19
ZƏRFIN MƏNA NÖVLƏRI Gəncə şəhəri 21 N – li tam orta məktəbin Azərbaycan dil və ədəbiyyat müəllimi Elnarə Mahmudova Natiq qızı

Zərfin mena növləri 1

Embed Size (px)

Citation preview

Page 1: Zərfin mena növləri 1

ZƏRFIN MƏNA NÖVLƏRI

Gəncə şəhəri 21 N – li tam orta məktəbin Azərbaycan dil və ədəbiyyat

müəllimi Elnarə Mahmudova Natiq qızı

Page 2: Zərfin mena növləri 1
Page 3: Zərfin mena növləri 1
Page 4: Zərfin mena növləri 1
Page 5: Zərfin mena növləri 1

Tezliklə qızmar yay gələcək. Mən ailəmlə bağa gedəcəyəm. Bağımız Xəzər dənizinin sahilində yerləşir. Biz tez-tez dənizə gedəcəyik. Qardaşım mənə üzməyi öyrədəcək. Biz həm üzəcək, həm də balıq tutacağıq.

Page 6: Zərfin mena növləri 1
Page 7: Zərfin mena növləri 1

ZƏKA

1. Zərfləri seçin və məna növünü qarşısında yazın .1 . Ustadına gəc baxanın gözlərinə qan damar. ( .........)

2. Sözün düzünü zarafatla deyərlər (.......... )

3. Bu gün ala dağda ,sabah qara dağda ( ......... )

4. Qələm əyri yonulsa da , düz yazar ( ......... )

5. Düz danışanın yeri cənnət olar ( ......... )

2. Verilmiş zərfləri qruplaşdırın : dürüst, ora –bura, daim, birə- min, xeyli, sərrast, üzüaşağı, hərdən, ağayana, ara-sıra, ora, sözarası, tamamilə, birlikdə, az-çox, üz- üzə, çoxdan, az, atüstü, dəfələrlə, içəri, bildir, səhətçağı

3. Dördündən biri məna növünə görə fəqlidirA) ötəri B) içəri C) geri D) irəli

A) ruhən B) qismən C) çoxdan D) birdən

A) ucadan B) bərkdən C) çox D) birlikdə

A) azca B) bəzən C) daim D) arabir

Page 8: Zərfin mena növləri 1

ZİRVƏ1.Zərfləri seçin və məna növünü qarşısında yazın :1.Ortada yeyir , qıraqda gəzir (..........)

2. Çox yemək adamı az yeməkdən də qoyar. ( ......... )

3. Müğənni səhnədə özünü çox sərbəst aparırdı. (.......... )

4. Onlar meşədə xeyli gəzib yoruldular. ( ........... )

5. Tapdıq dağın yamacı ilə üzüaşağı gedirdi . ( ...........)

2. Verilmiş zərfləri məna növünə görə qruplaşdırın : xeyli, güclə, uzaq, yenicə, qəflətən, kor-korənə , əvvəl, xəvətcə, cəsarətlə, yanaşı, indi, qəsdən, həmişə, gec, yavaş-yavaş, dalbadal, yenə, çəpəki, daima, tez, bir-bir, birdən, geri

3. Dödündən biri məna növünə görə fəqlidirA) təəccüblə B) yavaşca C) indi D) qəfildən

A) irəli B) bayaq C) dünən D) bildir

A) geri B) irəli C) aşağı D) xeyli

A) az B) tamamilə C) az-az D) gec-tez

Page 9: Zərfin mena növləri 1

ZIYA1.Zərfin mənaca növünü tapın və qarşısında yazın:1.Dağların başı həmişə qarlıdır (........ )

2.Şəhidlərin əziz xatirəsi daima qəlbimizdədir ( ........ )

3.Əsgərlərimiz düşmən mövqelərini bir-bir ələ keçirdilər (........)

4.Birdən göyün üzü tutuldu. (.........)

5.Maşın əyri yollarla sağa-sola burulurdu (.........)

2. Verilmiş zərfləri məna növünə görə qruplaşdırın : bu gün, çox, sürətlə, fərəhlə, bir dəfə, bərkdən, par-par, dünən, asta, cəld, yuxarı, əvvəl, rəhatca, təlaşla, axşam, ötəri, birgə, xaincəsinə, lal-dinməz, şairanə, zahirən,azacıq

3. Dödündən biri məna növünə görə fəqlidir A) cəld B) dürüst C) səlist D) hərdən

A) irəli B) aşağı C) bura D) namusla

A) hərdənir B) addımbaşı C) axşamtərfi D) səhərçağı

A) sürətlə B) daxilən C) çoxdan D) çəpəki

Page 10: Zərfin mena növləri 1

ZƏFƏR 1.Zərfin mənaca növünü tapın və qarşısında yazın:1.İndi hamı onun fikirləri ilə razılaşdı ( .......... )

2. Külək qayığı gah sağa , gah sola atırdı ( .......... )

3.O , şeiri ucadan oxuyurdu ( ........ )

4.Bayırda bərk çovğun idi ( ......... )

5.Səlim onun dediklərini sözbəsöz təkrar edirdi ( ......... )

2. Verilmiş zərfləri məna növünə görə qruplaşdırın : Birlikdə, aşağı, xeyli, tezlikdə, yavaş-yavaş, təkbaşına, dərhal, gec-tez, tezliklə, bayramsayağı, tələm-tələsik, taybatay, qeyri- ixtiyari, gizli-gizli, dahiyanə, maraqla, yanakı, ustalıqla, təklikdə, zarafatyana, çətinliklə, dostyana

3. Dödündən biri məna növünə görə fəqlidir :A) dünən B) sağa C) sabah D) sonra

A) yuxarı B) xeyli C) geri D) bura

A) üzüaşağı B) irəli C) sonra D) azdan- çoxdan

A) əvvəl B) bildir C) axşam D) təəccüblə

Page 11: Zərfin mena növləri 1

MÜZAKIRƏ1. Zərfin mənaca neçə növü var ?

2.Tərzi hərəkət zərfləri ilə sifəti necə fərqləndirək ?

3.Miqdar zərfləri ilə sayın fərqi?

4.Zaman zərfləri və zaman mənalı isimlərin fərqi?

5.Yer zərfləri və məkan mənalı isimləri necə fərqləndirmək lazımdır?

Page 12: Zərfin mena növləri 1

ÜMUMILƏŞDIRMƏT Ə R Z İ - H Ə R Ə K Ə T Z Ə R F L Ə R İ

Hərəkətin hansı tərzdə, necə icra olunduğunu bildirir, necə?, nə cür? suallarına cavab verir.

Məsələn: Uşaq sakitcə (necə?) oturmuşdu. Qatar yavaş-yavaş (necə?) tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəsarətlə (necə?) vuruşdu.

Z A M A N Z Ə R F L Ə R İ

Hərəkətin icra olunduğu zamanı bildirir, nə zaman?, nə vaxt?, haçan? suallarına cavab verir.

Məsələn: Kəndə sabah (nə zaman?) gedirəm. Evə axşam (nə zaman?) çatdıq. Bayaq (nə zaman?) dostumu gördüm.

İndi, hələ, dünən, srağagün, səhər, gecə, gündüz, həmişə, əvvəl, sonra, axşam-səhər, tez, gec-tez, yenə, bildir

Page 13: Zərfin mena növləri 1

ÜMUMILƏŞDIRMƏYER ZƏRFLƏRİ

Hərəkətin icra olunduğu yeri bildirir, hara?, haraya?, harada?, haradan? suallarına cavab verir.

Məsələn: Qoca içəriyə (haraya?) girdi. Yuxarıdan (haradan?) gəlirəm. İçəri (hara?) cavan bir oğlan daxil oldu.

İrəli, geri, aşağı, yuxarı, içəri, sağa, sola, ora, bura, sağa-sola, ora-bura, irəli-geri, üzüyuxarı, üzüaşağı,

K Ə M İ Y Y Ə T ( M İ Q D A R ) Z Ə R F L Ə R İ

Hərəkətin miqdarını bildirir, nə qədər? sualına cavab verir.

Məsələn: Uşaqlar bu gün çox (nə qədər?) çalışdılar. Qoca xeyli (nə qədər?) dincəldi.

Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır : az, çox, xeyli, az-maz, çox-çox, azca, azacıq, qismən, az-çox,

Page 14: Zərfin mena növləri 1

Zərf və başqa nitq hissələri kimi işlənə bilən ortaq sözlər-Omonim zərflər

Dilimizdəki zərflərin bir hissəsi başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir. Belə sözlər cümlədəki vəzifəsindən asılı olaraq, həm zərf, həm isim; həm zərf, həm sifət; həm zərf, həm say; ola bilər. Həmin sözlər, əsasən aşağıdakılardır: 1. gecə, gündüz, axşam, səhər sözləri həm isim, həm də zaman zərfi ola bilər. Bu sözlər nə? sualına cavab olduqda isim, nə zaman? sualına cavab olduqda isə zərf olur. Məsələn: gecə (nə?) gündüzdən (nədən?) sərin olur. -isim. Kəndə gecə (nə vaxt?) getdim. - zərf . 2. yaxşı, pis, iti, açıq, gözəl, cəld və s. kimi sözlər həm sifət , həm də tərzi-hərəkət zərfi ola bilər. Məsələn: yaxşı (necə?, nə cür?, hansı?) övlad üz ağardır- sifət. Uşaq dərslərini yaxşı (necə?) oxuyur- zərf. Belə sözlər əşyanın əlamətini bildirdikdə və necə?, nə cür?, hansı? suallarına cavab verdikdə sifət, yalnız necə?, nə cür? Sualına cavab verən və felin yanında gələn söz isə zərfdir. Çünki zərf hansı? sualına cavab vermir.

Page 15: Zərfin mena növləri 1

3. az, çox, xeyli, az-çox sözlər həm miqdar sayı, həm də miqdar zərfi ola bilir.

Belə sözlər cümlədə ismə aid olduqda say, felə aid olduqda isə zərf olur.

Məsələn: otaqda az uşaq var – say. Bu gün az işlədik – zərf. Meşədən bir az odun yığın – say. Bir az dincəlin – zərf.

Page 16: Zərfin mena növləri 1

YARDICI TƏTBIQETMƏ

Hansı cümlədə işarələnmiş söz zərfdir?

A) İti bıçaq əlimi kəsdi.

B) Düz danışmırsan.

C) Düz söz üz qızardar.

D) Əsən küləklərdən xəbərimiz yox

Page 17: Zərfin mena növləri 1

YARDICI TƏTBIQETMƏ

Biri zərfdir:

A) tez B) bayram

C) eldə D) səndə

Page 18: Zərfin mena növləri 1

YARDICI TƏTBIQETMƏ

Zərf olan cümləni tapıb göstərin.

A) Usta balaca karandaşı götürdü.

B) Onun hörməti artmışdı.

C) Şeyx İbrahim irəlidə idi.

D) Xumar xala gözlərini qırpmadan bir nöqtəyə baxırdı.

Page 19: Zərfin mena növləri 1

QIYMƏTLƏNDIRMƏ

qruplar

MeyarlarZƏKA ZİRVƏ ZİYA ZƏFƏR

ZƏRFİN MƏNA NÖVÜNÜ FƏRQLƏNDİRİR

5 4 3 3

3TAPŞIRIĞI YERİNƏ YETİRİR

5 4 3 3

TƏQDİM EDİR 5 4 4 4

ƏMƏKDAŞLIQ 5 4 4 4