Upload
others
View
4
Download
0
Embed Size (px)
Citation preview
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
1
V FƏSİL
Diasporlarımızın fəaliyyəti - 2014-cü il
MÜNDƏRİCAT
Dövlətin diaspor siyasəti ............................................................................................................................ 3
Azərbaycan diasporu dünyanın bütün ölkələrində yüksək səviyyədə təşkilatlanmışdır ............................ 5
Diaspor təşkilatlarının xarici KİV-lərlə əməkdaşlığı .................................................................................. 8
Müasir dövrdə diaspor quruculuğu: Mövcud imkanlar və perspektivlər .................................................. 10
Azərbaycan diasporu dünyada ciddi bir qüvvəyə çevrilir ........................................................................ 12
Azərbaycan diasporu – Vətənin xaricdə layiqli təmsilçiləri ..................................................................... 14
Azərbaycanda diaspora və lobbiçilik quruculuğu .................................................................................... 18
Diaspor hərəkatında aktiv olan qadınlar ................................................................................................... 21
Diaspor təşkilatları soyqırım qurbanlarını yad ediblər ............................................................................. 23
Diaspor təşkilatları xarici ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edirlər ........................................ 25
Azərbaycan diasporu lobbi fəaliyyətinə doğru ......................................................................................... 27
Azərbaycan diaspor təşkilatlarının sayı 450-yə çatıb ............................................................................... 29
Mühacirət həyatı yaşayan soydaşlarımızın diasporun formalaşmasında rolu .......................................... 31
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi: möhtəşəm uğurlara doğu ................................................ 33
“Dispora siyasiləşməkdən çəkinməlidir“ .................................................................................................. 37
“Diaspor nümayəndəsi olmaq məsuliyyətli işdir” .................................................................................... 39
Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələr ................................................................... 41
Diaspor quruculuğu siyasətinin banisi ...................................................................................................... 43
Diasporun elektron imkanları ................................................................................................................... 45
Azərbaycan diasporunun Amerikada formalaşma tarixi .......................................................................... 48
Rusiyada Azərbaycan diasporunun formalaşma tarixi ............................................................................. 50
Azərbaycan diasporunun Rusiyada formalaşma tarixi ............................................................................. 52
Avstriyada Azərbaycan diasporunun formalaşma tarixi........................................................................... 54
Ukraynada Azərbaycan diasporu üstün mövqelərə sahib olur ................................................................. 55
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası uğurlu diaspor təşkilatı kimi .......................... 57
Azərbaycan diasporunun Özbəkistanda formalaşma tarixi ...................................................................... 59
İsveçdə Azərbaycan diasporunun formalaşma tarixi ................................................................................ 61
Azərbaycan diasporunun Qazaxıstanda formalaşma tarixi....................................................................... 63
Kanadada Azərbaycan diasporunun formalaşma tarixi ............................................................................ 64
Niderlandda Azərbaycan diasporunun formalaşma tarixi ........................................................................ 65
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
2
“Litva – Azərbaycan” Assosiasiyası-Uğurlu diaspor təşkilatı kimi ......................................................... 67
“Qırğızıstanda diasporumuza yüksək səviyyədə münasibət var” ............................................................. 69
Diaspora sahəsində möhkəm hüquqi baza mövcuddur ............................................................................. 71
Azərbaycan diasporu Almaniyada aktiv fəaliyyətdədir ............................................................................ 73
“Diaspor üzvlərinin yenilənməsi gənclərsiz mümkün deyil” ................................................................... 75
“Hollandiyadakı diaspor təşkilatları arasında heç bir problem yoxdur”................................................... 77
Azərbaycanlı tələbələr və diaspora ........................................................................................................... 79
“Hər bir təşkilat və fərd Azərbaycan üçün bir şeylər etməyə çalışır” ...................................................... 82
“Azərbaycan diasporasının son illərdəki fəaliyyəti yüksək qiymətləndirilməlidir” ................................. 84
Diasporamızın vahid mərkəzi – Azərbaycan ............................................................................................ 86
Diaspora quruculuğu davam etdirilir ........................................................................................................ 88
Diaspora təşkilatlarımızı birləşdirən məkan – Azərbaycan ...................................................................... 90
Diaspora təşkilatlarımız təsirli üsullara yiyələnməlidir ............................................................................ 92
Azərbaycan diasporu 10 il əvvəl .............................................................................................................. 94
Azərbaycan diasporu Litvanın ikili standart siyasətinə qarşı ................................................................... 96
Azərbaycan diasporunun vahid birlik ideyası .......................................................................................... 98
Diaspor fəaliyyətimizin gücləndirilməsi üçün vahid informasiya mərkəzi qurulmalıdır ....................... 100
Azərbaycan diasporu üçün müsbət tendensiya ....................................................................................... 102
Diaspor təşkilatlarımız fəallığını artırmalıdır ......................................................................................... 104
Azərbaycan diasporunun ideoloji təməli ................................................................................................ 106
Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi ........................................................................... 108
Diaspora və lobbiçilik necə yarandı?...................................................................................................... 110
Leyla Əliyeva və Azərbaycan diasporu .................................................................................................. 112
Kanadada Azərbaycan ............................................................................................................................ 114
Diasporumuz sosial şəbəkələrdən düzgün bəhrələnə bilirmi? ................................................................ 115
Diaspor təşkilatlarının uğurlu Xocalı kampaniyası ................................................................................ 117
Diaspor məsuliyyəti ................................................................................................................................ 119
Azərbaycan diasporunun əsas prinsipi ................................................................................................... 122
Diaspora təşkilatlarımız təsirli qüvvəyə çevrilib .................................................................................... 124
“Diaspor təşkilatlarının maraqlı layihələri var” ...................................................................................... 126
Güclü və müstəqil Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyidir ........................................ 128
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
3
Dövlətin diaspor siyasəti
İstənilən sahədə olduğu kimi diaspora sahəsində dövlətin dəstəyi və həmin istiqamətə yardımın ayrılması
önəmlidir. Bu gün dünyada aparıcı rola malik olan bir sıra ölkələrin diasporlarına nəzər yetirsək aydın şəkildə
görərik ki, məhz onlar dövlətin ilkin mərhələdə ciddi dəstəyi nəticəsində hazırkı vəziyyətə gəlib çıxa biliblər. Bu
müsbət tendensiya Azərbaycanda da müşahidə edilməkdədir. 1991-ci ildə tarixində ikinci dəfə müstəqillik əldə
etmiş Azərbaycan dövləti əksər sahələr kimi diaspor sahəsini də özünün əsas prioriteti hesab edərək bu
istiqamətə diqqəti artırdı. Çox keçmədən bu istiqamətdə mühüm qərarlar qəbul edildi, dövlət səviyyəsində
məqsədyönlü addımlar atıldı. “Diaspor və Lobbi” Araşdırmalar Mərkəzinin rəhbəri Zaur Əliyev də hesab edir
ki, Azərbaycan dövləti diaspor sahəsinə lazımı qədər diqqət ayırıb, bu sahənin inkişaf etdirilməsi üçün müvafiq
addımlar atıb: “ Azərbaycan dövləti yarandığı ilk gündən etibarən təkcə respublika vətəndaşlarının deyil,
ümumiyyətlə, bütün dünya azərbaycanlılarının yeganə milli varlıq simvolu, onların milli qürur mənbəyi və
etibarlı istinad mərkəzi, himayədarı və milli-siyasi mövcudluq üsulu kimi çıxış edir. Təsadüfi deyil ki,
dövlətimiz dünya azərbaycanlılarının ümummilli mənəvi birliyi və həmrəyliyi ideyasının əsas strateji
mərkəzlərdən biri kimi götürüldüyünü, bu cür həmrəyliyin dövlətimizin və xalqımızın ən ali məqsədlərindən
biri olduğunu rəsmən bəyan etmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi,
Dünya Azərbaycanlılarının I, II, və III Qurultayının keçirilməsi, Diasporla İş Üzrə Dövlət Komitəsinin
yaradılması və ən əsası Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında Qanunun mərhum
prezident Heydər Əliyev tərəfindən imzalanması dövlət üçün diaspor probleminin nə dərəcədə aktual olduğunun
bariz göstəricisidir. Azərbaycan dövləti bu addımları atmaqla çoxsaylı və geniş imkanlara malik olan
diasporumuzla qarşılıqlı, faydalı, hərtərəfli, intensiv və ardıcıl əlaqələr qurmaq istiqamətində maraqlı olduğunu
nümayiş etdirir. Ancaq bu gün diasporumuzun üç mərkəzçilik (vətəndaşlıq mənsubiyyətindən asılılıq) faktoru
kimi formalaşması səbəbilə xarici siyasət kursunda tam olaraq müəyyənləşdirilmə aparılmayıb. Azərbaycan
dövlətinin öz milli kimliyini qoruyub saxlaması və bu gün dünya birliyində layiqli yer tutması üçün mütləq
yeritdiyi xarici siyasət konsepsiyasına diasporla bağlı münasibətdə redaktələr edilməlidir”. Zaur Əliyev deyir ki,
dövlət maddi və siyasi dəstəyini potensial şəkildə diaspor-lobbi təşkilatlarına dəstək kimi ortaya qoyaraq bu
prosesi sürətləndirir: “Diaspor-lobbi siyasətinin mahiyyəti buradakı insanların sosial sifarişlərinə siyasi dəstəyi
qazanmaq bu istiqamətdə təşkilatlanaraq eyni zamanda mənsub olduqları millətin dövlətinə xaricdə xidmət
etmək kimi qəbul olunur. Müasir dövrdə, qloballaşan dünyada professional səviyyədə hazırlanan xarici siyasət
konsepsiyası hər bir dövlətin xarici siyasət kursunun səmərəliliyinə təsir göstərən əsas və vacib amildir”.
Mərkəz rəhbərinin sözlərinə görə, diaspor təşkilatlanmalarını həyata keçirmək üçün dövlətlərin rolu daha
cəzbedici görünür: “Burada dövlət xarici siyasətini sistemli şəkildə həmin ölkələrdəki diaspor qurumları ilə
həyata keçirir, yalnız maddi və mənəvi dəstəyi daim ikinci planda saxlayır. Beynəlxalq siyasətin tərkib hissəsi
kimi diaspora təşkilatlarının rolu əvəzedilməzdir. Təsəvvür edin ki, Azərbaycanın hər hansı bir xarici ölkədəki
diaspor qurumu həmin ölkənin ali qanunverici orqanları ilə sıx əlaqədədir və eyni zamanda bu orqanda potensial
bazaya malikdir. Belə olduğu təqdirdə diaspor mövcud imkanlarını ortaya qoyaraq həmin ölkə ilə Azərbaycanın
iqtisadi siyasətini əlaqələndirir. Burada məntiqlə əsas hədəf odur ki, iqtisadi baxımdan sistemli şəkildə qarşılıqlı
fəaliyyət göstərən dövlətlər istər istəməz xarici siyasətdə bir-birlərinin maraqlarını nəzərə alır və bu siyasəti
daima korrektə edir. Diaspor təşkilatlarının başqa güclü tərəfi isə regional əlaqələrin qurulmasına nail
olunmasıdır. Qeyd etdiyimiz kimi, hər bir diaspor öz dövləti ilə, yaşadığı ölkə arasında faydalı dostluq və
əməkdaşlıq münasibətlərinin qurulmasında və mövcud münasibətlərinin genişləndirilməsində pozitiv, bəzən isə
müstəsna rol oynaya, stimul kimi çıxış edə, eləcə də ana vətənlərinin sosial-iqtisadi, mədəni və hüquqi-siyasi
quruculuq işində yaxından iştirak edə bilər”. Zaur Əliyev deyir ki, Azərbaycan dövləti gənc olmasına
baxmayaraq 1991-ci ildən bu günə qədər fəaliyyət göstərdiyi müstəqillik illərində çox önəmli addımlar atıb:
“Lakin diasporumuzun hələ də tam olaraq birləşməməsi, vətəndaşlıq mənsubiyyəti problemlərinin çözülməməsi,
dövlətlə diasporun münasibətində bəzi tərəddüdlərin olması və digər məsələlərin həllində boşluqlar olması
xarici siyasət konsepsiyasında dəyişikliklərin edilməsinə ehtiyac var. İlk olaraq Azərbaycan dövlətinin diasporla
bağlı qəbul edilən qanun layihəsini nəzərdən keçirək. Çox mükəmməl tərtib edilən qanun layihəsi bir başa
xaricdə yaşayan azərbaycanlılara şamil olunur. Dövlət qanunun tərtib edilməsi zamanı milli təhlükəsizlik və
dövlətçilik amili önə çəkilib. Bu öz-özlüyündə müsbət haldır, lakin unutmaq lazım deyil ki, Azərbaycan
diasporu deyiləndə Şimali-Cənubi və Türkiyədən müxtəlif illərdə mühacirət prosesinə qoşulan soydaşlarımızla
yanaşı, Gürcüstan və Rusiya ərazisi kimi qəbul edilən Borçalı və Dərbənd azərbaycanlıları da nəzərdə tutulur.
Azərbaycan Respublikasının Qanunda dolayısı olaraq bu şəxslərin müdafiəsi də nəzərdə tutulur. Lakin dövlət
birbaşa olaraq Rusiya, İran və Gürcüstanda yaşayan soydaşlarımızı diaspordan ayıra bilməz. Çünki sərhəd və
diplomatik bağlılığı olan dövlətlər arasında ərazi-milli münaqişəsinin hazırkı dövrdə baş verməsi Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
4
üçün müsbət dividentlər gətirə bilməz. Buna görə də dövlət ikili vətəndaşlıq məsələsində bir qədər ehtiyatlı
davranır. Lakin onlar kənarlaşdırılmır da. Qanunda bu məsələyə AR Konstitusiyasının 6-cü maddəsinin I
hissəsini əsas götürülərək, hər bir diasporun nümayəndəsi Azərbaycanda olan zaman ölkə vətəndaşları kimi eyni
hüquqa malikdirlər.
Azərbaycan Respublikasının sözü gedən Qanunu hüquqi dövlətçilik baxımından yüksək səviyyədə tərtib
edilməsinə baxmayaraq, diasporla əməkdaşlığın gücləndirilməsi istiqamətində beynəlxalq təcrübədə mövcud elə
strateji xətlər var ki, qeyd etdiyimiz kimi, dövlət bunu dolayısı yollarla da həyata keçirə bilər. Qeyd olunanlar
bir daha təsdiqləyir ki, müasir Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər
bir azərbaycanlının hüquqlarını müdafiə etməyi, soydaşlarımızın problem və qayğılarının həllinə yardım
göstərməyi özünün prioritet vəzifələrindən biri elan etmişdir. Mərkəz rəhbərinin sözlərinə görə, hazırda bu işin
aparılması üçün bir çox beynəlxalq aləmdə tanınan diaspor təşkilatları var: “Bunlar Dünya Azərbaycanlıları
Konqresi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Avropa Azərbaycanlıları Konqresi və s. vasitəsilə
dövlət rəsmən açıqlaya bilmədiyi xarici siyasət konsepsiyasını reallaşdıra bilər. Bəs Azərbaycan Respublikası
xarici siyasət kursunda diasporla iş aparmaq prinsipləri necə tərtib olunmalıdır? Bunun üçün ilk olaraq
azərbaycanlıların vətəndaşlıq mənsubiyyəti mütləq nəzərə alınmalıdır. Eyni zamanda azərbaycanlıların
məskunlaşdığı dövlətlərin siyasi sistemi, Azərbaycan Respublikasına olan münasibəti, burada məskunlaşan
soydaşlarımızın mühacirət səbəbi, sosial-iqtisadi durumları, Vətənə münasibətləri və s. səbəblər ciddi olaraq
öyrənilməlidir. Dövlət xarici siyasətində tez-tez statistik araşdırmalara diqqət yetirməlidir. Fikrimizcə siyasətin
aparılmasında daha vacib istiqamətlər tam olaraq müəyyən edilməlidir. Bunlara incəsənət, iqtisadiyyat, hüquq,
media, elmi-analitik informasiya, idman və s. sahələr də daxil edilməlidir”. Zaur Əliyev onu da qeyd edir ki, ilk
olaraq – informasiya sahəsinə xarici siyasət konsepsiyasında mühüm yer ayırmaq lazımdır: “Qeyd etdiyimiz
kimi informasiya sahəsində irəlidə olmaq bütün problemlərin həll olunmasına nail olmaq üçün atılan zəruri
addımdır. Məlumdur ki, hazırda Azərbaycan diasporuna məxsus bir çox ölkədə informasiya işinin aparılması
üçün TV-Radio kanallar, qəzet-jurnallar, internet saytları və s. vasitələr mövcuddur. Lakin saytların primitiv
dizaynı, hər bir saytın məğzinin yalnız mədəniyyət və öz-özünü öymələrdən ibarət olan paneqrinlər, eqoseitrik
açıqlamalar təşkil etməsi qloballaşan dünyada özünü sübut etməyə yetərli deyil. Müasir dünyada təbliğatın ən
əsas vasitəsi TV kanalları sayılır. Avropa və Amerika ölkələrində TV kanalı açmaq çox maliyyə tələb edir.
Lakin hər hansı bir kanalda müəyyən vaxt əldə etmək üçün yalnız bu ölkələrdə yaşayan diaspor təşkilatlarının
müraciəti yetərli olar. Ancaq bu verilişlərin yayım dairəsi müəyyən şəhərin hüdudları çərçivəsində olur. İnternet
saytı açmaqda isə heç bir məhdudiyyət yoxdur. Müəyyən məbləğə satılan domenlər və yaxud pulsuz olaraq
xidmətə verilən saytları açmaq üçün yalnız vaxt və səbr lazımdır. Bu gün Azərbaycan diasporuna məxsus
minlərlə sayt var və onların sayı gündən-günə artsa da, məzmunda heç bir dəyişikliklər baş vermir. Bunun
aradan qalxması üçün dövlət müxtəlif elmi-tədqiqat mərkəzləri və qurumlara xaricdə yaşayan soydaşlarımızın
sərbəst çıxışını təmin etməlidir. Azərbaycanla əlaqəli saytı yaratmaq istəyən diaspor təşkilatları və yaxud fərdi
şəxslərin üzləşdiyi ən böyük problem tarix, mədəniyyət və s. ilə bağlı dolğun və səhih məlumatların yoxluğudur.
Qəzet-jurnal nəşr etmək də elə çox maliyyə tələb etmir. Bu işdə dövlətin xüsusi fondu olmalıdır ki, diaspor
təşkilatlarına qismən yardım etməklə rus, ingilis, fars dilli mətbuat təsis edə bilsinlər. Bu mətbuat orqanlarına
hər bir diaspor nümayəndəsinin çıxış əldə etmək hüququ olmalı, burada dərc edilən yazılarda müstəqil fikirlərin
əks edilməsində əngəlliklər olmamalıdır. Kitab, broşur və digər məlumatlandırıcı materialların çıxışına da
xüsusi yer vermək lazımdır. Azərbaycan barədə dolğun məlumatların əks olunduğu kitabların çap edilməsi
diasporla əməkdaşlıq strategiyasında özünəməxsus mövqe tutmalıdır”.
“Olaylar”.-2014.-10 yanvar.-№ 3.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
5
Azərbaycan diasporu dünyanın bütün ölkələrində yüksək səviyyədə
təşkilatlanmışdır
İttifaq MİRZƏBƏYLİ
Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin və müdrikliyinin əsas göstəricilərindən biri də
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətinin ətrafında
birləşdirilməsinə nail olması idi. Ümummilli liderimiz 1993-cü ilin yayında xalqın israrlı tələbi və davamlı
xahişləri ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni daim diqqət mərkəzində saxlayırdı.
Ulu öndərin elə bir xarici səfəri ola bilməzdi ki, getdiyi ölkədəki soydaşlarımızla görüşməsin, onları
Azərbaycana dəvət etməsin. Məhz həmin səbəbdən də dünyanın bütün ölkələrindəki diaspor təşkilatlarımızın
rəhbərləri öz fəaliyyətləri barədə söz açarkən “bizim qurumun bu şəkildə təşkilatlanmasının əsas səbəbi ulu
öndər Heydər Əliyevin çağırışları olmuşdur” deyirlər.
Azərbaycan diaspor təşkilatlarının bir mərama qulluq etməsi, müstəqil dövlətimizin ətrafında birləşmək
istəyi çox qısa bir zamanda soydaşlarımızı bir araya gətirdi. Bu, bir tərəfdən bizim əsrlərdən bəri milli
dövlətçilikdən məhrum edilməyimizlə bağlı idisə, digər tərəfdən də diaspor quruculuğunun beşiyi başında
Heydər Əliyev kimi siyasət dahisinin dayanması ilə bağlı idi. Xalqımızın xoşbəxtliyidir ki, ulu öndər Heydər
Əliyevin birləşdirib bir araya gətirdiyi Azərbaycan diasporunun fəaliyyətini Prezident İlham Əliyev beynəlxalq
aləmdəki türk diasporu ilə əlaqələndirməyi bacardı. Prezidentimiz bu istiqamətdə olan ilk addımları hələ
Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri
olarkən atmışdı. Məhz onun təşəbbüsü ilə AŞPA-dakı Azərbaycan və Türkiyə parlamentariləri eyni məqsədə
xidmət edən qərarlar qəbul etmiş, sonra bu addım Avropadakı Azərbaycan və türk diaspor təşkilatları tərəfindən
yaradıcılıqla davam etdirilmişdir. Cənab İlham Əliyev 2003-cü ilin payızında ölkəmizdə dövlət başçısı
seçildikdən sonra isə bu məsələni daim diqqət mərkəzində saxlamış, beynəlxalq aləmdəki diaspor təşkilatlarının
hamısı üçün nümunə olacaq bir əməkdaşlıq formulunun ərsəyə gəlməsinə nail olmuşdur.
Beş il əvvəl - 2008-ci il noyabr ayının 19-da Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində dünyanın hər yerində yaşayan soydaşlarımızla
müstəqil Azərbaycan dövlətinin əlaqələri yaradılmış, bütün soydaşlarımızın suveren Azərbaycan
Respublikasının ətrafında birləşdirilməsi üçün daha müasir yollar seçilmiş, daha çevik layihələr
reallaşdırılmışdır. Bu gün hamıya məlumdur ki, sayı təxminən 50 milyon nəfər olan dünya azərbaycanlılarının
10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların
yayılma coğrafiyasının araşdırılmasını və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir.
Azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə
qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun
mövcudluğu da məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub
hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə,
Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. 1970-ci ildən etibarən Turkiyədən,
1991-ci ildən isə Azərbaycandan çoxsaylı soydaşımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-
iqtisadi fəaliyyətinə öz təsirini göstərmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi məlumatlarında göstərilir ki, Azərbaycan diasporunun
yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son statistik məlumatlara görə ,
“Avropa azərbaycanlılarının” sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada,
Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on
minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada isə on mindən çox
göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min
nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti
Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus,
Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından
köçənlərdir.
Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində
məskunlaşan soydaşlarımızdan ibarətdir. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya
və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
6
Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda
isə təqribən bir milyona çatır.
Afrikada da yüz minlərlə soydaşımız yaşayır. Həmin qitədəki azərbaycanlıların sayı Misir və Əlcəzairdə
yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi
Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir. Avstraliya qitəsində isə
təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
İkinci Dünya müharibəsindən sonra ABŞ-da Azərbaycan diasporunun təşkilatlanma işi güclənməklə,
siyasi fəallıq dövrü başlandı. Türkiyədən, Cənubdan və Şimaldan köçən azərbaycanlılar pərakəndə halda olsalar
da, siyasi fəaliyyətə maraq göstərirdilər. İlk dəfə olaraq, 1947-ci ildə Türkiyədən ABŞ-a köçən soydaşlarımızın
“Azərbaycan” cəmiyyətini yaratması mühum tarixi hadisə idi. Saleh bəy Şeyxzamanovun rəhbərliyi ilə
fəaliyyətə başlayan “Azərbaycan” cəmiyyəti Nyu-York şəhərində yerləşirdi.
Bu bir tarixi faktdır ki, 1954-cü ildə Azərbaycan mühacirətinin tanınmış nümayəndəsi Zahid xan Xoyski
Amerikanın ali qanunverici orqanında cıxış etmişdi. Zahid xan Xoyski Konqresə Sovetlər Birliyinə daxil olan
respublikalar haqqında məsələnin müzakirəsi ilə əlaqədar Azərbaycan təmsilçisi kimi dəvət olunmuşdu. Zahid
xan Azərbaycanın müstəqilliyinin bərpası barədə cıxış etmiş və vətənimiz barədə ətraflı məlumat vermişdi.
ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları ətrafında birləşməsi tendensiyası Heydər Əliyevin 1994-cü ilin
payızında bu ölkəyə səfərindən sonra daha da sürətlənmiş, diaspor təşkilatlarımızın fəaliyyəti yeni keyfiyyət
qazanmışdı.
Amerika azərbaycanlıları ABŞ hökumətinə “907-ci düzəliş”, Dağlıq Qarabağ problemi, insan hüquqları
və sair mövzularla bağlı bəyanatlar göndərirlər. Amerika ali məktəblərində, diaspor təşkilatlarında Vətənlə
əlaqələr qurulması istiqamətində canlanma hiss olunur. 20 Yanvar, Xocalı soyqırımı kimi faciəli günlərimizi
anma tədbirləri ilə yanaşı, Novruz bayramı, 28 may Respublika Günü, 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və digər milli bayramlarımız böyük təntənə ilə keçirilir.
Ötən əsrin sonlarında Almaniyanın birləşməsi, Sovetlər Birliyinin çökməsi və Azərbaycanın müstəqillik
əldə etməsi Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaması ilə nəticələndi. Təhsil proqramı
əsasında azərbaycanlı tələbələrin Almaniyaya oxumağa göndərilməsi, azərbaycanlı həkim, mühəndis, inşaatçı,
texnoloqlar və digər peşə sahiblərinin bu ölkəyə miqrasiyası müstəqillik illərinin əsas hadisələrindən idi.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, 20 Yanvar və Xocalı soyqırımıları və
xalqımızın başına gətirilən digər faciələr Almaniyadakı azərbaycanlılar tərəfindən biganə qarşılanmırdı. Onlar
Vətənə, qaçqınlara yardım məqsədilə bir sıra tədbirlər həyata keçirirlər.
Azərbaycanlıların daha çox məskunlaşdığı ölkələrdən biri də Avstriyadır. Hazırda bu ölkədə 5
Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Ötən müddətdə Avstriyada azərbaycanlı icması tərəfindən
xalqımızın tarixinin və mədəniyyətinin təbliği ilə bağlı müxtəlif tədbirlər təşkil olunmuşdur. Qeyd etmək yerinə
düşər ki, türk dünyasının dostu, tarixçi alim mərhum Erix Fayql da məhz avstriyalı idi.
Dünyanın 5-ci qitəsi – Avstraliyada 8 minə yaxın soydaşımız məskunlaşıb. Əsasən türkiyəli və cənublu
azərbaycanlılardan ibarət olan Azərbaycan diasporunun tərkibi son 10 ildə şimaldan bura iqtisadi mühacirətin
artması səbəbi ilə günü-gündən genişlənir. Hər il Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Cəmiyyəti və Türk
Quruluşları Federasiyasının təşkilatçılığı ilə Avstraliyanın ən böyük məscidi olan Gelibolu Camisində Xocalı
soyqrımı anılır. Azərbaycan və Türk icmasının kompakt yaşadıqları Obern (Auburn) qəsəbəsində hər il Novruz
və digər bayramlarımız xüsusi qeyd edilir.
Avropanın inkşaf etmiş dövlətlərindən biri olan Belçikada da soydaşlarımız məskunlaşıblar. Əsasən
turkiyəli azərbaycanlıların üstünlük təşkil etdiyi Belçikaya cənub və şimallıların kütləvi mühacirəti 1970-ci
illərdən sonra başlayıb. Türkiyədən Avropa ölkələrinə əmək xarakterli mühacirətdə buradakı azərbaycanlılar
intensiv iştirak etmişlər.
Britaniyada azərbaycanlılar digər türkdilli xalqlarla sıx əməkdaşlıq edirlər. 1990-cı ildə Londonda təsis
olunan Dünya Türkləri Komitəsində azərbaycanlılarla yanaşı türkdilli diasporun nümayəndələri fəal iştirak
edirlər. Hazırda türkdilli diasporlarla birgə fəaliyyət göstərən Azərbaycan diasporu burada mütəşəkkil
qruplardan hesab olunur. Soydaşlarımız Böyük Britaniyanın iqtisadiyyatının və elminin inkişafında da müəyyən
rol oynayıblar. Əsasən iqtisadi və texniki mütəxəssislər kimi dövlət və iri şirkətlərə işə dəvət olunan
azərbaycanlılar ictimai həyatda da fəal iştirak etməyə çalışırlar. Soydaşlarımız informasiya sahəsində də bir sıra
uğurlar əldə ediblər. Britaniyanın tanınmış TV kanalları və qəzetlərində Azərbaycanla əlaqəli bir sıra məqalələr
və çıxışlar olub və bu proses hazırda da davam etməkdədir. “Times”, “Herald Tribun of Europa” və digər
tanınmış qəzetlərlə yanaşı, “BBC” və digər TV kanalları Azərbaycana böyük diqqət ayrılır.
Fransadakı diaspor təşkilatlarımızın da zəngin təcrübəsi vardır. Azərbaycan Demokratik
Respublikasının süqutundan sonra azərbaycanlıların kütləvi köçdükləri ölkələr içərisində Fransa on yerlərdən
birini tuturdu. Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Ümbülbanu kimi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
7
tanınmış azərbaycanlılar Fransada məskunlaşmışdılar. 1991-ci ildə dövlət müstəqilliyimiz elan ediləndən sonra
Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin qurulması Azərbaycan diasporunun fəaliyyətinə də təsirini göstərdi.
Fransada bir-birinin ardınca “Qarabağ tarixi və indiki dövr”, “Qarabağ” (məqalələr toplusu), “Dağlıq Qarabağ”,
“Dağlıq Qarabağın tarixi və ona aid sənədlər” kitabları nəşr olunmuşdur.
Bir sözlə, bu gün dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımız Azərbaycan dövlətinin ətrafında
birləşmək, Heydər Əliyev siyasi kursunu dəstəkləmək, müstəqil Azərbaycan dövlətinin daha da
qüdrətləndirilməsi prosesinə öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər.
“Xalq qəzeti”.-2014.-11 yanvar.-N 04.-S.4
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
8
Diaspor təşkilatlarının xarici KİV-lərlə əməkdaşlığı
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də xalqımızın başına zaman-zaman gətirilən
müsibətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında heç şübhəsiz ki, xarici kütləvi informasiya vasitələrinin
rolu da mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatlarının bu sahədə fəaliyyəti, xarici KİV-lərlə qurduqları əlaqə bu mənada yüksək qiymətləndirilməlidir.
Müntəzəm olaraq diaspor təşkilatlarımızın fəaliyyət göstərdikləri ölkələrin nüfuzlu kütləvi informasiya
vasitələrinə çıxışı Azərbaycan barədə həmin ölkədə ətraflı məlumatın formalaşmasına imkan yaradır. Sevindirici
hal ondan ibarətdir ki, bu kimi hallara dünyanın müxtəlif ölkəsində rast gəlmək mümkündür və bu müsbət
tendensiya getdikcə daha da artır. Buna bir neçə örnək də göstərmək mümkündür. Belə ki, bir müddət əvvəl
Litvadakı Azərbaycan diasporu Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ silahlı
münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqlarına sərt münasibət bildirib. Litva azərbaycanlıları
cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən bu qalmaqallı olayların astarının üzə çıxarılması,
habelə ikibaşlı siyasət yürüdən bəzi Litva dövlət qurumları təmsilçilərinin ifşa edilməsi, Azərbaycana qarşı
burada fəaliyyət göstərən panerməni təbliğat qüvvələrin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması
üçün və ictimai fikrin düzgün istiqamətdə yönəldilməsi məqsədilə bir sıra əks təbliğat işləri, maarifləndirmə
aksiyaları həyata keçirilib və yerli mətbuatda silsilə məqalələr dərc etdirilib. Litva azərbaycanlıları cəmiyyətinin
sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi Mahir Həmzəyev bildirib ki, bu tədbirləri çərçivəsində
Litvanın www.balsas.lt xəbərlər portalında litvalı tarixçi və etnoloq, Litva-Azərbaycan Assosiasiyasının
prezidenti İmantas Melyanasın “Əgər diplomat Dağlıq Qarabağa “Arsax” deyirsə, biz də ona diplomat yox,
korazehin deməliyik” adlı litvaca tənqidi məqaləsi dərc olunub. Məqalə Litva diplomatlarının Ermənistan-
Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi barədə apardıqları gizli telefon danışıqları ilə bağlı
hazırda yaşanan qalmaqallı olaylara, eləcə də Litvanın Macarıstandakı səfiri Renatas Yuşkanın və Litva Xarici
İşlər Nazirliyində çalışan ermənipərəst dövlət qulluqçularının iç üzlərinin açılmasına xidmət edib. Eyni zamanda
məqalə Litva Seymində qondarma “Dağlıq Qarabağla parlament dostluq qrupunun” yaradılması təşəbbüsünü
qaldırmış ermənipərəst iş adamları və onların maliyyə dəstəyi sayəsində fəaliyyət göstərən muzdlu Litva millət
vəkillərinin ifşa olunmasına, həmçinin “Arsax” toponimi və “Arsax əyaləti” barədə həqiqətlərin Litvada
yayımlanmasına həsr edilib. Vilnüsdə litvaca buraxılan nüfuzlu “Litva xəbərləri” (“Lietuvos zinios”) qəzetinin
7 avqust 2013-cü il tarixində çıxmış sayında digər litvalı tarixçi, Litva-Azərbaycan Assosiasiyası İdarə
Heyətinin üzvü Arvidas Banyulisin “Profilər: peşəkarlar və yaxud naşılar?” başlıqlı məqaləsi çap edilib. Tarixi
səpkidə yazılmış bu məqalədə müəllif SSRİ rəhbərliyi tərəfindən Ermənistan və Litva ərazilərinin müxtəlif
yollarla genişləndirilməsinin, Azərbaycan torpaqlarının isə “qayçılanması”nın əsil səbəblərini araşdırır və tarixi
paralellər aparır. Müəllif həmin dövrdə cərəyan edən hadisələrdən ictimai-siyasi nəticələr çıxardır və bundan
qaynaqlanan geosiyasi müddəalar əsasında Azərbaycan sərhədlərinin birtərəfli qaydada ermənilərin xeyrinə
dəyişdirilməsini təsdiq edən faktları çox dürüst və inandırıcı bir şəkildə Litva ictimaiyyətinə təqdim edir. “Litva
xəbərləri” qəzetinin 9 avqust 2013-cü ildə buraxılmış sayında isə tanınmış ictimai-mədəni xadim, Litva
mədəniyyət nazirinin sabiq müavini, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Donatas
Valançyauskasın “Barokko dövrü üslubunda əhvalat” adlı siyasi pamflet janrında yazılmış əsəri çap olunub. Bu
əsərdə ermənipərəst Litva diplomatı Renatas Yuşka Qarabağ münaqişəsi ilə bağlı çıxartdığı hoqqalara və orta
əsrlərin səlib müharibələri ruhunda açıqladığı fikirlərə görə ictimai qınaq obyektinə çevrilib. Sonda Renatas
Yuşkanın ermənipərəst fəaliyyəti nəticəsində Litva diplomatiyasına gətirdiyi ləkəyə görə vəzifəsindən istefa
verməsi tələbi irəli sürülüb.
Türkiyənin Kocaeli vilayətinin yerli qəzeti olan “Koceli” mətbu orqanında da Azərbaycana həsr olunmuş
məqalə dərc edib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündarın müəllifi olduğu
yazıda Azərbaycanda iqtisadi, siyasi, sosial sahələrdə müşahidə edilən inkişafdan bəhs olunur. Bakıya növbəti
səfərinin təəssüratlarını paylaşan Bilal Dündar ölkədəki seçki ab-havasını və insanların artıq öz seçkilərə
münasibətini göstərib: “Xalq ölkədə çox böyük işlər görüldüyünü, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun
artdığını və bu dəfəki seçkidən sonra ölkə başçısından yeganə gözləntilərinin işğal altındakı torpaqların geri
alınmasıdır - deyir”. Bilal Dündar yazısında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə də toxunub.
Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış Dövlət Komitəsinin artıq on ildən çoxdur uğurla
fəaliyyətini davam etdirdiyini vurğulayan müəllif Azərbaycanla Türkiyə və digər türkdilli ölkələrin diasporunun
təşkilatlanmasını, qurultayların, konfransların, panellərin keçirilməsini xüsusi qeyd edib. Türkiyənin Kanal A
televiziyasının “A+Ekonomi” proqramında da Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyası (TADEF) və Azərbaycan Kültür Evinin fəaliyyəti haqqında reportaj yayımlanıb. Proqramda
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
9
TADEF sədri Bilal Dündar Azərbaycanla Türkiyəni birləşdirəcək Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xətti,
Bakı-Tiflis-Ərzurum qaz boru kəməri və Bakı-Tiflis-Ceyhan neft kəməri haqqında geniş məlumat verib. Eyni
zamanda 2012-ci ilin noyabrında Azərbaycan və Türkiyə hökumət nümayəndələrinin, millət vəkillərinin, kütləvi
informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təntənəli açılışı olmuş Azərbaycan Kültür Evində təşkil
olunmuş Xocalı soyqırımı muzeyinin əhəmiyyəti də qeyd edilərək 23 mindən çox insanın ziyarət etdiyi
vurğulanıb.
Murmansk vilayətinin yerli telekanalı olan “TV-21” kanalında doğma vətənimiz Azərbaycan haqqında
məlumatı, həmçinin bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının Rusiyadakı fəaliyyətini əks etdirən
reportaj yayımlanıb. Reportajın əvvəlində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və
səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayətindəki
yerli nümayəndəliyinin rəhbəri Afil Hüseynovun fəal diaspor fəaliyyətinə görə təltif edilməsi barədə məlumat
verilib. Daha sonra reportaj Azərbaycan xalqının dünyaya bəxş etdiyi elm və incəsənət nümayəndələrinin
Rusiya ictimaiyyətinə təqdimatı ilə davam etdirilib. Reportajda əsas diqqət Azərbaycan iqtisadiyyatına,
ölkəmizin regiondakı nüfuzuna, günü-gündən inkişaf etməsinə yönəldilib. Rusiya ictimaiyyətinə təqdim olunan
reportajda diaspor təşkilatımızın və regionda yaşayan soydaşlarımızın bu ölkənin sosial və iqtisadi həyatında
oynadıqları fəal rol əsas mövzulardan olub. Bundan başqa, Azərbaycan diasporunun Murmansk vilayətində
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər haqqında məlumat verilib, həmyerlilərimizin
cəmiyyətə sürətlə inteqrasiya etdiyi vurğulanıb.
Dubay hökumətinə məxsus “Əl-Bayan” qəzetində isə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən
“Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş
müsahibəsi dərc edilib. “Azərbaycan Qara Yanvar hadisələrinin 24-cü ildönümünü yad edir” başlıqlı məqalədə
qeyd edilir ki, hər il yanvar ayının 20-də Azərbaycan Respublikasında “Qara Yanvar” qırğınının ildönümü yad
edilir. Bildirilir ki, bu qirğin nəticəsində 137 nəfərdən artıq insan həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər həbs
edilib və 4 şəxs bu günə kimi itkindir. Müsahibədə cəmiyyət sədri qeyd edib ki,1990-cı ildə, Şərqi Avropa və
Mərkəzi Asiyanın üzərində əsən dəyişikliklər küləkləri Orta Asiya xalqlarının boyunlarına keçirilmiş dəmir
yumruğu qırmağa başladı. Yanvarın 20-nə keçən gecə, Sovet İttifaqının silahli qüvvələri Azərbaycan
Respublikasının paytaxtı Baki ṣəhərinin “Azadlıq” meydanında azadlığını və müstəqilliyini tələb edən silahsız
etirazçıların üzərinə vəhşicəsinə qanlı hücuma başladı. Bu, Kremlin rəhbərləri tərəfindən 1917-ci ildə başlayan
və 70 ildən artıq davam edən, insanlara qarşı aparılan repressiya və zülm siyasətinin dağılmasının qarşısını
almaq, Kommunist rejimini qoruyub saxlamaq üçün Sovet ordusu tərəfindən edilən çıxılmaz bir cəhd idi.
Müsahibədə o da vurğulanır ki, “Qara Yanvar” kimi tanınan Sovet qoşunlarının Azərbaycana hücumu bu
ölkənin tarixində dönüş nöqtəsi hesab edilir. Belə ki, xalq bu şanlı mübarizədən sonra öz müstəqilliyini əldə
etdi. Baxmayaraq ki, Sovet ordusu həmin gün şəhərdə asayişi bərpa etmək bəhanəsiylə, Azərbaycan
cəmiyyətinin müxtəlif təbəqələrindən ibarət olan milli-azadlıq hərəkatını dəf etmək məqsədilə xüsusi
qəddarlıqla Bakı şəhərinə hücum etmişdi. Birləşmiş Ərəb Əmirliyindəki Azərbaycan diasporunun rəhbəri Samir
İmanov bu hadisələrlə bağlı bildirib ki, böyük itkilərə və dinc insanların soyqırımına səbəb olmuş 20 Yanvar
faciəsi Azərbaycan xalqının mübariz və möhkəm xalq olduğunu təsdiq etdi. Samir İmanov qeyd edib ki, o qanlı
hadisələrdən uzun illər keçməsinə baxmayaraq xalqımız o əzəmətli gecəni xatırlayır və bu qırğını törədənlərə
dərin nifrətini bildirir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin imzaladığı sərəncama əsasən xalqımız o
ağrılı günü ümumxalq hüzn günü kimi xatirində yaşadır və hər il yad edir.
“Olaylar”.-2014.-23 yanvar.-№ 11.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
10
Müasir dövrdə diaspor quruculuğu: Mövcud imkanlar və perspektivlər
Bu gün dünyada “qloballaşma” adlanan mürəkkəb bir tarixi proses gedir.. Onun doğurduğu reallıqlar
Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif
regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirir. Başqa sözlə desək, indi
azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyildir, həm də
müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Sevindirici hal ondan ibarətdir
ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir.
Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor
quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə çalışır. Təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin
fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu
işinin ən mühüm məsələlərindəndir. Bu məqsədlə ötən dövrdə soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən
seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülüb və uğurlu nəticələr
qazanılıb. Hazırda rəsmi mənbələrə əsaslansaq dünyanın 70-dən artıq ölkəsində 200-dən çox Azərbaycan icma
və birlikləri fəaliyyət göstərir. Bu say isə ildən ilə artmaqdadır. Buraya biz üzvlərinin sayı az olan xırda
təşkilatları da aid etsək, dünyaya səpələnən soydaşlarımızın kifayət qədər təşkilati struktura malik olduğunu
qeyd edə bilərik. Xaricdəki Azərbaycan diaspor təşkilatlarının yaranması tarixinin hələ ötən əsrin əvvəllərinə
təsadüf etməsinə baxmayaraq müasir mərhələdə bu istiqamətdə canlanma 1988-ci ildən etibarən başlandı. Belə
təşkilatlanma prosesi 1993-cü ilə qədər davam etdi. Həmin dövrdə bu işdə Avropa ölkələrində yaşayan
soydaşlarımız fəallıq nümayiş etdirirdilər. Bir-birinin ardınca Avropa ölkələrində yaranan təşkilatlar üç
mərhələli sistem üzərində fəaliyyət göstərirdilər. Burada diqqəti çəkən əsas məqam yaranan bəzi təşkilatların
adlarında fərq olmasına baxmayaraq, onların bir şəxs tərəfindən təsisi edilməsi idi. Belə təşkilatların yaranması
isə eyni sxem üzrə bir neçə təşkilatın fəaliyyət göstərməsinə gətirib çıxarırdı. Bu cür təşkilatlar “ailə təşkilatları”
adı almaqla, onların kimin mövqeyindən çıxış etməsi və tələblərinin nə olması barədə ortaq fikrə gəlməsinə
əngəlliklər törədirdi. İlk olaraq Avropada bu illərdə ardıcıl yaranan təşkilatların apardıqları işlər sırf mədəni
xarakterli idi. Bu təşkilatların bir çoxu cənublu soydaşlarımız tərəfindən təsis olunduğundan onların
fəaliyyətində sol meyilli İran müxalifətçilik mövqeyi daha aşkar görünürdü. Mədəni təşkilatlar kimi
yarandıqlarını bəyan edən belə təşkilatlar Cənubi Azərbaycanı özlərinə “Kəbə” edərək molla rejiminə müxaliflik
nümayiş etdirirdilər. Ekspert Zaur Əliyev deyir ki, Avropada bu illər ərzində yaranan təşkilatların bir hissəsi
sırf siyasi məqsədlər naminə təsis edilmiş və onlar içərisində Azərbaycanın hər iki tərəfinin azadlığına çalışan
milli qüvvələrlə yanaşı, İran və sovet təsiri altında formalaşan satqınlar, irançı, ruspərəst, fars-rus şovinizminə
xidmət edən qüvvələr fəallıq göstərirdilər. Milli qüvvələrin üzvlərinə qarşı mübarizə aparmaq məqsədilə
yaranan belə təşkilatlar müstəqillik çıxışları səslənən tədbirlərdə qalmaqal salmaqla, təşkil etdikləri mədəni
tədbirlərdə üstünlüyü yalnız musiqi və ədəbiyyata verirdilər. Bəzi təşkilatlar isə iqtisadi maraqlar naminə təsis
edilirdi. Belə təşkilatlar digərləri kimi konsert proqramları təşkil etməklə yanaşı, İrana və “yenidənqurma”
dövrü yaşayan Azərbaycana gediş-gəliş işlərini əllərində cəmləməyə çalışırdılar. Gəlirli sahə olduğundan bu
təşkilatlara rəqib çıxan başqa təşkilatlar da bu istiqamətdə işlər aparmaq qərarına gəldikdə Avropada
təşkilatlanma prosesində ziddiyyətlər yarandı və təşkilatların özləri bir neçə yerə parçalanmalı oldu. Beləliklə,
kiçik təşkilatların federasiyalar və konqreslər şəkilində birləşdirilməsi zərurəti meydana çıxdı. İlk olaraq bu
addımı Birləşmiş Ştatlarda məskunlaşmış soydaşlarımız atdılar və Dünya Azərbaycanlıları Konqresi (DAK) adlı
qurumun təsis olunması prosesinə başladılar. Adından göründüyü kimi, ətrafında dünyanın müxtəlif
bölgələrində məskunlaşan azərbaycanlıları birləşdirən bu qurumun 1997-ci ilin iyun ayının 27-29-u ABŞ-da
keçirilən ilk toplantı zamanı yaradılması diasporumuzun formalaşması istiqamətində mühüm tarixi addım hesab
olunur. I Konqres dünya azərbaycanlılarının yaratdıqları təşkilatların vahid mərkəzdən idarə olunmasında
əhəmiyyətli qurum kimi gözlənilirdi. Konqresdə Şimali və Cənubi Azərbaycanın problemlərinin bərabər
səviyyədə götürülməsi nəzərdə tutulurdu. Lakin vətəndaşlıq mənsubiyyəti məsələsində olan neqativ hallar
Cənubdan və Şimaldan olan azərbaycanlılar arasında anlaşılmazlıqları üzə çıxardı.
Dünya Azərbaycanlıları Konqresindən başqa onun özünün də daxil olduğu Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurası (DAƏŞ) diaspor təşkilatlarını ətrafında birləşdirən II böyük qurum sayılır. Bu qurum
2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlarının I Qurultayı zamanı yaradılıb. 102 nəfərdən
ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının 23 nəfərlik İdarə Heyətində xaricdə yaşayan
soydaşlarımızla birgə yerli dövlət qurumlarında çalışan vətəndaşlarımız da təmsil olunur. Qurumun
səlahiyyətlərinə müəyyən sahədə diasporumuzla intensiv əlaqə yaratmaq da daxildir. Azərbaycan diaspor
təşkilatlarını ətrafında birləşdirən III böyük qurum 2004-cü ilin aprel aynın 17-də Almaniyanın Berlin şəhərində
təsis olunan Avropa Azərbaycanlıları Konqresidir (AAK). Təşkilatın yaranma zərurəti Avropada pərakəndə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
11
halında olan, Dünya Azərbaycanlıları Konqresi və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası kimi
qurumlarda təmsil olunan və olunmayan Azərbaycan təşkilatlarını birləşdirməkdən irəli gəlir. Diasporla İş üzrə
Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılan Avropa Azərbaycanlıları Konqresinin Əsasnaməsinə daxil olan
məqsəd və vəzifələr Avropada yaşayan azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, onların sosial-
siyasi və hüquqi maraqlarını təmin etmək, bu qitədə çoxtirajlı dövrü mətbuat və elektron kütləvi informasiya
vasitələrində təbliğat işinin aparılması, müxtəlif mövzulara aid konfrans, seminar, diskussiya, mətbuat üçün
brifinqlər, musiqili tədbirlər, sərgilər və başqa istiqamətli tədbirlər həyata keçirmək; Azərbaycan və türk dünyası
ilə bağlı elmi işlər və kitabların dəstəklənməsi; lobbiçilik və s. dir. Sayına və fəaliyyətinə görə Azərbaycan
diasporunun güclü olduğu dövlətlərdən biri Rusiya Federasiyasıdır. Rusiyada Azərbaycan diaspor təşkilatları 89
obyektin hamısında var. Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə çalışan 13 mərkəz fəaliyyət göstərsə
də, bunlardan ikisi Ümumrusiya Azərbaycanlılar Konqresi və Rusiya Azərbaycanlılarının Federal Milli
Mədəniyyət Avtonomiyası FNKA-Azerros ətrafında Azərbaycan cəmiyyətləri və təşkilatları toplaşıb və
Rusiyanın bir çox bölgəsində filialları var. Dünya azərbaycanlılarının ilk təşkilatlarından biri sayılan Amerika-
Azərbaycan Cəmiyyəti (AAC) 1958-ci ildə Nyu-Cersi şəhərində təsis olunub. Təşkilatın əsasını 1942-ci ildə
Türkiyədən Birləşmiş Ştatlara köçən soydaşlarımız tərəfindən qoyulmasına baxmayaraq, təşkilatın struktur kimi
1958-ci ildən fəaliyyətini genişləndirən AAC-ın əsas üzvləri Azərbaycan Demokratik Respublikasının
banilərinin nəvə və nəticələridir. Bu ölkədə qeydiyyatdan keçən təşkilatların sayı 20-30 arası olmasına
baxmayaraq fəallıq nümayiş etdirən Amerika-Azərbaycan Cəmiyyəti və «Bakinetz» Mədəniyyət Mərkəzidir.
Nyu-York şəhəri Bruklin hissəsində yerləşən mərkəz aktiv fəaliyyət göstərən Azərbaycan təşkilatlarından
biridir. Bu iki təşkilatın fəallığı sayəsində Amerikada lobbiçilik mexanizmini diaspor nümayəndələrindən təşkil
edilməsi mümkün olub və ictimai fikirdə qismən Azərbaycan münasibət müsbət yöndə dəyişib.
Təşkilatı strukturuna görə diasporumuzun əvvəllər fəal olduğu ölkələr içərisində Türkiyənin özünəməxsus
yeri var. Qeyd edək ki, diaspor təşkilatlarının həmrəyliyinə nail olmaq cəhdi ilk dəfə olaraq burada atılıb.
1989-cu ildə Türk Dünyası Ümumdünya Azərbaycanlılar Konqresi, 1990-cı ildə Türk dünyası Araşdırmalar
Vəqfinin təşəbbüsü ilə Kayseridə I millətlərarası Böyük Azərbaycan Konqresi və 1990-cı il noyabrın 30-dən 6-
dək İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzlərinin Birinci Qurultayı bu istiqamətdə keçirilən
tədbirlərdəndir.
Azərbaycan diasporunun təşkilatı strukturunun güclü olduğu dövlətlər içərisində Ukraynanı xüsusi olaraq
qeyd etmək olar. Hazırda Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri
fəaliyyət göstərir. Onlardan ən böyüyü bir çox regional diaspor təşkilatları ətrafında birləşdirən Ukrayna
Azərbaycanlıları Konqresidir ( UAK) .1999-cu ilin 21 martında təsis edilən UAK-ın yaranmasında Ukraynadakı
Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların rolu böyük olub.
“Olaylar”.-2014.-25-27 yanvar.-№ 15.-S.13.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
12
Azərbaycan diasporu dünyada ciddi bir qüvvəyə çevrilir
Azərbaycan gənc bir dövlət kimi tədricən öz inkişaf yolunu keçir. Ölkəmizdə gedən inkişaf prosesi
dünyanın ən qabaqcıl və qocaman ölkələrini belə geridə qoymaqdadır. İstər iqtisadiyyat, istər xarici siyasət,
istərsə də həyatın digər sahələrində ölkəmiz birincilər sırasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulan bu inkişaf indi də uğurla davam etdirməkdir. Ölkəmiz yola saldığımız 2013-cü ildə həm
daxildə, həm də xarici siyasətdə ciddi nailiyyətlər əldə etdi. Heç şübhəsiz ki, bu nailiyyətlər dövlətin apardığı
uğurlu xarici siyasətin sayəsində mümkün olub. Bu xarici siyasətin bir hissəsi də diasporumuzla bağlıdır. Artıq
bütün dünyada ciddi bir qüvvə kimi çıxış edən Azərbaycan diasporu ölkə başçısı İlham Əliyevin Türk
Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən səsləndirdiyi “Biz müdafiədən
hücuma keçməliyik” şüarından sonra daha qətiyyətli mövqe ortaya qoymağa başlayıb.
Bu gün Azərbaycan diasporunun geniş yayıldığı və fəal olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır.
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi olmuş,
filologiya üzrə fəlsəfə doktoru, Əhməd Şahidov da bu qənaətdədir. Bildirib ki, Rusiyada 3 milyona yaxın
azərbaycanlının yaşadığını nəzərə alsaq, şimal qonşumuzun bizim üçün nə qədər önəm kəsb etdiyini anlayarıq:
“Rusiyada azərbaycanlıların sayının kütləvi şəkildə artması 90-cı illərin əvvəllərində soydaşlarımızın əməkçi
miqrant kimi bu ölkəyə işləməyə gəlməsi ilə bağlıdır. Təxminən 20 il əvvəl Azərbaycandan Rusiyaya getmiş
soydaşlarımız həmin vaxt Rusiya cəmiyyətinə inteqrasiya etməkdə böyük problemlər yaşayırdılar. Dili
bilməmələri və digər səbəblərdən onlar sıxışdırılır, incidilirdilər. Təəssüf ki, həmin nəslin inteqrasiya problemi
indi də qalmaqdadır. Onları bəzən cəmiyyət içinə buraxmır, bəzən də sürətlə yenilənən Rusiya cəmiyyətinə
inteqrasiya etməkdə lazımi imkanlara sahib ola bilmirlər. Soydaşlarımız min bir əziyyətlə qazandıqları pulu
övladlarının təhsilinə yatırırlar. Nəticə bu gün göz qabağındadır. İndi 17-20 yaşında olan gənc soydaşlarımız
Rusiyanın ən prestijli ali məktəblərinin tələbələridir. Bu yerdə Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi
bir fikir yadıma düşür: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə
öyrətməyimizdən asılı olacaqdır.”
Heydər Əliyev bu sözləri həm də öz nümunəsində nümayiş etdirmiş oldu”. Əhməd Şshidovun sözlərinə
görə, məhz onun böyüdüb boya-başa çatdırdığı və tərbiyə verdiyi nəvəsi Leyla xanım Əliyeva indi Rusiyada
Azərbaycan gənclərinin güc mərkəzinə çevrilib: “Leyla Əliyevanın fəaliyyətini çoxdan izləsəm də, onunla şəxsi
tanışlığım 26 Fevral 2010-cu il tarixinə təsadüf etdi. Onda mən Rusiya Federasiyası Prezidenti yanında Dövlət
İdarəçiliyi Akademiyasının Hüquq fakültəsinin 2-ci kursunda təhsil alırdım. Günlərin bir günü dekanlıqdan
məni çağırıb dəvətnamə təqdim etdilər. Açığı, heç gözləmirdim. Məni Moskvanın ən nüfuzlu “Prezident”
Hotelində keçiriləcək “26 Fevral – Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirə dəvət
etmişdilər. Bu, artıq ardıcıl fəaliyyətin nəticəsi idi. Rusiyada təhsil alan bütün azərbaycanlı gəncləri axtarıb
tapmaq, onları Azərbaycanın milli maraqları ətrafında sıx birləşdirmək və bununla da Azərbaycan diasporunun
gücünü, qüdrətini bütün dünyada möhkəmlətmək. Həmin tədbirə gələndə həm təəccübləndim, həm də böyük
fəxarət hissi keçirdim. Rusiyanın demək olar ki, bütün ali təhsil müəssisələrindən azərbaycanlı gənclər həmin
tədbirdə yaxından iştirak edirdilər. Zalda Rusiyanın tanınmış ictimai-siyasi xadimləri, jurnalistlər, millət
vəkilləri var idi. Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin rəhbəri Leyla xanım Əliyevanın tədbirdəki
çıxışı hamı tərəfindən alqışlarla qarşılandı. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən
tədbirlərin nəinki Rusiyada, Avropanın bir çox şəhərlərində, habelə uzaq Amerika və Afrika ölkələrində də
reallaşdığını bildirən Leyla xanım Azərbaycan həqiqətlərinin bundan sonra da dünya ictimaiyyətinə
çatdırılacağını bildirdi» Əhməd Şahidovun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu işə fəal
qoşulmasına səbəb olub: ”Ümumiyyətlə, Leyla xanım Əliyevanın Rusiyadakı fəaliyyəti təkcə diaspora ilə
məhdudlaşmır. Onun rəhbərlik etdiyi Rusiya Azərbaycan Gənclər Təşkilatı eyni zamanda təhsil, səhiyyə və
sosial sahələrdə də çoxsaylı layihələr həyata keçirməkdədir. Statistikaya görə, Rusiyada 170 min azərbaycanlı
gənc yaşayır. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı bu gənclərin fiziki və mənəvi sağlamlığına dəstək verir.
Rusiyanın ən iri şəhərlərində, uzaq regionlarında əhalinin sağlamlığının təmin olunması, gənclərin elm, təhsil
yarışlarına cəlb edilməsi istiqamətində böyük layihələrə imza atılıb. Bunlardan Leyla Əliyevanın təşəbbüsü ilə
Moskvada azərbaycanlı tələbələrin bilik yarışmasının keçirilməsini, “Əmin ol ki, sağlamsan, xəstəliyə yox de!”
kampaniyası çərçivəsində Rusiyadakı azərbaycanlı gənclərin və Rusiya vətəndaşlarının həkim müayinəsindən
keçməsini, mütəmadi olaraq Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərin keçirilməsi və onların
problemlərinin həlli istiqamətində Leyla xanım Əliyevanın fəaliyyətini, Udmurtiyada Bazar günü məktəbinin
açılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi adına bağın açılışını, Rusiyadakı uşaq evlərinə mütəmadi
ziyarətlər və onlara maddi yardımların edilməsini, Azərbaycanın milli və dövlət bayramlarının Rusiyada yüksək
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
13
səviyyədə keçirilməsini və həmin tədbirlərdə Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin, sənət adamlarının
iştirak etməsini və bu kimi onlarla tədbirləri misal gətirmək olar. Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği üzrə çox ciddi iş aparır, Azərbaycanın xaricdə
həyata keçirdiyi bütün mədəni layihələrə dəstək göstərir. Leyla xanım Əliyevanın bir diaspor lideri kimi
fəaliyyəti təkcə AMOR təşkilatı ilə bitmir. Belə ki, Leyla Əliyeva eyni zamanda tanınmış “Bakı” jurnalının baş
redaktoru kimi həm Azərbaycanda, həm də Rusiyada kifayət qədər nüfuz qazana bilib. “Bakı” artıq neçə ildir ki,
rus dilində nəşr olunur. Jurnalın rus dilində hazırlanmış ilk sayı 2007-ci ilin dekabrında Moskvada təqdim
olunub. Bu qısa müddət ərzində “Bakı” jurnalı böyük nüfuz qazanıb və geniş maraq oyada bilib. Jurnalda
Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar təqdim olunur. Jurnalın həm
də ingilis dilində nəşr edilməsi Azərbaycan həqiqətlərinin yayılma coğrafiyasının bir qədər də genişlənməsindən
xəbər verir. Jurnalın çap olunduğu Böyük Britaniyanın “Conde Nast” nəşriyyatının məsul redaktoru Darius
Sanai deyib ki, ingilis dilində çıxan nəşr Azərbaycanı maddi və mənəvi sərvətləri ilə dünyaya tanıdır. O, jurnalın
hazırlanmasında Leyla Əliyevanın dəyərli, innovativ ideyalarla çıxış etdiyini vurğulayıb. Darius Sanai qeyd
edib ki, ingilis dilində çıxan nömrədə Azərbaycanın zəngin incəsənəti, mədəniyyəti haqqında maraqlı
materiallar verilib”. Natiq bildirib ki, Rusiya Federasiyası həm Azərbaycanın şimal qonşusu kimi, həm də 3
milyon azərbaycanlının yaşayış yeri kimi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də belə bir
coğrafiyada diaspor siyasətinə Leyla Əliyeva kimi gənc, perspektivli bir ictimai xadimin rəhbərlik etməsi çox
sevindiricidir. Eyni zamanda bu gün bütün dünyanın Avropa dəyərlərinə inteqrasiya olunduğu bir dövrdə
Azərbaycanın Avropadakı diaspor fəaliyyətinin gücləndirilməsinə də ciddi ehtiyac var idi. Bu səbəbdən
Avropada Azərbaycanın tanınmasında, Dağlıq Qarabağ kimi ağrılı problemimizin Avropanın sıravi
vətəndaşlarına, siyasət düşərgəsinə tanıdılmasında aparıcı rol oynayan Avropa-Azərbaycan Cəmiyyətinin
fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Məhz Avropa-Azərbaycan Cəmiyyətinin Böyük Britaniyada, mən
deyərdim, Avropanın tam mərkəzində Azərbaycan naminə fəaliyyəti artıq öz bəhrəsini verməkdədir. Avropa-
Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov gənc olmasına baxmayaraq, müasir dünyagörüşlü şəxsiyyət
kimi Avropada kifayət qədər tanınır. Tale Heydərov London iqdisadiyyat məktəbində beynəlxalq münasibətlər
və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə
malikdir. Çıxışlarının birində “Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya
parlamentində Azərbaycan lobbisi erməni lobbisindən qat-qat güclüdür” deyən Tale Heydərov Azərbaycanı
xarici ölkələrdə ləyaqətlə təmsil edir. Rəhbərlik etdiyi Cəmiyyətin əsas fəaliyyət istiqaməti Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizi dünyaya daha yaxından tanıtmaqdır. Tale Heydərovun beynəlxalq
səviyyəli mərasimlərdə Dağlıq Qarabağa “erməni təcavüzü”, Amerikanın insan hüquqları və demokratiya
haqqında hesabatlarında “ikili standartlar” haqqında çıxışlar etməsi və Konqresin Dağlıq Qarabağ anklavına
humanitar yardımı təmin etmək səylərindən şikayətlənməsi Azərbaycanın beynəlxalq arenada daha bir ictimai
uğuru kimi də qiymətləndirilə bilər. Tale Heydərov Azərbaycanın dünyada tanıdılması istiqamətində gərgin
səylərini bu gün də davam etdirir. Onun təqdimatını etdiyi “Qafqazda erməni məsələsi” kitabı da deyilənlərin
əyani təzahürü rolunda çıxış edir”.
“Olaylar”.-2014.-28 yanvar.-№ 14.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
14
Azərbaycan diasporu – Vətənin xaricdə layiqli təmsilçiləri
Qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor quruculuğu
sahəsində daha genişmiqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirir. Dünya azərbaycanlılarının
yalnız beşdə birinin Azərbaycanda yaşadığını nəzərə alsaq, onda inamla deyə bilərik ki, diasporumuz
böyük potensiala malikdir. Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı on milyonlarla ölçüldüyü
kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu, həm iqtisadi, həm də siyasi cəhətdən böyük
qüvvədir. Ona görə də bu qüvvənin cəmləşdirilməsi, onların Azərbaycan Respublikası ətrafında
birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada 450-dək Azərbaycan diaspor
təşkilatlarının olması da göstərir ki, bu istiqamətdə çox əhəmiyyətli addımlar atılmışdır.
Ekspertlərin də qeyd etdiyi kimi, diaspor hərfi mənada “dağılma”, “səpələnmə” demək olsa da, hər millətin,
xalqın Vətəndən ayrılması, dünyaya səpələnməsi diaspor yaratmır. Məsələn, dünyaya ən çox səpələnən xalqları
çinlilər və ərəblərdir, ancaq heç bir ölkədə ərəb, ya da çin diasporu yoxdur. Diasporun meydana gəlməsi,
yaranması üçün birinci əsas şərt Vətəndən kənarda yaşayanların doğma yurda bağlı olması, onun problemləri
ilə yaşamasıdır. Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas
ola biləcək bir ideya var — bu, azərbaycançılıqdır. Əgər biz ulu öndər Heydər Əliyevin yaratdığı bu
ideologiyanı daim yaşatsaq, inkişaf etdirsək, onun əsasında birləşsək böyük uğurlar qazana bilərik.
Azərbaycançılıq öz milli mənsubiyyətini, adət-ənənələrini qoruyub saxlamaq, eyni zamanda, onların
ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya ediriksə, deməli, bizim
mənəvi dəyərlərimiz də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Doğrudur, insan hansı ölkədə
yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın. Amma
dünyada eyni zamanda, assimlyasiya – millətlərin qaynayıb-qarışması prosesi də gedir. Odur ki, ulu öndər
Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi: “Azərbaycanlılar gərək
yaşadıqları ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi
dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır,
azərbaycançılıqdır”.
Respublikamızın müstəqilliyini bərpa etdikdən sonrakı dövrə nəzər salanda görürük ki, diaspor təşkilatları
daha da güclənmiş, mütəşəkkil bir qüvvəyə çevrilmiş, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr
möhkəmlənmiş, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Bundan başqa, xaricdəki soydaşlarımıza və cəmiyyətlərimizə hər
mənada dayaq olan Azərbaycan Respublikasında aparılan davamlı və ardıcıl sosial-iqtisadi islahatlar nəticəsində
qeyd olunan sahələrdə ciddi nailiyyətlər qazanılmış, demokratik cəmiyyət formalaşmış, siyasi münasibətlər
sistemi təkmilləşmiş, dövlət idarəçiliyində müasir metodların tədbiqi müsbət nəticələrini vermiş və bütün
bunların fonunda beynəlxalq aləmdəki nüfuzumuz xeyli artmışdır. Bu da Azərbaycan diasporunun daha
səmərəli fəaliyyət göstərməsi üçün münbit şəraitin yaranmasına zəmin hazırlayır.
Ölkəmizdə keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edən diaspor təşkilatlarımızın nümayəndələrinin
sayındakı davamlı artım Azərbaycan diasporunun sıralarının durmadan genişlənməsindən xəbər verir. Əgər
2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I Qurultayında 36 ölkədən 406 nümayəndə iştirak
edirdisə, 2006-cı il martın 16-da keçirilən qurultaya 49 ölkədən 593 nümayəndə və 388 nəfər qonaq qatılmışdı.
2011-ci il iyulun 5-də baş tutan III qurultaya isə 1272 nümayəndə gəlmişdi. Bu mötəbər mərasimdə 42 ölkədən
579 nümayəndə iştirak etmişdi. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı,
Niderland, İsrail, Özbəkistan, Fransa, Böyük Britaniya, Kanada daha çox nümayəndə ilə təmsil olunurdu.
Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də
qatılmışdı.
Xaricdəki Azərbaycan cəmiyyətlərinin say çoxluğu sevindirici hal olsa da, bəzi reallıqları da diqqətdən
qaçırmamalıyıq. Reallıq isə bundan ibarətdir ki, hər hansı bir ölkədə diaspor təşkilatlarının sayının çoxluğu, heç
də onların ictimai rəyə təsir imkanlarının kifayət qədər çox olmasından xəbər vermir. Belə hallarda gücü
birləşdirmək, birlikdə hərəkət etmək və pərakəndəliyə son qoymaq lazımdır. Yəni az, ancaq güclü təşkilatların
olması dövrün tələbidir. Bunun üçün əgər bəzi cəmiyyətlər arasında ziddiyyətlər, anlaşılmazlıqlar, problemlər
varsa, onlar qısa zamanda aradan qaldırılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə
vurğulamışdır ki, bizim gücümüz birliyimizdədir. Ölkəmizin rəhbəri bəzi xarici ölkələrdəki cəmiyyətlərimizin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
15
səfirliklərimiz və konsulluqlarımız ilə əlaqələrinin zəif olmasının yolverilməzliyini də bildirmiş və tövsiyə
etmişdir ki, belə hallarda məsələ dərhal həll olunmalı, həmrəylik təmin edilməlidir.
Xaricdəki soydaşlarımızın yaşadıqları ölkənin ictimai-siyasi proseslərində fəallıq göstərməsi də
respublikamız üçün önəm kəsb edir. Çünki bununla onlar həmin ölkələrdə nüfuz qazanmış, mövqelərini
möhkəmləndirmiş olurlar. Sevindirici haldır ki, Azərbaycan ziyalıları yaşadıqları dövlətlərdə bu sahədə bir sıra
uğurlara imza atmışlar. Hazırda Türkiyə, Gürcüstan, Estoniya və digər ölkələrin parlamentlərində azərbaycanlı
millət vəkilləri var. Lakin, təbii ki, bu, bizi tam qane edə bilməz. Diasporumuzun ictimai-siyasi proseslərə təsir
etmək imkanına malik amilə çevrilməsi üçün görüləcək işlər hələ çoxdur. Azərbaycanlılar ilk növbədə
yaşadıqları cəmiyyətlərdə təkcə fərdi şəkildə deyil, təşkilatlanmış qurum, ictimai institut olaraq ciddi etimad
qazanmağa müvəffəq olmalıdırlar. Buna nail olduqdan sonra biz xarici ölkələrin parlamentlərində, dövlət
təşkilatlarında, siyasi partiyaların rəhbərliyində daha çox soydaşımızı görə biləcəyik. Eyni zamanda,
azərbaycanlılar siyasi proseslərdə, xüsusilə, seçkilərdə fəal rol oynamalıdırlar ki, siyasi partiyalar onların səsini
qazanmaq üçün müəyyən addımlar atsınlar, sözün yaxşı mənasında bu səs uğrunda mübarizə aparsınlar. Bəzi
ölkələrdə biz bunun ilkin simptomlarını görürük. Lakin daha çox işləmək, cəmiyyətə daha sıx inteqrasiya etmək
ehtiyacı duyulur. Belə hesab edirik ki, xaricdəki soydaşlarımız zamanla bu vəzifənin də öhdəsindən gələ
biləcəklər.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin milli
maraqlarının müdafiəsi işində nisbətən fəal iştirak edirlər. Bu məsələdə Azərbaycan dövlətinin dəstəyi də xüsusi
rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, keçən il xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, onların cəmiyyətə inteqrasiyası və milli maraqlarımızın müdafiəsinə cəlb olunması,
respublikamız ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin
olunması istiqamətində 472 tədbir həyata keçirilmişdir. Ölkəmizdə baş tutan tədbirlər də bu baxımdan
önəmlidir. Keçən il may ayının 7-8-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Madrid Klubunun
və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq əhəmiyyət daşıyan Cənubi Qafqaz
Forumu keçirilmişdir. Forumda Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın
müxtəlif ölkələrindən olan 300-dən çox ekspert, yüksək səviyyəli rəsmilər, sabiq dövlət və hökumət başçıları,
alimlər, Azərbaycan diasporunun aparıcı nümayəndələri iştirak etmişdir. Keçən il iyunun 21-də Bakıda Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirilmişdir.
Forumun işində dünyanın 44 ölkəsindən 446 nümayəndə iştirak etmişdir. Tədbirdə türkdilli xalqların xaricdəki
cəmiyyətləri arasında əlaqəli fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır. Bütün bunlar Azərbaycan diasporunun
daha genişmiqyaslı fəaliyyəti üçün şərait yaradır.
Bu gün Azərbaycan diasporu Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasını, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktları barədə
beynəlxalq təbliğat kampaniyalarını yüksək səviyyədə təşkil edir. Bu mənada diasporumuzun əsas fəaliyyət
istiqamətlərindən biri də Xocalı soyqırımının dünya ölkələri tərəfindən rəsmi şəkildə tanınmasına nail olmaqdır.
Bu səpkidə fəaliyyətin nəticəsidir ki, keçən il ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennensi,
Pensilvaniya və digər ştatları Xocalı soyqırımını rəsmən tanımışdır. Bu ilin fevral ayında isə Honduras
Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını tanıyan 333-2013 saylı qərar qəbul etdi. Keçən il
yanvarın 26-da Amerika Azərbaycanlılarının Şəbəkəsi (USAN) və ABŞ-da yaşayan azərbaycanlılar Prezident
Barak Obama Administrasiyasının Xocalı qətliamını və müharibə cinayətlərini, eləcə də faciə qurbanlarını
tanıması məqsədilə Ağ evin rəsmi veb-səhifəsində petisiya yerləşdirmişdilər. Ümumiyyətlə, Xocalı
soyqırımının 22-ci ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər
Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın
müxtəlif ölkələrində başlanmış “Xocalıya ədalət!” kampaniyasının uğurla getməsi və faciə qurbanlarının anım
mərasimlərinin yüksək səviyyədə baş tutması, lazımi məqamlarda erməni lobbisinə qarşı ciddi mübarizə
aparılması bir daha onu göstərdi ki, xaricdəki Azərbaycan cəmiyyətləri artıq mütəşəkkil qüvvəyə
çevrilməkdədirlər.
Rauf KƏNGƏRLİ.
“Xalq qəzeti”.-2014.-5 mart.-N 48.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
16
Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında diasporun rolu
Bu gün Azərbaycan və Ukrayna arasında münasibətlərin inkişaf etdirilməsində bu ölkədə fəaliyyət göstərən
Azərbaycan diasporunun müstəsna rolu var. Diasporun xətti və təşkilatçılığı ilə həyata keçirilən qarşılıqlı
səfərlər iki ölkə arasında əlaqələrin inkişafını hər ötən gün yeni bir müstəviyə qaldırır. Bu da sirr deyil ki,
Ukraynada Azərbaycan diasporunun formalaşması və ictimai qüvvəyə çevrilməsində ümummilli lider Heydər
Əliyevin xüsusi xidməti olub. Məhz Heydər Əliyevin tapşırığı və xüsusi diqqəti sayəsində Ukraynada
Azərbaycan diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdu. 1997-ci ildə Ukraynaya rəsmi səfər edən
Prezident Heydər Əliyev burada yaşayan azərbaycanlılarla görüşdə demişdi: "Harada yaşamasından asılı
olmayaraq heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa,
yaxşı da, pis də yaşasan, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin vətənin nəbzi ilə vursun.
Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada
yaşayan azərbaycanlılarda da olmalıdır."
Təsadüfi deyil ki, prezident İlham Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf
etdirilməsində diasporun rolunu xüsusi vurğulayır və bu ölkədə yaşayan soydaşlarımıza daha fəal olmağı
tövsiyə edir. Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən
təbii körpüdür. Ümumiyyətlə, Azərbaycan və Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında
inkişafında Ukraynadakı Azərbaycan icması fəal iştirak edir. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin
28 aprel 2011-ci ildə Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev demişdir: “Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox
xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat,
inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə
Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar.” Ukraynada yaşayan bir
neçə yüz minlik Azərbaycan diasporu bu gün də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq
əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Məhz bütün bunların göstəricisidir ki, Ukrayna Azərbaycan diasporunun fəal olduğu ölkələrdən hesab edilir.
Yaxın tarixə qısa ekskyrsiya etsək görərik ki, Ukraynaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu – XX
əsrin əvvəllərində başlayıb. XX əsrin əvvəllərindən buraya təhsil almağa gələn azərbaycanlı tələbələr ictimai
fəallıq göstərməyə başlayıblar. Onların fəallığı sayəsində Kiyev şəhərində Azərbaycan Milli Mədəniyyət
Mərkəzi yaranmış və burada yığılan azərbaycanlılar Azərbaycan mədəniyyəti, poeziyası, ədəbiyyatı barəsində
müzakirələr aparmışlar. Kiyevdən başqa, digər böyük şəhərlər - Xarkov və Lvovda da azərbaycanlı gənclər
təhsil aldıqları müəssisələrdə eyni istiqamətdə iş aparırdılar. Ukraynada 1917-1918-ci illərdə tanınmış yazıçı
Tağı Şah bazi Simurq Xorvak şəhərində məskunlaşaraq "Cənub səsi" adlı qəzet nəşr etmişdir. Ukraynada 1920-
ci ildə bolşevik işğalına məruz qalandan sonra Azərbaycan-Ukrayna münasibətlərində xeyli irəliləyişlər yaranır.
Ukrayna-Azərbaycan arasında, eyni zamanda, tələbə-mütəxəssis mübadiləsi də aparılırdı. Müxtəlif sahələr üzrə
mütəxəssis hesab olunan yüzlərlə azərbaycanlı Ukraynaya köçərək buranı özlərinə daimi yaşayış məskəni
seçmişlər. Bunun nəticəsində Kiyev, Xarkov, Odessa, Lvov, Krım şəhərlərində və Valın, Vinnitso,
Dnepropetrovsk, Donetsk, Zakarpatye, Zaparodce, Jitomir, İvano-Frankovsk, Kirovoqrad, Nikolayev, Poltava,
Rovina, Ternopol, Suşk, Xerson, Xmelnitski, Cerkask, Cerniqo, Cernovisti vilayətlərində soydaşlarımız
məskunlaşmışlar. Məskunlaşdığı şəhər və vilayətlərin ictimai işində fəallıq göstərən azərbaycanlılar Ukrayna
dövlət idarələrində də irəli çəkilməyə başlayıblar. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra
müstəqillik əldə edən Ukrayna və Azərbaycan arasında ikitərəfli diplomatik münasibətlər quruldu. Artıq
beynəlxalq birliyin bərabər hüquqlu üzvü olan Ukrayna və Azərbaycan bütün sahələr üzrə münasibətləri inkişaf
etdirirlər.
Hazırda Ukraynada 500 min azərbaycanlı yaşayır. Bu şəxslər ötən əsrin əvvəllərindən bu günə qədər davam
edən intensiv mühacirət nəticəsində buraya gələnlərdir. 500 min azərbaycanlının bir-biri ilə əlaqə saxlaması və
ictimai fəaliyyəti bəzi ölkələrdəki azərbaycanlıların fəaliyyətindən nisbətən daha fəaldır. Bu ölkədə onlarla
Azərbaycan diaspor təşkilatı, mədəniyyət mərkəzi, kütləvi informasiya vasitəsi olmaqla yanaşı, ana dilimiz həm
Ukrayna ali məktəblərində, həm də Azərbaycan dilli “Həftə sonu” məktəblərində tədris edilir. Azərbaycan
folklor ansambllarının yaradılması isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir. Hazırda Ukraynada
çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan ən böyüyü
bir çox regional diaspor təşkilatlarını ətrafında birləşdirən Ukrayna azərbaycanlıları Konqresidir. 1999-cu ilin 21
martında təsis edilən Ukrayna Azərbaycanlıları Konqresinin yaranmasında Ukraynadakı Azərbaycan səfirliyi və
tanınmış azərbaycanlıların rolu böyük idi. İlk təsis yığıncağında Ukraynanın 15 vilayətində filialı olan Ukrayna
Azərbaycanlıları Konqresinin zamanla filiallarının sayı artmağa başladı. Ölkənin ictimai-siyasi, iqtisadi-mədəni
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
17
həyatında mühüm rol oynayan UAK-ın 27 inzibati ərazi bölgüsünün demək olar ki, hamısında vilayət
təşkilatları fəaliyyət göstərir. UAK-ın əsas fəaliyyət sahələri
Çerkassı, Çernovtsı, Çerniqov, Dnepropetrovsk, Dneprodzerjinsk, Dnepropetrovsk vilayətinin
Novomoskovsk şəhər təşkilatı, Pavloqrad, Donetsk, Xarkov, Xerson, Xmelnitski, İvano-Frankovsk, Jitomir,
Kiyev, Kirovoqrad, Krım, Sevastopol, Lvov, Luqansk, Lutsk, Nikolayev, Odessa, Poltava, Rovno,
Sumı,Ternopol, Vinnitsa, Zakarpatye, Zaporojye vilayət təşkilatlarıdır. Adları qeyd edilən hər bir vilayətdə
Ukrayna Azərbaycanlıları Konqresi özünü Ukrayna cəmiyyətinə təqdim edə bilib. Yalnız son illərdə konqresin
daxilində müəyyən narazılıqlar və fikir ayrılıqları meydana çıxıb ki, həmin problemlərin aradan qaldırılması
istiqamətində də müəyyən səylər göstərilir.
Ukrayna Azərbaycanlıları Konqresindən başqa bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan diaspor
təşkilatları da var ki, həmin təşkilatlar da iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində müstəsna rol
oynayırlar. Belə təşkilatlardan biri də "Aynur Xatun" Azərbaycan Qadınları Birliyidir ki, adıçəkilən təşkilat
daha çox Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.
Təşkilatın tərkibində "Qız qalası" vokal ansamblı, solist-rəqqaslar, teatr studiyası da fəaliyyət göstərir.
Ukraynada fəaliyyət göstərən digər bir diaspor təşkilatı "Demokratiyanın nəbzi" beynəlxalq vətəndaş
təşkilatıdır. Bundan başqa Dnepropetrovsk Azərbaycanlıları Liqası, "Dostluq" Azərbaycan-Ukrayna Dostluğu
Vilayət Milli-Mədəni Birliyi, həmin birliyin nəzdində "Natavan" maarif mərkəzi və qadın klubu, Dünya
Azərbaycanlıları Konqresinin Kiyev təmsilçiliyi, Heydər Əliyev adına Ukrayna-Azərbaycan elimi-mədəni
idman mərkəzi, həftəsonu məktəbi, Krım Azərbaycanlıları Cəmiyyəti, Müslüm Maqomayev adına Azərbaycan
mədəniyyət mərkəzi, "Savalan" Gənclər təşkilatı, Ukrayna-Azərbaycan dostluğu beynəlxalq xeyriyyə fondu,
"Vətən" Simforopol şəhər azərbaycanlılar təşkilatı kimi qurumlar da mövcuddur.
“Dostluq” – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı-“Dostluq” – Azərbaycan-Ukrayna Xarkov vilayət
təşkilatı noyabr 19-u 1999-cu ildə Xarkov vilayətində təsis edilmişdir. Təşkilatın ətrafında müxtəlif millətləri
təmsil edən 500-dən çox nümayəndə toplaşmışdır. “Dostluq” təşkilatının əsas məqsədi milli adət-ənənələrin
qorunması və inkişaf etdirilməsində buradakı azərbaycanlıların səylərinin birləşdirilməsidir. Həmçinin,
Ukrayna və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan
azərbaycanlıların hüquq və maraqlarının təmin olunmasında yardımçı olmaqdır. Təşkilatın nəzdində “Dostluq”
Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, “Azərbaycan inciləri” adlı rəqs qrupu, “Qarabağ” folklor ansamblı,
"Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, hüquqi xidmət fəaliyyət göstərir. “Dostluq” təşkilatı ötən
illər ərzində Ukraynada bir sıra sosial, mədəni, təhsil və xeyriyyə layihələri həyata keçirmişdir. “Dostluq-
Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatının sədri Murad Ömərovdur.
“Olaylar”.-2014.-6 mart.-№ 41.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
18
Azərbaycanda diaspora və lobbiçilik quruculuğu
Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici
ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi
işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət
siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.
Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli
özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun
potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək,
dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin
qayəsini təşkil edib.
2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycançılıq ideologiyasının beynəlxalq
əhəmiyyət qazanması baxımından önəmli bir hadisəyə çevrildi. Dünyanın 36 ölkəsindən 200-dən çox müxtəlif
təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu
tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
Sonra dönəmlərdə də keçirilən Dünya azərbaycanlılarının qurultayları Azərbaycanın hüdudlarından
soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addımlar idi.
Milli Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyi diaspor təşkilatlarımızın
gücünü ortaya qoyur. Dünyanın ayrı-ayrı ölkələrindəki soydaşlarımızla aparılan sistemli iş, azərbaycanlıların
milli birliyinin möhkəmləndirilməsi yönündə dövlətin yürütdüyü siyasət Azərbaycan diasporunun fəaliyyətinin
mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı
baxımından səmərəli nəticələr verib.
Diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət, onların fəaliyyətinin milli
maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır.
Politoloqlar hazırki dövrdə diaspor anlayışını beynəlxalq münasibətlərin vacib elementi kimi xarakterizə
edirlər.
Dünyada gedən sürətli inteqrasiya prosesləri, beynəlxalq məsələlərdə diaspor və lobbi təşkilatlarının rolunun
artması bu sahəyə diqqətin daha da artırılmasını tələb edir. Diasporla İş üzrə Dövlət Komitəsi əslində bu zərurət
nəzərə alınaraq yaradılıb. Lakin beynəlxalq siyasətdə ikinci paralel hesab olunan bu fəaliyyətin tənzimlənməsi
baxımından bir sıra əlavə tədbirlərə ehtiyac var.
Ötən illərin təcrübəsi göstərir ki, diaspor təşkilatları ilə iş xeyli dərəcədə mürəkkəbdir. Bu gün dünyanın
müxtəlif ölkələrində 450-yə yaxın diaspor qurumu fəaliyyət göstərir. Amma diaspor təşkilatlarının daha
səmərəli fəaliyyətini təmin etmək, yeni keyfiyyət mərhələsinə keçirmək baxımından daha iş görülməlidir. Biz
təkcə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çalışmamalıyıq, bu fəaliyyət tədricən
lobbiçilik müstəvisinə keçməli, ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların qərarlarına təsir göstərmək
səviyyəsində qurulmalıdır.
Artıq Azərbaycanı dünyada daha çox tanıyırlar. Azərbaycan diasporunun Azərbaycan gerçəklərini dünya
miqyasında yetərincə və uğurla təbliğ etdikləri fikrilə razılaşmamaq olmur. Amma diaspor təşkilatlarımızın bu
sahədə fəaliyyətinin onların öz imkanları daxilində məhdud olduğu da nəzərə alınmalıdır. Əlbəttə ki, diaspor
qurumlarımız daha böyük işlər görə bilərlər.
Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş
Koordinatoru, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası
100 ildən bəri dünyaya yalanlar üfürən erməni təbliğatına ciddi şəkildə zərbə vurub. Bu kampaniya çərçivəsində
dünyanın bir çox ölkəsində keçirilən Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaymaq məqsədilə etiraz aksiyaları,
elmi-praktik konfranslar və digər tədbirlərdə Azərbaycan diaspor təşkilatlarının fəallığı xüsusilə qeyd
edilməlidir.
Xocalı faciəsinin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya dünyanın 40-dan
çox ölkəsində uğurla həyata keçirilməkdədir. Ötən 5 il ərzində 200-dək müxtəlif xarakterli tədbirin həyata
keçirilməsi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından ciddi faktordur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
19
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli "Xocalıya ədalət" kampaniyasının
keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı da tarixi əhəmiyyət daşıyır və müvafiq istiqamətdə fəaliyyət
göstərməyə böyük dəstəkdir.
Bu kampaniya çərçivəsində əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan diasporasının da
dəstəyilə beynəlxalq miqyasda lobbiçilik daha effektivdir. Əslində bu kampaniya göstərdi ki, erməni
diasporunun işini o qədər də şişirtmək lazım deyil və sadəcə olaraq onların haqqında mif yaradılıb. Artıq dünya
ictimaiyyəti Azərbaycan torpaqlarının işğal olunması, Ermənistanın nəinki işğalçı dövlət olması reallığını, hətta
qondarma soyqırım pərdəsi altında gizlənərək soyqırım həyata keçirdiyi faktını qəbul edir.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində gənclərin rolu onların Azərbaycan diasporunun ən fəal hissəsi
olduğunu da ortaya qoydu. Bu gün xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın
dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır.
Bütün bunlarla yanaşı Azərbaycan dövlətinin qarşısında mühüm vəzifələr dayanır. Diasporla İş üzrə Dövlət
Komitəsi bu sahədə dövlət siyasətini təmin etsə də, diasporla iş üçün ayrılan büdcə yetərli deyil. Dövlət diaspor
təşkilatlarımıza daha çox yardım etməli, dövlətimizin apardığı xarici və daxili siyasətin məramını onlara daha
ətraflı izah etməlidir. Bu baxımdan müvafiq komitəyə dövlət büdcəsindən ayrılan vəsaitin hətta dəfələrlə
artırılmasına ehtiyac var. Qeyd edək ki, diaspor və lobbi fəaliyyətlərinin stimullaşdırılması baxımından ayrı-ayrı
ölkələrdə imkanlı soydaşlarımızın dəstəyilə diaspor fondlarının, hətta beynəlxalq miqyasda Vahid Diaspor
Fondunun yaradılması məsələsi günümüz üçün aktualdır.
Bu Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələyə keçilməsi demək olardı. BeNiLüks
Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov da bu fikirdədir ki, Azərbaycan diasporu lobbiçilik
istiqamətində addımlar atmalıdır və Avropadakı diasporumuz artıq bu mərhələyə keçid edir. Lobbiçilik diaspor
fəaliyyətinin daha mütəşəkkil hədəfidir. Sahil Qasımovun sözlərinə görə, lobbizm özü böyük bir diplomatiyadır
və belə bir fəaliyyət qarşıda duran əsas vəzifələrdən biridir. Lobbiçilik ənənəvi diplomatiyadan fərqlənir və əsas
üstünlüyü ondan ibarətdir ki, hər hansı dövlətə daxildən ictimai sifarişi təşkil edir.
Yaxşı təşkilatlanmış diaspora təşkilatları öz tarixi vətənlərinin xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul
olurlar.
Məsələn, BeNiLüks Azərbaycanlıları Konqresi Avropa Birliyində akkreditə olunub və Azərbaycanla bağlı
məsələləri birbaşa avropalı parlamentarların diqqətinə çatdırır.
Xaricdə fəaliyyət göstərən diaspor qurumlarının əksəriyyəti də Vahid Diaspor Fondunun yaradılması
ideyasını dəstəkləyir. Bu təşəbbüsün reallaşması müvafiq dövlət komitəsinin diasporla aparılan işin
səmərəliliyini dəfələrlə artırmış olardı.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi Zaur Əliyev deyir ki, günümüzdə ən doğru
şəkildə təşkilatlanmağı bacaran bir sıra diasporlar mövcuddur. Ümumiyyətlə bu təşkilatlanmalar 2 istiqamətdə
həyata keçirilir, mahiyyətcə isə eyni istiqamətə hesablanmış hərəkətdir: "Məsələn, Böyük Britaniya, ABŞ və
Çin hazırki şəraitdə maliyyə siyasəti ilə diaspor və lobbi quruculuğunu həyata keçirirlər. Bu zaman onlar sosial
baza olmadan da güclü hərəkət edir, ayrı-ayrı korparasiyalarla hətta həmin dövlətin xarici siyasətinə belə təsir
edirlər".
Bu kimi fəaliyyətlər isə istənilən halda maliyyə dəstəyi tələb edir.
İstər dövlətin dəstəyilə, istərsə də xarici ölkələrdəki imkanlı soydaşlarımızın könüllü iştirakı ilə yaradılan
fondlar diaspor təşkilatlarının fəaliyyətindəki çətinlikləri ortadan qaldırmağa imkan verərdi. Diaspor
qurumlarının xaricdə mediaya çıxışı, nüfuzlu siyasi partiya və təşkilatlarla münasibətlər qurması, müstəqil
təbliğat vasitələri yaratması kimi addımlar isə lobbi mexanizminin yaranmasını da labüd edəcək.
Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal diaspor fəaliyyətinin
gücləndirilməsi və lobbiçilik baxımından Diaspor Fondunun yaradılması vacibdir və fond ilk növbədə dövlət
səviyyəsində dəstəklənməlidir. Belə bir fond yaradılarsa, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətlərin,
diaspor qurumlarının fəaliyyəti araşdırılaraq, əməkdaşlığa cəlb olunmalıdır. Belə bir fəaliyyət diaspor
qurumlarından gözləntiləri də artırardı.
Gürcüstan Respublikasının baş nazirinin azərbaycanlı müşaviri Savalan Mirzəyev də Vahid Diaspor
Fondunun yaradılmasını vacib sayır. O, Dünya Azərbaycanlılarının növbəti qurultayında iştirak edəcəyi təqdirdə
belə bir təşəbbüsü səsləndirəcəyini deyir.
Gürcüstanda yaşayan daha bir soydaşımız, Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov bir çox iri
şirkətlər tərəfindən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına maddi və mənəvi dəstək verməsinə
baxmayaraq, vahid bir fondun yaradılmasının zəruri sayır. Onun fikrincə, bu halda diaspor fəaliyyətləri üçün
ayrılan vəsaitlərin şəffaflığı da təmin edilmiş olardı. Onun fikrincə, bu gün diaspor qurumlarının ən ciddi
problemi məhz maliyyət sıxıntıları ilə bağlıdır. Diaspor fəaliyyətini dəstəliyəcək fonda dövlət imkanlı
işadamlarını da cəlb edə bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
20
CAVİD
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
“Xalq Cəbhəsi”.-2014.-8 mart.-N 43.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
21
Diaspor hərəkatında aktiv olan qadınlar
Müasir dövrümüzdə də diaspor hərəkatında fəal iştirak edən qadınlar var. Məhz həmin qadınların səyi və
diaspor sahəsində atdığı uğurlu addımlar nəticəsində Azərbaycanın təbliği, onun tanıdılması, üzləşdiyimiz
problemlərin dünya ictimaiyyətinə çatdırılması işində bir intensivlik müşahidə edilir. Azərbaycanın diaspora
hərəkatında müstəsna xidmətləri olan qadınlardan biri də Tomris Azəridir. Tomris Azəri 1950-ci il noyabrın 4-
də Birləşmiş Ştatlarda anadan olub. Tomris Azəri Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidentidir. O,
Nağı bəy Şeyxzamanlının qızıdır. Tomris Azəri ikinci nəsil amerikalı azərbaycanlıdır. Onun rəhbərlik etdiyi
Amerika Azərbaycanlıları Cəmiyyəti Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlar ictimaiyyətinə çatdırılmasında
mühüm rol oynayan təşkilatlardan biridir. Tomris Azəri Azərbaycanın Amerika ictimaiyyətinə tanıdılmasına
xidmət edən bir sıra layihələrin müəllifi olub. Onun təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında məlumatların Birləşmiş Ştatların siyasi dairələrinə çatdırılmasına xidmət edən
kampaniyalar təşkil edilib. Tomris Azəri Dünya azərbaycanlılarının I, II və III qurultaylarında Dünya
Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü seçilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Tomris Azəri
“Şöhrət” ordeni ilə təltif olunub.
Azərbaycan diasporuna yeni nəfəs gətirən, gənclərin bu sahədə fəallığının artırılmasına nail olan qadın
diaspor nümayəndələrindən biri də Leyla Əliyevadır. Leyla Əliyeva 1986-cı il iyulun 3-də anadan olub. O,
Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. Leyla Əliyeva İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb. 2006-
2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun politologiya fakultəsinin dünya siyasəti
ixtisası üzrə magistr pilləsini bitirib. 2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
Azərbaycan Gənclər Klubunun sədri olub. Leyla Əliyeva 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun
Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəridir. 2007-ci il fevralın 27-də Heydər Əliyev Fondunun
dəstəyi ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan Gənclər Klubu və
RAGƏŞ-in Moskvada təşkil etdikləri Xocalı soyqırımının qurbanlarını anma mərasimi – “Xocalısız 15 il” adlı
xatirə gecəsi keçirilib. Leyla Əliyeva 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan “Bakı” jurnalının
təsisçisi və baş redaktorudur. Jurnal Azərbaycan mədəniyyətinin Rusiyada təbliği və Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər aparır. 2008-ci il may ayında Mədəniyyətlərarası
Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. 2008-ci il, may ayının 8-
də Leyla Əliyeva “Xocalıya Ədalət” kampaniyasını başladıb. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının (AMOR) sədri seçilib. Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-
prezidentidir. Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Gülşən Kazimova -1961-ci il noyabrın 8- də Bakı şəhərində anadan olub. O, Azərbaycan Yazıcılar Birliyinin
və Niderland Yazıcılar İttifaqının üzvüdür. Gülşən Kazımova hazırda “Ana Vətən” Avropa Azərbaycanlı
Qadınlar Birliyinin sədri, tərcüməçidir. “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyi 2004-cü ildə Hollandiyada
onun rəhbərliyi altında fəaliyyətə başlayıb. Cəmiyyətin yaradılmasında məqsəd Avropada yaşayan azərbaycanlı
qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım
göstərməkdir. 2006-cı ildə Gülşən Kazımovanın "Nəslimizin qızları" adlı kitabı Niderlandda nəşr edilib. 2011-ci
il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə
Gülşən Kazımova Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Samirə Patzer-İsmailova-1963-cu il fevralın 26- da Bakı şəhərində dünyaya gəlib. O, 1970-ci ildə Bakı
şəhərində Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin
məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına
daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı
Mədəniyyət Texnikumunda fortepiano ixtisası üzrə müəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-
İsmailova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoru kimi çalışıb,
Azərbaycan Dövlət Televiziyasında klassik musiqi proqramlarının müəllifi və aparıcısı olub. O, 1990-1995-ci
illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim vəzifəsində işləyib və mədəni-
ictimai fəaliyyət göstərib. Xanım İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişünaslıq
kursu keçib. Həmyerlimiz 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi
üzrə müəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa görə Avropa Fortepiano Müəllimləri Cəmiyyətinin
üzvü seçilib.. 2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009-
cu ildən bu günə qədər isə Samirə Patzer-İsmailova “Xocalıya Ədalət” kampaniyasının Almaniya üzrə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
22
koordinatorudur. 2011-ci ildə o, Almaniyadakı Türk-Azərbaycan Birliyinin sədr müavini seçilib. 2012-ci ildə
isə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti, daha sonra Avropa Azərbaycan Konqresinin prezidenti
seçilib. Hazırda Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəridir.
2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı
sahəsindəki xidmətlərinə görə Samirə Patzer-İsmailova “Tərəqqi” medalı ilə təltif olunub.
Mehriban Nəsib-Birləşmiş Ştatlardakı Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları
Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalıdır. Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon
Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial
elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Mehriban Nəsib 2002-ci ildə
özünün “Qəbələ-sağlam mühit” (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss
Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, Mehriban Nəsib həm
də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin
(İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət
zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. Mehriban Nəsib həm də yazardır. O, bir neçə hekayə və
məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən Birləşmiş
Ştatlar, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. Mehriban Nəsibin “Məhəbbət
olanda” adlı romanı 2006-cı ildə işıq üzü görüb. Mehriban Nəsib hazırda Birləşmiş Ştatlardakı Kolumbiya
Universitetində magistr təhsili alır. O, eyni zamanda Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada
Azərbaycan diasporunun fəallarındandır.
İradə Uluxanlı-Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin sədridir. Onun
rəhbərlik etdiyi Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyəti 2005-ci ilin aprelindən
fəaliyyət göstərir. Təşkilat rəsmi olaraq qeydiyyatdan keçib. Vahid, Bölünməz və Demokratik Azərbaycan
Uğrunda Birlik Cəmiyyətinin məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş
torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Bu yolla həm Azərbaycanın haqq səsini
Holland ictimaiyyətinə çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizi və s. orada təbliğ
edir. Bu cəmiyyətin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı sənədlərin Hollandiya kitabxanalarına
verilməsi, buradakı kitabxanalarda “Azərbaycan guşə”lərinin yaradılmasıdır.
Vüsalə Məmmədzadə-Azərbaycan-Fransız Gənclik Assosiasiyasına rəhbərlik edir. Assosiasiya 2003-cü ildə
Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən təsis edilib. Assosiasiyanın ilk prezidenti o zaman
Parisdə təhsil alan Babək İsmayılov olub. Növbəti illərdə təşkilata Mirvari Fətəliyeva başcılıq edib. AFGA bu
gün nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir. Təşkilat Parisdə, eləcə də Fransanın
müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin
məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə
çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir.
“Olaylar”.-2014.-13 mart.-№ 45.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
23
Diaspor təşkilatları soyqırım qurbanlarını yad ediblər
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları müntəzəm olaraq Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın deportasiya və soyqırım siyasətinə nüfuzlu
beynəlxalq təşkilatlar tərəfindən hüququ və siyasi qiymətin verilməsi istiqamətində tədbirlər təşkil edir,
bəyanatlarla çıxış edirlər. Bu sırada xarici ölkələrdə 31 mart-Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş
tədbirləri də xüsusi qeyd etmək lazımdır. Hər il olduğu kimi bu il də müxtəlif ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız 31 mart-Azərbaycanlilarin Soyqırım Gününü qeyd edib, bu məqsədlə müxtəlif tədbirlər,
aksiyalar keçiriblər.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Türkiyənin İzmir şəhərində Azərbaycan
Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti ilə, İzmirdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən konfrans
təşkil olunub. Zəkarya Doğan Mədəniyyət Evində keçirilən tədbirə qeyri-hökumət təşkilatlarının rəhbərləri və
nümayəndələri, universitet müəllimləri, Zəkarya Doğan Mədəniyyət Evinin, Azərbaycan Cəmiyyətlərinin
üzvləri, eləcə də İzmir Universitetlərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib. Tədbir
soyqırımda və Azərbaycanla Türkiyənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla
yad edilməsinin ardınca hər iki ölkənin himnin oxunması ilə başlayıb. Daha sonra Azərbaycan Mədəniyyət Evi
və Həmrəylik Cəmiyyətinin sədr müavini və tələbələrin nümayəndəsi Cavid Əliyev çıxış edib. O, son 200 il
ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi saysız soyqırım və qətliamlardan ən amansızının
1918-ci il 31 mart-2 aprel tarixlərində gerçəkləşdirildiyini vurğulayıb. “Çox təəssüf ki, Sovet İttifaqı vaxtında
xalqların qardaşlığı adı altında azərbaycanlılara qarşı törədilmiş soyqırımlar bizdən gizlədildi və unutdurulmağa
çalışıldı. Nəticədə isə Xocalı soyqırımı başda olmaqla digər qətliamları yaşamalı olduq”. Konfransda çıxış edən
jurnalist-yazıçı Nigar Börək isə bildirib ki, erməni və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən
artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin əsl
məqsədi bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaqdır: “Erməni-bolşevik birləşmələrinin Bakıda
1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, silahlı erməni dəstələri dinc
əhalini amansızcasına qətlə yetirmişlər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə
soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə
qəddarlıqla öldürülmüşdü”. Nigar Börək, xüsusilə də gənclərin tariximizi yaxşı bilməli olduğunu, internetdən
istifadə edərək xalqımızın bu yaşadıqlarını dünyanın da bilməsi üçün bütün səylərini əsirgəməmələrini
vurğulayıb. Daha sonra kürsüyə gələn araşdırmacı-yazar, Celal Bayar Universitetinin müəllimi İsmət Alpaslan
da 31 Mart Soyqırımı haqqında qısa məlumat verərək, Nuru Paşanın rəhbərliyindəki Qafqaz-İslam Ordusunun
Azərbaycan hərəkatı və Bakının Erməni-Bolşevik işğalından azad etməsi haqqında tədbir iştirakçılarına geniş
məlumat verib. 31 mart-Azərbaycanlıların Soyqırımı Günü Türkiyənin İstanbul şəhərində də qeyd olunub. Bu
məqsədlə İstanbulda panel təşkil edilib. İST - TAD İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən təşkil
olunan paneldən əvvəl dərnək mərkəzində 31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar foto sərgi
açılıb. Toplantı Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Açılış mərasimində çıxış
edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqan yardımçısı Abbas Murad ermənilərin 1918-ci ilin
martında Bakıda və ətraf rayonlarda törətdikləri vəhşiliklər, soyqırımdan danışıb. Bildirib ki, 1918-ci il, mart
ayının 31-də Azərbaycanın Bakı, Şamaxı, Quba Kürdəmir, Salyan və Lənkəran kimi iri şəhərlərində və
Türkiyənin şərq Anadolu bölgəsində ermənilər tərəfindən minlərlə insan qətlə yetirilib. Bu soyqırımın mart
ayından başlayıb sentyabr ayına qədər davam etdiyini deyən Abbas Murad ermənilərin vəhşiliklərinin Nuru
Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun müdaxiləsi ilə sona çatdığını söyləyib: “Bu soyqırımda
minlərlə Azərbaycan Türkü və Türkiyədə yaşayan soydaşımız qətlə yetirilmişdir . 31 mart-Azərbaycanlıların
Soyqırımı günü 1988-ci ildən etibarən xatırlanmaqdadır.
Açılışdan sonra çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu deyib ki,
tarixin ən böyük hadisələrində biri olan 31 mart soyqırımı bir insanlıq suçudur: “Bu soyqırım yalnız Azərbaycan
türklərinə qarşı edilmiş bir soyqırım deyil , bu soyqırım eyni zamanda bütün insanlığa qarşı işlənmiş bir
cinayətdir. Tariximizi bilərək və idrak edərək yaşamalıyıq. Keçmişini bilməyən cəmiyyətlərin gələcəyi məhv
olmuş sayılar bu vəsilə ilə keçmişimizdən dərs alaraq gələcəyimizə daha inamla baxmalıyıq. Tarix boyunca
Türklərə edilən soyqırımları qısaca xatırlatmaq istəyirəm. 1905-1906, 1918-1920, 1948-1953 və 1988- ci ildən
başlayan 1992-ci ildə də Qarabağda, Xocalıda daha bir soyqırımın həyata keçirilməsi ilə yadda qalan vəhşilik”.
Dərnək rəhbəri deyib ki, 1918-ci ilin mart ayından etibarən bolşevik inqilabını təsis etmə adına Azərbaycan
torpaqlarında kütləvi qırğına əl atılıb: “Edilən şiddət, vəhşiliklər xüsusilə 1918-ci ilin mart ayının son üç
günündə zirvə nöqtəsinə çatmış, yalnız Bakıda 30 min günahsız insan amansızca qətlə yetirilmişdir. Bu qırğınlar
Bakı ilə birlikdə Azərbaycanın Şamaxı, Quba, Qarabağ, Naxçıvan vilayətləri ilə bu gün Ermənistan sərhəddində
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
24
olan, amma tarixi Azərbaycan torpaqları sayılan Zəngəzur qəzası və İrəvan vilayətlərində də reallaşdırılmış,
təxminən 120 min insanın üç gündə həyatına son verilmişdir. Oxşar soyqırım Qars, Iğdır, Ərzurum, Ərdahan,
Van və Türkiyənin müxtəlif vilayətlərində davam etmişdir. Bu soyqırımları şiddətlə və nifrətlə qınayırıq. Biz
bütün şəhidlərimizin və qazilerimizi rəhmətlə və minnətlə xatırlayırıq”. Qeyd edək ki, paneldə çoxlu sayda
ziyalılar və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib. Səfər Karakoyunludan sonra
Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek, Sabiq millət vəkili, şair, yazaq Abbas Gökçe,
Camal Uyğur, İstanbul Universitetinin Tarix Bölümünün rəhbəri, doktor Halil Bal, doktor Levent Akçay çıxış
edərək 31 mart-Azərbaycanlıların Soyqırım Günü və ermənilərin həyata keçirdikləri vəhşiliklərdən danışıblar.
31 mart-Azərbaycanlıların Soyqırım Günü Almaniyada da anılıb. Belə ki, Alman Azərbaycan Mədəniyyət
Evi Köln şəhərində “31 Mart: Reallıqlar və Gerçəklər” mövzusunda elmi praktiki konfrans təşkil edib. Tədbirdə
Almaniyada yaşayan Azərbaycanlı yazarlar, elm adamları, ziyalılar və Kölndə yaşayan Azərbaycanlılar iştirak
etmişdir. Tədbiri giriş sözüylə açan Alman Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmli 31 Mart
hadisələrinin xalqımızın qan yaddaşındakı yeri haqda məlumat verib. Ondan sonra Alman-Türk Yazarlar
Birliyinin həmsədri Orhan Aras çixiş edərək qeyd edib ki, erməni daşnakları yaranmış tarixi imkandan istifadə
edərək, Şaumyanın başçılığı və Bakı Sovetinin dəstəyi ilə o vaxtkı Bakı quberniyasında, eləcə də Şamaxı,
Qarabağ və Naxçıvan ərazilərində 12 minə yaxın azərbaycanlını qətlə yetirmişlər. Daha sonra söz alan Güney
Azərbaycandan olan Yazar Bəhruz Həqiqi, 31 Mart Soyqrımına göneyli soydaşlarımızın münasibəti və onların
31 martla əlaqədar maarifləndirilməsi mövzusunda çıxış edib. Avropa Türk İslam Birliyi (ATİB) baş katibi
Mahmud Aşkar 31 Mart Soyqrımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görüləcək işlər, Türk və
Azərbaycan dərnəkləri arasında bu hadisələrlə bağlı işbirliyi haqda geniş söhbət açıb. Yazıçı Yücel Feyzioğlu
31 martın tək Azərbaycanlıların deyil, bütün Türk xalqlarının ortaq problemi olduğunu qeyd edib. Son olaraq
Alman Azərbaycan Mədəniyyət Evinin İcraçı direktoru Ağa Ağayev öz çıxışında 31 martla bağlı haqq səsimizin
dünyaya çatdırılması üçün Türk və Azərbaycan diaspora təşkilatlarımızın birgə çalışmasının vacibliyini
vurgulayıb. Sonda tədbir iştirakçıları Alman Azərbaycan Mədəniyyət Evində Çay süfrəsi ətrafında söhbətlərini
davam etdiriblər.
Ukraynada isə 31 mart-Azərbaycanlıların Soyqırım tarixi fərqli bir tərzdə anılıb. Belə ki, Ukraynanın
"Antifaşist" mətbuat portalında "Геноцид азербайджанского народа: историческая правда" başlıqlı məqaləsi
rus dilində nəşr edilib. Azərbaycan xalqına qarşı törədilmiş 31 mart soyqırımı ilə bağlı məqaləni Ukrayna Milli
Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif
Quliyev qələmə alıb.
“Olaylar”.-2014.-2 aprel.-№ 52.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
25
Diaspor təşkilatları xarici ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edirlər
Azərbaycan mədəniyyəti, zəngin tarixi-mədəni irsimizin dünyanın müxtəlif ölkələrində təbliği məqsədilə
diaspor təşkilatlarımızın həyata keçirdikləri layihələr və tədbirlər ildən-ilə öz zənginliyi və daha çox əhatə
dairəsi ilə seçilir. Bu baxımdan keçən il də diaspor təşkilatları üçün uğurlu olub. Diasporla İş üzrə Dövlət
Komitəsinin məlumatında qeyd edilir ki, 2013-cü il ərzində həmvətənlərimiz və xaricdə fəaliyyət göstərən
diaspor təşkilatları tərəfindən Vətənimizin zəngin mədəni irsinin təbliğ olunması istiqamətində 204 mədəni-
kütləvi tədbir təşkil olunub. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, o cümlədən
burada yaşayan həmvətənlərimiz Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, milli-mənəvi
dəyərlərinin, qədim mədəniyyətinin təbliğ olunması ilə bağlı tədbirlər həyata keçirmişlər. Bundan başqa,
Azərbaycan tarixində silinməz izlər buraxmış görkəmli şəxsiyyətlərin yad edilməsi məqsədilə bir sıra mühüm
bayram tədbirləri, konsert proqramları təşkil etmiş, ölkəmizi dünya festivallarında və sərgilərdə layiqincə təmsil
ediblər. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli 2679 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci bəndinə uyğun olaraq Azərbaycanın xarici ölkələrdə
fəaliyyət göstərən diasporları vasitəsilə dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müxtəlif formatlı tədbirlər, elmi konfranslar, dəyirmi masalar,
fotosərgilər keçirilib. Almatı şəhərindəki K. Satpaev adına Qazaxıstan Milli Texniki Universitetində Qazaxıstan
Azərbaycanlıları Milli Mədəniyyət Mərkəzləri İttifaqının dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə elmi-praktiki konfrans keçirilib. “Azərbaycan-Qazaxıstan
əlaqələrinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin rolu” adlı elmi-praktiki konfransda
Universitetin professorları, elmlər doktorları və tələbələri, türk, ərəb, özbək, çeçen, qırğız milli mərkəzlərini
təmsil edən alimləri ümummilli lider Heydər Əliyevin Şərq dünyasındakı şəxsiyyətinin dəyəri, onun siyasi
baxışları və başqa xüsusi keyfiyyətləri haqqında məruzə ilə çıxış ediblər. Qazaxıstan Azərbaycanlıları Milli
Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov, Almatıdakı Azərbaycanlıların “Ozan” İctimai Birliyinin
sədri Qərib Məmmədov, həmçinin professor və akademiklər, tələbələr Heydər Əliyevin müstəqil, müasir
Azərbaycanın yaranması və möhkəmlənməsi istiqamətindəki müstəsna xidmətindən danışıblar. Tədbirdə iştirak
edənlərə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən buklet və Qazaxıstan
Azərbaycanlılarının milli dərgisi olan “Turan Times” qəzetinin Ümummilli liderə həsr olunmuş xüsusi
buraxılışı paylanıb. Almaniyada Berlin “Azərbaycan Evi”nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyi münasibətilə futbol üzrə mini-turnir keçirilib. Turnirdə Almaniya, Çexiya,
Sloveniya, Danimarka təmsilçiləri ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlılardan təşkil olunmuş “Azəri”
komandası da mübarizə aparıb. On komandanın çıxış etdiyi turnirdə 150 uşaq iştirak edib. Qərara alınıb ki,
ümummilli lider Heydər Əliyevin anadan olduğu 10 may tarixində hər il Berlin şəhərində analoji turnir təşkil
olunsun.
Həmçinin hesabat dövründə xaricdə yaşayan azərbaycanlılar tərəfindən 28 May - Respublika günü,
Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, Konstitusiya günü və sair əlamətdar və tarixi günlər
münasibətilə bir sıra tədbirlər həyata keçirilib. Konnektikut ştatında Azərbaycan diasporunun təşkilatçılığı ilə
28 may Respublika günü münasibəti ilə bayraq qaldırma mərasimi təşkil edilib. Mərasimdə iştirak edən
Azərbaycanlı nümayəndələr öz aktivliyini nümayiş etdiriblər. Eyni zamanda, qeyd etmək düzgün olardı ki, 2013
cü il aprelin 16-da Konnektikut ştatının Baş Məclisi Şuşanın işğalının ildönümündə Xocalı soyqırımının
tanınması haqqında sənəd qəbul edilib. Ştatın Senat və konqresində keçirilən görüşlərdə Azərbaycan haqqında
təbliğat materialları onların kitabxanasına hədiyyə edilib. Eyni zamanda onlara Ümummilli Lider Ulu Öndər
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Diasporla İş üzrə Dövlət komitəsi tərəfindən hazırlanmış film
nümayiş olunub və disk təqdim edilib. Niderland Krallığının Assen şəhərində yaşayan azərbaycanlılar 28 May –
Respublika gününü qeyd ediblər. “Odlar Yurdu” Cəmiyyəti tərəfindən təşkil edilən tədbir Assen şəhərinin
nüfuzlu tədris ocaqlarının birində - Nassau Kollecdə keçirilib. Əsasən kollecin şagird və müəllim heyətinin
iştirak etdiyi gecəyə yerli tədris hissənin məsul işçiləri də qatılıb. Tədbirdə ilk çıxış edən məktəbin direktoru İ.
Meuldijk ötən il keçirilən və Xocalı faciəsinə həsr olunmuş tədbiri yada salıb. O, Assen şəhərinin ICO konsert
zalında keçirilmiş həmin gecənin də əsas iştirakçılarının Nassau Kollecinin şagirdlərinin olmasından və onların
tədbirə böyük marağından danışıb. 28 May Respublika gününə həsr olunmuş bu tədbirdə uşaqların çəkdiyi
rəsmlər sərgilənib, sonra isə Azərbaycan Respublikası və Ümummilli lider Heydər Əliyev haqqında filmlər
nümayiş olunmuşdur. Tədbirin sonunda musiqi nömrələri səsləndirilib. Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporu tərəfindən Ukrayna Xarici İşlər Nazirliyi nəzdində Ukrayna Diplomatik Akademiyasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.
Ümummilli liderə həsr olunmuş (Heydər Əliyevin həyat və fəaliyyəti prizmasından Azərbaycan-Ukrayna
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
26
münasibətləri) kitab Ukrayna və ingilis dilində yazılıb. Tədbir Azərbaycan Respublikasının Ukraynadakı
Səfirliyinin və Xarici Nümayəndəliklər Xidmət haqqında Kiyev Şəhər Şurası Baş İdarəsinin dəstəyi ilə keçirilib.
Təqdimat günündə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli, Türkiyə Respublikasının
Ukraynadakı səfiri Mehmet Samsar, habelə 30 ölkənin diplomatik korpus nümayəndələri, Ukrayna Diplomatik
Akademiyasının rektoru, 30 ölkənin diplomatik korpus nümayəndələri, yerli ukraynalı ziyalılar, azərbaycanlı
diaspor nümayəndələri iştirak edib. Sonda tədbir iştirakçılarına “İki eranın lideri” adlı kitabın nüsxələri
hədiyyə edilib.
Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin
universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi
icmalarının üzvləri qatılıb. Tədbirdə Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, Dövlət siyasəti üzrə
namizədlik dərəcəsi almış Aytən Nəbiyeva və Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov
çıxış ediblər.
Haaqa şəhərində “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin yeni binasının açılışı keçirilib.
Yenicə açılmış ofisdə keçirilmiş ilk tədbir Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi
olub. Cəmiyyətin sədri Mayisə Ağamirzəyeva binada Niderlandda yaşayan azərbaycanlı uşaqlara dilimizi və
ədəbiyyatımızı aşılamaq üçün dahi şairimiz Nizami Gəncəvinin adını verdikləri kiçik tədris mərkəzinin fəaliyyət
göstərməyə başladığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Açılış mərasiminə Niderlandda fəaliyyət
göstərən cəmiyyət və qurumlardan, Azərbaycanın Niderland Krallığında fəaliyyət göstərən səfirliyindən
nümayəndələrlə yanaşı, burada yaşayan bir çox azərbaycanlılar da dəvət edilib. Tədbirdə azərbaycanlı sənətçilər
də iştirak edib.
Misirin İsgəndəriyyə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Ticarət Nümayəndəliyi tərəfindən nəşr
olunan “EgAz” jurnalının növbəti nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsi oxucuları Azərbaycanın və Misirin
siyasi və mədəni həyatında əhəmiyyətli hadisələrlə tanış edilib. Jurnal oktyabrın 9-da Azərbaycanda keçirilən və
Prezident İlham Əliyevin inamlı qələbə qazandığı seçkiləri ölkəmiz üçün əsas hadisə adlandırıb. Misirli müəllif
Zəhi Həvvas “Azərbaycan Odlar Yurdudur” adlı məqaləsində gözəl ölkəmiz, onun qədim və zəngin mədəniyyəti
barədə təəssüratlarını bölüşür, Azərbaycan tədqiqatçısı Seymur Nəsirov Azərbaycan ilə Misir arasında tarixi
əlaqələrdən, habelə ərəb dünyasının və Misirin tarixində əhəmiyyətli rol oynamış azərbaycanlılardan yazıb.
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzi ilə birgə ənənəvi olaraq 31 dekabr-Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə
Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və icma fəalları ilə görüş keçirilib.
Görüş zamanı Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və bu fəaliyyətin həmçinin Səfirliklə
əlaqələndirilməsi, AAKM –nin təşkilatlandırıcı fəaliyyəti, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında
Azərbaycan diasporunun rolu, diaspor təşkilatlarının həyata keçirdikləri layihələr, qarşıdan gələn il ərzində
keçirilməsi nəzərdə tutulan tədbirlər və digər maraq kəsb edən mövzular ətrafında müzakirələr aparılıb. Tədbirin
sonunda diaspor nümayəndələrinə Səfirlik və Heydər Əliyev Fondu tərəfindən alman dilində nəşr edilmiş
kitablar hədiyyə verilib və axşam yeməyinə dəvət olunublar. Gecədə Azərbaycan musiqiləri səsləndirilib və
qonaqlara milli mətbəximizdən nümunələr təqdim olunub.
“Olaylar”.-2014.-4 aprel.-№ 54.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
27
Azərbaycan diasporu lobbi fəaliyyətinə doğru
Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsi, müxtəlif ölkələrdə Azərbaycan lobbisinin
formalaşdırılması istiqamətində hər il məqsədyönlü addımlar atılmaqdadır. Bu baxımdan keçən il də səmərəli
olub. Belə ki, 2013-cü il ərzində keçirilmiş 61 tədbir xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları,
siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlament üzvləri, kütləvi informasiya
vasitələri ilə əlaqələrin qurulmasına xidmət edib. Məhz bu tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin
parlament üzvləri, dövlət rəsmiləri, ictimai və siyasi xadimləri, KİV nümayəndələri ilə görüşlər keçirilib, onların
bir çoxunun Azərbaycana səfərləri təşkil olunub.
2013-cü il martın 8-də Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin
təşkilatçılığı ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran
vəzifələr” mövzusunda diaspor nümayəndələrinin müşavirəsi keçirilib. Görüşdə Avropada Azərbaycan
diasporunun fəaliyyəti, qarşılaşdığı problemlər, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması
istiqamətində görüləcək tədbirlərlə bağlı geniş müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Nazim İbrahimov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tövsiyələrinə uyğun olaraq diasporumuzun öz fəaliyyətini hücum taktikası əsasında qurduğunu bildirib.
14-21 aprel tarixlərində isə 14 nəfərdən ibarət İsrail Dövlətinin kütləvi informasiya vasitələri
nümayəndələrinin Azərbaycana səfəri baş tutub. Səfərin məqsədi müstəqillik dövründə Azərbaycanın əldə etdiyi
nailiyyətlər, həyata keçirilən iqtisadi və sosial islahatlar, İsrail-Azərbaycan münasibətlərinin inkişaf
perspektivləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması, iki
dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlığın strategiyasını formalaşdırılması,
Azərbaycanda dini və etnik tolerantlıq, Azərbaycan və yəhudi xalqları arasında dostluq və tərəfdaşlığın inkişafı
amilli kimi məsələlərin müzakirə olunmasından ibarət olub. İsrail Dövlətinin KİV nümayəndələri Bakı
şəhərində səfərləri zamanı Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi,
İsrailin Azərbaycandakı Səfirliyində görüşlər keçiriblər.
Almatı şəhərindəki nüfuzlu universitetdə Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzi, Fəlsəfə
problemlərini öyrənən Elmi Mərkəz, Azərbaycanlıların “Ozan” İctimai Birliyi Azərbaycan bayrağı altında bir
araya gəliblər. “Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin rolu”
adlı elmi praktik respublika konfransında Satpaev adına Qazaxıstan Milli Texniki Universitetində professorlar,
elmlər doktorları və tələbələr, türk, ərəb, özbək, çeçen, qırğız milli mərkəzlərini təmsil edən alimlər Heydər
Əliyevin Şərq dünyasındakı şəxsiyyətinin dəyəri, onun siyasi baxışları və başqa xususi keyfiyyətləri haqqında
çıxışlar ediblər. Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov
“Azərbaycan dövlətçiliyinin yaranmasında Heydər Əliyevin rolu” adlı məruzəsində Heydər Əliyevin Qazaxıstan
və Azərbaycan xalqlarının dostluğu zəminində apardığı ümummilli siyasətindən danışıb. Tədbirin sonunda
Qazaxıstan Azərbaycanlılarının milli dərgisi olan “Turan Times” qəzetinin Heydər Əliyevə həsr olunmuş nəfis
nömrəsi paylanılıb. Moskva şəhərində Ümumrusiya Azərbaycan Konqresi regional bölmələri rəhbərlərinin
Konqresin rəhbərliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ilə görüşü keçirilib. ÜAK icraçı
direktoru görüşü açaraq, Konqresin 2013-cü ildə Rusiyanın dövlət və hökumət orqanları ilə əlaqələri,
azərbaycanlıların cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği sahəsində həyata keçirilən layihələrin
əhəmiyyətindən danışıb. Tədbirdə ÜAK-ın növbəti il üçün fəaliyyət planı müzakirə olunub. 2014-cü il Qış
Olimpiya Oyunlarının Soçidə keçirilməsi ilə əlaqədar şəhərdə Azərbaycan evinin yaradılması məqsədəuyğun
hesab edilib. İyul ayının 17-də TRT Avaz telekanalında Kocaeli Azərbaycan Evi haqda veriliş yayımlanıb. İl
ərzində TRT Avaz kanalında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Kocaeli Azərbaycan
Evi haqda çəkilən proqramın yayımı davam edib. Türk dünyasının səsi olan TRT Avaz kanalında yayımlanan
“Türkiyənin rəngləri, Türkiyənin səsləri” proqramı artıq üçüncü verilişdir ki, TADEF və Kocaeli Azərbaycan
Evinin fəaliyyətinə həsr edir. Verilişin çəkilişləri mart ayında aparılıb. Bir həftəlik çəkilişlərdə TADEF-in sədri
Bilal Dündarla yanaşı, Kocaeli valisinin müavinləri, Kocaeli Mədəniyyət və Turizm müdiri, bələdiyyə sədrləri,
universitet müəllimləri və digəriləri müsahibələr veriblər.
2013-cü ilin sentyabr ayında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən paytaxtdakı Nizami
Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü ilə
əlaqədar “Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi” adlı tədbir keçirilib. Tədbirdə
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, universitetin professor və müəllim
heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Tədbir zamani Universitetin rektoru,
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov, Səfir Hüseyn Quliyev, Filologiya elmləri
namizədi, dosent Gulbaxor Aşurova və Cəmiyyətin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan diasporunun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
28
fəalı Almaz Məcidova və başqaları Azərbaycan və Özbəkistanın ali məktəbləri arasında əlaqələrin yaradılması
və inkişafı məsələlərindən söhbət açıblar. Oktyabr ayının 2-də isə Hyuston şəhərindəki Azərbaycan mərkəzinin
direktoru İradə Axundova konqresmen Cim Braydenstayn ilə görüşüb. Görüşdə ABŞ və Azərbaycan arasında
münasibətlər müzakirə edilib. Cim Braydenstayn Oklahoma ştatının ikinci ən iri şəhəri Talsanın da daxil
olduğu birinci seçki dairəsini təmsil edir. Konqresmen 2012-ci ildə seçkilərdən sonra ilk dəfə ABŞ Konqresində
fəaliyyətə başlayıb.
Noyabr ayında Estoniyada nəşr olunan “Postimees“ qəzetinin 28 noyabr nömrəsində Tallinndəki Azərbaycan
həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva ilə müsahibə dərc olunub. Azərbaycan həftəsonu məktəbinin
rəhbərinin fikrincə, Azərbaycan dilinin mənimsənilməsində, mədəniyyət və tarixin öyrənilməsində məktəbin
müəllimləri üçün ən əsas amil uşaqların və gənclərin arzu və istəyinin nəzərə alınmasıdır. Sənəm Əliyeva
məktəbin genişmiqyaslı fəaliyyətindən söhbət açıb, görülən və qarşıda duran layihələr haqqında məlumat verib.
Noyabrın 27-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru A.Jilkinin rəhbərlik etdiyi
nümayəndə heyəti Azərbaycana səfərdə olub.
Avstraliyada yaşayan həmvətənlərimiz arasında təşkilatlanma işinin daha da möhkəmləndirilməsi,
azərbaycanlıları birləşdirən qurumların vahid əlaqələndirmə mərkəzinin formalaşdırılması və erməni icmasının
ölkəmizin milli maraqları əleyhinə, xüsusilə işğal olunmuş Dağlıq Qarabağın Avstraliyanın yerli və federal
qanunverici orqanları tərəfindən tanınması istiqamətində intensiv fəaliyyətinin zərərsizləşdirilməsi məqsədilə
prioritetlərin müəyyənləşdirilməsi məqsədilə Avstraliyadakı azərbaycan səfriliyində görüş keçirilib. Görüşdə
Avstraliyanın azərbaycanlı icmasının üzvilərinin təmsil olunduğu qurumların vahid federasiya və ya
konfederasiya formatında birləşdirilməsi qərara alınmış və bu istiqamətdə ilk addımlardan biri kimi Sidney
şəhərində azərbaycanlıların ümumi təsis yığıncağının təşkili ideyası qəbul olunub. Könüllülük prinsipi ilə
doqquz nəfərdən ibarət müvəqqəti idarə heyəti seçilib, idarə heyətinin vəzifələri kimi yaradılacaq qurumun
əsasnaməsinin hazırlanması və Sidneydə keçiriləcək toplantının təşkil edilməsi müəyyənləşdirilib.
Moskva şəhərində Rusiya Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası
komissiyasının on birinci iclası keçirilib. İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın
həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Görüşdə Diasporla İş üzrə Dövlət
Komitəsinin şöbə müdiri Rizvan ƏliyevAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya
Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev iştirak etmişlər. Rusiya Federasiya Şurası sədrinin
müavini, komissiyanın Rusiya tərəfindən yeni seçilmiş həmsədri İlyas Umaxanov, komissiyanın 10-cu
iclasından ötən bir il ərzində Azərbaycanda olduqca önəmli hadisələrin baş verdiyini, prezident seçkilərinin
keçirildiyini söyləyib. İ.Umaxanov komissiya üzvləri adından Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə
inamlı qələbəsi münasibətilə təbrik edib.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ölkənin cənubunda yerləşən Aşkelon şəhər
bələdiyyəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bu şəhərin sakinlərini Azərbaycanın mədəniyyəti, tarixi
və bugünkü reallıqları ilə tanış edib. Tədbirin əvvəlində 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində
baş vermiş faciəli hadisələri əks etdirən sənədli fotoşəkillər nümayiş etdirilib. Aşkelon sakinləri bu dəhşətli
fotoşəkillərə baxdıqdan sonra son dərəcə hiddətləndiklərini bildiriblər. İsveçrənin Bazel şəhərində fəaliyyət
göstərən “Azərbaycanın Dostları” cəmiyyəti : "Azərbaycan diasporunun inkişafı" mövzusunda elmi-praktiki
konfrans keçirib. Ankarada isə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları
rəhbərlərinin II Toplantısı keçirilib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən
toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri qatılıb.
Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin iyunun 21-də
Bakıda keçiriləcək Birinci Forumunun proqramına dair müzakirələr də aparılıb. TDƏŞ-ə üzv ölkələr – Türkiyə,
Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət
strategiyası” imzalanıb.
İyunun 25-də isə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə
olan BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi və Forumun rəhbəri Amir
Dossal ilə görüşüb. Görüş zamanı tərəflər BMT strukturuna daxil olan təşkilatlarla Azərbaycan arasında
müxtəlif səpkidə və müstəvidə birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
“Olaylar”.-2014.-9 aprel.-№ 57.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
29
Azərbaycan diaspor təşkilatlarının sayı 450-yə çatıb
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin əsas istiqamətlərindən birini
təşkil edir. Elə son illər bu sahədə görülən işlər də bunu sübut edir. Belə ki, təkcə 2013-cü il ərzində bu sahədə
30 tədbir həyata keçirilib. Keçən il xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən 13 diaspor təşkilatı
yaradılıb və beləliklə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının
sayı 450-yə çatıb. Bunlar arasında Azərbaycan – Alman Dostluq Cəmiyyəti – “Ocaq”, Alman - Azərbaycanlı
Gənclər Birliyi, İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi, Şimali Hollandiya Azərbaycanlıları İttifaqı,
Qırğızıstan Azərbaycanlıları Assosiasiyası, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunu qeyd etmək olar.
Azərbaycan icma və birliklərin nəzdində yeni yaradılmış dövrü nəşrlərə və elektron KİV-lərə isə “www.dakv-
nrw.de” internet səhifəsi və “Vətən -Rodina” qəzeti aiddir.
2013 –cü il, yanvarın 26-da tarixində Moskva vilayətinin Kolomno şəhərində Ümumrusiya Azərbaycan
Konqresinin (ÜAK) yeni nümayəndəliyi açılıb. Bu münasibətlə Ümumrusiya Azərbaycan Konqresi mərkəzi
aparatı nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib. Tədbirin sonunda şəhər administrasiyasına Ümumrusiya
Azərbaycan Konqresi adından ölkəmiz haqqında kitablar təqdim olunub. Yanvarın 29-da isə Moskvada Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü və qurumun təşkilatçılığı, habelə
Azərbaycan Gənclər və İdman Nazirliyi, Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə Federal
Agentliyinin (“Ros Molodyoj”) dəstəyi ilə “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbinin
açılışı olub. Ondan bir gün sonra isə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə Gənclər və İdman
Nazirliyinin başçılığı və Rusiyanın Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə Rusiyada “Liderlik və aktiv
vətəndaş mövqeyi” adlı qış məktəbinin açılışı olub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
da iştirak edib Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumrusiya Azərbaycan Konqresinin
Mərkəzi Şurasının iclası keçirilib. “Prezident Hotel”də keçirilən iclasda konqresin prezidenti Məmmədbağır
Əliyev və konqresin Rəyasət Heyətinin üzvləri və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak
edib.
Fevral ayının 13-də AMOR nümayəndələri və Voronej regionun azərbaycanlı icmaları Heydər Əliyev
fondunun təşəbbüskarlığı ilə Voronej regionunda uşaqlar və yeniyetmələr üçün tədbir keçiriblər. Tədbir
təşkilatçıları uşaqlara hədiyyələr aparıblar. Tədbirdə azərbaycanlı və qafqazlı rəqs qrupu olan “Qobustan” və
“Almaz” uşaqlara konsert proqramı təqdim edib. Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının - “Xəzər”
İctimai Birliyi, Qırğızıstan Azərbaycanlıları Konqresi, Qırğızıstan Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzi,
Regional Milli Etnik Diaspor Əməkdaşlığı Şurası və “Qırğızıstan-Azərbaycan Gəncləri” İctimai Birliyinin
rəhbərlərinin toplantısı keçirilib. Tədbirdə Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının inkişafı,
soydaşlarımızın bu ölkənin ictimai həyatında daha fəal iştirakı və s. məsələlər müzakirə olunub.
2013-cü il, fevralın 20-də yeni təşkilat - Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporası yaradılıb.
Təşkilatın təsis konfransında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Ukraynada fəaliyyət
göstərən bir sıra Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Ukraynanın müxtəlif universitetlərində
təhsil alan azərbaycanlı gənclər, ziyalılar, elm və incəsənət xadimləri iştirak edib. Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporasının nəzdində Gənclər Təşkilatı yaradılıb. Mart ayının 4-də Rusiya paytaxtında
“Azərbaycanlılar Rusiyada: biznes, mədəniyyət, xeyriyyəçilik” adlı tədbir keçirilib. “Rusiya hamı üçün”
layihəsi çərçivəsində RİA “Novosti” informasiya agentliyində keçirilən tədbirdə Rusiyadakı Azərbaycan
diasporunun fəaliyyəti, azərbaycanlıların Rusiya mədəniyyətinin inkişafında rolu və iki ölkə arasında olan
iqtisadi əlaqələr müzakirə edilib. Mart ayının 9-da Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və
Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu:
yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda diaspor nümayəndələrinin müşavirəsi keçirilib.
Görüşdə Fransa Milli Assambleyasının binasında Azərbaycan diasporunun fəallarının erməni icmasının üzvləri
tərəfindən hücuma məruz qalması faktı da ətraflı müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq Fransa Milli
Assambleyasına müraciət və Avropa Azərbaycanlıları Konqresinin bəyanatı qəbul edilib. Türkiyənin İstanbul
şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının iclası keçirilib. İclasda 40 ölkədən 70-dən çox
təşkilat rəhbərləri və üzvləri iştirak edib. Gündəlikdə olan məsələlər əsasən, Mərkəzi Şuraya daxil olan üzv
təşkilatların il ərzində gördükləri işlərin və həyata keçirilən layihələrin hesabatlarının dinlənilməsi, bu haqda
müzakirələrin aparılması olub. Tədbirin rəsmi hissəsində Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa
Azərbaycanlıları Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Tədbirin sonunda Dünya
azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının bəyanatı qəbul edilib.
Aprel ayının 30-da Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının rəhbərliyi ilə Rusiyada işləyən
azərbaycanlı həkimlərin 1-ci tibb forumu keçirilib. Forumda Azərbaycan və Rusiya arasında tibbi əməkdaşlığın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
30
genişləndirilməsi və mütəxəssis mübadiləsi haqda fikirlər müzakirə olunub. Tədbirdə Azərbaycanın Səhiyyə
naziri Oqtay Şirəliyev də iştirak edib. O, “2007-2015-ci il azərbaycanlı gənclərin xaricdə təhsil proqramı” -ın
yüksək əhəmiyyətini vurğulayıb. 100 gənc həkim və 50-dən çox qonağın iştirak etdiyi forumda səhiyyə
sahəsində dövlət proqramı, cərrahiyyə və stomatologiya, kadr siyasəti və müasir tibbi avadanlıqlar
mövzularında davamlı görüşlərin keçirilməsi planlaşdırılıb. Kiyevdə “Ukraynadakı Azərbaycan diasporunun
inkişaf perspektivləri” I Ümumukrayna forumu işə başlayıb. Forumun təşkilatçısı “Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatı olub. Tədbirdə “Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporunun Gəncləri” regional təşkilatlarının rəhbərləri, Ukraynanın ali məktəblərində təhsil alan azərbaycanlı
tələbələr, Ukraynanın azərbaycanlı gənclər təşkilatları və başqaları diaspor quruculuğu işində gənc nəslin
fəallaşdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə
çatdırılması və s. məsələləri müzakirə edilib.
Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə Almaniyanın
Maqdeburq şəhərində “Odlar Yurdu” Boks İdman Klubu təsis edilib. Yeni qurulan İdman Klubunun rəhbəri
hazırda İBO-İnternational, İBO-İnterkontinental və İBF-Avropa versiyaları üzrə dünya çempionu Azad Əzizov
seçilib. Yeni təsis edilən idman klubunun rəhbəri Azad Əzizov bildirib ki, Boks idman növü 2015-ci ildə
Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının proqramına daxil edilib. “Bu qərar Beynəlxalq Boks
Federasiyasının (AİBA) İcraiyyə Komitəsinin Qazaxıstanda keçirilmiş iclasında qərara alınıb və artıq bu barədə
Avropa Olimpiya Komitəsinə (AOK) müraciət qəbul olunub. Noyabr ayında Nyu-York şəhərində yaşayan
Azərbaycanlı qadınları bir araya toplamaq, onların dil, iş, inteqrasiya məsələlərini həll etmək məqsədilə yeni bir
təşkilatın təməli qoyulub. Zərurətdən irəli gələn bu cəmiyyətin adı Nyu York Azərbaycan-Amerika Qadınlar
Cəmiyyətidir. Cəmiyyətin rəhbəri Minəvvər Vahabovadır. Qadınların, uşaqların və ümumiyyətlə azəri
ailələrinin sosial-ictimai problemlərinin həll edilməsi, Azərbaycanla Amerika arasında körpülərin daha da güclü
dayaqlar üzərində dayanmasını təmin etmək məqsədilə bu cəmiyyət yaradılıb. Dekabrın 26 da isə təşkilatın
rəsmi təqdimat mərasimi keçirilib.
Londonda fəaliyyət göstərən “Azərbaycan Evi”nin təsis edilməsinin 5-ci ildönümü ilə əlaqədar tədbir
keçirilib. Tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin
əməkdaşları, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri, yerli və xarici ictimaiyyətin
nümayəndələri iştirak edib. Tədbir çərçivəsində “Azərbaycan Evi”nin nümayəndəsi Fəridə Pənahova ,
“Azərbaycan Evi”nin icraçı direktoru, doktor Əli Təkin Atalar, Azərbaycanın Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək təmsil etdikləri mədəniyyət evi
haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin adını daşıyan bu dostluq mərkəzi Britaniyada yaşayan,
təhsil alan həmvətənlərimizin təşəbbüsü ilə təsis edilib. İlin sonunda Türkiyədə fəaliyyət göstərən iki təşkilat
TADEF-ə üzv qəbul olunub. Türkiyənin Qars şəhərində Qars Azərbaycan Evi Dərnəyi, sədri Filiz Civan və
İzmir şəhərində İzmir Azərbaycanlı Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi sədri Cəvahir Əhmədovadır.
“Olaylar”.-2014.-12-14 aprel.-№ 60.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
31
Mühacirət həyatı yaşayan soydaşlarımızın diasporun formalaşmasında rolu
Azərbaycan diasporunun formalaşıb bu günkü vəziyyətə gəlməsində müxtəlif illərdə bu və ya digər
səbəblərdən xarici ölkələrə mühacirət etmiş soydaşlarımızın da əməyi kifayət qədər böyükdür. Təsadüfi deyil ki,
hazırda Azərbaycan diasporunun sosial bazasının böyük bir hissəsini məhz mühacirət həyatı yaşamış
həmvətənlərimizin övladları, nəvə-nəticələri təşkil edir. Ona görə də Azərbaycan diasporundan söz düşəndə
haqlı olaraq mühacirət tarixi ilk diqqət yetirilən məqam olur. Bəs görəsən diasporun bir hissəsini təşkil edən
mühacirət tariximizi kifayət qədər öyrənirikmi?
“Diaspor və Lobbi” Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev hesab edir ki, Azərbaycan vətəndaşlarının
mühacirət tarixi bu günə qədər az öyrənilib, onun gerçəklikləri tarixin qaranlıq dumanları içərisində itib-batıb.
Ekspert deyir ki, xalqı keçmişindən, soy-kökü və milli özülündən uzaq salıb ayırmaq üçün tarix təhriflərə
uğradılıb, adına saxta, qondarma bir tarix yazılıb:”. Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması
tarixindən də qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşma prosesi başlayana qədər
Azərbaycanda kifayət qədər mürəkkəb etnik hadisələr baş verib. Bunun bir səbəbi, haqqında söhbət gedən
coğrafiyanın yaşayış üçün münasib təbii şəraitə malik olması, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərdə
gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır. Çox qədim tarixi və ənənələri olan
Azərbaycanda insan, onun varlığı, yaşayışı, həyat şəraiti, sevgisi, təbiətə və cəmiyyətə, başqalarına münasibəti –
əxlaqi davranışları, elmi-intellektual vəziyyəti, məişət mədəniyyəti, əmək və yemək ənənələri və s. zəngin tarixi
zəmin üzərində qurulub. Qədim Azərbaycanda insan, onun yaranması, tarixi, ictimai fəaliyyəti barədə çoxlu
mifik düşüncələr olub və onun birinci izləri folklorda, sonrakı yazılı ədəbiyyatda, Qobustan daş yazılarında,
arxeoloji qazıntılarda və s. əks etdirilib”. Zaur Əliyev deyir ki, tarix boyunca millətlərin axın və köçlərinə keçid
olan Qafqaz regionu və Azərbaycan başqa xalqların yerləşməsi, məskunlaşması, yaşayışı üçün əlverişli bir
bölgə olub. Burada məskunlaşmış xalqlar minilliklər boyu Qafqaz sərhədləri içərisində, xüsusilə Azərbaycanda
milli kimliklərin qoruyub saxlamış, mədəniyyət və ənənələrin inkişaf etdiriblər: “Ölkəmiz ərazisində aparılan
elmi tədqiqatlar nəticəsində 4 arxeoloji mədəniyyət: olduyev (ən qədim dövr), qədim aşen, aşen və mustye
mədəniyyət abidələri tapılıb. Azıx, Tağlar, Daşsalahlı, Qazma Buzeyir və digər ərazilərlə yanaşı ən qədim dövr
adlandırılan çəmənliyi adlandırılan Quruçay mədəniyyəti dövrlərinə təsadüf edən qalıqlar aşkar olunub. Elmi
əsaslarla isbat olunub ki, iki milyon il əvvəlki illərə aid olan Quruçay mədəniyyəti zamanı tarixdə insana bənzər
canlının 4 deyil iki ayaqları üstündə yeriməsi, buranın qədimliyinin bariz nümunəsidir. Fizuli rayonu ərazisində
yerləşən Azıx mağarasında ən qədim insan, Azıxantrop adlandırılan insanın alt çənə sümüyünün tapılması
Azərbaycanın qədim tarixi inkişaf dövrü keçməsi faktın təsdiqləyir” Mərkəz rəhbərinin sözlərinə görə, Türk
xalqları qrupuna daxil olan azərbaycanlıları müxtəlif dillərin işlənmə texnikasını nəzərə alaraq müxtəlif cür
adlandırıblar: “Adarbaqadan, alban, atropatan, azər, aser, oser, az, sovir, türk, Azərbaycan türkü, aderbicanlı,
qaşqay, qızılban, kazax tatarı, hun, və yüzlərlə adları sadalamaq olar. Türk mənbələrində bizi Azərbaycan
türkləri, Fars mənbələrində, türk, azəri, assur və ərəb mənbələrində azəris, Rus mənbələrində tatar adlandırıblar.
Lakin bir şeyi unutmaq lazım deyil ki, biz türk xalqları qrupuna daxil olsaq da digər türk xalqları kimi, biz
azərbaycan türklərinin özünəməxsus fərdi xüsusi səciyyəli mədəniyyəti inkişaf edib. Şərq mədəniyyəti
çərçivəsində azərbaycan türklərinin öz renesansı var ki, adət-ənənə, mətbəx, musiqi, və digər sahələrdə fərqli
xüsusiyyətlər var. Türk sözünün etnik mənşəyinə nəzər salaq. Adətən Türk etnomininin qədim formasını,
“Turuk”, “turukku”, kimi bərpa edirlər. Erkən orta əsr yaddilli qaynaqlarda “Türk”, adı ilə yanaşı “Turukka”
(hindqaynaqları) trukki (xotan mətnləri), “Druq-druqu” (Tibet qaynaqlarında) turexu (Cənubi Amerika və bəzi
Okeaniya ölkələri mənbələrində) formalarında işlənib. E.ə. II minillikdə Akkad-mixi yazıları etnominin erkən
turukki, Turiki – formasını saxlayıb. Bu dəlillər onu göstərir ki, e.ə. III-II minilliklərdə və daha qədimdən də
Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. Onlar o dövrün siyasi proseslərində yaxından iştirak ediblər.
Azərbaycan xalqının tarixən məskunlaşdığı (superetnos olaraq formalaşdığı!) Coğrafiya müxtəlif dövrlərdə
müxtəlif adlarla adlandırılıb. Bu barədə professor M. Seyidovun fikri olduqca maraqlıdır. Professorun fikrincə
Azərbaycan-uğurlu, yaxşı istər (Az) yaxşı istər qırmızı, yəni günəş (Azar/Azər), varlı ata (qan) deməkdir. O,
vaxtilə yaxşı istər qırmızı, yəni günəş antropomorfik tanrısının adı imiş. Sonralar Az qəbiləsindən olan Xan,
İnsan mənasında işlənmişdir. Son zamanlar bu sahədə aparılan elmi tədqiqatlar zamanı professorun fikrini
təsdiqləyən faktlar ortaya çıxır. “Toranın şifrələrinin açılması”, “Azərbaycanın tarixi” və digər kitabların
müəllifi Firidun Gilarbəylinin tədqiqatları da diqqəti cəlb edir. Firidun bəyin fikrinə görə Qafqazda (bu barədə
məşhur Hegel də bir sıra fikirlər bildirib) – Azər adlı Allah olub. Məhz onun ağıllı, ədalətli, iradəçiliyi dövründə
geniş ərazili müəssisə yaranıb. Danil Andreyevin “Dünyanın mərkəzi” kitabında ruhani yüksəlişin və inkişafın
piramidasında “Azur” sözləri ilə tutuşdursaq professor Seyidovun, Gilarbəylinin nəzəriyyələri maraq doğurur”.
Zaur Əliyev bildirir ki, yurdumuzun qədim sakinləri olan azərbaycanlılar mezolit dövründə (e. ə XIII-IX əsrlər)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
32
insan kollektivlərin mühacirət dövrünün fəal iştirakçıları olublar. Bu mühacirətlə, köçlə əlaqədar mədəni
yeniliklər mezolit oykumenanın müxtəlif ərazilərə yayırdılar: “ Bu dövrdə başlanan azərbaycanlıların
mühacirəti, köçü tarixən zamanla aktiv, zamanla passiv formalarda davam edib. Məşhur tədqiqatçı Qumilyovun
“passionarlıq” anlayışına nəzər salsaq görərik ki, türk tayfaları böyük bir geosiyasi mənada daim köç ediblər.
Onlar ilk əvvəl Qərbdən Şərqə və sonradan geriyə bütün məkanı, enerjiləri, mədəniyyətləri, ruhları və nəfəsləri
ilə çalxalayıblar. Beləliklə türk əsrlər boyu Qərblə Şərqi “çalxalaya-çalxalaya” öz “passionarlıqlarını” bir qismi
oturaqlara verdi, başqa sözlə onlara həyat bəxş elədi. Bu oturaqlardan olan türklərin bir hissəsi Qərbdə və
Şərqdə assimliyasiya oldular. Onların mühacirətini davamiyyətli olması, bioloji artım zamanı nəsil dəyişməsinə
yerlilər tərəfindən olan böyük təsir onların barəsində ətraflı məlumatların yaranmasına mane oldu.
Azərbaycanlıların da mühacirətinin çoxəsirlik tarixi var. Son dərəcə geosiyasi mövqeyi, təbiəti, zənginlikləri və
insan ehtiyatları azərbaycanlıların könüllü mühacirəti ilə yanaşı müxtəlif səbəbin toqquşmalar, münaqişələr
səbəbilə həm vətənlərimiz öz doğma torpaqlarından zorla köçürülürlər, yad ölkələrə aparılıbar. Bir çox tarixi
mənbələrdə qeyd olunan qədim Azərbaycan mühacirləri məlum səbəblərə görə tam diaspor
formalaşdırmamalarına baxmayaraq, alimlərimiz, musiqiçilərimiz, memarlarımız və digər peşə sahibləri olan
azərbaycanlıların səsi İran, Ərəbistan, Hindistan, Avropa və digər Asiya Amerika ölkələrindən gəlib.
Azərbaycanlılar dünyanın hansı ölkəsində məskunlaşmalarına baxmayaraq vətənlə bağlılıqlarını birbaşa olmasa
da mədəniyyət və incəsənət vasitəsilə gələcək nəsillərə çatdırıblar. Burada bəzən yerli mədəniyyətin təsirləri
hiss olunması isə təbii qarşılanmalıdır. Bu danılmaz bir prosesdir ki, azərbaycanlılar məskunu olduqları,
yaşadıqları mühitlə təmasda olublar. Nəticədə ədəbi mədəni, mənəvi və dini əlaqələr bu bağlılıqların
mahiyyətinə və xarakterinə təsirsiz qalmamışdır. Bu mənada Azərbaycan mühacirəti və diasporu ədəbi, mədəni
irsi olduqca mürəkkəb, ziddiyyətli və çoxşaxəlidir. Azərbaycan dastanlarını, şifahi və yazılı xalq ədəbiyyatı
folklorunda qürbət mövzusunun yeni olmadığı hamıya bəllidir. Biz azərbaycanlıların dünya səpələnməsi,
diaspor formalaşdırılması barədə Azərbaycan alimləri ilə yanaşı Rusiya, İngiltərə, Türkiyə, İsveç, Norveç və
digər ölkələrin alimləri, tədqiqatçıları da çox sayda kitablar yazıblar. Bu istiqamətdə aparılan tədqiqat işlərində
norveçli səyyah alim Tur Heyerdalın nəzəriyyələrinin xüsusi yeri var. Əsərlərilə tarixin qaranlıq səhifələrini
işıqlandıran Tur Heyerdalın fikirlərindən sonra bizdə Azərbaycan diasporunun, mühacirətin qədim tarixini
araşdırmaq üçün şərait yarandı. İlk dəfə 1981-ci ildə Azərbaycanda olan səyyah ölkə ərazisində tarixi abidələrlə
yaxından tanış olduqdan sonra Dünya tarixində 3 əsas svilizasiyadan birinin Azərbaycan ərazisində olması
barədə mülahizə irəli sürdü. Bu 3 svilizasiya məskənləri inkişaf etmiş ərazilərlə malik olmaqla yanaşı sakinləri
mədəni, incəsənət və memarlığı ilə seçiliblər. Tur Heyerdalın qənaətinə görə, bir sıra çağdaş Avropa tayfalarının
və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşayıb,
lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya gediblər.
“Olaylar”.-2014.-17 aprel.-№ 63.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
33
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi: möhtəşəm uğurlara doğu
Öz xalqının taleyində müstəsna rol oynayan fenomenal şəxsiyyətlər xüsusilə cəmiyyətin milli və mənəvi
birliyinə xidmət edən ideyaları və əməlləri ilə tarixdə əbədi yaşamaq haqqı qazanırlar. Millətə sevgi və
ona xidmət etmək zərurətindən qaynaqlanan bu ideyalar cəmiyyətin inkişafı prosesində prioritet amilə
çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideallar uğrunda
səfərbər etmək imkanı verir.
Dünya sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan xalqı tarixin sərt sınaqları üzündən ötən əsrin 90-
cı illərinədək vahid ideologiya əsasında təməli qoyulan dövlətçilik ənənələri formalaşdırmaq, milli mənafelər
ətrafında birləşməkdən uzaq düşmüşdü. Hələ 1991-ci ilin oktyabrında müstəqilliyə nail olmuş Azərbaycanda
cəmiyyətin parçalanma təhlükəsi, milli birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problemə,
dövlətin inkişafını əngəlləyən amilə çevrilmişdi. Məhz bu səbəbdən 1993-cü ilin iyun ayınadək Azərbaycanda
vətəndaş həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki qarşıdurmalar daha da kəskinləşərək siyasi böhrana gətirib
çıxarmışdı. O vaxtlar dövlətə rəhbərlik edən naşı qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi
diaspor quruculuğuna diqqət yetirməmiş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycan
ilə əlaqələrinin genişləndirilməsi, problemlərin həllində onların geniş potensialından istifadə edilməsinə
etinasızlıq göstərmişlər.
1991-1993-cü illərdə müstəqil Azərbaycanın ideoloji-siyasi, təbliğati müstəvidə Ermənistana uduzması, bir-
birinin ardınca baş verən ağır faciələri dünya ictimaiyyətinə vaxtında və obyektiv çatdıra bilməməsi məhz bu
laqeydliyin nəticəsi kimi yaddaşlarda qalıb. Həmin illərdə informasiya blokadasını aradan qaldırmaq üçün
Azərbaycan diasporunun imkanlarının səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində heç bir ciddi addımın
atılmaması xarici siyasətdə problemlər yaratmışdı. Belə bir vəziyyətdə dövlətçiliyi xilas etmək məqsədilə
özünün qüdrətli siyasətçi təcrübəsini əsirgəməyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin yayında
xalqın tələbi ilə hakimiyyətə qayıdışı tarixin Azərbaycan dövlətinə və xalqına zamanında yetirdiyi bir bəxşiş idi.
Yalnız bu qayıdış Azərbaycan xalqını qarşıda gözləyən bəlalardan, uçurumlardan hifz etdi. Hakimiyyətə
qayıtdıqdan sonra ulu öndərimiz Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid
ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın milli
problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir.
Ümummilli liderimiz cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı
amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli
sürmüşdür. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də
fəxr edirəm ki, mən azərbaycanlıyam”—deyən ulu öndərimiz yeritdiyi siyasətlə dünya azərbaycanlılarının
liderinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid
məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə
bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də ulu öndərin tarixi xidmətləri
sırasına daxildir.
Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas
ideyaya çevrilmişdir. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi
təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq,
eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın
inkişafını təmin etməkdən ibarətdir.
Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət
mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla
yanaşmışdır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-
siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir. Heydər Əliyev xarici ölkələrdə
Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və
perspektivlərini bəyan etmişdir. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini
müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun
xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə almışdır. Bu sahəyə xüsusi diqqət
yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq
müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də ulu öndərimizin təməlini qoyduğu
siyasəti bu gün də uğurla davam etdirən Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail
olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirmiş, bu sahədə ardıcıl siyasət yürütmüşdür.
15 il bundan əvvəl Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olunmuşdur: 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Müstəqil Azərbaycan dövlətçiliyi üçün əlamətdar olan bu günün
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
34
müəllifi də xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Əslində bu tarix 1991-ci ilin 16 dekabrından
başlanır. Həmin ağır dövrdə blokada şəraiti ilə üzləşərək mərkəzdən uzaq düşmüş Naxçıvan Muxtar
Respublikasında Ali Məclisin sədri vəzifəsində çalışdığı vaxt ulu öndər Heydər Əliyev dünyanın bütün
qütblərində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında bir araya gələrək düşdüyü çətin vəziyyətdən
çıxmaqda Azərbaycana dəstək verməsi dahi siyasətçinin təsəvvüründə respublikanın xilasına yol açacaq
vasitələrdən biri ola bilərdi. Elə bu məqsədlə də Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il tarixli
iclasında dünya azərbaycanlılarına üz tutdu. Onları birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səslədi. Heydər
Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan
azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli
mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-
mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi
səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”. Azərbaycanlıların
yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı kamil bir ideologiyaya, müstəqil
Azərbaycan dövlətinin xilas yoluna çevrildi. Məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il
31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar çıxardı. Beləliklə, bu
gün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixə həkk olundu.
Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil
Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi,
siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin may ayının
23-də xüsusi sərəncam imzalamış, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş
Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə
təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bu addım diaspor hərəkatının inkişafında yeni
mərhələnin başlanğıcını qoymuşdur. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya
azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya
azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin
birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi
zərurəti ilə bağlı fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif
ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkar
siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın
qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir.
Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider
Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə
“Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı.
Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid
mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət
Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında
yeni mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və öz
problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş
görməyə müvəffəq oldu. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş “Xaricdə yaşayan soydaşlarımıza dövlət
qayğısı haqqında” Qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi.
Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində
qorunur. Həmçinin, imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi,
gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin
hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan
diasporunun dünyanın müxtəlif ölkələrində 300-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya
azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli sərəncamında vurğulanmışdır
ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi
məhz ümummilli lider Heydər Əliyevdir.
Prezident İlham Əliyev hər zaman bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə
mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli
problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər.
Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
35
getdikcə daha da gücləndirilməsini vacib sayan dövlət başçımız milli mənafe və maraqların beynəlxalq aləmdə
yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması
baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir,
onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli
tövsiyələrini verir. Ölkə Prezidenti Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək
səviyyəyə qaldırmaq niyyətindədir.
Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ümummilli liderimizin irəli sürdüyü azərbaycançılıq
ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri
dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş
universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn,
günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa
çevrilərək son 10 illikdə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif
ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təkmilləşməsini stimullaşdırmışdır.
Dövlət başçısı Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini,
respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını diaspor
təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və
qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu mütəşəkkil birləşib və onların fəaliyyət
dairəsi daha da genişlənib.
Bu gün ölkəmizdə həmin yolla irəliləyən təşkilatlar sırasında Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi
(prezidenti xalq şairi Söhrab Tahirdir), eləcə də Sabitlik və İnkişaf Mərkəzi də vardır. Bu təşkilatlarda əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən günün reallıqlarına uyğun
həyata keçirilən diaspor siyasəti milli ideologiyamıza sıx bağlılıqla təbliğ edilir, diaspor təşkilatlarının əhatə
dairələrinin genişləndirilməsinə qayğı ilə yanaşılır və beləliklə də, ölkəmizin beynəlxalq imicinin
yaxşılaşmasına, soydaşlar arasında mədəni bağların daha da möhkəmlənməsinə, qürbətdə yaşayan
həmvətənlərimizin tarixi Vətən üçün həmişə qiymətli olmasına sağlam milli-mənəvi təminat yaradılır. Yaxın və
uzaq xaricdə yaşayan soydaşlarımız bu təşkilatların rəhbərlərini–Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin prezidenti, xalq şairi Söhrab Tahiri, həmin mərkəzin birinci vitse–prezidenti və Sabitlik və İnkişaf
Mərkəzinin sədri bu sətirlərin müəllifini yaxşı tanıyırlar. Çalışırıq ki, insanlarla çox asanlıqla ünsiyyət yaradaq,
onları adət–ənənələrimizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sahib çıxmağa sövq edək. Şəxsən mən
hər görüşdə belə bir həqiqəti həmsöhbətlərimin diqqətinə çatdırıram ki, “Azərbaycanın nicatı, onun sabitliyi və
inkişafı yalnız Heydər Əliyev ideologiyasına xidmətdədir”.
Biz diaspor təşkilatları ilə görüşlərdə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini,
erməni separatizminin xalqımıza qarşı törətdiyi Xocalı soyqırımının günahkarlarının beynəlxalq miqyasda
tanınmasında dövlət qurumlarının, xüsusilə də Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən ürəkdolusu
söhbət açırıq. Ümumiyyətlə, bu istiqamətdə aparılan məqsədyönlü dövlət siyasətinin təbliği hər iki qurumun
fəaliyyətinin əsas mövzusudur.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi tarixi Vətənə bağlılıq, respublikamızın iqtisadi-siyasi sahələrdə
qazandığı uğurları xaricdə yaşayan həmvətənlərimiz önündə qürurla təbliğ edən qurumdur. Mərkəz həmin işlərə
ölkəmizin xalq arasında hörmətlə tanınan, məşhur ziyalılarımızdan ibarət müxtəlif qrupları cəlb etməklə xaricdə
tez-tez görüşlər təşkil edir, dövlətçilik tariximizin şanlı səhifələrinə aid yubiley gecələri, mədəniyyət günləri
keçirir. Bu tədbirlərin ən təntənəlisi ulu öndər Heydər Əliyevin 90 illiyi şərəfinə təşkil olunmuşdu. Həmin
tədbirlərdən birinin məşhur neftçilər şəhəri olan uzaq Nijni Vartovskda (Rusiya Federasiyası) keçirilməsi
təsadüfi deyildi. Rusiyanın neft—qaz sənayesi mərkəzlərindən biri olan bu şəhərin dünya xəritəsində yer
almasında Azərbaycan oğullarının əməyi böyükdür. Hazırda bu şəhərdə xeyli soydaşımız yaşayır və çalışır.
Onlarla tez-tez görüşmək, diaspor təşkilatı kimi onların daha da güclənməsi və genişlənməsi üçün
həmvətənlərimizin tarixi Vətəndən güc alması həmişə faydalıdır.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin iş təcrübəsi də göstərir ki, diaspor təşkilatları ilə bağlı
tədbirlərə ancaq soydaşlarımızın deyil, yerli insanların da məmnuniyyətlə qoşulmalarında təşəbbüskar olmaq
strateji maraqlara xidmət edən niyyətdir. Ona görə də həmin tədbirlərin keçirilməsində əsas məqsəd, sadəcə,
günün ictimai-siyasi nəbzini tutmaq deyil, həmin məkanı qısa müddətə də olsa, lakin sanballı özüllə
azərbaycanlılaşdırmaq, həmvətənlərimizə, onların yerli dostlarına, qohumlarına, hətta qonşularına belə
Azərbaycanı tanıtmaqla onları sabahkı həyatımıza bağlamış oluruq. Mərkəz məhz bu yolla bizim üçün doğma
olan insanlarımızın öz kökündən, tarixindən, ana dilindən, dostluq ruhundan ayrı düşməsinə imkan vermir, hətta
bəzi problemlərin çözülməsi üçün səlahiyyətli söz sahibləri qarşısında da məsələ qaldırmağı, söz açmağı da
bacarır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
36
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Vətənimizin Qarabağ problemi və bununla bağlı digər
məsələlər bərədə diaspor nümayəndələrinin müraciətlərinin yaşadıqları ölkələrin dövlət orqanlarına çatdırılması
istiqamətində yardımçı olmağa təşəbbüs göstərir, diaspor təşkiatlarının fəallığına, tədbirlərinə kütləvilik
xarakteri verməyə çalışır. Mərkəz təşkil etdiyi görüşlərə təkcə həmin regionun nümayəndələrinin cəlb edilməsi
ilə kifayətlənmir, ətraf rayonlardan diaspor təşkilatlarının, din adamlarının, idmançıların qatılması ilə
tədbirlərinin maraqlı və yaddaqalan olmasını təmin edir.
Hər iki mərkəzin fəaliyyətində kitab nəşri işi ilə təşviqat aparmaq xüsusi maraq doğurur. Çünki həmin çap
məhsulları ancaq Azərbaycanın deyil, həmin ölkənin ictimai-siyasi həyatı ilə də bağlı olur və belə bir qarşılıqlı
əlaqələr hər iki ölkənin mədəni həyatına eyni ucalıqdan işıq saçır, yadigar söz kimi yaşayır. Məsələn, bu
yaxınlarda Ukraynada çapdan çıxmış “1900-1917-ci illərdə Ukraynada təhsil almış azərbaycanlı tələbələrin
Ukrayna hökumətinin qurulmasında rolu” kitabı hər iki ölkənin ziyalıları tərəfindən maraqla qarşılanmışdır.
Mərkəzin təsis etdiyi “Əbədi lider” qızıl döş nişanı və Fəxri diplomla tanınmış zıyalılarımızın, elm-
mədəniyyət xadimlərimizin ümummilli lider Heydər Əliyevin şərəfinə təltif olunmaları ictimaiyyət tərəfindən
hörmətlə qarşılanır.
Mərkəzdə tanınmış insanların fəaliyyəti bir daha belə qənaətə gəlməyə imkan verir ki, bu qurum dispor
fəaliyyətində hələ çox möhtəşəmliklərə imza atacaq. Bu gün mərkəzdə təmsil olunan Respublika Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, professor, İctimai Siyasi Universitetinin rektoru,
DAMM-ın vitse-prezidenti Rasim Nəbiyev, Milli Məclisin deputatı, professor Jalə Əliyeva, tibb elmləri
doktoru, Heydər Əliyev Fondunun “Qızıl Çinar” mükafatı laureatı Rəşad Mahmudov, yazıçı Nəsibə Tahir,
Azərbaycan Respublikasının əməkdar artisti Aygün Zeynalova, jurnalist-publisist, DAMM-ın Qadınlar
Şurasının sədri Fəridə Ləman, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Dövlət Musiqili
Komediya teatrının direktoru Əliqismət Lalayev kimi ziyalılarımız Azərbaycanın adını ən yüksək zirvələrə
qaldırmaqda davam edirlər.
Beləliklə, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi keçirdiyi möhtəşəm tədbirləri ilə öz sözünü uğurla
deməkdədir. Hazırda isə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin
91-ci ildönümü, Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə may ayının 3-də əsrarəngiz bəyaz
gecələr şəhəri Sankt-Peterburqda təntənəli tədbir keçirməyə ciddi hazırlıq gedir. Bu tədbirin ən yüksək
səviyyədə baş tuması üçün gərgin işlər aparılmaqdadır. Sankt-Peterburq şəhərinin məşhur Akademik
Filarmoniyasında baş tutacaq bu möhtəşəm gecəyə maraq indidən böyükdür. Tədbirin keçirilməsi üçün
təşkilatçılıq işləri artıq yekunlaşır. Söz yox ki, növbəti möhtəşəmliyə imza atacaq həmin tədbir dünya
azərbaycanlılarının səsini bəşəriyyətə çatdırmaq üçün maksimum imkanlarından yararlanacaq.
Rasim MƏMMƏDOV,
Sabitlik və İnkişaf Mərkəzinin sədri,
DAMM-ın birinci vitse-prezidenti
“Xalq qəzeti”.-2014.-27 aprel.-N 86.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
37
“Dispora siyasiləşməkdən çəkinməlidir“
Hüseyin Türkelli: "İran rejimi müxtəlif metodlarla Azərbaycan diasporunu parçalayır"
Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin başqanı, Kanada
Vəkillər Kollegiyasının üzvü, vəkil, hüquq məsləhətçisi Hüseyin Türkellinin BayMedia-ya müsahibəsi
- Hüseyin bəy, Kanada-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz? Ümumiyyətlə, bu ölkədə
Azərbaycanla bağlı məlumatlar hansı səviyyədədir?
- Kanadanın qondarma erməni soyqırımını tanıyan ölkələrdən biri olduğunu, Kanadada yaşayan türk
topluluqlarının, o cümlədən Azərbaycan icmasının etirazlarına baxmadan ermənilərin cəfəngiyatdan ibarət
"soyqırım" iddialarının hətta burada orta məktəb dərsliklərinə salınması kimi gerçəkləri nəzərə alsaq, Kanada-
Azərbaycan əlaqələrinin yaxşı olduğunu iddia etmək yanlış olardı.
Doğrudur, Kanadada ölkəmizin səfirliyi fəaliyyət göstərir və diplomatik əlaqələrin genişləndirilməsi üçün
mənə elə gəlir ki, Azərbaycan rəsmiləri əllərindən gələni edirlər və s. Amma məncə, münasibətlər arzuolunan
səviyyədə deyil. Əlbəttə, rəsmi münasibətlərin səviyyəsi haqda dövlət rəsmiləri daha dəqiq bilgiyə sahibdirlər.
- Son illər Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti güclənməkdədir. Uzun illər
orada yaşayan şəxs kimi bu haqda fikir və təkliflərinizi eşitmək maraqlı olardı...
- Kandadakı Azərbaycan diasporasının fəliyyətləri öncəki illərlə müqayisədə güclənib, amma təəssüf ki, hələ
də qaneedici deyil. Pərakəndəlik hələ də var və çalışmalar daha çox taktiki məsələlər və hadisələrə reaksiya
formasında davam etdirilir. Uzun vədəli plan üzrə, güneyli-quzeli Bütöv Azərbaycanlıları öz çatısı altına alan
mütəşəkkil və monolit diasporanın yaranması ilə ilgili bir sıra problemlər var.
Diasporamızın mütəşəkkilləşməsini əngəlləyən ən ciddi maneələrdən biri və məncə, birincisi İran rejimi və
İranın birbaşa, yaxud dolayısı ilə təsiri altında olan soydaşlarımızdır. İran rejimi müxtəlif metodlarla
Azərbaycan diasporunu parçalayır.
İkinci problem diaspora fəallarının lazımsız siyasiləşməsi, mövcud iqtidar-müxalifət mübahisələrinin
diasporaya çəkilməsidir. Demokratikləşmə yolu tutan ölkə kimi Azərbaycanda da iqtidar və müxalifətin olması
tamamilə təbiidir. Amma məncə, dispora siyasiləşməkdən çəkinməlidispora siyasiləşməkdən çəkinməli və
sadəcə, milli maraqlar üstün tutmalıdır.
Üçüncü problem lazımi maddi bazanın olmamasıdır. Xüsusilə, Azərbaycan diasporunun gənc diaspor
olmasını və milli düşüncəli soydaşlarımızın burada yeni olduqlarına görə tam da oturuşmuş olmaması nəzərə
alınarsa, bu problem başa düşüləndir. Azərbaycan diaspor təşkilatlarının, dərnəklər və cəmiyyətlərinin bir araya
toplaşmaq üçün özünə aid bir mərkəzi - toplaşma yeri yoxdur. Pərakəndəliyin əsas səbəblərindən biri də
özümüzə aid bir qərargahın olmamasıdır.
Bir neçə il əvvəl mətbuat vasitəsi ilə, dünyanın böyük şəhərlərində və Azərbaycan icmalarının sıx yaşadığı
Amerika və Avropa şəhərlərində Azərbaycan evləri və ya mədəniyyət mərkəzlərinin açılmasını təklif etmişdim.
Hesab edirəm ki, bu kimi proyektləri həyata keçirmək dövlət orqanları üçün çətin olmamalıdır. Sevindirici
haldır ki, artıq Avropada bir neçə belə mərkəzlər fəaliyyətə başlayıb. Hesab edirəm ki, Toronto şəhərində dövlət
hesabına bir qərargahın alınmasına, "Azərbaycan Kültür Mərkəzi" və ya "Azərbaycan Evi" adı altında
Azərbaycan icmasının istifadəsinə verilməsinə ehtiyac var. Düzgün idarə olunarsa, belə bir mərkəz Azərbaycan
təşkilatlarını milli maraqlarımız ətrafında bir araya gətirməkdə, mövcud parakəndəliyə son qoymaqda çox
böyük rol oynayacaq. Ayrıca, belə bir mərkəzdə seminarlar, konfranslar və ya dil, tarix, rəqs, musiqi kursları
təşkil etmək və övladlarımızın assimilasiyasının qarşısını almaqla yanaşı, həm də milli mədəniyyətimizi yerli
xalq arasında yayılması yönündə də ciddi işlər görmək olar.
Şimali Amerikada (ABŞ və Kanada) fəliyyət göstərən dərnəkləri, cəmiyyətləri hansısa federasiya və ya
konqresdə birləşdirməyə ehtiyac var.
Son olaraq, Türkiyə, Azərbaycan və başqa türk toplumları, o cümlədən türkmən, uyğur, özbək diaspor
təşkilatlarının ortaq çalışması yönündə addımlar atılmasına ehtiyac var.
- Erməni diasporunun fəaliyyəti necədir?
- Erməni diasporunun buradakı fəaliyyəti, təəssüf ki, bizi dərindən rahatsız edəcək səviyyədədir. "Statistics
Kanada"nın keçirdiyi rəsmi siyahıya almaya görə, erməni kökənli kanadalıların sayı 2006-cı ildə 50000 nəfər
olub, ermənilərin özləri isə saylarının 100 mindən artıq olduğunu iddia edirlər. Uzun illərdən bəri bu ölkədə kök
salıblar. Hakim toplumla ortaq dini görüşləri paylaşdıqlarına və özlərindən guya "soyqırıma" məruz qalmış,
əzab-əziyyət çəkmiş bir xalq obrazı yaratdıqlarına görə özəl müamilə görməkdədirlər. Çoxsaylı dərnəkləri,
cəmiyyətləri, lobbi qrupları, xeyriyyə cəmiyyətləri, kilsələri fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
38
Onlar "QHT"ləri, xeyriyyə cəmiyyətləri və kilsələri vasitəsilə dövlət qurumlarından qrantlar və ianələr
formasında maliyyələşirlər. Parlamentdə maraqlarını qoruyan lobbistlər mövcuddur, hökumətin və
parlamentarların xarici siyasətini nisbi təsir imkanları var, amma buna baxmayaraq, bütövlükdə bütün
istədiklərini də gerçəkləşdirmək gücünə malik deyillər. Ermənilər ötən il Türkiyə Cümhuriyyətinin Toronto Baş
Konsulluğunun bağlanması tələbi ilə etiraz aksiyaları, hətta aclıq aksiyaları keçirsələr də, istəklərinə nail ola
bilmədilər (Azərbaycanlılar və Türkiyə diasporu da qaşılıqlı aksiyalarla ermənilərə cavab verdilər). Amma
Təhsil Nazirliyinə təsir edərək, tarix dəsliklərinə erməni "soyqırımı" ilə bağlı qısa təqdimat saldıra bildilər.
Təəssüf ki, bizimkilərin etirazları müəyyən səbəblərə görə nəticə vermədi. Bir sözlə, erməni diasporu güclüdür,
amma bacardığı və bacarmadığı işlər var.
- Ölkənin siyasi-ictimai və strateji mərkəzlərinin Dağlıq Qarabağ məsələsinə və Güney Azərbaycana
baxışını qənaətbəxş hesab etmək olarmı?
- Qeyd etdiyim kimi, erməni yalanları əlbəttə ki, Kandanın siyasi-ictimai və strateji mərkəzlərindən də yan
keçməyib. Təsəvvür edin ki, bunlar az qala bir əsrdir xarici ölkələrdə öz uydurmalarının təbliği ilə məşğuldurlar
və həmin siyasi mərkəzlərdə də son on illiyə qədər fərqli mövqe, yəni bizim mövqeyimiz səslənməyib. Bir neçə
ay öncə Beynəlxalq Əlaqələr İnstitutu və Kanada Atlantika Şurasının birgə keçirdiyi və Türkiyənin xarici işlər
naziri Əhmət Davudoğlunun məruzə etdiyi bir konfransda bir rəsmi ilə söhbətləşdiyimdə həmin rəsminin
özəlliklə Dağlıq Qarabağla ilgili erməni uydurmalarını təkrarlaması məni çox təəccübləndirdi. Həmin rəsmi ilə
söhbətimiz zamanı Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə parçalandığını,
Güney Azərbaycanın farsların tərəfindən işğal edilməsini, ermənilərin çar imperiyası və daha sonra Sovetlər
Birliyi tərəfindən işğal olunan Quzey Azərbaycan torpaqlarına köçürülməsi faktını, hətta İrəvanın vaxtilə
Azərbaycan şəhəri olması və sonralar oradakı demoqrafik vəziyyətin mühacir ermənilərin hesabına
dəyişdirilməsi kimi tarixi həqiqətləri bildirdiyimdə, həmin rəsmi bu məsələlərlə bağlı, sadəcə, ermənilərin
iddiaları ilə tanış olduğunu etiraf etdi. Bununla demək istəyirəm ki, dünyanın siyasi mərkəzlərində bir sıra
gerçəklərin bilinməməsi həm də bizim passivliyimizdən qaynaqlanır.
Dağlıq Qarabağ və Güney Azərbaycan məsələlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalı və strateji
mərkəzlərin müzakirə mövzusuna çevirmək üçün ciddi addımların atılmasına ehtiyac var. Məncə, biz artıq bu işi
başqa müstəvidə aparmalıyıq. Hansısa piketlə və ya sadəcə, özümüzün deyib, özümüzün eşitdiyimiz hansısa
tədbirlə çox uzağa gedə bilməyəcəyik. Geniş təbliğatla və ciddi ağırlığı olan iştirakçıların qatıldığı uluslararası
seminarların və konfransların keçirilməsi kimi fəaliyyətlərə əl atmaq lazımdır.
- Kanada mediasında Azərbaycan haqda yazılara rast gəlinirmi?
- Açığı, Kanada mediasında Azərbaycanla bağlı yazılara rast gəlmək çox çətindir. Ümumiyyətlə, medianı ən
çox olaylar və qeyri-adi hadisələr maraqlandırır. Hər gün dünya mediasında Əfqanıstandakı partlayışlar,
Suriyadakı qırğınlar haqda geniş yazılara və verilişlərə rast gəlinir, amma məsələn, İsveçrə haqda ildə bir dəfə
də hansısa bir xəbərə rast gəlinmir. Yəni mediada hansısa sakit və sabit ölkənin adının tez-tez hallanmaması
təbii haldır. Şükürlər olsun ki, Azərbaycanda medianı maraqlandıran və ya bəzi media maqnatlarının arzuladığı
olaylar baş vermir. Ayrıca, Kanada mediası həm də əsasən ölkənin aktiv xarici siyasət yeritdiyi ölkələr üzrə
fəaldır. Kandanın Azərbaycan üzrə fəal xarici siyasəti yoxdur. ABŞ-dan fərqli olaraq, Kandanın, ümumiyyətlə,
fəal xarici siyasəti məhduddur. Düzdür, Kanada G8 ölkələrindən biridir, dünyada müəyyən iqtisadi çəkiyə
malikdir və s. amma Əfqanıstanı istisna etsək, Kanada dünya siyasətində o qədər də fəal deyil. Ona görə də
mediada Azərbaycanla ilgili hanısa yazılara rast gəlmək olmur. Ona görə də ictimaiyyətdə Azərbaycan haqda
məhdud bilgi var. Çünki Kanada ictimai rəyi mediadan tam asılıdır.
Ayrıca, mediada mən deyərdim ki, hardasa bir "Türkofobia" hiss olunur. Misal üçün, hər il Torontoda etnik
toplumların festivalları keçirilir. Yerli qəzetlər və TV kanalları örnək üçün hər il yunanların keçirdikləri
festivalladan az qala saatdan bir canlı reportajlar verirlər. Amma eyni bu şəhərin mərkəzində hər il 2-3 günlük
türk festivalları da keçirilir, təşkilatçıları da yaxından tanıdığıma görə məlumatım var ki, bütün media orqanları
türk tədbirlərinə xüsusi olaraq dəvət edilirlər. Ancaq hər hansı qəzetdə, hətta bircə sətrlik xəbərə, yaxud da
hansısa TV də 1-2 saniyəlik xəbər belə verilmir. Mən buna biz türklərə qarşı açıq ayrı-seçkilik, hətta
"Türkofobia"nın nümunəsi kimi dəyərləndirirəm.
Elnur Eltürk.
“Xalq Cəbhəsi”.-2014.-29 aprel.-N 73.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
39
“Diaspor nümayəndəsi olmaq məsuliyyətli işdir”
Toğrul Allahverdili: “Biz Azərbaycan xalqının adını uca tutmağa borcluyuq”
Diasporumuzun nümayəndələri olan gənclərin aktivliyi Azərbaycan həqiqətlərinin xaricdə yayılması işinə
yeni nəfəs verib. Bu, xaricdəki gənclərimizin diaspor işində tam səfərbər olduqlarını bir daha göstərir.
Müsahibimiz Toğrul Allahverdilinin də bu baxımdan fəallığı diqqət çəkir. Qeyd edək ki, T. Allahverdili 1989-
cu ildə Bakıda anadan olub. 2006-cı ildə ali məktəbə daxil olub və elə həmin ildən də Yeni Azərbaycan
Partiyasının üzvüdür. Hal-hazırda Moskva şəhərində yaşayır. Yeni Nəfəs hərəkatının Moskva nümayəndəliyinin
sədridir.
-Rusiyadakı azərbaycanlı gənclər azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblərmi?
- İndiki zamanda “diaspor” dedikdə ilk olaraq gənclər yada düşür. Bu gün Azərbaycan dövlətinin
güclənməsi, inkişaf etməsi hər bir Azərbaycan gəncinə dünyaya inteqrasiya etmək üçün böyük şanslar yaradır.
Şükürlər olsun ki, bu gün Azərbaycan gənci öz seçimində azaddır və istədiyi ölkədə təhsil almaq hüququna
malikdir. Həmin gənclər təhsil aldıqları ölkələrdə diaspor quruculuğunda yaxından iştirak edir, təhsil aldıqları
ali məktəblərdə Azərbaycan klubları təsis edir və həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə
əməkdaşlıq edirlər. Eyni zamanda tədbirlər keçirir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.
Bu işdə Azərbaycanın səfirlikləri və həmin ölkədəki ictimai və siyasi həyata inteqrasiya etmiş diaspor
təşkilatları gənclərə kömək edirlər.
- Gənclər diaspor quruculuğu prosesində yaxından iştirak edirlərmi?
- Ümumi götürdükdə deyə bilərəm ki, gənclər Azərbaycan xalqının, dövlətinin və Ali Baş Komandanın
ümidlərini gördükləri işlərlə, etdikləri əməllərlə doğruldur. Qeyd edim ki, diaspor nümayəndələri olmaq özü bir
məsuliyyətli işdir. Biz yaşadığımız ölkənin mədəniyyətini, dilini, tarixini öyrənməli, eyni zamanda öz
mədəniyyətimizi, tariximizi Azərbaycan həqiqətlərini xaricdəkilərə çatdırmalıyıq. Əsasən də, Rusiyada yaşayan
Azərbaycan gənci bizdən gözlənilən etimadı doğrultmağa borcludur. Çünki bizimlə bərabər burada mənfur
düşmənlərimiz də böyük lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Ona görə də biz Azərbaycan xalqının və Ali Baş
Komandanın etimadını doğrultmağa, Azərbaycan adını uca tutmağa borcluyuq.
-Ümumiyyətlə, gənclər onlardan gözlənilən etimadı doğrulda bilirlərmi?
- Yeni Nəfəs hərəkatının Moskva nümayəndəliyi yaranan gündən təşkilatlanma prosesinə başlamışıq. 21-ci
əsrin qanlı faciəsi olan Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi
önünə toplaşıb həmrəyliyimizi ifadə etmişik. Səfirlik önünə qərənfillər düzmüşük. Sonra Moskvanın
mərkəzində Xocalı soyqırımını tanıdan kitablar, broşürlər paylamışıq və aksiya təşkil etmişik. Mart ayının 18-də
300 nəfərin iştirakı ilə möhtəşəm Novruz tədbiri təşkil etmişik. 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar
tədbir keçirmişik. Yeni Nəfəs hərəkatının Moskva nümayəndəliyi olaraq soyqırımı pisləyən və dünya
ictimaiyyətini ədalətli olmağa səsləyən bəyanat vermişik.
- Dünya azərbaycanlı gənclərinin birliyi üçün hansı addımların atılmasına ehtiyac var?
- Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bütün qonşu ölkələrlə
faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz
fəaliyyətini ancaq dostluq, əməkdaşlıq şəraitində qurur. Dünyanın əksər bölgələrində güclü Azərbaycan
təşkilatları formalaşıb, fəaliyyət göstərir. Xaricdəki soydaşlarımız müxtəlif vəzifələrdə çalışırlar, hətta bir
çoxları qanunvericilik orqanlarına seçilirlər. Xaricdə yaşayan, təhsil alan gənclərimiz hər zaman öz ölkələrini
layiqincə təmsil edir. Belə mütəşəkkil milli icmalarımız Azərbaycanı gücləndirirlər və yaşadıqları ölkələrdə
onların həyat səviyyəsi daha da artır. Dünyada yaşayan azərbaycanlıların sayı çoxdur və bizim fəallığımız,
mütəşəkkil qaydada fəaliyyətimiz bizi gücləndirir. Bunun üçün bütün azərbaycanlıları yaşından, yerindən asılı
olmayaraq hər zaman həmrəy olmağa və Vətənimizin rifahı, güclənməsi üçün daha böyük uğurlara səsləyirəm!
Bu işlərdə bizə kömək edən Moskvada təhsil alan tələbələr hər zaman öz fəallıqları və vətənsevərlikləri ilə
seçilir. Moskvada təhsil alan və yaşayan azərbaycanlı gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və
ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv fikirlərin
formalaşdırılması prosesində fəal iştirak edirlər. Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər
təsis edib. 2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis
edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub.
Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması və birliyi istiqamətində çox
önəmli addımlar atıb. Yeni Nəfəs hərəkatı olaraq biz də sədrimiz Seymur Həsənlinin dəstəyi ilə Rusiyada
fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət göstərməyə və əməkdaşlıq etməyə çalışırıq. Fürsətdən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
40
istifadə edib ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına müraciət etmək istəyirəm. Bir
olmağın, yumruq kimi Ali Baş Komandanın ətrafına birləşməyin vaxtıdır. Gəlin bir olaq, bütün problemləri
kənara qoyub sırf Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşək.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Yeni təsis olunmağımıza baxmayaraq, artıq Moskvada fəaliyyət göstərən diaspor təşkilatları ilə
əməkdaşlığa meyilliyik. Artıq, qeyd etdiyim kimi Rusiyada böyük nüfuza sahib olan AMOR və Azərbaycanın
Rusiyadakı səfirliyinin təşkil etdiyi Xocalı soyqırımının anım tədbirlərində iştirak etmişik. Bu yaxınlarda
Rusiyadakı bütün xarici diaspor təşkilatlarının iştirakı ilə dünya şöhrətli şahmat ustası, mərhum Vüqar
Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq açıq şahmat turniri keçirdik. Turniri Rusiyada fəaliyyət göstərən
Azərbaycan diasporunun nümunəvi üzvü Şamil Tağıyevin prezidenti olduğu Azərbaycan Mədəniyyətinin
İnkişafı və Dirçəlişi Fondu ilə birgə təşkil etmişdik.
Fuad Hüseynzadə
“Palitra”.-2014.-1 may.-№ 75.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
41
Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələr
Azərbaycan diasporunun qarşısında duran bir sıra mühüm vəzifələr var ki, həmin vəzifələr günümüzdə də
hələlik dəyişməz olaraq qalır. Həmin vəzifələr həm Dünya Azərbaycanlılarının Qurultaylarında ümummilli lider
Heydər Əliyev və prezident İlham Əliyevin tövsiyə xarakterli çıxışlarında, həm dövlət başçısının xarici ölkələrə
səfərləri zamanı oradakı soydaşlarımızla keçirdiyi görüşlərdə, həm də müntəzəm olaraq baş tutan forum və
konfranslarda müvafiq qurumların rəhbərləri tərəfindən diaspor təşkilatlarının diqqətinə çatdırılır. Hələ Dünya
Azərbaycanlılarının III Qurultayında prezident İlham Əliyev demişdi: “Diaspor təşkilatlarının fəaliyyəti, eyni
zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr
deyil ki, müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan
azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız
erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və
bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək
istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada
erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi
mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası,
Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar
yağdırırlar”.
Bəs görəsən, ayrı-ayrı diaspor təşkilatları bu vəzifələri necə icra edirlər? Ümumilikdə, Azərbaycan diaspor
təşkilatlarının qarşısında duran həmin vəzifələrin icrası istiqamətində ayrı-ayrı təşkilat və cəmiyyətlərin gördüyü
işlər qənaətbəxş hesab edilə bilərmi? Maraqlı məqam ondan ibarətdir ki, bu məsələ ilə bağlı səslənən fikirlər heç
də birmənalı deyil. Bir çoxları diaspor təşkilatlarımızın qarşıya qoyulan vəzifələri uğurla icra etdiyini bildirsə
də, bunun əksini düşünənlər də var. Bəzi ekspertlər isə hesab edirlər ki, diaspor təşkilatlarının bir qismi qarşıya
qoyulan vəzifələrin icrası istiqamətində o qədər də aktivlik nümayiş etdirmirlər.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş
bölməsinin müdiri Qafar Əliyev deyir ki, istər dünən, istər bu gün, istərsə də gələcəkdə Azərbaycan diasporunun
qarşısında duran vəzifələr bu cür qruplaşdırılır: “İlk öncə Azərbaycan Respublikasının həyata keçirdiyi daxili və
xarici siyasətin dünyada təbliği və tanıdılması, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ və onun ətrafındakı
torpaqların işğalı faktının beynəlxalq aləmə çatdırılması əsas vəzifələrdəndir. Həmçinin son 200 ildə
Azərbaycan xalqının başına gətirilən deportasiya və soyqırımların, Azərbaycan xalqına qarşı edilən
ədalətsizliklərin təbliği qarşıda duran vəzifələr sırasındadır”. Qafar Əliyevin sözlərinə görə, Azərbaycan
mədəniyyəti, elmi, təhsili, iqtisadi və turizm imkanlarının da dünya ictimaiyyətinə çatdırılması bu sıraya aiddir:
“Məlum olduğu kimi Ermənistan dünyada daim Azərbaycan və türk dünyasının əleyhinə təbliğat aparır, bütün
istiqamətlərdə dövlətimizin imicinə zərbə vurmağa çalışır. Ermənilər müntəzəm olaraq dünyada, yaşadıqları
ölkələrdə Azərbaycanda tolerantlığın olmadığı, buradakı digər xalqlara qarşı ayrıseçkilik edildiyi barədə yalançı
məlumatlar yayırlar. İddia edirlər ki, Azərbaycanda dini dözümlülük yoxdur, digər dinlərə və millətlərə
hörmətlə yanaşılmır. Eyni zamanda dünya dövlətlərində Azərbaycan əleyhinə sanksiyaların qəbul edilməsinə
cəhd göstərirlər. Burada da əsas məqsəd dünya ictimaiyyətini aldadaraq beynəlxalq aləmi Dağlıq Qarabağ
məsələsində Azərbaycana qarşı ədalətsiz mövqe tutmağa vadar etməkdir”. Prezident Administrasiyasının
rəsmisi qeyd edib ki, yalançı erməni təbliğatı, erməni diasporu və lobbisinin həyata keçirdiyi anti-Azərbaycan
kampaniyasına qarşı Azərbaycan diasporu gecə-gündüz fəaliyyət göstərir. Qafar Əliyev deyir ki, Azərbaycan
xalqı dünyanın bütün ölkələrinə səpələnmiş, yayılmış bir xalqdır: “Bu mənada Azərbaycan diasporunun
imkanları dünyanın istənilən xalqının malik olduğu imkanlardan daha çoxdur. Çünki elə bir dövlət yoxdur ki,
orada azərbaycanlılar yaşamasın. Hər bir dövlətdə yaşayan azərbaycanlıların da yaratdığı cəmiyyətlər var.
Həmin cəmiyyətlərin əsas vəzifələri Azərbaycanla sıx təmaslar qurub Azərbaycan dövlətinin həyata keçirdiyi
daxili və xarici siyasətin mahiyyətini, ölkəmizin tarixini öyrənməkdir. Nəticə etibarilə qeyd edilən
istiqamətlərdə fəaliyyət göstərdikləri ölkələrdə təbliğat aparmaqla Azərbaycanı olduğu kimi dünyaya
tanıtmaqdır. Bu Azərbaycan diasporunun qarşısında duran əzəli, daimi, mühüm vəzifələrdir”. Dövlət rəsmisinin
sözlərinə görə, hər bir ölkədə fəaliyyət göstərən diaspora fəalının əsas vəzifəsi universal əhəmiyyətli,
məzmunlu vəzifədir: “Yəni, diaspora işi ilə məşğul olan hər bir şəxs Azərbaycanın tarixi, mədəniyyəti, keçmişi,
bu günü, ölkəmizin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətini bilməli, dinlər, dillərarası,
diplomatiya ilə bağlı bilgilərə sahib olmalıdır. O, yaşadığı ölkədə bütün bu münasibətlər aspektindən çıxış
edərək Azərbaycan Respublikasını olduğu kimi, lazımı səviyyədə dünya ictimaiyyətinə çatdırmağı, müasir
dünyanın informasiya vasitələrindən istifadə etməklə onu təbliğ etməyi bacarmalıdır. Eyni zamanda diaspora
fəalı yaşadığı ölkənin xüsusiyyətlərini nəzərə alaraq öz fəaliyyətini qurmağı bacarmalıdır. Hər bir regionda,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
42
eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu öz fəaliyyətini bu
bölgədə mövcud olan siyasi, ictimai və mədəni vəziyyətə uyğun şəkildə qurmalıdır”. Qafar Əliyev Azərbaycan
diasporunun dünya ölkələrində, Rusiya Federasiyası, Avropa regionu və Birləşmiş Ştatlardakı fəaliyyətinə də
toxunub: “Bu gün Rusiya Federasiyasında Azərbaycan diasporunun çoxsaylı nümayəndələri fəaliyyət göstərir.
Məlum olduğu kimi 3 milyona yaxın soydaşımız Rusiya Federasiyasında daimi və müvəqqəti qeydiyyatdadır,
bu ölkəyə gedib gəlirlər. Bu baxımdan soydaşlarımız, diaspor nümayəndələrimiz çalışmalıdır ki, Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında ənənəvi dostluq, əməkdaşlıq münasibətləri qorunub saxlansın,
inkişaf etsin. Onların əsas vəzifəsi ermənilərin anti-Azərbaycan təbliğatına qarşı əkstəbliğat quraraq Rusiya ilə
Azərbaycan arasında münasibətlərin qorunub-saxlanması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət
göstərməkdən ibarətdir”. Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Avropa ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının əsas vəzifəsi isə bu regionda mövcud olan beynəlxalq təşkilatların
ölkəmizə olan müsbət baxışının formalaşmasına təsir göstərməkdən ibarətdir: “Məlum olduğu kimi keçən ilin
oktyabr ayında Azərbaycan Respublikasında prezident seçkiləri keçirildi və həmin seçkilərə bəzi Avropa
qurumları tərəfindən ikili standart özünü büruzə verdi. Bu Azərbaycana qarşı olan ədalətsizlik, ikili standartların
bir nümunəsi idi. Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əsas vəzifəsi həmin
qurumların içərisində təbliğat apararaq Azərbaycan barədə obyektiv, real qərarların qəbul edilməsi, fikirlərin
formalaşmasına təsir göstərməkdən ibarətdir”. Qafar Əliyev bildirir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət
göstərən diaspor təşkilatlarımızın isə özünəməxsus spesifik xüsusiyyətləri var: “Burada əsasən Azərbaycan-
Birləşmiş Ştatlar münasibətlərinin inkişafına müsbət təsir göstərmək, Amerika qitəsində (istər şimali Amerika,
istərsə də cənubi Amerika) yaşayan əhali arasında Azərbaycan həqiqətlərinin təbliği, xüsusilə Xocalı
soyqırımının tanıdılması, xalqımızın başına zaman-zaman gətirilən deportasiya və soyqırımların mahiyyətinin
həmin xalqlara çatdırılması, nəticə etibarilə erməni təbliğatının təsirinin zəiflədilməsi ön planda durur. Eyni
zamanda orada lobbiçilik fəaliyyəti göstərərək Azərbaycanın dostlarının sayının artırılması və ermənilərin anti-
Azərbaycan fəaliyyətinə qarşı müvafiq təbliğat işlərinin aparılması qarşıda duran mühüm vəzifələr sırasındadır.
Biz çalışmalıyıq ki, heç bir yerdə, sahədə yubanmayaq. Ermənilər Argentina, Braziliya, Uruqvay, Paraqvayda
bir tədbir keçirib onları öz yalanlarına inandırır, müvafiq qərarların qəbul edilməsinə nail olurlar. Məhz bundan
sonra biz həmin yalanın aradan qaldırılması istiqamətində uzun müddətli fəaliyyət göstərməli oluruq. Ona görə
də yubanmadan dünyanın hər bir bölgəsində aktiv fəaliyyətə keçməli və Azərbaycan Respublikası ilə bağlı
həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırlmasına çalışmalıyıq”.
“Olaylar”.-2014.-3-5 may.-№ 75.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
43
Diaspor quruculuğu siyasətinin banisi
Ümummilli Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb
olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı. Heydər Əliyev hələ sovet
dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu. Beynəlxalq
Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev deyir ki, milləti yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və
siyasət arenasına çıxara biləcək yeganə şəxsiyyət ulu öndər Heydər Əliyev idi: “90-cı illərin əvvəllərindən
etibarən ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində
başladığı işi davam etdirdi. Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il, dekabrın 16-da dünya
azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq “Hər il dekabrın
31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında” cəsarətli bir qərarı
qəbul etdi. Ümummilli lider Heydər Əliyev zəruri vaxtda verdiyi xalqımızın gələcək perspektivlərinə
hesablanmış mühüm tarixi qərarı ilə xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin inkişafında,
dövlət quruculuğu prosesində iştirakını təmin etmiş oldu. Heydər Əliyev diasporumuza sahib çıxdı. Təəssüflər
olsun ki, müstəqil dövlətçiliyimizin ilk illərinin səriştəsiz “siyasətçi”lərinin dövlət idarəçiliyi sükanı arxasında
əyləşməsi dövrünə təsadüf etməsi Azərbaycanı total xaosa sürükləmişdi. İqtisadi, siyasi, mədəni sahələrdə
böhranın hökm sürməsi dövləti “paslanmış” mexanizmə çevirmişdi. AXC Musavat hakimiyyətinin ortaya vahid
ideoloji konsepsiya qoya bilməməsi nəticəsində, nəinki, dünya azərbaycanlıları dövlət quruculuğu prosesinə
cəlb edilməmişdi, hətta ölkə vətəndaş müharibəsinə sürüklənmişdi. Məhz torpaqlarımızın 20 faizinin
Ermənistan tərəfindən işğal edildiyi və vətəndaş müharibəsinin başladığı bir zamanda xalq düzgün seçim edərək
millətimizin gələcəyi naminə yorulmadan fəaliyyət göstərən ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət
etmişdi. Bununla da, ölkədə bütün narahatlıqlara, həyəcanlara son qoyulmuş və 1993-cu il, 15 iyun tarixi bütün
azərbaycanlılar üçün Milli Qurtuluş günü olmuşdu. Həmin tarixdən etibarən isə müxtəlif ölkələrə səpələnmiş
azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və
uzunmüddətli perspektivlərə hesablanmış siyasət yürüdülməyə başlanmışdı”. Mərkəz sədri qeyd edib ki, ulu
öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan
azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya
layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir: “Diaspor
nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət
başçımız ulu öndər Heydər Əliyev olmuşdu. Prezident seçildikdən üç ay sonra ümummilli lider Heydər Əliyev
Almaniyada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə böyük bir ənənənin əsasını qoydu. Bu görüşün
Avropadakı soydaşlarımızın milli ictimai fəaliyyətinə təsiri böyük olmuşdu və dövlət-diaspor əlaqələrində yeni
mərhələ başlamışdı. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sivil bir dövlətə çevrilməsi, qarşısında
duran problemlərin həll olunması, qanunun aliliyinin təsbit olunduğu demokratik, hüquqi və dünyəvi dövlət
kimi inkişaf etməsi üçün bütün dünya ölkələrindəki soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi çətin bir
missiyanı üzərinə götürmüşdu. Məhz Heydər Əliyevin fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə
yaşayan soydaşlarımız Azərbaycanın milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, doğma
vətənləri ilə əlaqələrini möhkəmləndirmiş, ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak etməyə və
burada gördükləri real həqiqətləri bütün dünyaya yaymağa başlamışlar. Ulu öndər Heydər Əliyev Azərbaycan
Prezidenti kimi fəaliyyət göstərdiyi ilk illərdə müstəqil dövlətimizin haqq səsini, həqiqətlərini dünya
azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım
atmış, Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş
bölməsi yaradılmışdı. Bu instansiya Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək,
dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratmış və onların təşkilatlanması, milli birliyin möhkəmlənməsi
istiqamətində böyük işlər görmüşdü. Xaricdə yaşayan soydaşlarımızın ulu öndərlə görüşlərindən sonra müxtəlif
sahələrdə qəti addımlar atılmış, onların yaşadıqları dövlətin ictimai-siyasi həyatında fəallıqları artmış,
Azərbaycanın taleyüklü problemləri ilə bağlı geniş fəaliyyət göstərilmişdi. Ümummilli lider Heydər Əliyevin
hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərindən mühüm bir cəhət kimi xaricdə yaşayan
soydaşlarımız arasında həmrəylik və milli birlik ideyalarının möhkəmlənməsi xüsusi vurğulanırdı. Heydər
Əliyev özünəməxsus uzaqgörənliklə qloballaşan, köklü transformasiya dövrünü yaşayan dünyanın tələblərini
öncədən görür və bu səbəbdən xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi
ortaya qoyurdu. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya
azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş birinci qurultayında da ümummilli lider
Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Qurultayda proqram xarakterli nitq söyləyən Heydər Əliyev haqlı
olaraq bu tədbirin təşkil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirmişdi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
44
Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər
qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci
il mayın 23-də xüsusi sərəncam imzalayan ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində
kecirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə
hesab olunan bu qurultayda 35 xarici dövlətdə yaşayan həmvətənlərimizin birləşdiyi 200-dən çox müxtəlif
təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmiş, çıxış edən soydaşlarımız bu mühüm tədbiri
ümumxalq bayramı kimi qiymətləndirmişdilər. Qurultayda geniş nitq söyləyən ulu öndər Heydər Əliyev bütün
azərbaycanlılar üçün proqram vəzifələr müəyyənləşdirmişdi. Azərbaycanın mühüm problemlərinin həll
olunmasında xaricdə yaşayan soydaşlarımızın qüvvəsindən səmərəli istifadə olunması məsələsini prioritet kimi
ortaya qoymuşdu”. BDM sədrinin sözlərinə görə, məhz ulu öndərin təşəbbüsü sayəsində təşəkkül tapmış diaspor
hərəkatı getdikcə genişlənərək artıq öz bəhrəsini verməkdə idi. Qurultaydan sonra Azərbaycan diasporunun
fəallığı xüsusilə artmışdı: ”Bunun ümummilli liderimizin bütün dünya azərbaycanlılarını öz böyüklüyü,
müdrikliyi, .şəxsiyyəti ətrafında sıx birləşdirə bilməsinin nəticəsi olduğu təkzibedilməz faktdır. Diasporumuzun
inkişafına təsir edən mühüm amillərdən biri də aidiyyatı təşkilatların işinin vahid bir mərkəzdən - Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən əlaqələndirilməsi olub. Ümummilli
lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və
təşkilati şəraitin hazırlanması işi başa çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı
“Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi. Eyni zamanda, “Xaricdə
yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu diaspor ilə iş
istiqamətində fəaliyyətin düzgün qurulması məqsədinə xidmət etdi. Bütün göstərilən fəaliyyətinə görə
Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi haqlı olaraq müstəqil dövlətimizin diaspor quruculuğu
siyasətinin banisi hesab edir”. Mərkəz rəhbəri deyir ki, bu gün Azərbaycan diasporunun nümayəndələri,
dünyanın müxtəlif ölkələrində formalaşan birlikləri Azərbaycan dövlətinin, mədəniyyətinin, Azərbaycan
həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə
edirlər. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi
radio və televiziya verilişləri hazırlanır. Dünyanın bir çox ölkəsində 100-dən artıq ictimai, milli və mədəni
cəmiyyət və təşkilatları fəaliyyət göstərir”. BDM sədri hesab edir ki, 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının həmrəyliyinin və
mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün geniş. imkanlar yaratdı. İndi fəxrlə
demək olar ki, Rusiyada, Avropanın inkişaf etmiş ölkələrində, Birləşmiş Ştatlarda, Asiya dövlətlərində
azərbaycanlılar daha mütəşəkkil birləşərək bütün səylərini ümumi işin xeyrinə yönəldə bilirlər. Bu gün
Azərbaycan icmaları və cəmiyyətləri ötən illərlə müqayisədə daha fəaldırlar.
“Olaylar”.-2014.-15 may.-№ 82.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
45
Diasporun elektron imkanları
Günümüzdə müasir İKT texnologiyalarından istifadə etmək vacib amillərdən hesab edilir. Hazırda bütün
sahələrdə istifadə edilən İKT imkanlarından diasporumuz necə yararlanır. Diaspor təşkilatlarının malik olduğu
internet resurslarına nəzər yetirdikdə aydın olur ki, əksər təşkilatlar elektron imkanlardan istifadə edir. Bunu
aşağıdakı ardıcıllıqda da görmək mümkündür.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin - internet səhifəsi
www.usazeris.org-“Hadisələr”, “Media mərkəz”, “Təşkilat”, “Buraxılışlar”, “Töhfələr”, “Əlaqə” bölümü
saytın əsas xəbər keçidləridir. Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network-USAN) bütün
ABŞ-ın Azərbaycan, türk və digər diaspor və icma təşkilatları, qrup, cəmiyyət, koalisiya, şəbəkə, assosiasiya və
klublarını bir arada cəmləşdirir. ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan-Amerika potensial seçicilərinin bir
araya gətirilməsinə cəhd edir. USAN seçiciləri səsvermə və seçici qeydiyyatı ilə bağlı maarifləndirmək,
Amerika siyasi debatında onların iştirakını təmin etmək, səsvermədə iştirakı fəallaşdırmaq və aktiv seçici
potensialına çevrilmək imkanlarının artırılmasına çalışır.
Azərbaycan Mədəniyyət Mərkəzinin internet səhifəsi-www.alacs.biz-Sayt ingilis dilində yayımlanır. Saytın
məqsədi Kanada və Azərbaycan icmaları arasında körpü rolunu oynamaq, bu ölkədə Azərbaycan mədəniyyəti,
tarixi və ənənələrini təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələri və həyat tərzini öyrənməkdir.
“Kitabxana” və “Şəkil qalereyası” diqqəti cəlb edir. Sayt müxtəlif yerli qurumların, insan haqları və ekoloji
sahədə ixtisaslaşmış təşkilatlarının da məlumatlarını yayır.
Amerika-Azərbaycan Şurasının internet səhifəsi-www.azeris.org-Sayt müasir texnoloji metod və dizaynla
hazırlanıb. Press-Center, Take action, Activities linkləri on səhifədə verilib ki, bu linklərə toxunmaqla zəngin və
operativ məlumatlarla dolu yeni kateqoriyalara daxil olmaq mümkün olur. Ancaq ingilis dilində fəaliyyət
göstərən saytda təşkilatın son illərdə gördüyü işlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məlumatlar,
Azərbaycan ictimai-siyasi həyatında baş verən ən önəmli xəbərlər, Azərbaycan-ABŞ əməkdaşlığı, Azərbaycanın
qarşılaşdığı problemlər haqda ətraflı məqalə, analitik yazılar və şərhlər əks olunub.
“AMOR” Rusiya Azərbaycan Gənclər Təşkilatının rəsmi internet səhifəsi-www.amor.az-Uyğun rəng seçimi,
mükəmməl dizayn, dolğun informasiya bazasına görə Azərbaycan diasporunun virtual aləmdə lider hesab edilən
internet resurslarından biridir. Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi
yer tutur. “AMOR” Rusiya Azərbaycan Gənclər Təşkilatının məqsədi Azərbaycan mədəni irsinin, Azərbaycan
milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüslərin dəstəklənməsi, Rusiya cəmiyyətinin
mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı
inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi, əxlaqi əsaslarını qorumaq,
möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Sayt təşkilatın güzgüsü kimi öz
vəzifəsinin öhdəsindən uğurla gəlir. Saytda AMOR-un Rusiya regionları üzrə nümayəndəliklərinin fəaliyyəti
interaktiv xəritə ilə verilib. Foto seçimi keyfiyyətlidir, məqalələr məzmun və informasiya yükü baxımından
dolğundur. Portalda müasir texnoloji yeniliklər tətbiq olunur. Belə ki, sosial şəbəkələrə keçidlər, o cümlədən
AMOR TV və AMOR FM aktivdir fəaliyyət göstərir.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin internet səhifəsi-www.anaveten.com-Sayt üç dildə –
Azərbaycan, rus və Holland dillərində yayımlanır. Sadə dizaynlıdır. Sayt, Birliyin həyata keçirdiyi bütün
tədbirləri işıqlandırır, bəyanat və press-relizləri yayır. Arxiv materialları zəngindir. Sayt Apeldorn və Harlem
mətbuatında "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi, onun fəaliyyəti barədə dərc olunan məqalələrə
də öz səhifəsində yer ayırıb.
Avropa Azərbaycan Cəmiyyətinin rəsmi internet səhifəsi-www.teas.eu-Avropa Azərbaycan Cəmiyyətinin
əsas məqsədi Azərbaycanı Avropada tanıtmaqdır. AAC üzvləri mütəmadi olaraq xalqımızın özünəməxsus
zəngin və çoxşaxəli mədəniyyətini Avropa ictimaiyyətinə çatdırmaq məqsədilə müxtəlif tədbirlər, aksiyalar,
sərgilər təşkil edir. AAC Avropa və Azərbaycan arasında daha böyük anlaşma və əməkdaşlığın inkişaf
etdirilməsi, biznesin inkişafı, diplomatik münasibətlər, mədəniyyət və təhsil kimi sahələrə yönəlmiş bir şəbəkə
mərkəzi kimi fəaliyyət göstərir. Bu təşkilatın internet səhifəsində öz əksini tapıb. Sayt hazırlanarkən müasir
dizayn texnologiyasından yararlanılıb. Layihələr, təşkilat haqqında məlumatlar, Azərbaycanla bağlı son
xəbərlər saytda yayımlanır. Bundan başqa, saytda TEAS TV də mövcuddur ki, bu linkdə təkcə təşkilatın
fəaliyyəti deyil, həm də elm-mədəniyyət xadimləri ilə müsahibələr, reportajlar, debatlar da videoformatda
verilib. Saytın sağ kalonunda “Xəbərlər” aktiv-banneri var. Burada Azərbaycanda, dünyada Azərbaycanla bağlı
baş verən ən son məlumatlar operativ şəkildə yenilənir.
Avropanın Türk və Qafqaz xalqları Assosiasiyasının informasiya portalı-www.az.ee-2004-cu ildən aktivdir
fəaliyyət göstərir. Portalın ilk səhifəsində 10-dan çox təşkilatın saytına keçid var. Sadə dizaynlı, informasiya ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
46
bol portaldır. Təkcə Azərbaycan diasporunu deyil, həm də Qafqaz xalqlarının diaspor təşkilatları haqqında
məlumatları özündə cəmləşdirir.
Azərbaycan Akademik Birliyinin internet səhifəsi-www.asav.org-2001-ci ildə Almaniyanın Bohum
şəhərində yaradılıb. Alman və Azərbaycan dillərində yayımlanır. “Aktual”, “təşkilat haqda”, “media”, “nəşrlər”,
“Azərbaycan haqda” məlumatlar saytın səhifəsində ayrıca linklərdə göstərilib.
Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin saytı www.azerbaijanz.com-Saytda Azərbaycan haqda
məlumatlar üstünlük təşkil edir. Azərbaycanla bağlı 2 tanıtım videoçarxları saytın əsas səhifəsindədir. Qarabağ
həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də Yeni Zelandiya əhalisinə çatdırılması digər diaspor təşkilatları
kimi Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti
ucun də ən öndə duran vəzifələrdəndir. Cəmiyyət Vətənimizin Qarabağ dərdi barədə müxtəlif təbəqələrdən
olan insanlara məlumatlar çatdırır. Xocalı soyqırımının ildönümü ilə bağlı ənənəvi olaraq müxtəlif
universitetlərin tələbələrilə tədbirlər keçirilir.
“Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin internet səhifəsi www.azeri.lv-Sadə dizaynlıdır. İki dildə: rus
və latış dillərində yayımlanır. “Azərbaycan”, “Tarix”, “Bakı”, “Simvollar”, “Bayramlar”, “Azərbaycan
mədəniyyəti”, “Hadisələr” və “Xəbərlər” linkləri var. Sayt Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ
etməklə milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı iştirakını, yerli əhali ilə qarşılıqlı münasibətlərin
inteqrasiyasını dəstəkləyir, bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Sayt “Azəri” cəmiyyətinin
orqanı olaraq, Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir.
“Azərbaycanın Holland dostları” təşkilatının internet səhifəsi-www.dufoa.nl-Sadə dizaynlı, lakin informativ
baxımndan çox zəngin bir saytdır. Bakı, Azərbaycan bölmələri ilə yanaşı Xocalı, Xarı Bülbül, Azəricə danışaq,
Azərbaycan mətbəxi və digər bölmələrin aktiv olması xoş təəssürat yaradır. Saytda on səhifədə Bakı,
Azərbaycanla bağlı bir necə video yerləşdirilib ki, bunlara baxmadan keçmək mümkün deyil.
Azərbaycan mətbəxi barədə sayt-www.azerifood.com-4 dildə yayımlanan, Azərbaycan mətbəxi barədə
böyük təbliğati iş aparan saytdır. Saytın müəllifi Güllü Cahangirdir. Saytda, “Xəmir xörəkləri”, “Duru xörəklər
və şorbalar”, “Quru xörəklər”, “Plovlar və qovurmalar”, “Kabablar”, “Salatlar və qəlyanaltılar”, “Şirniyyat”,
“Şərbətlər və içkilər”, “Mürəbbələr”, “Turşu və şorbalar” bölmələri nəfis tərtibatla, fotolarla oxucuların
ixtiyarına verilir. Bundan başqa “Ümumi məsləhətlər” bölümündə məsləhət xarakterli tövsiyələr verilir. Saytın
girişində Güllü Cahangirin oxuculara müraciəti yayılıb. O, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirir.
Sonda isə “Azərbaycana xoş gəlmisiniz” ifadəsini işlədir. Mətbəx-mədəniyyət, mədəniyyət isə silahdır. Diaspor
nümayəndəsi bununla təkcə Azərbaycan mətbəxini tanıtmır, həm də təbliğat aparır.
Azərbaycan-Avropa İnformasiya Mərkəzinin internet səhifəsi-www.azerinfo.eu-Azərbaycan haqda ətraflı
məlumatlar verilən sadə dizaynlı saytlardan biridir. Böyük informasiya bazası var. Saytın sağ kalonunda
Qarabağ problemini, Ermənistanın Azərbaycana təcavüzünü, soyqırım, toponimik soyqırımı əks etdirən 4 aktiv
banner yerləşdirilib. Diaspor linkində xaricdə fəaliyyət göstərən bütün təşkilatların informasiya bazası verilib.
Mədəniyyət, tarix, ədəbiyyat, musiqi bölümləri də informasiya ilə zəngindir. Bölmələrə daxil olmaqla asan
axtarış aparmaq olur.
“Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin internet səhifəsi-www.azerbaijanhouse.org-
Londondakı “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı
ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulmuşdur. Mərkəz tamamilə qeyri-siyasi və maddi mənfəət
güdməyən bir təşkilat kimi fəaliyyət göstərir və məqsədi Azərbaycanla Britaniya arasında mədəni, dostluq
bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir. “Azərbaycan Evi”,
“Azərbaycan mədəniyyəti”, “Azərbaycan Musiqisi”, “Azərbaycan Kitabları” haqda xüsusi bölmələrlə yanaşı,
“Xəbər” bolumu fəaliyyət göstərir. Saytda “Muğam Radio”ya birbaşa qoşulmaq imkanı yaradılıb. “Azərbaycan
Evi” Mədəniyyət və Dostluq Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, mühazirə və çıxışlar,
seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. saytda əks
olunub.
Azərbaycan Federasiyasi İsveçin (AFİ) internet səhifəsi www.azfi.org-Dörd dildə - Azərbaycan, türk, isveç
və ingilis dillərində yayımlanır. Maraqlı dizayn və məlumat bolluğu baxımından diqqəti cəlb edir. Saytın
manşetini 20-yə qədər “flash” formatlı xəbər tutur. Burada İsveçdəki diasporunun fəaliyyətinə dair məlumatlara,
Azərbaycanla ən son xəbərlərə rast gəlmək mümkündür. Müasir saytlara xas “forum”, “ən çox oxunan”,
“facebook” və “twitter” sosial şəbəkələrinə keçidlər də saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların
operativ yerləşdirilməsi, məzmun və mövzu baxımından rəngarəngliyi diqqəti cəlb edir.
“Azəri-Çex” Cəmiyyətinin internet səhifəsi www.diaspora.cz-İki dildə – çex və Azərbaycan dillərində
yayımlanır. Saytın giriş hissəsi dizayn baxımından göz oxşayır. Azərbaycan və Bakının ən gözəgəlimli yerləri,
əsrarəngiz təbiətini əks etdirən fotolar “flash” formatda yayımlanır. Təşkilat və Azərbaycanla bağlı ətraflı
məlumat verilən linklər mövcuddur, aktivdir, daima yenilənir. Qeyd edək ki, təşkilat Çexiya Respublikasının
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
47
müxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil edir. Bu tədbirlər
həmyerlilərimizin asudə vaxtının səmərəli keçməsilə yanaşı, həm də yerli vətəndaşlara və ümumilikdə Çex
cəmiyyətinə Vətənimizi layiqincə tanıdır. Bütün bu aksiyalar əvvəlcə anons, tədbir başa çatdıqdan sonra isə
informasiya və fotosessiya formatında sayta daxil edilir.
“Olaylar”.-2014.-21 may.-№ 86.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
48
Azərbaycan diasporunun Amerikada formalaşma tarixi
Azərbaycanlıların Amerikaya mühacirəti barədə dəqiq tarixi məlumat yoxdur. Bəzi mənbələrdə XVII
əsrdə Rusiyadan, Osmanlı Türkiyəsindən və Azərbaycandan mühacirlərin getməsi barədə fikir söylənir, lakin bu
fikirlər rəsmən təsdiqlənmir. Bu səbəblə Birləşmiş Ştatlara azərbaycanlıların mühacirət tarixi XIX əsrin sonu,
XX əsrin əvvəlindən götürülür. Buraya miqrasiya etmiş həmvətənlərimiz azərbaycanlı kimi qeydiyyata məhz
həmin tarixdən düşməyə başlayıblar. Amerikaya köçən ilk soydaşlarımız əsasən tacirlər və ziyalı təbəqəsi idi.
Şərti olaraq, Birləşmiş Ştatlara Azərbaycan mühacirətini 4 dövrə bölmək olar:
Birinci, XIX əsrin sonu - XX əsrin 20-ci illəri-Bu dövrdə Azərbaycandan Amerikaya köçən mühacirlərin
tərkibi yəhudilər, ermənilər və Azərbaycan türklərindən ibarət idi.
İkinci, 1920-1940-cı illər. Bu illərdə Birləşmiş Ştatlara axını güclənən azərbaycanlıların burada
məskunlaşma səbəbi siyasi mühacirət idi. 1920-ci ildə bolşeviklərin Azərbaycan Demokratik Respublikasını
süquta uğratmasından sonra Avropa və Asiya ölkələri ilə yanaşı, Amerikaya da köçən azərbaycanlıların siyasi
fəaliyyəti bir qədər artmışdı. Lakin onların burada nə sosial bazası, nə də formalaşmış icması yox idi.
Azərbaycanlılar pərakəndə halda bir neçə ştatda məskunlaşırdılar. Zamanla Azərbaycan icması formalaşmağa
başladı ki, bunun təşkilatçısı da ziyalı təbəqəsi idi.
Üçüncü, 1945-ci ildən 1990-cı illərə qədər olan dövr. Bu illər arası Amerikaya köçən azərbaycanlıların
əksər hissəsini II Dünya müharibəsində əsir düşmüş azərbaycanlı əsgərlər və Cənubi Azərbaycandan miqrasiya
edən soydaşlarımız təşkil edirdi. II dünya müharibəsindən sonra Birləşmiş Ştatlarda Azərbaycan diasporunun
təşkilatlanma işi güclənməklə, siyasi fəallıq dövrü başlandı. Türkiyədən, Cənubdan və Şimaldan köçən
azərbaycanlılar pərakəndə halda olsalar da, siyasi fəaliyyətə maraq göstərirdilər. İlk dəfə olaraq, 1947-ci ildə
Türkiyədən ABŞ-a köçən soydaşlarımızın “Azərbaycan” cəmiyyətini yaratması mühüm tarixi hadisə idi. Saleh
bəy Şeyxzamanovun rəhbərliyi ilə fəaliyyətə başlayan “Azərbaycan” cəmiyyəti Nyu-York şəhərində yerləşirdi.
“Zəbt olunmuş millətlər” adlı keçmiş milli respublikaların təşkilatlarının birləşdiyi birliyin üzvü olan
“Azərbaycan” cəmiyyəti Amerika hökumətinin yardımı ilə fəaliyyət göstərirdi. 1940-cı il də yaradılan
“Amerika Komitəsi” azərbaycanlıların da hüquqlarını qoruyurdu. Soydaşlarımız öz haqq səslərini dünya
birliyinə çatdırmaqla yanaşı, sovetlərdə işğal altında olan Azərbaycanın müstəqilliyinin bərpası istiqamətində
işlərini fəallaşdırdılar. İlk dəfə olaraq, 1954-cu ildə Azərbaycan mühacirətinin tanınmış nümayəndəsi Zahid xan
Xoyski 1984-cu ildə Amerikanın ali qanunverici orqanında çıxış etdi. Zahid xan Xoyski Konqresə Sovetlər
Birliyinə daxil olan respublikalar haqqında məsələnin müzakirəsi ilə əlaqədar Azərbaycan təmsilçisi kimi dəvət
olunmuşdu. Zahid xan Azərbaycan müstəqilliyinin bərpası barədə çıxış etmiş və vətənimiz barədə ətraflı
məlumat vermişdi. 1942-ci ildə açılan “Amerikanın səsi” radiostansiyası vasitəsilə Azərbaycan və
azərbaycanlılar barədə informasiyalar verilir, milli kimliyimizin, musiqimizin, ədəbiyyatımızın, dilimizin,
mətbəximizin və digər ənənələrimizin qorunub saxlanılması və təbliğinə xidmət edən proqramlar fəaliyyət
göstərirdi. Avropada yaşayan soydaşlarımızın bir qisminin 1990-cı ilə qədər olan dövr ərzində Birləşmiş
Ştatlara köçməsi diasporumuzun daha da güclənməsinə və say tərkibinin genişlənməsinə səbəb oldu. Bu
miqrasiyanın məntiqi nəticəsi olaraq, Azərbaycan diaspor təşkilatlarının da sayı artırdı. İlk zamanlar yaşlı nəsil
bir-birilərilə müxtəlif klub və cəmiyyətlər vasitəsilə əlaqə qururdusa, zaman öz işini görürdü. İnsanlar yaşa
dolduqca əlaqələr zəifləyirdi. Amerikanın ali məktəblərində hüquq, iqtisadiyyat, texniki elmlər üzrə ixtisaslaşıb
öz sahələri üzrə məşhurlaşan soydaşlarımızda az olmayıb və onların çoxu bu gün də ABŞ da yaşayır.
Amerikanın neft, texnika, iqtisadiyyat, kosmik tədqiqatlar, hüquq sahələrində nüfuz əldə edən soydaşlarımız
haqqında danışarkən NASA-da tanınmış mütəxəssis Cavad Herti, dünya şöhrətli alim Əli Əsgər Lütfizadə, qazla
lazerini kəşf edərək 1993-cu ildə Albert Eynşteyn mükafatına layiq görülən Əli Cavan, neft sənayesi üzrə
məşhur alim Bican Fəzullahi, neft biznesmeni və neft sənayesi üzrə mütəxəssis Firudin Əminzadə və digər
şəxslərin adlarını çəkmək mümkündür.
Dördüncü, 1990-cı illərdən sonrakı dövr. Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında dövlət
müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlıların Qərb ölkələrinə, xüsusən ABŞ-a miqrasiyası başlandı. Bu
prosesin iştirakçıları ziyalılar, elm və mədəniyyət xadimləri, eyni zamanda, iş tapmaq ümidilə ABŞ-a üz tutanlar
idi. Azərbaycanlıların miqrasiyası Birləşmiş Ştatlardakı diasporun fəaliyyətinə də öz təsirini göstərdi.
Diasporumuz ilk növbədə Bakıda 1990-cı ildə ruslar tərəfindən həyata keçirilən Qanlı Yanvar hadisəsinə etiraz
səslərini ucaltdı. Bunun ardınca, 1997-ci ildə qəbul edilən ədalətsiz “907-ci” düzəlişə qarşı Amerika
azərbaycanlılarının çıxışı başlandı. Dağlıq Qarabağ ətrafında Ermənistanın təcavüzkarlıq siyasəti və BMT-nin
1992-ci ildə qəbul etdiyi qətnamələrə əməl edilməməsi və 1992-ci il 26 fevral əsrin faciəsi Xocalı soyqırımının
baş verməsi Amerikada Azərbaycan diasporu tərəfindən ciddi etirazla qarşılandı.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
49
Bu gün azərbaycanlılar kompakt halda Nyu-York, Los-Anceles, Batton-Ruc, Miciqan,Nyu-Cersi,
Vaşinqton və digər şəhərlərdə məskunlaşıblar. Azərbaycanlılar ən çox biznes və xidmət sferalarında fəaldırlar.
Amerikada özlərini Azərbaycan diasporunun nümayəndələri hesab edən bakılı yəhudilərin fəaliyyəti də diqqətə
layiqdir. Azərbaycan naminə gördüyü işləri müsbət qiymətləndirən Azərbaycan yəhudiləri, "Evreyskiy mir",
"Vecnıy Nyu-York", "Russkaya reklama", "Newstay", "New Worker" mətbuat orqanlarında Azərbaycanı
dəstəkləyirlər. Bu gün Los-Ancels, Pitt Kalambus,Vest-Delfiya şəhərlərində formalaşmış "Tehranseles", "Bakı-
Kalam bus", "Təbriz fiya" məhəllələrində xeyli sayda azərbaycanlı yaşayır. Pitt Kambusda ingilis və ispan
dillərilə yanaşı, Azərbaycan dilində də reklam və elanlara rast gəlmək olar. 2001-ci ildə azərbaycanlı Mehmet
Azəri Vest-Delfiyada mer vəzifəsinə seçilib. San-Fransisko, Los-Anceles, Vaşinqtonda Azərbaycan dilini radio
dalğalarda eşitmək olar. Artıq okeanın o tayındakı azərbaycanlıların və türklərin yaxınlaşması prosesi
sürətlənməkdədir və türk dilli mediada Azərbaycan müəlliflərinin yazıları və çıxışlarına çox yer verilir.
ABŞ-da Türkiyə və Azərbaycana qarşı erməni, yunan diasporlarının fəaliyyətinə layiqli cavablar
verilməsi faktı ilə də qarşılaşmaq olar. Uydurma "Erməni soyqırımı", “907-ci düzəliş”, Kipr, "kürd" məsələləri
gündəmə gələndə, Azərbaycan diasporu da türk diasporu ilə yanaşı müraciətlər qəbul edir, etiraz səslərini
ucaldırdı. Azərbaycanı təbliğ edən sərgilər, konfranslar və digər tədbirlər Birləşmiş Ştatlarda son zamanlar daha
çox keçirilməkdədir. ABŞ-da populyar qəzetlərin səhifələrində də Azərbaycan və Azərbaycan diasporu barədə
müsbət yazılara rast gəlmək olar. Amerika azərbaycanlıları ABŞ hökumətinə "907-ci düzəliş", Dağlıq Qarabağ
problemi, Cənubi Azərbaycanda insan hüquqları və s. mövzularla bağlı bəyanatlar göndərirlər. Amerika ali
məktəblərində, diaspor təşkilatlarında Vətənlə əlaqələr qurulması istiqamətində canlanma hiss olunur. 20
Yanvar, Xocalı soyqırımı kimi faciəli günlərimizi anma tədbirləri ilə yanaşı, Novruz bayramı, 28 may İstiqlal
Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər milli bayramlarımız böyük və təntənəli
halda keçirilir.
2001-ci il 11 sentyabr hadisələri zamanı azərbaycanlıların amerikalılar ilə birgə olması diasporumuzun
mövqeyini gücləndirirdi. Bu proses indinin özündə də davam edir və konqresmenlər arasında Azərbaycanpərəst
şəxslərin sayı artmağa başlayır. Artıq Amerika siyasi və rəsmi dairələrin də Azərbaycan diasporunun
dəstəklənməsi müşahidə olunur. Azərbaycanın haqlı olması barədə müsbət çıxışlar edilir, fikirlər səslənir.
Amerikaya hər səfərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycanlılarla tez-tez
görüşməsi birləşməyə və həmrəyliyə təkan verirdi. Bu cür görüşlər zamanı ümummilli lider Dağlıq Qarabağ
məsələsini önə çəkərək azərbaycanlıların bu istiqamətdə işlərini və qüvvələrini səfərbər etmələrini tövsiyə
etmişdir.
Bu gün dövlət səviyyəsində diaspora dəstək artdıqca, Amerikadakı Azərbaycan diasporunun fəaliyyəti
güclənir. Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız kütləvi informasiya vasitələri ilə əlaqə və diasporun
təşkilatlanması sahəsində bir sıra uğurlar əldə edib.
“Olaylar”.-2014.-28 may.-№ 91.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
50
Rusiyada Azərbaycan diasporunun formalaşma tarixi
Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyasi
xüsusilə diqqəti cəlb edir. Hazırda qeyri-rəsmi statistikaya görə, Rusiyada 2,5 milyona yaxın soydaşımız yaşayır
ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar. Rusiya ilə Azərbaycanın tarixi əlaqələri X
əsrdən etibarən inkişaf etməyə başlayıb. Zamanla Rusiyanın güclənməsi səbəbilə imperiya maraqlarına
Azərbaycan da daxil edildi. Xüsusilə, Azərbaycan uğrunda Rusiya-Türkiyə-İran qarşıdurması qanlı nəticələr
vermiş və bundan yerli əhali əziyyət çəkmişdi. Rusiya dövlətinin qüdrətli inkişaf dövrü keçdiyi zaman başqa
yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövlətə köçənlər arasında ticarət və elm xadimləri var idi.
Tədqiqatçıların araşdırmalarına görə, Böyük Moskva knyazı III Vasili, İvan Qroznı və I Pyotrın çarlığı
dövründə Rusiyaya köçən azərbaycanlı sənətkarlar, tacirlər, elm xadimləri Moskva, Sankt-Peterburq, Moskva
ətrafı ərazilərdə məskunlaşırdılar. Azərbaycanlılar içərisində Rusiya dövlət idarələrində çalışanlar barəsində
arxivlərdə məlumata rast gəlmək olar. Rusiya Xarici İşlər Nazirliyində tərcüməçi işləmiş Nəsirov və Mirzə əbu
Turab Vəzirov XVIII əsr Azərbaycan diasporunun tanınan nümayəndələri olublar. 1828-ci il “Türkmənçay”
müqaviləsinə qədər Rusiyaya təhsil almaq məqsədilə gedib burada daimi yaşayan soydaşlarımızdan Mirzə
Abdulla Vəzirov, Mirzə Cəfər Topçubaşov, Abbasqulu ağa Bakıxanov kimi tanınmış şəxslərin adlarını çəkmək
olar. 1813-1828-ci illər imzalanan “Gülüstan” və “Türkmənçay” sülh müqavilələri Azərbaycanı bir dövlət,
azərbaycanlıları bir millət kimi iki hissəyə parçaladı. Rusiya tabeçiliyində qalan Şimali Azərbaycanın
vətəndaşları Rusiya təbəəsi olurdular. 1828-1991-ci illər arası Rusiyaya axını güclənən mühacirət prosesini
təqribi olaraq aşağıdakı dövrlərə bölmək olar:
Birinci, 1828-1918-ci illər–əsasən elm, sənət və digər işlərlə məşğul olan Azərbaycan mühacirləri Rusiya
ərazisində say etibarı ilə seçilən icmalarını yarada biliblər. Bu illər ərzində bir çox tanınmış azərbaycanlılar
imperiyanın sayılıb-seçilən insanlarından olmaqla, Rusiyanın elminə və iqtisadiyyatına öz töhfələrini vermişlər.
Rusiya elmində, hərbində və iqtisadiyyatında danılmaz rolu olan azərbaycanlılardan Əliağa Şıxlinski, Mirzə
Məhəmmədəli, Hacı Kazım, Mirzə Kazım bəy, Ağababa Sadıqov, İbrahim ağa Usubov və yüzlərlə digər insanın
adını çəkmək olar.
İkinci, 1922-1960-cı illər – Azərbaycan Demokratik Respublikasının süqutundan sonra bolşevik siyasi
ideologiyasının tərəfdarı olan bəzi azərbaycanlılar Rusiyaya köçməyə başlamışlar. Əsasən II dünya müharibəsi
illərində və müharibədən sonrakı dövrdə rus qadınları ilə ailə qurub burada yaşayan soydaşlarımız Azərbaycan
mühacirətinin ikinci dalğasının nümayəndələridir. 1932-ci il repressiyaları zamanı Sibir, Mərkəzi və Orta Asiya,
Rusiyanın ucqar əyalətlərinə sürgün edilən azərbaycanlılardan sağ qalanlar bu ərazilərdə yaşamağa məcbur
olmuş və çox cüzi hissə vətənə qayıda bilmişdi.
Üçüncü, 1960-80-ci illər – Bu dövrün mühacirəti sosial və iqtisadi səbəblərlə bağlıdır. İlk olaraq Rusiyanın
əyalətlərində böyük tikililər – Sibirdə Baykal-Amur magistralı, Volqa boyunda, Tümendə yeni neft yataqlarının
istismarı, yeni şəhərlər salınması səbəbilə minlərlə azərbaycanlı bura köçmüş və ya köçürülmüşdür. Bu
mühacirət prosesinə müvafiq olaraq II Bakı, III Bakı, IV Bakı kimi anlayışlar yarandı. 1970-ci ildən isə
Rusiyaya təhsil almağa gedib geri qayıtmayan azərbaycanlılar da çoxluq təşkil edirlər. Moskva, Leninqrad və
digər iri şəhərlərə oxumağa gedən azərbaycanlılar təhsil müddəti bitdikdən sonra öz ixtisasları üzrə işləyərək
Azərbaycan icmasının ziyalı təbəqəsini təşkil ediblər. Bu barədə Azərbaycan xalqının ümummilli lideri 2002-ci
ilin 9 iyununda Rusiyaya işgüzar səfəri zamanı etdiyi nitqdə xüsusi olaraq qeyd etmişdi: “Mən o vaxt SSRİ-dən
böyük çətinliklərlə ilbəil kvota alırdım. Birinci il 100 yer verdilər ki, onlar imtahansız qəbul ediləcəklər. Yəni,
imtahanı Azərbaycanda verəcəklər, gəlib Moskvada imtahan verməyəcəklər. İkinci il 200, sonra 300, daha sonra
bu rəqəm 800-ə qalxdı. Axır vaxtlar biz ildə 800 gənc göndərirdik. Əgər burada onlardan varsa, ola bilər,
xatirələrindədir. Lenin sarayında, indi Respublika sarayı adlanır, hər il onlarla görüş keçirirdik. 17-18 yaşlı 2500
gənci avqust ayında biz Respublika Sarayına yığırdıq, hamısına ağ köynəklər, qalstuk geyindirirdik, hərəsinə
yol pulu, bir aylıq təqaüd verirdik. Mən də harada olsam da, avqust ayının ya 29-u, ya da 30-u gərək mütləq
Bakıda olardım. Çünki mən özüm onlarla görüşməli idim. İnanın, mən hər bir gəncə öz övladım kimi baxırdım.
Mənim arxivimdə çox şeylər var. Bir çox şeyləri də mən Moskvaya köçəndə Bakıda qoyub getdim. Sonra biri
Azərbaycana gəlmiş, mənim arxivimin Bakıda qalan hissəsini yandırmışdı. Əvvəl kranı açıb otaqlara su
tökmüşdü, arxivdəkilər xarab olandan sonra çıxarıb yandırmışdı. Amma o şeyləri ki, mən Moskvaya
aparmışdım, indi də qalır. Hər il 800 adam ki, SSRİ-nin bütün ali məktəblərinə müsabiqədən kənar qəbul
olunurdu, onların siyahısı mənim arxivimdədir. Nə üçün? Çünki bilirsinizmi, bu, mənim əsərimdir. Bunlar
mənim övladlarımdır. İndi kim bunu qiymətləndirirsə, qoy qiymətləndirsin, kim unudursa, qoy unutsun. İnsanın
doğma övladlarının da bəziləri, görürsən, sonra atasını unudur. Amma mən bunların hamısına övladlarım kimi
baxmışam. Sözü nəyə gətirirəm? Biz hətta bu cür edirdik. Amma indi, əgər müəyyən miqrasiya gedirsə,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
51
azərbaycanlılar gəlib Rusiyada yerləşiblərsə, bunun nəyi pisdir? İndi Rusiyada bizim iki milyonluq diasporumuz
var”.
Dördüncü, 1991-ci ildən bu günə qədər davam edən mühacirət prosesi əsasən iqtisadi səbəblərlə əlaqəlidir.
Bu tarixdən başlanan mühacirət prosesi barədə tədqiqatlarda qeyd edilir ki, bu şəxslər Rusiyanın müxtəlif şəhər
və rayonlarında məskunlaşdıqdan sonra diaspor formalaşdırılması zərurəti meydana çıxmışdı. Hazırda sayı 2-2,5
milyona çatan Rusiya azərbaycanlılarının əksəriyyətini 1991-ci ildən sonra kütləvi şəkildə bu əraziyə köçənlər
təşkil edirlər. Göründüyü kimi, Rusiyada Azərbaycan diasporunun formalaşması bir neçə mərhələdən keçib.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra buradakı soydaşlarımızın diaspor formalaşdırması
prosesi xüsusi intensivliklə başlamış və hazırda davam etməkdədir. Rusiyada azərbaycanlıları ətrafında
birləşdirməyə çalışan 13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi - Ümumrusiya Azərbaycanlıları Konqresi,
Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti FNKA-AZERROS ətrafında Azərbaycan
cəmiyyətləri və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində özəkləri var. Rusiyada Azərbaycan diaspor
təşkilatları 89 obyektin hamısında fəaliyyət göstərir. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları
və cəmiyyətlərini ətrafında birləşdirən iri qurumlar fəal işlə məşğul olur. Belə qurumlardan böyüyü və geniş
imkanlara malik olanı Ümumrusiya Azərbaycanlıları Konqresidir. UAK 2001-ci il martın 5-də Moskva
şəhərində təsis olunub. Azərbaycan və Rusiya rəsmi dövlət strukturları tərəfindən tanınan konqresin Rusiyanın
60-dan çox şəhərində strukturu formalaşıb. Rusiyanın demək olar ki, bütün iri şəhərlərində fəaliyyət göstərən
Azərbaycan cəmiyyətləri konqresin üzvləridir. 2001-ci il 4 oktyabrın da UAK-ın birinci qurultayı keçirildi.
UAK-ın məqsəd və vəzifələrinə Azərbaycan Respublikasının vətəndaşı olub, Rusiya Federasiyasında yaşayan
azərbaycanlıların vətəndaş hüquqlarının müdafiəsi, sosial-mədəni inkişafa yardım etməklə reallaşdırmaq,
Rusiya Federasiyasındakı azərbaycanlıların milli əlaqələrini, kimliyini və dinini, mədəni irsini qoruyub
saxlamaq və inkişaf etdirmək, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərini inkişaf etdirmək,
milli-mədəni tədbirlərin reallaşdırılmasında iştirak, mədəni və milli əlaqələrin müxtəlif formalarda (mədəniyyət
mərkəzləri, icmalar, tarixi abidələrin və məzarların qorunması, milli təhsilin inkişafı) inkişaf etməsinə dəstək
vermək daxildir. Hazırda konqres "Azerbaydjanskiy konqress" qəzetini nəşr edir. www.azcongress.ru internet
saytını yaradıb. UAK-ın təşəbbüsü ilə Tümen yerli televiziyasında Azərbaycan dilində verilişlər yayımlanır.
2009-cu il aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı
keçirilib. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubu və
təşəbbüs qrupundan 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri
iştirak ediblər. Toplantıda gənclərimizin qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu işində daha fəal iştirakının vacibliyi ilə bağlı
fikir mübadiləsi aparılıb. Toplantının yekununda təşkilatın nizamnaməsi səsə qoyularaq qəbul edilmiş, rəhbər
orqanlara seçkilər keçirilib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
yekdilliklə Rusiyanın azərbaycanlı Gənclər Təşkilatının sədri seçilib. Rusiyanın azərbaycanlı Gənclər Təşkilatı
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal təbliğat işi qurmağa nail
olmuşdur. Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası
çərçivəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunmuş, bu soyqırımı
aktının nəticələri barədə məlumatlar verilmiş, filmlər nümayiş olunub.
“Olaylar”.-2014.-30 may.-№ 92.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
52
Azərbaycan diasporunun Rusiyada formalaşma tarixi
Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyasi
xüsusilə diqqəti cəlb edir. Hazırda qeyri-rəsmi statistikaya görə, Rusiyada 2,5 milyona yaxın soydaşımız yaşayır
ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar. Rusiya ilə Azərbaycanın tarixi əlaqələri X
əsrdən etibarən inkişaf etməyə başlayıb. Zamanla Rusiyanın güclənməsi səbəbilə imperiya maraqlarına
Azərbaycan da daxil edildi. Xüsusilə, Azərbaycan uğrunda Rusiya-Türkiyə-İran qarşıdurması qanlı nəticələr
vermiş və bundan yerli əhali əziyyət çəkmişdi. Rusiya dövlətinin qüdrətli inkişaf dövrü keçdiyi zaman başqa
yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövlətə köçənlər arasında ticarət və elm xadimləri var idi.
Tədqiqatçıların araşdırmalarına görə, Böyük Moskva knyazı III Vasili, İvan Qroznı və I Pyotrın çarlığı
dövründə Rusiyaya köçən azərbaycanlı sənətkarlar, tacirlər, elm xadimləri Moskva, Sankt-Peterburq, Moskva
ətrafı ərazilərdə məskunlaşırdılar. Azərbaycanlılar içərisində Rusiya dövlət idarələrində çalışanlar barəsində
arxivlərdə məlumata rast gəlmək olar. Rusiya Xarici İşlər Nazirliyində tərcüməçi işləmiş Nəsirov və Mirzə əbu
Turab Vəzirov XVIII əsr Azərbaycan diasporunun tanınan nümayəndələri olublar. 1828-ci il “Türkmənçay”
müqaviləsinə qədər Rusiyaya təhsil almaq məqsədilə gedib burada daimi yaşayan soydaşlarımızdan Mirzə
Abdulla Vəzirov, Mirzə Cəfər Topçubaşov, Abbasqulu ağa Bakıxanov kimi tanınmış şəxslərin adlarını çəkmək
olar. 1813-1828-ci illər imzalanan “Gülüstan” və “Türkmənçay” sülh müqavilələri Azərbaycanı bir dövlət,
azərbaycanlıları bir millət kimi iki hissəyə parçaladı. Rusiya tabeçiliyində qalan Şimali Azərbaycanın
vətəndaşları Rusiya təbəəsi olurdular. 1828-1991-ci illər arası Rusiyaya axını güclənən mühacirət prosesini
təqribi olaraq aşağıdakı dövrlərə bölmək olar:
1828-1918-ci illər – əsasən elm, sənət və digər işlərlə məşğul olan Azərbaycan mühacirləri Rusiya ərazisində
say etibarı ilə seçilən icmalarını yarada biliblər. Bu illər ərzində bir çox tanınmış azərbaycanlılar imperiyanın
sayılıb-seçilən insanlarından olmaqla, Rusiyanın elminə və iqtisadiyyatına öz töhfələrini vermişlər. Rusiya
elmində, hərbində və iqtisadiyyatında danılmaz rolu olan azərbaycanlılardan Əliağa Şıxlinski, Mirzə
Məhəmmədəli, Hacı Kazım, Mirzə Kazım bəy, Ağababa Sadıqov, İbrahim ağa Usubov və yüzlərlə digər insanın
adını çəkmək olar.
1922-1960-cı illər – Azərbaycan Demokratik Respublikasının süqutundan sonra bolşevik siyasi
ideologiyasının tərəfdarı olan bəzi azərbaycanlılar Rusiyaya köçməyə başladılar. Əsasən II dünya müharibəsi
illərində və müharibədən sonrakı dövrdə rus qadınları ilə ailə qurub burada yaşayan soydaşlarımız Azərbaycan
mühacirətinin ikinci dalğasının nümayəndələridir. 1932-ci il repressiyaları zamanı Sibir, Mərkəzi və Orta Asiya,
Rusiyanın ucqar əyalətlərinə sürgün edilən azərbaycanlılardan sağ qalanlar bu ərazilərdə yaşamağa məcbur
olmuş və çox cüzi hissə vətənə qayıda bilmişdi.
1960-80-ci illər – bu dövrün mühacirəti sosial və iqtisadi səbəblərlə bağlıdır. İlk olaraq Rusiyanın
əyalətlərində böyük tikililər – Sibirdə Baykal-Amur magistralı, Volqa boyunda, Tümendə yeni neft yataqlarının
istismarı, yeni şəhərlər salınması səbəbilə minlərlə azərbaycanlı bura köçmüş və ya köçürülmüşdür. Bu
mühacirət prosesinə müvafiq olaraq II Bakı, III Bakı, IV Bakı kimi anlayışlar yaranmışdı. 1970-ci ildən isə
Rusiyaya təhsil almağa gedib geri qayıtmayan azərbaycanlılar da çoxluq təşkil edirlər. Moskva, Leninqrad və
digər iri şəhərlərə oxumağa gedən azərbaycanlılar təhsil müddəti bitdikdən sonra öz ixtisasları üzrə işləyərək
Azərbaycan icmasının ziyalı təbəqəsini təşkil ediblər. Bu barədə Azərbaycan xalqının ümummilli lideri 2002-ci
ilin 9 iyununda Rusiyaya işgüzar səfəri zamanı etdiyi nitqdə xüsusi olaraq qeyd etmişdir: “Mən o vaxt SSRİ-dən
böyük çətinliklərlə ilbəil kvota alırdım. Birinci il 100 yer verdilər ki, onlar imtahansız qəbul ediləcəklər. Yəni,
imtahanı Azərbaycanda verəcəklər, gəlib Moskvada imtahan verməyəcəklər. İkinci il 200, sonra 300, daha sonra
bu rəqəm 800-ə qalxdı. Axır vaxtlar biz ildə 800 gənc göndərirdik. Əgər burada onlardan varsa, ola bilər,
xatirələrindədir. Lenin sarayında, indi Respublika sarayı adlanır, hər il onlarla görüş keçirirdik. 17-18 yaşlı 2500
gənci avqust ayında biz Respublika sarayına yığırdıq, hamısına ağ köynəklər, qalstuk geyindirdik, hərəsinə yol
pulu, bir aylıq təqaüd verirdik. Mən də harada olsam da, avqust ayının ya 29-u, ya da 30-u gərək mütləq Bakıda
olardım. Çünki mən özüm onlarla görüşməli idim. İnanın, mən hər bir gəncə öz övladım kimi baxırdım. Mənim
arxivimdə çox şeylər var. Bir çox şeyləri də mən Moskvaya köçəndə Bakıda qoyub getdim. Sonra biri
Azərbaycana gəlmiş, mənim arxivimin Bakıda qalan hissəsini yandırmışdı. Əvvəl kranı açıb otaqlara su
tökmüşdü, arxivdəkilər xarab olandan sonra çıxarıb yandırmışdı. Amma o şeyləri ki, mən Moskvaya
aparmışdım, indi də qalır. Hər il 800 adam ki, SSRİ-nin bütün ali məktəblərinə müsabiqədən kənar qəbul
olunurdu, onların siyahısı mənim arxivimdədir. Nə üçün? Çünki bilirsinizmi, bu, mənim əsərimdir. Bunlar
mənim övladlarımdır. İndi kim bunu qiymətləndirirsə, qoy qiymətləndirsin, kim unudursa, qoy unutsun. İnsanın
doğma övladlarının da bəziləri, görürsən, sonra atasını unudur. Amma mən bunların hamısına övladlarım kimi
baxmışam. Sözü nəyə gətirirəm? Biz hətta bu cür edirdik. Amma indi, əgər müəyyən miqdar saydan gedirsə,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
53
azərbaycanlılar gəlib Rusiyada yerləşiblərsə, bunun nəyi pisdir? İndi Rusiyada bizim iki milyonluq diasporumuz
var”.
1991-ci ildən bu günə qədər davam edən mühacirət prosesi əsasən iqtisadi səbəblərlə əlaqəlidir. Bu tarixdən
başlanan mühacirət prosesi barədə tədqiqatlarda qeyd edilir ki, bu şəxslər Rusiyanın müxtəlif şəhər və
rayonlarında məskunlaşdıqdan sonra diaspor formalaşdırılması zərurəti meydana çıxmışdı. Hazırda sayı 2-2,5
milyona çatan Rusiya azərbaycanlılarının əksəriyyətini 1991-ci ildən sonra kütləvi şəkildə bu əraziyə köçənlər
təşkil edirlər.
Göründüyü kimi, Rusiyada Azərbaycan diasporunun formalaşması bir neçə mərhələdən keçib. Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra buradakı soydaşlarımızın diaspor formalaşdırması prosesi xüsusi
intensivliklə başlanmış və hazırda davam etməkdədir. Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə çalışan
13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi - Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiya
Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti FNKA-AZERROS ətrafında Azərbaycan cəmiyyətləri
və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində özəkləri var. Rusiyada Azərbaycan diaspor təşkilatları
89 obyektin hamısında fəaliyyət göstərir. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və
cəmiyyətlərini ətrafında birləşdirən iri qurumlar fəal işlə məşğul olur. Belə qurumlardan böyüyü və geniş
imkanlara malik olanı Ümumrusiya azərbaycanlıları Konqresidir. UAK 2001-ci il martın 5-də Moskva
şəhərində təsis olunub. Azərbaycan və Rusiya rəsmi dövlət strukturları tərəfindən tanınan konqresin Rusiyanın
60-dan çox şəhərində strukturu formalaşıb. Rusiyanın demək olar ki, bütün iri şəhərlərində fəaliyyət göstərən
Azərbaycan cəmiyyətləri konqresin üzvləridir. 2001-ci il 4 oktyabrın da UAK-ın birinci qurultayı keçirildi.
UAK-ın məqsəd və vəzifələrinə Azərbaycan Respublikasının vətəndaşı olub, Rusiya Federasiyasında yaşayan
azərbaycanlıların vətəndaş hüquqlarının müdafiəsi, sosial-mədəni inkişafa yardım etməklə reallaşdırmaq,
Rusiya Federasiyasındakı azərbaycanlıların milli əlaqələrini, kimliyini və dinini, mədəni irsini qoruyub
saxlamaq və inkişaf etdirmək, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərini inkişaf etdirmək,
milli-mədəni tədbirlərin reallaşdırılmasında iştirak, mədəni və milli əlaqələrin müxtəlif formalarda (mədəniyyət
mərkəzləri, icmalar, tarixi abidələrin və məzarların qorunması, milli təhsilin inkişafı) inkişaf etməsinə dəstək
vermək daxildir. Hazırda konqres "Azerbaydjanskiy konqress" qəzetini nəşr edir. www.azcongress.ru internet
saytını yaradıb. UAK-ın təşəbbüsü ilə Tümen yerli televiziyasında Azərbaycan dilində verilişlər yayımlanır.
2009-cu il aprelin 18-də Moskvada Rusiyanın azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı
keçirilmişdir. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubu və
təşəbbüs qrupundan 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri
iştirak etmişlər. Toplantıda gənclərimizin qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu işində daha fəal iştirakının vacibliyi ilə bağlı
fikir mübadiləsi aparılmışdı. Toplantının yekununda təşkilatın nizamnaməsi səsə qoyularaq qəbul edilmiş,
rəhbər orqanlara seçkilər keçirilmişdi. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla
Əliyeva yekdilliklə Rusiyanın azərbaycanlı Gənclər Təşkilatının sədri seçilmişdi.
“Olaylar”.-2014.-3 iyun.-№ 94.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
54
Avstriyada Azərbaycan diasporunun formalaşma tarixi
Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də Avstriyadır. Azərbaycan və
Avstriya əlaqələrinin tarixi orta əsrlərə təsadüf edir. Əsasən ticarət üzərində qurulan ikitərəfli əlaqələr
nəticəsində Azərbaycan xalçaları, zərgərlik məmulatları, ipəyi Bizans və Rusiyadan keçməklə Avropanın bu
dövlətinə də gəlib çıxmışdı. Hələ 1473-cu ildə Azərbaycan Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən
Avstriya-Macarıstandan Azərbaycana gələn nümayəndə heyətilə görüşmüş, sonra venesiyalı Katerino Zena
vasitəsilə Avropa monarxları, o cümlədən Milan, Avstriya və Macarıstan krallarına məktub göndərmişdi.
Sonradan Vyanaya Uzun Həsənin başqa səfiri, venesiyalı Nikolo Qrolo gəlmiş, iki tərəfli əlaqələrin inkişafına
çalışmışdı. Avstriya ilə münasibətlər tarixin sonrakı illərində də davam etmişdi. 1599-cu ildə Səfəvi hökmdarı
Şah Abbas başda Hüseynəli bəy olmaqla, digər şəxsləri Avropaya, o cümlədən Avstriyaya səfirliyə
göndərmişdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində də Bakıda Avstriya-Macarıstan konsulluğu fəaliyyət
göstərirdi.
I dünya müharibəsindən sonra bu ölkəyə azərbaycanlıların passiv mühacirəti başlayır. Əsasən iqtisadi və
sosial səbəbli mühacirət bolşevik işğalından sonra siyasi xarakter alır. Avropanın bir çox ölkələri kimi Avstriya
da Azərbaycan siyasi mühacirlərini qəbul edir. Azərbaycanlıların Avstriyada məskunlaşmasının ikinci böyük
dalğasına II dünya müharibəsindən sonra əsir düşmüş bəzi azərbaycanlıların Vətənə geri qayıtmayaraq Avstriya
ilə paralel digər ölkələrdə məskunlaşmasını aid etmək olar. Avstriyada məskunlaşan təqribən 5 minə yaxını
Sovet vətəndaşlarının müəyyən hissəsi soydaşlarımız idi. Sonradan bu şəxslərə cənublu və türkiyəli
soydaşlarımızın qoşulması Avstriyada Azərbaycan diasporunun formalaşmasına səbəb olmuşdu. Hazırda
Avstriyada azərbaycanlıların sayı 3 mindən artıq göstərilir.
Bu gün Avstriyada 5-dən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Ötən müddətdə Avstriyada
azərbaycanlı icması tərəfindən xalqımızın tarixinin və mədəniyyətinin təbliği ilə bağlı müxtəlif tədbirlər təşkil
olunmuşdu. Qeyd etmək yerinə düşər ki, türk dünyasının dostu, tarixçi alim mərhum Erix Fayql da məhz
avstriyalı idi. Avstriyanın paytaxtı Vyanada "Michaelerplatz" adlanan sarayda təntənəli Nar festivalını məhz
Avstriyadakı Azərbaycan diasporu təşkil edib. Qeyd edək ki, bu ölkədə böyük maraqla qarşılanan festivalın hər
il keçirilməsi diasporumuzun böyük uğurlarından sayılır. Burada milli rəqslərin, xalq oyunlarının ifa edilməsi və
qonaqlara milli Azərbaycan yeməkləri və içkilərinin təqdim olunması dövlətimizin təbliğ edilməsində mühüm
əhəmiyyət kəsb edir.
Avstriyada fəaliyyət göstərən diaspor təşkilatlarından biri Azərbaycan Akademik Birliyidir. Azərbaycan
Akademik Birliyi Avstriyada 2002-ci ilin oktyabrında yaradılıb. Cəmiyyət Azərbaycan Respublikasının dövlət
strukturları, ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Akademik Birliyinin sədri Baxış Əliyevdir.
Azər-ATA (Azərbaycan-Türkiyə-Avstriya) Dostluq Cəmiyyəti-Avstriyadakı daha bir Azərbaycan diaspor
təşkilatı Azər-ATA (Azərbaycan-Türkiyə- Avstriya) Dostluq Cəmiyyətidir. Azər-ATA Vyana şəhərində
yerləşir. Cəmiyyət 2004-cü ildən etibarən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini
təbliğ etməkdir.
Avstriyadakı daha bir Azərbaycan diaspor təşkilatı Azər- Azərbaycan Mədəniyyət Mərkəzidir. Azərbaycan
Mədəniyyət Mərkəzinin məqsədi respublikamızda baş verən ictimai siyasi, demokratik prosesləri açıqlamaq,
geniş ictimaiyyəti onların mahiyyəti ilə tanış etməkdir. Mərkəz Azərbaycanla əlaqələri möhkəmlətməklə,
respublikanın mürəkkəb ictimai-siyasi vəziyyətini, xüsusən erməni təcavüzü nəticəsində baş vermiş müharibə
haqqında həqiqəti Avstriyada çatdırmaq istiqamətində xeyli iş görür. Mərkəz Azərbaycandan bu ölkəyə
musiqiçilər dəstəsinin, alimlərin, yazıçıların və dövlət xadimlərinin dəvət olunması sahəsində də səmərəli
fəaliyyət göstərir. Avstriya ilə iqtisadi əlaqələrin yaradılmasında, Azərbaycan mədəniyyəti sərgilərinin təşkili
işində yaxından köməklik göstərir. Mərkəz, həmçinin istər sənədli lentlərin, istərsə də əyani vəsaitlərin – kitab,
jurnal, qəzet və s. köməyi ilə Azərbaycanın bu günkü həyatı, Qarabağ həqiqətləri haqqında qiymətli telereportaj
və məqalələri ilə dünyanın müxtəlif telekanallarına, mətbuat səhifələrinə çıxır. Azərbaycan Mədəniyyət
Mərkəzinin sədri Cəmşid Qızılbaşdır.
“Olaylar”.-2014.-6 iyun.-№ 97.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
55
Ukraynada Azərbaycan diasporu üstün mövqelərə sahib olur
Bu gün daxili siyasi gərginlik dövrünü yaşayan Ukrayna Azərbaycan diasporunun fəal olduğu ölkələrdən
sayılır. Ukraynaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu – XX əsrin əvvəllərində başlayıb. XX əsrin
əvvəllərindən buraya təhsil almağa gələn azərbaycanlı tələbələr ictimai fəallıq göstərməyə başlayıblar. Onların
fəallığı sayəsində Kiyev şəhərində Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaranmış və burada yığılan
azərbaycanlılar Azərbaycan mədəniyyəti, poeziyası, ədəbiyyatı barəsində müzakirələr aparmışlar. Kiyevdən
başqa, digər böyük şəhərlər - Xarkov və Lvovda da azərbaycanlı gənclər təhsil aldıqları müəssisələrdə eyni
istiqamətdə iş aparırdılar. Ukraynada 1917-1918-ci illərdə tanınmış yazıçı Tağı Şahbazi Simurq Xorvak
şəhərində məskunlaşaraq "Cənub səsi" adlı qəzet nəşr etmişdi. Ukrayna 1920-ci ildə bolşevik işğalına məruz
qalandan sonra Azərbaycan-Ukrayna münasibətlərində xeyli irəliləyişlər yarandı. Ukrayna-Azərbaycan
arasında, eyni zamanda, tələbə-mütəxəssis mübadiləsi də aparılırdı. Müxtəlif sahələr üzrə mütəxəssis hesab
olunan yüzlərlə azərbaycanlı Ukraynaya köçərək buranı özlərinə daimi yaşayış məskəni seçmişlər. Bunun
nəticəsində Kiyev, Xarkov, Odessa, Lvov, Krım şəhərlərində və Valın, Vinnitso, Dnepropetrovsk, Donetsk,
Zakarpatye, Zaparodce, Jitomir, İvano-Frankovsk, Kirovoqrad, Nikolayev, Poltava, Rovina, Ternopol, Suşk,
Xerson, Xmelnitski, Cerkask, Cerniqo, Cernovisti vilayətlərində soydaşlarımız məskunlaşmışlar. Məskunlaşdığı
şəhər və vilayətlərin ictimai işində fəallıq göstərən azərbaycanlılar Ukrayna dövlət idarələrində də irəli
çəkilməyə başlayıblar. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik əldə edən Ukrayna və
Azərbaycan arasında ikitərəfli diplomatik münasibətlər quruldu.
Artıq beynəlxalq birliyin bərabər hüquqlu üzvü olan Ukrayna və Azərbaycan bütün sahələr üzrə
münasibətləri inkişaf etdirirlər. Hazırda Ukraynada 500 min azərbaycanlı yaşayır. Bu şəxslər ötən əsrin
əvvəllərindən bu günə qədər davam edən intensiv mühacirət nəticəsində buraya gələnlərdir. 500 min
azərbaycanlının bir-biri ilə əlaqə saxlaması və ictimai fəaliyyəti bəzi ölkələrdəki azərbaycanlıların
fəaliyyətindən nisbətən daha fəaldır. Bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı, mədəniyyət mərkəzi,
kütləvi informasiya vasitəsi olmaqla yanaşı, ana dilimiz həm Ukrayna ali məktəblərində, həm də Azərbaycan
dilli “Həftə sonu” məktəblərində tədris edilir. Azərbaycan folklor ansambllarının yaradılması isə Azərbaycan
mədəniyyətinin təbliğinə xidmət edir. Hazırda Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli
mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan ən böyüyü isə son illərə qədər bir çox regional diaspor
təşkilatlarını ətrafında birləşdirən Ukrayna Aərbaycanlıları Konqresi hesab edilirdi. 1999-cu ilin 21 martında
təsis edilən UAK-ın yaranmasında Ukraynadakı Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların rolu böyük
idi. İlk təsis yığıncağında Ukraynanın 15 vilayətində filialı olan UAK-ın zamanla filiallarının sayı artmağa
başladı. Bu gün isə Ukraynada ən fəal diaspor təşkilatı Ümumukrayna Birləşmiş Diasporu hesab edilir. UAK-ın
parçalanmasından sonra yaranmış boşluğu doldurmaq, Ukraynadakı soydaşlarımızı bir araya gətirmək üçün
yaradılmış Ümumukrayna Birləşmiş Diasporu qısa müddətli fəaliyyəti dövründə bir sıra mühüm tədbirlər,
həyata keçirib. Ukraynadakı Azərbaycan səfirliyi ilə də yaxından işləyən təşkilat bir müddət əvvəl paytaxt
Kiyevdə “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” mövzusunda 3-cü
forumu keçirib. Forumda müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib.
Forumun birinci hissəsində diasporun problemləri və inkişaf perspektivləri müzakirə olunub. UABD-nin sədri
Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla
Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə uğurlar arzulayıb. Səfir bildirib ki, belə bir
tədbirin ardıcıl olaraq üçüncü dəfə keçirilməsi təqdirəlayiqdir. Eynulla Mədətli qeyd edib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və
diaspora fəaliyyətini yüksək qiymətləndirir. Forumun birinci hissəsində Ukraynada fəaliyyətə başlamış Diaspora
TV-nin və UABD-nin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) və Heydər Əliyev fondunun vitse-
prezidenti Leyla Əliyevanın dəstəyilə nəşr etdirdiyi dərsliyin təqdimatı da keçirilib. İştirakçılar təqdim olunan
dərsliyin azərbaycanlı məktəblilər və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli tədris
vəsaiti olduğunu qeyd ediblər.
Müzakirələrdə Ukraynadakı azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında aktivliyini artırılmasının
vacibliyi vurğulanıb. UABD sədri Hikmət Cavadov təşkilat üzvlərini seçkilərdə iştirak etməyə və fəallıq
göstərməyə çağırıb. O qeyd edib ki, yalnız onların bu aktivliyi sayəsində Ukraynanın ictimai-siyasi həyatına
inteqrasiya etmək, azərbaycanlıların Ukrayna Radasına daxil olmaq, azərbaycanlı iş adamları üçün geniş
fəaliyyət imkanları yarana bilər. Sevindirici haldır ki, məhz həmin toplantıdan keçən qısa müddət ərzində
sözügedən televiziya kanalı fəaliyyətə başlayıb. “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” tərəfindən
təsis olunmuş “Diaspora TV” telekanalının məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini
dünya ictimaiyyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
56
Azərbaycan dövlətinin siyəsətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif
ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi
göstərməkdir. Sutkada 18 saat efirdə olacaq “Diaspora TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı
yayımlanacaq və Ukrayna Ali Məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən
hazırlanacaq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılacaq. Kanalın xəbərlər xidməti CNN,
Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub. “Diaspora TV” digər verilişləri isə
Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou,
musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaq. Verilişlərin Azərbaycan,
rus, ukrayn, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulub. “Diaspora TV” Ukrayna, Rusiya həm də
xarici aparıcı distribütor şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır. “Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporu”nun uğurlu fəaliyyətinin nəticəsidir ki, bu ölkədəki soydaşlarımız artıq Ukraynanın ictimai-siyasi
həyatında, seçkili orqanlarında aktiv iştirak edərək üstün mövqelərə malik olurlar. Belə ki, bu günlərdə
Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda isə Qafqaz Xalqlarının Ukrayna Konqresinin rəhbəri
Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və məşhur jurnalist Rəna Nəzərova
Ukraynada milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında vacib postlara
seçiliblər. Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında yer alıb. Ukraynanın xarici
siyasətini müəyyənləşdirən məşvərətçi orqan olan Xarici İşlər Nazirliyi Radası eyni zamanda səfirlərin təyinatı
zamanı təqdimat funksiyasını yerinə yetirir. Paşa Məmmədov Ukrayna XİN Radasında təmsil olunan yeganə
azərbaycanlıdır.
O, əvvəllər Qax rayonunun keçmiş icra başçısı, hazırda isə Azərbaycanda Ağciyər Xəstəlikləri
İnstitutunun baş həkimi olan Xəyyam Məmmədovun oğludur. Ukraynanın tanınmış jurnalisti Rəna Nəzərova isə
25 may seçkilərində Kiyev şəhər Radasına üzv seçilib. O, Vitali Kliçkonun “Udar” Partiyasından seçilib və yerli
hakimiyyət orqanında təmsil olunan yeganə azərbaycanlı qadındır. Bundan başqa, tanınmış hüquqşünas,
“Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən Aqiyə Axundova Ukrayna Nazirlər
Kabinetinin qərarı ilə Dövlət İcraçıları Xidmətinin rəisinin birinci müavini təyin edilib. Bu günlərdə isə
Ukraynada yaşayan azsaylı xalqlar, o cümlədən azərbaycanlılar yeni seçilmiş Prezident Pyotr Poroşenkoya
məktubla müraciət ediblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri və Ukrayna Millətlər
Assambleyasının prezidenti Rövşən Tağıyevin imzası ilə göndərilmiş məktubda Pyotr Poroşenko təbrik edilir və
ölkənin gələcəyi naminə Ukraynada yaşayan azsaylı xalqlar tərəfindən dəstək ifadə olunur. Bildirilir ki,
seçkilərin nəticələri Ukraynanın etnik millətlərdən ibarət vətəndaşları üçün də gələcəyə böyük ümidlər verir.
Məktubda həmçinin, Ukraynada yaşayan azərbaycanlıların hər bir sahədə ölkənin inkişafına öz töhfəsini
verməyə hazır olduğu bildirilir. Müraciətdə Konqresdə və Assambleyada birləşən təşkilatlar adından bir sıra
təkliflər də qeyd olunub. Qeyd edək ki, Ukrayna Millətlər Assambleyasında Ukraynada yaşayan azərbaycanlı,
macar, tatar, yəhudi, rus, qaqauz və digər xalqların diaspor təşkilatları birləşir. Qurumun rəhbəri isə
həmyerlimiz Rövşən Tağıyevdir.
“Olaylar”.-2014.-12 iyun.-№ 101.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
57
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası uğurlu diaspor təşkilatı kimi
Azərbaycanı Avropada layiqincə təmsil edən diaspor təşkilatlarından biri də Azərbaycan Diasporunun
Almaniyadakı Mərkəzi Şurasıdır. Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 2007-ci ilin yanvar
ayından fəaliyyət göstərir. Mərkəzi Şuranın məqsədi – Almaniyanın bütün həyat əhatəsində yardıma ehtiyacı
olan Azərbaycan diasporuna kömək göstərilməsi, onların bərabər hüquqa olmalarının təmin edilməsi, xüsusilə
praktiki yolla həyat üçün gərəkli olan yardımın göstərilməsi, hüquqi məsləhətlərin verilməsi və göstərilməsi,
vətəndaşlarımızın maraqlarını bütün ictimai səviyyələrdə təmsil edilməsi və həmçinin Almaniya Federativ
Respublikasında yaşayan əhalinin Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər
dövlət və qeyri dövlət idarələrilə Azərbaycan Respublikası arasında sıx əlaqələrin yaradılmasıdır. Mərkəzi
Şuranın prezidenti həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhalldır. Şura fəaliyyət göstərdiyi müddət
ərzində bir sıra uğurlu layihələr icra edib, Azərbaycanın təbliği sahəsində mühüm tədbirlər keçirib. Bu günlərdə
isə Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Azərbaycanın işğal altında olan torpaqlarının geriyə
qaytarılması ilə əlaqədar Almaniyanın Bundestaqına müraciət edib Almaniyanın Bundestaqına ünvanlanan
müraciətdə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınmasına, münaqişənin
beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə isə ərazi bütünlüyü əsasında həll olunması bildirilib.
Mərkəzi Şuranın rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall Mətbuat Xidmətinə bunları bildirib: “Əlbəttə,
biz istəyirik ki, qarşılıqlı səylər sayəsində mümkün qədər tez razılıq əldə edilsin və bu vəziyyətə son qoyulsun.
Bu vəziyyətin daha nə qədər davam edəcəyi, Almaniyada yaşayan azərbaycanlıları və bütün Azərbaycan xalqını
narahat edən bir məsələdir. Düzdür, qeyd etmək lazımdır ki, ikitərəfli danışıqlar prosesində müəyyən irəliləyiş
vardır, lakin Ermənistan hər zaman bu irəliləyiş prosesini uzadır.
Mərkəzi Şura tərəfindən göndərilən müraciətin mənası ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində Almaniya daha fəal iştirak etsin.” Almaniyada
fəaliyyət göstərən Azərbaycan Diasporunun Mərkəzi Şurası bu ölkədəki Ermənistan səfirliyinə də etiraz
müraciəti göndərib. Müraciətdə Baden-Vürtemberq əyalətində yerləşən konsulluğun internet saytında Qarabağla
bağlı uydurmaların, guya 1920-ci il dekabrın 1-də Azərbaycan hökuməti “Dağlıq Qarabağı Ermənistanın
ayrılmaz hissəsi elan etməsinin, guya 1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosu “biabırçı ədalətsizliyə”
yol verərək “Ermənistanın əzəli vilayəti əhalisinin 95 faizi ermənilərdən ibarət olan Dağlıq Qarabağı mexaniki
surətdə Ermənistandan qoparıb” Azərbaycana qatılmasının, guya Dağlıq Qarabağ ermənilərinin alban mənşəli
olmalarının, Qarabağın əzəli erməni torpaqlari olması haqqında və sairə səhv fikirlərin internet saytından
pozulmasını tələb edib. Məsələ ilə əlaqədar Mərkəzi Şuranın prezidenti Tengis Sade Baron zu Romkerhall deyib
ki, erməni sayasətçiləri və tarixçiləri tərəfindən Dağlıq Qarabağın tarixi və sonralar onun Ermənistandan
qoparılıb Azərbaycanın tərkibinə daxil edilməsi haqqında yalanlar dünyada gəzməkdədir. Ermənistanın
konsulluq idarəsinin internet saytında məlumat verilir ki, guya Arsax, 387-ci ilə qədər, yəni Ermənistan Bizans
və İran arasında bölünənə qədər və İran erməni çarlığı ləğv edilənə qədər (428-ci il) Ermənistan tərkibində olub.
Bir tarixi həqiqət də var ki, 387-ci ildən, yaxud, 428-ci ildən 1918-ci ilə qədər, yəni əsrlər boyu Ermənistan
dövləti olmayıb, erməni xalqı dövlətçilikdən məhrum olub. Deməli, IV-V əsrlərdən sonra da Arsax, mövcud
olmayan Ermənistan dövləti tərkibində və Ermənistan dövləti hakimiyyəti altında ola bilməzdi və olmayıb. Biz
isə müraciaətdə tarixi faktlarla əasalanaraq , Vətən tariximizi, o cümlədən Qarabağın tarixini saxtalaşdıranlara
cavab verməkdə aciz qalmayacağımızı bildirdik və saxta, səhv fikirlərin internet saytından pozulmasını tələb
etdik.” Almaniyada rəsmi fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının
prezidenti həmvətənimiz cənab Tengis Sade Baron zu Romkerhall təşəbbüsü və səyi nəticəsində Almaniyada ilk
dəfə Azərbaycan və alman dillərində “Qarabağ” ictimai-siyasi jurnalı buraxılacaq.
Mərkəzi Şuranın rəhbəri və jurnalın baş redaktoru Tengis Sade Baron zu Romkerhallın verdiyi məlumata
görə, Azərbaycan və alman dillərində buraxılan jurnalın əsas məqsədi Azərbaycan siyasətini, tarixini,
mədəniyyətini, maddi mədəniyyət abidələrini, musiqisini Almaniyada və alman dilli ölkələrdə təbliğ etmək,
Azərbaycan ilə yaxından maraqlanan insanları məlumatlandırmaqdan ibarətdir. İki dildə və 50 səhifəlik jurnalın
üç min tirajla ildə dörd dəfə buraxılması nəzərdə tutulub. Hazırda Mərkəzi Şuranın rəhbəri tərəfindən “Qarabağ”
ictimai-siyasi jurnalın Frankfurt am Main beynəlxalq hava limanından “Lufthansa” hava yolları vasitəsilə
Bakıya uçan təyyarələrə paylanılması ilə əlaqədar danışıqlar aparılır. Qeyd etmək lazımdır ki, yuxarıda
xatırlanmış jurnaldan başqa, həftəlik “Qarabağ” ictimai-siyasi qəzetin də buraxılması planlaşdırılıb. Sevindirici
haldır ki, şura və onun rəhbərinin uğurlu fəaliyyəti Almaniyadakı bir sıra qurumlar tərəfindən müsbət
qiymətləndirilərək təltif edilir. Belə ki, Almaniyanın Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən
“Azərbaycan Diasporunun Mərkəzi Şurası”nın prezidenti, həmyerlimiz Tengis Sade Baron zu Romkerhall,
həmvətənlərimiz arasında dünyada ilk dəfə olaraq “Qızıl Göyərçin” sülh mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
58
Həmyerlimiz Tengis Sade Baron zu Romkerhall hüquqşünas kimi Almaniyada yaşayan həmvətənlərimizin
maraqlarını dövlət orqanları və ictimai təşkilatları qarşısında müdafiə edən nümayəndə qismində çıxış edir. Onu
da bildirək ki, BMT-nin 60-cı ildönümünə həsr olunan “Qızıl Göyərçin” beynəlxalq sülh mükafatı 2008-ci ildən
etibarən inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin
daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə təqdim edilir. 2008-ci ildən etibarən bu yüksək
mükafata Roma Papası XVI Benedikt, Dalai Lama, Nobel mükafatı laureatları Desmond Tutu və Lex Valesa,
Çexiya prezidenti Vaclav Havel, Almaniya prezidenti Roman Hertsoq, Almaniyanın Vitse-Kansleri Frank
Valter Ştaynmayer, Almaniya Bundestaqının spikeri Lammert, AFR-in təhsil naziri xanım Annette Şavan, AFR-
in Ailə naziri xanım Dr. Kristina Şröder və digər görkəmli şəxsiyyətlər layiq görülüblər. Fəaliyyəti dövründə
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası yeni aksiya layihəsini həyata keçirib. Aksiyada
üzərində “Biz Dağlıq Qarabağda gedən müharibəyə qarşıyıq. Biz tələb edirik: Dağlıq Qarabağa Azərbaycan
daxilində müstəqillik verilsin. Ermənilər öz əsgərlərini Azərbaycanın zəbt olunmuş torpaqlarından
çıxartmalıdırlar” yazılan 300 ədəd köynək şəhər əhalisinə paylanılıb və Azərbaycan xalqının ölkəsində,
regionunda sülh və əmin-amanlıq yaranmasının istəməsi, müharibənin yenidən başlanmasının əleyhinə olması
barədə məlumat verilib. Mərkəzi Şuranın rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall deyib ki, aksiya
rəhbərlik etdiyi təşkilatın bu ildəki layihələrindən biridir. Bu layihə, bu ilin sonunadək Almaniyanın bir neçə
şəhərlərində, o cümlədən Hannofer, Noymünster, Düsseldorf və digər şəhərlərində də keçiriləcəkdir: “ Alman
ictimaiyyətinə düzgün məlumatları çatdırmalıyıq.
Xalqımız Qarabağ probleminin dinc yolla həll olunmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının azad
edilməsini və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qayıtmasını,
ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini və buna sülh yolu ilə nail olmasını istəyir”. Bundan başqa
Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü ilə bu ölkədə ilk dəfə rəsmi olaraq üzərində Milli Qəhrəman
Mübariz İbrahimovun adı və şəkli ilə poçt markası dövriyyəyə buraxılıb. 1000 ədəd tirajla çap olunmuş
markanın üzərində Azərbaycan Respublikasının bayrağı və Milli Qəhrəman Mübariz İbrahimovun təsviri ilə
yanaşı, ingilis dilində “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov”, markanın yuxarı hissəsində isə
“Azərbaycan Respublikası” sözləri yazılıb. Tengis Sade Baron zu Romkerhall deyib ki, xalqımızın mərd oğlu
Mübariz İbrahimov ömrünün ən gənc cağında igidliklə şəhid olub şəxsi nümunəsi ilə Azərbaycan döyüşçüsünün
Qarabağın işğalı ilə heç vaxt barışmayacağını sübut edib. Onun əziz xatirəsinə həsr olunmuş bu poçt markası
Almaniyanın bütün ünvanlarına göndəriləcək. Şura tanınmış şəxsiyyətləri də müntəzəm olaraq yad edir. Belə ki,
Azərbaycan Diasponun Almaniyadaki Mərkəzi Şurasının rəhbəri həmyerlimiz cənab Tengis Sade Baron zu
Romkerhallın təşəbbüsü nəticəsində Almaniyada oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 91-ci il
dönümünə həsr edilmiş poçt markası təqdim olunub. Markanın üzərində alman dilində “Akademik – Oftalmoloq
Zərifə Əliyeva” sözləri yazılıb.
“Olaylar”.-2014.-14-17 iyun.-№ 103.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
59
Azərbaycan diasporunun Özbəkistanda formalaşma tarixi
Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Özbəkistandır. Orta Asiyanın bu
dövləti ilə Azərbaycan arasında mədəniyyət və ticarət əlaqələrinin kökü qədim dövrlərə təsadüf edir. Tarixən
Orta Asiyanın bu respublikasına azərbaycanlıların bir hissəsi könüllü mühacirət etmiş, bir qismi isə zorla
köçürülmüşdür. Xüsusən, Əmir Teymurun Azərbaycana yürüşləri nəticəsində yüzlərlə sənətkar, elm xadimi və
nüfuzlu peşə sahibləri Səmərqəndə sürgün edilmişlər. Azərbaycanlılar Özbəkistanın ictimai, mədəni həyatında
tarixən mühüm izlər qoymuşlar. Qədim Xarəzmin X əsr tikililərindən olan Beleuciyolustu karvansara binası
Şirvan ustalarının zəhmətinin bəhrəsidir. Əmir Teymurun doğma şəhəri Şəhri-Səbzdə 1380- ci ildə tikilən Ağ
saray kompleksinin müəllifi də azərbaycanlı memar Məhəmməd Yusif Təbrizi idi. XIV-XV əsrlərdə
Səmərqənddə inşa edilmiş Şahizində türbə kompleksi isə Fəxsar Zeynəddin Şəms Təbrizi tərəfindən tikilmişdir.
Böyük bir imperiyanın yaradıcısı olan Əmir Teymur azərbaycanlı sənətkarları Səmərqənddə aparılan inşaat
işlərinə cəlb etmək məqsədilə sürgün etmişdir. Bu sürgünlər XIV əsrin II yarısı - XV əsrin əvvəllərində
azərbaycanlıların Özbəkistanda kütləvi şəkildə məskunlaşdırılmasına səbəb olmuşdur. Sonrakı dövrdə baş verən
ictimai-siyasi proseslər, dünyanın siyasi xəritəsində yeniliklərin çoxalması, rus işğalı və s. hadisələr
Özbəkistandakı azərbaycanlılar barədə məlumatların itməsinə səbəb olmuşdur. Bu səbəbdən, tədqiqatçılar
Özbəkistanda Azərbaycan diasporunun formalaşmasını XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər davam
edən mühacirət prosesi kimi xarakterizə edirlər. Jurnalist-tədqiqatçı Yaşar Qasım Özbəkistanda konkret olaraq
Azərbaycan diasporunun formalaşma prosesini aşağıdakı mərhələlərə bölür.
Birincisi, 1905-1907-ci illərdə ermənilərin Azərbaycan ərazilərində həyata keçirdiyi kütləvi qırğınlar zamanı
başqa ölkələrə, o cümlədən Özbəkistana miqrasiya edənlər,
İkincisi, oktyabr çevrilişi, vətəndaş müharibələri və ümumən 1918-1920-ci illərdəki hadisələr nəticəsində
mühacirət edənlər,
Üçüncüsü, 19 30-40-cı illərdəki deportasiya və repressiyalar zamanı Özbəkistana məcburi sürgün edilənlər,
Dördüncüsü, 1950-1960-cı illərdə aparılan quruculuq işləri ilə əlaqədar köçürülənlər,
Beşincisi, 1960-cı illərin axırı və 1970-ci illərin əvvəlində başlanan sənayeləşmə ilə xarakterizə olunan yeni
dövr.
1991-ci il Azərbaycan dövlət müstəqilliyinin əldə olunmasından sonra həmvətənlərimizin Qərb və Şərq
ölkələrinə başlanan kütləvi miqrasiyası azərbaycanlıların Özbəkistana mühacirətinin sonuncu mərhələsi kimi
qiymətləndirilə bilər. Müasir dövrdə Azərbaycan diasporunun Özbəkistanda sayı təqribən 60000 nəfərə çatır.
Özbəkistan azərbaycanlılarının məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır.
1-Daşkənd vilayətin - 20 000
2-Səmərqənd vilayəti - 13 000
3-Buxara vilayəti - 4 000
4-Sırdərya vilayəti - 4 000
5-Nəvai vilayəti - 4 000
6-Fərqanə vilayəti - 3 000
7-Əndican vilayəti - 3 000
8-Qaraqalpaq vilayəti - 4 000 və s.
Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə kimi görkəmli şəxsiyyətlər yetişdirən Özbəkistanda Azərbaycan
diasporu bu ölkənin ictimai- siyasi həyatında iştirak edir, vətənlə intensiv əlaqə saxlayır, mədəni-kütləvi
tədbirlər həyata keçirir.
Bu gün Özbəkistanda bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlar da müntəzəm olaraq
Azərbaycanın təbliği, zəngin tarixi-mədəni irsimizin özbək cəmiyyətinə çatdırılması istiqamətində müxtəlif
layihələr, tədbirlər həyata keçirirlər. Belə diaspor təşkilatlarından biri də Özbəkistan Azərbaycanlılarının
Mədəni Assosiasiyasıdır. Özbəkistan Azərbaycanlılarının Mədəni Assosiasiyası 4 noyabr 2002-ci ildə
Özbəkistanda təsis edilmişdir ki, bu birlik 6 vilayətdə filiallarını qeydiyyatdan keçirərək geniş fəaliyyət göstərir.
2003-cü ildə Daşkənddə “Azərbaycan evi” və məscid tikililərinin başa çatdırılması yeniyetmə və gənc
soydaşlarımızın milli adət-ənənələr ruhunda tərbiyə olunmasına xidmət edir. Özbəkistan Azərbaycanlılarının
Mədəni Assosiasiyası Özbəkistandakı ən böyük Azərbaycan diaspor təşkilatlarından biri hesab olunur. Bu
təşkilat Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın
hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər həyata keçirir. Təşkilat Özbəkistanın ictimai-siyasi
dairələri ilə də yaxşı əlaqələrə malikdir. Özbəkistandan Azərbaycan mədəniyyətini ilk illər "Lalə" qızlar
ansamblı, indi isə "Mehrican" Qəyyumluq Şurasının adını daşıyan "Mehrican" ansamblı təbliğ edir. Hazırda
Özbəkistanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes, idman və digər sahələrdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
60
çalışırlar. Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi-Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi
Əlaqələr Mərkəzi 1992-ci ilin aprelində Səmərqənddə yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan-
Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına köməklik göstərmək, Özbəkistanda yaşayan
həmvətənlərimizə xalqımızın adət-ənənələrini yaşatmaqda yardım etməkdir. Dili, dini və adət-ənənələri eyni
olan özbək xalqı ilə azərbaycanlıların əlaqələrinin möhkəmlənməsi Mərkəzin qarşısında duran əsas vəzifələrdən
biridir. Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Səxavət Ovceyevdir.
Bu günlərdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin və
Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə
mərasim keçirilib. Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin təmsilçiləri, elm və mədəniyyət xadimləri,
şəhərdəki Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.
Mərasimdə səfirliyimizin birinci katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Milli
Qurtuluş Gününün tarixi və əhəmiyyəti haqqında danışıb. Bildirib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də
müstəqilliyini bərpa etsə də, ilk illərdə ölkədə hakimiyyət böhranı yaranmış və Ermənistanın təcavüzü getdikcə
güclənmişdi. Vurğulanıb ki, xalqımızın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ümummilli lider Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Daşkənddəki Respublika
Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov ulu öndər Heydər Əliyevin diaspora
qayğısından danışıb, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyasının Ümummilli Liderə
məxsus olduğunu vurğulayıb.
Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası-Özbəkistanda Azərbaycanlıların Milli-Mədəni
Mərkəzləri Assosiasiyası 2002-ci ilin noyabr ayında təsis edilmişdir. Assosiasiyanın 6 vilayətdə yerli təşkilatı
fəaliyyət göstərir. Bu Assosiasiya Özbəkistanda yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə
yaratmasında,“Azərbaycancılıq” ideyasını soydaşlarımız arasında təbliğ etməsində, onların tarixi vətənlə
əlaqələrinin gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin tanıdılmasında
mühüm rol oynayır. “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi-“Qardaşlıq” Azərbaycan Mədəniyyət
Mərkəzi 1989-cu ilin sentyabrında Daşkənddə yaradılmışdır. Mərkəzin əsas məqsədi Özbəkistanda yaşayan
soydaşlarımız arasında sıx əlaqələr yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək,
milli mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq
əlaqələrini möhkəmləndirməkdir. Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının
apardıqları işğalçılıq müharibəsi haqqında əsl həqiqəti açıb göstərmək, soydaşlarımıza və Özbəkistanda yaşayan
xalqlara bu hadisələrin mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə və toplantılarda
Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan
Azərbaycana maddi və mənəvi kömək göstərilməsi təşkil edilir. Mərkəzdə tez-tez xalqımızın tarixindən, adət-
ənənələrindən söhbətlər keçirilir. Mərkəz Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və
elm dairələri ilə əlaqələr yaratmışdır. Mərkəzdə teatr, musiqi, folklor-etnoqrafiya kollektivləri, bədii studiyalar
və dərnəklər təşkil edilmişdir. Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak
edirlər. Birgə mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol arxasında söhbətlər təşkil edilir, ümumi
problemlərdən və qayğılardan danışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ etmək
məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəz Azərbaycanın peşəkar incəsənət ustaları və özfəaliyyət kollektivləri
ilə müntəzəm əlaqələr saxlayır. “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədovdur.
“Olaylarr”.-2014.-19 iyun.-№ 105.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
61
İsveçdə Azərbaycan diasporunun formalaşma tarixi
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropa
qitəsidir. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və
Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə,
Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada,
Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış
azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Hollandiya, Belçika,
Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır.
Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və
Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir..
Azərbaycanlıların məskunlaşdığı Avropa ölkələrindən biri də İsveçdir. İsveç də yaşayan soydaşlarımızın
təqribi sayı 30 minə çatır. Azərbaycandan İsveçə mühacirət XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayıb.
Əsasən Cənubi Azərbaycandan bu ölkəyə köçən azərbaycanlılar artıq XX əsrin ortalarında burada icmalarını
yarada biliblər. Hazırda çoxsaylı media orqanları və təşkilatlarının fəaliyyət göstərdiyi İsveçdə soydaşlarımız
fəal təbliğat işi apara bilir. İsveçdə Azərbaycanla bağlı bir çox tarixi sənədlərə və məlumatlara rast gəlmək olar.
Xüsusilə, Upsala Universitetində Azərbaycan ədəbiyyatı, folkloru və tarixinə aid onlarla sənəd və material var.
Azərbaycanlılar İsveçin bir çox şəhərlərində məskunlaşmışlar. İsveçin "Dag lus Nyhyer" ("Gündəlik xəbərlər")
qəzetində verilən məlumata görə, təkcə 2002-2003-cu illərdə İsveç vətəndaşlığına 1000-dən çox azərbaycanlı
daxil olmuşdur. İsveçdə cənubi azərbaycanlılar xüsusilə çoxluq təşkil edir. Onların əksəriyyəti 20 ildən çoxdur
ki, İsveçdə yaşayır və bu ölkənin cəmiyyətinə artıq uyğunlaşıb. Azərbaycan Respublikasından olan miqrantlar,
əsasən, son illər ərzində İsveçə mühacirət etmişlər. Azərbaycanın dəstəyinə ehtiyaclarını gizlətməyən İsveç
azərbaycanlıları informasiya sahəsində bir qədər fəaldırlar. Soydaşlarımız burada “Tribun”, “Varlıq”,
“Azərbaycan”, “Araz” və sairə qəzet və jurnallar nəşr edirlər. İsveç Parlamentində “Azərbaycan dostları” qrupu
mövcuddur. Hələ Xocalı faciəsinin 17- ci il dönümündə Manaf Səbabinin təşəbbüsü ilə İsveç parlamentinin uç
nəfər üzvü Azərbaycanda səfərdə olmuşdu. Onlar Xocalı faciəsinin nəticələri ilə, yurd-yuvalarından didərgin
düşmüş qaçqın və məcburi köçkünlərin qeyri-insani yaşayış şəraitləri ilə tanış olmuş, bütün bunlar haqqında
İsveç və Avropa parlamentlərində məsələ qaldıracaqlarını bildirmişlər. İsveçdə fəaliyyət göstərən İsveç
Azərbaycan Federasiyası (AFİ) ölkə üzrə milli təşkilatların əksəriyyətini ("Durna", "Ulduz", "Az link", "Günəş",
"Ərk", "Savalan", "Azərbaycan Dostluq", "Yanar", "Azər", "Təbriz", "Akademik Mərkəz", "Oyanış", "Varlıq",
"Türk-Az", "Babəkin şopinq", "21 Azər" və başqa təşkilatları) özün də birləşdirə bilib. AFİ İsveçdə fəaliyyət
göstərən milli təşkilatlar tərəfindən 1998-ci ildə təsis edilib. Təşkilatın məqsədi İsveçdə yaşayan azərbaycanlılar
və burada fəaliyyət göstərən milli təşkilatlar vasitəsilə Azərbaycan mədəniyyətini, tarixini, dilini, adət-
ənənələrini yaşatmaq, Qarabağ və digər bölgələrin işğal edilməsini, Cənubi Azərbaycanda yaşayan
soydaşlarımızın problemlərini ölkə ictimaiyyətinə, eləcə də İsveçdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və
dövlət strukturlarına çatdırmaqdır. Azərbaycan Federasiyası İsveç demək olar ki, bu ölkədə yaşayan
azərbaycanlıların həmrəyliyi, milli mənəvi birliyinin möhkəmlənməsi uğrunda çalışan ictimai təşkilatdır.
Azərbaycan Federasiyası İsveçin məqsədi Azərbaycan və onunla bağlı problemləri İsveç toplumu və
quruluşlarına tanıtmaq, İsveçdə yaşayan azərbaycanlıların bu topluma inteqrasiyasına çalışmaqdır. Eyni
zamanda, İsveçdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri, fəal şəxslər arasında əlaqələrin qurulmasına yardım
etməkdir. İsveç mediasında Azərbaycan dilində proqramların yayımının təşkili də Azərbaycan Federasiyasi
İsveçin qarşısına qoyduğu vəzifələrdəndir. Azərbaycan Federasiyası İsveçə (AFİ) hazırda Səttar Sevigin
rəhbərliyi altında fəaliyyət göstərir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Federasiyasi
İsveçin (AFİ) rəsmi internet səhifəsi-www.azfi.org-da fəaliyyət göstərir və federasiyanın gördüyü işlər, həyata
keçirdiyi layihə və tədbirlər barədə saytda ətraflı məlumat verilir. Azərbaycan Federasiyası İsveçin
www.azfi.org adlı internet saytı dörd dildə - Azərbaycan, türk, isveç və ingilis dillərində yayımlanır. Maraqlı
dizayn və məlumat bolluğu baxımından diqqəti cəlb edir. Saytın manşetini 20-yə qədər “flash” formatlı xəbər
tutur. Burada İsveçdəki diasporunun fəaliyyətinə dair məlumatlara, Azərbaycanla ən son xəbərlərə rast gəlmək
mümkündür. Müasir saytlara xas “forum”, “ən çox oxunan”, “facebook” və “twitter” sosial şəbəkələrinə
keçidlər də saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların operativ yerləşdirilməsi, məzmun və mövzu
baxımından rəngarəngliyi diqqəti cəlb edir. İsveçdə fəaliyyət göstərən digər bir diaspor təşkilatı “Babək” Kültür
Dərnəyidir. “Babək” Kültür Dərnəyinin əsası İsveçin Linşoping şəhərində 1990-cı ildə qoyulmuşdur. Zaman-
zaman dərnəyin fəaliyyətində fasilələr yaranmış, hətta dövlət orqanlarındakı rəsmi qeydiyyatı ləğv edilmişdir.
Lakin bu ləğvolunma uzun sürməmiş, 2007-ci ilin sentyabr ayında 48 nəfər üzvün iştiraki ilə dərnək yenidən
formalaşdırılmışdır. Dərnəyin Linşopingdə yaşayan azərbaycanlılarla bərabər qonşu qəsəbə və şəhərlərdən olan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
62
üzvləri də vardır. Dərnəyin məqsədi Azərbaycan mədəniyyət kursları təşkil etmək, gənclərin mədəni şüurunu
istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir. “Babək” Kültür Dərnəyinin rəhbəri Aslan
Ərəblidir. “Babək” Kültür Dərnəyinin də www.babekderneyi.org adlı internet səhifəsi fəaliyyət göstərir.
Dərnəyin internet səhifəsinin də əsası İsveçin Linşoping şəhərində 1990- cı ildə qoyulmuşdur. Məlumatların
informasiya yükü və dolğunluğu ilə diqqət cəlb edir. İnternet səhifəsi daha çox dərnəyin fəaliyyətini işıqlandırır.
Bundan əlavə, dərnəyin təşkil etdiyi tədbirlər barədə məlumatlar, anonslar və kurslar haqda məlumatlar əks
olunur. Qeyd edək ki, dərnəyin məqsədi Azərbaycan mədəniyyəti kursları təşkil etmək, gənclərin mədəni
şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir. “Xəzər” Azərbaycan-İsveç
Dostluq Cəmiyyəti-“Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti 1999-cu ildə İsveçin Malmo şəhərində
yaradılmışdır. Cəmiyyətin üzvləri həm cənubdan, həm də şimaldan olan kimliyini danmayan, Azərbaycan türkü
olması ilə fəxr edən insanlardan ibarətdir. “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətini yaratmaqda məqsəd
azərbaycanlıları bir araya gətirmək, milli adət-ənənələrimizi qoruyub yaşatmaq, İsveç cəmiyyətinə inteqrasiya
olmaq, isveçlilərlə sıx əlaqə saxlamaq və onlara ölkəmizi, tariximizi, mədəniyyətimizi, musiqimizi tanıtmaqdır.
“Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti yalnız Malmodəki dərnəklərlə deyil, digər şəhərlərdəki
təşkilatlarla da əlaqə saxlayır. Son illərdə isə Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti ilə sıx
əməkdaşlıq edir, Malmodəki türk, türkmən cəmiyyətlərinin tədbirlərində fəal iştirak edir. “Xəzər” Azərbaycan-
İsveç Dostluq Cəmiyyətinə Leyla Kiani rəhbərlik edib. İsveç Azərbaycanlıları Konqresi-İsveç Azərbaycanlıları
Konqresinin təsis qurultayı 2010-cu ilin iyununda İsveçin paytaxtı Stokholm şəhərində keçirilmişdir. Tədbir 15
Azərbaycan diaspor təşkilatının iştirakı ilə baş tutmuşdur. İsveç Krallığında fəaliyyət göstərən bir necə diaspor
təşkilatının bu qurumu yaratmaqda məqsədi Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yaşadıqları
ölkənin ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Eyni zamanda, vahid diaspor təşkilatı kimi bu yolla Azərbaycan
icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu
qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemləri birlikdə çözməkdir. İsveç Azərbaycanlıları
Konqresinin sədri Emil Mirzəyevdir. İsveç Azərbaycanlıları Konqresinin də www.azeri.se adlı rəsmi internet
səhifəsi mövcuddur. İnternet saytı iki dildə: Azərbaycan və İsveç dillərində fəaliyyət göstərir. Sayt sadə
dizaynlıdır. Başlıqda “Azərbaycan haqqında” və “Qarabağ konflikti” linkləri diqqət cəlb edir. Burada
Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumat verilir. Bundan başqa, Konqres, təşkilatın İdarə heyəti
və Nizamnaməsi haqda informasiya əldə etmək mümkündür. Bakı mənzərələrinin uğurlu rəng çalarları ilə
bəzədilərək “flash” formatda təqdim edilməsi səhifəni gözəgəlimli edir.
“Olaylar”.-2014.-20 iyun.-№ 106.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
63
Azərbaycan diasporunun Qazaxıstanda formalaşma tarixi
Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Qazaxıstandır. Orta Asiyanın aparıcı
dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyük "İpək yolu"
dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf etmişdir. Hazırda
təqribi sayı 90 min göstərilən Qazaxıstan azərbaycanlılarının bu ölkədə diaspor formalaşdırması XX əsrin 60-cı
illərindən sonrakı dövrə təsadüf edir. 1920-ci illərdə Sovetlər Birliyində başlanan siyasi repressiyaların ən ağır
zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi Orta Asiya, Sibir kimi yerlərə
sürgün edilirdilər. Belə azərbaycanlıların təqribən 120 min nəfəri Qazaxıstana sürgün edilmişdir. İlk sürgün
edilən soydaşlarımız Canbul, Cimkənd və Almatı vilayətlərində məskunlaşmışlar. Bu prosesdən sonra 1940-50-
ci illərdə davam edən repressiya prosesi azərbaycanlıların bura köçürülməsi ilə nəticələnmişdi. Onlar, əsasən,
Gürcüstan və Azərbaycanın digər bölgələrindən olan deportantlar idilər. 1956-1960-cı illərdə isə on beş minə
yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçmüşlər.
Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki,
elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hissəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm
vəzifələr tutublar. Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gələrək, burada ailə həyatı qurmağa
üstünlük verir. Qazax və ruslarla qarışıq nikaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini
təbliğ edirlər. Azərbaycan təşkilatları prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Qazaxıstan Xalqları
Assambleyasına daxildilər. Qazaxıstanda insanların milli, dini, irqi zəmin də heç bir problemi yoxdur. Bu
ölkədə bacarığı sayəsində yüksək pillədə qərar tutmuş çoxlu azərbaycanlılar, beş nəfər vilayət, üç nəfər şəhər
deputatımız var. Cu şəhərinin meri də azərbaycanlı Nizami Məmmədovdur. Ümumiyyətlə, dövlət
strukturlarında azərbaycanlılar təmsil olunurlar. Vəkillər, alimlər arasında da xeyli soydaşımız var. Dövlət
Dumasında hüquq müfəttişliyinin rəhbəri də azərbaycanlı professor Mirbəşir Əliyevdir. Daxili İşlər Nazirliyi
sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənimiz fəaliyyət göstərir. 1990-
cı illərdən Aktyubinsk vilayətində " Birlik", Astana şəhərində "Xəzər", Karaqanda vilayətində "Kamus",
Povladar vilayətində “Vətən” və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. “Nəsimi" Azərbaycan
Mədəniyyət Mərkəzi Cambul vilayətinin Cu rayonunun Yeni yol – Novıyput kəndində yaradılmışdır.
Qazaxıstan azərbaycanlılarının iqtisadi və siyasi cəhətdən ən böyük təşkilatı 1997- ci ildən fəaliyyətə
başlamış "Turan" Mədəniyyət Mərkəzidir. 1993-cu ilin mayında Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan
keçən "Turan" ictimai-mədəni fəaliyyətlə məşğul olur. Mərkəzin rəhbərliyilə Almatıda "Ozan" şəhər
Mədəniyyət Cəmiyyəti təsis olunmuş və bunun ardınca digər vilayətlərdə proses davam etmişdir. Türk
xalqlarının birliyi, mədəni tədbirlər, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi və s.
istiqamətlərdə fəal iş aparan "Turan" Mədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan və
Özbəkistandakı Azərbaycan ictimai-mədəni cəmiyyətlərinin konqresi "Turan"ın missiyası daha geniş və
fəaliyyəti isə böyükdür. “Turan” konqresinin orqanı olan “Vətən” qəzeti qeydiyyatdan keçmişdir. Qəzet
Azərbaycan, qazax və rus dillərində çap olunur. Bu ölkədə, eyni zamanda, "Turan Ekspress" adlı qəzetdə dərc
edilir. Hazırda Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində "Bazar günü"
məktəbləri fəaliyyət göstərir. Xoca Əhməd Yəsəvi adına Türküstan Universitetində azərbaycanlılara hər il 10
yer verilmişdir. Almatıda ilk Azərbaycan məscidi də fəaliyyətə başlayıb. Məscidin tikintisinə 70 min ABŞ
dolları həcmində vəsaitin toplanmasında Qazaxıstanda yaşayan azərbaycanlı ziyalılar, elm xadimləri, konqres
üzvləri, eləcə də qazaxların özləri də yardımçı olublar. Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarından
biri də Qazaxıstan Azərbaycanlıları Assosiasiyasıdır. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası 1992-ci ildə
Almatıda qurultay əsnasında təsis olunmuşdur. Assosiasiya Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan
mədəniyyət mərkəzlərinin və ictimai birliklərin birləşdirilməsi, bütün tədbirlərin bir mərkəzdən
əlaqələndirilməsi məqsədilə qurulmuşdur. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz
Xamedovdur. Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaq-Qazaxıstan Azərbaycanlılarının
Mədəni Mərkəzləri İttifaqı böyük bir qurumdur. Bu İttifaq koordinasiya mərkəzidir, burada 12 diaspor təşkilatı
birləşmişdir.
“Olaylar”.-2014.-21-23 iyun.-№ 107.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
64
Kanadada Azərbaycan diasporunun formalaşma tarixi
Azərbaycan tarixində ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi diaspor
sahəsinə də ciddi diqqət ayırmağa başladı. Bu sahəyə ayrılan diqqət və qayğı tezliklə Azərbaycan diasporunun
formalaşması, inkişaf etməsinə gətirib çıxardı. Sevindirici haldır ki, bu gün dünyanın əksər ölkələrində
Azərbaycan diaspor təşkilatları, cəmiyyət və dərnəkləri fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporunun
fəaliyyət göstərdiyi ölkələrdən biri də Kanadadır. Hazırda Kanadada 170 minə qədər azərbaycanlının yaşadığına
dair məlumatlar var. Onların əksəriyyətini cənublular və türkiyəli azərbaycanlılar təşkil edir. Cənublu
soydaşlarımız güclü maddi və intellektual imkanlara malikdirlər. Azərbaycanlıların Kanadaya mühacirəti əsasən
XX əsrin əvvəllərindən etibarən başlayıb. Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər, bununla
paralel olaraq Azərbaycan Demokratik Respublikasının süqutu soydaşlarımızın Kanadaya mühacirətini
intensivləşdirmişdir. Lakin kütləvi mühacirət 1940-cı illərdən sonra baş verib ki, bunun nəticəsində
soydaşlarımız Ontario, Ottava, Monreal, Kvebek və digər şəhərlərdə məskunlaşıblar. Azərbaycan dövlət
müstəqilliyi əldə etdikdən sonra Kanada azərbaycanlılarının fəaliyyətində canlanma yaranmışdır. 1989- 90-cı
illərdə Şimali Azərbaycandan Kanadaya mühacirət prosesinin güclənməsi buradakı diasporumuzun daha da
təkmilləşməsinə şərait yaratdı. Azərbaycanlıların Kanadada təşkil etdiyi tədbirlər siyahısına etiraz çıxışları,
lobbiçilik, kütləvi informasiya vasitələri sahəsində təbliğat, ikitərəfli əlaqələr, Kanada-Azərbaycan
münasibətlərinin inkişafı və s. daxildir. İlk zamanlar güclü erməni və yunan icmalarının müqaviməti ilə üzləşən
soydaşlarımız birgə fəaliyyət nəticəsində müəyyən qədər onları neytrallaşdırmağa nail olmuşdur. Kanada
azərbaycanlılarının kütləvi informasiya vasitələrində fəaliyyətini qismən müsbət qiymətləndirmək olar. Burada
1992-ci ildən etibarən təbliğat işinə diqqət yetirməyə başlayıblar. Hazırda Kanadada azərbaycanlılar tərəfindən
təsis olunmuş "Odlar Yurdu" (www.radioodlaryurdu.com) yayımlanır. Bundan başqa, əvvəllər "Qurtuluş"
jurnalı yayınlanırdı. Sonradan onu "İldırım" jurnalı əvəz elədi. İlk zamanlar "Azerbaijan Post" qəzeti nəşr
edilirdi. Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə Kanadada “AzCan TV” adlı
Azərbaycan telekanalı açılıb. Kanada Azərbaycan Dərnəkləri Federasiyası ilə RO GERS TV arasında bağlanan
müqaviləyə əsasən, sentyabrın 1-dən efirə çıxan “Az Can TV” ilk mərhələdə həftədə 1 saatlıq proqramla RO
GERS TV-nin nəzdində fəaliyyət göstərir. Kanadada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri
də Alberta Azərbaycan Mədəniyyət Mərkəzidir. Alberta Azərbaycan Mədəniyyət Mərkəzi Kanada Azərbaycan
Təşkilatları Assambleyasının üzvüdür. Mərkəz 2006-cı ildə təsis edilmişdir. Mərkəzin məqsədi Kanada və
Azərbaycan icmaları arasında körpü rolunu oynamaq, bu ölkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini
yaşadaraq təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələr və həyat tərzini öyrənməkdir. Bu
baxımdan Mərkəz tərəfindən müxtəlif araşdırmalar aparılır və müvafiq layihələr həyata keçirilir. Mərkəz
müxtəlif yerli təşkilatlarla, insan haqları, ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir. Alberta Azərbaycan
Mədəniyyət Mərkəzinin sədri Sabina İskəndərovadır.
Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası-Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası 2007-ci ilin
yanvarında bir sıra diaspor təşkilatları tərəfindən təsis edilmişdir. Assosiasiyada Kanadanın müxtəlif yerlərində
fəaliyyət göstərən 10 diaspor təşkilatı təmsil olunur. Assosiasiya fəaliyyətini Kanadada Azərbaycan
həqiqətlərinin yayılması, respublikamız barədə dolğun təsəvvürün formalaşdırılması istiqamətində qurmuşdur.
Assosiasiya, həmçinin, Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərini koordinasiya edir. Kanada Azərbaycan
Əməkdaşlıq Assosiasiyası bundan başqa Kanadada təhsil alan azərbaycanlı tələbələrə də xüsusi diqqət ayırır.
Burada isə məqsəd soydaşlarımıza kömək etmək, istedadlı gəncləri üzə çıxarmaq, həmin gənclərin ictimai
işlərdə yaxından iştirakını təmin etməkdən ibarətdir. Kanadada Azərbaycan həqiqətlərinin yayılması məqsədilə
Assosiasiya tərəfindən bu ölkənin universitetlərində konfranslar keçirilir, tələbə cəmiyyətlərinin təşkilatçılığı ilə
aksiyalar təşkil olunur. Hazırda assosiasiyanın fəaliyyəti müsbət nəticələr verməkdədir. Dünyanın tanınmış
ictimai-siyasi, elm xadimlərinin təşkilatın Kanadada keçirdiyi tədbirlərə qatılması ilə bir sıra uğurlar əldə
edilmişdir. İndi bu ölkənin ictimaiyyəti də Azərbaycan barəsində ətraflı məlumatlanmaqdadır. Kanada
Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundovdur.
“Olaylar”.-2014.-26-27 iyun.-№ 110.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
65
Niderlandda Azərbaycan diasporunun formalaşma tarixi
Elxan Mirhəşimli
Hollandiya Azərbaycan Evinin rəhbəri
Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də Niderland Krallığıdır.
Avropanın bu dövlətində təqribən 20 minə qədər soydaşımız məskunlaşıb. Niderland Krallığı
azərbaycanlılarının çox hissəsi Türkiyədən olan soydaşlarımızdır. Haaqa, Amsterdam, Antverpen, Rotterdam və
digər mərkəzlər də məskunlaşan azərbaycanlılar diaspor işində də fəal iştirak edir. Niderland Krallığında
yaşayan azərbaycanlıların əksəriyyəti holland dilində danışa bilir. Bu göstərici soydaşlarımızın yerli cəmiyyətə
adaptasiya olunmasının bariz nümunəsidir. Burada türk, rus diasporları ilə əməkdaşlıq münasibətləri quran
azərbaycanlılar xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması
istiqamətində fəal iş aparırlar.
Bu gün Niderland Krallığında onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, həmin
təşkilatlar ölkəmizin haqq səsinin holland cəmiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, ermənilərin
təcavüzkar siyasəti barədə müntəzəm olaraq müxtəlif layihələr həyata keçirir, konfranslar, tədbirlər təşkil
edirlər. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də "Ana Vətən"
Avropa Azərbaycanlı Qadınlar Birliyidir. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi ziyalı Azərbaycan
qadınları tərəfindən 2004-cu ildə təsis edilib. Birlik qocalar evi, reabilitasiya mərkəzləri və universitetlərlə
işləyir. Birlik üzvləri Hollandiyanın müxtəlif qrupları arasında körpü yaratmaq üçün çalışır. Fondun 50-dən
çox könüllüsü vardır. Birliyin ən möhtəşəm tədbirlərindən birini 2007-2008-ci illərdə Apeldoorndakı
“Veenkamp” və “Matenhof” yaşlılar evində “Odlar yurdu, küləklər şəhəri” layihəsini həyata keçirib. Həmçinin,
Haarlemdəki “Reinalda” yaşlılar evində Novruz şənliyini, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dörd
rəssamımızın “Haaqada Azərbaycan rəngləri” sərgisini təşkil edib. Apeldorn və Harlem mətbuatında “Ana
Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, onun fəaliyyəti barədə dəfələrlə məqalələr dərc olunub. “Ana
Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti
Gülşən Kazımova olub. Bu gün isə təşkilat “Ana Vətən” Niderland-Azərbaycan Qadınlar Birliyi adı altında
fəaliyyət göstərir. Hazırda təşkilata Mayisə Ağamirzəyeva rəhbərlik edir. Azərbaycan-Niderland Cəmiyyəti-
2003-cu ildə yaradılmış Azərbaycan-Niderland Cəmiyyəti bu ölkədəki ən fəal diaspor təşkilatıdır. Niderland
Krallığının müvafiq rəsmi orqanlarında qeydiyyatdan keçmiş cəmiyyətin əsas məqsədi Azərbaycan tarixi
ənənələrini, mədəniyyətini yaşatmaqdan, eyni zamanda ölkəmiz haqqında həqiqətlərin Niderland Krallığında
təbliğinə nail olmaqdan ibarətdir. Cəmiyyət Niderlandda “Həftəsonu” məktəblərinin açılması istiqamətində də
müvafiq tədbirlər həyata keçirir. Cəmiyyətin tərkibində mədəniyyət, idman, mətbuatla iş, dil, ictimai
təşkilatlarla iş və nəzarət-təftiş komissiyaları fəaliyyət göstərir. Azərbaycan-Niderland Cəmiyyətinin sədri
Ofelya Babayevadır. Benilüks Azərbaycanlıları Konqresi-Beniluks Azərbaycanlıları Konqresi 18 noyabr 2006-
cı il tarixində Amsterdam şəhərində yaradılıb. Konqres yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini
Avropada yayır, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və
erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparır. Belə ki, fəaliyyəti müddətində Benilüks Azərbaycanlıları
Konqresi Suzan Krugerin çəkdiyi "Ümid axırıncı olur" filminin satışa buraxılmaması, erməni rejissor
Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam IDFA film festivalından çıxarılması,
Utrext Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılması, "Archax
Fruit" adı altında Niderlandda satılan qida maddələrinin ifşa edilməsi və bu qida maddələrini idxal edən şirkət
haqqında lazımi instansiyalara məlumat verilməsinə nail olub. Həmçinin, Brüsseldə Avropa Parlamenti
qarşısında Xocalı soyqırımı ilə əlaqədar olaraq nümayişlərin keçirilməsi, Rotterdam şəhərində küçələrdən birinə
yenidən Bakı adının verilməsi də Benilüks Azərbaycanlıları Konqresinin gördüyü işlər sırasındadır. Hazırda
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovdur. Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi-
Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi 2005-ci ildə Rotterdam şəhərində təsis olunub. Hollandiya-
Azərbaycan Həmrəylik Cəmiyyətinin xətti ilə 26 fevral Xocalı soyqırımının ildönümü burada müxtəlif
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
66
tədbirlərlə qeyd olunub. Eləcə də, xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək
səviyyədə qeyd olunması, artıq ənənə halını alıb. Cəmiyyətin xətti ilə burada təşkil olunan müxtəlif mövzularda
müzakirələr Holland ictimaiyyətinin marağına səbəb olub. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta
tezislər burada yaşayan azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılıb. Xüsusilə bu cür
tədbirlərə Holland ictimaiyyəti ilə bərabər, burada yaşayan digər millətlərin, Holland rəsmilərinin, türk diaspor
təşkilatlarının nümayəndələri də cəlb edilib. Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyinə Elxan İsazadə
rəhbərlik edib.
Hollandiya- Azərbaycan Türk Kültür Mərkəzi-Niderlandda ən böyük Azərbaycan diaspor
təşkilatlarından olan Azərbaycan-Türk Kültür Cəmiyyəti 1993-cü ildə yaradılıb. Haaqada fəaliyyət göstərən bu
qurumun təsisçiləri əslən Türkiyənin İqdır vilayətindən olan azərbaycanlılardır. Mərkəz Azərbaycanın milli
adət-ənənələrinin və mədəni irsinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycan-Türk-Kültür
Cəmiyyəti 2007-ci ildə Xocalı şəhidləri üçün abidə ucaldıb. Cəmiyyyət dəfələrlə Haaqada yerləşən
beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib,
ölkəmizdəki qaçqın və məcburi köçkünlərə yardım göstərib, Gəncədə Qarabağ şəhidlərinin xatirəsinə bulaq
kompleksi inşa etdirib. Azərbaycan-Türk Kültür cəmiyyəti şəhər bələdiyyəsi başkanının yüksək hizmət nişanı
ilə də təltif edilib.. Hollandiya- Azərbaycan Türk Kültür Mərkəzinin sədri İlhan Aşkındır. Vahid, Bolunməz və
Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti-Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik
Cəmiyyəti 2005-ci ilin aprelindən fəaliyyət göstərir. Təşkilat Niderlandda rəsmi olaraq qeydiyyatdan keçib.
Cəmiyyətin məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı
gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Bu yolla həm Azərbaycanın haqq səsini Holland ictimaiyyətinə
çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizi və s. orada təbliğ edir. Vahid, Bölünməz
və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı
sənədlərin Hollandiya kitabxanalarına verilməsi, buradakı kitabxanalarda “Azərbaycan guşə”lərinin
yaradılmasıdır. Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin sədri İradə
Uluxanlıdır. Hollandiya Azərbaycan Evi-Azərbaycan həqiqətlərinin Niderland Krallığına çatdırılması, zəngin
tarixi-mədəni irsimizin təbliğində fəal iştirak edir.
“Olaylar”.-2014.-5-7 iyul.-№ 116.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
67
“Litva – Azərbaycan” Assosiasiyası-Uğurlu diaspor təşkilatı kimi
Litvada ən yeni tarixin ilkin mərhələlərindən başlayaraq Azərbaycana dost münasibət bəsləyən, Azərbaycan
xalqının haqq-ədalət səsinə səs verən və azərbaycanlılara dövlət müstəqilliyi uğrunda apardıqları mübarizədə
tərəfdaş olan, ölkənizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyən və xalqınızın milli-mədəni dəyərlərini
Litvada sevə-sevə yayımlayan ziyalı şəxslər və tanınmış peşə sahibləri olub. 1988-ci ildən etibarən həmin
şəxslərin böyük bir qismi həmçinin Litva azərbaycanlıları cəmiyyəti ilə fəal əməkdaşlıq əlaqələri saxlayırlar.
Səkkiz il öncə isə sözügedən azərbaycanpərəst şəxslər Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir
Həmzəyevin təşəbbüsü ilə Vilnüsdə öz təşkilatlarını yaradıblar. Mahir Həmzəyev yazır ki, “Litva –
Azərbaycan” Assosiasiyası adlanan həmin təşkilat müstəqil yuridik şəxs hüququna malik olan ictimai qurum
olaraq 11 yanvar 2007-ci ildə Litvanın Dövlət Reyestrində qeydiyyatdan keçib. Assosiasiyanın fəaliyyətində 80
nəfərə yaxın müxtəlif millətlərdən olan (litvalılar, yəhudilər, ukraynalılar, estonlar, latışlar, almanlar, tatarlar,
karaimlər, özbəklər, gürcülər, beloruslar, macarlar, rumınlar və b.) Litva vətəndaşları iştirak edirlər.
Assosiasiyanın fəalları sırasında tarixçilər, siyasi icmalçılar, politoloqlar, jurnalistlər, pedaqoqlar, din
təmsilçiləri, muzey və kitabxana işçiləri, millət vəkilləri, ictimai xadimlər, yazıçılar, rəssamlar və digər yaradıcı
insanlar vardır. Mahir Həmzəyev qeyd edir ki, “Litva - Azərbaycan” Assosiasiyasının çoxşaxəli fəaliyyətinin
əsas məqsəd və vəzifələrindən biri Azərbaycan həqiqətlərinin Litvada yayımlanması ilə bağlı təbliğat işlərini
aparmaqdır: “ Bu sahədə xüsusilə önəm verilən mühüm məsələlər - Qarabağ münaqişəsi, Ermənistan -
Azərbaycan münasibətləri, onun geosiyasi səbəbləri, əsl mahiyyəti və nəticələri, xalqınızın əsrlər boyu məruz
qaldığı haqsızlıqlar, azərbaycanlılara qarşı törədilmiş terror və soyqırımı aktları, aparılmış etnik təmizləmələr
barədə obyektiv bilgiləri Litva ictimaiyyətinə çatdırmaq və bu baxımdan ölkədə ictimai fikrin doğru istiqamətdə
formalaşmasına yardım göstərmək, erməni diasporu və lobbisinin uzun illərdən bəri apardığı fəaliyyət
nəticəsində ölkədə yaranmış yanlış təsəvvürləri aradan qaldırmaq və sözügedən tarixi faciələri Litva siyasi
dairələrinin müzakirəsinə çıxarmaq, həmin faktlara hüquqi və siyasi qiymətin verilməsi üçün çalışmaq,
Ermənistan dövlətinin işğalçı siyasətini ifşa etmək və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları
əsasında təcavüzkarı cəzalandırmaq məqsədi ilə addımlar atmaq və sairə bu qəbildən olan vəzifələr yaradıldığı
gündən Assosiasiyanın fəaliyyət gündəmində yer tutub. Assosiasiyanın təbliğat sahəsində həyata keçirdiyi
tədbirlər mahiyyət və formalar baxımından özündə bir neçə istiqaməti ehtiva edir. Belə ki, azərbaycanlıların
soyqırım tarixi və Qarabağ münaqişəsi ilə bağlı obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması işində
digər xalqların (litva, yəhudi, latış, eston, ukrayna, polyak və b.) diaspor təşkilatlarının təcrübəsindən də istifadə
edilir.
Bu işdə məhz litvalı və digər avropalı müəlliflərin əsərlərinin (oçerk, məqalə, reportaj, icmal, rəy, müsahibə
və s. çıxışların) hazırlanıb yayımlanması daha inandırıcı və faydalı təbliğat üsulu kimi tətbiq olunur. Təbliğat
tədbirlərini həyata keçirən zaman ən qabaqcıl texnologiyalardan, Avropa düşüncə və həyat tərzinə uyğun
vasitələrdən istifadə edilməsinə və müasir təbliğat konsepsiyasına uyğun informasiya üsullarının tətbiq
olunmasına üstünlük verilir. Assosiasiya bu sahədə daha optimal və ən yeni təbliğat üsullarını işləyib
hazırlamaq üçün daima yaradıcılıq axtarışları aparır. Assosiasiya 2007-ci ildən başlayaraq Litva azərbaycanlıları
cəmiyyəti ilə birgə bu yönümdə bir sıra yaddaqalan təbliğat və təşviqat tədbirləri həyata keçirib. Tədbirlər
müxtəlif yerlərdə, və o cümlədən Litva Respublikası Seyminin Konstitusiya zalında və Seymdə Avropa İttifaqı
informasiya mərkəzinin konfrans zalında, Vilnüsdə Litva Genosid muzeyində, ELTA xəbərlər agentliyinin
mətbuat konfransı zalında, Litva Milli İcmalar Evində, Vilnüs Tolerantlıq mərkəzində, Varena rayonunun
mərkəzi kitabxanasında, Kaunasda Mayronis adına ədəbiyyat muzeyində, Vilnüsdə M. K. Çürlyonis adına Milli
incəsənət məktəbində və digər yerlərdə təşkil edilib. Assosiasiyanın üzvlərindən Vitaliyus Karakorskisin,
İmantas Melyanasın, Arvidas Banyulisin, Tomas Çivasın, Ramunas Trimakasın, Aras Lukşasın, Aydanas
Praleykanın, Gintaras Visotskasın Ermənistan – Azərbaycan münasibətləri və Qarabağ münaqişəsi mövzusunda
hazırladıqları tarixi oçerk və sənədli məqalələr, icmal, müsahibə və digər publisistik yazılar Litva və
Azərbaycan mediasında yer alıb, litvalı müəlliflərin çıxışları həm də ictimai radio və milli televiziya kanalları ilə
yayımlanıb. Assosiasiya fəallarının səyləri ilə 2009-cu ildə Vilnüsdə “Genocidas ir Rezistencija” adlı elmi
jurnalda litvaca çap edilib “Azərbaycan xalqının soyqırımı (1905-1994)” tarixi oçerki Baltik ölkələrində bu
mövzuda işıq üzünü görmüş ilk elmi əsər olaraq Litvada, Azərbaycanda, Ermənistanda, Rusiyada və digər
ölkələrdə böyük rezonans doğurub. Yuxarıda göstərilən litvalı müəlliflərdən bəziləri Azərbaycan Respublikası
Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin xətti ilə xarici ekspertlər qismində 2010-cu ildə
Azərbaycana dəvət edilib, burada Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə, AMEA Tarix İnstitutunda, İnsan
Hüquqları İnstitutunda və digər ictimai-elmi dairələrdə təşkil edilmiş görüşlərdə məruzələr oxuyub və KMV ilə
çıxışlar ediblər. Assosiasiyanın Prezidenti, Litva tarixçisi İmantas Melyanasın “Erməni məsələsi və ondan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
68
qaynaqlanan erməni – türk qarşıdurmasının tərkib hissələrinə baxış” adlı elmi məqaləsi Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin „Analitik baxış“ analitik informasiya
məcmuəsinin 2010-cu ilin may ayında çapdan çıxmış sayında dərc edilib“. Mahir Həmzəyev yazır ki,
Assosiasiya fəallarının böyük qismi faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında birləşərək
Azərbaycan ideyası uğrunda mübarizə aparırlar: „Qeyd etmək istərdik ki, „Litva - Azərbaycan“ Assosiasiyası və
Litva azərbaycanlıları cəmiyyətinin birgə məqsədyönlü fəaliyyəti nəticəsində 2007 - 2009-cu illərdə Litvada
erməni təbliğat mərkəzinin monopoliyası dağıdılıb. „Litva – Azərbaycan“ Assosiasiyası və Litva
azərbaycanlıları cəmiyyətinin təşkil etdiyi birgə təbliğat tədbirləri sayəsində, mediada apardığı maarifləndirmə
işləri nəticəsində və bir yerdə hazırladıqları elmi-populyar əsərlərin ictimai-siyasi, elmi və mədəni dairələrdə
yayımlanması hesabına Litvada erməni lobbisinin fəaliyyətini zərərsizləşdirmək üçün nəzərəçarpan zərbələr
vurulub.
Assosiasiya fəallarının Qarabağ münaqişəsi barədə real bilgilərin Litvada yayımlanması işinə göstərdikləri
intellektual və informasiya dəstəyi nəticəsində bu mövzu ölkənin mediasında və ictimai-siyasi dairələrində
daima diqqət mərkəzində saxlanılır. Bu gün Assosiasiya və Litva azərbaycanlıları cəmiyyətinin rəyi hesaba
alınmadan heç bir ciddi Litva təşkilatı həmin mövzunu gündəmə salmır. Son vaxtlar isə Litvada erməni təbliğat
mərkəzi bir neçə il bundan öncə itirdiyi mövqeləri inadla geri qaytarmağa çalışır. 8 noyabr 2011-ci ildə Litvada
Ermənistan Respublikasının Səfirliyi fəaliyyətə başladıqdan sonra xüsusilə başqa vəziyyət alıb. Səfir Ara
Ayvazyan təcrübəli və bacarıqlı Ermənistan diplomatı olaraq Litvadakı erməni diasporunu və erməni əsilli iş
adamlarını, bəzi jurnalistləri və politoloqları, bir sıra Litva millət vəkillərini və digər ermənipərəst qüvvələri
səfərbər edə bilib. Bu qüvvələr Litvanın parlamenti də daxil olmaqla ölkənin siyasi və ictimai-mədəni
dairələrində, həmçinin mediasında eyni geosiyasi və ideoloji müstəvidən çıxış edirlər. Litvada yaşayan Araik
Tunyan, Marat Sarkisyan və Karen Babayan adlı iş adamları başda olmaqla bu ölkədə fəaliyyət göstərən erməni
biznesmenləri təbliğat tədbirlərinə nəzərəçarpan dərəcədə maliyyə dəstəyi verirlər. Belə fəaliyyətin nəticəsi
olaraq 26 fevral 2013-cü ildə Seymin deputatları Dalya Kuodite və Algis Kaşeta başda olmaqla ölkənin bir sıra
millət vəkilləri Litva Respublikasının Seymində „Dağlıq Qarabağla Parlament dostluq qrupu“ yaradıblar. Bir
neçə zamandır ki, Litva siyasətçiləri və ermənipərəst qüvvələrin təşəbbüsü ilə Litva Respublikasında keçirilən
ictimai-siyasi və mədəni tədbirlərə „Dağlıq Qarabağ Respublikası“nın „rəhbərləri“ də dəvət olunurlar. Məsələn,
Xocalı qırğınının 21-ci ildönümü günündə - 26 fevral 2013-cü ildə Litva - Ermənistan Forumu, Ermənistan
Səfirliyi və Litva - Ermənistan parlamentlərarası işçi qrupunun təşkilatçılığı ilə Litva Respublikasının Seymində
keçirilmiş beynəlxalq konfransda „Dağlıq Qarabağ Respublikasının Xarici işlər naziri“ Karen Mirzoyana
məruzə etmək üçün siyasi tribuna verilib. Həmin Konfransda „Dağlıq Qarabağ Respublikası“ ilə Litva Seymi
arasında rəsmi şəkildə təməli qoyulmuş əlaqələri daha yaxın siyasi müstəviyə keçirmək barədə təkliflər olunub
və planlar cızılıb“.
“Olaylar”.-2014.-11 iyul.-№ 120.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
69
“Qırğızıstanda diasporumuza yüksək səviyyədə münasibət var”
Nüsrət Məmmədov: “Gənclər mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycanda gedən
prosesləri öyrənmək, istəyirlər”
Müsahibimiz Nüsrət Məmmədov 1957-ci ildə Şəki rayonunda anadan olub. 1975-ci ildə həqiqi hərbi xidmətə
çağırılıb. 1977-ci il hərbi xidməti başa vurub Qazaxıstanın Çimkənd vilayətinə gedib. 1980-ci ilin may ayına
kimi Çimkənddə yaşayıb və təsərrüfatın müxtəlif sahələrində çalışıb. 1980-ci ildə Qırğızıstanın paytaxtı Bişkek
şəhərindəki Pedaqoji İnstitutun Filologiya fakültəsinə qəbul olub. 1990-cı ildə Qırğızıstan Dövlət
Universitetinin Hüquq fakültəsinə qəbul olub. 1996-cı ildə həmin universiteti müvəffəqiyyətlə başa vurub. N.
Məmmədov hazırda diaspor sahəsində aktiv fəaliyyət göstərir və “Türkdilli dövlətlərin siyasətinə dəstək
fondu”nun prezidenti olaraq bu işi uğurla icra edir.
-Rəsmi Qırğızıstan hökuməti tərəfindən diasporumuza necə münasibət göstərilir?
- Bildiyiniz kimi Qırğızıstan demokratik bir dövlətdir. Demokratik dövlətin atributu olan hakimiyyətin hər 3
qolu işləyir. Qırğızıstanda diasporumuza yüksək səviyyədə münasibət var. Məsələn, biz fond olaraq
hakimiyyətdən ulu öndərimiz Heydər Əliyevin adını əbədiləşdirmək üçün torpaq sahəsinin ayrılmasını, həmin
torpaq sahəsində ulu öndərin adını daşıyacaq parkın salınmasını, onun abidəsinin ucaldılmasını xahiş etmişdik.
Xahişimizi nəzərə alan dövlət tərəfindən şəhərin ən mənzərəli yerində parkın salınması üçün torpaq sahəsi
ayrıldı. Məncə, bu, hakimiyyətin diasporumuza yüksək münasibətini göstərən amildir.
- Qırğızıstanda diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır?
- Qırğızıstanda bir neçə Azərbaycan diasporu var ki, biz onlarla sıx əlaqədə çalışırıq. Məsələn, “Türkdilli
dövlətlərin siyasətinə dəstək fondu” olaraq biz Qırğızıstan Azərbaycanlıları Konqresi, Qırğızıstan
Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, “Xəzər” İssık-Kul Azərbaycanlıları İctimai Birliyi, “Sodrujestvo”
bölgə milli etnik diasporlar şurası ilə sıx əməkdaşlığımız var.
Qeyd edim ki, biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda işləyirik. Yaxşı olardı ki,
komitənin səlahiyyətləri artırılsın.
- Qırğızıstanın ictimai-siyasi işlərində diaspor təşkilatı olaraq fəallıq göstərə bilirsinizmi?
- Məsələn, bu yaxınlarda, biz ulu öndərin 91 illiyi ilə əlaqədar Bayalinov adına Respublika Uşaq
kitabxanasında böyük bir tədbir keçidik. Həmin tədbirdə Qırğızıstanın mədəniyyət və informasiya naziri K.
Taliyeva ilə yanaşı bir çox tanınmışlar da iştirak etdilər. Kitabxanaya nəşr etdirdiyimiz kitablar da hədiyyə
etdik. Tədbirdə çıxış edən nazir K. Taliyeva fondun Qırğızıstanın ictimai-siyasi həyatındakı böyük rolundan
danışdı. Bütün QHT-ləri, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” na bənzəməsini tövsiyə etdi.
İki il bundan əvvəl “Həyat” hotelində “Prezident İlham Əliyev” üçcildliyinin təqdimatını keçirmişdik. Onda
Azərbaycanın Qırğızıstandakı səfiri vəzifəsini, səfirliyin müşaviri İlqar Cabbarov aparırdı. Tədbiri səfirliklə
birlikdə keçirirdik. Bir neçə nazirin, Qırğızıstanın ən tanınmışlarının, Rusiyanın, Amerikanın və bir sıra
dövlətlərin səfirliyinin müşavirləri iştirak edirdilər. Tədbir, respublika KİV-lərində də geniş işıqlandırılmışdı.
Təqdimatdan bir gün sonra Azərbaycanın Qırğızıstandakı səfir əvəzi İlqar Cabbarov mənə zəng edərək dedi ki,
kitaba böyük maraq var, o kitablardan 100 komplekt verə bilərsinizmi? Cavabında dedim ki, biz kitabları məhz
oxunması üçün nəşr etdirmişik. Maşın göndərin problem yoxdur, nə qədər lazımdır kitab verək. Onlar maşın
göndərdilər, kitablardan 100 komplekt səfirliyə verdim. Səfirlik də öz növbəsində bütün maraqlananlara
kitabları payladı. Yeri gəlmişkən, İlqar Cabbarov çox gözəl bir insandır, peşəkar diplomatdır. Öz Vətənini,
xalqını, Prezidentini sevən bir adamdır. Biz onunla bir neçə tədbir keçirmişik. Mən görürdüm o, bu tədbirlərin
yüksək səviyyədə keçirilməsi üçün necə can yandırır.
-Siz yaşlı diaspor nümayəndələrindən hesab olunursuz. Gənc diaspor üzvləri ilə öz təcrübənizi hansı formada
bölüşürsüz?
- Rəhbəri olduğum fondun nəzdində gənclər təşkilatı var. “Təcrübənizi hansı formada bölüşdürürsünüz”
deyəndə gənclərimiz fondun fəaliyyətində bilavasitə iştirak edirlər. Fondun tam fəaliyyəti onların təcrübələridir
- desək yanılmarıq.
-Ümumiyyətlə, gənclərin diaspor işinə marağı necədir?
- Gənclərimizin diaspor işinə marağı olduqca yüksəkdir. Gənclərimizin çoxu burada həyata göz açanlardır.
Onlar mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycanda gedən prosesləri öyrənmək, bilmək istəyirlər.
Bir neçə dəfə gənclərimizdən Azərbaycanın bayrağını, nəşr etdirdiyimiz kitabların onlara verilməsini xahiş
ediblər. Əlbəttə, biz onların xahişlərinə biganə qalmamışıq.
-Qırğızıstanda diaspor olaraq ölkəmizi necə təbliğ edirsiz?
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
70
- Bizim əsas məqsədimiz Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, Azərbaycanda gedən ictimai-
siyasi prosesləri, ulu öndərimizin irsini, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini
təbliğ etməkdir. Bu istiqamətlərdə 59 kitab nəşr etdirib pulsuz yaymışıq, bir çox tədbirlər keçirmişik. Keçən ilin
fevral ayında Vahid Mustafayevin müəllifi olduğu “Xoca” filminin geniş şəkildə təqdimatını keçirdik. Bir çox
kanallar filmi göstərdilər. Tamaşaçı kütləsində film böyük rəğbətlə qarşılandı. Bunu nəzərə alaraq filmi qırğız
dilində dublyaj etdirdik.
Belə bir hadisəni xatırlatmaq istəyirəm. 2009-cu ildə xalq diplomatiyası çərçivəsində Qırğızıstan
Parlamentinin o vaxtkı deputatlarının Azərbaycana səfərini təşkil etmişdik. Nümayəndə heyətinə Qırğızıstan
parlamentinin birinci vitse-spikeri Çolpon Bayekova başçılıq edirdi. Mart ayının 13-də bizi Prezident İlham
Əliyev qəbul etdi. Görüş zamanı Çolpon Bayekova Prezident İlham Əliyevə dedi: “Biz Azərbaycanın başına
gətirilən faciələr haqqında bu kitablardan məlumat almışıq”. Məncə, bizim fəaliyyətimizə bundan yüksək
qiymətin verilməsinə ehtiyac yoxdur.
Onu da xatırladım ki, avqust ayının birinci ongünlüyündə “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”
Bakıda “Azərbaycan, Qırğızıstan, Rusiya, Qazaxıstan, Moldova və İsrail arasında mədəni əlaqələrin inkişafı”
adlı beynəlxalq forum keçirəcək. Qeyd edək ki, forumda RF ictimai Palatasının katibi, Kurçatov mərkəzinin
Prezidenti, akademik Yevgeniy Velixovun, Qazaxıstandan Muxtar Şaxanovun, Qırğızıstandan Çingiz
Aytmatovun başçılıq edəcəyi nüfuzlu nümayəndə heyətləri iştirak edəcək. Xatırladaq ki, forumda, digər
tanınmış şəxslərlə yanaşı, deputatların, nazirlərin də iştirakı gözlənir. Həmçinin forum çərçivəsində Muxtar
Şaxanovun fondun sifarişi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş «Həqiqət formulu və
məhəbbətin Everest zirvəsi» kitabının təqdimatı, fondun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının
lentə aldığı «Çingiz Aytmatov- sivilizasiyaların dialoqu» sənədli filminin çəkilmiş hissəsi nümayiş etdiriləcək.
Muxtar Şaxanovun «Həqiqət formulu və məhəbbətin Everest zirvəsi» adlı əsərinin böyük bir hissəsi mərhum
Prezident Heydər Əliyevə həsr olunub.
“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının lentə
aldığı «Çingiz Aytmatov- sivilizasiyaların dialoqu» sənədli filmində 2008-ci ildə Bişkekdə ulu öndərin 85 illiyi
ilə əlaqədar fond tərəfindən keçirilən tədbirdə Çingiz Aytmatovun çıxışı öz əksini tapıb. Bundan başqa, 2008-ci
il Qırğızıstanda Çingiz Aytmatov ili elan olunmuşdu. Tale elə gətirdi ki, Çingiz Aytmatovun yubileyi təkcə
Azərbaycanda fondun təşəbbüsü və maliyyə dəstəyi ilə qeyd olundu. Fevral ayının 25-də Prezident İlham
Əliyev Çingiz Aytmatovu fondun sədri ilə birlikdə qəbul etdi və “Dostluq” ordeni ilə təltif edildi. Həmin
görüntülər də filmdə öz əksini tapıb.
- Bu işləri görərkən sizə qarşı ermənilər tərəfdən hər hansı maneələr olurmu?
- Bilirsiniz, erməninin erməni olduğunu, onun bizə düşmən olduğunu bilirik. Ona görə də onlardan özümüzü
qorumaq bir o qədər də çətin deyil.
Fuad Hüseynzadə
“Palitra”.-2014.-12 iyul.-№ 123.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
71
Diaspora sahəsində möhkəm hüquqi baza mövcuddur
Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərməsinə təsir edən amillərdən biri də bu sahədə möhkəm
qanunvericilik bazasının olmasıdır. Dövlət müstəqilliyinin bərpasından keçən dövr ərzində imzalanan fərman və
sərəncamlar, qanunvericilik aktları diaspor sahəsinə dövlətin nə qədər diqqət ayırdığını ortaya qoyur. Diaspor
sahəsində qəbul edilmiş mühüm sənədlərdən biri də Azərbaycan Respublikasinin Diasporla İş üzrə Dövlət
Komitəsi Haqqinda Əsasnamənin qəbul edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may
tarixli Fərmanı ilə təsdiq edilmiş əsasnamə öz-özlüyündə möhkəm hüquqi baza rolunu oynayır. Əsasnamədə
qeyd olunur ki, Diasporla İş üzrə Dövlət Komitəsi diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini,
xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət
orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən
mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. Qurum öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət
təşkilatları, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası, Azərbaycan Respublikasının xarici ölkələrdəki
diplomatik nümayəndəlikləri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları,
habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Diasporla Iş üzrə Dövlət Komitəsi diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak
edir və bu siyasətin həyata keçirilməsini, diasporla iş sahəsinin inkişafını təmin edir; Dövlət Komitəsi həmçinin
beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq
xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və
azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini
öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir. Xaricdə yaşayan azərbaycanlıların,
eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların
diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr
qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi,
sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır; Diasporla İş üzrə Dövlət
Komitəsi xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə
Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına,
cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı
surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir; Komitə beynəlxalq hüquq
normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-
mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir; Bütün
bunlarla yanaşı qurum xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını,
təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir;
qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi
xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq
hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri
mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya,
maddi və mənəvi yardım göstərmək, Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi və dünyəvi
dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xarici
ölkələrdə yaşayan həmvətənləri, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını
məlumatlandırmaq, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin etmək, digər icra hakimiyyəti orqanlarının diaspor işi ilə bağlı fəaliyyətini əlaqələndirmək
istiqamətində fəaliyyət göstərir. Bundan başqa qurum Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək, dünya azərbaycanlılarının mənəvi
birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların
Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
72
etmək, xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxana,
arxiv, muzey, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər dövlət orqanları ilə birgə yardım
göstərmək kimi məsələlərə də xüsusi diqqət ayırır. Xaricdə yaşayan həmvətənləri Azərbaycan Respublikasında
həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycanın iqtisadiyyatına
investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli
şərait yaratmaq, onların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai,
mədəni və digər birliklərin, habelə onların əməkdaşlıq etdiyi digər diaspor təşkilatlarının Azərbaycan
Respublikası ilə əlaqələrinin qurulmasına və inkişafına kömək göstərmək, xaricdə yaşayan azərbaycanlıların öz
milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə
təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması prinsipinə uyğun olaraq dəstək vermək, bu məqsədlə
azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli iş mexanizmi qurmaq və
problemlərin həllinə kömək göstərmək də Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə
daxildir. Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların keçirdikləri mühüm tədbirlərdə Azərbaycan
Respublikasının müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına kömək göstərir,
Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliğ edilməsi və mənafelərinin müdafiəsi işində Azərbaycana
ənənəvi müsbət münasibəti olan diasporların imkanlarından istifadə edir, diasporla iş sahəsinə ayrılan büdcə
vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin
edir, qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə
fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür. Bundan başqa öz fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını, diaspor işinin təşkili sahəsində kadr hazırlığını təmin etmək, Komitənin strukturunun və
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görür. Xaricdə yaşayan
azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, habelə
Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumları ilə əməkdaşlığın inkişafı sahəsində
görülmüş işlər haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə Azərbaycan
diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə yardım etmək, azərbaycanlıların ayrı-ayrı
beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə, Azərbaycana dost
münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsinə kömək edir, xaricdə yaşayan
azərbaycanlıların problemləri, eləcə də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı dəyirmi masalar,
seminarlar və konfranslar keçirir.
“Olaylar”.-2014.-17 iyul.-№ 124 .-S.12.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
73
Azərbaycan diasporu Almaniyada aktiv fəaliyyətdədir
Bu gün Almaniya Azərbaycan diasporunun aktiv olduğu Avropa ölkələrindən hesab edilir. Hazırda bu
ölkədə onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Belə diaspor təşkilatlarından biri də Azərbaycan
Diasporunun Almaniyadakı Mərkəzi Şurasıdır. Ölkəmizin təbliği istiqamətində çoxsaylı layihələr, tədbirlər
həyata keçirən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Dağlıq Qarabağ probleminin əsl
mahiyyəti, ermənilərin işğalçılıq siyasətinin alman cəmiyyətinə çatdırılması istiqamətində də fəal iş aparır. Buna
misal olaraq Şuranın yaxın müddət ərzində Dağlıq Qarabağ problemi ilə bağlı keçirdiyi tədbirləri göstərmək
olar. Belə ki, bir müddət əvvəl Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Almaniyanın
Maqdeburq şəhərində yeni aksiya həyata keçirib. Aksiyada üzərində “Biz Dağlıq Qarabağda gedən müharibəyə
qarşıyıq. Biz tələb edirik: Dağlıq Qarabağa Azərbaycan daxilində müstəqillik verilsin. Ermənilər öz əsgərlərini
Azərbaycanın zəbt olunmuş torpaqlarından çıxartmalıdırlar” yazılan 300 ədəd köynək şəhər əhalisinə paylanılıb
və Azərbaycan xalqının ölkəsində, regionunda sülh və əmin-amanlıq yaranmasının istəməsi, müharibənin
yenidən başlanmasının əleyhinə olması barədə məlumat verilib. Aksiyanın başlaması ilə bağlı açıqlama verən
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şuranın rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall
bildirib ki, layihə cari ilin sonunadək Almaniyanın bir neçə şəhərlərində, o cümlədən Hannofer, Noymünster,
Düsseldorf və digər şəhərlərində də keçiriləcək: “Alman ictimaiyyətinə düzgün məlumatları çatdırmalıyıq.
Xalqımız Qarabağ probleminin dinc yolla həll olunmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının azad
edilməsini və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qayıtmasını,
ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini və buna sülh yolu ilə nail olmasını istəyir”. Azərbaycan
Diasporunun Almaniyadakı Mərkəzi Şurasının daha bir uğurlu addımı Almaniyada ilk dəfə “Qarabağ” ictimai-
siyasi jurnalının buraxılmasıdır. Bu barədə yayılan məlumatlarda da bildirilirdi ki, Almaniyada rəsmi fəaliyyət
göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti həmvətənimiz cənab Tengis
Sade Baron zu Romkerhall təşəbbüsü və səyi nəticəsində Almaniyada ilk dəfə Azərbaycan və alman dillərində
“Qarabağ” ictimai-siyasi jurnalı buraxılacaq. Mərkəzi Şuranın rəhbəri və jurnalın baş redaktoru Tengis Sade
Baron zu Romkerhallın verdiyi məlumata görə, Azərbaycan və alman dillərində buraxılan jurnalın əsas məqsədi
Azərbaycan siyasətini, tarixini, mədəniyyətini, maddi mədəniyyət abidələrini, musiqisini Almaniyada və alman
dilli ölkələrdə təbliğ etmək, Azərbaycan ilə yaxından maraqlanan insanları məlumatlandırmaqdan ibarətdir. İki
dildə və 50 səhifəlik jurnalın üç min tirajla ildə dörd dəfə buraxılması nəzərdə tutulub. Mərkəzi Şuranın rəhbəri
tərəfindən “Qarabağ” ictimai-siyasi jurnalın Frankfurt am Main beynəlxalq hava limanından “Lufthansa” hava
yolları vasitəsilə Bakıya uçan təyyarələrə paylanılması ilə əlaqədar danışıqlar aparılır. Qeyd etmək lazımdır ki,
yuxarıda xatırlanmış jurnaldan başqa, həftəlik “Qarabağ” ictimai-siyasi qəzetin də buraxılması planlaşdırılıb.
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının uğurlu fəaliyyətlərdən biri də Azərbaycanın işğal
altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar Almaniyanın Bundestaqına müraciətin
ünvanlanmasını göstərə bilərik. Belə ki, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri
həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhall Almaniyanın Bundestaqına Dağlıq Qarabağ və
Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar müraciət göndərib. Almaniyanın
Bundestaqına ünvanlanan müraciətdə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının
tanınmasına, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə isə ərazi bütünlüyü əsasında
həll olunması bildirilib. Mərkəzi Şuranın rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall bildirib ki, qarşılıqlı
səylər sayəsində mümkün qədər tez razılıq əldə edilməsini istəyirik: “Bu vəziyyətin daha nə qədər davam
edəcəyi, Almaniyada yaşayan azərbaycanlıları və bütün Azərbaycan xalqını narahat edən bir məsələdir. Düzdür,
qeyd etmək lazımdır ki, ikitərəfli danışıqlar prosesində müəyyən irəliləyiş vardır, lakin Ermənistan hər zaman
bu irəliləyiş prosesini uzadır. Mərkəzi Şura tərəfindən göndərilən müraciətin mənası ondan ibarətdir ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində Almaniya daha fəal
iştirak etsin.” Azərbaycan Diasporun Almaniyadaki Mərkəzi Şurası Azərbaycan mədəniyyətinin təbliği,
tanınmış ictimai-siyasi xadimlərin alman cəmiyyətinə çatdırılması istiqamətində də aktiv fəaliyyət göstərir. Belə
fəaliyyətlərdən biri kimi Almaniyada akademik Zərifə xanım Əliyevanın 91-ci il dönümünə həsr olunmuş poçt
markasının təqdim olunmasını göstərmək olar. Azərbaycan Diasporun Almaniyadaki Mərkəzi Şurasının rəhbəri
həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü nəticəsində Almaniyada oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın 91-ci il dönümünə həsr edilmiş poçt markası təqdim olunub. Markanın
üzərində alman dilində “Akademik – Oftalmoloq Zərifə Əliyeva” sözləri yazılıb. Markanın təqdimat
mərasimində Azərbaycan Diasporun Almaniyadaki Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu
Romkerhall bildirib ki, Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloq olub: “Onun elmi fəaliyyəti
hamıya məlumdur. O, eyni zamanda böyük filosof, gözəl pedaqoq, çox xeyirxah, çox sadə insan idi. Bu gözəl
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
74
şəxs barədə çox danışmaq olar. Zərifə xanım işinin çoxluğuna, cəmiyyətdə tutduğu yüksək mövqeyə
baxmayaraq həmişə, birinci növbədə adamlara xeyirxahlıq və qayğı ilə yanaşırdı. Bizim qəlbimizdə Zərifə
xanım gözəl Alim və İnsan kimi həmişəlik qalacaq”. Bundan başqa Almaniyada ilk dəfə “Azərbaycan
Respublikasının Konstitusiyası” kitabı alman dilində nəşr edilib. Bu Almaniyada rəsmi fəaliyyət göstərən
“Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın rəhbəri, həmyerlimiz Tengis Sade Baron zu
Romkerhallın təşəbbüsü ilə baş tutub. 1995-ci ildən etibarən Almaniya Federal Ekspertlər İttifaqının
Azərbaycan dili tərcümələri üzrə mütəxəssisi olan cənab Sade Baron zu Romkerhall 03.10.2011-ci il tarixində
Almaniyanın Noymünster şəhərində ilk təqdimatı keçən “Azərbaycan Respublikasının Konstitusiyası” kitabının
üzərində bir neçə müddət işləyib. Təqdimat mərasimində Tengis Sade Baron zu Romkerhall bunları bildirib ki,
iştirak etdiyi tədbirlərin, görüşlərin əksəriyyətində almanlar ona yaxınlaşıb Azərbaycan dövlətinin Konstitusiya
çərçivəsində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruması, ədalətli iqtisadi və sosial qaydalara
uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-
amanlıq şəraitində yaşaması barədə məlumatları əldə etmək istəyirlər: “Bildiyiniz kimi, xalqın iradəsinin ifadəsi
yalnız qanunların aliliyini təmin edən “Azərbaycan Respublikasının Konstitusiyası”nda əks etdirilib. Xalqımız
bütün obyektiv çətinliklərə baxmayaraq, tarixi baxımdan olduqca qısa bir müddətdə Azərbaycanı müstəqil
dövlət kimi bütün dünyada tanınıb.
Son zamanlar almanlar qanunlarımız, tariximiz, siyasətimiz və adət-ənənələrimizlə daha çox maraqlanmağa
başlayıblar. Bu vacibliyi nəzərə alaraq “Azərbaycan Respublikasının Konstitusiyası”nın nəşri üçün əlimdən
gələni əsirgəmədim”. Sevindirici haldır ki, görülən bu kimi işlərə görə Tengis Sade Baron zu Romkerhall
zaman-zaman fərqli-fərqli təşkilat və qurumlar tərəfindən mükafatlara da layiq görülüb. Belə ki, Almaniyanın
Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən “Azərbaycan Diasporunun Mərkəzi Şurası”nın prezidenti,
həmyerlimiz Tengis Sade Baron zu Romkerhall, həmvətənlərimiz arasında dünyada ilk dəfə olaraq “Qızıl
Göyərçin” sülh mükafatına layiq görülüb. Onu da bildirək ki, BMT-nin 60-cı ildönümünə həsr olunan “Qızıl
Göyərçin” beynəlxalq sülh mükafatı 2008-ci ildən etibarən inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial
tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə
təqdim edilir. 2008-ci ildən etibarən bu yüksək mükafata Roma Papası XVI Benedikt, Dalai Lama, Nobel
mükafatı laureatları Desmond Tutu və Lex Valesa, Çexiya prezidenti Vaclav Havel, Almaniya prezidenti
Roman Hertsoq, Almaniyanın Vitse-Kansleri Frank Valter Ştaynmayer, Almaniya Bundestaqının spikeri
Lammert, AFR-in təhsil naziri xanım Annette Şavan, AFR-in Ailə naziri xanım Dr. Kristina Şröder və digər
görkəmli şəxsiyyətlər layiq görülüblər.
“Olaylar”.-2014.-18 iyul.-№ 125.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
75
“Diaspor üzvlərinin yenilənməsi gənclərsiz mümkün deyil”
İlahə Ələkbərova: “Ümumrusiya Azərbaycanlıları Konqresinın yarandığı gündən ən əsas
məqsədlərindən biri gənclərlə işləmək olub.
Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin dünya ictimaiyyətinə
çatdırılmasında müxtəlif ölkələrdə təhsil alan və ya çalışan gənclərimizin də mühüm rolu var. Xüsusilə,
fərqli-fərqli ölkələrdə mətbuat sahəsində çalışan gənclərimiz var ki, həmin insanlar diasporamızla sıx
əlaqəli şəkildə işləyərək ölkəmizi yaşadığı dövlətdə layiqli təmsil edir, çalışdığı KİV-də onun təbliğatını
aparır. Belə dəyərli insanlardan biri də İlahə Ələkbərovadır ki, o, diaspor jurnalisti olaraq Rusiya
Federasiyasında Azərbaycanın haqq səsinin yayılması istiqamətində uğurlu iş aparır.
Moskva Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Beynəlxalq jurnalistika fakültəsində tələbəsi olan
İlahə Ələkbərova eyni zamanda Ümumrusiya Azərbaycan Konqresində jurnalist kimi də çalışır. İlahə
Ələkbərova Rusiya Federasiyasındakı gənclərimizin ictimai-siyasi aktivliyi barədə danışarkən deyib ki, şimal
qonşumuzda yaşayan gənclərimiz buranın cəmiyyətinə, mədəniyyətinə, təhsilinə tamamilə inteqrasiya ediblər.
Həmyerlimizin sözlərinə görə, bu prosesdə Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatı (AMOR) böyük rol oynayır: “Məsələn, 10 il bundan əvvəl buradakı gənclərimiz indiki kimi sıx
əlaqədə olmurdular. Lakin indi bayramlarımızda, tədbirlərdə biz birlikdə oluruq. Ruslar demiş “qəmgin gündə
də, şən gündə də birlikdə”. Öz mədəniyyətimizi ruslara tanıtmaqdan başqa, gənclər buranın ictimaiyyətində də
aktiv fəaliyyət göstərirlər. Bunun sübutu, onların yerli müsabiqələrdə, festivallarda iştirak etmələridir. Onu da
qeyd etməliyəm ki, burada yaşamaq heç də asan deyil. Azərbaycanda yaşayanların əksəriyyəti elə bilirlər ki,
buradakı həyat Azərbaycandan yaxşıdır, amma yox, elə deyil. Kənardan elə görünə bilər. Bəli, burada
oxumağımız üçün çox gözəl şərait yaradılıb, amma Azərbaycanda bu şərait iki qat üstündür. Mənim heç vaxt
yerli vətəndaşlarla millətimə görə problemim yaranmayıb. Mənim rus dostlarım da var və onlar həmişə çox
böyük maraqla bizim ölkəmiz haqda biliklərini bölüşürlər. Baxmayaraq ki, həyatımın çoxunu burada
yaşamışam, amma Moskva mənim üçün doğma şəhər ola bilmədi. Mən hələ də burada özümü qonaq kimi hiss
edirəm. Hər səhər Vətənə birdəfəlik qayıtmaq arzusu ilə yuxudan oyanıram. Çox təəssüf ki, bu arzum həyata
keçmir. Bəlkə də nəsə dəyişər, amma yaxın zamanda olduğuna inanmıram. Amma bir gün mən qayıdacağam,
özü də birdəfəlik”.
İlahə Ələkbərova Ümumrusiya Azərbaycanlıları Konqresinin gənclərin ictimai-siyasi aktivliyi istiqamətində
gördüyü işlərdən də danışıb. Bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinın yarandığı gündən ən əsas
məqsədlərindən biri gənclərlə işləmək olub: “.Çünki heç kimə sirr deyil ki, gənclər gələcəyimiz deməkdir. Bunu
başa düşərək Ümumrusiya Azərbaycanlıları Konqresi çalışır ki, bütün işlərinə gəncləri cəlb etsin.
Gələcəyimizdə diaspor üzvlərinin yenilənməsi gənclərsiz mümkün deyil. Ona görə bu gün biz əlimizdən gələni
etməliyik ki, hər bir gənc uzaqda da olsa, Vətənimizin uğuru üçün işləsin və mədəniyyətimizi qoruyub
başqalarına çatdırsın. Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə Rusiyada
yaşayan gənclərimizin burada pulsuz oxumaları üçün bütün şəraiti yaradır. Hər il təxminən 50 tələbə Rusiyanın
ən nüfuzlu universitetlərinə daxil olurlar. Hər bir universitetdə də Azərbaycan gənclər birliyi yaranır. Biz hər
belə birliklə sıx əlaqə saxlayırıq və hər cəhətdən də onları dəstəkləyirik. Onu da qeyd etmək istərdim ki, bu
ildən bizim sahəmizdə (dərslər altıncı və bazar günlər olur) məktəb açılıb, orada peşəkar müəllimlər dərs deyir.
Azərbaycan dili, tarixi və ədəbiyyatı, ingilis və rus dilləri, Azərbaycan milli musiqisi və rəqsi - bunlar hamısı
pulsuzdur, yəni hər bir gənc problemsiz bu dərslərə qatıla bilər. Bu məktəblə birgə virtual dərslər də var. Həvəsi
olanlar “Skype” vasitəsi ilə istədiyi fənləri öyrənə bilər”. Həmyerlimiz Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatı ilə birgə görülən işlərdən də danışıb: “Məsələn, keçən il Moskvada Tofiq Bəhramov adına futbol
turniri keçirdik. Çox böyük uğurla keçən yarışmada 100-dən artıq gənc iştirak etdi, bu da gənclərimizin irəli
addım atmalarına bir köməkdir. Demək olar hər gün Ümumrusiya Azərbaycanlıları Konqresinə bizim
gənclərimiz təhsil və digər. məsələlərlə bağlı müraciət edirlər. Bunun üçün hüquqşünaslarımız hər bir kömək
etməyə hazırdırlar.
ÜAK mədəniyyət, təhsil, idmana da çox böyük yer ayırır. Yəni bu mövzu ilə bağlı saatlarla danışsaq da
qurtarmaz. Sadəcə onu demək istəyirəm ki, Vətəndən uzaqda olan gənclərimiz, burada özlərini tək hiss etmirlər,
onların sərbəst və təhlükəsizlik yaşamalarında Ümumrusiya Azərbaycanlıları Konqresinin çox böyük rolu var.
İlahə Ələkbərova Azərbaycandan kənarda milli-mənəvi dəyərlərimizin təbliği, onun yaşadılmasını
istiqamətində atılması vacib olan addımlardan da söhbət açıb: “Baxmayaraq ki, rusların ətrafında böyümüşəm,
mən doğma mədəniyyətimi, adətlərimizi unutmamışam. Universitetdə və şəhərdə rus dilində danışsam da, evdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
76
yalnız öz dilimizdən istifadə edirəm. Bu mənim prinsipimdir. Öz mədəniyyətimizi qoruyub tanışlarıma
çatdırıram. Hər il keçirilən Beynəlxalq Gənc Jurnalistlər festivalında iştirak edirəm, amma bu il mən iştirakçı
kimi yox, jüri kimi dəvət olunmuşdum və bundan istifadə edərək “Dağlıq Qarabağ münaqişəsi haqda nə
bilirəm?” adlı nominasiya elan etdim. Nəzərinizə çatdırmaq istərdim ki, bu mövzuda ruslar yazırdı. Sonda
Ümumrusiya Azərbaycanlıları Konqresinin adından üç qalibə hədiyyə verdik, onların məqalələri bizim qəzetdə
və saytda çap olundu. Mən, bunu ən azından rus aləminə çatdırmaq məqsədi ilə etdim. Yəni bu indiyə kimi
etdiyim ən böyük layihələrdən biridir. Bundan başqa universitetimizdə tez-tez bayramlar keçiririk. Keçən il
Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş bir tədbir keçirdik. Orada rusların tələbələri də
bir neçə şeir söylədilər. Mən imkan daxilində bizim mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı tək Rusiyada
yox, bütün dünyada tanıdacağam”. Həmyerlimiz jurnalistikaya olan marağı barədə də danışıb: “10 yaşımdan
jurnalistika ilə məşğulam. Hər şey məktəb qəzetindən başladı və nəticədə marağım artdı. O zaman dəqiq
bilirdim ki, mən gələcəkdə jurnalist olacağam. 12 yaşımda Beynəlxalq Gənc Jurnalistlər festivalında qələbəni
əldə edəndən sonra bu peşədə mənə yol açıldı. Öncə “Pionerskaya Pravda” qəzetində çalışdım. Mən həmişə
istəmişəm ki, ən azından işim Azərbaycanla bağlı olsun. Gec-tez arzum yerinə yetdi. İndi mənim işim sırf
həmyerlilərimizlə bağlıdır. Mən bizim həmvətənləri Rusiya cəmiyyətinə tanıtmaq üzərində çalışıram” Rusiyada
jurnalist işləməyin hansısa özəlliyinin olub-olmamasına gəlincə isə onu deyə bilərəm ki, mən jurnalist yolumu
burada başlamışam deyə, bu suala cavab verməkdə bir az çətinlik çəkirəm: “Lakin onu qeyd etmək olar ki,
Rusiyada Azərbaycan diasporu böyükdür, hər gün nəsə baş verir. Rusiyanın hər bölgəsində bizim ziyalılarımız,
istedadlı gənclərimiz, tanınmış müğənnilərimiz, rəssamlarımız var. Bunlardan yazmaqdan mən böyük zövq
alıram. Demək olar hər gün mən yeni insanlarla tanış oluram, onların həyatlarının maraqlı anlarını öyrənirəm və
bunun da təbii ki, özəlliyi var. Hər yeni iş günüm dünənki günə bənzəmir. Mənim işim mənim üçün sadəcə iş
deyil, işim mənim həyat tərzimdir”. Xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əməkdaşlığa gəlincə İlahə
Ələkbərova deyib ki, xaricdəki jurnalistlərlə çox az əlaqədə olur: “Tez-tez əlaqədə olduğum jurnalistlər
Azərbaycan mediasının buradakı nümayəndələridir. Onlarla demək olar bütün tədbirlərdə birlikdə oluruq, bir-
birimizə çox böyük dəstək göstəririk. Başqa əməkdaşlıq etdiyim jurnalistlər Rusiyanın TV və qəzetlərinin
əməkdaşlarıdır. Çox vaxt yerli qəzetlərdə Azərbaycan haqda məqalələrim çap olunur. Baxmayaraq ki, Rusiyada
yaşayıram, mənim 80 faiz dostlarım Azərbaycanda yaşayan gənclərimizdir. Bir neçə il öncə mən Azərbaycan
dilində çox zəif danışırdım, nəsə demək istəyəndə öncə çox fikirləşirdim ki, necə deyim mənə gülməsinlər.
Amma indi ədəbi dilimizdə danışa bilməsəm də, sərbəst fikrimi çatdıra bilirəm. Bu uğurumda mənə
Azərbaycanda yaşayan dostlarım kömək etdi. Mən onlarla yalnız öz dilimizdə danışırdım, onlar mənə maraqlı
kitablar tövsiyyə edirdilər. Bakıya gələndə bir neçə universitetlərin leksiyalarında iştirak etdim, bunlar
həqiqətən mənim inkişafımda çox böyük kömək oldu. İndi mən mədəniyyətimizi, incəsənətimizi, musiqimizi,
ədəbiyyatımızı çox yaxşı bilirəm. Onu demək istəyirəm ki, bu nəticə mənim oradakı gənclərlə sıx əlaqədə
olmağımın əməyidir. Onu da qeyd edim ki, qohumlarımın çoxu Azərbaycanda yaşayır. Onların həyatındakı ən
böyük dəyişikliklərdən xəbərim olur. Burada yaşadığıma baxmayaraq ən azından mən də bəzi hadisələrdə iştirak
edirəm., Vətənlə olan əlaqəm çox sıxdır və getdikcə də bu əlaqə daha da möhkəmlənir. Hər dəfə Azərbaycana
gələndə sözlə deyiləsi mümkün olmayan hisslər keçirirəm, həqiqətən Vətənimi çox sevirəm”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
“Olaylar”.-2014.-14 avqust.-N 142.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
77
“Hollandiyadakı diaspor təşkilatları arasında heç bir problem yoxdur”
Elxan Mirhəşimli:" Milli məsələlərlə bağlı tədbirlərdə hamı bir yerdə olur"
Bu gün Azərbaycan diasporunun aktiv olduğu Avropa ölkələrindən biri də Niderland Krallığıdır.
Hazırda bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı, cəmiyyət və mərkəzləri fəaliyyət göstərir ki,
onların əsas fəaliyyət istiqamətləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, zəngin
tarixi-mədəni irsimizin təbliğ edilməsidir. Bir müddət əvvəl təsis edilən Hollandiya Azərbaycan Evi də
fəaliyyətini məhz qeyd edilən istiqamətlərdə qurub. Qısa zaman ərzində fəaliyyət göstərməsinə
baxmayaraq bir sıra uğurlu addımlar atan, işlər görən Hollandiya Azərbaycan Evinin gələcək planları da
diqqətçəkicidir. Hollandiya Azərbaycan Evinin qarşısında duran vəzifələr, təşkilatın gələcək planları
barədə qurumun sədri Elxan Mirhəşimli ilə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Elxan
Mirhəşimli Hollandiyadakı Azərbaycan diasporunun vəziyyətindən də danışıb.
-Elxan bəy, Hollandiya Azərbaycan Evinin təşkilatlanma prosesi necə gedir və təşkilatın qarşısında
duran vəzifələr nədən ibarətdir?
-Hollandiya Azərbaycan Evi Təşkilatının məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, ölkəmizin bir
nömrəli problemi olan Dağlıq Qarabağ problemini holland ictimaiyyətinə çatdırmaqdır. Təşkilat olaraq
qarşıdakı müddətdə də qeyd edilən istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik.
-Bəs holland ictimaiyyətini ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ probleminin əsl mahiyyəti,
Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandıra bilirsinizmi?
-Əvvəla onu qeyd edim ki, Hollandiya ictimaiyyəti Qarabağ problemi haqqında daha çox birtərəfli qaydada
maarifləndirilib. Hələ Azərbaycan diasporu bu ölkədə fəaliyyətdə olmadığı zamanda Hollandiyadakı erməni
diasporu bu istiqamətdə çox ciddi iş aparıb. Ermənilər bu ölkədə elə bir təbliğat aparıblar ki, sanki Qarabağ
doğurdan da onlarındır. Ona görə də hollandlarla işləmək bir qədər çətindir. Digər tərəfdən burada xristian
faktoru da nəzərə alınmalıdır. Ermənilər əsasən kilsə təşkilatları, humanitar mərkəzlərlə işləyirlər. Bəzi
hollandlar isə belə fikir ortaya qoyurlar ki, bu sırf xristian-müsəlman problemidir. Hətta iddia edirlər ki, siz
xristianları öldürürsünüz və bu səbəbdən də onlar özlərini müdafiə edirlər. Təbii ki, bu cür mövqenin
formalaşması da yalançı erməni təbliğatından irəli gəlir. Ancaq biz də öz növbəmizdə çalışırıq ki, haqq-ədaləti
hollandlara çatdıraq və onları başa salaq ki, real vəziyyət ermənilərin anlatdıqları kimi deyil. Bir sözlə
ermənilərin təcavüzkar siyasətini hollandlara çatdırmaq üçün əlimizdən gələni əsirgəmirik. Hollandların
diqqətinə çatdırırıq ki, hazırda da Bakıda 5 minə yaxın rusdilli əhali yaşayır. Həmçinin Qubada yəhudilərin
məskunlaşdığı qəsəbə mövcuddur. Eyni zamanda Azərbaycanda məscidlərlə yanaşı kilsələr, sineqoqlar da
fəaliyyət göstərir və həmin dini məkanlarda onlar normal qaydada öz ibadətlərini edirlər. Bütün bunları biz
hollandların diqqətinə çatdırırıq. Çətin də olsa holland ictimaiyyətini maarifləndirməyə çalışırıq.
-Son vaxtlar cəbhə xəttində baş verən olaylar Hollandiyada yaşayan azərbaycanlılar tərəfindən necə
qarşılanır və Ali Baş Komandan, prezident İlham Əliyev müharibə əmri versə Hollandiyada yaşayan
azərbaycanlılar döyüşə hazır olacaqlarmı?
-Mən hər zaman buna hazıram. Məlumat üçün bildirim ki, hazırda Azərbaycandayam və Ali Baş Komandan,
cənab prezident İlham Əliyev müharibəyə başlamaq barədə əmr versə mən də oğlumu götürüb Azərbaycana
gəlib öz vətəndaşlıq borcumu verərəm. Hesab edirəm ki, xaricdə yaşayan hər bir soydaşımız eyni mövqedə olar.
Ümumiyyətlə, bu hər bir Azərbaycan vətəndaşının borcudur ki, Azərbaycan üçün əlindən gələni əsirgəməsin.
Bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub. Biz çalışmışıq ki, problem
sülh yolu ilə həllini tapsın. Ancaq müharibə variantı da hər zaman mövcuddur. Azərbaycan tərəfinin mövqeyi
ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi danışıqlar yolu ilə həll edilsin, insan tələfatı baş verməsin.
Müharibə hər zaman çox böyük fəlakətlərə yol açır. Dünyada gedən proseslərə nəzər saldıqda da bunu açıq
şəkildə görmək mümkündür. Ərəb baharından başlayaraq Liviya, Misir, Suriya, İraqda davam edən
qarşıdurmalar nəticəsində hər gün yüzlərlə insan həlak olub. Ona görə də müharibə arzuedilməzdir. Bir daha
qeyd edim ki, ən yaxşı variant sülh, danışıqlar yoludur. Heç şübhəsiz ki, bu zaman da Azərbaycanın ərazi
bütövlüyünün bərpası, işğal altında olan ərazilərimizin geri qaytarılması əsas götürülməlidir. Yalnız bu halda biz
sülh sazişinə imza ata bilərik. Yox əgər danışıqlar nəticə verməsə, təbii ki, biz digər vasitələrdən istifadə
etməklə ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu bizim qədərimizdir ki, ermənilər də Qarabağda yaşayıb.
Tarix elə gətirib ki, zamanında erməniləri Qarabağa gətirərək orada məskunlaşdırıblar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
78
-Hollandiya Azərbaycan Evi Təşkilatının bu ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatları,
mərkəzlər və cəmiyyətlərlə əlaqələriniz hansı səviyyədədir?
-Azərbaycanın milli məsələlərində Hollandiyada fəaliyyət göstərən diaspor təşkilatları arasında heç bir
problem yoxdur. Qarabağ, Xocalı, 20 Yanvarla bağlı tədbirlərdə hamı bir yerdə olur. Ancaq ola bilər ki, hər
hansı məsələdə biri digərindən küssün, incisin. Bu onların şəxsi işləridir. Hollandiya Azərbaycan Evi
Təşkilatının sədri kimi hər zaman çalışıram ki, işimizi şəxsi mənafelərimizə gətirib çıxarmayaq. İstəyimiz odur
ki, soydaşlarımızı bir yerə yığaq və ümummilli məsələlərdə birliyimiz, həmrəylimiz olsun.
-Bəs təşkilatınızın bu istiqamətdə hansısa planları varmı?
-Hazırda bu istiqamətdə iş gedir. Tətildən sonra bizim bəzi planlarımız var. Belə ki, Hollandiyada fəaliyyət
göstərən digər diaspor təşkilatları ilə birlikdə Hollandiyada Azərbaycan Federasiyası yaratmaq istəyirik.
Bununla bağlı bir sıra şəxslərlə məsləhətləşmələrimiz olub. Mümkündür ki, əlavə yeni bir təşkilatlar da təsis
edilsin. Açılacaq yeni təşkilatlar da daxil olmaqla 10-a yaxın təşkilatın Azərbaycan Federasiyasında təmsil
olunması nəzərdə tutulur. Federasiyada təmsil olunacaq bütün təşkilatlar müstəqil şəkildə də öz fəaliyyətlərini
davam etdirəcəklər. Sadəcə burada məqsəd ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməkdir,
mərkəzləşdirilmiş şəkildə fəaliyət göstərməkdir. Onu da qeyd edim ki, federasiyaya sədrlik məsələsi də növbəli
prinsiplə həyata keçiriləcək. Bu prosedur heç kimdə narazılıq da yaratmaz. Təssüf hissi ilə qeyd etmək
istəyirəm ancaq Benilüks Azərbaycanlıları Konqresi qəti şəkildə heç kimlə işləmək istəmir. Onların məqsədinin
nə olduğunu bilmirik.
-Bəs təşkilat olaraq Hollandiyanın siyasi partiyaları ilə əməkdaşlığınız hansı səviyyədədir?
Ümumiyyətlə, diasporumuz siyasi partiyalarla əməkdaşlığa maraq göstərirmi?
-Tətildən sonra belə bir görüş nəzərdə tutulub. Hazırda Hollandiyada hamı tətildədir. Hollandlar Avropada
yeganə millətdirlər ki, tətili sevirlər. Avqustun sonu, sentyabr ayının əvvəlində tətildən qayıdırlar.
-Keçiriləcək görüşlərin əsas müzakirə mövzusu nə olacaq?
-Görüşlərin müzakirə mövzusu əsasən Azərbaycan-Hollandiya münasibətlərinə həsr olunacaq. Digər
tərəfdən gələn il Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının xarici ölkələrdə təbliğ olunması ilə bağlı
Diasporla İş üzrə Dövlət Komitəsindən bizə tövsiyyələr verilib. Həmin tövsiyyələri nəzərə alaraq keçiriləcək
görüşlərdə Bakıda təşkil olunacaq Birinci Avropa Oyunları barədə də məlumat verəcəyik. Bundan başqa
yaşadığımız ərazinin meri ilə də görüşməyi nəzərdə tutmuşuq. Çalışacağıq ki, oradan olan jurnalistlər və ya
təşkilat nümayəndələrini Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana dəvət edək və burada gedən hazırlıq
işləri ilə yaxından tanış olsunlar. Eyni zamanda Birinci Avropa Oyunlarını izləyərək onu geniş şəkildə
işıqlandırsınlar. Məlum olduğu kimi gələn il ermənilərin qondarma soyqırım tarixlərinin 100 ili tamam olur.
Onlar çalışacaqlar ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını kölgəyə salsınlar, onun əhəmiyyətini
azaltmağa cəhd etsinlər. Bu səbəbdən biz gərək gələn ilin fevral ayında, həm Hollandiya, həm də ümumilikdə
Avropa məkanında, dünya miqyasında Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində elə genişmiqyaslı
tədbirlər təşkil edək ki, ermənilərin qondarma soyqırımının 100 illiyi tədbirlərini kölgədə qoyaq. Ona görə də
qarşıdan gələn müddətdə bizi çox ağır və məsuliyyətli işlər gözləyir.
-Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz hansı səviyyədədir?
-Diasporla İş üzrə Dövlət Komitəsi ilə normal münasibətlərimiz var. Təşkilat olaraq keçirdiyimiz tədbirlər
barədə komitənin saytında məlumat dərc olunur.
-Bir müddət əvvəl Ukrayna səmasında baş verən təyyarə qəzasında həlak olan hollandlarla bağlı sizin
təşkilat bu ölkədə anım tədbiri keçirdi və holland xalqına başsağlığı ünvanladı. Bu addımınız Hollandiya
ictimaiyyəti tərəfindən necə qarşılandı?
-Çox normal qarşılandı. Məlumat üçün qeyd edim ki, tədbirə bizim yaşadığımız ərazinin rəsmi nümayəndəsi
də təşrif buyurmuşdu. Əvvəlcə Rusiyanın müstəqil respublikalara, Gürcüstan, Moldova, Azərbaycana qarşı
həyata keçirdiyi təxribatlar, bu ölkələrin ərazi bütövlüyünə olan təcavüzlər barədə danışdım. Sonra isə
Ukraynada baş verən hadisələr, Krımın işğal edilməsindən bəhs etdim. Bildirdim ki, vaxtı ilə Qarabağ da bu cür
işğal edildi. Nəhayət sonda onu da bildirdim ki, vaxtı ilə Rusiya bizim üzərimizdən oynadığı oyunu indi də sizin
üzərinizdən oynadı..Hazırda Rusiya bu problemə bütün Avropanı cəlb etmək istəyir. Əgər Rusiya Ukrayna
səmasında Hollandiyaya məxsus təyyarəni vurursa, deməli bu ölkəyə də meydan oxuyur.
“Olaylar”.-2014.-19 avqust.-N 145.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
79
Azərbaycanlı tələbələr və diaspora
Rusiya, Amerika və Avropa dövlətlərində fəaliyyət göstərən diaspor komitələri aktiv fəaliyyət
mexanizminə malikdirlər
Sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.
Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları
ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Problemlərə və çətiniklərə baxmayaraq,
azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə
qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində
diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır.
Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların
sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada
isə 27 minə çatır. Göründüyü kimi Amerika qitəsi ölkələri arasında azərbaycanlıların ABŞ-da sayı çoxluq təşkil
edir və diaspora fəaliyyətinin əsas yükü ABŞ-da qurulmasıdır. ABŞ-da məskunlaşan azərbaycanlıların
əksəriyyəti Güney Azərbaycandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci
ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu ölkəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi
fəaliyyətinə öz təsirini göstərdi. Diaspora təşkilatımızın son illər mövqelərini müsbətə doğru dəyişməyə nail
olublar. Burada Azərbaycan-Amerika Alyansının fəaliyyətini qiymətləndirmək lazımdır. Alyansın ABŞ-da
gördüyü işlər Amerika xalqının Azərbaycana olan münasibətin müsbətə doğru dəyişməyinə hesablanmış
fəaliyyət saymaq olar. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci
qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa azərbaycanlıların sayı Türkiyədə və
Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlədir. Dünyanın
müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporasının əldə etdiyi nəticələr dövlətimiz tərəfindən də
müsbət dəyərləndirilir.
Xilafətdən başlayan tarix
Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və
mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını
başlamış və bu proses diasporun yaranmasının təməlini qoyub. Azərbaycan Rusiya İmperiyası tərəfindən
işğalına kimi Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və
tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması
sayəsində xaricdə məskunlaşması daha geniş vüsət alıb. Bundan sonra Azərbaycan diasporasının başqa
fazalarının formalaşması başlanılıb.
Tələbələr və diaspora
Azərbaycan diasporasının formalaşmasında xaricdə təhsil alan azərbaycanlı tələbələr də yaxından iştirak
edirlər. Bu sahədə müəyyən irəliləyişlər var. Gənclərimiz dünyanın ən tanınmış universitetlərində yüksək təhsil
almaqla birlikdə, ölkəmizi təhsil aldıqları ölkələrdə də layiqincə təmsil edirlər. Əlbəttə, xaricdəki tələbələrimizin
üzərinə daha çox məsuliyyət düşür. Onlar təhsil aldıqları ölkələrdə vətənimizin qeyri-rəsmi səfiri missiyasını
daşıyırlar. Bunun fərqində olan tələbələrimiz diaspora fəaliyyətləri zamanı, sadəcə tədbirlər keçirməklə
kifayətlənmirlər. Onlar həm yerli, həm də xarici KİV-lərlə də sıx əməkdaşlıq edirlər. Son illər gənclərimizin
diaspora fəaliyyətində gördüyü işlər və əldə etdikləri uğurları mətbuatımızda yer alan xəbərlərdən də açıq-aydın
görmək mümkündür.
Tələbələrin diaspora fəaliyyəti
Xarici universitetlərin hər birinin nəzdində həm də tələbələrin təmsil etdikləri ölkələrin adından ibarət tələbə
cəmiyyətləri fəaliyyət göstərir. Elə bu tələbələrin gördükləri işlər çox zaman diaspora təşkilatlarının gördüyü
işlərdən daha çox və daha effektiv olur. Onlar öz fəaliyyətləri ilə diaspora təşkilatlarını özlərinə cəlb edirlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
80
Bütün bu səbəblərdən tələbələrimizin xaricdə göstərdiyi fəaliyyətləri yüksək qiymətləndirmək olar. Sadəcə
onların təkliflərini diqqətlə dinləməli, lazımi dəstəyi göstərmək lazımdır. Əlbəttə, bu sahədə problemlər də var.
Bəzən xaricdəki tələbələrimizin Azərbaycanın təbliği ilə bağlı cəhdləri yetərsiz olur və yaxud da istədikləri
effekti vermir. Təbii ki, bunun müxtəlif səbəbləri var. Xarici universitetlər çox zaman etiraf edirlər ki,
azərbaycanlı tələbələr qədər öz ölkələrinin təbliği məqsədilə heç bir ölkə gəncləri iş görmürlər. Təəssüf ki, onlar
da görülən işlərin keyfiyyətində problemlərin mövcudluğunu etiraf edirlər. Tələbələrimiz xaricdə nə qədər
tədbir təşkil etsələr də həmin toplantıların “etnik tərkibi”ni kifayət qədər genişləndirə bilmirlər. Məhz bunun
nəticəsində Azərbaycanı, ölkəmizin dünyada yeri, geostrateji maraqları, dünyanın enerji probleminin həllində
rolunu digər ölkə vətəndaşları arasında yaya bilmirlər. Bunun da yuxarıda qeyd etdiyim kimi müxtəlif səbəbləri
var. Gənclərimizin təşkilatçılıq baxımından təcrübələrinin zəif olması və tədbirlərin keyfiyyətli
reallaşdırılmasına dəstək verəcək donor problemidir. Bəzən də diaspora təşkilatları ilə tələbələrimiz arasında
sanki bir uçurum var. Bu körpünün qurulması zəruridir. Bunun üçün də ilk əvvəl tələbələrin istəklərini dinləmək
zəruridir, onların təkliflərini dinləməkdən nə qədər üz döndərsələr bu körpü qurula bilməz. Başqa bir problem
isə nədənsə gənclərimiz üz tutduqları ölkədə fərqli adlar altında çoxlu təşkilatlar yaradırlar. Yaxşı olardı ki, bir
təşkilat altında birləşib Azərbaycan uğurunda işlərini davam etdirsinlər. Bu zaman daha effektiv nəticələr əldə
etmək mümkündür. Yoxsa, başqa-başqa təşkilatlar yaradıb ayrılmaqla hər hansı məqsədə varmaq olmur.
Gürcüstan azərbaycanlıları
Gürcüstanda yaşayan azərbaycanlılar diaspora adlanmır. Amma bu ölkədə yaçayan azərbaycanlıların
yaratdıqları təşkilatların reallaşdırdığı fəaliyyətlər ölkəmiz üçün xüsusi önəm kəsb edir. Xüsusilə Gürcüstanın
QHT sektorunda həyata keçirilən işlər Azərbaycanın təbliğində daha effektiv nəticələr ortaya qoyur.
Azərbaycanlıların Gürcüstanda yaratdığı QHT-lərdən ən ümidvericisi “Gənclər ordusu” təşkilatıdır. Köhnə
steorotiplərlə çağdaş dünyadakı siyasi proseslərə yanaşmanı anormallıq eyni zamanda yerində saymaq hesab
edirəm. Populist şüarçılıq, ifrat düşüncələr, ifrat sağçı və ifrat solçu çağırışlar heç zaman problemlərin həll
edilməsinə yardımçı olmayıb. Bundan sonra da olmaq imkanları yoxdur. Daha konstruktiv, daha rasional, daha
çox siyasi, daha çox kültürəl düşüncə tərzi soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiyasında
yardımçı olacaq. Borçalıda olan gənclərdən ibarət olan QHT-lə kifayət qədər fəal işləyirlər. Böyük əksəriyyət öz
mədəniyyətini qoruyub saxlamaqla Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiya etmək istəyənlərdir.
Mübariz, intellektual səviyyədə özünü təqdim etməyə meyilli gənclərimiz çoxdur. Bu gün Gürcüstanın ali
məktəblərində orta hesabla 1000 nəfər azərbaycanlı tələbə təhsil alır, bu Gürcüstanda Azərbaycan türkünün
başını qaldıracaq böyük qüvvədir, nəhəng ordudur. Artıq Gürcüstanda siyasi prosesləri lazımi məcraya
yönəltməyi bacaran aktiv gənclik formalaşır. 1988-ci ildə Gürcüstanın ən ağır dövründə bu təşkilatın əsası
qoyulub. Uzun müddət təşkilatın fəaliyyət və fəaliyyətsiz dövrü olub. Təşkilatın əsas məqsədi Gürcüstan-
Azərbaycan müttəfiqliyinin möhkəmlənməsi, Cənubi Qafqazda olan münaqişələrin həlli proseslərinə köməklik
etmək, mədəniyyətmizin təbliği və Azərbaycan sivilizasiyasını Gürcüstan cəmiyyətinə olduğu kimi təqdim
etməkdir. Hər il iyunun 26-da Borçalıda “Elat mədəniyyət günü” keçirilir, artıq Borçalı türk dünyasının
toplanma meydanına çevrilir.
Ümummili liderin başlatdığı tarix
Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdən başlayaraq Azərbaycan diaspora
sahəsində mühüm proqramlar qəbul edildi, sistemli işlər həyata keçirməyə başlanıldı. Diasporamızın inkişaf
tarixi məhz Heydər Əliyevin hakimiyyət gəlməsi illərinə təsadüf edir. Həmin dövrlərdən başlayaraq, diaspora
məsələsi Azərbaycan dövlətinin prioritet məsələlərindən birinə çevrildi. Bu məqsədlə Bakıda Dünya
Azərbaycanlılarının Qurultayı keçirildi. Sonrakı dövrlərdə də diaspor təşkilatlarının qurultayının keçirilməsi
tendensiyası bu gün artıq ənənə halına düşüb. Diaspora quruculuğu siyasətinin təməlini məhz ulu öndər Heydər
Əliyev qoyub. Həmin siyasətə uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Hal-hazırda da bu
siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın xaricdə tanınması, xaricdə
yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması məqsədilə
böyük işlər görülür. Diaspora təşkilatlarının da bu sahədə Azərbaycan adına vacib addımları atılıb. Rusiya,
Amerika və Avropa dövlətlərində fəaliyyət göstərən diaspor komitələri aktiv fəaliyyət mexanizminə malikdirlər.
Azərbaycanın həmçinin xaricdə diaspora fəaliyyəti göstərən kifayət qədər diaspor birlikləri var.
Diaspora və dövlət
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
81
Eyni zamanda Azərbaycan həqiqətlərinin Heydər Əliyev Fondunun Rusiya filialının fəaliyyətini xüsusi qeyd
etmək lazımdır. Filialın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət Kampaniyası”
ilə dünya ictimaiyyəti Azərbaycan həqiqətlərilə hərətərəfli məlumatlandırıldı. Bu istiqamətdə Rusiya, ABŞ və
Avropada böyük işlər görüldü, sərgilər təşkil edildi, kütləvi tədbirlər həyata keçirildi. Xocalı Soyqırımının
tanıdılması, Azərbaycanın işğal altında olan torpaqlarında baş verən proseslərin dünyaya çatdırılmasında Leyla
Əliyevanın böyük fəaliyyəti olub. Ümumilikdə isə cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlət bütün
imkanlarından istifadə edərək diasporamızın güclənməsində lazım olan hər bir işi layiqli şəkildə reallaşdırır.
“Olaylar”.-2014.-20 avqust.-N 146.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
82
“Hər bir təşkilat və fərd Azərbaycan üçün bir şeylər etməyə çalışır”
İlhan Aşkın: “Erməni yalanlarına qarşı mübarizə istiqamətində çalışırıq”
Bir müddət əvvəl Niderland Krallığının Almelo şəhərində erməni yalanlarına qarşı bir neçə
təşkilatlar, eləcə də Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılıq etdiyi möhtəşəm
mitinq keçirildi. Bir qayda olaraq bu kimi tədbirlər, aksiyalardan sonra ermənilər diaspor təşkilatlarının
fəallarına qarşı təzyiqlərə başlayırlar. Bəs görəsən mitinqdən keçən dövr ərzində Hollandiyadakı erməni
diasporu Azərbaycan təşkilat və cəmiyyətlərinə qarşı hansısa təzyiqlərə başlayıblarmı?
Məsələ ilə bağlı fikirlərini bölüşən Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri İlhan
Aşkın deyib ki, aksiyadan dərhal sonra ermənilər mitinqin təşkilatçılarına qarşı hərəkətə keçiblər: “Bizim
Almelo şəhərində qondarma soyqırıma abidə qoyulması əleyhinə keçirdiyimiz aksiyadan dərhal sonra
Hollandiya erməniləri kütləvi informasiya vasitələri üçün açıqlama yaydılar və Hollandiya dövlətinə müraciət
etdilər. Onlar Hollandiya dövlətindən Almelo şəhərində keçirilən mitinqin təşkilatçılarının şiddətli şəkildə
cəzalandırılması, təşkilatçı dərnəklər barədə ölçü götürülməsini tələb etdilər. Məlumat üçün qeyd edim ki, 2004-
cü ildə Hollandiyada qondarma soyqırımın tanınması ermənilər üçün əlavə fürsətlər yaradıb. Belə ki, ermənilər
qondarma soyqırımı tanımayan insanlar və təşkilatların cəzalandırılmasını Hollandiya hökumətindən tələb edə
bilirlər. Təbii ki, bu cür hədə-qorxuların qarşısında geri çəkilmək düzgün olmaz. Bundan sonra da ermənilərin
qondarma soyqırımı ifşa edən təşkilatlar və insanlara qarşı mübarizə aparacaqları şübhə doğurmur. Elə Almelo
mitinqindən sonra ermənilərin Hollandiya hökumətinə ünvanlamış olduğu məktub da bunun bariz nümunəsidir.
Ancaq bütün halda biz bu kimi təhdidlərdən, hədələrdən qorxub çəkinmirik”. İlhan Aşkın onu da qeyd edib ki,
Avropa ölkələrindən daha çox Hollandiyada Xocalı soyqırımının tanıdılması istiqamətində müəyyən işlər
görülüb, diaspor təşkilatlarının səyi nəticəsində bu soyqırıma aid abidə qoyulub. Ancaq Hollandiya
parlamentində Xocalı soyqırımının rəsmi şəkildə tanınması mümkünlüyünə gəlincə isə dərnək sədri hesab edir
ki, bu işlə bu işlə bağlı rəsmi şəkildə müraciət edilməlidir: “Bu işlə bağlı Azərbaycan dövləti rəsmi şəkildə
müraciət etmədiyi halda bizim təşkilatlar olaraq Xocalı soyqırımının rəsmən tanınması istiqamətindəki
fəaliyyətlərimiz heç vaxt ciddi qəbul edilməyəcək. Mən bunu indiyə qədər gördüklərimiz və təcrübələrimizə
əsasən deyirəm. Təxminən 2010-2011-ci illərdə biz Ədalət Məhkəməsinə petisiya göndərdik. Petisiyada Xocalı
soyqırımının tanınması, bu vəhşiliyi həyata keçirən ermənilərin məhkəməyə verilməsi əksini tapırdı. O zaman
bizim müraciətə baxan məhkəmənin birinci katibi bizə dedi ki, təqdim etdiyiniz müraciəti qəbul etsək də, lakin
Xocalı soyqırımının rəsmi şəkildə tanınması istiqamətində sizin üçün heç bir iş görməyəcəyik. Nə üçün? Çünki
Azərbaycan dövlətinin bu barədə rəsmi müraciəti yoxdur. Həmin şəxs açıq şəkildə bizə bildirdi ki, Azərbaycan
dövləti bu işin arxasına düşməli, rəsmi şəkildə müraciət etməlidir. Bundan sonra isə diaspor təşkilatları
vasitəsilə prosesin həll olunması istiqamətində işlər sürətləndirilə bilər. Ancaq əvvəlcə Azərbaycan dövləti bu
məsələyə diqqət ayırmalıdır. Düzdür, hazırda da ayrı-ayrı təşkilatlar, insanlar bu istiqamətdə çalışırlar. Çox
dəyərli dostumuz Vüqar Abbasov bu istiqamətdə ciddi fəaliyyətlər göstərir, Hollandiya siyasiləri ilə görüşərək
məsələni yenidən gündəmə gətirir. Ancaq bunların hamısı insanların başının altına yastıq qoymaqdır. Belə ki,
hollandiyalı siyasətçilər həmin müraciətləri qəbul edir, müəyyən görüşlərin keçiriləcəyinə söz verirlər. Ancaq
reallıqda heç bir nəticə olmur. Çünki bu kimi vədləri mən 20 ildir ki, eşidirəm. Sonda zəhmətimiz hədər gedir,
gördüyümüz işin bəhrəsini görmürük. Ancaq Azərbaycan dövləti rəsmi şəkildə müraciət etsə Vüqar Abbasov
kimi dostlarımızın da Xocalı soyqırımının rəsmi şəkildə tanıdılması istiqamətində göstərdiyi səylər boşa
getməz”. İlhan Aşkın rəhbərlik etdiyi təşkilatın cari ilin sonuna qədər nəzərdə tutduğu tədbirlər və həyata
keçirəcəyi layihələr barədə də məlumat verib. Bildirib ki, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi
olaraq bu il və növbəti il üçün ən bəyük planımız ermənilərin qondarma soyqırımla bağlı fəaliyyətlərinə qarşı
tədbirlər görməkdir: “Məlum olduğu kimi gələn il ermənilər ciddi şəkildə qondarma soyqırımın 100 illiyini
qeyd etməyə hazırlaşırlar. Biz də bu məqsədlə erməni yalanlarına qarşı mübarizə istiqamətində çalışırıq. Dərnək
olaraq digər cəmiyyət və təşkilatlarla birlikdə erməni yalanlarını ifşa etmək məqsədilə tədbirlər keçirməyi
düşünürük. Bu məqsədlə cari ilin sonlarında Hollandiyanın bir sıra şəhərlərində bir neçə konfrans təşkil
edəcəyik. Həmin konfranslar vasitəsilə erməni yalanlarının ifşa edilməsinə çalışacağıq. Ermənilərin müxtəlif
illərdə türklərə, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirdikləri Hollandiya ictimaiyyətinə çatdırılacaq.
Hələlik keçiriləcək konfransların dəqiq vaxtı müəyyənləşdirilməyib. Bundan başqa ilin sonunda digər
təşkilatlarla birlikdə Türk dilinə həsr olunmuş konfrans keçirməyi düşünürük. Bu təklif digər Türk təşkilatları
tərəfindən irəli sürülüb ki, biz də cəmiyyət olaraq həmin təklifi bəyənir və onları dəstəkləyirik. Məlum olduğu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
83
kimi artıq Holladiya məktəblərində Türk dili öyrədilmir. Bu da nəticə etibarilə Türk dilinin tədricən
unudulmasına gətirib çıxarır. Artıq yeni doğulan uşaqlar və gənclər xarici dillərdə danışırlar ki. bu da Türk
dilinin unudulmasına yol açır. Ona görə də bu ilin noyabr ayında Hollandiyada Türk dilinə həsr olunmuş bir
konfransın keçirilməsi nəzərdə tutulub. Paralel olaraq dərnəyimizin fərdi qaydada həyata keçirdiyi tədbirlər,
layihələr də davam edir. Biz hər zaman Hollandiyada yaşayan gənclərimizin pis vərdişlərdən uzaqlaşdırılmasına
çalışırıq. Dərnək olaraq bu məqsədlə müxtəlif idman yarışları təşkil edirik ki, həmin tədbirlər bundan sonra da
davam edəcək”. Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri fəaliyyət göstərdiyi ölkədəki
Azərbaycan diasporunun vəziyyətindən də danışıb. Bildirib ki, bu gün Hollandiyada müxtəlif Azərbaycan
cəmiyyət və təşkilatları fəaliyyət göstərir: “Hər bir təşkilat və fərd Azərbaycan üçün bir şeylər etməyə çalışır.
Ancaq görülən işlərin məni qane edib-etməməsinə gəlincə, təbii ki, qane etmir. Etiraf etmək lazımdır ki,
diasporamız Avropada param-parça olub. Heç kim bir-biri ilə bir araya gələ bilmir. Yaxud buna maraq
göstərilmir. Yəni, ortada nəsə bir problem var. Güclü bir federasiya yaradıb təşkilatlanma işləri aparılmır.
Yalnız bəlli bir qurumlar var ki, onlar da digər təşkilatlara yetərincə diqqət göstərmirlər. Sanki orada təmsil
olunanlar azərbaycanlıdırlar, bizsə yox. Ümumiyyətlə, onların Hollandiyada yaşayan bütün azərbaycanlılara
qarşı olan münasibəti təqdirəlayiq deyil. Hər hansı bir iş görərkən heç bir Azərbaycan cəmiyyəti və təşkilatı ilə
məsləhətləşmə aparılmır, müzakirələr keçirilmir. Sanki onlar pultla idarə olunaraq öz işlərini görürlər ki, bizim
də bundan xəbərimiz olmur. Ancaq bütün halda ayrı-ayrı cəmiyyət və təşkilatların gördükləri işləri, həyata
keçirdikləri layihə və tədbirləri alqışlayır, müsbət qarşılayıram. Bütün halda Azərbaycan diasporu əlini masaya
vurduqda səs sala biləcək gücə sahib ola bilməyib. Düzdür, Hollandiyanın hər bir yerindən Azərbaycan
cəmiyyət və təşkilatlarının, azərbaycanlıların səsi gəlir. Ancaq bu səs güclü, bizi qane edən səviyyyədə deyil. Bu
da təbii ki, yuxarıda qeyd etdiyim kimi parçalanmış şəkildə fəaliyyət göstərməyimizlə bağlıdır”. Niderland
Krallığındakı digər diaspor təşkilatları ilə əməkdaşlığa gəlincə dərnək rəhbəri deyib ki, Hollandiya Azərbaycan-
Türk Mədəniyyət Dərnəyi olaraq bu ölkədəki digər türk təşkilatları ilə birlik və həmrəylik şəraitində işləyir:
“Türk təşkilatları ilə gördüyümüz işlər, həyata keçirdiyimiz layihələr və tədbirlərdə müəyyən uğurlara da imza
atırıq. Onu da qeyd edim ki, Azərbaycan təşkilat və cəmiyyətlərindən daha çox Türk təşkilatları ilə Azərbaycan
üçün daha faydalı iş görə bilirəm. Ancaq Azərbaycan təşkilat və cəmiyyətləri ilə nədənsə ciddi bir iş görə
bilmirik. Hansısa bir iş görməyə cəhd göstəririk, lakin istəyimiz baş tutmur, bir araya gələ bilmirik.
“Olaylar”.-2014.-23-25 avqust.-N 149.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
84
“Azərbaycan diasporasının son illərdəki fəaliyyəti yüksək qiymətləndirilməlidir”
Mirzə Manafov: “Diaspora quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin
möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edilib”
Müasir beynəlxalq şərait, o cümlədən, Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçilik
ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi,
erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ
probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici
ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir.
Sir deyil ki, dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli
və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərib.
Son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal
iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Bir sıra ölkələrin
qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, kompakt yaşadıqları
ərazilərdə aktiv fəaliyyət göstərmələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə
müxtəlif tədbirlərin təşkil edilməsi Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının
göstəricisidir. Lakin diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da
təkmilləşməsinə ehtiyac duyulur. Hazırki şəraitdə Azərbaycan diasporu qarşısına qoyulan vəzifələrin
öhdəsindən gəlmək gücünə malikdirmi? Hüquqşünas Mirzə Manafovun sözlərinə görə, dünyanın ayrı-ayrı
ölkələrində elə cəmiyyətlər var ki, fəaliyyəti zəifdir, elələri isə normal fəaliyyət göstərir. Lakin bir faktdır ki,
fəaliyyəti zəif olan icmaların gücləndirilməsi üçün Azərbaycan dövləti və aidiyyati orqanları lazımi işləri
görürlər: “Fərəhləndirici haldır ki, bu iş birbaşa cənab prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısı
da bu məsələyə xüsusi diqqət yetirir. Prezident bu və ya digər ölkəyə səfər edərkən təkcə həmin ölkənin dövlət
və hökumət rəhbərləri ilə deyil, eyni zamanda oradakı Azərbaycan icmalarının rəhbərləri və nümayəndələri ilə
görüşür, onları dinləyir, onların problemləri ilə maraqlanır. Həmin problemlərin aradan qaldırılması üçün lazımi
tapşırıqlarını verir. Təsadüfi deyil ki, bu gün dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir
və bunun əsas səbəblərindən biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün
azərbaycanlılara çox böyük diqqət yetirir, onların problemlərinin həll olunmasında əməli fəaliyyət göstərir”.
Onun sözlərinə görə, Azərbaycan diasporasının son illərdəki fəaliyyəti yüksək qiymətləndirilməlidir: “Bu işin
dövlət səviyyəsində aparılması çox sevindirici haldır. Əslində diaspora fəaliyyəti belə də olmalıdır. Çünki
taleyin amansız hökmü ilə azərbaycanlılar dünyanın bir çox ölkələrinə səpələniblər. Onların dilimizi, dinimizi,
milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarına, xarici ölkələrdə dünyaya gələn övladlarının
azərbaycanlı kimi böyüməsi işində dövlət qayğısına çox böyük ehtiyac duyulur. İndi birmənalı şəkildə demək
olar ki, diaspora ilə bağlı sistemli şəkildə iş aparılır. Bunun nəticəsidir ki, diaspora fəaliyyəti xeyli güclənib”.
Hüquqşünas qeyd edib ki, əvvəllər xarici ölkələrdəki Azərbaycan cəmiyyətləri dağınlıq idi, onlar arasında
koordinasiya yox idi, fəaliyyətlərini lazımi səviyyədə əlaqələndirə bilmirdilər. Dövlət Komitəsi yarandıqdan
sonra bu iş sistemli və ardıcıl şəkildə aparılır: “Məlim olduğu kimi bu sahə bizim üçün yeni bir sahədir, hələ bu
istiqamətdə fəaliyyətə yenicə başlamışıq. Odur ki, hələlik istədiyimiz yüksək nəticələrə çata bilməmişik. Ancaq
hər halda indiyə qədər diaspora ilə dövlət səviyyəsində aparılan işi yüksək qiymətləndirirmək lazımdır”.
Diaspora fəaliyyətində ən böyük problemlərdən biri də icmalar arasında əlaqənin zəif olmasıdır. Nəzərə
almaq lazımdır ki, həmin icmalar və cəmiyyətlər ictimai təşkilatlardır. Onlar Azərbaycan dövləti tərəfindən
yaradılmır, idarə olunmur, sadəcə dövlət onların fəaliyyətinə istiqamət verir, yardım göstərir. Hüquqşünasın
sözlərinə görə, hələ də bir çox cəmiyyətlər var ki, onlar arasındakı əlaqələr lazımi səviyyədə deyil. Elələri də var
ki, milli məsələlər qalıb bir yana, başqa məsələlərlə məşğul olurlar. Bəzi cəmiyyətlərdə biznes maraqları daha
üstünlük təşkil edir: “O cəmiyyətlər, icmalar yaşayıb fəaliyyət göstərə bilir ki, onlar orada yaşayan
azərbaycanlıların problemləri ilə həqiqi mənada məşğul olurlar, soydaşlarımızın hüquq və azadlıqlarının
müdafiəsinə qalxırlar, vətənlə soydaşlarımız arasında ünsiyyət körpüsünün yaranmasında əllərindən gələni
edirlər. O cəmiyyətlər ki, bu və ya digər şəxslərin maraqlarındadır, artıq həmin cəmiyyətlər sıradan
çıxmaqdadır. Elə cəmiyyətlər var ki, ayrı-ayrı adamların nəzarətindədr, onların maraqlarından çıxış edir. Amma
bütövlükdə həmin cəmiyyətlərin, milli-mədəni mərkəzlərin böyük əksəriyyəti Azərbaycan diaspora təşkilatı
tərəfindən koordinasiya olunur, nəticədə uğurlu fəaliyyət göstərirlər”. Onun bildirdiyinə görə, hazırda
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
85
Azərbaycan diasporu bir çox oturuşmuş diaspora təşkilatları ilə müqayisə olunacaq səviyyədədir. Artıq
diasporamız erməni diaspora təşkilatları ilə rəqabət apara biləcək həddə çatıb: “Məlumdur ki, ermənilər əsrlər
boyu diaspor fəaliyyəti ilə məşğul olublar. Ermənilər vətənsiz bir toplum olduğundan dünyanın hər yerinə
yayılıblar. Ona görə, onların öz mövcudluqlarının qorunub saxlanması üçün yeganə yol diaspora olub. Təbii ki,
bu baxımdan onlar daha fəal və daha təcrübəlidirlər. Amma buna baxmayaraq bu gün Avropada, Amerikada,
Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporası erməniləri elə bir küncə sıxışdırıb ki, ermənilər artıq
azərbaycanlılar haqqında mənfi bir fikir söyləməyə qorxurlar. Çünki dərhal layiqli və lazımi cavablarını alırlar.
Bu da onunla bağlıdır ki, diaspora məsələsi ilə Azərbaycanda dövlət səviyyəsində məşğul olurlar və bu
məsələlər çiddi çəkildə nəzarət altında saxlanır”. O, əlavə edib ki, diaspor fəaliyyətində əsas şərt ortada
keyfiyyətin olmasıdır. Bəzən xarici ölkələrdə yaşayan soydaşlarımızın öz aralarında maraqların toqquşması olur,
bəzən kimisə lider kimi qəbul etmirlər. Əslində diaspor fəaliyyətində bunlar normal hadisələrdir. Belə hallar
digər xalqların diasporalarında da müşahidə olunur. Bu baxımdan demək olar ki, diaspora fəaliyyətində əsas
göstərici keyfiyyətin olması qəbul edilir. Keyfiyyət isə icmaların qarşısında duran vəzifələrin icrasından
ibarətdir. Bu vəzifələr həmin ölkələrdə yaşayan azərbaycanlıların sayının dəqiq müəyyən edilməsi, onların milli-
mədəni irsimizə yiyələnmələri üçün azərbaycanlıların yeganə dövləti olan Azərbaycan Pespublikası ilə
əlaqələrin təmin edilməsi, Azərbaycan dilinin öyrənilməsi, mədəniyyətin təbliği, Azərbaycanin probleminin
həmin ölkələrə çatdırılması, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin güclənməsində diaspor fəaliyyətindən
istifadə edilməsindən ibarətdir. Kim bu məsələlərdə fəaldırsa, bu istiqamətdə praktiki iş görürsə, təbii ki, o
icmalar yaşayacaq, əksinə, iş görməyən təşkilatlar tarixin səhifəsindən silinəcək”.
Qeyd edək ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən diaspor quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin
möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edib. Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya
edilməsi prosesi daha da təkmilləşdirilib, dünya ictimaiyyətinə ölkəmiz haqqında həqiqətlərin çatdırılması
məqsədilə mühüm tədbirlər görülüb. Bir çox ölkələrdə isə diaspor təşkilatlarının fəaliyyətlərini koordinasiya
edən qurumlar yaradılıb. Hazırda azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin,
azərbaycınçılıq ideyalarının qorunub saxlanılması, mədəniyyət mərkəzlərinin yaradılması üçün məqsədyönlü
tədbirlər həyata keçirilir. Hazırda beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf
sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspora
quruculuğu işinə yeni məzmun verir. Məhz bu baxımdan, görülən işlərin azərbaycançılıq ideologiyasının
inkişafına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin möhkəmlənməsinə öz
töhfəsini verəcəyi şübhəsizdir. Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən
soydaşlarımız getdikcə bir-birilərinə daha çox yaxınlaşırlar və onlara dayaq duran Azərbaycan dövlətini hər an
özlərinə etibarlı arxa sayırlar. Buna görə də, bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikası ilə
böyük fərəh və milli qürur hissləri keçirirlər. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd
ətrafında birləşdirilməsi, dünada azərbaycançılıq və milli həmrəylik ideologiyasını təbliği ideyasının müəllifi
heç şübhəsiz ki, Ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün həmin siyasi kursun layiqli davamçısı,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xarici siyasətdə mütəşəkkil diaspor quruculuğuna,
soydaşlarımızın milli-mənəvi birliyinin təmin olunmasına mühüm diqqət yetirir. Dövlət başçısının bu sahədə
həyata keçirdiyi siyasət yaxın gələcəkdə Azərbaycan diasporunun daha da möhkəmlənərək, ən ağrılı yerimiz
olan Dağlıq Qarabaq probleminin sülh yolu ilə həllində yaxından iştirak edəcəyinə şübhə yeri qoymur. O da
nəzərə alınmalıdır ki, artıq Azərbaycan diasporu “hücum taktikasını” öz fəaliyyət prinsi kimi qəbul edib.
“Olaylar”.-2014.-26 avqust.-N 150.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
86
Diasporamızın vahid mərkəzi – Azərbaycan
Azərbaycan diasporunun inkişafına 5 ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı də öz
müsbət təsirini göstərir
İstənilən dövlət, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun xaricdəki
diasporasının müstəsna rolu var. Diaspora eyni zamanda bir millətin vahid şəkildə formalaşmasına yardım edən
əsas amillərdəndir. Ölkədən kənarda yaşayan azərbaycanlılar öz millətinin dirçəlməsi üçün münbit şərait
yaradır. Azərbaycan diasporası ilə onun dövlətinin sistemli əlaqəsi ölkəmizin öz hüdudlarından kənarda
tanıdılması yönündə müsbət nəticələrin nəticə etibarilə ortaya çıxması heç kəsə sirr deyil. Azərbaycan dövləti
diaspor quruculuğu işinə xüsusi önəm verir. Xaricdəki diasporamız getdikcə inkişaf edir. Azərbaycan xalqı və
dövlətinin qarşısında duran problemləri daha dərindən dərk edir və dünyaya da tanıtmaq istiqamətində
fəaliyyətlərini gücləndirirlər. Dünya azərbaycanlıları artıq vahid mərkəzdən idarə olunur. Bu məkanın adı
Azərbaycandır. Diasporamızın ideoloji cəhətdən istiqamətlənməsi işi də buradan həyata keçirilir. Diasporamız
Azərbaycan dövlətçiliyinin prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərir. Dünya azərbaycanlılarının qurultayının
Bakıda keçirilməsi, onların dövlət tədbirlərinə qatılması, Azərbaycan dövlətinin xarici və daxili siyasətinə aid
məsələlərin dünyada təbliğində onların iştirakı göstərir ki, getdikcə təşkilatlanma, ideoloji cəhətdən səfərbər
olunma və azərbaycançılıq ətrafında birləşmə istiqamətində işlər sürətlənir. Ümumi ab-hava onu deməyə əsas
verir ki, Azərbaycan dövləti və xalqının milli mənafeyi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların
şüuruna hakim kəsilir və onlar eyni fikrin daşıyıcılarına çevrilirlər.
Ulu öndər və Azərbaycan diasporu
Ulu öndərimiz Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına birinci səfərindən sonra Azərbaycan diasporası
barədə belə danışdı: “Mən xarici ölkələrə səfərlərim zamanı diaspora üzvlərini bir yerə toplamağa cəhd
göstərirəm. Mən bunu Amerikada da həyata keçirmək istədim. Çikaqoda toplantıya 35 nəfər gəldi. Eləcə də,
Parisdə və Londonda da toplantıya əksəriyyəti İran azərbaycanlıları olan 35-40 nəfər qatıldı. Bu diasporadırmı?
Baxın, torpaqları işğal edilən bizik, şəhid verən bizik, illərdir vətənsiz yaşayan bizik, ancaq günahkar olan da
bizik. Bunun səbəbi aydındır. Amerikada 250 milyon insan yaşayır. Bunun 1 mln-u ermənidir. Sayları çox azdır.
Ancaq mövqeləri, vəzifələri etibarilə ictimai fikri öz məqsədləri ətrafında birləşdirə bilirlər. Biz mübarizəmizdə
haqlı olduğumuzu kəskin şəkildə sübut etməliyik. Unutmayın, ermənilərə silah verənlər və maddi yardım
göstərənlər qədər bizə yardım edən yoxdu. Biz lobbimizi bütün dünyada qurmalıyıq. Əsası ulu öndərimiz
tərəfindən qoyulan diaspora siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər
Əliyevin tapşırıq və tövsiyyələri ilə xaricdəki Azərbaycan diasporası mütəşəkkillik qazandı və öz inkişaf yoluna
qədəm qoydu. Ulu öndərimizin səsləndirdiyi fikirlərdən xeyli zaman keçir. Bu müddət ərzində mühüm qərar və
qanunların qəbul edilməsi, eləcə də, H. Əliyevin xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri
ilə görüşü, onun tövsiyə və məsləhətləri xarici ölkələrdə diasporamızın mütəşəkkil cəmiyyət kimi
formalaşmasına və inkişafına xüsusi təkan vermişdir. Bu gün diasporamız güclüdür. Hazırda dünyada yaşayan
azərbaycanlıların sayı təxminən 50 milyona yaxındır (bəzi mənbələrdə bu rəqəmin 60 milyon olduğu göstərilir)
və diasporamızın Rusiya Federasiyasında 65, Türkiyədə 20, Almaniyada 37, Amerika Birləşmiş Ştatlarında 20,
Ukraynada 17, İsveçdə 11, Böyük Britaniyada 7, Fransada 7, Kanadada 6 və digər ölkələrdə - Avstraliyada,
Avstriyada, Argentinada, Belorusiyada, Belçikada, Danimarkada, Dağıstanda, Estoniyada, Finlandiyada,
Gürcüstanda, Hollandiyada, İspaniyada və digər ölkələrdə çoxsaylı Azərbaycan Milli mədəniyyət mərkəzləri və
cəmiyyətləri fəaliyyət göstərir. Diasporamız tərəfindən xarici ölkələrdə 50-yə yaxın adda qəzet və 35-ə yaxın
adda jurnal nəşr etdirilir. Bu Azərbaycan dövlətinin xaricdəki diaporamıza göstərdiyi qayğının nəticəsidir.
Diasporamızın prinsipial mövqeyi
Dünyada yaşayan azərbaycanlıların birlik və bərabərliyi, soydaşlarımız arasında həmrəyliyin təmin olunması
məsələsi daim Azərbaycan Respublikasının diqqət mərkəzində olub. İstər bu sahədə qəbul edilmiş müvafiq
fərman və sərəncamlar, fəaliyyət proqramları olsun, istərsə də keçirilən bütün dövlət tədbirlərində birmənalı
şəkildə qeyd edilib ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti
maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir. Dünya azərbaycanlılarının birliyi
məsələsi Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata
keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
87
birliyinin fəlsəfi-nəzəri əsasları kimi qəbul olunur. Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini,
mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana
çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır. Məhz buna görədir ki, dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin
edən əsas amil sayılır və dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi xarakterizə edilir.
Dünəndən bu günə
Müstəqilliyinin ilk illərində Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyətində ciddi problemlər var
idi. Amma son 15 il ərzində diaspor təşkilatlanması istiqamətində önəmli tədbirlər görüldü və əhəmiyyətli
nəticələr əldə edildi. Son 5 il ərzində isə diaspor təşkilatlarının fəaliyyətinin səmərəlilik səviyyəsi daha da artdı
və beynəlxalq miqyasda xüsusi önəm kəsb edən nailiyyətlər qazanıldı. Bunlar isə erməni lobbisi və diaspor
təşkilatları ilə mübarizədə güc mənbəyi, əhəmiyyətli resurs kimi dəyərləndirilməlidir. Bu gün biz müxtəlif
təşkilatlarla əməkdaşlıq edirik, onların vasitəsi ilə konqresmenlərə, müvafiq qurum və şəxslərə təsir etməyi
bacarırıq. Azərbaycan diasporu dünəndən bu günədək əhəmiyyətli irəliləyişə nail olub.
Dövlət-diaspora əlaqələri
Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və güzar səfərləri çərçivəsində xaricdə
yaşayan azərbaycanlılarla görüşməsi onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda
investisiya layihələrin
də iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir. Diaspor nümayəndələri
ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız ulu
öndər Heydər Əliyev olub. Prezident seçildikdən üç ay sonra Ümummilli lider Heydər Əliyev Almaniyada
yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə böyük bir ənənənin əsasını qoydu. Bu görüşün Avropadakı
soydaşlarımızın milli, ictimai fəaliyyətinə təsiri böyük olub və dövlət-diaspor əlaqələrində yeni mərhələsinin
başlanğıcıdı. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sivil bir dövlətə çevrilməsi, qarşısında duran
problemlərin həll olunması, qanunun aliliyinin təsbit olunduğu demokratik, hüquqi və dünyəvi dövlət kimi
inkişaf etməsi üçün bütün dünya ölkələrindəki soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi çətin bir missiyanı
üzərinə götürmüşdü. Məhz Heydər Əliyevin produktiv fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə
yaşayan soydaşlarımız Azərbaycanın milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, doğma
vətənləri ilə əlaqələrini möhkəmləndirmiş, ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak etməyə və
burada gördükləri real həqiqətləri bütün dünyaya yaymağa başlayıblar.
Məqsədyönlü siyasətin nəticəsi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporunun inkişaf etdirilməsi, diasporamızın dünya
ölkələrində söz sahibinə çevrilməsi, eləcə də lobbi fəaliyyəti istiqamətində müvafiq dövlət strukturları
tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər dünyanın müxtəlif ölkələrində
Azərbaycan diasporunun güclənməsinə imkan yaradır. Bu gün Azərbaycan diasporunun əldə etdiyi nailiyyətlər
ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərləri, eləcə də bu sahə ilə məşğul olan qeyri-hökumət
təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan diasporunun inkişafına 5 ildən bir keçirilən dünya
azərbaycanlılarının qurultayı də öz müsbət təsirini göstərir. Bu baxımdan keçən ilin yayında Bakıda keçirilən
Dünya Azərbaycanlılarının üçüncü qurultayı da mühüm əhəmiyyət daşıyırdı. Dünya Azərbaycanlılarının üçüncü
qurultayından sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspora quruculuğunda yeni proqramların
həyata keçirilməsi ilə bağlı bir sıra mühüm addımlar atılıb. O, cümlədən həm ayrı-ayrı qeyri-hökumət
təşkilatları ilə işlərin aparılması, həm Beynəlxalq Diaspora Mərkəzi ilə birgə tədbirlərin keçirilməsi, həm də
ölkədən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının birgə mübarizəsinin təşkil edilməsi istiqamətində işlər
görülüb. Diaspora sahəsində həyata keçirilən layihələr onu deməyə əsas verir ki, konsulluq, səfirlik və diaspor
təşkilatlarının birgə mübarizəsinin strukturu formalaşıb. Bu dövrü diaspora fəaliyyətində yeni bir eranın
başlanğıcı kimi dəyərləndirmək olar. Son dövrlərdə Türkiyə Azərbaycan diaspor təşkilatlarının birgə mübarizəsi
daha effekli və təkmilləşdirilmiş formada özünü göstərir. Azərbaycan diasporu təmsil etdiyi ölkədə erməni
diasporunu da öz fəaliyyəti ilə üstələyir. Bütün xarici ölkələrdə erməni diasporuna Azərbaycan əleyhinə anti-
təbliğat aparmalarına imkan yaratmır.
“Olaylar”.-2014.-10 sentyabr.-№ 161.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
88
Diaspora quruculuğu davam etdirilir
Əlli milyonluq Azərbaycan xalqı tarix boyu müxtəlif səbəblər üzündən dünya ölkələrinə səpələnərək
qürbətdə yaşamağa məhkum olublar. Ancaq çox təəssüflər olsun ki, Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşməsi uzun müddət mümkün olmayıb. Əslində belə bir prosesin başlanması bəzi qonşu dövlətlərin də qıcığına səbəb olub. Xüsusən, Rusiyanın bölgədə yeritdiyi siyasət müsəlmanların birləşmə ehtimalını məhv etməyə hesablanıb. 20-ci əsrin əvvəllərində çar Rusiyasının həyata keçirdiyi antimüsəlman və antitürk siyasəti nəticəsində pərakəndə şəkildə ölkəni tərk edən azərbaycanlılar dünyanın bir çox ölkələrində məskunlaşsalar da, onları əlaqələndirən, birləşdirən fəaliyyətlərin koordinasiya edən vahid bir təşkilat olmayıb. Sirr deyil ki, qürbətdə yaşayan soydaşlarımızın Vətənə bağlılığını təmin edən ideologiyanın yaranmasında mərhum prezidentimiz Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. II Dünya Müharibəsindən sonra sovet hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı daha kütləvi xarakter alıb. SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə-1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayır və respublikanın həyatında, ictimai şüurun formalaşmasında, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin başlanğıcını qoyur. Bu dövrdə mərkəzi hökumətin bütün təzyiqlərinə baxmayaraq, Ümummilli lider Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunması, mədəniyyətimizin tərəqqisi, Azərbaycanın bütün dünyada tanınması, azərbaycançılıq ideyalarının və milli həmrəyliyin qorunması üçün çox böyük işlər görüb. Böyük Öndərimizin uzaqgörən siyasəti nəticəsində həmvətənlərimiz arasında əlaqələrin genişlənməsi, hələ sovet hakimiyyəti dövründən başlayıb. Keçən əsrin 70-ci illərindən xarici ölkələrlə mədəni əlaqələr quran "Vətən" cəmiyyəti dünya azərbaycanlıları arasında əlaqələr yaradaraq, Azərbaycan mədəniyyətini, azərbaycançılıq və milli həmrəylik ideyalarını dünya miqyasında təbliğ etməyə başlayıb. Heydər Əliyevin təşəbbüsü ilə hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunması da, soydaşlarımızın mütəşəkkilləşməsi prosesində müstəsna rol oynayıb. Həmin əlamətdar tarix bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur. Bu həmrəyliyin başlıca qayəsi
Vətənə bağlılıq, dövlətçilik hissləri, milli-mənəvi dəyərlərə hörmət, bir sözlə, azərbaycançılıq ideyasını təbliğ etməkdir. 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin xalqın israrlı təkidi və tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra diaspor quruculuğu prosesində yeni bir dövr başlanıb. Dünya azərbaycanlılarının möhkəm birlik və həmrəyliyini təmin etmək məqsədilə Ümummilli liderimiz 2001-ci il may ayının 21-də Bakı şəhərində dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Həmin il noyabr ayının 9-10-da keçirilən dünya azərbaycanlılarının ilk qurultayı soydaşlarımızın həmrəyliyinin təmin edilməsi və azərbaycançılıq ideyalarının təbliği istiqamətində tarixi hadisəyə çevrildi. Milli birlik ideyalarının inkişafında mühüm rol oynayan bu mötəbər tədbir dünya azərbaycanlılarının Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesini sürətləndirdi. Qurultayda Azərbaycan dövlətilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımız arasında milli birlik və həmrəyliyin təmin edilməsi, ana dilinin, mənəvi dəyərlərin qorunub saxlanılması və s. məsələlər müzakirə edildi. Dünya azərbaycanlılarının mötəbər yığıncağından sonra Azərbaycan diaspora hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Ümummilli liderimiz Heydər Əliyev 5 iyul 2002-ci ildə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Bu tarixi fərman xaricdəki Azərbaycan cəmiyyətlərinin vahid mərkəzdən koordinasiya olunmasına və onların fəaliyyətlərinə dövlət qayğısını yönəltmək üçün real zəmin yaratdı. 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun qəbulu dünya azərbaycanlılarının təşkilatlanmasını sürətləndirərək, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin daha da genişləndirilməsinə təkan verdi. Bu da məlum həqiqətdir ki, azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün milli həmrəylik əsas şərtlərdən biridir. Milli birliyin, həmrəyliyin olmadığı bir yerdə azarbaycançılıq ideyalarının gerçəkləşdirilməsi qeyri-rol görünür. Məlum olduğu kimi dünyada bu məsələlərin həlli ilə bilavasitə diaspora təşkilatları məşğul olurlar. Azərbaycan diasporunun gənc olmasına baxmayaraq bu sahədə bir sıra uğurlara imza atılıb. Dövlət də öz növbəsində diaspora fəaliyyətinin koordinasiya olunması məqsədilə üzərinə düşən vəzifələri yerinə yetirməkdə maraqlıdır. Konkret olaraq diasporanın fəaliyyətini tənzimləyəcək qanunverici baza yaradılıb ki, bu da mövcud ola biləcək hərc-mərcliyin aradan qaldırılmasında mühüm rol oynayır. Məsələn, “xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqunda” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Bu qanuna əsasən, "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olan, hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə, onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
89
Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən diaspor quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edib.
Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi prosesi daha da təkmilləşdirilib, dünya ictimaiyyətinə ölkəmiz haqqında həqiqətlərin çatdırılması məqsədilə mühüm tədbirlər görülüb. Bir çox ölkələrdə isə diaspor təşkilatlarının fəaliyyətlərini koordinasiya edən qurumlar yaradılıb. Hazırda azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin, azərbaycançılıq ideyalarının qorunub saxlanılması, mədəniyyət mərkəzlərinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heydər Əliyev siyasi kursun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də xarici siyasətdə mütəşəkkil diaspor quruculuğuna, soydaşlarımızın milli-mənəvi birliyinin təmin olunmasına mühüm diqqət yetirir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət yaxın gələcəkdə Azərbaycan diasporunun daha da möhkəmlənərək, ən ağrılı yerimiz olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində yaxından iştirak edəcəyindən xəbər verir. Diaspor quruculuğu ümummilli iş olduğundan, hər birimizin öz imkanları daxilində bu prosesə yardım göstərməyi vacibdir. Azərbaycançılıq ideyasının harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın şüurunda özünə möhkəm yer tutması üçün əlimizdən gələni etməliyik. Xalqımızın taleyüklü məsələləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bu amilin çox mühüm rol oynayacağı şübhəsizdir. Onu da qeyd edək ki, hazırda beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspora quruculuğu işinə yeni məzmun verir. Məhz bu baxımdan, görülən işlərin azərbaycançılıq ideologiyasının inkişafına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyi şübhəsizdir. Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən soydaşlarımız getdikcə bir-birilərinə daha çox yaxınlaşırlar və onlara dayaq duran Azərbaycan dövlətini hər an özlərinə etibarlı arxa sayırlar. Bu da heç şübhəsiz, Azərbaycan dövlətinin artan nüfuzundan, iqtisadi inkişafında əldə etdiyi uğurlarından, dövlət başçımız, cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətindən irəli gəlir.
“Olaylar”.-2014.-11 sentyabr.-№ 162.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
90
Diaspora təşkilatlarımızı birləşdirən məkan – Azərbaycan
Ulu Öndərimizin bu sahədə tövsiyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin
siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir
Diaspora müstəqil dövlətlərin inkişafı və nüfuzu üçün mühüm rol oynayır. Əgər diaspor fəaliyyəti güclü və
zəif ölkələri müqayisə etsək bunun əhəmiyyətini daha aydın görmüş olarıq. Xüsusilə münaqişə tərəfi olan hər
hansı bir dövlətin diasporu olmalı və inkişaf etməlidir. Diasporamızın bu nöqteyi-nəzərdən fəaliyyət növü hər
zaman Azərbaycan üçün əhəmiyyətli olub. Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsi ötən əsrin
ortalarından başlayıb. Həmin vaxtlar ölkəmizin diaspor fəaliyyətinin davamlılığı və sistemli olmasına diqqət
yetirilməyib. Bu problemi biz müstəqilliyimizi bərpa edəndən sonra hiss etdik. Belə ki, düşmənlərimiz bizim
yeni-yeni başladığımız lobbi fəaliyyətini uzun illər idi ki, aparırdılar. Onlar diaspor fəaliyyətini məhz bizə qarşı
yönəltdilər. Azərbaycan indi kosmik inkişafı sayəsində müdafiə səviyyəsindən çıxaraq erməni diasporası ilə
açıq mübarizə keçərək üstünlük əldə edib. Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirir. Xarici ölkələrdə
keçirilən tədbirlər, aksiyalar bunun nümunəsidir. Azərbaycan diasporu güclənir və koordinasiya edilmiş şəkildə
fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporu xarici ölkələrdə təkcə dərnəklər şəklində deyil, dövlətin xarici
siyasət orqanları səviyyəsində fəaliyyət göstərir. Yaxın gələcəkdə Azərbaycan diasporasının fəaliyyəti
istədiyimizdən də yüksək səviyyədə olacaq.
Dünyanın hər yerində varıq
50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5
qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı
şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Problemlərə və çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz
milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, tarixi Vətənlə
əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə
bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar.
Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə,
Meksikada isə 27 minə çatır. Göründüyü kimi Amerika qitəsi ölkələri arasında azərbaycanlıların ABŞ-da sayı
çoxluq təşkil edir və diaspora fəaliyyətinin əsas yükü ABŞ-da qurulmasıdır. ABŞ-da məskunlaşan
azərbaycanlıların əksəriyyəti Güney Azərbaycandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən
Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın bu ölkəyə axını diasporumuzun
tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi. Diaspora təşkilatlarımız son illər mövqelərini
müsbətə doğru dəyişməyə nail olublar. Burada Azərbaycan-Amerika Alyansının fəaliyyətini qiymətləndirmək
lazımdır. Alyansın ABŞ-da gördüyü işlər Amerika xalqının Azərbaycana olan münasibətin müsbətə doğru
dəyişməyinə hesablanmış fəaliyyət saymaq olar. Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə
görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa
azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük
Britaniyada yüzminlərlədir. Bizim Türkiyədə diasporamız güclüdü. Diaspora təşkilatlarımızın say hesabıyla
çoxluq təşkil etdiyi ölkə Rusiyadır. Avropanın bir neçə ölkəsindəki diaspora təşkilatlarının fəaliyyəti müsbət
qiymətləndirilməlidir.
Diasporamızın xarici ölkələrin ictimai-siyasi həyatında rolu
Ümummilli lider Heydər Əliyevin soydaşlarımızla keçirdiyi tarixi görüşlərdə verdiyi tövsiyələr xaricdə
məskunlaşmış Azərbaycan ziyalıları tərəfindən proqram vəzifələr kimi qəbul edilmiş, milli özünüdərk hissinin
təşəkkülü, milli mədəniyyətimizin təbliği, soydaşlarımızın müstəqil dövlətimiz ətrafında sıx mənəvi birliyinin
təmin olunması sahəsində mühüm addımlar atılıb. Həmin tövsiyələrin uğurla həyata keçirilməsi sayəsində
Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkənin ictimai-siyasi həyatına daha fəal inteqrasiya
etmiş, bu ölkələrin qanunvericilik və icra orqanlarında həmvətənlərimizin də təmsil olunması istiqamətində
məqsədyönlü iş aparmaqdadır. Soydaşlarımızın Türkiyə, Estoniya, Gürcüstan və Moldova Parlamentlərində
təmsil olunmaları, Özbəkistanda, Rusiyada keçirilən parlament seçkilərində ilk dəfə olaraq həmyerlilərimizin
irəli sürdüyü namizədlərin qeydə alınması, Rusiya, Ukrayna və Qazaxıstanda onlarca soydaşlarımızın yerli
qanunvericilik orqanlarına deputat seçilməsi həmvətənələrimizin ictimai-siyasi fəallığının yüksəlməsinin
göstəricisidir. Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən uğurlu işlər nəticəsində bir sıra
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
91
dövlətlərin rəsmi strukturlarında həmvətənlərimizin də təmsil edilməsinə şərait yaranmışdır. Belə ki, Birləşmiş
Ştatlar, Rusiya, Ukrayna, Litva, Qazaxıstan, Özbəkistan və bəzi Avropa ölkələrinin idarəetmə orqanlarında
soydaşlarımızın fəaliyyət göstərməsi ötən dövrdə qazanılmış nailiyyətlərin artıq öz uğurlu nəticələrini verdiyini
söyləməyə imkan yaradır. Xarici ölkələrdə yaşayan Azərbaycan diasporu ilə əlaqəni möhkəmləndirmək diaspora
fəaliyyətini koordinasiya etmək məqsədilə Ulu Öndərin rəhbərliyi ilə 5 iyul 2002-ci il tarixdə respublikamızda
“Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi” yaradıldı. Dünya azərbaycanlılarının I
(2000-ci il) və II qurultaylarının (2001-ci il) keçirilməsi də məhz diaspor məqsədlərinin yerinə yetirilməsi
istəyindən irəli gəlirdi. Prezident Heydər Əliyevin təklif və təşəbbüsü ilə elə I qurultayda “Dünya
Azərbaycanlılarının əlaqələndirmə şurası” yaradıldı. Bu bir daha Azərbaycan dövlətinin onun milli maraqlarına
xidmət edən diasporasını verdiyi töhfənin bariz nümunəsidir. Bu gün həmin siyasi xətt prezident İlham Əliyev
tərəfindən layiqincə davam etdirilir. İlham Əliyevin “Mən 9 milyonun yox, 50 milyon azərbaycanlının
prezidentiyəm” deməsi çox mətləblərdən xəbər verir. Bütün diasporanın tək istinadgah nöqtəsi Azərbaycandır.
Diasporanın əhəmiyyəti
İnkişafın bütün mərhələlrində, xüsusən, Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının
yenidən formalaşması və təkmilləşməsi Azərbaycan milli şüurunun beynəlxalq aləmdə qəbul edilib, başa
düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindəndir. Müasir dövrün tələblərinə uyğun olaraq,
qloballaşan dünyada inteqrasiya etmək və eyni zamanda bu proses zamanı xalqların öz milli dəyər və
xüsusiyyətlərini qoruyub saxlaması zərurəti meydana çıxır. Əlbəttə, bu zərurət hər şeydən əvvəl xalqın və
cəmiyyətin milli şüurunda öz əksini tapmalı, mövcud beynəlxalq situasiyadan milli dəyərlərə ziyan gətirmədən
istifadə olunmalıdır. Tarixən müxtəlif dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq və Qərb
arasındakı əhəmiyyətli coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin ona bu konteksdə yanaşması, xarici
iqtisadi və siyasi müdaxilə xalqımız içərisində vahid birlik ideyalarının yeni formada yaranıb inkişaf etməsinə
səbəb olmuşdur. Həmin birliyin inkişafı və möhkəmləndirilməsi təkcə Azərbaycan Respublikası
vətəndaşlarından deyil, həm də bütün dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və
fəaliyyətindən asılıdır. Yunan dilindən "səpələnmək” kimi səslənən diaspora öz əvvəlki mənasından fərqli
olaraq, bu gün daha konkret məna daşıyır. Belə ki, diaspora-tarixi torpaqlarından bu və ya digər səbəblərdən
dolayı emiqrasiya etmiş əhalinin mərkəzlə, yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. Anlayışa məhz
bu prizmadan yanaşılması ona siyasi xarakter verir ki, bu da bir neçə xüsusda təzahür edir. Bunlar diasporun
yerli siyasətə təsiri, dövlətin siyasi haqlarının tanınması, beynəlxalq aləmdə müstəqil kimliyin yaradılması,
siyasi mühacirlərin üzləşdiyi problemlər, diaspor təşkilatları fəaliyyətinin əlaqələndirilməsi, sosial-mədəni
tədbirlərin keçirilməsinə dövlət dəstəyi və sairdir. Sadalanan məsələlər diasporun təməl prinsipləri olub, onların
araşdırılması və dəyərləndirilməsi, bizcə, diaspor sözünün əsl mənasını açmağa bizə imkan verir. Dövlət,
prinsipcə, yalnız öz sərhədləri daxilindəki əhali ilə birbaşa maraqlandığı halda, diasporanın təsir dairəsi daha
genişdir. Prinsip etibarilə, diaspor təşkilatları ölkə daxilində yaşayan əhali ilə onun xaricində yaşayanların
əlaqələrini qurmağı, fəaliyyətlərini koordinasiya etməyə çalışır. Məhz buna görə də dövlət və diaspora
fəaliyyətinin bir istiqamətə yönəlməsi, başqa sözlə desək, onun vətəndaşlarının bütöv halda formalaşması
vacibdir.
Nəticə: Azərbaycan diasporunun inkişafına dövlət qayğısı bu gün daha da güclənib. Ulu Öndərimizin bu
sahədə tövsiyələri, qarşıya qoyduğu mühüm vəzifələr və tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilir. İnanırıq ki, həmin qayğı gündən günə artacaq və Azərbaycan diasporu xarici
ölkələrdə yaşayan diasporalar arasında öncüllərdən biri olacaq.
“Olaylar”.-2014.-18 sentyabr.-№ 167.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
92
Diaspora təşkilatlarımız təsirli üsullara yiyələnməlidir
İctimai-siyasi təsir rıçaqlarına önəm verilməlidir
Azərbaycan diasporası inkişaf mərhələsini yaşamaqdadır. Buna baxmayaraq hələ də bir sıra problemlər var
ki, onların aradan qaldırılması vacib sayılır. Diasporanın hazırki vəziyyəti və görüləcək işlər barədə jurnalistlər
nə düşünür?
“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, 10-15 il əvvələ nəzər saldıqda
Azərbaycan diasporasının indi xeyli işlər gördüyünün şahidi oluruq. Amma bununla yanaşı, problemlər də az
deyil. Xüsusilə, diasporanın fəaliyyətində bir sistemsizlik özünü göstərir, pərakəndəlik var. Daha çox isə diaspor
rəhbərliyinin ümumi dövlət maraqlarından deyil, şəxsi maraqlardan məsələyə yanaşmasının şahidi olursan.
Təbii ki, bu fikirləri hər kəsə aid etmək olmaz. Ona görə də öz şəxsi maraqlarını üstün tutan şəxslərin diaspor
fəaliyyətindən uzaqlaşmasına çalışmaq lazımdır. Misal üçün, bu gün Rusiyada olan Azərbaycan diasporunu
göstərmək olar. Təkliflərə gəlincə, Azərbaycanın tanıdılması istiqamətində kiçik təşkilatlar üçün ümumi
fəaliyyət proqramı olmalıdır. Əgər Avropanın bir şəhərində iki Azərbaycan diasporu varsa, onlar eyni
istiqamətdə fəaliyyət göstərməməlidir. Eləcə də Diaspor Komitəsi onlara lazımi köməkliyi göstərməlidir:
“Gələn ilin aprelində qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı ermənilər silsilə tədbirlər keçirəcəklər.
Ermənilərin bu kampaniyasına qarşı işlər aparılmalıdır. Ola bilsin ilin sonundan başlayaraq hansısa işlər
görülməyə başlanacaq, bu da artıq gecdir”. Bakupost.az əməkdaşı Fərəh Sabirqızı deyir ki, Azərbaycanı xarici
ölkələrdə təmsil edən bəzi təşkilatlar, diaspor qurumları ilə əlaqələri var: “Ara-sıra onların keçirdikləri tədbirlər
haqqında məlumatları da yayırıq. Sözsüz, etiraf etmək lazımdır ki, əvvəlki dövrlərə nisbətən son illər diaspor
qurumlarının işində də müəyyən aktivlik, hətta müəyyən təşkilatlanma ortaya çıxıb. Məsələn, əvvəllər xarici
ölkələrin hansısa şəhərində Azərbaycana dair təşkil olunan tədbirdə yalnız o şəhərdə yaşayan həmyerlilərimiz
iştirak edirdi. Tədricən belə məhdudiyyət aradan qalxır, yaxın şəhər və qonşu ölkələrdəki diaspora
nümayəndələri də aksiyalarda iştirak edir. Şəxsən məni narahat edən məqamlardan biri Azərbaycanın
tanıdılması, haqq sözünün çatdırılması üçün diaspor təşkilatlarının hələ də ənənəvi metodlardan - dəyirmi
masalar, seminarlardan istifadəyə üstünlük verməsidir. Düzdür, bəzən hansısa kreativ ideyalar, hər kəsdə maraq
doğuran aksiyalar keçirildiyinin şahidi oluruq. Belə təşəbbüslər adətən gənclər tərəfindən irəli sürülür. Lakin
təəssüf ki, tədbirlərin böyük əksəriyyəti hələ də konfranslardan ibarətdir. Halbuki, xarici ölkələrdə yaşayan
vətəndaşları maraqlandırmaq, cəlb etmək, tərəfimizə çəkmək üçün isə uzun-uzadı çıxışlar, buklet və broşürlar
kifayət etmir. Daha çevik, cəlbedici, hətta təəccübləndirən aksiyalar təşkil etmək lazımdır”. Onun fikrincə, daha
bir narahatlıq isə diaspor təşkilatlarının arasındakı qarşıdurmalarla bağlıdır: “Şəxsən tez-tez Facebook-da belə
halların mövcudluğunu müşahidə edirik. Hər hansı səbəbdən Azərbaycandan köçən, xaricdə yaşayan eyni
əqidəli insanlar var ki, sonradan bir-birinin əleyhinə az qala “donoslar” yazırlar, bir-birilərinin işinə mane
olurlar, paxıllıqda ittiham edirlər, təşkilat yaratmasını istəmirlər, təhqir səviyyəsində statuslar paylaşırlar.
Bəziləri isə “tədbir keçirmək” adıyla Azərbaycan dövlətindən maliyyə qoparmaq istəyini gizlətmir. Ən pisi
odur ki, bəzən bu cür hallara onların yaşadığı ölkənin icması da qoşulmaq məcburiyyətində qalır. Bunlar isə
ümumi işin həm ziyanınadır, həm də Azərbaycanın adının daha pis kontekstdə xatırlanmasına səbəb olur.
Məncə, ürəyi doğrudan da Azərbaycanla döyünən soydaşlarımız belə hallara qətiyyən yol verməməlidir”. "Yeni
Media Jurnalistləri" İB-nin sədri Xəqani Səfəroğlunun sözlərinə görə, Azərbaycan diasporu özünün formalaşma
dövrünü yaşayır. Tarix elə gətirib ki, son 70 ildə kommunist ideologiyası altında mövcud olmuş Azərbaycan
özünün xaricə olan bağlarından tamamilə məhrum olub: “Bizim diaspora tarixşünaslığımız öyrənilməyib və o
illərdə əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar arasında “sələflər və xələflər” zənciri formalaşmayıb. İndi-indi
Avropada, Rusiyada, Birləşmiş Ştatlarda, Türkiyədə olan diaspora təbəqəmiz mövqelərini möhkəmləndirir.
Halbuki, düşmən Ermənistanın diaspora tarixi 100 ildən artıq tarixi əhatə edir. Lakin buna baxmayaraq xarici
ölkələrdə yaşayan və işləyən soydaşlarımız getdikcə bu yöndə təsirli imkanlara yiyələnirlər. Bu baxımdan
yürüdülən dövlət siyasətinin ardıcıllığı və prioritetliyi diaspora quruculuğunda nəticələr əldə edilməsinə imkan
yaradıb”. X. Səfəroğlu hesab edir ki, ilk növbədə xarici ölkələrdə yaşayan soydaşlarımız daha yaxşı
təşkilatlanmalıdırlar. Bu ölkələrdə yaşayan ən yaxşı alimlər, jurnalistlər, ziyalılar, biznesmenlər diasporanın
avanqardını təşkil etməlidirlər. Digər tərəfdən milli diaspora yaşadığı ölkədə öz liderini təqdim etməyi
bacarmalıdır. Nüfuzlu və yaşadığı ölkədə mövqe sahibi olmuş bu diaspora lideri orada yaşayan soydaşlarımızı
təkcə ətrafında birləşdirməli deyil, onları eyni zamanda təsirli ictimai-sosial təsir rıçağı kimi yönləndirməyi
bacarmalıdır. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük iş düşür. Çünki öz ölkəsinin
siyasi dəstəyini hiss etməyən diaspora heç bir halda hörmətli və nüfuzlu qüvvəyə çevrilə bilməyəcək.
Azərbaycanın strateji müttəfiqləri olan, dünya siyasətini həll edən ölkələrdə diaspora təşkilatlarını gücləndirmək
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
93
əsas məsələ olmalıdır. Aznews.az saytının əməkdaşı Gültəkin Quliyeva qeyd edib ki, bu gün diasporamızın
fəaliyyətini yüksək qiymətləndirmək olar: “Bilirəm çoxları mənimlə razılaşmayacaq. Amma bəzi faktlar var ki,
bunları görəndə diasporamızın işini gözardına vurmaq olmaz. Heç uzağa getməyək, iki gün bundan öncə Sank-
Peterburqda həmyerlimiz Elşən Həmzəliyevin deputat seçilməsini böyük uğur adlandırmaq olar. Təbii ki, onun
yad ölkədə bu vəzifəyə yüksəlməsi Azərbaycanın orada təmsilinin də lazımi səviyyədə olması deməkdir. Yəni
bir çoxları Azərbaycanı, azərbaycanlıları yalnız ticarətlə məşğul olan xalq kimi tanıyır. Amma belə uğurlarımız
olduqda təbii ki, Azərbaycan haqqında düşünülən “ticarət adamı” fikirləri alt-üst olmuş olur. Biri var ölkəni
“ticarətçi” təmsil etsin, biri var yüksək vəzifəli şəxs. Təbii ki, ikincisi daha dolğun və əsaslı tanıtma edər. Lakin
belə diasporamızın fəaliyyətini tərifləməklə də onları rahatlamaq fikrində deyiləm. Biz bu işə yaxın zamanlarda
başlamışıqsa, düşmən ölkənin nümayəndələri uzun illərdən bəri müxtəlif ölkələrə səpələnərək özlərini tanıdırlar.
Yəni onları ötmək üçün hələ çox çalışmalıyıq. Təklif edirəm ki, Diaspora Komitəsi xüsusən xarici ölkələrdə
oxuyan gənclərlə sıx əlaqə qursun, onların Azərbaycanı təmsil etməyində yardımçı olsun. Çox istərdim ki,
xaricdə yaşayan imkanlı, vəzifəli, hətta deyərdim ki, milyonçu azərbaycanlılar həmkarlarının təhsil almasına,
yüksək vəzifələrə çəkilməsinə yardımçı olsunlar. Çünki savadlı insan daha keyfiyyətli iş apara bilər”. “Olaylar”
qəzetinin əməkdaşı Samir Güləliyev bildirib ki, Azərbaycan diasporası son vaxtlar sürətlə inkişaf edir. Bu vacib
və təqdirəlayiq haldır. Bu gün Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə
Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində fəaliyyət göstərmək hər bir Azərbaycan
vətəndaşının, o cümlədən diaspor təşkilatlarının əsas vəzifələrindəndir: “Şükürlər olsun ki son illərdə bu sahədə
ciddi irəliləyişlər əldə edilib. Artıq Azərbaycanın xarici ölkələrdəki diaspora təşkilatları qarşılarına ciddi məqsəd
qoyub. Bu sevindirici haldır. Amma, bu o demək deyil ki, Azərbaycanın diaspora təşkilatları bununla
kifayətlənməlidir. Azərbaycanın diaspora təşkilatları daha böyük nailiyyətlər əldə etməli, Azərbaycanın başına
gətirilən müsibətləri bütün dünyada tanıtdırmalıdır. Etiraf edilməlidir ki, bu istiqamətdə fəaliyyət qurmaq üçün
diaspora təşkilatlarımızın kifayət qədər potensialı mövcuddur. Bu baxımdan Azərbaycan diasporasının bu
sahədə gördüyü iş zəruridir, vacibdir. Yəni bu işin yüksək səviyyədə həyata keçirilməsi üçün çalışmaq və həmin
nəticəni əldə etmək lazımdır. Azərbaycan diaspora təşkilatlarının bütün dünyada yüksək təbliğat aparmağa və
istədiyi nəticəni əldə etməyə yetərli gücü var. Bu gücdən səmərəli şəkildə istifadə edilməlidir”. S. Güləliyev
hesab edir ki, diaspora təşkilatlarımız təkcə mədəni-kütləvi tədbirlərlə kifayətlənməməlidir. Onlar yaşadıqları
ölkələrin ictimai-siyasi həyatına nüfuz etməlidir. Yalnız bu halda Azərbaycan barədə həqiqətləri dünya
ictimaiyyətinə çatdırmaq mümkün olar.
“Olaylar”.-2014.-27-29 sentyabr.-№ 174.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
94
Azərbaycan diasporu 10 il əvvəl
Azərbaycanın ərazi bütövlüyü məsələsi işğalın həyata keçirildiyi illərdən bu vaxta kimi hər bir
azərbaycanlını narahat etdiyi kimi hər kəsi bu istiqamətdə əlindən gələn işləri etməyə də vadar edir. Bu çətin
mübarizədə Azərbaycanda yaşayan həmvətənlərimizlə yanaşı, vətəndaş kənarda yaşayan həmvətənlərimizin də
üzərinə çətin vəzifə düşür. Belə ki, xaricdə, erməni diasporasının fəaliyyətinin olduğu ölkələrdə erməni
yalanlarına qarşı mübarizə aparmaq heç də asan deyil. Rusiyada yaşayan həmyerlimiz Etibar Kərimlinin
fikrincə, Azərbaycanın siyasi həyatı ilə bağlı diasporumuzu narahat edən və eyni zamanda, fəaliyyətinə
istiqamət verən məsələlərdən biri ölkəmizin ərazi bütövlüyü məsələsidir. Bir haşiyə çıxaraq qeyd edək ki, Etibar
Kərimli Bakıda anadan olub. Bakı Dövlət Universitetini bitirdikdən sonra Moskva şəhərinə köçüb, həmin ilin
oktyabr ayından etibarən “Azərbaycanın dirçəlişi” ictimai-xeyriyyə fondunda əvvəlcə ərazi nümayəndəsi,
sonralar ictimai əlaqələr üzrə direktor müavini və icraçı direktor vəzifələrində çalışıb. Əvvəlcə onu qeyd edək
ki, hələ 2000-ci illərdən Rusiya Federasiyasının 89 subyektinin demək olar ki, hər birində Azərbaycanla bağlı
cəmiyyət və yaxud hər hansı təşkilat mövcuddur. Respublikamız müstəqillik əldə etdikdən sonra iqtisadi
çətinliklər üzündən Rusiyanın müxtəlif vilayət və şəhərlərinə vətəndaşlarımızın miqrasiyası kütləvi hal alıb və
bu da öz növbəsində, həmin yaşayış yerlərində onların hər hansı təşkilatlanmış struktur halına düşməsinə
ehtiyac yaradıb. Bu cəmiyyətlər vətəndən kənarda müvəqqəti yaşamağa və işləməyə məcbur olmuş həmin
soydaşlarımızın hüquqlarını müdafiə etmək, onlarla yerli administrasiyalar, hüquq-mühafizə orqanları arasında
əlaqə yaratmaq və bir sıra kütləvi-mədəni tədbirlərin keçirilməsi sahəsində xeyli işlər görüb və görməkdədirlər.
E. Kərimlinin fikrincə, xalqımız tarixən doğma torpağa, el-obaya bağlı olduğundan, ərazi bütövlüyü məsələsi
bizlər üçün aktuallığını qoruyub saxlayıb və bundan sonra da saxlayacaq: “Məhz həmin torpağa bağlılıq hissi
1988-ci ildən başlayaraq vətənin milyonlarla insanlarını-kəndlisini, şəhərlisini, fəhləsini, qulluqçusunu,
tələbəsini, alimini və ziyalısını meydanlara çıxarıb və bununla da Azərbaycanda o zamanlar üçün görünməmiş
ümumxalq hərəkatının yaranmasına səbəb olmuşdur. Vətənimizin ərazi bütövlüyü dalğasında meydana gəlmiş
həmin hərəkat sonralar Azərbaycanın müstəqilliyi, sovet sisteminin dağılması, demokratik cəmiyyət quruculuğu
uğrunda mübarizəyə çevrilib və bu da öz növbəsində, müstəqil dövlətçiliyimizin bərpası ilə nəticələnib.
Respublikamızın öz ərazi bütövlüyü uğrunda başladığı mübarizə, eyni zamanda, bir sıra xarici ölkələrdə və o
cümlədən, Rusiya federasiyasında ilk diaspor cəmiyyətlərinin meydana gəlməsinə də səbəb oldu. Belə ki,
Rusiyada ilk Azərbaycan cəmiyyəti-“Ocaq” mədəniyyət mərkəzi (1988-ci ildə qeydiyyatdan keçib) məhz bu
zəmində yaradılmış, ölkəmizin haqq işini onun hüdudlarından kənarda müdafiə etməyi qarşısında məqsəd
qoymuşdu. Moskva şəhərində keçirilən müxtəlif konfranslarda, simpoziumlarda, dəyirmi masa ətrafında
söhbətlərdə professorlarımızdan Tofiq Məlikovun, Saleh Əliyevin, Svetlana Qasımovanın Azərbaycanın ərazi
bütövlüyü, Qarabağ konfliktinin tarixi kökləri haqqında çıxışları o zamanlar yalnız erməni alimlərinə cavab
vermək baxımından deyil, eyni zamanda, Rusiyada yaşayan Azərbaycan icmasının cəmiyyət halında birləşməsi,
diaspor quruculuğu prosesinə qoşulması baxımından böyük əhəmiyyət kəsb edirdi. Belə bir münbit zəmində
yaranmış başlanğıc sonralar Rusiya ərazisində fəaliyyətə başlayan digər Azərbaycan cəmiyyətləri tərəfindən
davam etdirildi və nəticədə Ermənistan-Azərbaycan münaqişəsini, onun həqiqi səbəblərini, real vəziyyəti dünya
və rus ictimaiyyətinə çatdırmaq ümumilikdə diaspor işinin əsasına çevrildi”. E. Kərimli hələ 2000-ci illərdəki
diaspor fəaliyyətinə əsaslanaraq yazır ki: “Hal-hazırda qəti əminliklə demək mümkündür ki, Azərbaycanın ərazi
bütövlüyü mərhələsində Rusiyada fəaliyyət göstərən çoxlu sayda diaspor qrupları arasında heç bir fikir ayrılığı
yoxdur. Bu, bəlkə də, yeganə haldır ki, Azərbaycanın diaspor cəmiyyətləri belə bir ümumi həmrəylik nümayiş
etdirirlər. Qarabağ konfliktinin həlli yolları sahəsində müəyyən fikir ayrılığı olsa da, bunlar diaspor daxilindən
kənara çıxmır, bir növ “mətbəx söhbətləri” xarakteri daşıyır. Bu sahədə diasporun yeganə problemi informasiya
kasadlığıdır”. E. Kərimli o dövr üçün qabartdığı bu problemi belə xarakterizə edərək yazırdı ki, hal-hazırda
Azərbaycan və Ermənistan prezidentləri arasında, eləcə də ATƏT-in Minsk qrupu həmsədrləri ilə hər iki dövlət
başçıları arasında mütəmadi danışıqlar gedir və bu danışıqların məzmunu haqda kütləvi informasiya
vasitələrində dolaşıq, çox zaman isə ölkəmizin mövqeyinə zərbə vuran məlumatlar gedir. Müxtəlif siyasətçilər,
dövlət məmurları, beynəlxalq ekspertlər bu danışıqlar zamanı hər iki münaqişə tərəfinin taktiki gedişlərini,
yaxın və uzaq məqsədlərini təhlilə cəlb edir və bu zaman bəzən yanlış nəticələrə gəlirlər.
Bu prosesə Azərbaycan diasporunun da aktiv qoşulması, belə diskusiyalarda fəal iştirak etməsi üçün dolğun,
hərtərəfli və fasiləsiz informasiyaya malik olmaq gərəkdir. Yalnız bu halda Azərbaycan diasporu ölkəmizin
ərazi bütövlüyü məsələsində müstəqil dövlətçiliyimizə hansısa real və ciddi yardım göstərmək imkanı əldə edə
bilər. E. Kərimlinin fikrincə, Azərbaycan diasporu xarici ölkələrdə yerli xalqa nisbətdə azsaylı icma halında
yaşayan soydaşlarımızdan ibarət olduğu üçün Azərbaycan Respublikasında azsaylı xalqlara qarşı yürüdülən
dövlət siyasəti də birbaşa diasporun fəaliyyətinə təsir göstərən amillərdən hesab olunmalıdır: “Sevindirici haldır
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
95
ki, istər keçmişdə, istərsə də indi respublikamızda bu sahədə dövlət və xalq səviyyəsində ciddi problemlər
yaranmamışdır. Doğrudur, ayrı-ayrı vaxtlarda ölkə daxilindəki bəzi siyasətbazlar xarici havadarlarının dəstəyi
ilə Azərbaycanda etnik qarşıdurma yaratmağa cəhd göstərib, hətta bu zəmində Azərbaycan ərazisinin
parçalanması planlarını da qurublar. Lakin təsadüfi deyil ki, bütün bu cəhdlər hər zaman boşa çıxıb və sadə
insanlar həmin “başabəla qəhrəmanlar”ın arxasınca getməmişlər. Müstəqil dövlətçiliyimiz də ərazisində uzun
illərdən bəri yaşayan azsaylı xalqlara, onların adət-ənənələrinin qorunması, mədəniyyətlərinin inkişaf etdirilməsi
məsələsinə daim həssaslıqla yanaşmışdır. Görülən uğurlu işlər sırasında bir zamanlar rusdilli əhalinin
respublikamızdan kütləvi miqrasiyası prosesinin qarşısının alınmasını göstərmək olar. Ümumiyyətlə, ölkəmizdə
yaşayan 300 minə yaxın rusdilli və bu əhaliyə xalqın, dövlət orqanlarının xoş münasibəti Rusiya ərazisindəki
Azərbaycan diasporunun uğurlu və məhsuldar fəaliyyəti üçün bir nömrəli əsasdır desək, yanılmarıq. Öz
təcrübəmizdən çıxış edərək söyləyə bilərəm ki, Rusiyanın müxtəlif dövlət orqanları, idarə və təşkilatları ilə
danışıqlar, ortaya çıxan problemlərin həlli zamanı məhz bu arqument-Azərbaycanda hələ də 300 min rusdilli
əhalinin sağ-salamat yaşaması və çalışması arqumenti bir çox hallarda həlledici olmuş və məsələnin uğurlu həlli
üçün gözəl şərait yaradıb”. E. Kərimli diaspor fəaliyyətində daha bir məqamı önə çəkir: “Daha bir məqam- ölkə
xaricində diaspor fəaliyyətinə müəyyən mənfi təsir göstərən cəhətlərdən biri də Azərbaycanın siyasi arenasında
iqtidar partiyaları ilə müxalifət partiyalarının qeyri-konstruktiv rəqabətidir. Xaricdə fəaliyyət göstərən hər hansı
diaspor mərkəzi əgər ümumdövlət, ümumxalq mənafelərini deyil, ayrı-ayrı iqtidar və müxalifət partiyalarının
liderlərini dəstəkləmək məcburiyyətində qalacaqsa, həmin liderlərin dəyişməsindən, yenisi ilə əvəz
olunmasından sonra istər-istəməz həmin diaspor mərkəzində də yeni lider uğrunda mübarizələr, parçalanmalar
baş alıb gedəcək. Odur ki, fikrimizcə, ölkəmizin istər iqtidar, istərsə də müxalifət düşərgəsində diaspora
münasibətdə vahid bir fikir formalaşmalıdır”. E. Kərimli hesab edir ki, diaspor həm fəaliyyət göstərdiyi ölkədə,
həm də vətəndə baş verən siyasi proseslərə nə qədər az qarışsa, bir o qədər yaxşıdır. Belə ki, bunu ondan tələb
etmək də ümumi işə xeyirdən çox ziyan gətirə bilər. Belə ki, xaricdəki Azərbaycan cəmiyyətlərinin öz
vətənlərində sosial bazaları, adətən, çox zəif, bəzən isə yox dərəcəsində olur. Odur ki, bu cəmiyyətləri müəyyən
siyasi proseslər zamanı öz tərəfinə çəkməklə partiyalar hansısa ciddi siyasi divident qazanmır, amma əvəzində
həmin cəmiyyətlər daxilində müxtəlif siyasi intriqaların, gələcək parçalanmaların əsasını qoyurlar: “Fikrimcə,
diaspor öz fəaliyyətində praktiki siyasətə deyil, elmi-nəzəri siyasətə daha çox diqqət ayırmalı, dünyada,
regionumuzda baş verən beynəlxalq proseslərə dair politoloji təhlillərlə respublika KİV-lərin də mütəmadi
olaraq çıxışlar etməli, xarici ölkələrin Azərbaycana qarşı yürütdükləri siyasəti geniş ictimaiyyətə doğru-düzgün
çatdırmalıdırlar. Belə olan halda, diaspor bir tərəfdən özünü siyasi proseslərin ayrılmaz tərkib hissəsi olan
müxtəlif intriqalardan, böhtan və qarayaxmalardan qoruyar, digər tərəfdən isə birbaşa cavabdeh olduğu sahələrə
daha çox vaxt sərf etmək imkanı qazanar. Azərbaycan diasporuna siyasətdən mümkün qədər uzaq olan belə bir
fəaliyyət arzulayırıq”.
“Olaylar”.-2014.-2 oktyabr.-№ 177.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
96
Azərbaycan diasporu Litvanın ikili standart siyasətinə qarşı
Mahir Həmzəyev
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri
Bu il avqust ayının 11- də Litvanın nüfuzlu media vasitələrindən olan www.balsas.lt xəbərlər portalında
"Qarabağda yenidən güclənən atəşlərin arxasında Moskvanın maraq savaşı görünür" başlığı müsahibəm
yerləşdirilmişdi. Litvaca işıq üzü görmüş müsahibəni "Litva-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü,
tanınmış publisist, siyasi şərhçi və Litva televiziyasında müəllif proqramının aparıcısı Tomas Çivas götürmüşdü.
Müsahibədə Ermənistan dövlətinin işğalçı siyasətinə aid, eləcə də Ermənistan- Azərbaycan münasibətləri və
Qarabağ münaqişəsinə dair bir sıra açıqlamalar və geosiyasi amillərlə yanaşı, sözügedən kontekstdə Litva
Seymində vaxtaşırı atılan qeyri-konstruktiv addımlar və bəzi Litva rəsmilərinin açıqca ermənipərəst mövqe
tutmaları ilə bağlı məsələlər də qaldırılmışdı. Deyilənlərə əyani misal olaraq Litva Respublikası Seyminin 10
may 2012-ci il tarixli iclasının gündəminə salınmış "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması
barədə" Rezolyusiya layihəsinin millət vəkilləri tərəfindən rədd edilməsi, 2013-cü ilin mart ayında Seymdə
"Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılması, 2013-cü ilin avqust ayında ermənipərəst Litva
diplomatlarının Qarabağ münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqları və sairə bu kimi faktlar
ictimaiyyətin diqqətinə çatdırılmış, belə yönümlü fəaliyyətin qeyri-konstruktiv səciyyəsi və siyasi zərəri
açıqlanmışdı.
Dağlıq Qarabağ probleminin həllində Litvanın bəzi rəsmi dairələrinin Azərbaycana qarşı ikili standartlar
nümayiş etdirməsi məsələsi sözügedən müsahibədə ilk dəfə olaraq açıq şəkildə gündəmə gətirilmiş və faktlarla
əsaslandırılmış formada ölkənin ictimai diskursunda müzakirəyə çıxarılmışdı. Müsahibədə birmənalı şəkildə
işarə olunmuşdu ki, Litva dövləti Avropa Birliyinin və NATO hərbi alyansının üzvü olaraq Qərb ölkələri
tərəfindən Ukrayna olayları ilə bağlı hazırda Rusiyaya qarşı tətbiq edilən siyasi və iqtisadi sanksiyalara fəal
surətdə dəstək verməsinə baxmayaraq Ermənistanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrini gücləndirməkdə
davam edir. Hərçənd ki, NATO hərbi bloku xeyli müddətdir Rusiyanı işğalçı əməllərinə görə qeyri-dost dövlət
kimi dəyərləndirir və onunla hərbi əməkdaşlıq sahəsindəki münasibətlərdə əsaslı dəyişikliklər edir. Ermənistan
isə qeyri-müstəqil bir ölkə kimi uzun illərdir təcavüzkar Rusiyanın əlaltısı və geosiyasi müttəfiqi olaraq hərəkət
edir. Belə olan vəziyyətdə Litvanın Ermənistana hərbi sahədə əməli dəstək verməsi ən azından təəccüb doğurur
və təzadlı hisslər oyadır. Bu fikirlər və ümumiləşdirmələr sözügedən müsahibədə konkret formada ehtiva
olunmuşdu.
Litva tərəfindən sözügedən istiqamətdə ikili standartlar tətbiq edilməsi məsələsinin təfsilatları ilə daha
yaxından tanış olmaq üçün qeyd etmək vacibdir ki, Litvanın Ermənistanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələri
bu dövlətlər arasında 24 iyun 2002-ci ildə imzalanmış saziş əsasında həyata keçirilir. Bu sazişin
imzalanmasından sonra ötən müddət ərzində Litvanın milli təhlükəsizlik durumu və geosiyasi vəziyyəti
tamamilə başqa qlobal müstəviyə keçib. Litva 29 mart 2004-cü ildə NATO alyansına, 1 may 2004-cü ildə isə
Avropa Birliyinə üzv qəbul olundu. Buna baxmayaraq 24 iyun 2012-ci ildə Litva Respublikasının müdafiə
naziri Rasa Yuknyaviçenenin Yerevana rəsmi səfəri zamanı Litva ilə Ermənistan müdafiə nazirlikləri arasında
ikitərəfli hərbi əməkdaşlıq haqqında yenilənmiş saziş imzalandı. 2004-cü ilin sentyabrın 8- də Ermənistanla
Litva arasında erməni hərbçilərinin Litva Hərbi Akademiyasında təhsil alması barədə Vilnüsdə ikitərəfli
müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən Ermənistan hərbçiləri Litva tərəfindən ayrılmış vəsait hesabına
bu ilin sentyabrından başlayaraq Litvanın ali hərbi məktəblərində təhsil alırlar. Bununla yanaşı, erməni hərbi
həkimləri 2008-ci ildən etibarən Litvanın ali hərbi tibb kurslarında oxuyurlar, erməni müdavimləri isə 2010-cu
ildən bəri Litva ordusunun hərbi məktəblərində təlimatçı kurslarında təlim keçirlər. Bütün bu təhsil və təlim
kursları Litva dövlətinin büdcəsi hesabına yerinə yetirilir. Ölkələrin ikitərəfli hərbi əməkdaşlıq sazişi tərəflərin
hər il razılaşdırıb imzaladıqları konkret plan üzrə həyata keçirilir. Göstərilən sazişlərə əsasən Litva Ermənistan
sülhməramlı batalyonlarının yaradılması işində, Ermənistanda serjant və zabit kadrları hazırlayan təhsil
sisteminin yenidən qurulması sahəsində məsləhətçi qismində çıxış edir. Litva özünün hərbi müdafiə
konsepsiyasının formalaşdırılması sahəsində əldə etdiyi təcrübəni Ermənistanla bölüşür və Ermənistan
hərbçilərini birgə hərbi təlimlərdə iştirak etmək üçün Litvaya dəvət edir. Litva və Ermənistan kibernetik
təhlükəsizlik, internet hücumlarından müdafiə məsələləri, insan resurslarının idarə edilməsi, enerji təhlükəsizliyi
və digər sahələrdə də əməkdaşlıq edir.
Litva Ermənistanla həm də çoxtərəfli əlaqələr formatında hərbi sahədə əməkdaşlıq edir. Litva Ermənistanın
NATO ilə fərdi partnyorluq proqramının həyata keçirilməsinə əməli dəstək verir, həmçinin Ermənistanın hərbi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
97
hazırlıq və müdafiə sisteminin NATO standartlarına uyğun şəkildə qurulması işi üzrə NATO alyansının
rəhbərliyi altında fəaliyyət göstərən ekspertlər qrupunda çalışır.
Doğrudur, Litva Ermənistanla yanaşı bir sıra digər dövlətlərlə də ikitərəfli hərbi əməkdaşlıq barədə sazişlər
bağlayıb. Məsələn, 2000-ci ildə Ukrayna ilə, 2001-ci ildə Gürcüstan və Belarusla, 2002-ci ildə Özbəkistan və
Azərbaycanla, 2006-cı ildə Moldova ilə, 2008-ci ildə Qırğızıstan və Qazaxıstanla, eləcə də daha bir neçə ölkə ilə
belə müqavilələr imzalanıb. Lakin əsas məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq indi sadaladığımız
ölkələr təcavüzkar siyasət yürütmürlər və qonşu dövlətin ərazilərini işğal etməyiblər.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan son dəfə ötən ilin aprelində Litvada rəsmi səfərdə olub. Erməni
naziri o zaman Vilnüsdə Litvanın müdafiə naziri Yuozas Olekas ilə görüşərək həm ikitərəfli hərbi əməkdaşlıq
əlaqələrinin daha da gücləndirilməsi, həm də Ermənistanın NATO və Avropa Birliyi ilə partnyorluq
münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mühüm məsələləri müzakirə edib, regionlarda təhlükəsizliyin
durumu və Ermənistanın beynəlxalq hərbi əməliyyatlara qoşulması barədə fikir mübadiləsi aparıb. Səfər
çərçivəsində Seyran Ohanyan Vilnüsdə general Yonas Jemaytis adına Litva Hərbi Akademiyanın rəhbərliyi ilə
də görüşüb. Bu Akademiyada sözügedən ikitərəfli hərbi əməkdaşlıq əlaqələri çərçivəsində 2013-cü ilədək
Ermənistan ordusunun 25 zabiti təhsil alıb, 14 hərbçisi isə qərargah zabitlərinin hazırlanması üzrə təlim
kurslarını bitirib. O zaman Litva və Ermənistanın müdafiə nazirləri Ermənistan hərbçilərinə Litvada hərbi təhsil
almaq üçün göstərilən maliyyə yardımının davam etdirilməsi barədə razılığa gəldilər. Litva tərəfi yaxın
gələcəkdə də Ermənistan ordusunun zabit və serjantlarını Litva Hərbi Akademiyasında, Litva ordusunun hərbi
məktəbində və Litvanın hərbi tibb xidməti kurslarında təlim almağa dəvət edəcək. Bunlardan əlavə, qərara alınıb
ki, Estoniyanın Tartu şəhərində Baltik Müdafiə Kollecində (Baltic Defence College) oxuyan Ermənistan
zabitlərinin təhsil haqlarını bundan sonra da Litva tərəfi ödəyəcək.
Ermənistanın müdafiə naziri həmin səfər çərçivəsində Litva Respublikasının Seymində oldu. Nazir S.
Ohanyan, Ermənistanın Litvadakı səfiri Ara Ayvazyan və onları müşaiyət edən rəsmi şəxslər Seymin vitse-
spikeri və Avropa İşləri Komitəsinin sədri Gediminas Kirkilasla, Seymin Milli Təhlükəsizlik və Müdafiə
Komitəsinin sədri Arturas Paulauskasla, habelə digər millət vəkilləri ilə görüşdülər, geniş fikir mübadiləsi
apardılar. Ermənistan müdafiə nazirinin başçılıq etdiyi rəsmi nümayəndə heyəti Litva Parlamentində olarkən
burada Seymin "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun üzvləri ilə də görüşdü və "Dağlıq Qarabağ
Respublikası" ilə Litva Seymi arasında yaradılmış əlaqələrin inkişaf perspektivlərini və qarşıda duran vəzifələri
müzakirə etdilər.
Göstərilən faktlar və təqdim olunmuş ümumiləşdirmələrlə bağlı qeyd etmək istərdik ki, Litva
azərbaycanlıları bəzi rəsmi Litva qüvvələri tərəfindən Qarabağ probleminin həllində Azərbaycana qarşı ikili
standartların tətbiq edilməsi ilə heç vaxt razılaşmayacaq. Odur ki, Cəmiyyət bundan sonra da sözügedən
istiqamətdə davamlı olaraq adekvat tədbirlər görmək və siyasi addımlar atmaq əzmindədir.
“525-ci qəzet”.-2014.-1 oktyabr.-№ 178.-S. 5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
98
Azərbaycan diasporunun vahid birlik ideyası
“Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir”
Birmənalı şəkildə Azərbaycan diasporasının əsas qayəsini xarici ölkələrdə yaşayan azərbaycanlıların
müxtəlif cəmiyyətlərə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələlər daima
dövlətin əsas müzakirə predmetidir. Azərbaycanın böyük potensiala malik olan diasporası var. Dünya
azərbaycanlılarının yalnız beşdən biri Azərbaycanda yaşayır. Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı
on milyonla ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu həm iqtisadi, həm də siyasi
cəhətdən böyük qüvvədir. Bu qüvvə cəmləşdirilsə, Azərbaycan Respublikası ətrafında birləşdirilsə dağı dağ üstə
qoymaq olar. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra
Azərbaycan diasporunun təşkilatlanması məsələsini xarici siyasətimizin əsas prioritetlərindən biri elan etdi.
Hazırda da diaspora sahəsində əldə etdiyimiz uğurlar həmin siyasi xəttə sədaqətin ölçüsüdür. Prezident İlham
Əliyevin təşəbbüsü ilə 2006-cı ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Qurultay
Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, “xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını,
onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə
əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor
quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi” daşıyırdı.
Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni bir addım
olan bu ümumxalq tədbiri ümumilikdə Azərbaycanın inkişafında, ən yeni tarixində əhəmiyyətli bir hadisə kimi
yadda qaldı. 2011-ci ildə Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə
yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin
başlanğıcını qoydu. Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə diasporumuz sürətlə inkişaf edir və dünya
azərbaycanlılarının haqlarını qoruya biləcək, bütün dünyada Azərbaycanın maraqlarını qoruya biləcək bir
qüvvəyə çevrilir. Azərbaycan diasporunun türk diasporu ilə qüvvələri birləşdirəcəyi, erməni lobbisinə layiqli
cavab verəcək güclü lobbiyə çevriləcəyi gün uzaqda deyil. Bu, hazırda Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi diaspor siyasətinin əsas prinsiplərindən biridir.
Vahid birlik ideyası
Tarixən müxtəlif dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq və Qərb arasındakı əhəmiyyətli
coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin ona bu konteksdə yanaşması, xarici iqtisadi və siyasi müdaxilə
xalqımız içərisində vahid birlik ideyalarının yeni formada yaranıb inkişaf etməsinə səbəb olmuşdur. Həmin
birliyin inkişafı və möhkəmləndirilməsi təkcə Azərbaycan Respublikası vətəndaşlarından deyil, həm də bütün
dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və fəaliyyətindən asılıdır. Yunan dilindən
"səpələnmək” kimi səslənən diaspora öz əvvəlki mənasından fərqli olaraq, bu gün daha konkret məna daşıyır.
Belə ki, diaspora-tarixi torpaqlarından bu və ya digər səbəblərdən dolayı emiqrasiya etmiş əhalinin mərkəzlə,
yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. Anlayışa məhz bu prizmadan yanaşılması ona siyasi
xarakter verir ki, bu da bir neçə xüsusda təzahür edir. Bunlar diasporun yerli siyasətə təsiri, dövlətin siyasi
haqlarının tanınması, beynəlxalq aləmdə müstəqil kimliyin yaradılması, siyasi mühacirlərin üzləşdiyi
problemlər, diaspor təşkilatları fəaliyyətinin əlaqələndirilməsi, sosial-mədəni tədbirlərin keçirilməsinə dövlət
dəstəyi və sairdir. Sadalanan məsələlər diasporun təməl prinsipləri olub, onların araşdırılması və
dəyərləndirilməsi, bizcə, diaspor sözünün əsl mənasını açmağa bizə imkan verir. Məsələn, 2004-cü il aprel
ayının 17-də Almaniyanın paytaxtı Berlində “Avropa Azərbaycanlıları Konqresi”nin (AAK) təsis edilməsi
müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində əhəmiyyətli hadisə oldu. Bu eyni
zamanda azərbaycanlıların vahid ideya ətrafında birləşməsinə münbit zəmin yaratdı. Dünyanın 28 ölkəsində 50-
dən artıq diaspor təşkilatı - Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa,
Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan
icmaları AAK-ın kollektiv üzvləridir. Regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial
və siyasi-hüquqi maraqlarını təmin etmək konqresin əsas vəzifələrindəndir. AAK-ın fəaliyyət sahələrindən biri
də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat
institutları, kitabxanalar və arxivlər təsis etməkdir. Təşkilat Avropada, MDB-də və digər regionlarda fəaliyyət
göstərən diaspor qurumları ilə əməkdaşlıq edir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
99
“Siz Azərbaycana dəstəksiniz”
Xaricdə yaşayan azərbaycanlıların dövlətimizin daim diqqət mərkəzində olması Prezident İlham Əliyevin
fəaliyyətində də özünü büruzə verir: “Xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından
asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma Vətən sizi qarşılamağa hazırdır. Biz istəyirik ki, siz
yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin
mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz
haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi
vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin
fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə
dəstəkdir” - Prezident İlham Əliyev diaspor üzvləri qarşısında etdiyi nitqində belə demişdi. İlham Əliyev geniş
çıxışında “Diaspor üzvləri də Azərbaycanın elçiləridir” ifadəsini də işlətmişdi. Bu, Azərbaycan dövlətinin
diasporaya verdiyi önəmin nümunələrindən biridir. Bu gün diaspora ilə Azərbaycan dövlətinin birgə fəaliyyət
proqramı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı vahid azərbaycançılıq
ideologiyasının inkişafına da töhfə verir. İstənilən halda dövlətimiz onun milli maraqları mövqeyindən çıxış
edən diasporanın yanında olub. Ümummilli lider Heydər Əliyevdən bu günədək bu artıq ənənə halını alıb.
Dövlət və hökumət qurumları onların fəaliyyətinə, qaldırdıqları məsələlərə öz reaksiyalarını verirlər. Bu da çox
yaxşı haldır. Bu mənada ki, Azərbaycanın artıq qüdrətini, gücünü təkcə diaspor təşkilatlarında yox, həmin
ölkələrdə də hiss edirlər.
Birləşdirən dəyər
Dünyanın müxtəlif ölkələrində təşkilatlanmış Azərbaycan cəmiyyətləri fəaliyyət göstərdlikləri dövlətlərin,
bölgələrin ictimai-siyasi həyatında fəal iştirak etmələrinin təmin olunması diaspor quruculuğu işinin ən mühüm
məsələlərindən biridir. Bu məqsədlə hələ 2004-cü ilin əvvəllərindən başlayaraq Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə
təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülmüş və bəzi uğurlu nəticələr
qazanılmışdır. Azərbaycan icma və birliklərinin fəaliyyət göstərdikləri ölkənin iqtisadi, siyasi və mədəni
potensialının gücləndirilməsinə xidmət edən sağlam və fəal ictimai qüvvəyə çevrilməsi, ölkənin ictimai həyatına
inteqrasiyasının dərinləşməsi, eyni zamanda milli mənliyini, doğma dilini, mədəniyyətini qorumaqla bu ölkənin
mənəvi dəyərlərini mənimsəməsi, xalqlarımız arasında əməkdaşlıq tellərinin möhkəmləndirilməsinə öz töhfəsini
verib və bu proses yüksələn xətlə inkişaf etməkdədir. Qloballaşan dünyada xalqlar arasında gedən sürətli
inteqrasiya prosesləri diaspor quruculuğu sahəsində daha genişmiqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirir.
Dünya azərbaycanlılarının yalnız beşdə birinin Azərbaycanda yaşadığını nəzərə alsaq, onda inamla deyə bilərik
ki, diasporumuz böyük potensiala malikdir. Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı on milyonlarla
ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu, həm iqtisadi, həm də siyasi cəhətdən böyük
qüvvədir. Ona görə də bu qüvvənin cəmləşdirilməsi, onların Azərbaycan Respublikası ətrafında birləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada 500-ə yaxın Azərbaycan diaspor təşkilatlarının olması da göstərir
ki, bu istiqamətdə çox əhəmiyyətli addımlar atılıb. Azərbaycançılıq öz milli mənsubiyyətini, adət-ənənələrini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz
dünyaya inteqrasiya ediriksə, deməli, bizim mənəvi dəyərlərimiz də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir.
Doğrudur, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub
saxlamağı bacarsın. Amma dünyada eyni zamanda, assimlyasiya – millətlərin qaynayıb-qarışması prosesi də
gedir. Odur ki, ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi:
“Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar.
Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
“Olaylar”.-2014.-9 oktyabr.-№ 180.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
100
Diaspor fəaliyyətimizin gücləndirilməsi üçün vahid informasiya mərkəzi qurulmalıdır
Bu gün özünün sürətli inkişaf yolunu keçən Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələrdən
biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğalçılıq siyasətinin dünya
ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində konfrans və seminarlar, etiraz
aksiyaları təşkil olunur. Bəs görəsən Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində diaspor təşkilatlarının gördüyü işlər, həyata keçirdiyi tədbirlər nə dərəcədə səmərəlidir?
Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini, Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri
Samir Adıgözəlli deyir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ
probleminin ölkəmizin xeyrinə həlli istiqamətində diaspor təşkilatlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək
olar: “Məlumat üçün qeyd edim ki, təmsil olunduğum Beynəlxalq Diaspor Mərkəzi fəaliyyəti dövründə
dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ermənilər
tərəfindən xalqımıza qarşı törədilmiş deportasiya və soyqırımlar haqqında dünya ictimaiyyətinin
məlumatlandırılması istiqamətində müxtəlif səpkili tədbirlər, səfərlər həyata keçirib, xarici dillərdə nəşrlər dərc
edərək xarici mətbuatda çıxışlar təşkil edib. Xüsusi olaraq qeyd edim ki, ilk dəfə olaraq Beynəlxalq Diaspora
Mərkəzi tərəfindən indiki Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızla bağlı 40-dan artıq ərizə
hazırlanaraq Avropa İnsan Hüquqları məhkəməsinə göndərilib. Hazırda Ermənistana qarşı soydaşlarımız
tərəfindən irəli sürülən iddia ərizələri Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. Bu məsələlər
haqqında danışmaq beynəlxalq ictimaiyyəti məlumatlandırmaq təbii ki, çətindir. İlk növbədə bilmək lazımdır ki,
haqq və hüquqlarını beynəlxalq aləmdə müdafiə edəndə hərtərəfli məlumatlı olmalısan. Buna görə də,
mərkəzimizdə departamentlər fəaliyyət göstərir, müxtəlif sahələr üzrə araşdırmaçılar, tanınmış alimlər
Beynəlxalq Diaspor Mərkəzində təmsil olunurlar. Dağlıq Qarabağ problemi, ermənilər tərəfindən həyata
keçirilmiş soyqırımlar, deportasiyalar haqqında ciddi araşdırmalar aparılır. Eyni zamanda Azərbaycan tarixi,
mədəniyyəti və digər sahələr üzrə əsaslı məlumatlar toplamaqla fəaliyyətimizi qururuq. Düşmənin önünə
çıxmaq üçün dünyanın dili ilə danışmağı bacarmaq lazımdır. Haqqımızda dediyimiz həqiqətləri onlara
inandırmağa çalışmalıyıq. Yuxarıda qeyd etdiyim məsələlər istiqamətində fəaliyyət göstərərkən Azərbaycan
dövlətinin həyata keçirdiyi xarici siyasət xətti təhlil olunmalı və diaspor fəaliyyətində nəzərə alınmalıdır”.
BDM-in sədr müavini Samir Adıgözəlli bildirir ki, bəzi diaspor təşkilatlarımız fəaliyyətində təqvim üzrə baş
vermiş hadisələri qeyd etməklə fəaliyyətlərini qururlar və bəziləri daha çox musiqili proqramlara üstünlük
verirlər: “Düzdür, musiqi mədəniyyətimizin bir hissəsi olaraq qəbul olunmalıdır. Ancaq bu istiqamətdə
köklənməklə ölkəmiz haqqında hərtərəfli bilgi yarada bilmərik. Torpaqlarımızın işğal altında olduğunu nəzərə
alarıqsa və ermənilər tərəfindən daim antitəbliğat kampaniyası aparıldığı halda diasporumuz da müharibə
cəbhəsi kimi daim ayaqda durmalı, düşmənin təbliğat hücumlarına cavab verməlidir”. Beynəlxalq Diaspora
Mərkəzinin sədr müavininin sözlərinə görə, qeyd edilən istiqamətlərdə uğurlu nəticələrə imza atmaq istəyiriksə,
dünya parlamentləri, qeyri-hökumət təşkilatları, elm və mədəniyyət mərkəzləri, bizə dost olan ölkələrin diaspor
və milli icmaları ilə əməkdaşlıq əlaqələrimizi genişləndirməliyik: “Hesab edirəm ki, ayrı-ayrı diaspor
təşkilatlarının müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə həmin ölkələrdə söz sahibi olan nüfuzlu şəxslərin
iştirakının təmin olunmasına çalışmalıyıq. Bundan sonra artıq Azərbaycan diasporu lobbi fəaliyyətinə keçmiş
olar”. Samir Adıgözəlli Xocalı soyqırımının dünya ölkələrinin parlamentəri, digər rəsmi qurumlarında
tanıdılmasına nail olmaq üçün atılması vacib olan addımlardan da danışıb. Bildirib ki, Xocalı soyqırımının
dünya ictimaiyyəti tərəfindən tanıdılması istiqamətində son illərdə və xüsusilə Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın
başlatdığı “Xocalıya Ədalət” kampaniyasından sonra Azərbaycan diasporunun bu istiqamətdəki fəaliyyətini
qaneedici hesab etmək olar: “Digər diaspor təşkilatları və qurumları kimi Beynəlxalq Diaspor Mərkəzi
sözügedən kampaniya çərçivəsində bir sıra tədbirlər, aksiya və layihələr həyata keçirib. Qeyd edim ki,
mərkəzimiz Xocalı faciəsinin tanıdılması istiqamətində müxtəlif illərdə Rusiya Federasiyası, Türkiyə və Avropa
ölkələrində keçirilən tədbirlərin effektliyinin artırılmasında daha fəal rol oynayıb. Beynəlxalq Diaspor Mərkəzi
(BDM) olaraq 2014-cü ilin yarımilini uğurla başa vurduğumuzu qeyd edə bilərəm. Ümumilikdə ötən müddət
ərzində 6 ay ərzində Beynəlxalq Diaspora Mərkəzi tərəfindən 11 tədbir keçirilib. Onlardan 7-si müxtəlif xarici
ölkələrdə baş tutub. Xüsusilə Azərbaycan Respublikası Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
dəstəyi ilə Çexiyada keçirdiyimiz tədbirləri qeyd etmək istərdim. Brno Texnoloji və Massarik Universitetlərində
Qarabağla bağlı informasiya guşələrinin yaradılması və Texnoloji Universitetdə Qarabağ guşəsinin daimi
qalacağı ilə bağlı əldə etdiyimiz razılıq Qarabağ həqiqətləri və ölkəmizin təbliği istiqamətində atılmış mühüm
bir addımdır. Ən mühüm tədbirlərimizdən biri keçən ay Türkiyənin Van şəhərində keçirildi. Məlumat üçün qeyd
edim ki, hər il ermənilər Vandakı Akdamar kilsəsində ayin keçirilır. Ermənilərin ayin keçirmə mərasiminə etiraz
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
101
əlaməti olaraq Beynəlxalq Diaspor Mərkəzi (BDM) Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi
(ASİM-DER) ilə birgə Vanda etiraz aksiyası həyata keçirdi. Polis tərəfindən Akdamar adasına buraxılmasaq da,
adanın göründüyü ərazidə aksiyamızı keçirməyə nail olduq. Bununla bərabər bir neçə aydır ermənilərin Vana
gəlişi ilə bağlı təşkilatımızın etiraz tədbirləri keçirəcəyi haqqında Türkiyə mətbuatında çoxsaylı çıxışlarımız
oldu”.
BDM rəsmisi son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində diasporumuzun
hücum taktikasına keçdiyini və bu taktikanın öz müsbət effektini verdiyini də söyləyib. Samir Adıgözəllinin
sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu istiqamətdə diaspor
təşkilatlarına etdiyi tövsiyələr artıq reallığa çevrilir: “Azərbaycan diasporu yeni yaranmaqda olan gənc, ancaq
sürətli inkişaf yolunda olan bir hərəkatdır. 10 il əvvəl müqayisə etdikdə ilk növbədə təşkilatlanma işində,
təbliğat fəaliyyətində ciddi irəliləyiş müşahidə olunur. Təbii ki, dövlətimiz 20 ildən artıq müstəqillik həyatı
yaşayan bir respublikadır. Bundan əvvəl diaspor sahəsində nəinki hər hansı bir fəaliyyət, ümumiyyətlə bizlərdə
bu haqda ciddi anlayış olmamışdır. Ancaq günümüzdə bütün sahələrdə inkişaf olduğu kimi diaspor sahəsində də
dövlət səviyyəsində xüsusi proqramlar həyata keçirilir. Bəziləri Azərbaycan diasporunu dünyada digər
diasporlar və xüsusilə erməni lobbisi ilə müqayisə etməyə çalışırlar. Bildirmək istəyirəm ki, bu müqayisə
düzgün deyil. Eyni zamanda diaspor hərəkatımızın gənc olmasına baxmayaraq qeyd etmək lazımdır ki, erməni
lobbisinin bir sıra ölkələrdə apardığı fəaliyyətinə maneələr yaradıb qarşısını ala bilirik. Bir diasporun dünyada
söz sahibi olması üçün ilk öncə güclü dövlətə, iqtisadi imkanlara dəqiq hesablanmış taktika və strategiyası olan
proqrama ehtiyaci vardır. Regionda və dünyada nüfuzu artmaqda olan ölkəmizin bütün sahələrdə potensial
imkanları şərait yaradır ki, yaxın 10 il ərzində Azərbaycan diasporu dünyada öz sözünü desin”. Samir
Adıgözəlli diaspor sahəsində daha böyük uğurlara imza atmaq üçün atılması vacib olan addımlardan da danışıb:
“Diaspor fəaliyyətimizin gücləndirilməsi üçün ilk növbədə vahid informasiya mərkəzi qurulmalıdır. Xarici
ölkələrdə azərbaycanşünaslıq mərkəzləri formalaşdırılmalı və bu mərkəzlər vasitəsilə elm adamlarının
əməkdaşlıq əlaqələri qurulmalıdır. Diaspor təşkilatları arasında informasiya mübadiləsi sistemi
formalaşdırılmalıdır. Elm, mədəniyyət idman və başqa sahələrdə dünya şöhrətli şəxsiyyətlərimiz diaspor işimizə
cəlb edilməlidir. Çoxsaylı informasiya portalları xarici dillərdə formalaşdırılmalı, diaspor fəaliyyətini əks
etdirən layihələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı və ya bu istiqamətdə ayrılan maliyyə vəsaiti
artırılmalıdır”.
“Olaylar”.-2014.-14 oktyabr.-№ 183.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
102
Azərbaycan diasporu üçün müsbət tendensiya
Hər ikisinin bir amalı var – Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmək
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkəmizin dünya ictimaiyyətinə olduğu kimi təqdim
edilməsində xaricdəki diaspor təşkilatlarımızın müstəsna xidmətləri var. Xüsusən də Dağlıq Qarabağ və
Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində bəzi ölkələrin təbliğat işinin qarşısının alınmasında
təşkilatlar təqdirəlayiq işlər həyata keçirirlər. Dünyanın bütün ölkələrində Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti var. Qurumların öz fəaliyyətini genişləndirmək işində Azərbaycan dövlətinin göstərdiyi diqqət də
müsbət hal kimi qiymətləndirilməlidir. “Diasporla İş Üzrə Dövlət Komitəsinin Yaradılması İlə Əlaqədar
Azərbaycan Respublikası Prezidentinin Bəzi Fərmanlarında və Sərəncamlarinda Dəyişikliklər Edilməsi”
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan
biridir. Məntiqidir ki, başqa-başqa ölkələrdəki Azərbaycan diasporlarası münasibətlər inkişaf edir və qurumların
daimi əlaqələri qurulur. Çünki Ermənistandan başqa dünyanın bütün ölkə və qitələrində azərbaycanlıların
irimiqyaslı yayılma şəbəkəsi var. Təsadüfi deyil ki, Afrika və Avstraliyada minlərlə soydaşımız yaşayır. Misir,
Əlcəzair, Sudan, Cənubi Afrika Respublikası və Zairin hamısı birlikdə yüzminlərlə Azərbaycan türkü yaşayır.
Avstraliyada isə 10 mindən çox azərbaycanlı var. Digər qitə və ölkələr üzdə olduqları üçün orada hansı sayda
azərbaycanlının yaşaması barədə məlumat vermək məntiqsizdir. Çünki həmin yerlərdə milyonlarla azərbaycanlı
yaşayır. Təkcə Rusiyada Ermənistan əhalisnin 2 dəfə çox olan azərbaycanlı var. Ən yaxşı hal isə sıx və
pərakəndə şəkildə yayılan və xaricdə yaşayan azərbaycanlıların birliyinin yaradılmasıdır. Diaspora
quruculuğunda mərkəzdə duran əsas məsələ Azərbaycanın milli mənafelərinin və maraqlarının qabağa
çəkilməsidir. Dünya azərbaycanlılarının birliyi məsələsi-Azərbaycançılıq ideologiyasının reallaşdırılması
mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. İdeya
dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir.
5 qitə, 1 Azərbaycan
Dünyanın 5 qitəsində sayı milyonlarla ölçülən azərbaycanlı yaşayır. Azərbaycan diasporunun yayılma
coğrafiyasının geniş olması ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna
xidmətləri var. Əvvəllər Azərbaycan diasporası rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul
edilirdisə, dövlətin apardığı xarici siyasətin məntiqi nəticəsidir ki, xaricdəki diaspora qurucluğunda əhəmiyyətli
addımlar atılıb. Xaricdə yaşayan azərbaycanlılar dövründən asılı olmayaraq, həmişə milli mənsubiyyətini, adət-
ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, Azərbaycanla mütəmadi əlaqələr saxlayıblar.
Bu gün dünyanın müxtəlif ölkələrində olan Azərbaycan diasporasının əsas fəaliyyət mexanizminin mərkəzində
azərbaycançılıq ideologiyasının təbliğ olunması dayanır. Xaricdəki diasporanın məqsədlərinə Azərbaycan
mədəniyyətini təbliğ etmək, dilini təbliğ və tədris etmək, ölkəmizlə bağlı kütləvi - mədəni tədbirlərin
keçirilməsi, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında iştirak etmək, mövcud olduğu ölkə ilə
Azərbaycanın hərtərəfli əlaqələrinin inkişaf etdiriilməsinə zəmin yaratmaq, informasiya - tədqiqat işi ilə məşğul
olmaq, Azərbaycan naminə lobbiçilik etmək və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli
mövqeyini təmin etmək daxildir.
Ulu öndərdən başlayan uğurlu yol
Diaspora sahəsindəki fəaliyyət barədə ilk tapşırığı 90-cı illərin sonlarında ümummilli lider Heydər Əliyev
tərəfindən verilib. Ölkə xaricində yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə müxtəlif dövlət proqramları
həyata keçirildi. Həmin dövrlərdən başlayaraq, diaspora məsələsi Azərbaycan dövlətinin prioritet
məsələlərindən birinə çevrildi. Bu məqsədlə Bakıda Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Dövlət ilk
dəfə olaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların öz ölkələrində bir araya toplamağı bacardı.
Bu hadisədən sonra diaspor təşkilatlarının qurultayının Bakıda keçirilməsi tendensiyası ənənə halına düşüb.
Diaspora quruculuğu siyasətinin təməlini məhz ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasətə uyğun olaraq,
bir sıra mühüm tədbirlər həyata keçirildi. Hal-hazırda da bu siyasət cənab prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycanın xaricdə tanınması, xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi,
Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması məqsədilə böyük işlər görülür. Diaspora təşkilatlarının
da bu sahədə Azərbaycan adına vacib addımları atılıb. Rusiya, Amerika və Avropa dövlətlərində fəaliyyət
göstərən diaspor komitələri aktiv fəaliyyət mexanizminə malikdirlər. Azərbaycanın həmçinin xaricdə diaspora
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
103
fəaliyyəti göstərən kifayət qədər diaspor birlikləri var. Eyni zamanda Azərbaycan həqiqətlərinin Heydər Əliyev
Fondunun Rusiya filialının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Filialın rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası ilə dünya ictimaiyyəti Azərbaycan həqiqətlərilə hərtərəfli
məlumatlandırıldı. Bu istiqamətdə Rusiya, ABŞ və Avropada böyük işlər görüldü, sərgilər təşkil edildi, kütləvi
tədbirlər həyata keçirildi. Xocalı soyqırımının tanıdılması, Azərbaycanın işğal altında olan torpaqlarında baş
verən proseslərin dünyaya çatdırılmasında Leyla Əliyevanın böyük fəaliyyəti olub. Ümumilikdə Azərbaycanın
diaspora fəaliyyətinin uğurları göz qabağındadır.
Erməni diasporuna ağır zərbə
Azərbaycan diasporası keçən illər ərzində Ermənistan lobbisi və diasporu üzərində əhəmiyyətli üstünlüklər
əldə edib. Son 15 ildə Azərbaycan reallıqlarının dünyaya çatdırılması, o cümlədən Dağlıq Qarabağ
münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi sahələrində uğurlu işlər həyata keçirilir.
Azərbaycanın təbliğat işi və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə görülən işlər erməniləri bir
neçə dəfə üstələyib. Diaspora təşkilatları həm internet resursları, həm dünya ölkələrində keçirilən tədbirlər
vasitəsilə, ayrı-ayrı dövlətlərdəki Azərbaycan səfirlikləri, diplomatik korpusları, diaspora nümayəndəlikləri
Azərbaycanı dünyaya möhtəşəm dövlət kimi təqdim edə bilirlər. Ölkədə baş verən proseslər, Azərbaycanın
dinamik inkişafı artıq dünya birliyinin nəzərinə çatdırılıb. Bu gün istənilən məsələ barədə təbliğatımız
ermənilərdən çox üstündür, bir neçə ildir ki, “təbliğat maşını” tam gücü ilə işə düşüb. Dünyanın əsl reallığı
görməsi baxımından bunlar vacib işlərdir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll
edilməsində də diaspora təşkilatlarının həyata keçirdikləri təbliğat böyük rol oynayır. Dünya artıq Azərbaycan
reallıqlarını görür, ona hüquqi və siyasi qiymətini verir. Ulu öndər Heydər Əliyev hər dəfə xaricə səfərə gedəndə
xəritənin qarşısında dayanıb bir-bir Dağlıq Qarabağın işğalı barədə izahat verirdisə, bu gün artıq bütün
Azərbaycan həqiqətləri dünyaya məlumdur. Görülən işlər uğurla davam etdirilən daxili və xarici siyasət bütün
istiqamətləri əhatə etməyi bacarır. Ulu öndər Heydər Əliyev o dövrlərdə təkcə, təbliğatı qururdusa, bu gün artıq
Azərbaycan diasporası, eyni zamanda ölkə daxilində görülən işlər bütün dünyaya dəqiqliyilə çatdırılıb.
Beynəlxalq ictimaiyyət aparılan aktiv siyasətə görə, Azərbaycan həqiqətlərini qəbul edir. Görülmüş işlər və
yaxın gələcəkdə mühüm layihələrin həyata keçirilməsi Azərbaycan adına mühüm faktordur. Həmin amillər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin ədalətli mövqeyinin qəbul
edilməsində xüsusi əhəmiyyət kəsb edir. İnandırıcıdır ki, Dağlıq Qarabağla bağlı təbliğat mexanizmi yaxın
gələcəkdə öz müsbət nəticəsini ortaya qoyacaq. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə qərəzsiz və
dəqiq şəkildə çatdırılması mexanizmi daha da inkişaf etdirilməlidir.
Bir amal uğrunda
Hazırda da dünyanın ölkələrinin əksəriyyətində çoxlu sayda azərbaycanlılar yaşayırlar. Şimali, Cənubi və
Mərkəzi Amerikada minlərlə azərbaycanlı var. Təkcə ABŞ-da yaşayan azərbaycanlıların sayı 400 mindən
çoxdur. Bundan başqa Argentina, Braziliya, Kanada və Meksikada da kifayət qədər azərbaycanlı yaşayır.
Azərbaycan diasporunun yayılma coğrafiyası və ədədi böyüklüyü baxımından ən geniş olduğu ikinci qitə
Avropadır. Türkiyədə azərbaycanlıların 3, Rusiyada 2.5, Ukraynada 500, İsveçdə 30, Almaniyada 100,
Hollandiyada isə 20 minə yaxındır. Belçika, Danimarka, İsveçrə, Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa,
Avstriya, Estoniya, Belarusiya, Moldova və Fransada da çoxlu sayda soydaşımız var. Avropa və Amerika
qitələrində yaşayan soydaşlarımızın böyük əksəriyyəti diaspora fəaliyyəti ilə məşğuldurlar. Asiyada da
Azərbaycan diasporasının yayılma coğrafiyası kifayət qədər genişdir. Banqladeş, Hindistan, Əfqanıstan,
Pakistan, İordaniya, Orta Asiya ölkələri, İndoneziya, Yəmən, Çin, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Suriya və
İraqda Azərbaycan diasporasının aktiv fəaliyyəti var. Avstraliya qitəsində isə təxminən 8 minə yaxın
azərbaycanlı yaşayır. Azərbaycanlıların hansı dövlətdə olmasından asılı olmayaraq onlar həmişə dövlətimizin,
dövlətimiz isə onların yanındadır. Hər ikisinin bir amalı var – Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə
çevirmək.
“Olaylar”.-2014.-18-20 oktyabr.-№ 187.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
104
Diaspor təşkilatlarımız fəallığını artırmalıdır
Erməni dünyada soyqırımı törədən xalq olaraq tanıdılmaldır
Erməni diaspor təşkilatları gələn il qondarma erməni “soyqırım”ının 100 illiyini qeyd etməyə hazırlaşır.
Artıq bu istiqamətdə ciddi hazırlıq işlərinin getdiyi bildirilir. Belə bir şəraitdə təbii ki, Azərbaycan diaspor
təşkilatları da sakit oturmamalı, müəyyən qabaqlayıcı tədbirlər görməlidir. Bəs diaspor təşkilatlarımız hansı
qabaqlayıcı addımlar ata bilər və ümumiyyətlə bu sahədə diaspora təşkilatlarımızın üzərinə hansı vəzifələr
düşür? Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin təsisçisi və sədri Cavid Şahverdiyevin sözlərinə
görə, ermənilər bu tədbirlərini daha çox Avropa və Amerika qitəsində keçirməyi planlaşdırıblar. Ermənilərin bu
dəfəki planı Vaşinqtonun mərkəzində erməni soyqırımı abidəsi ucaltmaq və muzey açmaqdır. Artıq bununla
bağlı ermənilər Vaşinqtonda məsləhətləşmələrə də başlayıblar. Qondarma erməni "soyqırımı"nın 100 illiyi
yaxınlaşdıqca xaricdə fəaliyyət göstərən erməni icmaları aktivliklərini artırırlar. ABŞ-ın Kaliforniya ştatının iri
şəhərlərindən sayılan Pasadenada yerli erməni diasporu Ermənistan Respublikası xaricində ən böyük
"soyqırımı" abidəsinin tikintisi ilə bağlı hazırlıqlara başlayıblar. Memorial kompleksin memarlıq planı təsdiq
olunub və tezliklə tikinti işlərinin başlanması gözlənilir. Ermənilər bu olayı dünyaya tanıtmaq üçün bir sıra
tədbirlər də planlaşdırıblar. Məsələn, qondarma soyqırımı əks etdirən dram janrında Hollivud filmlərinin
çəkilməsi, yalan sənədlərin və görüntülərin hazırlanması, qondarma soyqırımı tanıyan ölkələrin meydanlarında
xatirə abidələrinin ucaldılması, montaj fotolarla dünyanın aparıcı ölkələrində sərgilərin təşkil olunması,
qondarma soyqırımı tanıyan ölkələrin bürokratlarına mükafatların verilməsi, sosial şəbəkələrdən məharətlə
istifadə edərək, ictimai rəyin yönləndirilməsi, dünyada 21 ölkənin ABŞ-da isə bir çox əyalətin tanıdığı
qondarma soyqırımın tanınması üçün digər ölkələrə də təzyiq edilməsi. Onun sözlərinə görə, baxmayaraq ki,
beynəlxalq bir yalana dönən soyqırımı iddiasının yalan olduğunu isbat etmək üçün Türkiyə yetərli dəlillərə
sahibdir. Bəs Azərbaycan olaraq Türkiyəyə bu məsələdə necə dəstək ola bilərik? Erməni diasporunun bu
fəallığının qarşısını almaq üçün Azərbaycanın ixtiyarında kifayət qədər ciddi tarixi faktlar var. Və Azərbaycan
ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı sübut edən həmin tarixi faktları ABŞ və digər Qərb
dövlətlərilə təmaslarında xüsusilə diqqət mərkəzində saxlamalıdır: “Azərbaycan da 2015-ci ilə hazırlaşmalıdır.
Biz əlimizdəki tarixi faktlardan istifadə edərək ermənilərin törətdiyi Xocalı soyqırımının dünyada daha çox ölkə
tərəfindən tanıdılmasına çalışmalıyıq. Çünki ermənilərin soyqırım iddiaları tarixi sənədlərə belə əsaslanmadığı
halda, ermənilərin özlərinin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı XX əsrin sonlarında bütün
dünyanın gözləri qarşısında baş verib. Bundan başqa Azərbaycan diaspor təşkilatları təmsil olduqları dövlətlərin
yerli hakimiyyət strukturları və türk dünyasına rəğbəti olan diaspor təşkilatları ilə birgə iş aparmalıdırlar. 2015-
ci il aprelin 24-də bütün diaspor təşkilatlarımız qondarma erməni soyqırımı tədbirlərinə etiraz aksiyaları təşkil
etməlidirlər. Təbii ki, həmin gündə ermənilər də küçələrə axışacaqlar. Bizim diaspor təşkilatlarımız da
ermənilərlə üz-üzə dayanıb dinc şəkildə, təxribatlara uymayaraq ermənilərin başımıza gətirdikləri soyqırımlarını
dünya ictimaiyyətinə çatdırmaqla onları ifşa etməlidirlər”.
Diaspor Jurnalistləri Birliyinin (DJB) İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlunun sözlərinə görə, ermənilər
bununla bağlı bütün güclərini sərf edəcəklər. Həm Ermənistan dövləti, həm də erməni lobbisi birlikdə qondarma
erməni soyqırımının 100 illiyi ilə bağlı maksimum nəticə əldə etməyə çalışacaqlar. Eyni zamanda müəyyən
maraqlar baxımından Türkiyəyə təsir etmək istəyən ölkələr və güclər də bu məsələdən siyasi vasitə kimi
yararlanacaqlar. Amma bu heç də o demək deyil ki, ermənilər uğur qazanacaqlar, istədiklərinə nail olacaqlar. Bu
təkcə Türkiyənin məsələsi deyil, bizim ortaq problemimizdir. Bu məsələdə dövlət olaraq əsasən Türkiyənin
əlində kifayət qədər təsir imkanları var. Türkiyədə çoxsaylı erməni miqrantlar var, həmçinin Türkiyənin iş
adamları ermənilərlə ticarət aparılar. Türkiyə Ermənistana dövlət olaraq daha ciddi təzyiqlər edə bilər.
Ermənistanla münasibətləri normallaşdırmaq üçün bunu etmir. Ermənistan isə üzərində təzyiq hiss etmədikcə
Türkiyənin üzərinə daha sərt formada yeriməyə çalışır. Azərbaycanın isə Ermənistanla problemləri məlumdur.
Ermənistan işğalçılığına görə bütün regional layihələrdən kənarda qalıb. Azərbaycan mümkün qədər
Ermənistanı sıxır ki, işğalçılıq siyasətinə son qoysun, absurd iddialarından əl çəksin. Yəni hazırda bu
istiqamətdə Türkiyə dövlətinin görəcəyi iş daha çoxdur: “Amma bu o demək deyil ki, diaspor seyrçi mövqe
tutmalıdır. Təbii ki, müəyyən zamanlarda bu məsələ ilə bağlı addımlar atılıb. Amma daha ciddi tədbirlərə,
etirazlara, əks hücumlara ehtiyac var. Hər zaman deyirik ki, Türkiyə və Azərbaycan diasporu birlikdə fəaliyyət
göstərməlidir. Amma bəzən bu belə olmur. Dünya ölkələrində türklərin sayı çoxdur. Fikrimcə daha aktiv
fəaliyyətə ehtiyac var. Əks halda bizim işimiz çətinləşir. Buna baxmayaraq biz mütəşəkkil formada fəaliyyət
göstərəriksə, daha aktiv olarıqsa, fərdi qaydada belə intensiv görüşlərimiz olarsa, ən əsası isə koordinasiya
mükəmməl olarsa uğurlar qazanmaq olar”. Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə hesab edir ki,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
105
ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların xaricdə tanıdılması diasporumuz üçün prioritetdir. Bu
təbliğat çərçivəsində erməni yalanları da ifşa olunmalıdır. Ermənilərin ən böyük yalanlarından biri də qondarma
soyqırımı iddiası ilə dünyaya car çəkmələridir. Artıq ermənilər bir çox ölkələri buna inandırıblar. Bununla
ermənilər dünyanı aldadırlar. Bu yalanın üstünü açmağı diasporumuz öz hədəfinə çevirməlidir. Əslində Türkiyə
diasporu bu baxımdan daha aktivlik göstərməlidir. Bu baxımdan Azərbaycan-Türkiyə diasporunun həmrəyliyi
daha vacibdir: “Ümumiyyətlə, eyni milli geni daşıyan iki ölkə diasporunun birliyi hər zaman önəmlidir. Türk
diasporu üçün ermənilərin azərbaycanlılara qarşı 1905, 1918 və nəhayət 1992-ci illərdə törətdiyi soyqırımlar
tarixi faktdır. Onlar bu soyqırımları dünyada tanıtmaqla beynəlxalq aləmə göstərə bilər ki, türk ermənini yox,
erməni türk millətini soyqırıma məruz qoyub. Azərbaycan diasporu xaricdə bu soyqırımların təbliğini aparır.
Amma türk diasporu ilə birgə bu təbliğatın aparılmasında fəallıq az hiss olunur. Lakin bütün bunlara
baxmayaraq Azərbaycan diasporu erməni yalanlarını ifşa etmək üçün onların törətdiyi soyqırımları sübut kimi
yaymalıdır. Yəni erməni dünyada soyqırımı törədən bir xalq olaraq tanıdılmaldır. Antierməni təbliğatında
hədəflərə çatmaq üçün fərqli layihələr həyata keçirilməli, təbliğati işdə yeni formalara üstünlük verilməlidir.
Bunun üçün təbliğatın ideoloji hədəfləri təyin olunmalıdır. Yəni təbliğat mexanizmi ideologiya əsasında
işləməlidir. Daha sonra dünyada formalaşmış “yazıq erməni” sindromu sındırılmalıdır”. Onun fikrincə,
qondarma erməni soyqırımını tanıyan ölkələrə müraciət edib bunu qəbul etməkdə səhv olduqlarını bildirmək
lazımdır. Əcnəbi jurnalistləri antierməni təbliğatına cəlb etmək daha məqsədəuyğundur. Türkpərəst erməni
müəllifləri ilə əlaqə qurub onların bu “soyqırım”ın yalan olması ilə bağlı etirafını xarici mediada yaymaq
gərəkdir: “Ümumiyyətlə, xaricdəki yerli KİV-lərlə işi gücləndirməyə ehtiyac var. Diasporumuza təbliğati
kömək üçün Məlumat İdarəetmə Mərkəzini yaratmaq işi daha da sürətləndirməlidir. Tanınmış erməni
terroristlərini, eləcə də Xocalı soyqırımını törədənləri beynəlxalq ictimaiyyətə tanıdaraq, onları ifşa etmək
lazımdır. Bununla bağlı xarici KİV-lərdə dayanmadan, çevik kampaniyalar aparmalıyıq. Xarici, ilkin olaraq dost
ölkələrin universitetlərində proqramdan kənar “Ermənilərin “soyqırım yalanları” adlı dərslər, eyni zamanda
görüşlər təşkil etmək olar. Bu zaman Xocalı və digər faciələrimizlə də bağlı məlumatlar verilməlidir.
Faciələrimizi özümüzün yox, başqa xalqların tanınmış simalarının dili ilə dünya ictimaiyyətinə çatdırmalıyıq.
Xarici ölkələrdə daha çox siyasi və akademik elita ilə iş aparmaq təbliğatı daha effektli edər. Dünya kilsələrinə
erməni soyqırımları ilə bağlı kitablar və müraciətlər göndərmək olar”. Ermənilər yəqin ki, qondarma soyqırımın
100 illiyi ilə bağlı universitet və ya şəhərlərdə tədbirlər keçirəcəklər. Həmin universitet və ya şəhərlərin
rəhbərliyinə “erməni soyqrımı”nın yalan olduğunu, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi
soyqırımlarla bağlı məktublar göndərmək olar. Diaspor üzvləri, xüsusən gənc diaspor fəalları şəbəkələşib
yaşadıqları ölkələrin rəsmi orqanlarına ermənilərin soyqırımı yalanları ilə bağlı virtual formada davamlı olaraq
müraciətlər edə bilər. Diasporumuz digər xalqların diasporu ilə görüşlər təşkil edib erməni iddialarının
qondarma olması ilə bağlı söhbətlər aparmalıdır: “Ümumiyyətlə, çalışmalıyıq ki, “erməni soyqırımı”nın yalan
olduğunun özümüzün yox, başqa xalqların dili ilə dünya ictimaiyyətinə çatdıraq. Belə olduqda təbliğat daha
böyük effekt vermiş olar. Bu kimi işlərin görülməsi Diaspor Jurnalistləri Birliyinin də prioritetidir. Biz DJB
olaraq burda irəli sürdüyümüz təkliflərin bir neçəsini artıq reallaşdırmışıq. Erməni yalanlarının ifşa olunması
istiqamətində layihələrimizi davamlı olaraq həyata keçirəcəyik. Qeyd edim ki, yaxın günlərdə Hollandiyada bu
istiqamətdə yeni bir layihəmizə start verəcəyik”.
“Olaylar”.-2014.-23 oktyabr.-№ 190.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
106
Azərbaycan diasporunun ideoloji təməli
Heydər Əliyev: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan
üçün nə etmişik”
“Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Xalqımızın milli
müstəqillik uğrunda çoxəsrlik mübarizəsində dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın da
diqqətəlayiq xidmətləri, haqq- sayları vardır. Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi
etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi
ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Zaman-zaman qəlbimizdə yaşatdığımız
müstəqillik və azadlıq ideallarının həyata keçdiyi bu tarixi sınaq anlarında dünyanın müxtəlif guşələrində
soydaşlarımızın Vətən təəssübkeşliyinə, övladlıq haqqına dərin inamını ifadə edərək, Sizi azad, müstəqil,
qüdrətli, demokratik Azərbaycan dövləti uğrunda səfərbər olmağa və milli həmrəyliyə çağırıram”. Vaxtilə
ümummilli liderimiz Heydər Əliyev tərəfindən edilmiş bu müqəddəs çağırış dünya azərbaycanlılarının üçrəngli
bayrağımız altında birləşməsinə zəmin yaratdı. Azərbaycan diaspor təşkilatlarının və fərdi şəkildə dünyanın
müxtəlif ölkələrinə səpələnmiş millətimizin nümayəndələrinin eyni amal üçün birləşməsi tarixi də məhz Heydər
Əliyevdən başlayır. Ümummilli liderdən sonra cənab prezident İlham Əliyev dünya azərbaycanlılarına
səslənişində çox mühüm məqamları çatdırdı: “İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda
mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında
dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi
üçün daha böyük əzmlə çalışacaqlar. Qətiyyətlə bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir və
heç bir qüvvə bizi bu yoldan döndərə bilməyəcəkdir. Hamınızı azad, müstəqil, demokratik Azərbaycan
dövlətinin daha da möhkəmlənməsi naminə həmrəyliyə və milli birliyə çağırıram”. Bu əsası ulu öndər
tərəfindən qoyulmuş uğurlu diaspora siyasətinin məntiqi şəkildə davam etdirilməsinin çarçısıdır. Dövlətimiz
başa düşür ki, xarici siyasətdə uğur qazanmağın əsas amillərindən biri də diasporanın inkişafıdır və onun
fəaliyyətinin genişlənməsinə təkan verməkdir. Dünya ölçüsündə bütün ölkələrin diqqət etdiyi bu sahə
Azərbaycan dövləti üçün də vacibiyyət daşıyır. Son dövrlərdə diaspora anlayışı müxtəlif proseslərlə
əlaqələndirilərək kəsb etdiyi mənanın sərhədləri genişləndirilib. Şefferə görə diaspora etnik qrupların könülü və
ya məcburi miqrasiya prosesləri nəticəsində ortaya çıxır. Onlar mühacirət etdikləri ölkələrdə milli azlıq
statusunda yaşayırlar, etnik və etno-dini mənsubiyyətlərini, qrup daxili həmrəyliklərini mühafizə ediblər. J.T.
Toşenka və T.İ. Çapitkovun da diasporaya verdiyi tərif Şifferin tərifinə yaxındır. Onlara görə diaspora, öz tarixi
vətənlərindən kənarda yaşayan, mövcud cəmiyyətdə fəaliyyət göstərmək və inkişaf etmək üçün müvafiq sosial
institutlara sahib, eyni etnik qrupa aid insanlardan ibarətdir. Bu çərçivədə Azərbaycan diasporasının xarici
ölkələrdəki sosial institutları aktiv fəaliyyətə malikdirlər. Çünki Azərbaycan diasporunun inkişafına dövlət
qayğısı bu gün daha da güclənir. Ulu Öndərimizin bu sahədə tövsiyyələri, qarşıya qoyduğu mühüm vəzifələr və
tapşırıqlar, dövlətin siyasi xətti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İnanırıq ki, həmin qayğı
gündən günə artacaq və Azərbaycan diasporu xarici ölkələrdə yaşayan diasporalar arasında öncüllərdən biri
olacaq.
Akademik səviyyədə təşkilatlanma prosesi
Keçən illər ərzində diasporamız Azərbaycanın xarici siyasətinə yön verən amillərdən birinə çevrilib. Bunun
da əsas səbəbi dünya ölkələrindəki azərbaycanlılarla dövlətimizin koordinasiyalı fəaliyyətidir. Çünki
Azərbaycan diasporunun arxasında dövləti, dövlətin siyasəti var. Xaricdə yaşayan insanın arxasında bir dövlət,
bir qurum yoxdursa, onun çox iş görməsi imkansızdır. Burada Azərbaycan dövləti rəsmi siyasətini ortalığa
qoyub. Dövlətimizin gerçək nümayəndələri onun xaricdə yaşayan soydaşlarıdır. Dövlət bunu deyir. Artıq
Azərbaycan diasporu gəlməli olduğu yerdədir. Biz burada artıq akademik səviyyədə təşkilatlanmışıq.
Diasporalarımız xarici ölkələrdə təhsil alan tələbələri də unutmur. Onlar üçün zaman-zaman layihələr təşkil
edirlər. Onlar da bu qayğını unutmayaraq yalnız Azərbaycanın milli maraqları çərçivəsində fəaliyyət göstərirlər.
Avropada, dünyanın hər bir yerində millətimizin sülhə, əmin-amanlığa xidmət etməsi də nəzərdən yayınmır.
Milli maraqlarla yanaşı diasporamız bu məsələləri də yaddan çıxarmır. Son illər fəaliyyət göstərdikləri ölkələrin
ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin
ən mühüm istiqamətlərindən biridir. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə
orqanlarında təmsil olunmaları, kompakt yaşadıqları ərazilərdə Bazar günü məktəblərinin açılması, müxtəlif
icma və birliklərin nəzdində 27 qəzet, 10 jurnal, 3 radio və 1 televiziyanın fəaliyyət göstərməsi, Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
107
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi Azərbaycan
diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir. Dövlət, prinsipcə, yalnız öz
sərhədləri daxilindəki əhali ilə birbaşa maraqlandığı halda, diasporanın təsir dairəsi daha genişdir. Prinsip
etibarilə, diaspor təşkilatları ölkə daxilində yaşayan əhali ilə onun xaricində yaşayanların əlaqələrini qurmağı,
fəaliyyətlərini koordinasiya etməyə çalışır. Məhz buna görə də dövlət və diaspora fəaliyyətinin bir istiqamətə
yönəlməsi, başqa sözlə desək, onun vətəndaşlarının bütöv halda formalaşması vacibdir. Müasir dövrün
tələblərinə uyğun olaraq, qloballaşan dünyada inteqrasiya etmək və eyni zamanda bu proses zamanı xalqların öz
milli dəyər və xüsusiyyətlərini qoruyub saxlaması zərurəti meydana çıxır. Əlbəttə, bu zərurət hər şeydən əvvəl
xalqın və cəmiyyətin milli şüurunda öz əksini tapmalı, mövcud beynəlxalq situasiyadan milli dəyərlərə ziyan
gətirmədən istifadə olunmalıdır. Tarixən müxtəlif dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq və
Qərb arasındakı əhəmiyyətli coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin ona bu kontekstdə yanaşması,
xarici iqtisadi və siyasi müdaxilə xalqımız içərisində vahid birlik ideyalarının yeni formada yaranıb inkişaf
etməsinə səbəb olmuşdur. Həmin birliyin inkişafı və möhkəmləndirilməsi təkcə Azərbaycan Respublikası
vətəndaşlarından deyil, həm də bütün dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və
fəaliyyətindən asılıdır.
“Sən azərbaycanlısan”
Azərbaycan Respublikasının Konstitusiyasının 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa dövlətlərlə
və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında
qurur. Azərbaycan Prezidenti 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi
andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, “Respublikanın qarşısında duran əsas vəzifələrdən biri
Azərbaycan mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir.
Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini
təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr
yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikası beynəlxalq mövqelərini
möhkəmləndirmək üçün, həm də Respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün
səmərəli istifadə etməkdən ibarətdir.”. Azərbaycan dövləti yarandığı ilk gündən etibarən təkcə respublika
vətəndaşlarının deyil, ümumiyyətlə, bütün dünya azərbaycanlılarının yeganə milli varlıq simvolu, onların milli
qürur mənbəyi və etibarlı istinad mərkəzi, himayədarı və milli-siyasi mövcudluq üsulu kimi çıxış edir. Təsadüfi
deyil ki, dövlətimiz dünya azərbaycanlılarının ümummilli mənəvi birliyi və həmrəyliyi ideyasının əsas strateji
mərkəzlərdən biri kimi götürüldüyünü, bu cür həmrəyliyin dövlətimizin və xalqımızın ən ali məqsədlərindən
biri olduğunu rəsmən bəyan edib. Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan,
daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq
göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif
sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər
görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət
aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü
problemlərinin həllində daha yaxından iştirak edəçəkdir. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq
qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox
əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji
təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər
keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli
cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi
həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da
olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri
zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz
düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan
da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən
azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.
“Olaylar”.-2014.-24 oktyabr.-№ 191.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
108
Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi
Heydər Əliyev: “Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən
biridir”
Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar
oldu və dönməz xarakter aldı. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirdi ki, azərbaycanlıların bir
hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşdılar və diaspora şəklində
fəaliyyətə başladılar. Azərbaycanla olan əlaqələrini qoparmadılar. Çünki dünya azərbaycanlılarında milli şüurun
güclənməsində ümummilli lider Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi
fəaliyyətinin də xüsusi rolu olub. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli
idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi
güclənirdi. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra xarici ölkələrdə
ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər iş birliyi naminə bir araya gələrək Azərbaycan
federal birlikləri yaratmağa başladılar.
Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları Konqresini, Almaniya
Azərbaycan cəmiyyətləri Federasiyasını, İsveç - Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və
Özbəkistan azərbaycanlılarının “Turan” Konqresini və Qırğızıstanda “Azəri” İctimai Birliyini nümunə
göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və
əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənləri ilə əlaqələrinin
möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə biliblər. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan
diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin
yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir. Nəticədə yeni icma və birliklərin yaradılması tendensiyası
digər ölkələri də əhatə etmiş və Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi,
Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosasiyası öz qüvvələrini
bir mərkəzdə birləşdirmək əzmində olaraq bu sıraya qatılıblar. Bu Federal birliklər Azərbaycan diasporunun
təşkilatlanması və fəallığının artırılması üçün zəruri və mümkün tədbirləri görür və üzərinə götürdüyü vəzifənin
öhdəsindən layiqincə gəlməyə çalışır. Aparılmış məqsədyönlü işlər nəticəsində 2004-cü ildə Avropada, Şimali
Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland,
Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb
Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları yaradıldı.
Yeni Azərbaycan icma və bilikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları
kimi qiymətləndirilməyə layiqdir. Diasporla İş üzrə Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması
məsələsinə xüsusi diqqət yetirir. Burada əsas strateji məqsəd, ümummilli liderimiz Heydər Əliyevin
müəyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir
mərkəzdə birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif ölkələrdə yaşayan
azərbaycanlıları icma və birliklərdə birləşdirməyə, daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb
etməyə çalışır. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və müvafiq qanunun
qəbul olunması ilə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya olunması işi öz həllini tapdı. Bu hal, eyni
zamanda, ölkəmizin xarici siyasətində uğurlar əldə etməsində də özünü göstərdi. Uğurlu xarici siyasətin həyata
keçirilməsi dövlətçiliyin inkişafının təməl prinsiplərindən biri olduğuna görə, Azərbaycan bu amilə xüsusi önəm
verir.
Vahid strategiya prinsipi
Azərbaycan diasporunun Azərbaycan dövləti ilə birgə və qarşılıqlı fəaliyyəti Azərbaycanın yenidən
müstəqilliyinə qovuşması və ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır.
Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin
diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına
rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin 16 dekabrında dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini
nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Həmin qərar bütün
dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik oldu, birlik ideyasının reallaşması
istiqamətində stimula çevrildi. Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif
ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
109
xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər xarici
ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və
qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. “Harada olursa-
olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində
bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini
toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq
Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara
qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir” - deyə ulu öndər bildirdi. Həmin
məqsədyönlü siyasətin ən yaxşı nümunəsi kimi Prezident İlham Əliyevin timsalında Azərbaycan diasporu artıq
daha geniş və əhatəli fəaliyyət göstərir. Formalaşmış və tam təşkilatlanmış diasporumuz indi praktiki işlər
görmək mərhələsindədir.
Bu mərhələnin də özünəməxsus çətinlikləri və mürəkkəblikləri var. Demək olar ki, diaspor təşkilatlarımıza
siyasi cəhətdən yetkin insanlar rəhbərlik edir, bu qurumlarda getdikcə siyasi və ideoloji cəhətdən daha hazırlıqlı
insanlar cəmləşir. Onlar yaşadıqları ölkələrdəki siyasi proseslərə, eləcə də dünya siyasəti müstəvisində baş
verənlərə Azərbaycanın maraqları baxımından reaksiya verə bilirlər. Azərbaycan diaspor təşkilatları artıq müasir
iş üsulları ilə çalışırlar, inkişaf etmiş informasiya texnologiyalarını öz fəaliyyətlərinə tətbiq edirlər. Bu da
Azərbaycanın haqq səsinin daha geniş və əhatəli duyulmasına şərait yaradır. Artıq Azərbaycanın qarşılaşdığı
problemlər dünya ictimaiyyətinə daha tez çatdırılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında
diasporumuzun əvəzsiz rolu var. Dünyadakı Azərbaycan diasporunu azərbaycançılıq məfkurəsi ətrafında
birləşdirən Ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev də diaspor quruculuğuna ən
mühüm məsələlərdən biri kimi yanaşır. Bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən
prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli
diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkir, bunun ideoloji-siyasi
konturlarını müəyyənləşdirir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə
ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb. Azərbaycan diasporunun
vəziyyəti, inkişafı və dünyada real gücə, söz sahibinə çevrilməsi dövlət başçısının daim diqqətindədir. Diasporla
İş üzrə Dövlət Komitəsi prezident İlham Əliyevin tövsiyələri əsasında diaspor təşkilatlarının fəaliyyətinin
əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı
aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının
hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi sahəsində müntəzəm tədbirlər
həyata keçirir. Təbii ki, müasir dövrdə diaspor quruculuğu konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və
zəhmət tələb edən uzunmüddətli prosesdir.
Xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif
sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi istiqamətində hələ çox
işlər görməyə ehtiyac var. Prezident İlham Əliyevin bu sahədə ardıcıl, məqsədyönlü və prinsipial siyasət
aparması nəticəsində qarşıdakı illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü
problemlərinin həllində daha yaxından iştirak edəcək. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, yalnız güclü
diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini layiqincə
qoruyur, ümummilli problemlərin həllinə nail olur, öz dilini, mədəniyyətini, tarixini lazımi səviyyədə təbliğ
edir. 2003-cü ildən diaspor quruculuğu siyasətini yeni dünya nizamının gerçəkliklərinə uyğun davam etdirən
Azərbaycan prezidenti ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli
mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu böyük potensialın ümummilli
problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirib. Diaspora və dövlətimizin
işbirliyi Azərbaycanın bir daha doğru yolda olmasından xəbər verir.
“Olaylar”.-2014.-29 oktyabr.-№ 194.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
110
Diaspora və lobbiçilik necə yarandı?
Poli-etnik cəmiyyətdə yaşayan milli azlıqlar arasında öz etnik mənsubiyyətinə, mədəniyyətinə maraq artıb,
qrup daxili inteqrasiya prosesləri güclənib. Bu proseslərin nəticəsi kimi bir çox hallarda müxtəlif etnik qruplar
diasporlarda birləşiblər. Diaspora və lobbiçilik fəaliyyəti sahəsində geniş araşdırmalar aparmış ekspert Ceyhun
Mahmudov bu fikirdədir. Onun sözlərinə görə, diaspora ilə əlaqədar elmi ədəbiyyatda iki mövqe vardır. Bir
qrup tədqiqatçı bu anlayışı yunanlarla əlaqələndirsə də, başqa bir qrup isə onu yəhudilərlə əlaqələndirir:
“Linqvistik yöndən yanaşsaq görərik ki, diaspora yunan sözü olub, səpələmə deməkdir. Elmi ictimaiyyət
arasında bu anlayışın leksik mənası ilə əlaqədar fikir ayrılığı olmasa da, bu terminin hansı şəraitdə, kimlər üçün
işlədilməsi barədə ortaq fikir yoxdur. Bir qrup alim bu sözün yaranma tarixini yunanların eramızdan xeyli əvvəl
başladıqları işğal və köçürmə dövrünə təsadüf etdiyini bildirir, başqa bir qrup tədqiqatçı isə "diaspor" anlayışını
yəhudi tarixi ilə əlaqələndirir. Hətta bir çox lüğətlərdə və ensiklopediyalarda bu termin birbaşa yəhudilərin öz
vətənlərindən qovulub dünyanın müxtəlif yerlərinə səpələnmələri kimi izah edilir. İncilin yunan dilinə tərcüməsi
olan "Septuaqinte" ilk dəfə olaraq diaspora anlayışını yəhudilərin öz yerlərindən qovularaq, müxtəlif ölkələrə
səpələnmələrinin bildirmək üçün istifadə edilmişdir.
Bunu ardınca Plutarx, Filana Aleksandrski və daha sonra xristian alimləri bu termini yəhudi tarixi ilə
əlaqələndirirlər. Son dövrlərdə "diaspora, anlayışı müxtəlif proseslərlə əlaqələndirilərək kəsb etdiyi mənanın
sərhədləri genişləndirilib. Q. Şefferə görə diaspora etnik qrupların könüllü və ya məcburi miqrasiya prosesləri
nəticəsində ortaya çıxır. Onlar mühacirət etdikləri ölkələrdə milli azlıq statusunda yaşayırlar, etnik və etno-dini
mənsubiyyətlərini, qrup daxili həmrəyliklərini mühafizə ediblər. J.T. Toşenka və T.İ. Çapitkovun da diasporaya
verdiyi tərif Şifferin tərifinə yaxındır. Onlara görə diaspora, öz tarixi vətənlərindən kənarda yaşayan, mövcud
cəmiyyətdə fəaliyyət göstərmək və inkişaf etmək üçün müvafiq sosial institutlara sahib, eyni etnik qrupa aid
insanlardan ibarətdir. Bundan başqa diaspora anlayışı «miqrasiya» və «milli azlıqlar» sözləri ilə sinonimlik
təşkil edir. Son dövrdə rus dilində "diaspora" kəlməsi istənilə etnik qrupu ifadə etmək üçün işlədilir. 1945-ci il
qədər diaspora fenomeni tamamilə yəhudilər ilə əlaqələndirilsə də, bu dövrdən sonra dünyada baş verən
proseslər nəticəsində şimali afrikalılar, hindlilər, türklər öz tarixi torpaqlarını tərk edərək, yeni diasporlar
formalaşdırdılar. Məhz həmin hadisələrin axarında "diaspora" anlayışı yeni mənalar kəsb etməyə başladı.
Müasir beynəlxalq sistemdə dövlətlərin xarici siyasətində prioritet təşkil edən mənsəblərdən biri də diaspor
quruculuğu və diasporla əməkdaşlıq məsələsidir. Bunun əsas səbəblərindən biri diaspora təşkilatların beynəlxalq
sistemə təsir edə bilən beynəlxalq aktyorlara çevrilməsidir”. Müəllif daha sonra qeyd edir ki, diaspora
təşkilatları əsasən ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya və digər dünya siyasətinə təsir edə bilə dövlətlərdə
fəaliyyət göstərirlər. Bu qrupların əsas məqsədləri öz etnik qruplarının və tarixi vətənlərinin lehinə qərarlar
qəbul etdirməkdir. Dünyada təsir imkanlarına görə yəhudi, yunan və erməni diasporlarını göstərmək olar. Adı
çəkilən etnik qruplar xüsusilə dünyanın super dövləti olan ABŞ-da fəaliyyət göstərir və tarixi vətənlərinin lehinə
əhəmiyyətli qərarların verilməsində müstəsna rol oynayırlar. İstər yəhudi, istər yunan, istərsə də erməni
diasporu qrup daxili həmrəyliyə əsaslanaraq müxtəlif ölkələrdə təşkilatlanaraq öz etnik birliklərini qurublar.
Amma son dövrlərdə diasporların təşkilatlandırılmasına dövlətlər özləri nəzarət edirlər. Məsələn, dünyanın
onlarla ölkəsinə səpələnmiş Azərbaycan diasporu üzün tarixə sahib olsa da bir müddət pərakəndə fəaliyyət
göstərərək, qarşısına qoyduğu məqsədlərə çata bilməyib.
Məsələnin ciddiyyətinin anlayan Azərbaycan dövləti bu prosesi öz nəzarətinə götürmüş milli diaspora
quruculuğunda birbaşa iştirak etməyə başlayıb. Hazırda bu məsələ ilə məşğul olan xüsusi komitə fəaliyyət
göstərir: “İnoetnik cəmiyyətdə fəaliyyət göstərən diasporların fəaliyyətinin səmərəliyi həmin cəmiyyətlərdə
mövcud olan sosial-iqtisadi vəziyyətindən, siyasi sistemindən asılı olur. Yaxşı təşkilatlanmış diaspora
təşkilatları öz tarixi vətənlərinin xeyrinə lobbiçilik fəaliyyəti ilə do məşğul olurlar. Lobbiçilik bu gün yəhudi,
yunan və erməni diasporlarının müvəffəq olduqları fəaliyyət növündəndir. Lobbiçilik fəaliyyətini təhlil
etməzdən əvvəl "lobbi" sözünün etimologiyasına diqqət etmək lazımdır. Lobby ingilis dilindən tərcümədə
gözləmə salonu adlanır. "Lobbiçilik" isə bir fəaliyyət növüdür, "lobby" sözünün zamanla öz mənasını dəyişməsi
nəticəsində formalaşıb. Ehtimal olunur ki, bu ifadənin işlədilməsinin tarixi ABŞ-ın 1869-1877-ci illərdə 18-ci
prezidenti olmuş Ulysses S. Granta aiddir. General Grant Villard hotelinin lobbisində siqar çəkməyi sevərdi.
Mövcud şəraitdən istifadə edən siyasi alverçilər müəyyən məsələləri həll etmək üçün onunla danışıqlara girib
müvafiq qərarın qəbul olunmasına çalışırdılar. Bu işlə məşğul olan siyasi alverçilərə "lobbiçi" bu fəaliyyətə isə
"lobbiçilik" fəaliyyəti adı verildi. BBC-nin məlumatına görə, "lobbiçilik" ifadəsi İngiltərə parlamentində
palataların iclaslarından əvvəl və sonra parlament üzvlərinin parlament binasının lobbisində ənənəvi olaraq
toplanması və burada bəzi məsələlər barədə müzakirələr aparmasından ortaya çıxıb. İngilis dilinin izahlı lüğəti,
Longmanda "lobbiçiliyin" lüğəti mənası hökumət qərarlarına təsir etmək məqsədi ilə planlanan və həyata
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
111
keçirilə fəaliyyət kimi izah edilir. Təyyar Arı "Amerikada siyasi yapı: Lobbilər və xarici siyasət" adlı kitabında
"Lobbiçilik" fəaliyyətinə tərif verərək qeyd edir ki, lobbiçilik bir qrup hökumətin qərarlarına təsir etmək
məqsədi ilə planlanan və bu məqsədlə vətəndaş ilə qərar verici arasında ünsiyyət vasitəsidir. ABŞ-da
"lobbiçilik" qanunla müəyyənləşdirilib ölçülər çərçivəsində fəaliyyət göstərir. Bu fəaliyyəti tənzimləmək üçün
1946-cı ildə Federal Lobbi qanunu qəbul edilib. Bu qanunda lobbiçinin kim olduğu müəyyənləşdirilir və onun
maliyyə imkanları nəzarət altına alınırdı. Bu qanunda deyilir ki, "Amerika konqresindəki qanunlara təsir etməyə
və ya müvafiq qanun çıxmasına çalışan bunun üçün birbaşa və ya dolayı yolla pul və digər qiymətli əşyalar
toplayan və ya əsil məqsədi bu olan şəxslər lobbiçi olaraq adlandırılır. Bu sadalananlara sahib olan şəxslərin
məsrəfləri incəlməlidir". Lobbiçilik növlərinə görə iki yerə bölünür. 1) Birbaşa lobbiçilik; 2) İctimaiyyət
arasında təşviqat aparılaraq qurulan lobbiçilik. ABŞ-da lobbiçiliklə xüsusi maraqlı qruplar və etnik diaspora
təşkilatlan məşğul olur. Etnik diaspora təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul olur, ya da
ixtisaslaşdırılmış lobbi şirkətləri vasitəsi ilə üz fəaliyyətlərini həyata keçirirlər. Özəl lobbi şirkətləri çox bahalı
olduğu üçün adətən etnik biznes təşkilatları bu işi özləri həyata keçirməyə üstünlük verirlər. Lobbilər öz
məqsədlərinə çatmaq üçün bir çox üsuldan istifadə edirlər. Bu üsullardan üz-üzə görüşmə, konqresin
komitələrinin iclaslarında iştirak etmə, məktub göndərmə, ictimaiyyətlə əlaqələr (PR) kampaniyalarının
keçirilməsi, lobbilərarası əməkdaşlıq və koalisiyanın qurulması, namizədin seçki kampaniyasına pul yardımı
göstərilməsi və.s. daxildir. Üz-üzə görüşmə ən təsirli üsullardan biridir. Bu zaman lobbiçi konqresin üzvü və ya
başqa bir bürokratla bir-başa ünsiyyətə keçir, bacardığı qədər təsir etməyə çalışır. Bu üsuldan istifadə edərkən
lobbiçinin şəxsi keyfiyyəti çox əhəmiyyətli rol oynayır. Hər hansısa bir seçici qrupunun bir başa olaraq əlaqədar
şəxsə məktub yazması çox təsirli ola bilər. Adətən seçilənlərdən asılı olan şəxslər bu məzmunda olan
məktublara çox ciddi yanaşırlar.
Mümkün qədər məktubda göstərilən tələbi yerinə yetirməyə çalışırlar. Lobbi qrupları bəzi xüsusiyyət birinə
görə bir-birindən güclü və ya zəif ola bilərlər. Təcrübə göstərir ki, maraqlar üst-üstə düşdüyü zaman zəif
lobbilər güclü lobbilərin imkanlarından geniş istifadə edir. Erməni lobbisi bir çox hallarda yunan lobbisinin
imkanlarından istifadə etdiyi məlumdur. Lobbiçilik fəaliyyətinin ən təsirli üsullarından biri də konqresə
keçirilən seçkilərdə namizədin kampaniyalarında aktiv iştirak etməkdir. Seçki kampaniyasında maliyyə və insan
resurslarına ilə iştirak edən hər hansısa etnik lobbi qrupu seçkilərdə qalib gələ konqresmenə fəaliyyəti dövründə
təsir etmək imkanına sahib olur. Son dövrdə Azərbaycan diasporu dirçəliş dövrünü yaşamaqdadır. Bir çox
ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları artıq lobbiçilik fəaliyyətləri ilə də məşğul olurlar.
Hazırda ABŞ konqresində fəaliyyət göstərən Azərbaycan dostluq qrupuna artıq 40 konqresmen daxildir. Adı
çəkilən fəaliyyətlər ümid verir ki, ölkə xaricində Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən
qərarların qəbul edilməsində Azərbaycan diaspora təşkilatları daha böyük uğura nail olurlar”.
“Olaylar”.-2014.-5 noyabr.-№ 189.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
112
Leyla Əliyeva və Azərbaycan diasporu
“Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”
Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar
olub və dönməz xarakter alıb. Tarix boyu ictimai-siyasi proseslər elə gətirib ki, azərbaycanlıların bir hissəsi
əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salıblar. Nəticə etibarilə
bu Azərbaycan diasporanın yaranmasına və inkişafına təkan verib. Dünyanın müxtəlif ölkələrində yaşayan
azərbaycanlıların tarixi vətənlərilə əlaqələrinin qoparmaması azərbaycançılıq ideologiyasının yayğınlaşmasına
şərait yaradıb. Azərbaycançılıq öz milli mənsubiyyətini, adət-ənənələrini qoruyub saxlamaq, eyni zamanda,
onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya ediriksə, deməli,
bizim mənəvi dəyərlərimiz də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Doğrudur, insan hansı ölkədə
yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın. Amma
dünyada eyni zamanda, assimilyasiya – millətlərin qaynayıb-qarışması prosesi də gedir. Ulu öndər Heydər
Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi: “Azərbaycanlılar gərək yaşadıqları
ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə,
milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır”.
Respublikamızın müstəqilliyini bərpa etdikdən sonrakı dövrə nəzər salanda görürük ki, diaspor təşkilatları daha
da güclənmiş, mütəşəkkil bir qüvvəyə çevrilmiş, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr
möhkəmlənmiş, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Bundan başqa, xaricdəki soydaşlarımıza və cəmiyyətlərimizə hər
mənada dayaq olan Azərbaycan Respublikasında aparılan davamlı və ardıcıl sosial-iqtisadi islahatlar nəticəsində
qeyd olunan sahələrdə ciddi nailiyyətlər qazanılmış, demokratik cəmiyyət formalaşmış, siyasi münasibətlər
sistemi təkmilləşmiş, dövlət idarəçiliyində müasir metodların tətbiqi müsbət nəticələrini vermiş və bütün
bunların fonunda beynəlxalq aləmdəki nüfuzumuz xeyli artmışdır. Bu da Azərbaycan diasporunun daha
səmərəli fəaliyyət göstərməsi üçün münbit şəraitin yaranmasına zəmin hazırlayır. Xaricdəki soydaşlarımızın
yaşadıqları ölkənin ictimai-siyasi proseslərində fəallıq göstərməsi də respublikamız üçün önəm kəsb edir. Çünki
bununla onlar həmin ölkələrdə nüfuz qazanmış, mövqelərini möhkəmləndirmiş olurlar. Sevindirici haldır ki,
Azərbaycan ziyalıları yaşadıqları dövlətlərdə bu sahədə bir sıra uğurlara imza atmışlar. Hazırda Türkiyə,
Gürcüstan, Estoniya və digər ölkələrin parlamentlərində azərbaycanlı millət vəkilləri var. Lakin, təbii ki, bu, bizi
tam qane edə bilməz. Diasporumuzun ictimai-siyasi proseslərə təsir etmək imkanına malik amilə çevrilməsi
üçün görüləcək işlər hələ çoxdur. Azərbaycanlılar ilk növbədə yaşadıqları cəmiyyətlərdə təkcə fərdi şəkildə
deyil, təşkilatlanmış qurum, ictimai institut olaraq ciddi etimad qazanmağa müvəffəq olmalıdırlar. Buna nail
olduqdan sonra biz xarici ölkələrin parlamentlərində, dövlət təşkilatlarında, siyasi partiyaların rəhbərliyində
daha çox soydaşımızı görə biləcəyik. Eyni zamanda, azərbaycanlılar siyasi proseslərdə, xüsusilə, seçkilərdə fəal
rol oynamalıdırlar ki, siyasi partiyalar onların səsini qazanmaq üçün müəyyən addımlar atsınlar, sözün yaxşı
mənasında bu səs uğrunda mübarizə aparsınlar. Bəzi ölkələrdə biz bunun ilkin simptomlarını görürük. Lakin
daha çox işləmək, cəmiyyətə daha sıx inteqrasiya etmək ehtiyacı duyulur. Belə hesab edirik ki, xaricdəki
soydaşlarımız zamanla bu vəzifənin də öhdəsindən gələ biləcəklər.
Xocalı dünyanın diqqət mərkəzində
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin
yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük
ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 500-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir
və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir. Son illər Azərbaycan diasporunun həyatında
müşahidə edilən müsbət tendensiyalardan biri ondan ibarətdir ki, artıq diaspor rəhbərlərimiz fəaliyyət
göstərdikləri ölkələrin televiziya kanalları, radiolar, kütləvi informasiya vasitələrinə çıxış əldə edir, həmin
vasitələr hesabına müxtəlif ölkələrdə Azərbaycanın təbliği ilə məşğul olurlar. Azərbaycan diasporunun
formalaşması, onun inkişaf etməsində ayrı-ayrı diaspor təşkilatları ilə yanaşı, bu sahədə fəaliyyət göstərən
həmvətənlərimizin də əvəzedilməz rolu var. Müxtəlif ölkələrdə fəaliyyət göstərən cəmiyyət və birliklərə
rəhbərlik edən həmin şəxslər öz fəaliyyətləri ilə diaspora hərəkatını bir qədər irəli aparır, Azərbaycanın təbliği
işi ilə məşğul olurlar. Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan diaspor təşkilatlarının
rəhbərləri var ki, həmin şəxslər də mütəmadi olaraq Azərbaycan dövləti və onun prezidenti tərəfindən
qiymətləndirlir, Azərbaycanın təbliği istiqamətində göstərdikləri fəaliyyətə görə orden və medallarla təltif
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
113
olunurlar. Azərbaycanı layiqincə təmsil edən simalardan biri də Leyla xanım Əliyevadır. Leyla xanım Əliyeva
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri olmaqla yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (AMOR) sədridir. Leyla xanım Əliyeva eyni zamanda Moskvada nəşr olunan “Baku” jurnalının baş
redaktoru, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. Məlumat üçün qeyd edək
ki, Leyla Əliyeva Azərbaycan Respublikası prezidenti İlham Əliyevin böyük qızıdır. O, 1985-ci il, iyulun 3-də
anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil aldıqdan sonra İsveçrədə və Böyük Britaniyada ali təhsil
alıb. Leyla xanım Əliyeva həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini
bitirib. Leyla xanım Əliyevanın Rusiya Federasiyasındakı ictimai və siyasi nüfuzu, rəhbərlik etdiyi qurumların
Azərbaycan naminə gördüyü işlər şimal qonşumuzda Azərbaycan diasporunun getdikcə güclənməsi və inkişaf
etməsinə öz müsbət təsirini göstərir. Leyla xanım Əliyevanın diaspor nümayəndəsi kimi Azərbaycan
həqiqətlərinin, Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması sahəsində
göstərdiyi ən böyük xidmətlərdən biri “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı kimi çıxış etməsidir.
Məhz onun təşəbbüsü ilə həyata keçirilən sözügedən kampaniya çərçivəsində ermənilərin Xocalıda
azərbaycanlılara qarşı törətdikləri soyqırım faktı dünya ölkələrinin diqqətinə çatdırılıb. Hətta bir sıra ölkələrin
parlamentləri bu kampaniyanın məntiqi nəticəsi olaraq ermənilərin 1992-ci il, fevralın 26-da Xocalıda
törətdikləri insanlıq faciəsini soyqırım kimi tanıyıb. Leyla xanım Əliyevanın Azərbaycanın təbliği
istiqamətindəki fəaliyyəti Azərbaycan prezidentinin diqqətindən kənarda qalmayıb. Belə ki, dövlət başçısının
2011-ci il, Dünya Azərbaycanlılarının üçüncü qurultayı ərəfəsində imzaladığı sərəncamla Leyla Əliyeva xalqlar
arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə
“Tərəqqi” medalı ilə təltif edilib.
Ali məqsədin əhəmiyyətli qolu
Hər bir millətin mənəvi-siyasi potensialı nə qədər güclü olarsa, dövlətçilik problemlərinin həlli sahəsində
görüləcək işlərin öhdəsindən gəlmək də bir o qədər asan olar. Hazırda ən güclü mənəvi siyasi amillərdən biri də
məhz diaspordur. Milli diaspor milli mədəniyyətin, milli birliyin, milli dövlətçiliyin ən etibarlı dayaqlarından
biridir. Öz dövlətçilik fəaliyyətində bu mühüm amili nəzərə almayan ölkələr böyük təsir gücünə malik mənəvi–
siyasi potensialdan məhrum olur, qarşılarına qoyduqları, həll etmək istədikləri bir çox problemləri nisbətən gec
yerinə yetirirlər, başqa sözlə desək, dövlət quruculuğu işində milli dövlətçilik mənafeyini müqəddəs tutan böyük
bir qüvvəni nəzərə almır, özlərindən təcrid edirlər. Təkcə ölkə daxilində deyil, onun hüdudlarından çox-çox
uzaqlarda da millətin mədəniyyətinin, adət-ənənələrinin daşıyıcıları kimi fəaliyyət göstərən diaspor
nümayəndələri öz doğma xalqı, milləti üçün çox iş görə bilər. Azərbaycan diasporunun da fəaliyyəti bu nöqteyi-
nəzərdən diqqəti cəlb edir. Bu baxımdan Leyla Əliyevanın Azərbaycan adına fəaliyyətlərində, xaricdəki
soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər müstəsna əhəmiyyətə malikdir.
Çünki diaspora milli dövlətçiliyimiz baxımından müasir həyatımızda ən vacib və son dərəcə mühüm olan bir
sahədir. Dünya azərbaycanlılarının bir–biri ilə, eyni zamanda respublikamızla əlaqələrini genişləndirmək,
onların fəaliyyətini tənzimləmək, qürbətdəki soydaşlarımızın təşkilatlanmasını sürətləndirmək, həqiqətlərimizin
onların vasitəsi ilə daha çox ölkələrə yayılmasını təmin etmək, mühacir soydaşlarımızın hüquqlarını qorumaq,
xaricdəki milyonlarla azərbaycanlının mədəni muxtariyyət qazanmasına səy göstərmək müstəqil Azərbaycan
Respublikasının ali məqsədlərinə daxildir. Azərbaycan diasporunun keçmişi, bu günü və gələcəyi ilə yaxından
maraqlanmaq, onların üzləşdiyi ictimai-siyasi, sosial problemləri öyrənmək və bu problemlərdən çıxış yollarını
aramaq isə həmin ali məqsədin ən mühüm və məsuliyyətli qollarından sayılır. Leyla xanımın xarici ölkələrdəki
fəaliyyətini bu istiqamətlərə yönəltməsi bizi sevindirir.
“Olaylar”.-2014.-6 noyabr.-№ 200.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
114
Kanadada Azərbaycan
Dr. Sərvər Qurbanov
Qafqaz Universiteti, Sosial - İqtisadi Tədqiqatlar Mərkəzi
Bünövrəsi, 3 oktyabr 2009-cu ildə Naxçıvan Andlaşması ilə qoyulan Türk Dilində Danışan Ölkələrin
Əməkdaşlıq Şurasının son illərdə əsas müzakirə etdiyi mövzulardan biri də, xarici ölkələrdə diaspor
fəaliyyətlərinin birgə həyata keçirilməsidir. Dövlət başçılarının, göstərdiyi istiqamətin Kanadadakı qeyri-
hökumət təşkilatları (QHT) üçün ciddi bir üfüq olduğunu əyani sürətdə müşahidə etmək imkanım oldu.
İndiyə qədər Kanadaya getməyənlər üçün, səfərimizlə bağlı bəzi texniki məlumatları belə vermək olar:
Təyyarə, İstanbuldan Montreala 7720 km uçur. Uçuş müddəti 10 saat, təyyarənin orta sürəti isə saatda 850 km-
dir. Qayıdanda isə, Torontodan İstanbula olan səfər, 9 saat vaxt apardı. Arada bir salondakı məlumat ekranında
təyyarənin, saatda 1000 km uçduğunu görürdüm.
Kanada iqtisadiyyatında ilk nəzərəçarpan məqam daşınmaz əmlakın Azərbaycanla müqayisədə kifayət qədər
bahalı olmasıdır. Toronto kimi sənaye şəhərində yaxşı bir evi 700 min Kanada dollarına (480 min manat) satın
almaq mümkündür. İpoteka kreditilə isə ilkin ödəniş 100 min dollar (69 min) ola bilər. Kanadada kənd
təsərrüfatı ilə bağlı maraqlı bir məqamı belə qeyd etmək olar: Mərcimək Anadolu torpaqlarından dünyaya
yayılmasına baxmayaraq, Türkiyə Kanadadan mərcimək idxal edir. Türkiyənin mərcimək idxalatında
Kanadanın payı 90 faizdən çoxdur.
Anadolu Mədəniyyətləri Federasiyasının (Anatolian Heritage Federation) dəvəti ilə iştirak etdiyimiz II
Türkdilli ölkələr - Kanada Qurultayında (II Turkic - Canadian Convention), səfərimiz həm məhsuldar, həm də
maraqlı oldu. İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyi (SDİB) ilə Qafqaz Universiteti arasında imzalanan
əməkdaşlıq sazişinə əsasən, İpək Yolunun heyətində yer aldım. Kanadalı investorlarla azərbaycanlı işadamları
arasında daha çox körpünün qurulması istiqamətində təqdimatım oldu. Təqdimatda, əsasən Azərbaycanda 2015-
2020 illəri əhatə edəcək sənayenin inkişafı üzrə dövlət proqramının kanadalı investorlar tərəfindən izlənməsinin
əməkdaşlığın inkişaf etdirilməsi üçün lazımlı bir dövlət sənədi olduğunu xüsusilə qeyd etdim. Tədbirdə,
Kanadanın ən böyük sahibkarlıq federasiyası, 10 mindən çox üzvü olan, Kanada Emal Sənayesi və İxracatçıları
Birliyinin prezidenti Ceysın Mayers də iştirak edirdi.
Adında Anadolu ifadəsinə baxmayaraq, AHF, bütün Türkdilli ölkələrin Kanadada eşidilən səsi olmağı
bacaran bir nümunəvi QHT kimi göz oxşayır. Türkiyədən və Kanadadan millət vəkillərinin və senatorların
iştirak etdiyi qurultayda, Azərbaycanın Kanadadakı səfirliyindən, müvəqqəti işlər üzrə vəkil Cənab Ramil
Hüseynlinin təqdimatını xüsusi bir maraq doğuran məqam kimi burada qeyd etmək lazımdır. İpək Yolu
Sahibkarlığa Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov və idarə heyətinin üzvü Dr. Elnur Əsgərli isə
azərbaycanlı iş adamlarının maraq dairəsini biznes forumda Kanadalı həmkarları ilə bölüşdülər. Qurultayda üç
sessiya var idi: birinci sessiyada Dr. Elnur Əsgərli, ikinci sessiyada bu sətirlərin müəllifi, üçüncü sessiyada isə
cənab Ramil Hüseynli Azərbaycanla bağlı təqdimat etdilər. Beləcə, həm auditoriya, həm də natiqlər,
Azərbaycan iqtisadiyyatı haqqında ətraflı bir məlumat əldə etmək imkanına qovuşdular. Bununla yanaşı,
qurultayda iştirak edən kanadalı elm adamları, Azərbaycanda Kanada səfirliyinin tezliklə fəaliyyətə başlaması
barəsində öz tövsiyyə xarakterli təkliflərini dəfələrlə səsləndirdilər.
“Palitra”.-2014.-19 noyabr.-№ 210.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
115
Diasporumuz sosial şəbəkələrdən düzgün bəhrələnə bilirmi?
Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi diaspor quruculuğu işinin
keyfiyyətcə təkmilləşdirilməsi, xalqımızın tarixi və müasir həyatı ilə bağlı məlumatların dünya ictimaiyyətinə
çatdırılması mexanizmlərinin müasirləşdirilməsi məqsədlərinə xidmət edir. İnformasiya-kommunikasiya
texnologiyalarının ictimai həyata təsir imkanlarının yüksələn xətlə inkişafı diaspor quruculuğu prosesində bu
tarixi nailiyyətin daha geniş miqyasda tətbiqini zərurətə çevirir. Bu sahədə Azərbaycan diaspor təşkilatlarının
əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Müasir İKT-nin imkanlarından istifadə etməklə dünya
azərbaycanlıları arasında iki və çoxtərəfli əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması,
azərbaycanlıların intellektual potensialının ümummilli mənafelərin reallaşdırılması üçün səfərbər edilib.
Maraqlıdır ki, soydaşlarımız diaspor siyasətinin həyata keçirilməsi işində İKT-dən nə kimi yararlana bilirlər?
Diaspora Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, hazırda ən aktiv virtual təbliğat
formalarından biri də sosial şəbəkələrdir.
Biz, diasporumuzun sosial şəbəkələrdən təbliğat kimi nə dərəcədə düzgün bəhrələnməsini öyrənmək üçün elə
“Facebook”da bu məsələni müzakirəyə çıxardıq. İki həmkarımızı çıxsaq bununla bağlı başqa heç bir fikir və rəy
bildirən olmadı. Təxminən bir həftə sonra daha təşviqedici sözlərlə diasporumuza səslənib bu məsələni
müzakirəyə çıxardıq. Bu dəfə isə təksə İsveçdə fəaliyyət göstərən Vahid Azərbaycan Dərnəyinin sədri Aygün
Coşqun səsimizə səs verdi. Onun rəyini isə olduğu kimi təqdim edirik: “Bəzi zamanlar çox gözəl bəhrələnirik,
amma bəzən də bəhrələnmək o yana qalsın, adamı peşman edirlər. Sosial şəbəkələrdən insanlar bəzən çox süni
şəkildə istifadə edirlər”. İsveçdəki “Araz” TV-nin rəhbəri, prodüser Rahim Sadıqbəyli diasporumuzun hələ də
sosial şəbəkələrdən tam və lazımınca faydalana bilməməsindən təəssüflənir. Ayrı-ayrı insanlarımızda bir
yaxınlaşma və canlanmanın hiss olunduğunu istisna etməyən soydaşımız bunun da məişət səviyyəsindən hələ də
o tərəfə gedib çıxmadığını dedi: “Çox maraqlıdır ki, bütün dünyanın həm tanınmış və tanınmamış şirkətləri,
biznes mərkəzləri və həm də hökumət və qeyri-hökumət təşkilatları, eləcə də federasiyalar, dərnəklər və bu kimi
qeyri-kommersial təşkilatlar bu şəbəkələrdən həddindən artıq çox istifadə edirlər. Bununla onlar ölkələrinin,
şirkətlərinin, eləcə də təşkilatlarının həm tanınmasına, həm də inkişafına çox böyük dəstək olurlar. Yuxarıda da
qeyd etdiyim kimi ayrı-ayrı diaspor nümayəndələri çox fəaldırlar, amma bunu sistemli şəkildə demək çox
çətindir”. “Amerikanın səsi” televiziyasının əməkdaşı Dilşad Əliyarlı qeyd edib ki, müasir dövrdə sosial
şəbəkələrin şəbəkələrin həyatımızda rolu həqiqətən də böyükdür. D. Əlyarlının fikrincə, Azərbaycan diaspor
üzvləri də tədricən bu imkandan daha geniş istifadə edəcəklər: “Bunun çox sadə və obyektiv səbəbləri var. Biz
bir-birimizi tanımaq, bir-birimiz haqda daha çox məlumat almaq istəyirik”. “Facebook” fəalı, Azərbaycanlı
Vətəndaşların Avropa Forumunun (FACE) qurucusu Natiq Bayramov bildirib ki, diaspor təşkilatlarının
fəaliyyətləri mahiyyət etibarilə düzgün qurulmadıqda sosial şəbəkələrdəki fəaliyyətləri də səmərəsiz olur. Odur
ki, yenilikçi ideyalar yaranmır, yaransa da bunların həyata keçirilməsi üçün mütləq Azərbaycan hökuməti
tərəfindən dəstəklənməsi gözlənilir. Onun fikrincə, bütün sahələri əhatə edən çoxşaxəli vətəndaş təşəbbüsləri
olmalıdır: “Bunlar müstəqil fəaliyyət göstərməli və öz fəaliyyətləri ilə Azərbaycanın milli maraqlarını
tamamlamalıdırlar. Bu təşəbbüslər Azərbaycan hökuməti tərəfindən müxtəlif formalarda dəstəklənə də bilər.
Məhz bu halda yaradıcılıq və yenilikçilik üçün münbit zəmin yaranar və bu qabiliyyətlərin reallaşdırılmasının
ən əlverişli platformlarından olan virtual platformada da Azərbaycan diasporunun səmərəli fəaliyyətinin şahidi
olarıq”. N. Bayramov etiraf edib ki, ənənəvi diaspor fəaliyyətləri artıq heç kimin diqqətini cəlb etmir: “Xüsusilə
də başqalarının gündəliyinə cavab vermək və addımları ilə ayaqlaşmağa çalışmağa köklənmiş fəaliyyətlər.
Bütün sahələrdə olduğu kimi bu sahədə də uğur qazanmaq üçün yaradıcılığa və yenilikçiliyə ehtiyac var.
Yaradıcılıq və yenilikçilik isə çərçivələri və nəzarəti sevmir. Bunun üçün azadlıq və təşviqat lazımdır”.
“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nemət Orucov hesab edir ki, XXI əsrin əsas kəşfi sosial
şəbəkələrdir. Onun fikrincə, müasir çağırışlar internet resurslarından səmərəli istifadəni qaçılmaz edir. İnternet
resurslarından və onun əsasını təşkil edən sosial şəbəkələrdən istifadə etmək hər bir fərdin özü ilə bağlı
məsələdir: “Mən xatırlayıram, hələ sosial şəbəkələr çağdaş dövrdə olduğu səviyyədə deyildi. İllər öncə əsasən
Dünya Azərbaycanlıları Konqresi adlı diaspora qurumu fəaliyyət göstərirdi. Bu qurumun İdarə Heyətinin
üzvləri fərqli ölkələrdə yaşayırdı. Onlardan bəzisi Kanadada, bəzisi Amerikada, bəzisi isə Avropa dövlətlərində
məskunlaşmışdı. Təbii ki, Bakıda yaşayan İdarə Heyəti üzvləri də var idi. On il bundan öncə, DAK İdarə
Heyətinin toplantıları internetdə paltak otaqlarında keçirilirdi və hər bir şəxs də qarşıda duran vəzifələr haqda
fikrini söyləyə bilirdi. Həmin dövr üçün internetdə ən gözəl fürsətlərdən biri paltak otaqları hesab olunurdu.
Ancaq bəllidir ki, zaman keçdikcə texnologiya və internet resursları da inkişaf edir. İndi daha çox sosial
şəbəkələr ciddi resurs hesab oluna bilər. Çünki müxtəlif ölkələrdə yaşayan soydaşlarımız facebook və ya
“Twiter” vasitəsilə əlaqə saxlaya bilir. Diaspora təşkilatları internet resurslardan istifadə edərək sosial
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
116
şəbəkələrdə cəmləşsə, hansısa müzakirələr aça bilərlər. Sosial şəbəkələrdə kiçik araşdırma zamanı bəlli olur ki,
bizdə insanlar sosial şəbəkələrdən bir çox hallarda məhz informasiya mənbəyi kimi yararlanır. Ancaq diqqət
etdikdə bəlli olur ki, az qala sayı 500 min nəfəri keçən facebook.com-un Azərbaycandan olan üzvləri diaspora
ilə bağlı statuslara meyl etmir. Əlbəttə, bu heç də yaxşı hal deyil. Ancaq hesab edirəm ki, insanlarımızı diaspora
fəaliyyətinə cəlb etməyin bir yolu da onların diaspora mövzusunda müzakirələrə cəlb etməkdən, bu istiqamətə
kökləməkdən keçir. Bunun üçün internet resurslarından effektiv istifadə etmək lazımdır. Bu istiqamətdə
diaspora şəbəkələşməsi əsas faktordur”. N. Orucov əlavə edib ki, diaspora qurumlarının özü də sosial
şəbəkələrdə aktivlik nümayiş etdirməli, özləri bir sıra məsələlərlə bağlı müzakirələr açmalı, insanları bu
mövzuya cəlb etməlidir: “Əslində bəllidir ki, xaricdə fəaliyyət göstərən Azərbaycan milli diaspora qurumları
internet və sosial şəbəkələrdə var, bir-birilə əlaqələri bir çox hallarda məhz sosial şəbəkələr vasitəsilə qururlar.
Məhz internet resursları imkan verir ki, istənilən bir ölkədə yaşayan soydaşlarımız asanlıqla bir araya gəlsin,
fəaliyyəti virtual aləmdən real həyata keçirsin, hansısa tədbirlər təşkil etsin, eləcədə Azərbaycana qarşı olan
fəaliyyətə öz etirazlarını ifadə etsinlər. İkincisi, məhz internet resursları vasitəsilə Azərbaycanın təbliği, onun
dünyada tanıdılması, mədəniyyəti və tarixi haqqında geniş informasiyaların digər cəmiyyətlərə dağıdılması
mümkündür. Düzdür, bu imkanlardan müəyyən qədər istifadə edilir. Ancaq hesab edirəm ki, bu fəaliyyəti bir
qədər də gücləndirmək, əhatəni genişləndirmək mümkündür. Yeri gəlmişkən, qeyd edim ki, bir neçə il əvvəl
sosial şəbəkədə axtarış etdikdə “Diaspora Azerbaijan”, “Azeri diaspora”, “Azərbaycanlı”, “Dünya
azərbaycanlıları” və s. adda profil və qruplara rast gəlinirdi. İndi bu qrupların sayı daha çoxdur və bu yaxşı
haldır.
Nəzərə almaq lazımdır ki, qruplar yaratmaq əsas şərt deyil. Bu qrupların dəstəklənməsi, əlaqələrin qurulması,
insanları müzakirələrə cəlb etmək də lazımdır. Bu isə ciddi iş deməkdir. Bir daha qeyd edim ki, sosial şəbəkələr
cəmiyyətlərin virtual inikasıdır. Bu imkanlardan maksimum istifadə edilməlidir. Bir məqamı da nəzərə
almalıyıq ki, əlaqələrin qurulması, inkişaf etdirilməsi, diaspora qurumlarının və onların simasında Azərbaycanın
tanıtdırılması, təbliği üçün ən az vəsait tələb edən və ən çox imkanlara malik olan internet-sosial şəbəkələrdir.
Odur ki, bu imkandan Azərbaycanın gənc diaspora qurumları maksimum istifadə etməlidir. Hədəf qruplarına
çatmaq üçün ən yaxşı istiqamət elə internetdir. Bu mənada diaspora təşkilatlarımız həm də özlərinin internet
saytlarını yaratmalı, bu səhifələrini daima yeniləməli və sosial şəbəkələrdə paylaşmalıdır. 2015-ci il saxta
erməni soyqırımının qeyd etməyə hazırlaşan, hər gün sosial şəbəkələrdə yalan və iftiralar yayan erməni iç
üzünün açılması prosesində də internetdən effektiv istifadə qaçılmazdır. Çox asanlıqla onlarla diaspora
cəmiyyətləri bir amerikalı konqresmenin və ya bir fransız deputatın elektron ünvanına məktublar göndərə, ona
alternativ informasiya təqdim edə bilər. İnternet texnologiyası, şəbəkələşmə, virtual aləmin sərhədləri
genişləndikcə, ondan istifadə məsələsi də daima gündəmdə olacaq. Mən ümid edirəm ki, bizim gənc diaspora
cəmiyyətlərimizin inkişafında bu resurs öz töhfəsini verəcək və həm də bu yolla öz ölkələrində tanınan bir
quruma çevrilə biləcəklər. İnternet resurslardan istifadəni qaçılmaz edən sadə və obyektiv səbəblər var. Müasir
çağırışlar fonunda bu imkanları bir kənara qoyub inkişaf etmək mümkün deyil”.
“Olaylar”.-2014.-21 noyabr.-№ 210.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
117
Diaspor təşkilatlarının uğurlu Xocalı kampaniyası
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımının dünya ictimaiyyətinə
çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti aktiv fazaya qədəm qoyub. Artıq bir neçə aydır ki,
dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu istiqamətdə toplantılar,
konfrans və seminarlar təşkil edirlər. Bu günlərdə belə tədbirlərdən biri Belçika Krallığında reallaşıb. Belə ki,
Belçika Azərbaycan Dostluq Cəmiyyəti və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) birgə
əməkdaşlığı ilə Brüsseldə 'Vrije Universiteit Brussel' salonunda "Qarabağ işğalı - 3 Nəsil 1 soyqırım” adlı sərgi,
eləcə də “Qafqazda sülhün önündəki maneələr” adlı konfrans keçirilib. Sərgidə Qarabağda gedən döyüşlər
zamanı həlak olanların rəsmləri, həmçinin onlardan qalan xatirə vəsaitləri nümayiş olunub. Sərginin açılış
lentini Azərbaycan və Türkiyənin səfirləri Fuad İsgəndərov, Hakan Olcay, Türkiyə Böyük Millət Məclisinin
üzvü Sinan Ogan, eləcə də Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Hollandiya
Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın kəsib. Sərgi və konfransda Türkiyə
Cümhuriyyətinin Brüsseldəki səfiri Mehmet Hakan Olcay, Azərbaycan Respublikasının Brüssel, Lüksemburq
və Avropa Birliyi nəzdində fəaliyyət göstərən səfiri Fuad İsgəndərov, Türkiyənin Milliyətçi Hərəkat
Partiyasının İqdırdan olan millət vəkili və TÜRKSAM fəxri prezidenti Sinan Oğan, Türkiyənin Brüsseldəki baş
konsulu Əli Barış Ulusoy, Azərbaycan Respublikasının Brüsseldəki səfirliyinin müşaviri Əli Əliyev, səfirliyin
birinci katibi Anar Manatlı, Schaerbeek bələdiyyə məclis üzvü Xalis Kökdən, TÜRKSAM sədri Gencehan
Babiş, QHT nümayəndələri, ziyalılar, universitet tələbələri iştirak edib. TBMM üzvü Sinan Ogan və cəmiyyət
sədri Ayhan Dəmirçi konfransdan əvvəl “Qarabağ işğalı - 3 Nəsil 1 soyqırım” adlı sərgini qonaqlarla birlikdə
gəzərək iştirakçıları sərgi ilə əlaqədar məlumatlandırıb. Konfransda çıxış edən Ayhan Dəmirçi konfransı açıq
elan edərək iştirakçılara öz təşəkkürünü bildirib. Azərbaycan Respublikası Brüsseldəki səfiri Fuad İsgəndərov
və Türkiyə Cümhuriyyətinin səfiri Hakan Olcay bu tipli sərgi və konfransların mühüm əhəmiyyət daşıdığını
deyib. MHP Iqdır millət vəkili və TÜRKSAM fəxri prezidenti Sinan Oğan isə etdiyi çıxışında bildirib ki, son
əsrdə dünyanın müxtəlif coğrafiyalarında 5 milyondan artıq Türk qətlə yetirilib: “Bu rəqəm kiçik hesab ediləcək
bir rəqəm deyil. Bu rəqəm bir çox Avropa ölkəsinin əhalisində daha çoxdur. Biz Türklər çox qürurlu bir millət
olduğumuz üçün ümumiyyətlə ağrı, acılarımızı dilə gətirməmişik. Ancaq ağrı-acılarını dilə gətirməyən millətlər
də zamanla yox olurlar. Bizlər həmişə zəfərlərimizi dilə gətirmişik və bu səbəbdən ağrı-acılarımızı dilə gətirmək
və xatırlamaqdan həmişə uzaq olmuşuq. Ancaq günümüzdə TÜRKSAM olaraq yaxın tarixlərdə yaşanan
qırğınları və ağrı-acıları bir araya gətirərək, sərgilərlə, konfranslarla dünya ictimaiyyətinə izah etmək qərarı
aldıq. Türkiyə başda olmaqla Avropa və dünyanın müxtəlif yerlərində bu sərgilər, konfransları təşkil etməyi
davam etdirəcəyik”. Sinan Oğan deyib ki, virtual mühitdə bunu nəşr halında milyonlarla insana çatdırmalıyıq:
“Erməni diasporu əlindəki yalanları doğruymuş kimi qəbul etdirdiyi bir halda bizlər də yaxın tarixdə yaşanan
acıları doğru bir şəkildə dünyanın diqqətinə çatdırmalıyıq. Bu insanlıq və milli bir vəzifədir. Ermənilər yalnız
insanlığı deyil, mədəni dəyərləri qətl edib. İrəvan bölgəsində zamanında 700 məscid vardı, İndi onlardan 699-u
məhv edilərək inək tövləsinə, axıra çevrilib. Yalnız bir məscid “Göy məscid" istisna olunmaqla. O da muzey
kimi istifadə etmək niyyəti ilə”. Sinan Oğan bildirib ki, 1900-cü illərdən bəri İğdır, Ərzincan, Ərzurum, eləcə də
Qarabağ olmaqla bir çox yerdə ermənilər tərəfindən vəhşiliklər törədilib, insanlarımız yandırılıb, kütləvi
soyqırımlar həyata keçirilib: “Məqsədimiz bu ağrıları gündəmdə tutaraq, gerçəklərin işıqlanmasını təmin
etməkdir”
TÜRKSAM sədri A. Gencehan Babiş deyib ki, “Acılar paylaşdıqca azalar” deyimini əsas götürüb və bu
sözdən yola çıxaraq tarixdə meydana gəlmiş acı hadisələri tarixə əks etdirmək məqsədiylə bu kimi tədbirlər
təşkil olunur: “Çox faydalı bir tədbirdir. Vətəndaşlar tarixdəki acı hadisələri, sənədlər gördükcə daha çox
təsirlənir. Bu səbəblə əmanət aldığımız bu vizual materialları virtual mühitə daşıyıb, ictimai media vasitəsilə
milyonlara çatmağı hədəfləmişik. Çıxışlardan sonra qonaqlar üçün Azərbaycan mətbəxindən hazırlanan yemək
və içkilərdən ibarət süfrə açılıb.
Oxşar tədbir bu günlərdə qardaş Türkiyədə də gerçəkləşib. Belə ki, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin
(EkoAvrasiya), Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və
Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı qətliamı müzakirə olunub. Ankarada
keçirilən tədbirə TBMM Konstitusiya Komissiyasının sədri, prof. Dr Burhan Kuzu, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili prof. Dr Necdet Ünüvar, Türkiyə Parlamentlər
Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və işbirliyi Dərnəyinin sədri, millət vəkili, Dr. İsmail
Safi, millət vəkili Oktay Ekşi, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri,
Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, jurnalist Elnur Eltürk qatilib. “Yüzilliyin
dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış” adlı tədbirdə çıxış edən Avrasiya İqtisadi Əlaqələr
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
118
Dərnəyinin sədri Hikmət Eren Xocalı qətliamının əsrlərdir davam edən xaç yürüşlərinin bir bənzəri və davamı
olduğunu bildirib: “Ermənilər dünyanın gözü önündə 26 fevral 1992-ci il tarixində 613 müsəlman soydaşımızı
vəhşicəsinə qətlə yetiriblər. Bundan gözləri doymayan Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal
edərək minlərlə soydaşımızı öldürüb. 2015-ci ildə əsassız və saxta erməni soyqırımı iddialarının 100 illiyi
yaxınlaşır. Bunun üçün Türkiyə və Azərbaycan istər Amerikada, istərsə də Avropada ortaq diaspor fəaliyyətləri
həyata keçirməlidirlər”. Hikmət Eren çıxışında Xocalı xaricində Anadolu torpaqlarında ermənilərin müsəlman
türklərə qarşı törətdikləri qətliamın izlərinin olduğunu söyləyib: “1980-ci il və 1990-illərdə Ərzurum Alaca
kəndi, Yeşilyayla və Tımar kəndlərində aparılan qazıntılar zamanı ermənilərin müsəlman türklərinin toplu
məzarları tapıldı. Qars, İğdır və Vanda ortaya çıxarılan qətliam məzarları da gözümüzün önündədir. Bu
qətliamları dünyanın dörd bir tərəfinə çatdırmalıyıq. Bəzən bu gerçəkləri anlatdığımız üçün bizi “Türkün türkə”
təbliğatı aparmasında ittiham edirlər. Bəli, Türkiyədə 80 milyon insan yaşayır, amma əksər gənclərimizin bu
məzarlıqlardan xəbəri varmı?”.
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov çıxışında deyib ki, Xocalı
qətliamı insanlıq tarixinin ən acı soyqırımlarından biridir: “Faciənin dəhşətini yaşayan biri olaraq, üzərindən 22
il keçsə də Xocalı qətliamının acısı hələ də təzədir və həmişə belə qalacaq. Xocalı qətliamı o günü yaşayan hər
kəs kimi məndə də dərin izlər buraxıb. Yüzlərcə qadın və uşaq gözümüzün önündə erməni əsgərləri tərəfindən
qətlə yetirildilər. Xocalı qətliamı erməni faşistlərin düşündüyü kimi sadəcə türk və müsəlmanlara qaşı deyil,
bütün insanlığa qarşı işlənmiş bir toplu cinayətdir. Xocalı qətliamı bu gün bir çox ölkənin parlamenti tərəfindən
gündəmə gəlib və soyqırım olaraq tanınıb. Bunlardan Meksika, Pakistan, Kolumbiya, Bosna, Peru, Sudan,
Honduras və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Xocalı qətliamını tanıyıb. Fəqət, Xocalı faciəsini
qardaş Türk cümhuriyyətlərinin parlamentləri tərəfindən tanınmasını arzu edərdik”. Türkiyə Böyük Millət
Məclisinin üzvü İsmail Safi isə Xocalı vəhşəti kimi bu cür önəmli mövzuların dövlətlərin və tarixçilərin
məsələsi olduğuna diqqəti çəkib: “Amma bugünkü dünyaya baxdığımızda bu cür tarixi hadisələr QHT-lərin də
məsələsidir. Çünki əslində bu, lobbiçilik fəaliyyəti sahəsinə aiddir. Amma təəssüf ki, Türkiyədə bu mövzunun
yetərsiz olduğuna şahid oluruq. Bu məqsədlə “biz bu mövzuda nə edə bilərik?” istiqamətində 1 ildir fəaliyyət
göstəririk. 10 universitetdə dəyirmi masa və konfranslar düzənlədik. 2015-ci ildə də çalışmalarımıza davam
edəcəyik və bu məsələni xaricdə də qaldıracağıq”. Tədbirin yekununda iştirakçılar tərəfindən qərar qəbul
olunub. Qərara görə, Xocalı hadisəsi açıq bir soyqırımdır, Xocalı soyqırımı və qondarma erməni soyqırımı
iddiaları ilə bağlı diaspor, elmi və lobbi fəaliyyətləri birlikdə koordinasiya edilməli və birlikdə iş aparılmalıdır.
Sənəddə həmçinin bildirilir ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər
əsla açıla bilməz və açılmamalıdır.
“Olaylar”.-2014.-25 noyabr.-№ 212.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
119
Diaspor məsuliyyəti
Fuad Hüseynzadə
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və
mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir. Tarix elə gətirib ki, 50 milyondan artıq
azərbaycanlının beşdə birindən də azı müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin nəzərə almaq
lazımdır ki, bu, müasir dünya üçün o qədər də qeyri-təbii sayılmır. Qlobal dəyərlərin böyük əhəmiyyət kəsb
etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün mümkün
qədər az maneə yaratmalıdır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən
müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini, “azərbaycançılıq” ideologiyası mövcuddur.
Bu gün Azərbaycan hökumətinin diaspor siyasətinin prioritetlərindən biri də Vətənimizin hüdudlarından
kənarda məskunlaşmış milyonlarla soydaşımızın formalaşması, vahid bir amal ətrafında birləşdirilməsi və
Azərbaycan həqiqətlərinin təbliğ olunmasıdır. Prezident İlham Əliyev hər zaman bildirib ki, yalnız güclü
diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman
layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini
lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi
qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli
mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə
dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm
vəzifələrin düşdüyünü qeyd edir. Bütün bunlar son nəticədə Azərbaycanın tanıdılmasına xidmət edir. Bunun
üçün də güclü lobbi quruculuğu işi aparılmalıdır. İstənilən halda lobbiçilik işinin necə aparılmasını araşdırdıqda
öncə bunun strategiya və taktikasını müəyyən etmək lazımdır. Belə olduqda bu fəaliyyət elmi metodlara
əsaslanmalıdır. Bu haqda Almaniyada yaşayan gənc azərbaycanlı alim, siyasi elmlər doktoru, Frankfurt Sülh
Araşdırmaları İnstitutunun (HSFK) elmi əməkdaşı Azər Babayevlə söhbət edərkən o, dedi ki, öncə müxtəlif
ölkələrdə Azərbaycan diasporunun inkişafını uzunmüddətli tarixi bir proses olaraq görmək lazımdır: “Belə ki,
burada zaman amili önəmlidir. Bir çox ölkələrdə diasporumuzun formalaşması yeni başlayıb. Bildiyimiz kimi,
azərbaycanlıların, xüsusən də, Qərb ölkələrinə mühacirəti əsasən SSRİ dağılandan sonrakı dövrə təsadüf edir.
Ümid edirəm ki, Azərbaycan diasporunun inkişafı adına, yaxın 10-20 il ərzində bu mənzərə fərqli olacaq”.
Onun fikrincə, Azərbaycanın dünyaya tanıdılması və bu zaman, habelə diasporumuzun təşkilatlanması üçün
dövlət dəstəyi ilə yanaşı, qürbətdə yaşayan hər bir azərbaycanlının üzərinə də fərdi “məsuliyyət ” düşür:
“Ümumilikdə isə diasporumuzun gücü bir tərəfdən müvafiq ölkədə yaşayan soydaşlarımızın kəmiyyət və
keyfiyyətindən, digər tərəfdən isə diaspor nümayəndələrimiz arasında şəbəkələşmə dərəcəsindən asılıdır. Burada
xüsusi bir məqam diaspor təmsilçilərinin lobbiçiliklə məşğul ola bilməsidir. Bu proses isə ilk növbədə sistemli
təşkilatlanmadan başlayır. Bu zaman isə diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri dövlətlərin Azərbaycanla
bağlı siyasətinin müəyyən olunmasında rol oynamağa çalışmalıdır ”.
Azərbaycan həqiqətlərinin təbliği məsələsində bir tərəfdən davamlı təşkilatlanmanın vacib şərt olduğunu
deyən A. Babayev, digər tərəfdən isə bu məsələyə fərdi müstəvidə baxmaqda fayda görür: “Belə ki, hər birimiz
diaspor azərbaycanlıları olaraq həm də yaşadığımız ölkələrdə Vətənimiz Azərbaycanın (qeyri-rəsmi) elçiləri
olmağı bacarmalıyıq. Bu zaman unutmamalıyıq ki, bizlərin diasporda qazandığı hər bir şəxsi uğurumuz həm də
Azərbaycanın ən gözəl, ən təbii tanıdımı və təbliğidir. Buna görə arzu edirəm ki, millətimiz dünyada ilk
növbədə böyük, qabiliyyətli oğulları və qızları ilə tanınsın, millətlər içində layiqli imzasını atsın”.
Lobbiçilikdə müasir informasiya texnologiyalarının rolu
Hazırda dünyanın əksər ölkəsində 460-a yaxın Azərbaycan icması fəaliyyət göstərir. Artıq diasporumuz
təşkilatlanma prosesini arxada qoyub və praktik mərhələdə məqsəd Azərbaycan həqiqətlərini təbliğ etməkdir.
Yəni, artıq Azərbaycan lobbisi formalaşıb və onların fəaliyyətində müasir informasiya texnologiyalarının da
tətbiqinin əvəzsiz rolu var. Diaspor təşkilatlarımız dünya azərbaycanlılarının həmrəyliyinin informasiya təminatı
istiqamətində ana dilində və ya yaşadıqları ölkələrin dövlət dilində KİV təsis etmək, milli icma üzvləri və yerli
əhali arasında təbliğat və maarifçilik işi aparmaq hüququna malikdirlər. Azərbaycanlı icmalar fəaliyyət
göstərdikləri ölkələrin KİV-ləri ilə əlaqələrini yaxşılaşdırmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və
informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməlidir. Ölkəmizlə bağlı həqiqətlərin dünya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
120
ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan lobbisinin təşkilinə yardım göstərə biləcək alim,
siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin QHT təmsilçiləri ilə sıx
əlaqələr qurulmalı, onlarla məqsədyönlü iş aparılmalıdır. Azərbaycanın virtual məkanda coğrafi adları, mövcud
reallıqları, mənəvi dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə geniş təmsil olunması istiqamətində
tədbirlər görülməlidir. Bununla yanaşı, xarici ölkə yazıçılarının və alimlərinin Azərbaycan haqqında əsərlərinin
yayılması və təbliğinə ehtiyac var. Ən əsası isə müxtəlif metod və texnologiyaların tətbiqi yolu ilə Azərbaycanın
məruz qaldığı haqsızlıqlar, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumatların dünya
ictimaiyyətinə çatdırılması, eyni zamanda “erməni soyqırımı ” iddialarının ifşası məqsədilə tədbirlər
görülməlidir.
Diaspor təşkilatları və onların nümayəndələri Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi ilə
bağlı mövzulara həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsində, KİV-də Azərbaycan haqqında
materialların dərc olunmasında, xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkilində aktiv
olmalıdırlar. Eyni zamanda xaricdəki soydaşlarımız Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyası və müasir
həyatından bəhs edən kitab və plakatların və digər əyani təbliğat vasitələrinin nəşrində daha fəal iştirak
etməlidirlər.
Azərbaycan diasporunun erməni lobbisinə qarşı
effektiv mübarizə yolu
Bu gün Azərbaycan diasporu özü hücum mövqeyindədir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin
diqqətinə çatdırmaqla erməni lobbisinin anti-Azərbaycan fəaliyyətini heçə endirir. Lakin Azərbaycan diasporu
bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi
tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə
səfərbər etməyə çalışmalıdır. Çünki ermənilər hələ də xarici KİV-də əleyhimizə yazılarla çıxış edir və ya pul ilə
ələ alınmış əcnəbi jurnalistlərdən istifadə edirlər. Bundan başqa, müxtəlif ölkələrin internet saytlarında Dağlıq
Qarabağ müstəqil ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilir.
Qeyd edək ki, erməni lobbi təşkilatlarının bizə qarşı mütəmadi qaydada mübarizə aparmasına qarşı çıxmaq
üçün artıq dövlət səviyyəsində tədbirlər görülməkdədir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki,
haqqımızda xarici mətbuatda gedən yazıların böyük əksəriyyəti erməni müəllifləri tərəfindən, bəzi hallarda
başqa adlarla yazılır, yaxud da erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilir: “Bunun qarşısına biz öz
gücümüzü qoymalı, Azərbaycanın uğurlu inkişafını təmin etməli, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin
möhkəmlənməsinə çalışmalıyıq ”.
Bu məsələdə Azərbaycan diasporunun da üzərinə böyük məsuliyyət düşür. Onların bu cür faktlarla real
olaraq birbaşa qarşılaşması şəksizdir. Milli diasporumuzun bu işdə fəal olan təşkilatlarından bir də Ukraynadakı
Qafqaz xalqları Konqresidir. Konqresinin sədri Paşa İlisuyskiyinin (Məmmədov) fikrincə diaspor işindən
lobbizmə keçmək lazımdır: “Bizim birinci məqsədimiz erməni lobbisini zəiflətmək olmalıdır. Biz erməni
lobbisinə qarşı qanun çərçivəsində mübarizə aparmalıyıq. Əvvəla, erməni terror təşkilatları ifşa olunmalıdır.
Bundan başqa, ermənilər qeyri-qanuni olaraq Azərbaycanın regionları adına təşkilatlar yaradırlar. Məsələn,
Kanadada Naxçıvan-Kanada erməni cəmiyyəti (Nakhijevan Armenian Compatriotic Union Of Canada) fəaliyyət
göstərir. Bunların hamısını araşdırıb tapmalı və ermənilər məsuliyyətə cəlb edilməlidir. Bu təşkilatların qeyri-
qanuni olduğunu səfirliklərimiz, diplomatlarımız, eləcə də diasporumuz araşdırıb üzə çıxarmalıdır. Azərbaycanı
sevən siyasətçilər, elm adamları, deputatlar, biznesmenlər və s. sahələrdə olan əcnəbiləri diasporumuz öz
ətrafında cəmləşdirməlidir”. Onun sözlərinə görə, bunu səfirliklərimiz yönəltməlidir: “Yəni hər bir dövlətdə
bizim siyahımız olmalıdır. Bir-azərbaycanpərəst, iki-neytral, üç-ermənipərəst. Bu istiqamətdə yəhudilər çox
güclü işləyirlər. Biz də azərbaycanpərəst siyasətçiləri dəstəkləməliyik. Azərbaycanpərəst biznesmenlərə şərait
yaratmalıyıq. Neytral və ermənipərəst siyasətçiləri ələ almağa çalışmalıyıq. Təbii ki, paralel olaraq erməni
lobbisinə qarşı da qanuni şəkildə iş aparmalıyıq. Əlbəttə ki, bu işin başında maliyyə dayanır. Ölkəmizin iqtisadi
inkişafı, bu gün bu sahədə iş aparmağa labüd şərait yaradır, lakin bu resurslardan səmərəli istifadə olunmalıdır.
Artıq, bu gün diasporumuz formalaşıb. İndi biz bu diasporu lobbiçiliyə yönləndirməliyik. Təşkilati olaraq da
diaspora səfirliklər dəstək olmalıdır. Diasporumuz birləşib səfirliklərlə birgə fəaliyyət göstərməlidir. Yəhudi,
erməni və gürcülərin diplomatik orqanları xaricdəki vətəndaşlarına köməklik göstərməkdən əlavə, onları lazımi
istiqamətdə yönəldirlər”.
Azərbaycan diasporu erməni lobbisinə qarşı effektiv mübarizə aparmaq üçün ildən-ilə daha da güclənməli,
müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar cəmiyyətə daha yaxşı inteqrasiya olmalı, yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında iştirakı artmalı, onların bu ölkələrin ictimai-siyasi proseslərinə təsir imkanları
genişlənməlidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
121
İndiki mərhələdə diasporumuzun qarşısında əsas məqsədlərdən biri də yaşadıqları ölkədə digər xalqların
diaspor təşkilatları ilə əməkdaşlıq etməkdir. Zərurət yarandıqda onlarla bir mövqedən çıxış edə bilmək və
Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onların dəstəyini qazanmaqdır. Bu baxımdan xarici
ölkələrdə yaşayan soydaşlarımızın türk diaspor təşkilatları ilə əlaqələrini və birgə fəaliyyətini xüsusi qeyd etmək
lazımdır. Tarixi proseslərin gedişi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı və türkün
qüvvəsinin iki dövlətin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsini, Azərbaycan və Türkiyənin
beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsini, onun intellektual potensialından
istifadəni zəruri edir.
“Palitra”.-2014.-2 dekabr.-№ 219.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
122
Azərbaycan diasporunun əsas prinsipi
Diaspora təşkilatlarına verilən dövlət dəstəyi məhz sadalanan məsələlərin həllində mühüm rol oynayır
“Diaspor” qədim yunan sözü olub, hərfi mənada "səpələnmə" deməkdir. Bu sözün yaranma tarixi yunanların
eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər
zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə
çevrilmişdilər. “Diaspor” kəlməsi də məhz onların dilindən yaranıb. Fəaliyyət dairəsindən, məşğuliyyətindən və
dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi
vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.
Müəyyən ictimai-siyasi, iqtisadi-sosial və digər səbəblər nəticəsində tarixi-etnik ərazilərindən kənara zorla,
yaxud könüllü mühacirət edərək, xaricdə kompakt icma halında yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub
saxlayan və inkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər, həmçinin dil, din, mənəvi-
mədəni dəyərlərə bağlılıq baxımından özünü azərbaycanlı sayan şəxslər Azərbaycan diasporunu təşkil edir.
Azərbaycan Respublikası da daxil olmaqla dünyanın 70-dək ölkəsində təqribən 50 milyondan çox azərbaycanlı
yaşayır. Tarixi ərazilərində yaşayan, hər hansı mühacirət faktı baş vermədən, yalnız müəyyən ictimai-siyasi
hadisələrin gedişində yaranan sərhəd dəyişmələri nəticəsində xarici ölkə vətəndaşlarına çevrilmiş həmvətənlər -
İranda, Gürcüstan və Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd rayonlarında yaşayan etnik
azərbaycanlılar diaspor hesab olunmur. Buna paralel olaraq, keçən illər ərzində Azərbaycan diasporu dünyanın
müxtəlif istiamətlərində milli maraqlarımızın dəstəklənməsində, milli mənlik şüurunun qorunmasında və
vətəpərvərlik hisslərinin aşılanmasında müstəsna rolu olub. Bu mövzuda gənclərin və xarici ölkələrdə təhsil alan
azərbaycanlı tələbələrin də fəaliyyətli diqqətdən yayınmır.
Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr
Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli
maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. Bu gün diaspor
təşkilatlarının fəaliyyətinin gücləndirilməsində gənclərin rolu danılmazdır. Buna səbəb kimi diaspor
təşkilatlarında azərbaycanlı tələbələrin üstün qüvvəyə çevrilmələridir. Azərbaycan Respublikasının Prezident
İlham Əliyevin qeyd etdiyi kimi günümüzün tələbləri savadlı gəncliyimizin olmasıdır. Yalnız bu halda
Azərbaycanın uğurlu gələcəyi təmin olunacaqdır. Bu işdə möhtərəm prezidentimizin imzaladığı 2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xaricdə təhsil alması barədə dövlət proqramı gənclərimizin dünyanın öndə gedən
universitetlərində təhsil almaları üçün əlverişli şərait yaratmış oldu. Sözsüz ki, xaricdə təhsil alan gənclərimizin
öz enerjilərini vətənimiz üçün sərf etmələri, ölkə xaricində Azərbaycanla bağlı həqiqətlərin çatdırılması,
Azərbaycan tarixi və mədəni dəyərlərinin təbliğ olunmasında bilavasitə mühüm rol oynayır. Bu işdə əlbəttə ki,
xaricdə və Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının, tələbə və gənclərlə bağlı olan qeyri-hökumət
təşkilatlarının müstəsna rolu vardır. Məhz bu tip təşkilatların olması xaricdə təhsil alan tələbələrimizin gücünün
vahid mərkəzdən idarə olunaraq Azərbaycanın maraqlarına uyğun istifadə olunmasında mühüm əhəmiyyət kəsb
edir. Xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı tələbələrin təşkilatlarına dövlət qayğısı onların fəaliyyəti
üçün yeni imkanlar yaradır. Dövlətimizin Azərbaycan gənclərinin maarifləndirilməsi məqsədi ilə yeritdiyi aktiv
siyasət son dövrlərdə müxtəlif qitələrdə azərbaycanlı tələbələrin sayının artmasına səbəb olmuşdur. Bu
baxımdan tələbələrin bir mərkəzdən ictimai fəaliyyətlərinin əlaqələndirilməsi vacib olan fəaliyyət
istiqamətlərdəndir. Dövlətimizin artan qüdrəti, beynəlxalq nüfuzu regionda Azərbaycana olan marağı artırıb.
Beynəlxalq aləmdə Azərbaycanın dəstəklənməsi yönündə sözü gedən gənc intellektual kapitalın rolu
danılmazdır. Bu kapitalın düzgün istiqamətləndirilməsi, qiymətləndirilməsi və idarə olunması ölkəmizin başlıca
konsepsiyalarındandır. Müxtəlif elmi konfranslarda, tədbirlərdə azərbaycanlı gənclərin iştirakının artırılması,
elmin müxtəlif sahələri üzrə gənclərimizin səmərəli müzakirələrinin təşkil edilməsi, əldə etdikləri yeni bilik və
bacarıqların həmkarları arasında bölüşdürülməsi, yeni elmi texnologiyaların ölkəmizdə tətbiqi istiqamətində
səmərəli addımların atılması əsas hədəfləri təşkil edir. Gənclərin əsas vəzifəsi Azərbaycanın dünyada
tanıdılması yönündə bütün imkanlarını səfərbər etməkdir. Xarici ölkələrdə fəaliyyət göstərən bütün gənclər
təşkilatları Azərbaycanın gələcəyi naminə fəaliyyət göstərməkdir. Təşkilatların bütün fəaliyyəti məzmun eynidir
– Azərbaycan gənclərinin ictimai fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, Azərbaycan tarixi və mədəniyyətinin təbliği.
Diasporaya ciddi ehtiyac var
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
123
Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın digər inkişaf etməkdə olan ölkələrində olduğu kimi
diaspor fəaliyyəti sivil forma alaraq beynəlxalq hüquq normaları çərçivəsinə düşüb. Yəni, dünyanın ayrı-ayrı
ölkələrində diaspor təşkilatları yaradılıb, onlar qarşısında konkret vəzifələr qoyulub, strategiya və hədəflər
müəyyən edilib, ideoloji məsələlər həllini tapıb, diaspor təşkilatları arasında koordinasiya məsələsinə önəm
verilib. Bununla artıq diaspor təşkilatlarımıza atacağı addımlar və gözlənilən nəticələr aşılanıb. Məhz belə bir
məqsədyönlü siyasət nəticəsində müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların mədəni-siyasi həmrəyliyinə nail
olunub. Xaricdəki soydaşlarımız öz milli mənsubiyyətlərini dərk edərək onu qoruyub saxlamağa nail olublar.
İndi qətiyyətlə demək olar ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqları Azərbaycan
Respublikasının dövlət maraqlarına uyğun gəlir və bu onların əsas strateji məqsədlərindən biridir. Əslində
hazırkı şəraitdə Azərbaycan diasporasının mütəşəkkil fəaliyyətinə heç vaxt olmadığı qədər ciddi ehtiyac var.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, müstəqil daxili və xarici siyasət
yürütməsi, ölkəmizin zəngin karbohidogen ehtiyatlarına malik olması və dünyanin güc mərkəzlərinin enerji
mənbələri uğrundakı savaşı diaspora fəaliyyətimizin daha da güclənməsini zəruri edir. Bununla yanaşı,
müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin
gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq
Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması
xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini tələb edir.
Göründüyü kimi Azərbaycan dövlətinə qarşı heç bir ölkədə olmadığı qədər təhdidlərin olması diaspora
fəaliyyətimizin möhkəmlənməsini önə çıxarır. Etiraf edilməlidir ki, diaspora təşkilatlarımıza verilən dövlət
dəstəyi məhz sadalanan məsələlərin həllində mühüm rol oynayır. Belə ki, artıq diaspora təşkilatlarımız yuxarıda
adları qeyd edilən problemlərin bir çoxunun həllində ciddi uğurlara nail olublar. O da etiraf edilməlidir ki,
qarşıya qoyulan hədəflərə tam şəkildə nail olmaqdan ötrü diaspor təşkilatlarımızın dövlətlə əməkdaşlıq
şəraitində bir sıra məsələlərin həlli vacib sayılır. Məlum olduğu kimi Azərbaycanın beynəlxalq imici, həyata
keçirilən çoxşaxəli xarici siyasət, dünya ölkələrinin iqtisadi və enerji maraqları ölkəmizin bir sıra inkişaf etmiş
dövlətlərlə bərabər səviyyədə əməkdaşlığına şərait yaradıb. Artıq Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə
ticarət əlaqəsindədir. Bu isə o deməkdir ki, müstəqil Azərbaycan üçün dünyanın bir o qədər ölkəsi ilə qarşılıqlı
faydalı əməkdaşlıq imkanı yaranıb. Bununla yanaşı bir sıra ölkələrlə siyasi əlaqələrimiz də normaldır, hətta bəzi
ölklərlə siyasi əməkdaşlığımız fayda verməkdədir. Belə ki, artıq Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində
bir sıra ölkələrlə vahid mövqedən çıxış edir, beynəlxalq hüquq çərçivəsində dövlətlərin maraqlarının
müdafiəsində prinspiallıq nümayiş etdirir.
Dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir
Diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da təkmilləşməsinə ehtiyac
duyulur. Belə məlum olur ki, dövlətin dəstəyi sayəsində Azərbaycan diasporasının müstəqillik illərindəki
fəaliyyəti öz səmərəsini verməkdədir. Xüsusən, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yarandıqdan
sonra bu iş daha da güclənib. Deməli, diaspora fəaliyyətinin dövlət səviyyəsində aparılması çox əhəmiyyətlidir.
Xaricdə yaşayan soydaşlarımızın dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub
saxlamalarının vacibliyini dərk edən dövlət artıq diasporanın fəaliyyətinin daha da güclənməsi məqsədilə bir
sıra vacib məsələləri həll edib. Xatırlatmaq yerinə düşər ki, ölkə parlamenti xaricdə yaşayan azərbaycanlılarla
bağlı qanun qəbul edib. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi yaradıb. İndi birmənalı şəkildə demək
olar ki, diaspora ilə bağlı sistemli şəkildə iş aparılır. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir.
Dövlət başçısı bu və ya digər ölkəyə səfər edərkən təkcə həmin ölkənin dövlət və hökumət rəhbərləri ilə deyil,
eyni zamanda oradakı Azərbaycan icmalarının rəhbərləri və nümayəndələri ilə görüşür, onları dinləyir, onların
problemləri ilə maraqlanır. Həmin problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlarını verir. Təsadüfi
deyil ki, bu gün dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir və bunun əsas səbəblərindən
biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara çox böyük diqqət
yetirir, onların problemlərinin həll olunmasında əməli fəaliyyət göstərir.
“Olaylar”.-2014.-11 dekabr.-№ 224.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
124
Diaspora təşkilatlarımız təsirli qüvvəyə çevrilib
Dünya ölkələri Azərbaycan diasporası ilə hesablaşır
Azərbaycan diasporasının son vaxtlar sürətlə inkişaf etməsi heç kimə sirr deyil. Çox vacib və təqdirəlayiq
haldır ki, artıq diasporamız yaşadıqları ölkələrin ictimai-siyasi həyatına nüfuz edə biliblər. Ancaq bu xəttin
davan etdirilməsi ölkəmiz üçün olduqca vacib məsələdir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın haqq
səsinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşdırılması
istiqamətində fəaliyyət göstərmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən diaspor təşkilatlarının əsas
vəzifələrindəndir. Mübaliğəsiz demək olar ki, son illərdə bu sahədə ciddi irəliləyişlər əldə edilib. Artıq
Azərbaycanın xarici ölkələrdəki diaspora təşkilatları qarşılarına ciddi məqsəd qoyub. Amma, bu o demək deyil
ki, Azərbaycanın diaspora təşkilatları bununla kifayətlənməlidir. Azərbaycanın diaspora təşkilatları daha böyük
nailiyyətlər əldə etməli, Azərbaycanın başına gətirilən müsibətləri bütün dünya ictimaiyyətinə tanıtdırmalıdır.
Etiraf edilməldir ki, bu istiqamətdə fəaliyyət qurmaq üçün diaspora təşkilatlarımızın kifayət qədər potensialı
mövcuddur. Bu baxımdan Azərbaycan diasporasının bu sahədə gördüyü iş zəruridir, vacibdir. Yəni bu işin
yüksək səviyyədə həyata keçirilməsi üçün çalışmaq və həmin nəticəni əldə etmək lazımdır. Azərbaycan diaspora
təşkilatlarının bütün dünyada yüksək təbliğat aparmağa və istədiyi nəticəni əldə etməyə yetərli gücü var. Bu
gücdən səmərəli şəkildə istifadə edilməlidir ki, diasporamız Azərbaycanla bağlı qərarlar çıxarılanda yaşadıqları
ölkələrin dövlət qurumlarına nüfuz edə bilsinlər. Odur ki, diaspora təşkilatlarımız təkcə mədəni-kütləvi
tədbirlərlə kifayətlənməməlidir. Onlar yaşadıqları ölkələrin ictimai və siyasi həyatına nüfuz etməlidir. Yalnız bu
halda Azərbaycan barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq mümkün olar.
Ukrayna diaspora strukturunun nümayəndələri Azərbaycan diasporunun ölkə ərazisində ən fəal diasporlardan
biri olduğunu bildiriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) Dnepropetrovsk vilayəti
təşkilatının sədri Qüdrət Hacıyev deyib ki, Ukraynanın bütün fəaliyyət sahələrində azərbaycanlılar fəal iştirak
edir: "Azərbaycan diasporu hər zaman Ukraynanın ictimai-siyasi həyatının bütün sahələrində fəal olub.
Maydandakı hadisələrdən əvvəl bizim Ukraynanın hökumət nümayəndələri ilə sıx əlaqələrimiz var idi, lakin bu
gün biz həmin əlaqələri yenidən bərpa etmək məcburiyyətindəyik". Onun sözlərinə görə, BUAK hər zaman
Dnepropetrovsk, Xarkov və Ukraynanın digər regionlarında Azərbaycan diasporunun digər strukturları arasında
lokomotiv rolunda çıxış edib: "Azərbaycan diasporu yəhudi diasporu istisna olmaqla, Dnepropetrovskda ən
fəaldır. Açıq danışsaq, orada çox az qurum bizimlə rəqabətə girə bilər, ermənilər haqqında heç danışmağa da
dəyməz".
Q. Hacıyev xüsusilə qeyd edib ki, BUAK bir çox diasporlarla sıx, dostluq əlaqələri qurub: "Biz hər zaman
hər kəsdən öndə gedirik, bütün diasporlarla bütün şəhər və ya dövlət tədbirlərində birgə iştirak edirik". BUAK-
ın regional nümayəndəliyinin sədri vurğulayıb ki, hazırda Dnepropetrovskda 15 minə yaxın azərbaycanlı
yaşayır: "Ukraynada azərbaycanlıların kiçik və orta biznesi üçün bütün şərait yaradılıb. Dnepropetrovskinin
mərkəzində azərbaycanlılar bir sıra obyektlər - restoranlar, mağazalar, supermarketlər və s. açıblar". O,
həmçinin Ukraynanın qərbində diaspor strukturlarının olmaması ilə əlaqədar təəssüfləndiyini bildirib: "Hazırda
ölkənin qərbində bu istiqamətdə işlər görülür. Orada az sayda azərbaycanlı yaşayır, lakin istənilən halda biz
azərbaycanlıların birləşməsi üçün bütün səyləri əsirgəmirik". BUAK Xmelnitsk vilayəti təşkilatının rəhbəri
Ceyhun Qasımov isə deyib ki, azərbaycanlılar hər zaman Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini
dəstəkləyiblər: "Bununla yanaşı, azərbaycanlılar, əsasən da Azərbaycanın işğal olunmuş ərazilərindən olan
qaçqınlar Maydan iştirakçılarını dəstəkləyiblər". C. Qasımov həmçinin qeyd edib ki, oğlu Ukrayna ordusuna
könüllü əsgər yazılıb və hərbi əməliyyatlarda iştirak edir, qardaşı oğlu isə desant qoşunlarında müqavilə
əsasında qulluq edir. O vurğulayıb ki, bu yaxınlarda BUAK "Qarabağ" adlı futbol komandası təşkil edib: "Bu da
erməni diasporu nümayəndələrinin narazılığına səbəb olub. Rövşən Tağıyevin dəstəyi sayəsində biz
komandamızı həmin adla qeydiyyatdan keçirə bildik və hətta Ukrayna milli azlıqları arasında keçirilən futbol
çempionatında ermənilərə qalib gəldik". C. Qasımov bildirib ki, təşkilat Ukraynada yaşayan azərbaycanlılara da
dəstək və yardım göstərir: "Təşkilat sistemli şəkildə milli bayramları (Novruz), o cümlədən dini bayramları
(Ramazan və Qurban) və s. qeyd edir. Bizim təşkilat Azərbaycan xalqının mədəni dəyərləri və mirasının
təbliğatı ilə məşğul olur".
Ukrayna Yəhudi Fondunun rəhbəri, Ukrayna Millətlər Assambleyasının üzvü Aleksandr Monastırski isə
deyib ki, Maydan hadisələri zamanı azərbaycanlılara ən böyük diqqəti BUAK sədri Rövşən Tağıyev göstərib:
"Həyat yoldaşı ilə birgə həmin hadisələrdə zərər çəkmiş insanlara humanitar və maliyyə yardımı göstərib.
Hadisələr zamanı BUAK və Ukrayna Millətlər Assambleyası bir sıra "dəyirmi masa"lar keçirib, "qaynar
nöqtələr"də ictimaiyyətlə görüşlər təşkil edib. Aprelin ortalarında "dəyirmi masa" keçirmək üçün Kiyevdən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
125
Donetskə gələn yeganə azərbaycanlı Rövşən Tağıyev olub. Bu, böyük cəsarətdir və bunu Ukrayna cəmiyyətində
yüksək qiymətləndirirlər". Onun sözlərinə görə, Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi həyatında
yaxından iştirak edir. А. Monastırski qeyd edib ki, ölkədə hazırkı vəziyyətə nəzərə alsaq, Ukraynanın müxtəlif
diaspor strukturları birləşməyə can atır: "Biz insanları ayırmağa deyil, birləşdirməyə çalışırıq". Avropa
Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin İnsan Hüquqları komissarı Nils Muiznieksə müraciət
ünvanlayıb. Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 10 dekabr - Beynəlxalq İnsan
hüquqları günü ilə əlaqədar edilmiş müraciətdə Dağlıq Qarabağda girov götürülən və barələrində qondarma
məhkəmə prosesi aparılan soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə məlumat verilib.
Müraciətdə Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, Azərbaycan torpaqlarının azad
edilməsinə dair BMT-nin qəbul etdiyi qətnamələr xatırladılıb. Daha sonra 2014-cü il iyulun 12-də doğulduqları
torpaqlarda əzizlərinin məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən Şahbaz
Quliyev və Dilqəm Əsgərovun girov götürülməsi, Həsən Həsənovun isə öldürülməsi, qondarma rejimin bu
insanlarla bağlı “məhkəmə” prosesinə başlamasının qanunsuz olması da qeyd olunub. Avropa Azərbaycanlıları
Konqresi Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa
çağırıb. Azərbaycanlı girovların həyatının hər an təhlükədə olduğu vurğulanan müraciətdə təşkilat Şahbaz
Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edib.
“Biz dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən
Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası
üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırırıq” – AAK-ın Avropa Parlamentinin İnsan Hüquqları
komissarı Nils Muiznieksə müraciətində belə deyilir. Bu günlərdə isə Ukraynada yaşayan azərbaycanlılar və
digər azsaylı xalqlar siyasi qərarların qəbulu zamanı, o cümlədən yeni layihələrdə ölkədə yaşayan milli
azlıqların təkliflərinin nəzərə alınması və hüquqlarının təmin olunması ilə bağlı prezident Petro Poroşenko, Ali
Rada və Nazirlər Kabinetinə müraciət ediblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK)
məlumatına örə, müraciət Ukraynada yaşayan milli və dini azlıqları təmsil edən bir sıra təşkilat rəhbərləri, eləcə
də deputatlar, hüquq müdafiəçilərinin iştirakı ilə keçirilən toplantıda qəbul edilib. Sənəddə ölkə rəhbərliyindən
və Ali Radadan bütün sahələrdə qəbul edilən siyasi qərarlarda milli azlıqların hüquqlarının daim nəzərə alınması
tələb olunub. Qeyd edək ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin sədrliyi
ilə keçirilən toplantıda Ukrayna Nazirlər Kabinetinin etnik siyasət və dini azlıqlarla iş şöbəsinin müdiri Yuri
Reşetnikov, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastirski, deputat Oles Doniy, Ukrayna Tatar
Mədəniyyət Mərkəzinin sədri Peter Şerafetdinov, Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri Ata İqor Şaban və
qaqauzları, rusları, moldovanları, Orta Asiya xalqlarını təmsil edən bir sıra təşkilat rəhbərləri, alimlər və hüquq
müdafiəçiləri iştirak ediblər.
Qeyd edək ki, hazırda dünya ölkələrinin parlamentlərində nəinki regional, hətta coğrafi əraziyə aidiyyatı
olmayan dövlətlər barədə qərarlar qəbul edilir. Xüsusən, dünyanın inkişaf etmiş ölkələrinin qanunverici
orqanları bu məsələdə fəallıq nümayiş etdirilər. Məqsəd isə bəllidir, həmin dövlətlərə siyasi təzyiqlərin edilməsi
hazırda dünya siyasətinin əsas istiqamətlərindən hesab olunur. Məhz bu məsələdə Azərbaycan dövlətinin
maraqlarını müdafiə etmək təkcə Azərbaycan Respublikası vətəndaşlarından deyil, həm də bütün dünyaya
səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və fəaliyyətindən asılıdır. İndi diaspora öz əvvəlki
mənasından fərqli olaraq, daha konkret məna daşıyır. Belə ki, diaspora-tarixi torpaqlarından bu və ya digər
səbəblərdən dolayı emiqrasiya etmiş əhalinin mərkəz, yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. O da
faktdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra diaspor təşkilatlarımızın fəaliyyəti xeyli genişlənib və
təkmilləşib. Dünyanın digər inkişaf etməkdə olan ölkələrində olduğu kimi diaspor fəaliyyəti sivil forma alaraq
beynəlxalq hüquq normaları çərçivəsinə düşüb. Artıq demək olar ki, müxtəlif ölkələrə səpələnmiş
azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan
Respublikasının dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən biridir. Bununla yanaşı,
müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin
gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq
Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması
xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir.
Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş
hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. Son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi
və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm
istiqamətlərindən birinə çevrilib.
“Olaylar”.-2014.-17 dekabr.-№ 228.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
126
“Diaspor təşkilatlarının maraqlı layihələri var”
Mirkazım Seyidov: “Bu layihələr vasitəsi ilə dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldə bilirik”
Bu gün Azərbaycan diasporunun ən geniş yayıldığı və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri
də Rusiya Federasiyasıdır. Bu ölkədəki diasporumuzun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı
Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Forumunun prezidenti Mirkazım Seyidovla
söhbətləşdik
-Mirkazım müəllim, qarşıdan 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu günün tarixi
əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı
- Dünya Azərbaycanlılarının Həmrəylik Günü-31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik
yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya
azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycanlıların yaşadıqları,
fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə
göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə
ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək
baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın əksəriyyət ölkəsində
azərbaycanlılar tərəfindən yüksək səviyyədə qeyd olunur. Artıq Həmrəylik günü Azərbaycan diasporu üçün ən
mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətçə azərbaycanlı
olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycanəsilli diaspor nümayəndələri də qeyd edirlər.
Onu da qeyd edim ki, Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan
ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr,
dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir
qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş
tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da
vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar
dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində,
Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri
qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə
baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların
bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik
nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda
sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd
dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya
azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya
azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının
Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
-Artıq Dünya Azərbaycanlılarının III qurultayından xeyli müddət keçib. Sizcə qurultayda qarşıya qoyulan
vəzifələrin öhdəsindən diaspor təşkilatları nə dərəcədə gələ bilib?
-Bu gün Azərbaycan diasporu inkişaf dövrünü keçir. Bu istiqamətdə həyata keçirilən davamlı addımlar
nəticəsində artıq demək olar ki, bütün ölkələrdə diaspor təşkilatlarımız mövcuddur. Bu təşkilatlar Azərbaycan
həqiqətlərini dünyaya yaymaqla məşğul olurlar. Artıq nəticə də əldə olunub. Nəticə ondan ibarətdir ki, artıq bir
sıra ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir.
Dünya Azərbaycanlılarının III qurultayında qarşıya qoyulan məqsəd və vəzifələrlə bağlı onu deyə bilərəm ki,
qurultayda prezident İlham Əliyev öz çıxışında bir sıra məsələlərə toxundu. O, çıxışında bildirdi ki, diaspor
təşkilatları müdafiə yox, hücum taktikasına keçməlidir.
Dövlət başçısı qurultayda çıxışı zamanı qeyd etmişdir: “Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda,
erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki,
müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da
o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
127
Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor
təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz
çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi
fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu
orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan
reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar.
Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız da nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni
zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri
aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim
diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri
daşımamalıdır”.
Qurultaydan keçən dövr ərzində apardığımız müşahidələr onu deməyə əsas verir ki, bu yöndə vəziyyət
qənaətbəxşdir. İnkişaf gedir. Diaspor təşkilatlarının maraqlı layihələri var ki, bu layihələr vasitəsi ilə dünya
ictimaiyyətinin diqqətini Azərbaycana yönəldə bilirik, Azərbaycan həqiqətlərini dərk etdiririk. Ancaq
ümumilikdə götürəndə bəli, bu qədər fəaliyyət göstərməyimizə baxmayaraq biz çox geridə qalırıq. İrəliyə
getməyə də səy göstərmirik. Bu yaxınlarda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad
Bülbüloğlunun çıxışı oldu. O, Rusiyada olan diaspor təşkilatlarında olan vəziyyətin acınacaqlı olduğunu dedi.
Araşdırmalar onu deməyə əsas verir ki, qurultayda qarşıya qoyulan məqsəd və vəzifələrin öhdəsindən tam
gəlinməyib. Bu istiqamətdə problemlər var. Ən ciddi problem diaspor təşkilatların vahid mövqedən çıxış
etməməsidir.
-Diaspor təşkilatlarının vahid mövqedən çıxış etməsinə nə mane olur?
-Buna mane olan əsas amil diaspor təşkilatlarına göstərilən ögey münasibətdir. Bizim xaricdə fəaliyyət
göstərən elə təşkilatlarımız var ki, onlar reallıqda çox böyük işlər görürlər. Bu istər Azərbaycanın haqq səsinin
dünya ictimaiyyətinə çatdırılmasında, istərsə də soydaşlarımızın həmin ölkələrdə hüquqlarının qorunmasında
özünü daha qabarıq göstərir. Ancaq bəzən görürsən ki, bir möhürü olan təşkilat düşür ortaya və müəyyən dəstək
alır, başlayır müəyyən işlər görməyə. Belə olan halda təbii ki, bəzi narazılıqlar yaranır. Bəzi hallarda isə
görürsən ki, diaspora işində olan nöqsanlara görə səfirlikləri qınayırlar. Səfirlikləri qınamaq düzgün deyil.
-Qurultayda irəli sürülən məsələlərdən biri də diaspora təşkilatlarında təmsil olunan şəxslərin həmin
ölkələrin seçkili orqanları, dövlət qurumlarında təmsil olunması məsələsi idi. Sizin rəhbərlik etdiyiniz təşkilat bu
istiqamətdə hansı işlər görür?
- Diaspora təşkilatı olaraq fəaliyyət göstərdiyimiz Novosibirsk vilayətində olan həmvətənlərimizin işlə təmin
olunması, onların dövlət qurumlarında təmsilçiliyinin olması yönümündə davamlı işlər görürük. Bu yaxınlarda 8
gəncimiz prokurorluq sistemində işə düzəlib. Bu işdə bizə Kəmalə Kərimova köməklik edib. Eyni zamanda onu
da deyim ki, bu istiqamətdə həyata keçirdiyimiz işlər daha da intensivləşib. Biz Rus Azərbaycan Evi, Milli
Mədəniyyət Muxtariyyəti ilə sıx əməkdaşlıq edirik. MMM rəhbəri Rasim Babayevlə birgə gənclərin işi ilə bağlı
konsepsiya hazırlamışıq.
Forumla yanaşı mən onu xüsusi vurğulamalıyam ki, bu gün Rusiyada yaşayan soydaşlarımızın işlə
təminatında AMOR təşkilatının xüsusi rolu var. Təşkilatın rəhbəri Leyla xanımın apardığı siyasət diaspora
təşkilatlarına istiqamət verir.
“Olaylar”.-2014.-26 dekabr.-№ 235.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
128
Güclü və müstəqil Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyidir
Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü
dünyanın istənilən yerində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi tarixi məqam
kimi xarakterizə olunur
Xalqların öz mövcudluğunu qoruyub saxlaması və inkişafı siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyət kəsb
edən bir sıra amillərlə bağlıdır. Lakin ən əsası, tarixin bütün dövrlərində müxtəlif xalqlar, millətlər üçün
həlledici faktor kimi çıxış etmiş milli identiklik, həmrəylik və özünüdərkdir.
Bu baxımdan, Azərbaycan xalqının milli həmrəylik və bütövlüyünün təmin olunması milli identikliyin
təmini sayəsində mümkün olub. İdentikliyə isə, ilk növbədə, milli dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi,
xalqın həmrəyliyini təmin edəcək ideologiyanın formalaşdırılması və ictimai-siyasi sabitliyin bərqərar
olunmasının fonunda nail olunub. Şübhəsiz, tarixi əhəmiyyət kəsb edən bütün bu nailiyyətlər xalqımız
qarşısında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin gərgin əməyinin məhsuludur.
Xalqımızın milli birliyindən danışarkən, ilk növbədə, dünya azərbaycanlılarını vahid bir məfkurə ətrafında
birləşdirən tarixi-fundamental amillərdən bəhs etmək lazımdır. Bunlardan birincisi Dünya Azərbaycanlılarının
Həmrəylik Günüdür. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin memarı, böyük dövlət xadimi, Ümummilli
liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın istənilən
yerində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi tarixi məqam kimi xarakterizə
olunur.
Dünya azərbaycanlılarının həmrəyliyi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
1991-ci ildə müstəqilliyin əldə edilməsindən sonra siyasi, iqtisadi, sosial və digər sahələrdə ciddi
problemlərlə qarşı-qarşıya qalan Azərbaycanda, sözün əsl mənasında, xaos və anarxiya hökm sürürdü. Bu fonda
ağır blokada şəraitində yaşayan, erməni aqressiyası ilə üz-üzə qalan, paytaxtdan ayrı düşmüş Naxçıvan Muxtar
Respublikasında vəziyyət daha gərgin idi. Lakin Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlişi erməni
aqressiyası ilə üz-üzə dayanan bu qədim Azərbaycan yurdunun xilasına ümid yaratdı. Naxçıvan məhz Ulu
öndərimizin iradəsi və siyasi zəkası sayəsində ayaqda durdu və bütün çətinliklərə sinə gərdi. Həmin vaxt
Azərbaycanı bu cür ağır çətinliklərdən bir yolla çıxarmaq olardı və Ulu öndər bunun üçün milli birliyə nail
olunmasının zəruriliyini bilirdi. Yəni, soydaşlarımızın milli maraqlar ətrafında birləşməsi Azərbaycanın bu
mürəkkəb vəziyyətdən çıxmasında mühüm rol oynayacaqdı. Bu məqsədlə də Ulu öndər Heydər Əliyev
Naxçıvan Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına üz tutdu, onları birliyə,
həmrəyliyə səslədi. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrın Dünya
Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi. Və bu tarix, yəni dekabrın 31-
i dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixə düşdü.
1991-ci ildə qəbul olunan bu qərar həm də bütün soydaşlarımızın vahid mərkəzdə toplanması, bütün
azərbaycanlıların Vətəni olan Azərbaycan dövlətinin gələcək inkişafında yaxından iştirak etməsinin vacibliyinin
dərki günü kimi xarakterizə olunmalıdır. Onu da qeyd edək ki, məhz Ulu öndərimiz Heydər Əliyevin iradəsi
əsasında qəbul olunan bu qərar müasir Azərbaycan dövlətinin inkişafında, Azərbaycan həqiqətlərinin beynəlxalq
aləmdə tanınmasında və təbliğində mühüm rol oynadı.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını birləşdirən milli məfkurədir
Dünya azərbaycanlılarının həmrəyliyini təmin edən mühüm vasitə və mexanizmlərdən biri də milli
ideologiyadır. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlılarını bir amal və əqidə ətrafında
birləşdirən azərbaycançılıq ideologiyası milli birlik və həmrəyliyi təmin edən universal ideoloji formul kimi
çıxış etməkdədir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli
həmrəyliyi təmin edən milli-mənəvi mexanizm səciyyəsi daşıyır. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində
yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya
azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi
müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil edən və dünya azərbaycanlılarını birləşdirən milli
məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı
anlaşma mühitində yaşamasını təmin edən faktordur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
129
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda da azərbaycançılıq
ideologiyası milli həmrəylik və birliyin daha da möhkəmləndirilməsinə xüsusi töhfələr verir. Yeni Azərbaycan
Partiyasının (YAP) yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən dövlətimizin başçısı
bununla bağlı qeyd edib ki, Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə, Heydər Əliyevin təşəbbüsü idi və bu
ideologiya bütün cəmiyyəti birləşdirir: “Bu ideologiya həm tarixə, həm də müasirliyə əsaslanır. Həm tarixi
keçmişimizi özündə ehtiva edir, eyni zamanda, bizim bu sahədə bugünkü siyasətimizi əhatə edir. Bu istiqamətdə
atılan addımlar dünya tərəfindən artıq bilinir və təqdir edilir”.
Rasional diaspor siyasəti milli həmrəyliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir
Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən
faktorlardan biri də dövlətimiz tərəfindən həyata keçirilən rasional diaspor siyasətidir. Sirr deyil ki,
Azərbaycanın həm də beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında irəliləyişinin təmin
olunması, mövqeyinin güclənməsi naminə həyata keçirilən çoxtərəfli diaspor siyasətinin əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuşdur. Bu gün isə xarici siyasət strategiyasının mühüm istiqaməti və elementi
qismində səciyyələndirilən diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə,
qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam
etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin
əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın
beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə
önəmli töhfələr verir.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin aktual çağırışlara
müvafiq surətdə həyata keçirdiyi uğurlu diaspor siyasətinin qanunauyğun nəticəsi kimi, hazırda milli
həmrəyliyin təmin və mühafizə olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması,
onların təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli
nailiyyətlər əldə edilib.
Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, bir-biri ilə əlaqələrinin yaranmasında,
diasporumuzun fəaliyyətinin güclənməsində və Azərbaycan həqiqətlərinin daha geniş təbliğində Heydər Əliyev
Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond xarici ölkələrdəki fəaliyyətini üç əsas istiqamət üzrə
qurur. Bunlar həmin ölkələrdə humanitar layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliğinə
həsr olunan tədbirlərin təşkili və Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılmasıdır. Bir sözlə, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və
miqyası Azərbaycanın dünyada təbliğində, dünya azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində çox
mühüm yer tutur.
Dünya Azərbaycanlılarının qurultayları milli birliyin gücləndirilməsinə mühüm töhfələr verir
Soydaşlarımızın milli birliyinə nail olunması istiqamətində ən önəmli vasitələrdən biri də, heç şübhəsiz,
Dünya Azərbaycanlılarının qurultaylarıdır. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının Qurultayı xaricdə yaşayan
azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya
azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və
birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi platforma
kimi müstəsna əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən, 2001-ci il noyabr ayının 9-10-da
Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli həmrəyliyinin daha da
gücləndirilməsi yönündə aparılan işləri sürətləndirməklə yanaşı, Azərbaycan dövlətinin diaspora və lobbi
siyasətinin daha intensiv və keyfiyyətli xarakter almasına yol açdı. Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin I
Qurultayda etdiyi tarixi çıxış milli həmrəyliyimizin, azərbaycançılıq ideyasının daha da gücləndirilməsi, milli
birliyə nail olunması və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində mühüm əhəmiyyətə
malikdir. Ulu öndər öz çıxışında bildirmişdi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin
ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini
itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-
mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz,
mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq,
gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
130
azərbaycanlılar haqqında danışıram - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada
özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar.
Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq
ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün
onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam”.
Bu fikirlər həm də milli birliyimizin möhkəmləndirilməsi istiqamətində mayak rolunu oynadı və bu yolda
gələcək vəzifələrin müəyyənləşdirilməsində əsas kimi çıxış etdi. Məhz bu tezislər tez bir zamanda xarici
ölkələrdə yaşayan azərbaycanlıların ümummilli problemlərimiz istiqamətindəki təbliğatı gücləndirməsinə imkan
verdi. Artıq dünya azərbaycanlıları dərk etdilər ki, onların arxasında mühüm bir güc - müstəqil Azərbaycan
dövləti dayanır.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev dünya
azərbaycanlılarının milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə fəaliyyəti ilə bu birliyin qorunmasına
öz töhfəsini verdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları
ilə keçirilən Dünya Azərbaycanlılarının II və III qurultayları diaspora hərəkatında, milli birlik və həmrəyliyin
daha da möhkəmləndirilməsi işində yeni mərhələ açdı. Dünya Azərbaycanlılarının III Qurultayında çıxış edən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, bütün dünyada yaşayan azərbaycanlılar bir
olduqlarını və öz dövlətlərinin maraqları uğrunda fəaliyyət apardıqlarını nümayiş etdirdi: “Mən bir daha demək
istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların III qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki,
yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir
yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”.
Qüdrətli Azərbaycan milli həmrəylik və bütövlüyün qarantıdır
Həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa
edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını
sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm
daşıyır. Bu mənada, dünya azərbaycanlılarının həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər
edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.
Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada,
milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və
həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların
əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat
inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.
Digər tərəfdən, müstəqil dövlətin qurulması milli birliyi zəruri etdiyi kimi, həm də bu birliyə şərait yaradan
amildir. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları
müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni
zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm
qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici
siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına
müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.
Nəticə etibarilə, hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və ötən dövr
ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda
ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu
və güclü aktora çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə bunu sübuta yetirən Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün hər bir azərbaycanlının müstəqil Azərbaycan
dövlətinə bağlılığını, inam və güvənini təmin edən başlıca faktordur.
Dünya azərbaycanlıları vahid məfkurə ətrafında sıx birləşiblər
Nəticə etibarilə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan
azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən
əlamətdar tarixdir. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrik məktubunda qeyd edilib: “Dünyada
yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-
mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
131
məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. “Güclü dövlət - güclü
diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi
Vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından
həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən
ibarətdir”.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, dünya azərbaycanlıları vahid məfkurə ətrafında sıx
birləşiblər. Bu birliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir, müxtəlif tədbirlər
reallaşdırılır. İstər səmərəli diaspor siyasəti, istər ölkənin beynəlxalq aləmdə təbliğinin operativ və effektiv
şəkildə davam etdirilməsi, istərsə də mütəmadi olaraq Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi bu
baxımdan müstəsna əhəmiyyət kəsb edir.
Bir sözlə, bu gün güclü və müstəqil Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyi kimi çıxış edir.
“Yeni Azərbaycan”.-2014.-31 dekabr.-№ 240.-S. 5.