144
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Eroziya və Suvarma Elmi Tədqiqat İnstitutu Aygün Dağıstan qızı Şabandayeva Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində eroziya prosesinin ekoloji duruma, ekosistemlərə təsiri və ona qarşı kompleks mübarizə tədbirlərinin tətbiqinin zərurəti Влияние эрозионных процессов на экологическую ситуацию и экосистемы северо и северо-восточной части Малого Кавказа и необходимость внедрения комплекса мероприятии по борьбе снею Iunfluence of erosion prosess in the north and east part of Small Caucasus on ecological situation and ecosystem and necessity of taking complex control measures against it BAKI 2011

Aygün Dağıstan qızı Şabandayeva

Embed Size (px)

Citation preview

Page 1: Aygün Dağıstan qızı Şabandayeva

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi

Aqrar Elm Mərkəzinin

Eroziya və Suvarma Elmi Tədqiqat İnstitutu

Aygün Dağıstan qızı Şabandayeva

Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində

eroziya prosesinin ekoloji duruma, ekosistemlərə

təsiri və ona qarşı kompleks mübarizə tədbirlərinin

tətbiqinin zərurəti

Влияние эрозионных процессов на

экологическую ситуацию и экосистемы северо и

северо-восточной части Малого Кавказа и

необходимость внедрения комплекса

мероприятии по борьбе снею

Iunfluence of erosion prosess in the north and east

part of Small Caucasus on ecological situation and

ecosystem and necessity of taking complex control

measures against it

BAKI – 2011

Page 2: Aygün Dağıstan qızı Şabandayeva

2

İş biologiya elmləri doktoru,

Professor, AMEA-nın həqiqi üzvü

Q.Ş.Məmmədovun rəhbərliyi altında aparılmışdır.

Elmi redaktoru:

Coğrafiya elmləri doktoru, professor B.Q.Şəkuri

Aygün Dağıstan qızı Şabandayeva,

Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində eroziya

prosesinin ekoloji duruma, ekosistemlərə təsiri və ona qarşı

kompleks mübarizə tədbirləri. Bakı, “Elm vя tяhsil”, 2011. 144 сящ. (шякилли).

Aygün Dağıstan qızı Şabandayevanın “Kiçik Qafqazın şimal və şimal-

şərq hissəsində eroziya prosesinin təbii duruma, ekosistemlərə təsiri və ona

qarşı kompleks mübarizə tədbirləri” mövzusunda yazdığı kitab-albom, müəl-

lifin Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində apardığı kompleks tədqi-

qatlara əsaslanaraq tərtib edilmişdir. Tədqiqat Azərbaycan Respublikasının

dilbər guşələrindən olan Göygöl bölgəsində aparılmışdır. Müəllif şaquli isti-

qamətdə yerləşən torpaq tiplərini tədqiq etmişdir. Kiçik Qafqazın şimal və şi-

mal-şərq bölgəsi mürəkkəb geoloji və geomorfoloji quruluşa malikdir. Bura-

da ekzogen və antropogen təzyiqlər günü-gündən artaraq fəlakətli eroziya

prosesini yaratmış ki, bununda nəticəsində ekoloji durum xeyli pisləşmiş,

təbii ekosistemlər pozulmuşdur. Müəllif ayrı-ayrı təbii landşaftlarda eroziya

prosesini tədqiq etmişdir. Kitabda səthi, xətti, otlaq eroziyası haqda xeyli şə-

killər göstərilir.

Kitab kənd təsərrüfatı mütəxəssisləri, torpaqşünaslar, eroziyaşünaslar,

ekoloqlar və ali məktəb tələbələri tərəfindən istifadə edilə bilər.

А2011098

3701000000

N Грифли няшр

© «Elm vя tяhsil», 2011

© Aygün Şabandayeva, 2011

Page 3: Aygün Dağıstan qızı Şabandayeva

3

Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər

nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan

vətəndaşlarının sağlamlığı daha da möhkənlənib. Çünki insan

sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin

lazımi səviyyədə olmamasıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ön söz

Azərdaycan Respublikasında kənd təsərrüfatının hərtərəfli

inkişaf etdirilməsi üçün 2008-2015-ci illərdə Azərbaycan Res-

publikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına

dair Dövlət Proqramında torpaq və sudan istifadənin səmərəlili-

yinin artırılması nəzərdə tutulmuşdur. Proqramda eroziyaya uğ-

ramış, şorlaşmış və digər səbəblərdən deqradasiyaya məruz qal-

mış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onların

münbitliyinin bərpası və onlardan səmərəli istifadə olunması ilə

əlaqədar təkliflərin işlənib hazırlanması nəzərdə tutulmuşdur.

Proqramda nəzərdə tutulan mühüm məsələlər məhsuldarlığı

yüksəltmək, əhalinin taxıl, meyvə, tərəvəz məhsullarına olan

tələbatını ödəmək, maldarlığın inkişafı üçün möhkəm yem ba-

zası yaratmaq, torpaq örtüyünü mühafizə etmək və digər təd-

birlərdən ibarətdir. Kənd təsərrüfatının inkişafına mənfi təsir

edən amillərdən ən təhlükəlisi torpağın eroziyasıdır. Torpağın

yuyulmasına qarşı düzgün mübarizə tədbirləri tətbiq etmədən

yüksək və sabit məhsul əldə etmək qeyri-mümkündür. Müasir

iqtisadi sosial inkişaf şəraitində əhalinin ərzağa olan təlabatını

ödəmək ölkəmizin əsas problemlərindəndir. Bu problemin həl-

lində torpaq örtüyünün mühafizə edilməsi və onun münbitliyinin

qorunub saxlanılması ən aktual məsələdir. Müxtəlif təbii və

antropogen təsirlər nəticəsində torpaqlarda baş verən eroziya

prosesi son nəticədə onların münbitliyinin zəifləməsinə, torpaq-

bitki örtüyünün deqradasiyasına və məhsuldarlığının kəskin aşa-

ğı düşməsinə və beləliklə də əhalinin ərzaq və enerji ehtiyat-

larının ödənilməsində iqtisadi sosial çətinliklər yaradır.

Page 4: Aygün Dağıstan qızı Şabandayeva

4

Ölkəmizin torpaq ehtiyatları çox məhdud olmaqla, ancaq

ölkə ərazisinin 48%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Bu

torpaqların 50%-dən artığı eroziya, defliyasiya, təkrar şorlanma,

şorakətləşmə və dağ-mədən işləri nəticəsində müxtəlif dərəcədə

deqradasiyaya məruz qalaraq kənd təsərrüfatı dövriyyəsindən çı-

xarılmışdır.

Azərbaycan respublikası tipik dağlıq ölkə olub, orada uca

dağlar özünə məxsus relyef yaratmışdır ki, bu da çox yaxşı

formalaşmış torpaq-bitki qurşaqlarının əmələ gəlməsinə şərait

yaradır. Burada relyef şəraitinin müxtəlifliyi və mürəkkəbliyi,

iqlimin özünə məxsus xüsusiyyətləri, çox meyilli sahələrdə şum

və becərmə işlərinin yamacın eni istiqamətində deyil, uzununa

aparılması və torpaqqoruyucu tədbirlərin tətbiq edilməməsi, ek-

zogen proseslərin intensivliyi, zaman çərçivəsində eroziya pro-

sesinin əmələ gəlməsinə, inkişafına və geniş yayılmasına səbəb

olmuşdur. Respublika ərazisi 8,6 mln hektardan ibarət olub ki,

bunun da 60%-ni dağlıq və dağətəyi rayonlar əhatə edir.

Təbii-coğrafi baxımdan Azərbaycanın əlverişli mövqeyə

malik olmasını hər şeydən əvvəl, onun subtropik qurşaqda (bu

qurşağın mülayim qurşağa keçid zonasında) yerləşməsi müəy-

yənləşdirir. Ərazisində kifayət qədər termik ehtiyatları, məh-

suldar torpaqları olan böyük düzənliklərin, geniş dağətəyi və ol-

duqca zəngin təbii şəraiti və ehtiyatları olan dağ sistemlərinin ol-

ması ilə səciyyələnir.

Respublika ərazisi çox kontrastlı oroqrafik və hipsometrik

şəraitə malik olmaqla dağlıq və dağətəyi sahələr və düzənlik-

lərin sərhəddi bəzi yerlərdə cəmi 0-m lik horizontdan keçir.

Elmi tədqiqat eroziya bölməsinin apardığı çoxillik (1970-

1990) miqyaslı torpaq-eroziya tədqiqatları nəticəsində müəyyən

edilmişdir ki, respublika ərazisinin təxminən 41,8%-ni eroziyaya

uğramış torpaqlar təşkil edir. Respublika ərazisində eroziya

prosesinin bütün növləri o cümlədən səthi, xətti, külək, otlaq,

irriqasiya eroziyası mövcuddur (8). Keçən əsrin 80-ci illərindən

etibarən respublikanın geniş ərazisi xəyanətkar qonşumuz

ermənistan respublikası tərəfindən basqına məruz qalaraq hərbi

əməliyyatlar meydanına çevrilmişdir. Hərbi əməliyyatlar müasir

Page 5: Aygün Dağıstan qızı Şabandayeva

5

dağıdıcı və yandırıcı silahlar vasitəsilə aparıldığı üçün ərazi

xarabazara çevrilmiş, təbii və aqrolandşaftlar dağıdılmış, geniş

miqyaslı hərbi eroziya baş vermişdir. Eroziya prosesinə məruz

qalan torpaqların morfoloji quruluşu dağılmış, strukturu pozul-

muş münbitliyi xeyli pisləşmişdir (29).

Torpağın üst münbit qatının pozulması, az münbitliyə

malik olan aşağı qatların üzə çıxmasına səbəb olur. Belə

torpaqlarda kənd təsərrüfatı bitkilərinin normal inkişafı zəifləyir

və onların məhsuldarlığı xeyli aşağı düşür.

Artıq müəyyən edilmişdir ki, orta dərəcədə eroziyaya uğ-

ramış torpaqlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 1,5-

2,0 dəfə, şiddətli dərəcədə eroziyaya məruz qalmış torpaqlarda

isə 3,0-4,0 dəfə aşağı düşür, məhsulun keyfiyyət göstəricisi xeyli

pisləşir (21).

Torpağın münbitliyi onda gedən mürəkkəb bioloji, biokim-

yəvi, mikrobioloji proseslər və antropogen amillərin birgə

məhsuludur. Yamaclarda uzun illər torpaqdan səmərəsiz istifadə

edilməsi, torpaqqoruyucu aqrotexniki tədbirlərin tətbiq edilmə-

məsi torpağın üst münbit qatının yuyulub dağılması ilə nəticə-

lənmişdir ki, bu da torpaqların münbitliyinin xeyli aşağı düş-

məsinə səbəb olmuşdur. Dağ çəmən zonasında mal-qaranın

nizamsız, normadan artıq və qeyri fəsli otarılması həmin zonada

torpaqların eroziyaya uğramasına səbəb olur, bitki örtüyü öz

sıxlığını itirir. Məlum olduğu kimi, torpaqəmələgəlmə prosesin-

də, torpaq çürüntüsünün formalaşmasında və torpaqların erozi-

yadan mühafizə olunmasında çəmən bitkiləri çox böyük rol oy-

nayır. Torpaqda üzvi maddənin əmələ gəlməsi əsas etibarı ilə

hər il ona daxil olan bitki qalıqlarının, ümumiyyətlə onların bio-

kütləsinin hesabına gedir. Bitki qalıqları mikroorqanizmlərin və

torpaq faunasının biokütləsilə birlikdə humus maddəsinin yaran-

ması üçün ilkin material hesab edilir.

Qeyd etmək lazımdır ki, torpaqəmələgəlmə prosesinin in-

tensivliyinə bitki aləminin məhsuldarlığı həlledici təsir göstərir.

Torpağa daxil olan bitki qalıqlarının miqdarı və keyfiyyəti tor-

paqda gedən proseslərin əsasını təşkil edərək həmin proseslərin

istiqamətini müəyyənləşdirən amil hesab edilə bilər.

Page 6: Aygün Dağıstan qızı Şabandayeva

6

Dağ əkinçiliyində növbəli əkin sisteminin tətbiq edilmə-

məsi, mineral gübrələr, xüsusi ilə üzvi gübrələrin kifayət qədər

sahələrə verilməməsi və aqrotexniki tədbirlərin torpağın qo-

runması istiqamətində aparılmaması nəticəsində torpağın üst

münbit qatı yuyularaq dərə və çaylara tökülür ki, bununda

nəticəsində külli miqdarda humus, azot və başqa qida maddələri

itir. Belə torpaqlarda humus qabığının enerji ehtiyatı da kəskin

azalır.

Eroziyaya məruz qalmış torpaqlarda birinci növbədə tor-

pağın profili gödəlir, morfoloji quruluşu pozulur, humusun miq-

darı kəskin azalır, torpaqların su-fiziki və aqrokimyəvi xassələri

pisləşir.

Eroziya prosesi humusun miqdarının azalması ilə yanaşı

onun tərkib və təbiətini də pisləşdirir. Eroziya prosesinin ya-

ratdığı fəsadlar təkcə torpaqların sıradan çıxması və kənd təsər-

rüfatı dövriyyəsindən kənarlaşması ilə bitmir, eroziya təbii və

aqrolandşaftları dağıdır, ekosistemləri məhv edir, ətraf mühiti

çirkləndirir və beləliklə təbii müvazinəti pozur. Bütün bunlar

A.D.Şabandayevanın apardığı elmi tədqiqat işlərinin aktuallığını

göstərir və mövzunun əsaslandırılmasına xidmət edir.

Qeyd etmək lazımdır ki, müəllifin elmi-tədqiqat işləri

Kiçik Qafqazın şimal-şərq yamacında yerləşən Göygöl bölgəsi

ərazisində şaquli istiqamətdə formalaşan dağ-çəmən, dağ-meşə

və dağ-bozqır qurşaqlarında aparılmışdır. Burada çöl, kameral

və laboratoriya tədqiqatları ilə yanaşı 1970-1980-ci illərdə

aparılan torpaq eroziya tədqiqatlarının monitorinqi də keçiril-

mişdir. Aparılan elmi–tədqiqat işlərinin əsas məqsədinə gəldikdə

qeyd etmək lazımdır ki, respublikanın dağlıq zonasında torpaq-

qoruyucu tədbirlərin, o cümlədən hidrotexniki, fitomeliorativ və

aqrotexniki tədbirlərin tətbiq edilməməsi torpaqların yuyulub

dağılmasına, meşə və otlaqların sıradan çıxmasına səbəb olur.

Torpaqların münbitliyi pozulur, məhsulvermə qabiliyyəti azalır.

Göstərilən proseslər əsas etibarı ilə antropogen amillərin təsiri

nəticəsində təzahür edir.

Torpağa kifayət qədər qayğının olmaması, ondan düzgün

və səmərəli istifadə edilməməsi onun münbitlik parametrlərini

Page 7: Aygün Dağıstan qızı Şabandayeva

7

zəiflədir, torpaqəmələgəlmə prosesinin normal istiqamətini dəyi-

şir, orada gedən aqrokimyəvi, aqrofiziki, bioloji, biokimyəvi və

mikrobioloji prosesləri zəiflədir. Bütün bu dəyişiklər torpağın

ekoloji funksiyasını pozur və bitki örtüyünün normal inkişafını

dayandırır.

Qeyd etmək lazımdır ki, torpağın ekoloji funksiyası çox-

cəhətli olub, bitki örtüyündən ayrılmazdır. Torpaq üzvi mad-

dənin universal dəyişdiricisi və formadan formaya salan, onu

özündə toplayan və onun hərəkətini tənzim edən amildir.

XX əsrin II yarısında aparılan tədqiqatların nəticəsi belə

bir nəzəriyyəni irəli sürməyə imkan yaratdı ki, torpağın ekoloji

sistemdə tutduğu mövqeyi mürəkkəb biokimyəvi və biofiziki

proseslər kompleksinin təsiri nəticəsində əmələ gəlmişdir.

Bunun nəticəsində isə çox dinamik olan landşaft örtüyündə

biokimyəvi proseslərin getməsi üçün obyektiv şərait yaranır.

Onu da qeyd etmək lazımdır ki, həmin mexanizmləri tədqiq et-

mədən torpaq örtüyünün müasir ekoloji funksiyasının dinamika-

sını dərk etmək mümkün deyildir.

Müasir aqroekoloji sistem çox böyük gərginliyə məruz qa-

lır. Bu onunla izah edilir ki, torpaqların qeyri-elmi və səmərəsiz

istifadəsindən, bitki örtüyünün dağılmasından, kimyəvi güb-

rələrin geniş və bəzi hallarda səmərəsiz işlədilməsindən, müx-

təlif və çox qatı zəhərlərin tərkibindən, suvarma sisteminin düz-

gün qurulmamasından, növbəli əkin sisteminin tətbiq edilməmə-

sindən və başqa amillərin təsirindən əmələ gəlir.

Torpaq eroziyası nəticəsində münbitlik zəifləyir, məhsul-

darlıq aşağı düşür, bu da ətraf mühitdə ekoloji gərginliyin art-

masına səbəb olur. Məlumdur ki, eroziyaya uğrayan torpaq

kütləsi ilə birlikdə humus, azot, fosfor və başqa biogen element-

lər yuyulur, torpağın münbitliyinin aşağı düşməsi ilə həm də

ətraf sahələr, o cümlədən su hövzələri çirklənir.

Bitki örtüyünün məhv olması, meşə örtüyünün intensiv

qırılması otlaqların nizamsız, normadan artıq və qeyri fəsli istis-

marı eroziya prosesini inkişaf etdirməklə, aridləşmə prosesini

gücləndirir və səhralaşma üçün əlverişli şərait yaradır. Hazırda

təbii-ekoloji şəraiti gərgin olan ərazilərdən biri də Kiçik Qafqa-

Page 8: Aygün Dağıstan qızı Şabandayeva

8

zın şimal-şərq yamacında yerləşən Göygöl rayonu ərazisidir. Bu

bölgənin iqtisadiyyatında heyvandarlığın xüsusi yeri vardır ki,

onun əsas yem bazasının mənbəyi sayılan dağ-çəmən zonasının

eroziyadan mühafizəsi yollarını müəyyən etmək işin aktuallığını

və məqsədini təşkil edir. Hazırda eroziya proseslərinin

öyrənilməsi, onun ekoloji mühitə təsirinin müəyyənləşdirilməsi

və onlara qarşı qoruyucu tədbirlərin işlənib hazırlanması və

həyata keçirilməsi, elmi və praktiki cəhətdən çox əhəmiyyətlidir.

Tədqiq edilən ərazi haqqında ədəbiyyatlar və arxiv material-

larının araşdırılması əsasında müəyyən edilmişdir ki, Kiçik Qaf-

qazın şimal-şərq yamacında torpaq sahələrinin əksər hissəsi

müxtəlif dərəcədə eroziya prosesinə məruz qalmış, ekoloji funk-

siyaları zəifləmiş və ya tamamilə itmişdir. Ona görə də erozi-

yaya uğramış bu torpaqların ekoloji funksiyasını bərpa etmək

məqsədilə həmin torpaqlarda eroziya prosesi və onun torpağın

ekoloji funksiyasına təsirinin tədqiqi müəllif tərəfindən məq-

sədəuyğun hesab edilmişdir.

Eroziya prosesinin ekoloji dəyişkənliyə və ekosistemlərə

təsirinin öyrənilməsi, torpaqların münbitliyinin mühafizəsi və

dayanıqlığının təmin olunması üçün, təbii müvazinətin saxlanıl-

ması yollarını müəyyənləşdirmək məqsədi ilə elmi tədqiqat işlə-

rinin aparılması və eroziyaya qarşı tədbirlərin işlənib hazırlan-

ması vacib məsələlərdəndir. Bunları nəzərə alaraq

A.D.Şabandayevanın apardığı elmi tədqiqat işlərinin əsas məq-

sədi aşağıdakılardan ibarət olmuşdur.

1.Regionda şaquli qurşaqlarda yerləşən torpaq tipi və

yarımtiplərinin tədqiqi və monitorinqi,

2.Dağ və dağətəyi zonalarda eroziya prosesinin etiologiya-

sı, əmələgətirən amillər, yaratdığı fəsadların öyrənilməlsi,

3.Eroziya prosesinin təbii və aqrolandşaftlarda törətdiyi fə-

sadların tədqiqi,

4.Eroziya prosesinin ekosistemlərə, ətraf mühitə təsirinin

tədqiqi,

5.Eroziya prosesinin torpaqların münbitliyinə, humus və

qida maddələrin yuyulmasına və ekoloji funksiyasına təsirinin

müəyyənləşdirilməsi,

Page 9: Aygün Dağıstan qızı Şabandayeva

9

6.Bölgədə təbii müvazinətin bərpası, torpaqların ekoloji

funksiyasını sabitləşdirmək, eroziyaya uğramış torpaqların

münbitliyini bərpa etmək, kənd təsərrüfatı bitkilərinin məhsul-

darlığını artıqmaq məqsədi ilə torpaq-su qoruyucu müasir

texnologiyaların işlənib hazırlanması,

7.Torpaq bitki örtüyünün mühafizəsi, eroziya və deqra-

dasiyadan qorunması məqsədilə kompleks zonal tədbirlərin işlə-

nib hazırlanması,

8.Təbii ekosistemlərin qorunması, bərpası, optimallaşdırıl-

ması və beləliklə təbii müvazinətin bərpasının təmin edilməsi,

Qeyd etmək lazımdır ki, tədqiqat obyekti çox mürəkkəb

geoloji və geomorfoloji şəraitdə yerləşərək daim artan ekzogen

və antropogen təzyiqlərə məruz qalaraq təbii ekosistemlər

torpaq-bitki örtüyü deformasiyaya və deqradasiyaya məruz

qalmışdır. A.D.Şabandayeva tərəfindən ilk dəfə olaraq regionda

kompleks torpaq-eroziya tədqiqatları ekosistemlərin monitorinqi

aparılmışdır. Tədqiqatlar çöl, kameral və laboratoriya şəraitində

dağ-çəmən, dağ-meşə və bozqır zonaları əhatə etmişdir. Burada

torpaqların formalaşma şəraiti, morfo-genetik xüsusiyyətləri

orada baş verən eroziya prosesinin etiologiyası, onu əmələ

gətirən amillər, onun törətdiyi fəsadlar tədqiq edilmiş torpaq-

ların eroziyadan və deqradasiyadan qorunması üçün tədbirlər

hazırlanmışdır. Aparılan kompleks torpaq-eroziya tədqiqatları və

monitorinq müşahidələri nəticəsində torpaq eroziyasına qarşı

kompleks mübarizə tədbirləri o cümlədən təsərrüfat təşkilat,

hidrotexniki, fitomeliorativ və aqrotexniki tədbirlərin istehsa-

latda tətbiqi çox böyük əhəmiyyət kəsb edir. Həmin tədbirlərin

tətbiqi nəticəsində yay və qış otlaqlarının yaxşılaşdırılması,

meşərlərin və torpaqların qorunması, ekosistemlərin və torpaq-

ların ekoloji funksiyasının bərpası təmin ediləcəkdir ki, bu da

təbiətin və ətraf mühitin sağlaşması ilə nəticələnəcəkdir. İşlənib

hazırlanan tədbirlərin tətbiqi heyvandarlığın yem bazasını

yaxşılaşdıracaq, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını

artıracaqdır.

Coğrafiya elmləri doktoru, professor,

Nyu-York elmlər akademiyasının üzvü B.Şəkuri

Page 10: Aygün Dağıstan qızı Şabandayeva

10

I FƏSİL

KİÇİK QAFQAZIN TƏBİİ TARİXİ ŞƏRAİTİNİN

QISA SƏCİYYƏSİ

1.1 Regionun coğrafi mövqeyi

Tədqiqat obyekti olan Göygöl bölgəsi Kiçik Qafqazın şi-

mal və şimal-şərq yamacında, respublikanın qərb hissəsində yer-

ləşir. Bölgənin ərazisi şimaldan Gürcüstan Respublikası, şimal-

şərqdən Qax, şərqdən Yevlax, Goranboy, cənubdan Kəlbəcər və

Qərbdən isə Daşkəsən və Şəmkir rayonları ilə həmsərhəddir.

Göygöl rayonu ərazisində əsasən taxıl, üzüm, meyvə, bos-

tan və tərəvəz bitkiləri əkilir. Burada şərabçılıq qədim tarixə ma-

lik olaraq bölgənin iqtisadiyyatında böyük rol oynayır. Burada

həm də heyvandarlıq yaxşı inkişaf etmişdir.

1.2 Tədqiqat obyektinin geoloji və geomorfoloji qurulu-

şunun xüsusiyyətləri

Kiçik Qafqazın xüsusilə onun şimal-şərq hissəsi çox

mürəkkəb geomorfoloji quruluşa malikdir. Respublikanın başqa

dağlıq zonlarında olduğu kimi burada da torpaq-bitki örtüyü

şaquli zonallıq istiqamətində formalaşmışdır. Kiçik Qafqazın bu

hissəsinin geomorfoloji quruluşu Ş.A.Əzizbəyov (1954) və

başqaları tərəfindən tədqiq edilmişdir.

Geomorfoloji quruluşuna görə Kiçik Qafqazın şimal-şərq

hissəsi biri-birindən fərqlənən o cümlədən yüksək dağlıq, dağlıq

və dağətəyi düzən hissələrin olması ilə fərqlənir.

Tədqiqat obyekti olan Göygöl rayonu Kiçik Qafqazın

şimal-şərqində, Murovdağ silsilələrinin şimal yamacında,

Murovdağ və Şahdağ silsiləsinin şimal yamacında yerləşmişdir.

Kiçik Qafqaz geomorfoloji xüsusiyyətinə görə müstəqil

vilayət olub, dörd geomorfoloji rayona bölünür.

Göygöl rayonu bu dörd rayonlardan biri olan Murovdağ

və Şahdağ silsiləsini və onun yan qollarını əhatə edir.

Page 11: Aygün Dağıstan qızı Şabandayeva

11

Göygöl rayonunun ayrı-ayrı geomorfoloji zonalarının təs-

virinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, dağlıq zonada

əsasən denudasiya relyef forması mövcuddur. Burada akkumul-

yasiya sahələri kiçik olmaqla müvəqqəti xarakter daşıyır. Dağə-

təyi zonada isə bunun əksinə olaraq əsasən akkumulyasiya pro-

sesi daha çox inkişaf tapmışdır. Region daxilində olan dağlar

bir-birlərindən tektonik çökəkliklərlə seçilirlər.

Tədqiqat apardığımız Göygöl regionu səthi quruluşuna,

hündürlüyünə və s. fiziki-coğrafi xüsusiyyətlərinə görə, şimal-

dan cənuba doğru, bir-birindən kəskin fərqlənən 5 əsas geomor-

foloji zonaya bölünür.

1.Yüksək dağlıq zona - Bu geomorfoloji zona rayonun də-

niz səviyyəsindən 2000 m-dən 3000 m və daha çox hündürlüyü

olan sahələrini əhatə edir. Həmin zonanın cənub qurtaracağı öz

relyef formasına görə başqa sahələrdən daha çox fərqlənir. Bu-

ranın hündürlüyü 3000 m və daha çox olmaqla, Murovdağ, Şah-

dağ silsilələrindən başlamış Murovdağ silsiləsi üzrə şərqdən-

qərbə doğru ensiz suayrıcı boyu qayalıq zonadan ibarətdir. Bu

zonada bitki örtüyünün inkişafı üçün əlverişli şərait olma-

dığından torpaqəmələgəlmə prosesi son dərəcə ibtidai mərhələ-

dədir. Bitki örtüyü çox zəif, bəzi sahələr isə hətta ondan tamami-

lə məhrumdur. Bu qayalıqların ətəklərində müxtəlif irilikdə daş

səpintiləri və çınqıllıqları əmələ gəlmişdir ki, bu da əsasən fiziki,

mexaniki və kimyəvi aşınma məhsulunun toplanması yolu ilə

baş vermişdir.

Qayalıq zonadan şimala doğru getdikcə dağların hündür-

lüyü azalır, çay şəbəkəsinin sıxlığı isə çoxalır. Həmin çaylar

müxtəlif istiqamətlərdə axmaqla relyefin parçalanmasına, meyil-

liyin artmasına və məhəlli eroziya bazisinin dərinləşməsinə sə-

bəb olur. Bu zona oroqrafik cəhətdən də çox mürəkkəbdir. Mu-

rovdağ antiklinorisindən şimala doğru bir çox antiklinal və sink-

linallar uzanır. Buranın relyefinin əmələ gəlməsində qədim dövr

buzlaşmalarının da böyük rolu olmuşdur. Murovdağ və Şahdağ

antiklinorisinin dik yamaclı ensiz suayrıcı tili üzərində qədim

buzlaq izləri aydın seçilir. Belə ki, “Kamış”, “Bənövşə” və baş-

Page 12: Aygün Dağıstan qızı Şabandayeva

12

qa zirvələrdə qədim buzlaq formalarından olan karlara, morenlə-

rə və s. buzlaq relyef formalarına rast gəlinir.

Məlum olduğu kimi Kiçik Qafqazda 2 dəfə buzlaşma ol-

muşdur. Bu zonanın yüksək dağlıq hissəsində ikinci buzlaş-

manın izləri çox yaxşı qalmışdır. Qədim buzlaşmanın izlərini

yamacların yuxarı hissələrində daha aydın görmək olur. Əksinə,

yamacların aşağı hissələrində isə buzlaq izləri eroziya prosesi

nəticəsində pozulmuş və ya onların üzəri töküntü materialları ilə

örtülmüşdür. Həmin zonanın əsas relyef tiplərindən çay vadi-

lərini, dağarası çökəklikləri, buzlaq formalarını və s. göstərmək

olar. Çay dərələrinin əksəriyyəti “Y” formasındadır.

Həmin zonada yerləşən Kəpəz sinklinalı titon yaşlı əhəng

daşları və dolamitlərdən təşkil olunmuşdur. Burada uçqun

daşlarının səpələnmə sahələrinin uzunluğu 10 km-ə çatır.

Tədqiq etdiyimiz zona relyef cəhətdən cənubdan şimala

doğru fərqləndiyi kimi, qərbdən şərqə doğru da bir çox xü-

susiyyətlərinə görə fərqlənir. Belə ki, bu zonanın şərq hissəsi

nisbətən daha çox mürəkkəb relyefə malikdir. Buranın ən yük-

sək hissələrində çılpaq qayalıqlara, ayrı-ayrı zirvələrə, dərin də-

rələrə, çay dərələrinə və dağarası düzənliklərə rast gəlinir. Qeyd

etmək lazımdır ki, yamacların orta meyilliyi 30-450 və daha çox

olmaqla, məhəlli eroziya bazisinin dərinliyi 500-800 m arasında

tərəddüd edir. Eroziya prosesinin intensivliyinə təsir edən

amillər burada maksimum fəaldırlar. Buradan qərbə doğru hə-

rəkət etdikcə, xüsusilə Kürəkçay hövzəsi müxtəlif istiqamətlərdə

parçalandığından kiçik antiklinal və sinklinallara ayrılırlar, eyni

zamanda relyef yenidən mürəkkəbləşir və nəhayətdə həmin zona

nisbətən az hündürlüyü olan ikinci geomorfoloji zonaya keçir.

2. Orta dağlıq zona - Bu geomorfoji zona tədqiqat

apardığımız rayonun cənub hissəsində yüksək dağlıq ilə alçaq

dağlıq zonaları arasında keçid təşkil edərək, 1200 m-dən 2000

m-ə kimi olan yüksəklikləri əhatə edir. Zonanın relyefi daha iri

formalara malikdir. Burada çay dərələri nisbətən böyükdürlər.

Orta dağlıq zonada əsasən mezozoy və üçüncü dövrün vulka-

nogen suxurlarına, çökmə suxurlardan əhəng daşları və gil şist-

Page 13: Aygün Dağıstan qızı Şabandayeva

13

lərinə və s. rast gəlinir. Bu süxurlar çox asan aşındığından onla-

rın üzərində torpaq və bitki örtüyü yaxşı inkişaf edir.

Yüksək dağlıq zonada olduğu kimi burada relyefin əsas

formalarından biri çay vadiləridir. Bu zonada da dağların şaquli

və üfüqi istiqamətlərdə parçalanmasına çayların böyük təsiri

olmuşdur. Təsvir olunan sahədə pant silsiləsinin antiklinal

qırışıqları müstəsnalıq təşkil edir. Ona görə ki, burada yamaclar

dik və parçalanmaqla asimmetrik xarakter daşıyırlar. Həmin zo-

nada relyefin erozion denudasion tektonik formaya malik olması

da səciyyəvidir.

Orta dağlıq zonada qədim buzlaşma formalarının əksəriy-

yəti eroziya prosesi nəticəsində öz izlərini itirmişlər. Orta dağ

zonada bitki örtüyü yaxşı mühafizə olunduğu üçün burada ero-

ziya prosesi zəif inkişaf etmişdir. Lakin burada axan çayların,

dərələrin hamısında akkummulyativ terraslar nəzəri cəlb edir.

Yüksək dağ zonasında isə müşahidə olunmur. Əsas çaylar möh-

kəm süxurları kəsdiyi yerdə erozion terraslar və dar dərələr

əmələ gəlmişdir.

3. Alçaq dağlıq zona - Bu zona rayonun mərkəz, şimal-

şərq və şimal-qərb hissələrində yerləşərək hündürlüyü dəniz

səviyyəsindən 1200 m-dən 700 m-ə qədər olan sahələri əhatə

edir. Ərazi ikinci geomorfoloji zonanın ardı olmasına baxmaya-

raq, özünün mürəkkəb relyef xüsusiyyətlərinə görə əvvəlki zo-

nadan kəskin surətdə fərqlənir. Belə ki, təsvir etdiyimiz geo-

morfoloji rayon bir neçə dağüstü düzənliklərə və çökəkliyə ay-

rılır. Bu düzənliklərin və çökəkliklərin hündürlüyü dəniz səviy-

yəsindən 1000-1200 m-dir.

Təsvir etdiyimiz çökəkliklər hər tərəfdən hündür dağlar ilə

əhatə olunaraq bir-birindən ayrılır. Həmin çökəkliklər ərazinin

yalnız şimal hissəsindən çay dərələri (Gəncəçay, Zurnabadçay,

Qoşqarçay, Kürəkçay) vasitəsilə açılır. Məhz bu səbəbdən də

burada aşınıb gətirilmiş materialların çoxusu akkumulyasiyaya

uğrayır və bu sahələrin düzənləşməsinə imkan yaradıblar. Lakin

sonradan zaman çərçivəsində yerli eroziya bazisinin aşağı

düşməsi nəticəsində Gəncəçay, Zurnabadçay, Qoşqarçay və

Page 14: Aygün Dağıstan qızı Şabandayeva

14

Kürəkçay həmin akkumliyativ çöküntüləri kəsən yerdən əlavə,

kiçik çay dərələri, qobular və yarğanlar əmələ gətirərək, relyefin

mürəkkəbləşməsinə şərait yaratmışlar.

Göstərilən çökəklikləri bir-birindən ayıran dağ silsilələri-

nin yamacları çox kəskin surətdə fərqlənərək meyilliyi 30-450 və

bəzən daha çox olur.

Zonanın şimal-şərq hissəsindən axan Kürəkçay ətrafında

dərə və yarğanlara da təsadüf edilir. Bunların dərinliyi 10-15 m

və bəzi hallarda daha çox olur.

4. Dağətəyi zona - Bu geomorfoloji zona rayonun qərb və

şərq hissəsində 700 m-dən 450-400 m-ə qədər hündürlüyü olan

sahələri əhatə edir. Təsvir etdiyimiz bu geomorfoloji rayonun

ümumi meyilliyi azdır və şimal istiqamətində olmasına bax-

mayaraq, yarğan, qobu və dərələr vasitəsilə kəskin parçalan-

mışdır. Rayonların bu hissəsinin relyefi kiçik təpə və düzənlik-

lərin olması ilə səciyyələnir. Həmin təpəciklərin hündürlüyü isə

20-50 m arasında dəyişir.Təsvir etdiyimiz zonanın meyilliyi cə-

nub-şərq və cənub-qərbə getdikcə daha da artır. Rayonun bu his-

səsindən axan çaylar Qoşqarçay, Gəncəçay, Kürəkçay öz yerli

eroziya bazislərini daha da aşağı salaraq maili düzənliyə çıxır.

Ərazinin cənub-şərq hissəsinə gəldikdə ümumi meyillik

şimal istiqamətində olmaqla orada çoxlu dərə, yarğan, qobu və

çaylaqlar əmələ gəlmişdir ki, bunların da istiqaməti Gəncə maili

düzənliyinə doğru çevrilmişdir. Bu şəkildə parçalanma

nəticəsində çoxlu əlavə yamaclar əmələ gəlib ki, bunlarında

meyilliyi artaraq bəzi yerlərdə hətta 15-200-dən çox olur. Belə

parçalanmış yamaclarda meyilliyin artması nəticəsində yeni

qobu, yarğan və s. əmələ gəlmiş və hazırda da bu hadisənin

davam etməsi müşahidə olunur. Rayonun qərbində meyillik

tədricən azalır və geniş düzənlik sahəyə çevrilir. Burada əmələ

gəlmiş yarğanlar, dərələr, qobular və çaylar düz istiqamətdə

şimala doğru inkişaf edərək uzunluğu 8-10 km-ə çatır. Bunların

da dərinliyi 10-15 m, eni isə 20-30 və bəzi yerlərdə 50 m-dən də

artıq olur. Bu relyef formaları bəzi yerlərdə Gəncə maili dü-

zənliyinə çıxdıqdan sonra, yenə də istiqamətlərində inkişaflarını

Page 15: Aygün Dağıstan qızı Şabandayeva

15

davam etdirirlər. Təsvir olunan zonada şimala doğru relyefin

meyilliyi tədricən azalaraq maili düzənlikdə itirlər.

5. Gəncə maili düzənliyi - Bu geomorfoloji zona tədqiqat

apardığımız ərazinin şimal hissəsini əhatə etməklə hündürlüyü

dəniz səviyyəsindən 450-400 m-dən az olan sahələri əhatə edir.

Bu sahə dağətəyi zona ilə Kürçayı arasında yerləşir. Onun

qərbdən sərhəddi Şəmkirçay, şərqdən isə Kürəkçaydır.

Gəncə maili düzənliyi relyefin sadəliyi ilə o biri zona-

lardan kəskin surətdə fərqlənir. Bu zonadan şimala doğru get-

dikcə yastı maili düzənliyin sahəsi genişlənir və şimalda Kür-

çayı dərəsi ilə kəsilir. Düzənliyin Kürçayı ilə kəsişdiyi yer çoxlu

miqdarda qobu, yarğan, dərə və s. vasitəsilə parçalanmışdır, əra-

zinin bu hissəsindən axan çaylar düzənliyin dərin parçalan-

masına səbəb olubdur. Belə ki, düzənliyə çıxdıqdan sonra Şəm-

kirçayın dərəsinin dərinliyi 30-40 m, Gəncəçayın isə 40-60 m və

daha çoxdur. Çay dərələrinin dərinliyinin belə artması bu sahə-

lərdə qobu eroziyasının da intensiv surətdə getməsinə təsir gös-

tərmişdir. Bəzi çaylar isə dayaz yataqlarla axaraq, gətirdikləri

çöküntüləri düzənliyin səthinə yayır. Buna misal Kürəkçay,

Qoşqarçay və s. çayları göstərmək olar.

1.3 Torpaqəmələgətirən süxurlar

Məlum olduğu kimi torpaqəmələgətirən süxurlar torpaq-

ların formalaşmasında çox böyük rol oynayırlar. Belə süxurların

mineraloji tərkibi torpaqların geokimyəvi tərkibini əmələ gətirir

və onun münbitliyini zənginləşdirir. Kiçik Qafqazın şimal-şərq

yamacı sinklinallarında, xüsusilə də Murovdağ, Şahdağ silsi-

ləsinin şimal yamacları püskürmə və çökmə süxur

komplekslərinin olması ilə səciyyələnir. Tədqiq etdiyimiz region

daxilində yura çöküntüləri vulkanogen xarakter daşıyaraq dağlıq

zonada daha çox yayılmışdır. O, müxtəlif kvarslı porfirlərin,

onların tuflarının və tuf brekçiyalarının qalın qatlarından iba-

rətdir. Onların arasında qumdaşı tipli normal çökmə süxurlara və

gilli şistlərə də rast gəlinir.

Page 16: Aygün Dağıstan qızı Şabandayeva

16

Əhəng daşları adətən sinklinallarda olmaqla Göygöl

yaxınlığında və Kəpəz dağında xeyli inkişaf etmişdir.

Senoman çöküntüləri Qoşqarçay ilə Gəncəçay arasında

yayılmışdır. Tədqiqat apardığımız rayonun şimal hissəsində

akkumulyasiya prosesi üstünlük təşkil edir. Təsvir edilən sahədə

dördüncü dövürə aid olan karbonatlı gilli və gilləcəli süxurlar

geniş yayılmışdır.

1.4 Göygöl bölgəsi ərazisində iqlimin əsas xüsusiyyətləri

Torpaqəmələgəlmə prosesində və eləcədə torpaqların ero-

ziya prosesinə məruz qalmasında iqlimin çox böyük rolu vardır.

Qeyd etmək lazımdır ki, təbii amillər içərisində eroziya

prosesinin əmələ gəlib inkişafında başqa amillərə nisbətən iqlim

və ilk növbədə yağıntılar həlledici rola malikdir.

İqlim parametrləri torpaqəmələgəlmə prosesində də böyük

əhəmiyyətə malikdir.

Ərazinin dağətəyi düzən hissəsində yağıntıların azlığı və

orta temperaturun nisbətən yüksək olması səciyyəvidir. Ərazinin

orta dağlıq və yüksək dağətəyi zonalarında illik yağıntıların

miqdarının tədricən artması və orta illik temperaturun yüksəkli-

yə qalxdıqca aşağı düşməsi nəzərə çarpır. Yüksək dağlıq qurşaq-

da yağıntıların miqdarı artır, temperaturun miqdarı xeyli azalır.

Göygöl bölgəsi ərazisi mürəkkəb geomorfoloji quruluşa

malik olduğu ilə əlaqədar burada müxtəlif iqlim tipləri mövcud-

dur.

E.M.Şıxlinski Kiçik Qafqazın şimal və şimal-şərq his-

səsində iqlimi rayonlaşdırarkən 4 iqlim tipi ayırmışdır ki, bunlar

şaquli zonallıq qanununa uyğunluq təşkil edir.

1.Yüksək dağlıq tundra iqlimi

2.Soyuq və quru qış iqlimi

3.Mülayim isti və quru qış iqlimi

4.Mülayim isti yarımsəhra və quru çöllərin quru qış iqlimi

Bu zonaların içərisində yamacın baxarlığı mütləq yük-

səkliklərdən relyefin formalarından asılı olaraq iqlim

parametrləri dəyişir. Tədqiqat obyekti olan Kiçik Qafqazın şimal

Page 17: Aygün Dağıstan qızı Şabandayeva

17

və şimal-şərq hissəsində orta illik yağıntıların paylanması əra-

zinin relyefi və dəniz səviyyəsindən hündürlüyündən xeyli asılı-

dır. E.M.Şıxlinski ərazidə 4 iqlim yarım rayonu ayırır:

1.Yüksək dağlıq

2.Orta dağlıq

3.Alçaq dağlıq

4.Dağətəyi

1.Yüksək dağlıqda iqlim çox rütubətli və soyuqdur; burada

havanın orta illik temperaturu 20-3,7

0 arasında tərəddüd edir.

Maksimum hərarət iyul və avqust aylarında müşahidə olunur

(12,70), minimum temperatur (-6,4

0 - -10

0) yanvar ayında olur.

Burada orta illik yağıntıların miqdarı 815 mm-dir.

2.Orta dağlıq hissədə havanın orta illik temperaturu -5,7-

6,30, iyul ayında orta aylıq temperatur -16,3, yanvar ayında isə -

40

təşkil edir. Burada orta illik yağıntıların miqdarı 663 mm

təşkil edir.

3. Alçaq dağlıq yarım rayon ərazisində qış mülayim-isti və

qurudur. Havanın orta illik temperaturu 8,9-10,50. Maksimum

temperatur iyul ayında 19,3-21,6, minimum isə yanvar ayında

[1,4-(0,7)] müşahidə edilir. Burada orta illik yağıntılar 400-500

mm təşkil edir.

4. Dağ ətəyi zonada quru çöllər iqlim şəraiti hakimdir.

Belə ki, havanın orta illik temperaturu +12,60, mütləq maksi-

mum hərarət +24,40, mütləq minimum isə -0,4

0-dir. Atmosfer

çöküntülərinin miqdarı 250-400 mm təşkil edir.

Page 18: Aygün Dağıstan qızı Şabandayeva

18

Cədvəl 1

Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində orta aylıq

və illik iqlim göstəriciləri

İllik 15

11

,8

41

3

64

86

5

6,1

62

2

76

60

0

A Y

L A

R

XII

14

2,6

20

70

34

-1,5

27

68

40

XI

13

7,0

32

76

36

2,8

38

72

43

X

12

13

,0

36

71

55

7,7

49

76

53

IX

11

18

,4

32

63

85

12

,1

42

82

56

VII

I

10

23

,1

22

47

22

0

16

,0

41

76

80

VII

9

23

,2

37

45

12

8

15

,9

59

78

77

VI 8

20

,2

63

51

94

13

,0

10

7

80

58

V 7

16

,0

60

63

64

9,7

10

4

82

50

IV

6

10

,7

40

69

52

5,2

59

77

35

III 5

5,2

30

75

40

-0,3

48

77

35

II 4

1,8

22

70

29

-3,1

28

71

29

I 3

0,5

19

70

28

-3,8

20

67

32

2

Tem

per

atu

ra

C0lə

Ya

ğın

tıla

rın

miq

da

rı m

m-l

ə

Nis

bi

rütu

bət

%-l

ə

Bu

xa

rla

nm

a

mm

-lə

Tem

per

atu

ra

C0lə

Ya

ğın

tıla

rın

miq

da

rı m

m-l

ə

Nis

bi

rütu

bət

%-l

ə

Bu

xa

rla

nm

a

mm

-lə

Met

eoro

loji

sta

nsi

ya

1

yg

öl

Da

şkəs

ən

Page 19: Aygün Dağıstan qızı Şabandayeva

19

1 saylı cədvəldə Kiçik Qafqazın şimal-şərq hissəsində orta

aylıq və illik iqlim göstəriciləri gətirilir. Cədvəlin rəqəmlərindən

göründüyü kimi iqlim parametrləri ərazinin geomorfoloji

quruluşundan, dəniz səviyyəsindən hündürlüyündən, təbii

qurşaqlarından xeyli asılıdır. Tədqiqat obyekti bölgəsinin iqlim

parametrlərinin izahı göstərir ki, bölgədə kənd təsərrüfatı

bitkilərinin inkişafı, yüksək və sabit məhsul verməsi üçün

əlverişli şərait vardır. İqlimin müsbət durumunu, ekosistemlərin

mövcud vəziyyətini, təbii müvazinətin saxlanılması üçün təbiət

qoruyucu tədbirlər tətbiq edilməli, meşələrin, otlaqların, torpaq-

bitki örtüyünün mühafizəsi ön plana çəkilməlidir.

1.5 Bitki örtüyü və torpaqəmələgəlmə prosesində

onun rolu

Bitki örtüyü torpaqəmələgəlmə prosesində və torpağın

yuyulmadan qoruyub saxlayan ən mühüm amillərdən biridir. O,

torpağa düşən yağmuru özündə saxlamaqla bərabər, torpağın su

sızdırma qabiliyyətini artırır ki, bunun da nəticəsində səthi axı-

mın və torpağın yuyulmasının qarşısı alınır.

Bitki örtüyü zəif inkişaf etmiş və ondan tamamilə məhrum

olan sahələrdə yağmurlar bir başqa torpağın üzərinə düşdüyün-

dən onun az bir hissəsi torpağa hopub, qalan hissəsi isə torpağın

səthi ilə axaraq torpağın yuyulmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, Kiçik Qafqazın başqa yamacların-

da olduğu kimi onun şimal-şərq yamacında da bitki örtüyü şa-

quli zonallıq qanununa əsasən formalaşmışdır. Ərazinin dağlıq

zonasından aşağı endikcə bitki formasiyalarında dəyişiklik mü-

şahidə edilir. Hündürlüyü dəniz səviyyəsindən 2700-2800 m-dən

çox olan qayalıqlı və çınqıllı yerlərdə alp çəmənliyinə mənsub

olan, yerə yapışan bitkilər və zınqırov fəsiləsinə aid olan otlar

inkişaf etmişdir. Bundan aşağıda çəmən zonasının normal rü-

tubətli yamacları müxtəlif alp və subalp ot bitkiləri ilə örtülmüş-

dür. Lakin alp çəmənliklərinə mənsub olan bitkilərin boyları qı-

sa və növləri nisbətən azdır. Aparılan tədqiqatdan aydın oldu ki,

alp zonasında bitki örtüyü seyrək və onların boyları qısadır. Belə

sahələrdə mal-qaranın sistemsiz və çox otarılması bitki örtüyü-

Page 20: Aygün Dağıstan qızı Şabandayeva

20

nün daha da seyrəkləşməsinə və bəzi sahələrin isə tamamilə bit-

ki örtüyündən məhrum olmasına səbəb olur ki, bunun da nəticə-

sində eroziya prosesi geniş inkişaf edərək torpaqların deqradasi-

yasına şərait yaranır.

Dağların yüksəkliyindən, yamacların cəhətindən və.s amil-

lərdən asılı olaraq subalp çəmənliklərinin sərhədləri 1700 m-ə

qədər aşağı düşür. Bunun əsas səbəbi yuxarı meşə sərhəddində

olan ağacların insanlar tərəfindən qırılmasıdır. Bunun nəticəsin-

də meşə bitki örtüyü əvəzinə çəmən bitki qrupları əmələ gəlmiş-

dir. Məhz buna görə də bu sahələrin torpaqları hazırda dağ-çə-

mən torpaqlarına meyil edirlər. Subalp çəmənlərinin səciyyəvi

bitki nümayəndələrindən dəyişən tonqalotu, alp qırtıcı, üçyarpaq

yonca, mərcanotu və s. göstərmək olar. Bu bitkilərə alp çəmən-

liyində də təsadüf edilir, lakin onların boyları qısa olur.

Subalp bitkilərinin boyları hündür və çox olduğu üçün

bunlardan biçənək kimi də istifadə edilir. Təbii bitki örtüyü po-

zulmamış sahələrdə subalp çəmənliyinin böyük torpaqqoruyucu

qabiliyyəti vardır. Burada bitən müxtəlif dənli və paxlalı bitkilər

torpağı atmosfer çöküntülərinin dağıdıcı qüvvəsindən mühafizə

edir. Dağ-çəmən zonası tədricən meşə zonasına keçir. Lakin belə

qanunauyğunluq Göygöl rayonunda pozulur. Çünki meşərlərin

qırılması ilə əlaqədar olaraq çəmən bitkiləri meşə zonasına soxu-

lub birbaşa mezofil çəmən bitkilərini o cümlədən pişikquyruğu,

qıyıq otu, qısaayaq, orta titrək, mərcan otu, quzu qulağı, üçyar-

paq yonca, qara yonca və s. inkişafı üçün əlverişli şərait yaradır.

Tədqiqat bölgəsi ərazisində olan meşələr Gəncəçay və Kü-

rəkçay hövzələrində daha çox yayılmaqla, dəniz səviyyəsindən

700 m-dən 2100 m-ə qədər olan yüksəklikdə inkişaf tapmışdır.

Burada zonalardan asılı olaraq meşələr müxtəlif ağac cins-

lərindən əmələ gəlmişlər, bunların içərisində fıstıq, ağcaqayın,

palıd, vələs və bəzi ağac növləri üstünlük təşkil edir. Təkcə qa-

yın ağacı meşələri yalnız meşələrin yuxarı hissəsində, başlıca

olaraq Göygöl ətrafında müşahidə edilir.

Kiçik Qafqazın şimal-şərq hissəsində meşə bitki formasi-

yaları şaqüli istiqamətdə aşağıdakı qayda ilə bir-birini əvəz edir.

Alçaq dağlıq qurşaqda gürcü palıdı, orta dağlıq qurşaqda şərq

Page 21: Aygün Dağıstan qızı Şabandayeva

21

fıstığı, vələs və yuxarı dağ qurşağında isə şərq palıdını gös-

tərmək olar. Burada olan palıd meşələri tək-tək hallarda başqa

ağac cinslərilə qarışır. Bəzən bu ağacların arasında başqa ağac

cinsləri, ağcaqayın və vələs ağaclarına rast gəlinir. Bunlar me-

şənin yuxarı və orta hissəsində inkişaf edirlər. Aşağı qurşaqda

gürcü palıdı, şimal yamacları da daxil olmaqla, müxtəlif eks-

pozisiyalarda bitmişlər. Burada kolluqlara da rast gəlmək olur.

Tədqiqat apardığımız ərazinin iqlimi, relyefi, torpaq örtü-

yü və torpaqəmələgətirən süxurlarının müxtəlif olması orada bi-

tən meşə bitkilərinin rəngarəng olmasına səbəb olmuşdur. Belə

ki, meşənin aşağı qurşağında olan ağacların boyu qısa və meşə-

nin sıxlığı isə 0,1-0,3 təşkil edir. Dağ yamacı ilə yüksəkliyə

qalxdıqca bu ağaclar sıxlaşmaqla yanaşı, hündür boylu və çox

növlü meşələrə çevrilir. Beləliklə quraqlığa davamlı olan meşə

ağacları yüksəkliyə qalxdıqca nəmlik sevən (rütubət) ağac növ-

ləri ilə əvəz olunurlar.

Alçaq dağ-meşə qurşağı dəniz səviyyəsindən 600-1000 m

hündürlüyü olan sahələri tutaraq, əsasən kol bitkilərindən ye-

mişan, əzgil, qaramurdarça, zoğal, alça, vələs və palıd ağacla-

rından ibarətdir. Orta dağ qurşağına qalxdıqca bu kollar azalır.

Orta dağ-meşə qurşağı dəniz səviyyəsindən 1000-1700 m

hündürlükdə, yüksək boylu fıstıq meşələrilə örtülmüş olurlar.

Lakin 1300-1700 m hündürlükdə inkişaf tapmış fıstıq ağacları

hündür boylu olmaqla sıxlaşaraq az növlü ağaclardan ibarət ti-

pik fıstıq sahələri yaradırlar. Burada 3-5 sm qalınlığında meşə

döşənəyi əmələ gəlir, ot bitkisi isə inkişaf edə bilmir.

Yuxarı dağ-meşə qurşağı 1700 m-dən 2100 m-ə qədər qal-

xaraq meşə ağacları bir qədər xırda boylu və seyrək olduqları

üçün ot örtüyünün də inkişafına şərait yaranır. Bu qurşaqda ən

çox işıq sevən şərq palıdına, şimal yamaclarda isə palıd ilə qarı-

şıq şərq fıstığına rast gəlinir. Daha yüksəyə qalxdıqca palıdın sa-

yı çoxalır, fıstıq isə azalır və nəhayət itir. Bəzi sahələrdə bu toz

ağacı ilə əvəz olunur.

Müəyyən edilmişdir ki, meşə bitki formasiyasının şaquli

zonalıq üzrə belə dəyişməsi başqa amillərlə birlikdə torpaq tiplə-

rinin də dəyişməsinə böyük təsir göstərir. Belə ki, alçaq dağlıq

Page 22: Aygün Dağıstan qızı Şabandayeva

22

zonada inkişaf tapmış palıd meşəsi altında qəhvəyi dağ-meşə

torpaqları, orta dağlıq qurşağında fıstıq meşəsi altında tünd qo-

nur dağ-meşə torpaqları və nəhayət yüksək dağlıq qurşaqda isə

açıq qonur dağ-meşə torpaqları inkişaf etmişdir. Dağ meşələri

xüsusilə meyilli yamaclarda torpağı yuyulmadan mühafizə edib,

dağ çaylarında su rejimini nizama salır, qarların tədricən ərimə-

sinə səbəb olmaqla suyun torpağa hopmasını təmin edir və bu-

xarlanmanın qarşısını alır. Meşə ilə örtülü dik yamaclara belə

yağmurlar düşdükdə, o torpağa hoparaq səthi su axımı əmələ

gəlməsinin qarşısını alır. Meşə örtüyü həmçinin bulaqların suyu-

nu nizama salır.

Alçaq dağlıq zonadan aşağı endikcə meşələr kollarla əvəz

olunur. Kolluqların arasında bəzən xırda boylu ağaclara da rast

gəlinir. Aşağı zonada kolluqların çox geniş yayılması meşələrin

qırılması ilə əlaqədardır. Meşə ağaclarının seyrək olduğu və

kolluqlar inkişaf etmiş yerlərdə isə bitkilərin torpaqqoruyucu və

sutənzimedici rolu çox zəifdir.

Meşələrin sistemsiz olaraq qırılması nəticəsində vaxtı ilə

böyük təsərrüfat əhəmiyyəti olan yüksək, sıx və bonitetli meşə-

lər hazırda kolluqlar şəklini almış və bir çox yerlərdə qaratikan

kolları ilə əvəz olunmuşdur. Zurnabad, Mirzik, Azad, Sarı su,

Əbləh, Qozluq və s. kəndlərin ərazisində bu cür hallara daha çox

təsadüf edilir. Meşələri qırıb yerində kənd təsərrüfatı bitkilərini

əkmək üçün istifadə edilməsi nəticəsində meşələrin sahələri

xeyli azalmışdır. Meşə altından çıxmış ərazidə bozqırlaşma

prosesi getmiş və aridləşmə üçün əlverişli şərait yaranmışdır.

Bölgədə yerləşən Göygöl ətrafında respublikada ən nadir olan

kox şamı yayılmışdır ki, bu da dövlət tərəfindən qorunub sax-

lanılır. Müşahidələrimiz göstərdi ki, şam meşəsi bir də Mirzik

kəndinin ətrafında vardır ki, bunu da süni surətdə 1932-ci ildə

salmışlar. Meşənin sahəsi isə 2 hektara qədərdir.

Tədqiqat aparılan zonada alçaq dağlıq qurşaqda aşağıda

dağ kserofit bitkiləri geniş yayılmışdır. Bu qurşaq alçaq dağlıq

ilə dağ ətəyi sahələrdə, yarımsəhra qurşağı ilə birləşib qarışıq

bitkilər qrupu əmələ gətirir. Qarışıq bitkilər zonası rayonun əra-

Page 23: Aygün Dağıstan qızı Şabandayeva

23

zisində 500-800 m və ondan bir qədər də yüksək olan sahələri

əhatə edir.

Dağ kserofitlərinin, bir cinsli olmayıb qarışıq qruplar

əmələ gətirməsi rayonun torpaq örtüyü və yamacların quruluşu,

cəhətləri, relyefi və s. ilə çox sıx surətdə əlaqədardır. Burada dağ

kserofitləri yarımsəhra bitkilərinə nisbətən çox zəngindir.

Əsasən hündür boylu otlar və müxtəlif növlü kolluqlar geniş yer

tutur.

Rayon ərazisində Qozluq, Zurnabad, Topalhəsənli, Murut,

Hacı qayası, Kürəkçay, Gəncəçay, Qoşqarçay hövzəsinin aşağı

hissəsində əsasən dağ kserofit bitlkiləri yayılmışdır. Dağ kserofit

bitkilərindən ən çox burada gəvən, südlübiyan, kəklikotu, ağ ot,

murdarça və s. yayılmışdır.

Tədqiqat apardığmız zonanın şimal qurtaracağında yarım-

səhra bitkiləri inkişaf etmişdir. Bu zonada torpaqda rütubətin

çatışmaması, yay aylarında temperaturun yüksək olması,

rütubətin buxarlanması və torpağın şorlaşması bitki örtüyünün

dəyişməsinə təsir edən əsas amillərdəndir.

Ərazidə olan yarımsəhra bitkilərinin vegetasiya dövrü

havanın fəsillər üzrə dəyişməsi ilə əlaqədardır. Yazın əvvəllə-

rində yağışların çox yağması ilə əlaqədar olaraq efemer bitkilər

sürətlə böyüyüb yaşıllaşırlar. Aprelin axırlarında və mayın

əvvəllərində isə bunlar öz vegetasiya dövrlərini başa vurub tələf

olurlar. Bu dövrdə çoxillik otlar, yovşan və qaraçal öz inkişafını

davam etdirirlər. Bölgədə yarımsəhra bitkilərindən ən çox

yovşan və qaraçal yayılmışdır.

Tədqiqat apardığımız bölgənin çay vadilərində də müxtəlif

bitki qrupları inkişaf etmişdir. Bu bitkilər iki qrupa bölünür.

1.Su basar və çay sahili meşələr

2.Çay vadisi çəmən bitkiləri

Subasar və çay sahili meşələr əsasən ərazi daxilində axan

Kürəkçay, Gəncəçay, Qoşqarçayın axını boyunca yayılmışdır.

Bundan başqa buradan axan kiçik çayların da vadilərində bəzi

ağac növləri yayılmışdır. Subasarda və çay sahillərində yayılmış

ağaclardan: söyüd, iydə, qoz, armud, alma, tut və bəzi meyvə

ağaclarını göstərmək olar. Çay vadilərində isə çəmən bitki-

Page 24: Aygün Dağıstan qızı Şabandayeva

24

lərindən çim,vəhşi yonca, palış, alma çiçəyi, cil və s. bu kimi

bitkilər yayılmışdır.

Yuxarıda qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki,

bitkilər torpağı yuyulmaqdan qoruyub, onun əmələ gəlməsində

və münbitliyinin qorunub saxlanılmasında mühüm rol oynayır.

Lakin təbii bitki örtüyünün məhv edilməsi və ağacların qırılması

eroziyanın baş verməsinə şərait yaradır. Belə hadisəyə isə

Azərbaycanın başqa dağlıq və dağətəyi rayonlarında olduğu

kimi, Kiçik Qafqazın şimal-şərq yamacında, o cümlədən Göygöl

bölgəsində də rast gəlinir.

Hazırda Azərbaycan Respublikası höküməti respublika

təbiətinin qorunması, meşələrin bərpası üçün ciddi ölçülər

götürür və respublikada böyük bərpa işləri aparır.

1.6 Hidroqrafik şəbəkə

Göygöl və Daşkəsən rayonlarının ərazisi Kiçik Qafqazın

şimal və şimal-şərq yamaclarında yerləşmişdir. Ərazidən axan

çaylar əsasən Murovdağ silsiləsinin şimal yamacından qi-

dalanırlar. Ərazinin müasir hidroqrafik şəbəkəsi uzun dövrlər ər-

zində bir sıra dəyişikliklərə uğrayaraq, indiki vəziyyəti almışdır.

Ərazidə axan çaylar dağlıq zonadan çıxdıqdan sonra heç

bir qol qəbul etmirlər. Onların region ərazisində böyük kənd

təsərrüfat əhəmiyyəti vardır. Belə ki, bu çayların sularından

bütünlüklə böyük əkinçilik potensiyalına malik olan düzən

zonanın torpaqları suvarılır.

Qəbul edilmiş əlamətlər və həmçinin ümumi fiziki-coğrafi

şəraitinə görə Azərbaycan Respublikası 12 hidroloji regiona

bölünür. Rayon ərazisindən axan çaylar 2 hidroloji zona

daxilində birləşmişlər. Birinci-az axan çaylar zonasıdır (5-1/can.

km2). Bu zona şimaldan Gəncə şəhəri enliyindən, cənubdan

alçaq və orta dağlıq zonası arasından keçən xətt ilə sərhədlənir.

İkinci-orta axan çaylar zonadır ki, (25-5 l/san.km2) bu bütün-

lüklə orta və yüksək dağlıq hissəni əhatə edir.

Ərazinin ən böyük çaylarından olan Kürəkçay, Qoşqar və

Gəncəçayı göstərmək olar. Bu çaylar Murovdağ və Şahdağ sil-

siləsinin ensiz suayrıcı yalından başlayaraq, şimal istiqamətində

Page 25: Aygün Dağıstan qızı Şabandayeva

25

yamac boyu axırlar. Gəncəçay iki böyük qol qəbul edir ki, onlar

Göygöl rayonu ərazisinə axırlar. Kiçik qollardan Mirzikçay,

Zəncirliçay da rayon daxilinə axırlar.

Gəncəçay başlanğıcını 2800-2850 m yüksəklikdən götürə-

rək biləvasitə Kür çayına tökülür uzunlugu – 99 km, sutoplayıcı

hövzəsinin sahəsi 752 km2, sutoplayıcı hövzəsinin orta yük-

səkliyi 2501 m-dir. Axımının orta illik sərfi (1956-60-cı illərin

müşahidəsinə əsasən) 4,06 m3 san-dır. Kürəkçay rayon daxilində

aşağıdakı qolları qəbul edir, Ağsu, Sarısu, Qarabulaq, İlxındərə,

Ömərçay, Bənövşəçayı və s.

Kürəkçay öz başlanğıcını 2850-2900 m-ə yaxın yüksək-

likdən götürərək Kür çayına çatmamış allüvial düzənlikdə itir.

Sonra bir qədər (Kür çayı istıqamətində) irəlidə Gərçay adı ilə

qara sular şəklində üzə çıxır, yeni çay şəbəkəsi əmələ gətirir.

Kürəkçayın uzunluğu 126 km, sutoplayıcı hövzəsinin

sahəsi 2080 km2, hövzənin orta yüksəkliyi 2089 m, onun

axınının orta illik sərfi 2,88 m3/ san. Bu çayın

hövzəsində 10-dan

çox dağ gölü vardır. Ən böyüyü Göygöldür. Sonra Maralgöl,

Qaragöl, Zəligöl, Ördəkgöl, Şamlıqgöl və s. Bu göllər mən-

şəyinə görə “bənd” göllər sırasına daxildirlər. Gölgöl dəniz sə-

viyyəsindən 1576 m yüksəklikdə sıx meşəliklər arasında mən-

zərəli bir dərədə yerləşmişdir. Sahəsi 791,5 min m2, orta dərin-

liyi 30 m, maksimum dərinliyi 96 m-ə çatır.

Rayon ərazisində çay şəbəkəsinin müxtəlif yüksəkliyə

malik olan coğrafi zonalarda sıxlığı eyni deyildir. Bu onunla

izah olunur ki, yüksəklik kompleks fiziki-coğrafi şəraitin əsas

göstəricisi olmaq etibarilə eyni zamanda şəbəkə sıxlığında əks

olunur .

1.7 Tədqiqat obyektinin landşaftları

Kiçik Qafqazın o cümlədən onun şimal-şərq hissəsinin

landşaftları Ş.A.Əzizbəyov, M.A.Qaşqay, R.N.Abdullayev

(1954), B.A.Budaqov (1973) və başqaları tərəfindən ayrı-ayrı

vaxtlarda öyrənilmişdir. Tədqiqat obyekti ərazisində dağlıq və

düzənlik landşaft klasları mövcuddur ki, onlar da öz növbəsində

bir neçə tipləri birləşdirir:

Page 26: Aygün Dağıstan qızı Şabandayeva

26

1.Dağlıq landşaft klası

2.Yüksək dağ-çəmən kompleksi

3.Dağ-meşə kompleksi və ya dağ-meşə zonası

4.Dağ-meşə bozqır çəmən-kolluq kompleksi

5.Alçaq və orta dağlıq dağ-bozqır kompleksi

I.Dağlıq landşaft klası - aşağıdakı kompleksləri birləşdirir.

1.Nival-subnival kompleksi - göstərilən landşaft tipi

dağların zirvəsində bəzi yerlərdə qar sərhəddindən də yuxarıda

yerləşir. Bunu Kəpəz dağı zirvəsində müşahidə etmək olar.

Burada subnival-nival-glyatsiyal kompleks mövcuddur. Bu

zonada süxurların fiziki aşınması və parçalanması nəzəri cəlb

edir. Burada həm də külli miqdarda süxur qırıntıları böyük və

kiçik ölçüdə mövcuddur ki, bunlar eroziya məhsuludurlar. Bu

məhsullar Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində böyük

sahələrdə müşahidə olunur.

Həmin zonada landşaft çılpaq yamaclardan ibarət olub

süxur qırıntılarının ətrafa səpilməsi ilə nəzəri cəlb edir.

Landşaftların inkişafı, onların müasir formalaşmasında əsas rolu

qravitasiya prosesi və eroziya oynayır. Göstərilən proseslər

landşaftın dinamik inkişafını və yeniləşməsini təmin edirlər.

Qeyd etmək lazımdır ki, həmin landşaft ərazisində bitki

örtüyü çox zəif inkişaf etmişdir, bəzi yerlərdə isə bitki örtüyü

yox dərəcəsindədir. Həmin landşaft əhatəsində olan yerlərdə

yosunlar və ibtidai bitkilər müşahidə edilir. Qeyd etmək lazımdır

ki, subnival kompleks zonasında bitki örtüyü xırda ləkələr

şəklindədir. Burada əsasən alp zonası bitkilərinin bəzi nüma-

yəndələrinə təsadüf edilir. Təsvir etdiyimiz təbii-ərazi kompleksi

nisbətən gənc olaraq əsasən buzlaşma dövründən sonra əmələ

gəlmişdir. Burada relyef çox mürəkkəbdir.

2.Yüksək dağ-çəmən kompleksi - Kiçik Qafqazın şimal

və şimal-şərq hissələrində yüksək dağ-çəmən kompleksi land-

şaftı çox geniş əraziləri əhatə edir. Yüksək dağ-çəmən zonası

çox mürəkkəb relyef şəraitinə və geomorfoloji quruluşa malik-

dir. Həmin landşaft şaquli və üfüqi istiqamətlərdə çox parçalan-

maya məruz qalmışdır. Kompleksdə meyillik 40-450 olub bura-

Page 27: Aygün Dağıstan qızı Şabandayeva

27

da çoxlu qobu şəbəkələri mövcuddur. Uçqunların geniş miqyas-

da olması dağ çəmənliklərinin parçalanmasına gətirib çıxarmış-

dır.

Qeyd etmək lazımdır ki, dağ-çəmən zonası heyvandarlığın

yem bazası hesab edilir. Burada mal-qaranın intensiv, normadan

çox, qeyri fəsli otarılması nəticəsində çəmənliklər tapdalanmış,

bitki örtüyü dağılaraq eroziya prosesinin əmələ gətirmiş və geniş

areal kəsb etmişdir. Burada otlaq eroziyası baş verir.

3.Dağ-meşə kompleksi və ya dağ-meşə zonası - haqqında

danışdığımız meşə kompleksi həmin kompleksin ərazisi böyük

meyillik və relyefin parçalanması ilə səciyyələnir. Burada həm

də qobu şəbəkəsi geniş sahəni əhatə edir. Kiçik Qafqazın əra-

zisində xüsusi ilə onun şimal və şimal-şərq hissəsində təbii və

antropogen amillərin təsiri nəticəsində ərazi böyük dəyişikliklərə

məruz qalmışdır. Əsasən tektonik hərəkətlər, uçqunlar,

sürüşmələr və eləcə də eroziya prosesləri ərazinin deformasiya-

sına səbəb olmuşdur.

Dağ-meşə kompleksinin yuxarı hissəsində qonur dağ-meşə

torpaqları yayılmışdır. Burada əsasən palıd, fıstıq ağacları

inkişaf edir. Dəniz səviyyəsindən 1800-2000 m hündürlükdə

alçaq boylu qayın ağacı (beryeza) da inkişaf edir.

Meşə kompleksinin aşağı qurşağında qəhvəyi dağ-meşə

torpaqları formalaşmışdır. Burada əsasən palıd və palıd-vələs

ağacları meşə örtüyünü formalaşdırır. Meşə kompleksinin bu

hissəsində ağacların sistematik qırılması, mal-qaranın meşədə

otarılması nəticəsində eroziya prosesi geniş miqyasda yayılmış-

dır. Ağacların intensiv qırılması nəticəsində düşən yağmurlar

torpağı dağıdır, aşağı qatlara hopma əvəzinə axın yaradaraq

fəlakətli səthi eroziya yaradır və sel axınlarının formalaşmasına

şərait yaradır.

Meşələrin qırılması təbii müvazinəti pozur. Qeyd etmək

lazımdır ki, meşələr xüsusi ilə dağ meşələri torpaqqoruyucu,

sutənzimedici və kurortoloji əhəmiyyətə malikdirlər.

4.Dağ-meşə bozqır çəmən kolluq kompleksi - Landşaft

tipləri içərisində dağ-meşə, çəmən kolluq kompleksi nisbətən

məhdud ərazini əhatə edir. Əsasən Göygöl-Şəmkir ərazisində

Page 28: Aygün Dağıstan qızı Şabandayeva

28

dəniz səviyyəsindən 500-700 m hündürlükdə yerləşərək, dağa-

rası çökəkliklərdə və çay hövzələrində yayılır. Həmin landşaftın

relyefi qravitasiya və eroziya-denudasiya prosesləri altında for-

malaşır. Burada eroziyanın fəlakətli növü olan torpaq sürüşməsi

geniş vüsət alaraq xalq təsərrüfatına böyük ziyanlar vurur.

5.Dağ-bozqır kompleksi - Alçaq dağlıq və orta dağlıq dağ-

bozqır kompleksi Kiçik Qafqazın bütün yamaclarında bu

landşaft tipi geniş əraziləri əhatə edir. Burada əsasən arid-

denudasiya və eroziya-denudasiya prosesləri hökm sürür. Həmin

proseslərin intensivliyi mütləq və nisbi yüksəklikdən səthin

meyilliyindən, litoloji tərkibdən və iqlim şəraitindən asılıdır.

6.Dağətəyi düzənlik və yarımsəhra zonası - bu landşaft

forması geniş areala malikdir, dağətəyi düzənliyi və yarımsəhra

zonasını əhatə edir. Zonada arid şərait hakimdir. Həmin landşaft

üçün yüksək minerallaşmış qrunt sularının olması səciyyəvidir.

Burada şorlaşmış və şorakətləşmiş torpaqlar mövcuddur ki,

meliorativ tədbirlərin tətbiqini zəruri edir.

Kiçik Qafqazın şimal-şərq hissəsinin təbii tarixi şəraitinin

tədqiqi göstərdi ki, az bir məsafədə təbii qurşaqlar biri-birini

əvəz edərək yüksək dağlıqdan yarımsəhra zonasına qədər gəlib

çatır. Belə vəziyyəti dünyada az yerdə müşahidə etmək olar.

Təbiət respublikamıza dəyərli və göz oxşayan landşaftlar

hədiyyə etmişdir. Bizim isə borcumuz bu təbii gözəl landşaftları

qoruyub gələcək nəsillərə təhvil verməkdən ibarətdir.

Page 29: Aygün Dağıstan qızı Şabandayeva

29

II FƏSİL

KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ HİSSƏSİNİN

TORPAQ ÖRTÜYÜ, TORPAQLARIN MORFO-

GENETİK XÜSUSİYYƏTLƏRİ, EKZOGEN VƏ

ANTROPOGEN PROSESLƏRİN ONLARIN

MÜNBİTLİYİNƏ TƏSİRİ

2.1 Bölgənin torpaq örtüyünün öyrənilməsi

Təbiətdə mövcud olan başqa ekosistemlərlə müqayisədə

torpaq ekosistemi malik olduğu funksiyalara görə xüsusi yerə və

çəkiyə malikdir. Torpaq ekosistemi başqa ekosistemlərin inkişaf

bazası hesab edilə bilər (5), belə ki, o əksər ekosistemlərə həyat

vermə qabililyyətinə malikdir.

Rus imperiyasının Azərbaycana təsəllütü dovründə res-

publika ərazisində o cümlədən Kiçik Qafqaz ərazilərində tam

həcmli torpaq tədqiqatları aparılmamış, torpaqların tip və təsni-

fatı haqqında məlumatlar olmamışdır. Bu dövrdə rus torpaq

elminin banisi V.V.Dokuçayev 1899-cu ildə Qafqaza səfər

çərçivəsində regionun torpaqları haqqında ümumi fikir söylə-

mişdir. V.V.Dokuçayevdən sonra Qafqaz torpaqlarının forma-

laşması və dağlıq zonada torpaqların şaquli zonallıq qanunu əsa-

sında formalaşması haqda fikir söyləmişdir. Şaquli zonallıq qa-

nununa tabeliliyi haqda da S.A.Zaxarov (1927) məlumat ver-

mişdir. S.A.Zaxarov hər bir torpaq zonasında, torpaqların mor-

foloji quruluşu və torpaqəmələgəlmə şəraitini nəzərə almaqla,

torpaq müxtəliflikləri ayırmışdır.

Kiçik Qafqazın torpaq örtüyünün miqyaslı tədqiqi 1924-

cü ildə V.P.Smirnov–Loqinovun (1974) rəhbərliyi ilə “Azərbay-

canın öyrənilməsi” cəmiyyətinin, köməyi ilə başlanmışdır. Hə-

min ildə torpaq ekspedisiyası təşkil olaraq regionun şərq hissə-

sinə, əsasən Daglıq Qarabağ ərazisinə göndərilmişdir. Lakin Ki-

çik Qafqaz ərazisində, miqyaslı və əsaslı tədqiqat S.A.Zaxaro-

vun rəhbərliyi ilə başlanmış və böyük həcmli torpaq tədqiqatı

aparılmışdır.

Həmin ekspedisiyanın apardığı həcmli tədqiqatlara əsasən

S.A.Zaxarov respublika ərazisində torpaq ehtiyyatlarının səmə-

Page 30: Aygün Dağıstan qızı Şabandayeva

30

rəli istifadəsi məqsədi ilə rayonlaşdırma aparmış və əldə etdiyi

nəticələrə əsasən yazdığı və nəşr etdiyi hesabatda torpaqəmələ-

gəlmə şəraitini göstərmişdir.

1927-1936-ci illərdə böyük rus torpaqşünası V.V.Akimt-

sov Gəncə bölgəsində torpaq tədqiqatı apararaq pambıqçılığın

inkişafı üçün torpaqları ayırmış və onların təsnifatını vermişdir.

Sonralar bölgədə A.S.Preobrajenski (1934-1936) tərəfindən

Göygöl və Goranboy rayonlarının dağlıq hissəsi tədqiq edil-

mişdir. Kiçik Qafqazın cənub və şimal-şərq hissəsində (əsasən

Murovdağ və Şahdağ zonasında) 1939-cu ildən başlayaraq

M.E.Salayev, B.A.Klopatovski, Ə.K.Zeynalov torpaq tədqiqatı

apararaq bölgədə dəmyə şəraitində əkinçiliyin inkişafı, otlaqla-

rın vəziyyətinin yaxşılaşdırılması yollarını müəyyənləşdirmişlər.

Kiçik Qafqazın müxtəlif yamaclarında 1954-cü ildən

etibarən B.M.Ağayev (1955), F.İ.İsmayılova, Ş.Q.Həsənov,

H.Q.Babayev (1971), M.E.Salayev (1965), B.Q.Şəkuri (2005),

Q.Q.Həsənov, Ə.Ə.İbrahimov və başqaları ətraflı tədqiqat işləri

aparmışlar. 1970-1980-ci illərdə B.Q.Şəkurinin rəhbərliyi altın-

da Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində beynəlxalq

proqram əsasında torpaqların bioloji məhsuldarlığı tədqiq edil-

miş ki, bunun da nəticələri bir neçə monoqrafiya dərc edilmişdir.

Kiçik Qafqazın torpaq örtüyü, torpaqların təsnifatı, morfo-

genetik xüsusiyyətləri köklü şəkildə M.E.Salayev (1965),

B.Q.Şəkuri (2004) tərəfindən verilmiş və həmin bölgəyə bir ne-

çə monoqrafiya həsr edilmişdir.

Aparılan çox saylı və miqyaslı tədqiqatlara əsasən göstər-

mək lazımdır ki, özünün təbii və geomorfoloji xüsusiyyətlərinə

görə Kiçik Qafqazın şimal-şərq hissəsi relyefinin mürəkkəbliyi

və müxtəlifliyi ilə başqa bölgələrdən xeyli fərqlənir. Bunu gös-

tərmək kifayətdir ki, bölgədə yüksəklik amplitudası 85-3724 m

(dəniz səviyyəsindən) təşkil edir. Bu həm də bölgə ərazisinin

geoloji quruluşunun xeyli mürəkkəbliyini göstərir.

Bölgədə təbii amillərin mürəkkəbliyi və alabəzəkliyi bura-

da özünəməxsus iqlim parametrlərinin formalaşmasına səbəb ol-

muşdur. Təbii şəraitin mürəkkəbliyi həm də bitki örtüyünün rən-

garəngliyinə və şaquli qurşaqlarda formalaşmasına səbəb olmuş-

dur. Göstərilən amillər bölgədə bioloji potensiyalın və torpaq ör-

Page 31: Aygün Dağıstan qızı Şabandayeva

31

tüyünün şaquli zonallıq əsasında formalaşmasına səbəb olmuş-

dur.

2.2 Göygöl bölgəsində yayılan əsas torpaq tipləri

Bölgənin ərazisi coğrafi mövqeyinə görə yüksək, orta,

alçaq və dağətəyi zonaları əhatə edir. Onun dəniz səviyyəsindən

hündürlüyü 300-3400 m-ə qədərdir. Ərazinin müxtəlif fiziki

coğrafi zonaları arasındakı yüksəklik fərq orada torpaqların

şaquli zonallıq qanununa uyğun şəkildə yayılmasına səbəb ol-

muşdur. Burada yüksək dağlıq zonadan dağətəyinə endikcə bir-

birini əvəz edən aşağıdakı torpaq tipləri (onların yarım tipləri və

növ müxtəlifliyi) mövcuddur (10).

Aşağıda regionda yayılan genetik torpaq tipləri və onların

yarımtipləri göstərilir.

I.Dağ-çəmən torpaqları

1.Torflu dağ-çəmən torpaqları

2.Çimli dağ-çəmən torpaqları

3.İbtidai dağ-çəmən torpaqları

4.Dağ-çəmənləşən meşə torpaqları

5.Çəmənləşmiş dağ- meşə torpaqları

6.Qaratorpağabənzər dağ-çəmən torpaqları

II.Qonur dağ-meşə torpaqları

1.Açıq qonur dağ-meşə torpaqları

2.Qonur dağ-meşə torpaqları

3.Tünd qonur dağ-meşə torpaqları

III.Qəhvəyi dağ- meşə torpaqları

1.Tipik qəhvəyi dağ-meşə torpaqları

2.Karbonatlardan yuyulmuş qəhvəyi dağ-meşə torpaqları

3.Karbonatlı qəhvəyi dağ-meşə torpaqları

4.Bozqırlaşmış dağ-qəhvəyi torpaqları

5.Dağ boz-qəhvəyi

IV.Dağ şabalıdı (boz-qəhvəyi )torpaqları

1.Dağ tünd şabalıdı (boz-qəhvəyi ) torpaqları

2.Dağ şabalıdı (boz-qəhvəyi ) torpaqları

Page 32: Aygün Dağıstan qızı Şabandayeva

32

3.Dağ açıq şabalıdı (boz-qəhvəyi ) torpaqları

4.İnkişaf etməmiş dağ-şabalıdı (boz-qəhvəyi ) torpaqları

5.Gəcli şabalıdı (boz-qəhvəyi ) torpaqları

6.Açıq şabalıdı (boz-qəhvəyi ) torpaqları

7.Çəmən şabalıdı torpaqları

V.Allüvial torpaqlar

1.Allüvial çəmən torpaqları

VI.Torpaq örtüyü inkişaf etməmiş sahələr

1.Çay yataqları və konuslarının daşlı yataqları

2.Çılpaq və sərt qayalıqlar və onların töküntüləri

VII. Şoranlar

I. Dağ-çəmən torpaqları (distrik regosols)

Bu torpaqlar tədqiqat apardığımız ərazinin cənubunda, də-

niz səviyyəsindən 2000 m-dən 3400 m-ə qədər yüksəkliyi olan

sahələrdə inkişaf etmişdir. Zonada geomorfoloji quruluşun, tor-

paqəmələgətirən süxurların tərkibinin, sahənin yaşı, iqlim, bitki

örtüyü və s. amillərin müxtəlif olması torpaqəmələgəlmə prose-

sinə də öz təsirini göstərmişdir. Belə ki, yüksək dağlıq zonanın

güney yamaclarında ibtidai və yuxa dağ-çəmən torpaqları ya-

yıldığı halda, quzey yamaclarda, suayrıcında dağüstü düzənlikdə

və dağüstü çökəkliklərdə torflu-çimli dağ-çəmən və torflu dağ-

çəmən torpaqlarına təsadüf edilir.

Torflu dağ-çəmən torpaqları - Bu torpaqların sahəsi bir o

qədər də çox olmayaraq ümumi ərazinin 2,48 %-ni əhatə edir,

əmələgəlmə prosesi, eləcə də öz xassəsinə görə onlar çimli dağ-

çəmən torpaqlarından fərqlənirlər. Torflu dağ-çəmən torpaqları

Murovdağ silsiləsinin su ayrıcında və eləcə də yan silsilənin

suayrıcı düzənliklərində az meyilli yamaclarda, dəniz səviyyə-

sindən 2800 m-dən 3400 m-ə qədər olan yüksəklikdə yayılmış-

lar. Bu torpaqların yayıldığı zonanın iqlimi soyuq və vegetasiya

dövrü qısa olduğundan bitki qalıqlarının tez parçalanıb çürümə-

sinə və üzvi maddə ehtiyatının artmasına səbəb olur. Torpaqların

ümumi qalınlığı 10-20 sm olub, bəzi hallarda 30 m-ə qədər artır.

Torpağın üst çim qatı yarıçürümüş halda kökcüklərlə zəngindir.

Page 33: Aygün Dağıstan qızı Şabandayeva

33

Bu qatın qalınlığı relyefdən asılı olaraq 2-5 sm-dən 7-8 sm-ə qə-

dər olur. Həmin qatdan aşağıda köklər azalaraq torpağın struktu-

ru tozvari şəkildə ifadə olunur. Ümumiyyətlə torflu dağ-çəmən

torpaqları, mütləq çəkisi yüngül, humus maddəsi ilə zəngin

olurlar.

Torflu dağ-çəmən torpaqların rəngi üst qatda qaramtıl

olub, aşağı qatda isə nisbətən açıq qəhvəyi rəng ilə əvəz olunur.

Bu torpaqların mexaniki tərkibi əsasən yüngül və orta gillicəli-

dir. Bəzi hallarda dağ-çəmən torpaqların keçid sahələrində ağır

gillicəli və gilli mexaniki tərkibli olan növlərinə də rast gəlinir.

Gil hissəcikləri, ümumiyyətlə bu torpaqların aşağı qatlarında

müşahidə olunur.

Torflu dağ-çəmən torpaqların yayıldığı zonada bitkilərin

boyları alçaq, vegetasiya dövrü isə qısadır. Bu səbəbdən də

bunların torpaqqoruyucu qabiliyyətləri xeyli zəifdir. Məhz ona

görə də burada torpağı qoruyan üst qat pozulduğundan sonra

eroziya prosesi daha da şiddətli gedir. Belə ki, bitki örtüyü məhv

edildikdən sonra düşən atmosfer çöküntüləri heç bir maniyəyə

rast gəlmədən yamac boyu axır, özü ilə xırda torpaq hissəcik-

lərini də yuyaraq ana süxurların səthə çıxmasına səbəb olurlar.

Torflu dağ-çəmən torpaqları yayılan zonada eroziya prosesi

daha sürətli gedir. Çünki buna səbəb ərazinin mürəkkəb geo-

morfoloji quruluşu və zonada bitki örtüyünün zəif inkişaf etmə-

sidir. Həmin zonada eroziya prosesinin əmələ gəlməsində ekzo-

gen proseslərində rolu böyükdür.

Çimli dağ-çəmən torpaqları (distrik regosols) - Bu yarım-

tip əsasən yüksək dağlıq ilə orta dağlıq arasında yerləşərək, təx-

minən dəniz səviyyəsindən 1800 m-dən 2500 m-ə qədər hün-

dürlüyü olan sahələri əhatə edir.

Çimli dağ-çəmən torpaqları rayon ərazisinin cənubunda,

xüsusilə Kəpəz və Sarıqaya dağlarının ətrafında, İlxı-dərə, Mor-

çay, Bənövşəçay, Gəncəçay, Zivlançay hövzələrində çox geniş

sahə tutur. Bu torpaqlar əksərən quzey yamaclarda inkişaf etmiş-

dir. Bunlar cənubda dəniz səviyyəsindən 2500 m hündürlükdə

torflu çimli dağ-çəmən və ya ibtidai dağ-çəmən torpaqları ilə,

şimaldan isə təxminən 1700-1800 m-ə qədər enib zonallıq etiba-

rı ilə bozqır dağ-çəmən və yaxud da qonur dağ-meşə torpaqlarla

Page 34: Aygün Dağıstan qızı Şabandayeva

34

sərhədlənir. Çimli dağ-çəmən torpaqları inkişaf tapmış zonada

münasib rütubət və istilik olduğundan burada qalın ot örtüyü

əmələ gəlmişdir. Burada müxtəlif çəmən bitkilərindən əlavə, ta-

xıl və paxlalılar fəsiləsindən olan otların kök sistemi torpağın üst

qatında narın hissəcikləri bir-birinə bitişdirir və bunun nəticə-

sində də üst qatda 3-8 sm qalınlığında çimli təbəqə əmələ gətirir.

Çimli təbəqənin qalınlığı və onun tərkibində olan üzvü mad-

dələrin miqdarı ot örtüyünün növləri və zənginliyindən asılıdır.

Çimli dağ-çəmən torpaqların bitki kökləri ilə belə möhkəm bitiş-

məsi onları eroziya prosesinə qarşı davamlı edir. Zonada çimli

dağ-çəmən torpaqlar zonasında torpaqəmələgətirən süxur əsa-

sən bərk vulkanogen kvarslı porfiritli süxurlarından ibarət oldu-

ğu üçün xətti eroziyanın da inkişafına mənfi təsir göstərirlər.

Ümumiyyətlə bu zonada bitki örtüyü torpaqqoruyucu əhəmiy-

yətə malikdir.

Morfoloji quruluşlarına görə bu torpaqların üst qatı qəh-

vəyi və ya qonur qəhvəyi rəngdə olur. Bu da yəqin ki, çürün-

tünün miqdarından və onun tərkibindən asılıdır. Lakin alt qatla-

rın rənginə süxurların təsiri daha çoxdur. Çünki süxurun rəngin-

dən asılı olaraq torpağın rəngi də müxtəlif olur. Bizim tədqiq

etdiyimiz yuyulmamış çimli dağ-çəmən torpaqların tərkibində

üst qatda 8-12%-ə qədər humus vardır. Lakin eroziyaya uğramış

növlərində isə humusun miqdarı 3-2%-dən artıq olmur. Bunun

əsas səbəbi yerin relyefindən asılı olaraq torpağın və onun tər-

kibində olan humus maddəsinin səthi yuyulma vasitəsilə yuyu-

lub itməsidir. Beləliklə eroziya prosesi torpağın profilini xeyli

gödəldir, üst humuslu qatı dağıdır və torpağın tərkibində olan

humus və qida elementlərini kəskin azaldır.

Çimli dağ-çəmən torpaqların mexaniki tərkibinə gəldikdə,

onların yerin relyefindən, meyillik dərəcəsindən və ana süxurun

tərkibindən asılı olaraq müxtəlifdir. Belə ki, yüngül və ağır gilli-

cəli növlərindən başqa gilli mexaniki tərkibə malik növlərinə də

təsadüf olunur.

2 saylı cədvəldə çimli dağ-çəmən torpaqların mexaniki tər-

kibi və bəzi kimyəvi göstəriciləri verilir.

Page 35: Aygün Dağıstan qızı Şabandayeva

35

Cədvəl 2

Çimli dağ-çəmən torpaqların mexaniki tərkibi və bəzi kimyəvi

göstəriciləri

Ud

ulm

əsa

sla

rın

cəm

i

Mq

.ek

v.1

00

torp

aq

da

n

44

,30

46

,00

Ca

CO

3

CO

2 y

ə

%

yo

x

-//-

Üm

um

i

% P

2O

5

Fo

sfo

r

0,2

3

0,2

0

N

Azo

t

0,2

5

0,2

4

Hu

mu

s

%

4,7

4

4,2

8

Hiq

ros-

ko

pik

nəm

lik

%

4,5

4,8

Mex

an

iki

tərk

ib

fra

ksi

ya

lar

%-l

ə Fiz

iki

Gil

<0

,01

45

,76

48

,20

Lil

<0

,00

1

15

,20

12

,40

Dər

inli

k

sm-l

ə

0-1

8

18

-45

Kəs

imin

№-s

i

1

vlə

t

fon

du

Page 36: Aygün Dağıstan qızı Şabandayeva

36

Cədvəldən göründüyü kimi çimli dağ-çəmən torpaqların

mexaniki tərkibi ağır və orta gillicəlidir. Fiziki gilin (<0,01)

miqdarı profildə 45,76-48,20% arasında artıb azalır. Həmin

torpaqlar üzvi maddə ilə yaxşı təmin olunmuşlar. Profildə hu-

musun miqdarı 4,28-4,74%, ümumi azot 0,24-0,25%, ümumi

fosfor (P2O5) 0,20-0,23% təşkil edir. Bu torpaqlarda karbonat

birləşmələri yoxdur. Tədqiq etdiyimiz torpaqlar udulmuş əsas-

larla doymuşlar, bunu 2 saylı cədvəlin rəqəmlərindən görmək

olar.

2.Çimli dağ-çəmən torpaqları - Həmin torpaqlar yüksək

dağlıq zonada məhdud çərçivədə yayılır. Ümumi ərazinin

1,72%-ni əhatə edir.

Çimli dağ-çəmən torpaqların yayıldığı ərazinin geo-

morfoloji quruluşu çox mürəkkəb olaraq relyefi əsasən dağlıq-

dərəlik, meyilli yamaclardan və meyilli düzənlikdən ibarətdir.

Burada torpaq səthi nisbətən hamar, çim qatının qalınlığı 2-5 sm

təşkil edir. Çimli dağ-çəmən torpaqları yuxa və orta qalınlıqlıdır.

Çimli dağ-çəmən torpaqların morfoloji quruluşu ilə tanış

olmaq məqsədi ilə 2 saylı kəsimin çöl təsvirini veririk.

Kəsim Keçmış Əzizbəyov sovxozu ərazisində şimal baxar-

lıqda qoyulmuşdur.

0-3 sm - çim qatı, tünd boz

A1 3-21 sm - tünd qəhvəyi, dənəvər orta və yüngül, gillicə-

li, az bərk, çoxlu kök və kökcüklər, HCl təsirindən qaynamır, az

nəmli, keçidi aydındır.

A 21-42 sm - qəhvəyi, topavari, orta və yüngül gillicəli, az

bərk, çoxlu kökcüklər, qurd yuvaları, az nəmli, HCl təsirindən

qaynamır, keçidi tədricidir.

B 42-67 sm - rəngi üst qatdan açıq, topavari, yüngül gilli-

cəli, karbonat birləşmələri az nəmli, HCl təsirindən qaynamır.

Page 37: Aygün Dağıstan qızı Şabandayeva

37

Cədvəl 3

Çimli dağ-çəmən torpaqların mexaniki tərkibi və bəzi kimyəvi

göstəriciləri

U

du

lmu

ş

əsa

sla

rın

cəm

i

Mq

.ek

v.1

00

torp

aq

da

n

Ç i

m

q a

t ı

32

,70

37

,30

-//-

Ca

CO

3

CO

2 y

ə

%

0,4

3

2,1

1

4,2

6

Üm

um

i

% (P

2O

5)

Fo

sfo

r

0,2

0

0,1

6

yo

x

N

Azo

t

0,2

5

0,2

0

0,1

5

Hu

mu

s

%

4,7

4

3,6

8

2,7

7

Hiq

rosk

o

pik

nəm

lik

%

3,2

5

3,3

0

3,5

0

Mex

an

iki

tərk

ib

fra

ksi

ya

lar

%-l

ə Fiz

iki

Gil

<0

,01

38

,56

36

,96

37

,76

Lil

<0

,00

1

12

,24

13

,40

15

,16

Dəri

nli

k

sm-l

ə

0-3

3-2

1

21

-42

42

-67

Kəs

imin

№-s

i

2

Page 38: Aygün Dağıstan qızı Şabandayeva

38

3 saylı cədvəlin rəqəmlərindən göründüyü kimi çimli dağ-

çəmən torpaqların mexaniki tərkibi orta və yüngül gillicəlidir.

Profildə fiziki gilin miqdarı 36,96-38,56%, lil fraksiyası isə

12,24-15,16% arasındadır. Torpaqda hiqroskopik nəmlik mexa-

niki tərkibə uyğundur.

Çimli dağ-çəmən torpaqları üzvi maddə ilə yaxşı təmin

olunub belə ki, üst qatda humusun miqdarı 4,74%, profildə 2,77-

3,68%, ümumi azot qatda 0,25%, profildə 0,15-0,20% təşkil

edir. Bu torpaqların profilində ümumi fosfor (P2O5) 0,16-0,20%-

dir. Təsvir etdiyimiz torpaqlar karbonatlıdırlar, belə ki, profildə

karbonat birləşmələrinin (CaCO3) miqdarı 0,43-4,26% arasında

dəyişir. Çimli dağ-çəmən torpaqlar udulmuş əsaslarla doymuş-

lar, profildə əsasların cəmi 100 q torpaqda 32,70-37,30 m/ekv

təşkil edir.

Göründüyü kimi çimli dağ-çəmən torpaqları yaxşı münbit-

lik potensiyalına malikdirlər.

3.İbtidai dağ-çəmən torpaqları (distrik regosols) - Alp və

subalp zonalarında yayılmış çimli dağ-çəmən torpaq yarımtiplə-

rindən biridir. Bunlara ən çox qayaların ətrafında rast gəlinir.

Burada bitki örtüyü əsasən kserofit olduğundan üzvü maddələr

çox toplana bilmir. Ona görə çox vaxt belə sahələrdə torpağın

genetik qatlarının hamısı inkişaf etmir. Əksərən torpağın “A”

qatı bilavasitə ana süxurun üzərində əmələ gəlir. Ən səciyyəvi

bitkiləri: dağ qırtıcları, çobanyastığı, kəklikotu, şyov və ya topal

və s. Bu torpaqların əsas xüsusiyyəti çim təbəqəsinin olmaması,

genetik qatların normal inkişaf etməsindən ibarətdir.

İbtidai dağ-çəmən torpaqları ən çox Murovdağ silsiləsinin

ən yüksək zirvələrində yayılmışdır. Burada bitki örtüyünün

olmaması və yaxud da zəif kserofit bitkilərin olması və relyefin

artıq dərəcədə parçalanması, həmçinin iqlimin təsirindən üzəri

çılpaqlaşmış süxurların əksəriyyəti fiziki aşınmaya məruz qalır.

Burada həm su, həm də küləyin qarşılıqlı təsiri nəticəsində nəin-

ki yumşaq torpaq hissəcikləri, eləcə də dağ süxurları eroziyaya

uğrayır.

Page 39: Aygün Dağıstan qızı Şabandayeva

39

Çox meyilli yamaclarda aşınmış süxur qırıntıları çay dərə-

lərinə yığılaraq sellərin əmələ gəlməsinə səbəb olurlar. Bu tor-

paqların yayılma arealı məhduddur.

Dağ-çəmənləşən meşə torpaqları - Dağ-çəmənləşən meşə

torpaqları Kiçik Qafqazın şimal-şərq hissəsinin subalp zona-

sında geniş yayılmışdır. Təsnifatda verdiyimiz kimi dağ-çəmən-

ləşən meşə torpaqları çəmənləşmiş dağ-meşə torpaqları və qara-

torpağabənzər dağ-çəmən torpaqları, meşə bitkiləri altında in-

kişaf etmişdir. Ərazinin bu hissəsində meşə örtüyü məhv edil-

dikdən sonra meşə ağacları çəmən bitkiləri ilə əvəz olunur. Bu-

nunla əlaqədar olaraq ot bitkilərinin torpağın səthinə tökülmüş

vegetativ və generativ orqanları parçalanıb çürüyür, nəticədə isə

torpağın morfoloji və kimyəvi tərkibində böyük dəyişmələr baş

verir. Çəmən bitkilərinin kökləri saçaqvari olub, torpaqda

möhkəm və dənəvər struktur yaradır. Bu sahələrdə tək-tək

ağacların qalması, torpaqda allüvial horizontun yaranması

torpaq qatlarında ağac qalıqlarının olması, həmin torpaqların

keçmiş meşə altında olmalarını bir daha sübut edir.

Dağ çəmənləşən meşə torpaqları- torpaqlar tədqiqat

apardığımız zonanın cənubunda daha doğrusu subalp zonasında

geniş inkişaf etmişlər. Lakin meşənin insanlar tərəfindən

müxtəlif məqsədlər üçün qırılması meşə bitkisinin azalmasına və

çəmən bitkisinin artmasına səbəb olub ki, bunun da nəticəsində

torpaqlar əvvəlki xassələrini dəyişmişlər.

Çəmən bitkiləri üstünlük təşkil etdikdən sonra torpaqda

tədricən meşə əlamətlərinin dəyişməsi müşahidə olur. Belə ki,

üst qatda çürüntü maddələrinin artmasına və dənəvər strukturun

yaranmasına səbəb olurlar. Ona görə də dağ-çəmənləşən meşə

torpaqları meşə torpaqlarından fərqlənirlər.

Güney sahələrin əksəriyyətində torpaqlar çoxlu skletlidir.

Bu torpaqların qalınlığı 10-20 sm-dən artıq olmur. Tam profilə

malik olan torpaqlar nisbətən düzənliklərdə, az meyilli yamac-

larda və suayrıcında müşahidə edilir. Belə sahələrdə torpağın

qalınlığı 30-50 sm-ə çatır.

Dağ-çəmənləşmiş meşə torpaqları yayılmış sahələrdə səthi

eroziyadan başqa qobu eroziyasına da rast gəlinir. Bu torpaqlar

Page 40: Aygün Dağıstan qızı Şabandayeva

40

yayılmış sahələrdə meşə bitkiləri çoxdan tərk edilmiş, yalnız

tək-tək palıd və armud ağaclarına təsadüf olunur.

Çəmənləşmiş dağ-meşə torpaqları - Çəmənləşmiş dağ-

meşə torpaqlarının özünəməxsus xüsusi zonası olmayıb, talalar

şəklində meşə torpaqlarının yuxarı və çəmən zonasının aşağı

hissəsində yayılmışdır. Meşə bitkiləri məhv edildikdən sonra

torpağın quruluşu, strukturu, kimyəvi tərkibi dəyişməklə yanaşı

onun eroziyaya qarşı davamlılığı da xeyli azalmışdır. Bu

torpaqların tərkibində çürüntünün azlığı, rənginin açıq boz və ya

ağımtıllığı, bitki örtüyünün zəifliyi, ana süxurun çox yerlərdə

üzə çıxması və xüsusən şiddətli eroziyaya uğraması ilə alp və

subalp zonasının digər torpaqlarından fərqlənir.

Bu zonada cənuba baxanlı yamacların iqlimi qismən isti

olduğundan çəmənləşmə prosesi daha intensiv gedir. Meşə

qırıldıqdan sonra meşə bitkilərinin ot bitkiləri ilə əvəz olunması,

torpağın kimyəvi və morfoloji tərkibinin dəyişməsinə səbəb

olur. Çəmənləşmiş dağ-meşə torpaqlarının əmələ gəlməsində

çəmən bitkilərinin fəaliyyəti meşə bitkilərindən daha üstündür.

Bu da onunla izah olunur ki, meşə ağaclarının qırılması və ya

seyrəkləşməsi nəticəsində çəmən bitkilərinin inkişafı güclənmiş

və get-gedə torpaqda çürüntünün miqdarı çoxalmışdır. Həmin

torpaqlarda çim qatının zəif və yaxud da heç olmaması, torpaq

qatında allüvial horizontun əmələ gəlməsi və s. amillər bu

torpaqların keçmişdə meşə altında olmalarını bir daha sübut

edir.

Çəmən meşə torpaqlardan ən mühüm təsərrüfat əhəmiyyəti

olanı qaratorpağabənzər dağ-çəmən torpaqlarıdır.

Qaratorpağabənzər dağ-çəmən torpaqlar - Bu torpaqların

çürüntü qatının qaramtıl-qəhvəyi rəngdə, qalınlığının isə çox

olması (40-60 sm) həmçinin üst qatın dənəvər struktura malik

olması, onları dağ-çəmən torpaqlarından fərqləndirir.

Bu zonada bitki örtüyü taxıl və paxlalılar fəsiləsinə mən-

sub olan bitkilərlə çox zəngin olduğundan kənd təsərrüfatında

bunlardan biçənək və otlaq kimi daha çox istifadə olunur.

Qaratorpağabənzər dağ-çəmən torpaqları yayılmış sahələr-

də də otlaqdan düzgün istifadə edilməməsi orada eroziya prose-

Page 41: Aygün Dağıstan qızı Şabandayeva

41

sinin bu və ya digər dərəcədə inkişaf etməsinə səbəb olmuşdur.

Belə sahələrə xüsusilə Zivlançay hövzəsində daha çox təsadüf

edilir, burada əsas etibarı ilə otlaq eroziyası geniş yayılmışdır.

II.Dağ-meşə zonası torpaqları

Azərbaycanda dağ-meşə torpaqları S.A.Zaxarov (1927),

M.N.Sabaşvili (1965), S.Z.Zonn (1950), H.Ə.Əliyev (1964-

1965), M.E.Salayev (1965, 1966), B.İ.Həsənov (1962),

X.M.Mustafayev (1975), B.Q.Şəkuri (1975-2006) və başqaları

tərəfindən öyrənilmişdir.

1. Qonur dağ-meşə torpaqları (Butruc Cambisol) - Əsa-

sən Kiçik və Böyük Qafqazın orta və yüksək dağlıq zonalarında

formalaşmışlar. Əsasən dəniz səviyyəsindən 1500-2000 m müt-

ləq hündürlükdə yerləşirlər. Bu torpaq tipinin yarım tipləri içəri-

sində tipik qonur meşə torpaqları daha geniş ərazidə yerləşir.

Qonur dağ meşə torpaqları ilk dəfə 1905-ci ildə mərkəzi

Avropa meşələrində Ramman tərəfindən ayrılmış. Həmin tor-

paqların ətraflı tədqiqi K.D.Qlinka (1911), A.Antipov-Karatayev

(1936), L.İ.Prosolov (1947), M.N.Salaşvili (1948), V.A.Kovda

(1974), H.Ə.Əliyev (1965), M.E.Salayev (1966), B.A.Cəfərov

(1968), B.Q.Şəkuri (1970-2004), X.M.Mustafayev (1975) və

başqaları tərəfindən öyrənilmişdir. Kiçik Qafqazın şimal-şərq

hissəsində bu torpaqlar orta və yüksək dağlıq hissədə 1300-2300

m dəniz səviyyəsindən hündürdə yerləşir. Bu qurşaqlar mülayim

isti iqlim, çox miqdarda yağıntıların olması ilə səciyyələnir.

Bütün bunlar meşə döşənəyinin formalaşmasına əlverişli şərait

yaradır. Kiçik Qafqazın şimal- şərqində bu torpaqlar fıstıq, vələs

qismən isə palıd ağacları altında formalaşmışlar. Burada əsasən

qonur torpaq tipinin karbonatlı və tipik yarım tipləri inkişaf

etmişlər.

Qonur dağ-meşə torpaqlar Gəncəçayın və Kürəkçayın sağ

və sol sahil yamaclarında, Hacıkəndin, Göygölün ətrafında

hündürlükdə yerləşir. Meşə örtüyünün şaquli vəziyyətdə və

müxtəlif ekoloji şəraitdə inkişaf etməsi çox tipli, çox növlü meşə

torpaqlarının əmələ gəlməsinə səbəb olmuşdur. Bu torpaqların

yayılması, əmələ gəlmə şəraiti və səciyyəsi aşağıda izah olunur.

Page 42: Aygün Dağıstan qızı Şabandayeva

42

Açıq qonur dağ-meşə torpaqları - Bu torpaqlar meşə

zonasının yuxarı hissəsində, fısdıq və fısdıq-vələs meşələri

altında inkişaf etmişlər. Bu zonanın aşağı sahələrində isə həmin

torpaqlar tədricən tünd rəngli növlərlə əvəz olunurlar. Bu zonada

atmosfer çöküntülərinin nisbətən çox, havanın orta illik tempe-

raturu isə az olub, təzə xəzəl çöküntüləri altında 2-3 sm qalınlı-

ğında çürüntü döşəməsi əmələ gəlmişdir.

Qonur dağ-meşə torpaqları - Bu torpaqlar meşənin orta

qurşağında fıstıq, vələs, qoz və bəzi hallarda isə palıd qarışığı

olan meşə ağacları altında əmələ gəlir. Bunların açıq növləri

yüksəkliyi nisbətən az olan sahələrdə inkişaf tapmışdır. Tünd

qonur dağ-meşə torpaqlarını açıq növlərindən fərqləndirən əsas

cəhət ondan ibarətdir ki, açıq rəngli dağ-meşə torpaqları yalnız

fıstıq meşəsi altında əmələ gələrək inkişaf edir. Bu torpaqlar

zəif inkişaf etmiş profilə malikdir. Meşə döşənəyi (A0),

çürüntülü akkumulyativ qat (A1) yerləşir.

Qonur dağ-meşə torpaqlar qurşağında torpaqəmələgətirən

süxurları: qalıq karbonatlı, daşlı-çınqıllı və s. növlərə ayrılır. Bu

torpaqlar yüksək humuslu və humus qatının qalınlığına görə

fərqlənir. Meşə ağacları qırıldığından meşə döşənəyi dağılır,

torpağın üst qatının strukturu pozulur, kipləşir və yağmur

düşdükdə torpaq asanlıqla yuyulur. Meşələrin seyrəkləşməsində

iqlimin quraqlaşması bir çox başqa təbii amillərində də rolu az

deyildir.

Tünd qonur dağ-meşə torpaqlarının morfo-genetik xüsu-

siyyətlərini öyrənmək məqsədilə B.Q.Şəkuri tərəfindən Göygöl

gölü ətrafında qoyduğu 17 saylı kəsimin çöl təsvirini veririk.

17 saylı kəsim Göygöl gölünün şimal-şərq istiqamətində

meyilliyi 20-250 olan yamacda əsasən fıstıq-vələs ağacları altın-

da qoyulmuşdur.Bu torpaqlarda karbonat birləşmələri yoxdur.

Torpağın reaksiyası zəif turşdur.

0-2 sm - meşə döşənəyi

A1 2-7 sm – tünd qonur, gilli, dənəvər, quruluşu kip, çoxlu

ot kökləri, nəmli, HCl təsirindən qaynamır, keçidi aydındır.

Page 43: Aygün Dağıstan qızı Şabandayeva

43

A2 7-21 sm - açıq qonur, gilli, dənəvari-qozvari, quruluşu

bərkdir, kökcüklər, köklər, nəmli, HCl təsirindən qaynamır,

keçidi aydındır.

B1 21-35 sm - sarımtıla bənzər, gilli, strukturu dənəvari-

qozvari, quruluşu yumşaq, az kökcüklər, köklər, HCl təsirindən

qaynamır, keçidi məlumdur.

B2 35-54 sm - sarımtıl, ağır gilli, strukturu pozulmuş

quruluşu az, yumşaq, köklər, HCl təsirindən qaynamır, keçidi

məlumdur.

B/C 54-70 sm - sarı-qəhvəyiyə çalar, ağır gilli, pozulmuş,

quruluşu bərk, HCl təsirindən qaynamır.

Qeyd etdiyimiz kimi təsvir etdiyimiz torpaqlar əsasən

fısdıq, fısdıq-vələs ağacları altında formalaşmışlar. Həmin

torpaqların tünd rəngli növləri isə qarışıq-meşə ağacları altında,

yəni fısdıq və bəzi hallarda isə palıd qarışığı olan meşə ağacları

altında əmələ gəlirlər.

Morfoloji quruluşuna görə tünd qonur dağ-meşə

torpaqları aşağıdakı əlamətlərə malikdirlər. Üst qatda təzə xəzəl

töküntüləri altında 1-3 sm qalınlığında meşə döşənəyi vardır. A0

qatı tünd qonur rəngdə, ondan aşağıdakı qatda isə kəskin

dərəcədə rəng dəyişərək açıq səməni rəng alır.

Page 44: Aygün Dağıstan qızı Şabandayeva

44

Cədvəl 4

Tünd qonur dağ-meşə torpaqlarının mexaniki tərkibi və bəzi

kimyəvi göstərəriciləri eroziya prosesinin onlara təsiri

ba

dil

ə

Olu

na

n

ka

liu

m

(K2O

)

mq

/kq

M e

ş ə

d

ö ş

ə n

ə y

i

39

1,0

34

5,5

33

0,6

30

6,9

29

1,0

21

4,0

təh

ər

rik

Fo

sfo

r

(P2O

5)

mq

/kq

28

,1

26

,8

19

,4

8,8

9,6

5,2

Üm

um

i

azo

t

%

0,8

8

0,3

6

0,0

9

0,0

5

0,0

8

0,0

4

Hu

mu

s

%

10

,0

5,3

2,3

0,8

1,8

0,7

Mex

an

iki

tərk

ib

fra

ksi

ya

lar

%-l

ə Fiz

iki

Gil

<0

,01

60

,8

63

,5

70

,8

76

,3

44

,0

60

,0

Lil

<0

,00

1

30

,0

28

,8

32

,7

34

,0

18

,1

20

,4

Dər

inli

k

sm-l

ə

0-2

sm

2-7

7-2

1

21

-35

35

-54

0-1

0

10

-31

Gen

etik

qa

tla

r

A1

A2

B1

B2

B1

B2

Kəs

imin

№-s

i

17

yu

yu

lma

mış

17

a

Ort

a

dər

əcəd

ə

yu

yu

lmu

ş

Page 45: Aygün Dağıstan qızı Şabandayeva

45

4 saylı cədvəlin rəqəmlərindən göründüyü kimi tünd qonur

dağ meşə torpaqlarının mexaniki tərkibi gilli və ağır gillidir.

Belə ki, profildə fiziki gilin miqdarı 60,8 – 70,8 %, lil fraksiyası

28,8 – 34,0 % arasındadır. Bu torpaqlar yüksək humuslu olub

üst qatda onun miqdarı 10,0 %, profildə isə 0,8 – 5,3 % arasında

artıb azalır. Üst qatda humus maksimum miqdarda olub ikinci

qatda kəskin azalır. Ümumi azotun miqdarı humusun miqdarına

uyğun olaraq üst qatda 0,88% aşağı qatlarda xeyli azalır.Tünd

qonur dağ meşə torpaqlarında mütəhərrik fosforun (P2O5)

miqdarı profildə 8,8-2,81 mq/kq, mübadilə olunan kaliumun

(K2O) miqdarı isə 306,9-391,0% təşkil edir.

Əvvəlki bölmələrdə qeyd etdiyimiz kimi həm Kiçik Qaf-

qaz və həm də Böyük Qafqazın dağlıq qurşaqlarında ekzogen və

antropogen amillərin günü-gündən artan miqyası nəticəsində

torpaq eroziyası əmələ gələrək geniş inkişaf edir və böyük areal

kəsb edir. Eroziya prosesi meşə zonasında meşələrin qırılması,

mal-qaranın meşədə saxlanılaraq otarılması ilə sıx əlaqədardır.

Bu proses xüsusilə Böyük Qafqazın meşə zonasında geniş vüsət

almışdır. Son illər xəyanətkar qonşumuz olan ermənilərin təca-

vüzü, işğalı, xüsusilə Kiçik Qafqazıın dağ-çəmən və dağ-meşə

zonasının işğalı və meşələrin intensiv qırılıb məhv olması ilə

əlaqədar eroziya prosesi xeyli genişlənmişdir və işğala məruz

qalmış ərazilərin təbiətinə böyük zərbə vurulmuşdur.

Eroziya prosesinin tünd qonur dağ-meşə torpaqlarının

münbitlik potensiyalına təsiri öyrənilmişdir. Bu məqsəd üçün

Göygöl gölü ətrafında orta dərəcədə eroziyaya uğramış tünd qo-

nur dağ-meşə torpaqlarında 17a saylı kəsim qoyulmuşdur.

Müəyyən edilmişdir ki, eroziya prosesi torpağın profilini xeyli

gödəldir, üst qatlarını yuyub aparır və beləliklə meşə bitmə

şəraitini xeyli pisləşdirir. 4 saylı cədvəldə orta dərəcədə yu-

yulmuş tünd qonur dağ-meşə torpağının analitik təhlili verilmiş-

dir. Goründüyü kimi eroziya prosesi “A” qatını tamamilə yuya-

raq torpağın profilini kəskin azaltmışdır. Həmin torpqlarda me-

xaniki tərkib xeyli yüngülləşərək profildə fiziki gilin miqdarı

Page 46: Aygün Dağıstan qızı Şabandayeva

46

44,0-60,0 %, lil fraksiyasının miqdarı isə 18,1-20,4 % arasında

olmuşdur .

Mexaniki tərkibin xeyli yüngülləşməsi ilk növbədə

kolloidlərin yuyulması ilə əlaqədardır.

Cədvəlin rəqəmlərindən göründüyü kimi eroziya prosesi

humus və azotun miqdarını kəskin azaltmışdır (80%-ə qədər

humus,10-15%-ə qədər ümumi azot).

Eroziya prosesi torpaqda mənimsənilən fosfor (P2O5)

və dəyişən kaliumunda (K2O) miqdarını xeyli azaltmışdır

(cədvəl 4).

Göründüyü kimi eroziya prosesi çox böyük torpaqqoruyu-

cu,su tənzimedici, kurortoloji əhəmiyyətə malik olan meşələri

məhv edir.

Tədqiqat apardığımız qonur dağ-meşə zonasında həmin

torpaqların tipik yarımtipi də nisbətən geniş ərazidə yayılmışdır.

Əsasən Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində formalaş-

mışdır.

Tipik qonur dağ-meşə torpaqlarında yerin relyefindən,

yamacların cəhətindən, torpaq əmələ gətirən süxurların tərki-

bindən, quruluşundan və s. amillərdən asılı olaraq torpaq qatının

qalınlığı 40-80 sm arasında tərəddüd edib, bəzi hallarda isə 1,5

m-ə qədər artır. Lakin yeri gəlmişkən qeyd etmək lazımdır ki,

cənub yamaclarda inkişaf tapmış qonur meşə torpaqları daha çox

skletli olurlar.

Tipik qonur dağ-meşə torpaqların səciyyəvi nişanələrindən

biri də rütubəti tezliklə dərin qatlara sızdırmasından ibarətdir ki,

bu da torpağı eroziyadan qoruyub saxlamaq üçün mühüm

şərtlərdən biridir.

Qonur dağ-meşə torpaqları səciyyələndirmək üçün Göygöl

şəhərindən 10 km şərqdə, meylliyi 12-150 olan yamacda fıstıq,

vələs, qoz meşəsində qoyulmuş 3 saylı kəsimin təsvirini veririk.

0-2 sm - meşə döşənəyi

A0 - 0-8 sm - tünd qonur, yüngül gilli, iri dənəvarı struktur-

lu, quruluşu kipvari və çoxlu köklər, nəmli və keçidi aydın

Page 47: Aygün Dağıstan qızı Şabandayeva

47

A1 - 8-22 sm - açıq qonur olub, ağır gilli, dənəvari-kəltən-

vari,quruluşu kipvari, çoxlu köklər müşahidə edilir, nəmli və ke-

çidi aydındır

B1 - 22-51 sm - sarımtıl, ağır gillicəli, tozvari-kəltənvari,

quruluşu kip,ağac kökləri müşahidə edilir, nəmli və keçidi ay-

dındır.

B2 - 51-68 sm - sarımtıl samanı, ağır gillicəli, struktursuz,

quruluşu kip, ağac kökləri müşahidə edilir, nəmli və keçidi

aydın deyil.

Kəsim profilində eləcə də aşağı qatlarında torpaq HCl

turşusunun təsirindən qaynamır. Qonur dağ-meşə torpaqlar əsa-

sən meşə ərazisinin yuxarı hissəsində geniş yayılmışdır. Bu tor-

paqlar, meşənin orta qurşağında fıstıq və fıstıq-vələs ağacları al-

tında formalaşmışlar.

Meşə ağacları qırıldığından, kol bitkiləri çoxluq təşkil etdi-

yindən meşə döşənəyi dağılır, torpağın üst qatının strukturu po-

zulur, kipləşir və yağmurlar düşdükdə torpaq asanlıqla yuyulur.

Meşələrin seyrəkləşməsində iqlimin quraqlaşması və bir çox

başqa təbii amillərində də rolu az deyildir.

Qonur dağ-meşə torpaqların mexaniki tərkibi gilli və ağır

gillicəli olub, profilində fiziki gilin (<0,01 mm) miqdarı 59,20-

62,00% təşkil edir. Lil hissəciklərin yuyulması ilə əlaqədar

olaraq orta dərəcədə eroziyaya uğramış torpaqlarda fiziki gil də

tədricən azalmağa doğru getmişdir, fiziki gilin miqdar isə

59,20-62,00% olmuşdur.

Eroziya prosesi qonur dağ-meşə torpaqların aqrokimyəvi

göstəricilərinə də öz mənfi təsirini etməklə onların miqdarını

azaltmışdır. Belə ki, eroziyaya uğramamış növə nisbətən orta də-

rəcədə eroziyaya uğramış növün profil boyu humus 1,86-7,26%,

ümumi azot 0,11-0,26%, mütəhərrik fosfor 16,40-18,60 mq/kq,

kalsium-karbonat (CaCO3) birləşmələrin miqdarı 4,5-2,4%,

udulmuş əsaslar içərisində kalsium kationun miqdarı 100 qr tor-

paqda 22,57-16,96 mq/ekv arasında azalmışdır.

Meşə ağacları qırıldığından, kol bitkiləri çoxluq təşkil etdi-

yindən meşə döşənəyi dağılır, torpağın üst qatının strukturu po-

Page 48: Aygün Dağıstan qızı Şabandayeva

48

zulur, kipləşir və yağmur düşdükdə torpaq asanlıqla yuyulur.

Meşələrin seyrəkləşməsində iqlimin quraqlaşması bir çox başqa

təbii amillərində də rolu az deyildir.

Qonur dağ-meşə torpaqların mexaniki tərkibi ağır gillicəli

olub, profilində fiziki gilin (<0,01 mm) miqdarı 59,20-62,00%

təşkil edir. Lil hissəciklərin yuyulması ilə əlaqədar olaraq orta

dərəcədə eroziyaya uğramış torpaqlarda fiziki gil də tədricən

azalmağa doğru getmiş və onun miqdarı isə 59,20-62,00% ol-

muşdur.

Tünd qonur dağ-meşə torpaqları - Bu torpaqlar fıstıq-

vələs və ya qarışıq meşələrin altında inkişaf edib, qəhvəyi meşə

torpaqlarına keçid təşkil edir. Bunlar əsasən Göygölün ətrafında,

xüsusilə Göygöldən şimalda geniş inkişaf etmişlər.

Tünd qonur dağ-meşə torpaqların, adından məlum olduğu

kimi rənginin tünd olması tərkibində çürüntü maddəsinin çox-

luğu ilə izah olunur ki, buna görə də tipik qonur dağ-meşə tor-

paqlardan fərqlənir. Profil boyu bu torpaqların rəngi tədricən

dəyişilir. Bu növ torpaqların əksəriyyətində torpağın aşağı qat-

ları karbonatlıdır. Bu bir tərəfdən rütubət və istilik rejimindən,

digər tərəfdən isə torpaqəmələgətirən ana süxurlardan asılıdır.

Çürüntülü-karbonatlı qonur dağ-meşə torpaqları - Bu

torpaqlar zonallıq təşkil etməyib tünd qonur dağ-meşə torpaq-

ların içərisində, xırda sahələrdə, gətirilən aşınma məhsullarının

toplandığı sahələrdə çox rast gəlinir.

Çürüntülü-karbonatlı torpaqlar əsasən aşınmış əhəng

daşları üzərində əmələ gəldiyi üçün torpaqların profili başdan-

başa karbonatlıdır. Bu torpaqlarda humusun miqdarı üst qatda

çox, strukturu qozvari-dənəvari olub, aşağı qatlar keçidi aydın

deyildir.

Çürüntülü-karbonatlı qonur dağ-meşə torpaqları öz ekoloji

şəraitinə və eləcə də tərkibində toplanan çürüntünün miqdarına

görə, qonur torpaqların başqa növlərindən fərqlənirlər.

Yuxa, tam inkişaf etməmiş qonur dağ-meşə torpaqları -

Bu torpaqlar Göygölün şərq və şimal-şərq hissəsində əsasən Kə-

pəzdən qopmuş süxurların və sal qayalıqların üzərində şam və

Page 49: Aygün Dağıstan qızı Şabandayeva

49

fıstıq, vələs meşəsi altında əmələ gəlmişdir.Torpaqlar tam inki-

şaf etmədiyindən orada heç bir inkişaf etmiş genetik qat yoxdur.

Yalnız üst qatdan qayanın üzərində 4-5 sm qalınlığında tünd

qəhvəyi və qaramtıl yumşaq çürümüş və yarımçürümüş döşəmə

ilə torpaq qarışığından ibarətdir.

Yuxa, tam inkişaf etməmiş qonur dağ-meşə torpaqları, tor-

paqəmələgəlmə prosesində ibtidai xarakter daşıdığından bunla-

rın aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu

kimi 1139-cu ildə Kəpəz dağı, yeraltı güclü təkan nəticəsində

(zəlzələ) dağın təxminən yarı hissəsi uçaraq Ağ-su çayının də-

rəsini doldurmuş və Göygölün əmələ gəlməsinə səbəb olmuşdur.

Sonradan uçub gələn süxurlar üzərində meşə formasiyası inkişaf

etmişdir. Həmin müddətdən 871 il keçməsinə baxmayaraq

torpaq qatı 4-5 sm-dən çox inkişaf etməyibdir. Buradan belə nə-

ticə çıxır ki, 1 sm torpağın əmələ gəlməsi üçün azı 200 il lazım-

dır. Bunu nəzərə alaraq torpaqları eroziyadan mühafizə etmək

ən mühüm məsələlərdən biri olmalıdır.

2.Qəhvəyi dag-meşə torpaqlar (chromic Cambisol) - Bu

torpaqlar ilk dəfə S.A.Zaxarov tərəfindən 1904-cü ildə Gürcüs-

tan ərazisində ayrılmışdır. Müəllif ilk dəfə olaraq həmin torpaq-

ları genetik tip kimi ayırıb torpaq təsnifatına daxil etmişdir.

1949-cu ildə İ.P.Qerasimov (1949) qəhvəyi dağ meşə torpaqları-

nın əmələgəlmə prosesini ətraflı əsaslandırmışdır.

S.A.Zaxarov quru meşə və kolluqların altındakı torpaqların

xüsusi genetik bir tip kimi ayrılması ilə əlaqədar belə bir fikir

irəliyə sürmüşdür ki,bu torpaqlara müstəqil olaraq geniş coğrafi

arealda böyük massivlər şəklində Orta Asiya və Şərqi Qafqazda

təsadüf edilir.Quru meşələrin qəhvəyi torpaqlarının mövcudluğu

və genezisi haqqında M.N.Sabaşvili (1948), H.Ə.Əliyev(1965),

M.Ə.Salayev (1955) və başqaları fikir söyləmişlər.

Azərbaycanda qəhvəyi dağ meşə torpaqları Ə.K.Zeynalov

(1949), A.N.İzyumov (1955), M.Ə.Salayev (1955,1966),

H.Ə.Əliyev (1965), A.R.Axundova (1967), Ş.Q.Həsənov(1971),

X.M.Mustafayev (1975), B.Q.Şəkuri (1988, 2004, 2006, 2009)

Page 50: Aygün Dağıstan qızı Şabandayeva

50

öyrənilmiş və onların morfo-genetik xüsusiyyətləri müəyyənləş-

dirilmişdir.

Bu torpaqlara Gürcüstanda, Özbəkistanda, Tacikistanda

şimali Qafqaz bölgələrində Çeçen və Dağıstan respublikalarında

da geniş miqyasda rast gəlinir.

Qəhvəyi dağ-meşə torparlar Kiçik Qafqazın şimal, şimal-

şərq və cənub yamaclarında və Böyük Qafqazın şimal-şərq,

cənub-şərq və cənub yamaclarında geniş yayılmışlar.

Həmin torpaqlar Göygöl rayonunda geniş yayılmaqla əsas

etibarı ilə Mirzik, Zurnabad, Hacıkənd, Çaykənd və Sarı-su

kəndlərinin ətrafında dəniz səviyyəsindən 700-1500 m hündür-

lük, palıd, fıstıq meşələri altında inkişaf etmişdir.

Aparılan tədqiqatdan aydın oldu ki, qəhvəyi dağ-meşə

torpaqların əmələ gəlmə prosesi, qonur dağ-meşə torpaqlarına

nisbətən quraq şəraitdə keçir. Ona görə də bu torpaqlarda pod-

zollaşma əlaməti yoxdur. Meşə zonasının yuxarı hissəsində, xü-

susilə az meyilli yamaclarda karbonatlardan yuyulmuş qəhvəyi

dağ-meşə torpaqlarına, aşağı zonada isə onun karbonatlı növ-

lərinə təsadüf edilir.

Aparılan tədqiqatın nəticəsində aydın oldu ki, qəhvəyi dağ-

meşə torpaqları yuxarı zonada tünd qonur-meşə torpaqları ilə,

aşağıda isə boz-qəhvəyi və yaxud da tünd şabalıdı torpaqlarla

sərhədlənir və torpaqların şaquli zonallıq qanununa uyğun gəlir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, tədqiqat apardı-

ğımız ərazidə insanın təsərrüfat fəaliyyəti nəticəsində ən çox

dəyişkənliyə uğramış torpaqlar qəhvəyi dağ-meşə torpaqlarıdır.

Əvvəllərdə meşə altında olmuş sahələr əkin məqsədi üçün

tamamilə qırılmışdır. Bu isə eroziya prosesinin güclənməsinə

şərait yaratmışdır. Ona görə də hazırda meşələri məhv edilmiş

səhələrin yalnız bir qismində dənli bitkilər becərilir, qalmış

hissəsi isə eroziyaya uğradığından kol basmış və qismən də

otlaq kimi istifadə edilir. Hazırda bozqırlaşmış qəhvəyi dağ-

meşə torpaqlarında eroziya prosesi daha çox inkişaf tapmışdır.

Bu torpaqların rəngi üst qatda tünd qəhvəyi olub, tərkibində

çürüntü maddəsinin nisbətən çoxluğu və profil üzrə tədricən

Page 51: Aygün Dağıstan qızı Şabandayeva

51

dəyişməsi ilə digər meşə torpaqlarından fərqlənir. Qəhvəyi dağ-

meşə torpaqlarında xüsusən karbonatlı allüvial qat daha aydın

ifadə olunur. Humusun miqdarı üst qatda 4-8% olub, dərinə

getdikcə tədricən azalır. Lakin qonur dağ-meşə torpaqlarında bu

qanun pozulur və alt qatda humusun birdən-birə kəskin azalması

müşahidə edilir. Torpağın üst qatının strukturu qozvari-topavari

orta hissəsi isə gilləşmiş bir qədər bərk qozvari olur. Mühit

reaksiyası profilin üst hissəsində neytral və ya zəif turş, dərin

qatlarda isə qələvidir.

Aparılan tədqiqatdan aydın oldu ki, burada formalaşmış

qəhvəyi dağ-meşə torpaqları üç yarımtipə bölünür.

1.Tipik qəhvəyi dağ-meşə torpaqları,

2.Karbonatlardan yuyulmuş qəhvəyi dağ-meşə torpaqları,

3.Karbonatlı qəhvəyi dağ-meşə torpaqları

Həmin torpaqlar morfoloji nişanələrinə görə bir-birinə çox

oxşadıqları üçün bunların təsvirini və izahını bir yerdə veririk.

Qəhvəyi dağ-meşə torpaqları yayılmış sahələr yaşayış

məntəqələrinə yaxın olduğuna görə çox yerdə meşələr qırılmış-

dır. Qalın sahələrdə isə ağacların seyrəldilməsi nəticəsində onla-

rın qalınlığı yuxa və ya orta qalınlıqlıdırlar. Meşə örtüyünün

seyrək olmasına görə lazımi qədər xəzəl toplanması və ya köhnə

meşə döşənəyi müşahidə olunmur.

Qəhvəyi dağ-meşə torpaqlarının karbonatlardan yuyulmuş

növünə meşə zonasının yuxarı hissəsində, xüsusilə meyilliyi az

olan şimal yamaclarda, meşə ağaclarının sıxlığı çox olan

yerlərdə müşahidə edilir.

Qəhvəyi dağ-meşə torpaqlar yayılan zonada elə sahələrə

rast gəlinir ki, əvvəllər əkin və s. məqsədlər üçün meşəsi qırı-

lıbdır. Sonradan bu sahələr eroziyaya uğradığına görə başlı-başı-

na buraxılıb. Hazırda bu sahələri meşə ağacları və kollar basmış-

dır. Bunun isə istər torpağı qorumaqda və istərsə də təsərrüfatda

əhəmiyyəti olduqca azdır. Ona görə də meşə ağaclarını qırmağı

qadağan etmək, otarmanın qarşısını almaq və həmin zona üçün

münasib, xüsusilə quraqlıq iqlim şəraitinə davamlı olan ağac-

ların əkilməsi məsləhətdir.

Page 52: Aygün Dağıstan qızı Şabandayeva

52

1.Tipik qəhvəyi dağ-meşə torpaqları - Həmin torpaqlar

Göygöl rayonu ərazisində məhdud ərazidə yayılmışdır. Azərbay-

can Dövlət Yer Quruluşu Layihə İnstitutunun verdiyi məlumata

əsasən (1983) Göygöl rayonu ərazisində bu torpaqların sahəsi

300 hektar və ya ümumi ərazisinin 0,17%-ni əhatə edir.

Tipik qəhvəyi dağ-meşə torpaqların yayıldığı ərazinin rel-

yefi əsasən daglıq-dərəlik olub, qismən meyilli yamac və da-

ğüstü düzənlikdən ibarətdir. Bu torpaqlar mexaniki tərkibinə və

torpaq qatının qalınlığına görə növ müxtəlifliyinə ayrılırlar.

Həmin torpaqların morfoloji əlamətləri ilə tanış olmaq üçün əra-

zidə qoyulmuş 8 saylı kəsimin çöl təsvirini veririk.

Kəsim 8.

0-1 sm - meşə döşənəyi

0-14 sm - qəhvəyi, orta və ağır gillicəli, dənəvari, yumşaq,

kök, çoxlu kökcüklər az nəmli, HCl təsirindən qaynamır, keçidi

aydındır.

14-32 sm - açıq qəhvəyi, dənəvari, ağır gillicəli, az

yumşaq, qurd yuvaları, HCl təsirindən zəif qaynayır, az nəmli.

Kəsimin morfoloji təsvirindən görünür ki, bu torpaqların

üst qatının rəngi qəhvəyi olub, alt qatı açıq qəhvəyidir. Strukturu

qozvari və dənəvərdir.

Tədqiq etdiyimiz bu torpaqların mexaniki tərkibi profil

boyu orta və ağır gillicəlidir.

Tipik qəhvəyi dağ meşə torpaqların analitik təhlilinin nəti-

cələri 5 saylı cədvəldə verilir. Göründüyü kimi bu torpaqların

mexaniki tərkibi profildə orta və ağır gillicəlidir. Belə ki üst

qatda fiziki gilin miqdarı 45,12%, aşağı qatda isə 47,56%-dir.

Lil fraksiyasının miqdarı isə profildə 16,40-17,23% arasındadır.

Page 53: Aygün Dağıstan qızı Şabandayeva

53

Cədvəl 5

Tipik qəhvəyi dağ-meşə torpaqlarının mexaniki tərkibi və bəzi

kimyəvi göstəriciləri

Ud

ulm

əsa

sla

rın

cəm

i

Mq

.ek

v.1

00

torp

aq

da

n

Meş

ə d

öşə

nəy

i

34

,09

30

,09

Ca

CO

3

CO

2 y

ə

%

yo

x

0,4

3

Üm

um

i

% P

2O

5

Fo

sfo

r

0,2

2

0,1

9

N

Azo

t

0,4

0

0,2

2

Hu

mu

s

%

8,0

9

4,2

6

Hiq

rosk

o

pik

nəm

lik

%

3,7

3,8

Mex

an

iki

tərk

ib

fra

ksi

ya

lar

%-l

ə Fiz

iki

Gil

<0

,01

45

,12

47

,56

Lil

<0

,00

1

16

,40

17

,25

Dəri

nli

k

sm-l

ə

0-1

1-1

4

14

-32

Kəs

imin

№-s

i

8

Page 54: Aygün Dağıstan qızı Şabandayeva

54

Hiqroskopik nəmlik mexaniki tərkibə uyğun olaraq pro-

fildə 3,7-3,8% humus, üst qatda 8,09%, aşağı qatda isə kəskin

azalaraq 4,26% təşkil edir. Ümumi azotun miqdarı humusun

miqdarına uyğun olaraq 0,40-0,225, ümumi fosfor (P2O5) isə

0,22-0,19% arasında artıb azalır.

Tədqiq etdiyimiz torpaqların üst qatında karbonat birləş-

mələri yoxdur, lakin aşağı qatda cüzi miqdarda mövcuddur

(CaCO3-0,43%). Bu torpaqlar udulmuş əsaslarla doymuşlar, be-

lə ki profildə udulmuş kationların miqdarı 100 q torpaqda 34,09-

30,09 m/ekv arasında olmuşdur. (cədvəl 5)

Tipik qonur dağ-meşə torpaqların analitik təhlili göstərir

ki, bu torpaqlar yaxşı münbitlik potensiyalına malikdirlər. Hazır-

da bu torpaqların əsas problemi onların qorunub saxlanılmasıdır.

Bunun üçün meşələrin qırılmasının qarşısı alınmalı, sıxlığı az

olan yerlərdə payız və yaz aylarında əkinin aparılması böyük zə-

rurət kəsb edir.

3. Karbonatlı qəhvəyi dağ-meşə torpaqlar

Qəhvəyi dağ-meşə torpaqların karbonatlı yarım tipi,

Göygöl rayonu ərazisində başqa yarımtiplərə nisbətən bir qədər

geniş yayılmışdır. Ümumi ərazinin 1,66%-ni əhatə edir. Həmin

torpaqlar enli yarpaq ağaclar o cümlədən palıd meşələri altında

formalaşmışlar.

Bu torpaqların yayıldığı ərazinin relyefi əsasən dağlıq

olub, dərələrdən və çox meyilli yamaclardan ibarətdir. Qalınlı-

ğının və mexaniki tərkibinin müxtəlifliyinə görə həmin torpaqla-

rın müxtəlif növ müxtəlifliyi mövcuddur.

Karbonatlı qəhvəyi dağ-meşə torpaqların morfoloji əlamət-

ləri ilə tanış olmaq üçün ərazidə qoyulmuş 13 saylı kəsimin çöl

təsvirini veririk.

Kəsim Hacıkənd ərazisində şərq baxarlı, meyilliyi 20-250

olan yamacda qoyulmuşdur.

A0 - 0-2 sm - quru meşə döşənəyi, çürümüş və çürümükdə

olan yarpaqlar və otlar.

Page 55: Aygün Dağıstan qızı Şabandayeva

55

A1 - 2-15 sm - qəhvəyi qonur çalarlı, ağır gillicəli, qozvari,

yumşaq, kök və kökcüklər, nəm, HCl təsirindən zəif qaynayır,

keçidi məlumdur.

A2 - 15-30 sm - tünd qəhvəyi sarımtıl çalarlı, ağır gillicəli,

qozvari, yumşaq, köklər, nəm, HCl təsirindən zəif qaynayır,

keçidi aydındır.

B - 30-41 sm – sarı, qırmızı çalarlı, ağır gillicəli, kəltənli

qozvari, yumşaq, kif, pas ləkələri, nəm, HCl təsirindən qaynayır,

keçidi məlumdur.

B/C 41-70 sm - sarı qırmızı çalarlı, gillicəli, yumşaq, po-

zulmuş, karbonat birləşmələri, köklərin ətrafında pas ləkələri,

HCl təsirindən güclü qaynayır.

Kəsimin morfoloji təsirindən görünür ki, genetik qatlar

pozulmamış ki, bu da həmin torpaqların eroziya prosesinə uğra-

mamasını göstərir.

Page 56: Aygün Dağıstan qızı Şabandayeva

56

Cədvəl 6

Karbonatlı qəhvəyi dağ-meşə torpaqlarının mexaniki tərkibi

və bəzi kimyəvi göstəriciləri

Ud

ulm

əsa

sla

rın

cəm

ind

ən

%-l

ə 14

,42

6,4

5

18

,52

10

,00

85

,58

93

,55

81

,48

90

,00

Ud

ulm

əsa

sla

rın

cəm

im/e

kv

10

0q

torp

aq

da

37

,35

27

,90

24

,30

23

,00

PH

su

susp

ensi

-

ya

6,8

6,8

6,8

6,7

CO

2%

1,1

0

2,3

8

3,6

6

3,1

6

Üm

um

i

azo

t

%

0,4

3

0,3

0

0,2

1

0,0

6

Hu

mu

s

%

10

,00

5,3

3

1,0

0

0,8

0

Mex

an

iki

tərk

ib

fra

ksi

ya

lar

%-l

ə Fiz

iki

Gil

<0

,01

52

,08

60

,48

64

,40

61

,60

Lil

<0

,00

1

27

,92

36

,00

41

,04

42

,00

Dər

in-

lik

sm-l

ə

2-1

5

15

-30

30

-41

41

-70

Gen

e

-tik

qa

t-

lar

A1

A2

B1

B2

Kəs

imin

№-s

i

13

ero

ziy

aya

ram

am

ış

Page 57: Aygün Dağıstan qızı Şabandayeva

57

13 saylı kəsimin analitik təhlilləri göstərir ki, bu tor-

paqların mexaniki tərkibi gilli və agır gillicəlidir, belə ki, pro-

fildə fiziki gilin (<0,01) miqdarı 52,08-64,40%, lil fraksiyasının

miqdarı 27,92-42,00% arasındadır. Təsvir etdiyimiz torpaqlar

çox humuslu olmaqla səciyyələnirlər. 6 saylı cədvəlin rəqəm-

lərindən göründüyü kimi üst qatda hümusun miqdarı 10,0%

aşağı qatlarda kəskin azalaraq 5,33-0,80% təşkil edir. Humusun

miqdarına uyğun olaraq ümumi azot 0,43-0,06 arasında dəyişir.

Bu torpaqlar karbonatlıdırlar profildə karbon qazının (CO2)

miqdarı 1,0-3,66 təşkil edir, aşağı qatlarda karbonat birləş-

mələrinin miqdarı artır. Torpağın reaksiyası (PH) profildə 68-

6,7-dir ki, bu da zəif turş və neytral olmasını göstərir. Karbonatlı dağ meşə torpaqları əsaslarla doymuşlar. Belə

ki, profildə udulmuş əsasların 100 qr torpaqda 23,0-37,35 m/ekv

olmuşdur.

Mübadilə olunan kationlar içərisində Ca kationu çoxluq

(81-95) təşkil edir. Bu torpaqlar yaxşı münbitlik potensialına

malikdirlər.

Karbonatlı qəhvəyi dağ-meşə zonasında antropogen və

ekzogen proseslərin, daim artan təzyiqlərin nəticəsində eroziya

prosesi geniş yayılmışdır. Eroziya prosesinin torpağın morfo-

genetik xüsusiyyətlərinə təsirini müəyyənləşdirmək məqsədi ilə

13 saylı kəsikdən aralı 500 m cənub yamacında yuyulmuş

sahədə 14 saylı kəsim qoyulmuşdur. Aşağıda kəsimin morfolojı

təsvirini veririk:

B2 0-18 sm – sarımtıl gəhvəyi, agır gillicəli, pozulmuş, daş

və çınqıl tikələri, köklər, yumşaq, nəm, HCl təsirindən qaynayır,

keçidi az məlumdur.

B/C 18-49 sm - sarımtıl, gilli, pozulmuş, daş tikələri,

köklər HCl təsirindən qaynayır.

Kəsimin morfoloji təsvirindən görünür ki, eroziya prosesi

torpağın profilini xeyli gödəldərək “A” qatını tam, “B” qatının

isə yarısını yuyub aparmışdır.

Page 58: Aygün Dağıstan qızı Şabandayeva

58

Cədvəl 7

Karbonatlı dağ-qəhvəyi torpaqların kimyəvi göstəricilərinə

eroziya prosesiin təsiri

Ud

ulm

əsa

sla

rın

cəm

i m

.ek

v

10

0g

torp

aq

da

28

,30

31

,60

Ca

CO

3

CO

2

%-l

ə

8,5

0

21

,25

Üm

um

i %

Fo

sfo

r

(P2O

5)

0,2

2

0,2

0

AZ

OT

N

0,2

0

0,0

6

Hu

mu

s

%

2,7

6

0,8

3

Hiq

rosk

o

pik

nəm

lik

%

4,8

4,2

Mex

an

iki

tərk

ib

fra

ksi

ya

lar

%-l

ə Fiz

iki

gil

<0

,01

56

,64

60

,84

Lil

<0

,00

1

23

,20

24

,04

Dər

inli

k

sm-l

ə

B2

0-1

8

B/C

18

-49

Kəs

imin

№-s

i v

ə

ero

ziy

aya

ram

a

dər

əcis

i

14

şid

dət

li

dər

əcəd

ə

ero

ziy

aya

ram

ış

Page 59: Aygün Dağıstan qızı Şabandayeva

59

Cədvəlin rəqəmlərindən göründüyü kimi, şiddətli dərəcədə

eroziya prosesi torpağın üst qatını yuyaraq humusun miqdarını

kəskin aşağı salır. Ümumi azot və başqa göstəriciləri də azaldır,

torpağın münbitlik potensialını xeyli azaldır, torpağın münbitlik

potensialını xeyli zəiflədir, ekosistemlərə zərbə vurur, təbii

müvazinəti pozur.

4.Bozqırlaşmış dağ qəhvəyi torpaqlar

Bozqırlaşmış dağ-qəhvəyi torpaqlar Göygöl regionunda və

rayon ərazisində nisbətən geniş ərazini əhatə edir. Əldə olan

məlumatlara və torpaq xəritəsi materiallarına əsasən bu torpaq-

ların əhatə etdiyi sahə rayon ərazisinin 22658,45 hektarını və ya

12,69% təşkil edir. Bozqırlaşmış dağ-qəhvəyi torpaqlar dağ

əkinçlik zonası torpaqlarının əsas fondu olmaqla müxtəlif kənd

təsərrüfatı bitkiləri altında istifadə edilir.

Keçmiş zamanda bozqırlaşmış dağ-qəhvəyi torpaqlar yer-

ləşən ərazi qalın meşəliklər altında olmuşdur. Insan cəmiyyəti

formalaşdıqdan sonra təbiətə təcavüzə başlayaraq ilk növbədə

ətəyində yaşadığı və bütün ehtiyaclarını onun hesabına əldə etdi-

yi meşələri qırmağa başlamışdır. Meşələri insanlar yanacaq

məqsədi ilə, tikinti materialı kimi əkin sahəsi yaratmaq məq-

sədilə qırmışdır və hazırda da davam etdirir.

Göygöl bölgəsində yerləşən bozqırlaşmış dağ-qəhvəyi tor-

paqların ərazisi qalın meşəliklər altında olmuşdur. Hələ çox qə-

dim dövrlərdən meşəlikləri, xüsusilə alçaq dağlıq və dağətəyi

qurşaqlarda qıraraq onlardan əkin sahələri kimi istifadə etmişlər.

Beləliklə zaman çərçivəsində keçmiş meşə sahələri bozqırlaşma

prosesinə məruz qalmışlar. Burada meşə bitkilərini otlar əvəz

etmişdir. Meşə sahəsinin bozqırlaşması nəticəsində burada hid-

rotermik rejim və şəraitdə xeyli dəyişmişdir ki, bu da torpaqların

morfo-genetik xüsusiyyətlərinə öz təsirini göstərmişdir. Yeni

şəraitin əmələ gəlməsi torpaqəmələgəlmə prosesinin istiqamətini

dəyişmişdir. Belə ki, burada meşə torpaq tiplərinə xas olan

göstəricilər bozqır zonaya xas olan göstəricilər əmələ gəlmişdir.

Məhz həmin dövrdən də bu torpaqların eroziya prosesinə məruz

qalması üçün əlverişli şərait yaranmışdır. Bozqırlaşmış dağ-

Page 60: Aygün Dağıstan qızı Şabandayeva

60

qəhvəyi torpaqlar dağ əkinçilik zonasında, taxıl bitkiləri, çoxillik

otlar, son illərdə az sahədə şəkər çuğunduru altında da istifadə

edilir, burada həmdə üzüm bağları geniş sahələri əhatə edir.

Ümumiyyətlə bozqırlaşmış dağ -qəhvəyi və dağ boz-qəhvəyi

(şabalıdı) torpaqlarda əmələ gələn üzüm tənəyinin məhsulundan

respublikanın ən yüksək keyfiyyətli şərab və konyak məhsulları

əmələ gəlir ki, bunun da rayonun iqtisadiyyatında böyük rolu

vardır. Bozqırlaşmış dağ-qəhvəyi torpaqlar əsasən 800-1500 m

dəniz səviyyəsindən hündürlükdə qəhvəyi dağ-meşə torpaqlarla

dağ boz-qəhvəyi (şabalıdı) torpaqlar arasında keçid təşkil edir.

Həmin torpaqların quraq şəraitdə inkişaf etdiyini, bozqırlaşma

prosesinə məruz qalmasını və eləcə də müxtəlif amilləri nəzərə

alaraq tipik, maddələrdən yuyulmuş və karbonatlı növləri ayrılır

ki, onlara da meşə və kolluqlar altında təsadüf edilir. Azərbay-

can respublikası ərazisində o cümlədən Göygöl bölgəsində ya-

yılan bozqırlaşmış dağ-qəhvəyi torpaqların humus qatı nisbətən

qalın olub qəhvəyi rənglidir. Bu torpaqların strukturu gözvari-

dənəvər, üst qatda humusun daha çox toplanması, karbonatlı

allüvial qatın olması və bir sıra başqa morfoloji xüsusiyyətlərlə

səciyyələnir.

Bozqırlaşmış dağ-qəhvəyi torpaqlar yayılan ərazinin mü-

rəkkəb relyef şəraitinə malik, sahələrin şiddətli parçalanması,

yamacların çox sahədə, meyilli dərə və qobuların olması ilə sə-

ciyyələnir. Bu zona illik yağıntıların 400-500 mm düşməsi ilə

səciyyələnir. Burada bitki örtüyü əsasən kol qismən ağac cins-

lərindən o cümlədən ardıc, yemişan, alma, alça və eləcədə ot

bitkilərindən ibarətdir.

Bozqırlaşmış dağ-qəhvəyi torpaqların əmələ gəlmə pro-

sesi və Zaqafqaziyada yayılması və genezisi haqda S.A.Zaxarov

(1927), B.A.Klopatovskiy (1941), M.N.Sabaşvili (1954),

M.E.Salayev (1955), K.Ə. Ələkbərov (1961), Q.Q.Həsənov

(1968), B.Q.Səkuri (1974, 2006, 2009) və başqaları fikir söylə-

miş və onların morfo-genetik xüsusiyyətləri haqda tədqiqat ma-

teriallarına əsaslanmışlar.

Page 61: Aygün Dağıstan qızı Şabandayeva

61

Tədqiqat obyektində torpağın mexaniki tərkibinə və qatı-

nın qalınlığına görə həmin torpaqların növ müxtəlifliyi ayrılmış-

dır.

24 saylı kəsimin çöl təsvirini veririk.

A1 0 -12 - qəhvəyi, gilli, topavari, az bərk, kök və çoxlu

kökcüklər, karbonat topası, HCl təsirindən şiddətli qaynayır, az

nəmli, keçidi tədricidir.

A2 12 -32sm - açıq qəhvəyi, ağır gillicəli, topavari, kəltənli

bərk, kök və kökcüklər, qurd yuvaları ağ gözcüklər HCl təsirin-

dən şiddətli qaynayır, keçidi tədricidir.

B1 32–55sm - küləşi–qəhvəyi çalarlı, ağır gillicəli, pozul-

muş karbonat ağ gözcukləri , bərk, ağ köklər HCl təsirindən şid-

dətli qaynayır., keçidi məlumdur.

B2 55–86sm - küləşi sarıya çalarlı, gilli, pozulmuş, bərk

az köklər, HCl təsirindən bərk qaynayır, keçidi az məlumdur.

B/C 86-112sm - sarımtıl, gilli pozulmuş, bərk, quru az

köklər HCl təsirindən şiddətli qaynayır.

Kəsimin morfoloji təsvirindən görünür ki, bu torpaqların

zəngin üst qatda qəhvəyi, alt qatlarda açıqlaşaraq küləşi rəngə

qədər dəyişir. Strukturu üst qatda topavari, orta qatda kəltənli,

alt qatda isə pozulmuşdur. Mexaniki tərkibi profildə gilli və ağır

gillicəlidir.

Page 62: Aygün Dağıstan qızı Şabandayeva

62

Cədvəl 8

Bozqırlaşmış dağ- qəhvəyi torpaqların mexaniki tərkibi və

bəzi kimyəvi göstəriciləri

U

du

lmu

ş

əsa

sla

rın

cəm

i m

/ek

v

10

0 g

torp

aq

da

34

,80

36

,00

32

,12

30

,48

30

,60

29

,70

30

,02

Ca

CO

3

CO

2 y

ə

rə %

11

,91

12

,75

25

,30

9,7

7

18

,74

18

,74

30

,61

Üm

um

i

%

Fo

sfo

r

(P2O

5)

0,2

1

0,1

4

An

olu

n

-

0,2

0

0,1

8

-

Azo

t

(N)

0,1

6

0,1

3

An

olu

n

-

0,1

0

0,0

6

-

Hu

mu

s

%

2,6

9

2,0

9

1,8

1

An

olu

n

1,7

2

0,7

0

0,3

8

Hiq

roso

-

pik

nəm

lik

%

6,6

6,2

5,9

6,3

6,9

5,5

2,8

Mex

an

iki

tərk

ib,

fra

ksi

ya

lar

%

< 0

.01

60

,40

58

,92

56

,80

60

,72

63

,64

52

,92

30

,00

< 0

.00

1

9,8

9

18

,08

18

,48

19

,00

23

,56

19

,64

12

,28

Gen

etik

qa

tla

r

dər

inli

k

sm-l

ik

Ero

zi-

ya

ya

ram

a

dər

əcəs

i

ram

a

mış

Ort

a

dər

əcə-

ra-

mış

Kəs

im

№si

24

18

Page 63: Aygün Dağıstan qızı Şabandayeva

63

8 saylı cədvəlin rəqəmlərindən göründüyü kimi eroziyaya

uğramamış bozqırlaşmış dağ-qəhvəyi torpaqların mexaniki

tərkibi əsasən gilli və ağır gillicəlidir, belə ki, torpağın profilində

fiziki gilin (< 0,01) miqdarı 56,80-63,64%, lil fraksiyasının

miqdarı 18,08-19,00% arasında artıb azalır. Bu torpaqların

profilində hiqroskopik nəmlik 5,9-6,6%, humus 1,81-2,69%

arasındadır. Humus əsasən üst qatlarda toplanmış aşağı qatlara

doğru azalır. Ümumi azot üst qatda 0,21%, aşağı qatlarda kəskin

azalır. Ümumi fosfor (P2O5) profildə 0,21-0,14%, karbonat

birləşmələri (CaCO3) 9,77-25,30% arasında tərəddüd edir.

Bozqırlaşmış dağ-qəhvəyi torpaqlar əsaslarla doymuşlar, belə ki,

profildə əsasların cəmi 30,48-36,00 m/ekv (100 q torpaqda)

təşkil edir. Kationlar içərisində üstünlüyü kalsium kationu tutur.

Eroziya prosesinin bozqırlaşmış dağ-qəhvəyi torpaqların

münbitlik potensialına təsirini müəyyən etmək məqsədilə 24

saylı kəsimdən 500 m məsafədə, cənub yamacda, ot örtüyü

seyrək olan sahədə 18 saylı kəsim qoyulmuşdur. Eroziya prosesi

“A” qatını təmiz yuyaraq “B” qatını üzə çıxarmışdır. Götürülən

torpaq nümunələrinin analitik təhlili göstərdi ki, (cədvəl 8) ero-

ziyaya məruz qalmamış torpaqla müqayisədə humus və ümumi

azot kəskin azalmışdır. Torpağın ümumi morfoloji quruluşuna

gəldikdə isə xeyli dəyişmişdir, belə ki, “A” qatı (30-32 sm) tam

yuyularaq profil xeyli gödəlmişdir. Yuyulmamış növlə müqa-

yisədə, orta dərəcədə yuyulmuş növün üst qatında 1%-ə yaxın

humus və 0,06% ümumi azot azalmışdır. Eroziya prosesi həm də

torpağın, udma tutumunu xeyli azaltmışdır. Göründüyü kimi

ekosistemlərin anası olan torpaq eroziya prosesi nəticəsində da-

ğılır və bunun da ekosistemlərə o cümlədən bitki örtüyü, su

ehtiyatları və mənbələri, canlı sistemlərə xeyli zərər vuraraq

təbii durumu xeyli pisləşdirir və təbiətin müvazinətini pozur.

5 . Dağ boz-qəhəyi torpaqlar

Dağ boz-qəhvəyi torpaqlar Böyük və Kiçik Qafqaz

ərazisində müxtəlif dağ silsilələrində yerləşir və bu torpaq

yayılan ərazi quru iqlimə, nisbətən seyrək bitki örtüyünə və

ümumiyyətlə mürəkkəb təbii şəraitə malikdir (1).

Page 64: Aygün Dağıstan qızı Şabandayeva

64

Dağ boz-qəhvəyi torpaqlar dəniz səviyyəsindən 600-800 m

yüksəklikdə geniş sahəni əhatə edir. Ərazinin relyefi xeyli

parçalanmışdır. Burada yağıntıların miqdarı az, buxarlanma isə

çoxdur. Buna baxmayaraq torpaqlar əkinçilikdə geniş istifadə

edilir. Ərazidə quraqlığa davamlı bitkilər o cümlədən armud,

itburnu, zərinc, yemişan, ot bitkilərindən isə ucyarpaq yonca,

kəklikotu, dovşan topalı və s. inkişaf edir.

Dağ boz-qəhvəyi torpaqlar kənd təsərrüfatında intensiv

istifadə edilir. Burada torpaqqoruyucu tədbirlər tətbiq

edilmədiyinə və ilbə-il antropogen təzyiqlər artdığı üçün eroziya

prosesi geniş inkişaf etmşdir. Burada təbii bitki örtüyü pozulmuş

və ya seyrəkləşmişdir ki, bu da yamaclardan torpağın yuyulma-

sını sürətləndirir. Torpağın üst münbit qatının yuyulması ilə ya-

naşı onun tərkibində olan humus, azot və qida maddələri ilə yu-

yulur və beləliklə torpaqlar məhsul vermə qabiliyyətini itirir və

deqradasiyaya uğraması üçün əlverişli şərait yaranır.

Dağ boz-qəhvəyi torpaqlar ayrı-ayrı tədqiqatçılar tərə-

findən öyrənilmişdir. S.A.Zaxarov bu torpaqları boz-şabalıdı

adlandırmışdır. Müəllif göstərir ki, həmin torpaqlar meşə bit-

kiləri altında əmələ gəlmişlər. 1950-ci ildən sonra tədqiqatçılar

həmin torpaqların “boz şabalıdı” deyil “boz-qəhvəyi” olduğunu

müəyyən etmişlər. Beləliklə müəyyən edilmişdir ki, dağ boz-

qəhvəyi torpaqlar qəhvəyi dağ-meşə torpaqlarının bozqırlaşmış

mərhələsinə aiddirlər. Həmin torpaqlar əmələgəlmə xüsusiyyət-

lərinə görə dağ-meşə torpaqla bozqır torpaqlardan daha yaxın-

dırlar. Mexaniki tərkibinə və humusun miqdarına görə bu tor-

paqların tünd və adi yarım tipləri müəyyən edilmişlər.

Tünd boz-qəhvəyi torpaqlar. Həmin torpaqların morfoloji

quruluşunu öyrənmək məqsədilə ərazidə kəsim qoyulmuşdur.

1 saylı kəsim Göygöl şəhərindən 3 km aralı şimal-şərq

istiqamətində meyilliyi 4-5 olan yamacda payızlıq buğda olan

sahədə qoyulmuşdur.

Page 65: Aygün Dağıstan qızı Şabandayeva

65

Ao 0- 1sm - kolluqların yaraqları və ot qalıqları.

A1 0-21 sm - tünd qəvəyi, ağır gillicəli, dənəvari, quruluşu

yumşaq, bitki kökləri, rütubətli, HCl təsirindən qaynamır,

keçidi aydındır.

B1 21-36 sm - qəhvəyi, ağır gillicəli, dənəvari–topavari,

quruluşu bir az bərkimiş, köklər, rütubətli, HCl təsirindən

qaynamır, keçidi aydındır.

B2 36-58 sm - açıq qəhvəyi, ağır gillicəli, xırda topavari

quruluşu bir az bərkimiş, köklər, rütubətli, HCl təsirindən

qaynamır, keçidi aydındır.

Ərazidə həm də 2 saylı kəsimdə qoyulmuşdur. 2 saylı

kəsim Göygöl şəhərindən şimal-şərq istiqamətində meyilliyi 10-

120, yabanı ot bitkiləri olan yamacda qoyulmuşdur. Sahə

bitkilərlə 40% örtülmüşdür.

B1 0-20 sm - qəhvəyi, ağır gillicəli, dənəvər, quruluşu

yumşaq, ot köklər, rütubətli, HCl təsirindən zəif qaynayır,

keçidi aydındır.

B2 20-38 sm - açıq qəhvəyi, ağır gillicəli, xırda dənəvari,

quruluşu yumşaq, seyrək ot kökləri, rütubətli, HCl təsirindən

qaynayır, keçidi aydındır.

B/C 38-48 sm – açıq samanı, ağır gillicəli, xırda topavari

quruluşu bir az kip, kökcüklər müşahidə olunur, rütubətli HCl

təsirindən qaynayır, keçidi aydındır.

Kəsim qoyulan sahə orta dərəcədə eroziyaya uğramışdır.

İnsanın təsərrüfat fəaliyyəti nəticəsində ən çox dəyişik-

likliyə uğramış torpaqlar qəhvəyi dağ-meşə torpaqlarıdır. Əvvəl-

lər meşə altında olmuş sahələr əkin məqsədi üçün tamamilə

qırılmışdır. Bu isə eroziya prosesinin güclənməsinə səbəb ol-

muşdur. Həmin torpaqların rəngi üst qatda tünd qəhvəyi olub,

tərkibində çürüntü maddəsinin çoxluğu və profil üzrə tədricən

dəyişməsi ilə digər meşə torpaqlarından fərqlənir.

Apardığımız analitik təhlillərdən görünür ki, tünd boz-

qəhvəyi torpaqların profil boyu 1 mm-dən böyük struktur hissə-

ciklər eroziyaya uğramamış torpaqlarda 60,19-70,28% suya da-

vamlı aqreqat hissəciklər 16,40-36,92% olduğu halda, orta

Page 66: Aygün Dağıstan qızı Şabandayeva

66

dərəcədə eroziyaya uğramış torpaqlarda struktur hissəciklər

65,62-58,39%, suya davamlı aqreqat hissəciklər 14,00-28,00%

arasında olmuşdur. Müəyyən edilmişdir ki, tünd boz-qəhvəyi

torpaqlarda eroziya prosesi torpaq sturkturunu pozur, belə ki,

0,25 mm-dən kiçik hissəciklərin miqdarı eroziyaya uğramamış

torpaqlarda 35,16-60,68% olduğu halda, orta dərəcədə eroziyaya

uğramış növündə 60,00-42,00% arasında dəyişmişdir.

Tədqiq etdiyimiz torpaqların mexaniki tərkibi gilli və ağır

gillicəli olub, profilində fiziki gilin (<0,01mm) miqdarı 62,00-

54,00% təşkil edir. Eroziya prosesi nəticəsində lil hissəciklərin

yuyulması ilə əlaqədar olaraq orta dərəcədə eroziyaya uğramış

torpaqlarda fiziki gilin miqdarı da azalmışdır. Belə ki, profil

boyu fiziki gilin miqdarı 58,96-50,00% olmuşdur.

Kəsimlərin təsvirindən aydın görünür ki, eroziyaya

uğramamış tünd boz-qəhvəyi torpaqların strukturunda genetik

qatlarında heç bir dəyişiklik müşahidə olunmur. Lakin bu

torpaqların orta dərəcədə eroziya uğramış növündə profil boyu

struktur, genetik qatlar da kəskin deformasiya uğramışlar. Bu

torpaqların humus qatı xeyli qısalmış, bütün profil boyu

torpaqda kipləşmə getmişdir. Tədqiq olunan torpaqlar profil

boyu gilli və gillicəlidir.

Eroziya prosesi nəticəsində lil hissəciklərinin yuyulması

ilə bağlı olaraq həmin göstəricilər orta dərəcədə eroziya uğramış

növündə xeyli azalmışdır.

Page 67: Aygün Dağıstan qızı Şabandayeva

67

Cədvəl 9

Dağ boz-qəhvəyi torpaqların bəzi kimyəvi göstəriciləri və

eroziya prosesinin onlara təsiri

Kəsim

№-si və

eroziyaya

uğrama

dərəcəsi

Dərinlik

sm-lə C %

Humus

%

CO2

%

CaCO3

CO2 yə

görə %

1 eroziyaya

uğramamış

A1

0-21 2,55 4,38 0,40 0,98

B

21-36 1,85 3,19 0,37 0,91

B2

36-58 1,20 2,08 0,76 1,83

2 orta

dərəcədə

yuyulmuş

B1

0-20 1,31 2,26 0,85 2,02

B2

20-38 1,14 1,96 0,94 2,24

B/C

38-48 0,60 1,03 2,42 5,49

Page 68: Aygün Dağıstan qızı Şabandayeva

68

9 saylı cədvəlin rəqəmlərindən göründüyü kimi bu torpaq-ların yuyulmamış növündə humusun miqdarı üst qatda 4,38%, aşağı qatda 3,19-2,08%-dir. Orta dərəcədə eroziyaya uğramış növdə isə humusun miqdarı kəskin azalaraq profildə 2,26-1,03% təşkil edir. Torpaqlar karbonatlıdır.

6. Quru çöllərin torpaqları Boz-qəhvəyi (şabalıdı) torpaqlar (Vermic Camcisol)– bu

torpaqlar Kiçik Qafqazın dağətəyi hissəsində geniş ərazini əhatə edir.

Boz-qəhvəyi torpaqlar “şabalıdı” torpaqlar adı ilə Azər-baycanda S.A.Zaxarov (1926-1929), V.V.Akimtsev (1927), M.E.Salayev (1947), H.Ə.Əliyev (1953), K.Ə.Ələkbərov (1961), S.Q.Həsənov (1961), B.Q.Şəkuri (1970-1980) və başqa-ları tərəfindən tədqiq edilmişdir.

Boz-qəhvəyi (şabalıdı) torpaqlar zonasında həmin torpaq-ların tünd, adi, açıq yarımtipləri, onların suvarılan və suvarıl-mayan növləri yayılmışdır. Həmin ərazilərdə kənd təsərrüfatı bitkiləri məhz suvarma şəraitində məhsul vermə qabiliyyətinə malikdirlər. Suvarılan torpaqlar zonasında şorlaşma prosesinə rast gəlinir. Burada torpaqlar zəif, orta və şiddətli dərəcədə şorlaşmışlar onların meliorasiyası böyük zərurət kəsb edir.

Boz-qəhvəyi (şabalıdı) torpaqların tünd yarımtipi qurşağın yuxarı hissəsində, adi yarımtipi isə qurşağın müxtəlif yerlərində yerləşir, onların yerləşməsində xüsusi zonallıq qaydası nəzərə çarpmır. Bu torpaqlar Göygöl, Goranboy rayonları ərazisində geniş arealda yayılırlar. Həmin torpaqların açıq yarımtipi zo-nasının quru və alçaq hissələrində dəniz səviyyəsindən 150-300 m hündürlükdə yerləşirlər. Həmin torpaqlar səthdən karbonatlı olub əksər hallarda şorakətlidirlər. Bunlar həm də az humuslu-durlar ki, bu da bitki örtüyünün seyrəkliyi və floristik tərkibi xa-rakteri ilə bağlıdır.

Tünd boz-qəhvəyi (şabalıdı) torpaqlar- Həmin torpaqlar rayon ərazisinin müxtəlif yerlərində yayılmaqla ərazinin 2837 hektarını əhatə edir. Ərazinin relyefi maili düzənlikdən ibarətdir. Burada sirimvari və nəlbəkiyə bənzər çökəkliklərdə mövcuddur. Bu torpaqlar əsasən əkin altında olub, qismən örüş və çoxillik əkinlər altındadır. Torpaqların mexaniki tərkibinə, şorəkətləşmə-

Page 69: Aygün Dağıstan qızı Şabandayeva

69

sinə və qalınlığına görə növ müxtəlifliklərinə ayrılırlar. Tünd boz-qəhvəyi (şabalıdı) torpaqların morfoloji quruluşunu öyrən-mək məqsədi ilə keçmiş duyə yetişdirmə məntəqəsində 9 saylı kəsim qoyulmuşdur. Aşağıda həmin kəsimin çöl təsvirini veri-rik.

0-26 sm - tünd şabalıdı, orta gillicəli, kəltənvari az bərk,

kök və kökcüklər, zəif nəmli, HCl təsirindən qaynayır, keçidi aydındır.

26-50 sm – şabalıdı, ağır gillicəli, kəltənvari, bərk, kök sa-çaqları, qurd yuvaları, HCL təsirindən qaynayır, keçidi tədrici-dir.

50-84 sm – açıq şabalıdı, ağır gillicəli, xırda kəltənvari, az bərk, köklər, karbonat topası, HCl təsirindən bərk qaynayır, keçidi tədricidir.

Kəsimin morfoloji təsirindən görünür ki, üst qatda bu torpaqların rəngi tünd şabalıdı, aşağı qatlarında isə şabalıdı və açıq şabalıdıdır.

Tünd boz-qəhvəyi (şabalıdı) torpaqları zonası intensiv ant-ropogen təzyiqlərə məruz qalaraq eroziya prosesinin imkişafı üçün əlverişli şərait yaratmışdır. Bunu nəzərə alaraq 9 saylı kə-simdən 500 m aralı cənub yamacda, seyrək ot örtüzü olan sahə-də 14 saylı kəsim qoyulmuşdur. Aşağıda həmin kəsimin çöl təs-viri verilir.

B1 0-23 sm – şabalıdı, ağır gillicəli, pozulmuş, kök və kök-cüklər, daş qırıntısı, az nəm, HCl təsirindən qaynayır, keçidi ay-dındır.

B2 23-43 sm – açıq şabalıdı, ağır gillicəli, pozulmuş, daş qırıntıları, az nəm, HCL təsirindən bərk qaynayır, keçidi məlum-dur.

B/C 43-59 sm - kuləşi, ağır gillicəli, pozulmuş, az nəm, HCl təsirindən güclü qaynayır. Torpaq orta dərəcədə eroziyaya uğramışdır.

9 saylı kəsimin morfoloji təsvirindən görünür ki, eroziya prosesi torpağın profilini xeyli gödəldir. Həmin kəsimlərin ana-litik təhlilləri 10 saylı cədvəldə verilir.

Page 70: Aygün Dağıstan qızı Şabandayeva

70

Cədvəl 10

Tünd boz-qəhvəyi (şabalıdı) torpaqların mexaniki tərkibi və

bəzi kimyəvi göstəricilərinə eroziya prosesinin təsiri

Qu

ru

qa

lıq

%

Yo

x

“-“

“-“

Yo

x

“-“

“-“

Ud

ulm

əsa

sla

rın

cəm

i

%-l

ə

3,4

6

4,4

5,1

2

0,9

1

2,1

5

-

Ud

ulm

əsa

sla

rın

cəm

i

m/e

kv

10

0q

torp

aq

da

40

,40

28

,90

26

,40

37

,20

37

,30

-

Ca

CO

3

CO

2y

ə

rə %

3,0

2

9,5

2

11

,25

10

,20

12

,75

4,2

5

Üm

um

i %

Fo

sfo

r

P2O

5

0,1

6

0,1

3

An

al

olu

n

0,1

2

0,0

9

0,0

4

Azo

t

N

0,2

3

0,1

5

An

al

olu

n

0,2

3

0,1

8

0,0

6

Hu

mu

s

%

4,2

4

2,7

2

2,2

0

2,2

5

4,1

3

4,0

7

Hiq

ros-

ko

pik

nəm

lik

%

4,8

5,1

5,7

5,4

5,7

5,9

Mex

an

iki

tərk

ib.

Fra

ksi

ya

lar

<0

.01

Fiz

iki

gil

46

,24

48

,44

55

,36

52

,08

54

,76

56

,44

<0

.01

lil

13

,48

17

,24

22

,16

15

,00

15

,08

15

,24

Dər

inli

k

sm –

0-2

6

26

-50

50

-84

B1 0

-23

B22

3-4

3

B/C

43

-

59

Kəs

im

N-s

i v

ə

ero

ziy

aya

ram

a

dər

əcəs

i

9

ram

amış

14

ort

a

dər

əcəd

ə

yu

yu

lmam

ış

Page 71: Aygün Dağıstan qızı Şabandayeva

71

10 saylı cədvəlin rəqəmlərindən göründüyü kimi tünd

boz–qəhvəyi (şabalıdı) torpaqlarının eroziyaya uğramamış növü

çox humusludurlar, belə ki, üst qatda humusun miqdarı 4,24%

olub aşağı qatlara doğru xeyli azalır, profildə onun miqdarı 2,20-

4,24% arasında artıb azalır. Bu torpaqların mexaninki tərkibi

profildə orta və ağır gillicəlidir. Belə ki, fiziki gilin miqdarı

profildə 46,24-55,36%-dir. Ümumi azot profildə 0,15-0,23%

ümumi fosfor (P2O5) 0,13-0,16% arasındadır.

Bu torpaqlar karbonatlıdırlar. Belə ki, profildə CaCO3

miqdarı 3,02-11,25% arasında artıb azalır. Həmin torpaqlar

udulmuş əsaslarla doymuşlar. Profildə əsasların cəmi 100q

torpaqda 26,40-40,40 m-ekv-dir. Torpaqlar şorlaşmaya məruz

qalmamışlar.

Orta dərəcədə eroziyaya uğramış torpaqlarda humus, azot,

fosfor və başqa göstəricilər xeyli azalaraq həmin torpaqların

münbitliyinin kəskin azalmasına səbəb olmuşdur. Erozoiyaya

uğramış torpaqlarda aridləşmə prosesi getdikcə artaraq onların

deqradasiyasına səbəb olur və nəticədə həmin torpaqlar kənd

təsərrüfatı dövriyyəsindən çıxırlar.

7. Şabalıdı (boz–qəhvəyi) torpaqlar

Həmin torpaqların genozisi son ildə böyük mübahisə və

müzakirələrə səbəb olmuşdur. Hazırda bu torpaqların əmələgəl-

mə prosesi, inkişafı barədə müxtəlif konsepsiyalar irəli sürülür.

Qafqazın müxtəlif regionlarında şabalıdı (boz–qəhvəyi)

torpaqlar özünəməxsus xüsusiyyətlərə malik olub, ayrı-ayrı

regiona məxsus təbii şəraitin təsiri altında əmələ gəlir. Şabalıdı

(boz–qəhvəyi) torpaqlar Qafaqaz dağlarının ətəyində dəniz

səviyyəsindən 100-600 m hündürlükdə əmələ gəlir.

Öz morfoloji quruluşuna və xüsusiyyətlərinə, çürüntünün

miqdarına və karbohidratların profil boyu paylanmasına görə bu

torpaqların 3 yarım tipi müəyyən edilmişdir. Açıq şabalıdı (açıq

boz-qəhvəyi), şabalıdı (boz-qəhvəyi), tünd şabalıdı (tünd boz-

qəhvəyi). Açıq şabalıdı (açıq boz-qəhvəyi) torpaqlar zonanın

Page 72: Aygün Dağıstan qızı Şabandayeva

72

aşağı hissəsindən yarım səhra zonanın sərhədində yerləşir. Bu

torpaqlar səthdən kabonatlı olub, əksər hallarda şorakətlidirlər.

Ümumiyyətlə şabalıdı (boz–qəhvəyi) torpaqlar rayon ərazisinin

4%-ni əhatə edir. Şabalıdı (boz–qəhvəyi) torpaqların bütün

yarım tipləri kənd təsərrüfatı bitkiləri altında istifadə edilir.

Torpaqların uzun illər əkilib becərilməsi, torpaqqoruyucu aqro-

texniki, fitomeliorativ tədbirlərin tətbiq edilməməsi, keçmişdə

zəhərli maddələrdən və mineral gübrələrdən hesabsız və qeyri

elmi istifadə edilməsi, növbəli əkin sisteminin tətbiq edilməməsi

ilə əlaqədar bu torpaqların münbitlik potensialı xeyli zəifləmiş,

eroziya prosesi geniş inkişaf etmişdir. Rayon ərazisində gəcli

şabalıdı, gəcli sulfatlı, çəmən şabalıdı, boz qonur və boz torpaq-

larda mövcuddur.

Page 73: Aygün Dağıstan qızı Şabandayeva

73

III FƏSİL

1.EROZİYA PROSESİNİN TORPAQLARIN GENETİK

XÜSUSİYYƏTLƏRİNƏ, MÜNBİTLİK

POTENSİYALINA TƏSİRİ

Azərbaycan respublikası tipik dağlıq ölkə olub, orada uca

dağlar özünə məxsus relyef yaratmışdır ki, bu da çox yaxşı for-

malaşmış torpaq-bitki qurşaqlarının əmələ gəlməsinə şərait ya-

radır. Respublikada relyef şəraitinin müxtəlifliyi və mürəkkəb-

liyi iqlimin özünə məxsus xüsusiyyətləri, çox meyilli yamac-

larda şum və becərmə işlərinin yamacın eni istiqamətində deyil

uzununa aparılması və torpaqqoruyucu tədbirlərin tətbiq edil-

məməsi, ekzogen proseslərin intensivliyi eroziya prosesinin

əmələ gəlməsinə, inkişafına və geniş yayılmasına səbəb

olmuşdur (8). Respublika ərazisi 8,6 mln hektardan ibarət olub

ki, bununda 60%-ni dağlıq və dağətəyi rayonları əhatə edir.

XX əsrin ikinci yarısından etibarən Elmi tədqiqat eroziya

bölməsinin apardığı çoxillik (1970-1990) miqyaslı torpaq-

eroziya tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, res-

publika ərazisinin təxminən 42%-ni eroziyaya uğramış torpaqlar

təşkil edir. Respublika ərazisində o cümlədən Kiçik və Böyük

Qafqazda, Naxçıvan MR-da eroziya prosesinin bütün növləri o

cümlədən səthi, xətti, külək, otlaq, irriqasiya eroziyası mövcud-

dur. Keçən əsrin 80-ci illərindən etibarən respublikanın geniş

ərazisi xəyanətkar qonşumuz ermənistan respublikası tərəfindən

basqına məruz qalaraq hərbi əməliyyatlar meydanına çevrilmiş-

dir. Hərbi əməliyyatlar müasir dağıdıcı və yandırıcı silahlar

vasitəsilə aparıldığı üçün ərazi xarabazara çevrilmiş, təbii və

aqrolandşaftlar dağıdılmış, geniş miqyaslı hərbi eroziya baş ver-

mişdir. Eroziya prosesinə məruz qalan torpaqların morfoloji

quruluşu dağılmış, strukturu pozulmuş münbitliyi xeyli pisləş-

mişdir (B.Q.Şəkuri 2007,2009).

Torpağın üst münbit qatının pozulması, az münbitliyə ma-

lik olan aşağı qatların üzə çıxmasına səbəb olur. Belə torpaqlar-

Page 74: Aygün Dağıstan qızı Şabandayeva

74

da kənd təsərrüfatı bitkilərinin normal inkişafı zəifləyir və onla-

rın məhsuldarlığı xeyli aşağı düşür.

Artıq müəyyən edilmişdir ki, orta dərəcədə eroziyaya uğra-

mış torpaqlarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 1,5-

2,0 dəfə, şiddətli dərəcədə eroziyaya məruz qalmış torpaqlarda

isə 3,0-4,0 dəfə aşağı düşür, məhsulun keyfiyyət göstəricisi xeyli

pisləşir (3).

B.Q.Şəkuri göstərir ki, torpağın münbitliyi onda gedən

mürəkkəb bioloji, biokimyəvi, mikrobioloji proseslər və

antropogen amillərin birgə məhsuludur. Yamaclarda uzun illər

torpaqdan səmərəsiz istifadə edilməsi, torpaqqoruyucu aqrotex-

niki tədbirlərin tətbiq edilməməsi torpağın üst münbit qatının

yuyulub dağılması ilə nəticələnmişdir ki, bu da torpaqların mün-

bitliyinin xeyli aşağı düşməsinə səbəb olmuşdur. Dağ-çəmən zo-

nasında mal-qaranın nizamsız, normadan artıq və qeyri fəsli ota-

rılması həmin zonada torpaqların eroziyaya uğramasına səbəb

olur, bitki örtüyü öz sıxlığını itirir. Məlum olduğu kimi, torpaqə-

mələgəlmə prosesində, torpaq çürüntüsünün formalaşmasında və

torpaqların eroziyadan mühafizə olunmasında çəmən bitkiləri

çox böyük rol oynayır. Torpaqda üzvi maddənin əmələ gəlməsi

əsas etibarı ilə hər il ona daxil olan bitki qalıqlarının, ümumiy-

yətlə onların biokütləsinin hesabına gedir. Bitki qalıqları mik-

roorqanizmlərin və torpaq faunasının biokütləsilə birlikdə hu-

mus maddəsinin yaranması üçün ilkin material hesab edilir.

Qeyd etmək lazımdır ki, torpaqəmələgəlmə prosesinin

intensivliyinə bitki aləminin məhsuldarlığı həlledici təsir gös-

tərir. Torpağa daxil olan bitki qalıqlarının miqdarı və keyfiyyəti

torpaqda gedən proseslərin əsasını təşkil edərək həmin proses-

lərin istiqamətini müəyyənləşdirən amil hesab edilə bilər.

Dağ əkinçiliyində xüsusilə son 20 ildə növbəli əkin siste-

minin tətbiq edilməməsi, mineral gübrələr, xüsusi ilə üzvi güb-

rələrin kifayət qədər sahələrə verilməməsi, aqrotexniki tədbir-

lərin torpağın qorunması istiqamətində aparılmaması nəticəsində

torpağın üst münbit qatı yuyularaq dərə və çaylara tökülür ki,

bunun da nəticəsində külli miqdarda humus, azot və başqa qida

Page 75: Aygün Dağıstan qızı Şabandayeva

75

maddələri itir. Artıq müəyyən edilmişdir ki, eroziyaya məruz

qalmış torpaqlarda birinci növbədə torpağın profili gödəlir,

morfoloji quruluşu pozulur, humusun miqdarı kəskin azalır,

torpaqların su-fiziki və aqrokimyəvi xassələri pisləşir.

Eroziya prosesi humusun miqdarının azalması ilə yanaşı

onun tərkib və təbiətini də pisləşdirir.

Belə ki, humin turşularının mütəhərrik fraksiyalarının miq-

darı eroziyaya uğramış torpaqlarda kəskin azalır. Eroziya prosesi

torpağın bioloji fəallığını da kəskin azaldır. Məlum olduğu kimi,

torpaqdan ixrac olunan CO2 onda gedən biokimyəvi proseslərlə

əlaqədardır. Eroziyaya uğramış torpaqların biokimyəvi, xüsusilə

mikrobioloji fəallığı zəifləyir. Qeyd etmək lazımdır ki, torpaqda

mikroorqanizmlər minerallaşma və humifikasiya prosesinin get-

məsində əsas rol oynayır. Mikroorqanizmlər üzvi qalıqları par-

çalayaraq torpaqda qida elementlərinin miqdarını artırır və bitki-

nin onlarla təmin edilməsi üçün əlverişli şərait yaradır (2).

Azərbaycanın dağ sistemlərində, o cümlədən Kiçik və

Böyük Qafqazın şimal-şərq, cənub, cənub-şərq yamaclarında da

eroziya prosesi geniş yayılmış və şaquli istiqamətdə yerləşən

torpaqların münbitliyini xeyli pisləşdirir. Bunu nəzərə alaraq son

50 ildə respublika təbiətinin maraqlı regionları olan Böyük və

Kiçik Qafqazın müxtəlif meyilli yamaclarında dağ-çəmən, dağ-

meşə və dağ-əkinçilik zonalarında eroziya prosesinin əmələ

gəlməsi, inkişaf intensivliyi, yayılma arealı və yaratdığı fəsadlar

kompleks şəkildə tədqiq edilmişdir. Eroziya prosesinin torpaq-

ların morfo-genetik xüsusiyyətlərinə, humusun formalaşmasına,

tərkibinin dəyişməsinə təsiri öyrənilmişdir. Son 40 ildə eroziya

prosesinin torpaqda gedən bioloji, mikrobioloji və fermentativ

proseslərdə də təsiri tədqiq edilmiş, qanunauyğunluqlar müəy-

yənləşdirilmişdir. Ümumiyyətlə eroziya prosesi nəticəsində tor-

paqda baş verən patoloji proseslər təhlil edilmişdir (2). Təbiətdə

olan başqa ekosistemlərlə müqayisədə, torpaq ekosistemi malik

olduğu funksiyalara görə xüsusi yer tutur. Qeyd etmək lazımdır

ki, torpaq ekosistemi başqa ekosistemlərin inkişaf bazisi hesab

edilə bilər, belə ki, o əksər ekosistemlərə həyat vermə qabiliyyə-

Page 76: Aygün Dağıstan qızı Şabandayeva

76

tinə malikdir. Çox böyük həyatı funksiyalara malik olan tor-

paqlar təbii və antropogen amillərin təsiri nəticəsində müxtəlif

dərəcədə eroziya prosesinə məruz qalaraq əsas xassəsi olan

münbitliyini itirir və zaman çərçivəsində deqradasiyaya uğra-

yaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır.

Azərbaycan respublikası ərazisində istər su və istərsə də

külək eroziyası geniş yayılmış və ayrı-ayrı rayonlarda bu hadisə

müxtəlif şəkildə və gərginlikdə özünü götərir. Səthi su eroziyası

Kiçik və Böyük Qafqazda geniş yayılmış və sürətli şəkildə

inkişaf edir. Eroziya prosesi respublikanın bütün dağ və dağətəyi

zonalarında, o cümlədən dağ-çəmən, dağ-meşə və dağ-əkinçilik

zonasında intensiv inkişaf edərək böyük areal kəsb etmişdir.

B.Q.Şəkuri göstərir ki, eroziyaya uğramış qara torpaqlarda

humusun, mübadilə olunan kationların miqdarı azalır. Yuyulmuş

qara torpaqlarda humusun ehtiyatı da kəskin azalır. Belə ki,

torpaqların yuyulmamış növünün “A” qatında humusun ehtiyatı

1 hektarda 462 ton olduğu halda, zəif dərəcədə yuyulmuş

torpaqlarda 192 ton olmuşdur. Eroziyaya uğramış torpaqlarda

humusun tərkibində olan humin turşularının miqdarının azalma-

sı nəticəsində humusun təbiəti pisləşir (2005).

M.M.Kononova (1961), N.N.Baqdanova (1964) göstərirlər

ki, humusun mütəhərrik hissələrinin torpaqda strukturun əmələ-

gəlmə prosesi ilə sıx əlaqəsi vardır. M.N.Zaslavskinin (1979-

1983) çoxillik tədqiqatlarına əsasən apardığı hesablamalar gös-

tərdi ki, keçmiş Sovet İttifaqında eroziya prosesi nəticəsində 1

ildə 4 milyard ton torpaq yuyulur, bunun da tərkibində 200

milyon tona qədər humus vardır.

H.H.Bennet (1958) götstərir ki, ABŞ-da aparılmış təd-

qiqatlar nəticəsində hər il külli miqdarda azot, fosfor, kalium və

eləcə də manqan molibden, bor və başqalarının bitki üçün

mənimsənilə bilən formalarının miqdarı kəskin azalır. Yamac-

larda eroziya nəticəsində qida elementlərinin itkisinin miqdarı

yamacın meyilliyi və baxarından torpaqların kimyəvi tərkibin-

dən, və fiziki xassələrindən də çox asılıdır. Yamaclarda qida

maddələri yağış sularında həll olaraq itir, həm də yuyulub sa-

Page 77: Aygün Dağıstan qızı Şabandayeva

77

hədən aparılan torpaq hissəcikləri ilə birlikdə çaylara və də-

nizlərə tökülür. B.Q.Şəkuri, H.Ə.Qiyasi göstərirlər ki, şaquli is-

tiqamətdə yerləşən torpaqların yuyulmamış növlərində nisbətən

orta dərəcədə eroziyaya uğramış növlərinin (0-10 sm qatından)

hər hektarından orta hesabla 25-75 ton humus, 2,0-5,0 ton azot,

fosfor və kalium ehtiyyatının 50%-ə qədəri yuyulur. Burada həm

də hektardan 2-5 kq molibden, 6-45 kobalt, 8-120 kq sink, 120-

280 kq mis, 60-150 kq bor yuyulur. Müəyyən edilmişdir ki, dağ

əkinçilik zonasında yuyulmamış torpaqlarla müqayisədə orta də-

rəcədə eroziyaya uğramış torpaqlarda dənli bitkilərin məhsul-

darlığı 1,5-2,0 dəfə, şiddətli yuyulmuş torpaqlarda isə 3,0-4,0

dəfə aşağı düşür, məhsulun keyfiyyət göstəricisi xeyli pisləşir.

Bəzi hallarda səpilən toxumu belə yığmaq mümkün olmur.

Eroziyaya uğramış torpaqlarda bir tərəfdən yuyulma prosesi ilə

qida maddələrinin itirilməsi, digər tərəfdən orada əkilən bitki-

lərin gövdə və məhsulları ilə külli miqdarda qida maddələrinin

aparılması nəticəsində torpağın qida rejimi xeyli pisləşir və

bitkilərin normal məhsuldarlığı xeyli aşağı düşür. Bütün bunlar

kənd təsərrüfatı dövriyyəsində olan eroziyaya uğramış torpaq-

larda mineral və üzvi gübrələrin geniş, səmərəli və kartoqram-

lara əsasən istifadəsinin zəruriyyətini qarşıya qoyur (X.M.Mus-

tafayev, B.Q.Şəkuri 1991).

Məlum olduğu kimi yüksək dağ sistemlərində hidrotermik

şərait kənd təsərrüfatı bitkilərinin boy, inkişaf və məhsuldarlığı

üçün çox da əlverişli deyil. Burada yaz-yay aylarında, xüsusən

payızlıq buğdanın süd və mum yetişmə fazalarında torpaqda

rütubət çatışmamazlığı ciddi hiss olunur. Tədqiqatlar göstərir ki,

bu dövrdə torpaqda rütubətin miqdarı maksimal hiqroskopikliyə

yaxınlaşır, bu da mədəni bitkilərin soluxma əmsalından da aşağı

səviyyədədir. Elmi tədqiqat bölməsi əməkdaşlarının çoxillik

tədqiqatları göstərmişdir ki, eroziyaya məruz qalmış sahədə 13-

14 sentner, orta dərəcədə 10-12 sentner və şiddətli dərəcədə ero-

ziyaya uğramış sahədə isə 4,4-5,8 sentner olmuşdur. Eroziyaya

uğramış sahələrdə məhsuldarlıq azalmaqla məhsulun keyfiyyəti

də pisləşir. Dağ meşələrində meşənin qırılmasının düzgün apa-

Page 78: Aygün Dağıstan qızı Şabandayeva

78

rılmaması, kəsilmiş ağacların yamac boyu sürüdülməsi nəticə-

sində səthi eroziya inkişaf edərək yamaclarda torpağı yuyur və

meşə bitmə şəraitini çətinləşdirir. Buna misal olaraq göstərmək

olar ki, Azərbaycanda ərazisində Böyük və Kiçik Qafqazın

müxtəlif yamaclarda meşələrin qırılması ilə əlaqədar olaraq səthi

eroziyanin sürətlə getməsi nəticəsində meşə bitmə şəraiti xeyli

pisləşmiş və təbii bərpa xeyli azalmışdır. Yüksək dağlıq cəmən-

liklərində mal-qaranın intensiv və normadan artıq otarılması

nəticəsində heyvanların dırnaqları yamacda çim qatını tapdalayır

və bunun da nəticəsində torpağın səthində müxtəlif ölçüdə cığır-

lar əmələ gəlir. Beləliklə, eroziyanın bir növü olan otlaq eroziya-

sını əmələ gətirir.

Kiçik və Böyük Qafqazın dağ-çəmən qurşaqlarında otarma

qaydalarına diqqət yetirilmədiyindən otlaq eroziyası geniş in-

kişaf etmişdir. Sistemsiz, qeyri fəsil və normadan çox mal-qa-

ranın otarılması biçənək və otlaqların vəziyyətini xeyli pisləş-

dirir. Heyvanların dırnaqları çim qatını dağıdır, yamacın müxtə-

lif istiqamətində çoxlu cığırlar əmələ gətirir, torpaqaltı qatın

bərkiməsi gedir. Eroziya prosesi nəticəsində torpaqların daha

çox münbit olan bioloji fəal qatı dağılır. Xam torpaqlarda humus

horizontunun, əkin sahələrində becərməyə yararlı şum qatının

qalınlığı azalır. B.Q.Şəkuri (2010) göstərir ki, ABŞ-ın Virciniya

əyalətində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, erozi-

yaya uğramış torpaqlarda şum qatının qalınlığı 15 sm-ə qədər,

rütubət tutumu 17% azalmış, bitkilərin məhsuldarlığı və key-

fiyyət göstəriciləri aşağı düşmüşdür. Əkin qatı münbit olmayan

əkinaltı qatın hesabına bərpa olunduğundan bu torpaqların üzvi

maddəsi, qeyri kapilyar məsamələri azalır, kipliyi artır, su, hava,

istilik rejimləri pisləşir, qida maddələrinin, mikroorqanizmlərin

qanunauyğun paylanması pozulur. Belə torpaqların əkinçilikdə

istifadəsi çox çətinləşir və orada becərilən bitkilərdən aşağı key-

fiyyətli az məhsul alınır (4).

Aparılan tədqiqatlardan görünür ki, eroziya prosesi bütün

mikroorqanizmlər qrupunu azaldır. Naxçıvanda aparılan təd-

qiqatlarda müəyyən edilmişdir ki, Muxtar Respublikanın erozi-

Page 79: Aygün Dağıstan qızı Şabandayeva

79

yaya uğramamış bozqırlaşmış dağ-qəhvəyi torpaqların üst qatın-

da mikroorqanizmlərin ümumi sayı 10407 mindir. Bu torpaqla-

rın orta dərəcədə eroziyaya uğramış növündə bakteriyaların sayı

4550 min, göbələklərin sayı 20 min, dağ boz-qəhvəyi torpaqla-

rın orta dərəcədə eroziyaya uğramış növündə isə bakteriyalar

412 min, göbələklər 1min, aktinomisetlər 178 min azalmışdır.

Kiçik Qafqazın dağ əkinçilik qurşağında geniş yayılmış dağ qara

torpaqların eroziyaya uğramış növlərinin münbitliyi xeyli aza-

lmış və mikrobioloji fəaliyyəti pisləşmişdir (B.Q.Şəkuri 1974,

2007).

Torpaqların bioloji fəallığı, yəni “tənəffüs” prosesi (tor-

paqdan ixrac olan CO2) onların münbitliyi haqda fikir söylə-

məyə imkan verir. Eroziya prosesi torpaqların bu keyfiyyət gös-

təricisini xeyli pisləşdirir. Aparılan tədqiqatlardan belə nəticəyə

gəlmişlər ki, eroziyaya uğramış torpaqlar bioloji fəallığın aşağı

düşməsi ilə xarakterizə olunur. Eroziyaya uğramamış torpaqlara

nisbətən yuyulmuş torpaqlarda CO2-nin ixracı 5-10 dəfə az olur.

Müəllif göstərir ki, (11,12) Kiçik Qafqazın karbonatlardan

yuyulmuş dağ qara torpaqlarında aparılan tədqiqatdan aydın

olmuşdur ki, eroziya prosesi artdıqca torpağın bioloji fəallığı

aşağı düşür. Bu torpaqların eroziyaya uğramamış növünün 0-50

sm qatında 1 kq torpaqdan (əkin sahəsində) 1 saatda ayrılan kar-

bon qazı 55,0-58,7 mq, zəif dərəcədə eroziyaya uğramış növün-

dən 53,2-56,8 mq, orta dərəcədə eroziyaya uğramış növündən

33,0-45,8 mq, şiddətli dərəcədə eroziyaya uğramış növündən

38,5-40,3 mq arasında dəyişir (2).

Torpaq münbitliyinin yaranmasında fermentlərin rolu ol-

duqca böyükdür. Ona görə də eroziyaya uğramış torpaqlarda fer-

mentlərinin fəallığının öyrənilməsi çox əhəmiyyətlidir. Respub-

likanın dağ qara, dağ şabalıdı (dağ boz-qəhvəyi) torpaqlarında

aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, torpaqların erozi-

yaya uğrama dərəcələrindən asılı olaraq fermentlərin fəallığı

dəyişir.

Torpaqların əsas münbitlik göstəricilərindən biri onların

humus ehtiyatıdır. Humus ehtiyatının azalması eroziyaya uğra-

Page 80: Aygün Dağıstan qızı Şabandayeva

80

mış torpaqların xarakterik əlamətlərindəndir. Aparılan tədqiqat-

lardan göründüyü kimi, torpaqların eroziyaya uğrama dərəcələri

artdıqca, humusun ehtiyatı xeyli azalır.

Son 40 ildə Elmi tədqiqat eroziya bölməsində aparılan

tədqiqatlardan aydın olur ki, eroziyaya uğramamış torpaqların

yarım metrlik qatından humus ehtiyatı 249 t/hek olduğu halda,

zəif yuyulmuş torpaqlarda 225t/hek, orta yuyulmuşlarda 117

t/hek, şiddətli yuyulmuşlarda 83 t /hek olmuşdur. Moldaviyada

aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hər

hektar torpağın 0-50 sm qatında humusun ehtiyatı eroziyaya

uğramamış torpaqlarda 150-160 ton, zəif yuyulmuşda 100-120

ton, orta dərəcədə yuyulmuşlarda 70-80 ton, şiddətli dərəcədə

yuyulmuşlarda 50-60 ton arasında dəyişir. Göründüyü kimi

eroziya prosesi humus ehtiyatını kəskin azaldır. Kiçik Qafqazda

aparılan tədqiqatın nəticələri göstərir ki, eroziyaya uğramamış

karbonatlardan yuyulmuş dağ qara torpaqların 0-30 sm qatında

humus ehtiyatı hektarda 165,8 ton, zəif dərəcədə eroziyaya

uğramışda 128,1 ton, orta dərəcədə eroziyaya uğramışda 84,0

ton, şiddətli dərəcədə eroziyaya uğramış növündə 63,6 ton

olmuşdur.

Tədqiqatçıların fikrincə eroziyaya uğramış torpaqlarda

humus ehtiyatının azalması ilə yanaşı torpağın humus qatının

qısalması gedir. Bu da torpaqların morfoloji quruluşunun pozul-

masına, orada gedən bioloji, mikrobioloji, biokimyəvi proses-

lərin zəifləməsinə və becərilən bitkilərin məhsulunun aşağı düş-

məsinə səbəb olur (B.Q.Şəkuri 2010).

2.Dağlıq zonada yerləşən meşələrin ekoloji müvazinətin

tənzim olunmasında rolu, onların eroziya prosesindən qo-

runmasının zərurəti

Biosferin insan həyatı üçün zəruri olan hava təbəqəsini

oksigenlə təmin etməklə, onun tənzim olunmasında meşələr

əsas yer tutur. Meşə mövcud olduğu mühitə ardıcıl və fəal təsir

göstərir. Burada zaman çərçivəsində arası kəsilmədən ağac və

kolların külli miqdarda yarpağı, xırda və iri budaqları qabıq,

Page 81: Aygün Dağıstan qızı Şabandayeva

81

çiçək və meyvələri tökülür, onlara isə milyonlarla həşarat və

başqa canlıların qalıqları qarışır. Torpaq səthinə düşən bu

töküntülər tədricən mikrobioloji və biokimyəvi proseslər nə-

ticəsində çürüyüb parçalanır və qalın üzvü kütlə əmələ gətirir,

meşəçilik elmində bu meşə döşənəyi adlanır, qeyd olunmalıdır

ki, meşə döşənəyinin torpaqəmələgəlmə prosesində böyük əhə-

miyyəti vardır. O, yağış sularını özünə çəkir və uzun müddət

saxlaya bilir. Çox yağışlar olduqda meşə döşənəyi suyu tədricən

torpağa ötürür. Bu səbəbdən də respublikanın dağ meşə

zonasında tez-tez düşən leysan yağışları zamanı meşədə torpağın

yuyulması müşahidə olunmur. Meşə döşənəyi torpağın su-fiziki

xassələrini yaxşılaşdırmaqla həm də meşə ağacları üçün gübrə

və ehtiyat qida mənbəyi hesab edilir.

Qeyd etmək lazımdır ki, respublika ərazisində o cümlədən,

Kiçik Qafqazda meşələrin əsas hissəsi dağ yamaclarında

yerləşir. Dağ meşələrinin çox hissəsi Böyük Qafqaz ərazisində

360 min hektar sahəni əhatə edir. Dağ meşələrinin bir qismi də

Kiçik Qafqazda və Talış zonasında yerləşir.

Meşələrdə yerləşən ərazi dəniz səviyyəsindən 600 m-dən

2300 m-ə qədər hündürlüklərdə yerləşərək əsasən aşağı və orta

dağlıq hissələrdə inkişaf etmişlər. Dağ meşələri torpaqqoruyucu,

sutənzimedici kimi həm də kurortoloji əhəmiyyətə malikdir.

Meşələrin əhəmiyyətini dərk etmək üçün bunu demək kifayətdir

ki, 1 hektar meşə 1 ildə 18 mln m3 havanı sağlamlaşdırır, 2000

m3 su cəlb edərək özünün ehtiyat fonduna keçirir.

Torpaq örtüyünün eroziyadan qorunmasında, səthi axının

və sellərin qarşısının alınmasında meşələrin rolu çox böyükdür.

Qeyd etmək lazımdır ki, respublikanın dağ meşələri xüsusilə

Böyük Qafqazdakı meşələri zəngin və nadir ağac cinslərinin

olması ilə fərqlənir X.M.Mustafayev, B.Q.Şəkuri (1991).

Göstərirlər ki, son 50 ildə meşə zonasında xüsusi ilə Kiçik

Qafqazda aparılan sistemsiz qırıntılar, orada mal-qaranın

otarılması meşələrin seyrəkləşməsinə gətirib çıxarmışdır. Belə

ki, bəzi ərazilərdə meşələrin doluluğu 0,3-0,5–dən çox deyildir

ki, bu da eroziya prosesinin əmələ gəlməsinə şərait yaradır.

Page 82: Aygün Dağıstan qızı Şabandayeva

82

Məlum olduğu kimi meşələrin doluluğu 0,5-dən çox olduqda,

meşə döşənəyi ilə örtülən sahələrdə intensiv yuyulma hadisələri

baş verir.

3. Respublikanın dağ meşə zonasında eroziya prose-

si,onu əmələgətirən amillər və ona qarşı kompleks mübarizə

tədbirləri

Respubikanın başqa zonalarında olduğu kimi Kiçik Qafqa-

zın dağ yamaclarında yerləşən meşələr çox böyük torpaqqoruyu-

cu, sutənzimləyici və klimotoloji əhəmiyyətə malikdir. Burada

meşələr torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə edir,

dağlıq ərazilərin və çayların su rejimini tənzimlyir, yaşayış mən-

təqələrini, kənd təsərrüfatı, xalq təsərrüfatı obyektlərini, əkin sa-

hələrini sellərin dağıdıcı təsirindən qoruyur.

Son 50 ildə aparılan tədqiqat işləri göstərir ki, respublika-

nın bütün təbii zonalarında, o cümlədən Böyük Qafqaz, Kiçik

Qafqaz və Talış zonasında meşələrin daim artan antropogen gər-

ginliyə məruz qalması və bunun da nəticəsində bitki cəmiyyət-

lərinin intensiv məhv edilməsi müşahidə olunur. Bütün bunlar

həyacan təbili çalınmasının vaxtının çoxdan çatmasını göstərir.

Respublikanın meşələrində xüsusi ilə dağ meşə qurşağında

kəsilmiş ağacların yamacın üzü aşağı istiqamətində sürüdülməsi

nəticəsində torpaqda şırımlar əmələ gəlir ki, bu da eroziya prose-

sini əmələ gətirir və zaman çərçivəsində qobu eroziyasına çevi-

rir.

4. Dağ meşə qurşağı

Dağ meşə torpaqları Böyük və Kiçik Qafqazın bütün ya-

maclarında xüsusilə Kiçik Qafqazın şimal-şərqində və Böyük

Qafqazın cənub, cənub-şərq və şimal-şərqində dəniz səviy-

yəsindən 600 m-dən 2000-2300 metr hündürlükləri əhatə edir.

Bu bölgələrdə olan meşələr böyük torpaqqoruyucu və sutənzi-

medici rola malikdirlər. Respublikanın dağ zonasında olan me-

şələr çox böyük antropogen gərginliyə məruz qalmışdır. Erməni

təcavüzü ilə əlaqadar Kiçik Qafqazın meşələri düşmən tərə-

Page 83: Aygün Dağıstan qızı Şabandayeva

83

findən dağılmışdır. Meşələrin sistemsiz qırılması, yeni meşə-

liklərin salınmaması meşə örtüyünün sahəsinin xeyli azalması və

eroziya prosesinin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Aparılan çoxlu tədqiqatlar göstərmişdir ki, normal

doluluğu və meşə döşənəcəyi ilə örtülü olan meşə torpaqları

hətta 25-300 meyilli sahələrdə belə səthi [X.M.Mustafayev,

İ.B.Qarayev və başqaları (1976)].

Respublikanın dağlıq zonasında meşə qurşağı 2 hissəyə -

mezofil və seyrək kserofil meşələr yarım zonasına ayrılır.Burada

meşə zonasının yuxarı hissəsində mezofil meşələr, aşağı hissədə

isə seyrək kserofil meşələr yayılmışdır

Qonur dağ-meşə torpaqları. Həmin meşələr eroziyaya

qarşı xeyli davamlıdırlar və məhz bununla qəhvəyi dağ meşələ-

rindən fərqlənirlər. Tədqiqat regionlarında qonur dağ-meşə, tipik

qonur dağ-meşə, korbanatlı dağ-meşə torpaqlar yayılmışdır.

Bu yarım tiplər rənginə, humusun miqdarına, kimyəvi

göstəricilərinə görə bir-birindən fərqlənir.

Qəhvəyi dağ-meşə torpaqları. Xüsusilə Kiçik Qafqazın

şimal və şimal-şərqində meşə qurşağının aşağı hissəsində geniş

sahələri əhatə edir. Qəhvəyi dağ-meşə torpaqları eroziyaya qarşı

davamlıdır. Belə ki, bu torpaqların üst qatında suya davamlı aq-

reqatların miqdarı 50 %-dən artıq, humus isə 5-7 % arasındadır.

Bu torpaqlar çox böyük antropogen və ekzogen gərginliyə

görə eroziya prosesinə məruz qalırlar.

Bölgədə həm də aşağıdakı torpaqlar mövcuddur :

Meşə altından çıxmış karbonatlı dağ - qəhvəyi

torpaqlar bölgədə nisbətən geniş sahəni əhatə edir. Ərazinin

relyefi şimaldan cənuba doğru az maili yamaclardan ibarətdir.

Torpaqəmələgətirən süxurlar dellüvial səciyyəlidir. Bu torpaqlar

zəif dərəcədə eroziya prosesinə məruz qalmışdır.

Burada əsasən yolotu, birəotu (polyqonum, pyrethum),

böyürtkən, moruq, itburnu (rubus, rubus idalus, rosa) bitkilərinə,

habelə tək-tək qoz qovaq, əzgil, palıd (juglas regia, populus,

mespilus, querucus) və s. ağaclara rast gəlmək olar. Belə torpaq-

Page 84: Aygün Dağıstan qızı Şabandayeva

84

lar həm Kiçik və həm də Böyük Qafqazın dağ sistemlərində

mövcuddurlar.

Bu torpaqlar vaxtı ilə meşə altında olmuş, lakin sonradan

tədricən ağaclar qırılaraq əkin sahəsinə çevrilmiş və dağ

əkinçilik qurşağı torpaq fondunun əsasını təşkil edir.

Karbonatlardan yuyulmuş çəmən–meşə torpaqları əsas

etibarı ilə meşə altından çıxmışdır. Relyefi az mailli, düzən olub

qismən xırda çökəkliklərdən və hündürlükərdən ibarətdir.

Torpaqəmələgətirən süxurlar allüvial yığınlardan ibarətdir

və əsas etibarilə qalın profilə malik olmaqla, qismən orta və

yuxa qalınlıqdadır. Burada az sahə eroziya prosesinə məruz

qalmış və onun bitki örtüyündə palıd, qarağac, qovaq, yalanqoz,

yemişan, zoğal, alça, itburnu, böyürtkən (querucus, ulmus,

populus, pterocarya, crataegus, cornus, prinus, rosa, rubus) və s.

mövcuddur.

Karbonatlı çəmən–meşə torpaqları bölgədə nisbətən

geniş sahəni əhatə edir və onun relyefi az maili düzən olsa da

orada kiçik çökəkliklərə və hündürlüklərə də rast gəlinir.

Bitki örtüyünə gəldikdə isə qeyd edək ki, orada palıd, göy-

rüş, qovaq, əzgil, vələs, qoz, zoğal (querucus, fragsinus, popu-

lus, mespilus, carpinus, juglans, regia, cornus) və s. daha geniş

yayılmışdır. Həmin torpaqlarda kol bitkilərindən böyürtkəndən,

itburnu, şingilə (rubus, rosa, chondrilla), çəmən otlarından isə

yarpız, andız, bağayarpağı, əvəlik (mentha, inula, plantago, ru-

mex) və s. də inkişaf etmişdir. Bu torpaqlar meşə döşənəyi ilə

örtülmüşdür və kifayət qədər humus ehtiyatına malikdir.

Meşə altından çıxmış çəmən torpaqları isə Kiçik

Qafqazın dağlıq zonasında nisbətən geniş sahəni əhatə edir. Bu

sahələrdən çoxillik əkmələr, əkin, biçənək və örüş üçün istifadə

olunur. Buradakı torpaqların müəyyən qismi suvarılan, çox

hissəsi isə dəmyədir.

Burada meşə altından çıxmış torpaqlar interzonal səciyyəli

olaraq zonallıq təşkil etmir. Həmin sahələrdə kənd təsərrüfatı

bitkiləri əkilib-becərildiyi üçün meşə ağaclarının kökü kəsilmiş,

onun əvəzində çəmən bitkiləri inkişaf etmişdir.

Page 85: Aygün Dağıstan qızı Şabandayeva

85

5. Meşələrin mühafizəsi yolları

Azərbaycanın bütün dağ meşələrində, o cümlədən Böyük

Qafqaz, Kiçik Qafqaz və Talış zonası dağ meşələri intensiv ero-

ziyaya uğrayaraq böyük kəmiyyət və keyfiyyət dəyişkənliyinə

uğramış təbii landşaftları pozaraq ekoloji tarazlığa mənfi təsir

göstərir. Bununla əlaqədar dağılmış meşələrin və meşənin

yerində yaranmış ekosistemlərin yaxşılaşdırılması və bərpasına

yönəldilən tədbirlər sisiteminin həyata keçirilməsi günün ən

vacib və aktual mesələsi hesab olunur.

Meşə örtüyünü bərpa etmək üçün torpağın münbitliyinə və

nəmliyinə az tələbkar olan və pozulmuş meşəbitmə şəraitində

məhsuldar meşə landşaftı yaratmağa qabil olan ağac

cinslərindən birinci növbədə istifadə etmək lazımdır. Meşə əkini

təcrübəsi göstərir ki, dağətəyi zonada dəniz səviyyəsindən 500-

600 m hündürlükdə quru bitmə şəraiti olan daşlı yamaclarda

eldar şamı, badam, saqqızağac, püstə, dağdağan, və iydəyarpaq

armud, aşağı dağ meşə qurşağında yuyulmuş daşlı yamaclarda

qarmaqvari, şam, adi şam və krım şamı, yuxarı meşə qurşağında

isə adi şam, tozağacı və quşarmudu yaxşı bitərək normal meşə

örtüyü yaradır.

Eroziyaya uğramış yamaclarda meşə əkini aparılarkən 1-2

nəsl dövründə süni salınmış meşələr altında torpaq qatı bərpa

olunandan sonra həmin ağac cinslərinin ilkin (edifikator)

ağaclarla dəyişilməsi məqsədəuyğun hesab edilməlidir.

Kiçik Qafqazın şimal-şərq yamaclarında orta dağ-meşə

qurşağında yaşayış məntəqələri yaxınlığında ağacların özbaşına

kəsilməsi və mal-qaranın otarılması nəticəsində ilkin fıstıq

meşələri, pöhrədən törənmiş vələslikdə kolluqlarla dəyişilmişdir.

Belə sahələrin çoxunda əlverişli meşə- bitmə şəraiti qaldığı üçün

meşəbərpa işləri təbii bərpaya köməklik göstərmək istiqamətin-

də aparılmalıdır. Dağ və dağətəyi zonalarda torpaq eroziyasına

qarşı meşəsalma, meşə meliorasiya tədbirlərinin həyata keçiril-

məsi xüsusi əhəmiyyət kəsb edir. Səth su axınını dayandırmaq

məqsədilə meşə meliorasiya işlərinin elmi əsaslarla aparılması

Page 86: Aygün Dağıstan qızı Şabandayeva

86

üçün müxtəlif növlü xəndəklər, terraslar düzəldilərək meşəliklər

salmaq lazımdır (İ.B.Qarayev 1986 və başqaları).

Antropogen gərginliklə yanaşı, təbii ekoloji fəlakətlərin

xüsusilə sel hadisələrinin vüsət aldığı bir dövrdə Böyük və Kiçik

Qafqaz regionlarında torpaq örtüyünü eroziyadan mühafizə

etmək, çayların su rejimini nizama salmaq məqsədilə meşə

meliorasiya və hidrotexniki işlərinin aparılması diqqət mər-

kəzində olmalıdır. Bu tədbirlər kompleks şəklində olmalıdır.

Respublikanın dağ yamaclarında meşələrin salınması,

meşə meliorasiya tədbirlərinin tətbiqi torpaqların su-fiziki

xassələrini bərpa edir, düşən yağmurların torpağa hopmasına

şərait yaradır və eroziya prosesinin qarşısını alır. Nəzərə almaq

lazımdır ki, eroziyaya qarşı meşəsalama işləri aparılarkən əkilə-

cək ağac və kol cinsləri yerli torpaq və iqlim şəraitinə uyğun

olaraq seçilməlidir (B.Q.Şəkuri 2010).

Eyni zamanda eroziyaya uğramış torpaqlarda meşə əkini

apararkən, torpağın hazırlanması üsulunu və bitki cinslərini

düzgün müəyyən etmək lazımdır, əks təqdirdə görülən işlərin

səmərəsi olmayacaqdır.

Eroziyaya qarşı meşə əkinlərində iki, beş il ərzində bitki-

lərə qulluq edilir. Birinci il onlara 4-5 dəfə, ikinci il 3-4 dəfə,

üçüncü il 2-3 dəfə, sonrakı illərdə 1 dəfə qulluq edilir

(X.M.Mustafayev 1975).

Meşə əkinləri istər səthi, istərsə də axınların torpağa sız-

masına, biogen sistemlərin çox böyük hissəsinin tutulub

saxlanmasına səbəb olur. Əkin sahələrindəki meşə zolaqlarından

keçən səthi axının tərkibində biogen elementlərini miqdarı 4-5

dəfə azalır. Nəticədə, su mənbələrinin çirklənməsinin qarşısı

alınır, traktor işləyə bilən böyük sahələrdə meşə salınması ter-

raslarla aparılmalıdır. Müəllif göstərir ki, şiddətli dərəcədə

yuyulmuş və sərt süxurlar səthə çıxan yamaclarda meydançalar,

xəndəklər düzəltməklə torpaq hazırlığı aparıla bilər.

Hazırda respublikada meşələrin mühafizəsi, bərpası, yeni

meşələrin salınması istiqamətində böyük işlər və layihələr

həyata keçirilir. Meşələrin qırılmasının qarşısını almaq istiqa-

Page 87: Aygün Dağıstan qızı Şabandayeva

87

mətində dağ rayonlarının qazlaşdırılması, intensiv surətdə həya-

ta keçirilir, milli parklar, qoruqlar təşkil edilir. Bunu göstərmək

kifayətdir ki, hazırda respublika ərazisində 6 milli park və 13

təbii qoruq mövcuddur.

Tədqiqat obyektimiz olan Kiçik Qafqazın şimal və şimal-

şərq hissəsində Göygöl təbii dövlət qoruğu yerləşir. Bu qoruq

respublikada təşkil olunan ilk qoruqdur. O, 1925-ci ildə təşkil

edilmiş, sonralar ləğv edilmişdir. Lakin 1965-ci ildə yenidən

təşkil edilərək indiyə qədər böyük təbiət qoruğu funksiyasını

yerinə yetirir. Qoruğun ümumi sahəsi 6739 hektar olub əsasən

meşə örtüyü altındadır. Burada 420 növ bitki mövcuddur ki,

onların da 20-si endemik bitkilərdir. Göründüyü kimi respublika

höküməti Azərbaycanın gözəl təbiətinin mühafizəsini çox ciddi

şəkildə nəzarətdə saxlayır.

Page 88: Aygün Dağıstan qızı Şabandayeva

88

IV FƏSİL

KİÇİK QAFQAZIN ŞİMAL VƏ ŞİMAL-ŞƏRQ

HİSSƏSİNDƏ (AZƏRBAYCAN RESPUBLİKASI

DAXİLİNDƏ) EKZOGEN PROSESLƏRİN FƏLAKƏTLİ

NÖVÜ OLAN TORPAQ EROZİYASINI ÖZÜNDƏ ƏKS

ETDİRƏN FOTO-ALBOM

Page 89: Aygün Dağıstan qızı Şabandayeva

89

1.Eroziya prosesi nəticəsində landşaftların deformasiyası

və torpaq səthinin yuyulması

Şəkil 1. Kiçik Qafqazın ərazisi. Göygöl rayonu ərazisində

landşaftın deformasiyası. Dağ meşələrin qırılması və eroziya

prosesinin inkişafı

Şəkil 2. Kiçik Qafqazın Göygöl rayonu ərazisində meşələrin

dagılması nəticəsində eroziya prosesinin əmələ gəlməsi,

landşaftın parçalanması

Page 90: Aygün Dağıstan qızı Şabandayeva

90

Şəkil 3. Göygöl rayonu Yeni Zod kəndinin ərazisində örüş

sahəsində mal-qaranın sistemsiz qeyri-fəsli və normadan artıq

otarılması nəticəsində otlaq eroziyası və sürüşmələrin baş

verməsi

Şəkil 4. Göygöl rayonu Yeni Zod kəndinin ərazisində 1970-ci

illərdə salınan alma bağı baxımsızlıq üzündən məhv edilmiş və

torpağın üst qatı yuyularaq eroziyaya məruz qalmışdır

Page 91: Aygün Dağıstan qızı Şabandayeva

91

Şəkil 5. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində eroziya prosesinin yaranıb inkişaf etməsi

Şəkil 6. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində antropogen təzyiqlər nəticəsində eroziya prosesinin

yaranıb inkişaf etməsi

Page 92: Aygün Dağıstan qızı Şabandayeva

92

Şəkil 7. Kiçik Qafqazın şimal-şərq hissəsində dağlıq ərazidə

eroziya prosesinin müxtəlif növləri. Təbii landşaftların

deformasiyası

Şəkil 8. Kiçik Qafqazın şimal-şərq hissəsində dağlıq ərazidə

eroziya prosesinin müxtəlif növləri. Təbii landşaftların

deformasiyası

Page 93: Aygün Dağıstan qızı Şabandayeva

93

Şəkil 9. Kiçik Qafqazın şimal-şərq hissəsində dağlıq ərazidə

eroziya prosesinin müxtəlif növləri. Təbii landşaftların

deformasiyası

Şəkil 10. Göygöl rayonu Göycə kəndi ərazisində şum yamacın

uzunu istiqamətində aparıldığı üçün eroziya prosesi əmələ

gələrək torpağın üst münbit qatı yuyulmuşdur

Page 94: Aygün Dağıstan qızı Şabandayeva

94

Şəkil 11. Kiçik Qafqazın şimal hissəsində Daşkəsən rayonunun

dağətəyi zonasında yamacların şiddətli dərəcədə eroziyaya

məruz qalması təbii landşaftların deformasiyası

Şəkil 12. Kiçik Qafqazın şimal hissəsində Daşkəsən rayonunun

dağətəyi zonasında yamacların şiddətli eroziyaya məruz qalması

təbii landşaftların deformasiyası

Page 95: Aygün Dağıstan qızı Şabandayeva

95

Şəkil 13. Kiçik Qafqazın şimal hissəsində Daşkəsən rayonu

dağlıq zonasında yamacların şiddətli dərəcədə eroziyaya

uğraması. Təbii landşaftların pozulması

Şəkil 14.Kiçik Qafqazın şimal-şərq hissəsində Göygöl rayonu

ərazisində eroziya prosesinin tədqiqi

Page 96: Aygün Dağıstan qızı Şabandayeva

96

Şəkil 15. Göygöl rayonunun Yeni Zod kəndinin ərazisində

meyvə bağlarına baxımsızlıq üzündən bağlar məhv olmuş,

torpaqda eroziya prosesi güclənmişdir, aqrolandşaftların

dağılması

Şəkil 16.Göygöl rayonunun Yeni Zod kəndi ərazisində meyvə

bağlarına baxımsızlıq üzündən bağlar məhv olmuş, torpaqda

eroziya prosesi güclənmişdir. Aqrolandşaftların dağılması

Page 97: Aygün Dağıstan qızı Şabandayeva

97

Şəkil 17.Göygöl rayonu Pənalılar kəndinin ərazisində yamacın

uzunu istiqamətində sahənin şumlanması nəticəsində eroziya

prosesinin əmələ gələrək inkişafı

Şəkil 18. Göygöl rayonu Çaykənd kəndinin ərazisində təsərrüfat

daxili yolların salınması və ferma ətrafında sahələrin sistemsiz

otarılması nəticəsində eroziya prosesinin inkişafı

Page 98: Aygün Dağıstan qızı Şabandayeva

98

2. Eroziya prosesinin təhlükəli novü olan torpaq

sürüşməsi və uçqunlar

Şəkil 19.Kiçik Qafqazın Şimal yamacında dağ-çəmən

qurşağında yay otlaqlarının ekzogen və antropogen təzyiqlər

nəticəsində dağılması. Sürüşmə hadisəsinin baş verməsi

Şəkil 20. Kiçik Qafqazın şimal yamacında dağ-çəmən

qurşağında yay otlaqlarının ekzogen və antropogen təzyiqlər

nəticəsində dağılması. Sürüşmə hadisəsinin baş verməsi

Page 99: Aygün Dağıstan qızı Şabandayeva

99

Şəkil 21. Göygöl rayonu Köşkü kəndi ərazisində meşənin

qırılması nəticəsində torpağın sürüşməsi

Şəkil 22. Göygöl rayonun Yeni Zod kəndinin ərazisində örüş

sahəsində intensiv antropogen gərginlik nəticəsində eroziya

prosesinin fəlakətli növü olan sürüşmənin baş verməsi və

landşaftın parçalanması

Page 100: Aygün Dağıstan qızı Şabandayeva

100

Şəkil 23. Kiçik Qafqazın şimal yamacında Daşkəsən rayonu

ərazisində eroziyanın fəlakətli növü olan torpaq sürüşməsi

Şəkil 24. Kiçik Qafqazın şimal-şərq hissəsində Göygöl rayonu

ərazisində eroziya prosesi və torpaq sürüşmələri

Page 101: Aygün Dağıstan qızı Şabandayeva

101

Şəkil 25. Kiçik Qafqazın şimal-şərq hissəsində Göygöl rayonu

ərazisində eroziya prosesi və torpaq sürüşmələri

Şəkil 26. Göygöl rayonu ərazisində eroziya prosesi və torpaq

sürüşmələri

Page 102: Aygün Dağıstan qızı Şabandayeva

102

Şəkil 27. Göygöl rayonu ərazisində eroziya prosesi və torpaq

sürüşmələri

Şəkil 28. Kiçik Qafqazın şimal hissəsində Daşkəsən rayonu

ərazisində eroziya prosesi və torpaq sürüşməsi nəticəsində

landşaftların deformasiyası

Page 103: Aygün Dağıstan qızı Şabandayeva

103

3. Örüş və otlaq sahələrində eroziya prosesi

Şəkil 29.Göygöl rayonu ərazisində dağ-çəmən zonasında otlaq

eroziya prosesinin yaranması

Şəkil 30.Göygöl rayonu ərazisində dağ-çəmən zonasında otlaq

eroziyasının yaranması

Page 104: Aygün Dağıstan qızı Şabandayeva

104

Şəkil 31.Göygöl rayonu ərazisində dağ-çəmən zonasında otlaq

eroziya prosesinin yaranması.

Şəkil 32. Göygöl rayonu ərazisində dağ-çəmən zonasında otlaq

eroziya prosesinin yaranması.

Page 105: Aygün Dağıstan qızı Şabandayeva

105

Şəkil 33. Göygöl rayonu Şəhriyar kəndi ərazisində otlaq

sahələrində mal-qaranın sistemsiz otarılması nəticəsində örüş

şiddətli dərəcədə eroziyaya uğramışdır (otlaq eroziyası)

Şəkil 34.Göygöl rayonu Aşıqlı kəndi ərazisində bağlıq sahə

baxımsızlıq nəticəsində torpaq eroziyaya məruz qalmış

aqrolandşaft pozulmuşdur.

Page 106: Aygün Dağıstan qızı Şabandayeva

106

Şəkil 35.Göygöl rayonu Çaykənd kənd ərazisində örüş

sahələrinin daim artan antropogen təzyiqlər nəticəsində torpaq

dağılıb fəlakətli sürüşmə hadisəsi baş vermişdir.

Şəkil 36. Göygöl rayonu Çaykənd kənd ərazisində örüş

sahəsində daim artan antropogen təzyiqlər nəticəsində torpaq

dağılıb sürüşmə hadisəsi baş vermişdir.

Page 107: Aygün Dağıstan qızı Şabandayeva

107

Şəkil 37. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində otlaqların sistemsiz otarılması nəticəsində otlaq

eroziyasının əmələ gəlməsi.

Şəkil 38. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində yay otlaqlarında eroziya prosesi (otlaq eroziyası).

Page 108: Aygün Dağıstan qızı Şabandayeva

108

Şəkil 39. Göygöl rayonu ərazisində örüş sahələrində mal-

qaranın sistemsiz otarılması nəticəsində sahənin şiddətli

dərəcədə eroziyaya uğraması (otlaq eroziyası).

Şəkil 40. Kiçik Qafqazın şimal-şərq hissəsində yay otlaqlarında

şiddətli eroziya prosesinin əmələ gəlməsi (xüsusi ilə otlaq

eroziyası) və onların sıradan çıxması.

Page 109: Aygün Dağıstan qızı Şabandayeva

109

Şəkil 41. Kiçik Qafqazın şimal-şərq hissəsində yay otlaqlarında

şiddətli eroziya prosesinin əmələ gəlməsi (xüsusi ilə otlaq

eroziyası) və onların sıradan çıxması.

Şəkil 42. Kiçik Qafqazın şimal-şərq hissəsində yay otlaqlarında

şiddətli eroziya prosesinin əmələ gəlməsi (xüsusi ilə otlaq

eroziyası) və onların deqradasiyası.

Page 110: Aygün Dağıstan qızı Şabandayeva

110

Şəkil 43. Göygöl rayonun Yeni Zoddan Toğana kəndinə gedən

yolun sağ tərəfində örüş sahəsində ekzogen və antropogen

təzyiqlər nəticəsində şiddətli eroziya prosesinin baş verməsi və

torpaq sürüşməsi.

Şəkil 44. Göygöl rayonunun Aşıqlı kəndinin ərazisində örüş və

meşə sahəsində mal-qaranın sistemsiz və normadan artıq

otarılması nəticəsində otlaq eroziyasının baş verməsi.

Page 111: Aygün Dağıstan qızı Şabandayeva

111

Şəkil 45. Göygöl rayonunun Aşıqlı kəndi ərazisində örüş və

meşə sahəsində mal-qaranın sistemsiz və normadan artıq

otarılması nəticəsində otlaq eroziyasının baş verməsi.

Şəkil 46. Kiçik Qafqazın dağ-çəmən zonasında yay otlağının

mal-qaranın sistemsiz otarılması nəticəsində otlaq eroziyası

prosesinin baş verməsi.

Page 112: Aygün Dağıstan qızı Şabandayeva

112

4.Qobu eroziyası

Şəkil 47. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində eroziya prosesi nəticəsində yarğanın əmələ gəlməsi

(Qobu eroziyası).

Şəkil 48. Göygöl rayonu ərazisində dağətəyi zonada qobu

eroziyasının formalaşması (başlanğıc).

Page 113: Aygün Dağıstan qızı Şabandayeva

113

5. Daim artan antropogen və ekzogen təzyiqlər nəticəsində

meşədə eroziya prosesi

Şəkil 49. Kiçik Qafqazın şimal-şərq bölgəsində meşə zonasında

antropogen təzyiqlər nəticəsində meşənin qırılması və eroziya

prosesinin yaranması.

Şəkil 50. Kiçik Qafqazın şimal-şərq bölgəsində meşə zonasında

antropogen təzyiqlər nəticəsində meşənin qırılması və eroziya

prosesinin yaranması.

Page 114: Aygün Dağıstan qızı Şabandayeva

114

Şəkil 51. Kiçik Qafqazın şimal-şərq bölgəsində meşə zonasında

antropogen təzyiqlər nəticəsində meşənin qırılması və eroziya

prosesinin yaranması.

Şəkil 52.Kiçik Qafqazın şimal-şərq bölgəsində meşə zonasında

antropogen təzyiqlər nəticəsində meşənin qırılması və eroziya

prosesinin yaranması.

Page 115: Aygün Dağıstan qızı Şabandayeva

115

Şəkil 53.Kiçik Qafqazın şimal-şərq bölgəsində meşə zonasında

antropogen təzyiqlər nəticəsində meşənin qırılması və eroziya

prosesinin yaranması.

Şəkil 54. Göygöl rayonu ərazisində meşələrin qırılması

nəticəsində şiddətli eroziya prosesinin yaranması təbii landşaftın

dağılması.

Page 116: Aygün Dağıstan qızı Şabandayeva

116

Şəkil 55. Kiçık Qafqazın şimal-şərqində Göygöl rayonun

ərazisində meşələrin qırılması nəticəsində şiddətli eroziya

prosesinin əmələ gəlməsi.

Şəkil 56. Kiçik Qafqazın şimal-şərq hissəsində dağ çəmən

zonasında yaylaqlarda mal-qaranın nizamsız, normadan artıq

otarılması nəticəsində eroziya prosesinin (otlaq eroziyası) əmələ

gəlməsi, təbii landşaftın pozulması.

Page 117: Aygün Dağıstan qızı Şabandayeva

117

Şəkil 57. Göygöl rayonunun Yeni Zod kəndi ərazisində meyvə

bağlarının qırılması və baxımsızlığı üzündən eroziya prosesinin

əmələ gəlməsi, aqrolandşaftın dağılması.

Şəkil 58.Göygöl rayonu Yeni Zod kəndinin ərazisində meyvə

bağlarının qırılması və baxımsızlığı üzündən eroziya prosesinin

əmələ gəlməsi, aqrolandşaftın dağılması.

Page 118: Aygün Dağıstan qızı Şabandayeva

118

Şəkil 59.Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində meşələrin kütləvi qırılması nətcəsində eroziya

prosesinin əmələ gəlməsi.

Şəkil 60. Göygöl rayonun Köşkü kəndi ərazisində meşələrin

qırılması nəticəsində eroziya prosesinin əmələ gəlməsi.

Page 119: Aygün Dağıstan qızı Şabandayeva

119

Şəkil 61.Göygöl rayonunun Hacıkənd ərazisində meşələrin

kütləvi qırılması və təbii landşaftın pozulması.

Şəkil 62. Göygölə gedən yolun kənarında meşənin qırılması və

eroziya prosesinin başlanğıcı.

Page 120: Aygün Dağıstan qızı Şabandayeva

120

Şəkil 63. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində meşələrin qırılması nəticəsində eroziya prosesinin

əmələ gəlməsi, təbii landşaftın parçalanması.

Şəkil 64. Kiçik Qafqazın şimal-şərqində meşələri qıraraq

yeməkxanaların tikilməsi nəticəsində eroziya prosesi inkişaf

etmiş, torpaq şürüşmələri baş vermişdir.

Page 121: Aygün Dağıstan qızı Şabandayeva

121

Şəkil 65. Kiçik Qafqazın şimal-şərqində meşələri qıraraq

yeməkxanaların tikilməsi nəticəsində eroziya prosesi inkişaf

etmiş, torpaq sürüşmələri baş vermişdir.

Şəkil 66. Kiçik Qafqazın şimal-şərqində meşələri qıraraq

yeməkxanaların tikilməsi nəticəsində eroziya prosesi inkişaf

etmiş, torpaq şürüşmələri baş vermişdir.

Page 122: Aygün Dağıstan qızı Şabandayeva

122

Şəkil 67. Kiçik Qafqazın şimal-şərqində meşələri qıraraq

yeməkxanaların tikilməsi nəticəsində eroziya prosesi inkişaf

etmiş, torpaq şürüşmələri baş vermişdir.

Şəkil 68. Göygöl rayonun Hacıkənd ərazisində meşələrin

kütləvi qırılması nəticəsində eroziya prosesinin əmələ gəlməsi.

Page 123: Aygün Dağıstan qızı Şabandayeva

123

Şəkil 69. Kiçik Qafqazın şimal-şərq hissəsində Göygöl rayonu

ərazisində meşələrin qırılması və otlaqların səmərəsiz istismarı

nəticəsində eroziya və onun fəlakətli növü torpaq sürüşməsinin

baş verməsi.

Şəkil 70. Kiçik Qafqazın şimal-şərq hissəsində Göygöl rayonu

ərazisində meşələrin qırılması və otlaqların səmərəsiz istismarı

nəticəsində eroziya və onun fəlakətli növü torpaq sürüşməsinin

baş verməsi.

Page 124: Aygün Dağıstan qızı Şabandayeva

124

Şəkil 71. Kiçik Qafqazın şimal-şərq hissəsində Göygöl rayonu

ərazisində meşələrin qırılması və otlaqların səmərəsiz istismarı

nəticəsində eroziya və onun fəlakətli növü olan torpaq

sürüşməsinin baş verməsi.

Şəkil 72. Göygöl rayonunda meşələrin qırılması nəticəsində

eroziya prosesinin əmələ gəlməsi və torpaq şürüşmələri.

Page 125: Aygün Dağıstan qızı Şabandayeva

125

Şəkil 73. Göygöl rayonu Yeni Zod kəndinin ərazisində meyvə

bağlarının məhv edilməsi, fəlakətli torpaq şürüşməsinin baş

verməsi.

Şəkil 74. Göygöl rayonu ərazisində meşə massivlərində eroziya

prosesi nəticəsində torpağın üst qatının dağılması.

Page 126: Aygün Dağıstan qızı Şabandayeva

126

Şəkil 75. Göygöl rayonun Köşkü və Üçbulaq kəndlərinin

ərazisində meşələrin qırılması nəticəsində eroziya prosesinin

əmələ gəlməsi.

Şəkil 76.Göygöl rayonun ərazisində meşələrin intensiv

qırılması nəticəsində eroziya proseseinin əmələ gələrək

genişlənməsi.

Page 127: Aygün Dağıstan qızı Şabandayeva

127

Şəkil 77. Göygöl rayonun Hacıkənd ərazisində meşənin

qırılması nəticəsində torpaq sürüşmələrinin baş verməsi.

Şəkil 78. Göygöl rayonun Yeni Zod kəndindən Toğana kəndinə

gedən yolun sağ tərəfində meşənin qırılması nəticəsində torpaq

şürüşməsinin baş verməsi.

Page 128: Aygün Dağıstan qızı Şabandayeva

128

Şəkil 79.Göygöl rayonun Üçbulaq kəndi ərazisində meşənin

qırılması nəticəsində şiddətli eroziya prosesinin əmələ gəlməsi,

təbii landşaftın pozulması.

Şəkil 80.Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu Üçbulaq

kəndi ərazisində meşənin qırılması və eroziya prosesinin əmələ

gəlməsi.

Page 129: Aygün Dağıstan qızı Şabandayeva

129

Şəkil 81. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu Köşkü

kəndi ərazisində meşənin qırılması və eroziya prosesinin əmələ

gəlməsi, təbii landşaftların pozulması.

Şəkil 82. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu Köşkü

kəndi ərazisində meşənin qırılması və eroziya prosesinin əmələ

gəlməsi, təbii landşaftların pozulması.

Page 130: Aygün Dağıstan qızı Şabandayeva

130

Şəkil 83. Göygöl rayonu Çaykənd qəsəbəsinin qabaq hissəsinin

görünüşü, ərazi eroziya prosesinə məruz qalmışdır.

Şəkil 84. Göygöl rayonun Hacıkənd qəsəbəsi ərazisində

meşələrin kütləvi qırılması nəticəsində şiddətli eroziya

prosesinin baş verməsi.

Page 131: Aygün Dağıstan qızı Şabandayeva

131

Şəkil 85. Göygöl rayonun ərazisində dağ meşələrinin səmərəsi

və onların qorunması zərurəti haqda plakatların asılması.

Şəkil 86.Göygöl rayonu Hacıkənd qəsəbəsinin ərazisində

meşələrin qırılması nəticəsində eroziya prosesinin əmələ gəlməsi

və sürüşmə hadisəsi.

Page 132: Aygün Dağıstan qızı Şabandayeva

132

Şəkil 87. Göygöl rayonun Köşkü və Üçbulaq kəndlərinin

ərazisində meşə zonasında eroziya prosesinin əmələ gəlməsi.

Şəkil 88.Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

Tulallar kəndi ərazisində meşələrin qırılması və eroziya

prosesinin yaranması.

Page 133: Aygün Dağıstan qızı Şabandayeva

133

Şəkil 89.Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

Tulallar kəndi ərazisində meşələrin qırılması və eroziya

prosesinin yaranması.

Şəkil 90.Göygöl rayonu ərazisində meşənin qırılması

nəticəsində eroziya prosesinin əmələ gəlməsi.

Page 134: Aygün Dağıstan qızı Şabandayeva

134

Şəkil 91. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində meşələrin qırılması nəticəsində eroziya prosesinin

yaranması və təbii landşaftın pozulması.

Şəkil 92. Göygöl rayonu Toğana kəndi ərazisində meşənin

qırılması nəticəsində torpaq sahələrinin yuyulması.

Page 135: Aygün Dağıstan qızı Şabandayeva

135

Şəkil 93. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində meşələrin qırılması prosesi.

Şəkil 94. Göygöl rayonu Üçbulaq kəndindən Sarı yala gedən

yolun üstündə ağacların qırılması nəticəsində torpağın üst

qatının tamamilə yuyulması.

Page 136: Aygün Dağıstan qızı Şabandayeva

136

Şəkil 95. Göygöl rayonu Aşıqlı kəndinin ərazisində meşənin

sistemsiz qırılması və təbii landşaftın dağılması.

Şəkil 96. Kiçik Qafqazın şimal-şərqində Göygöl rayonu

ərazisində meşələrin qırılması nəticəsində eroziya prosesi və

onun fəlakətli növü olan torpağın şürüşməsi.

Page 137: Aygün Dağıstan qızı Şabandayeva

137

А.Д.Шабандаева

Влияние эрозионных процессов на экологическую

ситуацию и экосистемы Северо и Северо-Восточной

части Малого Кавказа и необходимость внедрения

комплекса мероприятии по борьбе снею

Резюме

Книга посвяшена изучению почвенного покрова и

природных экосистем одной из интереснейших природ-

ных зон Азербайджана. Гей-Гельский регион располо-

жен в зоне Северо и Северо-восточной части малого

Кавказа. В книге рассматриваются процессы формиро-

вания почв в системе вертикальных зон; освещаются

морфо-генетические особенности отдельных типов почв.

Сложные физико-географические условия Малого Кав-

каза и возрастающие экзогенные воздействия и антропо-

генной нагрузки способствовали возникновению и ши-

рокому распростронению эрозионных процессов. В ре-

гионе наблюдаются все виды эрозии: поверхностные,

линейные, пастбищные, а в последние 20 лет и военная

эрозия сотворенная действиями Армянских агрессоров.

В книге рассматриваются причины и факторы возник-

новения эрозионных процессоров в почвах системы вер-

тикальной зональности Северо и северо-восточной час-

ти Малого Кавказа. Показана специфика возникновения

и развития эрозионных процессов в почвенных поясах

горной зоны. В книге рекомендуется система мер по

борьбе с эрозией, особенно в лесной зоне. В представлен-

ном фото-альбоме зафиксированы различные виды эро-

зии в регионе. В этих фотоматериалах отражено разви-

тие различных видов эрозии, последствия указанных

процессов в естественных и агроландшафтах на летних

пастбищах и посевах. Книга представляет интерес для

экологов, почвоведов, работников природоохранных ве-

домств и сельского хозяйства.

Page 138: Aygün Dağıstan qızı Şabandayeva

138

R E S U M E

A.D.Shabandayeva

Impact of erosion process on ecological situation and

ecosystem of north and north-east part of Small Caucasus

and necessity of application of complex measures against it.

The book was devoted to the study of soil cover and na-

tural ecosystem of one of interesting natural zones of Azer-

baijan. Goygol region is located in the north and north-east

part of Small Caucasus. The book reviews the process of soil

formation in the system of vertical zone; highlights morp-

hological-genetic peculiarities of different soil types in the

system. Compound physical-geographical condition of Small

Caucasus and growing exogenous influence and anthropo-

genetic activeties has facilitated occurrence and wide dis-

semination of erosion processes. All types of surface erosion,

including liner and pasture erosion, even martial erosion in

the last 20 years created by Armenian aggressors are ob-

served in the region. The book. The book reviews causes

and factors of erosion process in soils of vertical zonality sys-

tem in north and north-east part of Small Caucasus. It

demonstrates peculiarities of occurrence and development of

erosion process of soil belts of mountain zone. The book

recommends system for control measures against erosion,

especially in forest zone. The presented photo-album was

fixed different types of erosion in the region. This photo-

material reflects growth of different types of erosion, con-

sequences of the specified processes in natural and agro-

landscape in summer pastures and croplands. The book is of

interest for ecologists, soil scientists, workers of nature pro-

tection departments and agriculture.

Page 139: Aygün Dağıstan qızı Şabandayeva

139

ƏDƏBİYYAT

1. Babayev M.P. - Azərbaycan torpaqlarının müasir

təsnifatı və nomenklaturasının nəzəri əsasları (metodik tövsiy-

yə). Bakı, 2001.

2. Qiyasi H.Ə. - Dağ qara torpaqlarda qida maddələri-

nin ehtiyatı və eroziyanın ona təsiri. Bakı “MBM”, 2010.

3. Mustafayev X.M., Şəkuri B.Q. - Torpaq eroziyası,

Bakı, “Azərnəşr”, 1991.

4. Mustafayev X.M., Şakuri B.K., Kazımov N.Y. -

Kiçik Qafqazın şimal-şərq yamacında eroziyanın torpaq-bioloji

proseslərə təsiri, “Torpaqşünaslıq jurnalı” N5, Moskva 1978.

5. Məmmədov Q.Ş. - Azərbaycanın torpaq ehtiyatların-

dan səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsasları, Bakı,

“Elm”, 2007.

6. Şəkuri B.Q. - Təbiət və ətraf mühit, təbiətdə baş ve-

rən fəlakətli hadisələr və onlara qarşı mübarizə. Bakı, 2009.

7. Şəkuri B.Q. - Kiçik Qafqaz torpaqlarının biogeo-

kimyəvi xassələri. Bakı, 1996.

8. Şəkuri B.Q. - Azərbaycan respublikasında eroziya

prosesi və ona qarşı mübarizə tədbirlər sistemi. Bakı, “MBM”

2010.

9. İbrahimov Ə.Ə. - Azərbaycanda torpaq eroziyasının

inkişaf qanuna uyğunluqları və onun qarşısının alınması yolları.

Azərbaycan ET Eroziya və Suvarma İnstitutunun əsərləri, Bakı,

Nurlan, 2000.

10. Акимцов В.В. - Почвы Гянджинского района.

Материалы поранонированию Азерб. ССР, Баку 1928.

11. Алиев Г.А. - Коричновые лесные почвы. Баку,

Изд. АН. Азерб. ССР 1965.

12. Будагов В.А. - Геоморфология и и новейшая

тектоника юго-восточного Кавказа. Баку. 1973.

Page 140: Aygün Dağıstan qızı Şabandayeva

140

13. Гасанов Ш.Г., Бабаев М.Р. - Некоторые диаг-

ностические показатели коричневых почв горных ксеро-

фильных лесов и кустарников юго-западного Азербайджана

изд. АН Азерб. ССР, 1971.

14. Докучаев В.В. - Предварительный отчет об исс-

ледованиях на Кавказе летом 1899 г. изд. Кафказ. Отдале-

ние «Ирго»т. ХII вып. 3, 1899.

15. Захаров С.А. - Почвообразователи и почвы Азер-

байджана м-лы по ранонорованию Аз. ССР. П2, вып I, Баку

1927.

16. Сабашвили М.Н. - Субтропические красноземы

СССР. Доклады.

17. Салаев М.Э. - Почвы Малого Кавказа. Изд-во АН

Азерб. ССР, Баку, 1965.

18. Смирнов–Логинов В.П. - Почвоведение в Азерб.

ССР. 1955.

19. Koвgа V.A. - Биосфера, почвы и их использование.

М. «Наука» 1974.

20. Шакури Б.К. - Биологическая продуктивность

почв системы вертикальной зональности северо-восточной

части Малого Кавказа. Труды Азерб. фил. Всесоюзного об-

щества почвоведов. Баку, «Элм» 1977.

21. Шакури Б.К. - Эколого-генетическая и биологи-

ческая особенность почв Mалого Кавказа и их противоэро-

зионная устойчивость. Баку «МБМ» 2004.

Page 141: Aygün Dağıstan qızı Şabandayeva

141

MÜNDƏRİCAT

Ön söz (B.Şəkuri) ........................................................ 3

FƏSİL I

Kiçik Qafqazın təbii tarixi şəraitinin qısa səciyyəsi ... 10

FƏSİL II

Kiçik Qafqazın şimal-şərq hissəsinin torpaq örtüyü, tor-

paqların morfo-genetik xüsusiyyətləri, ekzogen və antropo-

gen proseslərin onların münbitliyinə təsiri .......................... 29

FƏSİL III

Eroziya prosesinin torpaqların genetik xüsusiyyətlərinə,

münbitlik potensiyalına təsiri ............................................... 73

FƏSİL IV

Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində (Azər-

baycan respublikası daxilində) ekzogen proseslərin fəlakətli

forması olan torpaq eroziyasini özündə əks etdirən foto-al-

bom ...................................................................................... 88

1.Eroziya prosesi nəticəsində landşaftlarin deformasiya-

sı və torpaq səthinin yuyulması ............................................ 89

2.Eroziya prosesinin təhlükəli növü olan torpaq şürüş-

məsi və uçqunlar .................................................................. 98

3.Örüş və otlaq sahələrində eroziya prosesi...............103

4.Qobu eroziyasi........................................................112

5.Daim artan antropogen və ekzogen təzyiqlər nəticə-

sində meşədə eroziya prosesi..............................................113

Резюме (xülasə rus dilində).......................................137

Resume (xülasə ingilis dilində)..................................138

Ədəbiyyat...................................................................139

Page 142: Aygün Dağıstan qızı Şabandayeva

142

Şabandayeva Aygün Dağıstan qızı

Kiçik Qafqazın şimal və şimal-şərq hissəsində eroziya

prosesinin ekoloji duruma, ekosistemlərə təsiri və ona qarşı

kompleks mübarizə tədbirləri.

Bakı, “Elm vя tяhsil”, 2011. 144 сящ. (шякилли).

Page 143: Aygün Dağıstan qızı Şabandayeva

143

«Елм вя тящсил» няшриййатынын директору: профессор Надир МЯММЯДЛИ

Дизайн: Турал Ящмядов Техники редактор: Араз Йагубоьлу Корректор: Рювшаня Низамигызы Оператор чапчы: Елшад Щаъыйев

Page 144: Aygün Dağıstan qızı Şabandayeva

144

Йыьылмаьа верилмишдир: 05.01.2011

Чапа имзаланмышдыр: 12.01.2011

Шярти чап вяряги: 9. Сифариш № 08.

Каьыз форматы 60х84 1/16. Тираж: 500.

Китаб «Elm vя tяhsil» няшриййат-полиграфийа мцяссисясиндя

щазыр диапозитивлярдян чап олунмушдур. Е-маил: елм_ве_тещсил @ бох.аз

Тел: (+994 12) 497-16-32, (+994 50) 311-41-89 Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.