20
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu. II Bölmə: Bitki xəstəlikləri Mövzu 1. Buğda bitkisinin xəstəlikləri və yeni təsərrüfat sistemində onlarla mübarizənin əsas şərtləri. Kənd təsərrüfatı elmləri doktoru, - PowerPoint PPT Presentation

Citation preview

Page 1: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİ

Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Page 2: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

II Bölmə: Bitki xəstəlikləri

Mövzu 1. Buğda bitkisinin xəstəlikləri və yeni təsərrüfat sistemində onlarla mübarizənin əsas şərtləri

Kənd təsərrüfatı elmləri doktoru,

professor əvəzi İbrahim Cəfərov

Page 3: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

P L A N:

1.1 Buğda bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

1.2 Buğda bitkisinin pas xəstəlikləri və onlarla mübarizənin əsas prinsipləri

1.3 Buğda bitkisinin digər göbələk mənşəlı xəstəlikləri, onlar əleyhinə mübarizə

1.4 Buğda bitkisinin bakteriya mənşəli xəstəlikləri və onlarla mübarizə

1.5 Saxlama zamanı buğda dənlərinin xəstəlikləri, onların qarşısının alınma yolları

Page 4: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ədəbiyyat

1.Cəfərov İ.H. Kənd təsərrüfatı fitopatologiyası. Bakı: «Elm», 2001, 277 s.

2.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.3.Cəfərov İ.H. Tarla bitkilərinin xəstəlikləri. Bakı: «Elm», 2009,

326 s.4.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı:

«Maarif», 1988, 160 s.5.Попкова К.В. Общая фитопатология. М.: «Агропромиздат»,

1989, 398 с.6.Пересыпкин В.Ф. Сельскохозяйственная фитопатология.

М.: «Агропромиздат», 1989, 415 с.7.Wiese М.V. Compendium of wheat diseases. The American

Phytopathological Society, 1977, 106 p.

Page 5: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 6: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

1.1 Buğda bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

Buğdanın bərk və ya iylənən sürməsi – Tilletia caries (DC.) Tul., Tilletia laevis Kuehn.

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Tilletia cinsi. İki yaxın növ Tilletia caries və T.laevis buğdanın bərk və ya iylənən sürmə xəstəliyinin törədicisidir.

Sinonimləri:Tilletia caries üçün=T.tritici (Bjerk.) Ç.Winter;

Tilletia laevis üçün=T.foetida (Wallr.) Ziro.Bioloji qrupu:Biotrof

Page 7: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. T.caries və T.laevis həyat tsikli və əmələ gətirdikləri simptomlara görə oxşardırlar. Növlər teliosporların morfologiyasına (T.caries növündə teliosporlar tozlu, T.laevis -də hamar) və yayılma zonalarına görə fərqlənirlər. Törədicilər teliospor şəklində toxumlarda və ya quraqlıq zonalarda torpaqda saxlanılır. Səpindən sonra teliosporlar cücərir və haploid bazidiosporlarla (sporidi) bazidilər formalaşırlar. Bazidisporların mayalanmasından sonra dikariotik infeksion hiflər əmələ gəlir. Belə hiflər buğdanın cücərtisinə daxil olur. Törədici bitkinin böyümə konusuna çatır və sonrakı müddət-lərdə onunla birlikdə inkişaf edir.

T.caries göbələyinin teliosporları şaraoxşar, açıq və ya tünd qəhvəyi rəngli, ölçüləri 14-25 x 12,6-21 mkm-dir. Örtüyü torlu, adətən 5 künçlüdür.

T.laevis göbələyinin teliosporları ellipsoidal və ya uzunsov, tünd qəhvəyi rəngli, ölçüləri 13,5-22,5 x 12,6-18 mkm-dir. Örtüyü hamardır.

Page 8: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
Page 9: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

XƏSTƏLİYİN YAYILMA AREALI

ABŞ

KANADA

HİNDİSTAN

ÇİN

TÜRKİYƏ

İRAN

RUSİYA

BELARUS

UKRAYNA

AZƏRBAYCAN

ORTA ASİYA

FRANSA

Page 10: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ekologiyası. Torpaqda teliosporların maksimum cücərməsi 40-60%-lik nisbi rütubətdə qeydə alınmışdır, buğda cücərtilərinin ən güclü yoluxması isə 5-100C temperaturda baş verir. Nəticədə payızlıq buğda gecikmiş əkin müddətlərində və yazlıqlar daha erkən səpində güclü surətdə yoluxurlar.

Təsərrüfat əhəmiyyəti. Xəstəlik törədici buğda növlərinin əksəriyyətində yaşaya bilir, eyni zamanda o tritikale, arpa, çovdar və başqa ot bitkilərində qeydə alınmışdır. Mühafizə tədbirlərinin rəngarəng olmasına baxmayaraq, xəstəlik buğda üçün zərərliliyini saxlayır.

Mübarizə tədbirləri. Buğda bitkisini bərk və ya iylənən sürmə xəstəliyindən qorumaq üçün elə tədbirlər həyata keçirilməlidir ki, xəstəliyin kütləvi inkişafının qarşısı alınsın. Tədbirlər sistemi ölkənin hər bir regionu üçün xəstəliyin inkişaf qanunauyğunluqları, bitkinin becərilmə şəraiti və intensiv texnologiyanın tələbləri nəzərə alın-maqla işlənməlidir. Toxum materialının hazırlanmasına ciddi fikir verilməlidir.

Page 11: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

• RAKSİL 0,4-0,5 L/T

• SKARLET ME 0,5 L/T

• VİTOVAKS 3 L/T

• TMTD 1,5-2,0 KQ/T

NÖVBƏLİ ƏKİN

DAVAMLI SORTLAR

YÜKSƏK AQROTEX-

NİKASAĞLAM ƏKİN

MATERİALI

MÜBARİZƏ TƏDBİRLƏRİ

Page 12: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Tilletia cinsi. Tilletia controversa payızlıq buğdanın cırtdan sürməsinin törədicisi

Sinonimləri:T.nanifika (Wagn.) Savul., T.tritici- repentis

(DS) Ziro.Bioloji qrupu:Biotrof

Buğdanın cırtdan sürməsi- Tilletia controversa Kuehn.

Page 13: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Yoluxmanın simptomları

buğdanın sünbülləmə dövründə görünməyə başlayır. Sirayətlənən

bitkilər güclü kollanır, sağlamlara nisbətən (1,5 –4,0 dəfə) böyü-

mədən qalır. Yoluxan sünbüllər daha sıx, qısa və ya tam yetişməyə

qədər yarım açıq vəziyyətdə qalırlar.

Sünbülcüklər artır, hər bir sünbülcükdə olan çiçəklərin miqdarı

yüksəlir. Sünbüllərdə dən əvəzinə sferik və ya geniş ellipsvari

«sürmə kisələri» formalaşırlar. Buğdanın toplanması dövrü soruslar

dağıldıqda, teliosporlar toxumları çirkləndirir və torpağa tökülürlər.

Teliosporlar torpaqda həyatilik qabiliyyətini uzun illər ərzində (10

ilə qədər) saxlayırlar. Onlar aşağı temperatur və işıqda torpağın və

ya toxumların səthində 30-50 gün müddətində yetişdikdən sonra

cücərirlər.

Page 14: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Buğdanın cırtdan sürməsi- Tilletia controversa Kuehn.

Page 15: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Yayılması. Cırtdan sürməsi Amerika və Avropanın bir çox ölkələrində qeydə alınmışdır. Çin, Hindistan, Pakistan kimi ölkələrdə daha çox zərər vurur. Xəstəlik ilk dəfə 1911-ci ildə A.A.Yaçevski tərəfindən Ukraynada təsvir edilmişdir. Bunun ardınca törədici Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Şimali Osetiya, Moldova ərazilərində də aşkar olunmuşdur. Xəstəlik mənbə xarakteri daşıyır, əsasən dağətəyi rayonlarda becərilən buğda bitkilərinə uyğunlaşmışdır.

Ekologiyası. Teliosporların cücərməsi üçün dağınıq işıq, 3-5 həftə müddətində temperaturun 3-50 C-yə qədər düşməsi, torpağın üst səthinin kəsiyində uzun zaman 46-60% rütubətin olması tələb olunur. Bitkilərin yoluxması üçün əlverişli temperatur şəraiti qalın qar örtüyü zəminində (0-80C, maksimum 10-120C) formalaşır. 150C-dən yuxarı temperatur sporların cücərməsinə mənfi təsir göstərir.

Page 16: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

AMERİKAAVROPAŞƏRQİ

ASİYAMDB

XƏSTƏLİYİN YAYILMA AREALI

Page 17: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsərrüfat əhəmiyyəti. Tilletia controversa göbələyi payızlıq

buğdanı yoluxur, yazlıqlarda xəstəlik qeydə alınmamışdır. Buğdadan

başqa bir çox dənliləri də sirayətləndirir. Xəstəlik çox zərərlidir.

Patogenlə yoluxmuş sahələr demək olar ki, məhsul vermirlər.

Mübarizə tədbirləri. Toxumların termiki yolla işlənməsi əhəmi-

yyətlidir. Dünyanın bir çox ölkələrində, eləcə də Rusiya Federa-

siyasında bunun üçün KTS-0,5 təminat komplektindən istifadə edilir.

Toxumlar 3-4 saat müddətinə 450 və ya 2 saatlığa 470-lik suya

tökülür, sonra kondisiya rütubətliliyinə qədər qurudulur. Lakin qeyd

edilməlidir ki, termoterapiyadan sonra bəzi buğda sortlarının

cücərmə qabiliyyəti aşağı düşür. Buna görə də termoişlənməni bir

partiya toxum üçün edib, onların cücərmə qabiliyyəti aydınlaşdırılır.

Page 18: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Tilletiaceae fəsiləsi, Urocystis cinsi. Urocystis tritici buğdanın gövdə sürməsinin törədicisi

Müasir adı: Urocystis agropyri (Preuss) J.Schroet.Bioloji qrupu: Biotrof

Buğdanın gövdə sürməsi – Urocystis tritici Koehn.

Page 19: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Patogenin morfologiya və biologiyası. Bitkilər cücərti fazasında

yoluxmağa başlayırlar. Mitsel bitki üzrə yayılır, əvvəlcə yarpaqlarda,

sonra yarpaq qınlarında, az hallarda gövdədə telilər xətt şəklində

(uzunluğu 2 mm-dən bir neçə sm-ə qədər) əmələ gəlir. Belə telilərin

içərisi qara rəngli teliospor kütləsi ilə doludur. Epidermis partlayan

zaman telilər üzə çıxır, çılpaqlaşırlar. Teliosporlar qara qəhvəyi,

həlqəvi, 20-45 x12-38 mkm diametrlidir. Bir aylıq istirahət dövrün-

dən sonra teliosporların təpəsində 2-4 silindrik bazidisporlardan

ibarət bazidi inkişaf edir.

Yayılması. Xəstəlik Orta Asiya Türk Respublikalarının, Azərba-

ycan və Gürcüstanın buğda əkinlərində yayılmışdır. Ədəbiyyat

məlumatlarına görə xəstəliyə mənbə xarakterli Stavropol, Krasnodar

ölkəsi və Krımın buğda sahələrində də rast gəlinir.

Page 20: AZƏRBAYCAN DÖVLƏT  AQRAR  UNİVERSİTETİ

Ekologiyası. Torpağın aşağı rütubəti (10-15%) və 10-200C

temperatur infeksiya prosesinə əlverişli şərait yaradır. Sporların

cücərməsi üçün optimal şərait 18-240C temperatur və 60% nisbi

rütubətdir.

Təsərrüfat əhəmiyyəti. Buğdanın gövdə sürməsi iqtisadi

əhəmiyyət kəsb edən xəstəliklər qrupuna aid deyildir. Xəstəliyin

zərəri buğda bitkilərinin boyunun qısa olması, az miqdarda yarpaq

əmələ gəlməsi və onların ölçülərinin kiçikliyi ilə xarakterizə olunur.

Xəstə bitkilər sağlamlara nisbətən 5 dəfə az məhsul verirlər.

Mübarizə tədbirləri. Buğdanın bərk və ya iylənən sürməsində

olduğu kimidir.