112
Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Respublikası Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteni 2 2018

verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

Embed Size (px)

Citation preview

Page 1: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

Azərbaycan RespublikasıHesablama Palatası

Azərbaycan Respublikası Hesablama Palatasınınrüblük rəsmi məlumat bülleteni

№22018

Page 2: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

ÖN SÖZ ..................................................................................................................................................... 3

AUDİTOR TRİBUNASI

Cəfər HəsənovDövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyyat fondlarından Gədəbəy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrinə dair hesabatın xülasəsi ...................................................................................................................................................... 4

Mehriban Əlişanova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcəsinin icrası ilə bağlı təhlil ............................................................................ 12

Vaqif Həsənov “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri barədə hesabatın xülasəsi .................................................................................................................................... 36 Firsənd Qurbanov Dövlət büdcəsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin proqnoz-laşdırılması və icrası ilə bağlı auditin nəticələrinə dair hesabatın xülasəsi .................................................. 50 DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Cavid Bayramov 2017-ci il üzrə dövlət büdcəsinin vergi gəlirlərinin əsas tərkib elementlərinin icra vəziyyəti ................... 67 AKTUAL PROBLEMLƏR

Siyavuş Mustafayevİqtisadiyyatın real sektoruna yönəldilən resurslar: nəticəlilik və səmərəliliyin artırılması yolları ............ 78 Sənay Paşayev Ali Audit qurumlarının potensialının gücləndirilməsi: Strateji inkişaf planlarının (Strategiya) rolu və əhəmiyyəti ................................................................................................................................................ 90 BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Hilal Hüseynov 22-ci Peterburg Beynəlxalq İqtisadi Forumu INCOSAI-a hazırlıq müzakirələri üçün meydança olmuşdur ................................................................................................................................................................ 100 HƏMKARLAR

Qazaxıstanın Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsi .................................. 105 XRONİKA ............................................................................................................................................... 109

DƏYƏRLİ DEYİMLƏR .............................................................................................................................. 112

M Ü N D Ə R İ C A T

Bütün hüquqlar qorunur. Əvvəlcədən Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən yazılı və qanuni şəkildə təsdiqlənmiş xüsusi icazəvə müvafiq müqavilə olmadan bu nəşrin tam va ya qismən har hansı bir formada çap edilməsi, surətinin çıxarılması və yayılması qadağandır.

© Azərbaycan Respublikası Hesablama Palatası, 2018

Page 3: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

3

Hörmətli oxucular!

“Dövlət auditi” bülleteninin 2018-ci il üçün ikinci nömrəsinin əhatə etdiyi dövr Azərbaycan Respublikası üçün mühüm siyasi hadisə ilə əlamətdar olmuşdur. Aprel ayının 11-də keçirilən seçkilərdə cənab İlham Əliyev parlaq qələbə ilə yenidən xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezi-denti seçilmişdir. Bu, ölkəmiz üçün mühüm siyasi hadisə olmaqla yanaşı uğurla həyata keçirilən sosial-iqtisadi islahatların gələcək illərdə davamlı müvəffəqiyyətinin təmina-tıdır. Hesablama Palatası olaraq ölkə başçısının müəyyən etdiyi kursun icrasında güclərimizi səfərbər edəcəyimizi, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin iqtisadi siyasətinin reallaşdırılmasında payımızın olması üçün var- gücümüzlə çalışmağa daima hazır olduğumuzu bildiririk.

Cari ilin ikinci rübündə Hesablama Palatası fəaliyyətini 2018-ci ilin İş planına uyğun təşkil etmiş və təsdiq edilmiş mövzular üzrə nəzarət tədbirlərini həyata keçirmişdir. “Dövlət auditi” bülleteninin bu nömrəsində ənənəvi olaraq fəaliyyət istiqamətlərinə uyğun auditor hesabatlarının və təhlillərin xülasəsi əks etdirilmişdir.

Bu nömrə ilə biz, dövlət büdcəsinin icrası ilə bağlı ayrı-ayrı istiqamətər üzrə məlumatları da bülletenə əlavə etmək qərarına gəldik və ilk olaraq 2017-ci ilin dövlət büdcəsinin gəlirlərini xarakterizə edən məqamlara həsr edilmiş yazını sizə təqdim edirik.

İkinci nömrəyə iqtisadi sistemdə mühüm əhəmiyyətə malik olan real sektora yönəldilən resursların nəticəliliyinə dair təhlili, həmçinin Ali Audit Qurumlarının poten-sialının inkişaf etdirilməsində vacib plan rolunu oynayan strategiyaların əhəmiyyətinə həsr edilmiş araşdırmanı da daxil etmişik.

Ənənəvi olaraq mühüm beynəlxalq tədbir kimi bu nömrəyə Sank-Peterburq şəhərində keçirilmiş İqtisadi Forumda iştirakımızla, həmçinin Qazaxstan Respublikasının Ali Audit Qurumu olan Dövlət Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsi ilə bağlı məlumatları diqqətinizə çatdırırıq.

Hörmətlə, Vüqar Gülməmmədov

Azərbaycan Respublikası Hesablama Palatasının sədri

Ö N S Ö Z

Page 4: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

4

AUDİTOR TRİBUNASI 2018, №2

Cəfər HəsənovAuditor

DÖVLƏT BÜDCƏSİNİN MƏNZİL VƏ KOMMUNAL TƏSƏRRÜFATI, DÖVLƏT

ƏSASLI VƏSAİT QOYULUŞU VƏ EHTİYAT FONDLARINDAN GƏDƏBƏY RAYON

İCRA HAKİMİYYƏTİNƏ AYRILAN VƏSAİTLƏRİN İSTİFADƏSİ İLƏ BAĞLI AUDİTİN NƏTİCƏLƏRİNƏ DAİR HESABATIN XÜLASƏSİ

Nəzarət tədbirinin keçirilməsi üçün əsas: Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün İş planı, Hesablama Palatasının 2018-ci il 7 fevral tarixli Kollegiya iclasının Q-24 nömrəli Qərarı.

Nəzarət tədbirinin məqsədi: Dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə maliyyə əməliyyatlarının aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalara və yerinə yetirilən işlərin müqavilə şərtlərinə uyğun həyata keçirilməsini müəyyən etmək.

Yoxlanılan qurum və obyektər: “Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işləri”nin və “Gədəbəy rayonunda coxmənzilli binaların təmiri işləri”nin aparılması üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitləri, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və Gədəbəy Kommunal Müəssisələri Kombinatına ayrılan vəsaitləri əhatə etmişdir.

Nəzarət tədbiri ilə əhatə olunan dövr: Nəzarət tədbiri 01 avqust 2016-cı ildən 01 yanvar 2018-ci il tarixə olan dövrü əhatə etmişdir.

Nəzarət tədbirinin obyekti haqqında qısa məlumat: Gədəbəy rayon İcra Hakimiyyəti (İcra Hakimiyyəti) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648№-li Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun fəaliyyət göstərir. İcra Hakimiyyəti müvafiq icra hakimiyyəti orqanları qarşısında ərazinin inkişafına dair məsələlər qaldırır, təkliflər verir, rayonun planlaşdırılması sxemlərinin və layihələrinin hazır-lanmasını təşkil və təsdiq edir, onların həyata keçirilməsini təşkil edir, rayonun ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edir, sosial-məişət və mənzil-tikinti

Page 5: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

5

AUDİTOR TRİBUNASI 2018, №2

obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaradır və onların istifadəyə verilməsi haqqında aktları qəbul edir, sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil edir, həmin obyektlərin tikintisinin sifarişçisi kimi çıxış edir və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir və s.

Gədəbəy rayonu Azərbaycan Respublikasının inzibati rayonu kimi 08 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayon qərb və cənub-qərb tərəfdən 123 km məsafədə Ermənistan Respublikası i lə, şimal tərəfdən Azərbaycan Respublikasının Tovuz, şimal-şərq tərəfdən Şəmkir və Daşkəsən rayonları ilə həmsərhəddir. Əhalisi 97600 nəfər, ərazisi 1290,0 kv.km Gədəbəy rayonunda 1 şəhər (Gədəbəy şəhəri) 111 kənd mövcuddur.

Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi (Nümayəndəlik) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Nümayəndəliyin şəhərdə mənzil fondunun saxlanılması və abadlıq üzrə yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyət-lərinə aid olan məsələlərə dair təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv planlar əsasında təşkil etmək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismar sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlanma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək kimi funksiya və səlahiyyətləri var. İnzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifə və səlahiyyətləri də həyata keçirirlər.

Yoxlanılan qurumda müvafiq dövlət nəzarəti orqanları tərəfindən həyata keçirilmiş əvvəlki nəzarət tədbirinin nəticələri: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsinin Gədəbəy rayonu üzrə yerli gəlir və xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə İcra Hakimiyyəti tərəfindən xərclənməsi üzrə (01.05.2011-ci il tarixdən 01.08.2016-cü il tarixədək olan dövr) yoxlama tədbiri aparılmış, aşkar edilmiş çatışmazlıqlar üzrə 8864,38 manat məbləğində vəsaitin büdcəyə bərpa edilməsi təmin edilmişdir.

Dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə yerli xərclərdən Nümayəndəliyə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı təftiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət

Page 6: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

6

AUDİTOR TRİBUNASI 2018, №2

Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci ilin 1 avqust tarixinədək olan dövrü əhatə etmiş və nəticəsi üzrə aşkar edilmiş 5251,6 manat büdcəyə bərpa olunmuşdur.

Dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə yerli xərclərdən Gədəbəy Kommunal Müəssisələri Kombinatın (Kombinat) ayrılmış vəsaitin təftişi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci ilin 1 avqust tarixinədək olan dövr əhatə olunmaqla aparılmış və aşkar edilmiş çatışmazlıqlar üzrə büdcəyə 1200,0 manat məbləğində vəsait bərpa olunmuşdur.

Həmçinin, bu tədbirlə əhatə olunan dövrdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi qanun-vericiliyinin tələblərinə riayət olunması 2016-cı ilin 1 aprel tarixindən 2017-ci ilin 1 aprel tarixinədək olan dövr əhatə olunmaqla əlavə hesablanmış vergi və maliyyə sanksiya məbləğlərinin bərpası təmin edilmişdir.

Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlanılaraq 01 may 2011-cı il tarixdən 01 avqust 2016-ci il tarixədək olan dövrü əhatə etmiş və aşkar edilmiş 5251,6 manat büdcəyə bərpa olunmuşdur.

Təhlil edilmiş və üzləşdirilmiş sənədlər: Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, vəsaitlərin ayrılması ilə əlaqədar sənədlər, dövlət satınalmaları ilə bağlı sənədlər, cari qiymətlər səviyyəsində müqavilə qiymətlərinin hesabatları, maliyyə hesabatları və mühasibat uşotu ilə əlaqədar sənədlər.

Audit ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı, obyektlər üzrə layihə-smeta sənədlərinin tərtibi, ayrılan vəsaitlər üzrə ödəniş-hesablaşma və uçot sənədləri, maliyyə hesabatları, satınalmaların və maliyyə əməliyyat-larının aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsi məsələlərini əhatə etmiş və aşağıdakılar müəyyən olunmuşdur:

Ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı, obyektlər üzrə layihə-smeta sənədlərinin tərtibi ilə bağlı:

Nəzarət tədiri ilə 6445,1 min manat məbləğində vəsait aşağıdakı istiqamətlər əhatə olunmuşdur:

• Mərkəzləşdirilmiş xərclər üzrə:

… Azərbaycan Respublikası Prezidentinin 3182 saylı 2017-ci il 22 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan

Page 7: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

7

AUDİTOR TRİBUNASI 2018, №2

Gədəbəy Rayon İcra Hakimiyyətinə “Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə” 3000,0 min manat məbləğində vəsait ayrılmışdır. Həmin obyekt üzrə tərtib edilmiş “Qüsur akt”ına əsasən Layihə-smeta sənədləri hazırlanmış və dövlət ekspertizasından keçirilərək Rəy alınmış, həmçinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən 2017-ci ilin oktyabr ayında mövcud olan cari qiymətlər səviyyəsində dəyəri 1991-ci ilin bazis-smeta qiymətlərinə nisbətən artım əmsalı 22.72 olmaqla ehtimal olunan müqavilə 3100,5 min manat müəyyən edilmiş, obyekt üzrə işlərin yerinə yetirilməsi məqsədi ilə 2017-ci 04 oktyabr il tarixdə birbaşa bağlanılmış satınalma müqaviləsi əsasında bu vəsait xərc edilmişdir.

…“Gədəbəy rayonunda çoxmənzilli binaların təmir işləri” üzrə İcra Hakimiyyəti tərəfindən 10 obyekt üzrə tərtib və təsdiq olunmuş “Qüsur akt”larına əsasən layihə-smeta sənədləri hazırlanmış və 1991-ci ilin bazis-smeta qiymətlərinə nisbətən artım əmsalı təyin olunmamış, digər obyektlər üzrə hesablanmış artım əmsalları tətbiq edilməklə ehtimal olunan müqavilə qiyməti 769,8 min manat məbləğində hesablanmışdır. Bu məbləğ “Mənzil fondunun əsaslı təmiri” maddəsi üzrə keçirilən təkliflər sorğusunun yekun protokoluna əsasən qalib elan olunmuş podratçı ilə bağlanılmış satınalma müqaviləsinə əsasən istifadə olunmuş, “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsi ilə 176,9 min manat Gədəbəy şəhərində “Tullantıların yığılması və təmizlənməsi və ləğv edilməsi üzrə xidmətlər”in yerinə yetirilməsi üçün bağlanmış birmənbədən satınalma müqaviləsinə əsasən Kommunal Müəssisələri Kombinatına ödənilmiş;.

… “İsalı kənd 180 şagird yerlik tam orta məktəbin tikintisi” obyekti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən depozit hesabına 85,0 min manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 424s nömrəli Sərəncamı ilə ayrılmış dövlət əsaslı vəsait qoyuluşunun vəsaiti hesabına isə 189,8 min manat olmaqla 274,8 min manat məbləğində vəsait tam orta məktəbin tikintisinə yaranmış borcun ödənilməsinə yönəldilmişdir.

• Yerli xərclər üzrə:

… “Mənzil və kommunal təsərrüfatı” bölməsinin “Mənzil təsərrüfatı xərc-ləri” köməkçi bölməsindən “Məhsula görə ödəniş” xərc maddəsi üzrə mənzil fondunun zərərinin ödənilməsinə 35,3 min manat, “Mənzil fondunun əsaslı təmiri” maddəsi üzrə 79,4 min manat;

… “Mənzil və kommunal təsərrüfatı” bölməsinin “Kommunal təsərrüfatı” köməkçi bölməsindən “Yolların əsaslı təmiri” maddəsi üzrə 838,2 min manat, “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə 1206,0 min manat (o,cümlədən küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və abadlıq işləri üçün 343,7 min manat), küçələrin işıqlandırılması üçün 64,7 min manat vəsait xərc edilmişdir.

Page 8: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

8

AUDİTOR TRİBUNASI 2018, №2

NƏTİCƏLƏR

Auditin nəticəsi olaraq aşağıdakılar müəyyən edilmişdir:

1. Mərkəzləşdirilmiş xərclər üzrə:

1.1. Satınalma müqavilələrin 1223,0 min manatı (23,7%-i) açıq tender, 3000,0 min manatı (58,0%-i) birbaşa, 769,8 min manatı (14,9%-i) təkliflər sorğusu, 49,8 min manatı (1,0%-i) kotirovka sorğusu ilə və 125,0 min manatı (2,4%-i) isə tender keçirilmədən bağlanmışdır.

1.2 “Gədəbəy şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq işləri” obyekti üzrə layihə-smeta sənədlərinin Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 2017-ci ilin 10 oktyabr tarixində dövlət ekspertizasından keçirilib Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən ehtimal olunan müqavilə dəyəri 2017-ci ilin oktyabr ayında müəyyən edilsə də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 3000,0 min manat məbləğində təklifi və qiymət kotirovkasını cəlb etmədən podratçı təşkilatlarla birbaşa satınalma müqaviləsi bağlanılmışdır;

1.3. Obyektin layihə - smeta sənədlərinin “müvəqqəti bina və qurğular” üçün müəyyən edilən 43477,5 manat və “nəzərdə tutulmayan işlər və xərclər” üçün müəyyən edilən 76298,14 manat məbləğində vəsait əsaslandırıcı (Sifarişçi, Podratçı və Layihəçi tərəfindən birlikdə əlavə qüsur aktı əsasında hazırlanmış layihə-smeta sənədləri, qiymət cədvəli və qəbul aktı) sənədlər olmadan vahid işlərin dəyərinə əlavə olunaraq Podratçıya ödənilmişdir;

1.4. Vəsait ödənilsə də, şəhərinin küçələrində yolların təmiri və abadlıq-quruculuq üzrə Əlavə Dəyər Vergisiz 22263,2 manat məbləğində işlər yerində olmamışdır;

1.5. İşlər yerinə yetirilmədiyi halda Əlavə Dəyər Vergisiz 13220,4 manat məbləğində vəsait podratçıya ödənilmişdir;

1.6. Yolların təmiri və abadlıq-quruculuq işlərinə çəkilən 3000,0 min manat məbləğində məsrəflər (yeni yaradılan dəyər) müvafiq qaydada uçota alınmamışdır;

1.7. “Gədəbəy rayonunda coxmənzilli binaların təmiri işləri” obyekti üzrə müvafiq İcra Hakimiyyəti orqanı 2017-ci il 11 yanvar tarixli məktubu ilə satınalmaların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsini tətbiq etməklə, həmin Qanunun 48-ci maddəsinin tələblərinə uyğun olaraq təkliflər sorğusu ilə həyata keçirilməsini mümkün hesab etsə də, mövcud qaydalara

Page 9: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

9

AUDİTOR TRİBUNASI 2018, №2

uyğun işlərin ehtimal olunan qiyməti müəyyən edilmədən Tender komissiyasının 2017-ci il 25 yanvar tarixli yekun protokoluna əsasən 769,8 min manat məbləğində podratçı təşkilatla satınalma müqaviləsi bağlanılmışdır;

1.8 Satınalma müqaviləsi 2017-ci ilin 26 yanvar tarixində bağlanılsa da, Azərbaycan Beynəlxalq Bankının Gədəbəy şöbəsi ilə Podratçı arasında işçilərin adına plastik kartların alınmasına dair 2017-ci ilin 5 yanvar tarixində müqavilə bağlanılaraq 15861,9 manat məbləğində əmək haqqı ödənilmişdir;

1.9 “Gədəbəy rayonunda coxmənzilli binaların təmiri işləri” obyekti üzrə aparılmış təmir işlərinə ödənilən 769,8 min manat məbləğində xərclər (yeni yaradılan dəyər) müvafiq qaydada uçota alınmamışdır;

2. Yerli xərclər üzrə :

2.1 Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri üzrə satın alınacaq işlərin ehtimal olunan qiyməti 49,8 min manat müəyyən edilmiş, 2017-ci ilin 27 mart tarixində kotirovka sorğusu üsulu ilə keçirilmiş satınalma zamanı 49,2 min manat məbləğində təklif qalib elan edilsə də, həmin Podratçı ilə Nümayəndəlik arasında 55,0 min manat məbləğində satınalma müqaviləsi bağlanılmaqla podratçıya 5800,0 manat artıq vəsait ödənilmişdir;

2.2 “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərinə əməl edilməyərək məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə malların (işlərin və xidmətlərin) satın alınması ayrı-ayrı müqavilələrə bölünməklə 3 halda 63,7 min manat və tender tender proseduru keçirilmədən 4 müqavilə ilə 61,3 min vəsait xərc edilmişdir;

2.3 “Nizami və M.Ə.Sabir küçələrində kanal üçün beton latokların tikintisi” obyektində yerinə yetirilən işlər üzrə müqavilə qiymətləri tətbiq edilsə də, “İşlərin qəbulu haqqında Akt”ına (Forma №2) səhvən qaimə və plan yığımı xərclərinin daxil edilməsi nəticəsində yaranan 2226,0 manat məbləğində fərq podratrçıya ödənilmişdir;

2.4 Gədəbəy şəhərində abadlıq işləri üzrə 222,9 min manat məbəğində yeni yaradılmış dəyərlər Nümayəndəlik tərəfindən müvafiq qaydada uçota alınmamışdır;

2.5 Şəhərin işıqlandırılması sistemi üzrə 58,7 min manat dəyərində 33 ədəd quraşdırılmış işıq dirəkləri uçota alınmamışdır.

Page 10: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

10

AUDİTOR TRİBUNASI 2018, №2

2.6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli

“Azərbaycan Respublikası dövlət və ictimai mənzil fondu evlərində

yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal

xidmətlərinə tariflərin təsdiq edilməsi haqqında” 40 nömrəli və

Azərbaycan Respublikası Tarif Şurasının 2011-ci il 24 noyabr tarixli 5

nömrəli Qərarlarının tələblərinə uyğun mənzil fondunun gəlirləri üzrə

5864,0 manat məbləğində gəlir az hesablanmışdır;

2.7 2016-cı ilin avqust-dekabr ayları üzrə “Mənzil və kommunal təsərrü-

fatı” bölməsi üzrə bütün işçilər üzrə (müvəqqəti cəlb olunan və daimi

işçilərin) 102770,0 manat əmək haqqı və 22609,0 DSMF-yə ayırmaları

üzrə hesablamalar Podratçı tərəfindən həyata keçirilməsinə

baxmayaraq ödənişlər Nümayəndəlik tərəfindən həyata keçirilməklə

22568,22 manat məbləğində ƏDV azaldılmışdır;

2.8 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2003-cü il 29 may tarixli,

İ-86 saylı Əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən

sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından

istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi

məqsədi ilə bazar iqtisadiyyatına uyğun hazırlanmış şəhər, rayon

mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması,

yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları”nın

tələblərinə tam əməl edilməməsi səbəbindən 5081,90 manat artıq

vəsait xərcinə yol verilmişdir;

2.9 həmçinin həmin normaların tələbinə uyğun süprülən sahə, işıqlan-

dırma nöqtələri və yaşıllıq sahəsi üzrə dislokasiya tərtib və təsdiq

edilməmiş, sanitar təmizlik sahələrində süpürüntüdən yaranan və

qabarit tullantıların ərazidən zərərsizləşdirmə poliqonuna daşınması

üçün istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyəti ilə

əlaqədar manevr və marşrut xətti müəyyənləşdirilməmişdir;

2.10 sanitar vəziyyətinin normal vəziyyətdə saxlanılmasına cavabdeh

olmasına baxmayaraq, şəhər ərazisində fəaliyyət göstərən hüquqi və

fiziki şəxslərlə müqavilələr qismən, xüsusi həyətyanı evlərin

mülkiyyətçiləri ilə isə ümumiyyətlə müqavilələr bağlanmamışdır;

2.11 Gədəbəy şəhər İnzibati Ərazı Dairəsi üzrə Nümayəndəliyi tərəfindən

maliyyə hesabatları “Milli Mühasibat Uçotu Standartları”nın və

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasibat uçotunun

təşkili və aparılmasına dair Təlimat”a uyğun aparılmamışdır.

Page 11: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

11

AUDİTOR TRİBUNASI 2018, №2

Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə

edilərək qərar qəbul olunmuş, Qərarın surəti Gədəbəy Rayon İcra Hakimiyyətinə

göndərilmiş, nəzarət tədbirinin nəticələri üzrə Azərbaycan Respublikasının Milli

Məclisinə məlumat verilmişdir.

Page 12: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

12

AUDİTOR TRİBUNASI 2018, №2

Mehriban ƏlişanovaAuditor, iqtisad elmləri üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ YANINDA DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN 2017-Cİ İL ÜZRƏ

BÜDCƏSİNİN İCRASI İLƏ BAĞLI TƏHLİL

Ümumi müddəalar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) 2017-ci il üzrə büdcəsinin icrasına dair hesabatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə əsasən təhlil edilmişdir.

Təhlil prosesində “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun (bundan sonra – Qanun) müvafiq göstəricilərindən, Fond tərəfindən Hesablama Palatasına təqdim edilmiş 2017-cı ilin yekunu üzrə məlumatlardan və Fondun təqdim etdiyi digər məlumatlardan, həmçinin müvafiq statistik göstəricilərdən, Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirləri üzrə gəlinmiş nəticələrdən istifadə edilməklə hazırlanmışdır.

Rəy Fondun mənbələr üzrə gəlirləri və istiqamətlər üzrə xərcləri araş-dırılaraq müqayisəli təhlillər aparılmaqla hazırlanmışdır.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2014 - cü il 4 noyabr tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Kon-sepsiyası”nda (bundan sonra – Konsepsiya) nəzərdə tutulan tədbirlərin 2017-ci ildə həyata keçiriləcəyi ilkin olaraq nəzərdə tutulmasa da 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərəçarpacaq dəyişikliklər edilmiş, Konsepsiyada nəzərdə tutulan bir sıra vacib məsələlərin həlli istiqamətində addımlar atılmışdır. Belə ki, qeyd edilən dəyişikliklərlə 01.07.2017-ci il tarixdən

Page 13: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

13

AUDİTOR TRİBUNASI 2018, №2

əmək pensiyasının baza hissəsi ləğv edilmiş, 110,0 manat məbləğində minimum pensiya məbləği göstəricisi müəyyən olunmuş, pensiya hüququnun yaranması üçün tələb edilən yaş həddinin hər il 6 ay artırılmaqla həm kişilər və həm də qadınlar üçün 65 yaş həddinə çatdırılması istiqamətində ilkin artırmalar olmuş, pensiyaya çıxmaq üçün tələb edilən iş (sosial sığorta) stajı göstəricisi 12 ildən 25 ilə qaldırılmaqla, həmçinin güzəştli və müxtəlif statuslu pensiyalar üzrə tələb edilən minimum göstəricilər artırılmaqla erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması istiqamətində addımlar atılmış, pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbəyinin fərqləndirilməsi istiqamətində tədbirlər görülmüşdür.

Bununla belə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi, məcburi dövlət sosial sığorta haqqını minimum əmək haqqına nəzərən ödəyənlərin (mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər) sığorta normativlərinin təkmilləş-dirilməsi, məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqına müəyyən hədd qoyulmaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsi, könüllü sosial sığorta haqqının ödənilməsi şərtlərinin müəyyənləşdirilməsi kimi Konsepsiyada nəzərdə tutulan məsələlər 2017-ci ildə də öz həllini tapmamışdır.

Təqdim edilmiş məlumatlara əsasən 01.01.2017-ci il tarixə Fondun xəzinə hesabında 93175,39 min manat vəsait qalığı olmuş, 2017ci il ərzində Fondun gəlirləri 3421010,04 min manat, xərcləri isə 3486792,67 min manat, yəni gəlirlərindən 65782,63 min manat və ya 1,9% çox olmuş, ilin sonuna 27392,76 min manat qalıq qalmışdır. Göründüyü kimi, Fondun büdcəsi haqqında müvafiq qanunda gəlirlər və xərclər bərabər həcmdə təsdiq edildiyi halda 2017-ci ildə Fondun büdcəsində 65782,63 min manat məbləğində illik büdcə kəsri yaranmış, həmin kəsr Fondun gəlirləri kimi göstərilməyən ilin əvvəlinə vəsait qalığı hesabına bağlanılmışdır. Hesablama Palatasının Fondun büdcəsinə dair əvvəlki rəylərində qeyd edildiyi kimi, ilin əvvəlinə vəsait qalığının gəlirlər qismində nəzərdə tutulması Fondun gəlirlərinin və xərclərinin daha düzgün əks etdirilməsi və tənzimlənməsi baxımından vacibdir (Cədvəl 1).

Cədvəl 1. Fondun gəlirləri və xərcləri

Göstəri-cilər

2015(icra), minmanatla

2017

Proqnoz,min

manatla

2016(icra), minmanatla

İcra, minmanatla

İcrasəviyyəsi

%

2015-ci ilinicrası ilə

2016-ci ilinicrası ilə

GƏLİRLƏR

XƏRCLƏR

2914655,46

2936645,28

3178053,65

3193393,78

3400000,00

3400000,00

3421010,04

3486792,67

100,6

102.6

506354,58

550147,39

242956,39

+;- % +;- %

117,4

118,7 293398,89

107,6

109,2

Page 14: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

14

AUDİTOR TRİBUNASI 2018, №2

Göründüyü kimi, Fondun həm gəlirləri, həm də xərcləri üzrə icra göstəriciləri qanunvericiliklə təsdiq edilmiş müvafiq proqnoz göstəricilərindən yüksək olmuşdur.

Fondun gəlirləri

Təqdim edilmiş hesabatlara əsasən 2017-ci ildə Fondun gəlirləri 3421010,04 min manat təşkil etmiş, 3400000,0 min manat məbləğində təsdiq olunmuş proqnoz 100,6% icra edilmişdir. Yığılmış vəsait 2015-ci il üzrə müvafiq göstəricidən 506354,58 min manat və ya 17,4%, 2016-cı il üzrə müvafiq göstəricidən isə 242956,39 min manat və ya 7,6% çox olmuşdur. Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları (bundan sonra - MDSSH) üzrə daxilolmalardan, sair daxilolmalardan və dövlət büdcəsindən transfertlərdən ibarət olmuşdur (Cədvəl 2).

Cədvəl 2. Fondun gəlirləri

Fondun gəlirlərinin 2085664,16 min manatını və ya 61,0%-ini MDSSH-dan daxilolmalar təşkil etmişdir ki, bu da 2015-ci il üzrə müvafiq göstəricidən 280530,41 min manat və ya 15,5%, 2016-cı il üzrə müvafiq göstəricidən isə 164669,37 min manat və ya 8,6% çoxdur (Cədvəl 3).

Cədvəl 3. MDSSH üzrə gəlirlər

İlkin statistik məlumatlara əsasən 2017-ci ildə respublika üzrə orta aylıq əmək haqqı 528,2 manat təşkil etmişdir ki, bu da 2016-cı il üzrə olan 499,8 manat

Göstəricilər

2017

Proqnoz,min

manatla

2016(icra), minmanatla

İcra, minmanatla

İcrasəvi-yyəsi

%

2015-ci ilinicrası ilə

2016-ci ilinicrası ilə

Məcburi dövlətsosial sığorta haqları

1805133,75 1920994,79 2125000,00 2085664,16 98,2 280530,41

+;- % +;- %

115,5 164669,37 108,6

2015(icra)

1

Büdcədən maliyyə-ləşən təşkilatlar üzrə1.1 651254,80 713607,66 825000,00 743517,59 90,1 92262,79 114,2 29909,93 104,2

1099521,00 1155193,21 1245550,00 1285193,53 103,2 185672,53 116.9 130000,32 111,3Qeyri-büdcə müəssi-sə və təşkilatları üzrə1.2

54357,95 52193,92 54450,00 56953,04 104,6 2595,09 104,8 4759,12 109,1Sahibkarlıq fəaliyyətiilə məşğul olan fizikişəxslər üzrə

1.3

Göstəricilər

2017

Proqnoz,min

manatla

2016(icra), minmanatla

İcra, minmanatla

İcrasəvi-yyəsi

%

2015-ci ilinicrası ilə

2016-ci ilinicrası ilə

Məcburi dövlətsosial sığorta haqları

1805133,75 1920994,79 2125000,00 2085664,16 98,2 280530,41

+;- % +;- %

115,5 164669,37 108,6

2015(icra)

1

Sair daxilolmalar2 9521,71 11058,86 5000,00 32345,88 6,5dəfə

22824,17 3,4dəfə

21287,02 2,9dəfə

3Dövlət büdcəsdindən ayırmalar (transfert) 1100000,00 1246000,00 1270000,00 1303000,00 102,6 203000,00 118.5 57000,00 104,6

GƏLİRLƏR 2914655,46 3178053,65 3400000,00 3421010,04 100,6 506354,58 117,4 242956,39 107,6

Page 15: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

15

AUDİTOR TRİBUNASI 2018, №2

göstəricisindən 5,7% çoxdur. Göründüyü kimi, MDSSH üzrə 2017-ci ildə 2016-cı ilə nisbətən 8,5%-lik artım səviyyəsi orta aylıq əmək haqqının 5,7%-lik artım səviyyəsini üstələyir.

Muzdlu işləyən işçilərin sayı isə 2015-ci ildə 1502,5 min nəfər, 2016-cı ildə 1514,0 min nəfər, 2017-ci ilin ilkin məlumatlarına görə isə 1521,3 min nəfər təşkil etmişdir. Yəni, muzdla çalışan işçilərin sayında 2017-ci ildə 2016-cı ilin müvafiq göstəricisnə nəzərən cəmi 0,5%-lik artım müşahidə edilmişdir. Bu isə MDSSH üzrə 2016-cı ilə nisbətən 2017-ci ildəki 8,5%-lik artım səviyyəsini daha çox orta aylıq əmək haqqının səviyyəsindəki artımın şərtləndirdiyini deməyə əsas verir.

MDSSH üzrə gəlirlərin 743517,59 min manatı və ya 35,6%-i büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş, bu mənbə üzrə 825000,0 min manat məbləğində təsdiq edilmiş proqnoz 90,1% icra olunmuşdur. Həmin vəsait 2015-ci il üzrə müvafiq göstəricidən 92262,79 min manat və ya 14,2%, 2016-cı il üzrə müvafiq göstəricidən isə 29909,93 min manat və ya 4,2% çoxdur. Qeyd edilməlidir ki, büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların MDSSH üzrə ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ildə 36,1%, 2016-cı ildə 37,1% təşkil etmişdir. Göründüyü kimi, büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların MDSSH üzrə ümumi daxilolmalarda xüsusi çəkisi 2017-ci ildə 2015-ci və 2016-cı illərin müvafiq göstəricisinə nisbətən aşağı olmuşdur ki, bu da Fondun büdcə təşkilatlarından daxilolmalardan asılılıq səviyyəsinin azalması kimi qiymətlən-dirilə bilər.

Qeyri-büdcə müəssisə və təşkilatlarından 2017-ci il ərzində 1285193,53 min manat və ya 2015-ci il üzrə müvafiq göstəricidən 185672,53 min manat və ya 1,9%, 2016-cı il üzrə müvafiq göstəricidən isə 130000,32 min manat və ya 11,3% çox vəsait daxil olmuşdur ki, bu da MDSSH üzrə gəlirlərin 61,6%-ini təşkil etmiş, bu mənbə üzrə 1245550,0 min manat həcmində təsdiq olunmuş proqnoz 103,2% icra olunmuşdur. Bu mənbədən gəlirlərin MDSSH üzrə ümumi gəlirlərdə xüsusi çəkisi 2015-ci ildə 60,9%, 2016-cı ildə isə 60,1% təşkil etmişdir. Göründüyü kimi, qeyri-büdcə müəssisə və təşkilatlarından daxilolmaların xüsusi çəkisi 2017-ci ildə əvvəlki illərə nisbətən artmışdır ki, bu da Fondun yığım üzrə funksional fəaliyyəti baxımından müsbət haldır.

Bununla belə, son illərdə büdcə müəssisə və təşkilatlarında əmək haqqı ödənişlərinin həyata keçirilməsində ciddi gecikmələrin olmadığı şəraitdə təsdiq edilmiş proqnozun 2017-ci il ərzində büdcə təşkilatları üzrə 90,1%, yəni nəzərə çarpacaq səviyyədə kəsrlə icra olunması müvafiq proqnoz göstəricisinin əsaslılıq səviyyəsi baxımından diqqəti cəlb edir.

Fiziki şəxslərdən və digər sığortaedənlərdən 2017-ci ildə 56953,04 min manat və ya MDSSH üzrə gəlirlərin 2,7%-i qədər vəsait daxil olmuş, təsdiq edilmiş

Page 16: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

16

AUDİTOR TRİBUNASI 2018, №2

54450,0 min manat məbləğində proqnoz 104,6% icra edilmişdir. Yığılmış vəsait 2015-ci il üzrə müvafiq icra göstəricisindən 2595,09 min manat və ya 4,8%, 2016-cı il üzrə müvafiq icra göstəricisindən isə 4759,12 min manat və ya 9,1 çoxdur. Mənbə üzrə gəlirlərin MDSSH üzrə daxilolmalarda xüsusi çəkisinin 2016-cı ildəki 2,7% göstəricisinə bərabər olması bu mənbə üzrə gəlirlərin artım tempinin MDSSH üzrə gəlirlərin artım tempinə uyğun olduğunu deməyə əsas verir.

Bununla belə, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri fiziki şəxslərdən daxil olmalar üzrə əlavə potensialın mövcudluğunu və həmin şəxslərlə iş baxımından Fondun yığım fəaliyyətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərmişdir. Belə ki, qeyd edilən nəzarət tədbirləri zamanı bir çox hallarda fiziki şəxslər üzrə əmək haqqı fondu, fiziki şəxslərin fəaliyyət növü və yeri haqqında Fonddakı məlumatların qeyri-düzgünlüyü aşkar edilmiş, həmin fiziki şəxslərlə hesablaşmalar da düzgün olmayan məlumatlar əsasında aparılmışdır. Bu isə həmin mənbədən gəlirlərin səviyyəsinə təsir edən əsas amillərdəndir.

Həmçinin, Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirləri qeyri-büdcə müəssisə və təşkilatları üzrə məcburi dövlət sosial sığortasına cəlb edilən və edilməyən əmək haqqı fondu məbləğlərinin dəqiqləşdirilməsinə ehtiyacın olduğunu göstərmişdir.

2017-ci ildə Fonda dövlət büdcəsindən təsdiq edilmiş 1270000,0 min manat proqnoz məbləğindən 33000,0 min manat və ya 2,6% çox, yəni 1303000,0 min manat vəsait transfert edilmişdir ki, bu da Fondun ümumi gəlirlərinin 38,1%-i qədərdir. Qanunun 6-cı maddəsində büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlardan nəzərdə tutulmuş MDSSH üzrə vəsaitlərin müvafiq icra hakimiyyəti orqanına tam məbləğdə daxil olmadığı hallarda nəzərdə tutulmuş və faktiki hesablanmış MDSSH arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləğinin artırılacağı, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış MDSSH arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləğinin azaldılacağı qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 879s nömrəli Sərəncamına əsasən Qanunun qeyd edilən maddəsi əsas gətirilməklə büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş MDSSH üzrə vəsaitlər Fonda tam məbləğdə daxil olmadığı üçün Fonda 2017-ci il üzrə nəzərdə tutulmuş dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği 33,0 milyon manat artırılmışdır. Belə ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2017-ci ildə 825000,0 min manat proqnoza qarşı 744930,61 min manat və ya 80069,39 min manat az vəsait hesablanmışdır. Yəni, müvafiq kəsr məbləği 80069,39 min manat olduğu halda dövlət büdcəsindən ayırmaların nəzərdə tutulandan artıq

Page 17: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

17

AUDİTOR TRİBUNASI 2018, №2

olan məbləği 33000,0 min manat və ya kəsr məbləğindən 47069,39 min manat az olmuş, müvafiq məlumatlara əsasən qalan kəsr məbləği qeyri-büdcə müəssisə və təşkilatlarından daxilolmalar və sair daxilolmalar hesabına bağlanmışdır.

Dövlət büdcəsindən 2017-ci ildə ayırmaların məbləği 2015-ci il üzrə müvafiq icra göstəricisindən 203000,0 min manat və ya 18,5%, 2016-cı il üzrə müvafiq icra göstəricisindən isə 57000,0 min manat və ya 4,6% çox olmuşdur. Qeyd edilməlidir ki, həmin ayırmaların Fondun ümumi gəlirlərində xüsusi çəkisi 2015-ci ildə 37,7%, 2016-cı ildə isə 39,2% təşkil etmişdir. Göründüyü kimi, qeyd edilən mənbədən Fondun gəlirlərinin xüsusi çəki göstəricisi 2016-cı ildəki 39,2% göstəricisindən 2017-ci ildə 38,1% göstəricisinə düşmüşdür ki, bu da Fondun funksional fəaliyyətdən gəlirlərinin artması baxımından müsbət haldır.

Büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların və dövlət büdcəsindən ayırmaların səviyyəsinin aşağı düşməsi Fondun gəlirlərinin formalaşmasında dövlət büdcəsinin iştirak səviyyəsində də özünü göstərmişdir (Cədvəl 4).

Cədvəl 4. Fondun büdcəsinin formalaşmasında dövlət büdcəsinin iştirakı, min manatla

Göründüyü kimi, Fondun gəlirlərində həm büdcədən maliyyələşən təşkilat-lardan daxilolmaların, həm də dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 2017-ci ildə 2016-cı ilə nisbətən azalmışdır ki, bu da Fondun büdcəsinin gəlirlərində büdcə vəsaitlərinin iştirak payının 2016-cı ildəki 61,7%-dən 2017-ci ildəki 59,8%-ə düşməsi ilə nəticələnmişdir. Bu isə Fondun qeyri-büdcə sektoru üzrə yığım fəaliyyəti baxımından müsbət qiymətləndirilə bilər.

2017-ci ildə sair daxilolmalar qismində 5000,0 min manat proqnoza qarşı 32345,88 manat və ya nəzərdə tutulandan 6,5 dəfə çox vəsait daxil olmuşdur ki, bu da Fondun ümumi gəlirlərinin 0,9%-i qədərdir. Bu mənbədən daxilolmaların həcmi 2015-ci il üzrə müvafiq icra göstəricisindən 22824,17 min manat və ya 3,4 dəfə, 2016-cı il üzrə müvafiq icra göstəricisindən isə 21287,02 min manat və ya 2,9 dəfə çox olmuşdur. Fond tərəfindən verilmiş məlumata əsasən sair daxilolmalar üzrə həm icra, həm də əvvəlki illərin müvafiq icra göstəricilərinə nisbətən nəzərəçarpacaq dərəcədə artım səviyyəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 879s nömrəli Sərəncamına əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq 2017-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş

2015 2016 2017

Gəlirlər 2914655,46 100,00 3178053,65 100,00 3421010,04 100,00

Büdcədən maliyyələşəntəşkilatlardan daxilolmalar 651254,8 22,3 713607,66 22,4 743517,59 21,7

Dövlət büdcəsindəayırmalar (transfert)

1100000,6

37,7 1246000,0 39,2 1303000,0 38,1

Cəmi

1751254,8

60,1 1959607,66 61,7 2046517,59 59,8

Page 18: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

18

AUDİTOR TRİBUNASI 2018, №2

xərclərindən həmin ilin sonunadək geri qaytarılmaq şərti ilə Fonda 22,0 milyon manat büdcə ssudasının verilməsi ilə bağlı olmuşdur. Müvafiq hesabat məlumatlarına əsasən həmin ssuda məbləği 2017-ci ilin sonuna geri qaytarılmışdır.

Fond tərəfindən təqdim edilmiş müvafiq hesabatlara əsasən 01.01.2017-ci il tarixə sığortaedənlərin Fonda 342827,2 min manat 102,1 min manat borcu olmuşdur. Borcun 8500,8 min manatı və ya 2,5%-i büdcə təşkilatları üzrə, 47783,3 min manatı və ya 13,9%-i əsas iri sığortaedənlər üzrə, 8648,7 min manatı və ya 2,5%-i bələdiyyə mülkiyyətində olan təşkilatlar üzrə, 258525,8 min manatı və ya 75,4%-i digər hüquqi şəxslər üzrə, 19368,6 min manatı və ya 5,7% fiziki şəxslər üzrə olmuşdur.

Əvvəlki illərdə olduğu kimi, Fond tərəfindən büdcə təşkilatları üzrə debitor borclarının, əsasən, ilin sonunda hesablanmış əmək ödənişlərinə görə yarandığı, ödənişin gecikdirildiyi hallarda isə mövcud proqram təminatı vasitəsilə penyaların avtomatik hesablanıldığı və həmin vəsaitlərin hesabatlarda maliyyə sanksiyaları kimi əks etdirilməsi nəticəsində bu mənbədən maliyyə sanksiyaları üzrə borcların yarandığı bildirilmişdir.

01.01.2018-ci il tarixə sığortaedənlərin Fonda borcu 24485,2 min manat və ya 7,1% artaraq 367312,4 min manata çatmış, digər hüquqi şəxslər istisna olmaqla, artım bütün mənbələr üzrə müşahidə edilmişdir (Cədvəl 5).

Cədvəl 5. Fondun debitor borcları

Cədvəl 5-dən göründüyü kimi, büdcə təşkilatlarının Fonda borcu ilin əvvəlinə nisbətən sonunda 831,2 min manat və ya 9,8% artaraq 9332,0 min manata çatmış, Fonda borcların ümumi məbləğində müvafiq xüsusi çəki göstəricisi 2,5% təşkil etmişdir. Fond tərəfindən təqdim edilmiş məlumata əsasən büdcə təşkilatlarının debitor borcları, əsas etibarilə, cari borclardan ibarət olmuşdur.

01.01.2017 -ci il

tarixə

01.01.2018 - ci iltarixə

İlin əvvəlinənisbətən sonuna

fərq

məbləğ,min

manatla +/- %

Debitor borclar, cəmi

342827,2 100,0 367312,4 100,0 24485,2 107,1

o cümlədən

Büdcə təşkilatları üzrə

8500,8 2,5 9332,0

2,5

831,2 109,8

Əsas iri sığortaedənlər üzrə 47783,3 13,9 184104,4 50,1 136321,1 3,9 dəfə

Bələdiyyə mülkiyyə�ndə olan

təşkilatlar üzrə

8648,7 2,5 9163,2

2,5

514,5 105,9

Digər hüquqi şəxslər üzrə 258525,8 75,4 142801,7 38,9 115724,1 55,2

Fiziki şəxslər üzrə 19368,6 5,6 21911,1 6,0 2542,5 113,1

xüsusiçəki,

%

məbləğ,min

manatla

xüsusiçəki,

%

Page 19: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

19

AUDİTOR TRİBUNASI 2018, №2

Qeyd edilməlidir ki, 2018-ci il 1 aprel tarixindən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsində əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinməsi, 2-ci maddəsində isə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulmuşdur.

Həmçinin, həmin qanunda məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borclar üzrə də müvafiq ödəmələrin edildiyi şəraitdə borcların müəyyən hissəsinin silinməsi, ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borclara da həmin qanunun şamil edilməsi göstərilmişdir.

2017-ci ilin əvvəlinə nisbətən sonunda əsas artım iri sığortaedənlər üzrə olmuş, bu istiqamət üzrə Fonda olan borc ilin əvvəlinə nisbətən sonunda 136321,1 min manat və ya 3,9 dəfə artaraq 184104,4 min manata çatmışdır ki, bu da Fonda olan ümumi borc məbləğinin 50,1%-i qədərdir. Əsas artım dövlət mülkiyyətində olan digər iri sığortaedənlərin borcları üzrə olmuşdur. Belə ki, həmin sığortaedənlərin ilin əvvəlinə Fonda borcu olmadığı halda ilin sonuna onların Fonda 134605,9 min manat borcu yaranmışdır ki, bu da Fonda olan ümumi borc məbləğinin 36,6%-i qədər, iri sığortaedənlər üzrə Fonda ümumi borc məbləğinin 73,1%-i qədərdir .

Qeyd edilməlidir ki, iri sığortaedənlərin maliyyə sanksiyaları üzrə borclarının məbləği ilin əvvəlinə nisbətən sonunda 35113,9 min manat və ya 4,1 dəfə artmışdır ki, bunu da dövlət mülkiyyətində olan digər iri sığortaedənlər üzrə il ərzində 33739,9 min manat maliyyə sanksiyasının hesablanması şərtləndirmişdir. Maliyyə sanksiyasının hesablanması isə borcların cari borclar deyil, ödəniş müddəti keçmiş borclar olduğunu deməyə əsas verir.

Bələdiyyə mülkiyyətində olan təşkilatların da Fonda borcları ilin əvvəlinə nisbətən sonunda 514,5 min manat və ya 5,9% artaraq 89163,2 min manata çatmış, Fondun ümumi debitor borclarında xüsusi çəki göstəricisi isə 2,5% səviyyəsində qalmışdır.

Page 20: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

20

AUDİTOR TRİBUNASI 2018, №2

Digər hüquqi şəxslərin Fonda borcunun məbləğində ilin sonunda əvvəlinə nisbətən 115724,1 min manat və ya 44,7% azalma olmuş, borc məbləği 142801,7 min manat təşkil etmişdir ki, bu da Fondun ümumi debitor borclarının 38,9%-i qədərdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin Fonda borcu ilin əvvəlinə nisbətən sonunda 2542,5 min manat və ya 13,1% artaraq 21911,1 min manata çatmış, Fondun ümumi debitor borclarında müvafiq xüsusi çəki göstəricisi isə ilin əvvəlindəki 5,6%-dən sonunda 6,0%-ə qalxmışdır.

Fondun ilin sonuna fiziki şəxslər üzrə debitor borcunun 8534,2 min manatı və ya fiziki şəxslər üzrə ümumi borcun 38,9%-i ticarət və tikinti sahələrində fəaliyyət göstərən fiziki şəxslərə aid olmuşdur ki, həmin fiziki şəxslər üzrə də ilin əvvəlinə nisbətən sonunda debitor borcları 2442,1min manat və ya 22,3% azalmışdır.

Digər sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin Fonda borcu isə ilin əvvəlinə nisbətən sonunda 5082,3 min manat və ya 63,4% artaraq 13097,5 min manata çatmışdır ki, bu da fiziki şəxslər üzrə ümumi borcun 59,8%-i qədərdir.

Pay torpağı olan fiziki şəxslərin isə Fonda borcları ilin əvvəlinə nisbətən sonunda 97,7 min manat və ya 26% azalmış, borcun məbləği fiziki şəxslər üzrə cəmi borcun 1,3%-i qədər olmaqla 279,4 min manat təşkil etmişdir.

Təqdim edilmiş məlumatlara əsasən qeyd etmək olar ki, məhkəmə iddialarının qaldırılması vasitəsilə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti də qənaətbəxş nəticələr verməmiş, borcların həcmi ilə müqayisədə daha az sayda və məbləğdə iddia qaldırılmış, müvafiq məhkəmə qətnamələri ilə təmin olunmuş iddialar üzrə də borcların tam ödənişi həyata keçirilməmişdir. Belə ki, təqdim edilmiş məlumatlara əsasən 2017-ci ildə ümumilikdə 22892,1 min manat və ya ilin əvvəlinə olan ümumi debitor borcu məbləğinin 6,7%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarında cəmi 762 sayda iddia qaldırılmış, həmin iddialardan 10861,5 min manatı əhatə edən 450 iddiaya məhkəmə orqanlarında baxılmış, 3303,3 min manatı və ya iddia qaldırılmış məbləğin 14,4%-i qədər məbləği əhatə edən 466 iddia təmin edilmiş, 7509,4 min manatı və ya baxılmış iddialar üzrə məbləğin 69,1%-ini əhatə edən 7 iddia rədd edilmiş, təmin olunmuş 3303,3 min manat iddia məbləğindən 107,3 min manatın və ya 3,2% məbləğin ödənişi təmin edilmişdir ki, bu da cəmi qaldırılmış iddia məbləğinin 0,5%-i qədərdir (Cədvəl 6).

Cədvəl 6-dan göründüyü kimi, qaldırılmış iddiaların 228 iddia üzrə (29,9%)

21530,6 min manatı (94,1%) digər hüquqi şəxslər üzrə olmuşdur. Həmin

iddialardan 9952,0 min manatı (ilin əvvəlinə olan borc məbləğinin 3,8%-i,

Page 21: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

21

AUDİTOR TRİBUNASI 2018, №2

qaldırılmış iddia məbləğinin 46,2%-i) əhatə edən 45 iddiaya (qaldırılmış iddiaların

19,7%-i) məhkəmə orqanlarında baxılmış, cəmi 2349,8 min manat borcu əhatə

edən 43 iddia (qaldırılmış iddia məbləğinin 10,9%-i, ərizələrin 18,8%-i) təmin

edilmiş, 7501,1min manat borc üzrə 1 iddia rədd edilmiş, təmin olunmuş iddialar

üzrə müvafiq məhkəmə qərarından sonra cəmi 53,4 min manat və ya qaldırılmış

iddia məbləğinin 0,2%-i, təmin olunmuş iddia məbləğinin isə 2,3%-i qədər borc

ödənilmişdir.

Cədvəl 6. Fondun debitor borcların aradan qaldırılması istiqamətində məhkəmə iddiaları

və nəticələr

2016-cı ildə olduğu kimi, 2017-ci ildə də say baxımından iddiaların əsas

hissəsi, yəni 513-ü və ya 67,3%-i fiziki şəxslər üzrə qaldırılmışdır.

Təhlillər və Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında həyata

keçirilmiş nəzarət tədbirləri, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də debitor

borcların aradan qaldırılması istiqamətində görülmüş tədbirlərin yetərsiz

olduğunu, iddiaların müvafiq məhkəmə qərarları ilə təmin olunmasından sonra

da ödənişlərin həyata keçirilməsində problemlərin mövcudluğunu deməyə əsas

verir.

Fondun xərcləri

2017-ci ildə Fondun xərcləri 3486792,67 min manat təşkil etmişdir ki, bu da

Fondun gəlirlərindən 65782,63 min manat çoxdur. Xərclər üzrə 3400000,0 min

manat səviyyəsində təsdiq edilmiş proqnoz 102,6% icra edilmiş, xərclənmiş vəsait

2015-ci ilin müvafiq icra göstəricisindən 550147,39 min manat və ya 18,7%,

2016-cı ilin müvafiq icra göstəricisindən isə 293398,89 min manat və ya 9,2%

çoxdur (Cədvəl 7).

762 22892,1 450 10861,5 466 3303,3 8 7511,9 107,3 0,5 3,2

20 853,3 16 574,0 16 574,0 1 2,5 35 4,1 6,1

228 21530,6 45 9952,0 43 2349,8 1 7501,1 53,4 0,2 2,3

513 489,9 389 335,5 407 379,5 6 8,3 18,3 3,7 4,8

10 68,6 6 7,5 6 7,5

CƏMİ

Əsas iri sığortaedənlər üzrə

Bələdiyyə mülkiyyətində olantəşkilatlar üzrə

Digər hüquqi şəxslər üzrə

Fiziki şəxslər üzrə, o cümlədən

Ticərət və tikinti sahəsindəfəaliyyət göstərən fiziki şəxslər

Digər sahələrdə fəaliyyətgöstərən fiziki şəxslər

say,ədəd

məbləğmin

manat

say,ədəd

məbləğmin

manat

say,ədəd

məbləğmin

manat

say,ədəd

məbləğmin

manat

göndərilmişdir qərar-dan

sonraödənil-mişdir

Qaqldı-rılmış

iddialarüzrə

ödəniş%-i

Təminedilmişiddialar

üzrəödəniş

%-i

baxılmışdır təmin edilmişdir rədd edilmişdir

Məhkəməyə göndərilən iddia ərizələri və nəticələr

1 18.3 0,6 3.3

503 421,3 383 328 401 372,0 6 8,3 18,3 4,3 4,9

Page 22: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

22

AUDİTOR TRİBUNASI 2018, №2

Cədvəl 7. Fondun xərcləri

Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Fondun xərclərinin əsas hissəsini, yəni 3383760,74 min manatını və ya 97,0%-ini əhaliyə ödənişlər təşkil etmiş, bu istiqamət üzrə 3318220,0 min manat həcmində təsdiq edilmiş proqnoz 102,0% icra edilmişdir. Həmin vəsait 2015-ci il üzrə müvafiq icra göstəricisindən

Göstəricilər

2017

Proqnoz,min

manatla

2016(icra), minmanatla

İcra, minmanatla

İcrasəvi-yyəsi

%

2015-ci ilinicrası ilə müqayisə

2016-ci ilinicrası ilə müqayisə

+;- % +;- %

2015(icra)

1

1.2

XƏRCLƏR, cəmi 2936645,3 3193393,8 3400000,0 3486792,7 102,6 550147,4 118,7 293398,9 109,2

Əhaliyə ödənişlər 2873218,8 3135789,7 3318220,0 3383760,7 102,0 510542,0 117,8 247971,0 107,9

1.1Əmək pensiyala-rının ödənilməsi

2797654,1 3042842,3 3213820,0 3288703,4 102,3 491049,2 117,6 245861,1 108,1

MDSSH hesabınamüavinətlərinödənilməsi

75564,6 92947,5 104400,0 95057,4 91,1 19492,8 125,8 2109,9 102,3

Pensiya və müa-vinətlərin əhaliyəçatdırılması, bankəməliyyatlarınınaparılması üzrəxidmət haqqıxərcləri

2 17488,6 14467,4 21000,0 23911,6 113,9 6423,0 136,7 9444,2 165,3

Sığortaolunanla-rın sanatoriya- kurort müalicəsi və sağlamlaşdırmatədb-nin həyatakeçirilməsi üzrəAHİK vasitəsi iləmaliyyələşdirilənxərclər

3 19100,0 19100,0 19120,0 19120,0 100,0 20,0 100,1 0,0100,0

DSMF-nin mər-kəzi aparatınınvə onun yerliorqanlarının saxlanılmasıxərcləri

4 24423,4 22026,4 40000,0 34364,5 85,9 9941,1 140,7 12338,1 156,0

Beynəlxalq təşki-latlara üzvlikhaqlarının ödə-nilməsi xərcləri

5 32,4 38,4 60,0 56,5 94,1 24,1 174,5 18,1 147,2

0,0

2009-2015-ci illər-də AR-da sığortapensiya sisteminininkişafına dairDövlət Proqramı"üzrə nəzərdətutulmuş tədbir-lərin həyata keçi-rilməsi ilə bağlı xərclər

6 875,9 -875,9

"İnkişaf üçünKredit Sazişi"nəəsasən "Pensiyavə sosial təminat"layihəsi üzrə kre-ditin qaytarılmasıxərcləri

7

Digər8

213,0 1250,0 1600,0 1600,0 100,0 1387,0 751,2 350,0 128,0

1293,2 701,9 23979,4 22686,2 1854,3 23277,5

Page 23: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

23

AUDİTOR TRİBUNASI 2018, №2

510541,98 min manat və ya 17,8%, 2016-cı ilin müvafiq icra göstəricisindən isə 247971,02 min manat və ya 7,9% cox olmuşdur. Göründüyü kimi, əhaliyə ödənişlər üzrə xərclərin artım tempi ümumi xərclərin artım tempindən geri qalmışdır ki, bunu da sosial ödənişlərin əhaliyə çatdırılması üzrə xidmət haqqı xərcləri və Fondun mərkəzi aparatının və yerli orqanlarının saxlanılması xərcləri üzrə 2016-cı ilə nəzərən daha böyük artım səviyyəsi şərtləndirmişdir.

Ümumi xərclərin artım səviyyəsinə nisbətən aşağı səviyyəli artım özünü əhaliyə ödənişlər üzrə xərclərin ümumi xərclərdəki xüsusi çəkisində də göstərmişdir. Belə ki, həmin göstərici 2015-ci ildə 97,8%, 2016-cı ildə isə 98,2% təşkil etdiyi halda 2017-ci ildə 97,0% olmuşdur.

Əhaliyə ödənişlər üzrə xərclərin 3288703,35 min manatı və ya 97,2%-i (ümumi xərclərin 94,3%-i) əmək pensiyalarının ödənilməsinə sərf edilmiş, bu xərc istiqaməti üzrə 3213820,0 min manat həcmində təsdiq edilmiş proqnoz 102,3% icra edilmişdir. Əmək pensiyalarının ödənilməsinə çəkilən xərc 2015-ci ilin müvafiq icra göstəricisindən 491049,22 min manat və ya 17,6%, 2016-cı ilin müvafiq icra göstəricisindən isə 245861,09 min manat və ya 8,1% çox olmuşdur. Yəni, əmək pensiyalarının ödənilməsi xərclərinin artım tempi də ümumi xərclərin artım tempindən geri qalmışdır.

Qeyd edilməlidir ki, əmək pensiyalarının ödənilməsi xərclərinin həm təsdiq olunmuş proqnoza, həm də əvvəlki illərin icra göstəricilərinə nisbətən artıqlaması ilə icra səviyyəsinə baxmayaraq həmin xərclərin ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi 2015-ci və 2016-cı illərdəki 5,1% göstəricisindən 2017-ci ildə 4,7% göstəricisinə düşmüşdür (Cədvəl 8).

Təqdim edilmiş məlumatlara əsasən 2017-ci ildə hərəkətdə olan pensiya işləri üzrə 1 nəfərə düşən pensiya məbləği 208,84 manat olmuşdur. Yəni, 1 nəfərə düşən pensiya məbləği 2017-ci ildə 2016-cı ilə nisbətən 7,7% artmışdır ki, bu da əmək pensiyalarının ödənişi xərclərinin 8,1%-lik artım səviyyəsinə qismən uyğundur.

Cədvəl 8. Əmək pensiyalarının ödənilməsi xərcləri üzrə ümumi göstəricilər

2015 2016 20172017-ci ildə 2016-cı ilə nisbətən artım

səviyyəsi, %

ÜDM, milyon manatla 54380,0 60245,2 70135,1 16,4

Əmək pensiyalarının ödənilməsi xərcləri,

milyon manatla2797,7 3042,8 3288,7 8,1

Əmək pensiyalarının ödənilməsi xərclərinin

ÜDM -də xüsusi çəkisi, %5,1 5,1 4,7

Pensiyaçıların sayı, nəfər129994

6

131522

9

131843

40,2

Hərəkətdə olan pensiya işləri üzrə 1 nəfərə

düşən pensiya məbləği, manatla179,07 193,86 208,84 7,7

Pensiyaçılar üçün yaşayış minimumu, manatla 108,0 115,0 130,2 13,2

Page 24: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

24

AUDİTOR TRİBUNASI 2018, №2

Həmçinin qeyd edilməlidir ki, 1 nəfərə düşən pensiya məbləği 2017-ci ildə

pensiyaçılar üçün müəyyən edilmiş 130,2 manat məbləğində yaşayış

minimumundan 78,64 manat və ya 60,4% çox olmuşdur.

Fond tərəfindən təqdim edilmiş “Əmək pensiyaları haqqında” (1-pensiya

№li forma) hesabatlara əsasən 2016-cı ilə nisbətən 2017-ci ildə cəmi

pensiyaçıların sayında artım, əvvəlki illərdən fərqli olaraq, cox cüzi miqdarda, yəni

cəmi 0,2% olmuşdur. Əvvəlki illərin artım səviyyələrindən fərqli olaraq 2017-ci

ildəki aşağı səviyyəli artım 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş ““Əmək

pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər

edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD

nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının

Qanununa edilmiş dəyişiklikdən sonra pensiya yaşının həm kişilər və həm də

qadınlar üçün 65 yaşa çatanadək hər il 6 ay artırılmağa başlaması ilə əlaqədar

olmuşdur.

Əmək pensiyalarının ödənilməsinə xərclənmiş vəsaitin 887667,37 min

manatı və ya 27,0% əmək pensiyalarının baza hissəsinin, 2401035,98 min manatı

və ya 73,0%-i isə əmək pensiyalarının sığorta hissəsinin ödənilməsinə

yönəldilmiş, bu pensiya hissələri üzrə icra səviyyəsi, müvafiq olaraq, 51,7% və

160,5% təşkil etmişdir (Cədvəl 9).

Cədvəl 9. Əmək pensiyalarının ödənilməsi xərcləri

Göründüyü kimi, əmək pensiyalarının baza hissəsinin ödənilməsinə

xərclənmiş vəsait 2015-ci ilin müvafiq icra göstəricisindən 647713,39 min manat

az və ya həmin göstəricinin 57,8%-i qədər, 2016-cı ilin müvafiq icra

göstəricisindən isə 821829,44 min manat az və ya həmin göstəricinin 51,9%-i

qədərdir. Əmək pensiyasının baza hissəsi üzrə həm aşağı səviyyəli icra, həm də

əvvəlki illərin müvafiq göstəricilərinə nəzərən ciddi azalma “Əmək pensiyaları

haqqında” Azərbaycan Respublikasının Qanununa yuxarıda qeyd olunan

01.07.2017-ci il tarixdən edilmiş dəyişiklikdən sonra əmək pensiyasının baza

2017

Proqnoz,min

manatla

2016(icra), minmanatla

İcra, minmanatla

İcrasəvi-yyəsi

%

2015-ci ilinicrası ilə

2016-ci ilinicrası ilə

Əmək pensiyalarınınödənişlə pensiyaları-nın, cəmi

1535380,76

+;- % +;- %

2015(icra), minmanatla

1262273,37

1709496,81 1718000,00 887667,37 51,7 -647713,39 57,8 -821829,44 51,9

1333345,45 1495820,00 2401035,98 160,5 1138762,61 190,2 1067690,53 180,1

2797654,13 3042842,26 3213820,00 3288703,35 102,3 491049,22 117,6 245861,09 108,1

Əmək pensiyalarınınbaza hissəsinə

Əmək pensiyalarınınsığorta hissəsinə

Page 25: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

25

AUDİTOR TRİBUNASI 2018, №2

hissəsinin ləğv edilməsi ilə izah oluna bilər. Həmçinin, aşağı icra səviyyəsi isə

həmin dəyişikliyin 2016-cı ildə 2017-ci il üçün Fondun büdcəsinin layihəsi

hazırlanarkən nəzərdə tutulmaması ilə bağlıdır.

2017-ci ildə əmək pensiyasının sığorta hissəsi üzrə həm təsdiq olunmuş proqnoza nisbətən nəzərəçarpacaq dərəcədə yüksək icra səviyyəsi, həm də əvvəlki illərə nisbətən artım səviyyəsi müşahidə olunmuşdur. Belə ki, əmək pensiyalarının sığorta hissəsinin ödənilməsinə 2017-ci ildə 2401035,98 min manat və ya təsdiq olunmuş proqnoz göstəricisindən 905215,98 min manat və ya 60,5% çox vəsait xərclənmişdir ki, bu da əmək pensiyalarının ödənilməsi xərclərinin 73,0%-i qədərdir. Xərclənmiş vəsait 2015-ci ilin müvafiq icra göstəricisindən 1138762,61 min manat və ya 90,2%, 2016-cı ilin müvafiq icra göstəricisindən isə 1067690,53 min manat və ya 80,1% çox olmuşdur. Sığorta hissəsinin nəzərəçarpacaq artımını, əsas etibarilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa yuxarıda qeyd edilmiş dəyişikliyə müvafiq olaraq 01.07.2017-ci il tarixdən əmək pensiyasının əvvəllər mövcud olmuş tam məbləğinin pensiyanın sığorta hissəsi hesab edilməsi şərtləndirmişdir. Pensiyanın sığorta hissəsinin nəzərəçarpacaq artımına, həmçinin, müvafiq qanunvericiliyə uyğun olaraq pensiyanın sığorta hissəsinin 2016-cı il üzrə 12,4%-lik istehlak qiymətləri indeksinə uyğun indeksləşdirmə də təsir etmişdir.

Təqdim olunmuş müvafiq məlumatlara əsasən 01.01.2018-ci il tarixə uçotda olan 1286315 sayda pensiya işindən 778057-si və ya 60,5%-i yaşa görə, 389791-i və ya 30,1%-i əlilliyə görə, 118467-si və ya 9,2%-i isə ailə başçısının itirilməsinə görə təyin edilmiş pensiya işləri olmuşdur. Həmin xüsusi çəki göstəriciləri 01.01.2017-ci il tarixə, müvafiq olaraq, 61,0%, 29,9% və 9,1% təkil etmişdir. Göründüyü kimi, 2017-ci ildə də yaşa görə əmək pensiyalarının ümumi saydakı xüsusi çəkisinin azalma, əlilliyə görə əmək pensiyalarının xüsusi çəkisinin isə artma tendensiyaları davam etmişdir. Bu isə erkən pensiyaya çıxma hallarının sayının və dolayısıyla müvafiq sığorta kapitalı ilə təmin edilməyən pensiya məbləğlərinin artımı, son nəticədə isə Fondun büdcəsinin maliyyə dayanıqlılığına təsir baxımından müsbət hal kimi qiymətləndirilə bilməz.

Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Hesablama Palatası tərəfindən Fondun yerli strukturlarında aparılmış nəzarət tədbirləri bir sıra hallarda əsassız pensiya təyinatının aparıldığını, vətəndaşın iş (sosial) sığorta stajının daha ətraflı araşdırmalar aparmadan pensiya təyin edildiyini, əlilliyə görə pensiya təyin edilmiş şəxslərin sonradan əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları istiqamətində araşdırmaların aparılmadığını və qeyd edilən səbəblərdən əsassız pensiya ödənişlərinin həyata keçirildiyini göstərmişdir.

Təqdim edilmiş məlumatlara əsasən 2017-ci ildə MDSSH hesabına müavinətlərin ödənilməsinə 95057,39 min manat vəsait xərclənmiş, 104400,0

Page 26: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

2017

Proqnoz,min

manatla

2016(icra), minmanatla

İcra, minmanatla

İcrasəvi-yyəsi

%

2015-ci ilinicrası ilə

2016-ci ilinicrası ilə

+;- % +;- %

2015(icra), minmanatla

5 909,80 15 220,00 17 600,00 17550 99,7 11 640,20 297,0 2330,00 115,3

MDSSH hesabınamüavinətlərinödənilməsi

75564,63 92947,46 104 400,00 95 057,39 91,1 19 492,76 125,8 2109,93 102,3

Əmək qabiliyyətinin müvəqqəti itiril-məsinə görə müavinət

20253,16 22481,53 22600 2 3664,63 104,7 3 411,47 116,8 1183,10 105,3

Hamiləliyə vədoğuma görə müavinət

24 166,62 25967,89 28100 23845,1 84,9 -321,52 98,7 -2122,79 91,8

Uşağın anadanolmasına görəmüavinət

4818,45 5172,65 7200 5041,3 70,0 222,85 104,6 -131,35 97,5

3 yaşına çatanadəkuşaqlara qulluqlaəlaqədar müavinət

8174,62 10609,13 13400 10833,99 80,9 2 659,37 132,5 224,86 102,1

Dəfn üçün müavinət 12241,98 13496,26 14122,37 91,1 1 880,39 115,4 626,11 104,615500

İşsizlik müavinəti

26

AUDİTOR TRİBUNASI 2018, №2

min manat həcmində təsdiq edilmiş proqnoz 91,1% icra edilmişdir. Həmin vəsait 2015-ci ilin müvafiq icra göstəricisindən 19492,76 min manat və ya 25,8%, 2016-cı ilin müvafiq icra göstəricisindən isə 2109,93 min manat və ya 2,3% çox olmuşdur. Göründüyü kimi, bu istiqamət üzrə xərclərin artım səviyyəsi ümumi xərclərin artım səviyyəsindən geri qalmışdır (Cədvəl 10).

Cədvəl 10. MDSSH hesabına ödənilən müavinətlər

2016-cı ilə nisbətən 2,3%-lik artım şəraitində proqnozun 91,1% icra edilməsi bu istiqamət üzrə proqnozun daha yuxarı səviyyədə müəyyənləşdirildiyini deməyə əsas verir.

MDSSH hesabına müavinətlərin ödənilməsi üzrə xərclərin 23664,63 min manatı və ya 24,9%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 23845,1 min manatı və ya 25,1%-i hamiləliyə və doğuma görə, 5041,3 min manatı və ya 5,3%-i uşağın anadan olmasına görə, 10833,99 min manatı və ya 11,4%-i 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, 14122,37 min manatı və ya 14,9%-i dəfn üçün və 17550,0 min manatı və ya 18,4%-i isə işsizliyə görə müavinətlərin ödənilməsinə sərf edilmiş, həmin müavinətlər üzrə icra səviyyəsi, müvafiq olaraq, 104,7%, 84,9%, 70,0%, 80,9%, 91,1% və 99,7% təşkil etmişdir. Göründüyü kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət növü üzrə proqnozdan artıq, digər müavinət növləri üzrə isə proqnozdan əskik vəsait xərclənmişdir. Bu isə proqnozlaşmanın qənaətbəxş səviyyədə olmadığı anlamına gəlir.

Page 27: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

27

AUDİTOR TRİBUNASI 2018, №2

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənil-məsinə 2017-ci ildə 22600,0 min manat proqnoza qarşı 23664,63 min manat və ya 2015-ci il üzrə müvafiq göstəricidən 3411,47 min manat və ya 16,8%, 2016-cı ilin müvafiq göstəricisindən isə 1183,1 min manat və ya 5,3% çox vəsait xərclənmiş, proqnoz 104,7% icra edilmişdir. Fondun 2017-ci il üçün büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində də bu müavinət növü üzrə əvvəlki illərdə də proqnozdan artıq vəsaitin xərcləndiyi qeyd edilmişdir ki, bu da proqnozlaşdırma zamanı bütün təsiredici amillərin tam nəzərə alınmasına ehtiyacın olduğunu deməyə əsas verir.

Statistik məlumatlara əsasən iqtisadiyyatda orta aylıq əmək haqqı məbləği 2015-ci ildə 466,9 manat, 2016-cı ildə 499,8 manat, 2017-ci ildə isə 528,2 manat, muzdla işləyən əhalinin sayı isə 2015-ci ildə 1502,5 min nəfər, 2016-cı ildə 1514,13 min nəfər, 2017-ci ildə isə 1521,3 min nəfər olmuşdur. Yəni, 2016-cı ilə nisbətən 2017-ci ildə orta aylıq əmək haqqı məbləği 5,7%, muzdlu işçilərin sayı isə 0,5% artmışdır. Göründüyü kimi, orta aylıq əmək haqqı məbləği və işçilərin sayı kimi amillərlə bağlı olan bu müavinət növünün artım tempi həmin amillərin artım tempini üstələmişdir.

Təqdim edilmiş məlumatlara əsasən 2017-ci ildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət alan kontingentin sayı 62,7 min nəfər təşkil etmişdir ki, bu da 1 nəfərə 377,78 manat müavinət məbləğinin düşməsi deməkdir. Həmin göstəricilər 2016-cı ildə, müvafiq olaraq, 58,7 min nəfər və 382,99 manat təşkil etmişdir. Yəni, 2017-ci ildə 2016-cı ilə nisbətən müvafiq kontingentin sayında 4,0 min nəfər və ya 6,8% artım olduğu halda müavinətin orta məbləğində 5,21 manat azalma olmuşdur. Bu isə müavinətin ümumi məbləğindəki artımı kontingentin sayındakı artımın şərtləndirdiyini deməyə əsas verir.

Hamiləliyə və doğuma görə 2017-ci ildə təsdiq edilmiş 28100,0 min manat proqnoz məbləğinə qarşı 23845,1 min manat (84,9%) xərclənmişdir ki, bu da 2015-ci ilin uyğun göstəricisindən 321,52 min manat azdır və ya həmin göstəricinin 98,7%-i qədərdir, 2016-cı ilin uyğun göstəricisindən isə 2122,79 manat azdır və ya həmin göstəricinin 91,8%-i qədərdir. Yəni, bu müavinət növü üzrə xərclərdə azalma müşahidə edilmişdir. Orta aylıq əmək haqqının və işçilərin sayının artımı fonunda bu müavinət növü üzrə azalmanın olması respublikada doğulan uşaqların sayında azalma ilə izah oluna bilər. Belə ki, statistik məlumatlara əsasən respublikada 2015-ci ildə 166,2 min, 2016-cı ildə 159,5 min, 2017-ci ildə isə 144,0 min uşaq doğulmuş, doğum səviyyəsinin azalma tendensiyası 2017-ci il ərzində də davam etmişdir.

Digər tərəfdən, təqdim edilmiş məlumatlara əsasən hamiləliyə və doğuma görə müavinət 2015-ci ildə 27,2 min nəfərə, 2016-cı ildə 25,9 min nəfərə, 2017-ci

Page 28: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

28

AUDİTOR TRİBUNASI 2018, №2

ildə isə 23,3 min nəfərə ödənilmiş, həmin dövrlərdə bir nəfərə düşən müavinət məbləği, müvafiq olaraq, 888,48 manat, 1002,6 manat və 1023,39 manat təşkil etmişdir. Yəni, 1 nəfərə düşən müavinət məbləği 2017-ci ildə 2016-cı ilə nisbətən 2,1% artmışdır ki, bu da orta aylıq əmək haqqının 5,7%-lik artım səviyyəsindən geri qalmaqla bu müavinət növünün daha aşağı məbləğdə əmək haqqı alan şəxslərə ödənildiyi anlamına gəlir.

2017-ci ildə uşağın anadan olmasına görə müavinətlər üzrə 5041,3 min manat və ya 2015-ci il üzrə müvafiq icra göstəricisindən 222,85 min manat və ya 4,6% çox, 2016-cı il üzrə müvafiq icra göstəricisindən isə 131,35 min manat az və ya həmin göstəricinin 97,5%-i qədər vəsait xərclənmiş, xərc istiqaməti üzrə təsdiq edilmiş 7200,0 min manat proqnoz məbləği 70,0% icra edilmişdir. Göründüyü kimi, bu istiqamətdə xərclərin proqnozlaşdırılması əsaslı aparılmamış, 2017-ci il üçün Fondun büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində də bu müavinət növü üzrə proqnozlaşdırılmış məbləğin daha əsaslı yanaşma ilə yenidən baxılmasının zəruri olduğu qeyd edilmişdir.

Təqdim edilmiş məlumatlara əsasən 2015-ci ildə 53,9 min nəfər uşaq, 2016-cı ildə 54,4 min nəfər uşaq, 2017-ci ildə isə 51,4 min nəfər uşaq üzrə uşağın anadan olmasına görə müavinət ödənilmiş, bu müavinət üzrə kontingentin sayı 2016-cı ilə nisbətən 3,0 min nəfər az və ya həmin göstəricinin 94,5%-i qədər olmuşdur. Yəni, doğum səviyyəsindəki azalma özünü bu müavinət növü üzrə kontingentin sayında da göstərmişdir.

Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2016-cı ildə uşağın anadan olmasına görə 99,2 min uşaq üzrə, 2017-ci ildə isə 84,9 min uşaq üzrə sosial müavinət ödənilmiş, 2017-ci ildə müvafiq kontingentin sayında14,3 min nəfər azalma müşahidə olunmuşdur. Göründüyü kimi, bu növ sosial müavinəti alanların sayında da azalma olmuşdur ki, bu da doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilə bilər.

2017-ci ildə 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13400,0 min manat proqnoza qarşı 10833,99 min manat vəsait xərclənmiş, proqnoz 80,9% icra edilmişdir. Xərclənmiş vəsait 2014-ci il üzrə müvafiq icra göstəricisindən 2659,37 min manat və ya 32,5%, 2015-ci il üzrə müvafiq icra göstəricisindən isə 224,86 min manat və ya 2,1% çox olmuşdur. Göründüyü kimi, 2017-ci il üçün bu müavinət növü üzrə proqnoz daha yuxarı səviyyədə müəyyənləşdirilmişdir ki, bu da Hesablama Palatasının Fondun 2017-ci il üçün büdcə layihəsinə rəyində də qeyd olunmuşdur.

Təqdim edilmiş məlumatlara əsasən bu müavinət növü 2015-ci ildə 37,0 min nəfərə, 2016-cı ildə 35,2 min nəfərə, 2017-ci ildə isə 37,8 min nəfərə ödənilmişdir. Yəni, həmin müavinəti 2017-ci ildə 2015-ci il üzrə müvafiq saydan 0,8 min nəfər (102,2%), 2016-cı il üzrə müvafiq saydan isə 2,6 min nəfər (107,4%)

Page 29: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

29

AUDİTOR TRİBUNASI 2018, №2

çox sığortaolunan almışdır. Göründüyü kimi, 2016-cı ilə nisbətən say baxımından 7,4%-lik artım məbləğ baxımından 2,1%-lik artım səviyyəsini üstələyir ki, bu da 1 nəfərə düşən müavinət məbləğinin aşağı düşməsinə səbəb olur. Belə ki, 1 nəfərə düşən müavinət məbləği 2016-cı ildə 301,4 manat , 2017-ci ildə isə 286,6 manat və ya 2016-cı il üzrə müvafiq göstəricidən 14,8% az (95,1%) olmuşdur.

Dəfn üçün müavinətlər üzrə 2017-ci ildə 15500,0 min manat səviyyəsində təsdiq edilmiş proqnoz 91,1% icra edilməklə 14122,37 min manat vəsait xərclənmiş, həmin vəsait 2015-ci il üzrə müvafiq göstəricidən 1880,39 min manat və ya 15,4%, 2016-cı il üzrə müvafiq göstəricidən isə 626,11 min manat və ya 10,2% çox olmuşdur. Qeyd edilməlidir ki, Fondun 2017-ci il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyində də dəfn üçün müavinətlər üzrə 2017-ci ilin sonuna icra səviyyəsinin yüksək olmayacağı nəticəsinə gəlinmişdir.

Təqdim edilmiş məlumatlara əsasən bu müavinət növü 2015-ci ildə 41,4 min nəfərə, 2016-cı ildə 42,0 min nəfərə, 2017-ci ildə isə 43,4 min nəfərə, yəni 2015-ci il üzrə müvafiq saydan 2,0 min nəfər və ya 4,8%, 2016-cı il üzrə müvafiq saydan isə 1,4 min nəfər və ya 3,3% çox sayda vətəndaşa ödənilmiş, 1 nəfərə düşən müavinət məbləği 2015-ci ildə 295,17 manat, 2016-cı ildə 321,33 manat, 2017-ci ildə isə 325,4 manat təşkil etmişdir. Göründüyü kimi, 2016-cı ilə nisbətən bu müavinət növü üzrə xərclərin 4,6%-lik artım səviyyəsi müvafiq kontingentin sayındakı 3,3%-lik artım səviyyəsini bir qədər üstələyir.

2017-ci ildə işsizlik müavinətinin ödənilməsinə 17550,0 min manat vəsait xərclənmiş, 17600,0 min manat həcmində təsdiq edilmiş proqnoz 99,7% icra edilmişdir. Xərclənmiş vəsait 2015-ci il üzrə müvafiq göstəricidən 11640,2 min manat və ya 3,0 dəfə, 2016-cı il üzrə müvafiq göstəricidən isə 2330,0 min manat və ya 15,3% çox olmuşdur.

Müvafiq məlumatlara əsasən 2015-ci ildə 3844 nəfərə, 2016-cı ildə 11552 nəfərə, 2017-ci ildə isə 14835 nəfərə, yəni 2016-cı il üzrə müvafiq saydan 3283 nəfər və ya 28,4% çox sayda vətəndaşa işsizlik müavinəti ödənilmişdir. Göründüyü kimi, ödənilmiş vəsaitin həcmində artım müvafiq kontingentin sayındakı artımla izah edilə bilər.

2017-ci ildə də Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri zamanı MDSSH hesabına ödənilən müavinətlər üzrə (işsizlik müavinəti istisna olmaqla) hesablamaların düzgün aparılmaması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrləri arasında fasilələrin düzgün nəzərə alınmaması kimi səbəblərdən əsassız ödənişlərin həyata keçirilməsi hallarına rast gəlinmişdir. Bu istiqamət üzrə işlərin aparıldığı proqram təminatında bir sıra nöqsanların olması da əsassız ödənişlərin aparılmasına şərait yaratmışdır.

Page 30: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

30

AUDİTOR TRİBUNASI 2018, №2

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin ödənilməsi üçün 2017-ci ildə Fondun ümumi xərclərinin 0,7%-i qədər olmaqla 23911,61 min manat vəsait xərclənmiş, 21000,00 min manat həcmindəki proqnoz 113,9% icra edilmişdir. Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən proqnozun artımla icrası 2016-cı il üzrə bir sıra xərclərin həmin ildə icra edilməməsi, həmin vəsaitlərin 2017-ci ildə xərclənməsi ilə əlaqədar olmuşdur.

İl ərzində xərclənmiş vəsait 2015-ci il üzrə müvafiq göstəricidən 6423,01 min manat və ya 36,7%, 2016-cı il üzrə müvafiq göstəricidən isə 9444,19 min manat və ya 65,3% çox olmuşdur. 2016-cı illə müqayisədə kəskin artım Fond tərəfindən 2016-cı ildə nəzərdə tutulmuş vəsaitlərin bir hissəsinin xərclənməyərək 2017-ci ildə xərclənməsi, həmçinin 2005-ci ildən tətbiqinə başlanılmış və 3 ildən bir dəyişdirilən plastik kartların böyük hissəsinin dəyişdirilməsi dövrünün 2017-ci ilə düşməsi ilə izah edilmişdir.

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbir-lərnin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (bundan sonra- AHİK) vasitəsi ilə maliyyələşdirilən xərclərin ödənilməsinə 2017-ci ildə 2016-cı ildə xərclənmiş vəsait qədər, yəni 19120,00 min manat və ya Fondun ümumi xərclərinin 0,5%-i qədər vəsait xərcləmiş, bu xərc istiqaməti üzrə proqnoz 100,0% icra edilmiş, xərclənmiş vəsaitin 14880,00 min manatını və ya 77,8%-ini sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına çəkilən xərclər təşkil etmişdir. AHİK tərəfindən verilmiş məlumatlara əsasən 2017-ci ildə tam dəyəri 14880,0 min manat təşkil edən 14760 ədəd yollayışdan (1 yollayışın orta dəyəri 1008,1 manat) 14149,6 min manat dəyərində 13773 ədədi 15% qismən dəyəri – 2122,44 min manat ödənilməklə satılmış, 730,4 min manat dəyərində 987 ədədi isə pulsuz verilmişdir.

Fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması üçün 2017-ci ildə 34364,48 manat xərclənmiş, 40000,0 min manat həcmindəki proqnoz 85,9% icra edilmişdir. Xərclənmiş vəsait 2015-ci il üzrə müvafiq göstəricidən 9941,05 min manat və ya 40,7%, 2016-cı il üzrə müvafiq göstəricidən isə 12338,08 min manat və ya 56,0% çox olmuşdur. Saxlanma xərclərindəki artım Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 mart tarixli Fərmanı ilə Fondun Nazirliyin strukturuna daxil edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli Fərmanı ilə Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Fonda birləşdirilməsi ilə əlaqədar olmuşdur. Birləşmədən sonra vakant yerlərin mövcudluğu proqnozun kəsrlə icrasını şərtləndirmişdir.

Page 31: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

31

AUDİTOR TRİBUNASI 2018, №2

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsinə 2017-ci ildə 60,0 min manat proqnoza qarşı 56,47 min manat vəsait ödənilmiş, proqnoz 94,1% icra edilmişdir. Xərclənmiş vəsait 2015-ci ilin müvafiq icra göstəricisindən 24,1 min manat və ya 74,5%, 2016-cı ilin müvafiq icra göstəricisindən isə 18,11 min manat və ya 47,2% çox olmuşdur.

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiyasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respubli-kasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərclərinə 2017-ci ildə 1600,0 min manat və ya 2015-ci il üzrə müvafiq göstəricidən 1387,0 min manat və ya 7,5 dəfə, 2016-cı il üzrə müvafiq göstəricidən isə 350,0 min manat və ya 28,0% çox vəsait xərclənmiş, təsdiq olunmuş proqnoz 100,0% icra olunmuşdur.

Fond tərəfindən təqdim edilmiş gəlir və xərclər barədə statistik hesabatda 23979,37 min manat vəsaitin digər xərclər qismində istifadə olunduğu göstərilmişdir ki bu istiqamətdə də vəsaitin xərclənməsi proqnozlaşdırılmamışdır. Digər xərclər qismində 2015-ci ildə 1293,19 min manat, 2016-cı ildə isə 701,88 min manat vəsait xərclənmişdir. Əvvəlki illərlə müqayisədə kəskin artım səviyyəsi Fond tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 879s nömrəli Sərəncamına əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq 2017-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən həmin ilin sonunadək geri qaytarılmaq şərti ilə Fonda verilmiş 22,0 milyon manat büdcə ssudasının 2017-ci ilin sonuna geri qaytarılması ilə izah edilmişdir.

NƏTİCƏLƏR

Fondun 2016-cı ildə fəaliyyətinə dair hesabatların təhlili və araşdırılması aşağıdakı nəticələrin əldə olunmasına imkan vermişdir:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə tutulan bir sıra tədbirlərin 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərəçarpacaq dəyişikliklər edilməklə icrası istiqamətində addımlar atılmışdır. Bununla belə, sosial sığorta sistemi ilə bağlı Konsepsiyada nəzərdə tutulan bir sıra məsələlər 2017-ci ildə də öz həllini tapmamışdır;

Page 32: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

32

AUDİTOR TRİBUNASI 2018, №2

2. 01.01.2017-ci il tarixə Fondun xəzinə hesabında 93175,39 min manat

vəsait qalığı olmuş, Fondun büdcəsi haqqında müvafiq qanunda gəlirlər

və xərclər bərabər həcmdə təsdiq edildiyi halda 2017-ci ildə Fondun

büdcəsində 65782,63 min manat məbləğində illik büdcə kəsri yaranmış,

həmin kəsr Fondun gəlirləri kimi göstərilməyən ilin əvvəlinə vəsait qalığı

hesabına ödənilmişdir;

3. 2017-ci ildə respublika üzrə orta aylıq əmək haqqının artımı MDSSH üzrə artım səviyyəsini şərtləndirmişdir;

4. büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların MDSSH üzrə ümumi daxilolmalarda xüsusi çəkisi 2017-ci ildə 2015-ci və 2016-cı illərin müvafiq göstəricisinə nisbətən aşağı, qeyri-büdcə müəssisə və təşkilatları üzrə isə yuxarı olmuşdur ki, bu da Fondun büdcə təşkilatlarından daxilolmalardan asılılıq səviyyəsinin azalması və Fondun yığım üzrə funksional fəaliyyəti baxımından müsbət hal kimi qiymətləndirilə bilər;

5. son illərdə büdcə müəssisə və təşkilatlarında əmək haqqı ödənişlərinin həyata keçirilməsində ciddi gecikmələrin olmadığı şəraitdə 2017-ci ildə təsdiq edilmiş proqnoz 90,1%, yəni nəzərəçarpacaq səviyyədə kəsrlə icra olunmuşdur;

6. əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri fiziki şəxslərdən daxil olmalar üzrə əlavə potensialın mövcudluğunu və həmin şəxslərlə iş baxımından Fondun yığım fəaliyyətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərmişdir. Belə ki, qeyd edilən nəzarət tədbirləri zamanı bir çox hallarda fiziki şəxslər üzrə əmək haqqı fondu, fiziki şəxslərin fəaliyyət növü və yeri haqqında Fonddakı məlumatların qeyri-düzgünlüyü aşkar edilmiş, həmin fiziki şəxslərlə hesablaşmalar da düzgün olmayan məlumatlar əsasında aparılmışdır. Həmçinin, Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirləri qeyri-büdcə müəssisə və təşkilatlar üzrə məcburi dövlət sosial sığortasına cəlb edilən və edilməyən əmək haqqı fondu məbləğlərinin dəqiqləşdirilməsinə ehtiyacın olduğunu göstərmişdir.;

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 879s nömrəli Sərəncamına əsasən Qanunun qeyd edilən maddəsi əsas gətirilməklə büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş MDSSH üzrə vəsaitlər Fonda tam məbləğdə daxil olmadığı üçün Fonda 2017-ci il üzrə nəzərdə tutulmuş dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği 33,0 milyon manat artırılmış, büdcədən maliyyələşən təşkilatlar üzrə 80069,39 min manat az vəsait hesablanmışdır. Yəni, müvafiq kəsr məbləği 80069,39 min manat

Page 33: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

33

AUDİTOR TRİBUNASI 2018, №2

kəsr məbləğinin 33000,0 min manatı həmin vəsait hesabına, 47069,39 min manatı isə qeyri-büdcə müəssisə və təşkilatlarından daxilolmalar və sair daxilolmalar hesabına bağlanmışdır;

8. Fondun gəlirlərində həm büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların, həm də dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 2017-ci ildə 2016-cı ilə nisbətən azalmışdır ki, bu da Fondun büdcəsinin gəlirlərində büdcə vəsaitlərinin iştirak payının 2016-cı ildəki 61,7%-dən 2017-ci ildəki 59,8%-ə düşməsi ilə nəticələnmişdir. Bu isə Fondun qeyri-büdcə sektoru üzrə yığım fəaliyyəti baxımından müsbət qiymətləndirilə bilər;

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 879s nömrəli Sərəncamına əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq 2017-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən həmin ilin sonunadək geri qaytarılmaq şərti ilə Fonda 22,0 milyon manat büdcə ssudası verilmiş, həmin ssuda məbləği 2017-ci ilin sonuna geri qaytarılmışdır;

10. İlin əvvəlinə nisbətən sığortaedənlərin Fonda borcunun məbləği artmış, debitor borcların aradan qaldırılması istiqamətində Fond tərəfindən zəruri tədbirlər tam həyata keçirilməmiş, görülmüş tədbirlərin nəticəliliyi aşağı səviyyədə olmuş, məhkəmə iddialarının qaldırılması vasitəsilə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti də qənaətbəxş nəticələr verməmiş, borcların həcmi ilə müqayisədə daha az sayda və məbləğdə iddia qaldırılmış, müvafiq məhkəmə qətnamələri ilə təmin olunmuş iddialar üzrə də borcların tam ödənişi həyata keçirilməmişdir;

11. Əhaliyə ödənişlər üzrə xərclərin artım tempi ümumi xərclərin artım tempindən geri qalmışdır ki, bunu da sosial ödənişlərin əhaliyə çatdırılması üzrə xidmət haqqı xərclərinin və Fondun mərkəzi aparatının və yerli orqanlarının saxlanılması xərcləri üzrə 2016-cı ilə nəzərən daha böyük artım səviyyəsi şərtləndirmişdir;

12. Əmək pensiyalarının ödənilməsi xərclərinin həm təsdiq olunmuş proqnoza, həm də əvvəlki illərin icra göstəricilərinə nisbətən artıqlaması ilə icra səviyyəsinə baxmayaraq həmin xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2015-ci və 2016-cı illərdəki 5,1% göstəricisindən 2017-ci ildə 4,7% göstəricisinə düşmüşdür ki, bu da ÜDM-in artım səviyyəsinin əmək pensiyalarının artım səviyyəsini 2 dəfədən artıq üstələməsi ilə izah oluna bilər;

Page 34: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

34

AUDİTOR TRİBUNASI 2018, №2

13. 2016-cı ilə nisbətən 2017-ci ildə cəmi pensiyaçıların sayında artım, əvvəlki illərdən fərqli olaraq, cox cüzi miqdarda, yəni cəmi 0,2% təşkil etmişdir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklikdən sonra pensiya yaşının həm kişilər və həm də qadınlar üçün 65 yaşa çatanadək hər il 6 ay artırılmağa başlaması ilə əlaqədar olmuşdur;

14. Əmək pensiyasının baza hissəsi üzrə həm aşağı səviyyəli icra, həm də əvvəlki illərin müvafiq göstəricilərinə nəzərən ciddi azalma, sığorta hissəsi üzrə isə nəzərəçarpacaq artım müşahidə edilmişdir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa yuxarıda qeyd edilmiş dəyişikliklə bağlı olmuşdur;

15. 2017-ci ildə də yaşa görə əmək pensiyalarının ümumi saydakı xüsusi çəkisinin azalma, əlilliyə görə əmək pensiyalarının xüsusi çəkisinin isə artma tendensiyaları davam etmişdir. Bu isə erkən pensiyaya çıxma hallarının sayının və dolayısıyla müvafiq sığorta kapitalı ilə təmin edilməyən pensiya məbləğlərinin artımı, son nəticədə isə Fondun büdcəsinin maliyyə dayanıqlılığına təsir baxımından müsbət hal kimi qiymətləndirilə bilməz;

16. 2017-ci ildə də Hesablama Palatası tərəfindən Fondun yerli struktur-larında aparılmış nəzarət tədbirləri bir sıra hallarda əsassız pensiya təyinatının aparıldığını, vətəndaşın iş (sosial) sığorta stajının daha ətraflı araşdırmalar aparmadan pensiya təyin edildiyini, əlilliyə görə pensiya təyin edilmiş şəxslərin sonradan əmək fəaliyyəti ilə məşğul olub olmadıqları istiqamətində araşdırmaların aparılmadığını və qeyd edilən səbəblərdən əsassız pensiya ödənişlərinin həyata keçirildiyini göstər-mişdir;

17. MDSSH hesabına müavinətlərdən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət növü üzrə proqnozdan artıq, digər müavinət növləri üzrə isə proqnozdan əskik vəsait xərclənmişdir. Bu isə proqnoz-laşmanın qənaətbəxş səviyyədə olmadığını, proqnozlaşdırma zamanı bütün təsiredici amillərin tam nəzərə alınmasına ehtiyacın olduğunu deməyə əsas verir;

18. 2017-ci ildə də Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri zamanı MDSSH hesabına ödənilən müavinətlər üzrə (işsizlik müavinəti istisna olmaqla) hesablamaların düzgün aparılmaması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrləri arasında fasilələrin düzgün nəzərə alınmaması kimi səbəblərdən əsassız ödənişlərin həyata keçirilməsi hallarına rast gəlinmişdir. Bu istiqamət

Page 35: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

35

AUDİTOR TRİBUNASI 2018, №2

üzrə işlərin aparıldığı proqram təminatında bir sıra nöqsanların olması da əsassız ödənişlərin aparılmasına şərait yaratmışdır;

19. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri üzrə ciddi artım müşahidə edilmiş, həmin artım Fond tərəfindən 2016-cı ildə nəzərdə tutulmuş vəsaitlərin bir hissəsinin xərclənməyərək 2017-ci ildə xərclənməsi, həmçinin 2005-ci ildən tətbiqinə başlanılmış və 3 ildən bir dəyişdirilən plastik kartların böyük hissəsinin dəyişdirilməsi dövrünün 2017-ci ilə düşməsi ilə izah edilmişdir;

20. Vəsait proqnozlaşdırılmadığı halda digər xərclər qismində 23979,37 min manat vəsait xərclənmişdir ki, həmin vəsaitin də 22,0 milyon manatı qanunvericiliyə müvafiq olaraq Fonda il ərzində verilmiş həmin məbləğdə büdcə ssudasının 2017-ci ilin sonuna geri qaytarılmasına sərf edilmişdir.

Page 36: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

36

AUDİTOR TRİBUNASI 2018, №2

Vaqif Həsənov

Auditor, iqtisad elmləri üzrə fəlsəfə doktoru

“AZƏRKOSMOS” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN MALİYYƏ-TƏSƏRRÜFAT

FƏALİYYƏTİNİN AUDİTİNİN NƏTİCƏLƏRİ BARƏDƏ HESABATIN XÜLASƏSİ

Nəzarət tədbirinin keçirilməsi üçün əsas: Azərbaycan Respublikası

Hesablama Palatasının 2018-ci il üçün İş Planı, Azərbaycan Respublikası

Hesablama Palatasının 2018-ci il 31 yanvar tarixli Q-15 nömrəli Kollegiya Qərarı.

Nəzarət tədbirinin məqsədi: “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində

maliyyə-təsərrüfat əməliyyatları üzrə mühasibat uçotunun aparılması, dövlət

gəlirlərinin hesablanması və ödənilməsi, dövlət vəsaitlərindən və əmlakından,

eləcə də borc resurslarından istifadə olunması vəziyyətinin və qanunvericiliyə

uyğunluğunun müəyyən edilməsi.

Yoxlanılan qurum: “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

Nəzarət tədbiri ilə əhatə olunan dövr: 01 yanvar 2016-cı il tarixindən 01

yanvar 2018-ci il tarixinədək.

Nəzarət tədbirinin obyekti haqqında qısa məlumat: Azərbaycan Respubli-

kasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə

çıxarılması işlərinə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 noyabr

tarixli 27 nömrəli Sərəncamı əsasında başlanılmışdır. Bundan sonra, ölkə

başçısının 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı ilə “Azərbaycan

Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”

təsdiq edilmiş, Proqramda nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi

keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmişdir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (Cəmiyyət) Azərbaycan Respublikası

Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə Azərbaycan

Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində

telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı

işlərinin həyata keçirilməsi məqsədi ilə təsis edilmişdir. Qeyd olunan Sərəncamla

"Azərkosmos" ASC-nin səhmlərinin dövlətə məxsus olması müəyyən edilmiş,

Page 37: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

37

AUDİTOR TRİBUNASI 2018, №2

Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə

kapitalının müəyyən edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə həvalə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilmişdir. Nizamnaməyə görə “Azərkosmos” ASC-nin nizamnamə kapitalı 63610600,0 (altmış üç milyon altı yüz on min altı yüz) manat həcmində, nominal dəyəri 20,0 (iyirmi) manat olan 3180530 (üç milyon yüz səksən min beş yüz otuz) ədəd sənədsiz, adlı, adi səhmlərdən ibarətdir.

Nizamnaməyə görə qarşısında qoyulmuş məqsədlərə uyğun olaraq, Cəmiyyət 2016-2017-ci illərdə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərmişdir:

- qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi məqsədi ilə dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi;

- peyklər və peyk sistemləri vasitəsilə peyk rabitəsi, telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet xidməti, radio və televiziya yayımı, habelə məsafədən qəbuletmə, şəkil çəkmə üzrə xidmətlərin təşkil edilməsi və göstərilməsi;

- telekommunikasiya peyklərinin orbitə çıxarılması məqsədi ilə peykin istehsalçısının, buraxılma vasitəsinin və sığorta şirkətlərinin seçilməsi işlərinin təşkil edilməsi;

- peyk sistemlərinin, telekommunikasiya peyklərinin idarə edilməsi və istismarı, peyk xidmətlərindən istifadə üzrə yerüstü sistemlərin, o cümlədən yerüstü kosmik peyk rabitə vasitələrinin quraşdırılmasının, təchizatının təşkili və istismar edilməsi;

- peykdən səmərəli istifadə edilməsi, kommersiya fəaliyyətinin təşkil edilməsi və digər məsələlər üzrə əməkdaşlıq edilməsi məqsədi ilə kosmik (peyk) operatorlarla əlaqələrin yaradılması;

- məsləhət və layihələndirmə xidmətləri daxil olmaqla, ölkə daxilində və xaricdə peyk xidmətlərinin və peyk avadanlıqlarının, proqram təminatlarının satışı, o cümlədən müvafiq satış şəbəkəsinin yaradılması və s.

Kosmik sahənin inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişlən-dirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli 3303 nömrəli Sərəncamı ilə “Azərkosmos” ASC Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılmış, habelə Cəmiyyətə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən

Page 38: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

38

AUDİTOR TRİBUNASI 2018, №2

işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi vəzifəsi həvalə olunmuşdur. Qeyd olunan Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2018-ci il tarixli 80 nömrəli Qərarı ilə “Azərkosmos” ASC-nin Nizamnaməsinə əlavələr və dəyişikliklər edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2018-ci il tarixli 3738 nömrəli Sərəncamı ilə “Azərkosmos” ASC-nin fəaliyyət dairəsi genişləndirilərək telekommunikasiya peyki ilə yanaşı yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi Cəmiyyətə tapşırılmışdır.

NƏTİCƏLƏR

“Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə aşağıdakı nəticələrə gəlinmişdir:

1. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılmış əvvəlki auditin nəticələrinə dair Kollegiya Qərarında verilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən və büdcə-dənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında” 2010-cu il 22 oktyabr tarixli 183 nömrəli Qərarına uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən Fransanın “Arianespace” şirkəti ilə bağlanmış müqavilənin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinin 2010-cu il 17 dekabr tarixli 384s nömrəli sərəncamına əsasən ayrılmış 7491800,0 manat vəsaitin Cəmiyyətin nizamnamə kapitalına qanunvericiliyə uyğun qaydada aid edilməsi” tapşırığı Cəmiyyət tərəfindən təmin edilməmişdir.

2. “Azerspace-1” telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması və orbitə çıxarılmaqla 1 illik sığortalanması, Cəmiyyətin “Azerspace-1” telekommunikasiya peyki ilə bağlı əməliyyat xərcləri, illik ortalama faiz xərci nəzərə alınmaqla peykin istismar müddəti ərzində 1 meqahers tutuma çəkilən xərcin məbləği 1386,04 ABŞ dollarına bərabər olur. “Azerspace-1” telekommunikasiya peykinin tutumunun 576 meqahers hissəsi 15 il müddətinə 125697000,0 ABŞ dolları ödəmək şərtilə Malayziyanın “Measat” şirkətinə maliyyə lizinqinə verilmiş, həmin hissənin ödəniş tam yekunlaşandan sonra “Measat” şirkətinin mülkiyyətinə veriləcəyi razılaşdırılmışdır. Hesablamalara görə “Azerspace-1” telekommunikasiya peykinin “Measat” şirkətinə maliyyə lizinqinə verilmiş tutumuna (576 meqahers) çəkilən xərcin cəmi məbləği

Page 39: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

39

AUDİTOR TRİBUNASI 2018, №2

ümumilikdə 143704627,2 ABŞ dolları təşkil etdiyi halda maliyyə lizinqinə verilmiş hissəyə görə müqavilə dəyəri cəmi 125697000,0 ABŞ dolları məbləğində razılaşdırılmışdır.

3. “Azerspace-1” peykinin orbitdə 2-ci ilindən başlayaraq istismar dövrü ərzində əmlak sığortası və üçüncü şəxslər qarşısında öhdəlik sığortası xərcləri də nəzərə alındıqda 1 meqahers tutuma çəkilən xərcin məbləği 1415,58 ABŞ dollarına bərabər olur.

4. “Azerspace-1” telekommunikasiya peyki 2013-cü ilin 8 fevral tarixində orbitə buraxılmış və peyk xidmətləri üzrə mövcud potensialından 2016-cı ilin əvvəlinə 60%-i, 2016-cı ilin sonuna 70%-i, 2017-ci ilin sonuna 75%-i (lizinqə verilmiş 39,5% hissə də daxil olmaqla) üzrə müştərilərlə müqavilələr bağlanılmış və icra olunmuşdur. Qeyd edək ki, “Azerspace-1” telekommunikasiya peykinin istismar müddəti 15 ildir və artıq 5 ildir istismar olunur.

5. “Azerspace-1” telekommunikasiya peykinin mövcud potensialının satılmayan hissəsi üzrə həmin dövrə orta satış qiyməti əsasında 01.01.2016-cı il tarixə 41699000,0 ABŞ dolları, 01.01.2017-ci il tarixə 10708800,0 ABŞ dolları və 01.01.2018-ci il tarixə 8553600,0 ABŞ dolları məbləğində potensial gəlirləri reallaşdırılmamışdır ki, bu vəziyyət Cəmiyyətin satışla bağlı fəaliyyətinin (marketinq) əsaslı surətdə gücləndirilməsini zəruri edir.

6. “Azerspace-1” telekommunikasiya peyki və “Azersky” aşağı orbitli müşahidə peyki xidmətləri üzrə mövcud potensialın satışında çətinliklər yarandığı şəraitdə “Azərkosmos” ASC-nin ştat cədvəllərində funksional fəaliyyəti təmin edən birbaşa satış fəaliyyəti ilə bağlı 2016-cı il üzrə cəmi 11 ştat vahidi və ya ümumi ştat sayının 7,6%-i, 2017-ci il üzrə cəmi 13 ştat vahidi və ya ümumi ştat sayının 9,6%-i miqdarında ştatlar nəzərdə tutulması Cəmiyyətin digər maliyyə mənbələrindən asılılığını artırmışdır.

7. Təsdiq edilmiş gəlirlər və xərclər smetasında nəzərdə tutulmadığı, eləcə də Cəmiyyətin əsas fəaliyyətindən əldə olunan gəlirlərinin onun saxlanılmasına və kredit öhdəliklərinin vaxtında yerinə yetirilməsinə kifayət etmədiyi halda 2016-cı ildə cəmi 146190,0 manat, 2017-ci ildə cəmi 748370,0 manat vəsait xərclənmişdir.

8. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Aparatının ştat cədvəllərində aylıq əmək haqqı fondu 2016-cı il üçün 145 ştat vahidi üzrə 179450,0 manat, 2017-ci il üçün 135 ştat vahidi üçün 219350,0 manat müəyyənləşdirildiyi halda Cəmiyyət tərəfindən təqdim olunmuş təkliflər əsasında Cəmiyyətin 2016-cı və 2017-ci illər üçün gəlirlər və xərclər

Page 40: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

40

AUDİTOR TRİBUNASI 2018, №2

smetalarında əmək haqqı və ona bərabər tutulan ödənişlər müvafiq olaraq 3381200,0 manat (və ya 1227800,0 manat artıq) və 3756500,0 manat (və ya 1124300,0 manat artıq) nəzərdə tutulmuş, bu əsasda Cəmiyyətin gəlirdən çıxılan xərclərinə 2016-cı il üçün 3247591,25 manat (1094191,25 manat çox), 2017-ci il üçün 3449040,0 manat (816840,0 manat çox) əmək haqqı və ona bərabər tutulan ödənişlər daxil edilmişdir.

9. Cəmiyyətin 2016-cı və 2017-ci illər üçün gəlirlər və xərclər smetası tərtib edilərkən xarici banklardan cəlb etdiyi dövlət zəmanətli kreditlərin “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun vəsaiti hesabına qaytarılmış və Fonda bərpa edilməsi nəzərdə tutulmuş 2016-cı il üzrə 2257913,87 ABŞ dolları, 2017-ci il üzrə 7621377,7 ABŞ dolları və 16677,41 avro vəsaitin manat ekvivalentinin ödənişi Cəmiyyətin gəlirlər və xərclər smetasının xərclər hissəsində nəzərə alınmamış və həyata keçirilməmişdir.

10. Cəmiyyət tərəfindən auditlə əhatə olunan dövrdə “Azerspace-1” və “Azersky” peykləri üzrə formalaşan gəlirlərin uçotu ayrı-ayrılıqda aparıldığı halda, hər gəlir mənbəyi üzrə həmin gəlirin əldə edilməsinə çəkilən xərclərin uçotu və hesabatı ayrı-ayrılıqda deyil, birgə aparılmışdır.

11. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 16 iyul 2013-cü il tarixli Q-17 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazir l iy i tərəf indən 23 iyul 2013-cü i l tar ixdə (qeydiyyat №15201307160017) dövlət qeydiyyatına alınmış “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na uyğun olaraq aktivlərin inventarizasiyası aparılmış, lakin öhdəliklərin (faiz borcları yaradan öhdəliklər istisna olmaqla) inventarizasiyası aparılmamışdır.

12. “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması üzrə daşıyıcı raketin hazırlanmasına görə 2017-ci il ərzində Fransanın “Arianespace S.A” şirkətinə ödənilmiş 63000000,0 ABŞ dolları müqabilində əməliyyat bitmədiyi və müvafiq işlərin görülməsinə dair heç bir sənəd təqdim olunmadığı halda sair aktivlər kimi tanınmamış və Cəmiyyət tərəfindən bu məbləğ müqavilədən irəli gələn öhdəliyin icrası kimi birbaşa olaraq kapitallaşan xərclərə aid edilmişdir.

13. Cəmiyyətin “Azerspace-1” və “Azersky” peyklərinin xidmətlərinin satışı üzrə debitor borcları 01.01.2016-cı il tarixə 3377,0 min manat, 01.01.2017-ci il tarixə 5791,0 min manat, 01.01.2018-ci il tarixə 4006,0 min manat təşkil etmişdir. Cəmiyyətdən peyk xidmətləri alan bəzi iri müştərilər birbaşa xidmət istehlakçısı deyil, rabitə həlləri təqdim edən qismində (əsasən Afrika bazarında) iştirak etmiş, həmin paket xidmət

Page 41: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

41

AUDİTOR TRİBUNASI 2018, №2

göstərən satıcılar da peyk rabitəsi xidmətlərini digər xidmətlərlə birlikdə son istifadəçilərə satılmasını həyata keçirirlər. Xidmət satışına görə 5 belə iri xarici müştəri üzrə debitor borclar yarandığı halda əlavə razılaşmalar imzalanmışdır.

14. Cəmiyyətin əsas fəaliyyəti ilə bağlı debitor borclarının yığılmasında çətinlik Cəmiyyətin real gəlirlərinin vaxtında əldə olunmamasına və digər mənbələrdən asılılığının artmasına gətirib çıxaran amillərdən biri olmuşdur.

15. 2016-cı və 2017-ci illərin sonuna xidmətin satışı üzrə debitor borclu olan xarici müştərilərlə debitor borcu təsdiq edən üzləşmə aktları tərtib olunmamışdır. 1 halda göstərilmiş xidmətlərə görə 01.01.2016-cı il tarixə yaranmış 101160,0 manat debitor borcun alınması ilə bağlı Türkiyə kollektoru ilə 21.02.2017-ci il tarixində bağlanılmış müqavilə üzrə işlər aparılmış, lakin heç bir nəticə əldə olunmamış və müqavilə ləğv edilmişdir.

16. Cəmiyyətin vergilər üzrə dövlət büdcəsinə 01.01.2016-cı il tarixə 464,7 min manat məbləğində borcu olmuş, 01.01.2017-ci il tarixə isə 2805,3 min manat və 01.01.2018-ci il tarixə 2237,6 min manat məbləğlərində artıq ödəməsi yaranmışdır. Artıq ödəmənin yaranma səbəbi əsasən ƏDV bəyannamələrində büdcədən əvəzləşdirilən məbləğlərin büdcəyə hesablama məbləğlərindən çox olması hesabına olmuşdur.

17. Cəmiyyətin şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə artıq ödəməsi yarandığından muzdla işləyən fiziki şəxslərdən ödəmə mənbəyində tutulmuş gəlir vergisindən 2016-cı il ərzində 5405,37 manatı, 2017-ci il ərzində 463249,73 manatı, cəmi 468655,1 manatı büdcəyə köçürülməmiş, şəxsi vərəqə üzrə dövlət büdcəsinə olan artıq ödəmə ilə əvəzləşdirilmişdir.

18. 2016-cı ildə Cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28085,2 min manat, digər gəlirləri isə 1410,2 min manat təşkil etmiş, ümumi xərcləri 31180,2 min manat olmuşdur.

19. 2017-ci ildə “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37530,4 min manat, digər gəlirləri isə 450,4 min manat olmuşdur. Cəmiyyətin ümumi xərcləri isə 43054,8 min manat təşkil etmişdir.

20. Peyk telekommunikasiya xidmətinin göstərilməsi üzrə xərclərinin tərkibində əsas xərcləri 2016-cı ildə 86,4%-i, 2017-ci ildə isə 86,0%-i borca görə faizlər və onunla bağlı xərclər, sığorta xərcləri, bank xidməti üzrə xərclər, amortizasiya xərcləri, əmək haqqı və ona üstəlik xərclər təşkil etmişdir.

Page 42: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

42

AUDİTOR TRİBUNASI 2018, №2

21. 2017-ci ildə ümumi xərclərdə amortizasiya xərclərinin artımı "Azersky" layihəsi üzrə peykin yerüstü avadanlıqlarının istismara qəbul olunması və həmin avadanlıqlara 6467,8 min manat məbləğində amortizasiya hesablanması, faiz xərclərinin artımı isə buraxılmış borc qəbzi (notlar) üzrə beynəlxalq kredit təşkilatlarından cəlb edilmiş kredit vəsaitlərinə hesablanmış faiz xərcləri olmuşdur.

22. Cəmiyyət vergitutma məqsədləri üçün hesablama metodu ilə işləməsinə baxmayaraq 2015-ci ilin xərclərinə aid olan “Airbus Defence and Space” şirkətinə 2015-ci ilin noyabr-dekabr ayları üzrə ödənilmiş 324004,1 manat məbləğində sığorta xərcləri 2016-cı ilin “İnzibati xərclər” balans hesabı üzrə xərclərə aid edilmişdir.

23. Cəmiyyət tərəfindən peyk rabitəsi kanallarının güzəşt dövrü ərzində 2016-cı ildə 4 xarici müştəriyə pulsuz verilməsinə görə 163879,3 manat, 2017-ci ildə 12 xarici müştəriyə pulsuz verilməsinə görə 504955,04 məbləğində xidmət haqqı üzrə olan debitor borcu (hesablanmış gəlirləri) faktiki olaraq alınmadığı halda 2016-2017-ci illərdə gəlirdən çıxılan xərclərə daxil edilmişdir.

24. “Azerspace-2” layihəsi üzrə yükün saxlanması, çeşidlənməsi, nəqliyyat vasitələrinə yüklənməsi, boşaldılması, gömrük broker xidməti üçün hesablanmış 14850,1 manat məbləğində vəsait Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 143-cü maddəsinin tələblərinə əsasən aktivlərin dəyərinə aid edilməli olduğu halda Cəmiyyət tərəfindən mühasibat uçotunda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmişdir.

25. “Azerspace-2” layihəsi üzrə texniki və sığorta məsləhəti xidməti üçün 2016-cı il ərzində 396277,61 manat məbləğində vəsait ödənilmiş və aktivlərin dəyərinə aid edilərək torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılmasına daxil edilməli olduğu halda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmişdir.

26. “Azerspace-2” layihəsi üzrə 2016-cı ildə hüquq-məsləhət xidmətləri ilə bağlı xərclər üzrə ödənilmiş 20628,8 manat məbləğində vəsait mühasibat uçotunda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 143-cü maddəsinin tələblərinə əsasən avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması hesabına aid edilməli halda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmiş və gəlirdən çıxılan xərcləri həmin məbləğdə artırılmışdır.

27. “Azərkosmos” ASC zərərlə işlədiyi halda Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə sponsorluq xidmətinə görə

Page 43: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

43

AUDİTOR TRİBUNASI 2018, №2

09.06.2016-cı il tarixində 1655,62 manat məbləğində vəsait ödənilmiş, həmin ödəniş mühasibat uçotunda gələcəkdə yarana biləcək sərbəst mənfəət hesabına deyil “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmişdir.

28. “Azerspace-2” peykinin istehsal prosesinə nəzarətlə bağlı Cəmiyyətin işçisinin ABŞ-ın Kaliforniya ştatının Palo Alto şəhərinə olan ezamiyyə xərcləri, kirayə xərcləri, əmək haqqı xərcləri üçün 2016-cı ildə ödənilmiş 135972,91 manat, 2017-ci ildə ödənilmiş 88939,75 manat məbləğində vəsait Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 143-cü maddəsinin tələblərinə uyğun olmayaraq mühasibat uçotunda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmişdir.

29. “Azerspace-2” layihəsi üzrə yükün saxlanması, çeşidlənməsi, nəqliyyat vasitələrinə yüklənməsi, boşaldılması, gömrük broker xidməti üçün 2016-cı il üzrə hesablanmış 6725,53 manat məbləğində vəsait Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 143-cü maddəsinin tələblərinə əsasən mühasibat uçotunda avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması hesabına deyil “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmişdir.

30. 2017-ci ildə “Azerspace-2” layihəsi üzrə məsləhət, hüquq-məsləhət, sığorta məsləhət xidmətlərinə görə 5 hüquqi şəxsə ümumilikdə 1134211,23 manat məbləğində ödənilmiş xidmət haqqı xərcləri mühasibat uçotunda torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması hesabına daxil edilməmiş və “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmişdir.

31. “Azerspace-2” layihəsinin kredit müqaviləsinin tərcüməsi üçün 09.03.2017-ci il tarixində 4000,0 manat və 04.12.2017-ci il tarixində 5701,0 manat, cəmi 9701,0 manat məbləğində ödənilmiş vəsait “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinmişdir.

32. “Azerspace-1” peykinin idarə olunması üçün Azərbaycan Respubli-kasındakı yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki dəstək üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi xidmətlərə görə Cəmiyyət tərəfindən ödənilmiş ümumilikdə 283236,5 manat məbləğində vəsait üzrə əməliyyata görə qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə baxmayaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələblərinə əməl edilməyərək qeyri-rezidentə ödəmə mənbəyindən 10% dərəcəsi ilə ümumilikdə 28323,6 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmamış və dövlət büdcəsinə hesablan-mamışdır.

Page 44: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

44

AUDİTOR TRİBUNASI 2018, №2

33. Cəmiyyətdə mülki-hüquqi müqavilə ilə işləyən işçilərdən gəlir vergisi tutularkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin tələbləri düzgün tətbiq olunmayaraq mülki-hüquqi müqavilə ilə işçilərin əsas iş yeri Cəmiyyət olmadığı və muzdlu işə aid edilmədiyi halda onlara hesablanmış əmək haqqı məbləğindən ölkə üzrə yaşayış minimumunun 1 misli çıxıldıqdan sonra qalan məbləğdən mənbədə gəlir vergisi tutulmuş və nəticədə ümumilikdə 1659,49 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmamış və dövlət büdcəsinə hesablanmamışdır.

34. “Azerspace-1” peykinin idarə olunması üçün yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki xidmət üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi işlərə görə Cəmiyyət tərəfindən həmin müəssisəyə 30.11.2017-ci il tarixində ödənilmiş 30912,92 manat məbləğində xidmət haqqından Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələblərinə əməl edilməyərək 18% vergi dərəcəsi ilə dövlət büdcəsinə 5564,33 manat əlavə dəyər vergisi hesablanmamış, vergi orqanlarına təqdim edilən bəyannamədə nəzərə alınmamış və dövlət büdcəsinə ödənilməmişdir.

35. Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələblərinə riayət edilməmiş, 2017-ci ilin dekabr ayında ƏDV-yə “0” (sıfır) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə 4933047,51 manat məbləğində dövriyyə həmin ayın ƏDV bəyan-naməsinə daxil edilməmişdir.

36. Cəmiyyətin 2016-cı ilin yekunları üzrə “Mənfəət vergisinin bəyan-naməsi”nin hesabat dövrünün gəlirləri və 2017-ci ilə aid digər sənədlərdə “Azerspace-1” telekommunikasiya peykinin 39,5% hissənin 15 il müddətinə hissə-hissə ödəmək şərtilə Malayziyanın “Measat” şirkətinə istismara verilməsi ilə bağlı “Measat” şirkətinin “Azərkosmos” ASC-yə ödədiyi 2016-cı və 2017-ci illərdə hər il üçün bərabər məbləğlərdə olmaqla 8379800,0 ABŞ dolları məbləğində vəsaitin manat ekvivalenti ümumiyyətlə gəlir kimi tanınmamış, Malayziyanın “Measat” şirkəti arasında bağlanılmış 25 may 2010-cu il tarixli müqavilənin şərtləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 140-cı maddəsinin (“Maliyyə lizinqi”) şərtlərinə uyğun olduğu halda “Azerspace-1” telekommunikasiya peykinin istismara verildiyi 2013-cü ilin yekunlarına görə “Azərkosmos” ASC-nin “Mənfəət vergisinin bəyannamə”sində 15 il müddətinə icarəyə verilmiş 39,5% hissənin dəyəri manat ekvivalentində tam məbləğdə (98621866,2 manat) “Malların təqdim edilməsindən gəlir”

Page 45: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

45

AUDİTOR TRİBUNASI 2018, №2

kimi (alqı-satqı obyekti üzrə) tanınmış, bu səbəbdən həmin ilin nəticələri 8573476,28 manat mənfəətlə yekunlaşmış (keçmiş illərin zərəri çıxıldıqdan sonra isə vergiyə cəlb olunan mənfəətin həcmi 2128354,64 manat təşkil etmiş), sonrakı illərdə, o cümlədən 2016-2017-ci illərdə isə “Measat” şirkətinin hər il üçün “Azərkosmos” ASC-yə ödədiyi 8379800,0 ABŞ dolları vəsaitin manat ekvivalenti gəlir kimi göstərilməmiş, daxil olmuş həmin vəsait debitor borcun bağlanılması kimi uçota alınmışdır. Bu vəziyyət 2013-cü ildən sonrakı illərdə, o cümlədən 2016-cı ilin yekunu üzrə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin zərərlə nəticələnməsinə təsir göstərmişdir.

37. Cəmiyyətin göstərdiyi peyk xidmətləri üzrə müxtəlif yerli və xarici müştərilərlə bağlanılmış müqavilələrdə tutumun həcmi bəzi hallarda “meqahers”, bir sıra hallarda isə “meqabit” ölçü vahidi götürülməklə bağlanılmış, bu ölçü vahidlərinə əsaslanaraq xidmət haqqı hesablanılmış və alınmışdır.

38. 1 Mhz peyk rabitəsi xidmətinin bəzi hallarda real satış qiymətindən aşağı qiymətlərə satılması nəticəsində Cəmiyyətin ölkə daxilində real gəlirləri 2016-cı ildə hər ay ərzində 2019,11 ABŞ dolları və ya 3432,48 manat, cəmi 2016-cı il ərzində 41189,76 manat, 2017-ci ildə hər ay üzrə 3084,59 ABŞ dolları və ya 5243,80 manat, cəmi 2017-ci il ərzində 62925,6 manat, ümumilikdə isə 104115,36 manat məbləğində az olmuşdur.

39. “Azerspace-1” peykinin 1 meqahers tutumuna çəkilən aylıq xərcin məbləği 1415,58 ABŞ dollarına bərabər olduğu halda 2017-ci il ərzində 5 xarici müştəri ilə bağlanılmış müqavilələrdə aylıq xidmət haqqı həmin xərcdən az olmuş, nəticədə çəkilən xərcdən az olmuş qiymət fərqi ümumilikdə 10121,96 ABŞ dolları təşkil etmişdir.

40. Peyk xidmətlərindən əldə olunan gəlirlərin artırılması, fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən xərclərin optimallaşdırılması və qənaət imkanlarının nəzərdən keçirilməsi ilə bağlı Cəmiyyət tərəfindən görülən tədbirlər qısamüddətli dövrdə əsaslı nəticə verməmişdir.

41 “Azərkosmos” ASC tərəfindən yalnız xarici müştərilərə verilmiş pulsuz güzəşt dövrü (ay) ayrı-ayrı müştərilər üzrə müxtəlif olmuşdur. Belə ki, auditlə əhatə olunan 2016-cı ildə 1 xarici müştəriyə (aylıq tutum 9,3 Mhz) verilmiş güzəşt dövrü cəmi 1 ay, 2 müştəriyə (aylıq tutum 13,75 Mhz və aylıq tutum 3,4 Mhz) verilmiş güzəşt dövrü 2 ay, 1 müştəriyə (aylıq tutum 1,03 Mhz) isə verilmiş güzəşt dövrü 4 ay təşkil etmişdir.

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələblərinə əməl edilməyərək 2016-2017-ci illər ərzində Cəmiyyət

Page 46: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

46

AUDİTOR TRİBUNASI 2018, №2

tərəfindən yerli müştərilərlə bağlanılmış müqavilələrdə xidmət haqqı “Azerspace-1” peyk xidmətlərinin satışı üzrə ABŞ dolları ilə (5 müştəri istisna olmaqla), “Azersky” peyk xidmətlərinin satışı üzrə Avro və ABŞ dolları ilə (5 müştəri istisna olmaqla) müəyyənləşdirilərək hesab-lanılmaqla hesab-fakturaların təqdim olunması tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq olaraq ABŞ dollarının və Avronun manata nisbətdə rəsmi məzənnəsi əsasında manat ekvivalentində ödənilməsi nəzərdə tutulmuş və icra edilmişdir.

43. “Azerspace-1” peyk xidmətlərinin satışı üzrə xidmət haqqının məbləği və ödənişi ilə bağlı şərtlər Cəmiyyətlə yerli müştərilər arasında bağanılmış müqavilələrdə ayrı-ayrı subyektlər üzrə müxtəlif olmuşdur.

44. “Azersky” peykinin xidmətlərinin satışı üzrə Cəmiyyət tərəfindən auditlə əhatə olunan illərdə endirim yalnız çox həcmli və tədqiqat yönümlü xidmətlərə tətbiq olunmuşdur. Böyük potensiala malik və orbitdə daimi işlək vəziyyətdə olan “Azersky” peykinin xidmətləri üzrə qiymətlər aşağı salınmaqla əlavə gəlirlərin əldə olunması imkanlarından tam istifadə edilməmişdir. Qeyd edək ki, “Azersky” peykinin xidmətləri 1,5 metr ayırdetməli səviyyəsinə malikdir. Cəmiyyət tərəfindən “Azersky” peykinin xidmətlərinin satışının Fransanın “Airbus Defence and Space” şirkəti ilə razılaşma əsasında yalnız 10 xarici ölkənin – Gürcüstanın, Moldovanın, İranın, Estoniyanın, Latviyanın, Litvanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın və Qırğızıstanın subyektlərinə həyata keçirilməsinə üstünlük verilir. 2016-2017-ci illərdə isə faktiki olaraq yalnız 4 xarici ölkənin – İranın, Estoniyanın, Özbəkistanın və Tacikistanın subyektlərinə kiçik həcmli xidmətlərin satışı həyata keçirilmişdir.

45. “Azerspace-1” peykinin tutumlarının və “Azersky” peykinin xidmətlərinin satışı üzrə Cəmiyyətin yerli müştərilərlə bağladığı müqavilələrdə xidməti satın alan tərəflərin bank rekvizitləri göstərildiyi halda xarici müştərilərlə bağlanılmış müqavilələrdə xidməti satın alan tərəflərin bank rekvizitləri ümumiyyətlə qeyd olunmamışdır.

46. 2016-cı və 2017-ci illər üçün təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Aparatının ştat cədvəllərində əmək haqqına əlavələr nəzərdə tutulmadığı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2016-2017-ci illərdə qüvvədə olmuş “Azərkosmos” ASC-nin Nizamnaməsinin 7.5.2-ci bəndində İdarə heyəti tərəfindən Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsinin Azərbaycan Respublikasının müvafiq

Page 47: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

47

AUDİTOR TRİBUNASI 2018, №2

qanunvericiliyinə uyğun olaraq əməkhaqqı fondu dairəsində təmin edilməsi müəyyən olunduğu halda Cəmiyyətin Sədrinin müvafiq əmrləri əsasında bir çox işçilərin aylıq vəzifə maaşına 2016-cı il üzrə 424147,08 manat, 2017-ci il üzrə 411345,84 manat, cəmi 835492,92 manat aylıq əlavə (həvəsləndirici əlavə) təyin edilərək hesablanılmış və ödənilmişdir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın 3.6-cı bəndinin tələbinə riayət edilməyərək 2017-ci il ərzində “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun vəsaiti hesabına “Azərkosmos” ASC-nin əvəzinə Yaponiyanın “Sumitomo Mitsui” bankına ödənilmiş 9893081,87 ABŞ dolları, 12209057,33 Avro məbləğlərində dövlət zəmanətli kreditlər üzrə müvafiq vəsaitlərin “Azərkosmos” ASC tərəfindən “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsinə dair hazırki vaxtadək Maliyyə Nazirliyi ilə müqavilələr imzalanmamışdır.

48. Əvvəlki yoxlamanın əhatə etdiyi dövrdən sonrakı dövrlərdə “Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2010-cu il tarixli 183 nömrəli Qərarının tələblərinə Cəmiyyət tərəfindən əməl edilməyərək cəmi 43205348,23 manat vəsaitin Cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi təmin olunmamışdır.

49. “Azərkosmos” ASC-nin Abşeron rayonunun Qobustan kəndi Babacan qış otlaq sahəsində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə məxsus torpaq sahəsinin (10,0 hektar) çıxarış sənədinin 29.09.2011-ci il tarixində alınmasına baxmayaraq həmin Mərkəzin inzibati, texniki binası və kommunikasiya şəbəkələrinin 2013-cü ildə inşa olunub bitdiyi halda Cəmiyyət tərəfindən hal-hazıradək Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınması təmin edilməmişdir.

50. “Azərkosmos” ASC-nin 2016-2017-ci illərdə qüvvədə olmuş Nizamnaməsinin 2.7-ci bəndinə görə dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. Cəmiyyətin nizamnamə kapitalı cəmi 63610600,0 manatdır. 2016-cı ilin yekunları üzrə Cəmiyyətin

Page 48: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

48

AUDİTOR TRİBUNASI 2018, №2

zərəri 51522698,83 manat, keçmiş illərin zərəri 161902357,61 manat, növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği 13275029,59 manat və növbəti illərdə nəzərə alınacaq gəlirdən çıxıla bilən təmir xərclərinin yuxarı həddi 4712302,39 manat olduğunu nəzərə alsaq Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər məbləği ümumilikdə 231412388,42 manat təşkil edəcəkdir.

51. Cəmiyyətin debitor borcları 01.01.2016-cı il tarixə 169338790,0 manat, 01.01.2017-ci il tarixə 173037530,0 manat, 01.01.2018-ci il tarixə 150717190,0 manat təşkil etdiyi halda müvafiq dövrlər üzrə kreditor borcları 498819260,0 manata, 708837040,0 manata və 877827450,0 manata bərabər olmuşdur.

52. Cəmiyyət tərəfindən 2018-ci il ərzində 86067450,0 ABŞ dolları və 12902410,0 avro, 2019-cu il ərzində 38950910,0 ABŞ dolları və 14282610,0 avro, 2020-ci il ərzində 33951000,0 ABŞ dolları və 16724420,0 avro, 2021-ci il ərzində 30036390,0 ABŞ dolları və 16724420,0 avro və 2022-ci il ərzində 35586390,0 ABŞ dolları və 16724420,0 avro məbləğlərində kreditlərin əsas məbləğlərinin qaytarılması nəzərdə tutulmuşdur.

53. “Azerspace-1” telekommunikasiya peykinin istismara verildiyi dövrdən 01.01.2018-ci il tarixinədək əldə olunmuş 68648118,21 ABŞ dolları gəlirlər və 86083130,0 ABŞ dolları debitor borclar nəzərə alınmaqla, eləcə də bu dövrdən peykin istismar dövrünün sonuna kimi tutumunun 01.01.2018-ci il tarixə olan satış həcminə uyğun hazırki orta satış qiyməti əsasında 106286400,0 ABŞ dolları vəsaitin daxil olacağını proqnoz-laşdırsaq “Azerspace-1” peyki üzrə ümumilikdə 261017648,21 ABŞ dolları vəsaitin əldə olunacağını qeyd etmək olar. “Azerspace-1” peykinin 1 meqahers tutumuna çəkilən xərcin 1415,58 ABŞ dolları olduğunu nəzərə alsaq, peyk üzrə bütövlükdə 326056735,92 ABŞ dolları xərcin çəkildiyi halda peykin tutumunun satışı üzrə istismar dövrü ərzində cəmi 261017648,21 ABŞ dolları vəsaitin əldə olunacağı gözlənilir.

54. “Azersky” aşağı orbitli müşahidə peyki üzrə çəkilən cəmi xərclər 176512470,16 avro məbləğində olduğu halda, cəmi gəlirlər 93498473,22 avroya bərabər olur. Belə vəziyyət “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə mənfi təsir göstərən əsas faktorlardan biri olmuşdur. Digər tərəfdən, “Azersky” peykinin daxili və xarici bazarlarda satış həcminin artırılması üçün “Azərkosmos” ASC tərəfindən əlavə tədbirlərin görülməsinə ciddi ehtiyac vardır.

55. Peykin hazırlanması (istehsalı), peykin daşıyıcı raketinin istehsalı, peykin orbitə qaldırılması və orbitdə 1 illik sığortalanması üzrə 1 meqahersə görə

Page 49: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

49

AUDİTOR TRİBUNASI 2018, №2

“Azerspace-1” peykinə ödənilmiş müvafiq xərclər “Azerspace-2” peyki ilə müqayisədə 81,8% çox olmuşdur.

56. “Azerspace-2” peykinin tutumlarının 46,04%-nin dünyanın ən böyük telekommunikasiya peyk operatoru olan “İntelsat” şirkətinə 15 illlik ödəniş əsasında maliyyə lizinqinə verilməsinə dair imzalanmış müqavilənin şərtlərinə görə “Azerspace-2” peyki üzrə kapital və maliyyələşmə xərclərinin cəminin 60%-nin “İntelsat” şirkəti tərəfindən “Azərkosmos” ASC-yə ödənilməsi nəzərdə tutulmuş, auditlə əhatə olunan dövrün sonunadək (01.01.2018) “Azərkosmos” ASC tərəfindən müqavilədən irəli gələn konkret məbləğlər və ödəniş müddətləri göstərilməklə “İntelsat” şirkəti ilə razılaşma imzalanmamışdır.

57. “Azərkosmos” ASC-nin 2014-2018-ci illəri əhatə edən Strateji İnkişaf Planında nəzərdə tutulmuş təqdim edilən peyk xidmətlərinin həcminin maksimumlaşdırılması, maliyyə sabitliyinin təmin edilməsi üçün özünü maliyyələşdirmənin təmin edilməsi və likvidliyin təmin edilməsi hədəflərinə 2017-ci ilin sonunadək nail olunmamışdır.

58. Cəmiyyət tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələbi gözlənilməyərək sığorta xidmətlərinin bir mənbədən satın alınması prosesində 2016-cı il ərzində 5 halda ehtimal olunan qiymətlər hesablanmamış, eləcə də Qanunun 40.2-ci və 40.3-cü maddələrinin tələblərinə əməl edilməyərək satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmadan sığorta xidmətlərinin satın alınması üzrə ABŞ-ın “Marsh” sığorta brokeri ilə 2016-cı il ərzində 1014974,24 ABŞ dolları və 1109497,18 Avro dəyərində müqavilələr imzalanmışdır.

59. “Dövlət satınalmaları haqqında” Qanunun 54-cü maddəsinin tələbləri 2016-cı il ərzində bəzi hallarda gözlənilməyərək keçirilmiş satınalmalar zamanı qalib iddiaçılarla bağlanılmış müqavilələr “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun tərtib olunmamış, malgöndərənlərdən texniki və maliyyə imkanları, işçi qüvvəsi barədə məlumatlar alınmamış, Tender Komissiyasının Yekun Protokollarında satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği nəzərdə tutulmamış, qalib iddiaçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı tələb olunmamış və avans ödənişlər təminat alınmadan aparılmışdır.

Auditin nəticələri ilə bağlı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə Kollegiya Qərarının surəti göndərilmiş, eləcə də auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.

Page 50: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

50

AUDİTOR TRİBUNASI 2018, №2

Firsənd Qurbanov

Auditor, iqtisad üzrə fəlsəfə doktoru

DÖVLƏT BÜDCƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ ARXİV İDARƏSİNƏ AYRILAN VƏSAİTLƏRİN PROQNOZLAŞDIRILMASI VƏ İCRASI İLƏ

BAĞLI AUDİTİN NƏTİCƏLƏRİNƏ DAİR HESABATIN XÜLASƏSİ

Nəzarət tədbirinin keçirilməsi üçün əsas: Azərbaycan Respublikası Hesablama Palatasının 2018-cı il üzrə İş planı, Azərbaycan Respublikası Hesablama Palatasının “Nəzarət tədbirinin proqramının təsdiq edilməsi haqqında” 2018-ci il 19 yanvar tarixli Q-5 nömrəli Kollegiya Qərarı.

Nəzarət tədbirinin məqsədi: Dövlət büdcəsindən Azərbaycan Respubli-kasının Milli Arxiv İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi.

Yoxlanılan qurum: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi.

Nəzarət tədbiri ilə əhatə olunan dövr: Audit 01 yanvar 2016-cı il tarixindən 01 yanvar 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə 2018-ci ilin yanvar ayının 29-dan mart ayının 1-i tarixinədək aparılmışdır.

Nəzarət tədbirinin obyekti haqqında qısa məlumat: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (İdarə) “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş və Əsasnaməyə 27 sentyabr 2006-cı il, 11 noyabr 2008-ci il, 21 dekabr 2009-cu il və 15 fevral 2011-ci il tarixlərdə əlavə və dəyişikliklər edilmişdir. İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

İdarənin arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak

etmək və onun həyata keçirilməsini, Azərbaycan Respublikasının Milli arxiv

fonduna daxil olan, özündə xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi,

elmi, sosial, iqtisadi, siyasi, mədəni, bədii və başqa əhəmiyyət kəsb edən, o

Page 51: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

51

AUDİTOR TRİBUNASI 2018, №2

cümlədən Azərbaycan Respublikasından kənarda yerləşən və Azərbaycana aid

tarixi, mədəni irslə bağlı arxiv sənədlərinin qəbulunu, mühafizə və istifadəsini

təmin etmək, respublikada arxiv işinin inkişafını və bu sahədə elmi-texniki

tərəqqini tənzimləmək, dövlət arxivlərinə, idarə və qeyri-dövlət arxivlərinə

metodiki kömək göstərmək, respublikada arxiv işinin vəziyyətini təhlil etmək,

sahə xüsusiyyətlərini nəzərə alaraq, onun inkişafının konsepsiya və strategiyasını

hazırlamaq və s. vəzifələri icra edir.

İdarə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası

Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və

mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət

arxivlərinə verilməsi işinə, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində

nəzarəti təmin edir, Azərbaycan Respublikası Milli arxiv fonduna daxil olan

respublika əhəmiyyətli sənədlərin dairəsini “Milli arxiv fondu haqqında”

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirir və onların

respublika dövlət arxivlərində cəmləşdirilməsi işini həyata keçirir, Azərbaycan

Respublikası Milli arxiv fonduna daxil olan sənədləri müəyyən olunmuş qaydada

nəşr edir və müəyyən edilmiş digər funksiyaları yerinə yetirir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57

nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin strukturuna

daxil olmayan tabeliyindəki qurumların siyahısı” təsdiq edilmiş və auditin əhatə

etdiyi dövrdə aşağıdakı təşkilatlar fəaliyyət göstərmişdir.

1. Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). Dövlət arxivində

respublikada cəmiyyətin inkişaf tarixini, iqtisadiyyat və mədəniyyətin tərəqqisini,

əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlişini və s. əks etdirən mühüm

sənədlər mühafizə olunur.

2. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi (ARDTA). Arxiv XIX əsrin

əvəllərindən XX əsrin 1920-ci ilinə qədər Rusiya imperiyasının yerli dövlət

idarəetmə orqanlarının fəaliyyəti zamanı Azərbaycanın o dövrdəki siyasi və

mədəni həyatı tarixindən bəhs edən sənədləri mühafizə edir.

3. S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və

İncəsənət Arxivi (ARDƏİA). Arxiv XIX əsrdən bu günə qədər Azərbaycan ədəbiyyat

və incəsənət xadimlərinin, ədəbiyyat və incəsənət sahəsindəki dövlət idarələrinin

və yaradıcılıq təşkilatlarının sənədlərini toplayır, onların mühafizəsi və istifadəsi

işini təşkil edir.

4. Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Sənədləri Arxivi

(ARDETSA). Arxivdə mühafizə edilən elm və texnika sənədlərinin fondları

respublikada xalq təsərrüfatının sahələri üzrə qruplaşdırılır.

Page 52: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

52

AUDİTOR TRİBUNASI 2018, №2

5. Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (ARDKFSA).

Dövlət əhəmiyyətli Milli arxiv fonduna daxil olan kino-foto sənədləri ilə iş üzrə

elmi-metodik mərkəzdir.

6. Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi (ARDSYA).

Azərbaycanın ictimai-siyasi, xalq təsərrüfatı, elm və mədəni həyatını özündə əks

etdirən sənədli bədii fono sənədləri, habelə, dövlət siyasi və ictimai xadimlərin

çıxışlarının lent və görüntü yazılarını, müharibə və əmək veteranlarının, əmək

qabaqcıllarının, elm və incəsənət xadimlərinin səs yazılarını mühafizə edir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Dövlət Arxivlərinin 15 filialı,

Azərbaycan Respublikasının sənədləri dəyişən tərkibli 50 şəhər və rayon dövlət

arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarələri və bir təsərrüfat hesablı

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yanında İdarə sənədlərini qaydaya

salan mərkəz fəaliyyət göstərir.

Milli Arxiv İdarəsinin məlumaına əsasən Azərbaycan Respublikası

Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən “Asan

Xidmət” mərkəzlərindən arxiv arayışlarının verilməsi xidməti üzrə 2017-ci ildə

cəmi 3551 sorğu daxil olmuş, “Asan Xidmət” mərkəzlərinin fəaliyyətə

başlanmasından 2017-ci ilin hesabat dövrünə qədər 20566 sorğu qəbul edilərək

icra edilmişdir. 2017-ci ildə “Bir pəncərə” sistemi vasitəsilə cari ildə 6000-dən çox

vətəndaşa arxiv xidməti göstərilmiş, onlardan 4800 nəfərdən çoxuna hüquq

müəyyənedici arxiv arayışı, arxiv çıxarışı və ya arxiv sənədlərinin təsdiq olunmuş

surətləri, həmçinin müvafiq rəsmi cavablar verilmişdir.

Yoxlanılan qurumda müvafiq dövlət nəzarəti orqanları tərəfindən həyata

keçirilmiş əvvəlki nəzarət tədbirinin nəticələri: Auditlə əhatə olunan dövrdə

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində daxili nəzarət işi aparıl-

mamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində Dövlət büdcəsin-

dən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin saxlanılmasına ayrılan

vəsaitlərin istifadəsinə dair əvvəlki nəzarət tədbiri 2012-ci ilin yanvar ayından

2015-ci ilin yanvar ayına kimi olan dövrü əhatə etməklə Azərbaycan Respublikası

Hesablama Palatası tərəfindən aparılmış və yol verilmiş nöqsan və çatışmazlıq-

ların aradan qaldırılması vəziyyəti aşağıdakı kimi olmuşdur:

… Əmək haqqının düzgün hesablanılmaması və dövlət qulluqçularının

mükafatlandırılması məqsədi ilə nəzərdə tutulmuş vəsaitdən dövlət

qulluqçularına düzgün olmayaraq maddi yardım ödənilməsi səbəbindən artıq

öədnilmiş 1511,12 manat vəsait dövlət büdcəsinə bərpa edilmiş;

… “Arxiv mühafizəxanalarında saxlanılan kino-fono sənədlərinin eksper-

tizası, köhnəlmiş sənədlərin və yazıların canlandırılması, qırılmış lent yazılarının

Page 53: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

53

AUDİTOR TRİBUNASI 2018, №2

bərpası və yenidən yazılması” ilə əlaqədar bağlanılmış birbaşa müqavilədə

nəzərdə tutulan xidmətlər göstərilmədiyi halda ödənilmiş 80,0 min manat vəsait

dövlət büdcəsinə bərpa edilmiş;

… 1166,7 manat məbləğində debitor borc bağlanılmış;

… 8536,0 manat məbləğində proqram təminatının quraşdırılması təmin edilmişdir.

… Milli Arxiv tərəfindən digər nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Təhlil edilmiş və üzləşdirilmiş sənədlər: “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, vəsaitlərin ayrılması və istifadəsi, dövlət satınalmaları, maliyyə hesabatları və mühasibat uçotu ilə əlaqədar müvafiq sənədlər.

Audit nəzarət tədbirinin proqramı ilə müəyyən edilmiş məsələləri əhatə etmiş və aşağıdakılar müəyyən olunmuşdur:

1. Təqdim olunan büdcə proqnozları, tələb olunan vəsaitlərin hesab-lanması, ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə icra vəziyyəti.

1.1. Təqdim olunan büdcə proqnozları, tələb olunan vəsaitlərin hesablanması;

Dövlət büdcəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin saxlanması xəcləri funksional təsnifatın “Mərkəzi icra hakimiyyəti orqanları” və “Ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar” paraqrafları üzrə proqnozlaşdırılır. Təsdiq olunmuş dövlət büdcəsi xərclərində 2016 və 2017-ci illərdə Milli Arxiv İdarəsinin (filiallarla birlikdə) ilkin saxlanma xərcləri müvafiq olaraq ümumilikdə 5153,4 min manat və 5271,3 min manat, o cümlədən, “Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə müvafiq olaraq 494,3 min manat və 505,4 min manat, “Ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar” paraqrafına müvafiq olaraq 4659,1 min manat və 4765,8 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu vəsaitin də auditlə əhatə olunan illərdə 2233,4 min manatı və ya 43,3%-i və 1882,1 min manatı və ya 35,7%-i iqtisadi təsnifatın malların (işlərin və xidmətlərin) satınalınması xərc paraqrafının payına düşmüşdür.

Milli Arxiv İdarəsi tərəfindən 2016-2017-ci illər üçün büdcə proqnoz layihələri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmuşdur. İdarə tərəfindən auditlə əhatə olunan illər üzrə büdcə vəsaitinə olan tələbat barədə proqnoz göstəriciləri

Page 54: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

54

AUDİTOR TRİBUNASI 2018, №2

hazırlanarkən İdarənin maliyyə təsərrüfat fəaliyyətinin nəticəsi tam qiymət-ləndirilməmiş, bəzi xərc maddələri üzrə vəsaitin məbləği əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan və müvafiq hesablamalar aparılmadan artımlarla müəyyən edilmiş və nəticədə 2016-2017-ci illərdə xərclər smetasında xərc maddələri üzrə çoxsaylı dürüstləşmələr aparılmış, eləcə də 2015-2016-cı illər üzrə müvafiq olaraq 1315014,2 manat (33,2%) və 204109,9 manat (5,1%) məbləğində vəsait ilin sonunda istifadə edilməyərək büdcəyə qaytarılmışdır.

2016-cı il üçün təqdim edilmiş proqnoz rəqəm 4216,1 min manat məbləğində olmuş, ilkin xərclər smetası 4160,0 min manat və ya proqnozun 98,8%-i həcmində təsdiq edilmişdir. İl ərzində xərclər smetasında müxtəlif dəyişikliklər edilmiş və ilin sonuna dürüstləşdirilmiş xərclər smetası 3970,6 min manat müəyəyn olunmuşdur.

2017-ci il üçün təqdim edilmiş proqnoz rəqəm 4708,7 min manat məbləğində olmuş, ilkin xərclər smetası 3987,3 manat və ya proqnozun 84,7%-i həcmində, ilin sonunda isə 4075,2 manat təsdiq edillmişdir.

2016-cı il üçün verilmiş proqnoz 2017-ci illə müqayisədə 492600,0 manat çox olmuşdur ki, bu fərq də əsasən “Digər maşın və avadanlıqların alınması” maddəsi üzrə baş vermişdir.

1.2. Ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə icra vəziyyəti:

İdarənin 2016-cı ilin xərclər smetası 3970,6 min manat təyinata qarşı kassa xərci 2642,5 min manat və ya 66,5% (1328,1 min manat az), 2017-ci ilin xərclər smetası isə 4075,2 min manat təyinata qarşı kassa xərci 3809,5 min manat və ya 93,5% (265,7 min manat az) icra olmuşdur. 2016-2017-ci illərdə bəzi xərc maddələri üzrə icra faizi isə müvafiq olaraq 0,3%- 51,7% və 0,3-80,9% arasında olmuşdur.

2016-cı ildə “Elmi-tədqiqat xidmət haqqının ödənilməsi” paraqrafı üzrə 8000,0 manat, “İcarə və muzdlu xidmətlər” maddəsi üzrə 2330,0 manat və “Digər maşın və avadanlıqlar” paraqrafı üzrə 298000,0 manat, 2017-ci ildə isə “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafı üzrə 4800,0 manat, “Elmi-tədqiqat xidmət haqqının ödənilməsi” paraqrafı üzrə 23000,0 manat və “İcarə və muzdlu xidmətlər” maddəsi üzrə 2300,0 manat məbləğində vəsait nəzərdə tutulsa da icra olmamışdır.

Milli Arxiv İdarəsinin tərtib etdiyi hesabatda qeyd olunmuşdur ki, 2017-ci ildə 380 saxlama vahidi üzrə 9231 vərəq arxiv sənədi elektron arxiv sistemi üzrə elektron daşıyıcılarına köçürülmüşdür ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 57 saxlama vahidi və ya 13,0% və 27860,0 vərəq və ya 75,1% az təşkil etmiş və bu məqsədlə 2017-ci il xərc smetasında istehsalda istifadə olunmayan

Page 55: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

55

AUDİTOR TRİBUNASI 2018, №2

qeyri-maddi aktivlərin alınmasına 300000,0 manat məbləğində nəzərdə tutulmuş vəsait avans ödənilərək 01 yanvar 2018-ci il tarixə 279389,2 manat mədləğində debitor borc yaranmışdır.

2. Aparılan maliyyə əməliyyatlarının və satınalmaların mövcud normativ-hüquqi sənədlərə uyğunluğu:

2.1. Əmək haqlarının, təqaüdlərin və ezamiyyə xərclərinin hesablanıb ödənilməsi vəziyyəti.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 30 dekabr tarixli 274s nömrəli Sərəncamı ilə İdarə aparatının ştat vahidlərinin say həddi 38 vahid müəyyən edilmiş və idarə aparatı üzrə 38 ştat vahidi olmaqla aylıq əmək haqqı fondu 01.01.2016-cı il tarixə 25096,0 manat, 01.01.2017-ci il tarixə isə 25422,0 manat məbləğində təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarı ilə müəyyən edilmiş dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün tələb olunan ştat vahidlərinin minimum say həddi nəzərə alınmaqla aparatın strukturu təsdiq edilmişdir.

Milli Arxiv İdarəsi üzrə ştat cədvəli üzrə 187 ştat vahidi olmaqla 2016-cı il 01 yanvar tarixə aylıq əmək haqqı fondu 46120,0 manat, 2017-ci il 01 yanvar tarixə isə aylıq əmək haqqı fondu 50885,0 manat təsdiq edilmişdir.

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 008 nömrəli Qərarının 2-ci “Ayrılmış büdcə təxsisatları çərçivəsində bu qərarın əlavələrində göstərilən təşkilatlarda çalışan işçilərə hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və bir aylıq vəzifə maaşları həcmində mükafat ödənilə bilər” bəndinə uyğun olaraq 2016-2017-ci illərdə İdarənin saxlanılması xərclərində “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” paraqrafı üzrə maddi yardım və mükafatın ödənilməsi üçün bir aylıq vəzifə maaşının 2 misli həcmində vəsait nəzərdə tutulmuş və ödənilmişdir.

İdarə tərəfindən mərkəzi aparat və tabeliyində olan, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə auditlə əhatə olunan dövrlərdə əmək haqqı xərclərinin hesablanması və ödənilməsi zamanı bəzi hallarda normativ sənədlərin tələblərinə əməl edilməməsi nəticəsində aşağıdakı nöqsanlara və artıq xərclərə yol verilmişdir:

Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək İdarənin 3 inzibati və 4

Page 56: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

56

AUDİTOR TRİBUNASI 2018, №2

yardımçı əməkdaşına ixtisas dərəcəsi vaxtından əvvəl verilmiş və nəticədə əmək haqqı üzrə 2016-2017-ci illərdə cəmi 1382,0 manat məbləğində artıq əmək haqqı ödənilmişdir.

Bununla yanaşı, əmək haqqından tutulan vergi hesablanarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin 01 fevral 2001-ci il tarixli A-20 saylı əmri ilə təsdiq edilmiş “Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış”ın tələblərinə əməl edilməyərək “təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər” barədə müvafiq arayışlar alınmamışdır.

2.2. Əsas vəsaitlərin və mal-material qiymətlilərinin qorunub saxlanılması vəziyyəti.

Auditin əhatə etdiyi dövrdə Milli Arxiv İdarəsi tərəfindən alınmış əsas vəsaitlər, mal-material qiymətliləri mərkəzləşdirilmiş mühasibatlıqda uçota götürülməklə anbara mədaxil edilmiş və maddi-məsul şəxslərin cavabdehliyinə verilmişdir.

İdarənin 2016-cı il 01 yanvar tarixə əsas fondlar üzrə balansda 28335,3 min manat, o cümlədən “Binalar və qurğular” üzrə 21772,6 min manat, “Maşın və avadanlıqlar üzrə 4534,0 min manat, “Nəqliyyat vasitələri” üzrə 197,2 min manat, “Təsərrüfat inventarları” üzrə 1378,6 min manat, “Qeyri-maddi aktivlər” üzrə 391,0 min manat və “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” üzrə 55,9 min manat qalıq olmuşdur. 2016-cı ildə 1387,9 min manat, o cümlədən “Binalar və qurğular” üzrə 165,4 min manat, “Maşın və avadanlıqlar üzrə 922,7 min manat, “Təsərrüfat inventarlarır” üzrə 295,0 min və “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” üzrə 4706,0 manat (cəmi büdcə vəsaiti hesabına 738,2 min manat, əvəzsiz olaraq 649,7 min manat), 2017-ci ildə 937,4 min manat, o cümlədən “Binalar və qurğular” üzrə 483,0 min manat, “Maşın və avadanlıqlar üzrə 434,9 min manat, “Təsərrüfat inventarları” üzrə 1462,0 manat, “Qeyri-maddi aktivlər” üzrə 15,5 min manat və “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” üzrə 2652,0 manat (cəmi büdcə vəsaiti hesabına 936,7 min manat, əvəzsiz olaraq 689,2 manat), ümumilikdə 2016-2017-ci illər ərzində 2325,3 min manat dəyərində müxtəlif əsas vəsaitlər alınaraq mədaxil edilmişdir.

Auditlə əhatə olunmuş dövr ərzində 3045,6 min manat, o cümlədən 2016-cı il üzrə 1571,2 min manat, 2017-ci il üzrə isə 1474,4 min manat amortizasiya hesablanmış, 143,9 min manat, o cümlədən 2016-cı il üzrə 131,9 min manat, 2017-ci il üzrə 12,0 min manat dəyərində əsas fondlar əvəzsiz olaraq Milli Arxiv İdarəsinin filiallarına verilmiş, 425,9 manat, o cümlədən 2016-cı ildə 370,8 manat, 2017-ci ildə 55,1 manat dəyərində əsas fondlar silinmiş və 2018-ci il 01 yanvar tarixə əsas fondlar üzrə qalıq 27470,7 min manat, o cümlədən “Binalar və

Page 57: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

57

AUDİTOR TRİBUNASI 2018, №2

qurğular” üzrə 21315,1 min manat, “Maşın və avadanlıqlar üzrə 4429,1 min manat, “Nəqliyyat vasitələri” üzrə 124,8 min manat, “Təsərrüfat inventarları” üzrə 1132,8 min manat, “Qeyri-maddi aktivlər” üzrə 406,5 min manat və “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” üzrə 62,5 min manat təşkil etmişdir.

Milli Arxiv İdarəsinin anbarında mal-material qiymətliləri üzrə 195,5 min manat dəyərində 3 adda avadanlıq və 24 adda 13,1 min manat dəyərində müxtəlif mal-materialların əskikliyi və 11 adda mal-material qiymətliləri üzrə 286,3 manat məbləğində artıqgəlmə müəyyən olunmuşdur. Həmçinin Dövlət Səs Yazıları Arxivi üzrə maddi-məsul şəxsin 01 fevral 2018-ci il tarixə öhdəsində 12,7 min manat dəyərində 2152 ədəd maqnitofon lentlərinin saxlanılması üçün arxiv qutularının çatışmazlığı müəyyən edilmişdir.

Milli Arxiv İdarəsi tərəfindən müxtəlif illərdə dövlət büdcəsindən 2014-cü ildə büdcə vəsaiti hesabına alınmış 70,8 min manat dəyərində 1 ədəd kitab tikən dəzkah, 2015-ci ilin aprel ayında alınmış 187,5 min manat dəyərində 24409 ədəd arxiv qutusundan 01 yanvar 2018-ci il tarixə dəyəri 166,7 min manat olan 21706 ədəd arxiv qutusu, 2016-cı ilin dekabr ayında alınmış alınmış 123,7 min manat dəyərində 33 ədəd seyf və 2015-ci ilin aprel ayında alınmış dəyəri 1221,3 manat 1 ədəd 3 tonluq və dəyəri 814,2 manat 2 ədəd 1 tonluq su çəni, dəyəri 55,2 min manat olan 20 ədəd 24 yerlik kartoteka, dəyəri 743,0 manat olan 1 ədəd araba, dəyəri 2246,7 manat olan 200 litrlik 2 ədəd su çəni audit dövrünün sonuna kimi istismara verilməyərək anbarda saxlanılmış, eyni zamanda İdarənin sənədlərinin surətlərinin çıxarılması, bərpası və cildlənməsi üzrə mərkəzi laboratoriya üzrə maddi-məsul şəxsin öhdəsində 01 yanvar 2018-ci il tarixə 291,1 min manat dəyərində 542 rulon qalıq qalmış, bununla yanaşı xüsusi geyimlər üzrə audit dövrünün əvvəlinə orta hesabla il ərzində tələbatdan 4-5 dəfə artıq qalıq olduğu halda, yenidən 14,5 min manat dəyərində həmin geyimlər alınaraq səmərəsiz xərcə yol verilmişdir.

2018-ci il 01 yanvar tarixə anbar qalığı üzrə maddi məsul şəxsin öhdəsində olan 38,3 min manat dəyərində 275 ədəd müxtəlif markalı katriclər istifadə müddəti başa çatdıqdan sonra alınmışdır.

2.3. Aparılan satınalmaların dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərə uyğunluğu vəziyyəti.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1.-ci maddəsinin birinci hissəsinə uyğun olaraq satınalmaların təşkil olunması üçün müvafiq əmrlə tender komissiyası yaradılmışdır. Qanunun 23.1-ci maddəsinin tələblərinə əsasən tender komissiyasının tərkibinə satınalan təşkilatın vəzifəli şəxsləri təyin olunmuş, komissiyanın tərkibi satınalan təşkilatın rəhbəri tərəfindən təsdiq edilmişdir.

Page 58: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

58

AUDİTOR TRİBUNASI 2018, №2

İdarə tərəfindən auditlə əhatə olunan dövrdə 9 halda 1887,9 min manat

dəyərində açıq tender, 2 halda 579,4 min manat dəyərində birbaşa, 12 halda

302,3 min manat dəyərində kotirovka sorğusu metodu tətbiq edilməklə malların

(işlərin və xidmətlərin) satınalması həyata keçrilmişdir. O cümlədən, 2016-сı ildə

büdcə vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satınalması üzrə 3 halda

446,5 min manat dəyərində açıq tender, 1 halda 300,0 min manat dəyərində

birbaşa müqavilə, 6 halda 143,8 min manat dəyərində kotirovka sorğusu, 2017-сı

malların (işlərin və xidmətlərin) satınalması üzrə 6 halda 1441,3 min manat

dəyərində açıq tender, 1 halda 279,4 min manat dəyərində birbaşa müqavilə, 6

halda 158,5 min manat dəyərində kotirovka sorğusu metodu tətbiq edilməklə

satınalmalar keçrilmişdir.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları

haqqında“ Azərbaycan Respublikası Qanununun, “Kotirovka sorğusu

prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar

digər qanunvericilik aktlarının bir sıra tələblərinə əməl edilməyərək 2017-ci ildə

keçirilmiş satınalmalar zamanı tender prosedurlarının başlanmasından əvvəl

satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti, habelə

satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların)

ixtisasına dair tələblər mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməmiş,

eləcə də satınalınacaq malların (iş və xidmətlərin) təsvirinə dair tələblər tam

göstərilməmiş, 2017-ci ildə "Mətbəə xərcləri" paraqrafı üzrə 61000,0 manat

məbləğində mətbəə məhsullarının hazırlanması və çap məhsullarının

satınalınması üçün keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılımış satınalma

müqaviləsi barədə məlumat müəyyən olunmuş müddətdə dövlət

satınalmalarının rəsmi internet saytında yerləşdirilməmişdir.

2.4. Təmir-tikinti işlərinin yerinə yetirilməsi vəziyyəti:

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi üzrə 2016-2017-cı illər ərzində

dövlət büdcəsindən təmir işlərinə 540404,4 manat, o cümlədən əsaslı təmir

işlərinə 441,5 min manat və cari təmir işlərinə 69,0 min manat vəsait xərc edilmiş,

kommunal və kommunikasiya işlərinə isə xərc edilən vəsait 30,0 min manat təşkil

etmişdir.

Auditin əhatə etdiyi dövr ərzində əsaslı təmir, cari təmir və kommunal və

kommunikasiya işlərinin satınalınması üçün ümumilikdə Milli Arxiv İdarəsi

tərəfindən 540,6 min manat məbləğində 5 satınalma əməliyyatı keçirilmişdir ki,

bunun da 441,6 min manatı və ya 81,7%-i 2 halda olmaqla açıq tender üsulu ilə və

99,0 min manatı və ya 18,3%-i 3 halda olmaqla kotirovka sorğusu üsulu ilə həyata

keçirilmişdir.

Page 59: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

59

AUDİTOR TRİBUNASI 2018, №2

Əsaslı təmir işlərinin aparılması zamanı podratçı təşkilatlara yol örtüyündə 2-ci qat asfaltın vurulmamasına görə 25263,0 manat, hovuza giriş üçün metal nərdivanın quraşdırılması işləri üzrə 4852,2 manat, elektrik kabellərinin çəkilməsi üzrə 4956,0 manat və torpaq işlərinin yerinə yetirilməsi üzrə 11092,0 manat, xarici divarın sement məhlulu ilə suvanması işi üzrə iş həcmlərinin artırılmasına görə 11909,2 manat və ayaqaltılarının quraşdırılması və sökülməsi işlərinin əlavə qiymətləndirilməsinə görə 4095,8 manat, xırda dənəli asfalt-beton örtüyün vurulması işi üzrə iş həcmlərinin artırılması nəticəsində 10794,8 manat, H.Zərdabi 593 ünvanında yerləşən təmir obyekti üzrə yerinə yetirilmiş işlərin qəbulu (Forma №2) aktlarında elektrik kabelinin artıq göstərilməsi nəticəsində 10490,2 manat artıq vəsait ödənilmiş, eləcə də təkrar çəkilmiş 10407,6 manat kabel xətti istifadəsiz qalaraq səmərəsiz xərcə yol verilmişdir.

3. Maliyyə hesabatlarının dürüstlüyü və uçot-hesabat işlərinin aparılması vəziyyəti:

3.1. Mühasibat uçotunun aparılması və maliyyə hesabatların tərtibi vəziyyəti.

2016-2017-cı illər üzrə tərtib olunmuş maliyyə hesabatları İdarənin mühasibat uçotunda (registrlərində) ilin sonuna olan qalıqları ilə üzləşdirilərkən aşağıdakılar müəyyən olunmuşdur.

• 2016-cı ilin sonunda “Elektron növbə sisteminin yaradılması” ilə bağlı “Sinam” MMC-yə müqavilənin şərtlərinə uyğun olaraq müqavilə məbləğinin 100%-i miqdarında qabaqcadan ödənilmiş 300,0 min manat vəsait “Maliyyə vəziyyəti haqqında hesabat”da hesabat dövrü üzrə “Sair qısamüddətli aktivlər”də göstərilməli olduğu halda “Qısamüddətli debitor borcları”nda göstərilmişdir;

• İdarənin balansında olan müxtəlif növ ədəbiyyatların uçotu “Sair uzunmüddətli qeyri-maliyyə aktivlər” hesabında uçota alınmalı olduğu halda “Torpaq, tikili və avadanlıq” hesabında uçota alınmış və nəticədə 2016-cı ilin illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib edilməsi zamanı ilin sonuna “Maliyyə vəziyyəti haqqında hesabat”da uzunmüddətli aktivlər bölməsi üzrə torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər maddəsində qalıq 408,7 manat artıq göstərilmişdir;

• 2016-cı ildə alınmış 23030,8 manat dəyərində istifadə müddəti bir ildən artıq olan aktivlər “Torpaq, tikili və avadanlıq” hesabında uçota alınmalı olduğu halda mühasibatlıqda səhvən “Digər ehtiyatlar” hesabında uçota alınmış və nəticədə hesabat dövrü üzrə Maliyyə vəziyyəti haqqında hesabatın “Ehtiyatlar” maddəsinin qalığı həmin məbləğ qədər artıq göstərilmişdir;

• İdarənin balansında 01 yanvar 2016-cı ilin əvvəlinə və axırına 391021,5 manat dəyərində olan proqram təminatı illik “Maliyyə vəziyyəti haqqında

Page 60: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

60

AUDİTOR TRİBUNASI 2018, №2

hesabat"da qeyri-maddi aktivlər maddəsində və 01 yanvar 2016-cı ilin əvvəlinə 53985,4 manat və 01 yanvar 2017-ci ilin əvvəlinə isə 57935,44 manat dəyərində müxtəlif kitablar sair uzunmüddətli qeyri-maliyyə aktivləri maddəsində əks olunmalı olduğu halda torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər maddəsində göstərilmişdir. Həmçinin İzahlı qeydlərdə bu vəsaitlər barədə ayrıca açıqlama verilməmişdir;

• 2016-cı ildə torpaq, tikili və avadanlıqlar, qeyri maddi və digər uzunmüddətli aktivlər üzrə cəmi 1387870,7 manat məbləğində daxilolma olsa da həmin vəsait “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da 307997,3 manat və ya 1079872,7 manat az, həmçinin hesabatlara əlavə edilən “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər”də isə 1382660,0 manat və ya 5210,7 manat az göstərilmişdir;

• Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli, qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydalarının tələblərinə əməl edilməyərək cari təmir məsrəfləri İdarədə əsas fondlar üzrə kapitallaşdırılmalı və “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) hər bir nəqliyyat vasitəsi üzrə ayrı-ayrılıqda qeydiyyatı aparılmalı olduğu halda İdərənin balansında olan 3 avtonəqliyyat vasitəsi üçün 2016-cı ildə 123,7 manat, 2017-ci ildə isə 137,4 manat cəmi 261,1 manat məbləğində vəsait birbaşa xərcə silinmişdir;

• Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 09 fevral 2012-ci il tarixli Q-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın 18.2-ci və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-12 nömrəli 24 dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”ın 2.1.1-ci bəndlərinin tələblərinə əməl edilməyərək 2016-cı ildə İdarənin balansında olan 50931,7 manat dəyərində istifadə müddəti bir ildən artıq olan aktivlər (avadanlıqlar) əldə edilən zaman “Torpaq, tikili və avadanlıq” hesabında uçota alınmalı olduğu halda mühasibatlıqda səhvən “Digər ehtiyatlar” hesabında uçota alınmışdır. Nəticədə “Digər ehtiyatlar” hesabında uçota alınmış “Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlər”in istismarı nəticəsində yararlı istifadə müddəti ərzində amortizasiya hesablanmamış, ilkin dəyəri olduğu kimi qalmışdır;

• Həmin Təlimatların tələblərinə əməl edilməyərək İdarədə funksional təsnifatın “Ümumi dövlət xidmətləri” bölməsinin “Mərkəzi icra hakimiyyəti

Page 61: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

61

AUDİTOR TRİBUNASI 2018, №2

orqanları” və “Ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar” paraqraflarının xərcləri (baş vermiş maliyyə-təsərrüfat əməliyyatları) üzrə icmal məlumatların registri ümumiləşdirilmiş qaydada aparılmalı olduğu halda mühasibatlıq tərəfindən sintetik hesablar üzrə qruplaşdırılmış məlumatlar ayrı-ayrı baş kitablarda aparılmış və nəticədə hesablar və subhesablar üzrə dövrün əvvəlinə və sonuna qalıqları, habelə hesabat dövrü ərzində onların debet və kredit üzrə dövriyyələrini özündə əks etdirən iki ədəd “Baş kitab” və iki ədəd “Dövriyyə balansı” tərtib olunmuşdur;

• Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın tələbləri gözlənilmədən İdarədə 2016-2017-ci illərdə əsas vəsaitlərin (fondların), qeyri-maddi aktivlərin və öhdəliklərin inventarizasiyası keçirilməmiş, həmçinin 2016-cı ildə inventarizasiya komissiyası tərəfindən istismara yaramayan, təmir və bərpa olunmağa lüzumu olmayan aktivlərə görə, onların yararsız hala düşməsi səbəbləri göstərilməklə, ayrıca siyahı tərtib edilmədən əsas vəsaitlər silinməsi yalnız “Əmlakın (qiymətlilərin) ləğvi aktı” tərtib edilməklə həyata keçirilmişdir;

• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın tələblərinə əməl edilməyərək balansdan silinən avadanlıqların ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğu, miqdarı və istifadəyə yararlığı müəyyən edilməmiş və eləcə də yararlı olmayan material qiymətliləri üçün məhvetmə aktları tərtib olunmamışdır;

• İdarənin balansında olan qalıq dəyəri 1402,0 manat məbləğində 20 ədəd müxtəlif seyflər “Sair torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmalı olduğu halda “Maşın və avadanlıqlar” hesabında uçota alınmışdır;

• Əsas fondların müvafiq (mədaxili və ya məxarici, qalığı haqqında və s.) qeydləri “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (forma №1 Q-də) aparıl-mamışdır;

• “Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”- B-1 və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında” hesabatı- B-3 Dövlət Sosial Müdafiə Fonduna, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi hər rübün sonunda, qeydiyyatda olduğu Vergilər Nazirliyinin Ərazi Vergilər İdarəsinə, daşınmaz əmlakın qeydiyyat vərəqəsi və

Page 62: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

62

AUDİTOR TRİBUNASI 2018, №2

dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir.

NƏTİCƏLƏR

Aparılmış audit tədbirinin nəticələrini aşağıdakı kimi quruplaşdırmaq olar:

1. Milli Arxiv İdarəsi tərəfindən 2016-2017-ci illər üçün büdcə proqnoz layihələri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmuşdur. İdarə tərəfindən auditlə əhatə olunan illər üzrə büdcə vəsaitinə olan tələbat barədə proqnoz göstəriciləri hazırlanarkən İdarənin maliyyə təsərrüfat fəaliyyəti-nin nəticəsi tam qiymətləndirilməmiş, bəzi xərc maddələri üzrə vəsaitin məbləği əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan və müvafiq hesablamalar aparılmadan artımlarla müəyyən edilmiş və nəticədə 2016-2017-ci illərdə xərclər smetasında xərc maddələri üzrə çox saylı dürüstləşmələr aparılmış, eləcə də 2015-2016-cı illər üzrə müvafiq olaraq 1315014,2 manat (33,2%) və 204109,9 manat (5,1%) məbləğində vəsait ilin sonunda istifadə edilməyərək büdcəyə qaytarılmışdır.

2. Milli Arxiv İdarəsinin Əsasnaməsinə uyğun olaraq respublikada arxiv işinin inkişafını və bu sahədə elmi-texniki tərəqqini tənzimləmək məqsədilə xərc smetalarında “Elmi-tədqiqat xidmət haqqının ödənilməsi” paraqrafı üzrə 2016-2017-ci illərdə hər il üçün 23,0 min manat məbləğində nəzərdə tutulmuş vəsait icra olunmamış, 2017-ci ildə aparılmış dürüstləşmə nəticəsində həmin xərc paraqrafı üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 15,0 min manat azaldılaraq “kanalizasiya xidmtləri haqqı”nın ödənilməsinə yönəldilmişdir.

3. İdarənin 2016-cı ilin xərclər smetası 3970,6 min manat təyinata qarşı kassa xərci 66,5%, 2017-ci ilin xərclər smetası 4075,2 min manat təyinata qarşı kassa xərci 93,5% icra olunmuşdur.

4. Milli Arxiv Idarəsi tərəfindən 2017-ci ildə 380 saxlama vahidi üzrə 9231 vərəq arxiv sənədi elektron arxiv sistemi üzrə elektron daşıyıcılarına köçürülmüşdür ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 57 saxlama vahidi və ya 13,0% və 27,9 min vərəq və ya 75,1% az təşkil etmiş və bu məqsədlə 2017-ci il xərc smetasında istehsalda istifadə olunmayan qeyri-maddi aktivlərin alınmasına 300,0 min manat məbləğində nəzərdə tutulmuş vəsait avans ödənilərək 01 yanvar 2018-ci il tarixə 279,4 min manat məbləğində debitor borc yaranmışdır.

Page 63: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

63

AUDİTOR TRİBUNASI 2018, №2

5. Milli Arxiv İdarəsinin auditlə əhatə olunan illərdə büdcədənkənar vəsaiti olmamışdır.

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın tələblərinə əməl edilmə-yərək İdarənin 3 inzibati və 4 yardımçı əməkdaşına ixtisas dərəcəsi vaxtından əvvəl verilmiş və nəticədə əmək haqqı üzrə 2016- 2017-ci illərdə cəmi 1382,0 manat məbləğində artıq əmək haqqı ödənilmişdir.

7. Əmək haqqından tutulan vergi hesablanarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin 01 fevral 2001-ci il tarixli A-20 saylı əmri ilə təsdiq edilmiş “Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış”ın tələblərinə əməl edilməyərək “təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər” barədə müvafiq arayışlar alınmamışdır.

8. İdarənin anbarında mal-material qiymətliləri üzrə 195,5 min manat dəyərində 3 adda avadanlıq və 24 adda 13,1 min manat dəyərində mal-materialların əskikliyi və 11 adda mal-materiallar qiymətliləri üzrə 286,3 manat məbləğində artıqgəlmə müəyyən olunmuş, həmçinin Dövlət Səs Yazıları Arxivi üzrə maddi-məsul şəxsin öhdəsində olan maqnitofon lentlərinin saxlanılması üçün arxiv qutuları üzrə 12,7 min manat dəyərində 2152 ədəd çatışmazlıq müəyyən edilmişdir.

9. Milli Arxiv İdarəsi tərəfindən müxtəlif illərdə dövlət büdcəsindən 2014-cü ildə büdcə vəsaiti hesabına alınmış 70,8 min manat dəyərində 1 ədəd kitab tikən dəzkah, 2015-ci ilin aprel ayında alınmış 187,5 min manat dəyərində 24409 ədəd arxiv qutusundan 01 yanvar 2018-ci il tarixə dəyəri 166,7 min manat olan 21706 ədəd arxiv qutusu, 2016-cı ilin dekabr ayında alınmış alınmış 123,7 min manat dəyərində 33 ədəd seyf və 2015-ci ilin aprel ayında alınmış dəyəri 1221,3 manat 1 ədəd 3 tonluq və dəyəri 814,2 manat 2 ədəd 1 tonluq su çəni, dəyəri 55,2 min manat olan 20 ədəd 24 yerlik kartoteka, dəyəri 743,0 manat olan 1 ədəd araba, dəyəri 2246,7 manat olan 200 litrlik 2 ədəd su çəni audit dövrünün sonuna kimi istismara verilməyərək anbarda saxlanılmış, eyni zamanda İdarənin sənədlərinin surətlərinin çıxarılması, bərpası və cildlənməsi üzrə mərkəzi laboratoriya üzrə maddi-məsul şəxsin öhdəsində 01 yanvar 2018-ci il tarixə 291,1 min manat dəyərində 542 rulon qalıq qalmış, bununla yanaşı xüsusi geyimlər üzrə audit dövrünün əvvəlinə orta hesabla il ərzində tələbatdan 4-5 dəfə artıq qalıq olduğu halda, yenidən 14,5 min manat

Page 64: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

64

AUDİTOR TRİBUNASI 2018, №2

dəyərində həmin geyimlər alınaraq səmərəsiz xərcə yol verilmişdir.

10. 2018-ci il 01 yanvar tarixə anbar qalığı üzrə maddi məsul şəxsin öhdəsində olan 38,3 min manat dəyərində 275 ədəd müxtəlif markalı katriclər istifadə müddəti başa çatdıqdan sonra alınmışdır.

11. Keçirilmiş satınalmalar zamanı “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanının və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və dövlət satımalmanı tənzimləyən digər normativ sənədlərin tələblərinə bəzi hallarda əməl edilməyərək 2017-ci ildə keçirilmiş satınalmalar zamanı tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməmiş, satınalma prosedur-larında iştirak edən malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər düzgün qiymətləndirilməmiş, eləcə də satınalınacaq malların (iş və xidmətlərin) təsvirinə dair tələblər tam göstərilməmişdir.

12. 2017-ci ildə "Mətbəə xərcləri" paraqrafı üzrə 61000,0 manat məbləğində mətbəə məhsullarının hazırlanması və çap məhsullarının satınalınması üçün keçirilmiş açıq tenderin nəticəsi və bağlanımış satınalma müqaviləsi barədə 22 dekabr 2017-ci il tarixdə “Respublika” qəzetində elan verilsə də, Qanunla müəyyən edilmiş müddətdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməmişdir.

13. Əsaslı təmir işləri zamanı yol örtüyündə 2-ci qat asfaltın vurulmamasına görə 25263,0 manat, hovuza giriş üçün metal nərdivanın quraşdırılması işləri üzrə 4852,2 manat, elektrik kabellərinin çəkilməsi üzrə 4956,0 manat və torpaq işlərinin yerinə yetirilməsi üzrə 11092,0 manat, xarici divarın sement məhlulu ilə suvanması işi üzrə iş həcmlərinin artırılmasına görə 11909,2 manat və ayaqaltılarının quraşdırılması və sökülməsi işlərinin əlavə qiymətləndirilməsinə görə 4095,8 manat, xırda dənəli asfalt-beton örtüyün vurulması işi üzrə iş həcmlərinin artırılması nəticəsində 10794,8 manat, H.Zərdabi 593 ünvanında yerləşən təmir obyekti üzrə yerinə yetirilmiş işlərin qəbulu (Forma №2) aktlarında elektrik kabelinin artıq göstərilməsi nəticəsində 10490,2 manat artıq vəsait ödənilmiş, eləcə də təkrar çəkilmiş 10407,6 manat kabel xətti istifadəsiz qalaraq səmərəsiz xərcə yol verilmişdir.

14. 2016-cı ilin sonunda “Elektron növbə sisteminin yaradılması” ilə bağlı müqavilənin şərtlərinə uyğun olaraq müqavilə məbləğinin 100%-i miqdarında qabaqcadan ödənilmiş 299997,3 manat vəsait “Maliyyə

Page 65: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

65

AUDİTOR TRİBUNASI 2018, №2

vəziyyəti haqqında hesabat”da hesabat dövrü üzrə “Sair qısamüddətli aktivlər”də göstərilməli olduğu halda “Qısamüddətli debitor borcları”nda göstərilmişdir.

15.İdarənin balansında olan müxtəlif növ ədəbiyyatların uçotu “Sair uzunmüddətli qeyri-maliyyə aktivlər” hesabında uçota alınmalı olduğu halda “Torpaq, tikili və avadanlıq” hesabında uçota alınmış və nəticədə 2016-cı ilin illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib edilməsi zamanı ilin sonuna “Maliyyə vəziyyəti haqqında hesabat”da uzunmüddətli aktivlər bölməsi üzrə torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər maddəsində qalıq 408,7 manat artıq göstərilmiş, 2016-cı ildə alınmış 23030,8 manat dəyərində istifadə müddəti bir ildən artıq olan aktivlər “Torpaq, tikili və avadanlıq” hesabında uçota alınmalı olduğu halda mühasibatlıqda səhvən “Digər ehtiyatlar” hesabında uçota alınmış və nəticədə hesabat dövrü üzrə Maliyyə vəziyyəti haqqında hesabatın “Ehtiyatlar” maddəsinin qalığı həmin məbləğ qədər artıq göstərilmişdir.

16. İdarənin balansında 01 yanvar 2016-cı ilin əvvəlinə və axırına 391021,5 manat dəyərində olan proqram təminatı illik “Maliyyə vəziyyəti haqqında hesabat"da qeyri-maddi aktivlər maddəsində və 01 yanvar 2016-cı ilin əvvəlinə 53985,4 manat və 01 yanvar 2017-ci ilin əvvəlinə isə 57935,4 manat dəyərində müxtəlif kitablar sair uzunmüddətli qeyri-maliyyə aktivləri maddəsində əks olunmalı olduğu halda torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər maddəsində göstərilmişdir. Həmçinin İzahlı qeydlərdə bu vəsaitlər barədə ayrıca açıqlama verilməmişdir.

17. 2016-cı ildə torpaq, tikili və avadanlıqlar, qeyri maddi və digər uzunmüddətli aktivlər üzrə cəmi 1387870,7 manat məbləğində daxilolma olsa da həmin vəsait “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da 307997,3 manat və ya 1079872,7 manat az, həmçinin hesabatlara əlavə edilən “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər”də isə 1382660,0 manat və ya 5210,7 manat az göstərilmişdir.

18. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli, qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydalarının tələblərinə əməl edilməyərək cari təmir məsrəfləri idarədə əsas fondlar üzrə kapitallaşdırılmalı və “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) hər bir nəqliyyat vasitəsi üzrə ayrı-ayrılıqda qeydiyyatı aparılmalı olduğu halda İdərənin balansında olan 3 avtonəqliyyat vasitəsi üçün 2016-cı ildə 123,7 manat, 2017-ci ildə isə 137,4 manat cəmi 261,1 manat məbləğində vəsait birbaşa xərcə silinmişdir.

Page 66: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

66

AUDİTOR TRİBUNASI 2018, №2

19. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın tələbləri gözlənilmədən İdarədə 2016-2017-ci illərdə əsas vəsaitlərin (fondların), qeyri-maddi aktivlərin və öhdəliklərin inventarizasiyası keçirilməmiş, həmçinin 2016-cı ildə inventarizasiya komissiyası tərəfindən istismara yaramayan, təmir və bərpa olunmağa lüzumu olmayan aktivlərə görə, onların yararsız hala düşməsi səbəbləri göstərilməklə, ayrıca siyahı tərtib edilmədən əsas vəsaitlər silinməsi yalnız “Əmlakın (qiymətlilərin) ləğvi aktı” tərtib edilməklə həyata keçirilmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar ”ın tələblərinə əməl edilməyərək balansdan silinən avadanlıqların ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğu, miqdarı və istifadəyə yararlığı müəyyən edilməmiş və eləcə də yararlı olmayan material qiymətliləri üçün məhvetmə aktları tərtib olunmamış, İdarənin balansında olan qalıq dəyəri 1402,0 manat məbləğində 20 ədəd müxtəlif seyflər “Sair torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmalı olduğu halda “Maşın və avadanlıqlar” hesabında uçota alınmış, əsas fondların müvafiq (mədaxili və ya məxarici, qalığı haqqında və s.) qeydləri “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma №1 Q-də) aparılmamışdır.

Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunmuş, Qərarın surəti Milli Arxiv İdarəsinə göndərilmiş, nəzarət tədbirinin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir. Eləcə də, Milli Arxiv İdarəsi tərəfindən 2017-ci ildə "Mətbəə xərcləri" paraqrafı üzrə 61000,0 manat məbləğində mətbəə məhsullarının hazırlanması və çap məhsullarının satınalınması üçün keçirilmiş açıq tenderin nəticələri üzrə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsi, eləcə də mal satan tərəfindən istifadə müddəti başa çatmış 38255,2 manat dəyərində 275 ədəd müxtəlif markalı katriclərin Milli Arxiv İdarəsinə (istehlakçıya) satılması faktları üzrə materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Page 67: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

67

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017 2018, №2

Cavid BayramovDövlət büdcəsi gəlirlərinin audi� şöbəsinin müdiri

2017-Cİ İL ÜZRƏ DÖVLƏT BÜDCƏSİNİN VERGİ GƏLİRLƏRİNİN ƏSAS TƏRKİB ELEMENTLƏRİNİN İCRA VƏZİYYƏTİ

Məlum olduğu kimi, Azərbaycan Respublikasının kənar dövlət maliyyə nəzarəti orqanı olan Hesablama Palatası hər ötən ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə və dövlət büdcəsinin icrası haqqında müvafiq hesabata rəyini hazırlayır və parlamentin müzakirəsinə təqdim edir.

Ötən ilin dövlət büdcəsinin icrası göstəriciləri üzrə aidiyyəti qurumların qanunvericiliklə müəyyən edilmiş hesabatlılıq müddətləri nəzərə alınmaqla həmin hesabatların audit və analitik tədbirlərlə əhatə olunması və rəyin hazırlanmasının kifayət qədər əmək və zaman tutumlu proses olduğunu təsəvvür etmək çətin deyil. İstər MDB-yə üzv ölkələr, istərsə də Avropa ölkələrinin dövlət maliyyə nəzarəti sistemlərinə nəzər salsaq ötən ilin dövlət büdcəsinin icrasına dair müvafiq sənədlərə (qanun layihəsinə, hesabatlara və s.) ali audit qurumlarının rəyinin cari ilin sentyabr və (və ya) oktyabr aylarında parlamentə təqdim edilməsini görə bilərik.

Növbəti ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı parla-mentarilərilər üçün büdcə bələdçisi rolunu oynayan həmin rəyin Hesablama Palatası tərəfindən Milli Məclisə təqdim edilməsi müddəti Azərbaycan Respublikasında formalaşmış təcrübəyə əsasən cari ilin may ayının sonu tarixlərinə təsadüf edir.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azər-baycan Respublikasının Qanunu ilə 16766000,0 min manat məbləğində proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirləri 16516684,0 min manat və ya 98,5% (249316,0 min manat kəsirlə) səviyyəsində icra olunmuşdur. Dövlət büdcəsinin gəlirlərinin həcmi 2015-ci illə müqayisədə 981280,7 min manat (5,6%), 2016-cı illə müqayisədə isə 988995,6 min manat (5,6%) məbləğində azalmışdır.

2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair müvafiq hesabata əsasən

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə toplanan dövlət büdcəsinin

Page 68: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

68

2018, №2

vergi gəlirləri 8984000,0 min manat məbləğində proqnoza qarşı 8453123,9 min

manat və ya 94,1% səviyyəsində yerinə yetirilmişdir.

Cədvəl 1. Dövlət büdcəsinin vergi gəlirləri, min manatla

Ümumilikdə proqnozun kəsirlə icra olunmasına baxmayaraq daxilolmanın həcmi əvvəlki illərin icra göstəricilərini üstələmiş, artımlar 2015-ci və 2016-cı illərlə müqayisədə, müvafiq olaraq 596312,0 min manat və ya 7,6% və 283289,6 min manat və ya 3,5% təşkil etmişdir.

2017-ci il üzrə dövlət büdcəsinin vergi gəlirlərinin icrası səviyyəsinə mənfi təsir edən əsas amillər kimi əlavə dəyər vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların təhlili aşağıdakı mənzərəni müşahidə etməyə imkan verir.

Əhəmiyyətli paya malik olan əlavə dəyər vergisi üzrə ümumilikdə 2017-ci il üçün təsdiq edilmiş 4257000,0 min manat məbləğində proqnoz 3668602,6 min manat və ya 86,2% səviyyəsində icra olunmuşdur. Daxilolmanın həcmi dövlət büdcəsi gəlirlərinin 22,2%-ni təşkil etməklə 2015-ci illə müqayisədə 213946,1 min manat və ya 6,2%, 2016-cı illə müqayisədə isə 45085,6 min manat və ya 1,2% artmışdır. Hesabat ilində dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Azərbaycan Respublikası Vergilər Nazirliyinin payı əvvəlki illərə nisbətən azalaraq 51,7%-ə enmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin payı isə artaraq 48,3%-ə yüksəlmişdir. Hər iki mənbə üzrə daxilolmaların uzunmüddətli dinamikası nazirlik xətti ilə əlavə dəyər vergisinin

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Tədiyyə

növləri

2017 -ci il İcra gostəricilərinin müqayisəsi

proqnoz İcra

xüsusi

çəkilər,%-lə

icra

faizi

2015 - ci ildə 2016 - cı ildə

% - lə məbləğlə % -lə məbləglə

Dövlət büdcəsinin vergi gəlirləri, o cümlədən:

8984000,0 8453123,9 100,0 94,1 107,6 596 312,0 103,5 283 289,6

əlavə dəyər vergisi 4257000,0 3668602,6 43,4 86,2 106,2 213 946,0 101,2 45 085,6

fiziki şəxslərin gəlir vergisi 1168000,0 1040282,0 12,3 89,1 105,9 57 795,0 90,8 -105433,4

hüquqi şəxslərinmənfəət vergisi 2179000,0 2285840,6 27,0 104,9 103,4 74 739,4 115,3 302 594,7

aksizlər 608000,0 612620,3 7,2 100,8 94,6 -35 132,7 98,0 -12 489,5

sadələşdirilmis vergi 344000,0 371409,9 4,4 108,0 221,0 203 377,2 122,3 67 641,5

hüquqi şəxslərinəmlak vergisi

178000,0 178563,9 2,1 100,3 120,5 30 357,3 102,2 3 902,5

yol vergisi 89000,0 134345,7 1,6 151,0 168,5 54 593,7 87,7 -18 917,9

mədən vergisi 111000,0 111090,7 1,3 100,1 95,6 -5 058,1 100,7 812,9

torpaq vergisi 50000,0 50368,2 0,6 100,7 103,5 1 694,1 100,2 93,1

Page 69: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

69

2018, №2

azalmasını, komitə xətti ilə isə əksinə artmasını daha aydın şəkildə aşağıdakı kimi təsvir etməyə imkan verir.

Şəkil 1. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə ödənilməsi təmin edilən əlavə dəyər vergisinin dinamikası.

Mövcud mənzərə son illər ərzində ölkə üzrə əsas kapitala yönəldilmiş investisiyaların azalması, ÜDM-in, o cümlədən qeyri-neft ÜDM-in, istehlakçı və istehsalçı qiymət indekslərinin, eyni zamanda pərakəndə ticarət dövriyyəsinin artması kimi makroiqtisadi amillərlə müşayiət olunmuşdur. Bu baxımdan dövlət büdcəsinə təmin edilən əlavə dəyər vergisinin Gömrük Komitəsi üzrə artması, Vergilər Nazirliyi üzrə isə azalması meylini idxal olunan aktivlərin həcminin ölkə ərazisində malların, işlərin və xidmətlərin təqdim edilməsi dövriyyələri ilə uyğunsuzluq təşkil etməsi riski kimi qiymətləndirmək olar.

2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə təmin edilən Azərbaycan Respubli-kasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi üzrə dövlət büdcəsinə 1895413,1 min manat məbləğində vəsait daxil olmuşdur ki, bu da 2583000,0 min manat məbləğində təsdiq edilmiş proqnozdan 687586,9 min manat və ya 26,6% azdır. Daxilolmanın həcmi 2015-ci ilə nisbətən 458088,1 min manat və ya 19,5%, 2016-cı ilə nisbətən 212851,3 min manat və ya 10,1% azalmışdır. Bu vergi növü üzrə daxil olan vəsaitin xüsusi çəkisi ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 22,4%-ni təşkil etmişdir.

2017-ci il ərzində dövlət büdcəsinin bu mənbədən gəlirləri üzrə müəyyən edilmiş proqnozlar bütün aylar ərzində 9,5%-55,3% intervalında kəsirlə yerinə yetirilmişdir.

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

1,7

23

.9

1,8

95

.4

98

6.1

1,0

71

.0

1,7

73

.2

16.2

-10.4 -10.1

11.68.6

2.8

17.0

- 20

- 10

00

10

20

30

40

50

00

500

1,000

1,500

2,000

2,500

2013-cü il 2014-cü il 2015-ci il 2016-cı il 2017-ci il

%

mily

on

man

at

Vergilər Nazirliyi xə� ilə təmin olunan əlavə dəyər vergisi

Gömrük Komitəsi xə� ilə təmin olunan əlavə dəyər vergisi

Vergilər Nazirliyi xə� ilə təmin olunan əlavə dəyər vergisinin artım tempi

Gömrük Komitəsi xə� ilə təmin olunan əlavə dəyər vergisinin artım tempi

2,0

48

.6

2,3

53

.5

2,1

08

.3

1,1

01

.2

1,5

15

.3

18.814.9

37.6

Page 70: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

70

2018, №2

Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisinin tərkibində rezidentin əlavə dəyər vergisi 2289707,0 min manat proqnoza qarşı 1719665,6 min manat və ya 75,1% (570041,4 min manat az), qeyri-rezidentin əlavə dəyər vergisi isə 293293,0 min manat proqnoza qarşı 175747,5 min manat və ya 59,9% (117545,5 min manat) səviyyəsində icra olunmuşdur. 2015-ci və 2016-cı illərlə müqayisədə, rezidentin əlavə dəyər vergisi, müvafiq olaraq 379622,9 min manat və ya 18,1% və 211765,8 min manat və ya 11,0%, qeyri-rezidentin əlavə dəyər vergisi isə, müvafiq olaraq 78465,2 min manat və ya 30,9% və 1085,4 min manat və ya 0,6% azalmışdır.

Rezidentlərin əlavə dəyər vergisi üzrə proqnozların yerinə yetirilməsi vəziyyətindəki kəsirlər 2012-ci ildən etibarən müşahidə olunaraq hesabat ilində ən yüksək səviyyəyə - 24,9% səviyyəsinə çatmışdır. Qeyri-rezidentin əlavə dəyər vergisi üzrə proqnozun da əvvəlki illərdən fərqli olaraq 2017-ci ildə kəsirlə yerinə yetirilməsinə baxmayaraq daxilolmaların həcmi 2016-cı ilin icrası ilə eyni səviyyədə (cəmi 1085,4 min manat və ya 0,6% az) olmuşdur.

2016-cı illə müqayisədə 2017-ci ildə ÜDM-in 0,1%, o cümlədən qeyri-neft ÜDM-in 2,7% real ifadədə artaraq, müvafiq olaraq 70135,1 mln. manata və 44061,9 mln. manata, eləcə də ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə 15,5% (6090,4 mln. manat) artaraq 45305,9 mln. manata çatması Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisinin həcminin azalmasına təsir edən qeyri-iqtisadi amillərin araşdırılmasını və qısa müddət ərzində aradan qaldırılmasını zəruri edir.

Nəzərə alınmalıdır ki, 2016-cı ilə nisbətən 2017-ci ildə dövlət büdcəsinə ümumilikdə daxil olmuş əlavə dəyər vergisinin xüsusi çəkiləri ÜDM-ə nisbətdə 0,8 faiz bəndi azalaraq 2,7%-ə, ölkədaxili ümumi istehlak dövriyyəsinə nisbətdə 1,2 faiz bəndi azalaraq 4,2%-ə, eyni zamanda qeyri-neft sektoru üzrə ödənilmiş ƏDV-nin xüsusi çəkiləri isə qeyri-neft ÜDM-ə nisbətdə 1,1 faiz bəndi azalaraq 3,5%-ə, ölkədaxili ümumi istehlak dövriyyəsinə nisbətdə 1,2 faiz bəndi azalaraq 3,4%-ə enmişdir. Həmçinin, əvvəlki ilə nisbətən hesabat dövründə istehlak qiymətləri indeksi 112,9%-ə, sənaye məhsullarının istehsalçı qiymət indeksi 136,8%-ə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 111,9%-ə, nəqliyyat xidmətlərinin qiymət indeksi 106,9%-ə, poçt və kuryer xidmətlərinin qiymət indeksi 100,3%-ə, rabitə xidmətlərinin qiymət indeksi isə 99,9%-ə bərabər olmuşdur.

2017-ci ildə Vergilər Nazirliyi xətti ilə qeyri-neft sahələrindən əlavə dəyər vergisi üzrə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitlərin həcmi 1538464,7 min manat təşkil etməklə 2015-ci ilə nisbətən 411745,8 min manat və ya 21,1%, 2016-cı ilə nisbətən isə 283221,2 min manat və ya 15,5% azalmışdır.

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 71: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

71

2018, №2

Makroiqtisadi göstəricilərin əlverişli inkişafı ilə yanaşı nazirlik xətti ilə təmin olunan əlavə dəyər vergisinin həcminə müsbət təsir edən amillər sırasında həmçinin vergi qanunvericiliyinin təkmilləşdirilməsilə vergitutma bazasının genişləndirilməsini də göstərmək olar. Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə 2017-ci ildən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-nin hesablanması və ödənilməsi, eyni zamanda ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı vergitutma obyekti kimi tətbiq edilən ticarət əlavəsi müəyyənləş-dirilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında 2017-ci il 12 sentyabr tarixli 365 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ticarət əlavəsindən ödənilən əlavə dəyər vergisi, elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi, eləcə də elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi 114112, 114114 və 114115 nömrəli kodlarla büdcə gəlirlərinin təsnifatına əlavə edilsə də həmin kodlar üzrə daxilolmalar qeydə alınmamışdır.

Əlavə dəyər vergisinin tərkibində Azərbaycan Respublikasının ərazisinə malların idxalına əlavə dəyər vergisi üzrə 2017-ci il üçün təsdiq edilmiş 1674000,0 min manat məbləğində proqnoz 1773189,6 min manat və ya 105,9% səviyyəsində icra olunmuşdur. Daxil olan vəsait ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 21,0%-ni təşkil etmişdir. Daxilolmanın həcmi 2015-ci illə müqayisədə 672034,3 min manat və ya 61,0%, 2016-cı illə müqayisədə isə 257936,9 min manat və ya 17,0% artmışdır.

2017-ci il ərzində dövlət büdcəsinin bu mənbədən gəlirləri üzrə müəyyən edilmiş proqnozlar aprel, oktyabr, noyabr və dekabr aylarında 4,8%-19,7% intervalında kəsirlərlə, digər aylarda isə 1,9%-37,7% intervalında artıqlaması ilə yerinə yetirilmişdir.

Müşahidə olunan artım ilk növbədə ƏDV-yə cəlb olunan idxalın həcminin artması ilə əlaqələndirilməlidir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2017-ci ildə bu göstərici 5995,5 mln. ABŞ dolları təşkil etməklə 2016-cı ilə nisbətən 516,4 mln. ABŞ dolları və ya 9,4% artmışdır.

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 72: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

72

2018, №2

Əlavə dəyər vergisinə cəlb olunan idxalın artımı bir sıra mal qrupları üzrə daha çox müşahidə olunmuşdur. Belə ki, 2016-cı illə müqayisədə 2017-ci il ərzində ölkəyə yerüstü nəqliyyat vasitələri (dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa), onların hissələri və ləvazimatlarının idxalı 67,0%, ət və qida üçün yararlı ət əlavələri 63,0%, mineral yanacaq, neft və onların qovulma məhsulları, bitum tərkibli maddələr, mineral mumlar 51,0%, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar 37,0%, əczaçılıq məhsulları 35,0%, süd məhsulları, quş yumurtası, təbii bal və digər heyvan mənşəli ərzaq məhsulları 32,0%, müxtəlif ərzaq məhsulları 28,0%, qəhvə, çay, mate və ya Paraqvay çayı və ədviyyatlar 22%, qara metallar 21,0%, plastmassa və onlardan hazırlanan məmulatlar 18,0%, elektrik maşınları və avadanlıqları, onların hissələri 18,0%, efir yağları və rezinoidlər, ətriyyat, kosmetik və tualet vasitələri 15,0%, oduncaq və ondan hazırlanan məmulatlar 12,0%, kağız və karton, kağız kütləsindən, kağızdan və kartondan hazırlanan məmulatlar 12,0%, optik, fotoqrafik, kinematoqrafiya, ölçü, nəzarət, tibbi və ya cərrahiyyə alətləri və aparatları, onların hissələri və ləvazimatları 9,0%, tütün və tütünün sənaye əvəzediciləri 9,0%, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları 6,0%, diri heyvanlar isə 1,7 dəfə çox idxal edilmişdir.

ƏDV-yə cəlb olunan idxal həcminin tərkibində əvvəlki illə müqayisədə 2017-ci ildə azalan mal qrupları sırasında qara metallardan məmulatları (24,0%), mebel və mebel ləvazimatlarını (25,0%), dənli bitkiləri (27,0%), mis və ondan hazırlanan məmulatları (43,0%), duz, kükürd, torpaq və daş, suvaq materialları, əhəng və sementi (27,0%), geyim əşyaları və geyim ləvazimatlarını (maşın və ya əl toxunuşlu trikotajdan başqa) (8,0%), maşın və ya əl toxunuşlu trikotaj geyim əşyaları və geyim ləvazimatlarını (7,0%), nüvə reaktorları, avadanlıq və mexaniki qurğular və onların hissələrini (3,0%) göstərmək olar.

Eyni zamanda, 2017-ci ildə malların idxalına əlavə dəyər vergisi üzrə daxilolmaların həcmindəki artıma ABŞ dollarının manata qarşı məzənnəsində baş vermiş dəyişikliyin də təsiri olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən 2016-cı il üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi 1,5965 manat təşkil etdiyi halda, 2017-ci il ərzində bu göstəricinin maksimum həddi 1,9200 manat, minimum həddi isə 1,7000 manata bərabər olmaqla dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi 1,7206 manatadək yüksəlmiş, 2016-cı illə müqayisədə 7,8% artmışdır. Qeyd olunan məzənnə dəyişiklikləri sözsüz ki, idxalda əlavə dəyər vergisi hesablanan bazaya müsbət yöndə təsir etmişdir.

2017-ci il ərzində idxalı ƏDV-dən azad olunan malların siyahısının genişləndirilməsi ilə əlaqədar olaraq qanunvericiliyə edilmiş dəyişikliklər barədə də qeyd etmək olar. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 73: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

73

2018, №2

edilmiş əlavələrin tətbiqi ilə əlaqədar olaraq “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə müvafiq xammal və materialların siyahısı təsdiq edilərək yandırılmış pirit, alüminium filizləri və konsentratları, alüminium oksidi, süni korunddan fərqli, dəmir filizinin birbaşa reduksiya məhsulları, dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış), qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri, sobalarda istifadə olunan elektrodlar – digərləri və elektroliz qurğuları üçün elektrodlar həmin siyahıya aid edilmişdir. Eyni zamanda, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu ilə mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının da idxalı ƏDV-dən azad edilmişdir. İdxalda mallarının ƏDV-dən azad olunmasını nəzərdə tutan qeyd olunan dəyişikliklərin 2017-ci ilin sonuna doğru həyata keçirildiyi üçün hesabat ili ərzində bu mənbədən daxilolmaların həcmi üzərində mühüm təsirləri olmamışdır.

Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na əsasən diplomatik nümayəndəliklərin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin məbləğləri diplomatik nümayəndəliklər tərəfindən geri alınmalı, Xarici İşlər Nazirliyinə mütəmadi məlumat verilməli və geri alınan əlavə dəyər vergisinin məbləği diplomatik nümayəndəliyin saxlanılması xərcləri üzrə sonrakı maliyyələşmə zamanı nəzərə alınmalıdır. Hesablama Palatası tərəfindən aparılan araşdırmalar qeyd olunan qaydaların tələblərinə heç də bütün diplomatik nümayəndəliklər üzrə əməl olunmamasını göstərmişdir. Belə ki, xarici ölkələrdəki ayrı-ayrı nümayəndəliklər üzrə geri alınmalı olan əlavə dəyər vergisinin uçotunun aparılmaması, əlavə dəyər vergisinin qaytarılması işlərinin qeyri-qənaətbəxş olması, qaytarılmalı olan məbləğlərin tam həcmdə qaytarılmasının təmin olunmaması, qaytarılmış məbləğlərin maliyyələşmələrdə nəzərə alınmadan xərclənməsi, maliyyələşmələr zamanı nəzərə alınan məbləğlərin isə nümayəndəliklərin saxlanılmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin cüzi faiz nisbətlərini ifadə etməsi kimi kənarlaşma halları 2016-cı ildə olduğu kimi 2017-ci ildə də təkrarlanmışdır.

Fiziki şəxslərin gəlir vergisi üzrə 2017-ci il üçün müəyyən olunmuş 1168000,0 min manat proqnoz 10,9% kəsirlə icra olunaraq dövlət büdcəsinə 1040282,0 min manat məbləğində vəsait daxil olmuşdur ki, bunun da xüsusi çəkisi ümumilikdə

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 74: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

74

2018, №2

dövlət büdcəsinin vergi gəlirlərinin 12,3%-ni təşkil etmişdir. Bu vergi növü üzrə daxil olan vəsaitin məbləği 2015-ci illə müqayisədə 5,9% və ya 57795,0 min manat çox, 2016-cı illə müqayisədə isə 9,2% və ya 105433,4 min manat az olmuşdur.

Aylar üçün müəyyən edilmiş proqnozlar fevral ayı üzrə 14,9%, may ayı üzrə 15,1%, iyun ayı üzrə 8,2% və avqust ayı üzrə 20,8% artıqlaması ilə, digər aylarda (dekabr ayı istisna olmaqla) isə 0,1%-51,3% intervalında kəsirlərlə yerinə yetirilmişdir. Eyni zamanda, dekabr ayında muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər üzrə proqnozun icrası -1766,3 min manat məbləğində mənfi göstərici ilə ifadə olunmuşdur ki, bu azalma da Vergilər Nazirliyi üzrə həmin ayın fiziki şəxslərin gəlir vergisinin ümumi proqnozunun icrasına mənfi təsirini göstərmişdir.

Nazirliyin hesabat məlumatlarına əsasən 2017-ci ildə fiziki şəxslərin gəlir vergisi üzrə hesablanmış məbləğ 1167888,8 min manat, azalmış məbləğ isə 94914,7 min manat təşkil etmişdir. Hesabat ili üzrə hesablanmış məbləğ 2015-ci ilə nisbətən 7,9% və ya 100273,6 min manat az, 2016-cı ilə nisbətən isə 6,1% və ya 67454,4 min manat çox olmuşdur.

2017-ci ildə fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə daxil olmuş vəsaitin 90,6%-i muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisinin, 8,3%-i muzdlu işə aid olmayan fəaliyyət üzrə gəlirdən gəlir vergisinin, 1,1%-i isə fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisinin payına düşmüşdür.

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların əhəmiyyətli hissəsini təşkil edən muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisi üzrə dövlət büdcəsinə 942371,4 min manat vəsait daxil olmuşdur ki, bu da müəyyən edilmiş 1114080,0 min manat məbləğində proqnozun 84,6%-ni təşkil edir. Eyni zamanda, bu mənbə üzrə daxilolmaların həcmi əvvəlki illərlə müqayisədə də azalmışdır. Belə ki, 2017-ci ildə qeyd olunan mənbədən daxilolmaların həcmi 2015-ci illə müqayisədə 0,6% və ya 5948,3 min manat, 2016-cı illə müqayisədə isə 13,4% və ya 145708,0 min manat azalmışdır.

Fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlirlərindən gəlir vergisinin tərkibinə nəzər yetirildikdə, muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi və büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnozların kəsirlərlə, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi üzrə proqnozun isə artıqlaması ilə yerinə yetirildiyi görünür. Belə ki, muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi üçün (büdcə gəlirlərinin 111111 nömrəli təsnifat kodu üzrə) müəyyən edilmiş 589348,0 min manat məbləğində proqnoz 37,6% kəsirlə icra olunaraq, bu mənbədən dövlət büdcəsinə daxil olan vəsait 367678,1 min manat təşkil

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 75: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

75

2018, №2

etmişdir. Bununla bərabər, dövlət büdcəsinin qeyd olunan mənbədən gəlirləri 2015-ci ilə nisbətən 7,5% və ya 29601,7 min manat, 2016-cı ilə nisbətən isə 32,8% və ya 179356,4 min manat azalmışdır.

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən vergi orqan-larında və dövlət müəssisələrində keçirilən nəzarət tədbirləri zamanı muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi üzrə hesablanmış öhdəliklərin əlavə dəyər vergisinin əvəzləşdirilməsinə görə yaranan artıqödəmə məbləğlərinin hesabına aid edilərək dövlət büdcəsinə köçürülməməsi kimi halların getdikcə çoxalması müşahidə olunur.

Vergi qanunvericiliyində məhdudlaşdırıcı normaların mövcud olmaması şəraitində bir vergi ödəyicisinin (muzdlu işlə əlaqədar gəlirlərindən ödəmə mənbəyində vergisi tutulmuş) dövlət büdcəsinə hesablanmış vergisinin digər vergi ödəyicisinin (muzdlu işlə əlaqədar gəlirlərdən ödəmə mənbəyində vergini tutan) kommersiya fəaliyyətindən dövlət büdcəsinə yaranan artıqödəməsi hesabına bağlanması əməliyyatlarının say və məbləğ etibarı ilə artması təbii ki, muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi üzrə proqnozların icrası vəziyyətinə mənfi təsirlərini artırır.

Hesabat ilində büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə müəyyən edilmiş proqnoz 1,6% kəsirlə icra olunaraq 217145,0 min manat məbləğində təsdiq edilmiş proqnoza qarşı dövlət büdcəsinə 213694,8 min manat məbləğində vəsait daxil olmuşdur ki, bu da 2015-ci illə müqayisədə 17,1% və ya 44158,5 min manat, 2016-cı illə müqayisədə isə 5,1% və ya 11568,0 min manat azdır.

Vergi qanunvericiliyinə uyğun olaraq fiziki şəxsin əsas iş yerində muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinin ölkə üzrə yaşayış minimumunun 1 (bir) misli məbləğində olan hissəsi qədər azaldılmasını nəzərə alaraq Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” 2016-cı il 16 dekabr tarixli Qanununa əsasən yaşayış minimumunun ölkə üzrə 14,0% artırılaraq 155,0 manat məbləğində müəyyən olunması büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə büdcə daxilolmalarının həcminə bilavasitə təsir göstərir ki, bu təsirlər də proqnozların (ilkin və dürüstləşdirilmiş) hesablanması zamanı nəzərə alınmalı meyarlara aiddir.

Bununla yanaşı, 2017-ci il ərzində büdcə sektoruna aid bir sıra strukturlarda

aylıq əmək haqlarının artırılması, eyni zamanda “Dövlət rüsumu haqqında”

Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən 2016-cı ildən

tətbiq edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun

25%-nin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 76: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

76

2018, №2

təminatının yaxşılaşdırılmasına yönəldilməsi sisteminin hesabat ilində daha da

təkmilləşdirilərək vergitutma bazasına müsbət təsirləri və büdcə sektorunda

kütləvi ixtisarların baş verməməsi şəraitində büdcə təşkilatlarında işləyənlərin

muzdlu işlə əlaqədar əldə edilən gəlirlərindən gəlir vergisi üzrə əvvəlki illərdə

olduğu kimi proqnozun kəsirlə icra olunması davam etmişdir.

Büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə edilən gəlirləri

üzrə gəlir vergisinin istər proqnoz, istərsə də icra göstəricilərinin qeyri-adekvat

davranışlarına dair müvafiq büdcə zərflərində izahatların verilməməsi mütəmadi

olaraq Hesablama Palatasının Rəylərində qeyd olunur.

Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilat-

larda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi üzrə təsdiq edilmiş

307587,0 min manat məbləğində proqnoz 117,4% səviyyəsində icra olunaraq,

həmin mənbədən dövlət büdcəsinə daxil olan vəsait 360998,6 min manat təşkil

etmişdir. Eyni zamanda, bu göstərici 2015-ci illə müqayisədə 23,1% və ya 67812,0

min manat, 2016-cı illə müqayisədə isə 14,3% və ya 45216,4 min manat çoxdur.

Qeyd etmək lazımdır ki, fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlir vergisi üzrə

proqnozun ümumilikdə kəsirlə icra olunması Dövlət Statistika Komitəsinin

məlumatlarına əsasən 2016-cı illə müqayisədə iqtisadi fəal əhalinin sayının 1,2%

artaraq 5073,8 min nəfərə, o cümlədən məşğul əhalinin sayının 1,3% artaraq

4822,1 min nəfərə, muzdla işləyənlərin sayının 0,5% artaraq 1521,2 min nəfərə

çatması, eyni zamanda il ərzində ölkə üzrə orta aylıq nominal əmək haqqının 5,7%

artaraq 528,2 manat təşkil etməsi, eləcə də muzdlu işlə əlaqədar gəlir vergisinin

vergitutma bazasına təsir edən ölkə üzrə yaşayış minimumunun 14,0% artırılaraq

155,0 manat səviyyəsində müəyyən olunması şəraitində baş vermişdir.

Fiziki şəxslərin muzdlu işlə əlaqədar gəlir vergisinin vergitutma bazasını

səciyyələndirən makroiqtisadi göstəricilərin sabit artım tempi müşahidə olunsa

da büdcə daxilolmalarının həcmi əhəmiyyətli səviyyədə azalmışdır ki, bu da

inzibatçılıq problemlərinin hələ də mövcud olmasından xəbər verir. Eyni

zamanda, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti

haqqında Hesabat”ında göstərildiyi kimi, əmək müqaviləsi bildirişi üzrə elektron

informasiya sistemindən alınan məlumata əsasən hesabat ili ərzində qeydiyyata

alınmış əmək müqavilələrinin sayının 44,7 min artaraq 2018-ci il 1 yanvar tarixinə

1310 min (Naxçıvan MR-da muzdlu işçilər və qanunvericiliklə əmək müqaviləsi

bildirişi qeyd olunan sistemə daxil edilməyən işçilər istisna olmaqla) təşkil etməsi

də real sektorda formalaşan əmək münasibətlərinin qanunvericiliyin tələblərinə

uyğun rəsmiləşdirilməsi üzərində inzibatçılığın gücləndirilməsi zərurətinin

olduğunu bir daha təsdiq edir.

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 77: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

77

2018, №2

2017-ci ildə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 8,3%-ni təşkil edən muzdlu işə aid olmayan fəaliyyət üzrə gəlirdən gəlir vergisi üçün müəyyən edilmiş 42279,0 min manat məbləğində proqnoza qarşı dövlət büdcəsinə 103,7% çox və ya 86129,8 min manat məbləğində vəsait daxil olmuşdur ki, bu da 2015-ci illə müqayisədə 4,7 dəfə və ya 67810,0 min manat, 2016-cı illə müqayisədə isə 92,9% və ya 41475,1 min manat çoxdur. Bununla bərabər, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisinin tərkibində 111121 nömrəli təsnifat kodu ilə göstərilən muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi üçün müəyyən edilmiş 33505,0 min manat proqnoz 80,3% artıqlaması ilə, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar olmayan gəlirlərdən gəlir vergisi üzrə müəyyən edilmiş 8774,0 min manat məbləğində proqnoz isə 2,9 dəfə artıqlaması ilə yerinə yetirilərək bu mənbələrdən dövlət büdcəsinə müvafiq olaraq 60411,1 min manat və 25718,7 min manat məbləğində vəsait daxil olmuşdur.

Fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi üzrə təsdiq edilmiş 11641,0 min manat məbləğində proqnoz 101,2% səviyyəsində icra edilmişdir. Bu mənbədən dövlət büdcəsinə daxil olan vəsait 11780,8 min manat təşkil etmişdir ki, bu göstərici 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 25,7% və ya 4066,7 min manat, 2016-cı ilin həmin göstəricisi ilə müqayisədə isə 9,2% və ya 1200,4 min manat azdır.

Muzdlu işə aid olmayan fəaliyyət üzrə ümumi gəlirlərdən gəlir vergisinin əvvəlki illərə nisbətən hesabat ili ərzində əhəmiyyətli dərəcədə artması vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərlə idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafat-lardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğlərin 2017-ci il 01 yanvar tarixindən etibarən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunduğu şəraitdə baş vermişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında 2017-ci il 12 sentyabr tarixli 365 nömrəli Qərarına əsasən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisi 111123 nömrəli kodla büdcə gəlirlərinin təsnifatına əlavə edilsə də hesabat ilində həmin kod üzrə daxilolma qeydə alınmamışdır.

DÖVLƏT BÜDCƏSİNİN İCRASI - 2017

Page 78: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

78

АKTUAL PROBLEMLƏR 2018, №2

Siyavuş Müstafayev

Aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri

İQTİSADİYYATIN REAL SEKTORUNA YÖNƏLDİLƏN RESURSLAR:

NƏTİCƏLİLİK VƏ SƏMƏRƏLİLİYİN ARTIRILMASI YOLLARI

İqtisadiyyatın real sektoruna resursların optimal səviyyədə yönəldilməsi makroiqtisadi dayanıqlığın əsas göstəricilərindən biri olan inflyasiyanın idarə olunan səviyyədə saxlanılmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına və bank-maliyyə sektorunda sabitliyin təmin olunmasına müsbət təsir göstərməklə bütövlükdə iqtisadi artıma zəruri dəstək verir. Belə ki, iqtisadiyata yönəldilən resursların həcmi ilə bərabər onun hansı sahələrə qoyulması əhəmiyyət kəsb edir. Yalnız bir sahəyə daha çox resurs yönəldilməsi iqtisadi inkişafda balansı pozmaqla bir sahənin digər sahələrə nisbətən daha sürətlə böyüməsinə səbəb ola bilir.

İqtisadiyyatın real sektoruna yönəldilən resurslar üzrə nəticəliliyin təmin olunmasında maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin artırılması və ölkədə maliyyə intizamının möhkəmləndirilməsi kimi amilər mühüm təsir edir. 2017-ci ilin yekunlarına görə Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 42,0 milyard ABŞ dollarına bərabər olmuşdur. Ölkəmizin strateji valyuta ehtiyatları Ümumi Daxili Məhsulun həcmindən böyükdür. Belə bir strateji ehtiyatlara malik ölkəmizdə maliyyə çətinliyindən söhbət gedə bilməz. Amma maliyyə resurslarından əsaslandırılmış hesablamalara söykənməklə düzgün, səmərəli istifadə və sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında, eləcə də dövlət büdcəsi gəlirlərinin formalaşmasında iştirakının təmin olunması ən prioritet məsələdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş strateji yol xəritələrində müəyyən edilmiş aşağıdakı strateji hədəflər birbaşa iqtisadiyyatın real sektoruna resursların yönəldilməsi və nəticəliliyinin təmin olunması ilə bağlıdır:

… Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi;

… Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi;

Page 79: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

11338,0*

Göstəricilər 2011 2012 2013 2014 2015 2016 2017

Aktivlər, milyonmanat

14260,0 17643,0 20385,0 25182,0 34906,0 31439,0 27921,0

artım tempi, faiz 7,3 23,7 15,5 23,5 38,6 - 9,9 - 11,2

Likvid aktivlər,milyon manat

2426,0 2626,0 2287,0 3224,0 6256,0 5168,0 6648,0

Kapital, milyonmanat

1886,0 2582,0 3427,0 4269,0 3618,0 1909,0 3709,0

artım tempi, faiz - 0,6 36,9 32,7 24,6 - 15,2 - 47,2 94,3

İqtisadiyyata kreditqoyuluşu, milyonmanat

9699,0 12244,0 15423,0 18543,0 21718,0 15938,0

8,1 26,2 26,0 20,2 17,1 -26,6 - 28,9

Vaxtı keçmişkreditlərin portfeldəpayı, faiz 6,4 6,0 5,1 5,3 6,9 23,9 21,6

Əhalinin əmanətləri,milyon manat 4120,0 5113,0 6396,0 6877,0 9474,0 7432,0 7543,0

36,0 24,1 25,1 7,5 37,8 - 21,6 1,5

artım tempi, faiz

artım tempi, faiz

79

АKTUAL PROBLEMLƏR 2018, №2

… İnsan kapitalının inkişaf etdirilməsi;… Əlverişli biznes mühitinin inkişaf etdirilməsi.

Təbii resursla zəngin olan və onu ixrac edən ölkələr iqtisadi nəzəriyyələrin və təcrübələrin sübut etdiyi “resurs bəlası” və onun bariz nümunələrindən biri olan “holland xəstəliyi”nə düçar olmamaq üçün vaxtında öz iqtisadiyyatlarında, həmçinin ixraclarında qeyri-resurs sektorunu inkişaf etdirmək üçün diversifikasiya edirlər. Bu baxımdan da, neft-qaz amili ölkəmiz üçün iqtisadi alət rolunu oynayır.

Təbii ki, iqtisadiyyatın real sektoruna vəsaitlərin yönəldilməsi həm də maliyyə sisteminin inkişafı vəziyyətindən bu və ya digər formada asılıdır. 2017-ci ilin sonuna ölkəmizin maliyyə sisteminin aktivlərinin həcmi 43,7 milyard manat təşkil etmişdir ki, bu da ÜDM-in 62 faizinə (qeyri-neft ÜDM-in 99 faizinə) bərabər olmuşdur. Banklar cəmi aktivlərin 64 faizinə sahib olmaqla sektorda dominant rola malikdir. Bank olmayan kredit təşkilatlarının cəmi aktivlərdə payı 33,4 faizədək yüksəlmişdir ki, bu da Beynəlxalq Bankın toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsi hesabına olmuşdur. Sığorta sektoru və investisiya şirkətlərinin cəmi maliyyə sistemi aktivlərində çəkisi müvafiq olaraq 2,3 faiz və 0,4 faiz təşkil etmişdir.

İqtisadiyyatın real sektoruna vəsait qoyuluşuna təsir göstərən bank sisteminin əsas parametrləri, bu parametrlər üzrə inkişaf dinamikası və dayanıqlılığı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabat”ında göstərilmiş göstəricilərə əsasən aşağıdakı kimi olmuşdur:

Cədvəl 1. Bank sistemini xarakterizə edən bəzi göstəricilər

Strateji yol xəritələri üzrə uzunmüddətli baxışın əsas məqamı ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini gücləndirməklə daha çox dəyər yaratmağa nail olmaqdan ibarətdir.

Page 80: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

80

АKTUAL PROBLEMLƏR 2018, №2

Qeyd edək ki, bankların kredit portfelinin kəskin azalması əsasən Beynəlxalq Bankın toksik aktivlərinin ötürülməsi ilə bağlı olmuşdur. Toksik portfelin ötürülməsi nəzərə alınmadan 2017-ci ildə bank sektorunun kredit portfeli cəmi 6,6 faiz (1,0 milyard manat) azalmışdır.

Cədvəldən göründüyü kimi, 2017-ci ilin yekunları üzrə müştərilərə verilmiş

kreditlər (11338,0 milyon manat) bank aktivlərinin cəmi 40,6 faizini təşkil edir.

Analoji göstərici 2011-ci ildəki 68,0%-dən 2013-cü ilədək 75,7%-ə kimi yüksəlmiş,

2014-cü ildən azalmağa başlanılmış, bu mənfi temp 2015-ci, 2016-cı və 2017-ci

illərdə daha kəskin olmuşdur. Nəhayət son 7 il ərzində müvafiq göstərici 68,0%-

dən 40,6%-ə düşmüşdür.

Digər tərəfdən, qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə

maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək,

əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədi ilə qəbul edilmiş

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının 19

yanvar 2016-cı il tarixli Qanunun da təsiri nəticəsində əhalinin əmanətlərindəki

2016-cı ildə başlanmış azalma səngimiş, nəticədə əhalinin əmanətləri əvvəlki illə

müqayisədə 2017-ci ildə 1,5% artmışdır.

Dövlət tərəfindən göstərilmiş dəstək mexanizmləri hesabına əhalinin

əmanətləri bank sektoruna cəlb olunur, bankların dövriyyə vəsaiti formalaşır,

lakin bu vəsaitlərdən iqtisadiyyatın real sektoruna kredit qoyuluşu aşağı

səviyyədə həyata keçirilir və nəticəlilik tam təmin olunmur. Həmçinin, bilavasitə

banklardan asılı olan vaxtı keçmiş kreditlərin həcmi və ümumi kredit portfelində

xüsusi çəkisi son iki il ərzində kəskin surətdə artmış, 2017-ci ilin yekununa görə

21,6%-ə bərabər olmuşdur. Beynəlxalq təcrübəyə əsasən vaxtı keçmiş kreditlərin

ümumi kreditlərdə xüsusi çəkisinin 10 faizədək təşkil etməsinin normal hədd kimi

qəbul olunmasına baxmayaraq ölkəmizdə vaxtı keçmiş kreditlərin həcminin və

ümumi kreditlərdə payının son illər ərzində artması və göstərilən həddi keçməsi

narahatlıq doğurmaya bilməz.

Ölkədə məşğul əhalinin böyük hissəsinin aqrar sektorda çalışdığını, eləcə də

real sektora resursların yönəldilməsində eyni zamanda sosial məsələnin prioritet

təşkil etdiyini nəzərə alaraq, son illər ərzində kənd təsərrüfatı və emal sahəsinə

resursların yönəldilməsi vəziyyətini aşağıdakı cədvəldə xarakterizə edirik:

Page 81: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

81

АKTUAL PROBLEMLƏR 2018, №2

Cədvəl 2. Real sektoru xarakterizə edən bəzi göstəricilər

Ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində və məşğulluğun artırılmasında prioritet sahələrdən hesab edilən kənd təsərrüfatı və emal sektoruna yönəldilən kredit qoyuluşlarının ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 2017-ci ilin yekununa görə cəmi 3,8% olmuşdur. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti üzrə məşğul əhalinin (1752,9 min nəfər) ümumi məşğulluqda xüsusi çəkisi 2017-ci ilin yekununa görə 36,4%, bu sahə üzrə yaradılmış əlavə dəyərin ÜDM-də payı isə 2017-ci ilin nəticələri üzrə 5,6% təşkil etmişdir.

Təhlil göstərir ki, kənd təsərrüfatına yönələn kreditlərə çıxış sahəsində çətinlik bankların kənd təsərrüfatına verdikləri kredit vəsaitləri müqabilində ayrılmış borc vəsaitləri ilə müqayisədə dəfələrlə böyük məbləğli və likvid girov tələb etməsidir. Qeyd olunmalıdır ki, regionlardakı əmlakın və torpaq sahələrinin

Göstəricilər 2011 2012 2013 2014 2015 2016 2017

ÜDM (bazar qiymətləri ilə),milyon manat, o cümlədən

52082,0 54743,7 58182,0 59014,1 54380,0 60425,2 70135,1

kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq(əlavə dəyər), milyon manat

2643,5 2813,7 3122,2 3139,2 3359,4 3386,8 3949,3

ÜDM-də payı, faiz 5,1 5,1 5,4 5,3 6,2 5,6 5,6

İqtisadiyyatda ümumi məşğulluq, min nəfər,o cümlədən

4375,2 4445,3 4521,2 4602,9 4671,6 4759,9 4822,1

kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıqfəaliyyəti üzrə məşğulluq,min nəfər

1657,4 1673,8 1677,4 1691,7 1698,4 1729,6 1752,9

ümumi məşğulluqda xüsusiçəkisi, faiz

37,9 37,7 37,1 36,8 36,4 36,3 36,4

İqtisadiyyata cəmi kreditqoyuluşu, milyon manat,o cümlədən

9699,0 12244,0 15423,0 18543,0 21718,0 15938,0 11338,0

466,7 546,2 733,3 847,3 508,1 441,3 429,2

4,8 4,5 4,8 4,6 2,3 2,8 3,8

İqtisadiyyatda əsas kapitalayönəldilmiş cəmi vəsaitlər,milyon manat, o cümlədən

12799,1 15407,3 17850,8 17618,6 15957,0 15772,8 16777,5

437,3 648,8 574,3 363,9 355,4 325,1 538,4

xüsusi çəkisi, faiz 3,4 4,2 3,2 2,1 2,2 2,1 3,2

kənd təsərrüfatı və emal,milyon manat

ümumi kredit qoyuluşundaxüsusi çəkisi, faiz

kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıqsahəsi milyon manat

Page 82: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

Göstəricilər 2011 2012 2013 2014 2015 2016 2017

Dövlət büdcəsinin cəmixərcləri, milyon manat,o cümlədən

15397,5 17416,5 19143,5 18709,0 17784,5 17751,3 17594,5

6803,2 6960,7 8207,5 7598,7 6408,8 4124,0 4394,3

çəkisi, faiz 44,2 40,0 42,9 40,6 36,0 23,2 25,0

Mənzil və kommunaltəsərrüfatı yanacaq vəenerji, kənd təsərrüfatımeşə təsərrüfatı, balıqçılıq,ovçuluq və ətrafmühitinmühafizəsi, sənaye, tikintivə faydalı qazıntılar,nəqliyyat və rabitə,iqtisadi fəaliyyət xərcləri,milyon manat

82

АKTUAL PROBLEMLƏR 2018, №2

qeyri-likvidliyi səbəbindən kredit istifadəçilərinin aqrar sektora yönələn kreditləri əldə etmələri üçün Bakıda qeydiyyatda olan daşınmaz əmlakın girov qoyulması kimi ağır şərtlərlə üzləşmələri, nəticə etibarilə fermerlərin borc vəsaitlərinə çıxış imkanlarını məhdudlaşdıraraq onların daha aşağı məhsuldar fəaliyyətlə məşğul olmaq məcburiyyətində qalmalarını şərtləndirir.

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin mərkəzində sosial məsələlər dayandığı üçün dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər böyük paya malikdir. Lakin, bir sıra hallarda cari xərclərin istifadəsində səmərəliliyin nisbətən aşağı olması növbəti illər üçün dövlət büdcəsi üzrə öhdəlik yaradır və real sektorun inkişafı imkanlarını qismən məhdudlaşdırır. Məsələn, uzun illər ərzində intensiv olaraq dövlət büdcəsinin vəsaitləri hesabına ünvanlı dövlət sosial yardımları verilmişdir. Bu proses aztəminatlı əhali üzrə vacib dövlət dəstəyi olsa da, müəyyən qədər ələ baxımlılıq yaratmışdır. Qeyd olunan mexanizmin əvəzinə növbəti mərhələdə kiçik sahibkarlığın inkişafı, özünüdəstək mexanizmlərinin genişləndirilməsi bu dəstək göstərilmiş ailələrin sosial müdafiəsi üzrə davamlılığın təmin olunmasına və ələ baxımlılığın aradan qaldırılmasına gətirib çıxara bilər. Bütövlükdə, 2011-2017-ci illər ərzində dövlət büdcəsindən real sektora ayrılmış vəsaitlər, eləcə də əsaslı və cari xərclərin dinamikası və büdcə xərclərində xüsusi çəkisi cədvəl 3-də verilmişdir:

Cədvəl 3. Dövlət büdcəsi xərclərinin strukturu

ÜDM-in tərkibində dövlət bölməsinin payının az olmasına baxmayaraq,

respublikada iqtisadiyyatın tənzimlənməsində və inkişafında, maliyyə

resurslarının yenidən bölgüsü prosesində dövlət büdcəsi xərclərinin kifayət

qədər rolu vardır. Bu əsasda büdcə vəsaitlərinin investisiyaya yönəldilməsi

ÜDM-in və büdcə gəlirlərinin formalaşmasına birbaşa təsir edir, məcmu

tələbin genişlənməsinə və məşğulluğun artmasına səbəb olur.

Page 83: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

Dövlət büdcəsinin əsaslıxərcləri, milyon manat 7938,3 7925,9 9222,0 8432,5 7316,9 4283,8 5174,8

51,6 45,5 48,2 45,1 41,1 24,1 29,4

7115,4 9278,2 9193,3 9897,6 9763,1 11698,4 10906,1

46,2 53,3 48,0 52,9 54,9 65,9 62,0

cəmi xərclərdə xüsusi çəkisi, faiz

Dövlət büdcəsinin carixərcləri, milyon manat

cəmi xərclərdə xüsusi çəkisi, faiz

1 2 3 4 5 6 7 8

83

АKTUAL PROBLEMLƏR 2018, №2

Cədvəldən də göründüyü kimi, son illər ərzində ölkəmizdə infrastruktur və sosial layihələrin reallaşdırılmasına, geniş miqyasda abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, böyük həcmdə tikinti və yenidənqurma işlərinin aparılmasına dövlət büdcəsindən zəruri həcmlərdə resurs ayrılmışdır. Bu vəziyyət əhalinin həyat şəraitinin daha da yüksəldilməsi ilə bərabər iqtisadiyyatın müxtəlif sahələri üzrə inkişafın davamlılığına, xüsusilə özəl sektorun cəlb olunmasına və investisiya yatırımlarına şərait yaratmışdır. Belə şəraitdə özəl sektorun maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi nəticəliliyi artıran əsas məsələlərdən biridir.

İqtisadiyyatın real sektoruna xərclənmiş resurslar nəticəlilik baxımından icbari ödənişlərin yığımı sahəsində potensial formalaşdırsa da, bir sıra hallarda qanunvericilikdə olan bəzi boşluqlar potensialın tam reallaşdırılmamasına səbəb olur.

Son illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinə dövlət büdcəsinin müxtəlif mənbələrindən böyük məbləğdə vəsaitlər, o cümlədən investisiya xərcləri ayrılmış və həmin müəssisələrin maddi-texniki bazası möhkəmləndirilməklə kommersiya fəaliyyətinin genişlənməsinə əlverişli zəmin yaradılmışdır. Eləcə də, dövlət büdcəsindən ayrılan investisiya qoyuluşu dövlət müəssisələrinin nizamnamə kapitalına daxil edildiyi üçün bu mərhələdə vergi öhdəliyinin yaranması nəzərdə tutulmamışdır. Həmin vəsaitlər hesabına aktivlər yaradılmış və ya quraş-dırılmışdır. Təhlil göstərir ki, dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılmış dövlət müəssisələrinin dövlət büdcəsinə ödənişləri həmin müəssisələrə ayrılmış investisya xərclərindən azdır. Dövlət müəssisələri üzrə dövlət büdcəsinə ödənişlərin nisbətən az olması əsasən dövlət büdcəsinin investisiya xərclərindən ayrılmış vəsait hesabına alınmış və ya quraşdırılmış aktivlər (əsas vəsaitlər) üzrə amortizasiya ayırmalarının gəlirdən çıxılan xərclərə (maya dəyərinə) daxil edilərək xərclərin artırılması nəticəsində olmuşdur və bu məqam uzun illər ardıcıl olaraq bir çox dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin zərərlə nəticələnməsinə və illər üzrə yığılmasına gətirib çıxarmışdır.

2017-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 114.10-cu maddəsinə görə dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya

Page 84: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

84

АKTUAL PROBLEMLƏR 2018, №2

quraşdırılan aktivlər üzrə illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır. Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirindən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirildiyindən və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edildiyindən qeyd edilən dəyişiklik qısa müddətli dövrdə böyük təsir etməmişdir.

Bu gün dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşir. Həmin çağırışlara uyğun olaraq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə ixracın təşviqi sahəsində ciddi işlər görülməkdədir. Bu işlərin səmərəliliyini daha da artırmaq üçün mal (iş və xidmət) ixrac etdiyimiz ölkələrin, o cümlədən qonşu ölkələrin iqtisadiyyatının tərkibinin, strukturunun ətraflı araşdırılmasına, həmçinin Azərbaycanın həmin ölkələrin bazarlarına əlavə məhsulların (xüsusilə kənd təsərrüfatı məhsulları) ixrac edə biləcəyinin müəyyənləşdirilməsinə ehtiyac vardır.

Aparılan nəzəri və təcrübi araşdırmalar göstərir ki, elmi biliklərə əsaslanan iqtisadi inkişaf ilk növbədə “elm-istehsal-bazar” əlaqələrinin optimal mexanizminin qurulmasından, başqa sözlə elmi biliklərin yaranması, yayılması və istifadəsi səviyyəsindən asılıdır. Təsadüfi deyil ki, bu gün dünya bazarındakı rəqabətdə yalnız insan kapitalına, o cümlədən tədqiqat və işləmələrə investisiya qoyaraq elmtutumlu və innovasiya yönümlü məhsul (xidmət) istehsal edən ölkələr (kompaniyalar) üstünlük qazana bilirlər. Son illərin təcrübəsi də göstərir ki, yalnız elmi (texniki, texnoloji) yeniliyi daha çevik tətbiq edib məhsul (xidmət) şəklində bazara çıxarmaqla, başqa sözlə “elm-istehsal-bazar” əlaqələrinin ən çevik mexanizmini qurmaqla davamlı və dinamik iqtisadi inkişafa nail olmaq mümkündür. Belə ki, Cənubi Koreya, Çin, Tayvan, Malayziya və s. ölkələr ABŞ və Avropada həyata keçirilən tədqiqat və işləmələrdən, texnologiyalardan çevik və səmərəli istifadə etməklə dünya bazarına rəqabətə davamlı məhsullar çıxarır və uğurlu nailiyyətlər əldə edirlər.

Eləcə də uzun illərdir ki dövlət büdcəsindən maliyyələşən bir çox təşkilatların, həmçinin kommersiya fəaliyyəti göstərən dövlət müəssisələrinin dövlət büdcəsi vəsaitləri hesabına əmlakları formalaşdırılmış, lakin həmin əmlakdan istifadə etməklə potensial gəlirlərin əldə olunması və dövlət büdcəsindən asılılığın azaldılması imkanları tam reallaşdırılmamışdır. Bu istiqamətdə son dövrlərdə ciddi addımlar atılsa da (xüsusilə publik hüquqi şəxslərin yaradılması), yeni yanaşmanın tətbiqinin sürətləndirilməsi və islahatların dərinləşdirilməsi məqsədəuyğun olardı.

Məlumdur ki, son illər ərzində qeyri-neft sektorunun aparısı sahəsi olan aqrar sektorda müxtəlif və geniş güzəştlər (vergilərdən azadolma, müxtəlif növ

Page 85: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

85

АKTUAL PROBLEMLƏR 2018, №2

subsidiyalar, güzəştli texnika, güzəştli kredit, sığorta, güzəştli tariflə suvarma suyunun satışı, tədarük və s.) tətbiq olunur. Bu güzəştlərə görə dövlət tərəfindən birbaşa və dolayı yolla böyük məbləğlərdə vəsaitlər xərclənir. Aparılmış təhlillər isə onu göstərir ki, kənd təsərrüfatı məhsullarında idxaldan müəyyən dərəcədə asılılıq hələ də qalmaqdadır. Bu isə onu deməyə əsas verir ki, aqrar sektorda güzəşt mexanizmlərini təkmilləşdirməklə nəticəliliyə əsaslanan intensiv metodların tətbiqinin genişləndirilməsinə ehtiyac duyulur. Xüsusilə qeyd olunmalıdır ki, istehsalçılara subsidiyaların verilməsində respublikanın ərazilərinin ixtisaslaşmasının nəzərə alınması və kənd təsərrüfatının sahələri (bitkiçilik və heyvandarlıq) üzrə balansın qorunması və tarazlaşdırılması məqsədəmüvafiq olardı. Bundan əlavə, “istehsal-istehlak” zəncirinin respublikamızda tam formalaşdırılması, xammalın deyil yalnız hazır məhsulların ixracının həyata keçirilməsi səmərəli hesab edilir.

İqtisadiyyatda sağlam rəqabət mühitinin formalaşdırılması real sektora yönəldilən resursların nəticəliliyinə təsir göstərən mühüm faktorlardan biridir. Bu gün daxili bazarın qorunması üçün rəqabət mühiti iqtisadiyyatın, ümumiyyətlə bazarın inkişafının ən əsas təminedici amilidir. Rəqabət mühiti olmadan heç bir bazar təbii ki, inkişaf edə bilməz. Xarici bazarlardan respublikamıza daxil olan idxal mallarını məhdudlaşdırmaqla yerli istehsalın inkişaf etdirilməsi rəqabəti müəyyən dərəcədə aradan qaldırır və yerli istehsalçılarda bir növ arxayınçılıq yaradır. Bu prosesin yalnız iqtisadi alətlərlə tənzimlənməsi daha böyük səmərə verə bilər.

Rəqabətin gücləndirilməsi imkanlarından biri də dövlət satınalmaları yolu ilə

istehsalçıları stimullaşdırmaqdır. Respublikamızda dövlət satınalmaları sahəsində

qanunvericilik sistemi əsasən 2002-2003-cü illərdə formalaşdırılmışdır.

Həmçinin, 2017-ci ilin may ayından qüvvəyə minmiş dəyişikliklərə görə dövlət

satınalmaları sahəsində inzibati və məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi

bu sahədə intizamın gücləndirilməsinə əsaslanmışdır. Lakin, dövlət satınalmaları

prosedurlarının mürəkkəbliyi (çoxluğu) və inzibatçılığa əsaslanması bəzi hallarda

çətinliklər yaradır və bu prosedurların sadələşdirilməsini, eləcə də

elektronlaşdırılmasını, ictimai nəzarətin formalaşdırılmasını və şəffaflığın

artırılmasını zəruri edir. Bu məsələdə ən əsası ehtimal olunan qiymətin

formalaşdırılması prosesində obyektivliyin təmin olunması, ehtimal olunan

qiymətin qabaqcadan açıqlanaraq qiymətin yuxarı həddi kimi qəbul olunması

nəticə etibarilə rəqabətin gücləndirilməsinə müsbət təsir edə bilər. Eləcə də,

dövlət satınalmaları sahəsində müvafiq qanunvericilik aktlarında təsbit olunmuş

inzibati və məsuliyyət tədbirləri yaradan halların konkretləşdirilməsinə ehtiyac

duyulur. Aparılmış təhlillər və beynəlxalq təcrübə göstərir ki, dövlət satınalmaları

Page 86: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

86

АKTUAL PROBLEMLƏR 2018, №2

sahəsində çatışmazlıqların aradan qaldırılması ilk növbədə preventiv

(qabaqlayıcı) tədbirlərin tətbqinə söykənməklə neqativ halların yaranmasına

zəmin olan səbəblərin aradan qaldırılması yolu ilə daha yüksək effekt verə bilir.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində son illər ərzində əhəmiyyətli işlər görülmüşdür. Bununla belə, yeni mərhələdə özəlləşdirmə proqramının icrasının özəlləşdirilən obyektin, istehsalat müəssisəsinin və yaxud hər hansı digər obyektin özəlləşdiriləndən sonra bütün hallarda aktiv fəaliyyətinin təmin edilməsi prinsipi əsasında təşkili nəticəliliyi artıra bilər. Bu prosesdə zərurət yarandığı hallarda özəlləşdirilən obyektin (müəssisənin və s.) sağlamlaşdırılma-sına və davamlı fəaliyyətinə dövlətin müxtəlif yollarla (güzəştli kredit, müddətli vergi tətilləri və s.) dəstəyinin gücləndirilməsi səmərəliliyi artırar.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində də iqtisadiyyatın real sektorunun inkişafı mütəmadi olaraq dövlət tərəfindən stimullaşdırılır və dəstəklənir. Bu zaman dövlət dəstəyi əsasən bank sisteminə birbaşa müdaxilə yolu ilə deyil, daha mütərəqqi vasitə hesab olunan iqtisadi metodlarla həyata keçirilir və bunun nəticəsində rəqabət mühitinin gücləndirilməsi hesabına kreditlərin faiz dərəcəsi aşağı salınır.

1999-cu ildə yaradılmış Yaponiya İnkişaf Bankının fəaliyyəti sənaye sahələrinin güzəştli kreditləşməsi və kreditləşmənin əhatə dairəsinin genişləndirilməsi üzrə hədəflənmişdir ki, hansı ki bu sahədə özəl banklar fəaliyyət göstərməyə maraqlı deyillər. Bank irimiqyaslı beynəlxalq və yerli layihələrin həyata keçirilməsində mühüm rol oynayır və “Bilgi Bankı” kimi maliyyə xidmətləri ilə yanaşı, təşkilati və məsləhət xidmətlərin də göstərilməsini həyata keçirir. Bankın əsas fəaliyyət sferasına regional şəhər mərkəzlərinin və nəqliyyat infrastrukturunun, eləcə də ən qabaqcıl informasiya texnologiyaları və kommu-nikasiya sistemlərinin inkişafı və müasirləşdirilməsinə dəstək verilməsi daxildir. Prioritetləri arasında ətraf mühitin qorunması üçün təşəbbüslər (alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi) də mühüm yer tutur.

Bundan əlavə, dövlət maliyyə korporasiyaları Yaponiya iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır və onların vasitəsilə Yaponiya hökuməti iqtisadiyyatın inkişafı və dəstəklənməsi üzrə dövlət proqramları həyata keçirir. Onlardan mənzil kreditləşməsi korporasiyası, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın maliyyələşmə korporasiyaları, Kiçik Biznes üçün Yaponiya Maliyyə Korporasiyası, Kiçik və orta müəsisələrin yapon korporasiyası, Kredit Zəmanət Birliyi və s. göstərmək olar.

Real sektorun inkişafına ciddi təsir göstərən əsas məsələlərdən biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramlarının icrasında effektivliyin daha da artırılmasıdır.

Page 87: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

87

АKTUAL PROBLEMLƏR 2018, №2

İqtisadiyyatın real sektorunun kreditləşməsinin tempini saxlamaq üçün Yaponiya hökuməti uzun müddətli kreditləşmə təynatı ilə iki bankın (“Long Credit Bank” və “Nippon Credit Bank”) milliləşdirilməsi və iki İnkişaf Bankı ilə dövlət maliyyə fondlarının (Yapon İnkişaf Bankının Hokkaido-Tohoku Maliyyə Korporasiyası ilə, Yapon İdxal-İxrac Bankının isə Xarici İqtisadi Əməkdaşlıq Fondu ilə) assosasiya olunması ilə əlaqədar qərarlar qəbul etmişdir.

Norveçdə real sektora kreditlərin verilməsində fəal iştirak edən 16 bankdan ibarət bank qrupunun ən böyük səhmdarı (34%) Ticarət və Sənaye Nazirliyi təmsilçiliyi ilə dövlət çıxış edir. Bundan başqa, ölkədə kapitalının 78%-i Norges Bank tərəfindən idarə olunan Dövlət Pensiya Fondu fəaliyyət göstərir ki, bu Fond tərəfindən ölkə daxilində, eləcə də xaricdə investisiyalar qoyulur. Norveç fondunun bu siyasəti inflyasiyaya səbəb olmamaqla daxili investisiyalar xarici qiymətli kağızlara yatırılan investisiyalardan daha səmərəli olmuşdur. Norveçin təcrübəsi göstərir ki, qısamüddətli neft bumu uzunmüddətli innovativ iqtisadi bərpaya konvertasiya edilə bilər.

Kiçik biznesin dəstəklənməsi ənənəvi Almaniya iqtisadi siyasətində hər zaman prioritet olmuşdur. Biliklərə əsaslanan sənayenin və ixrac imkanlarının, yüksək texnologiyanın inkişafı və peşəkarlığının artırılması sahələri əsas dəstək predmetidir. Dövlət kiçik və orta biznesin inkişafında birbaşa maraqlıdır. Federal və regional səviyyələrdə investisiya və innovasiya fəaliyyətinin təşviq edilməsi üçün 500-dən çox proqramlar həyata keçirilir. İnnovasiya inkişafının təşviqi sferasında ən qabaqcıl proqram “Kiçik və orta müəssisələr üçün elm və texnologiya siyasətinin ümumi konsepsiyası” proqramıdır. Maliyyə dəstəyi üçün məsul dövlət orqanı Federal Maliyyə Nazirliyinin nəzarəti altında olan KfW (Kreditanstalt für Wiederaufbau) – Yenidənqurma Kredit İnstitutu sayılır.

Təşkilat tərəfindən investisiya maliyyələşməsi aşağıdakıları əhatə edir:

- kiçik və orta müəssisələrin kreditləşdirilməsi və bu müəssisələrin yenidən maliyyələşdirilməsi;

- innovativ layihələrin xüsusi maliyyələşdirilməsi variantları;

- ətraf mühitin qorunması üçün kreditlər;

- əlverişsiz iqtisadi rayonların inkişafına dəstək kreditləri;

- müəyyən sahələrdə struktur dəyişiklikləri üçün kreditlər;

- enerji sərmayələrini maliyyələşdirmək üçün kreditlər və zəmanətlər;

- mənzil tikintisini təşviq edən kreditlər və zəmanətlər.

İqtisadiyyatın sağlamlaşdırılması və kreditləşmənin stimullaşdırılması məqsədilə Birləşmiş Krallığın Mərkəzi Bankı (Bank of England) və hökumət tərəfindən bankların kredit fəaliyyətinin maliyyələşdirilməsi proqramı – FLS (Funding for Lending) həyata keçirilir.

Page 88: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

88

2018, №2

Bank sektorunun maliyyələşdirilməsi proqramı bir neçə mərhələdən ibarətdir: birinci mərhələdə banklar cəmi kredit portfelinin 5%-i həcmində, ikinci mərhələdə isə yeni kreditləşmənin 100%-i həcmində kredit almaq hüququna malikdirlər. Bankların kreditləşməsinin həcminin artdığı və ya ən azından azalmadığı şəraitdə əldə etdiyi kreditləri dərəcəsi 0,25%-ə qədər müəyyən edilmişdir. Kredit portfelinin həcminin 1% azalması şəraitində kredit dərəcəsi 0,25%-ə, 5% azalması şəraitində isə 1,5%-dək qaldırıla bilər. FLS çərçivəsində kreditin maksimum müddəti 4 ildir. Proqramda 13 bank iştirak etmək qərarına gəlmişdir ki, onlardan Barclays, Lloyds Bangink Group, RBS Group və Santander (birlikdə Böyük Britaniya kredit bazarının 73%-ni təşkil edirlər) kimi kompaniyaları misal göstərmək olar.

İspaniyada real sektorun kredit ehtiyaclarına özəl banklarla yanaşı, ixtisaslaşmış dövlət kredit müəssisələri şəbəkəsi xidmət edir: İpoteka bankı, Tikintibank, Sənaye Bankı, Yerli Kreditləşmə Bankı, Dəniz və balıqçılığın kreditləşməsi üçün Mərkəzi Kassa və s.

Kredit resurslarının bölgüsü, eləcə də kiçik və orta biznes investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə Dövlət Kredit İnstitutu məşğul olur. Fəaliyyətlərini tədqiqat layihələrinə aktiv investisiya, resurslara və enerjiyə qənaət texnologiyalarının istifadəsi, istehsal fəaliyyətinin diversifikasiyası və ixracın genişləndirilməsi, ətraf mühitin qorunmasına dəstək istiqamətlərində quran kompaniyalar prioritet hesab olunur. Belə ki, həm İnstitut tərəfindən, həm də Texnologiya və Sənayenin İnkişafı Mərkəzi və Dövlət İnnovasiya Şirkəti tərəfindən kiçik və orta biznes üçün 20-yə yaxın kredit xətləri var. Xüsusi sənaye sahələri, o cümlədən milli iqtisadiyyatda aparıcı rol oynayan maşınqayırma sənayesi dövlət tərəfindən güclü dəstək alır.

… Yekun olaraq iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi üçün aşağıdakı məsələlərə baxılması təklif olunur:

kredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi;

… kənd təsərrüfatında risklərin yüksək olduğu nəzərə alınaraq bu sahənin kreditləşməsi üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, o cümlədən kənd təsərrüfatına verilən kreditlərin sığortalanması mexanizminin tətbiqi;

… iqtisadiyyata kredit qoyuluşları üzrə regional tarazlığın təmin olunmasına və kredit qoyuluşlarında aqrar sektorun payının kifayət qədər artmasına müsbət

АKTUAL PROBLEMLƏR

Page 89: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

89

2018, №2АKTUAL PROBLEMLƏR

təsir göstərə biləcəyini nəzərə alaraq kənd təsərrüfatına xidmət edən ixtisaslaşmış bankın yaradılması və bankın vəsaitləri hesabına kreditləşmə müqabilində girov predmetinin daha geniş dairəsinin kredit öhdəliklərinin təminatı kimi çıxış etməsi, habelə əhalinin aztəminatlı qruplarına kreditlərin verilməsi zamanı öhdəliyin təminatı kimi zaminlik üsuluna yer verilməsi imkanlarının yaradılması.

… Bununla yanaşı, yaradılması təklif olunan bankın nizamnamə kapitalı formalaşdırılarkən beynəlxalq maliyyə institutlarının, o cümlədən etibarlı xarici və yerli investorların iştirakına imkan yaradılması və idarəetmənin müasir korporativ standartlara riayət etməklə təşkil olunması;

… bankların real sektorun müxtəlif sahələrində kredit əməliyyatlarını genişləndirmək məqsədilə kredit istifadəçilərinin maliyyə göstəricilərinin şəffaflığının artırılması;

… kredit təşkilatları tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən müştərilərin investisiya təşəbbüsləri üzrə inkişaf strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsində yardım göstərilməsi, müştərilər üçün biznes-planların hazırlanması və s;

… real sektorda kiçik və orta biznesin inkişafı üçün qarşılıqlı kreditləşmə fəaliyyətindən geniş istifadə edilməsi;

… qeyri-neft sektoruna daha çox maliyyə vəsaitlərinin yönəldilməsinin bu sahənin kredit resurslarından asılılığına mümkün təsirlərini nəzərə alaraq, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyuluşunun həyata keçirilməsi istiqamətində fəaliyyətinin genişləndirilməsi məqsədilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması imkanlarına baxılması;

… nəticəliliyi və davamlılığı təmin etmək üçün dövlət büdcəsinin vəsaiti hesabına verilən ünvanlı dövlət sosial yardımının tədricən azaldılması və ləğv edilməsi, onun əvəzinə özünüdəstək mexanizmlərinin genişləndirilməsi;

… dövlət büdcəsinin cari və əsaslı xərclərinin səmərəliliyinin qiymətlən-dirilməsi üçün konkret meyarların müəyyənləşdirilməsi;

… dövlət büdcəsinin tərtibi prosesində cari xərclərin (əmək haqqı xərcləri istisna olmaqla) proqnozlaşdırılmasında hesabat illərinin nəticələrinin əsas tutulması, zərurət yarandıqda həmin xərclərin real sektora yönəldilməklə daha təsirli nəticələrə nail olunması;

… dövlət büdcəsinin dəstəyi ilə verilən güzəştli kreditlərin ilkin mərhələdə bölgüsü prosesində regional və sahəvi bölgünün aparılması, kreditləşmənin həmin bölgü əsasında icrası.

Page 90: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

90

2018, №2

Sənay PaşayevAnalitik hesabatlar və icmallaşdırma sektorunun müdiri

ALİ AUDİT QURUMLARININ POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ: STRATEJİ İNKİŞAF PLANLARININ (STRATEGİYA) ROLU VƏ ƏHƏMİYYƏTİ

AAQ-lar hesabatlılığın və idarəetmənin gücləndirilməsində mühüm rol

oynayır ki, bu baxımdan müasir dövrdə AAQ-lardan tələblər və gözləntilər

olduqca çox böyükdür. Çünki dövlət vəsaitlərinin idarə edilməsinə nəzarətdə və

aparılan əməliyyatlarda şəffaflığın təmin edilməsində AAQ-lar həyati rol oynayır.

Bu isə öz növbəsində, AAQ-ların tamamilə müstəqil şəkildə fəaliyyət göstərməsini

və ən yüksək peşəkar standartlara cavabverən idarəetmə mexanizmlərinə malik

olmasını tələb edir. Bu şəraitdə, bütün AAQ-lar öz vəzifələrini necə yerinə

yetirdiklərini yenidən qiymətləndirir və mütəmadi olaraq yenidən

qiymətləndirməlidirlər. Bunun üçün də AAQ-lar öz fəaliyyətlərini onlardan

gözlənilən ən yüksək standartlara cavab verən bir şəkildə və fəaliyyət

göstərdikləri ətraf mühitə uyğun formada qurmalıdırlar.

Müasir dövrdə yuxarıda qeyd olunanların effektiv həlli güclü, inkişaf etmiş

idarəetməyə və potensiala malik olan AAQ-ın fəaliyyətindən asılıdır. Bunun üçün

də AAQ-ın potensialının gücləndirilməsi vacib şərtdir ki, bu da effektiv kənar

dövlət maliyyə nəzarətini təmin etməklə dövlət vəsaitlərinin səmərəli şəkildə

istifadə olunmasına xidmət edir.

Təcrübə göstərir ki, AAQ-larda potensialın gücləndirilməsi Şəkil 1-də

göstərilən beş mərhələnin davamlı və fasiləsiz olaraq həyata keçirilməsi ilə

effektiv ola bilər.

АKTUAL PROBLEMLƏR

AAQ-ların fəaliyyətində bu kimi çətinliklərin aradan qalıdırlmasında əsas

elementlər davamlı təkmilləşdirilmə mədəniyyəti, qarşılaşdığı çətinliklərə

cavab vermək üçün tələb olunan potensialı, peşəkarlığı və təşkilati cəhətdən

inkişafı təmin etmək üçün lazım olan vaxt və resursları sərf etmək və bütün

bunların AAQ-ın müstəqilliyinə hər hansı bir sual və təhdid yaratmasının

qarşısının alınmağını müəyyən etməkdən ibarətdir.

Page 91: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

91

2018, №2

Şəkil 1. AAQ-larda potensialın gücləndirilməsinin əsas mərhələləri

Potensialın qiymətləndirilməsi: Birinci mərhələdə potensialın güclən-dirilməsi prosesinə başlayan zaman, AAQ əvvəlcə özünün mövcud potensialını, nəyə nail olmaq istədiyini, üzləşdikləri və üzləşə biləcəyi məhdudiyyətləri ətraflı və obyektiv şəkildə qiymətləndirməlidir. AAQ-ların necə fəaliyyət göstərdiyinə birbaşa təsir edən əsas amillər onun qanuni mandatı və təşkilati strukturu, idarəetmə yolu, onun üçün mövcud olan giriş imkanları və resurslar, fəaliyyətini həyata keçirmək üçün qəbul etdiyi qərarlar və sonda əldə edə biləcək nəticələridir ki, bütün bunlar qiymətləndirilmə mərhələsində nəzərə alınan mühüm istiqamətlərdir.

AAQ-ların potensialının qiymətləndirilməsi üçün bir sıra modellərdən istifadə edilir ki, bu modellər aşağıdakı iki qrupa bölünür:

• Birinci qrup AAQ-spesifik modellər. Bunlar AAQ-lar tərəfindən hazırlanmışdır, digər AAQ-larda potensialın gücləndirilməsinə yardım etmək üçün öz təcrübələrinə əsaslanır. Bu modellər, AAQ-ın potensial qiymətlən-dirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

• İkinci qrup, ümumi modellər- əsasən inkişaf agentlikləri və digər beynəlxalq qurumlar tərəfindən hazırlanmışdır. Bunun müəyyən hissəsi təşkilati potensial, digərləri isə Dövlət Maliyyə Menecmenti (PFM) üzərində tətbiq edilir. PFM üzrə fokuslaşan hissə PFM-in inkişafını dəstəkləmək istəyən donorlar üçün xüsusi əhəmiyyət daşıyır.

Spesifik qiymətləndirmə modelləri (SAI-specific capacity assessment models)

Birinci qrup (AAQ-lar tərəfindən hazırlanmış spesifik üsullar) üzrə qiymətləndirmə modelləri hal-hazırda AAQ-lar tərəfindən daha geniş şəkildə tətbiq edilməkdədir. Burada iki model istifadə olunur:

1

2

3

4

5

Mövcud potensialı və

məhdudiyyətləri qiymətləndirmək

Potensialın gücləndirilməsi

üçün strategiyanın hazırlanması

Strategiyanın

həyata

keçirilməsi

Təcrübədən

öyrənmək

İrəliləyişindavamlılığını təmin etmək

АKTUAL PROBLEMLƏR

Page 92: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

92

2018, №2

1. AAQ Bacarıq Modeli (The SAI Capability Model). Bu model AFROSAI və İsveç AAQ-ı tərəfindən hazırlanmışdır.

2. AAQ Yetkin Modeli (SAI Maturity Model). Bu model isə Birləşmiş Krallıq və Niderland AAQ-ları tərəfindən hazırlanmışdır.

Bu modellər inkişaf etmiş, inkişaf etməkdə olan və keçid dövründə AAQ-ların potensialını qiymətləndirmək üçün istifadə edilmişdir. Şəkil 2-də bu modellərin əsas xüsusiyyətləri, onların güclü tərəfləri və çətinlikləri qeyd edilmişdir.

Qeyd edək ki, yetkin modelin başqa bir forması ABŞ AAQ-ı tərəfindən hazırlanmışdır ki, bu model Təşkilatı Hesabatlılıq Yetkin Modeli (Accountability Organization Maturity Model) adlanır. Bu model AAQ-lara maliyyə nəzarəti baxımından effektivliyi artırmağa, dövlət proqramlarının səmərəliliyinin artırılmasında yardım etməyə və ortaya çıxan problemlər üzrə ehtiyatlı davranmanı təmin etməyə imkan verir.

Təşkilatı Hesabatlılıq Yetkin Modeli AAQ-ların idarəetmə və şəffaflıq potensialının gücləndirilməsinə, onların korrupsiyanın qarşısının alınması və aşkarlanmasında rolunu artırmağa, həmçinin hesabatlılığın qorunması və gücləndirilməsinə imkan verir. Model AAQ-ın fəaliyyətində səmərəliliyi və etibarlılığı maksimum həddə çatdırmaq üçün 3 əsas elementi nəzərdən keçirir.

1. Təşviqlər - bu adekvat dərəcədə AAQ-ın müstəqilliyi və resurslarının mövcud olmasını tələb edir.

2. Şəffaflıq – AAQ-lardan fəaliyyəti barədə ictimaiyyəti, maraqlı tərəfləri məlumatlandırmağı, qarşılıqlı münasibətləri əlaqələndirmə və gücləndirilməyi tələb edir.

3. Hesabatlılıq - bu AAQ-ın adekvat giriş səlahiyyətinə malik olmasını və özünün müstəqil maliyyə yoxlamaları və kənar ekspert qiymətləndirmələrinə məruz qalmasını tələb edir.

Şəkil 2. Bacarıq və Yetkin Modellər

AAQ Bacarıq modeli AAQ-ların öz müstəqilliyini, texniki bacarıqlarını və audit olunan qurumlar və digər maraqlı tərəflərlə əlaqələrini qiymətləndirmək və inkişaf etdirmək üçün hazırlanmışdır. Model bu üç əsas komponentlə beş geniş qabiliyyət səviyyəsini (pillə) əhatə edir. Təməl səviyyəsi; inkişaf səviyyəsi; qurulmuş səviyyə; idarə olunan səviyyə; və optimallaşdırılmış səviyyə. Hər səviyyədə aşağıdakı sahələri əhatə edən meyarlar vardır:

± müstəqillik və hüquqi çərçivə;

± təşkilat və idarəetmə;

± kənar tərəfdaşlıq;

± insan resursları;

± audit metodologiyası və standartları;

± Təlim.

AAQ Yetkin modeli. 2002-ci ildə hazırlanmış bu model AAQ-ın vəziyyə�nin qabaqcıl beynəlxalq prak�ka ilə müqayisəli şəkildə qiymətləndirilməsinə əsaslanır. Burada qiymətləndirmə kriteriyaları INTOSAI standartları, ən yaxşı təcrübələr, Avropa Keyfiyyət İdarəetmə Fondu (EFQM) Mükəmməllik Modeli (European Founda�on for Quality Management (EFQM) Excellence Model) əsasında aparılır.

АKTUAL PROBLEMLƏR

Page 93: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

93

2018, №2

ABŞ AAQ-ı tərəfindən hazırlanan bu yanaşmanın məqsədi AAQ-ın müstə-qilliyi, mandatı (performans, həmçinin maliyyə auditini həyata keçirmək) və təsiri baxımından təkmilləşməsini təmin etməkdir. Təşkilatı Hesabatlılıq Yetkin Modelin əsas hədəfləri Şəkil 3-də göstərilmişdir.

Şəkil 3. Təşkilatı Hesabatlılıq Yetkin Modelin əsas hədəfləri

Model 15 “üstünlük faktoru”nu əhatə edir: müstəqillik; giriş və izləmə; hesabatlılıq, düzgün davranış; idarəetmə, liderlik, strategiya/baxış; Xalq; bilik; texnologiya; resurslar; proseslər; insan nə�cələri; müştərilərin nə�cələri; və əsas performans nə�cələr. Hər bir amil üçün, model, dörd müxtəlif səviyyədə gözlənilən ayrı-ayrı xüsusiyyətləri nəzərdən keçirir: əsas (baza); inkişaf; səmərəli icra; və əla.

Burada qiymətləndirmə AAQ-lar yuxarı idarəetmə heyə� ilə müzakirələr, AAQ-ın öz heyə� və əsas kənar maraqlı tərəflər üzrə anket formalarına, danışıqlarına/müsahibələrinə əsasən sıralanır. Bu prosesin başa çatması iki aya qədər vaxt tələb edə bilər. Bunların əsasında əsas problemlər, güclü və zəif tərəflərin müəyyən edilməsi xeyli asanlaşır.

Üstünlüklər

• Qiymətləndirmələr AAQ-ı praktik AAQ kontekstində kommunikasiya maneələrini aradan qaldırmağa və yaradıcı həllərin inkişafına kömək edə bilər.

• Modellər AAQ-ın bütün əsas aspektlərini nəzərdən keçirir və bütün növ AAQ-lar tərəfindən istifadə edilə bilər.

• Qiymətləndirmə müasir və məsuliyyətli AAQ üçün müstəqilliyin vacibliyi, yaxşı liderlik və idarəetmə və s. kimi məsələləri nəzərdə tutur

• Modellər bençmarkinqdə və potensialın gücləndirilməsində yerli və regional müzakirələr üzrə ümumi bazanın təmin edilməsinə imkan verir.

Çətinliklər

Başlanığıcda AAQ heyəti başqalarının onların qurumu ilə müqayisə etmək istəklərini fikirləşərək düzgün olmayan cavablar verə bilərlər

• AAQ-lar bəzən özlərini üzləşmiş olduqlarıçətinliklər qarşısında çox gərin hiss edə bilər.

• Kənar tərəfdaşlar AAQ-ların fəaliyyəti haqqındaməhdud bilik və informasiyaya malik ola bilər

• Modellər həm qiymətləndirmə, həm də inkişaf qabiliyyəti vasitəsi kimi mütəmadi olaraq sınaqdan keçirilməlidir

ehtiyatlılığın (tədbirlilik və

proqnozlaşdırma) gücləndirilməsi

Anlayışlılığın artırılması

Qənaətlilik, səmərəlilik, etika, bərabərlikvə məhsuldarlığın artırılması

Hesabatlılığın təmin edilməsi

Şəffaflığın artırılması

Korrupsiyaya qarşı mübarizə

АKTUAL PROBLEMLƏR

Page 94: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

94

2018, №2

Ümumi qiymətləndirmə modelləri (Generic assessment models)

AAQ-ın potensialının qiymətləndirilməsi üçün müxtəlif növ modellər vardır. Bunların bəziləri biznes institutları tərəfindən hazırlanmışdır, bunlar həm kommersiya, həm də qeyri-kommersiya sektorunda (məsələn SWOT analiz) istifadə oluna bilir. Digərləri, beynəlxalq inkişaf agentlikləri tərəfindən xüsusilə Dövlət Maliyyə İdarəetmə (Public Financial Management) qurumları üçün hazırlanmışdır (Cədvəl 1).

Cədvəl 1. Təşkilat potensialı və Dövlət Maliyyə Menecmentinin (PFM) qiymətləndiril-məsi üçün Ümumi modellər

Adları Kim tərəfindən hazırlanıb Xüsusiyyətləri

Təşkilatı potensial üçün

Ümumi QiymətləndirməÇərçivəsi (Common AssessmentFramework)

Təşkilatın özünü qiymətlən-dirməsi, beş istiqamət və dörd növ nəticə əsasındaaparılır. Qiymətləndirməninnəticələri digər təşkilatlarınnəticələri ilə müqayisə edilir.

Dövlət İdarəetməsi üzrə Avropaİnstitutu

AAQ-ın səmərəliliyini qiymətlən-dirən əsas sahələr vəmükəmməlik amilləri (Key areasand Execellence Factors forEvaluating and Effectivenessof an SAI)

Böyük Britaniyanın Beynəlxalqİnkişaf Departamenti

Səkkiz əsas sahədə mükəmməllik faktorlarını qiymətləndirmək üçün Yetkin Modeli tərəfindən verilmiş məlumat əsasında siyahı tərtib edilir

Heyət üzvləri yeddi kritik sahədə təşkilati potensialı qiymətləndirmək üçün funksional və ierarxik qruplara bölünür.

İştirakçı Təşkilati QiymətləndirməAləti (Participatory Organizational Evaluation Tool)

BMT-nin İnkişaf Proqramı

SWOT analiz Albert Humphrey Stanford,Tədqiqat institutu

Təşkilat qarşıya qoyduğu məqsədə nail olmaq üçüngüclü və zəif cəhətlərini,imkanları və təhlükələriqiymətləndirir.

İctimai Maliyyə Menecmenti (PFM) üçün

ölkənin ümumi maliyyəsistemini kənar qiymətlən-dirmələr əsasında hazırlanmışsiyahı tərtib edilir

Ölkə Maliyyə Hesabatlılığı Qiymətləndirilməsi (CountryFinancial AccountabilityAssessment)

Dünya Bankı

Maliyyə idarəetməsinin vəidarəetmə tənzimləmələrinintəkmilləşdirilməsində irəliləyişlərin ölçülməsi üzrəbençmarkinq meyarını təqdimedir.

Mühasibat uçotu və audit üzrədiaqnostik tədqiqatlar(Diagnostic Studies onAccounting and Auditing)

Asiya İnkişaf Bankı

Ölkənin dövlət maliyyə idarəetməsi sisteminin makro qiymətləndirilməsi və tərəfdaşların maliyyə idarəetmə qabiliyyətinin mikro qiymətləndirilməsi.

İcraçı tərəfdaşlara pulköçürmələri üçün çərçivə(Framework for Cash Transfersto Implementing Partners)

BMT-nin İnkişaf Qrupu

АKTUAL PROBLEMLƏR

Page 95: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

95

AAQ-ın potensialının gücləndirilməsində qiymətləndirmədən sonrakı mərhələlər strateji inkişaf planının (strategiya) (SİP) hazırlanması və onun tətbiq edilməsidir. Bildiyimiz kimi dövlət vəsaitlərinin məqsədyönlü istifadə olunması və onun nəticəliliyinin artırılmasını şərtləndirən mühüm amillərdən biri məhz kənar dövlət maliyyə nəzarətinin, başqa sözlə AAQ-ın fəaliyyətinin daha da gücləndirilməsi və təkmilləşdirilməsidir. Bunun üçün də AAQ-lar fəaliyyətini daha effektiv və çağdaş dövrdə baş verən yeniliklərə adekvat şəkildə qurmaq üçün daima ölkədə və dünyada gedən yenilikləri və prosesləri yaxından izləməli və dəyişən mühitə uyğun olaraq addımlar atmalıdır. AAQ-ların bu istiqamətdə fəaliyyətinin tərkib hissələrindən biri məhz potensialının gücləndirilməsi üçün SİP-lərin hazırlanması və tətbiq edilməsidir. Ali Audit Qurumunun (AAQ) strateji inkişaf planı (SİP) qurumun uzunmüddətli dövr üçün inkişafını müəyyən edən və qurumun müxtəlif göstəricilərə nail olunması üçün missiya, dəyərlər, strateji hədəflərini və fəaliyyət istiqamətlərini əks etdirən əsas sənəddir.

Ali Audit Qurumlarının dəyər və üstünlükləri – vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi adlı ISSAI 12-də 12.2.-ci prinsipdə bu məsələ xüsusilə vurğulanmışdır.

Beynəlxalq Valyuta Fondu Şəffaflıq Məcəlləsinə və digər beynəlxalq standartlara cavab verən yüksək səviyyəli göstəricilərə malik PFM performans hesabatı

PFM Performans ÖlçməÇərçivəsi (PFM PerformanceMeasurement Framework)

PEFA

Dövlət sektorunun mühasibat uçotu və audit standartlarının beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə ölkələrə yardım göstərmək üçün diaqnostik vasitədir.

Dövlət Sektoru üzrə Mühasibatvə Audit - Beynəlxalq Standart-larla müqayisə edilməsi üçün birçərçivə (Public Sector Accounting and Auditing – A Framework forComparison to InternationalStandards)

Dünya Bankı

Mümkün həllər üçün yoxlamasiyahısı və variantları daxildir.

Dövlət Sektoru Bütünlüyü - Qiymətləndirmə Çərçivəsi(Public Sector Integrity –A Framework for Assessment)

OECD

ISSAI 12 Prinsip 12.2.• AAQ-lar öz fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan minimal ixtisas, təcrübə və bacarığa əsaslanan peşəkar inkişaf strategiyasına malik olmalıdır.

АKTUAL PROBLEMLƏR 2018, №2

Page 96: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

96

SİP-ə vizyona doğru gedən uzunmüddətli yol xəritəsi də deyə bilərik. Vizyon

bir növ AAQ-ın böyük arzusu olmaqla, AAQ hara doğru istiqamət götürüb,

günlərin birində harda olmaq istəyir ifadələrini də işlədə bilərik. Bəzən SİP-ə

uzunmüddətli plan da deyirlər. Bu yanlışdır. SİP AAQ-ın ümumi yol xəritəsidir- bu

xəritə həm bu günə aiddir, həm sabaha, həm də uzun müddətə. AAQ-ın bugünkü

fəaliyyəti də SİP-i dəstəkləməlidir. SİP AAQ-a kömək edir ki, vizyona doğru yol

gedərkən kənarlaşma olmasın. Bəzən SİP haqda yanlış fikirlər (miflər) olur ki, bu

da SİP-in tam olaraq həyata keçirilməsinə bu və ya digər şəkildə mane ola bilir.

Bunlara aşağıdakıları aid etmək olar:

- SİP gələcək haqdadır. Məsələn, 3 il sonra haqda. Bəziləri hətta iddia edir ki,

müasir dövlət maliyyəsi mühiti tez-tez dəyişdiyi üçün strateji planlama

mənasızdır. Kökündən yanlışdır. SİP ümumi yol xəritəsi olaraq həm də bu gün

haqdadır. Bu gün AAQ-ın verdiyi qərarlar, atdığı addımlar SİP-lə səsləşməlidir, ona

tərs olmamalıdır.

- SİP çox səhifəli (150-200) sənəddir. AAQ-ın SİP-i maksimum konkret

olmalıdır, uzun-uzadı söz yığını olmamalıdır. AAQ nə istədiyini (yolunu) elə aydın

şəkildə bilməlidir ki, konkret ifadə edə bilsin.

- SİP qəliz sənəddir. Qətiyyən. Yaxşı SİP o SİP-dir ki, maksimum dərəcədə

aydın olsun.

- SİP AAQ rəhbərliyinə aid məsələdir. SİP o vaxt işlək hala gəlir ki, bütün işçilər

tərəfindən qavranılsın, qəbul edilsin. Əks halda lazımsız “kağızıdır”. AAQ-ın bütün

əməkdaşları AAQ-ın yolunu bilməlidirlər ki, o yolla getsinər, o yola sadiq qalsınlar.

SİP-in hazırlanması

AAQ-ların potensialının gücləndirilməsinə aid mühüm sənəd olan INTOSAI-

in Potensialın Gücləndirilməsi adlı Komitəsi tərəfindən hazırlanmış və INCOSAI

tərəfindən təsdiq edilmiş “AAQ-larda Potensialın Gücləndirilməsi” adlı

Təlimatdır. Bu sənəd SİP-lərin hazırlanmasına dair çox vacib tələbləri özündə əks

etdirir.

SİP-in hazırlanmasında nəzərə alınacaq məsələlər:

… Müstəqillik

• AAQ-ın fəaliyyət göstərdiyi hüquqi və konstitusiya çərçivəsi nədir və bunlar

Lima Bəyannaməsi və INTOSAI təlimatı ilə uyğunluq təşkil edirmi?

Hər bir AAQ-ın fəaliyyətini tənzimləyən qanunların adekvatlığı onun

gözlənilən rolu və mandatını yerinə yetirmək üçün səlahiyyət və vəzifələrə malik

olması üçün vacib şərtdir. Bir AAQ üçün güclü qanuni çərçivə aşağıdakılardan

ibarətdir:

АKTUAL PROBLEMLƏR 2018, №2

Page 97: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

97

r müstəqilliyini və hesabatlılığını təmin edir;

r onun rolunu, mandatını və yanaşmasını aydın şəkildə müəyyən edir;

r hərtərəfli giriş hüququnu təmin edir;

r hesabatlılıq tələblərini müəyyənləşdirir;

r işçilərə qarşı məsuliyyətləri və digər müvafiq təşkilatlarla əməkdaşlığın

əsaslarını müəyyən edir.

Möhkəm kənar audit, audit olunan qurumlardan və siyasi hakimiyyətdən

tam müstəqil olmalıdır. Müstəqillik səviyyəsini qiymətləndirərkən, AAQ-larda

aşağıdakılar nəzərə alınmalıdır:

r AAQ icra funksiyalarını həyata keçirirmi?

r AAQ rəhbərinin təyin olunmasında şəffaflıq varmı?

r AAQ rəhbərinin və ya üzvlərinin ixtiyari olaraq çıxarılmasına qarşı mühafizə

proseduru varmı?

r audit üçün subyektləri sərbəst seçə bilirmi?

r ictimaiyyətə açıq və sərbəst hesabat verə bilirmi?

r AAQ əməkdaşlarını işə təyin edə, mükafatlandıra və işdən azad edə

bilirmi?

r yoxlayıcı heyət audit olunan təşkilatlarından asılıdırmı?

r öz vəzifələrini yerinə yetirmək üçün maliyyə vəsaitləri ilə təmin edilirmi?

… Müddət

r SİP üçün real müddət nədir? AAQ qarşısında duran məqsədlərin tam və

təkmil şəkildə həyata keçirilməsi və nail olunması üçün SİP-in icra müddəti

düzgün müəyyən edilməlidir.

… Resurs ehtiyacları və mövcudluğu

r Bunun üçün hansı resurslar (maliyyə, insan və liderlik) lazımdır?

r AAQ hazırda hansı resurslara (maliyyə, insan və liderlik) malikdir?

r Hansı xarici resurlar/yardımlar mövcuddur?

r Lazım olan resurslar və mövcud resurslar arasında boşluqlar necə

doldurulacaq?

SİP-in hazırlanması ümumilikdə aşağıdakı Şəkil 4-də göstərilən 3 əsas aspekti

əhatə etməlidir.

АKTUAL PROBLEMLƏR 2018, №2

Page 98: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

98

Şəkil 4. SİP-in əsas aspektləri

SİP hazırlanmasında yuxarıda qeyd edilənlər nəzərə alındıqdan sonra SİP aşağıda göstərilən kriteriyalara cavab verməlidir.

• Digər planlar ilə inteqrasiya olunma.

- AAQ-ın bütün əsas bölmələrinin rəhbərləri ilə məsləhətləşmələr aparılmalı və AAQ-nın yüksək səviyyəli rəhbərliyi tərəfindən təsdiq edilməlidir.

- AAQ-ın insan resursları, informasiya texnologiyaları, kommunikasiya və digər əsas sahələr və funksiyalar üçün planları və strategiyaları ilə əlaqələndirilməlidir.

- SİP üç-beş il müddətini əhatə etsə də, hər il yenilənən "düzəliş planı" olmalıdır.

• Reallığı əks etdirmə.

- Plan hər bir xüsusi tədbirin xərclərini aydın şəkildə göstərməli və onun necə maliyyələşdirilməsi qeyd olunmalıdır.

PEŞƏKAR AUDIT

POTENSİALI

TƏŞKİLATI

POTENSİAL

KƏNAR MÜHİTLƏ İŞ

POTENSİALI

Audit metodları

Audit təlimatları

təlim heyəti

iş planlaması vəidarə edilməsi

keyfiyyəttəminatı

İrəli planlaşdırma

Liderlik

Resursların idarəedilməsi

idarəetmə və hesabatlılıqtədbirləri

Parlament/qanunverici

orqanlar və icrahakimiyyəti

Donorlar

Regional və yerliaudit təşkilatları

və daxili audit

KİV vəictimaiyyət

Audit olunanqurumlar

Professionalassosiasiyalarvə özəl sektor

auditorları

АKTUAL PROBLEMLƏR 2018, №2

Page 99: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

99

- Plana dair məlumat açıq şəkildə təqdim olunmalıdır.

- Resursların tam olaraq prioritet istiqamətlərə yönəldilməsi və məqsədlərin mövcud resursları üstələməməsi nəzərə alınmalıdır.

• Etibarlılıq.

- AAQ, iş xərcləri və həcmləri barədə məlumatları əks etdirən möhkəm

(sağlam) büdcə və idarəetmə məlumat sistemlərinə malik olmalıdır.

- Məlumatın keyfiyyətinin və etibarlılığının yoxlanılması təmin edilməlidir.

• Ölçülə bilən olmalıdır.

- Mümkün olan hallarda gözlənilən nəticələrin kəmiyyət göstəriciləri müəyyən edilməlidir.

• Kommunikasiya olunma.

- SİP AAQ-ın bütün işçilərinə maksimum aydın şəkildə izah olunmalıdır.

- Bütün heyət SİP-in icrasına həvəsləndirilməlidir.

- SİP-in hazırlanma mərhələsində mümkün qədər çox əməkdaş cəlb olunmalıdır ki, həm SİP keyfiyyətli olsun, həm də əməkdaşlar SİP-i bir növ doğma bilsinlər.

SİP-də AAQ-ın viziyonu, missiyası, əsas dəyərləri, ümumi inkişaf istiqamətləri (hədəfləri) qeyd olunmalıdır. AAQ hansı istiqamətlərdə inkişaf etmək istəyir, prioritetləri nədir və s. SİP-in tərkibində funksional strategiyalar (təlim strategiyası, insan resursları strategiyası, informasiya və kommunikasiya strategiyası, İT strategiyası) da yer ala bilər.

SİP-in düzgün icra edilməsi mühüm əhəmiyyət kəsb edir. Düzgün icra üçün AAQ-da səriştəli və bacarıqlı işçi heyət, motivasiya və yaxşı iş mühiti, lazımı səviyyədə performans mədəniyyəti olmalıdır ki, hamı hədəflərə çatmaq üçün əllərindən gələni etsinlər. Performans mədəniyyəti hamını nəticəyə kökləyə bilmək bacarığıdır.

SİP vaxtaşırı olaraq qiymətləndirilməli (strategic review) və lazım olan düzəlişlərin, əlavələrin edilməsi aparılmalıdır. SİP dəyişməz sənəd deyildir və əksinə SİP canlı olmalı və vaxtaşırı dəyişikliklərə açıq olmalıdır. AAQ-ın daxili və xarici mühitində o qədər dəyişikliklər baş verir ki, azı ildə bir dəfə SİP-in yenidən qiymtləndirilməsinə ehtiyac yaranır.

SİP-in həyata keçirilməsi zamanı əldə olunan nəticələr və təkmilləşmələr davamlı olaraq saxlanılmadıqda SİP səmərəsiz bir sənəd olur. Əldə olunmuş nəticələrin və təkmilləşmələrin saxlanılması və inkişaf etdirilməsi hər bir AAQ-ın əsas məqsədlərindən biri olmalıdır.

АKTUAL PROBLEMLƏR 2018, №2

Page 100: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

100

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Hilal Hüseynov

Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri

22-ci Peterburq Beynəlxalq İqtisadi Forumu INCOSAI-a hazırlıq

müzakirələri üçün meydança olmuşdur

Peterburq Beynəlxalq İqtisadi Forumu dövlət hakimiyyəti orqanları ilə biznes nümayəndələri arasında dialoqun inkişa-fına şərait yaradan, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün innovativ yanaş-malar tapmağa kömək edən iri miqyaslı beynəlxalq tədbirdir. Forum 1997-ci ildən

təşkil edilir, 2006-ci ildən isə Rusiya Federasiyası Prezidentinin himayəsi altında keçirilir. Hər il “Peterburq Beynəlxalq İqtisadi Forumu” dünya iqtisadiyyatı, regional inteqrasiya, istehsal və texnologiyalarа aid yeni sahələrinin inkişaf etdirilməsi ilə bağlı əsas məsələlərin, habelə Rusiya və digər dünya ölkələri qarşısında dayanan qlobal çağırışların müzakirə müstəvisinə çevrilmişdir.

Ənənəvi olaraq Forum tədbirləri Rusiyanın digər ölkələrlə münasibətlərinə həsr olunmuş panel iclaslar, dəyirmi masalar, televiziya debatları, işgüzar səhər yeməkləri və biznes-dialoqlar formatlarında keçirilir. Forumda dövlət və hökumət başçıları, siyasi liderlər, iri şirkətlərin rəhbərləri, habelə tanınmış ekspertlər və KİV nümayəndələri iştirak edirlər.

Növbəti, 22-ci Peterburq Beynəlxalq İqtisadi Forumu 23-26 may 2018-ci il tarixlərində “Etibarlı iqtisadiyyat yaradaraq” şuarı altında “Ekspoforum” konqres-sərgi mərkəzində keçirilmişdir. Forum çərçivəsində 150-dən artıq işgüzar tədbir baş tutmuş və nəticə olaraq sonrakı işgüzar əməkdaşlığa zəmin olacaq 500-dən artıq müqavilə və saziş bağlanmışdır. Müqavilə məbləğlərinin cəmi 365 milyard rus rublunu (təxminən 5.78 milyard ABŞ dolları) üstələmişdir.

Tədbirlər “Liderlik üçün texnologiya”, “Rusiya: inkişaf potensialını istifadə

edərək”, “Rəqəmsal iqtisadiyyatda insan kapitalı” və “Dəyişikliklər dövründə

qlobal iqtisadiyyat” adlı tematik bloklar ətrafında keçirilmişdir. Dörd gün ərzində

2018, №2

Page 101: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

101

mindən artıq moderator və məruzəçi sosial-iqtisadi inkişaf, nəqliyyat, ekologiya,

səhiyyə, mədəniyyət və turizm, elm və təhsil məsələləri ilə bağlı çıxış ediblər. 29

ölkənin aparıcı dünya televiziya kanalları Sankt-Peterburqdan canlı yayım təşkil

ediblər.

Forumun fəxri qonaqları Fransa Prezidenti Emmanuel Makron və Yaponi-

yanın Baş Naziri Sindzo Abe olublar, Rusiya Federasiyasının Prezidenti Vladimir

Putin və digər ölkələrin yüksək rəsmiləri çıxış ediblər. Forumda təmsil olunmanı

iqtisadi qüdrət baxımından qiymətləndirsək, demək olar ki, Forumun işində

dünya ölkələrinin ümumi daxili məhsulunun 20%-dən artıq həcmini idarə edən

40-dan artıq beynəlxalq investor iştirak etmişdir.

Qeyd edilməlidir ki, bu mötəbər tədbirdə Azərbaycan Respublikasını təmsil

edən nümayəndə heyətləri sırasında Hesablama Palatasının geniş tərkibdə

iştirakı təmin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Hesablama

Palatasının sədri Vüqar Gülməmmədovun başçılıq etdiyi nümayəndə heyəti

Forumun aidiyyəti tədbirlərində iştirak etmişdir. Hesablama Palatasının Sankt

Peterburq Beynəlxalq iqtisadi forumunda iştirakı ənənəvi hala keçsə də, bu dəfəki

səfərin əsas məqsədi 2019-cu ildə keçiriləcək Ali Audit Qurumların Beynəlxalq

Təşkilatının (INTOSAI) növbəti konqresinə hazırlıq üçün dəyirmi masa ətrafında

müzakirələrin aparılması olmuşdur. Konqresdən sonra növbəti üç il ərzində bu

mötəbər təşkilatda sədrlik səlahiyyətini icra edəcək Rusiya Federasiyasının

Hesablama Palatası bu toplantını 22-ci Sankt Peterburq Beynəlxalq İqtisadi

Forumu çərçivəsində təşkil etmişdir.

Konqres INTOSAI-ın ali orqanı olaraq dünya AAQ-ları üçün ən aktual

mövzuları müzakirə edir və sonrakı illər üçün inkişaf strategiyalarını müəyyən edir.

Konqresə konseptual hazırlıq məqsədilə müvafiq İşçi Qrup yaradılmış və

Azərbaycan Ali Audit Qurumu da bu təşəbbüsə qoşulmuşdur. İşçi Qrupun bir neçə

görüşü təşkil edilmiş, telekonfrans vasitəsilə müzakirələr aparılmışdır. Nəticədə,

İşçi qrupun məsul olduğu “Ali Audit Qurumlarının milli prioritet və məqsədlərə

nail olunmasında rolu” mövzusu ilə bağlı olan və Konqresdə təsdiq olunaraq

ümumi strategiya üçün təməl olacaq sənəd layihəsi hazırlanmışdır.

Hazırlanmış sənəd layihəsinin təqdimatı və müzakirəsi üçün beynəlxalq

forumda keçirilən dəyirmi masada öz ölkəsinin Ali Audit Qurumunu təmsil edən

20 nümayəndə heyəti iştirak etmişlər. 23-cü INCOSAI üçün müəyyən edilmiş əsas

mövzulardan biri olan “Milli prioritet və məqsədlərə nail olunmasında Ali Audit

Qurumlarının rolu” adlı mövzu ilə bağlı hazırlanmış sənədin təqdimatı Rusiya

Federasiyasının Hesablama Palatasının sədri Aleksey Kudrin tərəfindən

keçirilmişdir.

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2018, №2

Page 102: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

102

Sənəd layihəsində qeyd edilən məsələlər AAQ-ların cəmiyyət üçün

əhəmiyyətli dəyərlər yaradan qurum kimi aktuallığının qorunmasını təmin

etməklə onların strateji cəhətdən inkişaf etdirilməsi üçün tapşırıqların

prioritetliliyinin seçilməsi məqsədini daşıyır.

Dünyada dövlət audit ində və dövlət siyasətində baş verən fundamental dəyişik-liklər AAQ-ların fəaliyyət göstərdiyi yeni mühiti və maraqlı tərəflərin AAQ-lardan yeni göz lən-tilərini yaradıb. AAQ mühitində son dəyişik-liklərə Davamlı İnkişaf Məqsədlərinin bütün ö l k ə l ə r t ə r ə f i n d ə n qəbulu; informasiya eras ın ın çağ ı r ı ş lar ı ; INTOSAI-ın nüfuzlu audit standartı üzrə bəyanatı; INTOSAI - ın Peşəkar

Bəyanatlar Çərçivəsinin INTOSAI tərəfindən qəbulu; ISSAI 12-dən irəli gələn gözlənti və öhdəlikləri aid etmək olar. Müasir şərait daha keyfiyyətli audit, yeni audit yanaşmaları və ali audit qurumlarının dövlət hesabatlılıq prosesində öz rollarını yenidən nəzərdən keçirməsini və yenidən qurmasını tələb edir. Bu baxımdan, dəyər və faydaları təmin etmək üçün AAQ-lar yeni yanaşmaları tətbiq etməyi və AAQ-ların fəaliyyət göstərdiyi mühit sürətlə dəyişdiyi üçün ortaya çıxan problemləri həll etmək üçün fürsətdən istifadə etməyi bacarmalıdır. AAQ-lar milli dövlət maliyyə idarəetməsinin dəyişkənliyinə çevik şəkildə cavab verməli və bununla da gələcəkdə yeni tapşırıqlar və sərhədlər yaratmalıdırlar.

Dəyirmi masanın müzakirə predmeti olan sənəd layihəsində qeyd olunduğu kimi, AAQ-lar yalnız pozuntu və çatışmazlıqların retrospektiv müəyyən-ləşdirilməsi ilə deyil, həm də hökumətlərin daha çox şəffaflığa və hesabatlılığa yönəldilməsi və dövlət idarəetməsinin və iqtisadiyyatın səmərəliliyinin təmin edilməsi üçün AAQ-ların yeni imkanlardan və tam potensialdan istifadə etməsinə imkan verən perspektivli yanaşma ilə maliyyə, uyğunluq və səmərəlilik auditini keçirtməklə əhəmiyyətli dəyər əlavə edə bilər. Milli məqsədlərə nail olunmasında

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2018, №2

Page 103: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

103

AAQ-ların rolu həmçinin digər məsələlərlə yanaşı pis idarəetmənin səbəblərinin müəyyən edilməsi və auditə və məsləhət fəaliyyətlərinə strateji və kompleks yanaşma vasitəsilə idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması deməkdir.

Ümumiyyətlə, layihənin əsasında duran mövzu əsasən müvafiq təhlillərlə dəstəklənən AAQ-larda auditə, səmərəlilik auditinə və məsləhətçi fəaliyyətlərə strateji və kompleks yanaşma barəsindədir. Bu fəaliyyətlər daha çox vaxt aparır, xüsusi bacarıq və fərqli sahə biliklərinə əsaslanan yanaşmanı tələb edir.

AAQ-larda strateji yönümlü audit fəaliyyətinin gücləndirilməsi “pul dəyəri”ni araşdırmaq və məlumata əsaslanan yanaşma və düşüncənin yeni dövründə hesabatlılıq və yüksək səmərəlilik sistemi yaratmaq üçün audit işinə əsaslanan tövsiyələri vermək üçün strateji və müvafiq səmərəlilik auditi alətlərini qəbul etməklə və yalnız daha dayanıqlı və etibarlı səmərəlilik məlumatına yox həm də onun hökumətdə istifadəsinə ehtiyacı vurğulamaqla milli məqsədlərə nail olunmasına kömək edir.

Sənəd layihəsində xüsusi yer AAQ-larda analitik potensialın yaradılmasına verilmişdir. Məlumat təhlili və onun nəticələri ilkin məlumatları dövlət maliyyə idarəçiliyində səmərəliliyin, hesabatlılığın, effektivliyin və şəffaflığın artırılması üçün resursa çevirən innovativ yanaşmadır. AAQ-ların tam potensialını həyata keçirtmək üçün audit məqsədləri üçün səmərəlilik və qiymətləndirmə məlumatlarını idarə, təhlil və şərh etmək üçün potensial yaratmaq və AAQ-larda qiymətləndirmə və uzaqgörənlik mədəniyyətini formalaşdırmaq, həmçinin, proqram qiymətləndirməsi, məlumat təhlili və təhlil, əsas milli göstəricilər, sistemli düşüncə, siyasət uyğunluğunun qiymətləndirilməsi üzrə bacarıqlar yaratmaq vacibdir. AAQ-larda məlumatın və analitik potensialının artırılması və gücləndirilməsinə dair müzakirələr aparılmalıdır.

Audit məlumatlarının artımı ilə müşahidə edilən meyllər mühitində AAQ-ların analitik bazasının formalaşdırılması zamanı çağdaş dövrün tələbləri nəzərə alınmalıdır. Bu zaman iki aspektdən yanaşma məqsədəmüvafiq hesab edilə bilər:

• keyfiyyət əsaslı təhlil (strateji sənədlərlə, əsas göstəricilər toplusu ilə və əsas milli göstəricilərlə və s. ilə iş);

• kəmiyyət əsaslı təhlil (fərdi məlumatla, məlumat topluları və məlumat bazaları, məlumat görsəlləştirmə və kompleks məlumatın təqdimi ilə iş).

Potensialın yaradılması ilə bağlı INTOSAI və AAQ-lar dövlət sektorunda olan bütün cari işçi heyətin bacarıqlarının məqbul peşəkar səviyyəyə qaldırılmasını asanlaşdırmalı və AAQ-larda gələcəyin çətinliklərinin öhdəsindən gələ bilən eləcə də məlumat təhlili və yeniliklərdən istifadə edən, məlumat mübadiləsi və uzaqgörənlik edə bilən və s. kimi işçi heyət - “gələcəyin auditorlarını” yaratmalıdırlar. Müstəqilliyi qorumaq və uyğunluğu təmin etmək üçün AAQ-lar anlamalıdırlar ki, AAQ-ın uyğunluğu əsasən onların işinin keyfiyyəti

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2018, №2

Page 104: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

104

ilə müəyyən edilir ki bu da öz növbəsində işçi heyətin səlahiyyətlərindən asılıdır. AAQ-lar çox miqdarda kompleks məlumatlara getdikcə daha çox cəlb olunacaqlar və onların aktuallığını qorumaq və gücləndirmək üçün necə davranılacağını bilməlidir.

AAQ-lar ali audit qurumunun “reseptiv potensialını” yaratmaq üçün, rəqəmsal eranın meyllərindən və məlumat təhlili imkanlarından istifadə etmək üçün yüksək peşəkarlığa malik analitik qrup tələb edir. Onların analitik potensialını gücləndirmək üçün AAQ-lar müəyyən problemləri həll etmək üçün ayrıca analitik birliklər yarada bilər (risklərin və risk idarəetmənin anlaşılması, məlumat təhlili, qiymətləndirmə və s). Lakin, mərkəzləşdirilmiş strukturun yaradılması nisbətən asan olduğu halda, sərbəst strukturda əldə etmə üstünlüyü var (analitik bacarıqlar domendə işləmək bacarığı olan kadrlar vasitəsilə təmin olunacaqdır).

Sözügedən sənəd layihəsində təsbit edilmiş daha bir mühüm məsələ AAQ-lar və maraqlı tərəflər arasında münasibətlərə həsr edilmişdir. AAQ-lar özləri və onların maraqlı tərəfləri arasındakı kommunikasiyada boşluğu minimuma salmaqla, bilik və bacarıqları bölüşərək, müvafiq nəticələri aydın və effektiv şəkildə bildirərək və daha geniş auditoriyaya xitab etmək üçün ən yaxşı ünsiyyət vasitələrindən istifadə edərək AAQ-lara müsbət təsir etmək üçün audit rolu barədə məlumatlılığı artırmalıdır. AAQ-ların perspektivli yanaşması AAQ-ların məsləhətçi fəaliyyətləri, proqram qiymətləndirməsi, səmərəlilik auditi ilə bağlı kompleks məsələlərini aydınlaşdıran və izah edən təkmilləşmiş ünsiyyət strategiyası tələb edir. AAQ-lar aşağıda qeyd olunanları həll etmək üçün hərtərəfli ünsiyyət strategiyasına ehtiyac duyur.

AAQ-lar müxtəlif ünsiyyət alətlərindən istifadə etməklə və hədəf audito-riyanın müxtəlif tələblərini nəzərə alaraq fəaliyyətlərinin nəticələrini sadə və aydın dildə bildirməlidirlər. Hazırda hədəf istifadəçiləri yalnız passiv olaraq məlumatı qəbul etməməli həmçinin AAQ-ların qabaqcıl idarəetməni gücləndirmək məqsədi daşıyan fəaliyyətlərinə aktiv cəlb olunmalıdırlar.

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2018, №2

Page 105: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

105

HƏMKARLAR

QAZAXISTANIN RESPUBLIKA BÜDCƏSININ ICRASINA NƏZARƏT ÜZRƏ

HESABLAMA KOMITƏSI

Qazaxıstan Respublikasında auditin inkişafı 1990-cı illərdən başlamışdır. Auditin uğurlu inkişafına təsir edən güclü amillərdən biri də qanunvericiliyin möhkəmləndirilməsi olmuşdur. Belə ki, 18 oktyabr 1993-cü ildə “Qazaxıstan Respublikasında auditor fəaliyyəti barədə” ilk qanun qəbul edilmişdir. Daha sonra bu qanunda öz əksini tapmayan bəzi məsələlər də təkmilləşdirilərək beş ildən sonra yeni ikinci qanun qəbul edilmişdir. Ümumilikdə isə Qazaxıstan Respublikasının “Dövlət auditi və maliyyə nəzarəti” haqqında qanunu maliyyə auditinin keçirilməsini nəzərdə tutur.

Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi kənar dövlət auditi və maliyyə nəzarətini həyata keçirən ali orqandır. Hesablama Komitəsinin yaranması barədə 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında öz əksini tapmışdır. Qazaxıstan Respublikası Prezidentinin 1996-cı il aprel tarixli sərəncamı ilə Hesablama Komitəsi haqqında əsasnamə təsdiq edilmişdir. Hesablama Komitəsi Qazaxıstan Respubli-kasının 12 noyabr 2015-ci il tarixli “ D öv l ə t a u d i t i v ə m a l i y y ə nəzarəti” haqqında Qanununa müvafiq olaraq dövlət auditi və maliyyə nəzarətini həyata keçirən a l i orqandır və Qazaxıstan Respublikası Prezidentinə birbaşa tabedir və cavabdehlik daşıyır.

Hesablama Komitəsi kol-legial orqandır. Hesablama Komitəsinin strukturuna Komitə-nin Sədri, üzvləri və aparat daxildir. Hesablama Komitəsi Sədrinin və üzvlərinin təyinatı hökumət başçısı, Qazaxıstan Respubl ikasının Parlamenti tərəfindən bərabər əsaslarda keçirilir. Hesablama Komitəsinin statusu, səlahiyyətləri və işinin

2018, №2

NATALYA QODUNOVA iq�sad elmləri namizədidir. 1997-2005-ci illərdə dövlət əmlakı və ak�vlərinin idarə edilməsi üzrə Qərbi Qazaxıstan ərazi komitəsinin aparıcı mütəxəssisi, şöbə müdiri, Qərbi Qazaxıstan Rayon Akimi Administrasiyasının İdarəsinin rəisi, Qərbi Qazaxıstanın İq�sadiyyat və Büdcə Planlaşdırma

İdarəsinin direktoru vəzifələrində çalışmışdır. Habelə, 2005-ci ildən 2006-cı ilə qədər Qazaxıstan Respublikası Ticarət Nümayəndəliyinin Rusiya Federasiyasında iq�sadi məsləhət-çisi olmuşdur. 2006 - 2009-cu illərdə Mangistau Rayon İcra Hakimiyyə�nin müşaviri vəzifəsini tutmuşdur. 2009-cu ildən 2011-ci ilədək - Rusiya Federasiyasında Qazaxıstan Respubli-kası Ticarət Nümayəndəliyinin məsləhətçisi, müavini və 2012-2013-cü illərdə Qazaxıstan Respublikası Baş nazirinin müavini olmuşdur. 2013-cü ildən 2015-ci ilə qədər Qırğızıstanın Akim müavini, iq�sadiyyat, maliyyə və məşğulluq üzrə məsul vəzifəsində çalışmışdır.

2013-cü ildən 2015-ci ilə qədər Qırğızıstanın Akim müavini, iq�sadiyyat, maliyyə və məşğulluq üzrə məsul vəzifəsində çalışıb. 2015-2017-ci illərdə "Nur Otan" par�yasının ka�bi, "Nur Otan" Par�yasının Siyasi Şurasının Bürosunun üzvü olmuş, 2017-ci il dekabr ayından e�barən - Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvüdür.

2018-ci il 20 fevral tarixində Dövlət başçısının fərmanı ilə Respublika Büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri təyin edilmişdir.

Qazaxıstan Respublikasının Şərəf Sənədi (2008) və "Kermet" (2016) sərəncamına layiq görülmüşdür.

Page 106: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

106

təşkili Qazaxıstan Respublikasının 12 noyabr 2015-ci il tarixli “Dövlət auditi və maliyyə nəzarəti” barədə qanunla, Qazaxıstan Respublikası Prezidentinin 2002-ci il 5 avqust tarixli “Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi haqqında nizamnamənin təsdiq edilməsi” haqqında sərəncamı və Qazaxıstan Respublikası Prezidentinin 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş dövlət auditi və maliyyə nəzarəti üzrə ümumi standartlarla tənzimlənir. Hesablama Komitəsi öz fəaliyyətini Konstitusiyaya, Qazaxıstan Respublikasının qanunvericiliyi, Qazaxıstan Respublikası Prezidentinin aktları, Qazaxıstan Respublikası Hökumətinin digər normativ hüquqi aktları, eləcə də Hesablama Komitəsi haqqında Qanuna uyğun olaraq həyata keçirir.

Hesablama Komitəsinin missiyası dövlət fondlarından, dövlət aktivlərindən və subyektlərindən istifadənin effektivliyini gücləndirmək, artırmaq və Qazaxıstan Respublikasında iqtisadi sabitliyini təmin etməkdir. Hesablama Komitəsinin vəzifələrinə ölkənin təhlükəsizliyi və həyat səviyyəsinin dinamik inkişafı naminə milli resursların (maliyyə, təbii, istehsal, kadr) effektiv və qanunauyğun şəkildə təhlili, qiymətləndirilməsi və yoxlanması daxildir. Qeyd olunan missiyaların həyata keçirilməsi məqsədi ilə Hesablama Komitəsi qarşısında təhlilin həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin dinamik yüksəlişinin təmin edilməsi və ölkənin milli təhlükəsizliyi naminə milli resursların (maliyyə, insan, informasiya, təbii) effektiv və qanunauyğun idarəedilməsinin təhlili, qiymətləndirilməsi və yoxlanılması kimi məqsədlər qoyulmuşdur. Ölkə qanunvericiliyinə müvafiq olaraq dövlət auditi və maliyyə nəzarəti ölkənin kənar Ali Audit Qurumu kimi Hesablama Komitəsi tərəfindən aparılır. Belə ki, bütün əsas metodoloji aktlar, standartlar və qaydalar Hesablama Komitəsi tərəfindən hazırlanır və ya hazırlanmış sənədlər Hesablama Komitəsi ilə razılaşdırılır.

Qanunvericiliyə uyğun olaraq, Hesablama Komitəsi respublika büdcəsinin planlaşdırılmasının, dövlət auditi obyektlərinin fəaliyyətinin, inkişaf startegiyaları və milli holdinq və milli kompaniyaların inkişaf planlarının həyata keçirilməsinin effektivliyinin auditinin keçirilməsi, kvazi-dövlət sektoru subyektlərinin fəaliyyətinin iqtisadiyyatın inkişafına və ya ayrıca şəkildə iqtisadiyyat, sosial və digər dövlət idarəetmə sahələrinə olan təsirin, o cümlədən dövlət borcunun formalaşması və idarəedilməsinin effektivliyinin auditi kimi əlavə funksiyalar daxildir.

Hesablama Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi Milli Fondun formalaşmasının və istifadəsinin uyğunluğunun auditi, 2017-ci ildən başlayaraq respublika büdcəsinin layihəsi ilə bağlı xərclərin əsas istiqamətləri üzrə ilkin qiymətləndirmənin verilməsi (ilkin qiymətləndirmənin əsas məqsədinə büdcə vəsaitləri və maliyyə itkilərinin səmərəsiz istifadəsi ilə bağlı xəbərdarlıq daxildir), habelə 2020-ci ildən başlayaraq respublika büdcəsinin konsolidə edilmiş maliyyə hesabatlılığının auditinin aparılmasını qeyd edə bilərik.

HƏMKARLAR 2018, №2

Page 107: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

107

Hesablama Komitəsi dövlət auditi və maliyyə nəzarəti orqanlarının Koordinsiya Şurasının üzvüdür. İlk toplantısı 2016-cı ilin fevral ayında keçirilmiş dövlət auditi və maliyyə nəzarəti orqanlarının Koordinsiya Şurasının yaradılması ölkədə dövlət audit sisteminin gələcək inkişafına yeni təkan vermiş və kənar və daxili audit orqanları arasında qarşılıqlı əlaqə mexanizmini tətbiq etməyə, ümumi metodoloji yanaşmaları formalaşdırmağa, dövlət auditinin keçirilməsinin praktiki aspektlərini müzakirə etməyə, habelə dövlət auditi orqanları sisteminin gələcək inkişafı üzrə vahid razılaşdırılmış qərarlar qəbul etməyə imkan yaratmışdır. Dövlət auditi institutunun inkişaf etdirilməsi və gücləndirilməsi üçün dövlət auditi nəzəriyyəsini, praktikasını və ideologiyasını yaradan və inkişaf etdirə bilən yüksək səviyyəli mütəxəssislərin olması vacibdir. Bu səbəblə, Qanuna müvafiq olaraq və dövlət auditi sisteminin tətbiqi konsepsiyası ilə bağlı olaraq dövlət auditorlarının sertifikatlaşdırılması sistemi tətbiq edilməyə başlanmışdır. Dövlət auditorlarına sertifikar biliklərin sertfikatlaşma üzrə Milli Komissiya tərəfindən təsdiq edilməsi və müsbət rəyin verilməsindən sonra verilir. Milli Komissiyanın tərkibinə Prezident Administrasiyası, Parlament, Hökumət, Hesablama Komitəsi və Maliyyə nazirliyinin nümayəndələri daxildir.

Beynəlxalq standartlara uyğun olaraq, Hesablama Komitəsi bütün dövlət auditi və maliyyə nəzarəti orqanları tərəfindən aparılan dövlət auditinin keyfiyyətini yoxlayır və bu orqanların fəaliyyətinə qiymət verir.

Bunlarla yanaşı, Hesablama Komitəsi öz beynəlxalq fəaliyyəti çərçivəsində digər Ali Audit Qurumları, habelə bu qurumların üzv olduğu regional işçi qrupları daxilində dövlət auditinin aktual aspektləri üzrə təcrübə və məlumat mübadiləsi ilə bağlı məsələləri, o cümlədən əməkdaşların ixtisaslarının artırılması və birgə tədbirlərin keçirilməsi üzrə əməkdaşlıq edirlər. Hesablama Komitəsi INTOSAI-ın (Ali Audit Qurumların Beynəlxalq Təşkilatı) potensialın artırılması üzrə alt-komitənin, Bilik və xidmətlər mübadiləsi üzrə Komitənin, Ətraf mühitin auditi üzrə İşçi Qrupun, Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun, Dövlət satınalmalarının auditi üzrə İşçi qrupun üzvüdür.

Eyni zamanda, EUROSAI-ın (Ali Audit Qurumların Avropa Təşkilatı) Ətraf mühitin auditi üzrə İşçi Qrupun, Qəzaların nəticələrinin qarşısının alınması və aradan qaldırılması üzrə ayrılmış vəsaitlərin auidti üzrə İşçi Qrupun üzvüdür.

Hesablama Komitəsi, həmçinin MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları Rəhbərləri Şurası tərkibində dövlət maliyyə nəzarəti standartlarının hazırlanması üzrə İşçi Qrupun və Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupun üzvüdür. Hesablama Komitəsi MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları Rəhbərləri Şurası tərkibində dövlət maliyyə nəzarəti standartlarının hazırlanması üzrə İşçi Qrupda sədrlik edir və onun sədrliyi altında MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları üçün “Dövlət maliyyə nəzarəti (auditi)” üzrə ümumi standart, “MDB iştirakçısı olan ölkələrin Ali maliyyə

HƏMKARLAR 2018, №2

Page 108: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

108

nəzarəti orqanları tərəfindən birgə və paralel nəzarət və ekspert-analitik tədbirlərin keçirilməsi və təşkil edilməsi” üzrə ümumi standart, “MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanlarının fəaliyyətinin kənar qiymətləndirilməsi” üzrə ümumi standart, o cümlədən MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları trəəfindən dövlət maliyyə nəzarəti standartlarında istifadə olunan terminlər qlossarisi hazırlanmışdır.

2016-ci ildən etibarən, Avrasiya iqtisadi birliyi orqanlarında kənar audit (nəzarət) keçirilməkdədir. 2018-ci ildən başlayaraq Hesablama Komitəsi Avrasiya iqtisadi birliyi orqanlarında kənar audit (nəzarət) üzrə koordinatordur.

2016-cı ildə Hesablama Komitəsi ECOSAI-ın 2017-2019-cu illər üzrə İdarə heyətinə üzv seçilmişdir.

Hesablama Komitəsi MDB ölkələri və digər xarici ölkələrin AAQ-ları ilə ilə sıx ikitərəfli əməkdaşlıq əlaqələri qurmuşdur. Belə ki, 22 ölkənin AAQ-ı ilə əməkdaşlıq sazişləri imzalanmışdır: Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Gürcüstan, Çin, Küveyt, Qırğızıstan, Latviya, Lüksemburq, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna , Fransa, Cənubi Koreya, Estoniya.

İmzalanmış sazişlər çərçivəsində dövlət auditin metodologiyası və qaydaları sahəsində təcrübə, informasiya və milli qanunvericilik aktlarının mübadiləsi üzrə əməkdaşlıq həyata keçirilir, peşə hazırlığı və bacarıqların inkişaf etdirilməsi aparılır, tədqiqatlar, seminarlar, konfranslar və seminarlar sahəsində əməkdaşlıq əlaqələri qurulur, birgə və paralel audit tədbirləri keçirilir.

Belə ki, 2006-cı ildə Azərbaycan, Qazaxıstan və Rusiya AAQ-ları birgə şəkildə Xəzər dənizinin su bioloji resurslarının səmərəliliyinin müəyyən edilməsi üçün bir paralel nəzarət tədbiri keçirmişdir. Habelə, 2008-ci ildə Qazaxıstan və Ukrayna AAQ-ları tərəfindən planlaşdırma, inkişaf və fövqəladə halların aradan qaldırılması üçün ayrılmış büdcə vəsaitlərinin istifadəsinə nəzarətin səmərəliliyinin paralel auditi keçirilmişdir.

Müxtəlif illərdə Hesablama Komitəsinin nümayəndələri Belarus, Belçika, Latviya, Lüksemburq, Hollandiya, Polşa, Rusiya, Fransa, İsveç, Yaponiya rəsmi səfər etmiş, o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya, İndoneziya, Türkiyə, Türkmənistan, Amerika Birləşmiş Ştatları AAQ-nın nümayəndə heyətləri Hesablama Komitəsinə səfər etmişdir. Bu görüşlər çərçivəsində təcrübə və informasiya mübadiləsi, həmçinin gələcək əməkdaşlıq sahələri müzakirə edilərək müəyyən edilmişdir.

Hesablama Komitəsinin 2015-2019 illər üzrə uzunmüddətli planına uyğun olaraq Hesablama Komitəsi və Estoniya Milli Audit Ofisi arasında dostluq auditin təşkili nəzərdə tutulur.

HƏMKARLAR 2018, №2

Page 109: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

109

XRONİKA 2018, №2

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası tərəfindən

2018-ci ilin aprel - iyun aylarında 17 məsələyə baxılmışdır, o cümlədən,

APREL AYINDA

1. “Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti

haqqında Hesabat'ın təsdiq edilməsi barədə.

2. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə

ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri

ilə bağlı.

(auditor Firsənd Qurbanov)

3. “Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan

Respublikasının Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair

auditin nəticələri ilə bağlı.

(auditor Cəfər Həsənov)

4. Azərbaycan Tibb Universiteti üzrə daxilolmaların və xərclərin proqnoz-

laşdırılması və icrasına dair auditin nəticələri ilə bağlı.

(auditor Firsənd Qurbanov)

5. “Dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat

Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin

nəticələri ilə bağlı.

(auditor Firsənd Qurbanov)

6. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin

icrası haqqında Hesabat”a Azərbaycan Respublikası Hesablama

Palatasının Rəyi”nin təsdiq edilməsi barədə.

(auditor Cəfər Həsənov)

Page 110: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

110

XRONİKA 2018, №2

MAY AYINDA

1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə

dair auditin nəticələri ilə bağlı.

(auditor Vaqif Həsənov)

2. Dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı”

Elektrik Şəbəkə Müəssisəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və

icrasına dair auditin nəticələri ilə bağlı.

(auditor Vaqif Həsənov)

3. “Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsinin icrası haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin

icrasına dair Hesablama Palatasının Rəyinin təsdiq edilməsi barədə.

4. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri ilə bağlı.

(auditor Firsənd Qurbanov)

5. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri ilə bağlı.

(auditor Firsənd Qurbanov)

Page 111: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

111

XRONİKA 2018, №2

İYUN AYINDA

1. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri ilə bağlı

(auditor Mehriban Əlişanova)

2. Bərdə rayonu İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri ilə bağlı

(auditor Vaqif Həsənov)

3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri ilə bağlı

(auditor Vaqif Həsənov)

4. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu” layihəsinə Hesablama Palatasının Rəyi”nin təsdiq edilməsi barədə

5. Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri ilə bağlı

(auditor Firsənd Qurbanov)

6. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri ilə bağlı

(auditor Cəfər Həsənov)

Page 112: verstka - sai.gov.azsai.gov.az/upload/files/jurnal-2018-2.pdf · 6 AUDİTOR TRİBUNASI 2018, №2 Maliyyə Nəzarəti Xidməti tərəfindən 2011-cı ilin 1 may tarixdən 2016-ci

112

2018, №2DƏYƏRLİ DEYİMLƏR

Həyat yolunda ən etibarlı kompas – məqsəddir.

(Boris Krutier)

“İqtisadiyyatın normal vəziyyəti” yalnız iqtisadi dərsliklərdə mövcuddur.

(Coan Vayolet Robinson)

Hələ yüksək gəlirli heç kim çox vergi ödəməkdən müflis olmayıb.

(Mühasibatlıqla bağlı L-Anql qanunu)

Əsas məsələ nəyə nail olduğun deyil, nələrdən imtina etdiyindir.

(Gennadi Malkin)

Öz borcunuzu yerinə yetirməməklə siz öz hüquqlarınızı pozursunuz.

(Jan-Jak Russo)

Müasir iqtisadi reallıq insana pulları ilə vidalaşmaq üçünqeyri-məhdud sayda imkanlar yaradır.

(Viktor Pelevin)

Əgər biz bu gün səhiyyə və təhsili “yedizdirmək” istəmiriksə, sabah yedizdirməyə kimsə və heç nə olmayacaq.

(Stas Yankovskiy)