37
1 XƏNDƏK QAZINTILARINDA (TRENCHING) SAĞLAMLIQ TEXNİKİ TƏHLÜKƏSİZLİK Bakı-2014

Xəndəkdə İşlərin Təhlükəsizliyi

  • Upload
    mubariz

  • View
    31

  • Download
    11

Embed Size (px)

DESCRIPTION

Trenching work about Safity and Ocupetional and Envirental manual

Citation preview

Page 1: Xəndəkdə İşlərin Təhlükəsizliyi

1

XƏNDƏK QAZINTILARINDA

(TRENCHING) SAĞLAMLIQ VƏ

TEXNİKİ TƏHLÜKƏSİZLİK

Bakı-2014

Page 2: Xəndəkdə İşlərin Təhlükəsizliyi

2

1. Xülasə ....................................................................................................... 3

2. Xəndək qazıntıları ilə əlaqədar anlayışlar................................................4

3. Təhlükələr....................................................................................................5

3.1 Torpaq uçqunu...........................................................................................6

3.1.1 Torpaq uçqununun səbəbləri.....................................................................8

3.1.2 Torpaq uçqununa qarşı tədbirlər..............................................................17

3.2 Digər təhlükələr və tədbirlər.....................................................................27

4. Nəticə...........................................................................................................36

Page 3: Xəndəkdə İşlərin Təhlükəsizliyi

3

XƏNDƏK QAZINTILARINDA SAĞLAMLIQ

VƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK

1.Xülasə

Tikinti sektoru iş qəzalarının ən çox yaşandığı , ölüm və yaralanma hadisələrinin ən çox görüldüyü

sektorların başında gəlməkdədir. Bir çox əlavə sahəsinin olması , edilən işlərin əksəriyyətlə ağır və

müvəqqəti işlər olması , iş saatlarının nizamsız olması , işçilərin ümumiyyətlə təhsilsiz və ixtisassız

olması və iş sahəsinin geniş və dağınıq olması bu nəticənin ortaya çıxma səbəblərindən yalnız

bəziləridir. Gərək maddi istərsə də mənəvi itkilərin minimuma endirilməsi üçün bu işlərlə əlaqədar

təhlükə və risklərin müəyyən edilməsi və buna bağlı olaraq lazımlı tədbirlərin ən qısa müddətdə

alınması şərtdir.

Bu iş, quruluş işlərindən biri olan qazıntıların spesifik bir növü olub ingilizcə 'Trenching' olaraq

adlandırılan 'Xəndək qazıntıları' mövzusudur. Bu cür qazıntılar infrastrukturun tikintisi və təmirində

əhəmiyyətli rol oynayır. Yeri tam olaraq bilinməyən su boru kəmərlərinin və analoji qurğuların

tapılması, təmiri və dəyişdirilməsində, asanlıqla zərər görə bilən magistral qaz boruları, telefon

xəttləri, elektrik kabelləri və kanalizasiyaların aşkar olunmasında və təmirində istifadə edilir.

Dərinliyin eni daha çox olduğu bu cür qazıntılarda bir çox təhlükə söz mövzusudur lakin lazımlı

təhlükəsizlik tədbirləri alındıqda bu təhlükələr və bu təhlükələrin ortaya çıxardığı risklər minimuma

endiriləcək.

Page 4: Xəndəkdə İşlərin Təhlükəsizliyi

4

2. Xəndək qazıntıları ilə əlaqədar anlayışlar

Qazıntı: torpağın olduğu yerdən qaldırılması ilə ibarət olan insan istehsalı oyuq, çuxur və ya dəlik.

Xəndək qazıntısı: eni 4.5 metri keçməyən və dərinliyi enindən daha çox olduğu

uzununa müqayisədə dar olan qazıntı.

Kotlavan Xəndək

Şekil 1: Xəndək və kotlavan nümunələri

Page 5: Xəndəkdə İşlərin Təhlükəsizliyi

5

Qazıntı yığını: qazılan sahədən çıxarılan çınqıl, daş və torpaq kimi materiallar.

Torpaq uçqunu: Torpağın qazılan sahəsinin kənarında çöküb boşalması nəticəsində birdən

qazılan yerə doğru ayrılıb sürüşməsi və ya düşməsi.

Dar sahə: Giriş və çıxış üçün məhdud sayda açıqlığın olduğu, havalandırmanın əlverişsiz

və qeyri-kafi olduğu və davamlı bir iş üçün yararlı olmayan sahə.

Torpaq nümunəsi : Lazımlı qoruyucu sistemin hazırlanmasında istifadə etmək üçün nümunə

olaraq alınmış torpaq parçası.

3. Təhlükələr

Xəndək qazıntıları, bir çoxu ani ölümlə nəticələnən qəzalara, ağır zədəyə səbəb olmaqla yanaşı

içində bir çox təhlükələr saxlamaqdadır. Ölümlə nəticələnən qəzalarda ölüm, çökən torpağın

ağırlığı səbəbiylə oksigen yoxluğundan meydana gələn boğulmadan ibarətdir; bir kub metr

torpağın ağırlığı təxmini olaraq bir-bir yarım ton ətrafındadır ki, bu da təxminən bir avtomobil

ağırlığı qədərdir. Bu səbəblə bu əsasdır ki; qazıntı və yeraltı işlərində təhlükə və risklər

qiymətləndirilməli və lazımlı təhlükəsizlik təmin edilməlidir.

Volkswagen 1 m3 torpaq

Şekil 2: 1m3 torpaq və Volkswagen

Page 6: Xəndəkdə İşlərin Təhlükəsizliyi

6

Amerika İş Sağlamlığı və Təhlükəsizliyi İdarəsi (Occupational Safety & Health Administration,

(OSHA)) statistikalarına görə, ölümlə nəticələnən qəzaların 70%-i meydana gələn 'Torpaq

uçqunları' dan qaynaqlanmaqdadır. Meydana gələn qəzalar araşdırıldığında, Torpaq uçqunları %

38'lik bir nisbətlə yenə ən yüksək payı meydana gətirməkdədir. Bu səbəbdən torpaq uçqunları,

ən çox qorxulan və ən böyük ölüm riskini meydana gətirən təhlükələrin başındadır. Torpaq

uçqunlarından əlavə müxtəlif strukturlardan qazıntıya düşmə, düşən yüklər, oksigensiz qalma,

zəhərli qazların tənəffüs edilməsi, elektrik cərəyanına qapılma, partlayış, dar sahə, su yığılması

və ağır / mobil avadanlıqlardan qaynaqlanan müxtəlif təhlükələr də mövcuddur. Qoruyucu

sistemlərin istifadə edilməməsi, bunların kifayət qədər yoxlanmaması və qazıntıya eniş-çıxış

yollarının etibarlı olmaması, yeraltı xidmətlər ilə təmas və yaxındakı strukturlar kimi faktorlar

da bu təhlükələri çoxaltmaqdadır.

Bu təhlükələrin ümumi mənada ortadan qaldırılması üçün, uyğun qəlib sistemlərinin istifadə

edilməsi, lazımlı atmosfer nəzarətinin edilməsi, təhsilli və təcrübəli şəxslərin məlumatına

müraciət, işçilərin kafi dərəcədə öyrədilməsi və qazıntı ediləcək sahədə texniki məlumatların

əlaqədar şəxs və təşkilatlardan alınması lazımdır.

3.1 Torpaq uçqunu

Xəndək qazıntılarında uçqunlar ən böyük riski meydana gətirir və işçi ölümlərinə səbəb olan

qəzaların çoxu uçqunlardan qaynaqlanmaqdadır. Uçqunlar bir anda çox qısa bir müddətdə əlamət

göstərmədən meydana gəlməsi, işçilərin hazırlıqsız tutulmasına və də qazıntını tərk edə biləcək

kafi zamanı tapmamalarına səbəb olmaqda bu da uçqun qəzalarının çox zaman ölümlə

nəticələnməsinə gətirib çıxarmaqdadır. OSHA statistikası da bu məlumatı təsdiqləyir və ümumi

quruluş işləriylə müqayisədə, qazıntılardakı ölüm nisbətinin% 112 nisbətində daha yüksək

olduğunu göstərməkdədir.

Torpaq altında qalan bir işçi üç dəqiqədən daha az bir müddətdə həyatda qalsa belə daxili

orqanlarında ciddi qırılma və əzilmə meydana gəlməkdədir. Ölümlə nəticələnən bu uçqunların

çoxu təhlükəsizlik tədbirləri alınmadan görülən su, qaz, elektrik və kanalizasiya ilə əlaqədar kiçik

və qısa müddətli işlərdə müşahidə olunur.

Page 7: Xəndəkdə İşlərin Təhlükəsizliyi

7

Şekil 3: Xəndək qazıntılarında uçqunlar

Uçqundan əvvəl Qısa bir müddət sonra

Şekil 4: Uçqundan əvvəl və sonra

Page 8: Xəndəkdə İşlərin Təhlükəsizliyi

8

3.1.1 Torpaq uçqunlarının səbəbləri

Xəndək qazıntılarında meydana gelen uçqunların ən büyük səbəbi qazılan xəndəklərin dayanıqsız

və balansız olmasıdır. Halbuki, xəndək qazıntılarında uçqunların qarşısının alınması üçün birinci

növbədə dayanıqlıq təmin olunmalıdır. Buna görə bu cür qazıntıların dayanıqlığına təsir edən

faktorlar araşdırılmalıdır.

Bu faktorların bəziləri bunladır:

Torpaq növü

Nəm miqdarı

Titrəyişlər

Ağır yüklər

Yaxındakı mövcud tikililər

Əvvəlki qazıntılar

Hava şəraiti

A. Torpaq növü

Torpağın növü, dar kəsikli qazıntı divarlarının müqavimət və dözümlülüyünün müəyyən edilməsi

və bununla bağlı olaraq uçqunlara qarşı lazımlı təhlükəsizlik tədbirlərinin alınması baxımından

bilinməsi lazım olan ən əhəmiyyətli faktordur.

OSHA, torpaq növlərini torpaqların müxtəlif xüsusiyyət və performans analizlərini və də ekoloji

ifşa şərtlərini göz qarşısında saxlayaraq azalan bir dayanıqlılığa görə sinifləndirmiştir. Bu təsnifə

keçmədən əvvəl American Society for Testing Materials (ASTM), standartlarından D653-85 və

D2488'də olan bəzi təriflərin bilinməsi lazımdır. bu təriflər aşağıdakılardır:

Kohezif (yapışqan) torpaq: Bu cür torpaqlar gilli torpaqlar (incə dənəli torpaq) və ya içərisində gil

nisbəti yüksək olan və də yapışqan xüsusiyyətli torpaqlara aid edilir. Kohezif torpaqlarda

xırdalanma söz mövzusu deyil və qazıntılar şaquli bir şəkildə edilə bilər. Nəmli olanda plastik

xüsusiyyət gözə çarpır. Quru ikən isə qırılmaları çətindir.

Plastik: Torpağın deformasiya edilməsinə, həcm dəyişikliyinə icazə verən xüsusiyyəti.

Page 9: Xəndəkdə İşlərin Təhlükəsizliyi

9

Bərkimiş torpaq : Əl ölçüsündə torpağın barmaqlardan tətbiq olunan təzyiqlə toz

halına ya da fərdi torpaq parçalarına ayrılan torpaqdır.

Çartlamış torpaq: Torpağın görünən səthdə açıq

çartların müşahidə olunduğu, aşağı müqavimətə

sahib müəyyən qırılma müstəviləri boyunca qırılma

uyğunluğu olan torpaq növü.

Dənəli torpaq: Bu cür torpaqlar çınqıl, qum, SILT kimi

kobud (iri) dənəli torpaqları ya da içərisində gilin

olmadığı torpaqları ifadə eirr. Bu cür torpaqlarda

yapışqan müqavimət yoxdur və quru olduqlarında

asanca xırdalanır. Bəzi nəmli dənəli torpaqlar

isə kohezyon xüsusiyyəti göstərə bilərlər.

Dəyişdirilmiş torpaq : Qazıntı ilə və ya digər

Şəkil 5: Çartlamış torpaq yollarla təbii şəraiti dəyişdirilmiş torpaq.

Quru torpaq: İçərisində nəm tərkibi olmayan torpaq

Sərt qaya : Qazıntı zamanı qəzaya məruz qalan

səthlərin şəklinin pozulmadan qaldığı, şaquli olaraq

qazıla bilən təbii, qatı mineral maddələri ifadə edir.

Sərbəst təzyiq müqaviməti : Torpaq nümunələrinin

kənar bir əngəl olmadan tək oxlu bir təzyiq nəticəsində

qırılması nəticəsində olan müqavimət. Laboratoriya

mühitində ya da ərazi üzərində edilən müxtəlif

təcrübələrlə müəyyən edilir

Şəkil 6:Sərbəst təzyiq test cihazı

Page 10: Xəndəkdə İşlərin Təhlükəsizliyi

10

OSHA tərəfindən istifadə olunan və azalan dayanıqlılığa görə sinifləndirilən

torpaq növləri :

sərt qaya

A tipli

B tipli

C tipli

Sərt qaya: Qazıntı əsasında qazıntıya məruz qalan səthlərin formasının pozulmadan

qaldığı, şaquli olaraq qazılabilən təbii, qatı mineral maddədən ibarətdir.

A tipi : Sərbəst təzyiq müqaviməti 144 kPa ( 1Pa = 1N/m2 ) və ya daha çox olduğu yapışqan

torpaqlardır. Bu cür torpaqlara gil , lilli gil , qumlu gil , gil palçığı bəzi hallarda isə lilli gil palçığı

və qumlu gil palçığı nümunə olaraq verilə bilər. Sərt təbəqələr və bərkimiş torpaqlar da A tipində

iştirak edirlər. Lakin əgər torpaqlar:

(i ) Çartlamışsa ,

( ii) Torpaq , daimi nəqliyyat , sıvay vurma ya da bənzər təsirlərdən əmələ gələn titrəmələrə

məruz qalmış isə ,

( iii) Əvvəldən forması dəyişmiş isə ,

( iv) Torpaq , təbəqələrin qazıntıda dörd üfüqi şaquli ( 4h - 1V ) nisbətində ya da daha az

mailliyi olduğu , laylı bir sistemin parçasıysa ,

(v) Torpaq materialı , daha az dayanıqlı bir material olaraq sinifləndirilmisini

tələb edən faktorlara məruz qalarsa ,

bu vəziyyətdə torpaq A tipli olaraq qiymətləndirilə bilməz.

B tipli : Sərbəst təzyiq müqavimətinin 48 kPa ' dan yüksək və 144 kPA'dan isə daha aşağı

oldugu kohezif(yapışqan) torpaqlardır. Dənəli kohezyonsuz torpaqlar: bucaqlı çınqılı ( qırma daşa

bənzəyən ) , LİL , LİL palçığı , qumlu palçıq bəzi hallarda isə lilli gil palçığı və qumlu gil

palçığı B tipidir. C tipli torpaq sinifinin xaricində qalan daha əvvəldən forması dəyişdirilmiş

torpaqlar , A tipindəki sərbəst təzyiq müqaviməti qiymətlərinə uyğun lakin titrəmələrə məruz

qalmış və ya çartlamış və ya dayanıqlı olmayan quru qayaçıqlar da B tipli torpaq olaraq

qiymətləndirilir.

C tipli : Sərbəst təzyiq müqavimətinin 48 kPa və ya daha aşağı olduğu kohezif(yapışqan)

torpaqlardır.

Page 11: Xəndəkdə İşlərin Təhlükəsizliyi

11

Ayrıca :

(i ) Çınqıl , qum və palçıqlı qumdan ibarət dənəli torpaqlar ,

( ii) Batıq torpaqlar ya da suyun sərbəst sızdığı torpaqlar ,

( iii) Davamlı olmayan batıq torpaqlar ,

( iv) təbəqələri qazıntıya dörd üfüqi şaquli ( 4h - 1V ) nisbətində ya da daha dik oldugu

Maili , laylı bir sistemdəki hissəciklər də C tipli torpaq olaraq qəbul edilir. Torpaq növlərinin

ayırd edilməsi mütəxəssis bir nəfər tərəfindən yuxarıda göstərilən xüsusiyyətlər nəzərə alınmaqla

sərt qaya , A tipli , B tipli və ya C tipli torpaq növlərindən biri olacaq şəkildə sinifləndirilməlidir.

Bu seçimin edilə bilməsi üçün mütəxəssis kəslər tərəfindən edilmiş ən

az bir vizual və yenə ən az bir manual analizin nəticələri lazımdır. Laylı sistemlər söz

mövzusu oldugunda isə ən zəif təbəqə göz önünə alınmalıdır. Ayırd edilən bir torpağın

sinifləndirilməsinə təsir edən xüsusiyyətlər , faktorlar və şərtlər hər hansı bir şəkildə

dəyişirsə , seçiş mütəxəssis tərəfindən təkrar edilməlidir.

Vizual və Manual Testlər

1) Vizual Testler

Vizual analizlər ümumi etibarilə qazıntı sahəsindən, qazıntının yanındakı torpaqdan, açıq

qazıntının kənarlarını təşkil edən torpaqdan və qazılmış torpaqdan alınan nümunənin keyfiyyət

məlumatların toplanması şəklində həyata keçirilir. Bu analizdə diqqət edilənlər bunlardır:

--- Qazılan torpaq və qazıntı kənarlarındakı torpaq araşdırılarkən torpaq parçacıqlarının

ölçüləri və bir-birlərinə görə miqdarları qiymətləndirilər. Əgər torpaq əsası etibarilə

xırdadənəli hissəciklərdən ibarətdir, hissəcik kohezifdir. Kobud dənəli qum və ya çınqıldan

meydana gəlirsə dənəli torpaqdır.

--- Torpaq qazılarkən araşdırılır. Əgər torpaq bir yığın şəklində bir yerdə qalırsa bu kohezif

olduğuna işarədir, lakin torpaq asanca parçalara ayrılırsa və bir yığın meydana gəlmirsə bu

dənəli torpaq olduğunu göstərir.

--- Açılmış qazıntının kənarları və qazıntının yanındakı torpağın səthinin sahəsi araşdırılır.

Gərilmə çartları kimi çarta bənzər açılmalar çartlı torpağ xüsusiyyətinə işarədir. Torpaq

parçaları şaquli kənardan parçalansa, torpaq çartlı torpaq ola bilər. Kiçik parçalanmalar hərəkət

edən bir sürüşmənin dəlili və olabiləcək bir təhlükəli vəziyyətin əlamətidir.

Page 12: Xəndəkdə İşlərin Təhlükəsizliyi

12

--- Qazıntının yanındakı sahəni və qazıntının özünü yeraltı xidmətləri və digər yeraltı

strukturlara aid bir iz olub olmadığını görmək və əvvəldən şəkli dəyişdirilmiş bir torpağı aşkar

etmək üçün araşdırılmalıdır.

--- Laylı sistemləri təyin etmək məqsədiylə qazıntının açılmış kənarını araşdırılmalı, laylı

sistemlərdə lay eyilmələrinin qazıntıya doğru olub olmadığına nəzarət edilməli və əyilmə

dərəcəsi təxmin edilməlidir.

--- Yerüstü suları, qazıntının kənarlarından sızan sularla ya da yeraltı su səviyyəsiylə əlaqədar

tapıntı tapmaq üçün qazıntının kənarındakı sahə və açılmış qazıntının kənarları

araşdırılmalıdır.

--- Qazıntının yanındakı sahə və içindəki sahə qazıntı üzünün dayanıqlılığına təsir edən

titrəmə qaynaqlarını tapmaq üçün araşdırılmalıdır.

2) Manual Testler

Torpaq nümunələrinin Manual analizi torpağın keyfiyyət xüsusiyyətlərinin kəmiyyət

xüsusiyyətlərinin müəyyən edilməsi və torpağın uyğun bir şəkildə təsnifatı məqsədiylə daha çox

məlumatın təmin edilməsi üçün istifadə edilər.

--- Plastiklik (və ya ribbon testi): Nəmli və ya yaş bir torpaq nümunəsi yumru bir top halına

gətirilər və daha sonra yuvarlanaraq mümkün ola bildiyincə incə (~ 3mm) bir iplik halına çevrilir.

Kohezif olan hissəciklər xırdalanma olmadan müvəffəqiyyətlə iplik halına gətirilə bilər. Məsələn,

50 mm uzunluğunda və 3mm qalınlığında bir ip bir əldə dağılmadan tutulabilirsə, torpaq kohezif

(yapışqan) deməkdir.

Page 13: Xəndəkdə İşlərin Təhlükəsizliyi

13

Şəkil 7: Ribbon testi

---Quru Muqavimət

• Əgər torpaq qurudursa və özbaşına ya da orta dərəcəli bir təzyiqdə fərdi dənəciklərə və ya

incə tozlara ayrılırsa, torpaq dənəlidir (çınqıl, qum və ya s).

• Əgər torpaq qurudursa və ayrılmalara bölünürsər və o ayrılmalarda daha kiçik hissəciklər

ayrılır lakin bu kiçik kütlələr çətinliklə qırılırsa, torpaq çınqıl, qum və ya gil ola bilər.

• Əgər quru torpaq daha kiçik hissəciklərə ayrılmayan hissələrə bölünəbilirsə və bu hissəciklər

çətinliklə qırılırsa və torpağın çartlı olduğuna dair vizual bir əlamət yoxsa, torpaq çartlı

olaraq düşünülə bilər.

---Başbarmak Basmaq

Bu test, kohezif(yapışqan) torpaqların sərbəst təzyiq müqavimətini təyin etmək üçün istifadə

olunur. 144 kPa sərbəst təzyiq müqavimətinə sahib A tipi torpaqlar baş barmaqla asanca

çökdürülə bilər lakin yalnız çox yüksək bir qüvvə tətbiq etməklə bu hal reallaşar.

Page 14: Xəndəkdə İşlərin Təhlükəsizliyi

14

B tipli torpaqlarda yalnız baş barmaq dırnağı içəri girə bilər.

48 kPa sərbəst təzyiq muqavimətinə sahib C tipi torpaqlar isə baş barmaq tərəfindən asanlıqla 3-4

sm çökrtürülə bilər. Yüngül bir barmaq təzyiqiylə şəkil verilə bilər. Bu test şəkli dəyişdirilmiş

torpaq növlərində tətbiq olunmalıdır.

---Diğər müqavimət testləri

Sərbəst təzyiq müqavimət qiymətlərinin təyinində cib penetrometri (pocket penetrometer) istifadəsi

və ya eyni zamanda torpaq kohezyonunun müəyyən olunması üçün əllə işlədilən kəsmə vanası

(Shearvane) testi istifadə edilə bilər.

B. Nəm miqdarı

Torpaqdakı rütubət miqdarının torpağın müqaviməti üzərində böyük bir təsiri vardır. Xəndək

qazıntılarında, açılan bu qazıntının kənarları havaya məruz qalır. Torpağın nəm miqdarı çox

sürətli bir şəkildə dəyişməyə başlayır və divarların müqaviməti təsirə məruz qalır. Bir qazıntı nə

qədər uzun müddət havaya açıq qalarsa, çökmə riski də o qədər artar.

Şəkil 8:Nəm miqdarı dayanıqlılığa təsir edər, xüsusilə də ağır bir yağış olarsa

C.Titrəyişlər

Müxtəlif mənbələrdən gələn titrəmələr xəndəyin dayanıqlılığına təsir edə bilər. Xəndəyin divarları

ümumiyyətlə nəqliyyat vasitələri və ya ağır texnikalar, sıxılma, paya çaxma və partlayış kimi inşaat

işlərindən qaynaqlanan titrəşmələrə məruz qalmaqla və bu titrəmələr də xəndəyin divarlarının

yıxılmasına gətirib çıxardır.

Page 15: Xəndəkdə İşlərin Təhlükəsizliyi

15

D.Ağır Yüklər

Ağır yük, xndəyin dayanıqlılığına təsir edən həddindən artıq yük ya da ağırlıqdır. xəndəyin

yanına yığılan qazılmış torpaq, qazıntı divarlarına təzyiq tətbiq edə bilər. Buna görə qazılmış

torpağ yığınlarının yerləşdirilməsi əhəmiyyətlidir. Qazılmış torpağ yığınlarının mümkün

olduğunca xəndəyin kənarından uzaq tutulması lazımdır.

Ayrıca xəndəyin yanında tutulan mobil avadanlıq və digər vəsitələr də qazıntının

dayanıqlılığına təsir edəcək miqdarda ağır yük meydana gətirirlər.

Şəkil 9:Ağır yüklər, xəndəyin divarlarına təzyiq tətbiq edir.

Şıkil 10:Dərin xəndəklərdə qazılmış torpağ yığını daha uzaqda olmalıdır.

Page 16: Xəndəkdə İşlərin Təhlükəsizliyi

16

Şəkil 11,12:Yığınlar qazıntıdan uzaqda olmalıdır.

E. Yaxındakı mövcud tikililər

Qazıntıların və xəndək qazıntılarının çoxunda ağır yüklərin, torpaq şəraitində dəyişikliklərin və

digər pozulmaların çökmələrə səbəb ola biləcəyi qırılma bölgəsi var. Qazıntı və ya xəndək

qazıntısına bitişik olan bir çökmə ilə qarşılaşmaq mümkündür.

Şekil 13: Təməllər plombla əhatəlidirlər və xəndəyin divarına ağır yük təzyiqi tətbiq

edirlər.

Page 17: Xəndəkdə İşlərin Təhlükəsizliyi

17

F. Əvvəlki qazıntılar

Yeraltı xidmətlərə aid olan və yeni xəndəyi kəsən ya da paralel olan köhnə xəndəklər

dözümlülüyə və müqavimətə təsir edirlər. Köhnə xəndəklərin ətrafındakı torpaqlar dayanıqsızdır

və bu da çökmələrə səbəb ola bilər.

Şəkil 14: Yeraltı xidmətlərə aid köhnə xəndəklər plomb torpağı ilə əhatə olunur lakin bu

plomb şəkli dəyişdirilmiş torpağa görə daha az dayanıqlıdır.

G. Hava şəraiti.

Yağış, əriyən qar, torpağın həll olması, çaylardan, və kanalizasiyadan daşan sular torpaq

strukturunun dəyişməsinə səbəb olur. Strukturu dəyişmiş olan torpaqlar da çökmə əmələ gətirə

bilir.

3.1.2 Torpaq uçqununa qarşı alınan tədbirlər.

OSHA standartlarına görə hər bir işçi çökmə təhlükəsinə qarşı uyğun qoruyucu vasitələrlə

qorunmalıdır. Qoruyucu vasitələrin lazımlı olmadığı iki dənə istisna vardır:

! Xəndək tamamən sərt qaya üzərində edilirsə,

! Xəndəyin dərinliyi 1,5 metrdən az və mütəxəssis bir adam olabiləcək bir uçqun

təhlükəsinə dair işarə olmadığını bildirərsə.

OSHA tərəfindən qəbul edilən 3 fərqli qoruyucu sistem növü var:

Maili ya da pilləli sistem

İksa (dəstəkli) sistem

Qalxanlı sistem

Page 18: Xəndəkdə İşlərin Təhlükəsizliyi

18

Maili sistem: Bu sistem, işçilərin qorunması məqsədilə qazıntı kənarlarının qazıntıdan uzağa doğru

yığıldığı sistemdir.

Şəkil 15:Maili sistem

Pilləli sistem: İşçilərin qorunması məqsədilə qazıntı kənarlarının bir və ya birdən çox səviyyə və

ya pillələrə ayrıldığı və bu pillələr arasındakı üzlərin ümumiyyətlə dik və ya dike yaxın olduğu

sistemdir. Bu sistem C tipi torpaqlarda istifadə edilməməkdədir.

İksa (dəstəkli) sistem: Qazıntı kənarlarının dəstəkləndiyi hidravlik, mexaniki metal və

ya taxta strukturlardan ibarət olan sistemdir.

Qalxanlı sistem: Çökmə tərəfindən tətbiq olunan qüvvələri tutacaq şəkildə professional

mühəndislər tərəfindən dizayn edilmiş və içində olan işçini qoruyan qazıntı qutusu kimi

strukturların istifadə sistemdir. Bu qalxanlar yerləşdirilə ya da qazıntı qutusu kimi daşına bilər.

Page 19: Xəndəkdə İşlərin Təhlükəsizliyi

19

Qazıntı qutusu

Pilləli və dəstəkli qazıntının yan kəsiyi

Şəkil 16 : Dəstəkli və qalxanlı qazıntı nümunələri

Qoruyucu sistemlərin layihələndirilməsində diqqətə alınmalıdır torpaq növü, qazıntı dərinliyi,

torpaqdakı su miqdarı, hava və iqlim dəyişiklikləri, əlavə yüklər, titrəmələr və qazıntı sahəsindəki

digər işlər kimi bir çox faktorlar. Xəndəyin dərinliyinin 6.1 metri keçdiyi qazıntılar professional

mühəndislər tərəfindən və ya bu mühəndislər tərəfindən hazırlanmış və ya təsdiq edilmiş cədvəl

halındakı məlumatlara əsaslanaraq tərtib olunmalıdır.

OSHA standartı qoruyucu sistem dizaynında aşağıdakı metod və yanaşmaları mənimsəməkdədir:

Metod 1: Qazıntı kənarlarına 1,5 H: 1V nisbətindən daha dik olmayacaq şəkildə maillik verilir.

Məsələn, hər 1 metr dərinlikdə qazıntıda, 1,5 metrlik qazıntıdan uzaqlaşmaq lazımdır. 20 fit

(6.1m) və daha az dərinlikdəki qazıntı mailliyi 1,5 H: 1V maksimum qəbul edilə bilər. Bu maillik

OSHA standartında göstərilən C tipi torpaqlarla əlaqədar maillikdə istifadə edilməlidir. Bu

maillik və bundan daha az nisbətdəki mailliklər hər tip torpaq üçün təhlükəsizdir.

Page 20: Xəndəkdə İşlərin Təhlükəsizliyi

20

Şəkil 17:C tipli torpaqlarda qazılan xəndəklər

Metod 2: Qazıntını layihələndirmək üçün professional mühəndislər tərəfindən təsdiqlənmiş

cədvəl və qrafiklərdən ibarət məlumatlar toplusu, naviqasiya. Bu məlumatlar yazılı şəkildə olmalı

və içərisində lazımlı şərhləri, seçim səbəbləri və məlumatların istifadəsində məhdudiyyətlər

olmalıdır.

Metod 3: Professional mühəndislər tərəfindən təsdiqlənmiş və ya bu mühəndislər tərəfindən

hazırlanmış və təsdiq edilmiş cədvəl halındakı məlumatlara əsaslanan qazıntı qutusu ya da qazıntı

qalxanı naviqasiyası. Taxta, alüminium və ya digər materiallar istifadə edilə bilər.

Şəkil 18 : Qərar vermə sxemi

OSHA standartlarına görə maksimum qəbul edilə bilən mailliklər və müxtəlif torpaq tipləri üçün

tətbiq olunan qazıntı maillikləri aşağıdakı kimidir:

Page 21: Xəndəkdə İşlərin Təhlükəsizliyi

21

Qaya vəya torpaq növü 6.1 metrdən daha az derinlikdə qazıntılarda maksimum

qəbul edilə bilən mailliklər (H:V)

Sərt qaya Şaquli (90 dərəcə)

A tipli 3/4:1(53 dərəcə)

B tipli 1:1(45 dərəcə)

C tipli 1,5:1(34 dərəcə)

Cədvəl 1:Fərqli torpaq tipləri üçün maksimum qəbul edilə bilən mailliklər

6.1 metrdən daha dərin maili və ya pilləli qazıntılar professional mühəndislər tərəfindən

dizayn edilməlidir.

12 fit (3.7m) və daha az derinlikdəki A tipli torpaqdakı qısa müddətli qazıntılarda maillik

1/2H:1V maksimum qəbul edilə bilər.

3.7 metrdən daha dərin qazıntılarda isə maillik 3/4:1(53 derece) maksimum qəbul edilə bilər.

A tipli torpaqlarda qazıntılar

Maillik

6,1 metr ve ya daha az dərinlikdəki bütün qazıntılarda maillik 3/4:1 maksimum qəbul edilir.

Mak.3.7m

Mak. 6.1m Ümumi maillik

nisbəti

Qısa müddətli,

24 saat vəya

daha az.

Page 22: Xəndəkdə İşlərin Təhlükəsizliyi

22

Şekil 19: A tipi topraklarda

eğimli kazı

Şəkil 20,21:Maili xəndək qazıntıları

Pilləli

6,1 metr vəya daha az dərinlikdəki bütün pilləli qazıntılarda maillik 3/4:1 maksimum

qəbul edilir və pilləkən ölçüləri aşağıdakı kimidir:

Sadə pilləli Çox pilləli

Şəkil 22 : A tipli torpaqlarda pilləli qazıntılar

Page 23: Xəndəkdə İşlərin Təhlükəsizliyi

23

Şəkil 23: Pilləli qazıntı

Dəstəksiz şaquli kənarlara sahib 2,4 metr və ya daha az dərinlikdəki bütün xəndək

qazıntılarında dib hissədəki kənarların şaquli uzunluğu maksimum 3,5 fit (1,05 m) olmalıdır.

6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissələri dəstəkli və ya

qalxanlı olan bütün xəndək qazıntılarında maillik 3/4:1 maksimum qəbul edilir və bu dəstək

və ya qalxan şaquli kənarın üstündən ən az 45 sm yuxarıya çıxmalıdır.

Dəstəksiz şaquli Dəstəksiz şaquli

kənarlı dib hissə, kənarlı dib hissə, Dəstəkli ya da qalxanlı

Mak. dərinlik 2.4m Mak. dərinlik 3.6 m şaquli kənarlı dib hissə

Şəkil 24: A tipli torpaqlarda dəstəkli/dəstəksiz vəya qalxanlı qazıntı

Page 24: Xəndəkdə İşlərin Təhlükəsizliyi

24

Şekil 25:Qalxanlı xəndək qazıntısı

B tipli torpaqlarda qazıntılar

Maillik

6,1 metr və ya daha az dərinlikdəki bütün maili qazıntılarda maillik 1:1 maksimum qəbul

edilir.

Şəkil 26: B tipli torpaqlarda maili

xəndək

Page 25: Xəndəkdə İşlərin Təhlükəsizliyi

25

Pilləli

6,1 metr və ya daha az dərinlikədki bütün pilləli xəndəklərdə maillik 1:1 maksimum qəbul

edilir və pilləkən ölçüləri aşağıdakı kimidir

Bu pilləkənə ancaq yapışqan

torpaqlarda icazə verilir.

Bu pilləkənə ancaq yapışqan

torpaqlarda icazə verilir.

Şekil 27 : B tipli torpaqlarda pilləli qazıntı

6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissəsi olan bütün

xəndəklərin şaquli kənarının üstündən ən az 45 cm yuxarıya çıxacaq şəkildə dəstəklənəcək

və ya qalxanlanacaq və bu qazıntılarda maillik 1:1 maksimum qəbul edilməlidir.

Şəkil 28:Şaquli kənarlı dib hissəsi olan xəndək

Page 26: Xəndəkdə İşlərin Təhlükəsizliyi

26

C tipli torpaqlarda qazıntılar

Maillik

6,1 metr və ya daha az dərinlikdəki bütün maili qazıntılarda maillik 1,5:1maksimum

qəbul edilir.

Şəkil 29 : C tipli torpaqlarda maili qazıntılar

Kademeli sistem C tipi topraklarda uygulanmamaktadır.

6.1 metr və ya 6.1 metrdən daha az dərinlikdəki şaquli kənarlı dib hissəsi olan bütün

xəndəklərin şaquli kənarının üstündən ən az 45 cm yuxarıya çıxacaq şəkildə

dəstəklənməli və ya qalxanlanmalı və bu qazıntılarda maillik 1,5:1 maksimum qəbul edilir.

Şəkil 30: Şaquli kənarlı dib hissəsi olan xəndək qazıntısı

Page 27: Xəndəkdə İşlərin Təhlükəsizliyi

27

3.2 Digər Təhlükələr və Tədbirlər

Xəndək qazıntılarında ən büyük təhlükəni çökmələr əmələ gətirir. Çökmələrdən əlavə ciddi

yaralanmalara ve ölümlərə səbəb olabiləcək bir çöx təhlükələr mövcuddur. Bu təhlükələrdən

bəziləri bunlardır:

! İşçilərin qazıntıya düşməsi

! İşçilərin üzərine düşən yüklər

! Təhlükəli atmosfer (Duman,oksigen çatışmamazlığı,zəhərli,yanan və partlayıcı qazlar)

! Yeraltı komnukasiyalar və üstdən keçən elektrik xətləri ilə təmas

! Avtomobillər, ağır ve mobil mexanizmlər

! Dar hissə

! Qazıntıya giriş ve çıxışlar

! Su yığışması

! Materialların səhv və uyğunsuz istifadəsi

! Yığılmış və atılmış materiallardan olan məsafə

! Torpaqdakı kabellər və kəsici, ağır materiallar

Göründüyü kimi xəndək qazıntılarında bir çox təhlükələr var. Buna görə, etibarlı bir qazıntı

çalışması üçün əvvəlcə xəndək qazıntınsının hər bir mərhələsinin mütəxəssis bir adam tərəfindən

nəzarət edilməli və mütəxəssis adamın işçilərlə əməkdaşlıq halında onlara lazımlı təhlükəsizlik

təlimatlarını verməsi lazımdır.

İki metrdən daha dərin olan xəndək qazıntılarında işçilərin düşmələrinin qarşısının alınması üçün

işlənilən sahənin ətrafına kifayət qədər möhkəm baryerlərdən istifadə edilməlidir. Insanların sıx

olduğu açıq yerlərdə isə bu əməliyyat dərinlik qoyulmadan edilməlidir. Daha diqqət çəkici olması

üçün parlaq rəngdəki baryerlər, müxtəlif işarələr istifadə edilməlidir.

Page 28: Xəndəkdə İşlərin Təhlükəsizliyi

28

Şəkil 31: Xəndək qazıntılarının kənarlarında baryerlər yerləşdirilməlidir..

Qazıntıya yuvarlanan və ya düşmə riski olan materiallar və avadanlıqlar qazıntı kənarlarından ən

az 0,6 metr uzaqlıqda saxlanılmalı və ya lazımlı desteklerle tutulmalı və ya hər ikisi birlikdə

edilməlidir. Nəqliyyat və yük maşınları isə baryerlər, xəbərdarlıq işarələri və siqnallardan istifadə

etməklə daha çox uzaqda tutulmalıdır. Nəqliyyatın xəndəyə torpaq boşaltdığı vəziyyətlərdə,

nəqliyyatın tekerleklerinin arxasına möhkəmləndirici yerləşdirilməlidir.

Şəkil 32: Qazılmış torpaq yığını xəndəkdən lazimi məsafədə olmalıdır.

Page 29: Xəndəkdə İşlərin Təhlükəsizliyi

29

Şəkil 33: Maşın boşaldılarkən möhkəmləndiricidən istifadə

olunmalıdır.

Düşən cisimlərə diqqət yetirilməli və bu məqsədlə Dəbilqə və qoruyucu ayaqqabı kimi uyğun

fərdi mühafizə vasitələrindən istifadə edilməlidir. Əlcək, qulaq qoruyucu və yüksək

görüntüsü olan paltarların istifadəsinə də diqqət yetirilməlidir. Ayrıca işçilər qazıntı

maşınının yanında işləməməlidirlər və qaldırıcı mexanizmin qaldırdığı yüklər və asma yük

altında dayanmamalıdırlar.

Mütəxəssis bir adam dərinliyi 1,2 metri keçən və ya oksigen çatışmamazlığı olan və ya təhlükəli

atmosferin olduğu xəndəkdə, işçi qazıntıya girmədən əvvəl test etməlidir. Təhlükəli atmosferlər,

qazıntı yaxınında zibil sahəsinin olması və təhlükəli maddələrin qazıntıya yaxın bir yerdə

yığılması səbəbindən meydana gələ bilər. Ayrıca oksigenin % 19,5 ' dan az və % 23,5 ' dan çox

olduğu mühitlər , yanar qaz konsentrasiyasının aşağı alovlanma limitinin % 20ində çox olduğu

hallar və konsentrasiyaların limit qiymətlərini keçən təhlükəli maddələr də təhlükəli atmosfer

mühitidir. Təhlükəli bir mühitlə qarşılaşılması vəziyyətində işçinin bura girməsinə icazə

verilməməli , uyğun ventilyasiya təmin edilməli və işçi lazımlı tənəffüs qoruyucu sistemlərini

aldıqdan sonra qazıntıya girməlidir. Ayrıca bu qazıntılarda mühit nizamlı bir şəkildə test və

nəzarət edilməlidir. Bu testlər, əgər xəndəyin içində işləyən bir vasitə varsa və qaynaq , kəsmə ,

yandırma kimi əməliyyatlar edilirsə tez-tez aparılmalı , təcili vəziyyətə qarşı hər cür sağlamlıq

və təhlükəsizlik tədbirləri alınmalıdır .

Page 30: Xəndəkdə İşlərin Təhlükəsizliyi

30

Yeraltı koomnukasiyalar və üstdən keçən elektrik xəttləri də işçilər üçün böyük təhlükə

meydana gətirməkdədir. Qazıntı maşınlarıyla ediləcək hər cür qazıntıdan əvvəl qazıntı

edilən yerdə elektrik kabelləri, su boruları, qaz boruları, telefon xəttləri və kanalizasiya xətti

ola biləcəyi düşünülməlidir.

Qazıntıya başlamazdan əvvəl, yeraltı koomnukasiyalar ilə əlaqədar qurum və təşkilatlara müraciət

edilməli və bu koomnukasiyaların yerləriylə əlaqədar bütün məlumat və cizgilərin işə

başlanmadan əvvəl almalı, ayrıca qazıntı ediləcək yerdə həmin koomnukasiya xətlərinin

səlahiyyətli nümayyəndələrinin iştirakı vacibdir. Yeraltı koomnukasiyalara dair bir iz olub

olmadığını bilmək üçün vizual olaraq da araşdırılmalıdır. Lakin alınan bu məlumatlar, aradan

uzun illər keçməsi, qazıntı yerində çox iş edilmiş olması kimi səbəblərdən ötəri ehtimalla tam bir

qətilik vermədiyindən yeraltı koomnukasiyaların yerlərinin müəyyənləşdirilməsində uyğun yer

axtarış cihazlarından istifadə edilməli və bu cihazların istifadəsi lazımlı təhsil almış şəxslər

tərəfindən aparılmalıdır..

Yerləri müəyyənləşdirilən koomnukasiya xəttləri boyunca uyğun qeydlər, etiketlər payalar,

bayraqlar və ya boya işarələriylə göstərilməlidir. Ayrıca bu koomnukasiyaların mühafizə

zolaqında olan qazıntı yerlərində qazıntı maşınlarından istifadə edilməməli, izolyasiya

alətlərlərindən istifadə edilərək əllə qazıntı aparılmalıdır.

Şəkil 34:Qazıntıdan əvvəl yeraltı koomnukasiya xətləri aşkar edilməlidir.

Bir işçi tərəfindən zədələnən elektrik kabeli, bütün işçilərin elektrik şokuna məruz qalmasına,

yaxındakı qaz xəttlərində bir zədə olması vəziyyətində də ciddi yanğın və partlamalara

Page 31: Xəndəkdə İşlərin Təhlükəsizliyi

31

səbəb olur. Buna görə bu kabellər kabel axtarış cihazlarından istifadə edilməklə aşkar edilməli,

aşkarlanmış kabellər uyğun bir şəkildə xəttləri boyunca göstərilməlidir. Ayrıca basdırılmış

kabellərin yerləri haqqında bir işarə tapmaq məqsədiylə ətrafda olan yol işarələrinə, küçə

lampalarına da diqqət yetirilməlidir.

Elektrik kabelləri kimi qaz xəttləri də ciddi yanğınlara və böyük partlamalara səbəb olmaqdadır.

Buna görə bu xəttlərə diqqət yetirilməli, qaz borularına yarım metrdən daha az yaxınlıqda qazıntı

maşınlarından istifadə edilməməlidir. Qaz sızıntısı hiss edildiyi halında dərhal əlaqədar

təşkilatlara xəbər verilməli, işçilərin sürətli bir şəkildə xəndəyə qazın yığılması ehtimalına qarşı

boşaldılması təmin edilməlidir. Ayrıca alışmaya səbəb ola biləcək işləyən mexanizm, matorlu

kimi cihazlar da dərhal dayandırılmalıdır.

Su xəttlərində meydana gələn bir zədə yarılan borudan su şırnağının çıxmasına, xəndəyin suyla

dolması səbəbindən işçilərin boğulmasına, digər yeraltı koomnukasiya xətlərinin zərər görməsinə

və zəifləyən qazıntı kənarlarından çökmələrin meydana gəlməsinə səbəb olmaqdadır.

Kanalizasiyalarda isə təzyiqli bir axıntıdan çox ağırlıq qüvvəsindən əmələ gələn bir axıntı söz

mövzusu olduğu üçün bu koomnukasiyalara zərər vurulması vəziyyətində qarşılaşılacaq təhlükə

çirklilikdir.

Elektrik, qaz, su və kanalizasiyadan qaynaqlanan təhlükələrin xaricində ayrıca azot, arqon kimi

müxtəlif qazların, zəhərli və yanıcı mayelərin daşındığı borular və də zədə riski aşağı olsa da

telekommunikasiya xətlərinin meydana gətirdiyi təhlükələr də mövcuddur.

Hava elektrik xəttləri kran və digər uzun avadanlıq üçün böyük bir təhlükə meydana

gətirməkdədir. Əgər mümkünsə bu xətlərin altında işləməyi dayandırmalı və ya xəttlərdən keçən

cərəyan dayandırılmalıdır. Bunlar da mümkün deyilsə operator, avadanlıqlarla elektrik xəttləri

arasında olması lazım olan minimum məsafələrə diqqət yetirməlidir. Infrastruktur işlərində

sağlamlıq və təhlükəsizlik birliyi (Infrastructure Health & Safety Association (IHSA))

minimum məsafə elektrik xəttlərində olan gərginlik qiymətlərinə görə sinifləndirmiştir.

Bu məsafələr:

Cədvəl 2:İş mexanizmləri ilə xətlər arasında lazım olan minimum məsafələr

Elektrik xəttinin gərginliyi, volt Minimum məsafə

750 voltdan artıq,150 000’dən az 3 metr

150000 voltdan artıq, 250000’dən az 4.5 metr

250000 voltdan artıq 6 metr

Page 32: Xəndəkdə İşlərin Təhlükəsizliyi

32

Tədbirlərə baxmayaraq, avadanlıq elektrik xəttləri ilə təmasa keçmişsə, operator bu tədbirləri

almalıdır:

./ Kabinada qalmalı, kabinaya və torpağa eyni anda toxunmamalıdır. Torpaqla təmas

halındakı hər hansı bir şeyə toxunmaq ölümcül ola bilər.

./ Köməkçi avadanlığı istifadə edən işçilər də o avdanlıqda qalmalı, onlar da torpaq və

avadanlığa eyni anda təmasdan qaçmalıdırlar.

./ Digər kəsləri avadanlıqdan uzaq tutmalı onları avadanlığın hər hansı bir parçasına

toxunmamaları mövzusunda xəbərdar etməli.

./ Elektrik xəttində cərəyanın dayandırılması üçün əlaqədar təşkilata zəng edilməsi təmin

edilməlidir.

./ Mümkünsə, maşında qalmaqla maşını hərəkət etdirərək təması kəsməyə cəhd etmək.

./ Əgər təması kəsmək mümkün deyilsə, elektrik xəttində cərəyan kəsilənə qədər (maşın

üstündə qalaraq) maşını hərəkət etdirməməli.

./ Əgər yanğın kimi təcili bir vəziyyət maşını tərk etməyə məcbur etsə, ayaqları bitişik bir

şəkildə tullanmaq lazımdır. Əgər eyni anda, bədənin bir qisimi torpaqla digər qismi də

maşınla təmas halında olsa, cərəyan bədənə keçəcək.

./ Heç vaxt yerdə addım atmamalı və kiçik addımlarla ayaqlarını sürüyərək uzaqlaşmalı.

Böyük addımlar atmamalı. Torpaqdakı gərginlik fərqindən ötəri, bir ayaq digərinə

nisbətən daha yüksək bir gərginlik sahəsində ola bilər və bu fərq insanı öldürə bilər.

Ayrıca bir qəza olarsa, cərəyanvuran və cərəyanvuranla təmas halında olan hər hansı bir şeyə

heç vaxt toxunmamalı. Mümkünsə təmas kəsilməli, quru bir taxta, rezin yada quru bir

polipropilen ip vasitəsiylə yaralı və ya xətt çəkilməlidir. Dərhal təcili yardıma zəng etməli,

cərəyan təması kesilmişsə ilk yardım tətbiq olunmalıdır.

Page 33: Xəndəkdə İşlərin Təhlükəsizliyi

33

Şəkil 35:Hava elektrik xətləri qazma mexanizmlərinə təhlükə törədir.

Xəndək qazıntılarının giriş və çıxışları, xüsusilə təcili bir vəziyyət olduğunda işçilərin etibarlı

bir şəkildə qaçmalarını təmin etməlidir. OSHA standartlarına görə 1.2 metr və ya daha dərin

xəndəklərdə təhlükəsizlik giriş və çıxışlar təmin edilməli, nərdivanlar, pillələr və ya digər

avadanlıqlar saxlanılmalı, bunların işçilərə ən çox 7.6 metrlik bir yaxınlıqda olması təmin

edilməlidir. Ayrıca qazıntıda olan nərdivanlar qazıntının 90 sm üzərinə çıxmalıdır.

Təhlükəsizlik giriş və çıxışlarda istifadə edilən bu avadanlıq möhkəm bir şəkildə montaj

edilməli və işçi üçün yeni bir təhlükə əmələ gətirməməlidir.

Page 34: Xəndəkdə İşlərin Təhlükəsizliyi

34

Şəkil 36:Nərdivanlar qazıntının üzərinə çıxmalıdır.

Ekskavatorlar, ağır və mobil avadanlıqların operatorları yerdəki insanların yaralanmasına və

ölümünə səbəb olur. Bu maşınlarla iş əsnasında uyğun əl işarələrindən istifadə edilməli, bu

maşınlara minilib düşülərkən 3 nöqtə təması qaydasına diqqət yetirilməlidir. Ayrıca bu

avadanlıqların səsli xəbərdarlıq sistemləri olmalı və yaxınına səlahiyyətli olanlardan başqa heç

kim yaxınlaşmamalıdır. Səlahiyyətli olanlar isə operator tərəfindən görülebiləcək, maşına uyğun

bir uzaqlıqda olmalıdırlar.

Şəkil 37: Texnikalara minilib düşülərkən 3 nöqtə təmas qaydasına diqqət

verilməlidir.

Xəndəyə su yığılması və xəndəkdəki durğun su qazıntı kənarlarını zəiflədir və təhlükəli bir

vəziyyət meydana gətirdiyindən işçilərin qaçmasını çətinləşdirir. OSHA standartları

xəndəklərdə su yığılması ya da toplanması görüldüyü hallarda əgər kafi mühafizə yoxsa ,

işçilərin bu xəndəklərdə işini qadağan edir.

Page 35: Xəndəkdə İşlərin Təhlükəsizliyi

35

Ayrıca OSHA standartları xəndəyə su girişinin qarşısının alınması üçün müxtəlif baryerlərin və

su yollarının açılmasını tələb edir. Əgər işçilər qazıntıda işləyəcəklərsə , əlavə yüklər üçün

xüsusi dəstək və qalxan sistemləri layihələndirilməli , mütəxəssis nəzarətində su boşaltma

avadanlıqlarından istifadə edilməli , səth sularının istiqamətlərini xəndəyə su girişinə maneə

törədəcək şəkildə başqa istiqamətlərə çevrilməli , hər güclü yağışdan sonra, işçilər xəndəyə

təkrar girmədən əvvəl xəndəyə mütəxəssis tərəfindən nəzarət edilməlidir.

Page 36: Xəndəkdə İşlərin Təhlükəsizliyi

36

4. Nəticə

Qazıntı işlərinin ölüm və yaralanmalarla müşahidə olunan tikinti quruculuq sektorunun ən

təhlükəli qollarından biri olduğu araşdırmalarda və statistikalarda görmək olar. Qazıntılar

müxtəlif bir çox təhlükələrdən ibarətdir, işçilərin təhlükəsizliyi baxımından lazımi həssaslıq

göstərilməməsi vəziyyətində faciəli nəticələr törədir.

Bu işdə spesifik olaraq xəndək qazıntılarında, bu qazıntılarında meydana gələ biləcək

təhlükələrdən və alınması lazım olan tədbirlərdən bəhs edilmişdir. Xəndək qazıntılarında ən

böyük və ən fundamental təhlükə uçqundur . Torpağın ağırlığını göz önünə alsaq uçqun altında

qalan işçi / işçilərin həyatda qalma şansı çox aşağı olur təəssüf ki, işlədikləri yer bəzən bir

məzar ola bilir. Bu səbəbdən bu təhlükə qarşısında əvvəldən tədbir alınmaması vəziyyətində ,

veriləcək itkilərin kiçik olmayacağı son dərəcə aşkardır. Bu səbəblə uçqunlara səbəb ola biləcək

faktorlar mütəxəssis kəslər tərəfindən incəliklə araşdırılmalı və bəhs edilən qoruyucu sistemlər

işə başlamazdan əvvəl lazımi standartlar çərçivəsində mütəxəssis və ya professional

mühəndislər tərəfindən uyğun şəkildə tərtib olunmalıdır.

Uçqundan əlavə təhlükələr , uçqun təhlükəsi qədər tez qarşılaşılmamaqdadır lakin bu təhlükələr

də uçqun kimi ağır nəticələri var , ölüm və ciddi xəsarətlərə səbəb olur. Ayrıca bu təhlükələrdən

bəzilərinin meydana gəlməsi uçqun təhlükəsini artıraraq qazıntı sahəsində birdən çox təhlükənin

eyni anda baş verməsinə səbəb olur.

Nəticə olaraq daxilində bu qədər təhlükəni və riski saxlayan bu işlər , mütəxəssis nəzarətində

risk qiymətləndirilməsi edilərək planlı bir şəkildə icra edilməli , iş əsnasında fərdi hərəkətlərdən

qaçmalı, lazımlı təşkilat və orqanlarla əməkdaşlıq edilərək məlumat alış-verişi təmin

edilməlidir. Ayrıca işçilərlə də davamlı ünsiyyət halında olmalı və nəzarət siyahıları vasitəsiylə

bu işçilər yoxlanmalı , təhlükəsizlik tədbirləri təmin edilməlidir.

Page 37: Xəndəkdə İşlərin Təhlükəsizliyi

37

Tərtib etdi: "BG Construction" Project coordinator

Fehruzov Mubariz