99
QURANDA İXLAS Biz kitabı sənə haqq olaraq nazil etdik. Buna görə, sən də dini məhz Allah`a aid edərək yalnız Ona ibadət et! Bil ki, xalis din ancaq Allah`a məxsusdur... (Zumər surəsi, 2- 3) HARUN YƏHYA (ADNAN OKTAR)

Quranda ixlas. azərbaycan

Embed Size (px)

Citation preview

Page 1: Quranda ixlas. azərbaycan

QURANDA İXLAS

Biz kitabı sənə haqq olaraq nazil etdik. Buna görə, sən də dini məhz Allah`a aid edərək yalnız Ona ibadət et! Bil ki, xalis din ancaq Allah`a məxsusdur... (Zumər surəsi,

2-3)

HARUN YƏHYA(ADNAN OKTAR)

Page 2: Quranda ixlas. azərbaycan

OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə, Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar “bir nəfəsə oxunan kitablar” ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

Page 3: Quranda ixlas. azərbaycan

www.harunyahya.org www.harunyahya.net www.adnanoktar.az www.a9.com.tr

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (səv) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (səv) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi əsas almışdır. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Page 4: Quranda ixlas. azərbaycan

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc güdülmür.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

Page 5: Quranda ixlas. azərbaycan

Birinci nəşr: avqust 2001İkinci nəşr: dekabr 2004

Üçüncü nəşr: noyabr 2005Dördüncü nəşr: dekabr 2006

Beşinci nəşr: aprel 2007Altıncı nəşr: mart 2009

ARAŞTIRMAYAYINCILIK

Talatpaşa Mah. Emirgazi Caddesiİbrahim Elmas İşmerkezi

A Blok Kat 4 Okmeydanı - İstanbulTel: (0 212) 222 00 88

Nəşr: Entegre MatbaacılıkSanayi Cad. No: 17 Yenibosna-İstanbul

Tel: (0 212) 451 70 70

www.harunyahya.org - www.harunyahya.net

Page 6: Quranda ixlas. azərbaycan

MÜNDƏRİCAT

Giriş

İxlaslı insan necə olur?

Şeytanın möminlərin ixlasına mane olmaq cəhdi

İxlaslı olmağın yolları

İxlasa zərərli davranışlardan uzaq olmaq

Möminlərin gücü ixlasdan qaynaqlanır

Nəticə

Təkamül yalanı

Page 7: Quranda ixlas. azərbaycan

Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik. (Loğman surəsi, 10)

YARADILIŞ HƏQİQƏTİ

Bir çox böcək çiçəklərdən çiçək tozu toplayır, amma heç biri arılar qədər məhsuldar ola bilmir. Bunun ən başlıca səbəbi arıların çiçək tozu toplamağa əlverişli olan bədən quruluşlarıdır. Çiçək tozu toplamaq ciddi cəhd tələb edir. Çünki arının yığıb şana daşıdığı çiçək tozu paketi ancaq bir cütdür. Halbuki, tək bir pətək gözünün çiçək tozu ilə dolması üçün təxminən 20 cüt çiçək tozu paketi lazımdır. Bunun üçün arılar heç dayanmadan işləməlidirlər.

www.harunyahya.net

... Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və necə-neçə insanlara ondan içirdək. ( Furqan surəsi, 48-49)

Bütün bitkilər lazımi maddələri torpaqdan ala bilmək üçün paylama mexanizmi ilə təchiz ediliblər. Bu mexanizm torpaqdan alınan mineralları və suyu lazımi miqdarda ehtiyac duyulan mərkəzlərə ən qısa zamanda çatdırır. Bitkinin böyüklüyündən asılı olmayaraq, bu funksiyanı yerinə yetirən boruların diametri təxminən (palıdda) 0.25 mm - (cökədə) 0.006 mm-dir.

İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? ( Vaqiə surəsi, 68-70)

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? ( Nəhl surəsi, 17)

Page 8: Quranda ixlas. azərbaycan

Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. (Zümər surəsi, 62)

Sizi Biz yaratdıq. Bəs nə üçün təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?! (Vaqiə surəsi, 57-59)

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi 1-2)

54 - 37 milyon il əvvəl yaşayan qızılağaclarla günümüzdəki qızılağacların bir-birindən heç bir fərqi yoxdur. Günümüzdəki qızılağacların sahib olduğu bütün sistemlərə sahib olan milyon illər əvvəlki qızılağaclar yer üzündə heç bir zaman təkamülün olmadığının sübutudur.

www.yasayanfosiller.com

Hörümçəklər həmişə hörümçək, arılar həmişə arı, skatlar həmişə skat olduğu kimi, dovşanlar da həmişə dovşan olmuşdur. Təkamülün etibarsızlığını sübut edən fosillər qarşısında darvinistlər məğlubiyyəti qəbul etməlidirlər. Şəkildəki 33 milyon illik dovşan fosili də darvinistlərin məğlubiyyətini bir daha vurğulayır, bütün canlıları Rəbbimiz olan Allah`ın yaratdığı həqiqətini göstərir.

İlan, timsah, dinozavr və ya kərtənkələ kimi fərqli sürünən siniflər arasında keçilməz sərhədlər vardır. Təkamülçülər bu fərqli qrupların quruluşlarına baxaraq təkamül müddətləri olduğunu xəyal edirlər. Amma bu fərziyyələrin fosil nümunələrində heç bir qarşılığı yoxdur. Digər tərəfdən hər bir sürünən növünün özünə xas xüsusiyyətlərlə bir anda var olduqlarının və var olduqları müddət ərzində heç bir dəyişikliyə uğramadıqlarının saysız-hesabsız fosil dəlili vardır. Bu dəlillərdən biri də şəkildə görünən 50 milyon illik ilan fosilidir.

37 - 23 milyon yaşındakı cüyürlərin, günümüzdə yaşayan cüyürlərdən heç bir fərqinin olmamağı bu canlıların milyonlarla ildir qətiyyən dəyişmədiyini, yəni təkamül keçirmədiyini və onları Allah`ın yaratdığını sübut edir.

www.darwinistneleridusunmez.com

Dəniz ulduzları dəniz dibində yaşayır. Dənizin 7000 metr dərinliyində yaşayan növləri vardır. Təxminən yarım milyard ildir heç dəyişmədən soylarını davam etdirən

Page 9: Quranda ixlas. azərbaycan

bu canlılar qarşısında təkamülçülər çarəsizlik içindədir. Çünki bu canlılar on milyon deyil, yüz milyon deyil, iki yüz milyon deyil, təxminən beş yüz milyon ildir ki, eynidir.

www.evrimmasali.com

Darvinistlər çanaqlı bağanın qabıqlı quruluşunu, toxumalarını izah etməlidirlər. Bütün bunların xəyali təkamül müddətində təsadüfən necə inkişaf etdiyini izah etməli və buna dair dəlillər göstərməlidirlər. Darvinistlər həmişə şəkildə görünən 37 - 23 milyon illik çanaqlı bağa fosili ilə- yaşayan qalıqlarla qarşılaşacaqlar.

www.Allahvar.com

Bu qurbağa növünün bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də sulu mühitlərdə yaşayır. Darvinistlər amfibiyaların atasının balıqlar olduğunu iddia edirlər. Ancaq bu iddialarını sübut edə biləcək heç bir əsasları yoxdur. Əksinə, elmi kəşflər iki növ arasında çox böyük anatomik fərqlərin olduğunu və birinin digərindən törəməyinin qeyri-mümkün olduğunu göstərir. Bu elmi kəşflərdən biri də fosillərdir.

410 - 360 milyon ildir eyni olan ustritsa (molyusk növü) canlıların bir-birlərindən törədiyini və mərhələ-mərhələ inkişaf etdiklərini iddia edən təkamülçülərə meydan oxuyur. Bu canlılar təkamül keçirməyib yaradıldıqlarını söyləyir.

www.darwininbilmedikleri.com

Şəkildə görünən 45 milyon yaşındakı bitki böcəyi günümüzdəki bitki böcəkləri ilə tamamilə eynidir. Aradan keçən milyonlarla ilə baxmayaraq, heç bir dəyişikliyə uğramayan bitki böcəkləri təkamül nəzəriyyəsini əsassız edən dəlillərdən sadəcə biridir.

www.darwinizminsonu.com

Bu kəhrəbada Salticidae fəsiləsinə aid sıçrayan hörümçək vardır. Adlarını ovlarının üzərilərinə dırmaşıb boylarından 50 dəfə yuxarı tullanaraq ovlamalarından götürüblər. Başlarının ön tərəfində yerləşən dörd ədəd gözdən əlavə, bunların üzərində də dörd ədəd kiçik gözləri vardır. Qüsursuz quruluşa malik olan bu gözlərdən ovun yerini təsbit etmək üçün istifadə edirlər.

Bundan milyonlarla il əvvəl yaşayan sıçrayan hörümçəklər eynilə günümüzdəkilər

kimi, tam və qüsursuz bir quruluşa malik idi. Və bu quruluşlarında milyonlarla il

Page 10: Quranda ixlas. azərbaycan

ərzində heç bir dəyişiklik olmayıb. Şəkildəki 38 - 5 milyon illik kəhrəba da bu həqiqətin bir dəlilidir.

Ümumiyyətlə, tropik bölgələrdə yaşayan timsahların ən qədim nümunələri təxminən 200 milyon il əvvəl yaşamışdır. Timsahların yüz milyonlarla il ərzində dəyişmədiyini sübut edən fosilllər, eyni zamanda, təkamülü əsassız edir və bütün canlıları Allah`ın yaratdığı həqiqətini göstərir.

www.dinsizliginkabusu.com

Darvinistlərin elmdən kənar iddialarına əsasən, sürünənlər sadəcə quşların deyil, eyni zamanda, məməlilərin də atasıdır. Ancaq bu iki canlı sinfi arasında çox böyük fərqlər vardır. Görəsən, necə olmuşdur ki, bir sürünən bədən hərarəti istehsal etməyə başlamış, bu hərarətə nəzarət edən bir tərləmə mexanizmi meydana gətirmiş, pulcuqlarını tüklərlə dəyişdirmişdir? Təkamülçülər bu suallara tək bir elmi cavab verə bilmirlər. Bundan əlavə, tək bir ara keçid formasının olmamağı da bunun bir dəlilidir.

Scelionid eşşəkarıları yerə tökülən yarpaqların altında yaşayırlar. Bu arıların bir çox böcək növünə, xüsusilə də yumurtalarına zərər verdikləri məlumdur. Şəkildəki scelionid arısı uçarkən fosilləşib. Günümüzdəki nümunələrindən heç bir fərqi yoxdur. 45 milyon illik scelinoid eşşək arısı kəhrəbası digər bütün canlılar kimi, çöl arılarının da təkamül keçirmədiyini, bir anda mükəmməl xüsusiyyətlərə malik olaraq yaradıldığını göstərir.

www.belgeseller.net

QURANDA İXLAS

GİRİŞ

Page 11: Quranda ixlas. azərbaycan

Xəyalınızda iki insan canlandırın. Bu insanların hər ikisinə dünya həyatında Allah’ın razılığını qazana biləcəkləri qədər zaman verilib doğru və yanlış olan hər şey izah edilsin. Bu şəxslər həyatlarının sonuna qədər din əxlaqının qaydalarını yerinə yetirsin və görünüşdə müsəlman kimi yaşasınlar. İkisi də hər mövzuda müvəffəqiyyətli, yaxşı bir işə və ailəyə sahib, sevilən və sayılan bir insan olsunlar. Bu iki insanın həyatına şahid olanlara, hansının həyatda daha müvəffəqiyyətli olduğunu soruşsanız, “ən çalışqan və ən cəld olanı, ya da ən çox səy göstərəni” kimi cavablar ala bilərsiniz. Ancaq diqqət etsəniz “müvəffəqiyyətli” sözünü təyin edən bu cavabların Qurana görə deyil, dünyəvi meyarlara görə verildiyi aydın olar.

Qurana görə, çox işləmək, çox yorulmaq və ya insanlardan hörmət və sevgi görmək üstünlük üçün səbəb deyil. İnsanları Allah qatında üstün edən xüsusiyyət imanları, Allah rizasını qazanmaq üçün etdikləri saleh əməllər və bütün bu əməlləri edərkən ürəklərindəki niyyətləridir. Allah bu vəziyyəti bizlərə Quranda belə bir nümunə ilə açıqlamışdır:

Onların nə əti, nə də qanı Allah’a çatar. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37)

Ayədə də bildirildiyi kimi, Allah adına bir heyvan kəsən insanın etdiyini Allah qatında qiymətli edən bu insanın təqvası, yəni Allah qorxusudur. Əgər Allah rizası üçün edilmirsə, bir insanın Allah’ın adını xatırlayaraq kəsdiyi heyvanların ətinin, ya da qanının Allah qatında heç bir dəyəri yoxdur. İnsan ibadət edərkən bunu saleh bir niyyətlə etməli və Allah’a qarşı səmimi olmalıdır. Bu səbəbdən, insana Allah qatında dəyər qazandıran təkcə etdiyi yaxşılıqlar, yerinə yetirdiyi ibadətlər, göstərdiyi rəftarlar, söylədiyi gözəl sözlər deyil. Təbii ki, bunlar hər müsəlmanın həyatı boyu etməli olduğu saleh davranışlardır və hər birinin hesab günündə gözəl bir qarşılığı olacağı ümid edilir. Ancaq əsl önəmli olan insanın bütün bunları edərkən Allah’a qarşı nə qədər səmimi olmasıdır. Əhəmiyyətli olan etdiyi işlərin çoxluğu deyil, insanın ixlasla və səmimi bir ürəklə Allah’a yönəlməsidir.

İxlas insanın etdiyi işləri, heç bir mənfəət güdmədən, başqa heç nə gözləmədən, yalnız Allah əmr etdiyi üçün etməsidir. İxlas sahibi insan etdiyi hər işdə, atdığı hər addımda, söylədiyi hər sözdə, ibadətində və ya gündəlik həyatında qəlbən Allah’a yönəlir və Onun razılığını hədəf götürür. Elə bu özü ona güclü iman verir və onu təqvalı insan edir. Quranda insanların Allah qatındakı əsl üstünlük ölçülərinin də bu olduğu bizlərə belə açıqlanmışdır:

Page 12: Quranda ixlas. azərbaycan

...Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)

Quranın bir çox ayəsində yalnız Allah’ın razılığı üçün edilən saleh əməlin əhəmiyyətinə diqqət çəkilmişdir. Lakin buna baxmayaraq, insanların bəziləri bu mövzuya laqeyd yanaşırlar. Məsələn, bəzi insanlar beş vaxt namazlarında qəflət içindədirlər, vaxtlarına, necə qılınmasına diqqət etmirlər. Bir ayədə belə buyurulur:

Vay o namaz qılanların halına ki, onlar öz namazlarından qafildirlər. (Maun surəsi, 4-5)

Təbəri ayənin belə izah edildikdə “namazı tərk edənlər və namazın vaxtını keçirənlər” şəklindəki iki fikri də ifadə etdiyini bildirmişdir. Bu ayənin izahı ilə bağlı olaraq Təbəri hətta iki hədis nəql etmişdir:

Səd bin Əbu Vəqqasdan rəvayət edilmişdir. Səd deyir ki: “Mən Rəsulullahdan, namazlarına qarşı qəflət içində olanları soruşdum. Buyurdu ki: “Onlar namazlarının vaxtlarını keçirənlərdir”.

Əbu Bərzə deyir ki: “Onlar o kəslərdir ki namazlarına qarşı qafildirlər” ayəsi nazil olanda Rəsulullah belə buyurdu: “Allah’u əkbər, bu namaz sizin üçün hər birinizə bütün dünya qədər nemətlər verilməsindən daha xeyirlidir. Namazına qarşı qafil olan kimsə qıldığı namazdan xeyir ümid etməyən və etməməkdən dolayı Rəbbindən qorxmayan kimsədir”.

(Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Təbəri təfsiri, Hisar Nəşriyyat: 9/238-239)

Belə şəxslər bir işə başlayarkən, söhbət edərkən, bir kömək və ya fədakarlıq edərkən niyyətlərinin xalis olub-olmadığını düşünməyə ehtiyac duymur, “Onsuz da ibadətlərimi yerinə yetirirəm”, -deyərək etdiklərini kifayət görürlər. Halbuki, Allah Quranda həyatlarının sonuna qədər çalışmış, səy göstərmiş, lakin etdikləri boşa getmiş insanların vəziyyətindən bəhs edir. Deməli, hər insanın axirət günündə belə bir ehtimalla qarşılaşması mümkün ola bilər. Allah: “O gün, elə üzlər vardır ki, zillət içində alçaldılmışdır. İşləyib, boş yerə yorulmuşdur” (Gaşiyə surəsi, 2-3) -ayələri ilə bütün insanları belə ciddi təhlükəyə qarşı xəbərdar etmişdir. Bu səbəbdən, insan axirətdə iki fərqli vəziyyətlə qarşılaşa bilər. Həyatı boyu görünüşdə bir-biri ilə eyni işləri görən, eyni səyi, eyni əzmi göstərən iki insan sırf niyyət fərqindən dolayı axirətdə fərqli qarşılıqlar ala bilər.

Page 13: Quranda ixlas. azərbaycan

Biz də bu kitabda görülən işləri Allah qatında mənalı və qiymətli edən bu iki əhəmiyyətli mömin xüsusiyyətinə- ixlas və səmimiyyətə toxunacağıq. Bu kitabın məqsədlərindən biri həyatı boyu qarşılıqsız olaraq Allah’ın razılığı üçün yaşamayan insanları əməllərinin boşa getməsi ehtimalına qarşı xəbərdar etmək və hesab günü gəlmədən əvvəl ixlasa dəvət etməkdir. Bununla yanaşı, bütün iman gətirənlərə ixlasa mane olan düşüncə, söz və əməllərin sonsuz axirət həyatı baxımından nə qədər ciddi olduğunu bir daha xatırlatmaq və ixlası qoruma yollarını Quran ayələri işığında göstərməkdir.

İxlaslı insan necə olur?

Allah`a möhkəm sarılır və dini şəriksiz Allah`a aid edir

Allah: “Lakin tövbə edənlər, islah edənlər, Allah`dan möhkəm yapışanlar və dinlərini Allah`a məxsus edənlər istisnadır; onlar möminlərlə birgə olacaqlar. Allah möminlərə böyük mükafat verəcək” (Nisa surəsi, 146) -ayəsi ilə möminlərə Allah`a möhkəm sarılan və dinlərini şəriksiz Allah`a məxsus edən şəxslər olaraq yaşamaqlarını əmr etmişdir. Bir insanın Allah`a sarılması, Allah`dan başqa bir ilah olmadığını bilərək həyatını yalnız Onu razı salmağa həsr etməsi və hər nə olursa-olsun Allah`a olan sədaqətindən imtina etməməsi ixlasdır. Allah Quranda: “... Kim Allah’dan möhkəm yapışsa, həqiqətən də, doğru yola yönəlmiş olar” (Ali-İmran surəsi, 101) -buyurmuşdur.

Dini şirk qoşmadan Allah`a məxsus etmək insanın din əxlaqını yaşayarkən başqa heç bir gəlir və ya mənfəət güdmədən yalnız Allah`ın razılığını və məmnuniyyətini hədəf almasıdır. Allah bu mövzunun əhəmiyyətini başqa bir ayədə: “Halbuki onlar, dini məhz Ona məxsus edərək həniflər kimi yalnız Allah`a qulluq etmək, namazı düzgün qılmaq və zəkat verməklə əmr olunmuşlar. Doğru din də elə budur!” (Beyyinə surəsi, 5) -hökmü ilə vurğulamış və din əxlaqının ancaq bu şəkildə yaşanacağını bildirmişdir.

İnanan insan gördüyü işlərlə və ibadətləri ilə Allah`dan başqasının sevgisini, razılığını, təqdirini qazanmağa çalışmaz. Əgər belə niyyəti olsa, bu da ayələrdə bildirildiyinin əksinə, insanın Allah`a tam bir səmimiyyət və ixlasla yönəlmədiyini göstərər. Əslində, insanların ibadəti və ya saleh əməlləri Allah rizası xaricində başqa məqsədlərlə etməsi ətrafımızda tez-tez rast gəldiyimiz vəziyyətdir. Məsələn, bir kasıba kömək edərkən bunu digər insanlara nümayiş üçün edən, namaz qılarkən bu əhəmiyyətli ibadətlə etibar qazanmağı, ya da gəlir əldə etməyi istəyən insanlar vardır. Quranda bəzi

Page 14: Quranda ixlas. azərbaycan

insanların namazı nümayiş üçün qıldıqlarından, mallarını da nümayiş məqsədilə infaq etdiklərindən belə bəhs edilir:

Dini yalan sayan o kimsəni gördünmü? O, elə adamdır ki, yetimi qovar və kasıba əl tutmağa sövq etməz. Vay halına namaz qılanların, o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi 1-6)

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin… (Bəqərə surəsi, 264)

Bir insanın nümayiş göstərməsi onun Allah`ın razılığı xaricində başqa insanların razılığını axtarması deməkdir. İman gətirən insan birinə kömək edərkən, gözəl rəftar göstərərkən, ibadət halında ikən, ya da bir fədakarlıq edərkən bunu digər şəxslərə göstərməyi düşünməkdən qorxub-çəkinər. Halbuki, dini şəriksiz Allah`a məxsus edərək iman gətirən insanın tək hədəfi Allah`ın razı olmasıdır. Quranda peyğəmbərlərin başqa heç bir qarşılıq və mənfəət güdmədən Allah rizası üçün ixlasla ibadət etdiklərinə hz. Hudun qövmünə söylədiyi bu sözlərlə diqqət çəkilmişdir:

Ey qövmüm! Mən bunun əvəzində sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız? (Hud surəsi, 51)

İman gətirən insanın Allah`dan başqa heç kimi razı salmaq niyyəti olmaz. Çünki o, qəlblərin Allah`ın əlində olduğunu, Allah dilədiyi təqdirdə bütün insanların razı olacağını bilir. İnsan dünya həyatında nə qədər təqdir və tərif görsə də, bunlar sonsuz axirətdə ona heç bir şey qazandırmayacaq. O gün hər insan tək başına Rəbbimizin qarşısında hesaba çəkiləcək və bütün etdikləri önünə gətiriləcək. O gün, əslində, insanın imanı, təqvası, səmimiyyəti və təslimiyyəti əhəmiyyətli olacaq. Belə ki, Peyğəmbərimiz (səv): “Əməllərinizi Allah üçün xalis edin. Çünki Allah-Təala ancaq Özü üçün ixlasla edilən əməli qəbul edər” (Ramuz əl-Əhadis, Qönçə Nəşriyyat, 20-13) -sözləri ilə iman gətirənlərə ixlasın əhəmiyyətini xatırlatmışdır.

Qəlbən Allah`a yönəlir

Allah: “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (Rum surəsi, 31) -ayəsi ilə inananlara əsl imanın necə olduğunu bildirmişdir. Başqa bir ayədə keçən: “…Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm”

Page 15: Quranda ixlas. azərbaycan

(Loğman surəsi, 15) -sözləri ilə də Allah doğru yolun elçilərin və bu əxlaqı yaşayan insanların yolu olduğuna diqqət çəkmişdir.

Allah`a qəlbən bağlanmaq şərtlərdən asılı olmayaraq, Onu çox sevmək və Ona olan bağlılıq və sədaqətdən imtina etmədən qorxmaqdır. Allah`a Onun razı olmayacağı hərəkəti etməkdən içi titrəyərək qorxmaq və şiddətlə çəkinmək, hörmət ilə inanmaqdır. Allah`a bu şəkildə könüldən bağlanan insan ixlası qazanmışdır. Allah`a qarşı belə güclü inanc və bağlılığı olan insan həm ibadətlərində, həm də Allah`ın razılığı üçün etdiyi digər bütün işlərdə ixlas və səmimiyyətlə hərəkət edir. Möminlər ixlasın təməlini meydana gətirən bu xüsusiyyətlərinə görə Quranda ümidlərini Rəbbinə bağlayanlar (Hud surəsi, 23) olaraq tanıdılmış və cənnətlə müjdələnmişlər.

Allah inanan şəxslərin Quranda bildirilən əmr və ibadətləri ixlas və səmimiyyətlə yerinə yetirdiklərini bildirmişdir. Allah: “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (Rum surəsi, 31) -ayəsi ilə iman edənləri bütün ibadətlərində ixlas və təslimiyyətə çağırmışdır.

Başqa ayədə isə Allah: “Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” (Ali-İmran surəsi, 43) -ayəsi ilə hz.Məryəmə Allah`a könüldən itaət etməyi xatırlatmışdır. Allah Özündən qorxub-çəkinən, Onun əmrlərini yerinə yetirən şəxslərə rəhmətindən iki qat verəcəyini belə müjdələmişdir:

Ey iman gətirənlər! Allah`dan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir. (Hədid surəsi, 28)

Möminlərin “Onlar səbir edən, doğru olan, itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlərdir” (Ali-İmran surəsi, 17) ayəsində ifadə edilən xüsusiyyətləri daha çox Allah`ın elçilərində təzahür edir. Quranda elçilərin könüldən Allah`a yönəldiyini və ixlaslı olduqlarını bildirən bir çox ayə vardır. Bunlardan bəziləri bunlardır:

Həqiqətən, İbrahim Allah`a müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)

Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yaqubu da yada sal! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. (Sad surəsi, 45-46)

Page 16: Quranda ixlas. azərbaycan

Həqiqətən, İbrahim həlim, çox yalvaran və Ona üz tutan bir şəxs idi. (Hud surəsi, 75)

Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi. (Məryəm surəsi, 51)

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də. Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və Onun kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)

Allah`a dərin hörmət bəsləyərək inanır

Quranda təsvir edilən ixlası qazanan möminlər Allah`a dərin hörmət bəsləyərək iman edirlər. Bu, Allah`ın ucalığını, gücünü qavramaq və buna görə də Ona qarşı dərin sevgi, hörmət, qorxu duymaqdır. Rəbbimizə belə dərin hörmət və qorxu ilə bağlanan kəslər Allah`ın razılığını qazanmağı heç bir dünyəvi mənfəətlərə dəyişmirlər. Çünki ixlas dünya üzərindəki heç bir mənfəətin Allah`ın razılığını qazanmaqdan və Onun əmrlərini yerinə yetirməkdən əhəmiyyətli olmadığını bilməkdir. Quranda “...Allah`ın ayələrini ucuz qiymətə satmırlar...” (Ali-İmran surəsi, 199) ayəsi ilə ixlas sahiblərinin bu xüsusiyyəti vurğulanmışdır.

Ayələrdə təsvir edilən ixlasa sahib olanlar Allah`ın əmr və qadağalarını, Quran ayələrinin əmrlərini çox diqqətlə yerinə yetirirlər. Çünki insanın qəlbindəki bu hörmətdən qaynaqlanan qorxu və dərin bağlılıq Allah`ın bəyənmədiyi əxlaqı göstərməyə mane olur. Eyni zamanda, Allah`ın razı olacağını bildirdiyi əxlaqı yaşamaq insana böyük şövq və əzm qazandırır. Quranda ixlaslı möminlərin Allah`a qarşı olan hörmət dolu qorxuları belə ifadə edilmişdir:

O kəslər ki, Allah`ın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar. (Rəd surəsi, 21)

Başqa ayələrdə isə inananların Allah`ın ayələri oxunduğu zaman Allah`a qarşı olan hörmət dolu bağlılıqlarının daha da artdığı xəbər verilir:

Page 17: Quranda ixlas. azərbaycan

De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar. (İsra surəsi, 107-109)

Quranda keçən “...Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti idilər” (Ənbiya surəsi, 90) ayəsi ilə hz. Zəkəriyyanın və zövcəsinin Allah`a qarşı olan hörmət dolu bağlılıqları bütün möminlərə nümunə göstərilmişdir. Ayədə diqqət çəkilən başqa mövzu isə ixlas sahiblərinin Allah rizası üçün xeyirlərdə yarışmasıdır. Onlar Allah`ın razılığına, rəhmətinə, cənnətinə qovuşmaq üçün güc və imkanlarının yetdiyi qədər cəhd göstərirlər.

Allah`a tam təslim olur

Allah Quranda: “Biz Allah`a, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136) -ayəsi ilə müsəlmanların təslimiyyətinin əhəmiyyətinə diqqət çəkmişdir.

Həqiqi ixlas Allah`a qarşı tam təslim olmağı tələb edir. Ancaq bu təslimiyyət şərtsiz olmalıdır. Müəyyən şərtlər daxilində Allah`dan razı olan, şükür edən və təslim olan, ancaq bu şərtlər dəyişəndə dərhal üsyankar, itaətsiz ruh halına düşən insanların təslimiyyəti yaşamaları mümkün deyil. Məsələn, işləri yaxşı gedən və lazımi qədər pul qazanan şəxs ona bu nemətləri Allah`ın lütf etdiyini tez-tez dilə gətirir. Ancaq işləri tərs getməyə başlayanda Allah`a göstərdiyi təslimiyyəti dərhal unudur. Fərqli xarakter göstərməyə başlayır, nə qədər yaxşı insan olduğunu, başına gələnlərə layiq olmadığını, işlərinin niyə və necə pozulduğunu heç cür anlaya bilmədiyini söyləyir, gileylənir. Hətta daha da irəli gedib Allah haqqında müxtəlif zənlər edir. Qədərin ən mükəmməl və ən xeyirli şəkildə yazıldığını unudaraq: “Niyə belə oldu?”, “Nə üçün bunlar mənim başıma gəldi?” - kimi sözlərlə üsyan edir.

Page 18: Quranda ixlas. azərbaycan

Halbuki, Allah qatında məqbul olan insanın yaxşı və yaxud pis, leyhdə və yaxud əleyhdə görünən hər cür hadisədə təvəkküllü davranmağıdır. İnsan bütün hadisələrin xeyir və hikmətlə yaradıldığını bilərək təslimiyyətli davranmalıdır. Çünki “Əgər siz yara almışsınızsa, o qövm də bu cür yara almışdı. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir” (Ali-İmran surəsi 140) ayəsində də bildirildiyi kimi, çətinlik və sıxıntılar insanlar üçün sınaqdır. Bunlar insanlardan hansının ixlasda və Allah`a olan təslimiyyətdə davamlılıq göstərəcəyini sınamaq üçün xüsusi olaraq yaradılır.

Səmimi iman edənlər təslimiyyətlə Allah`a güvənir, başlarına gələn hadisələrin nəticəsində şübhəyə düşmürlər. Qəlbləri rahatdır. İmanları şərtli deyil. Əksinə, hər cür çətinliyə qarşı möhkəm və sarsılmaz imanlıdırlar. Allah`a qarşılıqsız olaraq təslim olurlar. Quranda möminlərin təslimiyyətindən belə bəhs edilir:

Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi. (Bəqərə surəsi, 131)

Allah başqa ayədə isə qeydsiz-şərtsiz təslimiyyətin əhəmiyyətinə belə diqqət çəkmişdir:

Yaxşı işlər görərək Allah`a təslim olan və hənif olaraq İbrahimin dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur. (Nisa surəsi, 125)

Sadəcə çətinlik və sıxıntıda deyil, hər an könüldən Allah`a yönəlir

İnsanların bəziləri özlərini yoxdan yaradan, dünya həyatında saysız-hesabsız nemət verən uca Rəbbimizi heç düşünmür. Həyatlarında hər şey yaxşı olduğu üçün Allah`ın rəhmətinə möhtac olan aciz varlıqlar olduqlarını tamamilə unudurlar. Halbuki, onları nemət içində yaşadan və hər şeyi gözəl yaradan tək güc Allah`dır. Ancaq bu kəslərin qəflət içində olmalarının səbəbi doğruları bilmədikləri üçün deyil, Allah`a qarşı nankor və lovğa olduqları üçündür. Çünki sıxıntı və ya çətinliklə qarşılaşıb çarəsiz qaldıqlarını anladıqlarında dərhal Allah`a yönəlir, Ondan kömək istəyirlər. Allah`ı inkar etdikləri halda, bir anda Allah`a yönələrək Ona dua etməyə başlayırlar. Allah Quranda bu həqiqətə belə diqqət çəkir:

İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə

Page 19: Quranda ixlas. azərbaycan

Rəbbinə şərik qoşur. (Bu ona görədir) ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz. (Rum surəsi, 33-34)

Ayələrdən də göründüyü kimi, bu insanlar Allah`ın gücünü, Allah`a qulluq etməklə məsul olduqlarını anlayırlar, lakin inkar edərək üz çevirirlər. Allah çətinlik və sıxıntını qaldırdıqda Allah`a sığınıb ixlasla kömək istəməyi unudaraq dərhal inkara geri dönürlər. Yəni çətinliklə qarşılaşdıqda ixlaslı davranıb, çətinlik qalxınca səmimiyyətsizlik edirlər. Quranda bu kəslərin davranışlarına belə bir nümunə verilmişdir:

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allah`a - dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 22- 23)

İstədikdə ixlaslı davrana bilən bu insanlar Allah`ın onlara kömək etdiyi təqdirdə şükür edənlərdən olacaqlarını söyləyirlər. Allah kömək etdikdə isə dərhal Ondan üz çevirirlər. Allah bu azğınlığın əleyhlərinə olacağını bildirərək onları əzabla müjdələmişdir.

Səmimi olaraq Allah`a yönələn ixlas sahiblərində isə çətinlik və rahatlıq zamanı belə fərq olmur. Onlar Allah`ın mütləq gücünü bildikləri üçün hər an içləri titrəyərək Ondan qorxub çəkinirlər. Buna görə də, həyatın hər anında ixlaslı davranıb Allah`a qulluq edirlər. Sadəcə zərər çəkdiyi zaman ixlaslı olanlarla bütün həyatını ixlasla din əxlaqını yaşayanlar axirətdə eyni qarşılığı görməyəcək. Möminlər cənnətlə, digərləri isə odla qarşılıq görəcək. Ayələrdə belə buyurulur:

İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə, kimə yalvardığını unudur və Allah`ın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə bir az dolan. Şübhəsiz ki, sən cəhənnəm sakinlərindənsən!” Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 8-9)

Page 20: Quranda ixlas. azərbaycan

Allah`a qul olmaqda və Ona ibadət etməkdə qərarsız qalmır

Allah: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allah`a və axirət gününə inanırıq”, -deyirlər. Onlar Allah`ı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və anlamırlar” (Bəqərə surəsi, 8-9) -ayələri ilə həqiqi mənada iman etmədikləri halda, müsəlman olduqlarını söyləyən insanların varlığına diqqət çəkmişdir.

Bunlar iman edənlərlə birlikdə olan, onlarla birlikdə ibadət edən, onların söhbətlərində iştirak edən, amma qəlblərində inkar olan kəslərdir. Bu kəsləri iman edənlərdən ayıran xüsusiyyət onların Allah`a qul olmaq və Ona ibadət etməkdə qərarsız qalmalarıdır. Möminlər Allah`a qəlbən iman edən, Ona yönələn, eşq və şövqlə Allah`a ibadət edən, ixlaslı qullardır. Allah: “Nə Məsih Allah`ın qulu olmağı özünə ar bilər, nə də yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır” (Nisa surəsi, 172) -ayəsi ilə bu davranışın axirətdəki qarşılığına diqqət çəkmiş və mələklərin bu mövzuda göstərdiyi əxlaqı insanlara nümunə göstərmişdir.

Ayələrdə də bildirildiyi kimi, ixlas və səmimiyyətin göstəricilərindən biri də Allah`a qulluq etməkdə və ibadət etməkdə qərarsız qalmamaqdır. İman edənlər bütün vəziyyətlərdə ibadət şövqlərini qoruyurlar. Bu, canlarından, yaxud mallarından keçmələrini, sıxıntı və çətinliklərə sinə gərmələrini tələb etsə də, şövqlərini əsla itirmirlər.

Quranda möminlərin bu səmimi cəhdlərini ifadə edən gözəl əxlaqa bir çox nümunə verilmişdir. Məsələn, döyüşə getmək üçün Peyğəmbərimizdən (səv) dəfələrlə minik tələb edən, ancaq minik tapa bilməyib döyüşə gedə bilməyənlərin, yaxud infaq edəcək bir şey tapa bilmədiyi üçün geri dönən insanların vəziyyətindən bəhs edilmişdir. Bu kəslər döyüşə çıxdıqda ölüm, yaralanma, şikəst qalma kimi ciddi itkilərlə qarşılaşa biləcəklərini çox yaxşı bilirlər. Allah`a səmimi iman etdiklərinə və güclü ixlasa sahib olduqlarına görə, bu halı sevə-sevə qəbul edirlər. Quranda bu kəslərdən belə bəhs edilir:

Miniklə təmin edəsən deyə, sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”, -dediyin zaman xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü

Page 21: Quranda ixlas. azərbaycan

kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur). (Tövbə surəsi, 92)

Quranda eyni şərtlərdə Allah`a qul olub Ona ibadət etməkdə qərarsız qalan insanlardan da nümunə verilmiş və beləliklə, onların möminlərdən fərqi bildirilmişdir. Mövzu ilə bağlı ayələr belədir:

Ancaq varlı olduqları halda, səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar bilməzlər! Qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Sonrakı) əməllərinizi Allah da görəcək, Onun Elçisi də”. Sonra isə qeybi və aşkarı Bilənin dərgahına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir. (Tövbə surəsi, 93-94)

Dildə iman etdiklərini və Peyğəmbərə (səv) itaət etdiklərini deyən bu kəslər zəngin olduqları halda, ixlas sahiblərinin əksinə, döyüşə getməmək üçün Peyğəmbərdən icazə istəyirlər. Müsəlmanların çətinlik çəkdiyi dövrdə döyüşdən qaçan bu kəslər, əslində, Allah`a qarşı çox çirkin cəsarət göstərirlər. Eyni hal müasir dövrdə fərqli çətinlik, yaxud sıxıntılara da aiddir. Rəbbimiz ayələrdə müsəlmanların köməyə və dəstəyə ehtiyacı olduğu dövrdə Allah`ın razılığı olan işi görməkdənsə, dünya həyatına aid mənfəətlərini qorumağı güdən bu insanların ürəklərini möhürlədiyini bildirmişdir.

Təmizlənməyi qəlbən arzulayırlar

İxlaslı mömin Allah`ın bəyəndiyi əxlaqa sahib olmaq üçün Qurana uyğun olmayan bütün xüsusiyyətlərdən təmizlənməyi istəyir və bunun üçün səmimi cəhd edir. Çünki insan səhv etməyə meyillidir. Lakin Allah Quranda: “And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır” (Şəms surəsi, 7-10) -ayəsi ilə insanın nəfsinə həm sərhədsiz günah və pisliyi, həm də bütün bunlardan çəkinməyin yollarını ilham etdiyini bildirmişdir.

Allah qorxusunu qəlbinə yerləşdirən mömin həyatının sonuna qədər nəfsinin pisliklərindən təmizlənməyi hədəf alır. Vicdan və ağıl ilə Quranda təsvir edilən gözəl əxlaqa yiyələnməyə çalışır. Bir insanın təmizlənməyi səmimi olaraq istəyib, bunun üçün ciddi şəkildə cəhd etməyi onun imanının və ixlasının göstəricisidir. Çünki insan

Page 22: Quranda ixlas. azərbaycan

ancaq Allah`a və axirətə qəti şəkildə inandığı təqdirdə, nəfsində olan pisliklərdən xilas olmağa çalışır. Əks halda, bu pislikləri nəfsində saxlayır. Bundan da heç kimin xəbəri olmayacağını zənn edir. Halbuki, Allah insanın qəlbində olanı da, dilə gətirdiklərini də biləndir. Allah gizlinin gizlisini bilir. Axirətdə insanın bütün etdiklərini ortaya çıxaracaq. Bu həqiqətdən xəbərdar olan ixlas sahibləri nəfslərindəki pisliklərə qarşı mübarizə aparırlar. Quranda möminlərin bu xüsusiyyətlərindən belə bəhs edilir:

Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər! (Tövbə surəsi, 108)

Cəhd edir və müntəzəm olaraq saleh əməllər işləyir

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Quranda bu ayə ilə Allah əbədi qalan yaxşı əməllərin məqbul olduğunu bildirmişdir. Bu, eyni zamanda, insanın ixlasının və səmimiyyətinin göstəricisidir.

Bəzi insanlar cəmiyyətin nəzərində etibar, yaxud təqdir qazanmaq üçün yaxşılıq edirlər. Bir insan zəlzələdən əziyyət çəkən və ehtiyac içində olanlara evindəki əşyalardan, yaxud geyimlərindən göndərə bilər. Qonşularına qarşı əliaçıq, nəzakətli və mehriban davrana bilər. İş yerindəki işçilərə qarşı şəfqətli və anlayışlı davrana bilər. Yaşlıların, böyüklərin hörmətini saxlaya bilər. Xeyriyyə tədbirlərində iştirak edə bilər. Əlbəttə ki, bu edilənlər gözəl davranışlardır. Lakin əsas olan gözəl əxlaqda davamlılıq göstərmək və səbirli davranmaqdır. İxlaslı müsəlman həyatının hər anında ehtiyac içində olan insanlara kömək etməli və bu etdiklərində cəmiyyətin razılığını güdməməlidir. Sadəcə Allah`ın razılığını qazanmaq üçün edilən bu cəhdlər insanın səmimiyyətinin dəlilidir. Əgər insan həyatının hər anında eyni gözəl əxlaqı göstərmirsə, digər davranışlarında nə dərəcə səmimi olduğu şübhəlidir.

Cahil cəmiyyətdə də Allah`a iman etmədiyi halda, belə yaxşılıqlar edən insanlar vardır. Bunları Allah qorxusundan, yaxud axirətə inandıqları üçün etmirlər. Məqsədləri dünyəvi hədəflərdir. Məsələn, yuxarıda verilən nümunədəki adam sırf evindəki

Page 23: Quranda ixlas. azərbaycan

sıxlıqdan xilas olmaq üçün zəlzələdən əziyyət çəkənlərə kömək edə bilər. Yaxud qonşularına, yaşlılara və böyüklərə qarşı göstərdiyi hörmətə bağlı olduğu üçün ola bilər. İş yerində işçilərini ruhlandıraraq onlardan daha çox iş və qazanc tələb etmək üçün onlara qarşı gözəl davrana bilər. Xeyriyyə tədbirlərində də cəmiyyətdə etibar qazanmaq üçün iştirak edə bilər. Bütün bunların Allah qorxusundan, Quran əxlaqından qaynaqlandığını söyləyən insanın həyatının hər anı Qurana uyğun olmalıdır. Çünki Quranın “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bərbəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (Kəhf surəsi, 28) ayəsi səhər-axşam yəni, gün boyu Allah`ın razılığını axtarmağın vacibliyinə diqqət çəkmişdir.

Əgər bir insan Allah`ın və axirətin varlığına səmimiyyətlə inanırsa, əksini etməyi mümkün deyil. Axirətdə dünyada yaşadığı hər anın hesabını verəcəyini və sadəcə Allah`ın razılığına uyğun yaşadığı təqdirdə cənnətə qovuşacağını bilir. Buna görə də etdiyi hər hərəkətdə, söylədiyi hər sözdə Allah`ın razılığını qazana bilmək üçün xeyirlərdə yarışır. “Daha nə edə bilərəm?”, “Allah`ın razılığını və rəhmətini qazanmaq üçün necə gözəl əxlaq göstərə bilərəm?”, “Əxlaqımı gözəlləşdirmək üçün hansı xüsusiyyətlərimi dəyişdirməliyəm?” - deyə düşünərək ciddi şəkildə cəhd edir. Bu mövzu ilə bağlı Quran ayələri belədir:

Kim gəldi-gedər dünyanı istəsə, orada ona- dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və qovulmuş halda girəcəyi cəhənnəmə atarıq. Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 18-19)

Sadəcə ibadət vaxtı deyil, həyatının hər anında ixlası yaşayır

Allah Quranın bir çox ayəsində bildirmişdir ki, Quran əxlaqı iman edənlərin bütün həyatına hakim olmalıdır. İnsan gün ərzində etdiyi bütün işlərdə İslama uyğun hərəkət etməklə məsuldur. Hər an ixlaslı davranmalı, Allah`a qarşı səmimi və dürüst olmağa niyyət etməli, bu mövzuda iradəli, vicdanlı hərəkət etməlidir.

Lakin dini yalnız müəyyən ibadətlərlə məhdudlaşdırmağa çalışan bəzi insanlar həyatı ibadət anları və digər anlar olaraq iki hissəyə ayırırlar. Allah`ı və axirəti, yalnız namaz qıldıqları, oruc tutduqları, sədəqə verdikləri, yaxud həccə getdikləri zaman xatırlayırlar. Digər zamanlarda isə dünya işlərinə qapılıb hər şeyi unudurlar. Allah`ı və

Page 24: Quranda ixlas. azərbaycan

axirətdə görəcəkləri qarşılığı unutduqları üçün Allah`ın razılığını qazanmaq şövqü hiss etmir və bu mövzuda cəhd də etmirlər.

Küçədə gedərkən, yemək yeyərkən, işdə çalışarkən, idman edərkən, söhbət edərkən, ticarətlə məşğul olarkən, televizora baxarkən, siyasi mövzulardan bəhs edərkən, musiqi dinləyərkən də din əxlaqını yaşamaqla məsul olduqlarını düşünmürlər. Bu mövzuların dünyəvi mövzular olduğunu düşünərək bunlarla məşğul olduqları zaman din əxlaqını yaşamağı ağıllarına belə gətirmirlər. Halbuki, insan bütün bu mövzularla maraqlanarkən də Quran əxlaqını ən mükəmməl şəkildə yaşaya bilər və ixlaslı davrana bilər. Bu işləri görərkən Allah`ın razı olacağı şəkildə hərəkət etməyə cəhd göstərə bilər.

Allah`ın razı olacağı davranışlar Quran ayələrində çox açıq və ətraflı şəkildə ifadə edilmişdir. Ticarət edərkən dürüst və ədalətli olmaq, haqsız mənfəət əldə etməməyə çalışmaq, çəkidə aldatmamaq və bunun kimi bir çox mövzu Quranda açıqlanmışdır. İnsanın Allah`dan qorxaraq və bu ayələri düşünərək etdiyi ticarət Allah`ın razılığına uyğundur. Söhbət edərkən boş sözlərdən uzaq olmaq, Qurana müxalif söhbətlərə müdaxilə etmək, faydalı və xeyirli şəkildə danışmaq Quran əxlaqından qaynaqlanır. Buna görə də insan heç vaxt dinin yalnız bəzi ibadətlərdən ibarət olduğunu, ixlasın da ancaq bu ibadətləri yerinə yetirərkən yaşandığını düşünməməlidir. İnsan dünya həyatında bir çox fərqli işlə məşğul olmaq məcburiyyətindədir. Əsas olan odur ki, insan qəlbən hər an Allah ilə birlikdə olsun, etdiyi hər işdə Allah`ın razılığını axtarsın, Quran əxlaqını yaşasın və ixlaslı davransın.

Təbii və səmimi xarakteri vardır

Həyatının hər anında ixlaslı davranan insan təbii və səmimi olur. Sadəcə Allah`ın razılığını axtaran, dünyəvi mənfəətləri hədəf almayan insan əsla səmimiyyətsiz və süni hərəkətlər etmir. Hərəkətləri, mimikaları, üslubu və danışığı çox təbiidir. Riyakar olmadığı üçün səmimi xarakterə sahibdir. Sadəcə Allah`ın razılığını hədəf aldığı üçün hər cür süni davranışın və riyakarlığın ixlaslı olmağa zərərli olduğunu bilir. Allah`ı dost və vəkil seçməyin rahatlığını yaşayır.

Bu insan ixlas və səmimiyyətində qərarlı olduğu təqdirdə, Allah`ın hər əməlini saleh əməl kimi qəbul edəcəyini və dünyada da, axirətdə də onu gözəl qarşılıqla mükafatlandıracağını uma bilər.

Page 25: Quranda ixlas. azərbaycan

ŞEYTANIN MÖMİNLƏRİN İXLASINA MANE OLMAQ CƏHDİ

Şeytan qiyamətə qədər insanları Allah`ın yolundan ayırmağa və onları da özü ilə cəhənnəmə aparacağına and içən varlıqdır.

Şeytan onları üstələmiş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)

Ayədə ifadə edildiyi kimi, şeytan inkar edənlərin üzərində bu əməllərini reallaşdırmışdır. Onları əhatə etmiş, onlara Allah`ı unutdurmuş və onların üzərində mütləq hakimiyyət əldə etmişdir. Onlar bir mənada artıq şeytanın şəxsən özü, digər insanları da inkara, günaha və pisliklərə çağıran varlıqlar, yəni şeytanın firqəsi olurlar.

Əlbəttə ki, Allah`a ixlasla inanan şəxslər üçün vəziyyət çox fərqlidir. Buna görə də şeytanın mübarizə apardığı şəxslər Allah`a iman edən və həyatını Allah`ın razı olacağı şəkildə keçirməkdə qərarlı gördüyü insanlarladır. Şeytan inkar edənlərə birbaşa təsir edə bilir. Amma möminlər Allah`a qəti olaraq iman etdikləri üçün şeytan onlara belə təsir edə bilmir. Məsələn, Allah rizası üçün işləyib yorulmalarına əngəl ola bilmir. Quran əxlaqının hökmlərini yerinə yetirmələrinə, infaq edib namaz qılmalarına, yaxşılıq edib gözəl əxlaq göstərmələrinə, Allah`ı zikr etmələrinə, malları və canları ilə fədakarlıqla mübarizə aparmalarına mane ola bilmir.

Bu həqiqəti bilən şeytan iman edənlərə təsir etmək üçün daha hiyləgər üsullar axtarır. Allah`ın razılığını qazanmaq məqsədi ilə gördükləri işlərə birbaşa mane ola bilmədiyi üçün möminlərin niyyətinə təsir etməyə çalışır. Onları Allah`ın razılığından başqa hədəflərə yönəltməyə və bu şəkildə saf niyyətlə Allah`a yönəlmələrini əngəlləməyə cəhd göstərir. Quranda şeytanın bu mövzudakı qətiyyətinə aşağıdakı ayələrlə diqqət çəkilir:

Mən onları mütləq azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah`ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allah`ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 119-120)

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və

Page 26: Quranda ixlas. azərbaycan

arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

Ayələrdə bildirildiyi kimi, şeytan müxtəlif üsullarla möminlərə təsir etməyə çalışır. Onların doğru bildiklərini səhv, yaxşı bildiklərini pis, gözəl gördüklərini çirkin, xeyir gördüklərini şər, şər gördüklərini isə xeyir kimi göstərməyə cəhd göstərir. Allah`ın razılığına uyğun bir iş görəcəkləri zaman qəlblərinə şübhə və vəsvəsə verməyə cəhd göstərir. Quran əxlaqına uyğun olmayan bir iş olduqda isə bunu bəzəyib cazibəli göstərməyə və möminləri bu işə cəlb etməyə çalışır.

Şeytanın firqəsi

Şeytan yuxarıda sadaladığımız əməllərini həyata keçirmək üçün bəzən inkarçılardan kömək istəyir. Onların ağzından öz təlqinlərini deyir, planlarını onların sözləri vasitəsilə dilə gətirir. Bu üsulla iman edənlərə yaxınlaşır.

Əlbəttə ki, şeytan bütün bunları edərkən iman edənlərə “Qurana tabe olmayın, Allah`ın razılığına uyğun davranmayın”, yaxud “mənə inanın” kimi ifadələrdən istifadə etmir. Əksinə, hiylə ilə, saxtakarlıqla və yalanla onları aldatmağa çalışır. Səmimi davranışlara mane olmağa, yaxşı olan hər şeydən uzaq tutmağa çalışır, müxtəlif vəsvəsələr verir. Şeytanın üsullarından biri də möminlər saf niyyətlə Allah`ın razılığını umaraq bir iş gördükdə, onları insanların razılığını axtarmağa yönəltmək üçün hiyləgərliklə vəsvəsə verir.

Məsələn, Allah`ın razılığını qazanmaq üçün fədakarlıq edən insanın niyyətinə başqalarının razılığını qazanmaq istəyi qatmağa çalışır. Bu fədakarlığını, cəhdini və etdiklərini dilə gətirməyini, özünü ucaltmağını, ön plana çıxarmağını təlqin edir. Halbuki, Allah rizası üçün edilən işdə insanın özü ilə öyünməsi ixlasa zərərli davranışdır. Çünki fədakarlıq edirsə, bunu Allah üçün edir, bunu insanlara bildirməsi doğru deyil. Onsuz da, Allah onu görür və eşidir. Amma şeytan bunun məsum hərəkət olduğunu təlqin edir. “Nə qədər gözəl əxlaqlı olduğunu, Qurana nə qədər uyğun hərəkət etdiyini dilə gətirsən, sənə daha çox güvənərlər, səni daha çox sevərlər” kimi düşüncə formalaşdırmağa çalışır. Əlbəttə ki, bunu istəmək olar, amma insanın bu nəticəni Allah`dan istəyib, bunu Allah`ın təqdirinə buraxması Quran əxlaqına daha uyğundur. Çünki əks halda, etdiyi işin riyakarlıqla ibadət etmək, özünü ön plana çıxarmaq, etdikləri ilə öyünmək kimi Quranda məqbul olmayan davranışların hökmünə girmə ehtimalı vardır. Bütün bunlar insanın səmimiyyətinə və ixlasına zərərli davranışlardır.

Page 27: Quranda ixlas. azərbaycan

Şeytanın hiyləgər tələləri

Şeytan möminlərin ixlasına mane olmağa çalışır. Bu mübarizəsinə hz.Adəm ilə başlamışdır. Hz.Adəmə də eyni hiyləgər üsullarla yaxınlaşmış, ona da gözəl olanı çirkin, çirkin olanı da gözəl göstərməyə çalışmışdır. Quranda bildirildiyinə görə, şeytan hz.Adəm və yoldaşını Allah`ın əmrinə qarşı çıxmağa sövq etmiş, beləliklə də onların cənnətdən çıxarılmasına səbəb olmuşdur. Bu hadisə Quranda belə təsvir edilir:

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. (Bəqərə surəsi, 35)

Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” (Taha surəsi, 120)

Şeytan hz.Adəm və yoldaşının birbaşa Allah`ın əmrlərinə qarşı gəlmələrini söyləməmişdir. Çünki Allah`a iman edənlərin bu əmri yerinə yetirməyəcəkləri məlumdur. Buna görə də onları qane edəcək başqa üsullar tapmış və qadağan edilən ağacın meyvəsindən yedikləri təqdirdə, mələk olub əbədi həyata qovuşacaqlarını söyləmişdir. Onları bu yalanlara inandırmaq üçün Allah adına and içmişdir. Quranda iman edənlər şeytanın bu tip hiyləgər tələlərinə qarşı belə xəbərdar edilmişlər:

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)

Quranı rəhbər edənlər şeytandan gələ biləcək əsassız vəsvəsələrə, hiyləgər oyunlara qarşı çox tədbirlidirlər. Allah`ın əmr etdiyi ibadətləri qüsursuz şəkildə yerinə yetirməyə çalışırlar. “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisa surəsi, 76) ayəsində xatırladıldığı kimi, şeytanın hiyləsi zəifdir. İman edənlər “Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir. Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər” (Əraf surəsi, 200-201) ayələrində bildirildiyi kimi, onlara pıçıldayan bu səsin şeytana aid olduğunu anlayır və dərhal Allah`a sığınırlar. Allah`a sığındıqları anda isə hadisələri Qurana görə dəyərləndirib,

Page 28: Quranda ixlas. azərbaycan

doğru ilə yanlışı bir-birindən ayırırlar. Şeytanın bu cəhdi də möminlərin güclü imanı qarşısında tamamilə nəticəsiz qalır.

Quranın “Əslində, Mənim qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər” (İsra surəsi, 65) ayəsi ilə şeytanın Allah`a güvənən və hər işində Onu özünə vəkil tutanın üzərində təsirinin ola bilməyəcəyinə diqqət çəkilmişdir. Şeytanın təsiri “Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allah`a şərik qoşanlar üzərindədir” (Nəhl surəsi, 99-100) ayəsində ifadə edildiyi kimi, ancaq onu dost tutan və Allah`a şirk qoşan kəslər üzərindədir. Şeytanın Allah`ın ixlaslı və səmimi qullarına təsir edə bilməyəcəyi onun bu sözləri ilə də ifadə edilmişdir:

(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”. (Hicr surəsi, 39-40)

Buna görə də ixlaslı və səmimi möminlər şeytanın hiyləgər tələlərindən qorxub narahatlıq keçirmir. Çünki onlar iman edənlər üzərində şeytanın heç bir gücü olmadığını bilir və yalnız Allah`dan qorxurlar. Şeytandan qorxanlar isə onu dost tutan inkarçılardır. Bu həqiqət Quranda belə vurğulanır:

O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)

Allah Quranda şeytanın peyğəmbərlər də daxil olmaqla, bütün insanlara şübhə və vəsvəsə verməyə çalışacağını bildirmişdir. Bu ürəyində xəstəlik olanlarla gerçək ixlas sahiblərinin bir-birindən ayrılması üçündür. Elmli və ixlaslı şəxslər şeytanın bu vəsvəsələrindən təsirlənmirlər. Çünki şeytanın müstəqil gücü olmadığını, Allah`ın yaratdığını və tamamilə Allah`ın idarəsində olduğunu bilirlər. Şeytan, Allah istəmədikcə heç bir insanı doğru yoldan sapdıra bilməz, ixlasına zərər verə bilməz, pis yola sövq edə bilməz. Şeytandan vəsvəsə gəldikdə müsəlmanların Qurana imanı daha da güclənir. Bu həqiqət ayələrdə belə xəbər verilir:

Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi) (oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah biləndir, müdrikdir.

Page 29: Quranda ixlas. azərbaycan

(Belə edər ki,) şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.

Qoy elm verilən kəslər bu (Kitabın) Rəbbin tərəfindən həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. (Həcc surəsi, 52-54)

İXLASLI OLMAĞIN YOLLARI

Kitabın əvvəlki səhifələrində ixlasın əhəmiyyətini və ixlaslı möminin xüsusiyyətlərini Quran ayələri işığında incələdik. Allah`ın razı olduğu qullarından olmaq və sonsuz cənnət nemətlərinə qovuşmaq istəyən mömin ixlası əldə etmək üçün həyatının hər anında Quran ayələrini tətbiq etməli, Quran əxlaqına uyğun yaşamalıdır. Ancaq bunun üçün səmimi şəkildə və saf niyyətlə Allah`a yönəlməli, sadəcə Allah`ı razı etmək üçün cəhd etməli və ixlasa mane olan bütün mənfi təsirlərə qarşı diqqətli olmalıdır. Çünki şeytan müxtəlif üsullarla insanı doğru yoldan ayırmağa çalışır.

İnsan vərdiş etdiyi bir çox hərəkətlə ixlasına zərər verə biləcəyini unutmamalıdır. Buna görə də hər zaman niyyətində səmimi olmalı, söylədiyi hər sözün, etdiyi hər əməlin Allah`ın razılığına uyğun olub-olmadığını düşünməlidir. Bu əxlaqa sahib olmaq çətin deyil, əksinə, çox asandır. Səmimiyyət, dürüstlük və saf niyyətlə Allah`a yönəlmək insanın asanlıqla əldə edə biləcəyi xüsusiyyətlərdir. Üstəlik, hər işdə asanlıq yaradan Rəbbimiz bizləri elçiləri ilə və saleh möminlərlə dəstəkləmiş, ixlası əldə etməyin yollarını da ayələri ilə göstərmişdir. İslam alimləri də əsərlərində iman edənləri saf niyyətlə Allah`a yönəlməyə və ixlası qorumağa dəvət etmişlər.

Bədiüzzaman Səid Nursinin əsərləri də ixlas mövzusunda müsəlmanlar üçün çox əhəmiyyətli rəhbərdir. Bədiüzzaman əsərlərində ixlasın əhəmiyyətini vurğulamış və bu mövzuda iman edənlərə çox əhəmiyyətli tövsiyələr vermişdir. Bədiüzzaman bir sözündə ixlası bu şəkildə təsvir edir:

“Ey axirət qardaşlarım və ey Qurana xidmət edən yoldaşlarım! Bilirsiniz və bilin: Bu dünyada, xüsusilə də axirət xidmətlərində ən mühüm əsas, ən böyük qüvvət, ən məqbul vasitə, ən əhəmiyyətli dayaq nöqtəsi, ən qısa həqiqət yolu, ən məqbul mənəvi dua, məqsədə çatmaqda ən kəramətli vasitə, ən yüksək xarakter, ən saf qulluq ixlasdır”.2

Page 30: Quranda ixlas. azərbaycan

Bədiüzzamanın da vurğuladığı kimi, ixlas insanın qulluq vəzifəsini qüsursuz şəkildə yerinə yetirə bilməyi üçün lazım olan ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Çünki “Biz kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də dinin yalnız Allah`a məxsus olduğuna (iman gətirərək) Ona ibadət et! Doğrusu, əsl din ancaq Allah`a məxsusdur…” (Zumər surəsi 2-3) ayələrində də bildirildiyi kimi, əsl din ancaq ixlasla, dini yalnız Allah`a məxsus edərək yaşana bilər. Bədiüzzaman Səid Nursi insanın etdikləri ilə Allah qatında dəyər qazana bilməsi üçün ixlası əldə etməyin vacib olduğuna bu sözləri ilə diqqət çəkmişdir:

“… Madam ki, ixlasda haqqında danışılan xüsusiyyətlər kimi çox nurlar var və çox qüvvətlər var… Əlbəttə, hər kəsdən çox bütün qüvvətimizlə ixlası qazanmağa məcbur və vəzifəliyik, ixlasın sirrini qavramağa möhtacıq. Yoxsa həm indiyə qədər qazandığımız xeyirli xidmətlər qismən ziyan olar, davam etməz, həm də məsul olarıq”.3

Allah Quran ayələri ilə insanın imanı və ixlası necə qazana biləcəyini bildirmişdir. İnsan ixlası və səmimiyyəti qavraya biləcək və yaşaya biləcək şəkildə yaradılmışdır. Buna görə də ixlası qazanmaq və artırmaq çox asandır. İnsan heç bir məlumata sahib olmasa belə, sadəcə vicdanını dinləyərək ixlası qazana bilər. Sırf səmimi niyyətlə Allah`a yönəlməklə ixlasa zərərli bütün davranışlardan təmizlənmək mümkündür. Buna görə də insan vicdanın Rəhmani rəhbər olduğunu bilməli, heç vaxt “hansı davranışın ixlaslı olacağını bilmirdim”, “etdiyim hərəkətin ixlasa zərər verə biləcəyini təxmin edə bilmədim”, “mən səmimi və ixlaslı olduğumu zənn edirdim” kimi düşüncələrlə özünü aldatmamalıdır. Bütün bunların insanın vicdanını rahatlaşdırmaq üçün uydurduğu bəhanələr olduğunu unutmamalıdır. Çünki vicdanlı biri üçün ixlası əldə etmək və bunu axirətə qədər mühafizə etmək çox asandır.

Bu hissədə Quran ayələri ilə bizlərə bildirilən, eyni zamanda, vicdanın da insanlara müntəzəm olaraq xatırlatdığı ixlası əldə etməyin yollarından bəhs edəcək və insanların gündəlik həyatında bu mövzularla necə qarşılaşa biləcəklərinə dair nümunələr verəcəyik. Sonra isə insanların ixlasına zərər verən davranışlara diqqət çəkib, ixlası əldə etməyin necə asan olduğunu izah edəcəyik.

İxlaslı olmaq möminə güc verir

İnsan ixlası həqiqi mənada yaşamağı üçün, əvvəlcə, ixlaslı olmağın niyə bu qədər əhəmiyyətli olduğunu qavramalı və bu iman səviyyəsinə çatmağı qəlbən arzu etməlidir. Çünki ixlasın əhəmiyyətini qavramayan insanlar güc və qüdrəti dünyəvi dəyərlərdə

Page 31: Quranda ixlas. azərbaycan

axtarıb cəmiyyətdə mövqe əldə etməyə can atırlar. Şan-şöhrət, zənginlik, gözəllik, karyera və ya mövqe sahibi olmaq bu düşüncədə olan insanların əldə etməyə çalışdığı məfhumlardır. Halbuki, bunların heç biri insana dünya həyatında da, axirətdə də həqiqi mənada güc və ya etibar qazandıra bilməz.

Bədiüzzaman Səid Nursi: “Bütün qüvvətinizi ixlasdan və haqdan bilməlisiniz. Qüvvət haqdandır və ixlasdandır. Haqsızlar belə, haqsızlıqları içində göstərdikləri ixlas və səmimiyyətə görə qüvvət qazanırlar. Bəli, qüvvətin haqq və ixlasda olduğuna dəlil bu xidmətimizdir. Bu xidmətimizdəki ixlas bu iddianı isbat edir və öz-özünə dəlil olur”4 -sözləri ilə möminin həm dünyada, həm də axirətdə güc və qüvvəti sadəcə ixlasla qazana biləcəyini xatırlatmışdır. Bu düsturu unudub yuxarıda saydığımız maddi dəyərləri əldə etməyə çalışan insan isə Allah`ın razılığına uyğun davranmır.

Məsələn, müsəlmanlara fayda verən bir işdə dörd-beş insan arasında əmək bölgüsü aparıldığını fərz edək. Bu şəxslərdən birinə görüləcək işin pərdə arxasında qalan, passiv və səs gətirməyən, amma bir o qədər də çətin hissəsinin verildiyini düşünək. Digər şəxslərə də ön planda olan, insanların tərif və təqdirini ala biləcəyi daha aktiv bir vəzifə verilsin. Əgər bu şəxs özünə düşən vəzifəni sırf arxa planda qalacağı və təqdir görə bilməyəcəyi üçün rədd edib, insanların təqdirini qazana biləcəyi, ön plana çıxıb tərif ala biləcəyi digər bir vəzifə ilə dəyişdirmək istəsə, ixlasına zərər vermiş olar. Demək ki, “həm o qədər işləyəcəyəm, həm də ortaya çıxan işdə mənim adım heç çəkilməyəcək; üstəlik, digərləri daha az işləyib məndən daha çox təqdir qazanacaq” kimi düşüncəyə qapılmışdır. Məqbul olan isə təqdiri və tərifi sadəcə Allah`dan gözləmək, görülən işdə Allah`ın razılığını hədəf almaqdır. Əgər görülən iş fayda gətirəcəksə, bunu kimin etdiyi əhəmiyyətli deyil. İnsan gördüyü iş insanlar tərəfindən bilinməzsə, təqdir qazanmasa belə, sadəcə Allah`ın razılığını qazana bilmək və fayda gətirəcək bir işə vəsilə ola bilmək üçün bu işi şövqlə boynuna götürməlidir. Çünki ixlaslı olan davranış budur.

Həyatının hər anında ixlaslı davranan şəxs həm dünyada ikən uğur qazanıb rahat olar, həm də axirətdə gözəl qarşılıq ümid edər. Çünki bu şəxs dünyəvi imkanlarına, cəmiyyətdəki mövqeyinə, mal-dövlətinə deyil, Allah`a, imanına, ağlına, vicdanına və ixlasına güvənərək hərəkət edir. Allah da saf niyyətlə Özünə yönələnə: “...Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (Həcc surəsi, 40) -ayəsində də bildirdiyi kimi, kömək edir. Buna görə də imanın və ixlasın qarşısında başqa bir gücün qalib gəlməsi mümkün deyil. Çünki ixlas ilə insan Allah`ın köməyini, dəstəyini və gücünü qazanır.

Page 32: Quranda ixlas. azərbaycan

Allah qorxusunu artırmaq

İnsanın ixlasını Allah qorxusu artırır. Allah`ın böyüklüyünü, Ondan başqa qüvvət olmadığını, kainatı yoxdan yaradan, bütün canlıları qoruyan və rəhmət edənin, yalnız Allah olduğunu qavrayan insan dərin sevgi ilə Allah`a bağlanır. Dünya və axirətdə həqiqi dostun yalnız Allah olduğunu, sadəcə Onun razılığını qazanmağın vacib olduğunu anlayır. Bununla yanaşı, Allah`dan şiddətlə qorxur. Allah: “... Allah`dan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız” (Bəqərə surəsi 203) -ayəsi ilə insanlara Özündən qorxub çəkinmələrini əmr etmişdir.

Allah qorxusu insanın Allah`ın böyüklüyünü qavramağından və Onun gücünü təqdir edə bilməyindən qaynaqlanır. Allah`ın ucalığını və sonsuz qüdrətini qavrayan insan Onun razılığına uyğun həyat yaşamasa, Allah`ın intiqam alan, əzab verən sifətlərinin təzahür edəcəyini bilir. Çünki Quran ayələrində Allah`ın inkar edənlər üçün dünya və axirətdə hazırladığı əzab ətraflı olaraq izah edilmiş, bütün insanlar xəbərdar olunub qorxudulmuşdur. İnanan şəxs həyatının hər anında bu şüurda olur. Allah qorxusuna sahib olan şəxs dünya həyatının sona çatıb bütün insanların Allah`ın hüzurunda hesaba çəkiləcəyi həqiqətini bir an belə unutmur. Həyatının hər anında bu həqiqətin şüurunda olur. Bu şüur açıqlığı da Allah`ın əzabına düçar olmaqdan qorxub çəkinməsinə səbəb olur.

Allah`dan qorxub çəkinmək Allah`ın haram etdiyi və razı olmadığı hərəkətlərdən uzaq durmaqdan, Onun əmrlərini yerinə yetirərkən zəif davranmamaqdan irəli gəlir. Allah`dan qorxub çəkinən ixlaslı insan hansı davranışdan Allah`ın razı olmayacağını bilir və dərhal bunu düzəltmək üçün hərəkətə keçir. Məsələn, nəfsində mal-dövlətə qarşı istək varsa, bunun fərqinə varır. Bu vəziyyətdə sırf mal-dövlətə olan düşkünlüyündən xilas olmaq üçün bütün imkanlarını Allah yolunda xeyirli işlərdə istifadə edilməsinə səfərbər edir. Bu, faydalı əxlaqdır. İxlaslı olmaq istəyən şəxs qəlbində mal-mülkə qarşı meyillənmə hiss etdikdə, dərhal Allah`ın “malınızı Allah yolunda infaq edin” şəklindəki əmrini xatırlamalı və Allah`ın bəyənməyəcəyi düşüncədə olmaqdan qorxmalıdır. Hər nə qədər nəfsi əksini əmr etsə də, Allah`ın ayəsində əmr etdiyi kimi, sevdiyi şeylərdən infaq edə bilməlidir. Ayədə belə buyurulmuşdur:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah`a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə,

Page 33: Quranda ixlas. azərbaycan

döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Allah: “Nə qədər bacarırsınızsa Allah`dan qorxun. Qulaq asıb itaət edin...” (Təğabun surəsi 16) -ayəsi ilə insanlara güclərinin çatdığı qədər Özündən qorxmalarını əmr etmişdir. İman edən insan Allah`a qarşı olan imanını, qorxusunu heç vaxt kafi görməz. Həyatının son anına qədər Allah qorxusunu artırmağa çalışır. Çünki Quran ayələrində “Allah`dan qorxub çəkinənlər” olduğu kimi, “Allah`dan içləri titrəyərək qorxub çəkinənlər” olduğundan da bəhs edilmişdir.

Ayələrdə belə buyurulmuşdur:

Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)

... Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. (Rəd surəsi, 21)

Allah qorxusu ilə ixlas paralel olaraq inkişaf edir. İman edən şəxs ayənin əmri olaraq Allah`dan lazımi qədər qorxa bilmək üçün cəhd edir. Bu cəhdin digər adı ixlasdır. İxlaslı olduğu üçün “Ey iman gətirənlər! Allah`dan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-İmran surəsi, 102) ayəsində bildirilən tərzdə Allah`dan qorxub çəkinməyi bacarır.

Allah qorxusundan qaynaqlanan dərinlik və həssaslıq insanın daha da ixlaslı davranmağına səbəb olur. “Ey iman gətirənlər! Allah`dan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın...” (Maidə surəsi 35) ayəsində ifadə edildiyi kimi, Allah`a yaxınlaşdıran vəsilələri görə bilən və bu fürsətləri qiymətləndirə bilən ixlaslı insan halına gəlir.

Belə insan Allah`dan içi titrəyərək qorxduğu üçün Quran əxlaqını yaşamaqda zəiflik göstərmir. Qarşısına çıxan bütün ibadət fürsətlərini dəyərləndirir. Hər an hər yerdə, həm cəmiyyətdə, həm də tək olanda Allah`ın özünü görüb eşitdiyini unutmur. Gücünün çatdığı ən gözəl davranışı göstərmədiyi təqdirdə, Allah`ın əzabı ilə qarşılaşa biləcəyini düşünərək hərəkət edir. Allah qorxusu artdıqca bu şüur açıqlığı güclənir və beləliklə, həyatının hər anında etdiyi hər işdə cəhənnəm əzabını xatırlayaraq ixlaslı davranır.

Page 34: Quranda ixlas. azərbaycan

Allah`dan başqa heç kimdən qorxmamaq

İman edən insan “Onlar Allah`ı layiqincə qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır” (Zumər surəsi, 67) ayəsində xatırladılan həqiqətin şüurundadır. Allah`ı layiqincə qiymətləndirmək, Onu bütün isimləri ilə tanıyıb, Onun bu isimlərinin təcəllilərini həyatın hər anında görüb qavramaq deməkdir. Çünki insan ancaq Allah`ın böyüklüyünü qavraya bildiyi təqdirdə Ondan qorxub çəkinər və ancaq bu şəkildə səmimi imana çata bilər.

Allah`ı layiqincə qiymətləndirmək üçün Allah`dan başqa güc və qüvvət olmadığını bilmək lazımdır. Bu həqiqəti dərk etməyənlər dünya həyatının zahiri görünüşünə aldanırlar. Pul, etibar və ya cəmiyyətdə tutulan mövqe kimi xüsusiyyətlərə sahib olan insanları gözlərində böyüdür, onları insanları istiqamətləndirə bilən güc və iqtidar sahibləri olaraq görürlər. Buna görə də onların təqdirini qazanmağa çalışırlar. Onların tənqidinə məruz qalmaqdan və onların verə biləcəyi zərərdən qorxub-çəkinirlər.

Bu insanların arasında Allah`a iman etdiklərini söyləyən kəslər də vardır. Allah`a inandığını deyən bu insanlar qorxduqları şəxslərin Allah`dan müstəqil hərəkət edə bilən varlıqlar olduğunu düşünürlər. Bu da onların ibadətindəki ixlasa zərər verir. Bir iş görərkən dəyər verdiyi bu insanların təqdirini hədəf alırlar.

Halbuki, Allah diləmədikcə heç bir güc insanlara xeyir və ya zərər verə bilməz. Bu mövzu ilə bağlı ayələrdə belədir:

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” -deyə soruşsan, onlar mütləq: “Allah!” -deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah`dan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)

…De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır. (Fəth surəsi, 11)

Page 35: Quranda ixlas. azərbaycan

Buna görə də, Allah: “... Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz” (Bəqərə surəsi, 150) -ayəsi ilə insanlara Özündən başqa heç kimdən qorxub-çəkinməməyi əmr etmişdir. Bu iman və ixlası peyğəmbərlərin əxlaqında da görmək mümkündür. Quranın “Onlar Allah`ın risalətini təbliğ edir, Ondan qorxur və Allah`dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir” (Əhzab surəsi, 39) ayəsində elçilərin Allah`dan başqa heç kimdən qorxmadığına diqqət çəkilmişdir.

Allah`ı layiqincə qiymətləndirən hər insan Allah`dan başqa güc olmadığını bilir və Ondan başqa heç kimdən qorxmur. Allah diləmədikcə heç bir hadisənin baş verməyəcəyini bilir. Bu da onun mütəmadi olaraq saf niyyətlə, sadəcə Allah`a yönələrək ibadət etməyini təmin edir. Yaxşılıq edəcəksə, bunu sırf Allah`ın razılığını qazanmaq üçün edir. Hər hansı bir işdən imtina edəcəksə, bunu insanların qəzəbinə uğrayacağını düşündüyü üçün deyil, Allah`ın rəhmətini qazanmaq və Onun əzabına düçar olmamaq üçün edir.

Hər hansı bir iş yerindəki işçilərdən bəziləri xeyriyyə cəmiyyətinə yardım etməyi Quran əxlaqının tələbi olaraq qiymətləndirirlər. Verdiklərini tamamilə Allah qorxularından verirlər. Bəziləri isə pul verməsələr, insanların “necə də xəsisdir”, “o heç nə vermədi”, yaxud “pulu yoxdur” kimi ittihamları ilə qarşılaşmamaq üçün yardım edirlər. Şübhəsiz ki, bu sədəqə ilə ixlas sahiblərinin verdiyi sədəqələrin Allah qatında qarşılığı çox fərqlidir. Çünki bu kəslərin ixlası zədələnmiş və Quran əxlaqından uzaqlaşmışlar. Gördüyü işi Allah qorxusundan edən isə ixlaslı davrandığı üçün Allah qatında gözəl qarşılıq ümid edə bilər.

İnsanlardan çəkinənlərlə Allah`dan qorxaraq hərəkət edənlər arasındakı fərqlərə əks halda da rast gəlinir. Məsələn, iş yerində haqsız qazanc əldə etməyi vərdiş halına gətirən bir nəfər olduğunu fərz edək. Əgər bu adama etdiyinin Allah qatında gözəl qarşılanmayacağı xatırladıldığında təsirlənmirsə, amma bunun işçilər tərəfindən bilinəcəyi deyildikdə bu hərəkətindən imtina edirsə, bu şəxsin səmimiyyətindən bəhs etmək mümkün deyil. Bu insan pis əməli tərk etmişdir, amma bunu Allah qorxusundan deyil, insanlardan çəkinərək etdiyi üçün ixlassız hərəkət etmiş olur. Ancaq etdiklərinə görə səmimi olaraq tövbə etsə, o andan etibarən edəcəyi əməllərində ixlaslı davrana bilər.

Beləliklə, ixlası qazanmaq istəyən insanın gündəlik həyatda tez-tez rast gəlinən bu nümunələrdən lazımi nəticələri çıxarıb ibrət almağı və nəfsini tərbiyə etməyi çox vacibdir. Əgər Allah`dan başqa qorxub-çəkindiyi başqa varlıqlar varsa, ixlaslı olmaq üçün bunlardan qəti şəkildə uzaqlaşmalıdır.

Page 36: Quranda ixlas. azərbaycan

Hər işdə Allah`ın razılığını hədəf almaq

Qarşılaşdığı hər hadisədə ən ixlaslı davranışı göstərmək istəyən insan hər işində Allah`ın razılığını hədəf almalıdır. Allah bir ayədə: “… Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allah`adır...” (Maidə surəsi, 48) -buyurmuşdur. Digər ayədə isə Rəbbimiz belə buyurur:

Sonra kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allah`ın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)

Ayədə də bildirildiyi kimi, Allah`a iman etdikləri halda, orta yol tutan insanlar da vardır, yaxşı işlərdə öndə gedənlər də. İxlaslı müsəlman xeyirlərdə yarışır. Həyatının hər anında Allah`ı razı etmək üçün cəhd edir, əlindəki bütün imkanlardan istifadə edərək saleh qullardan olmağa çalışır.

Din əxlaqını yaşamaqda orta yolu tutanlar və xeyirlərdə yarışanların arasındakı fərqi bu şəkildə izah edə bilərik: insan həyatı boyu bir çox hadisə ilə qarşılaşır. Həyatına necə istiqamət verəcəyi, hadisələr qarşısında necə əxlaq göstərəcəyi barədə müxtəlif seçimlərlə üzləşir. Seçim isə tamamilə öz vicdanına qalır. İmanlı insan din əxlaqına uyğun olmayan variantlara qarşı çox diqqətcildir. Buna görə də imanlı şəxs bu ehtimalları qeydsiz-şərtsiz rədd edir və Allah`ın razılığına uyğun olduğunu düşündüyü, ən çox əcri qazanıb, Allah`a yaxınlaşacağını düşündüyü yolu seçir.

Bu insanın aldığı qərarlarda vicdanından istifadə etməyi ona ixlası qazandıran ən əhəmiyyətli yollardan biridir. Quranda iman edənlər arasında xeyirxah işlər görməyə tələsən ixlaslı şəxslər haqqında belə bəhs edilir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah`ın ayələrini oxuyurlar. Belələri Allah`a, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali-İmran surəsi, 113-114)

Page 37: Quranda ixlas. azərbaycan

İnsan seçim qarşısında qalsa belə, Allah`ın razı olacağı yolu görməsi çox asandır. Allah`a yaxınlaşmağa çalışan və hadisələrə iman gözü ilə baxan insan üçün bu yol çox dəqiqdir.

Məsələn, insan gününü necə keçirəcəyi barədə qarşısında bir neçə alternativ olduğunu görür. Bütün gününü evdə oturub idman edərək və televiziya izləyərək keçirə bilər. İdmanla məşğul olmağın sağlamlığı qorumaq üçün vacib olduğunu, televiziya izləməyin isə dünyagörüşünü artıracağını söyləyərək bunlarda Allah`ın razılığını gördüyünü deyə bilər. Əlbəttə ki, idman etmək də, televiziya izləmək də faydalı fəaliyyətlərdir. Amma dünyada dinsiz cərəyanlar bu qədər güc qazanmışkən, müsəlman ölkələrdə müdafiəsiz qadınlar, yaşlılar və uşaqlar: “Rəbbimiz Allah`dır” - dedikləri üçün öldürülərkən və müharibələr, qarşıdurmalar və əxlaqi pozuntu bu qədər artmışkən iman edən insanın bütün gününü idmana və televiziyaya ayırması vicdanlı seçim olmaz.

Şübhəsiz ki, Quran əxlaqının mükəmməlliyini digər insanlara izah edib onların da axirətlərinə vəsilə olmağa çalışmaq birinci seçimdən daha xeyirlidir. Çünki bu, “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır” (Ali-İmran surəsi, 104) ayəsində bildirilən bütün müsəlmanların üzərinə düşən məsuliyyətdir. İnsan bu yola yönəldiyi təqdirdə ibadət edir və saleh əməl işləyir. Bundan əlavə, ayənin hökmünü yerinə yetirib, din əxlaqını təbliğ etdiyi və başqalarının da hidayətinə vəsilə olduğu üçün əcr qazanmış olur.

Allah bu mövzu ilə bağlı Quranda belə bir nümunə vermişdir:

Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allah`a və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allah`ın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz.

İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. (Tövbə surəsi, 19-20)

Ayələrdən aydın olduğu kimi, hacılara su vermək, yaxud Məscidulharamı təmir etmək Allah`ın razılığına uyğun xeyirli işlərdir. Ancaq imkanı olduğu halda, ibadətini bu hərəkətlərlə məhdudlaşdıranların özlərini aldatmamağı və etdiklərini kafi görməməyi çox vacibdir. Çünki müqayisə etdikdə bunların Allah yolunda malı və canı ilə cəhd edən bir insanın davranışı ilə eyni olmadığı görünür.

Page 38: Quranda ixlas. azərbaycan

İnsanın daha gözəlini, daha xeyirlisini, təqvaya, Quran əxlaqına daha uyğun olduğunu düşündüyü davranışlar var ikən bundan daha azını seçməyi ixlaslı davranış deyil. Çünki bu vicdanından tam olaraq istifadə etmədiyini, bir az da olsa nəfsinə pay ayırdığını, öz rahatlığına və mənfəətinə uyğun hərəkət etdiyini göstərir. Halbuki, Qurana uyğun olan seçim nə qədər nəfsinə ağır gəlsə də, nə qədər çətin olsa da və nə qədər fədakarlıq tələb etsə də, Allah`ın razılığını qazana bilmək üçün nəfsindən keçməlidir. Bu düşüncə möminə Allah`ın razılığını, rəhmət və cənnətini və ixlası qazandırır.

Page 39: Quranda ixlas. azərbaycan

Qarşılığı sadəcə Allah`dan gözləmək

İxlaslı olmaq istəyən insan dünya həyatında etdiklərinin qarşılığını sadəcə Allah`dan gözləməlidir. Görülən iş Allah`ın razılığı, rəhməti və cənnəti hədəf alınaraq edilmirsə, bu, ixlası zədələyib insanı səmimiyyətsizliyə aparır. Çünki insanlardan maddi və mənəvi mənfəətlər güdərək edilən yaxşılıq qazancdan çox itki gətirir. İnsan bu düşüncə ilə illərlə Allah yolunda xidmət etsə belə, bu etdiklərini sadəcə Allah`ı razı etmək üçün etmirsə, demək ki, həqiqi mənada ixlası qazanmayıb. Niyyətə Allah`ın razılığını qazanmaqdan başqa heç nə qatmadan edilən ibadətlər insana böyük əcr və savab qazandıra bilər.

Allah: “Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (İsra surəsi, 9) -ayəsi ilə saleh əməlin böyük mükafatla qarşılıq görəcəyini bildirmişdir.

Bədiüzzaman Səid Nursi də əsərlərində insanın qurtuluşunun ancaq ixlas ilə mümkün olacağını söyləmiş, ixlası sadəcə Allah`ın razılığını axtarmaqla əldə etməyin mümkün olduğunu belə ifadə etmişdir:

“...Qurtuluşa səbəb və qurtuluş ixlasdadır. İxlası qazanmaq çox vacibdir. Bir zərrə ixlaslı əməl digər bütün əməllərdən üstündür. İxlası qazandıran hərəkətlərin səbəbini sırf Allah`ın əmri və nəticəsini də Allah`ın razılığı olduğunu düşünmək və İlahi qanunlara qarışmamaq lazımdır”.5

Bədiüzzaman bir sözündə insanlara qarşı olan sevginin ixlaslı olmağı üçün qarşılıqsız və sadəcə Allah rizası üçün olmağını vurğulamışdır:

“Hər şeydə bir ixlas vardır. Hətta məhəbbətin də ixlaslı bir zərrəsi belə üstündür. Bir şəxs bu ixlaslı sevgini belə təsvir etmişdir:

“Mən sevgi qarşılığında rüşvət, mükafat istəmirəm. Çünki qarşılığında mükafat, savab istənilən sevgi zəifdir, davamsızdır””.6

İxlaslı olmaq istəyən şəxs bu həqiqəti qavramalıdır. Çünki etdiyi əməllər bu şəkildə saleh əməl ola bilər və ancaq bu yolla Allah`ın razılığına, rəhmətinə və cənnətinə qovuşmağı ümid edə bilər.

Ancaq şeytan insanı fərqli düşüncələrə salmaq və onu Allah`ın razılığından başqa mənfəətlər axtarmağa yönəltmək istəyir. “Onsuz da bu etdiklərimi Allah`ın razılığını qazanmaq üçün edirəm, bir az da fərdi mənfəətlərimi axtarmağın mənə nə zərəri ola bilər ki”, “həm Allah`ın razılığını qazanaram, həm də ətrafımda bir az etibar qazanmış olaram”, “mən yaxşılıq edəcəyəm, amma qarşılığında onlar da mənə yaxşılıq etsinlər”,

Page 40: Quranda ixlas. azərbaycan

yaxud “fədakarlıq edərəm, amma hər şeyin bir qarşılığı var” - bu düşüncələr şeytana məxsusdur. Ancaq bu düşüncələrin hər biri insanın ixlaslı olmağına və saleh əməllər işləməyinə mane olur.

Səid Nursi sözlərində insanın sadəcə Allah`ın özünə verdiklərinə qane olmaqla ixlası əldə edə biləcəyinə diqqət çəkmişdir. Bədiüzzamanın burada vurğuladığı nöqtə insanın dili ilə qənaət etdiyi kimi, ürəyində də Allah`ın verdikləri ilə kifayətlənməyin vacibliyidir. Çünki insan Allah qatında ürəyindəki niyyətindən məsul tutulacaq:

“… Səhabələrin Quranda təriflənən comərdlik (özü möhtac olduğu halda başqasına nemət vermək) xüsusiyyətini özünə rəhbər etmək! Yəni hədiyyə və sədəqənin qəbulunda başqasını özündən üstün tutmaq və dinə xidmətin qarşılığında gələn maddi mənfəətləri götürməməkdir. Çünki dinə xidmətin qarşılığında dünyada bir şey istənilməməli ki, ixlas zədələnməsin. Hərçənd haqları var ki, ümmət onların məişətlərini (yaşamaq üçün lazım olan ehtiyaclarını) təmin etsin. Həm zəkat almağa da haqları vardır. Lakin bu istənilməz, verilər. Verildiyi vaxt da: “Xidmətimin əvəzidir”, -deyilməz. “Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar” (Həşr surəsi, 9) ayəsinin sirrinə nail olaraq, bu təhlükədən xilas olub ixlası əldə edə bilər”.7

Yenə başqa bir sözündə Bədiüzzaman: “Bu dünya xidmət yurdudur, qarşılıq almaq yeri deyil. Saleh əməllərin qarşılığı, meyvələri, nurları bərzəxdə- axirətdədir. O baqi meyvələri bu dünyada istəmək, dünyanı axirətdən üstün tutmaq deməkdir. O saleh əməlin ixlası zədələnər, nuru gedər. Bəli, o meyvələr istənilməz, niyyət edilməz. Verilsə, təşviq üçün verildiyi düşünülüb şükür edilər”, -deyərək insanın bütün qarşılığı axirətə saxlamağının daha xeyirli olacağına diqqət çəkmişdir.8

Həqiqətən də insanın Allah`ın razılığından başqa gözlədiyi qarşılıqlar dünyaya aiddir. Bu da dünyanı axirətdən üstün tutmaq mənasını verir. Bəlkə də bu insan dünya nemətlərindən faydalanar, amma axirətdəki sonsuz gözəlliklərdən məhrum qalacaqdır. Halbuki, insan sadəcə Allah`ın razılığını və axirəti hədəf alıb saf niyyətlə saleh əməl işləsə, Allah ona həm dünya, həm də axirət nemətlərini verəcəkdir. Allah: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (Nəhl surəsi, 97) -ayəsi ilə iman edənlərə bu gözəl müjdəni vermişdir.

Quranda peyğəmbərlərin bu mövzuda göstərdiyi üstün əxlaqa aid bir çox nümunə verilmişdir. Ayələrdə bütün elçilərin etdiyi xidmətlərin qarşılığında Allah`ın razılığından başqa heç bir qarşılıq gözləmədiyindən belə bəhs edilir:

Page 41: Quranda ixlas. azərbaycan

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız? (Hud surəsi, 51)

Ey qövmüm! Mən bunun əvəzinə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allah`a aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Mən sizi cahil adamlar görürəm. (Hud surəsi, 29)

Bədiüzzaman Səid Nursi də insanın ancaq peyğəmbərlərdəki bu əxlaqı nümunə götürərək ixlası qazana biləcəyini xatırlatmışdır:

“… Bir mövqeyə çoxları namizəd ola bilər. Maddi və mənəvi bütün qarşılıqlara çox əllər uzana bilər. O nöqtədən zəhmət və rəqabət doğulub dostu düşmənə, razılığı narazıçılığa çevirə bilər. Bu müdhiş xəstəliyin məlhəmi, dərmanı ixlasdır. Yəni Allah`ın razılığını nəfsin razılığından üstün tutmaqla haqqın nəfsə və ənaniyyətə qalib gəlməsi ilə “Əgər üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allah`a aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir” (Yunis surəsi, 72) ayəsinin sirrinə vaqif olub, insanlardan gələn maddi və mənəvi qarşılıqdan imtina etməklə (Allah`dan başqa heç kimin minnəti altına girməməklə) Quranda “... Elçiyə düşən açıq-aşkar bir təbliğdən başqası deyil” (Nur surəsi, 54) ayəsini qavrayıb hüsni-qəbul (gözəl qəbul) və hüsni-təsir (gözəl təsir) və təvəccühi-nasi (insanların diqqətini) qazanmağın Cənabi-Haqqa aid olduğunu və özünün vəzifəsi olan təbliğə daxil olmadığını və lazım da olmadığını və bununla mükəlləf də olmadığını bilərək ixlasa qovuşar. Yoxsa ixlaslı ola bilməz”.9

İnsanların razılığına deyil, sadəcə Allah`ın razılığına yönəlmək

Bədiüzzaman Səid Nursi “Risaleyi-Nur” külliyyatında ixlası qazanmağın şərtlərindən bəhs etdiyi yazılarından birində belə demişdir:

“Əməlinizdə Allah rizası olmalıdır. Əgər O razı olsa, bütün dünya küssə əhəmiyyəti yoxdur. Əgər O qəbul etsə, bütün xalq rədd etsə təsiri yoxdur. O, razı olduqdan və qəbul etdikdən sonra istəsə və hikmətli görsə, siz istəmək tələbində olmadığınız halda, xalqlara da qəbul etdirər, onları da razı edər. Bunun üçün bu xidmətdə sadəcə Cənabi-Haqqın razılığını əsas məqsəd etmək lazımdır”.10

Page 42: Quranda ixlas. azərbaycan

Bədiüzzaman Səid Nursi bu sözləri ilə insanların razılığından uzaqlaşıb, sadəcə Allah`ın razılığını qazanmağın əhəmiyyətinə toxunmuşdur. Onun bu sözündə verdiyi nümunə ixlasın başa düşülməsi baxımından son dərəcə əhəmiyyətlidir.

Bundan əlavə, əgər Allah bir adamdan razı olmayacaqsa, bütün dünya ondan razı olsa da, ona minnətdarlıq etsə də, bunun heç bir əhəmiyyəti olmaz. İnanan şəxs bunun Allah qatında dəyərinin olmadığını və Allah razı olmasa, insanların razılığının axirətdə faydasının olmayacağını bilir. Razılığını qazanacağı insanlar maddi cəhətdən və sayca üstünlük təşkil edə bilər. Ancaq bu insanlar Allah`ın həyat bəxş etdiyi və bir gün torpağın altında çürüyüb bütün güc-qüdrətlərini itirən aciz varlıqlardır. Buna görə də axirətdə nə çoxluğun, nə maddi dəstəyin, nə də deyilən təriflərin faydası olacaq. Baqi olan və razılığı qazanılmağa layiq olan yeganə varlıq sadəcə Allah`dır. İnsan bu həqiqəti qavrayaraq insanların razılığına deyil, sadəcə Allah`ın razılığını qazanmağa yönəlməklə ixlaslı ola bilər. Quranda deyilir:

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah`a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. Əslində, sən də öləcəksən, onlar da öləcəklər! (Zumər surəsi 29-30)

İnsanın Allah`dan başqasının razılığını düşünərək hərəkət etməsi Quranda “şirk”, yaxud “Allah`a ortaq qoşmaq” olaraq ifadə edilmişdir. Yuxarıdakı ayədə isə Allah insanın başqalarının razılığını axtarıb Allah`a ortaqlar qoşmağını bir çox sahibi olan köləyə bənzətmişdir. Allah`a saf imanla qulluq edəni isə yalnız bir adama təslim olmuş şəxsin vəziyyətinə bənzətmişdir. Allah Özündən başqa bütün varlıqların mütləq öləcəyini xatırladaraq insanları sadəcə Allah`ın razılığına yönəlmələri barədə düşünməyə dəvət etmişdir.

İnsan bu mövzuda nəfsinin təlqinlərinə qarşı çox diqqətli olmalıdır. Çünki nəfsin ən böyük arzularından biri də Quran əxlaqına zidd olaraq insanların məmnuniyyətini və təqdirini qazana bilməkdir. Bəzi insanlar etdiyi işi öz istək və seçimləri əsasında deyil, sırf ətrafdan təqdir almaq və bununla cəmiyyətdə mövqe qazanmaq üçün edir. Buna görə də bu insanların məqsədi insanların razılığını qazanmaq arzusudur.

Bəzi insanların “sonra kənardakılar nə deyərlər?”, “bunu insanlara necə izah edərik”, “camaatın yanında biabır olduq”, “insan içinə çıxa bilməyəcəyik” kimi sözlər dediyini tez-tez eşidirik. Bu insanlar üçün digərlərinin nə deyəcəyi, haqlarında nə düşünəcəyi, hadisələri necə qiymətləndirəcəyi çox əhəmiyyətlidir. Bəzən səhv etdikdə vicdanları bundan narahatlıq hissi keçirmir, amma bunu insanların öyrənməyindən çox narahat olurlar. Halbuki, bu səhv davranışı Allah`ın bilməsi çox vacibdir. İnsan etdiyi

Page 43: Quranda ixlas. azərbaycan

səhvləri düzəltmək üçün sadəcə Allah`ın dərgahına yönəlməlidir. Əgər insan səhvinə görə Allah`a qarşı məsuliyyət hiss etmirsə, amma insanlara qarşı özünü xəcalətli hiss edirsə və utanırsa, bu, o adamın insanların razılığını Allah`ın razılığından daha üstün gördüyünü göstərir. Bu insanlar dinin bir çox hökmü haqqında evlərində göstərdiyi həssaslığı cəmiyyətdə ikən göstərmirlər. İnsanların razılığını Allah`ın razılığından üstün tuturlar. İstirahət mərkəzlərinə və ya dəniz kənarında olan hər hansı bir bölgəyə getdikləri zaman bir cür, dindar şəxslərin olduğu yerə getdikləri zaman isə başqa cür davranırlar. Müsəlmanların yanında ikən fərqli, onlardan uzaqlaşıb başqa şəhərə, yaxud ölkəyə getdikdə fərqli əxlaq göstərirlər. Bəzən bu düşüncə ilə ibadətlərini görməzlikdən gələ bilirlər. Halbuki, ixlaslı şəxs bunların heç birini etməz.

İxlaslı insan hara gedirsə-getsin, yaxud kimin yanında olursa-olsun, Allah qorxusunda, təqvasında dəyişiklik olmaz. Quranın “O kəslər ki, ticarət də, alış-veriş də onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar” (Nur surəsi 37) ayəsində müxtəlif şəraitlərin həqiqi müsəlmanların davranışlarına təsir edə bilmədiyinə diqqət çəkilmişdir.

İxlaslı olmaq istəyən mömin cahil cəmiyyətlərin nümayəndələrinə xas olan “insanlar nə deyər” məntiqindən tamamilə uzaqlaşmalıdır. Çünki başqalarının məmnuniyyətini axtaran insanın ixlaslı olmağı mümkün deyil.

İxlaslı olmaq istəyən şəxs hər zaman saf niyyətlə və səmimi olaraq Allah`ın razılığını axtarmalıdır. Allah diləməsə, razılığını qazandığı insanlar şəxsə heç bir fayda verməz, amma Allah`ın razılığını, dəstəyini, sevgisini və məmnuniyyətini qazanan insan başqa heç kimin dəstəyinə möhtac olmaz. İxlaslı olduğu üçün Allah onsuz da ona dünyada da, axirətdə də ən gözəl həyatı yaşadacaq, heç bir insanın təmin edə bilməyəcəyi dəstəyi təmin edəcəkdir. Bir sözündə Bədiüzzaman Səid Nursi bu həqiqətə belə toxunmuşdur:

“… Allah`ın razılığı kafidir. Əgər O yar isə, hər şey yardır. Əgər O, yar deyilsə, bütün dünya alqışlasa belə, beş qəpik etməz. İnsanların təqdiri, istehsanı (bəyənməyi, xoş qarşılamağı) əgər belə işdə, belə əməli-ührəvidə xəstəlik isə, o əməli ləğv edər. Əgər seçilirsə, o əməldəki ixlası qırar. Əgər müşəvviq (təşviq edici) isə saflığını aradan qaldırar. Əgər sırf əlaməti-məqbuliyyət olaraq, istəmədən Cənabi-Haqq ehsan etsə, o əməlin və elmin insanlarda hüsnü-təsiri naminə qəbul etmək gözəldir ki... buna işarədir”.11

Page 44: Quranda ixlas. azərbaycan

“Ey nəfs, əgər təqva və saleh əməl ilə Xaliqini razı etdinsə, kifayətdir, xalqın razılığını qazanmağa ehtiyac yoxdur. Əgər xalq da Allah üçün razılıq və sevgi göstərsə, yaxşıdır. Əgər onlarınkı dünyəvi səbəblərdən olsa, qiyməti yoxdur. Çünki onlar da sənin kimi aciz qullardır. İkinci seçim şirkdir. Bəli, bir məsləhət üçün sultana müraciət edən adam sultanı razı etmiş isə, o iş görülər. Etməmişsə, insanların köməyi ilə çətin olar. Yenə də sultanın icazəsi lazımdır. İcazəsi də razılığına bağlıdır”.12

Vicdanı gücləndirmək

Vicdan Allah`ın insana doğru yolu göstərmək üçün vəzifə verdiyi gücdür. Həyatının sonuna qədər nəfsinin pisliklərinə, şeytanın vəsvəsələrinə və Qurana uyğun olmayan davranışlara qarşı insanı xəbərdar edib qorxudur. Ona Allah`ın razı olacağı əməlləri, Qurana uyğun olan davranışları ilham edir. Qarşılaşdığı hər hadisədə vicdanının səsinə tabe olan insan ixlası da qazanır. Çünki ixlas, onsuz da, insanın vicdanını ən son nöqtəsinə qədər istifadə edə bilməsidir. Nəfsinə zidd olsa, yaxud çətinliklə qarşılaşsa belə, vicdanlı davranmaqdan əl çəkməməsidir.

Buna görə də, ixlaslı olmaq istəyən şəxs, əvvəlcə, vicdanından lazımi qaydada istifadə edib-etmədiyini nəzərdən keçirməlidir. Əgər bəzən vicdanını susdurursa, onu dinləmirsə və bilə-bilə nəfsinin istəklərinə tabe olursa, deməli, vicdanından Qurana uyğun şəkildə istifadə etmir.

Doğrusu, insan özü-özünə şahiddir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (Qiyamət surəsi 14-15)

Ayələrdə bildirildiyi kimi, hər insan özünə pıçıldayan səsin vicdan olduğunu və bu səsi hansı bəhanələrlə susdurduğunu bilir.

Vicdan insan üçün böyük nemət və rəhmətdir. Bədiüzzaman Səid Nursinin də “Ağıl tətil etsə də, nəzərini ihmal etsə, vicdan Sanini unuda bilməz. Öz nəfsini inkar etsə də, Onu görür, Onu düşünür, Ona mütəvəccihdir”13 və ya “...Hər vicdanda iki pəncərə olan Saniye-Zülcəlal mərifətini insan qəlbinə daima təcəlli etdirir”14 sözləri ilə ifadə etdiyi kimi, insan qəflətdə olsa belə, vicdanı susmaz. Özü nəfsinə tabe olsa belə, vicdanı tabe olmaz, özü səmimiyyətsizliyə meyil etsə belə, vicdanı etməz, şeytana tabe olsa belə, vicdanı tabe olmaz. İnsan bilərək və ya bilməyərək səhv edə bilər, amma vicdanı əsla doğru yoldan ayrılmaz, əsla səhv etməz.

Page 45: Quranda ixlas. azərbaycan

Lakin vicdan korlaşa bilər. İnsan vicdanı özünü doğru yola çağırdığı halda, bu səsə qarşı laqeyd davranırsa, vicdanının səsini susdurursa, vicdanının təsirini zəiflədir və onu korlaşdırır. Vicdan yenə də insanı xəbərdar edib doğru yola çağırır, amma o, artıq bu səsdən təsirlənmir, onu dinləmir və əhəmiyyət vermir. Buna görə də möminin vicdanının qəbul etməyəcəyi bir çox davranışı bu adamın vicdanı qəbul etməyə başlayır. Bu insan Allah`ın bəyənmədiyi, Qurana uyğun olmayan davranışlar edib şeytana təslim olduğu halda, vicdan əzabı çəkmir. Qurana uyğun olmayan davranışları çətinlik çəkmədən, asanlıqla edə biləcək hala gəlir.

Məsələn, bir ölkədə müharibənin başladığı ilk günlərdə hər insan ölən köməksiz qadınları, uşaqları, körpələri görüb vicdanən narahatlıq keçirir. Nə isə edib bu insanlara kömək etmək istəyir. Lakin sonrakı günlərdə hər gün qəzetlərdə eyni xəbərləri oxumaq, televiziyada eyni xəbərləri izləmək insanın vicdanını korlaşdırır. Artıq ölüm xəbərləri, yaxud edilən zülmlə bağlı məlumatlar onun vicdanına təsir etmir. Artıq heç bir sıxıntı keçirmir. Bu, vicdanın korlaşmasıdır. Vicdan korlaşanda isə ixlasdan bəhs etmək mümkün deyil.

İxlaslı olmaq üçün, əvvəlcə, Qurana uyğun vicdan həssaslığına sahib olmaq lazımdır. Bu isə Allah qorxusunun artması ilə mümkün olur. İnsan Allah`ın hər an hər yerdə özünü görüb-eşitdiyini, bütün etdiklərini qatında gizli saxladığını, özünü bunlardan hesaba çəkəcəyini düşünməlidir. Ölümün an məsələsi olduğunu, bir an sonra Allah`ın hüzurunda hesab verə biləcəyini və əgər Allah`ın istədiyi əxlaqa yiyələnməmiş, vicdanını lazımi qaydada istifadə etməmiş isə sonsuz cəhənnəm əzabı ilə qarşılaşa biləcəyini açıq şüurla qavramağa çalışmalıdır. Əgər Quranın bu mühüm gerçəklərini qavrasa, vicdanındakı bu korlaşma yerini güclü vicdan həssaslığına buraxar. Vicdandakı bu həssaslıq vasitəsilə qarşılaşdığı hər hadisədə vicdanının səsini dinləyərək ixlaslı davranar.

Dünya həyatının keçiciliyini anlamaq

Bəlkə də istisnasız bütün insanların zehnində bir mövzu vardır; uzun ömürlü olmaq, hətta mümkündürsə, heç ölməmək… Alimlər əsrlərdir ki, bu mövzuda ciddi araşdırmalar aparır və daha çox yaşamağın yollarını tapmağa çalışırlar. Lakin heç bir nəticə əldə edə bilməmişlər. Çünki Allah: “Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Ənbiya surəsi 34-35) -ayələri ilə hər insanın ölümlü yaradıldığını və əcəli gəldiyində mütləq bu gerçəklə üzləşəcəyini bildirmişdir.

Page 46: Quranda ixlas. azərbaycan

İnsanlar hər nə qədər düşünmək, yaxud qəbul etmək istəməsələr də, həqiqət budur: insan ölümlüdür. Dünya həyatı isə çox qısa və keçicidir. Hər insan sınanmaq üçün təxminən altmış-yetmiş il dünyada yaşayır. Buna görə də insanın planlarını sırf dünya həyatına uyğun qurması, sonsuza qədər əsl həyatını yaşayacağı axirətini unutması çox böyük səhvdir.

Bu həqiqət hər insanın asanlıqla anlaya biləcəyi qədər açıq və sadədir. Lakin “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır” (Mülk surəsi, 2) ayəsində bildirilən imtahan mühitinin meydana gəlməsi üçün Allah dünya həyatını bəzəkli yaratmışdır.

Bəzi insanlar dünya həyatının mənfəətlərindən daha çox faydalana bilmək üçün sanki yarışırlar. Bu, insanı aldatmamalıdır. Çünki qəflətdə olanların etdiklərinin ölçü olmadığı Quran ayələri ilə insanlara bildirilmişdir. Mal-dövlət yığmağa çalışan, mövqe sahibi ola bilmək üçün inanclarından uzaqlaşan insanlar yanlış ideallara xidmət edirlər. İnsanın teatr səhnəsində izlədiklərini həqiqət hesab edib ssenaristə sərt reaksiya verməsi nə qədər məntiqsiz və gülüncdürsə, dünya həyatını gerçək sanaraq böyük həvəslə mənfəətini güdən kəslərin vəziyyəti də bununla eynidir.

Özlərini sadəcə dünya həyatına həsr edən insanlar kimi, “həm axirəti, həm də dünya həyatını qazanım” düşüncəsində olan kəslər də səhv edirlər. Dünya həyatı insanlar üçün nemət olaraq yaradılmışdır. İnsan bu dünyadakı bütün gözəlliklərdən faydalana, nemətlərdən ən gözəl şəkildə istifadə edə bilər. Lakin bunları əldə etməyi məqsəd halına gətirmək, həvəslə bu nemətlərə yönəlmək doğru deyildir. Bütün bunları din əxlaqını ən gözəl şəkildə yaşamaq, Allah`ı təqdir etmək, Allah`ın özünə lütf etdiklərini görüb şükür etmək üçün istifadə edə bilər. İnsanın “həm Allah`ın razılığını qazanacaq şəkildə həyat yaşayım, həm də dünya həyatının mənfəətlərindən faydalanım” şəklində düşünməsi ixlasına zərərlidir.

Allah Quranın: “Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yaqubu da yada sal! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər” (Sad surəsi, 45-47) -ayələri ilə peyğəmbərlərdən nümunə çəkmiş və axirəti düşünərək davrananların hərəkətinin məqbul olduğunu bildirmişdir. Allah onsuz da ixlasla Özünə yönəlib axirəti istəyənlərə dünya həyatının ən gözəl nemətlərini verir. Buna görə də: “Həm dünya, həm də axirət mənim olsun”, -deyən insan hər ikisindən də məhrum olur, axirətə yönələn şəxs isə həm dünya, həm də axirət həyatının nemətlərini qazanar.

Page 47: Quranda ixlas. azərbaycan

Bədiüzzaman Səid Nursi: “Əvvəla, səbəbi, sirri-ixlasdır. Çünki dünyada keçici zövqlər, kəramətlər tam nəfsini məğlub etməyən insanlara bir məqsəd olub, ührəvi (axirəti üçün etdiyi əməllərə) əməlinə səbəb təşkil edər, ixlası qırılar. Çünki əməli-ührəvi ilə dünyəvi məqsədlər, zövqlər axtarılmaz. Axtarılsa, sirri-ixlası pozar”, -sözləri ilə dünya nemətlərini əldə etməyi məqsəd halına gətirməyin ixlası qırdığına, saleh əməllərə mane olduğuna diqqət çəkmişdir.15

Başqa sözündə isə Səid Nursi dünya həyatını ən xoşbəxt və ən gözəl şəkildə yaşayanın dünyanı mehmanxana olaraq qəbul edən kimsə olduğunu ifadə etmişdir. Çünki bu düşüncə insanı Allah`ın razılığını qazanmağa və ixlaslı davranmağa yönəldir.

“Görürəm ki, bu dünya həyatında ən bəxtiyar odur ki, dünyanı mehmanxana olaraq dərk etsin, elə də qəbul etsin və buna əsasən hərəkət etsin. Və bu şüur ilə ən böyük mərtəbə olan razılıq mərtəbəsini tez əldə edə bilər. Qırılacaq şüşəyə almazın dəyərini verməz, istiqamət və ləzzətlə həyatını keçirər.

Bəli, dünyaya aid işlər qırılmağa məhkum şüşələr hökmündədir, sonsuz axirətə aid işlər isə çox möhkəm almazlar dəyərindədir. İnsanın fitrətindəki şiddətli maraq, hərarətli sevgi, şiddətli həvəs, inadlı tələb və beləliklə, iddətli hislər axirətə aid işləri görmək üçün verilmişdir. O hissiyyatı fani dünya işlərinə yönəltmək, fani və qırılacaq şüşələrə baqi almaz dəyərini vermək deməkdir”.16

Bədiüzzaman bu sözündə dünya həyatını şüşəyə, axirəti isə almaz parçasına bənzətmişdir. Dünya həyatına qapılaraq ixlasdan uzaqlaşan insan bu dəyərsiz şüşə üçün almazı fəda edən şəxs kimi axirətini itirir. Dünyanın bir mehmanxana olduğunu anlayan kimsə isə bu səhvə yol verməyərək dünyada da, axirətdə də ən gözəl həyatı yaşayır.

Ölümü, hesab gününü və axirəti düşünmək

Bəzi insanlar ölümü yanlış dəyərləndirirlər. Ölümü hər cür gözəlliyin bitdiyi, həyatla vidalaşıb torpağa qarışaraq çürüyüb yox olunan bir son olaraq görürlər. Bu inancları Allah`ın varlığını, dünya həyatının və özlərinin yaradılış məqsədini qavraya bilmədiklərindən qaynaqlanır. Bu şəxslər dünyanın imtahandan ibarət olduğunun şüurunda deyildirlər. Yaşadıqları bu dünyanı həqiqət, axirəti isə reallıqdan uzaq görürlər. Buna görə də dünya həyatına son verib axirət həyatını başladan ölümü hər şeyin sonu olaraq xarakterizə edirlər.

Bu düşüncələrinə əsasən, onlar üçün ölüm nə qədər ürküdücüdürsə, ölümü düşünmək də bir o qədər qorxuncdur. Ölümü düşündükdə dünya həyatından zövq ala

Page 48: Quranda ixlas. azərbaycan

bilməyəcəklərinə, bu düşüncənin bütün həzlərinin mənasız hala gətirəcəyinə inanırlar. Ölümü düşünməyib unutmağa çalışdıqları təqdirdə də dünya həyatına daha çox bağlanıb, nemətlərdən daha çox zövq ala biləcəklərinə inanırlar.

Halbuki, insan ölümü düşünüb-düşünməsə də, unudub-unutmasa da nəticə dəyişməz:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)

Ayədə deyildiyi kimi, insan ölümlə mütləq qarşılaşacaq. Ağıllı insan ölümü düşünməyərək və unutmağa çalışaraq qəti reallaşacaq hadisədən qaçmaz, bu həqiqətlə qarşılaşmağa hazırlıq görər. Əgər insan Allah`ın razı olacağı tərzdə yaşayırsa, ölüm ona itki, yaxud zərər gətirməz. Əksinə, sonsuz və qüsursuz həyata başlamağına vəsilə olar. Əgər bu insan Allah`a səmimi qəlbdən yönəlibsə, ölüm kənardan baxıldıqda hansı şərtlər altında reallaşırsa-reallaşsın acı verməz. Allah Quranda ölüm mələklərinin iman edənlərin canlarını əzab vermədən çəkib alacağını bildirmişdir. Ölümün ancaq inkar edənlər üçün əzablı hadisə olduğu Quran ayələri ilə xəbər verilmişdir (Naziat surəsi, 1-2). Buna görə də əgər insan imanlı və ixlaslıdırsa, ölüm onun üçün əzab çəkəcəyi bir son olmayacaq. Ölümü düşünmək insanı tərki-dünya etməz, əksinə, dünya nemətlərindən ən yüksək dərəcədə zövq almağı təmin edər. Çünki insan nemətlərə həvəslə bağlandığı zaman deyil, bütün bunların fani və keçici olduğunu qavradığı təqdirdə onlardan daha çox həzz ala bilər. Peyğəmbərimiz (səv) də ölümü düşünməyin əhəmiyyətini bu şəkildə ifadə etmişdir:

“Ölümü çox zikr edin. Çünki bu, insanı dünyadan çəkər və günahlardan uzaqlaşdırar”.17

Ölüm bəzi insanların qəbul etdiyi kimi nə həyatın, nə nemətlərin, nə də gözəlliklərin sonudur. Əksinə, ölüm gerçək həyatın başlanğıcıdır; sonsuza qədər ölümsüz olacağı gerçək həyata keçiddir. Əgər Allah`ın böyüklüyünü təqdir etmiş və həyatını buna əsasən yaşamışsa, sonsuz həyatını bir-birindən gözəl cənnətlərdə keçirəcək. Lakin dünyaya aldanıb ölümü, Allah`ın hüzurunda hesab verəcəyi günü və axirəti unutsa, əbədi məkanı cəhənnəm olacaq. Dünya həyatında ölümü düşünməmək bu gerçəklərlə qarşılaşmamaq demək deyildir.

Page 49: Quranda ixlas. azərbaycan

İnsan hər an, hər yerdə ölümlə qarşılaşa bilər

Ölümü düşünmək və bu həqiqətin şüurunda olmaq insanı hər an ixlaslı və vicdanlı davranmağa sövq edən təfəkkürdür. Allah`ın və axirətin varlığına səmimi iman edən şəxs, həyat kimi ölümün də Allah`ın idarəsində olduğunu bilir. Heç kim əcəlini nə təxirə sala bilər, nə də tezləşdirə bilər. Ölüm Allah`ın təqdir etdiyi anda və Allah`ın təqdir etdiyi şəkildə reallaşır.

Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)

Ayədə bildirilən bu həqiqətin fərqində olan insan ölüm ilə nə vaxt qarşılaşacağını bilməməyin gətirdiyi açıq şüurla hərəkət edir.

Harada olursunuzsa-olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə… (Nisa surəsi, 78)

Ayədə keçdiyi kimi, Allah dilədikdən sonra ölüm mütləq reallaşır. Bunun nə insanın yaşı ilə, nə sağlamlığı, nə də tədbirli davranmağı ilə əlaqəsi var. Allah dilədikdən sonra ani qəza, gözlənilməz xəstəlik, hətta bəzən sadə bir səbəb belə ölümlə nəticələnə bilər.

Ölümü düşünə bilən insan hər an-hər yerdə ölümlə qarşılaşa biləcəyini, həyatının hər an sona çatma ehtimalı olduğunu bilir. Bu da onu hər an ixlaslı davranmağa, ağlından, vicdanından və imkanlarından son həddə qədər istifadə etməyə yönəldir. Bir an içində özünü Rəbbimizin hüzurunda hesab verərkən görə biləcəyinin, hər an cənnətə, yaxud cəhənnəmə getmə ehtimalının verdiyi açıq şüur ilə hərəkət edir. Cənnət və cəhənnəmi gedib görmüş kimi və bütün bunların həqiqət olduğuna, yaxınlığına qəti olaraq iman etmiş şəkildə ixlasla yaşayır.

Həyatının hər anını canını almağa gələn ölüm mələkləri ilə qarşılaşdığı, əməl dəftərinin ortaya qoyulduğu, cənnət və ya cəhənnəmə gedəcəyinin qərarını gözlədiyi anı yaşayırmış kimi, dərin Allah qorxusu ilə keçirir. Cəhənnəm əzabının yaxınlığını və dəhşətini hər an ağlında tutaraq və sonsuza qədər bu əzabı yaşamağın qorxusunu hər an hiss edərək hərəkət edir. Eyni zamanda, cəhənnəmdən xilas olub, sonsuza qədər cənnətdə yaşamağın şövqü ilə yaşayır. Hesab günündə Allah`ın hüzuruna çıxarıldığı zaman: “Bilmirdim, anlamamışdım, unutmuşdum, qəflətdə idim, zəiflik göstərmişdim, şeytana tabe olmuşdum, yaxud Allah`ın bağışlayacağını düşünmüşdüm, ibadətləri yerinə yetirirdim və bunların kifayət edəcəyini zənn etmişdim” kimi bəhanələr uydurmağın fayda verməyəcəyinin şüurunda olaraq hərəkət edir.

Page 50: Quranda ixlas. azərbaycan

Bu şüur güclü vicdan, iti qavrayış gücü, üstün ağıl və ixlas anlayışı ilə özünü göstərir. Bu şüurda olan insan ölümün an məsələsi olduğunu bildiyi üçün xeyirli heç bir işi təxirə salmır, heç bir mövzuda tənbəllik etmir, şövqsüz davranmır. “Bir azdan, bir saat sonra və ya sabah edərəm”, -dediyi işi reallaşdırmağa ömrünün çatmaya biləcəyini düşünür. Axirətdə də təxirə saldığı və yarımçıq qoyduğu bunun kimi işlərə görə peşman ola biləcəyini bilir.

“Kaş ki, daha çox saleh əməl işləyərdim, daha çox infaq edərdim, xeyirlərdə yarışardım, ixlas sahiblərinə, möminlərə rəhbər olacaq qədər üstün əxlaqlı olardım, kaş ki, Allah`ın dinindən daha möhkəm yapışardım, kaş ki, din əxlaqını təbliğ etmək üçün daha çox cəhd göstərərdim, kaş ki, insanlara yaxşılığı əmr edib pislikdən çəkinməyi tövsiyə etmək üçün nə isə edərdim, kaş ki, dünyaya aldanıb axirətim üçün hazırlıq görməyi təxirə salmayaydım, kaş ki, çoxlu xeyir işlər görüb bu gün qurtulanlardan olardım”, -deyənlərdən olmamaq və axirətdə bu peşmanlığı yaşamamaq üçün peyğəmbərlər kimi ixlaslı davranmağa çalışır.

Hər an ölümlə qarşılaşa biləcəyinə görə nə qədər tələssə, nə qədər ixlaslı davransa və nə qədər saleh əməl işləsə, bir o qədər qazanclı çıxar. Cəhənnəm kimi çətin sonla qarşılaşmamaq üçün səmimi və ixlaslı olmağa məcbur olduğunu bilir. Zəiflik göstərməyin, təxirə salmağın, daha gözəli, daha yaxşısı və daha mükəmməli var ikən bir az daha azını seçməyin axirətdə peşmanlığa səbəb olacağının şüurundadır. Bu şüur açıqlığı və ixlas hər mövzuda özünü göstərir; Allah`a olan yaxınlığında, möminlərə göstərdiyi hörmət, sevgi və səmimiyyətdə, gözəl əxlaqda, fədakarlıqda, işgüzarlıqda, ibadətində, duasında, malı və canı ilə etdiyi cəhdində, Allah yolunda etdiyi infaqında, müsəlmana xas danışıqlarında, şövqündə, canlılığında həmişə ixlaslı davranır.

Bu yüksək ixlas anlayışı dünya həyatını ölümü düşünərək yaşamaqdan qaynaqlanır. Bədiüzzaman Səid Nursi “İxlas” risaləsində ölümü düşünməyin faydalarına belə diqqət çəkmişdir:

“Ey Qurana xidmət edən yoldaşlarım! İxlası qazanmağın və mühafizə etməyin ən təsirli səbəbi ölümü düşünməkdir. Bəli, ixlası zədələyən və riyaya və dünyaya sövq edən bitməyən istək olduğu kimi, riyadan nifrət etdirən və ixlası qazandıran ölümü düşünməkdir. Yəni ölümünü düşünüb, dünyanın fani olduğunun şüurunda olub, nəfsin istəklərindən xilas olmaqdır. Bəli, əhli-təriqət və əhli-həqiqət, Quranın “Hər bir kəs ölümü dadacaqdır” (Ali-İmran surəsi 185) ayələrindən aldığı dərslə ölümü düşünmə yolunu əsas tutmuşdur, bitməyən bir istək olan təvəhhümü-ədəbiyyəti (əbədi yaşayacağını zənn edib, Allah`ın əmrlərindən və axirətə hazırlanmaqdan qəflətdə olmaq) o düşüncə ilə ortadan qaldırmışdır. Onlar xəyali bir surətlə özlərini ölmüş

Page 51: Quranda ixlas. azərbaycan

düşünür və xəyal edir və yuyunur, qəbirə qoyulduqlarını düşünür, o xəyal və düşüncədən təsirlənib uzun əməllərindən bir qədər imtina edir. Bu düşüncənin faydaları çoxdur. Hədisdə: “Ləzzətləri korlayıb əzab verən ölümü zikr edin!” - deyə dərs verilir.

Lakin peşəmiz təriqət olmadığı, bəlkə həqiqət olduğu üçün bu düşüncəni əhli-təriqət kimi xəyali surətdə etməyə məcbur deyilik. Həm həqiqətə uyğun gəlmir. Bəlkə, aqibəti- sonu düşünmək surətində gələcəyi indiki zamana gətirmək deyil, bəlkə həqiqət nöqtəsində indiki zamandan gələcəyə fikirlə getmək, nəzərən baxmaqdır. Bəli, heç xəyala ehtiyac duymadan, bu qısa ömür ağacının başındakı tək meyvəsi olan öz cənazəsinə baxa bilər. Onunla tək öz şəxsinin ölümünü gördüyü kimi, bir qədər o biri tərəfə getsə, əsrinin ölümünü də görər; daha bir qədər də o biri tərəfə getsə, dünyanın ölümünü də müşahidə edər, mükəmməl ixlasa aparar”.18

Bədiüzzaman bu sözləri ilə insanlara ölümü sanki qəbirə girmiş, öz ölümünü, öz cənazəsini görmüş, axirətə gedib dünyanın ölümünü də müşahidə etmiş bir insanın şüur açıqlığı və kamilliyi ilə dəyərləndirməyi tövsiyə etmişdir. Ölümü düşünməyin insanı dünya həyatındakı hər cür davranış və əxlaq əskikliyindən xilas etdiyinə diqqət çəkmişdir.

İXLASI ZƏDƏLƏYƏN DAVRANIŞLARDAN UZAQ OLMAQ

Əvvəlki hissələrdə ixlaslı olmaq üçün lazım olan xüsusiyyətlərdən bəhs etdik. İnsan bu məqsədə gedən yolda ixlasına zərər verən və ya ixlasını tamamilə qıran davranışlardan uzaqlaşmalıdır. Çünki Bədiüzzaman Səid Nursinin: “Ey qardaşlarım! Mühüm və böyük xeyirli işlərin çox zərərli maneələri vardır. Şeytanlar o xidmətin xidmətçiləri ilə çox məşğul olar. Bu maneələrə və bu şeytanlara qarşı ixlasın gücünə söykənmək lazımdır. İxlası zədələyən səbəblərdən ilandan, əqrəbdən çəkindiyiniz kimi çəkinin. Həzrəti Yusif əleyhissalamın: “Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir” (Yusif surəsi 53) -dediyi kimi, nəfsin əmrlərinə etimad etmək olmaz. Kibir və nəfsin əmrləri sizi aldatmasın”, -sözləri ilə diqqət çəkdiyi kimi, şeytan ixlaslı və səmimi olmağı hədəf alan şəxslərin düşmənidir.19

Onları doğru yoldan azdırmaq, nəfsindəki pisliklərə təşviq edərək ixlasdan uzaqlaşdırmaq istəyir. Şeytanın bu qərarlı cəhdinə qarşılıq olaraq mömin hz.Yusifin əxlaqını özünə nümunə götürərək nəfsi ilə mübarizə aparmalıdır. Növbəti hissələrdə ixlası zədələyən davranışlardan və bunlardan uzaq olmağın yollarından bəhs ediləcək.

Page 52: Quranda ixlas. azərbaycan

Nəfsin pisliklərindən təmizlənmək

Dünya həyatındakı imtahanın gərəyi olaraq nəfs -Allah`ın diləməsi xaricində- insanları pisliyə dəvət edəcək şəkildə yaradılmışdır. İnsanı təşviq etdiyi bu pisliklərdən biri də ixlassız davranışdır. Nəfs insanın ixlas və səmimiyyətinə zərər vermək üçün mənliyində olan hər cür pis fikir və düşüncəni dəstəkləyir. Çünki “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allah`dan) qorxmağı təlqin edənə!” (Şəms surəsi 7-8) ayəsində də diqqət çəkildiyi kimi, nəfs günahı təlqin edən varlıqdır. Lakin Allah insana bütün bu günahlardan çəkinməyin və nəfsi təmizləməyin yolunu da ilham etmişdir.

Nəfsini təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi 9-10)

Ayələrdə ifadə edildiyi kimi, nəfsini günaha batıran ziyana uğrayacaq, təmizlənən isə uğur qazanacaq.

İxlası qazanmağı və Allah`ın saleh qullarından olmağı hədəf alan şəxsin seçimləri də mütləq bu istiqamətdə olmalıdır. Allah möminlərin bu mövzudakı səmimi cəhdlərinə “İnsanların eləsi də var ki, Allah`ın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı şəfqətlidir” (Bəqərə surəsi 207) ayəsi ilə diqqət çəkmişdir. İnsan nəfsinə qarşı dürüst və səmimi olmalıdır. Nəfsi bütün bu pisliklərdən təmizləyib tərbiyə etmək ancaq bu yolla mümkün ola bilər. Buna görə də, nəfsini heç vaxt müdafiə etməməlidir. Onun haqsız olduğunu, Qurana müxalif davrandığını, şeytana tabe olduğunu bilməli, ondan gələn sözləri bu düşüncələrə əsasən qiymətləndirməlidir.

İnsan başqasının nəfsini müdafiə etməyə ehtiyac duymadığı, onu haqlı çıxarmağa çalışmadığı kimi, öz nəfsinə də eyni şəkildə yanaşmalıdır. Nəfsi ilə üzləşməyi bacarmalıdır. Günaha təşviq etdiyi zaman ona nəsihət verməli, şeytani mərhəmətə qapılmadan vicdanının səsini dinləməlidir.

Nəfsinin işlətdiyi hiyləli üsulları ayıra bilməsi, Qurana uyğun olaraq mühakimə edə bilməsi ancaq bu yolla mümkün ola bilər. Ancaq bu şəkildə ixlası və Allah`ın razılığını qazana bilər. Allah ayələrdə belə hökm edir:

Page 53: Quranda ixlas. azərbaycan

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsini həvəs və istəklərindən qoruyarsa, həqiqətən, cənnət onun məskəni olacaq. (Naziat surəsi 40-41)

Mömin qardaşının nəfsini öz nəfsindən üstün tutmaq

İxlası zədələyən davranışlardan biri də insanın nəfsindəki xəsislik və eqoistlik hissidir. Allah: “Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır, bir xeyir nəsib olduqda isə xəsislik edir” (Məaric surəsi 19-21) -ayələri ilə insanın bu xüsusiyyətinə diqqət çəkmişdir. İxlaslı olmaq istəyən insan nəfsindəki bu mənfi xüsusiyyəti məğlub etməli və fədakar olmalıdır. Çünki Allah: “...Nəfsinin tamahından qorunanlar nicat tapanlardır” (Təğabun surəsi 16) -ayəsində nicat tapanların nəfslərinin istəklərindən qorunanlar olduğunu bildirmişdir.

İnsanın nəfsini bu istiqamətdə tərbiyə etməyi isə çox asandır. Bunun üçün özünü kafi görməməli, nəfsinin səsinə hər zaman şübhə ilə yaxınlaşmalıdır. Lakin eqoizm və xəsislik anlayışlarını da səhv dəyərləndirmək olmaz. Cahiliyyədə bəzi insanlar Allah qorxusundan, axirət inancından məhrum olduqları üçün eqoistliyi və xəsisliyi həyat tərzi halına gətirmişlər. Bu kəslər hər zaman birinciliyi özlərində bilməyi, hər kəsdən çox öz mənfəətlərini qorumağı diribaşlıq hesab edir və bunun yaxşı xüsusiyyət olduğunu zənn edirlər. Buna görə də etdiklərinin hesabını Allah qatında verəcəklərini unudurlar. İnsanın Quran ayələrini düşünərkən xəsis və eqoist istəkləri yalnız bu tərz insanlara aid edib, mövzunu yalnız cahiliyyədəki insanlarla məhdudlaşdırması yanlışdır. Bu insanlar bu əxlaqı ən yüksək dərəcədə yaşayırlar, ancaq xəsisliyi, yaxud eqoistliyi ilə ön plana çıxmayan bəzi insanların da nəfslərində gizli və ya açıq şəkildə bu duyğular mövcuddur. Bu da onların hər şəraitdə ixlaslı olmasına mane olur. İnsanın nəfsini bu pisliklərdən təmizləməsi isə çox asandır; bunun üçün Quran əxlaqını qüsursuz şəkildə yaşamağı kifayətdir. Bədiüzzaman Səid Nursi Quran ayələrində bu mövzuya gətirilən çarəyə bir sözündə belə diqqət çəkmişdir:

“(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (Həşr surəsi 9) sirri ilə tam ixlası qazanın.20

Allah ayəsində möminlərin özləri ehtiyac içində olsalar belə, digər mömin qardaşlarının nəfslərini özlərindən üstün tutduqlarını, seçim qarşısında qaldıqda da öz

Page 54: Quranda ixlas. azərbaycan

nəfslərini deyil, qardaşlarının nəfsini üstün tutduqlarını bildirmişdir. Mədinədə yaşayan müsəlmanlar Məkkədən hicrət edib, ehtiyac içində olan mömin qardaşlarına infaq etməkdən, özləri çətin vəziyyətdə qalsalar belə, onları yanlarında saxlamaqdan heç bir çətinlik duymazlar. Əksinə, Allah rizası üçün nəfslərinin istəklərini məğlub etdikləri və qardaşlarının nəfslərini üstün tutduqları üçün böyük sevinc və xoşbəxtlik hiss edirlər. Çünki müəyyən şərtlər altında Qurana ən uyğun, ən vicdanlı və ən ixlaslı davranışın fədakarlıq göstərmək olduğunu bilirlər. Allah bu fədakarlıqların qarşılığını dünyada da, axirətdə də qat-qat artıracaq. Quranda Allah`ın bu əxlaqı göstərənlərə verəcəyini vəd etdiyi qarşılıq belə bildirilmişdir:

Əgər Allah`a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi 17)

Nəfsin istəklərinə aldanmamaq

Əgər insan bir daha səmimiyyətlə nəzərdən keçirsə, gün ərzində nəfsinin bu istiqamətdə təlqinləri ilə tez-tez qarşılaşdığını görər. Nəfsin bu istəkləri insanın bəzən maddi, bəzən də mənəvi mənfəətləri mövzusunda fədakarlıq etməməsini təşviq edir. Məsələn, Allah bir ayədə: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir” (Ali-İmran surəsi 92) -hökmü ilə məqbul olanın insanın sevdiyi şeylərdən infaq etməsi olduğuna və yaxşılığa nail olmağın da ancaq bu yolla mümkün ola biləcəyinə diqqət çəkmişdir.

İnsan bəlkə əlində olan hər şeyi infaq edə bilər, amma sevdiyi bir neçə şeyə həvəslə bağlandığı üçün bunlardan keçə bilməz. Yaxud əşyalarını mömin qardaşı ilə bölüşərkən öz nəfsini üstün tutaraq daha çox sevdiyi əşyanı özünə, sevmədiyini və ya daha az sevdiyini qardaşına verə bilər.

Vicdanı ona sevdiyini verməyin məqbul olduğunu mütləq xatırladar. Amma nəfsindəki bu həvəs onun bu əxlaqı göstərməsinə və ixlaslı davranmasına mane olar.

Halbuki, gözəl olan davranış insanın qarşısındakı insanda bir ehtiyac olduğunu gördüyü anda dərhal ən sevdiyi, ən bəyəndiyi şeyi ona verməsidir. Çünki əgər seviləcək, bəyəniləcək bir şeydirsə, deməli, qarşısındakı da bundan eyni dərəcədə zövq alıb eyni şəkildə məmnun olacaq. Bu halda, insanın bu gözəlliyi özünə saxlayıb, daha az gözəl olanı qarşısındakına verməsi nəfsində hələ də eqoistliyin mövcud olduğunu

Page 55: Quranda ixlas. azərbaycan

göstərir. Buna görə də Allah yaxşılığa nail olmaq üçün bu əxlaqa yiyələnməyin lazım olduğuna diqqət çəkmişdir.

Qarşısındakının nəfsini öz nəfsindən üstün tutmaq, hər zaman qarşısındakı möminin rahatlığını, sağlamlığını, xoşbəxtliyini istəmək insanın ixlasının göstəricisidir. Məsələn, çətin və yorucu bir iş görülməlidirsə, mömin bu işi boynuna götürməlidir. Çünki çətin işdən qaçıb bu işi başqasının etməyini istəmək ixlaslı davranış deyildir. Müsəlmana yaraşan heç kimə hiss etdirmədən və heç kimi minnət altında qoymadan belə işləri boynuna götürməkdir. İxlaslı davranış isə “… xeyir işlərdə yarışın…” ayəsi ilə bildirildiyi kimi, vaxt itirmədən hər kəsdən əvvəl bu işi boynuna götürüb, ən gözəl şəkildə nəticələndirməkdir. Bu, insanın mömin qardaşının nəfsini öz nəfsindən daha üstün tutduğunu göstərir. “Mömin qardaşım yorulacağına mən yorulum”, “bu işin çətinlikləri ilə o qarşılaşacağına, mən edim, o rahat olsun” və ya “onun vaxtı gedəcəyinə mənimki getsin” kimi fədakar düşüncələrlə çətinliyi asanlıqdan və rahatlıqdan üstün tutar və ixlaslı davranaraq Allah`ın razılığını qazanmağı ümid edə bilər.

Bədiüzzaman Səid Nursi: “Qardaşlarınızın nəfslərini nəfsinizdən şərəfdə, mövqedə, sevgidə, hətta maddi mənfəət kimi, nəfsin xoşuna gələn şeylərdə belə üstün tutun. Hətta ən lətif və gözəl iman həqiqətini bir möminə bildirmək ki, ən günahsız, zərərsiz mənfəətdir. Mümkündürsə, nəfsinizə eqoistlik gəlməsin deyə, istəməyən bir dostunuza bunu etdirmək xoşunuza gəlsin. Əgər: “Mən savab qazanım, bu gözəl məsələni mən söyləyim”, -kimi arzunuz varsa, hərçənd onda günah və zərər yoxdur, lakin sirri-ixlasa zərər gələ bilər”, -sözləri ilə nəfsin istəklərindən xilas olmaq üçün məqbul görünən mövzularda da digər möminlərə üstünlük verməyin gözəlliyinə diqqət çəkmişdir.21 Şan-şərəf, mövqe, maddi mənfəət, sevgi kimi nəfsin xoşuna gələn hər mövzuda fədakarlıq etməyin ixlasa vəsilə olacağını xatırlatmışdır. Belə ki, mömin qardaşına gözəl bir tövsiyə edərkən, gözəl söz söyləyərkən sözü başqasına verərək arxa planda qalıb, digər qardaşını ön plana çıxara bilər.

Nəfsinin bütün bu istəklərindən çəkinib Allah`ın razılığını və ixlası qazanmaq üçün cəhd göstərən insana Allah bütün yolları açar və onu asan olana müvəffəq edər. Allah “Naziat” surəsində möminləri bu şəkildə müjdələyir:

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsini həvəs və istəklərindən qoruyarsa, həqiqətən, cənnət onun məskəni olacaq. (Naziat surəsi 40-41)

Rəqabət və qısqanclıq hissini tərk etmək

Page 56: Quranda ixlas. azərbaycan

Allah: “…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!” (Nisa surəsi 128) -ayəsində nəfsin qısqanclığa meyilli olaraq yaradıldığını bildirmişdir. İnsan, nəfsindəki bütün pisliklər kimi, qısqanclıq və rəqabət hissləri ilə də mübarizə aparmaq və bunlardan təmizlənməklə məsuldur. Əks halda, Quran əxlaqını yaşamağı və Allah`ın razılığını qazanmağı mümkün deyil. Quranın başqa ayəsində özlərinə doğru yolu göstərən haqq kitablar gəldiyi halda, insanların bir-birinə olan paxıllığı üzündən ixtilafa düşüb doğru yoldan sapdıqları belə bildirilmişdir:

İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki, (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi 213)

Quranda verilən bu nümunə insanın qısqanclığın səbəb ola biləcəyi zərərlərin dərəcəsini anlamağı baxımından çox əhəmiyyətlidir. İnsan doğru yolu görüb-bildiyi halda, sırf qısqanclıq hissinə görə yanlış yola yönələ bilər. Çünki qısqanclıq və rəqabət duyğuları insanın ağıllı düşünməsinə, hadisələri məqsədəuyğun şəkildə mühakimə etməsinə mane olur. Bu duyğulara məğlub olan insan hadisələr qarşısında Qurana uyğun reaksiyalar verə bilməz, Rəhmani danışa bilməz, səmimi və ixlaslı davrana bilməz. Bu vəziyyətdə onu istiqamətləndirən ağlı və vicdanı deyil, şeytana tabe olan nəfsidir. Nəfsi onu şeytani əxlaqa dəvət edir.

İnsan rəqabət və qısqanclıq hisslərinin din əxlaqına uyğun olmadığını anlamaqla bu xüsusiyyətlərdən təmizlənə bilər. Bu duyğuların bünövrəsi tamamilə dünyəvi dəyərlərə əsaslanır. İnsanlar başqalarının sahib olduğu maddi, yaxud mənəvi dəyərlərə qarşı qısqanclıq hissi keçirir və onlarla rəqabətə girirlər. Halbuki, möminlər dünya həyatının mənfəətlərinə qapılmayıb axirətə yönələn insanlardır. Mömin dünya nemətlərini özünə verənin və bunları dilədiyi zaman alanın Rəbbimiz olduğunu bilir. Bunlardan Allah`ın razı olacağı şəkildə istifadə edir, ancaq heç bir zaman bu nemətlərə həvəslə bağlanmır. Daha çoxunu əldə etmək üçün həvəsə qapılmır. Allah`ın təqdir etdiyi qədərinə şükür edir və bunlarla kifayətlənir. Əgər Allah başqasına özündən daha çox nemət veribsə, “Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. O, hər şeyi biləndir” (Şura surəsi 12) ayəsi ilə də bildirildiyi kimi, bunda mütləq xeyir və hikmət olduğunu bilir.

Page 57: Quranda ixlas. azərbaycan

Axirəti düşünmək qısqanclığı və rəqabəti aradan qaldırır

Hər insan Allah`ın özünə verdiyi nemətlərlə və vermədikləri ilə sınaqdan keçirilir. Bu yolla onların Allah`a yönəlib şükür etmələri və ya Quran əxlaqından uzaqlaşıb nankorluq etmələri bilinir. Buna görə də dünya həyatının keçici imtahan məkanı olaraq yaradıldığını qavrayan insanın bu dünyanın bəzəklərinə qarşı qısqanclıq etməsi mümkün deyil. Məsələn, sırf zəngin, gözəl və ya mövqe sahibi olan bir insana qarşı qısqanclıq hiss etmək Quran əxlaqına uyğun deyildir. Belə ki, insan Quran əxlaqını ən gözəl şəkildə yaşadığı təqdirdə, Allah`ın axirətdə bütün gözəllikləri ən mükəmməl şəkildə özünə verəcəyini bilməklə rahat yaşayar. Lakin qədəri, təvəkkülü, dünya həyatının gerçəyini və hər şeyi yaradanın Allah olduğunu qavraya bilməyən insanlar isə qısqanclıq və rəqabət kimi duyğularla hərəkət edirlər. Bu həqiqəti bilmək mömini belə səhvə yol verməkdən qoruyur.

İman edən şəxs qısqanclıqdan uzaqdır. Qarşısındakı müsəlmanın gözəl əxlaqına qibtə edər. Qibtə isə onu heç vaxt rəqabətə aparmaz. Quranda bildirilən “xeyir işlərdə yarışın” əmrinə əsasən, əlbəttə ki, Allah`ın ən sevimli qulu olub Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaq üçün Rəhmani cəhd sərf edər. Ancaq bu Rəhmani yarışın təməlində qısqanclıq və ya rəqabət hissləri yoxdur. Bu yarış sadəcə Allah`a yaxınlaşmağı hədəf alan yarışdır. Belə insan özü kimi, digər möminlərin də Allah`ın ən sevimli qulu olmasını istəyər. Bunun üçün həm səmimi olaraq dua edər, həm də ixlasla cəhd edər.

Möminlər bütün yaradılmışlar kimi özlərinin də aciz olduğunu bilirlər. Allah`dan çox qorxur və Rəbbimizə qarşı olan acizliyini dilə gətirməkdən çəkinmirlər. “Əraf” surəsində müsəlmanların bu gözəl əxlaqı belə ifadə edilir:

De: “Mən, Allah`ın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı...” (Əraf surəsi 188)

Dünyəvi dəyərlərə deyil, axirətə əhəmiyyət verən insan heç vaxt insanlara görə hərəkət etməz. Onlardan yaxşı olmaq, cəmiyyətdə mövqe əldə etmək, etibar qazanmaq və ya ön plana çıxmaq üçün yox, yalnız Allah rizası üçün cəhd edər. Bura qədər izah edilənlərdən də aydın olduğu kimi, insan əgər nəfsində belə bir çatışmazlıq, yaxud zəiflik olduğunu görsə, bilməlidir ki, bu, onun ixlasına zərər verən və Allah`ın razılığını qazanmasına mane olan əxlaqdır.

Page 58: Quranda ixlas. azərbaycan

Bədiüzzaman Səid Nursi də əsərlərində bu mövzunu təfəkkür etmiş və möminlərə yol göstərən əhəmiyyətli nüanslara toxunmuşdur. İxlas mövzusunu ələ aldığı risaləsində iman edənlər arasındakı rəqabəti Bədiüzzaman bu şəkildə təsvir etmişdir:

“Din və axirət işlərində rəqabət, qibtə, həsəd və qısqanclıq olmamalıdır. Həqiqət dünyagörüşünə görə dəyişə bilməz. Çünki qısqanclıq və həsədin səbəbi bir şeyə çox əllərin uzanmasından və bir mövqeyə çox gözlərin dikilməsindən və bir çörəyi çox mədənin istəməsindəndir. İnsanlar bir-birinə əziyyət verər, dava olar, yarış ucbatından qibtəyə, sonra qısqanclığa düşərlər. Dünyada bir şeyə çoxları göz dikdiyində və dünyanın dar və keçici olması ucbatından insanlar sərhədsiz arzularını təmin edə bilmədiyi üçün rəqabətə düşürlər. Lakin… axirətdə rəqabət ola bilməz. Elə isə axirətə aid olan saleh əməllərdə də rəqabət ola bilməz. Qısqanclıq edən ya riyakardır, saleh əməllərdə dünyəvi mənfəətlər axtarır, ya da həqiqi cahildir ki, saleh əməlin nə olduğunu bilmir və saleh əməlin ruhunun ixlas olduğunu dərk edə bilmir. Rəqabət aparmaqla Allah`ın sevimli qullarına qarşı düşmənlik bəsləməklə, Allah`ın rəhməti imkanını günahlandırır...

Ey əhli həqiqət və təriqət! Haqqa xidmət böyük və ağır bir xəzinəni daşımaq və mühafizə etməyə bənzəyir. O xəzinəni çiynində daşıyanlara nə qədər qüvvətli əllər kömək etsələr, daha çox sevinər, məmnun olarlar. Qısqanmaq bir yana, səmimiyyətlə o gələnlərin özlərindən daha çox təsirlərini və yardımlarını iftixarla alqışlamaq lazım ikən, nədəndir ki, o həqiqi qardaşlara və fədakar yardımçılara rəqabətlə baxır və o hal ilə ixlas qaçır”.22

Bədiüzzaman möminlərə cənnət əxlaqında qısqanclığın və rəqabətin yeri olmadığını xatırlatmışdır. Axirətdə rəqabət olmadığı kimi, axirəti qazanmaq üçün edilən saleh əməllərdə də rəqabət və ya qısqanclıq yoxdur. Möminlər dünyada da, axirətdə də bir-birinin dostu, qardaşıdırlar və hər biri eyni məqsədə xidmət edirlər. Bir-birinə nə qədər dəstək olsalar, nə qədər kömək etsələr, Allah`ın razılığını o qədər çox qazanarlar. Buna görə də möminə başqasının gözəl xüsusiyyətlərinə paxıllıq edib onunla rəqabətə girmək yaraşmaz, əksinə, onu dəstəkləyib daha da mükəmməl olmasına kömək etməlidir. İxlaslı davranış da budur. Peyğəmbərimiz (səv) iman edənlərin arasındakı mənəvi birliyi, sevgi və dostluğu bu sözləri ilə ifadə etmişdir:

“Müsəlmanlar tək bir insan kimidir. Onun bir üzvü xəstə olduğunda bədənin digər üzvləri də təsirlənir”.23

Bədiüzzaman Səid Nursi başqa bir sözündə möminlərin rəqabət və qısqanclığı bir-birinin üstün cəhətlərini tərifləməklə məğlub edə biləcəklərini xatırlatmışdır. Bu əxlaq vasitəsilə hər kəsin öz şəxsiyyətini bir kənara buraxıb mömin birliyin şəxsi-

Page 59: Quranda ixlas. azərbaycan

mənəvisində əriyəcəyini, bu vəziyyətdə hər gözəl xüsusiyyətin, əslində, tək-tək hər birinə aid olacağını ifadə etmişdir:

“Qardaşlarınızın qabiliyyətini şəxsinizdə və üstünlüyünü özünüzdə düşünüb onların şərəfi ilə şükür edərək fəxr etməkdir. Təsəvvüf və təriqət əhli arasında belə söz var: “yox fi’ş şeyx, yox fi’r rəsul”. Mən sufi deyiləm. Lakin onların bu düşüncəsi bizim peşədə “yox fi’l ixvan” surətində gözəl bir qaydadır. Qardaşlar arasında buna “təfani” deyilir. Yəni bir-birində itməkdir. Yəni öz nəfsinin hisslərini unudub qardaşlarının qabiliyyət və hissiyyatı ilə yaşamaqdır. Onsuz da peşəmizin əsası qardaşlıqdır. Ata ilə övlad, şeyx ilə mürid arasındakı vasitə deyil. Bəlkə həqiqi qardaşlıq vasitələridir. Çox olsa, bir ustadlıq ortaya girir. Peşəmiz səmimi dostluq və qardaşlıq olduğu üçün məşrəbimiz səmimi dostluq və qardaşlıqdır. Səmimi dostluq isə ən yaxın dost və ən fədakar yoldaş, ən gözəl təqdir edən yoldaş və ən xeyirxah qardaş olmağı tələb edir. Bu dostluğun ən əsas şərti səmimi ixlasdır. Səmimi ixlası zədələyən insan bu dostluğun çox yüksək qalasının başından aşağı düşər. Çox dərin bir çuxura düşmək ehtimalı vardır. Yapışacaq yer tapa bilməz”.24

Qısqanclıq və rəqabət hissləri möminlərin gücünü zəiflədir

Bədiüzzaman bu hisslərin möminlər arasında yaratdığı ixtilafa və bu ixtilafın zərərinə də toxunmuşdur. İxtilaf və rəqabət nə qədər zəiflədirsə, ittifaq etmək-birləşmək bir o qədər güc qazandırır:

“... Qəflətə və dəlalətə qapılanlar isə mənfəət qarşılığında bağlandıqları, sevdikləri rəislərini və yoldaşlarını küsdürməmək üçün alçaq və xain və zərərli olsalar belə, mənfəət naminə ittifaq edərlər. Səmimiyyət nəticəsi olaraq istifadə edərlər”.25

Səid Nursinin bu sözlərindən də aydın olduğu kimi, Allah`a və axirətə inanmayan insanlar sırf mənfəət əldə etmək üçün rəqabəti bir kənara buraxıb bir-biri ilə ittifaq edə bilirlər. Mənfəətləri uğrunda aralarındakı rəqabət və qısqanclığı bir anda yox edə bilir və səmimi dostluqlar qura bilirlər. Bu səmimi ittifaqdan öz mənfəəti yönündə istifadə edə bilirlər.

İnkar edənlər sırf mənfəət üçün bu cür ittifaq qura bildikləri halda, Allah`ın razılığını qazanmaq kimi yüksək bir ideala sahib olan möminlərin rəqabət, yaxud qısqanclıq duyğularından xilas ola bilməyib ittifaq edə bilməməsi, əlbəttə ki, mümkün deyil. Allah`ın razılığını qazanma şövqü nəfsin qısqanclığını, yaxud rəqabət hissini aradan qaldırır. İxtilafın zərərli olduğunu yaxşı qavrayırlar. Bir ayədə “Allah`a və

Page 60: Quranda ixlas. azərbaycan

Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir” (Ənfal surəsi 46) sözləri ilə ixtilafın zəifliyə səbəb olacağı bildirilmişdir.

Peyğəmbərimiz (səv): “Bir kimsə din qardaşının ayıbını örtsə, Allah da onu dünya və axirətdə xoşbəxt edər”26 -sözü ilə müsəlmanların hər zaman bir-birinin səhvini düzəltməli olduqlarını ifadə etmişdir. Əks halda, aralarındakı mənəvi birlik ortadan qalxar və gücləri gedər. Möminlərin gücünün getməyi isə inkar edənlərin gücünə güc qatması mənasına gəlir. Heç bir mömin sırf nəfsinin istəyini təmin etmək üçün belə bir məsuliyyəti boynuna götürməz. Çünki möminlər Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaq, bu əxlaqla başqalarına nümunə olmaq və onları da din əxlaqını yaşamağa təşviq etməklə məsuldur.

Qısqanclıq və rəqabət hisslərini məğlub edə bilməyən insan bu məsuliyyəti lazımi qaydada yerinə yetirə bilmir. Möminlərin gücünü aparan və inkar edənlərə güc qazandıran davranışlara yol verir. İnsan bu davranışları nəticəsində ətrafa pis nümunə olur. Buna görə də bu davranışlardan dərhal vaz keçməli və gözəl əxlaqa yönəlməlidir. Çünki sadəcə bu şəkildə ixlaslı ola bilər və Allah`ın razılığına uyğun bir əxlaqa yiyələnə bilər. Möminə yaraşan Bədiüzzamanın da ifadə etdiyi kimi, möminlərlə səmimi şəkildə ittifaq etmək və ixlaslı olmaqdır:

“Əhli-haqqın ixtilaf xəstəliyinin məlhəmi və dərmanı “Allah`a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz...” (Ənfal surəsi, 46) ayəsindəki Allah`ın qadağasıdır. “Yaxşılıq etməkdə və Allah`dan qorxmaqda bir-birinizə yardım edin” (Maidə surəsi 2) ayəsində bildirilən Allah`ın əmr və prinsipləri ilə hərəkət etmək və ixtilafın İslama nə qədər zərərli olduğunu və dəlalətdə olanların haqq yolda olanlara üstün gəlməsini nə dərəcədə asanlaşdırdığını düşünüb, tam bir zəiflik və acizlik ilə o haqq yolda olanların karvanına fədakarcasına və səmimi olaraq qoşulmaqdır. Şəxsiyyətini unutmaqla ikiüzlülük və süni hərəkətlərdən xilas olub ixlası əldə etməkdir”.27

Eqoistliyi (ənaniyəti) tərk etmək

Bu hissədə möminin ixlasını nələrin zədələyə biləcəyini incələdik. Rəqabət, qısqanclıq, möminlərin nəfsini öz nəfsindən üstün tutmaq kimi xüsusiyyətləri araşdırdıq. Nəfsin ixlası zədələyən bu xüsusiyyətlərinin hamısının ardında daha böyük

Page 61: Quranda ixlas. azərbaycan

və şeytani bir xüsusiyyət yatır: eqoizm. Eqoizm insanın Allah`ın qarşısındakı acizliyini unudaraq qürurlanmağı, digər insanları özündən aşağı görməyi və böyüklənməyidir. Halbuki, insan çox aciz varlıqdır. Var olmaq və varlığını davam etdirmək üçün Allah`ın gücünə möhtacdır. İnsanı yoxdan var edən, ona ruh verən, yedirən, içirən, nəfəs aldıran və saymaqla bitirə bilməyəcəyimiz qədər nemət bəxş edən güc aləmlərin Rəbbi olan Allah`dır. İnsanın özünü Allah`dan müstəqil varlıq olaraq görüb, sahib olduğu xüsusiyyətlərin, yaxud qabiliyyətlərin özündən qaynaqlandığını düşünməyi çox böyük yanlışdır.

İnsanın eqoizmə qapılacağı, qürurlana biləcəyi bir halı yoxdur. Allah`ın dilədiyi anda insana lütf edərək verdiyi bütün xüsusiyyətləri geri almağa qadir olması bunun ən açıq dəlilidir. Gözəlliyindən, bacarığından, zənginliyindən, yaxud cəmiyyətdə tutduğu mövqedən ötrü təkəbbürlənən insanların bu xüsusiyyətlərini itirdiklərində nə hala düşdüklərinə şahid olmuşuq. Əgər bütün bunlar kəslərin özlərindən qaynaqlanan mütləq xüsusiyyətlər olsaydı, bunları heç vaxt itirməzdilər. Allah insanların bu həqiqəti anlaya bilmələri üçün dünya həyatında bir çox çətinlik və sıxıntı yaradır, yaşlılıq, xəstəlik kimi bir çox acizliklərlə də insanı sınayır.

Sahib olduğu hər şeyi Allah`ın verdiyini, Onun köməyi və dəstəyi olmadan heç bir şeyə gücünün çatmayacağını anlayan insan isə Allah`ın yaratdıqlarında bu hikməti görə bilir və acizliyini dərk edərək təvazökar əxlaqa sahib olur. Bədiüzzaman eqoizmi tərk etməyin ixlası qazanmaqda ən əhəmiyyətli addım olduğunu bir sözündə bu şəkildə ifadə etmişdir:

“Və haqqı batilin hücumundan qurtarmaq üçün... nəfsini və eqoizmini və səhv düşündüyü izzətini və rəqabət hissini tərk etməklə ixlası qazanar, vəzifəsini haqqı ilə yerinə yetirər”.28

Bu əxlaqı yaşamaq ixlaslı olmaq üçün lazımdır. Çünki eqoist insan Allah`ın razılığına uyğun davranmaz, öz nəfsinin istəklərini təmin edər. Eqoizm insanın hər kəsdən çox özünü sevməsi, hər kəsdən çox öz mənliyinin sözünü dinləyib, hər kəsdən çox öz mənfəətlərini qorumasıdır. Bu vəziyyət Allah`ın razılığının, Quran ayələrinin xatırladılmasından, yaxud möminlərdən gələn tövsiyələrdən qaynaqlanır. Çünki təkəbbürlənən insan vicdanını xatırlatmalara qarşı da bağlayır. Vicdanının səsinə qulaq asmadığı üçün hadisələr qarşısında ixlaslı davrana bilmir.

Quranda Allah eqoizmin bu təsirinə: “Ona: “Allah`dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!” (Bəqərə surəsi, 206) -ayəsi ilə diqqət çəkmişdir. Möminə yaraşan isə “İnsanların eləsi də var ki, Allah`ın razılığını qazanmaq üçün canını da verər.

Page 62: Quranda ixlas. azərbaycan

Allah Öz qullarına qarşı şəfqətlidir” (Bəqərə surəsi, 207) ayəsində bildirildiyi kimi, Allah`ın razılığını qazanmağa çalışmasıdır. Allah özlərinə göndərilən elçilərə qarşı lovğalanan qövmlərin uğradıqları sonu isə “Qəsəs” surəsində bu şəkildə bildirir:

(Qarun) dedi: “Bu, mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox (var-dövlət) yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz. (Qəsəs surəsi, 78)

Eqoizmin nələri itirməyə səbəb olduğunun fərqində olmaq

Eqoizmin ixlası zədələdiyini həyatın hər mərhələsində görmək mümkündür. Digər insanlardan daha üstün olduğunu düşünən şəxs bütün tənqid, xəbərdarlıq və tövsiyələrə qapalıdır. Qarşı tərəf özünün düşünə bilmədiyi əhəmiyyətli bir mövzunu xatırlatsa belə, təkəbbürlü olduğu üçün səhv də olsa, öz dediyini müdafiə edir. Buna görə də ixlasdan uzaqlaşıb nəfsinin əmrinə girir. Halbuki, bu vəziyyətdə ixlaslı davranış haqlı olduğu mövzuda belə qarşı tərəfin sözünə tabe ola bilməsi, təkəbbürə qapılmadan təslimiyyət göstərə bilməsidir. Bunun üçün eqoizmə səbəb olan mənlik duyğusunu bir kənara buraxmaq, nəfsini müdafiə etməkdən imtina etmək lazımdır. Ancaq o zaman Qurana uyğun davrana bilər. Ön plana çıxmaq arzusu və eqoizmin hakim olduğu bu əxlaq ixlası tamamilə zədələyir.

Bədiüzzamanın: “... “Bu savabı mən qazanım, bu insanlara mən doğru yolu göstərim, mənim sözümü dinləsinlər”, -deyə düşünərək qardaşına qarşı rəqabət aparmış olar. “Tələbələrim nə üçün onun yanına gedirlər? Nə üçün onun qədər tələbəm yoxdur?” -deyərək eqoizm fürsət tapıb mövqe sevgisinə meyil etdirər, ixlası zədələyər, riya qapısını açar”31 -sözləri ilə ifadə etdiyi kimi, insan yanlış davranışla mömin qardaşına qarşı rəqabətə girə bilər. Gözəl bir məsuliyyəti başqasının boynuna götürməsini və bunu müvəffəqiyyətlə yerinə yetirməsini istəməmək, onun əcr qazanmasını, axirətinin gözəl olmasını istəməmək deməkdir. Halbuki, Qurana və ixlasa ən uyğun olan davranış digər inananların da axirətinə vəsilə olmaq, onları Allah`ın razı olacağı işləri icra etməyə təşviq etməkdir.

Müsəlman özü nə qədər saleh əməl işləmək istəyirsə, qardaşlarının da eyni şəkildə əcr qazanmasını və axirətləri üçün gözəl işlər görə bilməsini istəməlidir. “Bu işi edə biləcək ən uyğun adam mənəm”, “Bu işi nə qədər yaxşı edə biləcəyimi görsünlər, nə qədər üstün xüsusiyyətlərə sahib olduğumu daha yaxşı anlasınlar”, yaxud “Bu işi mən boynuma götürüm ki, möminlərin gözündə yüksəlim” -kimi düşüncələrlə xeyirli bir işi

Page 63: Quranda ixlas. azərbaycan

rəqabət halına gətirmək ixlaslı hərəkət olmaz. Müsəlman bu işdə başqa mömini önə çəkməklə və onun nə qədər üstün xüsusiyyətlərə sahib olduğunu ön plana çıxarmaqla gözəl əxlaq göstərib ixlaslı davranmalıdır. Bədiüzzaman Səid Nursi eqoizm və ön plana çıxma arzusu kimi doğru olmayan xüsusiyyətləri aradan qaldırmaq üçün belə bir tövsiyə vermişdir:

“Bu mühüm xəstəliyin məlhəmi və dərmanı olan Allah sevgisi ilə haqq yolunda gedənlərlə fəxr etməklə, arxalarından gedib imamlıq şərəfini onlara buraxmaqla, Haqq yolunda kim olursa-olsun, özündən daha yaxşı olduğunu düşünməklə, eqoistlikdən imtina edib ixlası qazanmaqla, ixlas ilə bir qram əməlin ixlassız kilolarla əməldən üstün olduğunu anlamaqla və dolayısilə, məsuliyyətini bilib zərərli olan başçılıq həvəsindən imtina etməklə o xəstəlikdən xilas olar və ixlası qazanar, vəzifəsini lazımi qaydada icra edə bilər”.33

Səid Nursi bu sözləri ilə ixlasın əhəmiyyətinə diqqət çəkir və axirət yurdunu hədəf alan insanların eqoizm, liderlik həvəsi və rəqabət kimi duyğulardan uzaqlaşmasının əhəmiyyətini xatırladır. Din adına ediləcək bir xidmət belə olsa, ixlaslı olduğu üçün başqa möminə üstünlük verib onu ön plana çıxara bilməsinin və onun müvəffəqiyyətləri ilə fəxr etməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Başqalarının özündən daha üstün ola biləcəyinə inanıb, onlara təslim olmasının ixlasa daha uyğun olacağını xatırlatmışdır.

Riyakarlıqdan uzaq olmaq

Riyakarlıq Quran əxlaqına uyğun olmayan xüsusiyyətlərdəndir. Quran əxlaqı isə insana nəfsindəki bu zəifliklərdən xilas olmağı, dürüst və səmimi olmağı əmr edir. Çünki riyakar insanın qəlbindəki niyyəti ilə əməlləri fərqli olur. Bu da ixlası zədələyən əxlaqdır. İnsanın bu səmimiyyətsizliyi- daxildə və üzdə iki ayrı xarakter göstərməsi imanı tam olaraq qavraya bilmədiyini, Allah`ı haqqı ilə təqdir edə bilmədiyini göstərir.

Allah hər yeri əhatə edən, gizlinin gizlisini bilən, insanların ağıllarından keçirdikləri düşüncələrdən agah olan və hər an-hər yerdə onlara şahid olandır. İnsanın içindən keçirdiklərini gizlədib olduğundan fərqli görünməyə çalışması Allah`ın bu sifətlərini unutduğunu göstərir. Bu insan davranış və danışıqları ilə ətrafdakı insanları məmnun etsə də, Allah ürəyindəkini biləcək. Allah`dan qorxan insan Onun razı olmadığı hərəkətləri etməkdən çəkinər.

Page 64: Quranda ixlas. azərbaycan

Riyakar insan dünya həyatında insanların razılığını qazana bilər, amma axirəti üçün heç nə əldə edə bilməz. Dünyada əldə edilən mənfəətlər axirətdəki mükafatlarla müqayisə edilə bilməyəcək qədər dəyərsiz və əhəmiyyətsizdir. Allah: “…Halbuki, dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir” (Tövbə surəsi 38) -ayəsi ilə insanlara bunu xatırlatmışdır.

Riyakar insanın davranışları səmimiyyətsiz və sünidir. Möminlər isə Allah`ın izni ilə bunun kimi xüsusiyyətləri aşkar edə bilirlər. Xüsusilə də Allah`ın elm verdiyi elçiləri ikiüzlü davranaraq gerçək şəxsiyyətini gizlədən, ətrafdakılara özünü olduğundan fərqli tanıdan insanları üz ifadələrindən və danışıqlarından tanıyırlar. Lakin bu insanlar möminlərin içində aşkar edilməsələr belə, Allah onların süni və səmimiyyətsiz xüsusiyyətlərini bilir, söylədikləri hər sözü eşidir, etdikləri hər hərəkəti görür. Allah Quranda belə buyurur:

O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir! (Təğabun surəsi 4)

Möminin özünü insanlara sevdirməsi üçün riyakar davranışlara ehtiyacı yoxdur. Çünki insanı ətrafdakılara sevdirən Allah`dır. Həyatının hər anında ixlasla Allah`ın razılığını qazanmağa çalışan mömini bütün inananlar ürəkdən sevib dəstəkləyərlər. Gözəl əxlaqlı, səmimi, dürüst və ixlaslı insanı sevmək möminlərin fitrətində vardır. Allah`ın razılığı ilə yanaşı, möminlərin də razılığını qazandırar. Amma sadəcə insanların razılığı üçün edilən bir işdə Allah`ın razılığını qazanmaq qeyri-mümkündür.

Buna görə də insan nəfsinin təlqinlərini dinləməməli və ixlaslı olmaq üçün hər cür səmimiyyətsiz düşüncə və davranışdan uzaq olmalıdır.

Mövqe və yüksək vəzifəyə sahib olmaq istəyindən uzaqlaşmaq

İnsanların Allah`ın razılığını hədəf alıb axirət yurdu üçün ixlasla cəhd etmələrinə mane olan başqa bir səbəb isə dünya həyatındakı mövqe, şöhrət kimi maddi dəyərlərə olan bağlılıqdır. Halbuki, maddi imkanlar, mal-dövlət, yaxud mövqe insana axirət həyatında heç bir şey qazandırmaz. Allah Quranın: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır” (Hucurat surəsi, 13) -ayəsi

Page 65: Quranda ixlas. azərbaycan

ilə insanlar arasında üstünlüyün sahib olunan mövqeyə görə deyil, təqvaya görə olduğunu bildirmişdir.

Belə insanların vəziyyətini Bədiüzzaman Səid Nursi bu şəkildə ifadə etmişdir:

“… Vəzifə sevgisindən gələn şöhrətpərəstlik atəşi ilə şan və şərəf pərdəsi altında insanların sevgisini qazanmaq diqqəti özünə cəlb etməklə eqoizmi bəsləmək və nəfsinə pay ayırmaqdır ki, ən mühüm mənəvi xəstəlik olan gizli şirk riyakarlığa, eqoizmə qapı açır, ixlası zədələyir”.33

Mövqe və yüksək vəzifənin üstünlük əlaməti olduğu inancı cahiliyyə cəmiyyətlərinə məxsus düşüncədir. İmanı qavrayan mömin nəfsinin bu istəklərinə əhəmiyyət verməməli, üstünlüyü ixlasda və səmimiyyətdə axtarmalıdır. Çünki bunun kimi arzulardan uzaqlaşan insan dünyadakı bütün mövqelərin üzərində duran bir mövqeyə çatdırılacaq, gerçək qürur və şərəfin sahibi olacaqdır. Bu vəziyyət Quranın “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq” (Nisa surəsi 31) ayəsi ilə insanlara bildirilmişdir.

Bu şərəfli və üstün mövqeyə layiq olmaq üçün iman edən şəxs “Hər kəs (dünyada) izzət-qüdrət istəsə, bütün izzət-qüdrət ancaq Allah`a məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir.…” (Fatir surəsi 10) ayəsində xatırladılan həqiqətin şüurunda olmalıdır: izzətin gerçək sahibi Allah`dır və insana bunu qazandıran saleh əməllərdir, yəni ixlasla edilən əməllərdir.

Bədiüzzaman Səid Nursi də risalələrində bu mövzuya diqqət çəkmişdir. Səid Nursi “ayələrimi ucuz qiymətə satmayın” ayəsindəki əmrə toxunaraq axirətdəki şərəfli və üstün mövqenin yanında dünya həyatında əldə edilən mövqe, yaxud şöhrətin nə qədər dəyərsiz olduğunu belə vurğulamışdır:

“ “… Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun” (Bəqərə surəsi 41) ayəsindəki Allah`ın şiddətlə qadağan etdiyinə misal olarıq, öz sonsuz səadətimizə zərər verərik. Həm mənasız, gərəksiz, zərərli və səmimiyyətsiz hisslərlə və kiçik mənfəətlər üçün özünü bəyəndirməyə çalışaraq və ixlası pozaraq bütün qardaşlarımızın haqlarına təcavüz etmiş olarıq və həm də Qurana saldırmış və iman həqiqətlərinin böyüklüyünə hörmətsizlik etmiş olarıq”.34

Yüksək mövqe əldə etmək arzusu insanın əməllərində ixlaslı olmasına manedir və səmimiyyətsizliyə səbəb olur. Bu insan bir tərəfdən etdikləri ilə Allah`ın razılığını və cənnətini qazanmağı hədəf alarkən, digər tərəfdən də insanlar arasında etibar əldə

Page 66: Quranda ixlas. azərbaycan

edəcəyini düşünür. Bu da əməllərini etibarsız edir. İman edən şəxs Qurandakı bu xatırlatmaları diqqətə alaraq, nəfsinin dünya həyatının şan və şöhrətinə xas istəklərindən uzaqlaşıb Allah qatındakı izzət və qüruru qazanmağa çalışmalıdır.

Əks halda, “Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, qəbirləri ziyarət etdiniz” (Təkasur surəsi 1-2) ayələri ilə xatırladıldığı kimi, insanın başı nəfsinin bu istəklərinə qarışacaq və bunların heç bir fayda vermədiyini axirətdə başa düşəcək. Sırf nəfsinin istək və arzularını təmin etmək uğrunda boş yerə çalışıb yorulacaq və axirətdə də hüsrana uğrayacaq. Möminə yaraşan isə nəfsinin bu istəklərindən uzaqlaşıb ixlası qazanmaq və Allah`ın razı olacağı əxlaqa çatmaqdır.

Mal və can qayğısını tərk etmək

Mal-dövlətə və cana həvəslə bağlanmaq nəfsin xüsusiyyətlərindən biridir. Buna görə də nəfs bu mövzuda davamlı hərisliyi təşviq edir. Lakin “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz...” (Ali-İmran surəsi, 186) ayəsində də bildirildiyi kimi, mal və can həvəslə bağlanmaq üçün deyil, insanların imtahanı üçün yaradılmışdır. Allah bu dünyəvi dəyərlərə bağlanmayıb bunları Allah`ın razılığını qazanmaq üçün sərf edənləri cənnətlə müjdələmiş, böyük qurtuluş və xoşbəxtliyə də ancaq bu yolla çatmağın mümkün olduğunu belə bildirmişdir:

Doğrudan da Allah möminlərdən cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allah`ın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allah`dan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

İnananlar bu ayəyə uyğun olaraq mal və canlarına həvəslə bağlanmamalıdır. Şübhəsiz ki, nəfsin bu yöndə təlqin və təşviqləri olacaqdır. Lakin Allah`ın bu vədinin şüurunda olan müsəlmanın nəfsinə uyması mümkün deyildir. Çünki dünya həyatında qazanılan heç bir mənfəət sonsuz axirət nemətləri ilə müqayisə edilə bilməz. Buna görə də Allah ayədə belə buyurur: “sövdələşdiyiniz alış-verişə görə sevinin”.

İnsan dünya həyatında qazandığı maddi dəyərlərdən çox qısa müddət faydalana bilər. Sonra da həm bədənini, həm də yığıb-saxladığı malını ölümlə birlikdə tərk etmək

Page 67: Quranda ixlas. azərbaycan

məcburiyyətində qalacaq. Allah`ın axirətdə verəcəyi nemətlər isə sonsuza qədər insanın qurtuluşuna və xoşbəxtliyinə vəsilə olacaq.

Bədiüzzaman Səid Nursi insanların mala və cana qarşı bəslədiyi sevginin nə qədər bihudə olduğuna belə diqqət çəkmişdir:

“Mala və cana qarşı şiddətli həvəs göstərər… görər ki, müvəqqəti onun nəzarətinə verilmiş o fani mal və riyakarlığa vəsilə olan o can o şiddətli həvəsə dəymir. Ondan həqiqi məqam olan mənəvi mərtəbələrə və (Allah`a) yaxınlıq dərəcələrinə və axirət azuqəsi olan saleh əməllərə yönələr. Pis bir xüsusiyyət olan məcazi şeylərə həvəs isə yüksək bir xüsusiyyət olan həqiqətə olan həvəsə çevrilər...”35

Başqa sözündə isə mal və can dərdinə düşənlərin bunun insana faydası olmayacağını qavradıqlarında düşdükləri vəziyyəti bu şəkildə ifadə edir:

“… Şiddətli bir surətdə narahatlıq keçirdiyi zaman baxar ki, o narahatlıq keçirdiyi gələcəyə çatmaq üçün əlində sənəd yoxdur. Həm ruzi baxımından (Allah tərəfindən) qarantiya altında olan və həm də qısa sürən insanın gələcəyi şiddətli əndişəyə dəymir. Bu səbəblə, gələcək qorxusundan üz çevirib qəbirdən sonra həqiqi və uzun sürəcək olan və qafillərin qarantiyaya alınmadığı bir gələcəyə yönəlir”.36

Əks halda, yəni can və malının qayğısını çəkdikdə insanın saf niyyətlə Allah`a yönəlməsi, Allah`a təslim olub ixlasla hərəkət etməsi mümkün deyil. Nəfsində gizlətdiyi bu həvəslər onu Allah`ın razılığına deyil, həmişə öz mənfəətinə doğru meyilləndirəcək. Məsələn, ehtiyac içərisində olan birini gördükdə ona dəstək olub infaq etmək əvəzinə öz mənfəətlərini qoruyacaq. Halbuki, ixlaslı davranış “(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (Həşr surəsi, 9) ayəsində də bildirildiyi kimi, insan ehtiyac içərisində olsa belə, malını başqasına sevə-sevə verə bilməsidir.

Öz nəfsinin istəkləri ona Allah`ın razılığından daha əhəmiyyətli olacaq. Quranın “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allah`dan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah

Page 68: Quranda ixlas. azərbaycan

günahkarları doğru yola yönəltməz” (Tövbə surəsi 24) ayəsi ilə belə bir seçimin Allah qatındakı qarşılığının hüsran olacağına da diqqət çəkilmişdir.

Rəbbimizin: “(Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz” (Leyl surəsi 11) ayəsi ilə bildirdiyi kimi, mal-dövlət insanı axirətdə əzabdan qoruya bilməyəcək. Lakin “(Allah`dan) ən çox qorxan isə o (oddan) uzaqlaşdırılar. O kimsə ki, malını verir, təmizlənir. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. (O bunu) ancaq ən uca Rəbbinin üzünü dilədiyindən (edər). O, mütləq razı qalacaqdır!” (Leyl surəsi 17-21) -ayələrində də bildirildiyi kimi, ixlaslı davranan sonsuz nemətlərlə mükafatlandırılacaq.

Quranda mal-dövlət kimi, can qayğısına düşüb ixlasını itirən və Allah`ın razılığından uzaqlaşan insanların vəziyyətinə aid bir çox nümunə verilmişdir. Peyğəmbər Allah yolunda döyüşə çağırdığında bəziləri güclərinin çatmadığını (Tövbə surəsi 42), bəziləri də istidə döyüşün çətin olduğunu (Tövbə surəsi 81) iddia edərək nəfslərinə uymuşdular. Bəzi insanlar bu bəhanələri bildirərkən güclərinin çatmadığına dair and da içmişdilər. Ancaq Allah onların yalan danışdığını və bu davranışları ilə öz nəfslərini həlaka apardıqlarını bildirərək səmimiyyətsizliyini ifadə etmişdir.

İxlaslı davranış isə “Lakin (Allah`ın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır” (Tövbə surəsi 88) ayəsində diqqət çəkilən saleh möminlərin əxlaqıdır.

Allah başqa bir ayədə möminlərdən mallarını və canlarını ortaya qoyub Allah`ın razılığını bütün bunların qazandıracağı mənfəətlərdən üstün tutan kəslərin dərəcə baxımından Allah qatında daha üstün tutulacağını bildirərək ixlaslı möminləri müjdələmişdir. Ayədə belə buyurulur:

Möminlərdən -üzürlülər istisna olmaqla- oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibarilə üstün etdi. Allah hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi 95)

MÖMİNLƏRİN GÜCÜ İXLASDAN QAYNAQLANIR

Page 69: Quranda ixlas. azərbaycan

Allah`a və axirətə inanmayan insanların dostluqlarının bünövrəsini dünyəvi dəyərlər təşkil edir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinə dəstək olur və beləliklə, müştərək mənfəət əldə etməyə çalışırlar. Bu ittifaqa daxil olan şəxslər dostluqlarının qarşılıqlı güvən əsasında qurulmadığını, bu ittifaqın bəzi şərtlərə əsaslandığını bilirlər. Tərəflərdən birinin mənfəət gətirən xüsusiyyəti aradan qalxdığında ittifaq da pozulur. Bu vəziyyətdə zərərçəkən şəxslərin çətin vəziyyətdə qalması, yaxud dəstəyə ehtiyac duyması digər tərəfi maraqlandırmır. Çünki qurulan bu ittifaq yalnız güc birliyindən və mənfəət əldə etmək istəyindən ibarətdir. Buna görə də bu şərtlər yox olduğunda birliyin pozulması da çox təbiidir. Allah`ın: “… Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu, ona görədir ki, onlar ağlı kəsməyən adamlardır” (Həşr surəsi 14) -ayəsində insanlara xəbər verdiyi kimi, inkar edənlər hər nə qədər bir və ya həmrəy görünsələr də, bünövrələri dağınıqdır.

Buna görə də inkar edənlərin bu birliyi dağılmağa məhkumdur. İnsanlar arasında həqiqi birlik, gerçək dostluq və ittifaq təmin edən yeganə güc imandır. Hesab günündən qorxan imanlı insanlar bir yerə yığışıb axirətdə də sonsuza qədər davam edən möhkəm bir ittifaq qurarlar. Bir-birini heç bir gəlir, yaxud mənfəət gözləmədən, xalis niyyətlə və yalnız Allah rizası üçün sevir, Allah rizası üçün dost olur və Allah rizası üçün ittifaq qururlar. Təməli dünyada ən möhkəm qaynağa, Allah sevgisinə və Allah qorxusuna əsaslanan bu birliyin pozulub dağılması, Allah diləməzsə, heç bir şəkildə mümkün deyil.

İman edənlər “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir” (Saff surəsi 4) ayəsində verilən nümunədə olduğu kimi, güc meydana gətirirlər. Başqa ayədə “…Allah`la qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allah`ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir” (Bəqərə surəsi 249) sözləri ilə ifadə edildiyi kimi, az sayda olsalar belə, iman və ixlasla milyonlara qalib gələcək şövq və iradə qazanırlar.

İxlaslı olduqları üçün Allah`ın köməyini və dəstəyini qazanırlar. Allah`ın: “…Möminsinizsə, üstün olacaqsınız” (Ali-İmran surəsi, 139) -ayəsi ilə bildirdiyi bu sirrə vaqif olduqları üçün fövqəladə müqavimət və qüvvət göstərirlər. Bu birliyi meydana gətirən şəxslərin hər biri Allah`dan qorxub çəkinirlər. Quran ayələrinə qeydsiz-şərtsiz tabe olurlar. Allah`dan başqa heç kimin razılığını axtarmayıb, Allah`dan başqa heç kimdən qorxmadıqları üçün hər biri sanki bir ordu kimidirlər.

Birliklərinin səbəbi ixlaslı olmalarıdır

Page 70: Quranda ixlas. azərbaycan

Öz aralarında isə ixlasla Allah`ın razılığını axtardıqları üçün heç vaxt qarışıqlıq, anlaşılmazlıq, yaxud ixtilaf yaşamazlar. Çünki Allah`ın sözü birdir, Quran ayələri açıqdır. Bütün inananların Qurana qeydsiz-şərtsiz tabe olub Allah`ın razılığını qazanmağa çalışdıqları mühitdə uyğunlaşma və nizam meydana gəlir. Hər kəs ixlasla Allah`a, Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə itaət etdiyi üçün bütün işləri asanlıqla həll olur. Dinin və inananların mənfəətini, qardaşlarının nəfsini öz nəfsindən üstün tutduqları üçün birlik və həmrəylik meydana gəlir. Bu birliyin meydana gəlməsi üçün müsəlmanların hər zaman bir yerdə olması lazım deyil. Bir-birindən uzaq olsalar da, fərqli ölkələrdə yaşasalar da, iman edənlər sarsılmayan mənəvi birlik əmələ gətirirlər.

Onlar dərin sevgi, hörmət və sədaqətlə bir-birinə bağlıdırlar. Buna görə də əsla rəqabət və ixtilafa yol vermirlər. Çətinlik, yaxud sıxıntı ilə qarşılaşsalar belə, Allah qorxusuna və ixlasa sahib olduqları üçün zəiflik, iradəsizlik göstərməzlər. Birində qüsur olsa, digərinin imanı və ixlası onu da o vəziyyətdən xilas edər. Davamlı olaraq bir-birinə yaxşılığı əmr edib, pislikdən çəkindirdikləri üçün getdikcə imanları, ixlas və gücləri artar. Məqsədi, cəhdi və duaları həmişə eyni olan ixlas sahiblərinin bu sarsılmaz güc və qüvvələrini Bədiüzzaman Səid Nursi belə bir nümunə ilə dilə gətirmişdir:

“… Çünki necə ki, insanın bir əli digəri ilə rəqabət etməz, bir gözü bir gözünü tənqid etməz, dili qulağına etiraz etməz, ürək ruhun ayıbını görməz. bəlkə bir-birinin nöqsanını tamamlayar, qüsurunu örtər, ehtiyacına kömək edər, vəzifəsinə kömək edər; yoxsa o insanın həyatı sönər, ruhu qaçar, cismi də dağılar. Necə ki, bir fabrikin çarxları bir-biri ilə rəqabət aparmaz, bir-birinin qabağına keçməyə çalışmaz, bir-birinin qüsurunu görərək tənqid etmək surəti ilə şövqünü qırmaz. Bəlkə bütün üstünlükləri ilə bir-birinin hərəkətini ümumi məqsədə istiqamətləndirmək üçün kömək edərlər, həqiqi bir həmrəylik və birlik ilə yaradılış məqsədlərinə doğru gedərlər. Əgər zərrə qədər hücum, zorbalıq qarışsa, o fabriki qarışdırar, nəticəsiz və meyvəsiz buraxar. Fabrik sahibi də o fabriki tamamilə qırıb-dağıdar. Ey Risaleyi-Nur tələbələri və Quranın xidmətçiləri! Sizlər və bizlər kamil insan adına layiq şəxsi-mənəvinin üzvləriyik... Və sonsuz həyatdakı əbədi xoşbəxtliklə nəticə verən bir fabrikin çarxları hökmündəyik... və sonsuz cənnətə Muhəmmədin ümmətini çıxaran Rəbbani gəmidə çalışan xidmətçilərik”.37

Bu nümunə möminlərin arasındakı birlik və bərabərliyi aydınlaşdırmaq üçün çox əhəmiyyətlidir. İxlası zədələyən bütün davranışlardan uzaqlaşdıqları üçün sarsılmaz mənəvi güc qazanırlar.

Page 71: Quranda ixlas. azərbaycan

Bədiüzzaman möminlərin ixlasın sirrinə vaqif olmaqla necə qüvvət əldə etdiklərini izah edən başqa bir nümunə vermişdir:

“Əlbəttə, dörd fərddən min yüz on bir mənəvi qüvvət təmin edən ixlas sirrini qazanmaq ilə həmrəyliyə və həqiqətə inanmağa möhtacıq və məcburuq. Bəli, üç əlif birləşib etməzsə, üç qiyməti var. Rəqəmlərin sirri ilə birləşsə, yüz on bir edər. Dörd dəfə dörd ayrı-ayrı olsa, on altı edər . Əgər qardaşlıq sirri və birlik məqsədi və birləşmə vəzifəsi ilə bərabər gəlib bir xətt üstündə çiyin çiyinə versələr, o vaxt dörd min dörd yüz qırx dörd qüvvətində və qiymətində olduğu kimi... həqiqi ixlas sirri ilə on altı fədakar qardaşların qiymət və qüvveyi-mənəviyyəsi dörd mindən keçdiyinə, bir çox tarixi hadisəyə şahidlik edir.

Bu sirrin sirri budur ki: həqiqi, səmimi bir birlikdə hər bir fərd digər qardaşların gözü ilə də baxa bilər və qulaqları ilə də eşidə bilər. On birləşmiş adamın hər biri iyirmi gözlə baxan, on ağılla düşünən, iyirmi qulaqla eşidən və iyirmi əllə işləyən tərzdə mənəvi qiyməti və qüvvələri vardır”.38

İxlasın qazandırdıqları

İxlas iman edənlərə həm dünyada, həm də axirətdə sonsuz nemətləri qazanmaq üçün verilən böyük gücdür. Bədiüzzamanın da dediyi kimi, mühüm bir əsas, ən böyük güc, ən əhəmiyyətli dayaq nöqtəsi, ən yüksək xarakter və ən saf qulluqdur. Şübhəsiz ki, dünya və axirət həyatında nemətlərin ən böyüyü Allah`ın razılığıdır.

Allah`ın razılığını və məmnuniyyətini qazanmağın sirri isə ixlasdır. Allah: “De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah`dan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allah`ın rizası vardır”. Allah qullarını görür” (Ali-İmran surəsi 15) -ayəsi ilə qorxub-çəkinənlər üçün axirətdə ən xeyirli qarşılığın Allah`ın razılığı olduğunu müjdələmişdir. Möminlərin dünyadakı cəhdlərinin hədəfi də budur.

Rəbbimiz bir çox ayədə isə Allah`a və axirət gününə iman edib, əməlləri ilə Allah`a yaxınlaşmağa, elçinin duasını və bağışlanma diləklərini almağa çalışan ixlas sahiblərini rəhmətinə, cənnətinə qovuşduracağını müjdələmişdir. Ayələrdə belə buyurulur:

Bədəvilərdən eləsi də vardır ki, Allah`a və axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhə-

Page 72: Quranda ixlas. azərbaycan

mətinə qovuşduracaqdır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi 99-100)

Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. “Bu, vəd olunduğunuz (cənnətdir). O, hər bir qayıdan, (nəfsini haramdan) qoruyan, Rəhmandan görmədən qorxan və haqqa dönmüş qəlblə gələn bəndə üçündür! (Qaf surəsi, 31-33)

Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)

Dünyada gözəl həyat

Allah sonsuz axirət nemətləri ilə yanaşı, dünya həyatında da ixlas sahiblərinə çox gözəl qarşılıq verir. “...Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Ona) üz tutan kimsəni isə doğru yola yönəldir” (Rəd surəsi, 27) ayəsində də bildirildiyi kimi, Allah Özünə yönələnə kömək edər və onu doğru yola çatdırar. Başqa ayədə isə Allah ixlas sahiblərinə olan dəstəyini və köməyini belə bildirmişdir:

Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

Rəbbimiz ixlaslı insanlara dünyada da saysız-hesabsız nemətlər bəxş edir. Onları inkar edənlərin çətin, sıxıntılı və bərəkətsiz həyatından uzaqlaşdırır. Allah Quranda: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə, onları mütləq mükafatlandıracağıq” (Nəhl surəsi, 97) -ayəsi ilə bildirdiyi kimi, onları gözəl həyatla yaşadır.

Saf niyyətlə Allah`a yönələn insan dünya həyatının bütün kədər və çətinliklərindən uzaqlaşır. Yalnız Allah`dan qorxduğu üçün təvəkküllü, rahat şəkildə yaşayır. Qınayanın qınağından qorxmadığı üçün dünya həyatına dair heç bir narahatlığı və sıxıntısı olmur. Sadəcə Allah`ın razılığını hədəf aldığı üçün heç kimin onu bədbinliyə salması mümkün deyil. Yalnız axirəti hədəf aldığı üçün dünya həyatının mal-mülkü onu maraqlandırmır. Mal-mülkünü artırmaq və onları itirmək qorxuya, narahatlığa səbəb olmaz. Hər zaman təvəkküllü, iradəli, səbirli və təvazökardır.

Page 73: Quranda ixlas. azərbaycan

İxlaslı və səmimi şəkildə görülən işlər insanların razılığı, dünyəvi mənfəətlər və ya ön plana çıxmaq üçün edilmədiyindən və sadəcə Allah`ın rizası üçün olduğundan həmişə bərəkətli olur. Çünki “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Nur surəsi 55) ayəsində də bildirildiyi kimi, Allah möminlərə müvəffəqiyyət vəd etmişdir.

NƏTİCƏAllah: “Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yaqubu

da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik” (Sad surəsi, 45-46) -ayələri ilə möminlərə hz.İbrahim, hz.İshaq və hz.Yaqubu nümunə çəkmişdir. Bundan əlavə, “Kitabda Musanı da yad et! Həqiqətən, o, çox səmimi idi. O, bir elçi, bir peyğəmbər idi” (Məryəm surəsi, 51) ayəsi ilə də hz.Musanın ixlaslı şəxs olduğuna diqqət çəkilmişdir. Bizim vəzifəmiz isə Allah`ın elçilərindəki bu yüksək əxlaq haqda ətraflı düşünmək və onlar kimi ixlaslı qul olmağa cəhd etməkdir.

Quranda ancaq bəsirət gözləri korlaşıb qulaqları karlaşanların Allah`ın ayə və xatırlatmalarından öyüd almayacaqları bildirilir. Həqiqi möminlər isə ayədə də bildirildiyi kimi, (O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (Furqan surəsi, 73)) Allah`dan qorxub çəkinənlərdir. Onlar Quran ayələrindəki hikmətləri görür, onlardan öyüd-nəsihət alır və ixlaslı olmağa çalışırlar. Allah`ın bu xatırlatmalarına qarşı möminlərin laqeyd qalması mümkün deyil. Əgər bu günə qədər ixlasın əhəmiyyətini düşünməsə belə, qısa müddət ərzində niyyətini yeniləməsi ixlası qazanmaq üçün kifayətdir. Bu niyyət dəyişikliyi Allah`ın izni ilə o andan sonra ediləcək əməlləri saleh əmələ çevirib, bu adamı Allah qatında yaradılmışların ən xeyirlilərindən olmaq şərəfinə çatdıracaq.

İnsanın Allah`ın razılığını qazanmaq üçün etdiyi əməllərə dünya mənfəətini qatması böyük ağılsızlıqdır. Bu adam bəlkə də illərlə çalışacaq, özünü doğru yolda zənn edəcək, ancaq ixlaslı olmaq üçün cəhd etməzsə, saf niyyətlə Allah`a yönələn qullardan ola bilməyəcək. “Kəhf” surəsində bu insanların vəziyyəti belə bildirilir:

Page 74: Quranda ixlas. azərbaycan

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)

Lakin insan geriyə dönüb baxdıqda dünya həyatında keçirdiyi o qədər ildən tək bir iz belə qalmadığını görər, nə təqdirini almağa çalışdığı insanlar, nə ülviləşdirdiyi dünyəvi ideallar, nə nəfsi, nə də ixlasını zədələməyə çalışan şeytan yanında olacaq. Allah`a yönəlmədiyi üçün və imanına, xidmətinə, ibadətlərinə başqa məqsədlər də qataraq ixlasını zədələdiyi üçün Allah`ın hüzurunda tək başına, köməksiz qalacaq. Allah dünya həyatının necə böyük bir aldanış olduğunu “Hədid” surəsində bu şəkildə bildirir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

İxlaslı olmaq üçün cəhd etməyib Quranın ruhunu lazımi qaydada yaşamadığı üçün bir çox insanla müqayisədə daha çox çalışdığı halda, bütün etdiklərinin boşa getdiyini görməkmi? Yoxsa niyyətini, qəlbini və vicdanını təmiz tutmaqla, könüldən Allah`a yönəlib Ona bağlanmaq və Ondan başqa heç kimin razılığını gözləmədən sonsuz nemətlərə qovuşub, yaradılmışların ən xeyirlilərindən olmaqmı? Əlbəttə ki, ikinci variant Allah`ı sevən, Onun dostluğunu istəyən və Ona qovuşmağı ümid edən bir insanın seçəcəyi tək variantdır.

Buna görə də biz bu kitab vasitəsi ilə Allah`ı sevən, Onun dostluğunu axtaran və Ona qovuşmağı ümid edən bütün səmimi iman əhlini qurtuluşun sirrini ixlasda axtarmağa dəvət edirik. Çünki Bədiüzzamanın sözlərində də yer verdiyi kimi, ixlasla edilən tək bir əməl ixlassız olaraq edilən minlərlə əməldən daha qiymətli ola bilər. Və unutmayın ki, əgər niyyətiniz xalis, əməliniz saleh isə Allah rizası üçün etdiyiniz ən kiçik əməl belə, Allah qatında itməyəcək. Çünki ayələrdə: “Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir...” (İsra surəsi, 25) “...Allah müttəqiləri tanıyır” (Ali-İmran surəsi, 115) -buyurulmuşdur.

NOTLAR

Page 75: Quranda ixlas. azərbaycan

1. Ramuz El-Ehadis, (Hadisler Deryasi), Musannif: Ahmed Ziyaüddin Gümüşhanevi (k.s), Mütercim: Abdülaziz Bekkine (k.s.), Gonca Yayınevi, 20-13

2. Risale-i Nur Külliyatı, 21. Lema, s.6683. Risale-i Nur Külliyatı, 21. Lema, s.6684. Risale-i Nur Külliyatı, 21. Lema, s.6695. Risale-i Nur Kulliyatı, Lemalar, s.1336. Risale-i Nur Kulliyatı, Lemalar, s.1337. Risale-i Nur Kulliyatı, Lemalar, s.1508. Risale-i Nur Kulliyatı, Lemalar, s.1509. Risale-i Nur Kulliyatı, Kastamonu Lâhikası, s. 13410. Risale-i Nur Külliyatı, 20. Lema, s.662-66311. Risale-i Nur Külliyatı, 21. Lema, s.66812. Risale-i Nur Kulliyatı, Barla Lâhikası, s. 7813. Risale-i Nur Kulliyatı, Hizmet rehberi, s. 16914. Mesnevi-i Nuriye, s.21515. Mesnevi-i Nuriye, s.21516. Risale-i Nur Kulliyatı, Emirdağ Lâhikası, Cilt 1, s.8617. Risale-i Nur Kulliyatı, Hizmet Rehberi, 81-8318. Ramuz El-Ehadis, (Hadisler Deryasi), Musannif: Ahmed Ziyaüddin

Gümüşhanevi (k.s), Mütercim: Abdülaziz Bekkine (k.s.), Gonca Yayınevi, 80-1619. Risale-i Nur Külliyatı, 21. Lema. s.67020. Risale-i Nur Külliyatı, 21. Lema, s.16021. Risale-i Nur Külilyatı, 20. Lema, s.66222. Risale-i Nur Külliyatı 21. Lema, s.66923. Risale-i Nur Külliyatı, Lemalar, s.157-15824. Ramuz El-Ehadis, (Hadisler Deryasi), Musannif: Ahmed Ziyaüddin

Gümüşhanevi (k.s), Mütercim: Abdülaziz Bekkine (k.s.), Gonca Yayınevi, 236-325. Risale-i Nur Külliyatı, Lemalar, s.16226. Tecri'di Sarih:7/360; Riyazüs-Salihin: 1/284 27. Ramuz El-Ehadis, (Hadisler Deryasi), Musannif: Ahmed Ziyaüddin

Gümüşhanevi (k.s), Mütercim: Abdülaziz Bekkine (k.s.), Gonca Yayınevi, 423-728. Risale-i Nur Külliyatı, 20. Lema, s.15429. Risale-i Nur Külliyatı, Lemalar, s.15130. Risale-i Nur Külliyatı, 20. Lema, s.158 31. Risale-i Nur Külliyatı, 20. Lema, s.15232. Risale-i Nur Külliyatı, 20. Lema, s.15333. Risale-i Nur Külliyatı, İhlas Risaleleri, s. 4534. Risale-i Nur Külliyatı, Lemalar, s.160

Page 76: Quranda ixlas. azərbaycan

35. Risale-i Nur Külliyatı, Mektubat, s.3336. Risale-i Nur Külliyatı, Mektubat, s.3337. Risale-i Nur Külliyatı, 21. Lema, s. 668-66938. Risale-i Nur Külliyatı, 21. Lema, s.669