24
Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin Azərbaycanda tətbiqi (Tvinninq/TAİEX/SOCİEUX/SİQMA) 2007 – 2017

Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

  • Upload
    others

  • View
    17

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin Azərbaycanda tətbiqi(Tvinninq/TAİEX/SOCİEUX/SİQMA)

2007 – 2017

Page 2: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində
Page 3: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

1

ərzaq təhlükəsizliyi, infrastrukturun inkişaf etdirilməsi və azad bazar iqtisadiyyatına keçidə dəstək şəklində birbaşa yardım göstərmişdir. Azərbaycanda iqtisadi və siyasi vəziyyətin sabitləşməsi ilə Aİ diqqəti iqtisadiyyatın inkişafına, institusional və qanunvericilik sahələrində islahatların aparılmasına, demokratik institutların möhkəmləndirilməsinə yönəltmişdir.1996-cı ildə Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanması Azərbaycan hökumətinin bu sahələrdə Aİ standartlarına uyğunlaşma məqsədlərinə sadiqliyini təsdiqlədi. Bu məqsədlər 2006-cı ildə qəbul edilmiş Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS) Fəaliyyət Planında bir daha təsdiqləndi və prioritetləşdirildi. Bu proses 2009-cu ildən etibarən Azərbaycanın Şərq Tərəfdaşlığı proqramına üzv olması ilə daha da gücləndirilmişdir. Bu sənədlərdə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün əsas şərt hər iki tərəfin fəal iştirakıdır. Bu məqsədlə, Aİ təkcə 2007-2017-ci

Aİ 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanın inkişafına dəstək göstərilməsi məqsədilə ölkəni qrant şəklində təxminən 600 milyon avro maliyyə və saiti ilə təmin etmişdir. Aİ 1990-cı və 2000-ci illərin əvvəllərində, əsasən humanitar yardım,

illəri əhatə edən dövr ərzində uyğunlaşma prosesində Azərbaycan hökumətini dəstəkləmək üçün 190 milyon avrodan artıq vəsait ayırmışdır.Bu maliyyə dəstəyindən təqribən 82 milyon avro (43%) institusional quruculuğa dəstək formasında qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş prioritetlərə sərf edilmişdir.İnstitusional quruculuğa dəstək Tvinninq, TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində Avropa İttifaqı Ekspertizası) və SİQMA (Dövlət İdarəçiliyinin və İdarəetmənin Təkmilləşdirilməsinə Dəstək) kimi tanınan, sistemin modernləşdirilməsində və Aİ standartlarının qəbul edilməsində hökumətə effektiv şəkildə dəstək göstərən yardım alətləri vasitəsilə həyata keçirilir.Bu alətləri klassik texniki yardımdan fərqləndirən əsas cəhət özəl deyil, dövlət sektorunun təcrübəsinin ötürülməsidir. Bu fəaliyyətlərin iştirakçısı əsasən tərəfdaş ölkələrdəki həmkarları ilə qarşılıqlı əlaqə yaradan Aİ-nin Üzv Dövlətlərindən olan dövlət qulluqçularıdır.

Aİ-Azərbaycan – 26 illik əməkdaşlıq

Avropa İttifaqı (Aİ) 26 ildir ki, Azərbaycana islahatların həyata keçirilməsində vəvətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri dəyişikliklərin edilməsində dəstək olur.

Page 4: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

2

Bu alətlər müvəffəqiyyət qazanmışdır:• Tvinninq alətinin Azərbaycanda 10

illik tətbiqindən sonra 45-ci Tvinninq layihəsinə təşəbbüs göstərilmişdir;

• TAİEX 2008-ci ildə Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində əməkdaşlıq üzrə aparıcı yardım aləti olmuşdur. Həmin ildən etibarən 35 dövlət qurumunun təşəbbüsü ilə təşkil edilən 162 TAİEX tədbiri həyata keçirilmişdir;

• SİQMA öz tərəfdaşları ilə əməkdaşlığını genişləndirməyə davam edir (ümumilikdə 15 layihə həyata keçirilmişdir);

• İlk 2 SOCİEUX layihəsi 2016-cı ilin birinci rübündə təsdiq edilmişdir.

Adıçəkilən alətlərlə bağlı ətraflı məlumat bu nəşrdə və İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən PİQ-in (Proqram İdarəetmə Qurumu) internet səhifəsində (www.pao.az), eləcə də Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin internet səhifəsində öz əksini tapmışdır (http://eeas.europa.eu/delegations/azerbaijan/index_en.html).

Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin Azərbaycanda tətbiqi

Azərbaycanda PİQ 2006-cı ildə Azərbaycan və Aİ arasında imzalanmış qrant sazişlərinin və proqramların icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat

Nazirliyinin nəzdində yaradılmışdır. PİQ-in əsas rolu Aİ yardım alətlərinin təbliğ edilməsi və səmərəli tətbiqinin təmin edilməsidir.

Page 5: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

3

TVİNNİNQ

Tvinninq aləti Aİ-yə üzv dövlətlərin dövlət qulluqçuları və onların benefisiar ölkələrdən olan həmkarları arasında texniki təcrübənin birbaşa mübadiləsi yolu ilə benefisiar ölkələrin Aİ-nin qabaqcıl təcrübələrinə və standartlarına uyğunlaşmasına və bu standartların qəbul edilməsinə kömək edir. İlkin olaraq Aİ-yə üzv olmazdan əvvəl Aİ standartlarının qəbul edilməsi istiqamətində namizəd ölkələrə yardım göstərmək məqsədilə yaradılmış Tvinninq zamanla Avropa Qonşuluq Siyasəti regionuna da genişləndirilmişdir. 2008-ci ildən etibarən Azərbaycan Tvinninq layihələrindən faydalanmağa başlamışdır. Tvinninq aşağıda qeyd edilmiş əsas xüsusiyyətlərə malikdir:

TvİnnİnQ: nəticə yönümlü tərəfdaşlıq

• Layihələr birgə qəbul edilmiş məqsədlərlə bağlı tərtib edilən və birgə həyata keçirilən qrantlardır;

• Benefisiar ölkə layihəyə əsas sahiblik edir;

• Aİ üzv dövlətinin mütəxəssisi olan tamştatlı Rezident Tvinninq Müşaviri benefisiar ölkəyə ezam edilir;

• Hər bir layihənin konkret nəticələri olmalıdır;

• Layihə müddətində texniki məsələlər üzrə bərabərhüquqlu mübadilə münasibətləri əsasında fəaliyyət göstərən Aİ-nin üzv dövlətinin dövlət qulluqçuları qısamüddətli missiyalar vasitəsilə əlavə texniki biliklərin təmin edilməsi məqsədilə fəaliyyətə cəlb edilir;

• Layihələr əməkdaşlığın gücləndirilməsi istiqamətində yaradılmış real tərəfdaşlıq vasitəsidir.

Azərbaycanda Tvinninq dövlət qurumlarına aşağıdakı sahələrlə bağlı gündəmdə duran məsələlərin icrasına yardım göstərir, eləcə də Aİ qanunvericiliyi və ən yaxşı təcrübələrinə uyğunlaşma məqsədilə ölkədə müasir və təkmilləşdirilmiş idarəçilik sisteminin inkişaf etdirilməsinə dəstək göstərir.Tvinninqin xüsusilə faydalı olduğu məsələlər:• qanunvericiliyin işlənib hazırlanması

və/və ya təkmilləşdirilməsinə dəstək;• yeni qanunların/ standartların/

islahatların həyata keçirilməsinə yardım;

• mütəxəssis qiymətləndirmələrinin və məsləhətlərinin təmin edilməsi;

• təşkilati strukturun təkmilləşdirilməsi;• təlimlərin, seminarların, konfransların,

təlim səfərlərinin və təcrübə proqramlarının təşkili.

Tvinninq layihələri Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Benefisiar tərəfdaş layihəyə insan resursları, ofis və təlim/konfrans məkanlarının təmin edilməsi ilə töhfə verir.Q

eyd

Page 6: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

4

Azərbaycanda ilk Tvinninq layihələrinin icrasına 2008-ci ildə qida təhlükəsizliyi, enerji və standartlaşdırma sahələrində başlanılmışdır. Tvinninq proqramı hökumət qurumları tərəfindən çox yaxşı qəbul edilmişdir. Həmin vaxtdan etibarən Tvinninq proqramı çərçivəsində Azərbaycan müxəlif icra mərhələlərində olan 45 layihə ilə regionda liderə çevrilmişdir.

TVİNNİNQ

1

1

1

1

1

1

1

3

1

2

1

1

1

1

1

1

1

1

2

1

2

1

1

1

1

2

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

0 1 2 3 4 5 6 7

Ailə, Qadn və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Baş Prokurorluq

Dövlət Dəniz Administrasiyas

Dövlət Miqrasiya Xidməti

Dövlət İmtahan Mərkəzi

Dövlət Sosial Müdafiə Fondu

Dövlət Statistika Komitəsi

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Energetika Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Hesablama Palatas

İqtisadiyyat Nazirliyi

Kənd Təsərrüfat Nazirliyi

Maliyyə Nazirliyi

Mədəniyyət və Turizm Nazirliyi

Milli Məclis (Parlament)

Müəllif Hüquqlar Agentliyi

Ombudsman Aparat

Qiymətli Kağzlar üzrə Dövlət Komitəsi

Standartlaşdrma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

Təhsil Nazirliyi

Vergilər Nazirliyi

İcbari Sğorta üzrə Dövlət Agentliyi

Tamamlanmş

İcrada

Müqavilə üzrə danşqlar

Hazrlq mərhələsi

Tvinninq benefisiarları (1 mart 2017-cı il tarixinə olan məlumat)

Tvinninq layihələrinin statusu (1 mart 2017-cı il tarixinə olan məlumat)

Page 7: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

5

0

2

4

6

8

10

12

14

16

21

2

5

11

21 1

5

32

5

1 1

3

21 1

3

4

1

2

5

1

2

1 1

1

1

Əsas tərəfdaş Köməkçi tərəfdaş

Üd tərəfdaş ölkələr (1 mart 2017-cı il tarixinə olan məlumat)

TVİNNİNQ

Təhsil sahəsində Tvinninq layihəsinin rəhbər komitəsinin iclası

Dəniz təhlükəsizliyi sahəsində Tvinninq layihəsi – kollektiv şəkil

Kənd təsərrüfatı və balıqçılıq; 2 Enerji; 1

Maliyyə, Daxili bazar və İqtisadi meyarlar; 7

Səhiyyə və istehlakçı hüquqlarının müdafiəsi; 2

Ədliyyə və daxili işlər; 6

Sosial məsələlər və məşğulluq; 10

Standartlaşdırma və sertifikatlaşdırma, Ticarət

və Sənaye; 7

Nəqliyyat; 2

Ətraf mühit; 1

Nüvə təhlükəsizliyi; 1

Digər; 4

Statistika; 2

Tvinninq layihələrinin sektorlar üzrə bölgüsü(1 mart 2017-cı il tarixinə olan məlumat)

Page 8: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

6

TVİNNİNQ

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Turizm Departamentinin potensialının gücləndirilməsi”

Uğurlu Tvinninq nümunəsi 2014

Ümumi məlumat:

Azərbaycan iqtisadiyyatının şaxələndi-rilməsi prosesində turizm sektorunun fəaliyyətinin yaxşılaşdırılması 2012-ci ilin əvvəlləri üçün vacib amillərdən biri olmuşdur. Turizm şöbəsinin siyasi, tənzimləyici və texniki funksiyalarının Avropa İttifaqı normalarına, standart-larına və qabaqcıl təcrübələrinə uyğunlaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Aİ-dən dəstək istəmişdir. Bu istiqamətdə Tvinninq aləti böyük nailiyyətlərə yol açmışdır.

Müddət: 16.5 ay Tarixlər: 14/02/2013 – 27/06/2014 Büdcə: 900,000 avro Aİ-nin tərəfdaş qurumu: Avstriya Federal Satınalmalar Agentliyi və Litva İqtisadiyyat Nazirliyi yanında Dövlət Turizm Departamentindən ibarət konsorsium

Əsas nailiyyətlər: • Standartlaşdırma, Metrologiya

və Patent üzrə Dövlət Komitəsi tərəfindən mehmanxana və mehmanxana tipli yaşayış obyektləri üzrə minimum standartlar qəbul edilmiş və 2014-cü il 14 yanvar tarixindən qüvvəyə minmişdir;

• Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konqres və konfransların keçirilməsi zamanı MİCE (görüşlər, təşəbbüslər, konqreslər və sərgilər) sahəsində turizm imkanlarının gücləndirilməsi məqsədilə Azərbaycan Konqreslər Bürosu yaradılmışdır;

• Azərbaycanın misilsiz turizm məkanı kimi təbliğ olunması məqsədilə Rusiya və Almaniyada iki nümayəndəlik ofisi açılmışdır;

• Naftalan Azərbaycanın turizm məkanları arasında xüsüsi turizm zonası modelinə çevrilmişdir;

• Mədəniyyət və Turizm Nazirliyi tərəfindən üçillik marketinq strategiyası qəbul edilmişdir.

Nadir rastlanan Naftalan nefti müalicəvi vannalarda istifadə edilərək 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır

Page 9: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

7

TVİNNİNQ

Cənab Florian Zenqstşmid, Avstriyalı layihə rəhbəri (Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru)“Tvinninq layihəsinin həyata keçirilməsi uzunmüddətli perspektivdə Azərbaycana daha çox maraq oyadacaqdır. Bundan əlavə, infrastrukturun gücləndirilməsi və beynəlxalq səviyyəli standartlar turizm xidmətlərinin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaqdır.

Nəticədə, ölkəyə gələn turistlərin sayı artacaq və onlar öz vaxtlarını Azərbaycanda keçirməkdən zövq duyacaqlar. Turistlər beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş xidmətlərdən, hava limanlarından, yeni mehmanxanalardan istifadə etmək imkanına malik olacaqdır. Turistlərin sayının artması nəticəsində yeni məşğulluq və özünüməşğulluq imkanlarının artması əhalinin gəlirlərini də artıracaqdır”.

Turizm sahəsində Tvinninq layihəsinin açılış mərasimi Avstriyalı layihə rəhbəri cənab Florian Zenqstşmid turizm marşrutlarının marketinqi üzrə təlim keçərkən

Page 10: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

8

TVİNNİNQ

hökumət nümayəndələrinin cəlb edilməsi ilə innovativ dəstəyin göstərilməsi olmuşdur. Bu fikrin həyata keçirilməsinə adıçəkilən maraqlı tərəflərin əməkdaşlığı və tərəfdaşlığını təşviq edən Aİ Tvinninq layihəsi təşəbbüs göstərmişdir.

Ümumi məlumat:

Sovet modelinə əsaslanan tibbi-sosial ekspertiza sistemində, xüsusilə də onun kənd ərazilərində təmin edilməsi ilə bağlı nəzərəçarpacaq boşluqlar müşahidə olunur. Bu məsələ ilə əlaqədar olaraq, Azərbaycan artıq əlilliyi olan şəxslərlə bağlı islahatlara başlamışdır. İslahatlar zamanı mövcud xidmətlərin, xüsusilə də bərpa mərkəzlərinin yenidən qurulması işləri aparılmışdır. Əsas məqsəd QHT-lər, əlilliyi olan şəxslərin mənafeyini müdafiə edən ictimai birliklər və təşkilatlar, xidmət istifadəçiləri və qəyyumlar kimi qeyri-

“Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) dəstək”

Müddət: 24 ay Tarixlər: 27/01/2014 – 26/01/2016 Büdcə: 1,100,000 avroAİ-nin tərəfdaş qurumu: Fransanın Sosial Məsələlər və Səhiyyə Nazirliyi, eləcə də Fransanın Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi və Almaniyanın Əmək və Sosial Məsələlər Federal Nazirliyindən ibarət konsorsium

2016-cı ildə uğurla tamamlanmış layihə

BQ layihə rəhbəri cənab Vüqar Həsənov təlim iştirakçısına sertifikatını təqdim edir

Page 11: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

9

TVİNNİNQ

Əsas nailiyyətlər:

• “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi işlənib hazırlanmışdır (BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsi tərəfindən müsbət rəy almışdır);

• Fərdi dəstək proqramı hazırlanmış və iki pilot bərpa mərkəzində (Sumqayıt və Şaqan) sınaqdan keçirilmişdir;

• Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi üzrə Strategiya Sənədi və Baş Plan işlənib hazırlanmışdır;

• Əlilliklə bağlı məsələlər üzrə Kommunikasiya Strategiyası hazırlanmış və təsdiq edilmişdir.

Cənab vüqar Həsənov, Benefisiar qurumun layihə rəhbəri (ƏƏSMn-in Əmək və Sosial Problemlər üzrə elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru)

“Əlilliyi olan şəxslərə münasibətdə keçmiş tibbi yanaşma müasir Avropa sosial yanaşması ilə əvəz edilmişdir. Bu da əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görüləcək işlərin uğurlu başlanğıcıdır.”

Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi ilə bağlı Tvinninq layihəsi çərçivəsində təşkil edilən təlim

Page 12: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

10

TVİNNİNQ

nəticələr:• DSK-nın daxilində statistik

göstəricilərin hazırlanması və yayılması prosesinin təşkilinin və statistikanın keyfiyyətinin idarə olunmasının Aİ-nin keyfiyyət standartlarına uyğun şəkildə təkmilləşdirilməsi;

• Coğrafi İnformasiya Sisteminin proqram təminatından Aİ-nin təcrübələrinə uyğun şəkildə məkani statistik məlumatların yayılması üçün alət kimi istifadə edilməsi;

• Aİ-nin Özünüqiymətləndirmə Proqramının hazırlanması təcrübəsinin köməyi ilə və Aİ-nin müvafiq qaydalarına uyğun şəkildə, əhalinin bütün təbəqələrini əhatə edən “Gəlir və həyat şəraitinə dair statistika” pilot sorğusunun həyata keçirilməsi və əsas sorğuya hazırlığın başa çatdırılması;

• Əlilliyə və şikəstliyə dair statistikanın müasirləşdirilməsi;

• Turizm statistikasının təkmilləşdirilməsi və genişləndirilməsi.

Ümumi məlumat:

Etibarlı statistika effektiv və səmərəli siyasətin yaradılması üçün əsas amildir. Dövlət Statistika Komitəsi (DSK) davamlı Tvinninq layihələri vasitəsilə Azərbaycanın rəsmi statistikasının keyfiyyətinin artırılması, əlçatan olması və Avropa standartları ilə uyğunlaşmasını təmin edir. Hazırda Almaniya və Bolqarıstan hökumətləri gəlir və həyat şəraiti, əlillik və şikəstlik, həmçinin turizm ilə bağlı milli statistikanın Aİ standartları ilə uyğunlaşması istiqamətində DSK-ya dəstək göstərir.

“Milli Statistika Sisteminin Avropa standartlarına uyğun müasirləşdirilməsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək”

Müddət: 24 ay Tarixlər: 28/10/2015 - 27/10/2017 Büdcə: 1,200,000 avroAİ-nin tərəfdaş qurumları: Almaniya Federal Statistika Qurumu və Bolqarıstan Milli Statistika İnstitutundan ibarət konsorsium

Tvinninq fəaliyyətdə

Açılış konfransından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federal Statistika Qurumunun prezidentini və Bolqarıstan Milli Statistika İnstitutunun prezidentini qəbul etmişdir

Page 13: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

11

TAİEX

Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) Aİ qanunları və standartları ilə tanışlıq, onların tətbiq edilməsi və həyata keçirilməsi istiqamətində benefisiar tərəfdaş ölkələrə yardım edən Aİ alətidirTAİEX bərabərhüquqlu münasibətlər əsasında 3 formada qısamüddətli texniki yardım, məsləhət və təlim xidmətlərini təmin edir:Aİ-yə üzv dövlətin dövlət qulluqçusu Aİ qanunvericiliyi ilə bağlı məsələləri geniş auditoriyaya təqdim və izah etmək üçün benefisiar ölkəyə gəlir və burada seminarlar keçirir;Texniki məsələlər üzrə hərtərəfli praktiki məsləhətlərin verilməsi üçün Aİ-yə üzv olan dövlətlərin dövlət qulluqçuları tərəfindən benefisiar ölkələrə ekspert missiyaları təşkil edilir;

Aİ ölkələrinə təlim səfərləri çərçivəsində Aİ standartlarının və qanunlarının necə həyata keçirildiyini öyrənmək üçün benefisiar ölkənin üç nəfərədək nümayəndəsi Aİ-yə üzv olan dövlətə 5 günədək müddətə səfər edə bilər.

Benefisiarlar TAİeX yardımını almaq üçün necə müraciət edə bilər?TAİEX yardımını almaq üçün PİQ ilə əlaqə saxlamaq və elektron müraciət formasını doldurmaq lazımdır. Bundan sonra müraciətiniz Aİ tərəfindən qiymətləndiriləcək və heç bir problem olmadığı təqdirdə yardımı 30 gün ərzində ala bilərsiniz. TAİEX ilə bağlı bütün xərclər Aİ tərəfindən maliyyələşdirilir.

Çoxtərəfli seminarlar da daxil olmaqla keçirilmiş TAİeX tədbirlərinin illər üzrə bölgüsü (1 mart 2017-cı il tarixinə olan məlumat)

- Aİ mütəxəssislərindən çevik dəstək

72

73

52

38

TAİeX tədbirlərinin növlər üzrə bölgüsü (1 mart 2017-cı il tarixinə olan məlumat)

5

10

15

20

25

30

35

40

45

0

2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017

4

1412

18

25

43

33

17

42

24

3

Page 14: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

12

TAİEX

31

24 4

35

34

12

4

1

4

31

6

1 1

3

2 2

8

74

21

2

1

7

3 11

19

1 1

2

11

22

8

2

1

3

2

24

2

1

3

1 1

1

1

4

1

3

1

3

1

Təlim səfəri Ekspert missiyas Seminar

Kənd təsərrüfatı, 38

Ədliyyə və Daxili işlər,

51

İnfrastruktur, 14

İnfrastruktur

Ətraf mühit, Nəqliyyat, RabitəKənd təsərrüfatı

Daxili bazar

Daxili bazar, 116

Ətraf mühit, Nəqliyyat və Rabitə, 16

Ədliyyə və Daxili işlər

Azərbaycan dövlət qurumlarının təşəbbüsü ilə həyata keçirilmiş TAİeX tədbirləri (1 mart 2017-cı il tarixinə olan məlumat)

TAİeX tədbirlərinin sektorlar üzrə bölgüsü (1 mart 2017-cı il tarixinə olan məlumat)

TAİeX Azərbaycanda: Artan maraq Azərbaycan Respublikasının benefisiar qurumları 2006-cı ildə TAİEX alətindən çoxtərəfli (bir neçə ölkənin iştirakı ilə keçirilən) seminarlarda iştirak etməklə faydalanmışdır. Həmin vaxtdan etibarən TAİEX yardımı üçün müraciətlərin sayı ildən-ilə artmış və bir çox benefisiar qurumlar TAİEX yardımını dəfələrlə istifadə etmişlər. Müxtəlif sahələr üzrə ümumilikdə 235 tədbir həyata keçirilmişdir (bu tədbirlərdən 73-ü çox-tərəfli seminardır).

Page 15: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

13

TAİEX

Ümumi məlumat:

2015-ci ilin yayında Azərbaycan bir çox idman növünü əhatə edən, eləcə də özündən sonra Bakıya təkmilləşmiş infrastruktur miras qoymuş tədbirə – İlk Avropa Oyunlarına ev sahibliyi etmişdir. Bakıda nəqliyyat sisteminin inkişaf etdirilməsi, təhlükəsizliyin təmin edilməsi, səhiyyə xidmətlərinin optimallaşdırılması, informasiya və kommunikasiya texnologiyalarının təmin edilməsi, turizm və mədəniyyət proqramlarının hazırlanması ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür. Oyunlara hazırlıq zamanı Avropa İttifaqı Dövlət Gömrük Komitəsinə irimiqyaslı idman tədbirlərinin keçirilməsi zamanı sərnişinlərin və yüklərin hərəkətinin idarə edilməsi mövzusunda dəstək (TAİEX aləti vasitəsilə) göstərmişdir.

TAİeX fəaliyyəti: • Silahların müvəqqəti idxalı və

rəsmiləşdirilməsi prosesi;• Xüsusi icazə tələb edilən mallar;• Kütləvi sərnişin axınının idarə

edilməsi;• İdmançıların, məşqçilərin, işçi heyətin

yüklərinin rəsmiləşdirilməsi prosesi;• Oyunlar ərzində idmançıların gömrük-

sərhəd buraxılış məntəqəsindən sürətli keçidinin təmin edilməsi;

• Oyunlar üçün gətirilən yüklərin rəsmiləşdirilməsi prosesi;

• Sənədləşmənin sadələşdirilməsi;• İdmançılar və işçi heyət üçün gətirilən

yüklərin sənəd çatışmazlığı halında rəsmiləşdirilməsi prosesi;

• Oyunlar ərzində qadağan edilmiş və məhdudiyyət qoyulmuş malların idxalı.

Uğurlu TAİEX nümunəsiİrimiqyaslı idman tədbirlərinin keçirilməsi zamanı sərnişinlərin və yüklərin hərəkətinin idarə edilməsi

Page 16: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

14

SİQMA: dövlət sektorunda islahatların diqqət mərkəzində saxlanılması

SİQMA (Dövlət İdarəçiliyinin və İdarəetmənin Təkmilləşdirilməsinə Dəstək) dövlət idarəçiliyi sistemlərinin və dövlət idarəetmə orqanlarının potensialının gücləndirilməsi istiqamətində ölkələrə yardım göstərən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsüdür.

SİQMA alətinin ixtisaslaşdığı sahələr:• Dövlət qulluğunun və dövlət

idarəetməsinin təşkili və fəaliyyəti;• Dövlət maliyyəsi və audit;• Dövlət satınalmaları;• Siyasətin müəyyənləşdirilməsi;• Strategiya və islahat.

SİQMA aşağıda qeyd edilmiş sahələrdə dəstək göstərir:• Qanunvericiliyin və idarəetmə

strukturlarının təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsi;

• İslahatların layihələşdirilməsi və həyata keçirilməsi ilə bağlı məsləhətlərin verilməsi;

• Müxtəlif ölkələrdən ən yaxşı təcrübələrin öyrənilməsi üçün imkanlar;

• Siyasət sənədləri və müxtəlif ölkələr üzrə araşdırmalar.

SİQMA

2008-ci ildən etibarən Azərbaycanda SİQMA aləti çərçivəsində dövlət satınalmaları, dövlət qulluğu, eləcə də maliyyə nəzarəti və kənar audit

sahələrinə dəstək göstərilmişdir. Ümumilikdə 15 layihə həyata keçirilmişdir.

Aİ mütəxəssisləri Airi Alakivi və Salvador Parrado “Azərbaycanda Dövlət qulluğu islahatları üzrə strategiya” mövzusunda seminar keçərkən

Page 17: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

15

SOCİEUX

SOCİeUX: Sosial sektorda islahatların diqqət mərkəzində saxlanılması

SOCİEUX – İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində Avropa İttifaqı Ekspertizası – Avropa Komissiyasının İnkişaf və Əməkdaşlıq üzrə Baş Direktorluğu – Avropa Yardım - tərəfindən tərəfdaş ölkələrin sosial müdafiə sisteminin daha yaxşı qurulması və idarə edilməsi istiqamətində səylərinə dəstək olmaq məqsədilə yaradılmış texniki yardım vasitəsidir.

müəyyənləşdirildikdən sonra benefisiara ötürülür və nəticələr paylaşılır.

Bilik və təcrübələrin asanlıqla ötürülməsi məqsədilə Avropa İttifaqından sosial müdafiə sahəsində mütəxəssislərin sürətli şəkildə cəlb edilməsi təmin edilir. Tərəfdaş ölkələrin dövlət qurumlarının və qeyri-dövlət qruplarının sahə üzrə peşəkarları da mütəxəssis kimi cəlb edilə bilər.

SOCİEUX HANSI SAHƏLƏRİ ƏHATƏ EDİR?SOCİeUX aşağıda qeyd olunmuş sahələr də daxil omaqla bütün sosial müdafiə sahələrində dəstək göstərir:• sosial sığorta: müavinətlər,

sağlamlıq problemləri olan, qəzadan zərər çəkmiş şəxslərin və işsizlərin sosial müdafiəsi;

SOCİeUX necə işləyir?

SOCİEUX Avropa İttifaqına üzv ölkələrin dövlət və məsul qurumlarının mütəxəssislərinin qısamüddətli bərabərhüquqlu mübadilə münasibətləri əsasında fəaliyyət göstərir.

SOCİEUX tələbata əsaslanan təsisatdır. Tərəfdaş ölkələr sosial müdafiə sisteminin təşkil və təmin edilməsi sahəsində yardım almaq məqsədilə alətdən yararlanmaq üçün sadə formada müraciət edirlər.

Daha sonra SOCİEUX yüksək keyfiyyətli, hərtərəfli düşünülmüş, texniki və nəticə yönümlü əməkdaşlıq yaratmaq məqsədilə daxil olan müraciət formalarını dövlət orqanları və yerli Aİ Nümayəndəliyi ilə müzakirəyə çıxarır. Əldə edilən nailiyyətlər diqqətlə nəzərdən keçirilir, müvafiq qabaqcıl təcrübələr

Page 18: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

16

AZƏRBAyCAndA SOCİeUX LAyİHƏLƏRİnİn İCRASI:

SOCİEUX

SOCİEUX HANSI NÖV FƏALİYYƏTLƏRİ İCRA EDİR?SOCİeUX iki növ fəaliyyəti icra edir:• analitik fəaliyyətlər tərəfdaş

qurumun struktur zəifliyi məsələlərinə yönəlmişdir, məsələn qanunvericiliyinin və ya siyasi çərçivəsinin hazırlanması sahəsində dəstəyin göstərilməsi;

• xüsusi fəaliyyətlər mövcud potensialı gücləndirmək məqsədilə bilik və məharətlərin, həmçinin sahə üzrə biliklərin ötürülməsi və ya təlimlərin keçirilməsi və məlumatlılığın artırılması kimi birbaşa tələblərə cavab verilməsi məqsədi daşıyır.

• sosial dəstək: nəğd köçürmə proqramları, gəlir zəmanəti sxemləri, sosial müavinətlər və digər yaşa görə müavinətlər, uşağa görə və əlilliyi olan şəxslərə dəstək qrantları, ictimai işlər, məşğulluq zəmanəti sxemləri, həmçinin hədəf qruplarının və şərtlərin müəyyən edilməsi;

• əsas sosial xidmətlərə çıxış: təhsil, səhiyyə və məşğulluq;

• sosial müdafiə sistemlərinin maliyyələşdirilməsi;

• monitorinq və qiymətləndirmə sistemləri, statistika və qeydiyyat sistemləri.

SOCİEUX KİMLƏRƏ ŞAMİL EDİLİR?SOCİeUX əsasən mərkəzi və regional səviyyədə sosial müdafiə məsələləri üzrə məsul dövlət qurumlarına və səlahiyyətli orqanlara şamil edilir.

01: Əmək və Sosial Problemlər üzrə Elmi - Tədqiqat və Tədris Mərkəzinin kadr potensialının gücləndirilməsinə dəstək

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Əmək və Sosial Problemlər üzrə Elmi - Tədqiqat və Tədris Mərkəzi

02: Səhiyyənin maliyyələşdirilməsi sahəsində aparılan islahatların həyata keçirilməsində və Avropanın qabaqcıl təcrübələrinə əsaslanan icbari tibbi sığorta sisteminin tətbiq edilməsində Azərbaycan hökumətinə dəstəyin göstərilməsi

Benefisiar: Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

İCRADA OLAN LAYİHƏLƏR

Page 19: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

17

TVİNNİNQ

AZƏRBAyCAndA TvİnnİnQ LAyİHƏLƏRİnİn İCRASI (2008-2016)Başa çatmış layihələr

01: Azərbaycanda balıq məhsullarına dair ərzaq keyfiyyəti, təhlükəsizlik təminatı və sertifikatlaşdırmanın hüquqi və texniki aspektlərinin təkmilləşdirilməsinə dəstək

02: Azərbaycanın energetika sektorunda qanunvericiliyin uyğunlaşdırılması və struktur islahatlar

03: Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin imkanlarının gücləndirilməsi

06: Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistika və istehsalçı qiymət indekslərini Avropa standartlarına yaxınlaşdırmaq üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək

04: Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yardım

05: Azərbaycan Respublikası Milli Məclisinə dəstək

Benefisiar: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət XidmətiAİ tərəfdaş ölkə: Niderland-LatviyaTarixlər: 03/09/2008 – 03/09/2010Müddət: 24 ayBüdcə [AVRO]: 1,000,000

Benefisiar: Energetika NazirliyiAİ tərəfdaş ölkə: AlmaniyaTarixlər: 05/12/2008 – 05/05/2010Müddət: 18 ayBüdcə [AVRO]: 1,100,000

Benefisiar: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiAİ tərəfdaş ölkə: Almaniya-AvstriyaTarixlər: 22/10/2008 – 22/10/2010Müddət: 24 ayBüdcə [AVRO]: 1,400,000

Benefisiar: Dövlət Statistika KomitəsiAİ tərəfdaş ölkə: Almaniya-BolqarıstanTarixlər: 01/10/2009-01/03/2012Müddət: 29 ay Büdcə [AVRO]: 900,000

Benefisiar: Baş Prokurorluq Aİ tərəfdaş ölkə: Litva Tarixlər: 24/07/2009 – 24/09/2011Müddət: 26 ay Büdcə [AVRO]: 1,000,000

Benefisiar: Milli Məclis Aİ tərəfdaş ölkə: LitvaTarixlər: 22/07/2009 – 27/12/2011Müddət: 29 ayBüdcə [AVRO]: 950,000

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAİ tərəfdaş ölkə: FransaTarixlər: 01/09/2010-01/03/2012Müddət: 18 ay Büdcə [AVRO]: 700,000

07: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılması vasitəsilə sosial müdafiə siyasətinin təsirliliyinin və səmərəliliyinin artırılması

08: Ombudsman administrasiyası heyətininfunksional səlahiyyət dairəsinin genişləndirilməsinə və insan hüquqları və ayrı-seçkilik barədə maarifləndirilmə işlərinə dəstək

Benefisiar: Ombudsman Aparatı Aİ tərəfdaş ölkə: AlmaniyaTarixlər: 18/02/2011-18/08/2011Müddət: 6 ayBüdcə [AVRO]: 250,000

09: Azərbaycan Respublikası Vergilər Nazirliyinə elektron audit sisteminin tətbiqində dəstək

Benefisiar: Vergilər Nazirliyi Aİ tərəfdaş ölkə: Niderland Tarixlər: 01/03/2011-01/06/2013Müddət: 27 ayBüdcə [AVRO]: 1,000,000

10: Azərbaycan Respublikasında istehsalatda sağlamlıq və təhlükəsizliyin (İST) təkmilləşdirilməsi sahəsində Dövlət Əmək Müfəttişliyinə dəstək

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi XidmətiAİ tərəfdaş ölkə: AlmaniyaTarixlər: 18/04/2011-17/12/2012Müddət: 20 ayBüdcə [AVRO]: 1,000,000

11: Həssas ailə, qadın və uşaqların hüquqlarının müdafiəsi və təşviq edilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) imkanlarının gücləndirilməsi

Benefisiar: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət KomitəsiAİ tərəfdaş ölkə: FransaTarixlər: 29/06/2011-09/10/2013Müddət: 27 ayBüdcə [AVRO]: 900,000

Page 20: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

18

15: Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması

20: Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərinin inkişafı

21: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Turizm Departamentinin potensialının gücləndirilməsi

16: Azərbaycan Respublikasında dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsinin gücləndirilməsi

17: Azərbaycanın qiymətli kağızlar bazarı üzrə hüquqi və qanunvericilik çərçivəsinin Aİ qanunvericiliyi ilə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin potensialının artırılması

Benefisiar: Müəllif Hüquqları AgentliyiAİ tərəfdaş ölkə: Yunanıstan-Almaniya-İspaniyaTarixlər: 22/08/2011-01/06/2013Müddət: 21 ayBüdcə [AVRO]: 1,100,000

Benefisiar: Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət AgentliyiAİ tərəfdaş ölkə: LitvaTarixlər: 09/01/2013-04/02/2015Müddət: 25 ay Büdcə [AVRO]: 950,000

Benefisiar: Mədəniyyət və Turizm Nazirliyi Aİ tərəfdaş ölkə: Avstriya-LitvaTarixlər: 14/02/2013-27/06/2014Müddət: 16,5 ayBüdcə [AVRO]: 900,000

Benefisiar: Dövlət Dəniz Administrasiyası Aİ tərəfdaş ölkə: İspaniyaTarixlər: 08/10/2012-07/09/2014Müddət: 23 ayBüdcə [AVRO]: 900,000

19: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin peşəkar inkişafına dəstəyin göstərilməsi

Benefisiar: Dövlət Miqrasiya XidmətiAİ tərəfdaş ölkə: Niderland-Latviya-Rumıniya

Tarixlər: 14/01/2013-13/03/2015Müddət: 26 ay Büdcə [AVRO]: 1,050,000

18: Torpağın Avropa İttifaqı qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək

Benefisiar: Qiymətli Kağızlar üzrə Dövlət KomitəsiAİ tərəfdaş ölkə: PolşaTarixlər: 01/10/2012-31/05/2014Müddət: 20 ayBüdcə [AVRO]: 1,000,000

TVİNNİNQ

13: Ölkə üzrə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı sisteminin hazırlanması üçün Dövlət Baytarlıq Xidmətinə dəstək

14: Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə (DMNX) texniki yardımın göstərilməsi

12: Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin möhkəmləndirilməsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti XidmətiAİ tərəfdaş ölkə: İspaniya-PolşaTarixlər: 17/03/2011-17/03/2013Müddət: 24 ayBüdcə [AVRO]: 1,000,000

Benefisiar: Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti XidmətiAİ tərəfdaş ölkə: Almaniya Tarixlər: 01/09/2011-01/03/2013Müddət: 18 ayBüdcə [AVRO]: 800,000

Benefisiar: Təhsil Nazirliyi Aİ tərəfdaş ölkə: Almaniya Tarixlər: 15/08/2011-15/05/2013Müddət: 21 ayBüdcə [AVRO]: 1,200,000

Benefisiar: Dövlət Sosial Müdafiə FonduAİ tərəfdaş ölkə: Latviya-AlmaniyaTarixlər: 07/04/2014-07/11/2015Müddət: 18 ayBüdcə [AVRO]: 750,000

22: Azərbaycan Respublikasının sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması üzrə Dövlət Sosial Müdafiə Fonduna dəstək Benefisiar: Dövlət Torpaq və Xəritəçəkmə

KomitəsiAİ tərəfdaş ölkə: İsveç-LatviyaTarixlər: 08/10/2012-18/04/2014Müddət: 19 ayBüdcə [AVRO]: 900,000

Page 21: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

19

TVİNNİNQ

23: Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) dəstək

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAİ tərəfdaş ölkə: Fransa-Almaniya Tarixlər: 27/01/2014-26/01/2016Müddət: 24 ay Büdcə [AVRO]: 1,100,000

24: Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək

Benefisiar: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiAİ tərəfdaş ölkə: Birləşmiş Krallıq-Fransa-Sloveniya Tarixlər: 27/01/2014-26/03/2016Müddət: 26 ay Büdcə [AVRO]: 1,200,000

25: Avropa İttifaqının tikinti standartlarına keçid sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstək

Benefisiar: Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət AgentliyiAİ tərəfdaş ölkə: AlmaniyaTarixlər: 02/06/2014-30/12/2015Müddət: 19 ay Büdcə [AVRO]: 900,000

26: İnsan resurslarının inkişafı üçün potensialın artırılmasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək

27: Azərbaycanda sosial xidmətin göstərilməsinin inkişafı

Benefisiar: Vergilər NazirliyiAİ tərəfdaş ölkə: İspaniya-FransaTarixlər: 03/09/2014-02/12/2016Müddət: 27 ayBüdcə [AVRO]: 1,000,000

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAİ tərəfdaş ölkə: AvstriyaTarixlər: 01/06/2015-01/06/2017 Müddət: 24 ayBüdcə [AVRO]: 1,100,000

İcrada olan layihələr

29: Milli Statistika Sisteminin Avropa standartlarına uyğun müasirləşdirilməsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək

30: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək

Benefisiar: Dövlət Statistika KomitəsiAİ tərəfdaş ölkə: Almaniya-BolqarıstanTarixlər: 28/10/2015-27/10/2017Müddət: 24 ay Büdcə [AVRO]: 1,200,000

Benefisiar: Ombudsman AparatıAİ tərəfdaş ölkə: Almaniya-PolşaTarixlər: 15/02/2016-15/02/2018Müddət: 24 ayBüdcə [AVRO]: 1,360,000

28: Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi

Benefisiar: Təhsil NazirliyiAİ tərəfdaş ölkə: Finlandiya-EstoniyaTarixlər: 01/09/2015-01/09/2017Müddət: 24 ayBüdcə [AVRO]: 1,300,000

31: Azərbaycan Respublikasında dəniz nəqliyyatısahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək

32: Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək

Benefisiar: Dövlət Dəniz AdministrasiyasıAİ tərəfdaş ölkə: İspaniyaTarixlər: 15/11/2015-15/11/2017Müddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

Benefisiar: Mədəniyyət və Turizm NazirliyiAİ tərəfdaş ölkə: İtaliyaTarixlər: 08/02/2016-08/02/2018Müddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

33: Azərbaycan Respublikasında metrologiya sisteminin gücləndirilməsi

Benefisiar: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya XidmətiAİ tərəfdaş ölkə: Çex Respublikası-AlmaniyaTarixlər: 16/01/2016-16/01/2018Müddət: 24 ay Büdcə [AVRO]: 1,200,000

34: Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin güclənsirilməsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə Dəstək

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti XidmətiAİ tərəfdaş ölkə: Fransa-MacarıstanTarixlər: 19/05/2016-19/05/2018Müddət: 24 ayBüdcə [AVRO]: 1,100,000

Page 22: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

20

TVİNNİNQ

Müqavilə üzrə danışıqlar mərhələsində olan layihələr

35: Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə FonduAİ tərəfdaş ölkə: FransaTarixlər: 2017-ci ilin mart ayında başlamasıgözlənilirMüddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

36: Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək

Benefisiar: Vergilər NazirliyiAİ tərəfdaş ölkə: İspaniya-FransaTarixlər: 2017-ci ilin mart ayında başlaması gözlənilirMüddət: 27 ayBüdcə [AVRO]: 1,300,000

37: Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin gələcək islahatlarının həyata keçirilməsində dəstək

Benefisiar: Dövlət İmtahan MərkəziAİ tərəfdaş ölkə: LitvaTarixlər: 17/11/2016-17/11/2018Müddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

38: Avropa İttifaqının ən yaxşı təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin təkmilləşdirilməsi

Benefisiar: Ekologiya və Təbii Sərvətlər NazirliyiAİ tərəfdaş ölkə: Finlandiya – Avstriya – Latviya Tarixlər: 01/11/2016-01/02/2019Müddət: 27 ayBüdcə [AVRO]: 1,400,000

39: Azərbaycan Respublikasında Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi

Benefisiar: Hesablama PalatasıAİ tərəfdaş ölkə: PolşaTarixlər: müəyyən edilməmişdirMüddət: 27 ayBüdcə [AVRO]: 1,400,000

Hazırlıq mərhələsində olan layihələr

40: Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Müəllif Hüquqları Agentliyinin institusional potensialının gücləndirilməsi

44: Transfer qiymətlərin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək

Benefisiar: Müəllif Hüquqları AgentliyiAİ tərəfdaş ölkə: Yunanıstan-Danimarka-İtaliyaTarixlər: müəyyən edilməmişdirMüddət: 24 ayBüdcə [AVRO]: 1,081,422

Benefisiar: Vergilər NazirliyiAİ tərəfdaş ölkə: müəyyən edilməmişdirTarixlər: müəyyən edilməmişdirMüddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

41: Azərbaycan Respublikasının milli akkreditasiya sisteminin gücləndirilməsi

Benefisiar: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya XidmətiAİ tərəfdaş ölkə: Almaniya-İtaliya-LatviyaTarixlər: müəyyən edilməmişdirMüddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

42: Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək

Benefisiar: Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAİ tərəfdaş ölkə: Litva-Avstriya-İsveçTarixlər: müəyyən edilməmişdirMüddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

43: Azərbaycan Respublikasında icbari tibbi sığorta sisteminin tətbiq ediməsində dəstək

45: Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək

Benefisiar: İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiAİ tərəfdaş ölkə: müəyyən edilməmişdirTarixlər: müəyyən edilməmişdirMüddət: 24 ayBüdcə [AVRO]: 1,100,000

Benefisiar: Təhsil NazirliyiAİ tərəfdaş ölkə: müəyyən edilməmişdirTarixlər: müəyyən edilməmişdirMüddət: 24 ayBüdcə [AVRO]: 1,200,000

Page 23: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində

1990-cı ildən etibarən siyasi və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin əsasını təşkil etmişdir. Azərbaycanın Şərq Tərəfdaşlığı proqramına üzv olması ilə bu proses daha da sürətlənmişdir.

Əməkdaşlığa dair öhdəlik – TƏS və AQS Fəaliyyət Planı1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) qüvvəyə minməsi ilə Azərbaycan hökuməti xüsusi sahələrdə Aİ standartlarının və təcrübələrinin qəbul edilməsinə dair, Aİ isə bu prosesə dəstək göstərməyə dair öhdəlik götürmüşdür. Bu prosesdə Azərbaycan hökumətinə dəstəyin göstərilməsi 2006-cı ildə Aİ ilə Azərbaycan Respublikası arasında əlaqələri daha da dərinləşdirən və uyğunlaşdırılması üçün nəzərdə tutulmuş sahələri prioritetləşdirən Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının (AQS FP) qəbul edilməsi ilə bir daha öz təsdiqini tapdı. Təkcə 2007-2017-cı illəri əhatə edən dövrdə Aİ bu öhdəliklərin yerinə yetirilməsində Azərbaycan hökumətini dəstəkləmək üçün həyata keçirilən layihələrə 190 milyon avrodan çox vəsait ayırmışdır.

Prosesin izlənməsi – Əməkdaşlıq KomitəsiƏməkdaşlığın gedişatına nəzarət etmək üçün xüsusi monitorinq sistemi fəaliyyət göstərir. Azərbaycan hökumətinin və Avropa İttifaqının nüməndələrindən təşkil olunmuş Əməkdaşlıq Komitəsi və Şurasının TƏS üzrə öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlərin gedişatını qiymətləndirmək, habelə qısamüddətli prioritetlər barədə qərar qəbul etmək üçün illik görüşləri keçirilir.

Azərbaycan hökuməti tərəfindən idarəetmə Azərbaycan hökuməti tərəfindən bu proses bir sıra qurumlar vasitəsilə idarə edilir. Bu təsisatlardan biri Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasıdır. Aİ İnstitusional Quruculuq Alətlərinin idarə olunmasına İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Proqram İdarəetmə Qurumu tərəfindən nəzarət edilir.

Şərq Tərəfdaşlığı - əməkdaşlığın inkişafı2009-cu ildə təklif edilmiş Şərq Tərəfdaşlığı proqramı Aİ-yə tərəfdaş ölkələrin Aİ ilə siyasi və iqtisadi əməkdaşlığının daha sıx xarakter almasına zəmin yaratdı. 2009-cu ildə bu proqrama qoşulmaqla Azərbaycan hökuməti bu prosesə sadiqliyini nümayiş etdirdi. Aİ Azərbaycan hökumətinə dəstəyin göstərilməsi məqəsdilə Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramı çərçivəsində 19 milyon avro vəsait ayırmışdır. Bu Proqram Şərq Tərəfdaşlığı proqramının məqsədlərinə nail olmaq üçün nəzərdə tutulmuş strategiyaları müəyyənləşdirən üç İnstitusional İslahatlar Planından ibarətdir.

2017-ci ildə Aİ və Azərbaycan arasında yeni əməkdaşlıq sazışı üzrə danışıqlar başlamışdır.

Arxa üz qabığında:

“Kənd Təsərrüfatı Assosiasiyaları” mövzusunda TAİEX seminarı

Vergilər sahəsində Tvinninq layihəsi çərçivəsində İspaniyaya təlim səfəri

Müəllif hüquqları sahəsində Tvinninq layihəsinin açılış mərasimi

Tikintidə təhlükəsizliyə nəzarət üzrə təlimin iştirakçılarına sertifikatların təqdim edilməsi

Page 24: Avropa İttifaqının İnstitusional Quruculuq Alətlərinin İEX ... · İnformasiya Mübadiləsi), SOCİEUX (İnkişaf üzrə Əməkdaşlıq çərçivəsində Sosial Müdafiə sahəsində