AZƏRBAYCAN RESPUBLĠKASI
TƏLƏBƏ QƏBULU
ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI www.tqdk.gov.az ● wap.tqdk.gov.az
Z A L
NƏZARƏTÇİS İNİN
TƏLİMATI (ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün)
Aşağıdakıları imtahana gətirmək qəti
QADAĞANDIR!
BAKI – 2015
2
- İmtahanın müddəti 3 saatdır.
- 1130
-a qədər gecikən abituriyentlər imtahana buraxılır.
- İmtahanın başlandığı elan edildikdən 2 saat müddət keçənədək
və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində
abituriyentlərin getməsinə icazə verilmir.
- İmtahanda sona qədər iştirak edən abituriyentlər sual
kitabçalarını özləri ilə apara bilərlər.
DĠQQƏT! Nəzarətçinin imtahana MOBİL TELEFON, KALKULYATOR, ƏL
ÇANTASI, ÇANTA, KİTAB, JURNAL, DƏFTƏR, CƏDVƏL və s. gətirməsi qəti
qadağandır.
DĠQQƏT! İmtahana qol saatı, qara və tünd göy rəngdə yazan diyircəkli qələm, nəzarətçi
təlimatını, Ģəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini GƏTİRMƏYİ UNUTMAYIN!
Nəzarətçi imtahan günü vəsiqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan
binasına gəlir. ġəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini təqdim etməklə imtahan
binasına daxil olur.
DĠQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda nəzarətçi imtahana buraxılmır.
Sənədlərini imtahan rəhbərinə təqdim edərək qeydiyyatdan keçir, təyin
olunduğu zalın kodunu nəzarətçi vəsiqəsində qeyd etdirir və vəsiqəni
yaxasına taxır.
İmtahan rəhbərindən imtahan zalını qəbul edir və hazırlıq işləri görür.
Abituriyentlər imtahan zalına daxil olarkən nəzarətçi onların aşağıdakı
sənədlərini: - "Ġmtahana buraxılıĢ vərəqəsi"ni;
- Ģəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da
daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər xarici pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin
hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, dənizçi kitabçasını
(vəsiqəsini), qaçqınlara verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini,
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş
hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
diqqətlə yoxlayır və sənədlərindəki fotoşəkillərlə abituriyentin
uyğunluğunu tutuşdurub onları imtahan zalına buraxır. Hər bir
abituriyentin öz “İmtahana buraxılış vərəqəsi”ndə göstərilmiş sıra və
yerdə oturmasına nəzarət edir. Şübhəli hal və ya sənədlərdə hərf səhvi
olarsa (protokolun 11-ci bəndində qeyd etməklə) imtahan rəhbərinə
məlumat verir.
3
Abituriyentlərdən yuxarıda göstərilən sənədləri imtahanın
sonunadək açıq şəkildə masanın üstünə qoymalarını tələb edir.
Buraxılış rejimi başa çatdıqdan sonra “Abituriyentlərin imtahanda
davranış qaydalarını” oxuyur və abituriyentlərə lazımi izahat verir. İmtahan rəhbəri cavab kartları bağlamasını imtahan zalına
gətirdikdə bağlamanı açır və aşağıdakı sənədlərin yerində olmasını yoxlayır:
a. “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı” - 1 nüsxə;
b. Qəbul imtahanının gedişi haqqında protokol blankı - 1 nüsxə;
c. Cavab kartları – “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı”ndakı abituriyentlərin sayı qədər;
d. Cavab kartlarını yığmaq üçün polietilen zərf - 1 ədəd;
Cavab kartları paylanmamış abituriyentlərdən zəruri ehtiyaclarını
ödəmək istəyənlərə 3-5 dəqiqə vaxt verir.
Yerləşmə siyahısını əvvəldən axıradək ucadan oxuyaraq
abituriyentlərin yerləşmə siyahısında göstərilən sıra və yerdə oturmalarını
yoxlayır.
Cavab kartının 1-ci bölməsində abituriyentin iş nömrəsi, soyadı, adı
və ata adı çap edilmişdir. Cavab kartlarını paylayarkən abituriyentin
soyadını, adını və ata adını oxuyur, bu məlumatın onun imtahana buraxılış
vərəqəsində və şəxsiyyətini təsdiq edən sənədində də eyni olduğunu
dəqiqləşdirir və cavab kartını ona təqdim edir. Uyğunsuzluq aşkar etdikdə
imtahan rəhbərinə məlumat verir.
Cavab kartının 2-ci bölməsidə abituriyentlərin özləri haqqında
məlumatları yazmalarına və qaydalara zidd hərəkətlərə yol
verməyəcəyəkləri barədə Bəyannamə ilə tanış olub onu imzaları ilə təsdiq
etmələrinə nəzarət edir.
Abituriyent cavab kartının arxa üzündə soyadını və ata adını yazır
və imza edir. İş nömrəsinin kodlaşdırılması üçün ayrılmış bölmədə isə iş
nömrəsinin hər bir rəqəmini sol xanadan başlayaraq rəqəmlərin cavab
kartındakı nümunədə göstərilən şablonuna uyğun olaraq yazır. Sonra hər
damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni tam
4
qaralayır. Bu zaman diqqətli olmalıdır: hər sütunda yalnız bir dairə
qaralanmalıdır.
Rəqəmlərin və nöqtənin yazılış nümunəsi:
“Cavab kartı”nın cavablar üçün ayrılmış hissəsi sual kitabçasındakı sualların ardıcıllığına
uyğun olaraq sıralanmışdır.
Abituriyent Sual kitabçasında 1-21, 26-46, 51-71 və 76-125 saylı sualların hər birinə
verilmiĢ 5 cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyi
bir cavabı seçir və “Cavab kartı”nda müvafiq sualın nömrəsini tapır və seçdiyi cavaba
uyğun dairəni tam qaralayır. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa,
həmin cavab səhv hesab edilir.
Sual kitabçasında verilmiş
22-24, 47-49 və 72-74 saylı açıq tipli test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər
və varsa nöqtə ardıcıllığını) bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan
başlayaraq nümunədə göstərilən şablona uyğun olaraq yazır. Sonra hər damanın altındakı
sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralayır. Əgər eyni bir
sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.
25, 50 və 75 saylı açıq tipli test tapşırıqlarında təqdim edilmiş 2 siyahının elementləri
arasındakı uyğunluqları müəyyən edir və cavab kartında 1-ci siyahının hər bir elementinin
nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayır.
Ballar hesablanarkən yalnız “Cavab kartı”nda qaralanan cavablar nəzərə alınır.
Ümumi bal hesablanarkən suallar üzrə doğru cavabların sayından səhv cavabların sayının
¼-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir
göstərmir.
DĠQQƏT! Nəzarətçi abituriyentlərin yerləĢmə siyahısında
göstərilmiĢ sıra və yerdə oturmasına, hər bir abituriyentə yalnız ona
məxsus olan “Cavab kartı”nın verilməsinə Ģəxsən məsuliyyət
daĢıyır.
İmtahan rəhbəri sual kitabçaları zərfini imtahan zalına gətirdikdə,
zərfi açaraq sual kitabçalarını sayır. Kitabçaların ümumi sayının
“Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı”nda göstərilən
sayda olmasını yoxlayaraq qəbul edir.
Hər bir abituriyentə məxsus sual kitabçasının olub olmamasını
kitabçanın üzərində çap edilmiş məlumatları – abituriyentin iş nömrəsini,
soyadı, adı və ata adını, variantını - yerləşmə siyahısında göstərilmiş eyni
məlumatlarla tutuşdurmaqla yoxlayır.
Diqqətli olun! Abituriyentə veriləcək sual kitabçasının üzərində onun iş
nömrəsi, soyadı, adı və ata adı çap edilmişdir.
5
Abituriyentlərə elan edir: “Sual kitabçalarını sizə paylayacağam. Sual
kitabçalarının üzərində sizin iş nömrəniz, soyadınız, adınız və ata adınız
çap edilmişdir. Sual kitabçanızın cavab kartınızın 3-cü bölməsində
göstərilən varianta uyğun olduğunu yoxlayın. Sual kitabçalarını yalnız mən
elan edəndə açmaq olar”.
Sual kitabçasını, cavab kartlarının paylanmasında olduğu kimi, üzərindən
abituriyentin soyadını, adını və ata adını oxuyub ona təqdim edir.
Sual kitabçalarında çatışmazlıq olarsa, sual kitabçalarının
abituriyentlərə düzgün paylandığına bir daha əmin olduqdan sonra dərhal
imtahan rəhbərinə məlumat verir.
DĠQQƏT! Nəzarətçi hər bir abituriyentə - üzərində onun iĢ nömrəsi,
soyadı, adı və ata adı çap edilmiĢ - ona məxsus sual kitabçasının
verilməsinə Ģəxsən məsuliyyət daĢıyır.
Sual kitabçaları paylandıqdan sonra, səbəbindən asılı olmayaraq,
abituriyentlərin imtahan zalından çıxıb bir daha imtahan zalına qayıtmasına
icazə vermir.
Abituriyentlərə kitabçada mətbəə qüsurlarının olub-olmadığını
yoxlamaq üçün kitabçanı vərəqlətdirir. Səhifəsi əskik, mətbəə qüsuru olan
kitabça varsa bu barədə imtahan rəhbərinə təcili olaraq məlumat verir və
protokolun 11-ci bəndində qeyd edir.
Abituriyentlərə “Sual kitabçaları”ndan istifadə etmə qaydalarını izah
edir.
ĠMTAHAN BAġLANDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR
İmtahanın başlanmasını elan edir (imtahanın 1100
-dan tez baĢlanması
qadağandır) və imtahana 3 saat vaxt ayrıldığını və cavabların cavab
kartında qeyd olunması (uyğun dairələrin qaralanması) üçün sərf olunan
vaxtın da imtahan müddətinə daxil olduğunu bildirir. İmtahanın başlandığı
və qurtaracağı vaxtı lövhədə qeyd edir.
DĠQQƏT! Nəzarətçi imtahanın təyin olunduğu vaxtda baĢlanmasına
səy göstərməlidir.
QƏBUL ĠMTAHANININ GEDĠġĠ HAQQINDA PROTOKOL
ĠġLƏNƏRKƏN SƏLĠQƏLĠ, BÖYÜK ÇAP HƏRFLƏRĠ ĠLƏ,
QEYDLƏR ĠSƏ MƏNASI AÇIQ VƏ ANLAġIQLI ġƏKĠLDƏ
YAZILMALIDIR.
6
1130
-a qədər gecikən abituriyentin sənədlərini yoxlayaraq imtahana
buraxır və onlara əlavə vaxt ayrılmayacağını bildirir. Abituriyentin iş
nömrəsini, soyadını, adının ilk hərfini və imtahan zalına daxil olma vaxtını
protokolun 4-cü bəndində qeyd edir.
İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra:
a) İmtahana gəlməyən hər bir abituriyentin cavab kartının “Zal
nəzarətçisinin diqqətinə” bölməsindəki dairəni qaralayır;
b) İş nömrəsini, soyadını, adının ilk hərfini protokolun 6-cı bəndinə
qeyd edir;
c) “Yerləşmə siyahısı”nda həmin abituriyentlərin adları qarşısında
“gəlmədi” sözünü yazır;
İmtahanda iştirak etməyən abituriyentlərin cavab kartlarını kartonların
arasına qoyaraq imtahanın sonuna qədər özündə saxlayır və heç kimə
vermir. Sual kitabçalarını isə imtahan rəhbəri zala gəldikdə ona təhvil
verir.
İmtahan zamanı imtahan rəhbəri və TQDK-nın nümayəndəsindən
başqa heç kəsin zala daxil olmasına icazə vermir.
Rəsmi icazəsi olan (TQDK tərəfindən verilmiş müvafiq tarixli vəsiqəsi
olan) KİV nümayəndəsinə imtahan zalına daxil olmamaq şərti ilə
müşahidə etməyə çəkiliş aparmağa icazə verir.
İmtahanın gedişi zamanı imtahan qaydalarına riayət olunmasına ciddi
nəzarət edir. Əgər abituriyentlərdən imtahan qaydalarını pozan varsa
(nizam-intizamın pozulması, köçürmə, mobil telefon və başqa rabitə
vasitələrini, köməkçi vasitələrdən- kitab, konspekt, hesablama maşını,
cədvəl imtahana gətirmə və s.) imtahan rəhbəri zala gəldikdə ona məlumat
verir. Ġmtahan rəhbərinin qərarına əsasən abituriyentin “Sual
kitabçası”nı, “Cavab kartı”nı alır protokolun 7-ci bəndində - “İmtahandan
xaric olunanlar” bölməsində iş nömrəsini, soyadını, adının ilk hərfini və
xaric olunma vaxtını qeyd edir. Protokolun 10-cu bəndində səbəbi
göstərilməklə qeydiyyat aparır və onu imtahandan xaric edir. Xaric olunan
abituriyentlərdən köməkçi vasitələr və rabitə vasitələri götürülübsə (rabitə
vasitələrini kağıza bükdükdən sonra), bu əşyaların üzərində xaric olunan
abituriyentin iş nömrəsini, soyadını, adını yazıb üzərində imza etdikdən
sonra imtahan rəhbərinə təhvil verir.
İmtahanın başlandığı elan edildikdən 2 saat müddət keçənədək və
imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində abituriyentlərin
imtahan zalından çıxmasına icazə vermir. Qalan vaxt ərzində imtahan
7
zalını tərk etmək istəyən hər bir abituriyentin cavab kartını və sual
kitabçasını alır. Yalnız bundan sonra abituriyentin “İmtahana buraxılış
vərəqəsi”nə imza edir.
İmtahanda sona qədər iştirak edən abituriyentlər sual kitabçasını özləri
ilə apara bilərlər.
İmtahanın sonuna 15 dəqiqə qalmış cavabların “Sual kitabçası”ndan
“Cavab kartı”na köçürülməsinin vacibliyini elan edir.
ĠMTAHAN QURTARDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR
İmtahan başladıqdan 3 saat sonra imtahanın qurtardığını elan edir.
Abituriyentlərdən qələmlərini masanın üzərinə qoymalarını tələb edir.
Abituriyentlərdən cavab kartlarını yığır.
İmtahanda iştirak edən və etməyən abituriyentlərin cavab kartlarının ön
üzünün aşağı sağ küncündəki “Siyahıdakı nömrə”yə uyğun olaraq artma
ardıcıllığı ilə yığır. İmtahan rəhbərinin iştirakı ilə zalda qalan
abituriyentlərin gözləri qarşısında uca səslə sayır.
Protokolu və “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı”nın
sonunda adını, soyadını və vəsiqə nömrəsini tam və aydın şəkildə qeyd
etməklə imza edir.
Yerləşmə siyahısını cavab kartları ilə birlikdə kartonların arasına
yerləşdirir, rezin həlqələrlə bağlayır və cavab kartları zərfinə qoyur.
İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin
qapağını yapışdırıb hamarlayır. Zərfin arxa üzündəki aktı zalda qalan
abituriyentlərlə birlikdə tam doldurub imza edirlər.
Yalnız bundan sonra növbə ilə abituriyentlərin “İmtahana buraxılış
vərəqəsi”ndə imza edir.
DĠQQƏT! MöhürlənmiĢ zərflərin qapağının açılması qəti
qadağandır. Nəzarətçi imtahanda iĢtirak edən və etməyən
abituriyentlərin cavab kartlarının yerində olmasına Ģəxsən məsuliyyət
daĢıyır.
Cavab kartları zərfini, sual kitabçalarını, protokolu, nəzarətçi vəsiqəsini
imtahan rəhbərinə təhvil verir .
NƏZARƏTÇĠYƏ QƏTĠ QADAĞANDIR:
1. İmtahana mobil telefon, kalkulyator, çanta, kitab, dəftər, jurnal, və s.
gətirmək;
8
2. İmtahan başlandıqdan sonra imtahan zalını tərk etmək, başqa imtahan
zalına daxil olmaq;
3. Abituriyentin “Cavab kartı”nı, “Sual kitabçası”nı zaldan kənara
çıxarmaq və ya çıxarılmasına şərait yaratmaq;
4. “Cavab kartı” və “Sual kitabçası”na baxmaq, sualları araşdırmaq və
sualların məzmununu abituriyentlərlə müzakirə etmək;
5. Abituriyentə başqa abituriyentə məxsus “Sual kitabçası” vermək.
6. İmtahanın gedişi zamanı abituriyentlərə kömək etmək, abituriyentin
suallarına cavab vermək, onunla söhbət etmək və yanında dayanıb
cavablarına baxmaq;
7. İmtahan zamanı köçürmə hallarına şərait yaratmaq;
8. “Cavab kartı”nı təhvil almamış abituriyentin “İmtahana buraxılış
vərəqəsi”nə imza etmək;
9. Kənar şəxsləri imtahan zalına buraxmaq;
10. İmtahan zalının qapısını örtmək, qapının ağzında dayanmaq, dəhlizə
baxmaq və ya siqaret çəkmək;
11.“Sual kitabçası”nı götürüb özü ilə aparmaq və ya başqasına vermək.
ABĠTURĠYENTĠN ĠMTAHANDA
DAVRANIġ QAYDALARI
(Nəzarətçi bu qaydaları uca səslə abituriyentlər üçün oxumalıdır!)
1. İmtahan zalında buraxılış vərəqənizdə göstərilən sıra və yerdə
oturmalısınız.
2. İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl etməlisiniz.
3. İmtahan zalında danışmaq, biri-birindən nə isə soruşmaq, başqasının
cavablarına baxmaq, köçürmək, köçürməyə şərait yaratmaq, sual
kitabçasını və cavab kartını dəyişmək, köməkçi vasitələrdən (telefon,
kitab, konspekt, kalkulyator, cədvəl və s.) istifadə etmək qəti
qadağandır.
4. İmtahan zamanı davranış qaydalarına əməl etməyən abituriyentlər
imtahandan xaric olunur və onların imtahan nəticələri ləğv edilir.
5. “Cavab kartı”nı aldıqda oradakı məlumatları diqqətlə oxuyun. ”Cavab
kartı”nda sizin soyadınız, adınız, atanızın adı və iş nömrəniz çap
olunmuşdur. Bu məlumatlarda hər hansı çatışmazlıq aşkar etdikdə bu
haqda nəzarətçiyə məlumat verin.
9
6. “Cavab kartı” ilə işləyərkən diqqətli olmaq lazımdır. “Cavab kartı”
ancaq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan
diyircəkli qələmlə doldurulmalıdır.
7. ”Cavab kartı”nızı imtahanın sonuna qədər öz qarşınızda, əlinizin
altında saxlayın. Çünki yanınızda əyləşmiş abituriyent öz cavablarını
səhvən sizin “cavab kartı”nıza yazıb onu korlaya bilər. KorlanmıĢ
“Cavab kartı” dəyiĢdirilmir. 8. “Cavab kartı”nı səliqə ilə doldurmalısınız. Ön üzündə özünüz haqqında
məlumatları yazmalı, arxa üzündə isə iş nömrənizi damalara yazıb
kodlaşdırmalısınız. “Cavab kartı”ını qatlamaq, əzmək, bükmək və
cırmaq olmaz.
9. Sual kitabçaları paylandıqda diqqətli olmaq lazımdır. Nəzarətçidən
üzərində sizin iş nömrəniz, soyadınız, adınız və ata adınız çap edilmiş
və “Cavab kartı”nızda göstərilmiş varianta uyğun “Sual kitabçası”
almalısınız.
10. Test sualları və onların cavabları ilə əlaqədar sual vermək
qadağandır. Nəzərə alın ki, test suallarında və onların cavablarında
səhv ehtimalı çox aşağıdır. Bilin ki, hər hansı sualda səhv olarsa belə,
onda həmin sual üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
abituriyentlərin xeyrinə lazımi qərar qəbul edəcəkdir.
11. İmtahanın başlandığı elan edilən andan suallara cavab vermək üçün
ayrılan 3 saat vaxtdan səmərəli istifadə etməlisiniz. Cavabların cavab
kartında qeyd olunması (uyğun dairələrin qaralanması) üçün sərf
etdiyiniz vaxt bu müddətə daxildir.
12. Hesablamaları və qeydləri aparmaq üçün “Sual kitabçası”nda kifayət
qədər ağ yerlər ayrılmışdır. Buna görə də əlavə ağ kağızdan istifadə
etməyə icazə verilmir.
13. İmtahan başlandıqdan 2 saat müddət keçənədək və imtahanın
qurtarmasına qalmış son 15 dəqiqə ərzində imtahan zalından çıxmağa
icazə verilmir. Qalan vaxt ərzində cavab kartınızı və sual kitabçanızı
nəzarətçiyə təhvil verərək bir daha zala qayıtmamaq şərti ilə imtahanı
yekunlaşdıra bilərsiniz.
14. “İmtahan qurtardı” elan edildikdə cavab kartınızı şəxsən nəzarətçiyə
təhvil verməlisiniz. Həmin sənədlərin təhvil alınması haqqında
imtahana buraxılış vərəqənizdə nəzarətçiyə mütləq imza etdirin.
15. Sual kitabçasını imtahanda sona qədər iştirak etsəniz, özünüzlə apara
bilərsiniz.
10
16. «Cavab kartı»nı nəzarətçiyə Ģəxsən təhvil verməsəniz, imtahan
nəticələriniz ləğv olunacaqdır. 17. İmtahan başa çatdıqdan sonra siz zalda qalıb “Cavab kartları”nın zərfə
qoyulub bağlanmasında iştirak edib, zərfin qapağını öz imzanızla
möhürləyə bilərsiniz.
NƏZARƏTÇĠNĠN NƏZƏRĠNƏ!
Təlimatda göstərilən tələblərin yerinə yetirilməsi TQDK tərəfindən araşdırılacaq,
təlimata zidd hər hansı fakt aşkar edilərsə, müvafiq orqanlara məlumat verilməklə
zəruri hüquqi tədbirlər görüləcəkdir.
Zal nəzarətçilərinin qiymətləndirilməsi meyarları
1. SƏNƏDLƏRLƏ Ġġ:
1.1. ĠĢtirakçıların sənədlərinin yoxlanılması və düzgün oturdulması – 1 bal : “İmtahan başlandı” və “İmtahan qurtaracaq” sözlərinin, kodlaşdırma nümunəsinin
lövhədə yazılması, imtahan zalının əyani vəsaitlərin olub olmaması, parta və
oturacaqların vəziyyəti baxımından nəzərdən keçirilməsi, sıra və yerlərin düzgün
yapışdırıldığının yoxlanılması; iştirakçının müvafiq sənədləri əsasında
identifikasiyasının doğru aparılması, zal, sıra və yerində düzgün əyləşdirilməsi;
1.2. ĠĢtirakçıları imtahanda davranıĢ qaydaları ilə tanıĢ etməsi – 1 bal : “İştirakçının imtahanda davranış qaydalarının” oxunması və izah edilməsi; cavab
kartları paylanmadan öncə zəruri ehtiyacların ödənilməsi məqsədi ilə iştirakçıya 3-5
dəqiqə vaxt verilməsi; iştirakçıların yerləşmə siyahısına uyğun əyləşdirildiyinin
yoxlanılması;
1.3. Ġmtahan sənədlərinin düzgün paylanması – 1 bal : Cavab kartlarının sıra 1, yer 1-dən başlayaraq yerləşmə siyahındakı qanunuyğunluq
əsasında operativ paylanması və paylama zamanı cavab kartından ad, soyad, ata adı
ilə, şəxsiyyəti təsdiq edən sənəddəki uyğun məlumatların tutuşdurulmasına diqqət
edilməsi; cavab kartlarının doldurulması ilə bağlı geniş, dolğun izahat işinin
aparılması; sual kitabçalarının ümumi və variantlar üzrə sayılması, variantlara
ayrılması, yerləşmə siyahısına və cavab kartının 3-cü bəndinə uyğun olmaqla ən
operativ üsullarla paylanması;
1.4. Ġmtahan sənədlərini düzgün doldurulması və vaxtla bağlı qaydalara
riayət – 1 bal : Saatın imtahan rəhbərinin və iştirakçıların saatı ilə eyniləşdirilməsi, imtahanın
vaxtında başlanmasına səy göstərilməsi, başlanma və qurtarma vaxtlarının lövhədə
qeyd olunması, imtahan müddətində vaxtla bağlı qoyulan məhdudiyyətlərə riayət
olunması, nəzərdə tutulan vaxtda gəlməyənlərin müvafiq sənədlərdə qeyd olunması,
iştirakçının təlimatda nəzərdə tutulan vaxt aralıqlarında zaldan buraxılmaması.
1.5. Sənədlərin qayda üzrə yığılması və bağlanması – 1 bal :
11
İştirakçılardan cavab kartı və/və ya sual kitabçası yığılarkən operativlik nümayiş
etdirilməsi, imtahana buraxılış vərəqəsinə imtahanın sonunda müvafiq sənədlər
(cavab kartı və/vəya sual kitabçası) iştirakçıdan təhvil alındıqdan sonra imza
edilməsi, müvafiq sənədlərin iştirakçıların və imtahan rəhbərinin iştirakı ilə
sayılması, cavab kartları zərfinin təlimata uyğun hazırlanması və bağlanması.
2. ĠMTAHAN APARMASI:
2.1. Ġmtahanda sakitliyin təmin olunması – 1 bal : İştirakçıların həm imtahandan öncə, həm də imtahan prosesində öz aralarında
dialoqlarına şərait yaradılmaması; imtahan rəhbəri və digər nəzarətçilərlə
danışıqlarının iştirakçıların diqqətinin yayınmasına səbəb olmaması; ümumilikdə,
imtahan zalında səssizliyin təmin olunması;
2.2. Etik davranıĢ qaydalarına riayət – 1 bal : İmtahan rəhbəri, iştirakçı və digər vəzifəli şəxsərlə təlimata uyğun ünsiyyət qura
bilməsi, dil və üslubun etik davranış qaydaları çərçivəsində olması;
2.3. Auditoriyanı idarə etməsi – 1 bal : Auditoriyanı ələ alması, informasiyanı hədəf kütləyə doğru çatdırması və təlqin etmə
keyfiyyətlərinin olması;
2.4. Fiziki imkanları və pedaqoq-müəllim keyfiyyətləri – 1 bal: Təmkinlilik nümayiş etdirməsi və emosional yanaşmaması; şəxsi keyfiyyətlərinin
(hərəkətlilik, operativ münasibət, sağlamlıq imkanlarının yetərli olması və s.)
nəzarətçilik funksiyasını yerinə yetirməsinə maneçilik törətməməsi; geyim və
gigiyena qaydalarına riayət edilməsində pedaqoq-müəllim səviyyəsinin
saxlanılması;
2.5. Qayda pozuntularının qarĢısını alması və lazımi tədbirləri görməsi – 1
bal : Köçürmə hallarının və digər imtahanda davranış qaydalarının pozulmasının
qarşısını almaq üçün təlimata uyğun tədbirlər görməsi (cavab kartlarını və sual
kitabçalarını abituriyentlərin öz aralarında köçürmə məqsədi ilə dəyişdirməsinə, əl-
qol hərəkətləri və digər üsullarla köçürməyə cəhd etmələri kimi hallara imkan
verməməsi, əyani vəsaitlərdən, mobil telefondan və s. iştirakçının imtahana
gətirməsi qadağan olunmuş vasitələrdən istifadəyə mane olması,).
Qeyd: Nəzarətçi iştirakçıya imtahan suallarını həll etməkdə kömək edərsə və ya
bilərəkdən köçürməyə şərait ( cavab kartlarının və / və ya sual kitabçalarının
dəyişdirilməsi, cavabların bir iştirakçıdan digərinə ötürülməsi və s.) yaradarsa,
digər meyarlar üzrə keyfiyyətlərindən asılı olmayaraq “2” qiyməti verilir və
imtahandan kənarlaşdırılır.
12
QƏBUL İMTAHANININ GEDİŞİ HAQQINDA PROTOKOLUN ÖN ÜZÜ
13
QƏBUL İMTAHANININ GEDİŞİ HAQQINDA PROTOKOLUN ARXA ÜZÜ
14
CAVAB KARTININ ÖN ÜZÜ
15
CAVAB KARTININ ARXA ÜZÜ
16
Nəzarətçinin görəcəyi işlərin ardıcıllığı
ĠMTAHAN BĠNASINDA OLMAQ* 8
00
ĠMTAHAN RƏHBƏRĠNĠN OTAĞINDA
QEYDĠYYAT VƏ TƏLĠMAT 8 35
ĠMTAHAN ZALININ QƏBUL EDĠLMƏSĠ 9 00
ABĠTURĠYENTLƏRĠN YERLƏġDĠRĠLMƏSĠ 9 00
- 10
20
CAVAB KARTLARININ PAYLANMASI VƏ DOLDURULMASI 10
20 -
10
50
SUAL KĠTABÇALARININ TƏHVĠL ALINMASI, SAYILMASI VƏ HƏR BĠR
ABĠTURĠYENTƏ MƏXSUS SUAL KĠTABÇASININ OLMASININ
YOXLANMASI 10 50
- 10
57
SUAL KĠTABÇALARININ PAYLANMASI 10
57 -11
00
“ĠMTAHAN BAġLANDI” ELAN OLUNMASI 1100
GƏLMƏYƏN ABĠTURĠYENTLƏR BARƏDƏ
SƏNƏDLƏġDĠRĠLMƏNĠN (3 SƏNƏDDƏ) APARILMASI 11 30
ARZU EDƏN ABĠTURĠYENTLƏR GEDƏ BĠLƏRLƏR 13 00
-13 45
“ĠMTAHAN QURTARDI” ELAN OLUNMASI 14 00
SƏNƏDLƏRĠN ĠMTAHAN RƏHBƏRĠNƏ TƏHVĠL VERĠLMƏSĠ 14 10
ИМТАЩА
Н
РЯЩБЯРИ
НИН
ОТАЬЫ
835