227
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin P R E Z İ D E N T K İ T A B X A N A S I ––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––– 1 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları 2015-ci il MÜNDƏRİCAT Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (10 yanvar 2015-ci il) ...................................6 Prezident İlham Əliyevin yeku nitqi (10 yanvar 2015-ci il) ....................................................... 11 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri: Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatla çıxış ediblər: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (15 yanvar 2015-ci il) ................................................................................................................. 16 Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri: Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin mətbuat konfransı: Prezident İlham Əliyevin bəyanatı (21 yanvar 2015-ci il) .................................................................................... 18 Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirak edib (22 yanvar 2015-ci il) .......................................21 Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (22 yanvar 2015-ci il) ..................................................................................................................................................... 24 Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib: Prezident İlham Əliyevin giriş nitqi (27 yanvar 2015-ci il) .......................................................................26 Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (27 yanvar 2015-ci il) ............................... 30 Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da iştirak edib: Prezident İlham Əliyevin çıxışı (6 fevral 2015-ci il).......................................................................................................................... 36 Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirak edib (7 fevral 2015-ci il) ....................................................................................................................................38 Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (12 fevral 2015-ci il).......42 Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın Baş naziri Boyko Borisovun mətbuat konfransı: Prezident İlham Əliyevin bəyanatı (4 mart 2015-ci il) .............................................45 Azərbaycan Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri: Ali qonağın şərəfinə: Azərbaycan Prezident İlham Əliyevin çıxışı (4 mart 2015-ci il) ...............................................49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

nitqləri, çıxışları, müsahibələri və bəyanatları

2015-ci il

MÜNDƏRİCAT

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-

iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (10 yanvar 2015-ci il) ................................... 6

Prezident İlham Əliyevin yeku nitqi (10 yanvar 2015-ci il) ....................................................... 11

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri: Azərbaycan və Türkiyə

prezidentləri mətbuata bəyanatla çıxış ediblər: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(15 yanvar 2015-ci il) ................................................................................................................. 16

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri: Azərbaycan Prezidenti

İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin mətbuat konfransı: Prezident İlham

Əliyevin bəyanatı (21 yanvar 2015-ci il) .................................................................................... 18

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası:

Avrasiya” mövzusunda sessiyada iştirak edib (22 yanvar 2015-ci il) ....................................... 21

Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının

təqdimatında iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (22 yanvar 2015-ci il)

..................................................................................................................................................... 24

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət

Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib: Prezident

İlham Əliyevin giriş nitqi (27 yanvar 2015-ci il) ....................................................................... 26

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (27 yanvar 2015-ci il) ............................... 30

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə

strategiyaları” mövzusunda “dəyirmi masa”da iştirak edib: Prezident İlham Əliyevin çıxışı (6

fevral 2015-ci il).......................................................................................................................... 36

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə -

Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirak edib (7 fevral

2015-ci il) .................................................................................................................................... 38

Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin

görüşündə iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (12 fevral 2015-ci il) ....... 42

Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın Baş naziri Boyko Borisovun mətbuat

konfransı: Prezident İlham Əliyevin bəyanatı (4 mart 2015-ci il) ............................................. 45

Azərbaycan Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri: Ali qonağın şərəfinə:

Azərbaycan Prezident İlham Əliyevin çıxışı (4 mart 2015-ci il) ............................................... 49

Page 2: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

2

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri: Azərbaycan və Pakistan

prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər: Prezident İlham Əliyevin bəyanatı (11 mart

2015-ci il) .................................................................................................................................... 51

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri: Azərbaycan-Pakistan biznes

forumu keçirilib: Prezident İlham Əliyevin çıxışı (12 mart 2015-ci il) .................................... 53

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri: Qarsda Heydər Əliyev adına

Anadolu texniki-peşə liseyi istifadəyə verilib: Prezident İlham Əliyevin çıxışı (17 mart 2015-ci

il) ................................................................................................................................................. 55

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri: Trans-Anadolu qaz boru

kəmərinin təməli qoyulub: Prezident İlham Əliyevin çıxışı (17 mart 2015-ci il) ...................... 57

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində

iştirak edib: Prezident İlham Əliyevin nitqi (19 mart 2015-ci il) .............................................. 60

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri:

Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşü

olub: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (6 aprel 2015-ci il).................................... 64

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci

rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası

keçirilib: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (10 aprel 2015-ci il) ..................... 66

Prezident İlham Əliyevin yekun nitqi (10 aprel 2015-ci il) ........................................................ 71

Üçüncü Qlobal Bakı Forumunun rəsmi açılışı olub: Azərbaycan Prezidenti İlham Əliyev

açılışda iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (28 aprel 2015-ci il) ............ 77

Azərbaycan Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının

şərəfinə ziyafət verilib: Prezident İlham Əliyevin çıxışı (28 aprel 2015-ci il) .......................... 81

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi (29 aprel 2015-

ci il) ............................................................................................................................................. 83

Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci

illik toplantısının açılış sessiyasında iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(4 may 2015-ci il) ........................................................................................................................ 87

Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binası

istifadəyə verilib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (7 may 2015-ci il) .................. 92

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev

Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib: Azərbaycan

Prezidenti İlham Əliyev mərasimdə iştirak edib: Prezident İlham Əliyevin nitqi (10 may 2015-

ci il) ............................................................................................................................................. 94

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri: Mətbuata birgə bəyanat:

Prezident İlham Əliyevin bəyanatı (14 may 2015-ci il) .............................................................. 99

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri: Azərbaycan-Vyetnam biznes

forumu keçirilib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (14 may 2015-ci il) ............... 101

Page 3: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

3

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri: Ali qonağın şərəfinə:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (14 may 2015-ci il) ............................................ 103

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam İnformasiya Agentliyinə müsahibəsi (14 may

2015-ci il) .................................................................................................................................. 105

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb: Azərbaycan

Prezidenti İlham Əliyev Forumun rəsmi açılışında iştirak edib: Prezident İlham Əliyevin nitqi

(18 may 2015-ci il) .................................................................................................................... 107

Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli

binanın yerləşdiyi ərazidə olub: Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Komissiyasının

ilk iclası keçirilib (20 may 2015-ci il) ....................................................................................... 110

Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" jurnalına müsahibəsi (22 may

2015-ci il) .................................................................................................................................. 112

28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib: Prezident İlham Əliyev rəsmi

qəbulda iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (27 may 2015-ci il) .......... 117

Azərbaycan Prezidenti İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin

açılışında iştirak edib: Prezident İlham Əliyevin nitqi (2 iyun 2015-ci il) ................................ 122

Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil

olunub: Prezident İlham Əliyevin çıxışı (12 iyun 2015-ci il) ................................................... 126

Olimpiya Ailəsinin üzvləri üçün qəbul: Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak

edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (14 iyun 2015-ci il) .................................. 128

Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı

olub: Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda

iştirak edib: Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi (25 iyun 2015-ci il) ............ 130

Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin

nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib: Azərbaycan Prezidenti İlham Əliyev

görüşdə iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (29 iyun 2015-ci il) .......... 133

“Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunda “Milli gün” təşkil

olunub: Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər:

Prezident İlham Əliyevin çıxışı (9 iyul 2015-ci il) ................................................................... 136

Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində

iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (11 iyul 2015-ci il) ........................ 138

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-

iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (13 iyul 2015-ci il) .................................... 141

Prezident İlham Əliyevin yekun nitqi (13 iyul 2015-ci il) ........................................................ 145

Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb: Prezident İlham Əliyevin nitqi (21 iyul

2015-ci il) .................................................................................................................................. 150

Page 4: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

4

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri: Azərbaycan

Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat

konfransı: Prezident İlham Əliyevin bəyanatı (22 iyul 2015-ci il) ........................................... 155

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət

büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib: Prezident İlham Əliyevin çıxışı (8

sentyabr 2015-ci il) ................................................................................................................... 158

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti keçirilib: Azərbaycan

Prezidenti İlham Əliyev Sammitdə iştirak edib: Prezident İlham Əliyevin çıxışı (11 sentyabr

2015-ci il) .................................................................................................................................. 161

Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Miloş Zemanın birgə mətbuat

konfransı: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (16 sentyabr 2015-ci il) ............. 163

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib: Prezident İlham Əliyevin çıxışı (16

sentyabr 2015-ci il) ................................................................................................................... 166

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat

Komitəsinin birinci iclası olub: Prezident İlham Əliyevin çıxışı (23 sentyabr 2015-ci il) ....... 168

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-

iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (12 oktyabr 2015-ci il) .............................. 172

Prezident İlham Əliyevin yekun nitqi (12 oktyabr 2015-ci il) .................................................. 176

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən

iclasında iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının

məhdud tərkibdə iclasında çıxışı (16 oktyabr 2015-ci il) ........................................................ 181

Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin

açılışında iştirak edib: Prezident İlham Əliyevin çıxışı (28 oktyabr 2015-ci il) ....................... 183

Prezident İlham Əliyevin Zaqatala rayonuna və Şəki şəhərinə səfəri: Zaqatalada Heydər Əliyev

Mərkəzi açılıb: Prezident İlham Əliyevin çıxışı (4 noyabr 2015-ci il) ..................................... 186

Prezident İlham Əliyevin Zaqatala rayonuna və Şəki şəhərinə səfəri: Azərbaycan Prezidenti

İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında iştirak edib:

Prezident İlham Əliyevin nitqi (4 noyabr 2015-ci il) ............................................................... 189

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri: Azərbaycan və Gürcüstan

prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər: Prezident İlham Əliyevin bəyanatı (5 noyabr

2015-ci il) .................................................................................................................................. 192

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri: Ali qonağın şərəfinə:

Prezident İlham Əliyevin çıxışı (5 noyabr 2015-ci il) .............................................................. 194

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri: Marneulidə “Çay evi” tədris

mərkəzi ilə tanışlıq: Prezident İlham Əliyevin çıxışı (6 noyabr 2015-ci il) ........................... 196

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda iştirak

edib: Prezident İlham Əliyevin nitqi (9 noyabr 2015-ci il) ..................................................... 199

Page 5: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

5

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri: Prezident İlham Əliyev

“Böyük İyirmiliyin” Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib (16 noyabr

2015-ci il) .................................................................................................................................. 204

Azərbaycan Prezidenti İlham Əliyev Fransaya işgüzar səfərə gəlib: Parisdə UNESCO Baş

Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib: Azərbaycan Prezidenti İlham

Əliyevin çıxışı (17 noyabr 2015-ci il) ...................................................................................... 206

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası keçirilib: Prezident

İlham Əliyev iclasda iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (24 noyabr 2015-

ci il) ........................................................................................................................................... 210

Bakıda ISESCO Baş Konfransının XII sessiyasının açılışı olub: Prezident İlham Əliyev açılışda

iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (26 noyabr 2015-ci il) .................. 215

Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib: Azərbaycan və Belarus

prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər: Prezident İlham Əliyevin bəyanatı (28

noyabr 2015-ci il)...................................................................................................................... 218

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri: Prezident İlham

Əliyev və Baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər: Prezident İlham

Əliyevin bəyanatı (3 dekabr 2015-ci il) .................................................................................... 219

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri: Azərbaycan Prezidenti İlham

Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib:

Prezident İlham Əliyevin çıxışı (11 dekabr 2015-ci il) ........................................................... 221

Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (23 dekabr 2015-ci il) ........................................ 224

Page 6: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

6

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi

inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

(10 yanvar 2015-ci il)

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin

2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi

- Bu gün biz 2014-cü ilin yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, keçən ilin əvvəlində qarşımıza

qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə

qalacaqdır.

Düz bir il bundan əvvəl biz keçən ildə görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparmışdıq, qarşıya

mühüm vəzifələr qoyulmuşdu və il ərzində çox gərgin iş aparılmışdır. Keçən il dünyada və bölgədə müxtəlif

proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf

tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra

olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.

Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu

ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş

verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi

Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün

proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və

əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək.

Ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, həm

ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin

edilmişdir. İqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi

ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.

Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, Azərbaycanda iqtisadiyyat 3

faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son

illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə

Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə

imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin

edilsin.

İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə

4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Deyə bilərəm ki, son illər

ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da

insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.

Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir.

Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük

təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar

üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə

alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur.

Əlbəttə ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır. Əgər bu siyasət, investorların

Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar

həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən

gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artmışdır, böyük həcmdə

investisiya qoyulmuşdur, inflyasiya isə ən aşağı səviyyədədir.

Manatın məzənnəsi sabitdir. Bir neçə ildir ki, manatın məzənnəsi nəinki sabitdir və eyni zamanda, əsas

dünya valyutalarına qarşı daha da böyük dəyər qazanır. Keçən il də biz bunu görmüşük. Bu da çox müsbət

göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir,

Page 7: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

7

əhalinin alıcılıq qabiliyyəti artır. Azərbaycanda manatın məzənnəsi sabitdir. Bu, bir daha bizim uğurlu iqtisadi

siyasətimizi göstərir.

Valyuta ehtiyatlarımız artıb. Yadımdadır, bir il bundan əvvəl göstəriş vermişdim ki, baxmayaraq, 2014-cü

ildə bizim böyük xərclərimiz - həm infrastruktur layihələrinin, neft strategiyamızın icrası, “Cənub” qaz

dəhlizinin inşası ilə bağlı böyük xərclər olacaq, ancaq biz elə etməliyik ki, valyuta ehtiyatlarımız artsın. Biz

bunu təmin edə bilmişik. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Biz bu

imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda,

ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur

layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq.

Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya

miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən

sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni

zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun

hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə

layiq görülmüşdür. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir.

Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin. Bu

sahə daim prioritetdir, bu il də prioritet olaraq qalacaq. Sosial obyektlərin inşası uğurla təmin edilmişdir, 60-dan

çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. Əməkhaqqı, pensiya artmışdır.

Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha

sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial

yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir.

Əlbəttə, bu, bizim vəzifəmizdir. Biz bunu edəcəyik. Ancaq əminəm ki, insanların rifah halı yaxşılaşdıqca

ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı azalacaq. Çünki hazırda Azərbaycanda yoxsulluq 5 faiz

səviyyəsindədir. Keçən il də yoxsulluq aşağı düşübdür, işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin

nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir.

Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123

min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu proses də sürətlə getməlidir.

Çünki Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli

iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər

artmışdır. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə

əlavə tədbirlər görüləcəkdir.

Keçən il bir neçə iri layihə icra edilmişdir. Hər bir layihə özlüyündə nəhəng bir layihədir. Mən onların

arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasını xüsusilə qeyd etmək istəyirəm. Eyni

zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilmişdir. Yəni, bu layihənin

birinci mərhələsinin birinci hissəsi artıq icra edilmişdir. Şəmkirçay su anbarı istifadəyə verilmişdir. Bu da

nəhəng layihədir, ölkəmizin uzunmüddətli və sürətli inkişafına təkan verəcək. Eyni zamanda, böyük sənaye

müəssisələri, o cümlədən “Norm” sement zavodu istifadəyə verilmişdir ki, orada sementin istehsalı 2 milyon

tona bərabərdir. Bu zavodun istifadəyə verilməsi ilə biz artıq idxaldan asılılığımızı tamamilə aradan götürmüşük

və ixrac imkanlarımız da artır.

Əlbəttə ki, digər layihələr də diqqətəlayiqdir. Bu əsas infrastruktur və sənaye layihələri ancaq güclü

dövlətdə icra edilə bilər. Çünki biz dünyada gedən prosesləri izləyirik. Görürük ki, dünyanın müxtəlif yerlərində

böhran – iqtisadi böhran, maliyyə böhranı, siyasi böhran yaşanır. Belə olan halda nəinki investisiyalar

qoyulmur, hətta maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisar edilir. Ancaq buna baxmayaraq, biz Azərbaycanda

bunun tam əksini görürük. Nəzərə alsaq ki, Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz

dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər

göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildə nail ola bilmişik.

Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək.

Dünyada neftin qiyməti kəskin şəkildə, 2 dəfədən çox aşağı düşmüşdür. Əlbəttə ki, bu, bizim

gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində

görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq

edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq

qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir.

Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Bu da nəhəng layihələr arasında

özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer

səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı

Page 8: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

8

sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin

inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud

olan xoşagəlməz halların qarşısını alır.

“ASAN xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək istəyirəm. Artıq 7 mərkəz fəaliyyət

göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti

yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər

ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır. İndi bizim

təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi

məkanda təmin ediləcəkdir. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya,

rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda,

cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu

məsələlərə nikbinliklə yanaşır.

Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin

edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki,

bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü

siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir.

Keçən il beynəlxalq əlaqələrimiz artmışdır. Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni, fəal əməkdaşlıq

etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox

uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx

təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və

Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada

çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır.

Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir

çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir.

Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.

Biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik. Üzv olduğumuz bütün beynəlxalq

təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz

dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik

dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar

olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı

təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil

edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.

Yəni, Azərbaycan öz işi ilə, görülən işlərlə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri

dəyərlərə öz dəyərli töhfələrini verir. Biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Biz

üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv

olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz. Təbii ki, ikitərəfli formatda

heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin

qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər,

səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və

bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın

qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün

ölkələri birləşdirən təşkilat BMT-dir. O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna

seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bu fakt

Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu gün beynəlxalq aləmdə böyük nüfuza

sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur,

bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz.

Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan

müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq

münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin

əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə

etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur,

ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə

etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən

yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim

Page 9: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

9

mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və

edəcəyik.

O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, əfsuslar olsun ki, keçən il də

bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində

imitasiya taktikasını seçmişdir. Hesab edirəm, bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki,

Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan

çıxmaq istəmir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki,

status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Sadəcə olaraq sözlərdir və bu sözlərin

arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, -

onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş

torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə

ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün

başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu,

ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə

Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu

münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə

dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə

etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu

yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz

nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!

Bununla bərabər, Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl

atmışdır. Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-

dən çox işğalçı məhv edildi. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdır. Bütün bu

təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət

daşıyır. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə

cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə

bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır.

Azərbaycan isə bu məsələdə də prinsipial mövqedədir. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına

əsaslanır. Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir

olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz

ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı

olar. Hesab edirəm ki, bu bir neçə amilin mövcudluğu bizim mövqeyimizi daha da möhkəmləndirir.

Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür -

həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs

verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq

tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?

Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu

məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik

nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai

xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara,

ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq

dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha

demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq

Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif

paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa

bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş

torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz

göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə

edə bilərik.

2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük

vəsait ayrılıbdır. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən

2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir.

Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq

bu proses daha da sürətlə gedəcək.

Page 10: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

10

Yenə də demək istəyirəm ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək.

Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli

inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin

inkişafını təmin edəcəyik.

X X X

Prezident İlham Əliyev iclasda yekun nitq söylədi.

Page 11: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

11

Prezident İlham Əliyevin yeku nitqi

(10 yanvar 2015-ci il)

- 2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək.

Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır.

2014-cü ilin sonlarında müşahidə olunan proseslər təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud

olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı

düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır.

Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi

sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki,

2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır.

Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Son illər ərzində əsas prioritetlər arasında biz həmişə

makroiqtisadi sabitliyi qeyd edirdik. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir, xarici investisiyaların cəlb edilməsi

üçün çox önəmli amildir. Eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşması üçün makroiqtisadi

sabitlik ən önəmli məsələdir və biz bu sabitliyi uzun illərdir ki, təmin edirik. Böhranlı illərdə - 2008-2009-cu

illərdə də təmin etmişik. Keçən il də təmin etmişik və bu il də təmin edəcəyik.

Manatın məzənnəsi, - artıq burada deyildi, - bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk

növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat

yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir

və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin

atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici

vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində

qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə

institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar.

Yəni, bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyanın bir parçası kimi çoxdan təsdiq edib və

indi biz dünyaya açığıq, açıq iqtisadiyyat, açıq siyasət, açıq qapılar siyasəti aparırıq. Birbaşa qoyulan xarici

sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə uzun illərdir ki, liderlik mövqelərini saxlayır. Yəni, biz

dünya iqtisadiyyatının bir parçasıyıq. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və iqtisadiyyatımızı

qorumaq əzmində olmağımız əlbəttə ki, bu nadir vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bunu

qorumalıyıq. 2015-ci il də bu istiqamətdə önəmli il olacaqdır.

İkinci önəmli vəzifə, - bu da artıq bir neçə ildir ki, daim vurğulanır, - qeyri-neft sektorumuzun inkişafıdır.

Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox

mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz

səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu, eyni zamanda, həm investorlara, həm

yerli şirkətlərə əlavə nikbinlik verir.

Əhali də bunu görür və yüksək qiymətləndirir. Nəyin hesabına buna nail ola bilmişik? İlk növbədə,

regional inkişaf proqramının icrası, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət tərəfindən güzəştli şərtlərlə

kreditlərin verilməsi, düşünülmüş siyasət, sənayeləşmə siyasəti, xarici investisiyaların cəlb edilməsi, neftdən

əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi sayəsində. Bütün bu amillər qeyri-neft sektorumuzun

inkişafını təmin edir.

Biz qeyri-neft sektorunun inkişafı üçün infrastruktur layihələrini icra edirik. Əgər bu layihələr icra

edilməsəydi, regionlarda biznes imkanlarından söhbət gedə bilməzdi. Eyni zamanda, düşünülmüş iqtisadi

siyasətlə düzgün prioritetlər seçmişik və ildən-ilə bu prioritetlərin növbəliliyi dəyişir. Bu da təbiidir, çünki biz

doqmatik yanaşmadan çox uzağıq, çevik iqtisadi siyasət aparırıq. Daxili bazarı təmin etmək üçün yerli istehsalın

artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər

tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru

üstünlük təşkil edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə

iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Bu, bizim vəzifəmizdir. Mən həmişə demişəm, bu

gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli

iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirik.

Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl

nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir.

Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil

edilməlidir və sahibkarlara bu il o cümlədən öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsaiti

qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən

Page 12: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

12

bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə

etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real

sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft

sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa

maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar

çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək.

Çünki dünyada indi bir tərəfdən iqtisadi böhran davam edir, vəsait qıtlığı müşahidə olunur, eyni zamanda,

investisiya qoymaq üçün o qədər böyük seçim də yoxdur. Çünki böhran içində çabalayan ölkələrə kim

investisiya qoyacaq? Ona görə sabit ölkələrə, ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan ölkələrə xarici

investisiyalar cəlb etmək daha asandır. Burada əlbəttə ki, informasiya qıtlığı öz rolunu oynayır. Amma son illər

ərzində keçirilən təqdimatlar, biznes forumlar, Azərbaycan ilə bağlı dünya ictimaiyyətinə, o cümlədən biznes

strukturlarına dolğun informasiyaların ötürülməsi artıq xarici investorlar üçün Azərbaycanı çox cəlbedici ölkəyə

çeviribdir.

Bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolu xüsusi əhəmiyyətə malikdir. Son

vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Mən bunu dəstəkləyirəm və

keçən müşavirələrin birində qeyd etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir. Biz artıq bunu

görürük. Bu, çox müsbət yanaşmadır, bank sektorunun məsuliyyətini göstərir.

Xüsusilə bir daha demək istəyirəm ki, 2015-ci il dünya üçün asan il olmayacaq. 2015-ci ildə bank

resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki,

banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək.

Əlbəttə, indi müxtəlif istehlak kreditlərinə də, digər layihələrə də vəsait ayrılmalıdır. İndi Azərbaycanda

ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat inkişaf edir, insanların

bu layihələrə ehtiyacı var. Bu da lazımdır. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait

prioritet təşkil edir.

Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini

məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə

razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində

idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz

vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar.

Son illərdə biz ölkəmizin sürətli inkişafını təmin etmək üçün iqtisadiyyata böyük vəsait yönəltmişik.

Hesab edirəm ki, bu, düzgün siyasət idi. Bu siyasət bugünkü reallıqları təmin edir. İnfrastruktur layihələrinə,

real sektora qoyulan vəsait bu gün işləyir və biz bu vəsait hesabına ümumi iqtisadi inkişafımızı təmin edirik.

2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra

ediləcək. Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir.

Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin

salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək.

Eyni zamanda, infrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin

əvvəlində və keçən ilin sonunda bu istiqamətə Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılmışdır. Bu il ən

azı 300 artezian quyusu qazılacaq və ən azı 50 kənddə modul tipli təmizləyici qurğular quraşdırılacaq. Yəni, bu

məqsədlərə həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İçməli su

layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir, kənd yolları da həmçinin. Keçən il

kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Bu gün bu rəqəmlər səsləndi və bu il də bu proses davam

etdiriləcək. Bu yaxınlarda imzaladığım sərəncamlar əsasında artıq hər kəs görür ki, biz burada da öz siyasətimizi

davam etdirəcəyik.

Qazlaşdırma, elektrik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu infrastruktur layihələri və meliorasiya ilə

bağlı olan tədbirlər ölkəmiz üçün çox önəmlidir. Çünki biz keçən il və 2013-cü ildə iki nəhəng layihəni

istismara vermişik – Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi başa çatıbdır. Azərbaycan tarixində bu

layihələrin çox böyük yeri var. Biz bu layihələri ancaq müstəqillik dövründə icra edə bilmişik və bu layihələr

Azərbaycanın nə qədər güclü ölkə olduğunu bir daha göstərir.

Bu layihələrin davamı olaraq kanallar çəkilməli, yeni əkin sahələri dövriyyəyə buraxılmalıdır. Ona görə

meliorativ tədbirlər də prioritet olaraq qalacaqdır. Bunlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı olan

layihələrdir. Biz keçən il də görmüşük ki, ərzaq təhlükəsizliyi ilə bağlı olan planlarımız vaxtında müəyyən

olunmuşdur və icra edilməyə başlamışdır. Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi

qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq

biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki

Page 13: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

13

keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur.

Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam

etdiriləcəkdir.

Dövlət burada da fermerlərə öz dəstəyini göstərir. Bildiyiniz kimi, burada uzun illərdir ki, vergi güzəştləri

həyata keçirilir. Dövlət tərəfindən texnika, cins mal-qara alınır. Ərzaq təhlükəsizliyi ilə bağlı institusional

islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması

prosesi də çox önəmlidir. Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir.

Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə,

ixrac üçün bizim yeni məhsullarımız olacaqdır. Nəzərə alsaq ki, artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının

yaradılması prosesi gedir, əminəm, biz özümüzü yaxın gələcəkdə buğda ilə tam şəkildə təmin edə biləcəyik.

Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner.

Halbuki, ölkə üzrə bu göstərici 23 sentnerdir. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabına

yaradılan yeni imkanlar gələcəkdə bizim ixrac imkanlarımızı da artıracaq. Çünki burada yenə də dövlət əsas

funksiyanı öz üzərinə götürübdür. Yerlər müəyyənləşdirilibdir. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilibdir.

Eyni zamanda, texnika, suvarma, bütün infrastruktur layihələri dövlət tərəfindən icra olunubdur ki, məhsuldarlıq

artsın və biz özümüzü ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edək.

Əlbəttə ki, bizim Şəmkirçay və Taxtakörpü su anbarlarının fəaliyyəti nəticəsində on minlərlə hektar

torpaqda yeni məhsulların yetişdirilməsi gözlənilir. İndi artıq bu yerlər müəyyən edilibdir və bu yeni sahələrdə

məhsulların yetişdirilməsi prosesi başlayır.

Keçən il “Sənaye ili” elan edilmişdir. Sənayenin inkişafı ilə bağlı bir çox tədbirlər görülmüşdür. Mən

keçən müşavirələrdə də demişəm ki, hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq pilot layihəsi icra edilir.

Yəqin ki, bu il biz bu il layihənin başlanmasını görəcəyik. Eyni zamanda, bizim ənənəvi sənaye mərkəzlərimiz

də öz imkanlarını genişləndirir. Sumqayıt, Gəncə, Mingəçevir, əlbəttə ki, Bakı şəhəri, xüsusilə Qaradağ rayonu

bizim əsas sənaye mərkəzlərimizdir.

Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin

yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilmişdir. Demək olar ki, texniki-iqtisadi

əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Əlbəttə, biz çalışmalıyıq ki, öz təbii

imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək.

Yəni, budur bizim əsas məqsədimiz. Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti

tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin

inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni

ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə

təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət

İnvestisiya Proqramında öz əksini tapıbdır.

Builki Dövlət İnvestisiya Proqramı təbii ki, əvvəlki illərdən fərqlənir. Çünki dövlət tərəfindən qoyulacaq

vəsait daha da azalacaq. Bu da təbiidir. Ancaq prioritetlər düzgün seçilibdir və əvvəlki illərdə bir çox işlərin

görülməsi imkan verir ki, biz artıq bu investisiya proqramımızı ixtisar edək. Çünki Taxtakörpü, Şəmkirçay

böyük dövlət vəsaiti tələb edən nəhəng layihələrdir. Kənd yollarının, içməli su layihələrinin bir çoxu artıq icra

edilib. Ancaq prioritetlər var və biz dövlət investisiyalarını dayanıqlı inkişafa yönəltməliyik. Çünki əgər biz

bunu etməsək, bir neçə ildən sonra artıq boşluq yaranacaq. Biz isə buna imkan verə bilmərik. Çünki ilk

növbədə, ölkənin dayanıqlı inkişafı təmin edilməlidir və eyni zamanda, iş yerlərinin yaradılması daimi

prosesdir.

Mən giriş sözümdə bunu demişəm və bir daha demək istəyirəm. Bəzi ölkələr demoqrafik böhrandan

əziyyət çəkir. Əlbəttə ki, ən ağır böhran demoqrafik böhrandır. Çünki bəzi ölkələrdə əhali həm təbii səbəblər

üzündən kəskin şəkildə azalır, eyni zamanda, o ölkələrdə miqrasiya çox sürətlə gedir. Azərbaycan əhalisi artır.

Bu, böyük üstünlüyümüzdür. Azərbaycan əhalisi nə qədər artsa, biz o qədər də güclənəcəyik. Ancaq demoqrafik

artım özü ilə bəzi problemlər də gətirir, o cümlədən işsizlik. Ona görə biz nə qədər yeni iş yerləri yaratsaq da,

yenə də iş yerlərinin yaradılmasına ehtiyac var.

Dövlət Proqramının əvvəlindən - 2004-cü ildən bu günə qədər bir milyon 300 min iş yeri yaradılıbdır.

İşsizliyin azaldılması bunun hesabına mümkün olub. Ancaq bu, daimi proses olmalıdır. Bu prosesi təmin etmək

üçün biz yeni sənaye istehsalları yaratmalıyıq. Nəzərə alsaq ki, indi elmi-texniki tərəqqi sürətlə gedir, texnoloji

proseslər daha da təkmilləşir, avtomatlaşma prosesi gedir, yəni, işçi qüvvəsinə gələcəkdə o qədər də böyük

ehtiyac olmayacaq. Ona görə innovasiyalara üstünlük verilməlidir. Texnoparkların yaradılması xarici

texnologiyaların, eyni zamanda, xarici investisiyaların gətirilməsini də təmin etməlidir. Biz onsuz da dövlət

tərəfindən investisiyaları qoyuruq. Ancaq real sektora dövlət o qədər də böyük investisiya qoya bilməz. Bu,

Page 14: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

14

düzgün deyil, biz ancaq strateji istehsal sahələrinin yaradılmasına dövlət tərəfindən investisiya qoya bilərik. Ona

görə bu istiqamətdə, sənayeləşmə prosesinin düzgün şəkildə təmin edilməsində biz bundan sonra da çox ciddi

siyasət aparacağıq.

Ekologiya ilə bağlı məsələlər prioritet olaraq qalır. Keçən il Azərbaycanda 4 milyona yaxın ağac

əkilibdir. Bu, çox müsbət haldır. Bu proses həm Abşeron yarımadasında, həm bütün bölgələrdə gedir. Neftlə

çirklənmiş ərazilər təmizlənir. Eyni zamanda, içməli su layihələri və digər layihələr ekoloji vəziyyətin

yaxşılaşmasına xidmət göstərir. Böyükşor gölündə işlər sürətlə gedir. Bir neçə aydan sonra Böyükşor gölünün

təmizlənməsinin birinci mərhələsi başa çatacaq. Hesab edirəm ki, bu, buna oxşar bütün başqa layihələr üçün bir

nümunə olacaqdır. Çünki biz bu istiqamətdə çox fəal iş aparırıq, neftlə çirklənmiş bütün yerləri, gölməçələri

təmizləyirik. Bibiheybət, “Ağ şəhər”, Böyükşor. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulubdur. Bu da çox

önəmli layihədir. Biz Bakının ətrafında yerləşən, neftlə və lay suları ilə çirklənmiş bütün gölləri tədricən

təmizləyəcəyik. Orada istirahət və əyləncə zonaları, ictimai yerlər yaradılacaq. Ümumiyyətlə, Bakıda son illərdə

çoxsaylı ictimai yerlər, parklar, bağçalar yaradılır. Bu ictimai yerlərin sayına görə Bakı bəlkə də dünya

miqyasında ön sıralardadır. Çünki Bakı bu gün parklar, bağçalar şəhəridir və Bakı təmiz göllər şəhəri olacaqdır.

Mən buna əminəm. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin bu ilin yayına qədər başa çatması,

hesab edirəm, hər kəsə göstərəcək ki, biz bunu da edə bilmişik və güclü iradə olan yerdə, istənilən layihə icra

edilə bilər.

Keçən il nəqliyyatla bağlı işlər uğurla icra edilmişdir. Mən bunu artıq qeyd etdim, Ələtdə yeni dəniz

ticarət limanının tikintisi bu il də davam etdiriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır.

İndi artıq sınaqlar keçirilir. Azərbaycan tərəfindən bütün işlər demək olar ki, görülübdür. Ümid edirəm ki, bütün

başqa sahələrdə tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin açılışını qeyd edəcəyik.

Bu da tarixi layihədir. Uzun illər bu layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan

həm öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq reallaşmağa başlamışdır.

Nəqliyyatla bağlı digər layihələr də icra edilir. Ölkəmizə yeni təyyarələr gətirilir. MDB məkanında

Azərbaycan birinci ölkədir ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilmişdir.

Bundan əvvəlki dövrdə müasir təyyarələr alınmışdır. Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir

ölkə üçün önəmlidir. Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə

çevrilibdir. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat

infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası

bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar

Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə,

həm də qonşulara xidmət göstərəcəkdir.

Xəzər Gəmiçiliyi ilə bağlı işlər görülür, islahatlar aparılır, yeni gəmilər alınır və ən önəmli hal ondan

ibarətdir ki, Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər istehsal olunur. Həm neft-qaz əməliyyatları

üçün sifarişlər verilibdir, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcəkdir. Eyni zamanda, bizim bütün digər

gəmilər - tankerlər, yük gəmiləri Bakıda istehsal olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir.

Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü doğrultdu. Çünki biz görürdük

ki, gəmilərin - tankerlərin, yük, servis gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz

gərək öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz əməliyyatları aparılır və aparılacaq.

“Şahdəniz”lə bağlı yeni gəmilərə ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun tikintisi

çox önəmli addım idi və bu zavod bütün Xəzəryanı ölkələrə xidmət göstərə bilər. Mən Xəzər Sammitində öz

həmkarlarımla söhbət əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan faydalana bilərsiniz,

sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə

bilərik. Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə

ehtiyac olsun. Yəni, burada da kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir.

Keçən il “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu, tarixi hadisədir. Bu layihə bizim uzunmüddətli

inkişafımızı daha da sürətləndirəcək. Bu layihə “Əsrin müqaviləsi”nə bərabər olan bir layihədir. Artıq bu

layihəni XXI əsrin layihəsi adlandırırlar. Çox simvolik hal ondan ibarətdir ki, məhz 2014-cü il sentyabrın 20-də

- “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Ulu

öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrası bu gün də təmin edilir. Görün “Əsrin müqaviləsi”ndən

sonrakı dövrdə nə qədər işlər görülmüşdür! Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, indi “Cənub” qaz

dəhlizi, “Şahdəniz” yatağının işlənməsi. Azərbaycan burada öz liderlik rolunu bir daha təsdiqlədi. “Cənub” qaz

dəhlizinin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır. Bunu hamı bilməlidir.

Azərbaycanın güclü iradəsi olmasaydı, bu layihə heç vaxt reallaşmayacaqdı. Biz bu layihənin reallaşması ilə

bağlı çox gərgin iş aparmışıq. Çox gərgin və fəal iş aparmışıq ki, artıq bu layihəni icra etməyə başlamışıq. Biz

Page 15: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

15

buna Azərbaycan üçün ən məqbul şərtlərlə və beynəlxalq əməkdaşlıq çərçivəsində nail ola bilmişik. Çünki

bizim tərəfdaşlarımız olmadan bu layihə icra edilə bilməz. Ona görə bu layihə daha da böyük koordinasiya tələb

edir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı çoxdur. Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında üç

ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə iştirak edirdi. Ancaq “Cənub” qaz dəhlizinin icrasında 10-a yaxın ölkə

iştirak edəcək. Çünki biz bu layihəni çox böyük və geniş layihə kimi görürük, bunu əlbəttə ki, mərhələlərə

bölürük. İlk növbədə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP, TAP layihələri, ondan

sonrakı dövrdə digər layihələr. Ona görə bu, tarixi hadisədir. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini

göstərmişdir.

Ölkəmizin siyasi, iqtisadi maraqları təmin ediləcəkdir. Azərbaycan Avropa istehlakçıları üçün

əvəzedilməz ölkəyə çevrilir. Bu nə deməkdir? Bunu çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın enerji

təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün

yeganə yeni qaz mənbəyi Azərbaycandır. Bütün başqa mənbələr - onlar artıq var. O mənbələrin ehtiyatlarını

müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək mümkündür. Belə layihələr var, lakin yeni mənbə

ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Əminəm ki, bu

layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmamışdır ki, biz onu başlayaq və icra

etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq

layihələrdən söhbət gedir. Əminəm ki, “Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir.

Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Oyunların keçirilməsinə beş ay qalıbdır. Təşkilat Komitəsi

çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son

mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu

Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki

Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar

keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman

bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var.

Azərbaycanın rolu getdikcə artır. Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-

milli dözümlülük, dünyaya açıq olmağımız – bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki

əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük – qanlı toqquşmalar, terrorizm,

ədavət, ikili standartlar və s.

Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model - bu

gün biz bu barədə danışmışıq. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə,

Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük

önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı,

vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib,

eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi

sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar

Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.

Əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və

əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi.

Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa

vuracağıq. Sağ olun.

Xalq qəzeti.-2014.-11 yanvar.-№ 7.-S. 1-4.

Page 16: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

16

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri:

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatla çıxış ediblər:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(15 yanvar 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 15-də sənədlərin imzalanması mərasimindən sonra

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib

Ərdoğan mətbuata bəyanatla çıxış ediblər.

- Çox sağ olun əziz qardaşım, hörmətli cənab Prezident.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Siz

qeyd etdiyiniz kimi, bu il mən ilk rəsmi səfərimi Türkiyəyə - qardaş ölkəyə edirəm. Bu da təbiidir. Çünki bu,

artıq gözəl bir ənənədir. Eyni zamanda, bu səfər bizə imkan verdi ki, bu il ərzində görüləcək işləri bir daha

müzakirə edək və birgə fəaliyyət planımızı təsdiq edək.

Bu gün imzalanan Birgə Bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən və

görüləcək işlər öz əksini tapıbdır. Bu gün Strateji Əməkdaşlıq Şurasının dördüncü toplantısında müzakirə

olunan məsələlər və bu məsələlərin həlli əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək

pilləyə qaldıracaqdır.

Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr dünyada ən

yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr

yoxdur və bu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də əziz qardaşımın dediyi kimi, Türkiyənin

Azərbaycanı “G-20”-yə dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət

Türkiyədən gəlmişdir və bu, həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha

göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu

diqqətə görə əziz qardaşım, şəxsən Sizə minnətdaram və əminəm ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq

əlaqələri bundan sonra da uğurla davam etdiriləcəkdir.

Biz, eyni zamanda, aprelin 24-də Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə

görə də öz adımdan və bütün Azərbaycan xalqı adından Sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik

bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər.

O ki qaldı bugünkü toplantıya, əziz qardaşımın qeyd etdiyi kimi, bir çox məsələlər müzakirə olundu,

qərarlar verildi, nazirlər öz aralarında görüşlər keçirdilər və əminəm ki, bütün bu məsələlərin həlli bizi bir-

birimizə daha da yaxın edəcək.

Müdafiə sahəsində əməkdaşlıq artır. Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, artıq

Azərbaycanda müdafiə sənayesi məhsullarının birgə istehsalı haqqında da bu gün fikir mübadiləsi aparılmışdır.

Biz Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə

qədər güclü olarsa, Azərbaycan bir o qədər güclü olacaq. Bizim gücümüz əlbəttə ki, siyasi, iqtisadi və hərbi

gücümüzdür. Ona görə, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün bizim böyük planlarımız var. Qeyd

etməliyəm ki, keçən il bir neçə gün ərzində Azərbaycanda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri

keçirilmişdir. Bu təlimlər bundan sonra mütəmadi qaydada keçiriləcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də müzakirə edildi. Bir daha

cənab Prezidentə minnətdarlıq bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə

ədaləti, haqqı, beynəlxalq hüququ dəstəkləyir, öz qardaşlarını dəstəkləyir.

Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları işğal altındadır.

Halbuki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən üst qurumu 4 qətnamə qəbul etmişdir ki, Ermənistan işğalçı

qüvvələri bu torpaqlardan çıxsın. Bu qətnamələr icra edilmir. Bu, onu göstərir ki, Ermənistan sülh istəmir və

əfsuslar olsun ki, Minsk qrupu da bu işlərdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə, əfsuslar

olsun ki, yoxdur. Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın

təxribat xarakterli addımları, xüsusilə işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində noyabr ayında

genişmiqyaslı təlimlər keçirməsi və Azərbaycan mövqelərinə hücum çəkməsi, əlbəttə ki, Azərbaycan tərəfindən

layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir

göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ

Azərbaycanın əzəli torpağıdır. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail

olmaq üçün biz daha da güclü olmalıyıq.

Page 17: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

17

Bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir amildir və bu amili heç kim

inkar edə bilməz. Ən böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır,

dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu, deməyə əsas verir ki,

gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik.

İqtisadi sahədə gözəl əməkdaşlıq var. Bu gün Şuranın iclasında rəqəmlər səsləndi. Son illərdə

Azərbaycan Türkiyəyə və Türkiyə Azərbaycana milyardlarla dollar sərmayə qoymuşlar. 2020-ci ilə qədər

Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri

Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra etmişlər. Əlbəttə ki,

“Cənub” qaz dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq

çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və “Cənub” qaz dəhlizinin

digər üzvləri fəal, birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda “Cənub” qaz dəhlizinin birinci məşvərət

şurası keçiriləcəkdir. Şuranın iclasında bu layihənin icrası ilə bağlı konkret, dəqiq tövsiyələr veriləcək.

Mən onu da qeyd etməliyəm ki, “Cənub” qaz dəhlizinin təməli təxminən 3 il bundan əvvəl İstanbulda

qoyulmuşdur. Əziz qardaşımla biz TANAP layihəsinə imza atdıq. TANAP layihəsi əslində “Cənub” qaz

dəhlizinin bel sütunudur, yəni, təməlidir. Beləliklə, bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük

layihəsinə çevrilmişdir. “Cənub” qaz dəhlizi və “Şahdəniz” yatağının işlənilməsi hazırda Avropanın ən böyük

infrastruktur layihəsidir. Bu layihəyə ümumilikdə 45 milyard dollar sərmayə qoyulacaq.

Digər məsələlərə gəldikdə, qeyd etməliyəm ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda, digər

layihələr vaxtında icra ediləcək. Bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng, böyük bir layihədir.

TANAP, Bakı-Tbilisi-Qars, digər layihələr, bunlar strateji əhəmiyyətə malikdir və burada Türkiyə və

Azərbaycan aparıcı rol oynayır. Əminəm ki, bütün bu layihələr vaxtında icra ediləcək.

Bu il Türkiyədə bir neçə tədbir olacaqdır – Çanaqqala tədbiri, TANAP layihəsinin icrası ilə bağlı olan

tədbir, digər tədbirlər. Yəni, Allah nəsib edərsə, bu il biz Türkiyədə tez-tez olacağıq və əziz qardaşımı təbii ki,

Azərbaycana bir daha dəvət edirəm. Bizim tez-tez görüşlərimiz olur. Bu görüşlər xalqlarımızı, ölkələrimizi daha

da sıx birləşdirir və Türkiyə-Azərbaycan gücünü daha da artırır.

Xalq qəzeti.-2015.-16 yanvar.-№ 12.-S. 3.

Page 18: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

18

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri: Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Kansleri Angela Merkelin mətbuat konfransı:

Prezident İlham Əliyevin bəyanatı

(21 yanvar 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransı olub.

Kansler Angela Merkel və Prezident İlham Əliyev əvvəlcə bəyanatlarla çıxış etdilər.

- Çox sağ olun xanım Kansler. İlk növbədə məni Almaniyaya səfərə dəvət etdiyiniz üçün Sizə

minnətdaram. Yenidən ölkənizdə olmağımdan çox məmnunam.

Siz qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, müxtəlif sahələri əhatə edir və

bu gün biz bu məsələləri çox açıq, səmimi şəkildə müzakirə etdik.

Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni

təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir və əlbəttə, iqtisadi əməkdaşlıq da bu

gün gündəlikdədir. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini

dəstəkləyirik. Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi

Azərbaycanda daha da böyük işlər görə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə

inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu

fəaliyyəti davam etdiriləcəkdir.

Xanım Kansler qeyd etdiyi kimi, bu gün biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də

toxunduq. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet

məsələdir. Bu münaqişə həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi,

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illər ərzində Ermənistan ordusu tərəfindən işğal

edilibdir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı bu işğaldan əziyyət çəkir, qaçqın-

köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurası münaqişənin

həlli ilə bağlı qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir.

Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur.

Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq, status-kvonu olduğu kimi saxlamaq istəyir.

Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində

həllini tapmalıdır, bütün başqa münaqişələr kimi vahid bir yanaşma olmalıdır.

Enerji təhlükəsizliyi, əlbəttə ki, bu gün Avropa ilə Azərbaycan arasında gedən danışıqların demək olar,

əsas mövzusudur. Azərbaycan öz rolunu oynayır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın

enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin Azərbaycanın hesabına təmin

ediləcəkdir. 2012-ci ildə TANAP layihəsinə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi

seçildi. Keçən ilin sonunda “Cənub” qaz dəhlizinin təməl daşı qoyuldu. Bütün bu layihələrin təşəbbüskarı

Azərbaycandır. Eyni zamanda, Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürür

və əminəm ki, bütün işlər vaxtında icra ediləcək. TANAP layihəsi 2018-ci ildə, TAP layihəsi isə ondan bir il

sonra işə düşəcəkdir. Buna nail olmaq üçün, əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə daha

da sıx əməkdaşlıq aparılmalıdır. Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə gələn ay Bakıda “Cənub” qaz

dəhlizinin birinci Məşvərət Şurası keçiriləcəkdir və əminəm ki, bütün məsələlər orada müzakirə ediləcək.

Bir daha demək istəyirəm ki, mən bugünkü səfərimi çox yüksək qiymətləndirirəm. Almaniya-

Azərbaycan əlaqələri böyük potensiala malikdir. Bu gün qəbul edilmiş qərarlar, aparılan diskussiya bu

əlaqələrin inkişafına böyük töhfə verəcəkdir. Sağ olun.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

SUAL (AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidov): Sualım xanım Merkelədir. Xanım

Merkel, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir. Cənab Prezident

qeyd etdiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılması

ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə, eləcə də digər mühüm beynəlxalq təşkilatlar

Page 19: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

19

tərəfindən müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu günədək bu qətnamə və qərarlara məhəl

qoymayaraq Azərbaycan torpaqlarının işğalını davam etdirir. Dünyada belə hallarda ölkələrə qarşı sanksiyalar

tətbiq edilir. Amma Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Bu, ikili standartların təzahürü

deyilmi?

Kansler Angela MERKEL: Biz Dağlıq Qarabağ mövzusu haqqında danışdıq. Mən bunu qeyd etdim.

Bildiyiniz kimi, biz ATƏT-in Minsk qrupunun üzvüyük. Fransa, Rusiya və Amerika onun həmsədrləridir və biz

bu kontekstdə aparılan danışıqları dəstəkləyirik. Biz görürük ki, cənab Prezident Əliyev ermənistanlı həmkarı ilə

görüşür, söhbətlər və danışıqlar aparır. Düşünürük ki, bu münaqişə ilə əlaqədar yalnız bir yol var - sülh yolu.

Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol

oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə

əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər.

SUAL: Xanım Kansler, Siz Ukrayna münaqişəsini də qeyd etdiniz, xarici işlər nazirlərinin bu gün

burada görüşləri keçiriləcək. Sizcə, xarici işlər nazirləri səviyyəsində bu görüş hansı nəticəyə gətirəcək?

Poroşenko, Olland və Putin bir araya gələcəklərmi? Siz bu görüşdən nə gözləyirsiniz? Sizcə, Ukraynanın ərazi

bütövlüyü yenidən bərpa olunacaqmı? Xanım Kansler, Siz mətbuat azadlığı ilə əlaqədar nə edə bilərsiniz?

Kansler Angela MERKEL: Təbii ki, siyasi durum çox çətindir. Mən şadam ki, hər dörd xarici işlər

naziri bu gün görüşür. Yaxşı olardı ki, Astanada dörd ölkənin nümayəndələrinin toplantısı, yəni, baş toplantısı

reallaşsın və prezidentlər görüşsün. Təbii, xoşagəlməz haldır ki, bu, heç bir müsbət nəticə verməsin. Mən

əminliklə heç nə deyə bilmərəm ki, xarici işlər nazirlərinin bu görüşü hansı nəticəyə gətirəcək. Bizdə olan

məlumata görə, atəşkəs mütəmadi şəkildə pozulur və Minsk sazişinə riayət olunmur. Minsk sazişi, əlbəttə,

danışıqların aparılması üçün əsas təşkil edir. Rusiya da təbii ki, Minsk sazişinin qaydalarına riayət etsə, yaxşı

olar.

SUAL: Sizcə, Ukraynanın ərazi bütövlüyü yenidən bərpa edilə bilər, ya yox? İkinci sual, Sizcə

Azərbaycanda mətbuat azadlığı yenidən necə bərpa edilə bilər ki, Sizin reytinqiniz yaxşı olsun?

Prezident İlham ƏLİYEV: Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən

sorğulara görə mənim reytinqim 90 faizə yaxındır. Bu da yəqin ki, son illər ərzində Azərbaycanda aparılan

islahatlarla bağlıdır. Deyə bilərəm ki, Azərbaycan son 11 il ərzində iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf

edən ölkəsidir. İqtisadiyyat 3 dəfədən çox artmışdır, işsizlik 5 faiz səviyyəsindədir, yoxsulluq da 5 faiz

səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə

38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır. Ona görə

Azərbaycanda bu problem yoxdur.

O ki qaldı azadlıqlarla bağlı suala, deyə bilərəm ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz

azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə

heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75

faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir.

Eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların

mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə

Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir.

Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə

ölkələr dayanıqlı uğura nail ola bilərlər.

O ki qaldı ərazi bütövlüyü məsələsinin həllinə, biz bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə,

biz istəyirik ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki Azərbaycanın ərazi bütövlüyü 20

ildən çoxdur ki, Ermənistan tərəfindən pozulubdur. Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT-nin Baş

Məclisində aparılan səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik. Hesab edirik ki,

bu, beynəlxalq hüququn əsas prinsipidir. Ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər bu,

pozulursa əlbəttə ki, bu, bərpa olunmalıdır.

SUAL (“Trend” İnformasiya Agentliyinin müxbiri Sevil Mikayılova): Sualım xanım Merkelədir.

Azərbaycan-Almaniya əlaqələrinin zəngin tarixi var. İkitərəfli münasibətlərimiz bu gün müxtəlif sahələrdə

uğurla inkişaf edir. Almaniyanın dünya iqtisadiyyatındakı aparıcı rolunu və eləcə də Azərbaycanın Cənubi

Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olmasını nəzərə alsaq, əlaqələrimizin daha da

genişləndirilməsinin perspektivləri barədə nə deyərdiniz və bu əlaqələri regional əməkdaşlığın

möhkəmləndirilməsi baxımından necə dəyərləndirirsiniz?

Kansler Angela MERKEL: Mən düşünürəm ki, iqtisadi münasibətlərin inkişaf etdirilməsi,

dərinləşdirilməsi üçün bizim potensialımız vardır. Azərbaycanla 2,5 milyard avro həcmində ticarət mübadiləsi

mövcuddur. Amma düşünürəm ki, Azərbaycanda infrastrukturun yenidən bərpa olunması ilə əlaqədar biz

Page 20: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

20

əməkdaşlıq edə bilərik. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar müəyyən

töhfəmizi verə bilərik. Həmçinin alman şirkətləri təbii ki, hüquqi təhlükəsizliyi gözləyirlər. Cənab Prezident

Əliyev, eyni zamanda, burada alman iqtisadiyyatının nümayəndələri ilə görüşmüş, bu haqda da söhbət

aparmışdır. Mən düşünürəm ki, Azərbaycanda növbəti investisiyaların yatırılması üçün şans və potensial

mövcuddur.

SUAL: Xanım Kansler, Siz qeyd etdiniz ki, insan hüquqları ölkələr arasında ikitərəfli münasibətlərin

inkişafı üçün böyük rol oynayır. Cənab Prezident, Siz dediniz ki, ölkənizdə bununla əlaqədar problem yoxdur.

Amma düşünürəm ki, insan hüquqlarının pozulması əməkdaşlığı, belə deyək ki, nə dərəcədə qeyri-müsbət

istiqamətə aparır. Eyni zamanda, hansısa bir mətbuat nümayəndəsinin tutulması ilə əlaqədar məlumat da

verilmişdir.

Kansler Angela MERKEL: Azərbaycanla və digər ölkələrlə ikitərəfli münasibətləri, siyasi, iqtisadi

əlaqələri inkişaf etdirmək bizim üçün böyük əhəmiyyətə malikdir və təbii ki, bu, sivil cəmiyyətin dəyərlərinin

qorunmasının əsasını təşkil edir. Demokratiya, hüquqi dövlətçilik vacib amillərdən biridir. Biz bu haqda da fikir

mübadiləsi apardıq. İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da təbii ki,

qeyd olunur və düşünürəm, biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək,

Alman Akademik Mübadilə Xidməti, GTZ, KfW ilə və digər təşkilatlarla əlaqələrimizi daha da sıxlaşdıraq.

Düzdür, müəyyən məsələlərlə əlaqədar fikir müxtəlifliyi də mövcuddur və bu, normal haldır.

İkinci sualla, yəni, Avropa Mərkəzi Bankı və bankların qiymətli kağızlarının alınması ilə əlaqədar qeyd

etmək istəyirəm ki, Mərkəzi Bank müstəqil bir qurumdur və Frankfurtda da bununla əlaqədar Yeni il tədbiri

çərçivəsində bu haqda söhbət aparılmışdı. Bu sahədə siyasi islahatların aparılması Avropa ölkələri üçün vacib

bir amildir. Düşünürəm ki, biz Avropa ölkələri ilə bu haqda, yəni, Mərkəzi Bankla əlaqədar hələ bir çox

danışıqlar və islahatlar aparacağıq.

SUAL: Cənab Prezident, insan hüquqları məsələsi ilə əlaqədar xanım Kansler Sizinlə söhbət etmişdir.

Bilmək istərdim, Sizin bu məsələ ilə əlaqədar fikriniz necədir? Yəni, Siz hakimiyyəti tənqid edən mətbuat

üzvləri ilə əməkdaşlığa hazırsınızmı, açıqsınızmı?

Prezident İlham ƏLİYEV: Əlbəttə, şübhəsiz. Çünki Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının

üzvüdür və Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, şərəflə yerinə yetirir. Azərbaycanda

qanunvericilikdə Avropa standartlarına yaxın olmaq üçün çoxsaylı qanunlar qəbul edilmişdir, praktik həyatda

biz bunu görürük. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün insan hüquqları təmin edilir və beynəlxalq

təşkilatlar çərçivəsində bu məsələlər müzakirə olunur. Mən xanım Kanslerə dedim ki, insan hüquqlarının

qorunmasında heç bir ölkə özünü kamil hesab edə bilməz. Hər bir ölkədə problemlər var, o cümlədən

Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir.

Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir

daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir

daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz. Eyni

zamanda, hesab edirəm, bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə

təmin edilib. Azərbaycanda multikulturalizm dəyərləri çox yüksək səviyyədə qorunur və bu baxımdan

Azərbaycanın təcrübəsi başqa ölkələrdə öyrənilir. Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların

nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Bir daha demək istəyirəm ki,

biz bu yolu şüurlu şəkildə seçmişik. Biz ümumbəşəri dəyərlərə sadiqik, onları qoruyuruq. Əgər Azərbaycanda

real vəziyyətə nəzər yetirsəniz görərsiniz ki, mənim sözlərimdə həqiqətdən başqa heç nə yoxdur. Əlbəttə, bu

məsələlərin gələcək müzakirəsi də əminəm ki, bu sahədə görülən işlərə daha da böyük təkan verəcək, bu

istiqamətdə əlavə addımlar atılacaq, islahatlar dərinləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, siyasi

islahatlar iqtisadi islahatlarla tamamlanır. Azərbaycanda müasir dövlət qurulur. Biz müstəqilliyimizin 24-cü ilini

yaşayırıq. Hesab edirəm ki, bu illər ərzində Azərbaycan artıq özünü beynəlxalq arenada etibarlı və böyük

hörmətə malik ölkə kimi təsdiqləyibdir.

Xalq qəzeti.-2015.-22 yanvar.-№ 15.-S. 3-4.

Page 21: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

21

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası: Avrasiya”

mövzusunda sessiyada iştirak edib

(22 yanvar 2015-ci il)

Xəbər verdiyimiz kimi, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda

Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada

iştirak edib.

Sessiyanın aparıcısı, iqtisadiyyat üzrə professor Viktor Halberştad iştirakçıları təqdim etdikdən sonra sözü

dövlətimizin başçısına verdi.

Prezident İlham ƏLİYEV dedi:

- Təşəkkür edirəm. Transformasiyadan danışarkən, hansı ki, Azərbaycan bu barədə çox narahatdır, bir az

keçmişə, 1991-ci ilə - müstəqilliyimizin ilk illərinə qayıtmalıyıq. Biz o zaman müstəqil dövlət qurmaq öhdəliyi

götürmüşdük. Eyni zamanda, bazar iqtisadiyyatı prinsipləri əsasında modern iqtisadiyyat qurmalı idik.

Transformasiya bizim üçün siyasi sistemin transformasiyası idi, çünki müstəqillikdən əvvəl bizdə belə bir imkan

yox idi. Həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid olmalı idi. Mən belə hesab edirəm ki, 23

illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan

qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər.

İqtisadi cəhətdən Azərbaycan iqtisadiyyatının 85 faizini özəl sektor formalaşdırır. Eyni zamanda,

iqtisadiyyatın şaxələndirilməsi siyasəti də uğurla həyata keçirilir. Neft qiymətlərindən asılılığımız get-gedə

azalır. Beləliklə, iqtisadiyyatımızın böyük bir qismi qeyri-enerji sektoru tərəfindən təmin edilir. Həmçinin əsas

beynəlxalq maliyyə təsisatlarının, xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankı və digərlərinin yardımı

ilə çox sayda böyük infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər görmüşük. İndi isə

Azərbaycan artıq donor ölkəyə çevrilib. Biz artıq özümüz Beynəlxalq Maliyyə Korporasiyası və digər

beynəlxalq maliyyə təsisatları vasitəsilə bəzi layihələri maliyyələşdiririk.

Əlbəttə, başlanğıcda enerji təhlükəsizliyi məsələsi bizim üçün inkişaf vasitəsi kimi götürülmüşdür, çünki

biz böyük enerji resurslarına malikik. Enerji resurslarımız regionda mühüm rol oynayır. Bu yaxınlarda digər

yeni nəhəng meqalayihəyə başlamışıq. Bu, “Cənub” qaz dəhlizi adlanır. Bu layihə vasitəsilə qaz Azərbaycandan

Avropaya nəql ediləcək. Bu, ola bilsin ki, Avropanın ən iri infrastruktur layihələrindən biri olacaq. “Cənub” qaz

dəhlizi layihəsi artıq həyata keçirilən layihədir. İqtisadiyyatın şaxələndirilməsi demək olar ki, hər bir ölkə,

xüsusən də zəngin neft və qaz ehtiyatlarına malik olan ölkə üçün ən mühüm elementlərdən biridir. Bu məsələdə

də biz müəyyən uğurdan danışa bilərik.

Lakin gələcəkdə də görüləsi iş çoxdur. Çünki biz müstəqillikdən sonra nəinki mənfidən müsbətə doğru

dəyişən, o cümlədən əfsuslar ki, vəziyyətin gərginləşdiyi, get-gedə daha çox münaqişə, hədələr, eləcə də terror

hücumu hədələri yaranan regionda yaşayırıq. Əlbəttə ki, ölkə daxilində sabitlik onun hüdudlarından kənarda

müəyyən dərəcədə proqnozlaşdırılan vəziyyət olduğu təqdirdə, tam təmin edilə bilər. Bu səbəbdən, enerji və

daşıma layihələrimiz daha geniş beynəlxalq və regional əməkdaşlığa yönəlib ki, hər bir ölkə bundan

bəhrələnsin. Fikrimcə, hökumətimizin apardığı siyasət hər kəsin - hasilatçı, tranzit və istehlakçı ölkələrin

imkanlarımızdan bəhrələnməsinə yönəlib. Bu, bir növ Azərbaycanın nail olduğu vahid komanda işidir. Hazırda

yerləşdiyimiz regionun imkanları heç vaxt indiki qədər geniş olmayıb. Lakin regionumuzun hüdudlarından

kənarda vəziyyət dəyişir.

Yeni çağırışlara gəldikdə, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımız üçün çağırışdır. Bununla belə,

düşünürəm ki, hətta hər hansı mənfi bir hadisə baş verdikdə, biz müsbət məqamları tutmağa çalışmalıyıq. Bu,

bizi daha qənaətcil olmağa, xərcləri azaltmağa səfərbər edəcək və neftin aşağı qiymətləri ilə yaşamağı

öyrədəcək. Bu, resurslarımız tükənəndə bizim üçün çox faydalı olar.

Əlbəttə ki, bizim üçün əsas çağırış münaqişənin həll olunmasıdır. Çünki biz 20 ildən artıqdır ki,

Ermənistanın işğalından əziyyət çəkirik. İyirmi ildən çoxdur ki, aparılan danışıqlar hər hansı nəticə verməyib.

Fikrimcə, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni prizmadan

baxılmalıdır, eyni yanaşma, eləcə də eyni beynəlxalq hüquq normaları tətbiq edilməlidir. Əgər hər hansı

münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələrə fürsət yaranır. Burada ötən dəfə olduğum

vaxtdan görürük ki, bir çox şeylər dəyişib. Biz hətta təsəvvür belə edə bilmədiyimiz yeni təhlükələri görürük və

onlar artıq regional deyil, qlobal hədələrdir. Sabitliyin pozulması, ola bilsin, yerli və ya regional görünən

problemlərin vaxtında həll edilməməsi nəticəsində Avropada baş vermiş dəhşətli hücumların şahidi olduq.

Page 22: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

22

Əlbəttə ki, bizim münaqişə, yəni, Azərbaycan ilə Ermənistan arasında olan münaqişə regional xarakter

daşıyır, lakin həm coğrafiya, həm də metodologiya baxımından daha böyük təsirə malikdir. Əgər siz bu

münaqişəni beynəlxalq hüquq əsasında həll etməsəniz, bu kimi halları dünyanın digər yerlərində də görməyə

hazır olun. Həmçinin vacibdir ki, beynəlxalq hüquq normaları bəzi ölkələrin maraqlarına uyğun olaraq

interpretasiya edilməli deyil. Onlar yazıldığı kimi interpretasiya edilməlidir. BMT-nin Nizamnaməsində,

ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq normalarının prioritet xarakteri

barədə çox aydın şəkildə təriflər verilib. Onların hamısına hörmətlə yanaşmaq lazımdır. Belə olan halda, biz

ikili standartlardan sığortalana bilərik və daha vacibi isə regionumuzda yeni münaqişələrin yaranması riskini

azaldacağıq.

X X X

Beynəlxalq çağırışlar və müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolundan danışan Prezident

İlham ƏLİYEV dedi:

- Bəli, elədir ki, var. Mən də cənab Barrozunun dedikləri ilə tam razıyam. Onun şərhləri geniş

biliklərindən və zəngin təcrübəsindən qaynaqlanır. O, həmçinin regionu çox yaxşı tanıyır və regionun üzləşdiyi

çağırışları anlayır. Hamımız ölkələrimizdə sabit, dinc inkişafı görmək istəyirik. İstəyirik ki, insanlar daha yaxşı

yaşasınlar, onların lazımi xidmətlərə yaxşı çıxışı olsun, daha çox müdafiə edilsinlər və təhlükəsiz şəraitdə

yaşasınlar.

Bu gün görünən bütün təhdidlərə gəldikdə, həmin potensial təhlükələr artıq əvvəlcədən mövcud olub.

Söhbət ondan gedir ki, ölkələr həmin potensial təhdidləri necə aradan qaldırmağa çalışır, onların qarşısını almaq

üçün nə edirlər. Əgər təhlükə görünürsə və sizə hücum olursa, bu, artıq gecdir. Siz ürəkdən çalışmalısınız və

cəmiyyətdə, ilk növbədə, ölkənizdə elə mühit yaratmalısınız ki, bu hədələr üçün əsaslar minimal olsun. Bu

halda, əsasən, iqtisadi inkişaf, işsizliyin və yoxsulluğun azaldılması, yaxşı idarəçilik və sosial ədalət nəzərdə

tutulur. Bütün bunlar bizim üçün hər zaman prioritet xarakter daşıyan başlıca amillər olub.

İqtisadi islahatları başlayanda, bu, asan deyildi, çünki öncə qeyd etdiyim kimi, biz sistemi tamamilə

dəyişməli idik. Çox ağır vəziyyətdə idik. Həmin vaxt neft və qaz yataqlarının işlənilməsi aparılmırdı. Yoxsulluq

baş alıb gedirdi. Bir sözlə, həmin iqtisadi sistemi dəyişmək çoxlu sosial gərginlik yaradırdı. Bu səbəbdən, bizdə

sosial və iqtisadi siyasət paralel aparılırdı. Çünki radikal iqtisadi islahatlar bəzən sosial problemlər yaradır.

Bu gün terror təhlükəsi kimi aydın görünən hədələr əsasən təhsilin aşağı səviyyədə olmasından irəli gəlir.

Beləliklə, biz təhsil sahəsinə böyük sərmayələr qoymuşuq. On il əvvəl Prezident kimi ictimaiyyət qarşısında ilk

çıxışlarımdan birində söyləmişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Başqa sözlə, enerji

resurslarından əldə olunan gəlirləri təhsil, müasir texnologiya, xidmətlər sahələrinə sərmayə kimi qoymalı idik.

Bu səbəbdən, hazırda Azərbaycan kosmik sənayesi olan ölkədir. Fəxr edirik ki, bu gün iki peykimiz var.

Savadlılıq səviyyəsi yüz faizdir. Neftin qiymətindən asılı olmayaraq, bu gün gəlir əldə edən orta təbəqə var.

Radikalizm, əlbəttə ki, hamımız üçün təhlükədir. Cənab Barrozu düzgün qeyd etdiyi kimi, ölkələrimizin

geosiyasi mövqeyi radikalların Avropa qitəsinə daxil olmasına təbii maneədir. Ölkələrimizin Avropa üçün

əhəmiyyəti adətən bəzilərinin fikirləşdiyi kimi sırf neft və qazla ölçülmür, baxmayaraq ki, bu, indiyə qədər heç

vaxt görünmədiyi kimi vacibdir. Bizim dövlətlər müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir. Bu, onu

göstərir ki, müsəlman ölkəsində də ənənəvi dinlərə hörmətlə yanaşan müasir, dünyəvi cəmiyyətin olması

mümkündür və ümumi dəyərlərə söykənən cəmiyyət qurula bilər. Yadımdadır, cənab Barrozu ilə keçirdiyimiz

mətbuat konfranslarından birində bildirmişdim ki, biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik.

Mən bunu təkrarlamaq istəyirəm. Bizim üçün bu, təkcə bazara və texnologiyalara çıxış demək deyil, bu, müasir,

dünyəvi inkişafımızın davamına bir növ zəmanətdir. Eyni zamanda, regionumuzu qiymətləndirmək, tarixi təhlil

etmək də vacibdir. Ölkələrimiz əsrlər boyu müstəqil olmayıb. Bu, bir növ, psixoloji amildir. Bu səbəbdən,

əhalinin əksər hissəsi müstəqilliyi milli mənafe kimi qəbul edir. Bu gün biz azadıq, öz bayrağımız var. Biz artıq

BMT-nin üzvləriyik və öz taleyimizi özümüz təyin edirik. Bunu özümüz edirik. Bəzən, siyasi inkişafa, siyasi

islahatlara aid məsələlərə gəldikdə, müəyyən münasibətlər yaranır. Lakin biz buna sadiqik.

Siyasi islahatlar çox əhəmiyyətlidir. Çünki onlarsız heç bir ölkə davamlı inkişafa nail ola bilməz. Əgər

dünyanın inkişaf etmiş ölkələrinə nəzər yetirsəniz görərsiniz ki, onların heç birində nə neft, nə də qaz var. Neft

və qazı olan ölkələr isə bəzən bu resurslardan tam yararlana bilmir. Neft və qaz inkişaf üçün sadəcə bir vasitədir.

Əlbəttə ki, təhlükəsizlik məsələlərinə gəldikdə, biz öz rolumuzu oynayırıq. Məsələn, regiondakı

təhlükəsizlik, Əfqanıstandakı vəziyyət. Biz regionlar arasında dəmir yolu çəkirik. Bu, Bakı–Tbilisi–Qars dəmir

yolu adlanır və o, qitələri birləşdirəcək. Hər kəs bəhrələnəcək - Rusiya, Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə,

Gürcüstan, Avropa. Bu layihədən hamı qazanacaq. Biz bu kimi layihələri daha çox həyata keçirməliyik. Yeganə

Page 23: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

23

məsələ ondan ibarətdir ki, aşağı neft qiymətləri ilə hökumətin gündəliyinə gəldikdə, hökumətin əlində olan

böyük nağd vəsaitlərlə büdcə necə formalaşdırılmalıdır?! Razıyam ki, biz infrastruktura daha çox pul

yatırmalıyıq. Lakin belə neft qiymətləri ilə biz infrastruktura çoxlu vəsaiti sərmayə kimi qoysaq, onda

ehtiyatlarımız azala bilər. Bu halda, düzgün tarazlığı tapmalıyıq, çünki ehtiyatlar nəinki ölkə daxilində, o

cümlədən investorlarda etimad yaradır.

Xalq qəzeti.-2015.-24 yanvar.-№ 17.-S. 1.

Page 24: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

24

Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatında

iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(22 yanvar 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

- Hörmətli xanımlar və cənablar, hörmətli dostlar.

Əvvəlcə, bu axşam bizimlə birlikdə olduğunuza görə minnətdaram. Sizin hamınızı qəbulumuzda və

“Bakı-2015” Avropa Oyunlarının təqdimatında görməkdən çox məmnunam.

Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə beş aydan az vaxt qalır. Bu Oyunlar əvvəllər heç vaxt

keçirilməyib. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmamışdı. Biz bu

Oyunları Azərbaycanda keçirmək qərarına görə Avropa Olimpiya ailəsinə olduqca minnətdarıq.

Qərar 2012-ci ilin sonlarında qəbul olunmuşdur. Bilirsiniz ki, qış Olimpiya Oyunlarından daha böyük

olan Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxtımız var idi. İyirmi idman növü üzrə yarışacaq 6

mindən artıq atletin gəlməsini gözləyirik. Həmin idman növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım

təbii ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi

olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün Oyunları mümkün qədər ən yüksək

səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız var.

Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin

nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə

kimi tanıdıb. Sonuncu London Olimpiya Oyunlarındakı iştirakımız ölkəmiz üçün çox vacib olub. On medal

qazandıq, onlardan ikisi qızıldır. Biz dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci olduq.

Zənnimcə, səbəblərdən biri bu idi. Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik

illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal

rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur

Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı.

Beləliklə, biz qonaqları və turistləri gözləyirik. İndi hazırlıq işinin son mərhələsindəyik. Əlbəttə ki,

Oyunlar bizə onsuz da həyata keçirilməli layihələri daha qısa müddət ərzində reallaşdırmaq imkanını yaratdı.

Müasir idman infrastrukturunun yaradılması sahəsində çoxlu işlər aparılıb. Hazırda biz Xəzər dənizinin

sahilində Bakı İdman Şəhərciyini yaradırıq. Nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda

ən yaxşı şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır. Eyni zamanda, Xəzərin sahilində

uzunluğu 16 kilometr olan yeni gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan

olacaq.

Ümidvarıq ki, bütün ölkələr bu Oyunlara güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının

standartları müəyyən dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması, ola bilsin

ki, digər şəhərlər üçün də örnək olacaq. Ümidvaram ki, növbəti Avropa Oyunlarını öz ölkəsində qəbul etmək

arzusunda olan bir çox namizədlər də olacaq.

Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub.

Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik

və eyni zamanda, ilk dəfə olaraq, “Formula – 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər daxilində baş

tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman dünyasını bir araya

gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam Oyunlarını qəbul edəcək.

Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və

çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm

Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət siyasətimizin real

təzahürüdür.

İdman yer üzünün insanlarını birləşdirir. Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır.

Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar,

əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını

birləşdirən nadir fürsətdir.

Page 25: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

25

Beləliklə, ümid edirik ki, Avropa Oyunları dostluq, tərəfdaşlıq Oyunları olacaq. Qələbələr hamımız

tərəfindən qeyd ediləcək və mən bu fürsətdən istifadə edərək, sizin hamınızı dəvət etmək istərdim. Bakıda

qonağımız olun! Ümidvaram ki, sizi iyunun əvvəlində şəhərimizdə görəcəyik və bu cür yüksək nailiyyəti bir

yerdə seyr edəcəyik.

Hörmətli dostlar, bizimlə birlikdə olduğunuza görə bir daha minnətdaram, sizə xoş axşam arzulayıram.

Xalq qəzeti.-2015.-25 yanvar.-№ 18.-S. 2.

Page 26: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

26

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının

icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib:

Prezident İlham Əliyevin giriş nitqi

(27 yanvar 2015-ci il)

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci

illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans

keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

- Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı keçən il qəbul edilmişdir.

Keçən il biz Heydər Əliyev Mərkəzinin bu salonunda ikinci Dövlət Proqramının yekunlarını müzakirə etmişdik

və üçüncü proqramın qəbul olunması məsələsi o vaxt qoyulmuşdur. Bir il keçibdir və bir il ərzində görülən işlər

haqqında bu gün məlumatlar veriləcək, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq.

Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik

artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə,

dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır.

Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə

gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki

Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim

atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir,

iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox

önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir

və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı

görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək

qiymətləndirirlər.

Yəni, budur bizim bugünkü reallıqlarımız. Dünyada çağırışların sayının artmasına baxmayaraq,

Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada

vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür.

Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni, mən bu amillərin

arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah

halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.

2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident

seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə

məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi

inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim

ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim

böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və

neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük

dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı

qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq

bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki,

mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir.

Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm

ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə

gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki,

böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün

bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist

bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq.

Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə

etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra

etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq.

Page 27: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

27

Bu gün bu salonda bütün rayonların, şəhərlərin icra hakimiyyəti başçıları, tanınmış biznes

strukturlarının rəhbərləri əyləşiblər. Yəni, bu proqramın icrası məsələsi böyük dərəcədə sizin fəaliyyətinizdən

asılı olacaq. Əlbəttə ki, dövlət öz siyasətini aparır, bu il və gələn illərdə investisiya proqramı icra ediləcək.

Bizim düşünülmüş siyasət imkan verir ki, bütün məsələlər həll olunsun. Sahibkarlara kömək davam etdiriləcək,

quruculuq-abadlıq, infrastruktur layihələrinin icrası təmin ediləcək, ancaq yerlərdə dövlət qurumlarının və

biznes strukturlarının nümayəndələri birgə çalışmalıdırlar ki, işlər daha da sürətlə getsin.

Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və

sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi

rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu,

dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına

180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə,

bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki

investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk

növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir

sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir.

Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın

məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş

makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər.

Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Bu da

daimi proses olmalıdır. Mən bu barədə dəfələrlə demişəm. Çünki əhalinin sayının artması tələb edir ki, iş

yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür,

yoxsulluq da 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren

reytinqlərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə

38-ci yerə layiq görmüşdür. Bax, budur əsas makroiqtisadi göstəricilərimiz. İnflyasiya da çox aşağı

səviyyədədir, manat da ildən-ilə öz dəyərini artırır.

Ona görə bu statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə

bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan

bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı

gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər.

Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz

qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki,

Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə

inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik.

Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli

maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona

görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi

müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi

Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil.

Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər

bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil

ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur.

Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq.

Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç

kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və

alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik,

ölkəmizi ləyaqətlə idarə edirik.

Ona görə iqtisadi amil, bax, bu imkanları yaradır. Eyni zamanda, ciddi iqtisadi islahatlar ciddi sosial

siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq. Ona görə

biz sosial sahəni də prioritet kimi götürmüşük. Yaxşı başa düşürdük, sosial sahə ancaq o vaxt inkişaf edə bilər

ki, güclü iqtisadiyyat olsun. Yoxsa, gəl xaricdən alınan kreditlər hesabına sosial sahəni inkişaf etdir. Biz defolta

düşən ölkələrin vəziyyətinə düşərdik. Burada rəhbərliyin məsuliyyətli davranışı da qeyd edilməlidir. Bəzi

ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər

vermişlər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. İnsanlar da onlara inanıb, onlara

səs verib. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Bunun üçün resurs yox idi.

Ona görə nə etdilər? Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ondan sonra

Page 28: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

28

borcun üstünə borc gəldi. Bir borcu qaytarır, o biri borcu götürür və beləliklə, piramida yaranır. Piramidanı

təkcə dələduz şirkətlər yaratmır. Bəzi hallarda hökumətlər də yaradır. Bir gün bu piramida dağılmış və həmin

ölkələr çox ağır vəziyyətə düşmüşlər. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır.

Sosial sahəyə gəldikdə, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır. Mən bu sahədə də

bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda

bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur

layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir

edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial

sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz

daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl

evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait

ayrılmışdır. On bir il ərzində 210 min insanı yerləşdirmək asan məsələ deyil. Bu, böyük bir şəhər boyda

qəsəbələrdir. Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də

onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait

nəzərdə tutulur.

Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və

yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük

diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq

ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və

gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu

“qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz

təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq

istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu

inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən

inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq,

təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini

unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün

olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri

yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə

olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir.

Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də

belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır.

Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir.

Bu illər ərzində infrastruktur layihələrinə böyük diqqət göstərilmişdir və görülən işlər göz qabağındadır.

Düzdür, bəzi hallarda bu görülən işlər unudulur, bəzilərinə elə gəlir ki, həmişə belə olubdur. Ancaq indi bəzən o

köhnə görüntüləri televiziya ilə göstərəndə hər kəs yada salır ki, əvvəlki vəziyyət necə idi. Son illərdə həm

Bakıda, həm bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç

bir regional inkişaf proqramı icra edilə bilməz. Bu, necə icra edilsin, o müəssisə necə yaradılsın ki, o bölgədə,

rayonda elektrik enerjisi, yol yoxdur?

Ona görə, bax, ilk növbədə, infrastruktur layihələri, - onu da mən 2003-cü ildə demişəm, - elektrik

təminatı və yollar olmalıdır. Ondan sonra prioritet olaraq qazlaşdırma, içməli su, meliorasiya. Biz, bax, bu

ardıcıllıqla da gedirik. Ona görə ilk növbədə, elektrik enerjisi qurğularının yaradılmasına böyük vəsait ayrıldı.

Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Müqayisə üçün deyə

bilərəm ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır. Əgər

yaranmasaydı, bu gün ölkəmizin üçdəbir hissəsi işıqsız qalacaqdı, heç bir inkişafdan söhbət gedə bilməzdi, heç

bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Ona görə elektrik

enerjisi ilə təchizat təmin edildi.

Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə

olmamışdır. Hətta sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün

şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə

məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma

Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.

Son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir. Magistral yollar, kənd yolları, 340 körpü və tunel

tikilmişdir. Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə Azərbaycanın təşəbbüsü ilə

Page 29: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

29

başlamışdır, indi tikintisi başa çatır. Bölgələrdə 6 aeroport tikilmişdir, onlardan 4-ü beynəlxalq aeroportdur.

Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası tikilmişdir. İndi bölgələrdən beynəlxalq uçuşlar

təşkil edilir. Bu aeroportların bəziləri yenidən quruldu, bəziləri heç yox idi, tikilmişdir. Bu işə başlayanda

bəziləri hesab edirdilər ki, buna - əlavə vəsait xərclənməsinə ehtiyac yoxdur. Amma görün indi nə qədər insan

cənub, şimal-qərb bölgələrindən müxtəlif ölkələrə rahat gedir, daha Bakıya gəlməyə ehtiyac yoxdur.

Bu infrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son

illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının

standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər

bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox

sevindirir. Bu da tarixi hadisədir. Çünki Azərbaycanın daxili su mənbələri məhduddur. Bizim əsas mənbələrimiz

xaricdə formalaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada təmizləyici

qurğuların tikintisi, eyni zamanda, daxili mənbələrin aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı su kəməri

tikilmişdir. Bu da simvolik xarakter daşıyır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsait su kəmərinin tikintisinə

qoyulmuşdur. Bax, bizim siyasətimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt

qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir. Əgər elektriklə, yolların tikintisi ilə bağlı

görülən müxtəlif işlər nəticəsində o vəsait uzun müddətdən sonra qayıdacaqsa, su təsərrüfatına qoyulan vəsait

qayıtmayacaq. Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78

faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60

faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi.

İnfrastruktur layihələrinin arasında meliorasiya layihələri də böyük önəm daşıyır. Biz bu layihələrin

icrasını təmin etmişik. İki nəhəng meqalayihəni icra etmişik - Şəmkirçay və Taxtakörpü su anbarları, kanallar,

elektrik stansiyaları. Bu da Azərbaycana bundan sonra xidmət edəcək. Yəni, onilliklər, yüzilliklər bundan sonra

bu anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək. Eyni zamanda, suların idarə

edilməsi məsələlərinin həllində də bu layihələrin böyük əhəmiyyəti var. Bu da böyük vəsait tələb edən

layihələrdir. Ancaq biz bunu etmişik. Bir daha demək istəyirəm ki, infrastruktura, real sektora vəsait

qoyulmalıdır. Eyni zamanda, qeyd etdiyim kimi, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm

ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya

qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti

düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və

etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model

başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-

Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji

xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-

Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr

ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç

vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi. Mən vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı azı

10 beynəlxalq tədbirdə iştirak etmişəm. Yəni, orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar,

qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on

tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək

lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim,

mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP

layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni

imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də

qalacaqdı. Ya da ki, Bakı-Tbilisi-Qars. Bu məsələ on il bundan əvvəl müzakirə olunurdu və hələ müzakirə kimi

gedirdi. Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, elə indi də

danışacaqdıq. Nazirlər indi də gedib orada-burada konfranslar keçirəcəkdilər. Biz real işlərlə məşğuluq. Real

işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real

işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik.

İndi isə son bir il ərzində görülən işlərlə bağlı məlumatlar səslənəcək və söz verilir iqtisadiyyat və

sənaye naziri Şahin Mustafayevə.

X X X

Page 30: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

30

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

(27 yanvar 2015-ci il)

- Bu il görüləcək işlərlə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət İnvestisiya Proqramı qəbul

edilmişdir. Kifayət qədər geniş həcmli proqramdır. Əminəm ki, proqram icra ediləcək və beləliklə, 2015-ci il də

Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq. Bütün planlarımızı həyata keçirmək üçün ilk növbədə, ölkədə

makroiqtisadi vəziyyət sabit olmalıdır. Bu istiqamətdə böyük işlər aparılmışdır. Uzun illər makroiqtisadi

vəziyyət diqqət mərkəzindədir. Bizim göstəricilərimiz də çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz

olmuş, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artmışdır.

Qeyd etdiyim kimi, manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın

məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə

baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın

qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir

manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir.

Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər

də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal

deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni

zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün

heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi

inkişaf etməlidir. Bir qədər sonra mən bu barədə öz fikirlərimi daha da geniş şəkildə deyəcəyəm. Ona görə

ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır.

Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki,

manat həddindən artıq bahalaşmasın.

Maliyyə resurslarımız kifayət qədər böyükdür. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil

edir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10

ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük. Bax, bu göstərici onu əyani şəkildə təsdiq

edir. Biz borclanmamışıq, lazım olan borcları götürməmişik. Halbuki götürə bilərdik. Hazırda Azərbaycanın

kredit reytinqi, makroiqtisadi vəziyyəti, valyuta ehtiyatları o qədər müsbət mənzərə yaradır ki, biz xarici

bazarlardan istənilən məbləğdə - 10 milyard, 20 milyard, 30 milyard dollar vəsait götürə bilərik, ancaq

götürmürük. Çünki bayaq qeyd etdiyim kimi, bu məsələyə məsuliyyətlə yanaşırıq. Xarici borc daim aşağı

səviyyədə olmalıdır. Biz əslində bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta

ehtiyatlarımıza nisbətdə təxminən 10 faizdən bir qədər çox rəqəm təşkil edir. Ona görə xarici borc aşağı

səviyyədədir. Bu, müsbət haldır. Müsbət hal kimi də qalmalıdır. Bu il də bizim büdcəmizdə xarici borcun

qaytarılması üçün vəsait nəzərdə tutulur.

Bununla bərabər, qeyd etməliyəm ki, neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir

göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu

hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda

o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi.

İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət

strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz

- nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan

bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə.

Xərcləri ixtisar edirlər. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər

də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna

nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir

ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun.

Bununla bərabər, prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, o cümlədən infrastruktur

layihələri, sosial layihələr. Bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman

qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət almışdır. Bu proses

davam etdirilməlidir. Çünki işsizliyin aradan qaldırılması nəticəsində indi ailədə hər iki valideyn işlə təmin

olunur. Belə olan halda uşaq bağçalarının sayının artırılmasına çox böyük ehtiyac var. Yəni, bu məsələlər bir-

biri ilə görürsünüz, nə qədər bağlıdır. İqtisadi inkişaf, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması

bax, diktə edir ki, bu məsələ də öz həllini tapsın. Eyni zamanda, iqtisadi inkişaf və müsbət demoqrafik vəziyyət

diktə edir ki, iş yerlərinin yaradılmasına diqqət daim yüksək səviyyədə olmalıdır. Çünki Azərbaycan üçün bu,

Page 31: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

31

daimi prosesdir. Bizdə demoqrafik vəziyyət müsbətdir, əhali artır, artıq əhalimiz 10 milyona yaxınlaşır. Ona

görə hər il biz on minlərlə yeni iş yerlərini yaratmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun.

İnfrastruktur layihələrinin icrası davam etdiriləcək. Burada elektrik xətlərinin təmiri xüsusi əhəmiyyət

daşıyır, çünki artıq yeni güclər yaranıb. Ötürücü xətlərə də vəsait ayrılıb. Bütün xətlər yenidən qurulmalıdır,

təmir edilməlidir. İçməli su, kanalizasiya layihələri, - burada qeyd olundu “Azərsu”, eyni zamanda,

“Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icra

edilir. Yəni, üç qurum bu işlərlə məşğul olur. Çaylar boyunca yerləşən kəndlərdə modul tipli təmizləyici

qurğular quraşdırılır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Artezian quyularının

qazılması bu il davam etdiriləcək. Bu məqsədlə də Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Bu il üç

yüzdən çox artezian quyusu qazılacaqdır. Bu sahə daim diqqət mərkəzindədir.

Bütün şəhərlərdə ictimai yerlər, parklar, xiyabanlar, gəzinti yerləri yaradılır. Mən bunu alqışlayıram.

Əslində, bu işin təşəbbüskarı mən olmuşam. Bakıda, bütün rayonlarda həm şəhərlər gözəlləşir, eyni zamanda,

insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni, gözəl imkanlar yaradılır. Bu sahə də diqqətdən

kənarda qalmamalıdır.

Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə

iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7 faiz, 2013-cü ildə isə

9 faiz artmışdır. Bizim ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə

bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirləri görürük.

Burada sahibkarlığın inkişafı əlbəttə ki, öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın

inkişafı hesabına böyük dərəcədə tərəqqi edir.

Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli

kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır. Kreditlərin böyük əksəriyyəti kənd

təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir. Bu il də vəsait

nəzərdə tutulur və biz görürük ki, bu kreditlər, doğrudan da, gözəl nəticələrə gətirib çıxarır. Həm sahibkarlarda

inam artır, çünki Azərbaycan dövləti bu layihələrdə, necə deyərlər, onlarla ortaqdır və öz payını güzəştli

şərtlərlə təqdim edir, vəsait ayırır. Eyni zamanda, sahibkarların uğurlu fəaliyyəti üçün İqtisadiyyat və Sənaye

Nazirliyi müxtəlif metodik sənədlər də tərtib edib ki, istənilən həcmli biznesi başlamaq istəyən üçün gözəl

vəsait, yəni, əyani vəsait kimi təqdim edilir.

Bank sektorunun inkişafı son illərdə sürətlə getmişdir. Azərbaycanda indi bank sektorunda

konsolidasiya gedir. Nizamnamə kapitalının artırılması nəticəsində artıq bu, bank sisteminə, ümumiyyətlə, çox

müsbət təsir göstərmişdir, ölkəni və əhalini hər hansı bir sürprizdən qoruyur. Çünki artıq banklarımızın kifayət

qədər böyük nizamnamə kapitalı var. Bizim banklarımızın bir neçəsi artıq xarici bazarlara çıxır, xaricə

investisiya qoyur. Mən prinsip etibarı ilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə, o bankların

ki, böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək

istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni

müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank

sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna

dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi

yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu

qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir. Hesab edirəm ki, ən azı

ildə iki dəfə bu barədə məlumat verilməlidir.

Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı

vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini

güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək

istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes

mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur.

Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə

Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq.

Çoxsaylı sənaye müəssisələri yaradılıbdır. Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası

yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Burada yerli icra orqanlarının

nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır. Çünki onlar bu işi yerlərdə təşkil etməlidirlər ki, bu

zonalar müəyyən edilsin. Orada infrastruktur layihələri icra edilməlidir, kommunikasiyalar yaradılmalıdır.

Əlbəttə ki, dövlət bu işi öz üzərinə götürür. Ancaq bütün təşkilati məsələlərin həllində də yerli icra orqanları fəal

iştirak etməlidirlər.

Page 32: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

32

Azərbaycanda texnoparklar yaradılır və bu proses sürətlə gedir. Sənaye klasterləri yaradılır,

yaradılacaqdır. Böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Xüsusilə mən burada metallurgiya kompleksinin

tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal,

resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O

sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı

artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur,

qoymalıdır. Çünki böyük metallurgiya kompleksinin işə düşməsi nəticəsində minlərlə şirkət, özəl şirkət

yaranacaq ki, orada hazırlanan məhsullardan son məhsulu Azərbaycanda istehsal etsin və biz idxaldan

asılılığımızı azaldaq.

Bakı, Sumqayıt, Gəncə bizim əsas sənaye şəhərlərimizdir. Eyni zamanda, Mingəçevir də böyük sənaye

şəhərinə çevrilməlidir. Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Gəncə

şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcəkdir. Bu məqsədlər

üçün lazımi tədbirlər görülür.

Son vaxtlar sürətlə inkişaf edən sənaye sektorumuz imkan verir ki, biz özümüzü tikinti materialları ilə

də təmin edək. Tikinti materialları ilə də bağlı çox gözəl mənzərə yaranmışdır. İndi mən bəzi rəqəmləri

səsləndirəcəyəm, ilk növbədə, ictimaiyyət, eyni zamanda, biznes qurumları da bunu bilsinlər ki, hansı sahələrə

onlar daha çox investisiya qoysunlar.

Azərbaycan bazarı böyüyür. Azərbaycan indi kiçik ölkə sayıla bilməz. Əhali təxminən 10 milyona

yaxınlaşır. Biz əhalinin sayına görə orta səviyyəli ölkəyik. Ancaq bu qədər sürətli inkişafın getdiyi bir ölkədə

əlbəttə ki, daxili bazar ya yerli məhsullarla artıq tam dolacaq, ya da ki, bir neçə ildən sonra. Ona görə gələcəkdə

Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İxrac potensialı yaratmaq olar və

yaradırıq. İndi söyləyəcəyim rəqəmlər bunu göstərəcək. Ancaq biz gərək ixrac bazarları da əldə edək.

İndi bazarlar uğrunda mübarizə gedir. Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir

gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə

edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar və düz də edirlər. Biz də bunu edirik və etməliyik.

Siyasi hakimiyyət biznesi dəstəkləməlidir. Azərbaycan dövləti də, biz də dəstəkləyirik. Sənaye məhsullarının

istehsalında, ilk növbədə, iş adamları yeni bazarlara çıxmalıdırlar. Mən bunu dəfələrlə demişəm, xaricdə

fəaliyyət göstərən səfirlərlə görüşlərdə onlara da tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi

üçün şərait yaradın ki, gəlsinlər, öz ixrac məhsulları ilə o bazarlara girsinlər.

Bizim ümumi daxili məhsulumuzda neft amili artıq üstünlük təşkil etmir. Amma ixrac potensialımızın

əksəriyyəti təbii resurslarımızdır. Biz hazır məhsullarla xarici bazarlara çıxmalıyıq, indi çıxırıq və çıxacağıq.

Ona görə söyləyəcəyim rəqəmlər iş adamlarına da bir tövsiyə olmalıdır ki, artıq bu sahələrdə biz özümüzü təmin

etmişik. Bu sahələrə vəsait qoymaq istəyirsinizsə siz artıq rəqabətqabiliyyətli sənaye müəssisəsi yaratmalısınız

ki, indi mövcud olan şirkətlərlə rəqabətdə siz udasınız. Yoxsa, əgər biz hansısa bir məhsulla özümüzü yüz

faizdən çox təmin ediriksə, indi buna bənzər başqa eyni sənaye müəssisəsinin yaranmasına nə ehtiyac var? Ona

görə burada tənzimləmə işlərini aparan İqtisadiyyat və Sənaye Nazirliyi ixrac bazarlarına çıxmağımız üçün daha

da çox iş görməlidir.

Beləliklə, əsas tikinti materiallarının istehsalı üzrə son məlumat: Sement istehsalı – Azərbaycanda

istehlak 4,4 milyon ton. Daxili istehsal hazırda 3 milyon ton. Amma ölkə üzrə istehsal gücü 5,2 milyon ton.

Yəni, gələn il, bəlkə də bu il biz özümüzü sementlə tam şəkildə təmin edəcəyik və sement zavodları

məhsullarını ixrac edəcək. Ona görə hazırda yeni sement zavodunun tikintisinə ehtiyac yoxdur.

Bentonit – istehlak 8 min ton, istehsal 85 min ton, ixrac etmişik 72 min ton, istehsal gücü 250 min ton,

yəni, 100 faizdən çox. Gips –istehlakımız 58 min tondur, daxili istehsal 193 min ton, potensial 3 yüz min ton,

yəni, üç dəfə çoxdur.

Beton bloklar, borular – istehlak 100 min ton. 100 min ton da istehsal edirik, potensial 300 min ton, 100

faizdən çox. Alçipan, yəni, karton gips 12 milyon kubmetr istehlak edirik. Daxili istehsal 11 milyon, istehsal

gücü 16 milyon, 100 faizdən çox.

Polietilen borular – daxili istehlak 22 min tondur. 18 min ton istehsal olunur. İstehsal gücü 300 min

tondan çoxdur və artıq ixrac da edilir.

Mərmər və qranit - Azərbaycanda istehlak 83 min ton. İxrac edirik 30 ton. İstehsal edirik 62 min ton və

potensial 100 min tondan çox.

Əhəng - 20 min ton istehlak olunur. 14 min ton daxili istehsal və 40 min tondan çox istehsal gücü. Bu

da 100 faizdən çox.

Elektrik kabelləri - 10 min ton istehlak edirik. 5 min ton istehsal edirik, potensial 40 min tondan çoxdur.

Page 33: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

33

Poladdan uzun yayma məhsullar - 335 min ton istehlak edirik. Daxili istehsal 235 min ton, potensial 500

min ton, yəni, burada biz özümüzü təmin etmirik.

Metal konstruksiyalar 114 min ton daxili istehsal, 200 min tondan çox istehsal gücü, 100 faizdən çox.

Seramik plitələr - 8 milyon kubmetr Azərbaycanda istehlak olunur və 4 milyon kubmetr bizim

potensialımız var. Bax, budur əsas tikinti materialları. Demək olar ki, biz özümüzü əsas tikinti materialları ilə

təmin etmişik və ona görə ixrac edirik. Gələcəkdə bax, bu sahəyə qoyulan investisiyalar bu statistikanı nəzərə

almalıdır.

Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı,

sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır. Bu gün bu barədə məlumat

verildi, həm struktur islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün

tədbirlər görülür. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Biz sovet dövründə özümüzü əsas

ərzaq məhsulları ilə təmin edə bilməmişik. Ona görə yox ki, təmin edə bilmirdik. Ona görə ki, o vaxt - sovet

dövründə bir bölgü var idi. Azərbaycanda neft, ağır sənaye, neft-kimya, pambıq, üzüm istehsalı və s. Ancaq o

vaxt heyvandarlığın o qədər də inkişaf etməsinə imkan vermirdilər. Ona görə biz əsas ərzaq məhsullarını

Rusiyadan, Ukraynadan gətirirdik. Yəni, belə bölünürdü. Sovet xalq təsərrüfatı sistemi belə idi. Ona görə

müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək

üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik.

Bu barədə də mən rəqəmləri bir qədər sonra səsləndirəcəyəm.

Müasir texnika, cins mal-qara alınır. Fermerlərə güzəştlər edilir. Fermerlər bildiyiniz kimi, torpaq

vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq

edilməlidir. Taxılçılıqda iri fermer təsərrüfatları yaradılıbdır və biz bunun gözəl nəticələrini görürük. Bu iri

fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur - 55 sentner. Bu il isə bizdə taxılda

məhsuldarlıq 23 və ya 24 sentnerdir. Yəni, bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar

torpaq sahəsi əhatə edilmişdir. İndi icra edilən layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer

təsərrüfatları fəaliyyət göstərəcək.

Bir daha demək istəyirəm ki, biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik,

bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir. Burada səslənən məsələlər də öz

həllini tapmalıdır. Yem təminatı əsas məsələdir, toxum fondu yaradılmalıdır. Biz özümüzü indi yeni texnika ilə

təmin edirik. Hesab edirəm ki, yaxın illərdə biz bu məsələni tam şəkildə həll edəcəyik.

İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə

götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın

varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik.

Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o

torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda

müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər.

Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir.

Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da

bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan

səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda

ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir?! Budur, bizim əsas

işimiz.

Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft

sektorunun inkişafı üçün dəstəkdir. Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O

bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda

Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da

geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa

bazarlarına çıxmalıyıq. Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir, gözəl müəssisələrdir.

Onların - əsas emal müəssisələrinin açılışlarında mən şəxsən olmuşam, yəni, bilirəm, onların vəziyyəti necədir.

İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?! Biz nə vaxtsa Dünya

Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız

çoxşaxəli olsun.

Ona görə kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem

olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su

anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər

başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur, bizim işimiz.

Page 34: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

34

Artıq o yerlər müəyyən edilib. İndi Azərbaycanda aqroparklar tikilir. Şəmkirçay su anbarının açılışı

günü aqroparkın təməl daşı qoyuldu. Nə üçün? Çünki Şəmkirçay su anbarı tikildi. Şəmkirçay su anbarı

tikilməsəydi, orada aqroparkı heç kim tikməzdi. Çünki su olmayan yerdə hansı aqropark ola bilər. Ona görə

bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Aqroparkların tikintisi geniş vüsət almalıdır.

Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik. İndi mən rəqəmləri

deyəcəyəm. Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin

qeyri-neft sektoru inkişaf edə bilməz. Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki,

düşünülmüş siyasət nəticəsində mümkündür.

“Yaşıl market”lər Azərbaycanda yaranmaqdadır. Bu da bir yenilik olacaq. Bakıda yaranır. Gələcəkdə

bütün şəhərlərdə yaranmalıdır.

Torpaqların elektron uçot sistemi məsələsi var, - bu məsələ ilə bağlı mən öz fikirlərimi keçən il

demişəm. Bu, torpaqlardan səmərəli istifadə etmək üçün əsas şərtdir. Biz bilməliyik ki, harada, nə qədər, hansı

keyfiyyətə və münbitliyə malik olan torpaq sahələrimiz var. Bütün bu məsələlər dünyanın inkişaf etmiş

ölkələrində çoxdan həll olunub. Bizim indi belə gözəl imkanımız var. “Azersky” ikinci peykimizdir. Bu peykin

üstünlüyü ondadır ki, o, Yer səthini böyük dəqiqliklə müşahidə edir. Yəni, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət

Torpaq və Xəritəçəkmə Komitəsi bu imkanlardan istifadə etməlidir. Bu, sizə əlavə bir dəstək olacaq. O peykdən

bütün sahələri müşahidə etmək mümkündür ki, harada hansı torpaq var, bu torpaq kimə məxsusdur, bu torpağın

ölçüləri nədir, orada nə əkilir və nə əkilməlidir. Bu tövsiyələr verilməlidir. Elektron uçot sistemi budur. Yoxsa,

biz indi kortəbii, belə arayışda, kağızda, xəritə ilə işləyirik. İş belə getməyəcək. Bu işdə müasir yanaşma

olmalıdır. Özü də bir daha demək istəyirəm ki, bütün şəraiti yaradırıq, vəsait ayırırıq. Dəfələrlə torpaqların

elektron uçotu haqqında demişəm. Yaxşı, mən nəticə gözləyirəm. Ona görə nəticə çıxarın. Gələn müşavirədə

torpaqların elektron uçotu ilə bağlı mənə məruzə edilməlidir.

Ümumiyyətlə, “elektron kənd təsərrüfatı” layihəsi lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görün.

Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır.

“Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra düyməni basıb biz biləcəyik

ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar

çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən

arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İnsanlar o yerlərə ezam edilməlidir, müşahidə

aparılmalıdır, müşahidə də yuxarıdan təsdiqlənməlidir.

İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri

şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin

istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi.

Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə?

Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və

bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir,

məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.

Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli

iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.

Qeyd etdiyim kimi, təşviq sistemi yaradılmalıdır. Bir çox ölkələrdə belə sistem var. Əvvəllər biz buna o

qədər də meyilli deyildik, çünki bizim ixrac potensialımız da yox idi, ancaq hələ idxaldan asılılığı azaltmaqla

məşğul idik. İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat və Sənaye

Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara

imkan verəcək ki, daha da maraqlı olsunlar və öz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə

güzəştlər olacaq.

Ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin statistik əksi bu arayışdadır. Mən indi bəzi rəqəmləri

səsləndirəcəyəm. Mal əti - özümüzü təminetmə səviyyəsi 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, yumurta -

100 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, üzüm - 98 faiz, kartof - 90 faiz, bostan məhsulları - 100

faiz, meyvə və giləmeyvə - 120 faiz, tərəvəz - 103 faiz, duz - 87 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar -

170 faiz. Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal

olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, makaron

məmulatları - 58 faiz. Bu cədvəldə göstərilir ki, bizim gələcək fəaliyyətimiz hansı istiqamətlərdə daha da ciddi

olmalıdır. Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya əlbəttə ki,

taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq.

Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən

artıq səviyyədə görməliyik və görəcəyik.

Page 35: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

35

Regionlarda, ümumiyyətlə, ekoloji vəziyyət yaxşıdır. Biz ekoloji tədbirlərin görülməsi üçün daha çox

diqqəti Bakıya yönəldirik, bu da təbiidir. Bölgələrdə yaxşıdır, amma bu, daim diqqət mərkəzində olmalıdır.

Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli

istirahət zonaları açılır. Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı

şəhərində inkişaf edir. Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal

üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi

beynəlxalq mərkəzdir. Burada üç gözəl otel fəaliyyət göstərir. Mən üçünün də açılışında olmuşam. Yeni otellər

tikilir və gözəl bir turizm mərkəzidir. “Qalaaltı” müalicəvi su kurortunda da artıq böyük işlər görülür. Yəqin ki,

bu il açılacaqdır. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortu da indi dünya səviyyəli turizm mərkəzidir.

Digər bölgələrdə, cənub və qərb bölgələrində turizm imkanları genişlənir.

Bölgələrdə xidmətlər göstərilir. “ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də

bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayını

artıracağıq. On avtobusla səyyar xidmət də göstərilir və bütün bölgələrdən “ASAN xidmət”lə bağlı çox müsbət

məlumatlar gəlir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı. Ona görə

biz bu sistemi bütün sahələrdə tətbiq etməliyik.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd

edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar

aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək.

Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün

işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci

xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz

bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir

yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi

hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol

vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər

hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar

cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə

təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla

məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə

olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət

istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil

Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş

siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi

islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı

birlik uğurlu inkişafımızın əsas amilidir.

Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu

model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil

siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz

qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik

ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan

bundan sonra da uğurla inkişaf edəcəkdir. Sağ olun.

Xalq qəzeti.-2015.-28 yanvar.-№ 20.-S. 1-3.

Page 36: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

36

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları”

mövzusunda “dəyirmi masa”da iştirak edib:

Prezident İlham Əliyevin çıxışı

(6 fevral 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 6-da 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində

“Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi “dəyirmi masa”sı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “dəyirmi masa”da iştirak edib.

Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger tədbir iştirakçılarını və Azərbaycan

Prezidenti İlham Əliyevi salamladı.

Artıq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunan məsələlərin əhatə dairəsinin

genişləndiyini, 2013-cü ildən bu siyahıya enerji təhlükəsizliyinin də daxil olduğunu deyən Volfqanq Fredrik

İşinger Prezident İlham Əliyevə bu müzakirələrdə iştirakına görə təşəkkür etdi və “dəyirmi masa”nın işinə

uğurlar arzuladı.

Sonra tədbirin aparıcısı sözü Azərbaycan Prezidentinə verdi.

Dövlətimizin başçısı “dəyirmi masa”da çıxış etdi.

- Çox sağ olun. Əvvəlcə səfir İşingerə dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Münxendə

yenidən olmaq məndə məmnunluq hissi doğurur. Burada belə bir müzakirənin təşkil olunmasına görə sizə

təşəkkür etmək istəyirəm. Çünki enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə

etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi

xəritəsinə sıx bağlıdır.

Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. İndi -

“Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa

çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də istehsalat sahəsində əsas investisiyaları əldə

etmək üçün bizə nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, enerji strategiyamızın lap

əvvəlində biz neft şirkətlərindən ibarət beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün investisiyaları

cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru

kəmərlərini inşa etməyə başladıq. Biz artıq bu dəhlizləri tikmişik. On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft

boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm bir

addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz

təşkil edir. İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb. Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng

ehtiyatdır. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir. Biz 1996-cı ildən etibarən bp və digər

tərəfdaş şirkətlərlə bu yatağın işlənməsi üzərində çalışmışıq. Biz artıq Azərbaycan qazını hasil və onun regional

bazarlara çıxışını təmin etmişik. Bizim qonşularımız olan Gürcüstan, Türkiyə, İran və Rusiya Azərbaycan qazını

alırlar. 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu – TANAP qaz boru kəməri

haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş

olmadan “Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı.

2013-cü ildə Trans-Adriatik – TAP boru kəməri əsas təchizat marşrutu kimi seçilib. 2014-cü il sentyabrın

20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. İndi hər şey hazırdır və biz artıq

Avropanın əsas enerji və infrastruktur layihələrinin icrasına başlamışıq. “Şahdəniz” yatağının işlənməsi, boru

kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq. Bizə indi

nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır.

Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə

Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək dəmir yolu

layihələrinin icrasına nail olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə daha çox

əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz

bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı

qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır.

Aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə

yeni qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr

mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə

Page 37: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

37

demək mümkündürsə, təzə üzə çıxıb. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim

digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz

illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Bizim təşəbbüsümüzlə bu il fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurasının

birinci iclası keçiriləcək. Biz bu layihədə iştirak edən bütün ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik.

Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Beləliklə, bu ana qədər belə bir

tərkibdə komanda formalaşıb. Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən

tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanıb.

Beləliklə, bizə əlaqələndirmə və Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından bürokratik

prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və

prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və

Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə

çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə

Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri

qaytarmalıyıq.

Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin

kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Bu layihə də həyata keçirilməlidir. Bu, ilk

növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət

edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də “Cənub” qaz

dəhlizi layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə

bilərik. Məsələn, əvvəlcə Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə etdik. Çünki bu

ölkə Yunanıstan-Bolqarıstan və ya Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə bilər.

Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o deməkdir ki, Nabukko komandasının bir üzvü artıq

TAP-ın üzvüdür. Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha uzaqlara apara bilərik.

Belə ki, Azərbaycan qazının həcmi kifayət qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə

çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük miqyaslı layihə olacaq.

Onu söyləmək istəyirəm ki, biz düzgün istiqamətdəyik, işlər qrafik üzrə gedir, tikintiyə artıq başlanıb,

borular sifariş olunub, podratçılar seçilib. Biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi,

TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri

arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır.

Xalq qəzeti.-2015.-7 fevral.-№ 29.-S. 1.

Page 38: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

38

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada

həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirak edib

(7 fevral 2015-ci il)

Xüsusi müxbirimizin xəbər verdiyi kimi, fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı

çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi

keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak

ediblər.

Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə dövlətimizin başçısı çıxış edib və

sualları cavablandırıb.

Prezident Borut PAHOR: Prezident Əliyev, Ukraynada üzləşdiyimiz böyük bir böhranın bəzən

unutduğumuz dondurulmuş münaqişələrin həll edilməsi üçün yaxşı təşəbbüslərə təkan verə biləcəyinə dair

kifayət qədər nikbinsinizmi? Sizin bununla bağlı şərhinizi eşitmək istərdik.

Prezident İlham ƏLİYEV: Əlbəttə, Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli

uzanan digər münaqişələrə də diqqəti yönəldir. Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında

münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və

dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin

işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq

Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı

7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir

nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu

münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın

həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin

heç bir nəticə hasil olunmayıb.

Prezident Borut PAHOR: Nəyə görə? Bunu necə izah edə bilərsiniz?

Prezident İlham ƏLİYEV: Düşünürəm ki, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq

yoxdur. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə

gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən

qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq

göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb.

Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta

onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara

dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili

standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün

münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı

Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.

Prezident Borut PAHOR: Sizin fikrinizcə, bu münaqişə Ukrayna münaqişəsinin kölgəsində qalırmı?

Prezident İlham ƏLİYEV: Əslində, bu münaqişə digər vacib beynəlxalq hadisələrin kölgəsində

qalmışdır. Yeri gəlmişkən, Ukrayna məsələsi bu münaqişəyə müəyyən diqqəti cəlb etdi. Hesab edirəm ki,

Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll

edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari - ərazi

bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki

əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik.

Bizə gəldikdə, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq BMT Təhlükəsizlik Şurasının bu

münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin

qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər.

Prezident Borut PAHOR: Cənab Prezident, Sizin fikrinizcə Avropa İttifaqının genişlənməsi

imkanlarının çatışmazlığı məsələsi problemin mövcud olduğu regionda çətinliklər yaradırmı?

Prezident İlham ƏLİYEV: Bizə, yəni Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, bu, hesab edirəm

ki, əsas məsələ deyil. Çünki bizim Avropa İttifaqına istənilən inteqrasiya ilə bağlı perspektivlərimiz aydındır.

Prezident Borut PAHOR: Bəs NATO?

Prezident İlham ƏLİYEV: NATO-ya gəldikdə düşünürəm ki, bu, əsasən həmin təşkilatın gündəliyində

duran məsələlərdən asılı olacaq. Azərbaycan kimi ölkə və beynəlxalq təşkilatlar arasında münasibətlərdə

Page 39: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

39

təşəbbüs həmişə beynəlxalq təşkilatdan gəlir. Bu vaxta qədər NATO ilə Azərbaycan, Avropa İttifaqı ilə

Azərbaycan arasında əməkdaşlığın səviyyəsi hər iki tərəf üçün qənaətbəxş olub. Nə NATO-nun, nə də Avropa

İttifaqının danışıqlar prosesinə birbaşa müdaxilə etmək niyyəti yoxdur. Bu iki təşkilatın rəsmiləri həmin faktı

dəfələrlə qeyd ediblər. Buna görə də biz əslində, öz resurslarımıza güvənirik. 21 il bundan əvvəl atəşkəs rejimi

elan olunanda Azərbaycanın əsas hədəfi dövlət və güclü iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi. Həmin

vaxt bizim hələ də ümidimiz var idi ki, beynəlxalq ictimaiyyət ədaləti bərpa etmək üçün nə isə bir iş görəcək.

Başlanğıcda bizim çoxlu ümidlərimiz var idi. Bayaq qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının, Avropa

Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar

həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki, bu qətnamələr sadəcə kağız

üzərində qalır və bunlar sadəcə bəyanatlardır, səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz

başa düşdük ki, dövlətimizin taleyi bizim öz əlimizdədir.

Prezident Borut PAHOR: Etimadı bərpa etmək üçün ilk növbədə hansı addım atılmalıdır?

Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu, çox sadədir. İlk addım işğal olunmuş ərazilərin bir

hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır. Dağlıq Qarabağ və 7 ətraf rayon işğal

olunub. Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri

qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə

tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair

təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq.

Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların

başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq.

Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki Ermənistan sülh istəmir. Düşünürəm

ki, bu, münaqişənin həll olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki bir tərəf sülh, ərazi

bütövlüyünün bərpasını istəyir, digər tərəf isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir.

Çünki onların torpaqları işğal altında deyil, onların bizim üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün

kimi böyük problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar.

Bəs nə etmək lazımdır? Necə edək ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq təşkilatlarla, ilk

növbədə vasitəçilərlə bu məsələlər üzərində işləməliyik. Ermənistan rəhbərliyinə çox aydın siqnal göndərilir:

İşğalı dayandırın, işğal olunmuş ərazilərin geri qaytarılmasına başlayın. Azərbaycan bu təklifləri etdi. Biz hətta

təkliflər irəli sürdük ki, Dağlıq Qarabağda müəyyən sosial proqramlar icra edə bilərik. Çünki oradakı insanlar

çox pis vəziyyətdə yaşayırlar. Biz nəqliyyat, energetika sahələrində əməkdaşlıq edə bilərik. Biz açığıq. Biz

Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət təklif edirik. Lakin bütün təkliflərimiz qəbul

olunmur.

Prezident Borut PAHOR: Cənab Prezident, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində və

Gürcüstan böhranında məqsədi varmı? Onun məqsədləri nədir? Bu sualı necə cavablandırardınız?

Prezident İlham ƏLİYEV: Bizim üçün ən əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Biz

ümid edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha çox iş

görəcəklər. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa və sülh bərqərar edilərsə bu,

bütün tərəflərin maraqlarına xidmət edəcək. Buna görə də əlbəttə ki, regional əməkdaşlığı artırmaq üçün biz

çoxlu işlər görürük. Məsələn, bizim Gürcüstanla ikitərəfli əlaqələrimiz regional əməkdaşlığın və Cənubi

Qafqazda əməkdaşlığa necə nail olmağın çox yaxşı nümunəsidir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi öz

həllini taparsa, o zaman Ermənistan enerji, təhlükəsizlik, nəqliyyatın təhlükəsizliyi kimi layihələrimizə qoşula

bilər. Ümid edirik ki, Rusiya hökumətinin də eyni maraqları var. Çünki hər bir ölkə öz sərhədləri xaricində sülh

və dostluq mühitinin olmasında maraqlı olmalıdır. Buna görə də hesab edirəm ki, münaqişənin həlli yolunun

tezliklə tapılması çox vacibdir. Çünki süni gərginliklərin olması siyasətinin istənilən qonşuya fayda verməsini

düşünmürəm. Qonşu sabitlikdə maraqlı olmalıdır, regionda sabitlik isə sizin ölkənizdə və bölgənizdə sabitlik

deməkdir. Rusiyanın bir hissəsi Qafqazdır və Qafqaz da böyük bir yerdir. Burada üç ölkə var, lakin eyni

zamanda, Rusiyada çoxlu muxtariyyətlər mövcuddur və Azərbaycan ilə Rusiya Federasiyanın Qafqazdakı

respublikaları arasında güclü mədəni əlaqələr var.

Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi: Mənim sualım Prezident Əliyevədir və əlbəttə ki,

Dağlıq Qarabağla bağlıdır. Prezident Əliyevin də düzgün qeyd etdiyi kimi, Minsk qrupu çərçivəsində ABŞ-ın

Fransa ilə birlikdə Rusiya ilə əməkdaşlıq etməsi ola bilsin ki, nadir haldır. Bu üç vasitəçi ölkə - ABŞ, Rusiya və

Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının üç əsas prinsipini göstəriblər. Bu üç əsas prinsip

xalqların öz müqəddəratını təyinetmə hüququ, gücdən istifadə etməmək və gücdən istifadə etməklə

hədələməmək və ərazi bütövlüyüdür. Vasitəçilər danışıqlar prosesinin tərəflərini həmin üç əsas prinsiplə bağlı

üzərilərinə öhdəlik götürməyə çağırıblar. Ermənistan dəfələrlə bu prinsiplərin yerinə yetirilməsi ilə bağlı öz

Page 40: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

40

üzərinə öhdəlik götürüb. Mənim sualım cənab Prezidentədir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll

olunmasında əsas kimi bu üç prinsipin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürməyə hazırdırmı?

Prezident İlham ƏLİYEV: Azərbaycan əlbəttə ki, bu münaqişənin həllində ən maraqlı tərəfdir. Çünki

biz torpaqlarımızın geri qayıtmasını istəyirik. Biz qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq

hüququna malik olmasını istəyirik. Baxmayaraq ki, onların evləri yoxdur və hər şey məhv edilib. Yeri

gəlmişkən, ATƏT faktaraşdırıcı və qiymətləndirmə missiyasını iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə

göndərib və hesabat yayıb. Bu hesabatda göstərilir ki, hər şey – bütün binalar, qəbiristanlıqlar, məscidlər məhv

edilib. Beləliklə, işğal edilmiş ərazilər tamamilə boş torpaqlardır. Məcburi köçkünlərimiz torpaqlarına

qayıdandan sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə bizim

insanların torpaqlarına qayıtmaq hüququ var və biz münaqişənin tez bir zamanda həll edilməsində maraqlı

tərəfik.

Problem burasındadır ki, nəyə görə münaqişə öz həllini tapmır? Çünki Ermənistan münaqişənin həll

olunmasını istəmir. Ermənistanı beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir mexanizm

yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüququn bu

normaları çox aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki

Yekun Aktında ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz

müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.

Dağlıq Qarabağ erməniləri və Ermənistan ordusu tərəfindən qovulan Dağlıq Qarabağ azərbaycanlıları öz

torpaqlarına qayıtdıqdan sonra öz həyatlarını qurmaq hüququna malik olacaqlar. Lakin bu, ölkənin ərazi

bütövlüyünü pozmamalıdır. Ermənistanın cəhd etdiyi kimi, hər hansı bir ölkənin ərazi bütövlüyü güc tətbiq

olunaraq dəyişdirilə bilməz. Üstəgəl istənilən ölkənin ərazi bütövlüyü bu ölkə ilə razılıq əldə olunmadan

dəyişdirilə bilməz. Bunlar əsas prinsiplərdir. Mən yenə də deyirəm, biz beynəlxalq hüququn əsas prinsiplərinə

qarşı deyilik. Lakin Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır və BMT Təhlükəsizlik

Şurası tərəfindən qəbul edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal və qeyd-

şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə yetirməlidir.

Bosniya və Herseqovinanın Baş nazirinin müavini: Mən bir məsələyə toxunmaq istəyirəm. Biz

Srebrenitsa soyqırımının 20 illiyini qeyd edirik. Bu soyqırımları keçmişi dəyişmir, bəs onların gələcəkdə bu cür

faciələrin bir daha baş verməməsi və barışığa nail olunmasındakı rolu nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Sualınıza görə çox sağ olun. Siz tamamilə doğru buyurursunuz. Elə bir

vəziyyət olmalıdır ki, səhvlərdən nəticə çıxarılmalı və dünyanın digər yerlərində oxşar faciələrin yaşanmaması

üçün beynəlxalq ictimaiyyət baş verənlərə biganə qalmamalıdır. Əfsuslar olsun ki, Xocalı faciəsi barədə

xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur. Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini

soyqırımı kimi tanıyıb. Bu soyqırımı nəticəsində 600-dən çox günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq

qətlə yetirilib və bu insanların yeganə günahı ondan ibarət idi ki, onlar azərbaycanlı idilər. Təəssüflər olsun ki,

bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Onlar

Xocalıda törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə yönəltmək istəyirlər. Avropa və ABŞ-dakı

fəal erməni lobbisinin fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən diqqətini yayındırmağa

nail olublar. Bu faciə ilə bağlı kifayət qədər məlumat yayılmamışdır, baxmayaraq ki, hər şey sənədləşdirilmişdi,

lentə alınmışdı. Bu soyqırımından xilas olan adamların şahid ifadələri var. Xüsusi amansızlıqla qətlə yetirilən

uşaq və qadınların lentə alınmış görüntüləri var. Ona görə də bu cür halların təkrar baş verməməsi üçün bunu

törətmiş insanlar öncə ən azından üzr istəməli və bunun baş verməsini etiraf etməlidirlər. Bu hərbi cinayəti etiraf

etməlidirlər ki, o yenə də təkrarlanmasın. Yalnız bundan sonra barışıq ola bilər. Belə olan təqdirdə barışmaq

daha asan olacaq. Düşünürəm ki, bu, mümkündür, çünki biz bir yerdə yaşayırdıq. Biz ermənilərlə sülh şəraitində

bir yerdə yaşayırdıq. İndi də Bakının mərkəzində təmir olunmuş erməni kilsəsi var. Lakin Şuşada, Ağdamda

Azərbaycan məscidləri tamamilə dağıdılıb. İlk növbədə onlar bu məscidləri dağıtmamalı idi, amma indi onlar

bunun yanlış olduğunu etiraf etməli və üzr istəməlidirlər. Sonra biz onlarla əlbəttə ki, barışacağıq, çünki gec və

ya tez sülh olacaq, iki xalq yenə də birlikdə yaşayacaq.

Almaniya Bundestaqının üzvü: Mənim sualım ikili standartlarla bağlıdır. Biz demək olar ki, Krım

məsələsinin müzakirəsinə bütün bir gün həsr etdik. Əgər biz Dağlıq Qarabağ münaqişəsindən danışırıqsa bunu

Krım məsələsi ilə müqayisə etmək olar, ya yox?

Ermənistan nümayəndəsi: Mənim sualım cənab İlham Əliyevədir. Bir neçə gün bundan əvvəl ATƏT-in

Minsk qrupu Azərbaycana müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair

üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışdı. Bu müraciətin ünvanlanması təsadüfi deyil, çünki

Azərbaycan tərəfi Dağlıq Qarabağla təmas xəttində və Ermənistanla sərhəddə atəşkəs rejimini davamlı olaraq

pozur. Yanvar ayından etibarən atəşkəs ən azı 3 min dəfə pozulub və nəticədə hər iki tərəfdən bir neçə nəfər

Page 41: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

41

həlak olub. Mənim cənab Əliyevə sualım budur ki, Azərbaycan bu cür hərəkətlərlə münaqişəni kəskinləşdirmir

ki? Bu, yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həll olunması ehtimalını azaltmırmı? Bayaq moderator belə

bir sual verdi ki, bu münaqişənin həlli üçün biz minimum olaraq nə etməliyik. Mən Azərbaycanı atəşi

dayandırmağa çağırıram.

Prezident İlham ƏLİYEV: Mən əvvəlcə Almaniya parlamentinin üzvünün sualına cavab vermək

istəyirəm. Əlbəttə ki, Ermənistan-Azərbaycan münaqişəsinin lap əvvəlində üzləşdiyimiz problemlərdən biri də

ikili standartlar siyasəti idi. Mən çıxışımın əvvəlində qeyd etdim ki, postsovet məkanındakı bütün münaqişələrə

eyni mövqedən yanaşılmalıdır. Azərbaycanın ərazi bütövlüyü Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə

malikdir. Əgər Ukraynanın ərazi bütövlüyü möhkəm dəstəklənirsə, Azərbaycan da onun ərazi bütövlüyünü çox

güclü şəkildə dəstəkləyir. Ermənistandan fərqli olaraq biz BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünün

lehinə səs verdik. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Bu da Ermənistanın ərazi

bütövlüyü prinsipinə nə dərəcədə əməl etməsi ilə bağlı bu ölkənin buradakı digər nümayəndəsinin sualına

cavabdır. Onlar hətta Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs veriblər. Bu da onların yürütdüyü siyasətin

nəticəsidir. Çünki bu ölkə müstəqil deyil. Onlar özləri qərar qəbul edə bilmirlər və həmişə başqalarının

arxasınca gedirlər. Lakin ikili standartlar reallıqdır. Xüsusilə sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz

özümüzə sual veririk: Nəyə görə bu sanksiyalar Ermənistana qarşı tətbiq olunmur? Axı onlar da eyni əməli

törədiblər. Niyə onların üzərinə sanksiyalar qoyulmur? Şübhəsiz cavab budur ki, dünyada Ermənistanı bütün

potensial və adekvat məsələlərdən qoruyan çox güclü erməni diasporu var. Buna görə də ikili standartlar siyasəti

beynəlxalq gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda öz həllini tapacaq.

Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə

günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər,

beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər

və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var?

Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın,

Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda

o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? Gərginliyin kimin tərəfindən artırılması

ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı

nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident

Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri

üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı

Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf – həm Azərbaycan, həm

Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa

çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə,

xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal

olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə

olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24”

hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri

vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan

bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün

çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl

qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas

səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım

odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun

baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir.

Xalq qəzeti.-2015.-10 fevral.-№ 30.-S. 1-2.

Page 42: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

42

Prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə

iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(12 fevral 2015-ci il)

Xəbər verdiyimiz kimi, fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda

Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib.

Dövlətimizin başçısı Məşvərət Şurasının ilk iclasında nitq söylədi.

- Xanımlar və cənablar, əziz dostlar.

Əvvəlcə sizin hamınızı Azərbaycanda salamlamaq istərdim. Bu gün biz Cənub qaz dəhlizi Məşvərət

Şurasının ilk toplantısını keçiririk. Fürsətdən istifadə edib ölkələrinizin rəhbərliyinə Bakıda bu görüşün

keçirilməsi təşəbbüsümüzə verdikləri dəstəyə görə təşəkkürümü çatdırmağınızı xahiş edirəm. Bu görüşün

keçirilməsi üçün çox münasib bir vaxtdır. Çünki bu il “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata

keçirilməsi başlayır. Bu layihə bizi birləşdirir və onunla bağlı əlavə əlaqələndirmə, fikir mübadiləsi lazımdır.

Əminəm ki, bugünkü görüş ərzində fikir mübadiləsi, müzakirələr bu layihənin uğurla həyata keçirilməsinə töhfə

verəcəkdir.

Azərbaycan dünyada neft hasil edən ilk ölkə kimi tanınır. Bu, XIX əsrin ortalarında baş verdi. Eyni

zamanda, XX əsrin ortalarında dənizdə neft hasil edən ilk ölkə də Azərbaycandır. Bu səbəbdən Azərbaycanın

neft sənayesinin tarixi çox zəngindir. Onu da bildirmək istəyirəm ki, İkinci Dünya müharibəsində Azərbaycanda

istehsal olunan neft Sovet İttifaqının hasil etdiyi neftin 80 faizini təşkil edirdi. Azərbaycan neftçiləri faşizm

üzərində Qələbənin əldə edilməsinə böyük töhfə veriblər. Ola bilsin ki, Azərbaycan nefti olmasaydı, İkinci

Dünya müharibəsinin nəticələri başqa cür olardı.

Lakin Sovet İttifaqının süqutu zamanı neft sənayesindəki vəziyyət ürəkaçan deyildi. Quruda olan yataqlar

əsasən tükənmişdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə neft sənayesi böhran içərisində idi.

Nəinki neft sənayesi, bütövlükdə biz ciddi hərbi, siyasi, iqtisadi böhranla üzləşdik. Vətəndaş müharibəsi,

Ermənistanın işğalı baş verdi. Nəhəng neft yataqlarımızın işlənməsi üçün nə maliyyə ehtiyatlarımız, nə də ki

texniki imkanlarımız vardı.

Yalnız Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra vəziyyət sabitləşdi, vətəndaş müharibəsi

dayandı, biz islahatlara başladıq. İslahatların mühüm elementlərindən biri Azərbaycanı dünyaya açıq etmək idi.

Biz xarici sərmayələri cəlb etməyə başladıq və Azərbaycanda çox yaxşı sərmayə mühitini yaratdıq. Bu fakt

sayəsində Azərbaycanın indiki iqtisadiyyatı davamlıdır, sabitdir. Birbaşa xarici sərmayələrin adambaşına olan

həcminə görə Azərbaycan keçmiş sovet məkanında aparıcı yerdədir.

1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili idi. Hökumətimiz ilə dünyanın əsas neft

şirkətləri konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal “Əsrin

müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən “Azəri-Çıraq-Günəşli” yatağının

dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənilir

və ölkəmizdə neft hasilatının əsas özəyi hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc

ili oldu. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi.

Lakin Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq bizim neftimizi nəql etmək

üçün boru kəmərləri şəbəkəsinə ehtiyacımız var idi. Birmənalı olaraq, Azərbaycan, Gürcüstan və Türkiyə

arasında regional əməkdaşlığa əsaslanan əlaqələndirilmiş səylər beynəlxalq bazarlara neft və qazın nəqli üçün

başlanğıc mərhələdə müasir boru kəmərləri sistemini mümkün etdi.

Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində bu gün haqqında danışdığımız Cənub qaz dəhlizi

üçün vacib olan vəziyyəti mümkün edən bir neçə mühüm mərhələləri sizə xatırlatmaq istərdim. Çünki “Cənub”

qaz dəhlizi layihəsi burada - Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır. 1996-cı

ildə Azərbaycanla bp-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu arasında “Şahdəniz” yatağına dair saziş

imzalandı. “Şahdəniz” qaz yatağı Cənub qaz dəhlizi üçün ən mühüm resurs bazasıdır. 1997-ci ildə “Çıraq”

platformasında ilk neft hasil edildi. Bu, ola bilsin ki, neft sənayesi tarixində rekord idi. Yəni, müqavilənin

imzalanması ilə ilk neftin hasil edilməsi arasında vaxt fərqi cəmi üç il oldu. 1999-cu ildə Xəzər dənizi ilə Qara

dənizi birləşdirən Bakı-Supsa boru kəməri çəkilmişdir. Beləliklə, Azərbaycan nefti Gürcüstanın Qara dənizdəki

Supsa limanına nəql edilməyə başlandı. Bu, şaxələndirilmənin vacib elementi idi. İlk dəfə olaraq Qara dənizlə

Xəzər dənizi xam nefti nəql edən boru kəməri ilə birləşdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri

Page 43: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

43

istismara verildi. Xəzər və Aralıq dənizləri ilk dəfə olaraq boru kəməri ilə birləşdi. 2007-ci ildə Bakı, Tbilisi və

Türkiyənin Ərzurum şəhərini birləşdirən Cənubi Qafqaz qaz kəməri çəkildi.

Bütün bu mühüm mərhələlər Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində olduqca əhəmiyyətli

idi. Biz Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla birgə qarşımızda duran bütün məqsədlərə və hədəflərə nail

olduq. Bu, həmçinin məhsuldar regional əməkdaşlığın gözəl nümunəsi idi. Bu halda bir-birini dəstəkləyən və

bir-biri ilə əməkdaşlıq edən üç ölkə çox iddialı məqsədlərə nail oldu. Lakin bu, demək lazımdır ki, planlarımızın

yalnız başlanğıcı idi. Çünki nəhəng “Şahdəniz” yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı

Azərbaycandan beynəlxalq bazara nəql edəcək Cənub qaz dəhlizinin çəkilməsinin zəruriliyini diktə edirdi. Bu

layihənin də həyata keçirilməsində mühüm mərhələlər var. 2011-ci ildə mənimlə Avropa Komissiyasının sədri

cənab Barrozu arasında Bakıda Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı. Bu sənəddə

Azərbaycan Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir.

2012-ci ildə TransAnadolu - TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə

arasında saziş imzalandı. Bu saziş Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki

Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı bizim

tərəfimizdən TANAP layihəsi təqdim edildi, dərhal bütün tərəfdaşlarımızın güclü dəstəyini qazandıq. Bir sözlə,

TANAP Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm yer tutur. Siz yəqin ki, bilirsiniz, artıq TANAP-ın

praktiki həyata keçirilməsinə başlanıb. 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu

kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi burada - Bakıda

keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verdi. Bu,

görülmüş işlərin qısa tarixçəsi idi. Buna görə bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda

yaradılan həmin mühüm elementlər olmadan bu gün “Cənub” qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideya və ya

istək kimi səslənərdi. Lakin bu gün bu layihə artıq həyata keçirilmə mərhələsində olan layihədir.

Qeyd etmək istəyirəm ki, Dövlət Neft Şirkəti ilə əsas investorumuz olan bp arasında tərəfdaşlıq neft-qaz

layihələrimizin həyata keçirilməsində olduqca mühüm rol oynadı. Artıq 20 ildir ki, bu tərəfdaşlıq davam edir və

gələn illərdə də davam edəcək.

Bir daha deyim ki, Cənub qaz dəhlizi üçün resurs bazası bp-nin əməliyyatçı olduğu “Şahdəniz” yatağıdır.

“Şahdəniz”dən başqa digər nəhəng qaz yataqlarını da götürsək, – yeri gəlmişkən, hesablamalarımıza görə

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur, - “Abşeron”, “Ümid” və digər

yataqlar “Cənub” qaz dəhlizi layihəsinə birmənalı olaraq töhfə verəcək. Çox güman ki, bu gün

proqnozlaşdırdığımız rəqəmləri üstələyən daha çox hasilatımız və ixracımız olacaq.

Əməkdaşlığımızın vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir. Fikrimcə, Məşvərət

Şurasının bu gün keçirilən toplantısı bu məqsədi daşıyacaq. Görülmüş və planlaşdırılmış işlər barədə təqdimat

olacaq. Lakin bu layihədə iştirak edən bütün ölkələr və şirkətlər arasında əlaqələndirmə və səmərəli ünsiyyət

uğurun əsas ilkin şərtlərindən biri olacaq. Əvvəlcə olduğu kimi, Gürcüstan, Türkiyə və Azərbaycan arasında

aparılmış üçtərəfli əməkdaşlığa bənzər qaydada işləməliyik. Həmin üçtərəfli əməkdaşlıq və yüksək səviyyədə

olan qarşılıqlı etimad, dəstək artıq qeyd etdiyim layihəni həyata keçirməyə imkan yaratdı. Hazırda isə daha

mürəkkəb vəziyyətdir. Çünki iştirakçıların və tərəflərin sayı çoxdur. Buna görə bizə maksimal səviyyədə

qarşılıqlı etimad lazımdır və bir-birimizi dəstəkləməliyik. Hamımız bu layihənin həyata keçirilməsinə töhfə

verməliyik ki, onu vaxtında icra edək.

Cənub qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki

Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı

və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli

təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi

ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan

ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir.

Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı

maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq.

Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan

məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız

marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi

vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər

dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi

olacaq.

Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır. Bu gün qarşımızda ölkələrdən ibarət komanda var.

Avropa Komissiyası güclü dəstəyini verir. Çox şadam ki, bugünkü görüşdə cənab Şefçoviç iştirak edir. Bu,

Page 44: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

44

planlarımızda nikbinliyi artırır. Çünki əminəm ki, bu layihənin həyata keçirilməsi məqsədilə nəzərdə

tutduğumuz bütün məsələlər öz həllini tapacaq. Layihə vaxtında icra olunacaq və hamımız Cənub qaz dəhlizinin

baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə

qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır.

Bu gün bizimlə olduğunuza görə sizə bir daha minnətdarlığımı bildirirəm və Məşvərət Şurasına uğurlar

arzulayıram. Sağ olun.

Xalq qəzeti.-2015.-14 fevral.-№ 35.-S. 1-2.

Page 45: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

45

Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın Baş naziri Boyko Borisovun mətbuat konfransı:

Prezident İlham Əliyevin bəyanatı

(4 mart 2015-ci il)

Xəbər verdiyimiz kimi, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.

- Çox sağ olun hörmətli cənab Baş nazir.

İlk növbədə məni Bolqarıstana dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən

Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam.

Bu gün biz Sizinlə Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini çox səmimi şəkildə

müzakirə etdik və bir daha gördük ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bizim əlaqələrimiz strateji

tərəfdaşlıq əlaqələridir. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək

səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük. Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa

sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq

edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz

zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır.

Təbii ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdur və bu sahədə biz çox müsbət nəticələri

görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə

fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox

böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də

investorlar kimi Azərbaycanda görmək istəyərdik. Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda

infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.

Nəqliyyat sahəsində gözəl imkanlar var. Bu barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan bölgədə

nəqliyyat dəhlizlərinin yaradılması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat

dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində

Azərbaycan Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir. Təbii ki, nəqliyyat infrastrukturunun

yaradılması, birgə addımlar bizim iqtisadi maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da

sıx bağlayacaqdır.

Təbii ki, bu gün danışıqların əsas mövzusu energetika məsələləri, “Cənub” qaz dəhlizinin icrası

məsələsi idi. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq

irəli sürülmüş layihələr bu gün “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki,

Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş

şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün

reallaşan ən böyük infrastruktur layihəsidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə,

“Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin

genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik - TAP layihəsinin

tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir. Bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən

ilin sentyabr ayında Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın

energetika nazirinin iştirakı ilə Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə Məşvərət

Şurası keçirilmişdir.

Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının

enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji

tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz

mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyonkubmetrdir. Geniş şaxələndirilmiş

infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı

prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları

tərəfindən də dəstəklənir. Əslində, keçən ay Bakıda keçirilən birinci Məşvərət Şurası işlərin əlaqələndirilməsi

üçün çox önəmli addım olmuşdur.

Biz ümid edirik ki, Bolqarıstan-Azərbaycan əlaqələri, eyni zamanda, “Cənub” qaz dəhlizinin digər

üzvləri ilə bərabər apardığımız işlər bu layihənin vaxtında icra edilməsinə gətirib çıxaracaq və bir neçə ildən

sonra böyük həcmdə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir.

Page 46: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

46

Bununla bərabər, qeyd etmək istəyirəm və çox şadam ki, Bolqarıstan bu layihənin iştirakçısıdır, hazırda

Azərbaycan qazını alan bir ölkədir. Amma ümid edirəm ki, gələcəkdə Azərbaycan qazını digər ölkələrə nəql

edən tranzit ölkə kimi Bolqarıstan öz xidmətlərini göstərəcək və öz rolunu oynayacaq. Beləliklə, əslində, bu gün

ölkələrimiz arasında uzunmüddətli strateji tərəfdaşlıq dövrü başlayır. Bu, məni çox sevindirir. Bolqarıstan bizim

üçün əziz dostdur, çox yaxın ölkədir, bolqar xalqına bizim çox böyük rəğbətimiz var. Fürsətdən istifadə edərək,

dünən qeyd olunan milli bayram münasibətilə Sizi, bütün Bolqarıstan xalqını ürəkdən təbrik etmək istəyirəm.

Bolqarıstana yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov jurnalistlərin suallarını cavablandırdılar.

Sual (“24 saat” qəzetinin müxbiri): Strateji tərəfdaşlıq və “Nabucco” layihəsinin inkişafı ilə bağlı sual

vermək istərdim. Necə düşünürsünüz, bu layihə nə zaman reallaşdırıla bilər? Bu layihə “Cənub” qaz dəhlizinə

alternativ layihədirmi?

Baş nazir Boyko BORİSOV: “Nabucco WEST” “Cənub” qaz dəhlizinin bir tərkib hissəsidir. Bu,

Avropa Komissiyasının ilk prioriteti olmuşdur. Trans–Adriatik boru kəməri barədə isə demək istərdim: bu,

Bolqarıstan üçün çox nadir bir şans olardı ki, bizim böyük şirkətimiz bu böyük layihənin tərkib hissəsi olsun. Bu

məsələ Brüsseldə müzakirə mövzusu kimi qaldırılmalıdır.

Sual: Cənab Prezident Əliyev, Siz belə qənaətdəsinizmi ki, bu gün Bolqarıstan ilə Azərbaycan arasında

əməkdaşlığın yeni səhifəsi açılır və tərəflər hansı mənfəət əldə edəcəklər, burada hansısa bir mənfi məqam

varmı? Azərbaycan qazının Bolqarıstan istiqamətində nəql edilməsi Avropa İttifaqına üzvlüyün bir hissəsi hesab

oluna bilərmi, yoxsa bu, digər bir sahəyə aid məsələdir?

Prezident İlham ƏLİYEV: Bu gün əslində əlaqələrimizin yeni dövrü başlayır. Bu barədə mən öz

fikirlərimi bildirdim. Əslində bizim əlaqələrimizin strateji mahiyyəti artıq bir neçə ildir ki, özünü göstərir.

Sadəcə olaraq, bu gün biz bu əlaqələri formalaşdırdıq. Əlbəttə ki, bu, görülən işlərin təzahürüdür, eyni zamanda,

hər iki tərəfə yeni imkanlar verir və hər iki tərəfin məsuliyyətini artırır. Strateji tərəfdaşlıq, hesab edirəm ki,

ölkələr arasındakı əlaqələrdə ən yüksək bir formatdır. Bu gün bu format onu göstərir ki, bizim əlaqələrimiz

doğrudan da strateji əhəmiyyət daşıyır. Burada siyasi əlaqələr mühüm yer tutur. Eyni zamanda, bu gün

Prezident Plevneliyev ilə imzaladığım strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin

toxunulmazlığı çərçivəsində həll edilməsi də öz əksini tapıbdır.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında Bolqarıstanın çox böyük rolu vardır. Eyni zamanda,

NATO-Azərbaycan əlaqələrinin inkişafında da Bolqarıstan mühüm yer tutur.

Enerji sahəsindəki əməkdaşlıq bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin tərkib hissəsidir və mən

çox şadam ki, Azərbaycanın bütün layihələri Avropa İttifaqı tərəfindən dəstəklənir. 2011-ci ildə Avropa

Komissiyasının prezidenti ilə Bakıda imzaladığım enerji sahəsində strateji tərəfdaşlıq haqqında Bəyanat artıq

özünü göstərməkdədir. Bundan sonra enerji sahəsindəki əməkdaşlıq, əlbəttə ki, bizim əlaqələrimizin əsas hissəsi

olacaq. Amma mən çox istərdim ki, digər sahələrdə də biz buna oxşar nailiyyətləri görək – investisiyalar,

ticarətin artması və digər layihələr ki, bu barədə artıq cənab Baş nazir də öz fikirlərini bildirdi.

Mən hesab edirəm ki, bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin perspektivləri müəyyən edilir.

Biz istərdik ki, bu əlaqələr strateji tərəfdaşlıq əlaqələri səviyyəsinə yüksəlsin. Qeyd etməliyəm ki, Azərbaycanın

Avropa İttifaqına üzv ölkələrin yeddisi ilə artıq strateji tərəfdaşlıq haqqında birgə bəyannaməsi vardır. Buna

görə belə hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı-Azərbaycan arasında imzalanacaq istənilən sənədin gözəl

əsası ola bilər.

Baş nazir Boyko BORİSOV: Cənab Prezident, Sizin fikirləriniz cənab Yunkerin bəyanatı ilə üst-üstə

düşür. Biz Avropa İttifaqının müxtəlif səviyyələrdə əməkdaşlığı genişləndirməsini alqışlayırıq. Azərbaycanın

Avropa İttifaqı ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlığını biz birmənalı şəkildə dəstəkləyirik.

Sual: İkitərəfli məsələlərin müzakirəsinə gəldikdə, Siz qeyd etdiniz ki, biz “Nabucco”nu bərpa etmək

istərdik, amma “Şahdəniz-2” layihəsi çərçivəsində, TAP dəhlizi boyu. Bu, artıq TAP layihəsindən kənara

çıxmaq demək deyilmi?

Baş nazir Boyko BORİSOV: Cənab Prezident dediyi kimi, hər iki qaz kəmərinin doldurulması, təmin

edilməsi məsələsi ortaya çıxır. Yəni, burada artıq söhbət iki kəmərin doldurulmasından gedir.Bir neçə il bundan

öncə “Cənub axını” layihəsi Avropa İttifaqı üçün prioritet layihə idi. Burada heç Ukraynanı təcrid etməkdən

söhbət getmirdi. “Nabucco” da eyni dərəcədə prioritet bir layihə hesab edilirdi. Amma artıq görünür ki, vəziyyət

dəyişir. Bolqarıstan üçüncü enerji paketinin tələblərinə birmənalı olaraq sadiq qalır. Mən heç də başa düşə

Page 47: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

47

bilmirəm ki, nədən bu layihə reallaşa bilməz. Çünki Azərbaycan kifayət qədər qaz ehtiyatlarına malikdir. Bizim

də qaz qəbul etmək imkanlarımız genişdir. Zaman olduqca dinamik şəkildə inkişaf edir və gördüyünüz kimi,

artıq bir çox sahədə də ikitərəfli layihələr yaradır. Bir həftə bundan öncə cənab Prezident Əliyevlə də müzakirə

apardıq. Bu sahədə ilk görüşümüz də dünən olubdur.

Prezident İlham ƏLİYEV: Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır və əlbəttə ki, “Cənub” qaz

dəhlizinin əsas resurs bazası “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” qaz yatağının resursları 1 trilyon kubmetrdən

çoxdur. Ancaq Azərbaycanın ümumi qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. “Cənub” qaz dəhlizi əslində bir neçə

layihəni özündə ehtiva edir. Bu barədə mən öz fikirlərimi bildirdim. TAP layihəsi “Cənub” qaz dəhlizinin

ayrılmaz hissəsidir. TAP marşrutu əsas ixrac marşrutu kimi seçiləndə bəzilərinə elə gəldi ki, “Nabucco” layihəsi

artıq tarixdə qaldı. Ancaq reallıqda biz nəyi gördük? Biz gördük ki, “Nabucco”nun üzvü olan Bolqarıstan artıq

“Cənub” qaz dəhlizinin üzvüdür. Yəni, TAP layihəsinə biz “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi

baxmalıyıq. Əgər biz “Cənub” qaz dəhlizinin marşrutunu götürsək, yəni, bu bir xətdir. Bakıdan başlayıb

İtaliyada başa çatan xətt. Amma bu xəttin bir neçə qolları ola bilər və artıq bir qol yaradılmaqdadır. Bolqarıstan-

Yunanıstan qaz birləşməsi bu qolun bir hissəsidir. Eyni zamanda, artıq Azərbaycan ilə Balkan ölkələri arasında

bu sahədə aparılacaq əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Xorvatiya, Monteneqro, Bosniya və

Herseqovina ilə artıq memorandumlar imzalanmışdır. İonik-Adriatik qaz kəmərinin tikintisi indi danışıqlar

mövzusudur. Eyni zamanda, Bolqarıstan ərazisindən qonşu ölkələrə - Rumıniyaya, Macarıstana xəttin çəkilişi

də artıq reallaşır. Biz bu gün bu barədə fikir mübadiləsi apardıq. Ona görə, siz haqlısınız, “Şahdəniz” qazının

istehlakçıları bəllidir. Ancaq yaxın zamanlarda Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağı istifadəyə

veriləcək. “Ümid” yatağında çox böyük qaz ehtiyatları vardır. Ümid edirəm ki, bu iki yataqdan yaxın 5-6 ildə ən

azı əlavə 5-6 milyard kubmetr qaz hasil ediləcəkdir.

Eyni zamanda, “Şahdəniz” yatağının ikinci mərhələsi 16 milyard kubmetrdən daha çox qaz hasil edə

bilər. Yəni, bütün bunları nəzərə alaraq, bu gün biz TAP layihəsini “Nabucco” layihəsi ilə bir növ birləşdirmək

əzmindəyik. Söhbət ondan getmir ki, bu layihələrə hansı ad verəsən. Əsas məsələ və bizim istəyimiz ondan

ibarətdir ki, Azərbaycan öz qazını maksimum həcmdə Avropa məkanına nəql etsin və nə qədər mümkündürsə, o

qədər də çox Avropa ölkələri bu qaza çata bilsinlər.

Sual (Yunis Orucov, Azərbaycan Televiziyası): Mənim sualım cənab Baş nazirədir. Siz regional

baxımdan, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Bolqarıstan əməkdaşlığını necə

qiymətləndirirsiniz? Sağ olun.

Baş nazir Boyko BORİSOV: Bolqarıstan hazırda olduqca mürəkkəb bir regionda yerləşir. Bildiyiniz

kimi, 10 və ya 20 il bundan öncə bizim qonşumuz olan Yuqoslaviya qanlı vətəndaş müharibəsi nəticəsində

müxtəlif yerlərə parçalandı. Bizim digər bir sərhədimizdə - Qara dənizin o biri sahilində - Ukraynada müharibə

tüğyan edir. Çox mürəkkəb bir vəziyyət yaranıb. Bundan əlavə, Bolqarıstanın da Rusiyaya qarşı yönəlmiş

sanksiyalara qoşulmasının bizim iqtisadiyyatımıza çox böyük mənfi təsiri var, xüsusilə də turizm sahəsi

baxımından. Bildiyiniz kimi, bizim qonşu Yunanıstan da böyük problemlərlə üzləşir. Yunan qonşularımıza bu

problemlərin öhdəsindən gəlməkdə böyük uğurlar arzulayırıq. Lakin istənilən halda bu problemlər mövcuddur.

Bununla yanaşı, biz siyasi-iqtisadi, maliyyə şaxələndirilməsi baxımından da bu sahələrə böyük önəm veririk.

Çünki bu sahələr bütün dövlətlər üçün böyük önəm daşıyır. Bolqarıstan həm NATO, həm Avropa təsisatları

çərçivəsində etibarlı tərəfdaşdır.

Azərbaycan nəyə görə bizim strateji tərəfdaşımızdır? Bu ölkə neft və qaz sərvətlərinə malikdir.

İnvestisiya qoymaq iqtidarında olan bir dövlətdir. Eyni zamanda, bizim coğrafi baxımdan da bənzər ölçülərimiz

var. Qədim ənənələrimiz var. Xalqlarımız arasında sıx dostluq münasibətləri var. Xalqlarımız biri-birini çox

yaxşı tanıyır. Siz bizim vasitəmizlə Avropa İttifaqı ilə təmaslar baxımından əlavə imkan əldə edirsiniz. Biz isə

sizin sərvətlərdən bəhrələnmək imkanını əldə edirik. Biz bu məsələlərin bir sıra elementlərini - infrastruktur

layihələrini, kənd təsərrüfatı sahəsinin inkişafını müzakirə etdik. Qaz nəqliyyatı sahəsində infrastrukturu inkişaf

etdirmək əzmindəyik. Əlavə qaz həcmi olduğu təqdirdə, qaz təminatı şəbəkəsinin inkişaf etdirilməsi,

kompressor stansiyalarının inşası və digər sahələrdə də layihələri genişləndirə bilərik. Bu gün elə bir vəziyyətdir

ki, biz bir-birimizə yaxından yardım göstərə bilərik.

Sual: Cənab Prezident, cənab Baş nazir, “Nabucco”nun bərpa edilməsinə dəstək baxımından sizin

Avropa Komissiyası çərçivəsində arqumentləriniz hansılardır? Cənab Baş nazir Boyko Borisova sualım bundan

ibarətdir ki, Bolqarıstan “Cənub axını” layihəsindən birmənalı olaraq imtina edirmi?

Baş nazir Boyko BORİSOV: Xeyr, bu, o demək deyil ki, biz “Cənub axını” layihəsi üzərindən xətt

çəkirik. Artıq bu uğurlar anbarlara yığılmış vəziyyətdədir. Müvafiq icazələr alınıbdır. Burada heç bir rəsmi

məlumat verilməyib ki, işlər dayandırılıb. Burada işləri davam etdirmək əzmi nümayiş etdirilsə, biz bu layihəni

davam etdirə bilərik. “Nabucco west” heç vaxt “Cənub axını”nın alternativi olmayıb və ya “Cənub axını”

Page 48: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

48

layihəsi hər hansı bir digər layihənin alternativi deyil. Bolqarıstan tranzit imkanlarını genişləndirə bilər. Bizim

arqumentlərimiz bundan ibarətdir ki, indiki vəziyyətdə Azərbaycan qazını qəbul etməyə bizim real imkanlarımız

var. Maye-qaz terminalları vasitəsilə Yunanıstandan da əlavə həcmlər ala bilərik. Bununla da həm daxili

bazarımızı, həm də digər qonşu ölkələrin bazarını qazla təmin edə bilərik.

Zənnimcə, bu, çox güclü arqumentdir. Bizim naziri Azərbaycanda cənab Prezident qəbul etdi. Ona görə

də bizim marağımız ortadadır və biz “Cənub” qaz dəhlizinin inkişaf etdirilməsi və burada bağlayıcı kəmərlərin

inkişafı baxımından da marağımızı bildirmişik. Biz çox layiqli tərəfdaş ola bilərik. Azərbaycanın birinci

xanımının təşəbbüsü ilə müvafiq vəsait ayrılmışdır ki, Müqəddəs Sofiya kilsəsində müəyyən bərpa işləri

aparılsın. Ona görə də istərdim cənab Prezident görülən işlərin nəticəsi ilə tanış olsun. Sağ olun.

Sonra Bolqarıstanın Baş naziri Boyko Borisovun adından nahar verildi.

Xalq qəzeti.-2015.-6 mart.-№ 52.-S. 1-2.

Page 49: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

49

Azərbaycan Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri:

Ali qonağın şərəfinə:

Azərbaycan Prezident İlham Əliyevin çıxışı

(4 mart 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen

Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi.

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı

bildirirəm. Fürsətdən istifadə edərək, Bolqarıstan xalqını milli bayramı – 3 mart Azadlıq Günü münasibətilə

səmimi qəlbdən təbrik edirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən ziyarət etməyimdən çox məmnunam. Mən

Sizin ölkənizə üçüncü səfərimi edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun bariz

nümunəsidir. Səfərimin yekunlarını müsbət qiymətləndirirəm. Apardığımız danışıqlar və fikir mübadiləsi,

imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji

tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bizi əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlığımız daha

da möhkəmlənəcəkdir.

Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət,

incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami

Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan

şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının

klassikləri – İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda

sevərək oxuyurlar.

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli

siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu

Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz

arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün

yaxşı şəraitin olduğunu göstərir.

Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen

ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan

enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Azərbaycan TANAP

layihəsinin əsas səhmdarıdır, TAP və “Şahdəniz” layihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz

kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45

milyard dollar olan infrastruktur layihəsidir.

Azərbaycan yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir. Biz regional əməkdaşlığa töhfə verən

digər layihələrə də böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində ən böyük Beynəlxalq Dəniz Ticarət

Limanının birinci mərhələsi və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da Asiya ilə

Avropanı birləşdirəcək ən rahat və qısa dəmir yolu istifadəyə veriləcəkdir.

Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları ilə bölüşməyə hazırdır. Ölkələrimiz

arasında humanitar sahədə münasibətlərin uğurla inkişaf etdirilməsi üçün də geniş imkanlar mövcuddur. Bakı

Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili və

Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində

bolqar gənclərini Azərbaycanın mədəniyyəti, dili və ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə Azərbaycan

Dili və Mədəniyyəti Mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni

tədris olunur.

Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlığımız da məmnunluq doğurur.

Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də cari

ilin iyununda ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu

yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar arzulayıram.

Page 50: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

50

Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və

beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki, regionun ən ağrılı

problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi

təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7

rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın

və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var

ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT,

NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu

beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün

imzalanmış “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə

Bəyannamə”də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və

sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə

minnətdarlığımı bildirirəm.

Xalq qəzeti.-2015.-6 mart.-№ 52.-S. 2.

Page 51: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

51

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri:

Azərbaycan və Pakistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər:

Prezident İlham Əliyevin bəyanatı

(11 mart 2015-ci il)

Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.

- Hörmətli cənab Prezident, əziz dostlar.

Nümayəndə heyətinin üzvləri.

Cənab Prezident, Sizi və nümayəndə heyətinizi bir daha salamlamaq istəyirəm. Azərbaycana xoş

gəlmisiniz. Səfərinizə çox böyük əhəmiyyət veririk. Bu səfəriniz ölkələrimiz, həmçinin Azərbaycan və Pakistan

xalqları arasındakı qardaşlıq əlaqələrini gücləndirəcək. Əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh,

əməkdaşlıq və dostluq şəraitində yaşamışlar. Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu

gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz

və həmçinin strateji maraqlarımıza söykənir.

Bu gün cənab Prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq

bəyannaməsidir. Əslində bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji

əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və

əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.

Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi

səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-

birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik.

Bu gün cənab Prezidentlə ikitərəfli və çoxtərəfli əhəmiyyətə malik məsələləri, xüsusilə beynəlxalq

təsisatlarda əməkdaşlığımızı müzakirə etdik. Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər

beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində

Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq.

Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni

işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində 1

milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal

altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə

qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır.

Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox

ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu.

Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı

səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. Bu, qardaş

münasibətidir. Bu, real dəstək rəmzidir. Hökumətimiz və xalqımız sizin bu mövqeyinizə görə hökumətinizə və

xalqınıza çox minnətdardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin

Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu

qətnamələr icra edilmir.

Azərbaycan öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq

sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəkləyir. Başqa sözlə desək, ölkələrimiz arasında əməkdaşlığın

güclü tarixi təməli var və bu gün biz beynəlxalq arenada öz milli mənafelərimizi qorumaq üçün bir-birimizi

dəstəkləyirik.

Biz bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Şadam ki, cənab Prezident

Pakistanın işgüzar dairələrinin təmsilçilərinin böyük qrupu tərəfindən müşayiət olunur. Sabah biz bir yerdə

biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında

təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Bu gün nümayəndə

heyətləri ilə görüşdə biz bu məsələni müzakirə etdik. Sabah nümayəndə heyətlərinin üzvləri bu istiqamətdə

işləməyə davam edəcək və nəticələr haqqında bizə məruzə edəcəklər.

Biz hərbi sahədə fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti

planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də

Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi

Page 52: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

52

birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə

etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək.

Əməkdaşlığımızın mühüm bir hissəsi humanitar sahəyə aiddir. Bu, mədəniyyət, elm, sosial sahələrdir.

Bunların hamısı xalqlarımız və ölkələrimiz üçün çox əhəmiyyətlidir. Çünki beynəlxalq arenada qarşılıqlı dəstək,

iqtisadi və enerji sektorlarında əməkdaşlıq həqiqətən strateji tərəfdaşlığın səviyyəsinin göstəricisidir. Habelə

ölkələrimiz İslam həmrəyliyinin gücləndirilməsinə aid məsələlərdə də çox fəaldır. İslam dünyasında daha çox

birliyə, qarşılıqlı dəstəyə ehtiyacımız var. Bir-birimizi siyasi və iqtisadi cəhətdən, həmçinin beynəlxalq

təşkilatlardakı fəaliyyətlərimiz baxımından dəstəkləməliyik.\

Biz İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə veririk. Azərbaycan və Pakistan bu istiqamətdə

öz mühüm rolunu oynamağa davam edəcək. Başqa sözlə desək, biz bütün sahələrdə əməkdaşlıq edirik. Bu

əməkdaşlığı gücləndirmək üçün aydın niyyətimiz var. Bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən

biridir. Bu gün qardaş ölkənin Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunuq. Ümid edirəm ki,

səfərinizin çox yaxşı nəticələri və səfərlə bağlı xoş xatirələriniz olacaq. Cənab Prezident, bir daha Azərbaycana

xoş gəlmisiniz.

Xalq qəzeti.-2015.-12 mart.-№ 56.-S. 2.

Page 53: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

53

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri:

Azərbaycan-Pakistan biznes forumu keçirilib:

Prezident İlham Əliyevin çıxışı

(12 mart 2015-ci il)

Martın 12-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti

Məmnun Hüseyn biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

- Hörmətli cənab Prezident.

Əziz qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Dünən bizim ikitərəfli

münasibətlərimiz üçün çox məhsuldar gün oldu. İkitərəfli əlaqələrimizin gələcək inkişafı barədə söhbət apardıq.

Mən əməkdaşlıq səviyyəsindən olduqca məmnunam. Dünən ölkələrimiz arasında tərəfdaşlıq üçün geniş

imkanlar yaradacaq mühüm sənədlər imzalandı. Xüsusən də Pakistan ilə Azərbaycan arasında imzalanmış

strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlığımızın mahiyyətini, bir-birimizə olan hissləri özündə əks

etdirir. Biz, sözün əsl mənasında, ən yüksək əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq səviyyəsindən yararlanırıq.

Bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən biridir. Əminəm ki, bu səfər əməkdaşlığımızın

inkişafına yeni töhfə verəcək. Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi

dəstəkləyirik. Biz əsl müttəfiqik. Buna görə, əlbəttə ki, biz həmin gözəl münasibətlər fürsətindən istifadə

etməliyik və onları ölkələrimizin biznes dairələri arasında əməkdaşlığa çevirməliyik.

Pakistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinə baxdıqda, əlbəttə ki, bu, bizi qane edə bilməz.

Həmin səbəbdən, mən cənab Prezidentə olduqca minnətdaram ki, o, Azərbaycana böyük nümayəndə heyəti -

Pakistanın işgüzar dairələrinin mühüm təmsilçiləri ilə gəlib. Ölkəmiz, imkanlar və həyata keçirilməsini

planlaşdırdığımız layihələr haqqında daha çox bilmək imkanı yaranıb. Eyni zamanda, biznes forumun yaxşı

nəticələrini görmək istəyirik.

Ümumiyyətlə, biznes forum, işgüzar dairələrin nümayəndələri arasında görüşlər kimi əməkdaşlıq

formatı çox səmərəlidir və yaxşı nəticələr verə bilər. Əminəm ki, bu gün siz ilk öncə qarşılıqlı ticarət

səviyyəsinin artırılması, ölkələrimizdən nəyin idxal olunması haqqında söhbət aparacaqsınız. Hesab edirəm ki,

hökumət strukturları əlaqələndirici kimi çıxış edə bilər. Müvafiq nazirliklər, eyni zamanda, hökumətlərarası

ticarət və iqtisadiyyat komissiyası bu məsələni əlaqələndirə bilər. Həm biz, həm də siz bir çox malları idxal

edirik. Bu səbəbdən, biz iqtisadiyyatımızı gücləndirmək və ümumi dövriyyəmizi artırmaq üçün bir-birimizdən

nəyi idxal edə biləcəyimiz haqqında düşünməliyik.

Şad olardıq ki, Pakistan şirkətləri Azərbaycanda sərmayə imkanlarını nəzərdən keçirsinlər. Bu, xüsusən

də iqtisadiyyatımızın idxaldan asılı olan sahələrinə aiddir, çünki bazarımız artır. Bu səbəbdən, istehsalatın

ölkəmizdə artırılması hökumətimizin prioritetlərindən biridir. Fikrimcə, xarici sərmayədarlar üçün bu məsələləri

nəzərdən keçirmək faydalı olardı. Çox münbit sərmayə mühiti var. Müstəqilliyin son illəri ərzində,

Azərbaycanda təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bu, ilkin olaraq, enerji sektoruna aiddir. İndi isə,

iqtisadiyyatımızın digər sahələri də əhatə olunur.

Biz Pakistan şirkətlərini podratçı kimi görmək istəyirik. Əminəm ki, bu gün burada əsasən Bakıda, eləcə

də regionlarda icra etdiyimiz infrastruktur layihələrinin təqdimatı da olacaq. Biz regionların inkişafı ilə bağlı

rayonlarımızda yeni imkanları açmış, artıq iki proqramı uğurla həyata keçirmişik. Hazırda üçüncü proqram icra

olunmaqdadır. Əslində, gələn bir neçə illər üçün planlarımız yaxşı məlumdur. Regionların inkişaf proqramı

mətbuatda çap edilib. Bu səbəbdən, hər rayonda, hər şəhərdə planlaşdırılmış iş əhalimizə və sərmayədarlara

yaxşı məlumdur.

Hər il dövlət sərmayə proqramını qəbul etdikdə, biz əsasən infrastruktura, sosial infrastruktura diqqət

yetiririk. Bu səbəbdən, Azərbaycanda xarici podratçılar üçün birgə icra edə biləcəyimiz böyük həcmdə işlər var.

Xüsusən də Pakistanda və Azərbaycanda iqtisadiyyatımız üçün vacib sahələrdə birgə müəssisələrin yaradılması

haqqında düşünə bilərik. Qarşılıqlı sərmayə proqramlarını da yüksək qiymətləndirə bilərik. Bir daha söyləmək

istəyirəm ki, biz yaxşı biznes imkanlarının yaradılması üçün əla siyasi münasibətlər fürsətindən yararlanmalıyıq.

Bu, birincisi. İkincisi isə, biz bir-birimizi BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təsisatlarda

Page 54: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

54

dəstəklədiyimiz kimi, həmçinin iqtisadi əməkdaşlıq baxımından da dəstəkləməliyik. Biznes imkanlarının təşviq

edilməsi üçün bir-birimizə dəstək verməliyik.

Dünən biz cənab Prezidentlə islam həmrəyliyi haqqında danışdıq. Biz Azərbaycanda və siz Pakistanda

bütün müsəlman ölkələri arasında daha yaxşı anlaşma və əməkdaşlığın yaradılması üçün çox çalışırıq. Biz

işlərimiz, bəyanatlarımız və iqtisadi imkanlarımızla bir-birimizə dəstək verməliyik. İqtisadiyyatın bir sahəsində

yaxşı təcrübəyə malik olan ölkələr digər ölkələrə texnologiyanın, təcrübənin və biliklərin verilməsində kömək

etməlidir.

Bir sözlə, məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu gün keçirilən biznes forumdan sonra çox yaxşı

nəticələr olacaq və yaxın zamanlarda müvafiq nazirliklərdən əməkdaşlığın yeni sahələri haqqında yaxşı

hesabatlar alacağıq.

Azərbaycanın iqtisadiyyatına gəldikdə, o, çox sürətlə inkişaf edir. Azərbaycanın müstəqilliyinin ilk

illərində iqtisadi vəziyyətimiz çox ağır idi. Ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsi çox yüksək idi.

İnflyasiya min faizdən artıq idi. Sonra, biz 1990-cı illərin ortalarında iqtisadi islahatları həyata keçirməyə

başladıq. Onlar bu günə qədər davam edir. Hazırda iqtisadiyyatımız rəqabətədavamlı iqtisadiyyat hesab olunur.

Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını qlobal rəqabətədavamlılıq göstəricisinə görə 38-ci yerdə

qərarlaşdırıb. Bu, əsasən iqtisadi islahatlar sayəsində əldə edilib.

Biz işsizlik və yoxsulluğu 5 faizə qədər azalda bilmişik. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı

dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Bu, əsasən artan neft və qaz hasilatı ilə bağlı olub. Eyni

zamanda, iqtisadi islahatlarımız da nəticə verib. Hazırda, neftin qiyməti aşağı düşdüyü halda, görürük ki,

iqtisadiyyatımız hələ də inkişaf edir. Eyni vəziyyət beş-altı il öncə baş vermişdi. Həmin vaxt, neft sənayesi bəzi

çətinliklərlə üzləşdi, Avropada ciddi iqtisadi və maliyyə böhranı baş verdi. Buna baxmayaraq, Azərbaycan

iqtisadiyyatı inkişaf edirdi. Ümumi daxili məhsul artırdı və iqtisadiyyatımızın qeyri-neft sektoru inkişaf edirdi.

Bu, bizim üçün daha vacibdir, çünki planlarımız daha çox şaxələndirməni nəzərdə tutur. Əgər əvvəlki illərdə

neft və qazın qiymətlərindən daha çox asılı idiksə, hazırda neft və qaz ÜDM-in təxminən 40 faizini təşkil edir.

Bununla belə, bu, yenə də, ixracımızın ən böyük hissəsidir. Həmin səbəbdən, biz iqtisadiyyatın

şaxələndirilməsində, yeni sərmayə imkanlarının yaradılmasında, yerli istehsalatın artırılmasında maraqlıyıq.

Eyni zamanda, biz enerji resurslarından əlavə digər malların ixracında maraqlıyıq. Bu halda, mühüm məqama

gəlirik. Əlbəttə ki, məhsullar beynəlxalq standartlara cavab verməlidir. Biz isə bunu edirik. İkinci vacib element

isə, bazarlardır. Bu gün, bildiyiniz kimi, yumşaq desək, bazarlar uğrunda yarışma, daha doğrusu, mübarizə

gedir. Həmin səbəbdən, bizim kimi qardaş ölkələr bazarlara daxil olmaq məqsədilə bir-biri üçün imkanlar

yaratmalıdır. Artıq öncə qeyd etdiyim kimi, biz çox idxal edirik, siz hətta daha çox idxal edirsiniz. Bir-birimizə

hansı ixrac sahələrini təmin etmək üzərində düşünməliyik. Biz bazarlarımızı bir-birimiz üçün açıq elan

etməliyik. Belə olan halda, iş yerləri açılar, kapital formalaşar və iqtisadi fəaliyyət yaranar.

Bir sözlə, biz ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq. Biz gözəl fürsəti əldən

verməli deyilik və praktiki layihələrə diqqət yetirməliyik. Bu gün Azərbaycan tərəfindən planlaşdırdığımız işlər,

qaydalar, hüquqi şərait, vergi rejimi, sərmayə imkanları və nəhayət, gələcək üçün planlarımız barədə kifayət

qədər informasiya veriləcək.

Bu səbəbdən, mən Pakistanın işgüzar dairələrinin bütün təmsilçilərini Azərbaycanda salamlamaq

istəyirəm. Eyni zamanda, cənab Prezidentə Azərbaycana etdiyi səfərə və həmçinin iqtisadi sahəyə də diqqət

yetirmək fürsətini yaratdığına görə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Çox sağ olun.

Xalq qəzeti.-2015.-13 mart.-№ 57.-S. 1.

Page 55: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

55

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri:

Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi istifadəyə verilib:

Prezident İlham Əliyevin çıxışı

(17 mart 2015-ci il)

Xəbər verdiyimiz kimi, martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı

olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib

Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

- Çox hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Çox hörmətli Gürcüstan Prezidenti, əziz qardaşım Giorgi Marqvelaşvili.

Əziz bacılar və qardaşlar.

İlk növbədə qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam, bunu ifadə etmək istəyirəm.

Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdam çox məmnunam. Qars qədim türk dünyasının tarixi

yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır.

Bu məktəb mənim atamın, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün

Qarsda hava limanına enərkən ilk növbədə, Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim.

Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə dərin

minnətdarlığımı bildirmək istəyirəm.

Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir. Daim

çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız

üçün bir nümunədir. O demişdir: Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Biz bu siyasətə sadiqik və əziz

qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək

üçün böyük səylər göstəririk.

Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün

beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Türkiyənin artan gücü bizi də gücləndirir. Türkiyə bu

gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində

böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər,

xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişmişdir. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır.

Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilmişdir və böyük iyirmilərin - “G-20”nin toplantısına qardaş

ölkəni - Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma - Türkiyə Prezidentinə öz

minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı

möhkəmləndiririk.

Bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur. TANAP bizim müştərək

layihəmizdir. Üç il bundan öncə İstanbulda TANAP layihəsi imzalandı. Bu gün biz artıq bu layihənin təməlini

qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Birgə

həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar, yeni iş yerləri yaradır,

iqtisadi, siyasi gücümüzü artırır. Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlamışdır. SOCAR -

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlamışdır. Bu

sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR

Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır. Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda,

Əliağada beş lisey və məktəb tikilmişdir. Bu, təhsil sektoruna qoyulan sərmayədir. Yəni, bu, bizim gələcəyimizə

qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Biz

çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək.

Bizim gənclərimiz gərək bilikli, savadlı olsunlar. Bilik, savad bu dünyada hər şeyi həll edir. Bilik, savad

texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi

yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir.

Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 11 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib

təmir edilmiş və gənclərimiz üçün çox gözəl imkanlar yaradılmışdır.

Page 56: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

56

Bu məktəbdə peşə sahibləri oxuyacaqlar. Buranı bitirən peşə sahibləri sonra Türkiyə və Azərbaycan

maraqlarını qoruyacaqlar. Bu, artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması

əlbəttə ki, bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda, vətənpərvər, öz Vətəninə

bağlı olmalıdırlar. Tarixi də yaxşı bilməlidirlər və tarixi həqiqətləri həm bilməli, həm təbliğ etməlidirlər.

Əfsuslar olsun ki, Türkiyəyə və Azərbaycana qarşı bu gün çirkin kampaniya aparılır. Bizim keçmişimizi

qaralamaq, bizə şər, böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan

bizə qarşı kampaniya aparırlar. Biz isə buna öz işimizlə cavab veririk. Bu gün Türkiyə və Azərbaycan kimi

dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir. Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf

edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulubdur. Biz gələcəyimizi tarixi həqiqət

üzərində qururuq, tarixi gənc nəsillərə olduğu kimi təqdim edirik. Bəzi başqa ölkələr kimi, tarixi təhrif etmirik,

öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq. Əfsuslar olsun ki, bu gün Türkiyəyə və Azərbaycana qarşı

əsassız iddialar irəli sürən işğalçı erməni dövləti yalan üzərində qurulubdur. Onların tarixi də yalandır, onların

bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir.

Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq

inkaredilməz amildir. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır. Biz enerji,

nəqliyyat layihələrimizi həyata keçirməklə birliyimizi daha da gücləndiririk. Təsadüfi deyil ki, Bakı-Tibilisi-

Qars dəmir yolunun təməl daşı da Qarsda qoyulmuşdur, TANAP layihəsinin təməli də Qarsda qoyulacaqdır.

Bu gün bizimlə bərabər qardaş Gürcüstan dövlətinin Prezidenti də iştirak edir. Buna görə mən çox

minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimi üçün Qarsa

gəlmişdir. Amma, eyni zamanda, bu gün Heydər Əliyev adına olan məktəbin açılışında da iştirak edir. Bizim

üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə bundan

sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəyini quracaq, bir-birinə həmişə dayaq, arxa olacaqlar.

Əziz bacı və qardaşlarım, mən Qarsda olmağımdan çox məmnunam. Mən Qarsı yenilənmiş, inkişafda

olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk

dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə TANAP layihəsinin

icrası Qars üçün yeni imkanlar açacaqdır.

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

Xalq qəzeti.-2015.-19 mart.-№ 62.-S. 1-2.

Page 57: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

57

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri:

Trans-Anadolu qaz boru kəmərinin təməli qoyulub:

Prezident İlham Əliyevin çıxışı

(17 mart 2015-ci il)

Xəbər verdiyimiz kimi, martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz

boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan

Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

- Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, əziz qardaşım.

Hörmətli Prezident Giorgi Marqvelaşvili, əziz qardaşım.

Hörmətli xanımlar və cənablar.

Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam. Mən ilin əvvəlində Türkiyədə idim,

qardaşımın dəvəti ilə Türkiyədə dövlət səfərində idim. Bu gün Türkiyədəyəm. Gələn ay, inşallah, aprelin 24-də

biz Çanaqqala zəfərini bərabər qeyd edəcəyik. Yəni, bu, özlüyündə bir göstəricidir.

Türkiyə bizim doğma vətənimizdir və biz özümüzü həmişə Türkiyədə öz evimizdəki kimi hiss edirik.

Bizim aramızdakı birlik, dostluq, qardaşlıq əslində bu günü şərtləndirən amildir.

Bu gün tarixi bir gündür – TANAP layihəsinə start verilir, təməl daşı qoyulur. Bu layihə enerji

layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi,

qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk

tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi

dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq.

Biz enerji layihələrimizi də birgə icra edirik. Bu gün bu salonda oturarkən və dəyərli məsləkdaşlarımın

çıxışlarına qulaq asarkən sanki 21 il öncəyə döndüm, yəni, xatirimdə o günlər canlandı – 1994-cü il 20 sentyabr,

Bakı şəhəri, Gülüstan Sarayı, “Əsrin kontraktı”nın imzalanması mərasimi. Bəlkə biz o vaxt heç təsəvvür edə

bilməzdik ki, o gün nə qədər böyük əhəmiyyət kəsb edir və hansı böyük hadisələrə gətirib çıxaracaq. O vaxt

Azərbaycan müstəqil dövlət kimi sadəcə üç ilə yaxın idi ki, yaşayırdı. Bizim milli liderimizin – Heydər Əliyevin

baxışları, siyasi müdrikliyi, cəsarəti sayəsində o vaxt Azərbaycanın yeni enerji strategiyası başlamışdır. “Əsrin

kontraktı” əslində bu günə gedən yolumuzu açdı. İlk dəfə olaraq biz Xəzər dənizinə xarici neft şirkətlərini dəvət

etdik. O vaxta qədər Xəzər dənizi qapalı bir su hövzəsi idi. Qısa müddət ərzində “Azəri-Çıraq-Günəşli”

yatağının işlənməsinə başladıq. Buradan ilk neft 1997-ci ildə çıxarılmışdır. Ondan sonra təbii ki, bu neftin ixrac

yolları haqqında müzakirələr başlamışdır və Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas ixrac marşrutu kimi

seçilmişdir. Xatırlayıram, 2006-cı ildə əziz qardaşım Prezident Ərdoğanla bərabər biz Ceyhanda Bakı-Tbilisi-

Ceyhan neft kəmərinin açılışını qeyd edirdik. Bu gün artıq bu layihəsiz bölgənin və qitənin enerji

təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Bakı-Tbilisi-Ceyhan əslində bir yol açdı, bir enerji dəhlizi

yaratdı. Bu gün artıq Qarsda xüsusi məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu

da məhz bu enerji dəhlizi üzrə inşa edilir. Bu, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına da yol açdı. Yəni, o

tarixi günlər bu gün uğurlarımızı daha da gücləndirir, çünki biz tarix əsasında gələcəyimizi də qururuq, necə ki

Türkiyə və Azərbaycan xalqları öz gələcəyini müştərək tarix üzərində qururlar.

Son 20 ilin tarixi hesab edirəm ki, dünya miqyasında nadir bir tarixdir. 1996-cı ildə bp ilə SOCAR

arasında “Şahdəniz” qaz yatağının işlənməsinə dair kontrakt imzalandı. O zaman biz bilmirdik ki, “Şahdəniz”

yatağında nə qədər qaz var. Ancaq yəqin ki, təxmin edirdik, çünki əgər belə olmasaydı, o yatağa “Şahdəniz” adı

verilməzdi, yəni, dənizin şahı. Xəzər dənizinin şahı “Şahdəniz” öz adını doğrultdu. Bu gün “Şahdəniz” dünya

miqyasında ən böyük qaz yataqlarından biridir və “Cənub” qaz dəhlizi üçün hazırda yeganə resurs mənbəyidir.

Mən ona görə hazırda deyirəm ki, çünki əminəm, Azərbaycanın digər nəhəng qaz yataqları yaxın zamanlarda

qazı hasil edəcək və beləliklə, biz “Cənub” qaz dəhlizini əlavə həcmlə təmin edəcəyik.

TANAP layihəsinin tarixçəsi çox qısadır, ancaq çox şərəflidir. 2012-ci ildə əziz qardaşım Rəcəb Tayyib

Ərdoğanla bərabər biz İstanbulda TANAP anlaşmasını imzaladıq və qısa müddət ərzində bu anlaşma dünya

miqyasında çox böyük dəstəyə nail ola bildi. Qısa müddət ərzində artıq TANAP layihəsi gerçəkləşir, bu gün

təməl daşı qoyulur.

Page 58: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

58

2013-cü ildə TAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilmişdir. Hazırda “Cənub” qaz

dəhlizinin tərkib hissələri, hər bir tərkib hissəsi üzrə sürətli iş gedir. “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir:

“Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Keçən il sentyabrın 22-də biz Bakıda “Cənub” qaz

dəhlizinin təməlini qoyduq, indi işlər başlamışdır. Əminəm ki, bütün bu işlər cədvəl üzrə gedəcək və biz bu

işləri vaxtında icra edəcəyik.

Bu gün “Cənub” qaz dəhlizi layihəsi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə

qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır. Bu gün TANAP layihəsinin əsas iştirakçıları Türkiyə və

Azərbaycandır. Çox şadam ki, bizim strateji tərəfdaşımız bp şirkəti də səhmdar kimi bu layihəyə qoşulmuşdur.

Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır. Ancaq təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə

bərabərdir. Proqnoz ehtiyatlar, yəni, ehtimal olunan ehtiyatlar isə ondan 2 dəfə çoxdur. Bu resurs bazası bu gün

“Cənub” qaz dəhlizini təmin edir. Ancaq qeyd etdiyim kimi, bizim digər yataqlar da var. İndi o yataqlar üzrə iş

gedir. Əminəm ki, Azərbaycan qazı qonşu ölkələrə və Avropaya böyük həcmdə nəql ediləcək.

“Cənub” qaz dəhlizinin əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda -

Avrasiyada yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-

Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional

amil kimi özünü göstərir. Amma bu gün biz bu formatı genişləndiririk. Digər ölkələr bizim işlərimizə qoşulur -

Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Balkan ölkələri gələcəkdə Azərbaycan qazını ala biləcəklər. Mən

buna əminəm. Eyni zamanda, Nabukko layihəsinin üzvləri - Bolqarıstan artıq bizim layihədə iştirak edir.

Rumıniya, Macarıstan da əminəm ki, bu layihələrə qoşula bilərlər və qoşulmalıdırlar. Çünki bir daha demək

istəyirəm ki, qaz resurs bazası kifayət qədər böyükdür.

“Cənub” qaz dəhlizinin ötürmə qabiliyyəti kifayət qədər böyükdür və gələcəkdə lazım olarsa bu

imkanlar daha da genişlənə bilər. Biz çalışmalıyıq ki, qonşu və dost ölkələri maksimum dərəcədə öz təbii

qazımızla təmin edək. Beləliklə, yeni bir əməkdaşlıq formatı yaranır. Bu işlərdə iştirak edən ölkələr təbii

müttəfiqlərə çevrilirlər. Yəni, bu gün Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır.

Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir, biz fərqli

sivilizasiyalara mənsubuq. Ancaq bizi birləşdirən xoş niyyətimizdir, eyni zamanda, konkret layihələrdir. Ona

görə “Cənub” qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür. Bu,

iqtisadi mənfəət gətirən bir layihədir və bu layihədə iştirak edən bütün ölkələr mənfəət götürəcək.

Bizim əsas istəyimiz ondan ibarət idi ki, bütün ölkələr qazansın. Hasil edən ölkə, tranzit ölkələr,

istehlakçı ölkələr - onların maraqları birləşməlidir. Maraqlar balansı yarandı. Ancaq o təqdirdə biz uğura nail ola

bilərik. Bu məqsədlə biz keçən ay Bakıda “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurasını keçirdik, çox böyük

uğurla keçirdik. Çox şadam ki, Avropa İttifaqının vitse-prezidenti, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli

nümayəndəsi, əlbəttə ki, “Cənub” qaz dəhlizinin bütün üzv ölkələrinin nümayəndələri orada iştirak etmişlər.

Yəni, bu, geniş beynəlxalq formatdır. Növbəti dövr ərzində qarşılıqlı anlaşma, işlərin əlaqələndirilməsi və

qarşılıqlı inam bizim işimizi sürətləndirəcək. Çünki biz bir-birimizə daha da çox inanmalıyıq. Qeyd etməliyəm

ki, Azərbaycan bu işlərdə bəlkə də ən böyük təcrübəsi olan bir ölkə kimi əlbəttə, öz xidmətlərini bundan sonra

da göstərəcək.

Bizim bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr

uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona

görə də məndə heç bir şübhə yoxdur ki, “Cənub” qaz dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla

nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz

nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi “Şahdəniz” qazıdır, Azərbaycan

qazıdır. Gələcəkdə başqa mənbələr də olacaqdır, amma hazırda budur. Mənbələrin şaxələndirilməsi çox

önəmlidir. Yolların şaxələndirilməsi də önəmlidir. Biz hamımız şaxələndirmə haqqında danışırıq, amma ilk

növbədə, yeni mənbələrin mövcudluğu önəmlidir. Çünki burada da qeyd edildi, dünyada və xüsusilə də

Avropada qaza olan tələbat getdikcə artacaq. Ənənəvi mənbələr də təbii olaraq tükənir. Yeni resurs bazası

olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır.

Mən əminəm ki, biz gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Bizə lazım olan bütün

əlaqələndirmə işləri aparılır. Əsas məsələ ondan ibarətdir ki, bizim aramızda qarşılıqlı anlaşma, qarşılıqlı

hörmət, bir-birimizə inam var.

Mən TANAP layihəsinin Novruz bayramı ərəfəsində, axır çərşənbə günündə təməl daşının

qoyulmasında da böyük rəmzi məna görürəm. Biz milli ənənələrimizə bağlıyıq, sadiqik, öz gələcəyimizi milli

dəyərlər üzərində qururuq. Biz bütün dünyaya da açığıq. Bu gün burada toplaşan, müxtəlif ölkələrdən gəlmiş

qonaqlar bizim dəyərli dostlarımızdır. Bu işi biz bərabər görürük və görəcəyik.

Page 59: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

59

TANAP-a uğurlar və inşallah, üç ildən sonra TANAP-ın açılışında bərabər olacağıq. Sağ olun.

Xalq qəzeti.-2015.-19 mart.-№ 62.-S. 2-3.

Page 60: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

60

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(19 mart 2015-ci il)

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi

keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət

və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.

Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli qızlar və oğlanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı

münasibətilə təbrik etdilər.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

- Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə

ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan vətəndaşına yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz

bayram kimi qeyd edir. Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq

və sabahdan 9 gün istirahət günüdür. Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur.

Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. İyirmi dörd ilə yaxındır ki,

Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.

Müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş qarşıdurması, vətəndaş

müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və siyasi böhran əlbəttə ki, müstəqilliyimizə çox böyük

zərbə vurmuşdu. Ancaq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi.

Azərbaycanda siyasi və iqtisadi islahatlar aparılmağa başlanmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. O

vaxtdan – 1990-cı illərin ortalarından bu günə qədər 20 il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayır,

müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi

tanınır.

Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Əsrlər

boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini qoruyub

saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma

ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq. Azərbaycan xalqı öz taleyinin

sahibidir. Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata

bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da

müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat yaşamasını təmin edəcəyik. Ancaq o da təbiidir ki,

Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan

halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici

dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt

dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar

alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də

birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə

mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq,

işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim

etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti

buna inanmır. Azərbaycan xalqı hər şeyi öz gözü ilə görür. Son illərin inkişafı, şəhərlərimizin abadlaşdırılması,

ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim

işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan

mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər

dolğun məlumatın çatdırılması üçün şərait yaradır.

Ancaq buna baxmayaraq, biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri,

mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bir daha demək istəyirəm ki, bütün bu

səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə

təsir edə bilsin.

Page 61: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

61

Azərbaycanda bütün azadlıqlar təmin edilib. Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır.

Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq

azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir. Ancaq bizi

ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə

nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər.

Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə

susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili

standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə

üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm

beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək

verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya

siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya

hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq. Biz ölkəmizi

gücləndiririk, ölkəmizi inkişaf etdiririk. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün azadlıqlar

mövcuddur – siyasi azadlıqlar, vicdan azadlıqları, iqtisadi sərbəstlik. Bu gün Azərbaycan istər iqtisadi inkişaf,

istər dinlərarası dialoq baxımından nümunəvi bir ölkədir.

Bu gün hər tərəf alovlanır, Yaxın Şərq, Avropa, MDB məkanı, ya qanlı toqquşmalar, yaxud da ki, etnik,

dini zəmində qarşıdurmalar, qarşılıqlı ittihamlar. Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri

bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir. Azərbaycan bu gün dünya üçün əhəmiyyətli

ölkəyə çevrilibdir. Bizi beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı durmadan artır. Dünyanın ən mötəbər

qurumu olan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Qoy bizi ittiham etməyə çalışan

ölkələr 155 ölkənin dəstəyi ilə seçilsinlər, görək necə seçilirlər. Bax budur reallıq. Ona görə, əlbəttə ki,

Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq

bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz.

Avropa Oyunları isə sadəcə olaraq bir bəhanədir. Sanki bəzi xarici qüvvələr var ki, bunu bizə çox

görürlər. Baxmayaraq ki, biz öz üzərimizə böyük məsuliyyət götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində

hazırlamaq çox çətin məsələdir. Bu Oyunlar Olimpiya Oyunlarının səviyyəsində keçiriləcək. Olimpiya

Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma bunu edirik və ən aşağı büdcə ilə bunu

edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdur. Bizim bütün

Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency

International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On

ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib,

hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır.

Ancaq biz bu sualları verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq. Hər yerdə ədalət olmalıdır -

cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə. Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki

dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-

bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə, Azərbaycan

böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən

proseslərə təsir edək.

Bizim əsas problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi əfsuslar olsun ki, həll

olunmur. Keçən il vasitəçilər tərəfindən səylər göstərilmişdir. Bilirsiniz ki, avqust, sentyabr, oktyabr aylarında

Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları, yüksək vəzifəli şəxslər səylər göstərmişdilər, üç görüş

keçirilmişdir. Sonuncu görüş Parisdə hər iki tərəfin fikrinə görə uğurlu keçmişdir. Ancaq o görüşdən bir həftə

keçməmiş Ermənistan növbəti təxribata əl atdı. Ağdamda, işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi

təlimlərə başladı ki, bizi yenə də təxribata çəksin. Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq

öhdəliklərimizə sadiqik. Bir daha bildirmək istəyirəm ki, oktyabrın sonunda Parisdə keçirilən görüşdə demişik

ki, biz gərək təmas xəttindəki gərginliyi azaldaq, sülh danışıqlarının mahiyyətinə daha da çox fikir verək. Ona

görə çox təmkinlə özümüzü aparmışıq. Amma düşmən bizim bu davranışımızı başqa cür yozub və

mövqelərimizə hücum çəkib. Belə olan halda təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin

vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa çalışmağa başlamışlar. Hətta Ermənistanın ən yüksək

rütbəli, vəzifəli şəxsləri demişlər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni

əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə

Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz

Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır.

Page 62: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

62

Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Bizim əsgərlərimiz Vətəni ləyaqətlə

qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti,

ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın

beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz

azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına

da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə

olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz hər

gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq.

Ona görə biz daha da güclü olmalıyıq. Daha da güclü orduya sahib olmalıyıq. Ordu quruculuğu bizim

üçün indi əsas vəzifədir. Ona görə bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır. Bu gün

Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl

orduları sırasındadır. Bunu biz yaratmışıq. Çünki başqa cür mümkün deyil.

Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç

bir dəyəri yoxdur. Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu

biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi

belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir.

Orada birbaşa yazılıb ki, Azərbaycan torpaqları işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir. Yəni,

beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur

etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur.

Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki,

güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və

əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət.

Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, xalqla iqtidar arasında birlik möhkəmdir. Bizim

islahatlarımız, siyasi addımlarımız, beynəlxalq səviyyədə apardığımız işlər xalq tərəfindən dəstəklənir və

bugünkü Azərbaycan reallıqları bunu göstərir. Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə

olmamışdır.

Bax, bu yaxınlarda - iki gün bundan əvvəl biz qədim türk torpağı olan Qars şəhərində TANAP

layihəsinə start verdik. Yəni, bu, tarixi layihədir. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli

hissəsidir. Amma “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri,

TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki

enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir. Heç bir ölkə öz milli təhlükəsizliyini enerji

təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Görün,

Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni,

yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər

Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq.

Bu gün də kifayət qədər güclüdür. Bu gün bölgədə nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə heç bir layihə bizim

razılığımız olmadan icra edilə bilməz. Bunu yaxın tarix göstərib.

Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir və bizim siyasət ədalətli siyasətdir. Biz bütün

ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq. Biz bərabərliyin tərəfdarıyıq. Biz

hesab edirik ki, dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Ona

görə biz bütün ölkələrlə öz siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə qarşısında öhdəlik

götürməmişik və bu, mümkün deyil. Beynəlxalq təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk,

onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir öhdəliyimiz yoxdur. Əgər kimsə hesab edir ki,

Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl

çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol

azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik.

Bizim şəhərlərimiz abadlaşır, insanların rifah halı yaxşılaşır. Azərbaycan bu gün dünya miqyasında

nümunəvi ölkə kimi tanınır. Bakımız gözəlləşir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının qədim

tarixi, bizim milli sərvətimiz olan Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər - bu, dünya miqyaslı sərvətdir. Eyni

zamanda, Bakının yeni simvolları, yeni rəmzləri yaradılır - Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Alov

qüllələri, Ağ şəhər, Xalça Muzeyi, bu yaxınlarda açılan bulvar. Onun uzunluğu artıq 16 kilometrə çatır. Yəni,

budur bu gün bizim ölkəmiz. Azərbaycana gələn hər bir qonaq əgər o, qərəzli deyilsə, bunu görür, etiraf edir.

Dostlarımız sevinir, düşmənlərimiz peşman olurlar.

Biz öz yolumuzla gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik və ölkəmizi daha

da gücləndirəcəyik.

Page 63: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

63

Bayramınız mübarək olsun!

Xalq qəzeti.-2015.-20 mart.-№ 63.-S. 1-3.

Page 64: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

64

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri:

Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşü olub:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(6 aprel 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Prezident İlham Əliyevi salamladı.

- Əlahəzrət Şahzadə.

Cənab baş katib.

Əziz dostlar.

Əvvəlcə, göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Səudiyyə Ərəbistanında

yenidən olmağımdam çox şadam. Dünən gözəl ölkənizə rəsmi səfərim başlayıb. Əlahəzrət, Səudiyyə

Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi ilə ikitərəfli münasibətlərimizə dair bir çox məsələləri və

regional prosesləri müzakirə etmək şərəfinə nail oldum.

Biz tərəfdaşlığımızın strateji xarakterini bir daha təsdiqlədik. Səudiyyə Ərəbistanı və Azərbaycan qardaş

və dostdurlar. Bütün beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və dəstəkləməkdə davam

edəcəyik.

Eyni zamanda, dünən ölkənizin nazirləri ilə görüşlər zamanı iqtisadi və siyasi əməkdaşlığa dair müxtəlif

layihələri, qarşılıqlı ticarətin həcminin artırılması imkanlarını müzakirə etdik. İqtisadi tərəfdaşlığımızı siyasi

əməkdaşlığımız səviyyəsinə qaldırmalıyıq. Gələn ay ölkəmizə səfər edəcək Səudiyyə Ərəbistanının iş

adamlarından ibarət böyük nümayəndə heyəti və noyabr ayında Sizin ölkəyə yollanacaq bizim nümayəndə

heyətimiz, fikrimcə, iqtisadi əməkdaşlıq üçün çox məhsuldar format yaradacaq. Başqa sözlə, əminəm ki,

səfərim ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.

Bu gün, həmçinin Azərbaycanın fəal üzv olduğu İslam Əməkdaşlıq Təşkilatında olmaq mənim üçün

böyük şərəfdir. Cənab baş katib, artıq qeyd etdiyiniz kimi, son bir neçə il ərzində Azərbaycanda nazirlər

səviyyəsində müxtəlif görüşlər keçirilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi olduqca fəal rol

oynamağa və dünyada İslam həmrəyliyi işinə töhfə verməyə çalışır. Cənab baş katib, düzgün qeyd etdiyiniz

kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğumuz zaman biz BMT ilə

İƏT arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirirdik və beləliklə, təşkilatımızın fəaliyyətinə daha çox

diqqətin cəlb edilməsinə nail olduq.

Fürsətdən istifadə edərək, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün

Azərbaycanın namizədliyinə verdiyi güclü dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkürümü bildirmək

istəyirəm. Həmin vaxt mən çox aydın şəkildə bəyan etdim ki, əgər seçilərsə, Azərbaycan nəinki özünü, eləcə də

bütün müsəlman aləminin ölkələrini təmsil və müdafiə edəcək.

Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq. Azərbaycan 2017-ci ildə İslam

Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman

yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri

olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu

gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu

oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır.

Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri

yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik.

Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq

tərbiyələndirilməlidirlər. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir.

Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin

mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə

dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik.

İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq,

səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir.

Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə

çatdırmaq üçün daha fəal olmalıyıq.

Page 65: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

65

İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə

davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha

güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş

İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq.

Mən göstərilən qonaqpərvərliyə görə bir daha Səudiyyə Ərəbistanının rəhbərliyinə və İslam Əməkdaşlıq

Təşkilatına öz minnətdarlığımı bildirmək istəyirəm. Dünəndən etibarən burada özümü öz evimdəki kimi hiss

edirəm. Bu, qardaşlığımızın təzahürüdür və əməkdaşlığımızın mahiyyətidir.

Bir daha çox sağ olun. Sizin hamınızı Azərbaycana səfərə dəvət edirəm.

Xalq qəzeti.-2015.-7 mart.-№ 71.-S. 3.

Page 66: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

66

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün

sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

(10 aprel 2015-ci il)

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin

2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası

keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

- Bu gün biz birinci rübün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik, gələcək planlar haqqında

danışacağıq. Deyə bilərəm ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq.

Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatın dinamik

inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq.

Bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib. Mən keçən ilin sonunda əmin olduğumu

bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri

təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya

üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır.

Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7

faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.

Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun

inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan

asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir

etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə

qədər düzgün olmasını bir daha göstərir.

Qeyri-neft sektoru prioritet olaraq qalacaq. Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli

surətdə inkişaf edəcəkdir. Şadam, artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun

əksər hissəsini təşkil edir. Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra

Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq.

Bir daha demək istəyirəm ki, neftin qiymətinin iki dəfədən çox düşməsi bizim ümumi dinamik

inkişafımıza təsir etməmişdir, qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürmüşdür. Bundan sonra məhz

qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir.

Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə artmışdır. Bildiyiniz kimi, son illər ərzində neftin

hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci

rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda

“Sənaye ili” elan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye

komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız

böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır.

Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Hesab edirəm ki, bizi

gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və

düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir.

İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8

faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna

baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam

təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır.

İnflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Eyni

zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona

görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət

mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını,

xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul

gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır.

Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, 2015-ci ildə istənilən ölkə üçün,

xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr üçün bu, həddindən artıq müsbət göstəricidir, deyə bilərəm ki,

Page 67: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

67

bizim böyük uğurumuzdur. Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin

qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də

ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi

yerlərdə bunu müşahidə edirik.

Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü

təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi, həm

başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə

əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik

daha da güclənir.

Regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedir, 30

minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılmışdır. Bu, daimi prosesdir, çünki dəfələrlə qeyd

etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin

yaradılması daimi proses olmalıdır. Bizim iqtisadi potensialımız əhalinin artması ilə uzlaşmalıdır. Çünki

əhalinin artması çox müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını

göstərir. Çünki biz demoqrafik dinamikaya nəzər saldıqda görürük ki, məhz son illər ərzində əhalimiz kəskin

şəkildə artmağa başlamışdır. İqtisadiyyat da öz növbəsində bu artım üçün gözəl imkan yaratmalıdır ki, daim iş

yerləri açılsın və işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz

səviyyəsindədir.

Sosial məsələlər öz həllini tapır. Bu sahə daim diqqət mərkəzindədir və bizim düşünülmüş iqtisadi

islahatlarımız bütün dövrlərdə güclü sosial siyasətlə də tamamlanırdı. Bu il bütün sosial öhdəliklər yerinə

yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri

tikilir.Hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır,

müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan

vətəndaşı müayinədən keçmişdir. Son illərdə bütün bölgələrdə müasir tibb mərkəzləri yaradılmışdır. Yəni, indi

müayinədən keçmək üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir tibb ocaqları var ki, insanlara

gözəl xidmət göstərməlidir.

Sosial siyasətimizin digər aspektləri də daim diqqət mərkəzindədir. Sosial sahə insanların rifah halını,

rahat yaşamasını təmin edən sahədir. Ona görə Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır.

Təbii ki, bizim gəlirlərimiz azalıb. Çünki neftin satışından əldə edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki

illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və

xarici investisiyaların cəlb edilməsi bizə imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə

yetirək və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edək.

Bu il də dövlət investisiya proqramı kifayət qədər genişdir. Bu proqramda əsas infrastruktur layihələri öz

əksini tapıbdır və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq,

insanların rahatlığı, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması üçün infrastruktur layihələri əlbəttə ki,

önəmli yer tutur.

Bizim islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya

İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq

görübdür. İldən-ilə bizim yerimiz yaxşılaşır. Biz daha bir pillə qalxmışıq və dünya miqyasında

rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri

biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş

siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur. Ona görə Azərbaycanın xarici dövlət borcu

çox aşağı səviyyədədir. Dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Bu, bizə iqtisadi

müstəqillik verir, eyni zamanda, biz Azərbaycana istənilən məbləğdə xarici bazarlardan maliyyə resursları da

cəlb edə bilərik. Sadəcə olaraq, hesab edirəm ki, buna böyük ehtiyac yoxdur. Təbii ki, müəyyən mənada biz

bunu edirik. Amma daha çox öz işlərimizi, ölkədə görüləsi olan işləri daxili imkanlar hesabına təmin edirik.

Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür.

Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən

işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir,

milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə

Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz

çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq.

Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki,

bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza

uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq

Page 68: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

68

bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik

olan ölkədir. Mən dünya birliyi deyəndə bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat

deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki

mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik

Şurasına üzv seçməzdi.

Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi

3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da

möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və

Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli

xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs

ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir.

Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz

bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və

tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda,

bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir

ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər

ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət

başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan

bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır.

Eyni zamanda, mən ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumlarında iştirak etmişəm –

Davosda və Münxendə. Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı. O da sirr deyil ki, bu

tədbirlərə məhdud sayda qonaqlar dəvət edilir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı

şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz

fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji

siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki

baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz

hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik

adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Bu barədə mən öz fikirlərimi

dəfələrlə bildirmişəm. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi

ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda

onların səyləri heç bir nəticə vermir və verə bilməz. Ölkəmizdən kənarda Azərbaycanın nüfuzu, beynəlxalq

imici haqqında indi mən qısa da olsa çox dəqiq dəlillərlə öz fikirlərimi bildirdim. Ölkə daxilində də vəziyyət

hamının gözü qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı

aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da

bilməz. Azərbaycan inamla inkişaf edir.

Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr əlbəttə ki,

bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə

məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.

Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, həll

olunmamış qalır. Bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə

səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna

həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna

məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə bu

bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr

ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa

rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq.

Azərbaycan əlbəttə ki, bu fəallığı dəstəkləyir. Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində

ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir,

hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox

söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son

qoyulmasıdır. Buna baxmayaraq,Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki, hər iki tərəf təmas

xəttində gərginliyi azaltmağa çalışacaq və bəlkə bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq

Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı

hərbi təlimlərə başladılar. O təlimlərin bir məqsədi var idi- Azərbaycanı təxribata çəkmək və danışıqlar

Page 69: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

69

prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və

beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək Azərbaycanı aqressiv davranışda ittiham

etməyə başladılar.

Əlbəttə ki, heç kim buna, bu tezisə ciddi yanaşmırdı. Azərbaycan həmişə çox təmkinli mövqe nümayiş

etdirir. Danışıqlarda 20 ildən çox iştirakımız onu göstərir ki, biz məsələnin sülh yolu ilə həll olunmasını

istəyirik. Məsələnin həll olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq istəmir. Keçən ilin

sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar

nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox

işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır,

Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək

istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun.

Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə

bu işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi,

təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni

əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur. Sadəcə olaraq

qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan

güllələməlidirlər, öldürməlidirlər. Yəni, budur reallıq. Bu, işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki,

Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb onlar bu qiyməti ödəyəcəklər.

Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq, bütün beynəlxalq, regional

layihələrdən onları təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə əhalinin 30 faizi yoxsulluq, səfalət

içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə hər il ölkədən 60-70 min

insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə

ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi

qalmayacaq.

Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki,

Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır.

Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib

olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki

Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır

və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu

hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu

deməyə əsas verir. Maşallah, Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və bu,

məsələnin həlli üçün az əhəmiyyət daşımır.

Bir sözlə, biz ərazi bütövlüyümüzün bərpası üçün bundan sonra da fəal səylər göstərəcəyik. Münaqişə

beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa

yolu ola bilməz. İkili standartlara son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü başqa ölkələrin ərazi

bütövlüyündən az əhəmiyyət daşımır. Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü

çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma

bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir

görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax dediyim ifadələrlə tərəf-müqabillərimə

çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni

torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü

deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla hesablaşmamaq artıq

mümkün deyil və ölkəmizin iştirakı, razılığı olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa

bilməz.

Birinci rübdə enerji sektorunda iki önəmli hadisə baş vermişdir. Fevralın 12-də “Cənub” Qaz Dəhlizi

Məşvərət Şurasının birinci iclası bizim təşəbbüsümüzlə Bakıda keçirilmişdir. Bildiyiniz kimi, keçən il

sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur və Məşvərət Şurası iclasının keçirilməsi çox

önəmli hadisə idi. Bu toplantıda “Cənub” qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək

üzvləri iştirak edirdi. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd

edilib. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulmuşdur. Bu hadisə əlbəttə

ki, dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. Bildiyiniz

kimi, “Cənub” qaz dəhlizi 4 hissədən ibarətdir, TANAP onun önəmli hissəsidir. Azərbaycan TANAP

layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki,

Azərbaycan qazı -“Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır. TAP layihəsi də icra

Page 70: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

70

edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan

qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll

edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün

vəzifələri vaxtında yerinə yetirəcək.

“Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır.

Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürübdür və Azərbaycan Avropa

Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri izləyirik. Biz

bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı

üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir. Biz 2012-ci ildə Prezident

Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və 2015-ci ildə TANAP layihəsinin təməl daşını qoyduq.

Görün, qısa müddət ərzində nə qədər iş görülmüşdür. Bundan əvvəl TAP layihəsi seçilmişdir, “Şahdəniz-2”

layihəsinə start verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri də artıq inşa edilir.

Bax, bizim işimiz bunlardan ibarətdir, boşboğazlıq yox, konkret, nəticəyə hesablanmış işlər. Biz heç vaxt

populist vədlər verməmişik, konkret nəyi demişiksə onu da etmişik. Ona görə birinci rübdə ümumi iqtisadi

inkişafla əlaqədar dediyim bax bu sözlər bizim uğurlu siyasətimizi bir daha göstərir. Eyni zamanda, birinci

rübdə enerji siyasətimizi bundan sonra uğurla aparmaq üçün çox önəmli addımlar atılmışdır. Əminəm ki,

nəzərdə tutulan bütün vəzifələr ilin sonuna qədər icra ediləcək, dinamik inkişaf təmin olunacaq, iqtisadiyyat,

qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci ildə daha da böyük zirvələrə çatacaqdır.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitq söylədi.

Page 71: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

71

Prezident İlham Əliyevin yekun nitqi

(10 aprel 2015-ci il)

- Qeyd etdiyim kimi, ilin birinci rübünün göstəriciləri bizi çox sevindirir. Çalışmalıyıq ki, ilin sonuna

qədər bu templəri saxlayaq və ölkə iqtisadiyyatının inkişafını təmin edək.

Giriş sözümdə qeyd etdiyim kimi, qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür.

Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Birinci aylarda yeddi faiz artım əlbəttə ki, gözəl

göstəricidir. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini

təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra “Cənub” qaz dəhlizi işə düşəndən sonra bizim qaz

ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft

sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların

içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin

sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir.

Mən sahibkarlarla il ərzində dəfələrlə görüşürəm. Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət

Proqramını müzakirə edərkən bu görüşlər olur. Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə

bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək

kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa

Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Bu kreditlər real iqtisadiyyatın inkişafını təmin

edir, iş yerlərinin yaradılmasına şərait yaradır. Bu il də kifayət qədər böyük məbləğdə kreditlər ayrılıb. Bu

kreditlərin demək olar ki, tam həcmi sonra qaytarılır və yenidən resurs baza kimi sahibkarlara verilir. Həm

dövlət büdcəsində sahibkarlığın inkişafı üçün vəsait nəzərdə tutulur, eyni zamanda, əvvəlki illərdə verilmiş və

qaytarılmış kreditlər yenidən sahibkarlara verilir. Yəni, o kreditlərin qaytarılması yenə də sahibkarlığın

inkişafına şərait yaradır.

Azərbaycanda, deyə bilərəm ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi

inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Əlbəttə, dövlət inhisarında olan strateji

sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji

infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın.

Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan

vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin.

Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən

yuxarı hissəsi özəl sektorda formalaşır. Keçən il “Sənaye ili” elan edilmişdir və qeyd etdiyim kimi, bu sahəyə

böyük diqqət göstərilir. Biz özümüzü bütün tikinti materialları ilə tam şəkildə təmin etməliyik. Artıq biz buna

yaxınlaşırıq. Bu rəqəmləri mən artıq müşavirələrdə səsləndirmişdim. İndi biz bir çox pozisiyalar üzrə tikinti

materiallarımızı özümüz istehsal edirik və eyni zamanda, ixrac edirik. İxrac üçün də bizə yeni bazarlar lazımdır.

Bazarlara çıxmaq o qədər asan deyil, gərək məhsul rəqabətqabiliyyətli və qiyməti ucuz olsun. Dövlət öz

tərəfindən sahibkarlara bu dəstəyi də göstərir. Çünki Azərbaycanda yanacaq kifayət qədər ucuzdur. Özəl sektora

və ümumiyyətlə, əhaliyə satılan qazın qiyməti çox aşağıdır, cəmi yüz manatdır. Halbuki dünyada qiymət ondan

bir neçə dəfə artıqdır. Elektrik enerjisinin qiyməti kifayət qədər aşağıdır. Yəni, bütün bunlar sahibkarlığın

inkişafı üçün dövlət tərəfindən verilən böyük güzəştlərdir. Azərbaycanda istehsal olunan məhsulların

rəqabətqabiliyyətliliyi üçün bu, əlavə bir güzəştdir, üstünlükdür. Sahibkarlar da bundan səmərəli şəkildə istifadə

etməlidir. İlk növbədə, daxildə satılan malların qiyməti süni şəkildə qalxmamalıdır. Dövlət bu sahəyə nəzarət

edir. Eyni zamanda, xarici bazarlara girmək üçün də əlbəttə ki, qiymət də münasib olmalıdır. Yəni, əgər

Azərbaycanda yanacağa qoyulan tariflər bu qədər aşağı səviyyədə olmasaydı, bu, sahibkarlar üçün də böyük

problem yaradardı. Sahibkarlar bunu bilməlidir ki, dövlət tərəfindən bu, çox böyük dəstəkdir. Kreditlər də, eyni

zamanda, siyasi dəstək və hətta İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən metodik tövsiyələr də sahibkarlara

təqdim edilir. Onların qoyduqları investisiyaların həcminə görə müxtəlif tövsiyələr paketi də verilir.

Regionlarda da sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi

növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən

məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o

sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox

sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar

yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer

olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir

yerdə inkişaf etsin.

Page 72: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

72

Bu il “Kənd təsərrüfatı” ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye,

kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi

ölkənin - bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi bizim üçün

prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə

böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda

bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır.

Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri

Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz

yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o

müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu,

birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi

bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar

böyük problemlərlə üzləşəcəklər.

Əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır. Biz idxal da, ixrac da edirik. Ancaq görürük,

bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə

bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı

səviyyədə olsun. Nəyə görə? Çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik.

Çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa,

o zaman, ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması

bizə təsir etməyəcək.

Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif

yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da

genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul

və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir.

Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron

uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar,

həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi

bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir.

Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir.

Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron

uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də

bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar

götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır.

Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz

həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətimizdir. Həmçinin biz

tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu

məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır.

Ona görə bu, çox ciddi məsələdir. Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur.

Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada

uyğunsuzluq aradan götürülməlidir.

Biz son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərdik. Biz bu sahəyə böyük maliyyə

resursları ayırdıq. Hesab edirəm ki, bu, tamamilə düzgün bir siyasət idi. İndi Taxtakörpü və Şəmkirçay su

anbarları artıq fəaliyyət göstərir. Bu anbarlar bizə bundan sonra daim xidmət edəcək. Suvarılan torpaqların

sahəsi böyük dərəcədə artacaq, artır və meliorasiya tədbirləri bundan sonra da aparılacaqdır. Biz indi daha çox

kanalların tikintisi ilə məşğul olmalıyıq. Çünki anbarlar yaradılıb. O anbarlarda elektrik stansiyaları da qurulub,

kanallar da var. Amma kanalların şaxələndirilməsi də önəmlidir. Çünki biz nəzərdə tutulan torpaqları

maksimum su ilə təmin etməliyik. O rəqəmlər dəfələrlə səsləndirilmişdir. Yüz min hektardan çox yeni əkin

sahələri dövriyyəyə veriləcək və mövcud olan torpaqlarda suvarma yaxşılaşdırılacaqdır. Bu işlər əlbəttə ki,

böyük əhəmiyyət daşıyır. Mən daim bu sahəni diqqət mərkəzində saxlayıram.

Keçən il Xızı rayonunda olarkən orada boş, yəni, yararsız torpaqlarla tanış oldum. İndi o yerlərə su

veriləcək. Bu ilin sonuna qədər Xızı rayonunda üç min hektardan çox torpağa artıq su verilməlidir. Bu, daim

diqqət mərkəzindədir. Ümumiyyətlə, Taxtakörpü su anbarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaq

suvarılacaq. Orada hansı məhsul yetişdiriləcək? Bunu Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri

müəyyən etməlidir. Sahibkarlara kömək göstəriləcək, kreditlər veriləcək. Ondan sonra sahibkarlara deyiləcək ki,

sən burada nəyi əkməlisən. Burada özbaşınalıq, hərc-mərclik ola bilməz. Dövlət bu siyasəti aparır və tövsiyə

Page 73: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

73

edir, yaxud da ki, göstəriş verir. Çünki biz bilməliyik hansı məhsullar yetişdirilməlidir, hansı məhsullar üçün

bazar var. Yoxsa biz burada da müəyyən problemlərlə üzləşə bilərik. Gəlirli, çox gəlir gətirən məhsul var, az

gəlir gətirən məhsul var. Vəsaiti tez qaytaran məhsul var, gec qaytaran məhsul var. İndi biz bunun hamısını

yaxşı bilirik - dövlət üçün, daxili tələbatı təmin etmək üçün nə lazımdır və biz bunları hansı bazarlara ixrac

edəcəyik.

Biz indi yeni bazarlar axtarırıq, tapırıq. İndi ənənəvi bazarlar var. Ənənəvi bazarımız Rusiya bazarıdır və

bizim kənd təsərrüfatı məhsullarımızın böyük əksəriyyəti bu bazara ixrac edilir. İndi Qazaxıstanın Aktau

şəhərində böyük logistika bazası yaradılır və orada on min ton məhsulu saxlamaq mümkün olacaqdır. O bazar

da bizim üçün çox maraqlıdır. Hesab edirəm ki, bu ilin sonuna qədər bu sahədə də artıq biz real nəticəni

görəcəyik. Dövriyyəyə buraxılacaq yeni torpaqlarda bazarların tələbatına uyğun məhsul yetişdirilməlidir. Ona

görə burada yüz faiz dövlət nəzarəti və dövlətin rəhbərliyi olmalıdır. Biz yüz minlərlə hektar torpağı dövriyyəyə

qatırıq, suvarmanı təmin edirik. Buna milyardlarla vəsait xərclənibdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının

tikintisinə qoyulan vəsait təqribən 1,5-2 milyard manata yaxındır. Hələ kanalların şaxələndirilməsi, ondan sonra

digər tədbirlər var. Nəyə görə? Ona görə ki, imkan yaradaq insanlar daha da yaxşı yaşasınlar, kəndli məhsul

yetişdirsin, pul qazansın, biz bu məhsullardan düzgün istifadə edək. Daxili bazarları təmin edək ki, qiymətlər

qalxmasın. Xaricə sataq ki, həm sahibkara, həm də dövlətə daha çox pul gəlsin. Ona görə burada mən bir daha

demək istəyirəm ki, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu

torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır. Mən iki nazirliyə göstəriş vermişəm, orada kənar

müdaxilə ola bilməz.

Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür. Birinci aqroparkın təməli artıq

qoyuldu. İri fermer təsərrüfatlarının, taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Pilot

layihəsi özünü doğrultdu. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa

24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur. Ona görə də biz bu pilot layihələrini, bu təcrübəni

bütün başqa sahələrə də yaymalıyıq ki, məhsuldarlıq artsın. Əgər biz buna nail olsaq, onda mövcud torpaqlarla

taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik.

Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə

iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim

valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır

məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik.

Makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir. İnflyasiya çox aşağı səviyyədədir. Mən keçən il

demişdim ki, bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl

göstəricidir. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz

idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında

vəziyyət tam sabitdir. Biz qiymətlərin qalxmasına imkan vermədik. Qiymətlər sabitdir, sabit də qalmalıdır.

Ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi, - mən bu barədə artıq bir dəfə öz fikirlərimi

bildirmişəm, bir daha demək istəyirəm, - bu, qaçılmaz bir hal idi. Çünki biz 2005-ci ildə pul islahatını apararkən

bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi.

Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara

da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli

inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə

biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə

başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta

bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son

qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır,

eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. Ona görə ki,

ilk növbədə, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsini özümüz istehsal

edirik. Digər tərəfdən, istehlak bazarına nəzarət gücləndirilmişdir və möhtəkirlərə qarşı çox ciddi mübarizə

aparılmışdır.

Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj

yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi

Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi.

Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz

imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit

saxlanmasına xidmət göstərmişdir.

Page 74: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

74

Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş

vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni

zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən

dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim

diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular,

uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni,

burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də

satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki,

onlara daha çox dərman lazımdır.

Eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir.

Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət

tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni

mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və

insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların

qiymətlərində kəskin azalma da olacaqdır.

Bu mövzu ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu vəziyyət onu bir də göstərdi ki, yerli

istehsalın ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyəti var. Ona görə İqtisadiyyat və Sənaye Nazirliyinə

tapşırıram ki, yerli istehsalın stimullaşdırılması üçün əlavə tədbirlər hazırlasın, təklif versin və biz lazımi

qərarlar, sərəncamlar verəcəyik.

Onu da qeyd etməliyəm ki, Azərbaycan yeganə ölkə deyildi ki, milli valyuta devalvasiyaya uğramışdır.

Mənə verilən arayışda bəzi rəqəmlər var. İstəyirəm, sadəcə olaraq Azərbaycan ictimaiyyəti son vaxtlar bizim

qonşuluğumuzda hansı hadisələrin baş verdiyini bilsin. Yəni, son vaxtlar bölgədə vəziyyət bundan ibarətdir:

Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devalvasiyaya uğradı.

Gürcüstanda milli valyuta 30 faizdən çox qiymətdən düşdü. Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi qiymətini

40 faiz itirdi. İranda milli valyuta 2013-2015-ci illərdə 113 faiz aşağı düşdü. Rusiyada son vaxtlar Rusiya rublu

80 faiz aşağı düşdü. Dünyanın aparıcı valyutalarından biri, yəni iki, ya üç aparıcı valyutasından biri avro

qiymətini 25 faiz itirdi. Norveç milli valyutası qiymətini 34 faiz itirdi. Yəni, sadəcə olaraq mən bu rəqəmləri

müqayisə üçün səsləndirirəm.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bu məzənnənin dəyişdirilməsi əslində məzənnənin

bərpası deməkdir. Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə,

bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra belə də olmalıdır.

Eyni zamanda, biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir.

Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya

hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti

təmin etməliyik.

Bu il sosial infrastruktur layihələrinin icrasi - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə

məktəblərinin tikintisi davam etdiriləcəkdir. İndi buna böyük ehtiyac var. Bu il əlavə üç “ASAN xidmət”

mərkəzi açılmalıdır. “ASAN xidmət” mərkəzlərinin sayı səkkizə çatıbdır - dördü Bakıda, dördü rayonlarda. Üç

mərkəz tikilir. Hazırda Bakıda dörd mərkəz fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Sabirabad, Bərdə şəhərlərində

“ASAN xidmət” mərkəzləri artıq açılıbdır. Hazırda Bakıda daha bir mərkəz tikilir. Qəbələdə və Masallıda da

“ASAN xidmət” mərkəzləri tikilir.

Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq. “Azərişıq” qurumu

yaradılmışdır. “Azərişıq” “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında qurulubdur və əsas məqsəd

rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Bax, bu idi əsas məqsəd. Çünki son

illər ərzində Bakı şəhərində “Bakıelektrikşəbəkə” təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq “Barmek”in

dövrü çoxlarının yadından çıxıb. “Barmek” Azərbaycanı nə günə salmışdı?! “Bakıelektirkşəbəkə” o təsərrüfatı

öz üzərinə götürənə qədər “Barmek”in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb.

Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni, gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa

yaxşıdır.

Rayonlarda isə hələ ki, görüləsi işlər çoxdur. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, demək olar ki,

hər ay. Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur

ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var

ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyət necədir. Bəzi hallarda mənə yerli icra hakimiyyəti

orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki,

bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri,

Page 75: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

75

elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan

potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim

iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini

yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir.

Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca

külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ

qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər

əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız

qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə

vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və

rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi

böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə

vurğulamaq istəyirəm.

Azərbaycanda, o cümlədən Bakıda ekoloji tədbirlər daim aparılır, göllər təmizlənir, ağaclar əkilir, parklar

salınır. Bakı indi parklar, bağçalar şəhəridir. Eyni zamanda, bölgələrdə insanları içməli su ilə təmin etmək üçün

təmizləyici qurğular yaradılır. Biz içməli su problemini həll etmək üçün üç istiqamətdən istifadə edirik. İlk

növbədə, “Azərsu” tərəfindən icra edilən layihələr. Burada da bir neçə şəhərdə artıq içməli su layihəsi başa

çatıbdır və bu proses gedir, əhali tərəfindən də çox gözəl qarşılanır. Eyni zamanda, “Meliorasiya və Su

Təsərrüfatı” Səhmdar Cəmiyyəti bu işləri görür. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu

yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırır. Bu günə qədər çaylar boyu, xüsusilə Kür, Araz çayları boyu

yerləşən kəndlərdə 480 min əhali artıq təmiz içməli su ilə təmin edilmişdir. 292 kənddə müasir təmizləyici

qurğular quraşdırılmışdır. Bu vaxta qədər onlar suyu çaydan götürürdülər, duruldurdular, yaxud da ki,

kanallardan su içirdilər. Bu, insanların sağlamlığına mənfi təsir göstərirdi. Hazırda 28 kənddə işlər gedir,

təmizləyici qurğular quraşdırılır. Bu kəndlərdə 51 min insan yaşayır. Hesab edirəm ki, bu işlər bu ilin sonuna

qədər tamamlanmalıdır. Beləliklə, 530 min insan ancaq bu təmizləyici qurğular hesabına içməli su ilə təmin

ediləcəkdir.

Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır. Biz Nazirlər Kabinetinin növbəti toplantısını ilin altı

ayının yekunlarına həsr edəcəyik. Ona görə Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar

daha da fəal işləməlidir. Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur,

təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır. Təşkilat Komitəsi çox fəal və səmərəli işləyir.

Beynəlxalq Əməliyyat Komitəsi də fəal işləyir. İdman obyektlərimiz demək olar ki, hazırdır. Keçən ay biz Bakı

Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışını qeyd etdik. Su İdmanı Sarayında son tamamlama

işləri gedir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri başa çatır. Bulvarda yerləşən idman

sarayında da işlər yekunlaşır. Bildiyiniz kimi, həm yeni idman obyektləri yaradılır, həm əvvəlki illərdə yaradılan

obyektlər əsaslı şəkildə təmir olunur, əslində yenidən qurulur.

Avropa Oyunları Parkı yaradılır. Bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq

nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir, hesab edirəm, Avropa

Oyunlarından sonra Avropa Oyunları Parkı qalmalıdır. Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da

qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır. Bayraq Meydanından ta Bibiheybətə qədər

gözəl bir park və istirahət zonası, idman zonası yaxın zamanlarda ictimaiyyətin istifadəsinə veriləcəkdir. Biz

tədricən bulvarı genişləndiririk. Yadınızdadır, Bayraq Meydanı yaradılandan bir qədər sonra insanların

sərəncamına verildi. İndi Bayraq Meydanından Bibiheybətə tərəf olan hissədə böyük tikinti, abadlıq işləri

görülür. Beləliklə, “Ağ Şəhər” bulvarı ilə birlikdə bulvarın uzunluğu 16 kilometrə çatacaqdır.

Tofiq Bəhramov adına Stadionda təmir-bərpa işləri artıq başa çatmışdır. İndi orada da müvafiq qurğular

tikilir. “Crystall Hall”da bir neçə idman növü üzrə yarışlar keçiriləcəkdir. Orada da işlər hazırdır.

Mingəçevirdəki “Kür” avarçəkmə bazasında müvəqqəti qurğular, tribunalar yaradılır. Atletlər Kəndi demək olar

ki, hazırdır, Media Kəndi yaradılıbdır. Media Kəndi - deyə bilərəm ki, ümumiyyətlə, ilk dəfə belə bir yer olacaq.

Çünki Yay Olimpiya və Qış Olimpiya oyunlarında heç vaxt Media Kəndi olmamışdı, jurnalistlər hərəsi bir

yerdə qalırdı. Biz isə jurnalistlərə də diqqət göstərərək onlar üçün də gözəl yaşayış yerlərini müəyyən etdik, düz

Atletlər Kəndinin yanında yerləşir.

Oyunlara dünyada çox böyük maraq var. Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları

yayımlasın və beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək. Yəni,

son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik.

Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa

Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir.

Page 76: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

76

Bir sözlə, vəzifələr aydındır. Biz ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək,

ölkəmizi daha da gücləndirək. Sağ olun.

Xalq qəzeti.-2015.-11 aprel.-№ 75.-S. 1-3.

Page 77: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

77

Üçüncü Qlobal Bakı Forumunun rəsmi açılışı olub:

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(28 aprel 2015-ci il)

Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı Forumun rəsmi açılışında nitq söylədi.

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda salamlayıram, hər birinizə “Xoş gəldiniz!” deyirəm. Çox şadam ki, bu gün biz Bakıda

60-dan çox dövlətin nümayəndələrinin iştirakı ilə belə bir vacib, mühüm tədbir təşkil etmişik. Hazırkı və keçmiş

prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət və ictimai xadimlər bu gün Bakıda dünya siyasəti ilə bağlı

məsələləri nəzərdən keçirəcəklər. Onların baxışları dəyərli bilikləri və təcrübələrinə əsaslanır. Düşünürəm, bu

nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı

çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı

tədbirlərin görülməli olduğunu müzakirə edək.

Olduqca məmnunam və fəxr edirəm ki, qısa bir zaman kəsiyində çox mühüm beynəlxalq təsisata

çevrilmiş bu Mərkəz dahi azərbaycanlı Nizami Gəncəvinin adını daşıyır. Nizami ilə fəxr etməyən azərbaycanlı

tapmaq çox çətindir və mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - xanım Prezident Vayra Vike-

Freyberqaya və cənab Serageldinə dünya səviyyəli beynəlxalq təsisatın yaradılması ilə bağlı diqqətəlayiq

fəaliyyətləri və töhfələrinə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq

Mərkəzi gələcəkdə dünya siyasətinin mühüm məsələlərinə müraciət edəcək və irəli getmək yollarının

müəyyənləşdirilməsində, gərginliyin azaldılmasında, əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında

daha da vacib rol oynayacaq.

Eyni zamanda, şadam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vaxtaşırı tədbirlərini Azərbaycanın qədim

şəhəri və Nizaminin vətəni olan Gəncədə təşkil edir. Mərkəz əsasən humanitar məsələlərlə məşğul olan

təsisatdan bu gün dünya siyasətinə aid bütün məsələləri – iqtisadi inkişafla, sosial problemlərlə, münaqişələrin

həlli ilə bağlı məsələləri müzakirə edən bir təşkilata çevrilmişdir. Əlbəttə, humanitar aspekt də burada vacib rol

oynayır.

Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz

və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii

coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi

körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan

asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh

və ləyaqət şəraitində yaşamışlar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm

mərkəzlərindən birinə çevrilmişdir. Gələn ay biz III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna ev

sahibliyi edəcəyik.

Biz hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Bu tədbir əsasən sülh şəraitində birgə yaşayış,

etimadın artırılması və dünyada müxtəlif dövlətlər arasında mövcud olan gərginliyin azaldılması məsələlərini

müzakirə edir. Ancaq böyük tarix və mədəniyyətimizə baxmayaraq, Azərbaycan 20 ildən bir qədər çoxdur ki,

müstəqildir və bu illər diqqətəlayiq transformasiya illəri olmuşdur.

Bugünkü nailiyyətlərimiz aydın nümayiş etdirir ki, yalnız müstəqil olduğumuz illərdə bizim insanlar

böyük uğur əldə edə bilər, öz gələcəyini müəyyən edə bilər, planlar qura bilər və dünyadakı mövqelərini

müəyyən etməklə böyük iqtisadi transformasiya və uğura nail ola bilər.

Bəli, Azərbaycan hər zaman enerji resursları ilə zəngin ölkə olmuşdur. Ancaq, eyni zamanda, xatırlayırıq

ki, Azərbaycan müstəqil olmayan dövrdə biz bu resursların bəhrəsini görə bilmirdik. XX əsrin əvvəlində

Azərbaycan bütün dünyada hasil olunan neftin yarısından çoxunu istehsal edirdi. Siz o vaxtkı mənzərəyə

baxsanız çiçəklənmə, bərabərlik və sosial firavanlıq görə bilməzsiniz. Sovet dövründə, xüsusilə də İkinci Dünya

müharibəsi zamanı Azərbaycan nefti faşizmlə mübarizədə çox mühüm rol oynamışdır. Sovet İttifaqının neftinin

70 faizini Azərbaycan təmin etmişdir. Lakin müstəqil olandan sonra biz ekoloji fəlakət, neft sənayesinin

dağılması, iqtisadi və sənaye tənəzzülü ilə üzləşdik. Yəni, çox qısa bir zamanda - yalnız taleyimiz öz əlimizdə

Page 78: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

78

olanda biz uğura nail ola bilmişik. Bu çox çətin dövr idi, çünki biz yalnız dövlət və dövlətçiliyin əsaslarını

yaratmaqla kifayətlənməli deyildik. Biz, eyni zamanda, bütün sistemi transformasiya etməli idik – həm siyasi,

həm də iqtisadi. Biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə,

totalitarizmdən demokratiyaya keçməli idik.

Düşünürəm ki, siyasi və iqtisadi islahatların paralel aparılması, sürətli transformasiya, sabitlik

proqnozlaşdırıla bilən iqtisadi və sosial inkişafı təmin etmişdir. Bu gün Azərbaycan bütün azadlıqlardan

faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar təmin edilir - media azadlığı, azad, senzurasız

internet, ifadə və toplaşma azadlığı, din azadlığı var. Siyasi transformasiya davam edir. Biz bundan sonra da

hüquq sistemimizin təkmilləşdirilməsi üzərində çalışmalıyıq. Çünki ədalət - cəmiyyətdə ədalət, ailədə ədalət və

ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin normal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir.

Həmçinin Azərbaycan özünün dünya xəritəsindəki yerini müəyyən edə bilmişdir. Bizim ölkəmiz həm Avropa

Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz dünyada çox az sayda dövlətlərdənik ki, hər iki

təsisatın üzvüyük.

Azərbaycanın bu təşkilatlarda güclü mövqeyi var və biz fərqli tarixə, ənənəyə və mədəniyyətə sahib olan

ölkələri daha da yaxınlaşdırmaqda mühüm rol oynayırıq. Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür.

Bu da bizim prioritetlərimizin göstəricisidir. Biz bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik

Şurasına üzv seçilməyimizlə fəxr edirik. Bu da aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti

Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə

edir.

Dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə biz aydın

şəkildə bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq artıq heç də

bütün dövlətlər tərəfindən hörmət olunan məfhum deyil. Bir daha təəssüf edirəm ki, artıq bu, reallıqdır. Belə bir

təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar

digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra dünyanın aparıcı dövlətləri

beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasibətlər

sisteminin bütün konstruksiyasına xələl gətirir.

Düşünürəm ki, bu, bizim çox açıq və aydın şəkildə müzakirə etməli olduğumuz bir məsələdir. Biz

imkanlarımızdan, intellektual potensialımızdan və beynəlxalq nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq ki, bu

gün mövcud olan beynəlxalq münasibətlər sistemini gücləndirə bilək. Beynəlxalq hüquqa hörmət etməliyik.

Beynəlxalq təşkilatların qətnamələrinə hörmətlə yanaşmalıyıq. Çünki bəzi hallarda qətnamələr dərhal icra

olunur, - mən BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tuturam,- digər hallarda isə onlar illər,

onilliklər boyu icra edilmir.

O zaman, beynəlxalq hüquq, siyasi maraqlar və siyasi prioritetlər arasında ziddiyyət yaranır. Bu isə

məyusluğa gətirib çıxarır. Belə bir vəziyyətin yaranmasına səbəb olur ki, ikili standartlar istisna deyil, bir

qaydaya çevrilir. Bir ölkə olaraq biz bunun nə qədər ağrılı olduğunu yaxşı bilirik, çünki biz ikili standartlardan,

beynəlxalq hüququn kobud şəkildə pozulmasından əziyyət çəkirik.

Bildiyiniz kimi, Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən

işğalı uzun illərdir ki, davam edir. Baxmayaraq, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki,

onlar Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Dağlıq

Qarabağ Azərbaycanın tarixi, ayrılmaz parçasıdır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ Respublikası”

adlanan bu qanunsuz qurumu müstəqil olaraq tanımamışdır.

Biz işğaldan əziyyət çəkirik. Bizim ərazimizin 20 faizdən artıq hissəsi hələ də işğal altındadır və bir

milyondan artıq azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz etnik

təmizləmədən əziyyət çəkmişik, bizə qarşı Xocalı soyqırımı törədilib və bu soyqırımı artıq dünyanın 10 ölkəsi

tərəfindən tanınıb və həmin proses davam edir.

Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Bu, BMT Nizamnaməsində əks olunub, bu,

Helsinki Yekun Aktında da beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edilib. Burada heç bir

ziddiyyət olmamalıdır və aydın başa düşülməlidir ki, müqəddəratın müəyyən edilməsi hüququ dövlətlərin ərazi

bütövlüyünü pozmamalıdır və istənilən dövlətin ərazi bütövlüyü ölkənin hökuməti və xalqının razılığı olmadan

dəyişdirilə bilməz. Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər dəyərlidir. Təəssüflər

ki, dünyanın müxtəlif yerlərində aqressiv separatçılıq parçalanma siyasətini həyata keçirməyə çalışır. Ərazi

bütövlüyünün pozulması münaqişələrin yaranmasına səbəb olur və Dağlıq Qarabağ münaqişəsi bu vaxta qədər

həll edilsə idi, bəlkə də digər münaqişələrin şahidi olmazdıq.

Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə

əsasən, sülh yolu ilə həll edilməsinə olduqca sadiqdir. Yeri gəlmişkən, digər vacib beynəlxalq təsisatlar –

Page 79: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

79

Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama

Hərəkatı buna bənzər qətnamələr qəbul etmişdir ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın

ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Əlbəttə, bu, bizim ölkəmiz üçün ən böyük problem, inkişafımız üçün ən böyük maneədir. Lakin buna

baxmayaraq, Azərbaycanın inkişafı çox uğurlu olmuşdur və son on il ərzində bizim iqtisadiyyatımız üç dəfədən

çox artmışdır. Biz iqtisadiyyatımızın şaxələndirilməsi və enerji sektorundan asılılığı azaltmağa müvəffəq

olmuşuq. Bu gün enerji sektoru ümumi daxili məhsulun təqribən 30 faizini təşkil edir. Beləliklə, şaxələndirmə

siyasəti böyük tərəqqiyə səbəb olmuşdur və hətta bu gün neftin qiymətinin aşağı düşdüyü bir vaxtda, ilin birinci

rübündə Azərbaycan iqtisadiyyatı 5 faizdən çox artmışdır.

Biz şaxələndirmə siyasəti, sərmayələr və müasir infrastrukturun, əlverişli işgüzar mühitin yaradılması

sayəsində özümüzü neftin qiymətinin qeyri-sabitliyindən qoruya bilmişik. Azərbaycan xarici sərmayələr üçün

açıq ölkədir. Müstəqillik illəri ərzində Azərbaycana 200 milyard ABŞ dollarından çox xarici sərmayə

yatırılmışdır. Ötən il 27 milyard, yəni, 30 faiz birbaşa xarici sərmayə qoyulmuşdur. Beləliklə, Azərbaycan xarici

investorlar üçün cəlbedici ölkədir. Çünki bizdə çox yaxşı işgüzar və sərmayə mühiti var. Davos Dünya İqtisadi

Forumunun qiymətləndirilməsinə görə, rəqabət qabiliyyəti baxımından Azərbaycan iqtisadiyyatı 38-ci yerdədir.

Yəni, bir daha qeyd edirəm ki, bu, enerji resursları sayəsində deyil, islahatlar və son illər ərzində görülən

işlər nəticəsində mümkün olmuşdur. Biz demək olar ki, işsizliyi tam aradan qaldıra bilmişik və hazırda bu

göstərici 5 faizdən azdır. Yoxsulluq kəskin şəkildə azalaraq, 2003-cü ildə 49 faiz olduğu halda, 2013-cü ildə 5

faizə enmişdir. Hesab edirəm ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda, çox fəal sosial siyasət və insanların

sosial müdafiəsi, enerji sektorunun inkişafından əldə edilən gəlirlərin toplanması, dövlət vəsaitinin

xərclənməsində şəffaflıq bizim inkişafımız üçün, həmçinin vacib rol oynamışdır.

Növbəti illərdə biz daha çox saxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət

yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır. Azərbaycan artıq kosmik sənayeyə malik ölkədir,

bizim iki peykimiz var və kosmik sənayenin sürətli inkişafı bizim planlarımızın göstəricisidir. Çünki əhalimiz

artır, iqtisadiyyatımız da artmaqdadır. İqtisadiyyat əhalinin artımından daha sürətlə inkişaf etməlidir. Əks

təqdirdə, müəyyən mərhələdə biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etməlidir. Biz heç

zaman özümüzü arxayın hiss etməməliyik. Biz çox çalışmalıyıq, dövlətçiliyimizi və müstəqilliyimizi

gücləndirməliyik. İqtisadi müstəqillik bizə müstəqil xarici siyasət yürütmək imkanı verir. Zəif və asılı olduqda,

sən təsir altına düşürsən, fərq etməz kimdən, ancaq yenə də təsir altına düşürsən.

Güclü iqtisadiyyat qurmaqla biz özümüzü istənilən xarici təsirdən qorumuş olduq. Biz istədiyimiz kimi

yaşamaq istəyirik. Əsrlər boyu Azərbaycan imperiyaların, digər dövlətlərin tərkibində olub. Bu gün biz azadıq

və bizim insanlar müstəqillikdən həzz alır və onun üstünlüklərini görürlər. Biz öz seçimimizi müdafiə etməliyik

və seçimimizi müdafiə edəcəyik. Bizim seçimimiz demokratiya, sosial firavanlıqdır. Bizim seçimimiz

Azərbaycan xalqı daxilində sülhdür, multikulturalizm, dinlərarası dialoq, dünyanın bütün ölkələri ilə

əməkdaşlıq, habelə regional və hamımız üçün faydalı qitə əhəmiyyətli layihələrin həyata keçirilməsidir.

Enerji təhlükəsizliyinə gəldikdə, enerji təminatının şaxələndirilməsində Azərbaycan öz vacib rolunu

oynayır. 20 il ərzində biz elə bir neft strategiyası yürütmüşük ki, onun sayəsində regionda yeni enerji xəritəsi

yaranmışdır. Biz bir neçə neft boru kəməri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirə

bilmişik və bu gün Xəzər dənizinin nefti - təkcə Azərbaycanın resursları deyil, Xəzərin şərq sahillərinin nefti də

beynəlxalq bazarlara məhz Azərbaycan vasitəsilə nəql edilir.

Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini həyata keçiririk. Azərbaycan burada da təşəbbüs irəli

sürmüş və aparıcı rol oynamağa başlamışdır. Bu layihə “Cənub” Qaz Dəhlizi adlanır və o, 4 hissədən ibarətdir.

Birincisi, dünyanın ən böyük qaz yataqlarından olan “Şahdəniz” yatağının işlənilməsi, növbəti mərhələ

Azərbaycan və Gürcüstanı birləşdirən boru kəmərləri sisteminin inşasını nəzərdə tutan Cənubi Qafqaz Boru

Kəməri, Trans-Anadolu Boru Kəməridir ki, onun inşası nəzərdə tutulmuşdur. Hazırda artıq bütün Türkiyə

ərazisində - ölkənin şərq sərhədindən qərb sərhədinədək tikinti işləri başlayıb və Trans-Adriatik Boru Kəməri –

TAP-dır ki, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq inşa ediləcək və Albaniya ərazisindən İtaliyaya

uzanacaq.

Bundan əlavə, Bolqarıstan da bizim enerji siyasətimizin bir hissəsidir. Biz görürük ki, Azərbaycan-

Gürcüstan-Türkiyə üçtərəfli formatı daha böyük formata çevrilmişdir. Əminəm ki, qarşıdan gələn illərdə Balkan

ölkələri bizim boru kəmərləri sistemimizə qoşulacaq, xüsusilə nəzərə alsaq ki, hazırda Avropada əlaqələndirici

kəmərlər inşa edilir. Biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan nəhəng qaz ehtiyatlarına və tikilməkdə olan

infrastruktura malikdir. Bizim planlarımıza görə, 2018-2020-ci illərdə mənim adını çəkdiyim bütün bu layihələr

yekunlaşmalıdır. Bu, 45 milyard dollarlıq sərmayədir, texniki baxımdan olduqca mürəkkəbdir. Əlbəttə, bizim

Page 80: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

80

geniş əlaqələndirməyə və əməkdaşlığa ehtiyacımız var. Bu məqsədlə Azərbaycan “Cənub” Qaz Dəhlizinin

Məşvərət Şurasını təsis etmiş və cari ilin fevral ayında onun ilk iclasını keçirmişdir.

Həmin iclas mənim sadaladığım ölkələrin, eləcə də Birləşmiş Ştatlar və Avropa Komissiyasının yüksək

rütbəli nümayəndələrinə bu məsələni müzakirə etmək imkanını yaratdı. Biz mətbuat üçün birgə bəyanat da

qəbul etdik ki, orada Azərbaycanın aparıcı rolu aydın şəkildə müəyyən edilmişdir. Bu, bizim Avropa İttifaqı ilə

əməkdaşlığımızın bir hissəsidir, ancaq əməkdaşlığımız bununla bitmir. Bununla yanaşı, biz anlayırıq ki, Avropa

İttifaqı üçün enerjinin şaxələndirilməsi deyərdim, milli təhlükəsizlik məsələsidir və biz həmin məsələyə məhz

bu şəkildə yanaşmalıyıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrıla bilməz. Daha bir vacib məsələ

mənbələrin şaxələndirilməsidir. Marşrutların şaxələndirilməsi də vacibdir. Ancaq mənbə eynidirsə,

şaxələndirilmənin heç bir mənası yoxdur. Bizim halda, söhbət mənbələrin şaxələndirilməsindən gedir və Avropa

üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Əlbəttə, mən demək istəmirəm ki, digər mənbələr əhəmiyyətli

deyil və biz heç kimlə rəqabət aparmağa çalışmırıq. Lakin digər mənbələr artıq istifadə olunur və yeganə yeni

mənbə Xəzərdir, Azərbaycandır. Hesab edirəm ki, biz burada vacib rol oynayırıq və bu, davam edəcəkdir.

Bununla yanaşı, bizim Avropa İttifaqı ilə əməkdaşlıq formatımız mövcuddur və gələn ay Riqada “Şərq

Tərəfdaşlığı”nın növbəti Zirvə toplantısı keçiriləcəkdir. Azərbaycan bu proqramın fəal iştirakçısıdır və demək

istərdim ki, biz, eyni zamanda, Avropa İttifaqının üzv dövlətləri ilə ikitərəfli əlaqələrimizi gücləndiririk. Bu

günədək Azərbaycan artıq ittifaqın 7 ölkəsi ilə Strateji Tərəfdaşlığa dair saziş imzalamış və ya birgə bəyanat

qəbul etmişdir. Bu, Avropa İttifaqı üzvlərinin dörddəbiridir və düşünürəm ki, növbəti illərdə Avropa İttifaqı

tərəfindən “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan dövlətlərə qarşı daha da fərqləndirilmiş yanaşma olmalıdır.

Çünki bunlar fərqli ölkələrdir, fərqli hədəflərə və fərqli iqtisadi inkişafa malik dövlətlərdir. Bu səbəbdən bizim

üçün ən münasib format strateji tərəfdaşlıqdır. O, bizim münasibətlərimizin mahiyyətini və gələcəyini əks

etdirəcəkdir.

Yekunda bizim üçün prioritet olan məsələ ilə bağlı bir neçə söz demək istərdim, bu da təhsildir. Təhsil

bilikdir, təhsil gələcəkdir, bizim üçün təhsil müasirləşmə deməkdir. Bizim bəxtimiz gətirib ki, Azərbaycanda

savadlılığın səviyyəsi 100 faizə bərabərdir. Hökumətimiz ildə 40 milyon avroya yaxın vəsait xərcləyir ki, bizim

gənclər dünyanın aparıcı universitetlərində təhsil alsınlar. Təhsil həm də, radikallaşmadan müdafiədir. Bu da bu

regionda yerləşən ölkə üçün çox vacibdir. Radikallaşmadan müdafiə əlbəttə ki, cəmiyyətdə sabitlik və ədalət,

habelə onun iqtisadi inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılması deməkdir. Çünki radikallar

yoxsulluq, işsizlik, sosial və siyasi ədalətsizlikdən istifadə edirlər. Radikallar bu vasitələrdən istifadə edərək

gənclərin beyinlərini korlayırlar və özlərinin məqsədlərinə nail olmaq üçün onları öz sıralarına cəlb edirlər.

Bu səbəbdən bizim üçün təhsil radikallaşmadan müdafiə, müasirləşmə və inkişaf deməkdir. Biz

Azərbaycanı məhz belə görmək istəyirik və Azərbaycanın hansı şəkildə inkişaf etməli olması ilə bağlı

cəmiyyətimizdə tam konsensus var. Bizim inkişaf yolumuz azadlıq, demokratiya, iqtisadi və sosial tərəqqi,

bütün tərəfdaşlarımızla yaxşı münasibətlər yoludur ki, müstəqilliyimizi gücləndirək və seçimimizi qoruya bilək.

Əziz dostlar, sizi bir daha Azərbaycanda salamlayıram və Foruma uğurlar diləyirəm.

Xalq qəzeti.-2015.-29 aprel.-№ 90.-S. 1-3.

Page 81: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

81

Azərbaycan Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun

iştirakçılarının şərəfinə ziyafət verilib:

Prezident İlham Əliyevin çıxışı

(28 aprel 2015-ci il)

Xəbər verdiyimiz kimi, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından III

Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə

Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın Baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya

siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Sonra dövlətimizin başçısı çıxış etdi.

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Əvvəlcə xanım həmsədr Vike-Freyberqaya ölkəmiz, bizim etməyə çalışdığımız işlər, nisbətən qısa

müddətdə əldə edə bildiklərimiz haqqında xoş sözlərinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Həmçinin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məşhur siyasətçilərin, dövlət və ictimai xadimlərin, hakimiyyətdə olan,

o cümlədən sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi belə bir mötəbər tədbiri qısa vaxtda təşkil etmək

iqtidarında olan dünya səviyyəli beynəlxalq təsisata çevrilməsi işində möhtəşəm nailiyyətlərinə görə

minnətdarlığımı bildirmək istəyirəm. Bu, dünyada nadir bir hadisədir. Biz prezidentlər olaraq bir çox beynəlxalq

tədbirlərdə iştirak etmişik. Hesab edirəm ki, Bakı Forumunun dünyanın siyasi xəritəsində məxsusi yeri var. Bu

Forum intellektualların, təcrübəli siyasətçilərin, öz ölkələrinə və xalqlarına ləyaqətlə xidmət etmiş və xidmət

etməkdə olan insanların, təcrübəyə və biliyə malik insanların toplantısıdır.

Bu gün sürətlə dəyişən dünyada bəzən hadisələrə qısa müddət ərzində tez reaksiya vermək tələb

olunduqda mütəxəssis biliyi, biliklər, reallıqların dərk edilməsi bəlkə də heç vaxt olmadığı kimi bir zərurətə

çevrilib. Bakıda ötəndəfəki görüşümüzdən bəri baxın görün, dünyada nə qədər hadisələr baş verib. Bu

hadisələrin əksəriyyəti yumşaq desək, narahatlıq doğurur. Bu hadisələrin əksəriyyəti gərginliyin artmasına,

toqquşmalara, qan tökülməsinə, insan hüquqlarının tapdalanmasına, beynəlxalq səviyyədə tanınan sərhədlərin

pozulmasına gətirib çıxarır. Bu, çox məyusedicidir. Belə ki, biz dünyanın heç də istəmədiyimiz istiqamətdə

irəlilədiyini müşahidə edirik. Dünyanın müxtəlif yerlərində qarşıdurmalar, yeni toqquşma əraziləri və

müharibələri görürük. Beləliklə, buradakı müzakirələr, açıq müzakirələr, planetimizin inkişafı üçün mühüm

qərarlar verən şəxslərə tövsiyələr çox dəyərli və əhəmiyyətlidir.

Mən xanım həmsədrə və doktor Serageldinə onların möhtəşəm fəaliyyətinə və töhfəsinə görə

təşəkkürümü ifadə etmək istəyirəm. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox mötəbər və əhəmiyyətli

beynəlxalq təsisatdır.

Mən burada bütün həmkarlarımı və dostlarımı da salamlamaq istəyirəm. Bu gün aramızda olan insanların

çoxu ilə biz prezident olaraq sıx çalışmışıq. Mən Bakıdakı, təmsil etdiyiniz ölkələrdəki görüşləri xatırlayıram.

Biz bir yerdə olanda aramızda çox səmimi və dostluq münasibətləri formalaşmışdır. İndi isə sizlərin artıq ayrı

statusda olduğunuz, mənim isə əvvəlki statusda olduğum halda biz hələ də bu dostluq münasibətlərimizi davam

etdiririk və mən sizi bu gün Bakıda görməyimə çox şadam.

Bakı həqiqətən də müxtəlif növ tədbirlərin keçiriləcəyi bir məkana çevrilir. Ənənəvi xarakter daşıyan

Mədəniyyətlərarası Dialoq Forumu may ayında Bakıda üçüncü dəfə keçiriləcək. Mədəni müxtəliflik və

multikulturalizm məsələlərinin müzakirə olunduğu Humanitar Forum bu ilin payızında beşinci dəfə keçiriləcək.

Nizami Gəncəvi Forumunun artıq dünya xəritəsində öz yeri var. Həmçinin iqtisadi gündəmə aid tədbirlər

keçirilir. Əlbəttə ki, bu gün enerji və təhlükəsizlik məsələləri müəyyən dərəcədə Bakıdan ünvanlanır. Bakıda

qəbul edilən qərarlar qitəmizin gələcək enerji siyasətinə və enerji təhlükəsizliyinə ciddi şəkildə təsir göstərir.

Bu il iki aydan da az müddət sonra biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hələ iki gün əvvəl

Oyunların məşəlinin alovlandırılması ilə bağlı möhtəşəm bir mərasim təşkil edilmişdi. Xoşbəxtlikdən, bizim

məşəli alovlandırmaq üçün də yerimiz var. Azərbaycan sivilizasiyaların və müxtəlif dinlərin mövcud olduğu

qədim məkandır. Azərbaycanın tarixi abidələrindən biri olan Atəşgah alov–zərdüştlük məbədidir. Mərasim

orada təşkil olundu və məşəlin bütün ölkə miqyasında səyahətinə start verildi. İki il sonra - 2017-ci ildə biz

bütün müsəlman ölkələrindən idmançıların dəvət ediləcəyi İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik.

Beləliklə, iki il müddətində, Bakıda, bir şəhərdə Avropa Oyunları və İslam Həmrəylik Oyunları keçiriləcək. Bu

Page 82: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

82

da Azərbaycanın əsl mahiyyətidir. Bu, bizim tariximiz, mədəniyyətimiz, ənənələrimizdir. Bizim dərin ənənəvi

köklərimiz var. Biz müsəlman dünyasının bir hissəsiyik, eyni zamanda, bizim üzərimizdə həmişə güclü Avropa

təsiri olub. Bu gün bizim siyasətimizə və fəaliyyətimizə nəzər yetirsəniz görəcəksiziniz ki, bizim xarici

siyasətimizin prioritetlərindən biri də Avropa ilə yaxından əməkdaşlıq etməkdir. Azərbaycan Sülh Tərəfdaşlıq

Formatının bir üzvü kimi bu əlaqələrin inkişafına da töhfə verir.

Bu gün qonaqlarımız arasında Avropa, Asiya, Latin Amerikası və müsəlman ölkələrindən məşhur

siyasətçilər, dövlət xadimləri var. Bizim hamımızı sülh, əməkdaşlıq, yəqinlik, ləyaqət, insan hüquqları və

demokratiya ideyaları birləşdirir. Bunlar bizi birləşdirir. Bir çox ölkələrin nümayəndələrinin bu gün Bakıda

bizimlə olması çox sevindirici və qürurverici haldır. Biz əməkdaşlığa, inkişafa töhfə vermək və bütün tərəflərə

bir daha hamımızın sülh və əməkdaşlıq içində yaşamağın, bir-birimizlə mübarizə aparmamağın, bir-birimizə

hücum etməməyin və zorakılığa son qoymağın gərək olduğunu bildirən ismarıcı göndərmək üçün işimizin

öhdəsindən gəlirik. Çünki təəssüflər olsun ki, zorakılıq artmaqdadır. Azərbaycan sabit inkişafa malik olan

ölkədir. Azərbaycan müasir və gənc ölkədir, lakin eyni zamanda, iqtisadi və siyasi cəhətdən müəyyən vəsaitlərə

və potensiala malikdir. Biz sülh, əməkdaşlıq və inkişafı gücləndirmək üçün öz səylərimizdən, potensialımızdan

istifadə edirik.

Fürsətdən istifadə edərək sizi Avropa Oyunlarının açılış mərasiminə dəvət etmək istəyirəm. Oyunlar

Avropada ilk dəfə keçiriləcək, bu da bir az qəribədir. Belə ki, Olimpiya Oyunları Avropada, Yunanıstanda

başlayıb və Baron de Kuberten tərəfindən Avropada bərpa olunmasına baxmayaraq, Avropanın heç zaman öz

oyunları olmayıb. Avropa Olimpiya Komitəsi tərəfindən bu Oyunların müsəlman əhalisi olan bir ölkədə -

Azərbaycanda təşkil edilməsi qərarı müasir tarixin ən müdrik qərarlarındandır. Bu, tolerantlığın, əməkdaşlığın

və bizə hörmətin göstəricisidir. Biz də qonaqlarımızın iyun ayının xoş günlərində Bakıda özlərini rahat hiss

etmələri üçün əlimizdən gələni edirik.

Bir daha xoş gəlmisiniz! Mən sizə və ölkələrinizə ən xoş arzularımı çatdırıram!

Xalq qəzeti.-2015.-30 aprel.-№ 91.-S. 1-2.

Page 83: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

83

Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi

(29 aprel 2015-ci il)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da “Rossiya-24”

telekanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Cənab Prezident, salam! Bizi burada qəbul etdiyinizə görə çox sağ olun. Biz Sizinlə Qələbə Günü -

Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində görüşürük. Bu, bəlkə də xalqlarımızı

birləşdirən əsas hadisə, bizim ümumi tariximizin hadisəsidir. Qələbə Günü Azərbaycan və şəxsən Sizin

üçün nə deməkdir? - Bu, bizim üçün böyük bayramdır. Biz bu bayramı bir neçə gün ərzində - həm Qələbə günündən əvvəl,

həm də həmin gün təntənəli şəkildə qeyd edirik. Veteranlarla görüşlər keçirilir, müxtəlif bayram tədbirləri təşkil

olunur.

Bu bayram bizə çox əzizdir. Bu, ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Təəssüf ki,

müstəqilliyin ilk illərində Azərbaycanın o zamankı hakimiyyəti bunu rəsmi bayram kimi ləğv etmişdi. Yalnız

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Qələbə Günü dövlət bayramı elan edildi, qeyri-iş

günü oldu və bununla da tarixi ədalət bərpa edildi. Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik.

Qeyd etmək istəyirəm ki, bütün veteranların avtomobillə təmin olunması proqramı bu il tam başa çatır. Onlara

vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların

xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam

etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar.

Qeyd etdiyiniz kimi, keçmiş Sovet İttifaqının bütün xalqlarını bir-birinə yaxınlaşdıran bu tarixi bir məqam

prinsip etibarilə faşizm üzərində Qələbənin qazanılmasında iştirak edən bütün insanları da bir-birinə

yaxınlaşdırmalıdır.

Biz Azərbaycandan 700 min insanın müharibədə iştirak etməsindən qürur duyuruq. Bu müharibədə 300

mindən çox həmvətənimiz həlak olub, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Beləliklə, fəxr

edəcəyimiz çox məqamlar var. Biz ümumi Qələbəmizin xatirəsini göz bəbəyi kimi qoruyuruq.

- Mən Sizin bir dəfə kadr arxasında dediyiniz sözləri dilə gətirmək istəyirəm və bunu açıq

deyəcəyəm. Siz bildirmişdiniz ki, Böyük Vətən müharibəsi haqqında xatirə Sizin üçün atanızın xatirəsi

qədər müqəddəsdir. Biz əcdadlarımızın, yaxınlarımızın xatirəsini əziz tutduğumuz kimi, bu tarixi hadisə,

bu tarixi faciə barədə xatirələri də qoruyub saxlamalıyıq. Amma ətrafda tarixin yenidən yazılmasına

cəhdlər göstərildiyi və bu müharibə peyvəndinin artıq çoxlarına təsir etmədiyi bir vaxtda buna necə nail

olmaq olar? - Biz bu cür cəhdləri, əvvələn, tarixi yenidən yazmaq, faşizm üzərində qələbədə sovet ordusunun rolunu

azaltmaq, habelə faşist canilərinin, onların davamçılarının və ideologiyasını bölüşənlərin qəhrəman səviyyəsinə

yüksəldilməsi cəhdlərini böyük narahatlıqla müşahidə edirik. Bir vaxtlar bizim hamımıza elə gəlirdi ki, faşizmə

- yəni, bəşəriyyətin tarix boyu hələ üzləşmədiyi şər qüvvəyə birdəfəlik son qoyulub. Təəssüf ki, zaman ötdükcə

görürük: müəyyən səylər, bəzi dairələrin təbliğat kampaniyaları nəticəsində dünyanın müxtəlif ölkələrində gənc

nəslin bir hissəsi real tarixi bilmədiklərinə və təhrif olunmuş tarixi faktların daim onlara aşılanması səbəbindən

müəyyən dərəcədə bu virusa yoluxur. Biz dünyanın bir çox regionlarında neofaşistlərin marşlarını, məşəllər ilə

yürüşlərini, nümayişlərini görürük. Bütün bunlar böyük narahatlıq doğurur.

Biz tariximizi, bu dəhşətlərə son qoymuş Sovet İttifaqı, eləcə də digər müttəfiq ölkələrin xalqlarının

qəhrəmanlığını müqəddəs tuturuq. Bu qəhrəmanlıq nəsillərdən-nəsillərə keçərək yaddaşlarda yaşamalıdır. Ona

görə də düşünürəm ki, indi məsuliyyət atalarımızın, babalarımızın qəhrəmanlığına hörmətlə yanaşan

siyasətçilərin, ölkə rəhbərlərinin, nüfuzlu ictimai xadimlərin üzərinə düşür. Onlar öz fəaliyyətlərində buna daim

önəm verməlidirlər. Bir vaxtlar bizə elə gəlirdi ki, hamıya hər şey aydındır, bu, tarixdir, çoxlu tarixi sənədlər

var, odur ki, burada fikir ayrılığı ola bilməz. Lakin, sən demə, ola bilərmiş. Ən kədərlisi də odur ki, bu gün yaşı

20-25 yaşlı gənc nəslin bəzi nümayəndələri faşist yürüşlərinə çıxmaqla, əslində, ümumi Qələbəmizi gözdən

salırlar. Əgər bu meyil gələcəkdə genişlənsə, hansısa mərhələdə tarix baş-ayaq çevriləcəkdir. Düşünürəm ki,

indiki mərhələdə mənim dediyim fikirləri bölüşən bütün ictimai qurumlar fəaliyyətlərini əlaqələndirməli, tarixi

həqiqəti ictimaiyyətə, xüsusən, gənclərə çatdırmaq, faşizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasının və tarixin

yenidən yazılmasının qarşısını almaq üçün fəal işləməlidirlər.

- Siz əminsinizmi ki, bir neçə onillik keçəndən sonra vəziyyət prinsipial olaraq pis tərəfə

dəyişməyəcək? - Bu mövzunun daim diqqət mərkəzində saxlanılması üçün ən böyük məsuliyyət siyasətçilərin, dövlət

xadimlərinin, ictimai xadimlərin, yazıçıların, yaradıcı ziyalıların nümayəndələrinin üzərinə düşür. Bir daha

Page 84: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

84

demək istəyirəm, bəlkə də təkrar olacaq, amma bu məsələ məni həqiqətən narahat edir. Hələ 10-15 il bundan

əvvəl şəxsən mənə elə gəlirdi ki, bu məsələdə fikir ayrılığı ola bilməz. Lakin görürsünüz, hər şey necə dəyişib.

Böyük insan itkiləri verən ölkələrin, faşist işğalından əziyyət çəkənlərin özləri müəyyən dərəcədə

manipulyasiya, psixoloji hücum, zombiləşmə obyektinə çevrilirlər. Bütün bunlar qorxulu meyillərdir. Bu, təkcə

tarixi ədalətin təhrif edilməsi baxımından məyusluq doğurmur. Bu, dünyanın gələcəyi üçün təhlükəli

meyillərdir. Bu, o deməkdir ki, həmin ideologiya təəssüf ki, yaşayır. Bu, bizim hamımız üçün böyük təhlükədir.

- Mayın 9-da Moskvada olacaqsınızmı? - Bəli, əlbəttə, mütləq olacağam. Mən ötən yubileydə də Moskvada idim. Adətən 9 May bayramını

Bakıda qeyd edirəm, veteranlarla yığışırıq, bayram tədbirləri keçiririk. Ancaq bu il mən onlarla bir qədər əvvəl

görüşəcəyəm. Mayın 9-da isə Moskvada olacağam.

- Siz dediniz ki, Böyük Vətən müharibəsi və Qələbə Günü postsovet məkanının bütün xalqlarını

yaxınlaşdırır. Həmin gün erməni və Azərbaycan xalqları da bir-birinə yaxın olurlarmı? - Bu barədə danışmaq çətindir. Xalqlar arasında münasibətlərə gəlincə, Ermənistan tərəfindən fərqli

olaraq, əminəm ki, aramızda olan düşmənçilik daim davam edə bilməz. Biz bir dövlətin tərkibində yaşamışıq,

faşizmə qarşı birlikdə mübarizə aparmışıq. Ona görə düşünürəm, erməni rəhbərliyi, nəhayət başa düşəcək ki,

düşmənçiliyə, işğala son qoymaq lazımdır. Ölkələrimiz arasında münasibətlərin normallaşması üçün əsas maneə

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsidir. Bu işğalın nə tarixi, nə hüquqi, nə

siyasi əsası var. Məlumdur ki, ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin

Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. İyirmi

ildən çox vaxt keçib. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Yəni, beynəlxalq hüquq kobud surətdə

pozulub. Öz doğma torpaqlarından qovulan bir milyondan çox insanın hüququ pozulub. Yeri gəlmişkən, onların

arasında xeyli veteran da olub. O da sirr deyil ki, erməni xalqının da faşizmdən əziyyət çəkməsinə, bu xalqın bir

çox nümayəndələrinin Böyük Vətən müharibəsi cəbhələrində şərəflə vuruşmasına baxmayaraq, bu gün

Ermənistanda bizim üçün çox çətin başa düşülən meyillər müşahidə olunur. Faşistlər, Hitlerə xidmət edən

adamlar qəhrəman kimi təqdim olunur. Onların adları məlumdur. Bu yaxınlarda Azərbaycan ictimaiyyəti,

veteranlarımız dost dövlətlərin rəhbərlərinə, o cümlədən Rusiya Prezidentinə məktub göndərərək Hitlerin

tərəfində vuruşanların adlarının Ermənistanda küçələrə, evlərə, meydanlara verilməsi faktından narahatlıqlarını

bildiriblər. Bu, böyük narahatlıq doğurur. Zənnimcə, millətçilik hissi ədalət hissindən üstün olmamalıdır. Odur

ki, indiki mərhələdə Ermənistan və Azərbaycan veteranlarının görüşməyə imkanları olsaydı, yəqin ki, onlar dost

masası arxasında əyləşib birgə tarixlərinin şanlı səhifələrini yada salardılar. Təəssüf ki, Ermənistan tərəfi iki

ölkə ictimaiyyəti arasında əlaqələrin qurulmasına hər vəchlə mane olur. Bir neçə il əvvəl ictimaiyyətin,

deputatların qarşılıqlı görüşlərini təşkil etmək cəhdləri olmuşdu. Biz hətta bu formatı genişləndirməyi

düşünürdük. Lakin Ermənistanda görəndə ki, bu, hansısa yaxınlaşmaya, dost hisslərin oyanmasına gətirib çıxara

bilər, əlaqələri dərhal kəsdilər. Əsas problem ondan ibarətdir ki, işğal davam edir. Təəssüf ki, Ermənistan bu

prosesi maksimum dərəcədə uzatmağa çalışır. Hərçənd, onlar başa düşməlidirlər ki, bu, əbədi olaraq davam edə

bilməz. Bu, sona çatacaq və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır.

- Bununla belə, Ermənistan prezidenti də Moskvada olacaq. Sizin aranızda hər hansı təmas ola

bilərmi? - Həmin vaxtda təmaslarımız nəzərdə tutulmayıb. Bizim keçən il görüşlərimiz olub. Yayda Soçidə Rusiya

Prezidentinin təşəbbüsü ilə, sonra payızda ABŞ-ın dövlət katibi Kerri, daha sonra Fransa Prezidenti Olland

tərəfindən görüşlər təşkil olundu. Bu görüşlərdə bizə elə gəldi ki, irəliləyiş əldə oluna bilər. Lakin təmas

xəttində gərginliyi azaltmaq barədə razılığa gəldiyimiz Paris görüşündən iki həftə keçməmiş Ermənistan işğal

olunmuş Ağdam rayonunda, onların özlərinin verdiyi məlumata görə 47 min hərbi qulluqçunun iştirakı ilə

genişmiqyaslı təlimlər təşkil olundu. Buna lüzum yox idi. Bu, danışıqlar prosesini pozmağa yönəlmiş açıq-aşkar

təxribat idi. Biz bir neçə gün təmkinlilik göstərdik və göstəriş verdik ki, bu təxribata reaksiya verilməsin. Çünki

biz hesab edirdik ki, gərginlik azaldılmalıdır. Lakin qarşı tərəf Mİ-24 döyüş helikopterləri ilə mövqelərimizə

hücum etməyə cəhd göstərdi. Bizim tərəfin cavab tədbirləri nəticəsində helikopterlərdən biri məhv edildi. Bu da

Ermənistan tərəfinə əksinə, bizi təxribatda günahlandırmaq imkanı verdi. Bununla da hadisənin baş verdiyi

noyabr ayından bu günə qədər hər hansı bir əlaqəmiz olmayıb. Axı, bu təlimləri biz keçirmirdik, o ki qaldı

Ermənistan ərazisində. Təlimləri onlar keçirirdilər, özü də bizim Ağdam rayonunun ərazisində. Bu, bir daha bizi

əmin edir ki, Ermənistan tərəfinin bütün cəhdləri status-kvonun dəyişilməməsinə yönəlib. Baxmayaraq ki,

Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, Fransa və ABŞ dəfələrlə vurğulayıblar ki, status-kvo

qəbuledilməzdir, dəyişməlidir. Bu, nə deməkdir? O deməkdir ki, işğalın aradan qaldırılması prosesi

başlamalıdır. Lakin Ermənistan tərəfi bununla razılaşmaq istəmir və hər vasitə ilə danışıqlar prosesinə mane

Page 85: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

85

olur. Yəni, keçən ilin noyabrından indiyə kimi aramızda heç bir əlaqə yoxdur və nə vaxt olacağını da deyə

bilmərik.

- Tarixi yenidən yazmaq Rusiya və onun müttəfiqlərinə təzyiq vasitələrinin geniş arsenalında

kifayət qədər həssas alətə çevrilib. Digər vasitə Rusiyanın bir ildən çoxdur ki, məruz qaldığı iqtisadi

sanksiyalardır. Bu sanksiyalar, o cümlədən qonşu ölkələrə də təsir göstərir. Rusiya bu böhran

təzahürlərinin nəticələrini aradan qaldırır. Azərbaycanda bu, hiss olunurmu? - Qeyd etmək lazımdır ki, bu vəziyyətin iqtisadiyyatımıza bir o qədər böyük təsiri yoxdur. Rusiyada

yaşayıb işləyən azərbaycanlıların pul köçürmələri müəyyən dərəcədə azalıb. Rusiyada xeyli sayda azərbaycanlı

yaşayır. Onlar əsasən imkanlı insanlardır, biznes sahəsində çalışırlar. Təbii ki, xalqımızın ənənələrinə uyğun

olaraq bütün qohumlar həmişə bir-birinə kömək edir. İmkanlılar imkansızlara yardım edirlər. Beləliklə,

Rusiyada yaşayan azərbaycanlılar tərəfindən maliyyə yardımının azalması müşahidə olunur. Lakin bu yardım

bizim ümumdaxili məhsulumuzun kiçik bir hissəsini təşkil etdiyindən bunun iqtisadiyyatımıza qlobal təsiri

olmayıb. Bütövlükdə Azərbaycanda həyat səviyyəsi artır. Bu il üç ay ərzində iqtisadiyyat 5,3 faiz, həmişə qeyd

etdiyimiz ən əsas göstərici – qeyri-neft iqtisadiyyatı 7 faiz artıb. Yəni, neftin qiymətinin düşməsinə və əlbəttə ki,

əsas ticarət tərəfdaşımızdan biri olan Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyətə baxmayaraq,

iqtisadiyyatımızın şaxələndirilməsi və həyata keçirilən islahatlar bizə dinamik inkişaf etməyə imkan verir.

Sanksiyalara gəldikdə isə mövqeyimiz həmişə birmənalı olub. Biz onu hər zaman bildirmişik, bu, sirr deyil. Biz

beynəlxalq münasibətlərin bu cür formasının əleyhinəyik. Yəqin bilirsiniz, vəziyyət Avropa Şurasının Parlament

Assambleyasında müzakirə olunanda Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyaya qarşı sanksiyaların

əleyhinə çıxış etdi. Düşünürəm ki, küncdə-bucaqda özünü Rusiya Federasiyasının müttəfiqi kimi göstərənlər

üçün nümunə oldu. Belələri AŞPA-da öz mövqeyini nümayiş etdirməyə gələndə, necə deyərlər, aradan çıxırlar.

Hesab edirəm ki, Rusiya ictimaiyyəti bunu bilməlidir. Belə məqamlarda mövqe, dost dəstəyi özünü göstərir.

Hamının işi yaxşı olanda, əlbəttə, hamı xoş sözlər deyə, mədhiyyələr söyləyə bilər. Lakin öz sözünü Moskvada

kuluarlarda yox, Strasburqda demək lazım gələndə, bax o zaman burada həm ləyaqət, həm mövqe, həm də,

ümumiyyətlə, insani keyfiyyətlər özünü göstərir. Ona görə, bir daha demək istəyirəm ki, biz belə təzyiq

formasının əleyhinəyik, bu, qeyri-səmərəli vasitədir. Biz həmişə dialoqun, bütün mürəkkəb məsələlərin

danışıqlar masası arxasında etimad şəraitində həll olunmasının tərəfdarıyıq. Əlbəttə, müəyyən dərəcədə Rusiya

ilə Qərb arasında etimad itirilib. Lakin, zənnimcə, onu bərpa etmək üçün səylər göstərilməlidir. Dünyada,

regionumuzda, Avropada təhlükələr xeyli çoxdur. Bu, ekstremizm, radikalizm, terrorizm, Avropa qitəsində

faşizmin dirçəlməsidir. Bu məsələləri birlikdə həll etmək lazımdır.

- Azərbaycan qaz hasilatına ümid bəsləyir. Əlinizdə belə resursların olduğu şəraitdə bu, məntiqidir,

qanunauyğundur. Lakin bu məsələni də siyasiləşdirmək istəyirlər. Bu gün “Cənub” dəhlizi layihəsində

Azərbaycana ciddi ümid bəsləyirlər və bunu Rusiyanın Avropada qaz layihələrinə alternativ kimi təqdim

etməyə çalışırlar. Bu qazın nəzərdə tutulan ixrac həcmindən və satış bazarları barədə danışmağınızı xahiş

edərdim. - Açığı, belə meyillər və bu cür informasiya fonu bizi də narahat edir. Ancaq yüksək vəzifəli

nümayəndələrin rəsmi bəyanatlarına baxsaq, orada belə qiymətləndirmələr yoxdur. Bu işlər ekspertlər,

politoloqlar və hakimiyyətə yaxın strukturlar fonunda aparılır. Onlar sadəcə olaraq, belə bir fon yaradırlar.

Nəticədə belə riyakar təbliğat artıq kimlər tərəfindənsə müəyyən dərəcədə reallıq kimi qəbul edilir. Bizim

tərəfimizdən heç bir rəsmi nümayəndə heç vaxt belə bəyanatlar verməyib. Biz heç vaxt öz layihəmizi alternativ

kimi nəzərdə tutmamışıq. Azərbaycanın energetika siyasəti artıq 21 ildir, biz 1994-cü ildən ölkəmizdə iri

yataqların mənimsənilməsinə başladığımız vaxtdan həyata keçirilir. Elə həmin vaxt neftin dünya bazarlarına

nəql olunması üçün bir neçə kəmər inşa edildi. Nəzərə almaq lazımdır ki, bizim dünya okeanlarına çıxışımız

yoxdur. Qaz ehtiyatları 1990-cı illərin sonlarında kəşf olunub. Elə o vaxtdan da qaz hasil etmək üçün fəal işə

başladıq. 2007-ci ildən müəyyən həcmdə qaz hasil edirik. Qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana, İrana az

həcmdə qaz ixrac edirik. Yeri gəlmişkən, Rusiyaya da. Bizim ehtiyatlarımız çox böyükdür. Əlbəttə, onları

reallaşdırmaq lazımdır. “Cənub” qaz dəhlizi layihəsi çoxdan planlaşdırılırdı. Siz yəqin bilirsiniz ki, əvvəl o,

“Nabukko” layihəsi adlanırdı.

- İndi “Nabukko 2.0” adlandırırlar. - Bəli, bunu mənim bir qədər əvvəl haqqında danışdığım adamlar belə adlandırırlar. Biz görəndə ki, siyasi

iradə, maliyyə resursları, əlaqələndirmə, səylərin birləşdirilməsi yoxdur, başa düşdük ki, “Nabukko” layihəsinin

reallaşması qeyri-mümkündür. Bizə elə gəlirdi ki, kimlərsə bizim hesabımıza “mənfəət” əldə etmək istəyir.

Azərbaycana bu layihədə sadəcə xammal bazası rolu ayrılırdı. Bu isə bizi qətiyyən qane etmirdi. Layihə əslində

gündəlikdən çıxdı. Lakin biz öz ehtiyatlarımızı realizə etməli idik. Əlbəttə ki, bizim üçün təbii qazın əsas satış

bazarı Türkiyə və Avropadır, çünki digər qonşularımız İran və Rusiya böyük həcmdə təbii resurslara malikdir,

Page 86: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

86

Gürcüstan bazarı isə kifayət qədər kiçikdir. Beləliklə, biz “Cənub” qaz dəhlizi layihəsi təşəbbüsü ilə çıxış etdik

və 2012-ci ildə Türkiyə ilə TANAP – Trans-Anadolu qaz kəmərinin tikintisi barədə saziş bağladıq. Bu kəmər

“Cənub” qaz dəhlizinin bir hissəsidir. Bu gün bu layihə artıq reallaşmağa başlayıb. Biz layihə işlərini artıq

həyata keçiririk. Tezliklə tikinti başlayacaq və birinci mərhələdə Azərbaycan qazı indikindən daha böyük

həcmdə Türkiyə bazarına və sonra isə Türkiyə ərazisindən Avropa bazarına çatdırılacaq. Bu layihə bizə böyük

qaz ehtiyatlarımızı realizə etmək imkanı verəcək. Demək olmaz ki, o, dərhal gəlir gətirəcək. Çünki xərclər çox

böyükdür, onların yerini doldurmaq lazımdır. Bununla yanaşı, qazdan gələn gəlirləri neft gəlirləri ilə müqayisə

etmək olmaz. Hər halda, bizim üçün valyuta daxilolmalarının əsas mənbəyi neft ixracıdır. Bu ixrac indi

sabitləşib və uzun müddət davam edəcək. Əlbəttə, qaz amili də iqtisadiyyatımızı möhkəmləndirəcək,

Azərbaycanın rolunu və istehlakçılar üçün əhəmiyyətini artıracaq. Əlbəttə, hər bir ölkə istəyir ki, onun rolu və

əhəmiyyəti artsın. Beləliklə də bizim imkanlarımız genişlənəcək.

“Cənub” qaz dəhlizi layihəsi “Şahdəniz-2” yatağının işlənməsindən ibarətdir. Bu layihə çərçivəsində

ixrac olunan 8 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qazın hasilatı və ixracı nəzərdə tutulur. Bunun

6 milyard kubmetrini Türkiyə, 10 milyard kubmetrini isə bir neçə Avropa ölkəsi alacaq. Yəni, əlbəttə, bu,

Avropanın Norveçdən, Əlcəzairdən və Rusiyadan aldığı qazın həcmi ilə müqayisə oluna bilməz.

- Təklif edirəm ki, söhbətimizi adətən görüşlərimizi bitirdiyimiz mövzu ilə başa vuraq. Bu, nəinki

postsovet məkanında, bütün dünyada xalqları birləşdirən idman mövzusudur. Azərbaycanın keçirəcəyi

Avropa Oyunlarının başlanmasına az qalıb. Avropa Oyunlarının məşəli artıq alovlandırılıb. - Bəli, hesab edirik ki, bu hadisə bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu, bizim

üçün böyük məsuliyyətdir. Deməliyəm ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi. Əgər o

zaman biz buna razılıq verməsəydik, yəqin ki, bu ideya elə ideya olaraq qalacaqdı. Mən bu ideyanı daim irəli

sürən Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm.

Bu, bizim üçün böyük məsuliyyət, eyni zamanda, böyük şərəfdir. Bizim qarşımızda 2 il yarıma, hətta daha az

müddətə Olimpiada ilə müqayisə edilə biləcək. Oyunlar keçirmək dayanırdı. Altı mindən çox idmançı, 20 idman

növü... Amma biz bu vəzifənin öhdəsindən gəldik. Məşəl artıq yandırılıb. Biz onu qədim Atəşgah məbədində

alovlandırdıq. Bu, qədim zərdüştlük məbədidir. Bildiyiniz kimi, Azərbaycan bir çox dinlərin - zərdüştlüyün,

islamın, xristianlığın, iudaizmin birgə mövcud olduğu bir ölkədir. Ölkəmizdə xalqlar arasında qardaşlığın və

dinlərarası əməkdaşlığın nadir ab-havası var. Beləliklə, məşəl artıq ölkəmizdə səyahətdədir. Bu, sizə yəqin ki,

yaxşı tanışdır. Bununla yanaşı, bu hadisənin gözdən salınması cəhdləri müşahidə olunmaqdadır. Oyunlar

yaxınlaşdıqca bu, özünü daha aşkar göstərir. Bu, bizdə yalnız təəccüb və anlaşılmazlıq doğurur. Axı, bu, nəyə

lazımdır?! Azərbaycanın belə bir Oyunları təşkil edə bilməsini sanki kimlərsə həzm edə bilmir. Odur ki, indi biz

demək olar, sizin Soçi ərəfəsində yaşadığınız vəziyyətdəyik: gözdənsalma, yalan, iftira. Prinsipcə, əməliyyat

xərclərinə sərf etdiyimiz vəsaitin həcmi barədə tamamilə astronomik rəqəmlər açıqlanır. Oyunları keçirmək

üçün cəmi bir neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinə gəlincə, onların 90 faizi

ya artıq tikilmişdi, ya da inşasına qərar qəbul ediləndən əvvəl başlamışdı. Yəni, biz onları Oyunlar üçün

tikmirdik. Bakının nəqliyyat infrastrukturu buna qədər də inkişaf etmişdi. Siz Bakıda tez-tez olursunuz, bunları

görürsünüz. Odur ki, bu cür yalan, düşmənçilik, ədavət kampaniyasına indi biz məruz qalmışıq. Lakin əsas bu

deyil, əsas odur ki, biz, əminəm ki, dostluq və idman bayramı təşkil edəcəyik. Əsas qonaqlarımız isə əlbəttə,

idmançılar olacaq. Biz bu bayramda iştirak etmək istəyənlərin hamısını dəvət edirik. Biz idmançıların,

turistlərin, Avropa və MDB ölkələrinin adi vətəndaşlarının özlərini evlərindəki kimi hiss etmələri üçün

əlimizdən gələni edəcəyik. Mən Rusiya komandasına uğurlar arzulayıram. Düşünürəm ki, Rusiya Oyunların

əsas favoriti olacaq.

- Düşünürəm ki, siz informasiya müharibəsindən qalib çıxacaqsınız, necə ki, biz qalib çıxdıq və

Olimpiadada qalib gəldik. Sizə də idman qələbələri arzulayırıq. Təşəkkür edirəm. - Çox sağ olun.

Xalq qəzeti.-2015.-3 may.-№ 94.-S. 1.

Page 87: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

87

Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının

açılış sessiyasında iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(4 may 2015-ci il)

Mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik

toplantısının açılış sessiyası olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf

Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı açılış sessiyasında nitq söylədi.

- Hörmətli prezident Nakao.

Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə sizi Azərbaycanda salamlayıram. Bizim üçün böyük qürur və şərəfdir ki, Asiya İnkişaf Bankının

Rəhbərlər Şurasının illik toplantısına ev sahibliyi edirik. Bu toplantı yeni inşa edilmiş və açılışını bir həftə öncə

etdiyimiz Bakı Konqres Mərkəzində baş tutur. Bu, Bakının ən iri tədbir yeridir və onun inşasına bir il öncə

başlanılmışdır. Yəni, tikintinin sürəti Azərbaycanın inkişaf sürətinə bərabərdir. Əminəm ki, Asiya İnkişaf

Bankının köməyi ilə bizim ölkə daha da böyük nailiyyətlər əldə edəcəkdir.

Azərbaycan Asiya İnkişaf Bankına 1999-cu ildə qoşulmuşdur. O vaxtdan bəri bizim çox səmərəli

əməkdaşlığımız olmuşdur və biz Asiya İnkişaf Bankının iqtisadiyyatımızın müasirləşməsi, əhalimizin yaşayış

standartlarının yaxşılaşdırılmasında xalqımızın səylərinin davamlı dəstəklənməsinə görə Asiya İnkişaf Bankına

təşəkkürümüzü bildiririk. Əminəm ki, bizim səmərəli əməkdaşlığımız davam edəcəkdir, çünki Azərbaycanda

hələ də islahatların aparılması, infrastrukturun təkmilləşdirilməsi və iqtisadiyyatımızın real sektorunda

sərmayələrin qoyuluşu sahəsində görüləcək işlər çoxdur.

Bu günədək Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 1.5 milyard dollar məbləğində vəsait ayrılmışdır

və dediyim kimi, xalqımız bu layihələrdən bəhrələnmiş və həmin vəsait davamlı iqtisadi inkişafımıza xidmət

etmişdir.

Qonaqların əksəriyyəti ilk dəfədir ki, buraya səfər edirlər. Əminəm ki, bu, Azərbaycanı yaxından tanımaq

üçün gözəl fürsət olacaqdır. Çünki Azərbaycan müstəqil ölkə kimi dünya xəritəsində 23 ildən bir az artıq

müddətdir ki, mövcuddur. Azərbaycan öz qədim tarixi, mədəniyyəti və ənənələrinə görə məşhurdur və əminəm

ki, qonaqlarımız tarixi yerlərimizi ziyarət edəcək, Azərbaycan, xalqımızın ənənələri, keçmişimiz və bu günümüz

haqqında daha dolğun məlumat əldə edəcəklər.

Azərbaycanın coğrafi yerləşməsi birmənalı olaraq bizim bir ölkə kimi inkişafımıza təsir etmişdir. Şərq və

Qərb, Asiya və Avropa arasında yerləşdiyinə görə Azərbaycanda əsrlər boyu multikultural cəmiyyət mövcud

olmuşdur. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı

anlaşma məkanı olmuşdur. Biz tariximizlə, multikultural tariximizlə fəxr edirik. Biz Azərbaycanın müasir və

tolerant ölkə kimi inkişafına qəti olaraq sadiqik ki, burada bütün millətlərin və dinlərin nümayəndələri sülh

şəraitində və ləyaqətli şəkildə yaşasın.

Bir neçə il öncə yaradılmış Beynəlxalq Multikulturalizm Mərkəzi bizim daha da təhlükəsiz dünya,

insanların özlərini daha qorunmuş hiss etdikləri, irqi ayrı-seçkilik, dini nifrət olmayan dünya naminə müsbət

meyillərin inkişafına verilən töhfəmizdir.

Bizim səylərimiz nəticəsində Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır.

Mədəni müxtəliflik bizim ölkənin ən böyük sərvətlərindəndir. Bu gün biz fəxr edirik ki, burada müxtəlif

ölkələrdən olan çoxsaylı qonaqlar var. Əminəm ki, bizim qarşılıqlı etimad, hörmət və marağa əsaslanan

əməkdaşlığımız uğurla davam edəcəkdir.

Müstəqil ölkə olaraq Azərbaycan Sovet İttifaqının süqutu nəticəsində yaranmışdır. Ancaq XX əsrin

əvvəlində Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan 2 il müstəqil olmuş və müsəlman dünyasının

ilk demokratik respublikası məhz 1918-ci ildə Azərbaycanda yaranmışdır. Lakin müstəqillik işğal nəticəsində

əlimizdən alındı və biz 70 il ərzində müstəqillikdən məhrum edildik. Yalnız 1991-ci ildə Azərbaycan öz

müstəqilliyini bərpa etdi.

O, həm çətin, həm də böyük gözləntilərin olduğu illər idi. Çünki biz ölkəmizin güclü iqtisadiyyatını

yaratmalı idik. Təəssüflər olsun ki, o zaman Azərbaycan çətin vəziyyətdə idi. Daxili gərginlik, vətəndaş

Page 88: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

88

müharibəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və iqtisadi çətinliklər bizim üçün ən böyük çağırışlar idi.

Iqtisadiyyatımız yalnız durğunluq deyil, tənəzzül içərisində idi, inflyasiya 1000 faizdən artıq idi, siyasi və

iqtisadi inkişaf perspektivləri o qədər də aydın deyildi.

1990-cı illərin ortalarında başlanmış siyasi və iqtisadi islahatlar o çətinliklərin öhdəsindən gəlmək imkanı

yaratdı, bugünkü Azərbaycanı müasir, demokratik və çox yaxşı perspektivlərə malik olan dövlət kimi inkişaf

etdirməyə imkan verdi.

Biz siyasi və iqtisadi islahatların reallaşdırılmasına başladıq və eyni zamanda, iki mühüm məsələ

qarşısında qaldıq. Birincisi, dövlət quruculuğu idi. Çünki bizim ondan əvvəl dövlətimiz yox idi. İkincisi isə

siyasi və iqtisadi sistemin transformasiyası idi. Siyasi sistem Sovet İttifaqından mövcud olan sistem idi,

iqtisadiyyat isə planlı iqtisadiyyat prinsiplərinə əsaslanırdı.

O zaman bazar iqtisadiyyatı mövcud deyildi. Yəni, qarşımızda olan çağırışlar bunlar idi - dövlət

quruculuğu prosesi, siyasi sistemin və iqtisadiyyatın transformasiyası. Mən düşünürəm ki, olduqca qısa

zamanda, - 23 ildən bir qədər artıq müddət ərzində, - 1990-ci illərin ortalarından bu günədək biz mühüm

irəliləyişə nail olmuşuq.

Azərbaycan özünün demokratik inkişafına sadiqdir. Azərbaycanda bütün azadlıqlar tam təmin edilir –

siyasi fəaliyyət azadlığı, media azadlığı, toplaşma azadlığı, dini azadlıqlar. Bizdə azad internet var. İnternet

istifadəçilərinin sayı gündən-günə artır və bu gün bu rəqəm 70 faizə çatır. Hökumətimiz fəal şəkildə müasir

texnologiyalar, İKT sahəsinə sərmayə qoyur. Biz bu gün genişzolaqlı interneti Azərbaycanın hər bir kəndinə

çəkirik.

Bu, bizim niyyətlərimizin göstəricisidir. Biz aydın şəkildə dərk etdik ki, siyasi transformasiya, müasir

idarəçilik sistemi olmasa uğura nail ola bilmərik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə

aparılmışdır. Biz xarici sərmayələrin cəlb edilməsi siyasətinə başladıq. Çünki bizim maliyyə resurslarımız yox

idi və beləliklə XX əsrin sonunda Azərbaycan bir daha neft və qaza görə məşhur olan ölkəyə çevrildi.

Qeyd etmək istərdim ki, dünyada ilk neft XIX əsrin ikinci yarısında Azərbaycanda - Bakıda hasil edilib.

Dənizdəki yataqlardan da ilk neft Xəzər dənizinin Azərbaycan sektorunda XX əsrin ortalarında hasil olunub.

Beləliklə, neft sənayesi, ən iri neft və qaz şirkətlərinin sərmayələrinin cəlb edilməsi bizim inkişafımızın təmin

edilməsi yolu olmuşdur. Lakin biz hər zaman deyirik ki, bu, bizim yekun hədəfimiz deyil, inkişafımız üçün

vasitədir. Biz ehtiyatlarımızdan istifadə yolu ilə ölkəmizi transformasiya edərək müasirləşdirməli, xalqımız üçün

daha yaxşı şərait yaratmalıyıq.

Bu islahatların həyata keçirilməsi qonşu Ermənistanın bizə hücum etdiyi vaxta təsadüf edirdi. Ermənistan

Azərbaycana qarşı təcavüzə başladı. Həmin təcavüz nəticəsində Azərbaycanın ərazisinin 20 faizə yaxın hissəsi

işğal altındadır. Bir milyon qaçqın və məcburi köçkün Ermənistanın təcavüzündən əziyyət çəkir. Əhaliyə qarşı

etnik təmizləmə siyasəti aparılmış, Ermənistan ordusu və separatçı qüvvələr Azərbaycanda etnik təmizləmə və

soyqırımı törətmişlər. Təəssüflər olsun ki, 20 ildir danışıqlar aparılır, lakin heç bir nəticə yoxdur. Bu, beynəlxalq

hüququn kobud şəkildə pozulmasıdır. Bu, XXI əsrdə qətiyyən qəbuledilməzdir ki, bir dövlət digərinin ayrılmaz

və qanuni hissəsini işğal edir və buna görə cəzalandırılmır.

Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil. Məsələn, bizim halda

dünyanın ən mötəbər beynəlxalq təsisatı olan BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, onlar

Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz olaraq çıxarılmasını tələb edir. Lakin bu

qətnamələr 20 ildən artıqdır ki, tətbiq olunmur.

Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüququn pozulmasıdır. Bu, bir daha nümayiş etdirir ki,

beynəlxalq hüquq siyasi preferensiyalara malik olan və dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər

tərəfindən selektiv şəkildə tətbiq olunur. Biz, eyni zamanda, humanitar fəlakətlə üzləşmişdik. Dünyada

adambaşına düşən ən çox sayda qaçqın məhz Azərbaycanda idi - 9,6 milyon əhalinin bir milyonu.

Biz bu insanların qayğısına qalmalı, iqtisadiyyatımızı inkişaf etdirməli və sərmayə cəlb etməli idik. Lakin

bizim sabitliyə və sülhə ehtiyacımız var idi.

Hazırda biz Ermənistanla atəşkəs şəraitindəyik. Biz münaqişənin beynəlxalq hüquq və Azərbaycanın

ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışırıq. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental

prinsipidir. O, zorla, istənilən dövlətin hökuməti və xalqının razılığı olmadan dəyişdirilə bilməz.

Bu səbəbdən dünyada bütün münaqişələr eyni prinsiplə istisnasız olaraq - beynəlxalq hüquq və ərazi

bütövlüyü əsasında həll edilməlidir. Biz bu vəziyyətdə inkişaf etməli idik. Biz anladıq ki, yalnız güclü

olduğumuz təqdirdə məqsədlərimizə nail ola bilərik.

Siyasi və iqtisadi inkişaf, sərmayə bütün məsələlərdə bizə planlarımıza nail olmağa imkan verdi.

Azərbaycanın xarici siyasətinə gəldikdə, o, çox fəaldır. Siyasətimiz daha çox dostların əldə edilməsinə yönəlib.

O, açıq siyasətdir. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvüdür. Müxtəlif beynəlxalq təsisatların üzvüdür.

Page 89: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

89

Məsələn, biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Bir neçə il öncə biz Qoşulmama

Hərəkatının üzvü olduq.

Bizim dünyada olduqca müsbət imicimiz var. Bir neçə il öncə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT

Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti

Azərbaycanı dəstəkləyir, Azərbaycana etimad göstərir və bizim lehimizə səs verir. Bu, bizim ən böyük siyasi və

diplomatik nailiyyətimiz idi.

Biz bununla fəxr edirik. Təhlükəsizlik Şurasında biz bəyan etdiyimiz kimi, ədalət və beynəlxalq hüququ

müdafiə etdik. Biz dərk etdik ki, taleyimiz və gələcəyimiz öz əlimizdədir. Beləliklə, bizim hədəfimiz özünü

təmin edən iqtisadiyyat, dayanıqlı iqtisadiyyat yaratmaq idi. Biz buna nail olunmasının yollarını axtarırdıq və

əlbəttə, enerji amili ən açıq-aydın olan idi və investorların diqqətini ən cəlb edən sahə oldu.

Bununla da, 1994-cü ildə Azərbaycan enerji strategiyasını başladı və nəticədə hökumətimiz, xarici

şirkətlər və qonşularımız arasında çox fəal və geniş əməkdaşlıq yarandı. Bizim nəhəng neft-qaz ehtiyatlarımız

olsa da, sərmayəyə ehtiyacımız var idi və həmin sərvətlərin dünya bazarına nəqli üçün vasitə lazım idi. Biz

dünya okeanlarına çıxışı olmayan qapalı ölkəyik və bu səbəbdən boru kəmərləri inşa etməli idik. Bu gün enerji

strategiyamıza və sadiqliyimizə əsasən, biz tarixdə ilk dəfə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə xam neft

kəmərləri vasitəsilə birləşdirdik. Bu, regionun enerji xəritəsinin dəyişdirilməsində ilk addım idi.

Neft və qaz sahəsinə sərmayələrin cəlb edilməsi yerli şirkətlərimizə təmaslar qurmaq və təcrübə əldə

etmək imkanı verdi. Bu, bizə gənc nəslə təlim keçmək və yeni nəsil azərbaycanlılar hazırlamağa imkan verdi ki,

onlar iri beynəlxalq enerji şirkətlərində çalışmaq təcrübəsinə malik olsunlar.

Biz 1990-cı illərin sonunda nəhəng qaz ehtiyatlarını kəşf etdikdə, bu, o zaman bizim üçün böyük çağırış,

həm də böyük fürsət idi. Bu gün biz bilirik ki, enerji təhlükəsizliyi təbii qaz ehtiyatları ilə bağlıdır. Bu baxımdan

Azərbaycanın regionda rolu çox vacibdir. Çünki biz bu prosesdə aparıcı ölkə idik. Biz “Cənub” qaz dəhlizinin

tikintisinin təşəbbüskarı olduq. Bu gün o, regionun və Avropanın 10 dövlətini birləşdirir, inşaat işləri artıq

başlamışdır.

Bu, hazırda Avropada reallaşdırılan ən iri infrastruktur layihəsidir. “Cənub” qaz dəhlizinin inşası və bizim

qaz yataqlarımızın istismarını nəzərdə tutan bu layihənin dəyəri 45 milyard dollara bərabərdir. Azərbaycan bu

prosesdə aparıcı qüvvədir. Bu gün dünyanın müxtəlif yerlərində istehlakçıların Azərbaycan qazına ehtiyacı var.

Yəni, bu gün, əlbəttə, enerji siyasəti ölkəmizin geosiyasi əhəmiyyətini və imkanlarını artırır. Biz neft ixracından

mənfəət əldə etməyə başlamışıq. Üç-dörd ildən sonra “Cənub” qaz dəhlizi layihəsi başa çatanda Azərbaycan bir

neçə onillik, mən deyərdim, yüz il ərzində region və Avropa istehlakçıları üçün ən mühüm təbii qaz

təminatçısından biri olacaq. Əlbəttə, bizim geosiyasi əhəmiyyətimiz və nüfuzumuz artacaq. Təbii ki, hər bir ölkə

kimi, biz də regional məsələlərdə daha çox imkanlar əldə etmək istəyirik.

Bizim bütün siyasətlərimiz regional əməkdaşlığa yönəlir. Biz hər zaman qarşılıqlı faydalı vəziyyət

yaratmağa çalışırıq. Məsələn, enerji sahəsində istehsalçı, tranzit və istehlakçı dövlətlər arasında, yalnız belə olan

halda layihələr uğurlu ola bilər. Eyni zamanda, biz heç vaxt enerji resurslarımızı təzyiq aləti və ya

əsaslandırılmamış üstünlük, yaxud mənfəət əldə edilməsi üçün istifadə etməmişik. Əksinə, biz hər zaman

tərəfdaşlarımızı, tranzit və istehlakçı ölkələri dəstəkləyirik. Bununla da vahid məqsəd ətrafında ölkələr ailəsi

yaranır ki, bu məqsəd hər birimiz üçün faydalı olan layihənin reallaşdırılmasıdır.

Hazırda Azərbaycanın enerji siyasəti regionumuzda getdikcə daha vacib rol oynayır. Həyata keçirməkdə

olduğumuz layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Resursların və mənbələrin

şaxələndirilməsi Azərbaycanın bu layihələri nə dərəcədə uğurlu həyata keçirəcəyindən asılıdır. Biz hər zaman

demişik ki, iqtisadiyyatımız üçün ən vacib məqam davamlı inkişafdır. Biz həmişə neft və qazdan asılılığımızı

azaltmağa çalışırıq və uzun illərdir həyata keçirdiyimiz şaxələndirmə siyasəti gələcək inkişaf üçün yaxşı

fürsətlər yaradır.

Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsaq görərik ki, onun 70 faizi qeyri-neft

sektorundan ibarətdir. Lakin ixracımıza baxdıqda onun mütləq əksəriyyətinin neft və qazla əlaqəli olduğu bəlli

olur. Bu, təbii haldır. Çünki söhbət nəhəng həcmlərdən gedir və bu həcmlər artacaqdır. Çünki bir neçə ildən

sonra ixrac edəcəyimiz təbii qaz bizim enerji ixracında bu nisbəti daha da artıracaqdır.

Bu səbəbdən biz sərmayə cəlb etməyə və sərmayə yatırmağa çalışırıq ki, yerli və xarici investorlar üçün

qeyri-neft sektorunda yaxşı imkanlar yaransın. Fəxr edirik ki, bizim qeyri-neft sektorumuzun artımı ümumi

iqtisadi artımı üstələyir. Bu ilin ilk üç ayında ümumi daxili məhsul 5,3 faiz artdığı halda, qeyri-neft sektorunda 7

faiz artım qeydə alınmışdır.

Təbii ki, neft və qaz istehsal edən ölkə kimi, neftin qiymətinin kəskin dəyişməsi bizdə narahatlıq doğurur.

Lakin onu da qeyd etmək istərdim ki, bu, bizim üçün bir növ çağırışdır - daha da səmərəli olaq, büdcəni daha da

möhkəmləndirək, zəruri olmayan xərcləri azaldaq və diqqətimizi yaxşı idarəçilik və menecmentə yönəldək.

Page 90: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

90

Qara qızıl adlandırdığımız neftin insan kapitalına çevrilməsi dövlət siyasətimiz olmuşdur və heç zaman

bizim iqtisadiyyatımız bugünkü qədər şaxələndirilmiş olmamışdır. Bizim hədəfimiz elə bir dayanıqlı

iqtisadiyyat yaratmaqdır ki, burada neft amili başlıca rol oynamasın. O, yalnız maliyyə ehtiyatlarının

artırılmasına xidmət etməlidir ki, bizim üçün bu, siyasi və iqtisadi təhlükəsizlik məsələsidir. Bu da öz

növbəsində maliyyə bazarlarında hər hansı gözlənilməz hadisədən sığortalanmaq deməkdir.

Ancaq əsas diqqət iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilib. Bilirəm ki, bu günlərdə keçirilən

görüş və ya seminarlarda nümayəndələrimiz Azərbaycanın iqtisadi nailiyyətləri haqqında məlumat vermişlər.

Bununla belə, sürətli inkişaf illəri olan son 10 il ərzində görülmüş işlərlə bağlı bir neçə rəqəmi xatırlatmaq

istərdim. Ümumi daxili məhsul 3 dəfə artmışdır, xarici borcumuz olduqca aşağı səviyyədədir, ümumi daxili

məhsulun təqribən 10 faizini təşkil edir. Biz milyardlarla xarici sərmayə cəlb edə bilmişik, müstəqillik illərində

bu rəqəm 200 milyard dollara bərabər olmuşdur. Ötən il ərzində bu rəqəm 27 milyard dollar təşkil etmişdir. Biz

görürük ki, bu rəqəm artmaqdadır və ən vacib məsələ ondan ibarətdir ki, bu vəsaitin 70 faizi yerli sərmayədir.

Bununla belə, Azərbaycan xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır. Biz 9 milyondan artıq əhaliyə

malik olduğumuz ölkədə 1 milyondan artıq iş yeri yaratmağa müvəffəq olmuşuq. Bunun nəticəsində işsizlik çox

aşağı səviyyəyə, təqribən 5 faizə enmişdir. Bizim ən böyük nailiyyətimiz isə düşünürəm ki, yoxsulluğun aradan

qaldırılması ilə bağlıdır. On-on beş il öncə bu göstərici 50 faizə bərabər idisə, bu gün həmin rəqəm 5 faizdir. Bu,

onu nümayiş etdirir ki, Holland sindromuna, iqtisadiyyatın birtərəfli inkişafına düçar olmadıq. Biz qara qızılı

insan kapitalına çevirə bildik. Məlumdur ki, enerji sektorunda çoxsaylı iş yerləri yaranmır və heç də hər bir

halda o, firavanlığa səbəb olmur, bəzi hallarda cəmiyyətdə təcrid olunma və parçalanmaya səbəb olur. Zənginlər

daha da zəngin, yoxsullar isə daha da yoxsul olur. Bu isə sosial problemlər və ədalətsizliklə nəticələnir. Bu

səbəbdən bizim əsas hədəfimiz hər bir Azərbaycan vətəndaşının bu inkişafdan faydalanması olmuşdur. Hər bir

vətəndaş ümumi inkişafda bunları görür - infrastrukturun yaradılması, yeni məktəblər və xəstəxanaların inşası,

yaşayış səviyyəsinin yaxşılaşması, yeni iş yerlərinin açılması.

Beləliklə, işsizliyin və yoxsulluğun azaldılması əsas hədəflərimizdən olmuşdur. Bununla yanaşı,

Azərbaycanın regionlarının inkişafı vacib məsələ olmuşdur. Biz regionların inkişafını arzulayırdıq. Bunun üçün

3 dövlət proqramı qəbul edilmişdir ki, onların sayəsində yalnız Bakı sakinləri üçün deyil, regionlarda yaşayan

əhali üçün yeni imkanlar yaransın. İnfrastruktura qoyulan sərmayələr məsələsi olduqca vacibdir. Vaxt var idi ki,

biz elektrik enerjisini idxal edirdik, bu gün ixrac edirik. Vaxt var idi ki, biz təbii qazı idxal edirdik, indi ixrac

edirik.

Asiya İnkişaf Bankının və digər beynəlxalq qurumların köməyi ilə və hazırda dövlət vəsaiti hesabına biz

sosial infrastruktura sərmayə yatırırıq. Son 10 ildə 500-dən artıq xəstəxana və tibb ocağı, 3 mindən çox məktəb

inşa edilmişdir ki, bu, Azərbaycanın sosial infrastrukturunu tamamilə dəyişmişdir.

Hazırda biz ətraf mühitin qorunması məsələsinə diqqət yetirməliyik. Bakı hər zaman sənaye şəhəri olmuş

və neftə görə Azərbaycanın mərkəzinə çevrilmişdir. Neftin kəşfinə qədər Bakı sadəcə, xəritəmizin üzərində olan

coğrafi məkan idi. Biz XX əsrin əvvəlində istehsal olunan neftin yarısından çoxunu hasil edirdik.

İkinci Dünya müharibəsi zamanı Azərbaycan Sovet İttifaqının neftinin 70 faizini istehsal edirdi və bu da

faşizm üzərində Qələbədə həlledici rol oynamışdı. Ancaq müstəqilliyimizin ilk illərində biz nələrlə üzləşdik?

İnflyasiya, durğunluq, neft sənayesinin dağılması və ekoloji fəlakət. Bu səbəbdən 10-15 il öncə Bakıya gəlmiş

insanlar indi onu artıq tanıya bilmir. Çünki o zaman şəhər qaranlıq və çirkli idi. Hər yerdə köhnəlmiş sənaye

əraziləri var idi. Bu gün artıq Bakı turizm şəhəri, mühüm tədbirlərin keçirildiyi məkandır. Biz ictimai yerlərin

yaradılmasına və ətraf mühitlə bağlı məsələlərə böyük sərmayə qoymuşuq. Biz neft gölməçələrinin

təmizlənməsinə, Bakı ətrafında və Abşeron yarımadasında çirkli torpaqların bərpa edilməsinə böyük vəsait

yatırmalı olduq. Bu, yalnız müstəqil və azad olanda, öz sərvətinin sahibi olanda mümkündür. Azərbaycan

müstəqilliyini 1991-ci ildə deyil, 1971-ci ildə bərpa etmiş olsaydı, biz bəlkə də dünyanın ən zəngin

dövlətlərindən biri olardıq. Bu, bir reallıqdır, lakin qısa bir zamanda biz itirdiyimizi bərpa etməyə çalışdıq.

Biz aydın başa düşürdük ki, iqtisadi müstəqillik olmadan, siyasi müstəqilliyimiz tam həcmli olmayacaqdı.

Enerji təhlükəsizliyi, iqtisadi müstəqillik və öz sərvətimizə güvənməyimiz inkişafımızın aparıcı qüvvəsi

olmuşdur. Təbii ki, digər vasitələrdən də istifadə etməyə çalışırıq, xüsusilə də coğrafi mövqeyimizdən. Bu gün

Azərbaycan nəqliyyat qovşağına çevrilir. Biz yaxşı coğrafi mövqeyə və infrastruktura malikik. Biz nəqliyyat

infrastrukturuna böyük sərmayə yatırmışıq. Hazırda biz Xəzər dənizində ən iri dəniz limanı inşa edirik. Onun

illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona bərabərdir. Biz 5-i beynəlxalq olmaqla, 7 hava limanı inşa

etmişik. Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin tikintisi başa çatmaq üzrədir.

Bununla da Avropa və Asiya “Dəmir İpək Yolu” vasitəsilə birləşəcəkdir. Bu yol Azərbaycan ərazisindən

keçəcək, nəqliyyat üçün ən qısa və rahat yol olacaqdır. Bu, Avropadan Asiyaya və əks istiqamətdə yüklərin

Page 91: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

91

daşınması marşrutu olacaqdır ki, bununla Azərbaycanın geosiyasi əhəmiyyəti artacaq. Bu da əlavə sərmayələrin

cəlb edilməsi deməkdir. Bu isə daha yaxşı vəziyyətin yaranması ilə nəticələnəcək.

Bizim planlarımız nədən ibarətdir: müasirləşmə, dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin

yaxşılaşdırılması. Biz “ASAN” adlı yenilik tətbiq etmişik ki, burada bir mərkəzdə bir neçə dəqiqə içərisində

əhaliyə 30-dan artıq dövlət xidməti göstərilir. Biz şaxələndirmə siyasətimizi davam etdirəcəyik. İnformasiya-

kommunikasiya texnologiyaları, kosmik sənaye Azərbaycanda uğurla inkişaf edir, kənd təsərrüfatı sahəsində

böyük potensial var. Düşünürük ki, kənd təsərrüfatı və qeyri-neft sektorunun məhsulları iqtisadiyyatımızın

aparıcı qüvvəsi olacaqdır. Biz yeni bazarlar axtarmalı və orada mövqelərimizi gücləndirməliyik. Çünki yaxın

gələcəkdə biz əsas kənd təsərrüfatı məhsulları baxımından özümüzü 100 faiz təmin edəcəyik. Bu səbəbdən

beynəlxalq bazarlara çıxış əsas məsələ olacaqdır. Nəzərə alsaq ki, əhalimizin 40 faizdən çoxu kənd yerlərində

yaşayır, bunun böyük sosial təsiri olacaqdır.

Biz Azərbaycanda makroiqtisadi vəziyyəti yaxından izləyəcəyik. Biz bir neçə ay bundan öncə milli

valyutamızı devalvasiya etməli olduq, çünki o, olduqca güclənmişdi. Biz maliyyə islahatını həyata keçirəndə bir

manat 1 dollara bərabər idi. Lakin 10 il ərzində manat dollara nisbətdə çox gücləndi ki, bu da qeyri-təbii hal idi.

Bütün qonşu dövlətlərdə milli valyuta artıq devalvasiya olunmuşdu və biz də milli valyutamızı 33-34 faiz

devalvasiya etdik. Ancaq bütün gündəlik tələbat məhsulları ölkədə istehsal edildiyindən bunun istehlak

qiymətlərinə böyük təsir olmadı. Beləliklə, makroiqtisadi sabitlik, aşağı səviyyəli inflyasiya nəzarət altında

olacaq. Yəni, elə bir səviyyə ki, ixracatçılarımız sərbəst hərəkət edə bilsin.

Biz maliyyə vəsaitlərinin toplanmasını davam etdirəcəyik. Bu gün həmin vəsaitlər ümumi daxili

məhsulun təqribən 70 faizini təşkil edir. Bu işlər davam edəcək, eyni zamanda, mühüm sahə olan infrastruktura

sərmayə yatırılacaq. Biz özəl sektora aşağı faizli kreditlərin verilməsi nəticəsində bu sahənin

stimullaşdırılmasını və iqtisadiyyatın real sektoruna sərmayələrin cəlb olunmasını davam etdirəcəyik.

İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritet məsələdir və bu, diqqət mərkəzində olacaq. Biz xarici

borcumuzu mümkün qədər aşağı səviyyədə saxlamağa çalışacağıq. Bu gün 9-11 faiz göstərici mükəmməl hesab

oluna bilər, lakin nəzərə almaq lazımdır ki, buraya diqqət yetirilmədikdə bu rəqəm arta bilər və tədbir görmək

üçün artıq gec ola bilər.

Bizim coğrafi və iqlim şəraitimizi nəzərə alsaq görərik ki, 11 iqlim qurşağından 9-u Azərbaycanda

mövcuddur. Gələcək illərdə turizm bizim iqtisadiyyatımızın mühüm sahəsi olacaq və bu cür toplantılar ölkəmiz

haqqında real mənzərə və təsəvvür yaradır.

Biz müstəqil olaraq gənc ölkəyik, heç də hər kəs bizi tanımır. Lakin biz siyasi, iqtisadi müstəqillik,

azadlıq və tərəqqi yolunun davam etdirilməsinə sadiqik. Mən əminəm ki, Asiya İnkişaf Bankı kimi gözəl

tərəfdaşların sayəsində biz bütün məqsədlərimizə nail olacağıq. Çox sağ olun!

Xalq qəzeti.-2015.-5 may.-№ 95.-S. 1-2.

Page 92: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

92

Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binası

istifadəyə verilib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(7 may 2015-ci il)

Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının

açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın

açılışında iştirak ediblər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

- Əziz veteranlar,

İlk növbədə, sizi qarşıdan gələn 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik etmək, sizə cansağlığı

arzulamaq istəyirəm.

Mən mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyəm. Ona görə, bizim ənənəvi

görüşümüzü bu gün - mayın 7-də keçiririk. Hər il biz sizinlə görüşürük və bu görüşlərin çox böyük mənası var.

Eyni zamanda, bu gün veteranların həyatında əlamətdar gündür. Çünki veteranlar üçün yeni gözəl inzibati

bina istifadəyə verilir. Keçən il veteranlar təşkilatının nümayəndələri mənə müraciət etmişdilər. Dərhal qərar

qəbul edildi və gözəl iş yeri tikildi.

Ən yüksək standartlara cavab verən bu mərkəzdə veteranlar çalışacaqlar. Burada bütün şərait yaradılıb və

biz bunu qısa müddət ərzində etmişik. Yəni, bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti öz veteranlarına

böyük qayğı və diqqət göstərir. Veteranlar yüksək mükafatlarla təltif olunur, onlara minik maşınları verilir.

Növbədə duran bütün veteranlara avtomobillərin verilməsi prosesi bu il başa çatacaq. Mənzillər, pul mükafatı

verilir. Onu da qeyd etməliyəm ki, MDB məkanında ən yüksək pul mükafatı məhz Azərbaycanda verilir. Siz

buna layiqsiniz. Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz və Azərbaycan dövləti sizin

fəaliyyətinizi çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin siyasəti də məhz ondan ibarət idi ki, biz

müharibə veteranlarına daim diqqət göstərək.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə

Gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni, bu bayram ləğv edilmişdi. Onlar elə bil ki, sizin

qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər. Ancaq onların özləri tarixdən və siyasi səhnədən silindi,

Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilmədi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə

gələndən sonra tarixi ədalət bərpa edildi, 9 May – Qələbə Günü rəsmi bayram kimi təsdiq olundu və o gündən

bu günə qədər biz bu bayramı qeyd edirik. Bu, bizim dövlət bayramımızdır, əziz bayramımızdır.

Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib. Azərbaycandan 700

minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet

İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min

nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Bu, Azərbaycan xalqının qəhrəmanlığını təsdiq edən

statistik göstəricilərdir.

Eyni zamanda, Azərbaycan alman faşizmi üzərində Qələbənin əldə edilməsində həlledici rol oynayıb.

Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı,

müharibənin nəticələri tam fərqli ola bilərdi. O vaxt - müharibə illəri zamanı Sovet İttifaqında 110 milyon ton

neft hasil edilmişdi. Ondan 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Təsadüfi deyil ki,

alman faşizmi Bakını zəbt etmək üçün çox böyük səylər göstərmişdi. Çünki əgər Bakını zəbt etsəydilər, o

zaman bütün Sovet İttifaqının əksər enerji resurslarına sahib çıxmış olacaqdılar və beləliklə, yanacaq qıtlığı

ucbatından müharibənin nəticələri tam başqa ola bilərdi.

Bakını sovet ordusu müdafiə etdi və bu, xalqımızı böyük bəlalardan xilas etdi. Azərbaycanın 300 min

nümayəndəsi qəhrəmancasına həlak oldu. Ancaq əgər Hitlerin ordusu Bakını zəbt etsə idi, xalqımıza qarşı

soyqırımı törədilərdi. Çünki faşizm ideologiyası irqçilik, ayrı-seçkilik, ksenofobiya, başqa millətlərə qarşı nifrət

üzərində qurulmuşdu. Bakının qəhrəmanlığı bu gün dünya üçün də artıq sirr deyil və biz çalışmalıyıq ki,

Azərbaycan xalqının, Azərbaycan zəhmətkeşlərinin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirək. Bu

yaxınlarda çəkilən və nümayiş etdirilən sənədli film də Azərbaycanın ümumi Qələbəmizə nə qədər böyük töhfə

verdiyini əyani şəkildə göstərir. Azərbaycan neftçiləri ilə bərabər Azərbaycan zəhmətkeşləri də böyük

Page 93: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

93

fədakarlıq göstərmişlər. Müharibə zamanı Azərbaycanın sənaye müəssisələrində 130 növ silah-sursat istehsal

olunurdu ki, bu da Qələbəmizin əldə edilməsində mühüm rol oynamışdı.

Biz bütün bu tarixi faktları bilirik. Bizim gənc nəslimiz də, dünya da bilməlidir. Biz Azərbaycanın faşizm

üzərində Qələbənin əldə edilməsindəki müstəsna rolu haqqında danışırıq, danışacağıq və bundan sonra da bu

tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdıracağıq.

Əfsuslar olsun ki, bu gün faşizm ideologiyası bəzi yerlərdə yenə də baş qaldırır. Biz buna imkan verə

bilmərik, biganə qala bilmərik. Müharibə haqqında həqiqətlər təhrif olunur. Sanki kimsə tarixi yenidən yalan,

siyasi sifariş üzərində yazmaq istəyir. Sovet ordusunun Qələbənin əldə edilməsində həlledici rolunu bəzi

qüvvələr danmaq istəyirlər. Bu, dözülməzdir, qəbuledilməzdir. Ona görə hamımız - veteranlar, siyasətçilər,

ictimaiyyət, dünya ictimaiyyəti bu məsələ ilə bağlı öz sözünü deməlidir və biz bu sözü deyirik.

Tarixi təhrif etməklə yanaşı, faşistlərin qəhrəmanlaşdırılması prosesi də gedir. Biz buna da dözə bilmərik.

Çünki faşizm ideologiyası Yer kürəsində ən çirkin, təhlükəli, dəhşətli ideologiyadır. Bu gün müxtəlif ölkələrdə

neofaşizm meyillərinin güclənməsi bizi haqlı olaraq narahat edir. Bizə elə gəlirdi ki, faşizm ideologiyası ilə artıq

məsələ bağlandı. Bundan sonra bu, heç vaxt baş qaldırmayacaq. Ancaq əfsuslar olsun ki, biz görürük, yürüşlər,

müxtəlif tədbirlər keçirilir. İndi həmin ideologiya başqa adlarla pərdələnərək dirçəlməyə başlayır.

Avropada antimiqrant hərəkatı də məhz faşizm, irqçilik, ayrı-seçkilik ideologiyası üzərində qurulur.

Hesab edirəm ki, dünya siyasətçiləri öz sözünü deməlidirlər. Biz neofaşizmin nə qədər böyük fəlakət olduğu

haqqında öz sözümüzü deyirik və deyəcəyik.

Ona görə mən çox şadam ki, siz veteranlar həmişə olduğu kimi, öz fəal mövqeyinizlə seçilirsiniz və sizin

sözünüzün çox böyük mənası var. Siz müharibənin, o tarixin canlı şahidlərisiniz, onun iştirakçılarısınız.

Əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında faşizm ideologiyasının nəticəsi olan Qarabağ

fəlakəti, işğalı ilə üzləşmişdi. Biz XX əsrin sonlarında erməni faşizmi ilə üzləşdik. Bizə qarşı aparılan işğalçı

siyasət, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür. Bu gün dünyada

erməni faşizmi haqqında kifayət qədər sənədlər, kitablar, məqalələr dərc edilir. Erməni faşizmini ifşa etmək

üçün əsas yükü biz öz üzərimizə götürmüşük. Günahsız insanlar, qadınlar, uşaqlar ona görə öldürülürdü ki,

onlar azərbaycanlıdır.

Biz erməni faşizminə qarşı mübarizə aparırıq və qurbanlarımızın qanını yerdə qoymuruq. Biz lazımi

tədbirləri görürük və görəcəyik ki, faşistləri layiqincə cəzalandıraq. Azərbaycan Ordusu indi bütün lazımi

tədbirləri görür. Eyni zamanda, Ermənistanda Hitlerə qulluq edən faşistlərin xatirəsinə hörmət göstərilir, onların

adları küçələrə, meydanlara, parklara verilir. Siz veteranlar bir neçə ölkənin dövlət başçısına məktubla müraciət

etmisiniz, erməni faşizmi haqqında yazmısınız, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması haqqında

yazmısınız. Mən bunu alqışlayıram. Bunu hər kəs bilməlidir. Bu, dözülməzdir.

Ona görə, Azərbaycanın həm İkinci Dünya müharibəsindəki rolu, həm bu gün bizim mövqeyimiz

haqqında dünya bilir və bilməlidir. Bəzi ölkələr indi tarixi həqiqətləri danmaq istəyirlər. Bir daha demək

istəyirəm ki, tarixi təhrif etmək, faşizmi kommunizmlə bərabərləşdirmək istəyirlər. Bu, dözülməzdir.

Bu gün biz əlbəttə ki, azad cəmiyyətdə yaşayırıq. Bazar iqtisadiyyatı, siyasi plüralizm, demokratiya,

çoxpartiyalı sistem - bunlar sovet dövründə mümkün deyildi. Ancaq, eyni zamanda, Sovet İttifaqını faşist

Almaniyası ilə müqayisə etmək həm ədalətsizlikdir, həm də böyük cinayətdir.

Biz öz tarixi keçmişimizə hörmətlə yanaşırıq. Keçmişdə yaxşı hallar da, acınacaqlı məqamlar da olub.

Azərbaycan xalqı da bir çox hallarda ədalətsizliklə üzləşib. Ancaq biz tarixi heç vaxt saxtalaşdırmamalıyıq.

Bu gün yeni tarix yazılır. Müstəqil Azərbaycan öz tarixini yazır. Bu tarix şərəfli tarixdir. Bu gün

Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Azərbaycan böyük beynəlxalq tədbirlərə

ev sahibliyi edir. Azərbaycanın iqtisadi inkişafı bu gün nümunə ola bilər. Böhranlı illərdə biz öz prinsipial

siyasətimizdən kənara çıxmırıq. Biz xalqın rifah halını yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Bu gün

Azərbaycanın dünyadakı rolu kifayət qədər böyükdür, mövqelər möhkəmdir, daxildə sabitlik, xalqla iqtidar

arasında vəhdət var. Azərbaycan çoxmillətli ölkə kimi dinlərarası, mədəniyyətlərarası münasibətlərin

tənzimlənməsi işində nümunədir. Bu gün müstəqilliyimizin tarixini biz - siz veteranlar, gənc nəsil yazırıq. Bu

gün biz azadıq, müstəqilik və bu, bizim ən böyük sərvətimizdir. Müstəqil Azərbaycan dövləti öz veteranlarına

çox böyük hörmətlə yanaşır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir.

Mən Sizi qarşıdan gələn gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə bir

daha cansağlığı, yeni uğurlar arzulamaq istəyirəm. Sağ olun.

Xalq qəzeti.-2015.-8 may.-№ 98.-S. 1-2.

Page 94: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

94

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun

yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(10 may 2015-ci il)

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci

ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri

mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu

Öndərin əziz xatirəsinə bir daha hörmət və ehtiramını bildirir.

Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır. Heydər Əliyev

Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Azərbaycan onun rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf

edib. Birinci dəfə sovet dövründə, 1969-cu ildə rəhbər təyin olunandan sonra Azərbaycanda əsaslı dəyişikliklər

baş verdi. O vaxtdan Azərbaycan onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən

qabaqcıl yerlərdə oldu. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü tam təmin edirdi və ümumittifaq

büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi. Məhz o illərdə müasir sənaye komplekslərinin

yaradılması, kənd təsərrüfatının inkişafı sürətlə gedirdi. Azərbaycan sovet məkanında mədəniyyət, incəsənət

sahələrində öz sözünü deyirdi və respublikamızın ovaxtkı tarixi çox uğurlu idi.

Məhz ona görə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha Ulu Öndərə üz tutaraq onu

hakimiyyətə dəvət etmişdir. Çünki o, 1970-80-ci illərin əvvəllərində öz işləri, xalqa olan bağlılığı və cəsarətli

siyasəti ilə xalqın böyük sevgisini, rəğbətini qazanmışdı.

Bilirsiniz ki, Ulu Öndərin həyatında bir neçə dövr olmuşdur. Hər dövrün öz böyük mənası var. Hər

dövrdə çalışdığı bütün vəzifələrdə o, ləyaqətli siyasi xadim, cəsarətli insan, öz xalqına bağlı olan vətənpərvər

kimi hərəkət edirdi. Heydər Əliyevin Azərbaycanda uğurlu fəaliyyəti nəzərə alınaraq 1982-ci ilin sonunda o,

Sovet İttifaqının ən ali qurumu olan Siyasi Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini

vəzifəsinə təyin edilmişdi. Onun kurasiyasında bir çox sahələr var idi. Bu sahələr çox ciddi diqqət tələb edirdi

və o, ona tapşırılan bütün işlərə çox böyük məsuliyyətlə yanaşırdı. Onun gördüyü işlərin çox böyük səmərəsi var

idi. Eyni zamanda, Azərbaycana daim diqqət yetirir, öz köməyini göstərməyə çalışırdı ki, burada da işlər yaxşı

getsin. Ancaq əfsuslar olsun ki, o, Azərbaycandan gedəndən sonra respublikada vəziyyət tədricən tənəzzülə

uğramağa başlamışdır və demək olar ki, Azərbaycanda durğunluq müşahidə olunurdu. Yəni, artıq onun

dövründə olan canlanma, fəal iş yox idi.

Onun sonrakı taleyi ilə bağlı kifayət qədər kitablar, məqalələr, elmi əsərlər yazılmışdır. Burada oturanlar

əlbəttə ki, o tarixi yaxşı bilirlər, gənc nəsil də bilməlidir, öyrənməlidir. Çünki bu, bizim şanlı tariximizdir və

1987-ci ildə Heydər Əliyev böyük ədalətsizliklə üzləşmişdi. O vaxt sovet dövlətinin başında dayanan insan ona

qarşı ədalətsizlik göstərmişdi. Bu ədalətsizliyin də səbəbləri var idi. Ona qarşı paxıllıq, riyakarlıq və digər mənfi

hallar Heydər Əliyevin istefasını şərtləndirdi. Bu, Azərbaycan üçün böyük itki idi. Çünki Heydər Əliyev sovet

hakimiyyətində təmsil olunurdu. Təsadüfi deyil ki, o, istefaya gedəndən iki həftə keçməmiş erməni millətçiləri

Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Əfsuslar oşlun

ki, ovaxtkı sovet rəhbərliyi bu məsələ ilə bağlı onlarla həmfikir idi, onların mövqeləri üst-üstə düşürdü. Eyni

zamanda, son vaxtlar üzə çıxan faktlar da onun göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının

rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı

müraciətlər göndərilirdi. Bu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə dözülməz bir praktikadır. Ancaq bu,

tarixdir, bu, həqiqətdir və ondan sonra Azərbaycanın bütün problemləri başladı.

Azərbaycana o vaxt qəsdən heç bir nüfuzu, heç bir siyasi təcrübəsi, heç bir milli ruhu olmayan fərdlər

hakimiyyətə gətirildi. Onların əsas vəzifəsi Azərbaycan xalqını incitmək, Azərbaycanın xalq təsərrüfatını

dağıtmaq və Azərbaycanın inkişafını əngəlləmək idi. O vaxt sovet dövləti hələ güclü idi və mərkəzləşdirilmiş

idarəetmə sistemi var idi. Ona görə, Azərbaycan xalqı öz haqlı etirazını ifadə edə bilmirdi.

Page 95: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

95

Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir.

O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar

qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş,

yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın ovaxtkı rəhbərliyi bu

barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər

Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda

vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon” var idi və onlar anonim

məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt

Moskvaya yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi

nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o

gün onunla bərabər orada idim. Heç vaxt yadımdan çıxmaz ki, o vaxt orada böyük insan kütləsi toplaşmışdı.

Azərbaycanın daimi nümayəndəliyinə minlərlə azərbaycanlı öz həmrəyliyini, etirazını, öz hisslərini ifadə

etməyə gəlmişdi.

Biz oraya gələndə insanlar Heydər Əliyevi tanımışdılar və dərhal sükut yarandı. İnsanlar sanki canlı

dəhliz yaratdılar ki, o, dəhlizlə binanın içərisinə keçsin. Bax, o vaxt Azərbaycan xalqı Heydər Əliyevə bir daha

öz hörmət, etimad, inamını göstərmişdi. O, pensiyada idi və ona qarşı mətbuatda, digər vasitələrlə çox çirkin

kampaniya aparılırdı, buralarda mitinqlər təşkil olunurdu, insanları məcbur edirdilər ki, onun əleyhinə

danışsınlar və digər çirkin tədbirlər görülürdü. Buna baxmayaraq, Azərbaycan xalqı bu faciəvi gündə bir daha

onun ətrafında birləşdi və o, yanvarın 21-də məhz orada Sovet İttifaqı Kommunist Partiyasını, sovet dövlətinin

rəhbərini ittiham etdi, onu günahlandırdı, bu cinayəti pislədi və öz haqq səsini ucaltdı.

O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kim təsəvvür edə bilməzdi ki, Sovet

İttifaqı dağıla bilər. Yəni, bu addım, bu vətənpərvərlik nümunəsi bir daha göstərdi ki, Heydər Əliyev öz xalqına

nə qədər bağlıdır və o, nə qədər cəsarətli, ədalətli şəxsiyyətdir. Təbii olaraq, təcrübəli siyasi xadim kimi o, dərk

edirdi ki, bundan sonra ona qarşı böyük təzyiqlər başlayacaq, onun həyatına təhlükə ola bilər, belə də oldu. Əgər

o, Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı. O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı

ovaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana

üz tutdu. Naxçıvanda insanlar onu çox böyük coşqu ilə qarşılamışdılar. Elə Bakıda da. Yadımdadır, o vaxt

Bakıya gələndən sonra şəhərdə gəzməyə çıxmışdı. Minlərlə insan onun ardınca gedirdi. O, hara gedirdisə onlar

da onun ardınca gedirdilər. Hətta ovaxtkı rəhbərlik təşvişə düşmüş və milis göndərmişdi ki, guya siz burada

kütləvi aksiya keçirirsiniz. O da demişdi ki, mən heç bir aksiya keçirmirəm. Mən gəzməyə çıxmışam və insanlar

mənim ardımca gəlirlər. Yəni, bütün Azərbaycan xalqı Heydər Əliyevi ürəkdən sevirdi və o sevginin əsas səbəbi

məhz 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər və xalqımızın faciəvi günlərində haqqın, ədalətin yanında

olması idi.

Naxçıvanda Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan

parlamentinə deputat seçdilər. Sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçmişdir. O vaxt artıq

Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət,

müdriklik göstərmişdir.

Naxçıvan dövrü də çox zəngin olmuşdur. Bu dövr çox ağır və eyni zamanda, çox şərəfli bir dövr idi.

Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun

təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət

bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müraciət edildi və vəsatət qaldırıldı ki, bu bayraq

Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi

məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet

Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə

gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin

gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında

düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə

Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət

etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik

təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və

Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur. Ancaq antimilli

qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd

göstərilmişdir. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə

də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən

ünsürlər öz layiqli cəzasını aldılar.

Page 96: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

96

1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi

dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə

başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir.

1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları

ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi,

müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o,

Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi. Ancaq uzun illər Kommunist Partiyasının üzvü

olan, Qanlı Yanvar hadisələrindən sonra isə Kommunist Partiyasının sıralarını tərk edən bir insan kimi o,

demokratiya, inkişaf, bazar iqtisadiyyatı yolunu seçmişdir. Bu, onun üçün çox ciddi bir seçim idi. Çünki o,

tamamilə fərqli bir ictimai-siyasi mühitdə formalaşmışdır. Gənc yaşlarından o dövrün nümayəndəsi kimi Sovet

İttifaqına, öz xalqına, Kommunist Partiyasına qulluq edirdi. Ona görə, bu, onun üçün çox ciddi bir seçim idi.

Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik,

hüquqi dövlətdir.

Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar aparılır, demokratik inkişaf sürətlə gedir.

Azərbaycan bu gün dünya miqyasında demokratiyanın inkişafı baxımından seçilən ölkələrdəndir. Məhz bu

strateji seçim 1990-cı illərin ortalarında qəbul edilmişdir və bu gün biz Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq

müsbət meyilləri daha da gücləndiririk.

2003-cü ildən sonra isə yeni dövr başlayır. Əslində bu, əvvəlki dövrün məntiqi davamıdır. O vaxt da

Azərbaycan xalqı bir daha həlledici məqamda öz müdrik sözünü demişdir. O vaxt xalq Heydər Əliyev

siyasətinə, onun davamçılarına səs vermişdir. Çünki istəyirdi ki, bu siyasət davam etsin. İstəmirdi ki, yenə də

hərc-mərclik, xaos, anarxiya, özbaşınalıq, mədəniyyətsizlik, talançılıq hökm sürsün. Azərbaycan xalqı xoşbəxt

həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı

kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt

etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik,

qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki,

yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın.

Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı

bir daha görür ki, nə qədər düzgün bir seçim edib.

Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır.

Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan

islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində

qurulubdur. Milli mənəvi dəyərlər birinci şərtdir. Biz öz milli mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən

üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən

formalaşıbdır. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün

artıq bir nümunə kimi mövcuddur.

Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün

dünya üçün artıq bəllidir. Bizim nümunəmiz öyrənilir. Təsadüfi deyil ki, bu gün məhz Azərbaycan bu mövzu ilə

bağlı dünyada mərkəzlərdən birinə çevrilmişdir. Bizim beynəlxalq nüfuzumuz çox yüksək səviyyədədir.

Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, inama malik olan bir ölkədir. Belə olmasaydı, beynəlxalq

aləmin mütləq əksəriyyəti bizi dəstəkləməzdi.

Bu gün Azərbaycanda keçirilən beynəlxalq təbdirlər bunu əyani şəkildə sübut edir. Baxın, son iki həftə

ərzində Nizami Gəncəvi Beynəlxalq Forumu və Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı Bakıda

keçirilmişdir. Birinci tədbirdə 60-dan çox ölkədən nümayəndələr iştirak edirdilər. Onların arasında çoxlu sayda

fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçısı iştirak edirdi, əsasən də Avropa qitəsindən. Ondan bir neçə

gün sonra Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirilmişdir. Orada da 70-ə yaxın

ölkənin ən yüksək səviyyəli vəzifəli şəxsləri təmsil olunurdu. Yəni, iki həftə ərzində təxminən 130 ölkədən ən

qabaqcıl, ən tanınmış, nüfuzlu simalar Azərbaycanda idilər. Mənim o tədbirlər əsnasında çoxsaylı görüşlərim

zamanı onların hər biri böyük heyranlıqla və eyni zamanda, təəccüblə deyirdilər ki, biz Azərbaycanın bu qədər

inkişaf etmiş ölkə olduğunu təsəvvür etmirdik. Azərbaycan bu qədər zəngin ölkədir, Bakı bu qədər gözəl

şəhərdir. Onların hər biri bunu qeyd edirdi. Yəni, budur bugünkü Azərbaycan.

Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır. Çünki hər bir mövzu ilə bağlı

prinsipial mövqe ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə

təsir etmək mümkün deyil. Məncə artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yəqin ki, olacaq. Ancaq o

cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur.

Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır. Azərbaycana

Page 97: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

97

gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir,

təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir

görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar

arasındakı birlikdir. Əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji

resursları, nə valyuta ehtiyatları, nə ordu, heç nə. Bax, indi müxtəlif regionlarda baş verən hadisələrə nəzər

salaraq görürük, harada ki, bu yoxdur, sabitliyi süni şəkildə saxlamaq mümkün deyil. Ancaq xalqla iqtidar

arasındakı birliyi əldə etmək, bunu möhkəmləndirmək üçün xalqa xidmət etmək lazımdır. Bax, mən bunu, necə

deyərlər, yığcam formada bu cür izah edərdim: Xalqa Ulu Öndər kimi xidmət etmək lazımdır. O, bütün

dövrlərdə öz xalqına xidmət edib. Biz də çalışırıq onun yolu ilə gedək. Bugünkü Azərbaycan reallıqları onu

göstərir ki, biz onun yolu ilə uğurla gedirik.

Beynəlxalq nüfuzumuz bundan sonra da artacaq. Azərbaycan beynəlxalq aləmin dəyərli üzvüdür.

Bundan sonra görüləcək işlər nəticəsində bizim təsir imkanlarımız daha da genişlənəcək. Bizim təsir

imkanlarımız bizə ona görə lazımdır ki, Azərbaycanın maraqlarını təmin edək. Eyni zamanda, regional

əməkdaşlıq məsələlərində də istədiyimizə nail olaq. Bizim istədiyimiz əməkdaşlıqdır, qarşılıqlı mənfəətdir,

qarşılıqlı dəstəkdir. Bizim başqa fikrimiz yoxdur. Ona görə, regional inkişaf, regional təhlükəsizlik, enerji

təhlükəsizliyi məsələlərində Azərbaycan çox önəmli bir ölkəyə çevrilibdir.

Beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası - bütün bunlar

Azərbaycan reallıqlarıdır. Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və

inkişaf strategiyası var. Biz ölkəmizi gələcəkdə necə inkişaf etdirəcəyik?! Bu barədə bizim bütün

proqramlarımız var, bu barədə vaxtaşırı məlumatlar verilir və xalq tərəfindən dəstəklənir.

Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək. 2017-ci

ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək. Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir.

Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə

də, bugünkü vəziyyətimizə də təsir edir. Biz isə çalışırıq ki, bu coğrafi mövqeyimizdən maksimum səmərə ilə

istifadə edək. Bu coğrafi mövqe bizə bəlalar da, faciələr də gətirə bilərdi. Ancaq bu gün düşünülmüş, cəsarətli

və dürüst xarici siyasətimiz nəticəsində biz bu əlverişli mövqeyi artıq müsbət amil kimi görürük. Bunu müsbət

amilə çevirən məhz bizik. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim

nüfuzumuzu qaldırır, önəmimizi artırır. İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir

göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq.

O da aydındır ki, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir. Azərbaycan xalqının mütləq

əksəriyyəti bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Biz xarici və daxili siyasətlə bağlı bu dəstəyi tam görürük.

Ancaq bizim uğurumuzu istəməyən, inkişafımıza paxıllıqla yanaşan dairələr də var. Biz bu barədə həm o

dairələrin nümayəndələri ilə açıq danışırıq, həm də öz xalqımıza bu barədə məlumat veririk. Çünki Azərbaycan

xalqı bilməlidir ki, nələr baş verir. Ölkə daxilində Azərbaycanın xarici siyasəti ilə bağlı biz heç nəyi gizlətmirik.

Azərbaycan xalqı hər şeyi bilməlidir. Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız

iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir

çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar pis

olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər.

Ona görə, bu kampaniyalar əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli hadisələr ərəfəsində

özünü daha da qabarıq şəkildə büruzə verir. Üç il bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi ərəfəsində

Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı

xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox

idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə

görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı

necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan

ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır.

Ona görə, bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün

bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq. Bizim siyasətimizə ancaq

Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər. Biz ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə edirik. Milli

maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da biz öz prinsipial mövqeyimizdən kənara

çıxmayacağıq. Biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da səmərəli işləyəcəyik, Ulu Öndərin

siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük

xoşbəxtliyimizdir. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizdən əvvəlki nəsillər müstəqillik

həsrəti ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bu xoşbəxtlik bizə nəsib oldu. Eyni zamanda, bu

Page 98: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

98

gün müstəqil dövləti inkişaf etdirmək, irəliyə aparmaq da bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir, böyük

məsuliyyətdir.

Mən əminəm ki, Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə

inkişaf edəcək. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək. Bizim yolumuz haqq, inkişaf, tərəqqi

yoludur. Bu yolda bütün Azərbaycan xalqına qələbələr arzulayıram. Sağ olun.

Xalq qəzeti.-2015.-13 may.-№ 100.-S. 2-3.

Page 99: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

99

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri:

Mətbuata birgə bəyanat:

Prezident İlham Əliyevin bəyanatı

(14 may 2015-ci il)

Mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə

bəyanatlarla çıxış ediblər.

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam–Azərbaycan

əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaqdır. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər

çox uğurlu keçmişdir. Mənə göstərilən qonaqpərvərlik heç vaxt yadımdan çıxmaz. Hesab edirəm, bir il ərzində

artıq Sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter

daşıyır.

Bu gün biz ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş şəkildə müzakirə etdik. Bir daha gördük ki,

bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələrini

genişləndirmək fikrindədir. İlk növbədə, siyasi əlaqələrimiz inkişaf edəcəkdir. Hazırda siyasi əlaqələr çox

yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində

də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik

ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir.

Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir.

Bu gün, eyni zamanda, regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi apardıq. Mən cənab

Prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik

üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illər

bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan

torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan buna

məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə, işğal davam edir.

Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında

qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ərazimizin 20 faizi

hələ də işğal altındadır. Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli

mövqeyini bildirmişdir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament

Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq

Azərbaycanın haqqı işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul etmişlər.

Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq

hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlüyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe

nümayiş etdirməlidir. Burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bütün ölkələrin ərazi bütövlüyü eyni

yanaşma ilə tənzimlənməlidir.

Bu gün biz, əlbəttə ki, iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsi apardıq. Çox müsbət haldır

ki, aramızda olan ticarət dövriyyəsi yüksək səviyyədədir, daha da yüksələ bilər. Buna nail olmaq üçün konkret

tədbirlər planı hazırlanmalıdır. Biz bu barədə də danışdıq. Hesab edirəm ki, ticarət dövriyyəsinin artırılması

üçün yaxşı imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edildi. Bu sahədə də həm

Vyetnam, həm Azərbaycan şirkətlərinin artıq təcrübəsi vardır. Bu gün keçiriləcək biznes forumda əminəm ki,

iki ölkənin biznes qurumları da bu məsələ ilə bağlı öz sözünü deyəcəklər. Bir sözlə, iqtisadi və ticarət

əlaqələrimiz bizim ümumi əməkdaşlığa çox müsbət təsir göstərir və gözəl perspektivlər də vardır.

Təbii ki, ənənəvi olaraq neft-qaz sahəsində əməkdaşlıqla bağlı bu gün biz məruzələri də dinlədik. Bu

sahədə çox gözəl təcrübə var. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləmişlər, öz

təcrübələrini bölüşmüşlər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət

edirik. Azərbaycanda zəngin neft-qaz yataqları vardır. İstərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda,

onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR da artıq

beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir.

Page 100: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

100

Bu gün, eyni zamanda, humanitar sahədə əməkdaşlıq da diqqət mərkəzində idi. Burada da gözəl təcrübə,

gözəl ənənələr var. Mən keçən il Vyetnamda olarkən vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə

görüşmüşdüm. Çox səmimi bir görüş idi və mən onları Azərbaycana dəvət etdim. Şadam ki, onlar bir həftə

bundan əvvəl Azərbaycana gəlib öz doğma yerlərinə bir daha baxıblar. Əminəm ki, Vətənə çox xoş

təəssüratlarla qayıdıblar. Eyni zamanda, Vyetnam-Azərbaycan Dostluq Forumu da keçirilmişdir. Bu gün cənab

Prezidentlə bir daha bu məsələ ilə bağlı öz fikirlərimizi bildirdik. Biz də istəyirik ki, Vyetnamdan daha çox

tələbə Azərbaycana gəlsin və burada təhsil alsın. Beləliklə, bizim əlaqələrimiz daha da genişmiqyaslı ola bilər.

Bir sözlə, çıxışımı yekunlaşdıraraq qeyd etməliyəm ki, bizim əlaqələrimiz artıq yüksək səviyyədədir. Bir

il ərzində iki dövlət səfəri həyata keçirilir. Bu, özlüyündə bir göstəricidir. Əlaqələrimizin mahiyyəti də çox

müsbətdir, çox möhkəmdir. Gələcəkdə biz iki dost ölkə kimi əlaqələrimizi daha da genişləndirəcəyik və

Vyetnam-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəyik.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Bir daha Sizə “Xoş

gəlmisiniz!” deyirəm.

Xalq qəzeti.-2015.-15 may.-№ 102.-S. 2.

Page 101: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

101

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri:

Azərbaycan-Vyetnam biznes forumu keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(14 may 2015-ci il)

Mayın 14-də Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti

Çıonq Tan Şanq biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

- Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Bu gün Vyetnam-Azərbaycan biznes forumu keçirilir.

Bu, çox gözəl hadisədir. Bu, ikitərəfli əlaqələrimizin inkişafı üçün çox önəmli bir tədbirdir. Bildiyiniz

kimi, Vyetnam Prezidentinin Azərbaycana rəsmi səfəri uğurla davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin

demək olar ki, bütün sahələrini müzakirə etdik, görülən işlər haqqında fikir mübadiləsi apardıq və gələcək birgə

planlarımız barədə də danışdıq.

Bizim siyasi əlaqələrimiz iqtisadi sahədə əlaqələrin inkişafı üçün əsas şərtdir. Vyetnam-Azərbaycan

əlaqələri dostluq, tərəfdaşlıq əlaqələridir. Mən keçən il Vyetnama dövlət səfərimi məmnunluqla xatırlayıram. Bu

səfər zamanı bizim əməkdaşlığımızın əsasları qoyulmuşdur. Çünki bu, yüksək səviyyəli birinci təmas idi. O

səfərin çox müsbət nəticələri olmuşdur. Düz bir ildən sonra Vyetnam Prezidenti bizim qonağımızdır. Bu, əslində

onu göstərir ki, aramızda olan əlaqələr çox intensiv xarakter daşıyır.

Çox istərdik ki, siyasi sahədə müşahidə olunan mənzərə iqtisadi sahədə də görünsün. Buna nail olmaq

üçün əlbəttə, həm hökumət üzvləri, həm də biznes strukturları öz səylərini göstərməlidirlər. Ötən il Vyetnamda

olarkən orada da biznes forum keçirilmişdir. Bakıda da keçirilir. Bu, onu göstərir ki, birgə işləmək üçün kifayət

qədər böyük maraq var.

Vyetnam iqtisadiyyatı son illərdə çox yüksək templərlə inkişaf edir. Biz bunu bilirik və bu münasibətlə,

cənab Prezident, Sizi təbrik edirik. Bu, artıq dünya miqyasında yüksək qiymətə malik olan vəziyyətdir və

düşünülmüş siyasətin təzahürüdür.

Eyni zamanda, Azərbaycan iqtisadiyyatı da sürətlə inkişaf edir. Bizim qarşımızda duran bütün vəzifələr

vaxtında və uğurla icra edilir. Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Müstəqillik dövründə

ölkəmizə 200 milyard dollardan çox sərmayə qoyulub. Təkcə keçən il 27 milyard dollar investisiya yatırılıb. Bu,

onu göstərir ki, həm xarici, həm də yerli investorlar ölkəmizə, onun gələcəyinə inanırlar.

Bizim çox gözəl investisiya mühitimiz var. Xarici və yerli sərmayələr dövlət tərəfindən qorunur. Əgər

belə olmasaydı, Azərbaycana bu qədər sərmayə yatırılmazdı. Biz sərmayə qoyuluşunda da dinamikanı görürük.

Son vaxtlar daha çox yerli sərmayə qoyulur. Qoyulan ümumi vəsaitin təxminən 70 faizi daxili vəsaitdir. Bu, onu

göstərir ki, Azərbaycan iqtisadiyyatı yüksək templərini saxlayır.

Azərbaycanda xarici investisiyaların qorunması işində ən qabaqcıl təcrübə tətbiq edilir. Bir sözlə,

vyetnamlı investorlar üçün Azərbaycanda işləmək, investisiya qoymaq, hesab edirəm ki, çox əlverişli ola bilər.

Bununla bərabər, bu gün biz cənab Prezidentlə onu da müzakirə etdik ki, Vyetnam şirkətlərinin

Azərbaycanda daha da geniş şəkildə təmsil olunması məsələləri də öz həllini tapmalıdır. Deyə bilmərəm ki, bu

sahədə bizim böyük uğurlarımız var. Ancaq ümid edirəm ki, biz bu səfərdən sonra burada da gözəl nəticələri

görəcəyik.

Bizim xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşırlar. Azərbaycan mütəxəssisləri 1970-1980-ci illərdə

Vyetnamın neft-qaz sektorunda çalışmışlar. Vyetnamlı tələbələr sovet dövründə Azərbaycanda təhsil almışlar.

Mən Vyetnamda olarkən onlarla görüşmüşəm. Bu gün də 30-a yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alır

və biz cənab Prezidentlə belə fikrə gəldik ki, onların sayını artırmalıyıq.

Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Əlbəttə ki, neft-qaz sektoru bizim iqtisadi inkişafımız

üçün birinci mərhələdə həlledici rol oynamışdır. Ancaq hazırda ümumi daxili məhsulumuzun təxminən 70 faizi

qeyri-neft sektorunda formalaşır. Bu da onu göstərir ki, iqtisadi şaxələndirmə artıq Azərbaycanda reallıqdır.

Bununla bərabər, əlbəttə, neft sektoru daim diqqət mərkəzindədir. Bu gün SOCAR ilə “Petrovietnam”

arasında imzalanan sənəd bu sahədə gələcək əməkdaşlığı təmin edəcək. Biz istəyirik ki, “Petrovietnam”

Azərbaycanın zəngin neft-qaz yataqlarının işlənməsində iştirak etsin. Düşünürəm ki, şirkətlər arasındakı

Page 102: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

102

əlaqələr bunu təmin edəcək. Eyni zamanda, SOCAR da indi xarici bazarlara çıxır, xaricdə öz fəaliyyətini

genişləndirmək istəyir. Beləliklə, burada qarşılıqlı maraqlar əsasında çox səmərəli və faydalı əməkdaşlıq yarana

bilər.

Hesab edirəm ki, xalqlarımızın bir-birinə belə bağlı olmalarını nəzərə alaraq, biz gərək insanlararası

əlaqələri sürətləndirək. Burada turizm sektoru əlbəttə ki, ən birinci vasitədir. Bu sahədə əməkdaşlığın konkret

formatları təşkil edilə bilər. Biz turizm imkanlarımızı təqdim etməliyik ki, insanlar bizim nə kimi

imkanlarımızın olduğunu daha da yaxından bilsinlər.

Ticarət dövriyyəsinin artırılması üçün, hesab edirəm ki, yaxşı imkan var. Ticarət dövriyyəmiz kifayət

qədər yüksəkdir. Biz bir-birimizdən uzaqda yerləşən ölkələrik və məsafə kifayət qədər böyükdür. Bunu nəzərə

alsaq, görərik ki, ticarət dövriyyəsi yaxşı səviyyədədir. Əlbəttə, bu dövriyyəni artırmaq da mümkündür.

Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün yaxşı şərait var. Son vaxtlar Azərbaycanda kənd

təsərrüfatının inkişafı ilə bağlı ciddi tədbirlər görülür. Bu gün bu sahədə müqavilə də imzalanmışdır. Hazırda

Azərbaycanda iri sənaye zonalarının yaradılması prosesi gedir. Biz istərdik ki, Vyetnam şirkətləri bu işlərdə

iştirak etsinlər.

Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olmasından faydalanaraq biz mütləq iqtisadi sahədə də

ən yüksək nəticələrə çatmalıyıq. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəfin çox ciddi siyasi iradəsi var.

Biznes forumların keçirilməsi, hesab edirəm ki, burada əsas vasitə olacaqdır. Çünki siyasi iradə var,

hökumətlərarası əlaqələr də kifayət qədər möhkəmdir. Bu gün Vyetnam Prezidentini müşayiət edən nümayəndə

heyətində yüksək vəzifəli şəxslər təmsil olunur. Burada qurumlararası, nazirliklərarası əlaqələr mühüm rol

oynayacaq.

Əlbəttə ki, bu gün bizim vyetnamlı qonaqlarımız Azərbaycan ilə əyani şəkildə tanış olurlar, ölkəmizin

imkanlarını görürlər. Doğrudan da, müstəqillik dövründə Azərbaycan böyük və şərəfli yol keçmişdir. Bu gün

biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Bölgədə nəqliyyat

təhlükəsizliyi məsələləri də Azərbaycanın iştirakı ilə öz həllini tapır. Mən öz həmkarımı bu barədə də

məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan Avropa ilə Asiya

arasında çox önəmli bir nəqliyyat mərkəzinə çevriləcək və beləliklə, burada yeni imkanlar yaranacaqdır.

Müstəqillik dövründə biz ancaq öz gücümüzə güvənmişik və ona görə bizim xarici borcumuz da çox

aşağı səviyyədədir. Bu, dünya miqyasında bəlkə ən aşağı səviyyələrdən biridir. Xarici borc ümumi daxili

məhsulumuzun təqribən 10 faizini təşkil edir. Yəni, bu, onu göstərir ki, biz çoxlu borclar almamışıq, öz

gücümüzə güvənmişik və buna görə də bu gün iqtisadi müstəqilliyə tam şəkildə nail olmuşuq. Xarici maliyyə

qurumlarından asılı deyilik, baxmayaraq ki, biz xarici maliyyə qurumları ilə də fəal işləyirik.

Bu ayın əvvəlində Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısı keçirilmişdir. Üç

mindən çox qonaq gəlmişdi. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi Asiya iqtisadi qurumlarının,

hökumətlərinin Azərbaycana olan münasibətini, inamını əks etdirir. Eyni zamanda, Azərbaycan Avropa

Yenidənqurma və İnkişaf Bankı ilə də sıx əlaqələr qurmuşdur. Yəni, beynəlxalq maliyyə qurumları da

Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir. Biz onların imkanlarından faydalanırıq, amma daha çox

öz daxili resurslarımıza arxalanırıq. Bu, ən düzgün seçimdir. Bu seçim bizə imkan verib ki, biz bu gün iqtisadi

inkişamızı çoxşaxəli formatda təşkil edirik.

Azərbaycan hökumətinin gələcək planlarımızla bağlı kifayət qədər geniş və məzmunlu yanaşması var. Biz

ölkəmizin inkişafı üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. İqtisadi inkişafımız dayanıqlı, çoxşaxəli olacaq və

beləliklə, insanların rifah halı yaxşılaşacaqdır.

Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən

Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş

adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan

halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun

çərçivəsində tapmalıdır.

Hörmətli cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram. Vyetnamdan gələn bütün qonaqlara

bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sağ olun.

Xalq qəzeti.-2015.-15 may.-№ 102.-S. 3.

Page 103: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

103

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri:

Ali qonağın şərəfinə:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(14 may 2015-ci il)

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın

adından Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın və xanımı May Thi Hanın şərəfinə

rəsmi qəbul təşkil edilib.

Dövlət başçıları rəsmi qəbulda çıxış ediblər.

- Hörmətli cənab Prezident.

Hörmətli xanım May Thi Han.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə dəvətimi qəbul edib Azərbaycana rəsmi səfər etdiyinizə görə Sizə təşəkkür edir və rəhbərlik

etdiyiniz nümayəndə heyətini bir daha salamlayıram.

Biz bu gün olduqca faydalı görüşlər keçirdik. Əminəm ki, qarşılıqlı maraq doğuran məsələlər ətrafında

apardığımız fikir mübadiləsi və müzakirələr, əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz

arasında ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə töhfəsini verəcək.

Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin təməli ötən əsrdə Vyetnam xalqının böyük

oğlu Ho Şi Minin Azərbaycana və xalqımızın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərləri ilə

qoyulmuşdur. İnanıram ki, keçən il mənim ölkənizə dövlət səfərim və bu gün Sizin Azərbaycanda olmağınız bu

gözəl ənənənin davamı kimi münasibətlərimizi daha da möhkəmləndirəcək, yüksək səviyyəli təmasların intensiv

xarakter almasına güclü təkan verəcək.

Bu gün dost ölkələrimiz arasında siyasi, hərbi, iqtisadi, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı və

digər sahələrdə əməkdaşlığın inkişafı və uzunmüddətli tərəfdaşlıq üçün böyük imkanlar vardır. Biz Vyetnamla

əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün mümkün vasitələrdən istifadə edilməsində olduqca

maraqlıyıq.

Sevindirici haldır ki, son dövrlər münasibətlərimizin xarakteri keyfiyyətcə yeni müstəviyə keçib. Ötən il

Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutunun nəzdində

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin yaradılmasını təqdirəlayiq hesab edirəm.

Əminəm ki, ölkəmizin adət-ənənələri, tarixi və mədəniyyəti ilə bağlı Vyetnam ictimaiyyətinə dolğun

məlumatların çatdırılmasında bu mərkəz mühüm rol oynayacaqdır.

Mən ötən həftə Bakıda keçirilən Azərbaycan-Vyetnam Dostluq Forumunu da xüsusilə qeyd etmək

istərdim. Böyük əksəriyyəti Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş vyetnamlıların iştirak etdiyi

bu tədbir xalqlarımız arasında mövcud olan dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Qürurvericidir ki, Azərbaycanda təhsil alan bu şəxslər Vyetnam Sosialist Respublikasında bir çox sahələrin,

xüsusən neft və qaz sənayesinin inkişafına əhəmiyyətli töhfə verirlər.

Hesab edirəm ki, bu gün Vyetnamın nüfuzlu şirkətlərinin iştirakı ilə keçirilən biznes forum ölkəmizdəki

əlverişli iqtisadi şəraitin və turizm potensialının dəyərləndirilməsi baxımından çox faydalı olacaqdır. Həmçinin

Vyetnam şirkətlərinin ölkəmizdə həm neft-qaz, həm də qeyri-neft sektorundakı layihələrdə iştirakı

əməkdaşlığımızın genişlənməsi baxımından arzuolunandır.

Biz Vyetnamla çoxtərəfli əməkdaşlığa da xüsusi əhəmiyyət veririk. Düşünürəm ki, BMT, Qoşulmama

Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi əlaqələndirməklə uğurlu nəticələr

əldə edə bilərik.

Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mən qeyd

etdim ki, regionun ən ağrılı problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll

olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan

Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuşdur. Ermənistanın məqsədyönlü etnik təmizləmə siyasəti

nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin

dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının

Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların oxşar qərar və

qətnamələri vardır. Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

Page 104: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

104

münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bizim

qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi

bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, coğrafi baxımdan ölkələrimiz arasında böyük məsafə olsa da, inanıram ki,

qarşılıqlı səylərimiz nəticəsində Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri daha da

sıx olacaqdır.

Xalq qəzeti.-2015.-15 may.-№ 102.-S. 3.

Page 105: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

105

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam İnformasiya Agentliyinə müsahibəsi

(14 may 2015-ci il)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Respublikasının Prezidenti Çıonq Tan

Şanqın ölkəmizə rəsmi səfəri çərçivəsində Vyetnam İnformasiya Agentliyinin Avropadakı müxbirinə müsahibə

verib. AZƏRTAC həmin müsahibəni təqdim edir:

- Azərbaycan ilə Vyetnam arasında münasibətlərin vəziyyətini necə qiymətləndirirsiniz? - Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında ikitərəfli münasibətlər uğurla

inkişaf edir. Bu münasibətlərin böyük tarixi vardır. Azərbaycan xalqı Vyetnama həmişə böyük sevgi və rəğbətlə

yanaşıb. Sizin ölkənizin ən çətin dövrlərində azərbaycanlılar Vyetnam ilə həmrəy olublar. Elə bu dostluq,

əməkdaşlıq, qarşılıqlı dəstək hissləri bizim bugünkü ikitərəfli münasibətlərimizin xarakterini və formasını

müəyyənləşdirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsi razılıq doğurur.

Əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini xüsusi qeyd etmək

istəyirəm. Ötən ilin mayında mənim Vyetnama çox uğurlu dövlət səfərim oldu. Səfər zamanı mənə və

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyi böyük məmnunluq hissi ilə xatırlayıram. Bu

səfər heç şübhəsiz ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində böyük

rol oynayıb. Həmin səfər zamanı biz Azərbaycan-Vyetnam əlaqələrinin müxtəlif sahələrini geniş müzakirə

etdik. Bir neçə il bundan əvvəl Vyetnamda Azərbaycan səfirliyi açılıb. Hesab edirəm ki, bu, münasibətlərimizin

inkişafında irəliyə atılmış mühüm addımdır. Ümid edirəm ki, yaxın zamanlarda Vyetnamın da Azərbaycanda

səfirliyi açılacaq və bu, ölkələrimiz arasında əlaqələrin daha da irəliyə aparılmasına öz töhfəsini verəcək.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi də böyük önəm daşıyır. Əminəm

ki, bu əməkdaşlıq ölkələrimizin üzv olduqları bütün beynəlxalq təşkilatlarda daha da möhkəmlənəcək.

Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın da xüsusi əhəmiyyəti vardır. Vyetnam Parlamentində

Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycanın Milli Məclisində isə Azərbaycan-

Vyetnam Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Ölkələrimiz arasında aparılan məsləhətləşmələr və

müxtəlif qurumlar arasında əlaqələr ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini

verir.

- Azərbaycanın və Vyetnamın potensiallarını nəzərə alsaq, hansı sahələrdə əməkdaşlıq üçün

perspektivlərimiz var? - Azərbaycan və Vyetnam dinamik və davamlı inkişaf yolunda olan ölkələrdir. Xüsusilə vurğulamaq

istərdim ki, dünyada baş verən maliyyə-iqtisadi böhrana baxmayaraq, ölkələrimizin iqtisadi inkişafının artım

templəri davam edir.

Qeyd edim ki, Azərbaycanın və Vyetnamın neft-qaz sahəsində böyük təcrübə və uğurları var. Bu

baxımdan “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnamın Neft və Qaz Korporasiyası

“Petrovyetnam” arasında Strateji Əməkdaşlıq haqqında” Saziş bu sahədə əməkdaşlığın inkişaf perspektivləri

üçün yaxşı imkanlar açır. “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti

arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq haqqında” sənəd də iqtisadi sahədə əməkdaşlıq üçün mühüm

hüquqi əsas yaradır. Önəmlidir ki, Azərbaycanda və Vyetnamda çoxlu sayda iş adamlarının iştirakı ilə biznes

forumlar keçirilib. Biznes əlaqələri qurmaq üçün bu, çox yaxşı fürsət yaradır. Təsadüfi deyil ki, Bakıda keçirilən

XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində və XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft

kimyası sərgi və konfransında Vyetnam şirkətləri ilk dəfə olaraq böyük həvəslə iştirak ediblər.

Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyulması üçün də yaxşı imkanlar vardır. Ticarət,

biznes sahələrində qarşılıqlı fəaliyyət üçün kifayət qədər potensial mövcuddur. 2015-ci ilin yanvar-mart

aylarında Vyetnam Sosialist Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb, ixrac əməliyyatları bərpa olunub. Biz bu istiqamətdə

fəaliyyətimizi daha da artırmalıyıq. Bir sözlə, ikitərəfli əlaqələrin inkişaf istiqamətləri olduqca genişdir, bütün

bunlar araşdırılmalı və əməkdaşlığımızın yeni sahələri müəyyənləşdirilməli və inkişaf etdirilməlidir.

Humanitar sahədə əməkdaşlığımızın uğurla inkişaf etdirilməsi və bu əməkdaşlığımızın daha da

dərinləşdirilməsi üçün də gözəl perspektivlər vardır. Humanitar münasibətlərimizin təməlini vaxtilə

Azərbaycanda təhsil alan və gənclik illərini bizim ölkədə keçirən Vyetnam vətəndaşları qoyublar. Fərəhləndirici

haldır ki, onlar indi öz ölkəsində müxtəlif dövlət, hökumət və ictimai vəzifələrdə çalışır, Vyetnamın tərəqqisi

işinə öz töhfəsini verirlər. Vyetnama dövlət səfərim zamanı bu insanlarla görüşümüz və həmin görüş zamanı

göstərilən səmimiyyət və qonaqpərvərlik yaddaşımızda xoş xatirələrlə qalıb. Təhsil, mədəniyyət, turizm

sahələrində əməkdaşlığımızın inkişafı üçün də çox gözəl imkanlar vardır.

Page 106: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

106

- Siz Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana gözlənilən dövlət səfəri zamanı tərəflərin

hansı məsələləri müzakirə edəcəkləri barədə məlumat verə bilərsinizmi? - Bir daha qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı

səfərlər xüsusi əhəmiyyət daşıyır. Bu gün həm Azərbaycan, həm Vyetnam davamlı inkişaf yolundadır.

Yerləşdiyi regionlarda və daha geniş məkanda iqtisadi inkişaf işinə öz layiqli töhfələrini verirlər və hər iki ölkə

rəhbərliyi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Bütün

bunlar əlaqələrimizin daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün güclü potensial yaradır.

Vyetnam Sosialist Respublikasının Prezidentinin ölkəmizə qarşıdakı səfəri zamanı siyasi, iqtisadi,

humanitar və digər sahələrdə əlaqələrimizin daha da inkişaf etdirilməsi, mövcud potensialdan yararlanaraq

iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün konkret planların müəyyənləşdirilməsi məsələlərinin

müzakirəsi baxımından önəmlidir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hər iki tərəf əlaqələrimizin

inkişafına böyük maraq göstərir. Əminliklə demək olar ki, bu səfər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq

prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərin tarixində yeni səhifə açacaqdır.

-Çox sağ olun cənab Prezident!

Xalq qəzeti.-2015.-15 may.-№ 102.-S. 4.

Page 107: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

107

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb:

Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılışında iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(18 may 2015-ci il)

Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya

Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində

iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz.

Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu, yaxşı göstərici

və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobal Forumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin

müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir.

Bu gün yüzdən artıq dövlətin nümayəndələri Bakıdadır. Bu isə bir daha belə müzakirələrin vacibliyini

təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün Forumun keçirildiyi

günlərdə dəyərli fikirlər səslənəcək. Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları,

dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır.

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya

arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır.

Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət

şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da

güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.

Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa

edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz

albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr,

sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.

Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu

inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur

duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif

beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə,

açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi

istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da

yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və

nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm

ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi

istiqamətində hökumətimizin atdığı daha bir addım idi.

Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq

təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır. Bildiyimə görə,

Forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi

hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində

zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır.

Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla

bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və

Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək

təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada

multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki,

multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma,

Page 108: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

108

ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət

tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz qlobal arenada bu müsbət dəyərlərin

təşviqində müvafiq rol oynamağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, ancaq eyni

zamanda, onun Avropa ilə güclü bağlılığı var. Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə

Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib. Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş

tutub. Beləliklə, bizim etnik və mədəni özünəməxsusluğumuz, habelə Avropanın təsiri cəmiyyətimizdə xüsusi

ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlərimizi qoruya bilmişik. Biz fərqli siyasi və ictimai şəraitdə yaşamışıq,

müxtəlif dövlət və imperiyaların tərkibində olmuşuq. Artıq biz müstəqilik, ancaq bu müsbət meyil davam edir

və bu dəyərlərin təşviqi məsələsinə sadiqik.

Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə ki,

təhsildir. Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir.

Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil,

elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə,

fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır.

Bildiyimə görə, bu mövzu ətrafında müzakirələr Forumun diqqət mərkəzində olacaq və hesab edirəm ki,

Azərbaycanın təcrübəsi də maraq doğuracaq. Çünki biz də bu gün təhsil sistemimizi transformasiya edirik və

onu beynəlxalq standartlara çatdırırıq. Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli yerlərini

tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq

arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini

sevməsi deməkdir. Habelə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab

edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu

yolla uğura nail olmaq mümkündür.

Təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı oluruq. Çünki biz bu gün dünyanın müxtəlif

yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz

qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq

ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib

gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz

Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir. Hesab edirəm ki, Bakı bu gün belə məsələlərin

müzakirə edildiyi məkandır.

Müstəqil Azərbaycan nisbətən gənc dövlətdir, yalnız 24 ildir ki, müstəqildir. Lakin bu illər islahat,

transformasiya, inkişaf illəri olub. Biz dövlətimizi qurmaq fürsəti əldə etdik. Biz ənənələr və mədəniyyət

ölkəsiyik. Siz Bakının abidələrini görürsünüz. Ölkəmizin digər yerlərinə səyahət etsəniz xalqımızın memarlıq,

tarixi və dini abidələrini görərsiniz. Bu da bizim mədəni irsimizin bir hissəsidir. Ancaq müstəqil ölkə kimi biz

gəncik və biz dövlətimizi, siyasi sistemimizi qurmalı idik. Hesab edirəm, qısa bir zamanda bizim ölkəmizin

təcrübəsi onu nümayiş etdirib ki, inkişafa, tərəqqiyə sadiqlik, cəmiyyətin dəstəyi varsa, transformasiya uğurlu

ola bilər.

Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol

oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji

təhlükəsizliyi ilə bağlı siyası və iqtisadi məsələlər diqqət mərkəzindədir. İrəli sürdüyümüz təşəbbüs və layihələr

regionun hüdudlarını aşıb. Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər

saldıqda aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır.

Nəqliyyat infrastrukturuna gəldikdə, biz bu gün tarixi İpək Yolunu bərpa edirik. Asiya və Avropa arasında yeni

dəmir yolu əlaqəsini yaradırıq. Biz təkcə iqtisadi inkişafa və daha təkmil nəqliyyat infrastrukturuna deyil,

xalqlararası təmaslara sərmayə yatırırıq. Tarixi İpək Yolu Azərbaycandan keçmişdir. Biz bu gün onu müasir

texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştiraki ilə bərpa edirik. İqtisadi və sosial inkişafla bağlı bütün

layihələrimiz regional əməkdaşlığı, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirir.

Bununla yanaşı, beynəlxalq arenada oynadığımız rol dünya ictimaiyyəti tərəfindən yüksək

qiymətləndirilir. Biz fəxr edirik ki, müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində Azərbaycan 155

dövlətin dəstəyi ilə ən mötəbər beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv

seçilmişdir. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti bizi dəstəkləmişdir. Səmimi deyə

bilərəm ki, bizim heç də bu 155 dövlətin hər biri ilə fəal əlaqələrimiz yoxdur. Lakin düşünürəm ki,

müstəqilliyimizin bərpasından ötən qısa müddət ərzində bizim etibarlı tərəfdaş kimi davranışımız, birgə dəyərlər

və milli maraqlara əsaslanmış müstəqil mövqeyimiz ölkəmizə müsbət münasibət yaratmışdır.

Page 109: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

109

Biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq. Müstəqilliyi bərpa etdikdə biz

dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar

paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın

davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və

azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental

azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və

təməli deməkdir.

Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinə və potensialımıza əsaslanan iqtisadi siyasət

müstəqilliyimizin ilk illərində müəyyənləşdirdiyimiz məqsədlərə nail olmağa imkan vermişdir. Bu da iqtisadi

müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə

bərabərdir. Yəni, biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının

yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji

təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin

edirik.

Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük.

Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə

bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika yaradır. Bu amillərin birləşməsi Azərbaycanın

əhəmiyyətinin artırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili məsələlərə yönəldirik.

Məqsədlərimizə nail olmaq və inkişaf etmiş dövlətə çevrilmək üçün görüləcək işlərimiz çoxdur. Halbuki

Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyətliliyinə görə Azərbaycan

dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı,

biz xalqları daha da yaxınlaşdıran müxtəlif layihələrin təşəbbüskarıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi

əlaqələr sahələrinə, habelə humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar Forum, Dünya

Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bugünkü Forum da artıq üçüncü dəfədir təşkil edilir.

Üç həftədən, yəni, bir aydan da az vaxtdan sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək.

2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər

oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk

Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş

ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin

yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq.

Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq.

İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə

həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni

ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.

2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa

Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal

idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam

Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar

bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib.

Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı

prosesi”nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya

səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi

yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

Xalq qəzeti.-2015.-19 may.-№ 105.-S.1- 3.

Page 110: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

110

Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binanın

yerləşdiyi ərazidə olub:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Komissiyasının ilk iclası keçirilib

(20 may 2015-ci il)

Xəbər verdiyimiz kimi, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda

yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Mayın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerində olub.

Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan

qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə

üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə

tapşırıqlarını verdi.

Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin

rəhbərliyi ilə ilk iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Dünən Binəqədi rayonunun ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın

nəticəsində 15 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.

Həlak olanların ailələrinə, onların yaxınlarına, qohumlarına bir daha başsağlığı verirəm. Təklif edirəm

ki, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilsin (hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla

yad olundu).

Allah rəhmət eləsin.

Mənə verilən məlumata görə, hazırda xəstəxanalarda 20-yə yaxın insan var. Onların müalicəsi təmin

edilir. Səhiyyə Nazirliyi hər şeyi edir ki, onlar tezliklə sağalıb evə qayıtsınlar.

Qeyd etməliyəm ki, hadisə zamanı bizim bütün dövlət qurumlarımız çox böyük fədakarlıq göstərmişlər.

Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq,

qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təxliyyə edildi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında

iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hadisə ilə bağlı dünən mənim Sərəncamımla Dövlət Komissiyası yaradılmışdır. Bu gün biz

Komissiyanın birinci iclasını keçiririk. Komissiyanın birinci iclasına şəxsən mən özüm rəhbərlik edirəm.

Komissiya bütün məsələləri araşdırıb rəy verməlidir. İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır.

Hüquq mühafizə orqanlarına göstəriş verilmişdir. Onlar bu işlərlə məşğuldurlar. Dünən cinayət işi açılmışdır.

Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Hazırda komissiya işləyir. Əsas məsələ ondan ibarətdir ki, zərərçəkmiş insanlara qayğı, diqqət

göstərilsin. Onlar indi müvəqqəti olaraq mənzil şəraiti ilə təmin edilirlər. Göstəriş verilmişdir ki, onların

müvəqqəti məskunlaşması ilə bağlı bütün müvafiq tədbirlər görülsün. Onlara maddi kömək də göstərilibdir ki,

bina təmir olunanadək onlar müvəqqəti olaraq kirayədə qalsınlar. Bu məsələlər öz həllini tapır.

Eyni zamanda, əlbəttə ki, yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Qeyd etdiyim kimi, hüquq

mühafizə orqanları artıq işə başlamışlar. Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ

ciddi araşdırılmalıdır.

Bu, birinci hadisə deyil. Bundan bir qədər əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdir.

Xoşbəxtlikdən orada heç kim həlak olmamışdır. Ancaq o məsələ də ciddi araşdırılmalıdır. Onu da qeyd

etməliyəm ki, Xətai rayonundakı yaşayış binasında baş vermiş yanğının nəticəsi ilə bağlı araşdırmalar aparılır.

Qeyd etməliyəm ki, o binanın təmiri ilə məşğul olan şirkət başqa şirkət idi.

Yəni, bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük

məsuliyyətsizlik göstərmişlər. İndi əlbəttə ki, hüquq mühafizə orqanları bu məsələni araşdıracaq. Hələ ki, bir

şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları

keyfiyyətsiz idi və odadavamlı materiallar deyildi. Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım

ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır.

Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün

materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də

araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal

olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib?

Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər

ciddi şəkildə araşdırılmalıdır.

Page 111: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

111

Dünən artıq müvafiq göstərişlər verilib. Mənə verilən məlumatlar hələ ki, məni qane etmir. Çünki

görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq mühafizə

orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki,

günahkarlar kimlərdir.

Bir daha demək istəyirəm, ilkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub.

Ancaq bu materiallardan artıq neçə ildir ki, Bakıda istifadə olunur və buna oxşar hadisələr baş verməyib. Mənə

verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə edilən materialların keyfiyyəti yüksək olub. Ancaq

sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkar olunub. Əgər bu, belədirsə, onda bu

barədə də rəsmi rəy bildirilməlidir və bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar,

bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir

günahı yox idi.

Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları çox fəal və

qəhrəmancasına çalışmışlar. Əgər belə olmasa idi, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq, eyni

zamanda, insanlar həlak olub və əlbəttə ki, bu, bütün xalqımızı sarsıdıb.

Onu da qeyd etməliyəm ki, hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət

qədər çoxdur. Bəzi məlumatlara görə, 200-dən çoxdur. Artıq dünəndən, Bakı Şəhər İcra Hakimiyyətinə,

Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, buna oxşar materiallarla üzlənmiş bütün binalarda dərhal

ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin və əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük

materialları sökülsün və beləliklə, heç bir təhlükə olmasın.

Ancaq qeyd etməliyəm ki, bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsa

idi, bu hadisə baş verməzdi. Bir daha demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda

bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər

ki, günahkarlar kimlərdir və bu hadisəyə görə kimlər məsuliyyət daşıyacaq.

Bir daha qeyd etmək istəyirəm ki, hazırda birinci dərəcəli məsələ yanğına məruz qalmış evin

sakinlərinin yerləşdirilməsidir. Onlara dövlət tərəfindən maddi yardım göstəriləcək. Dünən imzaladığım

Sərəncamda bu da nəzərdə tutulur. Nazirlər Kabinetinə göstəriş verilmişdir ki, onlara göstəriləcək maddi

dəstəyin həcmi qısa müddət ərzində müəyyən edilsin.

Eyni zamanda, yanğına məruz qalmış bina dövlət hesabına tezliklə təmir edilməlidir. Bütün mənzillər

dövlət hesabına təmir olunmalıdır. İnsanlara lazımi əşyalar veriləcək, mebel alınacaq. Yəni, bütün bunları dövlət

öz üzərinə götürür. Bu, bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.

Bina tezliklə təmir olunmalıdır. Çünki insanlar binaya qayıtmalıdırlar. Əlbəttə ki, binanın yanğından

sonra dayanıqlılığı müəyyən edilməlidir və bütün bu işlər maksimum qısa müddət ərzində görülməlidir.

Bir daha qeyd etməliyəm ki, bu, birinci hal deyil. Əslində birinci yanğın baş verəndən sonra bu tədbirlər

görülməli idi. Mən müvafiq göstərişlər vermişdim. Çünki Xətai rayonundakı birinci bina da çox qısa bir müddət

ərzində alovlanıb yanmışdı. Bu dəfə də oxşar hadisə baş vermişdir. Baxmayaraq ki, xilasedicilər,

yanğınsöndürən maşınlar, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə gəlmişlər, görüntülər var, ancaq

bina çox qısa müddət ərzində yanmışdır.

Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd

etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa

ediləcəkdir.

Xalq qəzeti.-2015.-21 may.-№ 107.-S.1-2.

Page 112: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

112

Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" jurnalına müsahibəsi

(22 may 2015-ci il)

"The Business Year" jurnalının “Bakı 2015” birinci Avropa Oyunlarına həsr olunmuş xüsusi

buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc

edilib.AZƏRTAC müsahibəni təqdim edir.

- Cənab Prezident, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində görülmüş işləri necə

qiymətləndirirsiniz? Sizin fikrinizcə, əldə olunmuş nəticələr Azərbaycanda artıq liberal, rəqabətədavamlı

iqtisadi sistemin formalaşdığını deməyə əsas verirmi? -Müstəqillik illərində qarşımızda duran ən vacib məsələlərdən biri liberal, güclü, rəqabətədavamlı və

modern iqtisadi sistemin yaradılması olmuşdur. 1993-cü ildən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin

rəhbərliyi ilə həyata keçirilməyə başlanmış liberal iqtisadi islahatların davam etdirilməsi, iqtisadiyyatın prioritet

sahələrinin müəyyənləşdirilməsi və onların inkişafının stimullaşdırılması, investisiyaların təşviqi, məqsədli

dövlət proqramlarının reallaşdırılması nəticəsində qısa zamanda iqtisadi sahədə strateji hədəflərə nail

olunmuşdur. Son 10 ildə iqtisadiyyatın 3 dəfədən çox artması, işsizlik və yoxsulluq problemlərinin əsaslı şəkildə

həlli, sosial və iqtisadi infrastrukturun yenidən qurulması, əhalinin rifahının davamlı yüksəlişi və əldə olunmuş

digər uğurlu nəticələr hər bir dövlət üçün inqilabi sıçrayış kimi səciyyələndirilə bilər.

Düzdür, hazırda da enerji sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalır. Lakin

karbohidrogen ehtiyatlarının hasilatından və satışından əldə olunmuş gəlirlərin bir hissəsini qeyri-neft

sektorunun inkişafına yönəltməklə biz həm iqtisadiyyatımızın ənənəvi sahələrini yenidən qurduq, həm də

informasiya-kommunikasiya texnologiyaları, turizm, kosmik sənaye, müdafiə sənayesi və digər bu kimi yeni

istiqamətlər yaratdıq və inkişaf etdirdik. Son bir neçə ilin statistikasına əsasən, ümumi daxili məhsulun (ÜDM)

istehsalında qeyri-neft sektorunun çəkisi ardıcıl olaraq yüksəlmiş və 2014-cü ildə 61 faizə çatmışdır. Bu isə

Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının azaldığını açıq şəkildə göstərir.

Dünyanın mötəbər iqtisadi və maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurları xüsusi qeyd

olunur. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə

yüksəlmiş və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

-Siz 2014-cü ili "Sənaye ili" elan etmişdiniz. Sənayeləşmənin stimullaşdırılmasına yönəldilmiş milli

təşəbbüslərin müvəffəqiyyətini necə qiymətləndirirsiniz? -Müstəqilliyin ilk illərində Azərbaycan dərin sosial-iqtisadi böhranla üzləşmişdi. Bütün sənaye sahələri,

hətta iqtisadiyyatımızın əsas lokomotivi olan neft sənayesi də tənəzzül etmişdi. Ermənistanın Azərbaycana qarşı

təcavüzü, ölkədə mövcud olan siyasi böhran iqtisadi durumu daha da ağırlaşdırmışdı. Bununla belə, 1993-cü

ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra cəmiyyət həyatında stabilləşmə

dövrü başlanmış, ölkə iqtisadiyyatı bərpa edilmiş, sənayedə ciddi geriləmə aradan qaldırılmışdır.

Sonrakı dövrdə, xüsusilə də son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir

hissəsi məqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun, sənayenin inkişafına

yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik

artım müşahidə olunmuş, ümumilikdə isə həmin illərdə Azərbaycanda sənaye istehsalının həcmi 3 dəfə

artmışdır.

2014-cü il “Sənaye ili” elan olunduqdan sonra “Azərbaycan Respublikasında sənayenin inkişafına dair

2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuş, sənayenin modernləşdirilməsi və strukturunun

təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, yüksək əlavə dəyər yaradan

rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri ilə bağlı ixtisaslı

kadrların hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

“Sənaye ili” çərçivəsində 200-dək, o cümlədən 40-dan çox orta və iri müəssisə açılmışdır. Bu gün

ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayırıq.

2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunu bariz

şəkildə təsdiq edir. Təsadüfi deyil ki, həmin il fevralın 8-də ölkəmiz üçün tarixi hadisə baş verdi -“Azərspace-1”

ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu.

Ötən il dekabrın əvvəlində isə sayca ikinci olan “Azersky” müşahidə peykinin “Azərkosmos” ASC-yə təhvil

verilməsi Azərbaycanda elmtutumlu sənayenin inkişafına böyük diqqət göstərildiyinin əyani təzahürüdür.

Sənayeləşmə siyasətində milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi də prioritet vəzifələrdən biri

kimi müəyyənləşdirilmişdir. Artıq Milli Ordumuz bir sıra silah və hərbi ləvazimatlarla yerli istehsal hesabına

Page 113: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

113

təmin olunur, hərbi sənaye məhsullarımız beynəlxalq sərgilərdə nümayiş etdirilir, hətta ixrac üçün ilkin satışlar

da həyata keçirilmişdir.

Məlumdur ki, 2013-cü ilin sentyabrında Bakı gəmiqayırma zavodu istifadəyə verilmiş, ölkəmiz həm neft-

qaz əməliyyatları, həm də hərbi məqsədlər üçün tankerlər və yük gəmilərinin istehsalına başlamışdır. Bakı

gəmiqayırma zavodu gələcəkdə həm də region ölkələrinin bu sahədə ehtiyaclarını ödəyə biləcək nəhəng istehsal

müəssisəsidir.

Ümumən, biz qeyri-neft sektorunun inkişafına həm ölkənin daxili tələbatını ödəmək, həm də ixrac

potensialımızı genişləndirmək üçün əlavə imkan kimi baxırıq. Azərbaycanın həm kənd təsərrüfatı, həm də qida

sənayesi məhsullarına bizim ənənəvi bazarlarda böyük tələbat var. Bundan əlavə, yeni bazarlara çıxmaq üçün də

yollar axtarırıq. Eyni yanaşma inşaat materialları istehsalına da tətbiq olunur.

Biz ölkənin inşaat sektorunu sementlə artıq tam şəkildə təmin edirik. Ötən il istifadəyə verilən ən böyük

yeni sement zavodu bu sahədə idxaldan asılılığımızı tam şəkildə aradan qaldırıb. Eyni zamanda, sement

istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da artacaq. Biz alüminium, poladtökmə, metallurgiya

sənayesini də inkişaf etdiririk. Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə davam etdiriləcək. Çünki

Azərbaycanda həm kifayət qədər xammal, həm də lazımi sənaye potensialı var.

Sənaye sahəsində zəngin təcrübəsi olan Sumqayıt, Mingəçevir və Gəncədə müvafiq olaraq kimya,

toxuculuq və metallurgiya sahələrinin inkişafı üçün tədbirlər davam etdirilir. Bu gün Sumqayıt, sadəcə,

Azərbaycanın deyil, həm də Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilmişdir. Azərbaycanda yeni

sənaye mərkəzlərinin yaradılması prosesi davam etdirilir. Qarşıda duran işləri həyata keçirmək üçün bizim

potensialımız, maddi resurslarımız, ixtisaslı kadrlarımız, işçi qüvvəmiz, ən əsası siyasi iradəmiz vardır.

-Azərbaycanda biznes və investisiya fəaliyyətinin daha da asanlaşdırılması üçün əlavə hansı

addımlar atılmışdır? -Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiya qoyulmuşdur. Bu,

ölkədə yaradılmış sabitliyin, normal biznes mühitinin nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar

investisiya yatırılmışdır ki, bunun da 11 milyardı xarici sərmayədir. Bu da bir daha göstərir ki, Azərbaycan

xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Çünki indiki şəraitdə 11 milyard dollar xarici investisiya cəlb

etmək istənilən ölkə üçün böyük uğur hesab oluna bilər.

Keçən il martın 3-də sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli

biznes mühitinin formalaşdırılması məqsədilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman

imzalanmışdır. Biz Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin təmin

edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,

korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması sahəsində məqsədyönlü

tədbirləri davam etdiririk.

Təsadüfi deyil ki, biznes mühitinin inkişaf etdirilməsi sahəsində atılan addımlar nüfuzlu beynəlxalq

iqtisadi və maliyyə qurumlarının da diqqətini cəlb edir. 2015-ci ilin “Doing Business” hesabatına görə,

Azərbaycan ən çox islahat aparan 10 ölkədən biridir. Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə

görə dünyada 10-cu, biznesə başlamağa görə isə 11-ci yerdədir.

“Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi 2014”

hesabatında isə respublikamız 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən azad ölkələr sırasına daxil

olmuşdur.

Azərbaycanda makroiqtisadi vəziyyətin sabitliyi, qeyri-neft sektorunun davamlı inkişafı, böyük maliyyə

potensialının mövcudluğu, həmçinin sağlam rəqabət və investisiya mühitinin təmin edilməsi həm xarici

sərmayəçilərə, həm də yerli iş adamlarına əlavə nikbinlik verir.

-Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunda dünya liderləri "Yeni qlobal

kontekst"i müzakirə etmişlər. Siz, həmçinin “Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda

keçirilmiş sessiyada çıxış etdiniz. “Yeni kontekst” Azərbaycan üçün nədir? -2008-ci ildən etibarən Davos Ümumdünya İqtisadi Forumunda əsasən iqtisadi və maliyyə sistemində

böhrandan çıxış yolları müzakirə olunur. Bu il “Yeni qlobal kontekst” adlandırılan yubiley forumunun

iştirakçıları inkişaf və sabitlik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və

təhlükəsizlik, innovasiyalar və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Bütün bu müzakirə və fikir

mübadilələrinin başlıca məqsədi dünyada siyasi və iqtisadi kataklizmlər fonunda inkişafa, tərəqqiyə, qarşılıqlı

faydalı əməkdaşlığa yol aça biləcək yeni birgəyaşayış modelinin müəyyənləşdirilməsi və təşviqidir. Biz

müstəqillikdən sonra nəinki mənfidən müsbətə doğru dəyişən, həm də vəziyyətin gərginləşdiyi, get-gedə daha

çox münaqişə, hədələr, terrorizm təhlükəsinin mövcud olduğu regionda yaşayırıq. Lakin qarşılıqlı faydalı

əməkdaşlıq eləcə də ölkə hüdudlarından kənarda müəyyən dərəcədə proqnozlaşdırılan vəziyyət olduğu təqdirdə

Page 114: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

114

mümkündür. Buna görə də Azərbaycanın həyata keçirdiyi siyasət, reallaşdırdığı nəhəng transmilli layihələr

regionda və daha geniş arealda proqnozlaşdırıla bilən mühitin yaradılmasına yönəlmişdir.

Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması

işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-

Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan həm də Avropanı Asiya ilə birləşdirən

ölkəyə çevriləcəkdir.

Xəzər dənizi hövzəsində ən böyük dəniz ticarət limanı Azərbaycanda tikilir. Artıq ötən il Ələtdə Yeni

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə

verilmişdir. Ticarət limanının tam şəkildə yaxın iki il ərzində istifadəyə veriləcəyini gözləyirik. Bu limanın

yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Bununla da Xəzərdə yük daşımalarının

həcminin artırılması gözlənilir.

Hava nəqliyyatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Heydər Əliyev Beynəlxalq

Aeroportunun yeni terminal binası tikilmişdir. Bölgələrdə isə 6 aeroport inşa edilmişdir ki, onlardan 4-ü

beynəlxalq aeroportdur. Beləliklə, bu gün ölkəmizdə 5 beynəlxalq aeroport vardır. Artıq Azərbaycan bu sahədə

həm yük, həm sərnişin daşımaları ilə bir regional mərkəzə çevrilibdir.

Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji layihələri Azərbaycan xalqının rifahı ilə yanaşı, eyni

zamanda, Avropanın enerji təhlükəsizliyinə xidmət göstərir. Hazırda reallaşdırılan “Cənub” qaz dəhlizi layihəsi

də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

Göründüyü kimi, bizim nəqliyyat və enerji layihələrimiz Avropa ilə Asiyanı birləşdirən körpü rolunu

oynayır və mürəkkəb geosiyasi proseslər fonunda qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına xidmət

edir.

Azərbaycan həm də qlobal təhdidlərə, o cümlədən terrorizmə qarşı mübarizənin fəal iştirakçısıdır və

beynəlxalq antiterror koalisiyasının üzvlərindən biridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi

dövrdə müzakirəyə çıxardığı iki məsələdən biri terrorizmə qarşı mübarizəyə həsr olunmuşdur. Çünki terrorizmin

müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycan kifayət qədər problemlərlə üzləşmişdir. Ermənistan tərəfindən

müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilmiş, nəticədə 2000-dən artıq soydaşımız

qətlə yetirilmişdir.

Azərbaycan üçün çağırış həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bu

tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsidir. Biz 20 ildən artıqdır ki, Ermənistanın

işğalından əziyyət çəkirik. Təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə

işğala məruz qalan tərəflərin eyniləşdirilməsi münaqişənin həllini ləngidir. Hesab edirəm ki, keçmiş sovet

məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından

baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya

dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır.

Forumda da qeyd edildiyi kimi, 2015-ci ildə biz yolayrıcındayıq: bir tərəfdə ayrı-seçkilik,

fundamentalizmə, nifrətə, qarşılıqlı ittihamlara şərait yaradan meyillər, digər tərəfdə isə həmrəylik və

əməkdaşlığa aparan yol var. Azərbaycanın inkişaf, əməkdaşlıq və inteqrasiya modeli siyasi və iqtisadi

proseslərin proqnozlaşdırılması, ümumi maraqların təmin edilməsi üçün etibarlı zəmin yarada bilər.

-Xəzər dənizindən “Cənub” qaz dəhlizi vasitəsilə Avropaya ilk qazın 2019-cu ildən etibarən nəql

ediləcəyi gözlənilir. Bu baxımdan, gələcəkdə qlobal enerji təhlükəsizliyinə münasibətdə Azərbaycanın

necə rol oynayacağını düşünürsünüz? -2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji

təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan

neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir.

Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr həm də “Cənub” qaz dəhlizinin

reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif

yollarla çıxarılması ilə bağlı gərgin iş aparır və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir.

“Cənub” qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir. Azərbaycan isə Avropaya yaxın

zamanlarda nəql edilə biləcək qazın yeganə yeni mənbəyidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk

növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin

genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik- TAP layihəsinin

tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir.

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir, proqnozlaşdırılan ehtiyatların həcmi

isə bundan iki dəfə artıqdır. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən

istiqamət üzrə artıraq. Hazırda “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı bütün istiqamətlər üzrə ardıcıl iş

Page 115: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

115

aparılır. Keçən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu tarixin çox böyük

rəmzi mənası var idi. Çünki bölgənin enerji xəritəsini dəyişmiş “Əsrin müqaviləsi” məhz 20 il əvvəl bu tarixdə

imzalanmışdır. Bu ilin fevralında Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin Məşvərət

Şurasının iclası keçirilmişdir ki, bu da görüləcək işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur.

Cari il martın 17-də isə Türkiyənin Qars vilayətində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin,

həmçinin Avropa İttifaqı və ABŞ-ın nümayəndələrinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasiminin

keçirilməsi “Cənub” qaz dəhlizinin reallaşdırılması baxımından olduqca əlamətdar hadisədir.

“Şahdəniz-2” və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə

yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında

yeni vəziyyətin yaranmasına səbəb olacaq. Çünki “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsi kimi

Avrasiyada yeni əməkdaşlıq formatının əsasını qoyur. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-

Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional

amil kimi özünü göstərir. İndi isə Yunanıstan, Albaniya və İtaliyanın bu prosesə qoşulması həmin formatı daha

da genişləndirir. Eyni zamanda, “Nabukko” layihəsinin üzvü - Bolqarıstan artıq bizim layihədə iştirak edir.

Rumıniya, Macarıstan da bu layihələrə qoşula bilər. Biz digər Balkan ölkələrinə də Azərbaycan qazının

çatdırılmasını istəyirik. Hesab edirik ki, bu ölkələrlə həm istehlakçı, həm tranzit ölkələr kimi tərəfdaşlıq edə

bilərik. Beləliklə, yeni əməkdaşlıq formatında iştirak edən dövlətlər həm də təbii müttəfiqlərə çevrilirlər və

nəticə etibarilə Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm

iqtisadi təsiri çox böyük olacaqdır. Buna görə də “Cənub” qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri

deyil, bu, ciddi siyasi təşəbbüsdür.

-Bu ilin iyununda Azərbaycanda l Avropa Oyunları keçiriləcək. İlk oyunlara ev sahibliyi edən bir

şəhər olaraq Bakıda hansı nadir cəhətlər nəzərdə tutulur? Eyni zamanda, Oyunlar Azərbaycanın idman

həyatında hansı izlər qoyacaq? - Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Eyni

zamanda, biz bunu Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndiririk. Son 10

ildə Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar,

beynəlxalq arenada yürütdüyümüz müstəqil, fəal siyasət ölkəmizin nüfuzunu daha da yüksəltmişdir. Həmçinin

həyata keçirilmiş nəhəng quruculuq və abadlıq işləri nəticəsində Bakı dünyanın ən gözəl, ən müasir

şəhərlərindən birinə çevrilmişdir. Ümid edirəm ki, Bakı qonaqlar və idmançılar üçün gözəl məkan olacaqdır.

Azərbaycan həm də beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindəndir, idmançılarımızın mötəbər

beynəlxalq turnirlərdə qazandığı uğurların sayı ildən-ilə artır. Azərbaycanın əksər bölgələrində müasir

standartlara uyğun Olimpiya kompleksləri, digər idman qurğuları yaradılmışdır. Bu, həm də Azərbaycanda

idmanın kütləviliyini şərtləndirən mühüm amillərdən biridir.

Azərbaycan çoxsaylı beynəlxalq və regional səviyyəli tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə

qazanmışdır. Bu günədək Bakıda siyasi, iqtisadi, humanitar, idman və digər sahələrdə mühüm beynəlxalq

tədbirlər uğurla keçirilmişdir.

Bu il iyunun 12-dən 28-dək baş tutacaq ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20

idman növündə mübarizə aparacaq. Biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.

Avropa Olimpiya Komitəsinin dəstəyi ilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı güclü

beynəlxalq komanda formalaşdırılmış və artıq hazırlıq işləri yekunlaşmaq üzrədir. Müasir idman

infrastrukturunun yaradılması sahəsində genişmiqyaslı iş aparılmışdır. Tədbirlərin keçiriləcəyi idman

obyektlərinin böyük əksəriyyətinin tikintisi başa çatmışdır və ya son tamamlanma işləri görülür. Ümumilikdə,

ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik

Bakı Olimpiya Stadionundan əlavə, 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. Paytaxtın

nəqliyyat infrastrukturu təkmilləşdirilmiş, müvafiq təhlükəsizlik tədbirləri görülmüş, qonaqların, idmançıların

qarşılanması, yerləşməsi, məşqlərin keçirilməsi və digər təfərrüatlar tam nəzərə alınmışdır.

Hesab edirəm ki, Avropa Oyunları müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil idman

mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Oyunlar Azərbaycan üçün

gözəl sosial təbliğat vasitəsi olacaqdır. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə

idmanın təşviq etdiyi amallar haqqında məlumatlar alacaqdır. Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış

infrastruktur şəhərimizin və ölkəmizin gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini də

asanlaşdıracaq. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik, eyni zamanda, ilk dəfə olaraq

“Formula-1” yarışları regionumuza gələcəkdir. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən

İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Page 116: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

116

İki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa Olimpiya, həm də İslam Həmrəyliyi oyunlarının

keçirilməsinin rəmzi mənası vardır. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq

şəraitində yaşadığı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli ölkədir. Bu gün Azərbaycan daha çox

aktuallaşan sivilizasiyalararası dialoqa öz dəyərli töhfəsini verir.

Düşünürəm ki, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm

imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacaqdır.

Bir sözlə, bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri

təşkil etmək sahəsində yaxşı təcrübəmiz vardır və əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik.

“Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq. Bu, həmçinin dörd ildən sonra keçiriləcək növbəti

Oyunlara bələdçi hadisədir və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdiriləcək.

- Dünya arenasında Azərbaycanın əhəmiyyətinin artmasını şərtləndirən amillərdən biri də

ölkənizin fəal xarici siyasətidir. 2014-cü ildə Azərbaycanın xarici siyasətində hansı məqamları xüsusi

qeyd etmək istərdiniz və 2015-ci il üçün prioritet sahələr hansılardır? -Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə

uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan

çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam

müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı,

dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.

Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından kifayət qədər uğurlu

dövr olmuşdur. Ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, üzv və tərəfdaş

olduğu təşkilatlarla, ayrı-ayrı dövlətlərlə əlaqələrini daha da dərinləşdirmişdir. Avropa Şurası Nazirlər

Komitəsinə sədrlik etdiyi 6 ay müddətində Azərbaycan korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet

istiqaməti seçməklə yanaşı, demokratiya, insan hüquqları, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə də geniş

diqqət ayırmış, bir sıra səmərəli təşəbbüslərlə çıxış etmişdir.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə

olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik. Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32

növ funksional yardımçı xidmətlər təşkil edilib. Ümumilikdə fəaliyyətə başladığı 2012-ci il dekabrın 29-dan bu

günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub. Azərbaycan brendi olan “ASAN

xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN

xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın

haqq səsinin Avropa ictimaiyyətinə daha dolğun çatdırılması ölkəmizin bu nüfuzlu qurumun ali orqanına

rəhbərliyi dövründə əldə edilmiş uğurlardır. 2014-cü ilin iyununda ATƏT Parlament Assambleyasının Bakıda

keçirilmiş sessiyasında qəbul olunmuş Bəyannamədə ölkələrin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü

prinsipi bir daha vurğulanmışdır.

Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət

qazanmışdır. 2012-ci ildə Azərbaycan Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri

və MDB məkanından yeganə dövlət olmuşdur. 2011-ci ildə seçkilərdə 155 dövlətin dəstəyini qazanmış ölkəmiz

iki il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və iki ay həmin ali quruma sədrlik etmişdir.

Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük iyirmilik” sammitinə də dəvət almışdır.

Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilir. Qarşıdan gələn

dövrdə biz düşünülmüş xarici siyasət kursumuzu davam etdirəcəyik, Azərbaycanın suveren hüquqlarının, milli

maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi, Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın beynəlxalq

birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həlli, bütün regionumuz, Avropa üçün mühüm əhəmiyyət

kəsb edən nəhəng transmilli enerji layihələrinin davam etdirilməsi və digər əhəmiyyətli məsələlər qarşıdan gələn

dövrdə də diqqət mərkəzində olacaqdır.

Xalq qəzeti.-2015.-23 may.-№ 109.-S.3.

Page 117: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

117

28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib:

Prezident İlham Əliyev rəsmi qəbulda iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(27 may 2015-ci il)

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul

keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak

ediblər.

Azərbaycanın dövlət himni səsləndi.

Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.

- Hörmətli xanımlar və cənablar.

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik

edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman

aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı,

vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və

Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının

mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu gün səhər mən o abidəni ziyarət

etdim.

Dövlət quruculuğu prosesi başlamışdı. Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa

başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi.

Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi

Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət,

uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi.

Eyni zamanda, əfsuslar ki, itkilərimiz də olmuşdur. Onların içində ən böyük itkimiz İrəvanın Ermənistana

verilməsi olmuşdur. Bu, sağalmayan yaradır. Əlbəttə, biz tarixi həqiqətləri bilməliyik. Əfsuslar ki, tarix yaşlı

nəslə təhrif edilmiş şəkildə təqdim olunurdu. Biz oxuduğumuz tarix kitablarında tarixi həqiqətləri görmürdük.

Ona görə, bəzi qaranlıq məqamlar da olmuşdur. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyaya açıqdır. Bu

gün bütün tarixi həqiqətlər hər bir Azərbaycan vətəndaşı üçün bəllidir, artıq sirr deyil. İrəvanın Ermənistana

verilməsi əlbəttə ki, böyük səhv idi. Əfsuslar olsun ki, bu addım gələcəkdə Azərbaycana yönəlmiş erməni

işğalçı siyasətini dayandırmamışdır.

Respublikanın ömrü qısa olmuşdur. Əgər iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi,

bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi. Ondan sonra sovet dövrü

başlamışdır. Sovet dövründə həm müsbət, həm mənfi tərəflər var idi. Hesab edirəm ki, bizim alimlər sovet

dövrünü də və Azərbaycanın rolunu da daha geniş şəkildə təhlil etməli, sanballı elmi əsərlər təqdim edilməlidir.

Necə ki, vaxtilə mənim məsləhətimlə alimlərimiz İrəvan xanlığı haqqında çox dəyərli, tarixi həqiqətə əsaslanmış

elmi əsər yaratmışlar.

Sovet dövrü də mürəkkəb dövr idi, Azərbaycan müstəqil, azad deyildi. Ancaq, eyni zamanda, xalqımız

inkişaf edirdi. Azərbaycanda o illərdə elm, təhsil inkişaf edirdi. Bu gün biz qürur hissi ilə deyirik ki,

Azərbaycanda savadlılıq 100 faiz səviyyəsindədir. Bunun əsası əlbəttə ki, sovet dövründə qoyulmuşdur.

Ölkəmizin sənaye potensialı inkişaf edirdi, xüsusilə neft sənayesi. Bu yaxınlarda faşizm üzərində

Qələbənin 70 illiyini qeyd edərkən bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı, Azərbaycan neftçiləri

ümumi Qələbəyə nə qədər böyük töhfə vermişlər. Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri fərqli ola

bilərdi.

Sovet dönəmində Azərbaycanın sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sadəcə

olaraq, statistik rəqəmlərə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. Məhz 1970-ci illərdən başlayaraq

Azərbaycanda çox böyük quruculuq işləri aparılmışdır. Əgər 1970-ci illərə qədər Azərbaycan Sovet İttifaqında

ən geridə qalmış yerlərdə idisə, 1980-ci illərin əvvəllərində Azərbaycan ən qabaqcıl yerlərə çıxa bilmişdir.

Page 118: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

118

Rusiya Federasiyasından başqa, cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri də Azərbaycan

idi.

Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. O dövrü də biz

hamımız yaxşı xatırlayırıq. O dövr də çox ağır dövr idi. O dövrdə Azərbaycan böyük itkilər vermişdir.

Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Xaos, anarxiya, iqtisadi və siyasi böhran, vətəndaş

müharibəsi, torpaqlarımızın işğal altına düşməsi. Xüsusilə Kəlbəcər, Laçın, Şuşa rayonlarının işğalından sonra

Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bu, müharibənin birinci mərhələsinin

yekunlarına əlbəttə ki, öz mənfi təsirini göstərmişdir.

1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi.

Əlbəttə, sabitlik başlıca şərt idi ki, Azərbaycan inkişaf etsin. Siyasi sabitlik, ondan sonra iqtisadi sabitlik təmin

edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, siyasi, iqtisadi islahatlar aparılmağa

başlanmışdır. Bir sözlə, o tarix – 1993-cü il müstəqil Azərbaycanın yeni dövrünün başlaması idi. Əslində

müstəqilliyimiz məhz o vaxt başlamışdır. O dövrdən başlayaraq bu günə qədər Azərbaycan sürətlə inkişaf edir.

Mayın 10-da - Ulu Öndərin doğum günündə o dövrü və ondan sonrakı dövrü mən geniş təhlil etdim. Bu

gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız,

azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər

üzərində qurulubdur. Bizim güclü iqtisadi dayaqlarımız var. İqtisadi potensial həm iqtisadi, həm də siyasi

müstəqilliyimizi şərtləndirir. Beynəlxalq aləm Azərbaycanın dünyadakı rolunu qiymətləndirir və bizə çox böyük

dəstək verir.

Ölkəmizdə bütün işlər müsbət istiqamətdə inkişaf edir. Bir neçə il bundan əvvəl yaşanan iqtisadi və

maliyyə böhranı, - bu böhran bütün dünyanı bürümüşdü, - Azərbaycana çox az təsir etmişdir. Hazırda yenə də

dünyada yaşanan siyasi, hərbi və iqtisadi böhran Azərbaycana təsir etmir. Ona görə ki, biz düşünülmüş siyasət

aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Milli maraqlar, Azərbaycan xalqının maraqları

bizim üçün hər şeydən üstündür. Biz öz gələcəyimizi bunda görürük. Müstəqil siyasətin aparılması həm

ölkədəki vəziyyəti daha da sabitləşdirir, eyni zamanda, dünya miqyasında Azərbaycan etibarlı tərəfdaş kimi

tanınır. Bizim sözümüzün çəkisi var və bizim rolumuz həm regionda, həm qitədə, həm də dünyada artmaqdadır.

Biz buna özümüz nail olmuşuq - Azərbaycan xalqının zəhməti, istedadı hesabına və düşünülmüş siyasət

nəticəsində. Heç kim bizə kömək etməmişdir. Bu gün reallıqlar onu göstərir ki, dünya miqyasında Azərbaycan

kimi sürətlə inkişaf edən ölkə çətin tapılsın.

Eyni zamanda, ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş

cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən

iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir. Baxın, dünyanın müxtəlif yerlərində qanlı

toqquşmalar, müharibələr, böhranlar yaşanır. Əvvəldən qalan münaqişələr öz həllini tapmır, üstəgəl yeni

münaqişə zonaları yaradılır. Bu, bizim gözümüzün qabağındadır. Ancaq Azərbaycan burada yenə də sabitliklə,

düşünülmüş siyasətlə seçilir. Azərbaycan bu gərgin məkanda nəinki sabitlik adasıdır, eyni zamanda,

sabitləşdirici amildir. Bizim bölgəyə çox müsbət təsirimiz var. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat

təşəbbüsləri regional əməkdaşlığın əsasını təmin edir və burada Azərbaycanın rolu artır. Əlbəttə, bu, bizi

sevindirir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, bizim artan beynəlxalq nüfuzumuz ölkəmizin inkişafına çox

müsbət təsir göstərir.

Neftin qiymətinin aşağı düşməsi də bizə o qədər də böyük problem yaratmadı. Hər halda, bütün sosial

proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən

baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə

resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət

göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o

cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır.

Bu gün bayram ərəfəsində mən qarşıda duran vəzifələr haqqında öz fikirlərimi bildirmək istəyirəm. Mən

bu məsələlərlə bağlı mütəmadi qaydada öz sözlərimi deyirəm, çıxış edirəm, xalqa hesabat verirəm və gələcək

istiqamətlər haqqında fikirlərimi çatdırıram.

Daxili siyasətlə bağlı bizim çox konkret proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur, bütün

azadlıqlar təmin edilir. Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək.

Hüquqi dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat

azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə

təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin

inkişafı dayanıqlı və uzunmüddətli olsun.

Page 119: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

119

Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir. Bunu Azərbaycan xalqı qeyd edir,

görür. Eyni zamanda, Bakıya, Azərbaycana gələn bütün xarici qonaqlar da bunu qeyd edirlər ki, Azərbaycanda

dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək səviyyədə təmin edilir. Bu da bizim çox böyük

sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da

Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz

bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir.

Cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox

ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. Ən əsası odur ki,

bu sahədə sistem xarakterli islahatlar, institusional islahatlar mühüm rol oynayır. Biz bu sahədə “ASAN

xidmət”in fəaliyyətini qeyd etməliyik. Bu yaxınlarda “ASAN xidmət” BMT tərəfindən yüksək mükafatla təltif

edilib. Qısa müddətdə, iki il ərzində 4 milyondan çox insan bu xidmətin imkanlarından faydalanıb. Biz bu

şəffaflıq prinsiplərini bütün sistemimizə - dövlət quruculuğu sisteminə, maliyyə sisteminə tətbiq etməliyik və bu

müsbət təcrübəni yaymalıyıq. Konkret tapşırıqlar verilib və əlavə tədbirlərin görülməsi üçün indi iş gedir.

İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd

etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox

səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da

ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar,

qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik.

Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da

sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki,

dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal

olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular,

ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı

bağlantı daim olmalıdır və güclənməlidir.

Azərbaycanda daxili siyasətlə bağlı digər məsələlər də müsbət istiqamətdə tənzimlənir. Xalqla iqtidar

arasında birlik bizim uğurlu inkişafımızın əsas şərtidir. Azərbaycanın uğurlu inkişafı təmin edilir.

Təhlükəsizliklə bağlı tədbirlər indi bütün ölkələri düşündürür. Biz bu işlərlə ciddi məşğuluq və məhz buna

görə Azərbaycanda kriminogen durum çox müsbətdir. Biz adambaşına düşən cinayətlərin sayının azlığına görə

dünyada ən yaxşı yerlərdən birini tuturuq. Azərbaycanda siyasi, iqtisadi islahatlar, insanların rifah halının

yaxşılaşması, eyni zamanda, təhlükəsizlik tədbirlərinin tətbiqi nəticəsində bu gün deyə bilərəm ki, ölkədə daxili

təhlükə mənbəyi yoxdur. Əlbəttə ki, xaricdən təhdidlər ola bilər, xüsusilə, terrorizmlə bağlı təhdidlər. Ancaq

bizim hüquq mühafizə orqanları bu məsələlərlə bağlı ciddi fəaliyyət göstərirlər. Əminəm ki, Azərbaycan xalqı

bundan sonra da təhlükəsizlik şəraitində yaşayacaqdır.

Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Mən bunu alqışlayıram. Deyə bilərəm ki, bir çox

hallarda bu tədbirlərin təşəbbüskarı da mənəm. Mən hesab edirəm ki, bu, ölkəmizin inkişafı üçün çox vacibdir.

Eyni zamanda, dünyada Azərbaycanı daha da çox tanıyacaqlar, Azərbaycana daha da çox hörmət edəcəklər.

Deyə bilərəm, təmasda olduğum və Bakıya gələn bütün qonaqlarla apardığım söhbət əsnasında onlar qeyd

edirlər ki, Azərbaycanın və Bakının bu qədər inkişaf etmiş ölkə və şəhər olduğunu gözləmirdilər.

Azərbaycanda siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, forumlar,

mədəniyyətlərarası forumlar keçirilir. Bu yaxınlarda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və

Qlobal Bakı Forumu keçirilmişdir. Azərbaycanda Beynəlxalq Humanitar Forum keçirilir. Bu tədbirlər, eyni

zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları

Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan

investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də

real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Biz gələcəkdə də Azərbaycanda müxtəlif qlobal

tədbirlərin keçirilməsini təmin edəcəyik. Bu gün Bakı, Azərbaycan regionun iqtisadi, siyasi və mədəni

mərkəzlərindən biridir.

Xarici siyasətlə bağlı bizim düşünülmüş addımlarımız ölkəmizin imicini yüksəldir. Bu da göz

qabağındadır. Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu əlaqələrin inkişafını təmin edəcəyik. Bu,

xarici siyasətimizin əsas prinsiplərindən biridir. Biz daha çox ikitərəfli formata üstünlük veririk. Biz görürük ki,

ikitərəfli formatda çox böyük nailiyyətlər əldə etmək olar - həm siyasi əlaqələr, həm də iqtisadi investisiya

baxımından. Azərbaycanın ikitərəfli formatda heç bir ölkə ilə heç bir problemi yoxdur. Əksinə, biz bütün

ölkələrlə çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr əlbəttə ki, prinsiplər üzərində qurulmalıdır və

qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə hörmət və

Page 120: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

120

bir-birinin işinə qarışmamaq prinsipləri əsasında üfüqi əlaqələr olmalıdır. Biz buna nail oluruq. Bizim həmişə

təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə əlaqələrimizdə üstünlük təşkil edir.

Beynəlxalq təşkilatlarla əlaqələrimiz də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal iştirak

edirik və bundan sonra da fəal iştirak edəcəyik. İlk növbədə, BMT-də və Qoşulmama Hərəkatında. Bu qurum

BMT-dən sonra ölkələrin sayına görə ikinci təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il bundan

əvvəl üzv olmuşdur və dərhal bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin

ərazi bütövlüyü əsasında həlli ilə bağlı qətnamə qəbul etmişdir.

Azərbaycan müsəlman aləminin bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu

yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının baş katibi ölkəmizdə olarkən Azərbaycanın rolu haqqında danışırdı.

Eyni zamanda, biz Avropa Şurasının üzvüyük və bu yaxınlarda Avropa Şurasına sədrlik edirdik. Bu əməkdaşlıq

da həm bizim, həm də Avropa Şurası üçün çox önəmlidir. Bu yaxınlarda III Beynəlxalq Mədəniyyətlərarası

Dialoq Forumu çərçivəsində qeyd edilirdi ki, məhz Azərbaycan “Bakı prosesi”nin müəllifi olmuşdur. “Bakı

prosesi” Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət sahəsində və başqa sahələrdə

dialoqun əsasını təşkil etmişdir.

Bizim bu nadir rolumuz bu gün həm müsəlman aləmində, həm də Avropada yüksək qiymətləndirilir. Sizə

deyə bilərəm ki, heç bir başqa ölkə hazırda bu rolu öz üzərinə götürə bilməz, götürsə də bizim qədər uğur əldə

edə bilməz. Çünki Azərbaycanda bu müsbət prosesin inkişafı üçün çox möhkəm tarixi əsaslar var. Əsrlər boyu

Azərbaycanda multikulturalizm meyilləri yaşayıb. Sadəcə olaraq bu, yeni söz olduğu üçün biz bu sözü bilmirdik

və bu sözü tələffüz etmək o qədər də asan deyil. Ancaq bu anlayış Azərbaycanda həmişə var idi. Üstəgəl bu gün

bizim dövlət siyasətimiz də bu əsaslar üzərində qurulur və bu siyasət real siyasətdir. Bu, hansısa şüar naminə

deyilən sözlər deyil. Çünki, bilirsiniz, beynəlxalq aləmdə, hər kəs şüarı real işdən ayıra bilir. Ona görə, bu nadir

rolu Azərbaycan öz üzərinə götürüb. Götürməyə də bilərdi. Götürməsəydik də, bilirsiniz, hər halda bizim

iqtisadi, siyasi inkişafımız üçün heç bir problem yaranmazdı. Amma biz bu rolu üzərimizə götürürük. Çünki biz

istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam

məcrada olsun. Əks təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini,

milli zəmində, məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin

dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan

sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.

Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Burada da

bizim siyasətimiz və mövqeyimiz birmənalıdır. Birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.

Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız siyasət

nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq

birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün

dünya tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi. Bu gün siyasi

müstəvidə, əlbəttə ki, Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir.

Üçüncüsü, iqtisadi amildir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və

güclüdür. Əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik

Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası

qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni

silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə

çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların

hamısı bizim mövqeyimizi dəstəkləyir.

Eyni zamanda, Azərbaycanda çox müsbət demoqrafik dinamika var, əhalimizin sayı artır. Artıq 9 milyon

600 mindir. Ermənistanda isə əhali azalır. Həm təbii azalma, həm də ki, kütləvi köç baş alıb gedir. Onların rəsmi

statistikasına görə, hər il təxminən 70-80 min vətəndaş Ermənistanı həmişəlik tərk edir. Hesab edirəm ki, real

statistika bundan daha böyükdür. Ona görə, bu güclər nisbəti göz qabağındadır. Münaqişə ancaq ölkələrin ərazi

bütövlüyü çərçivəsində həllini tapa bilər.

Azərbaycanın ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir. Bunu

hamı bilməlidir. Məsələ ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Dağlıq Qarabağa heç vaxt heç bir

müstəqillik verilməyəcək. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və dünya bunu heç vaxt tanımayacaq. Bu

yaxınlarda orada separatçı rejim və Ermənistan tərəfindən keçirilmiş saxta və qanunsuz “seçkilər” bir daha onu

göstərdi ki, heç kim bunu tanımayıb və ölkələrin bir çoxu bu “seçkilər”i qınayıb.

Ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcək. Bu, bizim diplomatik sahədə apardığımız

səylərə böyük dəstəkdir. Son vaxtlar, keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas

xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi

Page 121: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

121

etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik

ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Ondan sonra sülh

yarana bilər, ondan sonra Azərbaycan və erməni xalqları barışa bilərlər. Biz hər halda gələcəyi belə görürük. Biz

hesab edirik ki, bu ədavət və düşmənçilik əbədi ola bilməz. Amma buna, ilk növbədə, sülhə nail olmaq üçün

erməni silahlı qüvvələri Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməlidir. Burada ən məqbul

variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz sözümüzü demişik. Ancaq mərhələli həll burada məsələnin

həllinə gətirib çıxara bilər. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində

yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaq.

Bütün bu müsbət inkişafın təməlində əlbəttə ki, bizim iqtisadi islahatlarımız, iqtisadi uğurlarımız dayanır.

Mən bu barədə də kifayət qədər öz sözlərimi demişəm. Bütün iqtisadi göstəricilər ən müsbət mənzərə yaradır.

Hətta bu il neftin qiymətinin iki dəfə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız ötən dörd ayda beş faizdən

çox, qeyri-neft sektorumuz təxminən yeddi faiz artıb. Qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun

təxminən 70 faizini təşkil edir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun təxminən 70-75 faizini,

bəlkə də daha çox təşkil edir. Xarici borc 10 faiz ətrafındadır. Yoxsulluq, işsizlik beş faiz səviyyəsindədir. Daha

bundan artıq deməyə söz qalmır və ehtiyac da yoxdur.

Gələcəklə bağlı siyasətimiz ondan ibarətdir ki, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı təmin

ediləcək. Azərbaycanda dayanıqlı inkişaf modeli tətbiq edilir. Əlbəttə ki, gələcəkdə sənayenin inkişafı, kənd

təsərrüfatı istehsalının, ixrac potensialımızın artırılması daim diqqət mərkəzində olacaqdır.

Azərbaycanda indi sənayeləşmə prosesi gedir. Kənd təsərrüfatı da sürətlə inkişaf edir. Bu il “Kənd

təsərrüfatı ili” elan edilmişdir. Əsas hədəfimiz budur ki, biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin

etməliyik. Həmçinin güclü rəqabətqabiliyyətli ixrac potensialı da yaratmalıyıq. Çünki gələcəkdə kənd

təsərrüfatımız ancaq ixrac hesabına sürətlə inkişaf edə bilər. Yaxın bir neçə il ərzində biz daxili tələbatı tam

yerli istehsal hesabına təmin edəcəyik.

Nəqliyyatla bağlı gələcək planlarımız artıq görülmüş işlər əsasında qurulur. Ümid edirəm ki, Bakı-Tbilisi-

Qars dəmir yolu yaxın vaxtlarda işə düşəcək. Bu da dünya üçün çox əhəmiyyətli layihədir. Hazırda

Azərbaycanda yeddi aeroport fəaliyyət göstərir, onlardan beşi beynəlxalq statusa malikdir. Xəzərdə ən böyük

dəniz limanı yaradılır. Eyni zamanda, gəmiqayırma zavodu işə düşüb, vaqonqayırma zavodu tikilir. Yəni,

Azərbaycan logistik və nəqliyyat mərkəzi kimi artıq dünya xəritəsində öz mövcudluğunu təsdiq edir. Gələcəkdə

bu sahəyə qoyulacaq investisiyalar əlbəttə ki, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasına kömək

göstərəcək. Şimal–Cənub və Şərq-Qərb dəhlizləri Azərbaycan ərazisindən keçir. Hər iki istiqamətdə çox fəal iş

aparılır.

Son müddət ərzində, keçən bayramlardan sonra, görün, energetika sahəsində nə qədər əhəmiyyətli hadisə

baş vermişdir. Keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. O tarix də çox rəmzi

məna daşıyır. Ondan sonra Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilmişdir. Mart

ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulmuşdur. İndi bütün səylərimiz ona yönəlib ki, bizi

Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu

layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə

vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin

qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada

udan tərəf olmayacaq.

Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən

azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP

layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik.

Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP

iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə əlbəttə

ki, “Cənub” qaz dəhlizinin tam şəkildə işə düşməsi “Şahdəniz” yatağının işlənməsi ilə bərabər bizim strateji

hədəfimizdir.

Əslində qarşıda duran vəzifələr daha da çoxdur, bir çıxışda onların hamısını qeyd etmək mümkün deyil.

Sadəcə olaraq, bəziləri haqqında fikirlərimi bildirdim. Həm söylədiyim sözlər, həm aparılan təhlil, həm gələcəyə

olan baxışlarımız bir daha bizi əmin edir ki, Azərbaycanın inkişafı davamlı olacaq. Biz bundan sonra da inkişaf

yolu ilə gedəcəyik. Bu inkişafın əsası bizim müstəqilliyimizdir. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir,

ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq.

Sağ olun.

Xalq qəzeti.-2015.-28 may.-№ 113.-S.1-2.

Page 122: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

122

Azərbaycan Prezidenti İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin

açılışında iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(2 iyun 2015-ci il)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı

Sərgi Mərkəzində XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

- Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Qonaqlara Azərbaycana “Xoş gəlmisiniz” deyirəm.

Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki

bu sərginin ölkəmizin həyatında çox böyük rolu vardır.

Birinci sərginin 1994-cü ildə keçirilməsi çox əlamətdar hadisə idi. Çünki o vaxt Azərbaycan çox gənc

müstəqil dövlət idi. Məhz 1994-cü ildən sonra Azərbaycanda inkişafa doğru ciddi addımlar atılmağa

başlanmışdır.

Müstəqilliyimiz 1991-ci ildə bərpa edilmişdir. Ancaq 1991-1993-cü illərdə vəziyyət çox ağır idi,

ölkəmizi böhran bürümüşdü - həm siyasi, həm iqtisadi, həm hərbi böhran. İqtisadiyyat iflic vəziyyətində idi və

sənaye istehsalında, o cümlədən neft hasilatında tənəzzül müşahidə edilirdi. Ona görə, 1994-cü ildə birinci

sərginin keçirilməsi Azərbaycanı dünyaya təqdim etdi, tanıtdı.

Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar 22 il ərzində bu sərgini təşkil

edir, Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir və bizimlə bərabər tərəfdaşlıq şəraitində

fəal işləyirlər ki, Azərbaycan daha da sürətlə inkişaf etsin.

Artıq qeyd olundu ki, sərgidə 300-dən çox şirkət iştirak edir. Bu, onu göstərir ki, baxmayaraq, birinci

sərgidən 22 il ötür, sərgiyə maraq azalmır və beləliklə, Azərbaycan dünyaya öz imkanlarını təqdim etməyə

davam edir.

1994-cü ildə birinci sərginin keçirilməsindən sonra Azərbaycanın yeni neft strategiyası

formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası

bu gün ölkəmizin uğurlu inkişafını təmin edir.

1994-cü ilin sentyabr ayında tarixi müqavilə - “Əsrin kontraktı” imzalanmışdır və bu, ölkəmizə böyük

həcmdə xarici sərmayənin yatırılmasına gətirib çıxarmışdır. Əgər 1994-cü ildə o tarixi addım atılmasaydı, indi

ölkəmizin inkişafını təsəvvür etmək çox çətin olardı.

O illərdə xarici investorlar bizə inandılar. Baxmayaraq ki, Azərbaycan o vaxt çox riskli bir ölkə kimi

tanınırdı. Xarici sərmayələrin qoyuluşu, investorlara çox yaxşı şəraitin yaradılması, eyni zamanda, imzalanmış

bütün kontraktlarda Azərbaycanın milli maraqlarının qorunması bu uğurlu əməkdaşlığımızın əsas şərti idi. Həm

investorların, həm dövlətin, həm də Azərbaycan xalqının maraqları üst-üstə düşürdü. Məhz bu gözəl əməkdaşlıq

ruhu bu gün Azərbaycanın, nəinki neft-qaz sektorunda, bütün başqa sahələrdə uğurlu inkişafını təmin edir. Neft-

qaz sahəsində xarici tərəfdaşlarla qazandığımız təcrübə bizə imkan verir ki, başqa sahələrdə də investisiyaları

cəlb edək, xarici şirkətlərlə uğurla əməkdaşlıq edək və ölkəmizin şaxələndirilmiş inkişafını təmin edək.

“Əsrin müqaviləsi” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. “Cənub”

qaz dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış müqavilə və ondan sonra əldə olunan

uğurlar bugünkü reallığı mümkün etmişdir. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə Beynəlxalq konsorsiumla

müqavilə bağlanmışdır. O vaxt dünyanın neft-qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı.

Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi.

“Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və onun işlənilməsi bu gün “Cənub” qaz

dəhlizinin əsas resurs bazasını təmin edir. O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-

Supsa neft və qaz kəmərləri inşa edilmişdir. Beləliklə, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə və

Aralıq dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər dənizi-Qara dəniz-

Aralıq dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq başqa sahələrdə də özünü büruzə verməyə başlamışdır. Bu

gün məhz bu dəhliz vasitəsilə böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilir. Əgər

biz enerji siyasətimizi düzgün qurmasaydıq, bu, mümkün olmaya bilərdi.

Page 123: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

123

Beləliklə, 1990-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəllərində açılmış Bakı-Tbilisi-

Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi. Bu kəmərlər imkan

verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin. Biz bu valyuta ehtiyatlarımızdan səmərəli

istifadə edərək, onları ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik. İnsanların rifah halı yaxşılaşdı,

ölkəmizin iqtisadi inkişafı təmin edildi. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək

templərlə inkişaf etmiş, 300 faiz artmışdır. Eyni zamanda, ölkə qarşısında duran infrastruktur layihələri icra

edilmiş, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük

dərəcədə azalda bilmişik. Bu gün ümumi daxili məhsulumuzda neft amili təxminən cəmi 30 faiz təşkil edir.

Beləliklə, biz ölkə iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza atmışıq.

Bütün bunların təməlində əlbəttə ki, ölkəmizə 1990-cı, 2000-ci illərdə qoyulan böyük sərmayədir.

Beləliklə, bu gün biz iqtisadi sahədə neft amilindən daha da az asılı vəziyyətdəyik. Məhz buna görə bu il

iqtisadiyyatımız 5 faizdən çox artmışdır, baxmayaraq ki, neftin qiyməti iki dəfəyə yaxın azalmışdır. Yəni,

ölkəmizin şaxələndirilmiş şəkildə inkişafı, iqtisadiyyatımızın dayanıqlılığı artıq reallıqdır. Bu gün bizim

qarşımızda duran əsas vəzifələr əlbəttə ki, neft-qaz sektoru ilə bağlı deyil. Əsas vəzifələr iqtisadiyyatı

şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, hələ

icra edilməmiş böyük infrastruktur layihələrini icra etmək və beləliklə, uzunmüddətli inkişaf üçün daha da güclü

zəmin yaratmaqdır. Bununla bərabər, əlbəttə, enerji sektorunda qarşımızda duran ciddi vəzifələr təbii ki, öz

həllini tapacaq. Çünki bunun çox böyük əsası var. Bir daha demək istəyirəm, neft-qaz sahəsində beynəlxalq

əməkdaşlıq bu gün onu göstərir ki, Azərbaycanın xarici tərəfdaşları ilə əməkdaşlığı çox sağlam zəmində

qurulub. Burada mən SOCAR-bp əlaqələrini xüsusi qeyd etmək istəyirəm. bp bizim əsas tərəfdaşımızdır, ən

böyük sərmayə yatıran şirkətdir. bp həm “Əsrin kontraktı”nın icrasında, həm də “Şahdəniz” layihəsində aparıcı

xarici investordur, tərəfdaşdır. Digər layihələr üzrə SOCAR-bp əməkdaşlığı davam edir və bu əməkdaşlığın

artıq 20 ildən çox tarixi vardır.

SOCAR-bp əməkdaşlığı bundan sonra onilliklər ərzində davam edəcək. Bu, həm dövlətimiz, həm də

xarici tərəfdaşlar üçün fayda gətirir. Bax, Azərbaycanda belə gözəl mühit yaranmışdır. Bütün xarici sərmayələr

layiqincə qorunur. Bildiyiniz kimi, bütün neft-qaz kontraktları parlament tərəfindən təsdiq edilir və qanun

qüvvəsinə minir. Bu, əlbəttə ki, investorlarda bizə inamı daha da artırır.

Bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran

bütün vəzifələri ləyaqətlə, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz

kəmərləri, “Şahdəniz” qaz, “Azəri-Çıraq” neft yataqlarının işlənilməsi – bu layihələrin hər biri özlüyündə

nəhəng enerji layihəsidir. Bununla bərabər, “Cənub” qaz dəhlizinin icrası prosesi də başlamışdır. Bu da tarixi

hadisədir. Qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha

göstərmişdir. Bildiyiniz kimi, Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu uzun illərdir ki,

müzakirə mövzusu idi və Azərbaycan bu müzakirələrdə iştirak edirdi. Ancaq görəndə ki, bu müzakirələr konkret

nəticəyə gətirib çıxarmır, biz öz təşəbbüsümüzü irəli sürmüşük və 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında

TANAP qaz kəməri layihəsi haqqında müqavilə imzalanmışdır. Ondan sonra proseslər daha da sürətlə getməyə

başlamışdır. Trans-Adriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu kimi seçilmişdir və “Cənub” qaz

dəhlizinin icrası başlamışdır. “Şahdəniz-2” layihəsinə start verilmişdir.

Bütün bu nailiyyətləri biz son üç il ərzində əldə edə bilmişik. Mən xatırlayıram, keçən il, düz bir il

bundan əvvəl sərgidə çıxış edərkən demişdim ki, əminəm, gələn sərgidə biz yeni uğurlar haqqında xalqımıza

hesabat verəcəyik. Həqiqətən bu, belədir. Baxın, keçən XXI sərgidən ötən dövr ərzində “Cənub” qaz dəhlizinin

Bakıda, Səngəçal terminalında təntənəli şəkildə təməli qoyuldu, özü də sentyabrın 20-də, “Əsrin kontraktı”nın

imzalandığı bir gündə. Bu, özlüyündə böyük rəmzi məna daşıyan bir hadisə idi. Ondan sonra Azərbaycanın

təşəbbüsü ilə bu ilin fevralında Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının birinci iclası keçirilmişdir.

“Cənub” qaz dəhlizində iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri, eyni zamanda, Avropa

Komissiyasının vitse-prezidenti və digər məsul şəxslər bu tədbirdə iştirak etmişlər.

Mart ayında biz Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verdik. Baxın, bütün bu hadisələr

son bir il ərzində, yəni, keçən sərgidən sonra ötən dövr ərzində baş vermişdir. “Cənub” qaz dəhlizi artıq

reallıqdır və icra edilir. Əminəm ki, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi işləri, - əslində bu, yeni

kəmərin tikintisi deməkdir, - və 3 ildən sonra istifadəyə veriləcək TANAP layihəsinin icrası vaxtında yerinə

yetiriləcək. Beləliklə, Azərbaycan “Şahdəniz-2”-dən qazı həm Gürcüstana, həm Türkiyəyə nəql edə biləcək.

Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq. Hesab edirəm

ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidirlər. Çünki bu, bizim ümumi işimizdir. Azərbaycanın

təşəbbüsü ilə bu ilin fevralında Bakıda keçirilmiş “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının müzakirələri və

Page 124: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

124

qəbul edilmiş mətbuata bəyanat onu göstərir ki, iştirak edən bütün tərəflər öz məsuliyyətini dərk edirlər. O

bəyanatda Azərbaycanın rəhbər rolu, yəni, xüsusi rolu qeyd edilmişdir.

Ona görə, hesab edirəm ki, bu layihənin icrası zamanı əlaqələndirmə işlərinə daha böyük ehtiyac var.

Mən bunu Məşvərət Şurasının iclasında da demişəm. Bu layihəni həyata keçirmək üçün qarşılıqlı inam mütləq

yüksək səviyyədə olmalıdır. İştirak edən bütün ölkələr bir nöqtəyə vurmalıdır və burada heç kim əlavə imtiyaz

əldə etmək istəməməlidir. Çünki burada hər şey göz qabağındadır. Bütün kontraktlar imzalanmışdır və bu qlobal

layihədə iştirak edən bütün tərəflər, şirkətlər, ölkələr böyük xeyir götürəcəklər. Əlbəttə ki, biz indi yeni bir

əməkdaşlıq formatına başlayırıq. Əvvəlki dövrlərdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı

yaranmışdır və biz çox böyük səmərə ilə işləyirik. Bütün layihələri üç qardaş ölkə sıx əməkdaşlıq şəraitində icra

etmişdir. İndi isə format daha da genişlənir və buraya yeni oyunçular daxil olunur. Azərbaycan, Gürcüstan,

Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub” qaz dəhlizinin üzvləridir. Eyni zamanda, bir

neçə Balkan ölkəsinin “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı memorandumlar imzalanmışdır. Yəni, görün

bizim dairəmiz nə qədər genişlənir. Bir tərəfdən bu, böyük üstünlükdür. Digər tərəfdən əlbəttə ki, müəyyən

mərhələlərdə bəzi məsələlər ortaya çıxa bilər. Bütün bu məsələlər gərək dostluq və qarşılıqlı anlaşma şəraitində

müzakirə olunsun və həll edilsin. Bir daha demək istəyirəm ki, bizim qarşımızda heç bir süni maneə

olmamalıdır və əminəm, olmayacaq. Belə olan halda biz TAP layihəsini də vaxtında icra edəcəyik. Beləliklə,

Azərbaycan qazı Avropa məkanına nəql edilməyə başlanacaqdır. Bu da tarixi hadisə olacaq, həm bizim üçün, -

çünki biz çox böyük qaz bazarına çıxış əldə edəcəyik, - həm də Avropa istehlakçıları üçün. Çünki onlar üçün də

alternativ mənbədən böyük həcmdə və artan templə qaz daxil olacaqdır.

“Cənub” qaz dəhlizinin üstünlüyü ondan ibarətdir ki, burada yeni qaz mənbəyindən söhbət gedir.

Marşrutların şaxələndirilməsi əlbəttə ki, vacib məsələdir. Hər bir ölkə çalışır ki, çoxşaxəli kəmərlər şəbəkəsi

olsun, o cümlədən Azərbaycan. Çünki bizim hazırda 7 neft-qaz kəmərimiz var və beləliklə, biz heç bir

istiqamətdən 100 faiz asılı deyilik. Təbii, istehlakçılar da istəyirlər ki, onlara çatacaq enerji resursları müxtəlif

yollarla gəlsin. Ona görə, marşrutların şaxələndirilməsi əlbəttə, enerji təhlükəsizliyini gücləndirir. Ancaq əgər

mənbənin şaxələndirilməsi yoxdursa, bu, o qədər də böyük əhəmiyyət daşımır. Bizim üstünlüyümüz ondan

ibarətdir ki, qaz Avropaya həm yeni marşrutla nəql ediləcək, eyni zamanda, bu qaz yeni mənbədən hasil

olunacaqdır və bu mənbə çox böyükdür. “Cənub” qaz dəhlizinin hazırda yeganə resurs bazası olan “Şahdəniz”

yatağı 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları hazırda 2,6

trilyon kubmetrdir və əminəm ki, bu, son rəqəm deyil. Bu rəqəm artacaq, çünki hazırda bir çox yataqlarda

qiymətləndirmə işləri gedir. Bir neçə yataqda kəşfiyyat işləri aparılır və əminəm ki, bizim təsdiq edilmiş qaz

resurslarımız daha da böyük olacaq.

Ona görə, enerji təhlükəsizliyi deyəndə əlbəttə ki, marşrutların, mənbələrin şaxələndirilməsindən söhbət

gedir. Burada Azərbaycanın çox nadir rolu var və bu rol layiqincə qiymətləndirilir. Hələ 2011-ci ildə Avropa

İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Memorandum imzalanmışdır. Bu

yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər onu göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş

kimi qəbul edilir və müvafiq sənədlərdə Azərbaycanın adı xüsusi qeyd olunur. Biz əlbəttə ki, öz rolumuzu yaxşı

bilirik, eyni zamanda, öz məsuliyyətimizi də dərk edirik. Ona görə, Azərbaycan özünü Avropa üçün etibarlı

tərəfdaş kimi göstərir. Gələcəkdə enerji sahəsində görüləcək işlər Avropa İttifaqı ilə Azərbaycan arasında olan

əlaqələri daha da yüksək səviyyəyə qaldıracaqdır. Bizim niyyətimiz ondan ibarətdir ki, strateji tərəfdaşlıq

formatı təşkil edilsin. Ondan sonra hər bir tərəf uzunmüddətli strategiyanı müəyyən edə bilər və əlbəttə ki, bütün

məsələlər ciddi əlaqələndirmə şəklində öz həllini tapa bilər.

Azərbaycanın həm zəngin neft-qaz resursları, həm cəsarətli siyasəti və düşünülmüş addımları

Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, reallıqdır və bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi

daha da gücləndirəcək. Bu, ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək və nəticə etibarilə

Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək.

Bununla bərabər, dediyim kimi, biz iqtisadi sahədə islahatlar aparırıq. Azərbaycanda həyata keçirilən

islahatlar dünyanın aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Bütün iqtisadi

göstəricilərimiz ən yüksək səviyyədədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan

iqtisadiyyatın rəqabət qabiliyyətliliyi üzrə 38-ci yerdədir. Xarici borc cəmi 10 faiz, işsizlik 5 faiz

səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulumuzun 75 faizini, bəlkə də ondan da çox hissəsini

təşkil edir. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadi inkişafını təmin edir. Bu ilin 4

ayında iqtisadiyyat 5,3 faiz artmışdır. Qeyri-neft sektorumuz isə təxminən 7 faiz artmışdır.

Azərbaycan böyük, mötəbər beynəlxalq tədbirlər də keçirir. On gündən sonra tarixdə ilk dəfə olaraq

məhz Azərbaycanda, Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Bu, tarixi hadisədir və cəmi 2 il ərzində biz

bu Oyunlara hazırlıq işləri gördük. Qısa bir vaxt çərçivəsində biz Olimpiya Oyunları səviyyəsində keçiriləcək

Page 125: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

125

Oyunları təşkil etdik. Bu, ölkəmizin gücünü, güclü siyasi iradəmizi göstərir. Onu göstərir ki, baxmayaraq, biz

müstəqil ölkə kimi gəncik, amma artıq dünya xəritəsində öz yerimizi tuta bilmişik və bu yer möhkəm yerdir.

Mən sərginin iştirakçılarına uğurlar arzulayıram. Sərgini təşkil edən şəxslərə bir daha minnətdarlığımı

bildirirəm. Əminəm ki, sərgi müvəffəqiyyətlə keçəcək və bizim beynəlxalq şirkətlərlə tərəfdaşlığımız uğurla

davam edəcəkdir. Sağ olun.

Xalq qəzeti.- 2015.- 3 iyun.-№ 117.- S.1-3.

Page 126: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

126

Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub:

Prezident İlham Əliyevin çıxışı

(12 iyun 2015-ci il)

İyunun 12-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi

iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub.

Rəsmi qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirildi.

Dövlətimizin başçısı İlham Əliyev rəsmi qəbulda çıxış etdi.

-Hörmətli xanımlar və cənablar, əziz qonaqlar.

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Xaricdən gələn bütün qonaqlara “Azərbaycana xoş

gəlmisiniz” deyirəm.

Bir neçə saatdan sonra Bakıda birinci Avropa Oyunları başlayır. Bu hadisə münasibətilə ilk növbədə

bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq,

mehribanlıq bayramına çevriləcəkdir.

Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları

keçirilməmişdir. Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq,

Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm

ideyalarının vətəni Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın qəbul edilməsinə

görə Avropa Olimpiya Komitəsinə və şəxsən onun prezidenti cənab Patrik Hikkiyə dərin minnətdarlığımı

bildirmək istəyirəm. Bu qərar gələcəkdə Avropa idmanının inkişafında müsbət rolunu oynayacaq.

Qərar qəbul olunandan sonra biz Azərbaycanda dərhal Oyunların Təşkilat Komitəsini yaratdıq. Ondan

sonra yerli və beynəlxalq nümayəndələrdən ibarət Əməliyyat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi və

Əməliyyat Komitəsi çox fəal işləyərək qısa müddət ərzində belə mötəbər idman yarışını hazırlayıb.

Əlbəttə, bu Oyunların hazırlanmasında könüllülər çox böyük rol oynamışlar. İyirmi minə yaxın yerli və

xarici könüllü bu Oyunların keçirilməsi üçün bu illər ərzində çox fəal işləyiblər. Mən onların rolunu xüsusilə

qeyd etmək istəyirəm. Onların mütləq əksəriyyəti gənclərdir. Onlar bizim gələcəyimizdir. Əlbəttə, bu

əvəzolunmaz təcrübə gələcək həyatda onlar üçün müsbət rol oynayacaq.

Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdmanın, Olimpiya hərəkatının inkişafı

Azərbaycanda dövlət siyasətidir. İdmançılarımız da bizi böyük uğurlarla, qələbələrlə sevindirirlər. Deyə bilərəm

ki, son Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri arasında

isə 15-ci yerə layiq görülmüşlər.

Gənc idmançılarımız da bizi sevindirir. 2014-cü ildə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya

Oyunlarında Azərbaycan komandası 200-dən çox iştirakçı arasında 10-cu yerə layiq görülmüşdür. Bu, onu

göstərir ki, gözəl gənc nəsil yetişir və idmanın ənənələri möhkəmlənir. Əlbəttə ki, bu, ölkəmizin inkişafına

müsbət təsir göstərir.

İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda

keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır.

Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya

idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab

verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər.

Şəhər infrastrukturu çox inkişaf edib. Xüsusilə Oyunlara hazırlıq zamanı bu sahəyə daha böyük diqqət

göstərilmişdir. Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki,

gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn

minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq

istəyəcəklər.

Azərbaycanda siyasi sabitlik mövcuddur. Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi

inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində isə dünya

miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu

amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm

ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər.

Bir önəmli amili də qeyd etmək istəyirəm. Bu da Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəkdir.

Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son iki il ərzində bir

Page 127: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

127

növ ümumxalq məsələsinə çevrilmişdir. Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq

üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxmışdır ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai

dəstəyini versin.

Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək idmançılar öz güclərini göstərəcəklər.

Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev

sahibliyi edəcəkdir. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda, 2016-

cı ildə “Formula-1” yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda

keçiriləcəkdir. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları

Bakıda keçiriləcəkdir. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib.

Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş

təəssüratlarla ayrılacaqlar.

Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı Oyunların başlamasını səbirsizliklə

gözləyir. Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha “Xoş gəlmisiniz” deyirəm,

idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Sağ olun.

Xalq qəzeti.- 2015.- 13 iyun.-№ 126.- S.4.

Page 128: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

128

Olimpiya Ailəsinin üzvləri üçün qəbul:

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(14 iyun 2015-ci il)

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci

Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı

Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri qəbulda iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki.

Beynəlxalq və Avropa Olimpiya ailəsinin üzvləri.

Xanımlar və cənablar.

Azərbaycana bir daha xoş gəlmisiniz. Bu gün sizi burada, bu gözəl mehmanxanada görməkdən şadam və

ümid edirəm ki, Azərbaycanda xoş vaxt keçirirsiniz.

İki gün əvvəl biz ilk Avropa Oyunlarının açılışının şahidi olduq. Hamımız təqdimatdan çox dərin

təəssürat aldıq. Bu, qonaqlarımız üçün Azərbaycan, onun mədəniyyəti, musiqisi, ənənələri haqqında daha ətraflı

məlumat əldə etmək, bizim tamaşaçılar üçün isə Avropanın aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa

Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı idi. Təsəvvür edə bilərsiniz ki,

açılışdan sonra mənə olunan çoxsaylı müraciətlərin hər birində insanlarımız birmənalı olaraq ölkəsi ilə fəxr

etdiklərini bildirirlər.

Azərbaycanda birinci Avropa Oyunlarının təşkil edilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin

prezidenti Patrik Hikkiyə Avropa Olimpiya Komitəsi tərəfindən də dəstəklənən böyük dövlət xadiminə xas olan

baxışlarından irəli gələn qərarına görə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. 2012-ci il dekabrın 12-də

qəbul edilən qərar tarixi qərar idi. Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq

idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki

bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox

idi. Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının,

olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb və daha sonra Baron de Kuberten onu bərpa

etmişdir. İndi isə ədalət bərpa edildi və gördüyümüz işdən fərəhlənə bilərik.

Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın yaddaşında qalacaq səviyyədə

Oyunları təşkil etdik. Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqını, eyni zamanda, Avropa xalqlarını bu

möhtəşəm hadisə ilə bağlı bir daha təbrik etmək istərdim. Bütün idmançılara uğur və qələbə arzulayıram.

Bizim artıq qalib və çempionlarımız var. Fəxr edirik ki, Azərbaycan idmançıları 3-ü qızıl olmaqla bir

neçə medal qazanıblar. Bu gün də bir neçə idmançımızın finalda olduğunu nəzərə alsaq əlavə medallar

qazanmaq şansımız olacaq. İyirmi dörd ildən bir qədər az müddətdə müstəqil olan gənc ölkə Azərbaycan üçün

bu möhtəşəm idman tədbirinin nə dərəcədə əhəmiyyətli olduğunu anlaya bilərsiniz. Bu, idman, dostluq

tədbiridir. Bizim üçün isə bu, avropalılara tariximizi, ənənələrimizi, ədəbiyyatımızı, musiqimizi nümayiş

etdirmək fürsəti verir. Əminəm ki, Oyunlardan sonra Avropadan Azərbaycana daha çox qonaq və turistlər təşrif

buyuracaq və avropalılar Azərbaycan haqqında daha dolğun məlumat alacaqlar.

Bizim ölkənin qədim ənənələri, böyük tarixi və tarixi şəxsiyyətləri var. Lakin müstəqil ölkə kimi, biz

yalnız 24 ildir ki, mövcuduq. 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdik, lakin ilk müstəqil, demokratik

respublika Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmışdır. Bu isə bütün müsəlman

dünyasının ilk demokratik respublikası idi. Azərbaycanda məhz respublika idarəçilik sisteminin tətbiq olunması

o zaman respublikanı yaradanların seçimi olmuşdur. Dərhal qadınlara səsvermə hüququ verilmişdir ki, bu, bir

çox Avropa ölkələrindən əvvəl olmuşdur. Müsəlman dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda

yaradılmışdır və biz bununla fəxr edirik. Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, multikulturalizm, etnik

və dini müxtəliflik məkanı olub. Bu, hər zaman özünəməxsusluğumuzun tərkib hissəsi olub. Müstəqillik

illərində isə dünyanın ehtiyac duyduğu bu müsbət trendlər daha da güclənmişdir və mən bununla fəxr edirəm.

Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir. Bu yaxınlarda mən Azərbaycanda Multikulturalizm

Mərkəzinin təsis edilməsi ilə bağlı Sərəncam imzaladım və Bakının ən gözəl yerlərindən birində - Bayraq

Page 129: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

129

Meydanının yaxınlığında Tolerantlıq Abidəsinin açılışı oldu. Bunlar hamısı bizim həyatımızın və siyasətimizin

tərkib hissəsidir.

Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu hər iki təşkilatın

yüzdən artıq üzvü var. Biz isə Avropa və Asiya arasında təbii körpü rolunu oynayırıq. Bu, yalınız coğrafi deyil,

mədəni, iqtisadi və siyasi körpüdür. Beləliklə, müstəqillik illərimiz islahatlar dövrü oldu. Biz təkcə dövləti

yaratmalı deyildik, eyni zamanda, bir sistemdən digərinə transformasiya etməli idik. İslahatların həyata

keçirilməsi bu gün ölkəmizin uğuruna və firavanlığına gətirib çıxarmışdır. Bu gün Azərbaycan Avropa Oyunları

kimi belə böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə etdiyimiz

nailiyyətlərin göstəricisidir.

Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanırdı. Demokratikləşmə siyasəti, qanunun aliliyi,

fundamental azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioritetləri olub. Azərbaycanda

bütün azadlıqlar - media azadlığı, senzurasız azad internet təmin edilir, əhalimizin 70 faizi internet

istifadəçisidir. Siyasi fəaliyyət azadlığı, toplaşma azadlığı, din və vicdan azadlığı mövcuddur. Eyni zamanda,

biz iqtisadi islahatlar nəticəsində müstəqil xarici siyasət yürüdürük. Çünki bu gün iqtisadi cəhətdən zəif olanda

beynəlxalq arenada öz mövqeyini müdafiə etmək çətin olur. Bu gün Azərbaycan dünyada çox yaxşı nüfuza

malik olan dövlətdir. Bunun ən bariz nümunəsi bir neçə il əvvəl Azərbaycanın dünyanın ən mötəbər qurumu

olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı namizədliyini irəli sürəndə 155 ölkənin dəstəyini

qazanması olmuşdur. İlk dəfə Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil edilmişdir. Bu, bizim siyasi və

diplomatik fəaliyyətimizin zirvəsi olmuşdur. İqtisadi islahatlar olmasaydı, yəqin ki, biz buna nail ola bilməzdik.

Bu gün böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitdir, dayanıqlıdır və inkişaf edir. Son 10 il

bizim iqtisadiyyatımızın görünməmiş inkişafı illəri olmuşdur. İqtisadiyyatımız 3 dəfə artmışdır. Biz yoxsulluğu

49 faizdən 5 faizə endirə bilmişik. İşsizlik 5 faizdən aşağıdır. Xarici borcumuz ümumi daxili məhsulun 10

faizindən azdır. Bu ilin yanvarında mən prezident Patrik Hikki ilə Avropa Oyunlarının təqdimatını etdiyimiz

Davos İqtisadi Forumu Azərbaycanı qlobal iqtisadi rəqabətlilik baxımından 38-ci yerə layiq görmüşdür. Məhz

bu islahatlar bizə gələcəyə nikbinliklə baxmağa imkan verir.

Əlbəttə, son 10 ildə idmanın və olimpiya hərəkatının inkişafı ilə bağlı gördüyümüz işlərin müsbət

nəticələri var. Xatirimdədir ki, 2007-ci ildə biz prezident Hikki ilə bərabər regionların birində Olimpiya

Mərkəzinin açılışını etdik. Avropa Olimpiya Komitəsinin prezidentinin Masallıya səfəri və regional idman

mərkəzinin açılışında iştirak etməsi region idmançıları və gənc nəsil üçün yaxşı göstərici idi. Bundan sonra biz

onlarla belə mərkəz inşa etmişik və bu gün Bakı regionun və bəlkə də dünyanın ən inkişaf etmiş idman

infrastrukturuna malik şəhərlərindən biridir.

Əziz dostlar. Bu günlərdə bizimlə bir yerdə olduğunuza görə sizə bir daha təşəkkür edirəm. Bilirsiniz,

mən Azərbaycan, gördüyümüz işlər və gələcək planlar haqqında çox danışa bilərəm. Çünki bununla bağlı qısa

bir təqdimatda dolğun məlumat vermək mümkün deyil. Yalnız onu əlavə edə bilərəm ki, biz inkişafı davam

etdirməyə sadiqik. Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək

istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk

Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki, bu standartları

Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib. Bu standartlar aşağı da ola bilərdi, lakin

Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki, Azərbaycanın

dinamikliyini özündə əks etdirsin.

Bu Oyunlar Avropa üçün olmalıdır. Açılış mərasimi zamanı Mehribanın da dediyi kimi, bu Oyunlar

idmançılar, qonaqlar və Azərbaycana gəlmiş minlərlə insan üçün keçirilir. Mən əminəm ki, bu insanlar yenidən

Azərbaycana gəlmək istəyəcəklər. Çünki onlar burada qonaqpərvərlik və hörmətin şahidi olurlar. Azərbaycan

bununla fəxr edir və əminəm ki, idmançılar özlərini sanki evlərində hiss edir və hər birimiz həyatımızın yadda

qalan günlərindən həzz alırıq.

Mən bir daha ölkəmizi Avropa və dünyaya təqdim etmək fürsətinə görə, Avropa Olimpiya ailəsinə

minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Xalq qəzeti.- 2015.- 17 iyun.-№ 128.- S.1-2.

Page 130: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

130

Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı olub:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib:

Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi

(25 iyun 2015-ci il)

İyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və

“N” saylı hərbi hissənin açılışı olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açılışda

iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

- Əziz hərbçilər!

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik

edirəm, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram.

Bu gözəl bayram ərəfəsində ölkəmizin həyatında çox əlamətdar hadisə baş verir. Biz bu gün Hərbi Dəniz

Qüvvələrinin bazasının açılışına toplaşmışıq. Bu hadisə ölkəmizin gücünü, qüdrətini göstərir. Bu baza ən

yüksək dünya standartlarına cavab verir, son illər ərzində Azərbaycanda yaradılmış ən böyük hərbi obyektlərdən

biridir. Həmçinin Xəzər hövzəsində də ən böyük hərbi obyektlərdən biridir. Bir neçə il bundan əvvəl mənim

qərarımla biz bu bazanın tikintisinə başlamışdıq və artıq baza açılır. Əminəm ki, ölkəmizin hərbi potensialının

gücləndirilməsi üçün bu bazanın çox böyük əhəmiyyəti olacaqdır.

Bu gün burada köhnə bazanın fotoşəkilləri ilə tanış oldum. Bir daha gördüm ki, o baza bizim

tələblərimizə cavab vermirdi, köhnəlmişdi. Bu gün dünya miqyasında iqtisadi və maliyyə böhranının davam

etməsinə baxmayaraq, Azərbaycan dövləti güclü dövlətdir və ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi

üçün bütün lazımi tədbirləri görür. Hərbi Dəniz Qüvvələrinin inkişafına diqqət göstərilir, gəmilər əsaslı təmir

edilir, müasir infrastruktur, belə gözəl, möhtəşəm hərbi bazalar yaradılır. Hərbi Dəniz Qüvvələri Silahlı

Qüvvələrimizin tərkib hissəsidir. Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaqdır.

Qeyd etməliyəm ki, Xəzər sülh, əməkdaşlıq dənizidir. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir.

Biz çalışırıq ki, Xəzər dənizində sülhün, əməkdaşlığın dərinləşməsi üçün öz təşəbbüslərimizi irəli sürək. Şadam

ki, bütün qonşu dövlətlər də bu mövqeyi bölüşür. Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq

münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır. Bir çox hallarda Azərbaycan regional əməkdaşlıq

təşəbbüslərini irəli sürür, o cümlədən Xəzəryanı ölkələri birləşdirən təşəbbüslər də Azərbaycan tərəfindən irəli

sürülür. Gələcəkdə qonşu dövlətlərlə bizim dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulan

münasibətlərimiz inkişaf edəcək və bu, regionda, Xəzər regionunda sülhün təminatçısıdır.

Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Bu, bizim üçün prioritet məsələdir. Ordumuz inkişaf

edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti

artır, maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi

xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün

tələbatlarını ödəyəcəyik.

Son illər ərzində ordumuzun maddi-texniki bazası böyük dərəcədə artmışdır. Sadəcə olaraq hərbi

məqsədlərə ayrılan vəsaitin həcminə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. On il bundan əvvəl bizim hərbi

xərclərimiz heç 200 milyon dollara çatmırdısa, bu gün bu xərclər 3 milyard dollardan artıqdır. Müqayisə üçün

deyə bilərəm ki, Azərbaycanda hərbi xərclər Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Bu,

əlbəttə ki, ölkəmizin gücünü göstərir, eyni zamanda, orduya göstərilən diqqətin təzahürüdür.

Hərbçilərin məişət problemləri də həllini tapır, maaşlar artırılır və 20 il orduda qüsursuz xidmət edən

hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi infrastruktur yaradılır. Mənim göstərişimlə bu gün

ölkəmizin bütün bölgələrində yeni bazalar, hərbi hissələr, şəhərciklər tikilir. Eyni zamanda, hərbçilərin məişət

və xidmət problemləri də yüksək səviyyədə həll olunur. Hərbi infrastrukturun yaradılması prosesi bundan sonra

da davam etdiriləcək, hələ görüləsi işlər çoxdur. Ancaq deyə bilərəm ki, qısa müddət ərzində çox böyük işlər

görülüb. Hərbçilər də bunu yaxşı bilirlər, mən də mütəmadi surətdə hərbi hissələrdə olarkən bunu öz gözümlə

görürəm və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Bir sözlə, ordumuzun döyüş qabiliyyəti,

vətənpərvərlik ruhu yüksək səviyyədədir, maddi-texniki təchizat ən yüksək səviyyədədir. Hərbçilərin məişət

problemləri həll olunur, hərbi infrastruktur yaradılır.

Page 131: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

131

Qeyd etməliyəm ki, son illər ərzində Azərbaycan hərbi potensialını böyük dərəcədə artıra bilmişdir.

Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti

baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və

texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il bundan

əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlamışdır. Bu gün Azərbaycanda

minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz haldır.

Beləliklə biz idxaldan asılılığımızı böyük dərəcədə azaltmışıq. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı

qüvvəyə malik olan müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Ordumuz üçün lazım olan

qalan bütün ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Biz hətta hərbi

məhsullarımızı ixrac etməyə başlamışıq. Azərbaycan dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz

məhsullarını nümayiş etdirir. Artıq Bakıda da beynəlxalq sərgi keçirilmişdir ki, bu da ölkəmizin hərbi

potensialının göstəricisidir.

Qeyd etdiyim kimi, ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq.

Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, belə də olmalıdır. Ancaq müasir dünyada gedən

proseslər, qanlı toqquşmalar, müxtəlif regionlarda yaranan hərbi münaqişələr diktə edir ki, hətta müharibə

şəraitində olmayan ölkələr də hərbi və ordu quruculuğunu prioritet kimi qəbul etsinlər.

Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Uzun illər bu ədalətsizlik davam

edir. 1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində

torpaqlarımız işğal altına düşmüşdür. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu

işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə

qalır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, erməni

silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr

icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya əfsuslar olsun

ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala

məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir.

Belə olan halda əlbəttə ki, ancaq və ancaq öz gücümüzə güvənməliyik və biz bunu edirik. Əlbəttə,

beynəlxalq təşkilatların sənədləri, qətnamələri, qərarları bizim siyasi, diplomatik imkanlarımızı artırır. Bu gün

heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur.

Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır. Bu hüquqi baza, eyni zamanda,

tarixi ədalət üzərində qurulubdur. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan

xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki,

bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi

Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan

xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da

qayıtmalıyıq və qayıdacağıq.

Bugünkü dünyada güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu,

reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var

və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir daha

qeyd etmək istəyirəm ki, bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT

Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir. Bizə gəldikdə isə 20 il keçibdir, bu

qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real

vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə,

Azərbaycan xalqının istedadına arxalanmalıyıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz

həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa

varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin

torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi

torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq.

Biz münaqişəni tezliklə, ədalətli və öz xeyrimizə həll etmək üçün daha da güclü olmalıyıq. Biz güclü

dövlət qururuq. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır. Baxın, bütün bölgələrdə,

bütün regionlarda qanlı toqquşmalar, münaqişələr, vətəndaş müharibələri, siyasi və iqtisadi böhranlar hökm

sürür. Azərbaycan isə inkişaf, sabitlik adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil

siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir. Biz güclü iqtisadiyyat qurmuşuq və bu gün iqtisadi inkişaf

baxımından heç bir ölkə Azərbaycan ilə müqayisə oluna bilməz. Son on il ərzində bizdə olan iqtisadi inkişaf

templəri heç bir başqa ölkədə heç vaxt olmamışdır. Bu gün Azərbaycan uğurlu iqtisadi inkişafını davam etdirir.

Page 132: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

132

Bu, bizə imkan verir ki, müstəqil siyasət aparaq. Əgər bizim iqtisadiyyatımız başqa ölkələrdən, yaxud da ki,

beynəlxalq maliyyə institutlarından asılı olsaydı, əlbəttə, başqa ölkələrin iradəsini bizə diktə edə bilərdilər. Bu

gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. Əgər belə cəhdlər olursa, biz bu cəhdlərin qarşısını

qətiyyətlə alırıq. Azərbaycan dövləti öz yolu ilə gedir. Bu yol müstəqillik və inkişaf yoludur. Azərbaycan xalqı

öz taleyinin sahibidir. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi inkişaf yolundan döndərə

bilməz. Ona görə ki, iqtisadi inkişaf bizim uğurlu inkişafımızın, müstəqilliyimizin əsas təminatçısıdır.

Təmas xəttindəki vəziyyətlə hərbçilər yaxından tanışdırlar. Azərbaycan ictimaiyyəti də bunu bilir. Deyə

bilərəm ki, son bir il ərzində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü əldə edibdir. Keçən ilin yayında

Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı,

düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən

çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində

çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman

münaqişə öz həllini tapar, sülh yarana bilər.

Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə,

bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb.

Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə

qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün

Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar

əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat

Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.

Əziz hərbçilər, biz 24 ilə yaxındır ki, müstəqillik şəraitində yaşayırıq. Müstəqillik bizim ən böyük

sərvətimiz, ən böyük dəyərimizdir. Əsrlər boyu Azərbaycan xalqı, bizim əcdadlarımız müstəqillik eşqi ilə

yaşamışlar. Ancaq bu xoşbəxtlik bizə nəsib olub.

Bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Azərbaycanda xalqla iqtidar

arasındakı birlik ən yüksək səviyyədədir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə

gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir. Azərbaycanda gözəl ictimai ab-hava var. Bu, doğrudan da

nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir.

Bizim əvvəllər də enerji resurslarımız var idi. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan nefti

dünya neftinin 50 faizini təşkil edirdi. Ancaq o sərvət, o nəticələr harada idi?! Çünki o resurslar bizə məxsus

deyildi. Ancaq müstəqillik illərində biz böyük nəticələrə nail ola bilmişik.

Bizim xalqımız azaddır, müstəqildir. Biz öz həyatımızı özümüz qururuq, heç kimdən asılı deyilik. Bizim

müstəqilliyimiz sadəcə olaraq dövlət atributları ilə ölçülmür. Biz müstəqil siyasət aparırıq, bütün beynəlxalq

tribunalarda sözümüzü deyirik, bütün beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyimizi ifadə edirik. Bəzi

hallarda bu, bizi istəməyən xarici qüvvələri, dairələri qıcıqlandırır. Ancaq mənim üçün bunun heç bir

əhəmiyyəti yoxdur. Əsas məsələ Azərbaycan xalqının təhlükəsizliyi, rifahı, Azərbaycan dövlətinin inkişafı və

güclənməsidir.

Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir. Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim

əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da

nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaqdır. Hər bir Azərbaycan vətəndaşı bu

müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır.

Əziz hərbçilər, sizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm,

sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Xalq qəzeti.- 2015.- 26 iyun.-№ 136.- S.1-3.

Page 133: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

133

Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin

nümayəndələri və xarici tərəfdaşlarla görüş keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(29 iyun 2015-ci il)

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan

idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan

məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

-Hörmətli Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikki.

Hörmətli xanımlar və cənablar.

Əziz idmançılar.

Bakıda birinci Avropa Oyunları uğurla başa çatıb. Bu münasibətlə mən sizi və bütün Azərbaycan xalqını

ürəkdən təbrik edirəm.

Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir

ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona

görə ki, Avropada başqa qitələrdən fərqli olaraq heç vaxt qitə oyunları keçirilməmişdir.

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitələrinin qərarı ilə birinci Oyunların keçirilməsi qərarı

qəbul edilmişdir və bu şərəfli missiya bizim üzərimizə düşmüşdür. Bu qərara görə, bu qərarın qəbul edilməsində

iştirak etmiş bütün insanlara və ilk növbədə Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikkiyə öz

adımdan və bütün Azərbaycan xalqı adından bir daha minnətdarlığımı bildirmək istəyirəm. Məhz cənab Patrik

Hikkinin təşəbbüsü ilə bu Oyunlar baş tutdu. Bu Oyunların keçirilməsində iştirak etmiş bütün insanlara bir daha

öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərardan sonra Azərbaycanda gərgin iş başlamışdır. Təşkilat Komitəsi, Beynəlxalq Əməliyyat

Komitəsi yaradılmışdır. Hamımız yaxşı dərk edirdik ki, bu Oyunları yüksək səviyyədə keçirmək üçün gərək

bütün ictimaiyyət, bütün Azərbaycan vətəndaşları buna fəal dəstək olsunlar. Belə də oldu. Məşəlin qarşılanması

mərasimlərində iki milyona yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Bu böyük ictimai dəstək bizə güc və

inam verdi ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirək.

Yadımdadır, qərar qəbul olunandan sonra mən xalqa müraciət etdim və xalqı təbrik etdim. Eyni zamanda,

dedim ki, biz çalışacağıq bu Oyunları ən yüksək səviyyədə keçirək. Şadam ki, bu, belə də oldu. Doğrudan da

birinci Avropa Oyunları tarixdə həm də ona görə qalacaq ki, bu Oyunlar ən yüksək dünya səviyyəsində

keçirilmişdir.

Bu Oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxtımız var idi. Təsəvvür etmək çətin deyil ki, biz nə

qədər gərgin iş gördük. Gərgin şəraitdə, vaxt azlığı. Əlbəttə ki, bu böyük məsuliyyət bizim üzərimizdə idi.

Avropa Oyunlarının standartları o vaxt mövcud deyildi. Əslində, Oyunların standartlarını biz birlikdə

Azərbaycanda yaratdıq və bu, ən yüksək standartlardır.

Məşəlin alovlandırılması mərasimi də çox yaddaqalan oldu. Mən bir daha Avropa Olimpiya

Komitələrinin prezidenti cənab Hikkiyə minnətdaram ki, onun və Avropa Olimpiya Komitələrinin qərarı ilə

gələcək Oyunların məşəli məhz Azərbaycanda, Bakıda Atəşgah məbədində yandırılacaqdır.

Oyunların hazırlanmasında Beynəlxalq Əməliyyat Komitəsinin - BEGOC-un rolunu yüksək

qiymətləndirirəm. Orada işləyən peşəkar insanlar əlbəttə ki, öz təcrübələrini, biliklərini Azərbaycana

gətirmişlər, bizimlə bölüşmüşlər. Onlarsız bu Oyunları bu səviyyədə keçirmək mümkün olmayacaqdı.

Bilirəm ki, onlar da bu aylar, illər ərzində Azərbaycanı ürəkdən sevmişlər. Azərbaycanın bütün

imkanlarını, xalqın əhval-ruhiyyəsini və ölkəmizdə gedən müsbət prosesləri görərək onlar bizim xalqımıza,

dövlətimizə çox bağlı oldular. Əminəm ki, bu xatirələr onların qəlbindən heç vaxt silinməyəcək. Çünki onların

həyatlarının bir hissəsi Azərbaycanda keçibdir. Əminəm ki, biz gələcəkdə də onlarla tez-tez görüşəcəyik.

Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi

onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı

Page 134: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

134

var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi

kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə

böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük

əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla,

ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan

qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər

haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu

Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir.

Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər

olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər.

Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin

çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu

bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də

geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz

buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı.

Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək

qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu

səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin

idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən

önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas

şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, - baxmayaraq bölgədə, dünyada, bizim

qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, - nədir bunun sirri?

Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi,

xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə,

imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır.

Əlbəttə, bu gün mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu

Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz

bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə

qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə

imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani

potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar

arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik – məhz budur bizim uğurlarımızın əsas

şərtləri.

Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad

tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü

göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da

özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr

həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz

mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-

ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal

hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə

qadirik.

İdmançıların uğurlarına qayıdarkən bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki onların qələbələri bu

Oyunları daha da böyük zirvəyə qaldırdı. Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə

ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə

heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan

dövlətinin qələbəsidir. Əziz idmançılar, mən sizi öpürəm, bağrıma basıram. Sağ olun.

Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur

ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın

birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq.

Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli

gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz

haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il

ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.

Page 135: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

135

İdman hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər idmanda böyük nəticələri əldə edən ölkələrin

siyahısına baxsanız,- bu Oyunlar da bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq hərtərəfli

cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir hallarda

böyük idman nəticələri olur.

İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir

ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli

Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki,

dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu

dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.

Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan

inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır. Bu yolda bütün

Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram.

Xalq qəzeti.- 2015.- 30 iyun.-№ 138.- S.4-6.

Page 136: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

136

“Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub:

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər:

Prezident İlham Əliyevin çıxışı

(9 iyul 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki

Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub.

“Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram.

Bu gün “Milan Expo”da Azərbaycan milli günüdür. Bu gün bizimlə bərabər olduğunuza görə sizə

minnətdaram. Fürsətdən istifadə edərək İtaliya hökumətini “Milan Expo”nu yüksək səviyyədə təşkil etdiyinə

görə ürəkdən təbrik edirəm.

Qeyd etməliyəm ki, Azərbaycan bu sərgidə 2000-ci ildən iştirak edir. Ancaq bu il ilk dəfədir ki, biz

sərgidə milli pavilyonumuzla təmsil olunuruq. Bir qədər bundan əvvəl pavilyonla tanış oldum. Burada deyildiyi

kimi, pavilyon həm memarlıq, daxili dizayn, tərtibat baxımından zövq oxşayır, yüksək səviyyədədir və

ölkəmizlə tanış olmaq üçün çox gözəl imkanlar yaradır.

Pavilyonda Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti, ölkəmizə

dair kitablar nümayiş etdirilir və bunlar qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvür yaradır.

Azərbaycan qədim diyardır. Çox zəngin mədəniyyətə, tarixə, memarlıq abidələrinə malikdir. Ancaq

müstəqil ölkə kimi bizim cəmi 24 yaşımız var. Ona görə ölkəmizi dünyada, Avropada tanıtmaq üçün müxtəlif

tədbirlər keçirilir. Onların içərisində “Milan 2015” əlbəttə ki, xüsusi yer tutur. Eyni zamanda, bizim

pavilyonumuzda bugünkü Azərbaycan reallıqları da əksini tapıb.

Azərbaycan dinamik sürətlə inkişaf edən, dünyaya açıq olan ölkədir, Şərq ilə Qərb arasında yerləşir.

Həm coğrafi, həm siyasi, həm mədəni baxımdan Şərq ilə Qərb arasındakı bir körpüdür. Əsrlər boyu

Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi, sülh, əmin-amanlıq şəraitində

yaşamışlar. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir. “Milan

Expo”nun mövzularından biri də məhz multikulturalizmdir.

Eyni zamanda, digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içərisində ərzaq təhlükəsizliyi bu

gün dünya gündəliyinin əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli

addımlar atmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə

etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. FAO-nun

hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı

düşmüşdür. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb.

Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bir neçə il bundan əvvəl biz 155 ölkənin

dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu, bizim ölkəmizin beynəlxalq nüfuzunu göstərir.

Ölkəmizdə aparılan iqtisadi islahatlar bu gün imkan verir ki, biz çoxşaxəli iqtisadiyyata malik olaq. Son illər

ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu

gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri

açılmışdır. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun

cəmi 10 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən ölkələrin iqtisadi cəhətdən

rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Yəni, bu, gənc müstəqil dövlət

üçün böyük göstəricidir.

Əlbəttə ki, ölkə qarşısında duran məsələlər var. Biz onları həll edirik. Ancaq son illərdə atdığımız

addımlar və əldə edilən nailiyyətlər deməyə əsas verir ki, qarşıda duran məsələlər də uğurla icra ediləcək. Bir

sözlə, bu gün Azərbaycan dünyaya açıq, müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən möhkəm dayaqları olan

bir ölkədir.

Bu gün İtaliyada olarkən İtaliya-Azərbaycan əlaqələri haqqında bir neçə kəlmə demək istəyirəm. Bu

əlaqələr bu gün ən yüksək səviyyədədir. İtaliya bizim üçün yaxın dost, tərəfdaş ölkədir. İtaliya-Azərbaycan

Page 137: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

137

əlaqələrinin müxtəlif aspektləri inkişaf edir, ilk növbədə, siyasi əlaqələr. Düz bir il bundan əvvəl iyul ayında

mən İtaliyada növbəti dəfə rəsmi səfərdə olarkən iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə

Bəyannamə qəbul edilmişdir. Yəni, strateji tərəfdaşlıq iki ölkə arasındakı əlaqələrin ən yüksək zirvəsidir. Bu

gün biz bu əlaqələri belə görürük və siyasi əlaqələr möhkəmlənir.

Mən bu gün buradan Romaya yola düşürəm. Romada İtaliya rəhbərləri ilə mənim görüşlərim olacaq.

Siyasi əlaqələr, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Onu da qeyd etməliyəm ki, İtaliya

Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu da çox əlamətdar haldır. Bu, bizi sevindirir. Çünki İtaliya

bizim üçün çox yaxın ölkədir və Azərbaycan əhalisi İtaliyaya çox böyük sevgi ilə, rəğbətlə yanaşır.

Azərbaycanda olan, işləyən, yaxud da turist kimi gələn italyanlar əlbəttə ki, bunu hiss edirlər.

Bizim iqtisadi əməkdaşlığımız dərinləşir. Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət

göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Bu gün Azərbaycan və

İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan “Cənub” qaz dəhlizinin icrası ilə birgə

məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. Üç min kilometrdən

çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət

rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki,

biz “Cənub” qaz dəhlizini vaxtında icra edək. Beləliklə, bundan sonra uzun illər, onilliklər ərzində İtaliya və

Azərbaycan, o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaq. Bir sözlə, bizim ikitərəfli

əlaqələrimiz sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı üçün çox gözəl imkanlar var.

İki ay ərzində artıq bir milyondan çox qonaq Azərbaycan pavilyonunda ölkəmizlə tanış olmuşdur. Bu,

özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, ölkəmizə çox böyük maraq var və bu maraq qarşılıqlıdır.

Burada qeyd edildi ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunları bir neçə gün bundan əvvəl başa

çatmışdır. Başqa qitələrdən fərqli olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdi. Onu da qeyd etməliyəm ki,

bu Oyunların keçirilməsi haqqında qərar məhz İtaliyada verilmişdir. 2012-ci ilin dekabr ayında Romada Avropa

Olimpiya Komitəsi bu qərarı verdi və bu şərəfli missiya bizim üzərimizə düşdü. Azərbaycan bu Oyunları ən

yüksək səviyyədə təşkil etdi və keçirdi. Bu, doğrudan da böyük idman və dostluq bayramı olmuşdur. İtaliya

komandası yarışlarda çox böyük nəticələr əldə etmişdir. Mən bu qələbələr münasibətilə sizi ürəkdən təbrik

etmək istəyirəm.

Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək və bu, bir daha

mənim sözümü təsdiqləyir. Çünki Azərbaycan həm Avropaya yaxın olan bir ölkədir, Avropa təşkilatlarının

üzvüdür və bu təşkilatlarında çalışır, eyni zamanda, müsəlman aləminin tərkib hissəsidir. Biz öz siyasətimizlə

çalışırıq ki, sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoqu gücləndirək. Hesab edirəm ki, İtaliyanın

və Azərbaycanın bu sahədə gördüyü işlər təqdirəlayiqdir və biz öz səylərimizi bundan sonra da gücləndirəcəyik.

Bu sərgidə Azərbaycan çalışdı ki, öz imkanlarını ortaya qoysun. Dediyim kimi, bir milyondan çox insan

artıq pavilyonumuzla tanış olmuşdur. Amma ən yaxşı tanışlıq əlbəttə ki, Azərbaycanı görməkdir. Mən sizi,

bizim dostlarımızı Azərbaycana dəvət edirəm. Ölkəmizə gəlin və siz görəcəksiniz ki, Azərbaycanda italiyalılara

çox böyük rəğbət var.

Əziz dostlar, bizimlə bərabər olduğunuza görə sizə bir daha minnətdaram. İtaliya xalqına yeni uğurlar,

qələbələr və xoşbəxtlik arzu edirəm. Sağ olun.

Xalq qəzeti.- 2015.- 10 iyul.-№ 147.- S.1-2.

Page 138: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

138

Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(11 iyul 2015-ci il)

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan

ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Hörmətli Şeyx həzrətləri.

Hörmətli din xadimləri.

Hörmətli mərasim iştirakçıları.

İlk növbədə, sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə

ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan ailəsinə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Bizim mübarək Ramazan ayında görüşlərimiz ənənəvi xarakter daşıyır. Bu ənənəni ulu öndər Heydər

Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə yaşayır və yaşayacaqdır. Əslində bu, din-dövlət münasibətlərinin

çox gözəl təzahürüdür. Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf

edir. Bu, hər bir ölkə üçün önəmli məsələdir. Bizim amalımız birdir. Bizim amalımız Azərbaycanı inkişaf

etdirmək, Azərbaycan xalqının maraqlarını müdafiə etmək və Azərbaycanı daha da güclü dövlətə çevirməkdir.

Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri vardır. Əgər 1993-cü ildə

Azərbaycan xalqı onu hakimiyyətə dəvət etməsəydi, Azərbaycanın taleyi çox ağır ola bilərdi. Əslində

müstəqilliyimizin ilk illəri bunu əyani şəkildə göstərmişdir. Məhz onun qətiyyəti, siyasəti, cəsarəti, müdrikliyi

nəticəsində Azərbaycan ağır sınaqlardan üzüağ çıxmışdır, inkişaf yoluna qədəm qoymuşdur və bugünkü

Azərbaycan reallıqları məhz o illərdə başlanmışdır.

Şeyx həzrətləri nəinki Azərbaycanda, Qafqazda, dünya miqyasında din xadimi kimi böyük rəğbətə malik

olan bir şəxsiyyətdir. Əlbəttə ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığı, şeyx həzrətlərinin din aləmində

bacarığı, dünyagörüşü, müasirliyi bugünkü Azərbaycanın reallıqlarını 1990-cı illərin ortalarında mümkün

etmişdir. Bu gün din-dövlət münasibətləri, o cümlədən mənimlə şeyx həzrətləri arasındakı münasibətlər

dostluğa söykənir. Bir daha demək istəyirəm ki, Azərbaycanın inamlı, uğurlu inkişafı çox möhkəm təməl

üzərində qurulubdur.

Əlbəttə ki, iqtisadi inkişafımız bizi sevindirir. Bu da düşünülmüş siyasətin nəticəsidir. Beynəlxalq

nüfuzumuz kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan dünya miqyasında böyük dəstəyə və hörmətə malik

olan bir ölkədir. Ancaq möhkəm təməl olmasaydı, biz bu nailiyyətlərə çata bilməzdik. Düşünülmüş siyasət,

xalqla iqtidar arasındakı birlik, din-dövlət münasibətlərinin möhkəm təməl üzərində qurulması bizim

uğurlarımızın əsas şərtidir.

Bu gün Azərbaycan müstəqil dövlət kimi ən yüksək zirvələrə çatıb. Əgər tarixə nəzər salsaq görərik ki,

Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamamışdır, Azərbaycan heç vaxt indiki kimi güclü olmamışdır.

Bu uğurlar cəmi 24 il ərzində qazanılıb. Özü də müstəqilliyin ilk illəri acınacaqlı və fəlakətli illər idi. Dünyada

200-dən çox ölkə var. Onların hamısı müstəqildir. Ancaq bir çox hallarda bu müstəqillik ya yarımçıqdır, ya da

şərti xarakter daşıyır. Biz isə sözün əsl mənasında müstəqil dövlətik, bununla fəxr edirik, hər bir vətənpərvər

Azərbaycan vətəndaşı bununla fəxr edir.

Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayır.

Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə,

humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni

zamanda, Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır.

Azərbaycanda İslam dini ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən

nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən qonaqlar gəlir. Yəni, budur bugünkü Azərbaycanın

reallıqları. Dövlət bu istiqamətdə öz səylərini göstərir və göstərəcək.

Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilibdir. Bibiheybət,

Təzəpir, Əjdərbəy məscidləri, 743-cü ildə tikilmiş, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı

məscidi, “İmamzadə” Dini Kompleksində indi əsaslı təmir-bərpa işləri aparılır. Əlbəttə ki, keçən ilin sonlarında

Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi.

Page 139: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

139

Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim

ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel

ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki

Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim,

şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək,

ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola

bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail

ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm.

Səudiyyə Ərəbistanında səfərdə olarkən mən İslam Əməkdaşlıq Təşkilatını da ziyarət etdim. Azərbaycan

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın baş katibi ilə görüşüm, çox məqamlar ətrafında

apardığım fikir mübadiləsi bir daha göstərir ki, Azərbaycan bu təşkilatın fəal və dəyərli üzvüdür. May ayında isə

İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəni Azərbaycanda səfərdə idi və Bakıda keçirilmiş

Sivilizasiyalararası Dialoq Forumunda çıxışında Azərbaycanda dini məsələlərin nə qədər yüksək səviyyədə həll

olunduğunu xüsusilə qeyd etmişdir. Ümumiyyətlə, bütün müsəlmanları birləşdirən təşkilatın rəhbərinin

Azərbaycan, ölkəmizin reallıqları haqqında sözləri əlbəttə ki, böyük qiymətə malikdir. Qeyd etməliyəm ki, may

ayında keçirilmiş tədbirdə UNESCO-nun, İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun baş katibləri və digər

qonaqlar iştirak etmişlər. Onların iştirakı əslində Azərbaycanda bu sahədə görülən işlərə verdikləri yüksək

qiymətdir. Bizim üçün bu, adi hala çevrilib. Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası

münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə

nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar,

müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx

həzrətlərinin sözləri ilə razıyam ki, bugünkü dünyada proseslər daha çox mənfi istiqamətdə gedir. Biz bir il

bundan əvvəl bu salonda toplaşmışdıq. Görün, bu bir il ərzində dünyada nə qədər böyük təhlükələr yarandı,

hansı ki, bir il bundan əvvəl onlar haqqında heç söhbət aparılmırdı.

Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir.

Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki,

multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana

baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx

həsrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi

qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm

Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur, normal həyat tərzi, budur,

normal siyasət.

Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç

vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq

toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani

şəkildə göstərir.

Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək inkişafımız

uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun. Əgər hər yerdə belə olarsa, o zaman dini

zəmində qarşıdurmalar da olmayacaq, qan tökülməyəcək və insanlar yaradıcılıqla məşğul olacaq, öz həyatlarını

quracaq, ailələrinə diqqət yetirəcəklər. Ona görə Azərbaycanda multikulturalizmlə, dinlərarası dialoqla bağlı

keçirilən tədbirlərin çox böyük mənası var.

Azərbaycan nümunəvi bir ölkədir. Onu Azərbaycana gələn hər bir qərəzsiz qonaq görür və etiraf edir.

İstənilən sahədə - şəhərimizin gözəlliyi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial ədalət, din-dövlət münasibətləri,

dinlərarası dialoq, imkanlarımız və Avropa Oyunlarının keçirilməsi bizim potensialımızı bütün dünyaya

göstərdi. Biz bu potensialı bilirdik. Biz bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri bunu bilmək, görmək istəmirlər,

ağa qara deyirlər, bizə şər, böhtan atırlar. Bizim heç kimlə işimiz yoxdur, öz həyatımızı qurmuşuq, heç kimə də

heç bir məsələni diktə etmirik. Ancaq heç vaxt imkan vermərik ki, hansısa bir kənar qüvvə bizə diktə etsin. Biz

müstəqil ölkəyik, ləyaqətli ölkəyik. Azərbaycan xalqının taleyi onun öz əlindədir. Ona görə Azərbaycana gələn

qərəzsiz, xoşniyyətli insanlar bu reallıqları görürlər. Biz ölkə daxilində bütün əsas məsələləri həll etmişik.

Əlbəttə ki, sosial problemlər var, torpaqlarımız işğal altındadır, qaçqınların bir hissəsi hələ ki çox ağır

vəziyyətdə yaşayır, ancaq onların problemləri həll olunur. Bu, qarşımızda duran problemlərdir, biz onları həll

edəcəyik, o cümlədən Dağlıq Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Bunun başqa yolu yoxdur. Azərbaycan heç bir başqa variantla heç vaxt razılaşmayacaq.

Ancaq biz digər sahələrdə, - sosial ədalət, iqtisadi inkişaf, dinlərarası dialoq, - artıq bütün lazımi tədbirləri

görmüşük ki, bax, bu möhkəm təməl qurulub. Biz istəyirik ki, dünyada da belə olsun. Biz istəyirik ki, ölkələr

Page 140: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

140

arasındakı əlaqələr əməkdaşlıq üzərində qurulsun. Rəqabət üzərində qurulmasın, xoş niyyət üzərində qurulsun.

Biz öz işlərimizi bu istiqamətdə davam etdirəcəyik.

Bir məsələni də vurğulamaq istəyirəm, milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz

çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni

zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini,

millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan

insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə

olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı

bilirik. Nə qədər gücüm varsa mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki,

kimsə öz iradəsini Azərbaycana diktə etsin.

Azərbaycan gəncləri vətənpərvərdir, biliklidir, savadlıdır. Birinci Avropa Oyunları bunu bir daha

göstərdi. Bu Oyunlarda iyirmi minə yaxın könüllü iştirak etmişdir. Onlar təmənnasız iştirak etmişlər, gecə-

gündüz, səhərdən axşama qədər çalışmışlar. Azərbaycan gəncliyi budur. Bilikli, xarici dili bilən, savadlı,

peşəkar, mədəni, gözəl gənclərdir. Onların hər birinə artıq mənim adımdan və Avropa Oyunlarının Təşkilat

Komitəsinin sədri Mehriban Əliyevanın adından təşəkkürnamə sertifikatı verilməyə başlanmışdır. Onlar buna

layiqdirlər. Bizim gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər, eyni zamanda, savadlı, bilikli

olmalıdırlar.

Bu gün dünyada terrorizm, ekstremizm, radikalizm meyilləri baş alıb gedir. Hər yerdə - Yaxın Şərqdə,

Avropanın özündə, müxtəlif yerlərdə. Bunun təzahürləri fərqli ola bilər. Ancaq mahiyyət etibarilə bu, necə

deyərlər, bir anlayışdır. Buna qarşı ən gözəl sığorta, ən gözəl sədd təhsildir. Bilikli, savadlı insan çox nadir

hallarda yolunu aza bilər. Savadsız insanların beynini zəhərləmək asandır. Ona görə bizim gənclər savadlı,

biliklidirlər. Biz bunu təqdirlə qeyd edirik və bizim siyasətimiz bundan sonra bu istiqamətdə davam etdiriləcək.

Burada həm dövlət qurumları, həm dini qurumlar yenə də bir yerdə olmalıdır. Azərbaycanda həm ali, həm orta

məktəblərdə, eyni zamanda, dini təhsil yüksək səviyyədə olmalıdır. Azərbaycan dövləti bu istiqamətdə bütün

lazımi tədbirləri görür və görəcəkdir.

Bir sözlə, əziz dostlar, bugünkü iftar məclisində biz bir daha ürək sözlərimizi ifadə edirik. Ölkəmizin

gələcəyi ilə bağlı fikirlərimizi bildiririk. Qeyd etməliyəm ki, mən Azərbaycanın gələcəyini çox parlaq görürəm.

Çünki biz haqq yolundayıq, ədalət yolundayıq. Azərbaycanda ictimai-siyasi vəziyyət çox sabitdir. Xalqla iqtidar

arasındakı birlik bizi daha da gücləndirir. Heç bir qüvvə bizim uğurlu yolumuza təsir edə bilməz.

Bütün dünya müsəlmanlarını qarşıdan gələn mübarək bayram münasibətilə bir daha təbrik edirəm.

Xalq qəzeti.- 2015.- 14 iyul.-№ 150.- S.4-5.

Page 141: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

141

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi

inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

(13 iyul 2015-ci il)

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin

2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası

keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

- Bu gün biz ənənəvi olaraq ilin altı ayının yekunlarını müzakirə edəcəyik. Bəri başdan demək istəyirəm

ki, yekunlar çox müsbətdir. Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki,

altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. Ona görə ki, bu gün biz dünyanın müxtəlif yerlərində çox

xoşagəlməz prosesləri müşahidə edirik. Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı

toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və

bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda, biz mənəvi böhranın təzahürlərini də görürük

və bu, bizi çox narahat edir.

Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə

sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu

istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla

bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir.

Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar

edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə

dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına

üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda

yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır.

Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə

Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə

olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə

bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün

beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam

etdiririk.

Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli

sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud

da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə

maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də əlbəttə ki, bizim üçün ən önəmli yerdədir.

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki

həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət, o cümlədən mənəvi dəyərlər

üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda əlbəttə ki,

bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və

seçəcəyik.

MDB məkanında vəziyyət gördüyünüz kimi, o qədər də ürəkaçan deyil. Bir çox ölkələr böhranla bacara

bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın

kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki,

Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında

bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik

enerjisi də, yanacaq da həmçinin. Yəni, bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir.

Belə bir mənzərə yaranıb. Yunanıstan böhranı hələ ki, davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib.

Əlbəttə, biz bilirik ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılmışdır və həddindən artıq borclanma

getmişdir. Bunun da səbəbi yəqin ondan ibarətdir ki, siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə

yanaşmırdılar. Mən həmişə demişəm və bu gün də deyirəm, Azərbaycanda xarici dövlət borcumuz minimum

səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə

bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər.

Page 142: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

142

Ona görə Yunanıstanla bağlı vəziyyət əlbəttə ki, bu səbəblərdən qaynaqlanır. Eyni zamanda, biz görürük

ki, Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə

olaraq, alçaldırlar. Xalqı, dövləti alçaldırlar. Bax, budur, bugünkü reallıqlar.

Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya

inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz

necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox?

Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da

kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O

illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə

alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək

olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da

yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi,

erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik.

Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki,

Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli

şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət.

Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif

edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o

cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə

deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç

yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq

bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi.

Bax, dediyim bu mənzərənin fonunda bizim uğurlarımız doğrudan da tarixi xarakter daşıyır. Altı ay

ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki,

qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf

edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir.

Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut

edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni,

bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox

artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin,

tədbirlərin nəticəsidir.

Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı

üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər

ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur.

Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir və bu birinci 6

ayda xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil

edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki,

Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.

Birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir.

Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki,

bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu,

statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan

bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb.

Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu

daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində

olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni

çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş

yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür.

Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz

büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir

neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial

proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan

vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında

fikirləşirik.

Page 143: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

143

Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur,

normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun

hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir,

insanlar da bu müsbət dəyişiklikləri görürlər.

Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz

azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan

artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150

manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız.

Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan

çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni, bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş

yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir

kənddə insanlar normal tibbi xidmətə malik olsunlar.

Yəni, sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə

Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq

üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı,

işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının

inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının

inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır.

Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə indi 30 sentner götürmüşük. Dövlətin

dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür,

strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm

məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək. Mən bu barədə

fikirlərimi bir qədər sonra deyəcəyəm.

Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il

Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər

görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki,

silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün

Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır.

Bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, biz vaxtilə nə qədər düzgün addımlar atmışıq.

Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu,

xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə, hərbi güc

gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları

sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları

dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc

amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu

quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə

şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan

sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq

məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi,

psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye

ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə

də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura

rejimidir.

Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan

və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına

Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim

torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları,

ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə

bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada

yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz

bu istiqamətdə bütün hazırlıq işlərini görürük.

Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə

təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya

aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə

Page 144: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

144

demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk

növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor

siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran

konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan

ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş

qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf

etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının

himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər.

Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli

mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib.

Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim

iradəmizə təsir edə bilməz. Ancaq görün və Azərbaycan xalqı bir daha görsün ki, nə qədər bunlar şərəfsiz

hərəkətlər edirlər. Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamenti anti-Azərbaycan qətnaməsini

müzakirəyə çıxarıb və çalışıb ki, bu qətnamə qəbul edilsin. Baxmayaraq ki, Avropa Parlamentinin sədri Şults,

onun müavini Lunaçek və onların əlaltıları qatı anti-Azərbaycan mövqeyindədirlər və Azərbaycanı düşmən

seçiblər, ancaq bu qətnamə keçmədi, 136 deputat lehinə, 136 deputat əleyhinə səs verdi. Əslində bu, Şultsun,

Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Əgər bunlarda bir balaca vicdan varsa, ondan sonra istefa

verməli idilər. Gördülər ki, bu, keçmir, bəs nə etməli? Almaniya Bundestaqı Oyunların açılışı günündə - iyunun

12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual

olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın

ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi

başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan

heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada

fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq.

Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə

qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna

imkan vermərik. Ancaq mən nəyi demək istəyirəm, bax, budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır,

barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa

Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli

olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran

qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər. Mənə deyirlər ki, bəzi idmançılar yarışları başa çatandan

sonra getmək istəmirdilər, axıra qədər qalmaq istəyirdilər. Bax, budur Azərbaycan və budur normal Avropa

vətəndaşları. Biz qabağa getmək istədik, gördük ki, bizi qəbul etmirlər, müsəlman olduğumuza görə, onlara baş

əymədiyimiz üçün, başqa səbəblərə görə. Ona görə biz dayanmışıq. İstəyərlər onlar bizə tərəf gələrlər.

Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul

edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz

düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər.

Bir sözlə, bax, budur bugünkü vəziyyət. Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim

problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən

əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik.

Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O

qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər,

Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq

olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik.

Page 145: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

145

Prezident İlham Əliyevin yekun nitqi

(13 iyul 2015-ci il)

- Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail

olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl

nəticələrlə başa vuraq. Əminəm ki, makroiqtisadi sabitlik də təmin olunacaq. Çünki bayaq dediyim kimi,

inflyasiya cəmi 3,5 faiz təşkil edir və ümumiyyətlə hesab edirik ki, birrəqəmli inflyasiya hər bir ölkə üçün gözəl

göstəricidir. Son illər ərzində bizdə inflyasiya çox aşağı səviyyədədir. Bu səviyyə əlbəttə ki, normal iqtisadi

inkişafı təmin edir və insanların rifah halını yaxşılaşdırır.

Dövlət investisiya proqramı icra edilir. Bu proqram çox konkret xarakter daşıyır. İnvestisiya proqramı

ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitədir. İlin sonuna qədər bütün lazımi infrastruktur

layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir.

Bu yaxınlarda müxtəlif bölgələrdə kənd yollarının tikintisi ilə əlaqədar müvafiq sərəncamlar

imzalanmışdır və yeni sərəncamlar da imzalanacaq. Kənd yollarının tikintisi üçün həm dövlət büdcəsindən, eyni

zamanda, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılmalıdır ki, ilin sonuna qədər bu proses sürətlə davam

etsin. Deyə bilərəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilmişdir və bu diqqət hesabına bir çox

kəndlərdə yeni yollar salınmışdır. Amma hələ elə kəndlər var ki, orada yollar bərbad vəziyyətdədir. Bizdə bütün

informasiyalar var. Mən bölgələrdə olarkən yerli icra orqanlarının nümayəndələri ilə bu məsələləri müzakirə

edirəm, göstərişlər verirəm. Onlar təkliflər verir və sonra bu təkliflər nəzərə alınır, məsələlər həllini tapır.

Qazlaşdırma davam etməlidir. Hər ay mənə məlumat verilir, hansı rayonda hansı kənd qazlaşdırılıb.

Demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Hesab edirəm ki, bu işlər daha da sürətlə aparılmalıdır.

Qazlaşdırma Azərbaycanda çox yüksək səviyyədədir. Amma çalışmalıyıq ki, bu sahəni mümkün qədər daha da

genişləndirək. Çünki buna böyük tələbat var.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki,

bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o

qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə

köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər,

transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır.

Bakıda da işlər davam edir. Baxmayaraq, bir neçə ildir ki, biz Bakıda təminatı artıq maksimum dərəcədə

həll etmişik. Ancaq əlbəttə ki, şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman

qurğuları yaradılır, “Ağ şəhər” kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almalıdır. Ona

görə, yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda

bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-

15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var.

Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə

ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək

səviyyədə olmalıdır.

İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki,

ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və

rayonlarımızda bu işlər aparılmalıdır.

Son illər ərzində görülən tədbirlər nəticəsində Bakıda içməli su ilə dayanıqlı, yəni, fasiləsiz təminat

əhalinin 78 faizini əhatə edir. Əlbəttə, əvvəlki dövrlə müqayisə etsək, bu, yaxşı göstəricidir. Ancaq bu göstərici

bizi heç cür qane edə bilməz. Bakı kimi gözəl, müasir şəhərdə 100 faiz təminat olmalıdır, 24 saat içməli su

olmalıdır. Bu, çox ağır məsələdir, çünki burada həm böyük investisiyalar olmalıdır, həm də texniki məsələlər

kifayət qədər mürəkkəbdir. Əlbəttə, investisiyalar ayrılır, texniki məsələlər də öz həllini tapır və çalışmalıyıq ki,

biz Bakını içməli su ilə tam şəkildə təmin edək. Bütün bölgələr üzrə hər bir rayon üçün xüsusi layihə var.

Dediyim kimi, bir çox rayonlarda başa çatıb, bəzi yerlərdə davam edir, yaxud da ki, hazırlıq işləri aparılır.

İçməli su ilə təminat əlbəttə ki, ilk növbədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Ancaq

bununla bərabər qeyd etməliyəm ki, digər qurumlar da bu işlərlə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər

Nazirliyi sutəmizləyici qurğuları quraşdırır. Məndə olan məlumata görə, bu il 90 min əhali təmin olunub, 48

məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq

bu qurğulardan istifadə edir. Bu proses davam etdirilməlidir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar

Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması davam edir. Hər il Prezidentin Ehtiyat Fondundan

xüsusi vəsait ayrılır, bu barədə sərəncam mətbuatda dərc edilir və o sərəncamda həm kənd əhalisinin bunu

Page 146: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

146

bilməsi, eyni zamanda, nəzarət üçün bütün kəndlərin adları göstərilir. Bu il kəndlərdə 300 quyu qazılmalıdır.

Onlardan 170-i artıq qazılıbdır və bu proqram artıq 630 min insanı əhatə edir. Beləliklə, “Azərsu” ilə bərabər,

ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi

sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə

qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması

üçün edirik və etməliyik.

Suvarma ilə bağlı layihələr. Artıq onların böyük hissəsi başa çatıb. Şəmkirçay, Taxtakörpü su anbarları

tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu

məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dəryaçasından

əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək.

Xızı rayonunda artıq kanallar tikilir. Taxtakörpüdən qidalanan torpaq sahələri müəyyən edilib və minlərlə

hektar torpaq sahəsi bu il artıq suvarılacaq və oradan biz yaxşı məhsul gözləyirik. Beləliklə, ərzaq

təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmli addımlar atılmış olur.

Bu il Tovuzçay su anbarının tikintisi başa çatıb. Bu da çox önəmli layihədir. İyirmi min hektar torpaqda

suvarma yaxşılaşdırılacaq və 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır.

Əlbəttə ki, bunlar bilavasitə kənd təsərrüfatı ilə bağlı olan işlərdir. Giriş sözümdə qeyd etdiyim kimi, kənd

təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu

yüksək tempi saxlamalıyıq.

Bütün lazımi tədbirlər görülüb – struktur islahatları aparılıb, müvafiq sərəncamlar imzalanıb. Biz öz

potensialımızdan maksimum dərəcədə istifadə etməliyik və əhalimizi 100 faiz səviyyəsində ərzaq məhsulları ilə

özümüz təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın

icrasını müzakirə edərək bu barədə xüsusi danışırıq. Bununla bərabər, biz ixrac bazarlarına çıxışı da əldə edirik.

Çünki dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa,

gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən

sonra əgər ixrac bazarlarına çıxmasaq artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün ilk

növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Digər tərəfdən, o bazarlarda bizim logistik imkanlarımız

olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyəm, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi

ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar.

Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi

əsas problem ola bilər. Biz buna hazır olmalıyıq.

Sənayeləşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən

xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye

artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma

qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları

yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4

rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu

göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi.

Biz, eyni zamanda, özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Bu sahədə də böyük irəliləyiş var

və tikinti materiallarını artıq ixrac etməyə başlamışıq. Bu istiqamətdə iş davam etdirilməli, ərzaq məhsulları ilə

yanaşı, tikinti materiallarının ixracı üçün yeni bazarlar aşkar edilməlidir.

İş yerlərinin yaradılması qeyd etdiyim kimi, daimi proses olmalıdır. Çünki bəzi başqa ölkələrdən fərqli

olaraq, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhali artır. Bu da, əlbəttə ki, insanların yaşayış

səviyyəsinin artması ilə bağlıdır. Belə olan halda iş yerləri daim diqqət mərkəzində olmalıdır. Bizdə hər il əhali

orta hesabla təxminən 100 min nəfər artır. Yəni, bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Biz bunu

nəzərə almalıyıq. Burada əlbəttə ki, düşünülmüş strategiya olmalıdır, bilirəm, müvafiq qurumlar, İqtisadiyyat və

Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər qurumlar bu strategiyanı işləyiblər. Bu,

daim diqqət mərkəzində olacaq.

Qeyd etməliyəm ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha

çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji

sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz

kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün

indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli

şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki,

fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu

Page 147: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

147

məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar

sinfi yaranıb.

Ancaq, eyni zamanda, əlbəttə ki, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa

tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial

məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların

sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola

bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam

şəkildə ödəməlidirlər. Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi.

Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait

əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir.

Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar

tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıbdır. Kapital qoyuluşu azalıbdır.

Mən giriş sözümdə qeyd etdim ki, son bir neçə il ərzində bəlkə ilk dəfədir, xarici sərmayə daxili

sərmayəni üstələyib. Nəyə görə? Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi

dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə

olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri

aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı -

sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf

qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir.

Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə

ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki

məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq

qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa

əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin

pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara

tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız

tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli

icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır,

buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və

mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu

gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər,

qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə

məşğul olan dərhal öz cəzasını alacaq.

Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun

ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu

edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və

nəticə çıxarsın.

Biz ilin sonuna qədər sosial infrastrukturun yaradılması ilə məşğul olacağıq. Göstəriş vermişəm ki,

məktəblərin, uşaq bağçalarının və tibb ocaqlarının tikintisinə əlavə vəsait ayrılsın.

Köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə lazımi tədbirlər görülür, həm Dövlət Neft

Fondunun xətti ilə vəsait ayrılır, yeni binalar tikilir, eyni zamanda, dövlət büdcəsində güzəştlər nəzərdə tutulub.

Bu məsələ daim diqqət mərkəzindədir. Çalışmalıyıq ki, köçkünləri gələcəkdə də maksimum dərəcədə tezliklə

yaxşı mənzillərə, evlərə köçürək. Bilirsiniz ki, hər il orta hesabla 20 min insan artıq yeni mənzillərə köçürülür.

Mən bir məsələni də bildirmək istəyirəm. Həm ictimaiyyət bilsin, həm də ki, burada artıq bu məsələ uzun

müddətdir müzakirə olunur, göstərişlər verilib. Bu da dərman preparatlarının bazarı ilə bağlı olan məsələdir.

Əfsuslar olsun ki, uzun illər burada da çox xaotik vəziyyət müşahidə olunurdu. Qeyd etməliyəm ki, bu məsələ

bir qədər diqqətdən kənarda qalmışdır. Çünki biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər şey bazar

tərəfindən tənzimlənir və təklif, qiymət, tələbat - yəni, bütün bunlar iqtisadi mexanizmlərdir. Hesab edirdik ki,

indi bazar hər şeyi tənzimləyir, alıcılıq qabiliyyəti var, qiymətlər var. Amma sonra məsələni dərindən təhlil

edərkən gördük ki, burada çox böyük ədalətsizliklər var. Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə

müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu

dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.

İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə ediblər və bir neçə aydır ki,

bu məsələ ilə ciddi məşğuluq. Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda

Page 148: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

148

tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan

yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu

biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman

alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır.

Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti

bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini

alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox

danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır. Ona

görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra tətbiq edilməyə başlayacaqdır. Hesab edirəm ki,

sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər

bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən

ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər.

Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə

özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin

şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində

olacaq.

Hesab edirəm ki, biz sosial məsələləri müzakirə edərkən, əlbəttə, bu məsələlər sırf sosial xarakter daşıyır.

Bu, mənəvi xarakter daşıyır. Dərman paltar, avtomobil deyil. Dərman insanların həyatıdır, onların sağlamlığıdır.

Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar. Başa düşürsünüz nə edirlər? İnsanlar nə etsinlər? Ona

resept yazırlar, o da gedir alır. Nəyi alır, hansı keyfiyyətdədir? O, onu qəbul etməlidir, yoxsa yox? O haradan

bilsin? Dərd burasındadır. Ona görə, bax, biz bu sosial və mənəvi pozuntuları aradan götürəcəyik.

Digər sosial məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna

qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər

kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət

büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu

məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu

məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki,

ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar

tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq

bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər

halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz

müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın.

Mən ekoloji vəziyyətlə bağlı dəfələrlə məsələ qaldırıram və şadam ki, Bakıda ekoloji vəziyyət yaxşılaşır.

Son mühüm nailiyyət Böyükşor gölü ilə bağlıdır. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində

yuxarıdan çəkiliş aparılarkən biz Böyükşor gölünün mənzərəsini də görürdük. Görürdük ki, bu, indi şəffaf,

gözəl bir göldür. Vaxtilə bu, ekoloji fəlakət gölü idi. İkinci Dünya müharibəsi zamanı ondan açıq neft rezervuarı

kimi istifadə edirdilər. Ondan sonra kanalizasiya, lay suları, bütün zir-zibil bu gölə tökülürdü və onun yanında

dayanmaq mümkün deyildi. Artıq Böyükşor gölünün bir hissəsi təmizlənib, gözəl bulvar salınıb, göz oxşayır.

Bu, göstərir ki, hər şeyi etmək mümkündür. Gərək, sadəcə, niyyət və istək olsun.

Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsi davam etməlidir. Bu il və gələn il bu məqsədlər üçün

vəsait ayrılmalıdır. Beləliklə, şəhərdə gözəl göl yaranacaq. Bilirsiniz ki, biz təmizləmə işləri aparmaq üçün bu

gölü bəndlə ikiyə böldük. Eyni zamanda, bu bənd gələcəkdə yola çevriləcək və əlavə bir yol arteriyası kimi

fəaliyyət göstərəcək.

Zığ gölünün təmizlənməsi prosesi də bu il başlamalıdır. Bu məqsədlər üçün də büdcədən vəsait tapın və

biz bunu da yubatmayaq.

Eyni zamanda, bu il Bakıda Ağ Şəhər bulvarı istifadəyə verilib. O da ekoloji fəlakət zonasında yaradılan

bulvardır. Bayıl bulvarı neft buruqlarına qədər gəlib çatıb. Yəni, o tərəfə daha gedə bilmirik, çünki artıq orada

neft hasil edilir, bu tərəfə də gedə bilmirik ki, orada neftayırma zavodu yerləşir. Ona görə, yəqin ki, bir neçə il

gözləməli olacağıq. Heydər Əliyev adına neftayırma zavodunda böyük yenidənqurma işləri nəzərdə tutulur.

Hesab edirəm ki, Ağ Şəhər bulvarına yaxın yerləşən neftayırma zavodu tədricən oradan köçürülməlidir. Bu,

həm ekoloji cəhətdən lazımdır, həm də işin daha da səmərəli şəkildə qurulması bunu tələb edir. İndi o yerlərdə,

o zonalarda olan insan oraya yaxınlaşdıqca dərhal havanın tərkibini hiss edir. Biz havanı təmizləməliyik, havanı

çirkləndirən orada uzun illər fəaliyyət göstərən bir qurğudur.

Əminəm ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya

gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər

Page 149: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

149

qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları

gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər.

Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük

sayda buraya dəvət edək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm.

İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə

olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu,

birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir.

Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini

tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə

getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam.

Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma

nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar

ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq

planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində

otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək.

Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək

xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu

mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən

almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?

AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır,

bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti

başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə

Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada

tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır.

Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış

brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən

mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu

olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya

getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir,

əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur.

Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin

təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar

layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük

maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər

var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç

məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin

tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər.

Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şərəfli

missiyanı öz üzərimizə götürmüşük və bunu ən yüksək səviyyədə keçirmişik. Avropa Oyunları Olimpiya

Oyunları səviyyəsində keçirilib. Bu, ölkəmizin gücüdür, potensialıdır. Ən sevindirici hal ondan ibarətdir ki,

idmançılarımız bizi sevindirib və komanda hesabında ikinci yerə çıxıblar. Onlar 21-i qızıl olmaqla 56 medal

qazanıblar və sübut ediblər ki, Azərbaycan idman dövlətidir, Azərbaycan güclü dövlətdir. Bütün qurumlar çox

fəal işlədilər, təşkilat, təhlükəsizlik, nəqliyyat məsələləri, obyektlər, idman qurğuları, könüllülər, yəni, hər şey

ən yüksək səviyyədə həll olunmuşdur. Bu, doğrudan da bizim böyük qələbəmizdir.

Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam,

müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə

keçirilib. Keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlisilahlı insanlar gəzirdi, binaların damlarında

hava hücumuna qarşı qurğular quraşdırılmışdı. Elə bil ki, sən müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil

ki, fövqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər də əlisilahlı insan görmədi. Bax, budur

bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar - budur bizim dəyərimiz. Azərbaycan göstərdi

ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin

təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliyə gedirik. Sağ olun.

Xalq qəzeti.- 2015.- 14 iyul.-№ 150.- S.1-3.

Page 150: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

150

Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat

Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb:

Prezident İlham Əliyevin nitqi

(21 iyul 2015-ci il)

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140

illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

- Hörmətli Mətbuat Şurasının üzvləri.

Sizi səmimiyyətlə salamlayıram. Sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli mətbuatının 140

illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu –

200-ə yaxın mətbuat işçisi mənim sərəncamlarımla orden, medal və fəxri adlarla təltif olundu. Onları da təbrik

edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var.

Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan

mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə

danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması

mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə

başlamışdır.

Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada ilk növbədə,

Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir.

Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür

və hesab edirəm ki, yüksək qiymətləndirir. Çünki Şura yaranana qədər Azərbaycan mətbuatında gedən

proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan

mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü. İlk

növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə

çata bilmişdir. Zənnimcə, məhz buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti Mətbuat Şurasının

fəaliyyətini yüksək qiymətləndirir. Eyni zamanda, Mətbuat Şurası iqtidarla mətbuat arasında bir körpü idi.

Mətbuat Şurası bu funksiyanı bu gün də uğurla icra edir.

Bununla bərabər, hesab edirəm ki, bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat

Şurasının çox böyük rolu olmuşdur. Çünki bu, fikrimcə, sadəcə olaraq mətbuatla bağlı olan məsələ deyil. Bu,

ümumiyyətlə, cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir. Çünki hamımız yaxşı xatırlayırıq ki,

müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatında bəzən gedən yazılar bizim nə əxlaq normalarımıza, nə

milli dəyərlərimizə sığmırdı. Bu da yəqin ki, keçid dövrünün bir əlaməti idi. Çünki azad mətbuat yaranmışdı və

senzura ləğv edilmişdi. Bəzi hallarda təhqirlərə, yalanlara rast gəlinirdi.

Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki fəaliyyəti bütün cəmiyyət üçün çox dəyərli olmuşdur.

Bu gün belə hallara çox az-az rast gəlinir. Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə,

adət-ənənələrimizə, cəmiyyətdə əsrlər boyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast

gəlməyəcəyik.

Ona görə, mən bir daha öz fikrimi bildirmək istəyirəm. Demək istəyirəm ki, Mətbuat Şurasının çox

böyük funksiyası var. Mən bunu yüksək qiymətləndirirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

O ki qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu jurnalistlər yaxşı bilir, görür. Bizim siyasətimiz

istənilən sahədə səmimidir və birmənalıdır. Azərbaycan cəmiyyəti bizim siyasətimizlə bağlı fikirləri vaxtaşırı

təbii ki, eşidir. Bizim hər bir məsələ ilə bağlı mütəmadi qaydada konkret yanaşmamız var. Hesab edirəm ki, istər

siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən mətbuatın

inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir.

Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim

şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır.

Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın

dayanıqlı inkişafı təmin edilsin.

Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək

qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu

Page 151: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

151

həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi

demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan

azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və

radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir.

Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir

daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi

mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək.

Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər.

Əlbəttə, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki əks təqdirdə uğurlarımız

yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan

böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və

Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik

dövründə biz sözün əsl mənasında müstəqil siyasət aparırıq. Bu siyasətin mərkəzində Azərbaycan dövlətinin,

Azərbaycan vətəndaşının maraqlarıdır. Bu maraqlar bizim üçün hər şeydən üstündür. Həmçinin milli

dəyərlərimiz də bizim üçün hər şeydən üstündür.

Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar.

Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət

göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda

görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli

maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.

Müstəqilliyimizin ilk illərində bizə bəzən elə gəlirdi ki, Qərbdə mövcud olan hər bir sahə gərək

Azərbaycanda da tətbiq olunsun. Bizim təsəvvürümüz belə idi ki, ən mütərəqqi təcrübə oradadır, ən azad

cəmiyyət orada formalaşıbdır. Ancaq illər keçdikcə biz görürük ki, heç də hər zaman belə deyil. O cümlədən

yəqin ki, mətbuatla bağlı olan fikirlər indi sizdə də, məndə də var. Görürük ki, Qərb ölkələrində hər hansı bir

vacib mövzu ilə bağlı mətbuatda fikir ayrılığı yoxdur. Əksinə, hər hansı bir alternativ fikri tapmaq çox çətin

olur. Biz bunu istər ölkələrin daxili siyasəti ilə, daha çox isə xarici siyasətlə bağlı əyani şəkildə görürük. Qərb

mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır.

Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların

maraqlarını təmin etmək üçün bu, əlbəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz

də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə

bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur. Bizim mətbuatımız

da əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində

yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm

ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki,

XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq.

Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da

qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda,

yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu,

mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə

mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi

hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə,

Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə,

digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal

reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz

mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır,

çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki,

həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə

sistemində islahatlar daha da dərinləşməlidir.

Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya,

rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya

verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona

görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu

sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar

bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.

Page 152: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

152

Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında

bu barədə məlumat gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də, həmçinin. Mən dəfələrlə

həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun

pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar

var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir

yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq.

Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim

üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam

etdirəcəyik.

Mən burada Azərbaycanın beynəlxalq mövqeləri haqqında məsələyə də toxunmaq istəyirəm. Əlbəttə,

dövlət öz siyasətini aparır. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bizimlə əməkdaşlıq

etmək istəyən ölkələrin sayı getdikcə artır və beynəlxalq aləmdə Azərbaycanın çox gözəl nüfuzu vardır. Əgər

belə olmasaydı bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzv

seçməzdi.

Bununla bərabər, siz onu da yaxşı görür və bilirsiniz ki, Azərbaycana qarşı beynəlxalq mediada

ədalətsiz kampaniya aparılır. Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında qurulubdur. Hər

bir ölkədə qüsurlar, çatışmayan cəhətlər və sair var. Biz özümüz onları yaxşı bilirik və həll etməyə çalışırıq.

Ancaq ümumi regional kontekstdən Azərbaycanı seçib hədəfə çevirmək, əlbəttə ki, ikili standartlar və anti-

Azərbaycan siyasətinin əlamətidir. Xüsusilə, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da ciddi

formalar alır və bizə qarşı əlaqələndirilmiş şəkildə hücumlar təşkil edilir. Biz bunu Avropa Oyunları ərəfəsində

bir daha gördük və bu, mənim üçün sürpriz deyildi. Əksinə, bu, belə olmasaydı mənim üçün sürpriz ola bilərdi.

Bunun müxtəlif səbəbləri var. Siz də bunları yaxşı bilirsiniz. Həm Azərbaycanın müstəqil siyasəti,

Azərbaycanın uğurları, Qərbdə islamofobiya meyillərinin gücləndirilməsi. Ümumiyyətlə, hər bir ölkənin yerinin

müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri

müəyyən etməyə çalışır.

Erməni lobbisinin bizə qarşı fəaliyyəti. Əlbəttə, bu da öz rolunu oynayır, çünki bir çox hallarda

Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük və onlar bizi hədəf

seçiblər. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək

istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə

bilərəm. Bu, erməni xalqına aid deyil. Erməni xalqı özü kriminal diktatura rejimindən əziyyət çəkir. Bu rejim

erməni xalqını elə pis vəziyyətə qoyub ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq. Ancaq

erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan

salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin

hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar

verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil

edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar,

insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır

olmalıyıq və hazırıq.

Onu da qeyd etməliyəm ki, bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir

etməmişdir və heç vaxt etməyəcəkdir. Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir

və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət

məsələlərində əsas amil budur.

Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da hazır

olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan,

böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik.

Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə

fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim

mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının

sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki,

Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə

daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan

həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya

xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də

olmalıdır və olacaqdır. Xüsusilə internet məkanında daha da böyük işlər görülməlidir. Çünki getdikcə məlumatı

internetdən əldə edənlərin sayı daha da artacaq.

Page 153: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

153

Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan

hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu

fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt

yaddan çıxarmasın. Digər tərəfdən, sübut etməyə çalışırlar ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları

pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam

cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri

Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir şərait yaradılıbdır və bu, indi bir çox

ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında əsas tezis

məhz bundan ibarətdir. Yenə də Qarabağ mövzusudur, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə, biz

Azərbaycanı dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim etməliyik. Bununla

bərabər, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm

Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan

daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın. Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh

yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları

kimlərdir? Yəni, bu barədə əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat

vermirlər. Bu missiya bizim üzərimizə düşür və həm özümüz bunu etməliyik. Xarici media resursları ilə bizim

daha sıx əlaqələrimiz olmalıdır. Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər.

Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə

gələndən sonra tamamilə aradan götürülür. Ona görə, həm xarici media nümayəndələrini Azərbaycana dəvət

etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə

əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi

aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə

çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.

Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument

qoya bilməz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli

Azərbaycan torpağıdır. Bunu siz bəlkə də hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən

şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda

əsrlər boyu yaşamışdır.

Məsələnin hüquqi tərəfi Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4

qətnaməsi var. Postsovet məkanında olan heç bir başqa münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası heç bir

qətnamə qəbul etməmişdir. Yəni, bu, məsələnin həlli üçün əsas sənəddir. Yəni, hüquqi, tarixi amillər bundan

ibarətdir və bu gün də Ermənistan, sadəcə olaraq, bir marionetka kimi bu bölgədə xarici ianələr hesabına

fəaliyyət göstərir.

Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı halda ona forpost deyirlər. Amma əslində o,

bölgədə nökərlik edir. Əgər erməni xalqının seçimi budursa, biz heç nə deyə bilmərik. Amma inanmıram ki,

erməni xalqı müstəqillik arzuları ilə yaşadığı dövrdə bax bu müstəqilliyi təsəvvür edirdi və bunun səbəbi nədir?

İşğalçı siyasətdir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, əlbəttə ki, erməni xalqı

da real müstəqilliyə qovuşa bilərdi.

Bir sözlə, hesab edirəm ki, xarici media məkanında bizim fəaliyyətimiz bax, bu iki istiqamət üzrə

aparılmalıdır - münaqişə ilə bağlı həqiqətlər və Azərbaycan reallıqları ilə bağlı həqiqətlər. Biz bunları

çatdırmalıyıq. Biz istəyirik ki, bizi daha da yaxşı tanısınlar. Avropa Oyunları zamanı bizə bəziləri irad tuturdular

ki, Azərbaycan bu Oyunları özünü tanıtmaq üçün keçirir. Burada heç bir qəbahət yoxdur. Hər bir ölkə istəyir ki,

özünü təqdim etsin. İnkişaf etmiş ölkələr istəmirmi? Əlbəttə istəyir. İstəməsəydilər, onlar da buna bənzər

oyunları keçirməzdilər. Bu, bizim təbii istəyimizdir. Biz istəyirik ki, bizi tanısınlar, görsünlər necə inkişaf

edirik. Görsünlər ki, cəmi 24 il ərzində biz nələr əldə etmişik, nələr yaratmışıq. Kənardan heç bir yardım

almadan, heç bir himayədar olmadan bunları özümüz yaratmışıq. Hələ Qarabağ münaqişəsi ola-ola. Ona görə,

biz çalışacağıq bundan sonra da Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilsin. Azərbaycan təqdimatları

keçirilsin ki, xaricdə bizi daha da yaxından tanısınlar, daha da çox hörmət etsinlər, bizimlə daha da çox

hesablaşsınlar. Belə olan halda, bizim maraqlarımız daha da böyük dərəcədə təmin ediləcək.

Hesab edirəm ki, bizim cəmiyyətimizdə bu məsələlərlə bağlı çox müsbət proseslər gedir. Bir daha qeyd

etmək istəyirəm ki, cəmiyyətimiz vahid maraqlar, xalqımız milli ideyalar ətrafında birləşib. Biz hamımız

çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək.

Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd

etdiyim kimi, mətbuat işçiləri bu vəzifələrin öhdəsindən şərəflə gəlirlər. Sizi bir daha salamlayıram, təbrik

edirəm və sizə gələcək uğurlar arzulayıram. Sağ olun.

Page 154: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

154

Xalq qəzeti.- 2015.- 22 iyul.-№ 154.- S.1-4.

Page 155: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

155

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri:

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə

mətbuat konfransı:

Prezident İlham Əliyevin bəyanatı

(22 iyul 2015-ci il)

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının

prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub.

Dövlətimizin başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk əvvəlcə

bəyanatlarla çıxış etdilər.

-Hörmətli cənab prezident.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizi bir daha salamlamaq istəyirəm. Sizin səfəriniz Avropa İttifaqı ilə

Azərbaycan arasında əlaqələr üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəkdə bu tərəfdaşlığı inkişaf etdirmək

istəyirik. Avropa İttifaqı ilə Azərbaycan arasında uzun illərdir davam edən fəal əməkdaşlığın böyük dəyərə

malik olmasından çox məmnunuq.

Bu gün biz ikitərəfli münasibətləri və regional məsələləri ətraflı şəkildə müzakirə etdik. Azərbaycan-

Avropa İttifaqı əlaqələrində müsbət inkişafı görürük. Cənab prezident, Sizin səfəriniz bu əlaqələrin

əhəmiyyətinin yaxşı göstəricisidir. Bizim sıx siyasi münasibətlərimiz var və biz onları gələcəkdə də inkişaf

etdirmək istəyirik.

Biz bu gün regional təhlükəsizlik məsələsini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsini və bu münaqişənin necə həll olunması yollarını müzakirə etdik. Mən danışıqlar masası arxasında

olan indiki vəziyyət və münaqişənin tarixi barədə cənab prezidentə məlumat verdim. Münaqişə iki onillikdən

çoxdur ki, davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsi - Dağlıq Qarabağ və 7 digər

rayonumuz 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurası Ermənistan

qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib.

Lakin onlar icra olunmur. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edib, bir milyon azərbaycanlı bu

təcavüzün qurbanına çevrilib və onlar məcburi köçkün və qaçqın vəziyyətinə düşüblər. İnsanlarımız Ermənistan

tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıblar. Beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik

Şurasının müvafiq qətnamələri əsasında münaqişənin tezliklə həll edilməsi Cənubi Qafqaz regionunun bütün

xalqları üçün faydalı olardı. Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarından çıxması üçün

təcavüzkara daha çox təzyiq göstərəcək və işğal olunmuş ərazilər azad edilən kimi Azərbaycan ilə Ermənistan

arasında münasibətlərin normallaşdırılması prosesinə başlanıla bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən

digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə də bu zəmin üzərində öz həllini

tapmalıdır.

Biz iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Avropanın əsas ticarət tərəfdaşımız olması bizi çox məmnun

edir. Xarici ticarət dövriyyəsinin demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Avropa

İttifaqı ölkələri əsas investorlarımızdır. Xarici sərmayələrin 50 faizi Avropa İttifaqından daxil olur.

İnvestisiyalar və digər iqtisadi fəaliyyətlər vasitəsilə bu əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensial

mövcuddur.

Potensial əməkdaşlığın elementlərindən biri daşınmalar sahəsi ilə bağlıdır. Biz hazırda qonşularımızla

birlikdə Azərbaycan, Gürcüstan və Türkiyəni, bununla da Avropa və Asiyanı birləşdirən dəmir yolu layihəsini

tamamlama mərhələsindəyik. Bu, Avropa və Asiya arasında ticarətin həcmini artıracaq yeni İpək Yolu olacaq və

Azərbaycan da tranzit ölkə kimi öz əhəmiyyətli rolunu oynayacaq.

Bu gün biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdik. Biz Avropa ilə yaxşı tərəfdaşıq və

keçən ilin sentyabr ayında Bakıda icrasına start verilmiş “Cənub” qaz dəhlizi layihəsi artıq fəal icra olunur.

Azərbaycan bu layihənin təşəbbüskarı olub və layihəni vaxtında icra etmək üçün tərəfdaşlarla, qonşu ölkələrlə

və sərmayədarlarla fəal şəkildə işləyir. Bizim nəhəng qaz ehtiyatlarımız var. Təsdiqlənmiş qaz ehtiyatlarımız

təxminən 2,6 trilyon kubmetrdir. “Cənub” qaz dəhlizi üçün hələlik yeganə resurs bazası olan “Şahdəniz”

yatağında 1 trilyon kubmetrdən çox qaz var. Beləliklə, bizim ehtiyatlarımız Avropa istehlakçılarını onilliklər

boyu təbii qazla təchiz etmək üçün kifayət edəcəkdir. “Cənub” qaz dəhlizi layihəsi ölkələri birləşdirən,

istehsalçılara, tranzit tərəflərinə və istehlakçılara fayda verən bir layihədir. Düşünürəm ki, biz bu enerji

Page 156: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

156

layihəsinin üç seqmenti arasında düzgün balansı tapa bilmişik. Bu da Bakıda fevral ayında “Cənub” Qaz Dəhlizi

Məşvərət Şurasının birinci iclasında qəbul olunan bəyannamədə öz əksini tapıb.

Bu ilin mart ayında “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisinə start

verilib. Beləliklə də işlər cədvəl üzrə gedir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyini

ölkələrin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu, enerji şaxələndirilməsi layihəsidir. Çünki “Cənub” qaz

dəhlizi təkcə təchizat marşrutlarının şaxələndirilməsi deyil, ondan daha önəmli olan təchizat mənbələrinin

şaxələndirilməsidir. Azərbaycan öz resursları, infrastrukturu, bu meqa enerji layihələrinin həyata keçirilməsi

təcrübəsi ilə öz rolunu oynayır. Biz çox şadıq ki, Azərbaycanın bu sahədəki rolu bu yaxınlarda Avropa İttifaqı

tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapıb.

Biz bütöv Xəzər regionunda və Yaxın Şərq, Mərkəzi Asiya bölgəsində regional təhlükəsizlik məsələlərini

də müzakirə etdik. Həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün yaxşı potensialımız var. Dini

tolerantlıq, dinlərarası dialoqa aid məsələlər Azərbaycanda çox fəal şəkildə müzakirə olunur. Əslində,

Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Hesab edirəm ki, bu, Avropa İttifaqı ilə

Azərbaycan arasında gələcək əməkdaşlıq formatının bir hissəsi ola bilər. Avropa İttifaqının əksər üzv ölkələri

ilə bizim siyasi, iqtisadi və digər sahələrdə çox fəal münasibətlərimiz var. Bu, mənzərənin müsbət olduğunu

göstərir və əlbəttə ki, cənab prezidentin səfəri də yaxşı tərəfdaşlığımızın əyani göstəricisidir. Bu, gələcəkdə fəal

və məhsuldar əməkdaşlıq üçün yol açır. Cənab prezident, bir daha xoş gəlmisiniz.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Aygün Vüqarova - “TREND” Xəbərlər Agentliyi: Mənim sualım Avropa İttifaqı Şurasının

prezidentinədir. Cənab Tusk, bildiyiniz kimi, artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və 7 ətraf rayon

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu təcavüz nəticəsində 1 milyondan çox soydaşımız

qaçqın və məcburi köçkünə çevrilib. Bu insanların hüquqları görünməmiş şəkildə pozulur. Nəyə görə

beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarına riayət etmək və BMT Təhlükəsizlik Şurasının, eləcə

də Avropa Parlamenti, ATƏT, Avropa Şurası və digər təşkilatların Azərbaycanın zəbt olunmuş

torpaqlarından işğalçı qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə

yetirmək və işğal olunmuş torpaqları azad etmək üçün Ermənistana müvafiq təzyiq göstərmirlər? Donald TUSK: Çox sağ olun. Mənim üçün və Avropa İttifaqı üçün status-kvonun qəbuledilməzliyi

aydındır. İki gün bundan əvvəl mən bu məsələ ilə bağlı mövqeyimi Yerevanda aydın bildirdim. Bizə sözsüz ki,

münaqişənin sülh yolu ilə həll olunması lazımdır, alternativ yoxdur. Bu, təkcə mənim fikrim deyil. Ümidvaram

ki, münaqişənin sülh yolu ilə həll olunmasına heç bir alternativ yoxdur. Düşünürəm ki, bu gün biz nəinki təkcə

hərbi gücdən çəkinməliyik, o cümlədən radikal bəyanatlardan, təcavüzkar ritorikadan uzaq durmalıyıq. Bu

sözləri hər iki tərəfə şamil edə bilərəm. Burada söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən getmir, Avropaya

yaxın ərazilərdə, eləcə də bütün dünyada siyasətçilər bu ritorikadan uzaq durmalıdırlar və hesab edirəm ki, bu,

onların üzərində olan öhdəlikdir. Çünki müharibə və qaynar münaqişələr bizə lazım deyil. Bu növ siyasətin və

təcavüz ideologiyasının ola bilsin ən aydın və ən pis nümunəsi Ukraynadakı vəziyyətdir.

Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir və münaqişənin danışıqlar, tərəflərin dözümlülüyü və

kompromisə gəlməsi vasitəsilə ədalətli şəkildə və sülh yolu ilə həll edilməsinə ciddi ehtiyac duyulur. Avropa

İttifaqı bu münaqişənin nizamlanması üçün təsis edilmiş beynəlxalq səviyyədə format olan ATƏT-in Minsk

qrupunun fəaliyyətini və bu münaqişənin nizamlanması üçün Minsk qrupunun həmsədrləri olan ölkələrin

prezidentləri tərəfindən irəli sürülmüş sülh üçün zəmin yaradan prinsipləri və münaqişənin nizamlanması

elementlərini dəstəkləyir. Müzakirələrimizdə yer alan əsas məsələlərdən biri də sizin Minsk qrupu formatı

çərçivəsində aparılan danışıqların heç bir nəticə verməməsi ilə bağlı məyusluğunuzu anlayıram. Lakin

düşünürəm ki, ola bilsin bizə daha çox səbir lazımdır. Amma bayaq da qeyd etdiyim kimi, münaqişənin sülh

yolu ilə həllinə nail olmaq üçün əlimizdən gələn hər bir şeyi etməliyik.

İlham Əhmədov - Azərbaycan Televiziyası: Sualım Azərbaycan Prezidentinə ünvanlanıb. Ermənistan

prezidenti Serj Sarkisyanın və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Yerevanda

keçirdikləri mətbuat konfransında Serj Sarkisyan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin

mahiyyətini təhrif etməkdə, Avropa İttifaqını isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə

bağlı Ermənistana və Azərbaycana eyni münasibəti göstərməkdə ittiham etmişdi. Cənab Prezident,

bununla bağlı nə deyə bilərsiniz? Prezident İlham ƏLİYEV: Sağ olun. Səmimiyyətlə desəm, bu gün Sarkisyanın verdiyi bəyanatlar

haqqında danışmaq istəməzdim. Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında o,

Page 157: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

157

bir daha fürsətdən istifadə edərək Azərbaycanı demokratiyanın pozulmasında, Ermənistana qarşı

təcavüzkarlıqda ittiham etmişdi. Bu isə tamamilə gülüncdür. Çünki ola bilsin ki, Sarkisyan demokratiya

haqqında danışmalı olan ən sonuncu adamdır. 2008-ci ildə özündən əvvəlki prezident tərəfindən Ermənistanın

başçısı kimi təyin olunan, seçkiləri saxtalaşdıran, sonra ordudan istifadə etməklə dinc etiraz aksiyasını yatıraraq

10 insanın qətlinə səbəb olan şəxsin istənilən ölkədə demokratiya haqqında danışmağa heç bir mənəvi haqqı

yoxdur. Azərbaycan və Ermənistanın, əgər bunu belə söyləmək olarsa, tərəzinin eyni gözünə qoyulması ilə

əlaqədar ittihama gəldikdə isə bu ittiham Azərbaycan tərəfindən irəli sürülsəydi daha təbii olardı. Çünki biz

beynəlxalq ictimaiyyətin təcavüzkar və onun qurbanları arasında çox aydın fərq qoymalı olduğunu hesab edirik.

Biz hazırda danışıqlar formatı üzərində işləyirik və münaqişənin sülh vasitəsilə nizamlanması yolunu

tapmağa çalışırıq. Lakin münaqişənin kökləri, onun nə üçün yaranması səbəbləri unudulmamalıdır. Ermənistan

tərəfindən dəstəklənən Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycana qarşı təcavüz işlətdilər. Bu

münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. Bu təcavüz etnik təmizləmə siyasəti, Xocalıdakı soyqırımı və

ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi. Bu işğala heç bir bəraət qazandırmaq olmaz. Çünki bu, çox

aydındır və xəritəyə baxmaq kifayət edər ki, Azərbaycanın böyük bir hissəsinin Ermənistanın işğalı altında

olmasını görsünlər. Onlar bütün azərbaycanlıları oradan qovublar, onların insan hüquqlarını pozublar, bütün

tarixi və dini abidələrimizi dağıdıblar. Bu barədə ATƏT-in regiona iki missiyasının hesabatında qeyd olunub.

Onlar indi Azərbaycan tərəfindən blokadaya alınmalarından danışır, Azərbaycanı onlara qarşı təcavüzdə və

ksenofobiyada ittiham edirlər.

Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Sual isə ondadır, necə

olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya

haqqında hekayədən danışırlar. Nə üçün digər millətlərin nümayəndələri orada özlərinə yer tapa bilmirlər?

Lakin Azərbaycan öz ərazisində çoxlu etnik qrupların nümayəndələrinin və müxtəlif dini etiqadı olan insanların

yaşaması tarixindən bu gün də qürur duyur. Ölkəmiz bu gün bütün dinlərin və etnik qrupların nümayəndələri

üçün bir evdir. Bu gün qlobal miqyasda Azərbaycan müxtəlif din və etnik qrup nümayəndələrinin sülh

şəraitində birlikdə yaşamasının yaxşı nümunəsidir. Buna görə də qurban və təcavüzkar arasında fərq

qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı -

Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi qəbul olunmuşdur.

İşğala, təcavüzə heç bir bəraət qazandırmaq olmaz. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə,

bu, onların özü üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü Azərbaycan və

digər qonşu ölkələrlə regional əməkdaşlıqdan məhrum edir və bunun nəticəsi Ermənistandakı köklü

yoxsulluqdur. Sarkisyanın hakimiyyətdə olduğu vaxtda Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq

həddindən aşağı səviyyədə yaşayır. Beləliklə, bu, həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir. Ümid

edirəm ki, Ermənistan rəhbərliyində olan dərrakəli şəxslər bu yolun heç bir yerə aparmayacağını nəhayət başa

düşəcəklər. Qonşuları ilə münasibətlərin normallaşdırılması baş tutmadan Ermənistanın gələcəyini

proqnozlaşdırmaq mümkün deyil.

Xalq qəzeti.- 2015.- 23 iyul.-№ 155.- S.1-3.

Page 158: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

158

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin

hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib:

Prezident İlham Əliyevin çıxışı

(8 sentyabr 2015-ci il)

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və

2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə çıxış edib.

-Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha da

ciddi formalar alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Bunun müxtəlif

obyektiv və subyektiv səbəbləri var. Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu, bizim

işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən

maksimum dərəcədə qoruyaq. Biz bunu bacarırıq və uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin

təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik.

Əlbəttə, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaqdır. Ancaq

indinin özündə də təhlil aparmaq üçün kifayət qədər informasiya vardır. Biz görürük ki, bu böhranın əsas

səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır.

Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan xarici müdaxilələr, qanlı toqquşmalar nəticəsində həlak

olub. Bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız

insanlar bundan əziyyət çəkir, yüz minlərlə insan, dediyim kimi, həlak olub.

Postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və

iqtisadi böhranlar hökm sürür, qarşıdurma meyilləri güclənir. Postsovet məkanı əlbəttə ki, bizim

qonşuluğumuzdur. Burada da, - biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir, - xarici müdaxilə öz

rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır.

İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu Avropa İttifaqı böyük

humanitar fəlakətlə üz-üzədir. Yüz minlərlə qaçqın, - hansı ki yenə də xarici müdaxilə nəticəsində qaçqın

vəziyyətinə düşmüş insanlar, - Avropaya üz tutub. Sığınacaq tapmaq, öz canını qurtarmaq üçün hazırda onların

böyük köçü müşahidə olunur. Yenə də demək istəyirəm ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir biz

bu mənzərə ilə üzləşirik. Əlbəttə, bu, böyük humanitar fəlakətdir. İlk növbədə, bu, ağır vəziyyətə düşən insanlar

üçün humanitar fəlakətdir. Onlar bu humanitar fəlakətlə artıq bir neçə ildir ki, üz-üzədir. Əfsuslar olsun ki, Qərb

mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan

sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır.

Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin

qurbanlarıdır. Onların başqa yolu yoxdur. Onlar özlərini, öz ailələrini qorumalıdırlar. Ona görə bu gün bu

humanitar fəlakət ilk növbədə, onların fəlakətidir.

Avropa İttifaqının siyasətinə gəlincə, indi həyat göstərər Avropa İttifaqı bəyan etdiyi dəyərlərə nə

dərəcədə sadiqdir. İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu yazıq insanlara işgəncələr verilir, onların

ləyaqəti alçaldılır. Onlara qarşı sanki geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir

məsələ ilə bağlı öz sözümüzü deyirik. Azərbaycan o ölkələrdəndir ki, bütün beynəlxalq məsələlərlə bağlı öz

mövqeyi var. Biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Məhz buna görə dünyada böyük rəğbət,

hörmət qazanmışıq. Bütün məsələlərlə bağlı bizim mövqeyimiz ədalətli mövqedir. Biz ədalətli mövqeyi müdafiə

edərək bu siyasətlə, bu işlərlə barışa bilmirik. Bir sözlə, bu gün dünya xəritəsində dəyişikliklər baş verir. İstisna

olunmur ki, bu dəyişikliklər gələcəkdə də davam etsin.

O ki qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik

möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-

günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət

istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla

inkişaf edir.

Onu bir daha qeyd etmək istəyirəm ki, bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan

üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın

yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi

pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq mühafizə orqanları bütün bu işlərin üstünü açıb.

Page 159: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

159

Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər,

onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla

dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli “Beşinci kolon”un vasitəsilə, qeyri-hökumət təşkilatları adı

ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da

hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır.

Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri

müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının,

dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi.

Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir.

Biz kimə mane oluruq?! Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz

bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə

hakim olmaq, hər yerdə “marionetka” görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən

dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər.

Ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə

yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu

dəstək bizim əsas güc mənbəyimizdir. Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır.

Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik və öz

sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik.

Məhz bunun, bu siyasətin nəticəsində biz ölkəmizi bu böyük bəlalardan qoruya bildik. Bir daha demək

istəyirəm ki, baxın, indi Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada, başqa ölkələrdə nələr baş verir.

O ölkələrin artıq ərazi bütövlüyü demək olar ki, pozulubdur. Bu ölkələr idarəedilməz vəziyyətə düşübdür. Yaxın

Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün bilinmir ki, nə kimi işlər görülməlidir.

Yəni, bu müsbət meyillər gözə dəymir.

Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bax bu bəlalardan qorumuşuq.

Bizə qarşı uzanan o çirkin əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı

inkişafını təmin edəcəyik.

Bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Əlbəttə, mütəxəssislər, təhlilçilər bunun

səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Ancaq buna

baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu

günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq. Təbii ki, bizim

gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan

aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət

çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial

müdafiəsi təmin olunur. Bax biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi

inkişafı təmin edək.

Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında

9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox

yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9

faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi

14 faiz artmışdır. Yəni, bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək

nəticələr görmək çox çətindir. Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz

siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş

iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də

yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini

bir daha təsdiqləyib. Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş

ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdir. Halbuki bu, çox böyük

hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq

sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki,

Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır,

düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim

inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələr, islamafob qüvvələr, bizim

müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin

kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi. Nəyə görə? Çünki biz ölkəmizi

qoruyuruq. İmkan vermirik və verməyəcəyik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan

oxusunlar.

Page 160: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

160

Bax, budur bugünkü ümumi siyasi və iqtisadi mənzərə. Mən bir daha demək istəyirəm, biz ilin sonuna

qədər bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Əlbəttə, hökumət daha fəal, çevik

işləməlidir ki, bizim iqtisadiyyatımız gələn il də artsın.

Bir neçə gün bundan əvvəl hökumətin iclasında gələn ilin büdcəsi müzakirə edilmişdir. Mənə artıq

məruzə edilib. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Demək istəyirəm ki, gələn ilin büdcəsi real

vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə ki, ən böyük

prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter

daşımayan layihələri biz büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir.

Maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi

bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq.

Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri tezliklə

həll edək. Məhz ona görə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə də vəsait

ayırırdıq ki, inkişaf daha da sürətlə getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Ancaq bu gün biz əsas

infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Ancaq burada köklü şəkildə çox ciddi dönüş

yaranıbdır. Sosial infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı

üçün möhkəm zəmin yaradılıbdır - infrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə

biz gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, orada ən əsas məsələlər öz həllini

tapacaq.

İlk növbədə, qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcəkdir. Azərbaycan

vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial

infrastruktur layihələri icra olunacaqdır. Məktəb tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam

edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək. Onu da deməliyəm ki,

dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra

hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması

təmin edilibdir.

İdarəetmə sahəsində islahatlar dərinləşməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə

aparılmalıdır. Bu yaxınlarda imzaladığım Fərman əsasında “ASAN xidmət”ə yeni funksiyalar verilibdir.

Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir: nə qədər qanunsuz tələblər irəli

sürülür, insanları nə qədər incidirlər. İndi “ASAN xidmət”də hər şey asan olacaq.

Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər

qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN

xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni

situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir.

Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcəkdir. Mənim buna heç

bir sübhəm yoxdur. Bizim maliyyə vəziyyətimiz sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də

düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırdıq. Bu il də biz Dövlət Neft Fondunun

vəsaitini qoruyuruq. Düzdür, indi vaxtilə alınmış bəzi əmlakların qiymətlərinin düşməsi, xüsusilə avro, dollar

məzənnələri arasında olan bəzi dəyişmələr elə fikir yarada bilər ki, bizim Dövlət Neft Fondunun ehtiyatları

azalıb. Ancaq reallığa baxanda görürük ki, azalmayıb. Çünki qiymətləndirmə ilə bağlı və dünya valyuta

kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusilə

Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq.

Bax, biz bütün işləri bu səpkidə görürük. Bir daha demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı

ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün

vəzifələri icra edəcəyik. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya

proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək

istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız

xərclərə yol verməyən bir büdcə olmalıdır.

Xalq qəzeti.- 2015.- 9 sentyabr.-№ 196.- S.1.

Page 161: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

161

Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib:

Prezident İlham Əliyevin çıxışı

(11 sentyabr 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının

(TDƏŞ) V Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

- Hörmətli Nursultan Abişeviç.

Hörmətli nümayəndə heyətlərinin üzvləri.

Xanımlar və cənablar.

İlk növbədə, Nursultan Abişeviç, bizə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdaram.

Yenidən qardaş Qazax torpağında olmağımdan çox məmnunam.

Nursultan Abişeviç, Siz bu gün bizi Qazax xanlığının 550 illik yubiley tədbirinə dəvət etmisiniz. Buna

görə də Sizə minnətdaram. Qazax xalqının böyük tarixi, mədəniyyəti var. Siz bu gün öz çıxışınızda bu barədə

geniş fikir söyləmisiniz.

Əslində, Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir,

etnik köklərdir. Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq. Bu gün

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib. Əminəm ki,

gələcəkdə Şuranın fəaliyyəti daha da uğurlu olacaq.

Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas

sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY

nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın

fəaliyyətinə öz dəstəyimizi verəcəyik.

Eyni zamanda, TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır. Onların içərisində Türk Akademiyasını

xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, hesab edirəm ki, gələcəkdə

müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaqdır. Ortaq televiziya kanalının yaradılması da

bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar

aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim

mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır.

Əminəm ki, ortaq televiziya kanalı qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacaq və böyük maraq

doğuran, bizim siyasətimizi əks etdirən kanala çevriləcəkdir. Çünki bu gün dünyada informasiya təhlükəsizliyi

xüsusi yer tutur və hər bir ölkə buna hazır olmalıdır. Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni

zamanda, ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq.

Regional təhlükəsizlik məsələləri də böyük əhəmiyyət daşıyır. Bu gün qəbul edəcəyimiz Bəyannamədə

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq

hüququn norma və prinsipləri öz əksini tapır.

Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu

torpaqlarda yaşamışdır, yaratmışdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur

da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə

əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-

günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq.

Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur. Bu

gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi

bölgə erməni işğalı altındadır. Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik

təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə

düşüb.

Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. BMT Təhlükəsizlik Şurası dörd

qətnamə qəbul etmişdir ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz

çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar

prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq

Page 162: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

162

hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz

həllini tapmalıdır.

Biz, eyni zamanda, iqtisadi əməkdaşlığımıza da çox böyük önəm veririk. Azərbaycan qonşu ölkələrə,

Türkdilli dövlətlərə investisiyalar yatırır və bizim ölkəyə də investisiyalar qoyulur. Azərbaycan Qazaxıstan,

Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan

ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin. Hazırda Bakıda yeni böyük

Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər

olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü

bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə

birləşdirən dəmir yoludur. Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci

sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur.

Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim

ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək.

Bir sözlə, əziz dostlar, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Enerji təhlükəsizliyi məsələləri

də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də ilk növbədə enerji

təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıbdır. Azərbaycan, Qazaxıstan,

Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bizim əsas ixrac yollarımız Türkiyə

ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır.

Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün

bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz

daimi olacaqdır. Sağ olun.

Xalq qəzeti.- 2015.- 12 sentyabr.-№ 199.- S.1-2.

Page 163: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

163

Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı:

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

(16 sentyabr 2015-ci il)

Sentyabrın 15-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz

Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri ölkələrimizi

bir-birinə daha da yaxın edəcəkdir.

Əlaqələrimiz uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət sahəsində çox gözəl nəticələr vardır. Biz

siyasi sahədə uğurlu əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə də, beynəlxalq təşkilatlar çərçivəsində də birgə

fəaliyyət göstəririk, əməkdaşlıq edirik. Bu gün biz Sizinlə əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimi

şəkildə müzakirə etdik. Bir daha görürük ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün heç bir maneə yoxdur,

əksinə bizim aramızda tərəfdaşlıq və dostluq əlaqələri yaranıbdır.

Bu gün imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə bu sözlərimin əyani sübutudur. Bu, çox ciddi

siyasi sənəddir, ikitərəfli əlaqələrimizin səviyyəsinin mahiyyətini əks etdirir və doğrudan da əlaqələrimizi

strateji tərəfdaşlıq səviyyəsinə qaldırıbdır.

Mən Sizə məlumat verdim ki, bizim Avropa İttifaqına üzv ölkələrlə buna bənzər 7 müqavilə, anlaşma,

bəyannamə vardır. Artıq Avropa İttifaqına üzv ölkələrin 8-i ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında

sənədlər imzalanıbdır.

Bu Bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda, bizim üçün ən ağrılı

problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və münaqişənin həlli yolları da

göstərilir. Bu mövqeyə, bu dəstəyə görə Sizə minnətdaram. Bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki

Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır.

Bu, yeganə mümkün həll variantıdır. Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında öz

həllini tapmalıdır.

Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi - Dağlıq Qarabağ və onun

ətrafında yerləşən 7 bölgə erməni işğalı altındadır. Bu bölgələrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti

aparılmışdır. Bu siyasət nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün

vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan bu işğalçı siyasətini davam

etdirir, beynəlxalq vasitəçilərin çağırışlarına məhəl qoymur. Bu məsələ ilə məşğul olan Minsk qrupunun

həmsədrləri - Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ən yüksək səviyyədə bəyan etmişlər ki, bu münaqişə

ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, işğala son

qoyulması deməkdir. Biz bunu istəyirik, beynəlxalq birlik də bunu istəyir və əminəm ki, biz istədiyimizə nail

olacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə beynəlxalq hüquq və ədalət zəfər

çalacaqdır.

Bəyannamədə digər sahələr də öz əksini tapır. Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var.

Deyə bilərəm ki, bu gün biz həm heyətlər səviyyəsində, eyni zamanda, ikitərəfli formatda daha çox iqtisadi

əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Eyni

zamanda, Çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına böyük miqdarda vəsait ayrılır. Buna

görə də minnətdarıq. Çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin,

ilk növbədə nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq və əlbəttə ki, biz əldə edilmiş

nəticələri yüksək qiymətləndiririk. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. Əminəm ki, sabah keçiriləcək

Çexiya-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaqdır.

Qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir. Həm Çex Respublikası, həm

Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur.

Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha da yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu

Page 164: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

164

yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilmişdir. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm

ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaqdır. Bu gün artıq deyə bilərəm ki, ticarət

dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə bizi qane edə bilər.

Energetika sektorunda əməkdaşlıq da əlbəttə ki, danışıqlar mövzusudur. Azərbaycan Çexiyaya xam neft

ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni – təxminən 30 faizi təşkil edir. Bu

da çox önəmli hadisədir. Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji

layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada “Şahdəniz-2” qaz yatağının ikinci

fazasının işlənməsi məsələsi öz həllini tapacaq. Eyni zamanda, 3 yeni qaz kəməri çəkiləcəkdir. Cənubi Qafqaz

qaz kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə ərazisindən keçən və TAP - Türkiyə

sərhədindən İtaliya sərhədlərinə qədər uzanan üçüncü qaz layihəsidir. “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə

bərabər bu dörd nəhəng layihə “Cənub” qaz dəhlizini formalaşdırır və burada Azərbaycan öz liderlik

funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi iştirak edir. Bəzi layihələrdə

əsas investor kimi iştirak edir. Baxmayaraq ki, dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşüb, bu

layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtında görülür. Azərbaycan tam əmindir ki,

beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Avropaya Azərbaycandan yeni qaz

kəmərinin tikintisi təmin ediləcəkdir.

Digər sahələrdə də əməkdaşlıq üçün yaxşı perspektivlər var. Mən xüsusilə humanitar sahəni qeyd etmək

istəyirəm. Azərbaycanda Çexiya mədəniyyətinə, tarixinə çox böyük maraq var. Əminəm ki, cənab Prezident, Siz

və Sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvləri bu sahə ilə də tanış olacaqsınız.

Bir daha Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, səfəriniz çox uğurlu

olacaqdır.

X X X

Sonra jurnalistlərin sualları cavablandırıldı.

Çex televiziyasından Miroslav Karas: Azərbaycan Parlamenti müvafiq parlamentar qurumla

əməkdaşlığını dayandırır və ölkənin Şərq Tərəfdaşlığı proqramındakı iştirakına yenidən baxmağı

planlaşdırır. Cənab Prezident Əliyev, Azərbaycan deputatlarının mövqeyi ilə bağlı nə deyə bilərsiniz? Prezident İlham ƏLİYEV: Azərbaycan parlamentinin dünənki qərarının səbəblərini yəqin ki, siz

bilirsiniz. Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan ilə bağlı qətnamə qəbul etmişdir. Deyə

bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi

təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə

Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan

ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan

Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir

rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın

müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli

əlaqələri də araşdırsalar pis olmaz.

Onu da qeyd etmək istəyirəm ki, bizə qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri

Azərbaycanın ayrılmaz hissəsi olan və işğal edilmiş Dağlıq Qarabağa bu vaxta qədər dəfələrlə qanunsuz səfərlər

etmişlər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozmuşlar. Eyni zamanda, bir daha demək istəyirəm,

əfsuslar olsun ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması

yaranıbdır. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin.

Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız

parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə

bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə tabe etmək istəyən xarici

dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar

üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz.

O ki qaldı Azərbaycan parlamentinin reaksiyasına, hesab edirəm ki, bu reaksiya gözlənilən idi. Çünki

Azərbaycan parlamenti müstəqil qurum kimi öz rəyini ifadə etdi, deputatların çoxu öz çıxışlarında fikirlərini

söylədilər və onların sözündə həqiqətdən başqa heç bir şey yoxdur.

Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün Yaxın Şərqdən bütün dünyanın

gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. O insanlar xarici müdaxilənin

qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Kim bunu edib? Xarici qüvvələr o ölkələri

dağıdıb. Ölkələrin ərazi bütövlüyünü pozub. Yüz minlərlə insanı məhv edib. Milyonlarla insan öz yaxınlarını

Page 165: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

165

itirib. Bu faciəvi şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Görün, onları Avropada nələr

gözləyir - islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə

məşğul olsa daha yaxşı olar.

Bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədən mütərəqqi, müasir,

tolerant bir məkan kimi görünürdü. Ancaq bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda görürük. Aqressiv,

başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı demək olar ki, itirən dairələr bu gün, əfsuslar olsun, Avropa

Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edir.

Ona görə, bir daha demək istəyirəm ki, Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Bildiyiniz kimi,

Avronest Avropa Parlamenti ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında parlament assambleyası qurumu kimi

nəzərdə tutulmuşdu. Əgər hansısa bir ölkə ilə bağlı suallar olarsa, bu suallara Avronest çərçivəsində baxıla

bilərdi. Amma Avronest faktiki olaraq amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan

halda, təbii ki, Azərbaycan parlamenti Avronestdəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan parlamentinin

suveren hüququdur və eyni zamanda, siz yəqin onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan

parlamenti arasındakı əməkdaşlıq fəaliyyəti də artıq dayandırılıbdır. Bax, budur bizə qarşı aparılan çirkin

kampaniyanın nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verib və bundan sonra da

verəcəkdir.

X X X

İlham Əhmədov (Azərbaycan Televiziyası): Sualım Çexiya Prezidentinədir. Cənab Prezident, Siz öz

müsahibənizdə qeyd etmişdiniz ki, Çexiya Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda maraqlıdır.

Dünyada gedən maliyyə-iqtisadi böhranı şəraitində ölkələrimizin iqtisadi inkişaf baxımından

davamlılığının təmin edildiyini nəzərə alsaq, bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var. Sizin

fikrinizcə, Çexiya Azərbaycanda hansı konkret sahələrə investisiya qoya bilər? Çox sağ olun. Prezident Miloş Zeman: Fikrimcə, giriş nitqimdə bu haqda artıq danışdım. Söhbət dəmir yolu xətlərinin

çəkilməsi, vaqon və lokomotivlərin təchizatı, enerji sahəsində əməkdaşlıqdan gedir. Bu cür işbirliyi nəinki

Azərbaycan, o cümlədən Gürcüstan ərazisində aparıla bilər. Onlarla müxtəlif layihənin olduğu kənd təsərrüfatı

sahəsində əməkdaşlıq qurula bilər.

Nəqliyyat sahəsinə gəldikdə, aşağı gərginlik tramvayları ilə bağlı layihəni artıq qeyd etdim. Əlbəttə, artıq

dediyim kimi, silah, yükdaşıyan nəqliyyat sahəsində də əməkdaşlığa hazırıq. İstərdim ki, Azərbaycanda Çex

avtomobilləri təşviq olunsun. İstəsəniz, burada 30-a yaxın digər layihə siyahısını təqdim edə bilərəm. Lakin

istərdim ki, bu haqda biznes forumda danışaq.

Xalq qəzeti.- 2015.- 16 sentyabr.-№ 202.- S.2-3.

Page 166: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

166

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib:

Prezident İlham Əliyevin çıxışı

(16 sentyabr 2015-ci il)

Sentyabrın 16-da Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman

forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış ediblər.

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Biznes forum iştirakçıları.

Sizi bir daha Azərbaycanda salamlamaq istərdim. Dünən cənab Prezidentlə bizim ikitərəfli

münasibətlərimiz barədə çox geniş müzakirələrimiz və fikir mübadiləsi oldu. İkitərəfli münasibətlərimizin

inkişafı çox müsbət və dinamikdir. Əlaqələrimiz iki ölkənin maraqlarına xidmət edir. Bu cür müsbət inkişaf

sayəsində biz Çex Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığımızın bütün sahələrini, o

cümlədən iqtisadi əlaqələrimizi əhatə edən strateji tərəfdaşlıq haqqında birgə Bəyannaməni imzaladıq.

Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsi ölkələr arasında mümkün ən yüksək səviyyədir.

Fikrimcə, bu, iqtisadi münasibətlərin və işgüzar dairələr arasında təmasların daha fəal şəkildə inkişaf etdirilməsi

üçün möhkəm zəmindir. Hesab edirəm ki, işgüzar dairələrimizin biznes fəaliyyətini əlaqələndirmək üçün

iqtisadi sahədəki işlərə aid mühüm məsələlərlə məşğul olan birgə hökumətlərarası iqtisadi komissiya kimi

səmərəli mexanizmə malikik.

Bu tədbir biznesmenlərimiz arasında keçirilən ilk biznes forum deyil. Lakin bu biznes forumda hər iki

Prezident ölkələrimizin iş adamlarını daha fəal şəkildə əməkdaşlıq etməyə həvəsləndirəcək. İqtisadi

tərəfdaşlığın genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur.

Dünən cənab Prezidentlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlər zamanı artıq

hansı işlərin görüldüyünü və gələcək planlarımızı müzakirə etdik. Biz Çex Respublikası banklarının

Azərbaycanda həyata keçirilən layihələrdə iştirakından çox məmnunuq. Bu layihələr bizə öz infrastrukturumuzu

müasirləşdirməyə imkan yaradır. Eyni zamanda, Azərbaycan etibarlı tərəfdaş kimi maliyyə öhdəliklərini tam

yerinə yetirir. Fikrimcə, bu, həmçinin münasibətlərimizdə yaxşı göstəricidir və biz bir-birimizə etimad göstərə

bilərik. Artıq sınaqdan keçmişik.

Hesab edirəm ki, gələn illər ərzində əməkdaşlığın ənənəvi sahələrinə diqqət yetirəcəyik və yeni sahələri

müəyyən edəcəyik. Mən əməkdaşlığın ənənəvi sahələri arasında daşımalar sektorunu qeyd etmək istərdim.

Çünki biz coğrafi mövqeyimizdən mümkün qədər geniş şəkildə istifadə olunması üçün Azərbaycanda daşımalar

infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırırıq. Hazırda Şərq-Qərb dəmir yolu dəhlizinin

tamamlanması mərhələsindəyik. Həmçinin Çex Respublikası banklarının dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir

yolu layihəsinin həyata keçirilməsinin son mərhələsindəyik. Bu layihə Azərbaycan və digər ölkələr vasitəsilə

Asiyanı Avropa ilə birləşdirəcək və yeni daşımalar dəhlizini açacaq. Bu, Bakıda yeni Beynəlxalq Dəniz

Limanının və Xəzər dənizinin şərq sahilində oxşar məkanların tikintisi ilə eyni zamanda baş tutacaq. Bununla

olduqca etibarlı, iqtisadi baxımdan sərfəli daşımalar marşrutlarını yaradacağıq.

Dünən mən qonağımıza, həmçinin Azərbaycanın fəal iştirak etdiyi Şimal-Cənub dəhlizi haqqında

məlumat verdim. Şimal-Cənub dəhlizi milyonlarla ton əlavə yükün Azərbaycan və qonşu ölkələr vasitəsilə

daşınmasını mümkün edəcək. Bu isə, fikrimcə, Asiyada, bizim bölgəmizdə və Avropada bütün iştirakçılar üçün

faydalıdır. Mən Çexiya maliyyə təsisatlarını bu layihəyə sərmayə qoymaq və maliyyə dəstəyi göstərmək

üzərində ciddi düşünməyə dəvət edirəm.

Hesab edirəm ki, yeni addımlar atılacaq digər əməkdaşlıq sahəsi enerji sektorudur. Bu gün biz artıq çox

fəal şəkildə işləyirik. Azərbaycan Çex Respublikasının olduqca etibarlı neft təchizatçısıdır. Bildiyimiz qədər,

ölkənizdə neft istehlakının təxminən üçdəbir hissəsi Azərbaycan tərəfindən təmin edilir. Biz bu əməkdaşlığı

davam etdirməyi planlaşdırırıq.

Eyni zamanda, Azərbaycan artıq Avropanın qaz bazarında mühüm iştirakçıya çevrilməkdədir.

Azərbaycan tərəfindən irəli sürülmüş “Cənub Qaz Dəhlizi” layihəsi hazırda, fikrimcə, Avropada gələcək bir

neçə il ərzində ümumi investisiya həcmi 45 milyard dollardan çox olan ən böyük infrastruktur layihələrindən

biridir. Bu layihədə Azərbaycan investor, podratçı və layihənin təşkilatçısı kimi geniş şəkildə iştirak edir. Bunun

Page 167: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

167

sayəsində, biz hasil edə biləcəyimiz qədər qazı ixrac edə biləcəyik və Avropa istehlakçılarına təchizat

marşrutlarını şaxələndirməkdə yardım edəcəyik. Bu vəziyyətdən biz - hasilatçılar, tranzit haqlarından geniş

şəkildə fayda götürəcək tranzit ölkələr və alternativ marşrutlara malik olacaq istehlakçılar, yəni bütün tərəflər

udur. Enerji təhlükəsizliyi və digər sahələrdə alternativin olması istənilən halda yaxşıdır.

Azərbaycan hazırda Avropa üçün mövcud olan yeganə yeni qaz mənbəyidir. Bütün digər potensial

təchizatçıları da tanıyırıq. Lakin digər təchizatçılara gəldikdə, təchizatın mümkünlüyü hələ də çox aydın deyil.

Bizə gəldikdə isə artıq bəzi qonşularınızla qazın satışı ilə bağlı müqavilə də imzalamışıq. Azərbaycanın nəhəng

qaz ehtiyatlarını, yəni ölkəmizin təsdiqlənmiş 2.6 trilyon kubmetrlik qaz ehtiyatlarını nəzərə alsaq, bu layihə

gələn onilliklər üçün kifayət edəcək layihədir.

Fikrimcə, bu layihənin icrasında biz Çexiya şirkətləri ilə əməkdaşlıq yollarını müəyyən edə bilərik və

eyni zamanda, müəyyən mərhələdə biz Çex Respublikasına təchizat məsələlərini də nəzərdən keçirə bilərik.

Çünki Azərbaycan təbii resurslarını təchiz edəcək ölkələrin coğrafiyasını da genişləndirə bilər.

Əlbəttə, Azərbaycanda daha çox Çexiya şirkətlərini investor kimi görmək istərdik. Ölkəmizdə yaxşı

sərmayə mühiti var və xarici sərmayələr qanunvericiliyimizlə lazımi şəkildə qorunur. Ötən il Azərbaycana 27

milyard dollar sərmayə yatırılmışdır. Onların təqribən 30-35 faizi birbaşa xarici sərmayələrdir. Hətta iqtisadi

böhranın ağır illərində ölkədə çox yüksək xarici sərmayə səviyyəsini görürük. Xarici şirkətlər bizə etimad

göstərir, bizi tanıyırlar. Biz etibarlı tərəfdaşıq və hər zaman öhdəliklərimizi yerinə yetiririk. Sərmayə mühiti çox

müsbətdir.

Bundan əlavə, Azərbaycan iqtisadiyyatı dünyanın 40 ən rəqabətcil iqtisadiyyatlardan biridir. Davos

Dünya İqtisadi Forumunun hesablamalarında qlobal rəqabətə davamlılıq indeksinə görə, biz 38-ci yerdəyik. Bu

nəticəni biz qısa müddət ərzində əldə etmişik. Müstəqilliyimizi bərpa etdiyimiz vaxt iqtisadiyyat 100 faiz dövlət

sektorunda formalaşırdı. Hazırda iqtisadiyyatın, ümumi daxili məhsulun 80 faizindən çoxu özəl sektor

tərəfindən təmin edilir.

Fikrimcə, şirkətləriniz üçün kənd təsərrüfatı sahəsi cəlbedici ola bilər. Çünki ölkəmizdə həyata keçirilmiş

infrastruktur layihələri, o cümlədən geniş qonşu bazarlara asan çıxış kənd təsərrüfatı sahəsində sərmayə qoymaq

və birgə müəssisə qurmaq baxımından Azərbaycanı maraqlı məkana çevirir. Hesab edirəm ki, bu imkan da

nəzərdən keçirilə bilər.

Son bir neçə il ərzində biz müasir yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq. Artıq

kosmos sənayesini yaratmışıq. İki peykimiz var. Biri telekommunikasiya sahəsində “Azerspace”, digəri isə,

müşahidə işində “Azerisky” peykləridir. Bir sözlə ölkədə kosmik sənaye də inkişaf edir. Elmi təsisatlarımız

səviyyəsində də birgə fəal iş apara və əməkdaşlığımızı daha da genişləndirə bilərik.

Azərbaycanda ümumi iqtisadi vəziyyətə gəldikdə, durum sabitdir. Bu ilin ilk 8 ayı ərzində, iqtisadiyyat 4

faizdən çox artmışdır. Qeyri-enerji sektorunda artım 7 faizdən çox olmuşdur. Birbaşa xarici borcun səviyyəsi

çox aşağıdır və təxminən 10 faizdən bir az çoxdur. Bütün bunlar sərmayələrin cəlb edilməsində və müxtəlif

şirkətlərlə əməkdaşlıq qurulmasında çox müsbət elementlərdir.

Dünən biz Azərbaycan şirkətlərinin Çex Respublikasına sərmayə yatırmaq imkanlarını da müzakirə etdik.

Sizin ölkə sərmayələr baxımından çox cəlbedicidir və inkişaf edib. Ölkəniz güclü sənaye potensialına və iqtisadi

sabitliyə malikdir. Bildiyimizə görə, bir çox Avropa ölkələrində çətin iqtisadi və maliyyə vəziyyəti inkişafınıza

mənfi təsir göstərməyib. Rəhbərliyinizi bu nailiyyətlərə görə təbrik etmək istərdim.

Hesab edirəm, ölkələrimiz öz bölgələrində nümayiş etdirirlər ki, güclü siyasi iradə, yalnız milli maraqlara

əsaslanan müstəqil xarici siyasət və çox düşünülmüş iqtisadi siyasət ilə biz uğurları əldə edə bilərik və hətta

çətin vaxtlarda da iqtisadi sabitliyi qoruyub saxlaya bilərik. Çünki, təsəvvür edin, neftin qiymətlərinin iki

dəfədən çox aşağı düşməsi bizim üçün ciddi çağırışdır. Bu il üçün büdcəmiz qəbul edilən zaman, neftin qiyməti

bir barrelə 90 dollar səviyyəsində hesablanmışdı. Lakin indi və ya dünən qiymət 46 dollar olmuşdur. Aydındır

ki, gözlədiyimiz gəlirləri almadıq. Amma şaxələndirmə sayəsində və ümumi daxili məhsulun 70 faizinin qeyri-

enerji sektorunda istehsal olunması nəticəsində sabitliyi qoruyub saxlaya bildik, bütün sosial proqramları həyata

keçirdik və sərmayələri hələ də davam etdiririk.

Başqa sözlə, mən işgüzar dairələrimiz arasındakı əməkdaşlığa çox nikbin baxıram. Birincisi, güclü siyasi

dəstək var. Bunu bu gün biz nümayiş etdiririk. İkincisi, əməkdaşlıq sahəsində artıq çox müsbət təcrübə var.

Üçüncüsü isə, iqtisadiyyat və işgüzar qruplarımızın potensialı çox böyükdür və biz yeni əməkdaşlıq sahələrini

tapmaq üçün hər şeyi etməliyik. Əminəm ki, bu biznes forum bu istiqamətdə çox mühüm addım olacaq.

Cənab Prezident, Sizə və bütün qonaqlara bir daha “Xoş gəlmişsiniz” deyirəm! Əminəm ki, Azərbaycana

səfərinizdən məmnun olacaqsınız. Sağ olun.

Xalq qəzeti.- 2015.- 17 sentyabr.-№ 203.- S.1.

Page 168: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

168

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin

birinci iclası olub:

Prezident İlham Əliyevin çıxışı

(23 sentyabr 2015-ci il)

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub.

Dövlətimizin başçısı iclasda çıxış edib.

-2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm

dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha

onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu

günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu

İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən

əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin.

Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Oyunların Təşkilat Komitəsi yaradılmışdır. Biz bu

gün Təşkilat Komitəsinin birinci toplantısını keçiririk. Oyunların önəmini nəzərə alaraq, bu birinci toplantını

mən özüm aparıram. Əminəm ki, bundan sonrakı dövrdə Təşkilat Komitəsi bütün vəzifələri uğurla icra edəcək

və bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir.

Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı

müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban

Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə

keçirilmişdir. Həm “Eurovision” müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər

öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək

qiymətləndirmişlər.

Mən xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd etmək istəyirəm. Bu, birinci belə yarışma idi.

Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim

səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm

qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları

səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların

hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm

mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir

və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi.

Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün

dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq

məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün

qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını,

qonaqlara olan hörmətini bir daha ifadə etdi. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək

səviyyədə idi. Bu da ölkəmizin ümumi inkişaf potensialının göstəricisi kimi artıq qonaqlar tərəfindən yüksək

qiymətləndirilmişdir.

Baxmayaraq ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı çox çirkin

kampaniya aparılırdı. Bu kampaniya əlaqələndirilmiş şəkildə aparılırdı. Bəzi xarici dairələr Azərbaycanda gedən

inkişafı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında həqiqətə uyğun olmayan rəy yaratmaq üçün

sanki yarışa çıxmışdılar. Azərbaycan haqqında yalan, böhtan, uydurma informasiyalar xarici media orqanlarında

da geniş yer almışdı. Əlbəttə, biz yaxşı başa düşürdük və bilirdik ki, bu, təsadüfi deyil. Bu, çox düşünülmüş,

məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyası idi. Bu kampaniyanı aparan və onu sifariş edən

qüvvələr bir məqsədi güdürdü ki, Azərbaycanı gözdən salsınlar və Oyunlara ləkə vursunlar. Ancaq onların

bütün səyləri Azərbaycanda alt-üst edildi. Ona görə ki, ölkəmizə, Oyunlara gəlmiş idmançılar, nümayəndə

heyətlərinin üzvləri, qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir,

dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində

Azərbaycanda quruculuq, abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən

biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu Oyunlarda fəal iştirak etmiş könüllülər öz Vətənini sevirlər, öz

Page 169: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

169

Vətəni ilə fəxr edirlər. Fəxr edirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Gördülər ki, Azərbaycan idmançıları

həm peşəkar, həm vətənpərvər idmançılardır.

Bu Oyunlar Azərbaycan dövlətinin təntənəsi idi. Bizə qarşı bu çirkin əməlləri sifariş və icra edən

qüvvələr heç bir məqsədə nail ola bilməmişlər. Baxmayaraq ki, Oyunlar ərəfəsində Avropa Parlamenti anti-

Azərbaycan qətnaməsi qəbul etməyə çalışırdı. Ancaq məqsədə çata bilməmişdir, o qətnamə qəbul edilməmişdir.

Oyunların açılış günündə - iyunun 12-də Almaniya Bundestaqı Azərbaycanın əleyhinə yalan-böhtan üzərində

qurulmuş çirkin bir qətnamə qəbul etmişdir. Onu da Azərbaycan xalqı və dövləti rədd etmişdir. Yəni, bütün bu

səylər onu göstərir ki, biz hətta misli görünməmiş təzyiqlər şəraitində yolumuzdan dönmədik, Azərbaycan bir

daha öz imkanlarını ortaya qoydu.

Əlbəttə, Oyunlardan sonra da bizə qarşı təzyiqlərin olacağını proqnozlaşdırırdıq. Çünki Azərbaycan öz

müstəqil siyasətinə sadiqdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur.

Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir,

eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli mənəvi dəyərlərinə sadiq,

güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır.

Əfsuslar olsun ki, bu gün İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri

güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl,

dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir.

Oyunlarla bağlı qeyd etməliyəm ki, idmançılarımız bizi sevindirdilər. Azərbaycan tarixi qələbə

qazanmışdır, komanda hesabında ikinci yerə layiq görülmüşdür. İdmançılarımız 21-i qızıl olmaqla 56 medal

qazanmışdır. Yəni, birinci Avropa Oyunları Azərbaycan dövlətinin, xalqının hərtərəfli bayramı, təntənəsi idi.

Əminəm ki, gələcəkdə belə bayramlar, qələbələr çox olacaq.

İslam Həmrəylik Oyunlarının keçirilməsi də qeyd etdiyim kimi, çox önəmli beynəlxalq yarışma

olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da

ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait

yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda

özlərini rahat hiss etsinlər.

Deyə bilərəm ki, bu Oyunlardan başqa Azərbaycan müxtəlif beynəlxalq yarışlara da ev sahibliyi

edəcəkdir. 2016-cı ildə “Formula-1” yarışması ilk dəfə olaraq Azərbaycanda keçiriləcəkdir. Bu da futbol üzrə

dünya çempionatı ilə bir səviyyədə olan yarışmadır. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq.

Əminəm ki, biz bu yarışmanı da yüksək səviyyədə keçirəcəyik. Gələn il Azərbaycanda Dünya Şahmat

Olimpiadası keçiriləcək. Yəni, biz bu yolla gedirik və gedəcəyik. Çünki bizim imkanımız var və eyni zamanda,

biz bu yolla ölkəmizi dünyaya tanıdırıq.

Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır.

Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti

ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm

və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq.

Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt

olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü

qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan

o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün

vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş

şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır.

Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir. Mən bir daha demək istəyirəm ki,

biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə

olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür.

Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm

dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya

göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə

qadirdir.

Biz çalışacağıq ki, bütün təşkilati məsələlər öz həllini tapsın. Birinci Avropa Oyunlarında əldə edilmiş

təcrübə əlbəttə ki, bizə kömək göstərəcək. Nəzərə alsaq ki, Təşkilat Komitəsi təxminən bu tərkibdə Avropa

Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir və bir

daha Azərbaycan öz imkanlarını ortaya qoyacaqdır.

X X X

Page 170: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

170

İclasa yekun vuran Prezident İlham ƏLİYEV dedi:

-Hesab edirəm ki, məruzələrdə kifayət qədər geniş məlumat verildi. Əminəm ki, Təşkilat Komitəsi

qarşıda duran vəzifələri uğurla icra edəcək. Əlbəttə, Təşkilat Komitəsinin üzvləri və digər qurumların rəhbərləri

burada fəal iştirak etməlidirlər, işləməlidirlər. Avropa Oyunlarının keçirilməsi bizə çox böyük təcrübə

qazandırdı. Bu barədə artıq deyildi. Bütün mərhələlərdə yenə əlaqələndirmə olmalıdır və yüksək peşəkarlıq

göstərilməlidir. Qonaqların, idmançıların ölkəmizə gəlişi, aeroportda qarşılanması, viza problemlərinin həlli,

onların müasir nəqliyyat vasitələri ilə təmin edilməsi, burada həm qonaqlara, həm idmançılara, nümayəndə

heyətlərinin üzvlərinə yüksək qonaqpərvərliyin göstərilməsi, bütün bu məsələlər əminəm ki, öz həllini tapacaq.

Təhlükəsizlik tədbirlərinə xüsusi diqqət göstərilməlidir. Əminəm ki, bizim bu sahəyə rəhbərlik edən

şəxslər İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə təşkil edəcəklər. Avropa Oyunları zamanı

təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Mən bunu demişəm, bir daha demək istəyirəm.

Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki,

bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir. Bəzi hallarda binaların

damında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı insana rast gəlmək

mümkün deyildi. Yəni, budur bizim yanaşmamız. Təhlükəsizlik ən yüksək səviyyədə təşkil edilmişdir. Eyni

zamanda, təhlükəsizlik tədbirləri adi insanlara problem yaratmamalıdır, xüsusilə Bakı sakinlərinə. Qonaqlar da

bunu hiss etməməlidir. Ona görə, mən əminəm ki, bu dəfə də bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə

təşkil ediləcəkdir.

İnformasiya-kommunikasiya sahəsində də Avropa Oyunları ilə bağlı heç bir problem olmamışdır. İndi

İslam Həmrəylik Oyunlarına qədər əlavə tədbirlər də görülməlidir ki, bütün informasiya-kommunikasiya

sistemləri yaxşı vəziyyətdə işləsin və heç bir problem olmasın.

Şəhər nəqliyyatının tənzimlənməsi prosesi gedir, yeni qurumlar yaradılır, Bakı sakinləri də bunu görür,

yeni metro stansiyaları inşa edilir. Şəhər nəqliyyatı ilə bağlı yeniliklər artıq tətbiq edilir. Hesab edirəm ki,

Oyunlara qədər bu sahədə təkmilləşmə işləri daha da sürətlə getməlidir. Yenə də Avropa Oyunlarındakı kimi

xüsusi nəqliyyat zolaqları müəyyən edilməlidir. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaq.

Bakı şəhərinin abadlaşması prosesi gedir. Bunun Oyunlarla heç bir əlaqəsi yoxdur. 2017-ci ilə qədər əlavə

tədbirlər görüləcək. Bakıda yeni küçələr açılır, binalar tikilir, şəhər gözəlləşir. Göstəriş verilmişdir ki,

şəhərimizin hər bir yerində çox ciddi və böyük quruculuq işləri davam etdirilsin. Bakı şəhəri təkcə mərkəzdən

ibarət deyil, bütün mikrorayonlarda, şəhərimizin bütün kənar yerlərində də sürətlə quruculuq-abadlıq işləri,

infrastruktur layihələri icra edilməlidir və edilir.

Tibbi xidmətlə bağlı deyə bilərəm ki, indi Azərbaycanda, son vaxtlar xüsusilə Bakıda tikilmiş yeni böyük

tibb mərkəzləri fəaliyyət göstərir, ən müasir avadanlıq quraşdırılıbdır. Hesab edirəm, Oyunlar zamanı xüsusi

briqadalar təşkil olunacaq, xüsusi mərkəzlər müəyyən ediləcəkdir ki, əgər hər hansı bir bədbəxt hadisə baş

verərsə dərhal tibbi xidmət göstərilsin.

Atletlər və Media kəndləri ən yüksək səviyyədə qurulubdur. Avropa Oyunlarında orada qalmış

idmançılar, nümayəndə heyətlərinin üzvləri bunu xüsusilə qeyd edirdilər. Mənə verilən məlumata görə, bəzi

idmançılar, hətta onların yarışları başa çatandan sonra da Bakını tərk etmək istəmirdilər. Çünki Media və

Atletlər kəndlərində özlərini çox rahat hiss edirdilər. Bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdi. Təbii ki,

2017-ci ilə qədər həm Atletlər Kəndi, həm də Media Kəndi boş qalacaq. Ona görə, əlbəttə, baxmaq lazımdır ki,

orada cari təmir işləri də aparılsın, Oyunlara qədər biz yenə də o yüksək səviyyəni saxlaya bilək.

İdman obyektlərimiz ən yüksək səviyyədədir. Burada qeyd edildi ki, heç bir yeni obyektin tikintisinə

ehtiyac yoxdur. Yəni, bu Oyunların keçirilməsi üçün heç bir kapital qoyuluşu nəzərdə tutulmur. Əlbəttə ki,

istismar xərcləri olacaqdır. Biz Oyunların keçirilməsi üçün yenə xarici mütəxəssisləri də cəlb edəcəyik. Onlar

yerli mütəxəssislərlə bərabər çalışacaqlar. Yəqin yenə də Beynəlxalq Əməliyyat Şirkəti yaradılacaqdır ki, biz bu

Oyunları da Avropa Oyunlarının səviyyəsində keçirək.

Oyunlar zamanı çox geniş mədəni proqramların - tamaşaların, konsertlərin keçirilməsi nəzərdə

tutulmalıdır ki, qonaqlar bizim zəngin mədəniyyətimizlə tanış olsunlar. Xüsusi ekskursiya turları təşkil

edilməlidir. Əgər ehtiyac olarsa, əlavə səyahət avtobusları da alına bilər. Çünki bildiyimə görə, bu avtobusların

indi çox böyük funksiyaları var. Həm şəhər sakinləri, həm də turistlər onlardan istifadə edirlər. Biz öz zəngin

tariximizi, mədəniyyətimizi təqdim etməliyik. Eyni zamanda, bu Oyunlar iki həftədən çox davam edəcək.

Buraya gələcək turistlər üçün bölgələrə ekskursiya turları da təşkil edilməlidir. Hər bir mehmanxana xüsusi

bukletlər, broşürlərlə təmin olunmalıdır. Bu sahədə sizin təcrübəniz var.

Yenə də əlbəttə ki, biz könüllülərin fəaliyyətini səbirsizliklə gözləyirik. Könüllülər üçün də bu, yeni bir

imkan olacaq ki, öz məharətini, peşəkarlığını göstərsinlər. Mən bilirəm ki, Avropa Oyunları başa çatandan sonra

Page 171: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

171

könüllülər də bir qədər darıxırlar. Biz hamımız darıxırıq. Biz əlbəttə, istəyirik ki, o unudulmaz günləri bir daha

yaşayaq. Əminəm ki, İslam Həmrəylik Oyunlarında da könüllülərimiz çox fəal işləyəcəklər. Onların rolu

həddindən artıq böyükdür. Bildiyiniz kimi, bütün könüllülər tərifnamə ilə təltif olunmuşlar. Onlar

gələcəyimizdir, gənclərdir, hazırlıqlı, vətənpərvər, bilikli, artıq böyük təcrübəyə malik olan insanlardır.

Ümumiyyətlə, idarəetmə sistemlərimizdə biz gəncləşmə siyasətini aparmalıyıq. Azərbaycan müasirləşir, inkişaf

edir, nəsillər dəyişir və belə gənclər hazırlanmalıdır ki, gələcəkdə onlar ölkəmizi inamla idarə etsinlər.

Oyunların başlamasına iki ildən az vaxt qalır. Oyunlar 2017-ci ilin may ayında keçiriləcəkdir. Ona görə,

Təşkilat Komitəsi artıq bu gündən fəal işə başlamalıdır. Bilirəm ki, bu günə qədər hazırlıq işləri aparılmışdır. Bu

gün bu, məruzələrdə də səsləndi. Bütün qurumlar əlaqəli şəkildə işləməlidir ki, Oyunları yüksək səviyyədə

keçirək. Bir daha demək istəyirəm ki, biz Avropa Oyunlarına göstərdiyimiz yanaşmanı bu Oyunlarda da

göstərməliyik. Bu Oyunlar Avropa Oyunlarından az əhəmiyyət kəsb etmir. Elə etməliyik ki, bir daha

Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya

göstərsin.

Təşkilat Komitəsinə uğurlar arzulayıram. Sizi və bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə

təbrik edirəm. Sağ olun.

Xalq qəzeti.- 2015.- 24 sentyabr.-№ 209.- S.1-2.

Page 172: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

172

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi

inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

(12 oktyabr 2015-ci il)

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər

Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr

olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin 9 ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik.

Deyə bilərəm ki, bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki

dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi,

hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi

var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu

yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.

Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı

gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.

Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada

qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və

görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları

qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki

mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra

da müstəqillik yolu ilə gedəcək.

Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə,

beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim

təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün

cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır.

Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir.

Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil

siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini

qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-

iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq.

Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır. Nəzərə alsaq ki, biz bunu qeyri-neft

sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Ümumiyyətlə, bu gün bölgədə gedən proseslər,

qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir.

Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan

da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq,

aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən

gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artmışdır və bu

da dediyim kimi aparılan islahatların nəticəsidir.

Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir

və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya

qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və

kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə, qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki,

bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla getməliyik və sənayenin inkişafının

stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir. Bu barədə bir qədər sonra danışacağıq.

Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız da 6,7

faiz artmışdır. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək,

subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer

təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olmuşdur.

Page 173: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

173

Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz

artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu da o deməkdir ki, əhalinin real

gəlirləri ildən-ilə artır. Baxmayaraq ki, yenə də demək istəyirəm, bu il həm ölkə, həm bölgə üçün ağır il olaraq

qalır.

Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili,

7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı

yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən

Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan

cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə

tədbirlər görüləcəkdir.

Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun

yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun

yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26

uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi

göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə,

sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır.

Hesab edirəm ki, ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq

təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız

yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem –

şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb.

Onu da qeyd etməliyəm ki, şəffaflıq nəticəsində ünvanlı sosial yardım alanların sayı 16 faiz aşağı

düşmüşdür. Çünki heç bir kriteriyaya görə ünvanlı sosial yardım düşməyənlər artıq bunu almırlar. Ancaq

doğrudan da ehtiyac içində yaşayanlar bunu alır və onlara daha böyük məbləğ verilir. Bu gün 500 minə yaxın

insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən

yardım göstərilir. Bu, çox yaxşı nəticədir və əminəm ki, gələcək illərdə yoxsulluğun aşağı düşməsi nəticəsində

ünvanlı sosial yardıma möhtac olanların sayı daha da azalacaq. Bizim vəzifəmiz, - bunu biz artıq neçə ildir ki,

bəyan etmişik, - ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Biz bu

sosial bəlanı aradan götürməliyik. Yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir.

Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna daha da yaxınlaşacağıq.

İnfrastruktur sektorunda, infrastruktur layihələrinin icrasında da bu il kifayət qədər böyük işlər görülüb.

Təbii ki, bizim gəlirlərimiz neftin qiymətinin aşağı düşməsi nəticəsində azaldığına görə xərclərimiz də azalıb.

Biz öz fəaliyyətimizi ancaq daxili resurslar hesabına qururuq. Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da

manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və

əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12

faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. On iki faiz

də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur. Ancaq biz istəyirik ki,

xarici borcumuz 10 faizi keçməsin. Buna nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili

imkanlar hesabına qurmalıyıq. Ona görə, biz qazandığımıza müvafiq olaraq xərcləri nəzərdə tutmalıyıq. Ona

görə, infrastruktur layihələrinin icrasında imkan daxilində işlər görülüb. Kənd yolları, içməli su, kanalizasiya

layihələri, qazlaşdırma ilə bağlı layihələr - bütün bunlar bu il də icra edilib və mənim bölgələrə mütəmadi

səfərlərim imkan verir ki, bu gözəl dəyişiklikləri, inkişafı öz gözümlə görüm.

Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş

yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf

modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının

artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə

olan halda əlbəttə ki, gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Ona görə, bu

sahədə də yeni inkişaf strategiyamız müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq.

Regionlarda yaradılan iş yerləri, əlbəttə ki, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir.

Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri

bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri

nədən ibarətdir. Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri

açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min

daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri

yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu

Page 174: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

174

proseslər hansı səbəblər üzündən baş verir. Obyektiv səbəblər də, subyektiv səbəblər də ola bilər. Biz bu gün bu

barədə danışacağıq.

Ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən nəqliyyat sektorudur. Bildiyiniz kimi, son illər

ərzində bu sektora bəlkə də bütün infrastruktur layihələri arasında ən böyük vəsait ayrılmışdır. Çünki bizim

coğrafi vəziyyətimiz diktə edir ki, burada – həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılmalı, həm

də tranzit imkanlarımız genişlənməli, bizə daha da böyük həcmdə siyasi və iqtisadi dividentlər gətirməlidir.

Nəqliyyat sektorunun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır. Bu gün yüklər uğrunda

mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər

ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik

kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri

müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq. Ona görə, bu, çox ciddi məsələdir. Mən iclasın sonunda bu

məsələyə daha da geniş toxunacağam.

Onu qeyd etmək istəyirəm ki, bu il Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox

əlamətdar hadisələr baş vermişdir. Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci

konteyner qatarı gəlmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı

hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Verilən məlumata görə,

gələn il Türkiyə ərazisində də bu xətt hazır olmalıdır. Belə olan halda bütün müvafiq qurumlar, əlbəttə ki,

koordinasiya şəklində işləməlidir və bu xətt bizə çox böyük xeyir gətirəcək. Eyni zamanda, Şimal-Cənub

nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da

artıracaq.

“Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı 9 ayda çox gözəl, önəmli işlər görülmüş, addımlar

atılmışdır. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və artıq həm “Şahdəniz-2” yatağının

işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Biz çalışırıq və çalışacağıq

ki, bu layihə vaxtında icra edilsin. Biz çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas

səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin.

Digər layihələrdə - “Şahdəniz-2” və TAP layihələrində Azərbaycan əlbəttə ki, səhmdardır, ancaq biz

əsas səhmdar deyilik. Ona görə, əsas operator məsuliyyəti başqa qurumların üzərinə düşür. O ki qaldı TANAP

layihəsinə, Azərbaycan orada əsas sahibkardır. Ona görə, bizim məsuliyyətimizdə olan bu layihə əminəm ki,

vaxtında icra ediləcək.

Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu

da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə

məşğul olan vasitəçilər.

Ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq. Bu sahəyə nə qədər lazımdırsa vəsait

ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr

üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası

istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş

qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə

etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk.

Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı

diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim

ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox

işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq

burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda.

İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti

Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda

işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət,

vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı

müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında

bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər

dəfə biz onların cəzasını verəcəyik.

Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq

hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi

bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü

Page 175: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

175

çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və

istənilən vaxtda lazımi tədbirləri də görəcəyik.

Erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Bəyan edir

ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli

torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya

ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir,

müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək. Ona görə, bu, çox qəribə, yumşaq desək, qeyri-

adekvat və görünür ki, çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa

edir, həm də rəhbərliyini biabır edir. Çünki indi hər bir insan danışdığının məsuliyyətini daşımalıdır, xüsusilə

böyük vəzifə sahibləri. Ancaq xunta rejimindən bundan artığını gözləmək də çətindir. Çünki Ermənistanın

bugünkü hakimiyyəti hərbi canilərdir, Xocalı soyqırımını törədənlərdir. Azərbaycan torpaqlarının işğalında dinc

əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətində fəal iştirak edənlərdir. Onlardan bundan artığını gözləmək

mümkün deyil. Ancaq o da həqiqətdir ki, bu gün Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan

xalqı üçün də təhlükəyə çevrilib. Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən

bezib. Ermənistandan köç gedir. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər,

Azərbaycana gəlirlər. Görün bu rejim nə dərəcədə azğınlaşıb, əhaliyə qarşı nə qədər çirkin əməllər görür ki,

hətta bu gün Azərbaycana Ermənistandan insanlar köçür və burada rahat yaşayır. Çünki Azərbaycanda nəinki

milli, dini zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz.

Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıbdır. Regional

təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim

iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. İqtisadi və hərbi potensialımız bizim

gücümüzü daha da artırır və biz bu gün təmas xəttində vəziyyətə nəzarət edirik. Getdikcə bizim gücümüz

artacaq, Ermənistan daha da zəifləyəcək. Çünki inkişaf üçün Ermənistanda heç bir imkan yoxdur. Heç bir

obyektiv amil yoxdur ki, Ermənistan bu diktatura rejimi altında inkişaf etsin.

Biz isə öz yolumuzla gedəcəyik. Biz ilin sonuna qədər bütün vəzifələri icra edəcəyik. Gələn ili də

əminəm ki, uğurla başa vuracağıq.

X X X

Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.

Page 176: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

176

Prezident İlham Əliyevin yekun nitqi

(12 oktyabr 2015-ci il)

- İlin sonuna iki ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və

biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq.

Makroiqtisadi sabitliyin qorunması gələn il də prioritet olaraq qalacaq. Çünki bu, çox vacib sahədir. Hər

bir ölkənin makroiqtisadi sabitliyi əsas şərtdir.

İslahatlar daha da dərinləşməlidir. İqtisadi islahatlar nəticəsində artıq böyük işlər görülüb. Bunu

beynəlxalq qurumlar da qeyd edir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı yenə də çox yüksək pilləyə layiq

gördü. Ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 40-cı yerdədir. MDB məkanında

yenə də birinci yerdədir və bu, əslində görülən işlərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, iqtisadi islahatları

daha da dərinləşdirək və iqtisadiyyatı liberallaşdırmaq üçün əlavə tədbirlər görək.

“Fitch” reytinq agentliyinin də yüksək qiyməti bizi sevindirir. Bu, ədalətli yanaşmadır. Azərbaycanda

görülən işlərin nəticəsidir ki, “Fitch”, - baxmayaraq, bölgədə iqtisadi-maliyyə böhranı davam edir və dərinləşir,

- Azərbaycana iqtisadi sahədə 3B investisiya reytinqini vermişdir. 3B reytinqi çox yüksək nəticədir. Ancaq biz

çalışmalıyıq ki, daha da yüksək reytinqlərə nail olaq. Hesab edirəm ki, görüləcək əlavə tədbirlər nəticəsində biz

buna da nail olacağıq.

Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda

dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır.

İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını

uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz

qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet təşkil

etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla bərabər, vacib olan

bütün layihələrə kifayət qədər vəsait ayrılacaq.

Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə,

maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.

Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər.

Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu

ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu

hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin

vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ

ki, tam oturuşmayıb.

Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan

rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft

sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar

qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına

formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya

layihələrinə yönəlməlidir.

Mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır. Bu praktika bizdə var. Biz

bu praktikanı yerli istehsalı stimullaşdırmaq, yeni müəssisələrin yaradılması və xaricdən gətirilən avadanlıqları

burada quraşdırmaq üçün tətbiq etmişik. Hesab edirəm ki, bu işlərə artıq yenidən baxılmalıdır. İxracyönümlü

qeyri-neft sektorunun inkişafı o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılmalıdır.

Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq

deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq

ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki,

inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi

hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam

etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir.

“ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan

qısa müddət ərzində “ASAN xidmət”ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən

xidmətlərdən razıdır. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir?

Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz

var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu,

mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə

çıxarmalıdır. “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməlidir və “ASAN xidmət”in funksiyaları

Page 177: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

177

genişləndirilməlidir. Bu il də biz “ASAN xidmət”ə yeni funksiyalar vermişik, məhz o funksiyaları ki, ən çox

korrupsiyaya uğramış sahələrə aid idi. Ona görə, burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı

xidmətləri, hansı funksiyaları biz “ASAN xidmət”ə əlavə olaraq verməliyik. Bir daha demək istəyirəm ki, bütün

başqa qurumlar da bu praktikanı tətbiq etməlidirlər.

Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək

onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan

korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi

iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır

və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır.

Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu

gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər

iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı

maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda,

əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri demək olar

başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə, biznesin inkişafı üçün

bölgələrdə və Bakıda yaxşı imkanlar var.

Biz isə çalışmalıyıq ki, xarici investisiyaları qeyri-neft sektoruna cəlb edək. Bu günə qədər xarici

sərmayədarlar daha çox neft-qaz sektoruna maraq göstəriblər. Bu da təbiidir, çünki orada daha da böyük qazanc

əldə edirlər. Amma bizim siyasətimiz ondan ibarətdir ki, əlbəttə, neft-qaz sektoruna da xarici sərmayə

qoyulmalıdır və qoyulur. Nəzərə alsaq ki, indi “Cənub” qaz dəhlizi icra edilir, - əlbəttə, bu, böyük vəsait tələb

edir, - ancaq bizim əsas prioritetimiz xarici sərmayəni qeyri-neft sektoruna cəlb etməkdir. Hesab edirəm ki,

burada bütün qurumlar daha da fəal işləməlidirlər. Həm təqdimatlar keçirilməlidir, - əlbəttə, biznes forumlar

keçirilir, biz xarici investorları maraqlandırırıq, - eyni zamanda, Azərbaycanda biznes mühiti

yaxşılaşdırılmalıdır. Bunun üçün əlavə tədbirlər görülməlidir və mən hökumətdən təkliflər gözləyirəm ki, biznes

mühitini biz hansı yollarla yaxşılaşdıra bilək.

Qeyd etməliyəm ki, Azərbaycanda aparılan islahatlara beynəlxalq maliyyə qurumları, mötəbər

beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymət verilir. Əslində, bugünkü Azərbaycan reallıqları bunu

göstərir. Belə çətin geosiyasi vəziyyətdə - həm siyasi, həm iqtisadi - maliyyə böhranının mövcudluğu şəraitində

biz iqtisadiyyatımızı inkişaf etdiririk. Ancaq mən istəyirəm ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan

bütün əngəllər, süni maneələr aradan götürülsün. Bir çox hallarda bu süni əngəllər yenə də korrupsiya və

rüşvətxorluqla bağlıdır. Ona görə, korrupsiya, rüşvətxorluq sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim

iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir. Ona görə, biznes mühitinin yaxşılaşdırılması prioritet məsələ

kimi qeyd edilməlidir.

Bununla bərabər, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə də böyük ehtiyac var, bu sahəyə

yenidən baxmalıyıq. İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım

ildə 20-30 faiz təşkil edirdi. Bu, əlbəttə ki, neft hasilatının kəskin şəkildə artması və neft qiymətlərinin qalxması

ilə bağlı idi. İndi o dövr arxada qaldı. İndi neft hasilatı Azərbaycanda sabitləşib və əminəm ki, uzun illər bundan

sonra sabit olaraq qalacaqdır. Əlbəttə ki, biz indi böyük qaz layihəsi üzərində işləyirik. Bu da bizə əlavə gəlir

gətirəcək. Bununla bərabər, hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan

amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin

fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu

sahəyə də diqqət verilməlidir.

Qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Qeyd

etdiyim kimi, artıq ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu, çox

gözəl göstəricidir. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki,

təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha

çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq və demək olar ki, buna

nail oluruq. Ona görə, bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar

rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyasət aparmalıyıq.

Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi

addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər

çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük

əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq

nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır.

Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi

Page 178: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

178

yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların

tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət

ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.

Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara

problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə

də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam.

Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min

daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş

yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son

qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız

tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər

ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə

ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat

işləsinlər.

Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı

getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki,

lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə

lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır,

əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı

modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane

olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya,

yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək

olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.

İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ

ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır

ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan

vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər

kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin

ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən

əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki,

biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya -

yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun.

Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları

müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək

olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti,

Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!

Bu il “Kənd təsərrüfatı ili”dir. Qeyd etdiyim kimi, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Kənd

təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas

ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki,

30 iri fermer təsərrüfatı yaradılmışdır, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılmışdır. Taxılçılıq

üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir.

Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30

sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə

tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının –

Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur.

İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni

yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir.

Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır. Qeyd etdiyim kimi, Azərbaycanda qeyri-neft

sənayesi 10,2 faiz artmışdır. Texnoparklar salınır. Bu da öz səmərəsini verir. Sumqayıt Kimya Sənaye Parkında

1 milyard dollar dəyərində sərmayə qoyuluşu gözlənilir. Artıq işlər başlayıb. Bizim bütün rayonlarımızda xüsusi

sənaye zonaları yaradılmalıdır. Artıq pilot layihəsi həyata keçirilir, əminəm ki, uğurlu olacaq.

İnfrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur. Kənd yolları, qazlaşdırma, içməli su

layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici

qurğunun artıq istismarı gözlənilir. Bu da çox böyük layihədir. Bir neçə il bundan əvvəl mənim iştirakımla o

layihənin təməl daşı qoyulmuşdur. Bu gün artıq demək olar ki, bu layihə hazırdır. Bakını təmiz, içməli su ilə

Page 179: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

179

təmin etmək üçün bu layihənin əvəzsiz rolu olacaqdır. Eyni zamanda, sosial infrastrukturun yaradılması davam

etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası – bu, daim diqqət mərkəzindədir. Gələn ilin dövlət investisiya

proqramında bu layihələr nəzərdə tutulmalıdır.

Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə

götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var.

Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada

çox böyük pozuntular var.

Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir.

İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. Sentyabrın 15-dən artıq insanlar bunu hiss etməyə

başlayıblar. İlin sonuna qədər artıq əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların

keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox

ciddi sosial addımdır. Digər tərəfdən, bu, o sahədir ki, orada işlər düzgün qurulmamışdır. Elə sahələr kifayət

qədər çoxdur. Ona görə, hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var aradan

qaldırılmalıdır. Dərman preparatları bazarı ilə bağlı demək olar ki, bir ilə yaxın çox ciddi iş, təhlil aparılırdı və

artıq gözəl nəticə də var. İnsanlar da razıdır. Dövlət də indi bu sahəni öz nəzarətinə götürüb. Əminəm ki, idxal

olunan dərmanlardan əldə ediləcək vergi, gömrük rüsumu formasında vəsait daha da böyük həcmdə olacaq.

Yəni, büdcəmizə də bunun böyük xeyri olacaq.

Mən giriş sözümdə qeyd etdim ki, nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət

kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün

Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv

səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada,

ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət

aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var.

Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük

dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır.

Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi

qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb.

Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər

hövzəsində ən böyük ticarət limanı olacaq. Yəni, bu, dövlət vəsaiti hesabına görülən işlərdir. Burada heç bir

özəl vəsait qoyulmayıb. İndi, bəzi hallarda kreditlər verilib. Amma bu kreditləri də dövlət ödəyir. Dövlət öz

siyasətini göstərib. Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub

dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim

ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin

başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi,

Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də

görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda

mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən

xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu

məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin,

Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır?

Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20

ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu

biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda

mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz

gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır.

Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq.

Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır.

“BakuBus” avtobusları ən yüksək səviyyəyə malikdir. Dünyanın bəlkə də ən gözəl, ən müasir avtobuslarıdır.

Bunu da biz etmişik ki, insanlar ictimai nəqliyyatdan rahat istifadə etsinlər. Hesab edirəm ki, “BakuBus”ın

fəaliyyəti genişləndirilməlidir. Çünki indi digər xidmətlərlə müqayisədə əlbəttə ki, insanlar “BakuBus”a

üstünlük verir. Ona görə, hesab edirəm ki, gələn ilin dövlət büdcəsində də yeni avtobusların alınması üçün

müəyyən vəsait nəzərdə tutulmalıdır. Biz hər il əlavə avtobuslar almaqla “BakuBus”ın fəaliyyətini daha da

genişləndirə bilərik.

Page 180: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

180

Metro tikintisi gedir. Əminəm ki, biz gələn il yeni stansiyaların açılışını qeyd edəcəyik. Bakı-Sumqayıt

şəhərlərarası qatarlar da fəaliyyətə başlayıb. Müasir qatarlardır, yeni dəmir yolu xətləri çəkilib. Bütün bunlar

insanların rahatlığı üçündür.

Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm

sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Biz yenə də burada daha çox

fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya

müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq.

Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il “Formula-1” yarışması da, - bu da miqyasına görə bəlkə də

dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri

Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər.

Nəhayət, gələn il “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox ciddi işlər görülməlidir. Artıq

praktiki inşaat işləri başlayır. Bu da koordinasiya tələb edir. Burada bütün qurumlar elə işləməlidir ki, bir gün də

yubanma olmasın. “Cənub” qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan

böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Siyasi, iqtisadi,

enerji maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək və mən çox şadam

ki, “Cənub” qaz dəhlizinin bütün iştirakçıları, bütün ölkələr burada bir mövqedədirlər. Bilirsiniz ki,

Azərbaycanın təşəbbüsü ilə bu ilin fevral ayında “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurası da Bakıda

keçirilmişdir. Şuranın qəbul etdiyi bəyannamə də Azərbaycanın liderlik rolunu bir daha təsdiqləyir. Bu, böyük

şərəfdir, böyük məsuliyyətdir. Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla

nəticələnib. Əminəm ki, “Cənub” qaz dəhlizi də Azərbaycanın növbəti qələbəsi olacaqdır. Sağ olun.

Xalq qəzeti.- 2015.- 13 oktyabr.-№ 222.- S.1-4.

Page 181: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

181

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən

iclasında iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə

iclasında çıxışı

(16 oktyabr 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin

Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

çıxış etdi.

Tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə minnətdarlığını

bildirən dövlətimizin başçısı iclasın nəticələrinin əməkdaşlığa töhfə verəcəyini dedi. Prezident İlham Əliyev

Belarusda prezident seçkiləri, Qırğızıstanda isə parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Belarus

Prezidenti Aleksandr Lukaşenkonu və Qırğızıstan Prezidenti Almazbek Atambayevi təbrik etdi. Prezident İlham

ƏLİYEV dedi:

- Mən öz çıxışımda iki-üç mövzuya toxunmaq istərdim. Birincisi, bu, artıq qeyd edildi: qarşılıqlı iqtisadi

fəaliyyətin yeni formalarının axtarılması zərurəti. MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş

verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun

milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal

mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli

valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə

bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə

imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi. İqtisadi sahədə əməkdaşlığın yeni formalarının,

həmçinin xüsusən zəngin təbii ehtiyatlara malik olan ölkələrdə yeni iqtisadi modelin möhkəmlənməsinin yeni

formalarının axtarışı, əlbəttə, dövlətlərimizin gündəliyindədir. Düşünürəm ki, burada meydana çıxan riskləri

minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar.

Həmçinin deməliyəm ki, MDB ölkələri, – mən təbii ehtiyatlara, neftə, qaza malik olan ölkələri nəzərdə

tuturam, – neft və qaz hasil edən çoxsaylı ölkələr arasında bu böhrana müqavimət baxımından ən yaxşı

göstəricilərə malikdirlər. Azərbaycan nəqliyyat təhlükəsizliyi məsələlərində fəal iştirak edir. Biz, həmçinin

bütün MDB ölkələrini irəli sürdüyümüz təşəbbüslərə, o cümlədən Birliyin üzvü olan bəzi ölkələrlə müştərək

təşəbbüslərə qoşulmağa dəvət edirik. Bu ilin avqust ayında Qazaxıstandan keçməklə Çindən Azərbaycana gələn

ilk konteyner qatarı qəbul edilib. Bu, Şərq-Qərb dəhlizinin yeni cizgilər kəsb etməyə başladığını göstərən yaxşı

əlamətdir. Bu dəhlizin böyük geosiyasi əhəmiyyəti var və o, əlbəttə, həmin yol üzərində, habelə bu nəqliyyat

marşrutunun yaxınlığında yerləşən ölkələrin daha sıx inteqrasiyasına imkan verəcək.

Biz “Şimal-Cənub” dəhlizinin layihəsi üzərində, ilk növbədə Rusiya Federasiyası və İranla fəal işləyirik.

Artıq ciddi razılaşmalar əldə olunub, bizim dəmir yolu magistrallarının birləşdirilməsi prosesinin

sürətləndirilməsinə dair konkret qərarlar qəbul edilib. Bu layihə böyük maliyyə gəlirləri vəd edir. Bu magistral

Çinin, Hindistanın, İranın, Azərbaycanın, Rusiyanın və Avropanın nəhəng bazarlarını birləşdirən ən rahat və ən

qısa yoldur. Həmçinin sizə bu barədə məlumat vermək və tərəfdaş ölkələrimizi bu layihəyə qoşulmağa dəvət

etmək istərdim. Bu iştirak müxtəlif formada ola bilər – sərmayə qoyuluşu, yüklərin təminatı ilə bağlı məsələlər.

Düşünürəm ki, biz bu istiqamətdə birlikdə işləyə bilərik. Əgər sərmayələrlə bağlı istək olarsa biz bunu yalnız

alqışlayacağıq. Əgər belə arzu yoxdursa, bu magistralın yaxın iki il ərzində tam işə düşməsi üçün mümkün yeni

yüklərin səfərbər edilməsi sahəsində birgə işləyə bilərik.

Əlbəttə, haqqında danışmaq istədiyim üçüncü mövzu regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi

məsələsidir. Bu gün artıq çıxışlarda bununla əlaqədar narahatlıqlar səsləndi. Biz hamımız bunu yaxşı görürük,

müşahidə edirik. Terrorizmə qarşı mübarizədə bütün dünya birliyinin çoxplanlı əməkdaşlığı olmadan dünyada

heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. MDB ölkələri, hər halda bu ölkələrin əksəriyyəti beynəlxalq

terrorizmin nə demək olduğunu öz üzərlərində hiss ediblər. Bu təhlükə bu gün region ölkələri üçün bilavasitə

risklərin və bizim hamımız üçün potensial risklərin mənbəyidir. Buna görə də bugünkü mərhələdə beynəlxalq

terrorizmə qarşı mübarizə bütün ölkələr üçün prioritet olmalıdır və biz yalnız səylərimizi birləşdirməklə qarşıya

qoyulmuş məqsədlərə çata bilərik. Əlbəttə, risklərin minimuma endirilməsi, habelə beynəlxalq terrorizmi

doğuran səbəblərin üzə çıxarılması, aşkar edilməsi istiqamətində çox işləmək lazımdır. Əlbəttə, bunun çox

böyük kənar səbəbləri var, terroryönümlü müəyyən qruplar, qruplaşmalar maliyyələşdirilir. Amma, həmçinin

Page 182: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

182

daxili səbəblər də mövcuddur. Daxili səbəb isə yoxsulluq, savadsızlıq, gerilik, radikalizm, fundamentalizm,

sosial ədalətsizlikdir. Əgər bu və ya digər ölkədə bu obyektiv səbəblər yoxdursa, orada xaricdən göstərilən

bütün səylərə baxmayaraq terrorizmin yetişməsi üçün zəmin yaratmaq çox çətin olacaq. Buna görə də sosial-

iqtisadi xarakterli məsələlərin, təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə məsələlərinin

həlli üzərində səylərin birləşdirilməsi – bütün bunlar bu gün ölkələrimizin əsas gündəliyini təşkil edir. Biz

region ölkələri ilə sülh və həmrəylik şəraitində yaşamaq, inkişaf etmək, uşaqların savadlı, təhsilli, sağlam

böyüməsini istəyirik. Bunun üçün bizə təhlükəsizlik lazımdır. Buna görə də Azərbaycan öz tərəfindən

beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək.

Düşünürəm ki, burada səslənən tezislər, dövlət başçılarının çıxışları bizim bu məsələyə yenidən və daha

praktiki nöqteyi-nəzərdən baxmağımız, gələcəkdə ölkələrimizin təhlükəsizliyi ilə bağlı daha nə etməyin lazım

olduğunu müəyyənləşdirməyimiz üçün yaxşı bazadır.

Xalq qəzeti.- 2015.- 17 oktyabr.-№ 226.- S.1-2.

Page 183: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

183

Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında

iştirak edib: Prezident İlham Əliyevin çıxışı

(28 oktyabr 2015-ci il)

Oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini işə saldı.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Bu gün şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gündür. Biz Ceyranbatan Ultrasüzgəcli

Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan

sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına

tam cavab verəcək.

Mən xatırlayıram ki, dörd il bundan əvvəl biz burada bu kompleksin təməl daşını qoyduq. Şadam ki, artıq

bu nəhəng infrastruktur obyekti istismara verilir.

Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr

edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti

ayrılıb. Əlbəttə ki, bu günə qədər infrastruktur layihələrinin icrası da bu kompleksin işinə öz dəstəyini verir. İlk

növbədə, Taxtakörpü su anbarı, Taxtakörpü-Ceyranbatan su kəmərinin tikintisi bu kompleksin fəaliyyətinə,

əlbəttə ki, çox müsbət təsir göstərir.

Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə

bölüşüblər. Kompleksin istismarı işində də əminəm ki, heç bir problem olmayacaq və beləliklə, biz bu böyük

sosial layihəni artıq başa çatdırırıq.

Ümumiyyətlə, Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-

iqtisadi inkişafı Dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun

yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülmüşdür. Demək olar ki, elektrik enerjisi ilə

bağlı bütün problemlər öz həllini tapmışdır. Biz əvvəlki illərdə xaricdən elektrik enerjisi alırdıqsa, bu gün nəinki

öz tələbatımızı ödəyirik, eyni zamanda, xaricə də ixrac edirik. Vaxt var idi ki, biz qaz idxalı ilə məşğul idik, bizə

qaz çatmırdı. Hazırda görülən işlər nəticəsində Azərbaycan nəinki regionda, dünyada qaz ixrac edən ölkəyə

çevrilir. Biz bütün bunları son illər ərzində əldə etmişik. Kənd yollarının tikintisi, sosial infrastrukturun

yaradılması həm Bakıda, həm bölgələrdə geniş vüsət almışdır.

Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki

içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su

layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ

ki bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz

içməli su fasiləsiz və bütün əhaliyə verilsin.

Biz bu məqsədə çatmaq üçün artıq çox önəmli addımlar atırıq. Bununla bərabər, hər il mənim

Sərəncamımla Prezidentin ehtiyat fondundan vəsait ayrılır və ən azı 300 subartezian quyusunun qazılması təmin

edilir. Çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Yəni, biz bu məsələlərə

kompleks şəkildə yanaşırıq və əlbəttə ki, burada əsas rolu “Azərsu” icra edir. Şadam ki, son illər ərzində bu

sahədə görülən işlər əhali tərəfindən də yüksək qiymətləndirilir. Eyni zamanda, biz görürük ki, məsələlər öz

həllini tapmaqdadır.

Əsrlər boyu Azərbaycan və xüsusilə Bakı şəhəri içməli su problemi ilə üz-üzə qalmışdır. Bunun təbii

səbəbləri vardır. Əlbəttə, sovet dövründə böyük işlər görülmüşdür, Kür su kəməri çəkilmişdir. Ulu öndər

Heydər Əliyevin təşəbbüsü ilə böyük infrastruktur layihələri icra edilmişdir. Ancaq müstəqillik illərinin ağır

şəraiti, xüsusilə 90-cı illərin əvvəllərində yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət imkan vermirdi ki,

biz müasir texnologiyaları Azərbaycana cəlb edək.

Bu məqsədlə çox böyük işlər görülmüşdür. Bəzi layihələr xaricdən götürülmüş kreditlər hesabına icra

edilmişdir. Ancaq iqtisadi gücümüz artdıqca biz bu vəsaiti, ilk növbədə, insanları ən çox narahat edən

problemlərin həllinə yönəldə bilmişik və bu gün belə gözəl, nəhəng qurğuların istismara verilməsini qeyd edirik.

Bir daha demək istəyirəm ki, bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük

sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün

xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz

Page 184: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

184

suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən

içməli sudur.

Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim

standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki,

tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq

və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq.

Son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə

çatmışdır. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı

kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin

edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz

son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük

dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta

böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə

resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik, ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik.

Əlbəttə, iqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər həllini tapmamış layihələr icra

edilsin. Onların içində əlbəttə ki, ilk növbədə, içməli su layihələridir. Çünki qeyd etdiyim kimi, elektrik enerjisi

ilə bağlı problemlər demək olar ki, həll olunub. Generasiya gücümüz tələbatdan artıqdır. İndi şəbəkələrdə işlər

gedir, yeni qurğular quraşdırılır. Bakıda, bütün şəhərlərdə qazlaşdırma 100 faizdir. İndi kəndlərdə də, -

kəndlərin haradasa 50 faizi qazlaşdırılıb, - bu istiqamətdə hələ işlər görüləcək. Azərbaycanda ümumi

qazlaşdırma 90 faizə yaxınlaşır.

Belə olan halda növbəti illərdə içməli su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa çatdırılması

əsas prioritet məsələ olacaqdır və gələn ilin investisiya proqramında da bu məqsədlər üçün kifayət qədər böyük

vəsait nəzərdə tutulmalıdır. Çünki nəinki Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli

su olmalıdır. Təmiz içməli su sağlam həyat deməkdir.

Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial

siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır.

İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Biz bunu həll edirik. İkinci əsas şərt təmiz havadır.

Bunu da həll edirik. Bakıda görülmüş işlər nəticəsində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşıb. Vaxtilə

Balaxanı zibilxanasından qalxan tüstü şəhərin böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma

zavodunun inşasından sonra artıq bu problem aradan götürülüb. Artıq Balaxanı zibilxanası adlı yer yoxdur.

Orada indi texnopark yaradılır, ərazi abadlaşdırılır, bax, bu ərazidəki kimi ağaclar əkilib. Dörd il bundan əvvəl

mən burada olanda heç bir ağac yox idi. İndi böyük bir meşə salınıb. Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi.

Onun yanında dayanmaq mümkün deyildi. Adam üfunətdən boğulurdu. İkinci Dünya müharibəsi zamanı hətta

ondan açıq neft anbarı kimi istifadə edirdilər. Ondan sonra, lay, kanalizasiya suları, bütün axıntılar oraya

tökülürdü. Böyükşor gölünün reabilitasiyası, abadlaşdırılması layihəsinin birinci hissəsini biz cəmi bir il ərzində

həll etdik. Gölün 300 hektarı indi tam təmizlənib, bir kilometrdən də çox uzunluğu olan böyük bulvar salınıb,

bənd tikilib və işlər davam etdirilir. Bir daha demək istəyirəm, vaxtilə onun yanında dayanmaq mümkün deyildi.

İndi isə gölün üzərinə köçəri quşlar qonur. Bax, budur bizim yanaşmamız. Biz bunu nə üçün edirik, niyə bu

qədər vəsait xərcləyirik? Ona görə ki, Bakıda ekoloji vəziyyət yaxşılaşsın, insanlar daha da rahat yaşasınlar,

çoxlu ictimai yerlər yaradılsın, ekoloji problem yaradan yaranı sağalda bilək.

Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl,

böyük, haradasa 700-800 hektar sahədə göl yaradılacaqdır. Gələcəkdə o gölün ətrafında yaşayış yerləri, yeni

parklar da salınacaq. Yəni, o ölü bir yeri biz insanlar üçün diriltdik və dirildirik. Zığ gölü də yaxın zamanlarda

təmizlənəcək. O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin sərəncamına verəcəyik. Bir daha deyirəm, biz

bunları ona görə edirik ki, buna ehtiyac var. Bizim böyük problemlərimiz ondan ibarətdir ki, 100 ildən artıqdır

Bakıda neft sənayesinin yaratdığı fəsadları aradan götürməliyik. Bibiheybət neft mədənləri – o bir ekoloji

fəlakət mənzərəsi idi. Adam ona baxanda dəhşətə gəlirdi. İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar,

parklar görür. Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunlarının yarışlarının bir hissəsi orada

keçirilib, bulvar, qazonlar, parklar salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki, onlar da artıq

gözəl mənzərənin bir elementlərinə çevrilib.

Bakıda vaxtilə fəaliyyət göstərən yod zavodu böyük bir təhlükə mənbəyi idi. Artıq bu zavod oradan

köçürüldü, bütün lazımi tədbirlər görüldü və bu təhlükə mənbəyindən də insanların canını qurtara bildik. Ona

görə, içməli su layihəsi bax, bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və bilavasitə insanların sağlamlığına

təsir göstərən amildir.

Page 185: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

185

Yenə də deyirəm, Azərbaycanda son vaxtlar ərzində güclü sosial siyasət sayəsində insanların ömrünün

uzunluğu artır. Bu, gözəl göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan

bütün ölkə üzrə pulsuz müayinədən keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq

məhsulları, sağlam qida - bizim prioritetlərimiz bax bunlardır. Ona görə, bu, çox böyük sosial layihədir, çox

böyük infrastruktur layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün Azərbaycan bu istiqamətdə də

dünyada birincidir.

Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə

paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin

qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Bu ilin 9

ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-

neft sektoru təxminən 6 faiz artmışdır. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir

başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə

bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə

başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas

infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah

içində yaşayacaqlar.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. “Azərsu”nun işçilərini təbrik

etmək, öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bu böyük işləri görürlər. Bakının və Abşeron rayonunun

bütün sakinlərini təbrik edirəm ki, nəhayət, bu məsələ də öz həllini tapdı. Sizi bir daha təbrik edirəm, yeni

uğurlar arzulayıram.

Xalq qəzeti.- 2015.- 29 oktyabr.-№ 236.- S.1-2.

Page 186: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

186

Prezident İlham Əliyevin Zaqatala rayonuna və Şəki şəhərinə səfəri:

Zaqatalada Heydər Əliyev Mərkəzi açılıb:

Prezident İlham Əliyevin çıxışı

(4 noyabr 2015-ci il)

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev

Mərkəzinin açılışında iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı Mərkəzin binasının ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə

tanış oldu.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzin binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə

görüşdü.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

- Sabahınız xeyir olsun.

Mən sizi səmimiyyətlə salamlayıram. Zaqatalada yenidən olmağımdan çox məmnunam. Bu, mənim

Prezident kimi Zaqatalaya yeddinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Zaqatala rayonunun inkişafına,

burada gedən işlərə çox böyük diqqət və dəstək verilir.

Bu gün Zaqatala üçün çox əlamətdar bir gündür. Gözəl bina – Heydər Əliyev Mərkəzi açılır.

Yadımdadır ki, iki il bundan əvvəl elə bu yerdə bu binanın təməl daşını qoyduq və indi biz bunun açılışına

toplaşmışıq. Doğrudan da həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl binadır. Ulu Öndərin

adına yaraşan bir binadır.

Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar, fotoşəkillər nümayiş etdirilir. Eyni

zamanda, burada bir çox dərnəklər və studiyalar da var. Yəni, bu Mərkəzin çox böyük mənası var, funksional

tərəfi çox gözəldir, müasirdir. Əminəm ki, Zaqatala sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər.

Zaqatalanın inkişafı ilə bağlı xüsusi tədbirlər görülür. Rayonda infrastruktur layihələrinin icrası uğurla

gedir. Sənaye potensialı möhkəmlənir, güclənir. Bir sözlə, bu gün Zaqatala müasir şəhərdir. Əminəm ki, şəhərin

və rayonun gələcək inkişafı da müsbət olacaqdır. Çünki biz çalışırıq ki, ilk növbədə əsas infrastruktur

layihələrini icra edək. İki il bundan əvvəl Zaqatalanın içməli su problemi həllini tapmışdır. Bu gün bu layihələr

ölkəmizdə geniş vüsət almışdır. Ancaq Zaqatala ilk rayonlardandır ki, içməli su problemi şəhərdə və bir neçə

kənddə öz həllini tapmışdır. İndi şəhərə fasiləsiz içməli su verilir və bu, əlbəttə ki, insanların normal yaşaması

üçün çox önəmli bir hadisədir.

Qazlaşdırma ilə bağlı işlər gedir. Şəhər demək olar ki, tam qazlaşdırılıbdır. Kəndlərdə hələ ki, görüləcək

işlər var. Ancaq Zaqatalanın relyefini nəzərə alsaq görərik ki, burada hər bir kəndə qaz çəkmək o qədər də asan

məsələ deyil. Buna baxmayaraq, Dövlət Neft Şirkətinə göstəriş verilmişdir ki, kəndləri maksimum dərəcədə,

mümkün qədər qazlaşdırsın və bu problem də öz həllini tapsın.

Kənd yollarının tikintisi aparılır. Bu gün bir kənd yolunun rəsmi açılışı oldu. Eyni zamanda, digər

layihələr var. Bilirəm ki, hələ kənd yollarının tikintisinə böyük ehtiyac var. Gələcək illərdə bu məsələlər də

imkan daxilində öz həllini tapacaq.

Belə gözəl memarlıq abidələri yaradılır. Bu gün biz Müəllimlər İnstitutunun filialının açılışını qeyd

edəcəyik. Məktəblər, uşaq bağçaları tikilir. Əlbəttə, mən istərdim ki, işlər daha da sürətlə getsin. Ancaq

bildiyiniz kimi, imkan daxilində bütün bu işləri görürük, özü də hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda.

Zaqatala aeroportunun yenidən qurulması və zolağın uzadılması prosesi başa çatandan sonra bu aeroport

beynəlxalq status alacaqdır. Ümumiyyətlə, Zaqatala aeroportunun inşa edilməsi mənim təşəbbüsüm idi və

aeroport tikildi. İndi isə qarşıya vəzifə qoyulubdur ki, zolaq daha da uzadılsın, bütün növ təyyarələr buraya enə

bilsin. Belə olan halda həm beynəlxalq uçuşlar həyata keçiriləcək, həm də turistlərin axını daha da artacaq.

Zaqatalanın çox gözəl təbiəti var, görməli yerləri, tarixi və qədim memarlıq abidələri çoxdur. Mən çox

istəyirəm ki, Azərbaycan vətəndaşları bunu görsünlər və ilk növbədə, daxili turizm inkişaf etsin. Eyni zamanda,

xarici turistlər də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər gözəl işlər gedir və necə səfalı, gözəl yerlər

vardır.

Ölkəmizdə bütövlükdə işlər uğurla gedir. Biz 2015-ci ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi

göstəricilərimiz yüksək səviyyədədir. Baxmayaraq ki, bu gün dünyada hələ də böhran davam edir. Əslində,

dünyada maliyyə və iqtisadi sahədə yaşanan böhran bir neçə ildir ki, davam edir. İndi bu böhrana siyasi və hərbi

Page 187: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

187

böhran əlavə olunubdur. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz. Görürsünüz ki, dünyanın müxtəlif

yerlərində, bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm Avropada, həm MDB məkanında,

Yaxın Şərqdə qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan tökülür. Belə olan halda hər bir ölkə ilk növbədə

öz təhlükəsizliyi haqqında daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə həmişə düşünmüşük. Azərbaycan

xalqının təhlükəsiz şəraitdə yaşaması bizim üçün ən birinci prioritet məsələ idi. Çünki əgər biz buna nail ola

bilməsə idik, heç bir inkişafdan söhbət gedə bilməzdi. Sabitlik olmayan yerdə inkişaf mümkün deyil.

Ancaq indiki şəraitdə buna daha da böyük diqqət göstərilir. Azərbaycanda təhlükəsizlik yüksək

səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir, xalq ilə iqtidar arasındakı birlik daha da güclənir. Son parlament

seçkiləri bunu bir daha təsdiqlədi. İlk növbədə, qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla

müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilmişdir. Ədalətli, şəffaf keçirilən

seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən çox xarici, on

minlərlə yerli müşahidəçi dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək

səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə

edib.

Bu, doğrudan da böyük nailiyyətdir, böyük uğurumuzdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan

xalqı ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər vasitəsilə öz fikrini ifadə edir. Biz də çalışmalıyıq

ki, bundan sonra da xalqın etimadını doğruldaq, ölkəmizdə aparılan prosesləri sürətləndirək ki, bir dənə də olsun

sosial və iqtisadi problem qalmasın.

Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Bütün beynəlxalq qurumlar bunu

təsdiqləyir. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox

inkişaf etmiş ölkələri də qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə qarşı mübarizəmiz beynəlxalq

təşkilatlar tərəfindən qiymətləndirilir. Bu yaxınlarda - sentyabr ayında BMT Azərbaycanı bu nailiyyətlərə görə

yüksək mükafatla təltif etmişdir.

Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə

qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda bir nəfər də olsun yoxsul şəraitdə yaşayan

insan olmamalıdır və biz bu hədəfə yaxınlaşırıq.

Son vaxtlar işsizliklə bağlı böyük addımlar atılmışdır. İşsizlik çox aşağı səviyyədədir. Ancaq dünyada

gedən maliyyə böhranı nəticəsində işsizlik bir qədər arta bilər. Yəni, bəzi iş yerləri bağlanır. Ancaq açılan iş

yerləri bağlanan yerlərdən daha da çoxdur və müsbət dinamika burada da özünü göstərmişdir. Əgər 30 min iş

yeri bağlanıbsa, 67 min iş yeri açılıbdır.

Əlbəttə ki, gələcəkdə iqtisadi islahatların aparılması da prioritet olaraq qalacaq – sahibkarlığın, kənd

təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox böyük

potensialı var. Biz indi çalışmalıyıq ki, öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək. Biz

sahibkarlara daha da yaxşı şərait yaratmağa çalışmalıyıq ki, onlar daha da çox məhsul yetişdirsinlər və məhsulu

daxili və xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox ciddi addımlar atılmışdır, mənim tərəfimdən

Sərəncam imzalanmışdır, qanun qəbul edilmişdir ki, biznes mühitini biz daha da yaxşılaşdıraq, sahibkarlara heç

kim mane olmasın, onların işinə heç kim müdaxilə etməsin.

Mən əminəm ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə də müsbət iqtisadi inkişaf dinamikasını

saxlaya biləcək. Bunu etmək indiki şəraitdə o qədər də asan deyil. Bir çox ölkələrdə, həm qonşuluqda, həm

dünyada iqtisadi tənəzzül, Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin doqquz ayında iqtisadiyyat

təxminən 4 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən çox artmışdır. Əlbəttə ki, bu, görülən işlər nəticəsində

mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz daha da fəal

olmalıyıq, çalışmalıyıq ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda bu gözəl ictimai-siyasi

mühit daimi olsun. Əminəm ki, belə də olacaq.

Bir çox beynəlxalq təşkilatlar, siyasətçilər, politoloqlar, alimlər Azərbaycanda dinlərarası, millətlərarası

münasibətləri nümunə kimi göstərirlər. Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı

dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli

vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmamışdır və biz

bu siyasətə sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə getmir, o ölkələr fəlakətlə üzləşir.

Azərbaycanda isə bu sahədə mövcud olan vəziyyət, ilk növbədə, ölkəmizi gücləndirir, digər tərəfdən başqa

ölkələrə də yol göstərir ki, bu, mümkündür - birgə yaşamaq, bir-birinə dəstək olmaq, bir-birinin dininə, adət-

ənənələrinə, milli dəyərlərinə hörmət etmək mümkündür.

Baxın, bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir,

miqrantlara - müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı

çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur. Xarici

Page 188: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

188

müdaxilə nəticəsində onların ölkələri darmadağın edildi, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itirdilər,

milyonlarla insan qaçqın vəziyyətinə düşdü və indi onlar Avropaya pənah aparırlar. Orada isə onların qarşısında

sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana

yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf

gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır.

Yoxsa, əgər bu vəziyyət davam edərsə heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə,

sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq

çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən.

Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə

əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, - mən bunu belə

adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər

ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası

toqquşmaya gətirib çıxara bilər.

Biz Azərbaycanda multikulturalizm dəyərlərini təbliğ edirik. Biz müxtəlif forumlar, konfranslar,

beynəlxalq tədbirlər keçiririk və sübut edirik ki, bir yerdə yaşamaq mümkündür. Azərbaycanın timsalında bunu

hər kəs görə bilər.

Ancaq bu gün biz görürük ki, dini zəmində qarşıdurma daha da böyük problemlərə gətirib çıxara bilər.

Biz də bunu bilməliyik. Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya

etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz

üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik,

islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Biz hansı formada inteqrasiya edə bilərik.

Bizi orada qəbul edə bilərlərmi? Yox. Bu, artıq reallıqdır, ancaq acı reallıqdır. Ona görə biz bundan sonra da

ancaq daxili resurslar hesabına yaşamalıyıq.

Onsuz da heç kim bizə heç vaxt kömək etməmişdir. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik.

Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur. Sadəcə olaraq, bizim işimizə də heç kim

qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin. Onsuz da bu səylər əbəsdir.

Hesab edirəm ki, Azərbaycan xalqı bu gün öz milli ləyaqətini qoruya bilir, bunu sübut edib. Bizim

gücümüz xalqla iqtidar arasındakı birliyimizdədir. Ona görə də dünyada gedən acınacaqlı proseslərə

baxmayaraq, biz Azərbaycanda inkişaf görürük. Yeni binalar, yeni sənaye müəssisələri tikilir, insanlar rahat

yaşayır, seçkilər gözəl şəraitdə keçirilir. Bax, budur Azərbaycanın uğurlu inkişaf modeli. Mən əminəm ki, biz

gələcəkdə də bu uğurlu yolla gedəcəyik.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.

Xalq qəzeti.- 2015.- 5 noyabr.-№ 243.- S.2-3.

Page 189: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

189

Prezident İlham Əliyevin Zaqatala rayonuna və Şəki şəhərinə səfəri:

Azərbaycan Prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının

açılışında iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(4 noyabr 2015-ci il)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni

inzibati binasının açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

- Bu gün biz Şəki Məhkəmə Kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox

gözəl binadır. Həm memarlıq, həm funksionallıq baxımından ən yüksək standartlara cavab verir. Bütün lazımi

şərait yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bir sözlə, bu Məhkəmə Kompleksi ən yüksək standartlara

cavab verir.

Son illər ərzində Azərbaycanda məhkəmə binalarının tikintisi uğurla davam etdirilir. Biz bu yaxınlarda

Bakıda Sabunçu Məhkəmə Kompleksinin açılışını qeyd etmişik. Verilən məlumata görə, on rayonda yeni

məhkəmə binaları inşa edilir. Beləliklə, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işində çox

ciddi addımlar atılır. Bu binalar həm dövlət vəsaiti hesabına, eyni zamanda, Dünya Bankının köməyi ilə tikilir.

Bu da bizim beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlığımızın nəticəsidir.

Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq

Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə

aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə,

şəffaflığın artırılmasına gətirib çıxarmışdır.

Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin

təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi

addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət

müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və

məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır.

Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda hüquqi

dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol

oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu,

onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm

Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir

şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz

qabağındadır.

Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə

sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol

oynayır. Xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq

olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da

müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir.

Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi

quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə,

həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də,

ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə

inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində

qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.

Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir

sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin

Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz

məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq

bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu

da demokratik inkişaf üçün çox önəmli bir şərtdir.

Page 190: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

190

Əlbəttə, hər bir ölkədə problemlər də, qüsurlar da, mənfi hallar da var. Bəzi hallarda biz Azərbaycanda,

Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər

bir ölkə tənqidə açıq olmalıdır. Heç bir ölkə kamil deyil. Hər bir ölkədə qüsurlar, nöqsanlar var. Son vaxtlar

Avropa qitəsində siyasi sahədə, beynəlxalq məsələlərin həllində çox ciddi səhvlər buraxılıbdır. Ancaq hesab

edirəm ki, Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət

təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad

etməyə ehtiyac yoxdur. Sadəcə olaraq işin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar,

atılan addımlar düzgün istiqamətdə olmalıdır. Eyni zamanda, bunu qanunvericilik də, Prezident tərəfindən

imzalanan sərəncamlar da tənzimləyir. Əsas odur ki, bu, həyatda öz əksini tapsın. Bu qərarların düzgün icrası

Azərbaycanda məhkəmə sisteminin şəffaflığını artıracaq və xoşagəlməz hallara qarşı bizim siyasətimizi daha da

təsirli edəcək.

Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə

bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət

üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar

Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa,

qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz.

Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam

etdiriləcək.

Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var. Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli,

institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək

mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu

meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün.

Hesab edirəm ki, son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya,

rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq

sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam

aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük

bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun.

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var.

Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir

göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı,

sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət

yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.

Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir.

Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O, başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-

300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur.

Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir.

Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir. Yüzlərlə xarici müşahidəçi

seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi

missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər

beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın

növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir.

Bu gün Azərbaycan o ölkələrdəndir ki, burada gedən proseslər xalq tərəfindən müəyyən edilir. Xalq da

öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər

ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin

inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva

edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf,

sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət - bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və

hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük.

Bu gün Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir. Heç bir

böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə

builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri

icra edilir, o cümlədən bu bölgədə. Bu gün Zaqatalada infrastruktur layihələrinin açılışını qeyd etmişik, Şəkidə,

bütün bölgələrdə, bütün şəhər və rayonlarımızda tikinti-quruculuq işləri aparılır.

Bununla bərabər, beynəlxalq nüfuzumuz artır, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi öz rolunu

oynayır. Bizim siyasətimizə çox böyük maraqla və rəğbətlə yanaşırlar. İlk növbədə ona görə ki, biz müstəqil

Page 191: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

191

xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində, bir daha demək istəyirəm, Azərbaycan xalqının iradəsi

dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq

buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır.

Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni,

bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da

çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu

göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir.

Ona görə Azərbaycanda aparılan işlər və gələcəkdə bizim planlarımızın reallaşması ölkəmizi daha da

gücləndirəcəkdir. Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm. Bizim

maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial

layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir.

Enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz “Cənub” qaz

dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk.

Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün

cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır.

Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır,

inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada

çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa

yol verilməməlidir.

İslahatlar arasında onu da qeyd etməliyəm ki, hakimlərin maddi təminatı da son illər ərzində böyük

dərəcədə yaxşılaşıbdır. Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni, dövlət tərəfindən təminat yüksək

səviyyədədir, imkan daxilində daha da artırılacaqdır. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya,

rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan

bu əngəllər aradan götürülsün.

Buna nail olmaq üçün çox güclü siyasi iradə var - dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda, çox

böyük ictimai dəstək var - xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına - vəzifəli şəxslər öz

vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli

sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli

məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır.

Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən

sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların

əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona

heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət

verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər,

işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.

Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə gizli

həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş

ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı

olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda

inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov

kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır.

Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.

Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki,

Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir.

Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar

bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ

görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə

yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə

qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik.

Mən sizi bu gözəl hadisə - Şəki Məhkəmə Kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm,

Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Xalq qəzeti.- 2015.- 5 noyabr.-№ 243.- S.5-6.

Page 192: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

192

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri:

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər:

Prezident İlham Əliyevin bəyanatı

(5 noyabr 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

- Çox sağ olun, hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı

bildirmək istəyirəm. Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam.

Hörmətli cənab Prezident, Siz də qeyd etdiniz ki, bu yaxınlarda Azərbaycanda parlament seçkiləri

keçirilmişdir. Seçkilərdən sonra mənim ilk rəsmi səfərim qardaş Gürcüstana həyata keçirilir. Bu, özlüyündə

ikitərəfli əlaqələrə nə qədər böyük qiymət verməyimizi ifadə edən bir haldır.

Bu gün imzaladığımız Birgə Bəyannamə əlaqələrimizin inkişaf perspektivlərini müəyyən edir. Bizim

əlaqələrimizin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və qardaşlığımız dayanır. Bəyannamədə isə

inkişaf perspektivləri haqqında çox konkret müddəalar əksini tapmışdır. Demək olar ki, Gürcüstan və

Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq

edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək,

arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə

gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək.

Bəyannamədə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Bütün münaqişələr, o

cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi,

sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri

əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda

yerləşən yeddi rayon işğal altındadır. Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb,

baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində

həll olunması ilə bağlı qərar və qətnamələr qəbul etmişlər.

Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və

əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur.

Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Sizin ölkənizdə çox gözəl sərmayə iqlimi

yaradılmışdır. Bu münasibətlə Sizi ürəkdən təbrik etmək istəyirəm.

Əlbəttə, bu gün biz enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdik. Bir daha öz iradəmizi

ortaya qoyduq ki, bu məsələlər, bu layihələr tezliklə həllini tapsın. Xüsusilə, “Cənub” qaz dəhlizi ki, bu gün

uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri

tikilməsəydi bu gün “Cənub” qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. “Cənub” qaz dəhlizinin bu gün həm

Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası vardır. Bu layihə uğurla icra

edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə

çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika

layihəsidir. “Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.

Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon

kubmetr səviyyəsindədir. Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm

qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək.

Əlbəttə ki, Gürcüstanın və Azərbaycanın birgə fəaliyyəti, gələcəkdə bir mövqedən çıxış etməyimiz bu

dəhlizi çox etibarlı dəhliz kimi ortaya qoyacaq. Beləliklə, ölkələrimizin geosiyasi əhəmiyyəti artacaq. Əlbəttə ki,

bizim gəlirlərimiz də çoxalacaq.

Bu gün geniş tərkibdəki görüşdə məlumat verdim ki, bu yaxınlarda Azərbaycanda tranzit yüklərlə bağlı

Koordinasiya Şurası yaradılmışdır. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir

mövqedən çıxış etsinlər. Biz ölkə ərazisindən keçən yüklərin həcmini böyük dərəcədə artırmaq üçün vahid tarif

siyasəti apara bilərik. Bu, mümkündür. Hesab edirəm ki, gələcəkdə yük göndərməsi mümkün olan ölkələrdə

birgə təqdimat mərasimləri də keçirilə bilər. Bu gün dünyada yüklər uğrunda mübarizə gedir. Əsas məsələ

Page 193: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

193

ondan ibarətdir ki, bu, sağlam mübarizə, sağlam rəqabət olsun. Əgər belə olarsa, onda Gürcüstanın və

Azərbaycanın təklif etdiyi tranzit imkanları əlbəttə ki, üstünlük təşkil edəcək.

Əlbəttə, bu gün digər məsələlər də müzakirə edildi. Mən çox şadam ki, müzakirə olunan bütün

məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Biz dostuq, qardaşıq. Mənim uğurlu səfərim bizim

gələcək dinamik əməkdaşlığımız üçün də gözəl bir addımdır.

Bir daha mənə, nümayəndə heyətinə göstərdiyiniz diqqətə və qonaqpərvərliyə görə Sizə minnətdaram.

Sağ olun.

Xalq qəzeti.- 2015.- 6 noyabr.-№ 244.- S.3.

Page 194: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

194

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri:

Ali qonağın şərəfinə:

Prezident İlham Əliyevin çıxışı

(5 noyabr 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

-Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə

minnətdarlığımı bildirmək istəyirəm.

Gözəl ölkənizi yenidən ziyarət etməyimdən çox məmnunam. Ölkələrimiz və xalqlarımız uzun əsrlər boyu

mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra da biz bu münasibətləri

strateji tərəfdaş olaraq uğurla davam etdiririk. Azərbaycan ilə Gürcüstan arasında yüksək siyasi dialoq

mütəmadi qarşılıqlı səfərlərlə müşayiət olunur. Mən keçən ilin fevral ayında Sizin Azərbaycana rəsmi səfəriniz,

həmçinin həmin ilin may ayında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli Sammitində iştirak etmək üçün

mənim Gürcüstana səfərim zamanı keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla

xatırlayıram. Hesab edirəm ki, yüksəksəviyyəli səfərlər gündəlikdə olan məsələlərin müzakirəsi və həlli üçün

faydalıdır.

Bu gün də biz ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrimizin bir çox aspektlərini nəzərdən keçirdik.

Əminəm ki, keçirdiyimiz görüşlər və apardığımız müzakirələr, həmçinin imzaladığımız Birgə Bəyannamə

əməkdaşlığımızın inkişafına və genişlənməsinə töhfə verəcəkdir. Bizim siyasi, iqtisadi, enerji, nəqliyyat,

sərmayə qoyuluşu, humanitar və digər sahələrdə uğurlu əməkdaşlığımızın gözəl nailiyyətləri var. Amma hesab

edirəm ki, iqtisadi əlaqələrimizi daha da genişləndirmək, ticarət dövriyyəsini daha da artırmaq üçün potensial

böyükdür.

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir.

Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır. Birgə həyata

keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub” qaz

dəhlizi, Bakı-Tbilisi-Qars ölkələrimizin nəinki regionda, hətta dünyada əhəmiyyətini və nüfuzunu artırır. Bu

layihələr regionun inkişafına xidmət etməklə yanaşı, tarixi İpək Yolunun bərpasına mühüm töhfədir.

Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji daşıyıcılarına olan tələbatının ödənilməsində mühüm rol

oynayır. Biz artıq etibarlı tərəfdaş olduğumuzu sübut etmişik, birgə səylərimizlə həyata keçirdiyimiz neft-qaz və

nəqliyyat infrastrukturunun fasiləsiz, davamlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi isə bütün tərəflər üçün

mühüm əhəmiyyət kəsb edir.

Humanitar sahədə də münasibətlərimiz uğurla davam etməkdədir. Gürcüstanda yaşayan azərbaycanlılar

və Azərbaycanda yaşayan gürcülər bu sahədə əlaqələrin inkişafında körpü rolunu oynayır. Bu baxımdan onların

vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, xalqlarımız və ölkələrimiz

arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir.

Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər

təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyə əsaslanan

çoxtərəfli əməkdaşlığımızın davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi həll olunmamış münaqişələrdir.

Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır və bunun nəticəsində

ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunmuş, bu

ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə

düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının

erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı

4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama

Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin işğalçı Ermənistan

beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Bizim qəti

Page 195: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

195

mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq

normalarına uyğun həll olunmalıdır.

Hörmətli cənab Prezident, Gürcüstana səfər etməyimdən məmnun olduğumu bir daha bildirir, qardaş

Gürcüstan xalqına yeni uğurlar arzulayıram.

Xalq qəzeti.- 2015.- 6 noyabr.-№ 244.- S.3.

Page 196: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

196

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri:

Marneulidə “Çay evi” tədris mərkəzi ilə tanışlıq:

Prezident İlham Əliyevin çıxışı

(6 noyabr 2015-ci il)

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.

“Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili

Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər.

Dövlət başçıları görüşdə çıxış etdilər.

- Əziz dostlar, mən dünən Gürcüstana rəsmi səfərə gəlmişəm. Deyə bilərəm ki, səfər çox uğurlu keçir.

Dünən apardığım danışıqlar bir daha göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir.

Dünən biz Birgə Bəyannamə imzalamışıq. Bəyannamədə əməkdaşlığımızın bütün aspektləri öz əksini

tapıb. Bizim əməkdaşlığımızın böyük tarixi və gözəl gələcəyi var. Bu gün Gürcüstan və Azərbaycan - iki dost,

qardaş ölkə birgə fəaliyyət göstərir, regionda mühüm layihələr icra edir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq

səviyyəsinə qalxmışdır və biz bundan sonra da əlaqələrin inkişafı üçün əlimizdən gələni edəcəyik.

Bu gün səfər çərçivəsində mən Marneuliyə sizinlə görüşə gəlmişəm. Mən əminəm ki, sizin Gürcüstanda

fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda

yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir.

Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh,

əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Biz çox

istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da

ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi

töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda

yaşayan azərbaycanlılar rahat yaşasınlar. Onların iş yerləri ilə təmin edilməsi istiqamətində daha da ciddi

addımlar atılsın, onlar öz dəyərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi bu ölkənin ümumi

inkişafına öz töhfəsini versinlər.

Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olmuşlar və Gürcüstanın

yaxşı vətəndaşları olmuşlar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşayırsınız. Bu gün

xalqlarımızı birləşdirən həm tarixi əlaqələr, həm çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, bax,

bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə ki, sizin də həyatınızda müsbət təsirini göstərir.

Mən çox şadam ki, bu gözəl mərkəzdə uşaqlar müxtəlif dərnəklərdə təhsil alırlar. Biz burada həm

azərbaycanlı, həm də gürcü uşaqları görürük. Onlar birlikdə bu işlərlə məşğul olurlar. Bu da birliyi, dostluğu

möhkəmləndirir. Əlbəttə, bu “Çay evi” mərkəzinin çox böyük funksional tərəfi var. Xüsusilə, məni sevindirən

odur ki, burada gürcü dili kursları təşkil edilibdir. Mən bunu dəfələrlə demişəm və bir daha deyirəm. Biz

istəyirik ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar gürcü dilini mükəmməl bilsinlər, öz ana dili kimi

bilsinlər. Ancaq o təqdirdə siz Gürcüstanda layiqli yer tuta bilərsiniz. Yəni, azərbaycanlılar Gürcüstanda təcrid

edilmiş vəziyyətdə yaşamamalıdırlar, yaşaya bilməzlər. Siz bu dövlətin dəyərli vətəndaşlarısınız, öz əməyinizlə

Gürcüstanın inkişafına töhfə verirsiniz. Gürcü dilini bilmək birinci şərtdir və çox yaxşı ki, bu kurslar təşkil

edilir. Burada həm uşaqlar və bildiyimə görə, digər kateqoriyadan olan insanlar da dərs alırlar. Bu, çox vacibdir

və əlbəttə ki, siz Azərbaycan dilini, öz tarixi köklərinizi heç vaxt unutmamalısınız. Hər bir millət öz tarixi-

mədəni kökləri əsasında inkişaf edir. Əlbəttə, Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki,

sizin həm rahat yaşamanız təmin edilsin, eyni zamanda, siz tarixi kökləri daim uca tutasınız.

Bu gün Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın imkanları genişlənir və mən həm dövlət

şirkətlərinə, eyni zamanda, özəl sektorun nümayəndələrinə daim tövsiyə edirəm ki, burada yaşayan

azərbaycanlılar üçün daha da yaxşı şərait yaratsınlar, Gürcüstana investisiya qoysunlar, iş yerləri, logistika

mərkəzləri, ictimai yerlər yaradılsın və şadam ki, bu gün biz bunu görürük.

Mən axırıncı dəfə Marneulidə 2004-cü ildə olmuşam, vətəndaşlarla görüşmüşəm və indi də gəlmişəm.

Mən bax, bu yerləri xatırlamıram, çünki o vaxt yox idi və burada - girişdə, foyedəki şəkillər göstərir ki, əvvəlki

“Çay evi”nin vəziyyəti necə idi, indi necədir. Bu, böyük inkişafdır. Eyni zamanda, bu gün biz soyuducu anbar

kompleksinin də işi ilə tanış olacağıq. Bu da kənd təsərrüfatı ilə məşğul olanlar üçün əvəzolunmaz bir

infrastruktur obyektidir, iqtisadi inkişaf üçün çox lazımdır. Yəni, əminəm ki, bundan sonra həm SOCAR, həm

Page 197: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

197

Azərbaycanın digər şirkətləri, özəl qurumların nümayəndələri Gürcüstana investisiya qoyacaqlar və burada

yaşayan azərbaycanlılar, gürcülər üçün yeni imkanlar yaradacaqlar.

Mən öz həmkarıma minnətdarlığımı bildirmək istəyirəm ki, o, sizə daim diqqət göstərir. Bilirəm ki, cənab

Prezident sizinlə ən azı ildə bir dəfə görüşür, sizə dəstək olur. Bu, çox önəmlidir, yəni, siz Gürcüstan dövlətinin,

Gürcüstan Prezidentinin dəstəyini, diqqətini hiss edirsiniz və buna görə mən öz həmkarıma minnətdaram. Bir

daha demək istəyirəm ki, dünən keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi Gürcüstan-

Azərbaycan qardaşlığını daha da möhkəmləndirir. Əminəm, bu, sizin üçün də çox önəmlidir və biz gələcəkdə də

çalışacağıq ki, siz daim özünüzü rahat hiss edəsiniz, yaxşı yaşayasınız, dolanışıq da yaxşı olsun, iş yerləri də

olsun, həm Azərbaycanı sevəsiniz, həm də Gürcüstanı. Sizi bir daha salamlayıram.

X X X

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- Çox sağ olun əziz dostlar. Burada qeyd edildiyi kimi, keçən dəfə mən Marneulidə olanda yerli sakinlər

bir neçə məsələ qaldırdılar və mən də Bakıya qayıdandan sonra müvafiq göstərişlər, tapşırıqlar vermişdim ki, bu

məsələlər tezliklə öz həllini tapsın. Şadam ki, son illər ərzində bir neçə mühüm məsələ öz həllini tapmışdır.

Əlbəttə, 2004-cü ildə Azərbaycanın imkanları bugünkü kimi deyildi. Bizim o qədər də böyük maliyyə

imkanlarımız da yox idi. Ancaq imkan daxilində çalışırdıq ki, burada - Gürcüstanda da yaşayan azərbaycanlılar

Azərbaycanın inkişafından bəhrələnsinlər.

Qaldırılan məsələlərin bir çoxu artıq bu gün öz həllini tapmışdır. Əlbəttə, gələcəkdə daha da böyük işlər

görülməlidir. Amma ilk növbədə göstəriş verilmişdir ki, infrastruktur layihələri - qaz, içməli su təminatı öz

həllini tapsın, kənd yolları abadlaşdırılsın. Bildiyiniz kimi, son illər ərzində SOCAR nəinki azərbaycanlıların

yaşadıqları bölgələrdə, ümumiyyətlə, Gürcüstanın müxtəlif yerlərində böyük qazlaşdırma proqramlarını icra

edir və böyük vəsait, investisiya qoyur ki, Gürcüstanda qazlaşdırma maksimum dərəcədə sürətlə getsin. Keçən

dəfə mən burada olanda Dövlət Neft Şirkətinin bir dənə də olsun yanacaqdoldurma stansiyası yox idi. Mənə

verilən məlumata görə, bu gün 100-dən çox yanacaqdoldurma məntəqəsi vardır. SOCAR Gürcüstanın Qara

dəniz limanında böyük terminalı əldə edibdir, energetika layihələrinə investisiya qoyubdur. Dünən müzakirə

etdiyimiz layihələr arasında elektroenergetika layihələri də var. Elektrik xətlərinin birləşməsi, “Cənub” qaz

dəhlizinin inşası - bütün bunlar yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.

Təhsillə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır. Minnətdaram ki, siz bu məsələləri qaldırırsınız. Mən

şəxsən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi olmasın. Düzdür, hələ ki,

Azərbaycanda da təmirsiz, qəzalı vəziyyətdə olan məktəblər var. Son on ildə Azərbaycanda 3 mindən çox

məktəb tikilib və təmir edilib. Azərbaycanda təxminən 5 min məktəbin olduğunu nəzərə alsaq, görərsiniz ki, nə

qədər böyük işlər görülüb. Amma yenə də mən bu gün Azərbaycanın müxtəlif bölgələrində olarkən vətəndaşlar

məsələ qaldırırlar ki, o məktəb qəzalı vəziyyətdədir, bu məktəb təmirsizdir. Yəni, bu problem bizdə də, sizdə də

var. Amma biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Hesab edirəm ki, Dövlət Neft Şirkəti burada əsas

investor kimi öz rolunu oynayacaqdır.

Ümumiyyətlə, Dövlət Neft Şirkətinin həm Azərbaycanda, həm işlədiyi bütün ölkələrdə çox böyük sosial

məsuliyyəti vardır. İndi SOCAR müxtəlif ölkələrdə fəaliyyət göstərir və o ölkələrdə, o cümlədən Gürcüstanda

da məktəb, uşaq bağçalarının tikintisi, infrastruktur layihələrinin icrası ilə məşğuldur. İlk növbədə bunu

Gürcüstanda etməlidirlər, çünki burada böyük sayda azərbaycanlı əhali yaşayır.

Təhsil Nazirliyinə də göstəriş verilmişdir ki, kitablarla, dərsliklərlə bağlı məsələlər öz həllini tapsın.

Bilirəm ki, bəzi hallarda məktəblərdə müəllim qıtlığı vardır. Yəni, bu məsələ də öz həllini tapmalıdır ki, uşaqlar

normal şəraitdə oxusunlar, qeyd etdiyim kimi, həm Azərbaycan dilini, həm gürcü dilini mükəmməl bilsinlər.

Gələcəkdə iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər də görülməlidir.

Əlbəttə ki, biz bu məsələləri Gürcüstan dövləti və hökuməti ilə məsləhətləşmələr əsasında görəcəyik. Bax,

soyuducu anbar kompleksinin tikintisi birinci addımdır. Şadam ki, Gürcüstan dövləti də güzəştli kreditlər ayırır

və siz burada istixanalar yaradırsınız. Hesab edirəm, Azərbaycan investisiyaları hesabına bu bölgədə emal

müəssisəsi də yaradıla bilər ki, siz kənd təsərrüfatı məhsullarını emal edib hazır məhsul kimi dünya bazarlarına

sata biləsiniz. Digər məsələlər, yeni iş yerlərinin yaradılması həm Gürcüstanda, həm Azərbaycanda lazımdır.

Yeni iş yerləri həm bizdə yaradılır, həm sizdə. Ona görə, burada mütləq birgə səylər vacibdir.

Ümumiyyətlə, dünən apardığımız danışıqlar əsnasında biz bir çox məsələləri, əlbəttə, bir daha müzakirə

etdik. Amma əsas məsələ odur ki, Gürcüstan ilə Azərbaycan arasında daha da sıx koordinasiya aparılmalıdır.

Çünki həm təhlükəsizlik, həm inkişaf baxımından bizim ölkələrimiz bir-birinə sıx bağlıdır. Bizim uğurlu

inkişafımız Gürcüstansız mümkün deyil. Çünki Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Əlbəttə ki,

Page 198: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

198

Azərbaycan nə qədər güclü olsa Gürcüstanın da inkişafı o qədər sürətlə gedəcək. Çünki biz çox yaxın dostuq,

tərəfdaşıq, birgə layihələr icra edilir. Dünən razılığa gəldik ki, nəqliyyat sahəsində həm bölgədə, həm dünyada

birgə siyasət aparaq. Belə olan halda, ölkələrimizin ərazisindən yükdaşımaların həcmi bir neçə dəfə artacaq. Bu

dəhliz buradan, bu bölgədən keçir. Əlbəttə ki, burada yaşayan hər bir insan bundan da faydalanacaq. Çünki yeni

iş yerləri yaradılır, yeni sənaye müəssisələri yaradılacaqdır.

Əlbəttə ki, sosial sahəyə daha da ciddi, böyük diqqət yetirilməlidir. O ki qaldı gömrükdə, sərhəddə gediş-

gəlişin asanlaşdırılması ilə bağlı məsələlərə, bu da müvafiq qaydada öz həllini tapacaq. Nazir buradadır. Siz bu

məsələni dərindən araşdırın. Azərbaycan tərəfindən nə lazımdırsa ediləcək ki, burada heç bir problem olmasın.

Yəni, insanlar rahat, maneəsiz gedib-gələ bilsinlər. Onsuz da bizim ölkələrimiz arasında viza rejimi yoxdur, ola

da bilməz. Ona görə, bu məsələlər də öz həllini tapacaq. Ümumiyyətlə, əgər bundan başqa hansısa məsələ varsa,

xahiş edirəm onu da mənə çatdırın. Biz bütün məsələləri imkan daxilində həll edəcəyik.

Bir xahişim də var. Bu gün burada bu bölgənin seçilmiş, tanınmış, böyük hörmətə malik insanları

əyləşmişlər. Ancaq Gürcüstanda yaşayan azərbaycanlıların sayı on minlərlə, yüz minlərlə ölçülür. Xahiş edirəm,

Gürcüstanda yaşayan bütün soydaşlarımıza mənim səmimi salamlarımı çatdırın. Bilin ki, mən onlar haqqında

daim düşünürəm, onlar mənim üçün çox əzizdir, doğmadır. Ən böyük arzum ondan ibarətdir ki, onlar bu

torpaqda rahat, firavanlıq və rifah içində yaşasınlar. Sağ olun.

Xalq qəzeti.- 2015.- 7 noyabr.-№ 245.- S.1-2.

Page 199: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

199

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda iştirak edib:

Prezident İlham Əliyevin nitqi

(9 noyabr 2015-ci il)

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş

ümumi yığıncaq keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.

Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

-Hörmətli xanımlar və cənablar, əziz dostlar.

İlk növbədə, mən sizi və bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik

edirəm. Biz bu əziz gündə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyini qeyd edirik. Bu

münasibətlə də bütün Azərbaycan alimlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, nailiyyətlər

arzulayıram.

Bu 70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin

intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli

töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol

oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.

Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol

oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o

cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu

texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə

bilirlər.

Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif

istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də

gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər.

Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi.

Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə o vaxtkı hakimiyyət hətta Akademiyanın bağlanması ilə bağlı təklif

irəli sürmüşdü. Ümumiyyətlə, o vaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına

ehtiyac yoxdur.

Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə

hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu Öndərin ictimaiyyətlə ilk görüşü

məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin

inkişafına çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet sahələrdən biridir.

Əlbəttə ki, müstəqilliyimizin ilk illərində bizim maliyyə vəziyyətimiz indiki kimi deyildi. Azərbaycan çox

ağır dövr yaşayırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi

və iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki, Akademiyanın inkişafına lazımi səviyyədə maliyyə vəsaiti

ayrılsın. Ancaq o vaxt da imkan daxilində bu məsələlər öz həllini tapırdı.

Əlbəttə, indiki dövrdə Azərbaycan artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini ortaya qoyub və

iqtisadi inkişaf templərinə görə çox böyük rəğbətlə qarşılanır. Ona görə də bu gün biz Akademiyanın işinə daha

da böyük həcmdə vəsait ayıra bilirik, bunu edirik. Onu da qeyd etməliyəm ki, bu sahədə alimlərin, elmi

ictimaiyyətin təklifləri də nəzərə alınır. Mən xatırlayıram ki, dörd il bundan əvvəl bu binada, bu salonda çıxış

edərək fikirlərimi bildirmişdim. O vaxt çıxış edən alimlər də təkliflərini irəli sürmüşdülər. O təkliflərin demək

olar ki, hamısı ya icra edilibdir, ya da icra edilir.

Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib.

Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika

Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan

dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla

bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur.

Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu

Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə,

bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir.

Page 200: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

200

Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda

rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm.

Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir

vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni

təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz

verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara

arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi

böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır.

Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq

münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində

qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir.

Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə

qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan

sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar,

yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava

Azərbaycanda daha da güclənəcək.

Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan

halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq.

Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, biz neft-qaz amilindən asılılığımızı

maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin,

sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci regional inkişaf

proqramının qəbulu məhz bu məqsədi güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra edilir və

bölgələrin siması dəyişilib. Yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və

neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq

görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı

düşməlidir.

Ancaq bununla bərabər, bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük. Hökumətə, dövlət

qurumlarına müvafiq göstərişlər verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak

etsinlər.

Əminəm ki, bizim iqtisadi inkişaf dinamikamız davam edəcəkdir. Çünki bunun təməlində həm artıq

görülmüş işlər, infrastruktur layihələri, gözəl investisiya iqlimi dayanır, eyni zamanda, dünyanın mötəbər

iqtisadi qurumları da fəaliyyətimizi yüksək qiymətləndirirlər. Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta

Fondu hesab edir ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən yüksək iqtisadi templərlə inkişaf edən ölkə

Azərbaycan olacaqdır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının

rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin

arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu

biz neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün etmişdir. Biz

çalışmalıyıq ki, bu yüksək templəri növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi inkişafı uzunmüddətli,

dayanıqlı edək.

Çünki bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Əgər biz

başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır.

Ona görə də biz çalışırıq ki, daxili resurslardan maksimum dərəcədə istifadə edək və heç kimdən asılı olmayaq.

Asılı oldunsa, gərək başqasının sifarişlərini yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz istəmirik ki, heç

kimdən asılı olaq. İstəyirik ki, öz yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın, dövlətimiz daha da

güclənsin. Bir daha demək istəyirəm ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır. Ona görə hesab

edirəm ki, alimlər bu yeni vəziyyətlə bağlı öz dəyərli təkliflərini verməlidirlər və verəcəklər.

Bir məsələni də əlavə etmək istəyirəm. Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Bu da

son illər ərzində ölkənin inkişafı ilə bağlıdır. Çünki əgər biz demoqrafiyanın statistikasına nəzər yetirsək,

görərik ki, ölkəmiz üçün ən ağır illərdə demoqrafik vəziyyət çox mənfi idi. Ancaq ölkə iqtisadiyyatı inkişaf

etməyə başlayandan, sabitlik tam bərqərar olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan

əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaqdır. Əlbəttə ki, bu, bizim böyük

sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaqdır. Ancaq bu vəziyyət, eyni

zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir. Biz son on il ərzində bir

milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət

investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin

Page 201: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

201

qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşübdür. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar

etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya

iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə

cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal

işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye

müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri

lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın

yükü böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu,

böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün

istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik.

Bu günə qədər və hətta bu gün bizim əsas vəzifəmiz infrastruktur layihələri idi. Biz onları Bakıda və

bölgələrdə icra edirik. Əlbəttə, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su, meliorasiya, kənd yolları,

magistral yollar, təmir işləri bundan sonra da davam edəcək. Ancaq bunlarla bərabər, mütləq yeni yanaşma da

olmalıdır.

Son illər ərzində sənayenin inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Bunun nəticəsidir ki, bu ilin

doqquz ayında bizim qeyri-neft sənayemiz 10 faizdən çox artıbdır. İndiki şəraitdə bu, tarixi nailiyyətdir. Hazırda

Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələri gələcəkdə qeyri-neft potensialımızı

gücləndirəcək, ixrac potensialımızı böyük dərəcədə artıracaq. Texnoparklar yaradılır. Kimya Sənaye Parkının

artıq təməli qoyulubdur. Orada artıq ilk müəssisələr yaradılıb. Azərbaycan alimləri bütün bu işlərdə fəal iştirak

etməlidirlər. Əlbəttə ki, bütün bu istiqamətdə inşaat və mühəndislik işlərini xarici podratçılar icra edirlər. Ancaq

müvafiq dövlət qurumlarına göstəriş verilmişdir ki, Azərbaycan alimlərini də bu işə cəlb etsinlər. Xahiş edirəm

ki, alimlər özləri də bu işlərdə fəallıq göstərsinlər.

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülübdür. Biz özümüzü bütün əsas ərzaq

məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər

ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq

55-60 sentnerdir. Yəni, ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir

texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti

var. Nəzərə alsaq ki, əhalimizin təxminən 50 faizi aqrar bölgələrdə yaşayırlar, gələcəkdə kənd təsərrüfatının

inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaqdır.

Təsadüfi deyil ki, bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu ilin 9 ayında kənd

təsərrüfatı təxminən 7 faiz artmışdır. Bu da çox böyük göstəricidir. İndi Azərbaycan dövləti suvarma,

meliorasiya işlərinə böyük sərmayə qoyur. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay su anbarları tikilib.

Bu, tarixi nailiyyətdir. İndi suvarılan torpaqların sahəsi böyük dərəcədə artır və artacaq. Yeni suvarılan və

suvarılması yaxşılaşdırılan torpaq sahələri 100 min hektarla ölçüləcək. Burada mütləq elmi yanaşma olmalıdır.

Biz burada xaotik vəziyyətə imkan verə bilmərik. İşlər planlı şəkildə görülməlidir ki, hansı sahələrdə hansı

məhsullar yetişdirilsin. O məhsulların yetişdirilməsi üçün dövlət hansı işləri görməlidir? Burada alimlərin sözü

əsas olmalıdır. Müvafiq qurumlara - həm İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd Təsərrüfatı

Nazirliyinə tapşırılmışdır ki, görüləcək bütün işlər elmi əsaslar üzərində qurulmalıdır. Xahiş edirəm,

Azərbaycan alimləri də, Milli Elmlər Akademiyası da bu işlərə çox fəal qoşulsunlar.

Biz ixrac potensialımızı böyük dərəcədə artıra bilərik. Yəni, biz dünya bazarlarına daha böyük həcmdə

kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə, fermerlərin həyat səviyyəsini böyük dərəcədə yaxşılaşdıra

bilərik. Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti

birmənalıdır. Dövlət qurumlarına göstərişlər verilib. Alimlərdən xahiş edirəm ki, bu məsələ ilə çox ciddi məşğul

olsunlar.

Burada mənim son çıxışımdan ötən illər ərzində Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik

sənayenin yaradılması olmuşdur. Birinci telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra Yer səthini

müşahidə etmək üçün orbitə peyk buraxıldı. İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq. Doğrudan da

ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq

əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif

tədbirlər - seminarlar, konfranslar, elmi–praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması

işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o

qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür

baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə

bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı

güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır.

Page 202: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

202

Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu

strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər

sırasında olsun.

Azərbaycanda hərbi sənaye yaradılıbdır. Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır. Əgər o

vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz

hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.

Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz

müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik.

Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu

gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak

edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o

texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç

olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş

bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb

etsin.

Əlbəttə ki, iqtisadi inkişafımızın ənənəvi neft-qaz sahəsi haqqında da bir neçə kəlmə demək istəyirəm.

Alimlər yaxşı bilir ki, Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər.

Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf

ediləcəkdi. Bu gün Azərbaycan alimləri ölkədə aparılan neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində

mühüm rol oynayırlar. Həm xarici tərəfdaşlarla əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin

həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə, bizim üçün bu sahə də strateji sahədir. Bizim neft-qaz

yataqlarımız kifayət qədər böyükdür. Qaz yataqlarımızın ehtiyatları azı 100 il özümüzə və tərəfdaş ölkələrə

ixrac etmək üçün kifayət edəcək. Əlbəttə, bizim alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni yaranan

texnologiyalarla tanış olmalıdırlar. Çünki son illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə olunur.

Əvvəlki illərdə qaza bilmədiyimiz dərinliklərə indi biz nəinki asanlıqla quyular qazırıq, hətta Bakıda, yerin ən

dərin qatında qazma işləri apara biləcək böyük qazma qurğuları inşa edilir. Ona görə bu sahə həm bizim üçün,

həm də tərəfdaşlarımız üçün strateji sahədir.

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, neft-qaz sektorunda, bəzi ölkələrin enerji

təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın sayı daha

da artacaq. Çünki “Cənub” qaz dəhlizinin icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə Azərbaycan

qazını əldə etmək üçün imkan qazanacaq. Ona görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə

götürmüşdür. “Cənub” qaz dəhlizinin, TANAP layihəsinin nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də

Azərbaycandır. Biz, eyni zamanda, öz maliyyə resurslarımızı da bu sahəyə yönəldirik.

Əlbəttə, alimlərin qarşısında duran vəzifələr çoxdur. Mən burada hər bir vəzifə haqqında öz fikirlərimi

desəm yəqin ki, çox vaxt gedər. Hesab edirəm ki, dediklərim kifayətdir. Çünki mənim əsas istəyim ondan

ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini

versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik

potensialının güclənməsinə yönəlməlidir.

Çıxışımın sonunda humanitar elmlər haqqında bir neçə kəlmə demək istəyirəm. Bu sahə daim diqqət

mərkəzindədir. Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər – Bakı Humanitar Forumu,

Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir.

Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün

normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox

təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də

təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ – ksenofobiya, diskriminasiya,

ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun ki, biz bütün bunları hər gün televizorlarda görürük. Azərbaycan bu sahədə

də öz modelini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər.

Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət

siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab

edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır.

Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz,

xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında

Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin,

imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya,

saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki,

Page 203: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

203

dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni

doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir

daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin

saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər

yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə

yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət

üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə

edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm

ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və

gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır.

Sonda tarix elmləri ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Azərbaycanın çox zəngin tarixi vardır.

Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya

miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər

zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif

etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri”

xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar

keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar

bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə

XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki

Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur

reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə

İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar,

həqiqətlər üzərində yaradılır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən

dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun

“Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu

biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim

haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün

dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli

torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan

köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar

formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli

torpağımızdır.

Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn

il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər

yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər.

Əziz dostlar, Akademiya üzvləri, alimlər, mən sizi bir daha salamlayıram, Akademiyanın 70 illiyi

münasibətilə təbrik edirəm. Sizi əmin edirəm ki, mən gələcəkdə də Akademiyanın inkişafına daim diqqət

göstərəcəyəm və Akademiya qarşısında duran bütün vəzifələrə daim dəstək olacağam. Sağ olun.

Xalq qəzeti.- 2015.- 11 noyabr.-№ 247.- S.1-3.

Page 204: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

204

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri:

Prezident İlham Əliyev “Böyük İyirmiliyin” Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda

çıxış edib

(16 noyabr 2015-ci il)

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Böyük

İyirmiliyin” (G-20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib.

Dövlətimizin başçısı çıxışında Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli əlaqələrin inkişaf

etdiyini vurğulayaraq, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırlatdı. Ölkələrimiz

arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən Prezident İlham Əliyev

Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdıqları mühüm energetika və digər layihələrin yalnız regionda deyil,

dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu dedi. Bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin

Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, həmin layihənin həyata

keçirilməsində əlaqələndirmənin gücləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlara toxundu. Ölkəmizin neft

hasilatı sahəsində böyük tarixə və təcrübəyə malik olduğunu söyləyən dövlətimizin başçısı dünyada ilk dəfə

sənaye üsulu ilə dənizdə neftin Azərbaycanda çıxarıldığını bildirdi.

Azərbaycan Prezidenti müstəqillik dövründə həyata keçirilən enerji layihələri, xüsusilə 1994-cü ildə

imzalanan “Əsrin Müqaviləsi” və bu müqavilənin dünyanın enerji xəritəsində tutduğu mühüm yer, Bakı-Tbilisi-

Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında da danışdı. Prezident İlham Əliyev vurğuladı ki,

həmin illərdən ötən dövr ərzində Azərbaycanın energetika sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənib

və bu gün də uğurla davam edir.

Prezident İlham Əliyev dedi:

-Ölkələrimiz arasında tərəfdaşlıq daim artmaqdadır. O cümlədən Türkiyə ilə energetika sahəsində

tərəfdaşlıq regional tərəfdaşlıqdan qlobal tərəfdaşlığa keçib. Biz Türkiyə ilə birgə mühüm energetika

layihələrini çox uğurla həyata keçiririk.

Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir. Sonra - XX əsrin ortalarında Abşeronda

neft hasilatı geniş vüsət aldı. İndi, XXI əsrdə biz “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Artıq xeyli

hissəsi gerçəkləşdirilmiş bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən Türkiyə və

Azərbaycanı, Xəzər və Aralıq dənizlərini birləşdirən layihəni nəzərdə tuturam. Bu, tarixdə ilk hadisədir.

Həmçinin Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm. Beləliklə də biz təkcə neft deyil,

həm də qaz ixrac edən ölkəyə çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata keçirilməyə başlayıb.

Onların fəaliyyəti bizə daha çox neft və qaz satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən

istifadə etməyə kömək edir.

Məlum olduğu kimi, Xəzər dənizinin dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk

ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə

tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir. Mən, həmçinin demək

istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında olan bu tərəfdaşlıq bizə bu layihələri həyata keçirməyə imkan

verib. Biz ümid edirik ki, “Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni

istiqamətdə irəli hərəkət etməyimizə görə Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı

investorlarımız var. Həmçinin Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə Prezident

Obamaya minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz xüsusilə 1990-cı illərin ortalarında əldə

etdiyimiz uğurlara nail ola bilməzdik. Həmçinin Böyük Britaniyanın Baş naziri Kemerona təşəkkür etmək

istərdim. Böyük Britaniya artıq 20 ildən çoxdur ki, Azərbaycanda ən böyük sərmayədardır. Bu, bizə həm

ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi.

Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük

idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa

imkan verəcək. Qırx beş milyard dollar məbləğində olan sərmayələr hasil edilən qazın Xəzər dənizi sahilindən

nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə

ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət Adriatik dənizindən İtaliyaya

daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini

tələb edir və biz artıq həmin əlaqələndirmənin, əməkdaşlığın nəticələrini görürük.

Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir.

Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa

Page 205: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

205

istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi

məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda

şaxələndirmə tək marşrutların deyil, – halbuki bu, əhəmiyyətlidir, - həm də mənbələrin şaxələndirilməsi

deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur.

Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib.

Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bu məqsədlərə nail

olmaqdan ötrü biz bütün tərəflər üçün əlverişli şərait yaratmalıyıq. Çox sağ olun.

Xalq qəzeti.- 2015.- 18 noyabr.-№ 253.- S.2.

Page 206: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

206

Azərbaycan Prezidenti İlham Əliyev Fransaya işgüzar səfərə gəlib:

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(17 noyabr 2015-ci il)

Xəbər verdiyimiz kimi, noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər

Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri

Mehriban Əliyeva Forumda iştirak ediblər.

Dövlətimizin başçısı Forumda çıxış etdi.

-Baş Konfransın cənab sədri.

İdarə heyətinin cənab prezidenti.

Xanım baş direktor.

Hörmətli dostlar, xanımlar və cənablar.

Əvvəlcə, noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından

Fransa xalqına dərin hüznlə başsağlığı vermək istəyirəm. Azərbaycan xalqı Fransa xalqının kədərini bölüşür və

Fransa Respublikasının tarixində bu faciəli məqamda Fransa xalqı ilə çiyin-çiyinə dayanır. Bu dəhşətli terror

hadisəsi bir daha göstərir ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini

birləşdirməlidir. Dünyanın heç bir ölkəsinə bu cür hücumlara məruz qalmayacağı barədə yüz faiz zəmanət verilə

bilməz. Buna görə də beynəlxalq ictimaiyyətin birgə səyləri bizə bu bəla ilə mübarizə aparmağa kömək edə

bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı

mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.

Azərbaycan UNESCO-nun fəal üzvüdür. 23 ildən artıqdır, - demək olar ki, müstəqilliyini bərpa etdikdən

dərhal sonra, - Azərbaycan UNESCO-nun üzvü olmuşdur və bəşəri dəyərlərin təşviqində öz rolunu

oynamaqdadır. Azərbaycan demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını

imzalamış və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və

kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Bu da Azərbaycana UNESCO

donorlarından birinə çevrilmək imkanı vermişdir. Bu, ən zəif inkişaf etmiş ölkələr qarşısında bizim

öhdəliyimizdir.

Müstəqillik dövrünün əvvəlində Azərbaycan özü yoxsulluq, siyasi böhran, işğal və iqtisadi tənəzzüllə

üzləşmişdi və o zaman biz beynəlxalq yardım alırdıq. İndi isə bu yaxşılığın əvəzini ödəmək və dünyanın inkişaf

məramına töhfə vermək növbəsi bizimdir. Tamamilə əminəm ki, UNESCO-nun təhsil, mədəniyyət və əlbəttə,

elm kimi fəaliyyət sahələri bəşəriyyətin inkişafı üçün əsas istiqamətlərdir. Bu sahələrin inkişafı dünyamızı daha

da təhlükəsiz edəcək.

Dünya irsi siyahısına daxil olan İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri

kimi tarixi abidələrimizin UNESCO tərəfindən qorunan abidələr sırasında yer alması bizi fərəhləndirir.

Azərbaycan qədim mədəniyyət, tarix, adət-ənənələr diyarıdır. Lakin, eyni zamanda, müstəqil dövlət kimi yalnız

24 il yaşayan çox gənc bir dövlətdir. Bu illər bir siyasi sistemdən digər siyasi sistemə, planlı iqtisadiyyatdan

bazar iqtisadiyyatına keçid illəri olmuşdur. Bu illər ərzində ölkəmiz uğurlar əldə edə bilmişdir.

Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür.

Bizim ən böyük siyasi və diplomatik uğurumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik

Şurasına üzv seçilməyimiz olub. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın rolunun,

uğurlu fəaliyyətinin tanınması və bizim nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq əlaməti idi.

Beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi Təhlükəsizlik Şurasında sədrlik etdiyimiz iki il ərzində biz diqqəti

iki vacib məsələyə yönəltdik. Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə və mədəniyyətlərarası dialoqdur.

Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir.

Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın

və məcburi köçkün vəziyyətinə düşmüşdür. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik

təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə öz ölkəmizdə məcburi köçkünə çevrilmişdir.

Biz humanitar fəlakətlə üzləşmişdik. Biz o zaman iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik, çox

kasib ölkə idik. Bu gün televiziyada Avropanın üzləşdiyi miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən

Page 207: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

207

əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində qalan insanların ağrısını baş düşürük. Eyni zamanda, biz bu

prosesin Avropada yaşayanlar üçün çətinliklər törətdiyini də anlayırıq. Lakin, eyni zamanda, 1992-ci, 1993-cü

illəri xatırlayırıq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik. O vaxtlar

Azərbaycanın əhalisi təxminən səkkiz milyondan bir az artıq idi. Beləliklə, bu, dünya miqyasında adambaşına

düşən qaçqın və məcburi köçkünlərin sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin

cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizin inkişafında çox vacib rol

oynayırlar.

Ermənistan nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozur. BMT-nin Təhlükəsizlik

Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd

qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, o dövrdən iyirmi ildən artıq vaxt ötmüşdür və bu qətnamələr icra

olunmur. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizlik və qlobal konfiqurasiya ilə bağlı çox vacib məsələ

ilə üzləşirik. Söhbət aparıcı beynəlxalq təşkilatların qərarları və qətnamələrinə məhəl qoyulmamasından və buna

görə heç bir cəzanın tətbiq edilməməsindən gedir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə

məhəl qoymamaqda davam edir və bu hərəkətinə görə heç bir təzyiqlə qarşılaşmır.

Bu məsələ ciddi şəkildə nəzərdən keçirilməlidir. Biz Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin

icra mexanizmlərini təkmilləşdirməliyik ki, ikili standartlara yol verilməsin. Çünki biz hamımız bilirik ki, bəzi

hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə, hətta bir neçə saata icra olunur. Lakin bizim

timsalımızda 20 ildən artıqdır ki, danışıqlar masasında heç bir irəliləyiş yoxdur, çünki Ermənistan sülh istəmir.

Onlar bizimlə sülh şəraitində yaşamaq istəmirlər. Onlar imkanları olduğu qədər işğalçılıq siyasətini davam

etdirmək istəyirlər və əfsuslar olsun ki, bu günə qədər buna nail ola biliblər.

Lakin zaman bizim tərəfimizdədir, zaman ədalətin tərəfindədir, beynəlxalq hüququn tərəfindədir və mən

əminəm ki, Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Azərbaycanın

ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. İşğal nəticəsində bizim tarixi,

memarlıq və dini abidələrimiz məhv edilmişdir.

Siz bu vəziyyətlə video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın 600-dən çox

tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min

eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr

muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid

yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən

bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini

tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid

olmadığını nümayiş etdirir.

İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir. Mən müsəlman ölkəsini, erməni

terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm.

Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa

edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin

onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın

digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq

üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri

qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək

istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq

Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ

deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur.

Ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf

edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin,

bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb. Rusiya

imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu

respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın

bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan

şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq

bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün,

Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək davam edən

işğala baxmayaraq Azərbaycan transformasiyada böyük uğura imza ata bilmişdir.

Biz güclü demokratik təsisatlar yaratmışıq, müasir siyasi və çoxpartiyalı sistem qurmuşuq. Azərbaycan

bütün azadlıqlara hörmət edildiyi bir ölkədir. Söhbət siyasi fəaliyyət azadlığından, mətbuat azadlığından,

Page 208: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

208

toplaşma azadlığından gedir. Dünya Bankının qiymətləndirməsinə əsasən 2008-ci ildə azərbaycanlıların yalnız

17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir. Bizim planımız bütün ölkə

ərazisini genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə etməkdir. Bu, mətbuat azadlığının, informasiya

azadlığının bizim üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir.

Cənab sədrin qeyd etdiyi kimi, Azərbaycan iqtisadi inkişaf sahəsində böyük irəliləyiş əldə edib. Buna

üzərimizdə olan qaçqın və məcburi köçkün yükünə rəğmən nail olunmuşdur. Ötən onillikdə iqtisadi inkişaf

dünyada ən sürətlilər sırasında idi – 300 faizdən çox. İnsan kapitalına sərmayə yatırmaqla biz 10 il müddətində

yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə - demək olar ki, 50 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik

səviyyəsi hətta 5 faizdən azdır. Bizim çox az xarici borcumuz var, ümumi daxili məhsulun yalnız 12 faizini

təşkil edir. Ümumdünya Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan iqtisadiyyatı qlobal

rəqabətliliyinə görə 40-cı yerdədir. Beləliklə, iqtisadi islahatlar bizə maliyyə ehtiyatlarımızı toplamağa, onları

sosial inkişafa və infrastrukturun inkişafına yönəltməyə imkan verdi.

Biz gələcəyə, təhsilə investisiya yatırırıq. Azərbaycanda məktəblərin ümumi sayı 5 minə qədərdir.

Bunların 3 mindən çoxu ötən on il ərzində inşa edilmişdir. Biz demək olar ki, yüz faizlik savadlılığa nail

olmuşuq. Bu da öz növbəsində bizim gələcəyimizin çox güclü intellekt mənbəyidir. Ötən on il ərzində tikilmiş

500-dən artıq xəstəxana və digər səhiyyə müəssisəsi insanlarımıza müasir tibb xidmətlərindən faydalanmaq

imkanı verir. Beləliklə, insan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet

məsələ olmuş və olmaqda davam edir.

Cənab sədrin qeyd etdiyi kimi, Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal

rol oynayır. Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız

olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil

edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq

Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən

istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq. Biz 2008-ci ildə İslam

Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Avropa Şurasına üzv olan ölkələrin

mədəniyyət nazirlərinin görüşündə iştirakını təmin edən “Bakı prosesi” adlı forum təşəbbüsünü irəli sürdük. Bu,

tərəfimizdən atılmış birinci addım idi. Sonra 2009-cu ildə biz əksini etdik. İslam ölkələrinin mədəniyyət

nazirlərinin görüşünə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərini dəvət etdik.

Bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var. “Bakı prosesi”

təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını

görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə

gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi

ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və

dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin,

pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. Qafqaz

regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən

fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı

şəhərində yerləşməsindən qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini

bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də multikulturalizm bizim üçün bu gün müzakirə

olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil.

Multikulturalizm bizim adət-ənənəmizdir.

Bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bu,

mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var. Bunun bir nümunəsi bu il

Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Çox qəribədir ki, Avropadan başqa bütün qitələrin

öz oyunları var idi. Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de Kuberten

Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus Oyunları olmamışdı.

Beləliklə, Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində Avropa Oyunlarının bərpası ilə əlaqədar müdrik

qərarı multikulturalizm və tolerantlıq ideyalarının hamımız üçün əhəmiyyət kəsb etdiyini nümayiş etdirir.

Oyunlar uğurla keçirilmişdir və Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet

Oyunlarda iştirak etmişdir. Biz 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki,

uzun illər ərzində Azərbaycan və Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaqdır. Biz

qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki multikulturalizm qarşılıqlı anlaşmaya, qarşılıqlı

hörmətə əsaslanır.

Siz digər dinlərə öz dininizə rəğbət bəslədiyiniz kimi hörmət etməlisiniz. Siz qonşunuzdan milliyyətini,

kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda biz

Page 209: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

209

potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri aradan qaldıra bilərik. Əfsuslar olsun ki, dünyada

vəziyyət bizim istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik. Biz Azərbaycanda

qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk. Konfransın sədrinin

qeyd etdiyi kimi, gələn il biz xüsusilə multikulturalizm, dini və etnik tolerantlıq məsələlərinin müzakirəsini

nəzərdə tutan BMT-nin Sivilizasiyaların Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik. Bu məsələdə

UNESCO-nun nadir rolunu vurğulamaq istəyirəm. Biz UNESCO-nun fəaliyyətini və Baş direktoru xanım İrina

Bokovanın güclü rəhbərliyini dəstəkləyirik. Azərbaycan UNESCO-ya şərəfli fəaliyyətində dəstək olmaq üçün

əlindən gələni edəcəkdir. Bir daha sizi salamlamaq, sizə hörmətimi ifadə etmək və UNESCO-nun 70-ci

ildönümü münasibətilə sizi təbrik etmək istəyirəm. Çox sağ olun.

Xalq qəzeti.- 2015.- 19 noyabr.-№ 254.- S.1-3.

Page 210: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

210

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası keçirilib:

Prezident İlham Əliyev iclasda iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(24 noyabr 2015-ci il)

Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.

-Hörmətli deputatlar, xanımlar və cənablar.

Beşinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik

edirəm. Əminəm ki, deputatlar ölkəmizin hərtərəfli inkişafına öz dəyərli töhfəsini verəcəklər, Milli Məclisin işi

çox səmərəli olacaq və Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir.

Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə etmişdir. Seçkilər şəffaf,

ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər.

Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş,

müşahidələr aparmışdır. Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab

verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir. Mən xüsusilə Avropa Şurası

Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm.

Seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir.

Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha

sübut etmişdir ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla

fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst

toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə əlbəttə ki, bütün

bu azadlıqlar bir daha özünü büruzə vermişdir.

Eyni zamanda, onu da qeyd etməliyəm ki, son illər ərzində ölkədə gedən quruculuq prosesi də seçkilərin

nəticələrinə öz müsbət təsirini göstərmişdir. Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf

edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərmiş, eyni

zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini vermişlər.

Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd

edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə

əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə,

155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani

şəkildə əks etdirir.

Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır.

Əlbəttə, biz bunu böyük uğur kimi qəbul edirik. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu

reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da böyük

uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk

növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim

apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir

ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıbdır. Bu

gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl

göstəricilərdən biridir.

Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik

pozulduqda əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz

etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə

verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik

baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif

bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz

proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu

inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır.

Ölkəmizdə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə həll olunur. Artıq sirr deyil ki,

bütün beynəlxalq qurumlar, mötəbər təşkilatlar Azərbaycanı bu sahədə nümunə kimi göstərirlər. Bu, reallıqdır,

Page 211: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

211

bu, həqiqətdir. Bu, bizim siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizdə olan vəziyyətin

əlamətidir və burada dövlət siyasəti, ictimai dəstək vəhdət təşkil edir. Əminəm ki, bundan sonra da

Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənəcək. Azərbaycan bundan

sonra da nümunəvi ölkə kimi özünü göstərəcəkdir. Azərbaycanda bütün dinlərin, bütün millətlərin

nümayəndələri qardaşlıq şəraitində bir ailə kimi yaşayacaqlar. Bu, bizi daha da gücləndirir. Bu, hər bir ölkənin

uğurlu inkişafı üçün başlıca şərtdir. Xüsusilə son aylar ərzində Avropada müşahidə olunan mənzərə dediklərimi

bir daha sübut edir. Harada ki, bu sahəyə diqqət verilməmişdir, harada da ki, bu sahə diqqətdən kənarda

qalmışdır, yaxud da başqa siyasi meyillər üstünlük təşkil etmişdir, orada indi çox böyük problemlər yaranır.

Bir sözlə, seçkilərin nəticələrinə, əlbəttə, dediyim bu amillər öz müsbət təsirini göstərmişdir. Bu gün öz

işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur. Əminəm ki, Milli Məclis

ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün

təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin ediləcək.

Eyni zamanda, deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına

xidmət edəcəkdir.

Bu gün mən qarşıda duran bəzi vəzifələr haqqında fikirlərimi bildirmək istəyirəm. Baxmayaraq ki, son

illər ərzində böyük uğurlar əldə edilib, həll olunmamış, həllini gözləyən problemlər var. Biz öz fəaliyyətimizi bu

problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinin həll olunmamasıdır. Əlbəttə ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona

görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif

bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara

adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun.

Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim

mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan

torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ

ərazisinə XIX əsrdə köçürülmüşdür. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər

ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq

ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın

ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə

olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq.

Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb. Bir daha demək istəyirəm

ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün əlbəttə, tarixi əsaslar da mühüm rol

oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi

qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər ərzində Azərbaycanın

diplomatik səyləri, eyni zamanda, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti əlbəttə ki, real mənzərəni dünya

ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq.

Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır. Bu

qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və

dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz.

Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.

Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və

qətnamələr qəbul etmişlər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının

qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın

haqlı mövqeyini dəstəkləyir.

Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə

bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün

bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün

mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün

digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir.

Bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək. Minsk qrupunun fəaliyyəti

əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq

təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında

çox dəyərli qərarlar qəbul edilibdir, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.

Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi

üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik

Şurasının qətnamələrini qəbul etmişlər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi

Page 212: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

212

qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı

yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.

Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu

gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq,

eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli

ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha

da güclü olmalıdır.

Bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas

rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər

iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq.

Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır.

Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz

həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə,

bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və

müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin

hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan

təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi.

Yenə də deyirəm, Azərbaycan öz yolu ilə gedəcək. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ qurumu”nu

tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi

gücləndirəcəyik.

Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də

böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün

beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir. Baxmayaraq,

bizim təbii ki, büdcə gəlirlərimiz azalıbdır. Ancaq hərbi xərclər ən prioritet məsələdir. Çünki, bir daha demək

istəyirəm ki, bu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, ölkəmizin

təhlükəsizliyini təmin etmək üçün lazımdır.

Daxili siyasətlə bağlı. İndiki şəraitdə, əlbəttə, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da

yüksək səviyyədə öz həllini tapmalıdır. Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu

gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik

olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki,

bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcəkdir.

Eyni zamanda, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir.

Bu sahədə də böyük uğurlar vardır, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati

tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir.

Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza

yaradacaqdır.

İqtisadi siyasətlə bağlı. Təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam

etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir. Qeyri-neft

sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və

əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı,

biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması,

inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.

Bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir. Əlbəttə, əvvəlki

illərdə bu sahəyə qoyulan sərmayələri biz bu gün yatıra bilmərik. Ancaq görülən işlər nəticəsində bölgələrdə

əsas infrastruktur layihələri ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Xüsusilə elektrik enerjisi, qazlaşdırma

layihələrini nəzərdə tuturam. Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlibdir

və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır,

o cümlədən sosial infrastruktur layihələri. Gələn il də dövlət büdcəsində tibb müəssisələrinin, məktəblərin, uşaq

bağçalarının tikintisi və təmiri nəzərdə tutulur.

Sosial sahədə. Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola

bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə

imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi

islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir, bu gün

də diqqət yüksək səviyyədədir. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında

dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda

Page 213: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

213

dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki,

bu da bizim sosial siyasətimizin təzahürüdür.

Məcburi köçkünlərin, qaçqınların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmalıdır.

Gələn il də bu məqsədə çatmaq üçün kifayət qədər böyük vəsait nəzərdə tutulubdur. Son illər ərzində yüz

minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülübdür. Bu, gələcək fəaliyyətimiz üçün də daim prioritet olaraq

qalmalıdır.

Energetika sektorunda. Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı

öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da,

beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə

etməliyik. Çünki bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Getdikcə biz

tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir

vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd

etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş

beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. “Cənub” qaz dəhlizinin

reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə

artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki,

daha da güclü olacaqdır. “Cənub” qaz dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə

Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir.

Nəqliyyat sektorunda. Biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir

ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret

addımlar atmışıq. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır. Azərbaycan hər iki layihədə

çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait

sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər

etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra

ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola

malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur

layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə

alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik.

Əminəm ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Çünki biz düşünülmüş siyasət aparırıq,

Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan

vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz

maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz

qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü

iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim

siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər

də artıq başa düşməlidir ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan

kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Antiazərbaycan qüvvələr, erməni lobbisi ilə idarə

olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb əlbəttə ki, məyus olurlar. Biz öz

yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim

öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə

edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da

öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox,

ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik.

Azərbaycan nadir ölkələrdəndir ki, son vaxtlar miqrantlar böhranı ilə bağlı öz səsini ucaldır. Bəziləri

susmağa üstünlük verirlər, ancaq biz sözümüzü deyirik. Çünki bu ədalətsizliyə dözmək mümkün deyil. İndi

buna miqrantlar böhranı deyirlər. Ancaq miqrantlar üçün bu böhran humanitar fəlakət böhranıdır. Neçə ildir ki,

onlar bu fəlakətdən əziyyət çəkirlər. Onların ölkələri dağıdılır, evləri yerlə-yeksan edilir. Onlar yaxınlarını,

qohumlarını itirirlər, işgəncələrə məruz qalırlar, onların ləyaqəti alçaldılır və bu adamlar nicat tapmaq, yəni, bu

bəladan xilas olmaq üçün Avropaya üz tuturlar. Görün, onları necə qarşılayırlar - yenə də təhqir, işgəncə,

onların ləyaqəti alçaldılır. Onları indi günahkar kimi təqdim etməyə çalışırlar. Onların heç bir günahı yoxdur.

Əgər onların ölkələri dağıdılmasaydı, onlar öz ölkələrində yaşayardılar. Ancaq bu gün, görün, nələr baş verir.

Biz buna necə susaq?! Biz ona görə öz sözümüzü deyirik. Hesab edirəm ki, əgər başqa ölkələr də bizim kimi öz

səsini ucaltsalar bəlkə də bu siyasətə düzəlişlər edə bilərlər.

Deputatlar da yaxşı bilirlər, ictimaiyyət də bilir ki, bir çox hallarda Azərbaycan əsassız ittihamlarla

üzləşir. Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, - kim

Page 214: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

214

tərəfindən müəyyən edilibdir bunu biz bilmirik, - meyarlara cavab vermir. Ancaq bu miqrantlar böhranı

dəyərləri təbliğ edən ölkələr üçün bir sınaqdır. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz

dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar

başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət,

insan hüquqları, ləyaqət? Biz bunu görmürük.

Ona görə bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla

getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik. Buna ehtiyac da yoxdur. Biz öz hesabımıza yaşayırıq,

beynəlxalq məsələlərlə bağlı öz sözümüzü deyirik.

Azərbaycan beynəlxalq təşkilatlarda, əlbəttə ki, üzv olduğu təşkilatlarda bundan sonra da fəal iştirak

edəcək. Bizim deputatlar da fəal iştirak etməlidirlər. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında bizim

heç bir öhdəliyimiz yoxdur, ola da bilməz. Üzv olduğumuz təşkilatlarda fəaliyyətimiz də yüksək qiymətə

layiqdir. Üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və ölkəmizin maraqlarını müdafiə edirik.

Mən əminəm ki, biz qarşıda duran vəzifələri uğurla icra edəcəyik. Dünyada vəziyyət dəyişir, güclər

nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz

buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir.

Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik.

Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə

qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. Bəzi

hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla

görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa biz xahiş edərik. Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır

ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar

qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər

olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir.

Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim

gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat

üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik.

Bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı

sürətlə və uğurla inkişaf edə bilər. Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı

mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol

budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli

dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və

gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Sağ olun.

Xalq qəzeti.- 2015.- 25 noyabr.-№ 259.- S.1-2.

Page 215: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

215

Bakıda ISESCO Baş Konfransının XII sessiyasının açılışı olub:

Prezident İlham Əliyev açılışda iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

(26 noyabr 2015-ci il)

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII

sessiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri

Mehriban Əliyeva sessiyada iştirak ediblər.

Dövlətimizin başçısı sessiyada çıxış etdi.

-Hörmətli cənab baş direktor.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Çox

şadam ki, bu tədbir Bakıda, Azərbaycanda keçirilir. Əminəm ki, qonaqlar ölkəmizin keçmişi, reallıqları ilə tanış

olmaq üçün gözəl imkanlar əldə edəcəklər.

Son illər ərzində ISESCO dünya miqyasında çox önəmli beynəlxalq təşkilata çevrilibdir. ISESCO-nun

əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır.

ISESCO bu sahədə çox böyük uğurlara nail olubdur. Eyni zamanda, bu gün dünya miqyasında beynəlxalq

təşkilatlar arasında da ISESCO-nun öz yeri var. Qeyd etdiyim kimi, son illər ərzində baş direktor cənab əl-

Tuveycrinin rəhbərliyi ilə ISESCO dünya miqyasında çox önəmli və böyük nüfuza malik olan təşkilata

çevrilibdir.

Biz Azərbaycanda daim çalışırıq ki, ISESCO-nun nüfuzu daha da artsın. Azərbaycan ISESCO-nun fəal

üzvlərindən biridir. Bizim Bakıda keçirilmiş bir çox tədbirlərdə ISESCO təmsil olunur, cənab əl-Tuveycri

Azərbaycana tez-tez səfərlər edir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin

paytaxtı elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvan layiq görülüb. Bu,

ISESCO tərəfindən Azərbaycana, Azərbaycan mədəniyyətinə və bu gün Azərbaycanın İslam aləmində oynadığı

rola verilən yüksək qiymətdir.

Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq.

Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür. Əminəm ki, bu mərkəz öz

fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam

həmrəyliyinin gücləndirilməsi üçün fəal yol oynayacaqdır.

ISESCO Azərbaycanı daim dəstəkləyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləyir.

Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz

ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, öz həllini tapmır.

Uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazimizin

20 faizi erməni işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında

qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasəti

aparılmışdır. Ermənilər Xocalı soyqırımı törətmişlər. Bu gün 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi

tanıyır. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozur. Münaqişə ilə bağlı BMT

Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır ki, orada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından

dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. İyirmi ildən çoxdur ki, Ermənistan bu qətnamələrə məhəl qoymur.

Digər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa

Şurası Parlament Assambleyası da oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni, beynəlxalq hüquq tam

şəkildə Azərbaycan mövqeyini dəstəkləyir. Eyni zamanda, tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq

Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağ”

sözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini

dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında

həllini tapa bilər.

Page 216: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

216

Onu da qeyd etməliyəm ki, ATƏT işğal edilmiş ərazilərə iki dəfə missiya göndərmişdir. Missiyaların

məruzələri göstərir ki, işğal edilmiş torpaqlarda hər şey - bizim şəhərlərimiz, kəndlərimiz, tarixi, dini

abidələrimiz dağıdılıb. Ermənilər işğal edilmiş torpaqlarda 10 məscidi dağıdıblar. Bu, vəhşilikdir. Bu, İslam

mədəniyyətinə qarşı terrorizmdir. Bir daha qeyd etmək istəyirəm ki, ISESCO bu məsələdə Azərbaycanın haqlı

işini daim dəstəkləyir.

Onu da qeyd etməliyəm ki, erməni terror təşkilatları 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-dan

çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz

dəfələrlə bəyan etmişik ki, terrorizmin nə milləti, nə də dini var. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb

dairələri, media nümayəndələri İslamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik.

İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz İslam dəyərlərini dünyaya təqdim etmək üçün

Azərbaycanda fəal iş aparırıq. Azərbaycan o ölkələrdəndir ki, dünyanın ən məşhur Luvr muzeyində İslam

bölməsinin təşkilində fəal rol oynamış, öz maliyyə töhfəsini vermişdir.

Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Biz

islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar

verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə

gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz İslam mədəniyyətini təbliğ edirik. Dünyanın

inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni

proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim

təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə

Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir.

Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu

tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz.

Bu yaxınlarda Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq

dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma

olmamışdır və əminəm ki, olmayacaqdır.

Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai

xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ

ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona

görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün

çalışırıq və çalışacağıq.

Azərbaycan zəngin tarixə malik olan bir ölkədir. Əminəm ki, qonaqlar Bakının qədim tarixi abidələri ilə

tanış olacaqlar. Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq

müstəvidə fəal iş aparır.

Onu da qeyd etməliyəm ki, Azərbaycan gənc müstəqil dövlətdir. Cəmi 24 ildir ki, biz müstəqil dövlət

kimi yaşayırıq. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mindən

çoxdur. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı məscidi

Azərbaycanda yerləşir. Bu yaxınlarda məscid əsaslı şəkildə təmir edilibdir və bu gün həm dini abidədir, həm də

memarlıq abidəsidir. Ona görə, bu məsələlərdə əlbəttə ki, beynəlxalq təşkilatların, aparıcı siyasətçilərin rolu

kifayət qədər böyükdür - xüsusilə indiki şəraitdə, çox həssas vaxtda. Əfsuslar olsun ki, dünyada münaqişələr

daha da alovlanır, qarşıdurmalar daha da çoxalır. Azərbaycan öz tərəfindən çalışır ki, humanitar əməkdaşlıq

risklərin azaldılmasına gətirib çıxarsın.

ISESCO-nun bilavasitə məşğul olduğu sahələr də Azərbaycanda uğurla inkişaf edir. Qeyd etdiyim kimi,

bizim çox zəngin tarixi irsimiz, qədim mədəniyyətimiz var. Bizim bütün mədəni abidələrimiz dövlət tərəfindən

qorunur. Təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılıq təxminən 100 faizə çatıbdır. Elmin inkişafına

böyük diqqət göstərilir. Elmin inkişafı üçün əsaslı işlər görülür, vəsait ayrılır. Elmin İnkişafı Fondu yaradılıbdır.

Azərbaycanda yeni texnologiyalar inkişaf edir. O cümlədən bir neçə il bundan əvvəl Azərbaycan dünyanın o

qədər də böyük olmayan kosmik klubuna üzv olub. Azərbaycanda kosmik sənaye sürətlə inkişaf edir. Çünki hər

bir ölkənin gələcəyi elmin, təhsilin səviyyəsindən asılıdır, gələcəkdə daha da böyük dərəcədə asılı olacaqdır.

Çünki ölkələrin inkişafını şərtləndirən əsas yeni texnologiyalardır, innovasiyalardır, elmin inkişafıdır, təhsilin

səviyyəsidir. Biz bu sahəyə çox böyük diqqət göstəririk. Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi təcrübə bəzi

ölkələr üçün maraqlı ola bilər.

Bu il Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Onu da qeyd etməliyəm ki, Avropa

Oyunları Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Altı mindən çox idmançı, minlərlə

qonaq ölkəmizə gəlmişdir. Qısa müddətdə - cəmi iki il yarım ərzində bütün hazırlıq işləri görüldü və bu Oyunlar

tarixə ən gözəl, ən mötəbər, yaxşı təşkil edilmiş Oyunlar kimi daxil oldu. Birinci Avropa Oyunlarının müsəlman

Page 217: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

217

ölkəsində keçirilməsi, hesab edirəm ki, sadəcə olaraq idman məsələsi deyil. Bu, eyni zamanda, dediyim kimi,

bizim multikulturalizmə, dinlərarası, millətlərarası münasibətlərə verdiyimiz dəyərli töhfə olmuşdur. İki ildən

sonra - 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Cəmi iki il ərzində Azərbaycanda həm

Avropa Oyunları keçirilib, həm də İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bax, bu iki hadisə əslində

Azərbaycanın hansı mövqelərə malik olduğunu əyani şəkildə göstərir.

Biz 2008-ci ildə “Bakı prosesi”nə təkan verdik. O vaxt Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən

Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv

ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Çünki Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq

Təşkilatının üzvüdür. Bu, birinci belə toplantı idi. Ondan sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv

ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət etdik. Yəni,

bu prosesə “Bakı prosesi” adı verilibdir. Dünyada artıq “Bakı prosesi” özünəməxsus rol oynayır. Yəni, biz

çalışırıq ki, bütün bu məsələlər tənzimlənsin, dünyada daha da böyük anlaşma olsun, qarşıdurmaya yol

verilməsin, insanlar rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar.

ISESCO-nun Baş Konfransının XII sessiyasının Bakıda keçirilməsi qeyd etdiyim kimi, ölkəmiz üçün

çox böyük hadisədir. Əminəm ki, qonaqlar burada səmərəli işləyəcəklər. Burada müzakirə olunan məsələlər

gələcəkdə həm İslam həmrəyliyini gücləndirəcək, humanitar sahədə görülən işlərə daha böyük təkan verəcək,

eyni zamanda, dünya miqyasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət göstərəcəkdir.

Mən çıxışımın sonunda bir daha Azərbaycan xalqının böyük dostu cənab əl-Tuveycrinin fəaliyyətini

xüsusi qeyd etmək istəyirəm. Cənab əl-Tuveycri həm ISESCO-nun rəhbəri, həm də ictimai xadim kimi dünyada

çox böyük rol oynayır, Azərbaycanı dəstəkləyir. ISESCO-nun bu səviyyəyə qalxmasında onun xüsusi xidmətləri

var. Mən istəyirəm ki, bugünkü toplantıda qonaqların iştirakı ilə gözəl missiyanı icra edim. Cənab əl-Tuveycri

mənim Sərəncamımla Azərbaycanın dövlət ordeni olan “Dostluq” ordeni ilə təltif edilibdir. İstəyirəm bu gün bu

toplantıda bu ordeni ona şəxsən özüm təqdim edim.

Xalq qəzeti.- 2015.- 27 noyabr.-№ 261.- S.1-2.

Page 218: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

218

Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib:

Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər:

Prezident İlham Əliyevin bəyanatı

(28 noyabr 2015-ci il)

Minsk, 28 noyabr, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata

birgə bəyanatlarla çıxış ediblər.

-Sağ olun, hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli xanımlar və cənablar.

Aleksandr Qriqoryeviç, mən ilk növbədə Sizə bu dəvətə, mənim və Azərbaycan nümayəndə heyətinin

üzvlərinin Belarus torpağında hiss etdiyimiz qonaqpərvərliyə görə bir daha təşəkkür etmək istərdim. Bizim

münasibətlərimizin gələcək inkişaf yollarını Sizinlə birlikdə müəyyən etmək üçün dost, qardaş Belarusa bir

daha gəlməyimə şadam.

Bu gün mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən

edəcək. Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə

bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir. Orada bizim bir-birimizi daim

dəstəklədiyimiz beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimiz barədə də danışılır. İqtisadi, siyasi əməkdaşlıq,

humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu

istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb.

Aleksandr Qriqoryeviçlə bu gün qeyd etdiyimiz kimi, biz bu münasibətləri illər boyu qurmuşuq. Bu gün həmin

münasibətlərin səviyyəsi xalqlarımızın mənafelərinə uyğundur və bu münasibətləri strateji tərəfdaşlar arasındakı

münasibətlər kimi səciyyələndirməyə imkan verir.

Biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik

ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya

çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var.

Biz iqtisadi sahədə gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyən etdik. Əlbəttə, Aleksandr

Qriqoryeviçin fikrinə mən də şərikəm ki, böhran şəraitində ölkələrimiz arasında əmtəə dövriyyəsinin sabit

qalması sevindirici haldır. Biz bu gün əmtəə dövriyyəsini xeyli artıra biləcək layihələri də çox ətraflı müzakirə

etdik. Biz qarşılıqlı ticarətə daha artıq diqqət yetirməliyik, o cümlədən başqa ölkələrdən idxal etdiyimiz malları

Belarusdan Azərbaycana, Azərbaycandan Belarusa idxal etməliyik. Müştərək istehsalatlar yaradılmasının artıq

yaxşı tarixi var. Gəncə zavodu buna nümunədir, orada çox qısa müddətdə, bir ildən az vaxtda Belarus

texnologiyaları üzrə istehsal qaydaya salınıb. Bu gün həmin zavod Azərbaycan ərazisində mühüm sənaye

obyektidir.

Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini,

həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını

nəzərdən keçirməyə hazırıq. Başqa sözlə desək, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal

qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza vardır. Mənim Belarusa növbəti səfərim bunu əyani şəkildə

təsdiq edir. Bu il Aleksandr Qriqoryeviç birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana

gəlmişdi. Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi gələn il Azərbaycana rəsmi səfərə bir daha dəvət

etmək istəyirəm.

Bu səfərlər bizim xalqlarımız və region üçün yaxşı siqnaldır. Onlar praktiki baxımdan da çox faydalıdır,

çünki səfərlər çərçivəsində biz planlar, layihələr barədə razılığa gəlir, sonra onları reallaşdırırıq. Mənim

fikrimcə, münasibətlərimizin bir xüsusiyyəti də ondan ibarətdir ki, biz nə barədə razılığa gəlsək, onu yerinə

yetiririk. Biz etibarlı tərəfdaşlarıq və münasibətlərimizi, dostluğumuzu qiymətləndiririk. Əminəm ki,

münasibətlərimizin davamlı inkişafı gələcəkdə də təmin ediləcək. Belarus və Azərbaycan iki dost kimi uğurla

irəliləyəcək. Bizim nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkür edirəm.

Sağ olun.

Xalq qəzeti.- 2015.- 29 noyabr.-№ 263.- S.3.

Page 219: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

219

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri:

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər:

Prezident İlham Əliyevin bəyanatı

(3 dekabr 2015-ci il)

Dekabrın 3-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki,

parlament seçkilərindən sonra Siz ilk səfəri Azərbaycana – qardaş ölkəyə edirsiniz. Fürsətdən istifadə edərək bir

daha rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı böyük qələbə münasibətilə Sizi Azərbaycan

xalqı adından təbrik edirəm. Parlament seçkilərindən sonra ilk rəsmi səfəriniz bir daha Türkiyə-Azərbaycan

əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu göstərir.

Eyni zamanda, bu yaxınlarda Antalya şəhərində keçirilmiş G20 Zirvə görüşü münasibətilə Türkiyəni

təbrik etmək istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, Türkiyə bu Zirvə görüşünə Azərbaycanı dəvət

etdi. Bir ölkəni dəvət edə bilərdi və bu ölkə Azərbaycan oldu. Buna görə də Sizə minnətdaram. Bu, bizim üçün

çox önəmlidir. İlk növbədə ona görə ki, həm Türkiyə, həm Azərbaycan, həm də dünya ictimaiyyəti gördü ki, biz

bir-birimizə nə qədər yaxınıq. Məncə, dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi

birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və

Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini

tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir.

Biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu,

dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki,

gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim

siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın,

bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.

Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar

olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq.

Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır.

Biz bütün beynəlxalq təşkilatlarda da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına,

dövlətinə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından

əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır.

Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Birləşmiş

Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir.

Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur.

Ancaq Ermənistan buna məhəl qoymur və bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Bu münaqişə

və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini

tapmalıdır. Bunun başqa həll yolu yoxdur.

Bu gün, eyni zamanda, bizi birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıq.

Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə

TANAP layihəsini qeyd etmək istəyirəm. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Biz bu layihəni

birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir.

TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik.

Əminəm ki, bu layihə vaxtında – 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəkdir. Beləliklə, Azərbaycan

Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa

ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda

görəcəklər.

Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir.

Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz

Page 220: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

220

yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər

Avropa ölkələridir.

Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də

Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara

yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi

iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər.

Bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl

əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə

dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi

nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və

Azərbaycan artıq ciddi amil kimi mövcuddur.

Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi

çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir. Biz gücümüzə güc qatırıq, biz dostuq,

qardaşıq. Bu, əsas məsələdir və bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin

yanında olacağıq.

Hörmətli cənab Baş nazir, bir daha Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Xalq qəzeti.- 2015.- 3 dekabr.-№ 267.- S.2.

Page 221: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

221

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri:

Azərbaycan Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu

təqdim edilib:

Prezident İlham Əliyevin çıxışı

(11 dekabr 2015-ci il)

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun

təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə Prezident İlham Əliyev tarix üzrə fəxri professor seçildiyi bu ali təhsil ocağının xatirə kitabına

ürək sözlərini yazdı.

Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi.

Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu və döş nişanı dövlətimizin

başçısına təqdim edildi.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

-Renmin Universitetinin hörmətli rektoru və prorektoru.

Hörmətli tələbələr və dostlar.

İlk növbədə mənə fəxri professor diplomunun verilməsinə görə universitetin rəhbərliyinə dərin

təşəkkürümü bildirmək istəyirəm. Mən bunu ölkələrimiz arasında dostluq rəmzi kimi qiymətləndirirəm.

Azərbaycan ilə Çin arasında dostluğun qədim tarixi var. Tarixin müxtəlif dövrlərində xalqlarımız bir-biri

ilə ünsiyyətdə olublar. İndi isə Azərbaycan müstəqil dövlət olaraq Çin ilə ikitərəfli əlaqələrin qurulmasından

ötən 23 il ərzində bu ölkə ilə müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir.

Mənim Çinə dövlət səfərim bu gün yekunlaşmaq üzrədir. Mən səfərimə qədim Sian şəhərindən başladım,

Terrakota Ordusu Muzeyi ilə tanış oldum və bir daha xalqınızın böyük mədəniyyəti, ənənələri və tarixinin

şahidi oldum. Bu, bir daha nümayiş etdirir ki, Çin xalqının əsrlərlə davam edən tarixi boyunca siz şah əsərlər

yaratmısınız, tarix yazmısınız və sizin müasir uğurunuz həmin tarixi irsə əsaslanır.

Bu gün ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir və dövlət səfərinin nəticələri məni çox

qane edir. Gözəl ölkənizdə keçirdiyim bu bir neçə gün ərzində Çinin rəhbərliyi ilə görüşlərim olub. Bu

görüşlərdə dostluq, tərəfdaşlıq və qarşılıqlı anlaşma şəraitində aparılan müzakirələr və danışıqlar zamanı biz bir

daha razılaşdıq ki, münasibətlərimizdə müsbət meyli davam etdirməliyik. Biz dost ölkələrik. İkitərəfli

münasibətləri inkişaf etdirmək və dərinləşdirmək üçün bizdə güclü qarşılıqlı iradə mövcuddur. Bizim

mükəmməl siyasi münasibətlərimiz var və mənim Çinə dövlət səfərim bunu bir daha nümayiş etdirdi.

Biz bir çox sahələrdə bir-birimizi dəstəkləyirik. Beynəlxalq təşkilatlarda bir-birimizə dəstək nümayiş

etdiririk. Azərbaycan “Vahid Çin” prinsipini ciddi şəkildə dəstəkləyir. Çin isə öz növbəsində Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və BMT Təhlükəsizlik

Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli ilə bağlı bizə dəstək verir. Bu və ikitərəfli əlaqələrimizin digər

bir çox mühüm cəhətləri dünən mənim və Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladığımız Birgə

Bəyannamədə öz əksini tapıb. Bu vacib siyasi sənəddən əlavə, dünən siyasi, iqtisadi, sosial inkişafın və

ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrini əhatə edən 9 sənəd imzalanıb və bununla da imzalanmış

sənədlərin ümumi sayı 10-a çatıb.

BMT çərçivəsində çox fəal əməkdaşlıq edirik. Bu il Azərbaycan Çinin dəstəyi ilə Şanxay Əməkdaşlıq

Təşkilatına dialoq üzrə tərəfdaş olub.

İqtisadi sahədə çox fəal əməkdaşlıq edirik. Bu yaxınlarda Çində Hökumətlərarası Birgə Komissiyanın

iclası keçirilib. Bu komissiya mənim səfərim ərzində öz həllini tapmış məsələlərlə məşğul idi. Bu komissiyanın

görüşü mənim dövlət səfərimə hazırlıq xarakteri daşıyırdı.

Azərbaycan Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçisi oldu.

Bu da bizim iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisidir. Çinin bir çox şirkətləri Azərbaycanda fəal şəkildə

çalışır. Səfərim ərzində mən iki şirkətlə tanış oldum. Sian şəhərində avtomobil zavodunda oldum. Bu zavod

artıq avtomobilləri Azərbaycana ixrac edir. Bu da ölkəmizə ixracatı artırır. Dünən Azərbaycanda fəal şəkildə

çalışan “Huawei” korporasiyasının ofisi ilə tanış oldum. Biz Azərbaycanda daha çox Çin şirkətlərini görmək

istəyirik və Çin rəhbərliyi ilə görüşlərimdə bu məsələni vurğulamışam. Azərbaycanda Çinin müxtəlif sahələrdə -

Page 222: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

222

infrastruktur, tikinti sahələrində fəaliyyət göstərən daha çox şirkətlərini görmək istəyirik. Əlbəttə ki, biz Çin

şirkətlərini investor qismində görmək istəyirik. Çünki Azərbaycanda əlverişli investisiya mühiti var.

Nəqliyyat sahəsində əməkdaşlığın aparılması üçün çox yaxşı perspektivlər mövcuddur. Biz Sədr Si

Cinpin tərəfindən irəli sürülmüş İpək Yolu iqtisadi kəmərinin yaradılması təşəbbüsünü tam dəstəkləyirik.

Azərbaycan ölkə daxilində çox müasir nəqliyyat infrastrukturunun yaradılması işinə öz töhfəsini verir. Deyə

bilərəm ki, bu ilin avqustunda Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gətirilib.

Biz dünən nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini geniş şəkildə müzakirə etdik. Azərbaycanın

coğrafi mövqeyi ölkəmizi malların Avropadan Asiyaya, Asiyadan Avropaya tranziti üçün mərkəzə çevirir. Biz

hazırda dəmir yollarının müasirləşdirilməsinə, Xəzər regionunda ən böyük limanın yaradılmasına və ümidvaram

ki, gələn il fəaliyyətə başlayacaq Azərbaycan ilə Avropa arasında dəmir yolu əlaqəsinə sərmayə yatırırıq. Bakı-

Tbilisi-Qars dəmir yolunun tikintisi Asiya ilə Avropanı birləşdirəcək, tarixi İpək Yolunu qurmaq üçün

çatışmayan dəmir yolu əlaqəsini yaradacaq. Bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan Çinə

gətirilməsi üçün ən qısa yol olacaq.

Başqa sözlə, bizim əməkdaşlığımız çox genişdir. Bu, siyasi sahəni, beynəlxalq əlaqələri əhatə edir.

Dediyim kimi, beynəlxalq təşkilatlar çərçivəsində çox fəal əməkdaşlıq edirik. İqtisadi əməkdaşlığımızın praktiki

məsələlərinə xüsusi diqqət yetiririk. Əlbəttə, biz nəqliyyat təşəbbüsləri ilə bir neçə ölkə arasında əməkdaşlığın

aparılmasına yaxşı imkan yaradırıq. İqtisadi və nəqliyyat layihələri ölkələri birləşdirir, iqtisadi dividendlər verir.

Onlar müxtəlif ölkələr arasında qarşılıqlı anlaşma üçün yaxşı şərait yaradır. Ölkələrin müxtəlif xarici siyasət

prioritetləri, dünyada baş verən hadisələrlə bağlı fərqli baxışları ola bilər. Bu da təbiidir. Lakin biz iqtisadi

əməkdaşlıq, daha geniş regional əməkdaşlıq vasitəsilə qarşılıqlı anlaşma üçün daha yaxşı şərait yarada bilərik.

Bizim mövqeyimiz buna əsaslanır və Çin ilə Azərbaycanın baxışları bir çox sahələrdə üst-üstə düşür.

Biz terrorizmə, ekstremizmə, radikalizmə qarşı birlikdə mübarizə aparırıq. Biz multikulturalizm

dəyərlərini təşviq edirik və dünyada, regionumuzda gərginliyin azalmasına töhfə verməyə çalışırıq. Bununla

bərabər, ölkələrimiz arasında ikitərəfli münasibətlərin mövcud durumu bizi çox qane edir. Əminəm ki, mənim

səfərimin nəticələri, imzalanmış sənədlər, xüsusilə Çin və Azərbaycan arasında Birgə Bəyannamə gələcək

inkişaf üçün yaxşı baza olacaq. Birgə Bəyannamə demək olar ki, bizim birgə fəaliyyətimizin bütün cəhətlərini,

siyasi, iqtisadi, münaqişələrin tənzimlənməsinə aid məsələləri, nəqliyyat və mədəniyyət məsələlərini əhatə edir.

Biz təhsil sahəsində daha fəal əməkdaşlıq etmək istəyirik. Universitetin rektoru ilə müzakirə etdiyimiz

kimi, mənə fəxri professor diplomunun verilməsindən sonra əminəm ki, Azərbaycan gəncləri ölkənizin aparıcı

təhsil müəssisələrindən biri olan Renmin Universitetində təhsil almaq üçün buraya gələcəklər. Beləliklə,

ölkənizdən yaxşı xatirələrlə, nəticələrlə ayrılıram. Əminəm ki, növbəti illərdə sənədlərin praktiki icrasını

görəcəyik.

Bu gün Azərbaycan, ölkəmizin inkişafı və planları haqqında da sizə bir qədər məlumat vermək istəyirəm.

Azərbaycan çox qədim diyardır. Əsrlər boyu xalqımız dəyərlər yaradıb. Azərbaycanda olan bir çox tarixi yerlər

ölkəmizin qədim tarixini əks etdirir. Azərbaycan tarixi İpək Yolu üzərində yerləşir, Avropa və Asiya qitələri ilə

sıx bağlıdır. Ölkəmiz, faktiki olaraq, Avrasiyanın ortasında yerləşir. Lakin müstəqil ölkə kimi biz çox gəncik.

Biz cəmi 24 ildir ki, müstəqilik. Bu illər transformasiya, inkişaf, modernləşmə illəri olub və biz böyük nəticələr

əldə etmişik.

Bu gün Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür. Dörd il bundan əvvəl 155 ölkənin, eləcə də Çinin

dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu da Azərbaycana olan geniş beynəlxalq dəstəyin

göstəricisi və beynəlxalq arenada bizim fəaliyyətimizə verilən qiymət idi.

Azərbaycanın iqtisadiyyatı dünyada sürətlə artan iqtisadiyyatlardan biridir. Ötən 10 il ərzində ümumi

daxili məhsulumuz 3 dəfədən çox artıb. Bu da bizə infrastruktura, o cümlədən sosial infrastruktura sərmayə

yatırmağa, işsizlik səviyyəsini ciddi şəkildə azaltmağa imkan verir. Hazırda işsizliyin səviyyəsi 5 faizdir. Sürətli

iqtisadi artım ölkəmiz üçün çoxlu fürsətlər yaratdı. Bu gün Azərbaycan, həmçinin xarici sərmayədardır. Biz

başqa ölkələrə investisiya yatırırıq. Əlbəttə ki, iqtisadi və maliyyə sabitliyi siyasi müstəqilliyimizin ən əsas

elementlərindəndir. Biz yalnız 24 ildir ki, müstəqilik, gənc ölkəyik və öz müstəqilliyinə hər şeydən çox dəyər

verən ölkəyik.

Üzləşdiyimiz problemlərə gəldikdə, əsas problem ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasıdır.

İyirmi ildən artıqdır ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən

dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrin

tələblərinə məhəl qoymamağa davam edir. BMT-nin Təhlükəsizlik Şurası dünyada ən yüksək beynəlxalq

təşkilatdır. Qəbul olunmuş qətnamələr beynəlxalq hüquqa və ədalətə əsaslanır. Azərbaycanın beynəlxalq

səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın

və məcburi köçkünə çevrilib. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Azərbaycanın tarixi ərazisi olan

Page 223: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

223

Dağlıq Qarabağ və ətraf 7 rayon 20 ildən artıqdır ki, işğal altındadır. 1994-cü ildən bəri atəşkəs rejimi

qüvvədədir. Lakin atəşkəs sülh demək deyil. Torpaqlarımız azad olunanda, qaçqın və məcburi köçkünlərimiz öz

evlərinə qayıda biləndə sülhə nail olunacaq. Münaqişə yalnız beynəlxalq hüququn normaları və prinsipləri,

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası əsasında

öz həllini tapmalıdır. Sədr Si Cinpinlə imzaladığımız Birgə Bəyannamədə bütün yanaşmalar öz əksini tapıb. Bu

münaqişənin həll olunması üçün belə yanaşma nümayiş etdirdiyinə görə Çinə çox minnətdaram.

Bu böyük problemə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir. Bizim enerji ehtiyatlarımız var və

əlbəttə, bu ehtiyatlar bizə maliyyə ehtiyatları toplamağa imkan verir. Lakin neftin qiymətinin bir il ərzində,

demək olar, üç dəfə aşağı düşməsi əlbəttə ki, bacarıqların nümayiş etdirilməsinin vaxtının yetişməsi deməkdir.

Azərbaycan yaxşı idarəçilik nümayiş etdirir. Neft istehsal edən ölkələr arasında Azərbaycan hələ də

inkişaf etməkdə olan azsaylı ölkələrdəndir. Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq,

bu il təxminən 4 faiz iqtisadi artım gözlənilir. Buna da əsasən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində

nail olunub. Biz qapılarımızı sərmayələr üçün açmışıq və adambaşına düşən investisiya, birbaşa xarici

sərmayələrin həcmi çox yüksək səviyyədədir. Sənaye sahələrini, infrastrukturu yaratmaq və sərmayədarları

Azərbaycana dəvət etmək üçün öz vəsaitlərimizi investisiya etmişik. İqtisadiyyatın şaxələndirilməsi prosesinin

uğurlu olması sübuta yetirildi. Biz ölkəmizdə işləyəcək daha çox sayda Çin şirkətlərini görməyə ümid edirik,

xüsusilə sənaye istehsalı, informasiya texnologiyaları, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində və bir

çox digər sahələrdə. Çünki ölkələrimiz arasında çox yaxşı dostluq münasibətlərinin olmasını əsas tutaraq biz bu

münasibətlərə çox vacib olan iqtisadi komponenti də əlavə etməliyik. Azərbaycan investisiyaların yatırılması

nöqteyi-nəzərindən çox cəlbedici ölkədir. Xarici sərmayələr lazımi şəkildə qorunur.

Beləliklə, ölkəmiz inkişaf edir, bizim gələcək üçün böyük planlarımız var. Məqsədimiz Azərbaycanı

dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir. Düşünürəm ki, bunun üçün yaxşı imkanlar mövcuddur.

Biz təhsilə böyük diqqət yetiririk. Çünki bu, hər bir ölkənin gələcəyidir. İqtisadiyyatı irəli aparan və

ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir. Bu sahədə biz

Çin ilə daha fəal şəkildə əməkdaşlıq aparmaq istəyirik. Qeyd etdiyim kimi, Renmin Universiteti ilə öz

universitetlərimiz arasında daha da sıx əməkdaşlıq görmək istəyirəm. Çünki təhsil bizim üçün əsas

prioritetlərdən biridir. Bizdə savadlılığın səviyyəsi demək olar ki, 100 faizdir. Bizim əsas məqsədimiz enerji

ehtiyatlarının qiymətinin aşağı düşməsi ilə bağlı müvəqqəti çətinliklərə baxmayaraq, elə təhsil sisteminə malik

olmaqdır ki, o, Azərbaycanın inkişaf etməsinə imkan yaratsın. Bizim əsas məqsədimiz iqtisadiyyatımızın çox

güclü qeyri-neft sektorunu yaratmaq, texnologiyaları inkişaf etdirmək, təhsil və elmə sərmayə yatırmaq və

insanlarımız üçün daha yaxşı həyat şəraiti yaratmaqdır. İqtisadi islahatlar güclü sosial siyasətlə dəstəklənib.

Yoxsulluğun və işsizliyin azalması bu siyasətin uğurlu olmasını göstərir. Beləliklə, ölkəmizin inkişafı haqqında

qısaca olaraq bu qədər.

Dediyim kimi, bizim gələcək üçün planlarımız ölkəmizin milli maraqlarına söykənir. Biz regionda sülhün

olmasını istəyirik və siyasi səylərimizi gərginliyin azalmasına istiqamətləndiririk. Qeyd etdiyim kimi, biz

beynəlxalq terrorizmə, radikalizmə, separatizmə qarşı fəal mübarizə aparırıq. Biz bütün konfessiya və etnik qrup

nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı multikulturalizm cəmiyyətinə malik olmağımızdan

qurur duyuruq. Artıq Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bu, bizim böyük

dəyərimizdir. Biz bu dəyərləri təşviq etmək istəyirik.

Mənə fəxri professor diplomunun verilməsi ilə əlaqədar sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Mən artıq sizin ailənizin bir üzvüyəm. Bu döş nişanını həmişə özümdə saxlayacağam. Ümid edirəm ki, sizi

Bakıda görəcəyəm. Artıq universitetin rəhbərliyini Bakıya dəvət etmişəm. İndi isə tələbələri dəvət etmək

istəyirəm. Ölkəmizlə tanış olmaq və dostluğumuzu daha da gücləndirmək üçün Azərbaycana gəlin. Çox sağ

olun.

Xalq qəzeti.- 2015.- 13 dekabr.-№ 275.- S.2-3.

Page 224: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

224

Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

(23 dekabr 2015-ci il)

Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman

mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı

Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

- Əziz dostlar, hər il ilin sonunda biz idmançılarla görüş keçiririk, idmançıları mükafatlandırırıq, onlara

yeni uğurlar arzulayırıq. Bu ənənə neçə ildir ki, davam edir. Hər il ilin yekunlarına nəzər yetirəndə görürük ki,

bizim idman uğurlarımız ildən-ilə artır. Medalların sayı da artır. İdmançılar beynəlxalq yarışlarda ölkəmizi

ləyaqətlə təmsil edirlər. Bu il beynəlxalq yarışlarda idmançılarımız 823 medal qazanmışlar. Onlardan 321-i qızıl

medaldır. Qazanılmış medalların statistikasına baxsaq görərik ki, medalların sayı ildən-ilə artır.

Bu, onu göstərir ki, Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir. Gözəl gənc nəsil yetişir.

Mən onu da xüsusilə qeyd etmək istəyirəm ki, bizim gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif

beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi

ləyaqətlə təmsil edirlər. Bu, onu göstərir ki, Azərbaycanda idman siyasəti düşünülmüş şəkildə aparılır. Yeni

nəsil yetişir, görkəmli idmançılar idman karyerasını başa vurduqdan sonra onların böyük əksəriyyəti idmandan

ayrılmır. Onlar öz fəaliyyətini məşqçi, mütəxəssis kimi davam etdirirlər. Bir sözlə, bu siyasət və əldə edilmiş

nailiyyətlər imkan verəcək ki, gələcəkdə də Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü

təsdiq etsin.

İdmançılara dövlət tərəfindən qayğı yüksək səviyyədədir. Hər il görkəmli idmançılarımızın məişət

problemləri həll olunur. On ildən çoxdur ki, hər il iyirmidən çox idmançıya, idman mütəxəssisinə dövlət

tərəfindən mənzillər verilir. Bu da dövlətin siyasətinin təzahürüdür. Çünki ölkəmizi beynəlxalq arenalarda

ləyaqətlə təmsil edən, bizim dövlət bayrağımızı ucaldan idmançılar dövlət tərəfindən daim qayğı, diqqətlə əhatə

olunmalıdırlar. Şadam ki, aparılan bu siyasət indi belə vəziyyətə gətirib çıxarıb ki, bizim görkəmli

idmançılarımızın hamısı gözəl mənzillərlə təmin olunublar. Bu proses bundan sonra da davam edəcək. Çünki

əgər dövlət idmanı inkişaf etdirmək istəyirsə, mütləq idmançılar üçün gözəl şərait yaratmalıdır. Mən 1997-ci

ildə bu amalla Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə gəlmişəm və o gündən bu günə qədər bu

siyasət davam etdirilir. Nəticələr də göz qabağındadır. Bu gün dünya miqyasında Azərbaycan idman dövləti

kimi tanınır. Beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, onların

rəhbərləri Azərbaycanda idmanda əldə olunmuş uğurları qeyd edirlər. Bu, bizim işimizə verilən böyük

qiymətdir.

Eyni zamanda, bizim üçün əsas qiymət xalq tərəfindən verilən qiymətdir. Azərbaycan xalqı öz

idmançılarını sevir, onların uğurlarına sevinir. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi keçirir ki,

biz idmanda böyük nailiyyətlərə imza ata bilmişik. İdmanın inkişafı üçün uzun illər məqsədyönlü şəkildə

kompleks tədbirlər görülür. Həm təlim-məşq prosesi yüksək səviyyədə təşkil edilir, həm də federasiyalar,

klublar, idman cəmiyyətləri uğurla fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi

vahid siyasət aparırlar. Ona görə Azərbaycanda idman siyasəti ilə bağlı birmənalı mövqe nümayiş etdirilir.

İdman bazaları yaradılır. Şadam ki, indi klublar da, federasiyalar da idman bazalarını yaradırlar. Eyni

zamanda, bölgələrdə 41 Olimpiya Mərkəzi yaradılmışdır. On mərkəzin tikintisi davam edir. Həmin layihələr

başa çatandan sonra artıq Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün çox gözəl şərait olacaq.

Əslində, bu şərait artıq mövcuddur. O ki qaldı Bakı şəhərinə, burada ən mötəbər beynəlxalq yarışların

keçirilməsi üçün bütün imkanlar var. Avropa Oyunları bunu bir daha təsdiqlədi. Bakıda yaradılmış və təmir

edilmiş müasir idman infrastrukturu dünya səviyyəsindədir. Deyə bilərəm ki, biz dünyanın inkişaf etmiş

ölkələrindən geri qalmırıq. Bizim idman qurğularımızın həm funksionallığı yüksəkdir, eyni zamanda, onlar

memarlıq abidəsidir. Biz bunu bilərəkdən belə yaratmışıq ki, idman qurğuları gözəl şəhərimizə əlavə yaraşıq

versin. Müasir idman bazaları, idman infrastrukturu, düzgün siyasət, idmançılara qayğı və dövlət tərəfindən

qəbul edilən qərarlar bu vəziyyəti yaradıb ki, bu gün Azərbaycan dünya miqyasında ən birinci sıralardadır.

Page 225: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

225

Bu il Avropanın idman həyatında tarixi bir ildir. Çünki ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir.

Burada da Azərbaycan dövləti öz gücünü göstərdi. Cəmi iki il yarım ərzində Yay Olimpiya Oyunları

səviyyəsində keçirilən Oyunlar təşkil edilmişdir. Bəlkə də heç kim, o cümlədən xarici tərəfdaşlarımız

inanmırdılar ki, biz bu Oyunları bu səviyyədə keçirəcəyik. Bütün Azərbaycan xalqı, doğrudan da, həmrəylik

göstərmişdir. Bu, ümummilli bir məsələyə çevrilmişdi. Çünki dünyada ilk dəfə olaraq Avropa Oyunlarının

Bakıda keçirilməsi bizim üçün çox böyük məsuliyyət idi.

Biz son illər ərzində ölkəmizi dünya miqyasında kifayət qədər geniş şəkildə təqdim edə bilmişik.

Müxtəlif tədbirlər, təqdimatlar, sərgilər, konsertlər keçirilmiş, Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi,

bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim olunmuşdur. Ancaq bu Oyunlar bizə imkan verdi ki,

gələn qonaqlar ölkəmizlə tanış olsunlar. Altı min idmançı, minlərlə məşqçi, qonaq, idman mütəxəssisi təxminən

üç həftə Bakıda qalaraq şəhərimizin gözəlliyini görmüş, insanlarımızın qonaqpərvərliyini hiss etmiş və

Azərbaycanın sürətli inkişafının şahidi olmuşlar. Ümumi rəy belə idi ki, Oyunları bundan yüksək səviyyədə

keçirmək mümkün deyil. Hətta bəzi idmançılar öz yarışlarını başa vurduqdan sonra ölkəmizdən getmək

istəmirdilər. Olimpiya Kəndində qalmaq istəyirdilər. Çünki yaradılmış bu gözəl ab-hava onlara da çox xoş idi.

Burada həm təşkilatçılıq, həm obyektlərin müasirliyi, yüksək səviyyəsi, eyni zamanda, Azərbaycan xalqının

qonaqpərvərliyi xüsusi bir mühit yaratmışdı. Bu, unudulmaz günlər idi və Azərbaycan dünyaya nəyə qadir

olduğunu göstərdi. Göstərdi ki, cəmi 24 illik müstəqillik dövründə biz böyük zirvələrə çata bilmişik.

Əlbəttə ki, idmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. Əlli Olimpiya komandası arasında

Azərbaycan idmançıları ikinci yeri tutmuşlar. Əgər nəzərə alsaq ki, birinci yeri Rusiya komandası tutub, bu,

təbii idi, başqa cür ola da bilməzdi. Ona görə hesab edirəm ki, biz ən yüksək zirvəyə qalxa bilmişik. Əlli altı

medal qazanılıb, onlardan 21-i qızıl medaldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi. İdmançıları - bütün

bu qələbələrdə, bu medalların qazanılmasında iştirak etmiş insanları bir daha salamlayıram, onlara öz

təşəkkürümü bildirmək istəyirəm.

Avropa Oyunları tarixdə qaldı. Növbəti Oyunlar harada keçiriləcək. Bu barədə hələ ki, qərar qəbul

edilməyib. Amma məndə olan məlumata görə, bəzi ölkələr Bakıda keçirilmiş Oyunlardan sonra bir az tərəddüd

edirlər. Hətta həmkarlarım mənə deyirlər, biz qorxuruq ki, bu Oyunları Bakıdakı səviyyədə təşkil edə bilmərik.

Ona görə biz bir az ehtiyatlanırıq. Yəni, biz belə bir səviyyəni yaratdıq ki, bu səviyyəyə çatmaq doğrudan da

çox çətindir. Bu Oyunlar, sözün əsl mənasında, Yay Olimpiya Oyunları səviyyəsində təşkil edilmişdir.

Gələn il isə Azərbaycanda digər mötəbər idman yarışı keçiriləcək - “Formula-1” yarışı. Bu da dünya

miqyasında üç ən əsas idman yarışının sırasında olan bir yarışdır. Birinci yerdə, əlbəttə ki, Yay Olimpiya

Oyunlarıdır. İkinci yerdə futbol üzrə dünya çempionatıdır. Üçüncü yerdə “Formula-1” yarışıdır. Bu yarışın

Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir. Bu yarışlar bizim bölgədə ilk dəfə olaraq keçiriləcək.

Bizim şərtimiz ondan ibarət idi ki, bu yarışma mütləq şəhər küçələrində keçirilməlidir. Çünki birincisi, bu

yarışın təşkili üçün yeni stadionun tikintisinə biz gərək böyük vəsait xərcləyəydik. Buna lüzum yoxdur. Digər

tərəfdən, xüsusi tikilmiş yerlərdə keçirilən yarışlar bir-birini təkrarlayır, bir-birinə oxşayır. Televiziyada bu

yarışları seyr edərkən heç bilmirsən ki, bu yarış harada keçirilir. Bizim üstünlüyümüz ondan ibarət olacaq ki, bu,

gözəl, qədim və müasir şəhərimizin küçələrində keçiriləcək. Bu günə qədər cəmi iki yerdə - Monakoda və

Sinqapurda bu yarışlar şəhər küçələrində keçirilib. İndi hazırlıq işləri gedir. Əminəm ki, biz bu gözəl yarışı da

ən yüksək səviyyədə keçirəcəyik. Ümumdünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu da dünya miqyaslı

bir yarışdır və şahmatçılarımız da bizi sevindirirlər.

Ümumiyyətlə, Azərbaycanda idmanın hər bir növü inkişaf edir. Ənənəvi idman növləri və bizim üçün

yeni olan idman növləri inkişaf etməkdədir. 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Müvafiq

göstərişlər verildi, Təşkilat Komitəsi yaradıldı. Sentyabr ayında Təşkilat Komitəsinin birinci toplantısı

keçirilmişdir. Əminəm ki, bu Oyunlar da ən yüksək səviyyədə keçiriləcək.

Bax, budur bizim nailiyyətlərimiz. Həm idmançılar beynəlxalq yarışlarda bizi sevindirirlər, həm də ən

müasir idman infrastrukturu yaradılıb və dünyanın ən mötəbər idman yarışları Azərbaycanda keçirilir. On il,

iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Əgər bu barədə kimsə nə isə desəydi, onu heç kim

ciddi qəbul etməzdi. Ancaq bu gün bu, reallıqdır. Bu reallıqları biz yaradırıq. Azərbaycan dövləti və Azərbaycan

xalqı yaradır ki, idman daha da sürətlə inkişaf etsin.

İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər beynəlxalq yarışlarda, dünya, Avropa

çempionatlarında, Olimpiya Oyunlarında medal qazanan idmançıların vətəndaşlığına nəzər salsanız görərsiniz

ki, inkişaf etmiş ölkələrin idmançıları daha çox medal qazanırlar. Biz də inkişaf etmiş ölkə olmaq istəyirik, bu

yolla gedirik və əminəm ki, biz buna da nail olacağıq.

Deyə bilərəm ki, 2015-ci ilin digər yekunları da müsbət olmuşdur. Baxmayaraq ki, bölgədə və dünyada

iqtisadi böhran davam edir, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2015-ci ildə iqtisadi inkişafa nail olmaq

Page 226: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

226

əlbəttə ki, böyük məsələdir. Çünki 2015-ci ildə həm siyasi böhran, bölgədə yaşanan hərbi böhran, maliyyə

böhranı dərinləşmişdir. Azərbaycan iqtisadiyyatı 2015-ci ildə inkişaf etmişdir. Çalışırdıq ki, biz iqtisadi

dayanıqlığı maksimum dərəcədə təmin edək. Ancaq bildiyiniz kimi, neftin qiyməti bir il ərzində üç dəfə aşağı

düşüb. Bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır. Büdcə gəlirləri azalmışdır. Təbii ki, büdcə xərcləri də

azalmışdır. Ona görə biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada

gedən proseslər gələn il də nikbinlik üçün əsas vermir. Ona görə bu böhranın davam edəcəyi istisna olunmur.

Neft gəlirlərimizin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir etmişdir. Manatın

məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın

məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, bunun qarşısını maksimum dərəcədə alaq.

Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. Əlli dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq

ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşübdür. Amerika Birləşmiş

Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər

geosiyasi amillər var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi

əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma

bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu,

düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu

vəziyyətdən əziyyət çəkir.

Ancaq buna baxmayaraq, biz əlbəttə çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə

endirək. Neftin qiymətinin ucuzlaşması, eyni zamanda, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının kəskin

şəkildə ucuzlaşması və digər amillər bu qərarın qəbulunu qaçılmaz etdi.

İndiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulmuşdur ki, makroiqtisadi sabitlik təmin edilsin,

inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələn il də biz

çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Son illərdə biz yerli istehsala böyük əhəmiyyət vermişik,

həm dövlət, həm özəl sektora vəsait ayırmışıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal

olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti

materialları da həmçinin.

Son illər ərzində biz güclü tikinti sənayesi yaratmışıq və özümüzü əsas tikinti materialları ilə təmin

edirik. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir.

Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə

baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət

gedə bilməz. Şəhər nəqliyyatı tarifləri - metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.

Yəni, biz maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə,

islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək. Süni bahalaşmaya yol verənlərə qarşı

çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin,

möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-

istifadə etmək istəyənlər peşman olacaqlar.

Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Artıq mənim tərəfimdən

müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan

götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun

şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə

aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi

mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq.

Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol

verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların

qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir

və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz

çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır.

Bizim uğurlarımız da göz qabağındadır. Baxın, Dövlət Neft Fondu artıq 15 ildən çoxdur ki, fəaliyyət

göstərir. Dünyanın ən şəffaf, ən səmərəli işləyən suveren fondlarından biridir. Gəlirlər bəllidir, xərclər bəllidir,

beynəlxalq audit keçirilir. Azərbaycan xalqı da, bütün dünya da bunu bilir. Dünyanın mötəbər maliyyə

qurumları Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirirlər. İki il bundan əvvəl “ASAN xidmət” yaradıldı.

Yeddi milyon insan “ASAN xidmət”in imkanlarından istifadə etdi. İndi Azərbaycan vətəndaşları fərqi görürlər,

orada bütün işlər şəffaf təşkil edilir, heç bir korrupsiyaya, rüşvətxorluğa yol verilmir, mədəni xidmət göstərilir.

Ona görə, biz bu sahəni inkişaf etdiririk. İndi bölgələrdə iki yeni mərkəz yaradılır. Onların sayı 10-dan çox

olacaqdır. On səyyar avtobus fəaliyyət göstərir. Yəni, bunu etmək mümkündür. Sadəcə olaraq, işlər düzgün

Page 227: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, …files.preslib.az/site/ialiyev/2015.pdf · 2018. 4. 9. · Prezident İlham Əliyev Bakıda C ənub qaz d hlizi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

P R E Z İ D E N T K İ T A B X A N A S I

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

227

təşkil edilməlidir. Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq

üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və

ictimai nəzarət.

Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai

nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə

məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda

neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Mən bir dəfə demişəm, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən

asılı olmayaq. Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi

maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat

qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır. Bütün

aparıcı beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu bunu qeyd

edirlər və iqtisadi sahədə apardığımız siyasəti dəstəkləyirlər.

İndi manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı mötəbər beynəlxalq maliyyə qurumlarından belə

reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik,

amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq

ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı,

sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya

iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir. İndi baxın,

yaşadığımız bölgədə qanlı toqquşmalar, müharibələr, iqtisadi böhranlar, maliyyə böhranları, ölkələr arasındakı

gərginliyin artması – bütün bunlar bizim qonşuluğumuzda baş verir. İstər-istəməz bizim siyasətimizə də, iqtisadi

inkişafımıza da təsir edir. Bölgədə proseslərin hamısı mənfi istiqamətdə gedir. 2015-ci ildə bizim bölgəmizdə

bir dənə də olsun müsbət istiqamətdə gedən proses olmamışdır. Belə vəziyyətdə biz ölkəmizi qabağa aparırıq,

Azərbaycan xalqının təhlükəsizliyini təmin edirik, Azərbaycana mümkün olan riskləri azaldırıq, o cümlədən

geosiyasi, hərbi riskləri azaldırıq ki, Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində, rifah içində

yaşasın. Əsas vəzifəmiz bundan ibarətdir.

Əlbəttə, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir. Əsas vəzifəmiz ondan

ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit

ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə

etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca

manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi

liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı

daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar – bax, budur bizim yolumuz. Biz bu yolla gedirik,

amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək.

Bu böhranlı illərdə Azərbaycan ən dinamik inkişaf templərini göstərmişdir. Ən sabit ölkə

Azərbaycandır. İqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Biz öz yolumuzla gedəcəyik.

Çalışacağıq ki, 2016-cı ildə ölkə qarşısında duran əsas vəzifələr icra edilsin, Azərbaycan xalqı sülh, əmin-

amanlıq şəraitində yaşasın və yaşayacaqdır. Aparacağımız islahatlar sayəsində biz daha da yaxşı nəticələr əldə

edəcəyik.

Əlbəttə ki, idmançılara 2016-cı ildə uğurlar arzulayıram. 2016-cı ildə Yay Olimpiya Oyunları

keçiriləcəkdir. Artıq 30-a yaxın lisenziya da qazanmışıq. Əminəm ki, idmançılarımız bizi sevindirəcək,

Azərbaycan bayrağını həmişə uca tutacaqlar. Sağ olun.

Xalq qəzeti.- 2015.- 24 dekabr.-№ 284.- S.1-3.