256
“Azərbaycan dili” anlayışının tarixi Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi 1

dilcilik.az · Web viewHər bir dilin adının mənşəyi, təşəkkül tapıb formalaşması həmin dilin, eləcə də onun daşıyıcısı olan xalqın (etnosun) tarixi ilə birbaşa

  • Upload
    others

  • View
    10

  • Download
    0

Embed Size (px)

Citation preview

“Azərbaycan dili” anlayışının tarixi

Aysel Qəribli

“Azərbaycan dili” anlayışının tarixi

“Elm və təhsil”Bakı-2017

1

Aysel Qəribli

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 17 may 2017-ci il tarixli

iclasının №07 protokoluna əsasən çap olunur.

Elmi redaktoru:Sayalı Sadıqova,

professor

Rəyçilər: Roza Eyvazova,

professor

Pərvin Quliyeva,filologiya üzrə fəlsəfə doktoru

Redaktor:Dəyanət Osmanlı

Aysel Qəribli. “Azərbaycan dili” anlayışının tarixi.Bakı, “Elm və təhsil”, 2017, 152 səh.

Filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin bu kitabında “Azərbaycan dili” anlayışının formalaşma tarixinin dövrləri araşdırılıb.

ISBN 978-9952-8176-1-2

© “Elm və təhsil”, 2017

2

“Azərbaycan dili” anlayışının tarixi

GİRİŞ

Hər bir dilin adının mənşəyi, təşəkkül tapıb formalaşması həmin dilin, eləcə də onun daşıyıcısı olan xalqın (etnosun) tari-xi ilə birbaşa bağlıdır. Bu isə o deməkdir ki, hər hansı dil adı-nın (linqvonimin) keçdiyi inkişaf yolunun öyrənilməsi həm nə-zəri, həm də praktik baxımdan çox böyük elmi əhəmiyyət daşı-maqla yanaşı, özündə müəyyən problemləri də ehtiva edir.

“Azərbaycan dili” anlayışı (linqvonimi), “Azərbaycan” toponimi, bunun ardınca isə “Azərbaycan xalqı” etnoniminin təşəkkülü ilə formalaşmağa başlayaraq müasir dövrdə sayı iyir-mi beşdən çox olan türk dillərindən birinin adını bildirir ki, hə-min ad-anlayışın formalaşmasının zəngin tarixi vardır. Lakin bu tarix indiyə qədər sistemli şəkildə, xronoloji (və məntiqi) ar-dıcıllıqla öyrənilməmiş, yalnız (və adətən, biri digərini istisna edən, yaxud mübahisəli) mülahizələrlə kifayətlənilmişdir. Hal-buki Azərbaycan xalqının öz müstəqilliyini inkişaf etdirib daha da möhkəmləndirdiyi bizim günlərdə “Azərbaycan dili” anlayı-şının tarixinin bütün təfsilatı, təkamül dövrləri ilə birlikdə ay-dın təsəvvür olunması milli şüurun mükəmməlliyinə əhəmiy-yət li təsir göstərməyə bilməz.

Məlum olduğu kimi, ümumnəzəri aspektdə etnonim-to-ponim-linqvonim münasibətləri kifayət qədər mürəkkəb təbiətə malikdir. Bir qayda olaraq, linqvonimlər etnonimlərdən yaran-sa da (məsələn: ingilis xalqı - ingilis dili, yapon xalqı -yapon dili, çeçen xalqı - çeçen dili və s.), toponimlərdən əmələ gəlmə-si faktlarına da az təsadüf edilmir; məsələn: Çin dili, Ukrayna dili, Litva dili və s. “Azərbaycan dili” anlayışı da bu model üz-rə formalaşmış, lakin həmin formalaşma prosesi bir sıra dövr-lərdən, mərhələlərdən keçmişdir.

Şübhəsiz, xalq, ölkə (və dövlət) adları kimi, dil adları da mənşəcə nə siyasi-inzibati, nə də elmi-akademik təsəvvürlər-dən irəli gəlməyən təbii (inersion) hadisədir, lakin milli özünü-

3

Aysel Qəribli

dərk dövrlərində bu məsələyə intellektual-ideoloji müdaxilənin güclənməsi və onun dövlət dil siyasətinin predmetinə çevrilmə-si də tamamilə təbiidir.

Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının, demək olar ki, bütün görkəmli ziyalıları milli özünüdərk dövründən başlayaraq ölkənin (eləcə də dövlətin), xalqın və dilin adı ilə bağlı məsələyə xüsusi diqqət yetirmiş, “Azərbaycan”, “Azər-baycan xalqı” və “Azərbaycan dili” anlayışlarının formalaşma-sında öz əsaslandırılmış mülahizələri (və mübarizələri) ilə mü-hüm rol oynamışlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev is-tər sovet, istərsə də xüsusilə müstəqillik dövründə ölkəyə rəh-bərlik illərində “Azərbaycan dili” anlayışının həm ictimai şüur-da möhkəm yer tutması, həm də Azərbaycan dilinin hər cəhət-dən mükəmməl bir xalqın dili olaraq daha da inkişaf edib zən-ginləşməsi üçün ardıcıl şəkildə təxirəsalınmaz tədbirlər gör-müşdür. Xalqın (və dövlətin) dili ilə bağlı mülahizələri , apar-dığı geniş miqyaslı müzakirələr, gəldiyi nəticə və ya qərarlar, həyata keçirdiyi ideyalar dahi dövlət xadiminin ümumən milli dövlət quruculuğu missiyasının üzvi tərkib hissəsi olmuşdur (bu barədə geniş məlumat üçün bax: 39,45,69 və s.). Onun (və mənsub olduğu xalqın) müəllifi olduğu Azərbaycan Respubli-kası Konstitusiyasında deyilir:

“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Lakin etiraf etmək lazımdır ki, milli ictimai şüur səviyyə-sində dilin adı ilə bağlı bu qənaətə gəlinməsinə qədər mübahi-sələr, hətta münaqişələrlə müşayiət olunan mürəkkəb bir tarixi yol keçilmişdir.

“Azərbaycan dili” anlayışının təşəkkülü tarixinin dərin-dən öyrənilməsi üçün kifayət qədər zəngin mənbələr mövcud-dur ki, onların analitik, eləcə də düzgün metodologiya ilə təhlili ciddi elmi nəticələrə gəlməyə imkan verir.

4

“Azərbaycan dili” anlayışının tarixi

R.Eyvazova “Azərbaycan dili” anlayışının təşəkkül tari-xinin mühüm (əslində, metodoloji əhəmiyyəti olan) bir məsə-ləsinə toxunaraq yazır:

“Azərbaycan dili” adı alana qədər dilimiz, xalqımız müx-təlif terminlərlə adlanmışdır ki, bunlardan ən əsası “türk” ter-minidir. “Türk” termininin işlənməsi təkcə Azərbaycanla bağlı olmamış, bütün türk xalqları və dilləri qrupuna aid olmuşdur” (34,s.8-9).

“Yeni türk dili” monoqrafiya-dərsliyinin müəlliflərinin fikrincə, müasir dövrdə “türk dili” və ya “türkcə” adı, əsasən, iki anlayışı bildirir:

1. ümumiyyətlə dünyada mövcud olan bütün türk dillərini;

2. ayrıca olaraq bütün türk dilini (104, s.139-141).Müəlliflər yazırlar:“Göytürklərdən günümüzə qədər fasiləsiz davam edən

türk dili tarixinin hər dövründə “türk tili”, “türk dili”, “türki di-li” (əslində, sadəcə “türki” olmuşdur - A.Q.) adları ilə tanınan türkcə xüsusilə XX əsrin əvvəllərinə qədər bütün türk milləti-nin dilini ifadə etdiyi halda həmin əsrdə bir sıra siyasi gəlişmə-lər və müdaxilələr nəticəsində mənaca daralmaya məruz qal-mışdır. Sovetlər Birliyi dövründə bu ölkədə yaşayan türk boy-larının istifadə etdikləri ləhcələr siyasi səbəblərlə “qırğızca”, “azəricə”, “qazaxca” şəklində adlandırılmış və bunların türkcə-dən fərqli bir dil olduqları, danışanların da türk olmadıqları; azəri, qazax, qırğız olduqlarının nəzərə çarpdırılmasına çalışıl-mışdır” (104,s.140).

Lakin məsələ burada təsəvvür olunduğu qədər də sadə deyil; doğrudur, Sovetlər Birliyi dövründə türk dillərini, eləcə də xalqlarını bir-birindən təcrid etmək təşəbbüsləri olmuşdur, bununla belə həmin xalqların, eləcə də dillərin sovet dövrünə artıq kifayət qədər diferensial varlıqları və öz adları ilə gəlib çıxdığını da inkar etmək mümkün deyil.

5

Aysel Qəribli

Ümumiyyətlə, “Azərbaycan dili” anlayışının tarixinin tədqiqi bir sıra spesifik metodoloji nüansların əlaqəli şəkildə nəzərə alınmasını tələb edir ki, buraya ilk növbədə aşağıdakılar daxildir:

-Azərbaycan xalqının (və dilinin) tarixinə bütün dövrlər-də ümumtürk tarixi “kontekst”ində baxılması;

-“Azərbaycan dili” anlayışının təsadüfi bir hadisə olma-yıb türk dillərinin təbii diferensiasiyası prosesində formalaşan Azərbaycan türkcəsini bildirmək üçün tədricən, qanunauyğun olaraq, təşəkkül tapması gerçəkliyinin qəbul edilməsi;

-“Azərbaycan dili” linqvoniminin rəsmi işlədilməsinin a) milli ictimai şüurun təkidi, b) elmi-intellektual mövqeyin təs-diqi və c) siyasi iradənin təsbiti nəticəsində mümkünlüyünün bir prinsip olaraq nəzərə alınması.

Göründüyü kimi, burada həm etnik, həm intellektual-mə-dəni, həm də siyasi-ideoloji proseslərin qarşılıqlı əlaqəsinə isti-nad olunur.

“Azərbaycan dili” anlayışının təşəkkülü tarixinin sxema-tik ifadəsini isə aşağıdakı şəkildə göstərmək mümkündür:

Bu isə o deməkdir ki, “Azəbaycan dili” anlayışının, eləcə də linqvoniminin təşəkkülü tarixinin əsasını “türk dili”ndən” Azərbaycan dili”nə keçid dövrü, başqa sözlə, həmin dövrdə meydana çıxan problemlər təşkil edir.

Şübhəsiz, “Azərbaycan dili” anlayışının təşəkkülü tari-xini əsaslı metodoloji prinsiplərlə öyrənmək iddiası ilə meyda-na çıxan araşdırma ilk növbədə mövcud (və xeyli dərəcədə zəngin) faktların sistematik ardıcıllığına və ya dəqiq xronologi-yasına əsaslanmalıdır. Müşahidələr göstərir ki, təsadüfi, yaxud mübahisəli mülahizələr, xüsusilə ehtimallar üzərində qurulmuş nəzəriyyələr, məsələn, türk etnosunun dünyaya Azərbaycandan

“Azərbaycan dili”“Türk dili”

“Azərbaycan”+ “türk dili”

6

“Azərbaycan dili” anlayışının tarixi

yayılması, eləcə də “Azərbaycan” toponiminin türk mənşəliliyi və s. “milli təəssübkeşlik” baxımından nə qədər diqqəti cəlb et-sə də, ümumtürkoloji kontekstdə özünü nəinki doğruldur, hətta indiyə qədər aparılmış çoxillik araşdırmaların uğurlu nəticələri-ni də şübhə altına almaqla əsassız revizionizm əhval-ruhiyyəsi yaradır. Azərbaycan dili dialekt və şivələrində, yəni müasir türk dillərindən birinin “hüdud”unda bütün türk dillərinin gene-tik köklərini axtarmaq nə qədər qeyri-elmidirsə, həmin dili (Azərbaycan dilini) orta əsrlərin sonu yeni dövrün əvvəllərin-dən etibarən ümumtürk dilinin bir dialekti (ləhcəsi) saymaq da o qədər əsassızdır.

Əlbəttə, “Azərbaycan dili” linqvonimi digər türk dilləri-nin mütləq əksəriyyətinin adlarından fərqli üsulla yaranmışdır. Əgər mənşələrinə getməsək, formal olaraq, məsələn, “türk di-li”, “özbək dili”, “qazax dili”, “qırğız dili”, “türkmən dili”, “ta-tar dili”, “uyğur dili”, “başqırd dili” və s. linqvonimlərin kö-kündə etnonimlər dayanır, “Azərbaycan dili” anlayışı isə topo-nim əsasında təşəkkül tapmışdır. Lakin ümumi prinsip baxı-mından bir dilin və ya xalqın adının bu üsulla formalaşması, ar-tıq qeyd etdiyimiz kimi, istisna təşkil etmir. Hətta türk dilləri daxilində də həmin təcrübə vardır; məsələn, Altay dili, Tuva dili.

“Azərbaycan dili” anlayışının mənşəyindən bəhs edərkən iki başlanğıc məqam xüsusi maraq kəsb edir ki, bir sıra prob-lemlər məhz həmin məqamların düzgün metodologiya ilə şərh olunmamasının nəticəsidir. Onlardan birincisi “türk dili” anla-yışının tarixi məzmununu aydın təyin etməkdən, müəyyən dövrdə diferensiasiya olunan (bölünən) türk dillərinin yeganə ortaq (universal) əcdadı kimi qəbul edib-etməməkdən ibarət-dir. Bu məsələ ilə bağlı həm klassik, həm də müasir türkologi-yada mübahisələr mövcuddur.Belə ki, bir sıra türk dillərinin, eləcə də etnoslarının tam türkcə, eləcə də tam türk olmadıqları iddia edilir ki, bu mövqe, prinsip etibarilə, yanlışdır. Hər şey-dən əvvəl ona görə ki, istənilən dilin, yaxud o dildə danışan xalqın tərkibindəki yad və ya əcnəbi ünsürlər nə həcmdə olursa

7

Aysel Qəribli

olsun, bütövlükdə, etnik sistemə təsir edəcək, onu eklektik şək-lə gətirəcək, yaxud “hibrid” yaradacaq gücdə ola bilməz . Əks halda hər hansı bir dildən və ya xalqdan danışmaq, ümumiy-yətlə, mümkün olmazdı. Məsələn, deyək ki, müasir Azərbay-can dilinin lüğət tərkibində istər ərəb, istərsə də fars mənşəli sözlər böyük üstünlüyə malikdir. Lakin bu, belə bir nəticə çı-xarmağa qətiyyən əsas vermir ki, onu üç dilin- ərəb, fars və türk dillərinin qarışığından ibarət bir dil hesab edək. Çünki Azərbaycan dilinin həm fonetik, həm leksik, həm də qram-matik mənşəyində bir sistem olaraq türk dili dayanır. Və bu deyilənlər bütün digər türk dillərinə də aiddir.

Hansı coğrafiyada, hansı etnoqrafik, yaxud siyasi şəraitdə təzahür etməsindən asılı olmayaraq bütün türk dilləri təşəkkül tapdıqları dövrdən etibarən eyni bir dil texnologiyasının törə-mələridir. Ona görə də hər hansı türk dilinin “genezis”ində qə-dim, hətta “tarixəqədərki” alınmalara əsaslanaraq başqa sistem-li bir və ya bir neçə dilin dayandığını, yaxud “izlər”ini “gör-mək” “xalq etimologiyası”ndan fərqli bir şey deyil.

İkinci məqam “Azərbaycan dili” anlayışının Azərbay-can coğrafiyasına mütləq, yaxud nisbi bağlılığı məsələsində özünü göstərir ki, azərbaycanşünaslıqda həmin mütləq və nisbi bağlılıq mülahizələri artıq əks nəzəri mövqelərə çevrilmişdir. Fikrimizcə, hər iki mövqe son həddlərə meylli olduqları üçün, nəticə etibarilə, yanlışdır.

“Azərbaycan dili” anlayışının, çox zaman liqvonimin məzmunundan çıxış edilərək, Azərbaycan coğrafiyasına mütləq bağlılığı ideyasını müdafiə edənlər ya türk dilinin, eləcə də ümumən türklərin pravətəni (ata yurdu) olaraq Azərbaycan əra-zisini nişan verir, ya da Azərbaycan dilini, eləcə də Azərbaycan xalqını türk oriyentasiyasından, faktiki olaraq, çıxarırlar. Birin-ci halda belə bir mənzərə əmələ gəlir: Altay nəzəriyyəsi yanlış-dır; türk xalqlarının etnogenezinin türklərdən başqa heç bir xalqın mənşəyinə dəxli yoxdur; türklər Ön Asiyada törəmiş (“hansı mənşədən?” sualına cavab verilmir), sonra Şərqə (Al-

8

“Azərbaycan dili” anlayışının tarixi

taylara) tərəf getmişlər; hunların dövründə Şərqdən Qərbə türk axını (xalqların Böyük Köçü) sonrakı hadisədir və s.

Lakin bu mənzərə-nəzəriyyənin qarşısına klassik türkolo-giya aşağıdakı suallarla çıxır:

a) xalqların, eləcə də dillərin ümumi tarixi baxımından həmin mülahizə əsaslıdırmı?

b) bir neçə yüz illik tarixi olan Altay nəzəriyyəsini (və onun kifayət qədər zəngin faktlarını) belə bir ehtimal təkzib edə bilərmi?

c) Altay dağları ətəklərindən Şərqə doğru yayılan xalq-ların (və dillərin) məlum coğrafi, siyasi, mədəni hərəkət tarixini bizə məlum olmayan “tarixəqədərki” dövr barədəki nəzəriyyə-ehtimallarla əvəz etməyin türkologiya üçün hansısa metodoloji əhəmiyyəti varmı?

Etiraf etmək lazımdır ki, bu suallar “Azərbaycan dili” an-layışının tarixi baxımından da maraqlıdır.

İkinci halda, yəni nisbi bağlılıqda isə mənzərə bu cürdür: türklər Azərbaycan coğrafiyasına XI-XII əsrlərdə səlcuq yürüş-ləri dövründə gəlmiş, müxtəlifdilli (?) yerli xalqlara öz dillərini (türkcəni) qəbul etdirmiş və nəticə etibarilə, müxtəlif mənşəli xalqların ortaq ünsiyyət vasitəsi olan türk-Azərbaycan dili for-malaşmışdır.

Nəzərə alsaq ki, birinci ideya ikinci ideyaya alternativ olaraq meydana çıxmışdır, onda hər iki ideyanın “kök”ündə ideoloji konyukturun dayandığını görməmək mümkün deyil.

“Azərbaycan dili” anlayışının Azərbaycan coğrafiyasına nisbi bağlılığı barədəki mülahizə bu anlayışı “türk dili” məxrə-cindən həm keçmişə, həm də gələcəyə doğru çıxararaq belə bir təsəvvür yaradır ki, azərbaycanlılar, onlara qarışmış azsaylı “köçərilər”i çıxmaqla, ümumiyyətlə türk mənşəli deyillər (bu barədə bax: 5).

Universal məntiq isə ondan ibarətdir ki, “Azərbaycan di-li” anlayışının mahiyyətində türk dilinin regional (Azərbaycan) təzahürü dayandığından burada region (Azərbaycan) anlayışı

9

Aysel Qəribli

ilə dil (türk dili) anlayışının elə bir əlaqəsi nəzərə alınmalıdır ki, nə dilin, nə də regionun hüdudlarından kənara çıxılmasın.

Təbiidir ki, “türk dili” liqvonimi meydana çıxana (II mi-nilliyin əvvəllərinə) qədər türk dili özünün çoxsaylı şifahi, elə-cə də zəngin yazılı abidələri ilə geniş bir coğrafiyada mövcud olmuş; dilin ümumi adı populyarlaşandan sonra isə “ türk dili” ilə yanaşı, onun coğrafi (regional) təzahürlərini bildirən adlar da işlənmişdir ki, bunun əsas nümunələrindən biri Azərbaycan türkcəsi olmuşdur (müqayisə et: Qafqaz türklərinin dili, Ana-dolu türklərinin dili, Volqaboyu türklərinin dili, Sibir türkləri-nin dili və s.). Yəni türk dilinin diferensiasiyasını “qeydiyyat”a alan əsas amil kimi həmin diferensial “dil vahidi”nin funksio-nallaşdığı coğrafiya (və onun adı) çıxış etmişdir. Hətta linqvo-nim əsası olaraq işlənmək imkanına malik etnonimlər də (mə-sələn: oğuz dili, qıpçaq dili, karluq dili, qaraxanlı dili, səlcuq dili, qızılbaş dili və s.) toponimlər qədər fəal olmamışdır (bax: 88, s. 108-110).

Faktlar göstərir ki, XX əsrin əvvəllərinə qədər türk dillə-rinin, eləcə də türk xalqlarının adlandırılmasında iki tendensiya daha fəaldır:

1.bütün türk dilləri (və xalqları) üçün ümumi bir adın- “türk” adının (o zamana qədər az populyar olmayan “tatar” adı tədricən ikinci plana keçir) müdafiə olunması: “türk dili”, ya-xud “ türk ləhcələri”, yaxud da “ türk dilləri” ;

2.türk dilinin regional təzahürlərinin ayrı-ayrılıqda adlan-dırılmasına üstünlük verilməsi.

XX əsrin əvvəllərindən isə artıq müstəqilliyi beynəlxalq səviyyədə etiraf olunmuş türk xalqlarının öz adları ilə adlandır-ma tendensiyası metodoloji əhəmiyyət kəsb etmişdir.

10

“Azərbaycan dili” anlayışının tarixi

I FƏSİL

“TÜRK DİLİ” ANLAYIŞININ TƏŞƏKKÜLÜ

1. “Türk dili” anlayışının mənşəyi

Türk dili barədə təsəvvür türk etnosunun tarix səhnəsinə çıxdığı dövrlərdən başlayır. Ancaq metodoloji texnologiyalar, hələ ki, etnosu dilə (dil materiallarına) görə müəyyən etdiyin-dən bu qənaətə gəlmək olar ki, türk etnosunun genezisini türk dilinin mənşəyi təyin edir. Bu barədə araşdırmalar isə ümumiy-yətlə dünya dillərinin materiallarına əsaslandığına görə kifayət qədər obyektiv nəticələrə gəlməyə imkan verir.

Məsələn, deyək ki, “Altay dili” adlı bir dil praktik olaraq heç bir yazılı mənbədə öz əksini tapmamışdır. Lakin türk, mon-qol və tunqus-mancur dillərinin tarixi-müqayisəli tədqiqi, necə adlanmasından asılı olmayaraq, belə bir dilin mövcudluğu ba-rədə kifayət qədər aydın təsəvvür yaradır. Doğrudur, bir sıra araşdırıcılar həmin müqayisələrin formal xarakter daşıdığı, mövcud oxşarlıqların isə qədim dil əlaqələrinin nəticəsi oldu-ğunu iddia edirlər. Bununla belə, Altay nəzəriyyəsi kifayət qə-dər ciddi arqumentlərə əsaslanır (bax: 117, 118, 137 və s.).

Etnosu bütün dövrlərdə müəyyən edəcək yeganə “ lak-mus kağızı” varsa, o da dildir... Dil etnosun doğurduğu elə bir fenomendir ki, onun özündən də güclü olub mahiyyətini təyin etmək iddiasındadır.

Əlbəttə, istənilən dil adı (linqvonim) bu və ya digər dil varlığını təyin edir və ya işarələyir. Ona görə “türk dili” anlayı-şının tarixi də həmin anlayış arxasında dayanan dilin tarixi ilə bir başa bağlıdır.

“Türk dili” anlayışının tarixi, əsasən, üç dövrə bölünür:I.Tarixəqədərki dövr və ya “türk dili” anlayışının mən-

şəyi.

11

Aysel Qəribli

II.Ümumtürk dili dövrü və ya “türk dili” anlayışının nor-malaşması.

III.Türk dilləri dövrü və ya “türk dili” anlayışının dife-rensiasiyası.

Birinci dövr onunla səciyyələnir ki, təxminən e.ə. III mi-nillikdən başlayıb eramızın I minilliyinin ortalarına qədər da-vam edən həmin dövrdə türkcənin mövcudluğu təkzib olunmaz faktlar əsasında rekonstruksiya olunur. İkinci dövr türkcənin zəngin yazılı abidələrdə təmsil olunduğu orta əsrləri (I minil-liyin ortalarından II minilliyin ortalarına qədər) əhatə edir ki, “türk dili” anlayışı məhz bu dövrdə meydana çıxır. Üçüncü dövr isə orta əsrlərin sonlarından etibarən ümumtürkcə kimi “ türk dili” anlayışının da diferensiasiyası ilə başlanır.

Prinsip etibarilə, dördüncü dövrdən də bəhs etmək olar ki, bu, ortaq türkcə təsəvvürlərinin formalaşması ilə bağlıdır.

“Türk dili” anlayışı (və linqvonimi) türk etnosunun tari-xinin sonrakı dövrlərində “türk” etnoniminin meydana çıxması ilə yaranmışdır. “Türk” sözü isə ilk dəfə I minilliyin ortalarında Göytürk dövlətinin (552-745) adında işləndiyindən “türk dili” linqvoniminin tarixini həmin dövrdən başlamaq, prinsip etiba-rilə, şübhə doğurmamalıdır.

Tuncər Bayqara “Türklüyün ən qədim dövrləri” məqalə-sində yazır:

“Günümüzdəki Türkiyədəki durumu, tarixi keçmiş açıq-ca göstərməkdədir ki, türklərin qopub gəldikləri iç Asiyada onlar bir böyük kütlə olmuşlar. Həmin bu böyük kümədən yer-də qalanlar ayrı gəlmişlərin təsiri ilə özlərinə fərqli adlar ver-miş və ya verdirmişdir. Qazaxlar, özbəklər, qırğızlar, türkmən-lər, tatarlar, uyqurlar, başqırtlar, altaylar, sakalar, tuvalar, xa-kaslar və b. Bu adlar vaxtilə onlara hakim olan başqa böyük si-yasi güclərin də uyğun gördükləri adlardır. Ancaq hamısının danışdıqları dilin eyni olduğunu dilçilər qəti şəkildə təsbit et-mişlər. Bunların hamısına “türk” deyilməsə də, “türkdilli (türk-cə danışan) xalqlar” deyilməkdədir” (93, s. 278).

12

“Azərbaycan dili” anlayışının tarixi

“Türk dili” anlayışının, müxtəlif xalqlara diferensiasiya-sından sonra da türklər arasında “ən mühüm birləşdirici, bütöv-ləşdirici ünsür” olduğuna diqqət çəkən müəllif göstərir ki, “türk dedikdə e.ə. IV minillikdən etibarən ortaq bir dildə danışan in-sanlar anlaşılmalıdır.

...Türkcə ilə bağlı araşdırmalar bu dildə danışılmasının tarixini, nəticə etibarilə, türkün varlığını daha qədimlərə apar-maqdadır...

I.Türk dilinin qonşu yaxın dillərlə birlikdə olduğu Altay dövrü: e.ə. IV-III minilliklər;

II.Ən qədim türkcə dövrü ;Erkən dövrlər: e.ə. III minillik - V əsr, sonrakı dövr: e.ə.

V əsr-III əsr.III.Qədim türkcə dövrü: III-XIII əsrlər.IV.Orta türkcə dövrü: XIII əsrdən sonra” (93, s. 291).Bu dövrləşdirmədən aydın olur ki, “türk dili” linqvonimi

ortaya çıxana qədər həmin linqvonimlə ifadə olunan dil təxmi-nən dörd min illik bir inkişaf yolu keçərək qədim türk (run, eləcə də uyğur) yazılı abidə-mətnlərində təzahür edən həm fo-netik (qrafik), həm leksik, həm də qrammatik mükəmməlliyə gəlib çatmışdır.

E.ə V-III minilliklərdə türk, monqol və tunqus-mancur dillərinin ümumi bir Altay dili tərkibində olduğunu müdafiə edən məşhur nəzəriyyəyə əsaslanıb Altay dövrünü türk dili ta-rixinə münasibətdə “tarixəqədərki dövr” hesab etsək, belə bir suala da cavab verməliyik ki, “türk dili” linqvonimi meydana çıxana qədər, yəni dörd min il ərzində, haqqında bəhs olunan dilin adı necə olmuşdur ?

Məsələ burasındadır ki, həmin sual müəyyən qeyd-şərtlə türk etnosunun adına da aiddir. Belə ki, türk etnosu da özünün ilk orta əsrlərdən populyar olan “türk” adı ilə təşəkkül tapdığı dövrlərdən çox-çox sonralar tanınmağa başlamışdır.

İbrahim Kafesoğlu “Tarixdə “türk” adı” məqaləsində göstərir ki, “türk” adı ilk dəfə 542-ci ildə Çin səlnaməsi “ Cou-

13

Aysel Qəribli

Şu”da Göytürk birliyini bildirmək üçün işlədilmişdir. Bu isə onu sübut edir ki, Göytürk dövlətinin 552-ci ildə yaranması ba-rədəki geniş yayılmış məlumat, əslində, dövlətin yarandığı yox, Bumının xaqan seçildiyi tarixi əks etdirir (109, s. 308).

“Türk” adı meydana çıxana qədər türklərin necə adlan-ması məsələsinə gəldikdə isə Çin mənbələri onları “hsiyunq-nu” (syunnu/xunn/hun) kimi tanıdığından (93, s. 308) və bu ad müxtəlif fonetik variantlarda həm Şərqdə, həm də Qərbdə geniş yayıldığından “türk dili” anlayışına (linqvoniminə) qədər təx-minən eyni mənada “hun dili” anlayışından (linqvonimindən) bəhs etmək olar.

Maraqlıdır ki, tədqiqatçılar eramızdan əvvəlki minillik-lərdə “hun” yox, “türk” adının izlərinə rast gəlirlər (109,s. 308-310). Lakin bu “iz”lər nə qədər çox olsa da, onların məhz “türk” anlayışını ifadə etdiyini dəqiqləşdirmək hələ ki mümkün olmamışdır.

M. Kaşğari “ Divani-lüğət-it-türk”də yazır:“Türk- əleyhissalam Nuhun oğlunun adıdır. Bu, adı Nuh

oğlu Türkün övladlarına Tanrının verdiyi addır”. ...“Türkün adını ulu Tanrı özü vermişdir” dedik. Çünki

bizə əhli-mübarəkdən şeyx və imam əl-Hüseyn ibn-Xəfif əl Kaşğari dedi. Ona da ibn əl-Fərqi adlı bir zat... rəvayət etmiş-dir. Həmin hədis belədir: “Ulu Tanrı mənim bir ordum vardır, ona “türk” adı vermişəm, onu şərqdə yerləşdirmişəm. Bir mil-lətə acığım tutsa, türkləri onun üzərinə müsəllət edərəm” deyir. Bu, türklərin bütün insanlara nəzərən üstünlüyüdür. Çünki adı onlara Tanrı özü vermişdir, onları yer üzünün ən yüksək yerin-də, havası ən təmiz ölkələrdə yerləşdirmiş və onlara “öz or-dum” demişdir. Bununla bərabər, türklərdə gözəllik, zəriflik, incəlik, ədəb, hörmət, böyüklərə ehtiram, sözündə bütövlük, tə-vazökarlıq, igidlik və mərdlik kimi hər bir saysız-hesabsız tə-rifə layiq olan ərdəmləri zikr etməyə ehtiyac yoxdur” (52, s. 357-358).

14

“Azərbaycan dili” anlayışının tarixi

İ.Kafesoğlu “Türk” nə deməkdir? sualına belə cavab ve-rir:

“Türk adının izahında ilk elmi təcrübənin A.Vamberi tərəfindən verildiyi qəbul edilir. Ona görə, “türk”- türk dilində “törəmək” mənasında olan “türə” və ya “törü”dən nəşət edib “yaradılmış, məxluq” mənasına gəlir. Bizdə Ziya Göyalpa görə isə, “türk” - “törəli” deməkdir”. L.Bazen “türk” adının “törü-mək”dən (Anadolu ləhcəsində “törəmək”) çıxdığını qəbul edə-rək, onun son tələffüz tərzinə doğru inkişaf etdikcə məna etiba-rilə aşağıdakı nüanslara ayrıldığını söyləmişdir: “türk” adı ilk şəkli ilə “var olmuş, şəkil qazanmış” mənasında ikən sonra “in-kişaf etmiş”, daha sonra “tamamilə inkişaf etmiş” məfhumları-nı bildirmiş, nəhayət, tələffüz “türk” formasını aldığı zaman “qüvvə, güc” mənasını qazanmışdır” (109, s. 311-312).

Qədim dünya tarixində türk etnosunun oynadığı geniş miqyaslı mədəni rol müxtəlif millətlərdən olan tanınmış mütəxəssislər tərəfindən etiraf edilməkdədir (bu barədə bax: 101,112,114,115 və s.).

Reha Oğuz Türkkanın fikrincə , “türk” kəlməsinin nüvə-sini əks etdirən “T+R”, bəzən də “T+R+K” (və ya sadəcə “T+K”) səsinin (əslində, səs birləşməsinin - A.Q.) daha qədim qeydlərdə kəşf edilməsi bu adın VI əsrdən əvvəl də işlədilmək-də olduğunu göstərir” (120, s.410).

Müəllif yazır: “... E.ə. 1400-cü illərdə... misirlilər onlardan (türklərdən

- A.Q.) tarixlərində” “başlarına tüklər taxılmış “turuşka” dəniz döyüşçüləri” deyə bəhs etmişlər. Hindlilər bu gün belə türklərə “turuşk” və “turuhka” dediklərinə görə misirlilərin ... “turuşka” adının “türk” kəlməsinin bir forması olduğunu qəbul edə bi-lərik...

.... Turuşkaların bir başqa köçü İtaliyanın Şimal-Qərb bölgəsində məskunlaşan və eramızdan əvvəl 800-cü illərdə ad-sanları geniş yayılacaq olan “etrusk”lardır” (120, s. 410).

15

Aysel Qəribli

Etnos adı olaraq “türk” sözünün hansı qədim dövrlərdən gəldiyini müəyyənləşdirmək, əlbəttə, əhəmiyyətlidir. Lakin məsələnin mübahisəsiz tərəfi ondan ibarətdir ki, I minilliyin or-talarından etibarən həm “türk” etnonimi, həm də “türk dili” və ya “türklərin dili” linqvonimi təşəkkül tapmışdır.

“Türkologiyaya giriş” kitabının müəllifi yazır:“Ən azı üç min illik şifahi ənənədən sonra eramızın

I minilliyinin ortalarında türk dili özünün zəngin yazı mədəniy-yətini təqdim edir ki, bu, bir sıra nüfuzlu tədqiqatçıların güman etdiklərinin əksinə olaraq, təsadüfi deyil. Çünki olduqca mü-kəmməl qədim türk (run) yazısı bir neçə əsrdə təşəkkül tapa bilməzdi. Və qədim türk yazı dilinin yüksək fonetik, leksik və qrammatik normativlik səviyyəsini, üslub imkanlarını da nə-zərə alsaq, etiraf etməliyik ki, bu nitq təzahürünün bir neçə min illik tarixi vardır” (25, s.81).

Ümumiyyətlə, türkologiyada “türk dili” anlayışının hü-dudlarını müəyyən etmək üçün, tamamilə əsaslı olaraq, yar-dımçı linqvonimlərdən istifadə edilir ki, bunlardan ən mühümü “ümumtürk dili”dir. Həmin linqvonim, prinsip etibarilə, I mi-nilliyin ortalarından II minilliyin əvvəllərinə qədərki türk dili təzahürlərini bildirir. Bundan sonrakı təzahürlər, bir qayda ola-raq, türk dilinin a) Şərq (karluq), b) Şimal-Qərb (qıpçaq) və c) Cənub-Qərb (oğuz) təmayüllərinə ayrıldığından “ümumtürk di-li” anlayışına daxil edilmir. II minilliyin ortalarından sonrakı dil təzahürlərinə münasibətdə isə artıq “türk dili” yox, “türk dilləri” linqvonimindən istifadə olunur.

Bir sıra tədqiqatlarda “ümumtürk dili” ilə “qədim türk dili” anlayışları eyni məzmunda işlənir. Məsələn:

“Qədim türk (ümumtürk dili) I minilliyin sonu II minilli-yin əvvəllərindən etibarən 1) oğuz, 2) qıpçaq və 3) karluq türk-çələrinə bölünmüşdür” (25, s.85).

“Böyük türk klassikləri”ndə bu məsələ daha təfərrüatı ilə işıqlandırılmışdır:

16

“Azərbaycan dili” anlayışının tarixi

“VII əsrdən XIII əsrə qədər əvvəl Orxon-Yenisey bölgə-lərində, sonra Tarım hövzəsində və nəhayət, Kaşğar-Balasaqun civarında meydana gətirilmiş olan yazılı ədəbiyyat məhsuldar-lığında işlədilən dil qrammatika baxımından heç bir dəyişikliyə uğramış deyildir. Altı əsr ərzində sahələrin, dialektlərin və dövrlərin fərqliliyindən irəli gələn bir sıra kiçik dəyişikliklər xaricində dilin səs və qrammatik quruluşu eyni qalmışdır. An-caq qarşılaşılan müxtəlif mədəniyyətlərin təsiri olaraq kəlmə xəzinəsində (lüğət tərkibində- A.Q.) bəzi fərqliliklər meydana gəlmişdi... Odur ki, Orxon, uyğur və Qaraxanlı dövrlərini əhatə edən və XIII əsrə qədər gələn türkcənin bu ilk dövrəsinə “əski türkcə” (“qədim türkcə” - A.Q.) adı verilir” (95, s. 37).

Beləliklə: 1) “türk dili” anlayışı (və linqvonimi) təşəkkül tapana qə-

dər ən geci e.ə. III minillikdən etibarən türk dili mövcud olmuş-sa da, onun necə adlandırıldığı barədə dəqiq məlumat yoxdur;

2) güman etmək olar ki, kifayət qədər geniş yayılmış türk etnosunun dilini həm etnosun və ya onu təşkil edən müxtəlif tayfaların, həm məskunlaşdıqları coğrafiyaların, həm də siyasi birliklərin (məsələn, “hun dili”) adı ilə adlandırmaq təcrübələri olmuşdur;

3) nəhayət, həmin təcrübələr arasından biri- ümumi etno-sun adı olan “türk” etnonimi I minilliyin ortalarında “türk dili” anlayış-linqvoniminin təşəkkülünü şərtləndirmişdir ki, burada da siyasi motiv- Göytürk dövlətinin meydana gəlməsi həlledici olmuşdur.

2. “Türk dili” anlayışı orta əsrlərdə I minilliyin birinci yarısında türklərə və ya türklərin ha-

kimiyyəti altında cəmləşmiş müxtəlif etnoslar birliyinə verilmiş “hun// xun// syun” adı tarixdə həm Şərq, həm də Qərb mənbə-lərində nə qədər məşhur olsa da, həmin minilliyin ortalarından etibarən öz populyarlığını, demək olar ki, tamamilə itirmişdir.

17

Aysel Qəribli

Bir sıra tədqiqatçılar, xüsusilə G.Dörfer hunların etnik tərkibinin bilinmədiyi kimi, onların hansı dildə danışdıqlarının da məlum olmadığı iddiasındadır.Onun fikrincə, “1. Biz xunla-rın hansı dildə danışdıqlarını bilmirik. 2. Biz syunnuların hansı dildə danışdıqlarını bilmirik. 3. Biz Avropa hunlarının hansı dildə danışdıqlarını bilmirik. 4. Bizim əsasımız var güman edək ki, Avropa hunlarının dili syunnuların dilindən fərqlənmişdir, yəni Avropa hunları, görünür, syunnuların varisləri deyillər, hər halda onların bilavasitə varisləri deyillər” (22, s.59).

Nəticə etibarilə, belə bir qərara gəlir:“Bizim əsasımız var güman edək ki, nə syunn dili, nə də

Avropa hunlarının dili heç bir məlum və ya hazırda mövcud olan dil ailəsinə aid deyil, ən azından (Şumer, uqarit hadisələrində olduğu kimi) söhbət ölmüş dil qruplarından gedir” (22, s.59).

N.A.Baskakov isə, məlum olduğu kimi, türk dillərinin Şərqi və Qərbi hun qruplarına bölünməsindən inamla bəhs et-mişdir (123).

Hun tarixşünaslığına gəldikdə, demək lazımdır ki, bu xalqın və ya cəmiyyətin əsasında türk etnosunun dayandığına, onun liderinin isə türk olduğuna mənbələr şübhə etmir (məsələn, geniş məlumat üçün bax: 135).

“Türk” sözü ilk dəfə qədim türk (run) yazılı abidələrinin dilində işlənmişdir:

“Tenqri təq tenqridə bolmış türk bilqə kağan bu ödkə olurtım” (24, s.159).

“Türk bəqlər türk atın ıtı, tabğaçğı bəqlər tabğaç atın tu-tıpan tabğaç kağanka körmis” (24, s.160).

“Türk kara kamuğ budun ança timis...” (24, s.160).Burada həmin sözün həm etnos, həm də dövlət adı bildir-

məsi diqqəti xüsusi olaraq cəlb edir. “Türk”ün dil adı (linqvo-nim) kimi işlədilməsinə isə təsadüf olunmur. Lakin türk bəylə-rinin “türk adı”nı atıb Çin adını qəbul etməyə məcbur olmaları barədəki təəssübkeşlik göstərir ki, bu dövrlərdə türklər aydın təzahür edən ad həssaslığına malik olmuşlar.

18

“Azərbaycan dili” anlayışının tarixi

“Türk dili” anlayışının məzmununu əks etdirən ilk ən mötəbər mənbə, şübhəsiz ki, Mahmud Kaşğarinin “Divani-lü-ğət-it-türk”üdür (XI əsr).

Araşdırıcıların çoxu “Divan”ın adını “Türk dillərinin di-vanı” şəklində verməyə meyllidir ki, fikrimizcə, bu o qədər də doğru deyil. Hər şeydən əvvəl ona görə ki, Mahmud Kaşğari, prinsip etibarilə, “türk dilləri”ndən yox, “türk dili”ndən bəhs etmişdir.

Əsərin başlanğıcında “Divan” müəllifi yazır: “...Peyğəmbərimiz qiyamətin əlamətlərini, axır zamanın

fitnə-fəsadlarını və oğuz türklərinin ortaya çıxacağını söylədiyi vaxt “Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmranlıq vardır” deyə buyurmuşdur.

Vəbalı söyləyənlərin boynuna, bu hədis doğru isə, türk dilini öyrənmək çox vacib işdir, əgər bu söz doğru deyilsə, o zaman türk dilini öyrənməyi ağıl əmr edir” (52, s.55).

Elə isə “Divan”dan bəhs edərkən “türk dili” əvəzinə “türk dilləri” ifadəsinə üstünlük verilməsinin səbəbi nədir?

Görünür, əsas səbəb Mahmud Kaşğarinin ayrı-ayrı türk tayfalarının dillərini (eyni bir dilin ləhcələrini) müqayisə etmə-sidir ki, bu da araşdırıcılarda belə bir təsəvvür yaratmışdır ki, guya “Divan” müəllifinin məqsədi artıq bir-birindən az və ya çox dərəcədə fərqlənən türk dillərinin müqayisəsini verməkdir. Ancaq əsərin ideyası, məramı açıq şəkildə göstərir ki, dahi dilçi-lüğətçinin məqsədi ərəblərin, yaxud ərəbdillilərin “türk dilini öyrənmək” ehtiyacını qarşılamaqdan ibarətdir. Mövcud ləhcə müqayisələri isə türk dili barədə daha dərin, daha mü-fəssəl məlumat çatdırılmasına xidmət edir.

Görkəmli dil tarixçisi Ə. Dəmirçizadə yazır:“... Ümumiyyətlə, dilçilikdə, xüsusən türkologiyada mü-

qayisəli-tarixi metodun başlanğıcını XVIII və ya XIX əsrlərdən deyil, məhz XI əsrdən - Mahmud Kaşğarinin “Türk dillərinin divanı” adlı kapital əsərindən hesablamaq daha doğru olar” (10, s.18).

19

Aysel Qəribli

Maraqlıdır ki, həmin fikri ümumi dilçilik üzrə məşhur mütəxəssis A. Axundov da təsdiq edir (10, s.18).

Fikrimizcə, C.Heyət məsələyə daha düzgün yanaşır. O göstərir ki, “bu kitab (yəni “Divani-lüğət it-Türk”) ərəblərə ədəbi türk dili olan Xaqaniyyə və ya Kaşğar ləhcəsini və o za-mankı türk ləhcələrini (oğuz, qıpçaq, çigil, yağma və kırğız) öyrətmək üçün yazıldı” (107, s. 161).

Mahmud Kaşğari yazır:“Türk və ərəb dillərinin atbaşı bərabər yürüdükləri bilin-

sin deyə Xəlilin “Kitabül-əyn”də elədiyi kimi, mən də işlək sözlərlə arxaik kəlmələri bu kitabda birlikdə vermək niyyətində idim. Əlbəttə, bu daha mükəmməl iş olardı. Lakin mənim tutduğum yol daha doğrudur, çünki bu halda sözləri tapmaq daha asandır və hər kəs bu üsula üstünlük verir. Buna görə də sözü qısa etmək məqsədilə işlədilməyən kəlmələri kitaba daxil etmədim” (52, s.57).

Bu isə o deməkdir ki, “Divan” işgüzar bir lüğət olduğuna görə, türk dilini öyrənmək istəyən ərəbdillilərə onu mövcud ləhcələri, şivələri ilə təqdim edir; arxaizmləri isə vermir. Hal-buki ərəb lüğətçiliyində arxaik sözlərin verilməsi ənənə idi.

M.Kaşğarinin guya türk dillərini müqayisəli-tarixi me-todla tədqiq etməsi barədə geniş yayılmış mülahizənin doğru olmadığı özünü burada da göstərir. Əgər lüğətə işlədilməyən və ya arxaik sözlər (təbii ki, onların əksəriyyəti qədim türk sözləri olmalı idi) daxil edilmirsə, burada hansı tarixi-müqayisəli me-toddan söhbət gedə bilər? Ümumiyyətlə “türk dillər”indən söh-bət gedə bilərmi? Təbii ki, gedə bilməz. Bu özünü onda da göstərir ki, “Divan” müəllifi ayrı-ayrı türk tayfa “dili” (ləhcə, şivə) xüsusiyyətlərini fərqləndirərkən tez-tez bu “dil”lərin “türk dili” olduğunu xatırladır.

Lakin məlum olduğu kimi geniş bir coğrafiyanı əhatə edən türklər arasında türk mənşəli olmayan xalqlar, tayfalar da yaşayırdılar ki, Mahmud Kaşğari onların “türkcə”lərindən də bəhs etmişdir:

20

“Azərbaycan dili” anlayışının tarixi

“... Pauza vermək üçün sözlərin sonuna h hərfi əlavə olu-nur... Ancaq bir şey anlatmaq üçün söylənən sözlərdə h yoxdur. Xotən dilində bu hərf var, çünki bu dildə hind dillərinin təsiri hiss edilir. Bu hərf kənçək dilində də var və bu dil də təmiz türk dili deyildir” (52, s.60).

Bununla belə, istər türk mənşəli, istərsə də türkcə danışan qeyri-türk mənşəli tayfaların dili üçün ümumi olan həm fone-tik, həm də leksik göstəricilərin kəmiyyəti sübut edir ki, burada bir neçə türk dilindən- “türk dilləri”ndən deyil, yalnız bir “ türk dili”ndən söhbət gedə bilər. M.Kaşğari yazır:

“Köçəri xalqlardan olan çomul boyunun dili ayrıdır. La-kin türk dilini yaxşı bilirlər. Kay, yabaku, tabar, başmil boyları da belədir. Hər boyun özünəməxsus ayrı ləhcəsi olsa da, türkcə gözəl danışırlar.

Qırğız, qıpçaq, oğuz, toxsi, yağma, çigil, uğrak, çaruk boylarının dilləri ancaq türkcədir.

Yəmək və başqırdların dilləri bunlara yaxındır....Uyğur şəhərlərinə qədər Ərtiş, İla, Yamar, Ətil çayları

boyunca yaşayan xalqın dili düzgün türk dilidir. Bunların için-də ən açıq, şirini Xaqaniyyə ölkəsi xalqının dilidir” (52, s.104).

M.Kaşğarinin “Divan”ı sübut edir ki, a) dil adı (liqvo-nim) ümumi etnosun (türklərin) adı ilə bilavasitə bağlıdır; b) müxtəlif türk boylarının öz adları olsa da, onların dialektlərinin və ya şivələrinin xüsusi adı yoxdur; c) artıq ədəbiləşmiş türk-cənin konkret adını bildirmək üçün etnosun deyil, hakimiyyət sülaləsini bildirən adlardan istifadə olunur (xaqaniyyə, qa-raxanlılar və s.).

Dahi dilçinin Xaqaniyyə türkcəsinə xüsusi önəm verməsi birinci minilliyin sonlarından başlayaraq türk dilinin həmin paytaxt ləhcəsinin ədəbi dilə çevrilməsilə bağlıdır.

Təsadüfi deyil ki, XI əsrin böyük türk-Qaraxanlı şairi Yusif Xas Hacib Balasaqunlu iri həcmli poeması “Kutadqu bi-lik”i məhz bu dildə qələmə almışdır.

Y.Balasaqunlu əsərin ön sözündə yazır:

21

Aysel Qəribli

“...Gündoğan vilayətində Türküstan ellərində Buğra xan dilində (qeyd edək ki, bu ifadə çox maraqlıdır, belə ki, müəllif öz möhtəşəm əsərini Qaraxanlı hökmdarı Satuq Buğra xana təqdim etdiyinə görə hörmət-ehtiram əlaməti olaraq əsərin di-lini belə adlandırır - A.Q.) bircə kimsə bu kitabdan yaxşı kitab yaza bilməz... Biri ədl, ikincisi dövlət, üçüncüsü əql, dör-düncüsü qənaət. Yəni bunların hər birinə türkcə bir ad verilib (Gündoğdu, Aydoldu, Ögdülmüş və Özgurmuş - A.Q.) ...

... Türkcənin qüdrəti, cürəti, əzmiBu gözəl kitabın bayramı, bəzmi.... Yetirdim kamala Kaşğar elində,Verdim hər vəsfini ana dilində.

... Ərəbcə, tacikcə bu cür kitab çox, Bizim dilimizdə , heyhat, misli yox.... Türkcə təranələr qoşmuşam sənə, Oxu da, unutma, dua qıl mənə” (24, s.222-225).

“Qutadqu bilik”in dili və bu dilin “türkcə”, yaxud “xaqa-niyyə türkcəsi”, yəni türk ədəbi dili olması barədə elmi təsəv-vürlər, demək olar ki, eynidir (bu barədə bax: 90, 92, 103, 106 və s.).

C.Heyət həmin təsəvvürləri belə ümumiləşdirir:“Xaqaniyyə türkcəsi hökumətin rəsmi dili olub Kaşğar və

Balasaqun xalqının da danışıq diliydi. Ona görə Kaşğar ləhcəsi də deyilirdi. Qaraxanlılar daha çox uyğur və karluq tayfaların-dan ibarət olmuşlar. Bu iki tayfanın ləhcələri də bir-birinə çox yaxın idi... Bu ləhcə Xarəzm və Çağatay ədəbi ləhcələrinin for-malaşmasına qədər Orta Asiyanın müştərək ədəbi dili oldu” (107, s.163).

Qaraxanlılar dövründə yaşamış Ədib Əhməd Yüqnəkinin (XII əsr) “Atibətül-həqaiq” poeması da, “Qutadqu bilik” kimi, xaqaniyyə türkcəsindədir. Poemanın bir bölməsi, maraqlıdır ki,

22

“Azərbaycan dili” anlayışının tarixi

“Til” (“Dil”) adlanır ki, burada ümumiyyətlə dilin insan mənə-viyyatında çox mühüm amil olduğu göstərilir:

Tili yalqan ərqin yırak tur təzə,Keçür sən te umrünq könilik özə.Ağız, til bəzəki köni söz turur,Köni sözlə sözni, tilinqni bəzə.

Tərcüməsi:

Dili yalan adamdan uzaq dur qaçaraq,Sən də ömrünü doğruluqla keçir.Ağızın, dilin bəzəyi doğru söz olur,Doğru sözlə danışığını, dilini bəzə. (24, s.262).

Xaqaniyyə türkcəsi bütün orta əsrlər boyu yazı dili olaraq türklər arasında geniş yayılmış və daha çox “türki” adı ilə ta-nınmışdır.

Əhməd Yüqnəkidən sonra türkcənin ən məşhur ustası Türküstanlı təriqət qurucusu Əhməd Yasəvi olmuşdur.

Ümumi elmi-nəzəri qənaət bundan ibarətdir ki, “qara-xanlı türkcəsi (müştərək Orta Asiya türkcəsi, xaqaniyyə türkcə-si, Kaşğar türkcəsi, Türküstan türkcəsi) Göytürk və uyğur yazı dillərinin inkişaf etmiş davamıdır” (69, s.182).

Bu davam orta əsrlərin sonlarına qədər gedir... Nəticə eti-barilə üç yerə bölünən türkcələrin formalaşmasına gətirib çı-xarır:

I.Şərq türkcəsi.II. Şimal-Qərb türkcəsi.III. Cənub-Qərb türkcəsi.Bu cür diferensiasiya bu ləhcə-dillərin hər biri üçün ayrı-

ca adların (linqvonimlərin) zəruriliyi ehtiyacını ortaya çıxarır. Lakin araşdırmalar göstərir ki, türkcənin bu cür diferensiasi-yası, müvafiq olaraq, “karluqca”, “qıpçaqca” və “oğuzca” anla-

23

Aysel Qəribli

yışlarının (linqvonimlərin) aktuallaşmasına və ya populyarlaş-masına səbəb olmasa da, bir sıra orta əsrlər türk ədəbi dili təza-hürlərinin təşəkkülünə gətirib çıxarır ki, onlar da müxtəlif ad-larla adlanırlar: məmlük türkcəsi, cığatayca, səlcuqca və s. Fakt isə faktlığında qalır ki, onların birincisi qıpçaq, ikincisi karluq, üçüncüsü isə oğuz türkcəsini bildirir (bu barədə bax: 96).

Orta əsrlərin sonlarına doğru “türk dili” anlayışının tarixi məzmunu baxımından ən çox maraq doğuran hadisə Əlişir Nə-vainin işlətdiyi, eyni zamanda digər geniş yayılmış dillərlə mü-qayisədə mahiyyətini, imkanlarını dərindən dərk etdiyi “türk-cə”dir. Ana dilində “Xəmsə” müəllifi olan dahi şair- mütəfək-kir özünün “Mühakimətül-lüğəteyn”ində (1498) “ türkcə” anla-yışını bütöv bir hadisə, yəni müxtəlif türkcələrə bölünməz vahid kimi dərk edir.

A.Dilaçar “Nəvainin dil anlayışı” məqaləsində yazır:“Kaşğarlı ərəbcə ilə türkcəni müqayisə etmişdi; Dəhləvi

də eyni şeyi ərəbcə, farsca və hindcə arasında etmişdi. Nəvai isə öncə ərəbcəni, türkcəni, farscanı və hindcəni nəzərdə tut-muş, ancaq Quran və kəlam dili olan ərəbcəni tez ayırmış... Və sonda ərəbcəni üstünlüyünə, hindcəni də geriliyinə görə dil ya-rışmasından çıxararaq, ortada yalnız türkcəni və farscanı qo-ymuşdur” (85, s. 156-157).

Əgər M.Kaşğari “türk dili”ndən deyil, “türk dilləri”ndən bəhs etmiş olsaydı, ondan dörd əsr sonra yaşamış Ə.Nəvai, yəqin ki, bu barədə daha müfəssəl danışmalı olacaqdı. Halbuki belə deyil, onun dil anlayışında yalnız bir “türkcə” mövcuddur.

Ümumiyyətlə, türkologiyada “qədim türkcə”, “əski türk-cə”, “orta türkcə” kimi anlayışlar geniş yayılıb sıx-sıx istifadə e-dilsə də, etiraf etmək lazımdır ki, onların hüdudları dəqiq müəy-yən olunmamışdır (müqayisə üçün bax: 91,95,96, 116 və s.).

Orta əsrlər türk ədəbi (yazı) dilinin türkologiyada ən məşhur ümumi adlarından biri “türki”dir.

Tədqiqatçıların fikrincə, türkinin tarixi üç dövrə bölünür:“1. Təşəkkül dövrü (IX-XII əsrlər).2. Təkamül (regionlaşma) dövrü (XII-XVIII əsrlər).

24

“Azərbaycan dili” anlayışının tarixi

3. Tənəzzül (süqut) dövrü (XVII-XVIII əsrlər)” (23, s.108).

Ancaq bizə elə gəlir ki, türkinin təşəkkül dövrünün tarixi düzgün müəyyən edilməmişdir. Belə ki, bu ədəbi dil təzahü-rünün ilk mənbələri XI əsrə aid olduğundan onun (türkinin) tarixini də həmin əsrdən əvvələ aparmaq özünü doğrultmur.

Ümumiyyətlə isə aşağıdakı bölgü yazılı mənbələrlə təsdiq olunur:

“ 1. Şərq (yaxud Türküstan) türkisi.2. Şimal-Qərb (qıpçaq) türkisi.3. Cənub-Qərb (oğuz) türkisi” (23, s.112).O da təsdiq olunur ki, türkcənin bu regional ədəbi (yazılı)

təzahürləri XVII-XVIII əsrlərdə təşəkkül tapan milli türk ədəbi dillərinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir (23, s.118-119).

“Türk dili” anlayışının tarixi baxımından diqqəti cəlb edən cəhəti odur ki, bu diferensial xüsusiyyətlər orta əsrlərdə xüsusi linqvonimlərlə fərqləndirilməmiş, bir qayda olaraq, “tür-ki” adından istifadə edilmişdir.

3. “Türk dilləri” anlayışının təşəkkülü

“Türk dilləri” anlayışı, tamamilə təbiidir ki, qədim türk (ümumtürk) dilinin diferensiasiyası nəticəsində müxtəlif türk dillərinin meydana çıxmasından sonra formalaşmışdır. Bu pro-ses, yəni anlayışın təşəkkülü, əsasən, üç dövrdən keçmişdir ki, buraya aşağıdakılar aiddir:

1) ilk orta əsrlərdən yeni dövrün əvvəllərinə qədər;2) yeni dövrün əvvəllərindən XIX əsrin ortalarına qədər;3) XIX əsrin ortalarından sonra.Birinci dövr anlayışın “dağınıqlığ”ı və ya “pərakəndə-

liy”i ilə səciyyələnir. Belə ki, mənbələrdə adları qeyd olunan müxtəlif türk etnosları mövcuddur ki, onların bir-birindən bu və ya digər dərəcədə fərqlənən dialekt xüsusiyyətlərinə malik

25

Aysel Qəribli

olmaları şübhə doğurmur. M.Kaşğari öz “Divan”ında bir sıra türk dialekt və ya şivələri barədə geniş məlumat verir. Lakin bir sıra tədqiqatçıların güman etdiklərinin əksinə olaraq, bu dövrdə müstəqil türk dillərindən danışmaq doğru deyil. Hər şeydən əvvəl ona görə ki, qədrim türk yazılı (run) abidələrin-dən başlayaraq mövcud türkdilli mənbələrin əks etdirdiyi fone-tik, leksik və qrammatik xüsusiyyətlər orta əsrlərin sonlarına qədər bir dilin strukturu hüdudundan kənara çıxmır. Hətta, “oğuzların dili”, “qıpçaqların dili”, “karluqların dili” kimi anla-yışlar da xeyli dərəcədə şərti, yaxud nisbi xarakter daşıyır.

Əslində, türk dilinin ayrı-ayrı müstəqil dillərə bölünməsi orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayır ki, burada coğrafi, siyasi və etnokulturoloji səbəblər aparıcıdır. N.Cəfə-rov yazır:

“Doğrudur, ilk mərhələdə bu özünəməxsusluqlar (söhbət türk dillərinin diferensiasiyasından gedir - A.Q.) özünü o qədər də aydın , davamlı və perspektivli göstərmir...

Daxili müstəqillik təsəvvürləri nə qədər güclü olsa da, “ətraf aləm” türkləri, ən azından bütöv bir regionda (məsələn, Mərkəzi Asiyada), ümumi (diferensiallaşmamış!) qəbul etməyə meylli olur ki, bu da türk xalqlarının formalaşması prosesi barədə bir sıra mübahisələrlə müşayiət edilir” (22, s.73).

Türk xalqlarının (və dillərinin) diferensial şəkildə dərk edilməsi özünü XIX əsrin əvvəllərindən göstərir. Həmin əsrin ortalarından isə elmi fikirdə “türk dilləri”, yaxud “türk-tatar dilləri” anlayışı artıq kifayət qədər stabildir. Lakin bu dillərə aid edilən müxtəlif türkcələrin adlarında həmin stabillik o qə-dər də müşahidə olunmur.

Müasir dövrdə türk dillərinin müxtəlif prinsiplərə əsasla-nan bir sıra təsnif təcrübələri mövcuddur (bu barədə geniş məlumat üçün bax: 123) . Lakin bir məsələ tamamilə aydındır ki, bir-birindən əsaslı şəkildə fərqlənən türk dilləri mövcuddur və onların sayı 25-ə çatır.

26

“Azərbaycan dili” anlayışının tarixi

“Türk dilləri” anlayışı ilə yanaşı müasir dövrdə, xüsu-silə Türkiyə türkologiyasında, “türk ləhcələri”, yaxud “türk di-linin ləhcələri” anlayışından da geniş istifadə olunur ki, fikri-mizcə, bugünkü türk dillərinə münasibətdə bu, prinsip etibarilə, yanlışdır. “german dilləri”, “slavyan dilləri”, “İran dilləri” və s. əvəzinə “german ləhcələri”, “slavyan ləhcələri”, “İran ləhcələ-ri” işlətmək nə qədər qeyri-elmidirsə, “türk ləhcələri” də o qə-dər qeyri-elmidir. Hətta bir sıra türk dilləri, məsələn, Azərbay-can dili ilə türk dili (Türkiyə türkcəsi), yaxud qırğız dili ilə qa-zax dili arasında yaxınlıq olsa belə onları bu gün eyni bir dilin-oğuzcanın, yaxud qıpçaqcanın ləhcələrini saymaq doğru deyil. Hər şeydən əvvəl ona görə ki, bu dillər artıq müxtəlif xalqların müstəqil dilləri olduğundan ciddi terminoloji mənada “ləhcə” adlandırıla bilməz.

“Türk dillərinin diferensiasiyası” məqaləsinin müəllifi yazır:

“Çağdaş türkologiya elminin qarşısında duran əsas və-zifələrdən biri də bütün qohum türk dillərini və onların yazılı abidələrinin dilini müqayisə yolu ilə öyrənmək və onların dilin-də bu və ya digər şəkildə qorunub saxlanılan ümumi fonetik, leksik və qrammatik xüsusiyyətləri aşkara çıxarmaqdır. Yalnız bununla anatürk dilini bərpa etmək və Türk xalqları arasında or-taq ünsiyyət dilini formalaşdırmaq mümkün olacaqdır (3, s.480).

Əlbəttə, “anatürk” (pratürk) dilinin bərpa edilməsi türko-logiyanın mühüm problemlərindən biridir. Lakin fikrimizcə, bu problemin “türk xalqları arasında ortaq ünsiyyət dili” məsələ-sinə heç bir dəxli yoxdur. Doğrudur, bir vaxtlar müxtəlif türk dillərinin materiallarından istifadə etməklə ortaq bir türkcə ya-ratmaq cəhdləri (məsələn, özbək dilçilərinin təcrübəsi) olmuş-dur, bununla belə həmin cəhdlər hazırkı mərhələdə öz aktual-lığını, demək olar ki, itirmək üzrədir.

“Türk dilləri” anlayışı XIX əsrin əvvəllərindən etibarən, əsasən, “türk ləhcələri” kimi dərk edilir ki, bunun ən mötəbər mənbəsi, heç şübhəsiz, Mirzə Kazım bəyin əsəridir. Böyük

27

Aysel Qəribli

Azərbaycan türkoloqu özünün “Общая грамматика турецко-татарского языка” (“ Türk-tatar dilinin ümumi qrammatikası”) adlandırmaqla, türk-tatar dillərinin qrammatik quruluşunun ümumiliyini təsdiq etmiş olsa da, həmin dilin ayrı-ayrı ləhcə-lərə bölündüyünü göstərir.

L.Z. Budaqov “Сравнительный словарь турецко-татарских наречий” (“Türk-tatar ləhcələrinin müqayisəli sözlüyü”) lüğətində (124), adından da məlum olduğu üzrə, M.Kazım bəydən fərqli olaraq “türk-tatar dili” deyil, “türk-tatar ləhcələri” ifadəsindən istifadə etmişdir. Lüğətə yazdığı müxtəsər ön sözdə A.N.Kononov müəllifin istifadə etdiyi “ləhcə” termini qarşısında onun “dil” mənasını verdiyini göstərmişdir (124, s. III).

L.Z.Budaqov “Sözlüy”ə verdiyi müəllif izahatında qeyd edir ki, lüğət tərtib edilərkən heç də “türk köklü bütün ləhcələr” əhatə olunmamışdır, çünki bunun üçün “bir sıra oriyentalist-lərin uzun illər birgə zəhmət çəkməsi tələb olunur” (124, s. V.). Daha çox aşağıdakı türk-tatar ləhcələrinə (tərtibçi bəzən, sadə-cə, “tatar ləhcələri” işlədir) əsaslanılmışdır: Aderbican ləhcəsi, Altay ləhcəsi, başkir ləhcəsi, Buxara ləhcəsi, cığatay ləhcəsi, Kazan ləhcəsi, Kaşqar ləhcəsi, qırğız ləhcəsi, Kokand ləhcəsi, Krım ləhcəsi, Çin tatarlarının ləhcəsi, kumuk ləhcəsi, noqay ləhcəsi, Sibir tatarlarının ləhcəsi, tatar (ümumən) ləhcəsi, türk və ya türk-osmanlı ləhcəsi, türkmən ləhcəsi, uyqur ləhcəsi və s.

Həm M.Kazım bəyin “Ümumi qrammatika”sında, həm də L.Budaqovun “Sözlüy”ündə XIX əsrin ortaları üçün sə-ciyyəvi olan “türk-tatar ləhcələri” anlayışından istifadə olunur ki, həmin anlayış-linqvonim XIX əsrin sonlarına doğru “türk ləhcələri”lə əvəzlənməyə başlayır.

Və təsadüfi deyil ki, V.V.Radlov ilk cildi 1893-cü ildə çı-xan fundamental lüğətini bir başa “Опыт словаря тюркских наречий”, yəni “Türk ləhcələri sözlüyü təcrübəsi” adlandırır (130).

28

“Azərbaycan dili” anlayışının tarixi

Göründüyü kimi V.V.Radlovun istifadə etdiyi “türk ləh-cələri” anlayışı M.Kazım bəyin “türk-tatar dili”ndən daha də-qiqdir. “Təcrübə” müəllifi aşağıdakı türk dili ləhcələrini xüsusi fərqləndirir: Aderbecan ləhcəsi, Altay ləhcəsi, başkir ləhcəsi, karaqaş ləhcəsi, Kazan ləhcəsi, kırqız ləhcəsi, karakırqız ləhcəsi, kumandinlərin ləhcəsi, Krım ləhcəsi, teleut ləhcəsi, uyğurların ləhcəsi və s. (130, s. XVII-XVIII).

Yakutca digər türk ləhcələrindən çox fərqləndiyinə görə o, “ləhcə” yox, “dil” adlandırılır: якутский язык (130, s. XVII).

“Təcrübə”də maraqlı məqamlardan biri də odur ki, türk dillərinin adlandırma prinsipinə əməl olunmur, belə ki, həm coğrafi-toponimik (məsələn: Aderbecan ləhcəsi, Altay ləhcəsi, Kazan ləhcəsi və s.), həm də etnik-etnonimik (məsələn: başkir ləhcəsi, karaqaş ləhcəsi, kırqız ləhcəsi və s.) prinsipə əsaslanı-lır.

V.V.Radlov rusca mətndə “наречие”, almanca mətndə isə “dialekt” terminini işlətmişdir (130, s.XVI).

Dünya türkologiyasında “türk ləhcələri” ifadəsi nə qədər perspektivli olsa da, “türk-tatar ləhcələri” və ya “türk-tatar dil-ləri” linqvonimindən də tam imtina edilmir.

Fransız türkoloqu Jan Deni məşhur kitabını “Türk dili qrammatikası (Osmanlı ləhcəsi)” (1921) adlandırmış və həmin kitab Türkiyə türkcəsinə “Türk Dil Bilgisi” adıyla tərcümə olunaraq nəşr edilmişdir (99). Müəllif yazır:

“Türk-tatar millətləri - türk-tatar dillərində danışan müx-təlif millətlər tamamilə aşkar şəkildə ortaya çıxmış etnik qrup-lar yaratmırlar” (99, s.3). Ona görə də həm türk millətlərini (xalqlarını), həm də dillərini, prinsip etibarilə, mövcud olduqla-rı coğrafiyaya görə təsnif edir (99, s.1-5). Həmin təsniflərdə verilən dil, eləcə də xalq adlarında V.V.Radlovun təsiri özünü aydın göstərir.

J.Deni “türk-tatar dilləri” ilə yanaşı “türk-tatar dili” ifa-dəsini də işlədir. Onun fikrincə, “türk dilləri bir-birilərinə mü-

29

Aysel Qəribli

nasibətdə Avropa dillərindən daha az inkişaf etmişdir. Əslini söyləmək lazım gəlirsə, bunlar dildən çox ləhcələrdir. Bununla bərabər, ərəbcə və farscadan da alınma bir çox kəliməylə bö-yük bir mükəmməlliyə və güclü bir ədəbi nüfuza sahib olan Türkiyə türklərinin danışıq vasitəsinə dil ünvanını verməmək mümkün deyil” (99, s.3).

Sovet türkologiyasında tədricən müxtəlif variantlar içəri-sində “türk dilləri” adı tamamilə stabilləşir ki, bu, nüfuzlu türkoloqların əsərlərində aydın (və ardıcıl) müşahidə olunur. İlk illər “турецкие языки” ifadəsi ara-sıra işlənsə də, sonralar aradan qalxaraq öz yerini bütünlükdə “тюркские языки”yə verir (məsələn bax: 75, 86, 125, 126, 128, 133, 134 və s.).

Türkiyə türkoloqları, bir qayda olaraq , “türk ləhcələri” ifadəsindən istifadə edirlər(məsələn, bax: 87, 98, 108 və s.).

İngilisdilli ədəbiyyatda isə həm türk, həm də qeyri-türk mənşəli türkoloqlar əsasən “türk ləhcələri” deyil, “türk dilləri” işlədirlər (məsələn bax: 136, 138 və s.).

“Türk ləhcələri” və “türk dilləri” ifadələrindən çox hal-larda sinonim olaraq istifadə edildiyi, yaxud bu anlayışların fərqinə varılmadığı özünü göstərir. Məsələn, Koreya altayşüna-sı Han Woo Choinin “Türkcə, koreyaca, monqolca və tunqus-mancurcanın müqayisəli fonetika və morfologiyası” kitabında “altayca”, “azəricə”, “balkarca”, “başqırdca”, “xakasca”, “qara-qalpaqca”, “qumuqca”, “qazaxca”, “noqayca”, özbəkcə”, “şor-ca”, “türkməncə” və s. linqvonimləri “dil və ləhcələr” başlığı altında sıralanmaqla (97, s. 12-13), əslində, burada “ləhcə” an-layışı ilə “dil” anlayışı fərqləndirilmir ki, həmin vəziyyətə al-tayşünaslıqda olduğu kimi, türkologiyada da tez-tez rast gəlinir.

Görkəmli türkoloq H.Ərənin “Milli Kültür ünsürü olaraq türk dili” məqaləsini (105) türk dillərinin “dil”, yoxsa “ləhcə” adlandırılmasının elmi baxımdan doğruluğu məsələsinə müasir Türkiyə türkologiyasının strateji münasibəti saymaq mümkün-dür. Müəllif yazır:

30

“Azərbaycan dili” anlayışının tarixi

“Sovet Sosialist Cümhuriyyətləri Birliyində işlədilən ter-minologiya son illər Avropa ölkələrində də yayılmışdır. Əvvəl-lər türk dilinin qollarını ləhcə hesab edən Avropa türkoloqları son illərdə artıq türk ləhcələri yerinə “türk dilləri”ndən danı-şmağa başlamışlar. Nümunə üçün 1959-da çıxan “Philologiae Turcicae Fundamenta” (Wiesbaden, I, 1959) adlı müştərək əsərdə türk dilləri (fr.: langues turques; ing.: turkic languages) adı işlədilmişdir” (105, s. 46-47).

H. Ərən belə bir nəticəyə gəlir ki, “türk ləhcələrinin” “dil” olaraq müəyyənləşdirilməsinin sovet terminologiyasından qaynaqlandığı aydındır. Adlarını saydığım (türkməncə, tatarca, başqırdca, özbəkcə, qırğızca, qazaxca, noqayca, çuvaşca, ya-kutca kimi - A.Q.) çarlıq dövründə “ləhcə” adlandıran rus türk-oloqlarının 1918 ixtilalından sonra türk ləhcələrinə “dil” gö-züylə baxmalarında siyasi bir məqsəd axtarmağın gərəkliyi də açıq anlaşılmaqdadır” (105, s. 47).

Lakin görkəmli türkoloq ən azı üç sualı cavabsız qoy-duğundan onun mövqeyi ilə razılaşmaq çətindir:

1) Sosialist çevrilişindən sonra da uzun illər (1930-cu il-lərin ortalarına qədər), məsələn, Azərbaycanda “türk ləhcələri”, “türk-tatar ləhcələri”, “türk dilinin Azərbaycan (azəri) ləhcəsi” (B.Çobanzadə) işlədilməsini necə izah etməli?

2) Nə səbəbə görə Avropa türkoloqları rus-sovet türkolo-giyasının (və onun terminologiyasının) təsiri altına düşməli idi-lər? Əgər bu təsir xüsusilə elmi yox, ideoloji məzmun daşıyır-dısa?

3) XIX əsrlə XX əsr arasında türk dillərinin və ya ləh-cələrinin fərqlənməsində, yaxud bölünməsində heç bir dərinləş-mə olmamışdımı?

Bu gün dünyada neçə türk dilinin mövcud olması və on-ların bəzilərinin necə adlandırılması mübahisəlidir. Hər şeydən əvvəl ona görə ki, bir sıra hallarda bu və ya digər türk mənşəli ünsiyyət vasitəsinin müstəqil bir dil, yaxud hansısa müstəqil dilin ləhcəsi olduğunu demək çətindir. Məsələn, Sibirdən Şərqi

31

Aysel Qəribli

Avropaya qədər yayılmış tatarcalara həm bir dilin ləhcələri, həm də ayrı-ayrı dillər kimi baxılmaqdadır. Yaxud qaraçay-bal-kar dilindən və ya ayrıca qaraçay və ayrıca balkar dilindən da-nışılıb-danışılmaması da mübahisə doğurmaqdadır.

Mehman Musaoğlunun “Dünyada və Avrasiya coğrafiya-sında çağdaş türk yazı dilləri və ləhcələri” məqaləsi “türk dil-ləri” anlayışına müasir münasibətin xarakterini anlamaq baxı-mından maraqlı sayıla bilər. Müəllif türk dillərinin adlarını aşa-ğıdakı şəkildə sadalayır: 1) türkcə, Türk dili və ya Türkiyə türkcəsi; 2) Azərbaycan türkcəsi, azəricə və ya Azərbaycan di-li; 3) türkmən türkcəsi və ya türkməncə; 4) qaqauz türkcəsi və ya qaqauzca; 5) Salar türkcəsi və ya salarca;6) Balkan türk-lərinin dili; 7) sonqor türkcəsi; 8) xalac türkcəsi və ya xalacca; 9) Xorasan türkcəsi; 10) İraq türkcəsi və ya türkməncəsi; 11) özbək türkcəsi və ya özbəkcə; 12) uyğur türkcəsi və ya uy-ğurca; 13) qazax türkcəsi və ya qazaxca; 14) qırğız türkcəsi və ya qırğızca; 15) tatar türkcəsi və ya tatarca; 16) başqırd türkcəsi və ya başqırdca; 17) Altay türkcəsi və ya altayca; 18) qaraqal-paq türkcəsi və ya qaraqalpaqca; 19) qaraçay-malkar türkcəsi və ya qaraçaq-malkarca; 20) noqay türkcəsi və ya noqayca; 21) qumuq türkcəsi və ya qumuqca; 22) Krım tatar türkcəsi və ya Krım tatarca; 23) krımçaq türkcəsi və ya krımçaqca; 24) karay türkcəsi və ya karayca; 25) Alabuqat tatarcası və ya noqaycası; 26) Həştərxan noqaycası-qaraqaşcası; 27) Yurd tatarcası və ya Həştərxan noqaycası; 28) barabin tatarlarının dili; 29) xakas türkcəsi və ya xakasca; 30) şor türkcəsi və ya şorca; 31) çulım türkcəsi; 32) sarı uyğurca; 33) fu-yü qırğızcası; 34) Tuva türkcəsi və ya tuvaca; 35) tofalar və ya qaraqaş türkcəsi; 36) yakut/ saxa türkcəsi və ya yakutca/saxaca; 37) dolqan türkcəsi və ya dolqanca; 38) çuvaş türkcəsi və ya çuvaşca; 39) urum/rum türkcəsi və ya urumca (113, s. 370-378).

Hər şeydən əvvəl onu qeyd etməliyik ki, məqalə müəllifi türk dillərinin adlarını müasir elmi, eləcə də elmi-publisistik

32

“Azərbaycan dili” anlayışının tarixi

ədəbiyyatda işləndiyi şəkillərdə, yəni tamamilə obyektiv ver-mişdir.

Məsələyə analitik baxış isə göstərir ki, bu haldaa) “türk dilləri” ilə bu və ya digər türk dilinin (məsələn,

Azərbaycan , yaxud tatar dillərinin) “ləhcə”ləri fərqləndirilmir;b) müstəqilliyi heç bir şübhə doğurmayan türk dilləri

həm “dil”, həm də “ləhcə” hesab edilir;c) artıq normalaşmış “Azərbaycan dili”, “özbək dili”,

“qazax dili” və s. linqvonimlər süni paralelləri (sinonimləri) ilə (“Azərbaycan türkcəsi”, “özbək türkcəsi”, “qazax türkcəsi” və s.) verilir.

“Türk, türklük və türklər” adlı fundamental araşdırmanın müəllifi Prof. Dr. T.Bayqara Sovetlər Birliyi dövründə nəinki müasir türk dillərinin hətta orta əsrlər türk yazı dillərinin belə tədricən “türk” adından məhrum edilməsini göstərir. “Məsələn, Göy Türklərin dili vaxtilə “Türklərin dili” adlandırılıb qəbul edildiyi halda, yeni mərhələdə bu dil haqqında “türk” adı işlə-dilməməyə çalışılmışdır” (94, s. 43).

Əlbəttə, sovet ideologiyasının, ümumən imperialist siya-sətinin tarixə doğru da bölücülük “metodlar”ının həmişə möv-cud olduğu inkar edilməzdir, lakin görkəmli tədqiqatçının guya S.Y.Malovun qədim türk yazılı abidələrini sadəcə “ümumi şəkildə runik dil” adlandırması fikri (94, s.43) doğru deyil.

S.Y.Malovun sovet dövründə nəşr olunmuş ən məşhur ki-tablarının adları aşağıdakı kimidir:

1. Памятники древнетюркской письменности, Мос-ква-Ленинград, 1951.

2. Енисейская письменность тюрков, Москва-Ленин-град, 1952.

3. Памятники древнетюркской письменности Монго-лии и Киргизии, Москва-Ленинград, 1951.

Ş.H.Akalın göstərir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili”, Qazaxıstan Konstitusiyasında “qazax dili”, Qırğızıstan Konstitusiyasında

33

Aysel Qəribli

“qırğız dili”, Özbəkistan Konstitusiyasında “özbək dili” olduğu göstərilmişdir. Bu halda “Azərbaycan türkcəsi, “qazax türkcə-si”, “qırğız türkcəsi” və bu cür adlandırmalar kökən (mənşə) birliyini ifadə edən məsləki adlandırmalar ikən, “Azərbaycan dili”, “qazax dili”, “qırğız dili” və bu cür adlandırmalar hüquqi adlandırmalardır (88, s.374).

Ümumiyyətlə doğru olan bu fikirdə mübahisəli məqam odur ki, “Azərbaycan türkcəsi” (yəni “yer adı+ dil adı”) modeli quruluşca məntiqə uyğun olduğu halda, məsələn, “Qazax türk-cəsi”, yaxud “qırğız türkcəsi” (yəni “xalq adı + dil adı”) uyğun deyil (müqayisə edək: “ingilis germancası” və ya “ rus slav-yancası”).

Məlum olduğu kimi, Türkiyə türkcəsi keçən əsrin 20-ci illərindən etibarən rəsmən “türkcə” (“türk dili”) olaraq tanınır. Bununla belə beynəlxalq dillərdə həmin dilin adı ümumtürk-cədən fərqləndirilir:

“Geniş mənada türk dili ingiliscə “turkic language”, al-manca “turksprachen”, rusca “tyurksiy yazık” adlandırılmaqda-dır. Dar mənadakı türkcə termini üçün isə ingiliscə “turkish”, almanca “Turkei türkich”, rusca “turetskiy yazık” terminləri iş-lədilməkdədir. Türkiyədəki türkoloji araşdırmalarda isə dar mənada türkcə üçün “Türkiyə türkcəsi” ifadəsindən istifadə olunur” (88,s.358).

XIX əsrin ortalarından etibarən “Azərbaycan dili” anla-yışının vəziyyətinə aşağıdakı üç mühüm amil əhəmiyyətli də-rəcədə təsir göstərmişdir:

1) türk dillərinin genetik birliyi ilə yanaşı, müasir fərq-liliklərinin dərk olunması;

2) regiondakı müxtəlif mənşəli (və müxtəlif dillərdə danışan) xalqların müsəlman birliyi (islam həmrəyliyi);

3) müsəlman olmayan region xalqları (xüsusilə ermənilər və gürcülər) ilə özünü müqayisə.

Həm bu təsirlərin, həm də xüsusilə Birinci Dünya müha-ribəsi, eləcə də Rusiya inqlabları illərində baş verən dünya

34

“Azərbaycan dili” anlayışının tarixi

miqyaslı hadisələrin kontekstində Azərbaycan xalqının ictimai şüurunda elə dəyişikliklər baş verdi ki, azərbaycançılıq (türkçü-lük, müsəlmanlıq və dünyəvilik-müasirlik) sürətlə ideologiya-dan praktikaya keçməyə başladı. Azərbaycan Xalq Cümhuriy-yətinin elanı ilə yaranmış ilk müstəqil Azərbaycan Respubli-kası bu ideologiyanı rəhbər tutaraq reallaşdırmağa çalışdı. La-kin onun süqutu, ölkənin yenidən Rusiyanın (bu dəfə kom-munist Rusiyasının) tərkibinə qatılması ilə milli müstəqilliyə son qoyuldu. Bununla belə artıq milli mənliyini dərk etmiş Azərbaycan xalqı sovet dövründə də öz dilini nəinki unutmadı, əksinə, qədim dövrlərdən gələn, xüsusən XX əsrin əvvəllərində formalaşan ənənələrə dayanaraq daha da inkişaf etdirdi.

Şübhəsiz ki, uzun illər mübahisəli olaraq qalan məsələ-lərdən biri Azərbaycan xalqının dilinin adı idi. AXC dövründə bu məsələ heç bir müzakirəsiz, yalnız formal olaraq həll edil-miş və həmin formallığa Azərbaycan SSR dövründə də bir müddət toxunulmamışdı.

Məsələ SSRİ tərkibinə daxil olan müttəfiq respublika-ların konstitusiyaları hazırlanarkən gündəmə gəldi. Bu zamana qədər “türk” adlanan millət “azərbaycanlı”, “türk dili” adlanan dövlət dili“Azərbaycan dili” kimi rəsmiləşdirildi.

Adlandırma texnologiyası (semiotika) baxımından yanlış olmayan bu qərarın milli müstəqilliyin ilk illərində etiraz do-ğurması və “Azərbaycan dili”nin “ türk dili” ilə əvəz olunma-sının səbəbi nə idi?... Əsas səbəb o idi ki, Moskva Azərbay-canda “türk dili”ndən “Azərbaycan dili”nə xalqın iradəsi ilə he-sablaşmadan, eyni zamanda “pantürkizm”ə qarşı mübarizə kompaniyasının tərkib hissəsi olaraq keçmişdi. Əlbəttə, bu, yalnız zahirən belə idi. Nəzərə alınmamışdı ki, Azərbaycanda “türk dili”ndən “Azərbaycan dili”nə keçid ideyası hələ XX əsrin əvvəllərindən həm elmi, həm də publisistik səviyyədə formalaşmışdı.

Ancaq, görünür, nəinki Azərbaycanda, ümumən türk dünyasında hələ formalaşmamış təsəvvürlər də yox deyil.

35

Aysel Qəribli

Məsələn, qazax türkoloqu Erden Kajibek Bakıda “Sələf-lər və Xələflər” mövzusunda keçirilən I Beynəlxalq simpo-ziumda belə bir iddia ilə çıxış etmişdir ki, elm adamları türklər-dən bəhs edərkən yalnız “türk” terminindən istifadə eləməlidir-lər. Onun fikrincə, “Radlov öz müqayisəli lüğətinin adını “Опыт словаря турецких наречий”, yəni “Türk ləhcələr söz-lüyü” qoymuşdu. Ondan sonra yavaş-yavaş .... mövzunu artıq-lamasıyla qarışdıran terminlər vasitəsilə heç bir gərəyi olmayan sözlər ortaya çıxmışdır” (110, s.25).

Birincisi, V.V.Radlovun lüğətinin adı “Опыт словаря турецких наречий” yox, “Опыт словаря тюркских наре-чий”dir. İkincisi isə, “türk” sözünün müxtəlif fonetik variant-lardakı təzahürləri (məsələn: türk, türik, türki və s.) V.V.Rad-lova qədər çox-çox yüz illər əvvəl tamamilə təbii şəkildə mey-dana çıxmışdır. Ona görə də E.Kajibekin “türkü parçalayan gavur dünyası “türk” sözünü də parçalamışdır” (110, s. 26) mülahizəsinin xüsusilə ikinci hissəsi elmi əsasdan məhrumdur.

Bu gün qazax dilinə nəinki “türk dili”, hətta “qazax türk-cəsi” demək yanlışdır, eləcə də Azərbaycan, uyğur, özbək, türkmən, qırğız, tatar, başqırd... dillərinə...

Digər bir yanlışlıq isə ləhcələrin “dil” adlandırılmasıdır ki, buna “Kıbrıs türk dili”ni misal göstərmək olar (bax: 111).

“Türk dili” anlayışına diferensial (“türk dilləri”) və inteq-rativ (“ümumtürk dilləri”) münasibətdə bir sıra “təəssübkeş” bayağı “şərhlər”ə də təsadüf olunur:

“Zaman-zaman türk xalqları öz birliyini, vahidliyini itir-məmək, türk dilinin zənginliyini, məlahətini, qüdrətini göstər-mək üçün çox qiymətli araşdırmalar aparıb göstərmişlər ki, türk xalqlarının dilində müəyyən şivələr olsa da, dilimiz hər bir türk bölgəsində eyni məna kəsb edib, eyni cür səslənir” (76, s. 4)

Müəllif həm “türk xalqları”ndan bəhs edir, həm də onla-rın “eyni məna (? - A.Q.) kəsb edib, eyni cür (? - A.Q.) səslə-nən” dilindən danışır ki, bu özünü ciddi elmi metodologiya ba-xımından doğrulda bilməz.

36

“Azərbaycan dili” anlayışının tarixi

“Türk dilləri” anlayışının mövcudluğu bu gün heç bir şübhə doğurmur... Təəssüf doğuran isə odur ki, bugünkü türko-logiya hələ də XIX əsrin anlayışları ilə düşünür...

4. “Ortaq türkcə” anlayışı: iddialar və imkanlar

Türk dillərinin diferensiasiyasının dərinləşdiyi (və buna uyğun olaraq “türk dilləri” anlayışının populyarlaşdığı) XIX əsrdə, xüsusilə onun sonlarından etibarən bütün türkləri birləş-dirmək, onların anlayacağı “ümumi bir dil tapmaq” ideyası da meydana çıxmışdır. Bu isə o deməkdir ki, “türk dilləri” anlayışı ilə “ümumi (ortaq) türk dili” anlayışı biri digərilə diferensiasi-ya-inteqrasiya münasibəti əsasında sıx bağlıdır.

Müasir dövrdə “ortaq türk dili” (“ortaq türkcə”, “türklər üçün ortaq ünsiyyət dili” və s.) anlayışı həm nəzəri, həm də praktik türkologiyanın maraq dairəsində əhəmiyyətli yer tut-maqdadır.

Ortaq türkcəni müasir dövrdə zəruri edən əsas səbəb və ya şərtləri elmi ədəbiyyatda aşağıdakı şəkildə qruplaşdırılır:

“Birincisi, əsrlər boyu ümumi bir türk ədəbi dili mövcud olmuş, mənsub olduğu xalqa (xalqlara) müəyyən səviyyədə xidmət etmişdir.

İkincisi, XIX əsrin sonları XX əsrin əvvəllərində, belə (yaxud buna bənzər) bir dil uğrunda kifayət qədər ağıllı adam-lar mübarizə aparmış, hətta bir sıra uğurlar qazanmışlar (H.Zər-dabinin “Əkinçi”si, İ.Qaspralının “Tərcüman”ı, Ə.Hüseynza-dənin “ Füyuzat”ı...).

Üçüncüsü, on illər boyu süni şəkildə bir-birindən təcrid olunmuş türk xalqları sovet imperiyasının süqutundan sonra bir-birinə yaxınlaşdıqca sıx qarşılıqlı ünsiyyətə güclü ehtiyac hiss edirlər” (23, s.212).

Əlbəttə, ümumiyyətlə doğru olan bu mülahizələrin də-qiqləşdirilməyə ehtiyacı vardır. “Əsrlər boyu ümumi bir türk ədəbi dili mövcud olmuş” dur fikri yalnız o mənada həqiqətdir

37

Aysel Qəribli

ki, həmin əsrlərdə türk xalqlarının diferensiasiya səviyyəsi çox aşağı idi; bu gün isə söhbət tamamilə diferensiallaşmış , bir-birindən ayrılmış müstəqil türk xalqları üçün ortaq ünsiyyət vasitəsindən gedir. İ.Qaspralının “Tərcüman”da, Ə.Hüseynza-dənin isə “Füyuzat”da ortaq türkcə axtarışları barədə deyilənlər məlumdur, ancaq “Əkinçi”, bir qayda olaraq, Azərbaycan türkcəsini müdafiə etmişdir.

N.Cəfərov ortaq türkcənin, onun ifadəsilə desək, ümum-türk ədəbi dilinin yaradılması üçün üç yolun mümkünlüyünü göstərir:

“1) müasir texnikanın - elektron hesablama maşınlarının köməyi ilə müxtəlif türk dillərində ən çox yayılmış sözlər, qrammatik formalar seçilir, komplektləşdirilir... və ümumtürk ədəbi dili kimi istifadəyə təqdim edilir;

2) müasir türk ədəbi dillərindən biri (ən çox inkişaf etmişi!) ümumtürk ədəbi dili olaraq qəbul edilir;

3) müasir türk ədəbi dillərindən biri (ən çox inkişaf et-mişi, ortaq anlaşma üçün ən yararlısı) seçilir, üzərində daha bir yüngül ümumiləşdirmə əməliyyatı aparılır və ümumtürk ədəbi dili olaraq işlədilir” (23, s. 212-213).

Türk dillərindən hansına “ortaq statusu” verilməsi məsə-ləsində fikir ayrılıqları mövcuddur.

“Təəssüflər olsun ki, indiyədək keçirilən bir sıra top-lantılarda ortaq türkcənin yaradılması haqqında edilən çıxışlar-dan savayı, ciddi bir fəaliyyət hələ də mövcud deyil.

Türk xalqlarının hamısı yekdilliklə birliyin vacibliyini qeyd etsələr də, söz ortaq türkcəyə gəldikdə, hər biri ya öz dilini, ya da türk dilləri əsasında yeni bir dilin yaradılmasını təklif edir” (16, s.8).

Türk dünyasının görkəmli ziyalılarından olan Cavad He-yətin bu məsələyə münasibəti böyük maraq doğurur. O, mü-sahibələrindən birində deyir:

“Azərbaycan türkcəsi türk dillərinin içərisində ən zəngin-lərindən biridir və Türkiyə türkcəsilə qoşa gedir... Yalnız inki-

38

“Azərbaycan dili” anlayışının tarixi

şaf baxımından Türkiyə türkcəsindən sonra gəlir. Çünki Türki-yə türkcəsi 600 ildir rəsmidir. 1299-cu ildən bəri, yəni Osman Qazi zamanından. Bizim dilimiz daha gəncdir, digər tərəfdən, İranda da həmişə qadağa olunub, yazı dilimiz olmayıb. Burada da rus istilasında, rus dilinin istilasında qalıbdır. Onun üçün bolluca rus sözləri var. Əlbəttə, Türkiyə türkcəsi də çoxlu ərəb və fars sözləri ilə dolmuşdur. XX əsrdə bunu təmizləməyə başladılar. Bəzən də ifrata vardılar. Biz ortaq türkcə yarada bilmərik, bəlkə, ortaq türkcəyə doğru getməliyik ki, bir-birimi-zi başa düşək. Bizim Azərbaycan ədəbi türkcəsi ilə Türkiyə türkcəsi bir-birini başa düşür. Mən konqreslərdə görürəm ki, Azərbaycan alimləri öz ana dillərində çıxışlarını edirlər və türklər də onları başa düşürlər. Bir iki yüz-üç yüz kəlmə var, onu öyrəndikdən sonra Türkiyə ilə Azərbaycan türkcəsi tama-milə anlaşılır. Biz çalışmalıyıq ki, ortaq türkcəyə doğru gedək . Yəni o bizə ideal olmalıdır. Mən də “Varlıq”da 30 ildir bu işlə məşğulam. Amma dünyada hamıdan çox Türkiyə türkcəsi məş-hur olmuş, yayılmış və əhəmiyyət qazanmışdır” (46, s.32).

Əlbəttə, bu mövqe nə qədər maraqlı olsa da, xüsusilə bir baxımdan mübahisəlidir ki, dillərin ümumi inkişaf qanunları inteqrasiya yox, diferensiasiyaya, yəni bölünməyə əsaslanır. Ona görə də nə qədər güclü olursa-olsun fərdi təşəbbüs və ya cəhdlərlə ortaq türkcənin formalaşacağını təsəvvür etmək çətin-dir. “Tərcüman”ın, “Füyuzat”ın təcrübəsi də bunu göstərdi. Odur ki, “ortaq türkcə” anlayışına türk dillərinin inteqrasiya prosesinin yekunu kimi baxmaq özünü doğrultmur.

Fikrimizcə, burada anlayışın özü də qüsurludur. İlk növ-bədə ona görə ki, dərhal “inteqrasiya”nı yada salmaq müstəqil türk dillərinin təbii hüquqlarını məhdudlaşdırmaq təsəvvürü oyadır. Halbuki söhbət türklər üçün onların artıq formalaşmış ədəbi (ümumilli) dillərinə toxunmadan öz aralarında ortaq ünsiyyət vasitəsinə nail olmalarından gedir.

39

Aysel Qəribli

Ortaq türkcə probleminin nəzəri həllində, görünür, T.Ha-cıyevin “Türklər üçün ortaq ünsiyyət dili” monoqrafiyasını (44) son söz hesab etmək olar.

Müəllif bu qərara gəlir ki, türk xalqları arasında ortaq ünsiyyət (ilətişim) dili olaraq Türkiyə türkcəsi qəbul edilmə-lidir.

Türkiyə türkcəsinin bu statusunu həm linqvistik, həm də bir sıra ekstralinqvistik (əhalinin sayı, ölkənin siyasi nüfuzu, beynəlxalq münasibətlərə təsir imkanları və s.) amillər müəy-yən edir.

Uzun illər Türk dil Qurumuna başçılıq etmiş Prof.Dr. Şükrü Haluk Akalın yazır:

“İyirmi ildən artıq bir dövrdə Türk dünyasında ortaq ünsiyyət dili mövzusunun gündəmdə olduğu, müzakirə edildi-yi, ancaq yekunlaşdırıcı addımların atılmadığı göz önünə gə-tiriləcək olursa, T.Hacıyevin bu kitabının mövzunun tarixə çev-rilmiş arxa planını ortaya qoyan, çərçivəsini cızan və edilməsi lazım olanları müəyyənləşdirən mənbə bir əsər olduğu görü-ləcəkdir” (89, s.133).

Bu isə o deməkdir ki, “ortaq türk dili” və ya “ortaq türk-cə” mücərrəd bir anlayış olmayıb konkret bir türk dilini nə-zərdə tutur.

40

“Azərbaycan dili” anlayışının tarixi

II FƏSİL

“AZƏRBAYCAN TÜRKCƏSİ” ANLAYIŞININ TƏŞƏKKÜLÜ

1. “Qədim Azərbaycan dili” anlayışı haqqında

“Azərbaycan dili” anlayışının “tarixə qədərki dövr”ü bir sıra ciddi problemlər doğurur ki, buraya, əsasən, aşağıdakılar daxildir:

a) “Azərbaycan” sözünün etimologiyası;b) “qədim Azərbaycan dili” anlayışının məzmunu və ya

hansı mənşədən olan dili əks etdirməsi məsələsi.Göründüyü kimi, burada, birinci halda “Azərbaycan” sö-

zünün (toponiminin) etimologiyasından çıxış edərək Azərbay-can coğrafiyasının qədim (tarixəqədərki) etnosunu (və onun dilini) müəyyənləşdirməyə, ikinci halda isə, mövcud fakt-gü-manlar əsasında həmin coğrafiyanın qədim etnik (və dil) mən-zərəsini rekonstruksiya etməklə “qədim Azərbaycan dili” an-layışı barədə təsəvvür yaratmağa cəhd olunur.

Mətləb isə bundan ibarətdir ki, XI-XII əsrlərə qədər Azərbaycanda türk etnosu (və dili) mövcud olmuşdur ya yox?

Bu, “qədim Azərbaycan dili” anlayışı barədə təsəvvür üçün həlledicidir.

Cavad Heyət “Azərbaycan adı və hüdudları” məqaləsində yazır:

“Azərbaycanın adının mənşəyi haqqında müəlliflərin fi-kirləri müxtəlifdir.

Bəzi tarixçilər həmin adın bu ölkədə olan atəşkədələr və odla əlaqədar yarandığını yazırlar və deyirlər ki, azər (atur,atər) pəhləvi dilində “od” deməkdir və pat (pad-bad) “keşik çəkən-keşikçi və qoruyan” deməkdir; kan, ya qan da (ərəbcə tələffü-zü-can) “yer” və ya nisbət şəkilçisidir. Yəni atəşkədələri qoru-

41

Aysel Qəribli

yan yer. Ərəblər gəldikdən sonra “q” səsi “c” kimi tələffüz olunduğuna görə, “Azərbaycan” demişlər. Böyük islam tarix-çisi Təbəri (226-310 hicri) və Yaqut Həməvi bu fikri müdafiə etmişlər” (46, s.277).

Sonra əlavə edir:“Əski tarixçilərin çoxu Azərbaycan sözünü Atropat və ya

Aturpataya bağlayırlar. Məşhur yunan coğrafiyaçısı Strabonun (eramızdan əvvəl 63-cü il-eramızdan sonra 19-cu il) yazdığına görə, Atrupatis Üçüncü Dariyuş zamanında Kiçik Midiya və ya Azərbaycanın (Satrap) valisi imiş. İsgəndər İrana hücum edib Həxamənilər sülaləsini yıxdığı zaman o, İsgəndərlə anlaşaraq öz əyalətini qorumuş və orada padşah kimi səltənət qurmuşdur. Zaman keçdikcə bu əyalətin adı onun adı ilə məşhur olmuşdur.

Bəzi müəlliflər Azərbaycan adının türk mənşəli olduğunu yazırlar”(46, s.277).

Türklərin məskunlaşdıqları, eləcə də türk dilinin yayıldığı Avrasiya coğrafiyasına qədim dövrlərdən Azərbaycanın da daxil olması şübhə doğurmur.

M.Zəkiyev “Ön və Orta Asiya, Qafqaz, Qara dənizin şi-malı, İdil-Ural və Qərbi Sibirdəki qədim türklər” məqaləsində göstərir ki, Qafqazda ən qədim zamanlardan etibarən ar/ir, as/az, bi/pi/bey, sün/san/şan/can və b. adlarla tanınan , bugünkü azərbaycanlıların əcdadları olan tayfalar yaşamışlar. Sonralar onların qarışması nəticəsində asar/azar/azər tayfa birləşmələri əmələ gəlmişdir (121, s.429).

Əlbəttə, bu cür mülahizələr öz mübahisəliliyi ilə Qafqa-zın həm şimalında, həm də cənubunda türk etnosunun qədim dövrlərdəki mövcudluğunu təsdiq etmək əvəzinə, onu sual al-tında qoyur. Hər şeydən əvvəl ona görə ki, burada konkret ta-rixi faktlara deyil, etimoloji ehtimallara istinad edilmişdir.

Məlumdur ki, “Azərbaycan dili” linqvonimi “Azərbay-can” toponimi, “Azərbaycan xalqı” etnonimi ilə ideya-məz-munca sıx bağlıdır ki, burada “Azərbaycan” anlayışı, təbii ki, əsas istinad nöqtəsidir... Maraqlı olmaya bilməz ki, Azərbayca-

42

“Azərbaycan dili” anlayışının tarixi

nın tarixi ərazisində qədim dövrlərdən bəri mövcud olmuş döv-lətlərdən (Aratta, Manna, Midiya, Albaniya, Aran...) heç biri-nin deyil, məhz Atropatena // Adurbadaqan // Azərbaycanın adı ölkənin (coğrafiyanın), xalqın və dilin adına çevrilmişdir. Bu, heç şübhəsiz, “Azərbaycan” adının tarixən həm ölkə daxilində, həm də ölkənin xaricində daha populyar olmasından irəli gəlir ki, həmin populyarlıq, görünür, ilk növbədə siyasi-ideoloji sə-bəblərlə əlaqədardır.

“Azərbaycan” anlayışının tarixi, ənənəvi elmi-publisistik təsəvvürlərə görə, “Atropatena”dan başlayır (19, s.48).

Məlum olduğu kimi, “Atropatena” dövlətinin banisi At-ropat... Madanın satrapı idi. Belə güman etməyə əsas var ki, Atropat Madanın irsi hakimi olmuşdur... Makedoniyalı İsgən-dərin dövləti onun diadoxları (sərkərdələri) arasında parçalan-dıqdan sonra Atropat müstəqil hökmdar oldu.

Yeni dövlətin yaradıcısı Atropat olduğundan o, Mada-Atropatena (Mada dilində Mada-Atropatakan (a), yəni “Atro-pata məxsus olan (ölkə)” adlanırdı. Beləliklə, Azərbaycan adı Atropatena dövlətinin adından əmələ gəlmişdir” (13, s.172-173).

“Azərbaycan” sözünün türk mənşəli olması barədə də bir sıra interpretasiyalar meydana çıxmışdır. Məsələn, T.Hacıyev yazır: “Azərbacyan toponimi az (türk tayfası) + ər (igidlər məzmununda məlum söz) + bay (I I bəy - “ər”in mənasını gücləndirir) + can (qan – məkan anlayışı bildirən morfem) tərkibindən ibarətdir (42, s. 37).

Lakin bu tipli interpretasiya- etimologiyaların doğruluğu şübhəlidir. Hər şeydən əvvəl ona görə ki, “Azərbaycan “ sözü-nün keçdiyi tarixi yolla, mənbələrlə təsdiq olunmur. İkincisi , türk dilinin söz yaradıcılığı texnologiyaları üçün səciyyəvi ol-mayan, olduqca mürəkkəb bir model üzərində qurulmuşdur. Nəhayət, üçüncüsü, həmin izahda sözün (oykonimin) semantik strukturu da kifayət qədər “dağınıq” və ya qeyri-mükəmməl görünür.

43

Aysel Qəribli

Bununla belə “Azərbaycan” sözünə türk mənşəli interp-retasiyalar verilməsinə göstərilən cəhdlər təsadüfi olmayıb mil-li elmi-ictimai şüurun daxili təbiətindən , özünün hesab etdiyi tarixi hadisə-faktı bütün etimoloji miqyası ilə mənimsəmək maraqlarından irəli gəlir ki, buna hər bir inkişaf etmiş xalqın mədəni-intellektual təcrübəsində rast gəlinir.

“Azərbaycan” adının doğru olmayan etimoloji interpreta-siyasının ilk müəllifliyinin kimə məxsus olması barədə müəy-yən mübahisə də açılmışdır. Əsas iddiaçı Elməddin Əlibəyzadə yazır:

“Hələ 1985-ci ildə “ Azərbaycan müəllimi” qəzetində (14 iyun) mən bu adın yaranması, tərkib hissələri barədə ağlabatan söz demiş, yeni fikir söyləmişdim. Zəngin elmi qaynaqlar əsa-sında gəldiyim son nəticələr belə olmuşdu:

“Azərbaycan sözünün qədim “az/as” tayfasının adı ilə bağlı ola biləcəyi daha artıq ağıla batır” ; “Azər sözünün ikinci hissəsi “ər”-dir. Buradan da “Az+ər” - “Azər”, “Azərlər ölkə-si”, “Azərlər yurdu” və s. adlar yaranmışdır. “Azər” sözünə sonra “bay” (varlı, zəngin, bəylər bəyi) , daha sonra isə “kan/qan” (“xan” sözünün qədim şəkli) hissələri birləşmiş və Az+ər+bay+kan - Azərbaykan, buradan da müasir Azərbaycan sözü alınmışdır. Beləliklə, Azərbaykan (Azərbaycan tərkibi dörd sözün Az, ər, bay, kan/qan) birləşməsindən ibarətdir ki, bu sözlərin dördü də qədim türk sözüdür”.

Aradan bir il keçir. Bu fikirləri digər bir müəllifin məqa-ləsində oxuyuruq, müəllif bu deyilənləri eynilə təkrar edir və öz adına çıxır (bax: “Azərbaycan yer adının sözaçımı” – “Azərb. SSR EA xəbərləri. Ədəbiyyat, dil, incəsənət seriyası , N 3, 1986, s. 18-20).

Və həmin müəllif bu fikirləri, qeydsiz-şərtsiz olaraq ey-nilə növbəti kitabına da salır” (37, s.631).

Burada söhbət görkəmli azərbaycanşünas Mirəli Seyi-dovdan gedir.

44

“Azərbaycan dili” anlayışının tarixi

Mirəli Seyidov isə E.Əlibəyzadəyə cavabında “Azərbay-can” sözünün yeni etimologiyasının özünə məxsus olduğunu göstərir” (37, s.636).

Qeyd edək ki, “yeni” etimologiya-interpretasiyasının əsas müəllifi iddiasında olanların sayı az deyil.

Lakin məsələ burasındadır ki, nə orta əsrlərdə, nə də yeni dövrdə “Azərbaycan” toponimini türk dili məxrəcində izah edən olmamış, hətta onun qədim yunan (Atropatın yurdu) mənşəyi də unudulmuşdur. Mövcud etimologiyaların (onlara “xalq etimolo-giyasi” demək daha doğrudur) məzmunu isə, əsasən, aşağıda-kılardan ibarətdir: “odlar yurdu”, “atəşgahlar məskəni və ya ölkəsi”, “atəş qoruyucusu”, “müqəddəs odun vətəni” və s.

Ada verilən şərhlərin nə qədər ixtiyari olduğunu isə Ab-basqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”dəki heç bir tənqidə dözməyən etimologiyası bir daha təsdiq edir: “Azərbaycan” “Azərbabəkan” (yəni: Babəkin odu) (122, s.59).

“Azərbaycan dili” anlayışına tarixdə ilk dəfə “Azərbay-can əhalisinin dili” şəklində XI əsrdə təsadüf olunur. Belə ki, müəllimi Əbu-l-əla Məərridən məsciddə dərs öyrənən zaman gənc Xətib Təbrizinin görüşünə təbrizli bir yerlisi gəlir. Xətib, müəllimindən xahiş edir ki, dərsdən ayrılıb onunla hal-əhval tutmasına icazə versin... “Ayağa qalxdım və onunla xeyli söh-bət edib məni maraqlandıran hər şeyi ondan soruşdum. Elə ki, qayıdıb Əbu-l-əlanın yanında oturdum, məndən soruşdu: Bu hansı dil idi? Dedim: Bu, Azrəbican əhalisinin dilidir” (56, s. 38-40).

M.Mahmudov göstərir ki, VII əsrdən başlayaraq ərəblər Azərbaycanı “Azrəbican” adlandırmış, sifət-təyin məqamında isə “azrəbi” işlətmişlər (88 , s.40).

T.Hacıyevin fikrincə, burada söhbət türk mənşəli Azər-baycan dilindən gedir... “Dilimiz, ümumiyyətlə, türk dili kimi tanınsa da, görünür, hələ ilk orta əsrlərdən hansı dairələrdəsə ona Azərbaycan dili də demişlər və bu ənənə sonralar da yaşa-mışdır... Bəzi tarixçilər XI əsrdəki Azərbaycan dilini, yaxud

45

Aysel Qəribli

Azərbaycanda yaşayanların dilini türk məxrəcindən çıxararkən irandilli mənşəyə söykənirlər. Həmin dövrdə Əbu-l-əla Məərri fars dilindən xəbərdar olmalı idi. Əgər o söyləyirsə ki, danışdı-ğınız hansı dildir, deməli, bu, fars dili deyilmiş” (42 ,s.38).

Xətib Təbrizinin azərbaycanlı-Azərbaycan türkü olması-nın tədqiqatçılar arasında heç bir şübhə doğurmaması da bəhs edilən dilin - “Azərbaycan əhalisinin dili”nin məhz türk mən-şəli dil olmasını göstərir. Eyni sözləri XI-XII əsrlər ərəb, eləcə də farsdilli Azərbaycan müəlliflərinin, yəqin ki, hamısı haqqın-da demək mümkündür”. Xüsusilə o müəlliflərin ki, özlərini “Təbrizi”, “Gəncəvi”, “Şirvani”, “Bərdəi”... ünvanları ilə məş-hurlaşdırmışlar.

“Azərbaycan dili” ifadəsinin hələ ümumiyyətlə mövcud olmadığı, yaxud “Azərbaycan əhalisinin dili” mənasında epizo-dik olaraq işləndiyi qədim dövrlərdə Azərbaycan ərazisində bu və ya digər dərəcədə ümumi bir dil mövcud idimi?...

T.Hacıyev həmin suala belə cavab verir: “Azərbaycan xalqının etnik formalaşması Midiya və Albaniya türklərinin qaynayıb-qarışması ilə olur və bu qaynayıb-qarışma tarixin də-rinliyindən gəlir... Azərbaycan xalqının təşəkkülündə başqa türk qövmləri ilə müqayisədə oğuz və qıpçaq tayfaları üstünlük təşkil etmişlər... Etnik təkamüllə eyni vaxtda dil təşəkkülü də başlayır. Türk tayfaları birləşdikcə ölkədə başqa etnosların da varlığı ümumi ünsiyyət vasitəsi kimi xidmət edən dilə ehtiyac doğurur” (42, s.56-58).

Göründüyü kimi, T.Hacıyev bu fikirdədir ki, qədim dövr-lərdən etibarən “Azərbaycan dili”, yaxud “Azərbaycan əhalisi-nin dili” anlayışı Azərbaycanda ümumünsiyyət vasitəsi olan türk mənşəli dili ehtiva edir.

Lakin Azərbaycan tarixşünaslığında bundan tamamilə fərqli fikir də uzun zaman mövcud olmuşdur:

“Mənbələr Azərbaycanın şimalında və cənubunda yaşa-yan əhalinin müxtəlif dillərdə danışmalarını və bütün ölkə üçün ümumi danışıq dilinin olmamasını təsdiq edirlər. Türk dilində

46

“Azərbaycan dili” anlayışının tarixi

danışan tayfaların kütləvi hücumlarından, xüsusən XI-XII əsr-lərdən sonra başqa bir vəziyyət yarandı. Bu vaxt türk dili yerli dilləri əsaslı surətdə sıxışdırırdı... Səlcuqilərin və eldəgizlərin hakimiyyəti dövründə türk dilinin geniş yayılmasına baxma-yaraq, azəri dili hələ də istifadədə qalmaqda idi. XIII əsrdə türk dilində danışan köçəri tayfaların buraya gələn güclü dalğası azəri, aran və başqa dillərin sıxışdırılması və Azərbaycan dili-nin tamamilə qələbə çalması üçün şərait yaratdı” (15, s.188).

Burada, hər şeydən əvvəl, mübahisə doğuran “azəri dili”, “aran dili” və “başqa dillər” anlayışlarıdır ki, həmin “dillər”in nə fonetik, nə leksik, nə də qrammatik quruluşu barədə heç bir məlumat verilmir. İkincisi isə “türk dilində danışan köçəri tay-falar”ın dilinin ümumi şəkildə qeydsiz-şərhsiz “Azərbaycan dili” adlandırılmasıdır.

Azərbaycan, ümumən sovet tarixşünaslığında möhkəm-lənmiş, heç bir alternativ mülahizə qəbul etməyən etnogenez (xalqın mənşəyi) ilə qlottogenezin (dilin mənşəyinin) üst-üstə düşməməsi ideyası nə qədər ümumiləşdirilməyə çalışılsa da əsas fakt, material kimi türk-iran münasibətlərinə müraciət olunmuşdur:

“... Bir çox başqa xalqların tarixində olmuş hadisə- yerli əhalinin dilinin gəlmələrin dili ilə əvəz olunması Azərbaycanda da baş vermişdir. Bir çox müasir Şərq xalqları öz əcdadlarının danışdıqları dildə danışmırlar. Orta Asiyada xarəzmlilər, soqdi-yalılar, baktriyalılar və parfiyalıların İran dilləri türk dilləri ilə əvəz olunduğu kimi, Azərbaycanda da yerli dilləri Azərbaycan dili əvəz etmişdi” (15, s.189).

A.Axundov “Ümumi dilçilik” kitabında “müasir Azər-baycan dilindəki substrat izləri də bu mülahizəni təsdiq etmək-dədir” qənaətinə gəlir, ancaq heç bir nümunə göstərmir (10, s.122).

“Azərbaycan dilindəki superstrat izləri də, ilk növbədə Azərbaycan xalqının tarixi ilə bağlıdır. Belə ki, “Azərbaycan tarixi” (I cild, Bakı, 1961) kitabında göstərildiyi kimi, “Azər-

47

Aysel Qəribli

baycan dili” birdən-birə ədəbi dil ola bilməmişdi. Kargüzarlıq-da, elm və ədəbiyyatda ərəb və fars dilləri hakim idi. Fars di-linin təsiri daha qüvvətli idi. Ədəbi əsərlər bu dildə yaradılırdı. O, əsasən hakim dairələrin dili idi. Azərbaycan əhalisinin çox az qismi bu dili bilirdi” (10, s. 122).

Məsələnin bilərəkdən mürəkkəbləşdirilməsi, tamamilə təbii olaraq, ziddiyyətə gətirib çıxarır. Xüsusilə o baxımdan ki, Azərbaycan əhalisinin çox az qismi fars dilini bilirdisə, çox qismin məhz İran mənşəli olduğunu nə ilə sübut etmək müm-kündür? Hakim dairələr türk ola-ola farsca yazırlarsa, İran mənşəli əksəriyyət nə üçün türkcə danışmalıdır? Və ümumiy-yətlə, İran mənşəli əhalinin öz dilini unudub “türkləşməsi”nin məntiqi nədən ibarətdir?

N.Cəfərov “Akademik İqrar Əliyevə açıq məktub”unda yazır:

“Q.Təbrizi, Ə.Xaqani, N.Gəncəvi, C.Rumi kimi onlarla dahi sənətkarın yaradıcılıq fəaliyyəti göstərir ki, həmin dövrdə aborigen əhali türkləşməkdən daha çox, türklər həmin abori-genlərin dilləri ilə qohum olan dildə yazırdılar. Və bu ənənə keçici olmamış, bizim dövrümüzə qədər davam etmişdir (M.H.Şəhriyarı xatırlayın)... Belə olan halda aborigenlərin nə-yinə lazım idi ki, türkləşsinlər, “başıpozuq köçərilər”in “bəsit” dilini qəbul etsinlər və nəticə etibarilə, özləri də yüksək mədəni səviyyələrini itirsinlər? (19, s.65).

Rəcəb Albayraq zəngin faktik materiallara əsaslanan “Türklərin İranı” kitabında göstərir ki, sasanilərdən əvvəl atro-patenalıların-azərbaycanlıların dilinin türk dili olduğunu qəti olaraq söyləmək mümkündür. “Sasanilər zamanında Atropate-nada danışılan iltisaqi dil Azərbaycan türkcəsinin təməlini meydana gətirmişdir” (11, s.38).

“Türklərin İranı” müəllifi yazır:“Türklər Azərbaycana müsəllət olduqdan sonra yerli fars-

tat dilli xalq türklərin arasında assimilə oldu, dilləri də türk dili içində əriyib yox oldu” deyirlər.

48

“Azərbaycan dili” anlayışının tarixi

Çağdaş Azərbaycan türkcəsi içində əriyib yox olmuş bir dilin qalıqları qətiyyən yoxdur. Fars və türk dillərinin qarşılıqlı olaraq bir-birinə söz verib söz alması tamamən fərqli bir dil-çilik hadisəsidir” (11, s.39).

E.Əlibəyzadə ərəb müəlliflərinin aşağıdakı məlumatlarını müqayisə edir:

“1. Əl-İstəxri yazır: “Azərbaycan , Ermənistan və Arra-nın dili fars və ərəb dilidir; Dəbil şəhəri müstəsnadır; şəhər və onun əyalətlərində ermənicə, Bərdə ölkəsində arran dilində danışırlar”...

1. Əl-Müqəddəsi yazır: “Ermənistanda ermənicə, Arran-da isə arranca danışırlar; farsca danışanda onları başa düşmək olur, lakin onların fars dili müəyyən dərəcədə Xorasan ləh-cəsini xatırladır”...

2. İbn-Hövqəl yazır: “Azərbaycan və Ermənistan əhalisi-nin dilinə gəlincə, onların dili ərəb və fars dilidir, lakin ərəbcə danışanlar azdır; bundan əlavə, farsca danışanlar ərəbcəni başa düşmürlər. Təmiz ərəbcə danışanlar tacirlər və yerli torpaq sa-hibləridir. Lakin Ermənistanın kənarlarında və ətraf ölkələrdə başqa dillər-Dəbil əhalisi üçün və onun əyalətlərində erməni dili mövcuddur, Bərdə əhalisi arranca danışır” (37, s.107-108).

Belə bir qərara gəlir ki:“Hər üç müəllif Azərbaycanda, onun Bərdə vilayətində

arran dilində danışıldığını yazır. Tarixdə belə bir dil məlum de-yil. Bu ərəb səyyahlarının Azərbaycanın aran-düzənlik rayon-larında sakin olan xalqın türk dilinə verdiyi addır. Bu fikri İbn-Hövqəldən gətirilən növbəti məlumat da təsdiq edir: “Azərbay-canın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara və Var-zaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uza-nır, orada bu silsilələrlə Kabk sıra dağları birləşir. Bu dağlar çox böyükdür; əvvəllər çox şəhərlər görənə qədər mən bunu inkar edirdim, buradakı hər bir şəhərin Azərbaycan və fars dillərindən əlavə öz dili vardır”...

49

Aysel Qəribli

Buradakı “Azərbaycan” və ya “Ad/h/ərbeyn dili” anlayı-şının müasir “ Azərbaycan dili” məzmununda işləndiyinə şüb-hə etmirik. Bu dili türk-oğuz dili olmadığına dair başqa bir dəlil də yoxdur, əksinə, bu fikri təsdiq edən dəlillər vardır. Məs., mənbələrdə bundan üç əsr əvvəlki, yəni VII əsr Azərbaycanın sakinləri barədə belə bir məlumat verilir: Xəlifə I Müaviyyənin (661-680) gecə müsahibi və məsləhətçisi olan Übeyd ibn Şəriy-yə əl Cürhumi ilə xəlifə arasında bu müsahibə gedir: Xəlifə Müaviyyənin “Sən Allah, Azərbaycan haqqında əlaqəniz, təla-şınız və xatirəniz nədir?” -sualına Übeyd ibn Şəriyyə belə ca-vab vermişdi: “Ora əzəldən türk torpağıdır. Onlar orada cəm-ləşərək bir-birinə qarışmış və təkmilləşmişlər” (37, s.109).

“Azərbaycan” anlayışı XX əsrin əvvəllərindən başlayaraq xüsusilə milli özünüdərk dövründə bir çox Azərbaycan ziya-lılarının diqqətini cəlb etmişdir.

Y.V.Çəmənzəminli yazır: “Azərbaycan şərq ilə qərb arasında körpü təşkil edən bir

ölkədir. Ən qədim zamanlardan bəri bu körpüdən müxtəlif irq-lərə məxsus millətlər keçib getmişlər. Bunlardan məmləkətimi-zə yerləşib, kök salanlar da olub. Təbiidir ki, gəlmələr ilə yerli-lər arasında uzun mücadilə və mübarizə sayəsində qanlar qarı-şıb, din və dillər dəyişilib və nəticədə başqaca bir mədəniyyətə malik, ayrıca bir millət vücuda gəlib. Bu millət azəri türk-ləridir.

Azəriləri ovsafi xüsusiyyətlər ilə müəyyən bir şəklə so-xan bir tarix var. Bu tarix islamdan çox əvvəl başlayaraq dövr-lər keçirmiş; ərəblər, səlcuqlar, monğollar, iranilər, osmanlılar Azərbaycan tarixində mühüm rollar oynamışlar. Son əsr rus is-tilası ilə bərabər, Avropa mədəniyyəti də məmləkətə girmiş və bu sayədə Azəri mədəniyyəti inkişafı əlverişli bir sahəyə çıxmış.

Azərbaycanın tədqiqi türkoloqlar üçün yeni bir meydan açır. Bu sahə, bizcə, o qədər maraqlı və şayani-diqqətdir ki, ay-rıca öyrənilməsi icab edər. Məqsədə müvəffəqiyyətlə varmaq

50

“Azərbaycan dili” anlayışının tarixi

üçün türkolojiyaya bir də azərolojiya şöbəsi artırılmalıdır. Zənn edirəm ki, azərolojiya şərq tarixi-mədəniyyətinə yeni-yeni sə-hifələr əlavə edəcək” (27, s.154).

“Azərolojiya”nın (müasir terminlə “azərbaycanşünas-lığ”ın) türkologiyanın bir şöbəsi, yəni tərkib hissəsi kimi qəbul olunması, şübhəsiz ki, müəllifin doğru metodoloji mövqedə da-yanmasının nəticəsi idi. İlk növbədə ona görə ki, həm azərbay-canlıları türklərdən, həm də Azərbaycan dilini türk dillərindən nə diaxron, nə də sinxron planda ayırmaq mümkün deyil.

Y.V.Çəmənzəminli yazır:“Məmləkətimizin adı “Azərbaykan”, “Azərabadqan”,

“Azərbiycan”, “Azərbaycan” -deyə şərq müəllifləriidə məruf-dur. Qədim yunan və Roma müvərrixləri isə “Atropaten” təs-miyyə edirlər. İbn Əlmüqəffe qövlünə görə “Azərbaycan” Azərbaz bin Əsud bin Sam bin Nuh və yaxud Azərbaz bin Bivərasəfin adı ilə təsmiyyə olunmuşdur. Digər rəvayətə görə, “Azər” pəhləvicə “Od”, “Baykan” “Saxlayan” mənalarında ol-duqda, “Azərbaycan” - “Atəşxana” və “Atəşgədə” mənalarına gəlir” (27, s.156).

Və əlavə edir:“Azərbaycan qədim zamanlarda geniş bir ölkə imiş. La-

kin sərhədi haqqındakı rəvayətlət müxtəlifdirlər. Tarixi-Tabəri-yə görə “Həmədan həddinin ibtidasından ta Zəncana və Ohərə və axır Dərbəndi-Xəzərə çıxınca bunlara Azərbaycan deyirlər. Səhayefül əxbarül-münəccimbaşi Azərbaycanın Aran və Ərmə-niyyə ilə müxtələt olduğunu qeyd edir və sərhədini böylə təsvir eləyir: “Şərqdə Deyləm və bəzi cəbəl şəhərləri; cənubda İraq və bəzi cəzirə şəhərləri; qərbdə Ərməniyyə və bəzi Rume məmləkəti; şimalda Aran və bəhri-Xəzərə müntəhi olur. Paytaxtları Ərdəbil, Şirvan və Təbriz imiş. Azərbaycana məxsus şəhərlər bunlar imiş: Xosrov, Səlmas, Cəzə, Naxçıvan, Berdənc, Xoy, Xoyənh, Urmiyyə, Marağa, Ucan, Məyanic, Mərənd, Muğan, Bərzənd, Bərdə, Sultaniyyə” (27, s.156).

51

Aysel Qəribli

Ə.Abid “Azəri” adının, mənşəyinə münasibətini bildirər-kən Y.V.Çəmənzəminlini tənqid etmişdir:

“Bir dəfə bunu bilməlidir ki, bu gün “azəri” kəlməsi Azər-baycanda yaşayan bir fərdə elm olmuşsa da, bu kəlmə ancaq son on sənə içində bu mənada kullanmağa başlamışdır; daha əvvəllər bir azərbaycanlıya azəri denildiyi görülməmişdir” (54, s.21).

“Azərbaycan” sözünün türk mənşəli olması barədəki id-dialar, vaxtaşırı tənqidə məruz qalmasına baxmayaraq, bu gün də mövcuddur (bu barədə bax: 5,6,7 və s.)

2 . “Azərbaycan türkcəsi” anlayışının mənşəyi

Azərbaycan türkcəsinin ilk möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” olsa da, “Azərbaycan türkcəsi” anlayışı, faktik olaraq, XIX əsrin ortalarında özünün müxtəlif ifadə-derivatları ilə meydana çıxmışdır ki, buraya, əsasən, “Qafqaz türklərinin dili”, “Zaqafqaziya tatarlarının dili”, “türk-tatar dilinin Azər-baycan ləhcəsi” və s. aiddir.

“Dədə Qorqud” eposunun qədim ideya-estetik köklərinin etiraf olunması ilə yanaşı, ilk orta əsrlərdə məhz Azərbaycan ərazisində formalaşması faktı göstərir ki, onun dili türkcənin məhz Azərbaycan hüdudlarında mövcud olmuş təzahürüdür. Eposun toponimiyası da bunu təsdiq edir (geniş məlumat üçün bax: 4, s. 24-35).

“Dədə Qorqud”un son orta əsrlərə aid əlyazmasında onun adı “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”, yəni “Oğuz tayfalarının dilində olan Dədəm Qorqud kitabı” kimi təqdim edilir. Həmin “oğuz tayfalarının dili” anlayışı “Azər-baycan türkcəsi”nin, nəticə etibarilə “Azərbaycan dili”nin sələfidir.

Maraqlıdır ki, Əmin Abid prof. M.F.Köprülüzadənin “Azərbaycan türkcəsinin hicri VII-VIII əsrlərdən başlanması fikri”ni tənqid edərək belə bir qənaətə gəlir ki, “Oğuznamə”

52

“Azərbaycan dili” anlayışının tarixi

(söhbət “Kitabi-Dədə Qorqud”dan gedir - A.Q.) daha feodalist ərəb cəmiyyət şəkli Azərbaycan torpaqlarında qurulmadan əv-vəl türklər arasında türkcə yazılmış bir kitab halına bulunmuş-dur” (4, s.88).

Müəllifin belə bir müqayisəsi də diqqət cəlb edir ki, “Azərbaycanda türkcənin inkişaf tarixinin Azərbaycan torpaq-larında feodallaşmağa başlandığı zaman vücuda gəlmiş olduğu fikri vəsiqələrlə təsdiq edilmiş olur. Halbuki Anadoluda türkcə-nin başlaması ancaq “Mulazqurd” müharibəsindən sonra Ana-dolu ticarət yollarının türklərin əlinə keçməsinə təsadüf edir ki, bu da ancaq hicri 404 sənəsindən etibarən başlar” (4, s. 88-89).

XI-XII əsrlər farsdilli Azərbaycan şairləri Azərbaycan türkcəsi barədə müəyyən təsəvvürlər yaradırlar.

R.Eyvazova yazır:“Nizami Gəncəvi... “Leyli və Məcnun” əsərini türk dilin-

də yazmaq istəmişdir. Lakin I Axsitan ibn Mənüçöhr Nizamiyə yazdığı məktubunda hakim feodal nəslinə yaraşmayan türk dilində deyil, fars dilində yazmağı təklif edir. I Axsitanın mək-tubunda deyilir:

Torki sifət vəfa-ye ma nist, Torkane soxən səza-ye ma nist.An kəs nəsəf-e bolənd zayəd,Ura soxan-e bolənd bayəd.

Tərcüməsi:

Türküzlü olmaq bizim vəfamız deyildir (bizə yaraşmaz). Türkcə söz deyib danışmaq bizə layiq deyildir. Yüksək soydan doğulan adama yüksək də söz lazımdır” (34, s.10-11).

R.Eyvazova qeyd edir ki, “türk dilinə layiqincə qiymət verməyən mühitdən şikayət edən Nizami “Yeddi gözəl” əsə-rində yazır:

53

Aysel Qəribli

Torkiyəmra dər in Həbəş nəxərənd, Lacərm doğba-ye xoş nəxorənd.

Tərcüməsi:

Türkcəni bu Həbəşdə alan yox,Dovğanı bir yemək deyə, yeyən yox” (34, s.11-12).

E.Əlibəyzadə yazır:“Məlumdur ki, Nizami Atabəylərlə yaxın və əlaqədar idi,

Atabəylər isə, özlərini Azərbaycanda səlcuqların davamı kimi göstərir. Deməli, burada Atabəylərin türklüyünə şübhə yoxdur. Bəs, Dərbənd xəzərləri kimlərdir? Bu barədə, heç olmasa, bircə mənbəyə müraciət edək: “Vizantiya yazıçıları, bir qayda olaraq xəzərləri türk hesab etmişlər; ərəb alimləri də onları türk adlandırmışlar. Demək, Dərbənd xəzərlərinin də türk olduqları-na şübhə yeri qalmır. Bəs, Şirvanşah Axsitan

“Türk dili yaramaz şah nəslimizə,

-deyə Nizamini və onun mənsub olduğu xalqı hansı mə-nada təhqir etmişdi. İş ondadır ki, burada Şirvanşahın Azər-baycanda İran valisi olması və ya əslində azərbaycanlı olub, farsa meyl edərək öz dilinə xor baxıb, xalqın böyük şairindən türk dilində deyil, ərəbcə və ya farsca yazmaq tələb etməsi və-ziyyəti heç də dəyişdirmir” (37, s.200).

Həm türkcə, həm farsca, həm də ərəbcə yazan, ancaq türkcəyə daha böyük önəm verib onu ana dili olaraq yüksəldən Məhəmməd Füzulinin (XVI əsr) təqdimində “ türk dili” anlayı-şı xüsusi izah tələb edir.

Füzuli “Hədiqətüs-süəda”nın dibaçəsində deyir:“....Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvardür, zira

əksəri-əlfazı rəkik və ibaratı nahəmvardür, ümid ki, himməti-övliya itmaminə müsaid ola və əncaminə müvainət qıla. Şeir:

54

“Azərbaycan dili” anlayışının tarixi

Ey feyzrəsani-ərəbü türkü əcəm,Qıldun ərəbi əfsəhi-əhli-aləm,Etdün füsəhayi-əcəmi İsadəm,Bən türkəzəbandan iltifat eyləmə kəm” (38, s.15).

Həmid Məmmədzadə qeyd edir ki, “Füzulinin dibaçəsin-dən anlaşıldığı kimi, o, türk dilində özündən əvvəlki məqtəllər-lə tanış deyilmiş və ya onları xatırlamağı lazım bilməmişdir. Belə olmasaydı, müqəddimədə ərəb və fars dillərində məqtəl-lərin olub, ətrakin ondan məhrum qalmalarını söyləməz və bu əsərin yaradılması üçün əhbabın ondan israrla xahiş etməsini yazmazdı” (38, s.5).

Füzulinin türk dilini ərəb və əcəm (fars) dilləri ilə mü-qayisə etməsi ümumtürk mədəniyyəti tarixində, əlbəttə, ənənə-vi hal idi. XI əsrdə M.Kaşğari türk dilini ərəb, XV əsrdə isə Ə.Nəvai fars dili ilə müqayisə etmişdir.

Y.V.Çəmənzəminli qeyd edir ki, Füzulinin “türkcə yaz-dıqlarının içində ən gözəl parçalar Azərbaycan ləhcəsindədir. Lakin Bağdadın Osmanlı dövlətində ilhaqı Füzulinin dilində təğyirə səbəb olub: o dövrdə yazılan əsərlərdə Füzuli yeni oxu-cularını nəzəri-etibarə alıb. “Leyli və Məcnun” bu təsirdə ya-zılıb” (27, s.129).

C.Məmmədquluzadə isə 1925-ci ildə yazdığı “Füzuli” məqaləsində Füzulinin azərbaycanlı, dilinin isə Azərbaycan dili olmasına heç bir şübhə yeri qoymur:

“Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədibəsi bizim şairlərin başına girib, bütün əsər-lərində bir Füzuli ruhu görülməkdədir” (60, s.248).

XX əsrin 30-cu illərinin ortalarından etibarən stabilləşən ənənəyə görə “Azərbaycan dili” linqvonimi Azərbaycanda ya-ranan türkdilli ədəbiyyatın dilini ifadə etmək üçün işlədilmək-dədir ki, burada sovet ideologiyasının “təkan”ı, əlbəttə, həlle-dici olmuşdur. Lakin “Azərbaycan dili” linqvonimindən Azər-

55

Aysel Qəribli

baycan dili tarixinin qədimliyinə doğru bu cür qeydsiz-şərtsiz istifadənin məlum elmi-metodoloji problemlər yaratdığı da göz qabağındadır.

Məsələn:“XI əsrdən başlayaraq Azərbaycan dili geniş intişar tapdı.

Ölkədə sənətkarlıq, ədəbiyyat inkişaf etməyə başladı. Ana dili diqqət mərkəzində durdu. Məs.: Qətran Təbrizinin ana dilində yazdığı şeirlər Azərbaycan dilinin məlahətini, gözəlliyini, incə-liyini göstərdi. Eləcə də Azərbyacan dilində çoxlu dərin məz-munlu əsərlər yazan Seyid İmadəddin Nəsimi də sübut etdi ki, Azərbaycan dili şeir, sənət, dərin elmi fikirləri ifadə edən bir dildir. Azərbaycan dilinin dövlət dili kimi işlənməsində isə xüsusilə Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin də böyük rolu olmuşdur” (76, s. 3-4).

Əgər müəllif Qətran Təbrizinin dilinə “Azərbaycan dili” deyirsə, gərək Xaqaninin, Nizaminin dilini də belə adlandırsın. Yox, əgər türk mənşəli Azərbaycan dilindən (Azərbaycan türk-cəsindən) bəhs edirsə, bu, öz əksini dəqiq, tarixi mənasında tapmalıdır.

“Azərbaycan dili” anlayışının öz adı ilə meydana çıx-masının əsas tarixi səbəbi türk dillərinin diferensiasiyası nəticə-sində Azərbaycan türkcəsinin təşəkkülüdür. Şübhəsiz, öz etno-sosial bazası, müəyyən yayılma coğrafiyası, bir çox hallarda isə rəsmi-siyasi müdafiəsi olan bir dil varsa, onun adının olması təbiidir ki, ən azından qonşu dillərdən fərqlənsin.

Məlumdur ki, türk dilinin diferensiasiyası ilk orta əsrlər-dən başlayır. Türklərin Avrasiyanın geniş coğrafiyasına Şərq-dən Qərbə yayılması, müxtəlif siyasi birliklərin tərkibinə daxil olmaları, ayrı-ayrı xalqlarla intensiv və çoxmiqyaslı əlaqələr tədricən tayfa dillərini (dialektləri) xalq dillərinə çevirir. Ola bilsin ki, həmin fərqi ilk dövrlərdə digər (qeyri-türk mənşəli) xalqlar az hiss edir, yaxud ümumiyyətlə nəzərə almır, lakin türklərin öz daxilində bunun elə əvvəllərdən duyulduğunu gös-tərən faktlar vardır.

56

“Azərbaycan dili” anlayışının tarixi

Onlardan birincisi ümumi (ortaq) eposların dilcə fərqlən-məsi, yaxud regional linqvistik keyfiyyətlər qazanmasıdır ki, bunun ən səciyyəvi nümunəsi “Koroğlu” eposudur...

“Koroğlu” yeni dövrün bütün xalq türkcələrində mövcud-dur. Bu isə o deməkdir ki, “Koroğlu” mövzusu türkcələrin yazı dili standartları fövqünə qalxan diferensiasiya inersiyasının təzahür miqyas-meydanıdır...

N.Cəfərov qeyd edir ki, “xüsusilə XVII-XVIII əsrlərdə Azərbaycan İranla Türkiyə arasında hərbi, siyasi və ideoloji mübarizə meydanına çevrilmişdi. Get-gedə keyfiyyət həddinə çatan mənəvi-mədəni intibah isə ölkənin acınacaqlı vəziyyəti ilə barışmaq istəmir, müstəqillik ruhu aşılayır, müdaxiləyə qarşı çıxırdı... “Koroğlu” Qafın bu tərəfini “anrı tərəf”indən ayıranda, əslində, milli ictimai təfəkkürdə müəyyənləşmiş hə-min təsəvvürü əks etdirirdi” (20, s.36).

Güman etmək olar ki, Azərbaycan “Koroğlu”su Azərbay-can türkcəsinin, yaxud türkcənin Azərbaycan təzahürünün ilk kütləvi abidəsidir. Ona görə də belə bir fikirlə razılaşmaq olar ki, “Koroğlu”nun poetik strukturca mükəmməlliyini, elastikli-yini, intonasiyaca harmonikliyini şərtləndirən səbəblərdən biri epos-dastanın təşəkkül tapıb formalaşdığı dildir...

“Koroğlu” formalaşdığı dövrün Azərbaycan türkcəsinə məxsus bir sıra xüsusiyyətləri nümayiş etdirir-dastanda Koroğ-lunun özünün məhz Azərbaycan türkcəsində danışdığını (əslin-də, Azərbaycan türkü olduğunu - A.Q.) , hətta ona yaxın olan Türkiyə türkcəsini yaxşı bilmədiyini göstərən maraqlı fakt-epizod mövcuddur” (20, s.44).

Həmin fakt-epizod nədən ibarətdir?“... İstanbula gələn Koroğlu bir əfəndiyə xotkarın dilin-

dən bir namə yazdırmaq istəyir ki, “bu naməni sənə verən adam mənim çavuşumdur. Mənim barigahımda mənə olan hör-mət gərək ona da ola”. Lakin əfəndi Koroğlunun “dolaşıq adam” olduğunu görüb ayrı şey yazır: “Nigar xanım, bu adam quldurdur. Oraya çatcaq tutub asdırarsan!” Koroğlu, əfəndinin

57

Aysel Qəribli

gözləmədiyi halda, kağızı alıb baxır və deyir: “ Sən elə bilmə ki, mən savadsızam. Mən dedim, sən yazasan ki, sizin dilinizdə olsun. Al düzəlt!”

Koroğlu “sizin dilinizdə” dedikdə Türkiyə türkcəsinin İs-tanbul şivəsini nəzərdə tuturdu... Öz dili isə, heç şübhəsiz, Azərbaycan “Koroğlu”sunun dili-Azərbaycan türkcəsi idi” (20, s. 44).

M.Füzuli, Ş.İ.Xətai, Həbibi, M.Əmani, M.V.Vidadi xətti ilə diferensiallaşan Azərbaycan türkcəsinin yazılı ədəbiyyatda ən aydın təzahürü M.P.Vaqifin dilidir. Lakin təəssüf ki, nə M.P.Vaqif, nə də onun müasirləri öz dilləri barədə heç bir mə-lumat vermədikləri kimi onun adını da çəkmirlər.

3. “Azərbaycan türkcəsi” anlayışının formalaşması

“Azərbaycan dili” anlayışının təşəkkülünün ilk mərhələsi “Azərbaycan+türk dili” modelinin (və onun təzahür formaları-nın) meydana çıxması ilə xarakterizə olunur.

Fikrimizcə, burada iki amili qarşılıqlı əlaqədə nəzərə al-madan keçinmək mümkün deyil ki, onlardan birincisi türklərin etnosiyasi diferensiasiyası, ikincisi türk məkanının mütləq əksəriyyətinə orta əsrlərin sonu yeni dövrün əvvəllərindən Ru-siyanın siyasi-inzibati nəzarətinin get-gedə güclənməsidir.

Siyasi-inzibati nəzarət isə mütləq bir şəkildə öz advermə mexanizmini tətbiq edir. O cümlədən xalqlara (və dillərə)... Lakin burada təbii müqavimət də var: xalqların(və dillərin) ənənəvi qeyri-rəsmi (standartlaşmamış) adları uzun zaman yaddaşlardan silinmir.

Rusiyanın Qafqaza hücumu və bu coğrafiyanı zəbt etməsi həm Rusiya, həm də Qafqaz xalqlarının tarixində çox dərin izlər qoymuş hadisədir (bu barədə təfsilatı ilə bax: 106). Ruslar Qafqazla (onların nəzdində Qafqaz üç yerə bölünürdü: Ön Qaf-qaz, Dağlıq və ya Mərkəzi Qafqaz, Zaqafqaziya) tanış olduqca

58

“Azərbaycan dili” anlayışının tarixi

burada çoxlu sayda xalqların, etnosların mövcudluğundan çaşırdılar (129, s.20).

Müşahidələr göstərir ki, Rusiyanın Qafqazı əlli ildən çox davam edən hərbi-siyasi zəbti nə qədər ciddi problem olmuşsa, mənəvi-intellektual, eləcə də inzibati fəthi ondan rahat olma-mışdır ki, bunlardan bir qismi də ram edilmiş xalqların, onların dillərinin necə adlandırılması məsələsi idi. Lakin işə cəlb olu-nan imperiya mütəxəssisləri kifayət qədər peşəkar idilər və on-lar Qafqaz xalqlarının, əlbəttə, ilk növbədə dillərinə görə, etnik mənşələrini düzgün müəyyənləşdirməyə çalışırdılar. Ümumiy-yətlə, “o dövrdə Çar Rusiyası Azərbaycanı öz inzibati idarəet-mə sisteminə daxil edərək, “Azərbaycan” sözünü ümumən xal-qın yaddaşından silməyə çalışırdı. Ayrı-ayrı quberniyalara, qə-zalara bölünmüş Azərbaycan bütövlükdə Qafqaz, Zaqafqaziya məfhumları içində əridilmişdi” (83, s.17).

İşğal prosesinin ilk mərhələsində ruslar buraya İranla Türkiyə arasında mübahisə obyekti olan, əslində isə “yiyəsiz” bir ərazi kimi baxır, əhalisini, sadəcə, “qafqazlı” hesab edir-dilər.

“Zaqafqaziyanın böyük şəhərlərində Azərbaycan-türk di-lini öyrənən məktəblər açılır. Tiflisdə gimnaziya, Gəncədə qəza məktəbi, iki il sonra 1932-ci ildə Bakıda, Şuşada, Nuxada, Şamaxıda, Naxçıvanda və s. böyük şəhərlərdə qəza məktəbləri açıldı” (65,s.12). Bu cür məktəblərin bir missiyası da Zaqafqa-ziyada fars dilinin, ümumiyyətlə İran təsirinin qarşısını almaq idi. “Çünki o zaman bütün ticarət sazişləri və bunlara dair rəs-mi sənədlər, məktublaşma və s. işlər fars dilində aparılırdı” (17, s.12).

Çar Rusiyası Qafqaz və ya Zaqafqaziya müsəlmanlarına (türklərinə, yaxud tatarlarına), prinsip etibarı ilə, Azərbaycan xalqına qarşı münasibətdə nə qədər dağıdıcı, bölücü siyasət yeritsə də, həmin dövrdə geniş vüsət alan “maarifçilik hərəkatı xalqın bütün bu məhrumiyyətlərə müqavimət reaksiyası kimi meydana gələrək, tarixi yaddaşın itməməsi, ana dilinin, adət və

59

Aysel Qəribli

ənənələrin qorunub-saxlanılması, inkişafı, mənəviyyatın, milli dəyərlərin yaşadılması, bütövlükdə milli şüurun oyanması və milli özünüdərk prosesinin güclənməsi üçün mühüm təkan-verici rol oynamışdı” (83, s.17).

Orta əsrlərin sonu-yeni dövrün əvvəllərinə aid müxtəlif xarakterli rus, eləcə də Qərbi Avropa mənbələrində türk dilləri, əsasən, üç cür adlanır: “tatar dili”, “türk-tatar dili” və “türk di-li” (51, s.69-86).

Əslən Azərbaycan türkü Mirzə Kazım bəyin “Türk-tatar dilinin qrammatikası” (1839), onun ardınca isə “Türk-tatar dilinin ümumi qrammatikası” (1846) nəşr edildi.

A.N.Kononov yazır:“Mirzə Kazım bəy nəinki rus dilində ilk dəfə olaraq türk

dilinin “tatar” dillərilə (Kazan, Sibir, Orenburq tatarlarının dil-ləri, həmçinin Azərbaycan dili nəzərdə tutulur) müqayisəli ət-raflı qrammatikasının veriri, o həmdə əcnəbi türkoloqların (Jober, Devida və b.) müşahidələrini dəqiqləşdirir və təshih edir” (51, s. 158).

Həmin dövrdə rus dilində “тюркский язык” anlayışı ilə “турецкий язык” fərqləndirilməyə başlayır ki, birincisi “Azər-baycan türkcəsi”, ikincisi isə “Türkiyə türkcəsi” mənasındadır.

XIX əsrin ortalarında türk ləhcələrini təsnif edən İ.N.Be-rezin “Aderbidjan” ləhcəsi ifadəsini işlədir (51, s.203).

A.N.Kononov XIX əsr rus türkologiyasının (əslində, “Rusiya türkologiyası” deyilməli idi - A.Q.) “Qafqaz tatarca-sı”, yaxud “ Zaqafqaziya tatarcası” və s. adlanan Azərbaycan dilinə həsr olunmuş ən mühüm əsərləri sadalayır ki, buraya aşağıdakılar daxildir:

1. М.А.Казем-Бек. Общая грамматика турецко-татар-ского языка, Казань, 1846.

2. Т.Макаров. Татарская грамматика кавказского наречия, Тифлис, 1848.

3. Л.З.Будагов. Практическое руководство турецко-татарского азербайджанского наречия, Москва, 1857

60

“Azərbaycan dili” anlayışının tarixi

4. Учебник турецко-азербайджанского наречия. Сос-тавлен учителем Восточных языков при Новочеркасской гимназии Абдул Хасанбеком Везировым, Спб., 1861.

5. Л.Лазарев. Турецко-татарского-русский словарь с приложением краткой грамматики, Москва, 1864.

6. Л.Лазарев. Сравнительная христоматия турецкого языка наречий османлы и Азербайджана с приложением тюркских разговоров и пословиц, Москва, 1866 (51).

XX əsrdə nəşr olunmuş dil dərsliklərində, azərbaycanca-rusca lüğətlərdə, adətən, “Azərbaycan dili” anlayışı rusca mətndə “tatar dili”, yaxud “tatar dilinin Azərbaycan ləhcəsi”, azərbaycanca mətndə isə “türk dili” kimi verilmişdir (geniş məlumat üçün bax: 1).

V.V.Radlov göstərir ki, Şərqi Rusiyada məskunlaşan xristianlaşmış tatarlar özlərini “tatar” adlandırdıqları halda, müsəlmanlar belə etmirlər; ancaq həm xristian, həm də mü-səlman tatarlar dillərini “tatar dili” adlandırırlar (131, s.902).

Fransız türkoloqu Jan Deni tərəfindən yazılaraq 1921-ci ildə Parisdə nəşr olunmuş “Türk dil bilgisi” (əsəri Ali Ülvi Elöve türk dilinə çevirmişdir)nin öz sözündə türk ləhcələrini aşağıdakı kimi sadalayır: “Türkmən ləhcəsi; Azəri (yaxud Azərbaycan) ləhcəsi; Qafqaz Ləhcələri... (99, s.3).

Müəllif “türk-tatar millətləri”nin bölgüsündə isə azərbay-canlıları (Azərbaycan türklərini) iki ad altında birləşdirir: 1) Qafqaz mavərası tatarları (azərbaycanlılar) ; 2) İran türkləri (azərbaycanlılar)” (99, s.5)

Güman etmək olar ki, J.Deninin istifadə etdiyi həm etno-nimlər, həm də linqvonimlər XIX əsrin sonu, müəyyən qədər isə XX əsrin əvvəllərindəki təsəvvürləri əks etdirir.

Təbii ki, ən böyük problem XIX əsrin sonu XX əsrin əvvəllərində türk dillərini (və xalqlarını) öz adları ilə adlandır-maq idi ki, bunun da əsas inzibati məsuliyyətini yeganə müstə-qil türk dövləti olan Osmanlı imperiyası daşıyırdı.

61

Aysel Qəribli

Türk dillərinin görkəmli tədqiqatçısı V.V.Radlov “Türk ləhcələri lüğətinin təcrübəsi”ndə araşdırdığı dillərin adlarını aşağıdakı şəkildə qeyd edir: Azərbaycan ləhcəsi (адербед-жанское наречие), Kazan ləhcəsi, Krım ləhcəsi, qırğız ləhcəsi, qara qırğız ləhcəsi, Tümen tatarlarının ləhcəsi və s. (130, s. XVI-XVIII).

Göründüyü kimi, bu cür adlandırmada ümumi prinsip yoxdur, lakin sünilik də mövcud deyil. “Təcrübə” müəllifi türk ləhcələrinin (dillərinin) adlarını artıq müəyyənləşmiş adlandır-ma təcrübəsi əsasında işlədir.

Osmanlı imperiyasının həm ilk, həm də son konstitusi-yası sayılan “Kanuni-Əsasi”nin (1876-cı ildə elan olunmuşdur) 18-ci maddəsində deyilir:

“Tebaai-Osmaniyenin hidematı-Devlette istihdam olun-mak için devletin lisanı-resmisi olan türkçeyi bilmeleri şarttır” (104, s.211).

Bu isə o demək idi ki, Osmanlı dövləti yalnız öz ərazi-sində türkcənin nüfuzunu qorumaqdan o tərəfə keçə bilmirdi. Lakin bunda da müəyyən şərtlilik vardı. Belə ki, “türkcə” adı uzun müddət populyarlaşmadı.

V.V.R.adlov yazır:“Osmanlılar özlərini “türk” adlandırmaq istəmirlər, həmi-

şə “osmanlı” adlandırırlar” (132, s.1560).Prof.Dr.T.Bayqara həmin məsələyə münasibətini bildirər-

kən göstərir ki, “osmanlı aləmində, xüsusilə İstanbuldakılar nə-dənsə özlərini türkdən ayrı görür, türk saymırdılar. Çünki onlara görə,türk “qaba, dağlı, kəndçi” insanlar anlamında idi. XVII əsrdən başlayaraq XIX əsrin ortalarına qədər Osmanlı ədəbiy-yatında türk, yuxarıda da dediyimiz kimi, heç də müsbət bir məna daşımaz. Halbuki belə düşünənlər adını qəbul etmədikləri türkün bütün xüsusiyyətlərini özündə saxlayırdılar” (94, s. 241).

XIX əsrin ortalarından başlayaraq “Azərbaycan türkcəsi” və ya “türk dilinin Azərbaycan ləhcəsi” anlayışının meydana çıxıb get-gedə normativləşməsinin bir mühüm səbəbi həm

62

“Azərbaycan dili” anlayışının tarixi

Azərbaycan dilinin özünün, həm də milli dilçilik təfəkkürünün surətlə inkişafıdır. T.Hacıyev bu barədə yazır:

“XIX əsrdən dilxarici amillər ədəbi dilin inkişafına o vaxta qədər görünməmiş səviyyədə ciddi müdaxilə edir. Bu zaman dil haqqında fikirlər sadəcə bədii söz sənəti haqqında poetik məzmunlu şair sözü (məsələn, Nizamidə, Füzulidə oldu-ğu kimi - A.Q.) olmaqla məhdudlaşmır, sistemli dilçilik görüşü şəklini alır. Keçmiş yüzilliklərdəki mexaniki-kortəbii təzahür-lərdən fərqlənərək dilxarici faktorlarla dildaxili hadisələr fəal qarşılıqlı əlaqəyə girir. Bu dilxarici amillər ədəbi dilin inkişa-fını, üslubların yaranmasını, onların yenidən təşkilini, forma-laşmasını sürətləndirir” (43, s.9).

Beləliklə, XIX əsrdə “Azərbaycan türkcəsi” anlayışı for-malaşır ki, bu anlayış ənənə ilə ümumi şəkildə “türk dili” ad-landırıldığı məqamda da kontekstdən aydın olur ki, söhbət han-sı “türkcə”dən gedir. Daha çox isə “Qafqaz, Zaqafqaziya, Azərbaycan türklərinin (tatarlarının) dili”, yəni “toponim+etno-nim+dil (lisan, zəban, ləhcə) formul-modeli ilə ifadə” olunur. Eyni prinsip digər türk dillərinin və ya ləhcələrinin adlandırıl-masında da özünü göstərir.

4. “Əkinçi”nin “Azərbaycan türkcəsi” anlayışı Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti həm

Azərbaycan dilinin (türkcəsinin) ictimai nüfuzunun yüksəlmə-sində, həm də “Azərbaycan türkcəsi” anlayışının hüdudlarının müəyyənləşməsində mühüm rol oynadı.

Əziz Mirəhmədov “soruşula bilər ki, hələ 1828-1832-ci illərdə A.Bakıxanov “Tiflisskiye vedomosti”nin farsca buraxı-lışının redaktoru və müəlliflərindən biri olduğu, 1838-1845-ci illərdə isə “Zakavkazski vestnik”in azərbaycanca da bir neçə nömrəsi çıxdığı halda, bizdə dövri mətbuatın tarixini “ Əkinçi” ilə başlamaq ənənəsi nəyə əsaslanır?” sualına belə cavab verir:

63

Aysel Qəribli

“Şübhəsiz, məşhur Azərbaycan yazıçısı və alimi A.Bakı-xanovun göstərilən qəzetdəki fəaliyyəti haqqında ehtimal elmi-tarixi cəhətdən böyük əhəmiyyətə malik olub, xüsusi tədqiqata möhtacdır, layiqdir. Bu qəzetin hətta, A.Bakıxanov tərəfindən çıxarılmış bir-iki nömrəsi əldə edilərsə, ondan Azərbaycan mətbuatının ilk bünövrə daşı kimi danışmaq olardı. Hələlik isə bu mətbuat orqanı haqqında yalnız arxiv sənədləri və bəzi başqa məxəzlər məlumdur. O ki qaldı “Zakavkazski vestnik”in azərbaycanca buraxılışı (“Qafqazın bu tərəfinin əxbarı”), o da əsasən rəsmi sənədlərin tərcüməsindən ibarətdir; bu qəzet çox az tirajla çap olunmuş və uzun ömür sürməmişdir.” (36, s.8).

Və əlavə edir:“Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu,

ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr olun-duğu torpaqla bağlı olan, onun mənəvi və maddi həyatına əsas-lanan, ilk növbədə doğma həmvətənlərə xidmət edən birinci qəzet “ Əkinçi”dir...” (36, s.9).

“Əkinçi”nin “Azərbaycan dili” anlayışının tarixində əsas rolu onun Azərbaycan türkcəsində çıxması və o zamankı mü-rəkkəb ictimai-siyasi, mənəvi-mədəni şəraitdə öz missiyasının mahiyyətini bütün miqyası ilə dərk etməsi idi. Qəzetin naşiri ilk nömrənin “Daxiliyyə” adlı baş məqaləsini belə başlayırdı:

“Əkinçi” qəzetinin bina olmağının səbəblərindən qəzeti çap etmək barəsində göndərdiyimiz e’lannamədə danışdıq. Əl-bəttə, o səbəblərdən savay buna qeyri səbəblər də çoxdur. Am-ma onları burada ismən adlamaq məqdur deyil...

Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə sə’y etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə mə’lumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub onların sözlərinə əməl ediblər” (36, s.23-24).

64

“Azərbaycan dili” anlayışının tarixi

“Qafqaz vilayətinin Badkubə şəhərində” (ünvana diqqət yetirin - A.Q.) çap olunan “Əkinçi” hansı dildə çıxdığını elan etməmiş, göründüyü kimi, oxucularının da “müsəlmanlar”dan ibarət olduğunu bildirmişdir ki, bunun səbəbinin”... əlbəttə, o səbəblərdən savayı buna qeyri səbəblər də çoxdur. Amma on-ları burada ismən adlamaq məqdur deyil” sözlərindən də an-lamaq mümkündür.

Qəzetin 5 oktyabr 1875-ci il tarixli 6-cı nömrəsində Şa-maxıdan S.Ə.Şirvaninin göndərdiyi belə bir qəzəl çap olun-muşdur:

Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdənQəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.Məlikzadə Həsən bəy arifi-dünya ZərdabiGötürdü əhli-islamı bu gün xaki-məzəllətdən.Zəbani-türk ilə agah eylər əhli-QafqazıGəhi tazə xəbərlərdən, gəh asari hökumətdən.Olub sövdagəri-xeyr ol mükəlləm əhli-islamıXəbərdar eylədi hər nəf’ü hər kəsbü ticarətdən.Nəsimi-sübhtək feyzi olub bu aləmə sariOyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.Bu iznə razılıq vacibdir əlhəq əhli-islaməKi, verdi imperaturi-cəhanpərvər ədalətdən.Dəxi ol izn alan şəxsin bizə vacibdir ikramiKi, oldu xeyrxahi əhli- Qafqazın nəcabətdən.Görüb ol kari-xeyri bu duanı eylədi SeyyidDedi əhli Şəmaxi cümiləsi amin sədaqətdən.İlahi padşahi-Rusun eylə dövlətin əfzunMəlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən. (36, s.70).

Qəzəldə bir sıra anlayışlar diqqəti xüsusilə cəlb edir: Ru-siya dövləti, əhli-islam, zəbani-türk, əhli-Qafqaz, qəflət əhli, padişahi-Rus və s.

65

Aysel Qəribli

Səbəbi də odur ki, həmin anlayışlar qəzetin xitab etdiyi xalqı, onların (həm qəzetin, həm də xitab olunan xalqın) dilini, məskunlaşdığı coğrafiyanı (yəni Qafqazı), tabe olduqları siyasi hakimiyyəti (Rusiya dövləti, padişahi-Rus) dəqiq göstərir. Maraqlıdır ki, Seyid Əzim “Əkinçi”nin mövqeyini ifadə edə-rək, xalqı (etnosu) “əhli-islam” və “əhli-Qafqaz” olaraq təqdim eləməklə yanaşı, onun dilini, zəngin tarixi ənənəyə əsaslanaraq, “zəbani-türk” adlandırır. Ona görə ki, XIX əsrin ortalarından etibarən “Qafqaz müsəlmanları” ifadəsi bir etnonim olaraq işlə-dildiyi kimi, “Qafqaz müsəlmanlarının dili”, yaxud, sadəcə “müsəlmanca” (“Azərbaycan türkcəsi” mənasında) dil adı-lin-qvonim kimi geniş yayılmışdır.

Ümumiyyətlə, “Əkinçi”nin onomastik təcrübəsində aşa-ğıdakı toponim, etnonim və linqvonimlərə təsadüf olunur:

1) “...Əqli-məaşın mənası farsidə güzəran və türkidə do-lanacaqdır” (36, s.108).

2) “...Bir kitabın bir fəslinin türk dilində olan tərcüməsi-ni bizə göndəriblər ki, onun qələtini düzəldək” (36, s.113).

3) “Təzə dadistəd qərardadını istəyirik türk dilində əlahiddə elədək” (36, s.129).

4) “Daşkənd şəhərində türk dilində çap olunan “Türküs-tan vilayətinin qəzeti”ndə elmi-əbdan hədisinin barəsində mü-bahisə başlanıb” (36, s. 151).

5) “Əgər İstanbul şəhərində müsəlmanlar üçün çox qəzet çap olunur, amma onlar Osmanlı dilində olduğuna bizim üçün elə ləzzət eləməz, lakin “Əxtər” qəzeti fars dilində çap olundu-ğuna və fars dili bizim vilayətlərdə çox işləndiyinə, ümidvarıq ki, onu bizim tərəflərə gətirdən çox ola” (36, s.154).

6) “...Nə ki milləti işlərimizə rövnəq vermirik, hətta zəh-mət çəkib elm təhsil edənlərimizi incidib qovmaq ilə milləti-mizi kor edirik. Pəs vaxt keçməmiş elm kitabları gətirib, mək-təbxanalar bina edib, öz dilimizdə təhsili-üluma məşğul olun ki, müsəlmanlıqda qaim olasınız” (36, s.206).

66

“Azərbaycan dili” anlayışının tarixi

7) “...Sən hər bir qəzetində bir müsəlman tayfasına... hey təklif edirsən: elm öyrənin, elm öyrənin...” (36, s.333).

8) “...Milləti-islam qüvvətdən düşmüş yer kimidir” (36, s.342).

9) “Qafqaz vilayətinin bizim kimi nadanları milləti-isla-mı günü-gündən zəif edən sünni, şiə və qeyri iddiaları araya sa-lıb ittifaqi-milləti fəramuş edib, özgə millətlərin elmi-kəmalına və sənəti-əsasına mütəhəyyar qalan zaman bircə “Əkinçi” qə-zeti xəlayiqin ittifaqına bais olur”... (36, s.362).

10) “Bu halda ki, tamam dünya biz müsəlman tayfasının işlərindən danışır, bizim müsəlman məmləkətində çap olunan, İran əhlinin bircəsi “İran” qəzeti görün nə danışır” (36, s. 428).

Müqayisə edək:a) toponimik anlayışlar–bizim vilayətlər, bizim tərəflər,

Qafqaz vilayəti, müsəlman məmləkəti, İran əhli və s.;b) etnonimik anlayışlar - müsəlmanlar, biz, millətimiz,

müsəlmanlıq, müsəlman tayfası, milləti-islam, özgə millətlər, biz müsəlman tayfası və s.;

c) linqvonimik anlayışlar-farsi, türki, türk dili, Osmanlı dili, fars dili, öz dilimiz və s.

Müqayisələr onu göstərir ki,a) “bizim vilayətlər” və ya “tərəflər” deyildikdə, əsasən

Qafqaz nəzərdə tutulur;b) “bizim millət” deyildikdə “müsəlman milləti” başa

düşülür;c) “öz dilimiz” deyildikdə “türk dili” anlayışlar.“Əkinçi” Azərbaycan türkcəsi ilə Osmanlı türkcəsinin

fərqinə diqqət yetirmişdir:“Əkinçi” qəzetinin 6-cı nömrəsində Osmanlıda inşa və

nəşr olunan elm kitablarını gətirib öz dilimizə tərcümə elədib çap etməkdən danışıq olmuşdu. Doğrudur, Osmanlı dili bizim dil ilə düz gəlmir, amma onların elə təfavütü yoxdur ki, birin-dən o birinə tərcümə etmək lazım ola. Ancaq Osmanlı kitabı oxuyanda diqqət ilə oxumaq gərək. Ona binaən ki, onların

67

Aysel Qəribli

dilində ərəb, fars və qeyri millətlərin sözləri çox olduğuna onu birdən dərk etmək çətindir” (36, s.234).

Göründüyü kimi, burada biri digərinə çox yaxın olan iki türk mənşəli dilin fərqi olduqca dəqiq göstərilir. Azərbaycan türkcəsindən fərqli olaraq Osmanlı türkcəsində (bu ifadə də maraqlıdır: “onların dilində”) “ərəb, fars və qeyri millətlərin sözləri çox olduğu” nəzərə çatdırılmaqla yanaşı, bu iki dil ara-sında tərcümənin də əhəmiyyətsiz, artıq iş olduğu qeyd edilir.

Bununla belə etiraf etmək lazımdır ki, “Əkinçi” “Osman-lı dili” ilə “bizim dil”i (“türk dili”ni) qarşılaşdırmağa ehtiyac duymuşdur.

Seyid Əzimin “Əkinçi”dəki bütün şeirlərində olduğu ki-mi bu misralar da qəzetin həm ideya-məramını, həm də anlayış sistemini tələb olunan səviyyədə əks etdirir. Şair ağılın hər cür “mənsubiyyətlər” (din, millət dil və s.)in fövqündə dayandığını deyir və “əhli-ürfan” olmaq yolunu tutmağı məsləhət görərkən “zadeyi-Azər”, yəni “Azər övladı”nı nümunə göstərir.

... Əql peyğəmbərin qılıb rəhbər,Öyrən adabi-məzhəbi, Cəfər!Demirəm mən gedən təriq ilə get,Əqli tut, ol gözəl rəfiq ilə get.Sənə bürhan deyil təriqi-pədər,Gör nə yol getdi zadeyi-Azər.Demirəm rus ya müsəlman ol,Hər nə olsan, get əhli-ürfan ol. (36, s.207).

Şeirin sonrakı hissəsində Rusiya padşahının ölkədə maa-rifi yaymaq üçün məktəblər açdığı, xüsusilə həmin məktəblərin müxtəlif xalqların dillərində olduğu alqışlanır:

... Xassə kim, padşahi-kişvəri-Rus,Edəni təxti-ədlü dadə cülus.Eyləyir tərbiyət kəmal əhlin,Gətirir halə hər məhal əhlin.

68

“Azərbaycan dili” anlayışının tarixi

Hər vilayətdə açdı məktəblər,Çatdılar feyzə əhli-mənsəblər.Oxunur onda müxtəlif dillər,Həll olur onda cümlə müşküllər. (36, s. 207).

Təbii ki, Rusiya imperiyasının rus dilində açdığı məktəb-lərin mütləq çoxluğunu şair, müəyyən “diplomatik” məqsədlər-lə olsa da, təqdir edir. Lakin rus dilini öyrənməyin tarixi zərurət olduğunu, hətta ərəbcəni bilməyin elm-ürfan qazanmaq üçün yeganə yol olduğu barədə şəriətdə də bir hökm olmadığını xatırladır:

... Ey gözüm, hər lisanə ol rağib, Xassə kim, rusidir bizə vacib. Onlara ehtiyacımız çoxdur, Bilməsək dil, əlacımız yoxdur. Çatmayıb şər’dən bizə bu xəbər Ki, ərəbdən səva dil oldu hədər. (36, s. 207).

Şeirin “türk dili”nin (Azərbaycan türkcəsinin) nüfuzu ilə bağlı ən çox maraq doğuran hissəsi isə aşağıdakı misralardır ki, burada dilin gücünün, elm-ürfan təbliğ etmək imkanlarının dinlə bilavasitə əlaqədar olmadığı kifayət qədər aydın və elmi-realist məntiqlə ifadə olunur:

... Var bizim dörd kitabımız, ari,Hər biri bir lisan ilə cari.Biri “Tövrat” idi giranmayə,Gəldi ibri dilində Musayə.Biri “İncil” idi, birisi “Zəbur”, Hər biri bir lisan ilə məşhur.Çün Məhəmməd ərəbdən etdi zühur,Öz lisanında qıldı həqq məmur.Türkidə göndərəydi gər ani,Türki dili də olurdu “Quran”i... (36, s.208).

69

Aysel Qəribli

1876-cı ildə Bakıda olan İran şahzadəsi Fərhad Mirzə Qacar Həsən bəy Zərdabi ilə görüşür. Şahzadə sonralar xatirə-lərində yazırdı:

“Mən dedim ki, qəzet (söhbət “Əkinçi”dən gedir - A.Q.) sadə xalq təbəqəsi üçündür, əgər onun bir tərəfi fars dilində olsa idi, İranda da xeyli oxucusu tapılardı.

O, burada farsdilli əhalinin az olduğunu söylədi” (53, s.117).

Bu isə o deməkdir ki, “Əkinçi”nin yaradıcısı regionun mövcud ünsiyyət mühitinə əsaslanmışdı.

70

“Azərbaycan dili” anlayışının tarixi

III FƏSİL

XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ “TÜRK DİLİ”, “AZƏRBAYCAN TÜRKCƏSİ” VƏ

“AZƏRBAYCAN DİLİ” ANLAYIŞLARININ FUNKSİONAL PARALELLİYİ

1. Əli bəy Hüseynzadənin “türkcə”si XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda, ümu-

mən türk dünyasında ideoloji intibah dövrüdür: bir tərəfdən, türk xalqlarının milli müstəqillik uğrunda mübarizəsi güclənir-sə, digər tərəfdən, inteqrasiya idealları geniş vüsət alır.

Bu, özünü bütövlükdə “ana dili”nə , eləcə də onun necə adlandırılmasına münasibətdə də göstərir. Ümumi mənzərə be-lədir ki, “Azərbaycan dili” mənasında “türk dili (türkcə)”, “ta-tar dili”, “müsəlmanca”, “Azərbaycan türkcəsi” ilə yanaşı ara-sıra “Azərbaycan dili” linqvonimi də işlənməyə başlayır.

Azərbaycanda, ümumən türk dünyasında türkçülük ideo-logiyasının təşəkkülündə çox böyük xidmətləri olmuş Əli bəy Hüseynzadənin “Azərbaycan dili” anlayışı barədə təsəvvürünün aydınlaşdırılması xüsusilə ona görə maraqlıdır ki, görkəmli pub-lisist-mütəfəkkir həmişə bu cür məsələlərə ümumtürk mövqe-yindən yanaşmış, prinsip etibarilə, ortaq dəyərlərə əsaslanmışdır.

“Həyat” qəzetinin ilk nömrəsinə (1905, N1) yazdığı “Qə-zetimizin məsləki” adlı proqram xarakterli baş məqalədə Əli bəy Hüseynzadə qeyd edir ki, “bir vaxtlar Şərqdə milləti-islam beynində ərəb və fars dilləri ülum və maarifə alət bulunmuş ol-duğundan ərəb və fars qövmləri xeyli tərəqqiyati –iqtisadiyyə-yə və ictimaiyyəyə malik oldular. Bu gün isə ülum və ədəbiy-yat türk dilində olmaq üzrə tərəqqiyə başlamış olduğundan ümum şərqdə maarifin ən gözəl vasiteyi-intişarı türk lisanı ol-muşdur” (47, s.36).

71

Aysel Qəribli

Həmin illərdə dil, eləcə də onun adı məsələsi ciddi prob-lemlər yaratdığına görə Ə.Hüseynzadə bu məsələyə bir neçə dəfə müdaxilə etmiş, öz elmi-ideoloji mövqeyini bildirmişdir. “Qəzetəmizin dili haqqında bir neçə söz” məqaləsində (“Hə-yat” qəz., 1905, N 7) o yazır:

“Bizəmi qəzetəmizin dilini sadələşdirmək, yoxsa cəmaə-timizəmi öz ana dili olan türkcəyi öyrənmək lazımdır? Budur məsələ!.. Rəyimizə görə, yazdığımızdan daha sadə, Qafqazda söylənən şivələrə daha müvafiq bir surətdə yazmaq mümkün deyildir... Çünki hər hansı şivəyi ayrı-ayrı ələ alsaq, hər birində bir nöqsan görürüz... Bakı şivəsi iləmi yazaq? Yazarsaq, qorxu-ram ki, qeyri-türklər içində, türkcəyi yaxşı bilən türklər içində rüsvay oluruz!..”

Ə.Hüseynzadənin fikrincə, XX əsrin əvvəllərində iki türkcə mövcuddur ki, onlardan biri “türkiyi-qədim” , ikincisi isə “türkiyi-cədid”dir. “Türkiyi-cədid artıq türkiyi-qədim deyil-dir. Türkiyi-qədim üzrə yazmağa qalxışsaq, heç kimsə sözümü-zü anlamaz. Məsələn, Mir Əlişir Nəvai kimi desəm ki, uçmaq içrə həyat tapğaylar tamuğdan nəcat tapğaylar, “uçmağ”ın be-hişt, cənnət və “tamuğ”un cəhənnəm, duzəx olduğunu içimizdə anlayan olacaqmı?.. Şübhəsiz, xeyr! Nə üçün? Çünki bugünkü dilimiz türkiyi-cədiddir” (47, s.39).

Müəllif “türkiyi-cədid” deyəndə hansı türkcəni nəzərdə tutur?... “Türkiyi-cədid isə bir tərəfdən dini-islamın, bir tərəfdən də vüquati-tarixiyyənin təsirilə ərəb və farsdan çox kəlmələr alıb müruri-zamanda bu iki dil ilə o qədər ülfət etmişdir ki, artıq onların xəzaini-lüğəviyyəsini özünə mal eləmişdir” (47, s.39).

Ruslar tədricən Qafqaz türkləri mənasında “Qafqaz (ya-xud Zaqafqaziya) tatarları”, onların türkcələri mənasında isə “tatar dili” ifadələrinə üstünlük verməyə başladılar. Ə.Hüseyn-zadə buna öz kəskin etirazını bildirərək yazır:

“Tatar” istilahı mübhəm, qeyri-müəyyən, qeyri-fənni ol-duğuna və ancaq avampəsəndanə və cahilanə bir surətdə iste-mal edilməkdə bulunduğuna binaən türkoloqlar (üləmayi-

72

“Azərbaycan dili” anlayışının tarixi

əhvalşünasani-ətrak) fiyövmən bu istilahın ortadan götürülməsi tərəfdarıdırlar. Çünki tatar ləfzi mənayi-həqiqi əslisindən başqa üç-dörd məna ilə daha istemal olunur ki, kaffəsi yanlışdır. İb-tida bu yanlış olanları mütaliə edəlim. Bəzi əski müvərrixin və müstəşriqin hər iki istilahı (türk və tatar ləfzlərini) həmməna və yekdigərinin təmamilə müradifi kimi tələqqi etmişlərdir ki, bu-nun külliyyən yalnış olduğu aşkardır. Digərləri ələlxüsus əski fransız müəllifinin bir qismi öylə zənn etmişlərdir ki, guya moğol, tunğuz mancu, tibetli, türk və sairə həp fürutdan olub ümuminə “tatar” deyilir, yəni tatar istilahı guya qayət şümullu olub türk, moğol və sairəyi mühit və şamildir. İştə bu növ yan-lışlıq nəticəsidir ki, Değin (Deguignes) nam müvərrix əsərinə şöylə bir ünvan vermişdir: “Historie generale des huns des Turcs, des Magoles et des autres Tatares” (47, s.47).

Ə.Hüseynzadənin fikrincə, “səhvən tatar denilən türklər bərvəchi zir üç böyük şöbədən ibarətdir:

1) Sibiriyanın vase səhralarında yüzlərcə müxtəlif namlar təhtində yaşayan qəbail və əşair ki, başlıca vaxtidə Qızıl Orda hö-kumətini təşkil edən qıpçaq türklərinin nəslindən münşəəbdirlər.

2) Rusiyayi-Avropayı türkləri. Bunlar ya qazanlılar kibi qıpçaq nəslindən elmi-bəşər nöqteyi-nəzərindən “braxisəfal” olub qismi-əzəmin çöhrəsi avropalılara məxsus çöhrədir, ya krımlılar kimi noğay və sair qədim türklərin əhfadıdırlar.

3) Qafqaziyanın əhvari-mücavirə tərəfindən səhvən tatar təsmiyə olunan türkləri də bunlardır. Qafqaz silsiləyi-cibalının cəhəti-cənubiyyəsində sakin Azərbaycan türkləri ki, şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir (İranın şimali-qərbi səkənəsi də bunlardandır) və məzkur silsiləyi-ciba-lın cəhəti-şimaliyyəsində sakin noğay, bulqar, bir qismən ləzgi-lərə qarışan kumuk və zahirən xeyli çərkəslərə bənzəyən və adətən çərkəsləşmiş bulunan “kabarda” və ilaxir” (47, s.49).

Göründüyü kimi, Ə.Hüseynzadə nəinki türk dünyası miq-yasında, Qafqaz regionunda da Azərbaycan türklərini bir bütöv olaraq fərqləndirir. Lakin dil məsələsinə gələndə yenə də

73

Aysel Qəribli

ümumtürk ədəbi dili mövqeyində dayanır və onun ən normativ, mükəmməl təzahürü olaraq türkcənin İstanbul “ləhcə”sini qəbul edir.

Türkçülük-turançılıq ideyası imperialist bölücülüyü döv-ründə türklər üçün ümumiyyətlə mütərəqqi hadisə olsa da, dil birliyi uğrunda aparılan mübarizə ona görə ciddi bir nəticə ver-mədi ki, artıq türk dilləri bir-birindən xeyli ayrılmış, nəinki müstəqil və ya yarımmüstəqil varlıqları, hətta öz xüsusi adları ilə tarix səhnəsinə çıxmışdı.

Ə.Hüseynzadə “türk” anlayışı ilə bağlı başqa bir proble-mə də diqqəti yönəldir:

“Əhvali-qövmiyyeyi-ətrakə aşina olan üləmanın ən mötə-bərləri bir qələti-tarixi nəticəsi olan “tatar” təbirini rədd edib bu nam təhtində zikr olunan türklərin şək və şübhə qalmayacaq surətdə türklüklərini isbat eləmiş bulunduqlarından bəzi Ger-maniya (alman) ətrakşünasını daha ziyadə ərəb, fars və Avropa təsirati-irqiyyə və lisaniyyəsinə məruz bulunmuş və guya bu surətlə türklükdən bir dərəcə təbaüd etmiş bulunan qərb, yəni osmanlı türklərini bərikilərdən təfriq üçün fəndə başqa bir isti-lah icadına qalxışdılar. Məlumdur ki, Türkiyədə beynülam rus-lara Moskov deyildiyi kibi, rus əhalisi beynində də osmanlılara türk ləfzindən qələt olaraq “turok”, ya “türk”deyilir. İştə, bəzi alman üləması türk namını baladə tedad edilən ətrakla Asiyaya-vüstadəkilərə təxsis edib osmanlı türklərinə isə “türk”, yaxud “turok” isim verilməsini təklif elədilər. Fəqət böylə bir təklif bizzat osmanlı türkləri tərəfindən gülünc olacağı kibi üləmanın ümum beynində dəxi əsla şayani-qəbul görünmiyor. Hətta Ru-siyanın ən ciddi əhvali-əqvami-aləm və müvərrixləri fənni-hə-qiqi namına bu fikrə şiddətlə etiraz etdilər. Zatən, alman alim-lərinin böylə iki istilah icadı lüzumuna göstərdikləri səbəb də çox zəif, hətta qeyri-məquldur. Çünki bu gün türk əqvamının cümləsi osmanlılar kimi ərəb, fars və sairənin təsiratı-irqiyyə və lisaniyyəsinə məruz olmuş bulunuyorlar” (47, s.50).

Lakin həmin fərqləndirmə bu günə qədər davam edir.

74

“Azərbaycan dili” anlayışının tarixi

2. Məhəmməd ağa Şahtaxtlının “ana dili” anlayışı

“Azərbaycan dili” anlayışının təşəkkülü tarixində böyük xidmətləri olan ziyalılardan biri Məhəmməd ağa Şahtaxtlı (Şahtaxtinski) idi. Hələ 1891-ci ildə “Kaspi” qəzetinin 93-cü nömrəsində çap olunmuş “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsində yazırdı:

“Yaxın zamanlara qədər Zaqafqaziya islam əhlini rus dilində müsəlman adlandırırdılar. Bu anlayış altında təkcə is-lam dininə sitayiş edənləri yox, ümumiyyətlə türk dilində danı-şan Rusiya Zaqafqaziyasının əhalisini nəzərdə tuturdular. Din-lərinə görə ruslar tərəfindən xalqın belə adlandırılması müsəl-manların özlərindən qaynaqlanır. Çünki onlar indiyə qədər mil-li dil və din anlayışlarını itirib, öz xalqlarını və öz dillərini mü-səlman adlandırırdılar” (78, s.28).

M.Şahtaxtlı məsələyə belə bir aydınlıq gətirir:“Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinləri-

nə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamış-dılar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz.

Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri” (78, s.28).

Əlbəttə, bugünkü türkoloji baxışlar, eləcə də terminologi-ya səviyyəsindən bu mülahizələrlə mübahisə etmək olar, ancaq o dövr üçün, doğrudan da, kifayət qədər yeni, əsaslandırılmış qənaətlərdir ki, M.Şahtaxtlının peşəkar dilçi təfəkküründən irəli gəlir.

“Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqa-ləsinin müəllifinin yekun sözü bundan ibarətdir:

“Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İrandan Rusiyanın payına düşmüş Adərbedcan (Azər-baycan) mahalı-indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır...

75

Aysel Qəribli

... Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn, azərbaycanlı türk və yaxud aderbedcanlı türk dili.

Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədə uyğun olardı” (78, s.29).

M.Şahtaxtlının bu məqaləsini “azərbaycanşünaslığın ilk elmi bünövrəsi, azərbaycançılığın ilkin minimum proqramı” (78, s.22) adlandıran İ.Həbibbəyli tamamilə haqlıdır.

M.Şahtaxtlı özünün “Şərqi-rus” qəzetinin 16 aprel 1903-cü il tarixli nömrəsində xalqa müraciət edərək deyirdi:

“Dilimizi, dinimizi, dünyada nəslimizin bəqasını sevən qeyrətli müsəlman qardaşlar, hər sinifdənsiniz, millətin nik-bəxtliyinə vəqf olan bu mütəvaze qəzetimizin intişarına kömək eləyin! Eləməzsiniz, qəzet əldən gedər. Əldən gedərsə, özü ilə bərabər dilimizi də aləmi-fənayə aparıb, biz türkləri bəhayim halında qoyar” (78, s.73).

Göründüyü kimi, burada müəllif daha kütləvi anlayış-adla-ra müraciət edir: müsəlman qardaşlar, millət, biz türklər, dilimiz, dinimiz və s. Bu isə, şübhəsiz, üslubdan – müraciətin milli hiss-lər oyadan məhrəm xarakterindən irəli gəlir ki, müəllif istər dilin, istərsə də xalqın adında elmi konseptuallığı (Azərbaycan xalqı, Azərbaycan dili) gözləməyi ehtiyac duymur.

M.Şahtaxtlının “Şərqi-rus”da çap olunmuş məşhur “Hər gün bir az” məqalələr silsiləsindən biri (29 avqust 1904, N 148)” bu dəfə dilimizdən danışacağız” cümləsilə başlayır.

Müəllif yazır:“Rusiyada yaşayan müsəlmanların çoxusu türk və tatar

qövmünə mütəəlliqdir. Türk dili ki bu qövmlər danışırlar, ümdə iki qismə bölünür:

Biri şərqi, biri qərbi. Şərqi türkcəsi cığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq pək azdır. Hər ikisi bir dildir, bir ləhcədir...

76

“Azərbaycan dili” anlayışının tarixi

...Qərbi türkcə Osmanlı ilə Azərnbaycan türkcəsidir. Os-manlı türkcəsilə Azərbaycan türkcəsinin arasında, demək olar ki, heç bir fərq yoxdur” (78, s.197).

Dil-danışıq faktlarını müqayisə edərək davam eləyir:“İndi biz “gedir” və “gedirik”i Azərbaycan dili hesab

edib, bunlardan fərqli olan tələffüzləri Azərbaycan dilinin xari-cində hesab etsək, istanbullunun “gediyor” və “gediyoruz”u ilə bərabər, marağalının “gediri” və təbrizlinin “gedirux”unu dəxi Azərbaycan dilinin xaricində hesab etməli olacağız ki, burası namümkündür” (78, s.197).

M.Şahtaxtlı bununla da kifayətlənməyib türkləri birləşdi-rən ümumi ədəbi dildən də bəhs edir:

“Bizim Azərbaycan dilimizin eyni olan Osmanlı dili ədə-biyyatının sərvəti sayəsində Qazan və Cığatay türkcəsi ilə qo-nuşan həmlisanlılarımız arasında da ədəbi dili, kitab dili, maa-rif və diyanət dili olmuşdur. O tərəflərdə üləma silki-cəlilindən və ya sadə maarif-məndandan olsun kamallı və tərbiyəli mü-səlman mütləq osmanlıca oxur, yazır. Əsasına baxılarsa, Qazan və İstanbul türkcələri də bir dildir, iki deyildir ki, bu xüsusda Avropa şərqşünaslarının hamısı mötəqiddirlər” (78, s.198).

Müəllif, əslində, belə bir dilin artıq mövcud olduğunu göstərib yazır:

“Bu dil osmanlı dilidir ki, azərbaycancanın eynidir. Bu dil azərbaycancadır ki, osmanlıcanın eynidir. Azərbaycan os-manlısıdır və ya osmani azərbaycanlısıdır. Bir sözlə, türkcədir. Bu türkcəni bir az intizamla işlətsək, az vaxtda gözəl ümumi bir dil olur ki, rusca, ingiliscə, ərəbcə kimi insanların fikir al-veri üçün mükəmməl bir alət olur” (78, s.198).

“Azərbaycanda darülfünun” (“Azərbaycan” qəzeti, 28 iyul 1919-cu il) məqaləsində M.Şahtaxtlı göstərir ki, yeni açıla-caq Universitetdə təhsil hələlik rus dilində olsa da, çalışmaq la-zımdır ki, tezliklə xalqın öz dilində, yəni türkcə olsun. Eyni za-manda türkcənin nə dərəcədə dəyərli dil olduğunu sübut etmək üçün maraqlı bir hadisəni yada salır:

77

Aysel Qəribli

“Bir qaç sənə bundan əvvəl Avropa lisanə şünasları için-də küll çahan üçün ümumi və yeganə lisandan istifadə olunmaq məsələsi ortaya böht olunduğu sərədə addım atıldığı vaxt şərqşünaslardan bir alim o fikri verdi ki, ümum növbəşər üçün yeganə bir lisan olmaq üzrə türk lisanı qəbul olunsun. Çünki türk lisanının qəvaidi hamı lisanlardan ziyadə müntəzəm və mütərəddiddir” (78, s.218).

M.Şahtaxtlı Azərbaycan Cümhuriyyəti dövründən etiba-rən yazdığı məqalələrdə “Azərbaycan dili” anlayışını, bir qayda olaraq, “türkcə”, “türkcəmiz” və “dilimiz” sözlərilə ifadə et-mişdir. Məsələn, 28 oktyabr 1923-cü il tarixli “Yeni yol” qəze-tində çıxan məqaləsi “Türkcəmizi həqiqətdə türkcə etmək” ad-lanır (78, s.226).

“Şərqi-rus”un Bakıya köçmək xəbəri yayılanda Bakıda rusca çıxan “Kaspi” qəzetində Əlimərdan bəy Topçubaşovun “Bakıda tatar dilində qəzet” başlıqlı məqaləsi (Kaspi, N 18, 23 yanvar 1905-ci il) dərc olunur ki, həmin məqalədə deyilir:

“İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-1877-ci illərdə Bakıda, “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun nəşr etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayırlar. Zənnimcə, onlar adı çəkilən qəzetin bəzi yazılarının məzmunu-nu ötəri də olsa yada salmaqla Qafqaz müsəlmanlarının içəri-sinə düşdüyü durğun, iylənmiş bataqlığın qısa müddətdə necə hərəkətə gəldiyini, anadilli mətbu nəşrin canlı, həqiqi sözləri-nin müsəlman kütləyə necə oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə biribirinin ardınca meydana çıxan digər tatar qəzetlərinin - “Ziya” və “Kəşkül”ün ictimai fikrə, təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan silinmə-yib. Əlbəttə, öz növbəsində həmin qəzetlər cənab Ünsizadənin deyil, nisbətən daha bacarıqlı adamların əlinə düşsəydilər, gə-tirdikləri fayda da böyük olardı” (82).

Müəllif “Tərcüman”ın tarixi xidmətlərini yada salaraq davam edir:

78

“Azərbaycan dili” anlayışının tarixi

“Bizim qəzetimiz (“Kaspi” nəzərdə tutulur - V.Q.) “Tər-cüman”ın müsəlmanların tərəqqisinə göstərdiyi son dərəcə sə-mərəli təsirə öz səhifələrində indiyə qədər az yer ayırmayıb. Odur ki, təkrara yol verməyəcək və yalnız bu cəhətinə diqqət yetirəcəyik ki, müxtəlif bölgələrdə yaşayan, vahid türk-tatar köklərinə malik qohum xalqların maraq və mənafeyini qoru-maq kimi mürəkkəb vəzifə yalnız bir mətbu orqanın öhdəsin-dən gələ biləcəyi iş deyildi.

Lakin buna baxmayaraq dörddə bir əsrə yaxın müddət ərzində Krımda çıxan qəzet tatar dilində (ruscaya tərcüməsi ilə birlikdə) yeganə kütləvi nəşr kimi qalmaqda davam etmişdi.

...Ana dilli qəzet nəşri məsələsində yalnız bu son vaxt-larda Məhəmməd ağa Şahtaxtinskinin bəxti gətirib.

Cənab Şahtaxtinskinin tatarca qəzet nəşrinə icazə alması xəbərini sağlam düşüncəyə malik bütün müsəlmanlar sevinclə qarşıladılar” (82).

Göründüyü kimi, Ə.Topçubaşov rusdilli ənənəyə uyğun olaraq “türk dili”ndən yox, “tatar dili”ndən bəhs edir.

3. Cəlil Məmmədquluzadənin “ana dili” anlayışı

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mil-li özünüdərk hərəkatının güclənməsi və nəticə etibarilə, azər-baycançılıq ideologiyasının təşəkkülü “Azərbaycan”, “Azər-baycan xalqı” və “Azərbaycan dili” anlayışlarının dəqiqləşmə-sinə, heç şübhəsiz, həlledici təsir göstərdi. Bu möhtəşəm hərə-katın önündə gedənlərdən biri Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) idi.

XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrinin ümumi mənzərəsini, eləcə də dialektikasını Mirzə Cəlilsiz təsəvvür et-mək mümkün deyil. Onun uzun illər rəhbərlik etdiyi “Molla Nəsrəddin” jurnalı (və ədəbi məktəbi) ölkədə mövcud olan ən müxtəlif problemlərə, o cümlədən ana dili məsələsinə həm

79

Aysel Qəribli

praktik, həm də nəzəri-ideoloji olaraq həmişə fəal münasibət göstərmişdir.

C.Məmmədquluzadə yaradıcılığının görkəmli tədqiqat-çısı İsa Həbibbəyli yazır:

“Cəlil Məmmədquluzadə bədii-ictimai fikirdə azərbay-cançılıq ideologiyasının əsas yaradıcılarından biri, böyük Azər-baycan idealının Məcnunu və mücahididir. Demokrat ədibin yaradıcılığı dərin mənalı və həyəcanlı bir Azərbaycannamədir” (57, s.25).

M.Cəlil “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin (7 aprel 1906-cı il) baş məqaləsində yazırdı:

“... Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit ol-murdunuz. Axırı biçarə ananız sizə deyirdi:

- Bala, ağlama, xortdan gələr, səni aparar! - Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olur-dunuz.

Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl gün-ləri yad etməyin nə eybi var?!” (58, s.4).

M.Cəlil sonralar qələmə aldığı “ Xatiratım”da dil məsə-ləsinin jurnalın elə ilk nömrələrindən başlayaraq strateji xarak-ter daşıdığını göstərərək yazır:

“Necə ki oxucularımıza məlumdur, biz “Molla Nəsrəd-din” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili adı qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazıçılarımız , xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə, “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “padər” yazırlar. “Ana”nı “ma-

80

“Azərbaycan dili” anlayışının tarixi

dər” yazanlar və “ata”nı “padər” yazanlar, dəxi qeyri türk söz-lərini də habelə səbəbsiz yerə fars və ərəb sözünə dəyişirlər. Belə ki, “nəvə” yerinə “həfid”, “ehfad” yazırdılar və yazırlar. Və “ata-ana” sözünə cızıq çəkib “ valideyn” yazırdılar və ya-zırlar. Hətta hər gün yediyimiz “çörəyi” bəyənməyib “nan” yeyirdilər və indidə yeyirlər. Və necə sözləri bir-bir dəyişdirir-dilər və indi də dəyişdirirlər, habelə türk dilinin tərkiblərini və qanunlarını kənara qoyub, fars və ərəb tərkibləri və qanunlarını işlədirdilər və indi genə işlədirlər” (60, s.72).

Göründüyü kimi, Mirzə Cəlil “ana dili”ni ardıcıl olaraq “türk dili” adlandırır və onu Türkiyə türkcəsindən fərqləndir-məklə yanaşı, türk dilləri barədəki mülahizələrini də söyləyir:

“Məlumdur ki, bu ibarəli yazmaq şivəsi bizə Türkiyədən keçibdir və osmanlı ədəbiyyat tarixinə aşina olanlar bilirlər ki, Türkiyədə qədimül-əyyamdan osmanlıların yazıları ərəb dilinə o qədər yavıqdır ki, əgər orada “iştə”, “şu” və “dır”, “lar” ol-masa, osmanlı dilini ərəb dilindən seçmək olmaz. Osmanlının məşhur və müqtədir şairlərinin qəliz yazmağı, ibarəli yazmağı zərbülməsəl olubdur.

Biz molla nəsrəddinçilər dil barəsində yuxarıda bir neçə ibtidai sözlər deyib buna iktifa etmirik və dil barəsində ümu-miyyətcə fikrimizi bir bu qədər müxtəsər bəyanatla məhdud et-mək istəmirik. Biz bu əqidə deyilik ki, o dil ki biz onunla “Molla Nəsrəddin”i meydana gətirib və onunla da məcmuə yazmağa iqdam etmişik - bu dil ümumtürk xalqı üçün arzu et-diyimiz bir dildir. Bizim türk tayfaları üçün ümumi bir dil, ədə-bi bir dil mühüm məsələlərin biridir və hətta-elə zənn edirəm ki, -ümum türklər üçün, ümum bir dil yaratmaq və bir imla yazmaq onlar üçün, təzə əlifba yaratmaqdan çətindir. Vaqeən, necə olsun? Bu ola bilərmi ki, Naxçıvandan birisi çıxıb başlasın Naxçıvan şivəsinə yavıq bir dildə yazsın, məgər bu dili naxçıvanlılardan başqa uzaq bir ölkələrin türk camaatı oxuma-yacaq? Habelə qeyrilərin şivəsi. Hələ tək birci Qafqaz türkləri üçün ümum bir dil məsələsinin həlli genə səhldir, pəs osmanlı

81

Aysel Qəribli

türkləri, pəs Krım və Qazan tatarları, pəs Türküstan və Özbə-kistan, pəs İran azərbaycanlıları? Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dil və ümumi imlaya çox böyük ehtiyac vardır.Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir (60, s.72).

Mirzə Cəlil “Molla Nəsrəddin”in dilinin, əslində Azər-baycan türkcəsinin sərhədlərini aşağıdakı şəkildə müəyyən-ləşdirir:

“Molla Nəsrəddin”in dilinə gəldikdə, burada məsələ bambaşqadır. “Molla Nəsrəddin” min doqquz yüz altıda Tiflis-də təşkil olundu. Tiflis, Qafqazın mərkəzi şəhəri və Qafqaz hö-kumətinin paytaxtıdır. Habelə bu şəhər Qafqaz türklərinin mər-kəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçı-vana və Ordubada da əl yetirmək olur; Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və orada Araz nəhri-ni keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetir-mək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı tə-riqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir.

Bu saydığımız cəmi ölkələr və şəhərlərdə yaşayan türklə-rin danışdığı, haman biz danışdığımız türkcədir. Və həmin min doqquz yüz altıda, aprelin altısında “Molla Nəsrəddin”in açıq ana dili ilə yazdığımız mətalibi onlar açıqca başa düşdülər; elə asand vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı” (60, s.73).

M.Cəlil fikrini belə yekunlaşdırır:“...Əlbətdə, bu dil ki biz onunla “Molla Nəsrəddin”i ya-

zırdıq, o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil; bizim məqsədi-miz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklə-rinə və bəlkə də, sair türklərə asan bir dillə yetirmək idi. Zənn edirəm ki, yetirdik də.

82

“Azərbaycan dili” anlayışının tarixi

O vədə cəmi türk kütlələri üçün ümumi və ədəbi dil mə-sələsi bizi məşğul eləyə bilməzdi, çün hərənin bir məqsədi və şüarı olan kimi, bizim də şüarımız dil yaratmaq deyildi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetir-mək idi, necə ki, yetirdik. Yetirirdik də və cavab da alırdıq ki, sonra hədd və hesabsız müxbirlərin əks-sədası bu sözümüzə bir şahid oldu” (60, s.74-75).

Mirzə Cəlil “türk dili” anlayışına həm ümumi, həm də diferensial baxırdı ki, bu dövrün səciyyəvi xüsusiyyəti idi. Eyni zamanda bir sıra türk xalqlarının “tatar” adlandırılması məsələ-sinə də diqqət verir:

“Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.

Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:

“Persiyada camaat şaxdan nedavolnudur”, yəni istəyir de-sin ki, “İranda camaat şahdan narazıdır”.

Yazıq bizim dilimiz: Qafqaz ədiblərimiz “ana” əvəzinə “madər” yazırlar, tatar qəzetçilərimiz də “İranı” “Persiya” ya-zırlar.

Və bunların adını da qoyurlar “ana dili”. Yazıq anaları-mız nə “madər” eşidiblər, nə də “Persiya”. Bəli...” (58, s.263).

Mirzə Cəlilin təfəkküründə dil anlayışı onun demokratik dünyagörüşünə tabedir. Ona görə də hər hansı dil olursa olsun onun qəliz təzahürünə ironiya ilə yanaşmışdır:

“...Və bir də doğrudan “eyib”dir, sadə yazmaq “eyib”dir. Açıq yazmaq savadsızların peşəsidir və tarixdə də görürük ki, böyük alim və mütəşəxxis adamlar sadə yazmağı eyib tutublar. Katolik papaları deyirmişlər ki, “dil sadə və açıq olsa-fəsih ol-maz”; rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və iba-rətlər tapıb işlədirlər ki, xoruz səsi eşitməmiş olsunlar. Rusun qədim şairi Derjavinin şeirlərini indi adam oxuyanda elə bilir ki, guya bu sözlər göydən yerə düşüblər.

83

Aysel Qəribli

Amma aylar və günlər dolandı,- axırda nə bilim puşkinlər, jukovskilər dili lap xarab elədilər; elə sözlər yazdılar ki, kəndlilər də başa düşürdülər.

Bəli, keçək öz işlərimizə.Mən yenə deyirəm ki, yazımızın yüzdə doxsan doqquzu

ərəb və fars ibarəsi olmasa,- türk dili xarab olub gedəcək, türk dili ləzzətdən düşəcək və bunlar keçəndən sonra, hər kəs yüzdə doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə,- heç kəs ona alim deməyəcək.

İndi mən burada bir söz demək istəyirəm; amma təvəqqə edirəm məqaləmi oxuyub qurtarmamış heç kəs “bay!” deməsin və təəccüb eləməsin.

Mən deyirəm ki, indi bu saat Osmanlının xristiyan millət-ləri qəzetlərinin bərəkətindən bilirlər ki, ətrafında nə işlər əmə-lə gəlir və nə vüquat üz verir; bu millətlərin ümumiyyə əfkarı bir-birinə məlumdur. Amma on beş milyon türk millətinin üç-dörd min aliyyə məktəblərdə oxumuşlarını çıxandan sonra, qalanları dünyadan bixəbərdilər. Ondan ötrü ki, İstanbulda çı-xan qəzetlərin dilini başa düşə bilmirlər və bu cəhətdən, məsə-lən, Anadolu türklərinin mində bir nəfəri bilmir ki, İstanbulda nə var (58, s.404-405).

Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının 27 noyabr 1917-ci il tarixli nömrəsində çıxmış “Azərbaycan” məqaləsi ta-rixi bir manifestdir ki, burada dil məsələsi ön plandadır:

“Dünya və Aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsil mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna ileyhi raciun; amma bu-na hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət! ...Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.

“...Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalətə cumuram, özümdən soruşuram ki:

-Mənim anam kimdir?Öz-özümə də cavab verirəm ki:

84

“Azərbaycan dili” anlayışının tarixi

- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.- Dilim nə dilidir?-Azərbaycan dilidir.-Yəni vətənim haradır?-Azərbaycan vilayətidir” (59, s.4).“C.Məmmədquluzadənin “Anamın kitabı” tragikomedi-

yası (1920) ədəbiyyatımızda istiqlal düşüncəsinə, azərbaycan-çılıq əqidəsi və ideologiyasına həsr olunmuş ən ciddi, ən təsirli dram əsəridir. “Anamın kitabı” - Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi ana-sıdır” (57, s.20).

Dramda dil məsələsi ön plandadır: Zəhrabəyim ana ilə üç oğlu- Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid ara-sındakı münasibətlər məhz dil fəqliliklərini simvolizə etməklə dövrün həmin məsələ ilə əlaqədar tendensiyalarını nümayiş etdirir.

“Rüstəm bəy. Qospoda, zasedanie obyavlyayu otkrıtım.Mirzə Zeynal (durur ayağa və yumruğunu silkələyə-sil-

kələyə, acıqlı). Ağalar, ana dilindən başqa burada özgə dil da-nışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil.

Camaat çəpik çalır.Zivər xanım (durur ayağa). Ne ponimayu, qospoda, çto

za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeet, na tom i obyasnyaetsya, çto je takoe?!

Mirzə Məhəmmədəli (acıqlı). Haqq buyurur Mirzə Zey-nal, islam məclisi hara, rus dili hara?!

Qalan üzvlərdən də bəzi deyir: “eybi yoxdur”; bəzi deyir: “olmaz”.

Rüstəm bəy (zəngi çalır). Ağalar, mən təklif edirəm ki, hər kəs ki, mümkündür, müsəlmanca danışsın; çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onda dəxi çarə nədi...

Mirzə Zeynal. Xeyr, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir...

85

Aysel Qəribli

Mirzə Bəxşəli (Rüstəm bəyə). Bağışlayınız, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir, dəxi bu məclisdə onun üzv ol-mağa nə haqqı?!

Zivərxanım. Qospoda, tak nelzya rassujdat, yey boqu.Mirzə Zeynal (durur ayağa və ucadan). Biz dübarə tə-

vəqqə edirik sədr cənablarından ki, rusca danışmağı bilmərrə qədəğən eləsin.

Yenə səs-küy qalxır, yenə Rüstəm bəy zəngi çalır, ca-maat sakit olur.

Rüstəm bəy (Teymur bəyə). Xub, Teymur bəy, povest-kada yazılan voprosları oxu, camaat eşitsin” (57, s.450).

Göründüyü kimi, burada “Azərbaycan dili anlayışı müx-təlif ifadələrlə verilir: ana dili, türk dili, milli dil, müsəlmanca.

Maraqlıdır ki, ana dili, türk dili və milli dil ifadələri rəs-mi-təntənəli üslub mövqeyindən, müsəlmanca isə adi danış məişət üslubu kontekstində səslənir.

Rüstəm bəy milli Azərbaycan dilimiz ifadəsini işlətməklə artıq perspektivi müəyyənləşmiş modeli “təqdim etdiyi” halda Hüseyn Şahid “bu deyilmi milli türk lisanı” deməklə başqa bir anlayış tendensiyanı müdafiə etmiş olur:

“Rüstəm bəy. İkinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətinləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərrə nəzər-dən salınıb. Keçən zasedaniyada müəllim cənablarından xahiş olunub ki, bu barədə camaatın arzusuna hörmət qoyuban, mə-sələni mümkün dərəcədə nəzəri-diqqətə alsınlar. Hüseyn Şahid cənabları danışmaq istəyir.

Hüseyn Şahid (durur ayağa).Gülbahar qulaq verir.Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim

edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum əfəndim.Arkadaşlar, şimdi həpi-miz Tanrımızın buyruğu ilə iştə köyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay cift sürərkən tər olaraq əlimizdən dökmüşüz yetər! Az əvvəl alçaqca buraxıb

86

“Azərbaycan dili” anlayışının tarixi

savuşduğumuz torpaqlar yetər. Hay və ya düşmənə savaşarkən qan olaraq damarlarımızdan axıtmışız, yetər!..

... İştə kələbəklər kimi qarlar düşüyor,Sanki bir nur eniyor hər fidana,Lakin əyləncə olurkən adana,Yavru çocuqlar üşüyor!Ağalar, bu deyilmi milli ədəbiyyat! Bu deyilmi milli türk lisanı!” (57, s.452).

Beləliklə, Hüseyn Şahid nəinki “türk dili” anlayışını mü-dafiə edir, həm də “türk dili” dedikdə hansı dilin nəzərdə tutul-duğunu izaha da ehtiyac duyur. Çünki XX əsrin əvvəllərində Azərbaycanda “türk dili” ifadəsi ən azı üç mənanı bildirirdi:

1) ümumiyyətlə türk dilləri;2) Türkiyə (Osmanlı) türkcəsi;3) Azərbaycan türkcəsi və ya Azərbaycan dili.“Anamın kitabı” müəllifinin bütün bu milli mənlik axtarı-

şı proseslərinin hansı mürəkkəb ictimai-siyasi şəraitdə getdiyini də göstərir.

Mirzə Cəlil 1923-cü ilin sonlarında yazırdı:“Nidayi-Gilan” qəzeti yazır ki, Azərbaycanda latın əlif-

basını icad edən bolşeviklərdi. Onlar (bolşeviklərin) batini-xəyalı Azərbaycan türklərini sair türk ölkələrindən və sair mü-səlmanlardan ayırmaqdır.

Qəzetin həmin töhmətinə cavab vermək mənim vəzifəm deyil: hər kəs hər kəsi istəyir ayırsın, istəyir ayırmasın. Amma burada bircə şey nəzərə gəlir: biz Azərbaycan türkləri sair türk tayfalarından və sair müsəlman millətlərindən ayrılsaq, bəs on-da görəsən, ayrılandan sonra bizi rusmu etmək istəyirlər, ermə-nimi, gürcümü? Amma millətin bir yarısını o biri yarısından ayırmaq ustaları “Nidayi-Gilan”ın gözü qabağındadırlar.

Bu ustalar ibarətdirlər Tehran hökumətinin İran Azərbay-canında əyləşən varlı və qeyri məmurlarından: bunlar hamısı

87

Aysel Qəribli

farslardır və fars dilindən başqa bir özgə dil danışmırlar. İstər Mərənddə olsun, istər Culfada, istər Astara ya Zunuzda, heç bir kəsin hünəri deyil həmin məmurların yanında bir kəlmə türk sözü danışsın və yazsın.

Hələ İran Azərbaycanı səhldir: Naxçıvan, Gəncə, Bakı da tehrançılar fars ölkəsi və burada yaşayan xoşbəxt müsəlmanları elə fars adlandırırlar” (60, s.241-242).

Mirzə Cəlil bütöv Azərbaycan miqyasında düşünən de-mokratik təfəkkürlü bir ziyalı olduğundan ana dilinin və ya milli dilin adının müəyyənləşməsi, yaxud dəqiqləşməsində də həmişə obyektiv yol tutmuş, nəticə etibarilə, “Azərbaycan dili” adına üstünlük vermişdir.

4. Yusif Vəzir Çəmənzəminlinin “ana dili” anlayışı

Yusif Vəzir Çəmənzəminli Azərbaycanın geniş dünyagö-rüşlü, eyni zamanda milli düşüncəli ziyalılarından biri kimi, XX əsrin əvvəllərində “Azərbaycan dili” anlayışının müəyyən-ləşməsində öz mülahizələrilə əhəmiyyətli təsir göstərmişdir.

Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində ana dili anlayışını aydın təsəvvür etmək, hətta onu dəqiq adlandırmaq üçün ərəb, fars qarşılığından təmizləmək meyli kifayət qədər güclü olmuş, milli ruhlu söz sənətkarları o dilə “ana dili” de-məyə üstünlük vermişdilər ki, o, həqiqətən, xalqın anlayacağı bir nitq təzahürü olsun.

Y.V.Çəmənzəminli “Dil məsələsi” məqaləsində (1914) yazır:

“Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast

88

“Azərbaycan dili” anlayışının tarixi

gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm. Belə söhbətlərin nəticəsi olaraq düşünürsən ki, qəliz ibarə işlədənlərin və osmanlı dili ilə yazanların çoxusu əqidə və məsləklə iş görmürlər. Məhz “belə yazıblar, yazırlar, biz də onlara baxıb yazırıq” demək xahişindədirlər. Bir çoxları “türk dilini birləşdirmək” istəyirlər. Buna görə də osmanlı dilini ümumi bir dil sayırlar və bu dildə də kitablar, qəzetlər və jurnallar yazıb Azərbaycan türklərinə verirlər. Halbuki, bunların özlərinə məxsus gözəl, asan və möhkəm dilləri var” (27, s.339).

Yusif Vəzirin, ümumiyyətlə o dövr ziyalılarının qarşısına çıxan bir problem də ondan ibarət idi ki, qələm adamlarının işlətdiyi müxtəlif tendensiyalı dil-üslub təzahürlərinin hamısı “türk dili” adlanırdı. Yəni hər kəs düşünürdü ki, “türkcə” yazır. Əslində isə bu “türkcə”lər tamamilə fərqli idi.

Y.V.Çəmənzəminli xalq dilini öyrənməyi zəruri sayır:“Əsil dilimiz bazarlarda, xalqın toplandığı yerlərdə, tərə-

kəmə elinin içində danışılmaqdadır. Qələm sahiblərimiz bura-lara yönəlib bunları öz dilləri ilə danışdırıb yol göstərməkdənsə, özləri düz yoldan çıxıb, camaatı da avara qoymaq istəyirlər. Hərgah yazıçılıq etməkdən məqsəd fars və ərəb sözləri işlədib bilik satmaq isə, bu ayrı bir məsələdir (27, s.339).

XX əsrin əvvəllərində mətbuatın dili məsələsi həm nəzəri, həm də praktik olaraq geniş müzakirələr mövzusu olmuşdur ki, bu, “Azərbaycan dili” anlayışının nədən ibarət olduğunu, necə təsəvvür edildiyini dəqiqləşdirmək üçün çox əhəmiyyətlidir.

Y.V.Çəmənzəminli 1916-cı ildə yazır:“Hüseynzadənin dövlətindən ərəbləşmiş osmanlı dili “ədə-

bi”lik iddiasına düşdü. Mətbuatımız bilmərrə xalqdan ayrıldı. Nə xalq qəzetlərinin dilini bildi, nə də qəzetlər xalqın. Biçarə ca-maatımız dərdləri dərmansız bir halda can vuruşdurmaqda qaldı.

89

Aysel Qəribli

Həqiqət halı düşünənlər çox idi, lakin səsləri eşidilmirdi.

Deyirlər bir dəfə sabiq “Əkinçi” müdiri məşhur Həsən-bəy Zərdabi “Füyuzat” məcmuəsinə baxıb soruşub:

- Bunu kimin üçün yazırsınız?- Camaat üçün, -demişlər. Həsənbəy gülümsünərək de-

mişdir:- Elə isə camaatın dilində yazın ki, camaat da başa düşsün.Əlbəttə Həsənbəyin haqq sözləri heç kəsə kar eləmədi.

Çünki sadə dildə yazmaqlıq o zaman bisavadlıq kimi tələqqi olunurdu və bu dərddən hər kəs yazıçılıq meylində olsa idi, gərək bir xeyli fars və ərəb ibarələrinə malik ola idi. Adi türk sözləri yerinə ərəb ləfzləri işlətmək mod olmuşdu” (27,s.351).

“Füyuzat”ın dilini, haqlı olaraq, ana dili saymayan Yusif Vəzir “Mollo Nəsrəddin”i bu baxımdan nümunə göstərmişdir (27, s.354).

Y.V.Çəmənzəminli 1917-ci ildə Kiyevdən “Azərbaycan muxtariyyəti, ayılın, toplaşın” və ya “Türk millətinə xitab” məqaləsində yazırdı:

“Ey ziyalılar! Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada torpağın və mülkün çoxu bizim, dövlət bizim, onda yaşayan millətin çoxu bizim, danışı-lan dil bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim...

... Məgər neçə milyon türkün gücü yoxdur? Güc var. Ancaq dağınıq gücdür. Böylə güc faydalı olmaz. Toplanıb cəmi gücümüzü təşkilata tabe etməliyik. Ədəmi mərkəziyyət qayəli Azərbaycanda bir idarə yaradılmalıdır ki, Dağıstan, Bakı, Gən-cə, İrəvan, Batum və Qars vilayətlərindəki türklər mal, və na-musunu mühafizə eləsin. Həm hal-hazırda, həm gələcəkdə asudə və səadətli yaşamağını təmin eləsin” (27, s.211).

Yusif Vəzir milli mənəvi yüksəliş üçün xalqın siyasi mü-təşəkkilliyini əsas hesab edirdi.

“Bu müstəbidlər muxtariyyətimizin gücü ilə ortalıqdan götürüləcək. Xülasə, hər kəsin nə dərdi var, əlacını millət məc-

90

“Azərbaycan dili” anlayışının tarixi

lisindən gözləsin. İndiyə kimi ana dilində məktəb açdıqda rus hökumətindən qorxurduq. Çünki rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə-baba adətlərimizdən geri salsın. İndi allaha şükür, səy eləyirlər ki, Azərbaycanın özünün hökuməti olsun. Bu hökumətin də çox adamları müsəlman ol-duğu üçün, hər bir məsələmiz özümüzün xahişi ilə əmələ gələ-cək. Deməli, camaata o ki lazımdır, ana dilində məktəblər açı-lacaq. Oxumaq xərci ucuz olduğu üçün, hamı oxuyub, yazmaq bilib, elm öyrənəcək. Elmi olan millət dünyada asanlıqla ya-şaya bilər. Bizim də cəmi fikrimiz budur ki, nəcib millətimiz özgələrə möhtac olmayıb, rahat dolansın. Dünya beş gündür. Bu dünyada bolluq, salamatlıq ilə ömür eləməlidir. Öylə elə-məlidir ki, dirilik, xoşbəxtlik olsun. Bunun da nicatı muxtariy-yətimizdədir” (27, s.216).

S.Vəliyeva doğru olaraq göstərir ki, Y.V.Çəmənzəminli “turançılığın uğur qazana bilməyəcəyini qeyd etmiş və onu Krım turançılarının timsalında belə ifadə etmişdir: “İsmayıl bəyin (Qaspralı) işdə, dildə, fikirdə birlik şüarı Krımda kəndisi-nə hazırkı halda bir çox tərəfdar deyil, əleyhdar qazanmışdır... O, Turan fikrini təqib etməklə nəinki krımlıları Turanla birləş-dirə bildi, bəlkə onları tatarlardan da uzaqlaşdırdı. Bunun üçün “Tərcüman” qəzetəsi əvəzinə “Millət” qəzetəsi çıxdı” (83,s. 35).

Y.V.Çəmənzəminli “Biz kimik və istədiyimiz nədir” mə-qaləsinin “Müqəddimə”sində yazır:

“Deməli, mədəniyyətimizin əsasını təşkil edən dilimizdə bir cazibə var. Qeyri-məcburi olaraq özgələri tərəfinə çəkir və təsiri altında saxlayır. Bu səbəbdəndir ki, rus hökuməti bizi zor ilə dilimizdən uzaqlaşdırmaq meylində olduğu halda, biz rus mühacirlərini türkləşdirirdik. Yenə həmin səbəbdəndir ki, er-mənilər Avropa mədəniyyəti ilə bizdən çox-çox əvvəl aşinə ola-ola yenə bizim mədəniyyətə bac verirlər: dilimizi öyrənirlər, musiqimizdən həzz aparırlar; hətta ədəbiyyat tariximizdə də erməni adları görünür. Diqqət yeri buradadır ki,

91

Aysel Qəribli

özgə millətləri türk mədəniyyətinə baç verdirməyə heç də səy eyləmirik, zor da işlətmirik.

Bizi bir millət edib, gələcəyimizə parlaqlıq ümidini bəs-lədən həmin mədəniyyətimizin bu xüsusiyyəti, bu məniliyidir” (27, s. 218-219).

5. Nəriman Nərimanovun “ana dili” anlayışı

Yazıçı, publisist, ictimai xadim (sonralar isə dövlət xa-dimi) Nəriman Nərimanovun “Azərbaycan dili” anlayışı ilk də-fə bütün təfərrüatı ilə özünü XIX əsrin sonlarında yazıb nəşr et-dirdiyi “Bahadır və Sona” romanında göstərir.

Sonanın atası Yusiflə Bahadır arasında belə bir söhbət gedir:

“-Cənabınız studentdirmi?- Bəli,-Bahadır cavab verdi.- Sizin yoldaşlardan burada çoxdurmu?- Xeyr, ancaq üç nəfərik.- Bəs sizlərdən heç müslman varmı?- Bəli, ancaq bir müsəlman var.- Siz buyurduğunuz şəxs farsca bilirmi?- Bəli, bilir” (71, s.158).Heç bir şübhə yoxdur ki, erməni Yusif “müsəlman” de-

yəndə Qafqaz (Zaqafqaziya) türklərini-azərbaycanlıları nəzərdə tutur və verdiyi sualdan bir mətləb də məlum olur ki, türk-azərbaycanlıların rusca universitet təhsili alanlarından heç də hamısı farsca bilmir.

Bahadır soruşur:“-Təvəqqə edirəm buyurasınız görüm siz neçin farsca bi-

lən axtarırsınız?...- Səbəb odur ki, - Yusif cavab verdi, - mənim bir qızım

var. “Qız institutu”nu qurtarıb, türkcə dəxi yaxşı bilir və hətta yazırda. Amma indi farsca oxumaq istəyir”... (71, s.158).

92

“Azərbaycan dili” anlayışının tarixi

Öz millətinin geri qalmasından “dərin-dərin fikrə gedib qəm dəryasına batan” Bahadırı” erməni qızının farsca oxumağı məşğul etdi və öz-özünə dedi: “Bu millətə təəccüb etməlidir! Er-məni qızı neçin farsca oxusun? Neçin türkcə bilsin?...” (71, s.159).

“Bahadır və Sona” müəllifinin özü həmin suala belə ca-vab verir:

“... 15 yaşında firəng və rus dilində azadə danışardı. Bu dillərdən başqa dəxi türkcə yaxşı yazıb-oxuyurdu. Öz dilini de-mək artıqdır! Çox çəkmədi ki, bu qız institutu nişanla qurtardı və ağıl-kamalı ilə məşhur olub hər yerdən istəyirdilər ki, onu alsınlar. Amma qız heç kəsə getmək istəməyirdi, çünki istəyirdi ki, ömrünü qələm işlətməklə millətinin yolunda çürütsün...” (71, s.160).

O da məlum olur ki, ermənilər türkcə öyrənmək, yaxud türkcələrini təkmilləşdirmək üçün “Kəşkül” qəzetinə yazılmaq istəyirlər, ancaq qəzetin vaxtlı-vaxtında çıxmaması üzündən yazılmırlar... “Biz Tiflisdə olan vaxtlar mənim qızım türk dili oxuyan vaxt istədi ki, haman qəzetini alsın. Amma sonrada gördüm ki, həqiqət, gec-gec çıxır, ona görə almadım.

Aleksey cavab verdi, dedi:- Bahadırın deməyinə görə, günah tək qəzetənin mühəz-

zirində deyil və hətta millətdədir, çünki deyir, guya müsəlman camaatı qəzetə yazanlara köməklik etmir”(71, s.167).

“Bahadır və Sona”da bütün aydınlığı ilə ortaya qoyulan bir etnonim (“müsəlman”) - linqvonim (“türkcə”) münasibəti var ki, həmin münasibət Qafqazda geniş yayılmışdır:

“- Siz nə millətsiniz?- Mən müsəlmanam,- deyib Bahadır da papirosunu yan-

dırdı. Bu vaxtadək İvan Bahadırla rusca danışırdı.İvan Bahadı-rın müsəlman olduğunu bilib başladı türkcə söyləməyə. İvan türkcə çox yaxşı danışırdı. Bahadır bunun danışmağına təəccüb edib sordu:

- Siz türkcə harda öyrənibsiniz?

93

Aysel Qəribli

- Bu yavuqda müsəlman kəndi var. Onlarla bizim işimiz çox olmağına görə türkcə öyrənmişəm”... (71, s.172).

1899-cu ilə Bakıda N.Nərimanovun “Türk Azərbaycan dilinin müxtəsər şərf-nəhvi” kitabı nəşr olunur (72) ki, onun “Müqəddimə”sində müəllif yazır:

“Bu axır zamanda mərifətli əhli-qələm qardaşlarımız tövzbətövz kitablar yazmağa məşğuldurlar, ancaq bu vaxtadək türk-Azərbaycan dilində bir qayda olmamağına görə hər kəs nə tövz istəyir yazır” (71, s.248).

Həmin müqəddimədə “Azərbaycan dili” anlayışı aşağıda-kı linqvonimlərlə ifadə olunur: “türk-Azərbaycan dili”, “türk dili”, “bizim dil”, “dilimiz”, “ana dilimiz” və s. (71, s.249-250).

N.Nərimanov, nəticə etibarilə, “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”ni nə üçün yazdığının səbəbini göstərir:

“Biçarə türk mollalarımızın əksəri öz dilində kağız yaza bilmir! Bununla belə, həmin mollalar özlərini əhli-savad hesab edirlər, çünki farsca yazmaq bacarırlar və ərəbcə bir az da-dıblar... Eyib deyilmi, belə olan surətdə biz türklər özümüzə türk deməyib fars deyək və farsa yapışıb dilini və yazısını öyrə-nək, yainki azərbaycanlıqda qalıb öz ana dilimizi bilək?...

...Bircə özümüzü türk-Azərbaycan tayfasından hesab edib ana dilimizə cüzi bir nəfə götürməkdən ötrü osmanlı sərf və nəhvinə müvafiq bu kitabçanı düzəltdik”... (71, s. 249-250).

N.Nərimanovun “Mühüm bir məsələ (Qori seminariyası nerədə olmalı)” məqaləsi (“Həyat” qəzeti, 11,14,18 iyun 1906-cı il) ana dilinə qarşı aparılan ruslaşdırma siyasəti əleyhinə yazılmışdır. Həmin məqalədə “Azərbaycan dili anlayışı” əsa-sən “türk dili”, qismən də “türk lisanı” ifadələrilə verilmişdir (71, s.281-288).

“Həyat” qəzetinin 15 avqust 1906-cı il tarixli nömrəsində dərc olunmuş “Bu gün” məqaləsində N.Nərimanov yazır:

“Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyati-qələbiy-yə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qə-

94

“Azərbaycan dili” anlayışının tarixi

dər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madərakəsini sənə o dildə bəyan edib-dir. Bir dil ki sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..” (71, s.334).

Və əlavə edir:“... Nə əcəb bu vaxtadək böylə fikirlərə düşmürdük?

Yoxsa ana dilimizi əhəmiyyətsiz, fəqir bir dil hesab edib etina etmirdik? Yox, əfəndim!... Firəng dili Avropada nə məqamı haiz isə, bizim də ana dilimiz Asiyada o məqamı haizdir” (71, s.336).

Azərbaycan Müəllimlərinin Bakıda keçirilən ilk Toplan-tısı münasibətilə yazılmış bu məqalədə ana dili nə qədər mə-həbbətlə tərənnüm olunsa da, maraqlıdır ki, onun adı konkret qeyd edilmir.

Ancaq kontekstdən məlum olur ki, burada söhbət yalnız Azərbaycan türkcəsindən, yaxud müəllifin “Şərf-nəhv”ində iş-lətdiyi kimi, “türk-Azərbaycan dili”ndən yox, ümumən “türk dili”ndən gedir.Çünki Asiya miqyasından bəhs edərkən ancaq sonuncu ifadə-linqvonimi işlətmək olardı.

Ümumiyyətlə, N.Nərimanov “Azərbaycan dili” anlayışı-nı, bir qayda olaraq, “türk dili”, yaxud “türkcə” şəklində ifadə etmiş, qrammatika kitabında isə, əsasən, “türk-Azərbaycan dili”nə üstünlük vermişdir ki, birinci ifadə forması ictimai, ikincisi isə akademik məzmun daşıyır.

Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə isə dövlətin dili rəsmi olaraq “türk dili (тюркский язык)” adlansa da, “milli kommunist”in təfəkküründə “Azərbaycan dili” anla-yışının təzahürü heç zaman yalnız bu forma ilə məhdudlaş-mamışdır.

M.M.Nəvvab XIX əsrin sonlarında tərtib etdiyi təzkirəsi-nin girişində qeyd edir ki, “bundan qabaq yazılmış təzkirələr hamısı bir dildə olmuşdur. Yəni ya ərəb, ya fars, ya da türk dilində. Ancaq mən iki dildə yazacağam: həm farsca, həm də

95

Aysel Qəribli

türkcə”(73, s. 12). “Təzkireyi-Nəvvab”da “türk dili” ilə yanaşı, “türkcə” (73, s. 219, 273, 629), “ türk (Azərbaycan) dili” (73, s. 57), “ türk və (azərbaycanca)” (73, s.641), “Azərbaycan dili” (73, s. 166,272), ən çox isə “azərbaycanca” (73, s.126,148,195, 428, 457, 485, 603, 604) ifadələri işlənmişdir.

6. Üzeyir Hacıbəylinin “ana dili” anlayışı

Üzeyir Hacıbəylinin “ana dili anlayışı XX əsrin əvvəllə-rində “Azərbaycan dili” anlayışının mahiyyətini anlamaq üçün ən zəngin mənbələrdən biridir. Görkəmli publisist ilk məqalə-lərindən dil məsələsinə xüsusi həssaslıqla, milli mövqedən ya-naşmış, bu günə qədər əhəmiyyətini itirməyən mülahizələr söyləmişdir.

1907-ci ildə Bakıda onun “Türki-rusi və rusi-türki lüğə-ti” çıxmışdır. (41)

“Tərəqqi” qəzetinin 19 avqust 1908-ci il tarixli nömrə-sində dərc olunmuş “Tədqiqat” adlı məqaləsi 1907-ci ildə nəşr edilmiş “İkinci il” dərsliyindən danışır. Müəllif yazır:

“Kitabın dilinə gəlincə, demək olar ki, rus və ya farsdan götürülmüş üsuli-ifadə və ifadeyi-kəlamdan tamamilə azad olub da, sırf türk dilinə məxsus qayda ilə yazılmış kitab yalnız həmin bu “İkinci il”dir. Halbuki mövcud kitablar bir çox yer-lərində türk dilini xarab edib, uşaqları və müəllimləri darıxdır-dığı məlumdur” (40, s.21).

Ü.Hacıbəyli “İkinci il”i yüksək qiymətləndirərək göstərir ki, “Kəlmə nasıl tələffüz olunursa elə də yazılıbdır və çünki tələffüz türk dilinə məxsus bir qaydaya görə olmalıdır... Kəl-mələri çocuqlar dürüst və asanlıqla oxumaq üçün “İkinci il” müəllifləri birdə bəzi türk kəlmələrində zəbər əvəzinə “ə” və zir əvəzinə”i” yazmağı lazım görüblər”... (40, s.22).

Üzeyir bəyin ən çox maraq doğuran əsərlərindən biri 1910-cu ildə “Həqiqət” qəzetinin 24 və 25 yanvar nömrələrində

96

“Azərbaycan dili” anlayışının tarixi

çıxan “Dil” məqaləsidir ki, burada ana dilinin adı ilə bağlı, o dövrün əhval-ruhiyyəsini əks etdirən belə bir dialoq verilmiş-dir:

Deyir:- Ərəb!- Sən nə dindəsən?- İslam.- Nə dildə danışırsan?- Ərəb.... Amma bizim bir nəfərimizdən sor ki, sən kimsən?

Deyər müsəlmanam.- Hanki millətdənsən?- Müsəlman millətindən.- Nə dinindəsən?- Müsəlman dinindən.- Nə dili danışırsan?- Müsəlman dili.Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dili-

dir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman-yəni islam di-nini qəbul etmiş bir adam deməkdir” (40, s. 141).

Üzeyir bəy onu da əlavə edir ki, “atalarımız ancaq bu-nunla təsəlliyab olubdurlar ki, o məktəblərdə “müsəlmanca” oxunur. Və müsəlmancadan ibarət guya ərəb və fars dilləri imiş, çünki həmin məktəblərdə bu dillərdən başqa özgə bir dil oxunmur. O, eyib olmasın, məktəblərin, yenə eyib olmasın, “proqramı” məlumdur: əvvəlcə çərəkə, sonra cüzi-Quran, sonra Quranın məddi, ondan sonra “Gülüstan”, “Bustan”, “Əbvab”, “Tarixi-Nadir”, “Hafiz” və sairin fars kitabları.

Odur ki, o cür məktəblərdən çıxmış, daha doğrusu, qaç-mış uşaqlar, təbiidir ki, türkcə heç bilməzlər, farsca danışmaq bacarmazlar, ərəbcə ancaq qiraət oxumaq bilərlər. O da şərtnən ki, ərəbcə kitabda zirzəbər qoyulmuş ola” (40, s.142-143).

97

Aysel Qəribli

Ümumiyyətlə, Ü.Hacıbəyli XX əsrin əvvəllərində “Azər-baycan dili” anlayışını davamlı olaraq “türk dili” şəklində ifadə etmişdir:

1. Ana dilimizdən ibarət olan türk lisanına mükəmməl surətdə vaqif olan zəvat Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir, gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğuna iqrar edib, buna çaylar, sellər lazımdır deyər (40,s. 179).

2. Halbuki bizim türk lisanımız Avropa üləma və filo-soflarının rəyinə nəzərən ən rəsmi və kamil bir dildir... (40, s. 179) və s.

98

“Azərbaycan dili” anlayışının tarixi

IV FƏSİL

“AZƏRBAYCAN DİLİ” ANLAYIŞININ NORMALAŞMASI

1. XX əsrin 20-ci, 30-cu illərində “türk dili”ndən “Azərbaycan dili”nə keçid prosesləri

Əslində, əgər XIX əsrin sonlarından etibarən “Azərbay-can dili” ad-linqvoniminə mətbuatın, xüsusilə milli ziyalıların dilində rast gəlinirsə, anlayışın təşəkkülü tarixini də həmin dövrdən başlamaq olar. Lakin məsələ burasındadır ki, ilk müs-təqil Azərbaycan Cümhuriyyəti elan ediləndən təxminən bir ay sonra dövlət dilinin adını “türk dili” olaraq rəsmiləşdirdiyindən ziyalılar da, həmin adı işlədirlər ki, bu, sovet dövründə də 30-cu illərin ortalarına qədər davam edir.

F.Ağazadə 1923-cü ildə yazıb nəşr etdirdiyi “Türk dilinin dirilmək və zənginləşdirilmək yollar (tükənəklər)” lüğətinin ön sözündə hər yerdə “türk dili” ifadəsindən istifadə edir (8, s.10-13). Maraqlıdır ki, müəllif “türk dili” deyərkən həm ümumiy-yətlə “türkcə”ni, həm də “Azərbaycan türkcəsi”ni başa düşür və bu anlayışları bir-birindən, demək olar ki, fərqləndirmir:

“Türkcənin ərəbcədən daha zəngin bir dil olduğunu tarix yazanlar gələcəkdə sübut edəcəklər. Hərgah bu günkü türkcə-nin dörtdə üçü ərəbcədən alınmışdırsa, bunun bir çox səbəbləri vardır ki, başlıcası- minlərcə türk sözlərinin ərəb hərflərinə uydurulması olmuşdur: hər kəlmənin imlasında az-çox çətinlik duyan yazıçılar o kəlməni atıb əvəzində ərəbcəsini meydana fırlatmışlar. Min ildən çoxdur ki, türkcənin başına böylə oyun-lar gəlmişdir; minlərcə kəlmələrimiz atılmış və unudulmuşdur, dilimiz də bundan dolayı kasıblaşmışdır. ...Şərq dillərinin üs-tündə ağalıq sürmək istəyən “müqəddəs” ərəb dili türkcəmizi öldürmək istədisə də, öldürəmədi, ancaq yarımcan qıldı. Bir dil

99

Aysel Qəribli

ki, onun yer yüzündə yüz milyonluq sahabı ola, aya o dil ölər-mi? Əlbəttə, ölməz! Yarımcan qalmış türkcəmiz imdi dirilmək istəyir, köhnə zənginliyini qaytarmaq fikrindədir. Buna dəlil türk ellərindəki dil hərəkətləridir: bir yerdə dili türkləşdirirlər, o biri yerdə saflaşdırırlar, hatta Azərbaycanda istilahları da türkləşdirmək fikrinə gəlmişlər. Pəs türkcəmiz çoxdan itirdiyi yatağına qayıtmaq istəyir” (8, s.10-11).

Professor Bəkir Çobanzadənin hələ Krımda olarkən yaz-dığı “Türk-tatar lisaniyyatına mədxəl” kitabı 1924-cü ildə Ba-kıda Xalq Maarif Komissarlığı metodşurasının tövsiyyəsilə nəşr olunur (29). Əsər öz qarşısına aşağıdakı məsələlər barədə təsəvvür yaratmaq məqsədini qoymuşdu:

“ 1. Ümumi lisaniyyat qayda və qanunlarının türk-tatar lisanlarına tətbiqi haqqında müxtəsər bir fikir.

2. Türk-tatar lisanlarının tədqiqi tarixi və buna aid məsə-lələr” (29, s.24).

Ural-Altay ailəsinə mənsub türk-tatar budağına daxil olan dilləri barədə danışarkən B.Çobanzadə onların adlarını aşağıda-kı şəkildə qeyd edir: 1) yaqut, 2) Altay türklərinin lisanı, 3) te-leut lisanı, 4) komandan lisanı (Oli yuxarısında oturan türk qəbilələri, 5) Yenisey yuxarısındakı türklərin lisanı, 6) Uryan-xay lisanı (Monqolustanın qərbində), 7) parapin lisanı, 8) qırqız lisanı, 9) noqay lisanı, 10) kumuk lisanı, 11) qaraçay lisanı, 12) başqırd lisanı, 13) sart lisanı, 14) özbək lisanı, 15) türkmən lisanı, 16) osmanlı türklərinin lisanı, 17) tatar lisanı (Kazan, Krım), 18) Azərbaycan lisanı, 19) çuvaş lisanı, 20) qun lisanı (29, s.74).

Burada diqqəti cəlb edən ən mühüm fakt B.Çobanza-dənin “Azərbaycan lisanı” ifadəsini işlətməsidir.

B.Çobanzadə ilə F.Ağazadənin 1928-ci ildə birgə yazıb bitirdikləri “Türk qrameri” kitabı 1930-cu ildə Azərnəşr tərə-findən çap olunmuşdur. Kitabın “Nəşriyyat tərəfindən” başlıqlı ön sözündə deyilir:

100

“Azərbaycan dili” anlayışının tarixi

“Məlum olduğu üzrə, indiyə qədər azəri ləhcəsinə dair yazılan qramer kitablarında ya dilimizdə olan başqa lisan ün-sürlərinin təhlilinə fikir verilmiş və bununla da azəri ləhcəsinin xüsusiyyətləri kölgədə buraxılmış, ya da başqa dillərdə qəbul edilmiş qramer formalarının azəri qramerinə daxil edilməsinə çalışılmışdır” (28, s.63).

Müəlliflər, bir qayda olaraq, hər yerdə “azəri ləhcəsi” ifa-dəsini işlədirlər, bununla belə “azəri şivəsi” (28, s.79), “Azər-baycan ləhcəsi” (28,s.81) ifadələrinə də rast gəlinir.

“Türk ləhcələri” (28, s.94), “türk-tatar ləhcələri” (28, s.95), “türk dilləri” (28, s.95), “türk-tatar dilləri” (28, s. 97), “türk dili” (28, s.99), “türkcə” (28, s.147) ifadələrinin işlənməsi müəlliflərin “türk dilləri” anlayışını necə təqdim etmələri baxı-mından diqqəti cəlb edir.

Ə.Abid “Böyük Şura Ensiklopediyası və türk ədəbiyyatı” məqaləsində (“İnqilab və mədəniyyət” jur., 1929, N 2) yazır:

“Marr Azərbaycandakı türk şivələrini: 1. Bakı; 2. Nuxa; 3. Qazax-Gəncə olmaq üzrə üç qrupda toplayaraq bu şivələr üzərində məlum olan fars təsirini təkrarladıqdan sonra belə bir cümlə qeyd etməkdədir: “Azəri ləhcəsinin ayrı-ayrı danışıq tərzləri arasındakı fərq çox böyük olmaqla bərabər, bütün Azərbaycan türkləri bir-birlərini anlamaqda güclük çəkməyirlər”.

Doğrudur, hər yerdə olduğu kimi, Azərbaycan türkcəsin-də də bəzi xırda xarakterlər görünməkdədir. Fəqət bu xarakter-ləri, türklərin bir-birlərini anlamaqda güclük çəkmədikləri şəklində böyütmək Azərbaycan türkcəsini qərib bir mübadiləyə düşürmək deməkdir” (4, s.159-160).

Mərkəz (Moskva) 30-cu illərin ortalarında artıq “türk di-li”ndən “Azərbaycan dili”nə keçməyi qərarlaşdırmışdı və keçid prosesi Sovetlər Birliyinin idarəçilik texnologiyalarına uyğun olaraq siyasi-ideoloji təzyiqlər, hətta repressiyalarla müşayiət olunduğundan respublika daxilində ciddi etirazlar müşahidə edilmədi. Lakin Azərbaycan mühacirəti buna dərhal reaksiya

101

Aysel Qəribli

verdi. M.Ə.Rəsulzadə Berlində çıxan “Qurtuluş” dərgisinin 1936-cı il 20-ci sayında dərc etdirdiyi “Sovet Azərbaycanında türk dilinin ruslaşdırma və imha siyasəti haqqında” məqalə-sində yazırdı:

“... Qızıl Moskva əsarətində bulundurduğu başqa mil-lətlər kimi Azərbaycanı da istila edər-etməz 6-7 əsrlik qoca ədəbiyyata malik bulunan ədəbi Azərbaycan türkcəsini məhv etməyə qalxdı” (64, s.16).

Ümumiyyətlə Azərbaycan SSR-də “Azərbaycan dili”nin rəsmi olaraq kütləvi işləndiyi illərdə də Azərbaycan mühacirə-tinin M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, C.Ha-cıbəyli kimi fəal nümayəndələri “Azərbaycan dili” anlayışını, “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi”, “azəri türkcəsi”, “azəri ləhcəsi” və s. ilə ifadə etmişlər (bu barədə geniş məlumat üçün bax: 62, 63).

2. “Azərbaycan dili” anlayışı: Şimalda və Cənubda

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın siyasi-inzibati baxımdan iki yerə parçalanması- Şimalda Rusiya, Cə-nubda isə İran Azərbaycanının bir-birindən fərqli tarix yaşama-sına səbəb oldu. Doğrudur, dil xalqın ümumi mədəni-mənəvi dəyəri kimi çıxış edir, lakin ona rəsmi baxışda müəyyən fərqlərin ortaya çıxması da təbii idi ki, bu təbiiliyin bir cəhəti də dilin adına münasibətdə təzahür edirdi.

“Azərbaycan dilinin Şimal və Cənub təzahürləri” kitabı-nın müəllifi Ülviyyə Qasımlı yazır:

“Azərbaycanın Şimalı ilə Cənubu arasında sosial-siyasi, ideoloji və mədəni fərqlərin yaranması prosesi aşağıdakı mər-hələlərdən keçmişdir:

I mərhələ. XIX əsrin əvvəllərindən sonlarına qədər.II mərhələ. XIX əsrin sonu XX əsrin əvvəlləri.III mərhələ. XX əsrin 20-ci illərindən 80-ci illərin sonu

90-cı illərin əvvəllərinə qədər.

102

“Azərbaycan dili” anlayışının tarixi

IV mərhələ. XX əsrin sonu XXI əsrin əvvəlləri” (54, s.4-5).XIX əsrdə Rusiya ilə İran arasında olan “isti” diplomatik

əlaqələr Azərbaycanın həm etnik, həm də dilcə məhvinə hesab-lanmışdı, ona görə də Şimalda “rusca”, Cənubda isə “farsca”-dan başqa bir anlayış rəsmən tanınmırdı.

XIX əsrin sonu XX əsrin əvvəllərində isə vəziyyət dəyişdi...

Hər şeydən əvvəl ona görə ki, həmin dövr bütün dünyada milli oyanış, xalqların imperialist əsarətindən imtinaya qalxış-dığı, dövlət müstəqilliyi uğrunda mübarizə dövrü idi. Bu dövr-də hər bir xalq özünün, vətəninin, dilinin adını axtarır və bu axtarışların nəticəsi olaraq milli kimliyini təsdiq etməyə çalışır-dı. Ortaya çıxan hər hansı maneə olduqca ciddi etirazlarla qar-şılanırdı. Lakin həmin etirazlar çox zaman “dağınıq” xarakter daşıdığından mütəşəkkil imperialist güclərin təxribatları önün-də tamamilə aciz qalıb onlara verilən “dağıdıcı” adlarla kifayət-lənməli olurdu.

Cənubda hicri tarixi ilə 1323-cü ildə Hacı Mirzə Həsən Rüşdiyyənin “Vətən dili” kitabı ortaya çıxdı ki, bu kitab “1905-1911-ci illərdə İran Azərbaycanında inqilab hərəkatının alov-landığı... dövrün məhsuludur...

“Vətən dili” - Ana dili, Azərbaycan dili deməkdir” (61, s.148-149).

1920-ci ildə Cənubi Azərbaycanda mövcud olmuş Aza-distan dövləti Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə bir sıra islahatlara imza atdı ki, onların içərisində milli məsələ xü-susi yer tuturdu. Lakin imperialist irtica Şimalda olduğu kimi Cənubda da Azərbaycan xalqının nə birləşməsinə, nə də müs-təqillik əldə etməsinə imkan vermədi. “Azadistan bəlasının həll edilməsindən sonra türklərlə yanaşı İranda yaşayan digər etnik qrupların həm irq olaraq, həm də dil olaraq ari olduqları yönün-də təbliğat kitabları yazılmağa başladı” (11, s.80).

1926-cı ildə İranda hakimiyyətə gələn “Əhməd Rza xanın ilk işlərindən biri ölkədə fars olmayan dillərin işlədilməsinə ya-

103

Aysel Qəribli

saq qoymaq oldu... Lur-bəxtiyaricə, giləkcə, mazandaranicə, kürdcə, yabançı olan, yəni hind-Avropa dilləri qrupuna girmə-yən türkcə və ərəbcə kimi dillər farscanın pozuq ləhcələri ola-raq qəbul edildi” (11, s.83).

Məsələ burasındadır ki, “dövlət+etnos+dil” triadasında ad-landırma baxımından dövlətin, yəni siyasi iradənin təbii amil-lərdən (etnosdan və dildən) güclü olması yalnız fars mənşəli Pəhləvilər dövründə deyil, uzun illər İrana başçılıq etmiş türk (Azərbaycan) mənşəli Qacarlar dövründə də özünü göstərmişdir. Yəni hakimiyyət iradəsi etnik iradədən aparıcı olmuşdur.

İranda bu baxımdan diqqəti ən çox cəlb edən hadisələr-dən biri Azərbaycan türklərinin etnogenezi barədə həm qeyri-elmi, həm də mürtəce nəzəriyyənin formalaşdırılmasına start verilməsi idi ki, ona Əhməd Kəsrəvi adlı azərbaycanlı başçılıq edirdi. Dövlətin bütün vasitələrlə dəstəklədiyi həmin nəzəriy-yənin, “Azərbaycanda danışılan dilin türkcə ilə əlaqəsinin ol-madığı, əslində, farscanın bir ləhcəsi qəbul edilən azəricə ol-duğu tezisi müdafiə edildi” (11, s.84).

Ümumiyyətlə, haqqında söhbət gedən dövrdə İranda ne-cə bir dil siyasəti yürüdüldüyünü göstərən faktlardan biri də ölkə kommunistlərinin liderlərindən Dr.Tağı Əraninin məsə-ləyə münasibətidir. “... O, dönəmin bir çox intellektualı kimi farslaşdırma siyasətini dəstəkləyirdi... Azərbaycan türklərinin, əslində, azəri olduqlarını və ana dilləri olan əski farscanı vəhşi monqolların hücumu nəticəsində unudub türkcə danışmağa başladıqlarını iddia etmişdir” (11, s.84).

Həmin münasibətdən aydın olur ki, İranda yürüdülən dil siyasəti həm müxtəlif ideoloji cəbhələri birləşdirir, həm də elmi yox, siyasi xarakter daşıyır. Dr.T.Əraniyə görə, İranda “türkcə olayı çox təhlükəlidir. Çünki azərbaycanlıları yanlışlıqla türk olduqlarına və İrandan ayrılmaları gərəkdiyinə inandıran bir ünsürdür. Bu problemin həll edilə bilməsi türkcənin ortadan qaldırılıb farscanın yayğınlaşdırılması üçün hər cür yol və metod tətbiq edilməlidir” (11, s.84).

104

“Azərbaycan dili” anlayışının tarixi

Cənubi Azərbaycanda dil (və millət) məsələsi Azərbay-can Milli Hökuməti dövründə bir daha geniş müzakirə və mü-naqişə predmetinə çevrildi. “Tehran Tudə partiyasına görə, “İran milləti bölünməz bir bütündür”. Təbriz tudəçilərinə görə isə, “İran çoxlu etnik qrupdan ibarət olan bir ölkədir. Azərbay-canlıların dili olan türkcə azərbaycanlıların fərqli bir millət olduqlarının göstərgəsidir” (11, s.92). Həmin məsələlərin müzakirə edildiyi Azərbaycan Demokrat Partiyasının birinci böyük konqresində “milli muxtariyyət və türkcənin rəsmi dil olması qəbul edildi” (11, s.92).

S.C.Pişəvəri “Azərbaycan” qəzetinin 6 sentyabr 1945-ci il tarixli nömrəsində çap olunmuş “Qəzetimizin dili” məqalə-sində yazırdı:

“Qəzetimiz Azərbaycan dilinə daha artıq əhəmiyyət verə-cəkdir... Azərbaycan dili süni bir dil deyil. Onun böyük xalqı və camaat qüvvəsi kimi arxası var... Azərbaycan dili o qədər qüvvətli, sərf-nəhv qaydaları o qədər möhkəm və təbiidir ki, hətta onun içinə daxil edilmiş fars və ərəb kəlmələri çıxarılsa belə, onunla böyük fikirləri ali məqsədləri yazıb şərh etmək mümkündür” (74, s. 46-47).

Görkəmli dövlət xadiminin “türk dili” əvəzinə “Azərbay-can dili” işlətməsi müəyyən mənada Sovet Azərbaycanında yürüdülən dil siyasətinin təsiri olsa da, onun öz ideallarına da zidd olmayıb milli məzmun daşıyırdı:

“Dünyada bir dil tapılmaz ki, o, tamamilə müstəqil olsun və qonşu dillərin təsirinə düşməsin. Bizim Azərbaycan dili də Azərbaycanın tarixi və coğrafi mövqeyinə görə əcnəbi dillərin təsirindən kənarda qalmamışdır. İstər-istəməz bir çox yad kəl-mələr xalqımızın ağzına düşmüş və zaman-zaman onlar milli-ləşmişdir” (74, s. 47).

21 azər 1324-cü (12 dekabr 1945-ci) ildə Təbrizdə başla-yan Parlamentin seçdiyi Hökumət Azərbaycan dilində “Azər-baycan Milli Hökuməti Bərnaməsi” elan etdi ki, onun 8-ci maddəsində deyilir: “Fərhəng və maarif sahəsində dövlətimizin

105

Aysel Qəribli

qabağında iki böyük məsələ durur: birincisi, öz milli dilimizi bütün mədrəsələrdə rəsmi olaraq qəbul və icra etmək; ikincisi isə, ümumiyyətlə savadsızlığa qarşı mübarizə aparmaq, məc-cani və icbari təhsili əməli yoluna qoymaq” (11, s.102).

Göründüyü kimi, burada dövlət dilinin adı çəkilmir, sadə-cə olaraq, “milli dilimiz” kimi “neytral” bir ifadədən istifadə olunur ki, bu, təsadüfi deyil.

R.Albayraq “Azərbaycan Milli Hökuməti Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etdi” (11, s.103) deyərkən, fikrimizcə, linqvonimi doğru müəyyənləşdirmiş, eyni zamanda onun kitabında baş nazir S.C.Pişəvərinin Maarif Nazirliyinə göndərdiyi 28 azər 1324-cü il tarixli məktubun mətnində “Azərbaycan dili” ifadəsi işlədilmişdir: “1. Bütün milli və döv-lət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində apa-rılması üçün hazırlıq işləri görülsün” (11, s.104).

Neokəsrəviçilərin belə bir tezisi mövcuddur ki, “türk dili” Azərbaycana səfəvi xanədanı dönəmində gəldi. Bu xanədan tərəfindən rəsmi dil halına gətirildi. Beləcə ari kökənli bir dil olan zəbani-azəri, yəni azərbaycanca ortadan qaldırıldı.

... Günümüzdəki, yəni Azərbaycan dili də türkcə deyildir. Azərbaycanın bir çox bölgəsində həzzəni, kəringani və tati/ tatca kimi qədim azəri dilinin ləhcələri danışılır. Azərbaycanda danışılan dilə “türkcə” demək yanlışdır. Bir isim vermək gərəkirsə, “azərbaycanca” ən uyğun ad olacaqdır” (11, s.455).

Cənubda “Azərbaycan dili” anlayışı altında anlaşılan qeyri-türkcə (yəqin ki, farsca) dil təsəvvürü, tamamilə təbiidir ki, konyuktur-ideoloji məqsədlərdən irəli gələn bir hadisə olub heç bir elmi əsaslara dayanmırdı. Eyni zamanda bu məsələyə münasibətdə həm Şimala, həm də Cənuba hökm edən anti-elmi məqsədlə birləşmişdi. Çünki həmin dövrdə-30-cu illərdən 50-ci illərə qədər Azərbaycan türklərinin mənşəcə türk etnosuna aid olmayıb sadəcə türkcə danışdıqları barədə sərsəm ideya eyni “mərkəz”dən təbliğ olunurdu.

106

“Azərbaycan dili” anlayışının tarixi

1945-1946-cı illərdə Cənub üçün Şimalda “Azərbaycan” jurnalı nəşr olundu...

C.Həsənli yazır:“Azərbaycan” jurnalı Ümumittifaq Kommunist (bolşe-

viklər) Partiyası Mərkəzi Komitəsinin 1945-ci ilin iyul ayının 6-da Cənubi Azərbaycan hadisələri haqqında gizli qərarından sonra nəşr olunmağa başladı və ilk sayı 1945-ci ilin avqust ayında işıq üzü gördü...

Jurnalın məsul redaktoru həmin dövrdə artıq Azərbaycan ədəbi və mədəni mühitində geniş tanınan şair Rəsul Rza idi. Onun redaksiya heyətində Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn kimi tanınmış şair və yazıçılar yer almışdılar. “Azərbaycan” ərəb əlifbası ilə Bakıda nəşr olunur və Cənubi Azərbaycanda yayılırdı” (61, s. 3-4).

Əlbəttə, Sovetlər Birliyi (və kommunist bolşevik hakimiy-yəti) İrana bu cür “mədəni” (ideoloji) müdaxilədə Azərbaycanın mənafeyini güdmürdü. Sadəcə, İranda ABŞ nüfuzunun qarşısını almağa çalışırdı ki, nəticə etibarilə, bunu da bacarmadı.

Ancaq milli şair (və ziyalı) Rəsul Rzanın redaktorluq etdiyi “Azərbaycan” jurnalı Azərbaycan xalqının mənafeyini ən kritik anlarda da müdafiə etməyə bilməzdi.

Həm də bu o dövr idi ki, S.C.Pişəvərinin başçılıq etdiyi “milli hökümət Azərbaycanın sosial-iqtisadi tərəqqisinə yol açdı, milli zülmün nəticələrini ləğv etdi, azərbaycanlıların var-lığını bir daha təsbit etdi” (61, s.12).

Həmin jurnalda çap olunan “Həqiqi xalq maarifi uğrun-da” adlı məqaləsində Firudin İbrahimi yazır:

“İndiki dövrdə bir millətin elm və dilini aradan götürmək istəyən bir siyasət gülünc bir siyasətdir... Azərbaycanlının elm ilə silahlanmasını və öz milli hüququnu müdafiə etməyə layiq və moqtədər olmasını Tehran höküməti istəmir”... (61, s.32-33).

Sonralar eyni fikri iran ziyalılarından Cəlal Ale-Əhməd də (1923-1968) söyləmişdir:

107

Aysel Qəribli

“... biz İranda 6-7 milyon əhalini ən elementar insan hü-ququndan-istədiyi dildən sərbəst şəkildə istifadə etmək hüqu-qundan məhrum etmişik... Onu “azəri dili”adlandırdılar, gəlmə dil olduğunu iddia etdilər” (12, s.41-42).

Azərbaycanın Şimalı ilə Cənubu arasında mədəni əlaqə-lərin müəyyən qədər bərpa olunduğu 90-cı illərin əvvəllərində bir daha göründü ki, Şimalda rus, Cənubda fars təzyiqlərinə baxmayaraq,

“a) Azərbaycanın Şimalı ilə Cənubu vahid etnik-mədəni sistem təşkil edir;

b) Azərbaycan xalqı Şimalda və ya Cənubda yaşamasın-dan asılı olmayaraq, eyni milli idealların daşıyıcısıdır;

c) Azərbaycan dili özünün Şimal və Cənub təzahürlərin-də eyni bir dildir və s.” (54, s.8).

Məlum olduğu kimi, “İranın rəsmi dili farscadır (dəri farsca). Birləşmiş Millətlərin 1998-ci ildə nəşr etdiyi məlumata görə, İran əhalisinin sayı 65.758.000 adamdan ibarətdir. Onlar müxtəlif dillərdə danışırlar və saylarına görə ən mühümləri aşa-ğıdakılardır:

1) Azərbaycan türkcəsi- 23,5 milyon;2) farsca- 22 milyon;3) lorca-4,28 milyon;4) kürtcə-3,25 milyon;5) türkməncə-2 milyon;6) qaşqay türkcəsi- 2 milyon;7) xorasan türkcəsi- 1,5 milyon;8) ərəbcə- 1,2 milyon (46, s.90-91).Bu qədər çoxsaylı, eləcə də özünün milli varlığını dərk

etmiş xalqın dilinin adı barədəki təsəvvürün dəqiq olacağına heç bir şübhə yoxdur. Lakin sual olunur: İranda Azərbaycan türklərindən sayca az farsların nüfuzunu təmin edən nə idi?

Bu suala yalnız belə cavab vermək olar: O qədim iran dövlətçilik ənənəsi... O ənənə ki, səlcuqlardan başlayaraq İrana

108

“Azərbaycan dili” anlayışının tarixi

hakim olan türklər, hətta Səfəvilər tərəfindən də sonacan ara-dan qaldırıla bilmədi.

Dil millətin birləşdirici amili kimi çıxış edirsə, onun (dilin) adı da ideoloji-mənəvi faktor olaraq, təbii ki, çox əhə-miyyətlidir. Dünya azərbaycanlılarının 9-10 noyabr 2001-ci ildə Bakıda keçirilən I qurultayının əsas məruzəsində deyilir: “Azərbaycan xalqının milli-mənəvi varlığının ən başlıca təza-hürlərindən biri onun dili-Azərbaycan dilidir. Azərbaycan dili müstəqil Azərbaycan Respublikasının dövlət dilidir” (33, s.62).

Azərbaycan dilinin Şimalda “Azərbaycan dili”, Cənubda isə “türk dili”, “türkcə” və ya “türki” adlandırılması, əlbəttə, ciddi problem sayıla bilər. Xüsusilə o baxımdan ki, bir dilin iki, yaxud üç adı olması onomastik prinsiplər baxımından yalnışdır. İdeoloji-mənəvi konsalidasiya (mərkəzləşdirmə) üçünsə, heç şübhəsiz, maneədir.

M.İbrahimov İran İslam inqilabının qələbəsindən sonrakı ilk illərdə yazmışdı ki, Cənubda Azərbaycan dilini, Azərbaycan bədii ədəbiyyatını sönməyə, zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən biri xalq yaradıcılığı olmuşdur(50, s.323).

Ümumiyyətlə, müşahidələr göstərir ki, Şimali Azərbay-can ziyalıları Cənubi Azərbaycanda işlənən dili həmişə “Azər-baycan dili” adlandırmışlar. Cənubda isə hətta İran İslam inqi-labından sonra da “türkcə” linqvoniminə üstünlük verilmişdir.

Cənublu dilçi və şair Həmid Nitqi “Ana dil-sevgili dil” şeirində yazır:

Türk-fars demədən hər kəsi qardaş deyə gördük,Farsa yeri gəldikcə vəzirlik belə verdik.

Din bir tərəfə, heç nəyə biz dəymədik hərgiz,Heç kimsəyə “ gəl türki danış” söyləmədik biz.

Tam tərsinə, biz farscanı sevdik və becərtdik,Qışdan qoruduq, baxdıq, bağvanlığın etdik.

109

Aysel Qəribli

...İranı abad, bizləri şad istəməyənlər,Öz nəfi üçün hər zadı bərbad eləyənlər,Bu ölkədə əqvam ara hər haqqı dananlarÖz niyyətini eylədilər böyləcə izhar:

... “Türki” deyə bir dil nə gəzər , “Azəri” varmış,Milyonla o dildə danışarsa “xatakarmış!

.... Qoy bədxahımız birdəki birlikdən üzülsün, Qoy ölkədə həm türk üzü, həm fars üzü gülsün.

Mən türki yazırsam, yenə sən varsan içində,Bax, əldəki hər barmaq bir başqa biçimdə.

Biz türklər üçün həm bu və həm o dil əzizdir,Türki anamız, farsi dili sevgilimizdir. (107, s.187-189).

Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və Əməkdaşlıq VII qurultayının qərarında deyilir:

“İranın Türkiyədəki məktəblərinin qarşılığı olaraq İranda türkcə təhsil verən özəl, yaxud təşkilat məktəbləri açılmalıdır” (119, s.165).

“Azərbaycan dilinin Şimal və Cənub təzahürləri” kitabı-nın müəllifi “türkcə” anlayışı ilə əlaqədar tamamilə doğru ola-raq yazır:

“Lakin buradan məlum olmur ki, həmin məktəblər Türki-yə türkcəsində, yaxud yerli xalqın ana dilində - Azərbaycan türkcəsində olmalıdır. Şübhəsiz, ikincisi daha məqbuldur” (54, s.44).

Cənubi Azərbaycanlı gənclərin Türkiyədə təhsili ilə bağ-lı maraqlı bir pritça məşhurdur: Universitetə daxil olmaq istə-yən gənci, mövcud qanunun tələbi ilə, xarici vətəndaş olduğuna görə əvvəlcə bir illik dil hazırlığı kursuna alırlar ki, o, burada müxtəlif ölkələrdən gəlmiş, Türkiyə türkcəsini bilməyən həm-

110

“Azərbaycan dili” anlayışının tarixi

yaşıdları ilə onu (Türkiyə türkcəsini) öyrənsin. Müəllim bir pişik şəkli göstərib deyir: “Şimdi, çocuqlar, bu, kedidir”... Cə-nublu (rəsmi olaraq İran vətəndaşı) müdavim türkcəni bildiyinə əmin olduğu, kursa da Türkiyədəki mövcud qanunun tələbinə görə davam etdiyindən müəllimə qulaq asmırmış. Bunu hiss eləyən müəllim ondan soruşur: “Övladım, türkcə bu nədir?” Gənc həvəssiz “pişikdir” deyir. Müəllim təkrar eləyir: “Kedi”. Gənc isə “pişik” deyib durur...

Çünki dillərin adı eyni, sözləri isə fərqli...Cənubda ana dilinin adı ilə bağlı variantlılığın təzahürü

görkəmli Azərbaycan ziyalısı doktor Cavad Heyətin “Türk dili və ləhcələrinin tarixinə bir baxış” (1987), “İki dilin müqayisə-si” (1989), “Türklərin tarix və mədəniyyətinə bir baxış” (1993) və s. kitablarında, eləcə də 1979-cu ildən nəşr olunan nüfuzlu “Varlıq” jurnalında da görünür. Ümumiyyətlə, Cənub mətbua-tında “Azərbaycan dili” anlayışı xüsusən keçən əsrin 80-ci illə-rindən etibarən aşağıdakı adlar (linqvonimlər) ilə verilmişdir: türk dili, türkcə, Azərbaycan türkcəsi, Azərbaycan dili, azər-baycanca, türki və s. Qeyd edək ki, çox zaman bu mənada sadəcə “ana dili” ifadəsi işlənir. Məsələn, “Yeni yol” məcmuəsi yazır:

“Bu gün, Allaha şükürlər ki, İran İslam Cümhuriyyəti Əsasi-Qanununda İran əhalisinin balaları öz ana dilində təhsil etmədən mən etməmişlər. Ümidvarıq ki, yeni təhsil ilində vəza-rəti-amuzəş və pərvəriş Azərbaycan məktəblərində fars dili ilə bərabər ana dilinin də tədrisinə dəçğuz versin və azərbaycanca məktəb kitablarının çap edilməsinə imkan yaratsın” (54, s. 63).

Əlbəttə, Azərbaycan Cənubunda ana dili ilə bağlı məsələ-də əsas şərt onun varlığını qorumaq olduğundan adının dəqiq-ləşdirilməsi ikinci plana keçir.

Doktor C.Heyət müsahibələrinin birində deyir:“Biz İran Azərbaycanındanıq ... Cənubluyuq... Pəhləvilər

dövründə İranda 60 ilə yaxın ana dilimiz, mədəniyyətimiz in-kar edilmiş, hətta qadağan olunmuşdur. Onun üçün xalqımız

111

Aysel Qəribli

özündən, kimliyindən, dilindən, ədəbiyyatından və tarixindən xəbərsiz qalmışdır. Bu da bir xalqın, bir millətin varlığının məhv olunmasına hazırlıqdır. Millət belə, bu şəkildə məhv olur. Yəni ruhən, mənən məhv olur. Bizim bunun önünü almağımız və bu boşluğu doldurmağımız lazım idi. Xalqımıza dilini, ədəbiyyatını, tarixini xatırlatmağımız lazım idi. Ona görə də ədəbi, mədəni bir dərgi, bir jurnal çıxartmağa başladıq. Məktəbimiz olmadığı üçün islam inqilabından sonra bizə nisbi bir dil azadlığı verdilər. Biz ondan faydalandıq və məktəb işini görən bir dərgi çıxarmağa başladıq. Onun üçün “Varlıq” dərgisini çıxardıq. “Varlıq”da dilimiz, ədəbi dilimizin qaydaları, ədəbiyyatımızın tarixi, folklorumuz, tariximiz haqqında silsilə məqalələr verdik. Hətta bu məqalələri sonra kitablar şəklində buraxdım. Amma niyə bu dərginin adını “Varlıq” qoyduq? Çünki hələ Pəhləvilər zamanında bizim varlığımız inkar edirdilər. Deyirdilər ki, “siz türk deyilsiniz, sizin dil farscanın bir ləhcəsidir. Bu dildə yazmaq, oxumaq olmaz”. Biz buna qarşılıq olaraq jurnalımıza “Varlıq” adı qoyduq ki, biz varıq” (46, s.28).

Məqalələrindən birində isə yazır:“Biz “Varlıq”da ədəbi Azəri türkcəsi ilə yazırıq, ancaq

ortaq türkcəyə də meylimiz hiss edilir” (46, s.276).Bir qrup İran (Cənubi Azərbaycan) ziyalısı vaxtilə prezi-

dent Seyid Məhəmməd Xatəmiyə belə bir müraciət ünvanla-mışdı:

“Mədəni cəmiyyətlə xalqın dil və ədəbiyyatına laqeydlik ziddiyyət təşkil edir. İran İslam Cümhuriyyətinin Anayasasının 15-ci maddəsində xalqların bu hüququ geniş təsbit edilmişdir. Elə buna əsaslanaraq Azərbaycan türkcəsinin ibtidai məktəblər-də və türklərin yaşadığı bütün şəhərlərdə fars dili ilə bərabər elmi və rəsmi formada tədris olunmasını, türk dilində mütəxə-sislər tərəfindən teleradio verilişlərinin hazırlanması və fars dilindən əlavə yayılması, ölkənin bütün universitetlərində türk dili və ədəbiyyatı fakültəsinin yaradılmasını, uşaq və yeniyet-

112

“Azərbaycan dili” anlayışının tarixi

mələrin türk dilində uşaq ədəbiyyatı yaratmağa həvəsləndiril-məsini Sizdən rica edirik” (70, s.64).

Göründüyü kimi, burada da mövcud ənənəyə uyğun ola-raq, həm “Azərbaycan türkcəsi”, həm də “türk dili” linqvoni-mindən istifadə edilmişdir ki, bu tendensiyanı Cənubi Azərbay-can üçün səciyyəvi saymaq olar.

Böyük Azərbaycan şairi M.H.Şəhriyar öz ana dilini “türkcə”, “türki” adlandırdığı halda, Cənublu digər bir Azər-baycan şairi Yəhya Şeyda onun haqqında yazdığı kitabı Təb-rizdə “Şəhriyar və Azərbaycan dilində əsərləri” adı ilə çap et-dirmişdir (79).

Qeyd etmək lazımdır ki, İranda türklərə (azərbaycanlıla-ra) münasibətdə ad məsələsində “siyasi həssaslıq” Azərbayca-nın həm Cənubunu, həm də Şimalını əhatə edir. Vaxtı ilə İran “Azərbaycan Xalq Cümhuriyyəti” adına rəsmi etiraz etmiş, “Azərbaycan”ın məhz İrana məxsus bir ərazinin adı olduğunda israr eləmişdi.

Həmin iddialar Azərbaycan müstəqillik qazanandan son-ra da özünü göstərdi.

Dr.C. Heyət yazır:“Kəhkəşan” aylıq jurnalının 15-ci sayında mühəndis Mə-

həmməd Rza Əbhəryanın “Aran və Azərbaycan” adlı məqaləsi dərc edilmişdir. Məqalənin başlığı altında iri çaplı hərflərlə “Sovet Azərbaycanı özünün həqiqi və tarixi adını qaytarsa, daha yaxşı olmazmı?” sualı verilmişdir.

...Ağayi Əbhəryar İbn Hovğəl, doktor M.Moin və Neh-zət-ül-Qolubdan sitatlar gətirməklə sübut etməyə çalışır ki, əvvələn bolşeviklər hakimiyyəti yaranmadan öncə Şimali Azər-baycanın adı “Aran” olub. Azərbaycan adı buraya sonradan İran Azərbaycanını ona birləşdirmək kimi bədxah bir niyyət güdən bolşeviklər tərəfindən seçilmişdir. İndi bir halda ki, bolşeviklər hakimiyyəti dağılmışdır. Sovet Azərbaycanı adı yenidən “Aran” adı ilə əvəz olunmalıdır” (46, s.55).

Dr. C.Heyət bu sərsəç fikrə münasibətini belə bildirir:

113

Aysel Qəribli

“Təqribən, 1050 il bundan öncə Samanilər vəziri Əbu Əli Məhəmməd Bələmi tərəfindən Təbəri tarixindən tərcümə və 1958-ci ildə Doktor Cavad Məşkurun səyi ilə Tehranda çap olunmuş “Təbəri tarixi”ndə Azərbaycan və xəzərlər Dərbəndi-nin fəth edilməsi fəslində deyilir: “Xəbərdə deyilir ki, Ömər-ibn-Xəttab (ikinci Xəlifə) Nəim-ibn-Moqrənə məktub göndərib ki, Səmak ibn-Həlsəbəni Azərbaycana göndərsin və İsmət ibn Fərğəd və Abdullahı da oraya göndərmişdi- Əcəmin atəşxana-ları (atəşgahları) orada olub. Əcəmlər Pəhləvi dilində “atəşə”-“azər” deyirlər, ona görə də oranı “Azərbayqan” adlandırırlar. Atəş əsasən orada olur və ona sitayiş edirlər. Oranın hüdudları Həmədandan başlayıb və Əbhər və Zəncandan keçərək xəzərlər Dərbəndinə çatır. Bu arada olan bütün şəhərlər “Azərbayqan” adlanır. Dərbəndə ərəbcə “bab” deyir, bu yolları “Əbvab” adlandırırlar - Orada (keçib) xəzərlər ölkəsinə gedirlər-bəzi yollar quru, bəziləri dəniz yolları (dır). Orada “Xəzər” adlı böyük bir şəhər var”. Eyni zamanda kitabın 42-ci səhifəsində bu yerlərin hamısının türklərin əlində olmasına açıq-aydın işarə edilir” (46, s.57).

Və əlavə edir:“1062-ci hicri-qəməri ilində, yəni bolşeviklər və “Müsa-

vat” hökumətindən 300 il qabaq Hindistanda Həsən Təbrizi tərəfindən qələmə alınmış “Böhran-e qate” lüğət kitabında “Aran” sözünün şərhində deyilir: -Ərran-“re” hərfi təşdidlə oxunur, söz özü isə “pərran” vəznində tələffüz olunur. Aran Azərbaycanın vilayətinin adıdır. Bərdə və Gəncə onun nüfuz dairəsinə daxildir (46, s.517).

Müasir siyasi maraqlar mövqeyindən tarixə konyuktur müdaxilənin nəticəsidir ki, bir sıra iranpərəst ideoloqlar nəinki türklərin (azərbaycanlıların) İran əhalisinin əksəriyyətini təşkil etdiyinə göz yumur, Azərbaycan dilinin türk mənşəli olduğunu da qəbul etmək istəmirlər.

Son dövrlərdə “Güney Azərbaycan türkcəsi” deyilən süni bir ad-linqvonim də ortaya çıxmışdır(bu barədə bax: 100).

114

“Azərbaycan dili” anlayışının tarixi

Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, a) Azərbaycanın həm Şimalında, həm də Cənubunda bü-

töv bir xalqın tarixi ünsiyyət vasitəsi türk mənşəli Azərbaycan dilidir;

b) Şimalda rəsmi olaraq “Azərbaycan dili”, Cənubda qey-ri-rəsmi “türk dili”, “türkcə”, “Azərbaycan türk dili”, “Azər-baycan türkcəsi”, “türki” və s. adlansa da, həm Şimalda, həm də Cənubda söhbətin hansı dildən getdiyi hər kəsə məlumdur.

3. Səməd Vurğunun “Azərbaycan dili” anlayışı

Səməd Vurğun müasir Azərbaycan ədəbi dilinin təşəkkü-lündə tarixi rol oynadığı kimi, “Azərbaycan dili” anlayışının normalaşmasında da bir neçə baxımdan tarixi xidmətlər gös-tərmişdir.

Səməd Vurğun yaradıcılığa XX əsrin 20-ci illərinin orta-larında başlamışdı... Və Yaşar Qarayev tamamilə doğru olaraq göstərir ki, “Səməd Vurğunun poeziyası da, bioqrafiyası da bilavasitə xalqın tarixinin və taleyinin iradəsidir. Onun gəncliyi müsibətdə, ölüm və qanlı keçmişindən ayrılan və əzablar içində təzədən doğulan ölkənin ilk gəncliyi ilə eyni tarixi dövrə tə-sadüf edir. Yeni epoxa ictimai-siyasi həyatda aprel çevrilişi ilə, çağdaş milli poeziyada isə Səməd Vurğunla və onun təmsil etdiyi ədəbi nəsillə başlayır” (77, s.5)

S.Vurğun başda olmaqla bu ədəbi nəslin “ana dili” axta-rışları, əlbəttə, maraq doğurmaya bilməz.

Şairin 1935-ci ildə yazdığı “Azərbaycan” şeir-poeması onun bütün yaradıcılığı boyu uğrunda mübarizə apardığı azər-baycançılıq ideologiyasının üverturası idi. Təsadüfi deyil ki, “Səməd Vurğun “Azərbaycan” şeirində Vətəni az qala illərlə görmədiyi anasını tapmış bir uşaq emosiyası (və ehtirası!) ilə sevməyin leksikonunu, frazeologiyasını, hətta leksiko-sintaksi-sini təqdim edir... Və hamının dilinin əzbəri olan “el bilir ki, sən mənimsən” kimi kifayət qədər sadəlövh bir ifadənin poetiz-

115

Aysel Qəribli

mə çevrilməsi də həmin sevginin nə qədər dərindən gəlməsinin ifadəsidir” (77, s.11).

S.Vurğunun “ana dili” anlayışını sistemli şəkildə əks et-dirən ilk mənbə avtoqrafı indiyə qədər saxlanılmış “Azərbay-can (tarixi poema, 1934-1935)” əlyazmasıdır ki, son illərdə nəşr edilmişdir (84). Burada çox işlənən “Azərbaycan” anlayışı ilə yanaşı, “azər”ə də təsadüf olunur:

O gündən Azərin gəlini, qızıTəpədən dırnağa geyindi qara... (84, s.31).

Bu qarlı dağlara sığındı Babək-Azərin qəhrəman, yenilməz oğlu. (84, s.32).

Könlünü bəsləmiş Azər elində,Deyir türküsünü ana dilində. (84, s.41) və s.

Lakin şair “ana dili” anlayışını dövrün normativlərinə görə “türk dili” ilə verir:

Vaqif! Ey qəlbimin köhnə sultanı!De, söhbətin hanı, de sazın hanı?...İran ordusunu yeridəndə sənDedin ki, yadlara keçməsin vətən!... Dedin ki, türk dili, türk şeiri gərəkBöyük bir ölkəyə qanad gərərəkÜfüqdən üfüqə çapsın atını. (84, s. 41-42).

Rusiya imperiyasının işğalçılıq siyasətinin Azərbaycan xalqına, onun mənəviyyatına, dilinə vurduğu ziyanlardan bəhs edən şair deyir:

Satdı mənliyini “əsilzadələr”,Çarın xidmətinə baş əydi Quran.Bütün gördüyümü danışsam əgər,Kağızım qurtarar, yorular insan.

116

“Azərbaycan dili” anlayışının tarixi

Yüz il biz ayrıldıq ana dilindən,Məktəbin adına dedik “uşkola”.Oxucum! Bir daha nəzər yetir sənKeçdiyin o qanlı, o qorxunc yola.

Yüz il Füzuliyə həsrət qalaraqDoğma analara söylədik “mama”... (84, s.57).

S.Vurğun “türkcə”nin gələcəyinə hələ 30-cu illərin orta-larından böyük ümidlər bəsləyir:

...Daşacaq Bakıda insanın sayı,Şuralar Şərqinin ilk qurultayıBurda başlanacaq! O gün ixtiyarBir mədən işçisi alnında vüqar,Başının üstündə bir qızıl bayraqTürkcə salam verib iclas açacaq... (84, s.78).

N.Cəfərov yazır:“... Səməd Vurğunun şah ruhunu canlandıran etnoqrafik

köklərin təzahürü- “Vaqifin şirin dili” idi. Və o, yeni dövrdə ya-şamasına, Azərbaycanda milli intibahın ən böyük nümayəndəsi olmasına baxmayaraq, bizə gəlib çatan əsərlərində bir dəfə də olsun nə “Azərbaycan”, nə “Azərbaycan (türk) xalqı”, nə də “Azərbaycan (türk) dili” anlayışlarını işlətməmiş şairin adını ana dilinin adı kimi təqdim etməkdən çəkinmirdi” (77, s.18).

1930-cu illərin ortalarından sonra S.Vurğun ümumi rəsmi prinsipə uyğun olaraq “Azərbaycan dili” ifadəsini işlətmişdir.

Məsələn:1937-ci il - İndiyədək “Yevgeni Onegin” romanını heç

kim Azərbaycan dilinə tərcümə etməmişdir (85, s.19).1939-cu il - Məlumdur ki, bizim dilimiz hər bir milli dil

kimi sosializm dövründə özünün xəzinəsi hesabına zənginləşir.

117

Aysel Qəribli

20 il müddətində Azərbaycan dilinin keçdiyi inkişaf yolunu nəzərdən keçirsək, biz görərik ki, partiyamızın milli siyasəti nəticəsində dilimizin gözəlliyi, təmizliyi, qüvvət və qüdrəti 100 illik bir inkişaf yolu keçmişdir (85, s.30-31).

1940-cı il - Dahi rus şairi Lermontov vaxtı ilə demişdir ki, fransız dili Avropada geniş yayıldığı kimi, Azərbaycan dili də Zaqafqaziyada geniş yayılmışdır (85, s. 53).

1952-ci il - Dilçilik, xüsusilə müasir Azərbaycan dili sahəsində aparılmış işlər nəticəsində 1951-ci ildə “Azərbaycan dilinin qrammatikası” (I hissə, morfologiya) başa çatdırılaraq nəşr edilmişdir (85, s.366).

4. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyində “Azərbaycan dili” anlayışı

Bəkir Çobanzadədən sonra Azərbaycan dilçilik elmini onun tələbələri inkişaf etdirməyə başladılar: Məmmədağa Şirə-liyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə...

M.Şirəliyevin əsas tədqiqat obyekti Azərbaycan dilinin dialekt və şivələri olmuş, görkəmli dilçinin “Bakı dialekti” (81) və “Azərbaycan dialektologiyasının əsasları” (80) kimi funda-mental əsərləri nəşr edilmişdir ki, həmin əsərlərdə məhz “Azər-baycan dili”ndən söhbət gedir.

Ə.Dəmirçizadənin “Azərbaycan ədəbi dilinin tarixi” kita-bı (30) onun bu sahədəki genişmiqyaslı araşdırmalarının yeku-nudur. O, ümumiyyətlə “Azərbaycan dili” ifadəsini işlətsə də, 60-cı illərdə müəyyən müddət “Azəri dili”nə də müraciət et-mişdir (31).

M.Hüseynzadə isə həmişə “Azərbaycan dili” ifadəsindən istiadə eləmişdir (48).

Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun 70-ci, 80-ci illərdə nəşr etdiyi elmi qrammatikalar “Müasir Azərbaycan dili” adlandığı (66,67,68) kimi həmin illərə aid ali məktəb dərslikləri də bu adla çıxmışdır (2,26, 32,49).

118

“Azərbaycan dili” anlayışının tarixi

Ümumiyyətlə, 60-cı illərdəki “Azəri dili” tərəddüdünü nəzərə almasaq, 30-cu illərin sonlarından 90-cı illərin əvvəlləri-nə qədər həm orta, həm ali məktəb dərsliklərində, həm də elmi tədqiqat əsərlərində yalnız “Azərbaycan dili” adı işlənmişdir.

119

Aysel Qəribli

V FƏSİL

“AZƏRBAYCAN DİLİ” ANLAYIŞI MÜSTƏQİLLİK DÖVRÜNDƏ

1. Müstəqilliyin ilk illərində “türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” mübahisələri

XX əsrin əvvəllərində ana dilinin (və dövlət dilinin) adı

ilə bağlı tərəddüdlər, mübahisələr və münaqişələr həmin əsrin sonlarında bir daha baş qaldırdı.

1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə əlaqədar olaraq Azərbaycan özünün dövlət müstəqilliyini əldə etdi. La-kin bu, yalnız “mərkəz”in razılığı ilə həyata keçmiş bir hadisə deyildi, Azərbaycan xalqı öz azadlığı uğrunda uzun illər müba-rizə aparmış, qurbanlar vermişdi.

Müstəqilliyin ən mühüm atributlarından biri ana dili idi ki, ölkədə, xüsusilə dövlət strukturlarında onun sərbəst, maneə-siz işlədilməsi xalqın əsas istəklərindən biri sayılsa da, rus dili-nin genişmiqyaslı təzyiqi respublikanın dövlət dilinin hüquq-larını kobud şəkildə pozurdu.

1992-ci ildə hakimiyyətə gələn qüvvələr müəyyən eyfori-yaya qapılaraq, dövlət dilinin o vaxta qədər “Azərbaycan dili” şəklində stabilləşmiş adını “türk dili” ilə əvəz etdilər.

Məlum olduğu kimi, Milli Məclisin 22 dekabr 1992-ci il tarixli iclasında dövlət dilinin adı müzakirəyə qoyuldu. Hazırlıq səsverməsində “Azərbaycan dili”-9, “Azərbaycan türk dili”-15, “türk dili” isə 25 səs aldı. Ən çox səs toplayan “Azərbaycan Respublikasının dövlət dili türk dilidir” qərarı yenidən səsə qoyuldu və nəticə aşağıdakı kimi oldu:

lehinə-27 səs,əleyhinə-8 səs,bitərəf-5 səs,

120

“Azərbaycan dili” anlayışının tarixi

iştirak etmədi- 2 nəfər (35, s.43).Həmin qərarın düzgün olmadığı barədə ilk fikir bildirən-

lərdən birincisi görkəmli dilçi Ağamusa Axundov idi. O, müsa-hibələrinin birində demişdi:

“Ya gərək türk dili deyərkən elə türk dili kimi də başa düşək və həmin dili də işlədək, ya da dilimizi öz adı ilə ça-ğıraq” (9, s. 273).

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev 31 oktyabr 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konsti-tusiya layihəsində dövlət dili haqqında maddənin geniş müza-kirəsi zamanı bu məsələ barədə deyir:

“... Mən Milli Məclisin qərarının nəticəsinə toxunmaya-raq və o barədə öz münasibətimi bildirməyərək yalnız həmin qərarın qəbul olunması prosedurası haqqında danışmaq istəyi-rəm. Belə bir mühüm qərar üç-dörd günün içərisində kiçik qrup adamın iradəsi, istəyi nəticəsində qəbul olunubdur. Bax, mən bunu heç bir vəchlə qanuni hesab etmirəm. Mən hesab edə bilmərəm ki, bu işə ciddi münasibət göstərilibdir.

Məsələ belə olmuşdur. Milli Məclisdə Azərbaycanın döv-lət dili məsələsi müzakirə olunarkən Məclis üzvlərindən biri deyib ki, gəlin yazaq “Azərbaycanın dövlət dili Azərbaycan türk dilidir”, başqa birisi deyib ki, niyə belə yazırıq. Yazaq ki, “türk dilidir”. Mübahisə gedibdir...

...Bəli, mübahisə gedibdir. Bir qismi buna etiraz edibdir, bir qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki, yazaq “ bizim dilimiz türk dilidir”. Məsələ Milli Məclisdə səsə qoyularkən həmin iclasda Milli Məclisin 50 üzvündən 39-u iş-tirak edibdir. Onların 26-sı dilimizin türk dili kimi qəbul olun-masına səs verib, 7-si, ya 8-i əleyhinə səs verib, qalanları isə bitərəf olubdur. Beləliklə də dövlət dilimizin adı dəyişdi-rilibdir”(69, s.120).

Əlbəttə, dövlət dilinin adının bu şəkildə dəyişdirilməsi həm qanunvericiliyə zidd, həm də ümummilli səviyyədə məsu-liyyət hissinin itirilməsi idi. Doğrudur, 1930-cu illərin ortala-

121

Aysel Qəribli

rına qədər Azərbaycan SSR-in dövlət dili “ türk dili” adlanırdı, lakin həmin illərə qədər də Azərbaycan türkcəsi (rusca: тюркский язык) Türkiyə türkcəsindən (rusca: турецкий язык) fərqlənir, bunlar ayrı-ayrı müstəqil dillər kimi qəbul edilirdi.

N.Cəfərov göstərir ki, “Azərbaycan dili” adının “türk dili” ilə əvəz edilməsi mütəxəssislər arasında müəyyən narazı-lıqla qarşılandı; hər şeydən əvvəl, ona görə ki:

a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi-Türkiyə türk-cəsi) adlandırmaq lazım gəlir;

b) Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edə-rək “xırda millətçilik” hisslərini qızışdırırlar;

c) “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsi qazanmışdır (18, s. 529)

“Azərbaycan dili”nin “türk dili” ilə əvəz olunması ilk günlərdən ciddi problemlər yaratmağa başlasa da bu qərar 1995-ci ilə, yəni müstəqil dövlətin ilk Konstitusiyası qəbul edi-lənə qədər qüvvədə qaldı. Bu bir neçə il ərzində ictimai fikir, xüsusilə mütəxəssislər məsələyə münasibətlərini bildirdilər.

Dövlət dilinin adının çox ciddi məsələ olduğunu nəzərə alan Heydər Əliyev yeni Konstitusiya layihəsinin müvafiq maddəsinin geniş müzakirəsini keçirdi ki, Həmin müzakirədəki giriş nitqində ümumilli lider məsələnin tarixinə toxunaraq demişdi:

“1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan konstitusi-yasında dövlət dili haqqında heç bir maddə yoxdur. 1937-ci ildə qəbul edilmiş Azərbaycan konstitusiyasında da dövlət dili haqqında heç bir maddə olmayıbdır.

122

“Azərbaycan dili” anlayışının tarixi

1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti 1937-ci ildə qəbul olunmuş konstitusiyaya əlavə edibdir. Kons-titusiyaya Azərbaycan Respublikasında dövlət dilinin Azərbay-can dili olması barədə maddə əlavə edilibdir. O vaxt işləyən adamlarımız bunu xatırlayırlar. Həmin dövrdə bu maddənin qə-bul edilməsi respublikada müəyyən mübahisələr doğurdu. Mən də onun şahidiyəm...

...1977-78-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki,əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan Dövlət dilinin Azərbaycan dili ol-ması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim.

Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur. Mən indi sizin vaxtınızı alıb bunların ha-mısını geniş danışmağa ehtiyac duymuram. Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəh-bərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalış-dım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz kons-titusiyamıza yazmalıyıq və yazacağıq.

Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fi-kirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-ci il-də, səhv etmirəmsə, aprel ayında biz konstitusiyanı qəbul etdik. Həmin konstitusiyada yazıldı ki, Azərbaycan dövlət dili Azər-baycan dilidir” (69, s.116-117).

Göründüyü kimi, Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan SSR Konstitusiyasında belə qeyd olunması ciddi problemə çevrilmişdi ki, bu da Sovetlər Birliyi rəhbərliyinin müttəfiq respublikaları həm siyasi-ideoloji, həm də mənəvi ba-xımdan get-gedə daha çox sıxışdırma yolu ilə sərsəm “sovet xalqı” maraqlarını həyata keçirmək və nəticə etibarilə, əvvəl Sovetlər Birliyində, sonra isə bütün dünyada yalnız “kom-

123

Aysel Qəribli

munizm dili”ndə rus dilində danışacaq amorf “dünya xalqı” yaratmaq proqramının tərkib hissəsi idi. Lakin tədricən Moskva da anladı ki, həmin “proqram” tamamilə absurd, cəfəngiyyat-dır, ona görə də müttəfiq respublikalarda provakasiyalara əl atıb rusların (eləcə də rus dilinin) “mərkəzləşdirici rolu”nu tə-min etmək üçün milli münaqişələr törətməyə başladılar. Bunun bir təzahürü də etnik hisslərin qızışdırılması oldu.

Müstəqilliyini yenicə qazanmış postsovet respublikalarda hakimiyyətə gəlmiş, yaxud gətirilmiş səriştəsiz “rəhbərlik” həmin provokasiyaların qarşısını almaqda aciz idilər.

Xalqın taleyi ilə bağlı tarixi əhəmiyyətli bir məsələnin kiçik bir qrupun iradəsilə “həll olunması”, əlbəttə, ciddi bir qü-sur idi. Ona görə də Azərbaycan Prezidenti bu qüsurun aradan qaldırılmasını zəruri hesab edərək xüsusilə səlahiyyətli bir or-tamda müzakirəsinə ehtiyac duymuşdu:

“Anlatmaq istəyirəm ki, bu qanunun gücü yoxdur. Bildir-mək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə bu tale-yüklü tarixi məsələlərə bu qədər məsuliyyətsiz yanaşan insan-lar hesab edirəm ki, xalq qarşısında xəyanət edirlər. Doğrudan da, əgər belə bir qanun lazım idisə, o, xalqın iradəsi ilə qəbul edilməli idi. Bunun üçün referendum keçirmək lazımdır. Hə-min referendum sayəsində əgər bu nəticə əldə olunarsa, deməli, xalqın əksəriyyəti bunu istəyir. Yaxud da əgər referendum ke-çirmək istəmirlərsə, heç olmasa parlament çərçivəsində qanunu pozmayaydılar. Zorakılıq, volyuntarizm, vəzifəsindən sui-isti-fadə etmək- bax, dəhşətlisi budur. Təəssüf ki, bu, bizim həyatı-mızda çox vaxtlar olub. Ayrı-ayrı vəzifəli şəxslər vəzifə tutan-dan sonra hesab edirdilər ki, xalqın taleyi də onların əlindədir, tarix də onların əlindədir - nə istəsələr onu edə bilərlər. Bax, dərd burasındadır. Bunları nəzərə alıb mən konstitusiya komis-siyasında bu məsələ qalxan kimi belə bir təklif verdim: bu mə-sələyə səthi yanaşmaq olmaz. Bu məsələ xüsusi müzakirə olun-malıdır. Bu, birinci növbədə o dairələrdə xüsusi müzakirə olun-malıdır ki, həmin dairələr bu məsələdə səriştəlidir- yəni bu mə-

124

“Azərbaycan dili” anlayışının tarixi

sələdə onların birliyi, təcrübəsi var və onlar bu işin mütəxəs-sisləridir (69, s.122-123).

Heydər Əliyev xalqın, eləcə də dilin adı ilə bağlı tarixi tə-rəddüdləri də yada salmışdır:

“Mən istəyirəm ki, siz məsuliyyəti dərindən dərk edərək müzakirə edəsiniz, bu məsələyə səthi yanaşmayasınız. Bu, çox mühüm məsələdir. Məsələn, bizim bəzi ziyalılar deyirlər ki, əgər indi biz Azərbaycan dili yazsaq, onda bəs Füzuli nə di-lində yazıbdır? Cəlil Məmmədquluzadə nə dilində yazıbdır. Belə sözlər deyirlər.

Eyni zamanda deyirlər ki, guya 1935-36-cı illərdə bizim dilimiz türk dili adlanıbdır və dilimizin adı o vaxt dəyişilibdir. Amma şəxsən məndə bu barədə tarixi bir sənəd yoxdur. Bu, hansı fərmanla, hansı qərarla, hansı sənədlə dəyişdirilibdir- bu, məndə yoxdur. Bilmirəm, bəlkə kimdəsə var. Ancaq tariximiz elə olubdur ki, vaxtilə bizə “azərbaycanlı” da deməyiblər. İndi əgər biz Cəlil Məmmədquluzadəyə, Mirzə Ələkbər Sabirə, Nə-riman Nərimanova və ya başqalarına istinad ediriksə, elə onla-rın əsərlərində deyirlər ki, biz müsəlmanıq. Yazıların əksəriy-yətində belədir. Bizə “azərbaycanlılar” da demirdilər, bəlkə türklər deyirdilər. Amma çox vaxt deyirdilər ki, biz müsəlma-nıq. Nəhayət, XX əsrin axırlarında biz bu məsələləri tam aydın-laşdırmalıyıq və bu məsələyə nöqtə qoymalıyıq ki, bütün söz-söhbətə son qoyulsun” (69, s.126).

2. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan dil müzakirələri. Və həmin müzaki-rələrin rəsmi nəticələri

Azərbaycan xalqının (və dövlətinin) dilinin adı ilə bağlı

yaranmış mürəkkəb vəziyyət, əlbəttə, Ümummilli lideri yeni-dən hakimiyyətə gəldiyi ilk günlərdən narahat etməyə bilməz-di. Lakin onun yürütdüyü milli dövlət quruculuğu siyasətinin

125

Aysel Qəribli

fəlsəfəsi tələb edirdi ki, problemin həllinə tələsmədən, həm elmi, həm ictimai, həm də siyasi əsaslara dayanaraq yanaşılsın.

Müzakirələr 1995-ci ilin noyabr ayının əvvəllərində AMEA-da elm adamlarının, yazıçıların, ümumən ziyalıların iştirakı ilə başladı. Ümummilli liderin “nəhayət XX əsrin axır-larında biz bu məsələləri tam aydınlaşdırmalıyıq və bu məsə-ləyə nöqtə qoymalıyıq” ifadəsilə təzahür edən iradəsi, nəticə etibarilə, qalib gəldi.

Fikrimizcə, ümumilli liderin bu mülahizələrində “Azər-baycan dili” anlayışının təşəkkülü tarixini daha dərindən an-lamaq üçün ciddi ideya-metodoloji bir məqam vardır ki, o da “nəhayət, XX əsrin axırlarında biz bu məsələləri tam aydınlaş-dırmalıyıq və bu məsələyə nöqtə qoymalıyıq” müddəasından ibarətdir. Xüsusilə o baxımdan ki, müstəqilliyin ilk illərində “Azərbaycan dili” anlayışına münasibətdə hər halda müəyyən tərəddüdlər, mübahisələr ortaya çıxmaqla onun (anlayışın) mövqeyinin heç də tamamilə möhkəm olmadığını göstərdi.

Məlum olduğu kimi, iki gün davam edən müzakirədə müxtəlif fikirlər söylənilmişdir ki, onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1) türk dili;2) Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3) Azərbaycan dili.5 noyabr 1995-ci ildə Prezident Sarayında keçirilən mü-

zakirələrin yekun sözündə ümummilli lider deyir:“... Mən bunu bir neçə dəfə demişəm, komissiya üzvlə-

rindən üç nəfər bu barədə, yəni Azərbaycan dövlətinin konsti-tusiyasında olan maddədən fərqli söylədi ki, indiyədək Azər-baycan dili dövlət dili yazılıb, indi isə bu ya Azərbaycan türk-cəsi, ya Azərbaycan türk dili, yada sonradan deyildiyi kimi, Azərbaycan (türk) dili yazılsın. Komissiyanın qalan üzvləri bu fikri dəstəkləmədilər. Onların hamısı Azərbaycan dili tərəfdarı oldu. Bu gün çıxış edən komissiyanın üzvü Etibar Məmmədov da o vaxt başqa fikir söyləmədi; o, ümumiyyətlə fikir söylə-

126

“Azərbaycan dili” anlayışının tarixi

mədi. Belə olan halda, əgər mən, komissiyanın sədri kimi, bu məsələlərə ümumi prinsip nöqteyi-nəzərindən yanaşsaydım (üç nəfər deyir ki, belə olsun, amma qalanları deyir ki, belə olsun), məsələni bununla da qurtarmaq olardı. Ancaq mən hesab edi-rəm ki, üç nəfər komissiyanın hər bir üzvünün fikrinə diqqət vermək və onu nəzərə almaq lazımdır; ikincisi də, bu fikri söy-ləyən adamlar bizim ziyalılarımızdır-mədəniyyət, elm, ədəbiy-yat sahəsində tanınmış və böyük fəaliyyət göstərmiş adam-lardır. Demək, bunların fikirlərini daha da geniş müzakirə et-mək lazımdır.

Ancaq eyni zamanda 1978-ci ildə qəbul edilmiş konstitu-siyada Azərbaycanın dövlət dili Azərbaycan dili yazıldığına görə və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü maddə-sində yazdıq ki, “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”. Bunu da ümumxalq müzakirəsinə verdik (69, s.147-148).

Məsələnin tarixi-fəlsəfi mahiyyətindən danışarkən Hey-dər Əliyev göstərir:

“Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inki-şaf dövrünü keçib, formalaşıb, özünəməxsus adı götürüb və gə-lib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən düzgün deyil- həm tarixi nöqteyi-nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil.

Mən bir dəfə dedim ki, biz gərək öz milli mənliyimizi heç vaxt itirməyək. Xalqların hər biri tarixi yol keçib, hər biri-nin də özünəməxsus nailiyyəti var. Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hüdudlar çərçivə-sində Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlı-lardır. Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik,- ye-nə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk

127

Aysel Qəribli

dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var. Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdır-malıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dilimiz var (69, s.154).

Bu qənaətlər özünü yalnız ictimai-siyasi, ideoloji deyil, elmi, yəni “Azərbaycan dili” anlayışının keçdiyi çoxəsrlik tarixi yol baxımından da doğruldurdu. Belə ki, artıq müəyyənləşmiş-diferensiasiya olunmuş bir anlayışı öz qeyri-diferensial baş-lanğıcına qaytarmaq idrak qanunları (dialektik məntiq) baxı-mından mümkün deyildi. Lakin burada bir problem vardı; o da “Azərbaycan dili” anlayışının “türk dilləri” anlayışında ehtiva olunub-olunmaması idi ki, Ulu Öndər həmin məsələ üzərində xüsusi dayanıb, ayrıca izahat verməyə ehtiyac duymuşdu:

a) Azərbaycan dili türk dilləri qrupuna mənsubdur;b) türk dillərinin sayı 23-dür;c) Azərbaycan dili həmin dillərdən biri olan müstəqil dildir.Prezident “Azərbaycan dili”nin təsadüfən ortaya çıxma-

dığını, zəngin tarixə malik bir xalqın dilinin özünəməxsus adı olaraq qanunauyğun bir şəkildə formalaşdığını qeyd edir:

“Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, republikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır.Mən keçən dövrü kənara qoyuram, -60 il ərzində bu, mövcud olmuş real-lıqdır. Gün-gündən, aybaay inkişaf etmiş reallıqdır.

Azərbaycanda rus dili nə qədər hakim oldusa da, vaxtilə Azərbaycanda nə qədər çalışdılar ki, Azərbaycan dilini sıxışdı-rıb çıxarsınlar, rus dilini geniş yaysınlar, amma biz dilimizi qo-ruduq, saxladıq. Biz dilimizi itirmədik. İndi biz dilimizdə sər-bəst danışırıq və hər bir mürəkkəb fikri öz dilimizdə ifadə et-məyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi, başqa nai-liyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki,

128

“Azərbaycan dili” anlayışının tarixi

dünyanın hər bir hədisəsini biz öz dilimizdə ifadə edə bilirik” (69, s.155).

Heydər Əliyev həmin müzakirənin yekununda deyir:“Ona görə də birdə deyirəm- tarixi keçmişimizə, əcdadla-

rımıza böyük hörmət və ehtiram hissini bildirərək, bu gün biz tarixi bir addım atmalıyıq: müstəqil Azərbaycan Respublikası-nın dövlət dilini qəbul etməliyik. Müstəqil Azərbaycan Res-publikasının dövlət dili Azərbaycan dilidir.

Mən hesab edirəm ki, biz bu layihəni bu gün hazırlayar-kən 23-cü maddəyə baxıb onu bəlkə də bir az təkmilləşdirmək, genişləndirmək olar. Hər halda bunu qəbul edirik, referenduma veririk. Bəli, qoy xalq öz sözünü desin. Ancaq biz də xalqın nümayəndəsi, cəmiyyətin üzvü kimi, eyni zamanda xalq tərə-findən böyük səlahiyyətlərə malik olan şəxslər kimi bu gün öz fikrimizi deyirik. Əgər etiraz yoxdursa, bununla da bu məsələ-nin müzakirəsini bitirək” (69, s.155).

Dövlət dilinin adının ayrıca səsverməyə çıxarıldığı Ümumxalq Səsverməsi (Referendum), üç variant içərisində, tamamilə təbii olaraq, “Azərbaycan dili”ni qəbul etdi.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı aşağıdakı sözlərlə başlayır:

“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan di-lidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbay-can dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün mün-bit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimi-zə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələri-nin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edir-sə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş im-kanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dili-miz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə ol-

129

Aysel Qəribli

muş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmış-dır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoş-bəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyil-məzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqı-mıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qay-ğı ilə əhatə etməlidir. Bu, onun üqəddəs vətəndaşlıq borcudur.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarla-rınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir” (69, s.158).

Fərmanda Azərbaycan dilinin tarixinə ətraflı nəzər Salınır:“Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımı-

zın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədim-dir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonra-dan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir.

Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qru-puna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir.

Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya mə-kanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlə-rini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədə-biyyat nümunələri-dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamü-lü zərurətini yaratmışdır.

130

“Azərbaycan dili” anlayışının tarixi

Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şə-raitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şə-kildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləş-məsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan “Kitabi-Dədə Qorqud” eposu olduqca səciyyəvidir” (69, s.159).

Azərbaycan dilinin dövlət dili kimi inkişafı tarixi də Fər-manda əhəmiyyətli yer tutur:

“Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyab-rın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər haki-miyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, həmin ənə-nə milli dövlətçiliyin itirilməsi nəticəsində uzun müddət qırıl-mışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolun-da böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilmə-sinə imkan vermədi.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qə-bul edilmiş ilk konstitusiyada, ümumiyyətlə dövlət dili haqqın-da heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduq-dan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın 1937-ci ildə qəbul edilmiş konstitusiyasında da belə bir maddə yox idi. Yal-nız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ba-rədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəh-bərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bil-məyərək hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğur-suzluğa düçar etdi.

131

Aysel Qəribli

Nəhayət, Mərkəzin bütün maneələrinə baxmayaraq, res-publikanın 1978-ci ildə qəbul edilən konstitusiyasına Azərbay-can dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi” (69, s.163-164).

Fərman Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdiril-məsi ilə əlaqədar bir sıra konkret qərarlarla sona çatır.

Çox keçmədi ki, Milli Məclis “Azərbaycan Respublika-sında dövlət dili haqqında” qanun qəbul etdi ki, bu qanun Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 30 sentyabr 2002-ci ildə qüvvəyə mindi:

Qanunda deyilir:“Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili

olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamət-lərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilmə-si qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uy-ğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

I fəsilÜmumi müddəalarMaddə 1. Dövlət dilinin hüquqi statusu1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan

Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.

1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azər-baycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni hə-yatının bütün sahələrində işlədilir.

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir...” (69, s.172).

132

“Azərbaycan dili” anlayışının tarixi

133

Aysel Qəribli

3 . “Azərbaycan dili” anlayışı müasir mərhələdə Müasir mərhələdə “Azərbaycan dili” anlayışının Azər-

baycan Respublikasında “Azərbaycan dili” linqvonimi ilə veril-məsi nə rəsmi, nə ictimai, nə də elmi sferalarda heç bir müba-hisə doğurmur. “Azərbaycan dili” dövlətin (və xalqın) dilinin adı olaraq ümumxalq səsverməsi (referendum) yolu ilə qəti şəkildə təsbit edilmişdir.

Doğrudur, Azərbaycan Respublikası hüdudlarından kənar-da bəzən ya köhnə inersiya ilə, ya da müəyyən ideya-metodoloji münasibətlərdən irəli gələrək “Azərbaycan dili” mənasında “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi”, “türk dilinin (türkcənin) Azərbaycan ləhcəsi, “azəri türkcəsi” və s. ifadələr də işlədilir, lakin hər kəsə məlumdur ki, Azərbaycan xalqının (və dövlətinin) dili rəsmi olaraq məhz “Azərbaycan dili”dir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamı həm Azərbaycan dilinin, həm də dilçilik elminin inkişafında tarixi rol oynadı. Sərəncamın qərarları aşağıdakılardan ibarət idi:

“ 1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyatı qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazır-layıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublika-sının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sə-rəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət proqramının

134

“Azərbaycan dili” anlayışının tarixi

layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respub-likasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlə-rin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Ko-missiyası yaradılsın .

4. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mər-kəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azər-baycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin” (69,s.184).

Bir il sonra isə Azərbaycan Prezidenti 9 aprel 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin in-kişafına dair Dövlət Proqramı”nı təsdiq etdi.

“Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına aşağıdakı məsələlər daxil edilmişdir:

1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi.4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində

informasiya-kommunikasiya texnologiyalarının tətbiqi.5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində

təbliği (14). Göründüyü kimi, bu məsələlərin hər birində biri digəri

ilə sıx bağlı olan iki məqam-milli və ümumbəşəri (qlobal!) mə-qamlar ehtiva olunur; diqqəti cəlb edən cəhət isə odur ki, “Dövlət Proqramı”nda Azərbaycan dilinin milli tarixi imkanları qloballaşan dünyanın tələblərinə (çağırışlarına!) cavab verəcək bir səviyyəyə qaldırılmışdır; bu baxımdan nəzəri, eləcə də el-mi-praktik məsələlərin həlli tələb olunur ki, burada da söhbət dünya dilçiliyinin müasir inkişaf səviyyəsindən gedir (bu barədə geniş məlumat üçün bax: 55).

135

Aysel Qəribli

136

“Azərbaycan dili” anlayışının tarixi

NƏTİCƏ

“Azərbaycan dili” anlayışının kökündə və ya mənşəyində “türk dili” anlayışı dayanır.

“Türk dili” anlayışının tarixi türk etnosunun təşəkkül tap-dığı ən geci e.ə. III minillikdən hesablansa da, “türk dili” linq-vonimi ilk dəfə sistemli şəkildə XI əsrdə dahi türkoloq Mah-mud Kaşğarinin (XI əsr) “Divani-lüğət-it-türk”undə işləndiyin-dən “türk dili” anlayışının həmin dövrə qədərki təxminən dörd min illik tarixinə “tarixəqədərki dövr” kimi baxmaq olar. İlk orta əsrlərdən orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər “türk dili” anlayışı ya vahid bir dilin, yada onun bir-birindən çox da fərqlənməyən müxtəlif coğrafi (ləhcə) təzahürlərinin ümumi adını bildirmişdir. Yeni dövrün əvvəllərindən başlaya-raq türk xalq dilləri (ləhcələri) arasındakı fərqlər dərinləşdiyin-dən XIX əsrin ortalarından etibarən türkoloji ədəbiyyatda türk dilləri ayrı-ayrı adlar (linqvonimlər) ilə fərqləndirilmişlər ki, bununla da “türk dilləri” anlayışı meydana çıxmışdır. XX əsrin əvvəllərində təşəkkül tapan türkçülük hərəkatı (və nəzəriyyəsi) türklərin birliyi ideyasını irəli sürmüş, “ortaq türkcə” axtarışla-rına başlamış və “İstanbul ləhcəsi”ni ortaq türkcə olaraq müda-fiə etmişdir. XX əsrin sonu XXI əsrin əvvəllərindəki axtarışlar da yenidən, bütün mübahisəli məqamları ilə birlikdə, Türkiyə türkcəsinin türk xalqları üçün “ortaq ünsiyyət dili” olması nəticəsinə gəlib çıxmışdır.

“Qədim Azərbaycan dili” anlayışı barədə azərbaycanşü-naslıqda müxtəlif mülahizələr mövcuddur ki, onları, əsasən, iki qrupda birləşdirmək olar:

1) “Qədim Azərbaycan dili” - İran mənşəli bir dildir;2) “Qədim Azərbaycan dili” - türk mənşəli bir dildir.Hər iki mövqeyin tərəfdarları son yüz il ərzində həm el-

mi, həm də ideoloji (konyuktur) xarakterli bir sıra dəlillər gətir-mişlər. Birinci mövqeyin tərəfdarları Azərbaycanın qədim döv-rünü “iranlaşdırmaq”la onun bütün etnik tarixini iranlaşdırma-ğa, ikinci mövqeyin tərəfdarları isə Azərbaycandakı ilk orta

137

Aysel Qəribli

əsrlərdən faktik mövcud olan türklüyü ən qədim dövrlərə (hətta türklüyün e.ə. IV-III minilikdən də əvvəllərə) aparmağa çalış-mışlar.

“Qədim Azərbaycan dili”nin İran və ya türk mənşəli bir dil olduğunu hazırda elmə məlum faktlar əsasında söyləmək mümkün deyil. “Fakt-gümanlar” (T.Hacıyev) isə bu dilin “türkcə” olduğu barədə daha çox israr eləməyə imkan verir. Ancaq bu şərtlə ki, məsələyə ümumən türk dili tarixi (və Altay nəzəriyyəsi) kontekstində baxılsın.

İlk orta əsrlərdən başlayaraq Azərbaycanda yaranan əvvəl şifahi ədəbiyyat, sonra ərəb, eləcə də farsdilli yazılı ədəbiyyatın həm ruhu, həm də dilindəki türk sözləri, XIII əsrdən sonra isə türkdilli həm şifahi, həm də yazılı ədəbiyyat “Azərbaycan türkcəsi” anlayışının təşəkkülünü şərtləndirir. “Kitabi- Dədə Qorqud”dan M.Füzuliyə qədər gələn bu tarix “türk dili” anlayışının “diferensiasiya”sı tarixinə müvafiq gəlir. Lakin “Azərbaycan türkcəsi “ anlayışı XIX əsrdə formalaşır ki, bu, özünü müxtəlif təzahürlərdə göstərir: “Zaqafqaziya türklərinin dili”, “Zaqafqaziya tatarlarının dili”, “türk dilinin Azərbaycan ləhcəsi”, “türk-Azərbaycan dili”, “Azərbaycan türklərinin dili” , “Azərbaycan türkcəsi” və s.

XIX əsrin sonu XX əsrin əvvəllərində “Azərbaycan dili” anlayışı daha çox “türk dili” formasında işlənsə də, digər təza-hürlərdən də istifadə edilir ki, bu da artıq təşəkkül tapmış müs-təqil bir dili öz adı ilə adlandırmaq, qohum türk dillərindən fərqləndirmək ehtiyacından irəli gəlir. Həmin tendensiya özünü dövlət dilinin hətta rəsmi olaraq “türk dili” adlandığı həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də XX əsrin 20-ci, 30-cu illərində göstərir.

1930-cu illərin ortalarında Azərbaycan SSR-də dövlətin , eləcə də xalqın dilinin “Azərbaycan dili” adlandırılması milli ictimai şüurda birmənalı qarşılanmamış, bunu qanunauyğun sayanlarla yanaşı, xalqın tarixinə qarşı repressiya hesab edənlər də olmuşdur. Səbəb isə odur ki, həmin illərdə SSRİ-də həm türklüyə qarşı bölücü (və dağıdıcı) təzyiq son həddə çatmış,

138

“Azərbaycan dili” anlayışının tarixi

həm də “türk dili”ndən “Azərbaycan dili”nə keçid xalqın özü ilə hesablaşmadan, Moskvanın diqtəsilə həyata keçirilmişdir.

Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ərəfədə dövlətin “Azərbaycan” adlandırılmasına da ciddi eti-razlar olmuşdu. Lakin bu adın normalaşması, eləcə də “Azər-baycan xalqı” etnoniminin təşəkkülü çoxmənalı “türk”, eləcə də “türk dili” anlayışının da “diferensiasiya”sını tələb edirdi. Odur ki, “Azərbaycan dili” adı (linqvonimi) nə qədər qeyri-qa-nuni (və faciəli) bir tarixi şəraitdə rəsmiləşdirilsə də, mahiyyət-cə, özünü doğruldurdu. Hər şeydən əvvəl ona görə ki, bu ideya Sovetlər Birliyi rəhbərlərinin təfəkkürünün məhsulu deyildi, hələ XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ziyalı-larının millətə, onun dilinə xüsusi ad axtarışlarının məhsulu kimi meydana çıxmışdı.

“Azərbaycan dili” anlayışını necə ifadə etmək problemi bütün XX əsr boyu mövcud olmuş, ölkənin həm Şimalında, həm də Cənubunda bir sıra təkliflər irəli sürülmüşdür ki, onla-rın içərisində “azəri dili” müəyyən maraq doğurmuşdur. Lakin şübhəli genezisinə görə stabilləşə bilməmişdir.

Sovetlər Birliyi dağıldıqda müstəqilliyinə qovuşan Azər-baycanda varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra atributları ilə yanaşı, dövlət dilinin adı olaraq “türk dili” də qəbul edilmişdir. Lakin qanunvericiliyin (demokratiyanın) po-zulması ilə müşayiət olunan bu hadisə respublika ictimaiyyə-tinin narazılığı ilə qarşılanmaqdan başqa, beynəlxalq aləmdə də müəyyən anlaşılmazlıqlara səbəb olmuşdur. Bütün bunları, elə-cə də “Azərbaycan dili” anlayışının təşəkkülü tarixini (və möv-cud təcrübəsini) nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dövlət dilinin adı məsələ-sinə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edi-lərkən ümumxalq səsverməsi (referendum) ayrıca baxılmış, Azərbaycan Respublikasının dövlət dilinin “Azərbaycan dili” olduğu təsdiq edilmişdir.

139

Aysel Qəribli

“Azərbaycan dili” anlayışını bildirən linqvonimlər sözlüyü

(təxmini xronologiya ilə)

Türk diliTürkcəTürkiAzərbican əhalisinin diliQafqaz türklərinin diliQafqaz tatarlarının diliQafqaz müsəlmanlarının diliZaqafqaziya tatarlarının diliZaqafqaziya müsəlmanlarının diliTatar diliTürk-tatar diliTürk-Azərbaycan diliTatar dilinin Qafqaz ləhcəsiTürk-tatar dilinin Azərbaycan ləhcəsiTürk-Azərbaycan ləhcəsiAzərbaycan türklərinin diliAzərbaycan tatarlarının diliTürk dilinin Azərbaycan ləhcəsiTatarcaMüsəlmancaQafqaz tatarcasıZaqafqaziya tatarcasıQafqaz türkcəsiZaqafqaziya türkcəsiAzərbaycan türk diliAzərbaycan türkcəsiAzərbaycan dili

140

“Azərbaycan dili” anlayışının tarixi

ƏDƏBİYYAT

1. Abdullayev A. Azərbaycan dilinin tədrisi tarixindən, Bakı, “Maarif” nəş., 1966, 332 s.

2. Abdullayev Ə. Seyidov Y. Həsənov A. Müasir Azər-baycan dili, Bakı, “Maarif” nəş., 1985.

3. Abdullayev R. Türk dillərinin diferensiasiyası . - Sələf-lər və Xələflər (I Beynəlxalq Simpoziumun materialları) , Bakı, 2014, 480-484 s.

4. Abid Ə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., 2007, 288 s. Tərtib edəni: B.Əhmədov.

5. Ağasıoğlu F. Azər xalqı, Bakı, “Ağrıdağ” nəş., 2000, 436 s.

6. Ağasıoğlu F. Doqquz bitik, I bitik, Bakı, “Ağrıdağ” nəş., 2014, 364 s.

7. Ağasıoğlu F. Doqquz bitik, II bitik, Bakı, “Ağrıdağ” nəş., 2014, 280 s.

8. Ağazadə F. (Şərqli). Türk dilinin dirilmək və zənginləş-dirilmək yolları(tükənəklər), Bakı, 2006, 48 s. Tərtib edən: N.Cəfərov.

9. Axundov A. Dil və ədəbiyyat, II c., Bakı, 2003.10. Axundov A. Ümumi dilçilik, Bakı, “Şərq-Qərb” nəş.,

2011. 280 s.11. Albayraq R. Türklərin İranı, I c., Bakı, 2016, 628 s.12. Ale-Əhməd C. İran ziyalısı və türk dili problemi.-

“Bakı-Təbriz” dər., 2006, N-2, s. 40-45.13. Azərbaycan (Azərbaycan Milli Ensiklopediyasının

xüsusi cildi), Bakı, 2007, 884 s.

141

Aysel Qəribli

14. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə-ləblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı.-“Azərbaycan” qəzeti, 10 aprel 2013-cü il.

15. Azərbaycan tarixi, I c., Bakı, Azərbaycan EA nəş., 1961.

16. Babayeva C. Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarında dil məsələləri (avtorefe-rat), Bakı, 2016, 26 s.

17. Babayev A. Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik kafedrasının tarixi), Bakı, “Bakı Universiteti” nəş., 2002, 264 s.

18. Cəfərov N. Azərbaycanşünaslığa giriş, Bakı, AzAtaM, 2002, 602 s.

19. Cəfərov N. Etnoloji etüdlər, Bakı, “Elm və təhsil” nəş., 2016, 108 s.

20. Cəfərov N. “Koroğlu”nun poetikası, Bakı, BDU nəş., 1997, 48.

21. Cəfərov N. Seçilmiş əsərləri, IV c. Bakı, “Elm” nəş., 2007, 328 s.

22. Cəfərov N. Tarixin tərcümeyi-halı, Bakı, “Elm və təh-sil” nəş., 2014, 256 s.

23. Cəfərov N. Türk dünyası: xaos və kosmos, Bakı, Bakı Universiteti nəş., 1998, 216 s.

24. Cəfərov N.Türk xalqları ədəbiyyatı, I cild, Bakı, 2006, 320 s.

25. Cəfərov N. Türkologiyaya giriş, Bakı, “Elm və təhsil ” nəş., 2016.

26. Cəfərov S. Müasir Azərbaycan dili, Bakı, “Maarif” nəş., 1982, 216 s.

27. Çəmənzəminli Y.V. Əsərləri, Bakı, III c., 2005, 440 s.

142

“Azərbaycan dili” anlayışının tarixi

28. Çobanzadə B. Seçilmiş əsərləri, Bakı, V c., “Şərq-Qərb” nəş., 2007, 264s.

29. Çobanzadə B. Türk-tatar lisaniyyatına mədxəl, Bakı, 2006, 180 s. Tərtib edən: N.Novruzova.

30. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, “Maarif” nəş., 1979, 268 s.

31. Dəmirçizadə Ə.M. Azəri ədəbi dili tarixi, Bakı, 1967, 85 s.

32. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili, Bakı, “Maarif” nəş., 1982.

33. Dünya Azərbaycanlılarının I Qurultayı, Bakı, 2001, 70 s.

34. Eyvazova R. Bir daha ana dilimizin adı haqqında, Bakı, “Elm və təhsil” nəş., 2014, 32 s.

35. Əhmədova S. Heydər Əliyevin dil siyasəti, Bakı, MMB nəş., 2008, 96 s.

36. Əkinçi (tam mətni), Bakı, 2005, 496 s. Tərtib edəni: T.Həsənzadə.

37. Əlibəyzadə E. Azərbaycanşümaslığa giriş, Bakı, 2010, 856 s.

38. Füzuli M. Əsərləri, VI c., Bakı, “Azərbaycan nəş., 1996, 368 s. Tərtib edəni: H.Araslı.

39. Hacıyev İ. Dil quruculuğunun nəzəri problemləri, Bakı, “İqtisad Universiteti” nəş., 2005,400 s.

40. Hacıbəyli Ü. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., II c., 2005, 456 s.

41. Hacıbəyli Ü. Türki-rusi və rusi-türki lüğəti, Bakı, 1907.42. Hacıyev T. Seçilmiş əsərləri, I c. (I h.) , Bakı, “Elm”

nəş., 2016, 496 s.

143

Aysel Qəribli

43. Hacıyev T. Seçilmiş əsərləri, I c. (II h.), Bakı, “Elm” nəş., 2017, 448 s.

44. Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili, Bakı, “Təhsil” nəş., 2013, 248 s.

45. Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili, Bakı, “Elm” nəş., 1998.

46. Heyət C. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda, II c., Bakı, “Elm və təhsil” nəş., 2013, 288 s.

47. Hüseynzadə Ə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., 2007, 480 s.

48. Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, 1954.49. Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, “Maarif”

nəş., 1983.50. İbrahimov M. Əsərləri, Bakı, IX c., “Yazıçı” nəş., 1982,

720 s.51. Kanonov A.N. Rusiyada türk dillərinin öyrənilməsi ta-

rixi. SSRİ-də türk filologiyası, Bakı, 2006, 352 s.52. Kaşğari M. Divani-lüğət-it-türk, I c., Bakı, “Ozan” nəş.,

2006 , 512 s. Tərcümə edən və nəşrə hazırlayan : R.Əskər.53. Qacar F. Səfərnamə, Bakı, “Elm və təhsil” nəş., 2012,

156 s.54. Qasımlı Ü. Azərbaycan dilinin Şimal və Cənub

təzahürləri (sosiolinqvistik təhlil təcrübəsi), Bakı, 2007, 120.s.55. Qəribli A. Azərbaycan dili qloballaşan dünyada, Bakı,

“Elm və təhsil” nəş., 2013, 60 s.56. Mahmudov M. Piyada... Təbrizdən Şama qədər, Bakı,

“Yazıçı” nəş., 1982.57. Məmmədquluzadə C. Əsərləri, Bakı, I c., 2004, 664 s.

Tərtib edən: İ.Həbibbəyli.

144

“Azərbaycan dili” anlayışının tarixi

58. Məmmədquluzadə C. Əsərləri, Bakı, II c., 2004, 584 s. Tərtib edən: İ.Həbibbəyli.

59. Məmmədquluzadə C. Əsərləri, Bakı, III c., 2004, 480 s. Tərtib edən: İ.Həbibbəyli.

60. Məmmədquluzadə C. Əsərləri, IV c., Bakı, 2004, 472 s. Tərtib edəni İ.Həbibbəyli.

61. Məmmədli P. Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi, Bakı, “Elm və təhsil” nəş., 2014, 240 s.

62. Məmmədova F. Azərbaycan dilinin türk dilləri qrupun-da yeri (Azərbaycan mühacirət dilçiliyi kontekstində), Bakı, “Nurlan” nəş., 2006, 88 s.

63. Məmmədova F. Azərbaycan mühacirətinin elmi-nəzəri tədqiqatlarında dil kulturoloji irsində dil problemi, Bakı, “Elm” nəş., 2006, 192 s.

64. Məmmədova F. Azərbaycan mühacirətinin elmi-nəzəri tədqiqatlarında dil kulturoloji baxışlar kontekstində, avtoreferat, Bakı, 2007, 24 s.

65. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı, Bakı, 1992.

66. Müasir Azərbaycan dili, I , Bakı, “Elm” nəş., 1978.67. Müasir Azərbaycan dili, II, Bakı, “Elm” nəş., 1980,

510s 68. Müasir Azərbaycan dili, III , Bakı, “Elm” nəş., 1981,

444 s.69. Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil

siyasəti, Bakı, “Türk Dünyası İnfo” İB nəşri, 2016, 224 s.70. Nərimanoğlu K.V. Azərbaycan dövlət dili siyasəti,

Bakı, “Çinar-çap”, 2006, 257 s.71. Nərimanov N. Seçilmiş əsərləri, Bakı, “Lider” nəş.,

2004, 496 s. Tərtib edəni: T.Əhmədov.

145

Aysel Qəribli

72. Nərimanov N. Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi, Bakı, 1899

73. Nəvvab M.M. Təzkireyi-Nəvvab, Bakı, “Azərbaycan” nəş., 1995, 560 s.

74. Pişəvəri S.C. Məqalə və çıxışlarışndan seçmələr(Təbriz, 1945-1946-cı illər), Bakı, Nurlar, 2016, 432 s. Tərtib edəni: Ə.Rəhimli (Bije).

75. Serebrennikov B.A. Hacıyeva N.Z. Türk dillərinin mü-qayisəli-tarixi qrammatikası, Bakı, 2002, Tərcümə edəni: T.Hacıyev.

76. Seyidov F. Türk xalqlarının milli iftixarı olan ana dilinin tərbiyə imkanları, Bakı, 2009, 48 s.

77. Səməd Vurğun. Biblioqrafiya, Bakı, Azərbaycan Milli Kitabxanası, 2016, 584 s.

78. Şahtaxtlı M.Seçilmiş əsərləri, Bakı, “Çaşıoğlu” nəş., 2006, 432 s. Tərtib edəni: İ.Həbibbəyli.

79. Şeyda Y.Şəhriyar və Azərbaycan dilində əsərləri, Təbriz, nəşre-Ərk, 1960, 640 s.

80. Şirəliyev M.Ş. Azərbaycan dialektologiyasının əsasəları, Bakı, 1968.

81. Şirəliyev M.Ş. Bakı dialekti, Balı, 1957.82. Topçubaşov Ə. Bakıda tatar dilində qəzet. - 525-ci qə-

zet, 4 mart 2017-ci il. Məqaləni ruscadan azərbaycancaya Vilayət Quliyev tərcümə etmişdir.

83. Vəliyeva S. Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi, Bakı, “Azərbaycan Universiteti” nəş., 2002, 140 s.

84. Vurğun S. Azərbaycan (tarixi poema, 1934-1935), Bakı, Şərq-Qərb nəş., 2015, 80 s.

85. Vurğun S. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., V c. , 2005, 384 s.

146

“Azərbaycan dili” anlayışının tarixi

86. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası, Bakı, 1959.

87. Ahmet B., Ercan A. Çağdaş Türk Lehceleri, Ankara, Akçağ, 2001, 347 s.

88. Akalın Ş.H. Türk Dünyasında Dil.-Yeni Türkiye Der-gisi. 2013, Temmuz-Ağustos, s. 358-379.

89. Akalın Ş.H. Türk Dünyasında ortak iletişim dili ve Tofik Hacıyev.-Türkologiya, 2015, N-3, s. 129-133.

90. Arat R.R. Kutadgu Bilig, I, Metin, İstanbul, 1947, L IX+ 656 s.

91. Arat R.R. Türk Milletinin Dili.-Türk Dünyası El Kitabı, Ankara, 1975, s. 131-141.

92. Asker R. Kutadgu Biligin Dili ve Kelime Hazinesi Üzerine- Kutadgu bilig Dergizi, sayı 4, Ekim 2003, s. 283-298.

93. Bayqara T.Türklüğün En Eski Zamanları. -Türkler, I, Ankara, 2002, s. 277-307.

94. Bayqara T. Türk, Türklük ve Türkler, İstanbul, 2006, 496 s.

95. Büyük Türk Klasikleri, I, Ötüken - Söğüt, İstanbul, 1975.

96. Caferoğlu A. Türk Dili Tarihi, I, İstanbul, 1970.97. Choi H.W Türkçe, Korece, Moğolca ve Mançu-

Tungurcanın Karşılaştırmalı Ses ve Biçim Bilgisi, Ankara, Türk Dil Kurumu Yayınları, 2010, 326 s.

98. Çağatay S. Türk lehçeleri Üzerine Demeler, Ankara, 1978.

99. Deny J. Türk Dil Bilgisi, İstanbul, 2012, 953 s. Ali Ülvi Elöve tercümesini günümüz Türkcesine uyarlayan Ahmet Benzer.

100. Doğan T. Güney Azerbaycan Türkçesine bir bakış.- Prof.Dr. Tofik Hacıyev Kitabı, Ankara, Akçağ, 2016, s. 265-276.

147

Aysel Qəribli

101. Duralı Ş.T.Toplum - Devlet Ülküsü Olarak Tarihte Türklüğün Oluşmas. -Türkler, I, Ankara, 2002, s. 335-349.

102. Eckmann Janos. İslami Orta Asya Türk Edebi Dilinin Özellikleri. -Türk Dünyası Araşdırmaları, sayı 57, Aralık 1998, s. 193-201.

103. Eckmann Janos. İslami Orta Asya Türk Edebi Dilinin Özellikleri. -Türk Dünyası Araşdırmaları, sayı 57, Aralık 1998, s. 193-201.

104. Erdem M.D., Karataş M., Hirik E.Yeni Türk Dili, An-kara, Maarif Mektepleri Yayınları, 2015, 716 s.

105. Eren H. Milli Kültür Unsuru Olarak Türk Dili. - Milli Kültür Unsururlarımız Üzerinde Genel Görüşler, Ankara, Atatürk Kültür Merkezi Yayını, 1990, s. 45-56.

106. Ferruh A.Kutadgu Bilig ve Dili Hakkında. - Yeni Tür-kiye . Türkçe Özel Sayısı, 2014, sayı 55, s. 287-303.

107. Heyet C. Türklerin Tarih ve Kültürüne bir bakış, Ankara, TC Kültür Bakanlığı Yayınları, 1996, 192 s.

108. İpekçioğlu F. Türk Lehceleri, Diyarbakır, 1987.109. Kafesoğlu İbrahim. Tarihte “Türk” Adı. -Türkler, I,

Ankara, 2002, s. 308-315.110. Kajibek E.Günümüz türkolojisinin stratejik konuları. -

Sələflər və Xələflər. I Beynəlxalq Simpoziumun materialları, Bakı, 2014, s.24-

111. Kıbrıs Türk Dili Dergisi, Güz, 2008, sayı 1, 60 s.112. Koppers W. Etnolojiye Dayanan Cihan Tarihinin İşığı

Altında İlk Türklük Ve İlk İndo-Germenlik. -Türkler, I, Ankara, 2002, s. 316-334.

113. Musaoğlu M. Dünyada ve Avrasiya Coğrafiyasında Çağdaş Türk Yazı Dilleri ve Lehceleri. -Prof.Dr. Tofik Hacıyev Kitabı, Ankara, Akçağ, 2016, s. 367-380.

148

“Azərbaycan dili” anlayışının tarixi

114. Nemeth G. Türklüğün Eski Çağı. -Türkler, I, Ankara, 2002, s. 378-387.

115. Rasonyi L. Tarihte Türklük. -Türkler, I, Ankara, 2002, s.350

116. Tekin Ş. Eski Türkçe. -Türk Dünyası El Kitabı, An-kara, 1975, s. 142-192.

117. Tekin T. Altay Dilleri Teorisi. -Türk Dünyası El Kitabı, Ankara, 1975, s. 119-130.

118. Temir A. Ural-Altay Dilleri Teorisi. -Türk Dünyası El Kitabı, Ankara, 1975, s. 115-118.

119. Türk Devlet ve Toplulukları Dostluk, Kardeşlik ve İşbirliyi Kurultayı (Komisyon rapor ve sonuç bildirileri), Ankara, 2006, 248 s.

120. Türkkan R.O. Türk Tarih Tezleri. - Türkler, I, Ankara, 2002,s. 409-423.

121. Zekiyev M. Ön və Orta Asya, Kafkasiya, Karadenizin Kuzeyi, İdil-Ural, Batı Sibiryadakı Eski Türkler. -Türkler, I c., Ankara, 2002, s.424-431.

122. Бакиханов А. Гюлистан-и Ирам, Баку, 1991.123. Баскаков Н.А. Введение в изучение тюркских

языков, Москва, изд. « Высшая школа», 1969, 384 с.124. Будагов Л.З. Сравнительный словарь турецко-

татарских наречий, том I, С.- Петербург, 1869, X+ 810 c.125. Исследование по синтаксису тюркских языков,

Москва, 1962, с. 219.126. Исследование по сравнительной грамматике тюрк-

ских языков, ч. II , Морфология, Москва, 1956, с. 335.127. Казем-бек М.А. Общая грамматика турецко-татар-

ского языка, Казань,1846.128. Мусаев К. М. Лексика тюркских языков в сравни-

тельной освещении, Москва, 1975.

149

Aysel Qəribli

129. Покаренный Кавказ, Москва, Иснтрполиграф, 2016, 576 с.

130. Радлов В.В. Опыт словаря тюркских наречий, т. I ч.1, С.- Петербург, 1893, XVIII+968 с.

131. Радлов В.В. Опыт словаря тюркских наречий, т III, ч.1, С.- Петербург, 1905, 1260 с.

132. Радлов В.В. Опыт словаря тюркских наречий, т III, ч. 2,- С.- Петербург, 1905,с. 1261-2204 (+98 с.).

133. Самойлович А.Н. Современное состояние и ближайшие задачи изучения турецких языков.- I Всесоюзный тюркологический съезд. Стенографический отчет, Баку, 1926, с. 131-139.

134. Серебренников В.А. О некоторых спорных вонросах сравнительно - исторической фонетики тюркских языков.- Вопросы языкознания,1960, Н-5 , с. 62-72.

135. Томсон Э.А. Гунны, Москва, Центрполиграф, 2010, 256

136. Menges K.H. The Turkic Languages and Peoples, Wiesbaden, 1968.

137. Poppe N. İntroduction to Altaic Linguistics, Wiesbaden, 1965.

138. Tekin T. A new classification of the Turkic languages.- Türk dilləri araşdırmaları, Ankara, 1991.

150

“Azərbaycan dili” anlayışının tarixi

MÜNDƏRİCAT

Giriş...................................................................................................3 I fəsil. “Türk dili” anlayışının təşəkkülü.....................................111.“Türk dili” anlayışının mənşəyi....................................................112.“Türk dili” anlayışı orta əsrlərdə..................................................173.“Türk dilləri” anlayışının təşəkkülü.............................................254.“Ortaq türkcə” anlayışı: iddialar və imkanlar...............................37

II fəsil. “Azərbaycan türkcəsi” anlayışının təşəkkülü................41 1.“Qədim Azərbaycan dili” anlayışı haqqında................................412. “Azərbaycan türkcəsi” anlayışının mənşəyi................................523.“Azərbaycan türkcəsi” anlayışının formalaşması.........................584. “Əkinçi”nin Azərbaycan türkcəsi” anlayışı.................................63

III fəsil. XIX əsrin sonu XX əsrin əvvəllərində “türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” anlayışlarının funksional paralelliyi............................................711.Əli bəy Hüseynzadənin “türkcə”si...............................................71 2.Məhəmməd ağa Şahtaxtlının “ana dili” anlayışı..........................753.Cəlil Məmmədquluzadənin “ana dili” anlayışı.............................794.Yusif Vəzir Çəmənzəminlinin “ana dili” anlayışı.......................885.Nəriman Nərimanovun “ana dili” anlayışı...................................926.Üzeyir Hacıbəylinin “ ana dili” anlyışı........................................96

IV fəsil. “Azərbaycan dili” anlayışının normalaşması...............991.XX əsrin 20-ci, 30-cu illərində “türk dili”ndən “Azərbaycan dili”nə keçid prosesləri..............................................992.“Azərbaycan dili” anlayışı: Şimalda və Cənubda.......................1023. Səməd Vurğunun “Azərbaycan dili” anlayışı............................1154.XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyində “Azərbaycan dili” anlayışı..............................................................118

151

Aysel Qəribli

V Fəsil. “Azərbaycan dili” anlayışı müstəqillik dövründə........1201.Müstəqilliyin ilk illərində “ türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” mübahisələri...........1202.Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan dil müzakirələri. Və həmin müzakirələrin rəsmi nəticələri........................................1253.“Azərbaycan dili” anlayışı müasir mərhələdə.............................133

Nəticə..............................................................................................135

“Azərbaycan dili” anlayışını bildirən linqvonimlər sözlüyü....138

Ədəbiyyat.......................................................................................139

152

“Azərbaycan dili” anlayışının tarixi

QEYD ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

153

Aysel Qəribli

«Elm vя тящсил» няшриййатынын директору:профессор Надир МЯММЯДЛИ

Dizayn: Z.MəmmədovKorrektor: İ.Abdullayeva

Texniki redaktor: R.Abbasova

Yığılmağa verilmiş 12.05.2017.Çapa imzalanmış 22.06.2017.

Şərti çap vərəqi 9,5. Sifariş № 398.Kağız formatı 60х84 1/16. Tiraj 250.

Китаб «Elm vя тящсил» няшриййат-полиграфийа мцяссисясиндя

щазыр диапозитивлярдян чап олунмушдур.E-mail: [email protected]

Тел: 497-16-32; 050-311-41-89Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.

154