39
Dərs 1 / Mövzu: TƏSVİRİ SƏNƏTDƏ ZAMAN, CƏMİYYƏT VƏ İNSAN Məşğələ növü: dekorativ-tətbiqi sənət Alt standart: 1.1.1., 2.2.1., 3.1.1. Dərsin məqsədi: təsviri incəsənətin cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir; qədim məişət əşyaları üzərində rəsm çəkir və onu milli naxışlarla bəzəyir; bədii sənət əsərlərində milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə fərqləndirir. Təchizat: dərslik, boyalar, qara qələm, flomasterlər, rəngli karandaşlar, plastilin və ya gil. İnteqrasiya Az-d. 2.2.3.; Ə. 3.1.2.; Az-t. 1.3.1. Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi diaqnostik qiymətləndirmədir. Şagirdlər əvvəlki siniflərdə keçdikləri qədim dövrə aid incəsənəti yadlarına salırlar. Onların tətbiqi bacarıqları yoxlanılır. Ətraf aləmi görməkdə incəsənətin rolunu açıqlayırlar. Dərsliyin İncəsənətə dair dialoq bloku fəal dərsin “motivasiya” mərhələsidir. Bu blokda verilən suala şagirdlər cavab verirlər. Tədqiqat sualı: Qədim dövr incəsənətinə aid nə deyə bilərsiz? Qədim məişət əşyasını hansı ardıcıllıqla çəkib, üzərini necə bəzəmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir. Yadınasal blokunda olan suallar müzakirə olunur. Müzakirə zamanı müəllimin müəyyən istiqamətverici suallardan istifadə etməsi məsləhətdir. Məsələn, sual: Təsvirlərdə hansı növlər təqdim olunur? Bu suala cavab vermək üçün müəllim təsviri incəsənətin hansı növləri olduğunu şagirdlərin yadlarına salır. Sonra şagirdlər şəkildə olanların məhz hansı növə aid olduğunu təyin edə bilərlər və s. Müqayisə et blokunda olan suallar da eyni tərzdə dərslikdə verilən şəkillərə əsasən müzakirə olunur. Mövzunun mənimsənilməsi üçün müəllim şagirdlərin hər birinə dərslikdəki mövzunun əvvəlcədən çıxarılmış surətini paylayır və onlara tapşırır ki, “İnteraktiv Qeydetmə Sistemi (İQS)” vasitəsilə mətni xüsusi işarələrlə oxusunlar. Şagirdlər mətni oxuyur və aşağıdakı cədvəli doldururlar. Bunun üçün yeni və qarışıq olan informasiyanı, bildikləri və bilmədiklərini cədvəldə lazımi hissəyə qeyd edirlər. “+” – yeni informasiyadır “-” – bildiyimə ziddir “?” – qarışıq informasiyadır “!” – əvvəl bilirdim 1 1 1 1 2 2 2 2 1

T.s. 7 metodik vesait

  • Upload
    yegane1

  • View
    808

  • Download
    6

Embed Size (px)

Citation preview

Page 1: T.s. 7 metodik vesait

Dərs 1 / Mövzu: TƏSVİRİ SƏNƏTDƏ ZAMAN, CƏMİYYƏT VƏ İNSAN

Məşğələ növü: dekorativ-tətbiqi sənətAlt standart: 1.1.1., 2.2.1., 3.1.1.Dərsin məqsədi:

• təsviri incəsənətin cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir;

• qədim məişət əşyaları üzərində rəsm çəkir və onu milli naxışlarla bəzəyir;• bədii sənət əsərlərində milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları)

estetik xüsusiyyətlərinə görə fərqləndirir. Təchizat: dərslik, boyalar, qara qələm, flomasterlər, rəngli karandaşlar, plastilin

və ya gil. İnteqrasiya Az-d. 2.2.3.; Ə. 3.1.2.; Az-t. 1.3.1.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi diaqnostik qiymətləndirmədir. Şagirdlər əvvəlki siniflərdə keçdikləri qədim dövrə aid incəsənəti yadlarına salırlar. Onların tətbiqi bacarıqları yoxlanılır. Ətraf aləmi görməkdə incəsənətin rolunu açıqlayırlar.

Dərsliyin İncəsənətə dair dialoq bloku fəal dərsin “motivasiya” mərhələsidir. Bu blokda verilən suala şagirdlər cavab verirlər. Tədqiqat sualı: Qədim dövr incəsənətinə aid nə deyə bilərsiz? Qədim məişət əşyasını hansı ardıcıllıqla çəkib, üzərini necə bəzəmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

• Yadınasal blokunda olan suallar müzakirə olunur. Müzakirə zamanı müəllimin müəyyən istiqamətverici suallardan istifadə etməsi məsləhətdir. Məsələn, sual: Təsvirlərdə hansı növlər təqdim olunur? Bu suala cavab vermək üçün müəllim təsviri incəsənətin hansı növləri olduğunu şagirdlərin yadlarına salır. Sonra şagirdlər şəkildə olanların məhz hansı növə aid olduğunu təyin edə bilərlər və s.

• Müqayisə et blokunda olan suallar da eyni tərzdə dərslikdə verilən şəkillərə əsasən müzakirə olunur.

• Mövzunun mənimsənilməsi üçün müəllim şagirdlərin hər birinə dərslikdəki mövzunun əvvəlcədən çıxarılmış surətini paylayır və onlara tapşırır ki, “İnteraktiv Qeydetmə Sistemi (İQS)” vasitəsilə mətni xüsusi işarələrlə oxusunlar. Şagirdlər mətni oxuyur və aşağıdakı cədvəli doldururlar. Bunun üçün yeni və qarışıq olan informasiyanı, bildikləri və bilmədiklərini cədvəldə lazımi hissəyə qeyd edirlər.

“+” – yeni informasiyadır

“-” – bildiyimə ziddir

“?” – qarışıq informasiyadır

“!” – əvvəl bilirdim

1 1 1 1

2 2 2 2

1

Page 2: T.s. 7 metodik vesait

3 3 3 3

Müəllimin istəyi ilə mövzu adi qaydada oxuna da bilər.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Qədim dövrə aid əşyaların hansı materiallardan hazırlanması və necə bəzədilməsi araşdırılır. Onların oxşar və fərqli cəhətləri müqayisə edilir.

Əşyanın adı Hazırlandığı material Dekoru (bəzəyi)dolça gil süjetli –tematik əsər

Yaradıcı fəaliyyət. 1. Təlim nəticələri orta olan şagirdlər üçün:

Azərbaycan xalqına məxsus qədim məişət əşyasının rəsmini çəkmək və onu milli naxışlarla bəzəmək tapşırılır. Şagirdlər artıq əvvəlki siniflərdən naturadan əşya rəsmini müəyyən ardıcıllıqla çəkməyi bacarırlar. Müəllimin onlara bunu xatırlatması tövsiyə olunur. Lazımi ardıcıllıqla qabı çəkdikdən sonra onun üzərini indiyə kimi öyrəndikləri naxışlarla bəzəyirlər, sonra isə flomaster və ya rəngli karandaşlarla rəngləyirlər.

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Təsviri sənətin hər hansı bir növündə qədim insanın gündəlik həyat tərzini təsvir etmək tapşırılır. Bu təsvir: rəngkarlıq— boyalarla; qrafika — qara qələm, yaxud karandaşla; heykəltəraşlıq — gil və ya plastilindən yaradıla bilər .Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhetmə;• Rəsm çəkir və onu bəzəyir; • Fərqləndirmə.

I səviyyə II səviyyə III səviyyə IV səviyyəTəsviri incəsənətin cəmiyyətin həyatında rolunu və əhəmiyyətini müəllimin köməkliyi ilə anlayır.

Təsviri incəsənətin cəmiyyətin həyatında rolunu və əhəmiyyətini müəllimin köməkliyi ilə şərh edir.

Təsviri incəsənətin cəmiyyətin həyatında rolunu və əhəmiyyətini suallar əsasında izah edir.

Təsviri incəsənətin cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında ətraflı şərh edir.

Qədim məişət əşyası çəkir və onu müəllimin köməkliyi ilə naxışlarla bəzəyir.

Qədim məişət əşyaları üzərində rəsm çəkir və onu milli naxışlarla çətinliklə bəzəyir.

Qədim məişət əşyaları üzərində rəsm çəkir və onu milli naxışlarla səliqəsiz bəzəyir.

Qədim məişət əşyası üzərində rəsm çəkir və onu milli naxışlarla səliqəli bəzəyir.

2

Page 3: T.s. 7 metodik vesait

Bədii sənət əsərlərində milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) dərk edir.

Bədii sənət əsərlərində milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə fərqləndirməkdə çətinlik çəkir.

Bədii sənət əsərlərində milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə əsaslı fərqləndirmir.

Bədii sənət əsərlərində milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə əsaslı fərqləndirir.

Dərs 2 / Mövzu: ORTA ƏSRLƏR PLASTİKASI

Məşğələ növü: yapmaAlt standart: 2.1.2.; 3.1.2.Dərsin məqsədi:

• baş, büst, fiqurun real yapılmasında plastilin və ya gildən istifadə edir; • heykəltəraşlığın orta əsrlərdə müxtəlif ölkələrin incəsənəti əsasında inkişaf

sahələrinin xarakterik xüsusiyyətlərini fərqləndirərək şərh edir.Təchizat: dərslik, flomasterlər, rəngli karandaşlar, plastilin və ya gil.

Inteqrasiya Az-t.5.1.1.; X-d.1.1.2; Tex. 1.3.2.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat Mövzunun əsas məqsədi şagirdlərin heykəltəraşlığın inkişaf sahələrinin xarakterik xüsusiyyətlərini fərqləndirməsi, orta əsrlərdə heykəltəraşlığın memarlıqıa əlaqəsini anlamasıdır.

3

Page 4: T.s. 7 metodik vesait

• Dərsliyin İncəsənətə dair dialoq bloku fəal dərsin “motivasiya” mərhələsinə uyğun verilmişdir.

Müəllimə müxtəlif heykəllərin şəkillərini (monumental, monumental-dekorativ, dəzgah heykəllər) göstərmək, onların fərqli cəhətlərini sadalamaq tövsiyə olunur. Şagirdlər heykəltəraşlığın inkişaf sahələrini hələ bilməsələr də, onları fərqləndirən cəhətləri deyə bilərlər. Tədqiqat sualı: Heykəltəraşlığın inkişaf sahələri arasında fərq nədədir? Baş,bust və fiquru yapan zaman hansı ardıcıllığa əməl etmək lazımdır?Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

• Müəllimin mövzuya başlaması üçün şagirdlərin diqqətini orta əsrlərdə

heykəltəraşlığın inkişafına dair məlumata yönəltməsi, müzakirə sualları və yaxud

şəkillər təqdim etməsi məqsədəuyğundur.

Bu zaman əvvəlki siniflərdə keçdikləri mövzuları təkrarlamaq da məqsədəmüvafiq

olar. Şagirdlərlə birlikdə dəyirmi və relyef heykəllərin fərqini müzakirə etmək

məsləhətdir (məsələn, dəyirmi heykəl hər tərəfdən, relyefli heykəl isə öndən və

yandan baxılır). Bunu Venn diaqramı vasitəsilə də yerinə yetirmək məsləhətdir.

Onlar öz şəhərlərində heykəltəraşlıq nümunələrinə aid misal göstərə bilərlər.

• Yeni mövzunun mənimsənilməsini ”Ziqzaq” üsulu ilə aparmaq

məqsədəuyğundur. “Ekspert” qruplarında müzakirə üçün müəllim şagirdlərə

suallar hazırlayır:

1-ci qrup: monumental heykəltəraşlığın özünəməxsus xüsusiyyətləri nədədir?

4

Page 5: T.s. 7 metodik vesait

2-ci qrup: monumental-dekorativ heykəltəraşlığın özünəməxsus xüsusiyyətləri

nədədir?

3-cü qrup: dəzgah heykəltəraşlığının özünəməxsus xüsusiyyətləri nədədir?

4-cü qrup: dəzgah, monumental, monumental-dekorativ heykəltəraşlığın fərqi

nədədir?

5-ci qrup: orta əsrlərdə heykəltəraşlığın memarlıqla əlaqəsi nədədir?

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Dərslikdə verilən heykəllərin monumental, monumental-dekorativ və ya dəzgah heykəltəraşlığına aid olduğu və qədim, antik və orta əsr heykəltəraşlıq nümunələri arasındakı fərq müəyyən edilir.Müəllim şagirdləri istiqamətləndirə bilər ki, onlar heykəlləri fərqləndirsinlər. Müəllimə şagirdlərə orta əsrlərə aid heykəltəraşlığın inkişaf sahələri üzrə maraqlı nümunələr göstərmək, onlar arsındakı fərqi başa salmaq tövsiyə olunur. Yaradıcı fəaliyyət.

1. Təlim nəticələri orta olan şagirdlər üçün: Dəzgah heykəltəraşlığına aid nümunə yapmaq tapşırılır. Bu, baş, büst, fiqur və ya bir qrup fiqurlar da ola bilər. Bu tapşırığı yerinə yetirən zaman müəllimin şagirdləri Sənətkar məsləhəti blokunda verilmiş əsas qaydalarla tanış etməyi məqsədəuyğundur. Tapşırığın qruplarda yerinə yetirilməsi məsləhətdir. Hər qrupa müxtəlif - baş, büst, fiqurun yapılması tapşırılır.

Onların düzəldilmə metodikası vermək))).

Əgər tapşırıq fərdi yerinə yetirilərsə, baş, büst, fiqurdan biri şagird tərəfindən sərbəst olaraq seçilib yapıla bilər. Təlim nəticələri yüksək olanlar şagirdlər üçün:

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Öz evinin, küçənin yaxınlığında olan memarlıq və təbii landşaftla sıx bağlı heykəltəraşlıq abidəsinin yaddaşdan, yaxud naturadan rəsmini çəkmək tapşırılır.

5

Başın yapılması metodikası – rəssam

Büstün yapılması metodikası-rəssam

Fiqurun yapılması metodikası – rəssam

Page 6: T.s. 7 metodik vesait

Müəllim xatırladır ki, bu rəsmi çəkmək üçün xətti və hava perspektivini, mütənasibliyi, nəzərə almaq lazimdır. Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Yapma (plastilin, gil); • Şərhetmə;

I səviyyə II səviyyə III səviyyə IV səviyyəBaşın real yapıl-masında plastilindən istifadə edir.

Baş və büstün real yapılmasında plasti-lindən istifadə edir, gilin istifadəsində çətinlik çəkir.

Baş, büst və fiqurun real yapılmasında plastilin və gildən müəllimin köməyi əsasənda istifadə edir.

Baş, büst və fiqurun real yapılmasında plastilin və ya gildən sərbəst və səliqəli istifadə edir.

Heykəltəraşlığın in-kişaf sahələri haqqında məlumata malikdir.

Heykəltəraşlığın in-kişaf sahələri haq-qında bilir, lakin or-ta əsrlərdə müxtəlif ölkələrin incəsənəti əsasında xarakterik xüsusiyyətlərini fərqləndirməkdə çətinlik çəkir.

Heykəltəraşlığın in-kişaf sahələrini orta əsrlərdə müxtəlif ölkələrin incəsənəti əsasında xarakterik xüsusiyyətlərini fərqləndirir və izah edir.

Heykəltəraşlığın in-kişaf sahələrini orta əsrlərdə müxtəlif ölkələrin incəsənəti əsasında xarakterik xüsusiyyətlərini fərqləndirərək şərh edir.

Dərs 3 / Mövzu: MEMARLIQ SƏNƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ.ORTA ƏSRLƏRDƏ MEMARLIQ ÜSLUBLARI

Məşğələ növü: mövzu üzrə rəsm Alt standart: 1.1.1. ,2.1.2., 3.1.1.Dərsin məqsədi:

• memarlığın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir;

• memarlıq tikilisinin real təsvirində qarışıq texnikadan istifadə edir; • memarlıq tikililərində milli-üslubi cəhətləri (forma, ritm) estetik

xüsusiyyətlərinə görə fərqləndirir. Təchizat: dərslik, flomasterlər, rəngli karandaşlar

Inteqrasiya Ü-t. 5.1.1; Az-d.2.2.3; Ə. 2.1.2.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr. Mövzunun əsas məqsədi orta əsrlərdə şagirdlərə memarlıq üslublarının fərqlərini anlatmaq, onlara hər üsluba aid rəsm çəkməyi öyrətməkdir.

Mövzunu tədris etməyə başlayan zaman müəllimin müxtəlif memarlıq üslubuna malik olan tikililərin şəkillərini (onlar dərslikdə verilib) yazı lövhəsindən

6

Page 7: T.s. 7 metodik vesait

asması və onlar arasında hansı fərqlərin olmasını soruşması məsləhətdir. Bunu kompyuter vasitəsilə etsə daha məqsədəmüvafiqdir. Tədqiqat sualı: Orta əsrlərdə memarlıq üslublarının fərqi nədədir? Onları hansı ardıcıllıqla rəsm etmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Müəllim sual verə bilər:

- Dərslikdəki memarlıq abidələri haqqında nə deyə bilərsiz? (müzakirə

aparılır)Xatırla. Qədim dövrün ən məşhur memarlıq abidələri hansılardır? (şagirdlər əvvəlki siniflərdə bunu keçiblər.)

Yeni mövzunun öyrənilməsini “Ziqzaq” üsulu ilə aparmaq məqsədəmüvafiqdir.

”Doğma” qruplar memarlıq haqqında nə bildiklərini söyləyər. “Ekspert” qrupların

hərəsinə orta əsrlərin bir memarlıq üslubunu (1-ci “ekspert” qrupu-antik dövrü, 2-ci

“ekspert” qrupu-bizans dövrü, 3-cü “ekspert” qrupu-roman dövrü, 4-cü “ekspert”

qrupu-qotika dövrü, 5-ci “ekspert” qrupu-intibah dövrü, 6-cı “ekspert” qrupu-

barokko dövrü, 7-ci “ekspert” qrupu-rokoko dövrü) öyrənmək tapşırılar.

Fasilələrlə oxu üsulundan da istifadə etmək olar. Orta əsrlərə aid memarlıq

üslubunu oxumazdan əvvəl müəllim sual verər. Şagirdlər həmin hissəni oxuyub

öyrəndikdən sonra, müəllim ümumiləşdirici sualla müraciət edər. Məsələn, antik

üslubu öyrənməmişdən əvvəl müəllim sual verir:

- Orta əsrlərdə antik üsluba xas olan xüsusiyyətlər nədir? (şagirdlər

fərziyyələrini söyləyirlər. Onlar digər dərslərdə bunun haqqında az da olsa

məlumat toplayıblar.)

Şagirdlərin cavabından sonra həmin hissə- yəni antik dövr onlar tərəfindən

dərslikdən oxunub mənimsənilir. Sonra müəllim müraciət edə bilər ki, antik

üslubda inşa edilmiş memarlıq abidələrinə aid misallar desinlər.

Mətni sadəcə oxuyub, sonunda olan suallara cavab da vermək olar.

Məsələn, şagird intibah dövrünü oxuyub qurtarır və aşağıdakı suala cavab verir. Xatırla. İntibah dövrünün hansı dahi rəssam və memarlarını tanıyırsan? (Albrext Dürer, Leonardo da Vinçi, Rafael Santi, Mikelancelo Buonaroti, Memar Sinan və s.)

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Verilmiş cədvəli aşağıdakı qaydada doldurmaq tapşırılır.

Üslubun adı

Üslubun meydana

Üslubu fərqləndirən

Üslubun bədii xüsusiyyətləri

Memarlıq abidələrinin

7

Page 8: T.s. 7 metodik vesait

çıxdığı dövr səciyyəvi cəhətlər

adı

Bizans VI əsr Silindirik forma üzərində olan günbəz.

Incə bədii gözəllik, həddən çox təm-təraq və dindarlıq hiss olunur.

Müqəddəs Sofiya məbədi.

Yaradıcı fəaliyyət. 1. Təlim nəticələri orta olan şagirdlər üçün:

Hər hansı bir üslubda memarlıq tikilisi üçün eskiz variantını çəkmək tapşırılır. İstifadə etdikləri üslubun xarakterik xüsusiyyətini təsvir etmək tələb olunur. Mövzudakı nümunələrə baxmaq məsləhət görülür. Bunun üçün müəllim şagirdləri orta əsrlərdə olan memarlıq üslublarının sayına uyğun yeddi qrupa ayıra bilər.

1-ci qrup-antik dövrə, 2-ci qrup-bizans dövrünə, 3-cü qrup-roman dövrünə, 4-cü

qrup-qotika dövrünə, 5-ci qrup-intibah dövrünə, 6-cı qrup-barokko dövrünə, 7-ci

qrup-rokoko dövrünə aid eskiz variantı çəkə bilər.

Işi cütlərlə də yerinə yetirmək olar. Bu zaman hər cütə müxtəlif memarlıq üslubu

tapşırılması məsləhətdir. 2. Təlim nəticələri yüksək olan şagirdlər üçün:

Müxtəlif mənbələrdən orta əsr memarlıq üslubları haqqında əlavə məlumat toplamaq tapşırılır. Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhetmə;• Memarlıq tikilisini rəsm edir; • Fərqləndirmə.

I səviyyə II səviyyə III səviyyə IV səviyyəMemarlığın cəmiyyətin həyatında rolunu anlayır.

Memarlığın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini müəllimin köməyi ilə dərk edir.

Memarlığın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında qısa şərh edir.

Memarlığın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında ətraflı şərh edir.

Müəllimin köməyi ilə memarlıq tikilisinin real təsvirinin

Memarlıq tikilisinin real təsvirini sual-cavab əsasında

Memarlıq tikilisinin real təsvirində qarışıq texnikadan

Memarlıq tikilisinin real təsvirində qarışıq texnikadan əla

8

Page 9: T.s. 7 metodik vesait

qaralamasını çəkə bilir.

nisbətən rəsm edə bilir.

müəllimin köməkliyilə istifadə edir.

istifadə edir.

Memarlıq tikililərində milli-üslubi cəhətləri (forma, ritm) dərk edir.

Memarlıq tikililərində milli-üslubi cəhətləri (forma, ritm) estetik xüsusiyyətlərinə görə fərqləndirməkdə çətinlik çəkir.

Memarlıq tikililərində milli-üslubi cəhətləri (forma, ritm) estetik xüsusiyyətlərinə görə əsaslı fərqləndirmir.

Memarlıq tikililərində milli-üslubi cəhətləri (forma, ritm) estetik xüsusiyyətlərinə görə fərqləndirir.

Dərs 4 / Mövzu: AZƏRBAYCANIN MEMARLIQ MƏKTƏBLƏRİMəşğələ növü: təsəvvürə əsasən naturadan rəsmAlt standart: 2.1.1., 2.1.2., 3.1.1.Dərsin məqsədi:

• memarlıq tikililərini real tərzdə təsvir edir; • memarlıq tikililərinin real təsvirində sulu boya və ya qarışıq texnika, plastilin

və ya gildən istifadə edir;• memarlıq tikililərində forma, ritm, rəng çalarlarını estetik xüsusiyyətlərinə

görə fərqləndirir. Təchizat: dərslik, flomasterlər, rəngli karandaşlar, kağızdan qutu, parçalar, gil və

ya plastilin, məftil Inteqrasiya Tex.1.3.3.; Ü-t. 5.1.3; Ə. 2.2.1.; B. 1.1.2.; Az-d. 1.1.2.; 1.2.4.;

Az-t. 1.3.1.; 5.1.3.; İnf. 3.2.1.; 3.2.3.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin Azərbaycanın memarlıq məktəbləri haqqında məlumat toplaması, onları bir-birindən fərqləndirməsi və yaşadığı şəhər və ya kənddə bəyəndiyi binanın rəsmini çəkməsidir.

Müəllim mövzuya başlamaq üçün müəyyən bina, tikili və ansambılların şəklini yazı lövhəsindən asır. Onları hansı əlamətlərinə görə ayırmaq mümkün olduğunu soruşa bilər. Bundan başqa “Memarlıq məktəbləri” sözünü şagirdlərdən almaq üçün bir tərəfdə məktəb şəkilləri, bir tərəfdə memarlıq abidələrinin şəklini asib soruşar ki, bunlar arasında hansı əlaqə var. Tədqiqat sualı: Orta əsrlərdə Azərbaycanın memarlıq məktəbləri arasında fərq nədədir? Bəyəndiyin binanın rəsmini hansı ardıcıllıqla çəkmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Şagirdləri dörd qrupa ayırmaq məsləhətdir. Onlara – Aran, Şirvan-Abşeron,

Naxçıvan, Təbriz adlarını vermək məqsədəmüvafiqdir. Qruplarda şagirdlər orta

9

Page 10: T.s. 7 metodik vesait

əsrlərdə Azərbaycanda mövcud olan müxtəlif memarlıq məktəbləri, onlara xas tikililər haqqında öz fərziyyələrini söyləyirlər.

Müəllim şagirdlərin hər birinə dərslikdəki mövzunun əvvəlcədən çıxarılmış surətini paylayır və onlara tapşırır ki, İQS vasitəsilə mətni aşağıda verilmiş xüsusi işarələrlə oxusunlar:“+” – yeni informasiyadır; “-” – bildiyimə ziddir“?” – qarışıq informasiyadır“!” – əvvəl bilirdimŞagirdlər mətni oxuyur və bu işarələrdən ibarət cədvəli doldururlar. Bunun üçün yeni və qarışıq olan informasiyanı, bildikləri və bilmədiklərini cədvəldə lazımi hissəyə qeyd edirlər.

Müəllim mətni oxuduqca aradakı Xatırla, Nəzərdən keçir bloklarını da şagirdlərlə müzakirə edir.

Mətni mənimsəmək üçün BİBÖ cədvəlindən , fasilələrlə oxu üsulundan da istifadə etmək olar.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Şagirdlər aşağıdakı suallara cavab verməlidirlər:

- Yaşadığın şəhər, qəsəbə və ya kəndinin memarlığında hansı tikinti materialından daha çox istifadə olunub?

- Tikililər hansı ümumi memarlıq- konstruksiyalarına, qapı və pəncərə formalarına, bəzək ünsürlərinə malikdir? Onlar nə zaman inşa olunub və xarakterik xüsusiyyətləri hansılardır?

Yaradıcı fəaliyyət. 1. Təlim nəticələri orta olan şagirdlər üçün:

Yaşadıqları şəhər və ya kənddə bəyəndikləri binanın rəsmini çəkmək tapşırılır. Bu məqsədlə ekskursiya edərək, tarixi və müasir binalara baxmaq və onların xarici görünüşündəki ümumi cəhətləri müəyyənləşdirmək tələb olunur (müəllim bir dərs əvvəl şagirdlərə bunu etməyi tapşıra bilər. Onlar ekskursiya zamanı eskizlər də edə bilərlər).Tapşırıq cütlükdə yerinə yetirilə bilər. Müəllimin binanı nece yerləşdirməyi, perspektivanı nəzərə almağı, koloriti verməyi, ətrafındakı elementləri göstərməyi şagirdlərin yadına salması məsləhətdir.

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Şagirdlərin hazır formadan (qutu, yeşik,qablaşdırma) istifadə etməsi və öz tikilisini yaratması tapşırılır. Onu kağız, parça, gil, plastilin, məftil və s. bu kimi materiallardan olan element və bəzəklərlə tamamlamaq məsləhət görülür.Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Memarlıq tikililərini təsvir edir; • Müxtəlif təsvir materiallarından istifadə edir; • Fərqləndirir.

10

Page 11: T.s. 7 metodik vesait

I səviyyə II səviyyə III səviyyə IV səviyyəMemarlıq tikililərini xarakterik xüsusiyyətlərini sual-cavab vasitəsilə dərk edir.

Müəllimin köməkliyilə memarlıq tikilisini eskizini çəkir.

Memarlıq tikililərini real tərzdə yaxşı təsvir edir.

Memarlıq tikililərini real tərzdə əla təsvir edir.

Memarlıq tikilisinin real təsvirində sulu boyalar və plastilindən çətinliklə istifadə edir.

Memarlıq tikilisinin real təsvrində sulu boyalar və plastilindən istifadə edir.

Memarlıq tikilisinin real təsvirində sulu boyalar, qarışıq texnika, plastilindən düzgün istifadə qaydalarını bildiyini nümayiş etdirir.

Memarlıq tikililərinin real təsvirində sulu boya və ya qarışıq texnika, plastilin və ya gildən istifadə edir.

Memarlıq tikililərində forma, ritm və rəng çalarlarını çətinliklə fərqləndirir.

Memarlıq tikililərində forma, ritm və rəng çalarlarını məntiqə əsasən fərqləndirir.

Memarlıq tikililərində forma, ritm və rəng çalarlarını estetik xüsusiyyətlərinə görə tanıyaraq fərqləndirir.

Memarlıq tikililərində forma, ritm, rəng çalarlarını estetik xüsusiyyətlərinə görə asanlıqla fərqləndirir.

Dərs 5 / Mövzu: MONUMENTAL RƏNGKARLIQMəşğələ növü: dekorativ-tətbiqi sənətAlt standart: 1.1.1., 2.1.2., 3.1.2.Dərsin məqsədi:

• monumental rəngkarlığın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir;

• mozaika və vitrajın real təsvirində sulu boya, aplikasiya və ya qarışıq texnikadan istifadə edir;

• təsviri incəsənətin monumental rəngkarlıq növünü xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

Təchizat: dərslik, quaş və ya akvarel, rəngli kağızlar, qayçı, yapışqan

Inteqrasiya İnf. 3.2.1.; H-b. 3.1.1.; Az-t. 1.3.1.; 5.1.3.; Tex. 1.3.1.; 1.3.2.; 1.3.3.; 4.1.1.; C. 3.2.1.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

11

Page 12: T.s. 7 metodik vesait

Mövzunun əsas məqsədi şagirdlərin monumental rəngkarlıq, onun işlənmə texnikasına görə sahələri haqqında məlumat toplaması, mozaika və ya vitraj üçüneskiz çəkməyi bacarmasıdır.

• Dərsliyin İncəsənətə dair dialoq bloku əvvəlki mövzularda da qeyd edildiyi kimi fəal dərsin “motivasiya” mərhələsinə uyğun verilmişdir.

Mətnlə tanış olmamışdan əvvəl müəllim sual verə bilər: Məsələn: “Rəngkarlıq əsərlərini yalnız kətan üzərində görmüsünüz?”, “Ətrafı müşahidə edən zaman daha harada rəngkarlıq əsərləri görmüsünüz? (binaların, tikililərin üzərində)”. “Memarlıqda divarı, döşəməni və tavanı bəzəyən, rəngkarlıq növü monumental rəngkarlıq adlanır. Monumental rəngkarlıq əsərləri içərisində freska, vitraj və mozaika xüsusilə fərqlənir.”Tədqiqat sualı: Monumental rəngkarlıq haqqında nə bilirsiz və onun işlənmə texnikasına görə sahələri arasında hansı fərq var? Mozaika və ya vitraj üçün eskiz çəkdikdə hansı ardıcıllıqdan istifadə etmək lazımdır? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Şagirdlər Xatırla, Tanış ol bloklarını oxuyurlar. Sonra Venn dioqramı

vasitəsilə freska, vitraj və mozaikanı müqayisə edib, onların oxşar və fərqli cəhətlərini tapırlar.

Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə

olunur. Fasilələr zamanı müəllim şagirdlərə qabaqcadan hazırlanmış müxtəlif suallar verir. Məsələn, vitraj haqqında oxuduqdan sonra Düşün və izah et blokuna cavab vermək olar: Vitraj - şüşədən olan elə bir şəkildir ki, onun rəngləri heç vaxt solmur və tündləşmir (tutqunlaşmır) — fikri nəyi bildirir?

2) Mətnlə tanış olduqdan sonra konseptual cədvəli doldura bilərlər. Müqayisə olunan cəhətlərMüqayisə olunan obyektlər

Nədən ibarətdir Harada görmüsüz Əlavə nə bilirsiz

mozaika əlvan rəngli daşlardan, keramika parçalarından, smaltadan yaradılan təsvirlər

San-Vitale kilsəsində, Bakının «Nizami» metro stansiyasında

Monumental rəngkarlıq əsərləri uzaq məsafədən seyr olunur. Mozaika latın dilində «musivum», tərcümədə — «ilham pərilərinə həsr olunmuş» deməkdir.

vitraj

12

Page 13: T.s. 7 metodik vesait

freska

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Şagirdlər Bakının «Nizami» metro stansiyasındakı mozaikanın və Şəki xan sarayınındakı şəbəkənin kompozisiya motivini nə təşkil etdiyini tapmalıdırlar. Yaradıcı fəaliyyət.

1. Təlim nəticələri orta olan şagirdlər üçün: Mozaika və ya vitraj üçün eskiz çəkmək tapşırılır. Şagirdlər kompozisiyanın süjet və kolorit həllini müəyyən etməlidirlər. Bu tapşırığı rəngli kağız vasitəsi ilə aplikasiya texnikasında, yaxud kompüterdə PAINT proqramında yerinə yetirmək təklif olunur. Şagirdlər eskizləri qruplarda yerinə yetirsələr daha məqsədəmüvafiq olar. Onlar iş zamanı mozaika və vitrajı akvarel, quaşla rəngləyə və ya rəngli kağızlardan istifadə edərək aplikasiyansını düzəldə bilərlər. 1 və 2-ci qruplar- mozaika 3 və 4-cü qruplar -vitraj

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Orta əsr monumental rəngkarlığına həsr olunmuş sərginin planını hazırlamaq və onun ekspozisiyasına tərtibat vermək tapşırılır. Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhedir;• Təsvir zamanı müxtəlif materiallardan istifadə edir;I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Monumental rəngkarlığın insanların həyatında əhəmiyyətini bəsit şərh edir.

Monumental rəngkarlığın insanların həyat və məişətindəki əhəmiyyətini şərh edir.

Monumental rəngkarlığın cəmiyyətdə və incəsənətdə inkişafını müqayisə

Monumental rəngkarlığın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr

13

Page 14: T.s. 7 metodik vesait

nəticəsində şərh edir.

əsasında şərh edir.

Mozaika və vitrajın real təsvirində sulu boya, aplikasiya və ya qarışıq texnikadan çətinliklə istifadə edir.

Mozaika və vitrajın real təsvrində sulu boya, aplikasiya və ya qarışıq texnikadan müəllimin köməkliyi ilə istifadə edir.

Mozaika və vitrajın real təsvirində sulu boya, aplikasiya və ya qarışıq texnikadan düzgün istifadə qaydalarını bildiyini nümayiş etdirir.

Mozaika və vitrajın real təsvirində sulu boya, aplikasiya və ya qarışıq texnikadan real istifadə edir.

Verilmiş nümunədə təsviri incəsənətin monumental rəngkarlıq növünü çətinliklə şərh edir.

Təsviri incəsənətin monumental rəngkarlıq növündə veilmiş nümunələri tanıyaraq şərh edir.

Təsviri incəsənətin monumental rəngkarlıq növündə veilmiş nümunələri qruplaşdıraraq şərh edir.

Təsviri incəsənətin monumental rəngkarlıq növünü xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

II vahid

Dərs 6 / Mövzu: MƏİŞƏT JANRIMəşğələ növü: mövzu üzrə rəsm Alt standart: 1.2.1., 1.3.1., 2.1.1., 3.1.2.Dərsin məqsədi:

• təsviri incəsənətin məişət janrını xarakterik xüsusiyyətlərinə görə şərh edir;• Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Müzəffər Əli və

onun əsərləri haqqında məlumatları şərh edir; • həyati görüntüləri məişət janrında real və abstrakt təsvir edir; • təsviri incəsənətin məişət janrını xarakterik xüsusiyyətlərinə görə

fərqləndirərək şərh edir.Təchizat: dərslik, boyalar, flomasterlər, rəngli karandaşlar

Inteqrasiya Az-t. 1.3.1.; 5.1.1.; 5.1.3.; Ü-t. 5.1.1.; 5.1.2.; İnf. 3.2.1.; 3.2.3.; Az-d. 1.1.1.; 1.2.1.; 1.2.4.; Ə. 2.2.1.; H-b. 3.1.1.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin təsviri incəsənətin məişət janrını dərk etməsi, ona aid rəsm çəkməsi və görkəmli rəssam Müzəffər Əli haqqında məlumat toplamasıdır.

1. “Motivasiya” mərhələsində dərsliyin İncəsənətə dair dialoq blokunda olan suala cavab vermək olar.

14

Page 15: T.s. 7 metodik vesait

2. Dərslikdəki məişət janrına aid şəkillərdən istifadə etmək mümkündür. Onların böyüdülmüş surətlərini yazı lövhəsindən asıb soruşmaq olar: Məsələn: “Bu şəkillərdə nə təsvir olunub? Mövzular sizə nəyi xatırladır? (təsviri incəsənətin məişət janrını)” 3. Anlayışın çıxarılması üsulundan istifadə etmək olar. Məsələn:

Tədqiqat sualı: Müzəffər Əli haqqında nə bilirsiz? Məişət janrında rəsmi hansı ardıcıllıqla çəkmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Xatırla bloku şagirdlər tərəfindən müzakirə olunur. Tanış ol blokunda süjetli tematik əsərlərin hərəsi bir qrupa verile bilər. Qruplar müzakirə edib, ona aid bildikləri əsərləri sadalayırlar. Nəzərdən keçir və müqayisə et bloku da müəllimin köməkliyi ilə şagirdlərlə birlikdə təhlil edilir.

Yeni mövzunu mənimsəmək üçün müəllim BİBÖ üsulunu tətbiq edir. Bunu vaxta qənaət etmək üçün qruplarla deyil, kollektiv şəkildə aparır. Yazı lövhəsində cədvəlin öncə BİB hissəsini çəkir. 3-cü “Öyrəndim” hissəsinə isə toxunmur.

Bilirik Istəyirik bilək• • •

? ? ?

Sinifdən təsviri incəsənətin məişət janrı, Müzəffər Əli haqqında bildiklərini soruşub cədvəlin 1-ci “Bilirik” hissəsinə yazır. Sonra bu haqda nə öyrənmək istədiklərini soruşur və meydana gələn sualları cədvəlin “İstəyirik bilək” hissəsinə yazır. Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Müəllim onlardan dərslikdən nə öyrəndikləri haqqında soruşur. Sonra cədvəlin 3-cü hissəsində yazılan “Öyrəndik” sözünü əlavə edir və oraya şağirdlərin əlavə öyrəndiklərini yazır.Mövzu İQS üsulu ilə də öyrənilə bilər.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:

15

??Təsviri incəsənətin janrlarından biridir

Gündəlik həyatda

baş verən hadisələri

əks etdirir

Hər hansı bir süjetə malikdir

Page 16: T.s. 7 metodik vesait

Müəyyən et. İnsan fiqurunun sxemlərdəki hərəkətinin nə ilə fərqləndiyi soruşulur. Şagirdlərə təklif olunur ki, əvvəlcə nisbətləri nəzərdən keçirsinlər.Yaradıcı fəaliyyət.

1. Təlim nəticələri orta olan şagirdlər üçün: İstənilən mövzuda məişət janrında kompozisiya yaratmaq tapşırılır. Şagirdlərə təklif olunur ki, məişət janrının ümumi mövzularına əsaslanaraq - ailənin həyat tərzini, onun ənənələrini, insan həyatındakı xüsusi əhəmiyyətli günləri təsvir etsinlər - gələcək əsərin süjetini düşünərək yaratmağa çalışsınlar. Burada nə qədər adam iştirak edəcək? Harada və nə vaxt (təbiətdə, evdə) nələr baş verəcək? Müəllimə məsləhət görülür ki, öncə şagirdə format seçməkdə kömək etsin. Əgər onun rəsmində vərəqin eninə döğru çəkəcəyi obyektlər çoxdursa vərəqi üfüqi, əksinədirsə şaquli tutmağı təklif edin. Rəsmə başlamazdan əvvəl Sənətkar məsləhəti ilə tanış olsunlar. Şagirdlərin ən çox çətinlik çəkdikləri insanı hərəkətdə göstərməkdir. Bunun üçün müəllim təklif ede bilər ki, onlar bir-birilərinin hərəkətdə qaralamasını çəksinlər. Yoldaşından xahiş edə bilər ki, ona lazim olan vəziyyətdə (hərəkəti vermək üçün) dayansın. O vəziyyətdə onun qaralaması çəkilsin və vərəqdə lazimi yerə köçürülsün. İnsan fiqurlarının yeri əvvəlcədən müəyyən olunmalıdır. İşi qruplarda, cütlərlə yerinə yetirmək olar.

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Ən qədim dövrlərdən başlayaraq məişət janrının inkişaf mərhələləri əks olunan sxem yaratmaq tapşırılır. Sual verilir ki, müasir dövrdə rəssamlar bu janrı heykəltəraşlıqda, qrafikada və boyakarlıqda necə verirlər. Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhedir;• Müzəffər Əlinin əsərlərini taniyir; • Təsvir edir;• Fərqləndirir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Təsviri incəsənətin məişət janrında verilmiş nümunələri tanıyaraq şərh edir.

Təsviri incəsənətin məişət janrında əsərləri bədii ifadə vasitələrinə görə şərh edir.

Təsviri incəsənətin məişət janrında olan əsərləri forma, məzmun və bədii ifadə vasitələrinə əsasən şərh edir.

Təsviri incəsənətin məişət janrında ideya, forma, məzmun, bədii ifadə vasitələrini şərh edir.

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Müzəffər Əlinin verilmiş əsərini

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Müzəffər Əlinin ən məşhur əsərləri

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Müzəffər Əlinin ən məşhur

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Müzəffər Əli və onun yaradıcılığını

16

Page 17: T.s. 7 metodik vesait

tanıdığını izah edir.

haqqında məlumatları şərh edir.

əsərlərini fərqləndirərək şərh edir.

kiçik təqdimatlarla şərh edir.

Həyati görüntülərin məişət janrında real və abstrakt təsvirində bədii ifadə vasitələrdən səthi istifadə edir.

Həyati görüntülərin məişət janrında real və abstrakt təsvirində üsul-lardan və bədii ifadə vasitələrindən istifadə edir.

Həyati görüntülərin məişət janrında real və abstrakt təsvirində kompozisiya həllini, üsulları və bədii ifadə vasitələrini müəyyənləşdirir.

Həyati görüntüləri məişət janrında real və abstrakt təsvirində orijinal kompozisiya həllindən, müxtəlif üsullardan və bədii ifadə vasitələrindən istifadə edir.

Verilmiş nümunədə təsviri incəsənətin məişət janrını tanıyaraq şərh edir.

Təsviri incəsənətin müxtəlif janrlarında veilmiş nümunələri qruplaşdıraraq şərh edir.

Təsviri incəsənətin məişət janrında veilmiş nümunələri xarakterik xüsusiyyətlərinə görə seçərək şərh edir.

Təsviri incəsənətin məişət janrını xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

Dərs 7 / Mövzu: ƏSATİR JANRI Məşğələ növü: mövzu üzrə rəsm Alt standart: 1.2.1., 1.3.1., 2.1.1., 3.1.2.Dərsin məqsədi:

• təsviri incəsənətin əsatir janrını xarakterik xüsusiyyətlərinə görə şərh edir;• Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Rasim Babayev və

onun əsərləri haqqında məlumatları şərh edir; • həyati görüntüləri əsatir janrında real və abstrakt təsvir edir; • təsviri incəsənətin əsatir janrını xarakterik xüsusiyyətlərinə görə

fərqləndirərək şərh edir.Təchizat: dərslik, akvarel, quaş, pastel tabaşirləri

Inteqrasiya Az-t. 1.3.1.; 5.1.1.; 5.1.3.; Ü-t. 5.1.1.; 5.1.2.; İnf. 3.2.1.; Az-d. 1.1.1.; 1.2.1.; 1.2.4.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

17

Page 18: T.s. 7 metodik vesait

Mövzunun əsas məqsədi şagirdlərin təsviri incəsənətin əsatir janrını dərk etməsi, ona aid rəsm çəkməsi və görkəmli rəssam Rasim Babayev haqqında məlumat toplamasıdır.

Müəllim mövzunu tədris etmək üçün yazı lövhəsində müxtəlif nağıl qəhrəmanlarının və əfsanəvi varlıqların təsvir olunduğu əsərlərin şəkillərini bərkidə bilər. Şagirdlərdən soruşar: “Şəkillərdə nə görürsüz? Belə əsərlər təsviri incəsənətin hansı janrına aiddir? (əsatir janrına - şagirdlər bu janr haqqında məlumata əvvəlki mövzudan malikdir)”. Anlayışın çıxarılması, açar sözlər üsullarından da istifadə etmək olar. Tədqiqat sualı: Rasim Babayev haqqında nə bilirsiz? Əsatir janrında rəsmi hansı ardıcıllıqla çəkmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Xatırla bloku təhlil olunur. Əsatir janrı haqqında müzakirələr aparılır.

Müxtəlif xalqlara məxsus illüstrasiyalar şagirdlər tərəfindən müqayisə edilir. Onların ümumi cəhətləri araşdırılır. Bilirsənmi bloku ilə tanış olduqdan sonra şagirdlər fərdi qaydada divi nece təsvir edirlərsə onun eskizini çəkə bilərlər.

Yeni mövzu ilə tanış olurlar. Mövzu mənimsənildikdən sonra müəllim Rasim

Babayevin dərslikdə adı çəkilən əsərlərinin şəkillərini və digər janrlarda olan

əsərləri partanın üzərində qarışıq halda qoya bilər. Şagirdlər onların içərisindən

Rasim Babayevin əsərlərini tapmalıdırlar. Onun adını desələr daha

məqsədəmüvafiq olar. Bunu qruplarda da aparmaq mümkündür. Dərsi BİBÖ üsulu ilə də öyrənmək məsləhətdir.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Şagirdlərdən Rasim Babayevin rəngkarlıq əsərlərində hansı kaloritin müşahidə olunduğu soruşulur. Onun yaradıcılığına aid əlavə məlumatlar toplamaq və təqdimat hazırlamaq tapşırılır.Yaradıcı fəaliyyət.

1. Təlim nəticələri orta olan şagirdlər üçün: Şagirdlərə müxtəlif xalqların, yaxud Azərbaycan xalqının tanış olan əsatirlərinə aid süjetlərə rəsm çəkmək tapşırılır. Rəsmi cütlükdə yerinə yetirmək daha məqsədəmüvafiqdir. Onlara xatırladın ki, kompozisiyanı tərtib edən zaman çalışmaq lazımdir boşluq təəssüratı olmasın. Perspektivi, mütənasibliyi, koloriti nəzərə almaq vacibdir. Ele etmək lazımdir ki, əsas mövzu diqqəti cəlb etsin. Təsviri sadə karandaşla çəkib qurtardıqdan sonra, akvarel, quaş və pastel tabaşirlərlə rəngləmək lazımdır.

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Özünün təkrarolunmaz, əfsanəvi obrazını yaratmaq tapşırılır. Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

18

Page 19: T.s. 7 metodik vesait

• Şərhedir;• Rasim Babayevin əsərlərini taniyir; • Təsvir edir;• Fərqləndirir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Təsviri incəsənətin əsatir janrında verilmiş nümunələri tanıyaraq şərh edir.

Təsviri incəsənətin əsatir janrında əsərləri bədii ifadə vasitələrinə görə şərh edir.

Təsviri incəsənətin əsatir janrında olan əsərləri forma, məzmun və bədii ifadə vasitələrinə əsasən şərh edir.

Təsviri incəsənətin əsatir janrında ideya, forma, məzmun, bədii ifadə vasitələrini şərh edir.

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Rasim Babayevin verilmiş əsərini tanıdığını izah edir.

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Rasim Babayevin ən məşhur əsərləri haqqında məlumatları şərh edir.

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Rasim Babayevin ən məşhur əsərlərini fərqləndirərək şərh edir.

Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi Rasim Babayev və onun yaradıcılığını kiçik təqdimatlarla şərh edir.

Həyati görüntülərin əsatir janrında real və abstrakt təsvirində bədii ifadə vasitələrdən səthi istifadə edir.

Həyati görüntülərin əsatir janrında real və abstrakt təsvirində üsullardan və bədii ifadə vasitələrindən istifadə edir.

Həyati görüntülərin əsatir janrında real və abstrakt təsvirində kompozisiya həllini, üsulları və bədii ifadə vasitələrini müəyyənləşdirir.

Həyati görüntüləri əsatir janrında real və abstrakt təsvirində orijinal kompozisiya həllindən, müxtəlif üsullardan və bədii ifadə vasitələrindən istifadə edir.

Verilmiş nümunədə təsviri incəsənətin əsatir janrını tanıyaraq şərh edir.

Təsviri incəsənətin müxtəlif janrlarında veilmiş nümunələri qruplaşdıraraq şərh edir.

Təsviri incəsənətin əsatir janrında veilmiş nümunələri xarakterik xüsusiyyətlərinə görə seçərək şərh edir.

Təsviri incəsənətin əsatir janrını xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

19

Page 20: T.s. 7 metodik vesait

Dərs 8 / Mövzu: ORTA ƏSR SƏNƏT ƏSƏRLƏRİNDƏ İŞIQ VƏ KÖLGƏ

Məşğələ növü: naturadan rəsm Alt standart: 1.3.1., 2.1.2., 3.1.1., 3.1.2.Dərsin məqsədi:

• dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Karavacco və onun əsərləri haqqında məlumatları şərh edir;

• natürmortun real və abstrakt təsvirində müxtəlif vasitələrdən sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən istifadə edir;

• natürmortda forma, rəng çalarlarını estetik xüsusiyyətlərinə görə fərqləndirir;

• natürmort janrını xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir. Təchizat: dərslik, akvarel, quaş, pastel tabaşirləri, rəngli karandaşlar

Inteqrasiya Az-d. 1.1.1.; 1.2.1.; 1.2.4.; Az-t. 4.1.1.; Tex. 1.3.1.; 1.3.2.; Ə. 2.2.1.; H-b. 3.1.1.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin sənət əsərlərinin yaradılmasında işıq və kölgənin əhəmiyyətini dərk etməsi, ona aid rəsm çəkməsi və görkəmli rəssam Mikelancelo Merizida Karavadjo haqqında məlumat toplamasıdır.

Müəllim mövzunu tədris etmək üçün yazı lövhəsindən yalnız kənar xətləri verilmiş iki dairə şəkli asır və soruşur:

- Bu dairələr bir-birindən fərqlənir? (xeyr)Sonra işıq-kölgənin verilməsi sayəsində bir həcmli, bir də yastı dairə şəkli olan vərəq asılır. Müəllim yenə də eyni sualı verir. Şagirdlər təbii ki, birinin həcmli (top) və digərinin yastı dairə olduğunu bildirir. Müəllim soruşur:

- Nəyə gorə ikinci şəkildə dairələr fərqli görünürdü? (işıq-kölgənin sayəsində)

Tədqiqat sualı: Mikelancelo Merizida Karavadjo haqqında nə bilirsiz? Meyvə, tərəvəz və qablardan ibarət natürmortu işıq-kolgə verməkl hansı ardıcıllıqla çəkmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

İşıq-kölgənin keçidlərini xatırlayır və dolçanın təsviri üzərində onu izah edirlər. Müəllim şəklin üzərində (yazı lövhəsindən içıq-kölgəylə verilən hər hansı qab şəkli bərkidə bilər) blik, işıq, yarımkölgə, xüsusi kölgə, refleks, düşənkölgə haqqında

müzakirə aparır. Bundan başqa Bax və müqayisə et blokunda əsərlərdə nəyin formanın həcmini qabardaraq aşkara çıxardığını soruşması məqsədəuyğundur.

Yeni mövzunun mənimsənilməsi üçün fasilələrlə oxu üsulundan istifadə etmək məsləhətdir. Bundan başqa mövzunu bloklarla oxuyub müzakirə etmək olar. Məsələn, Rəsm qalereyası blokunda olan təsvirləri müzakirə etdikdən sonra

soruşmaq olar ki, rəssamın təqdim olunmuş əsərləri hansı janrdadır. Tanış ol blokunda Karavadjo haqqında oxuyub sonra onu təhlil etmək məsləhətdir. Bu

20

Page 21: T.s. 7 metodik vesait

bloku oxuyub qurtardıqdan sonra şagirdlər rəssam haqqında bildiklərini şaxələnmə üsulu vasitəsilə verə bilərlər.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Əşyalar (dairələr) verilir. Onların üzərindəki işığın mənbəyini təyin etmək tapşırılır. Şagird öz seçimini izah etməlidir. Yaradıcı fəaliyyət.

1. Təlim nəticələri orta olan şagirdlər üçün: Meyvə, tərəvəz və qablardan ibarət natürmort çəkərkən, əşyaları kağız üzərində düzgün yerləşdirmək tapşırılır. Əşyaların üzərinə düşən işığın vəziyyətini və kompozisiya mərkəzini müəyyənləşdirmək tələb olunur. Rəsmin ardıcıllıqla təsviri metodikası dərslikdə göstərildiyi üçün burda onu verməyə ehtiyac hiss etmirik. Rəsm zamanı Sənətkar məsləhəti blokunu şagirdlərə oxutmaq və onu təhlil etmək məsləhət görülür.

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Kravadco haqqında əlavə məlumat toplamaq tapşırılır. Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Şagirdlərin diqqətini Bu maraqlıdır blokuna yönəldin. Qiymətləndirmə meyarları:

• Karavacconun əsərlərini taniyir; • Təsvir materiallarından düzgün istifadə edir;• Fərqləndirir. • Şərhedir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Karavacco və onun əsərlərini tanıdığını izah edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Karavacco və onun ən məşhur əsərləri haqqında məlumatları şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Karavacco və onun ən məşhur əsərlərini fərqləndirərək şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Karavacconun yaradıcılığını kiçik təqdimatlarla şərh edir.

Natürmortun real və abstrakt təsvirində sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən çətinliklə istifadə edir.

Natürmortun real və abstrakt təsvrində sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən müəllimin köməkliyilə

Natürmortun real və abstraskt təsvirində sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən düzgün istifadə qaydalarını

Natürmortun real və abstrakt təsvirində sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən düzgün istifadə edir.

21

Page 22: T.s. 7 metodik vesait

istifadə edir. bildiyini nümayiş etdirir.

Natürmortda forma və rəng çalarlarını çətinliklə fərqləndirir.

Natürmortda forma və rəng çalarlarını məntiqə əsasən fərqləndirir.

Natürmortda forma, rəng çalarlarını estetik xüsusiyyətlərinə görə tanıyaraq fərqləndirir.

Natürmortda forma, rəng çalarlarının estetik xüsusiyyətlərini asanlıqla fərqləndirir.

Verilmiş nümunədə natürmort janrını tanıyaraq şərh edir.

Təsviri sənətin müxtəlif janrları arasında natürmort nümunələrini qruplaşdıraraq şərh edir.

Təsviri sənətin müxtəlif janrları arasında natürmort nümunələrini xarakterik xüsusiyyətlərinə görə seçərək şərh edir.

Natürmort janrını xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

Dərs 9 / Mövzu: AVTOPORTRETMəşğələ növü: naturadan rəsm Alt standart: 1.2.1., 1.3.1., 2.1.2., 3.1.2.Dərsin məqsədi:

• təsviri incəsənətin portret janrını xarakterik xüsusiyyətlərinə görə şərh edir; • dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Rembrandt və onun

əsərləri haqqında məlumatları şərh edir; • avtoportretin real və ya abstrakt təsvirində, sulu boya, pastel tabaşirləri, sadə

və rəngli karandaşlardan istifadə edir; • avtoportret janrını xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

Təchizat: dərslik, boyalar, qara qələm, pastel tabaşirləri, sadə və rəngli karandaşlar

Inteqrasiya Az-d. 1.2.1.; Az-t. 1.3.1.; 5.3.1.; Ü-t. 5.1.1.; Ə. 2.2.1.; C. 3.2.1.Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin portret janrının növlərindən biri olan avtoportretin rolunu dərk etməsi, ona aid rəsm çəkməsi və görkəmli rəssam Rembrandt Xarmensvan Reyn haqqında məlumat toplamasıdır.

“Motivasiya” mərhələsini tətbiq etmək üçün müəllim rəssamin fotosunu və onun özünü çəkdiyi rəsmini boyuk vərəqə yapışdırır. Məsələn, Böyükağa Mirzəzadənin fotosu və onun özünü çəkdiyi rəsmi. Soruşa bilər:

- Bu şəkillər haqqında nə deyə bilərsiz? (biri rəssamin fotosu, digəri isə onun çəkilmiş portretidir)

- Rəssam öz portretini özü çəkirsə bu onun avtoportretidir. Yəni təsvir edənin şəxsi portretinə avtoportret deyilir.

22

Page 23: T.s. 7 metodik vesait

Tədqiqat sualı: Rembrandt Xarmensvan Reyn haqqında nə bilirsiz? Avtoportreti hansı ardıcıllıqla çəkmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Xatırla blokunda olan sual, ümumiyyətlə avtoportret haqqında mövzuda yazılanlar şagirdlərlə birlikdə müzakirə olunur. Dərslikdəki mövzuda verilən Rembrandtın müxtəlif avtoportretlərinə baxırlar və onları müqayisə edirlər. Rəssamın xarakteri və daxili aləmi haqqında gördüklərini söyləyirlər.

Yeni mövzunu mənimsəmək üçün müəllim BİBÖ üsulunu tətbiq edə bilər. Yazı lövhəsində cədvəlin öncə BİB hissəsini çəkir. 3-cü “Öyrəndim” hissəsinə isə toxunmur.

Bilirik Istəyirik bilək• • •

? ? ?

Sinifdən Rembrandt, avtoportret haqqında bildiklərini soruşub cədvəlin 1-ci “Bilirik” hissəsinə yazır. Sonra bu haqda nə öyrənmək istədiklərini soruşur və meydana gələn sualları cədvəlin “İstəyirik bilək” hissəsinə yazır. Şagirdlər dərslikdə olan məlumatla tanış olurlar. Müəllim onlardan dərslikdən nə öyrəndikləri haqqında soruşur. Sonra cədvəlin 3-cü hissəsində yazılan “Öyrəndik” sözünü əlavə edir və oraya şağirdlərin əlavə öyrəndiklərini yazır.Mövzu müzakirə yolu ilə də öyrənilə bilər.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Rembrantın «Səfil oğulun qayıtması» mövzusu üzrə üç kompozisiya verilir. Onların hansı materiallarla işləndiyi soruşulur. Yaradıcı fəaliyyət.

1. Təlim nəticələri orta olan şagirdlər üçün: Öz avtoportretini çəkmək tapşırılır. O rəngli və ya qrafik ola bilər. Şagirdlərə xatırladın ki, üz simmetriya xəttinə malikdir və onun əyilməsi vərəq (kağız) üzərində başın hərəkətini müəyyənləşdirir.

Şagirdlərə rəsm zamanı izah edin ki, üz üç bərabər hissədən (çənə ilə burun, burun ilə qaşlar arası məsafə və alın) ibarətdir. Bunu nəzərə almaq vacibdir. Fərdi şəkildə avtoportreti çəkdikdən sonra onu ya boyalarla, ya pastel tabaşirlərilə, ya da sadə və rəngli karandaşlarla rəngləmək məsləhətdir.

23

Page 24: T.s. 7 metodik vesait

2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Aplikasiya texnikasında portret yaratmaq tapşırılır. Bu tapşırıq üz hissələri və onun ifadəsinin, xarakterinin dəyişməsinə necə təsir etdiyini öyrənməyə kömək edəcək.Şagirdlərdən Rembrandtın yaradıcılığına dair əlavə məlumat toplamaq və təqdimatlar hazırlamaq da tələb oluna bilər. Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualı cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhedir. • Rembrandtın əsərlərini taniyir; • Təsvir materiallarından düzgün istifadə edir;• Fərqləndirir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Avtoportret janrında verilmiş nümunələri tanıyaraq şərh edir.

Avtoportret janrında əsərləri bədii ifadə vasitələrinə görə şərh edir.

Avtoportret janrında olan əsərləri forma, məzmun və bədii ifadə vasitələrinə əsasən şərh edir.

Avtoportret janrında olan əsərlərin ideya, forma, məzmun, bədii ifadə vasitələrini şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Rembrandt və onun əsərlərini tanıdığını izah edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Rembrandt və onun ən məşhur əsərləri haqqında məlumatları şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Rembrandt və onun ən məşhur əsərlərini fərqləndirərək şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Rembrandtın yaradıcılığını kiçik təqdimatlarla şərh edir.

Avtoportretin real və abstrakt təsvirində sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən çətinliklə istifadə edir.

Avtoportretin real və abstrakt təsvrində sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən müəllimin köməkliyilə istifadə edir.

Avtoportretin real və abstraskt təsvirində sulu boya, rəngli karandaşlar, pastel tabaşirlərdən düzgün istifadə qaydalarını bildiyini nümayiş etdirir.

Avtoportretin real və ya abstrakt təsvirində, sulu boya, pastel tabaşirləri, sadə və rəngli karandaşlardan düzgün istifadə edir.

Verilmiş nümunədə təsviri sənətin portret janrını tanıyaraq

Təsviri sənətin müxtəlif janrlarında veilmiş

Təsviri sənətin avtoportret janrında verilmiş nümunələri

Avtoportret janrını xarakterik xüsusiyyətlərinə görə

24

Page 25: T.s. 7 metodik vesait

şərh edir. nümunələri qruplaşdıraraq şərh edir.

xarakterik xüsusiyyətlərinə görə seçərək şərh edir.

fərqləndirərək şərh edir.

Dərs 10 / Mövzu: İNSAN OBRAZI JANRLI ƏSƏRLƏRDƏMəşğələ növü: mövzu üzrə rəsm Alt standart: 1.2.1., 1.3.1., 2.1.1., 3.1.1.Dərsin məqsədi:

• təsviri incəsənətin məişət janrını xarakterik xüsusiyyətlərinə görə şərh edir; • dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi İlya Repin və onun

əsərləri haqqında məlumatları şərh edir; • həyati görüntüləri məişət janrında real və abstrakt təsvir edir;• məişət janrında olan əsərlərdə forma, ritm, rəng çalarlarını estetik

xüsusiyyətlərinə görə fərqləndirir. Təchizat: dərslik, boyalar, rəngli karandaşlar, flomasterlər, pastel tabaşirlər

Inteqrasiya Ü-t. 5.1.1.; 5.1.2.; İnf. 3.2.1.; 3.2.3.; Ə. 2.2.1.; Az-d. 1.1.1.; 1.2.1.; 1.2.4.; Az-t. 4.1.1.; 5.1.1.; Tex. 1.3.3.

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin süjetli-tematik rəsmlərdə olan insan obrazını təhlil etməsi, ona aid rəsm çəkməsi və görkəmli rəssam İlya Yefimoviç Repin haqqında məlumat toplamasıdır.

Müəllim İ.Repinin 4-5 süjetli rəsm əsərinin şəklini yazı lövhəsindən bərkidər və soruşa bilər:

- Bu əsərlərdə mövzu nədən ibarətdir? (fərziyyələr)- Mövzuda başlıca rol kimə məxsusdur? (insana)- Gördüyünüz süjetli əsərlərin müəllifi İ.Repindir.

Tədqiqat sualı: İlya Yefimoviç Repin haqqında nə bilirsiz? Zəhmətkeş insana aid süjetli rəsmi hansı ardıcıllıqla çəkmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Xatırla blokunda olan sual müzakirə olunur. Rəsm qalereyası blokunda olan əsərlər təhlil edilir. Şagirdlərin portretlərdəki insanların üzündəki ifadəni təsvir etməsi məsləhətdir. Müəllim soruşa bilər ki, bu portretlərə nəyə görə süjetli rəsm demək olmaz (ona görə ki, insanlar heç bir fəaliyyətdə göstərilməyib və süjet yaranmayib).

Yeni mövzu hisse-hisse oxunub müzakirə oluna bilər. Öncə Tanış ol bloku.

Sonra Bilirsənmi blokundakı yazı oxunur və müzakirə üçün sual verilə bilər ki, «Burlaklar Volqada» əsərində insanların üzündə hansı ifadəni görürsüz,

25

Page 26: T.s. 7 metodik vesait

hərəkətlərdə nə hiss olunur və s. Nəzərdən keçir blokundakı suallar müzakirə olunsa məqsədəuyğun olar. Beləliklə, bütün mətn oxunub təhlil edilir.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. «Burlaklar Volqada» əsərində perspektiv qanunları və kolorit həllini təhlil etmək tapşırılır. Tapşırıqda verilən sual da müzakirə olunsa məqsədəuyğun olar (Əsərdə insanların uzaqlaşan fiqurları ön plandakılara nisbətən necə təsvir olunmuşdur?). Yaradıcı fəaliyyət.1. Təlim nəticələri orta olan şagirdlər üçün: Kompozisiya mərkəzini, perspektivi və kolorit həllini nəzərə alaraq, süjetli rəsm çəkmək tapşırılır. Məsləhət görülür ki, zəhmətkeş insanın obrazını təsvir etməyə çalışsınlar.Rəsmi qruplarda yerinə yetirmək daha məqsədəuyğundur. Müəllim konkret mövzu da tapşırar, şagirdlər özü də mözvu seçə bilər. Xatırladın ki, kompozisiya həllini elə tapsınlar ki, ağırlıq mərkəzə düşsün. Bos yerlər qalmasın. Perspektivi verən zaman mütənasibliyi də nəzərə alsınlar (hansı obyekt o birilərinə nisbətdə balacadır, ya böyükdür. Məsələn, ev- adam və s.). İnsan rəsmi çəkərkən əvvəllərdə də qeyd edildiyi kimi, müəyyən hərəkətləri vermək üçün bir-birini cızma-qara etsinlər. 2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: İ.Repinin həyat və yaradıcılığı haqqında əlavə məlumatlar tоplamaq tapşırılır.Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualı cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhedir. • İ.Repinin əsərlərini taniyir; • Məişət janrında süjetli rəsm təsvir edir; • Fərqləndirir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Təsviri sənətin məişət janrında verilmiş nümunələri tanıyaraq şərh edir.

Təsviri sənətin məişət janrında olan əsərləri bədii ifadə vasitələrinə görə şərh edir.

Təsviri sənətin məişət janrında olan əsərləri forma, məzmun və bədii ifadə vasitələrinə əsasən şərh edir.

Təsviri incəsənətin məişət janrını ideya, forma, məzmun, bədii ifadə vasitələrinə görə ətraflı şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi İ.Repin və onun

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi İ.Repin və onun ən

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi İ.Repin və onun ən

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi İ.Repinin

26

Page 27: T.s. 7 metodik vesait

əsərlərini tanıdığını izah edir.

məşhur əsərləri haqqında məlumatları şərh edir.

məşhur əsərlərini fərqləndirərək şərh edir.

yaradıcılığını kiçik təqdimatlarla şərh edir.

Həyati görüntülərin məişət janrında real və abstrakt təsvirində bədii ifadə vasitələrdən səthi istifadə edir.

Həyati görüntülərin məişət janrında real və abstrakt təsvirində üsul-lardan və bədii ifadə vasitələrindən istifadə edir.

Həyati görüntülərin məişət janrında real və abstrakt təsvirində kompozisiya həllini, üsulları və bədii ifadə vasitələrini müəyyənləşdirir.

Həyati görüntülərin məişət janrında real və abstrakt təsvirində orijinal kompozisiya həllindən, müxtəlif üsullardan və bədii ifadə vasitələrindən istifadə edir.

Məişət janrında olan əsərlərdə forma və rəng çalarlarını çətinliklə fərqləndirir.

Məişət janrında olan əsərlərdə forma və rəng çalarlarını məntiqə əsasən fərqləndirir.

Məişət janrında olan əsərlərdə forma, ritm, rəng çalarlarını estetik xüsusiyyətlərinə görə tanıyaraq fərqləndirir.

Məişət janrında olan əsərlərdə forma, ritm, rəng çalarlarını estetik xüsusiyyətlərinə görə asanlıqla fərqləndirir.

III vahid

Dərs 11 / Mövzu: PARÇA ÜZƏRİNDƏ RƏNG VƏ ORNAMENT

Məşğələ növü: dekorativ – tətbiqi sənət Alt standart: 1.1.1., 2.1.2., 3.1.2.Dərsin məqsədi:

• parçanın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir;

• parçaların real təsvirində boyalar, flomasterlər, rəngli karandaşlar və qələmdən istifadə edir;

• təsviri incəsənətin dekorativ-tətbiqi sənət növünü xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

Təchizat: dərslik, boyalar, flomasterlər, rəngli karandaşlar və qələm

Inteqrasiya Az-d.1.2.1; 1.2.2.; 1.2.4.; Az-t. 1.3.1.; Ə. 2.2.1. Tex. 1.3.3. Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin parça haqqında məlumat toplaması və onun rəng həllini seçməklə və naxışlarla bəzəməklə eskizini çəkməsidir.

27

Page 28: T.s. 7 metodik vesait

“Motivasiya” üçün açar sözlər verilə bilər: insanın geyimində əhəmiyyətə malikdir; bəzəklidir; yuyulur; müxtəlif növ olur; xalqın mədəniyyətini əks etdirir. Müəllim soruşur:

- Bu sözlər sizə nəyi xatırladır? (parçanı)- Parça haqqında nə bilirsiz? (fərziyyələr)- Parça təsviri incəsənətin hansı növünə aiddir? (bəzəkli olduğu üçün

dekorativ-tətbiqi sənət)Tədqiqat sualı: Parçalar bir-birindən nə ilə fərqlənir? Parçanın eskizini çəkmək üçün hansı ardıcıllıqdan istifadə etmək lazımdır və nəyi nəzərə almaq vacibdir? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Xatırla bloku təhlil olunur. Parçaların adlarını söyləyirlər. Geyim tikmək üçün hansı parçalardan istifadə olunduğunu müzakirə edirlər.

Müəllim şagirdlərin hər birinə dərslikdəki mövzunun əvvəlcədən çıxarılmış surətini paylayır və onlara tapşırır ki, İQS vasitəsilə mətni aşağıda verilmiş xüsusi işarələrlə oxusunlar:“+” – yeni informasiyadır; “-” – bildiyimə ziddir“?” – qarışıq informasiyadır“!” – əvvəl bilirdimŞagirdlər parçalar haqqında olan mətni oxuyur və bu işarələrdən ibarət cədvəli doldururlar. Bunun üçün yeni və qarışıq olan informasiyanı, bildikləri və bilmədiklərini cədvəldə lazımi hissəyə qeyd edirlər.

Müəllim mətni oxuduqca aradakı Tanış ol, Bu maraqlıdır,Müqayisə et bloklarını da şagirdlərlə müzakirə edir.

Mətni mənimsəmək üçün BİBÖ cədvəlindən də istifadə etmək olar.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Dərslikdə parça şəkilləri verilir. Şagirdlərdən parçaların üzərində hansı naxışlar və rəng həlli olduğu soruşulur. Yaradıcı fəaliyyət.1. Təlim nəticələri orta olan şagirdlər üçün: Şagirdlərə öz istəklərinə uyğun parça çəkmək, onun rəng həllini seçmək və naxışlarla bəzəmək tapşırılır. Aşağıda verilmiş parça rəsmlərinin sxemlərindən istifadə edə bilərlər.

Müəllimin istəyilə şagirdləri altı qrupa ayırmaq da olar. Parçaları bəzəmək üçün 1 və 2-ci qruplar bildikləri şeirlərdən, 3 və 4-cü qruplar ornamentlərdən, 5 və 6-cı

28

Page 29: T.s. 7 metodik vesait

qruplar isə süjetli rəsmlərdən istifadə edə bilərlər. Beləliklə onlar Azərbaycan parçalarının öz bədii tərtibatına görə üç böyük qrupa bölünməsini dərk etmiş olarlar. 2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Evdə əllərinin altında olan müxtəlif materiallardan kiçik ölçülü xalçanı kollaj üsulu ilə hazırlamaq tapşırılır.Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhedir. • Parçanın eskizini çəkir; • Fərqləndirir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Parçanın insanların həyatında əhəmiyyətinə dair bəsit şərh verir.

Parçanın əsasında təsviri sənətin insanların həyat və məişətindəki əhəmiyyətini şərh edir

Parçaların əsasında cəmiyyətin və incəsənətin inkişafını müqayisə nəticəsində şərh edir.

Parçanın cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında ətraflı şərh edir.

Parçaların real təsvirində boyalar, flomasterlər, rəngli karandaşlar və qələmdən müəllimin köməkliyilə istifadə edir.

Parçaların real təsvirində boyalar, flomasterlər, rəngli karandaşlar və qələmdən çətinliklə istifadə edir.

Parçaların real təsvirində boyalar, flomasterlər, rəngli karandaşlar və qələmdən düzgün istifadə qaydalarını bildiyini nümayiş etdirir.

Parçaların real təsvirində boyalar, flomasterlər, rəngli karandaşlar və qələmdən sərbəst və yerində istifadə edir.

Təsviri incəsənətin dekorativ-tətbiqi sənət növünü xarakterik xüsusiyyətlərinə görə tanıyaraq şərh edir.

Dekorativ-tətbiqi sənəti təsviri incəsənətin digər növlərindən çətinliklə fərqləndirir.

Dekorativ-tətbiqi sənəti təsviri incəsənətin digər növlərindən fərqləndirir.

Təsviri incəsənətin dekorativ-tətbiqi sənət növünü xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.

Dərs 12-13 / Mövzu: CƏMİYYƏTDƏ GEYİMİN (KOSTYUMUN) ROLU

29

Page 30: T.s. 7 metodik vesait

Məşğələ növü: dekorativ-tətbiqi sənətAlt standart: 1.1.1., 1.2.2., 2.1.2.Dərsin məqsədi:

• cəmiyyətdə geyimin rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir; • dekorativ sənət növlərindən olan geyimləri xarakterik xüsusiyyətlərinə görə

şərh edir; • geyimlərin təsvirində boyalar, flomasterlər, rəngli karandaşlardanistifadə edir.

Təchizat: dərslik, boyalar, flomasterlər, rəngli karandaşlar

Inteqrasiya Az-d. 1.2.2.; 1.2.4.; Ü-t. 5.1.1.; Tex.1.3.3. Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin cəmiyyətdə geyimin rolunu dərk etməsi, bəyəndiyi üslubda olan geyimlərdən birinin eskizini çəkməsi və müxtəlif dövrlərə və xalqlara məxsus geyimlər arasında fərqi anlamasıdır.

Müxtəlif dövrlərə və üslublara aid geyimlərin fotolarını yazı lövhəsindən asmaq olar. Müəllim sual verə bilər:

- Bunlar nədir? (geyimlər)- Cəmiyyətdə geyimin rolu nədən ibarətdir? (insanlar bədənlərini yağışdan,

günəş şüalarından və s.qorumaq üçün paltar geyməyə başladılar və s.)- Gördüyünüz geyimlər bir-birindən nə ilə fərqlənir? (fərziyyələr)

Tədqiqat sualı: Cəmiyyətdə müxtəlif üslubların inkişafını nələrdə izləmək olar? Bəyəndiyin üslubda olan geyimlərdən birinin eskizini hansı ardıcıllıqla çəkmək olar və bu zaman nəyi nəzərə almaq lazımdır? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

Xatırla blokunda olan sual tehlil olunur. Qədim dövrlərdən bu günə kimi geyimlərin necə dəyişdiyi, hansı dəyişikliklərin müşahidə edildiyi müzakirə edilir. Şagirdlər Bilirsənmi, Tanış ol blokları haqqında da məlumat toplayırlar.

Yeni mövzunun bloklarla oxunub müzakirə olunması məsləhətdir. Şagirdlər

mövzu ilə “ziqzaq” üsulundan da istifadə edərək tanış ola bilərlər. Müəllim

“ekspert” qruplarının hərəsinə mövzudan seçərək bir geyim üslubu haqqında

məlumat toplamağı tapşıra bilər (məsələn, 1-ci “ekspert” qrupu antik üslub, 2-ci

“ekspert” qrupu bizans üslubu, 3-cü “ekpert” qrupu roman və 4,5,6-cı “ekspert”

qrupları isə qotik, intibah, barokko və rokoko üslubları haqqında məlumat toplaya

bilərlər). 2-ci dərs (1-ci dərsdə dərslikdə verilən mövzu nəzəri cəhətdən mənimsənilir. 2-ci dərsdə isə praktik iş yerinə yetirilir.)

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:

30

Page 31: T.s. 7 metodik vesait

Müəyyən et. İstənilən üsluba aid geyim və memarlıq nümunələrində ümumi əlamətlərin nədən ibarət olması soruşulur. Aşağıdakı fikri tamamlamaq tapşırılır. Fikri tamamla: Hər bir tarixi dövrdə cəmiyyətin inkişafında özünəməxsus üslublar yaranmışdır ki, bu da memarlıq və …daha dolğun əks olunmuşdur.Yaradıcı fəaliyyət.1. Təlim nəticələri orta olan şagirdlər üçün: Şagirdlərə bəyəndikləri üslubda olan geyimlərdən birinin eskizini çəkmək tapşırılır. Təklif olunur ki, geyimin səciyyəvi əlamətlərini təsvir edərək göstərməyə çalışsınlar.Təsvir üçün şagirdləri qruplara ayırıb, hər qrupa bir üslubda geyim çəkmək də tapşırılsa məqsədəuyğun olar. Geyim üslubunu özləri seçdikdə təkrarçılıq ola bilər. Müəllim isə hərəsinə bir üslubu çəkməyi tapşırsa daha səmərəli olar. Bu zaman dərslikdəki şəkillərdən istifadə edə bilərlər. Geyimin eskizini çəkdikdən sonra onu boyalar, flomasterlər, rəngli karandaşlarla rəngləyirlər. Müəllim xatırlada bilər ki, rəng zamanı kontrastlığa, ritmə fikir versinlər. Səliqəli rəngəsinlər. 2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Müxtəlif dövrlərə və xalqlara məxsus geyimlər haqqında əlavə məlumat toplamaq tapşırılır .Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Dərsin sonunda müəllim ümumiləşdirmə apara bilər:

- Geyimin rolu nədən ibarət oldu? (Məsələn, geyim insanın ictimai və ailə vəziyyətini, onun əmək fəaliyyətinin xarakterini və məişətini əks etdirir. Geyim xalqın mədəni və iqtisadi əlaqələri, onun estetik idealları və adətləri haqqında təsəvvür yaradır.)

Qiymətləndirmə meyarları: • Şərhedir. • Müxtəlif materiallardan istifadə etmək bacarığı nümayiş etdiriur;• Bəyəndiyi üslubda geyimi çəkir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Cəmiyyətdə geyimin insanların həyatında əhəmiyyətinə dair bəsit şərh verir.

Cəmiyyətdə geyimin insanların həyat və məişətindəki əhəmiyyətini şərh edir.

Cəmiyyətdə geyimin rolunu və əhəmiyyətini müqayisə nəticəsində şərh edir.

Cəmiyyətdə geyimin rolunu və əhəmiyyətini nümunələr əsasında ətraflı şərh edir.

Dekorativ sənətin növlərindən olan geyimlərə aid verilmiş nümunəyə səthi şərh verir.

Dekorativ sənətin növlərindən olan geyimlərdə istifadə olunan alətləri, materialları, naxış növlərini tanıyaraq

Dekorativ sənətin növlərindən olan geyimlərdə istifadə olunan alətləri, materialları, milli naxış növlərini

Dekorativ sənət növlərindən olan geyimləri xarakterik xüsusiyyətlərinə görə ətraflı şərh edir.

31

Page 32: T.s. 7 metodik vesait

şərh edir. fərqləndirərək şərh edir.

Geyimlərin təsvirində boyalar, flomasterlər, rəngli karandaşlardanplastilindən çətinliklə istifadə edir.

Geyimlərin təsvirində boyalar, flomasterlər, rəngli karandaşlardan müəllimin köməkliyilə istifadə edir.

Geyimlərin təsvirində boyalar, flomasterlər, rəngli karandaşlardandüzgün istifadə qaydalarını bildiyini nümayiş etdirir.

Geyimlərin təsvirində boyalar, flomasterlər, rəngli karandaşlardanistifadə etməklə real və abstraskt təsvir edir.

Dərs 14 / Mövzu: ORTA ƏSR RƏSSAMLARININ ƏSƏRLƏRİNDƏ GEYİMLƏR

Məşğələ növü: dekorativ-tətbiqi sənətAlt standart: 1.2.2.; 1.3.1.; 3.1.1.Dərsin məqsədi:

• dekorativ incəsənət növlərindən geyimləri xarakterik xüsusiyyətlərinə görə şərh edir;

• dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Velaskes və onun əsərləri haqqında məlumatları şərh edir.

• geyimlərdə milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə fərqləndirir.

Təchizat: dərslik, rəngli karandaşlar, А4, flomasterlər, rəngli kağızlar, karton, müxtəlif parça kəsikləri, moda jurnalı.

Inteqrasiya Az-d. 1.2.1.; 1.2.4.; Az-t. 5.1.1.; Ü-t. 4.1.1.; 5.1.1.; Ə. 2.2.1.Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr Mövzunun əsas məqsədi şagirdlərin orta əsr rəssamlarinin əsərlərində geyimlər, rəssam Diyeqo Velaskes haqqında məlumat toplaması, orta əsr və müasir, kişi, yaxud qadın geyimləri üçün eskiz modelləri hazırlamasıdır.

Müəllim orta əsrə aid geyimlərin şəkillərini yazı lövhəsindən asıb soruşa bilər:- Bunlar nədir? (geyimlər)- Onların müasir dövrə aiddirmi? (xeyr)- Bu geyimlərin müasir geyimlərdən fərqi nədir? (fərziyyələr) - Geyim insan həyatında hansı rol oynayır? (fərziyyələr)

Tədqiqat sualı: Diyeqo Velaskes haqqında nə bilirsiz? Orta əsr və müasir, kişi, yaxud qadın geyimləri üçün eskiz modellərini hansı ardıcıllıqla çəkmək olar? Şagirdlərin öz fərziyyələrini söyləməsi məsləhətdir.

32

Page 33: T.s. 7 metodik vesait

Xatırla bloku müzakirə olunur. Xarici görünüşünə görə insanların peşəsini necə müəyyən etmək araşdırılır. Müəllim təklif edə bilər ki, misallar gətirsinlər.

Yeni dərsi öyrənmək üçün mövzu bloklara uyğun fasilələrə ayrılır və fasilələrlə

oxu üsulundan istifadə edilir. Məsələn, Rəsm qalereyası, Müqayisə et, Tanış ol, Bilirsənmi. Oxu zamanı şagirdlər bloklar arasında qalan mövzu ilə də tanış olurlar. Bu müzakirənin daha əhatəli olmasına kömək edir.

Müəllim bu dərsdə dəyirmi masa (karusel) üsulundan da istifadə edə bilər. Bu üsul şagirdlərin indiyə kimi öyrəndikləri rəssamlar haqqında bilikləri təkrarlamağa kömək edər. Məsələn, şagirdləri dörd qrupa ayırmaq məsləhətdir. Sonra 4 vərəq götürüb hərəsinə bir rəssamın adı yazıla bilər- Diyeqo Velaskes, İlya Yefimoviç Repin, Rembrandt Xarmensvan Reyn, Mikelancelo Merizida Karavadjo. Vərəqlərin hərəsi bir qrupa verilir. Hər qrup ona verilən rəssam haqqında bir cümlə yazıb digər qrupa ötürür. O qrup da həmin rəssam haqqında öz bildiyini yazır və beləliklə vərəqlər qruplar arasında “gəzir”. Sonda hər rəssam haqqında qruplar tərəfindən yazılmış məlumat toplanır və oxunur. Müəllimin istəyilə rəssamların adları dəyişdirilə də bilər.

Rəssamları müqayisə etmək üçün konseptual cədvəl üsulundan da istifadə etmək məsləhətdir.

• Sərbəst iş üçün tapşırıqlarSağlamlıq imkanları məhdud olan şagirdlər üçün:Müəyyən et. Dəb (moda) necə dəyişmişdir sualına cavab verirlər. Yaradıcı fəaliyyət.1. Təlim nəticələri orta olan şagirdlər üçün: Orta əsr və müasir, kişi, yaxud qadın geyimləri üçün eskiz modelləri hazırlamaq tapşırılır. Geyimin kompozisiya həllini (siluet, nisbət, rəng) düzgün yerinə yetirməyə çalışmaq məsləhət görülür. Bu zaman şagirdlərə Sənətkar məsləhəti blokunu oxutdurun və təhlil edin. Eskizi orada göstərilən mərhələlərə uyğun çəksələr daha məqsədəmüvafiq olar. 2. Təlim nəticələri yüksək olan şagirdlər üçün: Diyeqo Velaskesin bədii yaradıcılığı haqqında əlavə məlumat toplamaq və təqdimat etmək tapşırılır.Müəllim şagirdlərlə birlikdə dərslikdə Özünü yoxla blokunda verilmiş ümumiləşdirici sualları cavablandırır. Qiymətləndirmə meyarları:

• Şərhedir. • Velaskes haqqında məlumat verir; • Geyimləri fərqləndirir. I səviyyə II səviyyə III səviyyə IV səviyyə

Dekorativ incəsənət növlərindən

Dekorativ incəsənət növlərindən

Dekorativ incəsənət növlərindən

Dekorativ incəsənət növlərindən

33

Page 34: T.s. 7 metodik vesait

geyimləri səthi şərh verir.

geyimlərdə istifadə olunan materialları, naxış növlərini tanıyaraq şərh edir.

geyimlərdə istifadə olunan alətləri, materialları, milli naxış növlərini fərqləndirərək şərh edir.

geyimləri xarakterik xüsusiyyətlərinə görə ətraflı şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Velaskes və onun əsərlərini tanıdığını izah edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Velaskes və onun ən məşhur əsərləri haqqında məlumatları şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Velaskes və onun ən məşhur əsərlərini fərqləndirərək şərh edir.

Dünyanın görkəmli təsviri incəsənət nümayəndəsi Velaskes və onun əsərləri haqqında məlumatları kiçik təqdimatlarla şərh edir.

Geyimlərdə milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) çətinliklə fərqləndirir.

Geyimlərdə milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) məntiqə əsasən fərqləndirir.

Geyimlərdə milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə tanıyaraq fərqləndirir.

Geyimlərdə milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə asanlıqla fərqləndirir.

Dərs 15 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat: dərslik,

Inteqrasiya

Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

34

Page 35: T.s. 7 metodik vesait

Dərs 16 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 17 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 18 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

35

Page 36: T.s. 7 metodik vesait

Dərs 19 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 20 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 21 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

36

Page 37: T.s. 7 metodik vesait

Dərs 22 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 23 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 24 / Mövzu:Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

37

Page 38: T.s. 7 metodik vesait

Dərs 25 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 26 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

Dərs 27 / Mövzu: Məşğələ növü:Alt standart:Dərsin məqsədi:

•Təchizat:Təlim məqsədlərinin reallaşdırılmasına dair tövsiyələr və müəllim üçün əlavə məlumat

38

Page 39: T.s. 7 metodik vesait

39