12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 269 (29534) 22 dekabr 2020-ci il, çərşənbə axşamı Prezident İlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Administrasiyasının rəhbərini qəbul edib Əfqanıstan İslam Respublikası- nın milli təhlükəsizlik müşaviri Ham- dullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamları- nı dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Əfqanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Görüşdə Əfqanıstan Preziden- tinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirildi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq əlaqələrimizin inki- şafında əldə olunan nailiyyətlər qeyd edildi, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı poten- sialın olduğu bildirildi. Azərbaycan və Əfqanıstan prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inki- şafında rolu xüsusi vurğulandı. Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edildi və bunun çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirildi. Görüşdə iqtisadi, təhlükəsizlik, in- vestisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu. Söhbət zamanı Lapis-Lazu- li beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edildi. Milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Pre- zidenti Məhəmməd Əşrəf Qaninin məktubunu dövlətimizin başçısına təqdim etdi. AZƏRTAC Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana Hörmətli cənab Prezident! Əziz Qardaşım! Ailənizə üz vermiş ağır itki – böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölü- şür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 dekabr 2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib. Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib. Fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi. Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edildi. AZƏRTAC “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 102-ci kitabı çapdan çıxıb “İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 102-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 18-də Novruz bayramı münasibətilə Azərbaycan xal- qına təbrikindən götürülüb. AZƏRTAC xəbər verir ki, çoxcildliyin növbəti kitabın- dakı materiallar 2020-ci ilin mart-may aylarını əhatə edir. Yeni kitabda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birin- ci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videobağlantı formatında müşavirənin materialları, Azərbaycanın pravoslav xris- tian icmasına, bir sıra dövlət başçılarına məktubların mətnləri toplanıb. Bu cilddə oxucular Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil- Novxanı-Sumqayıt hissəsinin yenidən qurulmadan sonra açılış mərasimi, Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binala- rından ibarət məhəllələrdə tikini işlərinin gedişi ilə tanışlıq, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin, “Yeni klinika” tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fab- riki” MMC tərəfindən yara- dılmış tibbi maska istehsalı müəssisəsinin, “Azərenerji” ASC-nin yenidən qurulmuş Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Komp- leksinin, Abşeron rayonu ərazisində Xızı rayonunun Ağdərə kəndindən çəkilmiş magistral qaz kəmərinin, Ba- kıda modul tipli xəstəxananın açılış mərasimləri barədə materiallarla da tanış ola bilərlər. Bu ilin aprelində Türk Şurasının, may ayında isə “Qoşulmama hərəkatı”nın təmas qrupu formatında ko- ronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusundakı on- layn formatda zirvə görüşləri keçirilib. Azərbaycan Prezi- dentinin təşəbbüsü ilə realla- şan bu tədbirlər, həmçinin bir sıra ölkələrin dövlət başçıları ilə videobağlantı vasitəsilə aparılan danışıqlar barədə materiallar da nəşrdə yer alıb. Dövlətimizin başçı- sı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb, habelə koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa çağırış edib. “Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 102-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnforma- siya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub. Bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşib. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən, neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıb. Koronavirus xəstəliyi, əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməli, məsuliyyət göstərməli, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik. Qoşunların təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam edir Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.

Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul …xalqqazeti.com/pdf/SAYT-22.pdf · 2020. 12. 21. · 1.15. 7.2-ci bənddən “statistik uçot aparır,”

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

  • TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

    Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 269 (29534) 22 dekabr 2020-ci il, çərşənbə axşamı

    Prezident İlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Administrasiyasının rəhbərini qəbul edib

    Əfqanıstan İslam Respublikası-nın milli təhlükəsizlik müşaviri Ham-dullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamları-nı dövlətimizin başçısına çatdırdı.

    Prezident İlham Əliyev Əfqanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun

    da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

    Görüşdə Əfqanıstan Preziden-tinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirildi. Ölkələrimiz

    arasında ikitərəfli münasibətlərə toxunularaq əlaqələrimizin inki-şafında əldə olunan nailiyyətlər qeyd edildi, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı poten-sialın olduğu bildirildi. Azərbaycan və Əfqanıstan prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inki-şafında rolu xüsusi vurğulandı.

    Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edildi və bunun çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirildi.

    Görüşdə iqtisadi, təhlükəsizlik, in-

    vestisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

    Söhbət zamanı Lapis-Lazu-li beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edildi.

    Milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Pre-zidenti Məhəmməd Əşrəf Qaninin məktubunu dövlətimizin başçısına təqdim etdi.

    AZƏRTAC

    Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

    Hörmətli cənab Prezident!Əziz Qardaşım!Ailənizə üz vermiş ağır itki – böyük

    qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Bu ağır itki ilə əlaqədar kədərinizi bölü-şür, Sizə və ailənizin bütün üzvlərinə səbir

    diləyir, dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 dekabr 2020-ci il

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib.

    Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib. Fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

    Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını

    bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

    Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edildi.

    AZƏRTAC

    “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin

    102-ci kitabı çapdan çıxıb

    “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 102-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 18-də Novruz bayramı münasibətilə Azərbaycan xal-qına təbrikindən götürülüb.

    AZƏRTAC xəbər verir ki, çoxcildliyin növbəti kitabın-dakı materiallar 2020-ci ilin mart-may aylarını əhatə edir.

    Yeni kitabda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birin-ci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videobağlantı formatında müşavirənin materialları, Azərbaycanın pravoslav xris-tian icmasına, bir sıra dövlət başçılarına məktubların mətnləri toplanıb.

    Bu cilddə oxucular Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidən qurulmadan sonra açılış mərasimi, Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binala-rından ibarət məhəllələrdə tikini işlərinin gedişi ilə tanışlıq, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin, “Yeni klinika” tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fab-riki” MMC tərəfindən yara-dılmış tibbi maska istehsalı müəssisəsinin, “Azərenerji” ASC-nin yenidən qurulmuş Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Komp-leksinin, Abşeron rayonu ərazisində Xızı rayonunun Ağdərə kəndindən çəkilmiş magistral qaz kəmərinin, Ba-kıda modul tipli xəstəxananın açılış mərasimləri barədə materiallarla da tanış ola bilərlər.

    Bu ilin aprelində Türk Şurasının, may ayında isə “Qoşulmama hərəkatı”nın təmas qrupu formatında ko-ronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusundakı on-layn formatda zirvə görüşləri keçirilib. Azərbaycan Prezi-dentinin təşəbbüsü ilə realla-şan bu tədbirlər, həmçinin bir sıra ölkələrin dövlət başçıları ilə videobağlantı vasitəsilə aparılan danışıqlar barədə materiallar da nəşrdə yer alıb.

    Dövlətimizin başçı-sı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan

    münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb, habelə koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığa çağırış edib.

    “Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 102-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnforma-siya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

    Bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşib. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən, neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıb. Koronavirus xəstəliyi, əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməli, məsuliyyət göstərməli, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.

    Qoşunların təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam edir

    Azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar

    çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.

  • 22 dekabr 2020-ci il, çərşənbə axşamı2

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı№ 500 Bakı şəhəri, 18 dekabr 2020-ci il

    “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə

    “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesa-bına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

    2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlan-ması və qəbul edilməsi qay-dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

    Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri

    Qeyd: Qərara edilmiş əlavənin tam mətni ilə www.nk.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

    “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin

    2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

    Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyasının

    109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 187-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

    1. Azərbaycan Respublikası Prezidenti-nin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1459, № 11, maddə 2254) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 2-ci hissənin adından “məqsədi və fəaliyyət” sözləri çıxarılsın;

    1.2. 2.1-ci bənd ləğv edilsin; 1.3. 3.1.1-ci yarımbənddə “qanunvericilik akt-

    larının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

    1.4. 3.1.7-ci və 3.2.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “3.1.7. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;”;

    “3.2.13. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək (verildiyi halda);”;

    1.5. 3.2.6-cı yarımbənddə “Azərbaycan Res-publikası Prezidentinin müəyyən etdiyi” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublika-

    sının Qanunu ilə müəyyən edilən” sözləri ilə əvəz edilsin;

    1.6. 4.2-ci bəndə “quruma” sözündən sonra “, o cümlədən publik hüquqi şəxsin özünə” sözləri əlavə edilsin;

    1.7. 4.3.1-ci yarımbəndə və 4.28-ci bəndə ismin müvafiq hallarında “Baş direktor,” sözlərindən sonra ismin müvafiq hallarında “Baş İcraçı direk-tor,” sözləri əlavə edilsin;

    1.8. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

    “4.3-1. Qurumda ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilik Şurası yaradıla bilər.”;

    1.9. 4.9.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “4.9.5. Qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək (təsisçi Şuraya bu səlahiyyətləri ver-diyi halda), o cümlədən Qurumun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”;

    1.10. 4.9.9-cu yarımbənddən “törəmə” sözü çıxarılsın;

    1.11. aşağıdakı məzmunda 4.14-1 – 4.14-3-cü bəndlər əlavə edilsin:

    “4.14-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərir.

    4.14-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və

    Şuranın katibi Şuranın sədrinə hesabat verir.4.14-3. Şuranın katibi:4.14-3.1. Şuranın iclaslarını təşkil edir;4.14-3.2. Şuranın iclaslarının keçiriləcəyi yer

    və vaxt barədə Şura üzvlərinə, habelə icra orqanı-nın rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;

    4.14-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

    4.14-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

    4.14-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

    1.12. 4.25.8-ci və 4.25.9-cu yarımbəndlərdə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə əvəz edilsin;

    1.13. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

    “5.4-1. Qurumun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”;

    1.14. 5.6-cı bənddə “Azərbaycan Respublika-sının Prezidenti tərəfindən” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

    1.15. 7.2-ci bənddən “statistik uçot aparır,” sözləri çıxarılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabi-neti bu fərmandan irəli gələn məsələləri həll etsin.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 dekabr 2020-ci il

    Vətən müharibəsinin başlandığı ilk gündən etibarən ölkə başçı-sı erməni vandalizmindən zərər çəkən vətəndaşlarımıza xüsusi diqqət və qayğısını əsirgəməyib, yaşayış yerləri düşmən tərəfindən dağıdılan əhalinin müvəqqəti məskunlaşdırılması üçün uyğun addımların atılması, onların həyat şəraitinin təmin olunması üçün mü-vafiq qurumlara tapşırıqlar verib.

    Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində 8221 daşın-maz əmlaka ziyan dəyib. Onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb. Bundan başqa 222 nəqliyyat vasitəsinə ziyan vurulub, həmin nəqliyyat vasitələrindən 21-i tam yararsız vəziyyətə düşüb, 989 baş mal-qara tələf olub.

    Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Res-publikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və ara-dan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixli sərəncam da dövlət başçımızın sosial siyasətində insan amilinin pri-oritet istiqamət təşkil etməsinin bariz ifadəsidir.

    Həmin sərəncama əsasən, Azərbaycan Respublikasının Prezi-denti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılmasıişlərinin həyata keçirilməsi qərara alınıb.

    Xatırladaq ki, adı çəkilən sərəncamdan irəli gələn məsələləri gerçəkləşdirmək üçün Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası və 11 nəfərdən ibarət işçi qrupu yaradı-lıb. Bununla da mövcud çətinliklərin aradan qaldırılması məqsədilə komissiya öz işinə başlayıb və ilkin qiymətləndirmələr aparılıb. Bundan sonra isə dövlətimizin başçısı-nın növbəti sərəncamı ilə erməni vandalizmi nəticəsində dağıdılan və ya qəzalı vəziyyətə düşən yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş zi-yanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılma-sı qərara alınıb.

    Məlumata görə, ölkə Prezidentin müvafiq sərəncamının (14 dekabr 2020-ci il) icrası nəticəsində evləri dağılan və qəzalı vəziyyətə düşən 258 ailəyə 3 milyard 151 milyon 500 manat, evlərinə ziyan dəyən 5 min 885 ailəyə isə 5 milyon 885 min ma-nat yardım edilməsi nəzərdə tutulub. Bərpası və təmiri mümkün olmayan əmlak sahiblərinin müasir layihələr

    əsasında yeni tikililərlə təmin ediləcəkləri qərara alınıb. Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.

    Onu da qeyd edək ki, tezliklə mülki əhaliyə, dövlətə və sahibkar-lıq fəaliyyəti subyektlərinə məxsus dağıdılan və ya qəzalı vəziyyətə salınan, qismən ziyan dəyən ya-şayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olan heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə də başlanıla-caq.

    Əvvəlki dövrlərdə olduğu kimi, ikinci Qarabağ müharibəsindən son-ra da şəhid ailələri və müharibə işti-rakçıları hərtərəfli qayğı və diqqətlə əhatələnib. Hazırda şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına onların məşğulluğunun təminatına əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində dəstək göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli-yinin tabeliyindəki Dövlət Məşğulluq Agentiyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlan-mış müqavilələr əsasında artıq 125 nəfər şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.

    Onlardan bir hissəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri

    və həmin müharibənin iştirakçılarıdır. Göndəriş verilənlərdən 24-ü ilə əmək müqaviləsi bağlanıb, qalanları ilə qısa müddətdə müqavilələrin bağla-nılması nəzərdə tutulub.

    Proqramda iştirak etmək üçün son günlərdə 58 işəgötürən müraciət edib. “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlərdən artıq 35-i ilə müqavilə imzalanıb. İşəgötürənlərin proqrama müraciətləri, həmçinin onlarla müqavilələrin imzalanması,

    göndəriş verilmiş şəxslərlə əmək müqavilələrinin bağlanması prosesi davam edir.

    Qeyd edək ki, bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agent-liyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.

    Xatırladaq ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərilməsi Prezident İlham Əliyevin uğur-lu sosial siyasətində mühüm yer tutur. Dövlət başçısının tapşırığına əsasən, ölkədə bütün sosial proq-ramlar ildən-ilə genişlənir. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təmin edilməsi istiqamətində işlər getdikcə geniş miqyas alır. Bu il də rekord səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, onlardan artıq 1100-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

    Bu günlərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli-yi tərəfindən daha 13 rayonda 42 fərdi ev şəhid ailələrinə və Qara-bağ müharibəsi əlillərinə verilib. Bu münasibətlə keçirilən mərasimlərdə şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri torpaqlarımı-zın erməni faşizminin işğalından azad edilməsinə, həmin torpaq-larda bu gün Azərbaycan bayrağı dalğalanmasına görə fərəh içində olduqlarını qeyd ediblər. Onlar bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyevlə, şanlı Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Şanlı tarix yazan Azərbaycan Ordusunun rəşadəti ilə, dəmir yumruğa çevrilən sarsıl-maz birliyimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

    V.BAYRAMOV, “Xalq qəzeti”

    Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və

    aradan qaldırılması üzrə Dövlət Komissiyasının müşavirəsi keçirilibDekabrın 21-də Baş nazir

    və Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırıl-ması üzrə Dövlət Komissiyasının sədri Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli “2020-ci il sentyab-rın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrast-ruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılma-

    sı ilə bağlı tədbirlər haqqında” Sərəncamının icra vəziyyətinə dair məsələlərə həsr olun-muş müşavirə keçirilib.

    Müşavirədə Dövlət Komissiyasının üzvləri iştirak ediblər. Müşavirədə indiyə qədər görül-müş işlər müzakirə edilib, qalan məsələlərin

    qısa müddətdə başa çatdırılması və Prezi-dentin Sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib.

    AZƏRTAC

    Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün

    böyük potensial var

    Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan ikitərəfli münasibətlərdən, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edib. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olunub. Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən nazir qardaş ölkənin siyasi dəstəyinin 44 günlük Vətən müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb. Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.

    Hamdullah Mohib Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyevlə keçiril-miş görüşü məmnunluqla qeyd edib. O, iki ölkənin rəhbərləri arasında mövcud olan şəxsi münasibətlərin ikitərəfli münasibətlərin

    inkişafında xüsusi rol oynadığını bildirib. Qələbə münasibətilə Azərbaycanı təbrik edən Hamdullah Mohib Əfqanıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

    Tərəflər ölkələr arasında iqtisadi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri, o cümlədən Lapis-Lazuli tranzit yolunun inkişa-fı, Transxəzər fiberoptik rabitə xətti, eləcə də əfqanıstanlı gənclərin Azərbaycanda təhsil almaq imkanları və digər mövzular üzrə fikir mübadiləsi aparıblar.

    Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

    Dekabrın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respubli-kasının milli təhlükəsizlik müşaviri Ham-dullah Mohib və Prezident Administrasi-yasının rəhbəri Mohammad Şakir Kargar ilə görüşüb.

    Azərbaycan Prezidentinin sosial siyasətində insan amili prioritet istiqamət təşkil edir

    Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində insan amili daim prioritet istiqamət təşkil edib, xalqımızın rifahının daha da yaxşılaşdırılması mühüm yer tutub. Dövlətimizin başçısı çətin günlərdə vətəndaşların yanında olmaqla, onlara kömək etməklə, çətinliklərini aradan qaldırmaqla, bir sözlə, hər addımı ilə bunu təsdiqləyib. Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentinin onun arxasın-da dayandığını görüb, hiss edib. Eyni münasibəti 2016-cı ilin Aprel döyüşlərində, Ermənistanın Tovuz təxribatında, 44 günlük Vətən müharibəsi dövründə, habelə erməni terroru ilə əlaqədar proseslərdə də yaşayıb. Azərbaycan Prezidenti erməni ter-roru, düşmən ölkə ordusunun xain hücumları baş verən gündən bütün məsələləri öz nəzarətinə götürüb, dövlət dəstəyinin tam təmin edilməsi üçün müvafiq komissiyalar yaratmaq məqsədilə müvafiq sərəncamlar imzalayıb.

  • 22 dekabr 2020-ci il, çərşənbə axşamı 3Ulu öndər ona

    inanırdı və güvənirdiHər kəsə çox yaxşı bəllidir ki,

    ötən əsrin 80-ci illərinin ortaların-dan başlayaraq başımıza gələn bəlaların, o cümlədən Birinci Qarabağ müharibəsindəki uğur-suzluqlarımızın əsas səbəbkarı ermənilər və maraq dairələrində olduğumuz fövqəl güclər idisə, bir səbəbi də güclü, iradəli, beynəlxaq

    siyasət səriştəsi olan, orduya sərkərdəlik etməyi bacaran, xalq tərəfindən sevilən və seçilən, öz xalqının gücünə arxalanan və ondan ilham alan bir liderin olma-ması idi. Adətən xalqlar və ölkələr sınaq qarşısında qalanda, Tanrı sevdiklərini xilas etmək istəyəndə ona xilaskar göndərir… Tanrı 200 ildən sonra xalqımızın qələbə dolu tarixini, zəfər salnaməsini yenidən yazmaq üçün ulu öndər Heydər Əliyevi bizə xilaskar obrazında göndərdi. O, millətin gələcək inkişafının üfüqlərinə işıq saldı. Azərbaycanı alovlanmaqda olan vətəndaş müharibəsindən, sepa-ratçılıqdan, dövlət olaraq parçala-nıb tarix səhnəsindən yox olmaq təhlükəsindən xilas etdi.

    Ulu öndər müharibənin gedişində qüvvəllər nisbətinin və kənar qüvvələrin təsir imkanları balansının xeyrimizə olmadığı-nı zamanında dəyərləndirərək atəşkəsə nail oldu. Məşhur rus sərkərdəsi Kutuzovun təbirincə desək, Moskvanın itirilməsi, hələ Rusiyanın itirilməsi demək deyildi. Atəşkəsin qazanılması isə əslində olmayan nizami ordumuzun yaradıl-ması, ölkə iqtisadiyyatının qaldı-rılması, dövlət idarəçiliyi və milli həmrəyliyin möhkəmləndirilməsi fürsəti demək idi. Mahir siyasətçi və təcrübəli dövlət xadimi ola-raq ulu öndər az vaxt içərisində Azərbaycan üçün yol xəritəsi olan bu vəzifələrin çox uğurla həyata leçirilməsi üçün olduqca etibar-lı təminat yarada bildi. Aparılan ağıllı və balanslı xarici siyasət, böyük dövlətlərin, beynəlxalq güc mərkəzlərinin ölkəmizə münasibəti tədricən də olsa dəyişməyə başladı. Bunlar hamısı ulu öndər Heydər Əliyevin Azərbaycan naminə, Azərbaycan xalqının gələcəyi naminə olan müstəsna xidmətləridir. Ulu öndərin daha bir çox mühüm tarixi xidməti İlham Əliyevin şəxsində özündən sonra ölkəni uğurla idarə edə biləcək bir siyasi varisin yetişdirilməsi oldu. Xatırladaq ki, dünya liderləri və tanınmış siyasətçilərdən bir çoxu İlham Əliyev kimi layiqli bir öv-lad, praqmatik düşüncəyə malik görkəmli siyasətçi və dövlət xaidimi yetişdirilməsini Heydər Əliyevin həm də valideyn olaraq çox böyük tarixi xidməti kimi dəyərləndirirlər. Ümummilli liderin Azərbaycan xalqı-na ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində özünün siyasi varisinin gücünü, zəkasını və siyasətçi kimi nəyə qadir olduğu-nu böyük əminliklə qeyd edərək yazırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın fira-vanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çat-dıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

    Ulu ondərin bu sözlərinin nə qədər müdrikcəsinə və uzaqgörənliklə qələmə alındığı-nı, başqa sözlə, Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğu-nu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir. Bəli. İlham Əliyev hələ gənc yaşlarında ikən hakimiyyətə gəlməklə elə bir şam yandırdı ki, bu şamın nurundan bütün məmləkətimiz işıqlandı və bu işıq-dan məmləkət insanın hər birinin həyatına pay düşdü.

    Ali Baş Komandanın Qarabağ probleminin

    sülh yolu ilə həlli istiqamətində səyləriAzərbaycan ötən illər ərzində

    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı daxili

    və xairici siyasət sayəsində tarixi-nin ən ciddi uğurlarına imza atmış oldu. Ölkənin şəhər və kəndləri öz simasını dəyişdi, bir-birinin ardın-ca yollar, körpülər, yol ötürücüləri tikildi, çoxsaylı iqtisadi, sosial və mədəni layihələr uğurla həyata ke-çirildi. Azərbaycan Avrasiyanın çox mühüm nəqliyyat və enerji arteriya-larının təşəbbüskarı, fəal üzvü və sahibi oldu. Razılaşın ki, bütün bu uğurlar qat-qat daha artıq olardı,

    əgər Qarabağ problemi olmasaydı. Sirr deyil ki, ötən illər ərzində ölkə büdcəsinin böyük bir hissəsi hərbi xərclərə yönəldilməkdə idi. Ordu-nu təkmilləşdirmək, müasir silah növləri ilə təchiz etmək, bir sözlə ölkənin müdafiə qüdrətinin müasir tələblər səviyyəsində olmasını təmin etmək Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi onun gündəlik fəaliyyətinin əsasını təşkil edirdi. Cənab Prezident və onun koman-dası Qarabağ probleminin sülh yolu ilə həll olunması naminə bütün nüfuzlu beynəlxalq təşkilatlarla, həmsədr ölkələrin rəhbərləri və Avropa qurumları ilə intensiv iş aparmaqda idi. Birbaşa cənab Prezidentin şəxsində Azərbaycan diplomatik istiqamətdə o dərəcədə fəal və effektli işləyirdi ki, Ermənistan tərəfi hər dəfə sıxışdı-rılmaqda olduğu dalandan xilas ol-maq üçün adekvat olmayan addım-lar atmaq məcburiyyətində qalırdı. Qarabağ probleminin beynəlxalq platformalarda müzakirəsi zamanı Ermənistan prezidenti Sarkisyan və baş nazir Paşinyanın dəfələrlə pis vəziyyətdə qaldığı artıq bütün dünyaya məlumdur.

    Azərbaycan Birinci Qarabağ müharibəsini məğlub durumda başa vurmuşdu. Məğlub durumda olan ölkənin rəhbəri üçün proble-min sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda öz ölkəsinin maraqlarını sonadək qorumaq isə əlbəttə ki, asan məsələ deyildi. Amma cənab Prezident bu çətin vəzifənin öhdəsindən bacarıqla gəlirdi. Doğrudur, həmsədrlərin iştirakı ilə davam edən danışıq-ların detalları geniş ictimaiyyətə izah olunmurdu. Amma, necə deyərlər, “küləyin hansı istiqamətdə əsdiyindən” xalq işlərin nə yerdə olduğunu duyurdu. Son vaxt-lar Ermənistan rəhbərlərinin, o cümlədən keçmiş prezidentlər Ter-Petrosyan, Köçəryan, Sarkisyan və hazırkı baş nazir Paşinyanın verdiyi açıqlamalardan da aydın oldu ki, bəli, Azərbaycan Prezidenti ötən illər ərzində aparılan danışıq-lar prosesində işğal altında olan bütün ərazilərimizin boşaldılması məsələsində, sonadək qətiyyətli olub.

    Ölkəmizin belə bir lideri olduğu üçün hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir.

    Cənab Prezidentin son iki-üç ildəki çıxış və bəyanatlarından da hiss olunurdu ki, Ermənistan tərəfinin sonadək status-kvonu qo-rumaq cəhdləri artıq onun da səbr kasasını dolub-daşmaq həddinə çatdırıb. Odur ki, cənab Prezident çıxış və bəyanatlarında artıq daha tez-tez problemin həllinin hərb variantını dilə gətirirdi.

    Ermənistanın davranışı və həmsədrlərin dişsizliyi

    problemin hərbi həll varinatını aktuallaşdırdı

    Ermənistanın qeyri-kons-truktiv mövqeyi və həmsədrlərin dişsizliyi, fəaliyyətsizliyi problemin hərbi yolla həlli variantını getdikcə daha da aktual edirdi. Əfsuslar olsun ki, Ermənistan rəhbərləri Azərbaycanın öz çağırışlarında nə dərəcədə ciddi, nə dərəcədə qətiyyətli olduğunu sonadək dərk etmədi. Əksinə, hərbi ritorikanı artırmaqla cəbhə zonasında və ondan kənarda hücuma keçdilər və hərbi əməliyyatları qaçılmaz etdilər. Ermənistan tərəfinin Tovuz istiqamətində dövlət sərhədlərimizi pozmaq cəhdi və ölkəmizə di-versiya qrupları göndərilməsi ilə közərməkdə olan müharibə ocağını daha da alovlandırdılar. Bu hadisələr göstərdi ki, düşmən 2016-cı ilin aprel döyüşlərinin dərslərindən hələ də lazimi nəticə çıxarmayıb. Və nəhayət, sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələri növbəti dəfə, özü də bir neçə istiqamətdə təmas xəttini keçməyə cəhd etdi. Beləliklə də, bu nöqtədə problemin sülh yolu ilə həll imkanları tam olaraq tükənmiş oldu. Bu, İkinci Qara-bağ müharibəsinin, başqa sözlə

    işğalçı tərəfi sülhə məcbur etmə əməliyyatının başlanması demək idi. Bu, Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

    Nəzəri baxımdan belə müharibələr siyasətin güc tətbiq olunması yolu ilə davamı olur. Müharibə adı çəkiləndə istər- istəməz ilk ağla gələn, qan, qırğın, ölüm saçan silahların gurultusu yarımçıq qalmış ömürlər, arzular, nakam talelər, nakam sevgilər,

    acı göz yaşı, qəm kədər olur. Xarakterindən asılı olmayaraq bütün müharibələr qanla yazılan bir tarixi ehtiva edir. Müdriklər hər zaman “yadelli işğalçılara qarşı müharibəni qanuni bir borc” hesab edib, ədalətin bərpası kimi dəyərləndiriblər. Ədalətli müharibələr hətta dini cəhətdən belə “cihad”, müqəddəs borc hesab olunur.

    Müdriklərin dediyi kimi: “Allah birisinə bəla göndərməzdən öncə onun ağlını alır, sonra bəlasını verir.” Uzun illərdir ki, Allah bədnam qonşularımızın ağıllarını alsa da, bəlallarını vermirdi. Bununla da, sanki bizə səbrli olmağı təşviq edirdi. Havadarlarının fitvasına gedərək özgə torpaqları hesa-bına dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq kimi çürük bir ideyaya köklənib durmuş-dular… Uzun illər ərzində dar günlərində ocağımızın istisindən pay alıb, sonda da torpaqlarımıza yiyələnmək üçün Bu yolla ən azı son 100 ildə xeyli ərazilərimizi ələ keçiriblər. Atalar “iştah diş altında olur”, deyib… Törətdikləri əməllərin cəzasızlığını görüb iştaha gələn düşmən getdikcə daha da azğın-laşmaqda idi.

    Erməni çaxırının nəşəsindən xumarlanan erməni baş na-ziri özünü qəhrəman obra-zında göstərmək məqsədi ilə sələflərindən daha “irəli” gedərək “Qarabağ Ermənistandır, nöqtə”, - dedi. Bununla da hadisələr pik həddə yüksəldi. Hadisələrin siyasi danışıqlar yolu ilə həllinə olan ümid sabun köpüyü kimi partladı. Çox çəkmədi ki, çaxırın və hakimiyyətin nəşəsinə uyan erməni baş nazirə nüfuzlu Valday sammitində Azərbaycan Prezidenti “Qarabağ Azərbayandır – nida işarəsi!” deməklə tərs bir sillə kimi tutarlı cavab verdi. Bu, həm də ermənilərin havadarlırına verilən cavab idi. Əgər qarşı tərəf dilin ahəng qanunlarını bilən siyasətçi olsaydı, deyilən sözün, ifadə olunan qəzəbin fonundan və for-masından güzəştin olmayacağını anlamalı, deyilən qətiyyətli fikirdən nəticə çıxarmalı idi…

    Düşmənə siyasi meydanda sarsıdıcı zərbə vuran cənab Ali Baş Komandanın ordu quruculuğu-na olan diqqətini, hərbi məsrəflərə ayrılan xərcərləri, eyni zamanda qətiyyətlə dediyi: “Əgər Qarabağ problemi sülh yolu ilə həll edilməsə, hərb yolu qaçılmaz olacaqdır”. “Biz torpaqlarımızı heç vaxt, heç kimə güzəşətə getməyəcəyik”, “Qarabağ Azərbaycandır!” kimi bəyanatları müharibənin olacağına heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan səbrlə irəliləyirdi. Burada bir el məsəlini də yada salmaq doğru olar: “Ovu bərəsində vurarlar”. Cənab Ali Baş Koman-dan da bu gedişatla ovun bərəyə, erməninin tələyə gələcəyini çox gözəl bilirdi…

    Beləliklə, 2016-cı ilin aprel döyüşlərindən və To-vuz istiqamətindəki uğursuz cəhdlərindən lazımi nəticə çı-xarmayan düşmənə sonuncu həlledici, öldürücü zərbə vurmaq anı gəlib çatdı. Ordumuzun sent-yabrın 27-si səhər tezdən başlayan əks-hücum əməliyyatı düşməni şoka saldı. “Erməni ordusunun məğlubedilməzliyi”, “Ohanyan səddinin keçilməzliyi” barədə miflər alt-üst oldu. Azərbaycan ordu-su hər saat, hər gün irəliləyərək yeni-yeni ərazilərimizi işğaldan azad etdi. Bir-birinin ardınca Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhərləri düşməndən təmizləndi, Azərbaycan-İran dövlət sərhəddi tam olaraq nəzarətimizə keçdi. Madaqiz və Murov əməliyyatları Kəlbəcərə yol açdı və nəhayət no-yabrın 8-də Qafqazın mirvarisi olan qədim Şuşamızda Azərbaycan bay-rağı dalğalandı. Şuşanın alınması ilə cənab Prezidentimizin təbirincə desək, Ermənistan ordusunun belini qıraraq, onu diz çökdürərək yalvar-mağa, kapitulyasiya aktına imza atmağa məcbur etdi.

    Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladı-ğı 10 noyabr tarixli birgə bəyanatla

    hərbi əməliyyatlar dayandırıldı. Razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları, cənab Prezidentin öz müraciət və bəyanatlarında dəfələrlə təkrar etdiyi kimi irəlicədən müəyyən olunmuş dəqiq qrafik cədvəli əsasında, özü də bir güllə atmadan belə işğaldan azad olundu.

    Beləliklə, son 200 il ərzində hissə-hissə torpaqlarını itirmiş olan Azərbaycan nəhayət ki, ərazi

    bütövlüyünü tam olaraq bərpa etdi. Bu tarixi qələbədir. Bu qələbənin ic-raçısı rəşadətli Azərbaycan ordusu, onun baş memarı və təminatçısı isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oldu.

    Xalq öz liderini daha yaxından tanıdı

    Xalqının istiqbalını düşünmək, yükünü omuzunda daşımaq və nəhayət gördüyü işin məsuliyyətini duymaq heç də hər dövlət xadiminə nəsib olan xoşbəxtlik de-yil. Nə yaxşı ki, tanrı ona möhkəm iradə, səbr, aydın zəka verib… Nəyi nə zaman edəcəyini dəqiq bilir...

    Prezident İlham Əliyev müa-sir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dəfələrlə sü-but olunmuşdur ki, onun hansı ad-dımı nə zaman atacağını özündən başqa heç kim bilmir. İlham Əliyev ətrafındakıları və onu sevənləri yaxşı mənada təəccübləndirməyi bacaran, planlarını özündən başqa kimsənin proqnozlaşdıra bilməyəcəyi nadir siyasətçi, əsl dövlət xadimidir…

    Beləliklə, danışıqlar ma-sası arxasında dəmir məntiq, polad iradə, müqayisə oluna bilməyəcək elmi potensiala malik bir siyasi xadimlə üzləşdiklərini, dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qalanlar oldu Düşmənin belini Azərbaycan əsgərinin əzmi, cəsarəti, qorxmaz-lığı ilə yanaşı həm də Müzəffər Ali Baş Komandanın qətiyyəti qırdı. Dünyanın bir çox gücləri üstümüzə gəldilər… Amma, gəldikləri yerdə də dayanmaq məcburiyyətində qaldılar… Çünki qarşılarında dağ kimi İlham Əliyev səddi var idi. Müzəffər Ali Baş Komandandan güc alan Azərbaycan ordusu var idi. Prezidentin hər çıxışı, hər sözü ordumuzun, əsgərlərimizin dilində sloqana, şüara çevrilirdi, əsgərlərin döyüş ruhunu artırırdı. Qələbə əzminə əzm qatırdı. Əsgər ordu-nun başında iradəli bir sərkərdənin durduğunu görürdü, hiss edirdi. Döyüşən düşmənlə üzbəüz olan əsgər hər an Ali Baş Komandanın özünün də onun yanında olduğunu hiss edir, onun dəmir yumruğunun düşmən üçün nə dərəcədə qor-xulu oldğunu bilərək daha böyük cəsarətlə irəli gedirdi. Ölkədə sözün əsl mənasında əvvəllər heç zaman şahidi olmadığımız milli həmrəylik və milli birlik abu-havası hökmran idi.

    Yaralı Azərbaycan əsgərləri ilə görüşü zamanı Müzəffər Ali Baş Komandanın onların çəkdiyi can acılarını öz canında necə yaşadı-ğının şahidi olduq. Əsgərin çəkdiyi ağrını, acını öz canında necə daşıdığını hiss etdik. Gördük ki, hər bir əsgərlə əsl döyüş yoldaşı, səngər yoldaşı, bir ata, qayğıkeş bir qardaş kimi davranan Prezi-dentimiz, Ali Baş Komandanımız var. Əsgər hiss etdi ki, onun hər bir dərdini etibar edə biləcəyi dağ qədər əzəmətli, olduqca sədaqətli bir dostu və arxa-dayağı var...

    44 günlük müharibənin dərsləriOrdumuzun 27 sentyabrda

    başlanan və tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsi 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzalanmış olduq-ları birgə Bəyanatla başa çat-mış oldu. Bu Bəyanat əslində Ermənistanın hərbi kapitulyasiyası idi. Beləliklə, dünya hərb tarixinin ən şanlı səhifələrindən birini yazan Azərbaycan ordusu düşmənin hərb maşınını darmadağın edib onu kapituliyasiya aktını imzala-mağa məcbur etdi. Dağılan təkcə erməni ordusu deyil, eyni zamanda uzun illərdir ki ermənilərin beyi-nini zəhərləyən, üfunət püskürən çürük erməni ideologiyası, erməni ordusunun məğlubedilməzliyi haqda uydurulmuş mənfur erməni mifologiyası oldu. 44 günlük

    müharibə erməni iqtisadiyyatını tar-mar etdi. Hansı ki, mütəxəssislərin hesablamasına görə Ermənistan iqtisadi cəhətdən aldığı bu zərbəni heç 30-35 ilə də bərpa edə bilməz. Beləliklə, 2020-ci il həyatımıza pandemiya, taclı virusla mübarizə ili kimi daxil oldu. Yaddaşımıza isə illərdir həsrətində olduğumuz qələbə möhrünü vuran, həyatımızı zəhərləyən viruskimilər üzərində çalınan qələbə ili kimi yazıldı.

    Bu 44 günlük müharibə bizə 30 il öncə itirdiyimiz torpaqlarımızı qaytardı. İşğal olunmuş torpaqların azadlığı uğrunda qanını töküb, canını qoyan, vətən səmasında sərgərdan dolanan şəhid ruhlarına rahatlıq verdi. Bizə yenidən özümü-zü tanımaq imkanı verdi. İtirilmiş Qarabağı yenidən və birdəfəlik bizə qaytardı.

    Biz bu 44 günlük müharibənin gedişində nələrin şahidi olduq? Ən başlıcası dövlətimizin qüdrətinin, güclü, peşəkar, vahid komanda-nın intensiv fəaliyyətinin, yüksək səviyyəli peşəkar idarəetmənin, dövlət və hökumət orqanlarının bir orqanizm kimi vahid mərkəzdən, qü-sursuz idarə edilməsinin, dinindən, milli mənsubiyyətindən asılı olma-yaraq Azərbaycan vətandaşlarının sarsılmaz birliyini və əzminin şahidi olduq. İndiyə kimi aparılan xarici siyasətin doğru, dürüst, qüsursuz olduğunu gördük, cənab Prezidentin timsalında dövlətimizin çox sədaqətli və geniş dostlar şəbəkəsinə sahib olduğuna sevindik.

    Dost, düşmən dar gündə tanınar, deyən müdriklər heç də yanılmayıblar. Biz bu 44 günlük müharibədə dünyaya “demokar-tiya”, “ədalət” donu biçən bəzi Avropa dövlətlərinin əslində nə dərəcədə ədalətsiz olduğunu gör-dük. Nə ədalət, nə də hüquq tanıdı-lar…Hətta fironluq eşqinə düşərək bizi təhdid etmək eşqinə düşdülər. Belələrinə Müzəffər Ali Baş Komandanının verdiyi dərs çox məntiqli və konkret oldu: “Ermənini

    belə çox istəyirsinizsə imkan verin öz dövlətlərinizin ərazisində ikinci erməni dövləti yaratsınlar”.

    44 günlük Vətən Müharibəsi bizə əsl ədəbi qəhramanlara, kino qəhrəmanlarına bənzər igid əsgərlərimizi tanıtdı. 2783 igidimiz, torpağı Vətən, Vətəni müqəddəs edən oğllarımız ömürlərini qurban verdilər. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqı öz Vətəni, torpağı üçün canından keçməyə hazır bir xalqdır. Biz bu günlərdə oğlunun tabutunu omuzunda daşı-yan ananı, ərini və qardaşını son mənzilə yola salarkən onun əsgər paltarını geyinib, “təki Vətən sağ olsun” - deyən xanımı, qardaşının cənazəsinə girən bacını gördük. Biz yaralı əsgər yoldaşını çiynində daşıyaraq düşmənlə döyüşən igidlərimizi, özü yaralıykən şəhid olmuş döyüşçü yoldaşının nəşini belinə alaraq döyüş meydanından çıxaran oğullarımızı tanıdıq.

    Qürur hissi nə böyük xoşbəxtlikdir

    Tanrı bizə İlham Əliyev kimi bir lideri, sərkərdəni, fatehi, tədbirli siyasətçini və nüfuzlu dövlət ada-mını, nəhayət, mənəvi dəyərlərə hamıdan çox üstünlük verən bir mənəviyyat sahibini, vicdan adamını yenidən, həm də daha yaxından tanımaq imkanı verdi. 44 günlük Vətən müharibəsinin demək olar ki, hər günündə xalq öz Prezidentinin dəfələrlə əsəbiləşdiyinin, kədərləndiyinin, sevindiyinin, hətta kövrəldiyinin şahidi oldu. Ali Baş Komandan hər dəfə Cəbrayılın, Zəngilanın, Fü-zulinin, Qubadlının azad olunması barədə qələbə müjdəsi verərkən televiziya qarşısında əyləşən yüz minlərlə insan sevinc göz yaş-larını saxlaya bilmədi. Şuşanın azad edilməsi xəbərini eşidərkən insanların sevincinin həddi-hüdudu yox idi. Hamı bir-birinə gözaydın-lığı verirdi. Şuşanın işğaldan azad

    olunması günü cənab Prezident Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Şəhidlər xiyabanına gedərək oradan xalqa müraciət etdi. O, son-suz qürur hissi ilə ata vəsiyyətini və şəhidlərin ruhu qarşısındakı bor-cunu yerinə yetirdiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirdi. Biz prezidentimizin islami dəyərlərə, müqəddəs tikililərə, milli adət və ənənələrimizə, bir sözlə mənəvi dünyamıza verdiyi yüksək dəyərin nümunəsini gördük. Gördük və onun rəhbərlik etdiyi vətənin vətəndaşı olduğumuz üçün qürur duyduq.

    O insanlar qəhrəman olurlar ki, vaxtında düzgün və cəsarətli qərarlar qəbul edə bilirlər. Pre-zident İlham Əliyevin qurduğu Azərbaycan ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir fateh kimi, Qarabağ fatehi kimi öz adını yaza bildi. O, insanların qəlbində özünün Qarabağ boyda abidəsini ucaltmağı bacardı…

    Vaxt gələcək, düşmən işğa-lından azad olunmuş torpaqlar tezliklə abadlaşacaq. Viran edilmiş şəhərlər, xarabazarlığa çevrilmiş kəndlər, dağıdılmış infrastruktur yenidən qurulacaq. Qədirbilən xalqımızın arzusu olaraq Qara-bağda salınan yeni bir şəhər isə müasir hərb tariximizin ən şanlı sərkərdəsi, xilaskar Ali Baş Koman-danımız İlham Əliyevin şərəfinə İlhamabad adlanacaq. O, şəhərin küçə və meydanlarında isə o torpaq uğrunda canını fəda etmiş igidlərimizin abidələri ucalacaq… Beləliklə, öz qan və canları ilə doğ-ma Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrini yazmış o insanla-rın da ruhları şad olacaq.

    Qafar CƏBIYEV, tarix elmləri doktoru,

    professor, Əməkdar jurnalist. Elşən QƏNI,

    publisist

    İlham ƏLİYEV: Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan

  • 22 dekabr 2020-ci il, çərşənbə axşamı4Minsk qrupu işğalçı ilə işğala məruz qalan

    ölkə arasında niyə fərq qoymurdu?!

    – Cənab Prezident bu görüşdə təcrübəli bir müəllim, diplomat, dövlət və siyasi xadim siqləti ilə “dəvətsiz müsafirlər”ə növbəti “ustad dərsi” keçdi. Maraqlı odur ki, Minsk qrupu həmsədrləri otuz il boyunca, demək olar, faydasız səfərlərinə haqq qazandırmaq üçün hər hansı cəhd göstərməyin belə yararsız olduğunu anındaca qəbul etdilər. Şübhəsiz, Minsk qrupu əvvəl–axır rəsmən buraxılacaq, həmsədr ölkələri təmsil edən diplo-matlar gec – tez xidmətdən uzaqla-şacaqlar. Amma bu qrupun diplo-matiya tarixinin ən uzunmüddətli və uğursuz missiyalarından biri kimi tarixə düşəcəyi şəksizdir.

    Qənirə Paşayeva Qaraba-ğın gələcəyi ilə bağlı arzularını, ürəyindən keçənləri və həqiqətləri belə ifadə etdi:

    – Bizim Qarabağda aldığı-mız yaralar zamanla sağalacaq. Şəhərlərimizi bərpa edəcək, torpağımızı becərəcək, bağları-mızı yaşıllaşdıracağıq. ATƏT– in Minsk qrupunun uğursuz fəaliyyəti yalnız Ermənistanın ərköyünlüyü ilə bağlı deyil. Necə ola bilər ki, ATƏT– in Minsk qrupu həmsədrləri Ermənistana heç bir təsir göstərə bilməsin!? Ən sadəlövh insan belə buna inanmaz? Ona görə də, dövlət başçısı, haqlı olaraq, ATƏT–in Minsk qrupunun işinə öz iradlarını həmişə bildirib, budəfəki münasibət də istisna olmadı.

    Cənab Prezident nitqini bu sözlərlə bitirdi: “Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər

    istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.

    ATƏT –in Minsk qrupu həmsədrlərinin layiq olduğu bu sözlərdən sonra ağıla gələn ilk sual bu olar: Dünyanın ən qonaqpərvər ölkələrindən birinin liderini “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm” – deməyə nə vadar edir? Bəli, bu cavabı Minsk qrupu özü öz işi ilə qazandı. Uzun sürən etibarsızlığın bir son nöqtəsi, nidası olmalıydı əzəl-axır. Biz dünyanın üç böyük ölkəsinin həmsədr sifəti ilə 28 ilə həll edə bilmədiyi işi 44 gün içində çözdük! Buna Azərbaycanın “dəmir yumruğu” deyərlər! O yumruq ki, uzun illər ərzində işğalçının başına enməsinin qarşısını məhz vasitəsiz vasitəçilər, sülh yarada bilməyən

    “sülhyaradıcı”lar alıb. Azərbaycanın sülhə sa-diqliyini, qan tökülməsində maraqlı olmadığını başa düşmək üçün diplomat olmağa, böyük dövlətin təmsilçisi olmağa ehti-yac yoxdur. Bunun üçün sadəcə vicdanlı olmaq və vicdanın səsini ifadə etmək cəsarətinə sahib olmaq yetərlidir. Doğ-rudur, biz ölkə olaraq çox əziyyətlər çəkdik, itkilərimiz çox oldu, lakin bizi inandırmağa, “müharibə yox, sülh yolu” sufizmi ilə, Ermənistanın işğal etdiyi torpaqlar-da möhkəmlənməsinə münbit ortam yaratmış dövlətlərin, o cümlədən Ermənistanın özünün itirdikləri də az olmadı. ATƏT– in Minsk qrupu, bu vəsilə ilə həmsədrlər və ATƏT özü etibarını sarsıtmış oldu. Əgər Ermənistan və ikili

    standartlardan əl çəkə bilməyənlər, işğalçı ilə işğala məruz qalanı bərabər tutanlar nəticə etibarilə öz istəklərinə nail ola bilmədisə, bu, bir daha, kimin daha çox itkiyə məruz qaldığını və İla-hi ədaləti ifadə və təcəssüm etdirmiş olur...

    Deputat bölgədə yaranan yeni reallıqlardan da söz açdı:

    – Bəli, bölgəmizdə məhz yeni real-lıqlar yaranıb... İşğalçı tarixi zərbəsini alıb, onun qalib ədası sıfırlanıb, əsl qalibin kim olduğu gün kimi aydın olub. Vasitəsiz vasitəçilərin iç üzü təkzibolunmaz şəkildə müəyyənləşib. Və ATƏT – in Minsk qrupu həmsərdlərinin Azərbaycana son səfərindən ötən bir il ərzində bölgə və dünyadakı durum elə dəyişib ki, artıq yeni istilahlara, yeni istinadgahlara, yeni yanaşmalara ehtiyac var. Qalib

    Azərbaycan ədalətli sülh üçün xahiş etmir, işğalçılığın durdurulması üçün müraciət etmir. Minsk qrupu həmsədr ölklərinin liderləri “münaqişənin hərbi həlli yoxdur” iddiasında israr etsə də, Azərbaycan, mövcud ortamda məhz hərbi-siyasi yolun ən yaxşısı olduğunu sübut etdi. Çünki işğalçı hüquqtanımaz, sülhbilməzdi. Çünki Ermənistanı “qalib ədası”nda saxla-maqda maraqlı güclər vardı...

    “Status – kvo” Azərbaycan Ali Baş Komandanının iradəsi ilə, məhz hərbi –siyasi yolla, xalqımızın həmrəyliyi, dövlət – xalq birliyi və əlbəttə, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilib!

    Hesablaşmalıdırlar! Hesablaşacaqlar!

    Biz deyəndə ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT –in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına hörmət və əməl edin, si-yasi lallıq, korluq və karlıqdan başqa bir “cavab” görmədik.

    Biz vurğulayanda ki, Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvü-dür. Ermənistan qoşunlarının çıxa-rılmasını tələb edən 4 qətnamənin icrası onlar üçün vacib olmalıdır, dip-lomatik susqunluqdan ötə bir “cavab” görmədik.

    Deyəndə ki, beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanların-dan, potensialından istifadə edərək, Ermənistana ciddi sanksiyalar tətbiq edə bilər, ən azı, Ermənistanı işğal et-diyi əraziləri tərk etməyə çağıra bilər, ancaq siyasi kələk gördük, minbir al-datma ilə qarşılaşdıq. “Heç olmazsa, işğalçı nəzarət etdiyi ərazilərin kiçik hissəsindən çıxsın, bu da danışıqlar yoluna inamı gücləndirsin”, – cavab olmadı...

    Buradan hansı nəticəyə gəlirik? Münaqişənin dondurulması, daha doğrusu, dondurulmuş kimi görünməsi vasitəçiləri qane edib.

    Yekun: Minsk qrupunun man-datının gələcəyi tam şübhəlidir və Azərbaycanla mütləq razılaşdırılma-lıdır.

    Nəhayət, sonda, belə bir məşhur söz var: Qalibləri mühakimə etmirlər.

    Biz qalibik! Və biz öz qalib mövqeyimizdə belə mühakimədən daha çox mükaliməni qəbul edirik. Biz əsl qalib duruşu ilə saxta “qalib ədası”nın fərqini nümayiş etdiririk.

    Biz Azərbaycanıq!

    Təqdim etdi: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

    Azərbaycan Pezidenti cənab İlham Əliyevin ATƏT– in Minsk qru-punun Fransadan və ABŞ– dan olan həmsədrləri ilə 12 dekabr 2020– ci il tarixli görüşdə söylədiyi nitq, keçən günlər ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində, portallarda, ictimai-siyasi fəalların müxtəlif müzakirələrində, haqlı olaraq, örnək nitq kimi təqdir edilir, tirajlanır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşa-yevanın bu görüşlə bağlı fikirlərini öyrəndik. Komitə sədri “Prezidentin Azərbaycanın Vətən müharibəsi günlərində xarici media orqanlarına verdiyi müsahibələrdə, eləcə də, 27 sentyabrdan dekabrın 1–dək xalqa müraciətlərində ifadə olunmuş fikirlərin təsbitini, davamını, inkişafını bu nitqində gördük”– dedi. O, fikirlərinin davamında bildirdi:

    Belçikalı deputatlar fransız həmkarlarını tam dəstəkləmədilər

    Bu dəfə də ermənilərin qəbul edilən qətnamədə görmək istəmədiyi BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı qətnamələri qanun layihəsində yer alıb və bununla da Azərbaycan ərazilərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunması faktı öz əksini tapıb. Hər iki palatanın xarici əlaqələr komissiyalarının sədrləri Els Van Hoof və Mark Demesmaeker, millətçiliyi və separatçılığı dəstəkləyən fraksiyanın rəhbəri Karl Van Luve, eləcə də “erməni soyqırımı” qətnaməsinin müəllifi Peter de Roover və bir sıra qatı ermənipərəst deputatlar BMT qətnamələri ilə bağlı bəndin layihədən çıxarıl-masını təkidlə xahiş etsələr də Nümayəndələr Palatası onların xahişini nəzərə almayıb.

    Müzakirələr zamanı hər vəchlə ermənilərin arzusunu həyata keçirməyə çalışan və hər yerdən əli üzülən Georges Dalleman həmkarlarına müraciət edərək deyib: “Fran-sa kimi cəsarətli olun, ermənilərin taleyinə biganə qalmayın”. Dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmiş deputat Georges Dallemanın və onun tərəfdarlarının təkidli xahişlərinə baxmayaraq, Qarabağdakı qondarma rejimin tanınması və onunla diplomatik əlaqələr qurulması ilə bağlı təkliflər də müzakirə olunub və parlament üzvlərinin çoxluğu tərəfindən rədd edilib.

    Xatırladaq ki, hələ bir həftə öncə Belçika xarici işlər naziri parlament qarşısında çıxışı

    zamanı 10 noyabr tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini bildirmiş və Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışların beynəlxalq hüquqa zidd olduğunu deputatların diqqətinə çatdırmışdı.

    Beləliklə, Fransa siyasi rəhbərliyinin gözləntilərinin əksinə olaraq, Fransa Senatının və Nümayəndələr Palatasının mövqeyi Belçika parlamentində növbəti dəfə dəstək ala bilmədi. Erməni lobbi təşkilatlarının özlərini güclü he-sab etdikləri Belçikada öz məqsədlərinə çata bilməməsi erməniləri və eləcə də bu ölkədə erməni lobbisi hesabına varlanmaq arzusunda olan ermənipərəstləri məyus etdi.

    Cavanşir FEYZİYEV, Milli Məclisin deputatı, fəlsəfə doktoru

    X əbər verildiyi kimi, bugünlərdə Belçika parlamentinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi müzakirə olunub. Bir həftə öncə Belçika Sena-tında müzakirə olunmuş qətnamə layihəsi bu dəfə Nümayəndələr Palatasında müzakirəyə çıxarılıb.

    ATƏT-in Minsk qrupu münaqişənin həllində indiyədək heç bir rol oynamayıb

    Bu fikirləri Milli Məclisin deputatı, Məzahir Əfəndiyev bildirib.

    Deputat qeyd edib ki, imzalanan üçtərəfli bəyanat qan tökülməsinin qarşısının alınması-na, insanların yaşamaq hüququnun, eləcə də, Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində, habelə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğuna dəlalət edən, Azərbaycanın hərb yolu ilə əldə etdiyi davamlı qələbəsidir.

    Bəyanat eyni zamanda, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mandatı ilə yaranmış ATƏT-in Minsk qrupunun ötən illər ərzində fəaliyyətsizliyinin təsdiqi oldu. Vətən Müharibəsi başlayana qədər ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq normaları çərçivəsində, haqq və ədaləti bərpa edərək sülh yolu ilə həll etməsi üçün kifayət qədər vaxtı və imkanları olub. Təcavüzkar Ermənistanın təxribat xarakteri da-şıyan “Qarabağ Ermənistandır” bəyanatı, Dağlıq Qarabağda qanunsuz məskunlaşma siyasəti, zaman-zaman cəbhədə atəşkəsi pozması ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vurması hallarında həmsədrlərin susmağa üstünlük verməsi, ümumiyyətlə keçən müddət ərzində status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar səsləndirmələri böyük təəssüf doğurur.

    M. Əfəndiyev bildirib ki, bu gün Azərbaycan öz şanlı Qələbəsi ilə təkbaşına status-kvonu ləğv edərək, tarixi ədaləti bərqərar edib və Cənubi Qafqazın bütün subyektləri üçün sülhü,

    əmin-amanlığı və iqtisadi stabilliyi təmin etmiş-dir. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrləri bütün beynəlxalq ictimaiyyət qar-şısında çətin vəziyyətə düşərək, hətta çağı-rılmamış qonaq qismində Azərbaycana səfər edərək, regiona qərəzsiz və kollektiv qaydada stabilliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyətin məhz Azərbaycan tərəfindən yara-dıldığını etiraf etmək məcburiyyətində qaldılar.

    “Bir məqamı da qeyd edə bilərik ki, əldə edilən qələbə Minsk qrupunun mandatının bundan sonra artıq Azərbaycandan asılı oldu-ğunu deməyə imkan verəcəkdir və Prezident İlham Əliyevin Minsk qrupunun ABŞ və Fran-sadan olan nümayəndələrinin Azərbaycana səfəri ilə bağlı çıxışında “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm.” buna əyani sübutdur”. –deyə, deputat əlavə edib.

    Anar TURAN, “Xalq qəzeti”

    M üzəffər Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad olunması və tarixdə ilk dəfə olaraq Zəfər paradı keçirilməsi, Azərbaycan dövlətinin, əslində, həm də nəyə qadir olduğunu bir daha sübut etdi. Bununla, Ermənistanı alçaldıcı kapitulyasiya bəyanatını imzalamağa məcbur edən Azərbaycan öz yeni tarixini yazdı. Bu müharibə həm də onu göstərdi ki, ATƏT-in Minsk qrupu keçən 28 il müddətində münaqişənin həlli üçün heç bir rol oynamamışdır.

    İşğaldan azad olunan rayonların iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması yekunlaşır

    İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlan-ması başa çatmaqdadır. Sənədin yaxın zaman-larda ictimaiyyətə təqdim olunması gözlənilir.Konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin reallaşdırılacağı nəzərdə tutulur. Bütövlükdə işğaldan azad olunan ra-yonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkar-lar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var.

    Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə də aşağı faizli kreditlərə çıxış imkan-larının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xa-rici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var.

    Nəzərə almaq lazımdır ki, sərt girov

    şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına dü-şür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyi-nin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsilə kredit təklifi me-xanizminin tətbiqini nəzərə alsaq oxşar modelin istifadəsi arzuolunan olardı. Eyni zamanda, yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvo-taların müəyyənləşdirilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi kimi tədbilərin də nəzərə alınması məskunlaşmadan sonra həmin bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər.

    Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda, özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımı-zın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir.

    Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

    İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır. Sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir. Konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin reallaşdırılacağı nəzərdə tutulur. Bütövlükdə işğal-dan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulma-sına ehtiyac var.

    ATƏT-in Minsk qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmədi

    Hadisələrin gedişi də göstərdi ki, Minsk qrupunun əsas missiyası bu müddət ərzində eyni sözlərdən ibarət olan bəyanatlar vermək, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, sərhədboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağı, dinc əhalini qətlə yetirməyi seyr etməkdən ibarət imiş.

    Müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışan işğalçı ölkənin dəstəklənməsi onu getdikcə quduzlaşdırırdı. Hər dəfə də beynəlxalq təşkilatlar tərəfləri münaqişənin dinc vasitələrlə, da-nışıqlar yolu ilə nizamlanmasına çağırır, problemin hərbi yolla həlli variantı olmadığını deyir, bununla da işğalçı Ermənistana yeni təxribatlar törətməyə rəvac verirdilər. Ancaq Pre-zident İlham Əliyev həm beynəlxalq təşkilatlara, həm də dünya birliyinə sübut etdi ki, münaqişənin hərbi yolla variantı mümkün imiş.

    Bugünlərdə dövlətimizin baş-çısı ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən bir daha onların diqqətinə çatdırdı ki, münaqişənin hərbi yolla nizamlanma-sı mümkün idi. “Hərbi variant yoxdur” – deyənlərin əsas məqsədi mövcud vəziyyəti olduğu kimi saxlamaq idi. Dövlətimizin başçısı status - kvonu, təmas xəttini rədd etməklə, bu fikrə düşənlərin bütün planlarını alt – üst etdi.

    Bir ildən artıq idi ki, regiona gəlməyən ATƏT-in Minsk qrupu həmsədrləri budəfəki səfərləri zamanı artıq yeni vəziyyətlə qarşılaşdılar. Bu mənzərə qurumun indiyə qədər dəstəklədiyi Ermənistanın məğlub, Azərbaycanın isə qalib olması ilə bağlı idi. Prezident İlham Əliyev bu faktı bir daha həmsədrlərin diqqətinə çatdırdı. Dedi ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu

    və siyasi vasitələrlə nail oldu: “Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbu-ki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”.

    Dövlətimizin başçısı son 17 il ərzində danışıqlarda iştirak etdi-yini, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunların heç bir nəticə vermədiyini həmsədrlərə xatırlatdı.

    Minsk qrupunun həmsədrləri artıq şahiddirlər ki, 30 ilə yaxın davam

    edən Ermənistan – Azərbaycan, Dağ-lıq Qarabağ münaqişəsi hərbi-siyasi vasitələrlə aradan qaldırılıb. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində bir addım da olsun irəliyə gedə bilmədi. Əgər münaqişə tarixin arxivinə qovuşubsa, daha bundan sonra ATƏT –in Minsk qrupu hansı missiyasını yerinə yetirəcək?

    Bəs münaqişənin nizamlanma-sında problem nədə idi? Axı BMT-nin Təhlükəsizlik Şurası, AŞPA, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı və digər təşkilatlar Ermənistanın işğalçı siyasətini pisləyən, işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə qətnamələr,

    qərarlar qəbul etmişdi. ATƏT-in Minsk qrupunun özü status- kvonun sax-lanılmasının qeyri- mümkün olması qənaətinə gəlmişdi. Qrupun həmsədri olan ölkələrin prezidentləri Akvildə, Muskokada bildirdilər ki, status-kvo qəbuledilməzdir. Sonra da bəyan etdilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Dövlətimizin başçısı isə onlara sübut etdi ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, düzgün müəyyənləşdirilmiş siyasət, xalqımızın həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, xalqın əzmkarlığı, rəşadətli ordumuzun müzəffərliyi sayəsində dəyişdirilə bilər. Necə ki, dəyişdirildi!

    Azərbaycan haqlı olduğunu dünyaya göstərdi. Bu qədər qətnamə və qərarların qəbul olunmasından sonra bu illər ərzində münaqişənin həlli istiqamətində heç bir irəliləyişin nəzərə çarpmamasının əsas səbəbi indi hər kəsə aydındır: dünyada baş alıb gedən ikili standartlar, siyasi riya-karlıq və islamofobiya. Dövlət başçı-mızın qətiyyəti bunları da darmadağın etdi. Möhtərəm Prezidentimiz ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə bir daha çatdırdı ki, xalqımız , ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.

    Çingiz QƏNİZADƏ, Demokratiya və İnsan Hüquqları

    Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

    Otuz ilə yaxın idi ki, xalqımızı ciddi narahat edən, ən ağrılı problemə çevrilən Dağlıq Qarabağ münaqişəsi Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində öz həllini tapdı. Nüfuzlu beynəlxalq qurumlar, o cümlədən bu münaqişənin aradan qaldırılmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu da 30 il müddətində işğalçıya “dur!” demək üçün sanki özündə cəsarət tapa bilmədi.

  • 22 dekabr 2020-ci il, çərşənbə axşamı 5

    Bu məsələdə diqqət çəkən məqam həm də o idi ki, Prezi-dent İlham Əliyev Ermənistanın mövqeyini müdafiə edən KİV-in də müraciətinə müsbət yanaşa-raq, onların suallarını cavablan-dırırdı. Bu zaman dövlət başçısı təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla Azərbaycanın haqlı mövqeyini elə əsaslandırdı ki, ondan sonra erməni lobbisinin maraqlarına xidmət edən jurnalistin əlavə sual verməyə gücü çatmırdı.

    Azərbaycan Prezidenti bu sualların hər birinə son dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verirdi, məsələnin mahiyyətini səbrlə izah edirdi, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirirdi.

    İnformasiya mübarizəsindəki uğurumuzu şərtləndirən bir neçə məqamı xatırlatmaq istərdik. Əvvəla onu qeyd edək ki, Azərbaycan hər zaman to-lerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verib. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Tarixi-mədəni, dini abidələrimiz necə qorunubsa, digər millətlərə və dinlərə xas olan dəyərlər də eləcə mühafizə olunub. Lakin Azərbaycanın işğal altındakı torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbar-lıq hərəkətləri bütün çılpaqlığı ilə nəzərə çarpıb: qəsbkar ordu respublikamızın əzəli ərazilərindəki tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan edib.

    Amma belə bir vəziyyətdə Ermənistan guya Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni kilsələrini və digər xris-

    tian məbədlərini dağıtdığını həyasızcasına dünyaya car çəkirdi. Ermənilərin 30 il ərzində tapdaq altında saxladıqları torpaqlarda tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə göz yuman dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları isə iftiraya, yalana, böhtana əsaslanan erməni təbliğatına bir çox hallarda uyur, hətta utanıb-qızarmadan Azərbaycan dövlətindən işğaldan yenicə azad edilən Kəlbəcərdə

    mövcud olan xristian məbədlərinin qorunmasına təminat verməsini istəyirdilər. Müzəffər Ali Baş Komandanımız noyabrın 25-də Kəlbəcərin işğaldan azad olun-ması ilə bağlı Azərbaycan xalqına müraciətində belələrinə bir daha qətiyyətli və tarixi ədalətə söykənən mesajını çatdırdı: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıq-la erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə bax-maq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qaf-qaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi

    idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var”.

    Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri çərçivəsində dövlətimizin başçı-sının Ağdam məscidinin qarşısın-dakı çıxışında söylədiyi fikirlər də Azərbaycanın tolerantlığa daim sadiqlik nümayiş etdirməsinin

    parlaq ifadəsidir: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə da-nışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımız-da. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Ru-siya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dö-zümlülük, multikulturalizm haqqında

    danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək?”.

    Ermənistan ordusu Vətən müharibəsi günlərində dinc insanları, evləri, mülki obyektləri məqsədli şəkildə atəşə tutmaq-la, həm də beynəlxalq hüququn əsas normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymamasını açıq-aydın göstərdi, bununla da terrorçu dövlət oldu-ğunu nümayş etdirdi. Dövlətimizin başçısı noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya uyğun olaraq Kəlbəcər rayonunun işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bu məqamı diqqətə çat-dırdı: “Ermənistan terror dövlətidir. Bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqı-

    rımı, meşələrimizin qırılması, çay-larımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Tarixi Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, erməni faşiz-minin məhvidir”.

    Ermənistan rəhbərliyi uzun illər olduğu kimi, Vətən müharibəsi günlərində də guya Azərbaycanın Dağlıq Qarabağda erməni genosidi həyata keçirdiyini bütün dünyaya yayırdı. Prezident İlham Əliyev isə müraciət və müsahibələrində bu iftiranı konkret fakt və dəlillərlə təkzib edir, məsələnin mahiyyətini məntiqə söykənərək beynəlxalq ictimaiyyətə çatdırırdı. Məsələn, dövlətimizin başçısı CNN Inter-national kanalına müsahibəsində hazırda Azərbaycanda minlərlə erməninin ölkəmizin müxtəlif şəhərlərində, əsasən isə paytaxt Bakıda yaşadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Bu da onu göstərir ki, hazırda Azərbaycanda əmin-amanlıq şəraitində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan

    qovulublar. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenə də yalan deyir. Çünki hazırda Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan re-jimi tərəfindən etnik təmizlənməyə məruz qalıb.

    Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə yer alan bu məqamla bağlı daha sonra de-yib: “Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlar yayır. İnternetə baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imza-lanmış Kürəkçay sülh müqaviləsinə baxın. Erməni əhalisi haqqın-da heç bir şey deyilmir. Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinin dedikləri isə feykdir, tamamilə feykdir”.

    Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

    Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən də etdiyi çıxışla dünya-ya bir sıra mesajlarını çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, 30 ilə yaxın davam edən münaqişəni Minsk qrupu deyil, Azərbaycan özü həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Azərbaycan Ermənistanı döyüş meydanında əzərək, işğal-çını məğlubiyyətini etiraf etməyə və təslim hesab olunan bəyanatı imzalamağa məcbur etdi.

    Prezident İlham Əliyev çıxı-şında Ermənistan rəhbərlərinin müharibə caniləri olduğunu deyərək, Gəncənin ballistik raketlə atəşə tutulmasını, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalmasını, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma aparılmasını hərbi cinayətlər olaraq qiymətləndirdi, Ermənistanın keçmiş rəhbərləri olan Sarkisyan və Köçəryanı hərbi cinayətkarlar adlandırdı.

    Dövlətimizin başçısı daha sonra vurğuladı ki, bu hərbi cinayətlər ha-zırda sənədləşdirilir və Azərbaycan şəhərlərinə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlar hazırlanır, beynəlxalq tərəfdaşlarla birlikdə mülki əhaliyə, infrastruktu-ra, dini və mədəni abidələrə dəymiş

    ziyanın müvafiq təhlili aparılır. Bütün bunlar yekunlaşan-

    dan sonra zəruri addımlar atılacaq, təzminatın reallaş-ması üçün müəyyən tədbirlər gerçəkləşdiriləcək.

    Dövlət başçısı sonda vurğu-ladı ki, beynəlxalq ictimaiyyət də gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamamasına dair Ermənistana birbaşa mesaj verməlidir, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək.

    Beləliklə, Ali Baş Koman-dan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqla-rını inamla və qətiyyətlə müdafiə etdi. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşı-sındakı çıxışları xalqın ürəyindən xəbər verdi. Ən əsası, Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu. Bir daha sübut olundu ki, milli ma-raqlarımız Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

    Vaqif BAYRAMOV, “Xalq qəzeti”

    Azərbaycan Prezidenti informasiya müharibəsində də qələbəmizi təmin etdi

    Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədə informasiya mübarizəsinin də rolu böyükdür. Prezident İlham Əliyev dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına verdiyi çoxsaylı müsahibələrində suallara dəqiq, məntiqli, faktlara söykənən cavabları ilə Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Bununla da düşmənin və havadarlarının ölkəmiz haqqında yaydığı qərəzli məlumatları təkzib etdi, işğalçının bütün avantüra, qarayaxma kampaniyalarının qar-şısını qətiyyətlə aldı, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında ədalətli müharibə apardığını bildirdi.

    Prezident İlham Əliyev döyüş meydanında nəyi, necə və nə vaxt etməyin çağdaş örnəyini yaratdı

    – Əvvəla bildirim ki, 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiası və Dağlıq Qarabağda süni surətdə meydana atılan separatçı hərəkatla başlayıb, 1991-ci ildə keçmiş SSRi-nin süqutundan sonra açıq müharibəyə çevrilən etnik münaqişənin 1994-cü ildən aparılan uzunmüddətli sülh danı-şıqları ilə deyil, yenidən qanlı savaşla bitməsinin təqsiri bütünlüklə erməni tərəfinin üzərinə düşür. Xatırladım ki, Ermənistan Azərbaycanın dünya birliyi tərəfindən tanınan 20 faiz ərazisini hərbi yolla işğal edib, 1 milyon azərbaycanlını öz vətənində məcburi köçkünə çevirsə də, ölkəmizin öz ərazi bütövlüyünü si-lahlı yola bərpa etməyə gücü və imkanı çatsa da, ümummilli lider Heydər Əliyev 10 il müddətində, Prezident İlham Əliyev isə son 17 ildə hər mərhumiyyətə dözüb Qarabağ münaqişəsinin sülh yolu həllinə üstünlük verdilər.

    Lakin Dağlıq Qarabağı və ona bitişik 7 rayonu artıq özünə birləşdirdiyini güman edən, himayədarlarının açıq-gizli dəstəyindən, ATƏT-in Minsk qrupunun uzun və başqatan sülh mis-siyasının kəsərsizliyindən şirniklənən iğşalçı Ermənistan ötən 27 ildə nəinki tutduğu əraziləri geri qaytarmaq istəmədi, üstəlik, burada qanunsuz məskunlaşdırma apardı, cinayətkar fəaliyyətlərlə məşğul oldu. Son vaxtlar isə təcavüzkar ölkə Azərbaycanı itirilmiş ərazilərdən əl çəkmədiyi halada “yeni müharibə və yeni ərazilər tutmaqla” hədələməkdə davam edirdi. Nəticəsi isə Ermənistanın yenidən bais olduğu qanlı müharibədə ağır məğlubiyyətə uğrama-sı oldu.

    Baş verənlər göstərir ki, Azərbaycan öz ərazilərini 30 il gözləmədən də işğaldan azad edə bilərdi. Bu qədər gözləməkdə xalqımızın və dövlətimizin

    ali məqsədi o olub ki, düşmənçilik dinc yolla aradan qaldırılsın, hər iki tərəfdən yenidən insanlar həlak olmasın, bölgədə ağır itkilər baş verməsin. Nəhayət, işğalçı ölkənin hərbi təcavüzünə cavab olaraq bu il sentyabrın 27-də başlamış Qarabağ savaşı təcavüzkarın təslim olduğunu təsdiq edən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli Bəyanatla sona yetdi. Sonrakı hadisələr isə göstərir ki, hər iki ölkədə, az da olsa, müharibənin davam etdirilməsini istəyənlər var imiş.

    Ermənistandakı davakar qüvvələr, əvvəla, yaranmış ağır durumdan istifadə edib hakimiyyəti ələ keçirmək istəyirlər. Onlar anlamaq istəmirlər ki, müharibənin davam etdirilməsi Ermənistanın bir dövlət kimi məhv edilməsi ilə nəticələnə bilərdi. Bizdə isə bəzi siyasətbazlar Azərbaycanın çoxillik sülh danışıqları ilə əldə edə biləcəyindən də artığını qazandığını nəzərə almaq istəmirlər. Görünür, bu məsuliyyətsiz adamlar döyüş əməliyyatlarını davam etdirməklə xalqımızın mənasız i