141
Beynəlxalq Mühasibat Uçotu Standartlarına aid terminlərin İZAHLI ĞƏTİ

İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

  • Upload
    others

  • View
    14

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

 

Beynəlxalq Mühasibat Uçotu Standartlarına aid terminlərin

İZAHLI LÜĞƏTİ

Page 2: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə

Elm-Tədris Mərkəzi

Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış ma-liyyələşdirmə sazişinə əsasən Azərbaycan Respublikası Na-zirlər Kabinetinin 2008-ci il 11 noyabr tarixli 397s nömrəli sərəncamı ilə təsdiq edilmiş Korporativ və Büdcə Sektor-larında Hesabatlılıq Layihəsi çərçivəsində hazırlanmışdır.

Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi hazırlanmış lüğətin çap, yayım və satışı üzrə hüquqlarını Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinə (METM) həvalə edir. Tərcümə olunmuş təlim materiallarının hər hansı bir hissəsinin Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanununa uyğun olaraq METM-in yazılı icazəsi olmadan yenidən buraxılması, hər hansı şəkildə və ya hər hansı üsullar vasitəsilə surətinin çıxarılması, internetdə yayımlanması, eləcə də məlumat saxlama və axtarış sistemləri daxil olmaqla qrafik, elektron və ya mexaniki formada istifadə olunması yolverilməzdir. 

Page 3: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

3  

MÜQƏDDİMƏ Maliyyə Elm-Tədris Mərkəzində keçirilən təlimlərdə iştirak

edən dinləyicilər tez-tez mühasibat uçotu baxımından adekvat ingi-lis dilindən tərcümə olunmuş terminlər lüğətinin olmamasından narazılıqlarını bildirirdilər. Aydın məsələdirki, sertifikatlaşdırma üzrə ingilis dilində hazırlaşmaq üçün ingilis maliyyə terminologi-yalarını dərindən öyrənmək lazımdır. Bu lüğət məhz həmin termin-lərin açıqlamasını və izahını göstərir. Qısa zaman ərzində dinləyi-cilərimizin ingilis dilində sertifikatlaşdırma proqramlarını öyrən-mələri, hər zaman bizi düşündürür, çünki onlar qısa müddətdə 3 dili eyni vaxtda dərk etməlidirlər. Yeni fənlər və terminologiyanın əsasları, rus dilindən tərcümə olunduqda onların mahiyyətinin incəliklərini çatdırmaq olmur. Standart tərcümə zamanı bəzi hallarda ciddi səhvlərə yol verilə bilər, məsələn, ehtiyat – öhdəlik kimi, kapital qoyuluşu – mənfəət kimi və s. tərcümə oluna bilər.

Bütün deyilənlərin nəticəsi olaraq, Maliyyə Elm-Tədris Mərkəzi dinləyicilər üçün “Beynəlxalq Mühasibat Uçotu Standartlarına aid terminlərin izahlı lüğəti”ni yaratmaq qərarına gəlmişdir. Bu lüğətdə terminlə bağlı verilən izahlı yazılış,hətta mühasibat uçotunu yeni öyrənənlər üçün tam aydın şəkildə yazılmışdır. Bu yanaşma bəzən terminin adi mahiyyətini əks etdirmir, yalnız əsas izahini verir. Bu heç də qorxulu deyil, terminin rəsmi mahiyyətini müəyyənləşdirmək üçün hər zaman digər rəsmi sənədlərə və ya Standartın özünə istinad etmək olar. Sonda biz məmuniyyətlə bu lüğəti birgə inkişaf etdirməyə çağırırıq və lüğətlə bağlı rəy bildirmək istəyənlər öz irad və təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Page 4: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

4  

Azərbaycan dilində

English Русский Açıqlaması

A Amortizasiya (maddi aktivlər)

Depreciation Амортизация Amortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması demək-dir. Sadə dildə desək amortizasiya köhnəlmə deməkdir.

Əsas fondların, yəni binaların, ava-danlıqların, qurğuların və s. bu kimi qiymətlilərin tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olu-nan məhsulun üzərinə keçirməsi; istismara yararlı müddətdə aktivlə-rin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə mün-təzəm olaraq (sistematik) paylaşdı-rılmasıdır (bölüşdürülməsidir).

Amortizasiya oluna bilən dəyər

Amortised cost

Амортизи-рованная стоимость

Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya) dəyərinin çı-xılmasından sonra əldə olunan də-yərdir.

Annuitet Annuity Аннуитет Müəyyən müddət ərzində dövri ödənişlərin həyata keçirilməsini nə-zərdə tutan mexanizmdir. Buna bə-rabər zaman müddətində və bərabər məbləğdə həm əsas, həm də faiz ödənişləri həyata keçirən kreditlər, amortizasiya fondu ayırmaları, sı-ğorta haqları üzrə ödənişlər və s. daxildir.

Aktiv Asset Актив Aktiv keçmiş hadisələrin nəticəsin-də hal-hazırda müəssisə tərəfindən nəzarət olunan və müəssisəyə gələ-cəkdə iqtisadi səmərə gətirə biləcə-yi gözlənilən resursdur.

Audit Audit Аудит Auditorlar tərəfindən müəssisənin, təşkilatın və s.-nin maliyyə-təsərrü-fat fəaliyyətinin təhlili. A.-in məq-sədi həmin iqtisadi subyektin ma-liyyə-təsərrüfat, eləcə də mühasibat hesabatının qanunauyğun olub-ol-mamasını müəyyənləşdirmək, bu istiqamətdə vəziyyətin yaxşılaşdı-rılması ilə bağlı məsləhətlər ver-məkdən ibarətdir. A. müəssisənin və ya təşkilatın şəxsi müraciətinə,

Page 5: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

5  

yaxud səlahiyyətli dövlət orqanının təyinatına (tələbinə) əsasən aparılır.

Aktivə əks hesab

Contra asset Контр-активный

Aktivə əks hesab – mahiyyətcə ak-tiv olaraq, ancaq özünü öhdəlik ki-mi aparan hesabdir, yəni Kredit tə-rəfdə artaraq aktivi azaldan hesab-dır. Buna misal olaraq, Şübhəli borc üzrə ehtiyat, Yığılmış amorti-zasiya və sair hesabları göstərmək olar.

Alışların maya dəyəri

Cost of Purchase

Себесто-имость закупок

Alış qiyməti,əvəzləşdirilməyən ver-gi və rüsümlar, məhsulun alışı ilə bağlı digər xərclərdir.

Amortizasiya məbləği

Depreciable amount

Амортизи-руемая сумма

Amortizasiya edilmiş dəyər aktivi-nin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qa-lıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Amortizasiya olunan aktivlər

Depreciable assets

Амортизи-руемые активы

Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsa-lına çəkilən xərclərin tərkibinə da-xil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesabla-maqla həyata keçirilir.

Amortizasiya (qeyri-maddi aktivlər)

Amortisation Износ Amortizasiya faydalı istifadə müd-dəti ərzində aktivlərin amortizasiya edilə bilən dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm ola-raq (sistematik şəkildə) paylaşdırıl-masıdır (bölüşdürülməsidir).

Adi səhmlər Equity shares Обыкновен-ные акции

Daha ətraflı Ordinary shares böl-məsinə baxın.

Aralıq dividend

Interim dividend

Промежу-точные дивиденды

Aralıq dividendlər – təşkilatın ya-rımillik (6 ay) fəaliyyətinin nəticə-lərinə əsaslanaraq, əsasən ilin orta-sında ödənilən dividendlərdir.

Alışlar kitabı Purchases ledger

Книга покупок

İlkin qeydiyyat kitablarından biri-dir, hər bir təchizatçı üzrə ayrı-ayrı-lıqda tərtib olunur və bu da hər bir müəssisə üzrə ayrı-ayrılıqda nə qə-dər mal və xidmətin alındığını özündə əks etdirir.

Adi səhmlər Ordinary shares

Обыкновен-ные акции

Daha çox kapital səhmləri kimi ta-nınan bu səhmlərə dividentlərin ödənişində və müəssisənin likvid-ləşdirilməsində heç bir imtiyaz ve-rilmir. Adi səhm sahibləri (səhm-

Page 6: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

6  

darları və ya kapital səhmdarları) müəssisənin sahibləridir.

Səhmdarların adi səhmlərinin xüsu-siyyətləri: 1. Kapital səhmləri səsvermə hüqu-qu daşıyır. Bu o deməkdir ki, səhm-darlar həmin səsvermə hüququ va-sitəsilə şirkətin məsul işçilərinin köməyi ilə onun gündəlik işlərini görən idarəetmə heyətini seçə bilər-lər. 2. Bu səhmdarlar biznes riski daşı-yır, belə ki, səhmdarlar yalnız mü-əssisə kifayət qədər mənfəət əldə etdiyi təqdirdə divident ala bilərlər. Onlara yalnız bütün xərclər çıxıl-dıqdan sonra geriyə qalan mənfəət çatır. 3. Kapitalın geri qaytarıldığı zaman (müəssisənin likvidləşdirildiyi za-man) onlar sıralamada ən axırıncı yerdə dururlar. Onlar bütün digər kreditorlar təmin edildikdən sonra qalan hər bir şeyin sahibi hesab edi-lirlər. Əgər yerdə qalan məbləğ ki-fayət qədər deyilsə, onlar ilkin qoy-duqları kapitalın hamısını və ya bir hissəsini itirə bilərlər.

Azalan qalıq metodu

Reducing balance method

Метод уменьшаю-щегося остатка

Bu metoda görə, amortizasiya akti-vin balans dəyəri (ilkin dəyər çıxıl-sın yığılmış amotrizasiya) üzrə mü-əyyən faiz dərəcəsi ilə hesablanır. Bu zaman amortizasiya xərci akti-vin istifadə müddəti ərzində illər üzrə azalır.

Anlaşıqlılıq Understan-dability

Понятность Anlaşıqlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın ma-hiyyəti istifadəçilər tərəfindən anla-şılmalıdır. Eyni zamanda istifadəçi-lər Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları haq-qında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər də-rindən öyrənməyə hazır olmalıdır-lar. Müvafiq informasiya onun mü-rəkkəbliyinə görə, istifadəçilər tərə-findən anlaşılması və ya anlaşılma-ması səbəbindən maliyyə hesabatla-rından çıxarılmamalıdır.

ABŞ GAAP US GAAP ГААП США Hər bir ölkədə qanunvericiliyə uy-ğun olaraq qüvvədə olan milli mü-

Page 7: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

7  

hasibat uçotu standartları demək-dir.ABŞ GAAP praktiki halların ət-raflı uçotunu müəyyən edir və qa-nuna istinadən fəaliyyət göstərir (bu da onu İFRS-dən fərqləndirən əsas cəhətdir).

В Bildiriş Advice note Уведомление Malların adı və sayı haqqında satı-

cıya göndərilən bildiriş sənədidir.

Bölüşdürül-məmiş mənfəət hesabı

Appropriationaccount

Счёт распреде-ления прибыли

Bölüşdürülməmiş mənfəət hesabı Tərəfdaşlıq üçün mühüm sənəddir. Bu hesabda tərəfdaşlar mənfəətin öz aralarında necə bölüşdürdüyünü qeyd edirlər. Bütün əldə edilmiş mənfəət tərəfdaşlar arasında bölüş-dürülərək onların Kapital hesabına köçürülür və Bölüşdürülməmiş mənfəət hesabı sıfırlanır. Mənfəətin bölüşdürülməsi dərəcəsi Tərəfdaş-lıq haqqında sazişdə (müqavilədə) qeyd olunur.

Balans hesabatı

Balance sheet Баланс Balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və passivlə-rini (öhdəlik, kapital) göstərən he-sabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

Baş kitab General ledger

Главная книга

İkili yazılış sisteminin ən əsas alətlərindəndir. Bu kitabda müəsisənin bütün aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri ayrı-ayrı hesablarda əks olunur.

Balanslaş-dırıcı

məbləğ

Balancing figure

Баланси-рующая сумма

Hesab, dövrüyyə, hesabat formaları və başqa bu kimi elementlərin on-suz tamamlana bilmədiyi məbləğ-dir. Riyazi olaraq baxıldıqda, veri-lən tənlikdə x məchul dəyişənin ta-pılmasından başqa bir şey deyil. Məsələn: biznesin aktiv və öhdəlik-lərinin məbləğini bilərək, konkret tarixə kapitalı asanlıqla müəyyən etmək olar. Məlumdur ki, aktiv öh-dəlik və kapitalın cəminə bərabər-dir. Kapital bu tənliyi balanslaşdı-rır, başqa sözlə aktiv ilə öhdəliyin fərqinə bərabər olur. Eyni zamanda, balanslaşdırıcı məbləğ üsulu prakti-ki olaraq, Pul Vəsaitlərinin Hərəkə-

Page 8: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

8  

ti Haqqında Hesabatın hazırlanma-sında istifadə edilir. Fərz edək ki, debitor borc hesabı üzrə ilin əvvəli-nə (1) və sonuna (2) olan qalıqlar eləcə də dövr üzrə gəlir məbləği (3) məlumdur. Bu məlumatları rəhbər tutaraq hesab üzrə çatışmayan ba-lanslaşdırıcı ifadə müəyyən edilə bilər. Belə ki, dövr üzrə müştərilər-dən konkret daxil olan pul vəsaitlə-rinin məbləği (1) + (3) - (2) düsturu formasında təyin ediləcək.

Bank overdraftı

Bank overdraft

Банковский овердрафт

Bank hesabında olan mənfi qalıq-dır. Bu hal o zaman baş verir ki, siz bank hesabından orada qalan və-saitdən daha çox məbləğ çəkmisiniz (bank sizin biznesə bu kimi əməliy-yatı icra etmək imkanı verdiyi hal-da). Nəticə olaraq, overdraft bankın verdiyi qısamüddətli kredit kimi qə-bul edilməli və Maliyyə Vəziyyəti Haqqında Hesabatda mənfi aktiv kimi deyil, öhdəlik maddəsi kimi tanınmalıdır.

Bank üzləşdirməsi

Bank reconciliation

Банковская сверка

Bank çıxarışı əsasında kassa kitabı qalığının bankda olan hesab üzrə qalıqla müqayisə edilməsidir. Mən-tiqi olaraq baxıldıqda, təşkilatın ey-ni qədər pul vəsaitlərinin məbləğini fərqli formalarda əks etdirən bu iki meyar bir-birinə təmamilə bərabər olmalıdır. Lakin bu cür üzləşdirmə-lər zamanı bəzən bərabərlikdə fərq-lər yarana bilər ki, bu fərqlər özü də 3 qrupda təsnifləşdirilir: 1) Bank tərəfindən aparılmış, lakin hələ kas-sa kitabına qeyd edilməmiş əməliy-yatlar; 2) Yol verilən səhvlər (hər iki tərəfdə səhv baş verə bilər); 3) Bank tərəfindən çeklərin və ödəniş-lərin nizama salınması və işlənməsi əsasında yaranan gecikmələr. Əgər siz bütünlükdə bank hesabı və kas-sa kitabı arasında yaranan fərqləri təyin edə bilirsinizsə, dəməli bəra-bərlik mövcuddur.

Bank çıxarışı Bank statement

Банковская выписка

Müəyyən dövr ərzində bank hesabı üzrə baş verən əməliyyatları əks et-dirən sənəd formasıdır. Kassa kitabı ilə bank üzləşdirilməsi aparılmasına xidmət edir. Bununla yanaşı, mün-

Page 9: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

9  

təzəm aparılmayan uçot zamanı, kassa metodunun hesablama meto-dundan nə ilə fərqləndiyini bilmək şərti ilə təxmini olaraq biznesin gə-lir və xərc bazası haqqında məlu-matı təmin edir.

Bioloji aktiv Biological asset

Биологи-ческий актив

Bioloji aktiv bitki və heyvan qruplarını xarakterizə edir. Bioloji aktiv satış xərcləri çıxılmaqla ədalətli dəyər əsasında qiymətləndirilir. Ədalətli dəyəri etibarlı olaraq müəyyən etmək olmayan bəzi istisna hallarında bioloji aktiv yığılmış amortizasiya və dəyərdən düşmə zərəri çıxılmaqla nəzərə alınır. Ədalətli dəyəri etibarlı olaraq müəyyən etmək mümkün olduğu halda isə satış xərcləri çıxılmaqla ədalətli dəyər əsasında qiymətləndirilmə aparılmalıdır.

Borc öhdəliyi Bond Облигация Daha ətraflı Bond and Debenture bölməsinə baxın.

Bonus emissiyası

Bonus issue Бонусная эмиссия

Təşkilatın səhmdarları arasında ödənişsis əsaslarla səhm buraxılışı-dır. Təşkilat bu üsulla buraxılmış səhmlərinə görə vəsait olaraq heç nə qazanmır. Faktiki olaraq söhbət kapital ehtiyatlarının yerdəyişmə-sindən gedir, belə ki, təşkilatın ehti-yat olaraq yığılmış kapitalı səhm buraxılışına axın edir. Bununla da kapitalın ümumi dəyəri dəyişməz olaraq qalır. Məsələn: bonus emis-siyası 4:1 nisbətindədir ifadəsi onu bildirir ki, mövcud səhmdar onun hər 4 səhminə görə əlavə olaraq 1 səhm qazanacaq. Təbii ki, bu kom-paniyanın bütün səhmdarlarına şa-mil edilir. Bonus emissiyası kon-kret olaraq iki məqsədi hədəfləyir: Birinci məqsəd, səhmlərin bazar qiymətinin düşməsi hesabına onun dövrüyyəsinin artırılmasıdır. Bu-nunla kapitalın məbləği dəyişməz qalır, belə ki, təşkilat nə əlavə ödə-niş etmir, nə də ki, pul vəsaiti qa-zanmır. Amma nəzərə alsaq ki, bo-nus emisssiyasının nəticəsi kimi səhmlərin kəmiyyəti artır, nəticədə bir səhmdə daha az bazar dəyəri əl-

Page 10: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

10  

də edilir. Bəs daha az dəyərli səh-min üstünlüyü nədədir? Onları al-maq asanlaşır, səhmlər daha likvid olur və onlara bazarda tələbat artır. Tələbatın artması səhmlərin bazar dəyərinin yüksəlməsinə səbəb olur ki, bu da öz növbəsində kapitalın artması ilə nəticələnir. İkinci məq-səd, bonus emissiyasının icrası za-manı yaranan səhmlərin divident kimi istifadə edilməsidir. Bu hal o zaman baş verir ki, təşkilat divi-dentləri pul vəsaitləri hesabına ödə-mək istəyinə yaxud imkanına malik deyil. Bonus emissiyası etməklə biznes səhmdara seçim imkanı ve-rir: pul vəsaitinin tələb olunduğu təqdirdə yeni əldə edilmiş səhmləri satmaq və ya onları saxlamaqla gə-ləcəkdə daha yüksək dividenti tə-min etmək.

Balans dəyəri Carrying amount

Балансовая стоимость

Aktivin Maliyyə vəziyyəti Haqqın-da Hesabatda əks olunduğu dəyəri-dir. Bir qayda olaraq, bu termin həm maddi, həm də qeyri-maddi aktivlərə şamil edilir. Balans dəyəri ilkin dəyər ilə yığılan amortizasiya yaxud yığılan köhnəlmə arasındakı fərqə bərabərdir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

IFRS МСФО Maliyyə hesabatlarının Beynəlxalq Standartları – Beynəlxalq mühasi-bat standartları komitəsi tərəfindən hazırlanır və inkişaf etdirilir. Bu beynəlxalq aləmdə mühasibat stan-dartlarının qlobal harmonizasiyasını təşkil edir.

Buraxılmış səhm kapitalı

Issued share capital

Выпущен-ный капитал

Buraxılmış səhm kapitalı – səhm-darlara buraxılmış səhm kapitalının nominal dəyəridir. Təşkilatın ma-liyyə vəziyyəti haqqında hesabatda (balans) məhz bu məbləğ öz əksini tapır.

Borc kapitalı Loan capital Заёмные средства

Borc kapitalı – borc öhdəliyi əsa-sında cəlb edilən kapitaldır. Borc kapitalı həm mal-material, həm də pul vəsaiti, yaxud maliyyə aktivləri şəklində mövcud ola bilər. Borc öh-dəlikli qiymətli kağızların (istiqraz-ların, veksellərin və s.) yerləşdiril-məsi, satılması, yaxud bank və di-gər kredit təşkilatlarından, eləcə də

Page 11: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

11  

müxtəlif iqtisadi subyektlərdən bir-başa kreditlərin əldə olunması yolu ilə borc kapitalı cəlb edilir. Borc kapitalını təqdim edən tərəf kredi-tor, alan tərəf isə borc alan, yaxud benefisiar adlanır.

Bazar dəyəri Market value Рыночная стоимость

Aktivlər maliyyə hesabatlarında ey-ni və ya ekvivalent aktivi almaq üçün hal-hazırda ödənilməli olan pul vəsaiti və ya onun ekvivalenti məbləğində göstərilirlər.

Öhdəliklər maliyyə hesabatlarında onların hal-hazırda ödənilməsi üçün lazım olan pul vəsaiti və ya onun ekvivalentlərinin diskontlaşdırılma-mış məbləğində göstərilirlər.

Balans tarixindən sonraki hadisələr

Post balance sheet events

События после балансовой даты

Düzəliş edilməsini nəzərdə tutan və tutmayan hadisələrdir. Balans hesabatı tarixi ilə maliyyə hesabatlarının dərc edilməsi üçün təsdiq olunduğu tarix arasındakı dövrdə baş verən mənfi və ya müsbət xarakterli hadisələrdir. Daha ətraflı “Events after the reporting period ”bölməsinə baxın.

Bərpa dəyəri Recoverable amount

Возмеща-емая стоимость

Bərpa edilə bilən dəyərə aktivin bazar dəyəri və ya hazırda şirkətdə istifadə olan dəyərlər arasında böyük olanı aiddir. Bərpa dəyəri anlayışı əsasən vəsaitlərin dəyərdən düşməsində istifadə olunur.

Bölüşdürül-məmiş mənfəət

Retained earnings

Нераспре-делённая прибыль

Vergilərin və ödənilmiş dividentlə-rin çıxılması şərti ilə, mənfəət və zərər haqqında hesabatda əks olun-muş bütün məbləğlərin yekun cə-mindən ibarətdir. Bu, şirkət tərəfin-dən təsərrüfat fəaliyyətinə əlavə sərmayələr qoyuluşu məqsədilə ma-liyyələşdirmənin təmin olunması üçün şirkət tərəfindən bölüşdürül-məmiş mənfəət deməkdir. Bu o de-məkdir ki, əgər şirkət zərər cəkmiş olsa belə, məbləği bölüşdürülməmiş mənfəətin ümumi yığılmış məblə-ğindən çox olmamaq şərti ilə, divi-dendlər ödəmək iqtidarındadır. Şir-kətin xalis mənfəətindən şirkətə ye-nidən yatırılmış (yəni sahibləri ara-sında bölüşdürülməmiş) vəsaitdir. Bu ehtiyat vasitəsilə bonus emissi-yası reallaşdırmaq mümkündür.

Page 12: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

12  

Keçmiş dövrlərdən gələn zərər he-sabına bölüşdürülməmiş mənfəət mənfi də ola bilər.

Bonus emissiyası

Scrip issue Бонусная эмиссия

Daha ətraflı Bonus İssue bölməsinə baxın.

Bəzəmə Window-dressing

Приукра-шивание

İl və ya rüb sonuna yaxın qarşılıqlı fond və portfel menecerləri tərəfin-dən istifadə olunan strategiyadır. Bu strategiya əsasən müştərilər və ya səhmdarlara əvvəlcədən təqdim edilən Hesabatların görünüşünü yaxşılaşdırmaq üçün istifadə edilir.

Birbaşa debet Direct debit Прямой дебет

Mühasibat kitablarında: bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesabdır.

C Cari xərclər Revenue

expenditure Tекущие затраты

Əmək haqqı, əmək haqqında üstə-lik, pensiya və başqa müavinətlər və ödənişlər, mallar və başqa xid-mətlər üzrə xərclər, faiz üzrə ödə-nişlər, zəmanət xərci, icarə xərci və cari köçürmələrdir.

Cari aktiv Current asset Оборотный актив

Cari aktiv müəssisənin normal fəa-liyyət dövrü ərzində reallaşdırmaq, satış və ya istehlak etmək üçün nə-zərdə tutulur: Normal fəaliyyət dövrü əmtəənin (xammal və s.) satın alınması, emalı və satışı (və müqabilində pul vəsaitinin əldə edilməsi) dövrünü əhatə edir. Aktiv aşağıdakı şərtlərdən hər hansı birini ödəyərsə, cari aktiv hesab olunur:

– Müəssisənin normal (adi) əməliy-yat dövründə satış və ya istifadə üçün saxlanıldıqda və ya realizasiya olunması ehtimal olunduqda;

– Əsasən alqı-satqı məqsədləri üçün saxlandıqda; – Hesabat tarixindən sonra 12 ay müddətində realizasiya ediləcəyi ehtimal olunduqda;

– Pul vəsaiti və ya onun ekvivalent-ləri formasında olduqda.

Cirinq əmsalı Gearing, leverage

Кредитное плецо, Гиринг

İqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifadə edən anlayış: C=bk / şk Bura-da: c-cirinq əmsalı; bk-məcmu borc

Page 13: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

13  

kapitalının həcmi; şk məcmu şəxsi kapitalının həcmi. Əsas etibarilə Böyük Britaniyada işlənilən bu an-layış ABŞ-da leveric kimi adlandı-rılır. Bu göstəricidən müəssisənin maliyyə durumunun, eləcə də isteh-sal imkanlarının məhsuldarlığının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən cirinqin aşağı olma-sı müəssisə üçün müsbət göstərici hesab olunur. Çünki, borc kapitalı-nın çoxluq təşkil etməsi müəssisə mənfəətinin daha çox hissəsinin faiz ödənişlərinə sərf olunmasına, bu da sərəncamda qalan mənfəətin həcminin azalmasına gətirib çıxarır.

Ç Çek Cheque Чек Çek sahibindən müəyyən olunmuş

məbləğ əsasında banka bu çeki təqdim edən tərəfə ödənişi xarakte-rizə edən standart sənəd formasıdır. Bu bir çox ölkələrin kiçik bizneslə-rində ən çox rast gəlinən ödəniş üsuludur.Belə ki, alıcı ödənişi nağd olaraq deyil, çek vasitəsi ilə ödəyir. Bu halda satıcı tərəf alıcı tərəfindən yazılmış çeki banka aparır və bu sə-nəd əsasında alıcının bank hesabın-dan qeyd olunan məbləğ qədər çı-xarış edilir.

D Daxili nəzarət Internal

controls Механизмы внутреннего контроля

Daxili nəzarət – menecment (idarə-çi) tərəfindən aşağıdakı məqsədlər üçün istifadə edilir:

– Təşkilatın aktivlərinin təhlükəsiz-liyini təmin etmək;

– Fırıldaqçılıq hallarının aşkar edib qarşısını almaq;

– Səhmdarların investisiyasının təh-lükəsizliyini təmin etmək.

Yaxşı təşkil edilmiş daxili nəzarət təşkilatın fəaliyyətinin səmərəli şə-kildə aparılmasını təmin edir. Nəza-rət sistemi müəyyən edilmiş risklə-rin təsirinin azaldılmasına yardım edir, həmçinin hesabatların etibarlı-lığı və qanunlarla uyğunluğuna əminliyin artmasına səbəb olur.

Page 14: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

14  

Daxil edilməyən hadisələr

Non-adjustingevent

Некоррек-тирующее событие

Müəssisə hesabat dövrünün sonuna yaranan hadisələri hesabat dövrü başa çatdığı müddətdən sonra hə-min maliyyə hesabatlarında əks et-dirə bilməz. Bu hadisələrə hesabata daxil edilməyən hadisələr deyilir.

Dəyərdən düşmə

Impairment Обесценение Dəyərdən düşmə – aktivin balans (qalıq) dəyəri və bərpa oluna bilən dəyərini müqayisə edərək müəy-yənləşdirilir. Bərpa oluna bilən də-yər isə “aktivin ədalətli dəyərindən satışla bağlı xərclərin çıxılması” və “aktivin gələcək istifadəsindən əldə ediləcək fayda” məbləğləri arasında ən böyüyü ilə təyin edilir. Aktivin gələcək istifadəsindən fayda isə eh-timal edilən gələcək pul vəsaitləri-nin (daxilolmalarla xaricolmaların fərqi) indiki dəyəri ilə ölçülür. Də-yərdən düşmə material ehtiyatların-dan başqa, maddi və qeyri-maddi aktivlərə, maliyyə aktivlərinə, tikin-ti müqavilələri əsasında yaranan ak-tivlərə, təxirə salınmış vergi aktiv-lərinə tətbiq edilir.

Dəyərdən düşmə zərər

Impairment loss

Убыток от обесценения

Dəyərdən düşmə zərəri – əgər akti-vin bərpa oluna bilən dəyəri onun balans dəyərindən kiçikdirsə, akti-vin balans dəyəri aradakı fərq qədər azaldılmalı və mənfəət-zərər hesa-batında xərc (zərər) kimi qeydə alınmalıdır.

Dividend Dividend Дивиденды 1) Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarla-rının xeyrinə xalis mənfəətinin (sa-dələşdirilmiş vergi ödəyiciləri tərə-findən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şək-lində etdiyi ödənişdir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmla-kın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdir-məyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) no-minal dəyəri hüdudlarında geri alın-ması ilə bağlı edilən ödənişlər divi-dend sayılmır.

2) Səhmlərə görə müəssisənin illik xalis mənfəətindən ayrılan paydır.

Page 15: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

15  

Digər məcmu gəlir

Other comprehen-sive income

Прочий совокупный доход

Məcmu gəlir haqqında hesabatda (MHMH): • yuxarıdakı mənfəət rəqəmi baş-lanğıc rəqəm kimi götürülür;

• Digər məcmu gəlir hesablanır;

• Məcmu mənfəət hesablanır.

Mənfəət və ya zərər xərclər çıxıl-maqla məcmu gəlirə bərabərdir və ona digər məcmu gəlirin elementlə-ri daxil deyildir. Digər məcmu gəlir digər MHBS tərəfindən tələb edilən və ya izah edilən qaydada mənfəət və ya zərərdə tanınmayan gəlir və xərclərin elementlərindən ibarətdir.

Düz-xətt metodu

Straight-line method

Линейный метод

Aktivin dəyəri onun faydalı istifadə müddəti üzrə sabit şəkildə bölüşdü-rülür (əgər aktivin son qalıq dəyəri dəyişmirsə). Amortizasiya xərci hər il üzrə eyni məbləğ olmaqla və ya balans dəyərinin sabit faiz nisbəti ilə hesablanır.

Digər Sundry (e.g. Expenses)

Прочий Digər Xərclər

Debitor borc Trade receivable, Accounts receivable

Дебиторская задолжен-ность

Debitor borc – (ingiliscə – debt re-ceivable – məqbul borc) müəssisə-yə, şirkətə digər müəssisə, şirkət və həmçinin ayrı-ayrı vətəndaşlar tərə-findən ödəilməli olan borc məbləği-dir.

Daimi sifariş Standing order

Постоянное поручение

Təşkilatların və fiziki şəxslərin,eyni alıcıya eyni miqdarda pul köcürül-məsi etdikləri ödəmə metodudur.

Dövriyyə kapitalı

Working capital

Оборотный капитал

1) Məhsuldar kapitalın bir hissəsi olmaqla dəyəri istehsal olunmuş məhsulun üzərinə tam keçən və məhsulun reallaşmasından sonra pul və ya dəyər formasında geri qa-yıdan, başqa sözlə, istehsal prosesi zamanı birbaşa istehsal olunmuş məhsulun, göstərilən xidmətin, gö-rülən işin üzərinə qoyulan kapital-dır;

2) Şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bi-lən aktivlərdir. Dövriyyə kapitalı pul vəsaitlərindən, asan reallaşan qiymətli kağızlardan, debitor borc-

Page 16: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

16  

larından, material-istehsal ehtiyatla-rından, hazır məhsuldan, bitməmiş istehsaldan, materiallardan, dəst məmulatlardan və gələcək dövrün xərclərindən formalaşır. Dövriyyə kapitalı likvidlik meyarına – müəs-sisənin vəsaitlərinin nağd pula çev-rilməsi qabiliyyətlərinə görə qiy-mətləndirilir və şirkətin maliyyə və-ziyyətinin sabitliyini göstərir.

Debitor borc Accounts Receivable

Дебиторская задолжен-ность

Daha ətraflı Trade receivables bölməsinə baxın.

E Erkən Ödəmə endirimi

Settlement discount

скидка за досрочную оплату

Borcun müddətindən əvvəl bağlan-ması üçün kreditorlara təqdim edi-lən endirim növüdür.

Ehtiyatlılıq Prudence Осмотри-тельность

Ehtiyatlılıq konsepsiyasına görə mənfəət olduğundan çox göstəril-məməli və gözlənilən bütün itkilər qeyd olunmalıdır. Bu o deməkdir ki, gözlənilən bütün itkilər nəzərə alınmalı və dərhal qeyd edilməlidir. Mənfəət isə reallaşdığı zamanda uçota alınmalıdır (bunun nəğd pul vəsaiti şəkilində olması vacib de-yil).

Ehtiyatların maya dəyəri

Cost of inventory

Себесто-имость товарно-материаль-ных запасов

İnventar dəyəri, alıcı tərəfindən ödənilən alınmış mal dəyəri, çıxıl-sın endirimlər, üstəgəl nəqliyyat xərclərini ifadə edir. Mal material yığılmış və ya satış üçün hazırdırsa, onda həmin məhsul satışa hazır məhsul olaraq, inventar dəyəri kimi hesab edilir.

Effektiv faiz dərəcəsi

Effective interest rate

Эффективная процентная ставка

Effektiv faiz dərəcəsi maliyyə aləti-nin gözlənilən dövrü və ya uyğun olan zaman,daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öh-dəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdıran faiz dərəcəsi-dir.

Elementlər (Hesabat)

Elements Элементы (отчётности)

Elementlər Maliyyə hesabatlarının əsas hissələrindəndir. Maliyyə he-sabatlarının beş əsas elementi var:

Page 17: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

17  

aktiv, öhdəlik, kapital, gəlir, xərc. Bunlardan birinci üçü Maliyyə Və-ziyyəti Haqqında Hesabatın (MVHH), sonrakı ikisi isə Mənfəət və Zərər Haqqında Hesabatın( MZH) elementləridir.

Ehtiyatlar Reserves Резервы Müəssisənin adi fəaliyyəti zamanı satış məqsədilə saxlanılan, satış üçün istehsal prosesində hazırlan-maqda olan, istehsal və ya xidmət-lərin göstərilməsi prosesində sərf edilən xammal və materiallardır.

Etibarlılıq Reliability Надёжность Bu prinsipə görə maliyyə hesabat-larında etibarlı məlumat əks olun-malıdır. Məlumat o zaman etibarlı sayılır ki, bu məlumat əhəmiyyətli səhvlərdən və təhriflərdən uzaq olsun.

Ə Ədalətli dəyər Fair value Справед-

ливая стоимость

Ədalətli dəyər – aktivin müstəqil , yaxşı məlumatlandırılmış və bu əməliyyatın həyata keçirilməsində maraqlı olan tərəflər arasında mü-badilə edilə biləcəyi qiymətdir.

Əmtəələrin göndərilməsi-nə dair sənəd

Despatch note Товарная накладная

Satıcı satılmış əmtəələri alıcıya göndərdikdə bu barədə müvafiq sə-nəd hazirlayır.Bu sənəd özündə aşağıdakı məlumatları əks etdirir: 1) Əmtəələrin göndərilmə tarixi;

2) Alıcının adı və ünvanı;

3) Əmtəələrin sayı və növü.

Ədalətli də-yərdə dəyişik-lik nəticəsində mənfəət və ya zərər

Fair value through profit or loss

По справед-ливой стои-мости через прибыль или убыток

İnvestisiya mülkiyyətinin ədalətli dəyərində dəyişikliklərdən yaranan mənfəət və zərər, mənfəət və zərər hesabında yarandığı anda tanınma-lıdır.

Əmsal Ratio Коэффи-циент

Maliyyə əmsalları (göstəriciləri) və nisbətlərinin təhlili bu cür məsələ-ləri araşdırmağa və onların həlli yollarını göstərməyə kömək edir.

Əməliyyat fəaliyyəti

Operating activities

Операцион-ная деятельность

Əməliyyat fəaliyyətləri müəssisənin əsas gəlir gətirən, habelə investisiya və maliyyələşdirmə fəaliyyətlərin-dən başqa digər fəaliyyətləridir. Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinin açıq-lanması bu müəssisənin qarşısına

Page 18: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

18  

qoyduğu məqsədlərin nə dərəcədə uğurla yerinə yetirib-yetirmədiyi haqda mühakimə yürütməkdə isti-fadəçilərə çox kömək olur. Yəni əməliyyat fəaliyyətlərindən olan pul vəsaitlərinin hərəkətinin məblə-ği müəssisənin həyata keçirdiyi əməliyyatlar nəticəsində yaranan pul vəsaitlərinin borcları ödəmək, müəssisənin əməliyyatlarını həyata keçirmək qabiliyyətini qorumaq, di-videntləri ödəmək və kənar maliy-yələşdirmə mənbələrinə əl atmadan yeni investisiyalar yatırmaq üçün kifayət olub-olmadığının əsas gös-təricisidir.

Əməliyyat icarəsi

Operating lease

Операцион-ная аренда, операцион-ный лизинг

Maliyyə icarəsi olmayan bütün ica-rələr əməliyyat icarəsidir.

Əhəmiyyət-lilik

Materiality Материаль-ность

Əhəmiyyətlilik “mühüm olma” an-layışı ilə eynilik təşkil edir. Əhə-miyyətli maddələr dedikdə, maliyyə hesabatlarının istifadəçilərinin bil-məli olduqları mühüm maddələr başa düşülür. Maliyyə hesabatları bütün mühüm maddələri xüsusi olaraq əks etdir-məlidir. Əhəmiyyətlilik prinsipi, əsasən hesablanmasında daha çox vaxt sərf edilən, mühasibatçılıqda daha böyük dəyərə malik olan, he-sabatlarda göstərilməsi zəruri və faydalı sayılan maddələrlə bağlıdır. Əhəmiyyətlilik prinsipinə görə, ma-liyyə vəziyyətinin tam əks etdiril-məsi və mühasibat dövründə mən-fəət və zərərin hesablanması üçün əhəmiyyət kəsb edən bütün maddə-lər maliyyə hesabatlarında əks olunmalıdır.

F Fəaliyyətin fasiləsizliyi prinsipi

Going concern

Принцип непрерыв-ности деятельности

Bu prinsip aşağıdakıların təmin olunmasını tələb edir: 1. Müəssisə öz fəaliyyətini ən azı 12 ay ərzində davam etdirəcək; 2. Əməliyyatların dayandırılmasına nə ehtiyac, nə də bununla bağlı müəssisənin istəyi var;

Page 19: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

19  

3. Əməliyyatların bir hissəsinin ixti-sar edilməsinə nə ehtiyac, nə də bu-nunla bağlı müəssisənin istəyi var.

Faydalı istifadə müddəti

Useful life Срок полезного использо-вания

Faydalı istifadə müddəti:

a) müəssisə tərəfindən aktivin isti-fadə üçün hazır olması gözlənilən müddət; və ya

b) müəssisənin aktivdən əldə edəcə-yi gözlənilən məhsulların və ya ox-şar maddələrin sayıdır.

Fərdi sahibkar Sole trader Индивиду-альный предприни-матель

Fərdi sahibkarlıq: Adətən, belə mü-əssisənin yeganə sahibi olur və sa-hibkar müəssisəni özü idarə edir – məsələn, bərbərxana, qaynaqçı, mü-hasib, vəkil, təlimçi, məhəllə düka-nı və s.

G Gəlirlilik Turnover Оборот Şirkətin gəlirliliyini müəyyən edən

əmsaldır.

Gəlir Revenue, Sales, İncome

Выручка Gəlir – hesabat dövrü ərzində kapi-tal iştirakçıları (sahibkar, səhmdar) tərəfindən deyil, aktivlərin artması və ya öhdəliklərin azalması şəklin-də kapitalın artması ilə nəticələnən iqtisadi faydanın artımıdır. Təşki-latın əksər gəlirləri mənfəət-zərər hesabatında öz əksini tapır. Aktiv-lərin yenidən qiymətləndirilməsi ilə bağlı yaranan gəlir digər məcmu gəlirlər haqqında hesabatda qeyd edilir və kapital ehtiyatlarına birba-şa təsir edir.

Geri qaytarılan səhmlər

Redeemable shares

Акции, подлежащие выкупу

Bu cür səhmlər əsasən tez bir za-manda nağd pulun əldə edilməsi və ya hər hansı işin görülməsi (məsə-lən şirkətin yeni fəaliyyətə başladı-ğı dövr üzrə lazimi işlərin görülmə-si) üçün emissiya edilən səhmlərdir. Əsasən mövcud səhmlərə emissiya edilir və istənilən zaman geri alına bilən səhmlərdir.

Geri alınma Redemption Погашение Əsasən səhmlərə aiddir. Daha ətraf-lı Redeemable shares bölməsinə ba-xın.

Güzəşt emissi-yası, (haqların emissiyası)

Rights issure Льготная эмиссия

Şirkətin mövcud səhmdarlarına ye-ni səhmlərin bazar dəyərindən daha ucuz qiymətə buraxılması demək-dir.

Page 20: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

20  

H Hesablanma Accrual Начисление Daha ətraflı Accrued expense böl-

məsinə baxın.

Hesabdar mühasibatlıq

Book-keeping Счетовод-ство

Biznesin iqtisadi hadisələrinin ma-liyyə istiqamətli ədəbiyyatlarında sistemli qediyyatıdır. Hadisələr qis-mində isə yalnız maliyyə axını ilə nəticələnən əməliyyatlar başa düşü-lür.

Hesablama metodu

Accrual basis Метод начисления

Bütün təsərrüfat əməliyyatları və digər hadisələrin, uçot və hesabatda həmin əməliyyatlardan pul vəsaitlə-rinin mədaxil və məxaricindən asılı olmayaraq, baş verdiyi hesabat dövründə əks etdirilməsini nəzərdə tutur.

Hesablanmış xərc

Accrued expense

Начислен-ный расход

Bəzən xərclər hesablanır, lakin he-sabat dövrü ərzində ödənilmir, yəni öhdəliyimiz kimi qalır. Lakin mü-vafiq xərclər baş verdiyinə görə biz onları həmin maliyyə ilində qeyd etməliyik.

Hesablar planı Chart of accounts

План счетов Baş kitabın hesablar strukturu təşki-latın bütün növ uçot və hesabat tə-ləblərinin yerinə yetirilməsi üçün kifayətdir. Hesablar planı hesablar və onların subhesablarından ibarət-dir. Mühasibat Uçotunun Beynəl-xalq Standartının yanaşması üzrə hesablar planının tətbiqinin icbari, hətta sadəcə tövsiyyə olunan forma-sı belə yoxdur. Mahiyyətcə hər bir təşkilat öz hesab planını yenidən iş-ləyə bilər. Əsas tələb isə hesab pla-nının təşkilatın iqtisadi fəaliyyətini əks etdirməsidir.

Hedcinq Hedging Хеджиро-вание

Hedcinq – qeyri-müəyyən bazar şə-raitinin risklərini azaltmaq məqsə-dilə investisiya yatırımı və maliyyə itkisindən müdafiə olunma üsulu-dur. Xarici pul dövriyyəsi riski hed-cinqdən istifadə edilərək kiçildilə bilər. Hedcinqin əsas metodlarına mədaxil və məxariclərin uyğunlaş-dırılması, pul vəsaitlərinin qəbulu və ödənişi zamanlarının irəliyə ötü-rülməsi və ya gecikdirilməsi aid edilir. Digər ümumi hedcinq meto-duna nümunə kimi pul bazarı

Page 21: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

21  

hedcinqini göstərmək olar. Pul ba-zarı hedcinqi hər hansı valyuta ilə borc götürülməsi, pul vəsaitinin ay-rı valyutaya çevrilməsi və müqavilə vaxtı bitənədək depozit şəklində qoyulması və beləliklə valyutalar-arası hərəkətdən faydanın götürül-məsi kimi nəzərdə tutulur.

Hüquqi öhdəlik

Legal obligation

Юридичес-кая задолжен-ность

Hüquqi öhdəlik aşağıdakılardan ya-ranan öhdəlikdir: (a) müqavilə (onun açıq-aydın və ya gizli şərtləri vasitəsilə); (b) qanunvericilik; və ya (c) qanunun qüvvəsi.

Hesabat tarixindən sonrakı hadisələr

Events after the reporting period

События после отчётной даты

Hesabat tarixindən sonrakı hadisə-lər hesabat tarixi ilə maliyyə hesa-batlarının dərc edilmək üçün təsdiq olunduğu tarix arasındakı dövrdə baş verən mənfi və ya müsbət xa-rakterli hadisələrdir. Bu hadisələrin iki növü müəyyən oluna bilər:

(a) hesabat tarixində mövcud olan şərtləri təsdiqləyən hadisələr (hesa-bat tarixindən sonrakı hadisələr üçün düzəliş tələb edir);

(b) hesabat tarixindən sonra yaran-mış şərtləri təsdiqləyən hadisələr (hesabat tarixindən sonrakı hadisə-lər üçün düzəliş tələb etmir).

Hesab Bill Счёт Daha ətraflı Invoice bölməsinə ba-xın.

İ İllik hesabat Annual report Годовой

отчёт Təsərrüfat subyektinin işinin yekun nəticələrini xarakterizə edir. Onun tərkibinə aşağıdakılar daxildir: 1. Mənfəət və zərər haqqında hesa-bat; 2. Maliyyə Vəziyyəti Haqqında He-sabat; 3. Kapitalda dəyişiklik barədə hesa-bat; 4. Pul vəsaiti haqqında hesabat; 5. İzahlı qeydlər.

İnkişaf Development Разработка İrəliyə doğru tərəqqi, artma, yüksə-liş, təkamül.

İqtisadi fayda Economic benefit

Экономичес-кая выгода

Gələcəkdə ehtimal olunan pul və-saitlərinin daxilolmasıdır.

Page 22: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

22  

İqtisadi dəyər Economic value

Экономи-ческая стоимость

Aktivin faydalı istifadə müddəti ər-zində əldə olunan bütün pul vəsait-lərinin hərəkətinin xalis məbləğidir.

İlk mədaxil, ilk məxaric

First in, first out

Первым поступил, первым продан, ФИФО

Ehtiyatların ilkin dəyərinin “ilk mə-daxil – ilk məxaric” (FİFO) üsulu ilə hesablanmasına əsasən, ilk ola-raq alınan ehtiyat vahidləri satılır və nəticədə, hesabat dövrünün sonu üçün ehtiyatlarda qalan vahidlər zaman baxımından ən son alınmış və ya istehsal olunmuşdur.

İlkin və ya tarixi dəyər

Historical cost

Первона-чальная стоимость

İlkin (və ya tarixi) dəyər – aktivlə-rin alış zamanı ödənilən pul vəsait-lərinin məbləği ilə ölçüldüyü dəyər-dir.

İnvestisiya fəaliyyəti

Investing activities

Инвестици-онная деятельность

İnvestisiya fəaliyyəti – uzunmüd-dətli aktivlərin (əsas fondların) və pul ekvivalenti hesab olunmayan digər investisiyaların alışı və satışı ilə bağlı əməliyyatları əks etdirən fəaliyyətdir.

İnvestisiya mülkiyyəti

Investment property

Инвестици-онная собствен-ность

İnvestisiya mülkiyyəti – təşkilatın adi biznes fəaliyyətində istifadə üçün deyil, müstəqil şəkildə pul və-saiti qazandırmaq üçün istifadə et-diyi mülkiyyətdir. Burada adi biz-nes fəaliyyəti dedikdə, administra-tiv məqsədlər üçün və ya istehsal və xidmətlərin göstərilməsində , yaxud satış məqsədilə aktivlərin istifadə edilməsi nəzərdə tutulur. İnvestisi-ya mülkiyyətinə nümunə olaraq göstərmək olar:

– Adi biznes fəaliyyətində qısa müddətdə satış üçün deyil, uzun-müddətli kapital qiymətləndirməsi üçün saxlanılan torpaq sahəsi;

– Təşkilatın mülkiyyətində olan və digər təşkilata əməliyyat icarəsi şəklində verilən əmlak

– Ana təşkilat tərəfindən törəmə təşkilata lizinq ilə verilən əmlak;

– Gələcəkdə investisiya mülkiyyəti kimi istifadəsi nəzərdə tutulan ya-rımçıq və ya təmir edilən əmlak.

İnvoys Invoice Инвойс İnvoys – satış və ya alış əməliyya-tında istifadə edilir. Təşkilat müştə-riyə satış (xidmət) etdikdə, ona in-voys göndərir. İnvoys müştərinin

Page 23: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

23  

borclu olduğu məbləği ödəməsini tələb edən sənəddir.

İdarəetmə uçotu

Managerial accounting

Управлен-ческий учёт

Maliyyə hesabatlarının hazırlanma-sı, əsasən kənar istifadəçilərin mə-lumat tələbatlarının ödənilməsi ilə əlaqədardır. Bu məlumat müəssisə-ni idarə etmək üçün hazırlanmır. Belə ki, müəssisənin rəhbərliyi tə-rəfindən qərarların qəbul edilməsi və müəssisənin effektiv şəkildə idarə olunması üçün daha təfərrüatlı və dəqiq məlumatlar tələb olunur. Rəhbərliyin məlumat tələbatları idarəetmə uçotu vasitəsilə ödənilir.

İndiki dəyər Present value Приведённая стоимость

Aktiv və öhdəliklərin qiymətləndi-rilməsi üsullarından biri, gələcək gəlir və vəsaitin xərclənməsinin diskontlaşdırılmış dəyəridir.

İlkin qeydiyyat

Prime entry Первичная запись

Müəssisə əməliyyatlarını əks etdi-rən məlumatın söz və rəqəmlə yazı-lışı nəzərdə tutulur. Bu qeydlərin yazıldığı kitablar “ilkin qeydiyyat kitabları” adlanır. Əməliyyatlar mühasibat kitabların-da hesab-fakturalar, qəbzlər, çeklər (vauçerlər), bank hesabatları və s. kimi sənədlər əsasında qeydə alınır. Ledcer hesabı tərtib etməklə siz, eyni bir şəxslə və ya eyni məqsəd üçün aparılmış bütün əməliyyatları bir yerdə toplamış olursunuz. Bu, ay ərzində hər hansı bir müştəri ilə nə qədər satış əməliyyatı aparıldığı və ya hər hansı müştərinin qalığının nə qədər olması kimi gündəlik sual-ların cavablandırılmasında istifadə etmək üçün əlverişli bir üsuldur. Buna baxmayaraq, əgər əməliyyat-lar birbaşa ledcer hesablarına daxil olursa, bu, bir çox xətalara səbəb ola bilər. Bütün əməliyyatların qeyd olunduğuna və qeyd olunan məbləğlərin doğru olduğuna əmin olmaq üçün xüsusi bir yoxlanış sis-temi yoxdur. Lakin lazımi dəqiqliyi təmin etmək məqsədilə ilkin qey-diyyat kitabları mövcuddur. İlkin qeydiyyat kitabları aşağıdakı-lardan ibarətdir: 1. Gündəlik satışlar kitabı və ya sa-tışların qeydiyyatı;

Page 24: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

24  

2. Gündəlik satınalmalar kitabı və ya satınalmaların qeydiyyatı; 3. Gündəlik geri qaytarılmış satışlar kitabı; 4. Gündəlik geri qaytarılmış satın-almalar kitabı; 5. Kassa kitabı; 6. Jurnal.

İlkin balans (sınaq balansı)

Trial balance Оборотно-сальдовая ведомость,

пробный баланс

Aktivin ilkin dəyər əsasında qiy-mətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödə-nilmiş məbləği və ya verilmiş əvəz-ləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış ka-pital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

İştirakçılar Users Пользо-ватели

Maliyyə hesabatlarının istifadəçilə-ri. Maliyyə hesabatlarının təhlili müxtəlif istifadəçilər tərəfindən hə-yata keçirilir. Maliyyə hesabatları-nın müxtəlif istifadəçilərinə aşağı-dakılar daxildir: – İnvestorlar və potensial investor-lar, – Borcverənlər və potensial borcve-rənlər, – Ticarət kreditorları və təchizatçı-lar, – Rəhbərlik, – İşçilər.

İmtiyazlı səhmlər

Preference shares

Привилеги-рованные акции

“İmtiyaz” ifadəsindən də göründü-yü kimi bu cür səhmlərin sahibləri digər səhmdarlara (kapital səhmi sahiblərinə) nisbətən müəyyən üs-tünlüklərə malikdirlər: 1. Divident ödənilməsi: Rəhbərlik divident vermək barədə qərar verdi-yi zaman ilk öncə imtiyazlı səhm-darlara ödəniş edilməlidir. 2. Likvidləşdirilmə zamanı kapita-lın qaytarılması: Müəssisə likvid-ləşdirildiyi zaman ödəniş müəssisə-nin siyasətinə və dövlətin iflas haq-qında qanunvericiliyinə əsasən hə-yata keçirilməlidir. Lakin dəyişməz olan bir qanun var ki, imtiyazlı səhmdarlara ödənilməli olan məb-ləğ adi səhmdarlardan əvvəl ödənil-məlidir.

Page 25: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

25  

İmtiyazlı səhmlərin digər xüsusiy-yətləri:

– İmtiyazlı səhmdarların səs vermək hüququ yoxdur;

– İmtiyazlı səhmlər geri alınan və alınmayan olmaqla iki formada ola bilər.

Geri alına bilən imtiyazlı səhmlər müəyyən dövrdən sonra geri alınır (imtiyazlı səhmdarlara qoyduqları pul geri qaytarılır). İmtiyazlı səhm-lər kredit kimi hesab olunur və mü-əssisənin uzunmüddətli öhdəliyi ki-mi tanınır. Çünki kreditdə olduğu kimi geri alına bilən imtiyazlı səhmlər də müəyyən dövrdən sonra ödənilməlidir. Geri alına bilən imti-yazlı səhmlər üzrə ödənilən divi-dentlər faiz xərci kimi qəbul olunur və MGHH-də maliyyə xərci şəklin-də əks etdirilir.

Geri alınmayan imtiyazlı səhmlər adından da göründüyü kimi, geri alınmır. Onlar digər səhmlər kimi qeyd olunur və maliyyə hesabatları-nın kapital bölməsinə daxil edilir. Onlar üzrə ödənilən divident mən-fəətin bölüşdürülməsi kimi qəbul edilir.

J Jurnal Journal Журнал Jurnal – Təşkilatın standart əməliy-

yatlarından başqa (alış və satış) mü-xabirləşmələr şəklində ilkin qeydiy-yatının aparıldığı kitabdır. Jurnalda amortizasiyanın hesablanması, he-sabat dövrünün sonu üçün ehtiyat-ların uçotu ilə bağlı qeydiyyatlar aparılır.

Jurnal-order Ledger Бухгалтер-ская книга

Mühasibatlıqda sintetik, xüsusi hal-larda isə analitik uçotun xronoloji qaydada qeydiyyatının aparıldığı cədvəldir. Şahmat sxemi şəklində tərtib olunan jurnal-orderdə əməliy-yatlar bir yazılışla iki hesabda, yəni həm debet, həm də kredit hesabında əks olunur.

Əsas mühasibat kitabları – Baş ki-tab, satışlar və satınalmalar kitabı-dır.

Page 26: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

26  

K Kreditor borc Accounts

Payable Кредитор-ская задолжен-ность

Daha ətraflı Payables bölməsinə baxın.

Kapital Capital Капитал Daha ətraflı Equity bölməsinə ba-xın.

Kapital məsrəfi

Capital expenditure

Капитальные затраты

Kapital məsrəfi ən ümumi şəkildə uzunmüddətli aktivlərin alınmasına, keyfiyyətinin və iş imkanının artı-rılmasına və tikintisinə çəkilən pul vəsaitlərini ifadə edir. Nəticə etibarı ilə kapitallaşan məsrəflər Maliyyə Vəziyyəti Haqqında Hesabatda ak-tivin yaranmasına səbəb olur. Adə-tən kapital məsrəfləri cari xərclər-dən fərqləndirilir.

Kapitallaş-dırma

Capitalisation Капитали-зация

Bu anlayışın iki mənası var: Maliy-yə uçotu nöqteyi-nəzərindən kapi-tallaşdırma hər hansı aktiv yaradan məbləğin tanınması kimi xarakteri-zə edilir. Məsrəfi kapitallaşdirmaq yaxud silməyə dair yanaşmalar bir çox standartda qeyd edilir. Kapital-laşdırma anlayışının ikinci mahiy-yəti ondan ibarətdir ki, təşkilatın ümumi bazar dəyərinə, həmin təşki-latın buraxdığı bütün səhmlərin he-sablanmış ümumi bazar dəyəri kimi yanaşılır.

Konstruktiv öhdəlik

Constructive obligation

Подразуме-ваемая задолжен-ность

Hüquqi öhdəlikdən fərqli olaraq konstruktiv öhdəlik keçmiş təcrübə-yə və əhdlərə əsaslanmaqla qarşı tə-rəfə tam şəkildə əminlik verir ki, sözü keçən öhdəlik yerinə yetirilə-cək. Nümunə: Məşhur brendlərin satışı ilə məşğul olan Ticarət Mər-kəzi satdığı məhsulların, başqa təc-hizatçılarda daha aşağı qiymətə ol-duğu halda alıcının ödədiyi məblə-ğin yarısını kompensasiya olaraq geriyə qaytaracağını elan edir. Bu rəsmi olaraq təsdiq edilmiş hüquqi öhdəlik deyil, lakin Ticarət Mərkə-zinin nüfuzunu riskə atmayacağı fikrini nəzərə alaraq, öhdliyin yeri-nə yetiriləcəyinə əminlik yaranır, təbii ki, alıcı başqa təchizatçılardan

Page 27: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

27  

məhsulu daha aşağı qiymətə satın ala biləcəyi təqdirdə konstruktiv öhdəlik yaranmış hesab ediləcək. Mahiyyətin forma üzərində üstün-lüyü prinsipini rəhbər tutaraq, kons-truktiv öhdəliyin yaranması nəzərə alınmalıdır və sözsüz ki, yaranmış vəziyyətlə əlaqədar açıqlama veril-məlidir.

Konversiya xərcləri

Cost of conversion

Конверсион-ные затраты

Xam materialların hazır məhsula çevrilməsi üçün çəkilən xərclərdir. Tam hazır məhsulun alınması üçün çəkilən xərclərdir.

Kredit notası Credit note Кредит-нота Kredit notasından,satış hesab-faktu-ralarında yol verilən səhvlərə düzə-lişlər etmək və geri qaytarılan əm-təələrin üçotunu aparmaq üçün isti-fadə edilir.

Kupon dərəcəsi

Coupon rate Купонная ставка

Kupon dərəcəsi – maliyyə aləti üzrə dövri ödənişlərin hesablanması üçün tətbiq olunan faiz dərəcəsidir. Maliyyə alətinin adı üzərində məhz faiz dərəcəsi göstərilir. Xüsusilə, qeyd etmək lazımdır ki, kupon də-rəcəsi heç zaman diskontlaşdırma dərəcəsi kimi tətbiq olunmur.

Keçmiş hesabat dövrlərinin səhvləri

Prior period errors

Ошибки прошлых периодов

Müəssisənin bir və ya bir neçə əv-vəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında aşağıdakı şərtləri tə-min edən etibarlı məlumatdan isti-fadə edilməməsi və ya səhv təqdim edilməsi nəticəsində buraxılmış səhvlər və edilmiş yanlış bəyanat-lardır:

(a) məlumat həmin dövrlərin maliy-yə hesabatları dərc olunmaq üçün razılıq verildiyi zaman mövcud ol-duqda; və

(b) məlumatın həmin maliyyə hesa-batlarının hazırlanması və təqdim edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün hesab edildikdə.

Kapital Equity Капитал Kapital, öhdəliklər çıxıldıqdan son-ra müəssisənin aktivlərində səhm-darların qalıq payıdır. Müəssisədə aktivlərdən bütün öhdəliklər çıxıl-dıqdan sonra yerdə qalan məbləğ kapitalı göstərir. Bu kapital müəssi-sə üçün bir borcdur. Bu bütün öh-

Page 28: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

28  

dəliklər ödənildikdən sonra müəssi-sənin sahibkarlara olan borcunu göstərir.

Kapital aləti Equity instrument

Долевой инструмент

Bütün öhdəlikləri ödənildikdən sonra şirkətin aktivləri üzrə sahibi-nin hüququnu təsdiq edən sənəddir. Faktiki olaraq burda söhbət səhm-lərdən gedir.

Kreditlər və debitor borcları

Loans and receivables

Займы и дебиторская задолжен-ность

Kreditlər və debitor borcları fəal bazarda dövr etməyən, sabit və ya müəyyən edilən ödənişli maliyyə aktivləridir. Belə maliyyə aktivləri effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş də-yərdə uçota alınır. Kreditlər və de-bitor borcları, eləcə də amortizasiya prosesində tanınmasına xitam və ya dəyərdüşmədən gəlir və zərər Kon-solidə edilmiş hesabatda tanınır. Qazanılmış və ya çəkilmiş Faiz gə-lirləri Konsolidə edilmiş hesabatda "Faiz gəliri" kimi qeyd olunur. Bu kateqoriyaya daxil olan aktivlər uzunmüddətli aktivlər kimi təsnif-ləşdirilir, balans hesabatı tarixindən sonra 12 aydan çox olan ödəmə is-tisna olmaqla cari aktivlər daxil edilir.

Kreditor borcları

Payables Кредитор-ская задол-женность

Təchizatçılara və xidmətin göstəril-məsinə görə olan qısamüddətli borclar kreditor borclar adlanır.

Kreditor borcları kitabı

Payables ledger

Книгапо-купок

Daha ətraflı "Purchases ledger" bölməsinə baxın.

Xəzinə Petty cash Касса Kassa kitabı, uçot sisteminin bir hissəsi olduğundan xüsusi növ ilkin qeydiyyat kitabıdır. “Nəğd pul və-saiti” və “bank hesabı” sütunları, nəğd pul vəsaiti və bank hesablarını bir hesabda birləşdirir. Bu zaman əməliyyatları yenidən nəğd pul və-saiti və bank hesablarına köçürmə-yə ehtiyac yoxdur. Bu sütunlar he-sab şəklində balanslaşdırılır və döv-rün sonuna olan qalıqlar ilkin ba-lansa köçürülür. Əməliyyatların kassa kitabına köçürülməsi aşağıda-kı şəkildə həyata keçirilir:

– Kassa kitabının mədaxil (daxil ol-ma) tərəfi nəğd pul vəsaiti və ya

Page 29: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

29  

bank hesabına yazılışların verilmə-sini qeyd etmək üçün istifadə olu-nur: məsələn, debitorların hər hansı birindən pul vəsaitinin toplanması (qəbul edilməsi).

– Ödəniş tərəfi pul vəsaitinə kredit yazılışı verilən yazılışları qeyd et-mək üçün istifadə olunur; məsələn, nəğd pul vəsaiti ilə ödənilmiş əmək haqqları. – Hər hansı bir əməliyyat kassa ki-tabına daxil edildikdən sonra müva-fiq hesaba lazımı yazılış verilməli-dir.

Köməkçi hesab

Plug Заглушка Yoxlama balansının debet və kredit sütunları üzrə hesablanan cəmlər bir-birinə bərabər olmalıdır. Əgər hər hansı bir səbəbdən yoxlama ba-lansında bərabərlik (balans) əldə edilmirsə, bu zaman köməkçi hesab yaradılır və yoxlama balansındakı fərq bu hesaba köçürülür.

Köməkçi hesab mühasib üçün çox faydalı bir vasitədir. Köməkçi he-sab vasitəsilə o, yoxlama balansın-da çox asanlıqla bərabərlik əldə edə bilər. Lakin köməkçi hesabın yara-dılması müəyyən səhvlərin möv-cudluğundan xəbər verir. Bu səhv-lər aşkarlanmalı və düzəldilməlidir. Köməkçi hesabdakı qalıq sıfıra bə-rabər edilmədən maliyyə hesabatla-rı hazırlana bilməz. Çünki köməkçi hesab nə aktiv hesabı, nə öhdəlik hesabı, nə gəlir, nə də xərc hesabı-dır. Buna görə də köməkçi hesabın qalığı nə MGHH-yə, nə də MVHH-yə köçürülə bilər.

Keyfiyyət xüsusiyyətləri (göstəriciləri)

Qualitative characteristics

Качествен-ные характерис-тики

Mühasibat uçotunun keyfiyyət xü-susiyyətləri (göstəriciləri) maliyyə hesabatlarının hazırlanması və təq-dimatı üzrə fundamental qayda və təlimatları özündə birləşdirir. Bu göstəricilər sayəsində maliyyə he-sabatları daha dəqiq və anlaşılan olur.

Kapitalda dəyişikliklər haqqında hesabat

Statement of changes in equity

Отчёт об изменении капитала

Hesabat dövrü ərzində kapitalda baş vermiş dəyişikliklərin və onun mənbəsini, həmçinin bütün müm-kun ehtiyatları ozündə birləşdirən hesabat növüdür.

Page 30: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

30  

Q Qısamüddətli (cari) öhdəlik

Curren liability

Кратко-срочное обязатель-ство

Qısamüddətli öhdəliklər Maliyyə Vəziyyəti Haqqında Hesabat tari-xindən sonra 12 ay və ya müəssisə-nin normal fəaliyyət dövrü ərzində ödənilən öhdəliklərə deyilir. Məsə-lən, – Ticarət üzrə kreditor borcları, bar-ter üzrə kreditor borclar da daxil ol-maqla; – Tələb əsasında ödənilməli olan bank overdraftı; – Cari vergi öhdəliyi; – Hesablanmış, lakin ödənilməmiş xərclər.

Qeydiyyat kitabı

Day book Книга хронологи-ческой записи

Bütün əməliyyatların qeyd olundu-ğuna və qeyd olunan məbləğlərin doğru olduğuna əmin olmaq üçün xüsusi bir yoxlanış sistemi yoxdur. Lakin lazımi dəqiqliyi təmin etmək məqsədilə, ilkin qeydiyyat kitabları mövcuddur.

Qaimə Delivery note Товарная накладная

Qaimə – üçtərəfli sənəd (göndərən, alan və daşıyıcı) kimi təsnifləşdiri-lir. Malların təhvil və təslimi üçün təqdim edilən sənəddir.

Qudvil, işgüzar nüfuz

Goodwill Гудвилл, деловая репутация

Qudvil – firmanın işgüzar nüfuzu və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqidir.

Belə ki, müəssisənin aktivləri satıl-sa, debitor borcları geri ödənilsə, əldə olunan vəsaitlərdən öhdəliklər, kreditor borcları çıxılsa, yerdə qa-lan məbləğ artıq həmin müəssisənin kapitalı və yaxud xalis aktivləri ola-caq. Bu dəyər məhz həmin müəssi-sənin faktiki uçot dəyəridir. Amma təcrübədə bir çox hallarda, müəssi-sələr bu dəyərdən daha yüksək də-yərə satılır. Belə dəyərin formalaş-masına təsir edən amillər müxtəlif-dir (Bu haqda gələcək nəşrlərimiz-də geniş məlumat verməyi planlaş-dırırıq). Uçot dəyəri (xalis aktivlər) ilə onun satıla biləcəyi dəyər ara-sında fərq qudvil adlanır. Qudvil adətən, bir müəssisənin digər müəs-sisə tərəfindən alınması zamanı ya-ranır.

Page 31: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

31  

Qalıq saxlama sistemi

Imprest system

Система с обязатель-ным сальдо

Əksər təşkilatlar təsadüfi kiçik məbləğli ödənişlərin edilməsi üçün kassada müəyyən miqdarda pul və-saiti saxlayır. Kassadan istifadə üzərində nəzarət sistemi kassada əvvəlcədən təyin edilmiş məbləğin daim balansda saxlanılması ilə əla-qədardır.

Qeyri-maddi aktiv

Intangible asset

Нематери-альный актив

Qeyri-maddi aktiv – keçmiş hadisə-lər nəticəsində yaranmış və gələ-cəkdə istifadəsindən iqtisadi səmərə gözlənilən, təşkilat tərəfindən nəza-rət edilən və fiziki formaya məxsus olmayan qeyri-maliyyə aktividir. Qeyri-maddi aktiv kimi hesab edi-lən aktivlərə kompyuter proqramla-rı, patent, müəlliflik hüququ, müş-təri siyahıları, françayzinq, lisenzi-ya və s. aid etmək olar.

Qaytarılma-yan səhmlər

Irredeemable shares

Акции, не подлежащие выкупу

Qaytarılmayan səhmlər – adi səhm-lərlə oxşardır. Yəni, səhmdarın mü-əyyən müddətdən sonra səhmlər üçün ödənişin əvəzini təşkilatdan almaq haqqı yoxdur. Səhmdarın səhmlərini pul vəsaitinə çevirməyin təkcə üsulu, həmin səhmləri digər investora satmasıdır. Digər adi səhmlər kimi qaytarılmayan səhm-lər də dividend ödənişində, yəni mənfəətin bölüşdürülməsində işti-rak edir.

Qiymətləndirmə və ya ölçülmə

Measurement Измерение Maliyyə hesabatlarına daxil edilən müxtəlif aktivlər, öhdəliklər, kapi-tal, gəlir və xərclərin pul dəyərləri ilə müəyyən edilməsidir. Qiymətləndirilməyə müxtəlif ya-naşmalar mövcuddur (məsələn, il-kin dəyəri, ədalətli dəyər, mümkün xalis satış dəyəri, və s.).

Qəliz müqavilələr

Onerous contract

Обремени-тельный контракт

Bu müqavilə əsasında çəkilən xərc-lər müəssisəyə gələcəkdə gələn iqti-sadi səmərədən çox olur. BUMS-a görə belə müqavilələri iki üsulla dəyərləndirmək lazımdır: öhdəlik və dəyərdən düşmə.

Qiymətləndi-rilmiş öhdəlik

Provision Обеспечение Qiymətləndirilmiş öhdəlik: – müəssisənin keçmiş hadisələrin nəticəsi kimi iqtisadi səmərənin ötürülməsi üzrə hazırki hüquqi və ya konstruktiv formada öhdəliyi var;

Page 32: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

32  

və ehtimal olunur ki, öhdəliyi ödə-mək üçün iqtisadi səmərə daşıyan resursarın xaric olması tələb oluna-caq;

və öhdəliyin məbləği etibarlı şəkil-də təxmin edilə bilər.

Qalıq dəyəri Residual value

Остаточная стоимость

Aktivin faydalı istifadə müddətinin sonunda müəssisənin, aktivin silinməsi müqabilində əldə etməyi gözlədiyi məbləğdir.

L Likvidlik Liquidity Ликвидность Likvidlik – aktivin pula çevrilmək

qabiliyyətidir. 1) Borc alan subyek-tin müəyyən olunmuş zaman ərzin-də müəyyən olunmuş məbləğdə borc vəsaitini ödəmə qabiliyyətidir. Bu baxımdan bank işində likvid müştəri, likvid müəssisə ifadələri işlənilir. 2) Fond bazarında mövcud olan qiymətlərlə qiymətli kağızların bü-tünlüklə yerləşdirilə bilinməsi qabi-liyyəti, səviyyəsidir. Yəni bazarın likvidliyi ifadəsi qiymətli kağızın maneəsiz, rahat qaydada reallaşdı-rılması qabiliyyətini göstərir. 3) İqtisadi subyektin, xüsusilə mü-əssisənin sərəncamında olan aktiv-lərin, yaxud digər qiymətlilərin nağd pul vəsaitlərinə çevrilə bilin-məsi qabiliyyəti, səviyyəsidir. Elmi ədəbiyyatlarda və işgüzar müstəvi-də l ifadəsi daha çox bu mənada iş-lənilir. Bu cür aktivlər likvid aktiv-lər, yaxud mobil aktivlər adlanır.

M Mühasibat uçotu

Accounting Учёт Bütün təsərrüfat subyektlərinin hə-yata keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının fasiləsiz və sənəd-lə əks etdirilməsini formalaşdıran, əmlakı, öhdəlikləri, gəlir və xərclə-ri, onların dəyişməsi haqqında in-formasıyaları dəyər ifadəsi ilə yı-ğan, qeydiyyata alan, ümumiləşdi-rən və qaydaya salan tətbiqi sənəd-dir. Eyni zamanda digər özünəməx-sus prinsiplər əsasında qurulmuş uçot üsuludur.

Page 33: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

33  

Mühasibat qiymətləndir-məsi

Accounting estimate

Бухгалтер-ская оценка

Mühasibat uçotu obyeklərinin pul ifadəsində əks etdirilməsi üsuludur. Hər bir təsərrüfat subyektinin təsər-rüfat vasitələrinin qiymətləndiril-məsi onların faktiki maya dəyərinə istinad edir. Bu yolla qiymətin real-lığına nail olunur.

Mənfəətin bölüşdürül-məsi üzrə hesabat

Appropriation statement

Отчёт о распреде-лении прибыли

Bu hesabat tərəfdaşlıq üçün mənfə-ət bölüşdürülməsi üzrə eyni funksi-yanı yerinə yetirir, lakin ümumi ledger hesabı kimi təqdim olunur və sütun üzrə bölünür. Fərq yalnız təqdimat formatındadır.

Müstəqil təsərrüfat vahidi konsepsiyası

Business entity concept

Принцип автоном-ности хозяйствен-ной единицы

Qayda üzrə təşkilatın iqtisadi fəa-liyyəti ilə həmin təşkilatın sahibinin iqtisadi fəaliyyəti birləşdirilməməli, yəni ayrıca nəzərdə tutulmalıdır. Məsələn: sahibkarın ofisi üçün aldı-ğı mebel biznes əməliyyatı hesab edilir, lakin əgər bu mebel sahibka-rın yaşayış evi üçün alınarsa, bu ar-tıq biznes əməliyyatı deyil və bunu təşkilatın fəaliyyətinə aid etmək ol-maz. Elə istisna hallar başa verə bi-lər ki, fərdi müəsisənin sahibkarı öz şəxsi və biznes vəsaitlərini eyni tu-taraq fəaliyyət göstərsin. Fərz edək ki, sahibkar ticarət mərkəzində alış-veriş məqsədləri üçün üzərində olan və biznesinə məxsus bank hesabı kartından istifadə edir. Öz şəxsi məqsədləri üçün biznes vəsaitinin sərf edilməsi kapitalın azalması ilə nəticələn sahibkar çıxarışı hesab edilməlidir.

Müqayisəlilik Comparability Сравнимость Maliyyyə məlumatlarının keyfiyyət göstəricilərindən biridir. istifadəçi üçün faydalı olması baxımından məlumatlar dövrlər, eləcə də təşki-latlar üzrə müqayisə aparmağa im-kan verməlidir. Maliyyə məlumatı-nın dövrlərarası müqayisəsi investi-siya qərarlarının qəbul edilməsi im-kanı yaradır. Burada müqayisənin təşkil edilə bilməsinin əsas elementi kimi təşkilatın ardıcıl həyata keçir-diyi uçot siyasəti çıxış edir. Fərqli təşkilatların hesabatları üzrə müqa-yisə imkanı istifadəçiyə təbii ki, ye-nə də investisiya qərarı qəbul etmə-si adına şirkətlər arasında seçim et-məsinə yardım edir.

Page 34: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

34  

Maya dəyəri Cost Себестои-мость

Məhsul (iş, xidmət), təbii resurslar, xammal, material, yanacaq, enerji, əsas fond istehsalı prosesində, həm-çinin onların istehsalı və satışında yaranan digər məsrəflərin müəyyən edilməsində istifadə olunan dəyər qiymətləndirilməsidir.

Maliyyə xərcləri

Finance cost Финансовые расходы

Maliyyə xərcləri adətən maliyyə cəlb edilməsi ilə bağlı xərcləri əks etdirir. Buna uzun-müddətli (kredit, ipoteka) və qisa-müddətli (kredit xətti) borclarla bağlı faiz və digər xərclər, maliyyə lizinqi ilə bağlı maliyyə xərcləri, xarici valyutada olan borcların məzənnə fərqi və s aid edilir.

Maliyyə icarəsi

Finance lease Финансовая аренда

Maliyyə icarəsi aktiv üzrə mülkiy-yət hüquqlarına aid bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda mülkiy-yət hüququ həm keçə, həm də keç-məyə bilər.

Maliyyə uçotu Financial accounting

Финансовый учёт

Maliyyə uçotu əməliyyatın mənbə-yi, onun maliyyə hesabatlarında ta-nınması, işlənilməsi və yekun icma-lı daxil olmaqla, maliyyə əməliy-yatlarının qeydiyyatı və təqdimatı prosesidir.

Maliyyə aktivi Financial asset

Финансовый актив

Başqa şirkətdə pul vəsaiti və ya ka-pital aləti, və ya müəssisə üçün yaxşı şərtlərlə pul vəsaitini almaq və ya maliyyə alətlərini mübadilə etmək hüququ verən müqavilədir.

Maliyyə aləti Financial instrument

Финансовый инструмент

Maliyyə aləti bir müəssisənin ma-liyyə aktivinin və digər müəssisənin kapital aləti və ya maliyyə öhdəliyi-nin yaranmasına səbəb olan hər hansı müqavilədir.

Maliyyə öhdəliyi

Financial liability

Финансовое обязатель-ство

Maliyyə öhdəçiliyinə əsasən debi-torun kreditor ilə bağlanılan müqa-vilədə müəyyən olunan şərtlər əsa-sında ona ödəniş və ya ödənişlər et-məsini tələb edir və ya iki tərəf arasında maliyyə xarakterinə malik müəyyən hüquqları və ya öhdəliklə-ri müəyyən edir.

Maliyyə Hesabatı

Financial statements

Финансовая отчётность

Maliyyə hesabatları müəssisənin maliyyə vəziyyətinin və maliyyə nəticələrinin strukturlaşdırılmış təq-dimatıdır.

Page 35: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

35  

Ümumi təyinatlı maliyyə hesabatla-rının məqsədi müxtəlif istifadəçilər tərəfindən iqtisadi qərarların qəbul edilməsi zamanı müəssisənin ma-liyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqın-da informasiyanın təmin edilməsi-dir. Həmçinin, maliyyə hesabatları idarəetmənin ona həvalə edilmiş re-sursları necə istifadə etdiyinin nəti-cələrini göstərir. Bu məqsədə nail olmaq üçün maliyyə hesabatları müəssisənin aşağıda qeyd olunan maddələri üzrə informasiyanı təq-dim etməlidirlər:

(a) aktivləri;

(b) öhdəlikləri;

(c) kapitalı;

(ç) mənfəət və zərəri daxil olmaqla, gəlir və xərcləri;

(d) kapitalda digər dəyişiklikləri; və

(e) pul vəsaitlərinin hərəkəti.

Bu informasiya, qeydlərdə təqdim edilmiş digər informasiya ilə birlik-də, maliyyə hesabatlarının istifadə-çilərinə müəssisənin pul vəsaitləri-nin gələcək hərəkətini və xüsusi olaraq onların vaxt üzrə bölüşdürül-məsini və müəyyənliyini proqnoz-laşdırmağa yardım edir.

Maliyyələşdirmə fəaliyyəti

Financing activities

Финансовая деятельность

Maliyyələşdirmə fəaliyyəti müəssi-sənin ödənilmiş kapitalı və alınmış borc vəsaitlərinin məbləği və tərki-binin dəyişməsi ilə nəticələnən fəa-liyyətlərdir.

Malların alınması barədə bildiriş

Goods received note

Извещение о получении товара

Malların faktiki adı və faktiki sayı barəsində malları alan tərəfindən tərtib olunmuş sənəddir.

Mənfəət-zərər hesabatı

Income statement

Отчёт о прибылях и убытках

Mənfəət-zərər hesabatı – hesabat dövrü ərzində əldə edilmiş gəlirləri və çəkilmiş xərcləri əks etdirən he-sabatdır.

Mal-material Inventories Товарно-ма-териальные запасы

Mal-material – adi biznes fəaliyyə-tində satış və ya istehsal üçün sax-lanılan, və ya xidmətlərin göstəril-məsində istifadə edilən aktivlərdir. Mal-materiallara aşağıdakılar aid edilə bilər:

Page 36: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

36  

– Alınan və yenidən satış üçün sax-lanılan aktivlər; – İstehsal edilmiş hazır məhsullar; – İstehsal edilmiş yarımfabrikatlar; – İstehsal prosesində istifadə edilən xammal və s.

Marja Margin Маржа Daha ətraflı Profit margin bölməsi-nə baxın.

Müvəqqəti hesab

Suspense account

Счёт до выяснения

Hesabın təhlili və daimi təsnifatı gözlənilən şübhəli daxilolmalar, və ödənişlər, və ya uyğunsuzluqlar ke-çirmək üçün müvəqqəti istifadə olunan hesabdır.

Maliyyə hesabatlarına şərhlər/qeyd-lər

Notes to accounts

Коммента-рии к отчётности

Qeydlər maliyyə hesabatları istifa-dəçilərinin maliyyə hesabatlarını daha yaxşı anlaması üçün maliyyə hesabatlarında verilən əlavə cədvəl-lər və digər məlumatlardır. Maliyyə hesabatlarına verilən qeydlər maliy-yə hesabatlarının vacib tərkib hissə-sidir. Maliyyə hesabatlarına verilən qeyd-lərə aşağıda verilən məlumatlar da-xildir: – əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər; – müəssisəyə təsir edən risk və qey-ri-müəyyənliklər; – maliyyə hesabatlarında tanınma-yan (qeyd olunmayan) ehtiyatlar və öhdəliklər (məsələn, mineral ehti-yatları); – coğrafi və biznes seqmentləri haqqında məlumat; – hesabat dövrünün sonunda baş verən müəyyən hadisələr haqqında məlumat; – rəhbərlik tərəfindən şirkətin gələ-cəyi ilə bağlı edilmiş əsas fərziyyə-lərlə bağlı məlumat – MHBS-nin tələblərindən yayın-malar.

Mənəvi köhnəlmə

Obsolescence Моральное устаревание

Yeni eyni funksiyalı daha səmərəli texnologiyaların tətbiqi nəticəsində aktivin dəyərinin azaldılmasına mə-nəvi köhnəlmə deyilir.

Mənfəət və ya zərər

Profit or loss Прибыль или убыток

Müəyyən dövr ərzində qazanılmış gəlirləri və həmin gəlirləri əldə et-mək üçün sərf olunmuş xərcləri əks etdirir.

Page 37: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

37  

Münasiblik Relevance Релевант-ность

Keçmiş, cari və gələcək hadisələrə qiymət vermək və ya keçmişdə verilmiş məbləğləri təsdiqləmək və yaxud düzəltməkdə kömək etməklə istifadəçilərin müvafiq iqtisadi qərarlar qəbul etmələrinə təsir edən məlumat münasib məlumat hesab edilir.

Məcmu Gə-lirlər haqqında hesabat

Statement of comprehen-sive income

Отчёт о совокупном доходе

Müəyyən, dövr üçün təşkilatın bü-tün növ gəlirlərin birləşdirən vahid hesabat növüdür. Mənfəət, zərər və digər məcmu gəlirdən ibarətdir.

Maliyyə vəziyyəti haqqında hesabat

Statement of financial position

Отчёт о финансовом положении

Maliyyə vəziyyəti haqqında hesabat müəssisənin müəyyən tarixdə sahib olduğu resursları və borclarını əks etdirən maliyyə vəziyyətini göstə-rir. Maliyyə vəziyyəti haqqında he-sabatda ən azından aşağıda göstəri-lən məbləğləri əks etdirən sətir maddələri olmalıdır: 1. Torpaq, tikili və avadanlıq; 2. İnvestisiya əmlakı; 3. Qeyri-maddi aktivlər; 4. Maliyyə aktivləri ((e), (h), və (i) bəndlərində göstərilmiş aktivlər is-tisna edilməklə); 5. İştirak payı metodu ilə uçota alınmış investisiyalar; 6. Bioloji aktivlər; 7. Mal-material ehtiyatları; 8. Ticarət və digər debitor borcları; 9. Pul vəsaitləri və onların ekviva-lentləri; 10. 5 saylı MHBS-ya uyğun olaraq satış məqsədilə nəzərdə tutulan ki-mi təsnif edilən cəmi aktivlər; 11. Ticarət və digər kreditor borcla-rı; 12. Qiymətləndirilmiş öhdəliklər; 13. Maliyyə öhdəlikləri ((j)və (k) bəndlərində göstərilmiş öhdəliklər istisna edilməklə); 14. Mənfəət vergisi adlı 12 saylı MUBS-da müəyyənləşdirildiyi ki-mi, qısamüddətli vergi üzrə aktiv və öhdəliklər; 15. Mənfəət vergisi adlı 12 saylı MUBS-da müəyyənləşdirildiyi ki-mi, təxirə salınmış vergi öhdəliklər və təxirə salınmış vergi aktivləri;

Page 38: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

38  

16. Səhmdar kapitalında azlıqların payı; 17. Əsas müəssisənin kapital sahib-lərinə aid olan buraxılmış səhmdar kapitalı və kapital ehtiyatları.

Mahiyyətin formadan üstünlüyü

Substance over form

Приоритет содержания над формой

Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.

N Neytrallıq Neutrality Нейтраль-

ность Neytrallıq da obyektivliyə əsasla-nan bir konsepsiyadır. Bu konsepsi-yaya görə maliyyə hesabatları ney-tral olmalıdır, xətalardan, şəxsi rəy-lərdən və lazımsız reklam xarakterli məlumatlardan uzaq olmalıdır. Neytrallıq düzgün təqdimatın əsas aspektidir, çünki yanlış maliyyə məlumatları düzgün təqdimata nail olmağa imkan vermir.

Nominal kitab Nominal ledger

Номинальная книга

Daha ətraflı"General ledger" böl-məsinə baxın.

Nizamnamə kapitalı və emissiya edilmiş kapital (Elan edilmiş səhmlər)

Authorised share capital

Уставный капитал или капитал, разрешённый к выпуску

Bu müəssisənin emissiya edə bilə-cəyi kapitalın maksimum məbləği-dir. Bu, adətən müəssisənin nizam-namə sənədində qeyd olunur. Emissiya edilmiş kapital təsdiqlən-miş kapitalın maksimum sayının faktiki emissiya olunmuş hissəsini gostərən kapitaldır. Emissiya olun-muş kapital heç vaxt təsdiqlənmiş kapitaldan çox ola bilməz.

Ö Öhdəlik sənədi

Debenture Облигация Öhdəlik – malların (iş və xidmətlə-rin) alınması və bununla əlaqədar müəyyən şərtlərin yerinə yetirilmə-si ilə bağlı büdcə təşkilatlarının gə-ləcək xərclərinin icrası ilə əlaqədar dövlətin öz üzərinə götürdüyü təəh-hüddür.

Öhdəlik Liability Обязатель-ство

Öhdəlik müəssisənin keçmiş hadi-sələr nəticəsində yaranmış və yeri-nə yetirilməsi iqtisadi səmərəni

Page 39: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

39  

özündə əks etdirən resursların mü-əssisədən axını ilə nəticələnən cari öhdəliyidir.

Öhdəlik yaradan hadisə

Obligating event

Обязываю-щее событие

Bir öhdəlik yaradan hadisə hüquqi və ya konstruktiv öhdəlik yaradır. Hüquqi öhdəlik, hüquqi əlaqələrin nəticəsi kimi məs., müqavilələrin şərtinə görə yaranır.

Konstruktiv öhdəlik, müəssisənin fəaliyyəti ilə bağlı yaranır. Müəssi-sə tərəfindən həyata keçirilən hər hansı bir fəaliyyət nəticəsində qarşı tərəfdə müəssisənin müəyyən öhdə-liyi ödəyəcəyi ilə bağlı əsaslı bir inam yaranırsa, bu halda konstruk-tiv öhdəlik mövcud olur.

Ödənişin təs-diqi haqqında sənəd

Remittance advice

Уведомление об оплате

Ödəyici tərəfindən göndərilən, mal və xidmətə görə ödənişi təsdiq edən sənəddir.

Ödənilmiş kapital

Paid-up share capital

Внесённый капитал

Səhmdarlar tərəfindən qoyulmuş kapitalın ümumi məbləğidir. Bu kapital dəyəri şirkətin ümumi kapi-talının dəyərindən az ola bilər, çün-ki şirkət elan etdiyi kapitalın hamı-sını emissiya etməyə bilər.

Ödənilmiş kapital şirkət səhmləri-nin satışından əldə edilmiş puldur, ancaq borc deyil.

P Pul vəsaitləri Cash Денежные

средства Nağd, eləcə də bank hesabında olan cəmi pul vəsaitləridir. Praktiki ola-raq, nəzarət məqsədi ilə pul vəsait-lərinin müxtəlif növlərinin (məsə-lən, fərqli valyuta məzənnəsində olan bank hesabları) baş kitabda ay-rıca qeyd edilməyi daha məqsədə-uyğun hesab edilir, lakin sadəlik baxımından adətən bütün likvid pul vəsaitləri vahid ad altında nəzərə alınır.

Pul vəsait-lərinin ekvi-valentləri

Cash equivalents

Денежные эквиваленты

Dəyərin itirilməsi riskinin az olması ilə pul vəsaitlərinə asanlıqla çevrilə bilən qisamüddətli yüksək likvidli investisiyalardır. Onlar quruluşca fərqli ola bilər: depozitlər və qısa-müddətli qiymətli kağızlar. Bir qay-da olaraq, istifadəsiz pul vəsaitləri-nin qısamüddətli investisiyası üçün

Page 40: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

40  

alınır ki, pullar bank hesabında qa-laraq dəyərsizləşməsin və əlavə və-sait cəlb etmiş olsun. Bu aktivlərin ayrıca hesab olaraq uçota alınması-na baxmayaraq, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatı hazır-layarkən, onlar ümumi şəkildə pul vəsaitləri adı altında birləşdirilir, yəni qiymətli kağızlara olan investi-siyaya bu hesabatın ayrıca "İnvesti-siya fəaliyyəti" bölməsində baxıl-mır.

Pul vəsaitlərinin hərəkəti

Cash flows Денежные потоки

Pul vəsaitləri və onların ekvivalent-lərinin mədaxilini və məxaricini ifadə edir. Belə ki, maliyyə məlu-matının istifadəçisi üçün , dövr üzrə pul vəsaitlərinin hansı məqsədlərlə istifadəsi və pulun daxilolma mən-bələri kimi nəyin çıxış etməsini bil-mək olduqca vacibdir. Bu kimi məlumatların açıqlanması üçün Mühasibat Uçotunun Beynəlxalq Standartı Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatın hazırlanmasını tələb edir.

Prinsiplər, əsaslar

Framework Принципы Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Çərçivə Sənədində (Konseptual Əsaslarda) əks olun-muş mühasibat uçotunun əsas anla-yışları olmadan maliyyə hesabatları mövcud ola bilməz, yəni maliyyə hesabatları bu prinsiplər əsasında qurulub. Çərçivə Sənədi mühasibat uçotu standartlarının əsasını təşkil edən fundamental prinsipləri təq-dim edir. Bu prinsiplər maliyyə he-sabatlarını keyfiyyət göstəriciləri ilə təmin edir.

Pul aktivləri Monetary assets

Монетарные активы

Pul vəsaitləri və elecə də tez pula çevrilən aktivlərdir (məsələn, debi-tor borcları və ya qısa müddətli in-vestisiyalar).

Pul vəsait-lərinin hərə-kəti haqqında hesabat

Statement of cash flows

Отчёт о движении денежных средств

Pul vəsaitlərinin hərəkəti haqqinda hesabat il ərzində daxil olmuş pul vəsaiti və pul vəsaiti ekvivalentini və həmin vəsaitlərin hansi məqsəd-lər üçün sərf edildiyini göstərir. Müəssisə pul vəsaitlərinin hərəkəti haqqında hesabatı aşağıdakı metod-lardan birindən istifadə etməklə ha-zırlamalıdır:

Page 41: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

41  

a) Pul vəsaitləri daxilolmaları və xaricolmalarının əsas növləri haq-qında məlumatı açıqlayan birbaşa metod; və ya

b) Qeyri-pul xarakterli əməliyyatla-rın nəticələri, əməliyyat fəaliyyətlə-rindən yaranan hər hansı təxirə sa-lınmış, hesablanmış keçmiş və gə-ləcək pul vəsaitləri daxilolmaları və ya xaricolmaları, eləcə də investisi-ya və maliyyələşdirmə fəaliyyətlə-rindən yaranan pul vəsaitlərinin hə-rəkəti ilə bağlı gəlirlərin və ya xərc-lərin maddələri nəzərə alınmaqla, xalis mənfəət və ya zərərə düzəliş-lərin edilməsini nəzərdə tutan dola-yı metoddur.

R Razılaşma əsasında saxlanılan

Held to maturity

Удержива-емые до погашения

Maliyyə aktivləri və maliyyə öhdə-liklərinin növlərindən biridir. Ümu-miyyətlə, maliyyə aktivlərinin növ olaraq dəyişiklik göstərməsi təşki-latın həmin aktivlərlə bağlı niyyə-tindən asılıdır. Bu növ maliyyə ak-tivi təşkilatın aktivi yetkinlik halına çatmasına qədər geri götürməməsi və ondan müəyyən edilmiş ödəniş-lərin əldə edilməsi məqsədilə saxla-ması vəziyyətinə aid edilir. Təşkila-tın bu növə aid edilən maliyyə öh-dəlikləri isə təşkilatın bu öhdəlikləri kənara satmasını planlaşdırmaması vəziyyətinə aid edilir. Bu növ ma-liyyə aktivləri və öhdəlikləri ilkin tanınmadan sonra amortizasiya edilməklə qeydiyyatda saxlanılır.

Rentabellik Profit margin Рентабель-ность

Mənfəət əldə etmək məqsədilə fəa-liyyət göstərən iqtisadi subyektin – müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliy-yətinin iqtisadi səmərəliliyinin gös-təricisidir. Rentabellik müəssisədə müəyyən vaxt ərzində (ay, rüb, il) təsərrüfat fəaliyyətinin göstəricilə-rindən biridir. İstehsal müəssisəsin-də r. iki səviyyədə hesablanır: isteh-salın rentabelliyi və məhsulun ren-tabelliyi. İstehsalın rentbelliyi ba-lans mənfəətinin əsas istehsal fond-larının orta illik dəyəri ilə normal-

Page 42: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

42  

laşdırılmış dövriyyə vəsaitinin də-yərinin cəminə nisbəti kimi hesab-lanır. Məhsulun rentabelliyi isə məhsul satışından əldə olunan mən-fəətin onun maya dəyərinə nisbəti, həmçinin mənfəətdən birbaşa mad-di xərclər çıxılmaqla maya dəyərinə nisbəti kimi hesablanır. Ticarət mü-əssisələrində rentabellik balans mənfəətinin mal dövriyyəsinin həc-minə, yaxud mənfəətin tədavül xərclərinə nisbəti kimi müəyyən olunur.

Realizasiya dəyəri

Realisable value

Стоимость реализации

Realizasiya dəyəri: aktivlər maliyyə hesabatlarında onların normal satı-şından hal-hazırda əldə edilə bilə-cək məbləğlə göstərilirlər. Öhdəlik-lər maliyyə hesabatlarında normal fəaliyyət zamanı öhdəliyi yerinə ye-tirmək üçün lazım olan pul vəsaiti və ya onun ekvivalentlərinin dis-kontlaşdırılmamış məbləğində gös-tərilir.

S Səhvlərin düzəldilməsi

Adjusting event

Корректи-рующее событие

Yoxlama balansı hesabların riyazi dəqiqliyini yoxlamaq üçün hazırla-nır. Əgər yoxlama balansı balans-laşmırsa, deməli hesablarda bəzi hesablama səhvləri var və bunlar da öz növbəsində müəyyənləşdirilməli və düzəldilməlidir.

Satış üçün nəzərdə tutulan mallar

Available for sale

Доступные для продажи

Müəssisənin adi fəaliyyəti zamanı satış məqsədi ilə saxlanılan, satış üçün istehsal prosesində saxlanılan xammal və ya materialdır.

Satılan məhsulun maya dəyəri

Cost of goods sold

Себестои-мость проданных товаров

Satılan məhsulların maya dəyərinə aşağıdakılar aiddir: – Satış üçün nəzərdə tutulmuş əmtəələrin satınalma xərci; – İstehsalat müəssisələri üçün satıl-mış əmtəələrin istehsalat xərci; Xidmət göstərən müəssisələr üçün satışların maya dəyəri dedikdə, gös-tərilən xidmətlərin xərci başa düşü-lür.

Satışların maya dəyəri

Cost of Sales Себестои-мость продаж

Cari dövrdə satılan məhsulun dəyə-ridir. İlin əvvəlinə olan mal mate-rial+satınalmalar – ilin sonuna olan mal-material ehtiyati.

Page 43: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

43  

Sahibkar çıxarışı

Drawings Изъятие Sahibkarın şəxsi məqsədi üçün ka-pitaldan çıxartdığı pul vəsaitidir.

Səhm üzrə mənfəət

Earnings per share

Прибыль на акцию

Səhmlər üzrə qazanclar müvafiq dövr ərzində əsas şirkətin adi səhm sahiblərinə aid olan mənfəət və ya itkinin (surət) tədavüldə olan adi səhmlərin orta sayına (məxrəc) bö-lünməsi ilə hesablanır.

SMİM (son mədaxil, ilkin məxaric)

Last in, first out

Последним поступил, первым продан, ЛИФО

SMİM (son mədaxil, ilkin məxaric) – Anbara son gələn ehtiyatların bi-rinci satılması (istifadəsi) ilə əlaqə-dar mal-materialların qiymətləndi-rilməsi metodudur. Bu metodun is-tifadəsi qadağan edilmişdir.

Satışlar üzrə kitab

Receivables ledger

Книга продаж

Daha ətraflı Sales Ledger bölməsi-nə baxın.

Satış kitabı Sales ledger Книга продаж

Gündəlik satışlar kitabı və ya satış-ların qeydiyyyatı kreditlə həyata keçirilmiş bütün satışların müfəssəl qeydiyyatıdır.

Səhm Share Акция Öz sahibinə emitentin (səhmi bura-xan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı hə-min əmlakın bir hissəsini əldə et-mək hüququnu verən pay qiymətli kağızıdır.

Səhm mükafatı

Share premium

Премия по акциям

Səhmlərin emissiyası zamanı ni-zamnamə kapitalına qoyuluşların (əməliyyat xərclərini çıxmaqla) bu-raxılmış səhmlərin nominal dəyə-rindən artıq olan hissəsi, səhmdar kapitalında dəyişikliklər hesabatın-da səhm mükafatı kimi uçota alınır.

Səhmdar Shareholder Акционер Müəssisənin səhmləri sərmayəçilə-rə satılır və buradan əldə olunmuş pul vəsaiti şirkətin fəaliyyətində is-tifadə olunur. Səhmləri alan sərma-yəçilər şirkətin səhmdarı, başqa sözlə onun sahibi olurlar. Məhdud məsuliyyətli müəssisənin fərdi sa-hibkarlıq və ortaqlıqdan əsas fərqi ondadır ki, burada şirkətin səhm-darlarının (sahiblərinin) şirkətə gö-rə cavabdehliyi və ya məsuliyyəti yalnız səhmdarın sərmayəsinin məbləği ilə məhdudlaşır.

Page 44: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

44  

Ş Şablon Pro-forma Шаблон Bütün hesabat formalarının (Maliy-

yə vəziyyəti haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişiklik haq-qında hesabat) tipik strukturunun izahı üçün istifadə olunan termindir.

Şübhəli borclar üzrə ehtiyat

Allowance for receivables

Поправка на сомнитель-ные долги

Əgər hər hansı debitor borcun əldə edilməsi barəsində şübhə yaranarsa, həmin borc üzrə qiymətləndirilmiş ehtiyatın yaradılması məqsədəuy-ğundur. Bu gözlənilən zərərə qarşı tədbirli olmağı tələb edən ehtiyatlıq konsepsiyası prinsipinə əsaslanır.

Şərti aktiv Contingent asset

Условный актив

Keçmiş hadisələrdən irəli gələn və mövcudluğu tam olaraq müəssisə-nin nəzarəti altında olmayan bir və ya daha çox qeyri-müəyyən gələcək hadisələrin baş verməsi və ya ver-məməsi ilə təsdiqlənəcək mümkün olan aktivdir. Məsələn: Xaric olan hər hansı aktivin kompensasiyası üçün mümkün ola biləcək sığorta ödənişi barədə sığorta təşkilatının müvafiq komitəsi tərəfindən hələ yekun qərar qəbul edilməyib. Diq-qət ediləsi vacib məqam isə "müm-kün olan" ifadəsidir ki, ehtimalın 0-50% arasında olmasını xarakterizə edir. Şərti aktiv malyyə hesabatla-rında tanınmır, lakin bu barədə izahedici qeydlərdə açıqlama verilə bilər.

Şərti öhdəlik Contingent liability

Условное обязатель-ство

Şərti öhdəliklərə aşağıdakılar aid-dir: (a) keçmiş hadisələrdən yaranan və mövcudluğu yalnız bir və ya bir-ne-çə qeyri-müəyyən gələcək hadisələ-rin baş verib və ya verməməsi ilə təsdiq olunan, müəssisənin tam nə-zarətində olmayan, öhdəlik; və ya (b) keçmiş hadisələrdən yaranan, lakin aşağıda qeyd olunan səbəblərə görə tanınmamış cari öhdəlik: (c) öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərəni təcəssüm et-dirən resursların xaric olmasının tə-ləb olunacağının ehtimal olunma-ması; və ya

Page 45: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

45  

(d) öhdəliyin məbləğinin kifayət qədər etibarlı qiymətləndirilməsinin mümkün olmaması.

Şirkət (Səhmdar cəmiyyəti)

Company Компания Fərdi müəssisə və ortaqlıqlarla ya-naşı, müəssisə anlayışının təşkilati-hüquqi formalarından biridir. Şirkət sahibləri səhmdarlardır və onlar əsas qərarları özlərinin qəbul etmə-ləri şərti ilə şirkətin idarə edilməsi-ni birgə olaraq təyin edilmiş mene-cerlərə həvalə edirlər. Nəticə etibarı ilə şirkətin sahibliyi və idarəçiliyi fərqli olan iki tərəfə məxsus olur. Lakin menecerlərin özlərinin şirkət-də səhm sahibi olduğu hallar da is-tisna deyil. İdarəetmənin və sahib-karlığın fərqli tərəflərdə olması şir-kətdə müəyyən ziddiyyətlərin və tə-rəflərarası mübahisələrin yaranma-sına səbəb olur: Belə ki, menecer öz məqsədlərini hədəfləyərək şirkə-tin gələcəyini və səhdarların məna-feyini geri plana çəkir. Ən təhlükə-lisi isə menecerlərin xidmətlərinə görə mükafatının artırılması səbəbi ilə maliyyə hesabatlarına manipul-yasiya etmək, yaxud onları daha yaxşı nəticələrlə təqdim etməklə biznesin fəaliyyətini təhrif olunmuş yanlış formada təqdim etməkdir. Bu kimi mübahisələrin yaranması hallarının minimum səviyyədə sax-lanılmasının əsas üsulları kimi me-necerlər Muhasibat Uçotunun Bey-nəlxalq Standartlarının tələblərinə riayət etməli və mütəmadi olaraq audit təşkil etməlidirlər.

Şübhəli borclar üzrə ehtiyat

Provision for doubtful debts

Резерв по сомнитель-ным долгам

Əgər hər hansı bir debitorun borcu-nun əldə edilməsi barədə şübhə ya-ranarsa, həmin borc üzrə qiymət-ləndirilmiş ehtiyatın təyin edilməsi məqsədəuyğundur. Bu gözlənilən zərərə qarşı tədbirli olmağı tələb edən ehtiyatlılıq konsepsiyası prin-sipinə əsaslanır.

T Tələb edilən kapital

Called-up share capital

Востребо-ванный капитал

Yeni səhm buraxılışı zamanı təşki-lat buraxılmış səhmlər müqabilində bütün ödənişi tələb etməyə bilər. Tələb edilən kapital – bu elə məhz

Page 46: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

46  

emissiya olunan səhmlərin o hissə-sidir ki, yeni səhmdarlar bu hissə ilə bağlı ödənişi dərhal etməlidirlər. Təşkilat səhmdara ödənişin geriyə qalan hissəsini sonradan ödəmə im-kanı yaradır. Bir qayda olaraq, tələb edilən kapital nəşr olunmuş kapitala bərabərdir. Lakin əgər tələb edilən kapital nəşr olunmuş kapitala nisbə-tən az olarsa, məhz həmin az məb-ləğ Maliyyə Vəziyyəti Haqqında Hesabatda tanınacaq.Yəni təşkilata hazırda emissiyadan nə qədər vəsait daxil olacaq.

Törəmə maliyyə aləti

Derivative financial instrument

Дериватив Törəmə maliyyə alətləri – ikinci də-rəcəli qiymətli kağızlardır.

Tətbiq edilə bilməyən

Impracticable Невыпол-нимый

Bu, təşkilatın standartın bütün mümkün şərtlərini əvvəlcədən qə-bul etməsinə baxmayaraq, standar-tın hər hansı şərtinin yerinə yetiril-məsinin qeyri-mümkünlüyü ilə bağ-lıdır. Standartın bəzi şərtləri həqi-qətən də çətindir və menecerlərin bununla bağlı problemləri yarana bilər, məsələn tələb olunan əlavə informasiyanın dəyərinin onun əldə edilməsi ilə bağlı çəkilən xərclər-dən daha aşağı olması. Belə vəziy-yətdə standart qeyd edir ki, əlavə informasiyanın təqdim edilməməsi yalnız onun qeyri-mümkün olması ilə həyata keçirilə bilər.

Ticarət əlavəsi Mark-up Наценка Ticarət əlavəsi məhsulun satış də-yəri ilə satışın maya dəyəri arasın-dakı fərqdir. Əsasən sabit məbləğ kimi və ya ümumi satış qiyməti faizi kimi ifadə edilə bilər.

Tərəfdaşlıq Partnership Товари-щество

Biznes fəaliyyəti göstərən təşkilat bir və ya bir neçə şəxs tərəfindən idarə və nəzarət olunur. Hər iki sa-hiblər bərabər hüquq daşıyırlar və eləcə də təşkilatın borcları üçün şəxsən məsuliyyət daşıyırlar

Tərəfdaşlıq barədə razılaşma (müqavilə)

Partnership agreement

Соглашение о товари-ществе

Tərəfdaşlar arasında mənfəət böl-güsü prinsiplərini həyata keçirən sənəddir. Tərəfdaşlıq barədə razı-laşma (müqavilə) olmadıqda mən-fəət tərəfdaşlar arasında bərabər bö-lüşdürülür.

Page 47: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

47  

Torpaq, tikili və avadanlıqlar

Property, plant and equipment

Основные средства

Bir neçə hesabat dövrü ərzində isti-fadə olunan, 12 aydan daha uzun müddətə saxlanılan aktivdir. Bunla-ra torpaq, bina, maşın və avadanlıq-lar, nəqliyyat vasitələri, tikilməkdə olan obyektlər, gələcək iqtisadi sə-mərənin müəssisəyə axınını ehtimal edən, dəyəri etibarlı əsasla qiymət-ləndirilə bilən digər obyektləri aid etmək olar.

Tanıma Recognition Признание Tanıma, maliyyə hesabatları ele-menti anlayışına və tanıma meyarı-na uyğun olan maddələrin MVHH və MHMH-yə daxil edilməsini tə-min edən bir prosesdir. 1. “Tanıma” o deməkdir ki, maddə: • Element anlayışına uyğun gəlir; • Tanıma meyarına cavab verir. 2. Tanınmalı olan maddələri əhatə edən mühasibat uçotu siyasətinin, qeydlərin və digər izahlı məlumat-ların açıqlanması bu cür maddələrin tanınmamasını kompensasiya edə bilməz. 3. Elementlər öz aralarında elə əlaqə-lidirlər ki, hər hansı bir əməliyyat iki və ya daha çox elementə təsir gös-tərə bilər. Beləliklə, müəyyən bir element üçün anlayış və tanıma me-yarlarına cavab verən hər hansı bir maddə avtomatik olaraq digər ele-mentin tanınmasına gətirib çıxarır. 4. Müəyyən bir anda tanıma meyarı-na cavab verməyən hər hansı bir maddə sonrakı hadisələr nəticəsində tanınma tələblərinə cavab verə bilər.

Tədqiqat/ araşdırma

Research Исследова-ние

Tədqiqat – yeni elmi və ya texniki bilik və ideyaların əldə olunması perspektivi baxımından orijinal və planlı elmi araşdırmaların tətbiq edilməsidir.

Ticarət endirimi

Trade discount

Торговая скидка

Cari bazar şəraitindən asılı olaraq əməliyyat şərtlərinə bağlı alıcıya satıcı tərəfindən təmin edilən malın qiymət endirimidir.

U Uçot siyasəti Accounting

policies Учётная политика

Mühasibat uçotu siyasəti dedikdə, maliyyə hesabatlarının hazırlanma-sında və təqdimatında müəssisənin

Page 48: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

48  

tətbiq etdiyi bütün xüsüsi prinsip-lər, əsaslar, müqavilələr, qaydalar və təcrübələr başa düşülür.

Uzunmüddətli aktiv

Non-current asset

Необоротные активы

Uzunmüddətli aktivlər-müəssisənin bir ildən daha çox müddətə saxla-mağı və ya pul vasitəsinə çevirməyi planlaşdırdığı aktivlərdir.

Ü Ümidsiz borc Bad debt Безнадёжный

долг Borclu subyektin maliyyə duru-mundan, o cümlədən borc öhdəliyi-ni icra etmək qabiliyyəti aşağı ol-masından asılı olaraq qaytarılmaq ehtimalı az olan debitor borcudur.

V Vaxtından tez ödənişə görə endirim (güzəşt)

Prompt payment discount

Скидка за досрочную оплату

Daha ətraflı Settlement Discount bölməsinə baxın.

Y Yığılmış amortizasiya

Accumulated depreciation

Накопленная амортизация, накопленный износ

Daha ətraflı Allowance for depreciation bölməsinə baxın.

Yığılmış mənfəət

Accumulated profits

Нераспре-делённая прибыль

Daha ətraflı Retained earnings bölməsinə baxın.

Yığılmış amortizasiya

Allowance for depreciation

Поправка на накопленную амортизацию

İllər üzrə hesablanmış amortizasiya xərclərinin cəminə deyilir. Bu akti-vin istifadəsi, kohnəlməsi və mənə-vi aşınması nəticəsində onun dəyə-rinin azalmasını əks etdirir.

Yol buraxılış vərəqəsi

Consignment note

Транспорт-ная накладная

Daha ətraflı Delivery note bölməsi-nə baxın.

Yekun dividentlər

Final dividend

Окончатель-ные дивиденды

İllik mənfəət əsasında ödənilən di-videntlərdir.

Yenidənqiy-mətləndirmə

Revaluation Переоценка Əsas vəsaitlərin və qeyri-maddi ak-tivlərin ilkin tanınmasından sonra ölçülməsi metodudur ki, balans də-

Page 49: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

49  

yərinə mütəmadi olaraq bazar dəyə-ri qədər düzəliş edilə bilər, yəni ak-tivin ədalətli dəyərinin yenidən he-sablanmasıdır. Ədalətli dəyər akti-vin mübadilə edilə biləcəyi dəyər-dir. Bir qayda olaraq, daşınmaz əm-lak və torpağın yenidən qiymətlən-dirilmiəsi mümkün olduğu halda, qeyri-maddi aktivlərin yenidən qiy-mətləndirilməsi isə, yalnız həmin aktivlər üzrə canlı bazar olduqda mümkündür.

X Xərc Expense Расход Kapitalın bölüşdürürülməsi ilə əla-

qəli olmayan, lakin kapitalın azal-ması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərə-nin azalmasıdır.

Xalis aktivlər Net assets Чистые активы

Daha ətraflı Equity bölməsinə ba-xın.

Xalis cari aktivlər

Net current assets

Чистые оборотные активы

Xalis cari aktiv müəssisənin normal fəaliyyət dövrü ərzində reallaşdır-maq, satış və ya istehlak etmək üçün nəzərdə tutulur: Normal fəa-liyyət dövrü əmtəənin (xammal və s.) satın alınması, emalı və satışı (və müqabilində pul vəsaitinin əldə edilməsi) dövrünü əhatə edir.

Xalis satış dəyəri

Net realisable value

Чистая стоимость реализации

Xalis satış dəyəri dedikdə, müəssi-sənin gündəlik fəaliyyəti ilə bağlı gözlənilən satış qiyməti ilə bu satı-şın həyata keçməsi ilə əlaqədar çə-kilən, gözlənilən tamamlama və di-gər birbaşa xərclərin fərqinə bəra-bər olan dəyər nəzərdə tutulur. Xa-lis satış dəyəri dedikdə, yaxın gələ-cəkdə satış nəticəsində reallaşacağı gözlənilənməbləğ başa düşülür.

 

 

 

 

Page 50: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

50  

 

 

English Azərbaycan

dilində Русский Açıqlaması

A Accounting Mühasibat

uçotu Учёт Bütün təsərrüfat subyektlərinin hə-

yata keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının fasiləsiz və sənəd-lə əks etdirilməsini formalaşdıran, əmlakı, öhdəlikləri, gəlir və xərclə-ri, onların dəyişməsi haqqında in-formasıyaları dəyər ifadəsi ilə yı-ğan, qeydiyyata alan, ümumiləşdi-rən və qaydaya salan tətbiqi sənəd-dir. Eyni zamanda digər özünə məxsus prinsiplər əsasında qurul-muş uçot üsuludur.

Accounting estimate

Mühasibat qiymətlən-dirməsi

Бухгалтер-ская оценка

Mühasibat uçotu obyeklərinin pul ifadəsində əks etdirilməsi üsuludur. Hər bir təsərrüfat subyektinin təsər-rüfat vasitələrinin qiymətləndiril-məsi onların faktiki maya dəyərinə istinad edir. Bu yolla qiymətin real-lığına nail olunur.

Accounting policies

Uçot siyasəti Учётная политика

Mühasibat uçotu siyasəti dedikdə, maliyyə hesabatlarının hazırlanma-sında və təqdimatında müəssisənin tətbiq etdiyi bütün xüsüsi prinsiplər, əsaslar, müqavilələr, qaydalar və təcrübələr başa düşülür.

Accounts Payable

Kreditor borc Кредитор-ская задол-женность

Daha ətraflı Payables bölməsinə baxın.

Accounts Receivable

Debitor borc Дебиторская задолжен-ность

Daha ətraflı Trade receivables böl-məsinə baxın.

Accrual Hesablanma Начисление Daha ətraflı Accrued expense böl-məsinə baxın.

Accrual basis Hesablama metodu

Метод начисления

Bütün təsərrüfat əməliyyatları və digər hadisələrin, uçot və hesbatda həmin əməliyyatlardan pul vəsaitlə-rinin alınmasından asılı olmayaraq, baş verdiyi hesabat dövründə əks etdirilməsini nəzərdə tutur.

Page 51: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

51  

Accrued expense

Hesablanmış xərc

Начислен-ный расход

Bəzən xərclər hesablanır, lakin hesabat dövrü ərzində ödənilmir, yəni öhdəliyimiz kimi qalır. Lakin müvafiq xərclər baş verdiyinə görə biz onları həmin maliyyə ilində qeyd etməliyik.

Accumulated depreciation

Yığılmış amortizasiya

Накопленная амортизация, накопленный износ

Daha ətraflı Allowance for depreciation bölməsinə baxın.

Accumulated profits

Yığılmış mənfəət

Нераспре-делённая прибыль

Daha ətraflı Retained earnings böl-məsinə baxın.

Adjusting event

Səhvlərin düzəldilməsi

Корректи-рующее событие

Yoxlama balansı hesabların riyazi dəqiqliyini yoxlamaq üçün hazırla-nır. Əgər yoxlama balansı balans-laşmırsa, deməli hesablarda bəzi hesablama səhvləri var və bunlar da öz növbəsində müəyyənləşdirilməli və düzəldilməlidir.

Advice note Bildiriş Уведомление Malların adı və sayı haqqında satı-cıya göndərilən bildiriş sənədidir.

Allowance for depreciation

Yığılmış amortizsiya

Поправка на накопленную амортизацию

İllər üzrə hesablanmış amortizasiya xərclərinin cəminə deyilir. Bu akti-vin istifadəsi, kohnəlməsi və mənə-vi aşınması nəticəsində onun dəyə-rinin azalmasını əks etdirir.

Allowance for doubtful debts

Şübhəli borclar üzrə ehtiyat

Поправка на сомнитель-ные долги

Daha ətraflı Allowance for receivables bölməsinə baxın.

Allowance for receivables

Şübhəli borclar üzrə ehtiyat

Поправка на сомнитель-ные долги

Əgər hər hansı debitor borcun əldə edilməsi barəsində şübhə yaranarsa həmin borc üzrə qiymətləndirilmiş ehtiyatın yaradılması məqsədəuy-ğundur. Bu gözlənilən zərərə qarşı tədbirli olmağı tələb edən ehtiyatlıq konsepsiyası prinsipinə əsaslanır.

Amortisation Amortizasiya (qeyri-maddi aktivlər)

Износ Amortizasiya faydalı istifadə müd-dəti ərzində aktivlərin amortizasiya edilə bilən dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm ola-raq (sistematik şəkildə) paylaşdırıl-masıdır (bölüçdürülməsidir).

Amortised cost

Amortizasiya oluna bilən dəyər

Амортизи-рованная стоимость

Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya) dəyərinin çı-xılmasından sonra əldə olunan də-yərdir.

Page 52: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

52  

Annual report İllik hesabat Годовой отчёт

Təsərrüfat subyektinin işinin yekun nəticələrini xarakterizə edir. Onun tərkibinə aşağıdaklar daxildir: 1. Mənfəət və zərər haqqında hesa-bat; 2. Maliyyə Vəziyyəti Haqqında He-sabat; 3. Kapitalda dəyişiklik barədə hesa-bat; 4. Pul vəsaiti haqqında hesabat; 5. İzahlı qeydlər.

Annuity Annuitet Аннуитет Müəyyən müddət ərzində dövri ödənişlərin həyata keçirilməsini nə-zərdə tutan mexanizmdir. Buna bə-rabər zaman müddətində və bərabər məbləğdə həm əsas, həmdə faiz ödənişləri həyata keçirən kreditlər, amortizasiya fondu ayırmaları, sı-ğorta haqları üzrə ödənişlər və s. daxildir.

Appropriation account

Bölüşdürül-məmiş mənfəət hesabı

Счёт распреде-ления прибыли

Bölüşdürülməmiş mənfəət hesabı Tərəfdaşlıq üçün mühüm sənəddir. Bu hesabda tərəfdaşlar mənfəətin öz aralarında necə bölüşdürdüyünü qeyd edirlər. Bütün əldə edilmiş mənfəət tərəfdaşlar arasında bölüş-dürülərək onların Kapital hesabına köçürülür və Bölüşdürülməmiş mənfəət hesabı sıfırlanır. Mənfəətin bölüşdürülməsi dərəcəsi Tərəfdaş-lıq haqqında sazişdə (müqavilədə) qeyd olunur.

Appropriation statement

Mənfəətin bö-lüşdürülməsi üzrə hesabat

Отчёт о рас-пределении прибыли

Bu hesabat tərəfdaşlıq üçün mən-fəət bölüşdürülməsi üzrə eyni funk-siyani yerinə yetirir, lakin ümumi ledger hesabı kimi təqdim olunur və sütun üzrə bölünür. Fərq yalnız təqdimat formatındadır.

Asset Aktiv Актив Aktiv keçmiş hadisələrin nəticəsin-də hal-hazırda müəssisə tərəfindən nəzarət olunan və müəssisəyə gələ-cəkdə iqtisadi səmərə gətirə biləcə-yi gözlənilən resursdur.

At fair value through profit or loss

Ədalətli də-yərdə dəyişik-lik nəticəsin-də mənfəət və ya zərər

По справед-ливой сто-имости через прибыль или убыток

Daha ətraflı Fair value through profit or loss bölməsinə baxın.

Page 53: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

53  

Audit Audit Аудит Auditorlar tərəfindən müəssisənin, təşkilatın və s.-nin maliyyə-təsərrü-fat fəaliyyətinin təhlili. A.-in məq-sədi həmin iqtisadi subyektin ma-liyyə-təsərrüfat, eləcə də mühasibat hesabatının qanunauyğun olub-ol-mamasını müəyyənləşdirmək, bu istiqamətdə vəziyyətin yaxşılaşdı-rılması ilə bağlı məsləhətlər ver-məkdən ibarətdir. A. müəssisənin və ya təşkilatın şəxsi müraciətinə, yaxud səlahiyyətli dövlət orqanının təyinatına (tələbinə) əsasən aparılır.

Authorised share capital

Nizamnamə kapitalı və emissiya edilmiş kapital (Elan edilmiş səhmlər)

Уставный капитал или капитал, разрешённый к выпуску

Bu müəssisənin emissiya edə bilə-cəyi kapitalın maksimum məbləği-dir. Bu, adətən müəssisənin nizam-namə sənədində qeyd olunur. Emissiya edilmiş kapital təsdiqlən-miş kapitalın maksimum sayının faktiki emissiya olunmuş hissəsini gostərən kapitaldır. Emissiya olun-muş kapital heç vaxt təstiqlənmiş kapitaldan çox ola bilməz.

Available for sale

Satış üçün nəzərdə tutulan mallar

Доступные для продажи

Müəssisənin adi fəaliyyəti zamanı satış məqsədi ilə saxlanılan, satış üçün istehsal prosesində saxlanılan xammal və ya materialdır.

B Bad debt Ümidsiz borc Безнадёжный

долг Borclu subyektin maliyyə duru-mundan, o cümlədən borc öhdəliyi-ni icra etmək qabiliyyəti aşağı ol-masından asılı olaraq qaytarılmaq ehtimalı az olan debitor borcdur.

Balance sheet Balans hesabatı

Баланс Balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və passivlə-rini (öhdəlik, kapital) göstərən he-sabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

Balancing figure

Balanslaş-dırıcı məbləğ

Балансиру-ющая сумма

Hesab, dövrüyyə, hesabat formaları və başqa bu kimi elementlərin on-suz tamamlana bilmədiyi məbləğ-dir. Riyazi olaraq baxıldıqda, veri-lən tənlikdə x məchul dəyişənin ta-pılmasından başqa bir şey deyil. Məsələn: biznesin aktiv və öhdəlik-lərinin məbləğini bilərək konkret tarixə kapitalı asanlıqla müəyyən etmək olar. Məlumdur ki, aktiv öh-dəlik və kapitalın cəminə bərabər-

Page 54: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

54  

dir. Kapital bu tənliyi balanslaşdı-rır, başqa sözlə aktiv ilə öhdəliyin fərqinə bərabər olur. Eyni zamanda, balanslaşdırıcı məbləğ üsulu prakti-ki olaraq, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatın hazırlanmasın-da istifadə edilir. Fərz edək ki, de-bitor borc hesabı üzrə ilin əvvəlinə (1) və sonuna (2) olan qalıqlar, elə-cə də dövr üzrə gəlir məbləği (3) məlumdur. Bu məlumatları rəhbər tutaraq hesab üzrə çatışmayan ba-lanslaşdırıcı ifadə müəyyən edilə bilər. Belə ki, dövr üzrə müştərilər-dən konkret daxil olan pul vəsaitlə-rinin məbləği (1) + (3) – (2) düsturu formasında təyin ediləcək.

Bank overdraft

Bank overdraftı

Банковский овердрафт

Bank hesabında olan mənfi qalıq-dır. Bu hal o zaman baş verir ki, siz bank hesabından orada qalan vəsa-itdən daha çox məbləğ çəkmisiniz (bank sizin biznesə bu kimi əməliy-yatı icra etmək imkanı verdiyi hal-da). Nəticə olaraq, overdraft bankın verdiyi qısamüddətli kredit kimi qə-bul edilməli və Maliyyə Vəziyyəti Haqqında Hesabatda mənfi aktiv kimi deyil, öhdəlik maddəsi kimi tanınmalıdır.

Bank reconciliation

Bank üzləşdirməsi

Банковская сверка

Bank çıxarışı əsasında kassa kitabı qalığının bankda olan hesab üzrə qalıqla müqayisə edilməsidir. Mən-tiqi olaraq baxıldıqda, təşkilkatın eyni qədər pul vəsaitlərinin məblə-ğini fərqli formalarda əks etdirən bu iki meyar bir-birinə təmamilə bəra-bər olmalıdır. Lakin bu cür üzləş-dirmələr zamanı bəzən bərabərlikdə fərqlər yarana bilər ki, bu fərqlər özü də 3 qrupda təsnifləşdirilir: 1) Bank tərəfindən aparılmış, lakin hələ kassa kitabına qeyd edilməmiş əməliyyatlar 2) Yol verilən səhvlər (hər iki tərəf-də səhv baş verə bilər) 3) Bank tərəfindən çeklərin və ödə-nişlərin nizama salınması və işlən-məsi əsasında yaranan gecikmələr. Əgər siz bütünlükdə bank hesabı və kassa kitabı arasında yaranan fərq-ləri təyin edə bilirsinizsə, dəməli bərabərlik mövcuddur.

Page 55: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

55  

Bank statement

Bank çıxarışı Банковская выписка

Müəyyən dövr ərzində bank hesabı üzrə baş verən əməliyyatları əks et-dirən sənəd formasıdır. Kassa kitabı ilə bank üzləşdirilməsi aparılmasına xidmət edir. Bununla yanaşı, mün-təzəm aparılmayan uçot zamanı, kassa metodunun hesablama meto-dundan nə ilə fərqləndiyini bilmək şərti ilə təxmini olaraq biznesin gə-lir və xərc bazası haqqında məlu-matı təmin edir.

Bill Hesab Счёт Daha ətraflı Invoicebölməsinə ba-xın.

Biological asset

Bioloji aktiv Биологичес-кий актив

Bioloji aktiv bitki və heyvan qrup-larını xarakterizə edir. Bioloji aktiv satış xərcləri çıxılmaqla ədalətli də-yər əsasında qiymətləndirilir. Əda-lətli dəyəri etibarlı olaraq müəyyən etmək olmayan bəzi istisna hal-larda, bioloji aktiv yığılmış amorti-zasiya və dəyərdən düşmə zərəri çı-xılmaqla nəzərə alınır. Ədalətli də-yəri etibarlı olaraq müəyyən etmək mümkün olduğu halda, satış xərc-ləri çıxılmaqla ədalətli dəyər əsa-sında qiymətləndirilmə aparılmalı-dır.

Bond Borc öhdəliyi Облигация Daha ətraflı Bond və Debenture bölməsinə baxın.

Bonus issue Bonus emissiyası

Бонусная эмиссия

Təşkilatın səhmdarları arasında ödənişsis əsaslarla səhm buraxılışı-dır. Təşkilat bu üsulla buraxılmış səhmlərinə görə vəsait olaraq heç nə qazanmır. Faktiki olaraq söhbət kapital ehtiyatlarının yerdəyişmə-sindən gedir, belə ki, təşkilatın ehti-yat olaraq yığılmış kapitalı səhm buraxılışına axın edir. Bununla da kapitalın ümumi dəyəri dəyişməz olaraq qalır. Məsələn: bonus emis-siyası 4:1 nisbətindədir ifadəsi onu bildirir ki, mövcud səhmdar onun hər 4 səhminə görə əlavə olaraq 1 səhm qazanacaq. Təbii ki, bu kom-paniyanın bütün səhmdarlarına şa-mil edilir. Bonus emissiyası konkret olaraq iki məqsədi hədəfləyir: Bi-rinci məqsəd, səhmlərin bazar qiy-mətinin düşməsi hesabına onun dövriyyəsinin artırılmasıdır. Bunun-la kapitalın məbləği dəyişməz qalır, belə ki, təşkilat nə əlavə ödəniş et-

Page 56: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

56  

mir, nə də ki, pul vəsaiti qazanmır. Amma nəzər alsaq ki, bonus emis-siyasının nəticəsi kimi səhmlərin kəmiyyəti artır, nəticədə bir səhmdə daha az bazar dəyəri əldə edilir. Bəs daha az dəyərli səhmin üstünlüyü nədədir? Onları almaq asanlaşır, səhmlər daha likvid olur və onlara bazarda tələbat artır. Tələbatın art-ması səhmlərin bazar dəyərinin yüksəlməsinə səbəb olur ki, bu da öz növbəsində kapitalın artması ilə nəticələnir. İkinci məqsəd, bonus emissiyasının icrası zamanı yaranan səhmlərin divident kimi istifadə edilməsidir. Bu hal o zaman baş ve-rir ki, təşkilat dividentləri pul və-saitləri hesabına ödəmək istəyinə yaxud imkanına malik deyil. Bonus emissiyası etməklə biznes səhmdara seçim imkanı verir: pul vəsaitinin tələb olunduğu təqdirdə yeni əldə edilmiş səhmləri satmaq və ya onla-rı saxlamaqla gələcəkdə daha yük-sək dividenti təmin etmək

Book-keeping Hesabdar mühasibatlığı

Счетовод-ство

Biznesin iqtisadi hadisələrinin ma-liyyə istiqaməti ədəbiyyatlarında sis-temli qediyyatıdır. Hadisələr qismin-də isə yalnız maliyyə axını ilə nə-ticələnən əməliyyatlar başa düşülür.

Business entity concept

Müstəqil təsərrüfat vahidi konsepsiyası

Принцип автоном-ности хозяйствен-ной единицы

Qayda üzrə təşkilatın iqtisadi fəa-liyyəti ilə həmin təşkilatın sahibinin iqtisadi fəaliyyəti birləşdirilməməli, yəni ayrıca nəzərdə tutulmalıdır. Məsələn: sahibkarın ofisi üçün aldı-ğı mebel biznes əməliyyatı hesab edilir, lakin əgər bu mebel sahibka-rın yaşayış evi üçün alınarsa bu ar-tıq biznes əməliyyatı deyil və bunu təşkilatın fəaliyyətinə aid etmək ol-maz. Elə istisna hallar başa verə bi-lər ki, fərdi müəsisənin sahibkarı öz şəxsi və biznes vəsaitlərini eyni tu-taraq fəaliyyət göstərsin. Fərz edək ki, sahibkar ticarət mərkəzində alış-veriş məqsədləri üçün üzərində olan və biznesinə məxsus bank hesabı kartından istifadə edir. Öz şəxsi məqsədləri üçün biznes vəsaitinin sərf edilməsi kapitalın azalması ilə nəticələn sahibkar çıxarışı hesab edilməlidir.

Page 57: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

57  

C Called-up share capital

Tələb edilən kapital

Востребо-ванный капитал

Yeni səhm buraxılışı zamanı təşki-lat buraxılmış səhmlər müqabilində bütün ödənişi tələb etməyə bilər. Tələb edilən kapital - bu elə məhz emissiya olunan səhmlərin o hissə-sidir ki, yeni səhmdarlar bu hissə ilə bağlı ödənişi dərhal etməlidirlər. Təşkilat sıhmdara ödənişin geriyə qalan hissəsini sonradan ödəmə im-kanı yaradır. Bir qayda olaraq, tələb edilən kapital nəşr olunmuş kapitala bərabərdir. Lakin əgər tələb edilən kapital nəşr olunmuş kapitala nisbə-tən az olarsa, məhz həmin az məb-ləğ Maliyyə Vəziyyəti Haqqında Hesabatda tanınacaq.Yəni təşkilata hazırda emissiyadan nə qədər vəsait daxil olacaq.

Capital Kapital Капитал Daha ətraflı Equity bölməsinə ba-xın.

Capital expenditure

Kapital məsrəfi

Капитальные затраты

Kapital məsrəfi ən ümumi şəkildə uzunmüddətli aktivlərin alınmasına, keyfiyyətinin və iş imkanının artı-rılmasına və tikintisinə çəkilən pul vəsaitlərini ifadə edir. Nəticə etibarı ilə kapitallaşan məsrəflər Maliyyə Vəziyyəti Haqqında Hesabatda ak-tivin yaranmasına səbəb olur. Adə-tən kapital məsrəfləri cari xərclər-dən fərqləndirilir.

Capitalisation Kapitallaş-dırma

Капитали-зация

Bu anlayışın iki mənası var: Maliy-yə uçotu nöqteyi-nəzərindən kapi-tallaşdırma hər hansı aktiv yaradan məbləğin tanınması kimi xarakteri-zə edilir. Məsrəfi kapitallaşdirmaq, yaxud silməyə dair yanaşmalar bir çox standartda qeyd edilir. Kapital-laşdırma anlayışının ikinci mahiy-yəti ondan ibarətdir ki, təşkilatın ümumi bazar dəyərinə, həmin təşki-latın buraxdığı bütün səhmlərin he-sablanmış ümumi bazar dəyəri kimi yanaşılır.

Carrying amount

Balans dəyəri Балансовая стоимость

Aktivin Maliyyə vəziyyəti Haqqın-da Hesabatda əks olunduğu dəyəri-dir. Bir qayda olaraq, bu termin həm maddi, həm də qeyri-maddi aktivlərə şamil edilir. Balans dəyəri ilkin dəyər ilə yığılan amortizasiya

Page 58: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

58  

yaxud yığılan köhnəlmə arasındakı fərqə bərabərdir.

Cash Pul vəsaitləri Денежные средства

Nağd, eləcə də bank hesabında olan cəmi pul vəsaitləridir. Praktiki ola-raq, nəzarət məqsədi ilə pul vəsait-lərinin müxtəlif növlərinin (Məsə-lən: fərqli valyuta məzənnəsində olan bank hesabları) baş kitabda ay-rıca qeyd edilməyi daha məqsədə uyğun hesab edilir, lakin sadəlik baxımından adətən bütün likvid pul vəsaitləri vahid ad altında nəzərə alınır.

Cash equivalents

Pul vəsaitlərinin ekvivalentləri

Денежные эквиваленты

Dəyərin itirilməsi riskinin az olması ilə pul vəsaitlərinə asanlıqla çevrilə bilən qisamüddətli yüksək likvidli investisiyalardır. Onlar quruluşca fərqli ola bilər: depozitlər və qısa-müddətli qiymətli kağızlar. Bir qay-da olaraq, istifadəsiz pul vəsaitləri-nin qısamüddətli investisiyası üçün alınır ki, pullar bank hesabında qa-laraq dəyərsizləşməsin və əlavə və-sait cəlb etmiş olsun. Bu aktivlərin ayrıca hesab olaraq uçota alınması-na baxmayaraq, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatı hazır-layarkən, onlar ümumi şəkildə pul vəsaitləri adı altında birləşdirilir, yəni qiymətli kağızlara olan inves-tisiyaya bu hesabatın ayrıca "İn-vestisiya fəaliyyəti" bölməsində ba-xılmır.

Cash flows Pul vəsaitlərinin hərəkəti

Денежные потоки

Pul vəsaitləri və onların ekvivalent-lərinin mədaxilini və məxaricini ifadə edir. Belə ki, maliyyə məlu-matının istifadəçisi üçün , dövr üzrə pul vəsaitlərinin hansı məqsədlərlə istifadəsi və pulun daxilolma mən-bələri kimi nəyin çıxış etməsini bil-mək olduqca vacibdir. Bu kimi mə-lumatların açıqlanması üçün Müha-sibat Uçotunun Beynəlxalq Stan-dartı Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatın hazırlanmasını tələb edir.

Chart of accounts

Hesablar planı

План счетов

Baş kitabın hesablar strukturu təşki-latın bütün növ uçot və hesabat tə-ləblərinin yerinə yetirilməsi üçün kifayətdir. Hesablar planı hesablar və onların subhesablarında ibarət-dir. Mühasibat Uçotunun Beynəl-

Page 59: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

59  

xalq Standartının yanaşması üzrə hesablar planının tətbiqinin icbari, hətta sadəcə tövsiyyə olunan forma-sı belə yoxdur. Mahiyyətcə hər bir təşkilat öz hesab planını yenidən iş-ləyə bilər. Əsas tələb isə hesab pla-nının təşkilatın iqtisadi fəaliyyətini əks etdirməsidir.

Cheque Çek Чек Çek sahibindən müəyyən olunmuş məbləğ əsasında banka bu çeki təq-dim edən tərəfə ödənişi xarakterizə edən standart sənəd formasıdır. Bu bir çox ölkələrin kiçik bizneslərində ən çox rast gəlinən ödəniş üsuludur. Belə ki, alıcı ödənişi nağd olaraq deyil, çek vasitəsi ilə ödəyir. Bu halda satıcı tərəf alıcı tərəfindən ya-zılmış çeki banka aparır və bu sə-nəd əsasında alıcının bank hesabın-dan qeyd olunan məbləğ qədər çı-xarış edilir.

Company Şirkət (Səhmdar cəmiyyəti)

Компания Fərdi müəssisə və ortaqlıqlarla ya-naşı, müəssisə anlayışının təşkilati-hüquqi formalarından biridir. Şirkət sahibləri səhmdarlardır və onlar əsas qərarları özlərinin qəbul etmə-ləri şərti ilə şirkətin idarə edilməsini birgə olaraq təyin edilmiş menecer-lərə həvalə edirlər. Nəticə etibarı ilə şirkətin sahibliyi və idarəçiliyi fərq-li olan iki tərəfə məxsus olur. Lakin menecerlərin özlərinin şirkətdə səhm sahibi olduğu hallar da istisna deyil. İdarəetmənin və sahibkarlığın fərqli tərəflərdə olması şirkətdə mü-əyyən ziddiyyətlərin və tərəflərarası mübahisələrin yaranmasına səbəb olur: Belə ki, menecer öz məqsədlə-rini hədəfləyərək şirkətin gələcəyini və səhdarların mənafeyini geri pla-na çəkir. Ən təhlükəlisi isə mene-cerlərin xidmətlərinə görə mükafa-tının artırılması səbəbi ilə maliyyə hesabatlarına manipulyasiya etmək yaxud onları daha yaxşı nəticələrlə təqdim etməklə biznesin fəaliyyəti-ni təhrif olunmuş yanlış formada təqdim etməkdir. Bu kimi konflikt-lərin yaranması hallarının minimum səviyyədə saxlanılmasının əsas üsul-ları kimi menecerlər Muhasibat Uço-tunun Beynəlxalq Standartlarının tə-

Page 60: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

60  

ləblərinə riayət etməli və mütəmadi olaraq audit təşkil etməlidirlər.

Comparability Müqayisəlilik Сравнимость Maliyyyə məlumatlarının keyfiyyət göstəricilərindən biridir. istifadəçi üçün faydalı olması baxımından məlumatlar dövrlər, eləcə də təşki-latlar üzrə müqayisə aparmağa im-kan verməlidir. Maliyyə məlumatı-nın dövrlərarası müqayisəsi investi-siya qərarlarının qəbul edilməsi im-kanı yaradır. Burada müqayisənin təşkil edilə bilməsinin əsas elementi kimi təşkilatın ardıcıl həyata keçir-diyi uçot siyasəti çıxış edir. Fərqli təşkilatların hesabatları üzrə müqa-yisə imkanı istifadəçiyə təbii ki, ye-nə də investisiya qərarı qəbul etmə-si adına şirkətlər arasında seçim et-məsinə yardım edir.

Consignment note

Yol buraxılış vərəqəsi

Транспорт-ная нак-ладная

Daha ətraflı Delivery note bölməsi-nə baxln.

Constructive obligation

Konstruktiv öhdəlik

Подразу-меваемая задолжен-ность

Hüquqi öhdəlikdən fərqli olaraq konstruktiv öhdəlik keçmiş təcrübə-yə və əhdlərə əsaslanmaqla qarşı tə-rəfə tam şəkildə əminlik verir ki, sözü keçən öhdəlik yerinə yetirilə-cək. Nümunə: Məşhur brendlərin satışı ilə məşğul olan Ticarət Mər-kəzi satdığı məhsulların, başqa təc-hizatçılarda daha aşağı qiymətə ol-duğu halda alıcının ödədiyi məblə-ğin yarısını kompensasiya olaraq geriyə qaytaracağını elan edir. Bu rəsmi olaraq təsdiq edilmiş hüquqi öhdəlik deyil, lakin Ticarət Mərkə-zinin öz reputasiyasını riskə atma-yacağı fikrini nəzərə alaraq, öhdəli-yin yerinə yetiriləcəyinə əminlik yaranır, təbii ki, alıcı başqa təchi-zatçılardan məhsulu daha aşağı qiy-mətə satın ala biləcəyi təqdirdə konstruktiv öhdəlik yaranmış hesab ediləcək. Mahiyyətin forma üzərin-də üstünlüyü prinsipini rəhbər tuta-raq, konstruktiv öhdəliyin yaranma-sı nəzərə alınmalıdır və sözsüz ki, yaranmış vəziyyətlə əlaqədar açıq-lama verilməlidir.

Contingent asset

Şərti aktiv Условный актив

Keçmiş hadisələrdən irəli gələn və mövcudluğu tam olaraq müəssisə-nin nəzarəti altında olmayan bir və

Page 61: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

61  

ya daha çox qeyri-müəyyən gələcək hadisələrin baş verməsi və ya ver-məməsi ilə təsdiqlənəcək mümkün olan aktivdir. Məsələn: Xaric olan hər hansı aktivin kompensasiyası üçün mümkün ola biləcək sığorta ödənişi barədə sığorta təşkilatının müvafiq komitəsi tərəfindən hələ yekun qərar qəbul edilməyib. Diq-qət ediləsi vacib məqam isə "müm-kün olan" ifadəsidir ki, ehtimalın 0-50% arasında olmasını xarakterizə edir. Şərti aktiv malyyə hesabatların-da tanınmır, lakin bu barədə izah edici qeydlərdə açıqlama verilə bilər.

Contingent liability

Şərti öhdəlik Условное обязатель-ство

Şərti öhdəliklərə aşağıdakılar aid-dir: (a) keçmiş hadisələrdən yaranan və mövcudluğu yalnız bir və ya bir-ne-çə qeyri-müəyyən gələcək hadisələ-rin baş verib və ya verməməsi ilə təsdiq olunan, müəssisənin tam nə-zarətində olmayan, öhdəlik; və ya (b) keçmiş hadisələrdən yaranan, lakin aşağıda qeyd olunan səbəblərə görə tanınmamış cari öhdəlik: (c) öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərəni təcəssüm et-dirən resursların xaric olmasının tə-ləb olunacağının ehtimal olunma-ması; və ya (d) öhdəliyin məbləğinin kifayət qədər etibarlı qiymətləndirilməsinin mümkün olmaması.

Contra asset Aktivə əks hesab

Контр-активный

Aktivə əks hesab – mahiyyətcə ak-tiv olaraq, ancaq özünü öhdəlik ki-mi aparan hesabdir, yəni Kredit tə-rəfdə artaraq aktivi azaldan hesab-dır. Buna misal olaraq, Şübhəli borc üzrə ehtiyat, Yığılmış amortizasiya və sair hesabları göstərmək olar.

Cost Maya dəyəri Себестои-мость

Məhsul (iş, xidmət), təbii resurslar, xammal, material, yanacaq, enerji, əsas fond istehsalı prosesində, həm-çinin onların istehsalı və satışında yaranan digər məsrəflərin müəyyən edilməsində istifadə olunan dəyər qiymətləndirilməsidir.

Cost of conversion

Konversiya xərclər

Конверсион-ные затраты

Xam materialların hazır məhsula çevrilməsi üçün çəkilən xərclərdi. Tam hazır məhsulun alınması üçün çəkilən xərclərdir.

Page 62: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

62  

Cost of goods sold

Satılan məhsulun maya dəyəri

Себестои-мость проданных товаров

Satışların maya dəyərinə aşağıdakı-lar aiddir: – Satış üçün nəzərdə tutulmuş əm-təələrin satınalma xərci; – İstehsalat müəssisələri üçün satıl-mış əmtəələrin istehsalat xərci. Xidmət göstərən müəssisələr üçün satışların maya dəyəri dedikdə, gös-tərilən xidmətlərin xərci başa düşü-lür.

Cost of inventory

Ehtiyatların maya dəyəri

Себестои-мость товарно-материаль-ных запасов

İnventar dəyəri, alıcı tərəfindən ödənilən alınmış mal dəyəri, çıxıl-sın endirimlər, üstəgəl nəqliyyat xərclərini ifadə edir. Mal material yığılmış və ya satış üçün hazırdırsa, onda həmin məhsul satışa hazır məhsul olaraq, inventar dəyəri kimi hesab edilir.

Cost of Purchase

Alışların maya dəyəri

Себестои-мость закупок

Alış qiyməti, əvəzləşdirilməyən vergi və rüsümlar, məhsulun alışı ilə bağlı digər xərclərdir.

Cost of Sales Satışların maya dəyəri

Себестои-мость продаж

Cari dövrdə satılan məhsulun dəyə-ridir. İlin əvvəlinə olan mal ma-terial + satınalmalar – ilin sonuna olan mal material ehtiyati.

Coupon rate Kupon dərəcəsi

Купонная ставка

Kupon dərəcəsi – Maliyyə aləti üz-rə dövri ödənişlərin hesablanması üçün tətbiq olunan faiz dərəcəsidir. Maliyyə alətinin adı üzərində məhz faiz dərəcəsi göstərilir. Xüsusilə qeyd etmək lazımdır ki, kupon də-rəcəsi heç zaman diskontlaşdırma dərəcəsi kimi tətbiq olunmur.

Credit note Kredit notası Кредит-нота Kredit notasından,satış hesab-faktu-ralarında yol verilən səhvlərə düzə-lişlər etmək və geri qaytarılan əm-təələrin üçotunu aparmaq üçün isti-fadə edilir.

Current asset Dövriyyədə olan aktivlər

Оборотный актив

Cari aktiv müəssisənin normal fəa-liyyət dövrü ərzində reallaşdırmaq, satış və ya istehlak etmək üçün nə-zərdə tutulur: Normal fəaliyyət dövrü əmtəənin (xammal və s.) satın alınması, emalı və satışı (və müqabilində pul vəsaitinin əldə edilməsi) dövrünü əhatə edir. Aktiv aşağıdakı şərtlərdən hər hansı birini ödəyərsə, cari aktiv hesab olunur: – Müəssisənin normal (adi) əməliy-yat dövründə satış və ya istifadə

Page 63: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

63  

üçün saxlanıldıqda və ya realizasiya olunması ehtimal olunduqda; – Əsasən alqı-satqı məqsədləri üçün saxlanıldıqda; – Hesabat tarixindən sonra 12 ay müddətində realizasiya ediləcəyi ehtimal olunduqda; – Pul vəsaiti və ya onun ekvivalent-ləri formasında olduqda.

Curren liability

Qısamüddətli öhdəlik

Краткосроч-ное обяза-тельство

Cari öhdəliklər Maliyyə Vəziyyəti Haqqında Hesabat tarixindən sonra 12 ay və ya müəssisənin normal fəaliyyət dövrü ərzində ödənilən öhdəliklərə deyilir. Məsələn, – Ticarət üzrə kreditor borcları, barter üzrə kreditor borclar da daxil olmaqla; – Tələb əsasında ödənilməli olan bank overdraftı; – Cari vergi öhdəliyi; – Hesablanmış lakin ödənilməmiş xərclər.

D Day book Qeydiyyat

kitabı Книга хронологи-ческой записи

Bütün əməliyyatların qeyd olundu-ğuna və qeyd olunan məbləğlərin doğru olduğuna əmin olmaq üçün xüsusi bir yoxlanış sistemi yoxdur, lakin lazımi dəqiqliyi təmin etmək məqsədilə ilkin qeydiyyat kitabları mövcuddur.

Debenture Öhdəlik sənədi

Облигация Öhdəlik – malların (iş və xidmətlə-rin) alınması və bununla əlaqədar müəyyən şərtlərin yerinə yetirilməsi ilə bağlı büdcə təşkilatlarının gələ-cək xərclərinin icrası ilə əlaqədar dövlətin öz üzərinə götürdüyü təəh-hüddür.

Delivery note Qaimə Товарная накладная

Qaimə – üçtərəfli sənəd (göndərən, alan və daşıyıcı) kimi təsnifləşdiri-rlir. Malların təhvil və təslimi üçün təqdim edilən sənəddir.

Depreciable amount

Amortizasiya məbləği

Амортизи-руемая сумма

Amortizasiya edilmiş dəyər aktivi-nin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qa-lıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Depreciable assets

Amortizasiya olunan aktivlər

Амортизи-руемые активы

Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsa-lına çəkilən xərclərin tərkibinə da-

Page 64: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

64  

xil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesabla-maqla həyata keçirilir.

Depreciation Amortizasiya (maddi aktivlər)

Амортизация Amortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması demək-dir. Sadə dildə desək amortizasiya köhnəlmə deməkdir. Əsas fondların, yəni binaların, ava-danlıqların, qurğuların və s. bu kimi qiymətlilərin tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olu-nan məhsulun üzərinə keçirməsi; istismara yararlı müddətdə aktiv-lərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntə-zəm olaraq (sistematik) paylaşdırıl-masıdır (bölüşdürülməsidir).

Derivative, financial instrument

Törəmə maliyyə aləti

Производ-ный финан-совый инструмент

Törəmə maliyyə alətləri – ikinci də-rəcəli qiymətli kağızlardır.

Despatch note Əmtəələrin göndəriıməsinə dair sənəd

Товарная накладная

Satıcı satılmış əmtəələri alıcıya göndərdikdə bu barədə müvafiq sə-nəd hazirlayır.Bu sənəd özündə aşa-ğıdakı məlumatları əks etdirir: 1) əmtəələrin göndərilmə tarixi. 2) Alıcının adı və ünvanı. 3) Əmtəələrin sayı və növü

Development İnkişaf Разработка İrəliyə doğru tərəqqi, artma, yüksə-liş, təkamül

Direct debit Birbaşa debet Прямой дебет

Mühasibat kitablarında: bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesabdr.

Dividend Dividend Дивиденды 1) Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarla-rının xeyrinə xalis mənfəətinin (sa-dələşdirilmiş vergi ödəyiciləri tərə-findən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şək-lində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmla-kın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdir-məyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) no-minal dəyəri hüdudlarında geri alın-

Page 65: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

65  

ması ilə bağlı edilən ödənişlər di-vidend sayılmır. 2) Səhmlərə görə müəssisənin illik gəlirindən ayrılan paydır.

Drawings Sahibkar çıxarışı

Изъятие Sahibkarın şəxsi məqsədi üçün ka-pitaldan çıxartdığı pul vəsaitidir.

E Earnings per share

Səhm üzrə mənfəət

Прибыль на акцию

Səhmlər üzrə qazanclar müvafiq dövr ərzində əsas şirkətin adi səhm sahiblərinə aid olan mənfəət və ya itkinin (surət) tədavüldə olan adi səhmlərin orta sayına (məxrəc) bö-lünməsi ilə hesablanır.

Economic benefit

İqtisadi fayda Экономи-ческая выгода

Gələcəkdə ehtimal olunan pul və-saitlərinin daxilolmasıdır.

Economic value

İqtisadi dəyər Экономи-ческая стоимость

Aktivin faydalı istifadə müddəti ər-zində əldə olunan bütün pul vəsait-lərinin hərəkətinin xalis məbləğidir.

Effective interest rate

Effektiv faiz dərəcəsi

Эффективная процентная ставка

Effektiv faiz dərəcəsi maliyyə aləti-nin gözlənilən dövrü və ya uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öh-dəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdıran faiz dərəcəsi-dir.

Elements Elementlər (Hesabat)

Элементы (отчётности)

Elementlər Maliyyə hesabatlarının əsas hissələrindəndir. Maliyyə he-sabatlarının beş əsas elementi var: aktiv, öhdəlik, kapital, gəlir, xərc. Bunlardan birinci üçü Maliyyə Və-ziyyəti Haqqında Hesabatın (MVHH), sonrakı ikisi isə Mənfəət və Zərər Haqqında Hesabatın( MZH) elementləridir

Equity Kapital Капитал Kapital, öhdəliklər çıxıldıqdan son-ra müəssisənin aktivlərində səhm-darların qalıq payıdır. Müəssisədə aktivlərdən bütün öhdəliklər çıxıl-dıqdan sonra yerdə qalan məbləğ kapitalı göstərir. Bu kapital müəs-sisə üçün bir borcdur. Bu bütün öh-dəliklər ödənildikdən sonra müəssi-sənin sahibkarlara olan borcunu göstərir.

Page 66: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

66  

Equity instrument

Kapital aləti Долевой инструмент

Bütün öhdəlikləri ödənildikdən son-ra şirkətin aktivləri üzrə sahibinin hüququnu təsdiq edən sənəddir. Faktiki olaraq burda söhbət səhm-lərdən gedir.

Equity shares Adi səhmlər Обыкновен-ные акции

Daha ətraflı Ordinary shares böl-məsinə baxın.

Events after the reporting period

Hesabat tarixindən sonrakı hadisələr

События после отчётной даты

Hesabat tarixindən sonrakı hadisə-lər hesabat tarixi ilə maliyyə hesa-batlarının dərc edilmək üçün təsdiq olunduğu tarix arasındakı dövrdə baş verən mənfi və ya müsbət xa-rakterli hadisələrdir. Bu hadisələrin iki növü müəyyən oluna bilər: (a) hesabat tarixində mövcud olan şərtləri təsdiqləyən hadisələr (hesa-bat tarixindən sonrakı hadisələr üçün düzəliş tələb edir); (b) hesabat tarixindən sonra yaran-mış şərtləri təsdiqləyən hadisələr (hesabat tarixindən sonrakı hadisə-lər üçün düzəliş tələb etmir).

Expense Xərc Расход Kapitalın bölüşdürürülməsi ilə əla-qəli olmayan, lakin kapitalın azal-ması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərə-nin azalmasıdır.

F Fair value Ədalətli dəyər Справедли-

вая стоимость

Ədalətli dəyər – aktivin müstəqil, yaxşı məlumatlandırılmış və bu əməliyyatın həyata keçirilməsində maraqlı olan tərəflər arasında mü-badilə edilə biləcəyi qiymətdir.

Fair value through profit or loss

Ədalətli də-yərdə dəyişik-lik nəticəsin-də mənfəət və ya zərər

По справед-ливой стои-мости через прибыль или убыток

İnvestisiya mülkiyyətinin ədalətli dəyərində dəyişikliklərdən yaranan mənfəət və zərər mənfəət və zərər hesabında yarandığı anda tanınma-lıdır.

Final dividend Yekun dividentlər

Окончатель-ные дивиденды

İllik mənfəət əsasında ödənilən di-videntlərdir.

Finance cost Maliyyə xərcləri

Финансовые расходы

Maliyyə xərcləri adətən maliyyə cəlb edilməsi ilə bağlı xərcləri əks etdirir. Buna uzun-müddətli (kredit, ipoteka) və qisa-müddətli (kredit

Page 67: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

67  

xətti) borclarla bağlı faiz və digər xərclər, maliyyə lizinqi ilə bağlı maliyyə xərcləri, xarici valyutada olan borcların məzənnə fərqi və s aid edilir.

Finance lease Maliyyə icarəsi

Финансовая аренда

Maliyyə icarəsi aktiv üzrə mülkiy-yət hüquqlarına aid bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda mülkiy-yət hüququ həm keçə, həm də keç-məyə bilər.

Financial accounting

Maliyyə uçotu

Финансовый учёт

Maliyyə uçotu əməliyyatın mənbə-yi, onun maliyyə hesabatlarında ta-nınması, işlənilməsi və yekun icma-lı daxil olmaqla, maliyyə əməliy-yatlarının qeydiyyatı və təqdimatı prosesidir.

Financial asset Maliyyə aktivi

Финансовый актив

Başqa şirkətdə pul vəsaiti və ya ka-pital aləti, və ya müəssisə üçün yax-şı şərtlərlə pul vəsaitini almaq və ya maliyyə alətlərini mübadilə etmək hüququ verən müqavilədir.

Financial instrument

Maliyyə aləti Финансовый инструмент

Maliyyə aləti bir müəssisənin ma-liyyə aktivinin və digər müəssisənin kapital aləti və ya maliyyə öhdəliyi-nin yaranmasına səbəb olan hər hansı müqavilədir.

Financial liability

Maliyyə öhdəliyi

Финансовое обязатель-ство

Maliyyə öhdəçiliyinə əsasən debi-torun kreditor ilə bağlanılan müqa-vilədə müəyyən olunan şərtlər əsa-sında ona ödəniş və ya ödənişlər et-məsini tələb edir və ya iki tərəf arasında maliyyə xarakterinə malik müəyyən hüquqları və ya öhdəlik-ləri müəyyən edir.

Financial statements

Maliyyə Hesabatı

Финансовая отчётность

Maliyyə hesabatları müəssisənin maliyyə vəziyyətinin və maliyyə nəticələrinin strukturlaşdırılmış təq-dimatıdır. Ümumi təyinatlı maliyyə hesabatla-rının məqsədi müxtəlif istifadəçilər tərəfindən iqtisadi qərarların qəbul edilməsi zamanı müəssisənin ma-liyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqın-da informasiyanın təmin edilməsi-dir. Həmçinin, maliyyə hesabatları idarəetmənin ona həvalə edilmiş re-sursları necə istifadə etdiyinin nə-ticələrini göstərir. Bu məqsədə nail olmaq üçün maliyyə hesabatları

Page 68: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

68  

müəssisənin aşağıda qeyd olunan maddələri üzrə informasiyanı təq-dim etməlidirlər: (a) aktivləri; (b) öhdəlikləri; (c) kapitalı; (ç) mənfəət və zərəri daxil olmaqla, gəlir və xərcləri; (d) kapitalda digər dəyişiklikləri; və (e) pul vəsaitlərinin hərəkəti. Bu informasiya, qeydlərdə təqdim edilmiş digər informasiya ilə birlik-də, maliyyə hesabatlarının istifadə-çilərinə müəssisənin pul vəsaitləri-nin gələcək hərəkətini və xüsusi olaraq onların vaxt üzrə bölüşdürül-məsini və müəyyənliyini proqnoz-laşdırmağa yardım edir.

Financing activities

Maliyyəşdirmə fəaliyyəti

Финансовая деятельность

Maliyyələşdirmə fəaliyyəti müəssi-sənin ödənilmiş kapitalı və alınmış borc vəsaitlərinin məbləğinin və tərkibinin dəyişməsi ilə nəticələnən fəaliyyətlərdir.

First in, first out

İlk mədaxil ilk məxaric

Первым поступил, первым продан, ФИФО

Ehtiyatların ilkin dəyərinin “ilk mə-daxil – ilk məxaric” (FİFO) üsulu ilə hesablanmasına əsasən, alınan ehtiyat vahidləri satılır və nəticədə, hesabat dövrünün sonu üçün eh-tiyatlarda qalan vahidlər zaman ba-xımından ən son alınmış və ya is-tehsal olunmuşdur.

Framework Prinsiplər, əsaslar

Принципы Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Çərçivə Sənədində (Konseptual Əsaslarda) əks olun-muş mühasibat uçotunun əsas anla-yışları olmadan maliyyə hesabatları mövcud ola bilməz, yəni maliyyə hesabatları bu prinsiplər əsasında qurulub. Çərçivə Sənədi mühasibat uçotu standartlarının əsasını təşkil edən fundamental prinsipləri təq-dim edir. Bu prinsiplər maliyyə he-sabatlarını keyfiyyət göstəriciləri ilə təmin edir.

G Gearing Cirinq əmsalı Кредитное

плечо, Гиринг

İqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifa-də edən anlayış:C= bk / şk Burada: c-cirinq əmsalı; bk-məcmu borc ka-pitalının həcmi; şk məcmu şəxsi ka-

Page 69: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

69  

pitalının həcmi. Əsas etibarilə Bö-yük Britaniyada işlənilən bu anlayış ABŞ-da leveric kimi adlandırılır. Bu göstəricidən müəssisənin maliy-yə durumunun, eləcə də istehsal im-kanlarının məhsuldarlığının qiymət-ləndirilməsi zamanı istifadə olunur. Adətən cirinqin aşağı olması müəs-sisə üçün müsbət göstərici hesab olunur. Çünki, borc kapitalının çox-luq təşkil etməsi müəssisə mənfəə-tinin daha çox hissəsinin faiz ödə-nişlərinə sərf olunmasına, bu da sə-rəncamda qalan mənfəətin həcmi-nin azalmasına gətirib çıxarır.

General ledger Baş kitab Главная книга

İkili yazılış sisteminin ən əsas alət-lərindəndir. Bu kitabda müəsisənin bütün aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri ayrı-ayrı hesab-larda əks olunur.

Going concern Fəaliyyətin fasiləsizliyi prinsipi

Принцип непрерыв-ности деятельности

Bu prinsip aşağıdakıların təmin olunmasını tələb edir: 1. Müəssisə öz fəaliyyətini ən azı 12 ay ərzində davam etdirəcək; 2. Əməliyyatların dayandırılmasına nə ehtiyac, nə də bununla bağlı müəssisənin istəyi var; 3. Əməliyyatların bir hissəsinin ix-tisar edilməsinə nə ehtiyac, nə də bununla bağlı müəssisənin istəyi var.

Goods received note

Malların alınması barədə bildiriş

Извещение о получении товара

Malların faktiki adı və faktiki sayı barəsində malları alan tərəfindən tətib olunmuş sənəddir.

Goodwill Qudvil, işgüzar nüfuz

Гудвилл, деловая репутация

Qudvil – firmanın işgüzar reputasi-yası və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqi. Belə ki, müəssisənin aktivləri satıl-sa, debitor borcları geri ödənilsə, əldə olunan vəsaitlərdən öhdəliklər, kreditor borcları çıxılsa, yerdə qa-lan məbləğ artıq həmin müəssisənin kapitalı və yaxud xalis aktivləri ola-caq. Bu dəyər məhz həmin müəssi-sənin faktiki uçot dəyəridir. Amma təcrübədə bir çox hallarda, müəssi-sələr bu dəyərdən daha yüksək də-yərə satılır. Belə dəyərin formalaş-masına təsir edən amillər müxtəlif-dir (Bu haqda gələcək nəşr-

Page 70: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

70  

lərimizdə geniş məlumat verməyi planlaşdırırıq). Uçot dəyəri (xalis aktivlər) ilə onun satıla biləcəyi də-yər arasında fərq qudvil adlanır. Qudvil adətən, bir müəssisənin di-gər müəssisə tərəfindən alınması zamanı yaranır.

H Hedging Hedcinq Хеджиро-

вание Hedcinq – qeyri-müəyyən bazar şə-raitinin risklərini azaltmaq məqsə-dilə investisiya yatırımı və maliyyə itkisindən müdafiə olunma üsulu-dur. Xarici pul dövriyyəsi riski hed-cinqdən istifadə edilərək kiçildilə bilər. Hedcinqin əsas metodlarına mədaxil və məxariclərin uyğunlaş-dırılması, pul vəsaitlərinin qəbulu və ödənişi zamanlarının irəliyə ötü-rülməsi və ya gecikdirilməsi aid edilir. Digər ümumi hedcinq meto-duna nümunə kimi pul bazarı hed-cinqini göstərmək olar. Pul bazarı hedcinqi hər hansı valyuta ilə borc götürülməsi, pul vəsaitinin ayrı val-yutaya çevrilməsi və müqavilə vax-tı bitənədək depozit şəklində qoyul-ması və beləliklə valyutalararası hə-rəkətdən faydanın götürülməsi kimi nəzərdə tutulur.

Held to maturity

Razılaşma əsasında saxlanılan

Удержива-емые до погашения

Maliyyə aktivləri və maliyyə öhdə-liklərinin növlərindən biridir. Ümu-miyyətlə, maliyyə aktivlərinin növ olaraq dəyişiklik göstərməsi təşkila-tın həmin aktivlərlə bağlı niyyətin-dən asılıdır. Bu növ maliyyə aktivi təşkilatın aktivi yetkinlik halına çat-masına qədər geri götürməməsi və ondan müəyyən edilmiş ödənişlərin əldə edilməsi məqsədilə saxlaması vəziyyətinə aid edilir. Təşkilatın bu növə aid edilən maliyyə öhdəlikləri isə təşkilatın bu öhdəlikləri kənara satmasını planlaşdırmaması vəziy-yətinə aid edilir. Bu növ maliyyə aktivləri və öhdəlikləri ilkin tanın-madan sonra amortizasiya edilmək-lə qeydiyyatda saxlanılır.

Historical cost İlkin və ya tarixi dəyər

Первона-чальная стоимость

İlkin (və ya tarixi) dəyər – aktivlə-rin alış zamanı ödənilən pul vəsait-lərinin məbləği ilə ölçüldüyü dəyər-dir.

Page 71: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

71  

I IFRS Beynəlxalq

maliyyə hesabatları standartları

МСФО Beynəlxalq maliyyə hesabatları standartları – Beynəlxalq mühasibat standartları komitəsi tərəfindən ha-zırlanır və inkişaf etdirilir. Bu bey-nəlxalq aləmdə mühasibat standart-larının qlobal harmonizasiyasını təşkil edir.

Impairment Dəyərdən düşmə

Обесценение Dəyərdən düşmə – aktivin balans (qalıq) dəyəri və bərpa oluna bilən dəyərini müqayisə edərək müəy-yənləşdirilir. Bərpa oluna bilən də-yər isə “aktivin ədalətli dəyərindən satışla bağlı xərclərin çıxılması” və “aktivin gələcək istifadəsindən əldə ediləcək fayda” məbləğləri arasında ən böyüyü ilə təyin edilir. Aktivin gələcək istifadəsindən fayda isə eh-timal edilən gələcək pul vəsaitləri-nin (daxilolmalarla xaricolmaların fərqi) indiki dəyəri ilə ölçülür. Də-yərdən düşmə material ehtiyatların-dan başqa, maddi və qeyri-maddi aktivlərə, maliyyə aktivlərinə, tikin-ti müqavilələri əsasında yaranan ak-tivlərə, təxirə salınmış vergi aktiv-lərinə tətbiq edilir.

Impairment loss

Dəyərdən düşmə zərər

Убыток от обесценения

Dəyərdən düşmə zərəri – əgər akti-vin bərpa oluna bilən dəyəri onun balans dəyərindən kiçikdirsə, akti-vin balans dəyəri aradakı fərq qədər azaldılmalı və mənfəət-zərər hesa-batında xərc (zərər) kimi qeydə alınmalıdır.

Impracticable Tətbiq edilə bilməyən

Невыпол-нимый

Bu, təşkilatın standartın bütün mümkün şərtlərini əvvəlcədən qə-bul etməsinə baxmayaraq, standar-tın hər hansı şərtinin yerinə yetiril-məsinin qeyri-mümkünlüyü ilə bağ-lıdır. Standartın bəzi şərtləri həqiqə-tən də çətindir və menecerlərin bu-nunla bağlı problemləri yarana bi-lər, məsələn tələb olunan əlavə in-formasiyanın dəyərinin onun əldə edilməsi ilə bağlı çəkilən xərclər-dən daha aşağı olması. Belə vəziy-yətdə standart qeyd edir ki, əlavə informasiyanın təqdim edilməməsi yalnız onun qeyri-mümkün olması ilə həyata keçirilə bilər.

Page 72: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

72  

Imprest system

Qalıq saxlama sistemi

Система с обязатель-ным сальдо

Əksər təşkilatlar təsadüfi kiçik məbləğli ödənişlərin edilməsi üçün kassada müəyyən miqdarda pul və-saiti saxlayır. Kassadan istifadə üzərində nəzarət sistemi kassada əvvəlcədən təyin edilmiş məbləğin daim balansda saxlanılması ilə əla-qədardır.

Income Gəlir Доход Gəlir – hesabat dövrü ərzində kapi-tal iştirakçıları (sahibkar, səhmdar) tərəfindən deyil, aktivlərin artması və ya öhdəliklərin azalması şəklin-də kapitalın artması ilə nəticələnən iqtisadi faydanın artımıdır. Təşkila-tın əksər gəlirləri mənfəət-zərər he-sabatında öz əksini tapır. Aktivlərin yenidən qiymətləndirilməsi ilə bağlı yaranan gəlir digər məcmu gəlirlər haqqında hesabatda qeyd edilir və kapital ehtiyatlarına birbaşa təsir edir.

Income statement

Mənfəət-zərərhesabatı

Отчёт о прибылях и убытках

Mənfəət-zərər hesabatı – hesabat dövrü ərzində əldə edilmiş gəlirləri və çəkilmiş xərcləri əks etdirən he-sabatdır.

Intangible asset

Qeyri-maddi aktiv

Нематери-альный актив

Qeyri-maddi aktiv – keçmiş hadisə-lər nəticəsində yaranmış və gələ-cəkdə istifadəsindən iqtisadi səmərə gözlənilən, təşkilat tərəfindən nəza-rət edilən və fiziki formaya məxsus olmayan qeyri-maliyyə aktividir. Qeyri-maddi aktiv kimi hesab edi-lən aktivlərə kompyuter proqramla-rı, patent, müəlliflik hüququ, müş-təri siyahıları, françayzinq, lisenzi-ya və s. aid etmək olar.

Interim dividend

Aralıq dividend

Промежу-точные дивиденды

Aralıq dividendlər – təşkilatın yarımillik (6 ay) fəaliyyətinin nəticələrinə, əsaslanaraq əsasən ilin ortasında ödənilən dividendlərdir.

Internal controls

Daxili nəzarət Механизмы внутреннего контроля

Daxili nəzarət – menecment tərəfin-dən aşağıdakı məqsədlər üçün isti-fadə edilir: – Təşkilatın aktivlərinin təhlükəsiz-liyini təmin etmək; – Fırıldaqçılıq hallarının aşkar edib qarşısını almaq; – Səhmdarların investisiyasının təh-lükəsizliyini təmin etmək. Yaxşı təşkil edilmiş daxili nəzarət təşkilatın fəaliyyətinin səmərəli şə-

Page 73: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

73  

kildə aparılmasını təmin edir. Nəza-rət sistemi müəyyən edilmiş risk-lərin təsirinin azaldılmasına yardım edir, həmçinin hesabatların etibarlı-lığı və qanunlarla uyğunluğuna əminliyin artmasına səbəb olur.

Inventories Mal-material Товарно-материаль-ные запасы

Mal-material – adi biznes fəaliyyə-tində satış və ya istehsal üçün sax-lanılan, və ya xidmətlərin göstəril-məsində istifadə edilən aktivlərdir. Mal-materiallara aşağıdakılar aid edilə bilər: – Alınan və yenidən satış üçün sax-lanılan aktivlər; – İstehsal edilmiş hazır məhsullar; – İstehsal edilmiş yarımfabrikatlar; – İstehsal prosesində istifadə edilən xammal və s.

Investing activities

İnvestisiya fəaliyyəti

Инвестици-онная деятельность

İnvestisiya fəaliyyəti – uzunmüd-dətli aktivlərin (əsas fondların) və pul ekvivalenti hesab olunmayan digər investisiyaların alışı və satışı ilə bağlı əməliyyatları əks etdirən fəaliyyətdir.

Investment property

İnvestisiya mülkiyyəti

Инвестици-онная собствен-ность

İnvestisiya mülkiyyəti – təşkilatın adi biznes fəaliyyətində istifadə üçün deyil, müstəqil şəkildə pul və-saiti qazandırmaq üçün istifadə et-diyi mülkiyyətdir. Burada adi biz-nes fəaliyyəti dedikdə, administra-tiv məqsədlər üçün və ya istehsal və xidmətlərin göstərilməsində, yaxud satış məqsədilə aktivlərin istifadə edilməsi nəzərdə tutulur. İnvestisi-ya mülkiyyətinə nümunə olaraq göstərmək olar: – Adi biznes fəaliyyətində qısa müddətdə satış üçün deyil, uzun-müddətli kapital qiymətləndirməsi üçün saxlanılan torpaq sahəsi; – Təşkilatın mülkiyyətində olan və digər təşkilata əməliyyat icarəsi şəklində verilən əmlak; – Ana təşkilat tərəfindən törəmə təşkilata lizinq ilə verilən əmlak; – Gələcəkdə investisiya mülkiyyəti kimi istifadəsi nəzərdə tutulan ya-rımçıq və ya təmir edilən əmlak.

Invoice İnvoys Инвойс İnvoys – satış və ya alış əməliyya-tında istifadə edilir. Təşkilat müştə-riyə satış (xidmət) etdikdə, ona in-

Page 74: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

74  

voys göndərir. İnvoys müştərinin borclu olduğu məbləği ödəməsini tələb edən sənəddir.

Irredeemable shares

Qaytarılma-yan səhmlər

Акции, не подлежащие выкупу

Qaytarılmayan səhmlər – adi səhm-lərlə oxşardır. Yəni, səhmdarın mü-əyyən müddətdən sonra səhmlər üçün ödənişin əvəzini təşkilatdan almaq haqqı yoxdur. Səhmdarın səhmlərini pul vəsaitinə çevirməyin təkcə üsulu, həmin səhmləri digər in-vestora satmasıdır. Digər adi səhmlər kimi qaytarılmayan səhmlər də dividend ödənişində, yəni mənfəətin bölüşdürülməsində iştirak edir.

Issued share capital

Buraxılmış səhm kapitalı

Выпущен-ный капитал

Buraxılmış səhm kapitalı – səhmdar-lara buraxılmış səhm kapitalının no-minal dəyəridir. Təşkilatın maliyyə vəziyyəti haqqında hesabatda (ba-lans) məhz bu məbləğ öz əksini ta-pır.

J Journal Jurnal Журнал Jurnal – Təşkilatın standart əməliy-

yatlarından başqa (alış və satış) mü-xabirləşmələr şəklində ilkin qeydiy-yatının aparıldığı kitabdır. Jurnalda amortizasiyanın hesablanması, hesa-bat dövrünün sonu üçün ehtiyatların uçotu ilə bağlı qeydiyyatlar aparılır.

L Last in, first out

SMİM (son mədaxil, ilkin məxaric)

Последним поступил, первым продан, ЛИФО

SMİM (son mədaxil, ilkin məxaric) – Anbara son gələn ehtiyatların bi-rinci satılması (istifadəsi) ilə əlaqə-dar mal-materialların qiymətləndi-rilməsi metodudur. Bu metodun is-tifadəsi qadağan edilmişdir.

Ledger Jurnal-order Бухгалтер-ская книга

Mühasibatlıqda sentetik, xüsusi hal-larda isə analitik uçotun xronoloji qaydada qeydiyyatının aparıldığı cədvəldir. Şahmat sxemi şəklində tərtib olunan jurnal-orderdə əməliy-yatlar bir yazılışla iki hesabda, yəni həm debet, həm də kredit hesabında əks olunur. Əsas mühasibat kitabları – Baş kitab, satışlar və satınalmalar kitabıdır.

Legal obligation

Hüquqi öhdəlik

Юридичес-кая задол-женность

Hüquqi öhdəlik aşağıdakılardan ya-ranan öhdəlikdir: (a) müqavilə (onun açıq-aydın və ya gizli şərtləri vasitəsilə);

Page 75: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

75  

(b) qanunvericilik; və ya (c) qanunun qüvvəsi.

Liability Öhdəlik Обязатель-ство

Öhdəlik müəssisənin keçmiş hadi-sələr nəticəsində yaranmış və yeri-nə yetirilməsi iqtisadi səmərəni özündə əks etdirən resursların mü-əssisədən axını ilə nəticələnən cari öhdəliyidir.

LIFO SMİM ЛИФО Daha ətraflı Last in, first out bölmə-sinə baxın.

Liquidity Likvidlik Ликвидность Likvidlik – aktivin pula çevrilmək qabiliyyətidir. 1) Borc alan subyektin müəyyən olunmuş zaman ərzində müəyyən olunmuş məbləğdə borc vəsaitini ödəmə qabiliyyətidir. Bu baxımdan bank işində likvid müştəri, likvid müəssisə ifadələri işlənilir. 2) Fond bazarında mövcud olan qiymətlərlə qiymətli kağızların bü-tünlüklə yerləşdirilə bilinməsi qabi-liyyəti, səviyyəsidir. Yəni bazarın likvidliyi ifadəsi qiymətli kağızın maneəsiz, rahat qaydada reallaşdı-rılması qabiliyyətini göstərir. 3) İqtisadi subyektin, xüsusilə mü-əssisənin sərəncamında olan aktiv-lərin, yaxud digər qiymətlilərin nağd pul vəsaitlərinə çevrilə bilin-məsi qabiliyyəti, səviyyəsidir. Elmi ədəbiyyatlarda və işgüzar müstəvi-də l. ifadəsi daha çox bu mənada iş-lənilir. Bu cür aktivlər likvid aktiv-lər, yaxud mobil aktivlər adlanır.

Loan capital Borc kapitalı Заёмные средства

Borc kapitalı – borc öhdəliyi əsa-sında cəlb edilən kapitaldır. Borc kapitalı həm mal-material, həm də pul vəsaiti, yaxud maliyyə aktivləri şəklində mövcud ola bilər. Borc öh-dəlikli qiymətli kağızların (istiqraz-ların, veksellərin və s.) yerləşdiril-məsi, satılması yaxud bank və digər kredit təşkilatlarından, eləcə də müxtəlif iqtisadi subyektlərdən bir-başa kreditlərin əldə olunması yolu ilə borc kapitalı cəlb edilir. Borc kapitalını təqdim edən tərəf kredi-tor, alan tərəf isə borc alan, yaxud benefisiar adlanır.

Page 76: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

76  

Loans and receivables

Kreditlər və debitor borcları

Займы и дебиторская задолжен-ность

Kreditlər və debitor borcları fəal bazarda dövr etməyən, sabit və ya müəyyən edilən ödənişli maliyyə aktivləridir. Belə maliyyə aktivləri effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş də-yərdə uçota alınır. Kreditlər və de-bitor borcları, eləcə də amortizasiya prosesində tanınmasına xitam və ya dəyərdüşmədən gəlir və zərər Kon-solidə edilmiş hesabatda tanınır. Qazanılmış və ya çəkilmiş Faiz gə-lirləri Konsolidə edilmiş hesabatda "Faiz gəliri" kimi qeyd olunur. Bu kateqoriyaya daxil olan aktivlər uzunmüddətli aktivlər kimi təsnif-ləşdirilir balans hesabatı tarixindən sonra 12 aydan çox olan ödəmə is-tisna olmaqla cari aktivlər daxil edi-lir.

M Managerial accounting

İdarəetmə uçotu

Управлен-ческий учёт

Maliyyə hesabatlarının hazırlanma-sı, əsasən kənar istifadəçilərin mə-lumat tələbatlarının ödənilməsi ilə əlaqədardır. Bu məlumat müəssisə-ni idarə etmək üçün hazırlanmır. Belə ki, müəssisənin rəhbərliyi tərə-findən qərarların qəbul edilməsi və müəssisənin effektiv şəkildə idarə olunması üçün daha təfərrüatlı və dəqiq məlumatlar tələb olunur. Rəhbərliyin məlumat tələbatları idarəetmə uçotu vasitəsilə ödənilir.

Margin Marja Маржа Daha ətraflı Profit margin bölməsi-nə baxın.

Market value Bazar dəyəri Рыночная стоимость

Aktivlər maliyyə hesabatlarında ey-ni və ya ekvivalent aktivi almaq üçün hal-hazırda ödənilməli olan pul vəsaiti və ya onun ekvivalenti məbləğində göstərilirlər. Öhdəliklər maliyyə hesabatlarında onların hal-hazırda ödənilməsi üçün lazım olan pul vəsaiti və ya onun ekvivalentlərinin diskontlaşdırılma-mış məbləğində göstərilirlər.

Mark-up Ticarət əlavəsi

Наценка Ticarət əlavəsi məhsulun satış də-yəri ilə satışın maya dəyəri arasın-dakı fərqdir. Əsasən sabit məbləğ kimi və ya ümumi satış qiyməti faizi kimi ifadə edilə bilər.

Page 77: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

77  

Matching Mətçinq Сопостав-ление

Fond birjasında dilerlər tərəfindən alqı-satqı əməliyyatlarının müntə-zəm şəkildə yoxlanılmasıdır.

İqtisadi fəaliyyətin risklilik səviy-yəsinin qiymətləndirilməsi metod-larından biridir.

Materiality Əhəmiyyət-lilik

Материаль-ность

Əhəmiyyətlilik “mühüm olma” an-layışı ilə eynilik təşkil edir. Əhə-miyyətli maddələr dedikdə, maliyyə hesabatlarının istifadəçilərinin bil-məli olduqları mühüm maddələr ba-şa düşülür.

Maliyyə hesabatları bütün mühüm maddələri xüsusi olaraq əks etdir-məlidir. Əhəmiyyətlilik prinsipi, əsasən he-sablanmasında daha çox vaxt sərf edilən, mühasibatçılıqda daha bö-yük dəyərə malik olan, hesabatlarda göstərilməsi zəruri və faydalı sayı-lan maddələrlə bağlıdır. Əhəmiy-yətlilik prinsipinə görə, maliyyə və-ziyyətinin tam əks etdirilməsi və mühasibat dövründə mənfəət və zə-rərin hesablanması üçün əhəmiyyət kəsb edən bütün maddələr maliyyə hesabatlarında əks olunmalıdır.

Measurement Qiymətlən-dirmə və ya ölçülmə

Измерение Maliyyə hesabatlarına daxil edilən müxtəlif aktivlər, öhdəliklər, kapi-tal, gəlir və xərclərin pul dəyərləri ilə müəyyən edilməsidir.

Qiymətləndirilməyə müxtəlif ya-naşmalar mövcuddur (məsələn, il-kin dəyəri, ədalətli dəyər, mümkün xalis satış dəyəri, və s.).

Monetary assets

Pul aktivləri Монетарные активы

Pul vəsaitləri, və elecə də tez pula çevrilən aktivlərdir (məsələn, debi-tor borcları və ya qısa müddətli investisiyalar).

N Net assets Xalis aktivlər Чистые

активы Daha ətraflı Equity bölməsinə ba-xın.

Net current assets

Xalis cari aktivlər

Чистые оборотные активы

Xalis cari aktiv müəssisənin normal fəaliyyət dövrü ərzində reallaşdır-maq, satış və ya istehlak etmək üçün nəzərdə tutulur: Normal fəa-liyyət dövrü əmtəənin (xammal və s.) satın alınması, emalı və satışı

Page 78: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

78  

(və müqabilində pul vəsaitinin əldə edilməsi) dövrünü əhatə edir.

Net realisable value

Xalis satış dəyəri

Чистая стоимость реализации

Xalis satış dəyəri dedikdə, müəssi-sənin gündəlik fəaliyyəti ilə bağlı gözlənilən satış qiyməti ilə bu satı-şın həyata keçməsi ilə əlaqədar çə-kilən, gözlənilən tamamlama və di-gər birbaşa xərclərin fərqinə bəra-bər olan dəyər nəzərdə tutulur. Xa-lis satış dəyəri dedikdə, yaxın gələ-cəkdə satış nəticəsində reallaşacağı gözlənilən məbləğ başa düşülür.

Neutrality Neytrallıq Нейтраль-ность

Neytrallıq da obyektivliyə əsasla-nan bir konsepsiyadır. Bu konsepsi-yaya görə maliyyə hesabatları ney-tral olmalıdır, xətalardan, şəxsi rəy-lərdən və lazımsız reklam xarakterli məlumatlardan uzaq olmalıdır. Neytrallıq düzgün təqdimatın əsas aspektidir, çünki yanlış maliyyə məlumatları düzgün təqdimata nail olmağa imkan vermir.

Nominal ledger

Nominal kitab Номинальная книга

Daha ətraflı"General ledger" böl-məsinə baxın.

Non-adjusting event

Daxil edilməyən hadisələr

Некорректи-рующее событие

Müəssisə hesabat dövrünün sonuna yaranan hadisələri hesabat dövrü başa çatdığı müddətdən sonra hə-min maliyyə hesabatlarında əks et-dirə bilməz. Bu hadisələrə hesabata daxil edilməyən hadisələr deyilir.

Non-current asset

Uzunmüddətli aktiv

Необоротные активы

Uzunmüddətli aktivlər-müəssisənin bir ildən daha çox müddətə saxla-mağı və ya pul vasitəsinə çevirməyi planlaşdırdığı aktivlərdir.

Notes to accounts

Maliyyə hesabatlarına şərtlər/qeydlər

Коммента-рии к отчётности

Qeydlər maliyyə hesabatları istifa-dəçilərinin maliyyə hesabatlarını daha yaxşı anlaması üçün maliyyə hesabatlarında verilən əlavə cədvəl-lər və digər məlumatlardır. Maliyyə hesabatlarına verilən qeydlər maliy-yə hesabatlarının vacib tərkib hissə-sidir. Maliyyə hesabatlarına verilən qeyd-lərə aşağıda verilən məlumatlar da-xildir: – əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər; – müəssisəyə təsir edən risk və qey-ri-müəyyənliklər;

Page 79: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

79  

– maliyyə hesabatlarında tanınma-yan (qeyd olunmayan) ehtiyatlar və öhdəliklər (məsələn, mineral ehti-yatları); – coğrafi və biznes seqmentləri haqqında məlumat; – hesabat dövrünün sonunda baş verən müəyyən hadisələr haqqında məlumat; – rəhbərlik tərəfindən şirkətin gələ-cəyi ilə bağlı edilmiş əsas fərziyyə-lərlə bağlı məlumat; – MHBS-nin tələblərindən yayın-malar

NRV Xalis satış dəyəri

Чистая стоимость реализации

Daha ətraflı Net realisable value bölməsinə baxın.

O Obligating event

Öhdəlik yaradan hadisə

Обязываю-щее событие

Bir öhdəlik yaradan hadisə hüquqi və ya konstruktiv öhdəlik yaradır. Hüquqi öhdəlik, hüquqi əlaqələrin nəticəsi kimi məs., müqavilələrin şərtinə görə yaranır. Konstruktiv öhdəlik, müəssisənin fəaliyyəti ilə bağlı yaranır. Müəs-sisə tərəfindən həyata keçirilən hər hansı bir fəaliyyət nəticəsində qarşı tərəfdə müəssisənin müəyyən öh-dəliyi ödəyəcəyi ilə bağlı əsaslı bir inam yaranırsa, bu halda konstruk-tiv öhdəlik mövcud olur.

Obsolescence Mənəvi köhnəlmə

Моральное устаревание

Yeni eyni funksiyalı daha səmərəli texnologiyaların ortaya çıxması nə-ticəsində aktivin dəyərinin azaldıl-masına mənəvi köhnəlmə deyilir.

Onerous contract

Qəliz müqavilələr

Обремени-тельный контракт

Bu müqavilə əsasında çəkilən xərc-lər müəssisəyə gələcəkdə gələn iqti-sadi səmərədən çox olur. BUMS-a görə belə müqavilələri iki üsulla də-yərləndirmək lazımdır: öhdəlik və dəyərdən düşmə.

Operating activities

Əməliyyat fəaliyyəti

Операцион-ная деятельность

Əməliyyat fəaliyyətləri müəssisənin əsas gəlir gətirən, habelə investisiya və maliyyələşdirmə fəaliyyətlərin-dən başqa digər fəaliyyətləridir. Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinin açıq-lanması bu müəssisənin qarşısına

Page 80: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

80  

qoyduğu məqsədlərin nə dərəcədə uğurla yerinə yetirib-yetirmədiyi haqda mühakimə yürütməkdə istifa-dəçilərə çox kömək olur. Yəni əmə-liyyat fəaliyyətlərindən olan pul və-saitlərinin hərəkətinin məbləği mü-əssisənin həyata keçirdiyi əməliy-yatlar nəticəsində yaranan pul vəsa-itlərinin borcları ödəmək, müəssisə-nin əməliyyatlarını həyata keçirmək qabiliyyətini qorumaq, dividentləri ödəmək və kənar maliyyələşdirmə mənbələrinə əl atmadan yeni inves-tisiyalar yatırmaq üçün kifayət olub-olmadığının əsas göstəricisi-dir.

Operating lease

Əməliyyat icarəsi

Операцион-ная аренда, операцион-ный лизинг

Maliyyə icarəsi olmayan bütün ica-rələr əməliyyat icarəidir.

Ordinary shares

Adi səhmlər Обыкновен-ные акции

Daha çox kapital səhmləri kimi ta-nınan bu səhmlərə dividentlərin ödənişində və müəssisənin likvid-ləşdirilməsində heç bir imtiyaz ve-rilmir. Adi səhm sahibləri (səhm-darları və ya kapital səhmdarları) müəssisənin sahibləridir. Səhmdarların adi səhmlərinin xüsu-siyyətləri: 1) Kapital səhmləri səsvermə hüqu-qu daşıyır. Bu o deməkdir ki, səhm-darlar həmin səs vermə hüququ va-sitəsilə şirkətin məsul işçilərinin köməyi ilə onun gündəlik işlərini görən idarəetmə heyətini seçə bilər-lər. 2) Bu səhmdarlar biznes riski daşı-yır, belə ki, səhmdarlar yalnız mü-əssisə kifayət qədər mənfəət əldə etdiyi təqdirdə divident ala bilərlər. Onlara yalnız bütün xərclər çıxıl-dıqdan sonra geriyə qalan mənfəət çatır. 3) Kapitalın geri qaytarıldığı zaman (müəssisənin likvidləşdirildiyi za-man) onlar sıralamada ən axırıncı yerdə dururlar. Onlar bütün digər kreditorlar təmin edildikdən sonra qalan hər bir şeyin sahibi hesab edi-lirlər. Əgər yerdə qalan məbləğ ki-fayət qədər deyilsə, onlar ilkin qoy-

Page 81: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

81  

duqları kapitalın hamısını və ya bir hissəsini itirə bilərlər.

Other comprehensive income

Digər məcmu gəlir

Прочий совокупный доход

Məcmu gəlir haqqında hesabatda (MHMH): • yuxarıdakı mənfəət rəqəmi baş-lanğıc rəqəm kimi götürülür, • Digər məcmu gəlir hesablanır, • Məcmu mənfəət hesablanır. Mənfəət və ya zərər xərclər çıxıl-maqla məcmu gəlirə bərabərdir və ona digər məcmu gəlirin elementlə-ri daxil deyildir. Digər məcmu gəlir digər MHBS tərəfindən tələb edilən və ya izah edilən qaydada mənfəət və ya zərərdə tanınmayan gəlir və xərclərin elementlərindən ibarətdir.

P Paid-up share capital

Ödənilmiş kapitalı

Внесённый капитал

Səhmdarlar tərəfindən qoyulmuş kapitalının ümumi məbləğidir. Bu kapital dəyəri şirkətin ümumi kapi-talının dəyərindən az ola bilər, çün-ki şirkət elan etdiyi kapitalın hamı-sını emissiya etməyə bilər. Ödənilmiş kapitalı şirkət səhmləri-nin satışından əldə edilmiş puldur, ancaq borc deyil.

Partnership Tərəfdaşlıq Товари-щество

Biznes fəaliyyəti göstərən təşkilat bir və ya bir neçə şəxs tərəfindən idarə və nəzarət olunur. Hər iki sa-hiblər bərabər hüquq daşıyırlar və eləcə də təşkilatın borcları üçün şəxsən məsuliyyət daşıyırlar.

Partnership agreement

Tərəfdaşlıq barədə razılaşma (müqavilə)

Соглашение о товари-ществе

Tərəfdaşlar arasında mənfəət bölgü-sü prinsiplərini həyata keçırən sə-nəddir. Tərəfdaşlıq barədə razılaş-ma (müqavilə) olmadıqda mənfəət tərəfdaşlar arasında bərabər bölüş-dürülür.

Payables Kreditor borcları

Кредитор-ская задол-женность

Təchizatçılara və xidmətin göstəril-məsinə görə olan qısamüddətli borclar kreditor borclar adlanır.

Payables ledger

Kreditor borcları kitabı

Книга покупок

Daha ətraflı "Purchase ledger" böl-məsinə baxın.

Petty cash Xəzinə Касса Kassa kitabı, uçot sisteminin bir hissəsi olduğundan xüsusi növ ilkin qeydiyyat kitabıdır. “Nəğd pul və-saiti” və “bank hesabı” sütunları, nəğd pul vəsaiti və bank hesablarını

Page 82: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

82  

bir hesabda birləşdirir. Bu zaman əməliyyatları yenidən nəğd pul və-saiti və bank hesablarına köçürmə-yə ehtiyac yoxdur. Bu sütunlar he-sab şəklində balanslaşdırılır və döv-rün sonuna olan qalıqlar ilkin ba-lansa köçürülür. Əməliyyatların kassa kitabına köçürülməsi aşağıda-kı şəkildə həyata keçirilir: – Kassa kitabının mədaxil (daxil ol-ma) tərəfi nəğd pul vəsaiti və ya bank hesabına yazılışların verilmə-sini qeyd etmək üçün istifadə olu-nur: məsələn, debitorların hər hansı birindən pul vəsaitinin toplanması (qəbul edilməsi). – Ödəniş tərəfi pul vəsaitinə kredit yazılışı, verilən yazılışları qeyd et-mək üçün istifadə olunur; məsələn, nəğd pul vəsaiti ilə ödənilmiş əmək haqqları. – Hər hansı bir əməliyyat kassa kitabına daxil edildikdən sonra mü-vafiq hesaba lazımı yazılış verilmə-lidir.

Plug Köməkçi hesab

Заглушка Yoxlama balansının debet və kredit sütunları üzrə hesablanan cəmlər bir-birinə bərabər olmalıdır. Əgər hər hansı bir səbəbdən yox-lama balansında bərabərlik (balans) əldə edilmirsə, bu zaman köməkçi hesab yaradılır və yoxlama balan-sındakı fərq bu hesaba köçürülür. Köməkçi hesab mühasib üçün çox faydalı bir vasitədir. Köməkçi he-sab vasitəsilə o, yoxlama balansın-da çox asanlıqla bərabərlik əldə edə bilər. Lakin köməkçi hesabın yara-dılması müəyyən səhvlərin möv-cudluğundan xəbər verir. Bu səhv-lər aşkarlanmalı və düzəldilməlidir. Köməkçi hesabdakı qalıq sıfıra bə-rabər edilmədən maliyyə hesabatla-rı hazırlana bilməz. Çünki köməkçi hesab nə aktiv hesabı, nə öhdəlik hesabı, nə gəlir, nə də xərc hesabı-dır. Buna görə də köməkçi hesabın qalığı nə MGHH-yə, nə də MVHH-yə köçürülə bilər

Post balance sheet events

Balans tari-xindən son-raki hadisələr

События после балан-совой даты

Düzəliş edilməsini nəzərdə tutan və tutmayan hadisələrdir. Balans hesa-batı tarixi ilə maliyyə hesabatlarının dərc edilməsi üçün təsdiq olunduğu

Page 83: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

83  

tarix arasındakı dövrdə baş verən mənfi və ya müsbət xarakterli hadi-sələrdir. Daha ətraflı “Events after the reporting period” bölməsinə baxın.

Preference shares

İmtiyazlı səhmlər

Привилеги-рованные акции

“İmtiyaz” ifadəsindən də göründü-yü kimi bu cür səhmlərin sahibləri digər səhmdarlara (kapital səhmi sahiblərinə) nisbətən müəyyən üs-tünlüklərə malikdirlər: 1) Divident ödənilməsi: Rəhbərlik divident vermək barədə qərar verdi-yi zaman ilk öncə imtiyazlı səhm-darlara ödəniş edilməlidir. 2) Likvidləşdirilmə zamanı kapita-lın qaytarılması: Müəssisə likvid-ləşdirildiyi zaman ödəniş müəssisə-nin siyasətinə və dövlətin iflas haq-qında qanunvericiliyinə əsasən hə-yata keçirilməlidir. Lakin dəyişməz olan bir qanun var ki, imtiyazlı səhmdarlara ödənilməli olan məb-ləğ adi səhmdarlardan əvvəl ödənil-məlidir. İmtiyazlı səhmlərin digər xüsusiy-yətləri: – İmtiyazlı səhmdarların səs ver-mək hüququ yoxdur. – İmtiyazlı səhmlər geri alınan və alınmayan olmaqla iki formada ola bilər. Geri alına bilən imtiyazlı səhmlər müəyyən dövrdən sonra geri alınır (imtiyazlı səhmdarlara qoyduqları pul geri qaytarılır). İmtiyazlı səhm-lər kredit kimi hesab olunur və mü-əssisənin uzunmüddətli öhdəliyi ki-mi tanınır. Çünki kreditdə olduğu kimi geri alına bilən imtiyazlı səhmlər də müəyyən dövrdən sonra ödənilməlidir. Geri alına bilən imti-yazlı səhmlər üzrə ödənilən divi-dentlər faiz xərci kimi qəbul olunur və MGHH-də maliyyə xərci şəklin-də əks etdirilir. Geri alınmayan imtiyazlı səhmlər, adından da göründüyü kimi, geri alınmır. Onlar digər səhmlər kimi qeyd olunur və maliyyə hesabatları-nın kapital bölməsinə daxil edilir. Onlar üzrə ödənilən divident mən-fəətin bölüşdürülməsi kimi qəbul edilir.

Page 84: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

84  

Present value İndiki dəyər Приведённая стоимость

Aktiv və öhdəliklərin qiymətləndi-rilməsi üsullarından biri,gələcək gə-lir və vəsaitin xərclənməsinin dis-kontlaşdırılmış dəyəridir.

Prime entry İlkin qeydiyyat

Первичная запись

Müəssisə əməliyyatlarını əks etdi-rən məlumatın söz və rəqəmlə yazı-lışı nəzərdə tutulur. Bu qeydlərin yazıldığı kitablar “ilkin qeydiyyat kitabları” adlanır. Əməliyyatlar mühasibat kitabların-da hesab-fakturalar, qəbzlər, çeklər (vauçerlər), bank hesabatları və s. kimi sənədlər əsasında qeydə alınır. Ledcer hesabı tərtib etməklə siz, eyni bir şəxslə və ya eyni məqsəd üçün aparılmış bütün əməliyyatları bir yerdə toplamış olursunuz. Bu, ay ərzində hər hansı bir müştəri ilə nə qədər satış əməliyyatı aparıldığı və ya hər hansı müştərinin qalığının nə qədər olmağı kimi gündəlik sual-ların cavablandırılmasında istifadə etmək üçün əlverişli bir üsuldur. Buna baxmayaraq, əgər əməliyyat-lar birbaşa ledcer hesablarına daxil olursa, bu, bir çox xətalara səbəb ola bilər. Bütün əməliyyatların qeyd olunduğuna və qeyd olunan məb-ləğlərin doğru olduğuna əmin ol-maq üçün xüsusi bir yoxlanış siste-mi yoxdur. Lakin lazımi dəqiqliyi təmin etmək məqsədilə ilkin qey-diyyat kitabları mövcuddur. İlkin qeydiyyat kitabları aşağıdakı-lardan ibarətdir: 1. Gündəlik satışlar kitabı və ya satışların qeydiyyatı 2. Gündəlik satınalmalar kitabı və ya satınalmaların qeydiyyatı 3. Gündəlik geri qaytarılmış satışlar kitabı 4. Gündəlik geri qaytarılmış satınal-malar kitabı 5. Kassa kitabı 6. Jurnal

Pro-forma Şablon Шаблон Bütün hesabat formalarının (Maliy-yə vəziyyəti haqqında hesabat, Mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişiklik haq-qında hesabat) tipik strukturunun

Page 85: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

85  

izahı üçün istifadə olunan termin-dir.

Profit or loss Mənfəət və zərər

Прибыль или убыток

Gəlirlərin xərclər üzərinə aşması əmlakın artmasını – mənfəəti, xərc-lərin gəlirlər üzərinə aşması isə – əmlakın azalmasını – zərəri göstə-rir. Müəssisənin hesabat ili ərzində mənfəət və ya zərər formasında əl-də etdiyi maliyyə nəticəsi, onun xü-susi kapitalının artması və ya azal-masına gətirib çıxarır.

Profit margin Rentabellik (R.və ya r.)

Рентабель-ность

Mənfəət əldə etmək məqsədilə fəa-liyyət göstərən iqtisadi subyektin – müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliy-yətinin iqtisadi səmərəliliyinin gös-təricisidir. R. müəssisədə müəyyən vaxt ərzində (ay, rüb, il) təsərrüfat fəaliyyətinin göstəricilərindən biri-dir. İstehsal müəssisəsində r. iki sə-viyyədə hesablanır: istehsalın r. və məhsulun rentabelliyi. İstehsalın r. Balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyəri ilə nor-mallaşdırılmış dövriyyə vəsaitinin dəyərinin cəminə nisbəti kimi he-sablanır. Məhsulun r. isə məhsul sa-tışından əldə olunan mənfəətin onun maya dəyərinə nisbəti, həmçi-nin mənfəətdən birbaşa maddi xərc-lər çıxılmaqla maya dəyərinə nisbə-ti kimi hesablanır. Ticarət müəssi-sələrində r. balans mənfəətinin mal dövriyyəsinin həcminə, yaxud mən-fəətin tədavül xərclərinə nisbəti ki-mi müəyyən olunur.

Prior period errors

Keçmiş hesabat dövrlərinin səhvləri

Ошибки прошлых периодов

Müəssisənin bir və ya bir neçə əv-vəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında aşağıdakı şərtləri tə-min edən etibarlı məlumatdan isti-fadə edilməməsi və ya səhv təqdim edilməsi nəticəsində buraxılmış səhvlər və edilmiş yanlış bəyanat-lardır: (a) məlumat həmin dövrlərin maliy-yə hesabatları dərc olunmaq üçün razılıq verildiyi zaman mövcud ol-duqda; və (b) məlumatın həmin maliyyə hesa-batlarının hazırlanması və təqdim

Page 86: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

86  

edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün hesab edildikdə.

Prompt payment discount

Vaxtından tez ödənişə görə endirim (güzəşt)

Скидка за досрочную оплату

Daha ətraflı Settlement Discount bölməsinə baxın.

Provision for doubtful debts

Şübhəli borclar üzrə ehtiyat

Резерв по сомнитель-ным долгам

Əgər hər hansı bir debitorun borcu-nun əldə edilməsi barədə şübhə ya-ranarsa, həmin borc üzrə qiymətlən-dirilmiş ehtiyatın təyin edilməsi məqsədəuyğundur. Bu gözlənilən zərərə qarşı tədbirli olmağı tələb edən ehtiyatlılıq konsepsiyası prin-sipinə əsaslanır.

Provision Qiymətləndirilmiş öhdəlik

Обеспечение Qiymətləndirilmiş öhdəlik vaxtı və ya dəyəri qeyri-müəyyən olan öh-dəlikdir. O zaman yaranır ki, keç-miş hadisələrin nəticəsi olaraq, mü-əssisənin hazırki borcu yaranmış ol-sun.

Property, plant and equipment

Torpaq, tikili və avadanlıqlar

Основные средства

Gələcəkdə müəssisəyə iqtisadi sə-mərəni gətirən, dəyəri etibarlı əsas-la qiymətləndirilən resurslara aktiv-lər deyilir. Bunlara torpaq, bina, maşın və avadanlıqlar,nəqliyyat va-sitələri, tikilməkdə olan obyektlər, gələcək iqtisadi səmərənin müəssi-səyə axınını ehtimal edən, dəyəri etibarlı əsasla qiymətləndirilə bilən digər obyektlər daxildir.

Purchases ledger

Alışlar kitabı Книга покупок

İlkin qeydiyyat kitablarından biri-dir, hər bir təchizatçı üzrə ayrı-ayrı-lıqda tərtib olunur və bu da hər bir müəssisə üzrə ayrı-ayrılıqda nə qə-dər mal və xidmətin alındığını özündə əks etdirir.

Prudence Ehtiyatlılıq Осмотри-тельность

Ehtiyatlılıq konsepsiyasına görə mənfəət olduğundan çox göstəril-məməli və gözlənilən bütün itkilər qeyd olunmalıdır. Bu o deməkdir ki, gözlənilən bütün itkilər nəzərə alınmalı və dərhal qeyd edilməlidir. Mənfəət isə reallaşdığı zamanda uçota alınmalıdır (bunun nəğd pul vəsaiti şəkilində olması vacib de-yil).

Page 87: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

87  

Q Qualitative characteristics

Keyfiyyət xüsusiyyətləri (göstəriciləri)

Качествен-ные характе-ристики

Mühasibat uçotunun keyfiyyət xü-susiyyətləri (göstəriciləri) maliyyə hesabatlarının hazırlanması və təq-dimatı üzrə fundamental qayda və təlimatları özündə birləşdirir. Bu göstəricilər sayəsində maliyyə hesa-batları daha dəqiq və anlaşılan olur.

R Ratio Əmsal Коэффи-

циент Maliyyə əmsalları (göstəriciləri) və nisbətlərinin təhlili bu cür məsələ-ləri araşdırmağa və onların həlli yollarını göstərməyə kömək edir.

Realisable value

Realizasiya dəyəri

Стоимость реализации

Realizasiya dəyəri: aktivlər maliyyə hesabatlarında onların normal satı-şından hal-hazırda əldə edilə bilə-cək məbləğlə göstərilirlər. Öhdəlik-lər maliyyə hesabatlarında normal fəaliyyət zamanı öhdəliyi yerinə ye-tirmək üçün lazım olan pul vəsaiti və ya onun ekvivalentlərinin dis-kontlaşdırılmamış məbləğində gös-tərilir.

Receivables ledger

Satışlar üzrə kitablar

Книга продаж

Daha ətraflı Sales ledger bölməsinə baxın.

Recognition Tanıma Признание Tanıma, maliyyə hesabatları ele-menti anlayışına və tanıma meyarı-na uyğun olan maddələrin MVHH və MHMH-yə daxil edilməsini tə-min edən bir prosesdir. 1. “Tanıma” o deməkdir ki, maddə: • Element anlayışına uyğun gəlir; • Tanıma meyarına cavab verir. 2. Tanınmalı olan maddələri əhatə edən mühasibat uçotu siyasətinin, qeydlərin və digər izahli məlumat-larin açiqlanmasi bu cür maddələrin tanınmamasını kompensasiya edə bilməz. 3. Elementlər öz aralarında elə əla-qəlidirlər ki, hər hansı bir əməliyyat iki və ya daha çox elementə təsir göstərə bilər. Beləliklə, müəyyən bir element üçün anlayış və tanıma meyarlarına cavab verən hər hansı bir maddə avtomatik olaraq digər elementin tanınmasına gətirib çıxa-rır.

Page 88: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

88  

4. Müəyyən bir anda tanıma meya-rına cavab verməyən hər hansı bir maddə sonrakı hadisələr nəticəsində tanınma tələblərinə cavab verə bi-lər.

Recoverable amount

Bərpa dəyəri Возмещае-мая стоимость

Bərpa edilə bilən dəyərə aktivin ba-zar dəyəri və ya hazırda şirkətdə is-tifadə olan dəyərlər arasında böyük olanı aiddir. Bərpa dəyəri anlayışı əsasən vəsaitlərin dəyərdən düşmə-sində istifadə olunur.

Redeemable shares

Geri qaytarılan səhmlər

Акции, подлежащие выкупу

Bu cür səhmlər əsasən tez bir za-manda nağd pulun əldə edilməsi və ya hər hansı işin görülməsi (məsə-lən, şirkətin yeni fəaliyyətə başladı-ğı dövr üzrə lazimi işlərin görül-məsi) üçün emissiya edilən səhm-lərdir. Əsasən mövcud səhmlərə emissiya edilir və istənilən zaman geri alına bilən səhmlərdir.

Redemption Geri alınma Погашение Əsasən səhmlərə aiddir. Daha ətraf-lı Redeemable shares bölməsinə ba-xın.

Reducing balance method

Azalan qalıq metodu

Метод уменьшаю-щегося остатка

Bu metoda görə, amortizasiya akti-vin balans dəyəri (ilkin dəyər çıxıl-sın yığılmış amotrizasiya) üzrə mü-əyyən faiz dərəcəsi ilə hesablanır. Bu zaman amortizasiya xərci akti-vin istifadə müddəti ərzində illər üzrə azalır.

Relevance Münasiblik Релевант-ность

Keçmiş, cari və gələcək hadisələrə qiymət vermək və ya keçmişdə ve-rilmiş məbləğləri təsdiqləmək və yaxud düzəltməkdə kömək etməklə istifadəçilərin müvafiq iqtisadi qə-rarlar qəbul etmələrinə təsir edən məlumat münasib məlumat hesab edilir.

Reliability Etibarlılıq Надёжность Bu prinsipə görə maliyyə hesabatla-rında etibarlı məlumat əks olunma-lıdır. Məlumat o zaman etibarlı sa-yılır ki, bu məlumat əhəmiyyətli səhvlərdən və təhriflərdən uzaq ol-sun.

Remittance advice

Ödənişin təs-diqi haqqında sənəd

Уведомление об оплате

Ödəyici tərəfindən göndərilən, mal və xidmətə görə ödənişi təsdiq edən sənəddir.

Research Tədqiqat/ araşdırma

Исследова-ние

Tədqiqat – yeni elmi və ya texniki bilik və ideyaların əldə olunması perspektivi baxımından orijinal və

Page 89: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

89  

planlı elmi araşdırmaların tətbiq edilməsidir.

Reserves Ehtiyatlar Резервы Müəssisənin adi fəaliyyəti zamanı satış məqsədilə saxlanılan, satış üçün istehsal prosesində hazırlan-maqda olan, istehsal və ya xidmət-lərin göstərilməsi prosesində sərf edilən xammal və materiallardır.

Residual value Qalıq dəyəri Остаточная стоимость

Aktivin son faydalı istifadə müddə-tinin dəyərini əks etdirir və bu da aktivin amortizasiya oluna bilən də-yərini müəyyənləşdirir.

Retained earnings

Bölüşdürül-məmiş mənfəət

Нераспре-делённая прибыль

Vergilərin və ödənilmiş dividentlə-rin çıxılması şərti ilə, mənfəət və zərər haqqında hesabatda əks olun-muş bütün məbləğlərin yekun cə-mindən ibarətdir. Bu, şirkət tərəfin-dən təsərrüfat fəaliyyətinə əlavə sərmayələr qoyuluşu məqsədilə ma-liyyələşdirmənin təmin olunması üçün şirkət tərəfindən bölüşdürül-məmiş mənfəət deməkdir. Bu o de-məkdir ki, əgər şirkət zərər cəkmiş olsa belə, məbləği bölüşdürülməmiş mənfəətin ümumi yığılmış məblə-ğindən çox olmamaq şərti ilə, divi-dendlər ödəmək iqtidarındadır. Şir-kətin xalis mənfəətindən şirkətə ye-nidən yatırılmış (yəni sahibləri ara-sında bölüşdürülməmiş) vəsaitdir. Bu ehtiyat vasitəsilə bonus emissi-yası reallaşdırmaq mümkündür. Keçmiş dövrlərdən gələn zərər he-sabına bölüşdürülməmiş mənfəət mənfi də ola bilər.

Revaluation Yenidənqiy-mətləndirmə

Переоценка Əsas vəsaitlərin və qeyri-maddi ak-tivlərin ilkin tanınmasından sonra ölçülməsi metodudur ki, balans də-yərinə mütəmadi olaraq bazar dəyə-ri qədər düzəliş edilə bilər, yəni ak-tivin ədalətli dəyərinin yenidən he-sablanmasıdır. Ədalətli dəyər akti-vin mübadilə edilə biləcəyi dəyər-dir. Bir qayda olaraq, daşınmaz əm-lak və torpağın yenidən qiymətlən-dirilmiəsi mümkün olduğu halda, qeyri-maddi aktivlərin yenidən qiy-mətləndirilməsi isə yalnız həmin aktivlər üzrə canlı bazar olduqda mümkündür.

Revenue Gəlir Выручка Gəlir uçot dövrü ərzində səhmdar-

Page 90: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

90  

ların kapital qoyuluşu ilə əlaqəli ol-mayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzin-də aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklin-də özünü biruzə verən iqtisadi sə-mərənin artımıdır.

Revenue expenditure

Cari xərclər Tекущие затраты

Əmək haqqı, əmək haqqında üstə-lik, pensiya və başqa müavinətlər və ödənişlər, mallar və başqa xid-mətlər üzrə xərclər,faiz üzrə ödəniş-lər və cari köcürmələr.

Rights issue Haqların emissiyası

Льготная эмиссия

Şirkətin mövcud səhmdarlarına ye-ni səhmlərin bazar dəyərindən daha ucuz qiymətə buraxılması demək-dir.

S Sales Gəlir Выручка Daha ətraflı Revenue bölməsinə ba-

xın.

Sales ledger Satış kitabı Книга продаж

Gündəlik satışlar kitabı və ya satış-ların qeydiyyyatı kreditlə həyata keçirilmiş bütün satışların müfəssəl qeydiyyatıdır.

Scrip issue Bonus emissiyası

Бонусная эмиссия

Daha ətraflı Bonus İssue bölməsinə baxın.

Settlement discount

Erkən Ödəmə endirimi

скидка за досрочную оплату

Borcun müddətindən əvvəl bağlan-ması üçün kreditorlara təqdim edi-lən endirim növüdür.

Share Səhm Акция Öz sahibinə emitentin (səhmi bura-xan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı hə-min əmlakın bir hissəsini əldə et-mək hüququnu verən pay qiymətli kağızıdır.

Share premium

Səhm mükafatı

Премия по акциям

Səhmlərin emissiyası zamanı nizamnamə kapitalına qoyuluşların (əməliyyat xərclərini çıxmaqla) buraxılmış səhmlərin nominal dəyərindən artıq olan hissəsi səhmdar kapitalında dəyişikliklər hesabatında səhm mükafatı kimi uçota alınır.

Shareholder Səhmdar Акционер Müəssisənin səhmləri sərmayəçilə-rə satılır və buradan əldə olunmuş pul vəsaiti şirkətin fəaliyyətində is-

Page 91: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

91  

tifadə olunur. Səhmləri alan sərma-yəçilər şirkətin səhmdarı, başqa sözlə onun sahibi olurlar. Məhdud məsuliyyətli müəssisənin fərdi sa-hibkarlıq və ortaqlıqdan əsas fərqi ondadır ki, burada şirkətin səhm-darlarının (sahiblərinin) şirkətə görə cavabdehliyi və ya məsuliyyəti yal-nız səhmdarın sərmayəsinin məblə-ği ilə məhdudlaşır.

Sole trader Fərdi sahibkar Индивиду-альный предприни-матель

Fərdi sahibkarlıq: Adətən, belə mü-əssisənin yeganə sahibi olur və sa-hibkar müəssisəni özü idarə edir – məsələn, bərbərxana, qaynaqçı, mü-hasib, vəkil, təlimçi, məhəllə düka-nı və s.

Standing order Daimi sifariş Постоян- ное пору-чение

Təşkilatların və fiziki şəxslərin,eyni alıcıya eyni miqdarda pul köcürül-məsi etdikləri ödəmə metodudur.

Statement of cash flows

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Отчёт о движении денежных средств

Pul vəsaitlərinin hərəkəti haqqinda hesabat il ərzində daxil olmuş pul vəsaiti və pul vəsaiti ekvivalentini və həmin vəsaitlərin hansi məqsəd-lər üçün sərf edildiyini göstərir. Müəssisə pul vəsaitlərinin hərəkəti haqqında hesabatı aşağıdakı metod-lardan birindən istifadə etməklə ha-zırlamalıdır: a) Pul vəsaitləri daxilolmaları və xaricolmalarının əsas növləri haq-qında məlumatı açıqlayan birbaşa metod; və ya b) Qeyri-pul xarakterli əməliyyatla-rın nəticələri, əməliyyat fəaliyyətlə-rindən yaranan hər hansı təxirə sa-lınmış, hesablanmış keçmiş və gələ-cək pul vəsaitləri daxilolmaları və ya xaricolmaları, eləcə də investisi-ya və maliyyələşdirmə fəaliyyətlə-rindən yaranan pul vəsaitlərinin hə-rəkəti ilə bağlı gəlirlərin və ya xərc-lərin maddələri nəzərə alınmaqla, xalis mənfəət və ya zərərə düzəliş-lərin edilməsini nəzərdə tutan do-layı metod.

Statement of changes in equity

Kapitalda dəyişikliklər haqqında hesabat

Отчёт об изменении капитала

Dövr ərzində kapitalda baş vermiş dəyişikliklərin və onun mənbəsini həmçinin bütün mümkun ehtiyatları ozündə birləşdirən hesabat növü-dür.

Page 92: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

92  

Statement of comprehen-sive income

Məcmu Gə-lirlər haqqın-da hesabat

Отчёт о совокупном доходе

Dövr üçün təşkilatın bütün növ gə-lirlərini birləşdirən vahid hesabat növü. Mənfəət, zərər və digər məc-mu gəlirdən ibarətdir.

Statement of financial position

Maliyyə vəziyyəti haqqında hesabat

Отчёт о финансовом положении

Maliyyə vəziyyəti haqqında hesa-batda ən azından aşağıda göstərilən məbləğləri əks etdirən sətir maddə-ləri olmalıdır: 1) Torpaq, tikili və avadanlıq; 2) İnvestisiya əmlakı; 3) Qeyri-maddi aktivlər; 4) Maliyyə aktivləri ((e), (h), və (i) bəndlərində göstərilmiş aktivlər is-tisna edilməklə); 5) İştirak payı metodu ilə uçota alınmış investisiyalar; 6) Bioloji aktivlər; 7) Mal-material ehtiyatları; 8) Ticarət və digər debitor borcları; 9) Pul vəsaitləri və onların ekviva-lentləri 10) 5 saylı MHBS-ya uyğun olaraq satış məqsədilə nəzərdə tutulan ki-mi təsnif edilən cəmi aktivlər; 11) Ticarət və digər kreditor borc-ları; 12) Qiymətləndirilmiş öhdəliklər; 13) Maliyyə öhdəlikləri ((j) və (k) bəndlərində göstərilmiş öhdəliklər istisna edilməklə); 14) Mənfəət vergisi adlı 12 saylı MUBS-da müəyyənləşdirildiyi ki-mi, qısamüddətli vergi üzrə aktiv və öhdəliklər; 15) Mənfəət vergisi adlı 12 saylı MUBS-da müəyyənləşdirildiyi ki-mi, təxirə salınmış vergi öhdəliklər və təxirə salınmış vergi aktivləri; 16) Səhmdar kapitalında azlıqların payı; 17) Əsas müəssisənin kapital sahib-lərinə aid olan buraxılmış səhmdar kapitalı və kapital ehtiyatları.

Straight-line method

Düz-xətt metodu

Линейный метод

Aktivin dəyəri onun faydalı istifadə müddəti üzrə sabit şəkildə bölüşdü-rülür (əgər aktivin son qalıq dəyəri dəyişmirsə). Amortizasiya xərci hər il üzrə eyni məbləğ olmaqla və ya balans dəyərinin sabit faiz nisbəti ilə hesablanır.

Page 93: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

93  

Substance over form

Mahiyyətin formadan üstünlüyü

Приоритет содержания над формой

Maliyyə hesabatlarında əks etdiri-lən əməliyyatların və digər hadisə-lərin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi forma-sından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.

Sundry (e.g. Expenses)

Digər Прочий Digər Xərclər

Suspense account

Gerilim Hesab

Счёт до выяснения

Hesabın təhlili və daimi təsnifatı gözlənilən şübhəli daxilolmaları və ödənişlər və ya uyğunsuzluqlar ke-çirmək üçün müvəqqəti istifadə he-sab edilir.

T Trade discount

Ticarət endirimi

Торговая скидка

Cari bazar şəraitindən asılı olaraq əməliyyat şərtlərinə bağlı alıcıya satıcı tərəfindən təmin edilən malın qiymət endirimidir.

Trade receivable, accounts receivable

Debitor borc Дебиторская задолжен-ность

Debitor borc – (ingiliscə – debt re-ceivable – məqbul borc) müəssisə-yə, şirkətə digər müəssisə, şirkət və həmçinin ayrı-ayrı vətəndaşlar tərə-findən ödəilməli olan borc məbləği-dir.

Trial balance İlkin dəyər Оборотно-сальдовая ведомость, пробный баланс

Aktivin ilkin dəyər əsasında qiy-mətləndirilməsi, onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödə-nilmiş məbləği və ya verilmiş əvəz-ləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış ka-pital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

Turnover Gəlirlilik Оборот Şirkətin gəlirliliyini müəyyən edən əmsaldır.

U Understan-dability

Anlaşıqlılıq Понятность Anlaşıqlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın ma-hiyyəti istifadəçilər tərəfindən anla-şılmalıdır. Eyni zamanda istifadəçi-lər Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları haq-qında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər də-

Page 94: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

94  

rindən öyrənməyə hazır olmalıdır-lar. Müvafiq informasiya onun mü-rəkkəbliyinə görə istifadəçilər tərə-findən anlaşılması və ya anlaşılma-ması səbəbindən maliyyə hesabatla-rından çıxarılmamalıdır.

US GAAP ABŞ GAAP ГААП США Hər bir ölkədə qanunvericiliyə uy-ğun olaraq qüvvədə olan milli mü-hasibat uçotu standartları deməkdir. ABŞ GAAP praktiki halların ətraflı uçotunu müəyyən edir və qanuna istinadən fəaliyyət göstərir (bu da onu İFRS-dən fərqləndirən əsas cə-hətdir).

Useful life Faydalı istifadə müddəti

Срок полез-ного исполь-зования

Faydalı istifadə müddəti: a) müəssisə tərəfindən aktivin isti-fadə üçün hazır olması gözlənilən müddət; və ya b) müəssisənin aktivdən əldə edəcə-yi gözlənilən məhsulların və ya ox-şar maddələrin sayıdır.

Users İştirakçılar Пользова-тели

Maliyyə hesabatlarının istifadəçiləri Maliyyə hesabatlarının təhlili müx-təlif istifadəçilər tərəfindən həyata keçirilir. Maliyyə hesabatlarının müxtəlif istifadəçilərinə aşağıda-kılar daxildir: – İnvestorlar və potensial investor-lar, – Borcverənlər və potensial borcve-rənlər, – Ticarət kreditorları və təchizatçı-lar – Rəhbərlik, – İşçilər.

W Window-dressing

Bəzəmə Приукраши-вание

İl və ya rüb sonuna yaxın qarşılıqlı fond və portfel menecerləri tərəfin-dən istifadə olunan strategiyadır. Bu strategiya əsasən müştərilər və ya səhmdarlara əvvəlcədən təqdim edilən Hesabatların görünüşünü yaxşılaşdırmaq üçün istifadə edilir.

Working capital

Dövriyyə kapitalı

Оборотный капитал

1) Məhsuldar kapitalın bir hissəsi olmaqla dəyəri istehsal olunmuş məhsulun üzərinə tam keçən və məhsulun reallaşmasından sonra pul və ya dəyər formasında geri qa-yıdan, başqa sözlə, istehsal prosesi

Page 95: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

95  

zamanı birbaşa istehsal olunmuş məhsulun, göstərilən xidmətin, gö-rülən işin üzərinə qoyulan kapital-dır; 2) Şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bi-lən aktivlərdir. Dövriyyə kapitalı pul vəsaitlərindən, asan reallaşan qiymətli kağızlardan, debitor borc-larından, material-istehsal ehtiyatla-rından, hazır məhsuldan, bitməmiş istehsaldan, materiallardan, dəst məmulatlardan və gələcək dövrün xərclərindən formalaşır. Dövriyyə kapitalı likvidlik meyarına – müəs-sisənin vəsaitlərinin nağd pula çev-rilməsi qabiliyyətlərinə görə qiy-mətləndirilir və şirkətin maliyyə və-ziyyətinin sabitliyini göstərir.

 

Page 96: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

96  

 

Русский Azərbaycan dilində

English Açıqlaması

A Актив Aktiv Asset Gələcək iqtisadi səmərənin axını

gözlənilən və keçmiş hadisələr nəti-cəsində yaranan müəssisə tərəfindən nəzarət edilən resurslar.

Акции, не подлежащие выкупу

Qaytarılma-yan səhmlər

Irredeemable shares

Qaytarılmayan səhmlər – adi səhm-lərlə oxşardır. Yəni, səhmdarın müəyyən müddətdən sonra səhmlər üçün ödənişin əvəzini təşkilatdan almaq haqqı yoxdur. Səhmdarın səhmlərini pul vəsaitinə çevirməyin təkcə üsulu, həmin səhmləri digər investora satmasıdır. Digər adi səhm-lər kimi qaytarılmayan səhmlər də dividend ödənişində, yəni mənfəətin bölüşdürülməsində iştirak edir.

Акции, подлежащие выкупу

Geri qaytarılan səhmlər

Redeemable shares

Bu cür səhmlər əsasən tez bir za-manda nağd pulun əldə edilməsi və ya hər hansı işin görülməsi (mə-sələn, şirkətin yeni fəaliyyətə baş-ladığı dövr üzrə lazimi işlərin gö-rülməsi) üçün emissiya edilən səhm-lərdir. Əsasən mövcud səhmlərə emissiya edilir və istənilən zaman geri alına bilən səhmlərdir.

Акционер Səhmdar Shareholder Müəssisənin səhmləri sərmayəçiyə satılır və buradan əldə olunmuş pul vəsaiti şirkətin fəaliyyətində istifadə olunur. Səhmləri alan sərmayəçilər şirkətin səhmdarı, başqa sözlə desək, onun sahibi olurlar. Məhdud məsuliyyətli müəssisənin fərdi sahibkarlıq və ortaqlıqdan əsas fərqi ondadır ki, burada şirkətin səhmdarlarının (sahiblərinin) şirkətə görə cavabdehliyi və ya məsuliyyəti yalnız səhmdarın sərmayəsinin məbləği ilə məhdudlaşır.

Акция Səhm Share Öz sahibinə emitentin (səhmi bura-xan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı

Page 97: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

97  

həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır.

Амортизация Amortizasiya (maddi aktivlər)

Deprecia-tion

Amortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması demək-dir. Sadə dildə desək amortizasiya köhnəlmə deməkdir. Əsas fondların, yəni binaların, ava-danlıqların, qurğuların və s. bu kimi qiymətlilərin tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olunan məhsulun üzərinə keçirməsi; istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə mün-təzəm olaraq (sistematik) pay-laşdırılmasıdır (bölüşdürülməsidir).

Амортизиро-ванная стоимость

Amortizasiya oluna bilən dəyər

Amortised cost

Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya) dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Амортизи-руемая сумма

Amortizasiya məbləği

Depreciable amount

Amortizasiya edilmiş dəyər aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Амортизи-руемые активы

Amortizasiya olunan aktivlər

Depreciable assets

Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsa-lına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesab-lamaqla həyata keçirilir.

Аннуитет Annuitet Annuity Müəyyən müddət ərzində dövri ödə-nişlərin həyata keçirilməsini nəzərdə tutan mexanizmdir. Buna bərabər zaman müddətində və bərabər məb-ləğdə həm əsas, həm də faiz ödəniş-ləri həyata keçirən kreditlər, amor-tizasiya fondu ayırmaları, sığorta haqları üzrə ödənişlər və s. daxildir.

Аудит Audit Audit Auditorlar tərəfindən müəssisənin, təşkilatın və s.-nin maliyyə-tə-sərrüfat fəaliyyətinin təhlilidir. A.-in məqsədi həmin iqtisadi subyektin maliyyə-təsərrüfat, eləcə də mü-hasibat hesabatının qanunauyğun olub-olmamasını müəyyənləş-dirmək, bu istiqamətdə vəziyyətin

Page 98: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

98  

yaxşılaşdırılması ilə bağlı məs-ləhətlər verməkdən ibarətdir. A. müəssisənin və ya təşkilatın şəxsi müraciətinə, yaxud səlahiyyətli döv-lət orqanının təyinatına (tələbinə) əsasən aparılır.

Б Баланс Balans

hesabatı Balance sheet

Balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və pas-sivlərini (öhdəlik, kapital) göstərən hesabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

Балансиру-ющая сумма

Balanslaşdı-rıcı məbləğ

Balancing figure

Hesab, dövrüyyə, hesabat formaları və başqa bu kimi elementlərin onsuz tamamlana bilinmədiyi məbləğdir. Riyazi olaraq baxıldıqda, verilən tənlikdə x məchul dəyişənin tapılmasından başqa bir şey deyil.Məsələn: biznesin aktiv və öhdəliklərinin məbləğini bilərək konkret tarixə kapitalı asanlıqla müəyyən etmək olar. Məlumdur ki, aktiv öhdəlik və kapitalın cəminə bərabərdir. Kapital bu tənliyi balanslaşdırır, başqa sözlə aktiv ilə öhdəliyin fərqinə bərabər olur. Eyni zamanda balanslaşdırıcı məbləğ üsulu praktiki olaraq Pul Və-saitlərinin Hərəkəti Haqqında He-sabatın hazırlanmasında istifadə edilir. Fərz edək ki, debitor borc hesabı üzrə ilin əvvəlinə (1) və sonuna (2) olan qalıqlar eləcə də dövr üzrə gəlir məbləği (3) məlum-dur. Bu məlumatları rəhbər tutaraq hesab üzrə çatışmayan balans-laşdırıcı ifadə müəyyən edilə bilər. Belə ki, dövr üzrə müştərilərdən konkret daxil olan pul vəsaitlərinin məbləği (1) + (3) – (2) düsturu formasında təyin ediləcək.

Балансовая стоимость

Balans dəyəri Carrying amount

Aktivin Maliyyə vəziyyəti Haqqında Hesabatda əks olunduğu dəyəridir. Bir qayda olaraq, bu termin həm maddi, həm də qeyri-maddi aktivlərə şamil edilir. Balans dəyəri ilkin dəyər ilə yığılan amortizasiya yaxud yığılan köhnəlmə arasındakı fərqə bərabərdir.

Page 99: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

99  

Банковская выписка

Bank çıxarışı Bank statement

Müəyyən dövr ərzində bank hesabı üzrə baş verən əməliyyatları əks etdirən sənəd formasıdır. Kassa kitabı ilə bank üzləşdirilməsi apa-rılmasına xidmət edir. Bununla ya-naşı, müntəzəm aparılmayan uçot zamanı, kassa metodunun hesab-lama metodundan nə ilə fərqlən-diyini bilmək şərti ilə təxmini olaraq biznesin gəlir və xərc bazası haqqında məlumatı təmin edir.

Банковская сверка

Bank üzləşdirməsi

Bank reconciliation

Bank çıxarışı əsasında kassa kitabı qalığının bankda olan hesab üzrə qalıqla müqayisə edilməsidir. Məntiqi olaraq baxıldıqda, təşkilatın eyni qədər pul vəsaitlərinin məb-ləğini fərqli formalarda əks etdirən bu iki meyar bir-birinə tamamilə bərabər olmalıdır. Lakin bu cür üzləşdirmələr zamanı bəzən bərabərlikdə fərqlər yarana bilər ki, bu fərqlər özü də 3 qrupda təs-nifləşdirilir: 1) Bank tərəfindən apa-rılmış, lakin hələ kassa kitabına qeyd edilməmiş əməliyyatlar; 2) Yol verilən səhvlər (hər iki tərəfdə səhv baş verə bilər); 3) Bank tərəfindən çeklərin və ödənişlərin nizama salınması və işlənməsi əsasında yaranan gecikmələr. Əgər siz bütünlükdə bank hesabı və kassa kitabı arasında yaranan fərqləri təyin edə bilirsinizsə, deməli bərabərlik mövcuddur.

Банковский овердрафт

Bank overdraftı

Bank overdraft

Bank hesabında olan mənfi qalıqdır. Bu hal o zaman baş verir ki, siz bank hesabından orada qalan və-saitdən daha çox məbləğ çəkmisiniz (bank sizin biznesə bu kimi əmə-liyyatı icra etmək imkanı verdiyi halda). Nəticə olaraq, overdraft bankın verdiyi qısamüddətli kredit kimi qəbul edilməli və Maliyyə Vəziyyəti Haqqında Hesabatda mənfi aktiv kimi deyil, öhdəlik maddəsi kimi tanınmalıdır.

Безнадёжный долг

Ümidsiz borc Bad debt Borclu subyektin maliyyə durumun-dan, o cümlədən borc öhdəliyini icra etmək qabiliyyəti aşağı olmasından asılı olaraq qaytarılmaq ehtimalı az olan debitor borcudur.

Page 100: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

100  

Биологический актив

Bioloji aktiv Biological asset

Bioloji aktiv bitki və heyvan qrup-larını xarakterizə edir. Bioloji aktiv satış xərcləri çıxılmaqla ədalətli dəyər əsasında qiymətləndirilir. Ədalətli dəyəri etibarlı olaraq müəyyən etmək olmayan bəzi is-tisna hallarında, bioloji aktiv yı-ğılmış amortizasiya və dəyərdən düşmə zərəri çıxılmaqla nəzərə alı-nır. Ədalətli dəyəri etibarlı olaraq müəyyən etmək mümkün olduğu halda isə, satış xərcləri çıxılmaqla ədalətli dəyər əsasında qiymət-ləndirilmə aparılmalıdır.

Бонусная эмиссия

Bonus emissiyası

Bonus issue, scrip issue

Təşkilatın səhmdarlar arasında ödə-nişsis əsaslarla səhm buraxılışıdır. Təşkilat bu üsulla buraxılmış səhmlərinə görə vəsait olaraq heç nə qazanmır. Faktiki olaraq söhbət kapital ehtiyatlarının yerdə-yişməsindən gedir, belə ki, təşkilatın ehtiyat olaraq yığılmış kapitalı səhm buraxılışına axın edir. Bununla da kapitalın ümumi dəyəri dəyişməz olaraq qalır. Məsələn: bonus emissiyası 4:1 nisbətindədir ifadəsi onu bildirir ki, mövcud səhmdar onun hər 4 səhminə görə əlavə olaraq 1 səhm qazanacaq. Təbii ki, bu kompaniyanın bütün səhmdarlarına şamil edilir. Bonus emissiyası konkret olaraq iki məqsədi hədəfləyir: Birinci məqsəd, səhmlərin bazar qiymətinin düşməsi hesabına onun dövriyyəsinin artırılmasıdır. Bununla kapitalın məbləği dəyişməz qalır, belə ki, təşkilat nə əlavə ödəniş etmir, nə də ki, pul vəsaiti qazanmır. Amma nəzərə alsaq ki, bonus emissiyasının nəticəsi kimi səhmlərin kəmiyyəti artır, nəticədə bir səhmdə daha az bazar dəyəri əldə edilir. Bəs daha az dəyərli səhmin üstünlüyü nədədir? Onları almaq asanlaşır, səhmlər daha likvid olur və onlara bazarda tələbat artır. Tələbatın artması səhmlərin bazar dəyərinin yüksəlməsinə səbəb olur ki, bu da öz növbəsində kapitalın artması ilə nəticələnir. İkinci məqsəd, bonus emissiyasının icrası zamanı yaranan

Page 101: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

101  

səhmlərin divident kimi istifadə edilməsidir. Bu hal o zaman baş verir ki, təşkilat dividentləri pul vəsaitləri hesabına ödəmək istəyinə yaxud imkanına malik deyil. Bonus emissiyası etməklə biznes səhmdara seçim imkanı verir: pul vəsaitinin tələb olunduğu təqdirdə yeni əldə edilmiş səhmləri satmaq və ya onları saxlamaqla gələcəkdə daha yüksək dividenti təmin etmək.

Бухгалтерская книга

Jurnal-order Ledger Mühasibatlıqda sentetik, xüsusi hal-larda isə analitik uçotun xronoloji qaydada qeydiyyatının aparıldığı cədvəldir. Şahmat sxemi şəklində tərtib olunan jurnal-orderdə əmə-liyyatlar bir yazılışla iki hesabda, yəni həm debet, həm də kredit hesabında əks olunur. Əsas mühasibat kitabları – Baş kitab, satışlar və satınalmalar kitabıdır.

Бухгалтерская оценка

Mühasibat qiymətləndi-rilməsi

Accounting estimate

Mühasibat uçotu obyektlərininpul ifadəsindəəks etdirilməsi üsuludur. Hər bir təsərrüfat subyektinin təsər-rüfat vasitələrinin qiymətləndirilmə-si onların faktiki maya dəyərinə isti-nad edir. Bu yolla qiymətin reallığı-na nail olunur.

В Внесённый капитал

Ödənilmiş kapital

Paid-up share capital

Səhmdarlar tərəfindən qoyulmuş ka-pitalın ümumi məbləğidir. Bu ka-pital dəyəri şirkətin ümumi kapi-talının dəyərindən az ola bilər, çünki şirkət elan etdiyi kapitalın hamısını emissiya etməyə bilər. Ödənilmiş kapitalı şirkət səhmləri-nin satışından əldə edilmiş puldur, ancaq borc deyil.

Возмещаемая стоимость

Bərpa dəyəri Recoverable amount

Bərpa edilə bilən dəyərə aktivin ba-zar dəyəri və ya hazırda şirkətdə istifadə olan dəyərlər arasında bö-yük olanı aiddir. Bərpa dəyəri an-layışı əsasən vəsaitlərin dəyərdən düşməsində istifadə olunur.

Выпущенный капитал

Buraxılmış səhm kapitalı

Issued share capital

Buraxılmış səhm kapitalı – səhm-darlara buraxılmış səhm kapitalının nominal dəyəridir. Təşkilatın maliy-yə vəziyyəti haqqında hesabatda (balans) məhz bu məbləğ öz əksini tapır.

Page 102: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

102  

Выручка Gəlir Revenue, Sales

Daha ətraflı Revenue bölməsinə ba-xın.

Г ГААП США ABŞ GAAP US GAAP Hər bir ölkədə qanunvericiliyə uy-

ğun olaraq qüvvədə olan milli mühasibat uçotu standartları de-məkdir.ABŞ GAAP praktiki halların ətraflı uçotunu müəyyən edir və qanuna istinadən fəaliyyət göstərir (bu da onu İFRS-dən fərqləndirən əsas cəhətdir).

Гиринг, Kредитное плечо

Cirinq əmsalı Gearing, leverage

İqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifa-də edən anlayış:C=bk / şk Burada: c-cirinq əmsalı; bk-məcmu borc ka-pitalının həcmi; şk məcmu şəxsi ka-pitalının həcmi. Əsas etibarilə Bö-yük Britaniyada işlənilən bu anlayış ABŞ-da leveric kimi adlandırılır. Bu göstəricidən müəssisənin maliyyə durumunu, eləcə də istehsal imkan-larının məhsuldarlığının qiymətlən-dirilməsi zamanı istifadə olunur. Adətən cirinqin aşağı olması müəs-sisə üçün müsbət göstərici hesab olunur. Çünki, borc kapitalının çox-luq təşkil etməsi müəssisə mənfəəti-nin daha çox hissəsinin faiz ödəniş-lərinə sərf olunmasına, bu da sə-rəncamda qalan mənfəətin həcminin azalmasına gətirib çıxarır.

Главная книга Baş kitab General ledger

İkili yazılış sisteminin ən əsas alət-lərindəndir. Bu kitabda müəssisənin bütün aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri ayrı-ayrı hesab-larda əks olunur.

Годовой отчёт İllik hesabat Annual report

Təsərrüfat subyektinin işinin yekun nəticələrini xarakterizə edir. Onun tərkibinə daxildir: 1. Mənfəət və zərər haqqında hesa-bat; 2. Maliyyə Vəziyyəti Haqqında He-sabat; 3. Kapitalda dəyişiklik barədə hesa-bat; 4. Pul vəsaiti haqqında hesabat; 5. İzahlı qeydlər.

Гудвилл Qudvil, işgüzar nüfuz

Goodwill Qudvil – firmanın işgüzar reputasi-yası və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqi.

Page 103: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

103  

Belə ki, müəssisənin aktivləri satıl-sa, debitor borcları geri ödənilsə, əl-də olunan vəsaitlərdən öhdəliklər, kreditor borcları çıxılsa, yerdə qalan məbləğ artıq həmin müəssisənin ka-pitalı və yaxud xalis aktivləri ola-caq. Bu dəyər məhz həmin müəssi-sənin faktiki uçot dəyəridir. Amma təcrübədə çox rast gəlirinir ki, müəs-sisələr bu dəyərdən daha yüksək də-yərə satılır. Belə dəyərin formalaş-masına təsir edən amillər müxtəlif-dir (Bu haqda gələcək nəşrlərimizdə geniş məlumat verməyi planlaşdırı-rıq). Uçot dəyəri (xalis aktivlər) ilə onun satıla biləcəyi dəyər arasında fərq qudvil adlanır. Qudvil adətən, bir müəssisənin digər müəssisə tərə-findən alınması zamanı yaranır.

Д Дебиторская задолженность

Debitor borc Trade receivables, accounts receivable

Debitor borc – (ingiliscə – debt re-ceivable – məqbul borc) müəssisəyə, şirkətə digər müəssisə, şirkət və həmçinin ayrı-ayrı vətəndaşlar tə-rəfindən ödəilməli olan borc məb-ləğidir.

Денежные потоки

Pul vəsaitlərinin hərəkəti

Cash flow Pul vəsaitləri və onların ekvivalent-lərinin mədaxilini və məxaricini ifadə edir. Belə ki, maliyyə mə-lumatının istifadəçisi üçün, dövr üz-rə pul vəsaitlərinin hansı məqsəd-lərlə istifadəsi və pulun daxilolma mənbələri kimi nəyin çıxış etməsini bilmək olduqca vacibdir. Bu kimi məlumatların açıqlanması üçün Mü-hasibat Uçotunun Beynəlxalq Stan-dartı Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatın hazırlanmasını tələb edir.

Денежные средства

Pul vəsaitləri Cash Nağd, eləcə də bank hesabında olan cəmi pul vəsaitləridir. Praktiki ola-raq, nəzarət məqsədi ilə pul vəsaitlə-rinin müxtəlif növlərinin (Məsələn: fərqli valyuta məzənnəsində olan bank hesabları) baş kitabda ayrıca qeyd edilməyi daha məqsədəuyğun hesab edilir, lakin sadəlik baxımın-dan adətən bütün likvid pul vəsaitlə-ri vahid ad altında nəzərə alınır.

Page 104: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

104  

Денежные эквиваленты

Pul vəsaitlə-rinin ekviva-lentləri

Cash equivalents

Dəyərin itirilməsi riskinin az olması ilə pul vəsaitlərinə asanlıqla çevrilə bilən qisamüddətli yüksək likvidli investisiyalardır. Onlar quruluşca fərqli ola bilər: depozitlər və qısa-müddətli qiymətli kağızlar. Bir qay-da olaraq, istifadəsiz pul vəsaitlə-rinin qısamüddətli investisiyası üçün alınır ki, pullar bank hesabında qalaraq dəyərsizləşməsin və əlavə vəsait cəlb etmiş olsun. Bu aktivlə-rin ayrıca hesab olaraq uçota alın-masına baxmayaraq, Pul Vəsaitləri-nin Hərəkəti Haqqında Hesabatı ha-zırlayarkən, onlar ümumi şəkildə pul vəsaitləri adı altında birləşdirilir, yə-ni qiymətli kağızlara olan inves-tisiyaya bu hesabatın ayrıca "İn-vestisiya fəaliyyəti" bölməsində ba-xılmır.

Дериватив Törəmə maliyyə aləti

Derivative finansial instrument

Törəmə maliyyə alətləri – ikinci dərəcəli qiymətli kağızlardır.

Дивиденды Dividend Dividend 1) Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarla-rının xeyrinə xalis mənfəətinin (sa-dələşdirilmiş vergi ödəyiciləri tə-rəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmla-kın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdir-məyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) no-minal dəyəri hüdudlarında geri alın-ması ilə bağlı edilən ödənişlər divi-dend sayılmır. 2) Səhmlərə görə müəssisənin illik gəlirindən ayrılan paydır.

Долевой инструмент

Kapital aləti Equity instrument

Bütün öhdəlikləri ödənildikdən son-ra şirkətin aktivləri üzrə sahibinin hüququnu təsdiq edən sənəddir. Faktiki olaraq burda söhbət səhmlər-dən gedir.

Доступные для продажи

Satış üçün nəzərdə tutulan mallar

Available for sale

Müəssisənin adi fəaliyyəti zamanı satış məqsədi ilə saxlanılan, satış üçün istehsal prosesində saxlanılan xammal və ya materialdır.

Page 105: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

105  

Доход Gəlir Income Gəlir – hesabat dövrü ərzində kapi-tal iştirakçıları (sahibkar, səhmdar) tərəfindən deyil, aktivlərin artması və ya öhdəliklərin azalması şəklində kapitalın artması ilə nəticələnən iqtisadi faydanın artımıdır. Təşkila-tın əksər gəlirləri mənfəət-zərər he-sabatında öz əksini tapır. Aktivlərin yenidən qiymətləndirilməsi ilə bağlı yaranan gəlir digər məcmu gəlirlər haqqında hesabatda qeyd edilir və kapital ehtiyatlarına birbaşa təsir edir.

Ж Журнал Jurnal Journal Jurnal – Təşkilatın standart əməliy-

yatlarından başqa (alış və satış) mü-xabirləşmələr şəklində ilkin qey-diyyatının aparıldığı kitabdır. Jur-nalda amortizasiyanın hesablanması, hesabat dövrünün sonu üçün ehtiyat-ların uçotu ilə bağlı qeydiyyatlar aparılır.

З Заглушка (Вспомогатель-ный счет)

Köməkçi hesab

Plug Yoxlama balansının debet və kredit sütunları üzrə hesablanan cəmlər bir-birinə bərabər olmalıdır. Əgər hər hansı bir səbəbdən yoxla-ma balansında bərabərlik (balans) əldə edilmirsə, bu zaman köməkçi hesab yaradılır və yoxlama ba-lansındakı fərq bu hesaba köçürülür. Köməkçi hesab mühasib üçün çox faydalı bir vasitədir. Köməkçi hesab vasitəsilə o, yoxlama balansında çox asanlıqla bərabərlik əldə edə bilər. Lakin köməkçi hesabın yaradılması müəyyən səhvlərin mövcudluğun-dan xəbər verir. Bu səhvlər aşkar-lanmalı və düzəldilməlidir. Köməkçi hesabdakı qalıq sıfıra bə-rabər edilmədən maliyyə hesabatları hazırlana bilməz. Çünki köməkçi hesab nə aktiv hesabı, nə öhdəlik he-sabı, nə gəlir, nə də xərc hesabıdır. Buna görə də köməkçi hesabın qa-lığı nə MGHH-yə, nə də MVHH-yə köçürülə bilər

Заёмные средства

Borc kapitalı Loan capital

Borc kapitalı – borc öhdəliyi əsasın-da cəlb edilən kapitaldır. Borc ka-

Page 106: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

106  

pitalı həm mal-material, həm də pul vəsaiti, yaxud maliyyə aktivləri şəklində mövcud ola bilər. Borc öhdəlikli qiymətli kağızların (is-tiqrazların, veksellərin və s.) yer-ləşdirilməsi, satılması yaxud bank və digər kredit təşkilatlarından, eləcə də müxtəlif iqtisadi sub-yektlərdən birbaşa kreditlərin əldə olunması yolu ilə borc kapitalı cəlb edilir. Borc kapitalını təqdim edən tərəf kreditor, alan tərəf isə borc alan, yaxud benefisiar adlanır.

Займы и дебиторская задолженность

Kreditlər və debitor borcları

Loans and receivables

Kreditlər və debitor borcları fəal ba-zarda dövr etməyən, sabit və ya mü-əyyən edilən ödənişli maliyyə ak-tivləridir. Belə maliyyə aktivləri ef-fektiv faiz metodundan istifadə et-məklə amortizasiya olunmuş dəyər-də uçota alınır. Kreditlər və debitor borcları, eləcə də amortizasiya prosesində tanınmasına xitam və ya dəyərdüşmədən gəlir və zərər Konsolidə edilmiş hesabatda tanınır. Qazanılmış və ya çəkilmiş Faiz gəlirləri Konsolidə edilmiş he-sabatda "Faiz gəliri" kimi qeyd olu-nur. Bu kateqoriyaya daxil olan aktivlər uzunmüddətli aktivlər kimi təsnifləşdirilir, balans hesabatı tarixindən sonra 12 aydan çox olan ödəmə istisna olmaqla cari aktivlər daxil edilir.

Затребованный капитал

Tələb edilən kapital

Called-up share capital

Yeni səhm buraxılışı zamanı təşki-lat buraxılmış səhmlər müqabilində bütün ödənişi tələb etməyə bilər. Tələb edilən kapital – bu elə məhz emissiya olunan səhmlərin o hissəsidir ki, yeni səhmdarlar bu hissə ilə bağlı ödənişi dərhal etmə-lidirlər. Təşkilat səhmdara ödənişin geriyə qalan hissəsini sonradan ödə-mə imkanı yaradır. Bir qayda olaraq, tələb edilən kapital nəşr olunmuş kapitala bərabərdir. Lakin əgər tələb edilən kapital nəşr olunmuş kapitala nisbətən az olarsa, məhz həmin az məbləğ Maliyyə Vəziyyəti Haqqın-da Hesabatda tanınacaq.Yəni təş-kilata hazırda emissiyadan nə qədər vəsait daxil olacaq.

Page 107: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

107  

И Извещение о получении товара

Malların alınması barədə bildiriş

Goods received note

Malların faktiki adı və faktiki sayı barəsində malları alan tərəfindən tətib olunmuş sənəddir.

Измерение Qiymətlən-dirmə və ya ölçülmə

Measure-ment

Maliyyə hesabatlarına daxil edilən müxtəlif aktivlər, öhdəliklər, kapital, gəlir və xərclərin pul dəyərləri ilə müəyyən edilməsidir. Qiymətləndirilməyə müxtəlif yanaş-malar mövcuddur (məsələn, ilkin dəyəri, ədalətli dəyər, mümkün xalis satış dəyəri, və s.).

Износ Amortizasiya (qeyri-maddi aktivlər)

Amorti-sation

Amortizasiya faydalı istifadə müd-dəti ərzində aktivlərin amortizasiya edilə bilən dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik şəkildə) paylaşdı-rılmasıdır (bölüşdürülməsidir).

Изъятие Sahibkar çıxarışı

Drawings Sahibkarın şəxsi məqsədi üçün ka-pitaldan çıxartdığı pul vəsaitidir.

Инвестицион-ная деятельность

İnvestisiya fəaliyyəti

Investing activities

İnvestisiya fəaliyyəti – uzunmüddət-li aktivlərin (əsas fondların) və pul ekvivalenti hesab olunmayan digər investisiyaların alışı və satışı ilə bağlı əməliyyatları əks etdirən fəa-liyyətdir.

Инвестицион-ная собствен-ность

İnvestisiya mülkiyyəti

Investment property

İnvestisiya mülkiyyəti – təşkilatın adi biznes fəaliyyətində istifadə üçün deyil, müstəqil şəkildə pul vəsaiti qazandırmaq üçün istifadə etdiyi mülkiyyətdir. Burada adi biz-nes fəaliyyəti dedikdə, administrativ məqsədlər üçün və ya istehsal və xidmətlərin göstərilməsində, yaxud satış məqsədilə aktivlərin istifadə edilməsi nəzərdə tutulur. İnvestisiya mülkiyyətinə nümunə olaraq göstərmək olar: – Adi biznes fəaliyyətində qısa müd-dətdə satış üçün deyil, uzunmüddətli kapital qiymətləndirməsi üçün saxlanılan torpaq sahəsi; – Təşkilatın mülkiyyətində olan və digər təşkilata əməliyyat icarəsi şəklində verilən əmlak; – Ana təşkilat tərəfindən törəmə təş-kilata lizinq ilə verilən əmlak; – Gələcəkdə investisiya mülkiyyəti

Page 108: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

108  

kimi istifadəsi nəzərdə tutulan ya-rımçıq, və ya təmir edilən əmlak.

Инвойс İnvoys Invoice İnvoys – satış və ya alış əməliyya-tında istifadə edilir. Təşkilat müştə-riyə satış (xidmət) etdikdə, ona in-voys göndərir. İnvoys müştərinin borclu olduğu məbləği ödəməsini tələb edən sənəddir.

Индивидуаль-ный предприни-матель

Fərdi sahibkar Sole trader Fərdi sahibkarlıq: Adətən, belə mü-əssisənin yeganə sahibi olur və sa-hibkar müəssisəni özü idarə edir – məsələn, bərbərxana, qaynaqçı, mü-hasib, vəkil, təlimçi, məhəllə dükanı və s.

Исследование Tədqiqat/ araşdırma

Research Tədqiqat – yeni elmi və ya texniki bilik və ideyaların əldə olunması perspektivi baxımından orijinal və planlı elmi araşdırmaların tətbiq edilməsidir.

K Кредиторская задолженность

Accounts Payable

Kreditor borcu

Daha ətraflı Payables bölməsinə baxın.

Корректиру-ющее событие

Adjusting event

Səhvlərin düzəldil-məsi

Yoxlama balansı hesabların riyazi dəqiqliyini yoxlamaq üçün hazırla-nır. Əgər yoxlama balansı balanslaş-mırsa, deməli hesablarda bəzi he-sablama səhvləri var və bunlar da öz növbəsində müəyyənləşdirilməli və düzəldilməlidir.

Капитальные затраты

Capital expenditure

Kapital məsrəfi

Kapital məsrəfi ən ümumi şəkildə uzunmüddətli aktivlərin alınmasına, keyfiyyətinin və iş imkanının ar-tırılmasına və tikintisinə çəkilən pul vəsaitlərini ifadə edir. Nəticə etibarı ilə kapitallaşan məsrəflər Maliyyə Vəziyyəti Haqqında Hesabatda aktivin yaranmasına səbəb olur. Adətən kapital məsrəfləri cari xərc-lərdən fərqləndirilir.

Капитализация Capitalisation Kapitallaş-dırma

Bu anlayışın iki mənası var: Ma-liyyə uçotu nöqteyi-nəzərindən kapi-tallaşdırma hər hansı aktiv yaradan məbləğin tanınması kimi xarakterizə edilir. Məsrəfi kapitallaşdırmaq yaxud silməyə dair yanaşmalar bir çox standartda qeyd edilir. Kapi-tallaşdırma anlayışının ikinci ma-hiyyəti ondan ibarətdir ki, təşkilatın ümumi bazar dəyərinə, həmin

Page 109: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

109  

təşkilatın buraxdığı bütün səhmlərin hesablanmış ümumi bazar dəyəri kimi yanaşılır.

Компания Company Şirkət (Səhmdar cəmiyyəti)

Fərdi müəssisə və ortaqlıqlarla ya-naşı, müəssisə anlayışının təşkilati-hüquqi formalarından biridir. Şirkət sahibləri səhmdarlardır və onlar əsas qərarları özlərinin qəbul etmələri şərti ilə şirkətin idarə edilməsini birgə olaraq təyin edilmiş me-necerlərə həvalə edirlər. Nəticə etibarı ilə şirkətin sahibliyi və idarəçiliyi fərqli olan iki tərəfə məx-sus olur. Lakin menecerlərin öz-lərinin şirkətdə səhm sahibi olduğu hallar da istisna deyil. İdarəetmənin və sahibkarlığın fərqli tərəflərdə olması şirkətdə müəyyən zid-diyyətlərin və tərəflərarası müba-hisələrin yaranmasına səbəb olur: Belə ki, menecer öz məqsədlərini hədəfləyərək şirkətin gələcəyini və səhdarların mənafeyini geri plana çəkir. Ən təhlükəlisi isə mene-cerlərin xidmətlərinə görə müka-fatının artırılması səbəbi ilə maliyyə hesabatlarına manipulyasiya etmək, yaxud onları daha yaxşı nəticələrlə təqdim etməklə biznesin fəaliyyətini təhrif olunmuş yanlış formada təqdim etməkdir. Bu kimi konflikt-lərin yaranması hallarının minimum səviyyədə saxlanılmasının əsas üsulları kimi menecerlər Muhasibat Uçotunun Beynəlxalq Standart-larının tələblərinə riayət etməli və mütəmadi olaraq audit təşkil etməli-dirlər.

Контр-активный

Contra asset Aktivə əks hesab

Aktivə əks hesab - mahiyyətcə aktiv olaraq, ancaq özünü öhdəlik kimi aparan hesabdir, yəni Kredit tərəfdə artaraq aktivi azaldan hesabdır. Buna misal olaraq, Şübhəli borc üzrə ehtiyat, Yığılmış amortizasiya və sair hesabları göstərmək olar.

Конверсион-ные затраты

Cost of conversion

Konversiya xərcləri

Xam materialların hazır məhsula çevrilməsi üçün çəkilən xərclərdi. Tam hazır məhsulun alınması üçün çəkilən xərclərdir.

Купонная ставка

Coupon rate Kupon dərəcəsi

Kupon dərəcəsi – Maliyyə aləti üzrə dövri ödənişlərin hesablanması üçün tətbiq olunan faiz dərəcəsidir.

Page 110: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

110  

Maliyyə alətinindı üzərində məhz faiz dərəcəsi göstərilir. Xüsusilə qeyd etmək lazımdır ki, kupon dərəcəsi heç zaman diskontlaşdırma dərəcəsi kimi tətbiq olunmur.

Кредит-нота Credit note Kredit notası

Kredit notasından,satış hesab-faktu-ralarında yol verilən səhvlərə düzə-lişlər etmək və geri qaytarılan əm-təələrin üçotunu aparmaq üçün is-tifadə edilir.

Краткосрочное обязательство

Curren liability

Qısamüddətli öhdəlik

Cari öhdəliklər Maliyyə Vəziyyəti Haqqında Hesabat tarixindən sonra 12 ay və ya müəssisənin normal fəa-liyyət dövrü ərzində ödənilən öh-dəliklərə deyilir. Məsələn, – Ticarət üzrə kreditor borcları, barter üzrə kreditor borclar da daxil olmaqla; – Tələb əsasında ödənilməli olan bank overdraftı; – Cari vergi öhdəliyi; – Hesablanmış lakin ödənilməmiş xərclər.

Книга хроно-логической записи

Day book Qeydiyyat kitabı

Bütün əməliyyatların qeyd olundu-ğuna və qeyd olunan məbləğlərin doğru olduğuna əmin olmaq üçün xüsusi bir yoxlanış sistemi yoxdur, lakin lazımi dəqiqliyi təmin etmək məqsədilə ilkin qeydiyyat kitabları mövcuddur

Капитал Equity Kapital Kapital, öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərində səhm-darların qalıq payıdır. Müəssisədə aktivlərdən bütün öhdəliklər çı-xıldıqdan sonra yerdə qalan məbləğ kapitalı göstərir. Bu kapital müəs-sisə üçün bir borcdur. Bu bütün öhdəliklər ödənildikdən sonra müəs-sisənin sahibkarlara olan borcunu göstərir.

Кредитное плечо, Гиринг

Gearing Cirinq əmsalı

İqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifa-də edən anlayış: C=bk / şk Burada: c-cirinq əmsalı; bk-məcmu borc kapitalının həcmi; şk məcmu şəxsi kapitalının həcmi.Əsas etibarilə Böyük Britaniyada işlənilən bu anlayış ABŞ-da leveric kimi ad-landırılır. Bu göstəricidən müəssi-sənin maliyyə durumunu, eləcə də istehsal imkanlarının məhsuldar-

Page 111: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

111  

lığının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən cirinqin aşağı olması müəssisə üçün müsbət göstərici hesab olunur. Çünki, borc kapitalının çoxluq təşkil etməsi müəssisə mənfəətinin daha çox hissəsinin faiz ödənişlərinə sərf olunmasına, bu da sərəncamda qalan mənfəətin həcminin azalmasına gətirib çıxarır.

Комментарии к отчётности

Notes to accounts

Maliyyə hesabatla-rına şərtlər/ qeydlər

Qeydlər maliyyə hesabatları istifa-dəçilərinin maliyyə hesabatlarını da-ha yaxşı anlaması üçün maliyyə he-sabatlarında verilən əlavə cədvəllər və digər məlumatlardır. Maliyyə hesabatlarına verilən qeydlər ma-liyyə hesabatlarının vacib tərkib hissəsidir. Maliyyə hesabatlarına verilən qeyd-lərə aşağıda verilən məlumatlar daxildir: – əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər; – müəssisəyə təsir edən risk və qey-ri-müəyyənliklər; – maliyyə hesabatlarında tanınma-yan (qeyd olunmayan) ehtiyatlar və öhdəliklər (məsələn, mineral eh-tiyatları); – coğrafi və biznes seqmentləri haq-qında məlumat; – hesabat dövrünün sonunda baş ve-rən müəyyən hadisələr haqqında məlumat; – rəhbərlik tərəfindən şirkətin gə-ləcəyi ilə bağlı edilmiş əsas fərziy-yələrlə bağlı məlumat; – MHBS-nin tələblərindən yayınma-lar.

Касса Petty cash Xəzinə Kassa kitabı, uçot sisteminin bir his-səsi olduğundan xüsusi növ ilkin qeydiyyat kitabıdır. “Nəğd pul və-saiti” və “bank hesabı” sütunları, nəğd pul vəsaiti və bank hesablarını bir hesabda birləşdirir. Bu zaman əməliyyatları yenidən nəğd pul vəsaiti və bank hesablarına köçürməyə ehtiyac yoxdur. Bu sütunlar hesab şəklində balanslaşdı-rılır və dövrün sonuna olan qalıqlar ilkin balansa köçürülür. Əmə-

Page 112: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

112  

liyyatların kassa kitabına köçü-rülməsi aşağıdakı şəkildə həyata ke-çirilir: – Kassa kitabının mədaxil (daxil ol-ma) tərəfi nəğd pul vəsaiti və ya bank hesabına yazılışların verilməsi-ni qeyd etmək üçün istifadə olunur: məsələn, debitorların hər hansı bi-rindən pul vəsaitinin toplanması (qəbul edilməsi).

– Ödəniş tərəfi pul vəsaitinə kredit yazılışı, verilən yazılışları qeyd et-mək üçün istifadə olunur; məsələn, nəğd pul vəsaiti ilə ödənilmiş əmək haqqları.

– Hər hansı bir əməliyyat kassa kita-bına daxil edildikdən sonra müvafiq hesaba lazımı yazılış verilməlidir.

Книга покупок Purchases ledger

Alışlar kitabı

İlkin qeydiyyat kitablarından biridir, hər bir təchizatçı üzrə ayrı-ayrılıqda tərtib olunur və bu da hər bir müəssisə üzrə ayrı-ayrılıqda nə qə-dər mal və xidmətin alındığını özün-də əks etdirir.

Качественные характеристи-ки

Qualitative characteristics

Keyfiyyət xüsusiy-yətləri (göstəri-ciləri)

Mühasibat uçotunun keyfiyyət xü-susiyyətləri (göstəriciləri) maliyyə hesabatlarının hazırlanması və təq-dimatı üzrə fundamental qayda və təlimatları özündə birləşdirir. Bu göstəricilər sayəsində maliyyə hesa-batları daha dəqiq və anlaşılan olur.

Коэффициент Ratio Əmsal Maliyyə əmsalları (göstəriciləri) və nisbətlərinin təhlili bu cür məsələləri araşdırmağa və onların həlli yollarını göstərməyə kömək edir.

Книга продаж Receivables ledger

Satışlar üzrə kitablar

Daha ətraflı Selas ledgerbölməsinə baxın.

Книга продаж Sales ledger Satış kitabı Gündəlik satışlar kitabı və ya satış-ların qeydiyyyatı kreditlə həyata keçirilmiş bütün satışların müfəssəl qeydiyyatıdır.

Л ЛИФО LIFO SMİM Daha ətraflı Last in, first out bölmə-

sinə baxın.

Ликвидность Liquidity Likvidlik Likvidlik – aktivin pula çevrilmək qabiliyyətidir.

Page 113: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

113  

1) Borc alan subyektin müəyyən olunmuş zaman ərzində müəyyən olunmuş məbləğdə borc vəsaitini ödəmə qabiliyyətidir. Bu baxımdan bank işində likvid müştəri, likvid müəssisə ifadələri işlənilir.

2) Fond bazarında mövcud olan qiy-mətlərlə qiymətli kağızların bütün-lüklə yerləşdirilə bilinməsi qabi-liyyəti, səviyyəsidir. Yəni bazarın likvidliyi ifadəsi qiymətli kağızın maneəsiz, rahat qaydada reallaş-dırılması qabiliyyətini göstərir.

3) İqtisadi subyektin, xüsusilə müəs-sisənin sərəncamında olan aktiv-lərin, yaxud digər qiymətlilərin nağd pul vəsaitlərinə çevrilə bilinməsi qabiliyyəti, səviyyəsidir. Elmi ədə-biyyatlarda və işgüzar müstəvidə 1 ifadəsi daha çox bu mənada işlənilir. Bu cür aktivlər likvid aktivlər, ya-xud mobil aktivlər adlanır.

Льготная эмиссия

Rights issue Güzəşt emissiyası (haqların emissiyası)

Şirkətin mövcud səhmdarlarına yeni səhmlərin bazar dəyərindən daha ucuz qiymətə buraxılması deməkdir.

Линейный метод

Straight-line method

Düz-xətt metodu

Aktivin dəyəri onun faydalı istifadə müddəti üzrə sabit şəkildə bölüş-dürülür (əgər aktivin son qalıq də-yəri dəyişmirsə). Amortizasiya xərci hər il üzrə eyni məbləğ olmaqla və ya balans dəyərinin sabit faiz nisbəti ilə hesablanır

М Метод начисления

Accrual basis Hesablama metodu

Bütün təsərrüfat əməliyyatları və di-gər hadisələrin, uçot və hesabatda həmin əməliyyatlardan pul vəsa-itlərinin alınmasından asılı olma-yaraq, baş verdiyi hesabat dövründə əks etdirilməsini nəzərdə tutur.

Механизмы внутреннего контроля

Internal controls

Daxili nəzarət

Daxili nəzarət – menecment tərəfin-dən aşağıdakı məqsədlər üçün is-tifadə edilir: – Təşkilatın aktivlərinin təhlükəsiz-liyini təmin etmək; – Fırıldaqçılıq hallarının aşkar edib qarşısını almaq; – Səhmdarların sərmayələrinin təh-lükəsizliyini təmin etmək.

Page 114: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

114  

Yaxşı təşkil edilmiş daxili nəzarət təşkilatın fəaliyyətinin səmərəli şə-kildə aparılmasını təmin edir. Nəza-rət sistemi müəyyən edilmiş risk-lərin təsirinin azaldılmasına yardım edir, həmçinin hesabatların eti-barlılığı və qanunlarla uyğunluğuna əminliyin artmasına səbəb olur.

Маржа Margin Marja Daha ətraflı Profit margin bölməsi-nə baxın.

Материаль-ность

Materiality Əhəmiyyət-lilik

Əhəmiyyətlilik “mühüm olma” anla-yışı ilə eynilik təşkil edir. Əhəmiy-yətli maddələr dedikdə, maliyyə hesabatlarının istifadəçilərinin bil-məli olduqları mühüm maddələr ba-şa düşülür. Maliyyə hesabatları bütün mühüm maddələri xüsusi olaraq əks etdir-məlidir. Əhəmiyyətlilik prinsipi, əsasən he-sablanmasında daha çox vaxt sərf edilən, mühasibatçılıqda daha böyük dəyərə malik olan, hesabatlarda göstərilməsi zəruri və faydalı sa-yılan maddələrlə bağlıdır. Əhəmiy-yətlilik prinsipinə görə, maliyyə vəziyyətinin tam əks etdirilməsi və mühasibat dövründə mənfəət və zə-rərin hesablanması üçün əhəmiyyət kəsb edən bütün maddələr maliyyə hesabatlarında əks olunmalıdır.

Монетарные активы

Monetary assets

Pul aktivləri

Pul vəsaitləri, və eləcə də tez pula çevrilən aktivlərdir (məsələn, debi-tor borcları və ya qısamüddətli in-vestisiyalar).

Моральное устаревание

Obsolescence Mənəvi köhnəlmə

Yeni eyni funksiyalı daha səmərəli texnologiyaların ortaya çıxması nə-ticəsində aktivin dəyərinin azaldıl-masına mənəvi köhnəlmə deyilir.

Метод уменьшаю-щегося остатка

Reducing balance method

Azalan qalıq metodu

Bu metoda görə, amortizasiya akti-vin balans dəyəri (ilkin dəyər çıxıl-sın yığılmış amotrizasiya) üzrə mü-əyyən faiz dərəcəsi ilə hesablanır. Bu zaman amortizasiya xərci aktivin istifadə müddəti ərzində illər üzrə azalır.

Н Начисление Accrual Hesab-

lanma Daha ətraflı Accrued expense böl-məsinə baxın.

Page 115: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

115  

Начисленный расход

Accrued expense

Hesablanmış xərc

Bəzən xərclər hesablanır, lakin he-sabat dövrü ərzində ödənilmir, yəni öhdəliyimiz kimi qalır. Lakin müvafiq xərclər baş verdiyinə görə biz onları həmin maliyyə ilində qeyd etməliyik.

Накопленная амортизация, накопленный износ

Accumulated depreciation

Yığılmış amortiza-siya

Daha ətraflı Allowance for depreciation bölməsinə baxın.

Нераспреде-лённая прибыль

Accumulated profits

Yığılmış mənfəət

Daha ətraflı Retained earnings mən-fəət bölməsinə baxın.

Невыполни-мый

Impracticable Tətbiq edilə bilməyən

Bu, təşkilatın standartın bütün müm-kün şərtlərini əvvəlcədən qəbul etməsinə baxmayaraq, standartın hər hansı şərtinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır. Standartın bəzi şərtləri həqiqətən də çətindir və menecerlərin bununla bağlı problemləri yarana bilər, məsələn tələb olunan əlavə informasiyanın dəyərinin onun əldə edilməsi ilə bağlı çəkilən xərclərdən daha aşağı olması. Belə vəziyyətdə standart qeyd edir ki, əlavə informasiyanın təqdim edilməməsi yalnız onun qeyri-mümkün olması ilə həyata keçirilə bilər.

Нематериаль-ный актив

Intangible asset

Qeyri-maddi aktiv

Qeyri-maddi aktiv – keçmiş hadisə-lər nəticəsində yaranmış və gələ-cəkdə istifadəsindən iqtisadi səmərə gözlənilən, təşkilat tərəfindən nə-zarət edilən və fiziki formaya məx-sus olmayan qeyri-maliyyə aktividir. Qeyri-maddi aktiv kimi hesab edilən aktivlərə kompyuter proqramları, patent, müəlliflik hüququ, müştəri siyahıları, françayzinq, lisenziya və s. aid etmək olar.

Наценка Mark-up Ticarət əlavəsi

Ticarət əlavəsi məhsulun satış də-yəri ilə satışın maya dəyəri arasın-dakı fərqdir. Əsasən sabit məbləğ kimi və ya ümumi satış qiyməti fai-zi kimi ifadə edilə bilər.

Нейтральность Neutrality Neytrallıq Neytrallıq da obyektivliyə əsaslanan bir konsepsiyadır. Bu konsepsiyaya görə maliyyə hesabatları neytral

Page 116: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

116  

olmalıdır, xətalardan, şəxsi rəy-lərdən və lazımsız reklam xarakterli məlumatlardan uzaq olmalıdır. Neytrallıq düzgün təqdimatın əsas aspektidir, çünki yanlış maliyyə məlumatları düzgün təqdimata nail olmağa imkan vermir.

Номинальная книга

Nominal ledger

Nominal kitab

Daha ətraflı"General ledger" bölmə-sinə baxın.

Некорректи-рующее событие

Non-adjustingevent

Daxil edilməyən hadisələr

Müəssisə hesabat dövrünün sonuna yaranan hadisələri hesabat dövrü başa çatdığı müddətdən sonra həmin maliyyə hesabatlarında əks etdirə bilməz. Bu hadisələrə hesabata daxil edilməyən hadisələr deyilir.

Необоротные активы

Non-current asset

Uzunmüddətli aktiv

Uzunmüddətli aktivlər-müəssisənin bir ildən daha çox müddətə sax-lamağı və ya pul vasitəsinə çevir-məyi planlaşdırdığı aktivlərdir.

Надёжность Reliability Etibarlılıq Bu prinsipə görə maliyyə hesabatla-rında etibarlı məlumat əks olunma-lıdır. Məlumat o zaman etibarlı sa-yılır ki, bu məlumat əhəmiyyətli səhvlərdən və təhriflərdən uzaq ol-sun.

Нераспреде-лённая прибыль

Retained earnings

Bölüşdürül-məmiş mənfəət

Vergilərin və ödənilmiş dividentlə-rin çıxılması şərti ilə, mənfəət və zə-rər haqqında hesabatda əks olunmuş bütün məbləğlərin yekun cəmindən ibarətdir. Bu, şirkət tərəfindən təsərrüfat fəaliyyətinə əlavə sər-mayələr qoyuluşu məqsədilə ma-liyyələşdirmənin təmin olunması üçün şirkət tərəfindən bölüşdürül-məmiş mənfəət deməkdir. Bu o de-məkdir ki, əgər şirkət zərər cəkmiş olsa belə, məbləği bölüşdürülməmiş mənfəətin ümumi yığılmış məb-ləğindən çox olmamaq şərti ilə, dividendlər ödəmək iqtidarındadır. Şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) və-saitdir. Bu ehtiyat vasitəsilə bonus emissiyası reallaşdırmaq müm-kündür. Keçmiş dövrlərdən gələn zərər hesabına bölüşdürülməmiş mənfəət mənfi də ola bilər.

Page 117: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

117  

О Отчёт о распределении прибыли

Appropriation statement

Mənfəətin bölüşdürül-məsi üzrə hesabat

Bu hesabat tərəfdaşlıq üçün mən-fəət bölüşdürülməsi üzrə eyni funk-siyani yerinə yetirir, lakin ümumi ledger hesabı kimi təqdim olunur və sütun üzrə bölünür. Fərq yalnız təqdimat formatındadır.

Облигация Bond Borc öhdəliyi

Daha ətraflı Bond and debenture bölməsinə baxın.

Оборотный актив

Current asset Cari aktiv Cari aktiv müəssisənin normal fəa-liyyət dövrü ərzində reallaşdırmaq, satış və ya istehlak etmək üçün nə-zərdə tutulur: Normal fəaliyyət döv-rü əmtəənin (xammal və s.) satın alınması, emalı və satışı (və müqabilində pul vəsaitinin əldə edil-məsi) dövrünü əhatə edir. Aktiv aşağıdakı şərtlərdən hər hansı birini ödəyərsə, cari aktiv hesab olunur: – Müəssisənin normal (adi) əməliy-yat dövründə satış və ya istifadə üçün saxlanıldıqda və ya realizasiya olunması ehtimal olunduqda; – Əsasən alqı-satqı məqsədləri üçün saxlanıldıqda; – Hesabat tarixindən sonra 12 ay müddətində realizasiya ediləcəyi eh-timal olunduqda; – Pul vəsaiti və ya onun ekvivalent-ləri formasında olduqda.

Облигация Debenture Öhdəlik sənədi

Öhdəlik malların (iş və xidmətlərin) alınması və bununla əlaqədar müəyyən şərtlərin yerinə yetirilməsi ilə bağlı büdcə təşkilatlarının gə-ləcək xərclərinin icrası ilə əlaqədar dövlətin öz üzərinə götürdüyü təəh-hüddür.

Обыкновенные акции

Equity shares Adi səhmlər

Daha ətraflı Ordinary shares bölmə-sinə baxın.

Окончатель-ные дивиденды

Final dividend Yekun dividentlər

İllik mənfəət əsasında ödənilən divi-dentlərdir.

Обесценение Impairment Dəyərdən düşmə

Dəyərdən düşmə – aktivin balans (qalıq) dəyəri və bərpa oluna bilən dəyərini müqayisə edərək müəyyən-ləşdirilir. Bərpa oluna bilən dəyər isə “aktivin ədalətli dəyərindən sa-tışla bağlı xərclərin çıxılması” və

Page 118: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

118  

“aktivin gələcək istifadəsindən əldə ediləcək fayda” məbləğləri arasında ən böyüyü ilə təyin edilir. Aktivin gələcək istifadəsindən fayda isə ehtimal edilən gələcək pul və-saitlərinin (daxilolmalarla xaricol-maların fərqi) indiki dəyəri ilə öl-çülür. Dəyərdən düşmə material eh-tiyatlarından başqa, maddi və qeyri-maddi aktivlərə, maliyyə aktivlərinə, tikinti müqavilələri əsasında yaranan aktivlərə, təxirə salınmış vergi ak-tivlərinə tətbiq edilir.

Отчёт о прибылях и убытках

Income statement

Mənfəət-zərər hesabatı

Mənfəət-zərər hesabatı – hesabat dövrü ərzində əldə edilmiş gəlirləri və çəkilmiş xərcləri əks etdirən he-sabatdır.

Обязательство Liability Öhdəlik Öhdəlik müəssisənin keçmiş hadi-sələr nəticəsində yaranmış və yerinə yetirilməsi iqtisadi səmərəni özündə əks etdirən resursların müəssisədən axını ilə nəticələnən cari öhdəliyidir.

Обязывающее событие

Obligating event

Öhdəlik yaradan hadisə

Bir öhdəlik yaradan hadisə hüquqi və ya konstruktiv öhdəlik yaradır. Hüquqi öhdəlik, hüquqi əlaqələrin nəticəsi kimi məs., müqavilələrin şərtinə görə yaranır. Konstruktiv öhdəlik, müəssisənin fəaliyyəti ilə bağlı yaranır. Müəssisə tərəfindən həyata keçirilən hər hansı bir fəaliyyət nəticəsində qarşı tərəf-də müəssisənin müəyyən öhdəliyi ödəyəcəyi ilə bağlı əsaslı bir inam yaranırsa, bu halda konstruktiv öh-dəlik mövcud olur.

Обремени-тельный контракт

Onerous contract

Qəliz müqavilələr

Bu müqavilə əsasında çəkilən xərc-lər müəssisəyə gələcəkdə gələn iq-tisadi səmərədən çox olur. BUMS-a görə belə müqavilələri iki üsulla dəyərləndirmək lazımdı: öhdəlik və dəyərdən düşmə.

Операционная деятельность

Operating activities

Əməliyyat fəaliyyəti

Əməliyyat fəaliyyətləri müəssisənin əsas gəlir gətirən, habelə investisiya və maliyyələşdirmə fəaliyyətlə-rindən başqa digər fəaliyyətləridir. Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətinin açıqlan-ması bu müəssisənin qarşısına qoy-duğu məqsədlərin nə dərəcədə uğur-la yerinə yetirib-yetirmədiyi haqda mühakimə yürütməkdə istifadəçilərə çox kömək olur. Yəni əməliyyat fəa-

Page 119: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

119  

liyyətlərindən olan pul vəsaitlərinin hərəkətinin məbləği müəssisənin hə-yata keçirdiyi əməliyyatlar nəticə-sində yaranan pul vəsaitlərinin borc-ları ödəmək, müəssisənin əməliyyat-larını həyata keçirmək qabiliyyətini qorumaq, dividentləri ödəmək və kənar maliyyələşdirmə mənbələrinə əl atmadan yeni investisiyalar yatır-maq üçün kifayət olub-olmadığının əsas göstəricisidir.

Операционная аренда, опера-ционый лизинг

Operating lease

Əməliyyat icarəsi

Maliyyə icarəsi olmayan bütün ica-rələr əməliyyat icarəsidir.

Обыкновенные акции

Ordinary shares

Adi səhmlər

Daha çox kapital səhmləri kimi tanı-nan bu səhmlərə dividentlərin ödə-nişində və müəssisənin likvidləş-dirilməsində heç bir imtiyaz ve-rilmir. Adi səhm sahibləri (səhmdar-ları və ya kapital səhmdarları) mü-əssisənin sahibləridir. Səhmdarlaın adi səhmlərinin xüsu-siyyətləri: 1) Kapital səhmləri səsvermə hüqu-qu daşıyır. Bu o deməkdir ki, səhm-darlar həmin səs vermə hüququ vasi-təsilə şirkətin məsul işçilərinin kö-məyi ilə onun gündəlik işlərini gö-rən idarəetmə heyətini seçə bilərlər. 2) Bu səhmdarlar biznes riski da-şıyır, belə ki, səhmdarlar yalnız mü-əssisə kifayət qədər mənfəət əldə etdiyi təqdirdə divident ala bilərlər. Onlara yalnız bütün xərclər çı-xıldıqdan sonra geriyə qalan mən-fəət çatır. 3) Kapitalın geri qaytarıldığı zaman (müəssisənin likvidləşdirildiyi za-man) onlar sıralamada ən axırıncı yerdə dururlar. Onlar bütün digər kreditorlar təmin edildikdən sonra qalan hər bir şeyin sahibi hesab edilirlər. Əgər yerdə qalan məbləğ kifayət qədər deyilsə, onlar ilkin qoyduqları kapitalın hamısını və ya bir hissəsini itirə bilərlər.

Ошибки прошлых периодов

Prior period errors

Keçmiş hesabat dövrlərinin səhvləri

Müəssisənin bir və ya bir neçə əv-vəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında aşağıdakı şərtləri tə-min edən etibarlı məlumatdan isti-fadə edilməməsi və ya səhv təqdim

Page 120: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

120  

edilməsi nəticəsində buraxılmış səhvlər və edilmiş yanlış bəyanat-lardır: (a) məlumat həmin dövrlərin maliy-yə hesabatları dərc olunmaq üçün razılıq verildiyi zaman mövcud olduqda; və (b) məlumatın həmin maliyyə hesa-batlarının hazırlanması və təqdim edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq müm-kün hesab edildikdə.

Обеспечение Provision Qiymətlən-dirilmiş öhdəlik

Qiymətləndirilmiş öhdəlik vaxtı və ya dəyəri qeyri-müəyyən olan öhdəlikdir. O zaman yaranır ki, keç-miş hadisələrin nəticəsi olaraq, müəssisənin hazırki borcu yaranmış olsun.

Основные средства

Property, plant and equipment

Torpaq, tikili və avadan-lıqlar

Gələcəkdə müəssisəyə iqtisadi sə-mərəni gətirən, dəyəri etibarlı əsasla qiymətləndirilən resurslara aktivlər deyilir. Bunlaratorpaq, bina, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, tikilməkdə olan obyektlər, gələcək iqtisadi səmərənin müəssisəyə axı-nını ehtimal edən, dəyəri etibarlı əsasla qiymətləndirilə bilən digər obyektləri aid etmək olar.

Осмотритель-ность

Prudence Ehtiyatlılıq Ehtiyatlılıq konsepsiyasına görə mənfəət olduğundan çox göstərilmə-məli və gözlənilən bütün itkilər qeyd olunmalıdır. Bu o deməkdir ki, gözlənilən bütün itkilər nəzərə alın-malı və dərhal qeyd edilməlidir. Mənfəət isə reallaşdığı zamanda uçota alınmalıdır (bunun nəğd pul vəsaiti şəkilində olması vacib deyil).

Остаточная стоимость

Residual value

Qalıq dəyəri

Aktivin son faydalı istifadə müddə-tinin dəyərini əks etdirir və bu da aktivin amortizasiya oluna bilən də-yərini müəyyənləşdirir.

Отчёт о движении денежных средств

Statement of cash flows

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Pul vəsaitlərinin hərəkəti haqqinda hesabat il ərzində daxil olmuş pul vəsaiti və pul vəsaiti ekvivalentini və həmin vəsaitlərin hansi məqsəd-lər üçün sərf edildiyini göstərir. Müəssisə pul vəsaitlərinin hərəkəti haqqında hesabatı aşağıdakı metod-lardan birindən istifadə etməklə hazırlamalıdır: a) Pul vəsaitləri daxilolmaları və xaricolmalarının əsas növləri haq-

Page 121: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

121  

qında məlumatı açıqlayan birbaşa metod; və ya b) Qeyri-pul xarakterli əməliyyatla-rın nəticələri, əməliyyat fəaliyyət-lərindən yaranan hər hansı təxirə salınmış, hesablanmış keçmiş və gə-ləcək pul vəsaitləri daxilolmaları və ya xaricolmaları, eləcə də investi-siya və maliyyələşdirmə fəaliyyət-lərindən yaranan pul vəsaitlərinin hərəkəti ilə bağlı gəlirlərin və ya xərclərin maddələri nəzərə alınmaq-la, xalis mənfəət və ya zərərə dü-zəlişlərin edilməsini nəzərdə tutan dolayı metoddur.

Отчёт об изменении капитала

Statement of changes in equity

Kapitalda dəyişiklik-lər haqqın-da hesabat

Müəyyən dövr ərzində kapitalda baş vermiş dəyişiklikləri və onun mən-bəsini, həmçinin bütün mümkun ehtiyatları ozündə birləşdirən hesabat növüdür.

Отчёт о совокупном доходе

Statement of comprehensive income

Məcmu Gəlirlər haqqında hesabat

Müəyyən dövr üçün təşkilatın bütün növ gəlirlərini birləşdirən vahid hesabat növüdür. Mənfəət, zərər və digər məcmu gəlirdən ibarətdir.

Отчёт о финансовом положении

Statement of financial position

Maliyyə vəziyyəti haqqında hesabat

Maliyyə vəziyyəti haqqında hesabat-da ən azından aşağıda göstərilən məbləğləri əks etdirən sətir maddə-ləri olmalıdır: 1) Torpaq, tikili və avadanlıq; 2) İnvestisiya əmlakı; 3) Qeyri-maddi aktivlər; 4) Maliyyə aktivləri ((e), (h), və (i) bəndlərində göstərilmiş aktivlər is-tisna edilməklə); 5) İştirak payı metodu ilə uçota alın-mış investisiyalar; 6) Bioloji aktivlər; 7) Mal-material ehtiyatları; 8) Ticarət və digər debitor borcları; 9) Pul vəsaitləri və onların ekviva-lentləri 10) 5 saylı MHBS-ya uyğun olaraq satış məqsədilə nəzərdə tutulan kimi təsnif edilən cəmi aktivlər; 11) Ticarət və digər kreditor borcla-rı; 12) Qiymətləndirilmiş öhdəliklər; 13) Maliyyə öhdəlikləri ((j)və (k) bəndlərində göstərilmiş öhdəliklər istisna edilməklə);

Page 122: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

122  

14) Mənfəət vergisi adlı 12 saylı MUBS-da müəyyənləşdirildiyi kimi, qısamüddətli vergi üzrə aktiv və öhdəliklər; 15) Mənfəət vergisi adlı 12 saylı MUBS-da müəyyənləşdirildiyi kimi, təxirə salınmış vergi öhdəliklər və təxirə salınmış vergi aktivləri; 16) Səhmdar kapitalında azlıqların payı; 17) Əsas müəssisənin kapital sahib-lərinə aid olan buraxılmış səhmdar kapitalı və kapital ehtiyatları. ehtiyatları.

Оборотно-сальдовая ве-домость, проб-ный баланс

Trial balance İlkin dəyər Aktivin ilkin dəyər əsasında qiymət-ləndirilməsi, onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödə-nilmiş məbləği və ya verilmiş əvəz-ləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edil-miş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiy-mətləndirilməsini nəzərdə tutur.

Оборот Turnover Gəlirlilik Şirkətin gəlirliliyini müəyyən edən əmsaldır.

Оборотный капитал

Working capital

Dövriyyə kapitalı

1) Məhsuldar kapitalın bir hissəsi ol-maqla dəyəri istehsal olunmuş məh-sulun üzərinə tam keçən və məh-sulun reallaşmasından sonra pul və ya dəyər formasında geri qayıdan, başqa sözlə, istehsal prosesi zamanı birbaşa istehsal olunmuş məhsulun, göstərilən xidmətin, görülən işin üzərinə qoyulan kapitaldır; 2) Şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bilən aktivlərdir. Dövriyyə kapitalı pul vəsaitlərindən, asan reallaşan qiy-mətli kağızlardan, debitor borcla-rından, material-istehsal ehtiyatla-rından, hazır məhsuldan, bitməmiş istehsaldan, materiallardan, dəst mə-mulatlardan və gələcək dövrün xərc-lərindən formalaşır. Dövriyyə kapi-talı likvidlik meyarına – müəssisə-nin vəsaitlərinin nağd pula çevril-məsi qabiliyyətlərinə görə qiymət-ləndirilir və şirkətin maliyyə sabitli-yini vəziyyətini göstərir.

Page 123: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

123  

П План счетов Chart of

accounts Hesablar planı

Baş kitabın hesablar strukturu təşki-latın bütün növ uçot və hesabat tə-ləblərinin yerinə yetirilməsi üçün ki-fayətdir. Hesablar planı hesablar və onların subhesablarından ibarətdir. Mühasibat Uçotunun Beynəlxalq Standartının yanaşması üzrə he-sablar planının tətbiqinin icbari hətta sadəcə tövsiyyə olunan forması belə yoxdur. Mahiyyətcə hər bir təşkilat öz hesab planını yenidən işləyə bilər. Əsas tələb isə hesab planının təşkilatın iqtisadi fəaliyyətini əks etdirməsidir.

Подразуме-ваемая задолженность

Constructive obligation

Konstruktiv öhdəlik

Hüquqi öhdəlikdən fərqli olaraq konstruktiv öhdəlik keçmiş təcrübə-yə və əhdlərə əsaslanmaqla qarşı tə-rəfə tam şəkildə əminlik verir ki, sö-zü keçən öhdəlik yerinə yetiriləcək. Nümunə: Məşhur brendlərin satışı ilə məşğul olan Ticarət Mərkəzi sat-dığı məhsulların, başqa təchizatçı-larda daha aşağı qiymətə olduğu hal-da alıcının ödədiyi məbləğin yarısını kompensasiya olaraq geriyə qaytara-cağını elan edir. Baxmayaraq ki, bu rəsmi olaraq təsdiq edilmiş hüquqi öhdəlik deyil, lakin Ticarət Mərkəzi-nin öz reputasiyasını riskə atmaya-cağı fikrini nəzərə alaraq öhdliyin yerinə yetiriləcəyinə əminlik yara-nır, təbii ki, alıcı başqa təchizatçılar-dan məhsulu daha aşağı qiymətə sa-tın ala biləcəyi təqdirdə konstruktiv öhdəlik yaranmış hesab ediləcək. Mahiyyətin forma üzərində üstünlü-yü prinsipini rəhbər tutaraq kons-truktiv öhdəliyin yaranması nəzərə alınmalıdır və sözsüz ki, yaranmış vəziyyətlə əlaqədar açıqlama veril-məlidir.

Прямой дебет Direct debit Birbaşa debet

Mühasibat kitablarında: bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesabdır.

Прибыль на акцию

Earnings per share

Səhm üzrə mənfəət

Səhmlər üzrə qazanclar müvafiq dövr ərzində əsas şirkətin adi səhm sahiblərinə aid olan mənfəət və ya itkinin (surət) tədavüldə olan adi səhmlərin orta sayına (məxrəc) bölünməsi ilə hesablanır.

Page 124: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

124  

По справедли-вой стоимости через прибыль или убыток

Fair value through profit or loss

Ədalətli də-yərdə dəyi-şiklik nəti-cəsində mənfəət və ya zərər

İnvestisiya mülkiyyətinin ədalətli dəyərində dəyişikliklərdən yaranan mənfəət və zərər, mənfəət və zərər hesabında yarandığı anda tanınmalı-dır.

Первым пос-тупил, первым продан, ФИФО

First in, first out

İlk mədaxil ilk məxaric

Ehtiyatların ilkin dəyərinin “ilk mədaxil – ilk məxaric” (FİFO) üsulu ilə hesablanmasına əsasən, alınan ehtiyat vahidləri satılır və nəticədə, hesabat dövrünün sonu üçün eh-tiyatlarda qalan vahidlər zaman ba-xımından ən son alınmış və ya is-tehsal olunmuşdur.

Принципы Framework Prinsiplər, əsaslar

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Çərçivə Sənədində (Konseptual Əsaslarda) əks olunmuş mühasibat uçotunun əsas anlayışları olmadan maliyyə hesabatları möv-cud ola bilməz, yəni maliyyə hesa-batları bu prinsiplər əsasında quru-lub. Çərçivə Sənədi mühasibat uço-tu standartlarının əsasını təşkil edən fundamental prinsipləri təqdim edir. Bu prinsiplər maliyyə hesabatlarını keyfiyyət göstəriciləri ilə təmin edir.

Принцип непрерывности деятельности

Going concern

Fəaliyyətin fasiləsizliyi prinsipi

Bu prinsip aşağıdakıların təmin olunmasını tələb edir: 1. Müəssisə öz fəaliyyətini ən azı 12 ay ərzində davam etdirəcək; 2. Əməliyyatların dayandırılmasına nə ehtiyac, nə də bununla bağlı mü-əssisənin istəyi var; 3. Əməliyyatların bir hissəsinin ixti-sar edilməsinə nə ehtiyac, nə də bu-nunla bağlı müəssisənin istəyi var.

Первоначаль-ная стоимость

Historical cost İlkin və ya tarixi dəyər

İlkin (və ya tarixi) dəyər – aktivlərin alış zamanı ödənilən pul vəsaitləri-nin məbləği ilə ölçüldüyü dəyərdir.

Промежуточ-ные дивиденды

Interim dividend

Aralıq dividend

Aralıq dividendlər – təşkilatın ya-rımillik (6 ay) fəaliyyətinin nəticə-lərinə əsaslanaraq əsasən ilin orta-sında ödənilən dividendlərdir.

Последним поступил, первым продан, ЛИФО

Last in, first out (LİFO)

SMİM (son mədaxil, ilkin məxaric)

SMİM (son mədaxil, ilkin məxaric) – Anbara son gələn ehtiyatların bi-rinci satılması (istifadəsi) ilə əlaqə-dar mal-materialların qiymətləndiril-məsi metodudur. Bu metodun isti-fadəsi qadağan edilmişdir.

Page 125: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

125  

Прочий совокупный доход

Other comprehen-sive income

Digər məcmu gəlir

Məcmu gəlir haqqında hesabatda (MHMH): • yuxarıdakı mənfəət rəqəmi başlan-ğıc rəqəm kimi götürülür, • Digər məcmu gəlir hesablanır, • Məcmu mənfəət hesablanır. Mənfəət və ya zərər xərclər çıxıl-maqla məcmu gəlirə bərabərdir və ona digər məcmu gəlirin elementləri daxil deyildir. Digər məcmu gəlir digər MHBS tərəfindən tələb edilən və ya izah edilən qaydada mənfəət və ya zərərdə tanınmayan gəlir və xərclərin elementlərindən ibarətdir.

Привилегиро-ванные акции

Preference shares

İmtiyazlı səhmlər

“İmtiyaz” ifadəsindən də göründüyü kimi bu cür səhmlərin sahibləri di-gər səhmdarlara (kapital səhmi sa-hiblərinə) nisbətən müəyyən üstün-lüklərə malikdirlər: 1) Divident ödənilməsi: Rəhbərlik divident vermək barədə qərar verdi-yi zaman ilk öncə imtiyazlı səhm-darlara ödəniş edilməlidir. 2) Likvidləşdirilmə zamanı kapitalın qaytarılması: Müəssisə likvidləş-dirildiyi zaman ödəniş müəssisənin siyasətinə və dövlətin iflas haqqında qanunvericiliyinə əsasən həyata keçirilməlidir. Lakin dəyişməz olan bir qanun var ki, imtiyazlı səhm-darlara ödənilməli olan məbləğ adi səhmdarlardan əvvəl ödənilməlidir. İmtiyazlı səhmlərin digər xüsusiy-yətləri: – İmtiyazlı səhmdarların səs vermək hüququ yoxdur; – İmtiyazlı səhmlər geri alınan və alınmayan olmaqla iki formada ola bilər. Geri alına bilən imtiyazlı səhmlər müəyyən dövrdən sonra geri alınır (imtiyazlı səhmdarlara qoyduqları pul geri qaytarılır). İmtiyazlı səhm-lər kredit kimi hesab olunur və mü-əssisənin uzunmüddətli öhdəliyi ki-mi tanınır. Çünki kreditdə olduğu kimi geri alına bilən imtiyazlı səhm-lər də müəyyən dövrdən sonra ödə-nilməlidir. Geri alına bilən imtiyazlı səhmlər üzrə ödənilən dividentlər faiz xərci kimi qəbul olunur və

Page 126: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

126  

MGHH-də maliyyə xərci şəklində əks etdirilir. Geri alınmayan imtiyazlı səhmlər, adından da göründüyü kimi, geri alınmır. Onlar digər səhmlər kimi qeyd olunur və maliyyə hesabatları-nın kapital bölməsinə daxil edilir. Onlar üzrə ödənilən divident mən-fəətin bölüşdürülməsi kimi qəbul edilir.

Приведённая стоимость

Present value İndiki dəyər Aktiv və öhdəliklərin qiymətləndi-rilməsi üsullarından biri, gələcək gə-lir və vəsaitin xərclənməsinin dis-kontlaşdırılmış dəyəridir.

Первичная запись

Prime entry İlkin qeydiyyat

Müəssisə əməliyyatlarını əks etdirən məlumatın söz və rəqəmlə yazılışı nəzərdə tutulur. Bu qeydlərin ya-zıldığı kitablar “ilkin qeydiyyat ki-tabları” adlanır. Əməliyyatlar mühasibat kitablarında hesab-fakturalar, qəbzlər, çeklər (vauçerlər), bank hesabatları və s. kimi sənədlər əsasında qeydə alınır. Ledcer hesabı tərtib etməklə siz, ey-ni bir şəxslə və ya eyni məqsəd üçün aparılmış bütün əməliyyatları bir yerdə toplamış olursunuz. Bu, ay ərzində hər hansı bir müştəri ilə nə qədər satış əməliyyatı aparıldığı və ya hər hansı müştərinin qalığının nə qədər olması kimi gündəlik sualların cavablandırılmasında istifadə etmək üçün əlverişli bir üsuldur. Buna baxmayaraq, əgər əməliyyatlar birbaşa ledcer hesablarına daxil olursa, bu, bir çox xətalara səbəb ola bilər. Bütün əməliyyatların qeyd olunduğuna və qeyd olunan məb-ləğlərin doğru olduğuna əmin olmaq üçün xüsusi bir yoxlanış sistemi yoxdur. Lakin lazımi dəqiqliyi təmin etmək məqsədilə ilkin qeydiyyat kitabları mövcuddur. İlkin qeydiyyat kitabları aşağıdakı-lardan ibarətdir: 1. Gündəlik satışlar kitabı və ya sa-tışların qeydiyyatı; 2. Gündəlik satınalmalar kitabı və ya satınalmaların qeydiyyatı; 3. Gündəlik geri qaytarılmış satışlar kitabı;

Page 127: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

127  

4. Gündəlik geri qaytarılmış satınal-malar kitabı; 5. Kassa kitabı; 6. Jurnal.

Признание Recognition Tanıma Tanıma, maliyyə hesabatları ele-menti anlayışına və tanıma meyarına uyğun olan maddələrin MVHH və MHMH-yə daxil edilməsini təmin edən bir prosesdir. 1. “Tanıma” o deməkdir ki, maddə: • Element anlayışına uyğun gəlir; • Tanıma meyarına cavab verir. 2. Tanınmalı olan maddələri əhatə edən mühasibat uçotu siyasətinin, qeydlərin və digər izahli məlumatla-rın açıqlanması bu cür maddələrin tanınmamasını kompensasiya edə bilməz. 3. Elementlər öz aralarında elə əla-qəlidirlər ki, hər hansı bir əməliyyat iki və ya daha çox elementə təsir göstərə bilər. Beləliklə, müəyyən bir element üçün anlayış və tanıma meyarlarına cavab verən hər hansı bir maddə avtomatik olaraq digər elementin tanınmasına gətirib çı-xarır. 4. Müəyyən bir anda tanıma meya-rına cavab verməyən hər hansı bir maddə sonrakı hadisələr nəticəsində tanınma tələblərinə cavab verə bilər.

Погашение Redemption Geri alınma Əsasən səhmlərə aiddir. Daha ətraflı Redeemable share bölməsinə baxın.

Переоценка Revaluation Yenidən-qiymətlən-dirmə

Əsas vəsaitlərin və qeyri-maddi ak-tivlərin ilkin tanınmasından sonra ölçülməsi metodudur ki, balans də-yərinə mütəmadi olaraq bazar dəyəri qədər düzəliş edilə bilər, yəni ak-tivin ədalətli dəyərinin yenidən he-sablanmasıdır. Ədalətli dəyər akti-vin mübadilə edilə biləcəyi dəyərdir. Bir qayda olaraq, daşınmaz əmlak və torpağın yenidən qiymətlən-dirilmiəsi mümkün olduğu halda, qeyri-maddi aktivlərin yenidən qiy-mətləndirilməsi isə yalnız həmin aktivlər üzrə canlı bazar olduqda mümkündür.

Премия по акциям

Share premium

Səhm mükafatı

Səhmlərin emissiyası zamanı nizam-namə kapitalına qoyuluşların (əmə-liyyat xərclərini çıxmaqla) bura-

Page 128: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

128  

xılmış səhmlərin nominal dəyərin-dən artıq olan hissəsi, səhmdar ka-pitalında dəyişikliklər hesabatında səhm mükafatı kimi uçota alınır.

Постоянное поручение

Standing order

Daimi sifariş

Təşkilatların və fiziki şəxslərin, eyni alıcıya eyni miqdarda pul köcürül-məsi etdikləri ödəmə metodudur.

Приоритет содержания над формой

Substance over form

Mahiyyətin formadan üstünlüyü

Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əmə-liyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.

Прочий Sundry (e.g. Expenses)

Digər Digər Xərclər

Понятность Understandability

Anlaşıqlılıq Anlaşıqlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın ma-hiyyəti istifadəçilər tərəfindən anla-şılmalıdır. Eyni zamanda istifadə-çilər Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları haq-qında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər də-rindən öyrənməyə hazır olmalıdırlar. Müvafiq informasiya onun mürək-kəbliyinə görə istifadəçilər tərəfin-dən anlaşılması və ya anlaşılmaması səbəbindən maliyyə hesabatlarından çıxarılmamalıdır.

Пользователи Users İştirakçılar Maliyyə hesabatlarının istifadəçiləri. Maliyyə hesabatlarının təhlili müx-təlif istifadəçilər tərəfindən həyata keçirilir. Maliyyə hesabatlarının müxtəlif istifadəçilərinə aşağıdakılar daxildir: – İnvestorlar və potensial investor-lar, – Borcverənlər və potensial borcve-rənlər, – Ticarət kreditorları və təchizatçı-lar, – Rəhbərlik, – İşçilər.

Приукраши-вание

Window-dressing

Bəzəmə İl və ya rüb sonuna yaxın qarşılıqlı fond və portfel menecerləri tərəfin-dən istifadə olunan strategiyadır. Bu strategiya əsasən müştərilər və ya səhmdarlara əvvəlcədən təqdim edi-

Page 129: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

129  

lən Hesabatlarıngörünüşünü yax-şılaşdırmaq üçün istifadə edilir.

Поправка на накопленную амортизацию

Allowance for depreciation

Yığılmış amortiza-siya

İllər üzrə hesablanmış amortizasiya xərclərinin cəminə deyilir. Bu ak-tivin istifadəsi, köhnəlməsi və mənə-vi aşınması nəticəsində onun dəyə-rinin azalmasını əks etdirir.

Поправка на сомнительные долги

Allowance for receivables, Allowance for doubtful debts

Şübhəli borclar üzrə ehtiyat

Əgər hər hansı debitor borcun əldə edilməsi barəsində şübhə yaranarsa, həmin borc üzrə qiymətləndirilmiş ehtiyatın yaradılması məqsədəuy-ğundur. Bu gözlənilən zərərə qarşı tədbirli olmağı tələb edən ehtiyatlıq konsepsiyası prinsipinə əsaslanır.

По справедли-вой стоимости через прибыль или убыток

At fair value through profit or loss

Ədalətli də-yərdə dəyi-şiklik nəti-cəsində mənfəət və ya zərər

Daha ətraflı Fair value through profit or loss bölməsinə baxın.

Принцип автономности хозяйственной единицы

Business entity concept

Müstəqil təsərrüfat vahidi konsep-siyası

Qayda üzrə təşkilatın iqtisadi fəaliy-yəti ilə həmin təşkilatın sahibinin iqtisadi fəaliyyəti birləşdirilməməli, yəni ayrıca nəzərdə tutulmalıdır. Məsələn: sahibkarın ofisi üçün al-dığı mebel biznes əməliyyatı hesab edilir, lakin əgər bu mebel sahib-karın yaşayış evi üçün alınarsa bu artıq biznes əməliyyatı deyil və bu-nu təşkilatın fəaliyyətinə aid etmək olmaz. Elə istisna hallar başa verə bilər ki, fərdi müəsisənin sahibkarı öz şəxsi və biznes vəsaitlərini eyni tutaraq fəaliyyət göstərsin. Fərz edək ki, sahibkar ticarət mərkəzində alış-veriş məqsədləri üçün üzərində olan və biznesinə məxsus bank hesabı kartından istifadə edir. Öz şəxsi məqsədləri üçün biznes vəsaitinin sərf edilməsi kapitalın azalması ilə nəticələn sahibkar çı-xarışı hesab edilməlidir.

План счетов Chart of accounts

Hesablar planı

Baş kitabın hesablar strukturu təşki-latın bütün növ uçot və hesabat tə-ləblərinin yerinə yetirilməsi üçün ki-fayətdir. Hesablar planı hesablar və onların subhesablarından ibarətdir. Mühasibat Uçotunun Beynəlxalq Standartının yanaşması üzrə he-sablar planının tətbiqinin icbari, hət-

Page 130: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

130  

ta sadəcə tövsiyyə olunan forması belə yoxdur. Mahiyyətcə hər bir təşkilat öz hesab planını yenidən işləyə bilər. Əsas tələb isə hesab planının təşkilatın iqtisadi fəaliy-yətini əks etdirməsidir.

Подразуме-ваемая задол-женность

Constructive obligation

Konstruktiv öhdəlik

Hüquqi öhdəlikdən fərqli olaraq konstruktiv öhdəlik keçmiş təcrübə-yə və əhdlərə əsaslanmaqla qarşı tə-rəfə tam şəkildə əminlik verir ki, sözü keçən öhdəlik yerinə yetirilə-cək. Nümunə: Məşhur brendlərin sa-tışı ilə məşğul olan Ticarət Mərkəzi satdığı məhsulların, başqa təchi-zatçılarda daha aşağı qiymətə oldu-ğu halda alıcının ödədiyi məbləğin yarısını kompensasiya olaraq geriyə qaytaracağını elan edir. Bu rəsmi olaraq təstiq edilmiş hüquqi öhdəlik deyil, lakin Ticarət Mərkəzinin öz reputasiyasını riskə atmayacağı fikrini nəzərə alaraq öhdəliyin yerinə yetiriləcəyinə əminlik ya-ranır, təbii ki, alıcı başqa təchizat-çılardan məhsulu daha aşağı qiy-mətə satın ala biləcəyi təqbirdə konstruktiv öhdəlik yaranmış hesab ediləcək. Mahiyyətin forma üzərin-də üstünlüyü prinsipini rəhbər tuta-raq konstruktiv öhdəliyin yaranması nəzərə alınmalıdır və sözsüz ki, yaranmış vəziyyətlə əaqədar açıqla-ma verilməlidir.

Р Разработка Development İnkişaf İrəliyə doğru tərəqqi, artma, yüksə-

liş, təkamül.

Расход Expense Xərc Kapitalın bölüşdürürülməsi ilə əla-qəli olmayan, lakin kapitalın azal-ması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması he-sabına baş verən iqtisadi səmərənin azalmasıdır.

Рыночная стоимость

Market value Bazar dəyəri

Aktivlər maliyyə hesabatlarında ey-ni və ya ekvivalent aktivi almaq üçün hal-hazırda ödənilməli olan pul vəsaiti və ya onun ekvivalenti məb-ləğində göstərilirlər. Öhdəliklər maliyyə hesabatlarında onların hal-hazırda ödənilməsi üçün

Page 131: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

131  

lazım olan pul vəsaiti və ya onun ekvivalentlərinin diskontlaşdırılma-mış məbləğində göstərilirlər.

Рентабель-ность

Profit margin Rentabellik Mənfəət əldə etmək məqsədilə fəa-liyyət göstərən iqtisadi subyektin – müəssisənin, təşkilatın, fiziki şəxs kimi təsərrüfat subyektinin fəaliyyə-tinin iqtisadi səmərəliliyinin gös-təricisidir. Rentabellik müəssisədə müəyyən vaxt ərzində (ay, rüb, il) təsərrüfat fəaliyyətinin göstəricilə-rindən biridir. İstehsal müəssisəsin-də rentabellik iki səviyyədə hesabla-nır: istehsalın rentabellik və məhsu-lun rentabelliyi. İstehsalın rentabel-lik balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyəri ilə nor-mallaşdırılmış dövriyyə vəsaitinin dəyərinin cəminə nisbəti kimi he-sablanır. Məhsulun rentabellik isə məhsul satışından əldə olunan mən-fəətin onun maya dəyərinə nisbəti, həmçinin mənfəətdən birbaşa maddi xərclər çıxılmaqla maya dəyərinə nisbəti kimi hesablanır. Ticarət mü-əssisələrində rentabellik balans mən-fəətinin mal dövriyyəsinin həcminə, yaxud mənfəətin tədavül xərclərinə nisbəti kimi müəyyən olunur.

Резерв по сомнительным долгам

Provision for doubtful debts

Şübhəli borclar üzrə ehtiyat

Əgər hər hansı bir debitor borcunun əldə edilməsi barədə şübhə yaranar-sa, həmin borc üzrə qiymətləndiril-miş ehtiyatın təyin edilməsi məqsə-də uyğundur. Bu gözlənilən zərərə qarşı tədbirli olmağı tələb edən ehti-yatlılıq konsepsiyası prinsipinə əsas-lanır.

Релевантность Relevance Münasiblik Keçmiş, cari və gələcək hadisələrə qiymət vermək və ya keçmişdə ve-rilmiş məbləğləri təsdiqləmək və ya-xud düzəltməkdə kömək etməklə is-tifadəçilərin müvafiq iqtisadi qərar-lar qəbul etmələrinə təsir edən mə-lumat münasib məlumat hesab edi-lir.

Резервы Reserves Ehtiyatlar Müəssisənin adi fəaliyyəti zamanı satış məqsədilə saxlanılan, satış üçün istehsal prosesində hazırlan-maqda olan, istehsal və ya xidmətlə-rin göstərilməsi prosesində sərf edi-lən xammal və materiallardır.

Page 132: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

132  

С Счёт распределения прибыли

Appropriationaccount

Bölüşdürül-məmiş mənfəət hesabı

Bölüşdürülməmiş mənfəət hesabı Tərəfdaşlıq üçün mühüm sənəddir. Bu hesabda tərəfdaşlar mənfəətin öz aralarında nece bölüşdürdüyünü qeyd edirlər. Bütün əldə edilmiş mənfəət tərəfdaşlar arasında bölüş-dürülərək onların Kapital hesabına köçürülür və Bölüşdürülməmiş mənfəət hesabı sıfırlanır. Mənfəətin bölüşdürülməsi dərəcəsi Tərəfdaşlıq haqqında sazişdə (müqavilədə) qeyd olunur.

Счёт Bill Hesab Daha ətraflı Invoice bölməsinə ba-xın.

Счетоводство Book-keeping Hesabdar mühasibat-lığı

Biznesin iqtisadi hadisələrinin ma-liyyə istiqamətli ədəbiyyatlarında sistemli qediyyatıdır. Hadisələr qis-mində isə yalnız maliyyə axını ilə nəticələnən əməliyyatlar başa düşü-lür.

Сравнимость Comparability Müqayisə-lilik

Maliyyyə məlumatlarının keyfiyyət göstəricilərindən biridir. istifadəçi üçün faydalı olması baxımından mə-lumatlar dövrlər, eləcə də təşkilatlar üzrə müqayisə aparmağa imkan verməlidir. Maliyyə məlumatının dövrlərarası müqayisəsi investisiya qərarlarının qəbul edilməsi imkanı yaradır. Burada müqayisənin təşkil edilə bilməsinin əsas elementi kimi təşkilatın ardıcıl həyata keçirdiyi uçot siyasəti çıxış edir. Fərqli təş-kilatların hesabatları üzrə müqayisə imkanı istifadəçiyə təbii ki, yenə də investisiya qərarı qəbul etməsi adına şirkətlər arasında seçim etməsinə yardım edir.

Себестоимость Cost Maya dəyəri

Məhsul (iş, xidmət), təbii resurslar, xammal, material, yanacaq, enerji, əsas fond istehsalı prosesində, həm-çinin onların istehsalı və satışında yaranan digər məsrəflərin müəyyən edilməsində istifadə olunan dəyər qiymətləndirilməsidir.

Себестоимость проданных товаров

Cost of goods sold

Satılan əh-sulun maya dəyəri

Satışların maya dəyərinə aşağıdakı-lar aiddir:

– Satış üçün nəzərdə tutulmuş əm-təələrin satınalma xərci;

Page 133: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

133  

– İstehsalat müəssisələri üçün satıl-mış əmtəələrin istehsalat xərci.

Xidmət göstərən müəssisələr üçün satışların maya dəyəri dedikdə, gös-tərilən xidmətlərin xərci başa düşü-lür.

Себестоимость товарно-материальных запасов

Cost of inventory

Ehtiyatların maya dəyəri

İnventar dəyəri, alıcı tərəfindən ödə-nilən alınmış mal dəyəri, çıxılsın en-dirimlər, üstəgəl nəqliyyat xərclə-rini ifadə edir. Mal material yığılmış və ya satış üçün hazırdırsa, onda həmin məhsul satışa hazır məhsul olaraq, inventar dəyəri kimi hesab edilir.

Себестоимость закупок

Cost of Purchase

Alışların maya dəyəri

Alış qiyməti,əvəzləşdirilməyən ver-gi və rüsümlar, məhsulun alışı ilə bağlı digər xərclər

Себестоимость продаж

Cost of Sales Satışların maya dəyəri

Cari dövrdə satılan məhsulun dəyə-ridir. İlin əvvəlinə olan m/m + satın-almalar – ilin sonuna olan m/m ehti-yati.

События после отчётной даты

Events after the reporting period

Hesabat tarixindən sonrakı hadisələr

Hesabat tarixindən sonrakı hadisələr hesabat tarixi ilə maliyyə hesabatla-rının dərc edilmək üçün təsdiq olun-duğu tarix arasındakı dövrdə baş ve-rən mənfi və ya müsbət xarakterli hadisələrdir. Bu hadisələrin iki növü müəyyən oluna bilər:

(a) hesabat tarixində mövcud olan şərtləri təsdiqləyən hadisələr (hesa-bat tarixindən sonrakı hadisələr üçün düzəliş tələb edir);

(b) hesabat tarixindən sonra yaran-mış şərtləri təsdiqləyən hadisələr (hesabat tarixindən sonrakı hadisələr üçün düzəliş tələb etmir).

Справедливая стоимость

Fair value Ədalətli dəyər

Ədalətli dəyər – aktivin müstəqil, yaxşı məlumatlandırılmış və bu əməliyyatın həyata keçirilməsində maraqlı olan tərəflər arasında müba-dilə edilə biləcəyi qiymətdir.

Система с обязательным сальдо

Imprest system

Qalıq saxlama sistemi

Əksər təşkilatlar təsadüfi kiçik məb-ləğli ödənişlərin edilməsi üçün kas-sada müəyyən miqdarda pul vəsaiti saxlayır. Kassadan istifadə üzərində nəzarət sistemi kassada əvvəlcədən təyin edilmiş məbləğin daim balans-da saxlanılması ilə əlaqədardır.

Page 134: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

134  

Сопоставление Matching Mətçinq Fond birjasında dilerlər tərəfindən alqı-satqı əməliyyatlarının müntə-zəm şəkildə yoxlanılmasıdır. İqtisa-di fəaliyyətin risklilik səviyyəsinin qiymətləndirilməsi metodlarından biridir.

Соглашение о товариществе

Partnership agreement

Tərəfdaşlıq barədə razılaşma (müqavilə)

Tərəfdaşlar arasında mənfəət bölgü-sü prinsiplərini həyata keçirən sə-nəddir. Tərəfdaşlıq barədə razılaşma (müqavilə) olmadıqda mənfəət tərəf-daşlar arasında bərabər bölüşdürü-lür.

События после балансовой даты

Post balance sheet events

Balans tarixindən sonraki hadisələr

Düzəliş edilməsini nəzərdə tutan və tutmayan hadisələrdir. Balans hesa-batı tarixi ilə maliyyə hesabatlarının dərc edilməsi üçün təsdiq olunduğu tarix arasındakı dövrdə baş verən mənfi və ya müsbət xarakterli hadi-sələrdir. Daha ətraflı “Events after the reporting period” bölməsinə ba-xın.

Скидка за досрочную оплату

Prompt payment discount

Vaxtından tez ödənişə görə endi-rim (güzəşt)

Daha ətraflı Settlement Discount bölməsinə baxın.

Стоимость реализации

Realisable value

Realizasiya dəyəri

Realizasiya dəyəri: aktivlər maliyyə hesabatlarında onların normal satı-şından hal-hazırda əldə edilə biləcək məbləğlə göstərilirlər. Öhdəliklər maliyyə hesabatlarında normal fəa-liyyət zamanı öhdəliyi yerinə yetir-mək üçün lazım olan pul vəsaiti və ya onun ekvivalentlərinin diskont-laşdırılmamış məbləğində göstərilir.

Счёт до выяснения

Suspense account

Müvəqqəti hesab Hesab

Hesabın təhlili və daimi təsnifatı gözlənilən şübhəli daxilolmalar və ödənişlər, və ya uyğunsuzluqlar ke-çirmək üçün müvəqqəti istifadə olu-nan hesabdır.

Срок полезного использования

Useful life Faydalı istifadə müddəti

Faydalı istifadə müddəti:

a) müəssisə tərəfindən aktivin istifa-də üçün hazır olması gözlənilən müddət; və ya

b) müəssisənin aktivdən əldə edəcə-yi gözlənilən məhsulların və ya ox-şar maddələrin sayıdır.

Page 135: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

135  

Т Транспортная накладная

Consignment note

Yol buraxılış vərəqəsi

Daha ətraflı Delivery notebölməsinə baxln.

Товарная накладная

Delivery note Qaimə Qaimə – üçtərəfli sənəd (göndərən, alan və daşıyıcı) kimi təsnifləşdirilir. Malların təhvil və təslimi üçün təq-dim edilən sənəddir.

Товарная накладная

Despatch note Əmtəələrin göndəriımə-sinə dair sənəd

Satıcı satılmış əmtəələri alıcıya gön-dərdikdə bu barədə müvafiq sənəd hazirlayır. Bu sənəd özündə aşağıda-kı məlumatları əks etdirir: 1) əmtəələrin göndərilmə tarixi. 2) Alıcının adı və ünvanı. 3) Əmtəələrin sayı və növü.

Товарно-материальные запасы

Inventories Mal-material

Mal-material – adi biznes fəaliyyə-tində satış və ya istehsal üçün saxla-nılan və ya xidmətlərin göstərilmə-sində istifadə edilən aktivlərdir. Mal-materiallara aşağıdakılar aid edilə bilər: – Alınan və yenidən satış üçün saxlanılan aktivlər; – İstehsal edilmiş hazır məhsullar; – İstehsal edilmiş yarımfabrikatlar; – İstehsal prosesində istifadə edilən xammal və s.

Товарищество Partnership Tərəfdaşlıq Biznes fəaliyyəti göstərən təşkilat bir və ya bir neçə şəxs tərəfindən idarə və nəzarət olunur. Hər iki sa-hiblər bərabər hüquq daşıyırlar və eləcə də təşkilatın borcları üçün şəxsən məsuliyyət daşıyırlar.

Tекущие затраты

Revenue expenditure

Cari xərclər Əmək haqqı, əmək haqqında üstəlik, pensiya və başqa müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə xərclər,faiz üzrə ödənişlər və cari köcürmələr.

Торговая скидка

Trade discount

Ticarət endirimi

Cari bazar şəraitindən asılı olaraq əməliyyat şərtlərinə bağlı alıcıya sa-tıcı tərəfindən təmin edilən malın qiymət endirimi

У Учёт Accounting Mühasibat

uçotu Bütün təsərrüfat subyektlərinin hə-yata keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının fasiləsiz və sənədlə əks etdirilməsini formalaşdıran, əm-

Page 136: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

136  

lakı, öhdəlikləri, gəlir və xərcləri, onların dəyişməsi haqqında informa-sıyaları dəyər ifadəsi ilə yiğan, qey-diyyata alan, ümumiləşdirən və qay-daya salan tətbiqi sənəddir. Eyni za-manda digər özünəməxsus prinsiplər əsasında qurulmuş uçot üsuludur.

Учётная политика

Accounting policies

Uçot siyasəti

Mühasibat uçotu siyasəti dedikdə, maliyyə hesabatlarının hazırlanma-sında və təqdimatında müəssisənin tətbiq etdiyi bütün xüsüsi prinsiplər, əsaslar, müqavilələr, qaydalar və təcrübələr başa düşülür.

Уведомление Advice note Bildiriş Malların adı və sayı haqqında satıcı-ya göndərilən bildiriş sənədidir.

Уставный капитал или капитал, разрешённый к выпуску

Authorised share capital

Nizamnamə kapitalı və emissiya edilmiş ka-pital (Elan edilmiş səhmlər)

Bu müəssisənin emissiya edə biləcə-yi kapitalın maksimum məbləğidir. Bu, adətən müəssisənin nizamnamə sənədində qeyd olunur. Emissiya edilmiş kapital təsdiqlən-miş kapitalın maksimum sayının faktiki emissiya olunmuş hissəsini gostərən kapitaldır. Emissiya olun-muş kapital hecvaxt təstiqlənmiş ka-pitaldan çox ola bilməz.

Условный актив

Contingent asset

Şərti aktiv Keçmiş hadisələrdən irəli gələn və mövcudluğu tam olaraq müəssisənin nəzarəti altında olmayan bir və ya daha çox qeyri-müəyyən gələcək ha-disələrin baş verməsi və ya vermə-məsi ilə təsdiqlənəcək mümkün olan aktivdir. Məsələn: Xaric olan hər hansı aktivin kompensasiyası üçün mümkün ola biləcək sığorta ödənişi barədə sığorta təşkilatının müvafiq komitəsi tərəfindən hələ yekun qərar qəbul edilməyib. Diqqət ediləsi va-cib məqam isə "mümkün olan" ifa-dəsidir ki, ehtimalın 0-50% arasında olmasını xarakterizə edir. Şərti aktiv malyyə hesabatlarında tanınmır, la-kin bu barədə izah edici qeydlərdə açıqlama verilə bilər.

Условное обязательство

Contingent liability

Şərti öhdəlik

Şərti öhdəliklərə aşağıdakılar aiddir: (a) keçmiş hadisələrdən yaranan və mövcudluğu yalnız bir və ya bir-ne-çə qeyri-müəyyən gələcək hadisələ-rin baş verib və ya verməməsi ilə təsdiq olunan, müəssisənin tam nə-zarətində olmayan, öhdəlik; və ya (b) keçmiş hadisələrdən yaranan, la-

Page 137: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

137  

kin aşağıda qeyd olunan səbəblərə görə tanınmamış cari öhdəlik: (c) öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərəni təcəssüm etdirən re-sursların xaric olmasının tələb oluna-cağının ehtimal olunmaması; və ya (d) öhdəliyin məbləğinin kifayət qə-dər etibarlı qiymətləndirilməsinin mümkün olmaması.

Удерживаемые до погашения

Held to maturity

Razılaşma əsasında saxlanılan

Maliyyə aktivləri və maliyyə öhdə-liklərinin növlərindən biridir. Ümu-miyyətlə, maliyyə aktivlərinin növ olaraq dəyişiklik göstərməsi təşkila-tın həmin aktivlərlə bağlı niyyətin-dən asılıdır. Bu növ maliyyə aktivi təşkilatın aktivi yetkinlik halına çat-masına qədər geri götürməməsi və ondan müəyyən edilmiş ödənişlərin əldə edilməsi məqsədilə saxlaması vəziyyətinə aid edilir. Təşkilatın bu növə aid edilən maliyyə öhdəlikləri isə təşkilatın bu öhdəlikləri kənara satmasını planlaşdırmaması vəziy-yətinə aid edilir. Bu növ maliyyə ak-tivləri və öhdəlikləri ilkin tanınma-dan sonra amortizasiya edilməklə qeydiyyatda saxlanılır.

Управлен-ческий учёт

Managerial accounting

İdarəetmə uçotu

Maliyyə hesabatlarının hazırlanma-sı, əsasən kənar istifadəçilərin məlu-mat tələbatlarının ödənilməsi ilə əla-qədardır. Bu məlumat müəssisəni idarə etmək üçün hazırlanmır. Belə ki, müəssisənin rəhbərliyi tərəfindən qərarların qəbul edilməsi və müəssi-sənin effektiv şəkildə idarə olunması üçün daha təfərrüatlı və dəqiq məlu-matlar tələb olunur. Rəhbərliyin mə-lumat tələbatları idarəetmə uçotu va-sitəsilə ödənilir.

Уведомление об оплате

Remittance advice

Ödənişin təsdiqi haq-qında sənəd

Ödəyici tərəfindən göndərilən, mal və xidmətə görə ödənişi təsdiq edən sənəddir.

Ф Финансовые расходы

Finance cost Maliyyə xərcləri

Maliyyə xərcləri adətən maliyyə cəlb edilməsi ilə bağlı xərcləri əks etdirir. Buna uzun-müddətli (kredit, ipoteka) və qisa-müddətli (kredit xətti) borclarla bağlı faiz və digər xərclər, maliyyə lizinqi ilə bağlı ma-

Page 138: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

138  

liyyə xərcləri, xarici valyutada olan borcların məzənnə fərqi və s aid edi-lir.

Финансовая аренда

Finance lease Maliyyə icarəsi

Maliyyə icarəsi aktiv üzrə mülkiyyət hüquqlarına aid bütün risk və müka-fatların ötürülməsini təmin edən ica-rə növüdür. Sonda mülkiyyət hüqu-qu həm keçə, həm də keçməyə bilər.

Финансовый учёт

Financial accounting

Maliyyə uçotu

Maliyyə uçotu əməliyyatın mənbəyi, onun maliyyə hesabatlarında tanın-ması, işlənilməsi və yekun icmalı daxil olmaqla, maliyyə əməliyyatla-rının qeydiyyatı və təqdimatı prose-sidir.

Финансовый актив

Financial asset

Maliyyə aktivi

Başqa şirkətdə pul vəsaiti və ya ka-pital aləti, və ya müəssisə üçün yax-şı şərtlərlə pul vəsaitini almaq və ya maliyyə alətlərini mübadilə etmək hüququ verən müqavilədir.

Финансовый инструмент

Financial instrument

Maliyyə aləti

Maliyyə aləti bir müəssisənin maliy-yə aktivinin və digər müəssisənin kapital aləti və ya maliyyə öhdəliyi-nin yaranmasına səbəb olan hər han-sı müqavilədir.

Финансовое обязательство

Financial liability

Maliyyə öhdəliyi

Maliyyə öhdəçiliyinə əsasən debito-run kreditor ilə bağlanılan müqavilə-də müəyyən olunan şərtlər əsasında ona ödəniş və ya ödənişlər etməsini tələb edir və ya iki tərəf arasında maliyyə xarakterinə malik müəyyən hüquqları və ya öhdəlikləri müəyyən edir.

Финансовая отчётность

Financial statements

Maliyyə Hesabatı

Maliyyə hesabatları müəssisənin maliyyə vəziyyətinin və maliyyə nə-ticələrinin strukturlaşdırılmış təqdi-matıdır. Ümumi təyinatlı maliyyə hesabatla-rının məqsədi müxtəlif istifadəçilər tərəfindən iqtisadi qərarların qəbul edilməsi zamanı müəssisənin maliy-yə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında informasiyanın təmin edilməsidir. Həmçinin, maliyyə hesabatları ida-rəetmənin ona həvalə edilmiş resurs-ları necə istifadə etdiyinin nəticələri-ni göstərir. Bu məqsədə nail olmaq üçün maliyyə hesabatları müəssisə-nin aşağıda qeyd olunan maddələri üzrə informasiyanı təqdim etməlidir-lər:

Page 139: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

139  

(a) aktivləri; (b) öhdəlikləri; (c) kapitalı; (ç) mənfəət və zərəri daxil olmaqla, gəlir və xərcləri; (d) kapitalda digər dəyişiklikləri; və (e) pul vəsaitlərinin hərəkəti. Bu informasiya, qeydlərdə təqdim edilmiş digər informasiya ilə birlik-də, maliyyə hesabatlarının istifadə-çilərinə müəssisənin pul vəsaitləri-nin gələcək hərəkətini və xüsusi ola-raq onların vaxt üzrə bölüşdürülmə-sini və müəyyənliyini proqnozlaşdır-mağa yardım edir.

Финансовая деятельность

Financing activities

Maliyyəş-dirmə fəaliyyəti

Maliyyələşdirmə fəaliyyəti müəssi-sənin ödənilmiş kapitalı və alınmış borc vəsaitlərinin məbləğinin və tər-kibinin dəyişməsi ilə nəticələnən fəaliyyətlərdir.

Х Хеджирование Hedging Hedcinq Hedcinq – qeyri-müəyyən bazar şə-

raitinin risklərini azaltmaq məqsədi-lə, investisiya yatırımı və maliyyə it-kisindən müdafiə olunma üsuludur. Xarici pul dövriyyəsi riski hedcinq-dən istifadə edilərək kiçildilə bilər. Hedcinqin əsas metodlarına mədaxil və məxariclərin uyğunlaşdırılması, pul vəsaitlərinin qəbulu və ödənişi zamanlarının irəliyə ötürülməsi və ya gecikdirilməsi aid edilir.Digər ümumi hedcinq metoduna nümunə kimi pul bazarı hedcinqini göstər-mək olar. Pul bazarı hedcinqi hər hansı valyuta ilə borc götürülməsi, pul vəsaitinin ayrı valyutaya çevril-məsi və müqavilə vaxtı bitənədək depozit şəklində qoyulması və belə-liklə valyutalararası hərəkətdən fay-danın götürülməsi kimi nəzərdə tu-tulur.

Ч Чек Cheque Çek Çek sahibindən müəyyən olunmuş

məbləğ əsasında banka bu çeki təq-dim edən tərəfə ödənişi xarakterizə edən standart sənəd formasıdır. Bu bir çox ölkələrin kiçik bizneslərində ən çox rast gəlinən ödəniş üsuludur.

Page 140: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

140  

Belə ki, alıcı ödənişi nağd olaraq de-yil, çek vasitəsi ilə ödəyir. Bu halda satıcı tərəf alıcı tərəfindən yazılmış çeki banka aparır və bu sənəd əsa-sında alıcının bank hesabından qeyd olunan məbləğ qədər çıxarış edilir.

Чистые активы Net assets Xalis aktivlər

Daha ətraflı Equitybölməsinə baxın.

Чистые оборотные активы

Net current assets

Xalis cari aktivlər

Cari aktiv müəssisənin normal fəa-liyyət dövrü ərzində reallaşdırmaq, satış və ya istehlak etmək üçün nə-zərdə tutulur: Normal fəaliyyət döv-rü əmtəənin (xammal və s.) satın alınması, emalı və satışı (və müqa-bilində pul vəsaitinin əldə edilməsi) dövrünü əhatə edir.

Чистая стоимость реализации

Net realisable value

Xalis satış dəyəri

Xalis satış dəyəri dedikdə, müəssi-sənin gündəlik fəaliyyəti ilə bağlı gözlənilən satış qiyməti ilə bu satı-şın həyata keçməsi ilə əlaqədar çəki-lən, gözlənilən tamamlama və digər bir-başa xərclərin fərqinə bərabər olan dəyər nəzərdə tutulur. Xalis sa-tış dəyəri dedikdə, yaxın gələcəkdə satış nəticəsində reallaşacağı gözlə-nilən məbləğ başa düşülür.

Ш Шаблон Pro-forma Şablon Bütün hesabat formalarının (Maliy-

yə vəziyyəti haqqında hesabat, Mən-fəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesa-bat və kapitalda dəyişiklik haqqında hesabat) tipik strukturunun izahı üçün istifadə olunan termindir.

Э Экономичес-кая выгода

Economic benefit

İqtisadi fayda

Gələcəkdə ehtimal olunan pul və-saitlərinin daxilolmasıdır.

Экономичес-кая стоимость

Economic value

İqtisadi dəyər

Aktivin faydalı istifadə müddəti ər-zində əldə olunan bütün pul vəsaitlə-rinin hərəkətinin xalis məbləğidir.

Эффективная процентная ставка

Effective interest rate

Effektiv faiz dərə-cəsi

Effektiv faiz dərəcəsi maliyyə aləti-nin gözlənilən dövrü və ya uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öh-dəliklərinin xalis balans dəyərinə

Page 141: İZAHLI LÜĞƏTİ - tedris-maliyye.az · Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Bu lüğət 2008-ci il sentyabrın 26-da “Azərbaycan

141  

qədər diskontlaşdıran faiz dərəcəsi-dir.

Элементы (отчётности)

Elements Elementlər (Hesabat)

Elementlər Maliyyə hesabatlarının əsas hissələrindəndir. Maliyyə hesa-batlarının beş əsas elementi var: ak-tiv, öhdəlik, kapital, gəlir, xərc. Bunlardan birinci üçü Maliyyə Və-ziyyəti Haqqında Hesabatın (MVHH), ikisi isə Mənfəət və Zərər Haqqında Hesabatın( MZH) ele-mentləridir

Ю Юридическая задолженность

Legal obligation

Hüquqi öhdəlik

Hüquqi öhdəlik aşağıdakılardan ya-ranan öhdəlikdir: (a) müqavilə (onun açıq-aydın və ya gizli şərtləri vasitəsilə); (b) qanunvericilik; və ya (c) qanunun qüvvəsi.