin yaxından görüntüsü. ***Ekranda kəsik baş iri planda peyda olur. Bu, Məhəmməd xan Türkmənin qana

bulaşmış başıdır. *** Yürüş halında olan ordunun başında gedən Nadir şah öndən görünür. Onun

sağ tərəfində Murad xan, ətrafnda mühafizəçilər, arxasında bayraqdarlar və qoşunun ön sırası diqqəti çəkir. Nadir şah kədərli və yorğun görünür.

***Kiçik bir qalanın quş uçuşundan görüntüsü. Qalanın qapıs açıqdır. Yüzə yaxın

atlı və üç araba darvazadan içəri daxil olurlar. ***Qala divarları yanında (iç tərəfdən) üz – üzə durmuş Əliqulu xan və

Məhəmməd xan Qacar. Məhəmməd xan əlində ucuna baş taxılmış nizəni tutub. Arxa planda o yan – bu yana vurnuxan əsgərlər görünür. Kadr arxasından ağlaşan uşaq səsləri eşidilir. Əliqulu xan diqqətlə Məhəmməd xan Türkmənin başına baxır və deyir:

-Onu Təhmasib xan Cəlarin başı ilə brlikdə əmimə ərmağan göndərəcəyəm!..O bu sözləri deyb vəşi biq qəh – qəhə çəkir. Sonra gözlənilmədən sakitləşir və

davam edir:-Əmimi də onların yanına göndərəcəyəm! Səltənət bizim olacaq!O, yenidən qəh – qəhə çəkir. *** Zindan. Qəfəsin arxasından Rzaqulu xan və Nəsrullah xan görünürlər. Orta

plan. Onların hər biri qarşı divarlardan birinə söykənmişlər. Nəsrullah “Sarı gəlin” mahnısını zümzümə edir, Rzaqulu gözünü bağlayb dinləyir.

***Ekranda əli nizə - qalxanlı iki başqa keşikçi görünür. Onlardan biri çubuq

çəkir. Arxa planda qardaşların olduğu qəfəs görünür. Kadr arxasından Nəsrullahın zümzüməsi eşidilir. Çubuq çəkən keşikçi:

-Necə də yanıql oxuyur! Şah övladı olasan, başına belə bir iş gələ!İknci keşikçi:-Görəsən, şahn olanlardan xəbəri yoxdurmu?Birinci keşikçi:-Allah bilir!

478

Page 479: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Elə bu an zindanın açılan dəmir qapılarının tükürpərdici səsi ətrafa yayılır. Kadr arxasından eşidilən zümzüməyə ara verilir.

***Zindanın yuxarı qalxan dəmir qaplarında içəri keşikçibaşı və əvvəlki iki

keşikçi daxil olurlar. Keşikçibaşı yerində durur. Köhnə keşikçilər digərlərinə yazınlaşıb “Əssəlamu əleyküm” deyib, “Və əleykəssəlam” cavabı aldıqdan sonra nizə və qalxanları onlardan qəbul edirlər. Bu birilər keşikçibaşı tərəfə gedib kadrdan çıxırlar. Kadr arxasından bağlanan dəmir qapının canyaxan səsi aləmi bürüyür.

***Qəfəsin görüntüsü. Qardaşlar artıq ayağa qalxmış və barmaqlıqlardan

tutmuşlar. Keşikçilər kameranın arxasından kadra girib onlara yaxınlaşrlar və bir ağızdan “Əssəlamu əleyküm” – deyirlər, qadaşlar da öz növbəsində “Və əleykəssəlam” cavabını verirlər. Rzaqulu həsrət və həyacanla:

-Nə yeni xəbər var? ***Ekranda keşikçilər görünürlər. Birinci keşikçi kədərli – kədərli deyir:-Xəbərlər pisdir, başna dönüm! ***Ekanda keşikçiləri qəfəs arxasından baxan qardaşlar canlanr. Nəsrullah:-Ürəyimizi üzmə, tez ol, söylə! ***Qardaşların arxadan, qəfəsin o tayında olan keşikçilərin öndən görüntüsü.

Keşikçilər kədərli – kədərli yerə baxırlar. Rzaqulu:-Söylə, canımızı sıxma!Birinci keşikçi başını qaldırmadan:-Məhəmməd xan Qacar şahın bütün ailəsini ələ keçirə bilib, onların hamısını

bura, qalaya gətirib ev dustağı ediblər.Bu sözlərə dözə bilməyən Nəsrullah kamera tərəfə çevrilib əlləri ilə başından

tutur, dizləri taqətsiz halda bükülür. Onda canyaxıcı inilti yüksəlir. ***Görüntü bucağı dəyişir. Keşikçilər arxadan, Rzaqulu öndən görünür.

Nəsrullah çökdüyü üçün obyektivə düşmür. Rzaqulu bağırır:-Sonra! Birinci keşikçi:-Məhəmməd xan Türkmnin də başını kəsiblər və Təhmasib xan Cəlairin başı

ilə birlikdə şaha göndərilib.Rzaqulu:-Aman Allah! Bu alçaqlar başlarını lap itiriblər. Anlamırlar ki, şah onıarın

dərilərini boğazlarından çıxaracaq. Axı, nəyə bu qədər arxayındırlar, belə?! ***İri planda görüntüyə gələn və gözlərindən yaş axan birinci keşikçi:-Deyilənə görə, xanların kəsilmiş başları ilə birlikdə şaha məktub da göndərib.

Məktubda tələb edilir ki, şahımız taxt – tacından onun xeyrinə əl çəksin, əks təqdir-də bütün övladlarının və nəvələrinin başlarını kəsəcəyi ilə hədələyir.

479

Page 480: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Qəfəsin içinin çöldən görüntüsü. Əsəbdən dodaqları titrəyən Rzaqulu xan

qəfəsin içində var – gəl etməyə başlayır. Nəsrullah xan da dikəlir:-Atam qoynunda ilan bəsləyib, xəbərimiz olmayıb! ***Yürüş halında olan ordunun başında gedən Nadir şah öndən görünür. Onun

sağ tərəfində Murad xan, ətrafnda mühafizəçilər, arxasında bayraqdarlar və qoşunun ön sırası diqqəti çəkir. Nadir şah kədərli və yorğun görünür.

***Əliqulu xan taxtda oturub qarşısında ərəb musiqisi altında göbək rəqsi edən

yarıçılpaq rəqqasələrə tamaşa edir. Rəqqasələr ön planda, Əliqulu xan arxa planda görünür. Kamera rəqqasələrin arasında keçərək xana yaxınlaşır. Ümumi planı tədricən orta plan, orta planı isə iri plan əvəz edir. Xanın sir – sifətindən belə aydın olur ki, o, əslində, rəqqasəlrə baxmır, fikri tamam başqa yerdədir. Qələbəsindən tam əmin olmadığı, həyacan keçirdiyi sezilir.

***Kiçik bağça. Məhəmməd xan Qacar və Saleh xan bağçada gəzişə - gəzişə

söhbət edirlər. Öndən görüntü. Məhəmməd xan soruşur:-Səncə, məktub şaha çatdıqda nə qərar verəcək?Saleh xan gülümsəyir:-Mən falçı deyiləm. Yaşayarıq, görərik!Məhəmməd xan:-Doğrudur, amma mənə şox maraqlıdır, o, ailə fərdlərini taxt – tacına qurban

verəcək, yoxsa taxt – tacını ailəsinə qurban edəcək?Xanlar bağçanın digər başına çatdıqları üçün geri dönürlər. ***Müsahiblərin yandan ümumi planda göüntüsü. Saleh xan:-Məncə, başa düşəcək ki, taxt – tacını qurban versə də, nə özü, nə də yaxınları

sağ qala bilməyəcəklər. Çünki bu ailədən bircə nəfər sağ qalsa, dövləti heç kəs tam xətərsiz idarə edə bilməz. Ola bilsin ki, heç nəyə fikir vermədən üstümüzə yürüsün. Onda halımız necə olar?

Saleh xan ayaq saxlayır, Məhəmməd xan dayanmağa nəcbur olur. ***Xanların yaxından görüntüsü. Saleh xan:-Gərək Əliqulu xan Rzaqulunun da başını o biri başlarla birlikdə göndərəydi.

Onda tam əmin olmaq olardı ki, sarsılacaq, tam təslim olacaq. Amma, məncə, belə də sasıntı keçirəcək və şərtlərimizə razı olacaq. Nə isə, gözləyək. Görək! Allah kərimdir!

Məhəmməd xan Qacar:-Allah kərimdir, əlbəttə, amma seçimini bizimmi xeyrimizə edəcək?! ***Qala bürcünün içini xatırladan məkan. Sona Bəyim, Fatimə Soltan Byim və

Rizə bəyim ayaq üstə durub söhbət edirlr. Əhvalları çox pərişandır. Rizə bəyim:-İnsan da bu qədər alçaq olarmı? Biz bir dəfə bunu yaşadıq. Bir də yaşamağa

halətim yoxdur!

480

Page 481: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Əllərini və üzünü göyə tutur və qəhərdən boğula – boğula:-Axı, hansı günahlarıma görə məni bu qədər cəzalandırırsan. Bütün nəslimizi

əfqanlar qırdı...Sözünü tamamlaya bilməyib hönkür – hönkür ağlamağa başlayır. Digər

qadınlar onu qucaqlayıb təsəlli vermək istəyirlər, amma bacarmırlar, onlar da Rizə Bəyimə qoşulurlar.

*** Ekranda Nadir şahın başçlığı ilə ucu – bucağı görünməyən qızılbaş ordusunun

yürüşünü əks etdirən səhnələr bir – birni əvəz edir: at belində öndə gedən Nadir şah, onu maşayiət edən Murad xan, Məhəmməd xan Qaramanlı, bayraqdarlar və mühafizəçilər, piyada tüfəngçilər və onların yanı ilə gedən süvarilər, zəmburək daşıyan dəvələr və top qoşulmuş arabalar...

***Zindan. Qəfəsin barmaqlıqlarından tutmuş qardaşların arxadan, qəfəsin

içindən görüntüsü. Arxa planda keşikçilər görünür. Birinci keşikçi barmaqlıqlara yaxınlaşıb, o biri tərəfdən onlarla üz – üzə durur:

-Başınıza dönüm, sizin üçün edə biləcəyimiz bir şey varmı? ***Barmaqlıqların arxasından görünən qardaşlar. Rzaqulu:-Allah hər ikinizdən razı olsun! Siz nə edə bilərsiniz ki? heç nə! Sizin xoş

münasibətiniz bizə yetər. Elə bu an zindanın açılan dəmir qapılarının tükürpərdici səsi ətrafa yayılır. ***Zindanın yuxarı qalxan dəmir qapılarında içəri keşikçibaşı və ona yaxın silahlı

əsgər daxil olur. Keşikçibaşı yerində durur. Əsgərlər keşikçilərə yaxınlaşırlar. Kameranın obyektivi onları təqib edir. Onbaşı keşikçilərə:

-Açın qəfəsi!İkinci keşikçi əmrə tabe olub, qəfəsin qapısını açır. Onbaşı:-Rzaqulu xan, zəhmət olmasa, çıxın, bizimlə gedəcəksiniz!Qardaşlar qucaqlaşrlar və Rzaqulu qəfəsdən çıxır. Keşikçi qəpını qıfıllayır.

Nəsrullah qəfəsin arxasından həyacanla:-Onu hara aparırsınız? *** Onbaşı iri planda görünür:-Onunla Əliqulu xan görüşmək istəir, dəqiq bilmirəm, deyəsən, onu başqa

zindana köçürmək istəyirlər. ***Barmaqlıqlar arsından Nəsrullah iri planda göüntüyə gəlir:-Bir yerdə olmamızıdamı bizə çox gördülər?! ***Ümumi plan. Onbaşı:-Bağışlayın xan, mən əmr quluyam!Nəsrullah:-İblisinmi əmr qulusan?

481

Page 482: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Onbaşı bir söz demir. Əsgərlər Rzaqulu xanı əhatəyə alıb, onbaşının ardınca qapıya tərəf yönəlirlər.

***Ekranda Rzaqulu xanı kədərli baxışları ilə yola salan keşikçilər görünür. Kadr

arxasından bağlanan dəmir qapının canyaxan səsi aləmi bürüyür. ***Bərbəzəkli otaq. Əliqulu xan otaqda var – gəl edir. Ayaq səsləri eşidilir. Xan

səs gələn tərəfə baxır. ***Xanın baxdığı tərəf. Qapılarsız girişdən içəri girən əsgərlər əl – qolu bağlı

Rzaqulunu gətirirlər. ***İri planda ekrana gələn Əliqulu xan əsgərlər:-Bizi tək qoyun! ***Ümumi plan. Əsgərlər kadrdan çıxırlar. İki əmi oğlu üz – üzə durmuşlar.

Əliqulu xan özündən razı halda Rzaqulun ətrafına dönə - dönə onu istehza ilə süzür. Qürurunu pozmayan Rzaqulu:

-Bazarda özünə kölə seçən quldar kimi başıma nə dönürsən?Əliqulu xan əmisi oğlunun tam qarşısında durub istehza ilə deyir:-Kölə?! Quldur?! Hə, yaxşı düşünüb tapdın. İndi sən artıq vəliəhd yox, mənim

kölmsən. İstəsəm cəzalandıraram, istəsəm rəhm edərəm. Taleyin mənim əlimdədir. Rzaqulu gülür:-Məgər sən Allahsan ki, taleyim əlində olsun?!Əliqulu:-Görürəm, vəziyyətin ciddiliyini anlamırsan! Bilmək istəyirsənmi nədən belə

etdim? ***İri planda görüntülənən Rzaqulu:-Bunu biməyə nə var ki! Xəbisliyindən, cılızlığından və əlbəttə ki, hərislik və

həsədindən! Şah olmaq istəyirsən. ***İri planda Rzaqulunu əvəz edən Əliqulu:-Hə, istəyirəm! Niyə görə də istəməməliyəm? Sənin və ya qardaşın

Nəsrullahın, ya da əmim oğullarndan hər hansı birinin nəyi məndən artıqdır? Heç nəyi! Siz sadəcə şah oğullarısınız, ona görə də əmimin ölümündən sonra şahlıq sizlərdən birinə çatacaq...

***Ümumi plan. Əliqulu evdə var – gəl edə - edə aralıqsız davam edir:-...Bu, ədalətsizlik deyilmi? Məgər əmim şah oğlu idi? Şahlığı öz fərasəti ilə

əldə etdi. Mən də fərasətimlə əldə edəcəyəm. Sənin kimi yox! Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım!..

***Görüntü bucağ dəyişir. Ön planda arxası kameraya tərəf olan Rzaqulu xan,

arxa planda var - gəl edən Əliqulu xan. Sonuncu aralıqsız davam edir:

482

Page 483: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Məlumat verim biləsən ki, Məhəmməd xan Türkmənlə Təhmasib xan Cəlairin başlarını kəsib şaha ərməğan göndərmişəm. Taxt – tacından könüllü surətdə mənim xeyrimə əl çəkməsə növbəti əmağanım sənin başın olacaq. Sonra Nəsrullahın və digər qardaşlarının növbəsi gələcək...

***İri planda görüntülənən Rzaqulu xan qəzəb və nifrətlə əmisi oğlunu dinləyir.

Rzaqulunu səsi kadr arxasından eşidilir:-...Necə düşünürsən, əmim taxt – tacı sizin həyatınız naminə qurban verərmi?

Yoxsa!.. Yoxsa, hakimiyyət naminə sizi qurban verəcək? Məncə, taxt – tacından imtina edəcək! Amma mən sizi sağ buraxmayacağam. Hamınızı bircə - bircə məhv edəcəyəm!

***Ümumi plan. Əliqulu vələhdin qarşsında durub qəhqəhə çəkir. Rzaqulu onun

üzünə tüpürür. Əliqulu dərhal susur. Ardıca şahzadə əmisi oğlunun üzünə güclü bir kəll zərbəsi ilişdirir. Əliqulu müvazinətini saxlaya bilməyib yıxılır. Ayağa qalxmaq istəyəndə Rzaquludan eyni şiddətdə təpik zərbəsi alır. Səsə içəri doluşan əsgərlər şahzadəni tutub saxlayırlar.

***Ekranda yerdə oturmuş, ağzı – burnu qan içində olan Əliqulu tək canlanır. O,

ayğa qalxır, cibindən çxartdığı yaylığ ilə qanı silir. ***Ümumi plan. Əliqulu əsgərlər tərəfindən tutulub saxlanmış, əl – qolu bağlı

şahzadə yazınlaşıb, ona bir yumruq vurur. Rzaqulu önun üzünə növbəti dəfə tüpürür:

-Əl – qolumun bağlı olduğunu görüb xoruzlanma! Kişisənsə, aç əllərimi, yaln əllə deyirsən, yalın əllə döyüşək, silahla deyirsən, silahla döyüşək!

Əliqulu bağırır:-Aparın bu əbləhi, gözlərinə mil çəkin. Sonra da aparın anasının yanına, qoy,

anasının necə fəryad qoparacağını eşidib feyziyab olsun!Əsgərlər Rzaqulunu aparırlar. O isə başını arxaya döndərib çığırır:-Alçaq! Rəzil köpək!.. ***Şah çadırı. Çadırın ortasında iki qutu qoyulub. Əlində açılmamış məktub

tutmuş Nadir şah və Murad qutuların bir tərəfində, Əliqulu xann elçisi Əhməd bəy isə digər tərəfində durublar. Murad qutuların ağzlarını açır. Onların içndən Məhəmməd xan Türkmən və Təhmasib xan Cəlairin kəsilmiş başları görünür.

***Ekranda iri planda Nadir görüntülənir. Onun sifəti donuqdur. O, əlindəki

məktubu açıb oxumağa başlayır. Kadr arxasından Əliqulu xanın məktubun məzmununu səsləndirən səsi eşidilir:

-Azərbaycan səltənətinin hökmdarı Nadir şah Əfşarın hüzuruna Xorasan hakimi İbrahim oğlu Əliqulu xan Əfşar tərəfindən ərz olunur. Məhəmməd xan Türkmən və Təhmasib xan Cəlairin kəsilmiş başlarını məndən ərməğan olaraq qəbul edin!

483

Page 484: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Sizin əhli - əyalınız, oğullarınızın əhli - əyalları, övladlarınız və nəvələriniz əsirimdirlər. Əgər oğlanlarınızın və oğlan nəvələrinizin başlarını sizə eyni qaydada ərməğan etməyimi və Əhli - əyalınızın, gəlinlərinizin, qızlarınızın və qız nəvələrinizin şərəf və izztlərinin ləkələnməməsini istəmirsinizsə...

Nadir şahın qaşları çatılır, qəzəbdən dodaqları titrəyir. Kadrarxası səs davam edir:

-... Taxt – tacınızdan mənim xüyrimə əl çəkin, Kəlatdan bir addım da kənara atmayın, razı olduğunuzu elçimə bildirin və məndən xəbər gözləyin!”

***Ümumi plan. Nadirin üzünə qan sızıb. O, məktubu əzik – üzük edir. Murad

kədər qarışıq nəzərlərlə Əhməd bəyə baxır. Əhməd bəy qorxu içindədir. ***Nadir şah yenidən iri planda görüntülənir:-Get, ağana de, Nadir şah razıdır. ***Ümumi plan. Əhməd bəy cəld çadırı tərk edir. Nadir əzik – üzük etdiyi

məktubu Muada uzadır. Murad məktubu oxumağa başlayır. Nadirsə ürəyni tutub taxta tərəf gedir və oturur.

*** Zindan. Qəfəsin arxasından Nəsrullah xan görünür. Orta plan. O, divara

söykənmiş halda samanın üzərində oturmuşdur. Başını əllərinin içinə almışdır. ***Ekranda əli nizə - qalxanlı iki başqa keşikçi görünür. Onlardan biri çubuq

çəkir. Arxa planda Nəsrullahın olduğu qəfəs görünür. O, əvvəlki kimi oturub əlləri ilə başını tutb. Çubuq çəkən keşikçi pıçıltı ilə:

-Necə olacaq bunların işi?İknci keşikçi:-Allah bilir!Elə bu an zindanın açılan dəmir qapılarının tükürpərdici səsi ətrafa yayılır.

Hər kəs səs gələn tərəfə baxır. ***Zindanın yuxarı qalxan dəmir qaplarında içəri keşikçibaşı və əvvəlki iki

keşikçi daxil olurlar. Keşikçibaşı yerində durur. Köhnə keşikçilər digərlərinə yazınlaşıb “Əssəlamu əleyküm” deyib, “Və əleykəssəlam” cavabı aldıqdan sonra nizə və qalxanları onlardan qəbul edirlər. Bu birilər keşikçibaşı tərəfə gedib kadrdan çıxırlar. Kadr arxasından bağlanan dəmir qapının canyaxan səsi aləmi bürüyür.

***Qəfəsin görüntüsü. Nəsrullah xan artıq ayağa qalxmış və barmaqlıqlardan

tutmuşdur. Keşikçilər kameranın arxasından kadra girib ona yaxınlaşrlar və bir ağızdan “Əssəlamu əleyküm” – deyirlər, şahzadə də öz növbəsində “Və əleykəssəlam” cavabını verir. O, həsrət və həyacanla:

-Nə yeni xəbər var? ***

484

Page 485: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qəfəsin iç tərəfindən çöl istiqamətinə istiqamətlənmiş görüntü. Barmaqlqlardan tutub dayanmış Nəsrullah ön, qəfəsin o biri tərəfində, bir qədər aralıda durmuş keşikçilər arxa planda görünürlər. Keşikçilər şahzadəyə yaxınlaşırlar. Amma bircə gəlmə də danışmırlar.

***Nəsrullah xan öndən iri planda görünür. Onun həyacan və təlaş dolu gözləri

həsrət və qorxu ilə verdiyi sualın cavabını gözləyir. Fəqət qarşı tərəfdən səs çxmır. Şahzadə sözmür:

-Dadaşımın başına pis bir işmi gəlib? ***Öndən görünən keşikçilr. Yaxın perspektiv. Onların gözləri dolub. Kadr

arxasından Nəsrullahın səsi eşidilir:-Onu öldürdülərmi?İkinci keşikçk başının hərəkəti ilə “yox” deyir. ***Yenidən Nəsrullah xan öndən iri planda görünür. Onun həyacan və təlaş dolu

gözləri həsrət və qorxu ilə hələ də verdiyi sualın cavabını gözləyir. Fəqət qarşı tərəfdən yenə də səs çxmır:

-Dadaşımın başına nə gəlib? ***Qəfəsin iç tərəfindən çöl istiqamətinə istiqamətlənmiş görüntü.

Barmaqlqlardan tutub dayanmış Nəsrullah ön, qəfəsin o biri tərəfində durmuş keşikçilər arxa planda görünürlər. Keşikçilər artıq ağlayırlar. Nəsrullah:

-Nə olar, üzməyin artıq, bağrım parladı, axı!Birinci keşikçi qəhərdən boğula – boğula:-Zalım Əliqulu xan vəliəhdin gözlərinə mil çəkdirib!Nəsrulah “Yox!” – deyə fəğan edərək, geriyə, kameraya tərəf dönür, diz çökür

və əllərini göyə qaldırır:-Ya Allah, hanı bəs, sənin ədalətin, mərhəmətin?! Niyə yer üzündə zülmün

kökünü kəsmirsən?Şahzadə əllri ilə üzünü tutub hönkür – hönkür ağlayır. *** Öndən görünən keşikçilr. Yaxın perspektiv. Onların gözlərindən göz yaşları

bulaq kimi axır. Kadr arxasından Nəsrullahın ürəkqoparan fəryadı eşidilir:-Can qardaş! Ürəym partladı! Of! Of! Of! ***Nəsrullahın fəryadı bitməmiş qadın dəryadı eşidilir və öncəki kadrları qala

bürcünün içini xatırladan məkanın tam ortasında duran və dəhşət içində fəryad edən Sona Bəyim, Fatimə Soltan Byim və Rizə bəyimi əks etdirən kadrlar əvəz edir. Onlarn üz – gözündən dəhşət yağır.

***Xanımların baxdığı tərəf. Qapıda iki əsgərin əhatəsində gözlərinə qanlı sarğı

bağlanmış və üstü başı qan ləkəlrinə bulaşmış Rzaqulu xan durub. Əsgərlər dərhal çıxıb gedirlər.

***

485

Page 486: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Qadınların görüntüsü. Hər üçü hönkür – hönkür ağlayır. Sona Bəyim “Can bala!” qışqırıb, qəşş edir. Onun ürəyi gedir. Qadınlar onu tuturlar.

***Ekranda Rzaqulu görünür:-Canım anam!O, əllərini irəli uzadıb səs gəln tərəfə addımlamağa başlayır. ***Ümumi palan. Rizə Bəyim yerdə uzanmış Sona Bəyimi ayıltmağa çalışır.

Fatimə Soltan Bəyim isə cəld şahzadəyə yaxınlaşıb onun əlindən yapışır. Ağlaşma səsi aləmi başına götürüb. Sona Bəyim özün gəlir. Cəld ayağa qalxıb “Anan ölsün, bala!” deyərək fəryad edir oğlunun üstünə atılır. Ana – bala qucaqlaşırlar. Rzaqulu:

-Özünüzü ələ al, ana, düşmənlərimizi sevindirmə! Hamınız susun! Nadir şahın ailəsi onun özü kim mətin olmalıdır. Rizə Bəym və Fatimə Soltan Bəyim gözlərini silirlər. sona Bəyim oğlunu oxşayır və öpür:

-Hə, oğlum, doğru söyləyirsən!O da gözlərini silir. ***Nadir şahın çadırının önü. Çadırır ətrafı mühafizəçi əsgərlrlə sarılıdır. Bir

qədər kənarda durmuş Murad xan və Məhəmməd xan Qaramanlı diqqəti cəlb edirlər.

***Xanların yaxından görünüsü. Murad xan:-Artıq ik gündür ki, heç kəslə görüşmək istəmir. Nə yeyir və də içir.Məhəmməd xan:-İndi biz beləcə, əl – qolumuzu sallamış vəziyyətdə oturub gözləməliyikmi?Murad əlini Məhəmməd xanın çiyninə qoyur:-Bu, top – tüfəngin gücsüz olduğu məqamlardandır. Alçaq Əliqulu xan şahın

zəif nöqtəsindən vururb.Məhəmməd xan:-Demək stəyirsən ki, bu. Artıq sondur.Murad inamsz halda cavab verir:-Allah böyükdür. Allahdan ümid kəsilməz. ***Əliqulu xanın qaldakı iqaməgahı. Əliqulu xan, saleh xan və Məhəmməd xan

Qacar masa arxasında oturub plan cızırlar. Əliqulu xan:-Madam ki, bu şərtimizi qəbul etdi, deməli digər şərtlərimizi də qəbul edəcək.

Önəmli olan görüşə tək gəlməsinə nail olmaqdır. Gağzları imzalayıb, möhürünü vuran kimi işini bitirərsiniz. Möhürü də, fərmanı da götürüb cəld geri dönərsiniz.

Məhəmməd xan Qacar:-Birdən düşündüyümüz kimi olmasa, onda necə?Saleh xan dili dolaşa – dolaşa:-Olar. Daha doğrusu, olacaq. Hər şey biz deyn kimi olacaq. Çətinlik Məşhədlə

bağlıdır. Camaat Rzaqulunun başına gələnləri eşidib, ayağa qalxıb. Bütün mülklərimizi oda verirlər. Bu məsələni nə edək?

486

Page 487: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Əliqulu xan:-Rzaqulu məsələsi ilə gerçəkdən də tələsdim, qəzəbimi boğmalıydım, boğa

bilmədim. Keçmişə güzəşt deyərlr. Məşhəd isə buradan uzaqdır. Amma üsyanı qanlar içində boğacağıma şübhə etməyin. Siz işinizlə məşğul olun. Əhməd bəyi də götürün və elə bu axşam yola çıxın!

Məhəmməd xan Qacar:-Başqa sözün, tapşırığın?Əliqulu xan ayağa qalxır:-Deyəcəkərimi dedim, gedin hazırlaşn!O biri xanlar da ayağa qalxırlar. *** Əliqulu xanın Məşhəddəki iqamətgahı yanır. İqamətgahın ətrafına saysız –

hesabsız adam yığılıb. İynə atmağa yer yoxdur. Camaat xorla qışqırır:-Şeytanqulu! Şeytanqulu! Şeytanqulu!...Bu mənzərənin fonunda yazılır: “MƏŞHƏD. İYUN, 1747 – Cİ İL” ***Məşhədin kücəlrindən biri ilə irəliləyən tüfəngçi süvarilər ekrana gəlir. ***Başqa bir küçə. Camaat arba və müxtəlif əşyalardan barrikadalar düzəldir.

Onların əksəriyyəti yaba, bel və nizələrlə silahlanıblar. Yalnız tək – tük adamda tüfəng görünür. Bir gənc barrikadanın üstünə çıxıb qışqırır:

-Hazırlaşın, Şeytanqulunun əsgərləri gəlir! ***Küçələrdən biri ilə irəliləyən piyada tüfəngçilər. Gözlənilmədən hər tərəfdən

başlarına qazan, daş və digər əşyalar yağmağa başlayır. Əsgərlər əlləri ilə başlarını tutub ora – bura qaçışmağa başlayırlar. Onlardan bəzisi başından aldığı zərbədən yerə sərilir.

***Ekranda evlərin damında durub əsgərlərn başlarına daş və başqa əşyalar

yağdıran qadın və uşaqlar görünür. ***Yeərə yıxılmış və başından qan axan əsgər. Ərafda digər əsgərlərin qaçşan

ayaqlar və yerə dəyən əşyalar görünür. Yaral əsgər tüfəngini yuxarı tuşlayıb atəş açır.

***Damın üstündə durub əsgərləri daş yağışına tutan qadın və uşaqlar. Açılan

atəş bir oğlan uşağına dəyir və o damdan yerə yıxılır. Yanndakı anası bağırır:-Vay! Evim yıxıldı! ***Kücənin o başından əsgərlərə hücuma keçən, əllərində yaba, bel və digər

kəsici, deşici alələr olan məşhədlilər görünür. Onlar əsgərlərə çatıb onları qırmağa başlayırlar. Adamlardan bəziləri əsgərlərin imkan taparaq, açdıqları atəşdən yerə sərilirlər. elə bu an küçənin o biri başında süvarilər görünür. Onlar qılınclarını sıyırıb camaataın üstünə yürüyürlər. Qanlı döyüş başlayır.

487

Page 488: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

***Barrikadalar qurulmuş küçənin barrikadanın arxasından görüntüsü. Küçə ilə

barrikadalar istiqamətində tüfəngçilər irəliləyir. Kamera tədricən arxaya hərəhət edir və barrikadanın bu biri tərəfində onları gözləyən beş tüfəngli şəhər sakini və çox sayda soyuq silahla silahlanmış şəhərli kadra düşür.

***Tüfəngçi əsgərlər dörd sıra şəklində düzülürlər. Qarşılarındakı yüzbaşı yüksək

səslə camaata tərəf səslənir:-Ya təslim olun, ya da hamınızı qıracağıq.Kadr arxasından səs eşidilir: -Şahımız çox yaşa!Ardınca atəş səsi eşidilir və yüzbaşı yerə sərilir. Əsgərlərin birnci sırası atəş

açıb yerə çökür. Ətraf tüstüyə bürünür. Bu dəfə ikinci sıra atəş açır. Tüstü daha da artır.

***Barrikadanın arxasının görüntüsü. Beş tüfəngçi də cavab atəşi açır və

tüfənglrini doldurmaq üçün arxadakı köməkçilrinə ötürürlər, əvəzində onlardan artıq doldurulmuş digər beş tüfəng qəbul edirlr. Kadr arxasından əsgərlərin üçüncü cərgəsinin atdığı atəş səsi eşidilir. Müdafiəçilrdən biri aman deyir səngər vurur. Beş tüfəngçi növbəti atəşi açır.

***Ekranda əsgərlr görünü. İlk üç cərgə çökmüş vəziyyətdədir. Dördüncü cərgə

nişan alr. Bu cərgənin iki əsgəri qarşı tərəfin atəşi ilə yerə sərilir. Atəş və ətraf yenidən tüstüyə bölünür. Dördüncü sıra çökür. Bir və ikinci sıralar qalxır. Qarş tərəfdən açılan atəş birinci sranın bir əsgərini yaralayır. Birinci sıra atəş açarkən, artıq üçüncü sırada dikəlir. Birinci sıra çökür, ikinci sra atəş açır...

*** Başqa bir küçə. Burada şəhərlilərlə hər iki tərəfdən onlara hücum çəkən süvari

əsgərlər arasında qanlı savaş gedir. Şəhərlilərin içərisində çox sayda qadın da va diqqəti çəkir.

***Rzaqulu xan çarpayıda uzanıb. Əynində təmiz paltar var. Gözlərinə də təmiz

sarğı sarılıb. Anası və Rizə Bəyim onun başı üstündə oturublar. Ana oğlunun saçını darayır. Kadra daxil olan Fatimə Soltan Bəyim sevinclə:

-Yaxşı xəbərlər var!Digər qadınlar gözlərini xoş xəbər həsrəti ilə ona dikirlər. Rzaqulu da

yüngülcə qımıldanır. ***Iri planda görünən fatimə Soltan Bəyim ümid dolu bir tonda:-Şah artıq Kəlatdadır. Məşhəddə də xalq üsyan edib. Hamı Əliqulunu

“Şeytanqulu” adlandırır. Millətlə Şeytanqulunun əsgərləri döyüşülər. Deyilənə görə qadınlar da vuruşur.

***Ümumi plan. Qadınlar bir – birinə qoşulub sevincdən ağlamağa başlayırlar. ***

488

Page 489: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Zindan. Ümumi plan. Nəsrullah barmaqlqların o biri tayında, iki keşikçi isə bu tayında üz – üzə durublar. Birinci keşikçi danışır, Nəsrullah xan da ümid dolu nəzərlərlə onu dinləyir:

-Məşhəddə camaat Əliqulunun əsgərlərini vurub şəhərdən çıxarıb, Şahn gəlməsini gözləyir. Şah Kəlatdadır. Məhəmməd xan Qacrla Saleh xan onunla danışığa yollanıblar...

***Keşikçilər öndən görüntüyə gəlirlr. Hər ikisinin üzündə sevinc və ümid var.

Biinci keşikçi davam edir -...Xorasanın bütün şəhər və kəndlərində camaat üsyan edir. Heç kəs Əliqulu

xanın adamlarına tabe olmur. Ham onu “Şeytanqulu” adlandırır.İkinci keşikçi əllərini göyə qaldırır:-Allah dualarımızı eşitdi! ***Barmaqlqların arasından iri planda görünən Nəsrullah xan. O, dərin fikrə

gedib. Deyir:-Deyirsiniz, Məhəmməd xan Qacarla Salh xan Kəlata yola düşüblər? yəni şah

Kəlatda durub, onlar gözləyir? ***Ümumi plan. Keşikçilər təəccüblə bir – birlərinə baxırlar. İknci keşikçi üzünü

şahzadəyə tərəf çevirərək:-Bəli, başına dönüm!Nəsrullahın üzündə həyacan cizgiləri peyda olur:-Deməli, atam, bizə bir ziyan gəlməsin deyə, qiyamçıların şərtlərini qəbul

edib! Əks təqdirdə Kəlatda durmaz, heç bir danışığa getməz və bura şığıyardı! Yəni o, gerçəkdənmi bizə görə... Of! Of, ata, yox!

Keşikçilər heç nə başa düşməyib yenə təəccüblə bir – birilərinə baxırlar.Nəsrullah:-Bu artıq hər şeyin sonu deməkdir! Əliqulu onsuz da bizi sağ buraxmayacaq.

Atam da öznün güdaza verəvək! ***Şah çadırının içi. Nadir şah taxtda oturub. Yanında Murad xan və Nəhəmməd

xan Qaramanlı durublar. Qarşısında isə Əhməd bəy dayanıb. Onun arxası kameraya tərəfdir. Nadir və xanlar onu qəzəblə süzürlər. Şah:

-Söylə şərtləri! ***İri planda görünən Əhməd bəy:-Görüş sabah günorta Fəhabad yaxınlğındak Qurubulaq təpəsinin başında

olacaq. Sizi yalnız bir nəfər müşayət edə bilər. Məhəmməd xan Qacar və Saleh xan da yalnız ikisi olacaqlar. Məhəmməd xan və Saleh xan, qurana əl basıb and içəcəklr ki, sizin ailə üzvlərinizdən heç birinin başından da bir tük belə əskik olmayacaq...

***İri planda Ənməd bəyi onu dinləyən Nadir şah əvəz edir. Onun üzndə istehza

ifadələri oxunur. Bəy kadr arxasından davam edir:

489

Page 490: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

-...Sonra siz fərmana imza atıb möhür basacaqsınız, Qurana əl basıb, hakimiyyəti yenidən ələ keçirməyəcəyinizə and içəcəksiniz. Bununla da məsələ bitəcək. Üç gün sonra ailə fərdləriniz sağ – salamat hüzurunuzda olacaq.

***Ümumi plan. Nadir ayağa qalxır. Hamının diqqəti ondadır. O deyir:-Çıx, çöldə gözlə, düşünməliyəm! Qərarımı sənə çatdrarlar.Əhməd bəy şaha təzim edib, dal – dala kadrı tərk edir. ***Əliqulu xan taxtda oturub qarşısında ərəb musiqisi altında göbək rəqsi edən

yarıçılpaq rəqqasələrə tamaşa edir. Rəqqasələr ön planda, Əliqulu xan arxa planda görünür. Kamera rəqqasələrin arasında keçərək xana yaxınlaşır. Ümumi planı tədricən orta plan, orta planı isə iri plan əvəz edir. Xanın sir – sifətindən belə aydın olur ki, o, əslində, rəqqasələrə baxmır, fikri tamam başqa yerdədir. Qələbəsindən tam əmin olmadığı, həyacan keçirdiyi sezilir.

***Uzaqda seyrək ağaclı bir təpənin üzərində qurulmuş dəbdəbəli çadır görünür.

Kadr arxasından at ayaqlarının səsi eşidilir. Bu mənzərənin fonunda yazılır: “QOTURBULAQ, FƏTHABAD. 19 İYUN 1747 – Cİ İL”Yazı itir. Kadra arza tərəfdən at belində oturmuş Nadir şah və Məhəmməd xan

Qaramanlı daxil olurlar və çadıra tərəf hərəkt edirlər. Çadırdan Məhəmməd xan Qacar və Saleh xan çıxıb onların yaxınlaşmasını gözləyirlər.

***Çadırın önündə durmuş Məhəmməd xan və Saleh xanın yaxından görüntüsü.

Hər ikisi həyacanlıdır. ***Ekranda şah və Məhəmməd xan Qaramanlı görünür. Onlar bir ağaca çatırlar.

Şah xana işarə edir. Hər ikisi atdan enirlər. Atların iplərini ağaca bağlayırlar. Şah:-Sən burada gözlə!Məhəmməd xan Qaramanlı etiaz etmək istəyir:-Şahım!..Şah onun sözünü kəsir:-Mən deyəni et! Allah nə yazıbsa, o da olacaq!Nadir bunu deyib gedir və kadrdan çıxır. Onu gözlri il təqib edən xanın

gözlərindən yaş axmağa başlayır. *** Yamac boyu yuxarı qalxan şahın arxadan görüntüsü. O onu gözləyən xanlara

çatır. Xanlar ona təzim edirlər. Şah çadıra girir, xanlar da onu təqib edirlər. ***Ekranda Məhəmməd xan Qaramanlı görünür. O, hönkür – hönkür ağlaya –

ağlaya alnlnl ağacın gövdəsinə dirəyir. ***Çadırın içi. Nadir çadırın ortasında qoyulmuş masanın üzərinə əylərək sənədi

imxalayır. Məhəmməd xan masanın o biri tərəfində durub. Onun üzü kameraya tərəfdir. Saleh xan şahdan bir qədər arxada durub. Onun lində arxasında gizlətdiyi xəncər görünür. Şah kağıza möhür vurur. Elə bu an Saleh xan xəncəri onun

490

Page 491: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

kürəynə saplayır. Nadir dikəlir. Saleh xan qorxaraq iki addm geri çəkilir. Nadir ona trəf dönmədən:

-Bişrəf, kişi kişini arxadan vurmaz. Elə bu an Məhəmməd xan onun sinəsinə ikinci xəncəri soxur. Şah ona baxır:

-Sən bu xəncəri mənim yox, Azərbaycanın sinəsinə soxdun!Xanlar qorxu içində çadırın girişinə tərəf qaçırlar. ***Çadıra tərəf baxan Məhəmməd xan Qaramanlı. Onun arxası kameraya

tərəfdir. Arxa planda, yuxarıda çadır görünür. Məhəmməd xan Qacar və Saleh xan çadırdan çıxıb qaçırlar və gözdən itirlər. Məhəmməd xan Qaraman isə çadıra tərəf götürülür. O, yolu yarı etməmş kadr arxasından at ayaqlarının səsi eşidilmyə başlayır.

***Çadırın içi. Nadir bir əli ilə masaya dayaqlanaraq ayaq üstə durub. O, qan

içindədir. Kadra Məhəmməd xan Qaramanlı daxil olur və yerində donub qalır. Şah gülümsəyir:

-Bu da son!O, bu sözü deyib, xanın üstünə yıxılır. Xan onu tutub yıxılmağa qoymur, bərk

– bərk qucaqlayıb, ağlayır. Kadr donur və bu kadrın fonunda yazılır:“1747 – Cİ İLİN 19 İYUNUNDA TÜRK DÜNYASNIN SONUNCU

FATEHİ, BÖYÜK AZƏRBAYCAN İMPRATORU NADİR ŞAH FƏTHABAD YAXINLIĞINDA XAİNCƏSİNƏ QƏTLƏ YETİRİLDİ. ƏLİQULU XAN ƏFŞAR ŞAH OLDU. O VERDİYİ SÖZƏ SADİQ QALMAYARAQ, NADİRİN BÜTÜN ÖVLADLARINI VƏ NƏVƏLƏRİNİ ÖLDÜRTDÜRDÜ. ŞAHIN HAMİLƏ QADINLARINA DA RƏHM ETMƏDİ. HAKİMİYYƏTDƏ İSƏ CƏMİ İKİ İL QALA BİLDİ. DOĞMA QARDAŞI MƏHƏMMƏD ƏLİ BƏY TƏRƏFİNDƏN GÖZLƏRİ ÇIXARILARAQ, HAKİMİYYƏTDƏN UZAQLAŞDRILDI.”

*** Ekranda qaya üzərində durub ulayan qurd görüntülənir. O, ulamaqda davam

edir. Kadr donur və qurd ulamasını Niyazinin "Çitra" baletindən həzin bir rəqs musiqisi əvəz edir. Qurdun fonunda böyük şriftlərlə yazılır:

"Nadir Şah"Titrlər görünür.Ekrandakı donmuş kadrı çövqan oynayan gənclər əvəz edir. Gənc Nadir

çövqanı ilə topa zərbə endirib onu qapıdan keçirir və ardınca da çovqanını başı üzərində yuxarı qaldırıb sevincini ifadə edir və kadr yenidən bu vəziyyətdə donur. Musiqi və titrlər davam edir. Donuq kadrı at çaparaq ox atan gənc Nadir və ardınca ağacda cızılmış nişanın tam ortmasına batan ox canlanır. Kadr yenə də donur. Musiqi və titrlər davam edir.

Donuq kadrı Muğanda taxtda oturmuş yaşlı Nadirin başına tac qoyulması və xanların növbə ilə onun əlini öpüb biət etməsi səhnəsi əvəz edir. Dördüncü xan şahın əlini öpdüyü anda kadr yenidən donur. Musiqi və titrlər aralıqsız davam edir.Donuq kadrı yaşlı Nadir şahın at belində, əyan-əşrəfinin əhatəsində

491

Page 492: NADİR ŞAH - bextiyartuncay · Web viewNADİR ŞAH (Çoxseriyalı bədii filmin ssenarisi. Yunus Oğuzun eyniadlı romanının motivləri əsasında) Bakı 2011 l seriya BÖYÜK

Hindistanın tarixi abidələrini seyr etməsini əks etdirən kadrlar əvəz edir və növbəti dəfə kadr donur. Musiqi və titrlər davam edir.

Hindistandakı saraylardan biri. Nadir şah taxtda oturub. Gənc hindli oğlan və qızlar onun qarşısında rəqs edirlər. Rəqsin ən maraqlı yerində kadr donur. Titrlərin sonuncu sözləri yazılır:

“FİLMİN SONU”

492