Allahın İbrahimə vədi - Bible for Children · Allah istəyirdiki, insanlar Onun yaratdığı...

Preview:

Citation preview

Allahın İbrahimə

vədi

Uşaqlar üçün Müqəddəs Kitabtəqdim edir

Müəllif: Edward Hughesİllüstrasiya edən: Byron Unger; LazarusUyğunlaşdıran: M. Maillot; Tammy S.

Tərcümə edən: Günay ƏsədovaTəqdim edən: Bible for Children

www.M1914.org

BFCPO Box 3

Winnipeg, MB R3C 2G1Canada

©2018 Bible for Children, Inc.Lisenziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini

çıxarda bilmək hüququna maliksiniz.

Daşqından uzun illər sonra yer üzərindəki insanlar plan qurdular.

“Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikək,” onlar dedilər. “Gəlin həmişə birlikdə yaşayaq”. Hamı eyni dildə danışırdı.

Allah istəyirdi ki, insanlar Onun yaratdığıdünyanın hər tərəfində yaşasınlar. O, xüsusi bir şey etdi. Qəflətən bir insanqrupu fərqli dildə danışmağa başladı.

Allah onlara yeni dil verdi.

Eyni dildə danışanlar birlikdə kənara çəkildilər. Ola bilsinki, insanlar dillərini başa düşmədikləri digər insanlardanqorxdular.

Bu yolla Allah insanların müxtəlif ölkələrə yayılmalarınasəbəb oldu. Onların tərk etdikləri şəhərin adı Babil idi ki, bu da qarışdırmaq deməkdir.

İllər keçəndən sonraXaldeylilərin Ur şəhərində Allah İbrama dedi: “Sənəgöstərəcəyimölkəyə get”.

İbram itaət etdi. Allah onu Kənan torpağına apardı. Onunarvadı Saray və qardaşı oğlu Lut da onunla birlikdə getdilər.

Kənan torpağında İbram və Lut zənginoldular. Onların çoxlu sayda mal-qaralarıvar idi. Bu qədər heyvan üçün onlarınkifayət qədər torpaqları yox idi.

İbramın sürülərinin çobanları ilə Lutunsürülərinin çobanları arasında mübahisədüşdü. İbram dedi: “Qoy mənimçobanlarımla sənin çobanların arasındamübahisə olmasın”. “Biz ayrılacağıq. Lut, sən istədiyin torpağı özünə seç”.

Lut şəhər və kəndlərlə əhatəolunmuş böyük yaşıl düzənliyiseçdi. Amma bu şəhərlər çoxəxlaqsız yerlər idi.

Lut gedəndən sonra Allah yenidənİbramla danışdı: “Bütün Kənan torpağınıəbədiyyən sənə və sənin nəslinəverirəm”. İbram və Sarayın övladlarıyox idi. Allah Öz böyük vədini necə

yerinə yetirə bilərdi?

Allahdan olan üç adam İbramvə Sarayın yanına gəldi.

Onlar dedilər: “Tezliklə sənin oğlun olacaq”. Saray güldü. O, Allahın müjdəsinə inanmadı. Onun doxsan yaşı var idi. Allah dedi ki, İbram indi İbrahim (“çoxlarının atası”), Saray isə Sara (“mələkə”) adlanacaq.

Allah həmçinin İbrahimə ikiəxlaqsız şəhərlər olan Sodom və Homorranı dağıdacağınıda dedi. İbrahimin qardaşıoğlu Lut öz ailəsi iləSodomda yaşayırdı.

Allahın xəbərdarlığıgələndə Lut inandı, amma onun qızlarınınərləri Sodomu tərketməkdən imtina etdilər. Necə də faciəlidir! Onlar Allahın Sözünəinanmadılar.

Yalnız Lut və onun iki qızıtəhlükəsiz yerə getdilər. Göydən əxlaqsız şəhərlərinüzərinə odlu kükürdyağdı.

Təəssüf ki, Lutun arvadıAllahın xəbərdarlığınaitaətsizlik etdi və qaçarkəngeriyə baxdı. O, duzsütununa çevrildi.

Allah İbrahim və Saraya olanəhdinə sadiq qaldı. Allahın dediyikimi, yaşlıvaxtlarındaonların övladıoldu. İshaqdoğulandaonlar necə dəsevindilər!

Bəlkə İbrahim dəAllahın ona və onunnəslinə əbədiyyən Kənantorpaqlarını verəcəyivədi haqqında fikirləşdi. Allah o vədinə də sadiqqalacaq.

Allah Özvədlərinəhəmişə sadiqdir.

Allahın İbrahimə vədi

Allahın Sözü, Müqəddəs Kitabdanolan bir hekayədir

Yaradılış 11-21

“Kəlamının açıqlanması nur saçır”. Məzmur 119:130

4 60

Son

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızıistəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahıncəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə

Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaqüçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan

və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indigələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə

yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə

ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik

ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaətetməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

Recommended