7sinif ksq3

Preview:

Citation preview

III TƏDRİS VAHİDİ ÜZRƏ

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

1. Hansı bənddə informasiyanın xassələri sadalanıb?

A) sistem, tətbiqi B) diskretlik, nəticəlilik C) sərt, yumşaq D) etibarlılıq, aktuallıq

2. Şəxsi fikirdən asılı olmayan informasiyanı necə adlandırmaq olar? A) aktual B) anlaşıqlı

C) obyektiv D) tam 3. Gerçək zamanda mövcud və lazım olan informasiya necə adlanır?

A) obyektiv B) aktual C) tam D) anlaşıqlı

4. Verilmiş məsələni həll etmək üçün kifayət edən informasiya necə adlanır? A) anlaşıqlı B) tam C) obyektiv D) aktual

5. İstifadəçiyə aydın şəkildə çatan informasiya hansı xassəyə malikdir? A) obyektivlik B) tamlıq C) aktuallıq D) anlaşıqlılıq

6. Siz səhər evdən çıxarkən televiziya ilə hava proqnozunu – havanın temperaturu, küləyin

sürəti, yağıntının olub-olmaması haqqında məlumat verdilər. Bu məlumatı necə hesab

etmək olar? A) obyektiv, aktual olmayan, tam B) anlaşıqlı, subyektiv, etibarlı

C) tam, aktual, etibarlı D) etibarlı olmayan, aktual, tam

7. 1110 ədədinin ikilik say sistemində yazılışı necədir? A) 1100 B) 0011 C) 1010 D) 1011

8. 1011112 ədədi hansı onluq ədədə uyğundur?

A) 52 B) 47 C) 101111 D) 236 9. İkilik say sistemində ən böyük dördrəqəmli ədəd hansıdır?

A) 1000 B) 1111 C) 9999 D) 4011

10. 3x + 3x = 10x bərabərliyi hansı say sistemində doğrudur? A) ikilik B) onluq C) altılıq D) səkkizlik

11. Mətn Unicode kodlaşdırmasından istifadə olunaraq kodlaşdırılıb. Mətndə 144 simvol olduğunu bilərək, onun həcmini hesablayın.

A) 144 bit B) 144 bayt C) 18 bayt D) 288 bayt 12. “Elm ağılın çırağıdır” atalar sözü ASCII sistemində kodlaşdırılsa, kompüterin yaddaşında

nə qədər yer tutar? A) 20 bayt B) 40 bayt C) 20 bit D) 40 bayt

13. Unicode sistemində informasiya həcmi 720 000 bayt olan mətndə neçə simvol var? A) 72 B) 360 000 C) 720 000 D) 1000

14. Müvafiq say sistemində düzgün göstərilmiş ədədi seçin.

A) 27408 B) 12033 C) G12916 D) 10434

15. Neçə ikilik rəqəmlə şagirdlərin qiymətlərini (“2”, “3”, “4”, “5”) kodlaşdırmaq olar? A) 1 B) 2 C) 3 D) 4

16. Ədədin yazılışında bir rəqəm 8-dir. Hansı say sistemində belə bir ədəd ola bilməz? A) ikilik B) onluq C) onaltılıq D) doqquzluq