12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 263 (29235) 27 noyabr 2019-cu il, çərşənbə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə Hörmətli cənab Prezident! Bütün dünyanın nüfuzlu din və ictimai xadimlərinin toplandığı vacib və əhəmiyyətli tədbirdə iştirak etmək imkanına və bu tədbirin keçirilməsi təşəbbüsünə görə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Dünya dini liderlərinin II Bakı Sammiti qloballaşmaqda olan dünyada planetin müxtəlif regionlarında baş verən mürəkkəb etnik-konfessional proseslərin və aktual məsələlərin müzakirə edilməsi üçün unikal və səmərəli məkan oldu. Bu cür tədbirlər müasir təhdidlərə vaxtında reaksiya verməyə, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın, millətlərarası həmrəyliyin inkişafı işinə böyük töhfə verməyə, qarşılıqlı etimad, sevgi və qardaşlıq ab-havası yaratmağa, psevdodini ekstremizmə və terrorizmə qarşı mübarizədə ümumi səylərin artırılmasına şərait yaradır. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoş günlər, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayır, bunun üçün Ulu Tanrıya dua edirik. Qoy, Ulu Tanrı Sizin xeyirxah əməllərinizi qəbul etsin və bunun əvəzini artıqlaması ilə versin. Mərhəmətli Allahdan arzu edirik ki, Sizin fəaliyyətinizə xeyir-dua versin, bütün dünyada qarşılıqlı anlaşma şəraitinin bərqərar olması və möhkəmlənməsi naminə Allaha xoş gələn hədəflərinizə çatmaq üçün Sizə daha çox qüvvə versin. Qadir Allah Sizdən razı olsun, Sizə və yaxınlarınıza əmin-amanlıq və firavanlıq bəxş etsin. Ən xoş arzular və xeyirxah dualarla, Albir KRQANOV Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Moskvanın və “Moskva Müftiliyi” Mərkəzi regionunun müftisi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-aliləri! Keniya Müsəlmanları Ali Şurası Zati- alinizə ən xoş arzularını çatdırır və Allahdan Sizə möhkəm cansağlığı diləyir. Afrika qitəsində mövcud bütün dini etiqadların liderləri adından və şəxsən öz adımdan Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammiti çərçivəsində bizi qəbul etdiyiniz üçün Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Azərbaycanda olduğumuz müddətdə bizə – müxtəlif dinlərin liderlərinə göstərdiyiniz qayğıya və mehribanlığa görə Sizə sonsuz şükranlığımızı bildiririk. Dünyada beynəlxalq əməkdaşlığın təşviqi, sivilizasiyalararası və dinlərarası münasibətlərin möhkəmlənməsi istiqamətindəki fəaliyyətinizə və fədakar səylərinizə görə Sizə səmimi qəlbdən təşəkkürümüzü çatdırırıq. Biz hamımız Uca Tanrının övladlarıyıq və bu, müxtəlif dinlərə mənsub insanlar arasında hörmət və tolerant- lığın təşviq olunmasında həqiqətən əsl qlobal liderlikdir. Azərbaycan xalqının Sizin rəhbərliyinizlə multikulturalizmin, tolerantlığın, dini həmrəyliyin və qonaqpərvərliyin təşviq olunması istiqamətindəki nümunəvi rolu qəlbimizdə silinməz izlər qoyub. Öz tarixi, irsi, mədəniyyəti, dini tolerantlığı və Sizin kimi müdrik lideri ilə fəxr edən Azərbaycan xalqının mehribanlığı bizdə dərin təəssüratlar oyatdı. Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasi- yalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin müxtəlif dinlərə mənsub xalqlar arasında dialoq və anlaşmanın təşviqi istiqamətində uzaqgörən liderliyi ilə fəxr edirik. Bakıda keçirdiyimiz gözəl günlər ərzində biz bir-birimizlə dialoq aparmağa, möhkəm dostluq və qardaşlıq münasibətləri qurmağa nail olduq. Zati-aliləri, bizə göstərdiyiniz səmimi qəbula və diqqətə görə Sizə, eləcə də meh- riban və qonaqpərvər Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk. Fərqli dinlərə və inanclara mənsub xalqlar arasında insan ləyaqətinə hörmətin təmin olunması ilə dünyada sülhün bərqərar edilməsi sahəsində liderliyinizi davam etdirməkdə Sizə Qadir Allahdan uğurlar diləyirəm. Dərin hörmətlə, Səfir Yusuf Əbdülrəhman NZIBO Keniya Müsəlmanları Ali Şurasının milli sədri Birinci vitse-prezident Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif olunması münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib A zərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli həmvətənlər! Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm. Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir. Çox sağ olun!”. AZƏRTAC Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi. – Hörmətli xanımlar və cənablar! Hörmətli müəllimlər, tələbələr! Mən sizi və bütün Azərbaycan xalqını Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə yeni uğurlar arzulayıram. Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, – gənclər təbii ki, bunu bilmirlər, – respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici “Qırmızı bayraq” var idi. Yəni, “Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu “Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Sovet dövründə cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər. Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da ulu öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq. Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970- ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, – 1990- cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı. Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki, o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir. Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha ulu öndərin xalqa nə qədər bağlı olduğunu göstərir. (ardı 2-ci səhifədə) Prezident İlham Əliyevin nitqi

Prezident İlham Əliyevin nitqixalqqazeti.com/pdf/Noyabr.pdfsəslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki, o vaxt Sovet İttifaqının

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 263 (29235) 27 noyabr 2019-cu il, çərşənbə

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli cənab Prezident!Bütün dünyanın nüfuzlu din və ictimai

xadimlərinin toplandığı vacib və əhəmiyyətli tədbirdə iştirak etmək imkanına və bu tədbirin keçirilməsi təşəbbüsünə görə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizə təşəkkürümü bildirirəm.

Əminəm ki, Dünya dini liderlərinin II Bakı Sammiti qloballaşmaqda olan dünyada planetin müxtəlif regionlarında baş verən mürəkkəb etnik-konfessional proseslərin və aktual məsələlərin müzakirə edilməsi üçün unikal və səmərəli məkan oldu.

Bu cür tədbirlər müasir təhdidlərə vaxtında reaksiya verməyə, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın, millətlərarası həmrəyliyin inkişafı işinə böyük töhfə verməyə, qarşılıqlı etimad, sevgi və qardaşlıq ab-havası yaratmağa, psevdodini ekstremizmə və terrorizmə qarşı mübarizədə ümumi səylərin

artırılmasına şərait yaradır.

Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoş günlər, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayır, bunun üçün Ulu Tanrıya dua edirik. Qoy, Ulu Tanrı Sizin xeyirxah əməllərinizi qəbul etsin və bunun əvəzini artıqlaması ilə versin. Mərhəmətli Allahdan arzu edirik ki, Sizin fəaliyyətinizə xeyir-dua versin, bütün dünyada qarşılıqlı anlaşma şəraitinin bərqərar olması və möhkəmlənməsi naminə Allaha xoş gələn hədəflərinizə çatmaq üçün Sizə daha çox qüvvə versin.

Qadir Allah Sizdən razı olsun, Sizə və yaxınlarınıza əmin-amanlıq və firavanlıq bəxş etsin.

Ən xoş arzular və xeyirxah dualarla,

Albir KRQANOV Rusiya Müsəlmanları Ruhani

Məclisinin müftisi, Moskvanın və “Moskva Müftiliyi” Mərkəzi

regionunun müftisi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri!Keniya Müsəlmanları Ali Şurası Zati-

alinizə ən xoş arzularını çatdırır və Allahdan Sizə möhkəm cansağlığı diləyir. Afrika qitəsində mövcud bütün dini etiqadların liderləri adından və şəxsən öz adımdan Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammiti çərçivəsində bizi qəbul etdiyiniz üçün Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.

Azərbaycanda olduğumuz müddətdə bizə – müxtəlif dinlərin liderlərinə göstərdiyiniz qayğıya və mehribanlığa görə Sizə sonsuz şükranlığımızı bildiririk. Dünyada beynəlxalq əməkdaşlığın təşviqi, sivilizasiyalararası və dinlərarası münasibətlərin möhkəmlənməsi istiqamətindəki fəaliyyətinizə və fədakar səylərinizə görə Sizə səmimi qəlbdən təşəkkürümüzü çatdırırıq. Biz hamımız Uca Tanrının övladlarıyıq və bu, müxtəlif dinlərə mənsub insanlar arasında hörmət və tolerant-lığın təşviq olunmasında həqiqətən əsl qlobal liderlikdir.

Azərbaycan xalqının Sizin rəhbərliyinizlə multikulturalizmin, tolerantlığın, dini həmrəyliyin və qonaqpərvərliyin təşviq olunması istiqamətindəki nümunəvi rolu

qəlbimizdə silinməz izlər qoyub. Öz tarixi,

irsi, mədəniyyəti, dini tolerantlığı və Sizin kimi müdrik lideri ilə fəxr edən Azərbaycan xalqının mehribanlığı bizdə dərin təəssüratlar oyatdı.

Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasi-yalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin müxtəlif dinlərə mənsub xalqlar arasında dialoq və anlaşmanın təşviqi istiqamətində uzaqgörən liderliyi ilə fəxr edirik. Bakıda keçirdiyimiz gözəl günlər ərzində biz bir-birimizlə dialoq aparmağa, möhkəm dostluq və qardaşlıq münasibətləri qurmağa nail olduq.

Zati-aliləri, bizə göstərdiyiniz səmimi qəbula və diqqətə görə Sizə, eləcə də meh-riban və qonaqpərvər Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk.

Fərqli dinlərə və inanclara mənsub xalqlar arasında insan ləyaqətinə hörmətin təmin olunması ilə dünyada sülhün bərqərar edilməsi sahəsində liderliyinizi davam etdirməkdə Sizə Qadir Allahdan uğurlar diləyirəm.

Dərin hörmətlə,

Səfir Yusuf Əbdülrəhman NZIBO Keniya Müsəlmanları

Ali Şurasının milli sədri

Birinci vitse-prezident Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif olunması

münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş,

səmimi sözlərə görə sizə təşəkkür edirəm.Öz fəaliyyətimdə mən daim sizin

dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!”.

AZƏRTAC

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə

keçirilən mərasimdə iştirak edib

� Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

– Hörmətli xanımlar və cənablar!Hörmətli müəllimlər, tələbələr! Mən sizi və bütün Azərbaycan

xalqını Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə yeni uğurlar arzulayıram.

Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.

Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, – gənclər təbii ki, bunu bilmirlər, – respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici “Qırmızı bayraq” var idi. Yəni, “Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu “Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə

başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Sovet dövründə cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi.

Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da ulu öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordusunda az

təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq.

Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, – 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı – Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı.

Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi.

Halbuki, o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir.

Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha ulu öndərin xalqa nə qədər bağlı olduğunu göstərir.

(ardı 2-ci səhifədə)

Prezident İlham Əliyevin nitqi

27 noyabr 2019-cu il, çərşənbə2Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik

yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib(əvvəli 1-ci səhifədə)

Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki, bu, belə deyildi. Naxçıvan-da referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxa-rıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaş-dıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı–ayrı silahlı dəstələr öz ad-larını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü.

Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər ol-saydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıq-dır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz – bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unut-mayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdu-lar, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti – özü-nü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olma-sın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin.

AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xa-rici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondu-nu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondu-nu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzun-cu yerdəyik. İndi istənilən məbləğdə – bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq.

Xalqımızın tarixi faciələrlə doludur. Biz nəyə görə uzun illər, əsrlərboyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə bizim dövlətçiliyimizin tarixi çox məhduddur? O vaxt hətta müstəqil dövlətlər olanda onların da imkanları məhdud idi. Elə götürək Azərbaycan Xalq Cümhuriyyətini, ölkəni idarə edə bil-mirdi. Xarici hərbi missiyaların rəhbərləri qərarlar qəbul edirdilər. Hətta bizim o vaxt qəbul edilmiş birinci dövlət bayra-

ğımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirlər. Müstəqil dövlətin rəhbərliyinə ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki üçrəngli bayraq təsis edildi. Ona görə hətta o dövrlərdə müstəqillik yarımçıq idi, natamam idi.

Bu gün əsl müstəqillik dövrü-dür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar ya-pışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta hava-darları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çapalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alın-mayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qu-rumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yala-nı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək.

Bu gün Azərbaycan bax, belə inkişaf edir. Ona görə dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirlər ki, adətən, səsvermə bir gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üç gün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki bizə rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazım olan səsləri yığa bilmirdik. Adətən, belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də bizə dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirlər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alınsın. Bir daha qayıdıram bu məsələyə. Əgər həmin o

ölkələrin nümayəndələri sizə desələr ki, “biz Azərbaycanı istəyirik, inkişafını istəyirik”, inanmayın. İstəsəydilər, imkan verərdilər. Mən indi onların adını çəkmək istəmirəm, maraqlananlar öyrənə bilərlər. On altı tur və üç gün bizim üzv-lüyümüzü əngəlləmək istəyirdilər. Sonra nə oldu? Gəldilər bizim nümayəndələrə yaxınlaşıb dedilər ki, Azərbaycan, öz namizədliyinizi geri götürün. Gələn il biz sizə kömək edərik, amma indi geri götürün. Mən bu üç gün ərzində Nyu-Yorkla birbaşa əlaqədə idim. Dedim ki, qətiyyən, axıra qədər, lap bir il çəksə, biz orada bu səsvermədə iştirak edəcəyik. Bir il çəksə, biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə sala bilərik. Ancaq on-dan sonra həmin o rəqib ölkəyə göstəriş verildi, o, namizədliyini geri götürdü. Bu, nəyin bahasına oldu? Çünki əksər ölkələr bu sistemdən beziblər, yorulublar. Bizə səs verənlər də vaxtilə bizim kimi müstəmləkə olublar, əziliblər, soyulub-lar, talan ediliblər. Daha artıq onların da səbri tükənib.

Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Mən sizə deyim və Bakıda keçirilmiş zirvə görüşü onu bir daha göstərdi, bu ölkələr arasın-da ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qal-madı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sıra-sında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazıl-mışdı: “Gürcüstan, Ukrayna, Qırğızıs-tan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxu-mu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlü-yü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlan-dıran ünsürlər bir daha öz kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencəyin üstündən mayka-lar geymişdilər. Yəni, çox gülməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldür-müsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansıki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabır-çılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah, deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğru-dan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür.

Bizim xarici siyasətlə bağlı uğurla-rımız təkcə bu sədrliklə məhdudlaşmır. Halbuki bu, çox önəmli məsələdir. Oktyabr-noyabr aylarında – cəmi iki ay ərzində görün nə qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubun-da iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana

nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü.

Ondan sonra MDB Zirvə Görüşündə, – o, “Valday”dan bir neçə gün sonra baş verdi, – mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abrevia-turadır, bunun adı “Смерть Шпионам”, “СмерШ”, yəni, “Casuslara ölüm”. Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çı-xışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü de-mokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bun-ların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında.

Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər tor-paqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?

Biz dəfələrlə İslam həmrəyliyi ilə bağ-lı tədbirlər keçirmişik, sözümüzü demi-şik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər qu-ran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olma-sa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!

Ona görə bizim bu istiqamətdə siyasətimiz davam etdiriləcək. Amma məsələ bununla bitmir. Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsinlə faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu nə deyir, nə danışır, bu nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Mo-lotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkün-lüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusun-lar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni, onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır.

Elə bu iki ay ərzində bizim xarici siyasətlə bağlı digər önəmli hadisələr də baş vermişdir. Biz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şu-rasına sədrliyi öz üzərimizə götürdük və zirvə görüşünü Bakıda keçirdik. Qoşulmama Hərəkatının sədrliyini öz üzərimizə götürmüşük. Üç il ərzində biz bu təşkilata sədrlik edəcəyik. Bu, BMT-dən sonra dünyada ikinci təşkilatdır və əslində, birinci təşkilatdır. Çünki, BMT indi elə vəziyyətdədir ki, onu islah etmək istəyənlərin sayı gündən-günə artır, bu, bir. İkincisi, BMT-nin rəhbəri yoxdur. Heç bir ölkə BMT-yə rəhbərlik etmir. Təhlükəsizlik Şurasına da sıra ilə rəhbərlik olunur. Biz də, o cümlədən rəhbərlik etmişik. Bu rəhbərlik

müddətlidir. Biz isə dünyanın BMT-dən sonra ən böyük təşkilatının sədriyik və indi bizim sözümüz keçəcəkdir. Gündəliyi biz formalaşdırırıq, məsələləri biz müzakirəyə çıxaracağıq. Əlbəttə ki, öz məsələmizi və əzilmiş, ədalətsizliyə düçar olmuş ölkələrin məsələlərini qaldı-racağıq, onları müdafiə edəcəyik.

Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişlər. Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Mən iclaslarda bir-birinin yanın-da oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışardılar. Amma oturublar, bir-birini dinləyirlər, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikul-turalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsdə saxlayırlar, “Stop İslam!” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik – mən Avropa ölkələrini nəzərdə tuturam – ancaq müsəlman miqrantları yox. Deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlar-dan asılıdır, sən nə istəyirsən, hansı siyasət yürüdürsən. Bax, biz bu siyasəti yürüdürük. Bu siyasət yeganə düz-gün siyasətdir. Əks təqdirdə, gələcək müharibələr, o cümlədən ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin zirvə görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik.

O ki qaldı, daxili məsələlərə, onlar da öz həllini tapır. Azərbaycan iqtisadiy-yatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehti-yatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümum-dünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara me-yillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dün-ya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır.

İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi isla-hatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydala-nıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırı-lıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik.

Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadı-mızdan çıxmayıb. Ona görə kadr islahat-ları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən son-ra bəziləri başladılar bəzi adamların ya-şını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi – bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, ya-şına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir.

Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasi-ya etməliyik, böhrana? Haraya inteqra-siya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bun-dan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir.

O ki qaldı, müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texno-loji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, an-caq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.

Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasi-ya müdafiə etdim və 23 yaşımda dərs deməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitu-tunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram.

Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industri-al inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad – onla-rın yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər ol-malıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyar-lara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.

Biz 1920-ci ildən müstəqilliyi əldən verdik. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Ancaq bu, reallıqdır, indi hansı səbəbi istəyirsən gətir, xeyri yox-dur, getdi əldən müstəqillik. Nəyə görə gücümüz çatmadı? Onun da müxtəlif səbəbləri var, amma fakt odur ki, çat-madı. Ona görə bu acı tarix daim bizim gözümüzün önündə olmalıdır.

Müstəqillik 1993-cü ildə də əldən ge-dirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik.

Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir. Bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzula-yıram. Sağ olun.

(ardı 3-cü səhifədə)

27 noyabr 2019-cu il, çərşənbə 3Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik

yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib(əvvəli 2-ci səhifədə)

Sonra universitetin rektoru Elçin BABAYEV çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident!Hörmətli qonaqlar, həmkarlar, əziz

tələbələr!Xanımlar və cənablar!Bu gün biz sizinlə birlikdə dünya

şöhrətli siyasətçi, görkəmli ictimai-siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzunu olduğu, bununla daim fəxr etdiyi və “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılma-sının 100 illik yubileyini qeyd edirik. Bu xoş və həyəcanlı gündə bizimlə birlikdə olmağınızdan şərəf duyur, minnətdarlığımızı bildiririk. Sizinlə birgə “Bakı Dövlət Universiteti ailəsi”nin bu yu-bileyini dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının unikal məkanlarından birində qeyd etmək böyük şərəfdir.

Bakı Dövlət Universiteti müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin bizə yadigarıdır. Vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində 1919-cu ildə həyata vəsiqə qazanan Bakı Dövlət

Universiteti ötən 100 ildə xalqımızın həyatında müstəsna rol oynamışdır. Bu bir əsrlik tarix xalqımızın tarixinə yazıl-mış ən dolğun və zəngin səhifələrdəndir.

Bu illər ərzində universitetin 7 dəfə yubileyi keçirilmişdir. Fərəhləndirici haldır ki, bu yubileylərdən dördü – 50, 60, 75, 80 illik yubileylər bilavasitə ulu öndər Heydər Əliyevin təşəbbüsü və sərəncamları əsasında qeyd olunmuş-dur. 50, 60, 75 illik yubiley tədbirlərində ulu öndər şəxsən iştirak etmişdir.

Möhtərəm cənab Prezident!Bu ülvi ənənənin davamı kimi,

universitetin 90 illik yubileyi də Sizin sərəncamınız əsasında keçirilmişdir. Doxsan illik yubileydə olduğu kimi, bu gün də Sizi öz sıralarımızda görməkdən hədsiz məmnunluq duyuruq. Sizin 2017-ci il 14 noyabr tarixli sərəncamınız universitet üçün öncədən verilmiş ən böyük yubiley hədiyyəsi olmuşdur. Sərəncama uyğun olaraq, BDU-nun 100 illik yubileyi bu il iyunun 12-də Parisdə UNESKO-nun Baş qərargahında, sentyabrın 9-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, həmçinin Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxa-rest Universitetində yüksək səviyyədə qeyd edildi. Ayrı-ayrı universitetlərdə, Milli Kitabxanada və bir çox qurumlarda yubiley tədbirləri keçirildi, müsabiqələr təşkil olundu, poçt markaları və yubiley pul nişanı tədavülə buraxıldı. 2019-cu ildə “Məzun günü” Bakı Kristal Zalında yeni formatda və 5000 məzunun iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Heç şübhəsiz ki, bütün bunlar kollektivimizi elm və təhsildə daha yüksək uğurlar qazanmağa ruhlandırır.

Möhtərəm cənab Prezident, icazə verin, fürsətdən istifadə edərək 100 illik yubileylə əlaqədar imzaladığınız sərəncamda və bugünkü proqram xarakterli çıxışınızda universitetə, onun tarixi xidmətlərinə verdiyiniz yüksək qiymətə, səsləndirdiyiniz xoş sözlərə və universitetin 100 illik yubiley meda-lının təsis edilməsinə görə universitetin bütün kollektivi və məzunları adından Sizə bir daha təşəkkürümüzü, dərin hörmət və ehtiramımızı bildirim. Eyni zamanda, dünən universitetin elm və təhsil sahəsində nailiyyətlər əldə etmiş 113 əməkdaşını dövlət təltiflərinə layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizin tarixi xidmətləriniz sayəsində bu gün ölkəmiz dünyada analoqu olmayan sürətlə inkişaf edir. Bir sıra beynəlxalq

hesabatlarda ən islahatçı dövlət kimi qeyd edilir, ayrı-ayrı göstəricilər üzrə hər il bir neçə pillə irəliləyərək dünya dövlətləri sırasında layiqli yer tutur. Sizin rəhbərliyiniz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və əməli dəstəyi ilə ölkədə təhsilin inki-şafı üçün atılan addımlar, yüksəkixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. İnanırıq ki, son illər Sizin rəhbərliyinizlə aparılan məqsədyönlü islahatlar sayəsində ölkəmiz çox yaxın gələcəkdə inkişaf etməkdə olan dövlətlər sırasından inkişaf etmiş dövlətlər sıra-sına adlayacaqdır. Bu, artıq xəyal deyil, gerçəklikdir.

Hörmətli tədbir iştirakçıları, yarandı-ğı ilk illərdə Bakı Dövlət Universitetinin

əsas məqsədi Azərbaycanda maarif-çiliyin və səhiyyənin inkişaf etdirilməsi olmuşdur. Sonralar isə bütün fəaliyyəti dövründə Bakı Dövlət Universiteti xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, elm və təhsilin inkişa-fı və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oyna-mışdır. Universitetin kadr potensialı və elmi bazası əsasında sonralar bir sıra ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası yaradılmışdır. Fərəhləndirici haldır ki, bu missiya bu gün də davam etdirilir. Ötən il universite-tin İlahiyyat fakültəsinin bazası əsasında yaradılan Azərbaycan İlahiyyat İnstitutu bunun bariz sübutudur.

Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 mindən çox mütəxəssis, o cümlədən bir sıra xarici ölkələr üçün yüzlərlə yüksəkixtisaslı kadrlar hazırlamışdır. O, bu missiyanı bu gün də davam etdirir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğur-la davam etdirilən siyasətin prioritet istiqamətləri kimi ölkəmizdə elm və təhsil sahəsinə, o cümlədən Bakı Dövlət Universitetinə göstərilən daimi diqqət və qayğı nəticəsində universitet ötən əsrin 70-ci illərindən başlayaraq öz intibah dövrünü yaşayır.

Yüz il bundan əvvəl cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başla-yan universitetdə bu gün 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, 30-dan çox elmi-tədqiqat və tədris laboratoriyası, Qazax filialı, “Gənc istedadlar” lise-yi, 2 tədris-təcrübə bazası fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır. Tədris Azərbaycan, rus, ingilis və qismən alman dillərində aparılır. Üç mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 17 nəfər Azərbaycan Milli Elmlər Akademiyası-nın həqiqi və müxbir üzvü, 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir. Bakalavriat səviyyəsində 66 ixtisas, ma-gistratura səviyyəsində 235 ixtisaslaşma və doktorantura səviyyəsində 114 ixtisas üzrə yüksəkixtisaslı elmi və elmi-peda-qoji kadr hazırlığı həyata keçirilir. “2019-2023-cü illər üçün Azərbaycan Respub-likasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət

Proqramı”na uyğun olaraq magistratura və doktorantura səviyyələrində dünya-nın bir sıra qabaqcıl universitetləri ilə ikili diplom proqramları həyata keçirilir. Dünyanın 60-dan çox ölkəsinin 200-dən çox elm və tədris mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub, birgə elmi-tədqiqat işləri və kadr hazırlığı aparılır.

Elmi və tədris fəaliyyəti ilə yanaşı, universitet bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında kifayət qədər fəal iştirak edir, ulu öndərin misilsiz xidmətləri sayəsində artıq əbədi müstəqillik əldə etmiş res-publikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına dəyərli və sanballı töhfələr verir.

Bu gün biz fəxr edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının 176 nəfər həqiqi və müxbir üzvündən 93 nəfəri, Milli Məclisin 117 nəfər üzvündən 46 nəfəri, ali struktur rəhbərlərinin böyük əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır. Bakı Dövlət Universitetinin məzunları tarixboyu ölkə quruculuğunda çox mürəkkəb, məsuliyyətli və eyni za-manda, nəcib missiyanı yerinə yetiriblər və yetirməkdədirlər. Biz sizlərlə qürur duyuruq, əziz məzunlarımız.

Şübhəsiz ki, bu nailiyyətlərin əldə

edilməsində keçmişdə və hazırda universitetdə çalışan, doğma res-publikamızın elm və təhsil tarixində özünəməxsus yeri və rolu olan yüzlərlə, minlərlə dəyərli insanların misilsiz xidmətləri olmuşdur. Ulu öndər uni-versitetin 80 illik yubileyi ilə əlaqədar göndərdiyi təbrik məktubunda yazırdı: “Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini bö-yük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm”.

Bu insanlar həqiqətən böyük hörmət və ehtirama layiqdirlər.

Bu gün Bakı Dövlət Universiteti bir əsrlik fəaliyyətinə uğurla yekun vuraraq yeni 100 illiyə qədəm qoyur. İnanırıq ki, öz missiyasına uyğun olaraq BDU növbəti 100 illikdə də beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssislər hazırla-yacaq, ölkəmizin daim yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcəkdir.

Müasir dövrdə dünyanın nüfuz-lu universitetləri qloballaşmanın tələblərinə uyğun olaraq islahatlar aparır, modernləşməyə doğru kurs götürür. İs-lahatlar zamanın tələbidir, modernləşmə isə inkişaf deməkdir. Ölkəmizin elm və təhsil strategiyalarına uyğun olaraq universitet də yeni 100 illiyə elmdə müasir və yeni texnologiyalara cavab verən tədqiqatlarla, təlim və tədrisə innovativ yanaşmalarla, idarəetmədə beynəlxalq təcrübədən istifadə etməklə başlamağı qarşısına məqsəd qoymuş-dur. Bütün bunlar bizim “Universitet-5.0” inkişaf strategiyamızın əsasını təşkil edir. Strategiya – təhsil, elm, innova-siya, beynəlmiləlləşmə və sosiallaşma

prinsiplərinin vəhdətindən ibarətdir.Şübhə etmirik ki, universitet yaxın

gələcəkdə elmi tədqiqatların əhatə dairəsinin və keyfiyyətinin daha da artı-rılması yolu ilə ölkəmizin ilk tədqiqat uni-versiteti statusunu əldə edəcəkdir. İna-nırıq ki, Bakı Dövlət Universiteti bundan sonra da öz missiyasına sadiq qalaraq, davamlı inkişaf üçün potensial yaradan, mədəniyyətlərarası dialoqu təşviq edən və ölkə təhsilində yeni standartlar tətbiq edən güclü bir universitet olaraq daha da inkişaf edəcəkdir. Bu gün adı dünyanın qabaqcıl 1000 universiteti siyahısın-da yer alan universitetimiz yaxın illər ərzində yeni uğurlara nail olacaq, dünya təhsil sisteminə inteqrasiya olunacaq və təhsilin beynəlmiləlləşməsi istiqamətində mühüm addımlar atacaqdır.

Mən sizin hər birinizi bu şanlı yubiley münasibətilə bir daha təbrik edərək uni-versitetin ilk rektoru Vasili Razumovski-nin 100 il bundan əvvəl dediyi sözləri də yada salmaq istəyirəm: “Yaşa, çiçəklən, var ol, Bakı Universiteti”. Yüz il bundan əvvəl yandırılmış məşəl bu gün də öz nuru – universitet məzunları ilə gələcəyə gedən yolumuza işıq saçır. Müasirləşən, dinamik olaraq dəyişən, gəncləşən uni-versitet öz ənənəvi missiyasını şərəf və ləyaqətlə yerinə yetirir.

Bakı Dövlət Universiteti mənəvi böyüklüyümüzün rəmzi, elm, təhsil və mədəniyyətimizin əzəmətli məbədi kimi daim qüdrətlənən Azərbaycanla

birlikdə yaşayacaq, onun daha da çiçəklənməsi naminə yeni və sanballı töhfələr verəcəkdir. Biz buna söz veririk. Diqqətinizə görə təşəkkür edirəm.

***Universitetin professoru, hüquq

elmləri doktoru Firuzə ABBASOVA çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident!Hörmətli tədbir iştirakçıları, əziz

həmkarlarım!Sizi bu əlamətdar gündə

salamlayıram. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, müsəlman Şərqinin ilk dünyəvi və müasir təhsil ocağı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Yüz illik tarixi boyunca universitet milli kadrların hazırlanması, yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi kimi vəzifələri layiqincə yerinə yetirib, hər zaman Azərbaycan dövlətçiliyinin sadiq keşikçisi olub.

Bakı Dövlət Universiteti həmişə azərbaycançılıq ideologiyasının mühafizə və tərənnüm mərkəzi olub, hətta SSRİ dönəmində saysız

vətənpərvər və fədakar ziyalılar yetişdirməklə milli özünüdərk prosesində müntəzəm olaraq birbaşa iştirak edib. Məhz SSRİ dövründə ümummilli liderimiz tərəfindən əsası qoyulan azərbaycançılıq ideyasının həyata keçirilməsində universiteti bitirən ziyalıların böyük rolu olub. Heydər Əliyevin universitetimiz haqqında dediyi “Universitet həqiqət axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur” – sözləri bu fikirlərin bariz nümunəsidir.

Elm və təhsil sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilən Bakı Dövlət Universiteti ictimai həyatın, elm və texnologiyanın demək olar ki, bütün sahələrində kadr hazırlığı və elmi tədqiqatlar aparan ali təhsil ocağıdır. Azərbaycanın ən tanınmış ziyalıları, ictimai-siyasi fikrin formalaşmasında misilsiz rolu olan görkəmli şəxsiyyətlərin əksəriyyəti bu universitetdə təhsil alıb, dünya elminə əvəzsiz töhfələr vermiş alimlərin böyük əksəriyyəti burada fəaliyyət göstərib. Bu gün də BDU ölkənin ilk və ən qabaqcıl universiteti kimi özünün tarixi simasını, müsbət ənənələrini, elmi potensialını, cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır. Azərbaycanda sonradan bir çox ali təhsil ocaqları yaradılsa da, Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanı olmaqla, cəmiyyətdəki lider mövqeyini əldən verməyib. Bu gün

100 yaşını qeyd edən universitet Azərbaycan təhsilinin dünya miqyasına, xüsusən də Avratlantika məkanına inteqrasiya prosesinin önündə gedir.

Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr edən dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir, iftixarıdır!”. Bəli, Bakı Dövlət Universiteti bizim milli sərvətimizdir, iftixar mənbəyimizdir, mənəviyyatımızdır, milli kimliyimizdir. Məhz bu səbəbdən də bu gün təkcə universitet kollektivinin deyil, ürəyi Bakı Dövlət Universitetinin sevinci ilə döyünən Azərbaycan xalqının bayramıdır.

Ötən əsrin 70-ci illərindən başlayaraq özünün intibah dövrünü yaşayan Bakı Dövlət Universiteti uzun illər ərzində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını öz üzərində hiss edib. Universitetin yaranmasını xalqımızın tarixində ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirən ulu öndər universitetlə bağlı hər bir məsələyə çox həssaslıqla yanaşırdı.

Möhtərəm cənab Prezident, ulu öndərin layiqli davamçısı kimi, Sizin də Bakı Dövlət Universitetinə qayğınızı daim hiss edirik. Siz neft gəlirlərinin insan kapitalına çevrilməsinin vacibliyini dəfələrlə qeyd edərək alimlərimiz qarşısında bir çox mühüm vəzifələr qoymusunuz. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti də bu strategiyanı əsas tutaraq ölkənin elm və təhsil potensialının güclənməsinə, dövlət idarəçiliyi üçün yüksəkixtisaslı, savadlı, vətənpərvər kadrların hazırlanmasına böyük səy göstərir.

Ümummilli liderimizin və Sizin doğma universitetimizə göstərdiyiniz böyük diqqət və qayğıya cavab olaraq biz universitet müəllimləri Sizi əmin edirik ki, bundan sonra da elm və təhsildə yüksək nailiyyətlər əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik, elmi tədqiqatlarımızı əzmkarlıqla davam etdirərək Azərbaycan elminin inkişafına öz töhfələrimizi verəcəyik. Bu şərəfli və müqəddəs yolda bütün həmkarlarıma uğurlar arzulayıram.

Hörmətli tədbir iştirakçıları, mən ulu öndərin “Qoy ədalət zəfər çalsın” devizinin hər kəs üçün bərabər imkanlar və şərait yaratdığı dövrdə Bakı Dövlət Universitetinin tələbəsi olmuşam. Hazırda isə bu universitetin müəllimiyəm. Bundan böyük nə xoşbəxtlik ola bilər? Bakı Dövlət Universitetinin müəllimi olmaq şərəfdir, fəxrdir. Bu hisslərlə çıxışımı bitirib gələcək nəsillərə Bakı Dövlət Universitetinin daha böyük uğurlarının şahidi və iştirakçısı olmağı, onun möhtəşəm və şanlı yubileylərini qeyd etməyi arzulayıram. Diqqətinizə görə minnətdaram.

***Bakı Dövlət Universitetinin məşhur

60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edildi.

***

Universitetin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İMANOV çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident! Hörmətli tədbir iştirakçıları, bu bayram günündə hər birinizi salamlayıram. Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə təşkil edilmiş bu mötəbər tədbirdə sizin qarşısında çıxış etmək mənim üçün böyük bir şərəfdir. Ona görə ki, mən burada gənc nəslin bir nümayəndəsi olaraq təkcə öz adımdan deyil, eləcə də Bakı Dövlət Universi-tetinin 24 min tələbəsi adından çıxış edirəm.

Bu gün Bakı Dövlət Universitetinin tələbələri üçün olduqca qürurverici və xüsusi bir gündür. Müqəddəs saydığı-mız, eyni zamanda, öz evimiz qədər sevdiyimiz universitetimizin 100 illik yu-bileyini qeyd edirik. Bizi sevindirən odur ki, bu gün Azərbaycanda təhsilə qayğı yüksək səviyyədədir. Bu sahədə hər bir yenilik, hər bir islahat, ilk növbədə, Azərbaycan gənclərinin gələcəyi nəzərə alınaraq aparılır.

(ardı 4-cü səhifədə)

27 noyabr 2019-cu il, çərşənbə4Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik

yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

(əvvəli 3-cü səhifədə)

Ali təhsil müəssisəsi tələbələrdə biliyin, savadın, peşəkarlığın və intellek-tin artmasında, eləcə də onların gələcək həyatında əvəzsiz rol oynayır. Bakı Dövlət Universitetinin tələbələri ola-raq deyə bilərik ki, universitetimiz bizə gələcəyimizi sağlam təməllər əsasında qurmaqda daim yol göstərir. Məhz bu dəstək nəticəsində bizim elmə olan ma-rağımız gündən-günə daha da artır.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümum-milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz onun müvafiq sərəncamı ilə 2 fevral Azərbaycan Res-publikasında “Gənclər günü” kimi təsis edilmişdir.

Ulu öndər Heydər Əliyevin də vurğuladığı kimi, “Azərbaycan xalqının sərvəti” olan Bakı Dövlət Universitetində təhsil almağın böyük məsuliyyət tələb edən bir proses olduğunu bilirik.

Heydər Əliyevin bir çox xoş xatirələrinin olduğu universitetdə təhsil almaq biz vətənpərvər gənclər üçün qürur mənbəyidir. Ulu öndəri dərin hörmət və minnətdarlıq hissi ilə anırıq və söz veririk ki, gənc nəsil olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

Biz tələbələr gələcəyə böyük inam-la baxırıq. Ona görə ki, biz yüksək səviyyədə təhsil alırıq, biz elm və təhsilin insan həyatına təsirini dərk edirik, biz vətənpərvər ruhda yetişirik və şəraitdən asılı olmayaraq hər zaman Vətənin müdafiəsinə hazırıq. Bizi buna daha da ruhlandıran, ilk növbədə, cənab Prezi-dentimizin öz çıxışlarında daim gənclərin yanında olduğunu vurğulamasıdır.

Möhtərəm cənab Prezident, qlobal-laşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı müasir dövrdə Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində apa-rılan işlərin yeni səviyyəyə yüksəldilməsi məqsədi ilə ulu öndərin yolunu uğurla davam etdirərək, Siz çoxsaylı sərəncam və fərmanlar imzalamısınız, o cümlədən növbəti “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramını təsdiq

etmisiniz. Bu sərəncam və fərmanlar cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə da-vamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaratmışdır. Məhz Sizin böyük əməyiniz və səyiniz nəticəsində Azərbaycan gəncliyi bu gün artıq cəmiyyətin in-kişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Cənab Prezident, Sizə bütün Azərbaycan gəncliyi adından minnətdarlığımızı bildirirəm.

Dövlətin gənclər siyasətinin real-laşdırılması sahəsində təhsil aldığım doğma Bakı Dövlət Universitetində də mühüm tədbirlər həyata keçirilmişdir və bu gün də bu siyasət uğurla da-vam etdirilir. Hörmətli müəllimlərimiz tərəfindən gənc nəslə hərtərəfli diqqət və qayğı göstərilir, gənclərin elm və təhsil sahəsində fəal iştirakının təmin olunma-sı, beynəlxalq aləmdə tanınan və qəbul edilən nailiyyətlər əldə etməsi üçün

bütün şərait yaradılmışdır. Bütün bunlara görə biz universitetin professor-müəllim heyətinə, eləcə də bizə dəstək olan hər bir əməkdaşına sonsuz dərəcədə minnətdarıq. Biz onsuz da güclü ölkəyik, gənclərin yüksək savadı ilə daha da güclənəcəyik və bu savadı gənclərə aşılayan müqəddəs universitetimiz də daim ucalacaq.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Bakı Dövlət Universiteti! Yaşasın Azərbaycan gəncliyi, Azərbaycan xalqı! Yaşasın Azərbaycan!

***Daha sonra universitetin loqotipinin

və 16 fakültəsi üzrə elm sahəsini əhatə edən “Tələbənin yolu” qrafik-rəqəmsal təqdimatı oldu.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan mərasim bu qocaman təhsil ocağının himninin ifası və müxtəlif ölkələrdən gəlmiş ali məktəb nümayəndələrinin təbrikləri ilə yekunlaşdı.

AZƏRTAC

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Hörmətli Valeri Vasilyeviç! Hörmətli qonaqlar!Sizi yenidən görməyimə çox şadam.

Xoş gəlmisiniz. Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib. Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, – görüşlərin təməli 2017-ci ildə qoyulub, – bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük.

Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülh sizin əldə etdiyiniz razılaşmalardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimada əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik. Bu gün ən yüksək səviyyəyə çatmış münasibətlərimizin qədim tarixi də bunu təsdiq edir.

Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün

bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb. Əlbəttə, hökumətin sədri ilə, Federasiya Şurasının sədri ilə görüşlər də çox konstruktiv, zəngin olub və həmçinin regionlararası yubiley forumunun keçirilməsi və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması – bütün bunlar bizim əlaqələrin möhkəmlənməsi işində çox mühüm addımlardır. Əminəm ki, növbəti il də səmərəli olacaq. Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq.

Əlbəttə, sizin məşğul olduğunuz sahədə də müsbət dinamikanı görürük. Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələn il qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var. Ona görə də bir daha xoş gəlmisiniz. Qarşıdakı görüşdən yaxşı nəticələr arzu edirəm.

***Görüşdə tərəflər beynəlxalq və regional

təhlükəsizlik problemlərini, həmçinin hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən müdafiə idarələrinin Xəzərdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya

Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikasının

Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident!Ölkənizin paytaxtı gözəl Bakı şəhərində

keçirilən Dünya dini liderlərinin ll Sammitində bizə göstərdiyiniz hörmət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirməkdən şərəf duyuram.

Zati-aliləri, Dünya dini liderlərinin ll Bakı Sammitində 70-dən çox ölkədən müxtəlif dinlərin 500-ə yaxın rəhbərinin iştirak etməsi tutduğunuz doğru yolun, alimlərə və mütəfəkkirlərə verdiyiniz dəyərin əyani sübutudur.

Şübhəsiz, bu sammit Allahın köməyi ilə dinlər arasında dialoqun, insanlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, həmçinin İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Zati-aliləri, Sizin iştirakınızla keçirilən bu sammit sülhün və əmin-amanlığın möhkəmləndirilməsi, nifrətin aradan qaldırılması naminə Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz dövründə oynadığı nümunəvi və aparıcı rol haqqında parlaq təsəvvürü dünyaya çatdıracaqdır.

Hər yerdə elmə və alimlərə verdiyiniz yüksək dəyərə görə Sizə təşəkkürümü və heyranlığımı bildirmək istəyirəm. Mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsinə görə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini “Heydər Əliyev” ordeni ilə təltif etməyiniz bunun əyani sübutudur və mən bunu bütün din xadimlərinə və bəşəriyyəti Allah yoluna səsləyən dindarlara verilən mükafat kimi dəyərləndirirəm.

Sonda dua edirəm ki, həmişə Uca Allahın himayəsi altında olasınız və ölkəniz Sizinlə fəxr etsin.

Yüksək ehtiramla,Məhəmməd əl-Mənsur

bin əş-Şeyx Məhəmməd əl-Məmun İNYAS Xalq Uğrunda Birlik Partiyasının sədri,

Seneqal Prezidentinin xüsusi müşaviri, Media şəhərciyi qrupunun baş direktoru

27 noyabr 2019-cu il, çərşənbə 5Prezident İlham Əliyev NATO-nun

Hərbi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında, demək olar, iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri

kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.

***NATO-nun Hərbi Komitəsinin sədri

Ser Stüart PİİÇ dedi:– Cənab Prezident, təşəkkür edirəm.

Əvvəlcə icazə verin Baş katib cənab Stoltenberqin salamlarını Sizə çatdırım. O, Sizə ən səmimi salamlarını çatdırır.

Prezident İlham Əliyev: Çox sağ olun, mənim də salamlarımı cənab Baş katibə çatdırın. Mən onunla NATO Mənzil-qərargahında görüşümü xatırlayıram. Həmçinin Şimali Atlantika Şurasında səfirlərlə ünsiyyətimi xatırlayıram. Mən orada dəfələrlə olmuşam.

Ser Stüart Piiç: Bugünkü görüşə əlavə olaraq icazə verin Silahlı Qüvvələrinizin NATO-ya dəstəyinə görə Sizə təşəkkürümü bildirim. Tərəfdaş və dost olaraq bu, bizim üçün çox önəmlidir. Sizin Silahlı Qüvvələrinizə bizim böyük hörmətimiz var, onlar çox peşəkar və effektivdirlər.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz NATO-nun etibarlı tərəfdaşıyıq və bizim hərbçilərimiz Əfqanıstanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər. Bildiyiniz kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30 faiz artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda, Əfqanıstana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Həmçinin iki il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında dəmir yolunun açılışını etdik və hazırda bu yoldan daşımalar üçün istifadə edilir. Digər vacib məsələ ondan ibarətdir ki, biz Lapis Lazulinin öz sistemimizlə bağlanmasına nail olduq. Biz artıq Əfqanıstandan onların ixrac etdiyi yükləri qəbul etməyə başlamışıq. Beləliklə, biz Əfqanıstana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kömək edirik. Eyni

zamanda, biz bir neçə dəfə Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik. Həmçinin biz Əfqanıstan hökuməti ilə islahatlar üzərində yaxından işləyirik. Çox qürurvericidir ki, dövlət xidmətlərinin göstərilməsi üzrə ilk mərkəz olan ASAN – bu nou-xaunun sahibi bizik – Əfqanıstanda açılmışdır. Beləliklə, bu, vahid pəncərə sistemi çərçivəsində çox nadir dövlət xidmətləri mərkəzidir. İki yüzdən çox xidmət var, bunlar onlayn və çox səmərəli şəkildə göstərilir. Burada bu mərkəzin bəyənilmə səviyyəsi 100 faizə yaxındır. Bəlkə nümayəndə heyətinizin bəzi üzvləri onların birinə baş çəkə bilər, Bakıda beş mərkəz mövcuddur. Bunu biz əfqan tərəfdaşlarımıza nəyi təklif etdiyimizi görsünlər deyə deyirəm. Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş yerləri, məşğulluq, sosial müdafiə, iqtisadi islahatlar lazımdır və biz bu məsələlərlə bağlı Əfqanıstan hökuməti ilə çox geniş iş aparırıq.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon

(şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli

şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1538-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828,

1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 oktyabr tarixli 836 nömrəli, 16 oktyabr tarixli 842 nömrəli və 12 noyabr tarixli 852 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 26-cı hissəyə “326,” rəqəmlərindən sonra “363-2,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 26-1-ci

hissə əlavə edilsin:“26-1. Məcəllənin 363-1-ci

maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

26-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

26-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından - bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 26 noyabr 2019-cu il

Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət

hərbi qulluqçularının ehtiyata buraxılması haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respub-likası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:

1. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan,

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haq-qında” Azərbaycan Respublikası Qanu-nunun 38.1.1-ci maddəsində nəzərdə tu-tulmuş xidmət müddətini keçmiş müddətli

həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 26 noyabr 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!Dünya dini liderlərinin II Bakı

Sammitində, o cümlədən möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Dünyanın müxtəlif ölkələrindən olan görkəmli dini liderləri bir araya toplayan bu mühüm beynəlxalq sammit çox yüksək səviyyədə təşkil edilmişdi və xalqlar arasında, sülh və harmoniya sevən müxtəlif dinlərin nümayəndələri

arasında dialoqun təmin olunmasına

və sıx münasibətlərin qurulmasına şərait yaratdı.

Möhtəşəm memarlığı ilə göz oxşa-yan paytaxt Bakı şəhərində olduğumuz günlər ərzində Azərbaycan xalqının və hökumət nümayəndələrinin yüksək qonaqpərvərliyinin və mehribanlığının şahidi olduq.

Cənab Prezident, mən Sizə bir daha təşəkkür edirəm və Azərbaycanın bu gün beynəlxalq ictimaiyyət üçün multikultural dövlət, tolerantlıq və xoş münasibətlərin hökm sürdüyü bir ölkə modeli olduğuna görə Sizi təbrik edirəm.

Bakıda çox yüksək səviyyədə keçiril-miş bu cür sammitlər davamlı olmalıdır. Çünki bu tədbirlər dinlərarası dialoqun təmin olunmasına, xalqlar arasında qarşılıqlı anlaşmaya və sülh şəraitində birgəyaşayışa təkan verir.

Sizə bir daha minnətdarlığımı və ən səmimi təbriklərimi çatdırıram.

Dərin hörmətlə,

Xose Luiz del Palasio Perez-MEDEL

Perunun Kallao vilayətinin yepiskopu

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum!Möhtərəm Prezident!Ərəb və İslam dünyasının, eləcə də

digər ölkələrin üzləşdiyi çağırışların və reallıqların müzakirə edildiyi bir tədbirdə iştirak etmək üçün mənə göndərdiyiniz səmimi dəvətə görə Sizə təşəkkür edirəm.

Zati-aliləri cənab Prezident, icazə verin, Sizi dinimizlə tanış edim. Biz “Mandei sabiilik” adlanan qədim dinin ardıcıllarıyıq. Bu din İraqın cənubundakı ikiçayarası vadisində Ur və Mişan şəhərlərində meydana gələn ilk təktanrılıq dinidir. Biz tək Tanrıya inanı-rıq. O Tanrı öz-özlüyündə mövcuddur. Həyat başlanğıcı olmayan əzəli varlıq-dan və sonu olmayan əbədi varlıqdan yaranıb. Müqəddəs kitabımız “Ginza Rbadır” (İlk kitab), dilimiz isə Mindai–

Şərqi Arami dilidir. Müqəddəs kitabımız

2000-ci ildə tərcümə olunmuşdur. Onu Sizə hədiyyə etməkdən şərəf duyuram və Bağdaddakı səfirliyə çatdıracağam.

Digərlərini tanımaq, onların mövcud-luğuna və hüquqlarına qarşılıqlı ehtiram bəsləmək, habelə ibadət etmək, fərq qoymadan, kin və nifrət bəsləmədən dini ayinlərlə məşğul olmaq azadlığını təmin etmək dinlər və məzhəblər arasında-kı əlaqələrdə əsas prinsiplərdir. Dini radikalizm dözümsüzlüyün ən təhlükəli mənbələrindəndir. O, neqativ fikirlərə əsaslanır, onlara dini libas geyindirir və insanları tez inandıra bilir.

Tələbələri və gəncləri fanatik fikirlərdən uzaqlaşdırmaq, dini mətnləri dövrün dəyişiklikləri fonunda yenidən izah etmək, bütün din və məzhəblərin ortaq tərəflərini əxz etmək sabit və firavan ölkənin qurulmasına töhfə verən işlərdəndir.

Zati-aliləri, bunu biz Sizin ölkənizdə gördük. Azərbaycan müxtəlif irqlər, dinlər və mədəniyyətlərlə zəngindir. Rəhbəri olduğunuz ölkədə din dövlətdən ayrı-dır və bu, dini ədavətin qarşısını alır. Bu, ictimai, siyasi və dini məsələlərin mənimsənilməsinə və həllinə, o cümlədən ölkədəki bütün toplumların xüsusiyyətlərini qorumağa qadir olan ən yaxşı yoldur.

Zati-aliləri, Sizi bir daha salamlayır, əzəli və əbədi olan Tanrıya Sizin üçün dualar edir, Sizə, gözəl xalqınıza və bü-tün bəşəriyyətə xoşbəxtlik, əmin-amanlıq və sülh diləyirəm.

Dərin hörmətlə,

Səttar Cabbar HELV İraq və Bütün Dünya “Mandei

sabiilik” dini tayfasının başçısı

“Mehriban xanım Əliyevanın səfəri Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi”

A zərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Moskvaya rəsmi səfər etdi. Səfərin proqramı çox zəngin idi: Mehriban Əliyeva X Azərbaycan–Rusiya Regionlararası Forumunda və XTNS-də

“Azərbaycan” pavilyonunun açılışında iştirak edib, Prezident Vladimir Putin və Baş Nazir Dmitri Medvedevlə görüşüb. Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya paytaxtına rəsmi səfərinin aspektləri haqqında Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova “Moskva-Bakı” portalına müsahibəsində danışıb. AZƏRTAC həmin müsahibəni oxuculara təqdim edir.

– Mehriban Əliyevanın Moskva-ya səfərinin yekunlarını necə şərh edərdiniz, bu səfər Azərbaycan–Rusiya münasibətlərinin möhkəmlənməsində hansı rolu oynayacaq?

– Bütün Azərbaycan Mehriban Əliyevanın Birinci vitse-prezident statu-sunda Rusiyaya ilk rəsmi səfərini maraqla və diqqətlə izləyirdi. Hesab edirik ki, bu səfər həm Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı, həm də Birinci vitse-prezidentin özü üçün çox mü-hüm idi. Mehriban xanım tez-tez səfərlərdə olur, o, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin səlahiyyətli nümayəndəsi qismində çıxış edir, yüksək vəzifəli şəxslərlə görüşlər keçirir. Lakin qeyd etmək istəyirəm ki, onun Birinci vitse-prezident kimi dövlət xadimi qismində dost ölkəyə rəsmi səfəri ilk dəfədir ki, həyata keçirilir.

Bu səfər Mehriban Əliyevanın dünya siyasət arenasında təqdimatı qismində çox mühüm oldu. O, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi. Hərçənd Mehriban Əliyeva Azərbaycanın ikinci şəxsidir, bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev kimi, onu eh-tiram və hörmətlə qarşıladılar. Bu, birincisi, ölkələrimizin liderləri İlham Əliyev və Vladimir Putinin əsasını qoy-duqları dövlətlərimiz arasında etima-dın, əməkdaşlığın, dostluğun yüksək göstəricisidir. İkincisi isə Mehriban Əliyevanın özünün dünyanın siyasi xəritəsində qazandığı nüfuzun mühüm göstəricisidir. Birinci vitse-prezidentin həm Baş Nazir, həm Prezident, həm də Rusiyanın Federasiya Şurasının sədri tərəfindən qəbul edilməsi unikal hadisədir. Düşünürəm ki, heç bir dövlət xadimi həmin vəzifədə bu cür yüksək səviyyəyə layiq görülməyib. Bu səfər göstərdi ki, Azərbaycanın siyasi üfüqündə yeni lider meydana çıxıb və güclü dövlət olan Rusi-yanın xadimlərinin də bunu etiraf etməsi olduqca mühümdür.

Səfərə gəldikdə, o, özünün zəngin proqramı, dinamizmi, dörd gün ərzində keçirilən tədbirlərin bolluğu ilə seçildi. Səfər rəsmiyyət çərçivəsində həyata keçmədi və Azərbaycan–Rusiya əlaqələrinə öz töhfəsini verdi, gələcək perspektivləri müəyyən etdi. Əlamətdar hadisələrdən biri Moskvada mühüm ikitərəfli görüşlər keçirən ölkəmizin aparıcı

nazirlərinin iştirakı ilə təşkil olunan X Azərbaycan–Rusiya Regionlararası Forumu oldu.

Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində əhəmiyyətli hadisələrdən biri XTNS-də “Azərbaycan” pavilyonunun açılışı oldu. RF Federasiya Şurasının sədri Valentina Matviyenkonun qeyd etdiyi kimi, bu pavilyon Azərbaycanın Moskvada qeyri-formal mədəniyyət nümayəndəliyi olacaq. Baş verən hadisənin miqyasını tam qiymətləndirmək çətindir, çünki 80 ildən sonra biz Moskvaya yeni keyfiyyətdə qayıt-dıq. XTNS-i ildə milyonlarla insanın ziyarət etdiyini nəzərə alsaq, o, bizim uğurlarımızı, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlərimizi nümayiş etdirmək üçün böyük beynəlxalq meydançaya çevriləcək. Bütün bunlar Azərbaycanın unikal milli pavilyonunun bərpasında ən fəal şəkildə iştirak edən Heydər Əliyev Fondunun sayəsində baş verib.

Səfərin gedişində baş vermiş ən xoş hadisə isə Mehriban Əliyevaya ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeninin təqdim edilməsi oldu. Mehriban xanımı təltif edən Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, bu, formal mükafat deyil, Birinci vitse-prezi-dent böyük xidmətlərinə, Azərbaycan və Rusiya arasında əməkdaşlığa, hər şeydən əvvəl humanitar sahədə əlaqələrə böyük töhfəsinə görə bu mükafata layiq görülüb. Biz Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına

Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının açıldığını bilirik, bütün bunlar isə Azərbaycanın birinci xanımının iştirakı olmadan həyata keçirilə bilməzdi. Onun rus dilinin qorunub saxlanılması, ölkəmizdə rus mədəniyyətinin və eyni zamanda, Rusi-yada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində səyləri göz qabağındadır.

– Valentina Matviyenko XTNS-da “Azərbaycan” pavilyonunun bərpa olunmasında və Moskvada aparılan uni-kal işlərdə Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etdi...

– Heydər Əliyev Fondu ən nüfuzlu və mötəbər beynəlxalq təşkilatlardan birinə çevrilib. Fond Azərbaycanın hüdudların-dan kənarda da tanınır və onun xidmətləri yüksək qiymətləndirilir. O, Rusiyanın müxtəlif regionları da daxil olmaqla, mühüm xeyriyyə layihələri də həyata keçirib. Mənə Həştərxanda akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin rekonstruksiya və təmirdən sonra açılışın-da iştirak etmək nəsib olub. Həştərxanda, həmçinin Dostluq Parkı, abidələr açılıb ki, bütün bunlar Heydər Əliyev Fondu-nun vəsaiti hesabına həyata keçirilib. Əlbəttə, görülən işlər ən yüksək səviyyədə təqdirəlayiqdir və nəhayət, bu, baş verdi. Ona görə də Mehriban Əliyevanın Moskvaya səfərini həm Azərbaycan, həm də Rusiya üçün məhsuldar və əlamətdar olaraq qiymətləndirmək olar.

– Bu il Azərbaycan–Rusiya münasibətləri üçün zəngin olub. Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı, Mehriban Əliyevanın Moskvaya səfəri. Gələn ildən gözləntiləriniz nədir? Azərbaycan–Rusi-ya münasibətləri necə inkişaf edəcək?

– Əslində, ölkələrimiz arasında bütün məsələlər artıq öz həllini tapıb. Samur çayı üzərindən yeni sərhəd körpüsünün tikintisi başa çatır, Bakıdan Rusiyanın sərhədinə aparan yeni yol inşa edilir. Ölkələrimiz ara-sında əmtəə dövriyyəsi artıb. Belə ki, əgər ötən il o, 19 faiz artıbsa, Mehriban xanımın çıxışında qeyd etdiyi kimi, təkcə bu ilin 9 ayı ərzində artım 26 faiz təşkil edib. Tu-rizm fəal inkişaf edir. Ötən il Azərbaycana 1 milyona yaxın rusiyalı gəlib, bu isə ölkəmizə gələn xarici turistlərin demək olar ki, yarısıdır. Bunların hamısı onu göstərir ki, bizim münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf edir.

Bizim hamımızı narahat edən yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistana müəyyən təsir vasitələri olan ölkə kimi vasitəçi qismində daha fəal çıxış etmək və münaqişənin nizam-lanmasına köməklik göstərmək imkanına malikdir.

27 noyabr 2019-cu il, çərşənbə6

Çəkilən zəhmət layiqli qiymətini alırSumqayıt yeni əsrin

sürətlə inkişaf edən, müasirləşən, modern tex-nologiyaların tətbiq edildiyi bir şəhərdir. Cənubi Qaf-qazın ikinci böyük sənaye mərkəzi sayılan şəhərimiz indi dünyada tanınır. Bura-nın yüksək sosial-iqtisadi inkişafı, əhalinin rifah halının durmadan yaxşılaşdırılması ürəyimizdən xəbər verir. Fəxr edirəm ki, Sumqayıtın yüksəlişində, az da olsa, zəhmət payım var.

“AzTermoizol” ASC uzun illər Sumqayıt

“Termoizalyasiya”nın Qu-raşdırma İdarəsi kimi fəaliyyət göstərib və şəhərin sənaye potensialının gücləndirilməsinə töhfələr ve-

rib. Artıq 15 il olar ki, bu idarə tam özəlləşdirilib. Sumqayıt şəhərində və ölkəmizin digər ərazilərində tikilən dövlət əhəmiyyətli obyektlərdə

işlərimizi yüksək keyfiyyətlə görməyə çalışırıq.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına geniş meydan açılma-sı bizim kollektivin də iş cəbhəsini, fəaliyyət dairəsini xeyli genişləndirmişdir. İşlərimiz hər zaman yüksək qiymətləndirilmişdir.

Prezident İlham Əliyevin iş adamlarına, özəl sektorun genişləndirilməsinə hərtərəfli diqqət və qayğısı bizi daha yaxşı işləməyə ruhlandırır. Ölkəmizdə qurub-yaratmaq, irəli getmək üçün hər cür

şərait var. Çəkilən zəhmət də hər zaman layiqli qiymətini alır. Dövlət başçısının sərəncamı ilə mən 2009-cu ildə “Tərəqqi” medalına layiq görülmüşəm.

Möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirir və şəhərimizə verdiyi yüksək dəyərə görə sumqayıtlı-lar adından “Var olasınız!” deyirəm.

Şakir HƏSƏNOV, “AzTermoizol” ASC-nin sədri

Taleyimizin şəhəri olan Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar təltif edilənlər

arasında adımı görəndə hədsiz qürur duydum. 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülməyimi rəhbərlik etdiyim kollektivin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirirəm.

Şirkət rəhbərinin qanunsuz əməlləri ifşa olunub

� Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurlu tətbiqi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə böyük təkan verib. Bununla yanaşı, bəzi sahibkarlıq subyektləri tərəfindən dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara yol verilməsinə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Baş Prokuror yanında Korrupsi-yaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə “İ-Qafqaz” MMC-nin təsisçisi və direktoru İsmayıl Maqsudovun özü və rəhbəri olduğu hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə vergi bəyannamələrinə əsasən firmasının gəliri olmadığı halda maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar təqdim edərək Bakıda avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmək təyinatı üzrə kre-dit verilməsi üçün “Bank of Azerbaijan” ASC-yə müraciət edərək müxtəlif vaxtlarda 853 min manat məbləğində kredit alaraq “Bank of Azerbaijan” ASC-yə külli miqdarda ziyan vurmasına, həmin kreditlər üzrə 1 milyon 244 min manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə “Bank of Azerbaijan” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin sabitliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurması-na əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə İsmayıl Maqsudova

Cinayət Məcəlləsinin 195.2-ci (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və “İ-Qafqaz” firmasının mülkiyyətində olan ümumi dəyəri 480 min manat məbləğində qiymətləndirilmiş 12 ədəd “Daewoo” markalı daşınar əmlakı üzərinə həbs qoyulub.

Hazırda cinayət işi üzrə həmin qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZƏRTAC

BDU-nun100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

� Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə elm və təhsilin inteqrasiyası (ISE-2019) mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı açan ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının profes-soru, akademik Roald Saqdeyev və Bakı Dövlət Universitetinin rektoru Elçin

Babayev mövzunun aktuallığından danışıblar.

Tədbirdə Roald Saqdeyevin “İnteq-rasiya edilmiş tədqiqat və təhsil yanaş-masında ən yaxşı təcrübələr” mövzu-

sunda məruzəsi dinlənilib. Alim müvafiq sahədə ali təhsil müəssisələrinin rolunu qeyd edib, bununla bağlı Azərbaycanda aparılan işləri yüksək qiymətləndirib.

İsraildən Holon Texnologiya İnstitu-tunun prezidenti, professor Eduard Ya-kubov “İnnovasiya, texnologiya və sa-hibkarlıq əsrində ali təhsil və tədqiqat” mövzusunda çıxış edib. O, ali təhsilin və tədqiqatların müasir dövrün çağırış-larına cavab verməsinin vacibliyini vur-ğulayıb, tədrisin müvafiq istiqamətlərdə qurulmasına dair fikirlərini bölüşüb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycanda təhsilin inkişafı üçün qanunvericilik bazasından da-nışıb. Ölkə rəhbərliyi tərəfindən elmin və təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq uğur-lar qazanıldığını bildirib.

Kembric Molekulyar biologiya labo-ratoriyasının (MRC) müdiri, professor Qərib Mürşüdov “Elm və təhsil arasında əlaqələr: tədqiqat institutları və təhsil universitetləri” mövzusunda çıxış edib.

Səudiyyə Ərəbistanı Kral Fahd Neft və Mineral Universiteti, Neft Mühəndisliyi və Geologiya Elmləri

Kollecinin fakültə üzvü, geologiya elmi proqramının rəhbəri Cek Dvorkin “Fun-damental elm və aspirantura: rəqəmsal geologiya nümunələri əsasında” mövzu-sunda məruzə ilə çıxış edib.

Konfransda, həmçinin “Clariva-te Analytics” şirkətinin təmsilçisi Nik Turnerin “Tədqiqatların ölçülməsi və innovasiyaların tətbiqi: Bakı Dövlət Universiteti “Web of Science” prizma-sından”, Pakistan COMSATS Univer-sitetinin Elm fakültəsindən professor Arşad Salem Bhattinin “İslamabad COMSATS Universitetində elm və təhsil”, Türkiyənin Akdeniz Universite-tinin Kənd təsərrüfatı biotexnologiyası departamentindən professor Tərlan Məmmədovun “Müasir molekulyar biotexnologiyanın gücü: səhiyyə, kənd təsərrüfatı, ərzaq istehsalı və sənaye sahələrində tətbiqi”, BDU-nun Fizika fakültəsindən Şahlar Əsgərovun “Bakı Dövlət Universitetində dəqiq və tex-niki elmlərin tədrisində təhsil və elmin vəhdəti”, Koreya Respublikası Pusan Milli Universitetinin Molekulyar Biologiya Departamentindən İsmayıl Zülfüqaro-vun “Bilik və bacarıq, öyrətmə və yoxla-ma – şəxsi perspektivlər” mövzularında məruzələri dinlənilib.

AZƏRTAC

Azərbaycan nümayəndə heyəti Nalçikdə keçirilən beynəlxalq konfransda iştirak edib

R usiya Federasiyası Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə “Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfrans Rusiya Fede-rasiyası Prezidenti Administrasiyasının və İslam Elm, Mədəniyyət və Təhsilinə Dəstək Fondu tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokova Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını çatdırıb.

Şeyxülislam Rusiya dövləti tərəfindən ənənəvi İslama göstərilən dəstəyi, Rusiya vətəndaşlarının, o cümlədən müsəlmanların ənənəvi da-yaqlarının və mənəviyyatının qorunub saxlanılmasına daim diqqət və qayğı ilə yanaşılmasını məmnunluq hissi ilə vurğulayıb. “Təqdirəlayiq haldır ki, İs-lam təhsil sisteminin təkmilləşdirilməsi, habelə İslam hüquq mədəniyyətinin öyrənilməsi dövlət tərəfindən dəstəklənir. Bu da təqdirəlayiqdir ki, məhz Rusiyada beynəlxalq forum-ların keçirilməsi təşəbbüsləri dövlət səviyyəsində dəstəklənir”, – deyən A.Paşazadə bildirib ki, belə forumlarda insanlara sülh, tərəqqi və firavan-lıq gətirən həqiqi İslamın mahiyyəti açılır. Bu, öz vətəndaşlarının etiqa-dına dövlətin yüksək ehtiramının əlamətidir. Dünyəvi dövlətlər qurarkən mənəviyyatsızlığın və dinsizliyin yayılmasına yol verməmək üçün bu dəyərlərdən uzaqlaşmaq olmaz. Din və dövlət arasında qarşılıqlı əlaqələr ölkənin mövcud qanunları və beynəlxalq normalar əsasında

qurulmalıdır. Dövlətin rolu təkcə milli-mənəvi dəyərləri qayğı ilə qoruyub saxlamaq deyil, həm də onları hər cür müdaxilədən qorumaqdır.

Şeyxülislam qeyd edib ki, müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında münaqişələrin aradan qaldırılmasında, etimadın bərpa edilməsində, dialoqun qurulma-sında, əməkdaşlığın dərinləşməsində dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışmışıq. Rusiya Bakı sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olun-muşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərli nitqi onun müdrikliyi-ni və vahid yaradanın böyük ideallarına dərin sədaqətini nümayiş etdirdi. Ru-siya Prezidenti Vladimir Putinin təbrik məktubunda dini liderlərin səylərinə yüksək qiymətin ifadə olunması bizi bu istiqamətdə yeni işlərə ruhlandırır.

Dünya dini liderlərinin II Bakı Sam-miti dinlərarası əməkdaşlıq ideyalarının irəlilədilməsində mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tole-rantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoq işinə sanballı töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüskarının Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin olması xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq

münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlar və xalqlar arasında sülh və həmrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşma-sına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikul-turalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsini qəbul etdilər. Sammitin Yekun sənədində terroriz-mi, bəşəriyyət əleyhinə cinayətləri dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antise-mitizm və xristianofobiya zəminində törədilən digər xüsusi ağır cinayətlərin qarşısının alınmasına yönəldilmiş təsirli tədbirlərin görülməsi kimi mühüm məqamlar aydın göstərildi.

QMİ-nin sədri deyib: “Həqiqət isə budur ki, Qafqaz dindarlarının birliyi, bizim sıx əməkdaşlığımız və ümum-qafqaz problemlərinin həllinə töhfəmiz xalqlarımız üçün böyük əhəmiyyət daşıyır. Biz 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin bay-ram edilməsi ərəfəsində bu tarixi real-lıqları xüsusi qiymətləndiririk. Biz ortaq keçmişimizdə öz torpaqlarımızı birlikdə müdafiə etmişik, dinc gələcəyimizin də qayğısına birlikdə qalmalıyıq. Biz, Qafqazın dini liderləri, Tanrıya dua-lar oxuyuruq ki, Yer kürəsinin heç bir guşəsində heç vaxt müharibələr ol-masın, bizim evimiz Qafqazda həmişə sülh, əmin-amanlıq bərqərar olsun, bunun naminə mümkün olan hər şeyi

edirik. Məsələn, Qafqazda Qarabağ problemi özünün beynəlxalq hüquq əsasında, sülh yolu ilə ədalətli həllini gözləyir.

Biz, din xadimləri Tanrıya güclü inam hissi ilə səylərimizi birləşdirməklə, şəksiz ki, Tanrı və xalq-larımız qarşısında öz müqəddəs bor-cumuzu layiqincə yerinə yetirəcəyik. Bizə kənardan qəbul etdirilən moizə və fətvalar yolverilməzdir. Allaha şükürlər olsun ki, son illər Birlik ölkələrində ruhanilərin sıraları yüksək təhsilli din xadimləri ilə genişlənib. Onlar xalq-larımızın maraqlarını nəzərə alaraq, öz ölkələrində müsəlmanları narahat edən bu və ya digər məsələyə dair fətva verə bilərlər. Bu işdə cihad, təkfir və xilafət məsələləri üzrə Qroznı İlahiyyat Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bildirmək istəyirəm ki, həm din xadimlərinin, həm də müsəlmanların borcu ekstremistlərin təhrikçi çağırışlarına və hərəkətlərinə layiqli cavab vermək, onların dövlətçiliyi məhv etmək, cəmiyyətdə barışmaz ixtilaflar ya-ratmaq, ailələrə fəlakət gətirmək və əzab çəkdirmək cəhdlərinin qarşısını qətiyyətlə almaqdır. Bu, həm Qafqaz Müsəlmanları İdarəsinin, həm Qafqaz Xalqları Ali Dini Şurasının, həm Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin, həm də regional struktur-ların, o cümlədən müfti Hacı Həzrətəli Dzasejev başda olmaqla Kabardin-Balkar Respublikası Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin əsas istiqamətidir”.

Tədbirdə digər çıxış edənlər noyabrın 14-16-da Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin əhəmiyyətinə toxunublar.

AZƏRTAC

Jakip Asanov: Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına və

məhkəmə təcrübəsinə xüsusi maraq göstəririkNoyabrın 26-da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Ali

Məhkəməsinin sədri Jakip Asanovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sədr R.Rzayev məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlər barədə məlumat verib, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdi-yini vurğulayıb. Məhkəmə sistemində ən yeni in-formasiya texnologiyalarından istifadə edildiyini, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığını diqqətə çatdıran Ali Məhkəmənin sədri beynəlxalq nüfuzlu hüquq təşkilatları ilə, xüsusən Avropa İnsan Hüquqları Məhkəməsi ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanov Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazası-na və məhkəmə təcrübəsinə xüsusi maraq göstərdiklərini ifadə edib. O, Azərbaycanda

mövcud qanunvericilik və məhkəmə-hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini söyləyib.

Sonra Ali Məhkəmənin hakimlərinin iştirakı ilə keçirilən görüşdə Qazaxıstan Respublikası Ali Məhkəməsinin fəaliyyəti ilə bağlı təqdimat olub. Tədbirdə inzibati icraat və inzibati pro-sessual hüququn islahatları, yeni inzibati hüququn tətbiqi və inkişafı ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunub, xüsusilə, inzibati məhkəmələrin fəaliyyəti və bu sahədə mövcud məhkəmə təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Qazaxıstanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar. Qazaxıstan Respublika-sı Ali Məhkəməsinin sədri Jakip Asanov Ali Məhkəmənin Xatirə kitabına ürək sözlərini yazıb.

NATO-nun Hərbi Komitəsinin sədri: Azərbaycan alyansın etibarlı tərəfdaşıdır

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Müdafiə naziri bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusu-nun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və ölkəmizin Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfəni qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan ge-neral-polkovnik Z.Həsənov NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb, alyan-sın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində aviasiya baş marşalı Ser Stüart Piiç Azərbaycanın alyansın etibarlı tərəfdaşı olduğunu qeyd edərək ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, alyansın bir çox proqramlarında

Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.

Aviasiya baş marşalı Ser Stüart Piiç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasın-da həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olun-ması məsələləri müzakirə edilib, həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.

Noyabrın 26-da Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, aviasiya baş marşalı Ser Stüart Piiçin başçılıq etdiyi

nümayəndə heyəti ilə görüşüb.

27 noyabr 2019-cu il, çərşənbə 7

Öncə onu xatırladım ki, ölkəmizin Birinci vitse-pre-zidenti Mehriban xanım Əliyevanın Moskvaya rəsmi səfəri Azərbaycan–Rusi-ya əməkdaşlığının daha da genişləndirilməsi üçün yeni im-kanlar yaradır. Bu barədə qələmə almaq istədiyim yazının əvvəlində zamanın insanlara verdiyi çoxsaylı dərslərdən bəhs edən bir kitabda oxuduğum ibrətamiz hadisəni xatırlatmaq istəyirəm. Müdrik ağsaqqal oğlundan so-ruşur ki, oğlun ( yəni ağsaqqalın nəvəsi) necədir? Deyir: Yaxşı-dır, sariban dostumdan xahiş etmişəm Hindistana gedəndə onu da aparsın ki, hind dilini öyrənə bilsin.

Müdrik bir qədər susduq-dan sonra soruşur ki, təknədən çörəyin, lampadan nöyütün qurta-randa kimdən istəyirsən?

Oğlu suala sualla cavab verir: – Kimdən istəyirsən?

– Əlbəttə, qonşundan. Ona görə də uşağa əvvəlcə qonşunun dilini öyrət, sonra başqa dilləri öyrənər...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya rəsmi səfəri barədə qəzetlərdə verilmiş materialları oxuyarkən, ilk növbədə, yadıma düşən bu oldu. Çünki Mehriban xanımın səfər çərçivəsində keçirdiyi tədbirlərin, demək olar ki, hamı-sında azərbaycanlıların rus dilinə verdiyi önəm və bəslədiyi hörmət yada salınırdı.

Mehriban Əliyevanın Rusi-ya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü, ona

hələ avqustun 13-də imzalanmış Prezident fərmanına əsasən təltif olunduğu “Dostluq” ordeninin təqdim edilməsi hər iki ölkənin mətbuatının diqqət mərkəzində oldu.

Dost ölkənin Prezidenti xatır-latdı ki, Mehriban Əliyeva əvvəllər Moskvada çox olsa da, bu dəfə yeni statusla – Birinci vitse-prezi-dent kimi gəlməsi xüsusilə qeyd edilməlidir: “Mən bilirəm ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var. Rusiya Federa-siyası hökumətinin sədri Dmitri Anatolyeviç Medvedev Sizinlə gö-rüşü barədə mənə artıq məruzə edib. Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz, demək olar ki, bütün istiqamətlər üzrə – parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq”.

“Yenidən Moskvada olmağı-ma çox şadam. Moskva mənim üçün yaxın, doğma şəhərdir,” – deyən Mehriban Əliyeva əlavə etdi ki, mənim tələbəlik illərim burada keçib: “Moskva hər dəfə göz oxşayır. Mənim Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyimə görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim Rusiya–Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə verilən yüksək qiymətdir”.

Azərbaycanın Birinci vitse-prezidenti xatırlatdı ki, Prezident

İlham Əliyev Rusiya–Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir: “Sizinlə İlham Heydər oğlu arasında müntəzəm görüşlər bizim ikitərəfli əlaqələrin çoxvektorluluğunu və dinamiz-mini müəyyən edir. Mən həm də Azərbaycan Respublikası Pre-zidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm”.

Təbii ki, Azərbaycan – Rusiya əməkdaşlığının siyasi, iqtisadi, elmi, texniki və digər sahələrinin

hamısında kifayət qədər uğurlara imza atılmışdır. Ancaq Mehriban xanım məhz xalqlarımızı bir-birinə yaxınlaşdıran məqamdan – hu-manitar əməkdaşlıqdan daha çox söz açdı: “Hesab edirəm ki, bu münasibətlər nümunəvidir…

Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universite-tinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universiteti-nin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Aka-demiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu-nun ikili magistr diplomları proqra-mının birgə həyata keçirilməsinə

başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icma-

sı ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir”.

Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində TASS agentliyinin Baş direktoru-nun birinci müavini Mixail Qusma-na TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində isə səfərinin ye-kunları barədə danışıldığına görə politoloq, ekspert və mətbuat təmsilçiləri həmin müsahibəyə çox böyük həssaslıqla yanaş-mışlar. Mehriban xanımın dilə

gətirdiyi “Ölkələrimizi möhkəm dostluq və mehriban qonşu-luq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz

arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir” – tezisləri isə dostlarımızı sevin-dirdiyi kimi, bədxahlarımız üçün ağır zərbə olmuşdur.

Müsahibədə qeyd edilir ki, Azərbaycanla Rusiyanı qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni im-kanlar yaradır. Xatırladılır ki, Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin 26 faiz artma-sı müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard

dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, isteh-sal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.

Birinci vitse-prezidentin müsahibəsinin finalı daha çox diqqət çəkir. Belə ki, Mehriban xanım həmin məqamda rəsmi, siyasi, diplomatik statusunu bir kənara qoyur və əsl Şərq xa-nımı, Azərbaycan qadını kimi xalqlarımıza sülh, əmin-amanlıq, xoş günlər arzulayır: “Mən həm Rusiya xalqına, həm də Azərbaycan xalqına, ilk növbədə, əlbəttə, sülh arzulamaq istəyirəm. Dövlətlərimizin uğurlu inkişafını, onların qarşısında duran planla-rın həyata keçməsini arzulamaq istəyirəm. Tamamilə adi insani istəklərimi –möhkəm cansağlığı, nurlu və xeyirli günlər arzulamaq istəyirəm. İstəyirəm ki, uğurlar kədərlərdən çox olsun!”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Azərbaycan – Rusiya əməkdaşlığı bu gün öz tarixi ərzində ən yüksək səviyyədədir

Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur... Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir.

Mehriban ƏLİYEVA Azərbaycanın Birinci vitse-prezidenti

Moskva, 22 noyabr 2019-cu il

Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni... Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox... Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk.

Vladimir PUTİN Rusiya Federasiyasının Prezidenti

Moskva, 22 noyabr 2019-cu il

Strateji tərəfdaşlığımız yeni mərhələyə daxil olub

Sonrakı illərdə isə Prezident İlham Əliyev bu prioritet xətti daim diqqət mərkəzində sax-layıb. Dövlətimizin başçısının bir müddət bun-dan əvvəl Prezident Vladimir Putinin dəvəti ilə “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında iştirak etməsi Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsinin göstəricisinə çevrilib. Xatırladım ki, müasir dünyanın ən aktual məsələlərinin müzakirə olunduğu həmin sessiya-dan əvvəl prezidentlər İlham Əliyevin və Vladimir Putinin görüşündə də əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi olub.

Azərbaycan–Rusiya əlaqələrinin hazır-kı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir. Bunu Prezident İlham Əliyev də “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında xüsusi olaraq qeyd edib. Vurğulayıb ki, Rusiya Prezidenti ilə intensiv görü-şür. Hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Həm Azərbaycan, həm də Rusiya tərəfi münasibətləri strateji xarakterli hesab edir.

Onu da qeyd edim ki, Rusiya tərəfinin Azərbaycanla yaxından əməkdaşlığa böyük əhəmiyyət verməsi heç də təsadüfi deyil. Çünki respublikamız Rusiyanın geosiyasi və geoiqti-sadi maraqlarına cavab verir. Rusiya regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycanın həlledici rolunu qəbul edir.

Azərbaycanın xarici siyasət kursunda da Rusi-ya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkənin Azərbaycan olduğu da məhz bununla əlaqədardır. Bütün bunların fonunda nəzərə almaq lazımdır ki, Azərbaycan–Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində xüsusi dinamiklik qazanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezi-denti Mehriban xanım Əliyevanın Rusiya Federa-siyasına rəsmi səfəri də qeyd edilən fikirlərin əyani ifadəsinə çevrilib. Mehriban xanım Əliyeva bəhs olunan səfər çərçivəsində keçirdiyi görüşlər zamanı Azərbaycanın Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verdiyi-ni xatırladaraq deyib: “Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin

siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dia-loq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər, demək olar ki, bütün sahələrdə münasibətlərin inki-şafına güclü impuls və dinamizm verir”.

Ölkələrimizin bir-birinə bağlanmasında huma-nitar əlaqələr də xüsusi rol oynayır. Azərbaycanda Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə yanaşılır. Respublikamızda rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanılıb. Hazırda 338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rusdilli bölmə var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir. Ali təhsil səviyyəsində də uğurlu əməkdaşlıq mövcuddur. Bakıda Lomonosov adına Moskva Dövlət Univer-sitetinin və Seçenov adına Birinci Mos kva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Mədəniyyət sahəsində daimi dialoq həyata keçirilir, mütəmadi olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. Artıq 25 ildir ki, irimiqyaslı mədəniyyət günləri layihəsi həyata keçirilir.

Turizmin inkişafında da müsbət dinamika nəzərə çarpır. Rusiyadan ölkəmizə səyahət edən turistlərin sayı getdikcə artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin daha da yüksələcəyi gözlənilir.

Məhz elə yuxarıda qeyd edilənlərin məntiqi nəticəsidir ki, hazırda Azərbaycanın mühüm tərəfdaşı olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığı yeni inkişaf mərhələsindədir. Qarşılıqlı siyasi, sosial-iqtisadi münasibətlər iki ölkənin birgə səyi ilə mühüm tədbirlərin, önəmli layihələrin uğurla reallaş-dırılmasına əlverişli imkan yaradır və yüksək göstəricilər əldə edilir.

Füzuli HACIYEV, tarix elmləri üzrə fəlsəfə doktoru

Azərbaycanla Rusiya arasında münasibətlər uzun bir tarixi dövrü əhatə edir. Azərbaycan və rus xalqlarını təkcə sərhədlər deyil, eyni zamanda, tarixi, siyasi-

iqtisadi, mədəni, sosial əlaqələr bir-birinə bağlayır. İki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyev önəmli rol oynayıb. Azərbaycanın yenidən müstəqilliyə qovuşduğu ilk illərdə ümummilli liderin səyi ilə münasibətlərdə yeni inkişaf mərhələsinin əsası qoyulub. Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri reallaşıb, bir çox mühüm məsələlər və sahələr üzrə hər iki dövlətin və xalqın milli, dövlətçilik maraqlarına cavab verən sazişlər, müqavilələr imzalanıb.

Bu fikirləri Milli Məclisin deputa-tı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi. Deputat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Mos kvaya rəsmi səfərinin iki ölkə arasındakı münasibətlərin daha da yax-şılaşdırılmasına öz töhfəsini verəcəyini dedi: “ Mehriban xanım Əliyevanın səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, Rusiya Federasiyası hökumətinin sədri Dmit-ri Medvedevlə, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşlərdə çox böyük, zəngin proqramın nəzərdə tutulduğu bəlli oldu.

Görüşlər zamanı ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, bütün istiqamətlər

üzrə – parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə mövzusu oldu. Söhbət zamanı cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsinin 26 faiz artdığı diqqətə çatdırıldı.

Prezident Vladimir Putinlə keçirilən görüş xüsusilə qeyd edilməlidir. Bu görüşdə iki ölkə arasındakı əməkdaşlığın getdikcə möhkəmləndirildiyi diqqətə çatdırıldı. Prezident Vladimir Putinin Mehriban xanım Əliyevaya “Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm” – deməsi bu görüşün böyük əhəmiyyət kəsb etməsindən xəbər verir.

İki ölkə arasında qarşılıqlı əlaqələrin yeni mərhələyə qədəm qoymasından söhbət açan Ç.Qənizadə öz fikrini Mehriban xanım Əliyevanın çıxışın-

dakı bir sıra məqamlarla əlaqələndirdi: “Birinci vitse-prezident Azərbaycan və Rusiya iqtisadiyyatlarının ən perspek-tivli sahələrini diqqətə çatdırdı. Turizm sahəsindəki göstəricilərdən söhbət açan Birinci vitse-prezident bu sahədə yaxşı göstəricilərin olduğunu bildirdi və Rusiya-dan Azərbaycana səyahət edən turistlərin sayının 900 minə çatdığını dedi. Bununla yanaşı, ölkəmizdə rus dilində təhsilin tam şəkildə qorunub saxlanıldığı, 338 məktəbdə tədrisin rus dilində aparıldığı, 14 ali məktəbdə rus dilində bölmələr olduğu, 50 məktəbdə Təhsil Nazirliyi tərəfindən rus dilinin intensiv tədrisi pilot layihəsinin uğurla həyata keçirildiyi barədə məlumat verildi. Ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət olduğu da diqqətə çatdırıldı. Lo-monosov adına Moskva Dövlət Universi-tetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının

Azərbaycanda uğurla fəaliyyət göstərildiyi nümunə kimi diqqətə çatdırıldı. Bu sahədə böyük potensialın mövcudluğunu bildirən Mehriban xanımın yaxın gələcəkdə iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə genişləndiriləcəyinə əminliyini ifadə etməsi ölkələrimizin və xalqlarımızın rifa-hına xidmət etməsindən xəbər verir”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valenti-na Matviyenkonun Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki X Azərbaycan – Rusiya Regionlararası Fo-rumunda iştiraklarının, sərgi çərçivəsində “Azərbaycan” pavilyonunun açılışının da çox əlamətdar hadisə kimi yadda qaldığını deyən Ç. Qənizadə bunu iki ölkə arasında mehriban qonşuluğun və tərəfdaşlığın təzahürü kimi dəyərləndirdi.

Ç.Qənizadənin fikrincə, səfər çərçivəsində ən yaddaqalan məqamın, təbii ki, Rusiya Federasiyası Preziden-tinin Azərbaycanın Birinci vitse-pre-zidenti Mehriban Əliyevanın Rusiya – Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haq-qında fərmanın oxunması və ali dövlət mükafatının təqdim edilməsi oldu. Rusiya Prezidenti qeyd etdi ki, Mehriban xanım Əliyevanın bu ali dövlət mükafatına layiq görülməsi dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanılması ilə əlaqədardır.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük hörmət var

Azərbaycanla Rusiya Federasiyası arasındakı münasibətlər qədim tarixə malikdir. Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra

münasibətlər getdikcə daha da yaxşılaşdırılıb. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, imzalanan sənədlər əməkdaşlığı daha da möhkəmləndirib. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. İki ölkə başçısı arasındakı mütəmadi görüşlərin keçirilməsi, demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir.

Əlaqələrin güclənməsi xalqlarımızın xeyrinədir –Mən bir ziyalı olaraq,

Moskvadakı müzakirələrin dövlətlərimiz və xalqlarımız üçün mühüm əhəmiyyət daşıdı-ğını düşünürəm. Hesab edirəm ki, Azərbaycan ilə Rusiya arasında əlaqələrin güclənməsi xalqlarımızın xeyrinədir.

Mehriban xanım Əliyeva Moskvada keçirdiyi görüşlər za-manı haqlı olaraq vurğuladı ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələrinə əsaslanır. İndi əsas məsələ bu əlaqələri daha da gücləndirməkdir.

Reallıq budur ki, bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Uğurlu iqtisadi əməkdaşlıq da öz real bəhrələrini verir. Hazırda Ru-

siya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur.

İki ölkə arasında qarşılıqlı investisiyaların həcmi ilbəil artır. Azərbaycanda Rusiya investisi-yalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna

sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya-ları 1,2 milyard dollar təşkil edir.

Xalqlarımız arasında mədəni əlaqələr də sürətlə inkişaf edir. Bu il noyabrın 23-də Moskvada-kı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan”

pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi oldu. Tədbirdə Birinci vitse-prezident Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak etdilər.

Mən həmin pavilyonu yaxşı

xatırlayıram. Yadımdadır, 1980-ci illərin əvvəllərində Mos kvada aspirant olarkən tez-tez dostla-rımla həmin pavilyonu ziyarət edərdim. Sevinirəm ki, milli pa-vilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, me-marlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.

Təbii ki, pavilyon bərpa və yenidənqurmadan son-ra daha gözəl, rəngarəng və cəlbedici olub. Ən başlıca-sı, “Azərbaycan” pavilyonu ölkəmizin müstəqillik illərində əldə etdiyi möhtəşəm uğurları əks etdirəcək.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Moskvaya rəsmi səfər edərək orada bir sıra mühüm görüşlər keçirib. Rusiya paytaxtında yüksək səviyyədə aparılan səmimi və işgüzar müzakirələr ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru İlham Mazanlı bu barədə fikir və düşüncələrini bizimlə bölüşərkən dedi:

27 noyabr 2019-cu il, çərşənbə8Bakıda Beynəlxalq Onkoginekologiya Konfransı keçirilib

Noyabrın 26-da Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) Beynəlxalq Onkoginekologiya

Konfransı keçirilib.

Konfransda Türkiyə, Rusiya və Polşadan olan onkoginekoloji xəstəliklər üzrə mütəxəssislər, həmçinin respublikamızın müxtəlif tibbi qurumlarının həkim və mütəxəssisləri iştirak ediblər.

Beynəlxalq konfransı giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açıb. O, Milli Onkologiya Mərkəzi və onun onkoginekologiya şöbəsində görülən işlər, müxtəlif elmi tədqiqat və praktik fəaliyyət sahəsində əldə edilən nailiyyətlər barədə iştirakçılara qısa məlumat verib, konfransın işinə uğurlar arzulayıb. Akademik Cəmil Əliyev onkologiya sahəsində beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafındaki yüksək səmərəli fəaliyyətlərinə görə Türkiyə Ginekologiya və Mamalıq Cəmiyyətinin prezidenti, İstanbul Mədəniyyət Universiteti ginekologiya və mamalıq şöbəsinin rəhbəri, professor Ateş Karatekə, Rusiya Federasiyası Genital Neoplagiya Assosiasiyasının vitse-prezidenti, tibb elmləri doktoru, professor Svetlana Roqovskayaya, Avropa

Ginekoloji Onkologiya Cəmiyyətinin nümayəndəsi, Polşanın Bialistok Tibb Universiteti ginekologiya və ginekoloji onkologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru Pavel Knappa, Türkiyənin Giresun Universiteti ginekologiya və mamalıq kafedrasının dosenti Məlahət Ataseverə təşəkkür diplomları təqdim edib.

Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənən konfransın açılışında ESGO-nun prezidenti, Bordonun Bergoniye İnstitutunun Xərçəng Mərkəzinin (Fransa) professoru Denis Querleu iştirakçılara video vasitəsilə müraciət edib, konfransın iştirakçılarına səmərəli iş arzulayıb.

Tədbirdə çıxış edən tibb elmləri doktoru, professor Svetlana Roqovskaya Milli Onkologiya Mərkəzinin təkcə Azərbaycan əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisə olduğunu diqqətə çatdırıb. O, akademik Cəmil Əliyevə Milli Onkologiya Mərkəzinin Azərbaycanda

göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə beynəlxalq qurum adından təşəkkür diplomunu təqdim edib.

Öz çıxışlarında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova və Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova qeyd ediblər ki, hazırda bütün onkoloji xəstəliklərin, o cümlədən uşaqlıq boynu xərçənginin erkən aşkar edilməsi və müalicəsi müasir tibbin qarşısında duran əsas istiqamətlərdən biridir. Bildirilib ki, xərçəng xəstəliyi bəşəriyyətin böyük bəlasıdır və hər il dünyada

7 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. Diqqətə çatdırılıb ki, xərçəng xəstəliyi hər zaman aktual olub, bu gün də bu aktuallıq azalmayıb. Bu, elə bir xəstəlikdir ki, yaşından, milliyyətindən asılı olmayaraq hər kəsdə rast gəlinə bilər.

Uzun müddətdir ki, xərçəngdən əziyyət çəkən respublikanın Əməkdar artisti Tünzalə Əliyeva cərrahiyyə əməliyyatının uğurla keçdiyinə görə MOM-un baş direktoru, akademik Cəmil Əliyevə və əməliyyat edən həkimlərə təşəkkürünü bildirib.

Konfransda professor Ateş Karateke “Uşaqlıq boynu xərçənginin erkən mərhələsinin müalicə taktikası” mövzusunda, professor Svetlana Roqovskaya “İnsan

papilloma virusu: müasir yanaşma”, tibb elmləri doktoru Pavel Knapp “Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin (ESGO) uşaqlıq boynu xərçənginin diaqnostika və müalicəsində təklif etdiyi standartlar”, dosent Məlahət Atasever “Hamiləlik zamanı uşaqlıq boynu xərçənginə yanaşma”, Azərbaycan Milli Onkologiya Mərkəzinin onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyev “Milli Onkologiya Mərkəzində uşaqlıq boynu xərçənginin müalicə təcrübəsi” və digər mütəxəssislər onkoginekoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış ediblər.

Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 10 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, noyabrın 27-də Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” çərçivəsində mütəxəssislərin iştirakı ilə “Uşaqlıq boynu xərçənginin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda dəyirmi masa keçiriləcək, onkoginekologiya üzrə müxtəlif müzakirələr aparılacaq.

AZƏRTAC

Azərbaycan nümayəndə heyəti Kabardin-Balkar

Respublikasının başçısı ilə görüşüb

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qafqaz və Azərbaycan xalqları arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu qeyd edib: “Bizi birləşdirən ortaq dəyərlərdən biri faşizmə qarşı birgə mübarizə aparmağımız olub. Təəssüf ki, bu gün də faşizmi yaşadan qüvvələr var. Hazır-da bəzi yerlərdə insanlara zülm edən Qaregin Njdeyə abidə qoyulur. Bu cür hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq”.

Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitinə toxunan QMİ sədri həmin tədbirdə Rusiyadan, o cümlədən Qafqaz regionundan nümayəndələrin iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.

Kazbek Kokov Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Şeyxülislam Allahşükür Paşazadənin Qafqazda dinlər və millətlər ara-sındakı münasibətlərin möhkəmləndirilməsində

xidmətlərindən danışıb. Vurğulayıb ki, atası, Kabardin-Balkar Respublikasının əvvəlki baş-çısı Valeri Kokov ilə ulu öndər Heydər Əliyevin sıx dostluq əlaqələri olub və bu gün Prezident İlham Əliyev bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində oldu-ğunu, beynəlxalq müstəvidə də uğurla inkişaf etdiyini bildirib. Əli Həsənov, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezi-denti Mehriban Əliyevanın Rusiya Federasiyası-na rəsmi səfərinin və burada keçirdiyi görüşlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.

AZƏRTAC

Azərbaycan nümayəndə heyəti noyabrın 26-da Nalçik şəhərində Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov ilə görüşüb.

Ağdamda keçirilən konfransda pozucu qüvvələrin fəaliyyəti və onlara qarşı mübarizə tədbirlərindən bəhs olunub

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Konfransın əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

DTX BATM-in rəisi Rəşad Camalov tədbiri açaraq, konfransın məqsədi və mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolunun əhəmiyyətindən danışmaq və gənc nəslin azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunmasıdır. Odur ki, mütəmadi olaraq respublikamızın müxtəlif regionlarda belə tədbirlər keçirilir.

Məlumat verilib ki, BATM-in əsas məqsədi beynəlxalq terrorçuluq və onun müxtəlif təzahür forma-larına qarşı mübarizə, eləcə də təhlükəsizliyimizin digər aspektlərinə dair kurslar, seminarlar, konfranslar

və təlimlər təşkil etməklə, bu sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsinin artırılması və ictimaiyyətin maarifləndirilməsidir.

Tədbirdə DTX-nin əməkdaşı Tural Məmmədovun “Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti. Terrorçuluğa qarşı mübarizədə gənc nəslin maarifləndirilməsi” mövzusunda geniş məruzəsi dinlənilib. Məruzəçi slaydlardan istifadə etməklə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti, həmçinin onlara qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı bəhs edib.

Konfransda terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya anlayışı barədə tədbir iştirakçılarına geniş məlumat verilib, cəbhə bölgəsində yaşayan sakinlərin informasiya

təhlükəsizliyinə daha ciddi əməl etmələri üçün maarifləndirmə işinin vacibliyi vurğulanıb. Vətəndaşların mobil telefon danışıqlarında və sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmalarının, hərbi xarakterli məlumatların müzakirə edilməsinin yol verilməzliyinin, milli maraqlara zidd fəaliyyətlə bağlı şübhəli hallarda müvafiq qurumlara müraciət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı kəşfiyyat-pozuculuq, terror-təxribat fəaliyyətindən bəhs edən “Heç vaxt gec deyil” adlı sənədli filmi nümayiş olunub.

Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə “Xarici xüsusi

xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gənc nəslin maarifləndirilməsi” mövzularında konfrans keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Ağstafalı gənclərlə görüş

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Nizaməddin Qu-liyev çıxış edərək deyib ki, gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumu və burada ulu öndər Heydər Əliyevin gənclərlə görüşü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quru-culuğu prosesinin uğurla həyata keçirilməsi, vahid gənclər siyasətinin işlənib hazırlanmasının vacib-liyini ortaya qoydu və aidiyyatı dövlət strukturları qarşısında konkret vəzifələr müəyyənləşdirildi. Bu vəzifələr Azərbaycan dövlətinin gənclər siyasətinin düzgün icrasından, yüksək vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasından, idmanın inki-şafından, Azərbaycanın qüdrətli dövlətə cevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi və bütün bunlar üçün sosial-iqtisa-di şəraitin yaradılması, gənclərin dünyaya inteqra-siyası və hərbi-vətənpərvərlik tərbiyəsindən ibarət idi.

Nizaməddin Quliyev qeyd etdi ki, gənclər siyasətinin Ağstafa rayonunda icrasının təmin olunması, rayon gənclərinin hərbi-vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, milli-mənəvi və ümumbəşəri ruhda tərbiyə olunması, gənclərin məşğulluğunun təmin edilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakını təmin etmək, onların işlə təmin olunması, asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya və QİÇS-in

profilaktikası, gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq sahəsində mütəmadi olaraq aidiyyatı qurumlarla bir çox tədbirlərin həyata keçirilməsinə nail olunmuş-dur.

RİH başçısı daha sonra Gənclər Mərkəzinin və Peintibol Atıcılıq Mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə aidiyyəti üzrə müvafiq qurumlara tapşırıqlarını verib.

Rayondakı vakant yerləri haqqında da məlumat verilib. Gənclərin bir çoxu elan edilən iş yerlərinə maraq göstərdiklərini bildirib və yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Feruz Həsənov, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Elvin İmaməliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, YAP Ağstafa rayon təşkilatının məsləhətçisi Aytən Məmmədli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi Nazim Çələbiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra ictimai-siyasi fəaliyyətlərində fərqlənən bir qrup gəncə rayon icra hakimiyyətinin Fəxri fərmanı təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağstafa rayon gənclərinin müraciəti oxunub.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Əlilliyi olanlar üçün incəsənət məktəbi fəaliyyət göstərir

Məktəb BMT İnkişaf Proqramının, BMT Əhali Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “Əlilliyi olan Qadın-ların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılıb.

Məktəbə cəlb olunanlar əsasən sağlamlıq imkan-ları məhdud gənclərdir. Burada onlara incəsənətin müxtəlif növləri üzrə dərslər, o cümlədən rəsm, ağac üzərində oyma və s. dərslər keçirilir, yaradı-cılıq qabiliyyətləri inkişaf etdirilir. Bu məqsədlə

məktəbdə təcrübəli müəllimlər çalışırlar. Layihə çərçivəsində əlilliyi olan şəxslər dərslər üçün lazımi ləvazimatlarla da təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri bu günlərdə incəsənət məktəbində olub, burada aparılan işlərə baxış keçiriblər. Məktəbdə əlilliyi olan şəxslərlə görüş zamanı burada hazırlanan əl işlərindən ibarət gələcəkdə sərgi və satış yarmarkalarının da təşkil ediləcəyi bildirilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Ağstafada Rayon İcra Hakimiyyəti başçısının gənclərlə görüşü olub. Tədbir iştirakçıları görüşdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, rəsm sərgisi ilə tanış olmuşlar.

Cari il noyabrın əvvəlindən Bakıda əlilliyi olan şəxslər üçün onların sosial inteqrasiyasına dəstək və cəmiyyətdə inklüzivliyi təşviq etmək məqsədi daşıyan incəsənət məktəbi fəaliyyət göstərir.

Bu fikirləri bizimlə söhbətdə Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirdi. Qeyd etdi ki, hər bir ölkədə müxalifətin olması demokratik prinsiplərə sadiqliyin nümunəsidir. Müxalifət öz dövlətinə qənim kəsilməməlidir. Azərbaycan da dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik ənənələrə sadiq qalacağını bəyan etdi: “ Ancaq demokratiyanın nə olduğunu dərk edə bilməyənlər və bundan öz məqsədləri üçün sui-istifadə edənlər xalqın taleyüklü məsələlərini arxa plana keçirdilər və öz şəxsi mənafelərini reallaşdırmaq üçün minbir oyundan çıxdılar.

Möhtərəm Prezidentimiz İlham Əliyev də Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdəki nitqində bu məsələyə xüsusi önəm verdi: “Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı.

Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb – bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi? İndi bunu təsəvvür etmək çətindir ki, – bağışlayın sözümə görə – belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Baş nazir, – o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu, Baş nazir idi”.

Parlamentin sədrinin elmi işçi olduğunu, on bir il

aspiranturada oxuduğunu, hətta dissertasiyanı müdafiə edə bilmədiyini diqqətə çatdıran dövlətimizin başçısı savadsız parlament sədrindən, ixtisasca fizika müəllimi olan, heç bir xarici dil bilməyən xarici işlər nazirindən, riyaziyyat müəllimi olan müdafiə nazirindən, daxili işlər nazirinin mühafizəçiləri ilə gəlib jurnalisti döyməsi və bundan fərəhlənməsindən söhbət açdı. Dedi ki, belələrindən bundan artıq nə gözləmək olardı”?

AXC–Müsavat iqtidarının yarıtmaz fəaliyyətinin təkcə bununla kifayətlənmədiyini vurğulayan dövlətimizin başçısı, hətta bəzilərinin o vaxt öz partiya himayədarlarını satdığını, sonra Xalq Cəbhəsinə qoşulduğunu, hətta öz lideri Əbülfəz Elçibəyi də çıxılmaz vəziyyətə qoyduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Deputat deidi ki, əgər ulu öndər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtmasaydı, dövlət müstəqilliyini yenicə bərpa etmiş respublikamız dağılacaqdı. Dövlətimizin başçısının dediyi kimi, bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki, qaçıb gizlənmişdilər. Müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi, yenə də yarımçıq qalacaqdı.

M.İbrahimqızı vurğuladı ki, Heydər Əliyevin hakimiyyətə gəlməsini tarixi hadisə adlandıran dövlətimizin başçısı bir daha bəyan etdi ki, bu gün biz ulu öndərin yolu ilə gedirik. Onun yürütdüyü siyasət yaşayır və Azərbaycanı daha yüksək zirvələrə doğru aparır.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Bakı Limanı saziş imzalayıb

Bakı Beynəlxalq Dəniz Ticarət Lima-nından verilən məlumata görə, imzalama mərasimində Avstriyanın Nəqliyyat, İnnova-siya və Texnologiya Federal naziri Andreas Reyxard və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər. Sazişə əsasən, tərəflər Avropada Orta Dəhlizi təşviq edəcək və Avropadakı mövcud yük şəbəkələri, eyni zamanda, logistika mərkəzləri arasındakı əlaqələri gücləndirəcəklər.

Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri Andreas Reyxard bildirib ki, bu gün imzalanan saziş, “ÖBB Rail Cargo Group”un Orta Asiya və Çinə doğru genişlənməsinin yeni bir strateji təşəbbüsüdür: “Bakı Limanı isə bu təşəbbüsün inkişafında əsas rol oynayacaq. Qısa zaman kəsiyində sözügedən marşrutun yüklərin daşınması vaxtı və həcmi baxımın-dan çox səmərəli olacağını gözləyirik”.

Bakı Limanının baş direktoru Taleh Ziyadov qeyd edib ki, imzalanmış sa-ziş Qərbdən Şərqə doğru Avropanın ən

mühüm nəqliyyat qovşaqlarından olan Niderlandın Venlo şəhərindən və Almani-yadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələdir.

Avrasiya qitəsinin mərkəzində yerləşən Bakı Limanı Avropa İttifaqı, Orta Asiya və Çin arasında təbii körpü rolunu oynayır. Son 10 ildə Avropa İttifaqı ölkələrindən Çinə ixrac üç dəfə artıb və bu da, öz növbəsində, Çini Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşı edir, eyni zamanda, Bakı Limanı və Orta Dəhliz, eləcə də “ÖBB Rail Cargo Group” və “Cabooter Group” kimi Avropanın aparıcı nəqliyyat və logistika şirkətləri üçün də geniş imkanlar yaradır.

Avropada bir çox filialı, 8 500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində

dövriyyəsi olan “ÖBB Rail Cargo Group”, Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir. Avropada və Asiya-dan kənarda, ölkə daxilində geniş logistika şəbəkəsini idarə edir. Şirkət hər il 474 milyon sərnişini və 113 milyon ton məhsulu təyinat yerinə çatdırır.

Günün sonunda Azərbaycanın Vyana-dakı səfirliyində Qafqaza, Orta Asiya və Çinə doğru genişlənməyi özünə hədəf qoyan Avstriyanın qabaqcıl logistika şirkətləri ilə görüş keçirilib. Görüş zamanı Bakı Lima-nı da daxil olmaqla, Orta Dəhliz boyunca logistika və paylama mərkəzlərinin daha da inkişaf etdirilməsi məsələsi ətraflı şəkildə müzakirə olunub.

“Xalq qəzeti”

“X Rusiya-Azərbaycan regionlararası forumu ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir”

S. Markov deyib: – “Biznes və regionların nümayəndələri üçün vacib olan odur ki, bu tədbirlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko kimi ali dövlət nümayəndələri iştirak ediblər. Bundan əvvəl isə forum-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev də iştirak ediblər. Ali dövlət xadimləri hökumətlərin əsas iş prioritetlərini formalaşdırdı-

ğı üçün, biznes dairələrinə ikitərəfli əməkdaşlığı hansı istiqamətdə inkişaf etdirməyin perspektivlərini anlamaq daha asan olur”.

Ekspert qeyd edib ki, Rusiya və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı genişləndirir: “Bu gün onlar arasında prioritet Xəzər dənizinin ehtiyatla-rının işlənməsi, eləcə də “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılma-sı və hərbi-texniki sahədə əməkdaşlıqdır. Məlumdur ki, Rusiya Azərbaycana çoxlu

müasir silah satır. Bundan başqa, enerji daşıyıcılarının hasilatı və nəqli sahəsində əməkdaşlıq fəal inkişaf edir. Rusiya və Azərbaycan Türkiyə ərazisindən Avro-pa İttifaqı bazarlarına qaz tədarük edir. Ona görə də, həm Rusiya, həm də Azərbaycan qaz ixracı baza-rında rəqiblərin olmamasında maraqlıdır ki, əməkdaşlıq hesabına öz mənfəətlərini artırsınlar”.

S.Markov vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında ticarət artımı

nəzərəçarpacaq dərəcədədir və 2018-ci ildə 18 faiz, 2019-cu ildə 26 faiz artım çox gözəl nəticədir: “Bura-da qarşılıqlı neft və elekt-rik enerjisi satınalmaları əhəmiyyət daşıyır. Rusiya ba-zarında Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbat var, Rusiya isteh-lakçısı üçün, həmçinin Azərbaycanın turizm potensialı çox maraqlıdır. Böyük ehtimalla, 2019-cu ilin yekunlarına əsasən, Azərbaycana gələn rusiyalı turistlərin sayı bir milyonu keçəcək”.

Ekspert əlavə edib ki, Azərbaycan hər zaman bütün beynəlxalq layihələrdə Rusiyanı dəstəkləyir: “Ru-siya isə həmişə Azərbaycan üçün vacib olan layihələri dəstəkləyir. Fikrimcə, Rusiya ilə Azərbaycan arasında bu cür əməkdaşlıq inkişaf edəcək, çünki bu-nun əsasında maraqların ziddiyyətsizliyi və ölkə liderlərinin, prezidentlər Vladimir Putinin və İlham Əliyevin gözəl münasibəti, xalqların, eləcə də diaspora-ların yaxınlığı dayanır. Rusiya və Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində də əməkdaşlıq edir”.

“Xalq qəzeti”

27 noyabr 2019-cu il, çərşənbə 9

“Əli İnsanov korrupsiya və rüşvətxorluğa görə həbs edilmiş adamdır, indi hansı üzlə xalqa xidmət edəcəyini deyir?”

Digər tərəfdən, onların yaratdığı hələ partiya deyil, təşkilat komitəsidir, partiya kimi fəaliyyəti də hələ sual al-tındadır. Adından da görünür ki, bu, mənasız və primitiv düşüncənin məhsuludur. Təşkilat komitəsinin üzvləri də cəmiyyətdə tanınan və nüfuzu olan insanlar deyil. Onlar birdəfəlik anlamalı-dırlar ki, Azərbaycan xalqı

Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ona görə də bu cür partiyaların yaradılması mənasızdır”.

Deputat vurğulayıb ki, insanlar ya liderlər, ya da ideyalar ətrafında birləşir. Əli İnsanovda isə nə liderlik, nə də yeni bir ideya var: “Bu mənada, onun yaratmaq istədiyi partiyanın hər hansı bir əhəmiyyət kəsb edəcəyini

düşünmürəm. Digər tərəfdən, Əli İnsanov korrupsiya və rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui istifadə etdiyinə görə həbs edilmiş adamdır, indi hansı üzlə gəlib xalqa xidmət edəcəyini deyir? Bütün bunlar sadəcə siyasi şoudur”.

“Xalq qəzeti”

“Azərbaycanın qeyri-neft ixracında informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır”

Ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın yüksəlsə də, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır.

Qasımlı qeyd edib ki, interne-tin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satış-larda elektron ticarətin payı dünya trendinə əsasən, təqribən 7 faiz ola bilər: “Hazırda İqtisadi İslahatların

Təhlili və Kommunikasiya Mərkəzi “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini aparır. Proqram-da elektron ticarət rəqəmsal ekosis-temin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət plat-formaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizmi-nin təkmilləşdirilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə,

Azərbaycanda e-ticarətin lideri Azexport.az portalı sahibkarlar üçün “ixrac çekap”ı nəzərdə tutur. “Azex-port” portalı “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub.

V.Qasımlı qeyd edib ki, Azexport “Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan məhsullarına daha çox axtarış veril-diyini görməkdə marketinq alətidir. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb: “Azex-port.az portalının tərkib hissəsi kimi fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı həm yerli, həm də xarici iş adamlarının rəqəmsal iqtisadiyyata töhfəsini stimullaşdırır. Post-industrial dövrdə dünyada xidmətlərlə ticarət geniş vüsət alır. Azexport.az portalı yaradıcı və mədəniyyət sənayeləri (musiqi,

rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) məhsullarının ixracına başlayıb. Bunun üçün Azexport.az portalı bu sahədə ixtisaslaşan etsy.com, kickstarter.com, amazon kindle, Apple Music, Itunes, Google Play və Sotheby’s auksion evi ilə əməkdaşlıq edir. Azərbaycanın qeyri-neft ixra-cında informasiya və rabitə texnolo-giyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən artıq inkişaf edib. 2019-cu ilin yanvar-sentyabr ayla-rında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur”.

“Xalq qəzeti”

Rusiyalı ekspert Sergey Markov bildirib ki, onuncu Rusiya–Azərbaycan regionlararası forumu ikitərəfli münasibətlərin inkişafı

üçün böyük əhəmiyyət kəsb edir. Ekspertin sözlərinə görə, bu cür forumlar müxtəlif regionlar və biznes strukturları arasında yeni layihələrin yaradılmasının baş verdiyi bir məkandır. Xüsusilə, bu forumda yük avtomobillərinin tədarükü, kənd təsərrüfatı məhsullarının mübadiləsi və digər layihələr müzakirə olundu.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avstri-yanın “ÖBB Rail Cargo

Group”u və Niderlandın “Ca-booter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marş-rutu (Middle Corridor- Orta Dəhliz) vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük da-şımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalanıb.

Bakıda keçirilən “World E-Commerce Forum Eurasia Baku 2019” konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, dünyada elektron ticarətin həcmi 2022-ci ildə 3,53 trilyon dollardan 6,54 trilyon dollara çatacaq.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, 3-5 nəfərin korrupsioner Əli İnsanovun ətrafında topla-şaraq partiya yaratmaq cəhdi önəmsiz məsələdir.

Bu insanların cəmiyyətdə heç bir nüfuzları yoxdur, heç kim onları tanımır. Musa Quliyev qeyd edib ki, Əli İnsanovun partiyası indidən məhvə məhkumdur: “Əli İnsanov həbsdən çıxanda radikallar süni ajiotaj yaratmaq istədilər ki, İnsanov gəlir, güclənəcək, ətrafına adamlar yığılacaq, ancaq sonra məlum oldu ki, bunlar hamısı boş xülyalardır. Əli İnsanovun dövrü artıq keçib. O, özü də bunu dərk etməlidir.

Hər bir ölkədə müxalifətin olması, onlara öz fəaliyyətlərini azad və sərbəst şəkildə təşkil etmək üçün şəraitin yaradılması müstəqil dövlətlərdə demokratiyanın təzahürüdür. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqillik yoluna qədəm qoysa da, hakimiyyəti qeyri-sivil yolla ələ keçirən AXC-Müsavat iqtidarı daxili vəziyyəti getdikcə gərginləşdirdi. Hətta vəziyyət silahlı qarşıdurmaya qədər gəlib çıxdı. Ölkədə yaranmış hakimiyyətsizlikdən və anarxiyadan istifadə edən daxili düşmənlərimiz öz çirkin niyyətlərini asanlıqla həyata keçirməyə başladılar. Nəticədə torpaqlarımızın bir hissəsi erməni qəsbkarları tərəfindən işğal edildi.

Vətəndaş rifahının təminatı prinsipi ÖN CƏRGƏDƏ DAYANIR

Buna qədər isə möhtərəm Prezi-dentimizin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, öl-müş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə öl-müş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı xüsusi qeyd edilməlidir. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edil-miş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verildi. Dövlətimizin başçısı bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir qətiyyətli addım atdı. Bu fərmanla 800 mindən çox insanın problemi aradan qaldırıldı.

Prezidentimiz bu ilin əvvəlində şəhid ailələri ilə görüşü zamanı

müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət və qay-ğı göstərildiyini vurğuladı. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikildiyini diqqətə çatdıran ölkə başçısı təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verildiyini bildir-di. Həmin prosesin bu il də davam etdiriləcəyini vurğulayan Prezident şəhid ailələrinə dövlət tərəfindən göstərilən dəstək barədə də məlumat verdi. Qeyd etdi ki, bu günə qədər 6650 şəhid ailəsinə mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Bütün bunlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində atılan addımların yalnız bir hissəsidir. Bu qayğı dünyanın heç bir ölkəsində hələ bu cür yüksək səviyyəyə çatmayıb.

2019-cu ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar sıra-sında minimum əməkhaqqı və mi-nimum pensiyanın artımı xüsusilə yadda qalandır. Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif

sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda mini-mum əməkhaqqının məbləği 93 faiz artırılıb.

Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılma-sı təmin edildi. Xatırladaq ki, bundan əvvəl dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın mini-mum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırıl-mışdı. Bu artım, ümumilikdə, 233 min pensiyaçını əhatə edib.

Bunlar hələ son hədd deyil. Çünki bu il aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilərək 2 yeni təqaüd növü – sağlamlıq imkanları məhdud uşaqla-ra və I dərəcə əlilliyi olan şəxslərə qul-luq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub.

Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunması, sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 min əlilliyi olan şəxsdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaş-dırıb.

Bütün bunlar bir daha təsdiqləyir ki, sosial siyasətin mərkəzində vətəndaş rifahının təminatı dayanır.

Səhər İSMAYILOVA, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı

Aparatının sektor müdiri

P rezident İlham Əliyevin sosial siyasətinin mərkəzində, ilk növbədə, əhalinin güzəranının

yüksəldilməsi, vətəndaş rifahının təminatı prinsipi dayanır. Ölkə baş-çısının bu il ərzində təqdim etdiyi iki sosial paket aztəminatlı ailələrin və sağlamlıq imkanları məhdud insan-ların rifahının yüksəldilməsində əhəmiyyətli rol oynadı.

Müxalifət öz xalqına qənim kəsilməməlidir

27 noyabr 2019-cu il, çərşənbə10Humanist və demokratik nəzəriyyə, yaxud

ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Yəni, onsuz humanizm, yüksək

fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Azərbaycandakı mövcud tolerant-lığın kökü qədim dövrlərə gedib çıxır. Bu məmləkətdə əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılarla – Azərbaycan türkləri ilə yanaşı, talışlar, tatlar, tatarlar, ləzgilər, avarlar, yəhudilər, udilər, saxurlar, xınalıqlılar, qrızlar, buduqlar, ruslar, kürdlər və sair kimi milli və etnik azlıqlar əsrlərboyu mehribancasına, dinc – yanaşı ya-şamışlar. Azsaylı xalqların folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmiş-dir. Tarixə və Azərbaycanın klassik şairlərinin əsərlərinə nəzər salsaq Azərbaycanda multikulturalizm və to-lerantlığın kökünün nə qədər dərinlərə getdiyinin şahidi olarıq. Dahi Nizami Gəncəvinin bir çox əsərlərinin baş qəhrəmanları digər inanc sahibləri və başqa xalqların nümayəndələridirlər. “Xosrov və Şirin” poemasında Xosrov atəşpərəst, Şirin isə xristian əsillidir. Yaxud dahi şair “Yeddi gözəl” po-emasında dünyanın yeddi iqlimdən və yeddi xalqın nümayəndəsindən ibarət yeddi şahzadə gözəlin təsvirini vermişdir. Belə faktları çox sadalamaq olar. Elə buna görədir ki, Azərbaycan müasir dövrümüzdə dünyanın ən əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur.

Azərbaycanda multikulturalizm siyasətinin əsasının qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin tarixi irsinin qorunub saxlanılması, xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün ümummilli lider geniş hüquqi bazanın yaradıl-masını daim diqqətdə saxlayıb. Məhz bunun nəticəsidir ki, vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Kons-titusiyamızda, daha geniş formada isə “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Konstitu-siyamızın 48-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir.

Müasir Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizmin inkişafına Azərbaycan Respublikası-nın Prezidenti cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm

Mərkəzinin yaradılması və bu siyasətin davamı kimi 2016-cı ilin “Multikultu-ralizm ili” elan edilməsi mühüm töhfə olmuşdur. Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına evsahibliyi etdi. 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bu illərdə Avropa və İslam dövlətlərinin idmançıları-nın eyni şəhərdə keçirilən oyunlarda iştirak etmələri Azərbaycanın xarici

siyasətində multikulturalizmin dünya dövlətləri ilə münasibətində göstərdiyi dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq nümunəsi idi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakıda 2016-cı ildə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda söylədiyi dərin məzmunlu nitqində qətiyyətlə bildir-mişdi ki, multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikul-turalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bu il noyabrın 14-15-də Bakıda keçirilən Dünya dini

liderlərinin II sammitində Prezident İlham Əliyev və Birinci vitse-pre-zident Mehriban Əliyevanın iştirakı Azərbaycanın multikulturalizmlə bağlı siyasi mövqeyini və ideoloji hədəflərini qabarıq şəkildə ortaya qoyur. 2011-ci ildən başlayaraq Azərbaycan Respubli-kasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurası-nın Şimal-Cənub Mərkəzi, İSESKO və BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.

Multikulturalizmin müxtəlif modelləri – ABŞ, İsveç, Avstraliya,

Kanada modeli olmasına bax-mayaraq, Azərbaycanın təqdim etdiyi model dünyanın mütərəqqi dövlətləri tərəfindən rəğbətlə qar-şılanır və nümunə göstərilir. Ölkə Prezidentinin 2014-cü ildə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də fəaliyyəti məqsədyönlü oldu. Bu mərkəz ilin əvvəlindən indiyə qədər bir çox xarici ölkədə, o cümlədən İtaliyada, Portuqaliyada, Almaniyada, Rusiyada, Gürcüstan-da, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin Azərbaycan universitetlərində “Azərbaycan multi-kulturalizmi” fənninin tədrisini həyata keçirir.

Multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olması-nın mühüm təzahürlərindən biri burada dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olması özünü ilk növbədə dörd əsas məqamda göstərir: ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında.

2019-cu il mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan

multikulturalizminin banisi ümum-milli lider Heydər Əliyevin ana-dan olmasının 96-cı ildönümünə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasının 5 illiyinə həsr edilmiş tədbir keçirilərkən dövlət nümayəndə heyətinin üzvləri multikulturalizmin inkişaf yolları haq-qında müxtəlif fikirlər səsləndirmişlər. Bu tədbirdə əsas diqqət çəkən BBMM-in ABŞ nümayəndəliyinin rəhbəri Janna Skotun multikulturalizmin etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini və bunun təqdirəlayiq olduğunu bildirməsi, BBMM-in Mol-dova Nümayəndəliyinin rəhbəri Au-

relia Qriqoriunun multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu qeyd etməsi və bu siyasətin alterna-tivsizliyini Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, müdrik siyasəti ilə göstərməsi və digər müsbət fikirlərdir.

Bu gün Azərbaycan dünya birliyinin nüfuzlu üzvünə çevrilmiş-dir, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Olduqca qısa zamanda, 25 il içərisində biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmu-şuq.

Təəssüf ki, dövlətçiliyimizin yaranması zamanı qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü do-minant amil olmuşdur. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu, belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir. Lakin həmin təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir.

Nəinki Azərbaycanın Dağlıq Qara-bağ bölgəsi, hətta Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayon da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıq-dır ki, işğal altındadır. İşğal edilmiş ərazilərimizdə hər şey dağıdılmışdır. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmiş və onlar dəhşətli hesabatlar təqdim etmişlər. Bütün tikililərimiz, tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılmış vəziyyətdədir. Burada, Bakının mərkəzində erməni kilsəsinin necə qorunduğu hamıya məlumdur. Erməni kilsəsi bərpa edilmiş və ilk gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim bütün məscidlərimiz viran edilmişdir. Bu işğala son qoymaq üçün beynəlxalq ictimaiyyət müvafiq qətnamə və qərarlar qəbul etmişdir. Ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası Ermənistan qo-şunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılması-nı tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və onlara əməl etmir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu

barədə danışarkən dəfələrlə bildir-mişdir ki, burada ən mühüm element beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası mexanizmidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə artıq 20 ildən çox keçir və münaqişə həll olunmamış qalır. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı da Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən bənzər qətnamə və qərarlar qəbul etmişlər. Ermənistan isə bunlara məhəl qoymur və işğalçını beynəlxalq hüququn normalarına əməl etməyə məcbur edəcək beynəlxalq təzyiq isə göstərilmir.

Xalqımıza qarşı soyqırımı həyata keçirilmişdir. Xocalı soyqırımı artıq 10 dövlət tərəfindən tanınmışdır. Həmin soyqırımı nəticəsində iki yüzü qadın və uşaq olmaqla, yüzlərlə azərbaycanlı – mülki şəxslər qətlə yetirilmişdir. Bu, insanlığa qarşı törədilmiş cinayətdir və bir daha bizim hansı təhlükəyə məruz qaldığımızı nümayiş etdirir. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Ərazilərimiz azad edilməlidir, insanlarımız evlərinə geri dönmək imkanına malik olmalıdır.

1990-cı illərin əvvəlində biz böyük humanitar fəlakətlə üzləşdik. Çünki 250 min azərbaycanlı Ermənistandan, daha 700 mindən çox məcburi köçkün isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulmuşdu. O zaman Azərbaycan əhalisinin 8 milyondan az olduğunu nəzərə alsaq, adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə ölkəmiz dünyada birinci yeri tuturdu.

Bütün bunlar yerli əhali ilə birgə başqa xalqların sülh və əmin-amanlıq içərisində yaşamasına ciddi təhlükə yaradırdı. Xalqımızın tolerantlığı heç bir artıq hərəkətin baş tutmasına imkan vermədi. Bu gün ölkəmizdə siyasi və iqtisadi stabilliyin hökm sürməsi, yerli əhali ilə birgə başqa millətlərin də sülh və əmin-amanlıq içərisində yaşaması, onların hüquqlarının qorunması və eləcə də onların yerli əhali kimi bərabərhüquqlu olması ölkəmizdə rifah səviyyəsinin yüksək olduğunu göstərir. Buna misal olaraq qeyd edə bilərik ki, ölkədə yaşayan milli azlıqlar və başqa millətdən olan xalqlar yerli əhali kimi müxtəlif təşkilatlarda və müəssisələrdə işləyib əməkhaqqı alaraq sabitlik və rifah içərisində yaşayırlar. Həm də onlar yerli əhali kimi dövlətə vergi ödəyərək dövlət büdcəsinin formalaşmasında rol oynayırlar.

Təbii ki, ölkəmizdə multikulturalizm siyasətinin yüksək səviyyədə və uğurla həyata keçirilməsi iqtisadiyyatın bütün sahələrinin inkişafına da müsbət təsir göstərir. Yuxarıda qeyd etdiyimiz faktorları nəzərə alaraq qeyd edə bilərik ki, ölkəmizdə multikulturalizm ölkənin makroiqtisadi göstəricilərinin artımında, o cümlədən sosial iqtisadi inkişafın təmin olunmasında əvəzsiz rol oynayır. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Samir NURIYEV, 2 saylı “ASAN Kommunal”

mərkəzinin baş mütəxəssisi, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət Idarəçilik

Akademiyasının tələbəsi

Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var – dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Dünya dini liderlərinin II sammitindəki nitqindən

14 noyabr 2019-cu il

Dövlət idarəçiliyində multikulturalizm siyasəti

İslahatlar vətəndaşların rifahına xidmət edir

Qeyd edib ki, ölkədə apa-rılan kadr islahatlarını yüksək qiymətləndiririk. Bunu təkcə kadr islahatları kimi qələmə verənlər var. Lakin, bu, eyni za-manda, vəzifə başına gənclərin gətirilməsi, yeni ab-hava yara-dılması deməkdir. Bunu həm də post-neft dövrü üçün hazırlıq mərhələsinə qədəm qoymaq kimi də qiymətləndirirəm. Azərbaycan post-neft dövrünün inkişafına qədəm qoyur. Bundan

sonra bu proseslər daha da sürətlənəcək. Bir sıra struktur-ların birləşdirilməsi bu prosesə yön verən amillərdən biridir.

A.Abdulkərimov bir sıra yaşlı məmurların öz ərizələri ilə işdən azad olunmaq üçün dövlət başçısına müraciət etmələrini də təqdir edib. Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyev çıxışlarında bunu gənc kadrlara yer vermək üçün bir sıra yaşlı məmurlarımıza yaxşı nümunə kimi qiymətləndirib: “Ümid

edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Bu, mühüm amildir. Cəmiyyətdə də belə fikir formalaşmışdı ki, yaşlı məmurlar gənclərin qarşısını kəsirlər. Bu fikirlər bir sıra hallarda həqiqətdir”. Lakin son örnək addımlar nümunəvidir və inanıram ki, dövlət baş-çısının tövsiyələrinə əsasən digər məmurlar da enerjili, təşəbbüskar daha gənc insanları

qiymətləndirəcəklər”. Partiya sədrinin müavini

bildirib ki, bütövlükdə bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbulu prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin daha çevik forma almasına şərait yaradacaq. Bundan əlavə, bu islahatlar ölkədə ikili mühasibatın, “kölgə iqtisadiyyatı”nın, monopoliya-nın qarşısını almağa da kömək edəcəkdir. Bununla kiçik və orta biznes inkişaf edəcək. Nəticə etibarilə, dövlətimiz güclənəcək. Biz də inanırıq ki, islahatlar davam edəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, islahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaş-ma deməkdir, islahatlar tərəqqi deməkdir.

Anar TURAN, “Xalq qəzeti”

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 12-də İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Ya-samal, Rafiq Quliyevi isə Xətai rayonlarının icra hakimiyyətlərinin başçı-sı vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən bildirib. Dövlət başçısının bu görüşdə səsləndirdiyi yeni ideya-lar ölkə ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Xüsusən gənc kadrların mühüm dövlət vəzifələrinə irəli çəkilməsi əhalinin ürəyincə olub. İnsanlarımız yerli icra hakimiyyəti başçılarının, nəhayət, kabinetlərdən

kənara çıxacağını, əhalinin qayğı və problemlərinin həllinə kömək edəcəyini eşidib daxili rahatlıq duyurlar.

Prezident gənc icra başçılarını qəbul edərkən demişdi ki, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olma-lıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini

göstərə bilsinlər.Prezident bu kadrlar

qarşısında çox ciddi vəzifələr qoydu. Birinci növbədə, mənəvi saflıq, şəffaflıq və korrupsi-yadan uzaq olmaq gərəkdir. İkincisi isə, iqtisadiyyatın, kənd təsərrüfatının, regionların tərəqqisi, abadlıq, quruculuq işlərinin genişləndirilməsi, əsas prioritetin qeyri-neft sektoru-nun inkişafına verilməsi kimi məsələlər həllini tapmalıdır.

Biz də inanırıq ki, Prezident İlham Əliyevin mühüm vəzifələrə irəli çəkdiyi gənc kadrlar onun etimadını doğrulda-caqlar. Çünki indi Azərbaycanda mənəvi saflaşma və sürətli tərəqqi dövrüdür. Gənclər isə bu proseslərin ön sıraların-da olublar.

Səfalı PAŞAYEV, mühəndis

Ölkə Prezidentinin BŞİH rəhbərini qəbulu zamanı səsləndirdiyi irad və təkliflər ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz düşəndə Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli dedi:

-- Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illər şəhərimizin gözəlləşdirilməsi üçün görülən işlərin miqyası və vüsəti adamı heyrətə gətirir. Nəticə isə göz qabağındadır. Bu gün Azərbaycan paytaxtı dünyanın ən gözəl şəhərlərindən biridir.

Lakin şəhərimizdə bəzi neqativ halların baş verdiyi barədə xəbərlər eşidəndə, əlbəttə, Bakını çox sevən bir insan kimi narahat olurdum. BŞİH-də keçirilən müşavirədə qeyd edildiyi kimi, təəssüf ki, paytaxtın bir sıra rayonlarında qanunsuz tikililərə imkan yaradılıb, vətəndaşların müraciətlərinə lazımi diqqət verilməyib, süründürməçilik hallarına yol verilib.

Nə yaxşı ki, belə neqativ halların qarşısına indi ciddi sədd çəkilir. Hesab edirəm ki, Bakının daha da gözəlləşməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. Etiraf edək ki, biz sakinlərdən də çox şey asılıdır. Doğma Bakımızı, onun gözəlliklərini qorumalıyıq. Elə etməliyik ki, paytaxtımız dünyanın ən təmiz və səliqəli şəhəri kimi şöhrət qazansın!

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Son illərdə özünün əsl inti-bah dövrünü yaşayan, bitkin so-sial-iqtisadi inkişaf modeli kimi nümunə göstərilən Sumqayıtda məhsuldar bədii yaradıcılıqla məşğul olmaq üçün hərtərəfli şərait var. Azərbaycan Yazıçı-lar Birliyinin şəhər bölməsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Poeziya evi tərəfindən keçirilən maraqlı tədbirlər, yaddaqalan kitab təqdimatları, yubileyə həsr olunmuş nəşrlərin hazırlanması buna əyani sübutdur. Şəhərimizin rəhbərliyi bizim bütün təşəbbüslərimizə dəstək verir, bununla da yüksək mənəvi mühitin bərqərar olmasına münbit şərait yaradır. Sumqayıtın yubileyinə də layiqli töhfələrlə gəlmişik. “Bizdən sizə qalan sözdür” poeziya almanaxını, bir sıra yubiley nəşrlərini çap etdirmiş, yaradıcılıq müsabiqələri keçirmiş, yazarlarımızın beynəlxalq əlaqələrini daha da genişləndirməyə çalışmışıq. Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” adlı mötəbər müsabiqədə iki şairimiz “Poeziya” və “Uşaqlar üçün yazılmış bədii əsərlər” nominasi-yaları üzrə qalib elan olunublar.

Xatırlatmaq yerinə düşər ki, ötən ay dünya şöhrətli yazıçı Oljas Süleymenovun başçılığı ilə Sumqayıta gələn Avrasiya yazarlarından ibarət nüfuzlu nümayəndə heyəti bu şəhərdə gördüklərindən, sözün əsl mənasında, vəcdə gəlmiş, ən xoş təəssüratlarını Azərbaycan Prezidenti İlham Əliyevə ünvanla-dıqları məktubda ifadə etmişdir. Onlar ölkəmizdə, o cümlədən də Sumqayıtda bədii yaradıcılıq üçün yaradılan mühitə heyran qaldıqlarını bildirmişlər.

Cənab İlham Əliyev Sumqayıtın yubiley tədbirində çıxışı zamanı bir daha şəhərimizin dinamik inkişaf meyillərini təqdir etmiş, hər birimizə qol-qanad verən dəyərli fikirlər söyləmişdir. Dövlət başçısının şəhərimizin yubileyi münasibətilə imzaladı-ğı sərəncamlarla mənim və qələmdaşlarım İbrahim İlyaslı ilə Namiq Mənanın “Tərəqqi” medalı ilə təltif edilməsi, şairlər Əşrəf Veysəllinin və Ofeliya Babayevanın Prezidentin fərdi təqaüdünə, Əli Nəcəfxanlının “Əməkdar jurnalist” fəxri adına layiq görülməsi, həmçinin regional mədəniyyət idarəsi və dövlət dram teatrı işçilərinin xidmətlərinin yüksək səviyyədə dəyərləndirilməsi bizi hədsiz dərəcədə sevindirir.

Bundan sonra da ölkəmizin tərəqqisi, gənclərimizin mənəvi təkamülü, doğma şəhərimizin çiçəklənməsi naminə əlimizdən gələni edəcəyik.

Gülnarə CƏMALƏDDIN (Niftiyeva), Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri

Son aylar dövlət başçısının ardıcıl qərarları ilə kadr və struktur islahatlarının aparılması cəmiyyətdə Azərbaycanın gələcək inkişafının zəmanəti kimi qəbul edilir. Bir sıra strukturların birləşdirilməsi, həmin qurumların rəhbər vəzifələrinə gənc kadrların təyin edilməsi dövlət başçısının mütərəqqi və inamlı addımlarından biri kimi xarakterizə olunur. Bu fikirləri “Ana Vətən” Partiyası sədrinin müavini Arzuman Abdulkərimov bildirib.

Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub “Ölkəmizdə kadr islahatları davam edir. Kadr

islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir”.

Azərbaycan Prezi-denti İlham Əliyev Bakı Şəhər İcra

Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovu qəbul edərkən ona paytaxtımızın simasının daha da yaxşılaşdırılması, şəhər sakinlərinin qayğı və problemlərinin həllinə diqqətlə yanaşılması ilə bağlı ciddi tapşırıqlar verib. Bu günlərdə BŞİH-də dövlət başçısının tapşırıq və tövsiyələrinin icrası ilə bağlı geniş müşavirə keçirilib. Tədbirdə qeyd olunub ki, müvafiq qurumların rəhbərləri Pre-zident İlham Əliyevin tutduğu iradlardan nəticə çıxarmalı və hər bir sakinin problemini öz proble-mi kimi qəbul etməlidir.

“Bakının daha da gözəlləşməsi üçün hər birimiz

əlimizdən gələni etməliyik”

Doğma şəhərimiz Sumqayıtın 70 illik yubileyinin böyük təntənə ilə keçirilməsi bizi hədsiz dərəcədə sevin-dirir. Tükənməz iftixar hissilə xatırladım ki, Prezident İlham Əliyev hələ ilin əvvəlində yubileyin geniş qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalamışdı.

Dövlət təltifləri yaradıcılıq stimulunu artırır

27 noyabr 2019-cu il, çərşənbə 11

“Azəristiliktəchizat” ASC

Tender 1 lot üzrə keçirilir. Lot- 1 . Məsafədən nəzarət -ölçü sistemləri və

elektrotexniki avadanlıqların satın alınması .Tender iştirakçıları dövlət satınalmalarının https:/

www.etender.gov.az vahid internet portalına (por-tal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender işti-rakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində ana-loji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymətə, yüksək keyfiyyətə və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıda-kı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır. H/h- AZ62AİİB33010019442200226122VÖEN- 1700531291“Kapital Bank”ın Qaradağ filialıKod-200220VÖEN- 9900003611M/h-AZ37NABZ01350100000000001944SWİFT- AİİBAZ2Xİştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:-tenderdə iştirak haqqının ödənilməsi barədə

bank sənədi;-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən

azı 30 bank günü qüvvədə olmalıdır);-tender təklifi dəyərinin 1 faiz həcmində bank

təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olma-ması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesa-batının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haq-qında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqın-da” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 dekabr 2019-cu il saat 16.00 –a, tender təklifi və bank təminatını isə 26 dekabr 2019-cu il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 27 dekabr 2019-cu il saat 9.00 -da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

“Milli İdman Tibb və Reabilitasiya İnstitutu” MMC camaşırxana xidmətlərinin satın alınması üçün təkliflər sorğusu elan edir

Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Olimpiya küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər.

Əlaqələndirici şəxs Polad Hacıbalayev, tele-fon-(012)404-83-10.

Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 3 dekabr 2019-cu il saat 14.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan qiymət təklifləri baxılmadan geri qaytarılacaqdır.

Qiymət təklifləri 3 dekabr 2019-cu il saat 15.00-da Bakı şəhəri, Olimpiya küçəsi 4 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prose-durunda iştirak edə bilərlər.

Tender komissiyası

Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs2019-cu il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının və vergi auditinin

keçirilməsi üçün kənar auditor xidmətinin satın alınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənib imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək üçün qeyd olunan sənədlər:

• nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş); • kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında

şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş); • kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənib imza-

lanmış şəkildə) • kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çı-

xarış (notarial qaydada təsdiq olunmuş) və iddiaçının tender təklifi 5 dekabr 2019-cu il saat 15.00-a qədər AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M (əlaqələndirici şəxs- İlham Əliyevə, telefon -012-502-47-53/56/58, daxili 144) nömrəli ünvana təqdim edilməlidir.

Təkliflər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 6 dekabr 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər

Baş Səhiyyə İdarəsimühafizə xidmətinin satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU KEÇİRİR Kotirovka sorğusunda iştirak etmək istəyən iddia-

çılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 30 noyabr 2019-cu il saat 17.00-a qədər Bakı şəhər Baş Səhiyyə İdarəsinin tender komissyasına təqdim etməlidirlər.

Zərflər 2 dekabr 2019-cu il saat 10.00-da açıla-caqdır. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar Bakı şəhəri, Mirqasımov küçəsi 1A nömrəli ünvana müraciət edə və (012) 595-38-28 nömrəli telefonla əlaqə saxlıya bilərlər.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar

Xidmətlər Agentliyi aparat üçün müxtəlif növ katriclərin və avadanlıqların satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU KEÇİRİR İştirak etmək istəyənlər əsas şərtlər toplusunu

aşağıdakı ünvandan ala bilərlər.Ünvan- Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi

7A.Əlaqə telefonu- (050) 361-98-62. Kotirovka sorğusu üçün bağlı zərflərin

qəbulunun son tarixi 29 noyabr 2019-cu il saat 17.00-dır.

Bağlı zərflər 2 dekabr 2019-cu il saat 15.00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A nömrəli ünvanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin iclas zalında açılacaqdır.

Tender komissiyası

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar

Xidmətlər Agentliyi yerli qurumlar üçün müxtəlif növ katriclərin və

avadanlıqların satın alınması məqsədilə ilə

KOTİROVKA SORĞUSU KEÇİRİR İştirak etmək istəyənlər əsas şərtlər toplu-

sunu aşağıdakı ünvandan ala bilərlər:Ünvan- Bakı şəhəri, Nəcəf Nərimanov

küçəsi 7A.Əlaqə telefonu- (050) 361-98-62. Kotirovka sorğusu üçün bağlı zərflərin

qəbulunun son tarixi 29 noyabr 2019-cu il saat 17.00-dır.

Bağlı zərflər 2 dekabr 2019-cu il saat 11.00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A nömrəli ünvanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin iclas zalında açılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzikompüter avadanlıqlarının satın

alınması məqsədiləKOTİROVKA SORĞUSU ELAN EDİRKotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər

kotirovka təkliflərini imzalanıb möhürlənmiş qapalı zərfdə 29 noyabr 2019-cu il saat 18.00-dan gec olmamaq şərtilə aşağıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarı-lacaqdır.

Kotirovka sorğusunda iştirak etmək istəyənlər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, Hökumət evi 848 nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Hikmət Kərimov , əlaqə telefonu-(+994 12) 498 81 09, e-mail: [email protected]

Kotirovka təklifləri zərfləri 1 dekabr 2019-cu il saat 15.00-da Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, hökumət evi, 848 nömrəli otaqda açılacaqdır.

Tender komissiyası

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Dövlət İnformasiya Agentliyindəki (AZƏRTAC), Mətbuat Şurasındakı məsul vəzifələr belə qaçaraq səfərlərimin sayını azaltsa da, bayramlar dadıma çatıb. İndi şükürlər olsun Milli Məclisin deputatı, Azərbaycan–Gürcüstan

Parlamentlərarası Dostluq Qrupunun, AMŞ-nin sədri kimi yalnız doğma yurdda deyil, qonşu respublikanın, bütövlükdə, bütün guşələrində yaşayan soydaşlarımız-la görüşmək, söhbətləşmək imkanlarım artıb.

Yenə adətimdən qalmıram. Bu yaxınlarda doğulub boya-başa çatdığım Faxralı kəndində bir qrup yaşlı insanla görüşərkən maraqlı epizodla qarşılaşdım. Həmsöhbətlərimdən biri Bakının “Adiloğlu” nəşriyyatında 9 il əvvəl çapdan çıxmış, oxunmaqdan vərəqləri didiklənmiş 312 səhifəlik “El ağsaqqalı: Ayvaz Dursunoğlu” kitabını vərəqləyir, o biriləri isə diqqətlə qulaq asırdılar. Tez-tez “Allah rəhmət eləsin!” duaları ilə mərhumu yada salmaq-la yanaşı, “O, təkcə Gorarxının yox, bütün Gürcüstan azərbaycanlılarının kisəsindən getdi”– deyə nisgillə heyfsilənirdilər.

Onlar həmkəndlilərim olan faxralılar idi. Təbii ki, od olmasa, tüstü çıxmaz. Hələ uşaqlığımda ocaq başındakı sayım-lı-seçimli insanlar barədə nağıla bənzər, fəqət başdan-ayağa həqiqət seçimli-bi-çimli söhbətlərdə kifayət qədər epizodlar eşitmişdim. Ona görə sıraladığım, bənzəri

olmağı arzuladığım dağ kimi kişilərin cərgəsinə Ayvaz Dursunoğlunun da adını ön cərgələrə əlavə etmişdim.

O unudulmaz kənd gecələrində hələ keçən əsrin 30-cu illərində sovet hökuməti ilə barışmayıb qardaş Türkiyəyə pənah

aparan qəhrəman babalarımın, Borçalı-ya şan-şöhrət gətirən kişilərdən Səməd ağanın, Halay ağanın, Aslan ağanın, Emin ağanın igidlikləri dillərdən düşmürdü. Ay-vaz Dursunoğlu onlardan xeyli gənc olma-sına baxmayaraq, onun da qətiyyətindən, xeyirxah əməllər sahibi olmasından geninə-boluna söhbət açılırdı. Fikirləşirəm ki, nə yaxşı qədim ellərimiz, yurdlarımız belə bənzərsiz kişilər sarıdan korluq çəkməyib. Yoxsa, torpaqlarımızda çoxdan çaqqallar ağalıq edər, evlərimiz bayquş məskəninə çevrilərdi. Bax,bu duyğu “Yaxşı kişilər atları minib getdilər”... pessimizmini daim məndən uzaqlaşdırır.

“El ağsaqqalı: Ayvaz Dursunoğlu” kitabının 51-ci səhifəsində şair, əməkdar incəsənət xadimi, “Borçalı” Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri Eyvaz Bor-çalı “Yaxşı kişilər, yaxşı atlar... və yaxşı adlar” sərlövhəli cəzbedici yazısında qəhrəmanımızın “at mindiyini heç vaxt görmədiyini” vurğulaması formal məntiq olaraq köməyimə çatsa da, Ayvaz Dur-sunoğlu timsallı insanları köhlən atsız təsəvvürə gətirmək qeyri-mümkündür.

O, gəncliyindən son mənzilədək dövlətə–hökumətə bağlı vəzifələr tutdu, o

cümlədən belə tipli təsərrüfatlara rəhbərlik etdi. Hər hansı geridə qalan sovxozda, kollektivdə işləri qaydaya qoymaq lazım gələndə nəzərlər A. Dursunoğluna dikildi. Az-çox təsərrüfatdan başı çıxanlar bilir ki, kəndli psixologiyası xidməti maşına yay-xınmağa üstünlük verən sədri, direktoru qəbul etmir. Təsərrüfat başçısı at belində daha ötkəm, nüfuzlu, sözükeçər görünür. Ayvaz kişi əkinçinin, heyvandarın, bağçı-nın görüşünə belə qiyafədə, xəbərdarlıqsız gəlirdi. Nəyi isə tələb etməzdən əvvəl həmsöhbətinin qayğıları ilə maraqlanır, xeyir-şərinə köməyini əsirgəmir, lazım gələndə cavanlara elçilik edirdi. Kəndli üçün ideal təsərrüfat rəhbəri belə olur. Ömür boyu unudulmayan, tələbkar, qayğı-keş insan, başçı, ağsaqqal obrazı...

Kitab xatirələr toplusudur. Hər yazı ona görə maraqla oxunur ki, kimsə hiss və duyğularını təkcə eşitdiklərinə görə qələmə almır. Gördüklərindən, şahidi olduqlarından da şövqlə danışır.

Nəşrin müəllifi qonşu respublikada kifayət qədər tanınan, Heydər Əliyev adına Gürcüstan–Azərbaycan Tədris Universi-tetinin rektoru, pedaqoji elmlər doktoru, professor, Gürcüstan Təhsil Elmləri Akade-

miyasının akademiki Novruz Bayramovdur. Alim-pedaqoq “O, xalqının dayağı idi” adlı qısa, səlis yazısı ilə söz demək imkanı-nı xatirələrini bölüşmək istəyən sanballı ziyalıların, dövlət və ictimai xadimlərin, bir sözlə, Ayvazsevərlərin öhdəsinə buraxır.

Nəşrdə A. Dursunoğlu barədə təəssüratlarını bölüşmək istəyən 66 imza-ya rast gəlirik. Nə yaxşı ki, 9 il əvvəl gərgin zəhmət tələb edən bu təşəbbüs baş tutub. Çünki həmin müəlliflərin bir qismi indi həyatda yoxdur. Yəqin ki, xatirələrini də haqq dünyasına aparacaqdılar, nəticədə, ciddi boşluqlar, çətinliklər yaranacaq-dı. İstərdim övladları, yaxınları nəşrdə imzası görünməyənləri, bu və ya digər səbəblərdən əlçatmayan insanları tapıb Gürcüstanın əsrarəngiz Gorarxı kəndində dünyaya gələn Ayvaz Həsənovun 90 illik yubileyinə ən qiymətli töhfələrini versinlər.

Bu, yaxın keçmişimizin unudulmaz simala-rının müasir və gələcək nəslə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kitab xalq şairi Zəlimxan Yaqubun “Əyilməz” şeiri ilə başlanır:

Öz eşqi var hər ucalan zirvənin,Dağa təpə deyilməz ki, deyilməz.Şimşəklərin pəncəsində didilməz,Sel ağzında yeyilməz ki, yeyilməz.Borçalı elləri sazlı-sözlü olduğundan

yalnız əfsanəviləşmiş qəhrəmanlar nəzmə çəkilmir, dastanlaşdırılmır, gerçək hünər sahiblərinə də söz qoşulur, adlarına kitab bağlanır:

Mətin olmağından, mərd olmağından,Sözünü vüqarla danışmağından,Təmiz dostluğundan, yoldaşlığından,Demək üçün mən buraya gəlmişəm. Bu bədii parça isə fizika-riyaziyyat

elmləri doktoru, professor Hidayət Nuriye-vin “Gəlmişəm” şeirindən götürülüb. Daha bir alimimiz Mürsəl Həkimov qəhrəmanlıq dastanlarını, bir çox klassiklərin şeirlərini əzbər bilən, poeziya məclislərinin iştirak-çısı, sinədəftər Ayvaz müəllimin qələm sahiblərinin diqqətini çəkməsini təbii sayır. Hacıxanım Səadət Butanın, Aşıq Kamandarın, Aşıq Məhəmməd Sadaxlı-nın, şairlərdən Mülkədar Nadirin, Yasin Orucun... yaradıcılıq nümunələri kitaba xoş

əhval gətirir.Bununla belə nəşrdə xüsusi diqqəti

çəkən cəhət yazıların məntiqi bir ardıcıl-lıqla Ayvaz Dursunoğlunun bütöv obrazını tamamlaması sayılmalıdır. Konkret desək, hər hansı həssas sənətkarın onunla bağlı irihəcmli əsər yazması, sənədli film çəkməsi üçün orada kifayət qədər geniş material var. Mən üzümü, ilk növbədə, gürcüstanlı həmyerlilərimə tutaraq onları bu yöndə hərəkətə gəlməyə səsləyirəm.

Ayvaz kişinin böyüklüyünü, əsl vətənpərvərliyini təsəvvürə gətirmək üçün Gürcüstanda da xaos, hərcmərclik başla-nanda övladlarını başqa respublikalardan yanına gətirməsini, pozucu qüvvələrlə üzbəüz dayanaraq onların mənfur planları-nı pozmasını, azərbaycanlı-gürcü çoxəsrlik dostluğuna xələl gəlməməsi üçün bütün imkanlarını əsirgəməməsini göstərmək kifayətdir. Bu, gəlişigözəl sözlər deyil.

Keçmiş SSRİ-nin xarici işlər naziri, Gürcüstan Respublikasının eks-prezidenti Eduard Şevardnadzenin “Belə şəxsiyyətlər tez-tez yetişmir” sərlövhəli yazısında oxuyuruq: “Ayvaz Həsənov heyrətamiz dərəcədə qabiliyyətli və bacaraqlı insan idi”.

1975–1981-ci illərdə Gürcüstanın kənd təsərrüfatı naziri olmuş Nodar Citana-ya keçmiş müavini Ayvaz Həsənovun prinsipial, həmişə yenilik axtaran, bütün dövlət tapşırıqlarını yerinə yetirməyə çalışan, dostluğu qoruyan şəxs olduğunu xarakterizə edir. Gürsüstan KP MK-nın sa-biq birinci katibi Cumber Patiaşvili dəfələrlə orden, medallara layiq görülmüş, qurul-taylar iştirakçısı olmuş, rəhbər orqanlara seçilmiş Ayvaz Həsənovun daha bir yüksək keyfiyyətini qabardır: “O, kəndlinin həyatı ilə yaşayırdı”.

Marneuli rayonunun keçmiş par-tiya komitəsinin birinci katibi Kamal Məmmədovun “Layaqətli insan”, müharibə və əmək veteranı Cəmil Kələyevin ”Ömründən sonra da yaşayan insan”, “Gürcüstan” qəzetinin redaktoru Süley-man Süleymanovun “Ayvazı belə anırıq”, Dmanisi rayonunun Qarabulaq kənd məclisinin sədri Cahangir Orucovun “ Köç yolundan qayıdan oba” sərlövhəli yazı-ları... Ayvaz Dursunoğlunun portretindən digər cizgilərdir.

Sonda vurğulayım ki, faxralılarla görüşərkən fikrimdən Ayvaz Dursunoğlu haqqında, bu toplu barədə yazı yazmaq keçdi. Düzü, kitabı həmkəndlilərimdən ala bilməzdim. Bakıya dönərkən həmin kitabı böyük insanın oğlu, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov vasitəsilə əldə etdim, düşüncələrimi ona və bütün Ayvazsevərlərə yetirməyi özümə borc bildim.

Əflatun AMAŞOV, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisinin deputatı,

Azərbaycan–Gürcüstan Parlamentlərarası Dostluq

Qrupunun rəhbəri

Unutsaq – unudularıq

Nağıllaşan dünyamızın unudulmaz kişiləriyaxud kitablara sığmayan ömür

Uşaqlıqdan yaman yurdcanlıyam. Bir qədər uzaq düşəndə, valideynlərimlə hansısa şəhərə, kəndə gedəndə bağ-bağatlı həyətimiz, nənəmin təndiri, nehrəsi üçün darıxırdım. Evə həm də ona görə tələsirdim ki, atam Əhməd kişinin qonaq-qarası əskik olmayan ocağı başında yaxşı kişilər, mərd kişilər, yaddaş-larda qalan kişilər barədə bitib-tükənməyən söhbətləri dinləməyə alışmışdım. O söhbətlərə elə öyrəşmişdim ki, Bakının, Moskvanın nüfuzlu ali məktəblərində təhsil alarkən belə bir ayağım kəndimizdə idi. İcazə almaq üçün daha bəhanə də qalmamışdı...

27 noyabr 2019-cu il, çərşənbə 12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7673

3986

40 qəpik

Ukrayna

Rəy sorğusu keçirilibUkrayna əhalisinin

63 faizi ölkə Prezi-denti Vladimir Ze-lenskinin fəaliyyətini dəstəkləyir. Bu, Kiyev Beynəlxalq Sosiologi-ya İnstitutunun və İlko Kuçeriv adına “De-mokratik Təşəbbüs” Fondunun apardığı ictimai rəy sorğusu nəticəsində bəlli olub. Bundan başqa, ölkə əhalisinin 75 faizi Prezident Zelenskinin Donbas münaqişəsinin həllinə dair rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparma-sı təşəbbüsünü bəyənir. Qeyd edək ki, sorğuda ölkənin bütün regionlarından olan 2041 nəfər iştirak edib.

Xəbəri “Rambler.ru” verib.

Norveç

Vikinqlər dövrünə aid tapıntıNorveçdə vikinqlər

dövrünə aid insan məskəni və gəmi qalıqları aşkar edilib. Ölkənin qərbindəki Edoya adasında yerləşən kilsə yaxınlı-ğında aparılan arxeo-loji qazıntı zamanı 13 metr uzunluğu olan

gəmi aşkarlanıb. Arxeoloqlar qeyd edirlər ki, gəminin nə vaxt inşa olunmasını dəqiq təyin etmək mümkün deyil. Lakin onlar əmindirlər ki, gəminin yaşı 1000 ildən çoxdur.

Məlumatı “Le Parisien” yayıb.

Rusiya

Aleksandr Mixeyevin açıqlaması Rusiyanın

müdafiə sənayesi kompleksi son 19 ildə xarici sifarişçilərdən 165 milyard dollar qazanıb. Bunu jurnalistlərə açıqlamasında “Rosoboeksport”un baş direktoru Aleksandr Mixeyev deyib. O, ölkənin hərbi ixrac portfelini, ümumilikdə, 230 milyard dollar həcmində dəyərləndirib.

Məlumatı RİA “Novosti” yayıb.

Elektromobil istehsalına başlanırRusiyada

elektrik mühərriki ilə işləyən ilk av-tomobilin kütləvi istehsalı 2020-ci ilin əvvəlinə planlaşdırılıb. Bunu Rusiya-nın Sənaye və Ticarət naziri Denis Manturov

açıqlayıb. O deyib: “Universal enerji effektli mühərriklə təchiz olunan elektromobil Tolyatti şəhərində istehsal olunacaq. “Zetta” adlandırılan avtomobil üçqapılı kom-pakt nəqliyyat vasitəsidir. Onun maksimal sürəti saatda 120 kilometr təşkil edir”. Bildirilib ki, yeni modelin qiyməti təxminən 7 min dollar olacaq.

Xəbəri “Lenta.ru” verib.

Almaniya

Bundesliqa tarixində ilk “Maynts” futbol

klubu Bundesliqa tarixində rekorda imza atıb. Ko-manda bu re-kordu həftəsonu “Hoffenhaym”la səfər görüşündə müəyyənləşdirib. Belə ki, matçın ilk hissəsinə artırılan vaxtda azlıqda qalan qonaqlar ikinci hissədə 4 qol vurmağı bacarıblar. Matç “Maynts”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, azlıqda qalan komandanın səfər mey-danında 4 qol vurması Bundesliqa tarixində ilk hadisədir.

Məlumatı “Sportbox” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Noyabrın 27-də  Bakıda və Abşeron yarımadasında

gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 6-9, gündüz 11-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında gün ərzində yağıntılı olacağı,qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy

rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3

dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta , gündüz 0-5 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq.

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova və dekanlığın əməkdaşları Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilova əzizi

SURXAYIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Sevda Abbasova və kafedranın əməkdaşları Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilova əzizi

SURXAYIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Bakı Xoreoqrafiya Akademiyasının rektorluğu və professor-müəllim heyəti akademiyanın inzibati-təsərrüfat işləri üzrə prorektoru Həmid Məhərrəmova qardaşı

CAMAL MƏHƏRRƏMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

311220-ci xərc maddəsi üzrə təkliflər sorğusu elan edir

Maraqlanan təşkilatlar +994(12) 563-62-38 nömrəli tele-fonla əlaqə saxlaya bilərlər.Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 29 noyabr 2019-cu il saat 11.00-dək qəbul olunur. Ünvan- Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 7.

Tender komissiyası

Drezden muzeyindən oğurluq

Almaniyanın Drezden şəhərindəki muzeydən Saksoniya krallığına məxsus çox qiymətli əşyalar oğurlanıb.

Drezden polisinin məlumatına görə, qiymətli əşyalar yerli vaxtla saat 5:00-da oğurlanıb. Cinayətkarlar transfor-matorları söndürərək muzeyə girib antik əşyaları oğurla-yıblar.

Almaniya mətbuatı bildirib ki, oğurlanan əşyaların qiyməti 1 milyard avro təşkil edir.

Hələlik, nə muzeyin, nə də şəhər polis idarəsinin mətbuat xidmətləri hadisə ilə bağlı geniş şərh verməyiblər. Hazırda cinayətkarların axtarışı davam edir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

� Albaniyanın paytaxtı Tiranada və ikinci böyük şəhər Durresdə güclü yeraltı təkanlar qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanların gücü 6,4 bal olub. Zəlzələ yerli vaxtla saat 5:54-də baş verib. Ye-raltı təkanların epimərkəzi Tirana yaxınlığındakı Şidjak şəhərindən 10 kilometr

şimal-qərbdə, 20 kilometr dərinlikdə olub.

“Reuters”in məlumatına

görə, Durres şəhərində bəzi binalar uçub, bəzilərinə isə ciddi ziyan dəyib. Tirana, Durres və Kurrici

şəhərlərində 100-dən çox insan həkimə müraciət edib. Albaniya Səhiyyə Nazir-liyinin məlumatına görə, təbii fəlakət nəticəsində 4 nəfər həlak olub,150 nəfər xəsarət alıb. Lakin həlak olanların və xəsarət alan-ların sayı arta bilər. Çünki hələ də dağıntılar altında qalanlar var.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Kremlin mətbuat xidmətindən bildirilib ki, “Uk-rayna ərazisindən qazın nəqli və Rusiya qazının bu ölkəyə satışının bərpası ilə bağlı ətraflı müzakirə aparılıb”. Ukrayna Prezidentinin Face-book səhifəsinin məlumatına görə, tərəflər “qazla bağlı da-nışıqların Ukrayna– Rusiya–Avropa İttifaqı formatında davam etdirilməsi barədə razılaşıblar”.

Moskvanın bildirdiyinə görə, Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı bu il dekab-rın 9-da Parisdə planlaşdı-

rılan “Normand dördlüyü” formatında görüş ərəfəsində keçirilib.

Rusiyanın “Qazp-rom” şirkətindən verilən məlumata görə, Ukrayna ərazisindən qaz nəqli ilə bağlı müqavilənin müddəti bi il dekabrın 31-də başa çatır. Noyabrın 18-də Rusiya şirkəti Ukraynanın “Nafto-qaz” şirkətinə müqavilənin uzadılmasını, yaxud bir il müddətinə yeni müqavilə imzalanmasını təklif edib. Bunun üçün “Naftoqaz”ın “Qazprom”a qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırmaqdan və Avropa

Komissiyasının rus şirkətinə qarşı təhqiqata başlama-sından imtina edilməsi kimi şərtlər irəli sürülüb.

Noyabrın 20-də Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk bildirib ki, Kiyev müvəqqəti qaz müqaviləsi imzalamaqda maraqlı deyil. Onun fikrincə, Ukraynanın qaz nəqli sistemindən tam gücü ilə istifadəni, eləcə də Ukrayna və Avropanın enerji təhlükəsizliyini təmin edən uzunmüddətli müqavilə imza-lamaq lazımdır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Türkiyə-Qətər əməkdaşlığı uğurla davam edir

Al Taninin sözlərinə görə, danışıqlar zamanı liderlər bir sıra mühüm ikitərəfli və regional məsələləri müzakirə ediblər. Türkiyə və Qətər strateji tərəfdaşlar olaraq qarşılarına qoyulan hədəflərin icra olunması istiqamətində inamla irəliləyirlər.

Qətər Əmiri, həmçinin vurğulayıb ki, iki dövlət ara-sındakı potensialın səmərəli istifadə olunması, həm bu ölkələrin xalqları, həm də bütün region üçün böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Türkiyə Prezidenti Dohaya rəsmi səfəri çərçivəsində Türkiyə–Qətər Strateji Əməkdaşlığı Ali Komitəsinin beşinci iclasında iştirak edib. Görü-şün sonunda bir sıra mühüm

istiqamətlər üzrə 7 rəsmi sənəd imzalanıb.

Yeri gəlmişkən, Prezi-dent Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri çərçivəsində dünən Türkiyənin bu ölkədəki hərbi bazasında olub. O bildirib ki, baza Qətərin müdafiə potensialını

gücləndirmək məqsədilə yaradılıb.

R.T.Ərdoğan sonra deyib: “Türkiyənin buradakı hərbi mövcudluğu heç kəsi narahat etməməlidir. 2017-ci ildə Doha ilə bir sıra Fars körfəzi ölkələri arasında böhran

meydana çıxandan bu vaxta qədər Türkiyə hərbçiləri Qətərin təhlükəsizliyinin qarantı kimi çıxış edirlər. An-kara bu böhranın tezliklə həll olunmasının tərəfdarıdır”.

M.HACIXANLI, “Xalq qəzeti”

Dünən Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Vladimir Zelens-ki arasında telefon danışığı olub. Tərəflər Ukraynaya qaz satışı və ölkə ərazisindən qazın nəqli məsələlərini müzakirə ediblər. Məlumatı “Lenta.ru” verib.

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı

Qətər Əmiri Təmim bin Həməd Al Tani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinə səfərinin nəticələrini şərh edərkən özünün “Twit-ter” səhifəsində yazıb ki, hazırda iki ölkə arasında sıx əməkdaşlıq bütün istiqamətlər üzrə uğurla davam etdirilir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Albaniyada güclü zəlzələ

Rəcəb Tayyib Ərdoğan bu barədə parlamentdə çıxışı zamanı deyib: “İqtisadiy-yatımızda bərpa işləri tam gücü ilə davam edir. Bütün rəqəmlər bunu göstərir.

Bizə isə hələ də batdığı-mızı deyirlər. Dollardan üz çevirərək valyutamıza tərəf dönək. Türk lirəsi artıq ucuz-laşmır”.

Türkiyə Prezidenti əhalini bu yolla milli qürur və Vətənə qayğı göstərməyə çağırıb. Onun sözlərinə görə, Vətənə inanan və ölkəyə pul yatıran-lar qələbə qazanıb və qələbə qazanmaqda davam edir.

Türkiyə son illər ticarət əməliyyatlarında, əsasən də

xarici ticarət sahəsində dolla-rın payını azaltmağa çalışır. Ankara hesablaşmalarda milli valyutaya keçid barədə planlı şəkildə hökumətlərarası sazişlər imzalayır.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

ABŞ Ordusu döyüş meydanından yaralıları dronlarla təxliyə edəcək

� ABŞ Ordusunun Tibbi Tədqiqatlar və İşləmələr Komandanlığı döyüş meydanından yaralıları təxliyə edə bilən pilotsuz uçan aparat modelinin hazırlanması və ya istifadəsi üçün müsabiqə elan edib. Bu barədə “Hightech” saytı məlumat yayıb.Bildirilir ki, təxliyə üçün

pilotsuz uçan aparatlardan istifadə şəxsi heyət arasında itkiləri azaldacaq və yaralı əsgərlərin xəstəxanalara çat-dırılmasını sürətləndirəcək.

Robotlara bir sıra tələblər irəli sürülür: onlar insanlar-

la əlaqə qurmağı və birgə işləməyi – tibb işçilərinə dəstək göstərməyi bacarmalı, eləcə də rahat tibbi sistemə malik olmalıdır.

Qurğu, həmçinin yer, döyüş şəraiti və əsgərlərin zədələri barədə məlumatları

ümumiləşdirərək onları ko-manda məntəqəsinə göndərən naviqasiya sistemi ilə təchiz edilməlidir. Bu məlumatlar təxliyə zamanı mümkün gözlənilməz vəziyyətlərdə dronların hərəkəti üçün optimal marşrutların təşkili və fəaliyyət planının hazırlan-

ması üçün istifadə ediləcək. Müsabiqədə digər tələb isə pilotsuz uçan aparatların tibbi diaqnostika üçün tam alətlər dəsti ilə təchiz edilməsidir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Rəcəb Tayyib Ərdoğan Türkiyəni dollardan imtina etməyə çağırıb

NTV telekanalının yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalini və ölkənin işgüzar dairələrini dollardan imtina edərək hesablaş-malarda Türkiyə lirəsindən istifadə etməyə çağırıb.