12
1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin “___”_________2019-cu il tarixli ____________nömrəli əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin Əsasnaməsi I. Ümumi müddəalar 1.1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının struktur bölməsi olan Daxili nəzarət və audit şöbəsi (bundan sonra-şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onun Aparatının bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslər, təşkilatlar və sair), Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslərin (bundan sonra - Nazirliyin strukturları) funksional fəaliyyəti və həmin strukturların əməkdaşlarının xidməti fəaliyyəti üzrə daxili nəzarət tədbirlərini, anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi, vətəndaşların qəbulu zamanı etik davranış qaydalarına əməl olunması, ərizə və şikayətlərə vaxtında baxılaraq tam və düzgün cavablandırılması və daxili auditlə bağlı tədbirləri həyata keçirir. 1.2 Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Beynəlxalq Audit və təsdiqləmə standartlarını, Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanununu "Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra - nazir)

Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

1

Azərbaycan Respublikasının

Əmək və Əhalinin

Sosial Müdafiəsi nazirinin

“___”_________2019-cu il

tarixli

____________nömrəli

əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin

Əsasnaməsi

I. Ümumi müddəalar

1.1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

(bundan sonra - Nazirlik) Aparatının struktur bölməsi olan Daxili nəzarət və audit şöbəsi

(bundan sonra-şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin

səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onun Aparatının bölmələrinin, strukturuna daxil

olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslər,

təşkilatlar və sair), Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması

Nazirliyə həvalə olunmuş hüquqi şəxslərin (bundan sonra - Nazirliyin strukturları) funksional

fəaliyyəti və həmin strukturların əməkdaşlarının xidməti fəaliyyəti üzrə daxili nəzarət tədbirlərini,

anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi, vətəndaşların qəbulu zamanı etik

davranış qaydalarına əməl olunması, ərizə və şikayətlərə vaxtında baxılaraq tam və düzgün

cavablandırılması və daxili auditlə bağlı tədbirləri həyata keçirir.

1.2 Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Beynəlxalq

Audit və təsdiqləmə standartlarını, Azərbaycan Respublikasının “Daxili audit haqqında”

Qanununu "Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası

Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və

sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını,

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra - nazir)

Page 2: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

2

əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3 Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin

strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət

göstərir.

II. Şöbənin fəaliyyət istiqamətləri

2.1 Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.1.1. Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərini təşkil edir və həyata

keçirir;

2.1.2. şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi daxili nəzarət

sistemini tənzimləyən normativ-metodiki bazanı formalaşdırır və təkmilləşdirir;

2.1.3. Ölkə Prezidentinin fərman, sərəncam və digər tapşırıqları, o cümlədən milli

layihələr və strategiyalar, dövlət proqramları, inkişaf konsepsiyaları, tədbirlər və fəaliyyət

planları, eləcə də strateji yol xəritələri üzrə icra intizamına ümumi nəzarəti, metodiki-

inzibati və əməli rəhbərliyi həyata keçirir;

2.1.4. müvafiq sahənin inkişafını təmin edir;

2.1.5. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Şöbənin vəzifələri

3.1.1. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun

olaraq əsas vəzifələri aşağıdakılardır:

3.1.2. Nazirliyin strukturlarında bu Əsasnamə ilə verilən səlahiyyətlər

çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, daxili audit

yoxlamaları və monitorinqlər həyata keçirmək;

3.1.3. Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların xidməti

fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-

sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;

3.1.4. Nazirliyin strukturlarının əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi)

barədə şöbəyə vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət

təşkilatlarından, habelə Nazirliyin strukturlarından daxil olmuş təqdimatlar və müraciətlər

üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;

3.1.5. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun dövlət

qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair

müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamalar

aparmaq;

Page 3: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

3

3.1.6. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən yol verilmiş korrupsiya ilə

əlaqədar hüquqpozma halları, habelə daxili audit yoxlamalarının və monitorinqlərin

nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparmaq;

3.1.7. Zərurət yarandığı hallarda Nazirliyin strukturları tərəfindən həyata

keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə

həmin tədbirlərdə bilavasitə iştirak etmək;

3.1.8. səlahiyyətlərinə aid olan məsələlər üzrə nəzarətin həyata keçirilməsinin

forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, daxili nəzarət

proqramlarını tərtib etmək, Nazirliyin strukturlarında aparılacaq daxili audit və monitorinq

planlarını hazırlamaq;

3.1.9. Nazirliyin strukturları və əməkdaşları tərəfindən xidməti vəzifələrin və

funksiyaların icrası zamanı vətəndaşların, fiziki və hüquqi şəxslərin hüquq və qanuni

mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərə

dair fəaliyyət istiqamətləri üzrə müvafiq təkliflər vermək, vətəndaşların, fiziki və hüquqi

şəxslərin hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək,

onların hüquq və qanuni mənafelərinin gözlənilməsinə nəzarəti həyata keçirmək;

3.1.10. Ölkə Prezidentinin fərman, sərəncam və digər tapşırıqları, o cümlədən

milli layihələr və strategiyalar, dövlət proqramları, inkişaf konsepsiyaları, tədbirlər və

fəaliyyət planları, eləcə də strateji yol xəritələri üzrə nəzərdə tutulmuş aidiyyəti

tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icra edilməsinə nəzarəti həyata keçirmək;

3.1.11. Ölkə Prezidentinin fərman, sərəncam və digərtapşırıqları, o cümlədən

milli layihələr və strategiyalar, dövlət proqramları, inkişaf konsepsiyaları, tədbirlər və

fəaliyyət planları, eləcə də strateji yol xəritələri üzrə nəzərdə tutulmuş aidiyyəti

tədbirlərin icrası zamanı yaranan problemlərin təhlil edilməsini və vaxtında aradan

qaldırılmasına dair təkliflərin verilməsini, icra intizamında risklərin qiymətləndirilməsi və

preventiv inzibati tədbirlərin görülməsini təmin etmək;

3.1.12. strateji yol xəritələrinin icra vəziyyəti və nəticələrinin qiymətləndirilməsi

üzrə aidiyyəti dövlət orqanları və koordinasiya qurumu ilə mərkəzləşdirilmiş və əlaqəli

əməkdaşlığın təşkilini həyata keçirmək;

3.1.13. Daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri

olan əməllər müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün iş üzrə

materialların hüquq mühafizə orqanlarına aidiyyəti üzrə göndərilməsi barədə Nazirliyin

rəhbərliyi qarşısında məsələ qaldırmaq;

3.1.14. Daxili nəzarət tədbirlərinin nəticələri üzrə maliyyə pozuntuları və

çatışmazlıqlar müəyyən etdikdə aşkar olunan çatışmazlıqların, maliyyə pozuntularının

və sair halların davam etməsinin qarşısının alınması, vurulmuş maddi ziyanın

ödənilməsi və belə halların aradan qaldırılması üçün Nazirliyin rəhbərliyinə müvafiq

təkliflər vermək;

3.1.15. Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və

risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Nazirliyin rəhbərliyinə

müvafiq təkliflər vermək;

3.1.16. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən korrupsiya

hüquqpozmalarına və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsinin

qarşısının alınması üçün zəruri preventiv tədbirlər görmək;

Page 4: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

4

3.1.17. Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar

əsasında Nazirliyin strukturlarında daxili nəzarət tədbirləri həyata keçirmək və nəticələri

barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

3.1.18. Fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl

təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə Nazirliyin rəhbərliyinə təkliflər

vermək;

3.1.19. Yeni iş proseslərinin, təşkilati-inzibati məsələlər üzrə həyata keçirilən

mütərəqqi modellərin və iş təcrübəsinin tətbiqi ilə əlaqədar Nazirliyin strukturlarına əməli

və metodiki köməklik göstərmək;

3.1.20. Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Nazirliyin strukturlarının

fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş

proseslərinin tətbiqi üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

3.1.21. Nazirliyin strukturları üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin

təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və nəticələri üzrə Nazirliyin

rəhbərliyinə təkliflər vermək;

3.1.22. Vətəndaşların, fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsinin daha

da möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyət istiqamətləri üzrə

qanunvericiliyə uyğun tədbirlər görmək;

3.1.23. Daxili nəzarət tədbirlərinin nəticələrini ümumiləşdirərək, Nazirliyin

rəhbərliyinə müvafiq təkliflər vermək;

3.1.24. Nazirliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-

sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

3.1.25. İş proseslərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına öncədən,

cari və sonradan nəzarətin təmin olunması məqsədilə Nazirliyin strukturlarına əməli-

metodiki köməklik göstərmək;

3.1.26. Fəaliyyət istiqamətləri üzrə Nazirliyin inkişaf konsepsiyasının (strateji

planının) həyata keçirilməsini təmin etmək;

3.1.27. Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında şöbənin

fəaliyyətinə köməklik edən şəxslərlə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin

etmək;

3.1.28. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə

uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin

etmək;

3.1.29. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin

etmək;

3.1.30. Nazir tərəfindən verilən tapşırıqların icrasını təmin etmək.

3.1.31. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş

digər vəzifələri yerinə yetirmək;

IV. Şöbənin hüquqları

Page 5: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

5

4.1. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Nazirliyin strukturlarında daxili nəzarət tədbirləri, o cümlədən daxili audit

yoxlamaları, xidməti araşdırmalar, monitorinqlər və müşahidə-baxış tədbirləri həyata

keçirmək, zərurət yarandığı hallarda daxili nəzarətin məqsədləri üçün Nazirliyin

strukturlarının funksional vəzifələrinə aid olan nəzarət və monitorinq tədbirlərinin həyata

keçirilməsi barədə məsələ qaldırmaq;

4.1.2. Nazirliyin strukturlarının əməkdaşlarının korrupsiya ilə bağlı

hüquqpozmalara yol vermə hallarına dair daxil olmuş materiallar üzrə xidməti

araşdırmalar və yoxlamalar aparmaq, daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş

hüquqpozmalar və onlara aidiyyəti olan şəxslər barədə sənədləri, hesabatları və

məlumatları Nazirliyin strukturlarından götürmək, yaranmış xidməti zərurətlə əlaqədar

maneəsiz olaraq Nazirliyin strukturlarının yerləşdiyi inzibati və xidməti binalara, iş

yerlərinə daxil olmaq və nəzarət tədbirləri həyata keçirmək;

4.1.3. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə

Nazirliyin strukturlarının əməkdaşlarını, sahibkarları, onların nümayəndələrini və

vətəndaşları şöbəyə dəvət etmək, onlardan icraatda olan iş üzrə lazımi məlumat, arayış

və izahatlar almaq;

4.1.4. Nazirliyin strukturlarının fəaliyyət sahələri və istiqamətləri üzrə müstəqil

şəkildə təhlillər və araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq, müvafiq

təkliflər vermək;

4.1.5. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə

əlaqədar Nazirliyin strukturlarından şifahi və yazılı qaydada şöbənin müəyyən etdiyi

formada, müddətlərdə və dövrlər üzrə arayış, məlumat, hesabat və izahatlar (o

cümlədən, "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi

Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən

Nazirliyin əməkdaşlarının nazir tərəfindən müəyyən olunan müvafiq quruma təqdim

etdikləri maliyyə xarakterli məlumatlar haqqında sənədləri) almaq, habelə Nazirlikdə

tətbiq olunan bütün elektron informasiya resurslarına daxil olmaq;

4.1.6. Daxili nəzarət tədbirlərinin xüsusiyyətləri nəzərə alınmaqla və zərurət

yarandıqda daxili nəzarət qruplarının tərkibinə daxil edilmək üçün Nazirliyin

strukturlarından, kənar təşkilatlardan mütəxəssislərin və ekspertlərin cəlb olunması

üçün Nazirliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq;

4.1.7. Daxili nəzarət tədbirləri zamanı vətəndaşların, fiziki və hüquqi şəxslərin

təşəbbüsü ilə onların mülkiyyətində və istifadəsində olan binalara, obyektlərə, tikililərə,

qurğulara və torpaq sahələrinə (yaşayış sahələri istisna olmaqla) daxil olmaq;

4.1.8. Öz vəzifələrinin icrası ilə bağlı zərurət yarandıqda Nazirliyin strukturlarının

əməkdaşlarından xidməti vəsiqələrini təqdim etmələrini tələb etmək;

4.1.9. Zərurət yarandığı hallarda daxili nəzarət tədbirləri ilə əhatə olunmuş dövr

üzrə təkrar tədbirlər həyata keçirmək;

4.1.10. Daxili nəzarət tədbirlərinin nəticələrinə əsasən Nazirliyin mənafeyini

qorumaq, baş verə biləcək qanun pozuntusunun qarşısını almaq, icra və əmək

intizamını təmin etmək məqsədilə Nazirliyin strukturlarının əməkdaşlarının işdən

müvəqqəti kənarlaşdırılması barədə rəhbərliyə təkliflər vermək;

4.1.11. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən qanunvericilik aktlarının,

təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını doğuran səbəb və şəraitin

Page 6: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

6

aradan qaldırılmasına dair təkliflər vermək və zərurət yarandığı hallarda əməli köməklik

göstərmək, eləcə də əməkdaşların müvafiq məsuliyyətə cəlb olunması məsələsinə

baxılması barədə təqdimatlar vermək;

4.1.12. Xidməti zərurətlə əlaqədar Nazirliyin strukturlarına, dövlət, qeyri-dövlət və

yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər)

barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.13. Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında şöbənin

fəaliyyətinə kömək etməyə razılıq verən şəxslərlə əməkdaşlıq etmək;

4.1.14. Nazirliyin strukturları tərəfindən qanunvericilik aktlarının, təşkilati-

sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy

və təkliflər vermək;

4.1.15. Əhalinin sosial müdafiəsi və sosial təminat siyasətinin və inzibatçılığın

həyata keçirilməsinin təkmilləşdirilməsi sahəsində təkliflər vermək;

4.1.16. Fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və

bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.17. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi

qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və

beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək, müvafiq

sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

4.1.18. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş

digər hüquqları həyata keçirmək.

V. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq

edilir. Şöbə bilavasitə Nazirə tabedir və onun qarşısında hesabat verir.

5.2. Şöbənin strukturuna Təftiş, monitorinq və təhlil sektoru, Funksional

vəzifələrin icrasına nəzarət sektoru, İcra və əmək intizamına nəzarət sektoru daxildir.

5.3. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad

edilən şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin

yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən

müavini vardır.

5.5. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən

azad edilir.

5.6. Şöbə müdiri:

5.6.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır,

onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə

nəzarət edir;

5.6.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib

edilmiş iş planını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə

tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

Page 7: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

7

5.6.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən

edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu

Əsasnamənin 1.2.-ci bəndində göstərilən hüquqi aktların və Kollegiya qərarlarının

vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.6.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi

tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

5.6.6. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin

digər strukturlarından zəruri məlumat və sənədləri alır;

5.6.7. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə

nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.6.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.6.9. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin

qiymətləndirilməsini həyata keçirir;

5.6.10. Şöbənin fəaliyyəti barədə Nazirə hesabat verir;

5.6.11. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin

yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.6.12. Nazirin tapşırığı ilə tədbirlərdə Nazirliyi təmsil edir.

5.7. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş

vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət

daşıyır.

5.8. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada

şöbə müdirinin müavini həyata keçirir.

5.9. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə

yetirilməsinə və bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

6.1. Təftiş, monitorinq və təhlil sektorunun vəzifələri aşağıdakılardır:

6.1.1. daxili nəzarət məqsədləri üçün Nazirliyin strukturlarında daxili audit

yoxlamaları və monitorinqlə əhatə edilməli olan fəaliyyət sahələrini müəyyən etmək,

daxili auditin və monitorinqin keçirilmə metodikasını və prosedurunu hazırlamaq;

6.1.2. daxili audit yoxlamalarının (və ya monitorinqlərin) vaxtında həyata

keçirilməsinin təşkilini təmin etmək;

6.1.3. şöbənin əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və

ixtisaslarının artırılması istiqamətində Nazirliyin təmsil olunduğu təlim və tədris

kurslarında iştirak edəcək əməkdaşlar barədə şöbənin rəhbərliyinə təkliflər vermək;

6.1.4. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun dövlət

qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair

Page 8: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

8

müddəalarının tələblərinin pozulması halları üzrə xidməti yoxlamalar və araşdırmalar

aparmaq;

6.1.5. Nazirliyin strukturlarında çalışan əməkdaşlar barədə, o cümlədən daxili

nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik

aktlarının və bu Əsasnamənin müddəalarının pozulması ilə əlaqədar xidməti

araşdırmalar aparmaq;

6.1.6. şöbənin sektorlarının və əməkdaşlarının fəaliyyətində işlərin koordinasiyalı

təşkilinə nəzarət etmək, şöbə müdiri tərəfindən vətəndaşların qəbulu ilə əlaqədar

müvafiq təşkilati işlərin görülməsini təmin etmək;

6.1.7. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən yol verilmiş hüquq

pozuntularını ümumiləşdirmək, təhlil etmək, onların fəaliyyətində olan qanun

pozuntularının profilaktikasını təmin etmək və nöqsanların baş vermə səbəb və

şəraitinin aradan qaldırılması ilə bağlı preventiv tədbirlərə dair təkliflər vermək;

6.1.8. Nazirliyin strukturlarının əməkdaşlarının korrupsiya ilə əlaqədar

hüquqpozmalarını, onların xidməti, əmək, icra intizamını və qanunvericilik aktlarının,

təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, Nazirlikdə dövlət qulluğu ilə bir

araya sığmayan fəaliyyətlə məşğul olması hallarını araşdırmaq, cinayət tərkibinin

əlamətləri müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün materialların

aidiyyəti üzrə göndərilməsi barədə məsələ qaldırmaq, korrupsiya ilə əlaqədar

hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin

görülməsini təmin etmək;

6.1.9. daxili nəzarət tədbirlərinin nəticələri əsasında Nazirliyin strukturlarının

fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş

proseslərinin tətbiqi üzrə təkliflər vermək;

6.1.10. Nazirliyin strukturlarında aparılacaq daxili audit yoxlamalarının və

monitorinqlərin planlarını tərtib etmək;

6.1.11. şöbə tərəfindən həyata keçirilən daxili nəzarət tədbirləri nəticəsində

Nazirliyin strukturlarının fəaliyyətində, habelə əməkdaşlarının vəzifələrinin icrasında

aşkar olunmuş nöqsan və pozuntuları xarakterinə görə təsnifləşdirmək, nəticəsi üzrə

müvafiq tədbirlərin görülməsi üçün şöbənin rəhbərliyinə təkliflər vermək;

6.1.12. Nazirliyin strukturlarının fəaliyyətində yol verilə biləcək nöqsan və

çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və kağız informasiya

daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaq, təhlilin nəticəsinə

uyğun olaraq aidiyyəti şöbələrlə razılaşdırmaqla daxili audit yoxlaması və monitorinq

planlarının layihəsini hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək;

6.1.13. Nazirliyin strukturlarında daxili nəzarət sisteminin tətbiqinə əməli və

metodiki rəhbərliyi həyata keçirmək;

6.1.14. Nazirlikdə tətbiq olunan daxili nəzarət sisteminin inkişaf etdirilməsi

məqsədilə digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsinə və bu sahədə

yeniliklərin təbiqinə dair təkliflər vermək;

6.1.15. şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericilik aktlarının,

təşkilati- sərəncamverici sənədlərin öyrənilməsini, bununla əlaqədar müvafiq treninqlərin

keçirilməsini təşkil etmək;

6.1.16. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-

sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

Page 9: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

9

6.1.17. daxili nəzarət fəaliyyətini təmin etmək üçün elektron informasiya

sistemini yaratmaq;

6.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər

vəzifələri yerinə yetirmək.

6.2. Funksional vəzifələrin icrasına nəzarət sektorunun vəzifələri

aşağıdakılardır:

6.2.1. nazirin, onun səlahiyyət verdiyi nazir müavininin və şöbə müdirinin

göstərişi ilə və dövlət orqanlarından, Nazirliyin strukturlarından daxil olmuş və ya şöbə

tərəfindən əldə edilmiş (o cümlədən, nəzarət tədbirləri vasitəsilə), kütləvi və elektron

informasiya vasitələrində əks etdirilmiş məlumatlar, vətəndaşların fiziki və hüquqi

şəxslərin müraciətləri, habelə məhkəmə və hüquq mühafizə orqanlarından daxil olmuş

xüsusi qərarlar, təqdimatlar və sair sənədlər əsasında xidməti araşdırmalar aparmaq,

müvafiq fəaliyyət sahələri üzrə daxili audit yoxlamaları və monitorinqlər həyata

keçirmək, nəticələrini müvafiq qaydalara uyğun olaraq Nazirliyin rəhbərliyinə təqdim

etmək;

6.2.2. Nazirliyin strukturlarının əməkdaşlarının korrupsiya ilə bağlı törədilmiş və

ya hazırlanan hüquqpozmaları ilə əlaqədar daxil olmuş müraciətlərlə bağlı öz

səlahiyyətləri daxilində araşdırmalar aparmaq, bununla bağlı aidiyyəti şəxslər barəsində

sənədləri, hesabatları və məlumatları qanunvericiliyə uyğun tələb etmək və götürmək,

zərurət olduqda yerində yoxlamalar və monitorinqlərin aparılması ilə bağlı şöbə

müdirinə təklif vermək;

6.2.3. Şöbəyə daxil olmuş məktub və müraciətlər əsasında Nazirliyin

strukturlarında nöqsana yol vermiş əməkdaşlardan və aidiyyəti şəxslərdən məlumat,

arayış və izahatlar alaraq, yoxlamaların nəticələri barədə materialların Nazirliyin

rəhbərliyinə təqdim edilməsini təşkil və təmin etmək;

6.2.4. Şöbəyə daxil olmuş məktub və müraciətlərin araşdırılması zamanı

qanunvericiliyin tələblərinin pozulması, habelə vətəndaşlara, fiziki və hüquqi şəxslərə

münasibətdə qanunvericiliyin düzgün tətbiq edilməməsi halları aşkar olunduqda müvafiq

tədbirlərin görülməsi və zərurət yarandığı hallarda daxili audit məqsədləri üçün dövlət

nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırmaq;

6.2.5. Nazirliyin strukturlarının əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası

zamanı vətəndaşların, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin

gözlənilməsi üzrə fəaliyyətlərinə nəzarəti həyata keçirmək;

6.2.6. Nazirliyin əməkdaşlarının korrupsiya ilə əlaqədar hüquqpozmaları üzrə

Azərbaycan Respublikası ilə hüquqi yardım göstərilməsi barədə müqaviləsi olan xarici

dövlətlərin rəsmi müraciətləri ilə bağlı araşdırmalar aparmaq;

6.2.7. Öz səlahiyyətləri daxilində daxili nəzarət tədbirləri zamanı aşkar edilmiş

nöqsan və çatışmazlıqların baş vermə səbəblərini və şəraitini müəyyənləşdirmək,

aradan qaldırılması prosedurları barədə şöbənin rəhbərliyinə təkliflər vermək;

Page 10: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

10

6.2.8. Öz səlahiyyətləri daxilində daxili nəzarət tədbirləri zamanı Nazirliyin

strukturlarının əməkdaşları tərəfindən törədilən və ya hazırlanan korrupsiya ilə bağlı

hüquqpozmalara yol verilməsi halları aşkar edildikdə, materialların dərhal hüquq

mühafizə orqanlarına aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;

6.2.9. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici

sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

6.2.10. Nazirliyin strukturlarında aparılacaq daxili audit yoxlamalarının və

monitorinq planlarının tərtib edilməsində iştirak etmək;

6.2.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş

digər vəzifələri yerinə yetirmək.

6.3. İcra və əmək intizamına nəzarət sektorunun vəzifələri aşağıdakılardır:

6.3.1. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası

Prezidentinin fərman, sərəncam və digər tapşırıqların, o cümlədən milli layihələr və

strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət

planlarının, eləcə də strateji yol xəritələrinin, Nazirlər Kabinetinin qərar və

sərəncamlarının, nazirin və onun müavinlərinin əmr, sərəncam və göstərişlərinin, digər

qanunvericilik aktları və təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların, habelə

digər dövlət orqanlarının sorğularının icrasını Nazirliyin strukturlarında yoxlayaraq,

nəticəsi barədə şöbənin rəhbərliyinə arayış təqdim etmək, Nazirliyin strukturlarının

əməkdaşları tərəfindən bu məsələlərin icra olunmasına müntəzəm nəzarətin həyata

keçirilməsi üçün müvafiq tədbirlər görmək;

6.3.2. təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların Nazirliyin aidiyyəti

strukturları tərəfindən vaxtında, tam və mahiyyəti üzrə icra olunmasına nəzarət etmək;

6.3.3. Nazirliyə daxil olmuş müraciətlərin rüblük və illik təhlilini aparmaq

(müraciətlərin sayı, icra vəziyyəti, ötən dövrlə müqayisəli təhlili, gecikən icraların

statistikası, gecikmənin artım və azalma səbəbləri və.s) və təhlilin nəticələri barədə

şöbə müdirinə hesabat təqdim etmək;

6.3.4. Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamı qaydalarına əməl

olunması üzrə müşahidə-baxış tədbirləri həyata keçirmək, aşkar edilmiş

kənarlaşmaların baş vermə səbəb və şəraitinin aradan qaldırılmasına, habelə funksional

iş proseslərinə və tətbiq olunan yeniliklərə dair əməli-metodiki köməklik göstərmək;

6.3.5. Nazirliyin strukturlarında əmək və icra intizamına əməl etməyən

əməkdaşlar barəsində intizam tənbeh tədbirlərinin görülməsi barədə şöbə müdiri

qarşısında təkliflə çıxış etmək;

6.3.6. Nazirliyin strukturları üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin

təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və nəticələri üzrə şöbənin

rəhbərliyinə təkliflər vermək;

6.3.7. şöbənin iş planının, Nazirliyin Kollegiyasında şöbənin təşəbbüsü ilə

Page 11: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

11

müzakirə olunmalı məsələlərin, hesabat dövrləri üzrə məruzələrinin layihəsini

hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək;

6.3.8. şöbənin iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata

keçirilməsini təmin etmək və iş planında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticələri

barədə məruzə hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək, iş

planlarında nəzərdə tutulmuş işlərin müəyyən edilmiş müddətlərdə icrasına cari nəzarəti

təşkil etmək;

6.3.9. Proqram və aktlarda Nazirliyin əsas və digər icraçısı olduğu tədbirlər, eləcə

də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələri üzrə ümumi nəzarəti, metodiki-

inzibati və əməli rəhbərliyi həyata keçirmək;

6.3.10. Proqram və aktlarda Nazirliyinin əsas və digər icraçı olduğu, eləcə də

Nazirliyinin əlaqələndiricisi olduğu strateji yol xəritələrindəki tədbirlərin tam, vaxtında və

mahiyyəti üzrə yerinə yetirilməsinə, tədbirlərin hər biri üzrə fərdi və məsuliyyətli

yanaşmanın tətbiq olunaraq gözlənilən nəticələrin əldə olunması üçün bütün mümkün

tədbirlərin görülməsinə, tədbirlərin icrasında gecikmələrin və icra intizamında yaranan

problemlərin, habelə mümkün risklərin vaxtında müəyyən olunaraq aidiyyəti üzrə

müzakirəyə çıxarılmasına və müvafiq təkliflərin verilməsinə, eləcə də Nazirliyin

əlaqələndiricisi olduğu strateji yol xəritələri üzrə digər dövlət qurumları ilə ümumi

koordinasiya işlərinin həyata keçirilməsinə operativ nəzarəti həyat keçirmək;

6.3.11. Proqram və aktlarda Nazirliyin əsas və digər icraçı olduğu, eləcə də

Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələrindəki tədbirlərin icrası zamanı

yaranan problemlərin təhlil edilməsini və vaxtında aradan qaldırılmasına dair təkliflərin

və müvafiq tövsiyələrin verilməsini, icra intizamında risklərin qiymətləndirilməsi və

preventiv inzibati tədbirlərin görülməsini təmin etmək;

6.3.12. Proqram və aktlarda Nazirliyin əsas və digər icraçı olduğu, eləcə də

Nazirliyin əlaqələndiricisi olduğu starteji yol xəritələrindəki tədbirlərin icrasının

surətləndirilməsi, bu istiqamətdə operativliyin və çevikliyin artırılması və çatışmazlıqların

aradan qaldırılması üçün preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyəti icraçı

struktur bölmələrlə əlaqələndirmə işlərini həyata keçirmək;

6.3.13. Proqram və aktlarda nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası üzrə

səmərəliliyin daha da artırılması, hesabatların tərtibində vahid yanaşmanın, eləcə də bu

sahədə birgə fəaliyyətin təmin edilməsi məqsədilə Proqram və aktların icra vəziyyəti və

nəticələrinin qiymətləndirilməsi üzrə aidiyyəti dövlət orqanları və koordinasiya qurumu

ilə mərkəzləşdirilmiş və əlaqəli əməkdaşlığın təşkilini həyata keçirmək;

6.3.14. Proqram və aktlarda Nazirliyin əsas icraçı olduğu tədbirlər və prioritet

istiqamətlər üzrə yaradılmış işçi qruplarının mütəmadi olaraq rüblük iclaslarının

keçirilməsinə, iclaslarda işçi qruplarının üzvlərinin, eləcə də koordinasiya qurumunun

nümayəndələrinin iştirakının təmin edilməsinə və tələb olunduqda kənar ekspertərin

cəlb olunmasına nəzarəti həyata keçirmək;

6.3.15. Nazirliyin fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət

proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər və iş planlarının

layihələrinə əsas sektorlar üzrə strateji yol xəritələrinin Tədbirlər Planlarında Nazirliyin

əsas və digər icraçı olduğu tədbirlərin daxil edilməsinə nəzarəti həyata keçirmək;

6.3.16. Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər

göstərişləri ilə verilmiş aidiyyəti tapşırıqların, o cümlədən milli layihələr və

Page 12: Aparatının Daxili nəzar t v audit Ə I. Ümumi müddəsosial.gov.az/uploads/images/image_750x_5e2a93f9648aa.pdf · anti-korrupsiya, sistemdaxili informasiya təhlükəsizliyi,

12

strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət

planlarının, eləcə də strateji yol xəritələrinin, Nazirlər Kabinetinin qərar və

sərəncamlarının, nazirin və onun müavinlərinin əmr, sərəncam və göstərişlərinin, digər

qanunvericilik aktları və təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların

(Proqram və aktlar) icra intizamına onlayn nəzarət olunması və hesabatlılığın təmin

edilməsi məqsədilə məsul şəxslər tərəfindən Nazirliyin əsas və digər icraçı olduğu

tədbirlərin icra vəziyyətinə dair aylıq və rüblük məlumatların Nazirliyin Mərkəzi

İnformasiya Sisteminin Tapşırıqlar Alt Sistemində (bundan sonra - “ TAS”) mütəmadi

olaraq yerləşdirilməsinə operativ nəzarəti həyata keçirmək;

6.3.17. Proqram və aktların icrası ilə bağlı TAS-da yerləşdirilmiş məlumatların

rüblük monitorinqini, təhlilini və qiymətləndirilməsini həyata keçirərək, nəticələrinin

nazirə məruzə olunması, eləcə də həmin məlumatların ümumiləşdirilərək tələb olunan

müddət ərzində aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq tədbirlərin görülməsini

təmin etmək;

6.3.18. şöbənin iş planının hazırlanmasında iştirak etmək və əsas sektorlar üzrə

strateji yol xəritələrinin icrası ilə bağlı Nazirliyin Kollegiyasında müzakirə olunmalı

məsələləri müəyyən edərək, bu barədə təklifləri baxılmaq üçün şöbənin rəhbərliyinə

təqdim etmək;

6.3.19. Proqram və aktlarda Nazirliyinin əsas və digər icraçı olduğu, eləcə də

Nazirliyin əlaqələndiricisi olduğu Proqram və aktlardakı tədbirlərin icrası zamanı aşkar

edilmiş nöqsan və çatışmazlıqlar barədə icraçı struktur bölmələrin rəhbərlərindən,

əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatlar almaq və müvafiq

tədbirlərin görülməsi üçün şöbənin rəhbərliyi qarşısında məsələ qaldırmaq;

6.3.20. Proqram və aktlarda aidiyyəti tədbirlərin icrası zamanı aşkar edilmiş

nöqsan və çatışmazlıqların baş vermə səbəblərini və şəraitini müəyyənləşdirmək,

aradan qaldırılması prosedurları barədə şöbənin rəhbərliyinə təkliflər vermək;

6.3.21. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-

sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

6.3.22. Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamı qaydalarına əməl

olunması üzrə müşahidə-baxış tədbirləri həyata keçirmək;

6.3.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş

digər vəzifələri yerinə yetirmək.