11
ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Baytarlıq tədbirlərinə sərf olunan xərclərin uçotu və əmsallar haqqında anlayış MÜHAZIRƏÇI: dosent Əliyev Rəşid Museyib oğlu Gəncə -2009

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

  • Upload
    robbin

  • View
    105

  • Download
    0

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. ZOOBAYTARLIQ VƏ ƏMTƏƏŞÜNASLIQ FAKÜLTƏSI YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Baytarlıq tədbirlərinə sərf olunan xərclərin uçotu və əmsallar haqqında anlayış - PowerPoint PPT Presentation

Citation preview

Page 1: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

ZOOBAYTARLIQ V MT ŞÜNASLIQ ƏƏ ƏƏFAKÜLT SI Ə

YOLUXMAYAN X ST LIKL R KAFEDRASI Ə Ə ƏMÜHAZIR NIN MÖVZUSU:Ə

Baytarlıq tədbirlərinə sərf olunan xərclərin uçotu və əmsallar haqqında

anlayış

MÜHAZIRƏÇI: dosent Əliyev Rəşid Museyib oğlu

G nc -2009ə ə

Page 2: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Baytarlıq tədbirlərinə sərf edilən xərclərin formaları.

Əlaqə əmək haqqının və ezamiyyə xərclərinin aydınlaşdırılması.

Baytarlıq tədbirlərinin istifadə edilən obyektləri, texnikanın amartizasiyasının çıxarılması xərcləri.

Konital qoyuluşuna –baytar –sanitar obyektlərinə sərf edilən xərclərin müəyyənləşdirilməsi.

Əmsallar haqqında anlayış.

Page 3: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Səfərov İ.B, Məmmədov T.–Baytarlıq işinin təşkili və iqtisadiyyatı. Maarif, 1977.

Əliyev R.M.- Baytarlıq tədbirlərinin və maddi-texniki təminatı, uçotu və hesabat işləri. AKTA-1993.

. .- ШайхамановМХ Организация и . экономика ветеринарного дела

, 1987. Москва

Page 4: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Heyvandarlıq t s rrüfatlarında planlı v plansız aparılan profilaktiki, diaqnostiki, müalic vi, ə ə ə əepizootiya leyhin v baytar-sanitar t dbirl rin , heyvan m hsullarının v xammalın baytar-sanitar ə ə ə ə ə ə ə əekspertizasına, h mçinin emalına, saxlanmasına v el c d t s rrüfatın razisinin yoluxucu ə ə ə ə ə ə ə əx st likl rd n qorunmasınıə ə ə ə n t min edilm sin mü yy n m bl ğd baytarlıq x rcl ri s rf edilir. ə ə ə ə ə ə ə ə ə ə əBu aparilan baytarlıq t dbirl rin , avadanlıq v obyektl rin istismarə ə ə ə ə ına v materiallara s rf olunan ə əm sarifl rinin c midir. ə ə ə

1.Baytarlıq t dbirl rinin aparılmasında iştirak ed n baytar müt x ssisl rinin m k haqqı ( sas v ə ə ə ə ə ə ə ə ə əlav ), kompleks baytarlıq t dbirl rind iştirak ed n lav işçi qüvv sin , avtomaşın v traktor ə ə ə ə ə ə ə ə ə ə ə

sürücül rin (baytar-sanitar t dbirl rinin aparılmasında iştirak ed nl r), karantin qoyulduqda ə ə ə ə ə əpostda duran n zar tçil r , baytar-sanitar inşaat t miri briqadasının işçil rin v s. ə ə ə ə ə ə ə ə

Baytarlıq t dbirl ri aparılan zaman baytar müt x ssisl rinin (baytar h kimi, feldşeri, sanitarı) v ə ə ə ə ə ə əlav işçi qüvv sinin m k haqqı qısa müdd td (saat, d qiq ) görül n iş gör öd nilir. sas ə ə ə ə ə ə ə ə ə ə ə ə ə Əm k haqqını y ni aylıq maaşı 25,6 gün (ayın günl ri) bölm kl , bir günlük m k haqqı (7 saat) ə ə ə ə ə ə ə ə ə

mü yy nl şdirilir. Bir günlük m k haqqı 7 saata bölm kl bir saatlıq m k haqqı aydınlaşdırılır. ə ə ə ə ə ə ə ə ə M s lə ə ə: Baytar h kimi, feldşer v f hl nin köm yi il 3 saat müdd tind in yin üz rind Keser ə ə ə ə ə ə ə ə ə ə ə

m liyyatı aparılmışdır. ə ə Baytar həkimi bir ayda 240 manat, feldşer 110 manat, sanitar 80 manat maaş

almuşlar. Onda bir saatda baytar həkimi - 240: 25,6=9,37 manat :7=1,34 Feldşer- 110: 25,6= 4,3

manat :7=0,62 Fəhlə- 80: 25,6=3,13

manat :7=0,45

Page 5: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Yəni müvafiq olaraq baytar həkiminin, bir iş saatı 1,34 (9,37:7) manat, felşe-rinki 0,62 (4,3:7) manat, fəhləninki 0,45 (3,13:7) manat edərsə onda bütövlükdə əməliyyat vaxtının dəyəri 7,23 (2,41 x 3) manat olar. Buraya ezamiyyə xərcləri də aid edilir.

2.Ezamiyyə xərcləri baytarlıq tədbirlərində iştirak edən (başqa müəssisələrdən dəvət edilmişlər) baytar mütəxəssislərinə və başqa işçilərə verilən sənədlərə görə faktiki məsariflər aid edilir.

3.Baytarlıq tədbirlərinin aparılmasında istifadə edilən obyektlərin, texnikanın amortizasiyasının çıxarılması xərcləri. Baytarlıq xidməti sahəsində istifadə edilən nəqliyyat, nəqliyyat vasitələri, dezinfeksiya qurğuları (DUK, LSD), avadanlıqlar, alətlər, cihazlar, dəyəri 100 manatdan yuxarı olanlar, həmçinin istifadə olan baytarlıq və baytar-sanitar istehsalat obyektləri, heyvan saxlanan binalar buraya daxil edilir. Amortizasiya xərclərinin çıxarılması nəqliyyatların və obyektlərin balans dəyərinə görə müəyyənləşdirilir. Bir ildə kərpic və daşdan tikilmiş obyektlərdən 3,2% ağac materialdan 4,9%, həmçinin baytarlıqda istifadə edilən xüsusi avtomaşınlar, dezinfeksiya tədbirlərinin aparılmasında istifadə edilən texnika və başqa avadanlıqların amortizasiya xərclərinin çıxarılması 14,5%-dir,.

Məsələ 1. 16 gün müddətində DUK avtomaşının köməyi ilə heyvan saxlanan binalarda profilaktiki məqsədlə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya aparılmışdır. DUK avtomaşının balans dəyəri 3200 manat və il ərzində 310 gün işləmişdir. Əvvəlcə 1 il müddətində amartizasiya xərcləri çıxarılır.

3200 x 14,5 : 100 = 464 manat Sonra həmin məbləği il ərzində DUK avtomaşınının işlədiyi günə bölməklə bir

günlük amortizasiya xərci aydınlaşdırılır. 464:310=1,5 manat olmuşdur (bir gündə).

Bir günlük amartizasiya xərcini bir tədbirin yerinə yetirilməsinə sərf edilən günlərə vurmaqla DUK maşın alınan xərci hesablanır 16x1,5=24 manat.

Beləliklə, DUK avtomaşını 16 gün işlədikdə 24 manat öz balans dəyərini ödəmiş olur.

Page 6: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Məsələ 2. Heyvan saxlanan binanın (ağac materialı ilə tikilmişdir) balans dəyəri 43000 manat olmuşdur ki, il ərzində istifadə edilmişdir. Binanın illik amartizasiya xərclərinin çıxarılmasını aydınlaşdıraq.

43000x4,9:100=2107 manat olar, bir ildə, heyvan saxlanan binanın bir günlük amartizasiya xərci

2107:365=5,8 manat olar. 4.Profilaktiki, müalicəvi, diaqnostiki, baytar-sanitar və

sağlamlaşdırma tədbirlərinin yerinə yetirilməsinə sərf olunan materiallara (müxtəlif dərman maddələri, antibiotiklər, antihelmintlər, pəhriz, vitamin və bioloji preparatlar, dezinfeksiya maddələri, kimyəvi reaktivlər, sarğı materialları, diaqnostiki, fiziki müalicə vasitələrəi və rentgen cihazları) və həmçinin süni mayalama, dezinfeksiya və laboratoriya cihazları (dəyəri 100 manatdan aşağı olanlar) nəqliyyat vasitələrəi, avtomobil yanacağı, elektrik enerjisi, yağlayıcı materiallar, fermanın baytar-sanitar təmirinə, heyvanların müvəqqəti kəsim meydançalarının düzəldilməsinə, dezosəddin düzəldilməsinə, şlaqbaumda dayanan gözətçilərə və s. xərclərin məbləği buraya daxil edilir.

5.Başqa xərclərə-cəsədin utilizasiyası, xəstəlik nəticəsində məcbüri kəsilmiş heyvanın cəsədinin zərərsizləşdirilməsi, şlaqbaumun düzəldilməsinə, tələf edilmiş heyvanlardan dəyən zərər və s. aiddir.

6.Ümumi istehsal və ümumi təsərrüfat xərclərinə böyük və baş baytar həkimlərinin əmək haqqı, nəqliyyatın amartizasiyasına və təmirinə sərf edilən xərclər, baytarlıq apteki, biopreparatların saxlanması üçün anbarların və zirzəmilərin il ərzində amartizasiya xərcləri və s. aid edilir.

Page 7: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Məsələ. Qaramal, donuz və quşçuluq fermasında baytarlıq xidmətinə sərf edilən ümumi təsərrüfat xərcləri 8500 manat olmuşdur.

Qaramal fermasında işləyən baytar mütəxəssislərinin (böyük, baş həkim) əmək haqqına, baytarlıq tədbirlərinin aparılmasında iştirak edən nəqliyyatın amartizasiya və təmirinə və heyvan saxlanan binaların təmirinə 11800 manat, donuzçuluq fermasında 5300 manat, quşsuluq fermasında isə 985 manat xərclənmişdir. Ümumi təsərrüfat xərcləri belə bölüşdürülür: ümumi təsərrüfat xərcinin fermalarda cəmi 18085 manat (11800+5300+985) olmuşdur.

Ümumi təsərrüfat xərclərinin hər bir manatına əmsal 0,47 (8500:18085) manat olmuşdur. Müvafiq olaraq qaramal fermasında ümumi təsərrüfat xərcləri 5546 (11800x0,47) manat, donuzçuluq fermasında 2491 (5300x0,47) manat, quşçuluq fermasında isə 463 (985x0,47) manat olmuşdur.

7.Kapital qoyuluşuna –baytarlıqda baytar-sanitar obyektlərinin, heyvan saxlanan binaların, dezinfeksiya qurğularının smeta və balans dəyərinə görə, eləcə də avadanlıqların, DUK, LSD və başqa maşınlar, qurğular (dəyəri 100 manatdan yuxarı olanlar) il ərzində öz dəyərinin amartizasiya çıxarılışına sərf edilən xərclər daxildir.

Page 8: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Təsərrüfatda xəstəlik müşahidə edilərsə, sağlam və xəstələnmiş heyvanların miqdarına görə xəstəlik (Əx), letallıq (Əb) və məcbüri kəsim (Əm) əmsalları (orta rəqəm) və ya faiz müəyyənləşdirilir. Qeyri-salamat heyvandlarlıq (quşçuluq) təsərrüfatlarında heyvanlar arasında profilaktiki tədbirlərin aparılmaması və ya gecikdirilməsi ilə əlaqədar olraq xəstəliyin yayılması və gedişi intensivləşir, nəticədə bir təsərrüfat (Əx1) və ya rayon (Əx2) üzrə xəstəlik əmsalı yüksəlir.

Əmsallar bir sürü, təsərrüfat, rayon, vilayət, diyar və iqtisadi ərazi üzrə, heyvandarlıq sahəsində yoluxucu və yoluxmayan xəstəliklər müşahidə edildiyi dövrdə toplanmış iqtisadi göstəricilərə əsasən aydınlaşdırılır. Yoluxucu xəstəliklər müşahidə edilən qeyri-salamat təsərrüfatların 5%-ni, yoluxmayan xəstəliklərdə (bir ildə bir neçə dəfə müşahidə edilir) isə bir təsərrüfatın iqtisadi göstəricilərinin analizinə görə xəstəlik, kəsim və letallıq əmsalları təyin edilir. Təsərrüfatda ayrı-ayrı xəstəliklər üzrə əmsallar müəyyənləşdirilir. Xəstəlik qeyri-salamat təsərrü-fatlarda baytarlıq tədbirlərinin aparılmaması üzündən aşkar edilərsə, burada həmin qrup və həssas heyvanlardan xəstələnmiş heyvanların miqdarına görə xəstəlik əmsalı, xəstələnmiş heyvanlardan ölənlərə görə ölüm əmsalı və xəstələnmiş heyvanlardan məcbüri kəsilmişlərə görə isə məcbüri kəsim əmsalı təyin edilir.

Məsələ 1. Təsərrüfat buzovların paratifinə görə qeyri-sağlamdır. Qaramal fer-masında 385 baş buzov olmuşdur ki, il ərzində bir neçə dəfə bu xəstəlik müşahidə edildi, yəni 58 başı xəstələndi. Xəstələnmiş buzovlardan 19 baş ölmüş, 16 başı isə məcburi kəsilmişdir. Xəstəlik, ölüm və məcbüri kəsim əmsallarını hesablayaq:

Xəstəlik əmsalı: Əx=58:385=0,15 və ya 0,15x100=15,0% Letallıq əmsalı: Əb=19:58=0,37 və ya 0,37x100=37,0% Məcburi kəsim əmsalı: Əm=16:58=0,28 və ya 0,28x100=28%

Page 9: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Məsələ 2. Təsərrüfatda 3 il müddətində 136 (58+35+43) baş orta hesabla 45,3 baş bronxopnevmoniyaya tutulmuşdur. Buzovların orta illik miqdarı (385x363x370) 372,6 baş olmuşdur ki, xəstələnmişlərdən 39 (58+22+37) baş ölmüşdür. Təsərrüfatda xəstəlik əmsalı 0,12 (45,3:372,6) və 12%;

Letallıq əmsalı 0,29 (39:136) və ya 29% olmuşdur. Zərər əmsalları (Əz). Xəstəliklərin təsərrüfatlara vurduqları iqtisadi

zərərin miqdarını hər bir baş xəstələnmiş heyvanlara düşən orta zərər əmsalı ilə ölçülür. Zərər əmsalı bir baş heyvanın xəstələnməsi nəticəsində əmələ gələn zərərin miqdarıdır. Xəstəliyin təsərrüfata vurduğu iqtisadi zərərə əsasən hər bir baş heyvanda zərər əmsalını təyin etməklə aparılan baytarlıq tədbirlərinin iqtisadi effektliliyini müəyyənləşdirilir. Ümumi xəstəlikdən dəyən iqtisadi zərərə əsasən bir baş xəstələnmiş (Əz1), ölmüş (Əz2), xəstələndikdən sağalmış (Əz3), məcburi kəsilmiş və tələf edildikdə (Əz4) və faktiki həssas heyvanın miqdarına (Əz5) görə zərər əmsalları hesablanır.

Xəstəlik nəticəsində dəyən iqtisadi zərərin cəmini, xəstələnmiş heyvanların miqdarına bölməklə bir baş xəstələnmiş heyvanda dəyən zərər əmsalı, ölmüş heyvanlardan dəyən cəmi zərəri, ölmüş heyvanların miqdarına bölməklə, bir baş ölmüş heyvanda dəyən zərər əmsalı, xəstəlikdən sağalmış heyvanlardan dəyən cəmi zərəri, xəstəlikdən sağalmış heyvanların miqdarına bölməklə, bir baş xəstəlikdən sağalmış heyvandan dəyən zərər əmsalı; məcburi kəsilmiş və tələf edilmiş heyvandan dəyən cəmi zərəri, məcbüri kəsilmiş və tələf edilmiş heyvan-ların miqdarına bölməklə, bir baş məcbüri kəsilmiş və tələf edilmiş heyvanlarda zərər əmsalı, xəstəlikdən dəyən cəmi zərəri, təsərrüfatda olan həssas heyvanların miqdarına bölməklə, hər bir baş faktiki heyvana dəyən zərər əmsalı təyin edilir.

Page 10: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Qeyri-salamat təsərrüfatlarda və regionlarda xəstəliklərə qarşı profilaktika və sağlamlaşdırma tədbirlərindən istifadə etməklə, qarşısı alınan zərər hesablanır və bu vaxt Əz1, Əz5 əmsallarından, infeksion və qeyri-infeksion xəstəliklərə tutulmuş heyvanlar üzərində aparılan müalicə tədbirlərindən isə Əz2, Əz3, Əz4 zərər əmsallarından istifadə edilir.

Bir baş heyvanın müalicə, profilaktikasına və baytar-sanitar tədbirlərinə sərf edilən xərci tapmaq üçün, çəkilən cəmi xərcin məbləğini il ərzində heyvanların orta sayına bölmək lazımdır. Təsərrüfatda heyvanların saxlanma, yemlənmə, iqlim relyefi və aparılan baytarlıq tədbirlərinin səmərəliliyi və alınan məhsulların satış qiymətinə görə xəstəlik, letallıq, zərər əmsalları və bir baş heyvana çəkilən xərclər eyni olmur. Ona görə hər bir iqtisadi ərazi və region üzrə əmsallar müəyyənləşdirilməlidir.

Page 11: AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

Məsələ. Təsərrüfatda müxtəlif müddətlərdə il ərzində 1540 baş qoyun mastitə tutulmuşdur və qoyunçuluğa 11704 manat zərər dəymişdir. Xəstələnmiş qoyunlardan 42 baş ölmüş və 2755,2 manat, xəstəlikdən sağalmış (1319 baş) qoyunlardan canlı kütlə və yun itkisindən cəmi 6583 manat, xəstəlik nəticəsində 179 baş qoyunun yelini sıradan çıxdığına görə kəsimə göndərilmişdir və təsərrüfata 2366,8 manat iqtisadi zərər dəymişdir. Təsərrüfatda cəmi 9853 baş qoyun saxlanır.

Bir baş xəstələnmişdən dəyən iqtisadi zərər əmsalı: Əz1=11704:1540=7,6 manat Bir baş ölmüş qoyundan dəyən iqtisadi zərər əmsalı: Əz2=2755,2:42=65,6 manat Bir baş xəstəlikdən sağalmış qoyundan dəyən iqtisadi

zərər əmsalı: Əz3=6583:1319=4,99 manat Bir baş məcbüri kəsimdən dəyən iqtisadi zərər əmsalı: Əz4=2366,8:179=13,22 manat Təsərrüfat üzrə hər bir baş qoyuna dəyən iqtisadi zərər

əmsalı: Əz5=11704:9853=1,19 manata bərəbər olur.