33
1 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə Bakı 2018

Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

  • Upload
    others

  • View
    18

  • Download
    1

Embed Size (px)

Citation preview

Page 1: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

1

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası

Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə

Bakı 2018

Page 2: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

2

KBT 91.9:5 S 18 Tərtibçi: Y.Ə. Qarayeva Mətnin redaktorları: S.Ə. Şəfiyeva M.T. Əliyeva İxtisas redaktoru və buraxılışa məsul: Kitabxananın direktoru O.İ.Quliyev

Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə: tövsiyə-bblioqrafik vəsait.-

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası.- Bakı, 2018.- 33 səh.

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə kitabxanaların rolunu da xüsusilə qeyd etmək lazımdır.Tərtib edilən bu tövsiyə-biblioqrafik vəsaitdən tabeliyindən asılı olmayaraq respublikanın kitabxana mütəxəssisləri və geniş oxucu kütləsi istifadə edə bilər.

© Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2018

Page 3: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

3

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilsin.

3. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın ki, bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 iyun 2013-cü il

Page 4: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

4

GİRİŞ Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem

kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilmişdir

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.

Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə kitabxanaların rolunu da xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir.

Tərtib edilən vəsaitdə narkomaniya və narkobiznesə qarşı mübarizədə qəbul edilmiş dövlət sənədləri işıqlandırılmış, bu problemə qarşı mübarizədə kitabxanaların qarşısında duran vəzifələrdən, təbliğat vasitələrindən bəhs edilmişdir. İnanırıq ki, bu göstərici kitabxana işçilərinə narkomaniya və narkobiznesə qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsində yaxından köməklik edəcəkdir.

Page 5: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

5

Narkomaniya haqqında ümumi anlayış Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salaq. Tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Narkotik maddələrin ilk istifadəsi haqda məlumatlara papiruslarda rast gəlirik. Belə ki, təxminən eramızdan 1500 il əvvəlki papiruslarda tiryəkin ağrıkəsici və sakitləşdirici xüsusiyyətləri haqda yazıya rast gəlinir. Çətənə və tiryək yabanı halda çox asan tapıldığı üçün şumerlər tərəfindən ilk istifadə olunan narkotik maddələr siyahısına daxildir. Şumerlərdən sonra narkotik maddələr Mesopotamiyaya, oradan da İrana və Misirə yayılmışdır. Son olaraq da Misirdən Yunanıstana keçməklə narkotik maddələr fəlsəfə tarixinə keçmişdir. Çünki antik Yunan yuxu (xəyali) tanrısı olan Morfeusun (Morfin adı buradan gəlir) simvolu tiryək meyvələridir. Antik Yunan yazarı olan Homer öz Odisseya dastanında tiryək haqqında belə deyir:” Kim bu dərmanı içərsə göz yaşı tökməz, hətta öz atası,dostu, sevgilisi də gözünün önündə öldürülsə o rahatlığını pozmaz”. Hippokrat isə öz kitabında tiryəkin prostat iltihabında, ishal və isterik xəstəliklərdə sakitləşdirici və ağrıkəsici olaraq istifadə edilməsini tövsiyə edirdi. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.

Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu. Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi, müasir dövrümüzdə də aktualdır. İnsan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran, yaranan narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi, qədim zamanlarda da ən xoşagəlməz, ən çirkin və ikrahedici vərdişə çevrilmişdir. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir:"Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir". XIX əsrdə Fransada "Həşişçilər məclisinin" üzvü şair Şarl Bodler "Süni cənnət" əsərində asılı olduğu "ağ sərxoşluq" mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq, belə təsvir edir: "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar, ya yox: lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan həşiş, digəri isə əndazə bilməyən iblisdir". Lev Tolstoy isə deyirdi: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır".

Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. İyirminci yüz illiyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqlarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər

Page 6: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

6

tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir. İnsanlar narkomaniya adlanan tora necə düşürlər? Narkotika nədir? Əhali, xüsusilə yurdumuzun gələcək qurucuları olan gənc nəsil onun törədə biləcəyi faciələri daha dərindən dərk etsin deyə bu barədə qısa da olsa söz açmaq istəyirik. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar.

Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr xüsusilə təhlükəlidir. Çünki o, insanı asanlıqla özünə alışdırır, tezliklə əridib çöpə döndərir və tədricən ölüm yatağına doğru sürükləyir. Ölümün sindromu olan narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır.

Böyük Fransız təbibi Fransua Moriakın dediyi kimi, "narkomaniya insanın öz ölümündən həzz almasıdır". Narkomanlar özlərini bilə-bilə ölüm adlı kabusun qoynuna atanlar zümrəsidir. Onların arasında QİÇS-ə yoluxanların 70 faizi venadaxili narkotiklərdən istifadə edənlərdir. Hətta narkotiklərdən burun vasitəsilə bir dəfə, yalnız bircə dəfə istifadə ildırım sürətli ölümlə nəticələnə bilər. Narkotiklərdən venadaxili istifadə edənlərin çoxu Hepatit-C virusu ilə yoluxurlar ki, bu da çox təhlükəli və qarşısı heç bir qüvvə ilə alına bilməyəcək bir xəstəlikdir. Onun klinik simptomları axırıncı mərhələdə özünü büruzə verdiyindən müalicəsi effektli olmur və ölümlə nəticələnir. Narkoman narkotik maddə əldə etmək üçün istənilən cinayəti törətməyə hazır olur. Narkotiklərin əksəriyyəti gənc ikən dünyasını dəyişir. Bəziləri, xüsusilə İİV-ə (insanda immunçatışmazlığı virusuna) və ya Hepatit-C-yə yoluxanlar uzun müddət müalicə alsalar belə, ailələri və cəmiyyət ücün ağır bir yükə və üz qaralığına çevrilirlər. Narkotik aclığı

Page 7: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

7

zamanı orqanizmdə baş verən dəyişikliklər əsasən əzələlərin gərilməsi ilə müşahidə olunur. Həmin gərginliyin ilk əlaməti sümük ağrılarıdır. Sonra yuxulu durum başlanır, əhval dəyişir, bədən daxilindəki ətraf ərazilərdə ağırlaşmalar, ağızda quruluq yaranır, orqanizm istiliyə düçar olur. Daha sonra ürəkbulanma, qusma, əsnəmə, hərarət, yuxusuzluq və ən əsası, nəyin bahasına olursa-olsun, yenidən oriat (morfin və heroin) qəbul etmək istəyi... Tiryəkdən istifadə edənlər adətən tənəffüsün qəfil dayanmasından dünyasını dəyişirlər. "Xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, insan zəhərin təsirindən dərhal dünyasını dəyişə bilər. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş-beyin zədələnir və bununla da həmin şəxs şikəstlik əzabına düçar olur. Belə halda insan düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu dəhşətli vəziyyət illərlə davam edə bilər. Çünki o, müalicəsi mümkün olmayan bir xəstəlikdir.

Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. Narkomaniya yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.

Bu gün təkcə Meksikada narkomanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddələrdən istifadə nəticəsində əlləri ilə öz bədən əzalarına ölüm hökmü yazmaqdadır. MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Bu gün orada 26 milyondan çox insan həmin "ağ ölüm"ün iti caynaqlarında çırpınmaqdadır. Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Etiraf etmək lazımdır ki, narkomaniya bizə SSRİ dövründən miras qalıb. O vaxt dövlət bu ağır problemin cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etməyə çalışdığından, narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxladığından müalicəsi çox çətin olan bu xəstəliyin get-gedə yayılıb kök atmasına səbəb olmuşdu Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdu.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramın”da bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılmışdır.”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dovriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçrilməli olan kompleks tədbirləri müəyyən etmişdir. Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl

Page 8: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

8

tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir.

Gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar təşkil olunur. Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı yönəlmiş kütləvi idman yarışları keçirilmişdir. Narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində, xüsusilə sosial şəbəkələrdə təbliğat aparılması səmərəli və önəmli vasitəyə çevrilmişdir. Bu sahədə həm nazirlik, həm də gənclərin qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mütəmadi olaraq sosial şəbəkələrdə təbliğ edilir. Narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

Azərbaycanda 2017-ci ilin rəsmi statistikasına əsasən, qeydə alınan narkotik istifadəçilərinin sayı 30 min nəfərdən artıqdır. Onlardan 25.139-u dispanser, 4.992-si profilaktik, 1.031 nəfəri isə anonim qeydiyyatda olanlardır. Təəssüf ki, onların arasında gənclərin də sayı çoxdur. Belə ki, ölkə üzrə narkotik istifadəçilərinin 1.566 nəfəri 18-24, 4.225 nəfəri 25-29, 4.463 nəfəri 30-34 yaşında olanlardır. Təəssüf ki, bu bəlaya qurşananlar arasında 15-17 yaşında olan yeniyetmələr də var. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikadan istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Bu problemlə mübarizənin gücləndirilməsi üçün respublikamızda qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilib.

Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı 36 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 fərmanı, 53 sərəncamı, Nazirlər Kabinetinin 23 qərarı, 5 sərəncamı, o cümlədən Ali Məhkəmənin plenimunun qərarları qəbul edilib. Hazırda Prezident İlham Əliyevin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Harkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlıt Proqramı” icra olunmaqdadır.

İxtisasartırma institutlarında məktəb psixoloqlarının hazırlığı proqramına “Yeniyetmə və gənclərin böyüklərlə qarşılıqlı münasibəti və narkomaniyaya qarşı mübarizədə onların nəzərə alınması”, “Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri” mövzuları daxil edilib. Ümumtəhsil məktəblərində “Sağlam gələcək naminə ağ ölümə yox deyək”, “Azərbaycan gəncləri narkotiklərə yox deyir”,” Gələcəyimizi bir yerdə düşünək, narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzularında maarifləndirici tədbirlər təşkil olunur. “Narkomaniyaya yox deyək”, Narkomaniya böyük bəladır”, “Narkomaniya sağlamlığımıza zərbədir”, “Gəncliyimizi qoruyaq” kimi çağırışlar özündə böyük problemlərin həllini tapır. Keçirilən aksiyalar, elmi-praktiki konfranslar, kütləvi idman tədbirləri və s. Gənclərin və yeniyetmələrin sağlam ruhda öz gələcəyini qurmasına, heç bir təsirə düşmədən düzgün seçim etmələrinə, müstəqil dövlətin vətəndaşları olaraq öz potensial imkanlarını ölkənin gələcəyi üçün təhsillərini lazımi səviyyədə almalarına, elmin sirlərinə dərindən yiyələnmələrinə öz müsbət təsirini göstərir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən

Page 9: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

9

mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.

Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır. Aydın məsələdir ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesabalamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Bir Azərbaycan vətəndaşı olaraq müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. Qeyd etidyimiz kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ölkənin maliyyə imkanlarının artırılması üçün isə təbii ki, iqtisadi qüdrət artırılmalıdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gün də uğurlarımızın davamlılığına zəmin yaradır. Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı daha da artdı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunun üçün ayrı-ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.

Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Page 10: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

10

Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar.

Bu gün torpaqlarımızın 20 faizdən çoxunun işğal altında olması narkomanlıqla mübarizədə bəzi çətinliklər törədir. İşğal altında olan Azərbaycan ərazilərində - Dağlıq Qarabağda və ona bitişik bölgələrdə narkotiklərin yetişdirilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır. Bu fakt işğal altında olan torpaqlarımızın nəzarətsiz zona olduğunu təsdiqləməklə yanaşı, Ermənistanın terroru dəstəkləyən, terror təşkilatlarının fəaliyyətinə geniş meydan açan ölkə olduğuna işıq salır. Təsdiqlənmiş faktdır ki, Ermənistan ordusunun zabitləri işğal altında olan Azərbaycan torpaqlarında yetişdirdikləri narkotik maddələrin transferi nəticəsində maddi vəziyyətlərini yaxşılaşdırırlar.

Dövlət başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu bəyan etmişdir. Azərbaycan dövlətinin uğurlu siyasəti Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllini tapacağına inamı artırır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin dayanıqlı inkişafı bu və ya digər problemlərin həllini təmin edəcək.

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin məlumatlandırılması istiqamətində aparılan təbliğat işlərinin gücləndirilməsində də məqsəd beynəlxalq səviyyədə həyata keçirilən narkomanlığa qarşı mübarizədə Azərbaycanın fəallığını təmin etməkdir. Hüquq mühafizə, gömrük orqanlarının bu sahədə apardıqları mübarizə tədbirləri nəticəsində ölkəyə qeyri-qanuni, qaçaqmalçılıq yolları ilə gətirilən xeyli miqdarda narkotik maddələrin müsadirə olunaraq zərəsizləşdirilməsi istiqamətində mübarizə tədbirləri davamlı olaraq diqqətdə saxlanılır. Bir sözlə, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan

Page 11: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

11

məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. Respublikamız imperiya çəpərlərini dağıdıb öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanlarıyla yanaşı, içtimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə "narkomaniyanın vətəni" adlanan Əfqanıstanda onun meydanının ilbəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın inkişaf sürətini vaxtında sədləyə bilməsə, o, yaxın gələcəkdə böyük içtimai faciələrə gətirib çıxara bilər. Bu gün narkomaniya və narkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə oçaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında.

Bu gün Dağlıq Qarabağda və Azərbaycanın işğala məruz qalmış digər ərazilərində onlarca narkotik laboratoriya fəaliyyət göstərməkdədir. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz ərazilərindən hər il Rusiyaya və Avropa ölkələrinə on tonlarla narkotik maddələr daşınır. XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, artıq 31 ildir ki, dünya əhalisi 26 iyunu "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü" kimi qeyd etməkdədir. Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək sahəsində səylərini artırıb, insanları sağalmaz xəstəliklərə dücar edıb, onları son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxaran bu faciə sindromuna qarşı istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniya adlı bu cəhənnəm əzabına düçar olanların sayı ilbəil artmaqdadır.

Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun Avropa ilə Asiya qitəsinin qovuşağında yerləşən Azərbaycan ərazisindən keçməsi, burada səhra, yarımsəhra, mülayim, subtropik, kontinental və digər iqlim şəraitlərinin mövcudluğu ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib-becərilməsinə, həm də yabanı halda bitməsinə şərait yaradıb. Məsələn, xaşxaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u yabanı halda yetişir. Azərbaycan imperiya əsarətindən qurtulub müstəqilliyə qovuşduqdan və digər ölkələrlə əməkdaşlığı genişləndirdikdən sonra narkotik vasitələrin yayılması, çirkli pulların yuyulması üçün kriminal strukturlar qarşısında geniş üfüqlər açıldı. Beynəlxalq narkosindikatlar narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya daşınmasında Azərbaycanı tranzit əraziyə çevirmək cəhdində oldular. Həmçinin Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərdi. Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması,

Page 12: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

12

Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirmələrinə, hər il orada min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara Dəniz hövzəsi ölkələrinə ixrac etmələrinə və silah qaçaqmalçılığı ilə məşğul olmalarına geniş şərait yaradıb. Azərbaycan 1998-ci ildə BMT-nin "Narkotik vasitələr haqqında" 1961-ci il və "Psixotrop maddələr haqqında" 1971-ci il konvensiyalarına da qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edilmişdir Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik şəxsiyyətin 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" imzaladığı fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, həmin bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradılmışdır.

Ulu öndərin15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi. 2011-ci il oktyabrın 17-də BMT-nin dəstəyi ilə "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda paytaxtımızda keçirilən ikigünlük beynəlxalq konfrans da bu cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.

Narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəlir. Çünki narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir.

Bu sahədə ölkəmizdə normativ hüquqi baza da yaradılıb, müvafiq təşkilati strukturlar da, milli proqramlar da. Artıq 30 ilə yaxındır ki, Azərbaycan narkotizmin Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç bəşəri konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində, vahid əqidə bayrağı altında birləşərək yeni mübarizə metodları hazırlamaqda, bəşər sivilizasiyasını lərzəyə gətirən bu ölüm kabusunun qarşısının alınmasında birgə səy, hünər və əzmkarlıq nümayiş etdirməkdədir. Narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının qarşısı qətiyyətlə alınmalıdır.

Page 13: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

13

NARKOMANİYA ADLI KABUSA QARŞI MÜBARİZƏ APARAQ Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir. Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir.

Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etibarı ilə asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin yayılmasına səbəb olub. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılıb.

Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Belə bir fikir var ki, “insanların çoxunun dəyərini bilmədiyi iki şey var - sağlamlıqları və zamanları”. Bu gün buna laqeyd yanaşanların isə əksəriyyəti gənclərdir. Zamanlarının və sağlamlıqlarının qeydinə qalmayıb narkomaniya kimi pis vərdişlərin qurbanına çevrilirlər. Sonra isə ondan yaxa qurtarmağa can atırlar. Təcrübə göstərir ki, müasir tibbi preparatların köməyi ilə bu xəstəlikdən asanlıqla qurtulmaq mümkündür. Lakin məsələ burasındadır ki, narkomaniya yalnız fiziki deyil, həm də psixoloji asılılıqdır. Narkotik vasitələr insanın iradəsini məhv etdiyindən, heç də hamı bu asılılıqdan canını qurtara bilmir. Bu mübarizənin aparılmasında, gənclərimizin bu mövzuda maarifləndirilməsində, bu bəlaya qarşı təbliğatın gücləndirilməsində mədəniyyət müəssisələrinin də rolu böyükdür.

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin Azərbaycanda vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş bu qəbildən olan cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə uyğun işlər həyata keçirilməlidir.

Qonşu Rusiyada narkotik istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu yollardan biri mütləq seçilməlidir. Amma bunu Azərbaycanda tətbiq etmək qeyri-mümkündür. Çünki ölkəmizdə reabilitasiya mərkəzi və proqramları yoxdur. Ekspertlərin fikrincə, Azərbaycanda reabilitasiya proqramları olmadıqca narkomaniya ilə mübarizə effektiv formada aparılmayacaq. Biz gəncləri bu bəladan qorumalı, qoruya bilmədiklərimizi isə xəstə kimi qəbul etməməliyik. Bu şəxslərə cəza tətbiq etməklə onları cəmiyyətdən təcrid etmək olmaz. Psixoloqların fikrincə, araşdırmalar zamanı bəlli olur ki, bu şəxslər dispanserə adətən o zaman müraciət edir ki, onların ailəsi və yaxın adamları buna məcbur edirlər. Və ya narkomanların pulu qurtarır, ağrılara dözə bilmir və xəstəxanaya müraciət edir. Deməli, o xəstəxanadan çıxdıqdan sonra da bu zərərli maddədən yenə istifadə edəcək. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran,

Page 14: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

14

sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” na uyğun olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Bu mübarizənin aparılmasında, gənclərimizin bu mövzuda maarifləndirilməsində, bu bəlaya qarşı təbliğatın gücləndirilməsində mədəniyyət müəssisələrinin də rolu böyükdür

Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir. Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Eləcə də cənab Prezident İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.

Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işinin əhatəsi genişləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.

Page 15: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

15

Narkomaniya və narkobiznesə qarşı mübarizədə kitabxanaların qarşısında duran vəzifələr

Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən

yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir göstərir. Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır.

Yeniyetmə və gənclərin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür.

Bu sahədə kitabxanaların rolunu da xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir. Kitabxanalarda narkomaniya, narkobiznes və ona qarşı mübarizə mövzusunda tədbirlərin həyata keçirilməsi zamanı kütləvi işin iki - əyani, şifahi təbliğat formalarından, eyni zamanda KİV köməyindən istifadə etmək məqsədəuyğundur.

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin, söhbətlərin , “dəyirmi masa”ların və sual-cavab gecələrinin keçirilməsi vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, dinləyicilərdə maraq oyatsın. Məsələn, “Özünü qoru!”, “Gənclər və sağlam həyat tərzi”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil deməkdir “, “Gəlin, gələcəyimizi qoruyaq!”, “Narkomaniyanın genofondumuza gətirdiyi fəsadlar”, “ Gənclər sağlam həyat tərzi seçir” və s. Yaxşı olardı ki, kitabxananın saytında ilk növbədə bu “Ağ ölüm” haqqında ətraflı məlumat çatdırmaq məqsədilə müxtəlif məlumat bazaları, video çarxlar, elektron nəşrlər, fotolar yerləşdirilsin. Bununla bərabər kitabxananın saytında keçiriləcək hər bir tədbir haqqında ətraflı məlumat verilməli, keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin adı, məqsədi, iştirakçıların, dəvət olunacaq qonaqların adları açıqlanmalı, istifadə ediləcək ədəbiyyatların siyahısı öz əksini tapmalıdır.

Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında fikir mübadiləsi, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunmalı, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilməlidir. Keçirilən tədbirlər üçün seçilən mövzular da olduqca önəmlidir. Çağırış xarakterli mövzular narkomaniyanın bir bəla olduğunu gənclərə daha əsaslı şəkildə çatdırmağa stimul verir.

Ən əsası bu tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla əhəmiyyətini daha da artırmış olur. Hər bir tədbirdə adları çəkilən qurumların təmsilçilərinin iştirakı, üzərilərinə düşən vəzifələrdən geniş bəhs etmələri və konkret nəticələri ortaya qoymaları növbəti tədbirlərin istiqamətini və əhatə dairəsini daha da genişləndirməyi bir növ tələbə çevirir. “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizi altında təşkil olunan tədbirlər maarifləndirmə işinin yüksək səviyyədə qurulmasına öz müsbət təsirini göstərir.

Məktəblilər arasında bu mövzularda keçirilən inşa müsabiqələrində qaliblərin mükafatlandırılması da maarifləndirmə işinin öz müsbət təsirini göstərir.

Page 16: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

16

Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə şəhərin, rayonun idarə, müəssisə və təşkilatlarında “Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, “Antinarkotizm”, “Narkomaniya nədir”, “Narkomanın aqibəti”, ”Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, “Özünü qoru”, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir” ,”Kabuslara qarşı”,”Narkomaniyaya yox deyək”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə” mövzularında konfranslar, rəsm, inşa yazı müsabiqələri, “dəyirmi masa”lar, seminarlar, və turnelər keçirilməlidir.

Bildiyimiz kimi kitabxanada oxucu konfraslarının, kitab təqdimatlarının, icmalların, sual-cavab gecələrinin keçirilməsi kitabxanaçıdan dərin bilik və peşəkarlıq tələb edir.

Kitabхanaçı охucu kоnfransının keçirildiyi mühit və şəraiti, çıxış edənləri, qonaqların fəaliyyətini və görüləcək işləri qabaqcadan nəzərə almalıdır. Konfransın mövzusu mənəvi tərbiyənin maraqlı və aktual sahələrini əhatə etməlidir. Konfransın gedişində mənəvi tərbiyə məsələlərini əks etdirən ayrı-ayrı əsərlərə istinad edilməli, maraqlı fakt və materiallardan nümunələr gətirilməlidir. Kitabxanaçı konfransın keçirilməsi üçün qabaqcadan ayrıca plan tərtib еtməlidir. О, planda kеçiriləcək tədbirin adını, giriş sözü və еləcə də çıхış еdəcək başqa şəхslərin adlarını göstərməlidir. Konfransın mövzusundan asılı olaraq mühazirə və söhbət, sərgi, tövsiyə siyahıları, kitabxana plakatları, bülletenlər və ya divar qəzetləri, bədii və sənədli filmlərin nümayişi, konfransın mövzusu üzrə ekskursiya və başqa tədbirlər də nəzərdə tutula bilər.

Tədbirdən əvvəl elan hazırlanmalı, dəvətnamələr yazılmalıdır. Kitabxanaçı oxucularla fərdi iş prosesində konfransda çıxış etmək istəyənləri müəyyənləşdirməli, kimin hansı məsələ ətrafında çıxış edəcəyini öyrənməli, onlara lazımi məsləhətlər verməlidir. Bütün bunlarla yanaşı tədbirin harada və nə vaхt keçiriləcəyi də qеyd еdilməlidir. Kitabxanaçı ilk növbədə aktual mövzuları, günün tələblərindən irəli gələn məsələləri nəzərdən qaçırmamalıdır. Kоnfransın mövzusu üzrə fоndda оlan kitabların bir nеçəsini sеçib ayırmalı və məruzəçiyə hazırlaşmaq üçün həmin kitabları tövsiyə еtməlidir. Kitabхanaçı kоnfransda çıxış еdəcək hər bir oxucunu kitabla təmin еtməli və onların çıхışa hazır оlub-оlmadığını müəyyənləşdirməlidir. Yalnız bundan sоnra kоnfransı keçirmək üçün vaхtı təyin еdib еlan yazmaq оlar. Konfrans - onun məqsədi və keçirilmə qaydası haqqında giriş sözündən, mövzu ətrafında kiçik məruzədən, oxucuların çıxışından və rəhbərin son sözündən ibarətdir.

Konfransın müvəffəqiyyəti bir çox cəhətdən onun rəhbərindən, yəni mövzunu dərindən bilməsindən, giriş sözünu məharətlə qurmasından, tədbirin əhəmiyyətini müəyyən etməsindən, müzakirə edilən problemə həvəs oyatmasından, ən mühüm məsələlərin qoyulmasını təşkil etməsindən asılıdır. Son sözdə konfransın rəhbəri müzakirəyə yekun vurur. Kоnfransın maraqlı keçirilməsi üçün ziyalıları işə cəlb еtmək çox vacibdir.

Əlbəttə, kitabхanaçı təşkil еtdiyi hər bir tədbirdə özu də çıхış еtməlidir. О, tədbirin mövzusu üzrə kitabxana tərəfindən həyata keçirilmiş məsələlərdən danışmalıdır. Охucu kоnfransının gеdişatı haqqında prоtоkоl yazılmalıdır ki, bu da bülleten buraxmaq üçün materialdan istifadə etməyə, kitabxana plakatı hazırlamağa, müəllifi oxucuların qeydləri ilə tanış etməyə imkan yaradır. Həmin prоtоkоl və çıхışının mətni kitabхanada saхlanılmalıdır.

Narkomaniya və narkotiklərə qarşı mübarizə mövzusunda oxucu konfransının keçirilməsi geniş auditoriya üçün nəzərdə tutulduğu üçün kitabxanaçı keçiriləcək tədbirin yerini elə seçməlidir ki, bu zaman daha çox oxucunun cəlb olunması üçün seçilmiş məkanın münasibliyi mütləq nəzərə alınmalıdır. Hazırlıqlara bir və ya ay yarım qabaqcadan başlanmalıdır. Tədbirin adı, dəvət olunacaq qonaqlar və iştirakçıların sayı dəqiqləşdirilməli və siyahı tutulmalıdır.

Page 17: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

17

Tədbirin keçirilməsi ilə bağlı elanlar kitabxananın girişində, foyedə, əhalinin asudə vaxtının keçirdiyi məkanlarda yerləşdirilə bilər. Tədbirə dəvət olunacaq qonaqların dəvətnamələri vaxtında ünvanına çatdırılmalı və eyni zamanda yaxşı olardı ki, kitabxananın saytındada bununla bağlı məlumatlar daxil edilsin. Kitabxanaçı tədbrin giriş hissəsində çıxışına mövzu ilə bağlı maraqlı faktları, sitatları, görkəmli şəxsiyyətlərin kəlamlarından istifadə etməyi unutmamalıdır.

Tədbirin daha da maraqlı və canlı keçirilməsi üçün şəhər və rayonlarda mədəniyyət, təhsil və səhiyyə şöbələrinin gənclər və yeniyetmələrlə işləyən mütəxəsisləri, Gənclər və idman təşkilatları, hüquq–mühafizə orqanlarının narkomaniya və narkotiklərə qarşı mübarizə aparan şöbənin əməkdaşlarının dəvət olunması təqdirə layiq olardı. Tədbirdə maarifləndirici qısametrajlı filmlərin numayiş etdirilməsi və bu filimlərdə narkotik aludəçisinin həyatının son aqibətini əks etdirilməsi və narkomaniyanın cəmiyyətə və ailəyə gətirdiyi bədbəxtliklər haqqında məlumat xarakterli bukletlərin tərtib olunub tədbir iştirakçılarına paylansın.

Kitab icmalı keçirərkən hər kitaba geniş yer ayrılmalıdır. Biblioqrafik icmalın başlıca məqsədi ən yaxşı kitabları kütləviləşdirmək,oxunmasını tövsiyə etmək, oxucuların mütaliəsini məqsədyönlü şəkildə istiqamətləndirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, narkomaniyaya qarşı mübarizəyə dair ədəbiyyatın mövzusu oxucuların yaş, bilik səviyyəsi, dünyagörüşünə bu və ya digər kitabın məzmununu müstəqil surətdə başa düşmək, onu təhlil etmək və müəyyən əməli nəticələr çıxara bilmək bacarıqlarına uyğun olmalıdır. Məhz buna görə də oxucular üçün keçirilən kitab müzakirələri və oxucu konfranslarının daha canlı və maraqlı olmasına çalışmaq lazımdır. Narkomaniyaya qarşı mübarizə mövzusunda kitab icmalı keçirərkən ilk növbədə mövzu ilə bağlı son dövrdə nəşr olunmuş müxtəlif tipli kitablar seçilməli, onların sərgisi təşkil olunmalıdır Oxucular üçün qeyd etdiyimiz mövzulardan bəhs edən ədəbiyyatın müzakirəsini, onların mütaliə marağını artırmaq və oxuduqlarını dərindən başa düşmələrini təmin etmək üçün kitabxanaçılara müsahibə, sual-cavab, viktorina tədbirlərindən istifadə etmələri məsləhət görülür.Düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik, yaxud pis tərbiyə yetkinlik yaşına çatmayanlarda mənfi hislərin yaranmasına səbəb olar. Yetkinlik yaşına çatmayanların və gənclərimizin narkomanlığın faciəli girdabına yuvarlanmaması üçün hər zaman və hər yerdə - evdə, ailədə, məktəbdə, işdə təbliğat və maariflənmə yolu ilə kiçikdən-böyüyə qədər hamını başa salmalıyıq ki, narkotik vasitələrdən uzaq olsunlar. Bu zəhərin dadına heç baxmasınlar, toxunmasınlar, əllərinə belə almasınıar. Çünki narkotiklər ölümdür, varlığın qənimi, həyatın sonudur. Məsələn, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir” mövzusunda kitab icmalı keçirmək olar.

Tədbirdə İsa Mehdioğlunun son dövrdə nəşr olunmuş “Ailənin sağlamlıq kitabı” adlı kitabının icmalını təşkil etmək olar. İcmalın əvvəlində kitabın müəllif haqqında məlumat, kitabın məzmunu, onun keyfiyyətləri və nöqsanlarından yığcam danışılır, tərbiyəvi əhəmiyyəti qeyd olunur. Ailə dedikdə ilk növbədə cəmiyyətin kiçik bir toplumu yada düşür. Demək olar ki, cəmiyyətdə olan başqa üstqurumların hamısı ailə üzərində qurulmuşdur. Müəllifin başlıca məqsədi yeni yaradılan ailənin necə olmasını, hər bir ailənin fiziki və mənəvi sağlamlığının mahiyyətini, sağlam ailə xoşbəxtliyini təlqin və

təbliğ etməkdir. Bununla belə oxucular fiziki və mənəvi sağlamlığın, eyni zamanda, ictimai sağlamlığın tətbiqi yolları ilə də tanış olurlar.

Page 18: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

18

Aytən Canalıqızı Canalı Mirzəyev “Əxlaqın vəbası” Məlumdur ki, yaşadığımız bugünkü həyat əlli il bundan əvvəlki həyat deyildir. İndi kosmik aparatlar, kompüterlər, İnternet, televiziya texnologiyaları bizə imkan verirki, keçmişimizə nəzər salaq, gələcəyə səyahət edək. İndi daha mürəkkəb və çoxşaxəli mexanizmlər yaradılmışdır. Başqa sahələrdə olduğu kimi , səhiyyədə də ciddi yeniliklər baş vermişdir, əvvəllər müalicəsi mümkün olmayan xəstəliklərin müalicə üsulları tapılmışdır. Ancaq həyat xeyirlə şərin, zəhərlə balın qarışığıdır. Arzuolunmaz sayılan narkomanlar, narkotiklər və narkobiznes

bu gün hamını narahat etməlidir. Oxuculara təqdim olunan bu kitab narkotik maddələrə, narkomaniyaya, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı nifrət hissini daha da artırır və sağlam həyata mane olan “Əxlaqın vəbası”na qarşı kəskin mübarizə aparmağa səsləyir.

Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı illərdir. Hər şeyi tanımağa başlayan,dərk etməyə çalışan,bəzən hissinin əsiri, bəzən məntiqinin hakimi, bəzəndə düşüncəsinin məhkumu olan yeniyetmə diqqət və qayğıya, istiqamətləndirilməyə, başa düşülməyə möhtacdır və bu faktorlar onun formalaşmasında mühüm rol oynayır. Məhz bu zaman ona əl uzadan, yiyə duran olsa və bu əl xeyirxahdırsa, o, bütün insani keyfiyyətlərə malik ağıllı, savadlı gənc kimi yetişər! Xalqına, ölkəsinə faydalı vətəndaş kimi müstəqil həyata atılar. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab eyni zamanda gənclərə də elm, bəsirət, və milli duyğu və düşüncəni təmsil edən bir qəhrəman kimi yetişməkdə yardımçı

ola bilər. Sağlamlığın qorunması üçün müasir zamanda sağlam həyat tərzi normalarının həyata keçirilməsidir. Sağlam həyat tərzi dedikdə mümkün qədər fiziki fəallıq, orqanizmin möhkəmləndirilməsi, səmərəli qidalanma, normal yuxu, sinir sisteminin həddən artıq gərginlikdən qorunması, zərərli vərdişlərdən (alkaqola meyl, papirosçəkmə, narkomaniya) özünü saxlama qaydalarına riayət etməkdir). Kitabda qeyd olunan problemlərin aktuallığı və yüksək elmi-praktiki səviyyədə yazılması səhiyyə sistemindən başqa eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Şifahi təbliğat formalarının ən geniş yayılmış növlərindən biri də mühazirələrdir.

Mühazirələr-prоblеmin dərindən və hərtərəfli izah edilməsi, təbliği mеtоdudur. Mühazirə müxtəlif aktual mövzulara həsr еdilməlidir. Mühazirənin mövzusunu sеçərkən hazırki dövrdə izah еdilməsi zəruri оlan əsas vəzifə və məsələlərdən çıхış еtməli, kimlər üçün təşkil еdilməsi mütləq nəzərə alınmalıdır. Mühazirəçi ilə mühazirənin adını müəyyənləşdirmək, aydın və ifadəli ad tapmaq üçün məsləhətləşmək lazımdır. Mühazirəçi bəzi məsələləri, mühazirənin əsas planını, mövzu üzrə ədəbiyyat mənbələrini müəyyən еdir. Bunların hamısı dəvətnamədə, еlanda yazılır. Hansı хəritə, diafilm, kinоfilm və başqa əyani vasitələr, illüstrasiya matеriallarını hazırlamaq barədə də mühazirəçi ilə məsləhətləşmək zəruridir. Mühazirələri məqsədəmüvafiq şəkildə tərtib olunmuş salonda keçirmək lazımdır. Bir sözlə salonda mühazirənin canlı keçirilməsi üçün dinləyiciləri səfərbərliyə alan atmosfer yaradılmalıdır.

Yeniyetmələr arasında narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirmə işləri aparmaq üçün öz yaşıdlarının onlarla söhbəti daha da təsirli olar.

Page 19: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

19

Həmçinin gənc oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın keçirilməsi də məqsədə uyğundur. Gənclərin həyatının yaxşılaşdırılmasında mühüm rolu olan gənclər təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur. Tədbir zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışları dinlənilir. Hər bir gənci narahat edən problemlər dinlənildikdən sonra əlaqədar təşkilat üzvləri tərəfindən onların suallarına açıqlıq gətirilir.

Dəyirmi-masa kitabxanada rayonların mədəniyyət şöbələrindən, müxtəlif təşkilatlardan dəvət edilmiş qonaqların iştirakı ilə Dəyirmi- masalar keçirmək olar. Bu cür tədbirlərdə Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, folkloru, unudulmuş milli adət-ənənələrimizin təbliği, ailə və cəmiyyət münasibətləri, Vətən, torpaq sevgisi, dilimizin şirinliyi və s. bu kimi mövzular müzakirə oluna bilər. Eyni zamanda kitabxana işi sahəsində kitabxanaçıları ən çox narahat edən məsələlərlə, problemlərlə bağlı mütəxəssislərin iştirakı ilə Dəyirmi - masalar təşkil edilir. Gənclərimizin intellektual səviyyələrinin yüksəldilməsi, onların dünyagörüşünün artırılması əsas məsələlərdən biridir.Əgər onların intelektual səviyyəsi yüksək olarsa, pis vərdişlərdən kənar gəzərlər. Gənc oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın keçirilməsi məqsədə uyğundur. Gənclərin həyatının yaxşılaşdırılmasında mühüm rolu olan gənclər təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur. Tədbir zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışları dinlənilir. Hər bir gənci narahat edən problemlər dinlənildikdən sonra əlaqədar təşkilat üzvləri tərəfindən onların suallarına açıqlıq gətirilir. Şifahi təbliğatın təsirli fоrmalarından biri də “Sual-cavab gеcələri”dir. Müəyyən aktual mövzulara dair məsələləri izah еtməkdə sual-cavab gеcələrinin rоlu əvəzsizdir.

“Sual-cavab gecə”si bir növ disput xarakteri daşıyır. Tədbirin maraqlı və təsirli keçməsi üçün onun təşkilinə xüsusi hazırlıq tələb olunur. Bu hazırlıq təxminən bir ay vaxt tələb edir. Bu vaxt ərzində birinci növbədə oxucuların nəzər diqqətini cəlb edən elan asılmalıdır. Bu vaxt ərzində birinci növbədə oxucuların nəzər diqqətini cəlb edən elan asılmalıdır. Elanda mövzu göstərilməklə bərabər, mövzunun tərkib hissəsini təşkil edən və iştirakçıların konkret mübahisə obyekti ola bilən mövzular sadalanmalıdır. Tədbirə hazırlıq dövründə oxucular arasında fərdi iş aparılır və fikir mübadiləsində bilavasitə iştirak etmək istəyən oxuculara həm məqsədəmüvafiq məsləhətlər verilir, həmdə onlar lazimi ədəbiyyatla təmin olunurlar.

Kitabxanalarda keçirilən “sual-cavab gecəsi” və disputları aparmaq üçün lazimi intellektual imkana malik olan, təcrübəli oxucu seçilməlidir. Fəal iştirak edəcək oxucuları istiqamətləndirməklə bərabər, həm də tədbirin mövzusu üzrə məruzənin məqsədyönlü və müvəffəqiyyətli hazırlanmasına nail olmaq lazımdır. Bunun üçün mövzu üzrə mütəxəssis şəxs müəyyənləşdirilməli və o, lazimi ədəbiyyatla təmin olumalıdır.

Bir cəhəti də qeyd edək ki, disput üçün hazırlanan məruzənin məzmunu, burada məsələlərin izahı başqa tədbirlər üçün hazırlanan məruzələrdən əsaslı şəkildə fərqlənir. Beləki, burada mövzuda qoyulan problemlərə aid ziddiyyətli fikirlərə, məsələyə müxtəlif cür yanaşan şəxsiyyətlərin mövqelərinə geniş yer verilməlidir ki, çıxış edəcək şəxslərin mübahisə aparmalarına zəmin yaransın. Çünki, məruzədə hər şey vahid fikir kimi hökm şəklində qoyulsa, onda məruzə ətrafınada mübahisəli fikir söyləməyə lüzüm qalmaz və çoxları da buna cəsarət etməz. Qoyulan sualların əhatəli şəkildə işıqlandırılmasını təmin etmək üçün müxtəlif sahələr üzrə mütəxəssislər cəlb olunmalıdır.

Sualların qabaqcadan tоplanması, tədbir zamanı yеni sualların da оrtaya çıхmasını istisna еtmir. Hazırlıq prosesi bitdikdən sonra sual-cavab gеcəsinin keçiriləcəyi yеr və vaхt göstərilən еlan hazırlanır. Sual-cavab gеcəsi оna yеkun vurulması ilə bitir. Cavabların gеcədə iştirak еdənləri nə dərəcədə qanе еtdiyini, gələn sual-cavab gеcəsini hansı mövzuya həsr еtmək lazım gəldiyini öyrənməklə tədbiri yekunlaşdırmaq olar.

Vеrilən suallara daha məzmunlu cavab vеrmək üçün sual-cavab gеcələrində əyani, illüstrasiya matеriallarından istifadə еtmək, bu məsələlərin gеniş izahı vеrilmiş

Page 20: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

20

ədəbiyyatı dinləyicilərə tövsiyə еtmək çох faydalıdır. “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil deməkdir” mövzusunda sual-cavab gecəsinin keçirilməsi məqsədilə aşağıdakı sualların ətrafında diskussya xarakterli tədiririn təşkili məqsədəuyğun olardı. 1. Narkomaniya və narkobiznes nədir? 2. İnsanın yoxsa cəmiyyətin xəstəliyi? 3. Həkimlərə müraciət yoxsa, başqa həkimlər də var, ədəbiyyat, incəsənət,gözəllik bu mövhumları necə başa düşürsünüz? 4. Narkomaniya ilə bağlı oxuduğunuz bədii əsərlər, baxdığınız kinofilmlər sizdə hansı hissləri yaradıb? 5. Gənclərə münasibət necə qurulmalıdır? 6. Gənclərin işsiz qalmasının səbəbləri hansı faktorlardır və bunların həlli yolları? 7. Şəxsiyyətin formalaşmasında psixoloji amillər? 8. Respublikamızda gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili necə və hansı formalarda görmək istərdiniz? 9. Sağlam həyat tərzi normaları dedikdə nə başa düşülür? 10. Gəncləri pis vərdişlərə sövq edən hansı amillərdir? 11. Pis vərdişlər--- həddən artıq sərbəstlik yoxsa məsuliyyətsizlik? 12. Azərbaycan gənclərini necə görmək istərdiniz? 13. Narkomaniyaya qarşı mübarizədə ailə və məktəbin vəhdəti dedikdə nə başa düşürsünüz? 14. Siz gələcəyinizi və gələcək cəmiyyəti necə görmək istərdiniz?

Yaxşı olardıki, tədbir keçiriləcək yerdə, iştirakçılar üçün əl yetərli yerdə mövzuya uyğun olaraq stend və sərgilər təşkil olunaydı. Kütləvi təbliğat üsulları içərisində stend və sərgilər daha çox kütləvi xarakter daşıyır. Bu onunla izah olunur ki, əyani təbliğatın bu formalarında kitabxana-biblioqrafiya fəaliyyətinin bütün iş növlərində istifadə olunur. Çap və elektron nəşrlərin nümayiş etdirilməsi əsasən tövsiyə xarakteri daşıyır. Bu təbliğat forması eyni zamanda hər cür məlumat və tövsiyə vasitələrinə nisbətən daha operativdir. Çünki istifadəçilər burada hər hansı mövzunun ideya dəyərini izah edən mətnlərlə, faktlar və rəqəmlərlə tanış ola bilirlər. Stenddə çap və elektron nəşrlərlə bərabər müdrik insanların və görkəmli şəxsiyyətlərin narkotik haqqında və insan şəxsiyyətinin formalaşması haqqında kəlamlardan da istifadə olunaydı. Məsələn, aşağıdakı kəlamları nümunə kimi veririk;

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti malı Nizami

Tərbiyə böyük işdir, insanın taleyini o həll edir.

Page 21: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

21

V. Belinski

İnsanın bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızılda deyildir. Səadət və fəlakət mələyi insanın özündədir. Demokrit

Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqqabilində əldə etmək olar. M. F. Axundov

Yeniyetmələrin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın,

narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması vəzifəsi hər

bir təhsil-tərbiyə müəssisəsinin, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul

vəzifədir. Respublika Gənclər kitabxanasında vaxtaşırı bu mövzuya müraciət olunur,

narkomaniyaya qarşı təbliğat işləri aparılır. Ümumuyyətlə, bu vəzifənin yerinə yetirilməsi

üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Heç kəs bu işdən kənarda qalmamalıdır.

Düşünmək lazımdır ki, “gələcək bu gündən başlayır” sözləri kitabxanaçıların qarşısında

duran məsuliyyətli bir vəzifəni həyata keçirməyə sövq edir. Məsələn: kitabxanamızda 22

may 2017-ci il tarixdə “Gənclər narkomaniyaya “yox” deyirlər” mövzusunda

tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun

tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop

maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı

mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ilə əlaqədar Narkomaniya və

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının

2017-ci il üçün iş Planı ilə əlaqədar kitabxanada həyata keçirilmiş bir sıra tədbirlər bütün

gəncləri narkotiksiz sağlam həyata, sağlam gələcəyə səsləyir. Tədbirdə iştirak edən Bakı

Şəhər Narkoloji Dispanserin həkim mütəxəssisi narkomaniyanın dərəcələrindən,

simptomlarından danışandan sonra hər bir ailədə böyüyən gənc nəslin hansı mühitdə

Page 22: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

22

əylənmələrinə, dostlarının pis vərdişlərinə qoşulmamalarına xüsusi nəzarət edilməsinin

zəruriliyini vurğuladı. Qeyd etdi ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri

stabil şəraitin yaranmasına səbəb olur. “Gənclər narkomaniyaya “yox” deyirlər " devizi

altında tədbirlər planına uyğun olaraq məktəblərdə, internat və uşaq evlərində tədbirlər

keçirmişdir. Tədbirdə oxucular arasında rəy sorğusu aparıldı, slaydlara baxıldı,

maarifləndirici məlumatlar verildi. Tədbirdə həmçinin, “Kreativ Gənclər” ictimai birliyinin

sədri Fərhad Allahverdizadə, Zəngilan rayonunun keçmiş icra başçısı Ələkbər Həşimov,

sosioloq Zəminə Səfərova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə

Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər. Tədbirdə ümumbəşəri bir

problemə çevrilən narkomaniyanın fəsadlarından söz açıldı. Qeyd edildi ki,

narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və özlərini

cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir. Buna görə də ümumbəşəri

problemin profilaktikası sahəsində Azərbaycanda da bu cür məqsədyönlü proqramlar

həyata keçirilir.

Millətin inkişafının təməl daşı olan gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması,

vətənpərvərlik ruhunda tərbiyəsi hər bir müstəqil dövlətin həyata keçirdiyi ən mühüm

məsələlərindən biridir. Məhz buna görə də millətin mövcudluğu üçün sağlam gəncliyin

varlığı əsas sayılır. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi

gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən,

onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş

sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir,

onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır. Hazırda gənc nəslin milli mənlik

şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət

göstərən gənclər təşkilatlarının rolu danılmazdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun

illər ərzində gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafı, müasir gənclik arasında

təbliği məqsədi ilə daim müxtəlif kütləvi tədbirlər həyata keçirir. Kitabxanamız nəinki,

xidmət etdiyi ərazidə eyni zamanda respublikamızda fəaliyyət göstərən beynəlxalq ölkə

və təşkilatlarla əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirir. Beləki, “XXI əsr Gənclər

Kitabxanaları- Ənənələr, İnnovasiyalar, Öyrənək, Öyrədək” layihəsi çərçivəsində ilk dəfə

olaraq 02 iyul 2018-ci il tarixdə Bakı Yunus Əmrə İnstitunda oldular. İnstitutun direktoru

Cihan Özdemir kollektivi çox səmimi qarşılayıb görüşdən məmnun qaldığını bildirdi.

Kitabxananın direktoru Oruc Quliyev əvvəlcə kitabxana, onun tarixi, fondu, oxucuları,

fəaliyyəti, keçirilən tədbir haqqında geniş məlumat verdi və görüşün əsas məqsədinin

birgə əməkdaşlıq etmək, müxtəlif layihələrdə, tədbirlərdə iştirak etmək, Azərbaycan və

Türkiyə Gənclər Kitabxanalarının sıx əlaqələr saxlamasına, hətta ezamiyyələr vasitəsilə

əyani surətdə tanışlıqlarına razılığa gəlmək olduğunu bildirdi.

Doktor Cihan Özdəmir Azərbaycan kitabxanaları ilə tanışlığından, müasir gəncliyin

kitaba, ədəbiyyata maraq dairəsindən, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və

fərqli xüsusiyyətlərindən danışdı. Təəssüflə bildirdiki, müasir İnternet əsrində gənclərin

kitaba olan marağı nisbətən azalmışdır. Buna görə də, kitabı sevdirən filimlərin çəkilişinə

böyü yer ayrılmalı, media ilə iş birliyi qurulmalı, kitablar geniş şəkildə reklam olunmalıdır.

Kitabxanamızın kollektivi Bakı Yunus Əmrə İnstitutunun işi, fəaliyyətinin əsas

məqsədi, keçirilən tədris və məşğələlər, həmçinin kitabxana ilə tanış oldular. Görüşün

sonunda Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından

Bakı Yunus Əmrə İnstitutunun kitabxanasına Zahid Qaralovun iki cildlik “Heydər Əliyevin

elmi irsi” və “Əbədiyyətə gedən yol” kitablarını hədiyyə verdi.

Page 23: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

23

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Bakı Yunis Əmrə İnstitutu ilə

birgə əməkdaşlığı çərçivəsində növbəti görüşü 02 avqust 2018- ci il tarixində Bakı Türk

Mədəniyyət Mərkəzində Dos.Dr. Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq

Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə Bakiya gələn Türkiyə Cumhuriyyətinin

Şanlı urfa Böyük şəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatya Battal Qazi

bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin

başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyətin

iştirakı ilə “Şanlı urfa və Battal qazidən Qarabağa könül körpüsü” adlı tədbirdə birgə

iştirakı ilə həyata keçirildi.

Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı

Qənirə Paşayeva tədbirin məqsədindən danışaraq türkiyəli qonaqların ölkəmizdə bir sıra

dövlət qurumları, xüsusilə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin

rəhbərliyi, Abşeron rayon icra hakimiyyətinin rəhbərliyi, bir sıra vətəndaş cəmiyyətində

fəal olan qeyri-hökumət təşkilatları, millət vəkilləri, iş adamları birlikləri, KİV təmsilçiləri ilə

görüşıər keçirdiyini, gələcəkdə əməkdaşlığın daha da güclənməsi istiqamətində

müzakirələr aparıldığını və Ali Baş komanda cənab İlham Əliyevin rəhbərliyi ilə işğal

altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib və

əməkdaşlıq sayəsində o gözəl yurd yerlərimizdə Şanlı urfa, Battalqazi kimi parkların

açılacağını söylədi.

Tədbirdə kitabxananın direktoru Oruc Quliyev və Türkiyə Respublikasının

Kastamonu Universitetinin kitabxanamızda təcrübə keçən tələbələri də çıxışlar etdilər.

Page 24: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

24

1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə

keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd

olunması qərara alınmışdır. Bu əlamətdar gün münasibətilə Cəfər Cabbarlı adına

Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Gənclər Günü” adlı sərgi təşkil

edilmişdir. Sərginin məqsədi gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini

təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.

Page 25: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

25

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sabahın qurucuları olan

gənclərimizin vətəninə, xalqına layiqli övlad kimi həyatda öz yerlərini tutmaq və və

başqalarına nümunə olmaq kimi formalaşmasında gördüyü tədbirlər günümüzün

tələblərinə uyğun olaraq həyata keçirilir. Və bu istiqamətdə işlər daha aktual şəkildə

həyata keçiriləcək.

Page 26: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

26

Kitablar:

1. Azərbaycanda narkotik vəziyyət [Mətn]: sosioloji tədqiqatların nəticələri əsasında /elmi red. E.Həsənov 2 . “Antinarkotizm” beynəlxalq elmi-analitik mərkəz.-Bakı: Azərnəşr, 2000.- 80 s. 3. Azərbaycanda narkotik vəziyyət [Mətn]: sosioloji tədqiqatların nəticələri əsasında.- Bakı: Azərnəşr, 2001.- 92 s. 4. Cavadov, F. Narkomaniya və narkotizm [Mətn] /F.Cavadov, Y.Abdullayev.- Bakı: Ulu, 2004.- 296 s. 5. Elatlı, Elxan. Görünməyən izlər : roman / E. Elatlı. - Bakı : İdeal-Print, 2010. - 320

s.

6. Əliyev, Şahvələd Sövzi oğlu. Ailə faciəsi : povest, hekayələr, şeirlər, karikaturalar /

Ş. S. Əliyev ; red. B. Qüdrət. - Bakı : Nərgiz, 2012. - 160 s.

7. Əliyev, Q. Narkomaniya və narkotizmlə mübarizə problemləri [Mətn] /Q.Əliyev; elmi

red. F.M.Cavadov; Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və

Kriminologiya Problemləri İnstitutu.- Bakı, 1999.- 122 s.

8. Həsənov, E. Azərbaycanın dövlət və hüququnun əsasları [Mətn]: dərslik /E.Həsənov; elmi red. F.Səməndərov.- Bakı: Azərnəşr, 2009.- 528 s. 9. Həsənov, E. Gənclər arasında narkotizmin qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti [Mətn] /E.Həsənov.- Bakı: Sabah, 1993.- 203 s 10. Həsənov, E. Narkotik cinayətkarlıq və Avropa İttifaqında onunla mübarizə [Mətn]: dərs vəsaiti /E.Həsənov.- Bakı: Azərnəşr, 2006.- 132 s. 11. Həsənov, E. Narkotiklərlə bağlı cinayətlər [Mətn] /E.Həsənov.- Bakı: Azərnəşr, 2000.- 128 s. 12. Həsənov, E. Narkotizm: Meyllər və aradan qaldırma tədbirləri [Mətn] /E.Həsənov.- Bakı: Azərnəşr, 1999.- 244 s 13. Kərimov, Kərim Məmmədxan oğlu. Hiddət və nifrət : karikatura / K. M. Kərimov ;

red. N. Q. Cəfərov ; rəssam K. M. Kərimov. - Bakı : CBS Polygraphic Production, 2008.

- 320 s.

14. Qasımov, S. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması ilə

bağlı cinayətlərin istintaqı problemləri [Mətn] /S.Qasımov.- Bakı: Azərnəşr, 2001.- 101 s.

15. Qəşəmoğlu, Ə. Sosioloji araşdırmalar aparanlara kömək [Mətn] /Ə.Qəşəmoğlu.- Bakı: Sabah, 2001.- 115 s. 16. Məmmədov, S. Narkotizmin cəmiyyətdə bəzi təzahürləri [Mətn] /S.Məmmədov.- Bakı, 2004.- 200 s. 17. Məmmədov, S. Narkotik cinayətkarlıq [Mətn] /S.Məmmədov.- Bakı, 2005.- 296 s.

Page 27: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

27

18. Məmmədov, S. Narkotik cinayətkarlığın cəmiyyətdə təzahürləri və onlara qarşı mübarizənin cinayət prosessual qanunvericiliyi yolu ilə aparılmasının problemləri [Mətn]: hüquq elm. nam. alimlik dər. almaq ücün təq. ol. dis.: 12.00.09- Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyataxtarış fəaliyyəti /S.S.Məmmədov.- Bakı, 2006.- 177 s. 19. Məmmədov, S. Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri [Mətn]: cinayət-prosessual aspektlər /S.Məmmədov.- Bakı: ADPU, 2005.- 208 s. 20. Мəммəдов, Мəммəд Сүлејман оғлу. Наркоманија, алкоголизм вə ... / М. С. Мəммəдов, А. Г. Абдуллајев ; ред. Т. Мəммəдов. - Бакы : Азəрбајҹан Енсиклопедијасы НПБ, 1995. – 240 21. Nağıyev, R. Uyuşdurucu-süni cənnətin cəhənnəm odu [Mətn] /R.Nağıyev.- Bakı:

Nurlan, 2005.- 200 s.

22. Narkomaniya HİV/QİÇS [Mətn] /tərt.ed. İ.Əsədli.- Bakı: Müəllim, 2009.- 39 s. 23. Narkotik sərxoşluq vaxtı narkomanın davranışının və xarici görkəminin səciyyəvi cəhətləri. Narkomanlığa qarşı mübarizə hər bir polis əməkdaşının borcudur [Mətn].- Bakı: Zaman, 2002.- 56 s. 24. Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar [Mətn]: (sənədlər toplusu).- Bakı: Hüquq ədəbiyyatı, 2003.- 224 s. 25. Nağıyev, Arzu Nəsib oğlu. Qara kabus / A. N. Nağıyev ; red. E. İlham. - Bakı :

Qələm, n. i. y. - 176 s.

26. Zahidov, B. Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual

problemləri [Mətn]: hüquq elm. dokt. alimlik dərəc. alm. üçün təqd. edil. diss. 12.00.08-

Cinayət hüququ və krim.: cəza-icra hüququ ixtisası üzrə /B.Zahidov.- Bakı, 2005.- 501 s.

27. Zahidov, B. Narkotizm və narkobiznes: Kriminalogiya məsələləri [Mətn]

/B.Zahidov.- Bakı: Universitet nəşriyyatı, 2004.- 312 s.

28. Zeynaloğlu, Camal. Tanrı cəzası / C. Z. Zeynalov ; red., ön sözün müəl. X.

Balaxanlı. - Bakı : Səda, 2010. - 351 s.

Rus dilində:

1. Велимедова, Ольга. Подростковая наркомания : психологические проблемы /

О. В. Велимедова. - Баку : АГПУ, 2005. - 150 с. ; 20,5 см. - 300 экз.

2. C Наркомания : тонкости, хитрости и секреты / под ред. Ю. В. Татуры. - М. : ЗАО

Новый ИД, 2004. - 352 с. ; 17 см. - (Ваше здоровье). - 3000 экз..

3. Наркомания и незаконный оборот наркотиков : вопросы теории и практики

противодействия: учебное пособие / Ю. М. Ермаков [и др.] ; под ред. С. Я. Лебедева

; Московский Университет МВД России. - М. : ЮНИТИ-ДАНА, 2006. - 304 с.

4. Кенгерли, Асиф Джалил оглу. Беда : пьесы и рассказы / А. Дж. Кенгерли ;

пер.: Г. Оруджова, Н. Мамедова, А. Исмайылгызы. - Баку : Mütərcim, 2014. - 140 с

5. Марковина, Ирина Юрьевна. Большой англо-русский и русско-английский медицинский словарь : свыше 110 000 терминов, сочетаний, эквивалентов и значений: с транскрипцией = Great English-Russian and Russian-English Medical

Page 28: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

28

Dictionary : over 110000 terms, combinations, equivalents and meanings: with transcription / И. Ю. Марковина ; под ред.: Н. В. Морозова, И. Ю. Марковиной ; Московский Государственный Лингвистический Университет. - М. : Живой язык, 2012. - 592 с. 6. Слезин, Валерий Борисович. Геноцид белой расы : кризис Европы: как спастись, как преуспеть / В. Б. Слезин. - М. : АСТ ; СПб. : Астрель-СПб, 2010. - 285 с. ; 20,5 см. - (Philosophy). - Библиогр.: с. 281-283. - 3000 экз.. 7. Стурчак, Софья. Антистресс : секреты Древнего Тибета / С. Стурчак. - Ростов н/Д : Феникс, 2013. - 253 с. : ил. ; 18 см. - (Медицина для вас). - 3000 экз 8. Тарасова, Наталья Вячеславовна. Наркомания : опыт борьбы в США / Н. В. Тарасова. - М. : ЮРКНИГА, 2004. - 184 с. ; 21 см. - 1000 экз.. 9. Федоров, Геннадий Владимирович. Криминалистическое обеспечение противодействия наркобизнесу : монография / Г. В. Федоров, Ю. М. Юбко ; под ред. Г. В. Федорова. - Минск : Тесей, 2006. - 244 с. : табл. ; 20 см. - 300 экз

Dövrü mətbuat:

1. Barxudarov, Barxudar Narkomaniya bəşəriyyətin bəlasıdır / B. Barxudarov // İki

sahil. - 2017.- 30 dekabr. - S. 22 .

2. Bilik Fondu narkomaniyaya qarşı tədbirlərə start verib // 525-ci qəzet. - 2016.-

26aprel. - S. 2

3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına

və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının

2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan

Respublikası Prezidentinin Fərmanı: [12 iyul 2017-ci il] // Azərbaycan. - 2017.- 18 iyul

4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına

və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının

Qanunu: [20 oktyabr 2017-ci il] // Azərbaycan. - 2017.- 11 noyabr.

5. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına

və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan

Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı: [7 may 2018-ci il] // Azərbaycan. -

2018.- 12 may.

6. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına

və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının

Qanunu: [12 iyun 2018-ci il] // Azərbaycan. - 2018.- 22 iyul

7. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına

və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının

Page 29: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

29

2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə

edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun

maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun

tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli

66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin Fərmanı: [18 iyul 2018-ci il] // Azərbaycan. - 2018.- 22 iyul.

8. Əfəndiyev, Məzahir. Azərbaycan "cəmiyyətin sosial bəlası"na qarşı prinsipial

mübarizə aparır / M. Əfəndiyev // Xalq qəzeti. - 2016.- 30 iyun. - S. 6 .

9. Əliyev, Zəfər. Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir / G. Eyyubova //

İki sahil. - 2017.- 19 avqust. - S. 14 .

10. Füzuli Narkomaniya cəmiyyəti təhdid edən əsas problemlərdəndir : Bu problemə

qarşı ölkədə səmərəli mübarizə aparılır / Füzuli // Olaylar. - 2016.- 18 oktyabr. - № 191. -

S. 11

11. Füzuli Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə daha effektiv üsul kimi /

Füzuli // Olaylar. - 2017.- 7 mart.- S. 12 .

12. Kərimov, İsrafil. Bəşəriyyət üçün ən böyük bəla narkomaniyadır / İ. Kərimov // İki

sahil. - 2016.- 27 fevral. - 12 .

13. Qədirova, Səbinə. Narkomaniya insanın mənəviyyatını məhv edir, "canlı ölü"yə

çevirir / S. Qədirova, Z. Məmmədova // İki sahil. - 2016.-6 fevral. - S. 14

14.. Məmmədova, Səbinə. "Ağ ölüm"ün zülmət yolu : əsrin bəlası

olan narkomaniyaya qarşı maarifləndirmə tədbirləri cəmiyyətin əsas vəzifələrindən

olmalıdır / S. Məmmədova // Azərbaycan. - 2018.- 3 iyun. - S. 5

15. Mehdiyev, Arif. Narkotik asılılığın susdurulmasının immunokimyəvi üsulu / A.

Mehdiyev // İki sahil. - 2017.- 20 may. - S.

16. Mirhəşimov, Böyükağa. Narkotiksiz gələcək naminə / B. Mirhəşimov // İki sahil.

- 2016.-23 yanvar. - S. 15 . - [AZ-Q]var. - S. 13

17. Mirhəşimov, Böyükağa. Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır / B.

Mirhəşimov // İki sahil. - 2018.- 13 yanvar. - S. 14

18. Narkomaniyaya qarşı tədbirlərə start verib // 525-ci qəzet. - 2016.- 26 aprel. S.

19. Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur // İki sahil. -

2017.- 5 avqust. - S. 13 .

20. Narkomaniya dünyanın ən böyük bəlasıdır / E. Vidadioğlu // Səs. - 2016.-18

mart.

21. Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir // İki sahil.

22. Nurlan Bəşəriyyəti uçuruma aparan yol : Narkomaniya cəmiyyəti təhdid edən

bəladır / Nurlan // Olaylar. - 2016.- 11 noyabr. - S. 11

23. Rzayev Elçin. Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur

/E.Rzayev //İki sahil.- 2018.-6 avqust . s.-14

24. Səfərov, Elgün. "Mən həyatı seçirəm": [Narkomaniyaya qarşı mübarizə ilə bağlı

maarifləndirmə kampaniyası] / E. Səfərov // İki sahil. - 2016.- 26 noyabr. - S. 15 . -

Page 30: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

30

25. Şahverdiyev, Fəqan. Övladlarımızı və gələcəyimizi narkotikdən qoruyaq / F.

Şahverdiyev // İki sahil. - 2016.-4 yanvar.-S.12

26. Şahverdiyev, Fəqan. Narkotiklərlə mübarizə hər birimizin vəzifəsidir // İki sahil. -

2016.-16 yanvar. - S. 31

27. Şahverdiyev, Fəqan. Narkomaniya ümidsizlik, məhv olmuş həyat deməkdir / F.

Şahverdiyev // İki sahil. - 2017.- 1 aprel. - S. 14 .

28. Şahverdiyev, Fəqan. Narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı

mübarizə ümumdövlət vəzifəsidir / F. Şahverdiyev // İki sahil. - 2017.- 7 yanvar.

29. Şahverdiyev, Fəqan. Narkomaniyaya qarşı mübarizə sağlam mühit və sağlam

gələcəkdir / F. Şahverdiyev // İki sahil. - 2018.- 6 yanvar. - S. 14

30. Vidadioğlu, Elgün. Beynəlxalq Narkomaniya ilə Mübarizə Günüdür] //

Azərbaycan. - 2016.- 25 iyun. - S. 7

Rus dilində:

1. Азербайджан представлен на специальной сессии Генеральной ассамблеи

ООН, посвященной всемирной проблеме наркотиков // Бакинский рабочий. - 2016.-

21 апреля. - С. 3

2. Алекперова, Дж. В Азербайджане не стоит ликвидировать срок давности за

коррупцию : к такому мнению пришли отечественные эксперты / Дж. Алекперова, Н.

Кару // Эхо. - 2016.- 3 сентября. - С. 1,3

3. Алекперова, Дж. В Азербайджане не будут привлекать к уголовной

ответственности за употребление легких наркотиков? : во всяком случае, с таким

предложением выступают отечественные эксперты / Дж. Алекперова // Эхо. - 2016.-

27 декабря. - С. 1

4. Алиева, С. В Азербайджане наркоманов будут лечить принудительно : Милли

Меджлис Азербайджана принял поправки в закон "Об охране здоровья населения"

/ С. Алиева // Эхо. - 2016.- 20 апреля. - С. 1,3

5. Алиева, С. Есть ли аптечная наркомания в Азербайджане? : в нашей стране

свыше 28,5 тысячи наркоманов, однако от аптечной наркомании страдает меньше

1% от всех наркозависимых / С. Алиева // Эхо. - 2016.- 29 июня. - С. 1,4 .

6. Алиева, С. Лекарства не по назначению : в Азербайджане сразу же

пресекаются попытки злоупотребления лекарственными препаратами, а потому

проблемы аптечной наркомании в стране практически нет / С. Алиева // Эхо. - 2016.-

9

7. В Баку состоялась конференция на тему «Усиление борьбы с наркоманией

среди молодежи» // Бакинский рабочий. - 2018.- 26 июня. - С. 5.

8. Волков, Константин Александрович. Преступления против личной свободы

человека в уголовном праве России и Китая / К. А. Волков // Международное

уголовное право и международная юстиция. - 2016. - С. 15-17

9. Эфендиев, Мазахир. Либерализация борьбы против наркомании и

наркотических веществ - как эффективное средство предотвращения

Page 31: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

31

распространения наркомании / М. Эфендиев // Бакинский рабочий. - 2018.- 15 июня.

- С. 4

10. Иванцов, Сергей Вячеславович. К вопросу о противоречиях законодательной

регламентации уголовной ответственности за организованную, террористическую

и экстремистскую деятельность / С. В. Иванцов // Закон и право. - 2016. - С. 21-25

11. Козубенко, Юрий Вячеславович. Структура предмета механизма уголовно-

правового регулирования / Ю. В. Козубенко // История государства и права. - 2016.

–С.1,3

12. Королев, И. В. Профилактика социальных аддикций у несовершеннолетних:

эмпирический опыт игротехнологий / И. В. Королев // Социальная политика и

социология. - 2017. - С. 120-128 .

13. Малахова, Елена. Многоликое зло : в Азербайджане наркоманов будут

лечить принудительно / Е. Малахова // Каспiй. - 2016.- 13 апреля. - С. 11 .

14. Мамедова, Э. Легализация употребления марихуаны в Грузии негативно

отразится на Азербайджане : наркоторговцы будут чаще пытаться завезти в нашу

страну запрещенные вещества / Э. Мамедова // Эхо. - 2017.- 2 декабря. - С. 1,4

15. Марчук, Василий. О классификации деяний, ответственность за которые

предусмотрена ч. 2 ст. 332 уголовного кодекса Республики Беларусь / В. Марчук //

Юстиция Беларуси. - 2017. - С. 28-33 . - [BY-Ж]. - ISSN 1729-3731

16. Ростовская, Т. К. Наркозависимость молодых людей: особенности

социальной реабилитации / Т. К. Ростовская, Я. В. Шимановская // Социальная

политика и социология. - 2017. - С. 171-179 .

17. Рустамова, Э. Во имя блага... : в Азербайджане предлагают проводить наркотесты будущим Э. Рустамова // Эхо. - 2016.- 27 июля. - С. 1-2 18. Рустамова, Э. Содержание одного осужденного наркомана в Азербайджане

обходится в 6500 манатов в год : тюремной решеткой нельзя вылечить

наркозависимость, гораздо эффективнее тратить эти средства на принудительное

лечение / Э. Рустамова // Эхо. - 2017.- 27 сентября. - С. 1,3

19. Рустамова, Э. Сбыт наркотиков через Интернет : эксперт предлагает

установить уголовную ответственность за распространение, пропаганду и рекламу

наркотиков в Интернете / Э. Рустамова // Эхо. - 2017.- 22 сентября. - С. 1,3

Page 32: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

32

Elektron resurslar www.ryl.az www.anl.az www.preslib.az www.kitabxana.net https://saglamliq.isim.az/xestelik/606/#x614 www.nes.day.az www.anspress.com www.azww.anspress.com. www.az. trend. az. www.az. wikipedia.org www.civil-soc.org www.hafta-ichi.com www.healthalliance.az. www.infanderqisi.com. www.mia.qov.az. www.mfa.gov.az www.reliablefuture.orq. www.e-sehiyye.gov.az/. .nmdk.gov.az/.. www.anl.az/down/narkomaniya.pdf veteranlar.qht.az/in www.pa.edu.az mct.gov.az/. health.gov.az/ npodc.org/ https://sdu.edu.az/az/news/738

www.e-qanun.az/framework/7818 https://youthfoundation.az/8706 gencalim.az www.moderator.az/news/184559.htm

Page 33: Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminəryl.az/files/n1.pdf · XIX əsrdə Fransada "Həiçil ər məclisinin" üzvü air ùarl Bodler "Süni cənnət" əsərində

33

Ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küç., 203 URL: www.ryl.az

Əlaqə telefonları: (+994 012) 538 02 47 538 54 57