37
Fərdi kompyuterlərin tərkib hissələri Fərdi kompyuterlərin əsas tərkib hissələri aşağıdakılardır: sistem bloku monitor (displey) klaviatura Əlavə olaraq kompyuterə müxtəlif periferiya qurğuları qoşula bilər: printer, skaner, plotter (qrafikçəkən qurğu), rəqəmli kamera, coystik və s. Sistem bloku fərdi kompyuterin əsas hissəsi olub, daxilində kompyuterin işləməsi üçün lazım olan ən əhəmiyyətli qurğuları birləşdirir. O, kompyuterin bütün aparat hissəsini, yəni qida blokunu, sərt və çevik disklərdə yaddaşı, video adapteri, giriş- çıxış portlarını, həmçinin ən mühüm tərkib hissə olan “ana plata”nı özündə cəmləşdirən gövdədir. “Ana plata”da mərkəzi prosessor, daxili yaddaş və s. yerləşir. Bundan əlavə, sistem blokunda faks-modem (daxili), multimedia vasitələri (səs kartı və s.), şəbəkə kartı və s. kimi qurğular da yerləşə bilər. Monitor (displey) mətn və qrafiki informasiyanın ekrana çıxarılması üçündür. O, videoadapter (videokontroller) adlanan xüsusi qurğunun idarəsi altında işləyir. Klaviatura özlüyündə çap makinası ilə kalkulyatorun hibridini təşkil edir. Onun vasitəsilə informasiya kompyuterə daxil edilir. Adətən klaviaturada hərflər, rəqəmlər və funksional düymələr olur. Standart klaviatura 104/105 düymədən ibarətdir.

Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

  • Upload
    letruc

  • View
    230

  • Download
    6

Embed Size (px)

Citation preview

Page 1: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

Fərdi kompyuterlərin tərkib hissələri Fərdi kompyuterlərin əsas tərkib hissələri aşağıdakılardır:

sistem bloku

monitor (displey)

klaviatura

Əlavə olaraq kompyuterə müxtəlif periferiya qurğuları qoşula bilər: printer, skaner,

plotter (qrafikçəkən qurğu), rəqəmli kamera, coystik və s.

Sistem bloku fərdi kompyuterin əsas hissəsi olub, daxilində kompyuterin işləməsi üçün

lazım olan ən əhəmiyyətli qurğuları birləşdirir. O, kompyuterin bütün aparat hissəsini, yəni qida

blokunu, sərt və çevik disklərdə yaddaşı, video adapteri, giriş-çıxış portlarını, həmçinin ən

mühüm tərkib hissə olan “ana plata”nı özündə cəmləşdirən gövdədir. “Ana plata”da mərkəzi

prosessor, daxili yaddaş və s. yerləşir. Bundan əlavə, sistem blokunda faks-modem (daxili),

multimedia vasitələri (səs kartı və s.), şəbəkə kartı və s. kimi qurğular da yerləşə bilər.

Monitor (displey) mətn və qrafiki informasiyanın ekrana çıxarılması üçündür. O,

videoadapter (videokontroller) adlanan xüsusi qurğunun idarəsi altında işləyir.

Klaviatura özlüyündə çap makinası ilə kalkulyatorun hibridini təşkil edir. Onun vasitəsilə

informasiya kompyuterə daxil edilir. Adətən klaviaturada hərflər, rəqəmlər və funksional

düymələr olur. Standart klaviatura 104/105 düymədən ibarətdir.

Kompyuterin əsas iş prinsipi amerikalı alim Con Fon Neyman tərəfindən verilmiş və onun

fikrincə istənilən kompyuter 4 əsas qurğuya malik olmalıdır:

1. Hesab-məntiq qurğusu. Buraya prosessor, həmçinin xüsusiləşdirilmiş platalarda

yerləşdirilən bütün əlavə mikrosxemlər (videoplatanın, səs platasının prosessorları və s.) aiddir.

2. İdarə qurğusu. Bu funksiyanı da həm prosessor, həm də “ana plata”nın topluları

(çipset) yerinə yetirirlər.

3. Yaddaş qurğusu. İcra olunan proqramları və onların emal etdikləri informasiyanı yadda

saxlayır.

4. Xarici qurğular (periferiya). Buraya informasiyanın uzun müddət saxlanması üçün

nəzərdə tutulan xarici yaddaş qurğuları (çevik (floppy) və sərt (hard) disk yaddaşı, yığcam

Page 2: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

diskdə yaddaş (CD, DVD), fləş yaddaş və s.), informasiyanı kompyuterə daxil edən və

kompyuterdən informasiyanı xaric edən qurğular (printer, skaner, xarici modem, monitor,

səsucaldıcı və s.) daxildir.

Fərdi kompyuterin quruluşuKompyuteri təşkil edən qurğuları şərti olaraq 2 hissəyə bölmək olar:

Daxili qurğular (bəzən onlar “komplektləşdiricilər” də adlanırlar);

Xarici (periferiya) qurğular.

Sistem blokunun daxilində yerləşən qurğular daxili, sistem blokuna xüsusi kontakt sistemi

– portlar vasitəsilə bloka xaricdən qoşulan qurğular isə xarici qurğular adlanır. Xarici

qurğulardan ən əsası giriş-çıxış qurğuları olan monitor, klaviatura və mausdur.

Bütün bu göstərdiklərimiz minimal sayda olan qurğulardır ki, onlarsız kompyuterin

işləməsi mümkün deyildir.

Fərdi kompyuterin daxili qurğularıMağazada kompyuter alan zaman sistem blokunun əsas xarakteristikaları ilə təqdim olunan

prays-vərəqə vasitəsilə tanış olmaq olar. Adətən onun tərkibində belə bir informasiya yazılır:

Intel Pentium 4 CPU 2,8/512 DDR (PC3200)/80Gb/GeForceFX 128/ComboBu informasiya yazıları sistem blokunun konfiqurasiyasını təsvir edir.

Intel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4

prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san, tutumu 512 Mbayt olan

DDR SDRAM tipli əməli yaddaşı göstərir;

80Gb – tutumu 80Gbayt olan sərt diski (vinçesteri) göstərir;

GeForceFX 128 – yaddaşının həcmi 128 Mbayt olan GeForceFX mikrosxem toplusuna

əsaslanan videoplatanı göstərir;

Combo – CD-ROM və DVD disklərini oxumaq üçün disk qurğusunu göstərir, burada

CD-R və CD-RW disklərinə yazmaq da mümkün olur.

İndi isə sistem blokunun əsas hissələri ilə tanış olaq.

Sistem bloku

Sistem blokunda adətən aşağıdakı hissələr yerləşir:

sistem platası (ana plata);

maqnit disklərində yaddaş qurğuları;

qida bloku (mənbəyi);

Page 3: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

sistem səs cihazı və s.

Ana plata (Sistem platası)

Ana plata fərdi kompyuterin əsas platası sayılır.

Ana plata üzərində yerləşən elementlər aşağıdakılardır:

Mikroprosessor;

Əməli yaddaş qurğusu;

BIOS;

Daimi yaddaş qurğusu (DYQ);

Şinlər;

Portlar və birləşdiricilər toplusu;

Slotlar;

Kontrollerlər;

İnteqrallaşdırılmış (daxildə quraşdırılmış) əlavə qurğular.

Bəzi ana platalarda videokartın və səs kartının mikrosxemləri də yerləşir. Fərdi

kompyuterlərdə əsasən iki tip: AT (Advanced Technology) və ATX (Advanced Technology

eXtended) tipli ana platadan istifadə olunur. ATX tipli ana platalarda enerjiyə tələbat çox azdır.

Mikroprosessor

Kompyuterin əsas hissəsi mikroprosessordur. Mikroprosessor bir neçə santimetr ölçüdə

mikrosxem olub, kompyuterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və

ötürülməsini təmin edir. Mikrosxemlər toplusunu çipset də adlandırırlar.

Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi

Prosessor Modulu) da adlanır.

Page 4: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

Qeyd edək ki, kompyuterdə prosessor bir ədəd olmur – videoplata, səs platası, çoxlu sayda

xarici qurğular – bunlar hamısı öz prosessorları ilə təchiz olunmuşlar. Lakin onların hamısı

Mərkəzi Prosessordan fərqli olaraq, dar bir çərçivədə xüsusiləşdirilmiş olurlar. Məsələn,

onlardan biri səsin emalı ilə, digəri isə 3-ölçülü təsvirlərin yaradılması məşğul olur. Mərkəzi

prosessorun əsas və fərqləndirici xüsusiyyəti – onun universal olmasıdır. Yəni lazım gəldikdə

mərkəzi prosessor istənilən işi yerinə yetirə bildiyi halda, videoplatanın prosessoru nə qədər arzu

etsə belə, musiqi faylının kodunu aydınlaşdıra bilmir.

Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu, prosessorun

daxili əməli yaddaşı (registr, keş-yaddaş və s.) daxildir.

İstənilən prosessor – xüsusi texnologiya ilə hazırlanan silisium kristalından ibarətdir və

bəzən ona “daş” da deyirlər. Lakin bu kristalların daxilində bir-biriləri ilə körpülər-kontaktlar

vasitəsilə birləşdirilmiş tranzistorlar kimi çoxlu sayda ayrı-ayrı elementlər olur. Əlbəttə ki, heç

bir tranzistor heç bir hesab əməlini apara bilməz. Bu elektron çevirici ancaq siqnalı ya özündən

keçirə bilər, ya da onu saxlaya bilər. Siqnalın olması məntiqi vahidə (1-ə), olmaması isə məntiqi

sıfra (0-a) uyğun gəlir.

Prosessorun kristalına aşağıdakılar daxil ola bilər:

Prosessorun nüvəsi və ya əsas hissəsi – buna əsas hesablama qurğusu deyilir.

Məhz burada prosessora daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə

yetirilir.

Soprosessor – ən mürəkkəb riyazi hesablamalar, o cümlədən “sürüşən nöqtəli”

əməliyyatlar üçün əlavə blokdur. Qrafik və multimedialı proqramlarla işlədikdə

aktiv olaraq, soprosessordan istifadə edilir.

Keş-yaddaş – bufer yaddaşı olub, verilənlər üçün yığıcı rolunu oynayır.

Keş-yaddaş mikroprosessorla əsas yaddaş arasında yerləşən, kiçik tutuma və yüksək

işləmə sürətinə malik yaddaşdır. Bu yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək

və bununla da kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir.

Kompyuterin yaddaşına müraciət zamanı verilənlər keş-yaddaşda axtarılır. Buna

Page 5: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciətin

müddəti, əməli yaddaşa edilən müraciətin müddətindən bir neçə dəfə azdır. Müasir

prosessorlarda 2 tip keş-yaddaşdan istifadə olunur: 100 Kilobayta qədər tutuma

malik olan ifrat cəld işləyən I səviyyəli keş-yaddaş və sürəti bir qədər az olan və

tutumu 128 Kbaytdan 2 Mbayta qədər olan II səviyyəli keş-yaddaş.

Verilənlər şini – informasiya magistralı olub, onun sayəsində prosessor

kompyuterin digər qurğuları ilə verilənlər mübadiləsi apara bilir.

Fiziki nöqteyi-nəzərdən mikroprosessor – Böyük İnteqral Sxemidir (BİS). Onun əsas

səciyyəvi xüsusiyyəti işçi gərginliyi, takt tezliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-

yaddaşın tutumu və dərəcəliliyidir (takt tezliyini bəzən kompyuterin və mikroprosessorun

sürəti də adlandırırlar).

Mikroprosessoru işçi gərginlik ilə ana plata təmin edir. İşçi gərginliyin qiymətinin aşağı

həddə endirilməsi mikroprosessorun daha da məhsuldar işləməsini təmin edir.

Prosessorun daxilində registr adlanan müəyyən sahə var ki, mikroprosessor emal etdiyi

verilənləri orada saxlayır.

Məlumdur ki, kompyuter eyni zamanda məhdud ölçüdə informasiya vahidləri yığımı ilə

işləyir. İnformasiya vahidi yığımı mikroprosessorun daxilində yerləşən registrlərin

dərəcəliyindən (mərtəbəliyindən) asılı olur. Dərəcəlik (mərtəbəlilik) – prosessorun eyni vaxtda

emal etdiyi informasiya bitlərinin sayıdır. Əgər kompyuter bir dəfəyə 8 dərəcəli (8 bitdən ibarət)

informasiyanı emal edə bilirsə, deməli registr, daha doğrusu mikroprosessor 8 dərəcəli

(mərtəbəli) hesab edilir. Müasir prosessorlarda bu parametr 32 və 64 olur.

Takt tezliyi 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların (məsələn, toplama və vurma)

sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir. Takt tezliyi

Meqaherzlərlə (MHz) və Geqaherslərlə (GHz) ölçülür. Bu göstərici prosessorun adından sonra

yazılır (məsələn, Pentium/75 MHz).

Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz

mikroprosessorlarını əsasən Pentium markası ilə buraxır. Əgər başlanğıc nöqtə kimi prosessorlar

bazarında Intel korporasiyasını götürsək, indiyə kimi bu firmada prosessorların 8 nəsli

dəyişmişdir: 8088, 286, 386, 486, Pentium I, Pentium II, Pentium III, Pentium IV. Bu

mikroprosessorların tezliyə görə təsnifatı aşağıdakı kimidir:

Pentium I - 75 MHz 300 MHz

Pentium II - 300 MHz 600 MHz

Pentium III - 600 MHz 1100 MHz

Pentium IV – 1100 MHz (1,1GHz) 4000 MHz (4 GHz)

Page 6: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

BIOS Fərdi kompyuterin daimi yaddaşında kompyuter avadanlıqlarının işini yoxlayan (məlumatı

ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir.

Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompyuterdə daxiletmə-xaricetmə

əməliyyatlarını yerinə yetirir. Ona görə də belə proqramları BIOS (Basic Input-Output System –

Bazanın Giriş-Çıxış Sistemi) adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində hazırlanır.

Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat,

kompyuterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər

CMOS-da saxlanılır. Bu ad onun hazırlanma texnologiyası ilə bağlıdır: Complementary Metal

Oxide-Semiconductor (Metal-Oksid Yarımkeçirici Kristal). Bu mikrosxem fərdi kompyuterin

konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.

ŞinlərŞin – kompyuterin ayrı-ayrı qurğuları arasında siqnalın ötürülməsini təmin edən

informasiya magistralıdır. İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür. Həmçinin

qurğuların ünvanlanması və idarə funksiyası da şinlər vasitəsilə yerinə yetirilir. Fərdi

kompyuterə əlavə qurğuların (mouse, klaviatura, rəqəmli kamera və s.) USB lokal şinindən

istifadə edilir.

Slotlar Slot - sistem platasında əlavə plataları (əməli yaddaşı, modemi, videoplatanı və s.) qoşmaq

üçün təyin olunan qurğudur. Buna misal olaraq PCI standartlı birləşdirici – slotları, AGP

birləşdiricisini, əməli yaddaşı quraşdırmaq üçün istifadə edilən slotları göstərmək olar.

PortlarMikroprosessorun xarici qurğularla (printer, mouse və s.) informasiya mübadiləsini həyata

keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların

aşağıdakı növləri var:

Page 7: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

25 kontaktlı birləşdiricili paralel port (LPT). Bu port vasitəsilə printer, skaner, həmçinin

informasiyanı saxlayan və nəql edən xarici qurğular (yaddaş yığıcıları) kompyuterə qoşula

bilərlər.

9 və 23 kontaktlı birləşdiricili ardıcıl portların (COM) sürəti bir qədər az olur. Ona görə

də əvvəllər buraya cəld işləməyi çox da tələb olunmayan – maus və modem kimi qurğular

qoşulurdular. Sonradan maus üçün PS/2 birləşdiricisi yaradıldı, COM portu isə yavaş işləyən

modem üçün saxlanıldı. Vaxt gələcək ki, bu port sıradan çıxarılacaq və o, USB portu ilə əvəz

olunacaqdır.

PS/2 portu. Bu portlardan maus və klaviaturanı qoşmaq üçün istifadə edilir.

USB (Universal Serial Bus) portu. 2000-ci illərdə yaranmış bu interfeys həmin onilliyin

ən mühüm hadisəsi olmuşdur. Müasir kompyuterlərdə bu portların sayı 6-dan 8-ə qədər olur və

bununla da digər portlardan istifadəyə son qoyulmuş olur. Bir USB portuna “sıra ilə” 127 qurğu

qoşmaq mümkün olur. USB-nin daha bir vacib keyfiyyəti vardır – bu interfeys kompyuteri

yenidən yükləmədən, istənilən qurğunu qoşmağa imkan verir.

Page 8: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

IEEE (FireWire). USB 2.0 ilə rəqabət aparan verilənləri yüksək sürətlə ötürə bilən bu

kontroller xarici qurğuları kompyuterə qoşmaq üçün təyin olunmuşdur. Hal-hazırda ondan

rəqəmli kameralara sahib olan şəxslər istifadə edirlər. 2003-cü ildən sonra buraxılan bütün

platalarda bu interfeys olmalıdır.

Əməli yaddaş

Əməli yaddaş (ƏYQ, RAM) – emal edilən verilənlərin saxlanması üçün istifadə olunan

mikrosxemlər toplusudur. Əməli yaddaşın daimi yaddaşdan fərqi ondan ibarətdir ki, burada

informasiya daimi yox, müvəqqəti yadda saxlanılır. Kompyuteri şəbəkədən çıxaran kimi əməli

yaddaşdakı informasiya itir.

Əməli yaddaş fiziki iş prinsipinə görə dinamik (DRAM) və statik (SRAM) yaddaşa

bölünür. Ən cəld işləyən yaddaş – statik yaddaş olub, ondan prosessorda keş-yaddaş kimi istifadə

edilir. Statiki yaddaş informasiyanı, qida mənbəyi xarab olana qədər və ya xanaya yeni

informasiya yazılana qədər saxlaya bilir. Lakin statik yaddaş defisit və baha olduğundan,

yaddaşın digər tipindən – dinamiki DRAM-dan istifadə olunur. Bu yaddaş xanada saxlanan

informasiyanın daima yenilənməsini tələb edir.

KontrollerKontroller (və ya nəzarət qurğusu) idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi

prosessorla əlaqələndirir. Fərdi kompyuterlərdə istifadə olunan qurğuları kompyuterə qoşmaq

üçün kontrollerdən istifadə edirlər. Bəzi qurğuların kontrollerləri fərdi kompyuterin ana

platasının üzərində olur (klaviatura, mouse, printer və s.), bəzi qurğuların kontrollerləri isə ayrıca

plata şəklində olur (monitor, sərt maqnit disk qurğusu və s.).

Səs platasıSəs platası səs informasiyasını rəqəmli formaya çevirir. Təyinatına və qiymətinə görə

müasir səs plataları aşağıdakı kimi qruplaşdırılır:

– Başlanğıc səviyyəli universal platalar;

– Yüksək kateqoriyalı multimedia plataları;

Page 9: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

– Peşəkar musiqiçilər üçün səs plataları.

VideoadapterVideoadapter vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoadapterlər

məhz fərdi kompyuterlərin meydana gəlməsi ilə bir vaxtda yaranmışdır. Videoadapterin cəld

işləməsi və imkanları videokontrollerdən asılıdır. Onun vasitəsilə videoyaddaşdan təsvirin

alınması, onun tərkibinin regenerasiya edilməsi və mərkəzi prosessorun bütün sorğularının emal

olunması təmin edilir.

Təsvirin ekrana şıxarılması üçün xüsusi rəqəm-analoq çeviricisi olan xüsusi mikrosxem –

RAMDAC (Random Access Memory Digital-to Analog Converter) cavabdeh olur. Təsvirin

ekranda aydın, lazımi rəngdə alınması məhz bu mikrosxemdən asılıdır.

Şəbəkə kartıŞəbəkə kartı kompyuterin şəbəkəyə qoşulmasını təmin edir. Əgər firma və ya təşkilatda

lokal şəbəkə varsa, şəbəkə kartı vasitəsilə kompyuterlər arasında informasiya mübadiləsi

yaratmaq mümkündür.

KulerProsessor barədə söhbət apardıqda daha bir elementi yada salmaq lazımdır. Bu element isə

prosessor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducu – ventilyatorlardır ki, buna da

“kuler” deyilir.

Qida blokuSistem blokunun daxilində yerləşən qida bloku fərdi kompyuteri tələb olunan gərginliklə

mütəmadi olaraq qidalandırır.

Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda

transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.

Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğularla əlaqə yaratmaq üçündür.

Page 10: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

Xarici yaddaş qurğularıXarici yaddasaxlama qurğusu böyük həcmli informasiyanın uzun müddət saxlanmasını

təmin edir. Yaddaş “xarici” olsa da, onun çox hissəsi sistem blokunun daxilində yerləşir. Xarici

yaddaşa aşağıdakılar aiddir:

1) Elastik (çevik) maqnit disklərdə toplanan informasiya;

2) Sərt maqnit diskdə (vinçester) toplanan informasiya;

3) Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya;

4) Kompakt disklərlə iş üçün disk qurğuları;

5) Strimmerlər və s.

Elastik maqnit disklərdə toplanan informasiya daşıyıcıları – disketlərdir. Hal-hazırda adi

disketlərdən və floppi disketlərdən istifadə olunur. Adi disket 1,44 Mbayta, floppi disketlər isə

21 Mbayta qədər informasiya tuta bilər.

Dəyişdirilməyən sərt maqnit disk (HDD – Hard Disk Driver, vinçester) EHM-lə iş

zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqram örtüyü

proqramlarının və s.-in kompyuter şəbəkədən ayrıldıqda belə uzun müddətə saxlanılmasını təmin

edir. Müasir kompyuterlərdə vinçesterin tutumu 1Tbayt-a qədər ola bilər.

Dəyişdirilə bilən sərt maqnit disklər də informasiyanın saxlanması və daşınmasını təmin

edir. Bu qurğular mobil vinçesterlər də adlanır. Mobil vinçesterlər paralel porta və ya USB-yə

qoşmaq üçün kabellə təchiz olunur. Bu qurğuların tutumu təxminən 2 Tb-a qədər ola bilər. USB

Page 11: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

və ya FireWire kimi sürətli portlara qoşulan mobil vinçesterlərin müasir modelləri rahatdır və

cəld işləyirlər.

Fləş-yaddaş. Bu kiçik qurğular 2001-ci ildə yaradılmışdır. Fləş yaddaşda 32 Mb-dan

10 Gb-a qədər informasiya saxlanıla bilər. Tutumu ildən-ilə artdığından və qiyməti aşağı

düşdüyündən, onlara tələbat çox artmışdır.

Fləş-yaddaş kartları. Bu kartlar müxtəlif formatlara malik olub pleyerlərdən cib

kompyuterləri və rəqəmli fotokameralara qədər müxtəlif mobil qurğularda istifadə olunurlar.

Buraya aşağıdakı yaddaş kartları daxildir:

- Compact Flash;

- MicroDrive sərt diski;

- Secure/Digital (SD)/Multimedia Card (MMC);

Page 12: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

- xD (eXtreme Digital);

- Memory Stick.

Lazer kompakt disklərlə iş üçün disk qurğuları müxtəlif tip kompakt disklərdən

informasiyanın oxunmasını təmin edir. Əsas tipləri aşağıdakılardır:

1) CD-R (Compact Disc). Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı

qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər. Yaddaşın həcmi ən azı 680 Mbayt olur.

CD-ROM qurğusu ilə isə CD-diskdəki informasiyanı yalnız oxumaq olar.

2) CD-RW (Compact Disc - Rewritable) disklər. Bu cür disklərə informasiya yazan

istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.

3) DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx

yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır.

Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD disklərin iki tipi var: DVD-R –

yalnız informasiyanı oxumaq üçün, DVD-RW isə həm oxumaq, həm də yazmaq üçün

Page 13: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

istifadə edilir. Bu disklərin oxunması üçün xüsusi qurğudan (DVD-ROM) istifadə

edilir, bu qurğu adətən CD-lərin oxunmasını da təmin edir.

ZIV informasiya yığıcıları. 2001-ci ildə Hyundai kompaniyası fləş-yaddaşla mobil vinçester

arasında yerləşən ZIV-drive adlı yeni növ informasiya yığıcısı təklif edir. Bu qurğunun ölçüsü

fləş-yaddaşda olduğu kimidir, tutumu isə 10-100 Gb olur.

Periferiya qurğularıVerilənlərin sistem blokuna daxil edilməsi və ya xaric edilməsi, həmçinin blokda uzun

müddət saxlanması üçün istifadə edilən qurğulara periferiya qurğuları deyilir. Periferiya

qurğuları fərdi kompyuterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir.

Periferiya qurğuları təyinatına görə aşağıdakı kimi qruplaşdırılır:

verilənləri daxil edən qurğular (giriş qurğuları) – klaviatura, skaner, rəqəmli kamera,

mikrofon, qrafik planşet və s.;

verilənləri xaric edən qurğular (çıxış qurğuları) – printer, plotter (qrafik çəkən qurğu),

səs gücləndirici, monitor və s.;

verilənləri saxlayan qurğular (xarici yadda saxlama qurğuları) – strimmer

(informasiyanı maqnit lentinə yazan qurğu);

verilənləri mübadilə edən qurğular – modem

kursoru idarə edən qurğular – maus, coystik, sensor paneli və s.

Periferik qurğular. 1. mause (siçan) daxil etmə qurğusudur. İki düyməsi olur. Sol düymə əmr düyməsidir, sağ düyməsi isə context menyusunu açır.

2. printer (çap qurğusu)-xaricetmə qurğusuPrinter kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompyuter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı” üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompyuterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu

Page 14: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompyuterə qoşulan printer şəbəkədə olan digər kompyuterlərdən alınan məlumatı çap edə bilər.

3 növü var : matris , şırnaqlı , lazer3. scaner : daxil etmə qurğusu (optik imkanları bir dyumda olan nöqtələrin sayı ilə ölçülür)4. plotter : xaricetmə qurğusu(kompüterdəki informasiyanı kağız üzərinə çəkən qurğudur)5. qrafik planset (qələm vasitəsilə çəkilənlər olduğu kimi kompüterdə əks olunur)6. strimer : caricetmə qurğusudur. Kompüterdəki informasiyanı maqnit lentə köçürmə

qurğusudur7. mikrafon –daxil etmə qurğusu ,qulaqcıqlar, audio kalonkalar –xaricetmə qurğusu.8. fotokamera , videokamera –daxiletmə qurğusu9. coistik –kompüter oyunları üçün10. modem –Çevirici qurğudur. 2 növü var daxili və xarici. Modem analoq informasiyanı

rəqəmsal informasiyaya və əksinə çevirən qurğudur. Həmçinin bu qurğu kompüteri kompüter şəbəkələrinə qoşmağa imkan verir.

Giriş qurğuları

KlaviaturaÜmumiyyətlə klaviatura eyni zamanda həm giriş, həm də idarə qurğusudur. O,

informasiyanın kompyuterə daxil edilməsi və kompyuterin işinin idarə edilməsi üçün nəzərdə

tutulmuşdur. Fərdi kompyuterin yarandığı gündən bu günə qədər, demək olar ki, klaviaturanın

xarici görünüşü və strukturu dəyişməmişdir. Lakin 1995-ci ildə, Windows əməliyyat sisteminin

yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur.

Ənənəvi olaraq, klaviaturanın düymələri aşağdakı qruplara bölünür:

1) Hərf-rəqəm düymələri. Bu düymələr çap makinası rolunu oynayırlar, hərf, rəqəm və bəzi

simvolları kompyuterə daxil etmək üçündür:

A-Z, <, >, , , . , ? , /, {, }, [ , ] , ; , : , ‘, “, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0, !, @, #, $, %, ^, &, *, ( , ) , - ,

_ , =, + , `, ~ , \ , |

Hərf düymələri həm latın hərfləri rejimində, həm də digər hərf rejimində işləyə bilirlər.

2) Funksional düymələr - F1, F2, ..., F12. Bu düymələr klaviaturanın yuxarı hissəsində

yerləşir. İstifadə olunan əməliyyat sistemlərindən və proqramlardan asılı olaraq bu

düymələrin funksiyaları da dəyişir. Məsələn, demək olar ki, bütün proqramlarda F1 düyməsi

həmin proqrama aid məlumat pəncərəsini açır.

Page 15: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

3) Kursoru idarə edən düymələr – proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün

istifadə edilir. Bu düymələr aşağıdakılardır:

← - kursoru 1 simvol sola keçirir

→ - kursoru 1 simvol sağa keçirir

↑ - kursoru 1 sətir yuxarı qaldırır

↓ - kursoru 1 sətir aşağı salır

Home - kursoru sətrin əvvəlinə keçirir

End - kursoru sətrin sonuna keçirir

PageUp - sənədi 1 ekran boyu yuxarı qaldırır

PageDn - sənədi 1 ekran boyu aşağı salır

Bununla yanaşı, bu düymələri Ctrl-la birgə istifadə etdikdə, funksiyaları dəyişir:

Ctrl + ← - kursoru 1 söz sola keçirir

Ctrl + → - kursoru 1 söz sağa keçirir

Ctrl + ↑ - kursoru 1 abzas yuxarı qaldırır

Ctrl + ↓ - kursoru 1 abzas aşağı salır

Ctrl + Home - kursoru sənədin əvvəlinə keçirir

Ctrl + End - kursoru sənədin sonuna keçirir

Ctrl + PageUp - sənədi 1 səhifə yuxarı qaldırır

Ctrl + PageDn - sənədi 1 səhifə aşağı salır

4) Rəqəm klaviaturası – bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir,

yalnız NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür. Adətən

klaviaturanın sağ hissəsində yerləşir. Həmçinin bu düymələrdən hərfin kodunu bilərək, onu

ALT düyməsini basılı saxlamaqla daxil etmək üçün istifadə etmək olar.

5) Xüsusi düymələr

Bu düymələrin də funksiyaları müxtəlifdir. Xüsusi düymələrə aşağıdakılar aiddir:

Caps Lock – klaviaturanı, əlifbanın böyük hərflərinin daxil edilməsi rejiminə keçirir.

Enter – dialoq pəncərəsində aktiv düymənin sıxılması üçün istifadə olunur (adətən bu

aktiv düymə OK olur). Mətn yığdıqda isə abzasın bitməsi və yeni abzasın başlanması

üçün istifadə edilir.

Ecs (Escape) – bu düymədən adətən hər hansı bir əməliyyatı ləğv etmək, onun yerinə

yetirilməsini dayandırmaq, cari iş rejimində proqramdan çıxmaq üçün istifadə olunur.

BackSpace (←) – kursordan solda yerləşən simvolu pozur. Bu düymə vasitəsilə

həmçinin qovluq pəncərəsində əvvəl açılmış qovluğa qayıtmaq da mümkündür (Back

düyməsinə uyğun olaraq).

Del (Delete) – kursordan sağdakı simvolu pozur.

Page 16: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

Ins (Insert) – simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulub.

Bu düymə aktiv olduqda mətnin daxil edilməsi zamanı kursordan sağdakı simvollar

avtomatik olaraq yeni simvollarla əvəz edilir.

Spacebar (probel) – boş yer daxil etmək üçün istifadə edilən, üzərində heç bir yazı

olmayan düymədir.

Num Lock – rəqəm klaviaturasını aktivləşdirir.

Pause – proqramın yerinə yetirilməsini müvəqqəti olaraq dayandırır.

PrntScrn – ekranın təsvirini mübadilə buferinə göndərir, Alt düyməsi ilə birgə

basıldıqda buferə yalnız aktiv pəncərənin təsviri göndərilir.

Shift + PrntScrn – ekranın təsvirini çapa vermək üçün istifadə edilir.

Tab – mətn redaktorunda kursorun yerinin bir neçə mövqe dəyişdirilməsi üçün istifadə

edilir. Windows-da mausun köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün

istifadə olunur.

Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı müxtəlif istiqamətlərdə

hərəkət etdirməyə imkan verir. Bu düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik

ola bilər.

Ctrl, Shift və Alt düymələri klaviaturanın digər düymələri ilə kombinasiyada işlədilir və

bu düymələrin təyinatını dəyişdirmək üçün nəzərdə tutulub.

Çıxış qurğuları

Monitor

Monitor (displey) – kompyuterə daxil edilən və kompyuterdən alınan mətn və qrafik

informasiyanı əks etdirən qurğudur. Monitorun iki iş rejimi var: qrafik iş rejimi və mətn iş

rejimi. Qrafik iş rejimi ekrana qrafiklərin, şəkillərin çıxarılmasını təmin edir, mətn iş rejimi isə

mətn tipli informasiyanın ekrana verilməsi üçün nəzərdə tutulmuşdur.

Monitorlar müxtəlif dioqanallı olurlar. Dioqanallar düyumlərlə ölçülür. 1dyum = 2,54sm. Monitorun keyfiyyəti ondakı nöqtələrin sayı ilə ölçülür. Bu nöqtələrə piksel deyilir.

Monitorların növləriHazrlanma texnologiyasına görə monitorlar əsasən 3 qrupa bölünür:

Elektron şüa borulu;

Maye-kristallı;

Plazma ekranlı.

Yaxın vaxtlara qədər elektron-şüa borusu (EŞB) əsasında qurulmuş monitorlar ən geniş

yayılmışdırlar. Belə monitorun iş prinsipi adi televizorun iş prinsipindən heç də fərqlənmir.

Bugünkü gündə EŞB-monitorlar tam təkmilləşdirilmiş və qiyməti çox da baha olmayan

Page 17: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

qurğulardır. Onun əsas mənfi cəhəti – çəkisi və qabarit ölçüləridir. Bundan əlavə, güclü enerji

sərfinə malikdirlər və istifadəçiyə zərərli şüalarla təsir edirlər.

Bunun alternativi olaraq, maye-kristal (MK) matris əsasında müstəvi və ensiz nazik

monitorlar istehsal olunmağa başlanmışdır. Belə monitorun ekranındakı nöqtələri çoxlu sayda

miniatür maye-kristallı elementlər formalaşdırır ki, o da verilən cərəyanın təsiri nəticəsində öz

rəng xarakteristikalarını dəyişdirir.

Tipindən asılı olmayaraq monitorlar aşağıdakı vacib parametrlərlə xarakterizə olunurlar:

1) Ekranın diaqonalının ölçüsü dyümlə ölçülür. Əvvəllər ev kompyuterlərində 14

dyümlü monitorlardan istifadə edilirdi. Sonra onları 15 dyümlü və 17 dyümlü

monitorlar əvəz etdi. 19 dyümlü və daha böyük diaqonallı monitorlardan istifadə

edənlər də az deyildir.

2) Ekranın mütənasibliyi. EŞB monitorlarında tərəflərin nisbəti (enin uzuna nisbəti)

həmişə 4:3 olduğu halda, MK monitorlarda bu nisbət müxtəlif cür olur. MK

monitorlarda əksər hallarda bu nisbət 16:9 olur. Bu da, belə bir enli ekranlı formatda

DVD filmlərinə rahat baxmağa imkan verir. Standart proqramlarla işlədikdə isə ekran

nisbətinin heç bir təsiri yoxdur.

3) Ekran pikselinin qiyməti. Bu göstərici ekrandakı nöqtənin – pikselin ölçüsünün

minimal qiymətini göstərir (bu qiymət millimetrin onda bir hissəsi ilə ölçülür). Bu

parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir: bu nöqtə nə qədər böyük

olarsa, təsvir də bir o qədər kobud alınar. MK monitorlarda bu kəmiyyət 0,28-0,29 mm

olur.

4) Seyrəklik qabiliyyəti (videorejim). Bu kəmiyyət vasitəsilə ekrana çıxarılan nöqtələrin

(piksellərin) sayı təyin edilir. Aydındır ki, piksellərin sayı nə qədər çox olarsa, təsvir də

bir o qədər keyfiyyətli alınacaq. Seyrəklik qabiliyyəti 2 kəmiyyəti təsvir edir: üfüqi və

Page 18: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

şaquli istiqamətdə nöqtələrin sayı. Bu kəmiyyət kompyuterdə rejimdən rejimə keçdikcə

dəyişir:

-640x480 (14 dyümlü monitorlar üçün standart rejim)

-800x600 (15 dyümlü monitorlar üçün standart rejim)

-1024x768 (17 dyümlü monitorlar üçün standart rejim)

-1152x854 (19 dyümlü monitorlar üçün standart rejim)

-1280x1024 (20 dyümlü monitorlar üçün standart rejim)

-1600x1200 (21 dyümlü monitorlar üçün standart rejim)

Praktikada, istənilən monitor daha böyük seyrəkliyi dəstəkləyə bilər. Çox böyük

seyrəklik olduqda qrafik interfeysin elementləri çox-çox kiçik alınır.

5) Açılışın maksimal tezliyi (Refresh Rate). Aydındır ki, açılış tezliyi nə qədər kiçik

olarsa, monitorun ekranı insanın gözünü daha tez yorar. Bir qayda olaraq komfort

şəkildə işləmək üçün açılışın tezliyi 85 Hz-dən aşağı olmamalıdır. Bu zaman ekrandakı

təsvir bir saniyədə 85 dəfə yenilənəcəkdir. Daha aşağı tezlik görmə qabiliyyətini

zəiflədə bilər. Bütün bu deyilənlər EŞB monitorlara aiddir. MK monitorlarda isə bir

piksel digər piksellərdən asılı olmur və ayrıca idarə olunur. Ona görə də MK monitor

üçün bu parametr 75 Hz olarsa, bu təhlükəsizdir.

6) Videoplatanın tipi

7) Rəngin dolğunluğu – ekrana eyni zamanda çıxarıla bilən rənglərin sayı ilə müəyyən

olunur.

PrinterPrinter informasiyanı kağıza çap edən qurğudur. Printerlər bir-birindən iş prinsipinə,

çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə fərqlənirlər.

Bütün çap qurğuları çapetmə prinsipinə görə aşağıdakı qruplara bölünür:

Matrisli tipli zərbəli printerlər;

Şırnaqlı printerlər;

Lazerli (səhifəlik) printerlər.

Page 19: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

Matris tipli zərbəli printerlər. Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün

mümkün işarələr kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunurlar.

Bu cür üsulla işləyən çap qurğuları kifayət qədər çap keyfiyyəti, ucuz materiallarla (rəngli lent

və kağız) işləməyi təmin edir, həm standart formalı kağızdan, həm də rulon tipli kağızdan

istifadə etməyə imkan verir.

Şırnaqlı printerlər. Bu printerlər mürəkkəblə işləyir. Şırnaqlı printerlər matris tipli

zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər.

Lazer və LED (Light Emitting Diode) printerləri. Bu printerlərdə quru toz

hissəciklərindən istifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer

printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap barabanı və optik-mexaniki

sistemdir. LED printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir.

Çap rənginə görə isə printerlər 3 qrupa bölünür:

Ağ-qara printerlər;

Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı

printerlərdə rast gəlinir);

Rəngli printerlər.

Çoxfunksiyalı qurğular. Bir gövdədə birləşən printer, skaner, surət çıxaran (kseroks), bəzi

hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır. “Kombayn”ın tərkibində olan

qurğular üçün heç bir standart olmur: məsələn, printer çox vaxt şırnaqlı, bəzi halda isə lazer ola

Page 20: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

bilər və s. Nəzərə almaq lazımdır ki, bu qurğu sıradan çıxdıqda, biz eyni zamanda 3-4 qurğudan

məhrum olmuş oluruq.

PlotterPlotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük

dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən

konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.

Akustik sistemlər (səsucaldıcılar)Akustik sistemlər audioinformasiya ilə işi təmin edir. Buna səs ucaldıcıları, qulaqcıqları,

mikrofonu aid etmək olar. Akustik sistemlər 2 cür olur: daxili və xarici.

SkanerKağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir.

Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar

istifadə edilməsinə imkan verir. Ən geniş yayılmış iki tip skaner mövcuddur: əl ilə işləyən (hand-

held) və stolüstü (desktop).

Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə

aparmaq nöqteyi-nəzərindən yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin üzərində

Page 21: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm (10 sm) olur, uzunluğu isə

proqram təminatı ilə məhdudlaşır.

Stolüstü skanerlərə çox vaxt səhifəlik, planşet və ya avtoskaner deyilir. Bu skaner

vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14 dyüm ölçülü təsvirləri kompyuterə daxil etmək mümkündür.

Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin

olunur.

Bir qayda olaraq, təsvir obrazları kompyuterdə qrafiki fayl şəklində - TIFF (Tagged Image

File Format) və ya PCX formatında saxlanılır.

Qrafiki planşet (digitayzer)Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə xarakterizə edilir: işçi sahənin

ölçüsü və seyrəklik qabiliyyəti. Qrafik planetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı

xətlərdən istfadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir dyümə düşən xətlərlə

(lpi – line per inch) ifadə olunur.

Web-kameraWeb-kamera vasitəsilə İnternetə videotəsvirlər çıxarılır. Bu zaman ötürülən təsvirin

seyrəklik dərəcəsi 640x480 olur. Bu qurğu Microsoft NetMeeting adlı səs və videomüraciət

proqram təminatı ilə işləyir. Son illərdə istehsal edilən Web-kameraların əksəriyyəti kompyuterə

USB portu vasitəsilə qoşulur və əlavə qida mənbəyi tələb etmir.

Page 22: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

StrimmerStrimmer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı

maqnitofondur. Strimmerin kasetləri böyük tutuma (120Mbayt – 5Gbayt) malikdir.

Kursoru idarə edən qurğularFərdi kompyuterlərlə işləyərkən klaviaturaya alternativ olan xüsusi manipulyatorlardan

istifadə edirlər. Bunlara coystik, işıqlı qələm, sensor paneli, maus və s. aiddir.

Maus (manipulyator)

Maus – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə

hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Maus və trekbol vasitəsilə

informasiya kompyuterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst

menyunu açmaq üçün istifadə olunur.

Trekbol

Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də

törədir. Onu stol üzərində hərəkət etdirdikdə kabeli nəyəsə ilişir və s. Bu problemləri aradan

qaldırmaq üçün trekbol adlanan qurğu kəşf edilmişdir. Bu halda maus tərsinə çevrilir və mausun

özü hərəkət etmir, biz yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa nisbətən

daha baha olur və əsasən tətbiqi qrafiki işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş

tətbiq edilir.

Page 23: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

Sensor paneli (Taçpad)İdarə qurğularından biri də ən çox noutbuklarda istifadə olunan sensor paneli və ya

taçpaddır (ing. touchpad – sensor sahə).

Sensor panelindən barmağı qurğunun səthində hərəkət etdirməklə kursorun ekranda

hərəkətini təmin etmək üçün istifadə olunur.

Rabitə qurğuları və verilənlərin ötürülməsi

ModemRabitə qurğularından telefon kanalı vasitəsilə İnternetə qoşulmaq üçün istifadə edilir.

Onların tipik nümayəndəsi modemdir.

Modem – kompyuterin İnternet şəbəkəsinə qoşulmasını təmin edən qurğudur. Bu qurğu,

kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya

əksinə avtomatik çevirir. Bu çevrilmə onunla əlaqədardır ki, kompyuter rəqəmli siqnallarla

işlədiyi halda, telefon analoq siqnallarla işləyir. Texnikada rəqəmli siqnalların analoq

siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə demodulyasiya deyilir.

Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və

informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni

əgər modem saniyə ərzində analoq siqnallarının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli

onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq

siqnallarının sayı, yəni bit ilə təyin edilir.

Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili (sistem blokun

daxilində yerləşdirilir) və xarici (ayrıca qurğu kimi kompyuterə qoşulur) olurlar.

1. İlk fərdi kompyuterin yaranma tarixi 1977-ci il hesab olunur. Məhz bu ildə iki

amerikalı alim – S.Vozyak və S.Jobs öz fərdi kompyuterlərini yaratdılar və onu

Apple adlandırdılar. IBM firması isə ilk fərdi kompyuterini 1981-ci ildə yaratdı

Page 24: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

(IBM PC) və ondan sonra bütün dünyada bu kompyuterlərdən geniş istifadə

edilməyə başlandı. Hal-hazırda bütün dünyada istifadə edilən kompyuterlərin

80%-i IBM platforması ilə istehsal edilən kompyuterlərdir

CON FON NEYMANA GORE KOMPYUTERLERIN ARXIEKTURASI

ASAGIDAKILARDAN IBARETDIR.

SISTEM BLOKU(CASE)

MONITOR(DISPLAY)

KLAVIATURA(KEYBOARD)

SISTEM BLOKU(CASE)- KOMPUTERIN ESAS TERKIB HISSESIDIR. ONSUZ

KOMPYUTER ISLEYE BILMIR. SISTEM BLOKUNA ASAGIDAKILAR DAXILDIR

ANA PLATA(MOTHER BOARD)

HDD-HARD DISK, ESAS,DAIMI,VINCESTER YADDAS

RAM-OPERATIV,MUVEQQETI,EMELI YADDAS

PROSESSOR(CPU)

CD/DVD COMBO, DISKOVODLAR

VIDEO YADDAS (VGA)

DAXILI XARICI QOSULMA YERLERI

ISE SALMA DUYMELERI

QIDA BLOKU-

DAXIL ETME QURGULARI. INFORMASIYANI KOMPYUTERE

DAXIL ETMEK UCUN ISTIFADE OLUNUR. ASAGIDAKILARDIR.

1. KLAVIATURA

2. MAUS

3. SKANER

4. REQEMLI KAMERA

5. MIKROFONLAR

6. QRAFIK PLANSET

XARIC ETME QURGULARI, KOMPUYUTERDE OLAN INFORMASIYYANI XARIC

ETMEK UCUN ISTIFADE OLUNUR,ASAGIDAKILARDIR.

1. PRINTER

2. MONITOR

Page 25: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

3. SESGUCLENDIRICI DINAMIKLER

4. PLOTTER

HEM DAXIL ETME.HEM XARIC ETME QURGULARI ASAGIDAKILARDIR.

1. FLESKARTLAR

2. CARDREADER

3. CD/DVD DISKLER

4. FLOPPY DISKLER

DAXILI VE XARICI QOSULMA YERLERI.

Daxili qosulma yerleri-Slot(misal olaraq-ide,pci,sata,agp)

Xarici qosulma yerleri port adlanir-(misal olaraq: usb-vasitesile qosulan

butun qurgular)

Printer- Printer informasiyanı kağıza çap edən qurğudur. Printerlər bir-birindən iş

prinsipinə, çapetmə üsuluna, sıxlığına, sürətinə və çap rənginə görə fərqlənirlər.

Bütün çap qurğuları çapetmə prinsipinə görə aşağıdakı qruplara bölünür:

Matrisli tipli zərbəli printerlər; murekkeble isleyir.

Şırnaqlı printerlər; matris tipli zerbesiz printerler-murekkeble isleyir

Lazerli (səhifəlik) printerlər. Toz hisselerile isleyir.

SKANER: SKANERIN FUNKUSIYYASI Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə

daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s.

surətlərinin kompyuterdə təkrar istifadə edilməsinə imkan verir.

Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin olunur.

Bir qayda olaraq, təsvir obrazları kompyuterdə qrafiki fayl şəklində - TIFF (Tagged Image File

Format) və ya PCX formatında saxlanılır.

PLOTTER- Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük

dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və

layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.

Page 26: Web viewIntel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir; 512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san,

MODEM- Rabitə qurğularından telefon kanalı vasitəsilə İnternetə qoşulmaq üçün istifadə edilir.

Modem – kompyuterin İnternet şəbəkəsinə qoşulmasını təmin edən qurğudur. Bu qurğu,

kompyuter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə

avtomatik çevirir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks

prosesə demodulyasiya deyilir.Modemlər istifadə olunan kompyuterlərin tiplərindən asılı olaraq daxili

(sistem blokun daxilində yerləşdirilir) və xarici (ayrıca qurğu kimi kompyuterə qoşulur) olurlar.

Kompüterin əlavə(periferiya) qurğuları.

Printer – çap etmə qurğusudur. Printerlərin 3 növü vardır: Matris, axarlı, lazer.Skaner – mətn və qrafik məlumatı kompüterə oxuyurModem – qlobal şəbəkəyə (İnternetə) qoşulmaq üçün istifadə olunan qurğudur.Strimmer – böyük həcmli məlumat maqnit lentlərdə saxlamaq üçündür. Plotter, kolonka, kamera və s.Müasir kompüterlər 3 yerə bölünür: super, mini, mikro.Mikro kompüterlərin ən populyarı PC(personal kompüter) fərdi kompüterlərdir.Fərdi kompüterlər 2 yerə ayrılır: PK –lərin Böyük EHM-na nisbətən əlverişli olmağının səbəbləri:

- İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)

- Fərdilik- Böyük həcmdə olan məlumatın sürətli emalı- Təmirin asanlığı və yüksək keyfiyyətliliyi- Periferiya qurğularından istifadə etmək imkanları- Bütün sferaları əhatə edən proqram təminatı- Şəbəkələrə birləşdirilmək imkanı